nƏzarƏtÇİsİnİn tƏlİmatieservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf ·...

16
AZƏRBAYCAN RESPUBLĠKASI TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI www.tqdk.gov.az wap.tqdk.gov.az ZAL NƏZARƏTÇİSİNİN TƏLİMATI (ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün) Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR! BAKI 2015

Upload: others

Post on 20-Nov-2019

15 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

AZƏRBAYCAN RESPUBLĠKASI

TƏLƏBƏ QƏBULU

ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI www.tqdk.gov.az ● wap.tqdk.gov.az

Z A L

NƏZARƏTÇİS İNİN

TƏLİMATI (ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün)

Aşağıdakıları imtahana gətirmək qəti

QADAĞANDIR!

BAKI – 2015

Page 2: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

2

- İmtahanın müddəti 3 saatdır.

- 1130

-a qədər gecikən abituriyentlər imtahana buraxılır.

- İmtahanın başlandığı elan edildikdən 2 saat müddət keçənədək

və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində

abituriyentlərin getməsinə icazə verilmir.

- İmtahanda sona qədər iştirak edən abituriyentlər sual

kitabçalarını özləri ilə apara bilərlər.

DĠQQƏT! Nəzarətçinin imtahana MOBİL TELEFON, KALKULYATOR, ƏL

ÇANTASI, ÇANTA, KİTAB, JURNAL, DƏFTƏR, CƏDVƏL və s. gətirməsi qəti

qadağandır.

DĠQQƏT! İmtahana qol saatı, qara və tünd göy rəngdə yazan diyircəkli qələm, nəzarətçi

təlimatını, Ģəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini GƏTİRMƏYİ UNUTMAYIN!

Nəzarətçi imtahan günü vəsiqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan

binasına gəlir. ġəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini təqdim etməklə imtahan

binasına daxil olur.

DĠQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq

olduqda nəzarətçi imtahana buraxılmır.

Sənədlərini imtahan rəhbərinə təqdim edərək qeydiyyatdan keçir, təyin

olunduğu zalın kodunu nəzarətçi vəsiqəsində qeyd etdirir və vəsiqəni

yaxasına taxır.

İmtahan rəhbərindən imtahan zalını qəbul edir və hazırlıq işləri görür.

Abituriyentlər imtahan zalına daxil olarkən nəzarətçi onların aşağıdakı

sənədlərini: - "Ġmtahana buraxılıĢ vərəqəsi"ni;

- Ģəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da

daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər xarici pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin

hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, dənizçi kitabçasını

(vəsiqəsini), qaçqınlara verilmiş yol sənədini, vətənə qayıdış şəhadətnaməsini,

Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı

olmayan şəxslərə verilən səyahət sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş

hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

diqqətlə yoxlayır və sənədlərindəki fotoşəkillərlə abituriyentin

uyğunluğunu tutuşdurub onları imtahan zalına buraxır. Hər bir

abituriyentin öz “İmtahana buraxılış vərəqəsi”ndə göstərilmiş sıra və

yerdə oturmasına nəzarət edir. Şübhəli hal və ya sənədlərdə hərf səhvi

olarsa (protokolun 11-ci bəndində qeyd etməklə) imtahan rəhbərinə

məlumat verir.

Page 3: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

3

Abituriyentlərdən yuxarıda göstərilən sənədləri imtahanın

sonunadək açıq şəkildə masanın üstünə qoymalarını tələb edir.

Buraxılış rejimi başa çatdıqdan sonra “Abituriyentlərin imtahanda

davranış qaydalarını” oxuyur və abituriyentlərə lazımi izahat verir. İmtahan rəhbəri cavab kartları bağlamasını imtahan zalına

gətirdikdə bağlamanı açır və aşağıdakı sənədlərin yerində olmasını yoxlayır:

a. “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı” - 1 nüsxə;

b. Qəbul imtahanının gedişi haqqında protokol blankı - 1 nüsxə;

c. Cavab kartları – “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı”ndakı abituriyentlərin sayı qədər;

d. Cavab kartlarını yığmaq üçün polietilen zərf - 1 ədəd;

Cavab kartları paylanmamış abituriyentlərdən zəruri ehtiyaclarını

ödəmək istəyənlərə 3-5 dəqiqə vaxt verir.

