mÖvzu 1. fƏlsƏfƏ, onun meydana gƏlmƏsİ, …

277
1 MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, PREDMETİ, ELMLƏR SİSTEMİNDƏ YERİ 1. Fəlsəfə, onun meydana gəlməsi, predmeti, funksiyaları və metodları. 2. Dünyagörüşünün mahiyyəti, strukturu, formaları və tarixi tipləri. 3. Fəlsəfənin mənbələri: mifologiya və din 4. Fəlsəfənin əsas cərəyanları. 5. Fəlsəfənin əsas məsələsi. 6. Fəlsəfə və onun elmlər sistemində yeri. 1. Fəlsəfə, onun meydana gəlməsi, predmeti, funksiyaları və metodları. Fəlsəfə ən qədim bilik sahələrindən biri, ictimai şüurun spesifik formasıdır. Təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə, Misirdə, Babilistanda, Hindistanda, Çində yaranmış, e.ə.VII-VI əsrlərdə Qədim Yunanıstanda klassik forma kəsb etmişdir. Fəlsəfə sözünü ilk dəfə yunan filosofu Pifaqor (e.ə.VI) işlətmiş, özünü filosof adlandırmışdır. Avropa mədəniyyətində fəlsəfənin izahı möhkəmləndirilməsi Platonun adı ilə bağlıdır. Sokrat fəlsəfəni həqiqətə məhəbbət elmi, Aristotel isə biliklərin universal sistemi kimi səciyyələndirmişdir. Fəlsəfə iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Sözün birinci hissəsi “phileo – sevirəm”, ikinci hissəsi isə “sophia – hikmət” mənasını daşıyır. Etimioloji baxımdan “hikmət sevərlik” deməkdir. Ümumiyyətlə, qədim dövrlərdə hikməti sevən, onu təbliğ edən insanları müdriklər adlandırıblar. Fəlsəfənin yaranması da bilavasitə müdrikliklə bağlıdır. Qədim yunanların müdriklik ilahəsi kimi qəbul etdikləri Afinanın təsvirində zəhmli bayquş obrazı diqqəti cəlb edir. Belə ki, bu quş qaranlıqda yaxşı görmək, iti, səssiz və maneəsiz uçmaq qabiliyyəti ilə fərqlənir. Bu rəmzi obraza əsasən həyatın çətin və əbədi suallarına cavab verə bilən müdriklik, ancaq, iti zəkaya, uzaqgörənliyə, məntiqi,

Upload: others

Post on 25-Nov-2021

38 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

1

MÖVZU 1.

FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, PREDMETİ, ELMLƏR

SİSTEMİNDƏ YERİ

1. Fəlsəfə, onun meydana gəlməsi, predmeti, funksiyaları və metodları.

2. Dünyagörüşünün mahiyyəti, strukturu, formaları və tarixi tipləri.

3. Fəlsəfənin mənbələri: mifologiya və din

4. Fəlsəfənin əsas cərəyanları.

5. Fəlsəfənin əsas məsələsi.

6. Fəlsəfə və onun elmlər sistemində yeri.

1. Fəlsəfə, onun meydana gəlməsi, predmeti, funksiyaları və metodları.

Fəlsəfə ən qədim bilik sahələrindən biri, ictimai şüurun spesifik formasıdır.

Təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə, Misirdə, Babilistanda,

Hindistanda, Çində yaranmış, e.ə.VII-VI əsrlərdə Qədim Yunanıstanda klassik forma

kəsb etmişdir. Fəlsəfə sözünü ilk dəfə yunan filosofu Pifaqor (e.ə.VI) işlətmiş, özünü

filosof adlandırmışdır. Avropa mədəniyyətində fəlsəfənin izahı və

möhkəmləndirilməsi Platonun adı ilə bağlıdır. Sokrat fəlsəfəni həqiqətə məhəbbət

elmi, Aristotel isə biliklərin universal sistemi kimi səciyyələndirmişdir.

Fəlsəfə iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Sözün birinci

hissəsi “phileo – sevirəm”, ikinci hissəsi isə “sophia – hikmət” mənasını daşıyır.

Etimioloji baxımdan “hikmət sevərlik” deməkdir.

Ümumiyyətlə, qədim dövrlərdə hikməti sevən, onu təbliğ edən insanları

müdriklər adlandırıblar. Fəlsəfənin yaranması da bilavasitə müdrikliklə bağlıdır.

Qədim yunanların müdriklik ilahəsi kimi qəbul etdikləri Afinanın təsvirində zəhmli

bayquş obrazı diqqəti cəlb edir. Belə ki, bu quş qaranlıqda yaxşı görmək, iti, səssiz və

maneəsiz uçmaq qabiliyyəti ilə fərqlənir. Bu rəmzi obraza əsasən həyatın çətin və

əbədi suallarına cavab verə bilən müdriklik, ancaq, iti zəkaya, uzaqgörənliyə, məntiqi,

Page 2: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

2

sistemli təfəkkürə malik şəxslərə nəsib ola bilər. Müdriklər əsrlər boyu varlığın

mahiyyətini, həyatın mənasını, görünənlərdə görünməyənləri məntiqi yola anlamağa,

dərk etməyə çalışmışlar.

Müdriklik Qədim Yunanıstanda ən şərəfli peşələrdən biri kimi qəbul olunurdu.

Pifaqor da filosof dedikdə, məhz var-dövlət, şan-şöhrət dalınca qaçmayan, dünyanı

dərk etməyi özünə şərəfli peşə seçən insanı nəzərdə tutaraq, özünü filosof, yəni

“hikməti sevən insan” adlandırmışdır.

Qədim Yunanıstanda natiqlik məharətini və nəzəriyyəsini, siyasəti,

idarəetməni, riyaziyyatı və digər sahələri kamil bilən və eyni zamanda bu elmləri

başqalarına öyrədənlərə sofistlər (müdriklər) də deyirdilər. Sofistlərə əsasən kamilliyə

can atmaq, hikməti sevmək insana daxilən xas olan bir xüsusiyyətdir. Bu səbəbdən

onlar insanı “dünyanın mərkəzi və hər şeyin meyarı” hesab etmiş, əsasən onun

həyatını, əməli-idrakı fəaliyyətini öyrənməyə xüsusi diqqət ayırmışlar. Qədim

Azərbaycanın ilk müdrikləri – mağlar da (zərdüştilər) bu məsələyə üstünlük

vermişlər.

Qeyd etmək lazımdır ki, fəlsəfənin təməlində müdriklik dursa da, ənənəvi

müdrikliklə, filosofluq arasında fərq var. Müdriklik tarixən daha qədimdir. Belə ki,

ibtidai icma cəmiyyətində yaşayan insanların həyatında yaranan həyati problemlərin

həlli, təbiət hadisələrinin izahı müəyyən bilik tələb etmiş və bu işdə onlara həyat

təcrübəsinə, yaxşı yaddaş və hafizəyə malik olan müdrik şəxslər kömək etmişlər.

Müdriklər həyatdan, təcrübədən topladıqları bilikləri sonrakı nəsillərə də öyrətmişlər.

Tayfa biliyini ifadə edən müdriklikdən fərqli olaraq, fəlsəfə fərdi-şəxsi,

sistemli-nəzəri bilikdir. Yəni, hər bir fəlsəfi təlimdə onun banisinin özünəməxsus

fikirləri, ideyaları öz əksini tapır. Filosof əsrlər boyu toplanmış müdrik təsəvvürlər

beyninin süzgəcindən keçirərək, onları təhlil edir, yeni dünya anlamını formalaşdırır.

Fəlsəfənin yaranması nəzəri biliyin yaranması deməkdir. Fəlsəfi təfəkkür

dünyanı anlamaq, dərk etmək, insanın təbiətini, həyatını yeni təzrdə düşünmək

səylərini ifadə edir. Bu fikir fəlsəfənin tərifində də öz əksini tapmışdır.

Page 3: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

3

Fəlsəfə - dünyagörüşüdür, təbiəti, cəmiyyəti və idrakın ümumi

qanunauyğunluqlarını öyrənən biliklər sistemidir. Fəlsəfənin predmeti onun 4 əsas

bölməsini ehtiva edir:

1. Ontologiya

2. Qnoseologiya

3. İnsan

4. Cəmiyyət.

Fəlsəfənin əsas funksiyaları aşağıdakılardır:

1.Ontologiya – dünyanın mahiyyəti, varlığın təbiəti haqqında təlimdir.

2.Qnoseologiya – idrak nəzəriyyəsidir.

3.Sosiologiya – cəmiyyət haqqında təlimdir.

4.Praksiologiya – insanın əməli fəaliyyəti, praktika haqqında təlimdir.

5.Aksiologiya – insanın gerçəklikdəki predmet və hadisələri, dəyərləri

qiymətləndirilməsi haqqında təlimdir.

Fəlsəfənin metodları:

1.Dialektika – yunan sözüdür, mənası düşünürəm, söhbət aparıram deməkdir.

Təbiət, cəmiyyət və təfəkkürün ən ümumi əlaqə və inkişafı haqqında təlimdir.

2.Metafizika – hərfi mənası “fizikadan sonra gələn” deməkdir. Metafizika

obyektiv gerçəkliyin predmet və hadisələrini bir-birindən təcrid olunmuş şəkildə

tədqiq edir.

3.Sofistika – mübahisə və sübutlarda səhv dəlillərin, sofizmlərin, yəni xarici,

formal düzgünlüklə pərdələnmiş hər cür fəndlərin şüurlu tətbiqidir.

4.Doqmatizm – yunan sözüdür, mənası fikir, təlim, qərar deməkdir. Doqmatizm

elm və praktikanın yeni məlumatlarını, konkret zaman və məkan şəraitini nəzərə

almadan dəyişməz anlayışlardan istifadə edən, yəni yaradıcı inkişaf prinsipini və

həqiqətin konkretliyini rədd edən təfəkkür üsülüdur.

5.Eklektika – hərfi mənası seçirəm deməkdir. Müxtəlif fəlsəfi fikirləri, bir-

birinə zidd təlimləri, sistemləri özündə birləşdirən təfəkkür üsülüdur.

Page 4: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

4

6.Hermenevtika – yunan sözüdür, mənası aydınlaşdırmaq, şərh etmək

deməkdir. Hermenevtika fikri obyektiv (sözlərin qrammatik mənaları və tarixən

şərtlənmiş variantları) və subyektiv (müəllifin fikri çərçivəsində) əsaslara görə

mənasını müəyyən edən şərh məharəti nəzəriyyəsidir.

7.İdealizm – həm fəlsəfi metod, həm də fəlsəfənin əsas cərəyanlarından biridir.

İdealistlər ideyanı, şüuru, ruhu birinci, maddi olanı isə ondan törəmə hesab edirlər.

8.Materializm – həm fəlsəfi metod, həm də fəlsəfənin əsas cərəyanlarından

biridir. Materialistlər təbiəti, materiyanı ilkin başlanğıc kimi, ideyanı, şüuru, ruhu isə

ikinci ondan törəmə hesab edir.

9.Empirizm – həm fəlsəfi metod, həm də fəlsəfənin əsas cərəyanlarından

biridir. Empirizmin tərəfdarları idrak prosesində hissi təcrübəni və duyğuları insan

biliyinin yeganə həqiqi mənbəyi və meyarı hesab edir.

10.Rasionalizm – həm fəlsəfi metod, həm də fəlsəfənin əsas cərəyanlarından

biridir. Rasionalizmin tərəfdarları idrak prosesində duyğuların roluna məhəl

qoymayaraq, əqlin, mücərrəd təfəkkürün rolunu mütləqləşdirir, ağlı, zəkanı insan

biliyinin mənbəyi və meyarı hesab edir.

2. Dünyagörüşünün mahiyyəti, strukturu, formaları və tarixi tipləri.

Dünyagörüşü dünya və orada insanın yeri, mövqeyi, fəaliyyəti haqqında

təsəvvürlərin, anlayışların, baxışların, münasibətlərin, ideya və prinsiplərin

məcmusudur. Onun obyekti bütövlükdə dünyadırsa, predmeti təbiətlə insan,

makrokosmosla mikrokosmosun qarşılıqlı əlaqəsidir. Dünyagörüşündə dərketmə,

qiymətləndirmə, fəaliyyət kimi 3 mühüm amilin qarşılıqlı əlaqəsi vardır.

Dünyagörüşünün formalaşmasında insanın həyat tərzi, peşəsi, ətraf mühiti,

təhsili, mənəvi və maddi dəyərlərə münasibəti və digər amillər böyük təsir göstərir.

