respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə...

16
Respublikanın ümumtə hsil məktəbl ərinin 6-sinifl əri üçün Texnologiyadə rslik komplekti əllif: Natiq Axundov Hümeyir Əhmədov Fəridə Şərifova Xuraman Səlimova Bakı: Aspoliqraf, 2013. Dərslik komplekti il ə bağlı TQDK-ya daxil olmuş v ə açıq müzakirələrdə bildirilmiş qeydl ər, iradlar v ə təklifl ər əsasında hazırlanmış YEKUN RƏY

Upload: others

Post on 17-Feb-2020

16 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

Respublikanın ümumtəhsil məktəblərinin

6-cı sinifləri üçün “Texnologiya” dərslik komplekti

Müəllif: Natiq Axundov

Hümeyir Əhmədov

Fəridə Şərifova

Xuraman Səlimova

Bakı: Aspoliqraf, 2013.

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında

hazırlanmış

YEKUN RƏY

Page 2: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

2

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi

baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.

Komplekt 5 tədris vahidi üzrə (“Məişət mədəniyyəti”, “Oduncağın emalı

texnologiyası”, “Metalın emalı texnologiyası”, “Ərzaq məhsullarının emalı

texnologiyası”, “Parçanın emalı texnologiyası və naxıştikmə”) 25 mövzunu əhatə

edir. Dərslikdə verilmiş materiallar yeni təhsil proqramına (kurikulum) əsasən 4

məzmun xətti üzrə əsas və alt standartların reallaşdırılmasını nəzərdə tutur. Verilən

materiallar məzmun standartlarının reallaşmasına əsasən istiqamətləndirilmişdir.

Biliyin və bacarığın tətbiqini tələb edən və formalaşdıran tapşırıqlara üstünlük

verilmişdir. Dərslikdə “Məişət mədəniyyəti”, “Oduncağın emalı texnologiyası”,

“Metalın emalı texnologiyası”, “Ərzaq məhsullarının emalı texnologiyası”,

“Parçanın emalı texnologiyası və naxıştikmə” tədris vahidləri həm elmi-metodiki

baxımdan, həm də təlim inkişafı baxımından faydalı olan mövzularla əhatə

edilmişdir. Bu kimi mövzu və materiallar şagirdlərin dünyagörüşünün formalaşması

üçün önəmlidir. Verilmiş şərti işarələr, suallar, şəkil və sxemlər, texnoloji xəritələr

dərsliyin tərkib hissələrindəndir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına görə,

fənnin tədrisinə həftədə 1 saat olmaqla, 32 saat vaxt ayrılmışdır. Bura həmçinin,

tədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda böyük summativ

qiymətləndirməyə ayrılan vaxt da daxildir.

Bununla belə, müəyyən qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır:

“Texnologiya 6” kurikulumu 18 alt standartda təsbit olunmuş xeyli sayda bilik və

bacarığı əhatə edir. Bunların formalaşdırılması üçün dərslik komplektində təqdim

olunmuş 25 mövzu 5 tədris vahidində qruplaşdırılıb. Lakin bu qruplaşdırmaya yalnız

dərsliyin mündəricatında rast gəlinir. Dərslik boyunca bu verilməmiş, mövzular

sadəcə olaraq ardıcıl şəkildə sıralanmışdır.

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

3

“Məişət mədəniyyəti” adlı birinci tədris vahidində toplanmış 6 mövzunun

bir-birilə hansı prinsip əsasında əlaqələndirildiyi məlum deyil. Belə ki, “tədris

vahidində qruplaşdırma” fənnin aşıladığı anlayış, bilik və bacarıqların

əlaqələndirilməsini, onun daxilində səpələnmiş faktların sistemləşdirilməsini nəzərdə

tutur. Çünki bu cür sistemləşdirilmiş, inteqrasiya olunmuş məzmun informativ

cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə

bacarıqları formalaşdırmalarına kömək edir. Belə olan halda, “Məktəbdə ünsiyyət və

davranış mədəniyyəti” ilə “Qapı kilidlərinin quruluşu və quraşdırılması” və yaxud,

“Meyvə ağaclarının becərilməsi və tədarükü texnologiyası” kimi, tamamilə heç bir

əlaqəsi olmayan bilik və bacarıqların eyni tədris vahidində verilməsi aydın deyil.

Dərslikdə verilmiş “Məktəbdə ünsiyyət və davranış mədəniyyəti”, “Ailə

büdcəsinin müəyyən edilməsi. Gəlir və xərc” mövzularında verilənlər tamamilə

“Həyat bilgisi” fənninin, “Elektrik enerjisinin ötürülməsi və istifadə yolları”

mövzularında verilənlərin əksəriyyəti “Fizika” fənninin, “İnsan həyatında qidalı

maddələr” mövzusunda verilənlər isə “Biologiya” fənninin predmetinə aid

məsələlərdir. Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan

Respublikasında ümumi orta təhsilin Konsepsiyası (Milli Kurikulum)” adlı

konseptual sənəddə hər bir fənnin əhatə etdiyi sahələr birmənalı və aydın şəkildə

göstərilmişdir.

Ona görə də şagirdlər “Həyat bilgisi” fənni çərçivəsində məktəbdə davranış və

ünsiyyət qaydalarını, eləcə də ailə büdcəsinin tərtibi ilə bağlı bacarıqları artıq

formalaşdırdıqları halda 6-cı sinifdə, özü də başqa funksiyası olan bir fənn

çərçivəsində onların yenidən aşılanmasının məqsədi aydın deyil. Bunu fənlərarası

inteqrasiya baxımından da izah etmək mümkün deyil.