Yerləşmə siyahısını əvvəldən axıradək ucadan oxuyaraq

abituriyentlərin yerləşmə siyahısında göstərilən sıra və yerdə oturmalarını

yoxlayır.

Cavab kartının 1-ci bölməsində abituriyentin iş nömrəsi, soyadı, adı

və ata adı çap edilmişdir. Cavab kartlarını paylayarkən abituriyentin

soyadını, adını və ata adını oxuyur, bu məlumatın onun imtahana buraxılış

vərəqəsində və şəxsiyyətini təsdiq edən sənədində də eyni olduğunu

dəqiqləşdirir və cavab kartını ona təqdim edir. Uyğunsuzluq aşkar etdikdə

imtahan rəhbərinə məlumat verir.

Cavab kartının 2-ci bölməsidə abituriyentlərin özləri haqqında

məlumatları yazmalarına və qaydalara zidd hərəkətlərə yol

verməyəcəyəkləri barədə Bəyannamə ilə tanış olub onu imzaları ilə təsdiq

etmələrinə nəzarət edir.

Abituriyent cavab kartının arxa üzündə soyadını və ata adını yazır

və imza edir. İş nömrəsinin kodlaşdırılması üçün ayrılmış bölmədə isə iş

nömrəsinin hər bir rəqəmini sol xanadan başlayaraq rəqəmlərin cavab

kartındakı nümunədə göstərilən şablonuna uyğun olaraq yazır. Sonra hər

damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni tam

Page 4: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

4

qaralayır. Bu zaman diqqətli olmalıdır: hər sütunda yalnız bir dairə

qaralanmalıdır.

Rəqəmlərin və nöqtənin yazılış nümunəsi:

“Cavab kartı”nın cavablar üçün ayrılmış hissəsi sual kitabçasındakı sualların ardıcıllığına

uyğun olaraq sıralanmışdır.

Abituriyent Sual kitabçasında 1-21, 26-46, 51-71 və 76-125 saylı sualların hər birinə

verilmiĢ 5 cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyi

bir cavabı seçir və “Cavab kartı”nda müvafiq sualın nömrəsini tapır və seçdiyi cavaba

uyğun dairəni tam qaralayır. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa,

həmin cavab səhv hesab edilir.

Sual kitabçasında verilmiş

22-24, 47-49 və 72-74 saylı açıq tipli test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər

və varsa nöqtə ardıcıllığını) bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan

başlayaraq nümunədə göstərilən şablona uyğun olaraq yazır. Sonra hər damanın altındakı

sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralayır. Əgər eyni bir

sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.

25, 50 və 75 saylı açıq tipli test tapşırıqlarında təqdim edilmiş 2 siyahının elementləri

arasındakı uyğunluqları müəyyən edir və cavab kartında 1-ci siyahının hər bir elementinin

nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayır.

Ballar hesablanarkən yalnız “Cavab kartı”nda qaralanan cavablar nəzərə alınır.

Ümumi bal hesablanarkən suallar üzrə doğru cavabların sayından səhv cavabların sayının

¼-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir

göstərmir.

DĠQQƏT! Nəzarətçi abituriyentlərin yerləĢmə siyahısında

göstərilmiĢ sıra və yerdə oturmasına, hər bir abituriyentə yalnız ona

məxsus olan “Cavab kartı”nın verilməsinə Ģəxsən məsuliyyət

daĢıyır.

İmtahan rəhbəri sual kitabçaları zərfini imtahan zalına gətirdikdə,

zərfi açaraq sual kitabçalarını sayır. Kitabçaların ümumi sayının

“Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı”nda göstərilən

sayda olmasını yoxlayaraq qəbul edir.

