respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün...

17
Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün 2013-cü ildə nəşr olunmuş ―Biologiya‖ fənni üzrə dərslik komplektində verilmiş birinci yarımillik materiallara dair rəyə müəlliflərin münasibəti TQDK-nın rəyi Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından; 2. Dil və yazı üslubu baxımından; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından; 5. ―Müəllim üçün metodik vəsait‖in (MMV-nin) məzmununun işlənməsi baxımından. 1. Məzmunun işlənməsi baxımından TQDK-nın yekun rəyi Müəlliflərin münasibəti 4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir. Bu alt-standartın ―Vətənimizin təbiəti‖ mövzusunda reallaşdırılması nəzərdə tutulmuşdur. Lakin mövzu ətraflı izah edilmədiyindən buna nail olunmamışdır. Mövzuda yalnız vətənimizin flora və faunası, bitki örtüyü, heyvanlar aləmi və nəsli kəsilməkdə olan bitki və heyvanlar haqqında qısa məlumat verilmiş, lakin canlıların bir-biri ilə və ətraf mühitlə əlaqəsi izah edilməmişdir. Bu alt-standart ―Canlıların təsnifatı‖, Bakteriyaların yayılması təbiətdə rolu‖, Xəstəliktörədən bakteriyalar. Viruslar‖, Bitki orqanlarının yeraltı və yerüstü şəkildəyişmələri‖ və s. mövzularda isə müəyyən qədər reallaşdırılmışdır. 4.1.1 alt-standartının reallaşdırılması yalnız bu mövzuda deyil, il ərzində tədricən dərsliyin bir çox mövzularında reallaşdırılır. Bu barədə metodik vəsaitin 9-10 səhifələrində uyğun cədvəldə qeyd edilmişdir. Burada isə Azərbaycanın coğrafi şəraiti ilə canlıların zənginliyi və müxtəlifliyi əlaqələndirilir və 4.1.1. standartı qismən reallaşdırılır. Bununla yanaşı, dərslikdə ilk dərs kimi Azərbaycanın təbiəti haqqında mövzu düşünülmüş şəkildə verilmişdir. Şagirdlərdə elə ilk dərsdən vətənimizin təbiətinin zənginliyi haqqında təsəvvür yaradılır və onun öyrənilməsinin nə dərəcədə vacib olması dərk edilir. 2.1.2. Maddələr mübadiləsinin Mövzuda bakteriyaların və virusların canlılarda törətdiyi

Upload: others

Post on 03-Jan-2020

16 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün

2013-cü ildə nəşr olunmuş ―Biologiya‖ fənni üzrə

dərslik komplektində verilmiş birinci yarımillik

materiallara dair rəyə müəlliflərin münasibəti

TQDK-nın rəyi

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. ―Müəllim üçün metodik vəsait‖in (MMV-nin) məzmununun işlənməsi baxımından.

1. Məzmunun işlənməsi baxımından

TQDK-nın yekun rəyi Müəlliflərin münasibəti

4.1.1. Canlıların ətraf mühitlə

və bir-biri ilə əlaqəsini izah edir.

Bu alt-standartın ―Vətənimizin

təbiəti‖ mövzusunda reallaşdırılması

nəzərdə tutulmuşdur. Lakin mövzu

ətraflı izah edilmədiyindən buna nail

olunmamışdır. Mövzuda yalnız

vətənimizin flora və faunası, bitki

örtüyü, heyvanlar aləmi və nəsli

kəsilməkdə olan bitki və heyvanlar

haqqında qısa məlumat verilmiş,

lakin canlıların bir-biri ilə və ətraf

mühitlə əlaqəsi izah edilməmişdir.

Bu alt-standart ―Canlıların

təsnifatı‖, ―Bakteriyaların

yayılması və təbiətdə rolu‖,

―Xəstəliktörədən bakteriyalar.

Viruslar‖, ―Bitki orqanlarının

yeraltı və yerüstü şəkildəyişmələri‖

və s. mövzularda isə müəyyən qədər

reallaşdırılmışdır.

4.1.1 alt-standartının reallaşdırılması yalnız bu mövzuda

deyil, il ərzində tədricən dərsliyin bir çox mövzularında

reallaşdırılır. Bu barədə metodik vəsaitin 9-10 səhifələrində

uyğun cədvəldə qeyd edilmişdir. Burada isə Azərbaycanın

coğrafi şəraiti ilə canlıların zənginliyi və müxtəlifliyi

əlaqələndirilir və 4.1.1. standartı qismən reallaşdırılır.

