azƏrbaycan mİllİ elmlƏr akademİyasi İqtİsadİyyat … · müstəqil iqtisadiyyatı olmaq...

258

Upload: others

Post on 02-Mar-2020

44 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə
Page 2: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

2

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

İQTİSADİYYAT İNSTİTUTU

____________________________________________________________

QLOBALLAŞMA MÜHİTİNDƏ MİLLİ İQTİSADİ İNKİŞAF MODELİN

FORMALAŞMASI VƏ İNKİŞAFI PROBLEMLƏRİ

BAKI – 2010

Page 3: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

3

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat

İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.

Elmi redaktor: i.e.d., professor İ.H.Alıyev

Rəyçilər: AMEA-nın müxbir üzvi, i.e.d., professor A.K.Ələsgərov

i.e.n., dosent A.N.Muradov

Qloballaşma mühitində milli iqtisadi inkişaf modelin: formalaşması və

inkişafı problemləri. Bakı: 2010. - s.

Monoqrafiyada qloballaşma şəraitində milli iqtisadiyyatın problemləri

araşdırılmış, formalaşmaqda olan inkişaf modelinin səciyyəvi cəhətləri

göstərilmişdir. Burada xüsusilə iqtisadi inkişaf modeli və onun müxtəlif

variantları, qloballaşma şəraitində Azərbaycan Respublikası sənayesinin

dayanıqlı inkişafının əsas istiqamətləri, formalaşmaqda olan modelin

inteqrasiya amili, iqtisadiyyatın dövlət sektorunun bu prosesdə inkişafı

məsələləri, Azərbaycanın xarici iqtisadi əlaqələrinin elmi-texniki

istiqamətlərinin güclənməsi, fiskal ekspansiya ilə inflyasiya və istehsal

arasında kəmiyyət əlaqələri, Azərbaycan iqtisadi ədəbiyyatında bəzi

makroiqtisadi problemlərin vəziyyəti və s. tədqiq edilmişdir.

Monoqrafiya elmi-tədqiqat institutlarının əməkdaşları, dövlət

orqanlarında, ictimai təşkilatlarda çalışan mütəxəssislər, ali məktəblərin

müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Page 4: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

4

MÜNDƏRİCAT

GİRİŞ..............................................................................................................

..........

I. İqtisadi inkişaf modelləri və onların mahiyyət çalarları (müqayisəli

təhlili)..............................................................................................................

...........

II. Qloballaşma şəraitində Azərbaycan Respublikası sənayesinin milli

iqtisadi inkişaf modelində dayanıqlı inkişafının əsas

istiqamətləri...................................

III. Azərbaycan milli iqtisadi inkişaf modelinin formalaşmasında

inteqrasiya amili (nəzərə alınmaq

prinsipləri)........................................................................

IV. Qloballaşma şəraitində Azərbaycanda iqtisadiyyatın dövlət

sektorunun iqtisadi inkişaf modelində yeri və inkişafının əsas

istiqamətləri............................

V. Qloballaşma və Azərbaycanın xarici iqtisadi əlaqələrinin elmi-texniki

istiqamətlərinin

güclənməsi.........................................................................................

VI. Qloballaşma şəraitində ölkə iqtisadiyyatında iqtisadi artımın xarici

iqtisadi

amilləri............................................................................................................

...........

VII. Fiskal ekspansiya ilə inflyasiya və istehsal arasında kəmiyyət

əlaqələri..........

VIII. Azərbaycan iqtisadi ədəbiyyatında məşğulluq, işsizlik, demoqrafiya,

gender, əmək bazarı problemlərinin

əksi.................................................................................

NƏTİCƏ..........................................................................................................

............

Page 5: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

5

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

SİYAHISI...................................................

Giriş

XX əsrin 90-cı illərin sonundan başlayaraq Azərbaycanın iqtisadi

inkişafı müasir dövrdə də sıçrayışla davam etməkdədir. Bu dəyişiklik

kəmiyyət xarakteristikası ilə yanaşı təsərrüfat sisteminin özünün

mahiyyətini də ehtiva etmişdir. Azərbaycan iqtisadiyyatında başlayan

inkişaf dəyişikliyini “model dəyişikliyi” kimi xarakterizə etmək olar. Belə bir

dəyişiklikdə biz qarşımıza “nəyi itirdik”, “nəyi qoruduq” və inkişaf modelinin

dəyişilməsi prosesində “nəyi qazandıq” kimi vəzifələri müəyyən etməyi

qoyuruq.

Real nəticələrin əldə olunması üçün “mövcud və gələcək”

kateqoriyalarda düşünmək və bu əsasdan da yanaşaraq cari islahatların

gələcək istiqamətlərini özündə əks etdirən konsepsiya yaratmaq lazımdır.

Məlumdur ki, elm adamları bütün dövrlərdə insanın inkişafa və

sivilizasiyaya yönəlməsini araşdırarkən ilk öncə, dəqiq ifadə olunmuş

inkişaf strategiyası əsasında qarşıya qoyulmuş məqsədə çatmaq üçün real

həll yolunu göstərən mövcud inkişaf təcrübəsinə əsaslanmışlar. Reallıqda

Page 6: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

6

isə iqtisadi inkişaf modeli elmi əsaslara söykənməlidir. Əks halda isə onun

fəaliyyəti praktiki cəhətdən həyati əhəmiyyət kəsb etməyəcəkdir.

Nəzərə almaq lazımdır ki, XXI əsrin əvvəllərində bazar münasibətləri

və dövlət tənzimlənməsini, milli sahibkarlığı və sosial istiqaməti, iqtisadi

qanunauyğunluqları və qeyri-iqtisadi amilləri özündə birləşdirən

iqtisadiyyatın bir sıra elmi modelləri formalaşmışdır. Buna görə də biz ilk

öncə Azərbaycanda hansı model inkişaf etməli və özündə hansı formada

dünya təcrübəsini əks etdirməli və digər modellərə münasibətdə onun

mövcudluğunun necə olmasını müəyyənləşdirməliyik. Hesab edirik ki,

Azərbaycan iqtisadiyyatı üçün məqbul sayıla biləcək model “öz gücünə

arxalanan” inkişaf modelinin seçilməsi daha düzgündür. Məhz bu baxımdan

milli iqtisadiyyatın inkişafının nəzəri əsaslandırılması zəruriliyinin

əhəmiyyəti daha da artacaqdır.

İqtisadi inkişaf modelinin dəyişilməsi prosesi ilə bağlı yaranan

mövcud problemin həlli üçün dövlətin əsaslı surətdə makroiqtisadi mühitin

yaratması vacibdir. Həyata keçirilən irimiqyaslı və məqsədəuyğun iqtisadi

siyasət nəticəsində 2009-cu ildə ÜDM-in artımı 9,3 faiz, sənaye istehsalı

8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz, inflyasiya 1,5 faiz təşkil etmişdir. Bu

dövrdə həmçinin, Azərbaycan iqtisadiyyatına ümumilikdə 9,2 mlrd. ABŞ

dolları həcmində sərmayə qoyulmuşdur ki, bunun da 7,3 mlrd. ABŞ dolları

daxili sərmayədir. Yoxsulluğun səviyyəsi 11 faizə qədər enmiş, əlavə olaraq

74 min yeni iş yeri açılmışdır. Son zamanların müsbət iqtisadi

göstəricilərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının mövcud inkişaf

meyli onu göstərir ki, qloballaşma prosesi model dəyişikliyi şəraitində ölkə

iqtisadiyyatının inkişafına təsiri güclənməkdədir.

İqtisadiyyatın qloballaşması – təkcə milli təsərrüfatda güclənən və

mövcud olmuş öncəki meyllərin və qlobal miqyasda dünya təsərrüfatının

nailiyyətlərinin yenidən dirçəlməsi demək deyildir. Bütün bunlar təsərrüfat

həyatının bir tərəfdən çoxdan baş verən beynəlmiləlləşməsi prosesinin

kəmiyyət parametrləri ilə, digər tərəfdən isə modernləşdirmə nəzəriyyəsinin

Page 7: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

7

yeni izahı ilə xarakterizə edilir. Qloballaşma – təbiət etibarı ilə öncəki

inkişafın oxşarlığına baxmayaraq dünya iqtisadiyyatının yeni keyfiyyət

sisteminə keçməsi mahiyyətini ifadə edir. Qloballaşma müasir dünya

təsərrüfatı üçün vacib-real aspektə, təsiredici və inkişaf istiqamətini

müəyyən edən gücə çevrilmişdir.

Nəzərə almaq lazımdır ki, qloballaşma prosesinin baş verməsi nəinki

nəticə etibarilə dünya təsərrüfatında inkişafın yeganə həll yolu kimi,

həmçinin ölkələrdə baş verən nəzəri baza dəyişikliyinin tələbi baxımından

da obyektivliyi əks etdirir. Qeyd olunanlardan çıxış edərək monoqrafiyanın

strukturu aşağıdakı kimi tərtib edilmişdir:

I. “İqtisadi inkişaf modelləri və onların mahiyyət çalarları (müqayisəli

təhlili)” (S.A.İbadov);

II. “Qloballaşma şəraitində Azərbaycan Respublikası sənayesinin milli

iqtisadi inkişaf modelində dayanıqlı inkişafının əsas istiqamətləri”

(G.Z.Yüzbaşiyeva);

III. “Azərbaycan milli iqtisadi inkişaf modelinin formalaşmasında

inteqrasiya amili (nəzərə alınma prinsipləri)” (E.İ.Şabanova);

IV. “Qloballaşma şəraitində Azərbaycanda iqtisadiyyatın dövlət

sektorunun iqtisadi inkişaf modeldə yeri və inkişafın əsas istiqamətləri”

(A.M.Mustafayev);

V. “Qloballaşma və Azərbaycanın xarici iqtisadi əlaqələrinin elmi-texniki

istiqamətlərinin güclənməsi” (İ.A.Kərimov);

VI. Qloballaşma şəraitində ölkə iqtisadiyyatında iqtisadi artımın xarici

iqtisadi amilləri (F.Ə.Qənbərov)

VII. “Fiskal ekspansiya ilə inflyasiya və istehsal arasında kəmiyyət

əlaqələri” (M.X.Həsənli);

VIII. “Azərbaycan iqtisadi ədəbiyyatında məşğulluq, işsizlik, demoqrafiya,

gender, əmək bazarı problemlərinin əksi” (X.Ş.Kərimov, J.S.Mirzəbəyova

və A.X.Fətəliyeva).

Page 8: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

8

Azərbaycan üçün başlıca vəzifə ənənəvi dünya bazarında

rəqabətqabiliyyətliyi təmin etməklə yanaşı yeni bazarlara da daxil olub öz

mövqeyini orada möhkəmləndirməkdən ibarətdir. Belə bir yanaşma müasir

iqtisadiyyatda bazar təsərrüfatçılığı və islahatları metodikasını elmi

metodologiya vasitəsi ilə təkmilləşdirmək baxımından bu günümüz üçün

əsas məqam hesab olunmalıdır.

Dos. S.A.İbadov

İqtisadi inkişaf modelləri və onların mahiyyət çalarları (müqayisəli

təhlili)

«Bizdə bərabərdir hamının

varı,

Bərabər bölərik bütün

malları.

Bizdə artıq deyil heç kəsdən,

heç kəs,

Page 9: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

9

Bizdə ağlayana heç kimsə

gülməz».

Nizami

Gəncəvi

Daha səmərəli iqtisadi inkişaf modeli

zamanın tələbidir

XXI əsrin astanasında Azərbaycan xalqının həyatında yadda qalan

ən böyük hadisə milli dövlətçiliyimizin bərpa edilməsi və Azərbaycanın

müstəqil bir dövlət kimi yenidən tarix səhnəsinə çıxması oldu. Artıq,

Azərbaycan suveren dövlət kimi dünya tərəfindən tanınmış, nüfuzlu

beynəlxalq təşkilatlara daxil olmuş, dünyanın aparıcı dövlətləri ilə siyasi,

iqtisadi, mədəni, elmi və s. sahələrdə əməkdaşlıq edir. Müstəqillik illərində

Respublikamız sosial-iqtisadi sahələrdə sürətlə inkişaf etmiş, dünya ölkələri

ilə iqtisadi inteqrasiya əlaqələri yaratmış, Cənubi Qafqaz regionunda lider

dövlətə çevrilmişdir. Bütün bu nailiyyətləri qoruyub saxlamaq, dövlət

müstəqilliyini itirməmək üçün ölkənin iqtisadi müstəqilliyinə nail olmaq və

iqtisadi cəhətdən daha güclü olmaq lazımdır. «Tarixi hadisələrə istiqamət

verən amillər arasında iqtisadi gücün təsiri son iki yüz ildə daha çox artmış,

dövrümüzdə isə artıq aparıcı rol oynamağa başlamışdır»1.

İqtisadi cəhətdən güclü olmaq müstəqillik deməkdir. Ancaq,

M.Ə.Rəsulzadə demişkən milli, şəxsi, fikri, siyasi müstəqilliyin də kökü

iqtisadi müstəqillikdədir. Buna görə də, qarşıda duran başlıca vəzifə əsasən

öz ehtiyatları, daxili və xarici imkanlar hesabına cəmiyyətin mövcud

tələbatlarını

ödəməyə, hamının normal yaşayışını təmin etməyə qadir olan müstəqil milli

iqtisadiyyat formalaşdırmaqdır.

1Проф.др. Юмер Ейерчиоьлу. Антеп Университети. Ситат Проф. Др.Щайдар Башын 2005-ъи илдя БДУ

няшриййатында чап олунмуш «Милли игтисади модел» китабына мцяллифинин вердийи ряйдян

эютцрцлмцшдцр. Бах! Сящ.52. Ишдя мцхтялиф мцяллифлярдян эятириляъяк ситатларын бязиляри дя

«Милли игтисади Модел»иня верилмиш ряйлярдян эютцрцлдцйц цчцн щямин китаб мянбя кими

эюстяриляъякдир.

Page 10: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

10

İqtisadi cəhətdən müstəqil olmaq o deməkdir ki,

1) xalq təbiətin ona bəxş etdiyi və tarix boyu yaratdığı sərvətin sahibi

olur, ona sərəncam verir və öz mənafeyinə uyğun istifadə edir;

2) cəmiyyət özünü iqtisadi cəhətdən yaşatmaq gücünə malik olur,

əsasən özünün mövcud ehtiyatlarına və tarixi reallıqlara arxalanmaqla

iqtisadiyyatın ictimai təşkili formasını, iqtisadi inkişaf modelini müəyyən edir

və formalaşdırır;

3) özünün iqtisadi təhlükəsizliyini təmin etmək və tərəddüd etmədən

xarici iqtisadi əlaqələr yaratmaq və sərbəst dünya bazarına çıxa bilmək,

xarici rəqabətə qarşı davamlı olmaq, iqtisadi təxribatdan qorunmaq kimi

keyfiyyətlər də iqtisadi müstəqilliyin olması deməkdir. İqtisadi cəhətdən

müstəqil olan bir dövlət müstəqil maliyyə, pul-kredit, kömrük, qiymət

siyasəti yeritmək qüdrətinə malik olur.

İqtisadi müstəqilliyi vermirlər, bunun üçün müstəqilliyi təmin edən milli

iqtisadiyyat formalaşdırılmalıdır. Bu elə bir iqtisadiyyat olmalıdır ki: 1) o, öz

ehtiyyatları ilə cəmiyyətin mövcud tələbatlarını ödəməyə qadir olsun;

2)özünün yetkin milli bazarı və bu bazarın tələblərinə cavab verən iqtisadi

strukturu qərarlaşsın; 3) öz dayaqları üzərində inkişaf edə bilsin və özünü

təkrar istehsal etmək qabliyyətinə malik olsun; 4) müstəqil, möhkəm

valyutası, maliyyə kredit, bank sistemi fəaliyyət göstərsin; 5) formalaşmış

istehsal, sosial və bazar infrastrukturları olsun; 6) səhmanlı, çevik təsərrüfat

mexanizmi və idarə etmə sisteminə malik olsun; 7) sosial istiqamətli

olmaqla dövlətin sosial-iqtisadi siyasətinin reallaşdırılmasına maddi təminat

(imkan) versin2.

Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının

etibarlı fəaliyyət göstərməyə qadir olan müstəqil bir iqtisadiyyat yaratmaq,

sərbəst yaşamaq, sivilizasiyalı bir cəmiyyət qurmaq Azərbaycan xalqının

2 Азярбайъан игтисадиййаты. Дос. И.Щ.Алийев, дос. С.А.Ибадовун елми редакторлуьу иля. «Аьрыдаь»

няшриййаты, 1998, сящ.14-15

Page 11: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

11

arzusu və əsas məqsədi olub. Qloballaşan dünyada milli müstəqilliyə

aparan yol çətin, əziyyətli olduğu qədər də şərəflidir.

Azərbaycanın gələcək taleyi əhəmiyyətli dərəcədə hansı iqtisadi

model əsasında inkişaf etdiriləcəyindən asılıdır3. Ancaq iqtisadiyyatın

inkişaf modeli hazır şəkildə verilmir. O, müstəqillik əldə etmiş ölkənin

əvvəlki tarixi ərzində mövcud olmuş təcrübənin ümumiləşdirilməsi, dünya

ölkələrində fəaliyyətdə olan modellərin hərtərəfli öyrənilməsi və müqaisə

edilməsi yolu ilə Azərbaycanın mövcud reallıqlarına uyğun gələn formada

seçilməlidir. Bu zaman hansısa ölkənin inkişaf modelini olduğu kimi

götürmək, kor-koranə tətbiq etmək yolverilməzdir. Akademik Ramiz

Mehdiyev haqlı olaraq yazır: “Xarici dövlətlərin stereotip inkişaf modellərinə

kor-koranə riayyət edilməsi hökmən millətin öz simasını itirməsi ilə

nəticələnir”4

Digər ölkələrdə olduğu kimi Azərbaycanın da özünə məxsus xüsusiy-

yətləri, ənənələri, təbii ehtiyatları, coğrafi mövqeyi, təbii iqlim şəraiti, özünə

məxsus iqtisadi potensialı, istehsal-istehlak üsulu və s. cəhətləri ilə

fərqlənən bir ölkədir. Dünyanın digər ölkələri də eyni inkişaf yolu ilə

getməmişlər, təsərrüfatın təşkilinin müxtəlifliyindən doğan nəticələr də

müxtəlif olmuşdur. Məsələn, iqtisadiyyatın əmtəə təşkili forması inkişaf

edərək çoxsahəli strukturlu və müxtəlif modelli bazar iqtisadiyyatı adlanan

sistemin qərarlaşması ilə nəticələnmişdir. Və bu iqtisadi əsas üzərində də

kapitalizm cəmiyyəti formalaşmışdır.

Orta əsirlərin sonlarından meydana gələn kapitalizm cəmiyyətinin

iqtisadi əsasını təşkil edən bazar münasibətləri sistemi bəşəriyyətin sürətli

inkişafına yol açmış, elmdə, texnikada, texnologiya sahələrində inqilabların

baş verməsinə şərait yaratmışdır. Elmi-texniki inqilabın nəticələrinin

istehsala tətbiqi əməyin məhsuldarlığını yüksəltmiş, insan əməyini

yüngülləşdirmiş, məhsul bolluğu yaratmış, qeyri-istehsal sahələrinin 3 Азярбайъанын игтисади инкишаф модели: формалашмасы, мязмуну вя гярарлашмасы принсипляри. Бах!

Азярбайъан игтисадиййаты. 1998. 16-ъы фясил, сящ.350-364 4 Akademik Ramiz Mehdiyev. “İctimai və humanitar elmlər:Zaman kontekstində baxış”. Azərbaycan qəzeti. 8

dekabr 2009-cu il. Səh.2.

Page 12: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

12

inkişafına səbəb olmuşdur. Məhsuldar qüvvələrin güclü inkişafı ilə

sənayecə öndə olan ölkələrin daha da irəliyə gedərək industrial və

postindustrial inkişaf mərhələlərini keçərək informasiyalı cəmiyyət adlanan

pilləyə qədəm qoymuşlar. Bütün bunlar sosial-iqtisadi sistem kimi

kapitalizm cəmiyyətinin və onun əsaslandığı bazar münasibətlərinin

yaratdığı imkanların reallaşmasının nəticəsidir.

Bütün bunlarla yanaşı kapitalizm adlanan cəmiyyət bəşəriyyətin

inkişafına əngəl olan bütün problemləri aradan qaldıra bilmədi, hətta onun

öz təbiətindən doğan yeni-yeni problemlərdə meydana gətirdi. Nə qədər

qəribə də olsa müasir dünya üçün təhlükə doğuran «donuz qripi», «mal

quduzluğu» və s. kimi xəstəliylər də dünyanın ən inkişaf etmiş ölkələrində

meydana gəlmişdir. Liberal bazar iqtisadiyyatı modeli əsasında fəaliyyətdə

olan ABŞ iqtisadiyyatında 2008-ci ildən başlayan maliyyə böhranı

dərinləşərək dünya iqtisadi böhranı səviyyəsinə yüksəlmiş, inkişaf etmiş və

inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi həyatını iflic vəziyyətinə

salmışdır. Davam etməkdə olan bu böhran, ilkin məlumata görə, dünya

iqtisadiyyatına 30 trilyon dollar məbləğində ziyan vurmuşdur, ABŞ-da

işsizliyin səviyyəsi 9 faizdən çox olmuşdur. Böhrandan əvvəlki illərdə də

«Qərbin inkişaf etmiş ölkələrində ÜDM-in orta illik artım sürəti azalma meyli

göstərmişdir. Belə ki, həmin göstərici 50-ci illərdə rekord səviyyəyə

yüksələrək 4,1 faiz və 60-cı illərdə 5,0 faiz təşkil etdiyi halda, 70-ci illərdə

3,1 faiz, 80-ci illərdə 2,7 faiz və 90-cı illərdə 2,2 faizə qədər azalmışdır.

Əmək məhsuldarlığının orta illik artım sürəti isə «avro» zonasında 70-ci

illərdə 3,9 faizdən 80-ci illərdə 2,2 faiz, 1990-1995-ci illərdə 2,6 faiz, 1995-

2000-ci illərdə 1,6 faiz və 1995-2003-cü illərdə 1,2 faizə enmişdir»5. Rəy

müəllifləri haqlı olaraq göstərirlər ki, Kapitalizm sistemi «dövlətlərarası

müharibələrə yeni təkan vermiş, dünyaya böhranlar və inflyasiyalar xəstəliyi

gətirmiş, dünya miqyasında və ölkə daxilində əhali təbəqələri arasında

5 Академик З.Сямядзадя вя дос.Д.Вялийевин Др.Щайдар Башын «Милли игтисади модел» китабына

вердикляри ряйдян. сящ.13

Page 13: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

13

qeyri-bərabərlik uçurumu yaratmış, qlobal iqtisadi böhranı təhlükəli hala

çatdırmışdır»6

Bazar iqtisadiyyatının «avtomatik olaraq özünü tənzimləməyə qadir

olması və böhransız inkişafına» dair nəzəri baxışların da praktikada özünü

doğrultmadığı tətqiqatçılar tərəfindən artıq qəbul olunmuş ciddi faktdır.

Bazar iqtisadiyyatının hamı üçün yaxşı həyat, firavanlıq yaradan bir sistem

olması ideyası da özünü doğrultmadı. ABŞ-ın Harvard Universitetinin

dosenti Dr. Əli Heydər Şaydullinin fikrincə «Kapitalist sistemi və onun

iqtisadi nəzəriyyəsi bir növ dalana düşmüş və insanlıq qarşısında duran

problemləri həll etməkdə açıqdır»7. Professor Viktor Volkonski qeyd edir ki,

Qərb dövlətlərinin nəzarətində olan ölkələrdə «liberal – monetarist

anlayışının sözsüz inhisarı mövcud olmuşdur». Lakin o, «həyat problemləri

və reallıqlarını yalnız qismən əks etdirir, real problemlərin həllini arxa plana

çəkir. Reallıq isə liberal-iqtisad elminin təsiri altında axıb gedir»8.

Kapitalizmin – bazar iqtisadiyyatının əsaslandığı liberal-monetarist

nəzəriyyələr isə iqtisadi sabitliyin təmin edilməsi, gəlir bölgüsündə ədalətin

gözlənilməsi və məşğulluğa nail olunmaq üçün yetərincə elmi əsas verə

bilmir. Buna görə də mövcud olan və «aksioma» hesab edilən baxışlara

qarşı çıxanlar və yeni fikirlər söyləyənlərin sayı da getdikcə artır. «Milli

iqtisadi model»in müəllifi və kitaba rəy verən on beş nəfərin hamısı müasir

iqtisadi sistemlərin cəmiyyəti narahat edən problemləri həll etməyə qadir

olmadığı faktını bir daha qeyd edirlər.

Başlıca ideya ondan ibarətdir ki, müstəqillik əldə etmiş xalqlar diqqətli

olmalı, «qlobal bataqlığa» düşməmək, qarşılarına çıxan problemləri həll

edərək müstəqil yaşamaq üçün daha münasib yollar aramalı, iqtisadi

inkişaf modeli seçməlidirlər. Bunun üçün, bir qrup görkəmli alimlər prof.,

6 Йеня орада.

7 Йеня орада. сящ.39

8 Йеня орада. сящ.35

Page 14: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

14

dr.Haydar Başın «Milli iqtisadi model» əsərində təklif olunan prinsiplərə

əsaslanmağı tövsiyə edirlər9.

İqtisadi sistem və iqtisadi inkişaf modeli

Tədqiq olunan problemin mahiyyətini açmaq üçün qarşılıqlı əlaqədə

olan, bəzən də eyniləşdirilən, iqtisadi sistem və iqtisadi model

kateqoriyalarının məzmununu araşdırmaq lazımdır.

Fəlsəfi mənada sistem qarşılıqlı əlaqədə olan elementlərin

(komponentlərin) məcmusudur. Sistemin elementləri arasındakı əlaqələrin

müəyyən qaydası olan struktur obyektin bütövlüyünü təmin edən dayanaqlı

əlaqələrin məcmusudur. Başqa sözlə struktur-sistemin elementləri

(komponentləri) arasında qarşılıqlı əlaqə vasitəsidir, yəni sistemin

elementləri arasında münasibətlərin cəmi, həmin elementlərin təşkil

edilməsi, qaydaya salınmasıdır.

«Sistem» sözünün yunanca olan mənası «bütöv» sözünə uyğun gəlir

və qarşılıqlı əlaqədə olan elementlərin məhdud çoxluğu sistemi yaradır.

Sistem ona daxil olan elementlərin əlaqəsi, onların strukturu olmasa

mövcud olmur. Sistem öz komponentlərinə fəal təsir göstərir, öz təbiətinə

uyğun olaraq onları dəyişdirir. Sistemin qarşılıqlı əlaqədə olan

komponentləri müəyyən funksiyaları həyata keçirir və bu, bütün sistemin

fəaliyyət göstərməsinə təsir göstərir. Struktur sistemin sabitliyini, funksiya

isə onun dəyişkənliyini ifadə edir.

Bütün bu deyilənlər iqtisadi sistemlərə də aiddir. Bir çox hallarda

«iqtisadi sistem» və «təsərrüfat sistemi» anlayışları eyni mənada, sinonim

kimi işlədilir, onlara müxtəlif təriflər verilir. «İqtisadi nəzəriyyə kursu» adlı

dərsliyin «müəlliflərinə görə» Təsərrüfat sistemi – maddi və qeyri-maddi

nemətlərin istehsalçıları və istehlakçıları arasındakı əlaqələr sisteminin

9 Др. Щайдар Башын «Милли игтисади модел». Бакы -2005-ъи ил, ясярин мязмуну иля таныш олмаьы

охуъуларын ихтийарына бурахырыг.

Page 15: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

15

xüsusi şəkildə qaydaya salınmasıdır»10. F.Proyer adlı iqtisadçıya görə

iqtisadi sistem təsərrüfatçı subyektlərin davranışlarına və nəticələrə təsir

edən institutları, təşkilatları, qanun və qadağaları, ənənələri, inamları,

mövqeləri, qaydaları və davranış sxemlərini özündə birləşdirir.

İqtisadi sistemlərdə insanların istehsal, bölgü, mübadilə və istehlak

sferalarından fəaliyyətləri təşkil olunur, nizamlanır, qaydaya salınır. Bu

zaman nə istehsal etmək? Nə qədər istehsal etmək? Nə ilə istehsal etmək?

Və kim üçün istehsal etmək? kimi mürəkkəb vəzifələr qarşıya qoyulur və

həll edilir. Müxtəlif iqtisadi sistemlərdə bu vəziflər fərqli səviyyədə yerinə

yetirilir. Bu isə hər bir iqtisadi sistemin məzmununu təşkil edən

komponentlərin yetkinlik səviyyəsindən, struktur əlaqələrinin keyfiyyətindən,

təşkili formasından və qarşıya qoyulan məqsədlərdən asılıdır.

İqtisadi sistemin məzmununa daxil olan əsas komponentlər bunlardır:

-iqtisadi ehtiyatlar və iqtisadi fəaliyyətin nəticələri üzərində mülkiyyət

formalarından asılı olan sosial-iqtisadi münasibətlər; təsərrüfat mexanizmi;

təsərrüfat fəaliyyətinin təşkili və ibarə edilməsi formaları; bütün səviyyələrdə

iqtisadiyyatın tənzimlənmə üsulları; təsərrüfatçı subyektlər arasında iqtisadi

əlaqə formaları. Hər bir iqtisadi sistem cəmiyyətin məhsuldar qüvvələrinin

inkişaf səviyyəsinə uyğun olaraq formalaşır. Məhsuldar qüvvələr iqtisadi

sistemin maddi texniki əsasını və insan potensialını təşkil edir.

Müasir dövrdə iqtisadi sistemlərin ənənəvi, planlı idarə olunan, bazar,

qarışıq və keçid iqtisadiyyatı kimi növləri daha populyardır. Eyni zamanda

iqtisadi sistemlər iki bazar iqtisadiyyatı sistemi – azad rəqabətin hökm

sürdüyü bazar iqtisadiyyatı (xalis kapitalizm) və müasir bazar iqtisadiyyatı

(müasir bazar iqtisadiyyatı) və iki qeyri – bazar iqtisadiyyatı sistemi,

ənənəvi və inzibati amirlik sosialist sistemi kimi də təsnifləşdirilir.

Adı çəkilən iqtisadi sistemlərdən hansı yaxşıdır sualına görkəmli ABŞ

iqtisadcısı Ç.Helbreyt belə cavab verir: «Ən yaxşı iqtisadi sistem insanların

10

Курс экономической теории, под общей редакцией проф. Чепурина М.Н., проф. Киселевой Е.А. Киров

«АСА» - 2002, стр.63

Page 16: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

16

çox ehtiyac duyduğu şeylərlə onların maksimum tələbatını ödəməyə qadir

olan sistemdir».

İqtisadi sistemlər əsas iqtisadi problemlərin həllinə yanaşmanın üsul

və metodlarına görə fərqlənirlər. Bu fərqlər iqtisadi inkişaf modellərində

aydın şəkildə özünü göstərir. İstənilən iqtisadiyyat bu və digər model

əsasında qurulur və fəaliyyətdə olur.

Geniş mənada model öyrənilən obyekti dərk etməkdir, onun

nəzəriyyəsini yaratmaqdır. Yəni, obyektiv gerçəkliyin sadələşdirilmiş,

ümumiləşdirilmiş formada dərk edilməsidir. Bu iqtisadi inkişaf modelinə də

aiddir. Modelləşdirmə yolu ilə eyni bir sosial-iqtisadi sistemdə yaşayan ayrı-

ayrı ölkələrin iqtisadi sistemləri haqqında, onların məzmunu, strukturu, bu

struktura daxil olan elementlərin nisbətləri və əldə olunmuş nəticələr

haqqında dürüst məlumatlar əldə edilir. Modelləşdirmə nəticəsində məlum

olur ki, eyni bir iqtisadi sistemə daxil olan ölkələrin iqtisadi inkişaf modelləri

fərqlidir. Məsələn, ölkələrin birində liberal bazar mexanizminə üstünlük

verildiyi halda (ABŞ) başqa bir ölkədə (İsveçdə) dövlət tənzimi

mexanizmindən geniş istifadə olunur, digər ölkələrə nisbətən Yaponiyada

planlaşdırma mexanizminə üstünlük verilir, Almaniyada isə iqtisadiyyatın

sosial yönümü daha güclüdür və s. Bu modelləri öyrənməklə biz onlardan

ən optimalını seçib Azərbaycan reallıqlarına uyğun əlavələr etməklə daha

səmərəli, həlli çətin olan problemlərin öhdəsindən gəlməyə şərait yaradan

modeli ortaya qoymaq imkanı əldə etmiş oluruq.

İqtisadi inkişaf modeli özlüyündə bir sistemdir, o nisbətən sabit,

keyfiyyətcə real olan elementlərdən ibarətdir və bu elementlərin qarşılıqlı

əlaqəsi, qarşılıqlı təsiri sayəsində bütöv bir tam kimi fəaliyyət göstərir.

Ancaq tama daxil olan hissənin müstəqil hərəkəti mütləq deyil nisbi

xarakter daşıyır və tam olanla qarşıqlı münasibətdə olur. Məsələn, bütöv

tam halında götürülən iqtisadi modeldə istehsal, bölgü, mübadilə və

istehlak nisbi müstəqil hissələr kimi qarşılıqlı münasibətdə olmaqla yanaşı

bütöv tamla da qarşılıqlı əlaqədə olur.

Page 17: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

17

Nisbi müstəqil olan hər bir hissənin (element) özü də müəyyən

modeldə təşkil olunub fəaliyyət göstərir. Məsələn, istehsal müxtəlif

modellərdə ola bilər: natural istehsal, əmtəə istehsal, planlı istehsal, qarışıq

istehsal və s. Bölgünün də müxtəlif modellərdə təşkili mümkündür: natural

şəkildə, pul vasitəsilə, bazar mexanizmi vasitəsilə, əməyə görə və s.

Mübadilə də natural mübadilə, əmtəə mübadiləsi, pul vasitəsilə mübadilə

və s. İstehlakında öz modellərinin olması mümkündür: şəxsi istehlak,

kollektiv istehlak, ictimai istehlak, məhsuldar istehlak və s.

Hər bir iqtisadi inkişaf modeli müəyyən mexanizmlər vasitəsilə

hərəkətə gətirilir. Məsələn, bazar mexanizmi, dövlət tənzimi mexanizmi,

plan mexanizmi, qarışıq mexanizm və s. Bunların da hər bir özlüyündə bir

model halında fəaliyyət göstərir. İqtisadi inkişaf modelinin təbiətinə uyğun

olan təsərrüfat mexanizmi və idarəetmə sistemi vardır.

Qərarlaşan model öz komponentlərinə fəal təsir göstərir, öz təbiətinə

uyğun olaraq onları dəyişdirir. Nəticədə başlanğıc komponentlər böyük

dəyişikliklərə məruz qalır, sistemə daxil olana qədər malik olduğu bəzi

xüsusiyyətlərini itirir, yeni xassələr qazanır. Məsələn, əgər model

«tənzimlənən sosial bazar iqtisadiyyatı» modelidirsə modelə daxil olan

«bazar» modelin təsirindən sosial istiqamət alır, bilavasitə cəmiyyətin sosial

tələbatlarının ödənilməsinə xidmət edir, özünü sistemə daxil olana qədər ki,

dağıdıcı xüsusiyyətini itirir. Daha çox və məqsədyönlü şəkildə tənzimlənir,

sivil xarakter alır. Bu mənada modeldə bazarın olması qorxulu deyil, əksinə

lazımdır.

Modelin tənzimlənən olması da məqsədəuyğundur. Tənzimlənmə də

tam olan modelin təbiətinə uyğun olaraq yeni keyfiyyət xarakterinə malik

olur, bütövlükdə cəmiyyətin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq

həyata keçirilir. Sosial yönümdə olan modelin təbiətinə uyğun olmayan

tənzimlənmə ziyanlıdır. Qərarlaşmış modeldə həm «bazarın», həm də

«tənzimlənmə» də əvvəl mövcud olan neqativ xüsusiyyətlər aradan qalxır.

Burada, müsbət mənada, subyektiv amilin rolu nəzərə alınmalıdır.

Page 18: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

18

İqtisadi inkişaf modeli ehtiyac olanda təkmilləşdirilərək yeni

komponentlər hesabına zənginləşdirilə bilər. Ancaq modelə daxil edilən

yeni komponent modeldə olan komponentlərə zidd olmamalıdır. Məsələn,

«Türkiyənin iqtisadi inkişaf modeli 50-ci illərdə qarışıq iqtisadiyyat, 60-cı

illərdə isə planlı qarışıq iqtisadiyyat modeli kimi qəbul olunmuşdur»11. Əgər

«tənzimlənən sosial bazar iqtisadiyyatı» modelinə plan elementi daxil

edilərsə, yəni planlaşdırmadan istifadə olunarsa modelin məzmunu daha

da zənginləşər. Əvvəla, plan tənzimlənmə alətidir, digər tərəfdən də

cəmiyyətin sosial ehtiyaclarının ödənilməsində sistemlik yaradır. Bu modeli

«Planlı tənzimlənən sosial bazar iqtisadiyyatı» kimi də qəbul etmək olar. Bu

halda plana modelin struktur elemnti kimi baxmaq da mümkündür. Model

ona daxil olan elementlərin qarşılıqlı əlaqəsi olmadan mövcud olmur.

Bununla yanaşı elementlərin qarşılıqlı asılılığı onların nisbi müstəqilliyini

istisna etmir. Məsələn, modeldə bazar mexanizmi nisbi olaraq müstəqil

fəaliyyət göstərir. Bazar mexanizmi ilə yanaşı dövlət tənzimi mexanizmi də

müstəqil olaraq öz funksiyasını yerinə yetirir. Bu və digər mexanizmin

fəaliyyəti, biri digərinə mane olmadan, bütövlükdə modelin fəaliyyətini təmin

edir. Öz funksiyasını yerinə yetirməsinə şərait yaranır.

Hər bir inkişaf modelinin mahiyyəti və təzahür etdiyi, üzdə görünən

formaları (forması) vardır. Modelin mahiyyəti dedikdə onun daxili, zəruri

tərəflərin, xassələrin və əlaqələrin vəhdəti başa düşülür. Bu mahiyyətin üzə

çıxması, aşkar görünən tərəfi modelin formasıdır. Məsələn, modelin sosial

yönümdə olması özünü nələrdə göstərirsə bu onun təzahürüdür.

Tənzimlənmə prosesi sabit artımı təmin edirsə, işsizliyi aradan qaldırırsa,

bölgüdə ədalət prinsipi daim gözlənilirsə bu «Tənzimlənən sosial bazar

iqtisadiyyatı» modelinin üzdə görünən təzahürləridir.

Modelin məzmunu dəyişkən olur, zaman keçdikcə keyfiyyətcə

yeniləşmə baş verir, yeni komponentlərlə zənginləşir, formaca da dəyişə

bilər. Modelin mahiyyəti isə həmin vaxt sabit olur, bütün dəyişmələrdə

11

Рагиб Гулийев. Азярбайъанда игтисад елми: Ихтилафлы трансформасийа. «Нурлан». Бакы-2006, сящ.49

Page 19: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

19

özünü qoruyub saxlayır. Buna müxtəlif sahələrdən misallar göstərmək olar.

Məsələn, saatın məzmunu və onun formaları dəyişsə də onun mahiyyəti

(vaxtı göstərməsi) isə dəyişmir. Yaxud bu və digər əmtəənin qiyməti daim

dəyişir, dəyəri isə müəyyən vaxta qədər dəyişmir. (Dəyər ictimai zəruri

vaxtın dəyişməsi ilə dəyişir). İngilis filosofu B.Rassel yazır: “Görünür, şeyin

“mahiyyəti” anlayışı onun elə xassələrini nəzərdə tutur ki, onların dəyişməsi

şeyin öz-özlüyündə sıradan çıxması olardı”12.

Modelin qarşılıqlı əlaqədə daxili elementlərinin məcmusundan ibarət

olan məzmunu xarici obyektlərlə də əlaqədə olub dəyişə bilər. Xarici təsir

müsbət və mənfi ola bilər (məsələn, ekoloji vəziyyət). Modelin məzmununu

təşkil edən elementlərin hər hansı biri ondan xaric edilsə məzmun dəyişər,

yaxud parçalanıb yox olar. Məsələn, model kimi götürülən qarşıq

iqtisadiyyatdan dövlət bölməsi kənar edilərsə onda onun məzmununu

tamamilə dəyişər. Buna görə də qurulması nəzərdə tutulan iqtisadi inkişaf

modelinin məzmununu təşkil edərək komponentlər (elementlər)

əsaslandırıb seçilməlidir.

İqtisadi inkişaf modelini imkan olduğu şəraitdə nəzəri cəhətdən

yaratmaq və reallaşdırmaq olar. Alimlər nəzəri əsas verir, siyasi liderlər,

hakimiyyətdə olan qüvvələr isə iqtisadiyyatı formalaşdırır. Bu uzun bir

prosesdir, tədriclə gerçəkləşir. İqtisadi inkişaf modeli əsasında yeni ideyalar

o zaman mövcud olur ki, fəaliyyətdə olan model çərçivəsində ciddi

problemlər ortaya çıxır və onların həlli çətinləşir və mümkünsüz olur. Belə

olduqda mövcud cəmiyyətin qabaqcıl adamları, alimləri, ziyalıları mövcud

sistemin (modelin) yenisi ilə əvəz edilməsi haqqında çıxış edirlər. Bu

zaman ilk sual yəqin ki, belə qoyulur: daha mütərəqqi, mövcud problemləri

həll etməyə imkan verən iqtisadi inkişaf model necə olmalıdır və o necə

müəyyən olunmalıdır? Bunun üçün:

12

Ситат. Йусиф Рцстямовун Фялсяфянин ясаслары китабындан эютцрцлцб «Елм» няшриййаты. Бакы-2004,

сящ.52

Page 20: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

20

Birincisi, Kapitalizmin – bazar iqtisadiyyatının doğurduğu illuziyadan

(mifdən) azad olmaq, onun çox güclü olan təsirindən sərfnəzər etmək

lazımdır. Bu Kapitalizmin mövcud olduğu son 150 ildə ortaya çıxan

problemləri həll edə bilməməsi ilə bağlıdır.

İkincisi, mövcud cəmiyyətin inkişaf meylini, onun imkanlarını, qarşıya

qoyulacaq problemləri həll edə bilmək gücünü və istəyini nəzərə almaq

lazımdır.

Üçüncüsü, dünyada mövcud olan və fəaliyyət göstərən iqtisadi

inkişaf modellərini hərtərəfli öyrənmək, müqayisə etmək və ən optimal

hesab edilənini seçib ona yaxın və milli maraqlara tam cavab verən yeni

model formalaşdırmaq lazımdır.

Yeni məzmunlu model formalaşdırmaq üçün mövcud imkanlar ciddi

nəzərə alınmalıdır. İmkanın olması sonrakı inkişaf yolunun olması

deməkdir. Yəni, bu gün mümkün olmayan bir şey müəyyən şərait

yaranarsa sabah gerçəkləşə bilər. Hər bir hadisənin inkişafı onun meydana

gəlməsi üçün lazım olan ilkin imkanın yetişməsindən asılıdır. Bu mənada

Azərbaycanın iqtisadi inkişaf modelinin müəyyənləşdirilməsi və gələcəyin

inkişaf yolunu dəqiq mənzərəsinin verilməsi üçün imkan yaranmışdır.

“Yalnız gerçəkliyin dərindən öyrənilməsi insana kömək edir ki, imkanları

aşkar etsin, perspektivi düzgün qiymətləndirsin və özünün əməli

fəaliyyətində bu biliyə istinad etsin”13.

Hazırki şəraitdə Azərbaycanın gerçəkliyi belədir:

1) respublikada yeni məzmunlu qarşıq iqtisadiyyat formalaşır;

2) mikroiqtisadi səviyyədə bazar münasibətləri əsasında xüsusi

təsərrüfat formaları yaranır və ÜDM-də xüsusi bölmənin payı getdikcə artır;

3) iqtisadiyyatın dövlət sektorunun hədləri artıq cızılmaqdadır, dövlət

təsərrüfat formaları dövlət mülkiyyəti əsasında formalaşır;

4) mikroiqtisadi sahənin inkişafına dövlətin yardımları artır və

tənzimlənməsinə cəhd göstərilir, bazarlar üzərində dövlət nəzarəti

13

Йеня орада. сящ.61.

Page 21: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

21

güclüdür. Dövlət inhisarçılığa qarşı mübarizə aparmaq və bazarın

istehlakçılar üzərindəki ağalığını azaltmağa cəhd göstərir;

5) makroiqtisadi səviyyədə bazar əlaqələri zəifdir, dövlətin təsiri

güclüdür. Pul-kredit münasibətləri əsasən dövlət tərəfindən tənzimlənir.

Maliyyə sistemində əsas rol dövlət maliyyəsinə məxsusdur;

6) dövlət gəlirləri «ədalətli bölgü prinsipi» əsasında həyata keçirməyə,

sosial sahəni inkişaf etdirməyə və sosial ədalətin bərqərar olmasına çalışır;

7) dövlət məşğulluğa nail olmaq, yoxsulluğu aradan qaldırmaq

sahəsində də lazımi tədbirlər həyata keçirir;

8) dövlət mövcud dünya böhranının təsirini azaltmağa, inflyasiyanın

qarşısını almağa, iqtisadi artıma nail olmağa və makroiqtisadi sabitliyin

davamlı olmasına çalışır;

9) dünya təcrübəsində mövcud olan müxtəlif səviyyəli iqtisadi inkişaf

modelləri məlumdur və onların hər biri haqqında kifayyət qədər məlumatlar

toplanmışdır. Artıq onların müqayisəli təhlilini verib ən optimal olanını və

Azərbaycan reallıqları ilə uzlaşdırıla bilənini seçmək imkanında olan kadr

potensialı (elmi potensial) da vardır. Azərbaycanda mövcud olan elmi

potensial (lazım gələrsə xarici alimlərin gücündən də istifadə etmək olar)

iqtisadiyyatın inkişaf modeli nəzəriyyəsini yaradıb həyata keçirilməsi üçün

əsaslandırılmış tövsiyyələr vermək gücündədir.

Modelin ana xətti iqtisadiyyatın inkişaf edərək hamının tələbatını

ödəyəcək səviyyəyə çatdırılmasıdır. İnkişaf modeli cəmiyyətin daim artan

tələbatını ödəmək qabliyyətində olmalıdır. Bunun üçün etibarlı dayaq,

istinad edilməli sahə elmi-texniki inkişafdır. Elmi-texniki tərəqqi nəinki,

problemlər doğurur və özü də onların həlli yollarını da müəyyən edir, o eyni

zamanda yeni elm sahələrini və yeni texnikanın köməyilə insan həyatının

çətin problemlərini həll etmək imkanı da yaradır. Prof. Haydar Baş özünün

«Milli iqtisadi model» əsərində yazır ki, «bu günə qədər insanın ehtiyacları

qeyri-məhdud, ehtiyatlar isə məhdud hesab olunmuşdur… Bu, dövrümüzə

qədər tətbiq olunan iqtisadi-modellərin və siyasətlərin inanılmaz

Page 22: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

22

səhvlərindən irəli gəlir». «Əslində sonsuz olan insanın ehtiyacları deyil,

tamahıdır, nəfsidir»14.

Müəllifə görə «ehtiyatlar qeyri-məhdud, insanın ehtiyacları isə

məhduddur, insanın bu ehtiyaclarını ödəmək üçün dünya üzərində yüzlərlə,

minlərlə məlum olan və məlum olmayan ehtiyatlar mövcuddur»15. Haydar

Baş tərəfindən bu yeni yanaşma prinsipi çox cəlbedici olsa da, «ehtiyatların

məhdud, ehtiyacların isə qeyri-məhdud olması» prinsipi kimi tam inandırıcı

görünmür. İnandırıcı görünməyən «ehtiyacların məhdudluğu» tezisidir. Belə

ki, «ehtiyatların qeyri-məhdud» olması prinsipinə görə insanların bütün

tələbatlarını ödəmək mümkündür. İkinci prinsipə görə insanların tələbatını

tam ödəmək mümkün deyil, çünki tələbatlar daim artandır, resurslar isə

azalır. Hər iki halda məkan və zaman kimi amillər nəzərə alınmır.

Ümumiyyətlə ehtiyatlardan və ümumiyyətlə ehtiyaclardan (tələbatlardan)

danışılır. Ümumiyyətlə «ehtiyat» da, ümumiyyətlə «tələbat» da

abstraksiyadır və heç bir konkret şəraiti və zamanı ifadə etmir.

Məlumdur ki, hər bir cəmiyyət özünün inkişafında müəyyən bir

konkret mərhələdə olur və həmin mərhələnin səviyyəsinə uyğun ehtiyaclar

(tələbatlar) yaranır və ödənilməsinin zəruriliyi mütləq tələb olur. Konkret

şəraitdə meydana çıxan ehtiyaclar ödənilməsi zəruri olan tələbatlardır. Eyni

zamanda bu tələbatların ödənilməsi üçün cəmiyyət müəyyən zəruri

ehtiyatlara malik olur. Mövcud ehtiyatlardan istifadə etməklə ödənilməsi

zəruri olan tələbatlara uyğun məhsullar və xidmətlər istehsal edir. (Burada

söhbət ifrat tələbatdan, arzuolunan tələbatdan, acgözlükdən deyil,

ödənilməsi zəruri və həm də mümkün olan tələbatlardan gedir). Əsl seçim

də bu zaman baş verir: nə, necə və nə qədər istehsal etmək?

İqtisadi inkişaf modeli məhsuldar qüvvələrin güclü inkişafına

əsaslanır. Bu qüvvələrdən səmərəli istifadə etməklə cəmiyyət öz zəruri

tələbatlarından artıq məhsul istehsal etməklə bütün ehtiyaclarını ödəyə

14

Йухарыда няшри эюстярилян «Милли Игтисади Модел» ясяри. сящ.62 15

Йеня орада.

Page 23: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

23

biləcək və yoxsulluğu aradan qaldırmağa nail olacaqdır. İstehsal olunacaq

artıq məhsullar yeni tələbat doğurmaqla yanaşı bu tələbatları ödəmək üçün

vasitələri də yaradacaqdır. F.Engels məhsuldar qüvvələrin yüksək inkişaf

səviyyəsini və bu səviyyəyə uyğun qurulmuş cəmiyyətləri nəzərdə tutaraq

yazır: “cəmiyyət bütün məhsuldar qüvvələrdən və ünsiyyət vasitələrindən

istifadə olunmasını…” cəmiyyətin mövcud ehtiyatları və tələbatlarından irəli

gələn plan əsasında idarə edəcəkdir. Cəmiyyətin bilavasitə tələbatından

artıq məhsul istihesal edilməsi…, bütün cəmiyyət üzvlərinin tələbatını

ödəməyi təmin edəcək, yeni tələbat doğuracaq və eyni zamanda bu

tələbatın ödənilməsi üçün vasitələr yaradacaqdır»16.

Müasir dövrdə, sənayecə inkişaf etmiş ölkələrin, demək olar ki,

hamısında ifrat istehsal mövcuddur, bu ölkələrdə məhsul çatışmazlığından

şikayət etmirlər. Belə olduğu halda nə üçün resursların məhdud olması və

tələbatların ödənilməsinin çətinliyi bir prinsip olaraq önə çəkilir? Məqsəd

mövcud problemlərin həll olunmamasına haqq qazandırmaq,

hərbiləşdirməyə, müharibələrə sərf edilən trilyonların üstünü malalamaq,

işsizliyin və yoxsulluğun təbii proses olduğuna inam yaratmaqdır.

Cəmiyyətin sənaye inkişaf mərhələsi, sənayeləşmədən sonrakı

(postindustrial) mərhələsi və informasiyalı mərhələsinin hər biri cəmiyyətin

təşkilində, mövcud iqtisadi inkişaf modellərində zəruri dəyişiklərin

edilməsini tələb edir. Məsələn, planlaşdırma mexanizmindən müasir iqitsadi

inkişaf modellərində istifadə olunması inkişaf etmiş ölkələrdə (Yaponiyada)

adi hal kimi qəbul olunur. Azərbaycanda da «Sabit plan əsasında və bütün

cəmiyyət üzvlərinin tələbatına uyğun» idarəetmə sistemlərində istifadə

olunmalıdır. Mikroiqtisadiyyat səviyyəsində təsərrüfatçı subyektlər

planlaşdırma mexanizmindən istifadə etməklə öz müəssisələrini idarə

edirlər. Makroiqtisadi səviyyədə planlaşdırma indekativ (məsləhət)

xarakterdə olmalı, mikroiqtisadi subyektlərə tövsiyə edilməlidir. Planlar

16

К.Маркс вя Ф.Енэелс. Сечилмиш ясярляр цч ъилддя. Ъилд 1. Бакы, 1978. сящ.92-93

Page 24: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

24

dövlət tərəfindən hazırlanmalı və məqsədli proqramların

reallaşdırılmasında bir vasitə və nəzarət mexanizm rolunu oynamalıdır.

Bazar iqtisadiyyatı modelləri özlüyündə mövcud ehtiyatları və mövcud

tələbatları nəzərə alıb onların optimal nisbətdə əlaqələndirilməsini təmin

edə bilmir. Bunu isə tənzimləyici funksiya icra edən dövlət orqanları edə

bilər. Məsələn, Azərbaycan dövləti artıq bilir ki, respublikanın çörəyə

(taxıla) olan tələbatını ödəmək üçün ən azı üç milyon ton taxıl lazımdır.

Dövlət buna uyğun olaraq müəyyən tədbirlər həyata keçirir, taxıl

istehsalçılarına yardımlar edilir, keyfiyyətli toxumla, gübrə ilə təmin edir,

ölkəyə kənd təsərrüfatı texnikası gətirir, sahibkarlara taxıl anbarları tikməyi

tövsiyə edir. Bütün bunlar bazar – dövlət cütlüyünün birgə fəaliyyətinin

nəticəsidir. Plandan isə istiqamətverici və nəzarət vasitəsi kimi istifadə

olunur.

Mövcud ehtiyatlarla mövcud tələbatların ödənilməsi prinsipinin

reallaşdırılmasının maddi imkanları

Mövcud ehtiyatlarla mövcud tələbatların ödənliməsi cəmiyyətin

məhsuldar qüvvələrinin, ilk növbədə də sənayenin sürətli inkişafı ilə

bağlıdır. Sənayenin hər bir inkişaf mərhələsi yeni-yeni imkanlar yaradır.

Müasir zamanda məhsuldar qüvvələrin inkişafında üç əsas mərhələ elmi

cəhətdən öyrənilir: sənaye mərhələsi, sənayeləşdirmədən sonrakı mərhələ

(postindustrial) və informasiyalı mərhələ. İnkişafın hər bir mərhələsinə

uyğun yaranmış cəmiyyətlərin vəziyyəti geniş mənada sənayenin, elmin,

insanların, informasiyanın inkişaf səviyyəsi ilə xarakterizə edilir.

Birinci mərhələ gerilikdən qabaqcıl, sənayesi inkişaf etmiş, bazar

münasibətlərinin kütləvi hal aldığı və demokratik prinsiplərə əsaslanan

sənaye cəmiyyətinə (industrial) keçid kimi səciyyələndirilir. Bu mərhələdə

baş verən sosial tərəqqi və keçidin özü yeni texnikanın tərəqqisinə

əsaslanır. Sen-Simona məxsus olan industrial cəmiyyət termini yaşayış

vasitələri əldə etmək üsullarında baş verən mürəkkəb texnoloji dəyişiklikləri

Page 25: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

25

ifadə edir. Bu dəyişikliklər yeni maşınların ixtira edilməsi; yeni enerji

mənbələrindən istifadə olunması; istehsalı təkmilləşdirmək üçün elmi

metodların tətbiq edilməsi ilə bağlıdır. Bu mərhələdə sənayeləşmə prosesi

ilə əlaqədar nəqliyyat və rabitə daha sürətli olur, regionlararası iqtisadi

əlaqələr inkişaf edir və vahid milli təsərrüfat formalaşır. Öz sərhədləri olan

milli dövlətlər yaranır. Cəmiyyətin qanunlarla tənzimlənməsi prosesi üçün

hüquqi əsaslar da yaranır.

İkinci mərhələ kimi sənaye cəmiyyətinin inkişafının davamı olan

sənayeləşmədən sonrakı (postindustrial) cəmiyyət konsepsiyası irəli

sürülür. Cəmiyyətin inkişafının əsasında istehsalın texniki səviyyəsi, əməyin

sahələr və peşələrə görə bölgüsü, yəni ictimai əmək bölgüsü durur.

İnkişafın bu mərhələsi aşağıdakı amillərlə bağlıdır: 1) sosial-iqtisadi

problemlərin həlli elmi-texniki tərəqqinin xarakteri ilə müəyyənləşir; 2)

cəmiyyətin sənaye istehsalından asılılığı nisbətən azalır; 3) yeni-yeni

xidmət sahələri meydana gəlir; 4) biliyin istehsalda, məişətdə və asudə

vaxtın istifadəsində əhəmiyyəti daha da artır; 5) bütün bunların nəticəsi

olaraq istehsalın imkanları və ehtiyyatları görünməmiş miqyasda çoxalır və

cəmiyyətin tələbatlarının ödənilməsi üçün lazım olan qədər məhsullar,

xidmətlər istehsal edilir.

Postindustrial inkişaf mərhələsində informasiya texnologiyalarının

rolu artır. Və bu prosesin öyrənilməsi nəticəsində informasiya cəmiyyəti

xüsusi inkişaf mərhələsi hesab edilir və geniş tədqiq olunur.

İnformasiya cəmiyyəti adlanan üçüncü inkişaf mərhələsi ilə bağlı

nəzəriyyə XX əsrin 60-cı illərində ABŞ və Yaponiyada meydana gəlmişdir.

Elmi-texniki inqilabın nəticəsində ABŞ, Avropa, Yaponiya və digər inkişaf

etmiş ölkələr daha artıq dərəcədə «İnformasiyalı» cəmiyyət olur, biliyin

roluna daha çox fikir verilir, yenililik istehsalı ön plana çəkilir. Keyfiyyətli ali

təhsilin əhəmiyyəti artır. «İntellektual texnologiya»ya əsaslanan yeni

prinsiplər, qaydalar yaranır. Yeniləşmənin əsas mənbəyini nəzəri biliklər

təşkil edir. Yeni texnologiya əsasında yaradılmış rabitə vasitələri «vaxtı

Page 26: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

26

qısaldır və məsafəni yaxınlaşdırır», dünyanın bütün nöqtələri ilə əlaqə

yaratmaq imkanı əldə olunur. Güclü informasiya axınını toplamaq, qaydaya

salmaq, saxlamaq və istifadəsinə imkan verən texnologiyalar yaradılır.

Yeni informasiya texnologiyaları və robototexniki sistemlər sənayedə

əməyin xarakterini dəyişir, istehsalın texnologiyasını və istehsalın təşkilini

yeniləşdirir, əməyin məhsuldarlığını yüksəldir. Bunlarla belə informasiya

texnologiyalarının tətbiqi işsizliyin sayını artırır, məşğulluq kimi həlli çətin

olan problemin həllini daha da çətinləşdirir.

Alimlərin fikrincə postindustrial cəmiyyətdə «yeni dəyər ölçüsü» -

«intellektual kapital» ön plana çəkilir. “Qərb ölkələri vətəndaşlarının dəyər

oriyentasiyası dəyişir – maddi rifah və fiziki təhlükəsizliyə əsas diqqət öz

yerini həyatın keyfiyyəti haqqında qayğıya verdi”17.

Buda bir həqiqətdir ki, cəmiyyətin yüksək inkişaf mərhələsində

intellektin, elmin rolu artır. Məhsuldar qüvvələrin həm maddi – texniki və

həm də insani qüvvələrindən ibarət tərkib ünsürlər inkişaf edir, elmin özü

məhsuldar qüvvəyə çevrilir, elmi-texniki yeniliklər istehsala tətbiq edilir,

məhsuldarlıq artır və məhsul bolluğu yaranır. Cəmiyyətin bütün üzvlərinin

tələbatlarının hərtərəfli ödənilməsi üçün imkanlar yaranır. Bununla yanaşı

istehsalın imkanları da artır, fəaliyyət dairəsi genişlənir, iş qüvvəsi tədriclə

qeyri-maddi istehsal sahələrinə (xidmət) sferasına keçir. Əsas diqqət

insanın hər tərəfli inkişafına, yüksək intellektə malik əqidəli və şüurlu

formalaşdırılmasına yönəldilir.

Bütün bunlar məhsuldar qüvvələrin keyfiyyətcə yeni səviyyədə

olduğunu göstərir. Ancaq mövcud problemlər: işsizlik, inflyasiya, bölgüdə

qeyri-bərabərlik, sosial ədalətin təmin olunmaması, böhranlar və s. həll

edilməmiş qalır. İndustrial, postindustrial və informasion cəmiyyətlər indii də

fəaliyyət göstərir. Bazar iqtisadiyyatı və bazar mexanizmi, dövlət və dövlət

tənzimi mexanizmindən də istifadə olunur, ancaq problemlər həll olunmur

ki, olunmur. İnformasiya və informasiya texnologiyası sistemləri işsizliyi

17

Новая постиндустриальная волна на Западе. М., «Академия», 1999, стр.2501

Page 27: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

27

azaltmır, əksinə artırır, qiymətləri aşağı salmır, makroiqtisadi tarzlığı

yaratmır. Qəribə də olsa informasiya bolluğu, informasiya

texnologiyalarından geniş miqyasda istifadə olunduğu inkişaf etmiş

ölkələrdə ümumdünya iqtisadi böhranın təsiri, mənfi nəticələri daha

dərindir. Bunun səbəbləri isə tam açıqlanmır. Yeni informasiya və

kommunikasiya sistemləri cəmiyyət üçün xoşagəlməz bəzi əlavə

problemlər də doğurmuşdur: ölkələrin banklarından milyonlarla pulların

çıxarılması (oğurlanması), adi pensiyaçıların pullarının bankomatlardan

oğurlanması, narkobizneslə məşğul olanların, təhlükəli terrorçu

qruplaşmaların dünyanın hər yeri ilə əlaqə yaratmaq imkanlarının artması

və s. Bütün bunlar mövcud sosial-iqtisadi sistemləri, iqtisadi inkişaf

modellərinə başqa prizmadan baxmağı tələb edir. Marksist nəzəriyyəçilər

mövcud ehtiyatlarla mövcud tələbatların ödənilməsinin mümkünlüyünü

məhsuldar qüvvələrin hər tərəfli inkişafında görür18. F.Engels sənayenin

geniş miqyasda və sürətli inkişafının verəcəyi nəticələr haqqında yazır:

«Sənayenin bu inkişafı, cəmiyyətə bütün öz üzvülərinin tələbatını ödəmək

üçün kifayət qədər məhsul verəcəkdir». Əkinçilik də “…mövcud yenilikləri

və elmin nailiyyətlərini çətinliklə tətbiq etdiyi halda, sənaye kimi tamamilə

yeni tərəqqi dövrünə qədəm qoyacaq və cəmiyyətin sərəncamına kifayət

qədər məhsul verəcəkdir. Beləliklə, cəmiyyət bütün öz üzvlərinin tələbatını

ödəməyi nəzərdə tutan bir bölgü təşkil etmək üçün kifayət qədər məhsul

istehsal edə biləcəkdir”19. Ancaq iqtisadiyyatın əsas sahələrində istehsalın

səviyyəsinin yüksək olması üçün təkcə texniki, kimyəvi vasitələr kifayət

deyildi. Bu vasitələri hərəkətə gətirən insanların qabliyyətini də uyğun

surətdə inkişaf etdirmək lazımdır. Bu bir qanunauyğunluqdur – istehsal

amillərinin uyğunluğu qanunu. İstehsalın texnikası, texnologiyası,

18

Марксизмя мцраъиятля баьлы Р.Гулийевин ашаьыдакы фикирляри диггяти ъялб едир вя онун

фикирлярини дястякляйирям. О, йазыр: «Сийаси игтисадын кюклц йениляшмяси атмосфериндя марксизмин

йени охунушуна тялябляр эениш мяна кясб едир. Марксизмин тящриф олунмуш юйрянилмяси янянясиндян

азад едилмяси, онун юзцня гайдышына бярабяр дейилдир. Щазыркы вязиййятдя дя марксизмин йени

охунушу юзлцйцндя мягсяд дейилдир. Бу, даща чох игтисади нязяриййянин йени системинин йарадылмасы

нюгтейи-нязяриндян дяйярлидир». Р.Гулийев адычякилян ясяр. Сящ.30 19

К.Маркс вя Ф.Енэелс, сечилмиш ясярляри. Цч ъилддя. Ъ1. Б.,1978, сящ.93

Page 28: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

28

idarəetmə sistemləri və mexinzmləri təkmilləşdirildikcə istehsalın sabit amili

olan insanlar da inkişaf edib dəyişməlidir. Bu həqiqətdir ki, hətta sənayenin

indiki inkişaf səviyyəsində onun bir çox sahələri mövcud dövrdə

hazırlanmış çoxlu sayda gənc kadrları qəbul etmir, onlardan imtina edir,

çünki onlardan istifadə edə bilmir. Müasir sənaye isə hərtərəfli inkişaf etmiş

qabliyyətə malik, bütün istehsal sisteminə bələd olan bilikli adamların

olmasına daha çox tələb edir. Gənclərin birtərəfli, bir ixtisas üzrə

hazırlaşması praktikası yeni tələblərə cavab vermir. Buna görə də təhsil

sistemində diplom almaq istəyənlər üçün deyil, biliklərə hər tərəfli

yiyələnmək istəyənlərə maksimum şərait yaradılmalıdır. Deməli, istehsalın

bütün amillərini inkişaf etdirib onlardan səmərəli istifadə etmək yolu ilə

mövcud ehtiyatlarla mövcud tələbatları ödəmək olar. Buradan belə bir

nəticə çıxarmaq olar ki, fəaliyyətdə olan iqtisadi inkişaf modelləri

çərçivəsində istehsal olunan məhsulların və xidmətlərin miqdarı tələbatların

ödənliməsi üçün yetərincə olsa da, mövcud bölgü sistemi qeyri-bərabərliyi

aradan qaldırıb sosial ədaləti təmin edə bilmir. Qurulması nəzərdə tutulan

iqtisadi inkişaf modeli bölgüdə olan qeyri-bərabərliyin aradan qaldırılması

və ədalətli bölgünü həyata keçirilməsinə şərait yaratmalıdır. Bölgü mövcud

ehtiyatlar və mövcud tələbatlar prinispinə uyğun olmalıdır:

dünyanın inkişaf etmiş ölkələrində fəaliyyətdə olan iqtisadi

modelləri şəraitində bəşəriyyəti narahat edən bir çox sosial-iqtisadi

problemlərin olduğunu və mövcud modellərin bu problemləri həll etməyə

qadir olmadığı faktını qəbul etmək lazımdır;

iqtisadi sistem və iqtisadi inkişaf modelinin müqayisəli təhlili

əsasında bu anlayışların fərqli olduğunu, iqtisadi inkişaf modelinin məqsədi

və məqsədi reallaşdırma mexanizmlərini özündə ehtiva etdiyi ideyası irəli

sürülür və əsaslandırılır;

mövcud ehtiyyatlarla mövcud tələbatların ödənilməsi

modelin əsas fəaliyyət prinsipi olaraq irəli sürülməlidir. Bu prinsipin

reallaşdırılması üçün elmi-texniki tərəqqinin ən yeni nailiyyətləri əsasında

Page 29: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

29

istehsalın daha da inkişaf etdirilməsi və hərtərəfli formalaşdırılmış insan

potensialından istifadəyə əsaslanmaq tövsiyə olunur;

modeldə milli iqtisadiyyatın davamlı inkişafını təmin etmək,

müstəqilliyini qoruyub saxlamaq naminə yerli resurslardan son məhsulun

istehsalına qədər prinsipi əsas tutulmalıdır;

iqtisadi inkişaf modelləri fərqli təsərrüfat mexanizmlərlə idarə

olunur. Bu modellərin müxtəlif məzmuna malik olmaları ilə bağlıdır. İqtisadi

modeli fəaliyyətə gətirən təsərrüfat mexanizmlərə bunları aid etmək olar: 1)

bazar mexanizmi; 2) dövlət tənzimi mexanizmi; 3) qeyri-dövlət tənzimi

mexanizmi; 4) plan mexanizmi; 5) Trans Milli Kompaniyaların təsərrüfat

mexanizmi; 6) firma-müəssisələrin təsərrüfat mexanizmi; 7) inhisar

birliklərinin təsərrüfat mexanizmi. Müxtəlif modellərin fəaliyyətində

təsərrüfat mexanizmin komponentlərinin (ünsürlərinin) müxtəlif

kombinasiyalarından istifadə olunur;

iqtisadi inkişaf modeli hazır şəkildə verilmir. O, müstəqillik əldə

etmiş ölkənin əvvəlki tarixi ərzində mövcud olmuş təcrübənin

ümumiləşdirilməsi, dünya ölkələrində fəaliyyətdə olan modellərin hərtərəfli

öyrənilməsi və müqayisə edilməsi yolu ilə Azərbaycanın mövcud

reallıqlarına uyğun gələn forması seçilməlidir. Bu zaman hansısa ölkənin

inkişaf modelini olduğu kimi götürmək, onlara “kor-koranə riayyət edilməsi

hökmən millətin öz simasını itirməsi ilə nəticələnir” (Akademik R.Mehdiyev)

tətbiq etmək yolverilməzdir;

seçilmiş iqtisadi inkişaf modelinə dəyişməz, daim bir formada

olan halında baxmaq olmaz. Zaman keçdikcə, ehtiyac yarandıqda modeli

təkmilləşdirmək, ona yeni komponentlər əlavə etməklə məzmununu

zənginləşdirmək olar. Bu zaman modelin mahiyyəti dəyişməz qalır.

Məsələn, əgər model sosialyönümlüdürsə ona planlı tənzimləmə ünsürü

əlavə edilirsə o mahiyyəti dəyişmir;

Azərbaycanın formalaşmaqda olan milli iqtisadiyyatı öz

xarakteri etibarı ilə qarışıq iqtisadiyyatdır. Burada müxtəlif mülkiyyət

Page 30: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

30

formalarına əsaslanan cürbəcür təsərrüfat formaları fəaliyyət göstərir. Bu

sistemdə xüsusi mülkiyyətə əsaslanan xüsusi təsərrüfat forması və dövlət

mülkiyyətinə əsaslanan dövlət təsərrüfat forması aparıcı mövqeyə

malikdirlər. Azərbaycanın iqtisadi inkişaf modeli müəyyənləşdirilərkən onun

iqtisadiyyatının qarışıq xarakterdə olması nəzərə alınmalıdır;

qarışıq iqtisadi sistemdə təsərrüfat mexanizmi kimi bazar

mexanizmi və dövlətin tənzimləmə mexanizmi qarşılıqlı əlaqədə aparıcı

mövqeyə malikdirlər. Bu mexanizmlərlə sistemdə fəaliyyət göstərən digər

mexanizmləri əlaqələndirmək və onların səmərəli fəaliyyətini təmin etmək

üçün xüsusi əlaqələndirici bir mexanizmin olması tələb olunur. Belə bir

əlaqələndirici funksiyanı plan mexanizmindən istifadə etməklə yerinə

yetirmək olar;

Azərbaycanın iqtisadiyyatı bazar münasibətləri əsasında sosial

yönümdə formalaşdırılır. Bütün mexanizmlərdən istifadə olunmaqla dövlət

tərəfindən tənzimlənir. Bu zaman müxtəlif səviyyələrdə plan mexanizmində

istifadəyə ehtiyac yaranır və tənzimlənmənin planlı şəkildə həyata

keçirilməsi zərurət olur;

ümumi iqtisadi inkişaf modelinə uyğun olaraq iqtisadiyyatın hər

bir sahəsinin öz modeli formalaşdırılmalıdır, ancaq ayrı-ayrı sahələrin

modelləri arasında qarşılıqlı əlaqəni təmin edə bilən plan mexanizmindən

istifadə olunmalıdır. Lakin, plan mexanizmi konkret sahələrin nisbi müstəqil

fəaliyyətini məhdudlaşdırmamalıdır. Modeldə dövlətin tənzimləyici

funksiyası bazar mexanizminin kölgəsində qalmamalı və digər

mexanizmlərlə qarşılıqlı əlaqədə daha fəal rol oynamalıdır.

Bütün bunalara əsasən deyə bilərik ki, Azərbaycanın müasir

iqtisadiyyatı qarışıq iqtisadi sistemdir və iqtisadi inkişaf modeli bu sistem

daxilində də “planlı tənzimlənən sosial yönümlü bazar iqtisadiyyatı” kimi

formalaşdırlmalıdır.

Page 31: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

31

i.e.d. G.Z.Yüzbaşiyeva

Qloballaşma şəraitində Azərbaycan Respublikası sənayesinin

milli iqtisadi inkişaf modelində dayanıqlı inkişafının əsas

istiqamətləri.

Keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda

da son illər ərzində fərqli iqtisadi münasibətlər sistemi qurulur. Bu sistem

ümumi bazar təsərrüfatı və iqtisadiyyatın dövlət tənzimlənməsi proseslərinə

əsaslanır və artan qloballaşma prosesləri şəraitində dünya iqtisadiyyatında

Page 32: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

32

hər bir dövlətin maraqlarını nəzərə alır. Belə şəraitdə strateji istiqamətlər

dəqiqləşdirilən və son illərin nailiyyətləri qeyd edilən inkişaf modellərinin

seçilməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, qloballaşma proseslərinin

güclənməsi nəticəsində onun üstünlük və çatışmazlıqları daha qabarıq

görsənir və bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır.

Qloballaşma bir çox dövlətlərin qarşısında yeni bazarların aşkarlanması,

informasiya və əmtəə axınlarının tezlənməsi, xarici investisiyaların cəlb

edilməsi də daxil olmaqla geniş iqtisadi perspektivlər açmışdır. Lakin,

iqtisadi ölçülərlə kifayətlənməyərək, qloballaşma öz ardına çoxsaylı neqativ

proseslərə də yol açmışdır. Qloballaşma, vahid dünya bazar sisteminin

formalaşmasına səbəb olan əmək məhsuldarlığının artması, yüksək

texnologiyaların tətbiqi və ümumdünya kommunikasiya xəttlərinin

yaranması ilə kifayətlənməmişdir. O, müasir bazarın sərt problemlərini üzə

çıxartmış, cəmiyyətin sosial problemlərini kəskinləşdirmiş və ekoloji

təhlükəsizliyi qorxu altına qoymuşdur1.

Dünya iqtisadiyyatının qloballaşması ideya dərin tarixi köklərə malik

olmaqla təzadlı və qeyri bərabər prosesdir. O, həm inteqrasiya, həm də

parçalanma meyllərini əhatə edir. Bununla yanaşı qeyd etmək lazımdır ki,

alimlər daha çox qloballaşma problemlərinin yaranma səbəblərini axtarır və

böhran hallarını təsvir etdikləri halda dünya cəmiyyətinin rifah halını təmin

edən stabil dünya quruluşunun yaradılması perspektivlərinin müəyyən

edilməsinə lazımi diqqət yetirmirlər.

____________________

1. Mısaçenko V.İ. Texnoloqiçeskie innovaüii i strukturnaə perestroyka oteçestvennoy promışlennosti. M.,

2008 q., str. 25

Sonralar qlobal problemlərin sənədli həlli yollarının axtarıb

tapılmasına cəhdlər edilmişdir. Dayanıqlı dünyəvi inkişaf görünüşləri təklif

edilmişdir ki, bu da qlobal problemlərin həllinə sistemli yanaşmaya tələbat

olduğunu aşkara çıxartmışdır. Qloballaşma müasir dünya sisteminin

mühüm real aspektidir. Qloballaşma-yalnız milli təsərrüfatların bir-biri ilə

qarşılıqlı bağlanması dünya iqtisadiyyatının qlobal miqyaslara çatması

Page 33: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

33

deyil. “Qloballaşma ikitərəfli prosesdir. O, bolluq verməyə, məhsuldarlığı,

istehsalın səmərəliliyini artmağa qadirdir digər tərəfdən isə, o qeyri-

bərabərliyi dərinləşdirir, yeni şəraitdə uyğunlaşman çətinləşdirir, müxtəlifliyi

azaldır, vətəndaş cəmiyyətinin əsaslarını sarsıdır2”.

Qloballaşma əzəldən məhsuldarlığın artmasını, beynəlxalq maliyyə

mexanizmlərinin təkmilləşdirilməsini, texnoloji nailiyyətlərin səmərəli tətbiqini

nəzərdə tutur, belə ki, onun əsasını iqtisadi şərtlər təşkil edir. Qloballaşma

iqtisadiyyata təsir edən milli imkanları daraldıb və yeni keyfiyyət xüsusiyyətləri

əldə edib. Qlobal texniki-iqtisadi dinamikaya daxil olmaqla müvafiq şərtlərin

yerinə yetirilməsini tələb edir. Bunlar kifayət qədər inkişaf etmiş sənaye

potensialı, təhsilli əhalinin sayını çox olması, xarici informasiya, kapital və s.

ehtiyat mənbələrinə buraxılışdır. Azərbaycanda bu şərtlər bu və ya digər

dərəcədə mövcuddur, buna görə də milli məhsuldar qüvvələrin mütərəqqi

texnoloji qaydalara keçməsi qanunauyğundur. Təbii ki, keçid asan olmayacaq,

belə ki, Azərbaycanda milli iqtisadiyyat və o cümlədən, sənaye texnoloji

cəhətdən dünya standartlarından geri qalır.

Azərbaycanın möhtəşəm enerji imkanları əsas aktivlərindəndir ki,

bunun da üzərində sonrakı iqtisadi inkişaf və artım qurulur. Neft və təbii

qazın ixracı Azərbaycan üçün əsas valyuta daxili malların mənbəyi kimi

qalır. Bununla yanaşı, təbii ki, belə fikir yaranır ki, investisiyalrın emal

sənayesinə deyil, enerji ehtiyatların hasilatına yönəldilməsi Azərbaycanı bir

növ “banan respublikasına” çevirir və ölkənin neft və qaza olan

qiymətlərdən asılılığını daha da artıraraq, ixracın monoəmtəə istiqamətli

olmasına səbəb olur. Sənayenin strukturunun inkişafını pisləşdirir. Lakin,

bu yalnız o zaman düzgün olardı ki, iqtisadiyyatda

____________________

2. R.Mextiev “Azerbaydjan: vızovı qlobalizaüii”. B., 2004 q., str. 155

vəziyyətin dəyişilməsinə dair heç bir tədbirlər görülməsin. Energetikadan

başlanan inteqrasiya prosesləri, sonradan sahələr vasitəsi ilə digər

sahələrə də yayılmışdır. Azərbaycanda ölkənin neft sektorundan asılılığının

Page 34: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

34

azaldılması siyasəti aparılır. Dövlət başçısının sözlərinə görə, biz mövcud

imkanlardan istifadə edərək güclü sənaye potensialı yaratmalıyıq.

Sənayenin çoxvektorlu olması üçün qeyri-neft sektorunun inkişafını davam

etdirib və ölkənin neft sektorundan asılılığını azaltmaq məqsədəuyğundur.

Yuxarıda qeyd edilən fikir enerji layihələrinə investisiyalardan

alınacaq makroiqtisadi səmərəni inkar edir. Əldə edilən investisiyalar

tədbirlərin keçirilməsinə dəstək verir. Bunun vasitəsi ilə müvafiq uğurlar

qazanılmışdır. Ən mühüm nailiyyət ölkə iqtisadiyyatında dövlətin rolunun

artması fonunda iqtisadi artımın yüksək templərinin saxlanılması olmuşdur.

2009-cu ildə ÜDM 9,3 faiz, sənaye istehsalı-8,6 faiz, kənd təsərrüfatı-3,5

faiz artmış, inflyasiya isə 1,6 faiz olmuşdur. Adambaşına düşən ÜDM 7,9

faiz artmışdır (3917 manat və ya 4874 dollar). 2009-cu ildə Azərbaycan

iqtisadiyyatına 9,2 mlrd. ABŞ dolları qoyulmuşdur ki, bundan da 7,3 mlrd.

dolları daxili investisiyaların payına düşür. Yoxsulluq səviyyəsi 11 faizədək

azaldılıb, 74 min yeni iş yeri açılmışdır. Sənaye istehsalının və investisiya

aktivliyinin artımı başlanmışdır. Azərbaycan bir çox regionlar üçün iqtisadi

artımını mənbəyi olmağa başlamışdır. Elə bir impuls yaradılmışdır ki, onun

istifadəsi və qorunması xüsusi ilə vacibdir. Belə ki, ölkələr arası iqtisadi və

siyasi dialoqun genişlənməsinə köməklik edir.

Lakin, nailiyyətlərə baxmayaraq, iqtisadiyyatın inkişafında müəyyən

çatışmazlıqlar da var. Məhz Azərbaycanın dayanıqlı inkişaf xəttinə keçidi

yeni tip, sosial-iqtisadi, ekoloji və demoqrafik indikatorların dinamik

tarazlığının qorunub saxlanılmasına, istehsalın yüksək səmərəliliyinə, elmi-

texniki sahənin prioritet inkişafına istiqamətlənmiş təsərrüfatın

yaradılmasını tələb edir. İqtisadi nəzəriyyənin inkişafı gedişində müəyyən

“standart” üsullar dəsti əmələ gəlmişdir ki, bunlardan istifadə həyata

keçirilən sosial-iqtisadi siyasətin konkret məqsədlərinə tabedir. Bu prioritet

istiqamətlər iqtisadiyyatın inkişaf modelləri adlandırılmışdır. İqtisadiyyatda

islahatlar keçirməklə bərabər yanacaq-energetika kompleksinin inkişaf

perspektivlərini araşdırdıqda, iki əsas modeli qeyd etmək olar: xammal və

Page 35: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

35

innovasiya-texnologiya modelini. Bununla bərabər qeyd etməliyik ki, model

seçimi etdikdə, müsbət keyfiyyətləri innovasiya-texnoloji inkişaf əsasında

modellərin müsbət meylləri ilə sintezdə istifadə etmək lazımdır. Bu

iqtisadiyyatın inkişafına və xalqın rifah halının artmasına təkan verər.

