respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/pdf/azerb_ dili_9_yusif...

15

Upload: others

Post on 19-Jan-2020

16 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli
Page 2: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

2

Respublikanın ümumtəhsil məktəblərinin

9-cu sinifləri üçün “Azərbaycan dili” dərsliyi

Müəlliflər: Yusif Seyidov

Təhminə Əsədova

Bakı: Çaşıoğlu, 2012.

Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmun baxımından;

2. Dizayn və bədii tərtibat baxımından.

1. Məzmun baxımından

Dərslik 120 səhifədən ibarət olmaqla, hazırda respublikanın ümumtəhsil

məktəblərində qüvvədə olan tədris proqramına uyğun hazırlanmışdır. Burada

proqrama uyğun olaraq tabesiz və tabeli mürəkkəb cümlələr, vasitəli və vasitəsiz nitq

mövzuları əhatə olunmuşdur. Dərsliyin sonunda proqram və mündəricat verilmişdir.

Dərslik 64 saat üçün nəzərdə tutulmuşdur.

Dərslikdə müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır:

Bağlayıcılı tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında əlaqə yaradan

bağlayıcılar barədə sistemli məlumat verilməmiş, bağlayıcıların hansı məna

əlaqələrini yaratmağa xidmət etməsi, tabesiz mürəkkəb cümlələrdə bağlayıcılardan

əvvəl işlədilən durğu işarələri məsələsi aydınlaşdırılmamışdır.

Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr arasında aşağıdakı altı

əlaqə elmi qrammatikaya uyğun olaraq, proqramda (səh.117) əks olunmuşdur:

zaman əlaqəsi, ardıcıllıq əlaqəsi, səbəb-nəticə əlaqəsi, aydınlaşdırma əlaqəsi,

qarşılaşdırma əlaqəsi, bölüşdürmə əlaqəsi. Lakin dərslikdə ardıcıllıq əlaqəsi ayrıca bir

əlaqə kimi götürülməmiş, zaman əlaqəsinin bir tipi kimi verilmişdir.

İntonasiya ilə formalaşan aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin

tərəfləri arasında ya qoşa nöqtə (:), ya da nöqtəli vergül (;) qoyulur. Dərslikdə tərəflər

arasında qoşa nöqtənin qoyulması qeyd olunsa da, nöqtəli vergülün qoyulması və

səbəbi qeyd olunmamışdır.

Bölüşdürmə bağlayıcılarının iştirakı olmadan bölüşdürmə əlaqəli tabesiz

mürəkkəb cümlələrin formalaşa bilməməsi qeyd olunmamışdır.

“Tabeli mürəkkəb cümlə” mövzusu ümumtəhsil məktəblərində şagirdlər

tərəfindən qavranılması ən çətin olan mövzulardan biridir. Dərsliklə bu mövzunun

izahı qənaətbəxş deyil.

Budaq cümləni baş cümləyə bağlayan dörd əsas vasitə var: intonasiya; tabelilik

bağlayıcıları; əvəzlik qəliblər–bağlayıcı sözlər, yəni sual əvəzlikləri; -sa(-sə) şəkilçisi

və -mı4 ədatı. Bu vasitələrin hər birinin tabeli mürəkkəb cümlədə xüsusi əhəmiyyəti

və rolu var. Dərslikdə isə bu, işıqlandırılmamışdır.

Page 4: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

4

Hər budaq cümlə növündə ayrıca olaraq baş və budaq cümlənin yerləşmə

qanunauyğunluğu göstərilsə, daha yaxşı olar.

Tabesiz və tabeli mürəkkəb cümlələrin tərəflərini bağlayan vasitələr dəqiq

göstərilsə, yaxşı olar.

Budaq cümlə növlərindən danışarkən onların sualları və müvafiq cümlə üzvünün

müqayisəsi ilə bağlı bölgü aparmağa ehtiyac yoxdur.

Hər budaq cümlə növü içərisində bir neçə tabeli mürəkkəb cümlə verib,

sonradan hər birinin baş və budaq cümləsini ayrıca göstərmək məqsədəuyğun deyil.

Səbəb və məqsəd budaq cümlələrinin fərqi ətraflı izah olunsa, yaxşı olar.

Müxtəlif formalarda baş cümlədə işlənən işarə əvəzlikləri və qarşılıq bildirən

sözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli mürəkkəb cümlənin

növünü müəyyənləşdirmək üçün açar rolunu oynayan bu sözlər barədə də, heç bir

məlumat verilməmişdir.

Xəbər budaq cümləsi baş cümlədə xəbər yerində işlənən işarə əvəzliyi – əvəzlik

qəlib olmadan yarana bilməz. Bu məsələnin şərhi də unudulmuşdur.

Hansı budaq cümlələrin baş cümlədən əvvəl, hansıların sonra işlənməsi

göstərilməmişdir.

Dərslikdə müəllif nitqi ilə vasitəsiz nitqi ayırmağın üsulları, vasitəsiz nitqli

cümlələrdə durğu işarələrinin işlənmə qaydaları barədə məlumat verilməmişdir.