Bununla yanaşı, dərslikdə ilk dərs kimi Azərbaycanın təbiəti

haqqında mövzu düşünülmüş şəkildə verilmişdir.

Şagirdlərdə elə ilk dərsdən vətənimizin təbiətinin zənginliyi

haqqında təsəvvür yaradılır və onun öyrənilməsinin nə

dərəcədə vacib olması dərk edilir.

2.1.2. Maddələr mübadiləsinin Mövzuda bakteriyaların və virusların canlılarda törətdiyi

Page 2: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

2

pozulma hallarını izah edir.

Bu alt-standartın ―Bakteriyaların

yayılması və təbiətdə rolu.

Xəstəliktörədən bakteriyalar. Vi-

ruslar‖ mövzusunda reallaşdırılması

nəzərdə tutulmuşdur. Lakin mövzu

ətraflı izah edilmədiyindən buna nail

olunmamışdır.

xəstəliklər sadalanır. Bunun özü elə maddələr

mübadiləsinin pozulmasıdır. Hər xəstəliyin törətdiyi

fəsadların isə yuxaı siniflərdə verilməsi nəzərdə

tutulduğundan burada tam məlumatların verilməsinə

ehtiyac yoxdur. 6-cı sinif şagirdi “Maddələr mübadiləsinin

pozulma halları” ifadəsini yalnız xəstəliklə əlaqələndirə

bilər.

Səhifə 11-də ―Vətənimizin

ərazisində yalnız bizim təbiətə xas

olan – dəmirağac, Lənkəran

akasiyası, şabalıdyarpaq palıd,

şümşad, eldar şamı, qaraçöhrə və s.

ağaclara rast gəlinir‖ fikrinin

“Vətənimizin ərazisində dəmirağac,

Lənkəran akasiyası, şabalıdyarpaq

palıd, şümşad, eldar şamı, qaraçöhrə

və s. ağaclara rast gəlinir” kimi

verilməsi məqsədəuyğun hesab

edilir.

İrad redaktə xarakterlidir və nəzərə alına bilər.

Səhifə 12-də ulduzla işarə

olunmuş ―flora‖ anlayışının

tərifinin daha geniş verilməsi

məqsədəuyğun hesab edilir.

“Flora” və ya “fauna” anlayışlarının tərifi qısa və VI sinfə

uyğun şəkildə verilmişdir. Onun geniş verilməsinə ehtiyac

yoxdur.

Səhifə 14-də biologiya elminin

sahələrinə botanika, zoologiya,

mikologiya, bakteriologiya,

virusologiya və ekologiya aid

edilmişdir. Əgər ekologiya biologiya

elminin bir sahəsi kimi qeyd edilirsə,

onda genetika, seleksiya və s.

sahələr də qeyd edilməlidir.

Biologiya elminin sahələri çox

Biologiya elminin sahələri çoxdur. Onun geniş və dar

sahələri var. Ekologiya biologiya elminin sahəsi deyilsə bəs

nədir? Məhz bu bioloji elmlərin verilməsi məzmun xətlərini

və dərslikdə verilən məlumatları əks etdirir. Əks halda biz

daha ətraflı və 6-ci sinif şagirdi üçün daha mürəkkəb

təsnifat formasını təklif etməliydik. Aşağıdakı təsnifat

forması yuxarı siniflərdə nəzərdə tutulmuşdur.

Yudjin Odiuma görə bioloji elm sahılırinin modeli “piroqa”

bənzəyir. Bu piroqu şaquli və üfüqi istiqamətdə hissələrə

bölmək mümkündür. Üfüqi hissələr fundamental elmləri

(morfologiya, fiziologiya, ekologiya, genetika, təkamül

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

3

genişdir. Ekologiya bilavasitə

biologiya elminin sahəsi deyil.

Ekologiya – orqanizmlərin bir-biri

ilə və ətraf mühitlə qarşılıqlı

əlaqəsini öyrənən elm sahəsidir.

nəzəriyyəsi, molekulyar biologiya və inkişaf biologiyası),

şaquli bölümlər isə taksonomik tipli elmləri – zoologiya,

botanika, ornitologiya, mikologiya, bakteriologiya kimi

elmləri göstərəcək.

Mənbə: http://vikent.ru/enc/3946/

Səhifə 17-də ―Yaranan fərdlər

fərdi inkişafı dövründə

(doğulandan ölənə qədər)

dəyişilir‖ cümləsinin “Yaranan

fərdlər fərdi inkişafı dövründə

(mayalanma anından ölənə qədər)

dəyişilir” kimi yazılması daha

məqsədəuyğundur.