Xammal modeli davamlı olaraq ölkənin yanacaq-xammal

kompleksinin inkişafına istiqamətlənməni nəzərdə tutur. İnnovasiya-

texnologiya modeli milli iqtisadiyyatın enerji daşıyıcılarının istehsalı və

ixracının həddindən artıq asılılığını azaltmağı nəzərdə tutur. Bu proses

yüksək texnologiyalar hesabına rəqabətqabiliyyətli sənayenin inkişafı

hesabına baş verə bilər. Ayrı-ayrı rəqabətqabiliyyətli sahələr üzrə

innovasiya inkişafı əsasında effektiv sənaye siyasətinin aparılması bu

sahələrin sürətli inkişafına və dünya bazarında onların rəqabət

üstünlüklərinin möhkəmlənməsinə səbəb olacaq. Hal-hazırda beynəlxalq

əmək bölgüsü çərçivəsində digər ölkələrin analoji sahələrinə qarşı dura

bilməyən bu sahələri çox məsrəfli və az səmərəli inkişaf prosesindən azad

edəcək.

Yeni texnologiyalara, biliklərə, idarəetmə formalarında əsaslanan

innovasiya modeli yanacaq-xammal sektorlarının mərhələli azaldılmasını

nəzərdə tutan ölkənin sosial-iqtisadi inkişafının əsasıdır. Azərbaycanda

inkişaf imkanları çoxdur və deformasiya olunmuş iqtisadiyyat dünyada

gedən meylləri nəzərə almaqla öz daxilində həyata keçməli bütün əyintilərin

aradan qaldırılması üçün çoxsaylı inkişaf nöqtələrinə malikdir. İqtisadiyyatın

dayanıqlı və yüksək keyfiyyətli inkişafa keçirilməsinin əsasında ETT,

ölkənin yeni texnologiyaları yaratmaq, tətbiq etmək və satmaq qabiliyyəti

durmalıdır. Bu günün nəzəri tələbi olmuşdur ki, Azərbaycan həm industrial

dövrün, həm də qloballaşmanın çağırışlarına cavab verməyə qadir

olmalıdır. Bu, öz növbəsində beynəlmiləlçilik, modernləşmə, qloballaşma və

rəqabət proseslərini əks etdirən yeni reallaşdırmaya adaptasiya olunma

ehtiyacını üzə çıxarır.

Page 36: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

36

Müasir dünya elə bir vəziyyətdədir ki, bir tərəfdən bəzi ölkələrdə

modernləşmə prosesi inkişaf edir, onlar inkişaf etmiş ölkələrdən daha

yüksək inkişaf, məhsuldarlıq və həyat səviyyəsi təcrübəsini əldə etməyə

çalışırlar, digər tərəfdən isə qloballaşma prosesi inkişaf edir. Eyni zamanda

sənayeləşməni modernləşmə ilə bərabər tutmaq da düzgün deyil. Rasional

elmi modernləşmə inkişafın bəzi nümunələrini inkişaf modelinin qaydası

kimi qəbul etməkdən ibarətdir. Modernləşmə nəzəriyyəsində “inkişaf etdirən

dövlətlər” və “modernləşdirilən” dövlətlərə ayırırlar. Modernləşmə

nəzəriyyəsinin vəzifələri inkişaf etmiş ölkələrdə baş verən dəyişikliklərin

altına nəzəri bazanın çəkilməsindən ibarətdir.

Modernləşmə nəzəriyyəsi identik dəyişmə əsasında inkişaf

nəzəriyyəsidir. Yəni, modernləşmə prosesinə institutlar və münasibətlərin,

dəyərlər və normaların yaradılması kimi baxa bilərik. Bu proses

modernləşən cəmiyyətin identikliyinin dəyişməsini tələb edir və bu

bütövlükdə identikliyin dəyişməsi ilə nəticələnir. Eləcə də, iqtisadi millilik

konsepsiyasının həyata keçməsi məlumdur ki, transformasiya konsepsiyası

ilə birlikdə ölkənin iqtisadi irəliləməni təmin edir. Mobilizasiya modellərinin

tətbiqinə misal olaraq aşağıdakıları demək olar: XIX əsrdə Almaniyada

Listin industrial-mobilizasiya modeli və Bismarkın sosiallaşdırılmış

mobilizasiya modeli, XX əsrdə Ruzveltin Amerika sayağı “Yeni kurs”,

Erxardaın ixrac ekspansiyasının alman mobilizasiya modeli, yaponların

müharibədən sonrakı innovasiya modeli, Deqolun Fransadakı iqtisadi

modernləşdirmənin mobilizasiya modeli, çinlilərin industrial sıçrayış

mobiliyazisa modeli və s. misal gətirmək olar. Bunların hər biri qlobal

iqtisadi dünyada öz milli dövlətlərini güclü və rəqabətqabiliyyətli etməyə can

atırdılar.

Mobilizasiya modeli milli iqtisadiyyatın potensialının və

rəqabətqabiliyyətin qaldırılması istiqamətində artırılması və dünya birliyinə

bərabər hüquqla birləşməsini nəzərdə tutur. Bununla bərabər qeyd etmək

lazımdır ki, mobilizasiya modeli iqtisadi açıqlığı daxili inkişafı ləngidən amil

Page 37: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

37

kimi inkar edir, transformasiya dövründə milli iqtisadiyyatın yaranma

prosesini yubadır, ölkənin iqtisadi potensialının formalaşmasına və dünya

birliyinə bərabər hüquqlarla daxil olmasına mane olur. Azərbaycan öz

potensialına müvafiq olaraq mobilizasiya strategiyasına əsas kimi

innovasiyaları seçməli və dövlətin köməyi ilə iqtisadi sıçrayışı təmin

etməlidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, daha optimistik variantda

model innovasiyaların köməyi ilə iştirak etmiş ölkələrə “çatmaq” bacarığının

əldə edilməsi bir qədər zəif optimistik variantda isə qərbin əvvəlki inkişaf

mərhələsinə nail olmaq məqsədi ilə “çatmaq” modelindən istifadədir.

Qloballaşma müasir dünya sisteminin real vacib aspekti olmuşdur.

Postindustrial ölkələr bu prosesdə böyük üstünlüklər əldə edirlər belə ki,

iqtisadi proses innovasiyalar ilə müəyyən edilir. Qloballaşma sadəcə milli

təsərrüfatların bir-biri ilə bağlılığı, dünya iqtisadiyyatının qlobal miqyaslara

çatması deyil həmçinin, öz tərkibinə həm beynəlmiləlçiliyi, həm də

modernləşməni daxil edən bir prosesdir.

Qloballaşma - real prosesdir və onun müasir meylləri daha əvvəlki

olan tərəqqi, modernləşmə, sivilizasiyaların yaranması kimi proseslərin

davamıdır. Qloballaşma şəraitində inkişaf etmiş və inkişaf etməkdə olan

ölkələr arasında fərq daha da artır. Belə ki, 1960-cı ildə 5 ən varlı və 5 ən

yoxsul ölkə arasında fəqr 30:1 idi; 1990-cı ildə 60:1; 1997-ci ildə isə 74:1

olmuşdur. XX əsrin sonunda dünya əhalisinin 20 faizini təşkil edən ən varlı

dövlətlərin əhalisinin payına dünya ÜDM-in 86 faizi düşdüyü halda, ən

kasıb ölkələrin payına ÜDM-in yalnız 1faizi düşmüşdür. İqtisadi tərəqqi

innovasiyalar ilə müəyyənləşir və bunun nəticəsində varlı ölkələr daha da

varlanırlar. Yuxarıda qeyd edildiyi kimi, qloballaşma iqtisadiyyata təsirin

milli imkanlarını məhdudlaşdırmışdır və hətta modernləşmə modelinin

tətbiqi zamanı əks istiqamətlənmiş meyllər müşahidə edilir. Buna görə də,

hər bir dövlətə xas olan inkişaf konsepsiyalarının müəyyən edilməsi

məqsədəuyğun olardı.

Page 38: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

38

Sosial yönümlü bazar iqtisadiyyatının formalaşması sosial dövlətin

yaranmasına dair konstitutsiya müddəalarının həyata keçməsinə yönəldilən

müvafiq institutlar və mexanizmlərin məqsədlərinə nail olmaq üçün istifadə

edilən uyğun konsepsiya, strategiya və taktikanın olmasını nəzərdə tutur.

Əgər konsepsiya əhalinin layiqli həyat şəraitini təmin edən sosial-iqtisadi

siyasətin istiqamətlərini müəyyən edirsə, strategiya və onunla sıx bağlı olan

taktika qarşıya qoyulmuş məqsədlərə nail olmağa köməklik göstərən

məqsəd, mərhələ, vasitə, institut və mexanizmləri konkretləşdirir. Ölkənin

sosial-iqtisadi inkişafının uzunmüddətli konsepsiyası, strategiyası və

taktikasını işləyib hazırlamaq-dövlətin prioritetidir. Qlobal məqsədlərin

işlənib hazırlanmasında bazar münasibətlərinin bütün subyektlərinin

maraqları nəzərə alınır.

Sosial yönümlü iqtisadi siyasət konsepsiyasının işlənib

hazırlanmasında mövcud çətinliklər bununla əlaqədardır ki, bir açıq sistem

kimi iqtisadiyyat qeyri-dayanıqlıdır. Dayanıqlıq - sistemi tarazlıq vəziyyətdə

saxlamağa qadir olan daimi baş verən dəyişikliklərə adekvat olan,

məhsuldar münasibətlərin və məhsuldar qüvvələrin transformasiyasını

nəzərdə tutur. Deməli dayanıqlılığın ehtiyatı investisiya və innovasiyaların

artımını təmin edən institutlar və institusional mühitin

təkmilləşdirilməsindən, elm və texnikanın nailiyyətlərindən daimi

istifadədən, bu proseslərin idarə olunmasında dövlət proteksionizmindən

istifadədən ibarətdir. Bu, kəskin tsiklik yumşaldılması üçün formal və qeyri-

formal institutlardan istifadəni nəzərdə tutur. Bu zaman dövlət

tənzimlənməsi belə bir strateji seçim etməli və məhdud ehtiyatların elə bir

prioritet istifadəsini həyata keçirtməlidir ki, son nəticədə multiplikativ

səmərə və sosial-iqtisadi artım təmin olunsun.

Qeyd olunan amil xüsusilə vacibdir, belə ki, məhsuldar qüvvələrin və

məhsuldar münasibətlərin məcmusunu əhatə edən hər hansı bir iqtisadi

sistem özünün dinamik inkişafı prosesində daim yaranan bərabərsizliklərin

bərabərləşməsi ilə xarakterizə edilir. Bu sonu olmayan bir prosesdir və

Page 39: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

39

onun hər hansı mərhələsində bazar subyektləri hər birinin maraqlarında

müəyyən stabillik təmin edilir. Nisbi tarazlığın mahiyyət etibarilə desək,

inkişaf prosesində dayanıqlılığı qorunub saxlanması-istənilən iqtisadi vacib

məqsəddir. Buna bir çox amillərin kompleks nəzərə alınması zamanı nail

olmaq olar. Bununla belə güclü dövlət olmadan dayanıqlı iqtisadi və sosial

inkişaf qeyri-mümkündür.

Konsepsiya, strategiya və taktikanın işlənib hazırlanması prosesində

dövlət-sahibkar əməkdaşlığının tənzimlənməsinin hüdud və sərhədləri ilə,

dövlətin innovasiya və investisiyalarda öz üzərinə götürə biləcəyi risklərlə

əlaqədar metodoloji suallar yaranır. Burada söhbət strateji araşdırmalar

prosesinin təşkili koordinasiyası və idarə olunmasından gedir. Dövlətin

rolunun kiçildilməsi ilə bərabər planın və bazarın uyğun olması bəhanəsi

Azərbaycanda mərkəzləşdirilmiş planlaşdırma sisteminin dağıdılması nəinki

ötən əsrin 90-cı illərində böhrana, eləcə də qeyri-xammal sahələrinin

deqradasiyasına və innovasiya geriliyinə səbəb olmuşdur. Baş verənlərin

gec dərk edilməsi qısa müddətli üç illik sosial-iqtisadi inkişaf planlarından

istifadəyə gətirib çıxartmışdır. Eyni zamanda ölkə iqtisadiyyatında aparılan

islahatlar prosesində “təsadüf” nəzərdən qaçırılmışdır, belə ki, qarışıq

iqtisadiyyat inkişaf etmiş ölkələrdə və praktiki olaraq bütün iri korporativ

strukturlarda strateji planlaşdırma geniş istifadə edilir.

Bizim fikrimizcə, müasir şəraitdə strateji planlaşdırma metodlarından

istifadə məqsədəuyğundur. Bu metodlara məqsədin müəyyən edilməsi,

məqsədə nail olmaq üçün yollar, metodlar, mənbələr, institut və

mexanizmlər, strateji proqramların gedişatına və yerinə yetirilməsinə

nəzarət daxildir. Strateji planlaşdırma bütün formalarını istehsalat və sosial

infrastrukturu özündə birləşdirən təkrar istehsal prosesini təmin etməlidir.

Burada söhbət planlaşdırma institutlarının təşkilinə nisbətən yeni

yanaşmadan gedir. Bu yanaşma bazar münasibətlərinin bütün

subyektlərinin maraqlarını orqanik olaraq əhatə edir və son nəticədə

dayanıqlı sosial-iqtisadi inkişafı təmin edir.

Page 40: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

40

Strateji planlaşdırmanın metodologiyasını tərtib edən və bütün

ierarxiya zənciri ilə strategiyanın işlənib hazırlanmasını və idarə olunmasını

koordinasiya edən bazar və dövlət idarəetmə alətlərindən istifadəni

sinxronlaşdıran təşkilati sturktur da vacibdir. Hələ A.Smit yazırdı ki, “dövləti

ən aşağı mərhələdən rifahın ən yüksək pilləsinə qaldırmaq üçün yalnız

sülh, yüngül vergilər və idarəetmədə dözümlülük lazımdır”. Deyilənlərin

bilavasitə Azərbaycana aidiyyatı var. Yuxarıda adları çəkilənlərin hər biri

əksərən dövlət tərəfindən müəyyənləşdirilir. Dünya təcrübəsi göstərir ki,

dövlətin idarəetmədə rolu heç də hər zaman dövlət mülkiyyətinin xüsusi

çəkisi ilə müəyyən edilmir.

İnkişaf etmiş ölkələr sırasında Yaponiya ümumi milli məhsulda dövlət

strukturlarının xüsusi çəkisinə görə ən az sonuncu yerdədir. Lakin, bu

ölkənin iqtisadiyyatına güclü dövlət təsirinin olmasında heç bir şübhə

yoxdur. “İnzibati idarəetmə” anlayışı Yaponiyada bilavasitə direktiv

göstərişlərə deyil metodlar sisteminə aiddir. Buraya korporasiya firma və ya

ayrı-ayrı biznes sturkturlarının hökumətin sövq etmək məqsədi ilə

təsiretmə, məsləhət və inandırma metodları daxildir. Bu zaman “yamaqoya”

prinsipindən istifadə edilir (“Yamaqoya”-dağlarda qorunmaq üçün bir yerdir

və bunu bilən alpinistlər daha cəsur və qoçaq olurlar). Belə qorunmaq üçün

yer rolunda dövlət çıxış edir və innovasiya və investisiyalarda ETT-nin

müəyyən etdiyi riskləri öz üzərinə götürür.

Azərbaycanda sosial-iqtisadi münasibətlərin transformasiya prosesi

bir qədər uzanmışdır. Bu, bazar subyektlərinin qarşılıqlı münasibətlərini və

iqtisadi inkişafın təmin edilməsində onların son maraqlarının uyğunluğunu

müəyyən edən institutlar və institusional mühitin yaradılmasında başlıca

subyekt olan dövlətin rolunun tam qiymətləndirilməməsi nəticəsində baş

vermişdir. Bundan başqa əlavə etmək lazımdır ki, xammal ehtiyatları ilə

zəngin ölkələrdə xammala dünya qiymətlərinin əlverişli inkişaf edən

konyunkturası müşahidə edilən zaman, özünə arxayınlıq sindromu yaranır,

iqtisadiyyatda islahatların aparılması və yeni institutların formalaşması

Page 41: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

41

strategiyası haqqında mübahisələr sakitləşir. İqtisadiyyatın mövcud inkişaf

sxemi təbii resursların ixracı və istehlak mallarının idxalı son nəticədə

ölkənin inkişaf etməkdə olan ölkələr siyahısında uzun müddət qalmasına

gətirib çıxarır.

İqtisadiyyatda dövlətin yeri və rolu onun investisiya aktivliyi haqqında

çox danışmaq olar, lakin hər bir ölkənin inkişafında elə bir dövr gəlib çatır

ki, bu zaman yalnız innovasiya prosesində dövlətin rolunun aktivləşməsi ən

yeni və keyfiyyətli texnoloji inkişafı təmin edə bilər. Dövlətdən əlavə xərc

tələb etməyən yanacaq-xammal ehtiyatlarının yüksək qiymət konyunkturası

hesabına alınan təbii renta yalnız xammal sahələrinin inkişafına deyil,

innovasiyalara və infrastrukturun yaranmasına investisiya edilməlidir.

Müasir dövrdə elə bir məqam gəlib çatmışdır ki, iqtisadi inkişaf xəttin ən

səmərəli uzunmüddətli seçimini etmək lazımdır. Bununla əlaqədar XXI

əsrdə sosial-iqtisadi inkişafın uzunmüddətli strategiyasının əsas mahiyyəti

daxili yüksək texnoloji inkişaf əsasında əhalinin rifah halının artması üçün

şəraitin yaradılması olmalıdır.

Qarışıq cəmiyyətin postindustrial, informasiya, nanotexnoloji

inkişafında keçid Azərbaycanı yüksək həyat səviyyəsinə malik ölkələr

sırasına çıxarda biləcək makrostrategiyanın əsasıdır (yüksək texnoloji

inkişaf əsasında kütləvi cəmiyyətinin formalaşması). Beləliklə, səmərəli

bazar iqtisadiyyatının yaradılması bir tərəfdən, bazar münasibətləri

subyektlərinin istehsal motivasiyası, digər tərəfdən-cəmiyyətin daimi sosial-

iqtisadi tərəqqisinə gətirən innovasiya inkişafı ilə müəyyənləşdirilir. Bu,

dövlətin ən müasir innovasiya nanotexnoloji bazası əsasında istehlak

tələbini formalaşdıran əhalinin alıcılıq qabiliyyətinin artımı dövlət

strategiyası olduqda mümkün ola bilər. Səmərəli dövlət olmadan dayanıqlı

iqtisadi və sosial inkişaf mümkün deyil.

Dövlət tənzimlənməsi “qiymətli göstərişlər” deyil, büdcə imkanları ilə

təminatlanmış indekativ idarəetmə metodları sistemi regionlar və bələdiyyə

maraqlarını nəzərə almaqla, sosial-iqtisadi proseslərə dövlət institutu

Page 42: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

42

mexanizmlərinin daxil edilməsidir. İqtisadi və sosial tənzimləmə formaları

müxtəlif biznes-strukturların, dövlət və səhmdar cəmiyyətlərin ziddiyyətli

maraqlarını tarazlamaq məqsədi ilə tətbiq edilirlər. Dövlət tənzimlənməsinin

məqsədləri, miqyas və formaları sosial-iqtisadi inkişafın dayanıqlığını

stimullaşdıran və tənzimləyən institutlarla möhkəmlənməlidir. Dövlət

mülkiyyətinin xüsusi çəkisi az olan ABŞ-da strateji dövlət maraqlarının

təmin edilməsi zamanı kontrakt sistemi aktiv təsir göstərir. Bu sistemdən

külli miqdarda büdcə vəsaitləri keçir və təminatlanmış dövlət tələbi təmin

edilir. Bilavasitə və dolayı tənzimlənə metodları təsərrüfat üçün əlverişli

şərait yaradır, sahibkarlığın azalmasını qoruyub saxlayır və eyni zamanda

əhalinin müxtəlif sosial təbəqələrinin, həm də regional qurumların sosial

bərabərliyini təmin edir.

Taktiki planda dövlət tənzimləmə sistemində differensasiyanın

azalması və təxmini bərabər sosial-iqtisadi inkişaf şəraitinin yaradılması ilə

əlaqədar bir sıra istiqamət vardır. Söhbət ondan gedir ki, iqtisadi siyasətin

işlənib hazırlanması prosesində əsas diqqət son məqsədə işləyən və

büdcə-vergi sahəsinin dövlət mülkiyyətinin idarə olunmasını əhatə edən

dövlət tənzimlənməsi institut və mexanizimlərinə yetirilsin. Buraya təbii

resursları valyuta-gömrük mexanizminin ehtiyyatlarının idarə olunması və

digər amillər yəni, ölkənin milli təhlükəsizliyinin formalaşması və bazar

münasibətlərinin bütün subyektləri üçün bərabər ilkin təsərrüfat şəraitini

təmin etməklə əlaqədar kompleks amillər aiddir. Qarşıya qoyulmuş

məqsədlərə nail olmaq strategiyasının əsas tərkib hissəsi konyunktura və

investisiya risklərinin qeydiyyatı və dövlət tənzimləmə metodları ilə onların

neqativ təsirinin minimuma endirilməsidir.

Strategiyada qoyulmuş məqsədə nail olmaq davamlı iqtisadi artım və

sosial stabilliyi müəyyənləşdirən şəraitin sistemli qiymətləndirilməsindən

irəli gəlməlidir. Nəzərə alsaq ki, strategiya sistemli yanaşmaya əsaslanır bu

zaman prioritetlərin seçimi ümumilikdə seçilmiş strategiyanın həyata

keçməsi üçün sistemli yanaşmanın nəticəsi olur. Hələ ki, Azərbaycanda

Page 43: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

43

milli prioritetlər strateji məsələlərin həllinə sistemli yanaşmanı əks etdirmir.

Belə ki, uzunmüddətli strategiyanın özü mövcud deyildir. Bu da maliyyə

həcmləri ilə əvəzlənən dəqiq meyllərin olması ilə nəticələnir. Təklif edilən

strategiyanın həyata keçməsinin səmərəliliyi ardıcıl strukturizasiya taktikası

ilə müəyyən edilir.

Milli maraqlar zəminində müxtəlif mülkiyyət növlərinin birləşdirilməsi

bu mülkiyyət formalarından səmərəli istifadə prosesi üzərində real

nəzarətin qoyulmasına imkan verəcək (milli maraqlar nöqteyi nəzərindən

sahibkarların hüquq prinsiplərinin işlənməsi yalnız özəl deyil, bütün

mülkiyyət növlərinin qorunmasına və səmərəli istifadə edilməsinə

yönəldilmiş qaydalar sisteminin işlənməsi). Dövlət tənzimlənməsinin

strategiya və taktikasının mənası dövlətin və əhalinin bütün təbəqələrinin

maraqlarının birləşməsindədir.

Bununla əlaqədar əmək məhsuldarlığının artırılması kimi konkret bir

məsələ qarşıya qoyulmuşdur. Lakin bu o zaman mümkündür ki,

Azərbaycanın təbii-ehtiyatlar potensialı real olaraq insan kapitalı və yeni

proqressiv biznes formaları ilə birləşdirilsin. Bunun üçün innovasiya

iqtisadiyyatı nədir, onun yaradılması və inkişafının əsas yolları hansıdır

suallarını dəqiq təsəvvür etmək lazımdır. Bu prosesdə əsas rol səmərəli

dövlət tənzimnəlməsi, məsuliyyət və biznes təşəbbüskarlığına məxsusdur.

Yeni biliklərin istehsalı və tətbiqi iqtisadiyyatın əsas artım mənbəyi və

beynəlxalq rəqabətdə qalib gəlməyin əsas üstünlüyü hesab olunur. Hal-

hazırda Azərbaycan xaricdən maşın və avadanlıqlar alır. Özünün tətbiqi

sahə elmini inkişaf etdirmək və dəstəkləməklə iqtisadi cəhətdən daha

səmərəli qazanar. Buna görə də insan potensialının inkişafı, iqtisadiyyatın

peşəkar institutsional tənzimlənməsi nəinki ölkənin uğurlu inkişafı, eləcə də

onun vahidliyinin qorunub saxlanılması üçün vacib amil olmuşdur.

Azərbaycanda təkamül inkişafın aparılması daha məqsədəuyğundur.

Bu zaman öz rəqabət üstünlüklərimizi yalnız təbii resurslar üzrə deyil, insan

Page 44: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

44

potensialı üzrə də həyata keçirməliyik. Belə ki, onsuz səmərəli, dinamik

iqtisadiyyatın formalaşması mümkün deyil.

Ölkənin konkret tarixi şəraitini və inkişaf səviyyəsini nəzərə almaq

vacib şərtdir. Bir ölkə üçün səmərəli olan amil digər ölkədə səmərə

verməyə də bilər. Buna görə də elə inkişaf strategiyası yürütmək lazımdır

ki, o həmin ölkənin konkret tələbatları ilə razılaşdırılsın. Qloballaşma

şəraitində bu və ya digər inkişaf strategiyasının seçimi daha çox əhəmiyyət

kəsb edir. Belə ki, qlobal bazar artıq formalaşmış milli bazarlardan daha

çox münaqişələrə məruz qalır, disproporsiyaların yaranmasına səbəb olur

ki, bu da ekzogen güclərin təsirinin minimallaşmasını və qloballaşmanın

pozitiv imkanlarından istifadənin maksimallaşdırılmasını tələb edir.

Azərbaycanın iqtisadiyyatının artım fazasına keçməsi və artım

mənbələrinin müəyyən edilməsi ilə əlaqədar olaraq bu xüsusilə prinsipial

əhəmiyyətə malikdir. Yaranan meyillərin nə dərəcədə dayanıqlı olması və

sahə strukturunun vəziyyəti müxtəlif sahələrdə yaranan meyillərin təhlili

baxımından çox vacibdir.

İqtisadi mühitdə belə bir fikir mövcuddur ki, “marketinq və menecment

üzrə mütəxəssislər artıq çoxdandır ki, Paretonun 80/20 qanununu

görmüşlər: 80 faiz səy göstərməklə 20 faiz nəticə əldə etmək olar. Qalan 80

faiz isə çəkilən vaxt və məsrəflərin 20 faizini təmin edir. Qloballaşma

dövründə 80/20 qanunu daha sərt olur: 90/10 və əksər hallarda isə 99/1

cəhdlərin həcmi deyil, onların tətbiq nöqtəsi həlledici olur3”. Lakin bununla

belə qeyd etmək lazımdır ki, bu 20 faiz, 10 faiz və ya əvvəlki 70-50 faiz

daha əhəmiyyətli və gəlirli nəticə verir. Qlobal liderlik yalnız xarici açıqlıqla

deyil, daxili inkişafla da müəyyən edilməlidir.

İnkişaf etmiş ölkələrin iqtisadi artımı 70 faiz insan potensialının,

inkişafın 30 faizi isə istehsal kapitalı və təbii resurslarla müəyyənləşir.

İnnovasiyalar dünya iqtisadiyyatını birləşdirən əsas qüvvə olmuşdur.

Prioritetlər, fundamental elmi tədqiqatların və tətbiqi araşdırmaların

nəticələrinin sənaye müəssisələrinin məhsuluna sürətlə çevrilməsini təmin

Page 45: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

45

edən mexanizmlərin yaradılmasını həyata keçirirlər. Hal-hazırda

Azərbaycanda elmi araşdırmalar və onların praktiki tətbiqi arasında

əlaqələrin pozulması mövcuddur. Xammal biznesinin elmin inkişafında az

maraqla olması səbəbindən, mövcud texnologiya və avadanlığın əldə

edilməsi strateji üstünlüklər yaratmır. Şəxsi texnoloji araşdırmaların

təşkilinə ehtiyac var. Bunun əhəmiyyəti ondan ibarətdir ki, iqtisadiyyatın

bütün sahələrinin istehsal aparatının texnoloji əsasının irəliləməsi təhlükəsi

mövcuddur. Ölkədə rəqabət qabiliyyətli texniki nümunələrin olmasına

baxmayaraq, çox zaman onların istehsalına sifarişlər almaq mümkün deyil.

Eyni zamanda xarici rəqibliyə üstünlük verilir və əlverişli şərait yaradılır.

Vəziyyətin dəyişilməsi ölkə daxilində yeni texnologiyaların istifadəsi və

yayılmasını, elmtutumlu məhsulların və yüksək emal dairəsi olan

məhsulların ixracının genişlənməsini, elmin maddi-texniki və maliyyə

bazasının möhkəmləndirilməsini tələb edir. Bu, dövlət-özəl sektor

əməkdaşlığının genişlənməsi və elmi-texniki təşkilin bütün mərhələlərində

təkrar istehsal proseslərinin tənzimlənməsi şərtləri ilə mümkün ola bilər.

Bundan ötrü:

Elmin dövlət tərəfindən maliyyələşdirilməsinin genişləndirilməsi;

Elmi-texniki tərəqqinin kadr hazırlığının və yenidən hazırlığının

istiqamətlərinin müəyyən edilməsi üzrə uzun müddətli və orta müddətli

proqramlarının işlənib-hazırlanması və həyatda keçirilməsi;

Perspektiv layihələrin uzun müddətli güzəştli kreditləşməsinin

həyat keçirilməsi;

____________________

3. Feyqin Q.F. Naüionalğnıe gkonomiki v gpoxu qlobalizaüii. 2008q., str.13 Elmi-texniki məhsulların və iqtisadiyyatda elmtutumlu sahələrin

məhsullarına dövlət sifarişlərinin genişləndirilməsi;

Yerli istehsalçıların gömrük siyasəti tədbirləri ilə müdafiəsi və s.

lazımdır.

Page 46: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

46

Məlumdur ki, iqtisadiyyat-mürəkkəb sistemdir. O, bir-biri ilə sıx

əlaqədə olan çoxsaylı makroiqtisadi elementlərdən ibarətdir. Bu

elementlərin tərkibi və onların nisbəti iqtisadi strukturun mahiyyətini təşkil

edir. İqtisadiyyatın tarazlaşdırılması onun səmərəli və dayanıqlı artmasında

iqtisadi strukturun böyük əhəmiyyəti var. Struktur siyasəti - vacib ümumi

dövlət, sahədaxili, sahələrarası və regional proporsiyaların formalaşmasına

istiqamətlənən, milli iqtisadiyyatın səmərəliliyinin onun

rəqabətqabiliyyətliyini və ehtiyatlardan tam istifadəni təmin edən tədbirlər

sistemidir. Struktur siyasətinin məqsədi iqtisadiyyatın tarazlaşdırılmış

inkişafını, elm və texnikanın nailiyyətləri əsasında istehsalın texniki

təkmilləşdirilməsini, əhalinin sosial müdafiəsini və rifah halını təmin

etməkdən ibarətdir. Sənaye siyasəti iqtisadi artımı stimullaşdırmaq məqsədi

ilə sənayenin strukturunun formalaşmasında və təşkilində dövlətin

bilavasitə iştirakı və aktiv rolu üzərində qurulan siyasətdır.

İqtisadiyyatın strukturu - çoxplanlı anlayışdır. Onu təsərrüfat

sisteminin müxtəlif elementlərini əks etdirən müxtəlif nöqteyi nəzərlərdən

araşdırmaq olar. Adətən, sahə, təkrar istehsal, regional və xarici ticarət

strukturlarını ayırırlar. Sahə strukturu milli təsərrüfat sistemində müxtəlif

sahə və yarım sahələrin nisbətindən ibarətdir. O, mürəkkəbdir, dinamikdir

və elmi-texniki tərəqqi, iqtisadiyyatın tsiklik inkişafı və digər amillərin təsiri

altında kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalır.

Sənaye strukturunun mövcud vəziyyəti ondan xəbər verir ki, son illər

ərzində struktur dəyişiklikləri prosesinin müəyyən aktivləşməsi baş verir.

Lakin, müəyyən tədbirlərin həyata keçirilməsinə baxmayaraq irimiqyaslı

struktur dəyişikliklərinin aparılması hələ qabaqdadır. Bu hökumətin,

iqtisadiyyatın xüsusilə də sənayenin innovasiya inkişaf yolunu rəhbər

tutmasından irəli dəlir. Hal-hazırda innovasiyalar yerli sənaye

müəssisələrinin uzunmüddətli rəqabət üstünlüklərinin təmin edilməsinin

həlledici amili olurlar. Bu xüsusilə vacibdir, belə ki, sənaye müəssisələrinin

Page 47: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

47

əksəriyyəti aşağı səmərəli innovasiya fəaliyyəti göstəricisi ilə xarakterizə

olunur(bax cədvəl 1).

Cədvəl 1

İqtisadi fəaliyyət növləri üzrə sahələrin innovasiya səviyyəsi

2002 2007 2008

% Səviyyə % Səviyyə % Səviyyə

Sənaye 100 - 100 - 100 -

Hasilat 5,0 aşağı 0,3 aşağı 0,08 aşağı

Emal 95,0 yüksək 99,7 yüksək 92,6 yüksək

Elektrik enerjisi

- - 0,06 aşağı - aşağı

Qeyd: cədvəl müəllif tərəfindən DSK-nin “Azərbaycanın sənayesi” məcmuəsinin göstəriciləri əsasında tərtib edilib. B., 2008, s. 443-444.

Cədvəl 1-dən göründüyü kimi hasilatda yüksək rəqabətqabiliyyətliliyi

və aşağı innovasiya səviyyəsi mövcuddur. Bu sahənin məhsulları

innovasiyalara aid deyil, lakin sahə üzrə innovasiya məhsullarına, o

cümlədən yeni texnologiyalara, innovasiya avadanlığına böyük tələbat var.

Emal sənayesi nisbətən az rəqabətqabiliyyətli və daha çox innovasiya

istiqamətlidir, lakin burada investisiyaların tətbiqində ardıcıllıq yoxdur və

onlar minimaldırlar. Ümumilikdə sənaye üzrə elmtutumluluq səviyyəsi 2008-

ci ildə - 0,27 faiz, hasilatda - 0,03 faiz, emalda - 1,3 faiz,

elektroenergetikada (enerji hasilatında) - 0,0 faiz olmuşdur. Bu, 2005-ci

ildəkindən çox olsa da, digər dövrlərlə müqayisədə çox aşağıdır. Vəziyyəti

qiymətləndirərkən belə bir nəticəyə gəlmək olar ki, əmək məhsuldarlığının

artım templərinin qaldırılması üçün yeni texnikaya malik olmaq kifayət deyil,

burada daha mütərəqqi informasiya texnologiyalarının mövcud olması

nəticəsində yaranan imkanlara müvafiq olaraq təkrar istehsal prosesinin

təşkili də vacibdir. Emal sənayesində innovasiyalara sərf edilən vasitələrin

səmərəliyi çox aşağıdır. Texnoloji innovasiyaların böyük bir hissəsi

avadanlığın əvəz edilməsinə və heyətin təmin edilməsinə yönəldilir.

Page 48: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

48

Tədqiqat və araşdırmaları həyata keçirən və yeni texnologiyaları əldə edən

müəssisələrin payı minimumdur.

Yuxarıda deyilənlərin nəticəsi olaraq, demək lazımdır ki, elmi-tədqiqat

və təcrübü-konstruktur işlərinə yönəldilmiş vəsaitlərdən səmərəli istifadə

edilsə, artıq orta müddətli prespektivdə əlavə gəlir əldə etmək olar. Belə ki,

ümumilikdə elmi-tədqiqat və təcrübü-konstruktur işlərinə çəkilən xərclər

2004-cü ildə - 31,5 faiz, 2007-ci ildə - 7,7 faiz, 2008-ci ildə - 31,5 faiz

olmuşdursa, hasilatda bu göstəricilər müvafiq olaraq - 21,1 faiz, 3,7 faiz və

2 faiz, emalda isə - 37,6 faiz, 7,7 faiz və 33,9 faiz olmuşdur. Maşın və

avadanlıqların alınmasına xərclər: sənayedə müvafiq olaraq - 9,5 faiz, 80,6

faiz və 56,4 faiz, hasilatda - 26,9 faiz və 78,7 faiz; emalda isə - 15,0 faiz;

80,8 faiz və 60,9 faiz olmuşdur. Yeni texnologiyaların və proqram

vəsaitlərinin alınmasına çəkilən xərclər: sənayedə - 29,2 faiz; 0,6 faiz və

1,4 faiz, hasilatda - 78,9 faiz; 69,6 faiz və 19,4 faiz; emalda isə müvafiq

olaraq - 0,4 faiz olmuşdur. Yuxarıdakılardan göründüyü kimi, yeni

texnologiyalar və proqram vəsaitlərinin alınmasına çəkilən xərclər aşağı

xüsusi çəkiyə malikdirlər. Buna görə də, texnologiyaların inkişafının yeni

nəsil texnika və texnologiyaların bazar perspektivləri haqqında təsəvvür

yaratmaq məqsədəuyğun olardı. Bunların nəticələri isə dövlət tərəfindən

elmi-texniki və sənaye siyasətinin formalaşması üçün biznes tərəfindən isə-

strateji inkişaf və uzunmüddətli investisiya layihələrinin əsaslandırılması

üçün lazımdır.

Müasir şəraitdə real olaraq vəsaitlər mövcuddursa dövlət innovasiya

sahəsinə yatırmaları əhəmiyyətli dərəcədə artmalıdır. İnnovasiyalara

bilavasitə büdcə investisiyalarının artırılması ilə bərabər, dövlətin alət və

stimullarından daha aktiv istifadə etmək lazımdır: Azərbaycanda istehsal

olunmayan və ölkəyə gətirilən bütün texnoloji avadanlığın ƏDV və gömrük

rüsumundan azad edib bu avadanlığın bir hissəsinin cari xərclərə aid etmək

innovasiya inkişafını təmin edən müəssisələri, ən azı onların dayanıqlı

fəaliyyət göstərməsinə qədər gəlir vergisi və sosial vergidən pensiya

Page 49: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

49

ayırmalarından başqa azad etmək də məqsədəuyğun olardı.

İnnovasiyaların sürətli inkişafına mühüm stimul kimi yeni texnologiyaların

işlənib hazırlanmasına verilən dövlət sifarişi ola bilər. Burada ikili

tabeçilikdə olan texnologiyaların işlənib hazırlanmasında dəqiq

koordinasiya vacibdir. Azərbaycanda hələ də prioritet istiqamətlərdə elmi

araşdırmalar koordinasiya edilmir. Bu hərbi-sənaye kompleksinə də aiddir.

Burada ikili təyinatlı texnologiyaların işlənib hazırlanması və tətbiqi

mümkündür. Nəticədə vəsaitlərin itirilməsi, iri sifarişlərin olmasından

istehsal güclərinin tam yüklənilməsi halları aradan qalxır.

Hal-hazırda elmi-texniki potensialın səmərəli idarəetməsi hələ də

yaradılmayıb. Müxtəlif istiqamətlər həyata keçirilir və sistemlilik yoxdur,

iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlılıq olmadan çox hallarda

lokal məsələlər həll edilir. Belə bir suala cavab vermək lazımdır:

maşınqayırma, yüngül sənaye, kimya və neft kimyası sənayesində, meşə

emalı kompleksində, tikinti materialları sənayesində, bitkiçilikdə,

heyvandarlıqda və iqtisadiyyatın digər sektorlarında istehsalın yenilənməsi

yerli elmi araşdırmalar, yerli istehsalın inkişaf əsasında, yoxsa maşın,

avadanlıq, hazır məhsulların küllü miqdarda xaricdən alınması yolu ilə

aparılacaq? Təbii ki, bunların hər biri lazımdır, məsələ yalnız prioritetlərdə

və proseslərin miqyasındadır. Yerli və birgə istehsalın genişlənməsi

vacibdir və bu proses həm yeni yüksək texnoloji məhsulların, eləcə də

ənənəvi məhsulların istehsalının yeni texnologiyalar əsasında təşkil

edilməlidir.

Dövlət maliyyəsinin 30 faizə qədərini texnologiyaların idxalına, 70

faizini isə yerli elmi-tədqiqat və təcrübə konstruktor araşdırmalarına

istiqamətləndirib. Texnologiyaların inkişafı əsasında rəqabətqabiliyyətli

məhsul yaratmaq məqsədəuyğundur. Bu, insan potensialının inkişafı üçün

bazar stimullarının yaradılması, elm isə səmərəli kapital yatırımı vasitəsi

olacaq. Bununla belə, iqtisadi inkişafın xarakteri, mənbələri və amilləri ilə

Page 50: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

50

bağlı məsələlərin tədqiqi ölkə iqtisadiyyatında xüsusilə də sənayedə, artım

və inkişaf arasında ciddi ziddiyyətləri üzə çıxarır (bax cədvəl 2).

Sənayenin sahə strukturu (%)4

Cədvəl 2

2000 2002 2003 2004 2005 2006 2007 2008

Sənaye 100 100 100 100 100 100 100 100

Hasilat 53,5 60,4 56,9 57,5 67,6 72,3 76,0 78,6

Emal 31,3 29,1 33,1 33,06 26,0 23,4 18,9 17,7

Yeyinti 3,1 4,35 4,1 4,09 3,6 2,6 2,5 2,3

Yüngül 1,2 1,05 0,9 0,6 0,7 0,6 0,4 0,05

Meşə, a/e, s/k 0,31 0,47 0,55 0,55 0,44 0,34 0,27 1,15

Sənayetikintimat. 0,8 1,4 1,6 1,9 1,6 1,1 1,2 1,2

Kimya və neftkimya 3,5 3,6 3,6 3,9 2,7 1,5 1,2 1,0

Neft emalı 18,4 14,0 15,4 13,8 10,0 12,5 9,8 8,3

Metallurgiya 0,4 1,39 3,9 4,7 3,9 2,8 1,9 1,8

Maşınqayırma və metal emalı

3,3 3,53 3,03 2,8 2,58 1,75 1,25 1,5

Sair 0,09 0,2 0,2 0,45 0,48 0,21 0,38 0,32

Elektroenegetika 15,2 10,5 10,0 8,9 6,4 4,3 5,1 4,7

Keçid dövründə iqtisadiyyatın strukturunda hasilat sahələrinin və

“birinci” emal istehsalatının payı artdığı halda yüksək texnoloji istehsalın

payı isə aşağı düşməkdədir. Belə vəziyyət çox zaman iqtisadi strukturun

“ağırlaşması” adlanır. Struktur yenidənqurma konsepsiyası xalq təsərrüfatı

kompleksinin sahə müxtəlifliyinin qorunub saxlanılması mövqeyindən çıxış

edir. Sənayenin strukturunda üç sahə qrupunu ayırırlar:

1. yanacaq-enerji kompleksi (sahələr öz rəqabətqabiliyyətini

qoruyur və xarici investisiyaları cəlb edə bilərlər);

2. ixraca məhsul göndərə bilən emal sənayesi sahələri (onların

daxili və xarici bazarda dövlət dəstəyinə ehtiyacları var);

3. daxili bazarda rəqabətqabiliyyətli ola bilən emal sənayesi

sahələri (bu sahələrin inkişafı bilavasitə dövlətin struktur siyasətindən,

proteksionist tədbirlərdən, lizinq və istehlak krediti yolu ilə onların

məhsullarına daxili tələbin stimullaşdırılmasından asılıdır). 4 AR DRS materialları “Azərbaycanın Sənayesi” , 2009-cu il, s. 401

Page 51: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

51

Bir tərəfdən xarici bazarın tələblərinin genişlənməsi, digər tərəfdən

daxili bazarın həcminin artması ilə şərtlənən iqtisadiyyatın, xüsusilə

sənayenin, dayanıqlı artımı, emal müəssisələrinin inkişafına əlavə impuls

vermişdir. Lakin, buna baxmayaraq 2008-ci ildə sənayedə ən aşağı

göstəricilərin yüngül sənaye istehsalına (0,05 faiz); maşınqayırma

məhsullarının istehsalına (1,5 faiz); yeyinti (2,3 faiz), meşə (1,15 faiz),

kimya və neft kimyası (1,0 faiz); sənaye tikinti materiallarının (1,2 faiz)

payına düşür. 2008-ci ilin sənaye strukturunun təhlili göstərir ki, ilkin bölgü

(emal) ilə əlaqəli xammal sahələrində istehsalın əsas həcmi aşağı düşür.

Faydalı qazıntıların hasilatı üzrə istehsalların əsas inkişaf meylləri

səmərəli ehtiyat güclərinin azalması, yeni yataqların tapılması və istifadəyə

verilməsinin aşağı templəri, nəqliyyat və ixrac-ekspedisiya infrastrukturu

tərəfindən məhdudiyyətlərin təsiri altında yaranır. Hasilat sənayesinin artım

potensialından tam istifadə edilməsi metallurgiya və neftkimyada hasilat

xammalının ləng emal templəri ilə də şərtlənir. Əsas fondların mövcud

strukturunda istehsal güclərinin sonrakı artımı istehsalın kapital

tutumluluğunun artması əmək və maliyyə ehtiyatlarından istifadənin

səmərəliliyinin azalması ilə müşayət olunur. Bu, ixracyönümlü kompleksi

sahələrin buraxılış həcminin dinamikasının sənaye istehsalı strukturuna və

daxili bazarda tələbə əhəmiyyətli təsirini şərtləndirir.

Sənayenin texnoloji bazasının resursu (maşın və avadanlıqlar) 2000-

ci ildə - 56,1 faiz; 2005-ci ildə - 39,7 faiz; 2008-ci ildə - 34,3 faizdən çox

istifadə edilmişdir. Yüngül sənaye, meşə, neft emalı, kimya və neft kimyası,

metallurgiya, tikinti materialları sənayesi, maşınqayırma və metal emalı

sahələrində vəziyyət daha da acınacaqlıdır. Avadanlıqların orta yaş

aşılanma dərəcəsi və texnoloji səviyyəsinə görə qeyri-əlverişli

xarakteristikası, yeni nəsil, yüksək məhsuldarlığı dəqiq və təmiz emal

qabiliyyətli maşınların xüsusi payının az olması, indiki vəziyyətdə xammal

və enerjiyə məsrəflərin artması şəraitində bizim müəssisələrə

rəqabətqabiliyyətli məhsul buraxmağa imkan vermir. Buna görə xarici

Page 52: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

52

texnikaya investisiya və istehlak tələbinin davamlı artımı müşahidə edilir.

Sənaye üzrə zərərlə işləyən müəssisələrin xüsusi çəkisi kifayət qədər

yüksək səviyyədədir. İstehsalın sahə strukturlarında baş verən dəyişikliklər

öz əksini məşğulluğun strukturunda (hasilatda 2000-ci ildə - 16,8 faiz;

2008-ci ildə - 20,7 faiz; emalda, müvafiq olaraq - 65,8 faiz və 56,7 faiz) və

əsas sənaye istehsal fondlarının həcmində (hasilatda 2000-ci ildə - 51,5

faiz və 2008-ci ildə - 78,9 faiz; emalda, müvafiq olaraq - 34,5 faiz və 12,4

faiz) tapmışdır.

Bunun nəticəsində ölkədə sənayenin emal və hasilat sahələrinin

arasında ciddi disproporsiyalar yaranmışdır ki, bu da həmin

disproporsiyaların tədricən və planlı şəkildə aradan qaldırılmasına yönəlmiş

dövlətin yeni siyasətinin aparılmasını tələb edir. Bu siyasətin mahiyyətini

ictimai istehsalın mütərəqqi strukturunun formalaşması sahəsində aktiv

dövlət siyasəti, daxili istehsal və investisiyaların, ilk növbədə xalq istehlak

mallarının (idxalı əvəzləyən) və innovasiya sektorunda əmtəələrin idxalını

və xammalın ixracının məhdudlaşdırılması hesab olunur. Ehtiyyat

imkanlarını və sənayenin ixtisaslaşmasını nəzərə alaraq elmtutumlu və

əməktutumlu əmtəələrin istehsalını inkişaf etdirmək planlaşdırılır. Yerli

xammaldan məhsulların ərzaq məhsullarını taxtadan əşyaların, tekstil

məhsullarının, tikinti materiallarının istehsalını artırmaq böyük əhəmiyyətə

malikdir. Mövcud disproporsiyaların aradan qaldırılmasına yönəldilmiş

dövrdən struktur siyasətin həyata keçirərkən yalnız sistemli yanaşma

müsbət səmərə verə bilər.

Nəticədə, qeyd etmək lazımdır ki, sənaye sahələri təsərrüfat

fəaliyyətinin bazar şəraitlərinə müxtəlif intensivliklə və istehsal etdikləri

məhsulu olan tələbata adaptasiya olunmuşlar. Sənaye istehsalının inkişaf

perspektivlərində ön plana sənayenin innovasiya yenilənməsi, onun

səmərəliliyi və rəqabətqabiliyyətinin artması əsasında iqtisadi artımın

müasir tələblərinə cavab verən sahə strukturunun formalaşması problemi

Page 53: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

53

çıxır. Bunun nəticəsində milli rəqabətqabiliyyətin artımını təmin edən

restrukturizasiyanın aparılması məqsədəuyğunluğu artır.

Sənaye müəssisələrinin restrukturizasiyanın keçirilməsində əsas

amil-onun yüksək texnoloji, elmtutumlu istehsalın inkişafına

istiqamətlənməsi və bunun əsasında istehsal güclərinin yenilənməsinin

həyata keçirilməsidir. Bundan irəli gələrək, səmərəli restrukturizasiyanın

sistemli modelinin yaradılması məqsədəuyğundur. Onun reallaşmasına

aşağıdakı tövsiyələr dəstək ola bilər: iqtisadiyyatın dinamik artımı üçün

şəraitin yaradılması; investisiyaların həvəsləndirilməsi üçün institutların

inkişafı və bu məqsədlə maliyyə vəsaitlərinin cəlb edilməsi; sənaye

sahələrində yeni müəssisələrin formalaşması müəyyən dərəcədə dövlətin

rolunu məhdudlaşdırılması ilə bazar imkanlarından istifadə. Nəzərə almaq

lazımdır ki, restruktruzasiya kompleksi çox şaxəli prosesdir. O,

rəqabətqabiliyyətli məhsulun dayanıqlı artımının vacib amili olmaqla yanaşı,

gələcəkdə xarici bazara səmərəli çıxışın ilkin şərtidir.

İqtisadiyyatın xammal yönümlü inkişafı texnoloji geridə qalmanı və

innovasiya inkişafını ləngidir. Azərbaycanı yüksək həyat səviyyəli inkişaf

etmiş ölkələr sırasına çıxartmağa qadir olan makrostrategiyanın əsası

innovasiyalı informasiya-texnologiya inkişafına keçməkdir. Bununla

əlaqədar investisiya və innovasiyaları aktivləşdirmək lazımdır. Dünyada

aparıcı mövqelərə iddialı olan hər bir ölkənin inkişaf strategiyası son

nəticədə elmi texniki tərəqqinin artım nöqtələrini, əmtəələrin

rəqabətqabiliyyətini, yüksək həyat səviyyəsini müəyyənləşdirən fasiləsiz

innovasiya axtarışı əsasında formalaşmalıdır. Belə irimiqyaslı nöqtələrdən

biri kimi nanotexnologiyalar çıxış edir və onların inkişafı dövlətin strateji

məqsədi olmalıdır. İqtisadiyyatın səmərəli artımının əsas amilləri kimi

enerjiqənaətli texnologiyalar çıxış edir. Təbii resursların tükənməsini nəzərə

alaraq, elmtutumlu enerjiqənaətli texnologiyalar gələcəkdə

rəqabətqabiliyyəti müəyyənləşdirəcəkdir.

Page 54: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

54

Çox az miqdarda maliyyələşmədən başqa Azərbaycanda

innovasiyaların inkişafı yüksək vergilər, yüksək kredit dəyəri və

uzunmüddətli kreditlərin aşağı xüsusi çəkisi ilə məhdudlaşır ki, bu da

dövlətin öz üzərinə götürməli olan risklərlə əlaqədardır. Belə dar yerlərin

inkişafında dövlətin strateji rolu özünü biruzə verməlidir. Maşın və

avadanlıqlar sahəsində onların istehsalı üçün bütün şərait var. Lakin, maşın

və avadanlıqlar əhəmiyyətli miqdarda inkişaf etmiş ölkələrdən gətirilirlər. Bu

sahədə məqsədli dövlət strateji və yerli istehsalın müvafiq gömrük

müdafiəsinə ehtiyac var. İqtisadi artımın bir nöqtəsi də informasiya

texnologiyalarıdır. İnformasiya texnologiyalarının inkişafı məqsədi ilə

texnoparkların yaradılmasına dair açılmış kompaniya miqyaslığı ilə

ləngidilir, keyfiyyətini və surətini itirir. Heç olmasa bir təmin olunmuş

texnoparkı yaradıb, vergitutma üzrə güzəştləri tətbiq edib, iş üçün normal

şərait yaratmaq lazımdır.

Bir çox müəssisələr səmərəli texnologiyaların tətbiqi ilə fərqlənən və

dünya səviyyəsində məhsul buraxmağa imkan verən elmi araşdırmalara

malikdirlər. Lakin, innovasiya mühütində əhəmiyyətli nailiyyətlərə çatmaq

aşağıdakı səbəblərə görə hələ də problemlidir:

- müəssisələr fəaliyyətlərindən əsasən, qısa müddətli nəticələrə

istiqamətlənirlər ki, bunun da nəticəsində istehsalın yenilənməsinə dair

planlı hazırlığı aparmaq qeyri-mümkündür;

- marketinq tədqiqatları və əmtəələrin yeniləşməsinə dair işlərin

nəticələri arasında dəqiq əlaqənin olmaması səbəbindən müəssisələr bazar

tələbatının dəyişməsinə hazır deyillər;

- mövcud resrusların qeyri-səmərəli istifadəsi eləcə də, vəsaitlərin

dağılmasına gətirən müəssisələrinin investisiya siyasətinin

balanslaşdırılmaması;

- buraxılan məhsulun rəqabətqabiliyyətinin artırılmasının real

ehtiyyatlarından istifadə edilməməsi və s.

Page 55: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

55

Qeyd etmək lazımdır ki, Azərbaycanda dəqiq innovasiya strategiyası

mövcud deyil və yeniliklərə vəsaitlər isə qalıq prinsipi ilə ayrılır. Bununla

belə, məhz innovasiya və investisiyaların səviyyəsi son nəticədə məhsuldar

qüvvələrin inkişaf səviyyəsini müəyyən edirlər ki, bu da öz növbəsində

ETT-nin texnoloji proseslərdə nailiyyətlərini əks etdirir. Məhz bu industrial

(istehsal edən) və postindustrial (emal edən) texnologiyaları ayırmağa

imkan verir. Azərbaycan bir sıra istehsalda postindustrial texnologiyalara

malikdir, lakin iqtisadiyyatın əsasını hasilat və emal sahələri təşkil edir ki,

bu da industrial iqtisadiyyat üçün xarakterikdir. XXI əsr bəşəriyyət tarixinə

insan kapitalına aktiv yatırımlar, nonotexnologiyalar inkişafında informasiya

və digər texnologiyalarda innovasiya sıçrayışı dövrü kimi daxil olacaq. Bu

problemləri uğurla həll edən ölkələr sosial-iqtisadi inkişafın dünya liderləri

olacaqlar. Müasir, yüksək texnologiyalı iqtisadiyyatını formalaşdırmağa

çalışan Azərbaycanın aydın qiymət siyasəti olmalıdır və bu siyasət

rəqabətqabiliyyətli məhsulun istehsalı üçün maksimal əlverişli şəraitin

formalaşmasına istiqamətlənməlidir. Lakin, bunun əvəzinə belə bir ideya

yeridilir ki, xammal və tariflər olan daxili qiymətlər dünya qiymətləri ilə

sinxronlaşdırılmalıdır ki, bu da əhalinin gəlirlərinin real səviyyəsi və qeyri-

xammal vətəndaş təyinatlı əmtəələrin real rəqabətqabiliyyətliyini nəzərə

almadan baş verir.

Dövlətin uzunmüddətli iqtisadi strategiyasının uğurla həyata

keçməsinin əsasında ən əhəmiyyətli yeri qarşıya qoyulan məqsədlərə nail

olmanı təmin edən maliyyə mənbələri tutur. Maliyyə vəziyyətinin

qiymətləndirilməsi göstərir ki, ölkədə investisiya resursları mövcuddur və

onların bir yerdə istifadəsi yüksək texnoloji və daxili inkişaf əsasında

istehlak tələbinin artımını təmin edə bilər. Ölkədə yığım deyil, investisiya

qıtlığı var və ölkə yenə də kreditləri toplamaqda davam edir. Daxili yüksək

texnoloji inkişafın potensialından bütün investisiya resurslarının-dövlətin də,

biznesin də mümkün olan sahələrində koordinasiyası əsasında istifadə

etmək olar. Xarici investisiyaları da cəlb etmək vacibdir, lakin bu zaman

Page 56: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

56

başa düşmək lazımdır ki, bu vəsaitlərin çox hissəsi kapitalın sürətli

dövriyyəsi olan sahələrdə istifadə edilir. Buna görə də yerli investisiya

mənbələrinə istiqamətlənmək, yeni texnologiyalar əsasında istehlak

sferasının modernləşdirilməsi üçün onlardan məqsədyönlü istifadə etmək

lazımdır. Əks təqdirdə bizi ÜDM-in artım templərində problemlər gözləyir.

Azərbaycanda mövcud olan investisiya modeli xammal yönümlüdür (bax

cədvəl 3).

Sərmayələrin sahə strukturu, (%)5

Cədvəl 3

2000 2002 2003 2004 2005 2006 2007 2008

Sənaye 100 100 100 100 100 100 100 100

Hasilat 72,9 88,3 91,4 94,7 89,5 78,8 77,1 68,9

Emal 12,2 1,7 2,6 3,7 2,8 2,6 6,6 9,6

Yeyinti 6,2 0,4 0,4 1,9 1,0 1,2 1,4 1,9

Yüngül 0,1 0,0 0,0 0,2 0,1 0,3 0,4 0,1

Meşə, a/e, s/k 0,2 0,1 0,03 0,0 0,0 1,1 0,1 0,2

Sənayetikintimat. 0,6 0,3 0,3 0,3 0,2 0,14 0,7 2,1

Kimya və neftkimya 3,2 0,2 0,9 0,7 0,6 0,6 0,9 1,1

Neft emalı 0,4 0,1 0,2 0,2 0,2 0,1 0,5 0,3

Metallurgiya 0,4 0,1 0,7 0,3 0,2 0,1 1,4 0,9

Maşınqayırma və metal emalı

1,2 0,04 0,04 0,2 0,5 0,1 1,3 3,04

Sair 0,0 0,0 0,0 0,01 0,0 0,1 0,03 0,01

Elektroenergetika 14,9 5,4 6,1 1,6 7,8 16,5 16,4 21,6

Xammal investisiya istiqamətlənməsi (2008-ci ildə hasilata - 68,9 fazi;

emala - 9,6 faiz) iqtisadiyyatın uzunmüddətli dayanıqlı yüksək artım

templərini təmin edə bilməz (yalnız, ÜDM-ın artımını təmin edən təbii

ehtiyatlara qısamüddətli konyukturalı qiymət artımı ola bilər). Qeyd etmək

lazımdır ki, investisiyalanma norması sahələr üzrə onların təkrar istehsal

imkanlarına görə differensiasiya olunub. Belə ki, yüngül sənaye, meşə

təsərrüfatı, maşınqayırma və digərləri acınacaqlı vəziyyətdədir. Məsələn,

maşınqayırma sahəsində müəssisələrin çoxu yaşamaq üçün mübarizə

aparır. Yüksək inkişaf etmiş ölkələr sırasında olmaq üçün tezliklə

5 AR DRS 2009-cu il üzrə, s. 426

Page 57: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

57

maşınqayırma sahəsində texnoloji yenidənqurma aparmaq lazımdır. Əgər

bunu yaxın bir neçə ildə etməsək biz çox geridə qala bilərik.

Qərbi Avropada texnoloji kompaniyalar hər yeddi-on ildən bir

avadanlıqlarını yeniləşdirirlər və bu prosesi öz sənayesinin texnoloji

səviyyəsinin artmasında maraqlı olan dövlət stimullaşdırır. Dövlət, inkişaf

tempi itirilə bilən istiqamətləri təhlil edərək belə kompaniyalara 2-2,5 faizlə

güzəştli kreditlər verir. Çində dövlət yeni avadanlığın alınmasına geri

qaytarılmayan subsidiyalar ayırır və məhsulun dünya bazarına irəliləməsi

üçün ixracatçılara faizsiz ssudalar və vergi güzəştləri verir. Bu mənada

Malayziyanın təcrübəsi xarakterikdir. Malayziya düşünülmüş dövlət

strategiyası hesabına dövlət investisiyalarını artırmış və özəl kapitalı cəlb

edə bilmişdir ki, bu da texnoloji modernləşməni aparmağa və yüksək emal

əmtəələrin güclü ixrac sektorunu yaratmağa imkan vermişdir.

Ümumilikdə qeyd etmək lazımdır ki, investisiya ehtiyatlarının

çatışmazlığı Azərbaycanın bazar iqtisadiyyatına keçid modeli və real

sektorun inkişafı sxemi ilə şərtlənmişdir. Bundan irəli gələrək sənayedə

islahatların aparılması ehtiyacı yaranır lakin, hal-hazırda onları yerli

texnologiyalarla həyata keçirmək qeyri-mümkündür. Əvvəla, Azərbaycan

texnoloji cəhətdən inkişaf etmiş ölkə deyil; ikinci, texnoloji innovasiyaların

həyata keçməsi böyük maliyyə vəsaiti tələb edir; üçüncü, geniş miqyaslı

modernləşdirməni xarici texnologiyaların alınması yolu ilə də həyata

keçirmək olar; dördüncü, sənayenin aktiv sturkturunun yenidənqurulması

üçün müəyyən institusional dəyişikliklərin aparılmasına ehtiyac var.

Birinci mərhələ milli iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması, ilk

öncə amil şərtlərindən istifadənin yaxşılaşdırılması hesabına (təbii və əmək

resursları, elmi-texniki və innovasiya potensialı, istehsal və sosial

infrastruktur), eləcə də cəlbedici investisiya mühiti və sahibkarlıq fəaliyyəti

üçün əlverişli şərait, bazar infrastrukturunun inkişafı və daxili istehlak

bazarının genişlənməsi hesabına aparılmalıdır. Bunun üçün sosial yönümlü

bazar (çoxukladlı) iqtisadiyyatının formalaşmasını sürətləndirmək, daxili,

Page 58: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

58

eləcə də dünya bazarlarında sahə və istehsalat rəqabətqabiliyyətinin

prioritet inkişafı hesabına onun səmərəliliyinin səviyyəsini artırmaq lazımdır.

Bu məsələlərin həllində struktur yenidənqurma və iqtisadiyyatın

rəqabətqabiliyyətinin artırılması proqramının əhəmiyyəti yüksəkdir.

İkinci mərhələdə-iqtisadiyyatın strukturunu xidmət sahəsinin V və VI

texnoloji ukladların xüsusi çəkisinə görə inkişaf etmiş ölkələrin təsərrüfat

strukturuna yaxınlaşdırmaq, postindustrial cəmiyyətin formalaşması üçün

şərait yaratmaq vəzifəsi qoyulur. Buna görə də investisiya və innovasiya

layihələrinin səmərəli həyata keçməsinə köməklik edən prioritet investisiya

istiqamətlərinin seçiminin taktika və strategiyası məqsədəuyğundur. Təklif

edilmiş investisiyaların prioritet istiqamətləri kimi investisiya ehtimallarının

optimal strukturu çıxış edəcək və bu da investisiya inkişafının təmin

edilməsinin əsası olacaqdır. Sənaye müəssisələrinin investisiya

potensialından daha səmərəli istifadə üçün əlverişli investisiya mühitinin

formalaşması və investisiya ehtiyatlarının cəlb edilməsi köməyi ilə

investisiya layihələrinin stimullaşdırmaq və tənzimləmək lazımdır.

Dayanıqlı inkişaf modelinə keçid üçün start (başlanğıc) şəraitləri də

vacibdir. Ölkənin dayanıqlı inkişafa keçidi bir çox hallarda onun dünya

birliyində rolu və yeri, mövcud milli resursları, yaradılan sosial iqtisadi

potensialı və onun artırılması imkanları ilə müəyyənləşir. Azərbaycanda

dayanıqlı inkişafa köməklik edən bir sıra əlverişli amil və şərait vardır:

- əlverişli iqtisadi-coğrafi və qeopolitik yerləşmə;

- ümumilikdə inkişaf etmiş nəqliyyat, kommunal və istehsal sistemləri;

- torpaq, su, meşə resursları, bir sıra ən əhəmiyyətli faydalı

qazıntıların mövcudluğu;

- əhalinin yüksək ümumtəhsil səviyyəsinə mövcud ixtisaslı kadr

hazırlığı sistemi;

- mühüm elmi-texniki potensial;

- çoxsahəli sənaye kompleksi;

- güclü tikinti bazası;

Page 59: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

59

- respublikada daxili regionların kompleks inkişafı;

- daxili bazarların genişlənməsinə səbəb olan çoxvektorlu xarici-

iqtisadi əlaqələr.

İrimiqyaslı struktur dəyişiklikləri onların dövlət tərəfindən

tənzimlənməsinə ehtiyac olduğunu əsaslandırır. Bazar irimiqyaslı

problemləri qısa müddətdə həll edə bilmədiyinə görə dövlət onları struktur

siyasətinin köməyi ilə həll edir. Əgər qısamüddətli və ortamüddətli

dövrlərdə sənayenin texniki yenidən təchiz olunması daha çox xarici

texnologiyalar və institutlar hesabına keçirilə bilərsə, uzunmuddətli dövrdə

sənayenin struktur dəyişikliklərinin daha çox texnologiyalar və institutlar

hesabına aparılması tələb edilir. Sənayedə aparıcı innovasiyalı rolu kimya

və neft kimyası, yeyinti sənayesi, maşınqayırma və texnologiya oynayır.

Buna görə də sənayenin struktur yenidənqurmasını təmin etməyə imkan

verən dövlətin innovasiya siyasətini aşağıdakı istiqamətlərdə aparmaq

lazımdı:

- dünya bazarında sənaye müəssisələrinə rəqabət üstünlüklərini

təmin edən texnologiyaların aşkar edilməsi və inkişafı;

- elmi-təqiqat, təcrübü-konstuktor işlərin maliyyəşməsinə çəkilən

dövlət xərclərinin artması;

- regionlarda yeni yüksək texnologiyalı sənaye müəssisələrinin elmi-

tədqiqat və innovasiya fəaliyyətini təmin edən elm və texnologiyaların

kompleks proqramlarının hazırlanması.

Bu, iqtisadi inkişaf templərinin artması, əhalinin həyat səviyyəsinin

keyfiyyətinin yaxşılaşması və yerli məhsulların rəqabət qabiliyyətinin

yüksəlməsinə dair qarşıya qoyulan strateji məqsədlərə nail olmağa

köməklik edəcəkdir. Stabil artımı innovasiya-investisiya inkişaf yolu təmin

edə bilər. Bu zaman dövlət investisiyaları aktiv olaraq ilk növbədə insan

kapitalına və infrastruktura yönəldilməlidir. Dövlətin investisiyalara belə

yanaşmasında və investisiya sahəsində müvafiq investisiya mühitinin və

təminatların olması ciddi özəl kapital axınına təkan verəcək və ümumilikdə

Page 60: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

60

investision artım modelini formalaşdıracaq. Ümumilikdə, qeyd etmək

lazımdır ki, dövlət qeyri-xammal sahələrinə investisiyaları:

- investorlar üçün vergi və kredit güzəştləri;

- risklərin sığortalanması və xarici investorlara tam təminatların

verilməsi;

- qeyri-xammal və infrastruktur sektoruna investisiya layihələrində

dövlətin iştirakının aktivləşməsi hesabına investisiyaların cəlb edilməsini

təmin edə bilər.

Dünyanın aparıcı ölkələrinin sosial-iqtisadi inkişafında dövlətin rolu

artır. Azərbaycanda müasir dövrdə dövlətin rolunun artması kifayət qədər

ziddiyyətlidir. Yaranmış vəziyyət hər şeydən əvvəl, uzunmüddətli inkişaf

strategiyasının olmaması, qısamüddətli subyektiv maraqların uzunmüddətli

maraqları üstələnməsinin nəticəsidir. İqtisadi strategiyanın işlənib-

hazırlanması və həyata keçməsi prosesində vətəndaş cəmiyyətinin müvafiq

institutlarında əksini tapan dövlət tələbatı və biznes dövlət tənzimlənməsi

və bazar mexanizmi arasında rasional nisbəti qoruyub saxlamaq lazımdır.

Eyni zamanda, dövlət bazarın çatışmazlıqlarını örtməli və yalnız ona

məxsus olan funksiyaları qoruyub saxlamalıdır. Maraqların belə nisbəti

qorunub saxlanılsa öz milli sərvətinə nəzarət edən və yüksək texnoloji

inkişaf əsasında əhalisinin yüksək istehlak tələbini təmin edən dövlətin

uzunmüddətli inkişaf strategiyasını işləyib hazırlamaq və həyata keçirmək

olar.

Son illər ərzində ölkə sürətlə inkişaf edir və belə bir təsəvvür yaranır

ki, inkişaf dayanıqlı olmuşdur. Lakin, perspektivdə belə bir faktı nəzərə

almaq lazımdır ki, qloballaşma böyük imkanlar yaratmaqla yanaşı eyni

zamanda riskləri də artırır və təbii ki, inkişaf bu risklərlə işləmək və yaranan

imkanlardan istifadə etmək bacarığından asılıdır. Bununla belə dövlət ETT-

ni müəyyənləşdirən innovasiya və investisiyalarda yaranan riskləri öz

üzərinə götürməlidir. Bununla əlaqədar, XXI əsrdə sosial-iqtisadi inkişaf

strategiyası üçün başlıca məqam əsasən daxili yüksək texnoloji inkişaf

Page 61: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

61

əsasında əhalinin rifah halının yüksəlməsi şəraitini təmin edilməsi olmalıdır.

Dayanıqlı inkişaf edən milli iqtisadiyyat səmərəli, rəqabətqabiliyyətli və eyni

zamanda sosial istiqamətlənmiş, qənaətli, ekologiyaya ziyansız olmalıdır.

Bununla əlaqədar mövcud ehtiyatlar və əhalinin tələbatının optimal

səviyyədə təmin edilməsi nəzərə alınmaqla istehsalın və istehlakın

təkmilləşdirilməsi nəzərdə tutulur. Milli iqtisadiyyatın dayanıqlı inkişafının

təmin edilməsi və sosial məsələlərin həll edilməsində mühüm vasitə ÜDM-

in davamlı artımı, sahələrarası komplekslərin və xalq təsərrüfatının

sahələrinin inkişafıdır.

Yuxarıda qeyd edildiyi kimi, sənayedə struktur dəyişikliklərinin əsas

məqsədi-müasir resursqoruyan və ekoloji tərəfdən təhlükəsiz

texnologiyaların əsasında rəqabətqabiliyyətli yüksək texnologiyalı

məhsulların buraxılışının əhəmiyyətli dərəcədə artırılmasıdır. Yüksək

keyfiyyətli yerli məhsullara əhali tələbatının ödəməqabiliyyətli stabil təmin

edilməsi üçün aşağıdakılar nəzərdə tutulur:

- əhalinin konkret qruplarının tələbatı nəzərə alınmaqla əsas ərzaq və

qeyri-ərzaq malların istehsal və istehlakının struktur – çeşid tarazlığının

təmin edilməsi;

- istehsalın modernləşməsi əsasında yerli əmtəələrin

rəqabətqabiliyyətli artırılması;

- müəyyən istehsalçı qrupları əmtəələr buraxan kiçik və orta

müəssisələrin yaradılması ilə təşkilat strukturlarının restrukturizasiyası və

təkmilləşdirilməsi.

İqtisadiyyatda aparılan struktur dəyişiklikləri yaradılması və istifadəsi

dinamik dəyişikliklərə səbəb amillər olan yeni texnoloji proses və əmtəələrin

dinamik təsiri altındadır. Xarici kompaniyalar sənayedə mütərəqqi

dəyişikliklər üçün yaxşı iqtisadi səmərə verən innovasiya fəaliyyətinə böyük

əhəmiyyət verirlər. Lakin bizdə innovasiyaların inkişafı sahəsində yaranmış

vəziyyət heç ürəkaçan deyil. Sənaye müəssisələri məhsul yeniləşməsi

stabil olaraq həyata keçirə bilmir, innovasiya fəaliyyətinə investisiyaların

Page 62: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

62

tətbiqi kifayət qədər aşağı səviyyədədir. Bütün sənaye müəssisələrində

məhz bu istiqamətdə iş aparılmalıdır.

Sənayedə texnoloji geriləmə elmtutumlu məhsulların nisbətən aşağı

paya malik olmasında öz əksini tapır. Bunun da səbəblərindən biri-

innovasiya sektoruna investisiyaların aşağı səviyyədə olmasıdır. Nəinki

sahibkarlıq sahələrində, hətta elmin özündə də ciddi problemlər var. Elm

bazar mühitinə zəif adaptasiya olunub, sənayenin tələbatına kifayət qədər

istiqamətlənməyib, bu da onun məhsulunun rəqabətqabiliyyəti səviyyəsini

aşağı salır. Buna görə də müvafiq resurslarla təmin edilmiş uzunmüddətli

sənaye siyasətinin yaradılması məqsədəuyğundur. Bu siyasət sənayenin

innovasiya inkişafının təmin edilməsinə yönəldilməlidir. Bu prosesin

aşağıdakı tədbir və mexanizmləri var:

- iqtisadiyyatda bazar və digər institutsional dəyişikliklərin

dərinləşməsi (bazar iqtisadiyyatının yaranması və inkişafı üçün zəruri olan,

əhalinin həyat səviyyəsinin artırılması vəzifələrini həll etməyə, istehsalın

modernləşməsini, ölkənin təbii kompleksinin təkrar istehsal potensialının

qorunub saxlanılmasına imkan verən institutlar sisteminin yaradılması);

- sahibkarlıq fəaliyyətinin genişləndirilməsi (yaradıcılıq sahibkarlığı

aktivləşdirir, yeni iş yerləri yaradır, insanın özünə realizə etməkdə köməklik

göstərir, sosial stabilliyin əsası olan orta sinfi formalaşdırır);

- elmi tədqiqatların və araşdırmaların inkişafı (sənaye istehsalının

resurslarını və idxalın azaldılması üçün ixrac yönümlü sənaye

məhsullarının rəqabətqabiliyyətinin artırılması; rəqabətqabiliyyətli kənd

təsərrüfatı məhsullarının istehsalının səmərəliliyinin və həcminin artırılması;

yerli xammal bazasının inkişafının elmi-texniki təminatı);

- istehsalın modernləşdirilməsi və müəssisələrin

restrukturizasiyasının proqramı və mexanizmlərinin işlənib hazırlanması

(istehsal potensialının aktiv rekonstruksiyasının həyata keçrilməsi;

neqativlərin-istehsalatda yığılıb qalmış mənəvi və fiziki cəhətdən aşılanmış

əsas kapitalın aradan qaldırılması; müəssisələrin özlərinin dövriyyə

Page 63: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

63

vəsaitlərinin çatmaması; aşağı investisiya və innovasiya aktivliyi sonra isə

ekologiya şəraitində iqtisadiyatın real sektorunun səmərəli fəaliyyəti

göstərməsinə keçid);

- investisiya-struktur siyasətinin təkmilləşdirilməsi (investisiyaların

cəlb edilməsi və onların sosial iqtisadi inkişafın strateji prioritetlərinin həyata

keçməsinə və ekoloji problemlərin həllinə yönəldilməsi; digər ölkələrin

rəqabət üstünlüklərindən istifadə əsasında klaster və korporativ struktur

yaratmaq yolu ilə kapitalın ixracı. Struktur siyasətinin birinci dərəcəli

vəzifələri bərabər və qabaqcadan anlaşılan iqtisadi fəaliyyət şərtlərinin

yaradılması; innovasiya aktivliyinin artırılması və iqtisadiyyatın yüksək

texnoloji sektorlarının qabaqlayıcı inkişafının stimullaşdırılması,

müəssisələrin restrukturlaşması və islahatların aparılması prosesinin

stimullaşdırılması, onların səmərəliliyinin artırılması; bazarlarda inteqrasiya

və rəqabət proseslərinə dəstək, infrastruktura bərabər çıxsın təmin

edilməsi; kiçik və orta sahibkarların inkişafına dəstək; təbii monopoliyanın

restrukturizasiyası prosesində anti-inhisar nəzarətin gücləndirilməsi);

- xarici iqtisadi siyasətin və beynəlxalq əməkdaşlığın aktivləşməsi;

- regionların dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması

(lokal ekosistemlər nəzərə alınmaqla regional strukturun təkmilləşdirilməsi;

mütərəqqi, yerli şəraitə adaptasiya edilmiş texnologiyalardan istifadə

etməklə, mövcud təbii resurslardan istifadə etməklə sahəvi və növ

fəaliyyətinin inkişafı);

- dayanıqlı inkişafın nəqliyyat və sosial-siyasi mexanizmlərinin

inkişafı.

Mövcud sahə strukturu özünün keyfiyyət göstəricilərinə görə rəqabət

qabiliyyətinin aşağı səviyyədə olmasını göstərir və nəticədə elə struktur

dəyişikliyi siyasətini işləyib hazırlamaq lazımdır ki, o iqtisadiyyatın

rəqabətqabiliyyətinin artmasına əsaslansın. Hal-hazırda struktur

rəqabətqabiliyyətinin qaldırılmasının iki əsas strategiyası mövcuddur:

Page 64: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

64

- sənaye siyasəti əsasında rəqabətqabiliyyətinin qaldırılması

konsepsiyası (sənaye siyasətinin əsasında dövlətin başlıca rolu durur. Bu

rol dövlətin tənzimlənməsi funksiyalarının rəqabət prosesinə müdaxilə olan

dövlət sifarişlərinin verilməsinə qədər geniş istifadəsini nəzərdə tutur);

- rəqabət siyasəti əsasında.

Beləliklə, mütərəqqi strukturun formalaşmasının iki üsulu yaranır: -

“yuxarıda” (dövlətin bu prosesə güclü təsirinin tətbiqinə əsaslanır; dövlət öz

əllərində investisiyalara lazımı resursları cəmləyərək bu prosesə inzibati

təsir göstərir. Belə yanaşma iqtisadi inkişafın böhran dövründə xüsusilə

səmərəlidir) və “aşağıdan” (ayrı-ayrı sahibkarların təşəbbüsünə əsaslanma,

yəni azad rəqabət mexnizmi əsasında inkişaf). Lakin, rəqabət istehsalın

temp və proporsiyalarının tənzimlənməsi rolunu yerinə yetirərək elmi-texniki

və texnoloji nailiyyətlərin tətbiqinə köməklik edir, istehsalın və əməyin

təşkilini təkmilləşdirir. Lakin, keçid iqtisadiyyatı şəraitində bu kifayət etmir.

Sənayedə struktur dəyişikliyinin həyata keçirilməsinin alternativ variantı

məqsədəuyğundur. O, özündə aktiv dövlət struktur və sənaye siyasətinin

aparılmasını tələb edən, keçid dövrü şəraitinə adaptasiya edilmiş iki

konsepsiyanın üstünlüklərini birləşdirməyə imkan verə bilərdi. Belə

siyasətin aparılmasının məqsədəuyğunluğunun səbəblərini göstərmək

lazımdır.

- mövcud üstünlüklərdən daha çox fayda götürə bilmədiyimizə

görə sənaye istehsalının bərpası və real iqtisadi artımın əsasının

yaradılması üçün perspektiv sahələrdə öz müəyyən yerimizi qabaqcadan

tapıb konkret məqsədlər çərçivəsində strukturu təhlil etmək lazımdır. Bunun

üçün bütövlükdə iqtisadiyyatın və sənayenin dayanıqlı inkişaf strategiyası

çox vacibdir. Azərbaycan iqtisadiyyatı inkişaf dövrünə keçmişdir və bununla

əlaqədar uzunmüddətli milli maraqlardan irəli gələrək iqtisadiyyatın xammal

və innovasiya sahələrində üstünlüklərinin koordinasiyası aparılmalıdır.

Prioritet kimi potensial rəqabət üstünlükləri mövcud olan inkişaf

istiqamətləri hesab edilməlidir;

Page 65: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

65

- elm ilə iqtisadiyyat arasında olan əlaqələrin zəifləməsi nəticəsində,

“Forsayt” bu əlaqələri möhkəmləndirilməyə kömək edə bilər. Elmi

texnologiyalar və innovasiyalar milli sosial-iqtisadi inkişafın hərəkətverici

qüvvəsinə çevrilir. Bu, struktur və investisiya siyasətinin əsas məsələsinin

maşınqayırma sahəsində istehsalın yolverilməz həcmdə azalmasının

qarşısının alınması üçün yeni istehlakçıya istiqamətlənmiş strukturda onun

bərpasına köməklik edəcəkdir. Yalnız sahə prioritetlərinə söykənən güclü

dövlət real iqtisadi artımı və öz istehsalının artımını təmin edə bilər. Buna

görə də, ÜDM-in artımını təmin etmək vacibdir. Bu artımın 2/3 hissəsi

iqtisadiyyatın struktur dəyişiklikləri, 1/3-isə texniki və təşkilatı tədbirlər

hesabına baş verməlidir. Qlobal rəqabətdə üstünlüklər maneələrin sadəcə

aradan qaldırılması və dövlət təsiri hesabına deyil həmçinin, davamlı

iqtisadi artıma səbəb olan iqtisadiyyatın qabaqcıl elmi-texniki və texnoloji

səviyyəsinin təmin edilməsi hesabına əldə edilir;

- mövcud təsərrüfat strukturlarının istehsalın texnoloji və struktur

modernləşməsi məsələsinin həllində, milli iqtisadiyyatın ixrac yönümlü

xammal sektorunda, xüsusilə də maşınqayırma sektorunda rentabelli

əmtəə bazalarının formalaşması və yiyələnməsində iqtisadi motivasiyanın

kifayət qədər olması;

- milli sənaye istehsalının struktur dinamikası vəzifələrini lazımi

həcimdə həll etməyə qadir olan təsərrüfat subyektlərinin milli

iqtisadiyyatında zəifliyi.

Belə şəraitdə iki ssenari mövcuddur, milli rəqabətqabiliyyətin

itirilməsinin sonrakı perspektivləri ilə inkişafsız artım və yeni keyfiyyət

vəzifəsinə keçidlə inkişaflı artım. Buna görə də:

- üç “i”-nin potensialının reallaşması hesabına qarşıya qoyulan

məqsədə əsaslanma; investisiyalar və turizm industriyası;

- qarşıya qoyulan məqsədi reallaşması zamanı üç “i”-nin verdiyi

üstünlüklərdən istifadə tədricən, ardıcıl və daimi olmalıdır. Bu, Azərbaycana

çox lazımdır; üç qüvvənin dövlət (hakimiyyət) iqtisadiyyat (biznes) və

Page 66: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

66

cəmiyyətin əməkdaşlığına əsaslanaraq, sosial, iqtisadi, ekoloji və

institutsional məqsədlərə nail olmaq;

- strateji istiqamətlərə dayanmaq;

Beləliklə qeyd etmək olar ki:

- dünya iqtisadiyyatı müddətlərlə əmələ gələn böhran təsirinə meyllidir.