Burada fəaliyyət yönümünü xüsusi qeyd etmək lazımdır. Belə ki, fəaliyyət yönümü

həyata, bilik və dəyərlərə əsasən yüksəlir. Dəyərlər sistemində əxlaqi, estetik ideallar,

xeyir və şər, gözəllik və eybəcərlik, məhəbbət və nifrət anlayışları xüsusi yer tutur.

Dəyər yönümü, qiymətləndirmə meyli fərdi və ictimai dünyagörüşündə mühüm rol

Page 5: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

5

oynayır. Hiss və əql, anlama və fəaliyyət, inam və şübhə, təcrübə və nəzəriyyə,

keçmişi dərk etmək və gələcəyi duya bilmək qabiliyyəti, ideal, arzu, istək, etiqad, yaş

həddi, fiziki sağlamlıq, sosial vəziyyət, etnik və milli mənsubiyyət dünyagörüşünün

formalaşması üçün başlıca amillərdir.

Dünyagörüşü bilik və dəyərin, dünyaduyumu və dünyaanlamının, inam və

zəkanın, əqidə və şübhənin, ənənəvi və yaradıcı təfəkkürün, ictimai və fərdinin

mürəkkəb, ziddiyyətli vəhdətidir. Dünyagörüşünün strukturu aşağıdakı sütünlara

söykənir:

1. Ontoloji,

2. Qnoseoloji,

3. Aksioloji

4. Sosial-siyasi.

Dünyagörüşü ictimai şüurun və insan təcrübəsinin bütün sahələrini ehtiva edir.

Burada həm emosional, həm də intellektual cəhətlər ifadə olunur.

Dünyagörüşünün formaları bunlardır:

1.Dünyaduyumu

2.Dünyaanlamı.

Dünyaduyumu – dünyagörüşünün əhval-ruhiyyə, hiss və həyacanla bağlı

emosional-psixoloji tərəfidir. Dünyaanlamı – dünyagörüşünün idrakı-intellektual

tərəfidir. Dünyaduyumu insanların gündəlik həyat fəaliyyəti prosesində kortəbii

surətdə yaranırsa, dünyaanlamı şüurlu tərzdə formalaşır.

Dünyaduyumuna insanın həyat şəraiti, sosial vəziyyəti, peşə fəaliyyəti, cinsi

mənsubiyyəti, psixoloji temperamenti və s. ciddi təsir göstərir. Məsələn, həya, namus,

qeyrət kimi əxlaqi-emosional hisslər dünyaduyumuna güclü stimul verir. İnsanın

emosional aləmi ilk növbədə onun dünyaduyumunu müəyyən edir və bütövlükdə

dünyagörüşündə ifadə olunur.

Beləliklə, dünyagörüşü emosional və intellektual cəhətlərin, dünyaduyumunun

və dünyaanlamının mürəkkəb qarşılıqlı əlaqəsindən ibarətdir. Onun inkişaf

Page 6: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

6

mexanizmində əqidə aparıcı rol oynayır. Belə ki, əqidə sayəsində dünyagörüşünü

təşkil edən bilik, dəyər, fəaliyyət və s. kimi məqamlar yeni-yeni mənalar kəsb edərək,

insanın ətraf aləmə münasibətini, mövqe istiqamətini müəyyən edir. Əqidə sayəsində

siyasi, hüquqi, əxlaqi, fəlsəfi və s. baxışlar insanın həyati fəaliyyətinin əsasında durur.

Dünyagörüşünün tarixi tipləri:

1.Mifologiya

2.Din

3.Fəlsəfə.

Dünyagörüşünün tarixən ilkin forması mifdir. Miflərdə adət-ənənələr, əxlaqi

baxışlar, insanların gerçəkliyə estetik münasibətləri ifadə edilir. Ona görə də mif bəşər

tarixinin ilk mərhələlərində insanlar arasındakı qarşılıqlı münasibətlərin, onların

davranış normalarının tənzimedici funksiyasını həyata keçirmişdir.

Mif qədimdən insanların dünya haqqında məlumatlarını ümumiləşdirən, onun

haqqında dağınıq biliklərini müəyyən sistemə salan özünəməxsus dünyagörüşünün

tarixi formalarından biridir. Miflərdə ilk başlanğıcdan biliyin, dini inamların, mənəvi

mədəniyyətin, incəsənətin, sosial həyatın ünsürləri birləşmişdir. Miflərdə əsas rolu

adət-ənənələr, qəbilə, tayfa başçısının, ağsaqqalın nüfuzlu sözləri oynayır. İnsanların

bu fikirlərə inamı bilavasitə emosional duyğularla müşahidə edilir. Mifoloji

dünyagörüşü şübhəyə ehtiyacı olmayan tam bir dünyagörüşüdür. Mif özündə real

olanla idealı, şüurluluğu və qeyri-şüurluluğu birləşdirərək dünya haqqında bütöv

təsəvvürləri əks etdirir.

Dünyagörüşünün qədim formalarından biri də dindir. Din insanın mənəvi

həyatında mühüm rol oynayan amillərdən biridir. Dini şüur bəşəriyyətin mənəvi

mədəniyyətinin tərkib hissəsi və ideoloji dünyagörüşü kimi təşəkkül tapmış, cəmiyyət

həyatında müəyyən sosial funksiyanı yerinə yetirmişdir. Din insanların ətraf aləmi,

gerçəkliyi və özlərini dərk etməsinin tarixən şərtlənmiş forması kimi yaranmış və

mövcud olmuşdur.

Page 7: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

7

Din insan həyatını bütövlükdə əhatə etməyə cəhd edir: o məişət qaydalarını

müəyyənləşdirmiş, onun cəmiyyətin siyasi rəhbərliyinə də iddiası olmuş, dünyanın

yaranması haqqında öz versiyasını irəli sürmüş, əxlaqi və estetik dəyərləri

əsaslandırmışdır. Tarixi inkişaf ictimai həyatda dinin müdaxiləsini nisbətən zəiflətsə

də, müasir dünyada baş verən hadisələrin gedişatı onun bu hadisələrə təsir etdiyini

göstərir. Elə ölkələr və regionlar var ki, din insanların həyat fəaliyyətinə və

davranışına ciddi təsir etməkdə davam edir.

Mifoloji və dini dünyagörüşləri tədricən insanların həyata baxışlarını

genişdirmiş və dərinləşdirmişdir. Eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq

insanların dünyagörüşünün əhəmiyyətli dərəcədə mürəkkəbləşməsi prosesi gedir. Bu

prosesin əsas cəhəti əldə edilmiş biliklər və təcrübə əsasında abstrakt-nəzəri

təfəkkürün dünyagörüşündə özünə daha artıq yer tapması ilə bağlı idi. Cəmiyyət

həyatında sosial-iqtisadi münasibətlərin inkişafı, əmək bölgüsünün genişlənməsi,

xüsusilə də asudə vaxtının artması müəyyən qrup insanlara intellektual fəaliyyətlə

peşəkar səviyyədə məşğul olmağa imkan yaratmışdır.

Beləliklə, təxminən 2500 il bundan əvvəl Asiya və Avropanın ayrı-ayrı

ölkələrində dünyagörüşünün daha mükəmməl forması olan fəlsəfi dünyagörüşü

formalaşdı. Bu dünyagörüşü mifdən və dindən fərqli olaraq, inam və hiss əsasında

deyil, əql və bilik zəminində dünyanın təhlilini verməyə başladı.

3. Fəlsəfənin mənbələri: mifologiya və din

Dünyagörüşü kortəbii surətdə insan tərəfindən dünyanın mənəvi

mənimsənilməsi tələbatından yaranmışdır. Bu tələbatın özü isə insanın, onun əmək

fəaliyyətinin təşəkkülü sayəsində yaranmış və əsrlər boyu inkişaf edərək

təkmilləşmişdir. Həmin prosesin zirvəsində fəlsəfə durur. Fəlsəfə dünyagörüşünün

tarixən yüksək tipi olub, onun nüvəsini təşkil edir. Fəlsəfə sistemli və nəzəri-məntiqi

dünyagörüşüdür. Sistemlilik onun məzmununu, nəzəri-məntiqilik isə formasını və

səviyyəsini bildirir. O, təbiət, cəmiyyət, insan və onun dünyadakı mövqeyi haqqında

ideyaların təsəvvürlərin, baxışların sistemidir.

Page 8: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

8

Fəlsəfənin tarixi insanların ilk dəfə onları əhatə edən gerçək aləmin mahiyyəti,

hadisələrin səbəbi haqqında düşündükləri andan başlamış və bəşər idrakı çox

mürəkkəb və ziddiyyətli inkişaf yolu keçmişdir. Bu yolun əvvəli dünyanın mifoloji və

dini anlamından başlayır.

Mifologiya – yunan sözüdür, “mifos” rəvayət, əfsanə, nağıl, dastan, “logos” isə

söz, anlayış, təlim deməkdir. Mif dünyanın yaranması, təbiət hadisələri, allahlar,

qəhrəmanlar, qədim xalqların adət-ənənələri, etiqadları haqqında möcüzəli əfsanəyə,

rəvayətə deyilir.

Qeyd etmək lazımdır ki, dünya hadisələrinin mifoloji izahı, mifik

dünyagörüşünün formalaşması dünyanın xaotik mənzərəsi haqqındakı kortəbii

təsəvvürlərdən onun bəsit inanclara keçid dövrünə təsadüf edir. Məhz həmin prosesdə

insan təfəkküründə fövqəltəbii bir qüvvəyə, yaradıcının varlığına inam yaranır.

İbtidai insanların təbiətlə, ətraf aləm hadisələri ilə gündəlik təması onların

mifik şüurunun formalaşması üçün əsas olmuşdur. Qədim dövrlərdə insan dünyada

baş verən və onu heyrətə gətirən hadisələrlə, təbii fəlakətlərlə, ölümlə və s.

rastlaşdıqca onları anlamağa, başa düşməyə çalışmış, lakin dünyanın sirlərinin

mahiyyətini dərk edə bilmədiyi üçün sadəlövhcəsinə uydurduğu rəvayətlərdən,

əfsanələrdən təskinlik tapmışdır.

Məlumdur ki, qədim yunanlar mifologiya dedikdə, yuxarıda qeyd etdiyimi kimi

allahlar və qəhrəmanlar haqqında əsərləri nəzərdə tutmuşlar. Lakin mifologiyanın

mövzu dairəsi bunula məhdudlaşmır. Onun məzmunu daha geniş və zəngindir.

Xalqların inkişaf etmiş mifoloji sistemində Kainat haqqında (kosmoqonik miflər),

dünyanın sonu (esxatoloji miflər), ulduzlar və planetlər (astroloji miflər), təqvim,

ölüm haqqında, eləcə də insanların mədəni nailiyyətlərinin – odun əldə edilməsi,

cənətkarlıq, əkinçilik, adət və ənənələr haqqında miflər üstünlük təşkil etmişdir. Bu

tip miflər ilkin başlanğıc, dünyanın yaradılışı və quruluşu, təbiət hadisələrinin

yaranma səbəbləri, dünyanın ahəngi və s. ilə bağlı suallara cavab axtaran insanın

ibtidai səyləri kimi təşəkkül tapmışdır.

Page 9: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

9

Mifologiya ictimai şüurun ilkin forması və ictimai inkişafın ilkin mərhələsi

üçün səciyyəvi olan dünyagörüşüdür. Mif qədim insanların şüurunda gerçəkliyin

primitiv fantastik inikası, onların təbiət, cəmiyyət sirləri qarşısında heyrətinin obrazlı-

bədii təcəssümüdür. Başqa sözlə desək, mifologiya həyatı dərk etməyə başlayan, lakin

gerçəkliklə xəyali hadisələr arasında fərq qoya bilməyən insanın dünyagörüşüdür. Hər

şeydən öncə, insanın təbiət və cəmiyyət hadisələrinə müəyyən münasibəti, onları

duymaq, anlamaq və qiymətləndirmək qabiliyyəti, onun hərəkətini tənzimləyən bir

davranış formasıdır.

Fəlsəfənin mənbələrindən və ictimai şüurun formalarından biri də dindir. Din

dünyagörüşünün elə bir formasıdır ki, burada dünyanın anlaşılması onun

ikiləşdirilməsi prinsipi əsasında mümkündür. Əbədi axirət dünyasına və hiss üzvləri

vasitəsilə bilavasitə dərk edələn, qavranılan real aləmə bölünən dünya dində

fövqəltəbii qüvvələrin fəaliyyətinin məhsulu kimi təqdim edilir.