Fikrimizcə, cümlənin belə dəyişdirilməsi daha

məqsədəuyğun olardı:

Cümlə “Yaranan fərdlər fərdi inkişaflarının

doğulandan ölənə qədər olan dövründə dəyişilir” kimi

olmalıdır.

Səhifə 19-da ―Canlıların

təsnifatını öyrənən elm sistematika

adlanır‖ əvəzinə “Canlıların müx-

təlifliyini öyrənən elm sistematika

adlanır” yazılmalıdır. Belə ki, elm

təsnifatı öyrənmir, onu yaradır.

Yenə həmin səhifədə verilmiş

Qəbul olunur

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

4

―K. Linney hər bir növü – ikiqat

latın adları ilə adlandırmışdır‖

cümləsi “K. Linney növü

adlandırmaq üçün sələfləri

tərəfindən təklif olunan ikiqat latın

adlarını elmə daxil etmişdir” kimi

yazılmalıdır.

K. Linney həqiqətən də hər bir növü – ikiqat latın adları ilə

adlandırmışdır.

Cümlədə “ilk dəfə” sözü yazılmadığından, Linneyin bu

adları ilk dəfə daxil etməsi kimi başa düşülmür. Amma

dəqiqlik üçün irad nəzərə alına bilər.

Səhifə 22-də ―Onurğalı

heyvanlarda olduğu kimi, insanda

inkişaf zamanı bədənin dayağını

təşkil edən xorda əmələ gəlir və

sonradan onurğaya çevrilir‖

cümləsi qüsurludur. Belə ki, onurğa

xordadan deyil, onun ətrafında əmələ

gəlir. Bu cümlədən sonra “Buna

görə də o, xordalılar tipinə aid

edilir” cümləsinin verilməsi məqsə-

dəuyğun hesab edilir. Burada

verilmiş təsnifata ―fəsilə‖ni də daxil

etmək lazımdır. Çünki səhifə 20-

dəki təsnifatda fəsilə də qeyd

olunmuşdur.

Bu cümlə daha düzgün belə yazıla bilər: “İnkişaf zamanı

bədənin dayağını təşkil edən xorda əmələ gəlir və sonradan

onurğa ilə əvəz olunur”.

Yenə həmin səhifədə ―Belə ki,

insanda meymundan fərqli olaraq

kəllənin beyin şöbəsi üz şöbəsindən

böyükdür‖ cümləsindən sonra “Bu

onda şüurun inkişaf etməsinə və əlin

əmək alətinə çevrilməsinə səbəb

oldu” fikrinin qeyd olunması

məqsədəuyğun hesab edilir.

Kəllənin beyin şöbəsi üz şöbəsindən böyükdür fikri

düzgündür. Kəllənin beyin şöbəsinin böyük olması isə

bilavasitə əlin əmək alətinə çevrilməsinə və ya şüurun

inkişaf etməsinə səbəb olmamışdır.

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

5

Səhifə 26-da ―Orqanizmlərin

hüceyrəli quruluşu‖ əvəzinə

“Orqanizmlərin hüceyrəvi quruluşu”

yazılması daha doğru olar.

Azərbaycan dilində hər iki söz işlədilir.

Səhifə 27-də ―Fəaliyyət 2‖

―Tubus (baxış borusu) —

mikroskopun gövdəsinə

bərkidilir‖ əvəzinə “Tubus (baxış

borusu) – mikroskopun ştativinə

bərkidilir” yazılmalıdır.

Səhifə 34-də ―Bir ədəd bağırsaq

çöpü bakteriyasının gün ərzində

verdiyi nəsil oturacağı 2 m2,

hündürlüyü isə 1 km-ə çatan

piramidanı doldura bilərdi‖

cümləsində piramidanın təsviri düz-

gün verilməmişdir.

Yenə həmin səhifədə

―Bakteriyalar milyon illər ərzində

orqanizmlərin qalıqlarını mineral-

laşdıraraq faydalı qazıntı

yataqlarının yaranmasında iştirak

etmişdir‖ cümləsi düzgün deyil.

Çünki faydalı qazıntılar üzvi

qalıqların minerallaşması nəticəsində

əmələ gəlmir.

Mikroskopun gövdəsi elə onun ştatividir. ”Ştativ” anlayışı

sonra işlədildiyindən bunu ilk mərhələdə “gövdə” kimi

vermişik.