Dərslikdə təqdim edilmiş materiallar kurikulumda nəzərdə tutulmuş bilik və

bacarıqların bir çoxunun tam şəkildə formalaşdırılmasına imkan vermir. Məsələn:

1. 3.1.1 alt standartı şagirdin “məktəbdə mədəni davranış və ünsiyyət

qaydalarını şərh etməsi” ilə bağlı bilik və bacarıqların formalaşdırılmasını ehtiva

edir. Azərbaycan Respublikasında bu cür davranış qaydaları ölkənin “Təhsil qanunu”,

“Ümumtəhsil məktəbin Nümunəvi Nizamnaməsi” və hər bir məktəb bu rəhbər

sənədlər əsasında hazırlayıb təsdiq etdiyi konkret nizamnamə ilə tənzimlənir. Lakin

bu alt standartın formalaşdırılması üçün nəzərdə tutulan “Məktəbdə ünsiyyət və

davranış mədəniyyəti” (səhifə 6-8) adlı mövzunun mətni demək olar ki, tamamilə

Rusiya Federasiyasının Müdafiə Nazirliyinə aid qapalı yaşayış məntəqəsi olan

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

4

Korolyov şəhərindəki 12 №-li məktəbin “Правила поведения учащихся в школе”1

adlı sənədinin tərcüməsidir.

Azərbaycanın ümumtəhsil məktəblərində kurikulum islahatının başlıca

məqsədinin çağdaş bilik və bacarıqlara sahib, demokratik və azad düşüncəli

vətəndaşlar yetişdirmək olduğu halda, bunun əsasında hazırlanan dərslikdə başqa bir

ölkənin xüsusi məktəbinin yarımhərbi qaydalarını təbliğ etmək düzgün deyil. Belə ki,

“qaydalar”dakı “müəllimin və məktəb işçilərinin tələblərinə tabe olmaq”, “bütün

tələblərini yerinə yetirməlidir” kimi ifadələrin verilməsi məqsədəuyğun deyil.

Çünki şagird nə müəllimin, nə də məktəb işçisinin tabeçiliyində olan şəxs deyil ki,

onların bütün tələblərinə əməl etsin.

2. 3.1.2 alt standartı şagirdin “məktəbdə sadə təmir işlərini yerinə yetirmə”

bacarığının formalaşdırılması ilə bağlıdır. Bu alt standartın reallaşdırılması üçün

“Məktəbdə sadə təmir işləri. Divar əşyalarının bərkidilməsi” sərlövhəli mövzu verilib

(səh. 11-12). Lakin nə təqdim olunan mövzuda, nə də MMV-dəki dərs nümunəsində

(səh. 32-33) “məktəbdə sadə təmir işləri” dedikdə, nəyin nəzərdə tutulduğu

aydınlaşdırılmır. Söhbət ümumilikdə taxta, kərpic və ya beton divarlara mismar,

dyubel və şurupun vurulmasından gedir. Şübhəsiz ki, bu, şagirdin öyrənməli olduğu

vacib bacarıqlardan biridir. Lakin bu sadalananlar “məktəbdə sadə təmir işləri”nə aid

deyil. Belə ki, həmin işlər mənzildə, qarajda, mağazada və digər yerlərdə yerinə

yetirilə bilər.

Mövzunun ilk abzasında verilmiş “Adətən, otaqların divarlarına güzgülər,

rəflər, şəkillər, rəsm əsərləri, asılqanlar və s. əşyalar bərkidirlər” cümləsindən

göründüyü kimi, bu təmirlə deyil, dizaynla bağlı işlərdir. Azərbaycan dilində “təmir”

sözünün isə anlamı belədir: “Bir şeyin xarab olmuş, sınmış, dağılmış, sökülmüş

yerini düzəltmə, qaydaya salma”2. Ona görə də mətn nəzərə alınarsa, mövzu ancaq

“Divar əşyalarının bərkidilməsi” adlandırıla bilər.

Deməli, alt standartda təsbit olunmuş “məktəbdə sadə təmir işlərini yerinə

yetirir” bacarığının formalaşdırılması üçün heç material verilməyib.

Səhifə 7-də “Tənəffüs zamanı şagirdin vəzifəsi” bölməsində altıncı bənddə

verilmiş “Müəllimləri, valideynləri və digər ziyarətçiləri gördükdə onlarla

salamlaşmaq və onlara yol vermək;” cümləsində “ziyarətçi” sözü çaşqınlıq

yaradır. Burada “müəllim” və “valideyn” sözü kifayət qədər fikri tamamlayır.

1 http://school12.koro lev-net.ru/prav.html

2 http://obastan.com/az/search/?q=t%C9%99mir

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

5

Məsələn, həmin cümləni “Müəllimləri, valideynləri və digər gələn qonaqları

gördükdə onlarla salamlaşmaq və onlara yol vermək;” kimi vermək olar.

Yenə həmin səhifədə “Sinif üzrə növbətçinin vəzifəsi” bölməsində üçüncü

bənddə verilmiş “Sinfi növbəti dərsə hazırlamaq üçün müəllimə kömək etmək;”

cümləsi ibtidai sinif təsəvvürünü yaradır. Əslində, burada söhbət kabinetdən gedir.

Ona görə də həmin cümlə “Kabineti növbəti dərsə hazırlamaq üçün müəllimə kömək

etmək;” kimi yazılarsa daha düzgün olar.

Səhifə 10-da inflyasiyanın “ölkədə pulların lazım olduğundan artıq

buraxılması” adlandırılması da düzgün deyil. İnflyasiya məcmu tələblə məcmu təklif

arasında balansın pozulması nəticəsində pulun alıcılıq qabiliyyətinin azalmasıdır.

Sığorta xərclərinin büdcənin xərclər bölməsinə daxil edilməməsi də təəccüb

doğurur. Belə ki, büdcə mədəniyyəti həm də sığorta mədəniyyətinin

formalaşdırılmasını nəzərdə tutur.

Səhifə 11-də “Məktəbdə sadə təmir işləri. Divar əşyalarının bərkidilməsi”

mövzusunda sonuncu abzasda verilmiş “Bu məqsədlə diametri deşiyin

diametrindən 1–2 mm böyük olan, taxta çüydən də istifadə etmək olar” cümləsi

“Bu məqsədlə təxminən diametri 1-2 mm deşiyin dərinliyindən kiçik olan taxta

çüydən istifadə etmək olar” kimi yazılarsa, daha düzgün olar.