Dini şüura xas olan ən ümumi cəhət fövqəltəbiiliyə, fövqəltəbii varlıqlara,

dində dünyanın yaradıcısı sayılan Allaha inam və etiqaddır. (Fövqəltəbiilik dedikdə

maddi aləmin qanunlarına tabe olmayan qüvvələr nəzərdə tutulur.) Bu mənada

mifologiya ilə dinin ilkin mənbələri sanki eynidir. Tarixilik baxımından din

mifologiyadan sonra meydana gəlmiş və ondan sonra çox ünsürləri mənimsəmişdir.

Dini ehkamlara görə Allah hər şeyin, bütün dünyanın və insanın yeganə

yaradıcısı, demiurqudur. Onun real mövcudluğuna inam dini dünyagörüşünün əsasını

təşkil edir. İnam dini şüurun mövcudluq üsuludur. Onun zahiri forması olan sitayiş

icra edilən ayinlərdə, ibadətlərdə, mərasimlərdə, ehkamlarda qərarlaşan sistemdir.

Təsəvvürlər, hisslər, emosiyalar bu sistemin zəruri ünsürləridir.

Din mənəvi mədəniyyətin mühüm tərkib hissəsi, ümumbəşəri sərvətlərin

zənginləşməsi yolunda mühüm amildir. O insanlar arasında müsbət keyfiyyətlərin

aşılanmasına və mənəviyyatın zənginləşməsinə kömək edir.

Din və fəlsəfə insanların şüuruna və davranışlarına təsir edən oxşar problemləri

həll etməyə çalışsalar da, dünyagörüşünün müxtəlif formaları kimi onlar arasındakı

Page 10: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

10

fərq olduqca böyükdür. Belə ki, din kor-koranə inama, etiqada əsaslanır. Fəlsəfə isə

zəkaya, elmə əsaslanır, öz müddəalarını məntiqi-rasional cəhətdən sübuta yetirir.

Fikrimizi başqa sözlə ifadə etsək, xristianlıq və islam kimi dünyəvi dinlərdə

dünyagörüşü məsələsinin qoyuluşu və həlli Allahın adı ilə bağlıdır və burada

söylənilən fikirlər doqma kimi qəbul edilir. Fəlsəfədə isə ayrı-ayrı mütəfəkkirlərin

düşüncə tərzi, əqidəsi, həyati mövqeyi, arzu və istəkləri zamanın tələbinin ifadəsi kimi

başlıca amil hesab edilir. Etiqada əsaslanan dindən fərqli olaraq, fəlsəfədə

dünyagörüşünün intellektual cəhəti ön plana çəkilir, dünyanın və insanın zəka və

məntiqi-rasional bilik mövqeyindən anlaşılmasına artan tələbat ifadə olunur.

Qeyd etmək lazımdır ki, fəlsəfi dünyagörüşünün yaranmasının mühüm

səbəblərindən biri o oldu ki, mifologiya elmi biliklərin rüşeymləri ilə ziddiyyətə girdi.

Təbiətdə və ümumiyyətlə, gerçəklikdə baş verən inkişafı izah etmək üçün yeni mifə

tələbat yaranır. Ancaq təbii qanunauyğunluqların, təbii səbəbiyyət əlaqələrinin

izahında artıq miflər imkansız olur. Beləliklə, tarixin nisbətən qısa zamanında

insanların dünyagörüşündə əsaslı dəyişikliklər baş verir. Bu prosesdə bilik, əql,

analitik təfəkkür böyük əhəmiyyət kəsb edir və yuxarıda qeyd etdiyimiz inama və

hisslərə əsaslanan, emosiyalarda ifadə olunan informasiyaları sıxışdırıb aradan çıxarır.

Nəticədə, miflərdə, sadəcə, inanılan kahinlərin, din xadimlərinin yerinə yeni

müəllim, filosof gəlir. Filosofun həyat şüarı isə belədir: “hər şeyə inanma, özün

düşün, qoyulan suala sağlam zəkaya və intellektə əsaslanaraq cavab axtar”. Yəni

başqa sözlə desək, fəlsəfi təfəkkür insanları əvvəldən düşünülmüş ehkamlardan, sanki

azad edir, onlarda tənqidi və məntiqi təfəkkür məharətini inkişaf etdirdi.

4. Fəlsəfənin əsas cərəyanları.

Fəlsəfənin əsas cərəyanları aşağıdakılardır:

1. İdealizm

2. Materializm

3. Empirizm

4. Rasionalizm.

Page 11: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

11

Qeyd etmək lazımdır ki, fəlsəfənin əsas cərəyanları vasitəsilə onun əsas

məsələsi öz həllini tapır. İlk öncə bu cərəyanların qısa izahını verək.

İdealizm – yunanca “idea” – fikir, təsəvvür deməkdir. İdealizm fəlsəfənin əsas

cərəyanlarından biri, həm də metoddur. Bu cərəyanın tərəfdarları ideyanı, şüuru, ruhu

birinci, maddi olanı isə ondan törəmə hesab edirlər. İdealizmin iki növü var: obyektiv

və subyektiv idealizm.

Obyektiv idealizm insan şüurundan asılı olmadan mövcud olan və ondan əvvəl

gələn “mütləq ideyanı”, “mütləq zəkanı”, “mütləq ruhu” hər şeyin yaradıcısı,

demiurqu hesab edir. Əslində “mütləq ideya” mahiyyətcə Allahın fəlsəfi təxəllüsüdür.

Obyektiv idealizmin tanınmış nümayəndələrindən yunan filosofu Platonun və Klassik

Alman filosofu Hegelin və b. adını qeyd etmək olar. Platonun fikrincə, bizi əhatə

edən, hiss üzvləri vasitəsilə dərk edilən maddi aləm “gölgədir” və o ideyalar

aləmindən yaranmışdır. İdeya birinci, maddi aləm isə ikincidir. O, ideyanı gerçək

varlıq kimi qəbul edir və idrakın vahid predmeti hesab edir. Platon ideyanı real

predmetlərdən ayıraraq, onu mütləqləşdirir, aprior (ilkin) varlıq hesab edirdi. Hegelin

fəlsəfi təlimində də bütün mövcudatın ilkin səbəbi “mütləq ideya”dır. Bu ilkin ruhi

başlanğıc insandan kənarda və ondan asılı olmadan mövcuddur. O, təbiət və

cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. Hegel “mütləq ideya”

dedikdə, Allahı nəzərdə tutur, lakin onun təlimindəki Allah – dinin ona şamil etdiyi

insani keyfiyyətlərə malik deyildir. Hegelə görə, Allah saf, xalis təfəkkürdür. Bu

təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək və məhv olmaq, dəyişmək, yenidən

yaranmaq, inkişaf etmək deməkdir.

Subyektiv idealizmin tərəfdarlarının fikrincə, görünən, duyulan predmetlər

insanların hissi qavrayışlarından kənarda mövcud deyildir, duyğuların, təsəvvürlərin

bir növ kompleksidir. Subyektiv idealizm Allahın mövcudluğunu qəbul edir,

duyğuları Allahın iradəsini çatdıran işarə hesab edir. Bu təlimin tanınmış

nümayəndələri arasında Berklinin, Maxın, Avenariusun, Fixtenin və b. adlarını qeyd

etmək olar. Məsələn İngilis filosofu C.Berkliyə görə, mövcud olmaq elə qavranılmaq

Page 12: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

12

deməkdir. Belə subyektiv idealist baxış solipsizm (latın sözüdür, mənası təkcə özüm

deməkdir) adlanır. Solipsizmin əsas müddəası belə səslənir: mən varamsa dünya da

var, mən yoxamsa dünya da yoxdur. Klassik Alman fəlsəfəsinin nünayəndələrindən

biri olan Fixtenin fəlsəfi təlimində çıxış nöqtəsi “Mən” anlayışıdır. Onun fikrincə,

mütləq insan “məni” və ya mütləq subyekt ilkin müəyyənedici reallıqdır. Başqa sözlə

desək, Fixte “məni” yeganə reallıq, hər şeyə qadir yaradıcı qüvvə kimi qəbul etmişdir.

O, gerçək aləmi mütləq subyektin törəməsi hesab etmiş və faktiki olaraq, subyektdən

asılı olmayan heç bir şeyi qəbul etməmişdir. Fixtenin “məni” əslində təbiətdən təcrid

edilmiş və başqa cür ifadə edilmiş ruhdur.

Materializm – latın sözüdür, “materia” – maddi, əşyəvi olan deməkdir.

Materializm fəlsəfənin əsas cərəyanlarından biri, həm də metoddur. Materializm

təbiəti, materiyanı ilkin başlanğıc kimi, ideyanı, şüuru, ruhu isə ikinci ondan törəmə

hesab edir.

Materializmin növləri: qədim dövrün sadəlövh materializmi, XVI-XVIII əsrin

mexaniki-metafizik materializmi, dialektik və tarixi materializm.

Qədim dövrün sadəlövh materializminə misal olaraq, antik fəlsəfənin fəlsəfənin

birinci mərhələsinin (Sokrataqədərki mərhələ) nümayəndələri - Falesin, Anaksi-

mandrın, Anaksimenin, yunan atomistlərinin və b. adlarını qeyd etmək olar. Onlar

varlığın əsasında duran ilkin başlanğıcı müəyyən etməyə cəhd etmişlər. Bəziləri ilkin

başlanğıc kimi suyu, odu, torpağı, havanı qəbul etmişlər. Məsələn, Fales ilkin

başlanğıc kimi suyu qəbul edirdi və fikrini belə əsaslandırırdı ki, dünyada hər şey

suyun qatılaşması və parçalanması nəticəsində meydana gəlmişdir. İstər üzvi və

istərsə də qeyri-üzvi aləmi sudan kənarda təsəvvür etmək mümkün deyildir. Bu

mərhələnin digər bir nümyəndəsi Demokrit kainatın sonsuzluğu, məhvedilməzliyi,

heç bir qüvvə tərəfindən yaradılmadığını, sonsuz dərəcədə çox olan dünyaların

mövcudluğu haqqında bütöv bir fəlsəfi təlim yaratmışdır. O, dünyanı atomlardan və

boşluqlardan ibarət olan əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. Onun

fikrincə, atomlar boşluqda hərəkət edən zaman toqquşur və birləşirlər. Bunun

Page 13: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

13

nəticəsində bizi əhatə edən predmetlər yaranır və bu hərəkət əbədidir. O, hərəkəti

inkişafın əsas mənbəyi hesab edir, lakin onu atomların məkan daxilində yer dəyişməsi

kimi başa düşürdü.

XVI-XVIII əsrin mexaniki-metafizik materializminin nümayəndələri arasında

Lametrinin, Deni Didronun, Holbaxın və b. adlarını qeyd etmək olar. Məsələn,

Holbaxın fəlsəfi fikirlərini nəzərdən keçirək. Onun fəlsəfi təliminə əsasən, materiya,

təbiət hər şeyin səbəbidir. Materiya əbədidir, hərəkətdədir. Materiyanın hərəkəti onun

mövcudluğunun zəruri nəticəsidir. Yəni, təbiəti hərəkətsiz təsəvvür etmək olmaz.

Hərəkət də materiya kimi əbədidir, sükunət isə nisbidir, müvəqqətidir. Fransız

materialistlərin fikrincə, bütün cisimlər atomlardan, bölünməz və dəyişməz

elementlərdən (Holbax) və ya molekullardan (Didro) ibarətdir. Onlar belə hesab

etmişlər ki, materiyanın ilk əsas xassələri yer tutma, ağırlıq, forma və hərəkətdən

ibarətdir. Didro materiyanın ilk xassəsi kimi həssaslığı da daxil edirdi. Bu fəlsəfi

cərəyanın nümayəndələrinin fikirlərindəki məhdud cəhət ondan ibarətdir ki, onlar

materiyanın hərəkət formalarının müxtəlifliyini görə bilməmişlər; hərəkəti cisimlərin

məkan daxilində yerdəyişməsi kimi, yəni mexaniki hərəkət kimi səciyyələndirmişlər;

təbiətin inkişafının aşağıdan yuxarıya doğru irəliləyən hərəkət olduğunu başa düşə

bilməmişlər; hissi və rasional idrak arasındakı keyfiyyət fərqini də görə bilmirdilər,

idrakda sensualist mövqedən çıxış edirdilər.