2 m2 yerinə 2 km

2 yazılmalıdır

Bu fikir daha dəqiq olması üçün belə yazıla bilər:

“Bakteriyaların fəaliyyəti nəticəsində milyon illər ərzində

faydalı qazıntı yataqları yaranmışdır”

Səhifə 35-də ―insan brusellyozla

yoluxmuş qaramaldan sağılmış çiy

südlə qidalandıqda...‖ cümləsinin

“insan brusellyozla yoluxmuş qara-

maldan sağılmış çiy və ya yaxşı

bişirilməmiş südlə qidalandıqda...”

kimi verilməsi daha məqsədəuyğun

hesab edilir.

Fikrimizcə, yaxşı bişirilməmiş süd elə özü də çiy süddür.

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

6

Səhifə 39-da ―Hollandiyalı alim

Levenhuk ... sudan bir damcı

götürərək lupa ilə nəzərdən

keçirdi‖ cümləsində ―lupa‖ əvəzinə

“mikroskopla” yazmaq məsləhətdir.

Uyğun ədəbiyyatda lupa yazılıb.

Səhifə 47–49-da ―Dayaq-hərəkət

orqanlar sistemi‖ əvəzinə ―Əzələ və

sümük sistemi‖ yazmaq

məsləhətdir.

Dərslikdə “dayaq-hərəkət sistemi” deyil, “dayaq və hərəkət

sistemi” yazılmışdır.

Əzələ və sümük sistemi dərsliklərdə (xüsusən digər ölkələrin

orta məktəb dərsliklərində) az istifadə olunur. Bu problem

daha geniş səviyyədə müzakirə olunmalıdır.

Səhifə 47-də ―Orqanizmdə

müəyyən yeri olan, bir neçə növ

hüceyrə qrupundan təşkil olunan

və hər hansı funksiya yerinə

yetirən hissəsi orqan adlanır‖

cümləsinin “Orqanizmdə müəyyən

yeri olan, bir neçə növ toxuma

qrupundan təşkil olunan, bir və ya

bir neçə funksiya yerinə yetirən

hissəsi orqan adlanır” kimi verilməsi

məsləhətdir.

Qəbul olunur

Səhifə 52-də zoğun tərifinin

―Gövdənin üzərində yarpaq və

tumurcuq olan cavan hissəsi zoğ

adlanır‖ kimi verilməsi daha

məqsədəuyğundur.

Dərslikdə yazılıb: “Gövdə üzərində yarpaq və

tumurcuqlar olur. Onun cavan hissəsi isə zoğ adlanır”

Burada aydin şəkildə görünür ki, “onun cavan hissəsi”

dedikdə söhbət zoğdan gedir.

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

7

Burada ―Gövdənin əsas

funksiyaları... budaqları və

yarpaqları işığa çıxarmaqdır‖

cümləsində ―budaqları‖ sözünün

çıxarılması məsləhətdir. Belə ki,

budaqlar elə gövdənin şaxələnmiş

hissələridir.

Qəbul olunur

Yenə həmin səhifədə ―Çoxalma

prosesində iştirak edən orqanlara

– çiçək, toxum və meyvə aiddir‖

cümləsi “Cinsi çoxalma prosesində

iştirak edən orqanlara – çiçək, toxum

və meyvə aiddir” kimi yazılmalıdır.

Burada hələ cinsi coxalma barədə məlumat

verilmədiyindən “cinsi” sözü işlədilməmişdir.

Səhifə 53-də şəkilaltı yazıda zoğ

(gövdə) göstərilmişdir. Buradan

zoğun çıxarılması məsləhətdir.

Şəkil cavan bitkinin şəkli olduğundan hər ikisi işlənə

bilər.

Səhifə 54-də ―Tumurcuq

xaricdən tumurcuq pulcuqları ilə

örtülmüşdür‖ cümləsi “Tumurcu-

ğun xarici hissəsi tumurcuq

pulcuqlarından təşkil olunmuşdur”

kimi yazılmalıdır.

Cümlələrin hər ikisi eyni mənanı verir.

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

8

Burada, ―yarpaq qoltuğu‖

anlayışı düzgün izah olunmamışdır.

Bu cümlə “Yarpaqla, ondan yuxa-

rıda yerləşən buğumarası arasında

yaranan bucağa yarpaq qoltuğu

deyilir” kimi yazılmalıdır.

Bu əslində şagirdləri daha çox çaşdırır. Məsələn, belə

təsəvvür yaranır ki, yarpaqla yarpaqdan yuxarıda yerləşən

üst buğum birlikdə yarpaq qoltuğudur.

Səhifə 59-da mürəkkəb

yarpaqların bölgüsü və şəkilləri

verilmiş, lakin buna aid heç bir bitki

nümunəsi göstərilməmişdir.