Səhifə 20-də 6-cı abzasda “Suvarmadan sonra çuxuru düzəltmək və torpağın

üstünü çürüntüsü olan mulçalanmış materialla 6–8 sm qalınlıqda örtmək

lazımdır” cümləsində yazılmış “mulça” sözünün izahının verilməsi daha

məqsədəuyğun olar. Ümumiyyətlə, bütün çətin və nadir halda işlədilən sözlərin

izahının hər səhifənin sonunda verilməsi düzgün olar. Bununla yanaşı, MMV-də

verilmiş lüğət bölməsinin dərslik üçün də nəzərdə tutulması məsləhətdir.

Səhifə 21-də “Bəs meyvələri, məsələn, almanı necə tədarük edirlər və necə

saxlayırlar?” sualı altında verilmiş mətn xronoloji və metodiki baxımdan “Ərzaq

məhsullarının emalı texnologiyası” fəslinə aid edilərsə, daha məqsədəuyğun olar.

Səhifə 24-də verilmiş “Ştabel” sözünün izahı mövzunun içindədir. Digər

mövzularda isə sözlər səhifənin axırında izah şəklində verilmişdir.

Səhifə 26-da birinci abzasda verilmiş “Adətən, konstruksiyaetməni

məmulatın xəyali təsəvvüründən başlayır, daha sonra onun eskizini, texniki

rəsmini və çertyojunu işləyirlər” cümləsində mövzuya görə məqsədin dəqiqliyi

nəzərə alınarsa, “Adətən, konstruksiyaetməni məmulatın xəyali təsəvvüründən

başlayır, daha sonra onun eskizini, texniki rəsmini və çertyojunu işləyərək, yaradıcı

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

6

əmək sərf etməklə, həmin xəyali təsəvvürləri gerçəkləşdirirlər” əlavəsinin verilməsi

daha doğru olar.

Səhifə 27-də beşinci abzasda verilmiş “Bucaqlıq dəqiq 90°-lik bucaq altında

bir-birinə yapışqanla yapışdırılmış (3) tərpənməz dayaqdan (2) və xətkeşdən (1)

ibarətdir” cümləsi “Bucaqlıq 90°-lik bucaq altında bir-birinə yapışqanla dəqiq

yapışdırılmış (3) tərpənməz dayaqdan (2) və xətkeşdən (1) ibarətdir” kimi yazılarsa,

daha düzgün olar.

Səhifə 36-da “Oduncaq və metal məmulatların bəzədilməsi” mövzusunda

verilmiş “Oduncaq və metal məmulatları hansı məqsədlə və necə bəzəyirlər?”

sual cümləsinin “Oduncaq və metal məmulatlarını hansı məqsədlə və necə

bəzəyirlər?” kimi yazılması daha məqsədəuyğundur.

Səhifə 39-da “Metal pəstahların kəsilməsi” mövzusunda ikinci abzasda

verilmiş “Bıçqı lövhəsi uclarında iki deşiyi olan alət poladından ibarət nazik

zolaqdır” cümləsi “Bıçqı lövhəsi alət poladından hazırlanmış, uclarında iki deşiyi

olan nazik zolaqdır” yazılarsa, daha dəqiq olar.

Səhifə 42-də “Metal pəstahların yeyələnməsi. Ştangenpərgar” mövzusunda

nişanlama və ölçü alətləri ayrı mövzu sayılır. İki geniş mövzunun birləşməsi

nəticəsində 45 dəqiqəlik dərs baxımından məqsədə nail olma imkanı çox çətindir.

Səhifə 51-də “Elektrik enerjisinin ötürülməsi və istifadəsi yolları”

mövzusunda birinci abzasda verilmiş “Elektrik enerjisinin istifadəçiləri hər yerdə

vardır” cümləsinin məzmun baxımından elmi-metodik mübahisə doğurmaması üçün

“Gündəlik həyatda elektrik enerjisindən evlərin, küçələrin, müəssisələrin və s.

işıqlanmasında istifadə olunur. Elektrik enerjisindən istifadə həyatımızın bir hissəsini

təşkil edir” kimi, “Elektrik enerjisi isə hər yerdə deyil, yalnız yanacaq və su

mənbələrinə yaxın yerlərdə hasil olunur” cümləsinin isə “Elektrik enerjisi

yanacaq, su, külək elektrik stansiyası mənbələrinə yaxın yerlərdə hasil olunur”

şəklində verilməsi daha məqsədəuyğundur.

Səhifə 53-də sonuncu abzasda verilmiş “Elektrik enerjisinin sənayedə, kənd

təsərrüfatında, nəqliyyatda və məişətdə geniş tətbiq edilməsi elektrikləşdirmə

adlanır” cümləsində “tətbiq edilməsi” deyil, “istifadəsi” yazılması daha düzgün

olar.

Səhifə 63-də sonuncu abzasda verilmiş “Bitki mənşəli zülallar isə paxlalı

bitkilərin, göbələyin, qozun və yarmanın tərkibində rast gəlinir” cümləsinə

“fındıq, şabalıd” sözlərinin əlavə edilməsi məsləhətdir.

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

7

Səhifə 64-də üçüncü abzasda verilmiş “Günəbaxan, qarğıdalı, kətan, zeytun

yağları bitki mənşəli yağlardır” cümləsinə “kokos və soya” da əlavə edilərsə, şagird

daha dəqiq və yararlı məlumat almış olar. Növbəti abzasda verilmiş “Kərə yağı və

heyvanın iç yağı isə heyvan mənşəli yağlardır” cümləsində geniş məlumat üçün

“balıq yağı”nı da əlavə etmək olar.