O, nəinki dəqiq bir məhsulun növünə təsir edir, həmçinin regional xüsusiy-

yətlidir. Bu riskin dərəcəsinin minimumlaşması üçün ixrac edilən məhsuldan

potensial olan itkilərin azalmasını tələb edir. Bununla belə aşağıdakılar

məqsədəuyğundur: innovasiya sisteminin əsas tərkib hissələrinin təzələnməsi

və gücləndirilməsi (potensial olan kiçik və orta müəssisələrin, hansı ki,

istehsalata riskli elmi-texniki layihələri işləyirlər və tətbiq edirlər); milli

maşınqayırmanın inkişafı (innovasiya tipli iqtisadi artımın tətbiqinin əsası

kimi); sənaye müəssisələrinin texniki və texnoloji təchiz edilməsi; kiçik

innovasiya müəssisələrinin böyük firmaların sifarişləri ilə tədqiqatların və

işləmələrin həyata keçirilməsi təcrübəsinin həvəsləndirilməsi vacibdir ki, bu

innovasiya fəaliyyətinin çevikliyini və dinamikliyini təmin edir; innovasiya

aktivliyini sahibkarlıq sektorunda artırılmasına dövlət tərəfindən pul vəsaitlərin

elmi-tədqiqat işləmələrinə və elmi-tədqiqat kəşflərinə yönəldilməsinin

artırılması; milli innovasiya sistemlərin yaradılması bütöv innovasiya tsiklin

“fundamental tədqiqatlar” reallaşdırır – “tətbiqi işləmələr” – “elmtutumlu

məhsulun buraxılması” - “elmtutumlu məhsulun” kommersiya satışı; elmi-

innovasiya sahəsində iqtisadiyyatın real sektoru ilə inteqrasiyası, həmçinin

sahə elminin bərpası (sahəli elmi-tədqiqat institutları və konstruktor büroları,

innovasiya proqramı siyasətinin elmi-metodoloji əsaslarının təkmilləşdirilməsi

və onlardan alınan effektin istifadəsi); ölkənin iqtisadi potensialın

saxlanılmasın və çoxalmasının təmin edilməsi Azərbaycanın sosial-iqtisadi

siyasətinin formalaşması əsası kimi qiymətləndirilməlidir.

- hökumət apardığı kursa uyğun innovasiya modelin inkişafının

tətbiqində və “bilik iqtisadiyyatı” konsepsiyasının həyata keçirilməsində

dövlətin rolu innovasiya-investisiya struktur dəyişikliklərin aparılmasında

Page 67: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

67

qarışıq maliyyələşmə əsasında elm-tədqiqat mərkəzlərin yaradılmasından,

innovasiya klasterlərin yaradılmasının təşviq edilməsindən; elmi-tədqiqat

kəşflərin və işləmələrinə xərc edilən maliyyə vəsaitlərindən real iqtisadi

faydalığın alınmasının təmin edilməsindən; innovasiya məhsuluna dövlət

sifarişlərinin formalaşmasından (enerjiyə qənaət edən, informasiya və

informasiya-kommunikasiya texnologiyaları dövlət proqramlarının həyata

keçirilməsi); dövlət və qarışıq elmi-məsləhətxanalar mərkəzlərinin inkişafına

təkan vermək yolu ilə elmi-texniki və innovasiya məhsulu üçün tələbat

bazarın konyuktur tədqiqatları sisteminin yaradılmasından ibarətdir. Yeni və

yüksək texnologiyalar əsasında istehsalatların yaradılması və inkişafı nəinki

dünya bazarında milli iqtisadiyyatın yüksək qabiliyyətliyinə nail olmasıdır və

ya qorunmasıdır, həmçinin ayrı-ayrı ölkələrin, regionların sosial-iqtisadi

inkişafına təkan verən təsərrüfat strukturunda keyfiyyətli dəyişikliklərin

aparılması əsası kimi çıxış edir.

Bütün bunlar xammal inkişaf modelindən innovasiya modelinə keçidə

dəstək verib, Azərbaycanın real iqtisadi inkişafına və artımına səbəb

olacaq. Beləliklə, dayanıqlı innovasiya və investisiyaların artması elm,

texnika və texnologiyalardan istifadə və bu proseslərin idarə olunması ilə

təmin edilir ki, bu da yalnız sənayenin deyil, ümumilikdə iqtisadiyyatın

regional dayanıqlı inkişafına dəstək verir. Belə ki, burada coğrafi

yerləşmənin üstünlükləri göz qabağındadır. Ölkənin ümumilikdə inkişafının

açarı onun şəhərlərinin və onların arasında olan nəqliyyat koordinatlarının

inkişafıdır. Müasir iqtisadiyyat şəhər iqtisadiyyatı, insan kapitalının artım

iqtisadiyyatıdır. Şəhərlər yalnız innovasiyaları hasil etmir, onlar institutsional

mühiti dəyişdirir, təkcə daxili deyil, eləcə də xarici amillərin

modernzasiyasının inkişafına da səbəb olur. Buna görə də dayanıqlı

inkişafın əsas istiqamətlərinin müəyyən edilməsi güclənən qloballaşma

prosesi şəraitində iqtisadiyyatın real inkişafına köməklik edir.

Page 68: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

68

İ.e.n.

E.İ.Şabanova

Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasında

inteqrasiya amili (nəzərə alınma prinsipləri)

Page 69: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

69

Müasir dövrdə Azərbaycanın iqtisadi və siyasi strategiyası dünyada

baş verən qlobal iqtisadi proseslərlə bilavasitə bağlıdır. Respublikanın

bazar iqtisadiyyatına keçməsi onun dünya siyasətində və beynəlxalq

aləmdə bir subyekt kimi tanınması ilə yanaşı cəmiyyətin iqtisadi, siyasi və

demoqrafik strukturasını bütövlükdə dəyişmişdir. Respublikada mövcud

stabil şəraitin hesabına iqtisadiyyatın əsas prioritetləri müəyyən edilmiş,

bazar iqtisadiyyatında yeniləşməni həyata keçirmək məqsədi ilə müvafiq

maliyyə strukturları və milli iqtisadiyyatın inkişafı, xarici və yerli kapitalın

cəlb olunması üçün şəraitlər yaradılmışdır. Beynəlxalq münasibətlərin

müasir sisteminin əsas fərqli cəhəti ümumi iqtisadi, mədəni, sivil, siyasi və

hərbi maraqlara malik möhkəm əməkdaşlığın formalaşması və inkişafından

ibarətdir. Bu əməkdaşlıqda dünya iqtisadiyyatı bir tərəfdən beynəlxalq

maliyyə korporasiyaları, digər tərəfdən isə milli iqtisadi sistemlərin

rəqabətinə tabedir.

Dünyada yaranmış “intizam” hər bir ölkədən xüsusi ilə yeni

müstəqillik əldə etmiş respublikalardan milli təhlükəsizlik və iqtisadi

müstəqilliyin qorunması üçün xarici və daxili amillərin təsirinin

özünəməxsus kombinasiyasını tələb edir. Bu baxımdan beynəlxalq rəqabət

dövlətin qarşısında müəyyən qaydaların yerinə yetirilməsi zəruriyyətini

yaradır. Yəni dövlət, milli iqtisadiyyatın rəqabət aparmaq qabiliyyətini təmin

etməkdən ötrü təbii sərvətlərin və iqtisadiyyatın mühüm sahələrinə, ölkə

vətəndaşları və iş adamlarının mənafelərinin, eləcə də milli nəzarətin

qorunmasına yönəlmiş bu qaydaları ölkəsinə aid uyğunlaşdırmalıdır.

Azərbaycanın geoiqtisadi kursunun formalaşması bir neçə qlobal

amillərin təsiri nəticəsində baş verir. Bu amillərdən ən başlıcası müasir

dövrdə ölkənin inkişafına və onun dövlətçiliyinin qorunmasına böyük təsir

göstərən iqtisadiyyatı və siyasətidir. Qlobal proseslərin hazırkı

mərhələsində bu istiqamətdə ən başlıca rol siyasətə məxsusdur. Sovet

İttifaqının dağılması ilə əlaqədar iqtisadiyyat siyasətin hissəsinə, daha

dəqiq desək onun törəməsinə çevrilmişdir. Bununla bağlı qeyd olunmalıdır

Page 70: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

70

ki, Azərbaycanın iqtisadi inkişafı (çox qütblü dünya şəraitində bu kifayət

qədər problematik məsələdir) siyasi müttəfiqin düzgün seçilməsindən

asılıdır.

İqtisadi və siyasi baxımdan aparıcı ölkələr sırasına daxil olduğundan

Azərbaycan apardığı iqtisadi siyasətin ayrılmaz hissəsi kimi bu ölkələrin

maraqları ilə manevr etmək qabiliyyətinə malik olmalıdır. Dünya təsərrüfat

əlaqələrinin qloballaşmasının yüksək səviyyəyə çatdığı bir dövrdə heç bir

ölkə öz siyasəti və iqtisadiyyatını təklikdə inkişaf etdirə bilməz. Ölkənin

yaşamasının əsasını təşkil edən və iqtisadi fəaliyyətinin nisbi azadlığını

təmin edən strateji xammal ehtiyatlarına malik olan Azərbaycan rəqabətdə

üstünlüyündən istifadə edərək, beynəlxalq əmək bölgüsünü və qlobal

rəqabəti öz xeyrinə dəyişmək imkanına malikdir.

Burada respublikanın iqtisadi və siyasi stabilliyinin qarantı kimi çıxış

edən dövlətin rolunun güclənməsi ilə şübhəsiz ki, onun qarşısında da bir

nömrəli vəzifə kimi dövlətlərarası münasibətlərin tənzimlənməsi

məsələlərini qoyur. Bu məsələnin həll olunmamsı halında respublika

iqtisadiyyatı qeyri sabit, sıçrayış şəkildə inkişaf edəcək və xüsusən maliyyə

sahəsində böhran amillərinə ciddi məruz qalacaqdır. Öz xüsusiyyətlərinə

görə xarici amillərə daha çox məruz qalan neft sənayesi ölkənin iqtisadi

siyasətinə böyük təsir göstərir və bundan sonra da göstərəcəkdir. Bu sahə

xarici sərmayələrdən və xarici-regional coğrafiyadan asılı olduğundan

nisbətən “beynəlmilləl” xarakter daşıyır. Xüsusi ilə qeyd etmək lazımdır ki,

ölkənin xarici neft amilinin rolu uzun müddət hələ mühüm əhəmiyyət kəsb

edəcək. Azərbaycan iqtisadi və eləcə də siyasi istiqamətlərdə Amerika və

Qərb ölkələrinin geostrateji maraqları dairəsindədir. Hal-hazırda o, MDB

ölkələrindən başqa Şimalı Atlantika bloku ilə “Sülh naminə əməkdaşlıq”

proqramı çərçivəsində əməkdaşlıq edir. İqtisadiyyatın təkamüllü inkişafı

üçün iki-qarşılıqlı əlaqəli olan amil vacibdir: sabit siyasi vəziyyət və iqtisadi

artıma imkan verən sərmayələr. Bununla əlaqədar, yerli kapitalın cəlb

olunmasının, onun artmasının vacibliyini də qeyd etmək zəruridir. Bu da

Page 71: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

71

kapitalın respublikadan çıxarılmasının qarşısının alınmasına kömək

edəcəkdir. Son nəticədə kapital öz iqtisadi mahiyyətini və istiqamətini

tapmalıdır. Bu kimi tendensiyalar dünyada artıq mövcuddur və “nəzarətsiz

bazar” mühitində iqtisadiyyatın qloballaşması prosesi nəticəsində daha da

dərinləşməkdədir.

Keçid dövrünün çətinliyi ondan ibarət idi ki, keçmiş ittifaqın digər

respublikaları kimi Azərbaycan üçün də dünya sivilizasiyasına birləşmə

şəraitində qarşılıqlı əlaqələri olan siyasi, iqtisadi və sosial problemləri eyni

vaxtda həll etmək məcburiyyətində oldu.

Azərbaycan dövlətinin inkişafı baxımından geoiqtisadi strategiyanın

seçilməsi sözsüz ən vacib məsələlərdən biridir. Bu baxımdan xarici

siyasətdə dövlət prioritetləri sisteminin formalaşdırmaq lazımdır. Onun

formalaşması zamanı real iqtisadi proseslərin təhlilinə istinad etmək,

mövcud balanslar arasında dünya ölkələrinin və ən başlıcası isə

Azərbaycan dövlətçiliyi maraqlarından çıxış etmək lazımdır.

İqtisadi islahatların fərqli modelləri keçmiş İttifaq respublikalarında

müxtəlif növlü, bəzən də uyğun olmayan iqtisadiyyatların formalaşmasına

gətirib çıxartmışdır. Hətta MDB daxilində inteqrasiya təzahürlərinin müsbət

meyllərinin olmasına baxmayaraq burada ölkələr arasındakı müxtəlif

səviyyələşmə onların iqtisadiyyatlarının daha da təcrid olunmasına gətirib

çıxara bilər.

Azərbaycanın açıq iqtisadiyyatının formalaşmasının geoiqtisadi

səmtlərinin müəyyən edilməsi müstəqillik əldə olunduqdan sonra dövlətin

inkişafının mühüm məsələlərindən birinə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, bu kimi məsələlərin həllinin zəruriliyi təkcə

bizim ölkəmizin qarşısına çıxmayıb. Burada, yuxarıda qeyd olunan

problemə mənsubiyyəti olan məsələlərə dövlətin fəal və məqsədyönlü

yanaşmasının mühüm olduğunu qeyd etmək zəruridir. Çünki, məhz

hökumət səviyyəsində bu və ya digər regional təsərrüfat strukturlarına,

yaxud dünya sisteminə ölkənin daxil edilməsinin geoiqtisadi

Page 72: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

72

istiqamətləndirmə məsələləri həll olunur. Qeyd etmək lazımdır ki, bu proses

yeni müstəqil dövlətlər səviyyəsində nəinki inkişaf etmiş ölkələri, hətta qərbi

Avropa və Amerika ölkələrindən də yan keçməmişdir. Məhz yuxarıdakı amil

göstərir ki, inteqrasiya bu və ya digər dərəcədə hər hansı bir inkişaf etmiş

ölkənin Avropa və ABŞ tərəfindən istifadəsi alətinə çevirməsindən daha çox

bu dünya birliyinin obyektiv şərti kimi təzahür edir.

Məlumdur ki, dünya ticarətinin rolunun artdığını nəzəri alsaq

bazarların qarşılıqlı müdaxiləsi ən başlıcası iqtisadi inteqrasiya əsasında

həyata keçirilməlidir. Bu prosesdə postsovet məkanı ölkələrinin

inteqrasiyası bu səviyyəni və onun prioritet istiqamətlərini müəyyən etmək

zəruriliyi baxımından daha məntiqli görünür. Transmilli şirkətlərin

yaranması və uğurlu fəaliyyəti məhz qlobal iqtisadi inteqrasiyanın

nəticəsidir. Onların fəaliyyəti ona gətirib çıxarır ki, iqtisadi maraqlar siyasi

maraqlara üstünlük təşkil edir və bu da öz növbəsində dünyanın müxtəlif

regionlarında aparıcı dövlətlərin geosiyasi, strateji maraqlarının əmələ

gəlməsi prinsipini şərtləndirir. Nəticədə bir çox ölkə dünya birliyinə daxil

olmaqla transmilli şirkətlərin bilavasitə təsiri dairəsinə düşür.

Təəssüf ki, iqtisadi inteqrasiyaya nail olmaq heç də asan başa gəlmir.

Burada müxtəlif beynəlxalq təşkilatlar ölkənin bilavasitə inkişafı ilə yanaşı,

daxili iqtisadi-siyasi vəziyyətin dünya bazar iqtisadiyyatının tələblərinə

uyğunlaşdırılmasına da kömək edir. Azərbaycan bu cəhətdən qabaqcıl

mövqe tutur. Belə ki, beynəlxalq qurumların (TACİS Avropa Şurasının

Proqramları daxil olmaqla) ölkədə fəal işləməsi iqtisadi qanunvericiliyi

dünya standartlarına uyğunlaşdırmaq məqsədini özündə ehtiva edir. Analoji

olaraq inteqrasiya prosesinin sürətlənməsinə Beynəlxalq Valyuta Fondu da

mühüm islahatların inkişafına dəstək verir. Lakin, Beynəlxalq Valyuta

Fondu haqqında söz açdıqda bu struktur ilə əməkdaşlığın neqativ

aspektlərindən da danışmaq lazımdır. Bu neqativ aspektlərə iqtisadiyyatın

inkişafını ləngidən bir sıra tələblərin göstərilməsi olar ki, onlara da sərt pul-

kredit siyasətinin aparılması, dövlət büdcəsi vəsaitlərinin xərclənməsinə

Page 73: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

73

dair bir sıra tələblər və s. aiddir. Azərbaycanda yerli istehsalın inkişafına

köməkedici mexanizm kimi planlaşdırmış proteksionist gömrük siyasətinin

aparılmasını da bu qəbildən olan aspektlərə aid etmək olar.

Qeyd edək ki, Azərbaycan üçün imkanlar dairəsini şərti olaraq

potensial dörd prinsipial zonaya bölmək olar. Bu, Amerika və Avropa daxil

olmaqla Qərb dünyası; Şərq yaxud Rusiya yönümlü zona; Ərəb dünyası və

Asiya dövlətləri. Fikrimizcə, burada iqtisadi, siyasi, hərbi, ərazi aspektlərinin

nəzərə alınması zəruridir və bizim dövlətin maraqları nöqteyi nəzərdən

proseslərə yanaşmaq lazımdır. Hərçənd ki, hazırkı mərhələdə bu

istiqamətdə konkret həll tapılmayıb. Keçmiş İttifaq respublikalar üzrə təsir

gücünə malik olan dövlətlərin maraqlarını qruplaşdırmaqla bu məsələnin

həllinə bizim ölkənin potensial imkanlarından düşünülmüş formada

yanaşmaq lazımdır.

Beləliklə, zəngin ehtiyatlara, elmi potensiala, əlverişli coğrafi şəraitə

və başlıca olaraq stabilliyə malik olan keçmiş ittifaq ölkələri dünya

dövlətlərinin maraqları çərçivəsində olduğu halda eyni vaxtda

balanslaşdırılmayan iqtisadiyyata və ixracdan yüksək asılılıq səviyyəsinə

malikdirlər ki, bu da onların dünya sisteminə cəlb olunması üçün maneə

rolunu oynayır. Bir halda ki, dünya dövlətləri keçmiş respublikaları iqtisadi

intervensiya yolu ilə blokadaya almaq imkanlarına malikdir, onda ölkəmiz

üçün mərhələ-mərhələ dövlət maraqları nöqteyi nəzərdən inteqrasiyanın

müxtəlif istiqamətlərinə görə şərtlərini müəyyən etmək daha düzgün

olacaqdır. Bu baxımdan hesab edirik ki, keçmiş ittifaq dövlətləri iqtisadi

cəhətdən birləşməli və birgə bazar iqtisadiyyatının “oyun qaydaları”

kodeksini işləyib hazırlamalıdırlar.

Hazırkı dövrdə Azərbaycan dünya iqtisadi sisteminə kifayət qədər

inteqrasiya etmişdir. Buna aydın misal kimi “Əsrin müqaviləsi”- Bakı-Tbilisi-

Ceyhan transmilli neft kəmərini göstərmək olar. Bu enerji dəhlizi

çərçivəsində qlobal əməkdaşlığın inkişafı üçün güclü impuls rolunu oynayır.

Bundan başqa Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işlənib hazırlanması və

Page 74: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

74

Azərbaycandan Avropaya təbii qazın təchiz edilməsini də göstərmək olar

(regionda 200 milyard barrel neft və 640 trilyon kub.fut qaz ehtiyatı

qiymətləndirilmişdir, bu da dünya ehtiyatlarının 15 faizini təşkil edir, yəni

ABŞ və Şimal dənizinin neftqaz ehtiyatlarından yüksəkdir).

Milli iqtisadiyyatın, kiçik və orta biznesin inkişafı üzrə xarici ölkələr ilə

birgə proqramları reallaşdırılır. Özəlləşdirmədə, xüsusən maşınqayırma,

qara və rəngli metallurgiya, kimya və yüngül sənaye, kənd təsərrüfatı

məhsullarının istehsal və emalı, birgə müəssisələrin yaradılması, turizm

obyektlərinin tikintisi və rekonstruksiyası sayəsində birgə iştirak etmək üçün

xarici müəssisələr üçün şəraitlər yaradılır.

Dünyanın 60 ölkəsində təmsilçiləri olan yerli və xarici müəssisələrin

sayı 1994-cü ildən başlayaraq 1500-ə çatmışdır. Çin ilə ticarət

münasibətləri daha intensiv inkişaf etməyə başlamış və mübadilə

dövriyyəsi 240 milyon dollara çatmışdır. Azərbaycanın xarici ticarət

dövriyyəsində Çinin payı hal-hazırda 4 faiz təşkil edir, lakin etiraf etmək

lazımdır ki, bu göstəriciləri bir neçə dəfə artırmaq üçün kifayət qədər imkan

vardır. Hal-hazırda Azərbaycan xarici ticarət dövriyyəsində dünyanın 125

dövləti ilə əməkdaşlıq edir.

İqtisadi araşdırmalara görə hazırkı dövrə qədər planetimizdə qlobal

bazar şəraitinin əmələ gəlməsinin başlıca səbəbi beynəlxalq siyasi, iqtisadi

və maliyyə təşkilatlar, 50-60 əsas transmilli maliyyə-sənaye qrupları və

eləcə də özəl sektorun və sənaye ticarətinin avuarlarının təxminən üçdə

birinə nəzarət edən 40 min TMK-lardır.

Qlobal bazarın fəaliyyəti prosesində milli dövlətin rolu tədricən azalır

və çox istiqamətli qaydada tənzim olunan, dünya miqyasında əməyin

paylanmasına əsaslanan beynəlmiləl istehsalat-maliyyə kompleksi yaranır.

Aydındır ki, milli təsərrüfatın dünya təsərrüfat əlaqələri sisteminə,

xüsusən kapitalın və iş qüvvəsinin ölkələrarası yerdəyişməsinə, ətraf dünya

ilə qarşılıqlı iqtisadi əlaqələrə nail olmaqda ölkənin geniş iştirakına və s.

Page 75: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

75

milli təsərrüfat əlaqələr sisteminə daxil olma aspektləri alimlər tərəfindən

heç də tam olaraq tədqiq olunmamışdır.

Azərbaycanın açıq iqtisadiyyatının səmərəli işləyən modeli özündə iki

dialektik və ziddiyyətli, lakin bir-biri ilə qarşılıqlı şərtləşdirilən cəhəti

birləşdirir. Bunlar strateji istiqamətlərdir ki, uzunmuddətli prioritetləri və milli

inkişafın məqsədini əks etdirir. Hətta eyni vaxtda burada bu faktı da nəzərə

almaq lazımdır ki, milli inkişaf heç də əməyin beynəlxalq səviyyədə

bölünməsinin inkişafının ümumi tendensiyaları və dünya təsərrüfat

sisteminin özünün təkamülü, eləcə də ölkə regionlarının inkişafının

dominant meyllərinə cavab verə bilmir. Qeyd olunan səmtlər mütləq

ölkəmizdə olan islahatlar və ehtiyatlar potensialının milli xüsusiyyətini və

reallığını əks etdirməlidir.

Qeyd olunmalıdır ki, nəzərdən keçirdiyimiz planda iqtisadiyyatın

strukturası heç də dəyişməz deyil. Praktiki olaraq bütün, o cümlədən inkişaf

etmiş bazar iqtisadiyyatı olan ölkələrdə belə hazırkı dövrdə müəyyən dövlət

müəssisələrinin özəlləşdirilməsi prosesi baş verməkdədir (bunu İngiltərə və

Fransada görmək mümkündür). Mülkiyyətin strukturasında dəyişilmə

dinamik proseslərin effektivliyinin artırılması zərurətindən irəli gəlir.

Öz-özlüyündə mülkiyyət və seçim azaldığı müəssisələrin effektiv

işlənməsini təmin edən şərt kimi zəruridir, lakin kifayət deyildir. Buna misal

kimi inhisarçı mövqedə olan müəssisələri (dövlət və şəxsi müəssisələr)

göstərmək olar ki, yüksək gəlir və mənfəəti effektivliyin artması və

ehtiyatlardan istifadə yolu ilə deyil, məhz qiymətlərin artımı ilə təmin edir ki,

buna görə dövlət tənzimlənməsi vacib element kimi monopoliyaya qarşı

olan qanunvericiliyi və iqtisadiyyatda yüksək səviyyədə rəqabəti özündə

cəmləşdirməlidir. İqtisadiyyat qarışıq hal daşıdıqda isə dövlət

tənzimlənməsinin rolu xeyli yüksək olur və üç əsas istiqamətdə həyata

keçirilir: Əvvəla, müəssisəyə təsir etmə yolu ilə. Biznes iştirakçılarının

arasında münasibətləri tənzimləyən hüquqi bazanın, xüsusən qanuni “oyun

qaydaları”nın yaradılması, rəqabətə yardım, bir neçə halda daxili bazarların

Page 76: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

76

müdafiəsi, biznesin yeni forması-kiçik müəssisələrin, müxtəlif proqramların

və s. stimullaşdırlması, sərmayələrin stimullaşdırılması, istehsalın müxtəlif

növlərinin inkişafına kömək göstərilməsi. Nəticədə, gələcəkdə iqtisadiyyatın

strukturasını proqressiv şəkildə dəyişdirə biləcək və ümumən isə

iqtisadiyyata böyük mənfəətlər gətirə biləcəkdir.

İkinci, dövlət tənzimlənməsi cəmiyyət və əhalinin ayrı-ayrı təbəqələri

arasında vəsaitin daha da bərabərölçülü paylanmasına yönəldilmişdir və

eləcə də vəsaitlərin zamanında paylanması ilə bağlıdır (təhsil, səhiyyə,

müxtəlif kateqoriyadan olan insanların və əhalinin məşğulluğu və sosial

müdafiəsi). Bu, bir tərəfdən, stabillik amili kimi, digər tərəfdən isə

bütövlükdə iqtisadiyyatda, onun çevikliyini və inkişafının mümkünlüyünü

artıran lazımi ehtiyatların saxlanılma üsulu kimi zəruridir.

Müasir beynəlxalq münasibətlər sisteminin əsas fərqləndirici cəhəti

ondan ibarətdir ki, o, ümumi iqtisadi, mədəni-sivilizasiyalı, siyasi və hərbi

maraqları olan güclü koalisiyalar formalaşdırır və inkişaf etdirir. İqtisadi,

siyasi və sosial problemlər dünyanı mərkəzdənqaçma təmayüllərinə sövq

edir. Dünyanın birləşməsinin müasir mərhələsi iqtisadi regionların

birləşmələri vasitəsilə həyata keçirilir. Misal kimi Avropa ölkələri (AÖ),

Şimal Amerika ölkələri (NAFTA), Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı

(ASİƏ), neft ixrac edən ölkələr təşkilatı (OPEK), ASEAN ölkələri və Cənubi

koreya, Avropa və Asiya ölkələrini (ASEM) göstərmək olar. Dünya ÜDM-nin

təxminən 80 faizi, dövlət büdcələrinin 82 faizi və ixracın 85 faizi NAFTA, AÖ

və ASİƏ-nin payına düşür.

Dünyanın ən iri dövlətləri ABŞ, Çin və Yaponiyanın iqtisadi birlikdə

birləşməsi üçün real şərait mövcuddur və əgər onlar birləşsələr dünya

ÜDM-nin 60 faizi, bütün məhsulun 33 faizi və sərmayələrin 42,5 faizi

onların əlində cəmləşəcəkdir.

Təəssüf ki, müasir dünyanın üç əsas iqtisadi birliyin heç birindən

ehtiyat potensialına görə geridə qalmayan MDB beynəlxalq arenada

üçüncü rol oynayır. Əsas göstəricilərə görə MDB nəinki deyilən bloklardan,

Page 77: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

77

hətta bəzi iqtisadi birləşmələr, birliklər olan ASEAN (Cənub-Şərq Asiya) və

MERSOKUR-dan (Braziliya, Argentina, Uruqvay və Paraqvay) da geridə

qalır. MDB-nin dövlətlərarası iqtisadi komitəsinin qiymətləndirməsinə görə

bu birliyin ümumi məhsulu dünya məhsulunun təxminən 10 faizini, təbii

sərvətlərin əsas növlərinin 25,5 faizini, ixrac potensialında isə 4,5 faizi təşkil

edir.

Qərbin hesablamalarına görə MDB-nin payına təbii qazın dünya

ehtiyatlarının 40 faizi düşür və neft ehtiyatlarına görə yalnız Səudiyyə

Ərəbistanından geridə qalır. Lakin, məlumdur ki, nə vaxtsa inteqrasiya

olunmuş iqtisadiyyatda güclü dezinteqrasiya prosesləri baş verir. Bizim

fikrimizə görə, suveren dövlətlərin inkişaf mərhələsində inteqrasiya

prosesləri keçmişdə mövcud olan QİYŞ-Qarşılıqlı İqtisadi Yardım Şurasının

prinsipinə görə qurulmalıdır və yalnız bu halda biz Avropa İttifaqı kimi

regional iqtisadi birləşmələrə konsolidasiya oluna bilərik.

Dünya təsərrüfat əlaqələrinin qloballaşmasının yüksək səviyyəyə

gəlib çıxdığı bir dövrdə heç bir ölkə öz siyasəti yaxud iqtisadiyyatını təklikdə

inkişaf etdirə bilməz. Həmçinin, qloballaşma dünya iqtisadiyyatının

fenomeni kimi, vahid sosial-iqtisadi və qanunverici bazası olmadan indiki

zamanda iqtisadi və siyasi ierarxiyada öz yerini tuta bilməz.

Hal-hazırda dünyanın inkişaf etmiş ölkələrində kiçik və orta biznes

təsərrüfat fəaliyyətinin təşkil olunmasının xüsusi forması kimi çıxış edərək

sosial-iqtisadi problemlərin həll edilməsinin əsas istiqamətlərindən hesab

olunur. Məlumdur ki, iri biznes kiçik biznesdən əmələ gəlir və bir çox

sahibkarlar iri şirkətlərin və müəssisələrin sahiblərinə çevrilirlər.

İqtisadiyyatın bu sferası ümumilli gəlirin təxminən 10-15 faizini təşkil edir. İş

adamlarının problemləri əsasən yüksək vergiqoymanın olması, dövlət

tərəfindən kifayət qədər maliyyələşdirmənın və “biznes-inkubatorların”

olmaması ilə əlaqədardır. Məsələn, ABŞ-da tenderdə kiçik və orta

müəssisələrin iştirakı olmadan dövlət sifarişini almaq qeyri mümkündür.

Page 78: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

78

Rusiyada da belə bir qanun var ki, ona müvafiq dövlət sifarişinin 15

faizi kiçik biznesə təhvil verilməlidir və bu da hökumət tərəfindən olan

prioritetlərə aid olunur. Lakin, hakimiyyətin və resursların

mərkəzləşdirilməsi xüsusi innovasiya və yüksək texnoloji istehsalat

sahələrində sahibkarlığın fəaliyyətini kəskin azaldır.

Biznesin özü-özünü təşkil etməsi cəmiyyətin strukturlaşdırılmasının

bünövrəsi, onun sosial-iqtisadi inkişafının zəruri şərti və vətəndaş

institutularının formalaşması deməkdir. Kiçik biznesin xüsusiyyətlərindən

biri cari problemlərin həll edilməsidir ki, bununla da o ölkədə baş verən

dəyişikliklərə təsir etmək qabiliyyətində olur. Tənizimetmənin ən geniş

yayılmış və hərkətverici formalarından biri vergiqoymadır. Onun funksional

vəzifəsi vəsaitlərin yığılması və onların yenidən paylanmasının təmin

edilməsindədir. O, təsərrüfat inkişafını eyni vaxtda məhdudlaşdıra və yaxud

da stimullaşdıra bilər, yəni prioritetlərin seçilməsi əsasdır. Regional

proqramların həyata keçirilməsi ilə əlaqədar kiçik və orta biznesin fəaliyyət

sahəsi əhəmiyyətli dərəcədə genişlənməyə məruz qalacaqdır.

Dövlət siyasətinin vacib istiqamətlərindən biri də regionlarda yeni iş

yerlərinin açılması və əhali miqrasiyasının qarşısını almaq məqsədilə

sahibkarlıq fəaliyyətinin aktivləşdirilməsidir.

Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı üzrə yardım fondu

Azərbaycanda analoqu olmayan möhtəşəm bir layihə prezintasiya etmişdir.

O, işləməyən müəssisələr əsasında biznes-poliqonunun yaradılması

layihəsidir. Biznes-poliqonun məqsədi hökumət, EİB və sahibkarlar

arasında üçlük əməkdaşlıq modelini həyata keçirməkdir. Bu da

respublikada qeyri-neft sektorunun inkişafı üçün zəmin yaradır. Biznes-

poliqonu çərçivəsində sərmayəçilər üçün xüsusi imtiyaz şəraitləri

yaradılacaq.

Dünyanın bir çox ölkəsində müxtəlif prinsiplərə görə “biznes-poliqon”

deyilən, iqtisadi zonalar, sənaye şəhərcikləri, çoxfunksiyalı ofis mərkəzləri

Page 79: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

79

yaradılmışdır ki, bunlar da kiçik və orta sahibkarlığın mövcud problemlərinin

realizə olunması üçün xeyli kömək edə bilər.

Azərbaycanda kiçik və orta biznesin inkişafının vəzifəsi dövlətin

əhəmiyyətli köməyi ilə bir sıra təsərrüfat sahələrinin struktur

yenidənqurmasının həyata keçirilməsində və əhalinin sosial-iqtisadi

hüquqlarının müdafiəsində başlıca rolun oynanmasından ibarətdir. Dövlət

bu prosesin sosial-iqtisadi tənzimlənməsinin yeganə institutu kimi qalır.

İqtisadi münasibətlərin demokratikləşməsi üçün bazar

dəyişilmələrinin sosial istiqamətinin gücləndirilməsi zəruridir və bu da

əhalinin iqtisadi və sosial maraqlarının balanslaşdırılmasına gətirib

çıxaracaqdır. Verilən şəraitdə respublikanın iqtisadi və siyasi stabilliyinin

qarantı kimi dövlətin rolunun gücləndirilməsi istisna olunmur. Bu da

şübhəsiz dövlətin qarşısında dövlətlər arası münasibətlərin

tənzimlənməsinin birinci növbəli məsələlərini qoyur.

Ölkə üçün növbəti vacib amili kimi Bakı-Tibilisi-Ərzurum qaz boru

kəmərinin emalı və təbii qazın Azərbaycandan Avropaya nəqli hesab

olunur. Avropanın enerji ehtiyatlarının 2030-cu ildən azalması üzrə

proqnozları nəzərə alaraq Bakı-Tibilisi-Ərzurum qaz boru kəmərinin işə

daxil olunması dünya dövlətləri üçün mühüm hesab ediləcəkdir.

Bizim ölkənin Avropa birliyinə inteqrasiyası Azərbaycan-Bolqarıstan

əlaqələrinin dərinləşməsi və genişlənməsinə gətirib çıxartmışdır.

Respublikaların ikisi də uğurla Avropa və Avroatlantika strukturlarına

inteqrasiya edir və bu kimi pozitiv istiqamətdə ikitərəfli münasibətlər də

inkişaf edir. Burada Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələrin

genişləndirilməsinin vacib məsələləri müzakirə olunmuşdur. Bu əlaqələr

beynəlxalq və dövlətlərarası münasibətlərin tarixi ilə şərtləndirilir və onların

kökü Avropa-Kavkaz-Asiya dəhlizi ilə Böyük İpək yolunun qədim

ənənələrinə gedir çıxır. Buna görə tarixi böyük İpək Yolunun bərpası və

onun xəzəryanı forması olan “Əsrin müqaviləsi”-“Bakı-Tbilisi-Ceyhan”

transmilli neft kəməri üzrə layihələri iki ölkə arasında münasibətlərdə vacib

Page 80: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

80

rol oynayır. TRASEKA proqramının həyata keçirilməsi nəinki qonşu

dövlətləri, həm də uzaq xarici ölkələrin də marağını kəsb etmişdir.

İş adamlarının arasında inkişaf edən əməkdaşlıq formalarından biri

də biznes-formdur və bu ölkəyə xarici sərmayələrin cəlb olunmasının vacib

amili hesab olunur. Ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafının

dövlət proqramını təsdiq etməsi müxtəlif ölkələr və regionların müəssisələri

arasında birbaşa təmasların qurulmasına şərait göstərən məqsədli

amillərdən biri kimi çixiş edir. Azərbaycan iş adamlarının aqrar sektorda,

ağır maşınqayırma və yüngül sənayedə böyük təcrübəyə malik olan türk

sahibkarları ilə əməkdaşlığın inkişafında daha sıx əlaqələri mövcuddur.

Azərbaycan və türk sahibkarları respublikada kənd təsərrüfatı

məhsullarının emalı üzrə artıq küllü miqdarda birgə müəssisələr təşkil

edilmiş və qarşılıqlı mənfəətli əmtəə mübadiləsi həyata keçirilmişdir.

Türk sahibkarları sənayenin tekstil və yeyinti, avadanlıq və kimyəvi

preparat istehsalı və digər sahələrində işləyirlər. Telekomnikasiya

sektorunu xüsusi qeyd etmək lazımdır ki, burada türk sahibkarları qabaqcıl

mövqelərə çıxmışlar. Onlar Azərbaycan iqtisadiyyatına ümumilikdə 1,6

milyard dollar sərmayə qoymuşlar.

Bizim dövlətin partnyorları sırasında Moldova respublikası da vardır.

Moldova respublikasının hökuməti və Azpetrol Azərbaycan şirkəti arasında

Dunay və Prut çaylarında yerləşən Curculeşti beynəlxalq limanının inşası

haqqında razılaşma imzalanmışdır və artıq inşa işlərinə başlamışdır.

Razılaşmanın əsasını neft, yük və sərnişin terminalları təşkil edir.

Azərbaycan şirkəti Moldovada gələcəkdə 50 yanacaq doldurma

məntəqəsinin açılması nəzərdə tutur. Yeddi il müddətində Azpetrol

Moldovaya 250 milyon dollar sərmayə qoyuluşunu planlaşdırır.

Gürcüstanın əsas ticarət partnyorlarından biri Azərbaycan hesab

olunur. Azərbaycan siyasətinin vacib istiqamətlərindən biri də neft

strategiyasıdır. 1994-cü ilin 20 sentyabırında imzalanmış “Əsrin müqaviləsi”

ümumdünya əhəmiyyətinə malikdir Azərbaycan və Gürcüstanın

Page 81: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

81

iqtisadiyyatlarında xüsusi rol oynamış, eləcə də bir neçə qlobal regionlar

layihələri həyata keçirməyə imkan vermişdir. Neft məhsullarının

Gürcüstana əsas mal göndərənlərdən biri Azərbaycandır. Belə, bu gün

Bakı-Supsa neft kəməri uğurla işləyir və onun vasitəsilə Bakı neft dünya

bazarlarına çıxarılır.

Dövlət neft şirkətinin neft məhsulları Avropa ölkələrinə Gürcüstanın

Poti və Batumi limanları vasitəsilə ixrac olunur. Həyata keçirilən layihələr

strateji əhəmiyyətə malik olan iki qonşu ölkənin tərəqqisi və inkişafının

təminatçısıdır. Gürcüstanın dövlət şirkəti ilə imzalanmış müqavilə ilə

müvafiq olaraq Azərbaycandan Gürcüstana elektirik enerjisinin ötürülməsi

həyata keçirilir.

İki ölkə arasında qarşılıqlı mənfəətli əməkdaşlığın əsasını təşkil edən

nəqliyyat və rabitə sahələridir. Azərbaycan və Gürcüstan TRASEKA

beynəlxalq layihəsinin daha fəal iştirakçılarıdır. Beynəlxalq yük

daşımalarının 86 faizi Gürcüstandan tranzit ilə dəmiryolu vasitəsilə həyata

keçirilir. İki ölkə ərazilərindən keçən nəqliyyat yüklərinin daşınma həcmi

təxminən 10 dəfə artmışdır. Hal-hazırda Azərbaycan və Gürcüstan

arasında əməkdaşlığa münasib müqavilə - hüquqi normaların yaradılması

üzrə fəal iş aparılır. Dövlətlər arasında olan iqtisadi əməkdaşlıq qarşılıqlı

mənfəət strategiyası əsasında qurulur.

Dünya iqtisadi sistemdə “inqilab” baş verməsi nəticəsində Çin öz

tarixində ilk dəfə olaraq dünya təsərrüfatı subyektinə çevrilmişdir.

Ümumdünya ÜDM-ində ÇXR-nin payı 1 faizdən artıq olmuşdur. Lakin 9

faizlik sürətli inkişaf nəticəsində ÇXR milli iqtisadiyyatı kəmiyyətə görə

altıncı yer tutmuş və ümümdünya ÜDM-nin 6 faizi onun payına düşmüşdür.

BVF təhlilçilərinin proqnozlarına görə Çin bütün Asiya regionunun iqtisadi

mərkəzinə çevrilir. Regionun əsas maddi və maliyyə axınları buraya

istiqamətləndirilir və burada paylaşdırılır. Beynəlxalq iqtisadi arenada “Yeni

Çinin” aşkara çıxmağı ənənəvi şərqi-asiya iqtisadi inkişaf modelinin sonunu

başlanğıcı kimi dərk oluna bilər. Bu modelin məğzi ondan ibarətdir ki, asiya

Page 82: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

82

ölkələri ucuz malları ixrac edib alınan gəliri əsas kapitalın

təkmilləşdirilməsinə sərf edirdilər. Bunun nəticəsində onlar yeni

texnologiyaları istehsal etməyə başladılar.

Hazırkı dövrdə yaranmış ikitərəfli əlaqələrin inkişafını kifayət qədər

yüksək qiymətləndirmək olar. Məsələn 1999-cu il ilə müqayisədə 240 ABŞ

dolları qiymətində olan ticarət əməliyyatları xeyli intensiv inkişaf etməyə

başlamışdır. Azərbaycanın xarici ticarət dövriyyəsində Çinin payı 4 faiz

təşkil edir.

Qeyd etmək vacibdir ki, bizim ölkələr QUAM çərçivəsində beynəlxalq

hüququn ümumi qəbul olunmuş norma və prinsipləri əsasında fəal

əməkdaşlıq edir. QUAM təşkilatına daxil olan ölkələr arasında ticarət-

iqtisadi əlaqələrin dərinləşməsi üçün azad ticarət haqqında sazişlər

imzalanmış və regionda stabilliyi təmin etmək üçün birgə səylər barədə

deklarasiya da qəbul olunmuşdur. Odessa-Brodi neft kəmərinin layihəsi

Avropa komissiyası tərəfindən ümumi Avropa əhəmiyyətli hesab olmuşdur.

O, komissiyanın strukturları tərəfindən maliyyələşdirilir və iki ölkə Ukraniya

və Azərbaycanın AŞ ilə birgə layihələrin inkişafına mühüm payı kimi

qiymətləndirilir. Bu layihələr Ukrayna və Azərbaycanın Avroatlantika

strkturlarının inteqrasiyasına imkan yaradır.

İqtisadiyyat, siyasət və mədəniyyət sahələrində Belarus respublikası

ilə dövlətlərarası münasibətlərin inkişafı Azərbaycan üçün vacib əhəmiyyət

kəsb edir. Ticarət-iqtisadiyyat, elmi-texnika və mədəniyyət sahələrində

razılaşmalar artıq əldə edilmişdir. Xüsusilə Belarusiyada istehsal olunan

traktorların, avtomobillərin, kənd təsərrüfatı texnikası, televizorların,

soyuducuların və digər sənaye məhsullarının, o cümlədən ticarət lizinq və

konsiqnasiya formalarının Azərbaycana göndərilmələri haqqında razılaşma

əldə olunmuşdur. Azərbaycan əsasən ölkədə istehsal olunan kimya və

kənd təsərrüfatı məhsullarını Belarusiyaya göndərir. Neft-mədən

avadanlığının göndərilmələri haqqında razılaşma əldə edilmişdir. İki ölkə

arasında ticarət-iqtisadi əməkdaşlıq münasibətləri elektron sənayesi

Page 83: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

83

müəssisələri arasında kooperasiya əlaqələri əsasında dərinləşdirilir.

Azərbaycan QİYT təşkilatının keçmiş ölkələri ilə öz münasibətlərini inkişaf

etdirir. Xüsusən iki ölkə, Azərbaycan və Rumıniya arasında bir sıra

hökumətlərarası müqavilələr və iqtisadi razılaşmalar imzalanmışdır.

Ölkənin iqtisadi inkişafının hazırkı mərhələsində dövlət sahibkarlığa

mümkün olan yardımı edir. Dövlətin məqsədi sahibkarlıq fəaliyyəti üçün

maksimal əlverişli şərait və zəruri olan infrastruktur yaratmaqdır. Ölkədə

biznes-iqliminin inkişaf istiqamətində başlanmış tədbirlərin arasında vergi

siyasəti və eləcə də kommersiya fəaliyyətinin liberallaşdırılması

istiqamətində iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi zəruridir. Özəl

sektora bilavasitə maliyyə köməyin göstərilməsi sahibkarlığın bank

tərəfindən kreditləşdirilməsinin faizinin ildən ilə azalması əsasında həyata

keçirilir. Dövlət özəl sektorun kreditləşdirilməsində Azərbaycan Beynəlxalq

bankı vasitəsilə fəal iştirak edir. Bank sektoru özəl sektorun kreditləşməsi

vacib rol oynayır. Qeyd etmək lazımdır ki, bank təşkilatları özləri də

sahibkarlıq fəaliyyəti subyektləri kimi çıxış edirlər. Buna görə də SMYF

vasitəsilə büdcə ayrılmalarının artımı respublikanın bank sisteminin

inkişafına bilavasitə təsir göstərir.

Bəzi sahələrdə yerli biznesmenlər o qədər əhəmiyyətli nəticələr əldə

etmişdir ki, həmin sahələrə xarici kapitalın axınına ehtiyac qalmır. Yerli

sahibkarların iş təcrübəsi olmadığı sahələrinin aşkara çıxarılması, onlara

dövlətin iqtisadi siyasətində prioritet statusunun verilməsi və bu sahələrə

xarici kapitalın cəlb edilməsi üçün uyğun şəraitin yaradılması zəruri

məsələlərdəndir. Bununla bağlı “Azərbaycanda sərmayə fəaliyyəti

haqqında” qanun layihəsi hazırlanır.

İqtisadi münasibətlərin demokratikləşdirilməsi üçün bazar

çevrilmələrinin sosial istiqamətləndirilməsini gücləndirmək lazımdır və bu

da əhalinin sosial və iqtisadi maraqlarının balanslaşdırılmasına kömək

edəcək. Bu situasiyada respublikanın iqtisadi və siyasi stabilliyinin qarantı

kimi dövlət rolunun güclənməsi istisna olunmur. Bu da dövlətin qarşısına

Page 84: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

84

şübhəsiz dövlətlərarası münasibətlərin tənzimlənməsinin birinci növbəli

məsələləri çıxarır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın sahibkarlıq fəaliyyətində

Amerika sahibkarları da iştirak edirlər. ABŞ bizim respublikanın etibarlı

ticarət partnyorudur. Xüsusən də ABŞ-nın Azərbaycanda ticarət palatası

125 Amerika şirkətini birləşdirir və burada yüzlərlə bizim vətəndaşlar çalışır.

Amerika kapitalı əsasən neft sektoru ilə bağlıdır, lakin Amerika kapitalının

Azərbaycan regionlarına cəlb olunması imkanları da mövcuddur. Amerika

sahibkarları regionların enerji və qaz ilə təchizat sferalarına, infrastruktur

inkişafına, regionların inkişafının əsas katalizatoru olan yolların inşasına

böyük maraq göstərirlər. ABŞ, kənd iqtisadiyyatının müasir infrastrukturu

yaradılmasında maraqlıdır çünki, bunsuz aqrar biznesinin inkişafı mümkün

deyil. Amerika şirkətləri Azərbaycanın rayonlarında, xüsusən Lənkəranda,

Masallıda, Gəncədə, Xaçmazda fəal işləyirlər. Burada Amerika hökuməti və

təşkilatları tərəfindən maliyyələşdirilən layihələr həyata keçirilir.

Amerika sahibkarlarının iqtisadiyyatın qeyri-neft sektorlarına

iştirakının mümkünlüyü nəzərdə tutulur. Lakin sahibkarlıq fəaliyyətinin

inkişafı üçün beynəlxalq standartlara uyğun olan sığorta şirkətinin olması

zəruridir.

Hökumət tərəfindən iqtisadi islahatların uğurlu aparılmasını və ölkədə

sərmayə qoyuluşu üçün əlverişli iqlim olması Avropa Bankının Azərbaycan

üzrə strategiyası da kömək edəcək.

İqtisadi islahatların keçirilməsi üçün əsasən dörd prioritet istiqamət

seçilmişdir. Xüsusən, onlardan üçü: kiçik və orta sahibkarlığa, maliyyə

sektorunda yardım edilməsi və eləcə də qeyri-neft sektorunun inkişafı ilə

bağlı infrastruktur, enerji və nəqliyyat layihələridir. Avropa Bankının

prioritetləri arsında neftqaz sferası qalmaqdadır və bütün region üçün

xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına mane olan süni

maneələrin aradan qaldırılması və nəzarətinin dövlət sisteminin

Page 85: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

85

təkmilləşdirilməsi” fərmanına əsasən bütün müəssisə və təşkilatlar

mülkiyyət formasından asılı olmayaraq “nəzarət kitabçalarını” əldə

etməlidirlər. Bu sənəd vergi xidmətinin əməkdaşları tərəfindən aparılan

bütün yoxlamaları özündə əks edir.

Hal hazırda əhalinin bir nəfərinə düşən sərmayələrin həcminə görə

Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini

tutur.

Page 86: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

86

İ.e.n.

A.M.Mustafayev

Qloballaşma şəraitində Azərbaycanda iqtisadiyyatın dövlət

sektorunun iqtisadi inkişaf modelində yeri və inkişafının əsas

istiqamətləri

Müasir mərhələdə bazar iqtisadiyyatına yeni qədəm qoymuş ölkələr

üçün ən vacib sayıla biləcək məsələlərdən biri də heç şübhəsiz ki, dövlət

sektoru və onun qloballaşma şəraitində inkişafının əsas istiqamətlərini

müəyyən etmək problemidir. Nəzərə almaq lazımdır ki, özündə həm sosial

sferanın, həm də real iqtisadi proseslərin tənzimlənməsini birləşdirən dövlət

sektoru istehsal prosesinin iştirakçısı kimi də çıxış edir. İnkişaf etmiş

ölkələrin təcrübələrinə baxdıqda (əsaən də Fransanın təcrübəsi) görürük ki,

dövlət sektorunun inkişafının əsas aparıcı istiqamətləri; a) dövlət sektoruna

malik müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti; b) maliyyə-büdcə

sferası üzrə fəaliyyət (əsasən dövlət büdcəsinin xərcləri üzrə); c) sosial

təminat və müdafiə sferası.

Son 10-15 ildə Fransa, B.Britaniya, Finlandiya, İsveç, Danimarka,

Kanada, ABŞ və Avstraliyada dövlət sektorunda səmərəliliyi artırmaq

məqsədilə islahatlar həyata keçirilmişdir. Bu və ya digər formada dövlətin

mümkün fəaliyyət formaları-onun miqyası, strukturu, funksiyaları, iqtisadi

rıçaqları, digər sektorla münasibəti və s. nəzərdən keçirilmişdir.

Formalaşan və nəzərəçarpacaq dərəcədə fərqlərin yaranması ölkələrin

dövlət sektorlarında müəyyən iqtisadi istiqamətləri dəqiq müəyyən etməyə

kömək edir. Özəlləşdirmə proqramının reallaşdırılması, dövlət

müəssisələrinin xüsusi əllərə verilməsi, dövlət sektorunda rassional və

regional fəaliyyət miqyasının bəlli olması və s. misal göstərmək olar. Milli,

istərsə də qlobal xarakterli böhranlar olduqda isə bu sektor üçün ənənəvi

Page 87: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

87

olan səmərəlilik problemi çərçivəsində ilk növbədə ön plana dövlət

xərclərinin dəqiq müəyyən olunması və kompleks reallaşdırılması məsələsi

irəli sürülür. Ümumiyyətlə iqtisadi praktikada dövlət sektorundakı

səmərəlilik göstəricisinin aşağı olması səbəbi məhz onun xərclərinin ÜDM-

də daha çox paya malik olması kimi sübut olunmuşdur. Buna biz qərbin bir

çox inkişaf etmiş ölkələrinin iqtisadi təcrübəsində görə bilərik. Büdcə

kəsirinin artması, daxili borclanmanın sürətlənməsi nəticədə dövlət və özəl

sektorlar arası balansın pozulması, sağlam iqtisadi inkişafı ləngidən

amillərə çevrilir. Vergi yükünün artması həmçinin kapital yığımının qarşısını

alır və istehsalın investisiya təminatını zəiflədir. Ona görə də dövlət

xərclərinin müəyyənlikdə əsasən də böhranlar zamanı diqqətli olmaq

lazımdır. Nəzərə almaq lazımdır ki, respublikamızın dövlət büdcəsi üzrə

mövcud xərc strukturunu müasir dövr üçün mümkün variant kimi qəbul

etmək olar. Fikrimizcə, büdcə xərcləri iki aspekt üzrə formalaşır:

1. Dövlət büdcəsi üzrə zəruri xərclər;

2. Dövlət büdcəsi üzrə normal xərclər.

Dövlət sifarişləri bu sektor çərçivəsində səmərəliliyi artıran amillərdən

biridir. Nəzərə almaq lazımdır ki, dövlət sifarişləri üzrə münasibətlər dövlət

sektoru üçün yeni münasibət deyildir. Son 25-30 ildə bazar iqtisadiyyatlı

ölkələrdə “sifariş” münasibətləri özünün ən yüksək inkişaf mərhələsinə

çatmışdır (əsasən, hərbi sənaye məhsullarının, daxili tələbat üçün

məhsulların, strateji, kənd təsərrüfatı məhsullarının və s. sifarişlə istehsalı

genişlənmişdir). Dövlət sifarişləri münasibətlərində ön plana əsasən

xidmətin forma və miqyası üzrə ödəmələr, sazişi pozulması üzrə

sanksiyaların tətbiqi, sifarişə daxil olacaq məhsulların dəqiq müəyyənliyi,

qiymət və vaxtın müəyyənliyi və s. çəkilir. Müasir dövrdə respublikamız

üzrə dövlət sifarişlərinin tətbiqi sferasında aqrar sektorunun məhsullarından

geniş istifadə etmək daha məqsədəuyğun hal sayılır. Bu prosesin

reallaşması özlüyündə:

1. qeyri-neft sektoru kimi aqrar sahənin inkişafına təkan verəcək;

Page 88: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

88

2. kənd təsərrüfat məhsulları üzrə rəqabət mühitinin

formalaşmasına kömək edəcək;

3. regionların sosial-iqtisadi inkişafını daha da artıracaq;

4. kənd təsərrüfatı məhsulları üzrə ölkə əhalisinin tələbatlarının

ödənilməsini təmin edəcək;

5. ərzaq təhlükəsizliyi üzrə proqramın icrasına kömək edəcək;

6. aqrar sənaye kompleksinin inkişafını təmin etməklə onun

regional formalaşmasına şərait yaradacaqdır.

Beləliklə, qeyd olunan proses həyata keçməklə ictimai xidmətlərin

dövlət sektoru çərçivəsindən digər sektorlara-özəl və qeyri-kommersiya

sektorlarına yer dəyişməsi baş verir ki, nəticədə də artan büdcə xərclərinin

böyük bir hissəsi bu mexanizm vasitəsi ilə qeyri-dövlət strukturlarında daha

münasib şərtlərlə reallaşır. Nəzərə almaq lazımdır ki, son zamanlar əmtəə

və xidmətlərin alışına çəkilən xərclər (bəzi ölkələrdə hərbi sənaye

məhsullarının sifarişinin nəzərəçarpacaq dərəcədə azalmasına

baxmayaraq) 90-cı illərin əvvəlində xeyli dərəcədə artmışdı. Belə ki, ABŞ-

da 31 faiz (bu dövrlərdə ABŞ-da bələdiyyələr sifarişlə ümumi xidmətlərin 30

faizini ala bilmişdi), Yaponiya və Fransada 16 faiz, İtaliya və İsveçdə 25

faiz, Almaniya da isə 44 faiz təşkil etmişdir. Sifariş münasibətləri dövlət

strukturlarının qarşılıqlı fəaliyyətini də tənzimləyən mexanizmə çevrilir.

Yəni, bir dövlət strukturu digərinə müraciət etməklə xərclərin qənaətini və

keyfiyyətli xidmətin həyata keçirilməsinə aid olur. Bu baxımdan qeyd edə

bilərik ki, sifariş mexanizminin inkişafı bazar iqtisadiyyatının tələblərini

pozmadan rəqabət mühitinin inkişafına yol açır.

Bazar iqtisadiyyatına keçən ölkələrdə hansı istehsal sferasında

fəaliyyət göstərməsindən asılı olmayaraq dövlət sektorunun miqyasının

həm az, həm də çox olması eyni anda tələb oluna bilər. Çünki, yalnız dövlət

keçid iqtisadiyyatının strategiyasını kompleks şəkildə həyata keçirdir, özəl

sektorun inkişafını stimullaşdırır, xarici sektorun fəaliyyət çərçivəsini və

miqyasını müəyyən edir, bazar infrastrukturun və təsisatlarının

Page 89: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

89

yaranmasına kömək edir və sosial xərcləri müəyyən edir. Göründüyü kimi

bazar iqtisadiyyatı və onun formalaşması həmçinin tənəzzül dövrlərində

dövlətin iqtisadi proseslərdə iştirakı qaçılmaz olur. Burada dövlətin iştirakını

dövrü olaraq aşağıdakı kimi xarakterizə etmək olar:

Müasir dövr üçün dövlət sektorunun iqtisadiyyatda çəkisi

Sxem 1

Bazar

iqtisadiyyatına

keçid şəraitində

Bazar

qanunlarının və

prinsiplərinin

bərqərar olduğu

şəraitdə

Bazar

iqtisadiyyatının

böhrana düçar

olduğu şəraitdə

Dövlət

sektorunun

iqtisadiyyatda

çəkisi

Çox

(yalnız azalmağa

doğru)

Az Çox

Qeyd: Sxem müəllif tərəfindən tərtib olunub.

Sxem 1-dən göründüyü kimi dövlətin iqtisadi rolu dövrü xarakter

daşımaqla miqyasa görə dalğavari vəziyyət alır. Yalnız bir cəhəti qeyd

etmək lazımdır ki, bazar iqtisadiyyatına keçid şəraitində dövlət sektorunun

çəkisi özəlləşdirmə prosesinə uyğun olaraq azalmağa doğru istiqamətli

olur.

Dövlət sektoru-dövlət əmlakından istifadə, dövlət müəssisəsi və

təşkilatlarının fəaliyyəti ilə bağlı, kommersiya fəaliyyəti, mülkiyyət hüququ

və bu proseslərdə dövlət büdcəsi ilə əlaqəli məcmu iqtisadi münasibətləri

Page 90: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

90

özündə ehtiva edir. Dövlət sektoru ifadəsinin özünəməxsus mürəkkəbliyi

ondan ibarətdir ki; birincisi, mülkiyyət kateqoriyası ilə yanaşı o iqtisadiyyatın

bütün fəaliyyət, tənzimləmə, münasibət sferalarını özündə birləşdirməklə

real dövlət sektorunu xarakterizə edir; ikincisi isə, dövlət sektoru

iqtisadiyyata dövlət müdaxiləsinin dövlət mülkiyyəti və onunla əlaqəli

mexanizmin ünsürlərini özündə birləşdirir (dövlət tənzimlənməsi geniş

iqtisadi məfhumdur. O özlüyündə iqtisadiyyata dövlətin bütün müdaxilə

imkanlarını birləşdirir).

Dövlət istehsal prosesi ilə məşğul olmaqla yanaşı aztəminatlı

təbəqənin müdafiəsi, sosial xarakterli xərclərin ödənilməsini zəifləyən

bazarın tənzimlənməsini və nəhayət iqtisadiyyatın yeni bazar prinsiplərinə

uyğunlaşdırılmasını həyata keçirdir. Ümumiləşdirmə aparsaq dövlət

sektorunun müasir dövr üçün fəaliyyət istiqamətlərini aşağıdakı kimi

qruplaşdırmaq olar:

1. istehsal sferası (şübhəsiz ki, proqressiv azalma və məhdudiyyət

şəraitində istehsalla məşğul olmaq. Bu istiqamətin miqyası sözsüz ki, yeni

bazar mexanizminin formalaşması intensivliyi ilə müəyyən olunacaqdır);

2. sosial müdafiə sferası (bazar islahatları şəraitində özəl sektorla

sosial sfera arasında konsesusun təmini, əsasən milli gəlirin bölgüsü və

yenidən bölgüsü vasitəsi ilə);

3. tənzimləmənin bazar sferası (istənilən bazarın normal fəaliyyəti

üçün onun stabil tənzimləmə qaydalarına malik olması gərəkir);

4. dövlətin strateji sferası (hansı iqtisadi sistemdə olmasından asılı

olmayaraq dövlət mülkiyyətində saxlanılması zəruri olan obyekt və ya

əmlak olur).

Dövlətin sahibkarlıq fəaliyyətinin zəifləməsi onun iqtisadiyyatda

maliyyə nəzarətinin güclənməsi ilə nəticələnir. Bu proses böhran dövründə

özünü daha qabarıq göstərməyə başlayır. Bunu biz 2008-ci il dünyanı

bürümüş maliyyə böhranının fonunda gördük. Bundan başqa dövlət sektoru

üzrə dövlətin iqtisadi rolu idarəetmə və nəzarətdən iqtisadi artım üçün,

Page 91: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

91

rəqabət mühitinin genişlənməsi üçün şəraitin yaradılmasına köklənməlidir.

Həmçinin, dövlət sektoru milli iqtisadiyyatın bütün sferaları üzrə azad

ticarətin yaranmasına, bank sistemində müəyyən islahatlar həyata

keçirməklə iri şirkətlərin inhisar mövqelərini zəiflətməyə, kiçik və orta

biznesin kreditləşməsini sürətləndirməyə, ictimai-dövlət infrastruktur

sisteminin yaxşılaşdırılmasına və s. xidmət etməlidir.

Dövlət iqtisadi fəaliyyətlərdə həmişə aparıcı subyekt olub və

olacaqdır. Hərçənd ki, onun rolu qlobal iqtisadi böhranlar şəraitində daha

da artır. İri özəl şirkətlərin hətta böhranlar dövründə maliyyə itkisi olmadan

onu başa vurmaq belə şansları yoxdur.

İqtisadiyyat istehsal-bölgü-mübadilə və istehlak fazaları üzərində

qurulan münasibətlərin məcmusunu xarakterizə edir. Bu baxımdan

fazalardan hər hansısa birində baş verə biləcək tənəzzül özünü digər

fazalarda da göstərir. İstənilən tənəzzülün və geriləmənin aradan

qaldırılması üçün iqtisadiyyata əlavə maliyyə resurslarının buraxılması

lazımdır ki, bu prosesdə də ən önəmli rolu heç şübhəsiz ki, dövlət büdcəsi

oynayır.

Bütövlükdə müxtəlif ölkələrdə həyata keçirilən antiböhran tədbirlərinə

baxsaq görərik ki, bütün tədbirlər əsasən dörd istiqamət üzrə həyata

keçirilməkdədir:

1. bank sisteminin xilas olması və ya zərərin minimuma

endirilməsi;

2. antiinflyasiya tədbirlərindən (sərt və ya baha pul siyasətindən)

yumuşaq pul-kredit siyasətinə keçid;

3. daxili tələbatın və real sektorun stimullaşdırılması;

4. məşğulluğun səviyyəsini müəyyən həddə saxlamaq və ictimai

gərginliyin qarşısını almaq.

Təcrübə onu göstərdi ki, bu tədbirlərin reallaşması iqtisadiyyatda

dövlət sektorunun təsirinin artmasına gətirib çıxartdı. Əsasən də maliyyə

sektorunun dövlət təsirinin artması özünü daha qabarıq göstərmişdir. İkinci

Page 92: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

92

vacib cəhət ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatında Keynsçi

tədbirlərin artması prosesi özünü qabarıq göstərməyə başladı. Baxmayaraq

ki, 90-cı illərdə dünya iqtisadiyyatında liberalizm prinsipləri özünün ən

yüksək mərhələsinə qədəm qoymağa başlamışdı. Respublikamızda

antikrizis tədbirlərini dəyərləndirsək aşağıdakı nəticələri əldə edə bilərik:

ilk növbədə böhran əleyhinə həyata keçirilən tədbirlərin

uyğunlaşdırılması (əsasən burda dövlət iqtisadi strukturların həyata

keçirtdiyi tədbirlərin koordinasiyasının təşkili);

ciddi (cavabdeh) makroiqtisadi siyasətin həyata keçirilməsi;

emmisiyanın məhdudlaşdırılması, staqflyasiya əleyhinə

tədbirlər;

büdcə stimulunun təhsil, səhiyyə və bu kimi sahələrin

modernləşdirilməsi üzrə təşkili;

özəlləşdirmə proqramına olan nəzarətin gücləndirilməsi;

antiinhisar tədbirlərin gücləndirilməsi;

maliyyə-bank sisteminin sağlamlaşdırılması, qiymətli kağızlar

bazarının fəaliyyətini genişləndirmək və kommersiya banklarının təkrar

kapitallaşmasını stimullaşdırmaq;

daxili tələbatın mənbəyini və böhranın şərtlərini aşkar etmək;

böhranın ictimai təzyiqinin minimuma endirilməsi, sosial

proqramlara bir daha baxılması və s.

Qeyd edək ki, öz başlanğıcını maliyyə sektorundan götürsə də

böhran cari ildə real sektoru vurmaqla istehsal böhranı mərhələsinə qədəm

qoymuşdu. Başqa sözlə, böhran maliyyə sektorundan istehsala keçib.

Böhranın bu mərhələsi daha ciddi problem yaradır. Son vaxtlar dünyanın

əksər ölkələrində avtomobil, elektrotexnika, yüngül sənaye müəssisələrinin

müflisləşməsi, daşınmaz əmlak bazarında baş verən durğunluq kütləvi

işsizliyə gətirib çıxaran amillər sayılır. Təsadüfi deyil ki, böhran daha çox

əməktutumlu sahələrə təsir edir və kütləvi işsizlik qeydə alınır. Dünyada

istehlakın azalma prosesləri daha da ağırlaşdırır.

Page 93: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

93

Bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı böhranın ikinci

mərhələsindən qoruna bilmişdir. Dünya Bankının mütəxəssisləri hesab edir

ki, böhranın ilk mərhələsi dünya ölkələrinin çoxunda problem yaratsa da,

Azərbaycanın maliyyə-bank sektorunda böhranın təsirləri zəif müşahidə

olunub. Bundan başqa antiböhran proqramının hazırlanması da

respublikamızın böhranın mümkün təsirlərində qorunmasını xarakterizə

edən addımlardandır. Proqrama sahibkarlar arasında rəqabətin

gücləndirilməsi, inhisarçılığa qarşı mübarizə, azad iqtisadi zonaların

yaradılması tədbirləri də daxil edilib. Dünya maliyyə böhranının

Azərbaycana təsirlərindən qorunmaq üçün hökumət sənaye, kənd

təsərrüfatı və aqrar sektorda təmsil olunan biznes qurumlarının fəaliyyətini

dəstəkləməlidir. Hazırlanmış ola antiböhran proqramında sahibkarlara

ayrılan güzəştli kreditlərin 3 dəfə artırılaraq, 250 milyon manata çatdırılması

təklif olunur. Bununla yanaşı, kreditlərin illik faiz dərəcəsi isə endirilməsi də

öz əksini tapmışdır. Bu il dünya üzrə ticarət dövriyyəsinin məcmu həcmi 9

faiz azalacaq ki, bu da II Dünya Müharibəsindən sonra ən iri azalma

tempidir. Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hazırladığı yeni

proqnozlarında deyilir. ÜTT-nin hesablamalarına görə, ötən ilin ikinci

yarısında dünya ticarətinin kəskin azalması baş verib və nəticədə, ticarət

dövriyyəsinin artımı cəmi 2 faiz təşkil edib, halbuki 2007-ci ildə bu göstərici

6 faizə bərabər olub. ÜTT mütəxəssislərinin fikrincə, 2009-cu ilin

yekunlarına görə, inkişaf etmiş ölkələrin ixracı 10 faiz, inkişafda olan

ölkələrin ixracı isə 2-3 faiz azalacaq.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu cari ildə dünya ticarətinin

2,8 faiz səviyyəsində azalacağını proqnozlaşdırır1.

Strateji valyuta ehtiyatlarının bir qisminin yerli banklarda

yerləşdirilməsi iqtisadiyyatın dinamik inkişafını daha da sürətləndirəcəkdir.

Ötən ilin yekunları bir daha göstərdi ki, Azərbaycan qlobal iqtisadi böhranın

təsirlərinə ən az məruz qalan ölkələr sırasındadır. Böhran bəzi dünya

dövlətlərinin iqtisadiyyatını tənəzzülə uğratsa da, Azərbaycanda bunun

Page 94: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

94

əksinə olaraq yenə də sürətli iqtisadi inkişaf qeydə alınmışdır. Prezident

İlham Əliyev bununla bağlı demişdir: "Dünyanı bürümüş maliyyə və iqtisadi

böhran böyük çətinliklər gətirmişdir. Müxtəlif ölkələrdə iqtisadiyyat

tənəzzülə uğrayır, müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük

problemlərlə üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə yeni müəssisələr

açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl

sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra

olunmuşdur. Bir sözlə, bizim iqtisadiyyatımız hərtərəfli inkişaf etmişdir və

bunun nəticəsidir ki, ölkə 2008-ci ildə daha da güclənmişdir". Cari il ərzində

də qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün vacib

əhəmiyyət daşıyan bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir. Belə

tədbirlər sırasında kredit bazarının canlandırılması, özəl kommersiya

banklarının maliyyə ehtiyaclarını ödəmək üçün dövlət tərəfindən onlara

vəsait verilməsi və beləliklə, sahibkarlara banklar vasitəsilə pul ayrılması

xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə ölkənin xaricdə saxlanan strateji

valyuta ehtiyatlarının bir qisminin yerli banklarda yerləşdirilməsi nəzərdə

tutulur. Azərbaycanın valyuta ehtiyatlarının həcmi isə buna tam imkan verir.

Belə ki, ölkənin strateji valyuta ehtiyatları 18 milyard ABŞ dollarından

artıqdır. Bu, dövlət borcundan 3 dəfədən çox, özəl sektorun da borcu

nəzərə alınmaqla, məcmu xarici borcdan 2 dəfədən çoxdur. Ehtiyatlar

qeyri-neft sektorunun əmtəə və xidmət idxalını 27 ay ərzində

maliyyələşdirmək üçün kifayət edir.

1. www.deyerler.org

Toplanmış ehtiyatlar hesabına ölkə ən gərgin şəraitdə belə, yaxın illər

ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz ödəmək iqtidarındadır.

Valyuta ehtiyatlarının kifayət qədər böyük həcmdə olması onun bir

hissəsinin ölkəyə gətirilərək yerli banklarda yerləşdirilməsinə imkan

verməklə yanaşı, iqtisadiyyatın real sektorunun maliyyə ehtiyaclarının

qarşılanmasında da mühüm rol oynayır. Prezident İlham Əliyev Nazirlər

Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş

Page 95: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

95

iclasında bununla bağlı bildirmişdir: "Azərbaycanın valyuta ehtiyatlarının bir

hissəsini Azərbaycan banklarında yerləşdirmək məsələsi artıq müzakirə

olunur. Əlbəttə, biz çalışırıq ki, Neft Fondunun aktivlərini maksimum

əmniyyətlə saxlayaq və buna nail olmuşuq. Burada həm etibarlılıq, həm də,

əlbəttə ki, o vəsaitin idarə olunmasından əldə edilmiş gəlir də vacib rol

oynayır... Bank sektoru hər bir ölkənin iqtisadiyyatının inkişafında çox

mühüm rol oynayır. Düzdür, bizim dövlət investisiya layihələrimiz,

investisiya proqramımız çox böyükdür və milyardlarla vəsaitlə ölçülür,

ancaq bununla bərabər, bank sektorundan verilən kreditlərin, xüsusilə

iqtisadiyyatın real sektoruna verilən kredit resurslarının da çox böyük

əhəmiyyəti var".

Valyuta ehtiyatlarının bir qisminin yerli banklarda yerləşdirilməsi bir

sıra parametrlər, o cümlədən dinamik iqtisadi inkişaf, məşğulluğun təmin

edilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən bu

addım, ilk növbədə, ölkə iqtisadiyyatının real sektorunun pula tələbatının

ödənilməsində zəruri xarakter daşıyır.

Digər tərəfdən bu addım bankların xarici borcların qaytarılması

nəticəsində üzləşdikləri likvidlik probleminin aradan qaldırılması

istiqamətində də olduqca əhəmiyyətlidir. Təkcə ötən il ərzində yerli

kommersiya bankları xaricdən götürdüyü borcun 1 milyard dollarını geri

qaytarıb. Qalan 1,5 milyard dolların isə cari il ərzində qaytarılacağı

gözlənilir. Bu isə xarici maliyyə qurumlarından əvvəlki kimi böyük miqdarda

vəsait ala bilməyən yerli bankların likvidlik problemini kəskinləşdirir. Bu

şəraitdə valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi

tam vaxtında atılan addım sayılır. Digər tərəfdən bu, yerli bankların xarici

kreditlərdən asılılıq dərəcəsini də xeyli azaltmış olur.

Bütün bunların həyata keçirilməsində başlıca məqsəd iqtisadi və

işgüzarlıq fəallığının bərpası, məşğulluğun aşağı düşməməsi və digər

vacib məsələlərdən ibarətdir2. Respublikamızda iqtisadiyyatın ayrı-ayrı

sahələrində dövlətin çəkisi mövcud iqtisadi proseslərdən asılı olaraq

Page 96: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

96

dəyişilmişdir. Ümumi götürdükdə ÜDM-də onun çəkisi azalmağa doğru

meyllənməkdə davam edir (bax cədvəl 1).

Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə dövlət sektorunun

ÜDM-də xüsusi çəkisi (%-lə)

Cədvəl 1

2004 2005 2006 2007 2008

ÜDM 26,5 22,2 19,0 16,0 15,5

O cümlədən:

Sənaye 31,5 15,5 12,5 9,7 8,9

Tikinti 2,4 9,6 29,2 22,7 33,1

Kənd təsərrüfatı 1,6 2,2 3,1 0,6 0,2

Ticarət və ictimai iaşə 2,2 2.2 0,7 0,1 0,7

Nəqliyyat 57,9 62,5 53,9 23,2 223

Rabitə 18,3 19,8 20,4 19,7 8,7

Sosial və sair xidmətlər 52,3 68,2 56,2 59,7 58,0

Mənbə: Azərbaycanın Statistik Göstəriciləri. “Səda” nəşriyyatı 2009.

Cədvəl məlumatlarına görə əgər 2004-cü ildə dövlət sektorunun ÜDM-

də çəkisi 22,2 faiz təşkil edirdisə, bu rəqəm 2008-ci ildə 6,7 faiz azalaraq

15,5 faiz təşkil etmişdir. Tikinti, sənaye və nəqliyyat sferasında 2007-ci ildə

köklü azalmaya baxmayaraq bunu biz 2008-ci ildə müşahidə edə bilmədik.

Əgər tikintidə 2007-ci ildə azalma 6,5 faiz təşkil edirdisə, 2008-ci ildə

əksinə 10,4 faiz artımla müşahidə

edilmişdir. Sənayedə və nəqliyyatda azalma 2007- ci ildə 2,8 faiz və 30,7

fazi idisə

2. Azərbaycan.-2009.-24 yanvar. S.1-3

bu rəqəm müvafiq olaraq 2008-ci ildə 0.8 faiz və 0,9 faiz olmuşdur. Belə bir

tendensiya bu sferalarda dövlətin mümkün sahələr üzrə müəssisələrinin

Page 97: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

97

formalaşmasını göstərir. 2008-ci il üçün qəti söyləmək olar ki, rabitə sferası

ən çox azalmağa məruz qalan və ya xüsusi mülkiyyətin ən çox

möhkəmləndiyi sferaların önündə gedir.

Müəssisə və təşkilatların sayı baxımından isə söyləyə bilərik ki,

obyektiv hal kimi azalma davam etməkdədir. Lakin, bunun kəskin şəkildə

davam etdiyini söyləyə bilmərik. Şübhəsiz ki, burada kəmiyyət və keyfiyyət

parametrləri fərqləndirilməlidir. Qeyd edək ki, özəlləşdirmə prosesinin

fonunda dövlət sektoruna aid müəssisələrin sayı 2003-cü ildə əgər 11791

təşkil edirdisə, bu rəqəm 350 ədəd azalaraq 11441 müəssisə olmuşdur

(bax cədvəl 2).

Dövlət sektoruna aid müəssisə və təşkilatların iqtisadiyyatın ayrı-ayrı

sahələri üzrə bölgüsü

Cədvəl 2

2004 2005 2006 2007 2008

Cəmi 11791 11771 11666 11580 11441

O cümlədən :

Kənd təsərrüfatı, ovçuluq və

meşəçilik

666

665

674

661

654

Balıqçılıq 25 26 25 24 24

Mədənçıxarma sənayesi və

karxana

55 51 51 48 48

Emal sənayesi 834 779 737 706 655

Enerji və su təchizatı 315 303 305 308 243

Tikinti 1791 1766 1721 1678 1655

Topdan və pərakəndə satış 1427 1373 1336 1298 1296

Mehmanxana və restoranlar 120 119 115 109 97

Page 98: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

98

Nəqliyyat, rabitə, anbar

təsərrüfatı

547 540 536 534 474

Maliyyə vasitəçiliyi 254 206 208 210 211

İcarə və kommersiya

fəaliyyəti

937 962 948 940 935

Dövlət idarəetmə, müdafiə

və sosial sığorta

2809

2968

2994

3033

3104

Təhsil 433 476 478 488 496

Səhiyyə və sosial xidmətlər 611 606 613 633 628

Digər kommunal, sosial və

fərdi xidmətlər

966

930

924

909

910

Toxunulmazlıq hüququ olan

təşkilat və orqanlar

1

1

1

1

1

Mənbə: Azərbaycanın Statistik Göstəriciləri. “Səda” nəşriyyatı 2009.

Cədvəl məlumatlarından da görünür ki, kənd təsərrüfatı, icarə və

kommersiya fəaliyyəti, səhiyyə və sosial xidmətlər, toxunulmazlıq hüququ

olan təşkilatlarda dövlətin mövqeyi dəyişilməz olmuşdur. Təhsil, dövlət

idarəetməsi, müdafiə və sosial sığorta sferalarında dövlət sektorunun

mövqeyi daha da möhkəmlənməkdədir. Şübhəsiz ki, özəlləşdirmə prosesi

davam etməkdədir və bu sahələr üzrə dövlət sektorunun gələcəkdə

mövqeyinin hansı nisbətlərdə dəyişəcəyini müəyyən etmək olduqca

çətindir. Lakin, kiçik, orta və iri müəssisələrin illər üzrə özəlləşdirilməsi

prosesinə baxdıqda müəyyən fikirlər söyləmək olar (bax cədvəl 3).

Müəssisələrin özəlləşdirilməsi və səhmdar cəmiyyətə çevrilməsi

Cədvəl 3

2004 2005 2006 2007 2008

Cəmi 1954 2463 3063 2297 1875

O cümlədən:

Sənaye 34 57 48 44 16

Kənd təsərrüfatı 1 - - - 1

Page 99: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

99

Nəqliyyat 725 708 1186 417 727

Ticarət 166 231 167 162 91

Tikinti 37 38 42 63 31

İctimai iaşə 46 93 47 54 30

Məişət xidməti 59 128 127 94 68

Kommunal təsərrüfatı 17 38 16 19 6

Digər sahələr 869 1170 1430 1444 905

İri və orta

müəssisələrin əsasında

yaradılmış səhmdar

cəmiyyətləri

11

10

22

43

11

Mənbə: Azərbaycanın Statistik Göstəriciləri. “Səda” nəşriyyatı 2009.

2008-ci ildə dövlət əmlakının özəlləşdirilməsi sahəsində həyata

keçirilən işlər nəticəsində 1875-ə yaxın kiçik dövlət müəssisə və obyekti

özəlləşdirilmiş, orta və iri dövlət müəssisələrinin bazasında 11 səhmdar

cəmiyyəti yaradılmışdır. Səhmdar cəmiyyətlərinin səhmlərinin

özəlləşdirilməsi ilə bağlı 60-a yaxın hərrac keçirilmişdir. Bu hərraclarda

125-ə yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilmişdir. Bundan

əlavə, 2008-ci il ərzində 800-ə yaxın müəssisə və obyektin yerləşdiyi torpaq

sahəsi özəlləşdirilmiş. Həmçinin, 2008-ci ildə 1000-ə yaxın daşınmaz dövlət

obyektinin icarəyə verilmiş və bunun nəticəsində də dövlət büdcəsinə 4,8

mln.manat vəsait daxil olmuşdur.

Bütövlükdə götürdükdə özəlləşdirmə prosesinin 2004-cü ildən

başlayaraq 2008-ci ildən isə qədər dalğavari hərəkət etdiyinin şahidi

oluruq. Yəni, cədvəl məlumatlarına baxsaq ümumilikdə 2005-ci və 2006-cı

ildə özəlləşdirmə prosesinin yüksəldiyini, 2007-ci və 2008-ci ildən isə

azaldığını görərik. Qeyd olunan dövrdə özəlləşdirmə özünü ən çox

nəqliyyat sferasında göstərmişdir. Belə ki, son beş ildə bu sferada 3763

nəqliyyat və nəqliyyat vasitəsi özəlləşdirilmişdir ki, bu da ümumi yekuna

görə xüsusi çəkidə 32,3 faiz olmuşdur. Son zamanlar infrastruktur

Page 100: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

100

layihələrin reallaşması şübhəsiz ki, özəl sektor üçün bu sahəni daha çox

cəlbedici etmişdir.

Qeyd edək ki, müəssisələrin özəlləşdirilməsindən dövlət büdcəsinə

2008-ci ildə 109,2 mln.manat vəsait daxil olmuşdur. Son iki ildə

özəlləşdirilən müəssisələrin sayındakı azalmaya baxmayaraq 2007-ci ilə

nisbətən dövlət büdcəsinə 64,4 mln.manat daha çox vəsait daxil olmuşdur.