Empirizm – yunan sözüdür, mənası təcrübə deməkdir. Fəlsəfənin əsas

məsələsinin ikinci tərəfi, yəni qnoseologiya ilə bağlı olan fəlsəfi cərəyan, həm də

metoddur. Empirizm idrak prosesində hissi təcrübəni və duyğuları insan biliyinin

yeganə həqiqi mənbəyi və meyarı hesab edir.

Rasionalizm – latın sözüdür, mənası ağıllı, zəkalı deməkdir. Fəlsəfənin əsas

məsələsinin ikinci tərəfi, yəni qnoseologiya ilə bağlı olan fəlsəfi cərəyan, həm də

metoddur. Rasionalizm idrak prosesində duyğuların roluna məhəl qoymayaraq, əqlin,

mücərrəd təfəkkürün rolunu mütləqləşdirir, ağlı, zəkanı insan biliyinin mənbəyi və

meyarı hesab edir.

Page 14: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

14

5. Fəlsəfənin əsas məsələsi.

Fəlsəfənin əsas məsələsini klassik şəkildə ilk dəfə Alman filosofu Hegel izah

etməyə çalışmışdır. Onun fikrincə, fəlsəfə şüurla varlıq arasındakı əksliyi həll edir.

Klassik Alman fəlsəfəsinin digər nümayəndəsi Feyerbaxa görə isə fəlsəfənin bütün

tarixi mənəvi olanın maddi olana münasibəti məsələsi ətrafında cərəyan edir. F.Engels

isə təfəkkürün varlığa, ruhun təbiətə münasibətini hər bir fəlsəfənin əsas məsələsi

kimi müəyyən etmişdir.

Qeyd etmək lazımdır ki, fəlsəfənin əsas məsələsinin strukturunu təşkil edən

“varlıq”, “təfəkkür”, “ruh”, “təbiət” anlayışları “dünya-insan” “maddi-mənəvi”

probleminin həllinə xidmət edir. Bu məsələnin ənənəvi olaraq, iki tərəfi müəyyən

edilmişdir: birinci tərəfi, maddi dünyanın yoxsa şüurun, ideyanın birinci və nəyin

ikinci, törəmə olmasını qəbul etmək məsələsinin ontoloji (yunanca “ontos” varlıq,

“logos” təlim deməkdir) tərəfindən ibarətdir. Ontologiya varlıq təlimidir, yəni

dünyanın mahiyyəti, varlığın təbiəti haqqında təlimdir.

Filosofların bu məsələyə münasibəti onların baxışlarını biri-birinə zidd olan iki

əks istiqamətə ayırır. Mənəvini maddinin məhsulu hesab edən, təbiəti, materiyanı

ilkin başlanğıc kimi qəbul edən filosoflar materialistlər, ideyanı, şüuru, ruhu birinci,

maddi olan isə ondan törəmə hesab edən filosoflar isə idealistlər adlandırılmışlar.

Həm materializm, həm də idaelizm varlığın əsasında bir başlanğıcı qəbul edən

monist (yunanca “monos” – bir deməkdir) təlimlərdir. Fəlsəfi fikir tarixində varlığın

əsasında iki başlanğıcı, yəni maddi və mənəvi substansiyaları (yunanca substansiya

mahiyyət deməkdir) birlikdə qəbul edən dualist (dualis latın sözüdür, mənası ikili

deməkdir) fəlsəfi təlim də mövcuddur. Bu fəlsəfi təlimin klassik nümayəndəsi fransız

filosofu Rene Dekart (XVII) şüuru materiya ilə birlikdə ilkin başlanğıc kimi

götürmüşdür. Dualizm fəlsəfi cərəyanının tanınmış nümayəndələrindən biri də Qədim

Yunan filosofu, universal zəkaya malik olan mütəfəkkir Aristoteldir.

Fəlsəfənin əsas məsələsinin ikinci tərəfi idrak nəzəriyyəsi və ya qnoseologiya

(yunanca “gnosis” – bilik, “logos” – söz, təlim deməkdir) ilə bağlıdır. Yəni başqa

Page 15: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

15

sözlə desək, insan şüurunun xarici aləmi dərk etmək qabiliyyətinə malik olub-

olmaması məsələsini müəyyən etməkdən ibarətdir. Fəlsəfə tarixində bu suallara cavab

vermək cəhdi aşağıdakı əsas istiqamətlərin yaranması ilə nəticələnmişdir: qnostisizm,

aqnostisizm, skeptisizm.

Tarixən filosofların bir qismi dünyanın mahiyyətcə dərk olunması prinsipini

qəbul etmiş və əsaslandırmışlar. Onların fikrincə, insan şüuru obyektiv aləmi dərk edə

bilər, yəni təbiətdə dərk olunmaz heç bir şey yoxdur və təcrübədə yoxlanılmış biliklər

obyektiv aləmi əks etdirən həqiqi biliklərdir. Bu yanaşma qnostisizm və ya fəlsəfi

optimizm adlanır. Qnostisizmin tanınmış nümayəndələrindən biri Klassik Alman

fəlsəfəsinin sonuncu nümayəndəsi hesab edilən Feyerbaxdır. Filosofların bir qismi isə

dünyanın prinsipcə dərkedilənliyini, biliyin obyektiv xarakterini inkar etmiş, insan

zəkasının qüdrətini məhdudlaşmış, inama bilik qarşısında üstünlük vermişlər. Belə

düşüncə tərzli filosofların təbliğ etdikləri idrak nəzəriyyəsi aqnostisizm (yunanca “a”

inkar, “qnosis” bilik deməkdir. Yəni biliyin inkar edilməsi.) adlanır. Bu termini ilk

dəfə XIX əsr İngilis təbiətşünası Heksli istifadə etmişdir. Aqnostisizm dünyanın dərk

edilməsini inkar edən bir fəlsəfi təlimdir. Bu təlimin tanınmış nümayəndələrindən biri

də Klassik Alman fəlsəfəsinin nümayəndələrindən biri olan İmmanuil Kantdır. O,

özünün məşhur transsendental (latın sözüdür, mənası əlçatmaz, dərk edilməz

deməkdir) nəzəriyyəsində aqnostik fikirlərini ifadə etmişdir. Skeptiklər isə belə hesab

edirlər ki, prinsip etibari ilə dünya dərk ediləndi, lakin onlar idrak prosesi zamanı əldə

edilən biliyin həqiqiliyini, doğruluğunu şübhə altına almışlar. Bu təlimin tanınmış

nümayəndələrindən biri də Sokratdır.

İnsan biliyinin mənbəyi və həqiqətin meyarı məsələsinin mənasını və

əhəmiyyətini anlamaq baxımından fəlsəfədə müxtəlif təlimlər, cərəyanlar mövcuddur.

Onlar arasında rasionalizm, empirizm və sensualizm xüsusi ilə diqqəti cəlb edir.

Rasionalizm və empirizm fəlsəfənin əsas cərəyanlarından biridirlər. Onlar haqqında

məlumat artıq yuxarıda verilmişdir. Sensualizm (yunan sözü “sensus” – hiss, duyğu

Page 16: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

16

deməkdir) isə hissi təcrübəni, duyğuları insan biliyinin mənbəyi və əsas meyarı hesab

edən fəlsəfi cərəyandır.

Qeyd etmək lazımdır ki, müxtəlifliyindən asılı olmayaraq, hər hansı bir fəlsəfi

təlim nəticə etibari ilə ya materializmdən, ya da idealizmdən ibarətdir. Fəlsəfənin

tarixi də elə bu iki fəlsəfi cərəyanın, yəni idealizm və materializmin mübarizəsi

tarixidir. Mövqelərini əsaslandırmaqda elmə, təbiətşünaslığa söykənən materializm ilə

dinlə müttəfiq olan idealizm arasında min illər ərzində gedən mübarizə prosesində

fəlsəfə qanunauyğun olaraq inkişaf etmişdir. Təfəkkürün varlığa münasibəti məsələsi

ətrafında gedən mübarizədə fəlsəfə yeni məna və forma kəsb etmişdir.

Fəlsəfi şüur artıq 2500 ildir ki mövcuddur. Lakin “maddi-mənəvi” problemi

əsasında qütbləşmənin dünyagörüşü əhəmiyyətini dərk etmək üçün fəlsəfənin əsrlərlə

inkişafı tələb olunurdu. XVII-XVIII əsrlərdə fəlsəfənin xüsusi fikir forması kimi bir

tərəfdən dindən və digər tərəfdən isə konkret elmlərdən fəal surətdə ayrılmağa

başladığı andan həmin qütbləşmə daha aydın nəzərə çarpmış və prinsipial xarakter

kəsb etmişdir.

Buna baxmayaraq qeyd etmək lazımdır ki, filosofların bir qismi heç də həmişə

varlıq ilə təfəkkürün münasibətinə əsas dünyagörüşü məsələsi kimi baxmamışlar. İstər

qədimlərdə, istərsə də indi bir çox filosoflar tərəfindən fəlsəfi dünyagörüşünün

mühüm problemləri sırasında tərəqqi, xoşbəxtlik, gözəllik, azadlıq və əxlaq məsələləri

ön plana çəkilmişdir. Lakin “maddi-mənəvi” problemi əbədi olaraq, fəlsəfənin əsas

məsələsi olmuş və olmaqdadır.

Fəlsəfə daim axtarışdadır. Köhnəlmiş fikirləri tənqid süzgəcindən keçirib,

varlığın və idrakın yeni-yeni məna çalarlarını aşkar edərkən, fəlsəfə nəinki keçmişə,

habelə indiyə və gələcəyə müraciət edir. Fəlsəfə adi, praktiki və elmi bilikləri nəzəri

cəhətdən ümumiləşdirir. İnsanların mədəni-tarixi həyatında fəlsəfənin mühüm

funksiyalarından biri insan təcrübəsinin bütün formalarının (əməli, idrakı, aksioloji)

fikrən inteqrasiyasıdır. Onların bütövlükdə fəlsəfi mənimsənilməsi ictimai həyatın

zəruri şərtidir.

Page 17: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

17

5.Fəlsəfə və onun elmlər sistemində yeri.

Fəlsəfə - dünyanın mahiyyətini, həyatın mənasını, görünənlərdə görünməyən-

ləri məntiqi yolla anlamaq tələbatından yaranmış və bəşər idrakının əldə etdiyi ən

böyük nailiyyətlərdən birinə çevrilmişdir. Onu bəzən “elmlər elmi” və ya “elmlərin

şahı” adlandırırlar.

Qədim yunan mütəfəkkiri Sokrat fəlsəfə ilə məşğul olmasının səbəbini belə

ifadə etmişdir: “həyatı təhlil etmədən, həyatı anlamadan yaşamağa dəyməz”. Antik

fəlsəfənin tanınmış nümayəndələrindən biri olan Aristotel isə fəlsəfəni “başlanğıclar

haqqında elm” kimi səciyyənləndirmiş və ilk dəfə olaraq, mühüm fəlsəfi anlayışların,

kateqoriyaların, problemlərin sistemli izahını vermişdir.

Fəlsəfə dünyanı dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair

mükəmməl baxışlar sistemi olmaqla yanaşı, həm də ən yaxşı təfəkkür məktəbidir. O

insanlara dünyada baş verən hadisələri dərk etməyə, həyatın mənasını başa düşməyə,

onu qiymətləndirməyə kömək edir.

Fəlsəfənin predmeti genişdir. Onun obyekti varlıqdır, təbiətdir, insandır,

cəmiyyətdir, real gerçəklikdir. Bunları digər elmlər, məsələn, fizika, biologiya, kimya,

psixologiya, sosiologiya və s. kimi bilik sahələri də tədqiq edir. Lakin fəlsəfənin

onlardan fərqli cəhəti ondan ibarətdir ki, o təbiət hadisələri, cəmiyyətin inkişafı, insan

təfəkkürünün ümumi qanunauyğunluqlarını öyrənir.

Qeyd etmək lazımdir ki, fəlsəfə və konkret elmlər bir kök üzərində inkişaf

etmiş, sonradan şaxələnmişlər. XVII-XVIII əsrlərdə elmin ayrı-ayrı sahələrinin

formalaşması və onların fəlsəfə adlanan ümumi biliklərdən ayrılması prosesi bəşər

tarixində mühüm hadisə olmuşdur. Həmin vaxtdan etibarən fəlsəfə nəzəri-elmi biliyin

xüsusi forması kimi inkişaf etməyə başlamışdır. Fəlsəfənin bir elm kimi

qərarlaşmasında Klassik Alman fəlsəfəsinin banisi İmmanuil Kantın adını xüsusi ilə

qeyd etmək lazımdır.