Hər bir abituriyentə məxsus sual kitabçasının olub olmamasını

kitabçanın üzərində çap edilmiş məlumatları – abituriyentin iş nömrəsini,

soyadı, adı və ata adını, variantını - yerləşmə siyahısında göstərilmiş eyni

məlumatlarla tutuşdurmaqla yoxlayır.

Diqqətli olun! Abituriyentə veriləcək sual kitabçasının üzərində onun iş

nömrəsi, soyadı, adı və ata adı çap edilmişdir.

Page 5: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

5

Abituriyentlərə elan edir: “Sual kitabçalarını sizə paylayacağam. Sual

kitabçalarının üzərində sizin iş nömrəniz, soyadınız, adınız və ata adınız

çap edilmişdir. Sual kitabçanızın cavab kartınızın 3-cü bölməsində

göstərilən varianta uyğun olduğunu yoxlayın. Sual kitabçalarını yalnız mən

elan edəndə açmaq olar”.

Sual kitabçasını, cavab kartlarının paylanmasında olduğu kimi, üzərindən

abituriyentin soyadını, adını və ata adını oxuyub ona təqdim edir.

Sual kitabçalarında çatışmazlıq olarsa, sual kitabçalarının

abituriyentlərə düzgün paylandığına bir daha əmin olduqdan sonra dərhal

imtahan rəhbərinə məlumat verir.

DĠQQƏT! Nəzarətçi hər bir abituriyentə - üzərində onun iĢ nömrəsi,

soyadı, adı və ata adı çap edilmiĢ - ona məxsus sual kitabçasının

verilməsinə Ģəxsən məsuliyyət daĢıyır.

Sual kitabçaları paylandıqdan sonra, səbəbindən asılı olmayaraq,

abituriyentlərin imtahan zalından çıxıb bir daha imtahan zalına qayıtmasına

icazə vermir.

Abituriyentlərə kitabçada mətbəə qüsurlarının olub-olmadığını

yoxlamaq üçün kitabçanı vərəqlətdirir. Səhifəsi əskik, mətbəə qüsuru olan

kitabça varsa bu barədə imtahan rəhbərinə təcili olaraq məlumat verir və

protokolun 11-ci bəndində qeyd edir.

Abituriyentlərə “Sual kitabçaları”ndan istifadə etmə qaydalarını izah

edir.

ĠMTAHAN BAġLANDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR

İmtahanın başlanmasını elan edir (imtahanın 1100

-dan tez baĢlanması

qadağandır) və imtahana 3 saat vaxt ayrıldığını və cavabların cavab

kartında qeyd olunması (uyğun dairələrin qaralanması) üçün sərf olunan

vaxtın da imtahan müddətinə daxil olduğunu bildirir. İmtahanın başlandığı

və qurtaracağı vaxtı lövhədə qeyd edir.

DĠQQƏT! Nəzarətçi imtahanın təyin olunduğu vaxtda baĢlanmasına

səy göstərməlidir.

QƏBUL ĠMTAHANININ GEDĠġĠ HAQQINDA PROTOKOL

ĠġLƏNƏRKƏN SƏLĠQƏLĠ, BÖYÜK ÇAP HƏRFLƏRĠ ĠLƏ,

QEYDLƏR ĠSƏ MƏNASI AÇIQ VƏ ANLAġIQLI ġƏKĠLDƏ

YAZILMALIDIR.

Page 6: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

6

1130

-a qədər gecikən abituriyentin sənədlərini yoxlayaraq imtahana

buraxır və onlara əlavə vaxt ayrılmayacağını bildirir. Abituriyentin iş

nömrəsini, soyadını, adının ilk hərfini və imtahan zalına daxil olma vaxtını

protokolun 4-cü bəndində qeyd edir.

İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra:

a) İmtahana gəlməyən hər bir abituriyentin cavab kartının “Zal

nəzarətçisinin diqqətinə” bölməsindəki dairəni qaralayır;

b) İş nömrəsini, soyadını, adının ilk hərfini protokolun 6-cı bəndinə

qeyd edir;

c) “Yerləşmə siyahısı”nda həmin abituriyentlərin adları qarşısında

“gəlmədi” sözünü yazır;

İmtahanda iştirak etməyən abituriyentlərin cavab kartlarını kartonların

arasına qoyaraq imtahanın sonuna qədər özündə saxlayır və heç kimə

vermir. Sual kitabçalarını isə imtahan rəhbəri zala gəldikdə ona təhvil

verir.

İmtahan zamanı imtahan rəhbəri və TQDK-nın nümayəndəsindən

başqa heç kəsin zala daxil olmasına icazə vermir.

Rəsmi icazəsi olan (TQDK tərəfindən verilmiş müvafiq tarixli vəsiqəsi

olan) KİV nümayəndəsinə imtahan zalına daxil olmamaq şərti ilə

müşahidə etməyə çəkiliş aparmağa icazə verir.

İmtahanın gedişi zamanı imtahan qaydalarına riayət olunmasına ciddi

nəzarət edir. Əgər abituriyentlərdən imtahan qaydalarını pozan varsa

(nizam-intizamın pozulması, köçürmə, mobil telefon və başqa rabitə

vasitələrini, köməkçi vasitələrdən- kitab, konspekt, hesablama maşını,

cədvəl imtahana gətirmə və s.) imtahan rəhbəri zala gəldikdə ona məlumat

verir. Ġmtahan rəhbərinin qərarına əsasən abituriyentin “Sual

kitabçası”nı, “Cavab kartı”nı alır protokolun 7-ci bəndində - “İmtahandan

xaric olunanlar” bölməsində iş nömrəsini, soyadını, adının ilk hərfini və

xaric olunma vaxtını qeyd edir. Protokolun 10-cu bəndində səbəbi

göstərilməklə qeydiyyat aparır və onu imtahandan xaric edir. Xaric olunan

abituriyentlərdən köməkçi vasitələr və rabitə vasitələri götürülübsə (rabitə

vasitələrini kağıza bükdükdən sonra), bu əşyaların üzərində xaric olunan

abituriyentin iş nömrəsini, soyadını, adını yazıb üzərində imza etdikdən

sonra imtahan rəhbərinə təhvil verir.

İmtahanın başlandığı elan edildikdən 2 saat müddət keçənədək və

imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində abituriyentlərin

imtahan zalından çıxmasına icazə vermir. Qalan vaxt ərzində imtahan

Page 7: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

7

zalını tərk etmək istəyən hər bir abituriyentin cavab kartını və sual

kitabçasını alır. Yalnız bundan sonra abituriyentin “İmtahana buraxılış

vərəqəsi”nə imza edir.

İmtahanda sona qədər iştirak edən abituriyentlər sual kitabçasını özləri

ilə apara bilərlər.

İmtahanın sonuna 15 dəqiqə qalmış cavabların “Sual kitabçası”ndan

“Cavab kartı”na köçürülməsinin vacibliyini elan edir.

ĠMTAHAN QURTARDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR

İmtahan başladıqdan 3 saat sonra imtahanın qurtardığını elan edir.

Abituriyentlərdən qələmlərini masanın üzərinə qoymalarını tələb edir.

Abituriyentlərdən cavab kartlarını yığır.

İmtahanda iştirak edən və etməyən abituriyentlərin cavab kartlarının ön

üzünün aşağı sağ küncündəki “Siyahıdakı nömrə”yə uyğun olaraq artma

ardıcıllığı ilə yığır. İmtahan rəhbərinin iştirakı ilə zalda qalan

abituriyentlərin gözləri qarşısında uca səslə sayır.

Protokolu və “Abituriyentlərin imtahan zalı üzrə yerləşmə siyahısı”nın

sonunda adını, soyadını və vəsiqə nömrəsini tam və aydın şəkildə qeyd

etməklə imza edir.

Yerləşmə siyahısını cavab kartları ilə birlikdə kartonların arasına

yerləşdirir, rezin həlqələrlə bağlayır və cavab kartları zərfinə qoyur.

İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

qapağını yapışdırıb hamarlayır. Zərfin arxa üzündəki aktı zalda qalan

abituriyentlərlə birlikdə tam doldurub imza edirlər.

Yalnız bundan sonra növbə ilə abituriyentlərin “İmtahana buraxılış

vərəqəsi”ndə imza edir.

DĠQQƏT! MöhürlənmiĢ zərflərin qapağının açılması qəti

qadağandır. Nəzarətçi imtahanda iĢtirak edən və etməyən

abituriyentlərin cavab kartlarının yerində olmasına Ģəxsən məsuliyyət

daĢıyır.

Cavab kartları zərfini, sual kitabçalarını, protokolu, nəzarətçi vəsiqəsini

imtahan rəhbərinə təhvil verir .

NƏZARƏTÇĠYƏ QƏTĠ QADAĞANDIR:

1. İmtahana mobil telefon, kalkulyator, çanta, kitab, dəftər, jurnal, və s.

gətirmək;

Page 8: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

8

2. İmtahan başlandıqdan sonra imtahan zalını tərk etmək, başqa imtahan

zalına daxil olmaq;

3. Abituriyentin “Cavab kartı”nı, “Sual kitabçası”nı zaldan kənara

çıxarmaq və ya çıxarılmasına şərait yaratmaq;

4. “Cavab kartı” və “Sual kitabçası”na baxmaq, sualları araşdırmaq və

sualların məzmununu abituriyentlərlə müzakirə etmək;

5. Abituriyentə başqa abituriyentə məxsus “Sual kitabçası” vermək.

6. İmtahanın gedişi zamanı abituriyentlərə kömək etmək, abituriyentin

suallarına cavab vermək, onunla söhbət etmək və yanında dayanıb

cavablarına baxmaq;

7. İmtahan zamanı köçürmə hallarına şərait yaratmaq;

8. “Cavab kartı”nı təhvil almamış abituriyentin “İmtahana buraxılış

vərəqəsi”nə imza etmək;

9. Kənar şəxsləri imtahan zalına buraxmaq;

10. İmtahan zalının qapısını örtmək, qapının ağzında dayanmaq, dəhlizə

baxmaq və ya siqaret çəkmək;

11.“Sual kitabçası”nı götürüb özü ilə aparmaq və ya başqasına vermək.

ABĠTURĠYENTĠN ĠMTAHANDA

DAVRANIġ QAYDALARI

(Nəzarətçi bu qaydaları uca səslə abituriyentlər üçün oxumalıdır!)

1. İmtahan zalında buraxılış vərəqənizdə göstərilən sıra və yerdə

oturmalısınız.

2. İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl etməlisiniz.

3. İmtahan zalında danışmaq, biri-birindən nə isə soruşmaq, başqasının

cavablarına baxmaq, köçürmək, köçürməyə şərait yaratmaq, sual

kitabçasını və cavab kartını dəyişmək, köməkçi vasitələrdən (telefon,

kitab, konspekt, kalkulyator, cədvəl və s.) istifadə etmək qəti

qadağandır.

4. İmtahan zamanı davranış qaydalarına əməl etməyən abituriyentlər

imtahandan xaric olunur və onların imtahan nəticələri ləğv edilir.

5. “Cavab kartı”nı aldıqda oradakı məlumatları diqqətlə oxuyun. ”Cavab

kartı”nda sizin soyadınız, adınız, atanızın adı və iş nömrəniz çap

olunmuşdur. Bu məlumatlarda hər hansı çatışmazlıq aşkar etdikdə bu

haqda nəzarətçiyə məlumat verin.

Page 9: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

9

6. “Cavab kartı” ilə işləyərkən diqqətli olmaq lazımdır. “Cavab kartı”

ancaq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan

diyircəkli qələmlə doldurulmalıdır.