Özəlləşdirmə formalarına nəzər saldıqda ən çox vəsait açıq səhmdar

cəmiyyətlərinin səhmlərinin satış formasından daxil olmuşdur ki, bu vəsait

də 45,2 mln.manat təşkil etmişdir. Bununla yanaşı 2008-ci il üçün dövlət

büdcəsinə digər formalardan: birbaşa əmək kollektivinə satış formasından

3.3 mln.manat (2007-ci ildə 7,8 mln.manat), icarəyə götürülmüş əmlakın

satış formasından 27,8 mln.manat (2007-ci ildə 8,7 mln.manat),

auksiondan satış formasından 6,4 mln.manat (2007-ci ildə 7,2 mln.manat),

torpağın özəlləşdirilməsindən əldə edilən vəsait 26.3 mln.manat (7,4

mln.manat) və digər formalardan isə 0,125 mln.manat (2007-ci ildə 1,8

mln.manat) vəsait daxil olmuşdur. Şübhəsiz ki, 2008-ci ildə daxil olan

vəsaitlərin xüsusi çəkisində nəzərəçarpacaq artımlar olmuşdur.

Nəzərə almaq lazımdır ki, 2008-ci il həmçinin “Azərbaycan

Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın

icrasının başa çatması ili ilə də yadda qalmışdır. Proqramın icrasının

daşıyıcısı kimi məhz dövlət sektoru çıxış etmişdir. Bu proqramın icrasına

ümumilikdə 6 milyard manat vəsait sərf olunmuşdur. Son beş ildə

Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmış, adambaşına düşən gəlir 5500

dollara çatmışdır. Azərbaycanda sənaye istehsalı 2,5 dəfə artmış, 766 min

yeni iş yeri açılmış, onlardan 547 mini daimi iş yeri olmuşdur. Yoxsulluğun

səviyyəsi 49 faizdən 13,2 faizə düşmüşdür. Nəzərə almaq lazımıdır ki,

proqramın əsas maliyyə dəstəkçisi kimi dövlət büdcəsi çıxış etmişdir.

Dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata

keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə

6 dəfə artaraq 3,9 milyard manat təşkil etmişdir. Bu isə ümumi

Page 101: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

101

investisiyaların 83 faizidir. Ümumilikdə, son beş il ərzində regionlara 6,8

milyard manat həcmində dövlət investisiyaları qoyulmuşdur.

Ölkənin inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici -

ümumi daxili məhsul (ÜDM) istehsalı 10,8 faiz və ya müqayisəli qiymətlərlə

3,7 milyard manat artaraq 38 milyard manata çatmışdır. ÜDM-in

adambaşına düşən məbləği isə 9,5 faiz artaraq 4439,9 manat təşkil

etmişdir. Əlavə dəyərin 85 faizi qeyri-dövlət bölməsində yaradılmışdır. Neft

sektorunda ÜDM istehsalı 7 faiz, qeyri-neft sektorunda isə 15,7 faiz

artmışdır.

Dövlət büdcəsinin xərc parametrləri

Cədvəl 4

2004 2005 2006 2007 2008*

Xərclər-cəmi, mln.

manat

1502,1 2140,7 3789,7 6059,5 10680,9

ÜDM-ə nisbətdə, faizlə 17,6 17,1 21,3 24,0 28,3

İqtisadiyyatın inkişafına

çəkilən xərclər, mln.

manat

290,9

444.7

1246,9

2350,1

4958,7

Ümumi xərclərə

nisbətdə, faizlə

19,3

20,7

33,0

38,7

46,4

Təhsilə çəkilən xərclər,

mln. manat

294,1

372,5

479,0

723,0

979,7

Ümumi xərclərə

nisbətdə, faizlə

19,5

17,4

12,6

11,9

9,1

Səhiyyəyə çəkilən

xərclər, mln. manat

73,5

115,3

161,9

257,2

346,3

Ümumi xərclərə

nisbətdə, faizlə

4,9

5,3

4,2

4,2

3,2

Page 102: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

102

Elmə çəkilən xərclər,

mln. manat

20,0

28,8

32,0

43,9

62,1

Ümumi xərclərə

nisbətdə, faizlə

1,3

1,3

1,0

0,7

0,6

Sair xərclər, mln manat 823,6 1179,4 1869,9 2685,3 4215,8

Mənbə: Azərbaycan Rəqəmlərdə 2008. Dövlət Statistika Komitəsi. Cədvəl müəllif tərəfindən statistik göstəricilərə əsaslanaraq tərtib olunmuşdur. *Mənbə: azstat.org

2008-ci il dövlət büdcəsinin xərcləri 10 milyard 680 milyon manat və

ya 96,6 faiz icra edilsə də bu, 2007-ci ildəkindən 4 milyard 594 milyon

manat və ya 75,5 faiz çoxdur. Bu il üçün xərclərin ümumi səviyyəsinin

artdığının şahidi olsaq da faizlə ifadədə bunu söyləmək olmur. Belə ki,

ümumi xərclərə görə təhsil, səhiyyə və elmə çəkilən xərclərin faiz

strukturunda azalma müşahidə olunmuşdu. Böhranın geniş vüsət

aldığı 2008-ci ildə büdcə xərclərinin tərkibində iqtisadiyyata çəkilən

xərclərin faiz strukturunda artım özünü qabarıq göstərmişdi. Əgər 2007-ci

ildə iqtisadiyyata çəkilən xərclər 2350,1 mln. manat idisə bu rəqəm 2608,6

mln. manat artaraq 4958,7 mln. manat olmuşdur. Faizlə ifadədə isə

müvafiq olaraq 2007-ci ildə 38,7 faiz və 2008-ci ildə isə 46,4 faiz olmuşdur.

İqtisadi inkişaf təyinatlı xərclərin strukturu müxtəlif olmuşdur. İstər güzəştli

kreditlərin verilməsi, istərsə də investisiya təyinatlı vəsaitlərin verilməsi

büdcədə nəzərdə tutulmuş səviyyədə 2008-ci ildə reallaşa bilmişdir. Belə

ki, hesabat ilində aqrar sektora dövlət qayğısı daha da artırılmış, fermer

təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, lizinq xidmətinin

yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi üçün büdcədən

Sahibkarlığa Kömək Milli Fonduna 80 milyon manat, “Aqrolizinq” Acıq

Səhmdar Cəmiyyətinə 40 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə

Dövlət Agentliyinə 5 milyon manat vəsaitin ayrılması təmin edilmişdir. Kənd

təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi

tədbirlərinin davamı olaraq, 652 min fiziki və hüquqi şəxsə əkin sahəsinin

becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral

Page 103: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

103

gübrələrin güzəştlə satılmasına, buğda və çəltik istehsalçılarına səpilən hər

hektar sahəyə görə yardımın verilməsi təmin edilmiş, bu məqsədə 76,5

milyon manat vəsait sərf olunmuşdur (qeyd edək ki, 2007–2015–ci illəri

əhatə edən “Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramı” da qəbul

olunmuş və onun başlıca hədəfi də birinci ərzaq məhsulu olan taxılın

istehsalının artırılması və əhalinin ərzaqla təminatının yaxşılaşdırılmasını

təmin etməkdən ibarətdir. Proqramda kənd təsərrüfatı mülkiyyətçiləri üçün

vergi güzəştlərinin 2008–ci ilin sonunda müddətinin başa çatmasına

baxmayaraq güzəştlərin daha 5 il müddətinə artırılması da istisna olunmur.

Dövlət bu proqramı gerçəkləşdirməklə aqrar sahəni iqtisadiyyatın, xüsusilə

də qeyri–neft sektorunun əsas sahəsinə çevirmək niyyətindədir. Bu gün

iqtisadiyyatın digər sahələrində artım 15–20, hətta bəzi bölmələrdə 30 faiz

təşkil etsə də, kənd təsərrüfatında bu temp 5–6 faizə bərabərdir. Buna görə

də, dövlət qarşıdakı 5 il ərzində kənd təsərrüfatını qeyri–neft sektorunun

başlıca bölməsi kimi inkişaf etdirərək, istehsal tempini 10 faizə çatdırmaq

niyyətindədir).

Dövlət büdcəsi xərclərinin strukturu üzrə 2008-ci ildə 2007-ci ilə

nisbətən sənaye və tikinti xərcləri 2,2 dəfə (qeyd edək ki, bu sahəyə

hesabat dövründə bütün maliyyə mənbələrindən 9 milyard 73,6 milyon

manat məbləğində investisiya yönəldilmiş, o cümlədən 5 milyard 620,4

milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. İnvestisiyanın 6

milyard 519,2 milyon manatı, yaxud 71,8 faizi istehsal təyinatlı obyektlərin

inşasına sərf olunmuş, 75,5 faizini və ya 6 milyard 848,9 milyon manatını

daxili investisiyalar təşkil edərək 67,2 faiz artmışdır), mənzil və kommunal

təsərrüfatı xərcləri 69,5 faiz, müdafiə xərcləri 62,8 faiz, ümumi dövlət

xidməti xərcləri 41 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və

prokurorluq orqanlarının saxlanılması xərcləri 23,8 faiz, aqrar və ətraf

mühitin mühafizəsi xərcləri 13,9 faiz çox olmuşdur.

2008-ci ildə həlli vacib hesab olunan tədbirlərin maliyyələşdirilməsinə

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 154 milyon

Page 104: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

104

manat, dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin

maliyyəlşədirilməsinə isə dövlət büdcəsinin ehtiyat fondundan 115,7 milyon

manat vəsait ayrılmışdır. Nəzərə almaq lazımdır ki, ölkə Prezidenti

tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin

ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq

edilmişdir. Proqramda müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi

məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə

tutulmuşdur.

2008-ci ildə dövlət investisiya qoyuluşu xərclərinə dövlət büdcəsindən

4 milyard 276 milyon manat (2007-ci illə müqayisədə 2,2 dəfə çox), Dövlət

Neft Fondundan 453 milyon manat, dövlət zəmanəti ilə alınmış xarici

kreditlər hesabına 430 milyon manat vəsait ayrılmışdır.

Ölkə iqtisadiyyatının inkişafına qoyulmuş investisiyaların həcmi son

beş ildə 38 milyard manat təşkil etmişdir. Bunun 16 milyard manatı daxili,

22 milyard manatı isə xarici investisiyalar olmuşdur. Diqqətəlayiq məqam

budur ki, 2003-cü ildə daxili investisiyaların payı 25 faiz olduğu halda,

2008-ci ildə bu göstərici 75 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna

qoyulan investisiyalar son beş ildə 6,2 dəfə artmış və onun xüsusi çəkisi

2003-cü ildəki 26,8 faizdən, 2008-ci ildə 69 faizdən artıq olmuşdur. Bu da

onu göstərir ki, hökumət iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft

sektorunun inkişafı istiqamətində əməli tədbirlər həyata keçirməkdədir.

2008-ci ildə dövlət əsaslı vəsait qoyuluşunun ümumi məbləği 4,2

milyard manat təşkil etmişdir. Bu vəsaitlərin 60 faizə qədəri infrastruktur

layihələrinə, 20 faizə qədəri isə sosialyönümlü layihələrə yatırılmışdır.

2008-ci ildə əvvəlki ilə nisbətən rabitə sahəsi 28,2 faiz, nəqliyyat sektoru

13,5 faiz, tikinti 36 faiz, ticarət 17,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 16,1

faiz, əhaliyə göstərilən pullu xidmət 29,7 faiz artmışdır.

Maliyyə mənbələri hesabına iqtisadiyyatın fəaliyyət növləri üzrə əsas

kapitala yönəldilmiş investisiyaların həcmindəki ümumi artımın şahidi

oluruq. Bu özünü həm 2007-ci il üzrə, həm də 2008-ci il üzrə də

Page 105: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

105

göstərmişdir. Belə ki, dövlət sektoru üzrə investisiyalar xüsusi çəkidə 50,7

faiz (3788.9 mln.manat) təşkil edirdisə bu rəqəm 2008-ci ildə müvafiq

olaraq 62,5 faiz (5677,4 mln.manat) olmuşdur. Bazar iqtisadiyyatının geniş

vüsət aldığı bir dövrdə bu nisbətlərin dövlət sektorunun xeyrinə

dəyişməsinin başlıca səbəbi kimi 2008-ci ildə dünyanı bürümüş dərin

maliyyə böhranını göstərmək olar. Böhranın təcrübəsi bir daha sübut etdi

ki, belə bir şəraitdə dövlət sektoru digər sektorlara nisbətən (əsasən özəl və

xarici sektor) daha dayanıqlı mövqe nümayiş etdirir. Bu özünü həm

məşğulluğun, həm də investisiyaların səviyyəsində göstərmişdir.

Yönəldilmiş investisiyaların bölgüsü üzrə ən çox paya sənaye sahəsi

malikdir. Özünün neft, neft məhsullarının istehsalını birləşdirən bu sahəyə

yönəldilən ümumi investisiya 4022 mln. manat təşkil etmişdir. Nəzərə

almaq lazımdır ki, bu rəqəm 2007-ci ildə 4539,9 mln. manat olmuşdur.

Ötən 5 il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına

82,3 faizi regionlarda olmaqla, sahibkarlıq subyektlərinin 7350 investisiya

layihəsinə verilmiş 335,6 milyon manat güzəştli kreditlər hesabına yeni

istehsal və emal sahələri işə salınmış, bu layihələr üzrə 73 mindən artıq iş

yeri açılmışdır. 2009-cu ildə fond tərəfindən bu məqsədlər üçün təqribən

120 milyon manat məbləğində, o cümlədən 40 milyon manat qaytarılan

vəsaitlər hesabına kreditlərin verilməsi nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkəti fəaliyyəti dövründə qeyri-neft

sektoruna 55 milyon manat məbləğində investisiya qoyuluşu həyata

keçirmiş və 600 milyon manat məbləğində əlavə investisiyanın cəlb

edilməsi prosesini davam etdirir. Bundan əlavə, şirkət tərəfindən 761

milyon manat məbləğində investisiya paketi üzərində iş aparılır ki, bunun

da 697 milyon manatının yerli və xarici investorlar tərəfindən

maliyyələşdirilməsi nəzərdə tutulur.

Ötən ildə dövlət investisiya xərclərindən təhsil obyektlərinin tikintisi və

təmirinə 214 milyon manat, səhiyyə obyektlərinin tikintisi və təmirinə 204

milyon manat vəsait istifadə olunmuşdur.

Page 106: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

106

Mədəniyyət və turizm obyektlərinin tikintisi və əsaslı təmirinə, o

cümlədən mədəni-tarixi irsimizin qorunub saxlanılmasına, tarixi, dini

abidələrin bərpası və yenidən qurulmasına, milli ifaçılıq sənətinin inkişafına

171,6 milyon manat vəsait xərclənmişdir. Nəqliyyat infrastrukturuna isə 1

milyard 582 milyon manat vəsait ayrılmışdır. Qeyd olunanların fonunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər

Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş

iclasda Prezident İlham Əliyev qeyd etmişdir: “2008-ci il dünya tarixində

maliyyə və iqtisadi böhran ili kimi qalacaqdır. Azərbaycan üçün isə 2008-ci

il növbəti uğurlu il olmuşdur. 2008-ci ildə nəzərdə tutulmuş bütün

proqramlar uğurla icra edilmişdir. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə

inkişafını davam etdirmiş və ölkədə infrastruktur və digər layihələr vaxtlı-

vaxtında icra olunmuşdur. Müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır,

müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük problemlərlə üzləşirlər.

Azərbaycanda isə 2008-ci ildə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış,

həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində

böyük, nəhəng infrastruktur layihələri icra olunmuşdur”3.

3. Azərbaycan qəzeti 17 yanvar 2009-cu il

Dövlət büdcəsinin sosial xarakterli xərcləri (mln. manat) Cədvəl

5

2004 2005 2006 2007 2008

Sosial xarakterli xərclər 642,3 843,3 1049,5 1670,3 2312,6

Ümumi xərclərə nisbətdə,

faizlə

42,7 39,3 27,6 27,5 21,7

onlardan:

Təhsilə 294,1 372,5 479,0 723,0 979,7

Mədəniyyət və KİV-ə 34,1 45,5 59,9 81,9 118,3

Səhiyyəyə 73,5 115,3 161,9 257,2 346,3

Page 107: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

107

Idmana 4,1 5,1 7,2 13,4 21,9

Sosial müdafiə fonduna 168,8 217,7 330,3 578,4 825,3

Sosial təminat fonduna

verilmiş vəsait

67,6

87,2

11,2

16,4

21,1

Mənbə: Azərbaycan Rəqəmlərdə 2008. Dövlət Statistika Komitəsi. Cədvəl müəllif tərəfindən statistik göstəricilərə əsaslanaraq tərtib olunmuşdur. www.azstat.org

2008-ci ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş

xərclərin məbləği 2003-cü illə müqayisədə 5,2 dəfə çox olmuşdur.

Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə minimum

aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi il ərzində artırılaraq

75 manata çatdırılmışdır. Bunun nəticəsində təyin olunmuş aylıq

pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faizdən

çox artaraq 96 manata çatmışdır. Bundan əlavə, büdcə təşkilatlarında

əmək haqları orta hesabla 50 faiz artırılmış, 2008-ci il üçün ehtiyac

meyarının həddi 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat məbləğində

təsdiq edilmişdir.

Hazırda ölkədə orta aylıq əmək haqqı 268 manat təşkil edir ki, bu da

ötən ilin müvafiq dövrünə nisbətən 24,2 faiz çoxdur. 2008-ci ildə əhalinin

adambaşına düşən gəlirləri ötən illə müqayisədə 36,2 faiz artaraq, 2343

manat təşkil etmişdir. Bu dövrdə əhalinin sərəncamında 18 milyard manat

və ya ötən ildəkindən 42 faiz çox vəsait qalmışdır. 2003-cü illə müqayisədə

2008-ci ildə əhalinin gəlirləri 3,5 dəfə, onun adambaşına düşən həcmi isə

3,3 dəfə artmışdır. 2003-cü il ərzində əhalinin adambaşına düşən gəlirləri

inflyasiyanın səviyyəsini 11,3 faizi üstələdiyi halda, 2008-ci ildə 15,4 faiz

üstələmişdir. Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində ölkədə

yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2008-ci ildə 13,2 faizə

enmişdir.

2008-ci ildə də sosialyönümlü tədbirlər üzrə xərclərin

maliyyələşdirilməsi diqqətdə olmuşdur. Bu məqsəd üçün 2 milyard 312

milyon manat vəsait sərf edilmişdir ki, bu da 2007-ci illə müqayisədə 642

Page 108: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

108

milyon manat və ya 38,4 faiz çoxdur (nəzərə almaq lazımdır ki, 2009-cu ilin

dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 33 faiz və ya

4,024 milyon manat nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 790,4

milyon manat çoxdur).

2008-ci ildə 2007-ci illə müqayisədə dövlət büdcəsinin cari

xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial

müdafiə və sosial təminat xərcləri 42,2 faiz, səhiyyə xərcləri 34,6 faiz, təhsil

xərcləri 35,5 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi

xərcləri 47,1 faiz artmışdır.

2008-ci ildə əhalinin rifahının yaxşılaşdırılması, büdcədən maliyyələşən

təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün ölkə

Prezidenti tərəfindən bir sıra sərəncamlar imzalanmışdır. Bu sərəncamlarla

elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində habelə, dövlət

büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əmək

haqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan

elmi tədqiqat müəssisələrində çalışanların əmək haqları 50 faiz, ali təhsil

müəssisələrində çalışanların əmək haqları iş stajından və tələbələrin

sayından asılı olaraq 50 faizdən 2 dəfəyə qədər, aspirantlara, ali, orta

ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə

verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz artırılmış, minimum

aylıq əməkhaqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50

faiz artırılaraq 75 manata çatdırılmış, məcburi köçkünlərə verilən aylıq

müavinətin məbləği 50 faiz artırılmışdır.

İ.e.d.

İ.A.Kərimov

Qloballaşma və Azərbaycanın xarici iqtisadi əlaqələrinin elmi-texniki

istiqamətlərinin güclənməsi

Page 109: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

109

Qloballaşmanın müasir gedişi müvafiq olaraq inkişaf etmiş ölkələrin

iqtisadiyyatının rəqabətqabiliyyətliliyini daha da artırır. Bu halı inkişaf

etməkdə olan bəzi ölkələrin iqtisadiyyatında görmək olar. Azərbaycan

özünün iqtisadi artım göstəricilərinə görə yüksək nailiyyətlər qazanması

Cənubi Qafqaz və Qara dəniz hövzəsi iqtisadi zonasının aparıcı

dövlətlərindən biri kimi ön sıraya çıxması həmin irəliləyişə daha əlverişli

şərait yaratmışdır. Belə ki, son illər aparılan uğurlu neft və investisiya

qoyuluşu siyasəti buna imkan verir ki, xarici iqtisadi təhlükəsizliyin təmin

olunmasında beynəlxalq müqavilələrlə möhkəmləndirilmiş “Bakı-Ceyhan-

Tiflis” neft kəməri, “Bakı-Tiflis-Axalkalaki-Türkiyə” dəmir yolu xətti mühüm

rol oynasın. Milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması

Azərbaycanın iqtisadi müstəqilliyinə mane ola biləcək amillərin aradan

qaldırılmasına zəruri şərait yaradır. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin

olunması üçün ölkənin qeyri-neft sahələrinin davamlı inkişaf etdirilməsinə

diqqət yetirilir. Bunun üçün artıq xarici ölkələrin investisiyalarına deyil, daxili

resurslara söykənən investisiyalara daha çox üstünlük verilir. Xaricdə

toplanmış milli investisiyaların ölkəyə cəlb edilməsi prosesi gücləndirilib.

Belə investisiya qoyuluşlarının ümumi həcmində milli investisiyaların payını

50%-dən yuxarıya qaldırmaq prioritet təşkil etməlidir. Qloballaşma

şəraitində milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə nail olmağın prioritet

tərəfi isə milli istehsala məxsus məhsulların keyfiyyət baxımından sosial-

iqtisadi və ekoloji-texnoloji baxımdan istehlakçıların tələbinə uyğun

olmasını təmin etməkdir.

Qloballaşmanın müsbət cəhətləri ilə yanaşı, onun doğuracağı

fəsadlar və nəticələrlə bağlı düşündürücü və elmi cəhətdən əhəmiyyətli

olan aşağıdakı suallara cavab vermək lazım gəlir:

Əvvəla, bu prosesdən təcrid olunmaqmı, yoxsa eyni iqtisadi gücə

malik beynəlxalq şirkətlər quraraq ümumi prosesdə milli mənfəət üçün

çalışmaq, yoxsa hansısa başqa varianta üstünlük vermək?

Page 110: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

110

İkinci, seçiləcək yolun elmi-metodoloji əsalandırılması hansı

mərhələdə həyata keçirilməlidir və onun həqiqətə uyğun istiqamətləri

hansılardır?

Üçüncüsü, daxili və milli iqtisadi bazadan necə istifadə etməli və

problemi necə qarşılamalı, onu necə həll etməli?

İqtisadi qloballaşma şəraitində əsas amillərdən biri və ən birincisi

milli iqtisadi asılılığa yol vermədən qarşılıqlı iqtisadi münasibətlərin

qurulmasıdır. Məhz bunun üçün əsas vacib şərt məsələnin nəzəri

əsaslarını başa düşülməsini tam dərk etmək və təmin etməkdir. Öz-

özlüyündə qloballaşma və iqtisadi qloballaşma anlayışı mürəkkəb sistemə

malik həm nəzəri bilik sahəsi, həm də təcrübi prosesdir. Bu baxımdan

problem həm də kompleks yanaşma tələb edir. Burada nəzərə alınmalıdır

ki, prosesin özünü tənzimləməsi amili təbii baş verən inkişafda özünü

doğruldur. İqtisadi qloballaşma prosesində məqsədli və “süni” müdaxilələrin

üstünlük təşkil etdiyini yaddan çıxarmamalıyıq.

Son dövrün dünya təcrübəsi göstərir ki, milli iqtisadiyyatların qarşılıqlı

iqtisadi əlaqələri sırasında diqqəti daha çox cəlb edəni, güclü təsiredici

amili sayılan və eyni zamanda həmin əlaqələrə dünyəvi xarakter verən

proses qlobal maliyyə bazarının formalaşmasıdır. Belə bazar daha əhatəli

məkanı özündə birləşdirməklə dünyanın bütün ölkələri və regionlarının

istənilən şəhərinin, rayon və qəsəbələrinin maliyyə müəssisələrinə pul

köçürmələri və digər maliyyə əməliyyatları aparmaq imkanı yaratmışdır.

Belə bir dünyəvi sistemin və maliyyə kompleksinin formalaşması

istiqamətində müsbət və mənfi meyllər müşahidə olunmaqdadır.

Müsbət meyllər dedikdə aşağıdakıları müşahidə etmək olur:

- maliyyə əməliyyatları ilə bağlı qlobal informasiya məkanı və qlobal

informasiya şəbəkələri yaranır;

- qlobal maliyyə bazarları çərçivəsində milli bazarlardan (lokal

bazarlar) daha mütərəqqi bazarların (Avropa, Şimali Amerika və.s)

formalaşması və inkişafı prosesi gedir;

Page 111: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

111

- dünyada oxşar maliyyə bazarlarının rolu və əhəmiyyəti artır.

Mənfi meyllər dedikdə isə aşağıdakıları müşahidə etmək

mümkündür:

- qloballaşma prosesində real istehsal ilə əlaqəsi olmayan zəif

maliyyə kapitallarının da ölkələr arasında hərəkət etməsinin həcmi və sürəti

artır;

- maliyyə bazarlarında böhranlı hadisələr yaranır;

- istehsal ilə bağlı olmayan kapitalların dövriyyəyə daxil olması və

böhranlı hadisələrin güclənməsi ümumdünya istehsalına və maliyyə

bazarına xeyli ziyan vura bilir.

Ayrı-ayrı ölkələrin milli istisadiyyatlarının əlaqələnərək

qloballaşmasında və bütünlükdə dünya təsərrrüfatında baş verən

təmərküzləşmə və mərkəzləşmə daha aydın şəkildə maliyyənin

qloballaşmasında və bununlada dünyada vahid maliyyə iqtisadiyyatının

formalaşmasında təzahür olunur. Milli valyuta sisteminin sərhədlərini

dağıdan və beynəlxalq valyuta sisteminin formalaşmasına təsir edən

başlıca amil də məhz maliyyə kapitalı və onun beynəlxalq hərəkətidir.

Dünya təsərrüfat sistemində yeni qlobal vəhdət kimi maliyyə

inteqrasiyasının yaranması ilə əlaqədar yeni maliyyə iqtisadiyyatı

anlayışının yaranması diqqəti daha çox cəlb edir. Qərb ölkələrinin bəzi

iqtisadçı alimləri həmin anlayışdan istifadə etmiş, dünyada formalaşan bir

çox iqtisadi vəhdətlər kimi “vahid maliyyə iqtisadiyyyatı” terminini də

beynəlxalq söz dövriyyəsinə keçirmişlər (3.s.6). Onların fikrincə hər biri

özünü tənzimləmə mexanizminə malik dünya miqyaslı qarşılıqlı əlaqədə

olan proseslərin kompleks cərəyan etməsi qloballaşmanın nəticəsi kimi

dünya iqtisadiyyatı formalaşır. İnkişaf etmiş hər bir ölkənin iqtisadiyyatı

kimi dünya iqtisadiyyatı da özünün sərbəst tənzimlənmə alətlərinə malik

canlı iqtisadi mexanizmdir. Yəni elə mexanizmdir ki, dünya miqyaslı

qarşılıqlı əlaqədə olan iqtisadi proseslər üzvü surətdə birləşərək biri

digərinə tamamlayır, qarşılıqlı şərtləndirir. Bu mənada fikrimizcə, dünya

Page 112: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

112

iqtisadiyyatını nəyinki, bir anlayış, termin kimi və habelə dəyişən, inkişaf

edən proses kimi də dünya təsərrüfat sistemindən, ümumdünya

təsərrüfatından və habelə beynəlxalq iqtisadiyyatdan fərqləndirmək lazım

gəlir. Fikrimizcə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının qarşılıqlı

əlaqələnməsindən və təsirindən yaranan dünya təsərrüfat sistemi,

ümumdünya təsərrüfatı mövcuddur və inkişaf edir. Lakin, dünya miqyaslı,

üzvü birləşən, bir-birini tamamlayan və şərtləndirən ümumdünya iqtisadi

sistemi, canlı iqtisadi mexanizmi hələki formalaşmamışdır. Yəni dünya

iqtisadiyyatı söz, termin, anlayış və kateqoriya kimi söz dövriyyəsində

vardır. Lakin, real qlobal iqtisadi proses kimi dünyada hələki

formalaşmamışdır. Yalnız dünyanın ayrı-ayrı regionlarında dünya

iqtisadiyyatının regional iqtisadi blokları yarım sistemlər kimi təşəkkül

tapmış, formalaşmış və hazırda da inkişaf etməkdədir (məsələn, Aİ,

NAFTA, ASEAN və başqa). Əgər həmin iqtisadi bloklar və yeni yaranan

digərləri də dərininə və eninə inkişaf edərək region, qitə çərçivəsindən

çıxaraq dünyamiqyasını əhatə edə bilən vahid iqtisadi sistemi, canlı iqtisadi

mexanizmi yarada bilsələr, həmin halda dünyamiqyaslı həqiqi

iqtisadiyyatdan, yəni real dünya iqtisadiyyatdan danışmaq olar. Sual oluna

bilər: nə üçün rəsmi sənədlərdə, elmi ədəbiyyatda, kütləvi informasiya

vasitələrində dünya iqtisayyatı həm anlayış və həm də dünyəvi proses kimi

müntəzəm işlədilir? Fikrimizcə, bu ona görədir ki, keçən dövrlər ərzində

dünyanın ayrı-ayrı regionlarında təşəkkül taparaq formalaşan iqtisadi

inteqrasiya bloklarının perspektivdə necə üzvü əlaqələnərək yaradacaqları

dünya iqtisadiyyatının gələcək mənzərəsini indidən görmək mümkün olsun.

Dünya iqtisadiyyatı qlobal miqyaslı elə bir iqtisadi inteqrasiya

sistemidir ki (mexanizmdir ki), həmin sistemdə ölkələrin milli

iqtisadiyyatlarının yalnız coğrafi məkan yaxınlığı, iqtisadi inkişaf

parametrlərinin yüksək səviyyəsi deyil, eyni zamanda aşağıdakı üç əsas

texniki-iqtisadi amillərin təsiri də əsas götürülür:

- sənaye dövlətlərinin tədricən informasiya cəmiyyətinə çevrilməsi;

Page 113: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

113

- transmilli korporasiyaların yaranması və onların milli dövlətlərin

tabeliyindən çıxması;

- yeni beynəlxalq ixtisaslaşma və kooperasiyalaşma

texnologiyalarının, xüsusən informasiya, komputer və şəbəkə

texnologiyalarının yaranması.

Dünya ölkələri arasında istehsal-maliyyə-ticarət əlaqələrinin

güclənməsinin və intensivləşməsinin doğurduğu ümumdünya prosesləri

ayrı-ayrı dövlətlərin və yaxud qrup dövlətlərin istək və arzularından asılı

olmayan obyektiv proses kimi özünü göstərir. Ümumünya xarakterli

proseslərin çoxalması və güclənməsi, bununlada onların qloballaşmasının

obyektiv xarakter alması dünya dövlətlərinin, onların mütəxəssis və

alimlərinin diqqətini cəlb edir. Diqqətəlayiq həmin prosesin dünyəvi və

obyektiv xarakter almasına dair fikirlər müxtəlifdir. Səbəbi qloballaşmanın

həm anlayış kimi kifayət qədər əhatəli olması, həm təcrübi hadisə və

proseslərin məcmusu olması və həm də dərin nəzəri təhlilə ehtiyatı olan

obyekt olmasıdır. Bu təbii və məntiqi proses kimi görünsədə əslində maddi-

texniki, sosial-iqtisadi baxımdan prosesin gedişi ədalətli deyildir. Çünki,

dünyada aparıcı iqtisadi gücə malik oaln sənaye ölkələri ümumdünya

proseslərinin gedişinə təsir etmək imkanına malik olur, həmin prosesləri

vahid məqsədə tabe etdirə bilirlər. ABŞ iqtisadçısı Ç.Consonun qeyd etdiyi

kimi qloballaşma sərbəst dünyəvi fəaliyyət prosesi olmaq etibarı ilə xalis

amerikansayağı abstraksiya kimi ona görə yaranmışdır ki, ABŞ-ın özü ona

çox çətinliklə uyğunlaşır, buna görə də hər kəs onu qaçılmaz və

qarşısıalınmaz tarixi qüvvə hesab edir.

Iqtisadiyyat sahəsində Nobel mukafatı lareatı, ABŞ prezidentinin

iqtisadi müşavirlər qrupuna rəhbərlik etmiş, dünya bankının vitse prezidenti

işləmiş Cozef E.Stiqlizin 2002-ci ildə cap etdirdiyi “Qloballaşma və ondan

narazılıq” əsərində yazır ki, qloballaşmanı tənqid edənlər, Qərb dövlətlərini

çox vaxt riyakarlıqda günahlandırırlar və onların tənqidləri tamamilə

düzgündür. Qərb dövlətləri kasıb ölkələri ticarət manelərini ləğv etməyə

Page 114: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

114

təhrik edirlər və beləliklə də inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı

məhsulları ixrac etməsinin qarşısını almaqla onları böyülk ehtiyac

duyduqları ixracdan gələn gəlirdən məhrum edirlər. Əlbəttə ABŞ bütün

bunların əsas günahkarlarından biridir və bu mənim qarşı çıxdığım,

razılaşmadığım məsələlərdəndir.

Göründüyü kimi burada qeyd edilən əsas məsələ sənaye ölkələrinin

və beynəlxalq koprorasiyaların nəyin bahasına olursa olsun öz iqtisadi

məqsədlərinə nail olmağa çalışmasıdır. Qloballaşma, onun doğuracağı

fəsadlar və nəticələrlə bağlı düşündürücü və elmi cəhətdən vacib sayılan

problemlər çoxdur.

Məhz bütün bu vacib əhəmiyyətli şərtləri nəzərə alan Ümummilli

lider H.Ə.Əliyev BMT-nin təşəbbüsü ilə 2000-ci ilin sentyabr ayında Nyu-

York şəhərində keçirilən minilliyin forumundakı çıxışında qeyd etmişdir ki,

“Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu

mürəkkəb və heç də bir mənalı olmayan bu prosesin perspektivləri bizim

hamımızı düşündürür. Qloballaşma dövlətlərin davamlı inkişafının,

bütövlülüyünün və idarəetmə sistemlərinin stabillliyinin təmin olunmasına,

iqtisadi münasibətlərdə ayrıseçkiliyin aradan qaldırılmasına, xalqların rifah

halının yüksəlməsinə kömək etməlidir. Azərbaycan qloballaşmanın

inkişafına müsbət mənada öz töhvəsini verir. Mənim ölkəm dünya

miqyasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən,

ehtiyatlarından və potensialından istiafdə edərək Şərq və Qərb arasında

zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu

səmərəli surətdə həyata keçirir. Biz “Böyük İpək yolu”nun bərpası, Avropa-

Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin

karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün çox

böyük səylər göstəririk”.

Problemə elmi-nəzəri yanaşmada yuxarıda qeyd edilən fikir eyni

zamanda təcrübi-strateji amil kimi götürülməli və əməli iqtisadi fəaliyyətdə

Page 115: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

115

respublikamızın dünya iqtisadiyyatına inteqrasiya prosesində devizə

çevrilməlidir.

Yuxarıda qeyd etdiyimiz kimi əsas metodoloji amil problemə nəzəri

baxımdan mürəkkəb anlayış kimi baxılmalıdır və doğurdanda bu da bir

həqiqətdir ki, iqtisadi qloballaşmanın təcrübi cəhətləri o qədər müxtəlifdir ki,

özünün inkişafının yalnız son iki yüz illik müddətində həmin proses çox

tərəfli mürəkkəb sistemə çevrilmişdir. Həmin sistemin fəaliyyət dairəsi daha

konkret olaraq öz ifadəsini transmilli korporasiyalarda (TMK) tapır. TMK-

ların dünya iqtisadiyyatının qlobal müəssisələri adlandırılması heç də

təsadüfi deyildir. Beynəlxalq iqtisadi təşkilatların (UMKTAD;DB və s.)

ekspertlərinin hesablamalarına görə son 30 ildə dünyada TMk-ların ümumi

sayı 8 mindən 67 minə, onların filiallarının sayı isə 30 mindən 860 minə

çatmışdır. TMk-ıarın xaricdə yerləşən filiallarında 55 mln. işçi çalışmış,

onlar tərəfindən aparılan satışın həcmi ümumdünya ixracını 2 dəfədən çox

üstələmişdir. Beynəlxalq ticarətin 50%-dən çoxu, yeni yexnika, texnologiya,

nou-hau, dünyanın patent və lisenziyalar bankının 4/5 TMK-ların nəzarəti

altındadır. Dünyada saxlanılan əmanətlərin və bütün pul istiqrazlarının

həcminin 25-27%-i dünyanın iri TMk-ların maliyyə banklarının

nəzarətindədir.

Hazırda milli kapitalların hökmranlığı ilə xarakterizə olunan əvvəlki

dünya quruluşu yerində, fəaliyyət dairəsi və miqyası etibarı ilə qlobal

xüsusiyyət daşıyan “transmilli kapital”ların yaranmasına səbəb olan yeni

dünya quruluşu formalaşmaqdadır. Müasir transmilliləşmə proseslərinin

əsas xüsusiyyəti ən iri, yeni tipli TMK-lar oliqopolistli xarakter daşıyan

struktur görkəmi alır. Hətta hər hansı bir iri TMK-nın iqtisadi gücü və

potensialı orta səviyyəli bir ölkənin iqtisadiyyatı ilə müqayisə edilə bilər.

Maliyyə sferasında transmilliləşmə, xüsusən transmilli bankların (TMB)

yaranması dünyada vahid maliyyə iqtisadiyyatının yaranması yolunda

diqqətəlayiq prosesdir. Başqa sözlə desək maliyyə sferasındakı,

inteqrasiyalaşma prosesi qlobal maliyyə bazarının formalaşmasına birbaşa

Page 116: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

116

təsir edir. Qlobal maliyyə bazarları isə bütün dünyada mövcud olan iqtisadi

proseslərə ciddi təsir göstərir. Maliyyə kapitalı digər kapitallara nisbətən

daha çevik və dəyişkəndir. Maliyyə sferası qloballaşdıqca ayrı-ayrı ölkələrin

milli maliyyə sistemini formalaşdıran amillərin uçota alınması işi də

çətinləşir. Həmin uçot işi müxtəlif istiqamətlərə yönələ bilir. Həmin

istiqamətlərdən daha çox faydalanan inkişaf etmiş ölkələrdir, onların əldə

etdikləri gəlirlərin çoxluğudur. Bu gəlirlər isə qloballaşan bazarlarda güclü

iqtisadiyyatlı ölkələrə rəqabətdə uduzan ayrı-ayrı zəif iqtisadiyyatlı inkişaf

edən ölkələrin düşdükləri ziyanlar hesabına olur. Dünya bazarlarında həmin

ölkələrin (inkişaf etməkə olan) rəqabət qabiliyyətinin zəifliyi üzündən

qloballaşmanın faydasını hiss edə bilmirlər. Çünki, bazarda satış risklərinin

neytrallaşdırılması imkanları çox az olur. Belə hallara inkişaf etmiş ölkələrin

TMK-ları etinasız yanaşır, zəif iqtisadiyyatlı ölkələrin milli maraqları nəzərə

alınmır. Milli müəssisələrlə müqayisədə TMK-lar yerli infrastrukturdan

istifadə haqqının, vergilərin azaldılması hesabına özləri üçün imtiyazlı şərait

əldə edir. TMK-larla eyni bazar şəraitində fəaliyyət göstərən milli şirkətlər

qloballaşma prosesindən daha çox itkiyə məruz qalır. Vergitutma ilə

əlaqədar imtiyazlı şərait əldə etmək üçün onlar Lobbiçilik imkanlarından

belə məhrum olurlar. Hətta möhtəkir xarakterli xarici maliyyə kapitalının

ölkəyə nəzarətsiz idxal və ixrac olunması nəticəsində nəyinki, milli şirkətlər

və habelə bütünlükdə ölkənin özü iqtisadi cəhətdən zəifləmiş olur.

Hal-hazırda dünyada baş verən və özünün acı nəticələri ilə

dünyanın demək olar ki, bütün ölkələrini narahat edən maliyyə-iqtisadi

böhranı göstərir ki, qlobal maliyyə kapitalının ölkələrarası hərəkəti nəyinki

inkişaf etmiş ölkələrin maliyyə, fond və investisiya bazarlarını tənəzzülə

uğradır, hətta ölkələrin milli valyutalarının sabitliyinin pozulmasına səbəb

olur, onların iqtisadiyyatının real sektorunda son dərəcə mənfi nəticələrə

gətirib çıxarır. Maliyyə bazarlarında tənəzzül güclü iqtisadiyyatlı ölkələri də

əhatə etdiyindən onun qarşısını almaq üçün inkişaf etmiş ölkələrin

iqtisadiyyatı özlərinin potensial imkanlarından belə istifadə edə bilmirlər.

Page 117: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

117

Təsadüfi deyildi ki, hazırda qlobal maliyyə böhranı və bu kimi digər

proseslərlə əlaqədar dünya iqtisadiyyatı qeyri-sabit inkişaf edir. Bu

qloballaşmanın ümumi gedişatı ilə əlaqədar olduğundan onun inkişafına

qeyri-iqtisadi metodlarla müqavimət göstərmək düzgün olmazdı. Dünya

iqtisadiyyatının inkişafında həmin qeyri-sabitlikdən istifadə etməklə tez

uğur qazanmaq riskinə atılmağa meylli olan ölkələrin özünəməxsus rəqabət

metodları vardır. Məsələn, müasir iqtisadi inteqrasiyanın daha sürətlə

inkişaf etməsinə baxmayaraq ölkələr arası rəqabət də kəskin xarakter alır.

Bazar iqtisadiyyatı sistemi hər hansı region ölkələrinin vəhdətini və

bütövlüyünü təmin etsədə bütün hallarda həmin ölkələri mərkəzi və əyalət

səviyyəli olmasına görə fərqlənməsini də şərtləndirir. Bu hal əvvəlki tarixi

dövrlərdə olduğu kimi bu gündə öz qüvvəsində qalır. Dünya gəlirlərindən

daha çox qazanc əldə etmək uğrunda aparılan rəqabət indi də dəyişməz

qalır. Dünya ölkələri və regionları isə əvvəllər olduğu kimi indidə qeyri-

bərabər inkişaf edir. Dünyanın 3 regionunda (Avropa, Asiya və Amerika), 3

iqtisadi güc mərkəzi (Qərbi Avropa, Yaponiya və ABŞ) formalaşmışdır.

Həmin mərkəzlərin arasında texnoloji inkişaf sahəsində rəqabət genişlənir.

Xüsusən, mikroelektronika, biotexnologiya, kimyatexnologiya, yeni xammal

və materialların yaradılması öz sıraya çıxır. ABŞ beynəlxalq iqtisadi

münasibətlər sistemində özünün aparıcı mövqeyini və liderliyini nəyinki

saxlamaq və habelə onu daha da gücləndirmək üçün dünya

iqtisadiyyatında gedən qloballaşma proseslərinin bu və ya digər

istiqamətlərindən istifadə etməyə çalışır. Bəzən belə çalışqanlıqda

tələsikliyə yol verilir, kifayət qədər hazırlanmamış xarici iqtisadi siyasət və

əməliyyatlar aparılır ki, bunlar nəyinki ABŞ-ın öz iqtisadiyyatına və onunla

iqtisadi inteqrasiya prosesində birbaşa iştirak edən ölkələrin iqtisadiyyatına

ciddi təsir edir. Bu zaman ölkələrin nəyin ki, daxili milli maliyyə sistemində

və habelə beynəlxalq maliyyə sistemində zəifləmə baş verir. Hazırda dünya

ölkələrindən hələ də əl çəkməyən qlobal maliyyə böhranının baş

verməsinin əsas səbəblərindən biri kimi həmin prosesi götürmək olar.

Page 118: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

118

Çünki hər bir ölkənin milli maliyyə sistemi ilə beynəlxalq maliyyə sisteminin

ümumi və fərqli cəhətləri olsada hər hala onların arasında bir başa qarşılıqlı

əlaqə vardır. Bunları aşağıdakı cədvəldən aydın görmək olar.

Milli və beynəlxalq valyuta sistemlərinin uyğunluğunun cəhətləri

Cədvəl 1

Milli valyuta sistemi Beynəlxalq valyuta sistemi

Milli valyuta vahidi Əsas beynəlxalq ödəniş

vasitələri

Valyuta kursunun rejimi Valyuta kurslarının qurulması

mexanizmi

Valyutanın dönərlilik şəraiti Valyutanın dönərlilik şəraiti

Valyuta bazarı və qızıl bazarı sistemi Beynəlxalq valyuta bazarı və

qızıl bazarı rejimi

Ölkənin beynəlxalq hesablaşma

qaydası

Beynəlxalq ödənişlərin

balanslaşma qaydası

Ölkənin valyutasını tənzimləyən milli

idarənin statusu

Valyutaları tənzimləyən

beynəlxalq təşkilatların statusu

Ölkənin qızıl valyuta rezervinin

idarəetmə sistemi

Əgər milli valyuta sistemi milli qanunvericiliklə müəyyən olunan

dövlətin daxili valyuta münasibətlərinin təşkili formasıdırsa, beynəlxalq

valyuta-maliyyə sistemi isə dünya iqtisadiyyatının inkişafında yaranan

mürəkkəbliyə əsaslanan dövlətlərarası müqavilələrlə möhkəmklənən milli

valyuta strukturları ilə beynəlxalq valyuta strukturlarının qarşılıqlı təsir

forması kimi çıxış edir. Bunu indiki qlobal maliyyə böhranının istər baş

verməsi səbəblərindən, istərsədə onun doğurduğu nəticələrdən görmək

olar.

Azərbaycanda dövlətin istər daxili və istərsədə xarici iqtisadi

siyasətinin güclü alətlərindən biri milli valyutanın mübadilə kursu, onun

Page 119: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

119

məzənnəsi və dönərlilik şəraiti hesab olunur. Ölkədə alıcılıq qabiliyyətinin

pariteti ilə müqayisədə manatın məzənnəsi aşağı səviyyədə saxlanılır. Bu,

bir tərəfdən ölkənin xarici borc çətinliyini yüngülləşdirə bilir, digər tərəfdən

isə milli kapitalların xaricə axmasına əks təsir göstərə bilir. Bu mənada

onların hər ikisinin maliyyələşdirilməsi üçün Azərbaycanda cari ödəmə və

xarici ticarət balanslarının müsbət saldosu gözlənilə bilir. Bu hal

Azərbaycanın maliyyə sektoruna böhranın təsir imkanlarını çox-çox

azaltmışdır. Lakin bu sahədə iqtisadiyyatımız çox saylı çətinliklərlə də

qarşılaşmışdır.

Başlıca diqqət həmin çətinliklərin Azərbaycanla əlaqəsini, onun

ölkəmizə təsir gücünü müəyyənləşdirmək, çıxış yolu tapılmasına dair

təskinləşdirici dəqiqləşdirmələr aparmaqdır.

Dünyanın aparıcı ölkələrinin hökumətləri antiböhran tədbirlərini

hazırlamaq üçün ciddi səy göstərməkdədirlər. Dünyanın aparıcı sənaye

ölkələri, xüsusən, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya böhranın təsir

gücünə məruz qalmışlar. Hal-hazırda həmin ölkələr üç modelli böhran

tədbirlərini həyata keçirməyə cəhd göstərirlər.

Birinci modelin yaradılmasında ABŞ hökuməti xüsusi rol oynadı.

Modelin əsası maliyyə sektoruna külli məbləğdə, lakin parlamentin və

ictimaiyyətin ciddi nəzarəti altında pul paylamaqdır. Ikinci modeli Fransa

hökuməti formalaşdırmışdır. Bu modelə əsasən, istehsal sektorunun və ilk

növbədə yüksək texnologiyalar sektorunun istehsalçılarını vergi və kredit

güzəştləri formasında dəstəkləndirilməsidir. Üçüncü modeli Böyük

Britaniyada görmək olar. Modelə əsasən, dövlət bütün riskləri öz üzərinə

götürərək müflisləşən müəssisələri milliləşdirir. Nəzərdə tutulur ki, dövlət

istehsalın maliyyə strukturun səmərəsinin artırılmasına cəhd göstərir.

Qeyd edilən antiböhran modelləri dünyanın bütün ölkələri üçün

qəbul eilə bilməz, çünki böhranın yaranma səbəbləri və doğurduğu sosial-

iqtisadi nəticələr müxtəlif ölkələrdə müxtəlif cür formalaşmışdır.

Page 120: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

120

Bu mənada, Azərbaycanda qeyd edilən antiböhran tədbirləri

ölkəmizin mövcud vəziyyətinə, inkişaf xüsusiyyətlərinə uyğunlaşdırılmalı

milli məzmunlu tədbirlər həyata keçirilməlidir. Bununla bərabər, görülən

tədbirlərin aşkarlığına, onalrın xalqa və sahibkarlara izah edilməsinə diqqət

verilməlidir. Bu baxımdan Azərbaycanın ən azı bir böyük üstünlüyü var.

Üstünlük uğurla qurulmuş və əhalinin ən geniş kütlələrinin etimadına

əsaslanmaqla, səmərəli antiböhran idarəçiliyini həyata keçirməyə imkan

verən güclü və demokratik dövlət hakimiyyəti sistemidir. Bu sistem aydın

başa düşülür və onun perspektivlərinə inanılır. Dünya təcrübəsində tələbin

stimullaşdırlması üçün yeni texnologiyalara əsaslanaraq infrastruktur

sahələrə, xüsusən, bankların canlandırılmasına, yolların çəkilməsinə,

nəqliyyat-kommunikasiya sisteminin genişləndirilməsinə, məktəblərin,

ictimai binaların tikintisinə çox vəsait ayırırlar.

Biz, yaxşı başa düşürük ki, Azərbaycanda infrastrukturun

məqsədyönlü inkişafı əsas götürülməlidir. Infrastrukturun inkişafı təkcə

böhran əleyhinə deyil, eyni zamanda gələcək davamlı və müntəzəm

inkişafın möhkəm əsasına çevrilməlidir.

Bu mənada biz son illlərdə nəinki Bakı şəhərində və habelə

ölkəmizin bütün regionlarında yeni yolların salınmasına, körpülərin

tikilməsinə, məktəblərin inşasına, idman obyektlərinin yaradılmasına külli

miqdarda büdcə vəsait ayırır, yeni iş yerləri açır. Biz nəinki bunları və

habelə son beş ildə 600 mindən çox iş yerinin açılmasının şahidiyik.

Azərbaycanın ən böyük şimal qonşusu olan Rusiyada maliyyə böhranı

daha ciddi ziddiyyətlər törətmişdir. Rusiyada ümumi daxili məhsulun artımı

sıfır səviyyəsinə enmək üzrədir. Nəticədə Rusiya əhalisinin alıcılıq tələbi

çox azalmış, işsizlərin sayı 6 milyonu ötmüşdür.

Azərbaycan iqtisadiyyatı yaranmış vəziyyətdən uğurla çıxa

biləcəkmi? Ölkənin qlobal maliyyə burulğanlarından tamamilə tədric oluna

biləcəyini söyləmək düzgün olmazdı. Çünki dünyada qarşılıqlı asılılıq

həddən çoxdur. Lakin itkiləri əhəmiyyətli dərəcədə minimuma endirmək, az

Page 121: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

121

itki ilə nəticələnən optimal yol seçmək tamamilə mümkündür. Azərbaycan

iqtisadiyyatının qlobal maliyyə və fond bazarları ilə dərin bağlılığı yoxdur.

Yəni iqtisadiyyatımız daha sağlamdır. Şişirdilmiş qiymət artımından

azaddır.

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını onda görürük ki,

dövlətimiz son illərdə qiymətlərin əsassız dəyişməsinin qarşısını almağa,

yeni iş yerlərinin sürətlə açılmasına nail olmuş, bununla böhranın

gələcəkdə gözlənilən zərbələrini kompensasiya etməyə hazır olmuşdur.

Azərbaycan hökuməti antiböhran tədbirləri görməyi planlaşdırmış və

qlobal proseslərin yarada biləcəyi çətinlikləri qarşılama və aradan götürmək

üçün iqtisadiyyatın ehtiyatları möhkəmləndirilmiş. İlham Əliyev Azərbaycan

hökumətinin yanvarda keçirilmiş iclasında səsləndirdiyi tədbirlər

kompleksini prezidentin 7 antiböhran addımı adlandırmaq olar.

Əvvəla, istehlak qiymətlərinin aşağı salınması zərurəti reallaşır. Neft

gəlirlərinin artması ilə iqtisadiyyatın davamlı artımı arasında müəyyən

qarşılıqlı əlaqə mövcuddur. Bunlar inflyasiyanın qarşısını alır. Neftin

qiymətinin aşağı düşməsi və iqtisadiyyatın inkişaf sürətinin yavaşıması

şəraitində əhali qiymətlərin yüksək olması ilə bağlı məntiqi suallar verir.

Buna diqqət yetirərək istehsal qiymətlərinin artımını nəinki

məhdudlaşdırmağı, həm də azaltmağı hökumət planlaşdırır.

İkinci, inhisarçılıqla mübarizə gücləndirilir. İstehlak bazarında

qiymətin əmələ gəlməsinə nəzarət çox çətin məsələdir. Əsassız

inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoymaq nəzərdə tutulur. Bütün

qanunsuz tələblərin, xoşagəlməz halların, əsassız müdaxilələrin dərhal

dayandırılmasına cəhd göstərilir.

Üçüncü, milli banklara dəstəyi, kreditlərə və faiz dərəcələrinə

nəzarəti əhatə edən maliyyə monitorinqi müntəzəm keçirilməldir. Əsas

tədbirlərdən biri dövlətin valyuta ehtiyatlarını Azərbaycan banklarına

yerləşdirməkdir. Dünya bank qruplarının itkiləri fonunda Azərbaycanın

Page 122: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

122

mərkəzi bankı ölkənin Neft Fondunun aktivlərinin daha etibarlı “saxlanma

yerinə” çevrilməkdir.

Dördüncü, real iqtisadiyyata sərmayə qoyuluşunun davam

etdirilməsi. Dövlət investisiya xərcləri əvvəlki kimi yenə də əsasən

infrastruktura: yollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su

kəmərlərinin, məktəb və xəstəxana binalarının, mədəniyyət və idman

obyektlərinin tikintisinə yönəldiləcəkdir. Ölkənin bank sektoruna, xüsusən,

dövlət vəsaitinin yerləşdiriləcəyi banklara öz resurslarını ilk növbədə

iqtisadiyyatın real sektoruna və yalnız bundan sonra ticarət əməliyyatlarına

və digər biznes sövdələşmələrinə yatırmaq nəzərdə tutulur.

Beşinci, sosial öhdəliklərin dəstəklənməsi davam etdirilir. 2010-cu

ildə əsas sosial proqramların ixtisara salınması gözlənilmir (əmək haqqları,

pensiyalar və digər ödəmələr toxunulmazdır). Planlaşdırılır ki, hər bir

nazirlik özünün hər bir sahəsi üzrə öncül layihələrin siyahısını

hazırlayacaqdır. Bu yolla dövlət, investisiya proqramının sosial hissəsinin

maksium şəkildə yerinə yetirilməsi imkanı əldə edir. Bu blokda mühüm

məsələlərdən biri məcburi köçkünlərin yaşayış səviyyəsini

yaxşılaşdırılmasına və məşğulluğun artırılmasına dair Dövlət Proqramının

yerinə yetirilməsidir.

Altıncı, sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi

gücləndirilir. Təkcə dövlət sektorunun deyil, həm də özəl sektorun

müəssisələrinin daxili bazara istiqamətləndirilməsinə yardım

göstəriləcəkdir. Güman edilir ki, belə yanaşma 2010-cu ildə Azərbaycanın

milli məhsulunun emalının aşağı səviyyəsi ilə bağlı məlum çatışmazlığı

kompensasiya etməyə məhsul istehsalını rəqabət səviyyəsinə qaldırmağa

imkan verəcəkdir.

Yeddinci, ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olunur.

Azərbaycanda bu istiqamətdə hələ çox iş görülməlidir. Məsələn, böyük

həcmdə taxıl idxalına olan ehtiyac azaldılmalıdır. 2010-cu ildə ölkənin

özünün bütün strateji ərzaq məhsulları ilə tam təmin etməsi xətti

Page 123: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

123

götürüləcəkdir. Buna müvafiq olaraq, fermerlərə subsidiyaların verilməsi,

kübrə alınması və güzəştli şərtlərlə onlara verilməsi davam etdiriləcəkdir.

Son illər Azərbaycanda aparılan sistemli iqtisadi islahatlar

respublikanın xarici iqtisadi fəaliyyətinə də güclü təsir göstərmişdir.

Azərbaycan beynəlxalq iqtisadi inteqrasiya sisteminə daxil olmuş və

ölkəmizdə xarici ölkələrlə iqtisadi əlaqələrin müxtəlif forma və istiqamətləri

sürətlə inkişaf etməkdədir. Hal-hazırda respublikanın xarici iqtisadi əlaqələri

bütün iqtisadi münasibətlər kompleksini əhatə etməklə dinamik inkişaf

mərhələsindədir. (şəkil 1.)

Şəkil1.

Xarici iqtisadi əlaqələrin strukturu

Xarici iqtisadi əlaqələr

Xarici ticarət

- ixrac;

- idxal;

- birtərəfli;

- qarşılıqlı ticarət;

- təkrar ixarc;

- xarici filiallarla

firmadaxili ticarət;

- valyuta ticarəti;

- texnologiyanın

(nouxau, lisenziya,

patent, injinirinq və s.)

ixracı;

- texnologiyanın idxalı;

- texnologiya üzrə

firmadaxili ticarət;

Kapital

miqrasiyası

- kapitalın idxalı;

- ölkədaxili birgə

sahibkarlıq;

- kapitalın ixracı;

- ölkəxarici birgə

sahibkarlıq;

- beynəlxalq kredit;

Əmək resurslarının

miqrasiyası

-işçi qüvvəsinin idxalı;

- ölkədaxili miqrasiya;

-işçi qüvvəsinin ixracı;

- immiqrantlar;

- emmiqrantlar;

Beynəlxalq iqtisadi

təşkilatlar

- beynəlxalq

konvensiyalara qoşulma;

- inteqrasiya bloklarına

qoşulma;

- beynəlxalq təşkilatlarla

kredit münasibətləri və

s.

Xidmət üzrə əlaqələr

- nəqliyyat xidmətləri;

- turizm;

- sosial-mədəni xidmətlər və s.

Page 124: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

124

Müasir şəraitdə respublikanın xarici iqtisadi fəaliyyətinin

səmərəliliyinin yüksəldilməsi yollarını fikrimizcə aşağıdakı kimi

formalaşdırmaq məqsədəuyğun olardı:

I. Subsidiya, güzəştli vergi dərəcələri, maliyyə yardımı və s.

həvəsləndirici vasitələr tətbiq etməklə ixracat potensialının inkişaf

etdirilməsi və onun strukturunun tədricən təkmilləşdirilməsi.

Xarici bazarlara münasibətdə qeyri-tarif məhdudiyyətlərinin qismən

yaxud tamamilə aradan qaldırdığı şəraitdə ixrac potensialının inkişafı

nəinki xarici iqtisadi fəaliyyətin səmərələi təşkilinin, eləcə də iqtisadi

təhlükəsizliyin zəmanərçisi kimi çıxış edir1.

Bu baxımdan ixracın strukturunun təkmilləşdirilməsi obyektiv zərurət

kimi qarşıya çıxaraq onun həyata keçirilməsi birn sıra tədbirlərin

kompleksinin tətbiqi nəticəsində mümkündür:

- diversifikasiya;

- xammal və yarımfabrikat məhsullarının ixracının yüksəldilməsi;

- milli iqtisadiyyatın təkcə təbii resurslar baxımından deyil, eyni

zamanda elmi-texniki təcrübə və ucuz işçi qüvvəsinin mövcudluğu

mövqeyindən müqayisəli üstünlüklərinin müəyyənləşdirilməsi;

- ixracın dövlət həvəsləndirilməsi sisteminin formalaşdırılması.

İxracın inkişafına mənfi təsir göstərən əsas amillərdən biri də ayrı-

ayrı bazar subyektlərinin xarici bazarlar haqqında informasiyaların tam

olmamasıdır. Bundan başqa təcrübəsizlik, xarici partnyorların seçilməsində

və məhsulun reklamı sferasında rast gəldikləri çətinliklər və s. problemlər

ixracın genişlənməsinə mənfi təsir göstərir.

Bu baxımdan respublikanın xarici iqtisadi əlaqələrinin strukturunda

“ixrac sindikatlarının” tətbiqi məqsədəuyğun olardı. Qərb ölkələrinin

təcrübəsi göstərir ki, “ixrac sindikatları” nəinki idxal və ixracın səmərəli

təşkilinə, eləcə də müxtəlif investisiya formalarının, o cümlədən injinirinq,

1 Ш.Гаджиев. Азербайджан на пути к мировому сообществу: стратегия внешнеэкономического развития.

Киев,2000,с.258-260.

Page 125: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

125

“prodakşn şenrinq” və s. formaların inkişafına əhəmiyyətli dərəcədə təsir

göstərmək iqtidarındadır.

II. İdxalın struktur çevikliyi və elastikliyi tətbiq olunmaqla onun

iqtisadi cəhətdən səmərəli təşkilinə nail olmaq:

Məlum olduğu kimi, idxal təkcə əhalinin istehsalat mallarına olan

tələbatının tam və dolğun ödənilməsində deyil, eləcə də iqtisadiyyatın

modernləşdirilməsində, onun rəqabət qabiliyyətinin yüksəldilməsində böyük

rol oynayır. Bu məqsədlə, əvvəla daxili və dünya bazarında tələbata uyğun

məhsul istehsal edə bilən subyektlərin müvafiq lisenziya əldə etməsinə

imkan yaratmaq və paralel surətdə hazır maşın və avadanlıqların idxalın

tədricən azaltmaq lazımdır; ikincisi, rəqiblərlə müqayisədə daha az xərclə

istehsal olunan xammal və materiallara əsaslanmaqla həmin məhsullar

üzrə idxalı əvəz edə biləcək istehsal sferasını təşkil etmək və s.

III. Milli iqtisadiyyatın sabit artımı, texniki modernləşmə və

ümumilikdə, səmərəlilik səviyyəsinin yüksəldilməsi məqsədi ilə xarici

investisiyaların cəlb edilməsi;

Əvvəldə qeyd etdiyimiz kimi, respublikaya xarici kapitalın axını artan

sürətlə davam etməkdədir.

Sonuncu mərhələ müasir dünya iqtisadiyyatı üçün daha əhəmiyyətli

olub beynəlxalq bazar subyektlərinin diqqətini daha çox cəlb edir. Həmin

mərhələdə aşağıdakı həllinə cəhd göstərilir:

hazır məhsul istehsalı üçün ondan məqsədəuyğun istifadə;

lisenziyaların satışı vasitəsilə tətbiq olunma sferasının

genişləndirilməsi;

digər istehsalçıların müəlliflik hüququnun satışı.

Real həyat, mövcud təcrübə qeyd edilən məsələlərin ardıcıl həlli

istiqamətində öz düzəlişlərini də verə bilir. Həmin üzəlişlərini irəli sürülən

ideyaların və texnologiyaların sahə xarakterinən asılı olaraq baş verir.

Əgər XX əsrin 70-80-ci illəri üçün kapitalı və onun sərbəst tətbiqinə

iqtisadi artımın başlıca amili kimi baxılırdısa, XX əsrin axırı XXI əsrin

Page 126: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

126

astanasında rəqabətqabiliyyətlilik strategiyası yeni ixiralara və nou-haylara

əsaslanan fərqli keyfiyyətli, elm tutumlu malların istehsalına meyl göstərir.

Bu isə öz növbəsində istehsal xərclərinin aşağı salınmasına, təklif edilən

məlumatların istehlak xassələrinin yaxşılaşmasını təmin edə bilən texnoloji

proseslərin tətbiqini nəzərdə tutur. Yalnız belə halda müasir bazarda uğur

qazanmağa təminat vermək olar.

Innovasiya fəaliyyətinin dünya liderləri inkişaf etmiş bazar

iqtisadiyyatlı ölkələr çıxış edir. Bunu aşağıdakı statistik məlumatlardan

görmək olar:

Aparıcı dünya ölkələrinin ETTKİ-nə ümumi xərcləri

(mlrd.doll)

Cədvəl 2

Mənbə: İnformaüionnıy bölletenğ №1 noəbrğ 2006 q. Ənvarğ 2007 q.M., ÜİNS.2007

2006-cı ildə dünyanın aparıcı ölkələrinin elmə sərf etdikləri xərclərin

məbləği haqqında məlumatlar göstərir ki, həmin dövlətlərin əlaqədar

orqanları büdcədən maliyyələşmə vasitəsilə elmə, elmi-tədqiqat

istiqamətinə çox böyük əhəmiyyət verirlər. Böyük Bitaniya həmin məqsəd

üçün ölkənin ÜDM-nun 2,6%-ni, ABŞ-2,6%-ni, Almaniya-2,9%-ni ayırır.

Ölkələr 1980 1990 2000 2007

ABŞ 57,1 149,2 185,4 194,5

Yaponiya 18,9 67,0 82,3 91,4

Almaniya 12,8 31,9 42,5 49,3

Fransa 8,5 23,8 30,4 34,5

Böyük Britaniya 8,5 19,1 25,3 27,3

Page 127: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

127

Məlumatlara görə 2006-cı ildə qlobal informasiyalar istiqamətində xidmət

bazarının dövriyyəsi 3 trln.doll. olmuşdur.

Azərbaycanda elmin, elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi

sahəsində hələ çox iş görülməlidir. Hazırda ETTKİ-nə sərf edilən xərclərin

xüsusi çəkisi 0,3%-i ötmür. Bu isə ölkənin ümumi daxili məhsulunda

innovasiya proseslərinə istiqamətləndirilən vəsaitlərin xüsusi çəkisinin

azalması deməkdir. Elmi-texniki tərəqqi sahəsində Azərbaycanın öz yerini

tutmasına daha çox səy göstərməli, həmin istiqamətdə dövlətin gücündən

istifadə olunmalıdır.

Azərbaycanda elmi-texniki liderliyi öz əlində saxlayan ölkələr

arasında müasir informasiya reallığı müqayisə oluna bilməz. ABŞ,

Almaniya, Yaponiya korporasiyaları özlərinin güclü potensialından istifadə

edərək çox yüksək intensivliklə nəyin ki, mütərəqqi texnologiyalar yaradır

və habelə yeni qlobal İnternet şəbəkəsini yarada bilən və iqtisadiyyatın

bütün sahələrini yeni aspektdə öyrənə bilən mütəxəssislər də hazırlayır. Ən

vacibi odur ki, respublikamız həmin nailiyyətlərdən yalnız bacarıqlı istifadə

etməklə yanaşı sənayenin strukturunun formalaşmasına, rəqabət

qabiliyyətli texnologiyalar yaradılmasına və istehsala tətbiqinə cəhd

göstərməlidir.

Dünya təcrübəsi informasiya və texnologiyaların ölkələr arasında

hərəkətini iki cəhətdən izah edir: əvvəla, innovasiyanın formalaşması və

inkişafının institusional, firmadaxili cəhəti; ikinci, mühitlə əlaqədar olan

cəhətdir ki, burada öyrənilən hər bir korporasiya əldə etdiyi biliyi və nə

nailiyyıti ümumiləşdirir və özünün daxili məqsədinə çatmaq üçün onu tətbiq

edir.

İnformasiyalar və texnologiyaların ölkələr arasında əsas axın,

hərəkət yolları bazar və qeyri-bazar kanallarına bölünür.

Bazar kanalına aşağıdakılar aiddir:

lisenziyalar və patentlər növündə texnologiyaların və nou-hou

satışı;

Page 128: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

128

elmi-texniki mübadilənin beynəlxalq proqramı (Aİ-nin

“Tasis”layihəsi tipində. Həmin layihədə Azərbaycana əməkdaşlıq nəzərdə

tutulub);

serviz xidmətinin göstərilməsi (injinirinq – layihələrin və texnoloji

işlərin hazırlanması üzrə kompleks fəaliyyət, Konsaltinq innovasiya və s.

başqa məsələlər üzrə məsləhətlərin verilməsi);

texnologiya və avadanlıqların icarəsi (rentinq – qıza müdətli

icarə; bir neçə saaatdan bir ilə qədər, xayrinq – orta müddətli; bir ildən üç

ilə qədər, lizinq – uzunmüddətli; üç ildən beş və daha çox ilədək);

daha yaxşı yaşayış şəaiti ilə əlaqədar bir ölkədən digərinə

yüksək ixtisaslı mütəxəssislərin miqrasiyası (necə deyərlər “beyinlərin

axını”).

Qeyri-bazar kanalına isə aşağıdakılar aiddir:

yeni avadanlıqların ixracla istehlakçılara göndərilməsi;

elmi-təcrübi konfransların, tematik sərgilərin keçirilməsi;

şəxsi və akademik əlaqələrin həyata keçirilməsi;

ideyaların, texnologiyaların və işçi heyətinin təhsil almasının

firmadaxili transferti;

beynəlxalq təşkilatların qrant fondlarının fəaliyyəti.

Bir çox ölkələrdə (Azərbaycan da daxil olmaqla) informasiya və

texnologiyaların milli bazarı hələki, hüquqi bazaya malik deyil, bir növ

hüquq boşluğu şəraitində fəaliyyət göstərir. Belə bazarlara iqtisadiyyatın

gizli sektoru, intellektual “qarətlər” və sənaye cəsusluğu təsir göstərə bilir.

Səlahiyyətli mənbələrin məlumatlarına görə iri transmilli korporasiyaların

informasiya xidməti işçilərinin 25%-ə qədəri həmin fəaliyyətlə məşğuldur.

Bu baxımdan dünya bazarına çıxmaq və elmi-texniki sferada

beynəlxalq əməkdaşlığı həyata keçirmək üçün ən zəruri ilkin şərt intelektual

mülkiyyətin mühafizəsi, “qarətçiliklə” barışmaz mübarizə hesab olunur.

Azərbaycanda dövlətin istər daxili və istərsədə xarici iqtisadi

siyasətin güclü alətlərindən biri milli valyutanın mubadilə kursu,onun

Page 129: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

129

məzənnəsi və dönərlilik şəraitidir. Ölkədə manatın məzənnəsi aşağı

səviyyədə saxlanılır. Bu, ölkənin xarici borc çətinliyini yüngulləşdirə bilir.

Milli kapitalların xaricə axmasına əks təsir göstərir. Onların hər ikisinin

maliyyələşdirilməsi üçün Azərbaycanda cari tədiyyə və xarici ticarət

balanslarının müsbət saldosu gözlənilir. Bu Azərbaycanın maliyyə

sektoruna böhranın təsir imkanlarını azaltmışdır. Lakin bu sahədə

iqtisadiyyatımız çətinliklərlə də qarşılaşmışdır.

Azərbaycanda antiböhran tədbirləri ölkəmizin mövcud vəziyyətinə,

inkişaf xüsusiyyətlərinə uyğunlaşdırılaraq milli məzmunlu tədbirlər həyata

keçirilir. Görülən tədbirlərin aşkarlığına, real həyatla əlaqəsinə diqqət

verilməlidir. Çünki dünyada gedən indiki antiböhran tədbirlərinin

mərkəzində istehsalın enməsinin, işsizliyin qarşısının alınmasıdır. Dünya

təcrübəsində tələbin stimullaşdırlması üçün yeni texnologiyalara

əsaslanaraq infrastruktur sahələrə, xüsusən, bankların canlandırılmasına,

yolların çəkilməsinə, nəqliyyat-kommunikasiya sisteminin

genişləndirilməsinə, məktəblərin, ictimai binaların tikintisinə çox vəsait

ayırırlar.

Biz, yaxşı başa düşürük ki, Azərbaycanda infrastrukturun

məqsədyönlü inkişafı əsas götürülməlidir. İnfrastrukturun inkişafı təkcə

böhran əleyhinə deyil, eyni zamanda gələcək davamlı və müntəzəm

inkişafın möhkəm əsasına çevrilməlidir.

Bu mənada biz son illlərdə nəinki Bakı şəhərində və habelə ölkəmizin

bütün regionlarında yeni yolların salınmasına, körpülərin tikilməsinə,

məktəblərin inşasına, idman obyektlərinin yaradılmasına külli miqdarda

büdcə vəsait ayırır, yeni iş yerləri açır.

Page 130: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

130

i.e.n. F.Ə.Qənbərov

Qloballaşma şəraitində ölkə iqtisadiyyatında iqtisadi artımın

xarici iqtisadi amilləri

İqtisadiyyat elmində qloballaşmanın müsbət və mənfi tərəfləri ilə bağlı

bir sıra baxışlar mövcüddur ki, onların da hər birində irəli sürülən fikirlər

nəzəri və praktiki dəlillərlə sübut edilməyə çalışılıb. Bütün bu fikirləri kənara

qoyaraq qeyd edək ki, qloballaşmanın ən böyük üstünlüyü odur ki, bu

prosesin nəticəsi olaraq dövlətlər, cəmiyyətlər, təşkilatlar və insanlar

arasında informasiya mübadiləsinin sürətlənməsi və genişlənməsi ilə

müxtəlif ölkələrdəki siyasi, iqtisadi, hüquqi və sosial fərqliliklərin olduğu

meydana çıxıb və insanlar bu fərqliliyi müqayisə edərək daha yaxşı olanını

öz cəmiyyətlərində və həyatlarında tətbiq etməyə çalışırlar. XX əsrin

sonlarından başlayaraq totalitar dövlət iqtisadiyyatından azad bazar

prinsiplərinə əsaslanan sərbəst iqtisadi sistemə keçid üçün islahatlar

keçirən bri çox ölkələrdə isə bu fərqliliklərin daha çox olduğu üzə çıxıb.

Məhz buna görə də, həmin dövrdən başlayaraq iqtisadiyyat elmində

sosializmin yaratdığı problemlər- liberallaşma və makroiqtisadi stabillik,

Page 131: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

131

iqtisadiyyatın dövlət inhisarından çıxarılması və xüsusi mülkiyyətin inkişafı

və ən əsas isə iqtisadi artımın problemləri və onun yaradılmasının əsas

amilləri geniş müzakirə obyektinə çevrilib. Qloballaşmanın insan həyatının

bütün sahələrinə təsir etdiyi müasir dövrdə isə iqtisadi artıma təsir edən

ekzogen amillərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

1. İqtisadi artımın xarici iqtisadi amilləri: nəzəri və praktiki

aspektlər

İqtisadi artımın amilləri dedikdə istehsalın real həcminin artmasına,

onun səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə imkan verən proseslər

başa düşülür. Bu amillər iqtisadi artımın dinamikasını və səviyyəsini

müəyyən edir, istehsalın real həcminin artmasına birbaşa təsir göstərir,

onun səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Müxtəlif iqtisadçılar

iqtisadi artımın amillərini müxtəlif cür qiymətləndirirlər. Əsasən iqtisadi

artımın amillərini birbaşa və dolayı, intensiv və ekstensiv, idarə olunan və

idarəolunmaz, iqtisadi və qeyri iqtisadi və s qruplara bölürlər. Məsələn,

Makkonel K.R. və S.L Bryu amilləri funksional əlamətlərinə görə

qruplaşdırır: təklif amilləri, tələb amilləri və bölgü amilləri.

Funksional əlamətlərə görə iqtisadi artımın qruplaşdırılması

Amillər qrupu Əlamətləri

1. Təklif amilləri

1) təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti 2) əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyəti 3) fiziki kapital, maşın, avadanlıq və binalardan ibarət əsas

fondların mövcudluğu 4) məhsul istehsalında istifadə edilən texnologiya və ETP-in

səviyyəsi 5) istehsal ehtiyatlarının qiyməti 6) kredit almaq imkanı və.s.

2. Tələb amili Ixracın genişlənməsi, istehlak, investisiya. Dövlət xərclərinin artması

3. Bölgü amili Istehsal ehtiyyatlarının ölkənin regionları, sahələr və müəssisələr arasında bölgüsü

4. Digər amillər

Cəmiyyətdə sosial və mənəvi mühit, ölkədə siyasi vəziyyət

Page 132: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

132

Alesina «Yüksək və aşağı artımın siyasi iqtisadiyyatı» əsərində emprik

araşdırmalar nəticəsində iqtisadi artım amillərini aşağıdakı kimi təhlil edir:

- institutların keyfiyyəti, korrupsiya və rüşvətxorluğun aşağı səviyyədə

olması, mülkiyyət hüquqlarının qorunması və qanunun aliliyi iqtisadi

artımın əsas amilidir;

- dövlət xərclərinin artması ümumilikdə iqtisadi artıma gətirib çıxarmır

(zəif iqtisadi və sosial institutları olan ölkələrdə bu, özünü daha çox biruzə

verir);

- yoxsulluq və gəlirlərin qeyri-bərabər bölgüsü, sosial-siyasi vəziyyətin

pisləşməsi və biznesin vergi yükünün artması iqtisadi artıma mənfi təsir

edir.

Sala-Martin emprik araşdırmalarla iqtisadi artıma təsir edən 62 amil

göstərib:6

- coğrafi (məsələn, əgər ölkə Afrika, Cənubi Saxarada və ya Latın

Amerikasında yerləşirsə, bu, iqtisadi artıma mənfi təsir göstərir);

- siyasi (qanunun aliliyi, siyasi hüquqlar və vətəndaş azadlığı iqtisadi

artıma müsbət, müharibə, inqilablar və dövlət çevrilişləri isə mənfi təsir

göstərir);

- dini (buddizm, konfuizm və islam artıma müsbət, protestanizm və

katolizm mənfi təsir göstərir);

- bazar mexanizmlərində kənarlaşmalar (məsələn, rəsmi valyuta

məzənnəsi və qara bazar məzənnəsi arasındakı yüksək fərq artıma mənfi

təsir göstərir);

- istehsal və qeyri-istehsal aktivlərinə qoyulan investisiyalar iqtisadi

artıma pozitiv təsir edir;

- iqtisadi açıqlıq səviyyəsi və liberallaşma artıma müsbət təsir edir;

6 Sala-i-Martin X. Just Ran Two Million Regressions // American Economic association Papers and Proceedings.

1997. V. 87 (2). May.

Page 133: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

133

- iqtisadi təşkilatların tipi (əgər iqtisadiyyat nə qədər kapitalizmə

yaxındırsa, iqtisadi artım bir o qədər yüksək olur);

Digər bir emprik araşdırmada keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi

artımın əsas mənbələri araşdırılır. Bu tədqiqatlardan alınan nəticələr

aşağıdakı kimidir:

- keçid iqtisadiyyatlı ölkələrdə iqtisadi artımın əsas mənbələri

makroiqtisadi stabilləşmə, struktur islahatları və dövlət xərclərinin

azalmasıdır;

- bazar institutlarının inkişafı iqtisadi artımın əsas mənbəsi olmasa da,

mühümdür;

- Avropa Birliyinə üzv olmağı qarşısına məqsəd qoyan ölkələrdə maddi

rifah artışı daha çox əldə olunub;

- təbii resurslarla zənginlik investisiya qoyuluşunu sürətləndirsə də,

islahatlara əngəl olan əsas amildir;

Iqtisadi artımın amilləri barədə deyilən bütün fikirləri ümumiləşdirirək

onları aşağıdakı kimi qruplaşdırmaq olar:

1.«Təbii (obyektiv) amillər»:

a) təbii ehtiyatlar;

a.1. «abstrakt» təbii ehtiyatlar – ölkə ərazisində bütün növ təbii

ehtiyatlar;

a.2. «mövcud» təbii ehtiyatlar – bu ehtiyatların hasil edilməsi üçün ilkin

kapital qoyuluşu həyata keçirilib və hasilat bazar parametrləri – qiymət,

vergi xərcləri və nəqliyyat tarifləri baxımından rentabellidir;

a.3. coğrafi yerləşmə və iqlim – ölkənin okeana çıxış imkanları, inkişaf

etmiş ticarət mərkəzlərinə yaxınlıq, təbii iqlim şəraiti və s.;

b) fiziki kapital yığımı:

b.1. kapitalın sahələr üzrə yerləşməsi;

b.2. fiziki aktivlərin keyfiyyəti (məsələn, istehsalın yüksək texnika ilə

təmin olunması);

b.3. müxtəlif sahələrdə əsas kapitalın köhnəlməsi dərəcəsi;

Page 134: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

134

c) insan kapitalı:

c.1. insan kapitalının tələbin strukturuna uyğunluğu;

c.2. insan kapitalının dəyəri (real əməkhaqqı səviyyəsi);

c.3. insan kapitalının keyfiyyəti – təhsil, səhiyyə;

d) innovasiya potensialı:

d.1. «ümumi» innovasiya potensialı – müəyyən dövr ərzində yaradılmış

elm mərkəzləri və alimlərin sayı;

d.2. «tətbiqi» innovasiya potensialı – kommersiya əsasları ilə sifariş

olunmuş elmi kəşflər;

2. Xarici amillər:

a) ölkənin qlobal iqtisadi məkana inteqrasiyası:

a.1. xarici tələbin səviyyəsi, liberallaşma və inteqrasiya;

a.2. ixrac edilmiş məhsulların qiymətinin dəyişməsi;

3. İnstitusional amillər:

a) qanunlar və qaydaların dəyişməsi tezliyi;

b) demokratik institutların mövcudluğu və vətəndaş cəmiyyətinin

formalaşması;

c) mülkiyyətin qorunma səviyyəsi;

d) məhkəmə sisteminin keyfiyyəti;

k) korrupsiya və rüşvətxorluq;

Qeyd edək ki, irəli sürülən modellərdə müəyyən olunan amillər bütün

ölkələrdə iqtisadi artımın yaradılması üçün əsas şərt deyil. Məslən, inkişaf

etmiş ölkələrdə iqtisadi artımın yaradılmasında rol oynayan əsas amil

inkişaf etməkdə olan ölkələrdə neqativ rol oynaya bilər. Həmçinin iqtisadi

artımın əsas amillərin ümumi cəhətlərinə görə qruplaşdırılması şərti

xarakter daşıyır. Ancaq bütün nəzəri və empirik tədqiqatlarda iqtisadi artım

2 qrup üzrə aparılır : daxili (endogen) və xarici (ekzogen). Daxili və xarici

amillər bir-biri ilə sıx əlaqəlidir. Belə ki, qloballaşmanın genişlənməsi

iqtisadi artımın daxili amillərinə daha çox xarici amillərin transfarmasiya

olunmasına zəmin yaradır. Eyni zamanda ekzogen amillər ancaq səmərəli

Page 135: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

135

daxili istehsal amillərinin mövcudluğu halında effektiv ola bilər. Ümumilikdə

iqtisadi artımın endogen və ekzogen amillərini aşağıdakı kimi

qruplaşdırmaq olar:

İqtisadi artımın amilləri

Endogen amillər Ekzogen amillər

Təbii ehtiyatlar Xarici ticarət

İnsan kapitalı Xarici

investisyalar

Sosial-iqtisadi vəziyyət Miqrasiya

Məhsuldarlıq Xarici borc və yardımlar

Siyasi-hərbi vəziyyət Beynalxalq turizm

Elmi-texniki tərəqqi

İqtisadi açıqlıq səviyyəsi

İqtsadi islahatların səviyyəsi Qloballaşma

Ekoloji vəziyyət İnteqrasiya

Valyuta

məzənnəsi

Qloballaşmanın genişlənməsi, ölkələr arasında inteqrasiya

proseslərinin güclənməsi nəticəsində son illər dünya ölkələrində iqtisadi

artımın əldə edilməsində ekzogen amillər ön plana çıxıb. İqtisadi artımın

xarici iqtisadi amillərini aşağıdakı qruplara bölmək olar:

1.iqtisadi amillər- xammal, kapital və digər istehsal

amillərinin konyuktura vəziyyəti, transmilli kompaniyaların

fəaliyyəti, digər ölkələrdə iqtisadi inkişaf dinamikası və.s;

2.sosial amillər: miqrasiya, sosial bərabərsizlik, sosial

problemlər;

3.təbii amillər: təbii fəlakətlər, texnogen təhlükə, qlobal

problemlər və s.;

4.ümumdünya inkişaf tendensiyaları: qloballaşma,

inteqrasiya, postsənayeləşmə və.s;

Page 136: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

136

Digər tərəfdən XXI əsrin əvvəllərində qloballaşma geniş təkrar

istehsalın bütün mərhələlərinə təsir göstərməsi dövlətlərarası iqtisadi və

inteqrasiya blokları çərçivəsində qiymətlər, əmtəə və xidmətlərin rəqabət

qabiliyyətliyi, təhsilin səviyyəsi və keyfiyyəti, səhiyyə, maliyyə və kredit

mexanizminin tənzim olunması nəticəsində milli iqtisadiyyatdakı artım

aşağıdakı bir-birindən asılı olan determinatlarla müəyyən olunur ki, burda

da əsas rol xarici iqtisadi sferaya məxsusdur:

- dünya iqtisadiyyatına inteqrasiya olunan milli iqtisadiyyatların

qarşılıqlı əlaqəsi;

- dünya bazarının prioritetləri;

- beynəlxalq rəqabət və milli iqtisadiyyatların rəqabət qabiliyyətliliyinin

artırılması;

- istehsal amillərinin, əsasən də insan kapitalının keyfiyyəti və

səmərəliliyi;

- daxili məcmu tələbin şərtləri (həcmi, xarakteri və strukturu);

- dövlətin effektiv iqtisadi siyasəti;

- transmilli şirkətlər və bankların siyasəti;

Qeyd edək ki, yuxarıda göstərilən amillər bir-başa və ya dolayı yolla

xarici iqtisadi sferaya aiddir. Ancaq dünya ölkələrinin çoxillik təcrübəsi

göstərir ki, xarici iqtisadi sferada iqtisadi artıma təsir edən ən əsas amil

xarici ticarətdir. Praktiki olaraq iqtisadiyyat elminin bütün görkəmli

nümayəndələri bu mövzüya toxunublar. Hələ 16-17-ci əsrlərdə sərvətin

mənbəyini xarici ticarətdə görən merkantilistlər, 18-19-cu əsrlərdə David

Yun, Adam Smit, David Rikard, Con Styuart Mil ölkələrarası mübadilənin

nəzəri əsaslarını qoyaraq ölkədə iqtisadiyyatın inkişafı, əhalinin rifahının

yüksəltməyin əsas yollarından birinin xarici ticarət olduğunu elmi metodlarla

sübut ediblər. Nobel mükafatları lauriatları P.Samuelson, V.Leontev, Ulis də

müasir ticarət nəzəriyyələrinə öz töhvələrini verərək onun əhəmiyyətini

göstəriblər. 20-ci əsrin ortalarından başlayaraq xarici ticarət və iqtisadi

Page 137: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

137

artım arasında birbaşa əlaqəni sübut edən empirik araşdırmalar daha da

geniş yayılıb.