Yeni nəşrdə nəzərə alına bilər.

Səhifə 61-də ―Ondan altda

qeyri-düzgün formalı və

xloroplastları nisbətən az olan ...‖

cümləsi “Ondan altda qeyri-düzgün

formalı hüceyrələrə malik və

xloroplastları nisbətən az olan...”

kimi yazılmalıdır.

Yenə həmin səhifədə

―Ağızcıqlar iki qapayıcı

hüceyrədən təşkil olunmuşdur‖

cümləsi “Ağızcıqlar iki qapayıcı

hüceyrədən və yarıqdan təşkil

olunmuşdur” kimi yazılmalıdır.

Qəbul olunur

Qəbul olunur

Səhifə 63-də başlıqda ―kökün

zonaları‖ əvəzinə “cavan kökün

zonaları” yazılması daha məq-

sədəuyğundur.

Söhbət kökdən gedir. Onun cavan və ya qoca olması

şagird üçün o qədər də əhəmiyyət daşımır.

Səhifə 66-da motivasiya

mətnində kartof bitkisi ―kol‖ kimi

verilmişdir. Burada, ―kolu‖ deyil,

Qəbul olunur

Yarpaq

Yarpaqdan yuxarıda

yerləşən buğum

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

9

“bitkini” yazılmalıdır.

Səhifə 67-də ―Soğanaqlı

bitkilərə soğan, sarımsaq, dağ

laləsi ... kimi çoxillik bitkilər

aiddir‖ cümləsindən “soğanı”

çıxarmaq lazımdır. Belə ki, ―soğan‖

çoxillik deyil, ikiillik bitkidir.

Qəbul olunur

“Soğanaqlı bitkilərə soğan, sarımsaq, dağ laləsi ...

kimi çoxillik bitkilər aiddir” (“çoxillik” sözü çıxarıla bilər)

Səhifə 69-da ―Onların belə

adlandırılmasının səbəbi xüsusi

orqanları vasitəsi ilə həşərat tut-

mağa uyğunlaşmalarıdır‖ cümləsi

“Onların belə adlandırılmasının

səbəbi xüsusi şəklini dəyişmiş

orqanları vasitəsi ilə həşərat tutmağa

uyğunlaşmalarıdır” kimi

yazılmalıdır.

Xüsusi orqanlar elə şəklini dəyişmiş orqanlardır.

Mövzuda yarpağın şəkildəyişməsindən danışıldığı üçün

belə ifadə heç bir çətinlik törətmir.

Qəbul oluna bilər.

Səhifə 70-də ―Şehçiçəyinin (1)

yarpaqlarının üzərində yapışqanlı

damcılar olan qırmızımtıl tük-

cüklər vardır‖ cümləsi

“Şehçiçəyinin (1) yarpaqlarının

üzərində yapışqanlı damcılar olan

qırmızımtıl vəzili tükcüklər vardır”

kimi yazılmalıdır.

Qəbul olunur

Yenə həmin səhifədə ―Həşərat

parıldayan damcı üzərinə qonan

zaman yarpağın ucu qatlanaraq

həşəratı udur‖ cümləsi “Həşərat

parıldayan damcı üzərinə qonan

zaman yarpağın üzərindəki tükcüklər

qatlanaraq həşəratı udur” kimi

yazılmalıdır.

Sonda tükcüklər deyil, turqor pozulduğundan yarpağın

kənarları qatlanır.

Dərsliyin rus dilində olan variantında da müəyyən qüsurlar var.

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

10

Bunlar aşağıdakılardır:

Səhifə 20-də ―Сходные отряды

объединяют в классы, классы в

типы (у животных) и в порядки

(у растений), которые в свою

очередь входят в состав царств‖

cümləsi “Сходные отряды

объединяют в классы, классы в

типы ( у животных) и в отделы

(у растений), которые в свою

очередь входят в состав царств”

kimi yazılmalıdır.

Qəbul olunur

Səhifə 27-də ―с ручкой‖ əvəzinə

“рукояткой” yazılmalıdır.

Qəbul olunur

Səhifə 44-də dərsliyin

Azərbaycan dilində olan variantında

―Öyrəndiklərinizi yoxlayın‖ hissə-

sindəki tapşırıqda ―a. çinarın

gövdəsinin qabığı‖ verildiyi halda,

dərsliyin rus dilində olan variantında

bu ―a. кора тополя‖ kimi

verilmişdir. Tополь – qovaq bitkisi

olduğu üçün burada, “рлатан”

yazılmalıdır. Əslində, soruşulanın

―çinar gövdəsinin özəyi‖ kimi

verilməsi daha yaxşı olar. Belə ki,

qabıq olduqca mürəkkəbdir, çoxlu

toxuma növündən ibarətdir.