Elmləri adətən beş böyük qrupa ayırırlar: fəlsəfi elmlər, humanitar elmlər,

təbiət elmləri, dəqiq və texniki elmlər. Elmlərin belə təsnifatında fəlsəfə mərkəzdə

Page 18: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

18

durur. Yəni başqa sözlə desək, fəlsəfə elmlər sistemində mühüm yer tutur. Onun

başlıca vəzifəsi ondan ibarətdir ki, o bütün elmləri bir-biri ilə əlaqələndirən vasitə

rolunu oynayır. Yəni predmetindən irəli gələrək, təbiəti, cəmiyyəti və insanı öyrənən

elm sahələrinin nailiyyətlərini ümumiləşdirir, bir növ inteqrasiya vasitəsi kimi çıxış

edir.

Fəlsəfənin elmə ehtiyacı olduğu kimi, hər bir elm də qarşısına qoyduğu

problemlərin həllində fəlsəfi fikrə ehtiyac duyur. Burada Eynşteynin bir fikrini yada

salmaq yerinə düşər: “Bizim indiki zəmanəmizdə fizik fəlsəfə ilə məşğul olmağa

keçmiş nəsil fiziklərindən daha çox məcburdur. Fizikləri buna məcbur edən onların

özlərinin elmlərinin çətinlikləridir”.

Rusiyalı alim A.Q.Spirkin “Fəlsəfə” dərsliyində fəlsəfə ilə konkret elmlərin

nisbətini şərh edirək öz fikrini belə ifadə edir: “Konkret elm gerçəkliyin empirik və

nəzəri dərk edilməsi üçün müəyyən anlayışlardan, mühakimələrdən, prinsiplərdən,

qanunlardan, hipotezlərdən və nəzəriyyələrdən çıxış edir. Hər bir elmin – istər

təbiətşünaslıq, istərsə də humanitar elmlərin öz predmeti var. Bütün bunlar inkişaf

prosesində dəyişər, yanlış nəzəriyyələrin əvəzində daha mükəmməl nəzəriyyələr

yarana bilər. Fəlsəfədə də başqa elmlərdə olduğu kimi insanlar səhv edə, yanlış

hipotezlər irəli sürə bilərlər. Lakin bu heç də o demək deyildir ki, fəlsəfə digər

elmlərin sırasında duran bir elmdir. Fəlsəfənin predmeti başqadır. Fəlsəfə ən ümumi

haqqında elmdir. Ən ümumi ilə heç bir elm sahəsi xüsusi olaraq məşğul olmur.”

Alim fikrini davam etdirərək bildirir ki, fəlsəfənin hədəfi mövcudatın hər hansı

bir tərəfi deyil, bütün mövcudatdır, öz məzmun və mənası ilə bütün Kainatdır. O

təkcə dünyanın hissələri və hissəciklərinin dəqiq həddini və onların arasında qarşılıqlı

təsiri müəyyən etmir, həm də onların daxili əlaqələrini və vəhdətini anlamağa çalışır.

İngilis filosofu Rasselə görə, fəlsəfə din ilə elm arasında “sahibsiz olan yerdir”.

Elm ilə onu yaxınlaşdıran biliklərin həqiqiliyini sübut etməyə çalışmasıdır. Din ilə

onu yaxınlaşdıran təcrübənin adi başa düşülməsinin hüdudlarından kənara çıxmasıdır.

Page 19: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

19

Fəlsəfə özündə insanın dünyanı öyrənməsinin iki əsas üsulunu birləşdirir.

Bunlar elmi-nəzəri və praktiki, mənəvi-ruhi üsullardır. Birinci üsul obyektin insanın

məqsəd və mənafelərindən asılı olmayaraq necə varsa, eləcə də dərk edilməsidir.

İkinci üsul isə gerçəkliyin bəşər dəyərləri baxımından mənimsənilməsidir. Bu sintez

fəlsəfənin təkrar olunmayan, nadir xüsusiyyətidir.

Fəlsəfə insan ruhunun tələbatıdır. İnsanın ruhi aləmində fəlsəfi baxışlar əqidə

ilə birləşir. Fəlsəfə elə bir bilik sahəsidir ki, hər bir insan istər-istəməz onunla

qarşılaşmalı olur. O özündə müəyyən təfəkkür tərzini və təfəkkür məntiqini birləş-

dirir. Fəlsəfi təfəkkürü olan insan özünün hərəkətlərinə kənardan baxıb, onları analiz

edib, müəyyən nəticə çıxara bilir. Fəlsəfi düşüncə tərzi insanı yüksək məqsədlər və

dəyərlər dünyasına aparır. Fəlsəfi şüur insana təkcə müdriklik deyil, eləcə də mənəvi

rahatlıq, qəlb sakitliyi və xoşbəxtlik bəxş edir.

Fəlsəfə bəşəriyyətin özünədərk şüurudur; həmişə cəmiyyətin sosial və mədəni

mühiti və onun səviyyəsi ilə bağlı olmuşdur; mənəvi-ruhi istehsalın forması kimi

cəmiyyətin özünü yeniləşdirməsinin bir amilidir.

Xatırladaq ki, Hegel fəlsəfəni “fikirlərdə ifadə olunmuş epoxa” adlandırmışdır.

Yəni başqa sözlə desək, fəlsəfə dövrün, zamanın zərif və incə telləri ilə sıx əlaqədədir.

Xalqların əxlaqını, marağını, həyat tərzini, psixologiyasını özündə əks etdirir. Hər bir

epoxanın (mərhələnin) fəlsəfi fikri insan, bəşər ruhunun əldə etdiyi nailiyyətlərin ən

yüksək səviyyəsini ifadə edir.

Müasir dövrdə fəlsəfənin digər elmlərlə qarşılıqlı əlaqəsi daha da genişlənmiş-

dir. Belə ki, fəlsəfə varlıqla şüurun universal münasibətini, onların ən ümumi inkişaf

qanunlarını öyrənərkən “insan-dünya” problemini tədqiq edən bütün başqa elmlərin

nailiyyətlərindən bu və ya digər dərəcədə istifadə edir. Bunsuz fəlsəfə inkişaf edə

bilməz. Fəlsəfənin başqa elmlərlə, biliyin müxtəlif sahələri ilə qarşılıqlı əlaqəsi onun

inkişafının zəruri şərtidir.

Page 20: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

20

MÖVZU – 2.

QƏDİM ŞƏRQ ÖLKƏLƏRİNDƏ FƏLSƏFİ FİKRİN MEYDANA GƏLMƏSİ

PLAN:

1. Qədim Şərq ölkələrində fəlsəfi fikrin yaranması və inkişafı.

2. Qədim Misirdə fəlsəfi fikir.

3. Qədim Babilistanda fəlsəfi fikrin yaranması.

4. Qədim Hind fəlsəfəsi.

5. Qədim Çin fəlsəfəsi.

6. Qədim Azərbaycanda fəlsəfi fikir.

1. Qədim Şərq ölkələrində fəlsəfi fikrin yaranması və inkişafı.

Fəlsəfə xüsusi bilik sahəsi kimi 2500 il bundan öncə Qədim Şərqdə - Misirdə,

Babilistanda, Hindistanda, Çində, Azərbaycanda meydana gəlmiş və inkişaf etmişdir.

Lakin bir sıra tədqiqatçılar, xüsusilə Qərbdə geniş yayılmış avropasentrizm

cərəyanının (avropamərkəzçi) nümayəndələri bu fikri inkar etmiş, Qədim Şərq

ölkələrində fəlsəfi fikrin yaranmasının mümkün olmadığını əsaslandırmağa çalışmış-

lar. Onların fikrincə, Şərq xalqlarının dünya və insan haqqında fikirləri daha çox

mifoloji-dini xarakter kəsb etmişdir.

Bu fikirlə müəyyən dərəcədə razılaşmaq olar. Belə ki, istər Şərqdə, istərsə də

Qərbdə fəlsəfi ideyaların mənbələr mifologiya və din ilə bağlıdır. Qədim Yunan

fəlsəfəsinin ilkin dövrlərində də mifoloji-dini düşüncə tərzi özünü büruzə vermişdir.

Həmçinin bu fikirlə də razılaşmaq olar ki, fəlsəfə ən qədim bilik sahəsi kimi Qədim

Şərqdə yaransa da, məhz e.ə.VII-VI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb

etmişdir.

Lakin digər bir tarixi faktı xüsusi ilə qeyd etmək lazımdır ki, dəqiq elmlərin, o

cümlədən təbiəti, kosmosu öyrənən bir sıra bilik sahələrinin vətəni Qədim Şərqdir.

Şərqin müdrik mütəfəkkirləri öz fəlsəfi fikirlərini, müddəalarını sübut edərkən, bu

elmlərin əldə etdikləri nailiyyətlərdən istifadə etmişlər. Həmçinin Qədim Yunan

Page 21: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

21

filosoflarının bir çoxu öz ilkin fəlsəfi və elmi biliklərini buradan götürdüklərini etiraf

etdiklərini bildirdikləri halda, görəsən nə üçün fəlsəfə Qədim Şərqdə yarana bilməzdi?

Bunun əsas səbəblərindən bir ondan ibarətdir ki, Qədim Şərqin fəlsəfi fikir

tarixi əsasən qərb və rus alimləri tərəfindən tədqiq edilmişdir. Həmçinin Şərqin elmi

və fəlsəfi biliklərini qeyri-obyektiv tədqiq edən tədqiqatçılara vaxtında lazımi

cavablar verilməmişdir.

Qeyd etmək lazımdır ki, avropasentristlərin bu mövqeyi təksə fəlsəfəyə deyil,

eləcə də digər bilik sahələrinə, o cümlədən elmə, ədəbiyyata, incəsənətə və

bütövlükdə sivilizasiyaya şamil edilir. Avrosentrizm nəzəriyyəsinə əsasən elmin,

incənətin, ədəbiyyatın, fəlsəfənin və başqa həqiqi sərvətlərin, zənginliklərin inkişafı

yalnız Avropanın adı ilə bağlıdır. Lakin maarifçilərdən başlayaraq, Avropanın

qabaqcıl mütəfəkkirləri avropasentrizmə mənfi münasibət bəsləmiş və vahid

ümumbəşəri, mədəniyyət tarixi haqqında ideyalar irəli sürmüşlər.

Ümumiyyətlə, fəlsəfə yarandığı gündən bu kimi suallara cavab axtarır: dünya,

kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir ? Mənəvi və

maddinin, ideal və real olanın bir-birinə münasibəti necədir ? Həqiqət nədir ? Xeyir və

şər, gözəllik və eybəcərlik nə deməkdir ? İnsanı narahat edən bu kimi əbədi suallara

cavab axtarmaq cəhdi onun dünyada öz yerini və mövqeyini müəyyən etmək

zərurətindən yaranmış və Qədim Şərqin mütəfəkkirlərini də çox düşündürmüşdür.

Qədim Şərqdə gündəlik praktiki tələbatlar, təbiətin, cəma cisimlərinin üzərində

aparılan daimi müşahidələr bir sıra elm sahələrinin – riyaziyyatın, həndəsənin,

mexanikanın, kosmologiyanın, astronomiyanın və s. bu kimi elmlərin yaranması və

inkişafına zəmin yaratmışdır. Bütün bu elmlərin inkişafı nəticəsində ətraf aləmə

mifoloji-dini baxış məntiqi olaraq öz yerini fəlsəfə verməli idi. Görəsən nəyə dünya

mədəniyyətinə bu qədər elmi biliklər bəxş edən qoca Şərq ətraf aləmin, dünyanın

fəlsəfi dərk edilməsi məsələsində Qərbdən geri qalmalı idi.

Ən qədim fəlsəfə tarixinin müəllifi Diogen Laertli özünün “Məşhur filosofların

həyatı, təlimləri və deyimləri haqqında”əsərində İran mağlarının (zərdüştilərin) insan,

Page 22: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

22

cəmiyyət, ədalət, xeyirxahlıq haqqında fikirlərinin yunan filosoflarına böyük təsir

göstərdiyini bildirmişdir. Deyilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, fəlsəfənin

mənşəyi heç də bəzi Qərb tədqiqatçılarının qeyd etdiyi kimi Antik Yunanıstanla deyil,

əslində Qədim Şərqlə bağlıdır. Ona görə də avropasentristlərin Qədim Şərq fəlsəfəsi

ilə bağlı iddiaları əsassızdır.