Dərsliyin birbaşa tapşırıqla başlaması metodik cəhətdən düzgün deyil. Yaxşı

olardı ki, dərslikdə ilk öncə 9-cu sinfin yaş və bilik səviyyəsinə uyğun olaraq “Giriş”

mətni verilsin və burada dil və dilçilik məsələləri, Azərbaycanın dilçi alimləri, digər

dillərin qrammatikaları ilə müqayisəsi haqqında məlumat verilsin. Bütün bunlar

səhifə 3–5-də yer ala bilər. Burada həmçinin dilin fonetik, leksik, qrammatik

xüsusiyyətləri, Azərbaycan dilinin iltisaqi dillər qrupuna aid olması, ahəngdar,

musiqili bir dil olması, əsl Azərbaycan sözlərinin sonunda söz köklərinin bir və

ikihecalı olması da qeyd edilə bilər.

Dərslikdə verilmiş tapşırıqların çoxu şeir parçalarındandır; şeir isə dilin

qrammatik quruluşunu müəyyənləşdirmək və dərk etmək üçün uğurlu material

sayılmır. Bəzən hətta uyğunsuzluq meydana çıxır. Səhifə 30-da 64-cü tapşırığın

şərtində yazılmışdır: “Oxuyun, ikinci misranı sintaktik təhlil edin, cümlənin

qrammatik əsasını müəyyənləşdirin.

Hər səhər, hər axşam; hər axşam, hər səhər,

Çox zaman sərsəri küləklər bixəbər”.

Page 5: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

5

Verilən nümunələrin bəzisi uğursuzdur: “Əgər mən sənə heç inanmıram, sən

mənə inana bilərsənmi?”

Bəzi tapşırıqların yerinə yetirilməsi şagird üçün çətin və ya mümkünsüzdür.

Səhifə 16-da tabesiz mürəkkəb cümləyə aid belə bir nümunə verilmişdir:

“Düzdür, əli bir gün belə, işsiz qalmadı,

Ancaq yenə düşünmədi o, gələcəyi (S.Vurğun)”.

Burada birinci komponentdəki “doğrudur, düzdür” modal sözləri, ikinci

komponentdəki “amma, ancaq, lakin” bağlayıcıları olan konstruksiyalar

qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlə kimi qəbul edilir. Bu nümunə tabesiz

mürəkkəb cümlə kimi verilmişdir.

Səhifə 22-də zaman və ardıcıllıq əlaqələrinin bir başlıq altında (zaman əlaqəsi)

verilməsi düzgün deyil.

Səhifə 27-də tərəfləri bağlayıcılarla bağlanan qarşılaşdırma əlaqəli tabesiz

mürəkkəb cümləyə aid verilən “İndi o, özünü məcbur edib pianonu danqıldada

bilərdi, fəqət heç vaxt işləmək üçün özünü məcbur etməzdi”, yaxud “O,

pianonun arxasında oturdu, amma qapağını qaldırmadı” konstruksiyaları

əslində, həmcins xəbərli sadə cümlələrdir; hər iki cümlədə bərabərhüquqlu xəbər bir

mübtəda ilə (o) əlaqələnmişdir. Səhifə 16-da tabesiz mürəkkəb cümləyə nümunə kimi

verilmiş “Mən tələsmək istəyirdim, amma bacarmırdım”, “O yenə nə isə

soruşmaq istədi, amma soruşmadı” və “Nə isə təntənəli bir söz demək istəyirdi,

amma deyə bilmirdi” konstruksiyaları da həmcins xəbərli sadə cümlələrdir.

Həmin səhifədə tapşırıq 58-də yazılmışdır: “S. Rəhimovun “Minnətsiz çörək”

əsərindən qarşılaşdırma əlaqəsinə aid bir neçə nümunə seçin”. Bütöv bir

əsərdənmi? Qarşılaşdırma əlaqəli sadə və ya mürəkkəb cümlə olduğu da bilinmir.

Səhifə 30-da bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümləyə aid verilən “Ya

gərək ədalətli iş görələr, ya da məhv olub gedəcəklər” konstruksiyası əslində,

həmcins xəbərli sadə cümlədir, çünki hər iki bərabərhüquqlu xəbər üzdə olmayan,

lakin dərk olunan eyni subyektə (mübtədaya) aiddir.

Tapşırıqlarda müəyyən dəyişikliklərə ehtiyac var:

Səhifə 3–5-də 1-dən 13-ə qədər tapşırıqlar çox sadədir. Tapşırıqların 9-cu sinif

şagirdlərinin yaş və bilik səviyyəsinə uyğun seçilməsi təklif edilir.

Səhifə 3-də söz birləşmələri içərisində mürəkkəb söz verilmişdir (Maralgöl).

Page 6: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

6

Səhifə 5-də tapşırığa aid nümunə yarımçıqdır; burada baş üzvləri müəyyən

etmək və ifadə vasitələrini göstərmək tələb olunsa da, nümunədə ifadə vasitələri

göstərilməmişdir.

Bəzi tapşırıqların şərti dəyişməlidir. Məsələn, 15–18-ci tapşırıqlarda şərti belə

dəyişmək olar: “Cümlələri sintaktik təhlil edin”.

20, 21-ci tapşırıqlar 9-cu sinif şagirdlərinin bilik səviyyəsinə görə çox sadədir.