7. ”Cavab kartı”nızı imtahanın sonuna qədər öz qarşınızda, əlinizin

altında saxlayın. Çünki yanınızda əyləşmiş abituriyent öz cavablarını

səhvən sizin “cavab kartı”nıza yazıb onu korlaya bilər. KorlanmıĢ

“Cavab kartı” dəyiĢdirilmir. 8. “Cavab kartı”nı səliqə ilə doldurmalısınız. Ön üzündə özünüz haqqında

məlumatları yazmalı, arxa üzündə isə iş nömrənizi damalara yazıb

kodlaşdırmalısınız. “Cavab kartı”ını qatlamaq, əzmək, bükmək və

cırmaq olmaz.

9. Sual kitabçaları paylandıqda diqqətli olmaq lazımdır. Nəzarətçidən

üzərində sizin iş nömrəniz, soyadınız, adınız və ata adınız çap edilmiş

və “Cavab kartı”nızda göstərilmiş varianta uyğun “Sual kitabçası”

almalısınız.

10. Test sualları və onların cavabları ilə əlaqədar sual vermək

qadağandır. Nəzərə alın ki, test suallarında və onların cavablarında

səhv ehtimalı çox aşağıdır. Bilin ki, hər hansı sualda səhv olarsa belə,

onda həmin sual üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

abituriyentlərin xeyrinə lazımi qərar qəbul edəcəkdir.

11. İmtahanın başlandığı elan edilən andan suallara cavab vermək üçün

ayrılan 3 saat vaxtdan səmərəli istifadə etməlisiniz. Cavabların cavab

kartında qeyd olunması (uyğun dairələrin qaralanması) üçün sərf

etdiyiniz vaxt bu müddətə daxildir.

12. Hesablamaları və qeydləri aparmaq üçün “Sual kitabçası”nda kifayət

qədər ağ yerlər ayrılmışdır. Buna görə də əlavə ağ kağızdan istifadə

etməyə icazə verilmir.

13. İmtahan başlandıqdan 2 saat müddət keçənədək və imtahanın

qurtarmasına qalmış son 15 dəqiqə ərzində imtahan zalından çıxmağa

icazə verilmir. Qalan vaxt ərzində cavab kartınızı və sual kitabçanızı

nəzarətçiyə təhvil verərək bir daha zala qayıtmamaq şərti ilə imtahanı

yekunlaşdıra bilərsiniz.

14. “İmtahan qurtardı” elan edildikdə cavab kartınızı şəxsən nəzarətçiyə

təhvil verməlisiniz. Həmin sənədlərin təhvil alınması haqqında

imtahana buraxılış vərəqənizdə nəzarətçiyə mütləq imza etdirin.

15. Sual kitabçasını imtahanda sona qədər iştirak etsəniz, özünüzlə apara

bilərsiniz.

Page 10: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

10

16. «Cavab kartı»nı nəzarətçiyə Ģəxsən təhvil verməsəniz, imtahan

nəticələriniz ləğv olunacaqdır. 17. İmtahan başa çatdıqdan sonra siz zalda qalıb “Cavab kartları”nın zərfə

qoyulub bağlanmasında iştirak edib, zərfin qapağını öz imzanızla

möhürləyə bilərsiniz.

NƏZARƏTÇĠNĠN NƏZƏRĠNƏ!

Təlimatda göstərilən tələblərin yerinə yetirilməsi TQDK tərəfindən araşdırılacaq,

təlimata zidd hər hansı fakt aşkar edilərsə, müvafiq orqanlara məlumat verilməklə

zəruri hüquqi tədbirlər görüləcəkdir.

Zal nəzarətçilərinin qiymətləndirilməsi meyarları

1. SƏNƏDLƏRLƏ Ġġ:

1.1. ĠĢtirakçıların sənədlərinin yoxlanılması və düzgün oturdulması – 1 bal : “İmtahan başlandı” və “İmtahan qurtaracaq” sözlərinin, kodlaşdırma nümunəsinin

lövhədə yazılması, imtahan zalının əyani vəsaitlərin olub olmaması, parta və

oturacaqların vəziyyəti baxımından nəzərdən keçirilməsi, sıra və yerlərin düzgün

yapışdırıldığının yoxlanılması; iştirakçının müvafiq sənədləri əsasında

identifikasiyasının doğru aparılması, zal, sıra və yerində düzgün əyləşdirilməsi;