Yenə həmin səhifədə “Karbohidratlar” yarımbaşlığında verilmiş

“Karbohidratlarla ən zəngin qida məhsulu tərəvəzlərdir” cümləsi

“Karbohidratlarla ən zəngin qida məhsulu dənli bitkilərdir” kimi verilsə daha düzgün

olar. Bura həmçinin, “1-ci növ buğda çörəyi –52,6%;

kartof –21%; bal –77,7%” fikrinin əlavə edilməsi məqsədəuyğundur. “Bal isə nə

tərəvəz, nə də dənli bitkidir, lakin ən zəngin karbohidratlara malikdir” kimi

nümunələrdən istifadə edilərsə, mövzunun mənimsənilməsinə nail olmaq imkanı

yaranar.

2. Dil və yazı üslubu baxımından

Dil və yazı üslubunun, fikir və ifadə tərzinin şagird tərəfindən yaxşı

mənimsənilməsi üçün qrammatik və orfoqrafik qaydalara düzgün əməl olunması

önəmli şərtdir. Bu meyarları nəzərə alaraq, mətnlərdə verilmiş bəzi cümlə və sözlərdə

dəyişikliklərin edilməsi əsas məqsəd daşıyır.

Səhifə 6-da “Ümumi davranış qaydaları:” bölməsinin bəzi bəndlərində

“şagird” sözü yazılmış, bəzilərində isə yazılmamışdır. Yaxşı olardı ki, yalnız ilk

abzasda “şagird” sözü yazılsın və ondan sonra iki nöqtə qoyulsun. Belə olan halda,

bu söz bütün bəndlərə aid edilmiş olardı.

Yenə həmin səhifədə “Dərs zamanı davranış” bölməsinin üçüncü bəndində

verilmiş “Dərs zamanı səs salmaq, dərsə aid olmayan kənar işlərlə məşğul olub

dərsdən yayınmaq və dostlarını yayındırmaq olmaz;” cümləsində “dostlarını

yayındırmaq olmaz” ifadəsini “dostlarını bu işə cəlb etmək olmaz” kimi yazmaq

daha düzgün olar. Yenə də həmin bölmədə altıncı bənddə verilmiş “Hər bir şagird

öz iş yerinin sanitar vəziyyətinin qorunmasına cavabdeh olmalıdır” cümləsindəki

“sanitar vəziyyətinin” əvəzinə “təmizlik və səliqəsinin” verilməsi məsləhətdir.

Cümlələrdə “sinif” sözü bəzən “kabinet” sözü ilə əvəz edilmişdir.

Səhifə 7-də “Tənəffüs zamanı şagirdin vəzifəsi:” bölməsində ikinci bənddə

“Sinfi tərk etmək;” əvəzinə “sinifdən çıxmaq ” yazılarsa, daha düzgün olar.

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

8

Səhifə 9-da verilmiş 2-ci mövzunun adı korrekt deyil. Belə ki, mövzunun adının

“Ailə büdcəsinin müəyyən edilməsi. Gəlir və xərc”, əvəzinə “Ailə büdcəsinin

tərtib edilməsi. Gəlir və xərc” kimi verilməsi doğru olar.

Yenə həmin səhifədə ikinci abzasda verilmiş “Gəlir – dövlətdən, idarə və

təşkilatdan, hər hansı bir şəxsdən görülən iş, göstərilən xidmət və hansısa bir

fəaliyyət müqabilində alınan pul, maddi dəyər, mükafat və hədiyyədir” cümləsi

“Gəlir – dövlətdən, idarə və təşkilatdan, hər bir şəxs tərəfindən görülən iş, göstərilən

xidmət və hansısa bir fəaliyyət müqabilində alınan əmək haqqı, maddi dəyər və pul

mükafatıdır” kimi yazılması məsləhətdir. Cümlədə verilmiş “hədiyyə” sözü artıqdır.

Yenə həmin səhifədə 4-cü abzasda verilmiş “Çətinlik çəki daşları çox böyük

olanda yaranır” cümləsi “Çəki daşları böyük olarsa, o zaman çətinlik yaranır” kimi

yazılarsa, daha yaxşı olar.

Səhifə 12-də verilmiş “Təhlükəsiz iş qaydaları” bəndi Azərbaycan dilində

daha mükəmməl verildiyindən, dərsliyin rus dilində olan variantındakı tərcümə

Azərbaycan dilində olan varianta uyğunlaşdırılsa, daha düzgün olar.

Səhifə 15-də mövzunun başlığında verilmiş “sanitar-texniki” ifadəsi

qaydalarda “santexnika” sözü ilə əvəz edilir. Eyni mövzuda eyni sözlərin fərqli

yazılışı verilmişdir. Başlıqda da santexnika verilməsi düzgün olar. Məsələn,

“Santexnika avadanlıqlarının sadə təmiri”.

Səhifə 17-də verilmiş “Praktiki iş”də 1-ci, 2-ci və 3-cü cümlələrdə “tap”

sözləri təkrarlanır. Lakin, dərsliyin rus dilində olan variantında bundan fərqli olaraq,

düzgün verilmişdir.

Səhifə 18-də verilmiş 6-cı mövzunun adı korrekt deyil. Belə ki, mövzunun

adının “Meyvə ağaclarının becərilməsi və tədarükü texnologiyası” əvəzinə,

“Meyvə ağaclarının becərilməsi və meyvələrin tədarükü texnologiyası” kimi

verilməsi doğru olar.

Səhifə 21-də “Bəs meyvələri, məsələn, almanı necə tədarük edirlər və necə

saxlayırlar?” sualı altında verilmiş mətnin başlığının “Meyvələrin saxlanması

qaydası haqqında məlumat” kimi və mövzunun da bununla bağlı verilməsi daha

düzgün olar.

Yenə həmin səhifədə birinci abzasın sonuncu cümləsində “Bu yolla

hazırlanmış almadan sıyıq, piroq, oladya və s. hazırlamaq olar” cümləsində

“sıyıq” sözünün “püre” sözü ilə əvəz edilməsi məqsədəuyğundur.

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

9

Səhifə 22-də verilmiş “Oduncaq emalı sənayesi” və “oduncaq sənayesi”

ifadələrinin “ağac emalı sənayesi” ifadəsi ilə əvəz olunması daha doğru olar.