Tapşırıq 22-də durğu işarələri verilməməlidir. Şərt belə olsa, daha yaxşı olar:

“Xitabları tapın, durğu işarələrini yerinə qoyun, intonasiya ilə oxuyun”.

Səhifə 10-da təkrar mövzular üçün test çalışmaları və ya suallar verilsə, daha

yaxşı olar. Məsələn: “Adlıq cümlə nədir? Qeyri-müəyyən şəxsli cümlələrin şəxssiz

cümlələrdən fərqi nədir? Əlavələr izah etdiyi üzvlərdən əvvələ keçirdikdə nə baş

verir?” və s.

Səhifə 11-də iki cümlədən danışılsa da, dörd cümlə verilmişdir. Ona görə də

tapşırığın şərti belə olmalıdır: “Aşağıdakı cümlələrdən ikisi sadə, digər ikisi mürəkkəb

cümlədir...”.

Burada mövzular paraqrafla verilsə, yaxşı olar. Hər paraqrafda mürəkkəb

cümlələr haqqında elmi mülahizələr, hökmlər şagirdin yaş və bilik səviyyəsinə uyğun

şəkildə çatdırılmalıdır. Burada isə çox sadə şəkildə izah nümunələri verilmişdir.

Birinci paraqrafda mürəkkəb cümlə geniş izah edilməli, növbəti paraqraflarda

isə ayrıca tabesiz və tabeli mürəkkəb cümlələrdən bəhs edilməlidir. Daha sonra

yenidən tabesiz mürəkkəb cümlələr incələnməlidir. Onların bağlayıcılı, bağlayıcısız

növləri, sadə cümlədən fərqi, bəzi oxşarlıqları açıqlanmalıdır. Həmcins xəbərli sadə

cümlələrin mürəkkəb cümlələrlə oxşar və fərqli xüsusiyyətləri izah edilməlidir.

Nəzəri biliklərdən sonra onları əks etdirən, tamamlayan çalışmalar verilməlidir.

Burada isə mövzular şagirddən tam mənimsədilməmiş soruşulmuşdur. Məsələn,

səhifə 10–15-də tapşırıqlarda tabesiz və tabeli mürəkkəb cümlələr verilmiş və

şagirddən onları fərqləndirmək tələb olunmuşdur.

Səhifə 5-də tapşırıq 13-də Səməd Vurğunun “Yandırılan kitablar” şeirindən

verilmiş bənddə bir misra verilməmişdir. Çünki bəndin üçüncü misrasından sonra

ikinci misra ilə həmqafiyə olan daha bir misrası var. Tapşırıq 16-da verilmiş mətnin

ilk cümləsində “hisləri” sözü düzgün yazılmamışdır.

Səhifə 6-da tapşırıq 17-nin şərtində “Köçürün” sözündən sonra nöqtə

qoyulmalı, növbəti sözün ilk hərfi böyük yazılmalı idi.

Page 7: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

7

Səhifə 8-də tapşırıq 25-in ikinci abzasında iki nöqtədən sonra gələn söz kiçik

hərflə yazılmalı idi. Həmin abzasdakı “divan-çarpayı” mürəkkəb sözünün ikinci

hissəsi defisdən aralı düşmüşdür.

Səhifə 9-da tapşırıq 29-un 4-cü cümləsində “hislərdən” sözü düzgün

yazılmamışdır.

Səhifə 10-da tapşırıq 31-də verilmiş mətnin ikinci cümləsindəki “elin” sözü

“elm” kimi yazılmalıdır.

Səhifə 15-də tabesiz mürəkkəb cümlələrin xüsusiyyətləri tezislərlə verilmişdir.

Daha sonra tabesizlik bağlayıcılarından bəhs olunmuşdur. Ardınca verilən cümlələrdə

şagirdlərdən tabeli və tabesiz mürəkkəb cümlələri fərqləndirmək tələb olunmuşdur.

Yenidən nəzəri məlumat verilmiş, durğu işarələrindən bəhs olunmuşdur. Tapşırıq 38-

də verilmiş şeirin (B.Vahabzadə) ilk misrası 10 hecadan ibarətdir. Buradakı “insan”

sözü cəm halında yazılmalıdır, çünki şeir 11-lik heca vəznində yazılmışdır. İkinci

bəndin ikinci misrası isə, əksinə, 12 hecalıqdır. Buradakı “əcizlər” sözü anlaşılmır,

yəqin ki, hansısa sözün təhrif olunmuş, səhv yazılmış formasıdır. 3-cü bəndin 3-cü

misrasında isə “əsl” sözü iki cür– əvvəl “əsil”, sonra da “əsl” şəklində yazılmışdır.

Səhifə 16-da “və” sözü “bağlayıcı” sözü ilə birgə işlənsə də, qalanlarda ikinci

söz işlədilməmişdir.

Səhifə 17-də mövzu yersiz misallarla çox uzadılmışdır. Nümunələrin sayını

azaltmaq məsləhətdir. B. Vahabzadədən verilmiş 3-cü bəndin ilk misrasının sonuna

“mən” sözü artırılmalıdır. Axırdan 3-cü sətirdə “əzizdir” sözü düzgün yazılmamışdır.

Səhifə 18-də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında qoşa nöqtə də

qoyulması qeyd olunur, lakin konkret harada və nə zaman qoyulması açıqlansa idi,

yaxşı olardı.