Qəbul olunur

Səhifə 52-də ―Деятельностья‖

əvəzinə “Деятельность” olmalıdır.

Qəbul olunur

Səhifə 56-da ―Fəaliyyət 1‖

hissəsində verilmiş ―Сделайте

продольный срез ветки тополя,

отделите верхний слой, ...‖

Qəbul olunur

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

11

cümləsində ―верхний‖ əvəzinə

“наружный” yazılmalıdır.

Səhifə 66-da “Fəaliyyət 1‖

hissəsində verilmiş ―... подземную

часть свинорой – корневище‖

əvəzinə “...подземную часть

свинороя – корневище”

yazılmalıdır.

Qəbul olunur

Səhifə 67-də ―Луковица.

Клубни‖ yarımbaşlığı dərsliyin

Azərbaycan dilində olan

variantındakı kimi verilməlidir.

Burada ―Такие растения

быстро растут‖ əvəzinə “Такие

корни быстро растут” olmalıdır.

Qəbul olunur

Səhifə 71-də birinci cümlədə ―В

почве‖ əvəzinə “В почвах”

yazılmalıdır.

Yenə həmin səhifədə

―Öyrəndiklərinizi yoxlayın‖

hissəsində ―1. Укажите, какие

органы и у растений

подверглись видоизменениям‖

əvəzinə “1. Укажите, какие

органы растений подверглись

видоизменениям” yazılması məslə-

hətdir.

Qəbul olunur

2. Dil və yazı üslubu baxımından

Səhifə 52-də motivasiya hissəsində

―şöhbət‖ deyil, “söhbət” olmalıdır.

Qəbul olunur

Səhifə 58-də motivasiya hissəsində

―salmaq‖ sözü sətirdən-sətrə düzgün

keçirilməmişdir.

Qəbul olunur

Səhifə 59-da sonda verilmiş

―paralel damarlanma – iri damarlar

yarpaq ayasında bir-birinə paralel

Hər ikisi işlənə bilər

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

12

keçir‖ fikrinin “paralel damarlanma –

iri damarlar yarpaq ayasında bir-birinə

paralel yerləşir” kimi verilməsi daha

doğru olar.

3. Dizayn və bədii tərtibat baxımından

Səhifə 53-də şəkildə sağdan xətlərlə

meyvəyanlığı və çəyirdək

göstərilmişdir. Əslində çəyirdək

meyvəyanlığının daşlaşmış daxili

hissəsidir. Şəklə əsasən şagirdlərdə elə

təsəvvür yarana bilər ki, çəyirdək

toxumun müstəqil bir hissəsidir.

Qəbul olunur

Səhifə 62-də səhv olaraq şəkildə

yarpağın (ayasının) demək olar ki,

bütün toxumaları və o cümlədən

dəriciyin şəffaf hüceyrələri yaşıl rənglə

boyanmışdır.

Qəbul olunur

Səhifə 69-da qovuqlu bitkisinin şəkli

aydın təsvir olunmamışdır. Burada,

bitkinin bir neçə yarpağının

böyüdülmüş şəkildə verilməsi yaxşı

olar.

Qəbul olunur

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Səhifə 46-da ―Öyrəndiklərinizi

yoxlayın‖ hissəsində ―Heyvanların

dərisi hansı toxumadan əmələ gəlib?‖

sualının çıxarılması məsləhətdir. Burada

hansı heyvanın dərisinin toxumaları

soruşulur? Axı şagirdlər hələ bütün

heyvanlar və onların dərisinin quruluşu

haqqında təsəvvürə malik deyillər.

Qəbul olunur

Səhifə 47-də ―Öyrəndiklərinizi

yoxlayın‖ hissəsində test tapşırığının

cavabı: ―1. 1-b, d; 2. – a, e; 3. -c, ç‖

kimidir. Buradan ―ç‖ çıxarılmalıdır.