Doğrudur, Şərq haqqında onun fəlsəfəsi, mədəniyyəti və incəsənəti haqqında

düzgün, obyektiv fikirlər yürüdən alimlər də az deyildir. Məsələn, “Qərb və Şərq”

kitabının müəllifi N.İ.Konrad çox haqlı olaraq yazır ki, əzəldən qabaqcıl və əzəldən

geri qalmış xalqlar yoxdur. Şərqin və Qərbin böyük sivilizasiyalı xalqları öz

tarixlərində irəliyə doğru bəzən sürətli və bəzən də yavaş hərəkət etmiş, yaxud da

tamamilə dayanmışlar ki, bu da onların müvəqqəti geridə qalmasına gətirib

çıxarmışdır. Elə buna görə də heç kimin özünü xüsusi, başqasından üstün olan xalq

hesab etməyə haqqı yoxdur.

Klassik Alman fəlsəfəsinin tanınmış nümayəndələrindən biri olan Hegel də

ümumdünya tarixi prosesi izah edərkən qeyd etmişdir ki, “mütləq ruh” Şərqdən Qərbə

doğru hərəkət etmiş və onun qədəm qoyduğu cəmiyyət çiçəklənmişdir.

Qeyd etmək lazımdır ki, Şərq fəlsəfəsi Avropa fəlsəfəsinə oxşamayan bir

mədəniyyət hadisədir. Belə ki, Şərq sivilizasiyası Avropa sivilizasiyasına bənzəməyən

unikal inkişaf yolu keçmişdir. Ona görə də Şərq fəlsəfi, əxlaqi və dini təlimlərinin

tipologiyasını Avropa fəlsəfi, əxlaqi və dini təlimlərinin təsnifatı ilə eyniləşdirmək

düzgün olmazdı. Şərqdə təlimlər əxlaqi, elmi və dini təlimlər kimi yaranmışdır.

Fəlsəfi təlim statusunu isə Avropa şüuru baxımından əldə etmişdir. Bu isə heç nəyi

dəyişmir. Çünki Şərq təlimlərinin adından asılı olmayaraq insan varlığına aid suallara

cavab kimi formalaşan fikirlər mühüm yer tutmuşdur.

Hər hansı bir mədəniyyətdə tez və ya gec fəlsəfi ideyalar formalaşır ki, bu da

fəlsəfənin müstəqil mədəni hadisə kimi formalaşması işinə xidmət edir. Fəlsəfi

ideyalar mədəniyyətin, incəsənətin və dinin daxilində “əriyə” də bilir. Şərqdə uzun

əsrlər boyu bu proses getmişdir. Lakin həmin təlimlərdə, onun hansı ad altında təqdim

Page 23: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

23

edilməsindən asılı olmayaraq fəlsəfi problemlər, o cümlədən varlıq, zaman, ilk

element, materiyanın mahiyyəti və s. məsələlər nəzərdən keçirilmişdir. İlk fəlsəfi

nəzəriyyələrin əsasında şəklini dəyişmiş miflər durmuşdur. Bu baxımdan Şərq fəlsəfi

fikrinin Antik və Avropa fikrini nə qədər qabaqladığı aydın olur. Şərq fəlsəfi fikri

Avropa fəlsəfi fikrinin mənbəyi rolunu oynamışdır.

Şərq fəlsəfi fikrinin dünya fəlsəfi fikrinin başlanğıcı kimi götürülməsi

danılmazdır. Bəşəriyyətin uşaqlığı və gəncliyi Şərqdə keçmiş, kövrək yetkinlik və

müdriklik səviyyəsinə Şərqdə yüksəlmiş, biliklərin sistemləşməsi, mücərrədliyin

praqmatikliyə çevrilməsi Qərbdə başa çatmışdır. Burada avropasentizmə cavab

olaraq, yaranan asiyamərkəzçilərin bir fikrini yada salmaq yerinə düşərdi. Belə ki,

onların fikrincə, Qərb yeni heç nə yaratmayıb, yalnız Şərqin yaratdığı mənəvi və

mədəni irsə yiyələnmişdir.

Şərqin qədim və zəngin mənəvi irsini öyrənmək üçün Qədim Misir, Babilistan,

Hind, Çin və Azərbaycanın fəlsəfi fikir tarixinə müraciət edək.

2. Qədim Misirdə fəlsəfi fikir.

Qədim Misirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən elmin inkişafı, digər

tərəfdən isə dünyaya mifoloji baxışla bağlı idi.

E.ə.IV minillikdə Qədim Misirdə quldarlıq quruluşunun inkişafı özünün ən

yüksək mərhələsinə çatmışdır. İlk təsərrüfat formaları olan əkinçilik və heyvandarlıqla

yanaşı burada inşaat incəsənəti, daş və ağac emalı, dəri aşılanması, kətan parçaların

toxunması sənəti, papiruslar üzərində yazı və s. yaranmağa başlamışdır. Qulların

əməyi ilə dünya mədəniyyətinin inciləri sayılan irriqasiya (suvarma) sistemləri,

nəhəng ehkamlar, məbədlər, saraylar inşa edilirdi. Belə bir istehsal fəaliyyəti insanlara

təbiət, ətraf aləm haqqında müəyyən biliklər əldə etmək üçün zəmin yaradırdı. Burada

bir sıra təbiət elmləri, astronomiya, kosmologiya, təbabət, riyaziyyat və fəlsəfə

sahəsində ilk addımlar atılırdı.

Elmin inkişafını qısaca nəzərdən keçirək.

Page 24: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

24

Nil çayının daşması və çəkilməsinin səbəbini öyrənmək cəhdi Misirdə

astronomiyanın yaranması və inkişafına təkan vermişdir. Çay ildə bir dəfə daşır və

müəyyən müddətdən sonra çəkilirdi. Əkinçiliklə məşğul olan əhali buna uyğun olaraq

toxumun səpilmə vaxtını və məhsulun yığılma dövrünü müəyyən edirdi. Qədim

Misirdə bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu.

Min beş yüz il ərzində misirli astronomlar 373 günəş və 832 ay tutulmasını

qeydə almışlar. Səmanın daima seyr edilməsi ilk misir təqviminin meydana gəlməsi

ilə nəticələnmişdir. Bu təqvim əvvəllər hər biri 30 gündən ibarət olan 12 aya

bölünürdü. Hər ilin əvvəlində 5 müqəddəs gün də əlavə edilirdi. Bu da bir ilin 365

günə bərabər olmasını göstərirdi. Misirdə günəş və su saatı ixtira edilmişdir.

Qədim Misirdə dəqiq elmlər tətbiqi xarakter daşımışdır. Əkinçiliyin inkişafı

həndəsə elminin, binaların tikilməsi və suvarma kanallarının çəkilməsi riyaziyyatın və

mexanika elminin yaranmasına və inkişafına səbəb olmuşdur.

Dünya mədəniyyətinin nadir incilərindən biri sayılan və bir sıra sirləri hələ də

açılmamış, hər biri 2,5 tondan 54 tona qədər ağırlığında olan daş süxurlardan və

qranitdən tikilmiş məşhur Misir ehramları (piramidaları) məhz bu elmlərin sayəsində

inşa edilmişdir. Bu ehramlardan ən nəhəngi 146 metr hündürlüyü olan Xüfu (Xeops)

ehramıdır.

Qədim Misir riyaziyyatçılarının 36 ədəd saxsı qablar üzərindəki riyazi mətnləri

dövrümüzədək gəlib çıxmışdır. Tətbiqi riyaziyyat sahəsini əhatə edən bu mətnlər

göstərir ki, onlar hələ o dövrdə mürəkkəb ölçü əməliyyatlarından istifadə etmişlər.

Qədim misirlilər həndəsə sahəsində təqribi kvadrat kök alma, oturacağı kvadrat olan

kəsik piramidanın hesablanması (p=3,16), çevrənin uzunluğunun diametrə nisbəti və

s. kimi elmi nailiyyətlər əldə etmişlər.

Misirli həkimlər təbabət sahəsində də müəyyən nailiyyətlər qazanmışlar. Onlar

meyitlərin yarılması nəticəsində insanın anatomiyasını və qan dövranını öyrənmiş və

bir sıra elmi biliklər əldə etmişlər. Buradan belə bir əqli nəticə çıxarmaq olar ki,

misirli həkimlər bir sıra xəstəliklərin müalicəsini elmi əsaslarla həyata keçirmişlər.

Page 25: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

25

Qeyd etmək lazımdır ki, Qədim Misirdə fəlsəfi fikirlər öz ideya mənbəyini

şifahı xalq yaradıcılığı nümunələri olan miflərdən, əfsanələrdən, dastanlardan,

nağıllardan, nəsihətlərdən götürür. İlk olaraq diqqətimizi bizim dövrümüzədək gəlib

çatmış Qədim misirlilərin mifoloji-fəlsəfi dünyagörüşünü özündə əks etdirən dünya

mədəniyyətinin incilərindən biri olan məşhur “İsida və Osiris haqqında” əsatir

üzərində saxlayaq.

Əsatirin qısa məzmunu belədir: Osiris səhraların təcəssümü olan qardaşı Set ilə

mübarizə aparır. İsida isə onların bacısı, həm də Osirisin həyat yoldaşıdır. Set Osirisi

aldadıb onu öldürür və bədənini kiçik hissələrə bölərək, ətrafa səpələyir. Yenicə ana

olmuş İsida Setin əməlindən xəbər tutur, ərinin bədən hissələrini bir yerə toplayır.

Yeraltı səltənətin Allahlarından biri olan Anibus və yenicə dünyaya gələn oğlu Qor

Osirisi yenidən həyata qaytarırlar. Bundan sonra Osiris Setlə vuruşur və ona qalib

gəlir. Bu daimi mübarizə ilin fəsillərini - Nilin daşması, səpin, yetişmə və məhsul

yığımı dövrlərini əks etdirir.)

Osiris həm də ölümün təcəssümü olduğundan bütün ölənlərin ruhu onun

qarşısında cavab verməli idi. Tərəzinin bir gözünə ruh, digər gözünə isə haqq-ədalət

qoyulur. Əgər ruhun günahı yoxdursa, onda o cəhənnəm odundan azad olur və İala

düzənliyinə göndərilirdi. Bu düzənlikdə başqa yerlərdən fərqli olaraq heç vaxt

quraqlıq olmur. Yəqin Qədim misirlilər məhz bu ideyanı əsas tutaraq, belə hesab

edirdilər ki, ölümdən sonra bədənin saxlanılması şərti ilə ruh yaşaya bilər.

Mumiyalama, ölülər şəhərlərinin salınması, faraonların daş tabutlarının, nəhəng

ehkamların yaradılması bu məqsədə xidmət edirdi.

Qədim Misirdə faraonlar ilahiləşdirirlirdi. Ona görə də qədim dini kitabədə

yazılırdı: “Allahlar itaət edənləri sevir, itaət etməyənlərə isə nifrət edir”. Bu ölkədə

din faraona danışıqsız itaət etməyi tələb edirdi. Əmri pozanlar isə quraqlıq, taun

xəstəliyi, düşmənlərin hücumları ilə, öləndən sonra Osirisin mühakiməsi ilə

hədələnirdi. Qədim misirlilər inanırdılar ki, faraonların ixtiyarında olan qeyri-məhdud

Page 26: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

26

hakimiyyəti allahlar müəyyən etmişlər. Təsadüfi deyildir ki, faraon “allahın oğlu” və

“böyük allah” adlandırılırdı və onu “öz şüaları ilə görən günəş” kimi vəsf edirdilər.

Lakin miflər və onlara verilən dini məzmun tezliklə fəlsəfi baxışla əvəz edildi.

Bu fikir o dövrdə yaranmış ədəbi əsərlərdə də öz ifadəsini tapmışdır. Məsələn,

“Arfaçının mahnısı” və “Ölümün tərənnümü” əsərlərini nəzərdən keçirək.

Əgər “Ölümün tərənnümü” əsərində axirət dünyasına inam fikri irəli sürünürsə,

“Arfaçının mahnısı” əsərində axirət dünyası anlayışı şübhə altına alınır və bildirilir ki,

hələ o dünyadan heç kəs qayıtmayıb ki, onun haqqında bir məlumat versin. Əsərdə

vurğulanan əsas ideya ondan ibarətdir ki, insan axirət dünyasına ümid

bağlamamalıdır. Ona məsləhət görülür ki, hər işini bu dünyada görsün. Yəni başqa

sözlə desək, tarixdə ilk dəfə olaraq, bilik etiqada qarşı açıq şəkildə qoyulur. Əsərdə

həmçinin qeyd edilir ki, ölümdən sonra insanın bədəni külə çevrilir. İnsan yox olur,

onun bədəni palçığa dönür, insan yalnız öz əməlləri sayəsində əbədi yaşaya bilər. Ona

görə də insan öz işlərini elə qurmalıdır ki, onun əməlləri həmişə xatırlansın. Bu fikir

bir daha onu sübut edir ki, mifoloji-dini dünyagörüşləri tədricən aradan çıxmış və

həyata yeni baxışla, ətraf mühitə yeni münasibətlə fəlsəfi düşüncə tərzi iləəvəz

olunmuşdur.