Səhifə 20-də şeirin son bəndinin 2-ci misrasından sonra nöqtə qoyulmalıdır.

Səhifə 22-də şeirin axırdan 2-ci misrasında hecaların bərabərliyi pozulur, çox

güman ki, “beləcə” əvəzinə “belə” yazılmalıdır. Şeirdən sonrakı 3-cü abzasın ilk

cümləsində “karvanları” sözü “karvanı” şəklində yazılmalıdır.

Səhifə 23-də ilk abzasın sonunda “Ölən” sözündən əvvəl məsafə

qoyulmamışdır. Şeirin 3-cü misrasından sonra durğu işarəsi qoyulmamışdır. Qara

şriftlə verilmiş ikinci abzasın ilk cümləsindən sonra nöqtə qoyulmalı, növbəti cümlə

böyük hərflə başlanmalıdır. Tapşırıq 47-də verilmiş iki abzas elə təqdim olunmuşdur

ki, sanki bütöv bir mətndir, halbuki bunlar ayrı-ayrı cümlələrdir. Odur ki, bu

cümlələrin bir-birindən fərqləndirilməsi təklif olunur.

Page 8: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

8

Səhifə 24-də 51-ci tapşırığın şərtində yazılmışdır: “Şeirlərin misraları

arasında məna əlaqəsini göstərin”. Əvvəla, söhbət cümlədən gedir, misradan yox,

ikincisi, elə misralar var ki (sonuncu iki misra), onlar mürəkkəb cümlə təşkil etmir.

Səhifə 26-da tapşırıq 56-da verilmiş mətndə (N.Nərimanov) “əqraba”, “güya”

və “ziyada” sözləri düzgün yazılmamışdır. Səhifənin sonundakı abzas ayrı-ayrı

cümlələrdən ibarət olsa da, axırda mötərizədə S. Vurğunun adının verilməsi (səh.27)

elə təsəvvür yaradır ki, guya bütün abzas şairdən sitatdır. Eləcə də, bundan sonrakı

abzasın (səh.27) bütövlükdə Yusif Vəzir Çəmənzəminliyə məxsus olması təəssüratı

yaradılır. Hər iki abzasda cümlələr bir-birindən ayrılmalı idi.

Səhifə 29-da 2-ci abzasda S. Vurğundan gətirilmiş beytin 2-ci misrasındakı

“var” sözündən sonra vergül qoyulmamalıdır. Aşağıdan 4-cü abzasda “vergul” sözü

düzgün yazılmamışdır. Tapşırıq 62-də verilmiş 5-ci cümlədə “peç” sözü “soba” ilə

əvəzlənməlidir.

Səhifə 30-da S. Vurğunun “Ceyran” şeirindən verilmiş bəndin 3-cü misrasında

“deyiləm” sözündən sonra “ki” də olmalı idi. “Bölüşdürmə əlaqəsi” başlığı altında

verilmiş 3-cü abzasda “dəmləmək” sözündən sonra nöqtə qoyulmalı, növbəti söz

böyük hərflə yazılmalı idi. Bölüşdürmə əlaqəsi nümunəsi kimi təqdim edilən “Səkinə

yemək hazırlayır, Pərşan çay dəmləyirdi” cümləsi, əslində, zaman əlaqəlidir.

Yenə həmin səhifədə ədibin soyadı təhriflə (M.İbrahim) verilmişdir.

Səhifə 31-də 65-ci tapşırıqda cümlələr sıra nömrəsi ilə göstərilməlidir. Çünki

şərtdə “3-cü və 5-ci cümlələri təhlil edin” verilmişdir. Tapşırığın 1-ci cümləsində

“dedi”dən sonra nöqtə qoyulmalıdır. 5-ci sətirdə heca bölümü səhv verilmişdir

(“atas-ının” şəklində). Tapşırıqda şərtin içində şərt verilmişdir. Bütün çalışmaya aid

bir şərtin verilməsi yaxşı olar.

Yenə həmin səhifədə tapşırıq olub-olmadığı bilinməyən belə bir cümlə

verilmişdir: “Verilmiş şeir parçasında hansı məna əlaqələri var?” Şagird nədən

söhbət getdiyini müəyyən etməkdə çətinlik çəkəcək.

Səhifə 32-də qrammatik mülahizələrin başlıqla verilməsi məsləhətdir.

Səhifə 33-də tapşırıq 68-də “aşağıdakı” və “dəftərinizə” sözləri artıqdır. Bu iki

cümlə 1 cümlədə verilsə, daha yaxşı olar: “Tabesiz mürəkkəb cümləni köçürün, onu

təşkil edən sadə cümlələri ayırıb yazın”. Çalışmada cümlə sırası 6 göstərilmişdir.

Burada isə cəmi 5 sadə cümlə var. “Çartlayırdı” deyil, “çatlayırdı” olmalıdır.

Səhifə 34-də tabeli mürəkkəb cümlə haqqında daha aydın, ardıcıl fikirlər,

mühakimələr əsaslandırılmalı, nümunələrlə təsdiqlənməlidir.