Yaponiya, Sinqapur, Cənubi Koreya, Honq Konq kimi Asiya ölkələrində

iqtisadi inkişafın əsas səbəbinin ekzogen amillər, əsasən də ixraca yönəlik

iqtisadi siyasətin nəticəsi kimi ixracın sürətlə artması olduğundan ixraca

yönəlik iqtisadi artım modellerinin tədqiq edilməsi ön plana çıxdı. 1960 və

1970-cı illərdə ixracyönümlü iqtisadi artım modellərinin hamısında ixrac ilə

ÜDM arasında empirik bir əlaqənin olması və ixracın iqtisadi artımın əsas

lokomotivi rolunun oynadığı barədə fikirlər mövcud idi. Mişel (Michaely,

1977) tərəfindən 41 ölkə arasında 1950-1973-cü illəri əhatə edən

araşdırma nəticəsində belə nəticə olunub ki, adambaşına düşən milli gəlir

ilə ixrac arasında birbaşa əlaqə mövcüddur. İxracın həcmi yüksək olan

ölkələrdə adambaşına düşən milli gəlir daha çoxdur. Araşdırma sonunda

əldə olunan mühüm nəticə isə o olmuşdur ki, əhalinin hər nəfərinə düşən

milli gəlir 300 dollardan çox olan ölkələrdə ixrac ilə iqtisadi artım arasında

daha sıx əlaqə mövcüddur.7 Bu araşdırmanın bənzəri, amma daha geniş

ölkələr qrupunu əhatə edən çalışma Kavoussi (1984) tərəfindən yerinə

yetirilmişdir. 1960-1978-ci illəri əhatə edən 73 ölkə iqtisadiyyatındakı

araşdırmalar Ümumi Milli Gəlirin orta illik real artımı ilə emal sənayesi

mallarının ixracının orta illik real artımı arasında pozitiv bir əlaqə olduğunu

sübut etmişdir. 1980-ci ildə Jang və Marşal (Jung-Marshall, 1985)

tərəfindən aparılan araşdırmalarda ixracın iqtisadi artıma təsiri ilə yanaşı

iqtisadi artımın da ixracı genişləndirməsi fikri irələ sürülüb. Onun fikrincə

iqtisadi artımın nəticəsi olaraq artan istehsal daxili tələbatdan çox olduğuna

görə istehsal edilmiş malların başqa ölkələrdə satılması üçün ixraca

yönəlməsi qaçılmaz olacaq.8 Levine ve Renelt (1982) tərəfindən aparılan

araşdırmalarda isə xarici ticarət dövriyyəsinin ÜDM-dəki xüsusi çəkisi ilə

7 Michaely, Michael (1977) “Export and Growth: An Empirical investigation” Journal of Development Economics

Vol.4. P.49-53 8 Jung, Woo and P.J.Marshall (1985) “Exports, Growth and Causality in Developing Countries” Journal of

Development Economies Vol.18. P. 1-12

Page 138: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

138

xarici investisiyalar ÜDM-də xüsusi çəkisi arasında pozitiv və sıx bir əlaqə

mövcüddur.

Beləliklə, xarici ticarət və iqtisadi artım arasındakı əlaqə barədə irəli

sürülən bütün fikirləri 5 əsas başlıq altında qruplaşdırmaq olar:

1. Xarici ticarət istehsal amillərinin sektorlararası bölgüsünü

yenidən dəyişdirir -ehtiyatların dəyişməsi effekti;

2. Xarici ticarət ölkə daxilində rəqabəti artıraraq, səmərəliliyin

yüksəlməsinə yol açır – səmərələşdirici idxal hipotezi;

3. Xarici ticarət bazar həcmini artıraraq, yerli istehsalçıların böyük

ölçülü iqtisadiyyatlardan yararlanmasına kömək edir – böyük həcmli

iqtisadiyyatlar effekti;

4. Xarici ticarət ölkə daxilində mövcud olmayan xammal və

materialların təmin edilməsinə şərait yaradaraq, beynəlxalq ixtisaslaşmanın

təsiri altında səmərəlilik artımına gətirib çıxarır – ehtiyatları əldə etmək

effekti;

5. Xarici ticarət ölkələrarası və sektorlararası informasiya və bilgi

axınını asanlaşdıraraq texnoloji inkişafa təsir edir – texnoloji inkişaf effekti;

İrəli sürülmüş nəzəriyyələrlə yanaşı dünya təcrübəsində iqtisadi

inikişafa ixracın artırılması hesabına nail olan bir çox ölkələr mövcuddur ki,

hazırda həmin ölkələr dünya iqtisadiyyatında önəmli yer tuturlar. Son yüz

illikdə dünya iqtisadiyyatındakı artımın statistik təhlili də sübut edir ki,

dünyada ÜDM-in artımın əsas katalizatoru əmtəə və xidmətlərin beynəlxalq

ticarəti, xarici investisiyalar və ümumilikdə xarici iqtisadi əlaqələrin bütün

formalarıdır. Dünya iqtisadiyyatında beynəlxalq ticarətin iqtisadi artıma

təsiri keçən əsrin ortalarından başlayaraq sürətlə güclənməyə başlayıb.

Belə ki, XIX əsrin əvvəlinə dünya iqtisadiyyatında beynəlxalq ticarətin payı

çox məhdud idi, onun payı dünya üzrə ÜDM-i heç 1%-ə də çatmırdı.

Beynəlxalq kapital bazarı mövcud olsa da, onlar ancaq Qərbi Avropanın

daha çox inkişaf etmiş ölkələrini əhatə edirdi, onların dünya iqtisadiyyatına

təsiri də cüzi idi. Son iki əsr ərzində dünya ticarəti inkişaf tempinə görə

Page 139: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

139

dünya üzrə ÜDM-in artım tempini qabaqlasa da, onun ÜDM-da payı 26%

təşkil edirdi (Bax: cədvəl 1). Bu gün dünya üzrə ÜDM-in böyük əksəriyyəti

qlobal kapital bazarına inteqrasiya olunmuş ölkələrdə istehsal olunur.

Dünya ticarətinin və dünya üzrə ÜDM-in

orta artım templəri, %-lə

Cədvəl 1

İllər 1870-1913

1914-1950

1951-1973

1974-2000

2000-2005

2006-2008

Dünya üzrə ÜDM

2,1

1,9

4,9

3,1

3,83

4,43

Dünya üzrə ixrac

3,3

0,9

7,6

5,3

11,4

15,2

Mənbə: Madison A. Monitoring the World Economy. A. Millennial Perspective. P.: OECD, 2001

(1870-1998); World Development Indicators 2009, World Bank.

Hazırda hər bir ölkə istehsal etdiyi ÜDM-in bir hissəsini dünyanın digər

ölkələrinə ixrac edir. Məsələn, Belşikada ÜDM-in 60%-i, Avstriyada 31%-i,

Almaniyada 25%-i ixrac olunur. Digər tərəfdən əgər 20-ci əsrin ortalarında

milli iqtisadiyyatların acıqlıq səviyyəsini göstərən xarici ticarət dövriyyəsinin

ÜDM-də xüsusi çəkisi 16% idisə, 2002-ci ildə bu göstərici 36%, xidmətlərin

idxal və ixracını da nəzərə alsaq 48.2% olmuşdur. Bu göstəricilər onu

göstərir ki, dünyada istehlak olunan əmtəə və xidmətlərin demək olar ki,

yarısı istehlak olunan ölkədən kənarda istehsal olunur. Bu qarşılıqlı əlaqə

əsasən özünü maşınqayırma və yüksək texnololoji sahələrdə özünü

göstərir ki, bu da son məhsulun müxtəlif detallarının ayrı-ayrı ölkələrdə

istehsal olunması ilə əlaqədardır. Ölkələr daxildə istehsal etdikləri mal və

xidmətləri dünyaya satdıqca onların rəqabət gücləri, texnoloji inkişafı,

böhranlara qarşı dayanıqlıqları, iqtisadiyyatdakı artım sürətləri pozitiv

istiqamətdə dəyişir. Həmçinin daxildə istehsal edilmiş artıq mallara yeni

satış imkanlarının əldə edilməsi və geniş bir bazara giriş baxımından da

ixrac ölkələr, şirkətlər və şəxslər üçün əhəmiyyətlidir. İxracın olmadığı və ya

Page 140: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

140

zəif olduğu bir iqtisadiyyatda daxili tələbatın kifayət etməməsi iqtisadi

ehtiyatlardan səmərəli istifadə olunmamasına gətirib çıxarır və bu zaman

isə kütləvi istehsal üçün yeni texnologiyaların cəlb edilməsinə stimul olmur.

Bu baxımdan itqisadiyyatda səmərəliliyin yüksəldilməsi və istehsalın

həcminin artırılmasında da ixracın rolu böyükdür.

İqtisadi artım ilə xarici ticarət arasında əlaqə 2 tərəflidir: iqtisadi artım

xarici ticarətə, xarici ticarətin inkişafı isə iqtisadi artıma təsir edər.

Xarici ticarətin iqtisadi artımın yaradılmasında əhəmiyyəti aşağıdakı

kimidir:

1) İstehsal və ehtiyatlarda olan daxili kəsiri aradan qaldırılır.

2) Daxildə istehsal edilmiş artıq mallara satış imkanları əldə

edilir. Xarici ticarət olmadığı bir iqtisadiyyatda daxili tələbatın kifayət

etməməsi iqtisadi ehtiyatlardan səmərəli istifadə edilə bilməz.

3) Geniş bir bazar əldə edilir.

4) Rəqabətin genişlənməsi; Xarici ticarət yerli və xarici

istehsalçılar arasında rəqabət yaradır.

5) Daxili bazarda tələb artır.

6) İqtisadi dinamizm əldə edilir. Xarici ticarət sahəsində

ölkələr bir birinə yaxınlaşır və istər istehsalçılar, istərsə də

istehlakçılar digər ölkələrdəki həyat səviyyəsində, istehsal edilən

mallardan xəbərdar olurlar və beləliklə də, yeni keyfiyyətli mallara

tələb yaranır və yeni ehtiyaclar hesabına iqtisadiyyatda dəyişiklik baş

verər.

Xarici iqtisadi əlaqələr ölkə iqtisadiyyatında əsas rol oynayan ölkələrin

iqtisadiyyatları təhlil edilərkən çox vaxt iqtisadi ədəbiyyatlarda «paralel

xarici iqtisadiyyat» və ya «xarici sektor» termini tez-tez işlədilir. Bəzən buna

«ikinci iqtisadiyyat» deyilir ki, bu da beynəlxalq istehsal proseslərini əks

etdirir.

Xarici iqtisadiyyat termini ilk dəfə olaraq ADR iqtisadçıları tərəfindən

1960-1970-ci illərdə işlədilib. Bu iqtisadiyyat milli təsərrüfatın o sahələrini

Page 141: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

141

əhatə edir ki, xarici iqtisadi əlaqələr sferası ilə birbaşa əlaqəlidir və əsasən

də, ixracın istehsalı ilə müşğuldur. Burada ölkə müəssisələrinin xarici

ölkələrdə aktivlər əldə etməsi və biznes fəaliyyəti göstərərək ölkəyə

gətirilməsi də xüsusi rol oynayır. Azərbaycanda hazırda neft sektorunda

xarici iqtisadiyyat formalaşıb.

İndi isə xarici iqtisadi əlaqələrin digər formalarının xarici iqtisadi

əlaqələrdə rolunu qiymətləndirək. Ümumiyyətlə, hər bir ölkənin iqtisadi

artım əldə etməsi üçün əsasən 3 əngəl var: 1) Elm və texnoloji inkişafın

olmaması; 2) Daxili yığımların kifayət etməməsi; 3) İdxalın ixracdan çox

olması; İnkişaf etməkdə olan ölkələr isə iqtisadi artım əldə edərkən əsasən

2 kəsir ilə üzləşirlər. Bunlardan birincisi “yığımlarda olan kəsir”, ikincisi isə

“xarici ticarətdə olan kəsirdir”. Yığımlarda olan kəsir daxili yığımlarla daxili

investisiya qoyuluşlarına kifayət etməməsidir. Məsələn, iqtisadi artımın

əsas modellərindən olan Harrod-Domar modelində iqtisadi artımın əsas

amilinin sərmayə qoyuluşu olduğu göstərilir. Modelin əsas məqsədi inikişaf

etmiş iqtisadiyyatlarda tam tarazılıq əldə edilməsi üçün gəlir, yığım,

sərmayə qoyuluşu və istehsal arasında optimal nisbətin təmin edilməsidir.

Harrod-Domer modelinə görə, yığımın həcmini, başqa sözlə sərmayə

qoyuluşunu artırmaq iqtisadi artım yaradılması üçün vacibdir. Əgər yığımın

həcmi aşağı olarsa və sərmayə qoyuluşuna kifayət etmirsə onda xaricdən

daxil olan maliyyə mənbələri hesabına bu kəsiri aradan qaldırmaq

mümkündür ki, bu da xarici investisiyalar və xarici borclardır. Bu baxımdan

yeni iş yerlərinin yaradılması, iqtisadiyyatda ÜDM-in artım tempinə nail

olmaq, əhalinin həyat səviyyəsini yüksəltmək üçün ölkə iqtisadiyyatına

genişmiqyaslı xarici investisyaların cəlb edilməsi üçün əlverişli investisiya

mühitinin yaradılması vacib məsələlərdəndir. Bunun praktikada əyani

sübütu Çin Xalq Respublikasında əldə olunan iqtisadi uğurlardır. Belə ki,

90-cı illərin əvvəlində azad iqtisadi zonaların yaradılması ilə daha çox

liberal iqtisadi mühit yaradan Çinin iqtisadiyyatına ildə orta hesabla 25-40

mlrd dollar xarici investisiya qoyularaq ümumi xarici investisiyaların məbləği

Page 142: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

142

400 mlrd dollara qədər yüksəldi. Bunun nəticəsində 1990-1997-ci illərdə

Çində ÜDM 2 dəfə yüksələrək 1765 mlrd dollardan 3670 mlrd dollara

çatdı.9

Xarici borcların iqtisadi artıma müsbət təsiri bu borclardan səmərəli

istifadə edilməsi halında mümkündür. Əks halda xarici borclar qaytarılarkən

iqtisadi artıma əngəllər yaradacaq.

Xarici iqtisadi amillər içərisində beynəlxalq turizm də mühüm rola

malikdir. Birinci Dünya Müharibəsinə qədər lyuks bir ehtiyac kimi, 1960-cı

illərə qədər isə mədəni bir hərəkət olaraq qiymətləndirilən turizm, hazırda

insanlar tərəfindən zəruri ehtiyac kimi qəbul edilmişdir. Digər tərəfdən 80-ci

illərdən sonra turizm dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan

ölkələrin iqtisadiyyatlarına əsaslı təsir etdiyinə görə mədəni və sosial

yönlərindən çox iqtisadi bir kateqoriya olaraq istifadə edilır. Məhz bunun

nəticəsində artıq dünya iqtisadiyyatında turizm sektoru sürətlə inkişaf edən

bir sektora çevrilib. Keçən əsrin sonlarından başlayaraq qloballaşmanın

genişlənməsi, dünya ölkələrində liberallaşma meyllərinin güclənməsi,

əmtəə, xidmət, sərmayə və iş gücünün beynəlxalq hərəkətinə manelərin

aradan qaldırılması ölkələr arasında turist axınını daha da gücləndirib.

İnformasiya cəmiyyətinin inkişafı ilə internetin dünyada daha çox əhali

tərəfindən istifadəsi turistlərə getməmişdən öncə ölkələr haqqında daha

çox məlumat əldə etməsi, tarixi və mədəni yerlər barədə informasiya

toplamasına şərait yaradaraq turizmin inkişafına əsaslı təsir göstərib.

Texnoloji inkişaf, nəqliyyat və infrastrukturun müasirləşməsi də son illərdə

turizmin inkişafında böyük rol oynayıb.

Turizm sektorunun bir neçə sahəni özündə birləşdirdiyinə görə əsas

üstünlüyü odur ki, bu sahənin inkişaf etməsi iqtisadiyyatdakı digər sahələrə

təsirsiz ötüşmür. Belə ki, turizmin inkişafı mehmanxana və istirahət

kompleksləri, nəqliyyat, ticarət mərkəzləri və əyləncə yerlərinə birbaşa, yerli

9 Экономика. XXIB. 1999, №1.

Page 143: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

143

idaretmə orqanlarının gəlirlərinə, infrastrukturun inkişafına isə dolayı yolla

təsir göstərir. Məhz buna görə də, ötən əsrin 90-cı illərindən başlayaraq

turizm sahəsində ölkələr arasında rəqabət güclənərək turizm sektoru bir

çox ölkələrin iqtisadi inkişafında əsaslı rol oynamağa başlamışdır. Statistik

məlumatlara görə, beynəlxalq turizm bu gün dünyanın 83% ölkəsinin gəlir

mənbəyi içərisində 5 əsas sahədən biri, 38%-nin isə valyuta gəlirlərinin

əldə edilməsində əsas mənbədir. Turizm gəlirləri inkişaf etmiş ölkələrdə

ÜDM-in 3%-i ilə 10% arasında dəyişir. Bəzi ada ölkələrində bu göstərici

40%-ə qədərdir.10

Maliyyə qloballaşmasının genişlənməsi, ölkələr arasında maliyyə-

valyuta əlaqələrinin güclənməsi valyuta məzənnələrinin dəyişməsinin

iqtisadi artıma təsirini artırır. Bu baxımdan real valyuta məzənnəsinin artıb

azalması təkcə pul emmissiyasının həcmi, qızıl-valyuta ehtiyatlarının

vəziyyəti, idxal və ixrac əməliyyatlarının səmərəliliyinə deyil, həmçinin

makroiqtisadi göstəricilərə - ÜDM, investisiya qoyuluşu, sənaye

məhsullarının fiziki həcm indeksinə təsir göstərir. Real valyuta

məzənnələrinin baha və ucuz olmasının iqtisadi inkişafa və səmərəliliyə

təsiri barədə müxtəlif fikirlər mövcüddur. Bəzi iqtisadçıların fikrincə real

valyuta məzənnələrinin artması iqtisadi artımın yaradılmasına kömək

göstərir. Belə ki, real valyuta məzənnəsinin yüksəlməsi ölkədən xaricə

kapital axının qarşısını alır, investisiya, o cümlədən maşın və

avadanlıqların idxalını stimullaşdırır. Real valyuta məzənnəsinin

ucuzlaşması isə, xammal ixrac edənlər üçün səmərəli şərait yaradır. Ucuz

real valyuta məzənnələrinin tərəfdarları isə belə hesab edir ki, belə halda

ölkə daxilində istehsal olunan malların səmərəliliyi artır və beləliklə də,

iqtisadi artıma şərait yaradır.

Ümumiyyətlə real valyuta məzənnəsi iqtisadi artıma aşağıdakı kimi

təsir göstərir:

10

Основные показатели развития туризма. Выпуск 2006 года. www.unwto.org

Page 144: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

144

-idxal və ixracın səmərəlilyinin dəyişməsi və daxili bazarda milli

istehsalçıların rəqabətqabiliyyətliliyinin artması;

Bütün eyni şərait daxilində milli valyutaların qiymətdən düşməsi ixrac

məhsullarının qiymətinin azalması və idxal məhsullarının qiymətinin

artmasına səbəb olur. Bu da ölkədən məhsul ixracının artmasına şərait

yaradır.

-gəlirlərin ixracatçıların xeyrinə yenidən bölüşdürülməsi;

İqtisadi artımın xarici iqtisadi amilləri içərisində əsas yerlərdən birini də

işçi qüvvəsinin beynəlxalq hərəkəti tutur. Miqrantların ödədikləri pul

dünyanın bir çox ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır.

Miqrantların öz ölkələrinə göndərdikləri pul köçürmələri həm daxili tələbin

stimullaşdırılması, yoxsulluğun aradan qaldırılması, həm də investisya

qoyuluşun artırılması baxımından iqtisadi artıma təsir göstərir. Məsələn,

Avropa və Mərkəzi Asiyanın keçid iqtisadiyyatlı ölkələrinə 2004-cü ildə

miqrantlar tərəfindən 19 mlrd dollar köçürülüb ki, bu da bütün dünyanın 8

%-ni və inkişaf etməkdə olan ölkələr üzrə isə 12% təşkil edir. Bir çox

ölkələrdə xarici investisiyalardan sonra miqrantların ödədikləri pullar ikinci

əsas paya malikdir. Miqrasiya həmçinin miqrantların getdiyi ölkə üçün də

əhəmiyyətlidir. Xarici ixtisaslı işçi qüvvəsindən istifadə edilməsi iqtisadi

artımı stimullaşdırır və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin

artırılmasında mühüm rol oynayır. Bunu İsrailin təcrübəsindən daha çox

görmək olar. 90-cı illərdə imiqrasiya nəticəsində İsrailin əmək bazarı radikal

dəyişikliklərə uğradı – ali təhsilli işçi qüvvəsinin təklifi iş yerlərinin sayını

xeyli qabaqladı. Burada əsas rolu keçmiş SSRİ-dən gedən miqrantlar

oynadı: 1996-cı ildə keçmiş SSRİ respublikalarından İsrailə gedənlərin 25,8

%-i elmi işçilər, 16,2%-i mühəndis və arxitektorlar, 17,3 %-i isə ixtisaslı

fəhlələr idi. Onların işlə təmin olunması üçün ölkədə sənaye parkları və

biznes inqubatorlar inkişaf etməyə başldadı. İmiqrantların yüksək keyfiyyətli

ixtisasa malik olması yüksək texnologiya sahəsində çalışan Qərb

şirkətlərinin ölkəyə investisiya qoyuluşlarını sürətləndirdi.

Page 145: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

145

Aparılmış tədqiqatlar göstərir ki, inkişaf etmiş ölkələrdə demoqrafik

problemlərin aradan qaldırılması, işçi qüvvəsinə olan təlabatın ödənilməsi,

əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün emiqrantlara ehtiyac ilbə-il

artacaq. Postsovet məkanında əmək miqrasiyası daha geniş vüsət alıb.

Konservativ qiymətləndirməyə görə, postsovet iqtisadiyyatında miqrasiyaya

7-8,5 milyon nəfər cəlb edilib. Burada aşağıdakı əsas xüsusiyyətləri nəzərə

almaq lazımdır: birincisi, donor ölkələrdə iqtisadi aktiv əhalinin xeyli hissəsi

miqrasiya edib. Məsələn, Qırğızıstanda, Moldovada və Tacikistanda

təqribən 33%, Azərbaycan və Gürcüstanda isə 20-40% əhali miqrasiya

edib. İkincisi, əmək miqratlarının 70 %-dən çoxu Rusiyaya gedib. Avropa

ölkələrinə əsasən Moldova miqrantları üz tuturlar. Üçüncüsü, işçi qüvvəsi

ixrac edən ölkələrdə miqrantların pul köçürmələri iqtisadi artımda xüsusi rol

oynayır. Tacikistanda və Qırğızıstanda miqrantların Rusiyadan pul

köçürmələri ÜDM-in 11-14 %, Azərbaycanda 8 %, Moldova və

Gürcüstanda 5-6%-ni təşkil edir. Məsələn, təkcə Moldovada tədiyyə

balansının məlumatlarına görə, miqrantların banklar vasitəsilə pul

köçürmələri 2006-cı ildə ÜDM-in 18 %-nə çatıb ki, bu da ixracın həcminin

yarısı qədər və birbaşa xarici investisiyalardan isə 2,5 dəfə çoxdur.

Erməntistanda etnik diasporanın pul köçürmələri ÜDM-in 15%-dən çoxdur

ki, bu da xarici investisiyaların 1\3 və ixracın 2/3-ni təşkil edir.11

Digər tərəfədən miqrantlar tərəfindən daxil olan pul vəsaitləri

makroiqtisadi artım üçün pozitiv effekt verir. Ölkələrarası reqressiya göstərir

ki, bu vəsaitlər uzunmüddətli iqtisadi artım dinamikasına az da olsa, müsbət

təsir göstərir. Ən əsası isə xaricdən gələn pul vəsaiti aztəminatlı ev

təsərrüfatlarında yoxsulluğun azaldılmasında xüsusi rol oynayır. Aparılmış

araşdırmalara görə, kasıb ölkələrdə ev təsərrüfatlarının xərclərinin 20%-

dən çoxu bu vəsaitlər hesabına ödənilir. Miqrasiya yüksək olan ölkələrdə

11

Migration and remittances : Eastern Europe and the former Soviet Union / [Ali Mansoor,

Bryce Quillin, Europe and Central Asia Region 2006, s.52

Page 146: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

146

isə xaricdə işləyən vətəndaşlardan daxilolmalar əmtəə və xidmətlər

ixracının 10%-ə qədərini təşkil edir.

Bəzən iqtisadi artımın xarici iqtisadi amilləri içərisində əsas yerin

nəqliyyat amillərinin, əsasən də dünya okeanına birbaşa çıxış olmasını aid

edirlər. Aparılan emprik təhlillər belə bir asılılığın mövcud olduğunu göstərir.

Ancaq bununla yanaşı dünya okeanına birbaşa çıxış əldə edə bilən bir çox

ölkələr uzun illərdir ki, iqtisadi gerilikdən yaxa qurtara bilmirlər (Albaniya,

Anqola, Brundi, Nikaraqua, Kuba, Liberiya və s). Bununla yanaşı okeana

çıxışı olmayan Lüksenburq, İsveçrə, Belçika, Avstriya kimi ölkələr yüksək

və dayanıqlı iqtisadi inkişaf əldə ediblər.

Nəqliyyat amili ölkənin coğrafi mövqeyindən birbaşa asılıdır. C.Saks

MDB, Baltikyanı ölkələr, Şərqi və Mərkəzi Avropanın 25 keçid iqtisadiyyatlı

ölkəsində iqtisadi-coğrafi xarakteristikasına əsasən kumulyativ indeksi

hesablayıb. Burada Qərbi Avropa ölkələri ilə sərhədlərin mövcudluğu,

ölkənin iri şəhərləri ilə Avropanın şəhər mərkəzləri arasındakı məsafə,

dənizdən 100 kilometr aralı yaşayan əhalinin xüsusi çəkisi, dəniz

səviyyəsindən 500 metr yüksəklikdə yaşayan əhalinin xüsusi çəkisi əsas

götürülüb. Onun hesablamalarına görə, ən yüksək kumulyativ indeks 6, ən

aşağı indeks isə 0-dır. Onun araşdırmaları nəticəsində MDB ölkələri

içərisində Belorusiya və Ukrayna 3 balla, Moldova, Rusiya və Türkmənistan

isə 2 balla qiymətləndirilib. İqtisadi inkişafın coğrafi şətrlərini müəyyən edən

kumulyativ indeks Qazaxıstanda 1 bal, Qırğızıstan, Tacikistan, Özbəkistan

və Zaqafqaziya ölkələrində, o cümlədən Azərbaycanda 0 balla

qiymətləndirilib.

Beləliklə yuxarıda göstərilən nəzəri və praktiki araşdırmalar onu

göstərir ki, iqtisadi artımın yaradılmasında xarici iqtisadi əlaqələrin bütün

formaları xüsusu əhəmiyyətə malikdir. Həmçinin son illər Azərbaycan

iqtisadiyyatında gedən proseslər də, bir daha sübut etdi ki, ölkə daxilində

iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi,

Page 147: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

147

qeyri neft sektorunun inkişafında xarici iqtisadi əlaqələrin əhəmiyyəti

olduqca böyükdür.

2. Iqtisadi artımın diverfikasiya modeli

XX əsrin ikinci yarsından başlayaraq iqtisadiyyat elmində iqtisadi

artımın diversifikasiya və xammal modellərini bir-birindən fərqləndirirlər. Bu

modellərin təhlili və qiymətləndirilməsi daha çox dünya iqtisadiyyatında

inkişaf etməkdə olan ölkələrin paylarının artması konteksində daha geniş

yayılmağa başlayıb. Çünki inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadi

artımın əsas mənbəyi təbii ehtiyatlardır. Hansı ölkələr iqtisadi artımın

xammal modelindən imtina edərək diversifikasiya modelinə üstünlük

veriblərsə həmin ölkələrdə iqtisadiyyat stabil olaraq artmağa başlamış,

iqtisadiyyatı təbii ehtiyatların istehsalı və ixracına əsaslanan ölkələrdə isə

enerji daşıyıcılarının dünya qiymətlərinin sürətli dəyişməsi hesabına

iqtisadiyyatda tez-tez dalğalanmalar baş verərək daimi böhranlar

yaşanmışdır.

Neft ehtiyatları ilə zəngin və əsas neft ixracatçısı olan ölkələrin

təcrübəsi göstərir ki, hansı ölkə ki, neft ixracından daxil olan vəsait

hesabına digər sahələrin inkişafına nail olubsa, iqtisadiyyatda liberallaşma

və biznesin inkişafı təmin edilibsə neftin dünya bazar qymətlərinin kəskin

aşağı düşməsi həmin ölkələrin iqtisadiyyatında ciddi problemlərə yol

açmayıb. Neft gəlirlərinin milli iqtisadiyyata mənfi təsirin qarşısının alınması

və iqtisadi artımın diversifikasiya modelinin tətbiqində ən faydalı təcrübə

Norveçə məxsusdur. Norveçdə neft ölkədə iqtisadi inkişafa gətirib çıxaran

əsas amil olsa da, iqtisadiyyatın digər sahələri də aparıcı rola malikdir və

qeyri neft sektorunda istehsal edilmiş hazır məhsul dünya bazarında ən

rəqabətqabiliyyətliliyi mallar sırasındadır. 2004-cü ildə Norveçdə

adambaşına düşən hazır sənaye mallarının ixracı 1760.31 dollar təşkil

Page 148: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

148

edərək, bu göstəriciyə görə dünya ölkələri arasında 27-ci yerdə olub.12

İxrac olunmuş sənaye mallarının 18%-i isə yüksək texnologiyalı mallardır.13

Neft kəşfiyyatı və hasilatı üçün tələb olunan avadanlığın və xidmətlərin

yarısından çoxunu yerli şirkətlər verir. Norveçdə neft hasilatın maya dəyəri

hər barrel üçün 3-8 dollara başa gəlir ki, bu da iqtisadiyyatda yüksək

səmərəlilyin əsas göstəricisidir. Ölkə ildə 23 mlrd. dollar neft ixrac edir ki,

bu da ümumi ixracın 40 faizi qədərdir. Büdcə gəlirlərinin 18 faizi neft

ixracının hesabına formalaşır.

Amma Norveçdən fərqli olaraq neft ixrac edən ölkələrdə uğursuzluq

nümunələri həddən artıq çoxdur. Neftlə zəngin Nigeriyada neft gəlirlərindən

əldə olunan mlrd. dollarla vəsaiti xərclənib və indi böyük borcları vardır.

Venesuela əhalisinin üçdə ikisi yoxsulluq içində yaşayır. Neft, qaz və

mineral sərvətlər üzərindəki nəzarətə görə vətəndaş müharibəsi zəngin

ehtiyatları olan bir sıra ölkələri iflasa uğradıb. Dünya Bankının

hesablamalarına görə, iqtisadiyyatının 25%-i xammal ixracından asılı olan

ölkələrin 23%-i hərbi münaqişələrə cəlb olunub.

İqtisadi göstəricilərə görə də, neft ixrac edən ölkələr dünyada aparıcı

rola malik deyillər. Dünyada neft ehtiyatının əsas hissəsinə sahib olan

OPEC ölkələrinin ərazisi dünyanın 9.41%-i, əhalisi isə dünya əhalisinin

8.46%-ni təşkil etməsinə baxmayaraq neftin ən pik həddə olduğu 2005-ci

ildə bu ölkələrdə istehsal edilmiş cari qiymətlərlə ÜDM ümumi dünya ÜDM-

nin cəmi 3.25%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM-in məbləği

isə OPEC ölkələrində orta dünya göstəricilərinə nisbətən 72% azdır.14

Neft ixrac edən ölkələrdə əsas problem iqtisadiyyatın neftin dünya

bazar qiymətlərindən asılı olmasıdır. Dövlət büdcəsinin gəlirlərinin və

ümumilikdə bütün iqtisadi göstəricilərin neftdən asılılığının artması və

dünya bazarında neftin qiymətinin aşağı düşməsindən büdcənin qarşılaşa

biləcəyi təhlükə dərinləşir. Məsələn, 1960-cı ildən indiyə kimi neftin

12

James Gwartney, Robert Lawson. “Economic Freedom of the World. 2006 Annual report”/ Canada, 2006. 13

Human Development Report 2006, Beyond scarcity: Power, poverty and the global water crisis. UNDP 2006. 14

www.opec.org

Page 149: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

149

qiymətlərinin tez-tez dəyişməsi OPEC ölkələrində istehsal edilmiş ÜDM-in

həcminə ciddi təsir göstərib. Adambaşına düşən ÜDM-in orta dünya

göstəricisinə nisbəti neftin qiymətindən asılı olaraq sürətli və ciddi

dəyişikliklərə uğrayıb. Dünya iqtisadiyyatını əks etdirən bütün statistik

məlumatlarda neft ixrac edən ölkələrlə müqayisədə digər ölkələrin daha çox

iqtisadi uğur qazandığı təsdiq olunur. Əgər dünya üzrə əhalinin hər nəfərinə

düşən ÜDM 2000-ci ilin qiymətləri ilə 2003-cü ildə 1970-cı ilə nisbətən 61%

artıbsa, Küveytdə 2.47 dəfə, Venesuelada 38.8 % aşağı düşüb, Səudiyyə

Ərəbistanında cəmi 17.6 %, Nigeriyada isə 3.8% artıb. Səudiyyə

Ərəbistanında bu göstərici 1980-cı illə müqayisədə 45% az olub.15 1975-

2004-cü illərdə alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış adambaşına

düşən ÜDM BƏƏ-də orta hesabla ildə 2.8%, Səudiyyə Ərəbistanında 2.3%,

Venesuelada 0.9%, Küveytdə 0.8%, İranda 0.1% azalıb.16 Dünya bankının

araşdırmalarına görə isə, son 20 ildə təbii sərvətlərlə zəngin olan 65 ölkə

içərisində yalnız Botsvana, İndoneziya, Mali və Taylandda bu göstəricinin

artım tempi 4%-dən az olmayıb. Bunların içərisində isə yalnız İndoneziyada

nef ehtiyatları var.17 Ancaq bunun əksinə olaraq təbii sərvətlərlə zəngin

olmayan Cənubi-Şərqi Asiya ölkələrində (Honq Konq, Sinqapur, Cənubi

Koreya və Tayvan) yüksək iqtisadi artıma nail olublar. Digər tərəfdən neftin

dünya qiymətləri sabit deyil və dünyada gedən siyasi, hərbi, iqtisadi və təbii

proseslərin nəticəsi olaraq çox sürətli dəyişir. Bu baxımdan ixracın və

bütünlükdə iqtisadi inkişafın əsas lokomotivinin neft sektoru olması çox

təhlükəli nəticələrlə yekunlaşa bilər.

Ümumiyyətlə, neft ixrac edən ölkələrin əksəriyyətində «Holland

sindromu»-nun təzahürləri özünü göstərir. Neft istehsalı və ixracının

artmasından əldə edilən «neft dollarının» valyuta bazarına daxil olması

15

World Development Indicators 2005, WB Development Data CD ROM. 16

Human Development Report 2006, Beyond scarcity: Power, poverty and the global water crisis. UNDP 2006.

s.333 17

Промышленная политика и международные отношения в 2-х кн/ Под общ. Ред. А.И. Левенчука; вступ. Ст

Ю.В.Кузнецова.- Челябинск: Социум, 2005. Книга 1., s.220

Page 150: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

150

nəticəsində milli valyutanın möhkəmlənməsi «Holland sindromu»-nun əsas

xarakterik xüsusiyyətidir. Neft pullarının artması ilə cəmiyyətin ölkənin təbii

sərvətlərindən gələn gəlirlər hesabına həyat şəraitlərinin yaxşılaşdırılması

gözləntiləri və tələbləri nəticəsində dövlət sosial xərcləri artırır və nəticədə

inflyasiya yüksəlir. Milli valyutanın möhkəmlənməsi nəticəsində ənənəvi

ixrac məhsullarının rəqabət qabiliyyətinin aşağı düşməsi və qeyri neft

sektoruna aid ixracın səviyyəsinin azalması qaçılmaz olur.

“Holland Sindromu”nun ən xarakterik xüsusiyyətlərindən biri

resursların sahələr arasında qeyri bərabər bölüşdürülməsidir. İstehsal

edilmiş qeyri neft məhsulların istər daxili, istərsə də xarici bazarda rəqabət

qabiliyyətini itirməsi üzündən həmin sahələrdən əmək, kapital resurslarının

digər sahələrə, əsasən də xidmət və neft sektoruna axınının sürətlənməsi

baş verir. Bu sektorda əmək haqqı digər sektorlara nisbətən dəfələrlə

yüksək olur. Digər tərəfdən xam neft istehsalının həcminin sürətlə artımı,

sənayenin qeyri-neft sektorunun rəqabət qabiliyyətliliyinin azalması

nəticəsində istər iqtisadiyyatın, istərsə də sənayenin sahə strukturunu

dəyişməsi və iqtisadiyyatda birtərəfli inkişafın baş verməsinə səbəb olur.

Məsələn 1990-2001-ci illərdə əsas neft ixracatçılarından olan Küveytdə

neftin ÜDM-də xüsusi çəkisi 43%, Nigeriyada 42%, Səudiyyə

Ərəbistanında isə 38% olub.

Neft gəlirlərinin artması ümumilikdə iqtisadiyyatda səmərəlilyi azaldır

və istehsal edilmiş məhsulun enerji tutumunu çoxaldır. Statistik

məlumatlardan da göründüyü kimi, neft ixrac edən ölkələrdə enerji

daşıyıcılarından digər ölkələrə nisbətən qeyri rasional istifadə edilir.

Məsələn Səudiyyə Ərəbistanında AQP əsasında hesablanmış 1 dollar

ÜDM-in istehsalına sərf edilən neft ekvivalentində enerji orta dünya

göstəricisindən 2.39 dəfə çoxdur. Digər bir problem neft sahəsindən daxil

olan gəlirələrin artması hesabına digər sahələrin, əsasən də qeyri ticari

mallara tələbatın artması və yerli istehsal məhdud olduğundan ölkədaxili

tələblə təklif arasında tarazlığın pozulması nəticəsində iqtisadiyyatın

Page 151: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

151

idxaldan asılılığının artması və ölkənin tədiyyə qabiliyyətinin zəifləməsidir.

Nəticədə hökumətlər idxal olunan məhsullarla rəqabət etmək üçün böyük

şirkətlərin tələbi ilə idxal rüsum və kvotalarının artırılmasına məcbur olurlar.

Emprik araşdırmalar hasilat sənayesinin istehsal olunmuş ümumi məhsul

içərisində xüsusi çəkisi ilə idxal rüsumları arasında pozitiv əlaqə olduğunu

təsdiq edir.

Diversifikasiya modeli isə xarici tələbə, ixracın diversifikasiyasına,

iqtisadiyyatda rəqabətqabiliyyətliliyin yüksəldilməsinə əsaslanaraq iqtisadi

artım yaradılmasını nəzərdə tutur. İqtisadi artımın xammal modelindın fərqli

olaraq burada əsas məsələ yüksək texnologiyaya əsaslanan malların

ixarcının artırılmasıdır. Çünki müasir mərhələdə iqtisadi artımın əsas

mənbəyi elmi texniki inkişafdır. Qeyd edək ki, son illər dünya

iqtisadiyyatında əsas dəyişikliklərdən biri məhz yüksək texnologiyaya

əsaslanan malların ixracının artması, aşağı və orta aşağı texnoloji malların

ixracının isə azalmasıdır. Məsələn, əgər İİƏT ölkələrində texnoloji mallar

ixracında yüksək texnoloji malların xüsusi çəkisi 1990-1996-cı illərdə 30%-

dən 37%-ə qədər yüksəlib.

XXI əsrin ilk onilliyinin təcrübəsi göstərir ki, bu dövrdə dünyanın aparıcı

ölkələrində iqtisadi artım daha çox emal sənayesinin artım tempinin

yüksəlmsi və ilkin sektorlarda ətalət dinamikasının saxlanılması hesabına

baş verir. Belə inkişaf rejimi uzun müddət ərzində ancaq səmərəliliyin

yüksəldilməsinin bütün mənbələrinin – struktur, texnoloji, təşkilati və s.

amillərin hesabına təmin oluna bilər. Bu dövrdə iqtisadiyyatın inkişafı həm

ixrac yönümlü istehsalatlar üçün əlverişli şəraitdən, həm də idxalı əvəzedən

sahələrin artım potensialından yararlanmalıdır. Buna görə də ölkə

iqtisadiyyatında əhəmiyyətli artım tempi ancaq emal sənayesinin yüksək

artım tempi əsasında baş verə bilər.

Diverfikasiya modelinə əsaslanan müasir iqtisadi artımın xarakterik

cəhətlərindən biri isə elmin son naliyyətlərindən istifadə etməklə yeni

texnologiyaların yaranmasıdır. Məhz bu amil, iqtisadi artımın uzunmüddətə

Page 152: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

152

sürətləndirilməsinin vacib mexanizmi, əvvəlcə Qərbi Avropada, sonralar

əksər dünya ölkələrində baş verən dərin struktur dəyişikliklərinin əsasıdır.

Hazırda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrin

1820-1913-cü illər ərzində əmək məhsuldarlığının orta artım templəri

əvvəlki 100 il ərzindəki göstəricilərdən təxminən 7 dəfə yüksək idi. Həmin

müddət ərzində bu ölkələrdə adambaşına ÜDM 3 dəfədən çox artmış, kənd

təsərrüfatında işləyənlərin sayı ⅔-ə qədər azalmışdır.

Beləliklə, iqtisadi artımın diversifikasiya və xammal modelinin tətbiqinə

dair yuxarıda göstərilən dünya ölkələrinin təcrübəsi Azərbaycan üçün də

strateji iqtisadi siyasətin əsas məqsədinin diversifikasiya modelini tətbiq

edilməsi oldüğünu göstərir. Belə ki, Azərbaycanda iqtisadi göstəricilərin

təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, son illər baş vermiş iqtisadi

dəyişikliklər müsbətdir, ancaq buna baxmayaraq hələ də sonrakı dayanıqlı

inkişafın qarşısını ala biləcək elementlər mövcüddur. Belə ki, makroiqtisadi

göstəricilərin artması iqtisadi artımın kəmiyyət tərəfidir. Əsas məsələ

iqtisadi artımda keyfiyyət dəyişikliklərinə nail olmaqdır. Bu baxımdan ölkədə

yaradılan iqtisadi artımın əsas amillərinin araşdırılması və milli hesablar

sisteminin əsas göstəriciləri arasındakı ziddiyyətlərin aşkar edilməsi

zəruridir.

Əvvəla qeyd edək ki, Azərbaycan zəngin neft və qaz ehtiyatlarına

sahibdir və son illər ölkədə iqtisadi artımın yaradılması, büdcə gəlirlərinin

formalaşması, valyuta ehtiyatlarının artmasında əsas rol xam neftin hasilatı

və ixracı ilə əlaqədardır.18 Digər tərəfdən Azərbaycanda son 5 ildə neft

ÜDM-i qeyri neft ÜDM-i ilə müqayisədə daha sürətlə artmağa başlayıb

(Cədvəl:2) və büdcə gəlirlərinin əsası neft fondundan ayırmalar hesabına

formalaşıb.(Qrafik:1) Məhsul və xidmətlərin ixracı isə əvvəlki illərlə

müqayisədə dəfələrlə artıb. Ancaq əmtəə ixracının iqtisadi artımda əsas rol

oynamasına baxmayaraq Azərbaycanda bu sahədə əsaslı problem

18

Qeyd: Azərbaycanın nef ehtiyatı 9 mlrd barrel, qaz ehtiyatı isə 1.34 trln. kub metr qiymətləmdirilir.

Page 153: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

153

mövcüddur və bu da dayanıqlı iqtisadi artımın yaradılmasına mane olacaq

əsas amillərdəndir. Əvvəla ixrac mallarının nomenkulaturası çox aşağıdır.

Cəmi 2-3 çeşid mal ümumi ixracın 80%-dən çoxunu təşkil edir. İkincisi,

ixrac olunan malların əksəriyyəti ölkənin müqayisəli üstünlüyünə

əsaslanmır və istehsal prosesinin nəticəsi deyil. Üçüncüsü, fəailiyyət

göstərən təsərrüfat subyektlərinin çox az hissəsi ixracda və ümumilikdə

iqtisadi artımda iştirak edir. Sovet dövründən miras qalmış orta və iri

sənaye müəssisələrinin məhsulları enerji və əmək tutumlu olduğundan

qiymət rəqabətində və həmçinin avadanlıqlar köhnə olduğundan keyfiyyət

rəqabətində iştirak etmir. Enerji daşıyıcılarının daxili qiymətlərinin ucuz

olması rəqabətqabiliyyətli məhsul istehsalı üçün əsas şərt deyil, əksinə hər

vahid ÜDM istehsalını enerjitutumlu edən amillərdəndir.

Azərbaycan iqtisadiyyatında diverfikasiya göstəriciləri Cədvəl: 2

1992

-1996 (orta göstərici)

1997-2000 (orta göstərici)

2001-2004

2005

2006

2007

2008

ÜDM artımı -15,2 8,6 9,

7 2

6,4 3

4,5 2

5 1

0,8

Neft ÜDM artımı -10,6 23,1 3,

7 6

6,3 6

3,1 3

6,8 7

Qeyri neft ÜDM artımı

-18,4 3,5 1

2,75 8

,5 1

0,9 1

2 1

7,2

ÜDM mln dollar 2071 4724 6

975,25 1

3270 2

0982 3

3049 4

6257

Qeyri neft ÜDM mln dollar

1662 3062 4

257,25 6

328 8

540 1

2189 1

7953

İnevstisya (ÜDM-də %-lə)

8,5 22,9 3

3,98 4

1,5 2

9,9 2

1,5 2

0,2

Qeyri neft xüsusi investisya (qeyri neft

ÜDM-də %-lə) M/Y M/Y

M/Y

23,1

18,8

8,3

9,7

Dövlət investisyası (qeyri neft ÜDM-də %-lə)

2 2,6 5,

95 8

20,1

26,1

38,2

İxrac (mln.ABŞ dolları)

4129,8

4062,3

10722,7

4347,2

6372,2

6058,2

47756,2

Qeyri neft sahələrinin ixracı (mln.ABŞ dolları)

2242,8

1020,04

1504,9

1

038,6

1018,2

1

175,3

1

530,9

İdxal (mln.ABŞ dolları)

3974,88

4078,8

9238,7

4211,2

5266,7

5713,5

7166,6

Qeyri neft sahələrinin idxalı (mln.ABŞ dolları)

384,63

834,36

1102,9

3711,5

4653,8

5569,9

7051,9

Cədvəl Azerbaijan Country Economic Memorandum. A New Silk Road: Export-led Diversification Poverty Reduction and Economic Management Unit Europe and Central Asia Region, December 23, 2009., Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırlanıb.

Page 154: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

154

Neft Fondundan büdcəyə ayırmalar

0

1000

2000

3000

4000

5000

6000

2005 2006 2007 2008 2009

Fo

nd

dan

dcəyə t

ran

sfe

rin

həcm

i, m

ln.

man

at

0

10

20

30

40

50

60

70

vlə

t B

üd

cəsin

ə t

ran

sfe

rləri

n F

on

du

n

illi

k g

əli

rləri

nd

əki

payı,

%-l

ə

Qeyd edək ki, son illərdə ölkə iqtisadiyyatının inkişafının əsasən neft

xammalı, yaxın gələcəkdə isə əlavə olaraq qaz ixracı üzərində qurulma

ssenarisi müasir iqtisadi artıma nail olması, ÜDM-in sabit olaraq dinamik

artımının təmin olunması baxımından özünü doğrultmayacağı açıq-aşkar

görünür. 2008-ci ilin ortalarında dünyanın aparıcı ölkələrində başlayan

maliyyə böhranı, bununla əlaqədar dünya birjalarında təbii resursların,

xüsusən neftin qiymətinin kəskin aşağı düşməsi, iqtisadiyyatını xammal

ixracı üzərində qurulan ölkələr üçün bunun nə dərəcədə təhlükəli olduğunu

bir daha göstərdi. Həm də nəzərə almaq lazımdır ki, dünya xammal bazarı

istər həcminə, istərsə də artım tempinə görə yüksək texnologiya

bazarından əhəmiyyətli dərəcədə geri qalır və bu fərq ildən-ilə daha da

artır. Buna görə də Azərbaycanın dünyanın neft-qaz ixracı edən aparacı

ölkələrindən birinə çevrilməsi amilindən çox qısa müddətdə yararlanmaq

lazımdır. Neft-qaz ixracından daxil olan və gələcəkdə daha da artacaq

gəlirlərindən neft-qaz hasilatı sənayesinin özünün inkişafına diqqəti

azaltmadan, iqtisadiyyatda elmi-texniki tərəqqini müəyyən edən digər

sahələrin – maşın və avadanlıqlar istehsalının, cihazqayırmanın, radio və

Page 155: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

155

telekommunikasiya vasitələrinin, xüsusən kənd təsərrüfatı və onun

məhsullarını emal edecək sahələrin inkişafına yönəltmək lazımdır. Bu

sahələrin inkişafı istehsal zəncirinin bütün həlqələrində innovasiya tələbinə

də təsir edəcək və deməli, elmi nəticələrin istehsalatda tətbiqini

sürətləndirəcəkdir.

Məhz, ixracın göstərilən inkişaf meyli və investisiyanın strukturu yaxın

yaxın vaxtlarda müasir iqtisadi artıma imkan verən keyfiyyət amillərinin işə

salınmasına imkan verir. Maşın və avadanlıqlar istehsalına investisiya

qoyuluşunun payı ən azı 15-20%-ə çatdırılmalı, yüngül, yeyinti sənayesinə

və kənd təsərrüfatına yönəldilən investisiyalar heç olmasa, 2-3 dəfə

artırılmalıdır ki, müasir iqtisadi artıma zəmin olsun. Birinci dərəcəli vəzifə

kimi Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinə investisiya qoyuluşu

fiziki mənəvi cəhətdən tam qiymətdən düşmüş əsas kapitalın yeni müasir

tələblərə cavab verən, əsas kapitalın maliyələşdirilmə mənbələri içərisində

həlledici rol oynayan, müəssisələrin özünün vasitələrinin artmasına şərait

yaradan – rentabelliyin və gəlirliyin yüksəlməsini təmin edən, istehsal

artımına səbəb olacaq səviyyəyə çatdırılmalıdır. 2007-ci ilin məlumatlarına

görə əsas kapitala yönəldilən investisiyaların 59,8%-i müəssisələrin öz

vəsaitləri hesabına, cəmi 24,8%-i büdcə vasitələri hesabına qoylmuşdur.1

Buna görə də həm fond bazarının imknalarından, həm də xarici investisiya

mənbələrindən istifadəni genişləndirmək lazımdır. İqtisadiyyatın real artım

nöqtələrinə malik aparıcı sahələrində investisiya layihələrinin

maliyyələşdirilməsinə xarici kreditlərin də cəlb edilməsi məqsədəuyğundur.

İnvestisiya məqsədləri üçün xarici borclanmalar gözlənilən maliyyə

nəticələrini təmin etməklə yanaşı cəlb edilən vəsaitlərindən yüksək gəlirliyə

malik olmalıdır.

Yaxın perspektivdə ÜDM-in artım səviyyəsi neft-qaz sektorundakı

layihələrdən və neft ixracının artmasından asılı olsa da, uzaq perspektivdə

bu sektorun ÜDM-in artırılmasında rolu getdikcə azalacaq. Yanacaq-

energetika kompleksindən daxil olan vəsaitin digər sahələrin inkişaf

Page 156: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

156

etdirilməsində bir pilləkən rolu oynaya bilər. Statistik məlumatlara görə,

Azərbaycanın neft və qaz ehtiyatlarından daxil olan gəlirləri 20024-cü ilə

qədər 198 mlrd dollar və ya hər il əhalinin hər nəfərinə 1000 dollar

qiymətləndirilir. Proqnozlara görə, əgər neftin qiyməti orta hesabla 52 dollar

olarsa 2010-2030-cu illərdə Azərbaycanın gəliri hər il 5.9 mlrd dollar, 33

dollar olarsa 4.5 mlrd dollar təşkil edəcək. Azərbaycan sonrakı 10 ildə

adambaşına düşən ÜDM-in məbləğini 20000 dollara (AQP əsasında)

çatdırmaq istəyirsə onda qeyri neft məhsullarının ixracını ümumi ixracda

xüsusi çəkisini 50%-ə qədər artırmalıdır. Bunun üçün isə sonrakı 10 ildə

əhalinin hər nəfərinə düşən qeyri neft məhsullarının ixracı 50 dəfə

artırılmalıdır. Bu prosesdə Slovakiya və İrlandiyanın təcrübəsi əsas

götürülərək qeyri neft sektoruna investisiya qoyuluşu sürətlənməlidir.19

Ən əsas məsələ iqtisadiyyatda və ixracda diversifikasiyanın həyata

keçirilməsidir. Hər bir ölkə üçün ixracın strukturunun diversifikasiyası 3

əsas yolla həyata keçirilir. Birincisi, ənənəvi ixrac assortimentindən kənara

çıxmamaqla mövcud olanın optimalaşdırılması ilə. İkincisi, mövcud olan

xammal və materialların emal edilməsi ilə xammal-aralıq məhsul-hazır

məhsul zəncirvari prosesi ilə. Üçüncüsü, əvvəllər ixrac edilməyən, amma

dünya bazarında tələbat olan yeni malların istehsal edilməsi və ixraca cəlb

olunması yolu ilə. İqtisadi şəraitdən asılı olaraq diversifikasiya ixraca

mövcud ixtisaslaşmadan böyük olmayan korrektlər edilməsi, innovasiya-

ixracın çeşidlərinin modernləşdirilməsi və dünya bazarının tələbi ilə.

Qeyd edək ki, artıq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına

kifayət qədər inteqrasiya olunub. Onun bazar iqtisadiyyatı statusu əksər

ticarət partnyorları, o cümlədən, Avropa Birliyi və ABŞ tərəfindən tanınıb.

Azərbaycan beynəlxalq təşkilatlar və inteqrasiya blokları daxilində fəal

iştirak edir. Hazırda Azərbaycanın xarici iqtisadi əlaqələr strategiyasının

19

Azerbaijan Country Economic Memorandum. A New Silk Road: Export-led Diversification Poverty Reduction

and Economic Management Unit Europe and Central Asia Region, December 23, 2009. s.

Page 157: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

157

qarşısında duran əsas məsələ dünya təsərrüfatına inteqrasiyanın

səmərələşdirilməsi, ixracın strukturunun təkmilləşdirilməsi, iqtisadi

liberallaşma, gömrük sistemində islahatlar və biznes mühitinin

yaxşılaşdırılması ilə xarici iqtisadi əlaqələrdə iştirak edən subyektlərin

sayının artırılmasına kömək göstərilməsidir. Hazırda Azərbaycanda açıq

tipli bazar iqtisadiyyatı formalaşdırıldığından xarici iqtisadi əlaqələr

sahəsində qarşıya qoyulan məqsədlərə çatılması və vəzifələrin həll

edilməsi üçün aşağıdakı tədbirlərin görülməsi zəruridir:

1. Xarici ticarətin sahə və əmtəə strukturunun diversifikasiyası və

Azərbaycan müəssisələrinin müasir beynəlxalq ticarət sistemində iştirak

mexanizminin təkmilləşdirilməsi. Bu istiqamət təkcə rəqabətqabiliyyətliliiyn

artırılması baxımından deyil, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələri

və bütünlükdə iqtisadiyyatda stabilliyin qorunub saxlanılması baxımında

əhəmiyyətlidir. İxracın diversifikasiyası üçün əsas tədbirlərdən biri

xidmətlərin ixracının, xüsusi olaraq nəqliyyatın, o cümlədən isə tranzit

daşımalarının artırılması vacibdir. Azərbaycanın coğrafi mövqeyi, bu

sahədə hazırlanan layihələr nəqliyyat xidmətlərinin artırılması üçün çox

böyük potensial imkanlar olduğunu göstərir. Bunun üçün gömrük

rəsmiləşdirilməsinin sadələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişaf

etdirilməsi prioritet vəzifələrdən biridir. Makroiqtisadi əhəmiyyətlilik

baxımından ən perspektivli sahələrdən biri nəqliyyat infrastrukturunun

inkişafıdır. Bu sahənin iqtisadi inkişafda keyfiyyət baxımından rolu

yanacaq-energetika komleksi ilə müqayisədə daha yüksəkdir. Çünki

nəqliyyat sektoru daha çox elmtutumlu və innovasiyaya əsaslanan sahədir.

Əgər uzaq perspektivdə yanacaq-energetika kompleksinin ÜDM-in

yaradılmasında rolu azalacaqsa, nəqliyyatın təsiri ilbəil artacaq. Həmçinin,

bu sektorun keyfiyyət effekti kəmiyyət effekti ilə müqayisədə daha çoxdur.

Xarici iqtisadi əlaqələrdə iştirak edən müəssisələrin sayının artması,

ixrac edilən əmtəə və xidmətlərin nomenklaturasının genişlənməsi və ən

əsası isə kiçik biznesin xarici fəaliyyətə qoşulmasına şərait yaratmaq üçün

Page 158: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

158

dövlət siyasəti formalaşdırılmalıdır. Burada həm bütünlükdə ixracın

stimullaşdırılması, həm də kiçik bizneslə məşğul olan müəssisələrin

rəqabətqabiliyyətliliyinin artırılması baxımından tədbirlər görülməlidir.

İxracın diversifikasiya edilməsində əsas məsələlərdən biri elmtutumlu

malların ixracının genişləndirilməsidir.

2. Azərbaycan müəssisələrinin dünya iqtisadiyyatına uğurlu

inteqrasiyası üçün əhəmiyyətli məsələlərdən biri də onların istehsal

amillərinin beynəlxalq mübadiləsi prosesində iştirakının aktivləşdirilməsidir.

Burada əsas məsələ birbaşa xarici investisiyaların cəlb edilməsi və xarici

portnyorlarla əməkdaşlıq nəticəsində yerli müəssisələrin xarici bazarlara

giriş imkanının əldə edilməsi, onların menecmen, texnologiya və

resurslardan səmərəli istifadə edilməsi təcrübəsindən yararlanmasıdır.

Xarici investisiyaların cəlb edilməsi üçünsə əsas məsələ ölkədə investisiya

mühitinin yaxşılaşdırılmasıdır.

3. Azərbaycanın beynəlxalq əmək bölgüsündə bərabərhüquqlu

iştirakını təmin edəcək hüquqi və institusional tədbirlərin həyata

keçirilməsidir. Əmtəə və xidmətlərin ticarətinin genişləndirilməsi və

investisiya qoyuluşunun artırılması üçün əsas element Azərbaycanın

çoxtərəfli tənzimlənən beynəlxalq qaydalara qoşulma prosesinin

yekunlaşdırılmasıdır. Bu proses xarici ticarət əlaqələrinin ikitərəfli hüquqi

müqavilə bazasından çoxtərəfli tənzimlənməyə keçirəcək ki, bu da hazırda

dünyanın əksər ölkəsi tərəfindən qəbul edilib və beynəlxalq ticarətin

inkişafında mühüm rol oynayır. Dolayı yolla bu prinsip investisiya mühitinin

də yaxşılaşdırılmasına da kömək edir. Bununla əlaqədar olaraq

Azərbaycanın ÜTT-yə üzv qəbul edilməsi prosesinin sürətlənməsi zəruri

məsələlərdəndir.

4. Müasir metodlardan istifadə edərək daxili bazarın qorunması.

5. Regionların inkişaf etdirilməsi və regionda yerləşən

müəssisələrin ixrac fəaliyyəti ilə məşğul olması üçün stimullaşdırıcı

tədbirlərin görülməsi. Ən əsası, yerli müəssisələrin rəqabətqabiliyyətliliyini

Page 159: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

159

yüksəldən layihələrin reallaşdırılması, regionlarda infrastrukturun inkişafı və

yerli idarəetmə və hüquqi məhkəmə orqanları tərəfindən biznesə

müdaxilənin aradan qaldırılmasıdır.

7. Yüksək texnologiyaya əsaslanan malların ixracının

genişləndiriliməsi; Qeyd etmək lazımdır ki, əlavə dəyərə malik olan malların

ixracının xüsusi çəkisinin artırılması vacib olsa da, mütləq deyil. Əsas

məsələ dünya bazarının dinamik tələblərinə uyğun və uzunmüddətli ixrac

edilə biləcək prinsipial malların ixracıdır. Son illər innovasiya

iqtisadiyyatının inkişafı üçün Azərbaycanda bir çox zəruri şərait ( əsasən də

maliyyə) yetişib:

-ölkə iqtisadiyyatı dinamik inkişaf edir – artıq bir neçə ildir ki, ölkədə

yüksək iqtisadi artım templəri, ixracın dəfələrlə artması valyuta ehtiyatlarını

artırıb və sərbəst maliyyə vəsaiti formalaşıb; - ölkədə ən prioritet

məsələlərdən biri iqtisadiyyatda diverfiksayi olduğundan qeyri neft

sektorunun , o cümlədən informasiya texnologiyaları sahələrinin inkişafı

üçün müxtəlif layihələr hazırlanıb, bu sahədə hüquqi baza formalaşdırılıb.

8. Azərbaycanda xarici iqtisadi əlaqələrin liberallaşdırılması, ÜTT-yə

üzv qəbul edilməsi hər şeydən əvvəl iqtisadiyyatın strukturunun

diversifikasiyasına stimul yaratmaqla daxili bazarda inhisarçılığın

səviyyəsinin azaldılmasına kömək edəcək. İqtisadi açıqlıq səviyyəsini

yüksək həddə çatdırmadan dayanıqlı iqtisadi artıma nail olmaq mümkün

olmayacaq. Bunun üçün aşağıdakıların edilməsi zəruridir:

- beynəlxalq təşkilatlar daxilində ölkənin strateji maraqlarının

qorunması;

- gömrük, tarif və valyuta sistemində islahatlar aparılması;

- emal sənayesinə aid malların ixracının artırılması;

- xarici şirkətlər tərəfindən haqsız rəqabətə məruz qalan müəssisələrin

qorunması;

- qeyri-neft sektoruna investisiya qoyuluşunun genişləndirilməsi üçün

şəraitin yaradılması;

Page 160: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

160

- stabil tədiyyə balansının formalaşdırılması;

- xarici iqtisadi əlaqələri tənzimləyən hüquqi və normativ aktların ÜTT-

nin tələblərinə maksimum uyğunlaşdırılması.

9. İnsan kapitalına uzunmüddətli investisya qoyulması: təhsilin və

səhiyyənin inkişafı, əhalinin sosial təminatının yaxşılaşdırılması və həyat

səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi. Əgər

işçinin və ümumilikdə əhalinin həyat səviyyəsi yüksək olmasa onlardan

hansısa məhsuldarlıq gözləmək yanlışdır və ÜDM-in kəmiyyət artımının elə

də əhəmiyyəti yoxdur. Ancaq burada təkcə dövlət büdcəsindən elm və

təhsilə ayrılan xərclərin artırılması ilə kifayətlənmək olmaz. Əsas məsələ

ayrılmış vəsaitlərin effektiv istifadə edilməsindən gedir. Ona görə də,

istehsalın artırılması, kapital qoyuluşunun genişlənməsi və makroiqtisadi

göstəricilərin dünya səviyyəsinə çatdırılması ilə yanaşı insan kapitalının

inkişaf etdirilməsi yerinə yetirilməsi zəruri olan prioritet istiqamətlərdən

biridir.

3. Qloballaşma şəraitində xarici iqtisadi əlaqələrin liberallaşdırılmasının iqtisadi artıma təsiri

Ölkənin iqtisadi açıqlıq səviyyəsi 2 kriteriya ilə: institutusional və

funksional kriteriyalarla qiymətləndirilir. Funksional baxımdan açıqlıq milli

iqtisadiyyatın beynəlxalq əmək bölgüsündə iştirakı səviyyəsini, başqa

sözlə, milli təkrar istehsal prosesinin xarici iqtisadi əlaqələrdən asılılıq

dərəcəsini göstərir. Bu dərəcə istehsal, mübadilə, bölgü prosesinin normal

həyata keçirilməsi üçün ÜDM-in xarici ticarət dövriyyəsi vasitəsilə yaradılan

hissəsi ilə müəyyən edilir. Praktikada funksional açıqlıq ixrac, idxal və xarici

ticarət dövriyyəsinin ÜDM-də xüsusi çəkisi göstəriciləri ilə ölçülür.

İnstitutisonal açıqlıq isə ölkənin ticarət və valyuta rejiminin

liberallaşdırılması səviyyəsi ilə müəyyən edilir. O ölkənin iqtisadiyyatı açıq

hesab olunur ki, milli iqtisadi subyektlər dünya bazarına çıxdıqda və xarici

iqtisadi subyektlər isə yerli bazara daxil olduqda daha az sayda

Page 161: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

161

məhdudiyyətlərlə üzləşirlər. Milli iqtisadiyyatın açıqlıq dərəcəsinin yüksək

olmasının mənfi və müsbət cəhətləri var. İqtisadiyyatı daha açıq olan, azad

ticarət siyasəti həyata keçirən ölkələrə modern texnika və texnologiya,

maşın və avadanlıq, müasir idarəetmə üsulu, maliyyə resursları cəlb

edilməsi genişlənir. Beynəlxalq rəqabətin artması daxili bazarda daha

müasir və çevik müəssisələrin yaranmasına, iqtisadiyyatda perspektivli

sahələrin inkişafına və bütövlükdə iqtisadiyyatda səmərəliliyin

yüksəlməsinə səbəb olur. Bununla da xalis ixrac artır, daxili bazar

genişlənərək ölkənin beynəlxalq aləmdə mövqeyi möhkəmlənir. Bütün

göstərilənlərlə yanaşı belə bir fikir də mövcüddur ki, əsasən iqtisadiyyatı

inkişaf etməmiş və bazar iqtisadiyyatına keçid ölkələrində açıqlıq dərəcəsi

iqtisadi təhlükəsizlik baxımdan qiymətləndirilməlidir. Belə ki, həmin

ölkələrdə açıqlıq dərəcəsinin yüksək olması transmilli kompaniyaların

dövlətin iqtisadi və siyasi fəaliyyətinə müdaxiləsinə, maliyyə və pul

sisteminin qeyri sabit olmasına, ölkə iqtisadiyyatının dünya bazarının

konyuktura vəziyyətindən asılılğına gətirib çıxarır. Bütün bunlar əsas

götürülərək və eyni zamanda yerli istehsalçıları daxili bazarda xarici

rəqabətdən qorumaq məqsədilə bəzi ölkələrdə proteksianist siyasəti həyata

keçirilir. Ancaq bütün təhlükələrə baxmayaraq hazırda dünya

iqtisadiyyatında liberallaşma, iqtisadiyyatın sərbəstləşdirilməsi, xarici

iqtisadi əlaqələrin inkişafına mane olan iqtisadi və inzibati məhdudiyyətlərin

aradan qaldırılması prosesləri çox sürətlə gedir və dönməz xarakter alır.

“Soyuq müharibə” bitdikdən və sosialist təsərrüfat sistemi iflasa uğradıqdan

sonra dünyada tamamilə proteksionist siyasəti aparan ölkələr demək olar ki

qalmayıb. XXİ əsrin əvvəllərində yalnız Kuba və Şimali Koreya iqtisadi

cəhətdən “qapalı” qalıb ki, bunun da əsas səbəbi həmin ölkələrin dünyanın

aparıcı ölkələri tərəfindən siyasi blokadaya alınmasıdır. Müasir dövrdə

dünyanın əksər ölkələri liberal iqtisadi inkişaf modellərinə üstünlük verirlər

və aparılan elmi araşdırmalar da bu siyasətin daha düzgün və iqtisadi

cəhətdən əhəmiyyətli olduğunu sübut edir.

Page 162: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

162

Açıq iqtisadi siyasət modeli istər daxildə, istərsə də ölkədən kənarda

iqtisadi fəaliyyətin liberallaşdırılmasını nəzərdə tutur. Yəni xarici iqtisadi

əlaqələrdə liberallaşma daxili iqtisadi sferada azad iqtisadi münasibətlərin

yaradılması, mülkiyyət hüququnun qorunması və dövlətin iqtisadiyyata

inzibati yolla müdaxiləsinin ləğv olunması fonunda həyata keçirilə bilər. Bu

proseslər biri biri ilə əlaqəlidir və dünya təcrübəsində elə bir hal yoxdur ki,

daxili iqtisadi sferada liberallaşma həyata keçirən bir ölkə xarici iqtisadi

fəaliyyətdə proteksianizm tətbiq etsin və ya əksinə. Əsas məsələ dövlətin

iqtisadiyyata müdxiləsinin metodları və səviyyəsidir. Hələ A. Smit “Xalqların

sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” kitabında yazırdı ki,

ölkənin və oradan yaşayan əhalinin çiçəklənməsi üçün yaxşı qanunlar,

yüngül vergilər və sülh lazımdır. Həmçinin orada iqtisadi siyasətin əsas

qaydası verilib: əgər dövlət nə qədər az iqtisadi fəaliyyətlə məşğul olursa

iqtisadiyyat bir o qədə çox inkişaf edir. A. Smit göstərib ki, dövlətin 3 əsas

vəzifəsi var: Ölkənin təhlükəsizliyinin təmin olunması. 2. Ədalətin

qorunması. 3. Özəl sektorun fəaliyyət göstərə bilmədiyi yerlərdə dövlət

yatırımlarının həyata keçirilməsi. Müasir nəzəriyyələrdə bu vəzifələr bir az

da genişləndirilib (Heitger, 2001): 1. Təhlükəsizliyin və ictimai asayişin

qorunması 2. Beynəlxalq müdafiə 3. Təhsil 4. Nəqliyyat və rabitə 5. Ətraf

mühitin qorunması və sağlamlıq.

Dövlətin iqtisadi proseslərə müdaxiləsinin əsas iqtisadi səbəbi kimi

iqtisadiyyatda baş verən qeyri proporsionallığın aradan qaldırılması,

məhsul istehsalında və bölgüsündə iştirak edərək sosial rifahın təmin

edilməsi göstərilir. Təməl fuhksiyalar çıxmaq şərti ilə dövlət iqtisadiyyata

yalnız bazar prinsipləri yetərsiz olduğunda müdaxilə etməlidir. (Soubbotine

və Sheram, 2000).

Ancaq qeyd etməliyik ki, açıq iqtisadi siyasət dedikdə, dövlətin xarcici

iqtisadi əlaqələri tənzim etməsindən tamamilə əl çəkməsindən söhbət

getmir, əsas mübahisə bu tənzimləmənin sərhədləri barədədir. Keçid

iqtisadiyyatlı ölkələrdə isə bu tənzimlənmənin nə vaxta kimi həyata

Page 163: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

163

keçirilməsi müzakirə mövzüsudur. ÜTT təşkilatına qoşularkən də, keçid

iqtisadiyyatlı ölkələr üçün idxal tariflərinin azaldılması və ixracın

subsidiyalaşdırılmasının aradan qaldırılması üçün digər ölkələrdən fərqli

olaraq müəyyən vaxt ayrılır.

A.Smitdən başlayaraq iqtisadçıların əksəriyyəti azad ticarətin tərəfdarı

olublar. 19-cu əsrin ikinci yarısından başlayaraq demək olar ki, əksər

iqtisadçılar, əsasən də klassık məktəbin bütün nümayəndələri azad

ticarətin ölkə üçün daha çox fayda gətirdiyi qənaətinə gəliblər. Onlar

göstəriblər ki, ticarət partnyorlarının hansı siyasət həyata keçirməsindən

asılı olmayaraq azad ticarət ölkəyə beynəlxalq əmək bölgüsündən

maksimum fayda əldə etməyə imkan verir. Azad ticarət siyasətinin həyata

keçirilməsi, müxtəlif ölkələrdə istehsalın səmərililiyinin fərqli olmasına

baxmayaraq, qarşılıqlı ticarət aparan bütün ölkələr üçün faydalı olacaq.

Hətta bütün digər ölkələr proteksianist siyasət yeritsələr də, azad ticarət

daha əlverişlidir və proteksianizmin ölkə üçün hansısa fayda gətirəcəyi

barədə mövcüd olan elə bir şərt yoxdur. Sərbəst ticarət nəticəsində,

bərabər gəlir əldə etməsələr belə bütün ölkələr udurlar. Ancaq ölkə

daxilində sərbəst ticarət bəzi iqtisadi subyektlərə zərbə vurur. Ona görə də,

az effektli və rəqabətə davam gətirməyən yerli müəssisələr istər daxili

bazarda, istərsə də dünya bazarında heç bir müqayisəli üstünlüyə malik

olmadıqlarına görə dövlətdən kömək gözləyirlər və həmişə proteksianizmin

genişləndirilməsini istəyirlər. Bu baxımdan dövlətin xarici ticarəti

məhdudlaşdırmaq, yəni proteksionizm siyasəti həyata keçirməsi sayəsində

həmin iqtisadi subyektlər üstünlük əldə edirlər və bu da nəticədə

iqtisadiyyatda ümumi səmərəliliyi aşağı salır.

Müasir ticarət nəzriyyələri də öz baxışları ilə sələflərindən elə də

fərqlənmirlər. Onların fikrincə, sərbəst ticarətin ən böyük üstünlüyü

iqtisadiyyatda səmərəliliyin artırılmasıdır.20 20-ci əsrin ortalarından sonra

20

Промышленная политика и международные отношения в 2-х кн/ Под общ. Ред. А.И. Левенчука; вступ. Ст

Ю.В.Кузнецова.- Челябинск: Социум, 2005. Книга 1, ст.220.

Page 164: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

164

isə dünya iqtisadi məktəbində geniş yayılmış emprik və riyazi

araşdırmalarda azad iqtisadi siyasətin əhəmiyyəti göstərilməklə yanaşı,

iqtisadi artım və ölkə daxilində iqtisadi azadlıq, iqtisadi açıqlıq səviyyəsi

arasında birbaşa əlaqə olduğu barədə əsaslandırılmış fikirlər irəli sürülür.

Skalli (Scully 1988; Scully 1992), Barro (Barro 1991), Barro və Sala-

Martini (Barro, Sala-I-Martin 1995), Nek və Kifer (Knack, Keefer 1995),

Nek (Knack 1996), öz araşdırmalarında bel nəticəyə gəlirlər ki, iqtisadi

artımın əsas amilləri sırasına mülkiyyət hüququnun dəqiq müəyyən

edilməsi və bu hüquqların qorunması, qanunların aliliyi və dövlət siyasəti də

daxildir. Gvartni, Holkomb və Louson (Gwartney, Holcombe, Lawson 1998)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzvü ölkələri və dünyanın

daha 69 ölkəsində apardıqları empirik araşdırma nəticəsində belə qənaətə

gəliblər ki, dövlət xərcləri ilə ÜDM arasında neqativ asılılıq mövcüddur. Belə

ki, dövlət xərclərinin ÜDM-də xüsusi çəkisinin 10% artması ÜDM-in 1%

azalmasına səbəb olur.21

Bundan başqa keçən əsrin 90-cı illərində Rusiyanın İqtisadi

Tədqiqatlar İnstitutunun əməkdaşlarının 50 ölkədə 1913-1998-ci illəri əhatə

edən iqtisadi inkişaf göstəricilərini təhlil edən tədqiqatlarında belə bir

nəticəyə gəlinib ki, liberal iqtisadi siyasət aparan, dövlət xərclərinin və

büdcə kəsirinin aşağı olduğu ölkələrdə daha çox iqtisadi artım baş verir.

Əksinə iqtisadiyyatda dövlətin təsiri daha çox olan ölkələrdə iqtisadi artım

tempi zəifdir.

XX əsrin son 20 ilinin statistik təhlili isə göstərir ki, dünyada beynəlxalq

inteqrasiya prosesləri ən yüksək həddə çatdığı bir dövrdə iqtisadi açıqlıq

dərəcəsi yüksək olan ölkələrdə iqtisadi stabillik daha möhkəmdir. Bu

dövrdə iqtisadiyyatı nisbətən qapalı ölkələrdə ÜDM-in orta illik artım tempi

0,7%, açıq iqtisadiyyatlı ölkələrdə isə 3.2% olmuşdur.22

21

Gwartney, James, Randall Holcombe, and Robert Lawson (1998). “The Scope of Government and the Wealth of

Nations.” Cato Journal 18, 2 (Fall): 163–90. 22

Илларионов A. Как Россия потеряла XX столетие. Вопросы экономики, 2000, №1, с. 17

Page 165: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

165

Xarici iqtisadi əlaqələrin liberal olması və iqtisadi artım arasındakı

empirik əlaqə ilə bağlı ən maraqlı tədqiqatlardan biri də, J.Lowson, R.Block

tərəfindən aparılıb. “1975-1995-ci illərdə dünyada iqtisadi azadlıq”

hesabatında xarici iqtisadi əlaqələri məhdudlaşdıran göstəricilərdən biri –

idxal və ixraca tətbiq edilən vergilərin məbləğinin ümumi xarici ticarət

dövriyyəsində xüsusi çəkisi ilə adambaşına düşən iqtisadi artım tempi

arasında əlaqə təhlil edilib. 101 ölkə arasında aparılmış statistik

araşdırmalar nəticəsində maraqlı göstəricilər əldə olunub. Araşdırmalar

nəticəsində müəyyən olunub ki, xarici ticarət əməliyyatlarına tətbiq edilən

vergi yükü minimal dərəcə ilə (6%-dən aşağı) adambaşına düşən iqtisadi

artım tempi ən yüksək səviyyədə olur (illik 2,2%). Bu göstəricilərin artması

ilə iqtisadi artım tempi azalmağa başlayır. Maksimal vergi yükündə isə bu

göstərici ən aşağı səviyyədə olur (illik 0,2%). Digər tərəfdən iqtisadi artımın

mənfi tempi (-1,2%) idxal və ixraca vergi yükünün ən yuxarı səviyyədə

olduğu ölkələr qrupunda baş verir (8,8%). Əksinə iqtisadi artımın ən yüksək

tempi (2,5%-dən yuxarı) vergi yükü aşağı olan ölkələrdədir.23

Ümumiyyətlə, müasir dövrün iqtisadçılarının əksəriyyəti dayanıqlı

iqtisadi inkişafa nail olmaq, iqtisadiyyatda səmərəliliyi yüksəltmək üçün ən

mühüm məsələlərdən biri kimi, istər daxili, istərsə də xarici iqtisadi fəaliyyət

sferasında liberallaşmanın və məhdudiyyətlərin aradan qaldırılmasını

göstərirlər. Məsələn, 1984-cü ildə müxtəlif ölkələrin iqtisadçıları arasında

aparılan sorğuların nəticələri göstərib ki, ABŞ-da sorğuda iştirak edən 95%

iqtisadçılar və ABŞ, Avstriya, Fransa, Almaniya və İsveçrədə 88%

iqtisadçılar təsdiq edirlər ki, rüsumlar və idxal kvotaları ümumi iqtisadi rifahı

aşağı salır.