Səhifə 23-də verilmiş “Beləliklə, kök və budaqlardan təmizlənərək kəsilmiş

ağac gövdələri, yəni qol-budağı təmizlənmiş ağac əldə edilir” cümləsində ifadə

səhvi var. Belə ki, qol-budaq təmizləndikdən sonra əldə edilən “ağac” deyil, “meşə

materialı” və ya “ağac materialı”dır.

Səhifə 25-də birinci abzasdakı “Şalbanların mişarlanma texnologiyası ondan

ibarətdir ki, burada yuxarı-aşağı şaquli hərəkət edə bilən mexanizmi olan

mişarlama çərçivəsi elektrik mühərriki tərəfindən hərəkət etdirilir” cümləsinin

“Yuxarı-aşağı və şaquli hərəkətli mexanizmi olan mişarlama çərçivəsi elektrik

mühərriki tərəfindən hərəkət etdirilir. Bu, şalbanın mişarlanma texnologiyasıdır”

kimi verilməsi daha düzgün olar.

Səhifə 41-də “Təhlükəsiz iş qaydaları” bəndindəki “1. Pəstahı məngənədə

etibarlı bərkit” cümləsinin “1. Pəstahı məngənədə möhkəm bərkit” kimi,

“4. Kəsməni sona yetirərkən basqıya az güc sərf et, pəstahın kəsilən hissələrini əl

ilə tut” cümləsinin isə “Kəsməni sona yetirərkən bıçqıya az güc sərf et, pəstahın

kəsilən hissələrini əl ilə tut” kimi yazılması daha məqsədəuyğundur.

Səhifə 46-da bölmənin adının “Ştangenpərgarla rəftar qaydaları” deyil,

“Ştangenpərgarla işləmə qaydaları” kimi yazılması daha düzgün olar.

Yenə həmin səhifədə “Suallar” yarımbaşlığında verilmiş “2. Yeyə ilə bıçqı

arasında ümumi nə var?” sual cümləsinin “2. Yeyə ilə bıçqı arasında ümumi

cəhətlər hansılardır?” və ya “hansı ümumi cəhətlər mövcuddur?” kimi verilməsi dil

və yazı üslubu baxımından daha düzgün olar.

Səhifə 47-də “Mexanikləşdirilmiş əl alətləri” mövzusunda 4-cü abzasda

verilmiş “Əl dreli ilə işləyən zaman uğurlu nəticə əldə etmək üçün diqqət

veriləcək əsas amil drelin burğusunun iti olmasıdır” cümləsi “Əl dreli ilə işləyən

zaman uğurlu nəticə əldə etmək üçün diqqət tələb edən əsas amil drelin burğusunun

iti olmasıdır” kimi yazılarsa, daha düzgün olar.

Yenə həmin səhifədə sonuncu cümlədə “Reduktor isə öz növbəsində

mühərrikin böyük sürətlə fırlanmasını tormozlayır” cümləsində verilmiş

“tormozlayır” sözünün “dərhal dayandırır” kimi yazılması məsləhətdir.

Səhifə 48-də “Təhlükəsizlik qaydaları” digər səhifələrdən fərqli olaraq,

mövzunun sonunda deyil, arada verilmişdir. Burada birinci bənddə verilmiş “Gücü

çox olan drellərlə bərk səthlərlə və qatı materiallarla işlədikdə dreli iki əllə

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

10

tutmaq lazımdır” cümləsi “Bərk səthlərlə və qatı materiallarla işləyən zaman gücü

çox olan drelləri iki əllə tutmaq lazımdır” kimi yazılsa daha yaxşı olar.

Səhifə 50-də dördüncü abzasda verilmiş “Kəsmə prosesini tezləşdirmək və

kiçik mişarın xidmət müddətini uzatmaq üçün ona şaquli ox boyunca

hərəkətdən başqa, rəqqasvari hərəkətlər də verilir” cümləsində “rəqqasvari

hərəkətlər” sözünün “rəqsi hərəkətlər” kimi verilməsi daha məqsədəuyğundur.

Səhifə 52-də dördüncü abzasdakı “Evlərin işıqlandırılmasında və məişət

elektrik cihazlarından istifadədə elektrik enerjisi tətbiq edilir” cümləsinin

“Evlərin işıqlandırılmasında və məişət elektrik cihazlarından istifadə zamanı elektrik

enerjisi sərf edilir” kimi verilməsi daha düzgün olar.

Yenə həmin səhifədə sondan ikinci abzasda verilmiş “Çünki elektrik

sistemində adicə qəza olarsa, böyük bir şəhərin elektrik enerjisi ilə təminatı

pozular, onun həyatı iflic olar” cümləsi “Çünki elektrik sistemində adicə qəza

olarsa, böyük bir şəhərin elektrik enerjisi ilə təminatı pozular, şəhər zülmətə qərq

olar ” kimi yazılarsa fikri daha dəqiq çatdırmaq mümkün olar.

Səhifə 53-də ikinci abzasda “Hər gün biz onunla işləyirik və yəqin ki, onsuz

həyatımızı təsəvvür edə bilmirik” cümləsinin “Hər gün biz elektrik enerjisindən

istifadə edirik və yəqin ki, həyatımızı onsuz təsəvvür etmək mümkün deyil” kimi

verilməsi daha məqsədəuyğundur. Həmin abzasının sonunda verilmiş “Əgər bizi

həmişəlik cərəyansızlaşdırsalar, onda biz sadəcə olaraq, yeməyi ocaqda

hazırlayan və soyuq daxmalarda yaşayan o keçmiş zamanlara qayıtmaq

məcburiyyətində olarıq” cümləsi “Əgər cərəyanlar həmişəlik kəsilərsə, biz keçmiş

zamanlara qayıtmış olarıq. Yeməyi ocaqda hazırlayar, evlərimizi odun sobaları ilə

qızdırmaq məcburiyyətində qalarıq” kimi yazılarsa, fikir daha aydın olar.