Page 9: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

9

Səhifə 36-da 72-ci tapşırıqda mövzunu öyrənmək baxımından əsaslı bir

məlumat verilməmişdir. Sintaktik təhlil üçün göstərilən 2-ci cümlə sadə cümlədir, 3-

cü cümlə isə təhlil üçün uyğun deyil. Burada mətnin adı (“Müəllim”) mətnin

yuxarısında ortadan yazılmalı idi. Mətnin son cümləsindəki “müəllim” sözü dırnaq

işarəsi içində verilməli idi. 73-cü tapşırıqda verilən 3 bənd şeirin yalnız sonuncu

bəndində 1 tabeli mürəkkəb cümlə vardır. Şeirin (M.Müşfiq) 3-cü misrasında “kimi”

qoşmasından sonra vergülə ehtiyac yoxdur, 2-ci bəndin son misrasından sonra isə

nöqtə qoyulmalı idi.

Səhifə 38-də 75-ci tapşırıqda sual aydın və ya dəqiq verilməlidir. Mötərizəyə

ehtiyac yoxdur. Məsələn, belə olmalıdır: “İfadəli oxuyun, qrammatik cəhətdən cümlə

üzvləri ilə əlaqələnməyən sözləri müəyyənləşdirin”. “Tar” şeirinin ilk misrasında

ikinci “oxu” sözündən sonra da vergül qoyulmalıdır.

Həmin səhifədə verilmiş “Baş cümlənin müstəqil, budaq cümlənin qeyri-

müstəqil olmasını onların ayrıca, müstəqil cümlələr halında işlədilməsi kimi

başa düşmək olmaz” fikri anlaşılmazdır.

Səhifə 40-da baş və budaq cümləni bağlayan vasitələr içərisində “-sa,-sə”

şəkilçi kimi verilsə də, ayrıca rəqəmlə qeyd edilməmişdir. İlk abzasın 2-ci cümləsində

“əsasən” sözündən sonra vergül, cümlənin sonunda isə iki nöqtə qoyulmalı idi.

2-ci yarımbaşlığın a) bəndindəki ilk nümunənin (Ə.Tudə) birinci misrasından

sonra vergül qoyulmalıdır. a) bəndinin əvvəlində “ki” böyük hərflə yazılmalıdır. “ -

sa, -sə” şəkilçilərinin qarşısında c) bəndi qeyd edilməlidir.

Səhifə 41-də tapşırıq 76-da verilmiş 2-ci cümlədə “Bütün” sözü, 4-cü cümlədə

isə “Həmin” sözü böyük hərflə yazılmalı idi. Tapşırıq 77-də verilmiş mətn (Elçin)

ayrı-ayrı cümlələrdən ibarət olması, yoxsa bütöv mətn olması aydın deyil.

Səhifə 42-də “Budaq cümlənin növləri” mövzusunda mühakimələr plansız

şəkildə verilmişdir. “Budaq cümlələrin baş cümlə ilə münasibətlərini aşağıdakı

kimi təsəvvür etmək olar” başlığı ilə verilən fikir anlaşılmaz qalır. Bütün mövzular

üzrə mürəkkəb cümlə sxemləri normaya uyğun verilməmişdir. Öyrədilməmiş

mövzular, məsələlər çalışmalarda şagirdlərdən soruşulmuşdur. Əslində isə bütün

qrammatik, sintaktik mühakimələr əsaslandırılaraq verilməli, daha sonra tapşırıqların

şərtində şagirdlərdən soruşulmalıdır.

Səhifə 43-də tapşırıq 78-də verilmiş sonuncu cümlədəki ad “Qalay” deyil,

“Qaçay” kimi yazılmalıdır. Tapşırıq 79-da verilmiş mətnin adından sonra nöqtə

qoyulmamalıdır. Mətnin birinci abzasında “Rumıniya” sözü düzgün yazılmamışdır.

Page 10: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

10

Yuqoslaviya, Çexoslovakiya kimi yer adları isə nə Atillanın zamanında vardı, nə də

indi var. İkinci abzasdakı “diktator” istilahı Atillaya uyğun gəlmir.

Səhifə 44-də axırdan 6-cı abzasda “saçları” sözü “saçlar” şəklində yazılmalıdır.

Səhifənin sonuncu sözü bir az əvvəlki nümunədə (Ə.Əylisli) olduğu kimi,

“gülümsəyirdilər” deyil, “gülümsərdilər” şəklində yazılmalı idi.

Səhifə 45-də tapşırıq 80-də verilmiş ilk cümlədə (M.Müşfiq) “yazmamışam”,

axırdan əvvəlki cümlədə isə “valideyn” sözü düzgün yazılmamışdır. 1-ci və 2-ci

bölmələrdə “kim? nə? hara?” sözləri kursivlə verilməli idi.

Səhifə 47-də “Şuşanın yolları” şeirinin 2-ci bəndinin son misrasında “yollar”

sözündən əvvəl, sonuncu bəndin 3-cü misrasında isə “yağış” sözündən sonra vergül

qoyulmalıdır. Son abzasda suallar əvvəlcə qara kursivlə, sonra isə adi kursivlə

verilmişdir. Eyniləşdirilməsi təklif olunur.

Səhifə 49-da 3-cü abzasda eyni söz həm “əsl”, həm də “əsil” şəklində

yazılmışdır.