Xarici iqtisadi əlaqələrin əhəmiyyəti və azad iqtisadi siyasətin həyata

keçirilməsi dünya ölkələrinin təcrübəsində də özünü göstərib. Məsələn

2001-ci il “Dünyada iqtisadi azadlıq” hesabatında göstərilir ki, son 10 ildə

ABŞ iqtisadiyyatında artımın ¼-i ixracın hesabına əldə olunub. ABŞ-da 12

23

Gwartney J.,Lowson R., Block N. Economik freedom of the world: 1975-1995. The Fraser Institute 1996.

Page 166: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

166

mln iş yeri bilavasitə ixracatdan asılıdır ki, bu sahədə çalışanların əmək

haqqı ölkə üzrə orta əmək haqqından təqribən 13-18% çoxdur. Həmçinin

belə bir iqtisadi qanunauyğunluq var ki, 1 mlrd dollarlıq ixrac əlavə 20 min

iş yeri yaradır. İdxalın artması iş yerlərinin bağlanması və yerli

istehsalçıların iflasa uğramasına səbəb olacağı fikirlər də yanlışdır. Əksinə

proteksianist tədbirlər iş yerlərinin bağlanmasına səbəb olur. Məsələn 80-ci

illərin ortalarında ABŞ daxili parça istehsalçılarını rəqabətdən qorumaq

üçün proteksianist tədbirlərə əl atdı. Nəticədə yüngül sənayedə iş yerlərini

qoruyub saxlamaq mümkün olsa da ( orta hesabla ildə 15-20 min dollarlıq

əmək haqqı), ticarət sahəsində iş yerlərinin kütləvi bağlanmsaına səbəb

oldu (orta hesabla illik 50 min dollarlıq əmək haqqı). Ümumiyyətlə idxal

vergilərinin artırılması sonda istehlakçılar tərəfindən ödənilir və

iqtisadiyyatda qeyri səmərililiyi artırır. 24

Əgər inkişaf etmiş ölkələrdə sənaye mallarının idxalına tətbiq edilən

vergilər orta hesabla 8% təşkil edirsə inkişaf etməkdə olan ölkələrdə 21%-

dir. Avtomobil idxalına tətbiq edilən vergilər inkişaf etməkdə olan ölkələrdə

inkişaf etmiş ölkələrə nisbətən təqribən 2 dəfə çoxdur. Bunun əksinə olaraq

Atlas metodu ilə hesablanmış adambaşına düşən milli gəlir inkişaf etmiş

ölkələrdə inkişaf etməkdə olan ölkələrə nisbətən 25 dəfədən çoxdur.25

Digər bir misal. İki əsrdən çox İrlandiya Avropanın ən kasıb ölkəsi idi.

Ancaq indi İrlandiya dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.

Kaliforniyanın San Xose universitetinin proffessoru Paulo Bendjamin “Cato

Journal” jurnalında dərc etdiyi “İqtisadi azadlıq və iqtisadi artım: “kelt

aslanları”nın tarixi” məqaləsində yazıb ki, son illər İrlandiyada baş verən

iqtisadi artımın əsas hərəkətverici qüvvəsi iqtisadi azadlığın səviyyəsinin

yüksəldilməsidir. 2003-cü ildə adambaşına düşən ÜDM-in məbləği

İrlandiyada 37738, Böyük Britaniyada 27147, Almaniyada isə 27756

olmuşdur (World Devolopment Indicators, 2006.). Ancaq 1975 ci ildə

24

Index of Economic Freedom – 2001 // The Heritage Foundation, The Wall Street Journal, 2001 25

World Devolopment Indicators, 2006. www.worldbank.org

Page 167: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

167

İrlandiyada bu göstərici Böyük Britaniyadakının cəmi 58.1%-ni təşkil edirdi.

1987-cı ildən sonar daxili və xarici iqtisadi sferada həyata keçirilən liberal

iqtisadi islahatlar nəticəsində İrlandiya iqtisadiyyatında güclü iqtisadi artım

baş verdi. 1990-1995-ci illərdə ÜDM orta hesabla ildə 5,14%, 1996-2000-ci

illərdə isə illik 9,66% artaraq artıq adambaşına düşən ÜDM-in səviyyəsinə

görə Böyük Britaniya və Almaniya kimi Avropanın inkişaf etmiş ölkələrini

geridə qoydular.26

Bütün yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd etmək lazımdır

ki, azad iqtisadi ticarət siyasətin həyata keçirilməsinin əsas üstünlükləri

aşağıdakılardır :

1. Yeni iş yerlərinin yaradılması, iqtisadiyyatda ÜDM-in artım tempinə

nail olmaq, əhalinin həyat səviyyəsini yüksəltmək üçün ölkə iqtisadiyyatına

geniş miqyaslı xarici investisyaların cəlb edilməsi üçün əlverişli investisiya

mühitinin formalaşdırılması. Bunun praktikada əyani sübütu Çin Xalq

Respublikasında əldə olunan iqtisadi uğurlardır. Belə ki, 90-cı illərin

əvvəlində azad iqtisadi zonaların yaradılması ilə daha çox liberal iqtisadi

mühit yaradan Çinin iqtisadiyyatına ildə orta hesabla 25-40 mlrd dollar

xarici investisiya qoyularaq ümumi xarici investisiyaların məbləği 400 mlrd

dollara qədər yüksəldi. Bunun nəticəsində 1990-1997-ci illərdə Çində ÜDM

2 dəfə yüksələrək 1765 mlrd dollardan 3670 mlrd dollara çatdı.27

2. Milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası, ölkənin

beynəlxalq təşkilatlara və ittifaqlara qoşulma üçün əlverişli iqtisadi mühitin

yaradılması. Məsələn, Avropa Birliyinə qoşulmaq üçün ölkələrin qarşısına

qoyulan ən əsas şərtlərdən biri iqtisadi azadlıq səviyyəsidir. Bunun

nəticəsidir ki, Polşa, Macarıstan və Çexiya daha liberal iqtisadi siyasət

yeritməklə Avropa birliyinə üzv olan ilk Şərqi Avropa ölkələri oldular. Digər

26

Economic Freedom and Growth: The Case of the Celtic Tiger by Benjamin Powell // Cato Journal. Vol. 22. № 3

(Winter 2003). 27

Экономика. XXIв. 1999, №1.

Page 168: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

168

tərəfdən DTT (WTO) ölkələri öz sıralarına qəbul etmək üçün iqtisadi

liberallaşdırma tələbini əsas şərt kimi irəli sürür.

Dünyada bir sıra beynəlxalq təşkilatlar hər il ölkənin iqtisadi azadlıq

reytinqini müəyyən edirlər. Bunlardan ən geniş yayılanı 1996-cı ildən bəri

Kanadanın Frezer İnstitutu tərəfindən hazırlanan “Dünyada iqtisadi azadlıq”

hesabatıdır (Economik freedom of the world). Tədqiqatın aparılması

metodu Nobel mükafatı almış Milton Fridman tərəfindən hazırlanıb. Bu

hesabatda iqtisadi azadlığı müəyyən etmək üçün aşağıdakı 7 sferada

göstəricilər hesablanır28:

-iqtisadi həyatda dövlətin payı; -iqtisadiyyatın strukturu və bazar

mexanimlərinin yerləşdirilməsi; -qiymətlərin sabitliyi və pul siyasəti; -xarici

valyutalarla mübadilənin sərbəstliyi; -qanunların aliliyi və xüsusi mülkiyyətin

toxunulmazlığı; -xarici ticarətin sərbəstliyi; - kapital bazarında fəaliyyətin

sərbəstliyi. Bu sferalarda xarici iqtisadi əlaqələri əks etdirən 10 göstərici

var. Bu göstəricilər və 2004-cü il məlumatları əsasında tərtib edilmiş

“Economik freedom of the world 2006”, 2007-ci il məlumatları əsasında

tərtib edilmiş “Economik freedom of the world 2009” hesbatında

Azərbaycanın reytinqi aşağıdakı Cədvəldə göstərilib:

Xarici iqtisadi fəaliyyəti əks etdirən gəstəricilər də Azərbaycanın əsas reytinqi

Cədvəl:3*

Göstəricilər 2

004 2

005 2

007

A. Xarici ticarətə tətbiq olunan vergilər

6,2

6,91

7,28

1) İdxal və ixracda vergilərin xüsusi çəkisi

8,1

7,92

8,16

2) Orta tarif dərəcəsi

3) Tarif dərəcəsinin dəyişkənliyi 8

,1 5

,89 6

,39

B. Ticarəti məhdudlaşdırmağın müntəzəmliyi 2

2,22

3,92

28

James Gwartney, Robert Lawson. “Economic Freedom of the World. 2006 Annual report”/ Canada, 2006.

Page 169: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

169

1) İdxala tətbiq edilən gizli məhdudiyyətlər 4

4,38

5,2

2) İdxalın maya dəyəri 0

C. Ticarət sektorunun ölçüsü 5

,9 7

,67 6

,29

D. Qara bazarda valyuta məzənnəsi ilə rəsmi məzənnə arasında fərq

10

10

10

E. Kapital bazarının məhdudlaşdırılması

4,8

4,88

6,04

1) Xarici kapital qoyuluşuna manelər 6

,6 6

,68 7

,08

2) Kapitalın hərəkətinin məhdudlaşdırılması

3,1

3,08 5

*James Gwartney, Robert Lawson. “Economic Freedom of the World. 2006 Annual report”/ Canada, 2006. James Gwartney and Robert Lawson, “ Economic Freedom Dataset, published in Economic Freedom of the World: 2009 Annual Report”.2009

Bu göstəricilər reytinqdə maksimum 10 bal və minumu 0 balla

qiymətləndirilir. 10 bal və ona yaxın balla qiymətləndirilmiş göstəricilər

ölkənin bu sahədə daha çox liberal iqtisadi siyasət yürütdüyünü göstərir.

Qeyd edək ki, ümumi iqtisadi azadlıq göstəricilərində Azərbaycan 121-ci

yerdə olsa da, xarici iqtisadi fəaliyyəti sahəsində azadlığı əks etdirən

reytinqdə 82-ci yerdədir.

Hesabatda ilk və son yerləri tutan ölkələrin iqtisadi göstəricilərinin

təhlili göstərir ki, daxili və xarici iqtisadi sferada azad iqtisadi siyasət

həyata keçirən ölkələrdə iqtisadi inkişaf digər ölkələrlə müqayisədə

dəfələrlə yüksəkdir. Məsələn xarici iqtisadi fəaliyyəti əks etdirən iqtisadi

azadlıq reytinqində birinci sırada olan Honq-Konqda adambaşına düşən

ÜDM ən axırıncı pillədə olan Zimbabveyə nisbətən 15 dəfə, Burundiyə

nisbətən isə 47 dəfə çoxdur.

Dünya ölkələrində iqtisadi azadlıq və iqtisadi inkişaf göstəriciləri Cədvəl:4*

Ölkələr

Xarici iqtisadi azadlıq

reytinqində yeri

Ümumi iqtisadi azadlıq

reytinqində yeri

İnsan inkişafı indeksi

reytinqində yeri

Orta ömür (il)

Əhalinin hər 1000 nəfərinə düşən

internet istifadəçil

əri

Adambaşına düşən ÜDM

**

Alıcılıq Qabiliyyəti

İndeksi (PPP) ilə

Orta dünya göstəricisi

ilə müqayisə

Page 170: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

170

Honq-Konq 1 1 22 82 506 30907 3.26 dəfə

çox

Sinqapur 2 2 25 79 571 29931 3.16 dəfə

çox

Lüxemburq 3 9 12 78 597 74039 7.81 dəfə

çox

İrlandiya 4 6 4 78 265 40947 4.32 dəfə

çox

BƏƏ 5 12 49 79 321 22941 2.42 dəfə

çox

Ruanda 125 121 158 44 4 2048 4.63 dəfə

az

Mərkəzi Afrika

Respub 127 121 172 39 2 1144

8.28 dəfə az

Zimbabve 128 130 151 37 63 2048 4.63 dəfə

az

Burundi 129 123 169 44 3 652 14.51 dəfə

az

*Cədvəl “Economik freedom of the world 2006” hesabatı, www.worldbank.org statistic məlumatları və Human Development Report 2006, Beyond scarcity: Power, poverty and the global water crisis. UNDP 2006. hesabatı. əsasında müəllif tərəfindən hazırlanıb.

**2005-ci ilin məlumatı

İqtisadi açıqlıq dərəcəsi ilə adambaşına düşən emaledici sənaye

məhsullarının ixracı arasında da bir əlaqə var. Bu göstəricinin yüksək

olması daha çox iqtisadi azad ölkələrdə baş verir və bu da iqtisadi

inkişafın davamlı xarakter almasında əsas rol oynayır. 2004-cü ili əks

etdirən “Economik freedom of the world” hesabatındakı araşdırmalar

onu göstərir ki, xarici iqtisadi fəaliyyəti daha çox liberal və bütövlükdə

iqtisadiyyatı azad olan ölkələrdə adambaşına düşən emaledici sənaye

məhsullarının ixracı daha yüksək səviyyədədir.

İqtisadiyyatda iqtisadi azadlıq göstərcilərini araşdıran təşkilatlardan biri

də Heritage Foundation (HF)-dir. 1995-ci ildən indiyədək hesablanan bu

göstəricilər əsasən aşağıdakı amillərə görə müəyyən edilir:

- məhkəmə və kömrük sistemində korrupsiya və hökumətdə

bürokratiya; - ticarətdə qeyri tarif metodu ilə tənzimləmə, kvotalaşdırma və

lisenziyalaşdırma; - gəlir vergisi, firmaların mənfəətindən vergi və dövlət

xərclərinin ÜDM-də xüsusi çəkisi ilə ifadə olunan dövlətin fiskal yükü; -

sığorta və bank sistemində tətbiq edilən məhdudiyyətlər; - əmək bazarının

tənzimlənməsi; - “qara bazar”ın səviyyəsi: qaçaqmalçılıq, inetelkyual

Page 171: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

171

mülkiyyətin qorunmaması və işçi qüvvəsindən qeyri leqal istifadə edilməsi; -

qanunların aliliyi, hüquq siteminin səmərəliliyi;

2007-ci ildə müəyyən edilmiş yeni metodologiyaya uyğun olaraq

iqtisadi azadlıq indeksinin ölçülməsi və ölkələrin yerinin müəyyən edilməsi

üçün bir birindən asılı olmayan 50 göstəricidən istifadə olunur ki, bunlar da

10 qrupda cəmləşdirilir:

-biznes azadlığı; -ticarət azadlığı; - monetar azadlıq, -iqtisadiyyata

dövlət müdaxiləsinin səviyyəsi; -fiskal azadlıq, - mülkiyyət hüququ, -

investisiya azadlığı, - maliyyə azadlığı, - korrupsiyadan azadlıq, - əmək

azadlığı.

Bütün bu göstəricilər birbaşa və dolayı yolla xarici iqtisadi əlaqələr

prosesinə təsir göstərir. Xarici iqtisadi əlaqələrə birbaşa təsir göstərən

amillər içərisində əsas yeri ticarət və investisiya azadlığı tutur. Ticarət

siyasətini xarakterizə etmək üçün orta kömrük tarif stavkası, qeyri tarif

məhdudiyyətləri, kömrük xidmətlərinin göstərilməsində korrupsiyanın

səviyyəsi və.s göstəricilərdən istifadə edilir. Kömrük rüsumu 2,5%-ə

bərabər və ya daha aşağı olan ölkələrdə proteksianizm lap aşağı, 7,5%-ə

qədər -aşağı, 12.5%-ə qədər - orta, 17,5%-ə qədər - yuxarı və daha yüksək

olan ölkələrdə proteksanizm lap yuxarı olduğu qiymətləndirilir. Xarici

qitisadi əlaqələr sferasına aid olan digər göstəricilər qrupu xarici

investisiyaları xarakterizə edən investisiya azadlığı göstəriciləridir. Bu

amillərə investisiyaları tənzimləyən investisiya kodeksi, xarici vətəndaşlara

bizneslə məşğul olmaq imkanları, sahələrə və şirkətlərə xarici

investisiyaların cəlb edilməsinə qoyulan məhdudiyyətlər, xarici və yerli

investorlara bərabər şəraitin yaradılması, mənfəətin geri qaytarılmasına

məhdudiyyətlər və s aiddir. Milli təhlükəsizliklə əlaqəli sahələrdən başqa

digər bütün iqtisadi sferalara xarici investisiyaların cəlb edilməsinə

məhdudiyyətlər olmayan ölkələr bu göstəricilər üzrə “azad” sayılırlar.

İqtisadiyyata investisiyaların qoyulmasına mane olan ölkələr isə daha çox

“qeyri azad” öıkələr siyahısına daxil edilirlər.

Page 172: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

172

Heritage Foundation 2007-ci il üçün iqtisadi azadlıq hesabatının təhlili

göstərir ki, xarici və daxili iqtisadi sferada liberallaşma həyata keçirən

ölkələr daha çox iqtisadi inkişafa nail olublar və əhalinin rifahı digər ölkələrə

nisbətən daha yüksəkdir.

Azərbaycanda ixracın genişlənməsinə mane olan amillərdən biri də

ixracın stimullaşdırılması həyata keçirilməməsi, bəzi hallarda ixraca süni

əngəllər yaradılmasıdır. Məsələn, ixrac üçün tələb edilən sənədlərin sayına,

ixracın müddətinə görə Azərbaycan qonşu Gürcüstan Respublikasından

xeyli geridə qalır. İxrac edilmiş malların nəqliyyat və sənədləşmə xərclərinin

yüksək olması isə ixrac edilmiş malların maya dəyərinin yüksəlməsinə

səbəb olur. (Cədvəl:5)

Azərbaycan və Gürcüstan standart malın idxalı və ixraci üçün zəruri olan prosedurların müqayisəsi

Cədvəl:5

İxrac prosedurlarının xarakteri (2008)

Müddət (gün) Xərc (ABŞ dolları)

Azərbaycan

Gürcüstan

Azərbaycan

Gürcüstan

Sənədlərin hazırlanması 28 5 150 255

Gömrük rəsmiləşdirilməsi və texniki nəzarət

7 2 250 140

Malların liman və terminallardan keçirilməsi

5 2 375 235

Daxili daşıma 8 3 2,3 750

Cəmi 48 12 3,075 1,380

İdxal prosedurlarının xarakteri (2008)

Müddət (gün) Xərc (ABŞ dolları)

Azərbaycan

Gürcüstan

Azərbaycan

Gürcüstan

Sənədlərin hazırlanması 28 8 170 255

Gömrük rəsmiləşdirilməsi və texniki nəzarət

8 2 275 150

Malların liman və terminallardan keçirilməsi

6 2 375 235

Daxili daşıma 14 2 2,600 700

Cəmi 56 14 3,420 1,340

*İFC/DB 2008.

Ümumiyyətlə, keçid iqtisadiyyatlı ölkələrin 10-15 illik təcrübəsi göstərdi

ki, bu ölkələr içərisində hansı liberal iqtisadi inkişaf modeli seçib, daxili və

xarici iqtisadi sferada liberallaşma həyata keçiribsə hazırda daha sürətli və

stabil iqtisadi inkişafa nail olub. Məsələn, postsovet respublikaları içərisində

iqtisadi liberallaşma səviyyəsinə görə biri birindən tamamilə fərqli bir

Page 173: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

173

siyasət yürüdən Estoniya və Özbəkistanın hazırkı iqtisadi vəziyyət

müqayisə olunarkən iqtisadi azadlığın və liberallaşmanın ölkədəki iqtisadi

inkişafa təsirinin nə qədər müsbət rola malik olmasını bir daha şahid olarıq.

90-cı illərin əvvəllərində SSRİ dağıldığı vaxtda Estoniyanda adambaşına

düşən ÜDM alıcılıq qabiliyyəti pariteti ilə Özbəkistandakı müvafiq

göstəricidən 4.5 dəfə çox idi. Müstəqillik əldə etdikdən sonra Estoniyada

radikal liberal iqtisadi siyasət həyata keçirildi və dünya iqtisadiyyatına

sürətli inteqrasiya olunması iqtisadi siyasətin başlıca xətti müəyyən edildi.

Əksinə Özbəkistanda dövlət iqtisadiyyatından azad bazar prinsiplərinə

əsaslanan bazar iqtisadiyyatına keçid çox ləng aparıldı və dövlətin

iqtisadiyyata sərt müdaxiləsi hazırda da davam edir. Nəticədə, bu gün heç

bir zəngin təbii sərvətləri olmayan Estoniyada əhalinin hər nəfərinə düşən

ÜDM Asiya ölkəlri içərisində ən zəngin təbii ehtiyatları malik olan

Özbəkistandan 8 dəfə çoxdur. Həmçinin beynəlxalq təşkilatların reytinq

cədvəlində əks olunmuş insan inkişafına, təhsilin və səhiyyənin

səviyyəsinə, əhalinin uzun ömürlülük göstəricisinə və digər sosial rifahı

xarakterizə edən göstəricilərə görə Estonya Özbəkistanı 70-80 pillə

qabaqlayır. Eyni qaydada daxili və xarici iqtisadi fəaliyyətdə liberallaşmanı

ləng həyata keçirən və ya tamamilə liberal iqtisadi modeldən imtina etmiş

zəngin xammal ehtiyatlarına malik Belarusiya, Ukrayna, Rusiya və

Türkmənistan kimi postsovet ölkələri açıq iqtisadi siyasət həyata keçirən

Estoniya, Latviya və Litva kimi ölkələrdən iqtisadi inkişafın bütün

göstəricilərində geri qalırlar.

Qeyd edək ki, dünyanın aparıcı təşkilatlarının müəyyən etdiyi reytinq

hər bir ölkə, əsasən də iqtisadiyyatında xarici investisiyaya daha çox

ehtiyac duyulan keçid iqtisadiyyatlı ölkələr üçün çox əhəmiyyətlidir. Xarici

şirkətlər hər hansı bir ölkə iqtisadiyyatına investisya qoyarkən beynəlxalq

təşkilatların həmin ölkə üçün qiymətləndirdiyi investisiya və biznes mühitini

əks etdirən göstəricilərə böyük önəm verirlər.

Page 174: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

174

İ.e.d. M.X.Həsənli

Fiskal ekspansiya ilə inflyasiya və istehsal arasında kəmiyyət əlaqələri

Fiskal ekspansiya ilə inflyasiya və istehsal arasında kəmiyyət

əlaqələrinin tədqiq edilməsi üçün aşağıdakı bir-biri ilə daha sıx bağlılığı

olan məsələlərin nəzəri cəhətdən araşdırılması məqsədəmüvafiqdir:

Fiskal gəlirlərin artımının pul ekspansiyasına təsiri.

Fiskal ekspansiya ilə inflyasiya əlaqələrinin tədqiqi.

Fiskal ekspapnsiya ilə istehsal əlaqələrinin tədqiqi.

İnflyasiyanın formalaşmasında monetar və qeyri-monetar

amillər.

İnflyasiyanın istehlak səbətinə uyğun bölgüsünün tədqiqi.

İstehlak qiymətlərinin inflyasiyaya təsirinin qiymətləndirilməsi.

Page 175: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

175

İnflyasiya dövründə dövlətin pul siyasəti.

Dövlət nəzarətinin inflyasiyaya təsirinin qiymətləndirilməsi.

İqtisadi ekspansiya dedikdə ilk növbədə ölkənin iqtisadi təsir

sferasının genişlənməsi, yayılması ölkənin iqtisadi fəaliyyəti ilə digər

ölkələrin bazarlarının zəbt edilməsi, resurs mənbələrinin əlavə edilməsi

vasitəsilə sıxışdırılması başa düşülür.

Məcmu xərclərin səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq milli

gəlirin istənilən artımı özünün gələcək ekspansiyasında pul təklifi

artmayana qədər, şübhəsiz ki, məhdudlaşdırıcı maneələrlə rastlaşır ki, bu

da əvvəl-axır elə bir nöqtəyə çatacaqdır ki, pulun kəmiyyəti artmayana

qədər bütün gələcək məsrəflər qeyri-səmərəli olacaqdır. Eyni zamanda,

ekspansiyanın fərdi investisiyaların və hökumət xərclərinin artırılması

vasitəsilə həyata keçirilməsi də normal hal sayılır. Bu isə öz növbəsində

multiplikativ proses vasitəsilə istehlak xərclərinin artımını stimullaşdırır.

Fərdi investisiyaların və yaxud hökumət xərclərinin əhəmiyyətli artımı bank

sistemindən borclanmanı tələb edəcəkdir və bu halda toplanmış ehtiyatların

artımı bank maliyyələşdirilməsi hesabına həyata keçiriləcəkdir. İlkin

mərhələlərdə hökumət xərclərinin artımı gəlirlər hələ aşağı səviyyədə

olduqda belə vergilər və yaxud cəmiyyətdən borclanmalar hesabına

maliyyələşdirilə bilməz. Belə bir şəraitdə hökumət bank sisteminə müraciət

etmək məcburiyyətində qalır.

Fiskal ekspansiya ilə yanaşı xarici investisiyaların böyük həcmli

axınları, dövlət təminatlı və dövlət təminatı olmadan xarici kreditlərin cəlb

olunması ilə bağlı qısamüddətli xarici kapitalın axını ehtimalı valyuta

bazarına təzyiqi daha da artırmaqla bərabər, manatın

möhkəmləndirilməsini də şərtləndirə bilər.

Əksər hallarda inflyasiyanı mövcud əmtəə kütləsi şəraitində

həddindən artıq çox pul kimi şərh edirlər. Lakin inflyasiya daha mürəkkəb

bir proses nəticəsində baş verir. Hər şeydən əvvəl inflyasiya qiymətlərin

ümumi səviyyəsinin davamlı artımıdır. Əmtəələrin ayrı-ayrı növlərinin

Page 176: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

176

qiymətləri daha sürətlə arta bilərlər. Əgər bəzi növ əmtəələrin qiymətlərinin

artımı digər əmtəələrin qiymətlərinin aşağı enməsi ilə müşayiət olunarsa,

bu, qiymətlərin ümumi səviyyəsinin dəyişilməz qalması ilə nəticələnə bilər.

Beləliklə, inflyasiya – kifayət qədər uzun müddət ərzində mövcud olmuş

əvvəlki normal səviyyəyə nisbətən qiymətlərin səviyyəsinin yüksəlməsini

göstərir.

Başqa sözlə desək inflyasiya - pul tədavülü kanallarının alıcılıq

qabiliyyəti getdikcə aşağı düşən kağız pullarla dolması, təbii təzahür

forması isə qiymətlərin artımıdır. İnflyasiyanın ilkin əlamətləri pulların geniş

yayılması ilə təzahür etməyə başlamışdır. İnflyasion proseslər, adətən pul

kütləsinin dövriyyədə kəskin artımı müşayiət edildikdə özünü daha qabarıq

göstərir.

XVI əsrdə Qərbi Avropada qiymətlərin ümumi səviyyəsinin

yüksəlməsi ilə nəticələnən qiymətlərin artım səviyyəsinin orta illik tempi 1-

2% təşkil edirdi. O dövrdə inflyasiyanın bu səviyyəsi uzun müddət davam

etmişdir.

Bundan əlavə dövlətin əmtəə-pul münasibətləri sferasına müdaxiləsi

səviyyəsindən asılı olaraq inflyasiya açıq formada da baş verə bilər. Bu

zaman inflyasion proseslər qiymətlərin ümumi səviyyəsinin müvafiq artımı

formasında təzahür edir. Gizli formada isə qiymətlər dövlət tərəfindən

müəyyənləşdirilir və nisbətən stabil səviyyədə saxlanılır. Belə bir şəraitdə

inflyasiya özünü əmtəə qıtlığı və məhsulların keyfiyyətinin aşağı düşməsi

formasında göstərir.

Dövlətin inflyasiya proseslərini idarə etməsi səviyyəsindən asılı olaraq

idarə edilən və idarə olunmayan inflyasiyanı fərqləndirmək lazımdır. Əhatə

dairəsindən asılı olaraq isə inflyasiya regional, milli və dünya inflyasiyasına

bölünür. Ölkə iqtisadiyyatının qiymətlərin artım tempinə uyğunlaşma

səviyyəsindən asılı olaraq balanslaşdırılmış və qeyri-balanslaşdırılmış

inflyasiya mövcuddur. Balanslaşdırılmış inflyasiya şəraitində qiymətlər digər

makroiqtisadi göstəricilərin dəyişikliklərinə müvafiq olaraq az və stabil

Page 177: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

177

surətdə artır. Qeyri-balanslaşdırılmış inflyasiya şəraitində isə iqtisadiyyat

dəyişilən şəraitlərə uyğunlaşa bilmir.

Hal-hazırda beynəlxalq aləmdə inflyasiyanın təbiətini və yaranma

səbəblərini aydınlaşdırmağa cəhd edən çoxlu nəzəriyyələr mövcuddur.

Bunlardan siyasi və iqtisadi nəzəriyyələri xüsusilə qeyd etmək lazımdır.

İqtisadi nəzəriyyələr özləri də pul nəzəriyyəsinə və qeyri-pul nəzəriyyəsinə

bölünür. Siyasi nəzəriyyələr inflyasiyanın yaranma səbəblərini

müharibələr, milliləşdirmə amillərlə əlaqələndirirlər.

İnflyasiya mürəkkəb iqtisadi prosesdir və müxtəlif formalarda özünü

biruzə verir. Hazırda inflyasiyanın aşağıdakı növlərini fərqləndirmək olar:

Tələb inflyasiyaı;

Xərc inflyasiyası

Qeyri-pul nəzəriyyələri içərisində biz təklif nəzəriyyəsinə daxil olan

xərc inflyasiyası nəzəriyyəsini nəzərdən keçirək.

Sənayecə daha sürətlə inkişaf etməkdə olan ölkələrdə əmək haqqı

istehsal məsrəflərinin əhəmiyyətli hissəsini təşkil edir. Lakin buna

baxmayaraq bunu inflyasion prosesin güclənməsinə şərait yaradan asas

amil hesab etmək olmaz. Daha dəqiq desək, əmək haqqı inflyasion

proseslərin güclənməsinə dolayısı ilə təsir göstərə bilər. Belə ki, müəssisə

və təşkilatlar istehsalı genişləndirdikdə əmək haqqının səviyyəsi də artır ki,

bu da öz növbəsində qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Bu zaman

inflyasiyanın səviyyəsi yüksəlməyə başlayır, çünki, işçilər öz əmək

haqlarının artırılmasını tələb edirlər. Bu vəziyyəti əmək haqqı-qiymətlər

arasında zəncirvari əlaqə də adlandırırlar. Belə bir şəraitdə, yəni əmək

haqqı sürətlə artmağa başladıqda bu prosesi nəzarətdə saxlamaq çox çətin

olur və antiinflyasion siyasət cəmiyyətdə yaxşı qarşılanmayan bir tədbirə –

əmək haqlarının dondurulmasına da gətirib çıxara bilər.

İndi isə belə bir şəraitin yaranması mexanizmini açıqlamağa çalışaq.

Dayanıqlı inflyasiyanın yaranmasının ilkin amili kimi məcmu tələbin artması

çıxış edir. Bu zaman məcmu tələb iqtisadiyyatın istehsal imkanlarından

Page 178: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

178

artıq olur. Məcmu tələbin bu cür artımı ilkin dövrlərdə əmtəə və xidmətlərin

satış həcminin artması formasında özünü göstərir. Satışın həcminin

artması ilə əlaqədar olaraq müəssisə və təşkilatların ehtiyatları

məhdudlaşmağa başlayır. Müəssisə və təşkilatlar belə bir vəziyyətə

istehsalın genişləndirilməsi və istehsal proseslərinin sürətləndirilməsinə

daha çox diqqət verirlər. Qiymətlər deyil, istehsalın həcmi qısa müddətli

dövrlərdə tələbin dəyişilməsinə uyğunlaşdırılır. Bu hal ona görə baş verir

ki, əvvəla, müəssisə və təşkilatlar ilk dövrlərdə tələbin artmasının daimi ya

müvəqqəti hal olduğunu müəyyənləşdirə bilmirlər. Qiymətlərin yenidən

nəzərdən keçirilməsi isə kifayət qədər mürəkkəb bir proses olduğu üçün,

qiymətlər adətən, müqavilələr əsasında təyin edilir, üçüncüsü isə istehsalın

inhisarçılığı şəraitində qiymətlərin dəyişdirilməsi bazar münasibətləri

sisteminin pozulmasına gətirib çıxarır.

Əgər istehsal amillərinə olan tələb ardıcıl olaraq artmaqda davam

edərsə, nəticədə onların qiymətlərinin səviyyəsi də yüksəlməyə başlayır.

Əməyin və istehsal amillərinin qiymətləri tələbin artmasına daha həssas

olduğu üçün istehsal amillərinin qiymətlərinin yüksəlməsi məsrəflərin

artmasına səbəb olur ki, bu da öz növbəsində hazır məhsulun qiymətinin

artması ilə nəticələnir ki, bu zaman inflyasiya özünü biruzə verməyə

başlayır. Tələbin ilkin artması ilə qiymətlərin səviyyəsinin yüksəlməsi

arasında bir əlaqə mövcuddur. Bu mərhələ qiymətlərin uyğunlaşdırılması

mərhələsi adlanır və bir neçə ay ərzində davam edə bilər. İstehsal

amillərinin qiymətləri qalxmağa başlayan kimi digər iki amil də özünü

göstərir. Bu vəziyyət hazır məhsulların qiymətlərindən istehsal amillərinə

istiqamətlənən əks əlaqədir. Nətəicədə isə inflyasion proseslər güclənir

və onu nəzarətdə saxlamaq qeyri-mümkün olur.

Antiinflyasiya siyasəti özündə inflyasiyanın azaldılmasına

istiqamətlənən dövlət tənzimlənməsi alətlərinin məcmusunu birləşdirir.

Hazırda antiinflyasion siyasətin keynsçilik və monetarist istiqaməti

formalaşdırılmışdır.

Page 179: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

179

Keynsçilik antiinflyasiya siyasətinin mahiyyəti özəl müəssisə və

təşkilatlara iri dövlət sifarişlərinin verilməsi vasitəsilə səmərəli tələbin

yaradılmasındadır. Multiplikativ effektin təsirindən iqtisadiyyat depressiya

vəziyyətindən çıxır, işsizlik azalır. Buna paralel olaraq uzuc kredit üçün də

şərait yaranır. Bu tədbirlərin nəticəsində məcmu təklifin həcmi artır,

qiymətlərin səviyyəsi enir, inflyasiya isə aşağı düşür. Bu siyasətin

nəticəsində büdcə kəsiri artır. Lakin bu kəsiri əlavə pul emissiyası ilə

aradan qaldırmaq olmaz. Əks halda inflyasiya yenidən sürətlənə bilər. Bu

vəziyyətdə dövlət istiqrazlarından istifadə etmək daha məqsədəmüvafiqdir.

Onların ödənilməsinə isə sonralar, artıq iqtsiadiyyat stabilləşdikdən sonra

da başlamaq olar.

İnflyasiya ilə mübarizə alətlərindən biri olan pul siyasətinin tətbiqi

birtərəfli və təhlükəlidir. Belə ki, inflyasiya probleminin həlli sistemli

yanaşma tələb edir. İnflyasiya yaradan amillər xarakterinə görə monetar,

yəni ənənəvi və şok yaradan qeyri-monetar amillərə bölünür. Dünya

təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına malik olan inkişaf etmiş

dövlətlərdə infilyasiya proseslərinin fəallaşmasında monetar amillərin,

inkişaf etməkdə olan dövlətlərdə isə qeyri-monetar amillərin rolu yüksək

olur. Azərbaycanın da inkişaf etməkdə olan ölkə olduğunu nəzərə alsaq,

onda yaxın və orta müddətli dövrdə antiinfilyasiya nöqteyi nəzərindən

tənzimlənmə siyasətinin aparıcı xəttinin qeyri-monetar amillər üzərində

qurulması vacibdir. Lakin, bu heç də monetar sahənin antiinfilyasiya

istiqamətində nəzərdə tutulan tənzimlənmə predmetindən kənarda

qalmasına gətirib çıxarmamalıdır.

Monetaristlərin fikrinə görə, inflyasiya sırf pul fenomenidir və dövlətin

iqtisadi sferaya düşünülməmiş müdaxiləsinin nəticəsində meydana gəlir.

Monetaristlərə görə, məcmu təklifin artırılması əlavə dövlət investisiyaları

ilə stimullaşdırılmamalıdır. Monetaristlər bu zaman özəlləşdirmə, pul

kütləsinin kəskin məhdudlaşdırılması, sosial prqramların ixtisarı hesabına

büdcənin balanlaşdırılması, sahibkarlığın vergi stimullaşdırılması kimi

Page 180: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

180

vasitələrdən istifadə etməyi məsləhət görürlər. Bunlara paralel olaraq,

monetaristlər, eyni zamanda məcmu tələbi ixtisar etməyi, əmək haqlarını

dondurmağı, ayrı-ayrı əhali təbəqələrinə təyin edilmiş güzəştləri və transfert

ödəməliri azaltmağı təklif edirlər.

Keynsçilərdən fərqli olaraq monetaristlər ucuz deyil, daha bahalı

kreditlər təklif edirlər. Buna görə də zəif müəssisələr üçün kredit almaq

əlçatmaz olur və onlar müflisləşirlər. Güclü müəssisələri isə aşağı vergi

dərəcələri ilə həvəsləndirmək təklif edilir. Aydındır ki, bu təkliflərin tətbiqi

əhalinin əsas hissəsinin maddi rifahına pis təsir göstərəcəkdir. Tələbin

azalması istehsalın kəskin tənəzzülünü stimullaşdıra bilər, işsizliyin

səviyyəsi isə yüksələr.

İngilis iqtsiadçısı A.Fillips demək olar ki, müəyyən bir dövr ərzində

işsizlik səviyyəsi ilə əmək haqqı arasında qarşılıqlı əlaqəni təhlil edərək

belə bir qənaətə gəlmişdir ki, işsizliyin elə bir səviyyəsi (6-7%) mövcuddur

ki, bu zaman əmək haqqının səviyyəsi sabit qalır. İşsizliyin səviyyəsinin

həmin həddən aşağı düşməsi əmək haqqının və qiymətlərin tez bir

zamanda artması ilə nəticələnir. Yaxud əksinə, işsizlik ardığı zaman əmək

haqqının artımı zəifləyir. Yəni işsizliyin daha yüksək səviyyəsinə nisbətən

aşağı səviyyəli inflyasiya uyğun gəlir. Bunlar arasında qeyri-xətti əlaqə

mövcuddur. Belə ki, işsizliyin azaldılması və getdikcə onun səviyyəsinin

aşağı düşməsi baş verdikdə inflyasiyanın səviyyəsi daha yüksək templə

yüksəlir:

Rəa = Qat – Ə /İs – İt/

Burada,

Rəa – gələcək dövrdə real əmək haqqının artımı;

Qat- qiymətlərin səviyyəsinin artımının gözlənilən tempini;

Ə – real əmək haqqının işsizliyin konkret səviyyəsinə

reaksiyasını müəyyənləşdirən əmsalı;

İc - cari dövrdə işsizlik səviyyəsini;

İt – işsizliyin təbii səviyyəsini əks etdirir.

Page 181: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

181

İşsizliyin yalnız təbii səviyyəsi uzunmüddətli iqtisadi tarazlıqla uzlaşır.

Əlbəttə ki, işsizliyin səviyyəsini real əmək haqqının inflyasion azaldılması

yolu ilə təbii səviyyədən aşağı salmaq mümkündür. Bu zaman müəssisə və

təşkilatlar az maaşla daha çox işçi işlətmək imkanına malik olacaqlar. Belə

bir şəraitdə qısamüddətli zaman intervalında işçilərin qiymət gözləmələri

inflyasiyanın həqiqi tempilərindən geri qalacaq və inflyasiya real əmək

haqqını aşağı salacaqdır. Lakin bu vəziyyət uzun müddət davam edə

bilməz, çünki, davamlı inflyasiya daimi olaraq işsizliyin səviyyəsini azaldır.

Müxtəlif dövrlərdə artıq işçilər anlamağa başlayırlar ki, qiymətlər

gözlənildiyindən daha sürətlə artır və onlar öz əmək haqlarının artırılmasını

tələb etməyə başlayacaqlar və artıq real əmək haqqının azaldılmasını

hissə-hissə məhdudlaşdıracaqlar. İnflyasiyanın gözlənilən tempi həqiqi

templə bərabərləşəcək, qiymətlər qalxacaq, nominal əmək haqqı isə real

əmək haqqını inflyasiyaya qədərki səviyyədə saxlamaq məqsədilə sürətlə

artacaqdır. Buna görə də müəssisə və təşkilatlar yeni iş yerləri açmaqdan

imtina edəcəklər və işsizlik yenə də təbii səviyyəyə enəcəkdir. Nəticədə isə

uzunmüddətli dövrdə inflyasiya ilə işsizlik arasındakı qarşılıqlı əlaqə yox

olacaqdır.

Tələb inflyasiyasını çox zaman az əmtəə təklifinə qarşı çoxlu pul kimi

müəyyənləşdirirlər, yəni, məcmu tələbin artması ilə əlaqədar olaraq

qiymətlərin davamlı yüksəlməsi baş verir. Qiymətlərin qalxması real pul

təklifinin azalmasına gətirib çıxarır. Bu isə öz növbəsində insanları faiz

gətirən aktivləri likvidləşdirməyə məcbur edir. Nəticədə faiz dərəcələri

yüksəlir, faiz dərəcələrinin yüksəlməsi investisiya aktivliyini azaldır.

İnvestisiya fəallığının azalması qiymətlərin artımı kəsilənə qədər davam

edir. Əgər iqtisadiyyat iqtisadi artımın aşağı, hətta sıfır templəri ilə

xarakterizə edilərsə, bu zaman ümumi həyat səviyyəsinin yüksəlməsi baş

verməyəcəkdir. Belə ki, qiymətlərin səviyyəsinin qalxması nominal şəxsi

gəlirlərin də ən azı bu səviyyədə artırılmasını tələb edəcəkdir.

Page 182: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

182

İnflyasiyanın səbəb olduğu gəlirlərin yenidən bölgüsü bir neçə

istiqamətdə həyata keçirilir. İlk növbədə stabil aylıq gəlirlərə malik olan

insalran itkiyə məruz qalırlar. Belə ki, inflyasiya şəraitində daimi nominal

gəlirlərin saxlanıldığı şəraitdə real gəlirlər azalır. İndeksasiya edilmiş gəlirlər

alan insanlar inflyasiyadan öz gəlirlərinin ölkədə qiymətlərin ümumi

artımına uyğunluğu dərəcəsində müdafiə olunmuş olurlar. İnflyasiya

qiymətlərin ümumi artımından daha sürətlə artan əmtəələrin istehsalı və

satışı ilə məşğul olanların real gəlirlərinin artmasına səbəb olur. Adətən,

inflyasiyadan daha çox daşınmaz əmlak, zinət əşyaları mülkiyyətçiləri

müdafiə olunmuş olurlar. Bir qayda olaraq bu sərvətlərin qiymətlərinin

artımı inflyasiya tempindən geri qalmır, hətta onu qabaqlayır. İnflyasiya

vergiyə cəlbetmənin proqressiv sistemi üzrə şəxsi gəlirləri də azalda bilər.

Təcrübə göstərir ki, qeydə alınmış faiz dərəcəsi üzrə inflyasiyadan

kreditorlar itirir, borcalanlar isə qazanırlar. Eyni zamanda ölkənin tədiyə

balansının pisləşməsinə və bir sıra sosial-iqtisadi problemlərin

yaranmasına səbəb olur. Əgər ölkə kifayət qədər yüksək inflyasiya

səviyyəsi ilə üzləşmişsə, onun ixracının rəqabətqabiliyyətliliyi də pisləşir,

eyni zamanda, idxal edilmiş malların qiymətləri Milli məhsullardan uzuc

olur. Nəticədə isə ixrac azalır, idxal isə artır. Daha stabil xarici valyutalara

tələb yüksəlir, kapitalın xaricə axını sürtələnir.

İnflyasiya ilə mübarizə aparmaq üçün əlavə resurslar cəlb etmək

lazımdır. Müəssisə və təşkilatlar inflyasiya ilə əlaqədar meydana çıxmış

qeyri-müəyyənlik amillərinin meydana çıxardığı özünəməxsus problemlərin

həll edilməsi üçün əlavə mütəxəssislərin cəlb edilməsi məcburiyyətində

qalırlar. İnflyasiyanın yüksəlməsi ilə bu problemlər daha da kəskinləşir.

Hiper inflyasiya baş verdikdə isə bazar sistemi əsaslı təhlükə qarşısında

qalır. Müəssisə və təşkilatlar öz xərclərini ödəmək məqsədilə ardıcıl olaraq

öz məhsullarının qiymətlərini artırmaq məcburiyyətində olurlar.

Vətəndaşların əmanətlərə marağı olmur, bu isə normal investisiyalaşdırma

prosesinə mənfi təsir göstərir.

Page 183: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

183

Təcrübə göstərir ki, ümumi inflyasiya təzyiqini təkcə monetar

metodlar vasitəsilə uzunmüddət nəzarətdə saxlamaq da qeyri-mümkündür.

İnflyasiyaya nəzarət etmək üçün birinci növbədə əhəmiyyətli büdcə artıqlığı

yaratmaq lazımdır. Hökumət səmərəsiz xərcləri, xüsusən də idarəetmə

xərclərini mümkün qədər azaltmalıdır. Güclü inflyasiya təzyiqi şəraitində

vergilərin azaldılması məqsədəmüvafiq deyildir. İstehlak kreditlərini

məhdudlaşdırmaq, əmanət istiqrazlarının satışı tədbirlərini gücləndirmək

lazımdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində qiymət nəzarətindən və

rasionallaşdırmadan məhdud şəkildə istifadə edilməsi məqsədəmüvafiqdir.

İnflyasiya üzərində nəzarətdə əsas vasitələrdən biri də hökumət gəlirlərinin

onun xərclərini üstələməsidir. Hökumətin cəmiyyətdən əldə etdiyi pulun

miqdarı onun cəmiyyət üçün xərclədiyini üstələməsi fərdi xərclərin

azalmasına səbəb olur.

Adətən, əhalinin aztəminatlı təbəqələrinin real gəlirlərinin demək olar

ki, əsas hissəsi zəruri tələbat mallarının alınmasına və kommunal

xərclərinin ödənilməsinə sərf edilir. Bu məhsulların qiymətləri isə müxtəlif

obyektiv və subyektiv səbəblərdən arta bilər. Belə şəraitdə hökumətin

aztəminatlı təbəqələrinə maliyyə yardımının göstərilməsi üzrə həyata

keçirdiyi sosial tədbirlər, sözsüz ki, vacibdir, lakin onlar mövcud problemi

birdəfəlik həll etmək iqtidarında deyildirlər. Bir qayda olaraq, inflyasiyadan

bütün ölkə vətəndaşları əziyyət çəkirlər. Uzun və orta müddətli kreditləri

aşağı faizlərlə verən kreditorların da belə şəraitdə risk ehtimalı xeyli artır.

İnflyasiyanın yaranmasının ilkin səbəblərindən əsası pul kütləsi ilə

əmtəələrin həcmi arasında bərabərliyin pozulmasıdır. Belə bir vəziyyət həm

istehsalın həcminin kəskin surətdə azalmasından, həm də dövlətin öz çap

aparatını işə salması yolu ilə borclarını ödəmək istəyinə cəhd etməsi ilə

əlaqədar olaraq yarana bilər. Adətən, qiymətlərin artımı ilə müşayiət edilən

inflyasiyanı, sıçrayışlı inflyasiyanı və hiperinflyasiyanı fərqləndirirlər.

İnflyasiya baş verdikdə artıq pullar öz funksiyalarını tam yerinə yetirə

bilmirlər. Müəssisələr ödəmə vasitəsi kimi kağız pulları qəbul etməkdən

Page 184: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

184

imtina edirlər, çünki, onların alınması və istifadəsi ərzindəki qısa vaxt

müddətində pulların dəyərsizlişməsi prosesi baş verir. Beləliklə, iqtisadiyyat

az səmərəli barterə meyl edir. İnsanlar artıq belə pulları əmanət şəklində

istifadə etmək istəmirlər. Yaranmış çaşqınlıq investisiya qoyuluşlarının

həcminə, istehsalın bərpasına mane olur.

Nəzarətin zəif olması səbəbindən də əmələ gələn qiymət

inflyasiyasından pul və maliyyə siyasəti vasitəsilə istehsalı

məhdudlaşdırmadan yayınmaq olar. Lakin bu kimi maliyyə tədbirləri və ya

kredit məhdudiyyəti qiymətlər üzərində səmərəli nəzarətə nisbətən istehsal

üçün daha ağır fəsadlara səbəb ola bilən gəlirin kəskin deflyasiyasını

yarada bilər.

İnflyasiya, adətən, əhalinin həyat səviyyəsinin dəyişməsini özündə

əks etdirən istehlak qiymətləri indeksi (İQİ) ilə ölçülür. İQİ özündə qiymət

dəyişilməsinin ölçüsünü göstərir. İQİ bir qayda olaraq müəyyən müddət

ərzində orta statistik şəhərlinin əmtəə və xidmətlərin alınmasına sərf etdiyi

«istehlak səbəti» ilə ölçülür. Lakin inflyasiyanın hesablanmasına belə

yanaşmanın mənfi tərəfləri vardır. Belə ki, istehlak səbətinə daxil edilən bu

və ya digər növ əmtəə və xidmətlərə olan tələbat vaxt keçdikcə dəyişir.

Bəzi məhsullar və xidmətlərə tələb azaldığı halda, bu siyahıya yeni məhsul

və xidmətləri əlavə etmək lazım gəlir.

İQİ müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin

dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin

dəyişməsini əks etdirir. Beləliklə, İQİ-əhali tərəfindən alınan əmtəə və

xidmətlərin istehlak səbətinin dəyərinin dəyişməsini xarakterizə edən nisbi

göstəricidir. İQİ başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət

dinamikasını müəyyənləşdirməkdən ibarətdir.

Yüksək inflyasiya yalnız maliyyə sisteminə deyil, bütövlükdə

cəmiyyətin iqtisadi sisteminə neqativ təsir göstərən, ən ağrılı və təhlükəli

proseslərdən hesab olunur. Bu və ya digər formada o praktiki olaraq bütün

dünya ölkələrinin iqtisadiyyatında özünəməxsus tərzdə fəaliyyətdədir.

Page 185: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

185

İnflyasiyanın yüksək olmayan və idarə edilə bilən səviyyəsi heç də təhlükəli

hesab olunmur. Son illərin dinamikası göstərir ki, ölkəmizdə inflyasiya

prosesləri təhlükəli həddə yaxınlaşmağa doğru inkişaf etməkdədir. Bu isə

ciddi neqativ proseslərə, yəni istehlakçıların real xərclərinin artmasına,

yığımlarının dəyərsizləşməsinə, istehsalçıların keyfiyyətli məhsul

istehsalına olan maraqlarının azalmasına təkan verə bilər. İnflyasiyanın

mənfi nəticələrindən biri də investorların istehsal yönümlü xərclərinin

artırılmasına olan maraqlarının azalmasıdır.

Belə bir vəziyyətdə inflyasiyanın qarşısını almaq üçün ilk növbədə

onun mahiyyətini dərk etmək, sərhədlərini və miqyaslarını

müəyyənləşdirmək və onu genişləndirən mexanizm və amilləri aşkara

çıxarmaq zəruridir. İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin

ölçülməsi üçün istifadə olunan qiymətləri indeksi (İQİ) istehlak bölməsində

infilyasiyanın səviyyəsini xarakterizə edir və milli hesablar sisteminin

göstəricilərinin müəyyənləşdirilməsində ümumi daxili məhsulun son

istifadəsinin ən mühüm komponentlərindən olan ev təsərrüfatlarının son

istehlakına çəkilən xərclərin sabit qiymətlərlə hesablanmasında, eləcə də

əhlinin gəlirlərinin və əmanətlərinin indesləşdirilməsində istifadə olunur.

İQİ-ni tətbiq etməklə bir sıra məhsul, iş və xidmətlərin qiymətlərini

qruplaşdırmaqla və bir rəqəmlə bütün qiymət dəyişikliklərini ifadə etmək

mümkündür. İQİ özündə qiymət dəyişilməsinin ölçüsünü göstərir. Bu indeks

vasitəsilə əhalinin adətən istehlak etdiyi əmtəə və xidmətlərin qiymət

dəyişikliyi ölçülürr. Çünki, İQİ müəyyən dövr ərzində istehlak edilən malların

və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərjlərinin ümumi

məbləğinin dəyişməsini əks etdirir. Beləliklə, İQİ-əhali tərəfindən alınan

əmtəə və xidmətlərin istehlak səbətinin dəyərinin dəyişməsini xarakterizə

edən nisbi göstəricidir.

İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət

dinamikasını müəyyənləşdirməkdən ibarətdir. İQİ Laspeyres düsturu ilə

hesablanır. İndeksin hesablanmasında clkənin milli xüsusiyyətlərini nəzərə

Page 186: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

186

alan reprezentativ (təmsilçi) mal və xidmət qrupları üzrə toplanmış qiymət

və tariflərdən istifadə edilir. İstehlak qiymətləri indeksi tərtib edilərkən ev

təsərrüfatlarının büdcə müayinələri əsasında bazis dövründə əhalinin

müəyyənləşdirilən faktiki istehlak xərclərinin strukturu tərəzi rolunu oynayır.

Bu indeksin formalaşmasında insanların istehlakında daha çox

üstünlük təşkil edən başlıca ərzaq məhsullarının və xidmətlərin qiymətinin

dəyişməsi mühüm rol oynayır. Azərbaycan Dövlət Statistika Komitəsinin

tətbiq etdiyi metodikaya görə, İQİ çoxlu sayda müxtəlif adda məhsul və

xidmətdən ibarət olan bazar zənbili əsasında formalaşır. Bunun vasitəsilə

orta istehlakçının hər bir məhsul istehlakına nə qədər vəsait xərclədiyi

müəyyənləşdirilir.

Bu metodikada bazar zənbilinə daxil olan məhsul və xidmətlərin

kəmiyyəti fərqli miqdarda olur. Bir çox hallarda bu səbətə daxil olan məhsul

və xidmətlərin sayını artıraraq 400-dən 585-ə çatdırmaqla uzun illər qiyməti

sabit qalan, həmçinin son zamanlar qiymətləri ucuzlaşan məhsul və

xidmətlərin bu səbətə daxil olunması yolu ilə istehlak səbətinin orta

dəyərinin dinamikasının aşağıya doğru meyllənməsinə nail olmaq

mümkündür. Belə ki, bu səbətə ildən ilə ucuzlaşan kompüter avadanlığının,

musiqi alətlərinin, mobil telefonların da daxil olması nəticəsində İQİ

səviyyəsinin artımını ən pis halda neytrallaşdırır. Halbuki, bu tip məhsullar

bir çox istehlakçıların zəruri istehlakına daxil deyil və fikrimizcə bu yolla

inflyasiyanın səviyyəsinin aşağı olması təsəvvürünü yaradır.

Lakin müşahidələr göstərir ki, inflyasiyanın səviyyəsi getdikcə az da

olsa artıma doğru meyllidir. Büdcədə nəzərə alınan əlavə gəlirlərin

hesabına onun xərc hissəsinin artırılması nəticəsində inflyasiya yaradan

amillərin fəallaşacağı mümkündür və bunun qarşısını almaq məqsədi ilə

hökumətin atacağı addımlar əvvəlcədən dəqiqləşdirilməlidir. Əks tədqirdə

ilin sonunda inflyasiyanın iki rəqəmli ədədlə ifadə olunacağı mümkün ola

bilər. İnflyasiya yaradan amillər xarakterinə görə ənənəvi (monetar) və şok

yaradan (qeyri-monetar) amillərə bölünür. Dünya təcrübəsi göstərir ki,

Page 187: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

187

bazar iqtisadiyyatına malik olan inkişaf etmiş dövlətlərdə inflyasiya

proseslərinin fəallaşmasında monetar amillərin, inkişaf etməkdə olan

dövlətlərdə isə qeyri-monetar amillərin rolu yüksək olur. Azərbaycanın da

inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkə olduğunu nəzərə alsaq, onda

yaxın və orta müddətli dövrdə antiinflyasiya nöqteyi nəzərindən

tənzimlənmə siyasətinin aparıcı xəttinin qeyri-monetar amillər üzərində

qurulması vacibdir. Lakin, bu heç də monetar sahənin antiinflyasiya

istiqamətində nəzərdə tutulan tənzimlənmə predmetindən kənarda

qalmasına gətirib çıxarmamalıdır.

Xərc inflyasiyasını stimullaşdıran son hökumət qərarları ilə işığın,

qazın, suyun qiymət artımının inflyasiyaya təsiri iki tərəfli olduğundan, həm

istehlak xərclərini çoxaltdığından və həm də xərc elementi kimi maya

dəyərini bahalaşdırdığından inflyasiyanın səviyyəsinin yüksəlməsi mümkün

olduğu üçün sosial vəziyyəti nəzərə almaq məqsədəmüvafiqdir.

Qeyd edək ki, gömrük rüsumlarının, vergi dərəcələrinin və məcburi

sosial ödənişlərin artımı da xərc inflyasiyasının fəallaşmasında əhəmiyyətli

rol oynayır. Ölkəmizdə bu sahədə hökumətin apardığı siyasət

təqdirəlayiqdir. Son illərdə vergi yükünün və vergi dərəcələrinin aşağı

salınması buna əyani sübutdur.

Beynəlxalq təcrübədən məlumdur ki, istehsalda, ticarətdə və idxal-

ixrac əməliyyatlarında mövcud olan inhisarçılığın qiymət artırıcı təsiri

inflyasiya yaratmaq effektinə görə yuxarıda sadalanan amillərdən heç də

geri qalmır.

İdxal əməliyyatlarında mövcud olan inhisarçılığın inflyasiyaya təsir

gücünün qiymətləndirilməsi məqsədilə aparılan monitorinqin nəticələri

göstərdi ki, süni qiymət şişirdilmələrinin inflyasiya yaradan təsiri xeyli

güclüdür. İstehlak mallarının ölkəyə gətirilməsi ilə məşğul olan bəzi

inhisarçı şirkətlər iqtisadi normadan dəfələrlə çox mənfəət əldə edərək, bir

tərəfdən gizli iqtisadiyyatın çiçəklənməsinə xidmət, digər tərəfdən isə

qiymətlərin yüksək həddə saxlanılmasına nail olurlar.

Page 188: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

188

Denominasiya ilə əlaqədar olaraq aparılan qiymət

yuvarlaqlaşdırmasının yuxarıya doğru istiqamətlənməsi nəticəsində baş

verir. Ümumi inflyasiya səviyyəsində bu amilin iştirak payı ilin əvvəlində

qısa müddətli dövrdə yüksək olsa da sonradan kəskin sürətlə aşağı düşüb

və hazırda demək olar ki, mənfi təsiri yoxdur.

Bəzi obyektiv səbəblərdən son illər ərzində inflyasiyanın dinamik

xarakter alması səbəbindən istehlakçıların gəlirlərinin dəyərsizləşməsi

fonunda xərclərinin nəzərə çarpacaq dərəcədə artımı, yeni dövriyyəyə

buraxılan Azərbaycan manatının etibarlılıq dərəcəsinin kövrək səviyyədə

olması, ötən ilin sentyabrında manatın məzənnəsində qəflətən

revalvasiyanın fəsadları, dünya bazarında bəzi istehlak mallarının kəskin

bahalaşmanın qeydə alınması, neft gəlirlərinin ölkəyə daxil olması tempinin

sürətlənməsi nəticəsində daxili bazarda valyuta təzyiqinin yüksəlməsi

inflyasiyanın yüksələcəyi ilə bağlı rasional gözləntiləri çoxaltmışdır. Bu isə

inflyasiya yaradıcı psixoloji amillər fəallaşma riskini artırır və yuxarıda

sadalanan hər-hansı bir faktorun gözlənilmədən aktivləşəcəyi zamanında

ajiotaj effektini mümkün edir.

İnflyasiya proseslərinin ölçülməsi məqsədilə aparılan korrelyasiya-

reqresiya təhlili və onun ekonometrik şərhi göstərir ki, Respublikamızda

inflyasiya proseslərinin inkişafında qeyri-monetar amillər daha fəaldır. Son

dövrlərdə bu tendensiyada cüzi dəyişikliklər olsa da yaxın və orta müddətli

dövrdə qeyri-monetar amillərin təsir dərəcəsinin yüksək olaraq qalması

şübhə doğurmur. Odur ki, iyunun 1-nə olan son statistik məlumatlara görə,

cəmi amillərin tərkibində qeyri-monetar amillərin payı 69 faizdir. Müqayisə

üçün qeyd edək ki, 2006-cı ilin 5 ayı (yanvar-aprel ayları) üzrə müvafiq

göstərici 79 faiz təşkil etmişdi. Aprel ayı ilə müqayisədə may ayı üzrə

monetar amillərin fəallaşmasının əsas səbəbi pul kütləsinin keçən ilin

yanvar-may ayları üzrə 15 faiz artması olub. Bu özündən əvvəlki dövrlə

(yanvar-aprel ayları üzrə) müqayisədə 6,7 faiz çoxdur.

Page 189: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

189

Korrelyasiya-reqresiya təhlilinin tətbiqi inflyasiya proseslərində

monetar və qeyri monetar amillərin rolunun real qiymətləndirilməsinə imkan

verir. Milli Bank son zamanlar antiinflyasiya siyasətini başlıca olaraq pul

kütləsinin tənzimlənməsi və milli valyutanın xarici təzyiqlərdən

sığortalanması istiqamətində qurmaqdadır. Pul kütləsinin tənzimlənməsinin

kölgə iqtisadiyyatının nisbətən yüksək səviyyəsi və qiymətli kağızlar

bazarının zəif inkişafı şəraitində aparılması Milli Bankın antiinflyasiya

istiqamətində fəaliyyətini çətinləşdirərək, onun nəticələrinin səmərəliliyini

azaltmaqdadır. Bu ekzogen amillərin təsiri nəticəsində hökumətin apardığı

tənzimləmə əməliyyatlarının gizli pul axınlarına təsirsiz qalması monetar

tənzimləmə alətlərinin antiinflyasiya effektini xeyli aşağı salır. Görülən

məqsədyönlü tədbirlər nəticəsində neft gəlirləri hesabına əldə edilən

valyuta gəlirlərinin dövlət depozitləri vasitəsilə sterilizasiyası, yəni pul

bazasının artan hissəsinin neytrallaşdırılması və gələcəkdə gözlənilən

böyük neft pullarının idarə olunması istiqamətində təcrübə əldə etmək də

mümkündür.

Hazırda Azərbaycanda yuxarıda sadalanan inflyasiya tiplərinin

hamısı fəaldır. Eyni zamanda dünya bazarında neftin qiymətinin kəskin

bahalaşması və mövsümi qiymət artımları da bazarların qarşılıqlı təsiri

şəraitində inflyasion meylləri artırır. Bütün bu amillərin ümumi inflyasiya

proseslərinin təsir payını hesablamaqla hansının daha güclü və ya zəif

olmasını müəyyənləşdirmək üçün daha dərin və genişləndirilmiş çoxamilli

təhlilə ehtiyac yaranır. Bu halda, hər bir amilin təsir dərəcəsini

qiymətləndirməklə daha real və nəticəli antiinflyasiya siyasəti qurmaq

mümkündür.

Təcrübə göstərir ki, əks tədqirdə düzgün hədəfə tuşlanmayan

antiinflyasiya siyasəti şəraitində inflyasiyanı fəallaşdıran amillərin siyahısı

daha da genişlənir. Belə olan halda inflyasiya yaradan çoxsaylı amillərin

eyni zaman və məkan çərçivəsində fəaliyyəti və bu kontekstdə, həmçinin

bazarların qarşılıqlı təsir imkanlarının artımı inflyasiya proseslərinin daha

Page 190: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

190

çox qeyri-monetar müstəvidə fəallaşmasına gətirib çıxarır ki, bu da şok

yaradan amilləri xeyli dərəcədə aktivləşdirə və inflyasiyanın səviyyəsini

ikirəqəmli ədədə qədər yüksəldə bilər. Artan dinamika ilə müşahidə olunan

neft gəlirləri hesabına fiskal genişlənmə, dövriyyədə pul kütləsinin

çoxalması isə bu prosesi idarəolunmaz vəziyyətə gətirib çıxarmaqla

inflyasiyanı yaxın və orta müddətli inkişaf dövrünün əsas sosial-iqtisadi

probleminə çevirə bilər.

İnflyasiyanın iki rəqəmli həddi baş verdikdə manatın alıcılıq

qabiliyətinin azalması daha böyük rəqəmlərlə oluna bilər. Manatın

möhkəmlənməsi ölkəyə neft dollarının axını ilə əlaqədardır. Belə bir

şəraitdə getdikcə manatın möhkəmlənməkdə davam edəcəyi gözlənilir.

Nəzərə alsaq ki, ölkəmizin Milli bankı üzən məzənnə siyasəti aparır və bu

isə manat-dollar münasibətlərinin tələb-təklifdən asılı olması deməkdir. Bu

da ölkə iqtisadiyyatının maliyyə-fiskal intizamın gücləndirilməsi. əmtəə

bazarlarında rəqabət şəraitinin yaxşılaşması, qeyri-neft ticarət sektorunun

əhəmiyyətli dərəcədə genişlənməsi və maliyyə-kapital bazarının inkişafının

sürətlənməsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanması üçün

mühüm amillər olacaqdır. Maliyyə sabitliyinin qorunması məqsədilə kapital

bazasının möhkəmləndirilməsi davam etdirilməli, bank sisteminin

institusional bazasının, o cümlədən, korporativ idarəetmə sisteminin, xüsusi

risk menecmentinin daha da təkmilləşdirilməsi təmin edilməlidir. Əhalinin

maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi

məqsədilə maliyyə sisteminin institusional inkişafı istiqamətində tədbirlər

davam etdirilməlidir.

Yüksək infilyasiya yalnız maliyyə sisteminə deyil, bütövlükdə

cəmiyyətin iqtisadi sisteminə mənfi təsir göstərən, təhlükəli iqtisadi

proseslərdən biridir. Bu gün infilyasiya praktiki olaraq bütün dünya

ölkələrinin iqtisadiyyatında özünəməxsus tərzdə fəaliyyətdədir.

İnfilyasiyanın yüksək olmayan və idarə edilə bilən səviyyəsi heç də təhlükəli

hesab olunmur. İnflyasiyanın yüksək həddi isə real xərclərin artmasına,

Page 191: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

191

yığımların dəyərsizləşməsinə, istehsalçıların keyfiyyətli məhsul istehsalına

olan maraqlarının azalmasına təkan verə bilər.

Belə bir vəziyyətdə inflyasiyanı yalnız monetar vasitələrlə nəzarətdə

saxlamağın istənilən yolu iqtisadiyyatı iflic vəziyyətinə sala bildiyi üçün bəzi

hallarda qeyri-monetar tədbirlərin də həyata keçirilməsi zəruridir.

Bəzən tədqiq olunan ənənəvi təkliflər inflyasiya probleminin həlli

üçün əsas ola bilməz. Bu problemin həllinə daha geniş istiqamətləri özündə

birləşdirən kompleks yanaşma tələb olunur:

monetar siyasətdən səmərəli istifadə etmək;

kreditlərin istifadəsi üzərində nəzarəti gücləndirmək;

tam əsaslandırıla bilməyən kapital qoyuluşlarının dayandırılması;

monetar siyasətdən ehtiyatla istifadə;

bəzi strateji sahələrin xammal və məhsullarla təmin edilməsini

özündə birləşdirən birbaşa nəzarətin olması.

Hal-hazırda, kəmiyyət nəzəriyyəsi az da olsa öz əhəmiyyətini

itirməsinə baxmayaraq, bəzən qiymətlərin ümumi səviyyəsinin dəyişməsi

pul kütləsinin dəyişməsi ilə də müəyyən edilir. Qiymətlərin ümumi

səviyyəsinin dəyişməsi əsas etibarı ilə sahibkarların, istehlakçıların və

hökumətin məcmü xərclərinin artmasına səbəb olur.

Artıq tələbin aradan qaldırılması metodları pul siyasətinin təqdim

etdiyi metodlara nisbətən maliyyə siyasəti tərəfindən təqdim edilən

metodlar daha səmərəlidir. Adətən inflyasion təzyiq dövründə faiz dərəcəsi

yüksək olur və investisiya, istehlak məsrəflərinə əhəmiyyətli təsir göstərə

bilmir. Əgər pul siyasəti tədbirləri mütəmadi olaraq böyük həcmdə həyata

keçirilərsə, bu zaman onlar əks təsir də göstərə, yəni inflyasiyanı daha da

artıra bilər.

Fikrimizcə, təkcə pul siyasəti vasitəsilə iqtisadiyyatda dayanıqlı

stabilliyə nail olmaq üçün yeganə alət ola bilməz. Lakin maliyyə siyasəti və

hökumətin həyata keçirdiyi digər istiqamətlərdəki tədbirlərlə birlikdə bu

məqsədə çatmaq üçün pul siyasəti köməkçi rol oynaya bilər.

Page 192: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

192

Eyni zamanda, pul siyasəti öz təbiətinə görə də inflyasiyanın

qarşısını almaqda yeganə vasitə ola bilməz. Çünki müasir cəmiyyətdə

xərclərin həcmini pul təklifinin azaldılması və ya artırılması, kreditlərin

genişləndirilməsi və ya əksinə azaldılması yolu ilə ciddi nəzarətdə

saxlamaq konsepsiyasının tam reallaşması şübhə doğurur. Sərvətin bir

tərəfdən daşınmaz əmlak və əmtəələr, digər tərəfdən isə pul kateqoriyasına

bölünməsini nəzərə alsaq, onda sərvəti mülkiyyət hüquqları ilə xarakterizə

etmək olar. Demək olar ki, bu zaman pulun keçid formasına malik olan

likvid aktivlərin iri həcmi yaranır, hökumət borclarının artımı likvid aktivləri

artırır, qısamüddətli hökumət öhdəlikləri isə pula çevrilməyə çox yaxın

olmaqla bərabər əmanət depozitlərinin həcmini də artırmalı olur. Belə bir

şəraitdə isə pulların miqdarına nəzarət etməklə xərclərin səviyyəsini

nəzarətdə saxlamaq xeyli çətinləşir.

Pul təklifini mümkün qədər kəskin surətdə azaltmaqla, qısa bir

zamanda inflyasiyaya son qoya bilərik. Lakin inflyasion inkişafla pulun

miqdarının azaldılmasına qarşı mübarizə aparmaq ciddi problemlər yarada

bilər.

Təcrübə göstərir ki, milli gəlir artıqda pul kütləsi də artır. Lakin

sonuncunun artımı milli gəlirin artımına nisbətən daha sürətlə baş verir.

Nəticədə isə gəlirə nisbətən pul kütləsinin miqdarı xeyli artmış olur.

Pulların neytrallığı nəzəriyyəsinə görə pul təklifi dəyişilməz qaldıqda

pul gəlirləri də dəyişilməz olur. Eyni zamanda məhsuldarlığın yüksəldilməsi

qiymətlərin aşağı düşməsinə səbəb olur. Bu da pulun kəmiyyət

nəzəriyyəsinə uyğundur. Bu nəzəriyyəyə görə pulların miqdarının istənilən

cür dəyişməsi məhsuldarlıqdan asılı olaraq qiymətlərin tez-tez dəyişilməsi

ilə nəticələnən pul gəlirlərinin də dəyişilməsi ilə müşayiət olunur.

Miqdar nəzəriyyəsinə əsasən pulların miqdarının artması gəlirlərin də

proporsional olaraq artmasına səbəb olmasına baxmayaraq, gəlirlərin

artımı isə pulların miqdarını artırmadan baş verə bilmir.

Page 193: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

193

Milli gəlirin artması mütləq olaraq pul təklifinin artması ilə əlaqədardır.

Lakin pulların miqdarının artması pul gəlirlərinin səviyyəsinin yüksəlməsinə

cüzi təsir göstərə bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, şəraitdən asılı olaraq pulların

miqdarı milli gəlirə müxtəlif dərəcələrdə təsir göstərə bilər. Milli gəlirlə

pulların miqdarı arasında mürəkkəb və şəraitdən asılı olaraq dəyişkən

asılılıq mövcuddur.

Fikrimzcə, pul təklifinin müəyyən artımı olmayana qədər milli gəlirin

səmərəli və uğurlu artımı baş verə bilmir. Pul kütləsinin artımı həm

qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi, həm də məhsul buraxılışının

həcminin artması ilə əlaqədar ola bilər. Təklifin qiymətlərin dinamikasından

asılılığını nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, əgər pul gəlirləri

real gəlirlərdən tez artmırsa, məşğulluğun genişlənməsi və məhsul

istehsalının çoxalması ciddi maneələrlə qarşılaşmadan baş verə bilməz.

Əgər pul gəlirləri məhsul buraxılışına nisbətən sürətli artarsa vəziyyət daha

da ağırlaşa bilər. Dəyişkən vəziyyətdən asılı olaraq pul gəlirlərinin real

gəlirlərə nisbətən artım tempinin məşğulluğu və məhsuldarlığı təmin edən

optimal variantı mövcuddur.

Fərdi investisiyaların sürətli genişlənməsi bir qayda olaraq dövriyyəyə

yeni pulların buraxılması hesabına maliyyələşdirilməlidir. Bu pullar bazara

əmtəə və xidmətlərin alınması məqsədilə buraxıldığı üçün buna uyğun

olaraq gəlir də artır ki, bu zaman istehlakın səviyyəsi müvəqqəti olaraq

ləngiyir. Yeni, daha yüksək gəlir istehlakı çıxmaq şərtilə investisiyaların yeni

axınına imkan yaradır.

Xərclərin xalis artımı isə yeni pullar hesabına təmin ediləcəkdir.

Beləliklə, belə bir qənaətə gəlmək olar ki, fərdi investisiyaların və hökumət

xərclərinin artımının səmərəliliyi pul təklifi artmayana qədər tam hesab edilə

bilməz.

Təcrübə göstərir ki, yeni məzənnə rejiminə keçid zərurəti valyuta

böhranı ilə əlaqədar meydana gəlir və tədricən həyata keçirilir. Çünki,

Page 194: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

194

burada mövcud məzənnə rejiminin qorunub saxlanılması valyuta

ehtiyatlarının həddən artıq tükənməsi təhlükəsi yaratmır. Valyuta bazarında

xarici valyuta təklifinin tələbi üstələməsi şəraitində mövcud valyuta rejiminin

saxlanılması izafi pul ekspansiyasına gətirib çıxarır ki, bu da yüksək

inflyasiyaya yol aça bilər. Bununla əlaqədar olaraq pul kütləsinin inflyasion

artımının qarşısını almaq yollarından biri kimi son vaxtlar daha sərbəst

məzənnə rejiminə keçidi zəruri edir.

Böyük miqdarda xarici valyutanın ölkəyə daxil olması və onun

konvertasiyası, genişləndirilmiş fiskal siyasətin həyata keçirilməsi

nəticəsində dövriyyədə olan pul kütləsi həcminin artması fonunda izafi pul

kütləsinin müxtəlif maliyyə alətlərinə cəlbolunma mexanizminin kifayət

qədər inkişaf etməməsi monetar inflyasiyanın inflyasiya yaradan amillər

arasında iştirak payını artırmaqdadır. Son zamanlar xarici valyuta

hasilatının çoxalması, bankların likvidliyinin artması, milli valyutanın

revalvasiyası aktiv valyuta müdaxiləsini sürətləndirmiş və son nəticədə pul

bazası genişlənmişdir. Odur ki, bir tərəfdən pul bazasının genişlənməsi

hesabına iqtisadi yüksəlişin müşahidə olunması, digər tərəfdən də

inflyasiya meyllərinin güclənməsinə gətirib çıxarıb. Eyni zamanda cari ildə

dövlət xərclərinin kəskin artımı üzərində qurulan genişləndirilmiş fiskal

siyasətin önə çəkilməsi bir tərəfdən məcmü tələbi stimullaşdırmaqla, digər

tərəfdən isə pul aqreqatlarının dinamikasında artıma doğru dəyişikliyi

şərtləndirməklə inflyasiya yaradan amilləri fəallaşdırmış, onu yaşadan

motivləri isə gücləndirmişdir. Mövcud fiskal siyasətin hər iki effektinin

inflyasiyaya təsirini azaltmaq üçün həyata keçirilən tədbirlər getdikcə öz

effektini itirməkdədir. Tədqiqatlar göstərir ki, manatın əksər xarici

valyutalara nisbətdə bahalaşması fonunda fiziki şəxslərin manatla

əmanətlərinin artım tempi xarici valyuta ilə əmanətlərin artım tempini kəskin

şəkildə üstələmişdir.

Fikrimizcə, manatın alıcılıq qabiliyyəti ilə başqa dönərli valyutalara

nisbətən məzənnəsinin möhkəmlənməsi heç də eyni şey deyil. Ötən il

Page 195: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

195

manat dönərli valyutalara nisbətən məzənnəsini möhkəmləndirsə də, il

ərzində o, inflyasiya nəticəsində alıcılıq qabiliyyətini xeyli itirib. Bu həm

ixracı stimullaşdırmaq aspektin, həm də əhalinin sosial vəziyyətini

yaxşılaşdırmaq baxımından səmərəli deyildir.

Manatın başqa valyutalara nisbətdə məzənnəsi yüksəlməsi daxili

istehsalda məhsulların maya dəyərinə də təsirsiz keçmir. Çünik həmin

məhsulun dünya bazarında rəqabət aparmaq imkanları zəifləyir. Belə olan

halda yerli müəssisələrin ixrac qabiliyyətini müdafiə etmək üçün hökmutə

milli valyutanın başqa dönərli valyutalara nisbətən məzənnəsinin

azalmasına və eyni zamanda daxildə alıcılıq qabiliyyətinin yüksəldilməsinə

çalışmaq lazımdır.

Milli Bankın valyuta bazarında alışyönlü iştirakının əvvəlki ilə nisbətən

azalması pul kütləsinin ekspansiv artımına da əhəmiyyətli məhdudlaşdırıcı

təsir göstərmişdir, yəni hal-hazırda valyuta müdaxilələri tarazlaşdırılmış və

dinamik qaydada aparılır ki, bu da aşağıdakı nəticəyə gəlməyə imkan

yaradır:

Monetar amillərin inflyasiyaya təsirinin nisbətən aşağı olmasını nəzərə

almaq;

İnflyasiyanın aşağı düşməsində sərt pul-kredit siyasətini davam

etdirmək.

Manatın revalvasiyası mühüm antiinflyasiya faktorudur.

Daha yüksək inflyasiya revalvasiyaya nisbətən daha təhlükəlidir;

İnflyasiya həm ixracatı, həm də daxili istehsalı birbaşa bahalaşdırmaq

imkanına malikdir.

Fiskal siyasət məcmu tələbin bütün komponentləri – istehlak,

investisiya, ixrac üzrə pula tələbin artmasına şərait yaradır.

Makroiqtisadi sabitliyin qorunması üçün pul emissiyasının məqbul

həddi müəyyən edilməlidir.

Milli valyutanın alıcılıq qabiliyyətinin artmasına nail olmaq.

Page 196: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

196

Dollarlaşma səviyyəsinin azalması məqsədi ilə daha ciddi tədbirlər

görmək.

Böyük həcmli xarici investisiyaların və xarici kreditlərin cəlb olunması

valyuta bazarına təzyiqi daha da artırar.

Fiskal ekspansiya manatın kursunun möhkəmlənməsini təmin edə

bilər.

Yüksək inflyasiya və devalvasiya şəraitində nominal dəyərini

əhəmiyyətli dərəcədə itirmiş milli valyutanın davamlı iqtisadi sabitlik

şəraitində denominasiyası məqsədəmüvafiqdir.

Hal-hazırda valyuta bazarında proqnozlaşdırılan iri həcmli valyuta

təzyiqi şəraitində manatın məzənnəsinə və ölkənin strateji xarici ticarət

şəraitində neqativ təsirini neytrallaşdırmaq üçün valyuta bazarında aktiv

sterilizasiya siyasəti həyata keçirilməlidir. Mhz buna görə qiymətli kağızlar

bazarının effektliyi ondan ibarətdir ki, əhalinin əlində olan sərbəst pul kütləsi

qiymətli kağızlara investisiya edilməklə infilyasiyanın qarşısı xeyli dərəcədə

alına bilər. Digər tərəfdən, əsas amillərdən biri də odur ki, ölkəyə daxil olan

pul vəsaitlərinin qonşu ölkələrin qiymətli kağızlar bazarına yerləşdirilməsi

həyata keçirilsin.

Təcrübə göstərir ki, hər hansı bir ölkədə yüksək işsizlik şəraitində

məcmu xərclərin dəyişməsi qiymətlərin ümumi səviyyəsinə çox cüzi təsir

göstərdiyi bir şəraitdə məhsul istehsalına isə əhəmiyyətli dərəcədə təsir

göstərə bilər. Məşğulluğun səviyyəsi yüksək olan şəraitdə isə məcmu

məsrəflərin artması qiymətlərin ümumi artımına səbəb olur. Belə halda

inflyasiyanı nəzarətdə saxlamaq üçün məcmu xərcləri daimi nəzarətdə

saxmalaq lazımdır.

Fikrimizcə rasionallaşdırma və qiymətlər üzərində nəzarət tədbirləri

digər əmtəələrə nisbətən ərzaq məhsullarının qiymətlərinin kəskin

artmasının qarşısını qismən də olsa ala bilər.