3. Qədim Babilistanda fəlsəfi fikrin yaranması.

Qədim sivilizasiya Şumer-Akkad mədəniyyətini də əhatə edir. Şumer-Akkad

mədəniyyəti e.ə.IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən ərazidə

yaranmışdır. Elə buna görə də İkiçayarası (yunanca Mesopotamiya) adlanır. E.ə.III

minillikdə İkiçayarasının şimal hissəsində akkadlar, cənub hissəsində isə şumerlər

məskən salaraq, özlərinin müstəqil şəhər-dövlətlərini yaratmağa başladılar. Tezliklə

bu iki hissə bir səltənət altında birləşdi. Lakin bir müddətdən sonra bu səltənət

əmmarilər tərəfindən dağıdılaraq, onun yerində yeni dövlət yaradıldı. Babilistan bu

dövlətin paytaxtı elan edildi. Beləliklə də şumerləri, akkadları, əmmariləri, elariləri və

digər xalqları birləşdirən Qədim Babilistan səltənəti yarandı.

Page 27: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

27

Qədim Babilistanda da fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən elmin

inkişafı, digər tərəfdən isə dünyaya mifoloji baxışla bağlı idi. Öncə elmin inkişafını

nəzərdən keçirək.

Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək

gəlib çatmış çoxlu gil lövhələr sübut edir. Assuriya sultanı Aşşurbanipala məxsus

kitabxanada 30 min belə lövhə saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə

lövhələrdə vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin

çıxarılması əks olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuş və

sonralar “Pifaqor teoremi” də məhz bunun əsasında yaradılmışdır. Şumerlər onluq və

altılıq sistemini yaratmış və bu günədək bütün dünya onlardan istifadə edir: 1saat = 60

dəq.; 1dəq. = 60 saniyəyə.

Astronomiya elminin inkişafı bir sıra qədim təqvimlərin yaranmasına imkan

vermişdir. Belə təqvimlərdən biri Qəməri-ay təqvimi idi. Bu təqvimə görə 1 ay 29 və

ya 30 günə, il isə 12 aya və 354 günə bərabərdir. Bundan başqa Günəş (Şəmsi)

təqvimi mövcud idi. Bu təqvimə görə 1 il 365 günə, 1sutka isə 24 saata bərabərdir.

Babil həkimləri hələ o dövrdə katarakt adlı göz xəstəliyini, soyuqdəyməni,

zökəmi, sınığı və bəzi dəri xəstəliklərini müalicə edə bilirdilər. Onlar həmçinin ciyər,

mədə-bağırsaq xəstəliklərini də müəyyən etmişlər. Şumer həkimlərinin təbabətə aid

bir sıra vəsait və tövsiyələri məlumdur. Məsələn, “Nuppur həkiminin arayış

kitabçasında” 15 müalicə qaydası verilmiş və şumerlərin bir neçə müalicə reseptləri

dövrümüzə kimi gəlib çıxmışdır.

Qədim Babilistanda kənd təsərrüfatı, coğrafiya, hüquq elmlərinin inkişafına

dair məlumatlar var. Məsələn, şumer-akkad dillərində bir sıra hüquq qaydaları –

Hammurapi qanunları, Assur qanunları, yeni babil natamam qanunları külliyyatı

yaradılmışdır.

Qədim Babilistanda da elmlərin yaranması və inkişafı məntiqi olaraq, ətraf

aləmin mifoloji-dini anlanmasını tədricən aradan çıxarmış və fəlsəfi fikrin

yaranmasına səbəb olmuşdur. Şumer dastan və hekayələrində siyasət, cəmiyyət, əxlaq

Page 28: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

28

normaları və fəlsəfi fikirlər öz əksini tapmışdır. Məsələn, “Enmerkar və Aratta

hökmdarı” dastanında ictimai fikir tarixində ilk dəfə olaraq, siyasi konsensus təklifi

verilmişdir. (I Uruk sülaləsindən olan hökmdar Enmerkarın Arattanı özünə tabe etmək

tələbinə qarşı Aratta hökmdarı münaqişəni sülh yolu ilə həll etmək təklifi verir və bu

Aratta hökmdarının hazırcavablığı və dönməzliyi nəticəsində baş tutur.)

“Müdrik Axikar haqqında” adlı başqa bir hekayədə etik normalara bağlı 100-

dən çox nəsihət təqdim olunmuşdur. Məsələn, “sirr açma, sarayda eşitdiyin hər bir söz

qoy sənin qəlbində çürüsün”, “həddindən artıq şirin olma, yoxsa, səni udarlar.

Həddindən artıq acı olma, yoxsa, səni atarlar”, “sakit danış, səsini ucaldıb səs-küylə

danışma. Əgər səs-küylə ev tikmək mümkün olsaydı, onda eşşək gündə ev tikərdi”,

“heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna minə bilər” və s.

“Ağanın qul ilə söhbəti” adlı hekayənin əsas ideyası isə insan həyatının mənası

məsələsinə həsr edilib. Burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə

həyatın mənasızlığı haqqında söhbət edir. Əsərdə qeyd edilir ki, həyatda hər şey –

hökmdarın səxavətinə ümid də, qadına məhəbbət də, keyf məclisi də, alicənablıq da

və nəhayət ölümdən sonra həyat da boş, mənasız bir şeydir.

“Bilqamıs haqqında dastan”, yəni hər şeyi bilən insan haqqında dastan isə

qədim babillərin dünyagörüşünü əks etdirən qiymətli mənbədir. Dastan Qədim Şərqin

nadir incilərindən biridir və dünya ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Yaxın

Şərqin 4 dillində: şumer, akkad, hurrit və het dillərində 3500 il bundan əvvəl gil

lövhələr üzərində yazılmış və dövrümüzə gəlib çatmışdır.

Bir sıra mənbələrə əsasən dastanın qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət

olmuşdur. O, e.ə. XXVII əsrin sonu - XXVI əsrin əvvəllərində Şumerdə Uruk

dövlətinə başçılıq edən sülalənin 5-ci hökmdarı idi. Dastanda söhbət əsasən Allahlarla

mübarizədən və ölməzlikdən, dostluqdan gedir. Ölüm və həyat mövzusunda fikirlər

söylənilir. İnsan özünün ölümə məhkumluğunu, allahların və həyatın əbədiliyini dərk

edir.

Page 29: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

29

Dastanın qısa məzmunu belədir: Yuxarıda qeyd etdiyimiz kimi dastanın

qəhrəmanı Bilqamıs real tarixi şəxs və güclü-qüdrətli hökmdar olmuşdur. Allahlar

onu məhv etmək qərarına gəlirlər və onun gücünə bərabər Enkidunu yaradırlar.

Bilqamıs bundan xəbər tutur və başa düşür ki, Enkidu ilə açıq döyüşə girsə, ona

məğlub ola bilər. O, hiyləyə əl atır və öz sarayının ən gözəl qadınlarından birini onun

yanına göndərir. Qadına aşiq olan Enkidu Allahlarla əlaqəsini itir. Bundan sonra

Bilqamıs onu açıq döyüşə çağırır və məğlub edir. Lakin onu öldürmür, Enkiduya

dostluq təklif edir. Enkidu da onun dostluğunu qəbul edir. Bu hadisə təbii ki,

Allahların xoşuna gəlmir və onlar Enkidunu öldürürlər.

Yaxın dostunu itirdikdən sonra Bilqamıs özünün də əvvəl-axır ölümə düçar

olacağını dərk edir və ölməzlik, əbədi həyat əldə etmək üçün müdrik Utnapiştin

yanına gedir. Utnapişt onu başa salır ki, əbədi həyat əldə etmək mümkün deyil. Lakin

vaxtı ilə allahlardan ölməzlik alan Utnapişt Bilqamısa dənizin dibindəki “ölməzlik

otunun” yerini deyil. Bilqmıs çox böyök çətinliklə özü və xalqı üçün o otu əldə etsə

də, yolda kiçik bir kölün yanında dincəldiyi zaman ilan ondan otu oğurlayır. Bundan

sonra o, başa düşür ki, əbədi həyat yoxdur. “Ölməzlik” statusuna insan yalnız öz

əməlləri, fəaliyyəti sayəsində ucala bilər.

4. Qədim Hind fəlsəfəsi.

Hindistanda fəlsəfənin meydana gəlməsi təxminən e.ə. I minilliyin ortalarına

təsadüf edir. Qədim Hind cəmiyyəti o dövrdə 4 qrupa bölünürdü: rahiblər, hərbi

aristokratiya, mülkədarlar, sənətkarlar, tacirlər və bütün bu təbəqələrə tabe olan aşağı

təbəqə. Dünya, insan, əxlaq haqqında bir sıra fəlsəfi fikirlər Qədim Hind ədəbiyyatı

abidəsi olan Vedalarda cəmlənmişdir. Vedalar 4 hissədən ibarətdir. Onlardan ən

qədimi Samhitlərdir. Qalan 3 hissə isə samhitlərə yazılan şərhlərdir.

Qədim Hind fəlsəfəsi əsasən 2 istiqamətdə - ortodoksal (Vedaları qəbul edən)

və qeyri-ortodoksal (Vedaları qəbul etməyən) istiqamətdə inkişaf etmişdir.

Məktəblərin çoxu ortodoksal, yəni dini-idealist məktəblər idi: vendanta, mimansa,

Page 30: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

30

yoqa, nyaya, sankhiya, vayşeşika. Qeyri-ortodoksal məktəblərin dini-etik

formalarında kortəbii materialist ideyalar təzahür edirdi: caynizm, buddizm, lokayata-

çarvaka.

Mimansa fəlsəfi məktəbinin əsas məqsədi insanları idrak və məntiq məsələ-

lərinə, Veda ayinlərinin öyrənilməsinə yönəltməkdən ibarətdir. Bu təlimə əsasən bilik

əldə etməyin əsas mənbəyi hissi qavrayışdır. Qavrayışın mənbələri isə real obyektlər-

in əlamətləridir.

Dini-idealist Vendanta təlimində Allahla ruh arasındakı münasibət araşdırılır.

Burada bir tərəfdən belə hesab edilirdi ki, ruh və Allah tamamilə fərqli anlayışlardır.

Digər tərəfdən isə belə bir fikir irəli sürülürdü ki, bu iki anlayış vəhdət təşkil edir.

Birinci təlimi Madhva, ikinci təlimi isə Şankara müdafiə edirdi. Vendantaya görə öz

bədəni ilə əlaqədar olan ruh azad deyil, ona görə də o hissi qənaət (ləzzət) tələb edir

və başqa-başqa şəklə düşür. Qəlbi qul vəziyyətində saxlayan biliksizlik üzərində

qələbəyə yalnız vendantanı öyrənməklə nail olmaq olar.

Yoqa (hərfi mənası birləşmək deməkdir. Banisi Patancalidir (e.ə.I əsr)

təlimində Allaha məhəbbət və daima onun haqqında düşünmək ideyası əsas götürülür.

Yoqaya görə əsas yol fərdi ruhun müəyyən məşqlər sistemi nəticəsində Allahla

birləşməsi yoludur. Bu vaxt insan ekstaza, cuşa gəlmə səviyyəsinə çatır və ətraf aləm

onun üçün sanki yox olur. Bütün bu ideyalar Patancalinin “Yoqa-Sutra” əsərində

ifadə edilir. Yoqanın növləri: Ciyana-yoqa (idrak yoqası). Bu təlimə əsasən əzabdan

xilas olmaq üçün dünyanın xülya olmasını dərk etmək kifayətdir; Raca-yoqa – özünü

təkmilləşdirmək texnikasını öyrədir; Bhaqdi-yoqa - əzabdan xilas olmaq prinsindən

irəli gəlir; Karma-yoqa – xeyirxahlığı təbliğ edir.