Səhifə 50-də nəzəri hissədə suallar fərqləndirilməmişdir. 93-cü tapşırıqda

yazılmışdır: “Cavab verin: Nə üçün belə tabeli mürəkkəb cümlələrin xəbərlərini

aydınlaşdırmaq lazım gəlir”. Yazılmalı idi: “...xəbər budaq cümləli tabeli mürəkkəb

cümlənin baş cümləsinin xəbərini...”. Əks halda nədən söhbət getdiyi bilinmir. 94-cü

tapşırıqda cəmi 1 tabeli mürəkkəb cümlə verilmişdir. O da tamamlıq budaq

cümləsidir. Tapşırıq 94-də verilmiş mətnin cümlələri arasında məsafə qoyulmamışdır.

Səhifə 51-də tapşırıq 96-da verilmiş 5-ci cümlənin əvvəlində “Məsələ də”

sözləri bitişik yazılmışdır.

Səhifə 53-də tapşırıq 100-ün 4-cü bəndində “ki”dən sonra vergül

qoyulmamalıdır.

Səhifə 57-də axırdan üçüncü sətirdə mötərizədə verilmiş söz “verdin” şəklində

yazılmalıdır.

Səhifə 58-də 117-ci tapşırıqda qarışıq cümlələri fərqləndirmək deyil, seçilmiş

cümlələrin izahını tələb etmək lazımdır.

Təyin budaq cümlələri ilə sadə cümlədəki təyinlər arasında müqayisə aparmaq

deyil, təyin budaq cümlələrini sadələşdirib, müqayisə aparmaq lazımdır. Eyni

zamanda, ifadə vasitələrinə diqqət yönəlməlidir.

Səhifə 59-da axırdan 4-cü abzasın ilk cümləsində “xəmiri” sözündən sonrakı

vergül artıqdır.

Page 11: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

11

Səhifə 61-də tapşırıq 121-də verilmiş 4-cü cümlə məsəl deyil, Abbas

Tufarqanlının məşhur qoşmasından iki misradır.

Səhifə 63-də b), c) və e) bəndlərində ilk cümlədən sonra qoşa nöqtə qoyulmalı

idi.

Səhifə 64-də tapşırıq 127-də verilmiş şeir parçasının 2-ci bəndinin ilk

misrasından sonra vergül qoyulmalıdır.

Səhifə 65-də tapşırıq 130-da verilmiş son iki cümlənin (1-ci abzas) birində

“sanki”dən sonra vergül qoyulub, o birində isə qoyulmamışdır.

Səhifə 66-da yuxarıdan 2-ci sətirdə “guya” sözü səhv yazılmışdır. Nəzəri

hissənin a) bəndində, eləcə də, axırdan 3-cü abzasda suallar fərqləndirilməmişdir.

Səhifə 69-da son iki abzasda nümunə və suallar fərqləndirilməmişdir.

Səhifə 70-də tapşırıq 138-də verilmiş cümlələrdə eyni söz gah “harda”, gah da

“harada” şəklində yazılmışdır. Tapşırıq 139, 140, 141-də suallar fərqləndirilməli,

kursivlə verilməli idi.

Səhifə 71-də tapşırıq 144-də verilmiş mətnin son cümləsində “hisslər” sözü

düzgün yazılmamışdır.

Səhifə 72-də nəzəri hissənin son abzasında suallar fərqləndirilməmişdir.

Kursivlə verilməsi məqsədəuyğun olardı.

Səhifə 74-də şeirin 3-cü bəndinin 3-cü misrasında “ki” bağlayıcısından sonra

vergül qoyulmalıdır.

Səhifə 78-də tapşırıq 156-da verilmiş abzasın son cümləsində “ki”

bağlayıcısından sonra vergül qoyulmalıdır.

Səhifə 80-də səhifənin son sözü, əvvəlki və sonrakı abzaslarda olduğu kimi,

“görüm” şəklində yazılmalı idi.

Səhifə 82-də şeirin müəllifi göstərilməmişdir.

Nəzəri hissədəki nümunə cümlələr əvvəlki bölmədən fərqli olaraq

seçdirilməmiş, yəni qara şriftlə verilməmişdir.

Səhifə 84-də 7-ci abzasda suallar fərqləndirilməmişdir. Sonrakı abzasda isə 3-cü

söz “nə” deyil, “və” olmalıdır. İki abzas sonra, yəni 2 rəqəmi ilə nömrələnmiş

abzasda suallar kursivlə verilməli idi.

Səhifə 77–84-də səbəb və məqsəd budaq cümlələrin izahlarında dəqiqləşmə

aparılmalıdır. Məsələn, səbəb budaq cümləsində baş cümlədə baş vermiş hərəkətin və

ya əlamətin səbəbi bildirilir. Məqsəd budaq cümlələrində isə baş cümlədəki planda

Page 12: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

12

olan, hələ baş verməmiş hərəkət və əlamətin məqsədi müəyyənləşdirilməlidir.

Onların ifadə vasitələrində də müəyyən oxşarlıq və ya fərqlər izah olunmalıdır.