Qiymətlərin artmasının qarşısını almaq üçün vergiyə cəlb etmənin elə

bir proqramını işləyib hazırlamaq lazımdır ki, hətta nəzarətin zəif olduğu bir

Page 197: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

197

şəraitdə belə istehlak və fərdi xərclərin məhdudlaşdırılması ilə yanaşı

qiymətlərin ümumi səviyyəsinin artımının qarşısını da ala bilsin. Vergiyə

cəlbetmə ilə sahibkarlara və ayrı-ayrı fərdlərin gəlirlərinin azalması

qiymətlərin səviyyəsinin artmasının qarşısını almaq üçün kifayət qədər

güclü vasitə olmaqla yanaşı, eyni zamanda istehsalın genişləndirilməsini də

məhdudlaşdıra bilər..

Məkan əlamətinə görə xarici amil olaraq dünya bazarında xam neftin

qiymətinin artmasının istehsal xərclərinə təsiri nəticəsində idxal mallarının

bahalaşması və daxili bazardakı artan tələbin bir hissəsinin bahalı idxal

malları hesabına qarşılanmasından yaranır. Bu amilin perspektiv təsir

dərəcəsini sürətlə artan neft gəlirləri fonunda manatın məzənnəsinin kəskin

möhkəmlənməsi sayəsində idxal siyasətinin stimullaşması daha da artırır.

İdxal tariflərinin aşağı salınması və təminatlı bazar statusunun yaranması

bu amilin mövqeyini daha da möhkəmləndirə bilər. Bu baxımdan idxal

inflyasiyasının perspektiv xarakter daşıyacağını nəzərdə saxlayaraq, onun

təsirinin antiinflyasiya nöqteyi-nəzərdən neytrallaşdırılması problemi yaxın

gələcəyin gündəmində duran məsələlərdən hesab olunmalıdır.

Məkan əlamətinə görə daxili olaraq, milli iqtisadiyyata dövlət vəsaitləri

hesabına qoyulan investisiyaların həcminin kəskin artması və strukturunun

təkmil olmaması nəticəsində fəallaşıb. Məcmu tələbin stimullaşdırılmasına

gətirib çıxaran bu amilin fəallaşması ilk növbədə dövlət büdcəsinin maliyyə

vəsaitinin birbaşa investisiyaya çox istiqamətləndirilməsi, investisiya yönlü

dövlət zəmanətli xarici kredit qoyuluşlarının genişlənməsi və neft fondunun

büdcəsinin xərc hissəsinin artması hesabına baş verir. Ümumiyyətlə,

müxtəlif mənbələrdən olan dövlət xərclərinin kəskin artımı hesabına

genişləndirilmiş fiskal siyasət yaxın və orta müddətli dövrdə bu amilin

inflyasiya təsirini daha təhlükəli həddə çatdırmaq imkanındadır.

Məkan əlamətinə görə endogen və həm də eksogen amil olaraq,

istehsal xərclərinin tərkibinə daxil olan məsrəflərin qiymətlərinin artması və

strukturunun dəyişilməsi zamanı yaranır və dalğavari səciyyə daşıyır. Bu

Page 198: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

198

amil ikili təsir gücünə malikdir. Əvvəla, inflyasiya təsiri daha çox psixoloji

xarakter daşıyır və qısa zaman müddətində şok yaratmaq effektinə malik

olur. Daha sonra isə orta müddətli dövrdə fəaliyyət göstərən və bu zaman

xərc elementi kimi maya dəyərində maddiləşmə səviyyəsindən asılı olaraq

bir qrup məhsul və xidmətlər üzrə qiymət artımını şərtləndirir.

Fikrimizcə, Türkiyədə və Gürcüstanda strateji əhəmiyyətə malik

müxtəlif sahələrə, o cümlədən, neft terminallarının qurulması, kimya

sənayesi, dəmiryolu, energetika, maliyyə sektoru və sair sahələrə sərmayə

qoyuluşu Azərbaycan üçün siyasi-iqtisadi baxımdan, çox dəyərli və faydalı

bir addım kimi qiymətləndirilə bilər.

Yuxarıda deyilənlərə əsasən fiskal ekspansiya ilə inflyasiya və

istehsal arasında kəmiyyət əlaqələrinin tədqiqi aşağıdakı nəticəyə gəlməyə

imkan verir:

Ümumi inflyasiya təzyiqini monetar metodlar vasitəsilə uzun müddət

nəzarətdə saxlamaq olmaz.

İnflyasiyaya nəzarət etmək üçün ilk növbədə kifayət qədər büdcə

artıqlığı yaratmaq lazımdır.

Güclü inflyasiya təzyiqi şəraitində vergi yükünü stabil saxlamaqla

bərabər onun azaldılmasına da yol vermək.

Qiymətlərin artımı inflyasiyanın yaranması üçün əsas ola bilər.

İnflyasiyaya təsir edən amillərin ayrılıqda təsir dərəcəsini

qiymətləndirməklə daha səmərəli antiinflyasiya siyasəti aparmaq

mümkündür.

İnflyasiyanı nəzarətdə saxlamaq məcmu xərcləri daimi nəzarətdə

saxlamağı tələb edir.

Gəlirlərin azalması istehsalın genişləndirilməsini tələb edir.

Kredit məhdudiyyəti istehsalı azaldan və gəlirin kəskin deflyasiyasını

yaradan səbəblərdəndir.

İnflyasion təzyiq dövründə faiz dərəcəsi yüksək olduğu üçün

investisiya istehlak məsrəflərinə əhəmiyyətli təsir göstərə bilmir.

Page 199: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

199

Əmək haqqının artımı istehsalın artım səviyyəsini üstələdikdə üçün

onun qarşısının alınması vacibdir.

İstehlak kreditlərinin məhdudlaşdırılması.

Əmanət istiqrazlarının satışının gücləndirilməsi.

Dövlətin antiinflyasiya nöqteyi-nəzərdən apardığı tənzimləmə

siyasətinin aparıcı xəttinin qeyri-monetar amilllər üzərində qurulması.

Neftin qiymətinin kəskin bahalaşması inflyasion meylləri artıran

amillərdir.

Qiymətlərin ümumi səviyyəsinin dəyişməsi pul kütləsinin dəyişməsi ilə

müəyyən edilir.

Qiymətlərin ümumi səviyyəsinin dəyişməsi bütövlükdə məcmu

xərclərin artmasına səbəb ola bilər.

İşsizliyin səviyyəsi yüksək olduqda məcmu xərclərin dəyişməsi

qiymətlərin ümumi səviyyəsinə cüzi təsir şəraitində belə məhsul istehsalına

əhəmiyyətli dərəcədə təsir göstərir.

Tam məşğulluq şəraitində məcmu məsrəflərin artması qiymətlərin

ümumi artmasına səbəb olur.

Vergiyə cəlbetmə vasitəsilə də ayrı-ayrı fərdlərin gəlirlərinin azalması

hesabına qiymətlərin səviyyəsinin artmasının qarşısını almaq mümkündür.

Təkcə pul siyasəti ilə iqtsiadiyyatda sabitliyə nail olmaq mümkün

deyil.

Dövlət büdcəsində hərbi xərclərin artımı inflyasiyanı sürətləndirən

amillər sırasına aid etmək olar.

Sahibkarlığın maliyyə resursları ilə təmin olunmasında aşağı faiz

dərəcələrinin tətbiqi (diskont faiz dərəcəsi ABŞ-da 1%, Yaponiyada 0,1%,

İsveçrədə 0,75%, Azərbaycanda isə ?%-dir).

Məhsul nə qədər aşağı qiymətə istehsal olunursa qiymət artımı da bir

o qədər aşağı olar.

Antiinflyasiya tədbirlərindən biri və ən mühümü ölkədə ərzaq

bolluğunun yaradılmasıdır.

Page 200: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

200

Bazarlarda inhisar yaradan subyektlərin qarşısının qətiyyətlə

alınması.

Enerji daşıyıcılarının qiymətlərinin yüksək artımı istehsal xərclərinin

və nəticədə bütün digər məhsulların qiymət artımına səbəb olur.

Ölkəyə külli miqdarda pul axını bir qayda olaraq inflyasiyanı

sürətləndirir.

İ.e.n.

X.Ş.Kərimov

J.S.Mirzəbəyova

A.X.Fətəliyeva

Azərbaycan iqtisadi ədəbiyyatında məşğulluq, işsizlik,

demoqrafiya, gender, əmək bazarı problemlərinin əksi

Azərbaycan üçün tarixi inkişafın bütün dövrlərində aktual olan

əmək və onunla əlaqədar olan problemlər (məşğulluq və işsizlik,

demoqrafiya, gender, əmək bazarı, insan kapitalı və s.) müstəqillik

illərində əvvəlcə keçid dövrünün, sonra isə təkamüllü

modernizasiyanın tələbləri ilə geniş miqyasda tədqiqat obyektinə cəlb

Page 201: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

201

olunmuşdur. Bu sahədə böyük elmi-tədqiqat mərkəzi sayılan AMEA-

nın İqtisadiyyat İnstitutunda başa çatdırılan və dərc olunan kitab və

məqalələrdə ilk növbədə problemlərə yeni müstəvidən baxış diqqəti

cəlb edir.

Elmiliyi və tədqiqat xarakteri kəsb etməsi ilə diqqəti cəlb edən

əsərlərin araşdırılması göstərir ki, bu əsərlərdə əmək münasibətlərinin

bazar şəraitinə uyğunlaşdırılmasından başlayaraq bu münasibətlərin

bazar iqtisadi sistemində təhlili tədqiqat obyektinə çevrilmişd ir.29

Azərbaycanın müasir iqtisadi gerçəkliyinin ən aktual

problemlərindən biri işsizlikdir. «Elm» nəşriyyatı tərəfindən bu

problemin kompleks və sistemli şəkildə tədqiqinə həsr olunan iri həcmli

monoqrafiya - Rəşad Muradovun «Müasir şəraitdə Azərbaycan

respublikasında əmək bazarı problemləri» adlı kitabı buraxılmışdır.

Müəllif bu gün Azərbaycan iqtisadiyyatının kəskin bir problemini

özünün tədqiqat obyekti etməklə həm elmin prioritet istiqamətlərinin

inkişafına, həm də mövcud iqtisadi durumun daha qısa bir müddətdə

və asan yolla yaxşılaşdırılmasına xidmət edir.

29

Р.Мурадов. Мцасир шяраитдя Азярбайъан Республикасында ямяк базары проблемляри. Бакы, Елм, 2000,

340 сящ.; Эцлтякин Ерен. Хариъи инвестисийаларын Азярбайъанда мяшьуллуг проблеминин щяллиня

тясири (Тцркийя иля мцгайисядя), Диссер.автореф., Бакы, 2003; Ш.Мурадов. Инсан потенсиалы: ясас

мейлляр, реаллыглар, проблемляр. Бакы, Елм, 2004, 660 сящ.; Азизова Г.А. Рынок труда Азербайджана.

Баку, Элм, 2005, 303 стр.; Кяримов Р.Н. Азярбайъанын реэионал мяркяз шящярляринин демографик

хцсусиййятляри вя ямяк ещтийатларындан истифадя проблемляри. Нам.дисс.автореф. Бакы, 2005; Гезалова

А.О Гендерных аспектах дискриминации в занятости. АМЕА-нын Хябярляри. Игтисадиййат журналы, 2005,

№1, сящ.49-55; Мурадов Ш.М., Эфендиев Р.Дж. Социально-экономические и демографические особенности

формировании и сегментации рынка труда в Азербайджане. АМЕА-нын Хябярляри. Игтисадиййат журналы,

2005, №2, сящ.3-16; Мурадов Р. Мцасир мярщялядя ящалинин мяшьуллуг гурулушунун формалашмасы вя

тякмилляшдирилмяси проблемляри. Бакы, Елм, 2006, 216 сящ.; Мурадов Ш.М., Мурадов Р.Ш., Ъяфярова

Ф.Ш. Ишсизлик нязяриййяляри вя дювлят тянзимлянмясиндя онлардан истифадя механизмляри. АМЕА-

нын Хябярляри. Игтисадиййат журналы, №1, 2006, сящ.3-23; Азизова Г.А. Особенности формирования

спроса на рабочую силу в Азербайджане. АМЕА-нын Хябярляри. Игтисадиййат журналы, 2006, №2, сящ.83-

88; Мурадов Ш.М., Гезалова А.К., Эфендиев Р.Дж. Глобализация, демографическое развитие и трудовая

активность населения в Азербайджане. Баку, Элм, 2007, 264 стр.; Азизова Г.А. Теоретические вопросы

рынка труда. АМЕА-нын Хябярляри. Игтисадиййат журналы, №1, 2007, сящ.38-42; Мурадов Р.Ш.

Азярбайъан Республикасынын мяшьуллуг стратеэийасы вя реэионларда онун щяйата кечирилмясирин бязи

истигамятляри щаггында. АМЕА-нын Хябярляри. Игтисадиййат журналы, 2007, №2, сящ.80-84; Азизова

Г.А. Влияния глобализации на рынок труда Азербайджана. АМЕА-нын Хябярляри. Игтисадиййат журналы,

2007, №4, сящ.246-249; Мурадов Ш.М. Азярбайъан Республикасы ящалисинин динамикасы вя гурулушу:

ясас демографик вя етно-демографик дяйишикликляр (1897-2007-ъи илляр). Бакы, Елм, 2008, 240 сящ.;

Мусайева Ф.Г. Азярбайъан игтисадиййатынын гейри-дювлят секторунда сямяряли мяшьуллуьун тямин

едимясинин сосиал-игтисади проблемляри. Нам.дисс.автореф. Бакы, 2008; Гаджибеков С.А. Качественные

изменения в возрастной структуре население Азербайджана. АМЕА-нын Хябярляри. Игтисадиййат

журналы, 2008, №4, сящ.136-140.

Page 202: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

202

Kitabın strukturu göstərir ki, müəllif uzun bir dövr ərzində

tədqiqat apararaq problemi ancaq nəzəri və ya ancaq praktik

aspektlərdən deyil, nəzəriyyə və praktikanın sintezi şəklində öyrənir.

Bununla tədqiqatını həm nəzəriyyəçilikdən, həm də empirizmdən xilas

edir.

Monoqrafiyanın iş qüvvəsi bazarının nəzəri-metodoloji

məsələlərinə və iş qüvvəsinin təkrar istehsalının qanunauyğunluqlarına

həsr olunan I və II bölmələri müasir dövrdə ölkədə əmək bazarının

formalaşması xüsusiyyətlərinin və səmərəli məşğulluq siyasətinin

konturlarının dəqiq müəyyənləşdirilməsinə (III bölmə) imkan verir.

Əlbəttə, əmək bazarı və iş qüvvəsi demoqrafik problemlərlə bağlı

olan məsələdir. İqtisadi təlimlər tarixində bu məsələyə müxtəlif və

hətta bir-birinə əks olan baxışlar mövcuddur. Müəllif onların

əksəriyyətini tənqidi təhlil etməklə öz tədqiqatı üçün nəzəri platforma

hazırlamış olur. Kitabda konkret olaraq hansı nöqteyi-nəzərə üstünlük

verildiyi göstərilməsə də müəllifin əmək bazarı problemlərini (işsizlik,

məşğulluq və s.) demoqrafik amilləri sərf-nəzər etməklə öyrəndiyi hiss

olunur.

Monoqrafiyada ölkəmizdə işsizlik problemini doğuran amillər

araşdırılaraq onun həlli üçün elmi-nəzəri cəhətdən əsaslandırılmış

konkret təkliflər irəli sürülür. Bu təkliflər geniş profili olub işsizlərin

sayının dəqiq müəyyənləşdirilməsini, əmək qanunvericiliyində

dəyişikliklər edilməsini, təhsil, əhalinin sosial müdafiəsi, özəlləşdirmə,

regionlar üzrə məşğulluq proqramlarının işlənib hazırlanmasını,

məşğulluğu idarə edən orqanların işinin təkmilləşdirilməsini, iqtisadi

həvəsləndirmə tədbirlərini, istehsalın sahə quruluşunun

təkmilləşdirilməsini, məşğulluq sahəsində dövlət siyasətinin əsas

vəzifələrinin müəyyənləşdirilməsini və s. əhatə edir.

Kitabın zəngin elmi aparaturası, burada statistik və ilkin

materialların analitik təhlili və geniş istifadə olunması, problemlə

Page 203: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

203

əlaqədar keçmiş tarixi irsə tənqidi, prinsipial və həm də səmimi bir

münasibət, gələcək üçün proqnozların verilməsi onun əsil monoqrafik

tədqiqat əsəri olmasının əlamətləridir.

Bizcə əsərin elmi əhəmiyyəti bir də ondadır ki, o, Azərbaycan

iqtisad elminin artıq böhrandan yeni paradiqmalara keçməsini göstərən

hadisədir.

Gültəkin Erenin «Xarici investisiyaların Azərbaycanda məşğulluq

probleminə təsiri (Türkiyə ilə müqayisədə)» namizədlik

dissertasiyasının mövzusu şübhəsiz aktualdır. Azərbaycanın

qarşılaşdığı kəskin sosial-iqtisadi problemlərin həllində müxtəlif xarici

faktorlardan, o cümlədən investisiya faktorundan istifadə olunmasını

tədqiq etmək çox önəmlidir. Bu dissertasiya ilə tanışlıq göstərir ki,

müəllif ədəbiyyat və statistika materialları əsasında məşğulluq və

işsizlik probleminin son 10 ildə dəyişmə meyllərini də nəzərə almaqla

tam mənzərəsini yaratmış və nəticə olaraq həlli yollarını göstərməyə

nail olmuşdur. Tədqiqatın Türkiyə ilə müqayisəli şəkildə aparılmasını

da müasir araşdırmalar üçün yeni bir keyfiyyət kimi qiymətləndirmək

olar.

Tədqiqatın strukturu ona dinamiklik verməyə, problemi daha

dərindən öyrənməyə imkan yaradır. Müəllif Türkiyə və Azərbaycanda

işsizlik və məşğulluq məsələsini onların müxtəlif meyarlarla

müəyyənləşdirilməsinə baxmayaraq müqayisə oluna bilən bir şəklə

salıb öyrənməyə cəhd edir. Tədqiqatdan belə bir təsəvvür yaranır ki,

mövzunun öyrənilməsində hansı iqtisadi məktəbə üstünlük verilməsi

bilinmir. Burada adları çəkilən klassik, neoklassik, monetar, keynsçi,

institusionalist nəzəriyyələrdən kifayət qədər istifadə edildiyi görünmür.

Halbuki hazırda dünya iqtisadi ədəbiyyatında bu problem marjinal

təlimlər əsasında öyrənilir. İşsizlik və məşğulluq probleminin xarici

investisiyalar hesabına həllinin özünün də müəyyən neqativ hallarla

müşayiət olunduğu görünür. Bu təsadüfi deyil. Belə olduqda milli

Page 204: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

204

kapitalın bu gün reallaşdırılmayan potensial imkanlarından ist ifadənin

də diqqətə gətirilməsi maraqlı olardı.

AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Musa oğlu

Muradovun «Elm» nəşriyyatı tərəfindən «İnsan potensialı: əsas

meyllər, reallıqlar, problemlər» adlı iri həcmli kitabı çap olunmuşdur.

Bu kitabı ümumi şəkildə XXI əsrin başlanğıcında Azərbaycanda iqtisad

elminin inkişafı, yeni iqtisadi təfəkkürə keçidi xarakterizə edən bir əsər

kimi qiymətləndirmək olar.

Kitabda Azərbaycan iqtisadi ədəbiyyatında ilk dəfə olaraq insan

potensialı kompleks şəkildə araşdırılır. Ənənvi baxışlardan fərqli

olaraq insan ancaq işçi qüvvəsi, əmək ehtiyatı kimi deyil, daha geniş

mənada – sosial, demoqrafik, bazar aspektlərindən öyrənilir. Müəllif

uzun müddət bu mövzuda apardığı araşdırmalarını ümumiləşdirir və

müasir dövrün tələblərinə uyğun sistemləşdirir.

Əsərdə belə bir məntiqə istinad olunur ki, insan potensialının

formalaşdırılması bir çox amillərdən, o cümlədən demoqrafik

proseslərdən asılıdır. Ona görə də həm dünyada, həm də ayrı-ayrı

ölkələrdə baş verən demoqrafik proseslər zəngin materiallar əsasında

geniş təhlil olunur, müqayisələr aparılır.

Azərbaycanın ərazisi və əhalisinin dəyişməsinin tarixi və siyasi

hadisələrinə (köçürülmə siyasəti, deportasiya, soyqırımı, qaçqınlıq)

toxunan müəllif əhalinin etnik tərkibinin dəyişməsi meyllərinii üzə

çıxarır ki, bu da indi çox aktual səslənir. Həmçinin əhalinin təbii təkrar

istehsal prosesinə bilavasitə təsir edən mühit, məsələn ailə tədqiq

olunur. Müəllif SSRİ-nin təcrübəsinə istinad edərək sübut edir ki,

əhalinin təbii artımı heç də ictimai quruluşla deyil, hər bir xalqın keçdiyi

həyat yolunun xüsusiyyətləri ilə, məişəti ilə və digər spesifik cəhətləri

ilə əlaqədardır (səh.83).

Azərbaycan iqtisadi ədəbiyyatında ilk dəfə olaraq əhalinin sayına

və etnik tərkibinə təsir edən tarixi-siyasi hadisələr – «Gülüstan» və

Page 205: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

205

«Türkmənçay» müqavilələri, Azərbaycanda Sovet hakimiyyətinin

qurulması, SSRİ-nin dağılması iqtisadi tədqiqatın obyektinə cəlb olunur

və bir daha aydınlaşır ki, ən mürəkkəb iqtisadi problemlərdə ancaq

iqtisadi faktorlar iştirak etmir. Xüsusən insan potensialının formalaşma

mənbəyi olan əhali, onun artımı müxtəlif siyasi, sosial-iqtisadi,

demoqrafik, milli, mədəni amillərin təsiri altında dəyişmişdir.

Kitabda erməni daşnakların Azərbaycanın keçmiş və müasir tarixi

ərazilərində əhalinin etnik tərkibi, onun dəyişmə səbəblərinə dair saxta,

uydurma, olduqca çirkin, xəbis niyyətlərlə irəli sürülən fikirlərinə yüksək

səviyyədə elmi dəlillərlə cavab verilir. Müəllif zəngin tarixi, statistik,

əhalinin siyahıyaalma məlumatlarına istinad edərək tarixi Azərbaycan

torpaqları olan İrəvan əyalətində (sonralar İrəvan qəzası) əhalinin tərkibini

öyrənir (səh.23). Bir daha sübut olunur ki, bir çox qüvvələrin, o, cümlədən

çar Rusiyasının ciddi-cəhdlərinə baxmayaraq hətta adı çəkilən ərazilərdə

belə müsəlman əhalisi həm xüsusi çəki, həm də say etibarı ilə kifayət

qədər olmuşdur. Lakin son iki əsr ərzində erməni millətçilərinin apardığı

qeyri insani siyasət 1,5 mln-dan çox azərbaycanlının öz əzəli yaşayış

yerlərindən qovulması və qətlə yetirilməsi ilə nəticələnmişdir (səh.58).

Kitabda təbii artımla ümumi artım müqayisə olunaraq tarixi inkişafın

müxtəlif dövrlərində əhalinin mexaniki hərəkəti, onun səbəbləri, müsbət və

mənfi cəhətləri araşdırılmışdır (səh.35).

Kitabın bu bölməsində DQMV və NMR əhalisinin sayı, milli tərkibi,

onların dəyişməsi meyllərinin araşdırılması da bir çox qaranlıqlara işıq

gətirir, bir daha erməni millətçilərinin saxtakarlığını, fitnə-fəsadlarını

aşkarlamaq imkanı verir. Fikrimizcə, kitabın hətta digər çoxlu məziyyətlərini

kənara qoysaq belə onun birinci fəslində verilən materialları əsas götürüb

bu kitabı tezliklə xarici dillərə (əsasən İngilis və fransız dillərinə) tərcümə

edib yaymağın çox vacib olduğunu söyləmək olar. Bu, həqiqətlərin dünya

ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatmasına, daha doğru-düzgün

qərarlar çıxarılmasına təsir edər.

Page 206: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

206

Müəllif öz vəzifəsini kitabda bu faktları sadəcə gətirməklə başa

çatdırmır, onları ümumiləşdirib nəticələr çıxarır. Müəllifin gəldiyi qənaətə

görə Azərbaycan ancaq XX əsrdə dörd dəfə kəskin demoqrafik

çətinliklərlə üzləşmişdir (səh.72). Onların üçü erməni fitnəsi ilə əlaqədar

olmuşdur.

Kitabda müasir mərhələdə demoqrafik dəyişiklərin təhlilindən məlum

olur ki, bu dəyişikliklər çoxlu amillərin (nikah yaşından tutmuş həyat

səviyyəsinə qədər) təsirilə baş verir, onların dünya ölkələrinin əksəriyyəti

üçün ümumi olan cəhətləri də az deyil (səh. 138).

Müasir iqtisadi transformasiya iqtisad elmi qarşısında həm

metodoloji-nəzəri aspektlərdə, həm də praktiki aspektdə çoxlu məsələlər

qoyur və onların həllini tələb edir. Nəzərə alınsa ki, artıq qərb iqtisadçıları

tərəfindən irəli sürülmüş elmi konsepsiyaların olduğu kimi digər hər hansı

bir ölkəyə, o cümlədən Azərbaycana transferi müsbət nəticə verməz bu

problemlərin Azərbaycan iqtisadçıları tərəfindən qoyulması və həllinin

vacibliyi üzə çıxar. Bəhs olunan kitabda bu cür problemlər sırasına əmək

bazarı, məşğulluq, gender problemini, bütövlükdə insan kapitalını aid etmək

olar. Müəllif əmək bazarı haqqında Azərbaycan ədəbiyyatında ilk dəfə

olaraq geniş və dolğun təsəvvürlər yaradır. Əmək bazarına dair müxtəlif

fikirlərin təhlilindən belə nəticəyə gəlir ki, əmək bazarı iqtisadi münasibətlər

sistemidir (səh.140) və bu münasibətlər ölkədən-ölkəyə, inkişaf

səviyyəsindən asılı olaraq xüsusiyyətlərə malik ola bilər (səh. 140-148).

Əmək bazarı məşğulluq anlayışı ilə birlikdə iqtisadi münasibətlərin

daşıyıcısı olur. Ona görə də kitabda məşğulluğun sosial-iqtisadi kateqoriya

kimi aydınlaşdırılması diqqət mərkəzinə keçir (səh.161). Məşğulluğun

növləri, məşğulluq və işsizlik anlayışlarının müqayisəsi, məşğulluğun

iqtisadi və sosial funksiyaları araşdırılır ki, bunlarsız insan potensialından

istifadəni qiymətləndirmək qeyri mümkündür. Maraq doğuran digər bir

cəhət də kitabda əmək bazarı, işsizlik və məşğulluq hadisələrinin başqa

ölkələrlə müqayisəli şəkildə öyrənilməsidir. Müəllifin haqlı olaraq yazdığı

Page 207: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

207

kimi ayrı-ayrı ölkələrdə işsizliyin səviyyəsi müxtəlif amillərdən asılı olduğu

üçün nəzərə alınmalıdır ki, onların kəmiyyətcə bir-birinə

yaxınlaşdırılmasından bir nəticə alınmaz (səh.190-191).

İşsizliyin formalarını, onlara dair təsnifatları öyrənmək bu problemi

həll etmək üçün çox önəmlidir. Müəllif haqlı olaraq iqtisadi ədəbiyyatlarda

mövcud olan işsizlik formalarına demoqrafik işsizliyi də əlavə edir, onun

əmək qabiliyyətli əhalinin təbii artımı ilə əlaqədar olduğunu göstərir

(səh.201-203).

Kitabda işsizliyin cəmiyyət üçün daha çox itki olmasından, sosial,

mənəvi və psixoloji tənəzzülə səbəb olmasından bəhs edilir (səh.241). Çox

təəssüf ki, işsizlik makroiqtisadi tarazlıq müstəvisində kifayət qədər təhlil

olunmur. Dövlətin işsizliyi aradan qaldırmaq siyasətində potensial inflyasiya

doğurma hallarının olduğu nəzərə alınmır. Halbuki təcrübənin göstərdiyi ki,

hansı vasitələrlə olursa olsun işsizliyi azaltmaq tədbirlərinin faydalılıq effekti

o qədər də yüksək olmur.

Sivilizasiyanın müasir mərhələsində ümumiyyətlə insan potensialı

deyil, intellektual insan potensialı yüksək dəyərləndirilir. İntellektual insan

potensialı rəqabətqabiliyyətliliyinin ümum şərtidir. Kitabda ayrıca fəsildə

Azərbaycanda intellektual insan potensialının formalaşması və inkişafı

qanunauyğunluqları tədqiq edilir (səh.206). Azərbaycan üçün yeni olan

«həyatın keyfiyyəti», «təhsil səviyyəsi indeksi», «təhsil potensialı»

araşdırılır. Müəllifin hesablamalarına görə hələ Sovet dövründə aparılan

düzgün siyasət nəticəsində Azərbaycanda yüksək ixtisaslı kadr potensialı

formalaşmışdır. Bu gün transformasion tənəzzüldən çıxmaq üçün bu kadr

potensialının müstəsna əhəmiyyəti vardır. Maddi və sosial həyat səviyyəsi

ilə əlaqədar intellektual kadr potensialının bir hissəsinin müəyyən müddətə

xarici ölkələrə miqrasiyasını bir mənalı qiymətləndirmək mümkün olmasa

da, onun hər halda müasir mərhələ üçün müsbət meyl olmadığı qeyd

edilməlidir.

Page 208: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

208

Kitabın ən mühüm məziyyəti kimi onu da göstərmək lazımdır ki,

burada müəllifin iqtisadi məsələlərə eyni zamanda həm nəzəri və həm də

praktiki aspektlərdən yanaşdığının şahidi oluruq. Bu mənada kitab müasir

iqtisadi fikir üçün xarakterik olan nəzəri-praktik yönümlük prinsiplərinə

cavab verir və bu sahədə yaxşı nümunədir. Məsələn, kitabda məşğulluq,

işsizlik, iş qüvvəsi, əmək ehtiyatları, insan kapitalı və s. kimi anlayışların

həm elmi məzmunu müəyyən edilir, həm də Azərbaycan iqtisadiyyatının

real sektorunda onların kəmiyyət parametrləri təhlil edilir. Əhalinin

məşğulluq quruluşunun dinamikası (səh.261), məşğulluğun mülkiyyət

formaları üzrə dəyişməsi (səh.265), onların MDB ölkələri üzrə müqayisəli

göstərilməsi (səh.268-273) elmi maraq doğurur.

Kitabda qoyulan məsələlər Azərbaycan iqtisadiyyatının bugünkü real

mənzərəsini əks etdirməklə bərabər gələcək inkişaf meylləri haqqında da

təsəvvür yaradır. Kitabdan öyrənirik ki, gələcəkdə respublikada

işsizlik səviyyəsinin azalması istiqamətləri və strategiyası (səh.277)

artıq bu gün məlumdur.

İqtisadi nəzəriyyənin məlum belə bir prinsipi vardır: işsizliyi azaltmaq

üçün xərclər artırılmalıdır. Ona görə də kitabın növbəti fəslində məntiqi

olaraq xarici investisiya qoyuluşu problemləri tədqiq olunur (səh.304). Bu

fəsildə çox zəngin materiallar əsasında Azərbaycan da daxil olmaqla bir

çox ölkələrin, xüsusən Türkiyənin bu sahədəki təcrübəsi ümumiləşdirilir və

Azərbaycanın xarici investisiya siyasətinin təkmilləşdirilməsi məsələləri

ortaya qoyulur. Yaxın və uzaq xarici ölkələrə poladəritmə məhsullarının

ixracına nail olmağın (səh.376), üzümçülük və üzüm emalı sənayesinin

inkişafını birinci dərəcəli məsələ hesab etməyin (səh.377), xarici

investisiyalı müəssisələrin sahə quruluşunu təkmilləşdirməyin, xarici

sahibkarları deyil, milli sahibkarların ölkənin əsas sosial fəal təbəqəsinə

çevirməyin vacibliyi (səh.379) həm də bunun tamamilə real və mümkün

olduğu əsaslandırılır.

Page 209: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

209

Məlumdur ki, müasir mərhələdə dünyada liberalizm iqtisadi ideologiya

kimi qəbul olunur. Hər bir ölkə inteqrasiya əlaqələrinə qoşulmağa cəhd edir

və bundan böyük fayda əldə edir. Azərbaycan üçün də yeganə, münasib

inkişaf ideologiyası ancaq liberalizm ola bilər. Ona görə də ölkə

iqtisadiyyatının tədricən liberalizm prinsiplərinə keçirilməsi çox önəmlidir və

bu sahədə uğurlu addımlar atılır. Liberalizmin mühüm təzahürlərindən biri

miqrasiyadır. Mobillik dərəcəsinə görə üstünlüyə malik olan əmək

resurslarının ölkələrarası hərəkəti labüddür. Lakin onu tənzimləmək,

iqtisadi-sosial faydalılıq prinsipi ilə qiymətləndirmək tələb olunur. Şübhəsiz,

kitabda bu məsələnin ayrıca fəsildə geniş araşdırılması (səh.395) diqqətə

layiqdir və insan potensialının kompleks xarakterizə olunması və

reallaşdırılması zərurətilə bağlıdır. Azərbaycanda miqrasiyanın xalis iqtisadi

hadisə deyil, postsovet dövrünün çoxlu siyasi, iqtisadi, sosial, mənəvi

cəhətləri ilə şərtlənən, ciddi problemlərlə nəticələnən hadisə olduğu konkret

rəqəmlərlə göstərilmişdir (Fəsil 5, paraqraf 3). Bununla əlaqədar Dövlət

Miqrasiya İdarəetmə orqanının yaradılması zərurəti əsaslandırılmışdır

(səh.469-470).

Müasir dünya iqtisadi fikrində insan (əhali) faktoruna münasibətdə

bir-birinə qarşı duran əks mövqe və fikirlər qalmaqdadır. İnsanı

cəmiyyətin başlıca məhsuldar qüvvəsi, onun ən böyük sərvəti hesab

edənlər də vardır. Əksinə «kədərli elmin» peyğəmbəri Tomas Robert

Maltusun hələ 1798-ci ildə «Əhali haqqında ESSE» əsərində irəli sürdüyü

fikirləri dönə-dönə təkrar edib əhali artıqlığının ciddi problem olduğunu irəli

sürənlər də vardır. Kitabda bu məsələyə münasibətdə müəllifin konkret

mövqeyi bilinməsə də, insan resursları və onların idarə edilməsinin xüsusi

fəsildə araşdırılması məsələnin qeyd-şərtsiz ciddiliyindən xəbər verir.

Müəllifin bu fikrilə razılaşmamaq olmaz ki, «insan potensialının idarə

edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar rəqabət obyekti olaraq,

məqsədə çatmaq üçün başqa resurslarla yanaşı səmərəli yerləşdirilməli,

inkişaf etdirilməli və motivləşdirilməlidir» (səh.477). Bu cəhətdən

Page 210: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

210

Azərbaycanda mövcud vəziyyətin heç də qənaətbəxş olmadığını və

burada ciddi problemlərin olduğunu (səh.483) göstərən müəllif həm də

çıxış yollarını müəyyən edir. İlk növbədə yüksək ixtisaslı elmi kadrlardan

istifadənin müstəqil dövlət kimi Azərbaycan üçün bu gün çox önəmli

olduğu qeyd edilir, iqtisad elminin qarşısında duran vəzifələr

müəyyənləşdirilir (səh.510-511).

Kitabda məşğulluq sahəsində gender probleminə ayrıca fəsildə

xüsusi diqqət yetirilir. Kitabın müəllifi Ş.M.Muradov hələ Sovet dövründə

qadın əmək ehtiyatlarını hərtərəfli araşdıran və bu məsələ ilə əlaqədar

ciddi əsərləri olan tədqiqatçıdır. Müasir sivilizasiyanın tələblərinə uyğun

olaraq qadın probleminin gender problemi kimi transferi onun aktuallığının

azalmadığını, əksinə artdığını göstərir. Bu gün beynəlxalq miqyasda, bir

çox beynəlxalq təşkilatlar tərəfindən qadının cəmiyyətdə, ailədə və

istehsalatda vəziyyəti xüsusi «qadın məsələsi» kimi təqdim edilir. Digər

tərəfdən transformasiya şəraiti qadınların cəmiyyətdəki mövqeyinə daha

çox təsir edir. Ona görə də qadın probleminə dair iqtisadi tədqiqatlar

xüsusi aktuallıq kəsb edir. Kitabda Azərbaycanda «qadın məsələsi»

adlanan məsələnin məzmunu, qadın problemlərinin həlli ilə əlaqədar

dövlət və hökumət səviyyəsində görülən tədbirlər ümumiləşdirilməklə

bərabər qadın əmək potensialının səmərəli məşğulluğunun təmin edilməsi

məqsədilə qadınların əmək və ailə vəzifələrinin harmonik əlaqələndirilməsi

istiqamətində dövlət siyasətinin strategiyasının hazırlanıb həyata

keçirilməsi tövsiyə edilir (səh.551).

Müəllif haqlı olaraq kitabın sonunda əhalisakinliyi və demoqrafiya

sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təqdim edir (səh.552-

608). Buna kitabdakı araşdırmaların nəticələri imkan verir və müəyyən

mənada bu araşdırmaların nəticələri kimi də baxmaq olar.

Monoqrafiyanın ən böyük uğurlarından biri kimi onu da qeyd etmək

lazımdır ki, müəllif özünün bu əsərini uzun bir müddət ərzində apardığı

tədqiqatların məntiqi nəticəsi kimi təqdim edir. Respublika iqtisadçıları

Page 211: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

211

dairəsində Şahbaz Muradovun qadın əmək ehtiyatları, işçi qüvvəsinin

təkrar istehsalı, demoqrafiya problemlərinin araşdırıcısı kimi tanınması

belə bir fundamental əsərin yaranmasına səbəb olmuşdur. Həmçinin

vaxtilə bu problemlə məşğul olan iqtisadçıların tədqiqatlarından da düzgün

olaraq istifadə edilmişdir. Nəticədə yeni dövrün tələblərinə cavab verən bir

zəngin monoqrafik əsər ortaya çıxarılmışdır. Bu mənada kitabı

Azərbaycanda Sovet dövründə formalaşan və müvəffəqiyyətlərilə tanınan

əmək iqtisadiyyatı elmi məktəbinin uğuru hesab etmək olar.

Müasir mərhələdə iqtisad elmində transformasiya dəyişikliklərilə

əlaqədar qeyri-müəyyənliklər mövcud olsa da artıq böhrandan yeni

paradiqmalara keçid açıq hiss olunmaqdadır. Lakin bu birdən-birə baş

vermir. Azərbaycan iqtisad elmində uzun müddət iqtisadi publisistika

(hadisələrin, yeniliklərin sadəcə olaraq izahı) üstünlük təşkil edirdi,

fundamental tədqiqatlar yox dərəcəsində idi. Bu monoqrafiya göstərir ki,

artıq bu dövr arxada qalmışdır. Azərbaycan iqtisadiyyatının reallıqlarını

elmi-nəzəri ümumiləşdirmək, konseptual problemlər qoymaq və həll etmək

mümkündür. Çox mürəkkəb bir məsələ də yeni sosial-iqtisadi sistem

şəraitində tədqiqatların metodoloji əsaslarını müəyyənləşdirməkdir. Bu

kitabla tanışlıq göstərir ki, iqtisadi hadisələrin izahında və araşdırılmasında

həm ənənəvi baxışlara, həm də müasir nəzəri konsepsiyalara istinad

olunmuşdur. Bunu müəyyən mənada müsbət hal kimi də qiymətləndirmək

olar. Əslində bu, ənənəvi siyasi iqtisadla müasir ekonomiksin ən böyük

üstünlüklərindən istifadəni göstərir. Kitabda müəllifin yeri gəldikcə həm

marksist iqtisadçılara, həm də müasir qərb iqtisadçılarına istinad etməsi

və ümumiyyətlə iqtisadi hadisələrə yanaşmada dünyəvi meyarları əsas

götürməsi diqqətəlayiqdir. Bizim fikrimizcə, bu müasir mərhələdə ən

uğurlu yanaşmadır.

Bütün bunlarla bərabər kitabın növbəti nəşrlərində bir sıra

məsələlərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik. Tədqiqatın

obyektinə daxil edilən məsələlərin eyni dərəcədə araşdırılması, müəyyən

Page 212: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

212

təkrarların aradan qaldırılması, həddindən artıq rəqəm məlumatlarının

analitik təhlillə əvəz olunması, tədqiqatın metodoloji bazasının

dəqiqləşdirilməsi, fəsillərlə paraqrafların arasında məntiqi əlaqənin təmin

olunması, qrammatik və orfoqrafıq xarakterli bir çox nöqsanların aradan

qaldırılması lazım bilinir.

Həmçinin insan potensialının ilk növbədə makroiqtisadi tarazlıq

probleminin tərkib hissəsi kimi təqdim olunması maraqlı olardı. Belə

olduqda, məsələn işsizlik probleminin aradan qaldırılmasına daha

həsasslıqla yanaşmaq lazım gələrdi. Çünki müəyyən şərtlər nəzərə

alınmadan işsizliyin aradan qaldırılması inflyasiya ilə müşayiət olunur.

Fikrimizcə, bununla əlaqədar gəlir siyasəti, məcmu tələb məsələsi də

diqqətdən kənarda qalmamalıdır.

Bütün bunlar bir daha qiymətli bir əsərin yarandığını göstərir. Əsərin

həm çoxsaylı məziyyətlərini, həm də təsəvvürümüzə görə qüsur hesab

etdiyimiz cəhətlərini nəzərdən keçirdikdə zəmanəmizin görkəmli iqtisadçısı,

monetarizmin banisi, Nobel mükafatı laureatı Pol Samuelsonun iqtisadi

fikrin digər heç də az məşhur olmayan nümayəndəsi Corc Meynard Kensin

bütün müasir iqtisadçıların stolüstü kitabı olan «Məşğulluq, faiz və pul

haqqında ümumi nəzəriyyə» kitabı haqqında dedikləri yada düşür. O, yazır:

«Ümumi nəzəriyyə - çox pis yazılmış kitabdır. O, pis təşkil olunub. Kitab

illyuziyalardan və qarma-qarışıqlıqlardan ibarətdir. Nəhayət onları dəf

edəndən sonra görürsən ki, burada təhlil var və eyni zamanda yenidir. Qısa

desək, bu dahiyanə əsərdir».

Beləliklə, bu kitab Azərbaycanın müasir iqtisadi fikrində insan

potensialının öyrənilməsi sahəsində uğurlu nailiyyətdir.

Bu gün respublikamız üçün ciddi olan, həllini tələb edən mühüm

məsələlərdən biri iqtisadiyyatın ərazi quruluşudur. Bu problem özünün

demoqrafik aspektləri ilə müşayiət olunur. Əhalinin Bakı və sumqayıt

şəhərlərində cəmləşməsi mərkəz şəhərlərində yaşayış gərginliyi

yaratmaqla bərabər digər şəhərlərin inkişafına da mənfi təsir göstərir.

Page 213: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

213

İqtisadi ədəbiyyatda regional mərkəz şəhərlərinin demoqrafik

xüsusiyyətləri öyrənilərək müəyynə edilib ki, Bakı istisna olmaqla

respublikanın digər şəhərlərində şəhər əhalisinin cəmi 23 faizi yaşayır

(Bax: R.Kərimov. Azərbaycanın regional mərkəz şəhərlərinin

demoqrafik xüsusiyyətləri və əmək ehtiyatlarından istifadə problemləri.

Diss.avtoref. Bakı, 2005). R.Kərimovun tədqiqatlarında regional

mərkəz şəhərlərinin gələcəkdə inkişaf etdirilməsinin kompleks

problemlərinə (demoqrafik, sosial, iqtisadi) diqqət yetirilir, bazarın

tələbləri nəzərə alınmaqla xüsusi proqramların (məsələn, investisiya

proqramının) həyata keçirilməsini məqsədəuyğun hesab edir.

Respublika Prezidenti İlham Əliyevin 2009-cu ildəki son çıxışlarında

artıq ölkədə keçid dövrünün başa çatdığı rəsmi təsdiqini tapmışdır.

Statistikamızın məlumatına görə ölkədə istehsal olunan ÜDM-in 85%-dən

çoxu özəl sektorun payına düşür. Dövlət sektoru ilə müqayisədə getdikcə

üstünlük təşkil edən qeyri-dövlət sektorunda əhalinin məhğulluğunun

öyrənilməsi həm bu gün, həm də perspektiv baxımından aktual olan

mövzudur. Bu mənada Q.Q.Musayevanın “Azərbaycan iqtisadiyyatının

qeyri-dövlət sektotunda səmərəli məşğulluğun təmin edilməsinin sosial-

iqtisadi problemləri” mövzusunda müdafiə etdiyi dissertasiya işi elmi maraq

kəsb edir. Dissertasiyanın avtoreferatında tədqiqatın aktuallığının müəllif

tərəfindən əsaslandırılmasından yaranan ilk təsəvvür ondan ibarət olur ki,

qarşımızda mükəmməl bir tədqiqat əsəri durur. İşlə tanış olduqca bu

təsəvvür özünü doğruldur.

Avtoreferatda göstərildiyi kimi sahibkarlıq subyektlərinin sayı ilə yeni

yaradılan müəssisələrin ölkə əhalisinə nisbəti, yeni yaradılmış

müəssisələrlə bazara real daxil olmuş müəssisələr arasındakı nisbət

göstəricisinin, həmçinin yüksək məşğulluq səviyyəsinin qeydə alındığı

sahələrdə belə nominal gəlirlərin nisbətən aşağı səviyyədə olduğu,

mülkiyyət və iqtisadi fəaliyyət növləri üzrə məşğulluğun hələ səmərəli təşkil

olunmadığı bir iqtisadiyyatda bu mövzuda tədqiqat aparmaq şübhəsiz

Page 214: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

214

vacibdir. Səmərəli məşğulluğa nail olmanın, iqtisadi təhlükəsizlik, «Holland

sindromunun yumşaldılması», sağlam mənəvi-psixoloji mühit yaradılması

ilə bilavasitə əlaqəli olduğunu buna əlavə etmiş olsaq mövzunun

aktuallığını şərtləndirən səbəbləri daha da artırmış olarıq.

Tədqiqatın elmi yeniliyi müəllifin çox iş gördüyündən xəbər verir.

Fikrimizcə, dissertasiyada müəllifə elmi dərəcə verməyə haqq qazandıran

fikir və mülahizələr, tədqiqatın yekunları kifayət qədərdir. Bu sıraya ilk

növbədə aşağıdakıları aid etmək olar:

• Məşğulluq fərdin ictimai əmək fəaliyyətinə cəlb

olunması kimi səciyyələndirərək abstrakt məşğulluq anlayışı daha

konkretləşmiş olur (səh. 7);

• Müəllif tam, səmərəli, məhsuldar, qeyri-məhsuldar, fərdi, sərbəst

məşğulluq anlayışlarına dair mövcud iqtisadi ədəbiyyatlardakı fikirlərə

münasibət bildirməklə bərabər Azərbaycan iqtisadiyyatının timsalında bu

məşğulluq növlərinin vəziyyətini araşdırır;

• Cəmiyyət miqyasında məşğulluğun məhsuldarlığını müəyyən

etmək üçün bir məşğula düşən ÜDM göstəricisi, ÜDM-də insan amilinin

iştirak paymı müəyyən etmək üçün ÜDM sosial səmərəlilik göstəricisi

hesablanır. Bu göstəricilərin dövlət və qeyri-dövlət sektoru üzrə dinamikası

verilməklə məşğulluq probleminin sanki konkret ünvanı göstərilir;

• KOS müəssisələrində, xarici investisiyalı müəssisələrdə, birgə

müəssisələrdə bir məşğula düşən ümumi məhsul göstəricisinin müəyyən

edilməsi nəticəsində böyük fərqlər üzə çıxarılır (məsələn, məlum olur ki

xarici investisiyalı müəssisələrdə bir məşğula düşən ümumi məhsul ölkə

üzrə orta göstəricidən 60 dəfə çoxdur) və bununla məşğulluğun potensial

imkanları müəyyən edilir (səh. 12);

• Aqrar sektorun məşğulluq baxımından inkişaf imkanları konkret

rəqəmlərlə üzə çıxarılır (səh. 13);

• Qeyri-dövlət sektoru üzrə sənaye sahələrində əhalinin məşğulluğu

Page 215: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

215

məhsul istehsalının artımı arasında nisbət (səh. 14), əhalinin sayı ilə

müəssisələrin sayı arasında nisbət (səh. 15), investisiyaların sosial

səmərəlilik göstəricisi (səh. 17) yeni dövr üçün xüsusi metodlarla

hesablanır və alınan nəticələr ümumiləşdirilir;

• Azərbaycan iqtisadiyyatının qeyri-dövlət sektorunda səmərəli

məşğulluğun təmin edilməsi istiqamətləri konkret təkliflər şəkilində

müəyyən edilir (səh. 18). Bu təkliflər məşğulluq üzrə qanunvericiliyin

təkmilləşdirilməsindən tutmuş bir çox başqa məsələləri - rəsmi

statistikanın istifadə etdiyi metodologiyanın yeniləşdirilməsini, investisiya

və gəlir siyasətinin təkmilləşdirilməsini, sərbəst və fərdi məşğulluğun

tənzimlənməsini əhatə edir.

Fikrimizcə, dissertasiyanın elmi məziyyətlərinin hələ tamamlanmamış

bu sırasına onun digər məziyyətlərini - yazı dilini, xalis Azərbaycan

türkcəsində yazıldığını da əlavə etmək lazımdır. Məsələ ondadır ki,

dissertasiyaların, onların avtoreferatlarının milli dövlət dilində yazılmasına

müstəqilliyimizin ilk illərindən keçilsə də, yeni iqtisad elmi dili hələ

formalaşmaqdadır və hər bir tədqiqat işi də bu sahədə öz xidmətini

göstərməlidir. Artıq internet dilindən, tərcümə dilindən yaxa qurtarmaq

vaxtıdır, iqtisadiyyatı təmiz Azərbaycan dilində yazmaq vaxtıdır.

Dissertasiyanın vəzifələrindən biri kimi göstərilən «qeyri-dövlət

bölməsinin formalaşması və təşəkkülü qanunauyğunluqlarının aşkar

edilməsi» (səh. 5) əslində bazar iqtisadiyyatının formalaşması və inkişafı

qanunauyğunluqlarıdır. Bu, özlüyündə çox əhatəli və kifayət qədər

öyrənilən bir problemdir. Ona görə də bu ifadənin məşğulluqla

əlaqələndirib, işin elmi yeniliyinin 3-cü bəndinə uyğun (səh. 6) vermək daha

məqsədəuyğun olardı.

Dissertasiyada ÜDM-in sosial səmərəlilik göstəricisi hesablanır və

onun artırılması təqdir edilir (səh. 11). Əlbəttə, ÜDM-in artırılmasında təbii

faktorlarla (ölkəmizdə neft faktoru ilə) müqayisədə bu göstəricinin

artırılmasını müsbət meyl kimi qiymətləndirmək olar. Müəllif də belə bir

Page 216: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

216

mövqedən çıxış edir. Lakin ÜDM-in artımı ilə məşğulların sayının artımı

hətta, bu ikincisinin üstün artımı əslində ÜDM-in əmək tutumluğunun artımı

deməkdir. Halbuki, bu cür istehsallar texnologiya tutumlu istehsalla

müqayisədə rəqabət qabiliyyətli sayılmır. Ona görə də ÜDM-in sosial

səmərəlilik göstəricisini ancaq nisbi mənada, müəyyən dövr üçün səmərəli

inkişaf göstəricisi hesab oluna bilər.

Azərbaycan iqtisadiyyatının qeyri-dövlət sektorunda məşğuluq daha

çox qapalı iqtisadiyyat çərçivəsində öyrənilmişdir. Yəni səmərəli

məşğulluğun miqrasiya aspektləri sanki sərf nəzər edilmişdir (kənara

qoyulmuşdur). Əlbəttə tədqiqat aparmaq üçün bu yaxşı bir metoddur. Lakin

nəzərə alınmalıdır ki, bu gün miqrasiya, kapital ixracı problemlərini diqqətə

gətirmədən ölkə iqtisadiyyatında məşğulluq probleminin sistemli həllinə nail

olmaq mümkün deyildir. Müəllif yəqin ki, problemin bu cəhətini öz gələcək

tədqiqatlarında nəzərə alacaqdır.

Dissertasiyanın avtoreferatı ilə tanışlıq əsasında iş haqqında

gəldiyimiz ümumi nəticə belədir: mövzu dissertabellidir, tədqiqat mövzusu

Azərbaycan iqtisadiyyatının ən aktual bir məsələsi olan məşğulluğun

öyrənilməsinə sanballı töhfədir, ölkə iqtisadiyyatının inkişafı, müasir iqtisadi

inkişaf siyasətinin işlənib hazırlanması üçün gerçəkdən əhəmiyyət kəsb

edir.

AMEA-nın müxbir üzvü, i.e.d., professor Ş.M.Muradovun

“Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas

demoqrafik və etnoqrafik dəyişikliklər (1897-2007-ci illər)” adlı kitabı

2008-ci ildə “Elm” nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Azərbaycan,

ingilis və rus dillərində yazılan bu kitabda 110 ildən ibarət bir tarixi dövr

ərzində Azərbaycan əhalisinin demoqrafik və etno-demoqrafik tərkibində

müxtəlif səbəblərdən, o cümlədən müharibələr, işğallar, deportasiyalar,

köçürmələr və sair nəticəsində baş verən dəyişikliklər ətraflı araşdırılmışdır.

Əhalinin milli quruluşu ilə əlaqədar tarixi həqiqətlərin ən etibarlı

mənbələrə istinad edərək aşkar edilməsi bu gün çox vacibdir. Xüsusən

Page 217: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

217

keçmiş DQMV və Naxçıvan MR-sı əhalisinin milli-etnik tərkibinin dəlil-

sübutlarla aşkar edilməsi saxta erməni iddialarına bir daha son qoymaq,

işğal edilmiş əzəli Azərbaycan torpaqlarını sülh yolu ilə geri qaytarmaqla

ədaləti zəfərləndirmək (bərqərar etmək) baxımından xüsusi aktuallıq kəsb

edir.

Azərbaycan əhalisinin dinamikası iqtisadi inkişafın başlıca resursu-

insan resursu baxımından da diqqəti cəlb edir. Ölkədə əhalinin normal təbii

artımı varsa, deməli bu resursu həm kəmiyyət və həm də keyfiyyətcə

artırmaq imkanları da vardır. Bu, əslində Azərbaycanın digər başqa

ölkələrlə müqayisədə bir üstünlüyüdür. Əhalinin təbii artımı cəmiyyətin ən

məhsuldar kapitalı olan insan kapitalının artırılması üçün təbii baza təşkil

edir. Deməli, respublika əhalisinin dinamikasını və quruluşunu öyrənməklə

neft, qeyri-neft sektorları ilə yanaşı, inkişaf üçün daha mühüm bir

mənbəyin mövcud olduğunu müəyyən etmiş oluruq. Ölkənin insan

potensialı imkanlarını öyrənməklə gələcək inkişafın trayektoriyasını cızmaq,

yeni ehtiyat mənbələri aşkar etmək şansı əldə edirik.

Kitabda bu məsələlərdən ətraflı bəhs edilməklə əslində belə bir

həqiqət bir daha sübuta yetirilir ki, bu ölkənin və xalqın resurs potensialının

məhdudluğundan və nə vaxtsa tükənəcəyindən danışmaq əbəsdir.

Kitabın girişində müəllifin özünün yazdığı kimi demoqrafik dəyişikliklər

cəmiyyət həyatının digər sahələrindəki dəyişikliklərlə qarşılıqlı surətdə

bağlıdır. Ona görə də bu dəyişikliklər vaxtaşırı öyrənilməlidir. Bütün bunlar

nəzərə alındıqda kitab haqqında ilk müsbət təsəvvür yaranır. Kitabla tanış

olduqca bu təsəvvür özünü doğruldur.

Prof. Ş.M.Muradov əhali, demoqrafiya, insan potensialı, əmək bazarı,

məşğulluğun problemlərinin təcrübəli və dərin tədqiqatçısıdır. Onun növbəti

kitabı da bu fikri bir daha təsdiq edir. Burada zəngin ilkin tarixli mənbələrə

və ədəbiyyatlara istinad olunaraq külli miqdarda statistik materiallar,

məlumatlar ümumiləşdirilir, tədqiq və təhlil olunur, nəticələr çıxarılır.

Azərbaycan Respublikası əhalisinin sayının kəmiyyət və keyfiyyətcə

Page 218: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

218

dəyişməsi və ona təsir edən amillər həm ayrı-ayrı dövrlər üzrə, həm də

bütünlükdə xarakterizə olunur. (fəsil 1. səh. 10-24)

Müəllif kitabda Azərbaycan Respublikası əhalisinin demoqrafik

göstəricilərinin dəyişməsi dinamikasını müəyyən edir (Fəsil 2. səh. 25-35).

Ayrı-ayrı fəsillərdə ailə, nikah və boşanmaların dəyişməsini (Fəsil 3. səh.

36-44), əhalinin etno-demoqrafik quruluşu və onun dəyişmə meyllərini

(Fəsil 4. səh. 45-67), əhali miqrasiyasını və onun müxtəlif növlərini, habelə

müasir mərhələdə dövlət miqrasiya siyasətini araşdırır.

Azərbaycan əhalisinin sayı və tərkibi haqqında ilk etibarlı və mötəbər

məlumat mənbəyi 1897-ci ildə keçirilən əhali siyahıya alınma

materiallarıdır. Bu başlanğıc materiallar əsasında Respublikada əhalinin

hərəkət dinamikasını öyrənən müəllif əhalinin say tərkibinin dəyişməsinin

mühüm amili kimi zaman-zaman Azərbaycan ərazilərinin itirilməsi

məsələsinə toxunur. Tarixi ədəbiyyatlarda mübahisəli olan, iqtisadi

ədəbiyyatlarda isə demək olar ki, diqqətdən kənarda qalan bu məsələni

işıqlandıraraq müəllif 1918-1929, 1930-cu illərdə itirilmiş torpaqların

əhalinin say tərkibinə təsirini göstərir. Bu təsir nəzərə alınmaqla əhalinin

say tərkibinin 144 il ərzində necə dəyişməsinə dair tarixi mənbələr

əsasında göstərilən bu rəqəmlər diqqəti cəlb edir: Azərbaycan əhalisinin

sayı onun Rusiya tərəfindən işğal olunmasından 50 il sonra – yəni 1863-cü

ildə 1130,0 min nəfər, 100 il sonra, yəni 1913-cü ildə 2339,2 min nəfər,

Azərbaycanda Sovet Hakimiyyətinin qurulduğu 1920-ci ildə 1952,0 min

nəfər, SSRİ-nin yarandığı 1922-ci ildə 1863,0 min nəfər, SSRİ-nin dağıldığı

və müstəqil Azərbaycan Respublikasının yarandığı 1991-ci ildə 7218,5 min

nəfər, 2007-ci ilin I yarısında isə 8532,7 min nəfər təşkil etmişdir (səh. 13).

Azərbaycan xalqının tarixində mühüm yer tutan bu dövrlərdə əhalinin artım

sürətinin müxtəlif olmasının səbəbləri təhlil edilərək onlar tamamilə düzgün

olaraq məlum dövrün sosial-iqtisadi münasibətlərinin məzmunu ilə və

mühüm dərəcədə bununla şərtlənən əhalinin mexaniki hərəkəti ilə izah

olunmuşdur.

Page 219: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

219

Prof. Ş.M.Muradovun tədqiqatları və eləcə də görkəmli iqtisadçı alim

i.e.d., professor M.M.Allahverdiyevin əsərlərindən götürülən iqtibaslar

göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə əhalisi azalmışdır

(səh. 16). Bunun səbəbi cəmiyyətin formalaşmaqda olan yeni iqtisadi

modeli deyildi. Burada demoqrafik amillərin, Birinci dünya müharibəsinin,

xarici müdaxilə və vətəndaş müharibələrinin təsiri şübhəsiz idi. Kitabın

müəllifi haqlı olaraq göstərilən mövqeyi müdafiə edir (səh. 17). Əgər XIX

əsrin ikinci yarısında əhalinin mexaniki artımı baş vermişdisə (kənardan

Azərbaycana işləməyə gələnlərin sayının artması hesabına), Birinci Dünya

Müharibəsi illərində əks proses baş vermiş, 1920-1939-cu illərdə isə

Respublika əhalisinin ümumi artımının 50,0%-ni kənardan gələnlər təşkil

etmişdir (səh. 18).

Kitabda ilk dəfə olaraq XX əsrdə Azərbaycanın 5 dəfə kəskin

demoqrafik çətinliklərlə üzləşdiyi göstərilir (səh. 19). və bunlara 1905-1907,

1913-1920, 1940-1945, 1948-1953, 1988-1993-cü illər aid edilir. Bu

demoqrafik çətinliklərin hər birinin məzmunu araşdırıldıqda məlum olur ki,

onların dördü erməni qəsbkarları tərəfindən törədilmiş soyqırım,

köçürülmə, işğal siyasətləri ilə, iyrənc erməni xisləti ilə əlaqədar

olmuşdur. Məlum hadisələrin bir çoxu isə həmişə erməni havadarlarının əli

ilə həyata keçirilmişdir.

Kitabda Azərbaycan əhalisinin əsas demoqrafik göstəriciləri kimi

doğum, ölüm, təbii artımın təhlili maraqlı nəticələr çıxarmağa imkan

vermişdir. Müəllifin araşdırmalarından məlum olur ki, tarixən ölkə əhalisinin

ən yüksək doğum və təbii artım səviyyəsi XX əsrin 50-ci illərinə təsadüf

etmişdir. Kitabda əksini tapan məlumatlara görə 1960-cı ildə Respublikada

əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 42,6 nəfər, təbii artım

isə 35,9 nəfər təşkil etmişdir. Halbuki bu göstəricilər keçmiş ittifaqda orta

hesabla müvafiq olaraq 24,9 nəfər və 17,8 nəfər təşkil etmişdir (səh. 26).

Bu hal kitabda müəllif tərəfindən mili mənsubiyyət, demoqrafik inkişafın

xarakteri kimi amillərlə izah edilir (səh. 26). Müəllif əhalinin yaş və cins

Page 220: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

220

tərkibinin dəyişmə meyllərinin təhlilindən də maraqlı nəticələr əldə etmişdir.

Məlum olmuşdur ki, Azərbaycanda əhalinin ümumi sayında gənclərin (29

yaşadək olanların) xüsusi çəkisi azalmaqdadır. 1959-2007-ci illərdə bu

göstərici 37,2%-dən 23,8%-ə enmişdir. Müəllifin araşdırılmaları göstərir ki,

əhalinin cins tərkibində İkinci Dünya Müharibəsinə qədər kişilərin sayca

üstünlüyü müşahidə olunsa da bu tarixdən etibarən müəyyən tərəddüdlərlə

qadınların sayca üstünlük təşkil etməsi davam edir (səh. 35). Lakin təəssüf

ki, kitabda bu məsələlərin səbəbləri və neqativ nəticələri ətraflı

verilməmişdir, belə olsaydı kitabın elmi səviyyəsi daha da artardı.

Bazar iqtisadiyyatının mühüm bir iqtisadi subyekti ailə, ev

təsərrüfatıdır. Əhalinin əsas demoqrafik göstəricilərinin dəyişməsində

ailənin böyük rolu vardır. Kitabda əhalinin siyahıyaalma məlumatları

əsasında 1970, 1989, 1999-cu illərdə ailələrin sayı (səh. 36), ailə üzvlərinin

orta sayı (səh. 37) müqayisə edilir, 1950-2006-cı illər ərzində nigah və

boşanmaların dinamikası təhlil edilir, (səh. 39). Müəyyən olunur ki, bir sıra

obyektiv və subyektiv səbəblərdən qadınlar arasında boşanmaların sayı

kişilərə nisbətən əhəmiyyətli dərəcədə çoxdur (səh. 42).

Əhalinin cinsi tərkibində nisbətin oğlanların xeyrinə dəyişməsi

faktından müəllifin gəldiyi fikrə görə isə bu vəziyyət uzun müddət davam

edərsə və qarşısı alınmazsa ciddi demoqrafik nəticələrə səbəb ola bilər.

Kitabda göstərildiyi kimi əhalisinin etno-demoqrafik tərkibinə görə

Azərbaycan tarixən zəngin bir ölkə olmuşdur. Rəy verilən bu kitabda istinad

olunan bir rəqəmə görə hələ 80 il əvvəl, yəni 1926-cı ildə respublikamızda

yaşayan millət, xalq, etnik qrupların sayı 95-dən çox olmuşdur (səh.45).

Qonşu respublikalarla müqayisədə bu çox böyük rəqəmdir. Bu cür zəngin

etno-demoqrafik tərkib müxtəlif mədəniyyət, mənəviyyat, peşə və

vərdişlərin qovuşmasına, əlavə məhsuldar qüvvənin ortaya çıxmasına

səbəb olur.

1897-ci ildə Rusiya imperiyasında keçirilmiş Birinci ümumi əhali

siyahıyaalınması məlumatlarında əhalinin milli tərkibinin konkret olaraq

Page 221: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

221

göstərilməməsi və ya dolayısı ilə adamların danışdığı dil əsasında

göstərilməsi şübhəsiz təsadüfü sayıla bilməz. Bu, müəyyən ideoloji, siyasi

məqsəddən irəli gəlirdi. Lakin ana dili özü də millətin əsas atributu kimi

onun varlığından, say tərkibindən kifayət qədər xəbər verə bilər. Digər bir

tərəfdən türk, tatar və Azərbaycan dili ifadələrində qəsdən (bilərəkdən)

müəyyən qarmaqarışıq salınması (məsələn, 1897-ci il siyahıyaalınma

məlumatlarında Bakı əhalisindən bəhs edərək tatar və türk dillərində

danışanlar, Yelizavetpol (indiki Gəncə) quberniyasından bəhs edərkən tatar

(aderbaycanski) dilində danışanlar göstərildiyi halda İrəvan

quberniyasından bəhs edərkən isə nə türk, nə də Azərbaycan dilinin adı

çəkilmir), hələ o vaxtdan xüsusi bir “uzaqgörənliklə” tarixi saxtalaşdırmaq

məqsədini güdürdü. Prof. Ş.M.Muradovun bəhs olunan bu kitabında çoxlu

mənbələrdən istifadə olunaraq bu məsələlərə bir aydınlıq gətirilir. Göstərilir

ki, əhalinin azərbaycanlılardan ibarət olan say tərkibinin bu şəkildə

dolaşdırılmasına baxmayaraq 1897-ci ildə İrəvan quberniyasında yaşayan

Azərbaycanlıların sayı 313,2 min nəfər olmuşdur. Bu da quberniyanın

əhalisinin 37,7%-ni təşkil etmişdir (səh. 51-52). Müəllif burada ermənilərin

müəyyən xüsusi çəkiyə malik olmasını haqlı olaraq Çar Rusiyasının

köçürmə siyasəti ilə əlaqələndirir (səh. 52). Bunun üçün əlaqədar tarixi

mənbələrə və ədəbiyyatlara, o cümlədən erməni müəlliflərin kitablarına

müraciət edir (səh. 52-53). Kitabda diqqəti cəlb edən ən mühüm

məsələlərdən biri də ölkə ədəbiyyatlarında ilk dəfə olaraq 1897-ci ildə

Şimali Azərbaycanın əhalisinin milli tərkibinin quberniyalar (Bakı,

Yelizavetopol və İrəvan), qəzalar və onların mərkəzi şəhərləri üzrə

veriləsidir (2-ci cədvəl, səh. 50-51). Həmin cədvəlin məlumatlarından

göründüyü kimi, 1897-ci ildə İrəvan şəhərinin əhalisinin 42,4%-ni

azərbaycanlılar, 43,1%-ni isə ermənilər təşkil etmişdir. Kitabda maraqlı

məsələlərdən biri də 1926-79-cu illərin müqayisəli təhlili əsasında məlum

səbəblərdən Azərbaycanda və Ermənistanda yaşayan azərbaycanlı və

ermənilərin say nisbətinin dəyişməsinin aşkar edilməsidir. Monoqrafiyada

Page 222: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

222

əksini tapan materiallardan məlum olur ki, müqayisə olunan bütün bu illər

ərzində Azərbaycanda yaşayan ermənilərin sayı 282 min nəfər çoxalaraq

475,2 min nəfərə çatdığı halda, Ermənistanda yaşayan azərbaycanlıların

sayı bundan 2,5 dəfə az artaraq, yəni cəmi 84 min nəfər artaraq 160,8 min

nəfərə gəlib çatmışdır. Bu səbəblərdən də Azərbaycanda yaşayan

ermənilərin sayı qeyd edilən dövrdə Ermənistanda yaşayan

azərbaycanlıların sayından 2,9-4,1 dəfə çox olmuşdur (səh. 54). Nəticədə

1979-cu ildə İrəvan şəhərinin əhalisi arasında azərbaycanlıların xüsusi

çəkisi cəmi 0,2% təşkil etdiyi halda, Bakı şəhərində ermənilərin xüsusi

çəkisi 14,1%-i ötüb keçmişdir (səh. 55).

Bütünlükdə Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan MR

və DQMV-də əhalinin milli tərkibinin dəyişməsinə dair kitabda əksini tapmış

zəngin materiallar həqiqəti ortaya qoymaq, nəticələr çıxarmaq, haqq-

ədalətin bərpası, ikili standartların aradan qaldırılması baxımından böyük

elmi maraq kəsb edir. Yalnız onu demək kifayət edər ki, müəllif

Ermənistanda Azərbaycanlı əhalinin say tərkibinin dəyişməsində heç də

təbii amilin deyil, deportasiyaların (1948-1953 və 1988-1989) mühüm rol

oynadığını göstərmişdir. Deməli, qəsdən qurulmuş bu ssenari sonrakı yalan

və uydurmalar üçün əsas götürülsə də həqiqətdən, reallıqdan çox-çox

uzaqdır, iyrənc təfəkkür sahiblərinin qeyri-insani xislətini ifadə edir.

Azərbaycanlıların humanist millət olmasından istifadə edib əzəli

Azərbaycan torpaqlarında əhalinin milli tərkibinə görə üstünlüyə nail olmaq

və sonra da bundan Azərbaycana qarşı torpaq iddiası etmək üçün istifadə

etmək bütün tarixi boyu erməni hiyləgərliyinin mənası olmuşdur. Hətta bəzi

təkidlərlə onlar buna nail ola bilmişlər. Xüsusən İrəvan, Naxçıvan, DQMV-

də şəhərlərdə məskunlaşmağa və üstünlüyə nail olmağa çalışmışlar.

Kitabda 1989-cu ildə keçirilmiş əhalisiyahıya alınması materiallarında

keçmiş DQMV-nin əhalisinin milli tərkibinin ermənilərin xeyrinə

saxtalaşdırılması məsələsi də tutarlı faktlarla sübuta yetirilmişdir. (səh. 60-

64). Bəhs olunan kitabda elmi dəlillər və faktiki materiallar əsasında bu

Page 223: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

223

erməni hiyləgərliyinin üstü bir daha açılmış və obyektiv həqiqətlər ortalığa

qoyulmuşdur.

Kitabda ermənilər tərəfindən törədilən Xocalı faciəsi kimi dünyada

misli olmayan bir tarixi qırğının demoqrafiya baxımından təhlili verilmişdir.

Qeyd olunmalıdır ki, vaxtilə Şamaxı, Quba və Azərbaycanın digər

bölgələrində törədilən qırğınların da ssenarisində oxşar cəhətlər çoxdur.

Kitabda bu qırğınlar haqda da ətraflı bəhs olunmuşdur. Son zamanlar

Qubada aşkarlanan böyük məzarlıq ermənilərin azərbaycanlılara qarşı

törətdiyi soyqırım hadisələrinin çox böyük miqyasından xəbər verir. Əhali

problemlərinə dair gələcək tədqiqatlarda bu tarixi faktların bir daha elmi

araşdırılması, müxtəlif dillərdə nəşri və yayılması davam olunmalıdır.

Kitabda miqrasiya siyasəti ilə bağlı məsələlər də araşdırılır (səh. 68).

Heç də kiçik olmayan bir tarixi dövrdə əhalinin ölkələrarası hərəkətində

nələrin baş verməsi barədə tam təsəvvür əldə etmək mümkün olur (səh.

68). Müəllifin araşdırmalarına görə respublikada miqrasiyanın əsas

istiqamətləri torpaqların işğalı ilə əlaqədar baş verən miqrasiya, kənddən

şəhərə miqrasiyadan ibarətdir (səh. 68). Bu miqrasiya nəticəsində 1920-91-

ci illəri əhatə edən bir dövrdə şəhər əhalisinin xüsusi çəkisi 21%-dən

53,8%-ə qalxmış, kənd əhalisinin xüsusi çəkisi isə azalaraq 79%-dən

46,2%-ə düşmüşdür (səh. 72).

Müəllifin hesablamalarından o da məlum olur ki, 1991-2007-ci illərdə

şəhər əhalisinə nisbətən kənd əhalisinin sayının daha çox artması bütün

əhalinin tərkibində kənd əhalisinin xüsusi çəkisinin 46,5%-dən 48,5%-ə

qalxmasına səbəb olmuşdur (səh. 72). Əlbəttə bunlar rəsmi göstəricilərdir.

Real gerçəklik isə ondan ibarətdir ki, bu gün ölkəmizdə rəsmi qeydiyyat

uçotu hər hansı bir kənddə olduğu halda əhalinin çox hissəsi şəhərlərdə,

xüsusən Bakı şəhərində yaşayır və fəaliyyət göstərir.

Bakı şəhərində əhalinin sayının kəskin artması, onun törətdiyi neqativ

nəticələr və həmçinin bu gün Azərbaycandan başqa xarici ölkələrə

miqrasiya, onun səbəbləri, miqrantların sosial tərkibi nədənsə bu kitabda

Page 224: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

224

geniş araşdırılmır. 1995-2006-cı illərdə Azərbaycandan xarici ölkələrə

gedənlərin ümumi sayı (98,2 min nəfər), onların hara getmələri, getmənin

ümumi motivi göstərilsə də fikrimizcə bu məsələnin daha ətraflı

araşdırılmasına ehtiyac vardır.

Beləliklə, ən son materiallar da daxil olmaqla Azərbaycan

Respublikası əhalisinin quruluşunda baş verən əsas demoqrafik və etno-

demoqrafik dəyişikliklərin böyük bir dövr üçün (1897-2007) araşdırılması

xüsusi maraq doğurur. Bu maraq təkcə elm dairəsi adamları ilə

məhdudlaşmır. Adi oxucu, ölkə və xalqımın taleyinə biganə olmayan,

vətənini sevən hər bir kəs üçün kitabda Azərbaycan əhalisi haqqında

zəngin materiallar əksini tapmışdır.

Kitabdakı materialların üç dildə - Azərbaycan, rus və ingilis

dillərində verilməsi də fikrimizcə təqdirəlayiqdir. Bu, oxucu dairəsinin daha

çox olmasına imkan yaratmaqla məlum həqiqətlərin daha geniş ictimaiyyət

arasında yayılmasına kömək edəcəkdir.

Müstəqillik dövründə Azərbaycan iqtisad elminin, iqtisadçı alimlərin

geniş tədiqat obyekti olan əmək bazarı, demoqrafiya, gender, insan

potensialı kimi məsələlərə dair əsərlər aşağıdakı araşdırmalarda da öz

əksini tapmışdır:

Azərbaycan mütəfəkkirlərinin əmək, əmək bölgüsü və əmək

məhsuldarlığı haqqında

Əmək, onun cəmiyyət həyatında yeri və rolu Tusinin əxlaqi

görüşlərinin əsasını təşkil edir. O, əməklə sərvət arasındakı qırılmaz daxili

əlaqəni düzgün dərk edir, sərvətin yaradılmasında, artırılmasında və

tonlanmasında əməyin həlledici rolunu açıb göstərir. Tusi yazır ki,

cəmiyyətin nizamı, insan həyatı əmək əsasında qurulmuşdur. “Əmək

köməksiz, kömək isə ictimai forma olmadan insan növü yaşaya bilməz”. O,

iqtisadi həyat gerçəkliyində özünü açıq şəkildə göstərməyən belə bir

həqiqəti aydınlaşdırır ki, zahirən fərdi xarakter daşıyan əmək növləri ictimai

əməyin hissələridir. Tusi ictimai əmək prosesindən kənarda insan

Page 225: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

225

fəaliyyətinin mümkün olmadığını bildirir ki: “Kim qarşılıqlı kömək və əməyə

xor baxır, onu kiçik, zəhmətsiz bir şey hesab edirsə, həqiqətdə o rəzil və

xırda adamdır”. Tusi yazır: “Belə adamlar tərki-dünyalığı seçdiklərindən,

təbiətlərində qüvvə şəklində gizli saxlanılan istedadlarını faydalı əməyə sərf

etmirlər”. Buradan çıxan digər bir nəticə ondan ibarətdir ki, Tusi “İnsanın

təbiətində gizli saxlanılan istedadın” sərf edilməsini əmək adlandırır. O,

istedad, qabiliyyət dedikdə həm insanın nəzəri, ağlı qabiliyətini həm də fiziki

qüvvələrini nəzərdə tutur. Ümumiyyətlə, Tusi əməyi insanın əxlaqının

saflaşdırılmasının mühüm şərti hesab edir. O, əməyin bu cəhətini nəzərdə

tutaraq yazır: “Nəfəsin (əxlaqın, ağlın) sağlamlıq şərtlərindən biri də istər

nəzəri, istərsə əməli cəhətdən yaxşı və faydalı işlə məşğul olmaqdan

ibarətdir”. O, əmək qabilliyəti olan və heç bir faydalı işlə məşğul olmayan

adamları tənbəl, avara və tüfeyli həyat sürməkdə günahlandırır. Tusi yazır

ki, zəmanəmizdə bir dəstə insanlar, “gözlərini xalqın mərhəmət əlinə dikib

sədəqə gözləyir, əlini ağdan-qaraya vurmayır və buna da “təvəkkül” adı

qoruyurlar, başqa bir dəstə adam isə dünyanı şəhərbəşəhər dolanır, bir

yurd salıb əməklə məşğul olmur, ünsiyyət saxlamır... bunlar başqalarının

köməkli əməyi sayəsində istehsal etdikləri nemətlərdən, əvəzini ödəmədən

istifadə edirlər”. Belə adamlar “bəşəriyyətin inkişafı üçün lazım olan işlərdən

boyun qaçırmaqla” günaha batırlar. Faydalı əmək fəaliyyətindən

uzaqlaşmağı Tusi insan əxlaqına sığmayan, onu korlayan, insanı heyvan

dərəcəsinə endirən rəzilət adlandırır. Beləliklə, Tusi əməyin əxlaqi, psixiloji,

tərbiyəvi əhəmiyyəti ilə yanaşı onun ictimai-iqtisadi mahiyyətini açıb göstərə

bilər. O, əməyə xas olan bir sıra başqa cəhətləri də eyni ustalıqla konkret

və aydın şəkildə ifadə etmişdir. Onun əqli əməklə fiziki əmək, sadə əməklə

mürəkkəb əmək arasındakı fərqlər və onların səbəbləri haqqında yürütdüyü

nəzəri fikirlər də öz məna və aktuallığı baxımından qiymətlidir. Tusi yazır ki,

insan öz istedad, bilik və peşə dərəcəsinə görə eyni ola bilməz. İnsanların

təkmilləşməsi və bilik dərəcəsinin yüksəlməsi özü də onlar arasındakı bu

fərqi həddini tamam silib yox edə bilməz. Bu sahədə insanların bərabərliyi

Page 226: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

226

mənasız görünərdi. Burada Tusi hikmət sahiblərinin: “insanların eyniliyi

onların məhvidir” deyimidən misal gətirir. Tusi göstərir ki, həyatda hamının

işi, fəaliyyəti eyni nəticələri vermir, birininki az, digərininki çox olur. O yazır:

“Bir sənət sahibi uzun müddətiz sənəti üzərində əmək sərf edib, nəzəri və

əməli cəhətdən onun incəliklərinə yiyələnməkdə böyük mütəxəssis olub

ondan zövq alrıq” və nəticəsi də yüksək olur. “Məsələn, mühəndis və bina

kimi. Bu qəbil işlərin dərəcə növləri olduqca çoxdur, çünki, bir sənəti

yaradanla ondan az-çox istifadə edənlər arasında böyük fərq vardır, ən

aşağı mərtəbədə o adam olar ki, heç bir hazırlığı olmasın”. O, atıcılıq,

yüyənqayırma və dabbaqlıq kimi sənət sahələrinin dərəcələrini düzgün

müəyyənləşdirməyi və onların hər birinin işinə ədalətlə yanaşmağı

məsləhət görür. Tusi mürəkkəb əməklə sadə, ixtisaslı əməklə az ixtisaslı

əmək arasındakı fərqləri aşağıdakı fikirində daha aydın ifadə etmişdir. O

yazır: “Çox zaman əmək çox böyük zəhmətlərə bərabər olur, məsələn,

sərkərdənin gördüyü tədbir saysız-hesabsız döyüşçülərin vuruşmalarından

yüksək qiymətləndirilən və bu ədaləti hesab edirlər”. Tusinin ədalətli hesab

etdiyi odur ki, hər kəs öz işinin dərəcəsinə və əməyinin nəticəsinə görə

mükafatlandırılsın. Tusi məsləhət görür ki, insanın fitri istedadını, peşə

seçmək qabiliyyətini elə ailədə, uşaq yaşlarında müəyyən emək və onların

bacarıqlı işə həvəsini artırmaq lazımdır. Bunun üçün “İlk növbədə uşağın

təbiətinə, nəyə qadir olduğuna nəzər yetirmək, ağıl, fərasətinə fikir vermək,

müşahidə nəticəsində onun fitrətində hansı sənətə və elmə çox meyl

olduğunu müəyyənləşdirmək, sonra isə həmin işlə də məşqul etdirmək

vacibdir”. Təhsildə isə elə üsullar işlədilməlidir ki, onlar insanın fitri

istedadının inkişafına, zövqünün artmasına və müəyyən peşə əldə

etməsinə kömək etsin. O, uşaqlara “sənətin nəzəri əsaslarını və

incəliklərini”, “işləri idarə etmək ustalıqına yiyələnməyi” öyrənməyi təhsilin

başlıca məqsədi hesab edir. Tusinin bu və buna bənzər söylədiyi fikirlər

köhnəlmiş, vaxtı keçmiş fikirlər deyil. Bunlar bu gün də ailənin, məktəbin və

cəmiyyətin qarşısında duran məsələlərdir. Elə Tusinin dəmüdrikliyi

Page 227: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

227

bundadır ki, onun əmək və peşə haqqında irəli sürdüyü nəzəri və əməli

fikirləri bir zaman üçün düyil, çox zamanlar üçün də öz qüvvəsini saxlaya

bilmişdir. Beləfikirlərdən biri də onun ictiamai əmək bölgüsü, onun əməyin

məhsuldarlığına olan təsiri haqqındakı nəzəri müddəalarıdır. Tusi bu

məsələdə antik yunan qaynaqlarına və sonrakı mütəfəkkirlərinə istinad etsə

də özünün sərbəst elmi-nəzəri görüşləri ilə fərqlənir.