Burada ―Fəaliyyət 1‖ hissəsində

―Şəkillərdə hansı orqanlar sistemi

Qəbul olunur

Əslində azərbaycan variatında düzgün, rus variantda isə

səhv verilib. Rus variantında 1-b,e, 2-a,i, -c,d olmalıdır)

Fikrimizcə, bu çətin şəkil deyil. Şagird artıq həyat

bilgisindən bunları bilir və qan-damar sistemini digər

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

13

göstərilmişdir?‖ soruşulur. Lakin

şagirdlər şəkildəki canlılarda təsvir

olunan bütün orqan sistemlərini hələ

öyrənməyiblər. Daha sonra isə

―Şəkildəki digər sistemin funksiyası

nədir?‖ soruşulur. Burada, “digər

sistem” dedikdə nə başa düşüldüyü

aydın deyil.

sistemdən fərqləndirir. Digər sistem dedikdə dayaq və

hərəkət sistemi aydın görünür. Fəaliyyətdə şagirdin

bunları tam bilməsi vacib deyil! Burada “Fəaliyyət”

bölməsində olan tapşırıqlar dərslikdə verilən

məlumatlarla bağlı deyil. a) Bu tapşırıqlar uşaqların

ilkin bilkləri (“Həyat bilgisi”, digər fənlər, həyati

biliklər) əsasında yerinə yetirilir.

b) Tapşırıqlar əksər hallarda bütün siniflə

müəllimin köməyilə yerinə yetirilir. Ehtiyac yaranarsa,

müəllim lazımi əlavələr və kommentarilər edir.

Səhifə 50-də ―Ümumiləşdirici

tapşırıqlar‖da ―parazit/saprofit‖

əvəzinə dərsliyin rus dilində olan

variantında verildiyi kimi,

―parazit/sianobakteriya‖ olmalıdır.

Qəbul olunur

Azərbaycan variantında “Digər onurğalı

canlının..... parazit/sianobakteriya......” olmalıdır. Rus

dilində “Бактерии, живущие в организме другого

позвоночного …….” olmalıdır

Səhifə 64-də ―Fəaliyyət 2‖

hissəsində verilmiş sonuncu suala cavab

vermək mümkün deyil.

Bahar bayramında hər evdə səməni cücərdilir. Bundan

başqa fəaliyyətdə laboratoriya işi buğda və zəncirotu

köklərindən hazırlanmış herbarilər əsasında həyata

keçirilir. Burada isə buğdanın saçaqlı kök sistemində

əsas kökün aydin nəzərə çarpmadığı asan müşahidə

edilir.

Səhifə 72-də ―Ümumiləşdirici

tapşıraqlar‖da şagirdlərdən

yumurtacığın harada yerləşməsi

soruşulur, halbuki proqram üzrə bu

mövzu hələ tədris edilməmişdir.

Qəbul olunur. Burada “yumurtacıq” deyil “cinsiyyət

hüceyrələri”olmalı idi.

5. ―Müəllim üçün metodik vəsait‖in (MMV-nin) məzmununun işlənməsi baxımından

Səhifə 5-6-da ―Bitki və heyvanların

insan həyatında rolu‖ cümləsi “Bitki,

göbələk, bakteriya və heyvanların insan

həyatında rolu” kimi yazılmalıdır.

Qəbul olunur. Cümlə belə yazılmalı idi: “Canlıların

insan həyatında rolu”

Səhifə 23-də 1-ci abzasda

―müəllimtəbii‖ sözü “müəllim təbii”

kimi yazılmalıdır.

Qəbul olunur

Səhifə 27-də verilmiş cədvəllə dərsliyin

rus dilində olan variantının müvafiq

səhifəsindəki (səh. 29) cədvəl bir-

birindən fərqlənir. Burada, cədvəlin

Qəbul olunur

Page 14: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

14

sonuncu hissəsi üç bölməli olub daha

əyanidir. Azərbaycan dilində olan

nəşrdəki cədvəldən ―cücə çıxır‖

ifadəsinin qarşısındakı xanada

―yaşamaq və böyümək üçün‖

cümləsini “böyümək və inkişaf etmək

üçün” cümləsi ilə əvəz etmək

məsləhətdir.

Səhifə 32-də ―baş barmağın digər

barmaqlara qarşı yerləşməsi, yastı

dırnaqlar‖ fikrinin “əldəki baş

barmağın digər barmaqlara qarşı

yerləşməsi, yastı dırnaqlar” kimi

yazılması daha yaxşı olar.

Yenə həmin səhifədə ― ...insanın

əqli qabiliyyəti heyvanlara nisbətən

daha yüksəkdir;‖ ifadəsinin tamamilə

çıxarılması məsləhətdir. Çünki sonrakı

cümlələrdə insanın heyvanlardan fərqli

olaraq, yüksək şüura və təfəkkürə

malik olması qeyd edilmişdir.