Səhifə 58-də “Mexanikləşdirilmiş mətbəx avadanlığının quruluşu və iş

prinsipi” mövzusunun beşinci abzasında verilmiş “Əlbəttə, bütün bu işləri müasir

məişət avadanlığının köməyi ilə də etmək olar, lakin bəzən evdar qadınlar

mexaniki ətçəkən maşınlara daha çox etibar edirlər” cümləsində “bəzən”

sözünün “bəzi” sözü ilə əvəz edilməsi məqsədəuyğundur. Yaxşı olardı ki, bu fikrin

səbəbi də açıqlansın, yəni: “Ona görə ki, mənzillərdə elektrik enerjisi olmadıqda

mexaniki ətçəkən maşından istifadə edilir” cümləsinin həmin fikirdən sonra əlavə

olunması məsləhətdir.

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

11

Səhifə 59-da ikinci abzasdakı “fırlanma momenti köməyi ilə şnekə ötürülür”

ifadəsi “fırlanma momentinin köməyi ilə şnekə ötürülür” kimi verilməsi daha düzgün

olar.

Səhifə 61-də ikinci abzasda “Əsl ağzının dadını bilən adamlar iddia edirlər

ki, mexaniki qəhvəüyüdəndə üyüdülən qəhvə elektrik qəhvəüyüdənində

üyüdüləndən daha ləzzətli olur” cümləsi “Dad bilmə qabiliyyəti yüksək olan

adamlar iddia edirlər ki, mexaniki qəhvəüyüdəndə üyüdülən qəhvə elektrik

qəhvəüyüdənində üyüdüləndən daha ləzzətli olur” kimi verilsə daha yaxşı olar.

Səhifə 62-də üçüncü abzasda verilmiş “İşi bitirdikdən sonra şunur bölməyə

yığılır ki, bu da çox əlverişlidir” cümləsinin “İşi bitirdikdən sonra naqil bölməyə

yığılır ki, bu da çox əlverişlidir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 63-də mövzunun başlığının “İnsan həyatında qidalı maddələr” deyil,

“İnsan həyatında qida məhsulları” kimi, verilmiş sualın isə “Sən hansı qidalı

maddələri tanıyırsan?” deyil, “Sən hansı qida məhsullarını tanıyırsan?” yazılması

daha məqsədəuyğundur.

Yenə həmin səhifənin dördüncü abzasında verilmiş “Zülallar orqanizmin

hüceyrə və toxumalarının əsas tikinti materialıdır” cümləsi “Zülallar orqanizmin

hüceyrə və toxumalarının əsasını təşkil edir” kimi yazılarsa, cümlə daha sadə və

aydın olar.

Yenə həmin səhifənin sonuncu “Bitki mənşəli zülallar isə paxlalı bitkilərin,

göbələyin, qozun və yarmanın tərkibində rast gəlinir” cümləsində ifadə səhvi var.

Belə ki, insan üçün faydalı olan zülal paxlalı bitkilərin toxumlarındadır.

Səhifə 89-da verilmiş yarımbaşlığın adının “Bəxyələmə” deyil, “Baxyalama”

kimi verilməsi daha məqsədəuyğundur.

Dərslikdə çoxlu sayda yeni və mürəkkəb terminlər olmasına baxmayaraq, lüğət

verilməmişdir.

3. Dizayn və bədii tərtibat baxımından

Dərsliyin üz qabığında olan tərtibat ümumilikdə dərsliyin və ya hər hansı bir

vəsaitin təqdimi sayılır. Şagirddə bu dərsə qarşı maraq, həvəs və gözəl bir təəssürat

hissi yaranır. Üz qabığında verilmiş şəkillərin çox olması, ön planda verilmiş oğlanın

təsviri qarışıqlığa səbəb olur ki, bu da dərsliyin üzündəki fikir və ifadənin dəqiqliyini

pozur. Bu kompozisiya baxımından vacib şərtlərdən biridir. Tikiş xətləri ilə yanaşı,

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

12

lokanik və qrafik şəkildə təsvir elementlərinin verilməsi yaxşı olar. Rəng baxımından

sakit, açıq fondan və tünd rəngli elementlərdən və yaxud da tünd rəngli yerlikdə işıqlı

elementlərdən istifadə edilməsi daha məqsədyönlü olar.

Səhifələrin tərtibatı baxımından mövzuların sıra nömrəsinin verilməsi işdə

asanlıq yaradır. Şriftlərin isə müvafiq yaş qrupunu nəzərə alaraq, nisbətən böyük

ölçüdə olması məsləhətdir. Bu həm də yorğunluq və gərginlik kimi halların

yaranmasının qarşısını alar. Bu təklif sxem və cədvəllərə də şamil edilir. Şəkillərə

gəldikdə isə onun aydın şəkildə başa düşülməsi üçün ölçüsü böyük verilərsə, daha

əlverişli olar, çünki elə bir cihazdan söhbət gedə bilər ki, şagird onunla yalnız bu

dərslik vasitəsilə tanış olsun. Əgər təsvirlər nisbətən böyük ölçüdə, dəqiq qrafik

formada verilərsə, bu məqsədəuyğun olar. Məsələn, səhifə 34, 36, 37, 39, 40-da

verilmiş şəkillər çox aydın baxılır. Lakin səhifə 23, 25, 44, 51-də verilmiş şəkillər isə

kiçik ölçüdə olduğu üçün çətinlik yaradır.

Səhifə 18-də meyvələrin təsviri verilmişdir. Şagirdlərin yaş səviyyəsi nəzərə

alınarsa, bu çox sadədir. Meyvələri maraqlı bir kompozisiya xətti ilə təsvir etmək

daha baxımlı olar. Bu da şagirdlərdə dərsə maraqdan əlavə, həm də fantaziyalarının

inkişafı üçün əlverişli sayılar. Eyni iradı səhifə 63, 64, 65, 66, 67, 68, 69-da verilmiş

təsvirlərə də aid etmək olar.