Səhifə 85-də şərt budaq cümləsinə dair ilk abzasın ilk cümləsində “bildirdiyi”

sözü artıqdır. Həmin abzasda eyni şəkilçilər əvvəlcə kursivlə, sonra isə qarşısına defis

qoyulmaqla adi şriftlə verilmişdir. Sonrakı abzaslarda eyni ifadə gah “söhbət

eləsək”, gah da “söhbət etsək” şəklində yazılmışdır.

Səhifə 88-də qarşılıq-güzəşt budaq cümləsinə dair bölmənin 5-ci abzasının 2-ci

cümləsində “hadisənin” sözü “hadisəsinin” şəklində yazılmalıdır. Tapşırıq 177-nin

5-ci cümləsində “gəlib” sözü artıqdır.

Səhifə 90-da tapşırıq 182-nin 5-ci bəndində “nə” sözü artıqdır. Tapşırıq 183-ün

şərtində “şeirini” sözü düzgün yazılmamışdır.

Səhifə 91-də tapşırıq 184-də verilmiş mətnin ilk cümləsində “alimlərindəndir”

sözü düzgün yazılmamışdır.

Səhifə 92-də sonuncu yaşıl çərçivədə “Cahilin” sözü düzgün yazılmamışdır.

Səhifə 94-də 3-cü abzasın əvvəlində 2 rəqəmindən sonra “Baş cümlə” sözləri

yazılmalı idi.

Səhifə 95-də axırdan 3-cü abzasda “ki” sözü fərqləndirilməmişdir.

Səhifə 97-də axırdan 5-ci sətirdə “lotereya” sözü düzgün yazılmamışdır.

Səhifə 98-də feli birləşmələr və ya feli tərkiblərin ayrıca izahı dolaşıqlıq yaradır.

8-ci sinifdə bunlar keçilmişdir. Feli birləşmələr hər üç növdə elə feli tərkiblərdir.

Səhifə 99-da yuxarıdan 3-cü abzasda “rüzgar” sözü düzgün yazılmamışdır.

Növbəti abzasın son cümləsində “xalqdan” sözü “xalqından” şəklində yazılmalı idi.

Səhifə 100-də tapşırıq 195-in şərtində “bağlamaların” sözü düzgün

yazılmamışdır. Tapşırıq 196-nın şərtində “sifətlər” sözü “sifətlərinin” şəklində

yazılmalı idi.

Səhifə 101-də axırdan 4-cü abzasın ilk cümləsindəki “öyrənibsiniz” sözü ədəbi

dilə uyğun deyil.

Səhifə 104-də vasitəsiz və vasitəli nitq mövzusu birgə verilmişdir. Əslində, bu

mövzular 3-4 başlıqda verilməsi daha yaxşı olar:

1. Vasitəsiz və vasitəli nitq

2. Vasitəsiz nitq nümunələri və onlarda durğu işarələri

3. Vasitəli nitq və onda durğu işarələri

4. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi

Page 13: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

13

Qeyd olunmalıdır ki, belə cümlələr, əslində, daha çox mübtəda və tamamlıq

budaq cümləli tabeli mürəkkəb cümlələrdir.

Sitatlar ayrıca başlıqda verilməlidir. Onlardan istifadənin əhəmiyyəti qeyd

edilməli, istifadə qaydası öyrədilməlidir. Çünki sitatlar vasitəsiz nitq formasında və

ya digər formada verilə bilər.

Səhifə 105-də birinci abzasın axırdan əvvəlki cümləsinin xəbəri “bağlayıblar”

deyil, “bağlayıbdır” şəklində yazılmalı idi. a) bəndində “müəllif nitqi” birləşməsi

dırnaq içində verilməli idi. 6-cı abzasın ilk sətrindəki “nitq” sözü “nitqi” şəklində

yazılmalı idi. Abbas Səhhətdən gətirilən sitat əvvəlki abzasda bir cür (“...lisanımız

vasitəsi ilə...”), bu abzasda isə başqa cür (“...hissimiz vasitəsi ilə...”) verilmişdir.

Aşağıdakı a) və b) bəndlərində “vasitəsiz nitq” və “vasitəli nitq” birləşmələri

fərqləndirilməli idi. Axırdan 3-cü abzasda S.Ə.Şirvaninin adı düzgün yazılmamışdır.

Səhifə 106-da yuxarıdan 7-ci abzasda “ki bağlayıcısı” birləşməsi düzgün

yazılmamışdır.

Təkrara aid tapşırıqlarda sintaksisin bütün mövzularının öz əksini tapması yaxşı

olar.

Proqram materiallarında da tabesiz mürəkkəb cümləyə ayrılmış saatların 6-dan

8-ə çatdırılması məsləhətdir. Bunu, tabeli mürəkkəb cümləyə aid 20 saatdan 2-ni

çıxmaqla etmək olar.

Zaman əlaqəsi ilə ardıcıllıq əlaqəsinin ayrı-ayrı fərqləndirilməsi yaxşı olar.

2. Dizayn və bədii tərtibat baxımından

Dərslik boyu bütün tapşırıqlar üçün xarakterik olan bir dizayn qüsuru var:

tapşırıqların şərti mətnindən fərqləndirilməmiş, yəni fərqli şriftlə verilməmişdir.

Səhifə 4-də tapşırıq 6-da “Gün və baxan; pambıq və yığan; isti və ot” sözləri

kursivlə verilməli idi.