Qəbul olunur

Səhifə 37-də canlı varlıqların

hüceyrələrinin çox kiçik olmaları və

onları böyüdücü cihazların köməyi

olmadan öyrənməyin mümkün

olmaması barədə verilən məlumatla

yanaşı, eyni zamanda bəzi hüceyrələrin

(quşun yumurta hüceyrəsi) çox iri

olması və adi gözlə görünməsi də

vurğulanmalıdır.

Fikrimizcə, Bu məlumatın verilməsi artıqdır

Səhifə 38-də ―Son hissəni təhlil

edərkən müəllim plastidlər haqqında

məlumat verir, onların yalnız bitki

hüceyrəsində olduğunu vurğulayır‖

cümləsinin “Son hissəni təhlil edərkən

müəllim plastidlər haqqında məlumat

verir, onların bitki və bəzi ibtidai

heyvan hüceyrələrində olduğunu

vurğulayır” kimi verilməsi daha yaxşı

Plastidlər əsasən bitkilərdə rast gəlinir. Bu səbəbdən

cümlədə “yalnız” əvəzinə, “əsas” işlədilməlidir.

Page 15: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

15

olar.

Səhifə 50-də cədvəldə ―Toxuma

növü‖ deyil, “Toxuma qrupu”

yazılmalıdır. Belə ki, epiteli, birləş-

dirici, sinir və əzələ-toxuma qruplarıdır,

onların hər birinin öz növləri var.

Yenə həmin səhifədə ―Orqanizmdə

dərinin üst səthini epiteli toxuması

örtür‖ cümləsinin “Orqanizmdə dərinin

üst səthi epiteli toxumasından təşkil

olunmuşdur” kimi yazılması

məsləhətdir.

Qəbul olunur

Səhifə 54-də birləşdirici və əzələ

toxumalarının xarakteristikası uğurlu

alınmayıb. Əzələ toxuması da liflərdən

təşkil olunmuşdur, eləcə də birləşdirici

toxumanın da (lifli birləşdirici

toxuma) tərkibində liflər vardır. Burada

―Balıqlar ağciyərlər vasitəsi ilə

tənəffüs edir‖ cümləsi “Əksər balıqlar

ağciyərlər vasitəsi ilə tənəffüs edir”

kimi yazılmalıdır.

Balıqlar heç vaxt ağciyərlərlə tənəffüs etmir!

Ağciyərlərin qədim pəncəüzgəcli balıqlarda olması

güman edilir. Müasir pəncəüzgəclilər isə qəlslmələrlə

tənəffüs edir.

Qəbul olunmur

Səhifə 60-da ―Yarpağın kənarının

forması necədir?‖ soruşulur, lakin

dərslikdə bu barədə məlumat

verilməmişdir.

Qəbul olunur.

Səhifə 65-də ―Gövdə yumrusunun

tumurcuqları necə adlanır?‖ sualı

korrekt deyil. Belə ki, burada gözcüklər

nəzərdə tutulur, gözcüklər isə tumurcuq

deyil, içində 2-3 tumurcuq yerləşən

Qəbul olunur

Page 16: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

16

çökəklikdir. Sualı belə yazmaq olar:

“Gövdə yumrusunun hansı növ

tumurcuqları var?”. Cavab isə təpə və

yan tumurcuqlardır.

Page 17: Respublikanın ümumtəhsil məktəblərinin 6 cı sinifləri üçün ...derslik.edu.az/monitoring/level6/Cavablar/CVB_6_Biologiya.pdf · yayılması və təbiətdə rolu‖, ―Xəstəliktörədən

17

―Müəllim üçün metodik vəsait‖in (MMV-nin) rus dilində olan variantında da müəyyən

qüsurlar var.

Bunlar aşağıdakılardır:

Səhifə 27-də cədvəlin 3-cü sütunundakı ―не

полностью‖ ifadəsini çıxartmaq lazımdır.

Qəbul olunur

Səhifə 33-də ―пятипалая конечность с под-

вижными пальцами….‖ əvəzinə “большой палец

руки противостоит остальным…” olmalıdır. Belə

ki, hərəkətli barmaqlara malik beşbarmaqlı ətrafın

olması insanı məhz primatlar dəstəsinə aid etməyə əsas

vermir.

Qəbul olunur

Səhifə 35-də insanın hansı fəsiləyə aid olduğu

soruşulur, lakin dərslikdə insanın aid olduğu fəsilə

göstərilməmişdir.

Qəbul olunur

Səhifə 39-da verilmiş cədvəlin ikinci sütununa

“скорость движения животного” ifadəsini əlavə

etmək lazımdır.

Qəbul olunur

Müəlliflər:

Yaşar Seyidli

Nailə Əliyeva

Xumar Əhmədbəyli