Səhifə 45-də şəkil 5-də Ştangenpərgarın əsas hissələrinin aşağıdakı kimi

verilməsi daha düzgün və yaddaqalan olar. Məsələn, “ştanq, dodaqlar, hərəkətli

çərçivə, sıxıcı vint, nonius şkalası, dərinlik ölçən”.

Səhifə 59-da şəkil 3-də verilmiş “Elektrik ətçəkən maşın”ın 7-ci elementinin

“tor üzərində qapaq” deyil, “bərkidici qapaq” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə şəkil 3-də “Elektrik ətçəkən maşın”ının üçüncü

hissəsinin “Ətqəbuledicisi üzərində növ” deyil, “Ətqəbuledicisi üzərində nov” kimi

yazılması məqsədəuyğundur.

Səhifə 80-də “Tərəvəz salatının hazırlanma texnologiyası. Yerkökü

(Çuğundur) salatı” mövzusunda verilmiş sxem düzgün deyil. Sxemdən belə çıxır ki,

salatın komponentləri süfrəyə verildikdən sonra qarışdırılır.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Tapşırıqlar gündəlik həyatımızdan götürülərək, reallığı əks etdirir. Tapşırıqların

sadədən-mürəkkəbə prinsipi ilə verilməsi şagirdlərdə müstəqil iş icrasının

möhkəmləndirilməsinə yönəlmişdir. Materialların şagirdin müstəqil təliminə imkan

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

13

verməsi və onu tam dərəcədə dərk etməs i üçün praktiki işlər əsas şərtlərdən biridir.

Bu dərslikdə praktiki işlərdən nə qədər çox istifadə edilərsə, bir o qədər də yaxşı

nəticə əldə etmək mümkün olar.

Səhifə 8-də “Oğlanlara və qızlara məktəbdə ünsiyyət üçün bir neçə

məsləhət” başlığı altında verilmiş bəzi davranış qaydaları yaxşı olardı ki, yalnız

qızlara deyil, həm də oğlanlara şamil edilsin. Çünki bu kimi məsləhətlər qızlarla

yanaşı, oğlanların da nümunəvi bir vətəndaş kimi formalaşmasında mühüm rol

oynayır.

Səhifə 13-də “Qapı kilidlərinin quruluşu və quraşdırılması” mövzusundakı

“Sonra iki qısa şurupla qapının dirəyinə və iki uzun şurupla qapının lövhəsinə

perpendikulyar şəkildə bərkidirlər” cümləsində verilmiş “qapı dirəyi” əvəzinə

“qapının yan hissəsi” yazılması daha yaxşı olar. Bərkidici lövhə üçün “nov” sözünün

mənasının açıqlanması – yəni “açılmış yuva” mənasında olduğunun verilməsi

məsləhətdir. Həmin abzasda verilmiş “qapı qutusu” ifadəsi əvəzinə “qapı çərçivəsi”

yazılması məsləhətdir.

Səhifə 14 və 28-də “Praktiki iş” bəndində tapşırıqların bir qismi sual kimi

verilmişdir. Həmçinin verilmiş praktik iş yox dərəcəsindədir.

Səhifə 18-də verilmiş “Meyvə ağaclarının becərilməsi və tədarükü

texnologiyası” başlığının “Meyvə ağaclarının əkilməsi və becərilməsi texnologiyası”

kimi yazılması daha məqsədəuyğundur. Mövzuda verilmiş “Sən hansı meyvə

növlərini tanıyırsan?” sualı 6-cı sinif şagirdinin yaş səviyyəsinə uyğun deyil. Bu

sualın “Sən hansı meyvə ağaclarını tanıyırsan?” kimi verilməsi daha düzgün olar.

Yenə həmin səhifədə “Meyvə ağaclarının becərilməsi texnologiyası nədən

ibarətdir?” yazılsa da, burada söhbət becərilmədən deyil, ağacın əkilməsindən gedir.

Səhifə 22-də “Oduncağın tədarükü və mişar materiallarının istehsalı”

mövzusunda verilmiş “Oduncaq emalı sənayesi nə ilə məşğul olur və oduncağı

necə tədarük edirlər?” sualının “Oduncaq emalı sənayesi hansı məmulatların

hazırlanması ilə məşğul olur və oduncağı necə emal edirlər?” kimi yazılması daha

düzgündür.

Səhifə 28-də sual 2-də verilmiş “Fırlanma formalı detalın çertyojunda hansı

ölçülər yazılır?” cümləsindəki birinci söz “Fırlanma” deyil, “Dairəvi” olmalıdır.

Mövzunun tərkibində və suallarda verilmiş “yığılma çertyoju” sözünün əvəzinə

“yığma çertyoju” yazılması daha düzgün olar.

Page 14: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

14

Səhifə 41-də “Təhlükəsiz iş qaydaları” bəndindəki “5. Metal yonqarını və

bıçqı ovuntusunu əl ilə silib təmizlə. Bu zaman xüsusi fırçadan istifadə et”

fikrində əlcək və hansı növ fırçadan istifadə olunması dəqiqliklə izah edilməlidir.

Yenə həmin səhifədə sual 4-də verilmiş “Pəstahda kəsmə yerində üçtərəfli

yeyə ilə mişarlanmanı hansı məqsədlə edirlər?” cümləsində “məqsəd” sözü sual

doğurur. 4-cü sualın “Pəstahda kəsmə yerində üçtərəfli yeyə ilə iş nə məqsədlə

görülür?” şəklində qoyulması məqsədəuyğundur.

Səhifə 75-də sual 1-də verilmiş “Hansı yarma və paxlalı bitki növlərini

tanıyırsan?” cümləsində məlum olduğu kimi, yarma bitki növü deyil və o taxıl

bitkisindən emal yolu ilə alınır. Bu baxımdan izahın düzgün olması üçün sual da

düzgün şəkildə verilməlidir. Məsələn, “Hansı taxıl və paxlalı bitki növlərini

tanıyırsan?”.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)

məzmununun işlənməsi baxımından

Qrup fəaliyyətinin qiymətləndirilməsinə dair meyarlar cədvəli, məzmun

standartlarının reallaşdırılma cədvəli, I və II yarımil üçün kiçik və böyük summativ

qiymətləndirmə cədvəli, illik planlaşdırma cədvəli, qiymətləndirmə işi üçün test

nümunələri, lüğət və texnoloji xəritələr MMV-də öz əksini tapmışdır.