Səhifə 8-də tapşırıq 26-da “var, yox, bəli, xeyr” sözləri kursivlə verilməli idi.

Səhifə 13-də yuxarıdan 3-cü abzasda “güllərə və çiçəklərə” sözləri kursivlə

yazılmalı idi. Sonuncu abzasda qara şriftlə verilmiş “Bilirəm” sözü kursivlə

yazılmalı idi.

Səhifə 16-da bütün səhifə boyu (eləcə də, növbəti səhifələrdə) nümunə kimi

verilmiş cümlə və misralar gah kursivlə, gah qara, gah da adi şriftlə yazılmışdır.

Page 14: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

14

Səhifə 18-də son sətirdəki “yaradırdı, yaranırdı” sözlərinin şrifti

fərqləndirilməli idi.

Səhifə 19-da qırmızı şriftli sözdən sonra gələn cümlənin ikinci hissəsindəki,

eləcə də, növbəti cümlədəki “mən” sözləri fərqləndirilməli idi.

Səhifə 21-də 3-cü abzasda mötərizə içindəki “və” sözü kursivlə verilməli idi.

Səhifə 24-də tapşırıq 52-də verilmiş nəğmənin iki bəndi bir-birindən

ayrılmamışdır. Səhifə 25-də “Səbəb-nəticə əlaqəsi” başlığı altında təqdim edilmiş üç

abzasda nümunə cümlələr gah qara şriftlə, gah da kursivlə verilmişdir

Səhifə 28-də yuxarıdan ikinci şeir parçasının 2-ci misrasında vergüldən sonra

məsafə qoyulmamışdır. Aşağıda isə S.Vurğundan verilmiş şeir parçası 61-ci

tapşırığın 3-cü hissəsindən seçilmir, sanki şeir həmin mətnin davamıdır.

Səhifə 30-da tapşırıq 64-də verilmiş şeir parçasında (M.Müşfiq) iki bənd

arasında məsafə qoyulmamışdır.

Səhifə 34-də Makedoniyalı İsgəndərin şəkli fatehin qədim sənət nümunələrində

qorunub saxlanmış surətinə əsla bənzəmir.

Səhifə 39-da birinci abzasın 3-cü cümləsinin əvvəlindəki “Ancaq” sözü

kursivlə deyil, adi şriftlə yazılmalı idi. Axırdan birinci abzasda isə iki nöqtədən sonra

gələn cümlə kursivlə verilməli idi.

Səhifə 46-da tapşırıq 84 və 85-də “nə?” və “kim?” sözləri fərqləndirilməli idi.

Səhifə 55-də yuxarıdan 3-cü abzasda suallar kursivlə verilməli idi. Axırdan 4-cü

abzasın sonuncu sözü (deyilir) qara deyil, adi şriftlə yazılmalı idi. Axırdan 2-ci

abzasda isə “Misallar” sözü, hər yerdə olduğu kimi, qırmızı şriftlə verilməli idi.

Səhifə 56-da tapşırıq 109–112-də suallar fərqləndirilməmişdir.

Səhifə 67-də yuxarıdan ilk abzasda nümunə fərqləndirilməmişdir.

Səhifə 75-də nəzəri hissənin axırdan ikinci abzasında sual (nə qədər?) kursivlə

verilməli idi.

Səhifə 76-da tapşırıq 153-dən sonra “Nümunə” sözü, başqa yerlərdə olduğu

kimi, qırmızı şriftlə, altındakı “Baş cümlə” və “Budaq cümlə” birləşmələri isə qara

şriftlə verilməli idi.

Səhifə 81-də yuxarıdan ikinci abzasda seçdirmələr əvvəlki bölmələrdəki

prinsiplə aparılmamışdır.

Səhifə 83-də axırdan birinci abzasda suallar fərqləndirilməmişdir.

Səhifə 93-də nümunədən aşağıdakı “Baş cümlə”, “Budaq cümlə” birləşmələri

qara şriftlə verilməli idi.

Page 15: Respublikanın ümumtəhsil məktəblərininderslik.edu.az/monitoring/level9/PDF/Azerb_ dili_9_Yusif Seyidov.pdfsözlər tabeli mürəkkəb cümlələrdə xüsusi rola malikdir. Tabeli

15

Səhifə 103-də yuxarıdan 3-cü abzas kursivlə deyil, adi şriftlə verilməli idi.

Misallar isə əvvəlcə qara şriftlə, sonra isə kursivlə verilmişdir.

Nəticə

1. Bəzi mövzuların izahı qənaətbəxş deyil. Bəzi mövzuların təqdimatında və

şərhində proqramın tələbləri gözlənilməmişdir.

2. Çalışmaların anlaşıqlılığında, şagirdin yaş səviyyəsinə uyğunluqda müəyyən

qüsurlar vardır.

3. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının

Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap

olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin

müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas

səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında Əsasnamə”nin

təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli

Qanununun tələblərinə uyğun çap olunmayıb. Bundan əlavə, dərslikdə Azərbaycan

Respublikasının dövlət rəmzlərinin təsvirlərinin Azərbaycan Respublikasının dövlət

rəmzləri haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində

verilən ardıcıllıqla (Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan

Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himni) çap

olunması daha məqsədəuyğun olardı.