Bu məsələnin araşdırılmasında Tusi əvvəlcə ailə təsərrüfatı

çərçivəsindəki münasibətləri təhlil edir, burada o, ailə üzvləri arasında təbii

əmək bölgüsünə əməl edilməsinin əhəmiyyətindən danişır. O, ailədə ailə

başçısının onu idarə edən rəis yerində olduğunu, ailə üzvlərinin hər birinin,

xidmətlərin də yerini və funksiyalarını müəyyənləşdirir. Tusi qadın (ananı)

evi dolandırmağın və uşaqları tərbiyə etmənin ən fəal üzvü hesab edir.

Azad və mütərəqqi fikir sahibi olan Tusi islam şərqindəki qanunlara

baxmayaraq tək arvadlılığı təbliğ edir. O yazır ki, “Ər ailədə bədəndə olan

ürək kimidir. Bir ürək iki bədənə həyat mənbəyi ola bilmədiyi kimi, bir kişi də

iki ailədə nizam yarada bilməz”. Sonra o göstərir ki, sah ailəsində olan

qadınlar qul vəziyyətində olanlar, onlar (şahlar) habelə işlərdən imtina

etsələr daha yaxşı olardı. Buna görə də o, “Azad qadın quldan yaxşıdır”

deməklə qadının ailədə və cəmiyyətdə fəal rol oynaması üçün imkan

yaradılması ideyasını müdafiə edir. Tusi “qızlar və qadınlar üçün gözəl

hesab edilən sənətlər öyrədilməsini” tövsiyyə edir. O, evdarlıq sənətini,

uşaq tərbiyəsini, davranış qaydalarını qızlara öyrətməyi məsləhət görür.

Tusi ev təsərrüfatında xidmətçilər və qullarla ədalətli rəftar etməyi vacib

sayır. O yazır ki, ev işlərində xidmətçilərə bacardığı işi tapşırmaq və

nəzarət etmək lazımdır. Lakın bu işçilərlə “insaf, mürüvvət, mərhəmət və

ədalətlə rəfdar edilməlidir”.

Tusi ailə təsərrüfatı və burada mümkün olan əmək bölgüsü

məsələsindən cəmiyyət miqyasında əmək bölgüsünə, onun iqtisadi həyatın

inkişafında rolu və üstünlüklərinin təhlilinə keçir. Tusinin yaşadığı dövürdə

(XIII əsr) natural təsərrüfat üstünlük təşkil edirdi. Lakin, şərq ölkələrində çox

Page 228: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

228

qədimlərdən başlamış Tusi dövünə qədər ayrı-ayrı təsərrüfat sahələri,

kəndlə şəhər, şəhərdə müxtəlif sənətkarlar arasında ictimai əmək bölgüsü

yaranmış, mübadilənin, ticarətin və pul dövriyyəsinin də inkişafına və

genişlənməsinə səbəb olmuşdur. Buna görə də Tusi öz dövründə bu

münasibətlərin mahiyyətini, zəruriliyini öz nəzəri təfəkkürünün süzgəcindən

keçirə bilmiş və bu sahədə konkret və aydın fikirlər söyləmişdir.

Tusi əmək bölgüsünə dair öz nəzəri görüşünü belə ifadə edir: “Bilmək

lazımdır ki, hər kəs öz yeməyini, paltarını, yerini və silahını hazırlamalı

olsaydı, gərək əvvəlcə dülgərliyi və dəmirçiliyi öyrənə idi, onların vasitəsilə

biçmək, üyütmək, yoğurmaq, əyirmək, toxunmaq üçün lazım olan alətləri

hazırlaya idi, başqa peşə və sənətləri öyrənə idi, sonra öz hayına qala idi.

Bu müddət ərzində o, yeməksiz yaşa bilməyib əldən gedər... bu kimi

vəzifələrin heç birini yerinə yetirməyə müvəffəq ola bilməzdi”. Burada Tusi

əmək bölgüsünü cəmiyyətə xas zəruri bir münasibət kimi səciyələndirir. O,

əvvəldən insanları tək-tək, bir-birinə kömək etmədən yaşaya bilməsi

imkanını qəbul etmir. Tusi natural təsərrüfatda, insanlar arasında alqı-satqı

münasibətlərinin olmadığı şəraitdə də əmək bölgüsünü zəruri hesab edir.

Eyni zamanda o, ayrı-ayrı istehsal sahələrinin xüsüsiləşdiyi bir-birindən

ayrıldığı və əmək bölgüsü vasitəsilə bir-birinə bağlılığının iqtisadi şəraitini

də düzgün dərk edir, alqı-satqı vasitəsilə baş verən münasibətlərin

səbəbinin kökünü də əmək bölgüsündə görür. Tusi belə bir əmək bölgüsü

şəraitində istehsalçıların əmək məhsuldarlığının artmasını və öz zəruri

təlabatından artıq məhsul istehsal edə bilməsini cəmiyyətin iqtisadi

inkişafını irəlidən bir tərəqqi kimi səciyələndirir. Tusi yazır ki, “istehsalçıların

hərəsi bu işlərdən birini yerinə yetirdikdə özlərinə lazım olandan çox

istehsal edər, artığını başqasına satmaq və almaq yolu ilə müvazimət və

tarazlıq əmələ gətirir, yaşayış vasitələrini təmin edir, nizam və sistem

yaradar”. Onun fikrincə bu “müvazinət, tarazlıq, nizam və sistem” təbii

qanunlara əsaslanan əmtəə mübadiləsi və tədavülü vasitəsilə yaradıla

bilər. Tusi istehsalçıların ixtisaslaşması və əmək bölgüsü əsasında yaranan

Page 229: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

229

mübadilə münasibətlərinə çox təbii və qanunauyğun münasibətlər kimi

yanaşır. Lakin o, bütün başqa sahələrdə olduğu kimi burada da ədalət,

müvazinət və tarazlıq prinsiplərinə tam əməl edilməsini mübadilənin başlıca

şərti hesab edir. O, mübadiləni yalnız şəxsi xeyir üçün deyil, ümuminin

xeyri üçün baş verən bir hadisə kimi qiymətləndirir. Tusi Aristotelin

“Siyasət” və “Əxlaq” əsərlərindən misallar gətirir və öz fikrini bildirir. O,

əvvəlcə əmtəənin bilavasitə mübadiləsi nisbətindən danişır, sonra isə

mübadilənin inkişafından irəli gələn pulu, əmtəə tədavülünü təhlil edir. Tusi

yazır ki, “Əgər həyatı şüurlu olaraq nizama salmaq işlərində ədalət

(tarazlıq, tənlik) anlayışlarından istifadə edilsə” bunu məhsulun istehsal

edilməsinə, mübadilə və ticarətdə tətbiq etmək olar. Məsələn, desələr ki,

“bu bəzzazın bu kürsüyə olan nisbəti kimidir... bu əvəz olunmadan heç bir

səhv olmaz. Eləcə də desələr ki, bu paltarın bu qızıla olan nisbəti bu qızılın

bu kürsüyə olan nisbəti kimidir. Burada paltar və kürsü yerlərini əvəz

etsələr, yenə də haqsızlıq olmaz”. Bu misalla Tusi mübadilə olunan əmtələr

arasındakı nisbətini bir bərabərlik əsasına dayanmasını göstərmək istəyir.

O, bunu daha açıq şəkildə belə ifadə edir ki, insanların bir-birinə köməyi

ondan ibarətdir ki, “biri o birisinə xidmət edər, birindən alıb o birinə satarlar,

elə edərlər ki, müvazinət, tarazlıq və bərabərlək pozulmasın. Məsələn,

xarrat öz əməyinin məhsulunu rəngsaz da öz növbəsində əməyin

məhsulunu ona təklif edər. Bu zaman xarratın hazırlandığı şey

rəngsazınkından daha yaxşı, daha çox və ya əksinə ola bilər, buna görə

zəruri olaraq bir tarazlaşdırıcı, bərabərləşdirci vasitəyə ehtiyac meydana

çıxar, o da “dinar” (pul) olar”. Burada Tusi müxtəlif əmək məhsullarından

ümumi olan, onların bərabərliyinin əsasında duran substansiyanı axtarır. O,

eyni zamanda “pulun zəruri olaraq” yaranmasına və “ümumi

bərabərləşdirici” rolunu açıb göstərməyə çalışır, hələ Aristotel demişdir ki,

“Bərabərlik olması mübadilə ola bilməz, orta ölçü də olmasa bərabərlik ola

bilməz”. Tusi bu mürəkkəb məsələnin həllinə nisbətən aydınlıq gətirir və

yazır ki, “ müxtəlif əmtələrin mübadilə nisbətində özünü göstərən fərqli

Page 230: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

230

aradan qaldırıb tarazlıq yaradan dinara (pula) ona görə ehtiyac yaranmışdır

ki, pul olmadan müxtəlif dəyərli, müxtəlif əmtəələrin mübadiləsini, alınıb-

satılmasını ümumi bir məxrəcə gətirmək və bu işdə nizam yaratmaq

mümkün olmazdı”. O, sözünə davam edərək göstərir ki, yalnız pul mübadilə

həqiqi tarazlıq yaradan bir vasitə kimi çıxış etdikdə “xarratlar rəngsazın da

alveri baş tutar, bərabərlik əmələ gələr və bu mədəni ədalət hesab edilər”.

Tusinin bu fikirlərinə diqqətlə nəzər yetirdikdə o dövrdə qavranılması

çoxçətin olan dəyər və pul anlayışlarında bir aydınlıq hiss olunmaqdan. İlk

öncə diqqəti çəkən odur ki, Tusi burada “müxtəlif dəyərli müxtəlif

əmtəələrdən” danişır. İkinci mühüm məsələ isə pulun, mübadilənin inkişaf

və ziddiyyətlərindən oprtaya çıxması və ümumi ölçü, “alqı-satqını ümumi

məxrəcə gətirə bilən” bir vasitə olması ideyasıdır. Əvvəldə dedik ki, Tusi

hər bir məhsulun əmək, zəhmətlə yaradılması və ondan olan çoxluğun və

azlığın da əməklə müəyyən edilməsi ideyasını əsas götürmüşdür. O, hiss

etdirir ki, müxtəlif əmtəələrdə çox və ya az olan şey həm onların

faydalılığında, həm də onlara sərf edilən xərclərin miqdarında təzahür edir.

Faydalı əmək, faydalı məhsul və xidmət Tusinin ən çox sevdiyi və təbliğ

etdiyi məsələlərdəndir. Bu sahədə də onun fikirləri yığcam, aydın,

konkretdir. O, pulun bərabərləşdirici, tarazlayıcı funksiyasında danışarkən

onu ümumölçülü vahidi kimi qəbul edir. Hətta o, tədavül vasitəsi kimi

qavradığı pulun və əmtəənin arxasında duran istehsalçıların, alqı-satqı

əməliyyatının iştirirakçılarının arasındakı real münasibətləri görür və

bunların mübadilə vasitəsilə reallaşdırılmasını açıb göstərir. O yazır ki, əgər

pul (dinar) xalq arasında adil və bərabərləşdirici bir vasitə hesab edilirsə də

o hələ “dilli”adil bir vasitənin özü deyil. Pul “dilsiz” adil rolunda çıxış edir,

onun ardında isə “dilli” adil, insan özü gizlənir. Əslində mübadilə pulun

köməyi ilə “mübadilə edən tərəflər arasında razılıq” yaradılması deməkdir.

Bu halda pul öz cismindən asılı olmayaraq insanlar arasında mübadilə

münasibətləri ifadə edənbir vasitədir. Tusi pulun yaranma tarixini

araşdırmır.Lakın o, nəcib metalların (qızıl və gömüşün) pul rolunda çıxış

Page 231: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

231

etməsini əsil səbəblərin çox aydın şəkildə təhlil və şərh edir. Tusi qiymətli

metalların pul rolunda sabitlik qazanmasının səbəbini “onun (pulun) maya

dəyərinin çoxluğu, təbiətinin möhkəmliyi, davamlığını təmin edən tərkibinin

sabitliyi, bir sıra faydalı və əlverişli xüsusiyyətlərə malik olmasında” görür”.

O yazır ki, pulun, qızılın “vicudunun mərhəməti, cəkisinin yüngüllüyü, bir

çox başqa mallara mübadilə qabiliyyəti nəticəsində mal və azuqələri bir

yerdə başqa uzaq yerlərəgpndərmək xeyli asanlaşdırır, belə ki, çox

dəyişdirilə bilən az çəkili pulun zəhmətsiz və məşəqqətsiz bir yerdən başqa

yerə aparılması onun qiymətinə alına biləcək o qədər mal və ərzağın

həmin yerdən başqa yerə aparılmasını da asanlaşdırır”. Tusi pulun (qızılın)

bu xüsusiyyətlərini açıb gğstərməklə onun xalqlar və ölkələr arasında

aparılan ticarət münasibətlərində rolunu da xüsusiolaraq vurğulayır. O

yazır: “Pulun bu xüsusiyyəti onun bütünxalqlar arasında yayılmasına, bütün

insanlarınmənafeyinin sistemə salınmasına səbəb olmuşdur”. Bunula bağlı

Marksın belə bir fikrini də yada salmaq yerində olardı. O yazır: “Qızıl və

gümüş öz təbiətinə görə pul deyilsə də, pul öz təbiətinə görə qızıl və

gümüşdür, bu fikir, həmin metalların təbii xassələri ictimai vəzifələri

arasındakı uyğunluq sübüt edir”. Diqqətlə fikir vrsək Tusinin XIII əsrdə

pulun həm xassələri və həm də ictimai vəzifələri haqqındakı fikirləri heyrət

doğurur. O, pulun “ictimai vəzifəsini” alqı-satqı münasibətlərinin ifadəsində,

burada müvazinət və tarazlığın yaradılmasında görürdü. Tusi pulu həm

dəyər ölşüsü, tədavül vasitəsi, yığım vasitəsi kimi, həm də o dövrün dünya

ticarətində işlədilən bir vasitə kimi təhlil edir və səciyyələndirir. Bunu da

nəzərə almaq gərəkdir ki, Tusinin yaşadığı XIII əsr iqtisadiyyatı ilə A.Smitin

(XVIII əsr) və K.Marksın yaşadıqları dövrlərin ictimai iqtisadi quruluşu,

iqtisadiyyatın yetkinlik səviyyəsi arasında müqayisə edilməz darəcədə

fərqlər olmuşdur. Bu fərq, eyni zamanda göstərilən dövrlərdə elmin,

xüsusilə iqtsadi təlimlərin inkişaf miqyası və səviyyəıərində də mğvcud idi.

Bunların nəzərə alsaq Tusinin iqtisadi-nəzəri görüşləri daha qiymətli görünə

bilər. Feodal münasibətlərinin, natural təsərrüfatın hökmranlığı şəraitdə,

Page 232: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

232

iqtisadi bilikləri xüsusi bir elm formasında ortada olmadığı bir şəraitdə əmək

və əmək bölgüsü, mübadilə və pul kimi çətin və mürəkkəb anlayışlar

haqqında açıq və aydın söyləmək böyük elm hünər və cəsarət tələb edirdi.

Bu baxımdan yanaşıldıqda böyük astronom, riyaziyyatçı, təbiətşunas

Nəsirəddin Tusi eyni zamanda Şərqin və Azərbaycanın böyük iqtisadiçi

alimi kimi iqtisadi fikir tarixində öz yerini tuta bilər. Onu da bildirmək istərdik

ki, bu iş heç də N.Tusinin zəngin elmi irsindəki bütün iqtisadi nəzəri fikirləri

əhatə etmək iddiasında deyil. Onun elmi irsini bütövlükdə araşdırmaq,

iqtisadi fikir tariximizi zənginləşdirmək, iqtisadi elmimizin muhum

vəzifələrindən biri olmalıdır. Bu eyni zamanda zəngin iqtisadi fikir tariximizin

ardıcıl və sistemli şəkildə öyrənilməsində və müasir oxuculara

çatdırılmasında mühüm bir xidmət olardı. Tusi özü də deyir ki, elm hər bir

alimin mənəvi tələbatı, ruhu və əqil rahatlığıdır.

Azərbaycan mütəfəkkirlərinin iqtisadi fikir və görüşlərində təsərrüfatın

kooperasiya, əmək bölgüsü əsasında aparılan işlərin üstünlükləri düzgün

qeyd edilir və qiymətləndirilir.

“Əmək” qəzetində bu qəbilədə olan məsələlərə vaxtaşırı yer verilir və

aydın misallarla təsvir olunur. Məsələn, orada kənd təsərrüfatı məhsulu

istehsalı məsələləri üzrə fikir yürüdülür, kəndlilərin birgə icma (yəni

nisbətən iri təsərrüfat halında) yolu ilə işləmələrinin faydası qeyd edilir;

bunun üstünlüyü sadə dildə, kənd camaatının başa düşə biləcəyi tərzdə

misallarla aydınlaşdırılır. “Əkinçı”nin 1876-cı il 23-cü nömrəsində dərc

olunan bir məqalədə deyilir: “Rusiyada bəzi kəndin əhli icma ilə əkin və

ziraət edir”. İndi “Zemledeçeski” qəzeti yazir ki, Finlandiya vilayətində üç il

bundan sabit bir qəryədən on beş külfət birləşib yerlərini bir ediblər ki, onu

birgə əksinlər. Bu qaydanın yaxşılığı ondan məlum edir ki, zikr olan

qəryənin əhli həmişə biçiz olub. Amma bu halda o icmanı bina edənlər elə

tavanlı olublar ki, əkin üçün maşınlar gətirib, öz uşaqları üçün məktəbxana

Page 233: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

233

açıb. Belə camaat ilə iş görməyin bir xeyri də budur ki, tənbəl olan kəslər

həm gərək işləsin, yoxsa onlara hissə verməkdən başqa, carislikdən də

xaric edirlər. Nəhayət bir kəs həqiqət naxoş olsa, ona hissə verilər”.

“Əkinçi”də birləşmənin kooperasiya yaratmağın üstünlüyü və

adamlara münasib fayda gətirməyi başqa bir cəmləmənin timsalında belə

təsvir olunur: “Kənd əhli üçün qərz pul tapmaq çətin olduğundan Avropa

vilayətlərində hər kənd ya bir neçə kənd birləşib hər bir xahiş edən evdən

qərarlaşmış məbləğ cəm edib kənd bankı bina edirlər. Bankı intixab olan

kəslər dolandırıb onun calislərinə qərz verib, hər ildə məbləğin sələmini

calislərə paylayırlar”.

Mütəfəkkirlər təsərrüfat sahəsində birləşib iş görməyin faydasını və

xeyrini maşınlardan, texnikadan istifadədə görürlər, H.Zərdabi deyirdi ki,

“Bizim əkin istehsalının xilas olması, maşın, kənd təsərrüfatı alətləri, mal-

qara, kübrə əldə etmək üçün ittifaqlar, torpaq əldə etmək yoxdu torpaq

icarəyə götürmək üçün yol çəkmək, bataqlıq qurutmaq, susuz səhraları

sulamaq üçün şirkətlər təsis edilməsində xüsusi biliklərin geniş

yayılmasıdır”.

Burada Rusiya həyatından belə bir nümunə də gətirilir. “Rusiyada

torpaq kənd əhalinin camaatına təəlleüq olunduğuna bəzi kəndlərdə

camaat əkin-biçini bi yerdə edib,sonra məmulatı bölürlər”.

Bu cür nəsihətli misallar ilə mütəfəkkirlər kənd camaatına birgə

işləməyin, təsərrüfatı birgə aparmağın, kooperasiyanın xeyrini başa salmaq

məqsədi güdürdülər. Azərbaycan kəndlərində də belə birgə işləmək

üsuluna icmalarda birləşib daha çox fayda gətirməyi məsləhət görmək idi.

H.Zərdabi əkinçilərdə birgə işləməyin faydasını “Kaspi” qəzetində

dərc etdiyi bir məqalədə başqa baxımdan da izah edir. O yazir ki, fabrik və

zavodlar meydana gəlməmişdən əvvəl əkinçilər daha yaşayırdılar. Fabrik,

Page 234: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

234

zavod istehsalında kəndlilər təklikdə onlarla rəqabət apara bilmirlər, odur ki,

buna dözə bilmir və müflisləşirlər. Bu vəziyyətin qarşısını almaq və

möhkəmlətmək üçün kənddə təsərrüfatı aparmağın yeni formalarını

yaratmaq zəruri kəsb edir.

H.Zərdabi bu mövzuya həmin qəzetdə buraxdiğı “Kənd təsərrüfatı

şirkətləri” aqlı məqaləsində dərin məna ilə həmin ideyanı geniş təbliğ edir.

H.Zərdabi yazır: “Özlüyündə aydındır ki, əkinçilər ayrılıqda istismarçılarla

onların vasitəçiləri ilə, möhtəkirlərlə mübarizə apara bilməzlər, çünki bu

düşmənlər biliklə və vəsaitlə çox güclüdürlər, tək adam üçün çatışmayan

belə işi cəmiyyət (birlik mənasında) asanlıqla edə bilər. Bunun üçün məlum

bir rayonun əkinçilərinin ayrılıqda zəif və cuzi anları birləşib əkinçi

cəmiyyətləri, yaxud sindinatlar təşkil etmələri zəruridir. Yalnız belə

kooperativ təşkilatları “düşmənlərə” qarşı müqabir, əks qüvvə yarada və

onlarla müvəffəqiyyətləmübarizə apara bilərlər”.

Z.Marağayı ticarət sahəsində iri birliklərin üstünlükləri barədə fikir

yürütmüşdür. O, İran timsalında göstərir ki, tacir təbəqəsi də əsla ticarəti

tərəqqi etdirmək, oni genişləndirmək xəyalında deyildir. Onlar ata-

balalarının getdikləri yol ilə gedirlər. Bir dənə kompaniya və ya şirkət təsis

olunmayıbdır ki, məmləkətin əmtəəsi və məhsullarını rəvaclandırsın.

Ticarət cəmiyyətlərinin, bankların yaradılması ticarətin təşkilində

tərəqqinin zəruri şərtidir.

Beləliklə, mütəfəkkirin müvafiq müddəalarından belə bir nəticəyə

gəlmək olar ki, onların sosial-iqtisadi fikir istiqamətlərindən biri təsərrüfatın

təşkilində, onun udarə ounmasında artelin-icmanın üstünlükləri haqqında

ideyalardır. Bu ideya müəyyən mənada xalqçıların baxışları ilə uyğun gəlir.

Lakin xalqlar bu məsələni “kəndli sosializmin” ideyası ilə bağlayırdılar və

kəndli icmaları baxışlarına görə sosializmin əsasını təşkil edir. Qeyd

Page 235: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

235

edilməlidir ki, H.Zərdabi mövcud ideyanı sosializmin baxışı ilə şərh etmirdi.

O, doğru olaraq, ümumiyyətlə, iri təsərrüfatın, icma təsərrüfatının

üstünlüyünün, müvafiqliyini mötəbər iqtisadi nəticələrə malik olması

nöqteyi-nəzərdən göstərirdi.

Yeri gəlmişkən qeyd edək ki, kənddə iri təsərrüfata nisbətən

üstünlüyü məsələsi barədə təlim əsasında ölkəmizdə təşkil edilmiş “kolxoz

modeli” təcrübəsi əksər hallarda özünü doğrultmadı. Burada yol verilmiş

kobud əyintilər kənddə movcud kollektiv təsərrüfatın üstünlüklərini heç də

həmişə nümayiş etdirə bilmədi. Kənd təsərrüfat artelləri-kolxozlar haqqında

hələ 20-ci illərdən başlamış ağız dolusu təriflər özünü doğrultmadı.

Kənd zəhmətkeşləri kənd təsərrüfatı istehsalının “kolxoz” formasına

heç də əvvəllərdə olduğu kimi, hörmətlə yanaşmırlar. Uzun illər ölkədə kök

salmış totalitar, inzibatı-amillərüsul-idarəsi şəraitində bütün

təsərrüfatlardakskin deformasiya yaratmişdir. Həyatı tarixi təcrübə tam

təsdiq etmişdir ki, hansı istehsal sahəsi olursa olsun, orada-optimal

təsərrüfatlar, kooperasiyalar, cəmiyyətlər müsbət iqtisadinəticələrlə

səciyyələnir. (Onlarin təşkilində və idarə olunmasında kobud sahələrə yol

verilirsə, o heç də təsərrüfatın günahı deyildir).

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan mütəfəkkirlərinin iqtisadi

görüşlərində əmək, əmək bölgüsü, əmək məhsuldarlığı məsələləri də xeyli

yer tutur.

Hər şeydən əvvəl onlar əsərlərində yeri gəldikcə əmək məsələsinə,

adamların işgüzarlığına müstəsna dərəcədə böyük əhəmiyyət verirlər,

maddi nemətlərin yaradılasında xüsusi rola malik olduğunu göstərirlər.

Yuxarıda göstərmişdir ki, Azərbaycan mütəfəkkirləri bir sıra Qərbi

Avropa ölkələrinin əsərlərindəki iqtisadi fikirləri ilə tanış idilər. Yəqin ki,

onların əməyə aid bəzi müddəalarından da yan keçməmişlər. Məsələn,

Page 236: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

236

klassik siyasi iqtisadın banisi V.Petti demişdir ki, “Əmək sərvətin atası,

torpaq isə-anasıdır”. N.Q.Çerneşevski “Nə etməli” əsərində yazırdı ki,

hərəkət həyatdır, reallıq və həyat isə eynidirlər. Lakin həyatın başlıca

ünsürü əməkdir və reallığın n dürüst əlaməti fəaliyyətidir1.

M.F.Axundov da əməyi sərvətin mənbəyi sayırdı və yazırdı ki, “çox

vacibdir ki, hamı vasitələrin yaradılması ilə məşğul olsun”. O, əməyə xalqın

firavanlığının və tərəqisinin mənbəy kimi baxırdı və qeyd edirdi ki, hər

adamın xoş güzaranının mənbəyi sənətdir, işdir. “Adamı işinə görə

taniyarlar”.

“Əkinçi “nin səhifələrində həyatda əməyin əhəmiyyəti və rolu

haqqında çox yazılmışdır. Onun 1875-ci ilin beşinci nömrəsində xalqın

həyatında əməyin rolu haqqında belə fikirsöyləmişdir: “dünyada zəhmət

çəkənlər yaxşı zindəğanlıq edib ləzzət edirlər. Amma az zəhmət çəkənin

zindəğanı yaman və ləzzəti az olur. Və bir də xoşgüzəranliq və ləzzət çölə

tökülməyib ki, hər kəs axtarıb tapsın. Onları tapmaq üçün gərək dövlət

qazanasan. Dövlət qazanmaq istəyən kəs gərək zəhmət çəkib səy və ğuşiş

etsin, çünki belə səy və ğüşiş bir kəs edir ki, ona zədanğanlıq etmək və

ləzzət çəkmək müyəssər olsun, ona bina ən belə səy və ğüşiş özü bir

cənğıdır ki, onun adına zindəğanlıq cənği deyirlər. Hər kəs daima belə

cənğlə məşğuldur. Onda qalib olanlar ləzzət sahlbi və məğlub olanlar

ləzzətdən məhrum olanlar”.

“Əkinçinin 1977-ci il 11-ci nömrəsində əmək, işləməyə səy göstərmək

məsələsi ayrı-ayrl inandırıcı misal və məsələlərlə diqqəti xüsusli ilə cəlb

edir. Ondan gətirəcəyimiz parçalar bunu aydın göstərir. Məsələn, “Bizim

zəmanə zəhmət zamanı olduğuna görə çox zəhmət çəkən artıq nəf tapır”.

Burada başqa tayfaların və xalqların irəli getməsi onların çox əmək səyi

göstərmələri ilə şərh edilir, işləməyənlər, xırda-para işlərlə məşğul olan

Page 237: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

237

cavanlar, bazarlarda veyillənənlər əməyə maraq göstərməyə təbliğ edirlər.

Məqalə belə çağırışla qurtarır: “Pəs, qardaşlar, zəhmətinizi artırın ki,

bekarlıq və tənbəllik insan üçün zəhərdir”.

Mütəfəkkirlərin əsərlərində əməyə xor baxanlar, tüfeyli həyat

sürənlər, başqalarının əməyi hesabına yaşayanlar kəskin tənqid atəşinə

tutulur. Bu səciyyəli məsələlər bəzi bədii əsərlərdə, məsələn N.Vəzirovun

pyeslərində özünün parlaq ifadəsini tapmışdır.

Mütəfəkkirlər çox mötəbər bir tərzdə əmək bölgüsü, onun səciyyəvi

cəhətləri və üstünlükləri barədə qiymətli fikirlər yürütmüşlər.

H.Zərdabi düzgün olaraq qeyd edir ki, qədimlərdə inkişaf etmiş əmək

bölgüsü olmayıb, lakin, əlbəttə, maddi nemətlər istehsalının heç bir vaxt

arası kəsilməyib.

O, məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq əmək

bölgüsünün yaranma tarixini maraqlı bir şəlikdə təsvir edir. O, yazır: “Uzaq

keşmişdə hər kəs demək olar ki, zəruri olan hər şeyi özü hazırlayırdı.

Məsələn, hər bir adam özünə papaq, ayaqabı, çuxa və s. tikirdi. Əlbətdə, o

vaxt bu şeylər kobud olurdu, məhsuldar qüvvələr inkişaf etdikcə müxtəlif

maddi nemətlər istehsalı əməyin xüsusi bir sahəsinə çevrilir və tədriclə

müəyyən şəxslərin-sənətkarların məşğələsi olur. İndi artıq bir adam özünə

zəruri olan bütün predmetlərin hazırlanmasının öhdəsindən gələ bilmir,

özünü artan bütün şəxsi tələbatını ödəyə bilmir, adamların sayının artması

ilə əmək bölgüsü zərurəti dogur, başqa sözlə, hər bir adam sənətin bir və

ya digəri ilə məşğul olamlı olur: biri başmaçılıq, biri dərzi işi ilə və s. və i.a.

Beləliklə, sənətkarlıq maydana gəlir, başqa sözlə, məhsuldar qüvvələrin

inkişafı əmək bölgüsünün, mübarizənin yaranmasına gətirib çıxarır,

bunlarada əmək məhsuldarlığı müntəzəm artmağa başlayır”.

Göründüyü kimi H.Zərdabi əmək bölgüsünə çox düzgün

səciyyələndiri və onu əmək məhsuldarlığının yüksəlməsini təmin edən amil

kimi qiymətləndirir.

Page 238: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

238

N.Vəzirov birgə əməyi iki növə ayırır. Birinci, kooperativ əməyini

hesab edir və göstərir ki, bu növ Avropada çoxdan məlumdur və indi bizdə

də məlum olub. İkincinini isə, manufaktura əmək bölgüsünü hesab edir. O,

göstərir ki, əmək burada fəhlələr arasında bölünür, onlar eyni vaxtda və bir-

birilə qarşılıqlı surətdə işləyir. N.Vəzirovun şübhəsiz belə bir fikir yürütməsi

düzgün ülmi xarakter daşıyır və iqtisadi elmi baxımından yalnış deyildir. Bu

isə göstərir ki, N.Vəzirovun iqtisadi elminin belə mehem məsələləri barədə

məlumatı elmi əsasa malikdir. O, saatınqayrılması timsalında əmək

bölgüsünüdoğru səciyələndirir. N.Vəzirov göstərir ki, saatın düzəldilməsi

102 əməliyyat ilə icra olunur, yaxud başqa bir misalda ğəncəfə kağızının

(kart oyununu) düzəldilməsində 70 müxtəlif mütəxəssisin iştirakını, başqa

misalda sancağın hazırlanmasında 10 mütəxəssisin iştirakı və beləliklə

gündə 47 min sancağın hasil olunmasını qeyd edir və .s.

H.Zərdabi əmək məhsuldarlığının artmasını vaxta qənaətlə sex

surətdə əlaqələndirir. O, qeyd edir ki, hər bir işin yerinə yetirilməsində

qazanılmış qənaət vaxrı “qeyri işə gedir. Belədə bir iş yerinə bir neçə iş

tutmaq olur”. Bunu isə düzgün elmi mühakimənin nəticəsi kimi

qiymətləndirmək olar. H.Zərdabi yazir ki, “Avropada əmək məhsuldarlığı

yüksəkdir, buna görədə mövcud predmentin hazırlanmasına sərfe dilən

əmək məsrəfi və vaxt ixtisar olunur, qalan vaxt başqa predmentin

hazırlanmasına gedir”. O, düzgün qeyd etmişdir ki, kimin istehsal üçün çox

vaxtı qalırsa, o çox da məhsul istehsal edir.

Mütəfəkkirlər əmək məhsuldarlığınin yüksəldilməsində istehsala yeni

texnikanın, maşın və avadanlığın tərtib edilməsində mühüm roloynadığını

gğstərmişlər. H.zərdabi Avropa ölkələrində əmək məhsuldarlığının sürətlə

yüksəldilməsindən bəhs edərək yazır ki, “Əməyin mexanikləşdirilməsinin

çox böyük üstünlükləri bununla izah edilir”. Maşın iai tez gördüyünə görə o,

işi tutmağa lazım olan vaxta çox qənaət edir. Buna aid H.zərdabi belə bir

Page 239: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

239

misal gətiri ki, “bir kimsə 50 il zəhmət çəkib 10 min manat qazana bilirsə,

maşın ilə iş görəndə 50 il ömründə gördüyü işi 10 ilə görüb dəxi ziyadə

nəfbərdar olur”.

H.Zərdabi əmək məhsuldarlığının yüksəldilməsində maşın tətbiğınin

rolunu konkret kənd təsərrüfatı timsalında da göstərir. Bu misalı Avropa

ölkələri, Amerika ilə müqayisədə verir. O, bunu torpağın şumlanması, taxıl

biçini və dərzilərin yığılması, yun qırxımı misalında aydın şərh edir.

Məsələn, o, Amerikada biçin maşınının tətbiqi ilə əmək məhsuldarlığının

yüksəldilməsindən bəhs edir və misal gətirir ki, orada hər maşını gündə 15

saat işləyib 480 desyati yeri bir həftəyə qurtarır, bunula buğda biçməyə sərf

edilən vaxt əl ilə biçmək vaxtına nisbətən birə-beş azdır. Bununla əlaqədar

olaraq H.Zərdabi vaxta qənaəti sərvət hesab edirdi. Vaxta qənaətlə belə

yanaşma və münasibət bu barədə mütərəqqi nəzəriyyələrə tam uyğun gəlir.

Məlum olduğu kimi məşhur qərb iqtisadiçıları ictimai inkişafda vaxta qənaət

məsələsinə böyük əhəmiyyət vermişlər.

Azərbaycanda müasir mərhələdə iqtisadi kadrların formalaşması

iqtisamətləri.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra “inzibati

amirlik” sistemindən “bazar iqtisadiyyatı” sisteminə keçid dövrü iqtisad

elminin və ölkənin yüksək ixtisaslı iqtisadşı kadrları qarşısına çox ciddi və

milli əhəmiyyətə malik problemlər qoydu. Bu problemlərin ilkinlərindən biri

“bazar iqtisadiyyatı” anlayışının əsaslarının cəmiyyətdə təbliğ olunması və

aşlanması idi. Bunun həyata keçirilməsi isə bilavasitə ölkənin yüksək

ixtisaslı iqtisadçı kadrlardan daha çox məsuliyyət və gərgin əmək tələb

edirdi.

Dünya təcrübəsini tədqiq edən amillır sübut etmişdi ki, bəşəriyyətın

inkişafında bazar və onun iqtisadi mexanizmi ən əhəmiyyətli rol oynayan

amil olmuşdur. Bu amilə əsaslanaraq sosializm sisteminin süquta uğraması

nəticəsində yaranan yeni dövlətlər özlərinin iqtisadi siyasətinin bazar

Page 240: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

240

iqtisadiyyatı əsasında aparılmasına üstünlük verdilər.Həmin dövrdə olduğu

kimi, digər possovet Respublikalarında, Respublikamızda da yeni iqtisadi

sistemə keçidin təmin olunması istiqamətində iqtisadi və hüquqi prinsiplərə

cavab verən bazasının yaradılması zəruri məsələ kimi qarşıya qoyuldu. Bu

da ölkədə xüsusilə iqtisad elminin inkişafı üçün yeni mərhələnin

başlanmasıdemək idi.

Təbii ki, 70 il ərzində təbliğ olunan marksizm-leninizm ideyaları yeni

iqtisadi sistemin tələblərinə cavab vermirdi. Lakin buna baxmayaraq, dünya

iqtisadi fikrindən formalaşmış olan belə bir ənənəvi əvvəlki iqtisadi ideya və

təsəvvürlər rədd edilmir, onların səmərəli əsasları saxlanılır, yalnız

gerçəkliyə uyğun olmayanları tənzimlənir. Bu qayda ilə iqtisadi fakir inkişaf

edir və formalaşır.

Qeyd edək ki, 1990-cı illərdə yəni yeni iqtisadi münasibətlərin ilkin

mərhələsində Azərbaycanda iqtisadi baxışlarına görə marksizmə,

liberalizmə, neoliberalizmə və s. üstünlük verən iqtisaçılar mövcud idi. Belə

bir dövrə hansı cərəyanın daha üstün olması haqqında qəti fakir söyləmək

təbii ki, çox çətin idi. Bu mənada yeni mərhələ olan bazar iqtisadiyyatına

keçid zamanı iqtisadçıların qarşılaşdığı problemlər heç də asan həll edilə

bilməzdi. Təbii ki, yeni təsərrüfat sistemin formalaşması daxili şərait nəzərə

alınmaqla xarici təcrübələrə əsaslanaraq həyata keçirilməli idi. Bunun üçün

də çoxsaylı nəzəri və praktik iqtisadi tədqiqatların aparılması zıruri məsələ

kimi, qarşıda dururdu. Bütün bunlar Respublikanın elmi və elmi pedaqoji

iqtisadçı kadrlarından yüksək bilik və bacarıq tələb edirdi. Məlum olduğu

kimi, Sovetlər dövründə Azərbaycanda yetirilmiş yüksək ixtisaslı elmi və

elmi pedaqoji kadrlar yeni iqtisadi sistemin formalaşmasında əhəmiyyətli rol

oynamışlar. Onların əməyi nəticəsində 1990-2000-ci illərdə ölkənin iqtisadi

inkişafını tənzimləyən çoxsaylı qanunlar qəbul edilmişdir.

Məlumdur ki, 1988-1990 cı illərdə ölkənin ictimai-siyasi həyatında baş

verən hadisələr ölkənin iqtisadiyyatına çox böyük zərər vurmuşdu. Bir

tərəfdən Qarabağda erməni terrorçularına qarşı mübarizə hərəkatı, digər

Page 241: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

241

tərəfdən də Sovet İttifaqının iflası Azərbaycan iqtisadiyyatını dərin böhrana

saldı. Yaranmış böhrandan çıxış yollarının araşdırılması və tapılması

ölkınin elmi və elmi pedaqoji iqtisadşı kadrlarından səmərəli istifadə

olunmasını tələb edirdi.

Müstəqilliyin ilk illərində Respublikada elmi və elmi pedaqoji iqtisadçı

kadrların sayının artması müşahidə olunurdu. 1990-1993-cü illərdə

Respublika üzrə elmi və elmi pedaqoji ümumi sayda xüsusi çəkisi 4,31

faizdən – 5, 01 faizə, elmlər doktorlarının ümumi sayında iqtisad elmində

çalışanların payı 4,21 faizdən – 5,01 faizə elmlər namizədlərinin ümumi

sayında isə iqtisad elmində çalışanların payı 5,9 faizdən – 6,5 faizə

yüksəlmişdir.

1990- cı illə müqayisədə 2000-ci ildə iqtisadiyyat elmində fəaliyyət

göstərən elmi və elmi pedaqoji işçilərin ümumi sayda payı artaraq 4,7

faizdən 5,9 faizə yüksəlmişdir. Lakin qeyd etmək lazımdır ki, artım təkcə

iqtisadiyyat elmində çalışan elmi və elmi pedaqoji işçilərin artması

hesabına olmamışdır. Bu göstəricinin yüksəlməsinə həm də respublika

üzrə elmi və elmi pedaqoji işçilərin ümumi sayının azalması da təsir

göstərmişdir.

Qeyd edək ki, 1990-2000 – ci illərdə Respublika üzrə elmi və elmi

pedaqoji işçilərin dinamikasında azalan tendensiya müşahidə olunmuşdur.

1990 – cı illə müqayisədə 2000 – ci illərdə onların sayı 3581 nəfər yəni 14,7

faiz azalmışdır. Bu illərdə iqtisadiyyat elmlərində çalışanların sayı isə 84

nəfər, yəni 7,3 faiz artmışdır.Həmin illərdə iqtisadiyyat elmində çalışan

elmlər doktorlarının bütün elmlər doktorlarının sayına nisbətdə xüsusi çəkisi

4,2 faizdən 5,6 faizə yüksəlmişdir. Bu arım elmlər namizədləri üzrə 5,9

faizdən 6,4 faiz, dərəcəsiz elmi işçilər üzrə 3,9 faizdən 5,6 faizə

yüksəlmişdir. Respublika üzrə həm elmlər namizədlərinin sayında həm də

dərəcəsiz elmi və elmi pedaqoji işçilərin sayında azalma tendensiyası

müşahidə olunmuşdur. Bu da təbii ki, iqtisad elmində çalışanların ümumi

sayda xüsusi çəkisinin artması ilə nəticələnmişdir.

Page 242: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

242

1990-2000 ci illərdə elmlər doktorlarının sayı 323 nəfər 27,2 faiz

artmışdır ki, onların da 10,8 faizi 35 nəfəri iqtisad elmlərinin payına düşür.

Respublika üzrə elmi və elmi pedaqoji fəaliyyətlə məşğul olan elmlər

namizıdlırinin sayı 518 nəfər (3,6 faiz) azaldığı halda iqtisad elmində

onların sayı 5 nəfər (0,9 faiz) artmışdır. Bu artım həm də dərəcəsiz elmi və

elmi pedaqoji kadrların sırasında da mövcud olmuşdur. Respublika üzrə

dərəcəsiz elmi və elmi pedaqoji kadrların sayı 3386 nəfər (23,7 faiz)

azalmış iqtisadiyyat elmində isə onların sayı 44 nəfər (7,7 faiz) artmışdır.

Bu da onu göstərir ki, bazaar iqtisadiyyatına keçidlə əlaqədar bu sahədə

kadrlara olan tələbat artmışdır. Bundan başqa Respublikada yaranan özəl

universitetlərində əsasən iqtisadiyyatla bağlı olan fakültələr (menecment,

marketinq, dizayn, bank işi və s.) açılır və fəaliyyət göstərir.

Ümumiyyətlə iqtisadiyyat elmi cəmiyyətin sosial – iqtisadi inkişafında

əhəmiyyətli rol oynayan elm sahəsidir. Yüksək ixtisaslı iqtisadçı kadrların

hazırlanmasında, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat

İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin və bir neçəsinin

adını çəkmək olar.

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu sistemində

yüksək ixtisaslı iqtisadcı kadrların hazırlanmasınında rolu böyükdür.

1945-ci ilin yanvarında SSRİ EA və Azərbaycan SSR Xalq

Komissarları Sovetidə Azərbaycan SSR Elmlər Akademiyasının təşkil

olunması haqqında qərar qəbul etdi. Bu qərara əsasən həmin ilin mart

ayının 27-də SSRİ Xalq Komissarları Soveti Azərbaycan Respublikasının

bir sıra elmi-tədqiqat İnstitutlarının bazası əsasında Azərbaycan SSR

Elmlər Akademiyasının təşkil olunması haqqında xüsusi sərəncam verdi.

Azərbaycan SSR Elmlər Akademiyasısnın yaradılması respublikamızın

həyatında mühüm tarixi hadisə olub burada elmin bütün sahələrinin

hərtərəfli və dinamik inkişafı ücün yeni mərhələnin başlanğıcı oldu. Həmin

vaxtdan başlayaraq Azərbaycan SSR EA-nın bir sıra elmi-tədqiqat

mərkəzlərindən biri də İqtisadiyyat sektoru idi.

Page 243: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

243

İqtisadiyyat sektoruna müxtəlif illərdə republikanın ilk görkəmli

iqtisadcı alimlərindən – professor H.Ə.Dadaşov (1945-1951-ci illər),

professor Z.H.Cahangirov (1952-1953-ci illər), N.İ.Safonov (1953-1957-ci

illər), professor Ə.S.Fərəcov (1957-1958-ci illər) başcılıq etmişlər. Bu sektor

cəmi üc - sənaye, kənd təsərrüfatı və xalq təsərrüfat tarixi şöbələrindən

ibarət olsa da, Azərbaycanda iqtisad elmi və iqtisadi fikrin inkişafında yeni

və mühüm bir cığır acmışdır. Həmin şöbələrdə calışan iqtisadcıların başlıca

vəzifəsi – respublikada iqtisadiyyatın ayrı-ayrı sahələri ücün yüksək ixtisaslı

elmi kadrlar hazırlamaqdan, elmi-tədqiqat işləri aparmaqdan, xalq

təsərrüfatının planlaşdırılması və sahə balanslarının tərtib edilməsinə

köməklik göstərməkdən və kütlə arasında iqtisadi nəzəriyyəni təbliğ

etməkdən ibarət idi. Həmin sektorun əməkdaşları bu sahədə, xüsusilə

iqtisad elminin inkişafı, siyasi-iqtisadın və konkret iqtisadiyyat elmlərinin

bəzi problemlərinin tədqiqi və təbliğində cox böyük işlər görmüş, elmi-

nəzəri və təcrübəvi əhəmiyyəti olan tədqiqat əsərləri yazıb nəşr etdirmişlər.

Bu tədqiqat əsərləri arasında Ə.Ə.Sumbatzadənin “XIX əsrin ikinci

yarısında Azərbaycanda kənd təsərrüfatı istehsalının əmtəə xarakteri

haqqında məsələyə dair” (1954), “XIX əsrin 50-ci və 60-cı illərində

Azərbaycanda kənd təsərrüfatının inkşafı” (1955); B.Y.Axundovun “İcarə

sistemi ləğv edildikdən sonra Bakı neft sənayesinin inkşafı” (1949);

“İnqilabdan əvvəlki dövrdə Bakı neft sənayesinin inkişafı” (1949);

“İnqilabdan əvvəlki dövrdə Bakı neft sənayesində xarici kapital haqqında”

(1953); Z.H.Cahangirov, R.M.Qazıbəyovanın “Kolxozlarda əmək haqının

verilməsi” (1949); Ə.S.Fərəcovun “Orta əsrlərdə (XI-XIV) Azərbaycanda

iqtisadi fikrin inkişafının qısa oçerkləri” (1952); H.Ə.Dadaşovun

“Azərbaycan kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafının bəzi

məsələlərinə dair” (1957); “Azərbaycanda islahatlaradək feodal-təhkimcilik

qalıqları haqqında” (1957); M.B.Tağıyevin “Azərbaycan SSR-də pambıq

parça sənayesi və onun gələcək inkişaf yolları”(1957); Ə.Ə.Mahmudovun

“Noraşen rayonu kolxozlarının ictimai təsərrüfatlarının inkişafına dair”

Page 244: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

244

(1956); “Dağlıq Şirvan rayonu kolxozlarında əmək ehtiyatları və onlardan

istifsdə edilməsi” (1958); A.K.Ələsgərovun “Kolxozlarda pambığın və taxılın

maya dəyərinin hesablanması metodikası haqqında” (1957);

R.C.Qəhrəmanovun “Naxcıvan MSSR – nın kənd təsərrüfatı və onun

inkişaf etdirilməsi yolları” (1957); M.M.Allahverdiyevin “Çay təsərrrüfatında

kapital qoyuluşunun həcmi və onun faydalılığı”(1956); A.A.Nadirovun

“Azərbaycan SSR ərazisinin rayonlaşdırılmasına dair” (1958);

E.Q.Mehrəliyevin “Muğanda pambıqcılığın yerləşməsi və inkişafı” (1958);

İ.V.Korşunovun “Neft hasilatının təkrar metodlarının iqtisadi səmərəliliyinin

müəyyən edilməsi metodikası” (1954); A.A.Ağayeva, İ.M.Alyoxinin “Neft

quyularının ehtiyatları və avadanlıqları” (1955); Ə.Ə.Fərəcovun “SSRİ kənd

təsərrüfatı maşınqayırmasında əmək məhsuldarlığı” (1956);

B.Ə.Əbdülrəhmanovun “Daşkəsən – Gədəbəy dağ mədəninin təbii

şəraitinin və sərvətlərinin təsərrüfat əhəmiyyəti”(1957); və s. xüsusi yer

tutur.

1958-ci il aprel ayının 14-də Azərbaycan Elmlər Akademiyasının

tərkibində İqtisadiyyat İnstitutunun yaradılması Respublikada iqtisad

elminin inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

AMEA – nın yüksək ixtisaslı iqtisadcı kadrların qazandıqları ən böyük

uğurlarından biri də onların Azərbaycanda və xarici ölkələrdə cap olunmuş

tədqiqat əsərlərinin sayının günü-gündın artmasıdır.Bunların arasında

akademik A.A.Nadirovun həmmüəllifliyi ilə Almaniyada nəşr edilmiş

“Azərbaycanda islahatlar” (Bonn, 1998); müxbir üzv A.K.Ələsgərovun

həmmüəllifliyi ilə nəşr edilmiş “Kecid iqtisadiyyatının sosial-iqtisadi

problemləri – MDB ölkələrinin təcrübəsindən” (Moskva, “Nauka”, 2000, rus

dilində, 410 səh.); müxbir üzv Ş.M.Muradov, R.ŞMuradov və

A.Q.Adıgözəlovanın həmmüəllifliyi ilə nəşr edilmiş “Postsosialist

cəmiyyətində sosial siyasət: vəzifələr, ziddiyyətlər, mexanizmlər”.Kollektiv

Beynəlxalq monoqrafiya (Moskva, 2001, rus dilində, 647 səh.); müxbir üzvü

Ş.M.Muradovun Nyu-Yorkda “Sosialoji tədqiqatlar: əhali və məşğulluq”

Page 245: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

245

jurnalın 2001 – ci il may-iyun sayında ingilis dilində cap edilmiş

“Azərbaycanın demoqrafik inkişafı XXI əsrin astanasında: əsas meyllər və

problemlər” adlı məqaləsi; A.Y.Ələkbərovun “Bazar şəraitində resursların

istifadəsinin iqtisadi və hüquqi problemləri” (rus dilində, Moskva, 2002, 378

səh.); A.A.Nadirov, Ə.X.Nuriyev, Ş.M.Muradovun “Naxçıvan iqtisadiyyatı

XX əsrdə” (Bakı, “Elm”, 2000); A.A.Nadirovun “Müstəqil Azərbaycan

iqtisadiyyatının inkişaf məsələləri” (Bakı, “Elm”, 2001, 453 səh.);

N.Ə.Nəbiyevin “İqtisadiyyat, cəmiyyət və ekoloji mühit” (Bakı, “Elm”, 2000,

696 səh.); A.A.Nadirov, Ş.M.Muradov, A.K.Ələsgərov, T.H.Hüseynov və b.

Xaricdə yaşayan Azərbaycanlılar üçün nəzərdə tutulmuş “Azərbaycan

iqtisadiyyatı” (Bakı, “Elm”, 2003, 341 səh.); G.Yüzbaşıyevanın “Azərbaycan

sənayesinin rekstrukrizasiyası” (“Elm”, 2003, rus dilində, 349 səh.);

İ.H.Alıyevin “Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə

mexanizminin təkmilləşdirilməsi”(Bakı, “Elm”, 2003, 315 səh.);

E.Q.Mehrəliyevin “Azərbaycan Respublikasında demoqrafik proseslərin

regional problemləri” (Bakı, “Elm”, 2003, 234 səh.); Ş.M.Muradovun “İnsan

potensialı: əsas meyllər, reallıqlar, problemlər” (Bakı, “Elm”, 2004, 656

səh.), T.H.Hüseynovun “Azərbaycanda bazar sisteminin iqtisadi

problemləri” (Bakı, “Elm”. 2004, 227 səh.) və sair əsərlər vardır. Təsadüfi

deyildir ki, İnstitun tarixində ilk dəfə olaraq bu dövrdə Ş.M.Muradov,

A.K.Ələsgərov, A.Gözəlova və T.Paşayevin birgə yazdıqları “Azərbaycan

iqtisadiyyatının dünəni və bu günü” adlı iri həcmli əsərin əlyazması

Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin 2000-

ci ildə kecirdiyi müsabiqədə I dərəcəli mükafata layiq görülmüşdür.

AMEA Rəyasət Heyətinin 25 dekabr 2002 – ci il 27/14 saylı qərarı ilə

İnstitutun quruluşu 4 sektordan və onların tərkibinə daxil edilmiş 9

şöbödən və bir müstəqil şöbədən ibarət olmaqla, aşağıdakı kımı

müəyyənləşdirilmişdir: “Strateji siyasi-iqtisadi tədqiqatlar” sektoru

(tərkibundə - “Siyasi iqtisadi tədqiqatlar və iqtisadi fikir tarixi” və “Xarici

iqtisadi əlaqələr ”şöbələri); “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı”

Page 246: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

246

sektoru (tərkibində - “Əhalisakinliyi və demoqrafiyanın sosial-iqtisadi

problemləri”, “Əmək bazarı və məşğulluğun sosial iqtisadi problemləri” və

“Sosial siyasəsət və həyat səviyyəsinin sosial-iqtisadi problemləri”

şöbələri); Struktur dəyişiklikləri problemləri və sənaye investisiya siyasəti

problemləri” sektoru (tərkibində - “Struktur dəyişiklikləri problemləri” və

“Sənaye və investisiya siyasəti problemləri” şöbələri); “Regional iqtisadiyyat

və milli sahibkarlığın inkişafı problemləri” sektoru (tərkibində - “Regionların

kompleks sosial-iqtisadi inkişaf probemləri” və “Milli sahibkarlığın inkişaf

problemləri” şöbələri) və “”Maliyyə və vergi problemləri” şöbələri daxildir.

2005 –ci ildə bu sektor və şöbələrdə 174 nəfər əməkdaş, onlardan bir

nəfəri AMEA-nın həqiqi üzvü, 3 nəfəri AMEA-nın müxbir üzvü, 20 nəfəri

elmlər doktoru, 45 nəfəri isə elmlər namizədləri olmuşdur. İnstitutun

əməkdaşlarının 2 nəfəri “Şöhrət” ordeni ilə təltif edilmiş, 1 nəfərinə

“əməkdar iqtisadçı” fəxri adları verilmişdir.

AMEA-nın İqtisadiyyat İnstitutunun xarici əlaqələri də geniş və

əhatəlidir. O, MDB ölkələri, o cümlədən, Rusiya Federasiyası, Ukrayna,

Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Orta Asiya Respublikaları, bir

sıra yaxın və uzaq xarici ölkə Elmlər Akademiyasının İqtisadiyyat

İnstitutları, həmçinin Beynəlxalq Təşkilatlarla, BMT – nin Ticarət və İnkişaf

üzrə Konfransı ilə elmi əməkdaşlıq edir.

İqtisadçı kadr hazırlayan elm ocaqlarından biri Azərbaycan Dövlət

İqtisad Universitetinin də yaranma tarixinə nəzər salaq.

Azərbaycan Xalq Komisarları Sovetinin 1930-cu il 19 iyun tarixli

qərarı ilə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinin bazasında

Azərbaycan Ticarət Koopeativ İnstitutu yaradılmışdır. Bu ad altında institut

1993-cü ilə qədər fəaliyyət göstərmişdir. Həmin ilin əvvəlindən 1936-cı ilin

sonuna qədər Azərbaycan Sosial İqtisad İnstitutu adlanmışdır. Azərbaycan

Xalq Komisarları Sovetinin 1936 - cı il 30 dekabr tarixli qərarı ilə həmin

institutun bazasında buraya Azərbaycan Sovet Ticarət İnstitunun

birləşdirilməsi ilə Azərbaycan Xalq Təsərrüfatı İntitutu təşkil olunmuşdur. Bu

Page 247: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

247

təhsil ocağı 1937- ci il yanvarın 15- dən fəaliyyətə başlamış və müstəqil ali

məktəb kimi 1941-ci ilin iyul ayına qədər mövcud olmuşdur.

İkinci dünya müharibəsinin başlanması nəticəsində ali məktəblərin bir

çoxu, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu da bağlanmış və

1944-cü ilin axırına qədər yenidən Azərbaycan Dövlət Universitetinin

tərkibində iqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərmişdir. 1945-ci il

yanvarın 1-dən müstəqilliyini bərpa edən Azərbaycan Xalq Təsərrüfatı

İntitutu öz fəalyyətini 1959-cu ilə qədər davam etdirmişdir. Azərbaycan Xalq

Təsərrüfatı İntitutu ləğv edilərək yenə də Azərbaycan Dövlət Universitetinin

tərkibinə verilmişdir.

1966-cı ilin fevral ayında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun

bərpa edilməsi haqqında qərar qəbul edildi. Bu qərarla 1966-cı il sentyabrın

1-dən Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən

ümumiqtisad və əmtəəşünaslıq fakültələri, habelə Azərbaycan Neft-Kimya

İnstitutunun mühəndis-iqtisad fakültəsinin bəzi ixtisasları yeni yaranmış

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tabeliyinə verildi. 1987 – ci ilin

oktyabrında institut yenidən bağlanaraq Rusiyanın Leninqrad Maliyyə-

İqtisad İnstitutunun Bakı filalına cevrildi. 1990-cı il iyulun 26- da Bakı

filialının bazasında Azərbaycan Dövlət İqtisad İnstitutu yaradıldı.

Möhtərəm Prezidentimiz cənab Heydər Əliyev Azərbaycanda təhsil

hüququnu təmin etmək, milli təhsil konsepsiyasının müddəalarını

gerçəkləşdirmək, bu sahədə aparılan islahatları sürətləndirmək, idarəetmə

mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər

səviyyəsində hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan

Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13

iyun tarixli fərman imzaladı. Ölkəmizdə təhsilin inkişafına dövlət qayğısının

yeni təzahürü olan bu fərmanda təhsil sistemmizin müasir tələblər

səviyyəsində qurulmasına real zəmin yaradan mühüm tədbirlər nəzərdə

tutulmuşdur. Bu tədbirlərdən biri də Azərbaycan Dövlət İqtisad və Bakı

Page 248: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

248

Əmtəəşünaslıq Kommersiya institutlarının bazasında Azərbaycan Dövlət

İqtisad Universitetinin yaradılması oldu.

2002 ci ildə universitetdə 18 fakültədə 38 ixtisas üzrə 14.000 bakalavr

və magistr təhsil alır.Onların təhsili ilə 800 nəfər professor-müəllim heyəti

məşğul olur və 55 kafedra fəaliyyət göstərir.

Müasir dövrdə elmi fəaliyyət sferasının maliyyələşdirilməsində

yaranmış çətinliklər, əmək haqqının minimum istehlak səbəti dəyərindən

aşağı olması, elmi tədqiqat təşkilatarının maddi-texniki bazasının və

informasiya sisteminin çox aşağı səviyyədə olması, təşkilati işlərin dövrün

tələbləri ilə uzlaşmaması, respublikamız üçün əhəmiyyətli olan elmi-

tədqiqat istiqamətlərinin müəyyənləşdirilməməsi və s. elmin inkişafına ciddi

mənfi təsir göstərən əsas amillərdəndir.

Elmi sferada yaranmış vəziyyət ölkəmiz üçün çox ciddi olan yüksək

ixtisaslı kadrların axıcılığı problemi-yəni “beyn axını” problemi yaratmışdır.

Ümumiyyətlə, bütün zamanlarda istənilən dövlət üçün (istər daxildə, istər

də xaricə) kadr axını (beyn axını) xüsusi aktuallıq kəsb edən bir problemdir.

Problemin aktuallığı ondan ibarətdir ki, yüksək ixtisaslı kadrlar bir yerdən

başqa yerə gedərkən biliklərini, yeni peşələrini, qazandıqları təcrübəni də

özləri ilə aparırlar ki, bu da ölkədə elmin, iqtisadiyyatın, mədəniyyətin,

incəsənətin inkişafına mənfi təsir göstərir.

1995-2005 – ci ildə elmin maliyyə təminatının aşağı düşməsi və bu

sahədə çalışanların əmək haqqının ölkə üzrə orta göstəricidən aşağı

olması elm sahəsində çalışanların sayının azalmasına bilavasitə təsir

göstərib. Ekspertlərin hesablamalarına görə bir nəfər alimin ölkədən xaricə

getməsindən Azərbaycan təxminən 150-300 min dollar itirir. Keçən dövr

ərzində Azərbaycanın “beyn axını” itkisi təxminən 1 mlrd. dollar həcmində

ehtimal olunur. Rusiya Federasiyası artıq xarici ölkələrdə beyin axınından

200 mlrd. dollar itirib.

2003 – cü ildə əvvəlki ilə nisbətən elmi tədqiqat və işləmələri yerinə

yetirənlərin sayında artma müşahidə olunr. Bu artım ilk baxışdan müsbət

Page 249: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

249

meyl kimi qiymətləndirilə bilər. Lakin araşdırmalar buna bir sıra mənfi

meyllərin də təsir etdiyini göstərir. Elm sferasında əmək haqqının və yüksək

ixtisaslı kadrların (elmi dərəcəyə görə) əmək haqqına edilən əlavələrin

həcminin artırılması nəticəsində elmi-tədqiqat aparmaq ücün işə gələnlərin

deyil, əmək haqqı almaq üçün gələnlərin sayının çoxalması idi. Həmin ildə

Azərbaycanda elmə çəkilən daxili xərclərin ÜDM – də payı 0,33% olub.

1990- cı ildə bu 0,8%, 1995-ci ildə isə 0,2% təşkil edib. 1999-cu ildə

Rusiyada bu göstərici 1,06%, Belarusda 1% olub. Belarusda yaxın 5-10 il

ərzində ETLKTİ-yə çəkilən xərclərin xüsusi çəkisinin 1,5-2%-ə çatdırılması

nəzərdə tutulub. Məlumat ücün bildirək ki, bir çox inkişaf etmiş ölkələrdə

elmə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisi 2-3% arasında tərəddüd edir,

İveç, Finlandiya və Yaponiyada isə bu 3% - dən çoxdur.

Dövlət büdcəsi elmin maliyyələşdirilməsində mühüm yer tutur.Belə ki,

2003 – cü ildə elmi-tədqiqat və işləmələrə çəkilən ümumi xərclərin 71,5 %-

ni büdcədən ayrılan vəsaitlər təşkil edib. 1990-cı ildə isə bu büdcə xərcləri

43,3% olub. Son illərdə büdcə xərclərinin ümumi xərclərdə xüsusi çəkisinin

artmasına elmtutumlu iri sənaye müəssisələrinin böhran vəziyyətində

olması və dövlət sifarişinin aşağı düşməsi təsir göstərib. Bunun nəticəsi

olaraq büdcədən elmə ayırmaların həm büdcə xərcləində payı, həm də

həcmi dinamik olaraq artıb. 2003 – cü ildə Azərbaycanda büdcədən elmə

ayrılan xərclər 1990-cı ildə büdcənin xərclər hissəsinin 1,1% - ni, 2003- cü

ildə isə 1,3% - ni təşkil edib. Büdcədən elmə ayrılan vəsaitlərin həcmi isə

85,7% artıb. Lakin bu atım elmin iqtisadiyyatda rolunun artırılması üçün

kifayət etmir.

2003-cü ildə elmə çəkilən ümumi xərclərin 71,5%-ni büdcə vəsaitləri,

3,8%-ni büdcədən kənar vəsait, 8,9 % - ni müəssisələrin öz vəsaitləri.

15,8% - ni sifarişçilərin vəsaiti təşkil edib. Xarici mənbələrin vəsaitindən isə

demək olar ki, istifadə olunmur. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu

rəqəm 50-60% arasında tərəddüd edir. MDB ölkələrinin əksəriyyətində

Page 250: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

250

xarici maliyyə mənbələrindən istifadə olunma səviyysi Azərbaycandan bir

neçə dəfə yüksəkdir.

Həmin illərdə Azərbaycan iqtisadiyyatına qoyulan xarici

investisiyaların ÜDM-dəki payının çox olmasına baxmayaraq, elmə xarici

investisiya qoyuluşu aşağıdır. Buna əsasən iki amil təsir göstərə bilər.

Azərbaycanın elmi potensialnın ( kadr, maddi-texniki baza və s.) onları

qane etməməsi, tədqiqat və işləmələr sferasına investisiya qoymaq üçün

əlverişli mühütün olmaması.

Rusiyada elmə ayrılan büdcə xərcləri bölməsində payı 1999-cu ildə

2,02%, 1995-ci ildə isə 1,6% olub. Lakin yaxın 5 il ərzində Rusiyada bu

göstəricinin 4%-ə çatdırılması qarşıya məqsəd qoyulub. Bir çox inkişaf

etmiş ölkələrdə dövlət büdcəsinin ümumi həcmində elmə çəkilən xərclərin

xüsusi çəkisi son 20 ildə demək olar ki, dəyişməyib. Belə ki, ABŞ- da 6-7%

Fransa, Almaniya, Böyük Britaniya və İtaliyada – 4-5%, Yaponiyada – 3-

3,5% arasında tərəddüd edir. İnkişaf etmiş əksər ölkələrdə büdcədən elmə

ayrılan vəsaitlərin büdcə xərclərində xüsusi çəkisinin yüksək olmasına

baxmayaraq ETLKTİ-yə çəkilən bütün xərclərdə büdcəsinin payı 50%-dən

aşağıdır. Məsələn, Almniyada 1998-ci ildə ETLKTİ-yə çəkilən xərclərin

tərkibində büdcə vəsaitləri 34,7%, Yaponiyada isə 19,9% təşkil edib. 2000-

ci ilin məlumatlarında ABŞ- da bu göstəricinin 45,9% olduğu göstərilir.

Azərbaycanda isə 2003-cü ildə ETLKTİ-yə çəkilən xərclərin tərkibində

büdcə xərclərinin payı 70,8% olub.

2003-cü ildə dövlət büdcəsindən elmə 16,9 mln. ABŞ dollar xərclənib

ki, bu da 1990- cı ildəki göstəricidən 1,8 dəfə çoxdur. Qeyd edək ki, 1990-cı

ildə dövlət büdcəsindən elmə ayrılan vəsait 9,1 mln. ABŞ dolları olub.

Lakin 2004 –cü ildən başlayaraq dərəcələr arası və əmsallarının xeyli

aşağı düşməsi və digər tərəfdən də Əmək və Əhalisinin Sosial Müdafiəsi

Nazirliyinin 11 oktyabr 1996 – cı il tarixli 8-2 saylı “Büdcədən

maliyyələdirilən Azərbaycan Respublikasının elmi təşkilatlarının işcilərinin

əməyinin ödənilməsi sistemin təkmilləşdirilməsi ilə əlaqədar vəzifə maaşları

Page 251: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

251

məbləğinin artırılması haqqında” qərarı, Ədliyyə Nazirliyinin 17 oktyabr

1996 – cı il tarixli 17 saylı şəhadənaməsi ilə 8-19 – cu dərəcələr üzrə

işləyən elmi işçilərin tarif maaşına nəzərdə tutulan 26,6 % artmın 2005 – ci

ildən başlayaraq tədricən pozulması və 2007 – ci ildə tamamilə nəzərə

alınmaması elmi işçilərin orta aylıq əmək haqqının aşağı düşməsinə xeyli

təsir göstərmişdir.

2000-2005 – ci illərdə büdcə vəsaitlərin payı 11,577 mln.manat

artaraq 21,35 mln. manat və ya cəmi çəkilən xərclərin 77,52% həcmində

olmuş, büdcədən kənar vəsaitlər və təşkilatların öz vəsaitlərində isə mənfi

dinamika müşahidə olunmuş və onlar uyğun olaraq 0,362 mln. manat

(1,32%) və 1,459 mln.manat (5,3%) səviyyəsinə yenmişlər. Yalnız

sifarişçilərin vəsaitlərinin payı əsaslı dərəcədə artaraq, 2005 – ci ildə 3,699

mln. manat və ya ümumi çəkilən xərclərin 13,43% - ni təşkil etmişdir. Xarici

mənbələrin vəsaitlərinin payının əvvəlki illərlə müqayisədə yüksəlməsinə

baxmayaraq, bu göstərici cuzi səviyyədə dəyişmiş, 2005 – ci ildə 0,669

mln. manat (2,43%) olmuşdur. Bu təhlil, bir daha respublikada büdcədən

kənar mənbələr tərəfindən elmə çox az vəsait sərf olunduğunu göstərir.

Həmin illərdə isə bu istiqamətdə hətta, maksimumu 2002-ci ilə düşən

(71%) sıçrayış müşahidə edilir və 2005-ci ildə tətbiqi tədqiqatlara ayrılan

vəsaitlərin xüsusi çəkisi ümumi elmə ayrılan vəsaitlərin 57,1 faizinə bərabər

olur. Fundamental tədqiqatlara çəkilən xərclərin çəkisi isə tədricən azalmış

və on iki il ərzində 39,5 faizdən 30,1 faizə qədər enmişdir. Eynilə, elmi

işləmələrin maliyyələşməsində də mənfi dinamika üstünlük təşkil edir.

Onlara çəkilən xərclərin xüsusi çəkisi 23,7 faizdən 12,8 faizə düşmüşdür.

Yüksək ixtisaslı elmi kadrların (elmlər namizədləri, elmlər doktorları,

akademiklər və müxbir üzvlər) elmi bölmələr üzrə paylanmasında əsas

üstünlüyü humanitar – ictimai və fizika – riyaziyyat – texnika elmlər

bölmələri təşkil edir. Təcrübə göstərir ki, yüksək ixtisaslı elmi kadrların

hazırlanması, yerləşdirilməsi və bölgüsü məqsədyönlü şəkildə həyata

keçirilmədiyi təqdirdə, elmin başqa sahələrində nüfuzlu elmi məktəblər və

Page 252: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

252

tədqiqat istiqamətlərinin yaranması mürəkkəbləşir. Nəticədə ölkə, sahə və

ya elmi təşkilat səviyyəsində elmin hərtərəfli inkişafı və ahəngdar fəaliyyəti

pozulur. Deyilənlərin AMEA – ya birbaşa aidiyyatı, bu təşkilatın elmi kadr

potensialının qurulşunun qənaətbəxş olmamasndan xəbər verir. Ölkədə

elmi kadrların mövcud səviyyəsi, quruluş və dinamikası AMEA – nın elmi

kadr potensialına öz təsirini göstərir və problemin kompleksi xarakterindən

bəhs edərək, bütövlükdə respublika səviyyəsində elmi sferasının

təkmilləşdirillməsinə ehtiyacı ifadə edir. Bu məqsədlə AMEA, elm

sahəsində başlıca tendensiyaların daşıyıcısı və ifadəçisi kimi, ölkə miqyaslı

proseslər üçün bir növ sınaq meydanı, təcrübə stendi rolnu oynayaraq, elmi

sfertanın inkişafı və təkmilləşdirilməsi üzrə tədbirlərin effektivliyini öz

strukturunda yoxlamaqla, respublika səviyyəsində təhlükəsiz və optimal

tətbiqinə şərait yarada bilər.

Eyni zamanda, elmi kadr potensialının səviyyəsinə birbaşa təsir edən

və kadr axcılığı ilə yanaşı elmi fəaliyyətin effektivliyini aşağı salan

tendensiyalardan biri də elmi işçilər arasında qocalma səviyyəsinin

yüksəlməsi ilə bağlıdır.Məhsuldarlığı ilə elmi kadrların bioloyi yaş hədləri

arasında müəyyən xarakterik əlaqələr mövcuddur. Belə ki, XX əsrin II

yarısında müəyyən edilmişdir ki, insanlarda biliklərin mənimsənilməsi,

intellektual mobillik, innovatorluq qabiliyyəti, yaradıcılıq enerjisi, yaddaş,

elmi rəhbərlik xüsusiyyətləri və s. keyfiyyətlər yaş amili ilə birbaşa bağlı

olur. Elm və elmi fəaliyyət sahəsində isə bu amil özünü daha aşkar biruzə

verir.

Ümumiyyətlə, iqtisadiyyat elmi cəmiyyətin sosial-iqtisadı inkişafında

əhəmiyyətli rol oynayan elm sahəsidir. Bu gün Azərbaycanda iqtisad

elminin aparıcı mütəxəssisləri, nəinki ölkəmizdə, həmçinin başqa ölkələrdə

də tanınırlar.

Page 253: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

253

NƏTICƏ

“İqtisadi və ya başqa digər təhlillər müşahidə edilən obyektin yalnız

xarakteri və tendensiyasını müəyyən edir lakin, gələcəkdə tədqiq olunan

obyektin necə olacağı haqqında dəqiq məlumatımız olmur. Bundan başqa

tədqiq olunan obyekt üzrə mövcud tendensiya olduğu kimi qaldıqda və heç

bir müdaxilə baş vermədiyi halda bizim gücümüz baş verə biləcək proseslər

haqqında yalnız təsəvvür etməyə yetir” (Yozef A. Şumpeter. «Kapializm,

soüializm i demokratiə». M., gkanomika, 1995, s.103).

Sosial-iqtisadi və milli iqtisadi inkişaf modeli problemi

respublikamızda yenicə işləməyə başlayır. Nəzərə almaq lazımdır ki, XXI

əsrin başlanğıcında özlüyündə dövlət tənzimlənməsi və bazar

münasibətlərin, milli sahbkarlıq və sosial yönümlülüyün, iqtisadi

qanunauyğunluq və qeyri-iqtisadi faktorların qarşılıqlı uzlaşmasını

xarakterizə edən bir çox milli iqtisadi inkişaf modelləri formalaşmışdır. Qeyd

olunan amillər onu göstərir ki, problemə nəzəri-praktiki baxımdan

Page 254: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

254

yanaşmaqla biz: Azərbaycanda hansı iqtisadi inkişaf modeli formalaşmalı,

bu model dünya təcrübəsi ilə necə uyğunluq təşkil etməli və onun

mövcudluq üsulu hansı formada həyata keçirilməlidir müddəalarını irəli sürə

bilərik.

Yaşadığımız dövr elm, texnalogiya və intellektual rasionalizmin təsiri

altında inkişaf edir. Buna görə də bizim üçün tarixi nöqteyi nəzərdən inkişaf

mərhələsinə yenidən baxmağımız üçün kifayyət qədər obyektiv əsaslar

vardır. Bu baxımdan belə bir şəraitdə müasir iqtisadiyyatda bazar

münasibətlərinin aktiv iştirakçılarından hesab olunan dövlətin təsir

imkanlarının güclənməsi baş verir.

Məlumdur ki, bütün təsərrüfat subyektləri öz məqsədlərinə çatmaq

üçün müəyyən iqtisadi metod və üsullardan istifadə edirlər. Dövlət də bir

bazar subyekti kimi mikro və makro səviyyədə təkrar istehsal prosesinə

hərtərəfli təsir etməklə bütün büdcə sisteminin formalaşmasına kömək edir.

İqtisadi proseslərin kompleks xarakterindən çıxış edərək qeyd edə bilərik ki,

tənzimlənmədə qeyri-bazar üsullarının tətbiq olunması iqtisadiyyatın ümumi

təlabatı ilə şərtlənməli və təsərrüfat subyektlərinin maraq-mənafeyinə

uyğun ardıcıl və razılıq əsasında həyata keçirilməlidir. Bazar iqtisadiyyatı

şəraitində dövlət qarşısında müxtəlif növlü vəzifələrin qoyulması onun üçün

iqtisadi funksiyalarının dəqiq müəyyən olunmasını xarakterizə edir. Dövlətin

qarşısında duran vəzifələrin həll olunması üçün bir sıra vasitələr:

innovasiya, sənaye və struktur, Fiskal və Monetar, sosial və gəlirlərin idarə

olunması, xarici iqtisadi və s. siyasətlər vardır. Yuxarıda qeyd olunan

siyasətləri makroiqtisadi səviyyədə yerinə yetirməklə dövlət, daxili və xarici

amillərdən qaynaqlanan konyuktur dəyişikliklərini nəzərə alaraq bütövlükdə

milli iqtisadiyyatda sabitlik yaradır. Buna görə də davamlı iqtisadi inkişafın

əldə olunması baxımından dövlətin həyata keçirtdiyi iqtisadi tədbirlərin

böyük əhəmiyyəti vardır.

Page 255: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

255

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT

1. Prof.dr. Ömer Eyerçioğlu. “Milli iqtisadi model” Bakı-BDU nəşriyyatı,

2005. səh.52.

2. “Azərbaycan iqtisadiyyatı”. Dos. İ.H.Aliyev, dos. S.A.İbadovun elmi

redaktorluğu ilə. «Ağrıdağ» nəşriyyatı, 1998, səh.14-15.

3. Akademik Ramiz Mehdiyev. “İctimai və humanitar elmlər: Zaman

kontekstində baxış”. Azərbaycan qəzeti. 8 dekabr 2009-cu il. Səh.2.

4. Kurs gkonomiçeskoy teorii, pod obhey redaküiey prof. Çepurina M.N.,

prof. Kiselevoy E.A. Kirov «ASA» - 2002, str.63.

5. R. Quliyev. Azərbaycanda iqtisad elmi: İxtilaflı transformasiya.

«Nurlan». Bakı-2006, səh.49.

Page 256: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

256

6. Y. Rüstəmov. Fəlsəfənin əsasları «Elm» nəşriyyatı. Bakı-2004,

səh.52

7. K.Marks və F.Engels. Seçilmiş əsərlər üç cilddə. Cild 1. Bakı, 1978.

səh.92-93.

8. Novaə postindustrialğnaə volna na Zapade. M., «Akademiə», 1999,

str. 2501.

9. Azərbaycan qəzeti-2009. 24 yanvar. S.1-3

10. Azərbaycanın Statistik Göstəriciləri. “Səda” nəşriyyatı 2009.

11. Azərbaycan Rəqəmlərdə 2008. Dövlət Statistika Komitəsi. Səda”

nəşriyyatı 2008.

12. Ş.Qadjiev. Azerbaydjan na puti k mirovomu soobhestvu: strateqiə

vneşnegkonomiçeskoqo razvitiə. Kiev, 2000, s. 258-260.

13. Cozef E.Stiqliz. Qloballaşma və onun doğurduğu narazılıqlar.

(Bakı.2004. Xəzri-Ekspress)

14. Johnson Ch.Sinqapore Summit Could end of American Empire in

Asia /EİR. (2000.№48)

15. Qlobalizaüiə mirovoqo xozəystva. Moskva, 2006.

16. R.Mextiev “Azerbaydjan: vızovı qlobalizaüii”. B., 2004q.

17. Yozef A. Şumpeter. «Kapializm, soüializm i demokratiə». M.,

gkanomika, 1995, s.103

18. Üuru S. Koneü əponskoqo gkonomiçeskoqo çuda. M., Proqress,

1981q., s.100-101.

19. Feyqin Q.F. Naüionalğnıe gkonomiki v gpoxu qlobalizaüii. 2008q.

20. Mısaçenko V.İ. Texnoloqiçeskie innovaüii i strukturnaə perestroyka

oteçestvennoy promışlennosti. M., 2008q.

21. Buzurkieva D.M. Osobennosti strukturnıx izmeneniy v gkonomike

Rossii. M., 2008q.

22. “Rossiyskiy gkonomiçeskiy jurnal”, j-l, 2009.

23. “GMichaely, Michael (1977) “Export and Growth: An Empirical

investigation” Journal of Development Economics Vol.4. P.49-53

Page 257: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

257

24. Jung, Woo and P.J.Marshall (1985) “Exports, Growth and Causality in

Developing Countries” Journal of Development Economies Vol.18. P. 1-12

25. Osnovnıe pokazateli razvitiə turizma. Vıpusk 2006 qoda.

www.unwto.org

26. Migration and remittances : Eastern Europe and the former Soviet

Union / [Ali Mansoor, Bryce Quillin, Europe and Central Asia Region 2006,

s.52

27. James Gwartney, Robert Lawson. “Economic Freedom of the World.

2006 Annual report”/ Canada, 2006.

28. Human Development Report 2006, Beyond scarcity: Power, poverty

and the global water crisis. UNDP 2006.

www.opec.org

29. World Development Indicators 2005, WB Development Data CD ROM.

30. Human Development Report 2006, Beyond scarcity: Power, poverty

and the global water crisis. UNDP 2006. s.333

31. Promışlennaə politika i mejdunarodnıe otnoşeniə v 2-x kn/ Pod obh.

Red. A.İ. Levençuka; vstup. St Ö.V.Kuzneüova.- Çeləbinsk: Soüium, 2005.

Kniqa 1., s.220

32. Azerbaijan Country Economic Memorandum. A New Silk Road: Export-

led Diversification Poverty Reduction and Economic Management Unit

Europe and Central Asia Region, December 23, 2009. s.

33. Promışlennaə politika i mejdunarodnıe otnoşeniə v 2-x kn/ Pod obh.

Red. A.İ. Levençuka; vstup. St Ö.V.Kuzneüova.- Çeləbinsk: Soüium, 2005.

Kniqa 1, st.220.

34. Gwartney, James, Randall Holcombe, and Robert Lawson (1998). “The

Scope of Government and the Wealth of Nations.” Cato Journal 18, 2 (Fall):

163–90.

35. İllarionov A. Kak Rossiə poterəla XX stoletie. Voprosı gkonomiki, 2000,

№1, s. 17

Page 258: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İQTİSADİYYAT … · Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyini, milli dövlətin varlığının etibarlı fəaliyyət göstərməyə

258

36. Gwartney J.,Lowson R., Block N. Economik freedom of the world:

1975-1995. The Fraser Institute 1996.

Index of Economic Freedom – 2001 // The Heritage Foundation, The Wall

Street Journal, 2001

37. World Devolopment Indicators, 2006. www.worldbank.org

38. Economic Freedom and Growth: The Case of the Celtic Tiger by

Benjamin Powell // Cato Journal. Vol. 22. № 3 (Winter 2003).

39. Gkonomika. XXIv. 1999, №1.

40. James Gwartney, Robert Lawson. “Economic Freedom of the World.

2006 Annual report”/ Canada, 2006.

41. Sala-i-Martin X. Just Ran Two Million Regressions // American

Economic association Papers and Proceedings. 1997. V. 87 (2). May.