Biliyin və bacarığın tətbiqini tələb edən və formalaşdıran tapşırıqlar verilmişdir.

İllik və gündəlik planlaşdırma nümunələrinin ardıcıllığı MMV-də qorunub

saxlanılmışdır.

Bununla belə, MMV-də müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır:

Dərs zamanı elektron resurslardan istifadə edilməmişdir. Texnoloji xəritələrdən,

sxemlərdən çox istifadə edilməsi yaxşı olar.

Vəsaitdəki bütün dərs nümunələrində “alt standart”lar “Dərsin məqsədi” kimi

təqdim olunub. Bunlar isə fərqli terminlərdir.

Vəsaitdə orijinal dərs nümunəsi verilməyib. Verilmiş nümunələr “Beyin

həmləsi, müzakirə kimi iş üsullarından istifadə etmək tövsiyə olunur” – standart

cümləsi ilə başlayır. Halbuki, dərsin məzmunu və xarakteri nəzərə alınmaqla fərqli iş

üsulları təklif oluna bilərdi.

“Təlimdə çətinlikləri olan şagirdlər istər qrup tərkibində, istərsə də fərdi

çalışan zaman müəllimin diqqət mərkəzində olur. Müəllim belə şagirdlərə tez-

Page 15: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

15

tez nəzarət edərək onların işinin icrası ilə maraqlanmalı, lazım gələrsə, kömək

etməlidir” kimi cümlələr bütün dərs nümunələrində təkrar edilir.

Vəsaitin sonunda (səhifə 78-93) Kiçik Summativ Qiymətləndirmələrin

aparılması üçün tövsiyə edilən test tapşırıqlarında çoxlu sayda səhvlər var. Məsələn:

Tapşırıq 4. Tənəffüs zamanı şagirdlər harada olmalıdırlar?

a. Sinif otağında

b. Həyətdə

c. Öz mərtəbələrində

ç. Qonşu sinifdə

Bu sualda vəziyyətdən asılı olaraq a, b və c bəndləri doğru ola bilər.

Tapşırıq 7. Ailə büdcəsinə nə daxildir?

a. Yığımlar (qənaət edilərək yığılmış pul)

b. Vergilər

c. Ailə üzvlərinin əməkhaqqı

ç. Qidalanma

Burada c bəndi büdcənin gəlir bölməsinə, a, b və ç bəndləri isə xərclər

bölməsinə aid olduğuna görə bütün bəndlər doğrudur.

Tapşırıq 19. Meyvələrə nə aiddir?

a. Albalı, kələm, üzüm

b. Şaftalı, portağal, xiyar

c. Alma, gavalı, yerkökü

ç. Heyva, nar, limon

Burada sadalananlardan xiyar və yerkökü də elmi baxımdan meyvədir.

Tapşırıq 20. Bol məhsulun təminatı nədən asılıdır?

a. Torpağın əkinə düzgün hazırlanmasından

b. Bol suvarmadan

c. Bol gübrə verməkdən

ç. İstilikdən

Burada bütün bəndlər doğrudur.

Tapşırıq 29. Hansı məmulat qənaətli hesab edilir?

a. Ağırlığı özündə daşıya bilən

b. Uzun müddət istifadəyə yararlı olan

c. Az vaxt, əmək və vəsait sərf edilən

ç. Əlavə xərc tələb etməyən

Page 16: Respublikanın ümumtəhsil məktəblərinin 6-cı ə …derslik.edu.az/monitoring/level6/PDF/Texnologiya_6.pdftədris vahidlərinin sonunda kiçik summativ, yarımilliklərin sonunda

16

Burada b və ç bəndləri doğrudur.

Tapşırıq 36. Məmulatları nə üçün rəngləyirlər?

a. Məmulatın rəngini dəyişmək üçün

b. Qorumaq və gözəl forma vermək üçün

c. Qurd düşməsinin qarşısını almaq üçün

ç. Günəşdən qorumaq üçün

Burada a, b və ç bəndləri doğrudur. Məmulat taxta olarsa, c bəndi də doğrudur.

Tapşırıq 71. İnsan orqanizminin normal fəaliyyət göstərməsi nədən asılıdır?

a. Ev şəraitinin rahatlığından

b. Geyimdən

c. Normal qidalanmadan

ç. Yaxşı ətraf mühitin olmasından

Konkret situasiyadan asılı olaraq buradakı cavabların hamısı doğru ola bilər.

Tapşırıq 82. Makaron məmulatlarını bu ərzaqların qarışığından hazırlayırlar?

a. Meyvə və su

b. Yumurta və su

c. Yumurta və tərəvəz

ç. Vitaminlər və su

Bu test tapşırığı düzgün tərtib olunmayıb. Cavabların heç biri doğru deyil.

Səhifə 85-də verilmiş 45-ci test tapşırığında “Eninə çərtmələri olan yeyələr

neçə formada olur?” sualının “Eninə kərtmələri olan yeyə hansı formada olur?”

kimi verilməsi daha dəqiqdir.

Yenə həmin səhifədə 46-cı test tapşırığında “Törpülü (iri çərtməli) kvadrat”

deyil, “Törpü iri kərtməli kvadrat” yazılması məsləhətdir.

MMV-də əlavə materiallar verilməyib. Amma “Qiymətləndirmə meyarları”nın

5-ci maddəsi metodik vəsaitdə əlavə materialların olmasını tələb edir.

“Dərsliklərin qiymətləndirilməsi meyarları”nın 5.1-ci maddəsi “Mənbələrin və

resursların təqdimolunma səviyyəsi” tələbini qoyur. Ancaq vəsaitdə bunlar

verilməyib.