1.2. ĠĢtirakçıları imtahanda davranıĢ qaydaları ilə tanıĢ etməsi – 1 bal : “İştirakçının imtahanda davranış qaydalarının” oxunması və izah edilməsi; cavab

kartları paylanmadan öncə zəruri ehtiyacların ödənilməsi məqsədi ilə iştirakçıya 3-5

dəqiqə vaxt verilməsi; iştirakçıların yerləşmə siyahısına uyğun əyləşdirildiyinin

yoxlanılması;

1.3. Ġmtahan sənədlərinin düzgün paylanması – 1 bal : Cavab kartlarının sıra 1, yer 1-dən başlayaraq yerləşmə siyahındakı qanunuyğunluq

əsasında operativ paylanması və paylama zamanı cavab kartından ad, soyad, ata adı

ilə, şəxsiyyəti təsdiq edən sənəddəki uyğun məlumatların tutuşdurulmasına diqqət

edilməsi; cavab kartlarının doldurulması ilə bağlı geniş, dolğun izahat işinin

aparılması; sual kitabçalarının ümumi və variantlar üzrə sayılması, variantlara

ayrılması, yerləşmə siyahısına və cavab kartının 3-cü bəndinə uyğun olmaqla ən

operativ üsullarla paylanması;

1.4. Ġmtahan sənədlərini düzgün doldurulması və vaxtla bağlı qaydalara

riayət – 1 bal : Saatın imtahan rəhbərinin və iştirakçıların saatı ilə eyniləşdirilməsi, imtahanın

vaxtında başlanmasına səy göstərilməsi, başlanma və qurtarma vaxtlarının lövhədə

qeyd olunması, imtahan müddətində vaxtla bağlı qoyulan məhdudiyyətlərə riayət

olunması, nəzərdə tutulan vaxtda gəlməyənlərin müvafiq sənədlərdə qeyd olunması,

iştirakçının təlimatda nəzərdə tutulan vaxt aralıqlarında zaldan buraxılmaması.

1.5. Sənədlərin qayda üzrə yığılması və bağlanması – 1 bal :

Page 11: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

11

İştirakçılardan cavab kartı və/və ya sual kitabçası yığılarkən operativlik nümayiş

etdirilməsi, imtahana buraxılış vərəqəsinə imtahanın sonunda müvafiq sənədlər

(cavab kartı və/vəya sual kitabçası) iştirakçıdan təhvil alındıqdan sonra imza

edilməsi, müvafiq sənədlərin iştirakçıların və imtahan rəhbərinin iştirakı ilə

sayılması, cavab kartları zərfinin təlimata uyğun hazırlanması və bağlanması.

2. ĠMTAHAN APARMASI:

2.1. Ġmtahanda sakitliyin təmin olunması – 1 bal : İştirakçıların həm imtahandan öncə, həm də imtahan prosesində öz aralarında

dialoqlarına şərait yaradılmaması; imtahan rəhbəri və digər nəzarətçilərlə

danışıqlarının iştirakçıların diqqətinin yayınmasına səbəb olmaması; ümumilikdə,

imtahan zalında səssizliyin təmin olunması;

2.2. Etik davranıĢ qaydalarına riayət – 1 bal : İmtahan rəhbəri, iştirakçı və digər vəzifəli şəxsərlə təlimata uyğun ünsiyyət qura

bilməsi, dil və üslubun etik davranış qaydaları çərçivəsində olması;

2.3. Auditoriyanı idarə etməsi – 1 bal : Auditoriyanı ələ alması, informasiyanı hədəf kütləyə doğru çatdırması və təlqin etmə

keyfiyyətlərinin olması;

2.4. Fiziki imkanları və pedaqoq-müəllim keyfiyyətləri – 1 bal: Təmkinlilik nümayiş etdirməsi və emosional yanaşmaması; şəxsi keyfiyyətlərinin

(hərəkətlilik, operativ münasibət, sağlamlıq imkanlarının yetərli olması və s.)

nəzarətçilik funksiyasını yerinə yetirməsinə maneçilik törətməməsi; geyim və

gigiyena qaydalarına riayət edilməsində pedaqoq-müəllim səviyyəsinin

saxlanılması;

2.5. Qayda pozuntularının qarĢısını alması və lazımi tədbirləri görməsi – 1

bal : Köçürmə hallarının və digər imtahanda davranış qaydalarının pozulmasının

qarşısını almaq üçün təlimata uyğun tədbirlər görməsi (cavab kartlarını və sual

kitabçalarını abituriyentlərin öz aralarında köçürmə məqsədi ilə dəyişdirməsinə, əl-

qol hərəkətləri və digər üsullarla köçürməyə cəhd etmələri kimi hallara imkan

verməməsi, əyani vəsaitlərdən, mobil telefondan və s. iştirakçının imtahana

gətirməsi qadağan olunmuş vasitələrdən istifadəyə mane olması,).

Qeyd: Nəzarətçi iştirakçıya imtahan suallarını həll etməkdə kömək edərsə və ya

bilərəkdən köçürməyə şərait ( cavab kartlarının və / və ya sual kitabçalarının

dəyişdirilməsi, cavabların bir iştirakçıdan digərinə ötürülməsi və s.) yaradarsa,

digər meyarlar üzrə keyfiyyətlərindən asılı olmayaraq “2” qiyməti verilir və

imtahandan kənarlaşdırılır.

Page 12: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

12

QƏBUL İMTAHANININ GEDİŞİ HAQQINDA PROTOKOLUN ÖN ÜZÜ

Page 13: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

13

QƏBUL İMTAHANININ GEDİŞİ HAQQINDA PROTOKOLUN ARXA ÜZÜ

Page 14: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

14

CAVAB KARTININ ÖN ÜZÜ

Page 15: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

15

CAVAB KARTININ ARXA ÜZÜ

Page 16: NƏZARƏTÇİSİNİN TƏLİMATIeservices.tqdk.gov.az/testnez/telimatlar/nez_telimat_ali.pdf · İmtahan rəhbərinin iştirakı ilə zərfin qapağındakı lenti qopararaq zərfin

16

Nəzarətçinin görəcəyi işlərin ardıcıllığı

ĠMTAHAN BĠNASINDA OLMAQ* 8

00

ĠMTAHAN RƏHBƏRĠNĠN OTAĞINDA

QEYDĠYYAT VƏ TƏLĠMAT 8 35

ĠMTAHAN ZALININ QƏBUL EDĠLMƏSĠ 9 00

ABĠTURĠYENTLƏRĠN YERLƏġDĠRĠLMƏSĠ 9 00

- 10

20

CAVAB KARTLARININ PAYLANMASI VƏ DOLDURULMASI 10

20 -

10

50

SUAL KĠTABÇALARININ TƏHVĠL ALINMASI, SAYILMASI VƏ HƏR BĠR

ABĠTURĠYENTƏ MƏXSUS SUAL KĠTABÇASININ OLMASININ

YOXLANMASI 10 50

- 10

57

SUAL KĠTABÇALARININ PAYLANMASI 10

57 -11

00

“ĠMTAHAN BAġLANDI” ELAN OLUNMASI 1100

GƏLMƏYƏN ABĠTURĠYENTLƏR BARƏDƏ

SƏNƏDLƏġDĠRĠLMƏNĠN (3 SƏNƏDDƏ) APARILMASI 11 30

ARZU EDƏN ABĠTURĠYENTLƏR GEDƏ BĠLƏRLƏR 13 00

-13 45

“ĠMTAHAN QURTARDI” ELAN OLUNMASI 14 00

SƏNƏDLƏRĠN ĠMTAHAN RƏHBƏRĠNƏ TƏHVĠL VERĠLMƏSĠ 14 10

ИМТАЩА

Н

РЯЩБЯРИ

НИН

ОТАЬЫ

835