Qədim Hind ortodoksal sistemlərindən biri də təxminən e.ə.VI-V əsrlərdə

meydana gəlmiş Vayşeşika fəlsəfi təlimidir. Banisi müdrik Kanada olmuşdur. Bu

təlimə görə dünyadakı hər bir hadisənin maddi daşıyıcısı var. O su, torpaq, hava, od,

zaman və məkandan ibarətdir. Bütün fiziki aləm bu ünsürlırdın yaranıb. Bütün kişik

hissəciklər (anular) əbədidirsə, deməli onlar yaranmayan və bölünməyəndir, onlardan

Page 31: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

31

əmələ gələn obyektlər isə keçici, dəyişkən və müvəqqətidir. Allah obyektiv aləmin

yaradıcısıdır. Lakin o bunu heçdın deyil, əbədi mövcud olan məkan, zaman, efir, ağıl

və ruhdan (anulardan) yaratmışdır.

Nyaya fəlsəfəsinin əsasını məntiq və sillogizm məsələləri təşkil edir. Bu təlimin

banisi müdrik Houtama hesab olunur. Onlar idrakın mənbəyi və metodu məsələlərini

araşdırarkən qeyd edirdilər, həqiqi biliyə qavrayış, məntiqi nəticə və ya sübut və

müqayisə vasitəsilə çatmaq olar. Qavrayış duyğu orqanlarından asılı olub, hər hansı

əşya haqqında bilavasitə bilik əldə etməyə xidmət edir.

Buddizm (e.ə.VI-V) həm fəlsəfi məktəb, həm də dünyəvi dinlərdən biridir.

Banisi Haytama nəslindən olan Hind çarının oğlu Siddiharthadır. Buddizm təlimi 4

əsas həqiqətdən ibarətdir:

1. Həyat iztirabdır (doğulma, qocalıq, xəstəlik, ölüm, ayrılıq, arzu olunanı əldə

edə bilməmək iztirabdır);

2. Həqiqət iztirabın yaranmasının səbəbidir. Bu yeni canlının doğulmasına

səbəb olan həyata, mövcudata, məhv olmağa məhəbbətdir;

3. İnsanlar təkrar-təkrar iztirablara qayıdırlar. Əgər bu belədirsə, onda

iztirabdan azad olmaq olar;

4. İztirabdan azad olmağın yolları (düzgün davranış, düzgün həyat tərzi,

düzgün nitq, fikrin düzgün istiqaməti, diqqəti cəmləşdirmək, oğurluqdan uzaq olmaq,

düzgün güc, yəni, mənfi təsir altına düşməmək, soyuqqanlıq).

Buddizm etikasına əsasən əzabdan, iztirabdan o dünyada deyil, yalnız bu

dünyada azad olmaq olar. Buddizmdə iztirabdan azad olmaq nirvana (yoxa çıxmaq,

sönmək deməkdir) adlanır. Nirvana dedikdə, onlar soyuqqanlıq vəziyyətini, ağrı,

kədər gətirən hər bir şeydən azad olmağı, xarici aləmdən, həmçinin fikirlər aləmindən

uzaq olmağı nəzərdə tuturdular.

Qədim Hind fəlsəfəsində materialist meyilli fəlsəfi məktəblərdən biri də

Lakoyata-Çarvakadır. Bəzi mənbələrdə bu məktəbin banisi Lakoyata, bəzilərində isə

Çarvaka kimi qeyd olunur. Ona görə də fəlsəfi ədəbiyyatda bu təlim Lakoyata-

Page 32: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

32

Çarvaka kimi qeyd edilir. Bu məktəbin nümayəndələrinin fikrincə, yalnız bilavasitə

qavranılan şeylər mövcuddur, həqiqət qavrayış vasitəsilə əldə edilən bilikdir.

Qavranılmayan mövcud deyildir. Maddi olan hər bir şey gerçəkdir. Hər şeyin əsasında

4 ünsür – torpaq, hava, od, su durur və bu ünsürlər əbədidir. Yalnız bu dünya

mövcuddur, nə cənnət, nə də cəhənnəm yoxdur. Din ağılsız uydurmadır, zəkanın

xəstəliyidir.

Qədim Hindistanın materialist meyilli fəlsəfi məktəblərdən biri də Caynizmdir.

Sözün kökü olan “cina” qalib mənasını kəsb edir. Bu təlim Parşva və Mahavir

tərəfindən yaradılmışdır. Caynizmin tərəfdarları əsasən 5 əhdi-peymana xidmət

etmişlər. Parşva tərəfindən yaradılmış icmaya kişilər və qadınlar qəbul edilirdilər ki,

onlar da “dünyəvilərə” və asketlərə (tərki-dünyalıq) ayrılırdılar. Parşvanın tərəfdarları

4 əhdi-peymanı qəbul edirdilər. Onlar sağlamlığa, düzgünlüyə, oğurluq etməməyə və

tərki-dünyalığa riayət edirdilər. Mahavir tərəfdarları bunlara ismət əhdi-peymanını da

əlavə etmişlər. Caynistlər dünyanı canlı və cansız təbiətə bölürlər. Cansız (adjiva)

təbiət atomlardan (anu) ibarət olan materiya (pudqala) təşkil edir ki, bu da birləşmək,

parçalanmaq qabiliyyətinə malikdir. Məkan, zaman, mühit və hərəkət xassələri olan

şeylərdir. Onların fikrincə, torpaq da canlıdır. Hava, su, torpaq və od lamisə

hissiyyatına, quşlar, heyvanlar, insanlar isə beş hissetmə üzvlərinə malikdirlər.

5. Qədim Çin fəlsəfəsi.

Qədim Çində hələ e.ə.VIII-VI əsrlərdə yaranmağa başlayan ilk quldarlıq

cəmiyyətində əsasən iki təmayül hökm sürürdü: mühafizəkar və tərəqqipərvər. Həmin

dövrdə bir sıra təbiət elmlər: astronomiya, riyaziyyat, təbabət, biologiya və b. bu kimi

bilik sahələri yaranmağa və inkişaf etməyə başlamışdır. Çinlilər Ay-Günəş təqvimini

yaratmış, e.ə.IV əsrdə dünyada ilk ulduz kataloqunu tərtib etmişlər. Hələ o dövrdə çin

alimləri həndəsə sahəsində bir sıra mühüm kəşflər etmişlər. Qədim Çin tibb kitabı

“Nay-Tezin” dünya tibb tarixinin incilərindən biri hesab edilir.

Page 33: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

33

Bu dövrdə Çində fəlsəfi fikir kortəbii materializm və idealizm istiqamətində

inkişaf edirdi. Burada e.ə.I əsrdə metal, ağac, su, od və torpaq kimi 5 ilk element

haqqında əks başlanğıclar (in və yan), təbii yol (dao) və s. haqqında ideyalar

yayılmağa başlamışdır. Qədim Çin fəlsəfəsinin yaranması və inkişafı 5 kitabın adı ilə

bağlıdır: “Mahnılar kitabı”, “Tarix kitabı”, “Adətlər kitabı”, “Dəyişikliklər kitabı”,

“Çun-Cyu” salnaməsi.

Qədim Çində 6 əsas müstəqil fəlsəfi məktəblər mövcud olub:

1. Konfusilik məktəbi;

2. Moizm məktəbi;

3. Daosizm;

4. Qanun məktəbi;

5.Naturfəlsəfi məktəb;

6. Adlar məktəbi.

Konfusilik. Məktəbin banisi Konfusi e.ə.551-479-cu illərdə yaşamışdır. Bu

məktəb əsasən etik-siyasi istiqamətdə inkişaf etmişdir. Əsas anlayışları “qarşılıqlı

məhəbbət”, “qızıl mərkəz”, “insana sevgi”dir. Bütün bunlar doğru yolu (dao) təşkil

edirlər. İnsana məhəbbətin, humanizmin əsası valideynlərə ehtiram və böyük

qardaşlara hörmətdir. “Qızıl mərkəz” dedikdə, insanın öz davranışında səbrsizlik və

ehtiyat arasında orta mövqe tutması nəzərdə tutulur. Çünki insanlar həddindən artıq

səbrsiz, ya da həddindən artıq ehtiyatlı olurlar.

“Qarşılıqlı məhəbbət” anlayışına gəldikdə isə Konfusinin fikrincə, özünə rəva

bilmədiyini başqasına etmə. Bu prinsip konfusiliyin əsasını təşkil edir. Filosofun

fikrincə, insanlar təbiətlərinə görə bir-birilərinə yaxındırlar, onları bir-birindən

fərqləndirən tərbiyələri, əxlaqlarıdır.

Konfusiyə görə dövlət başında yalnız müdrik adamlar durmalıdır. Onların əsas

vəzifəsi ondan ibarətdir ki, tabeliklərində olanlara nümunə olmaqla onları tərbiyə

etsinlər. Onun fəlsəfi fikrinin davamçısı olan Men-Tezının fikrincə, insan həyatı ilahi

iradəyə tabedir, bu da müdrik hökmdarda təzahür edir. İnsan anadan olanda rəhimli və

Page 34: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

34

mərhəmətli olur. Ona 4 keyfiyyət aiddir: əzab, utanmaq, ciddilik və doğrunu yalandan

seçmək. Lakin cəmiyyətin mənfi təsiri nəticəsində bəzən bu keyfiyyətlər itir. O,

həmçinin qeyd edir ki, bilik anadangəlmədir. İnsan anadan olanda bilik olan ilahi

“hüdudsuz ruh” tərəfindən verilir. O, bu biliyin köməyi ilə həyatın bütün suallarına

cavab verməli, düçar olduğu bədbəxtliklərin səbəbini müəyyən etməli və cəmiyyətdə

baş verən ədalətsizliklərlə barışmalıdır. İnsan onu sıxışdıranlara nifrət etməmlidir.

Bununla o, insanları dözümlü və mərhəmətli olmağa çağırırdı.

Daosizm. Konfusi məktəbinin tam əksi olaraq, bu təlimin nümayəndələri belə

hesab edirdilər ki, insanların və təbiətin həyatı “səmanın iradəsi” ilə deyil, “dao”

tərəfindən müəyyən edilmiş təbii yolla inkişaf edir. Dao (təbiət) hava ilə birlikdə

dünyanın əsasını təşkil edir.

Bu təlimə əsasən dünyada hər şey hərəkətdə və dəyişmədədir. Yəni, nəticədə

hər bir şey özünün əksinə çevrilir. Elə buna görə də ədalət son anda qələbə çalır. İnsan

hadisələrin təbii inkişafına mane olmamalıdır. Əgər kimsə bu gedişi dəyişməyə və

onu özünün şəxsi maraqlarına tabe etməyə çalışarsa, onda o şəxs mütləq

müvəffəqiyyətsizliyə uğrayacaq.

Bu təlimin tərəfdarlarının fikrincə, suda mövcud olan kiçik hissəciklərdən əvvəl

heyvanlar, heyvanlardan isə insanlar əmələ gəlmişdir. Ətraf aləmdəki bütün cisimlər

çi (hava) adlanan ilk başlanğıcdan yaranmışdır. Onlar insanın təfəkkürünü “əşyalar

çoxluğunun güzgüsü” kimi qəbul edirdilər. Həmçinin bildirirdilər ki, hər şey

hərəkətdə və dəyişmədə olduğu üçün insan heç vaxt onlar haqqında dəqiq təsəvvürə

malik ola bilməz.

Daosizm təliminin nümayəndələrindən biri olan Jan-Çjunun fikrincə, insan

başqa canlılardan yalnız ağlı ilə fərqlənir. İnsanın ruhu onun bədənindən ayrı mövcud

olan bilməz. Ölümdən sonra ruh da yoxa çıxır. Bu təlimin digər nümayəndəsi olan

Sun-Tezyan bildirir ki, çi (hava, efir) adlı maddi substansiyanın iki növü var: “incə”

və “kobud” çi. “İncə” çi-dən insanın ruhu, “kobud” çi-dən isə onun bədəni yaranır.

İnsanın orqanizmində əsas rolu “incə” çi oynayır. Çünki insanın zehni qabiliyyəti

Page 35: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

35

məhz “incə” çi-dən asılıdır. Deməli, müdriklik insana ilahi tərəfindən verilmir, o

“incə” çi-nin təzahürüdür.

Moizm. Qədim Çində mövcud olan nüfuzlu fəlsəfi məktəblərdən biri də Mo-Di

(e.ə.479-400) tərəfindən yaradılmış moizmdir. Moizm kainatın əsasını səma hesab

edir və konfusilikdən fərqli olaraq, tale, alın yazısı anlayışını qəbul etmir. Onların

fikrincə, insanın taleyi yalnız onun ilahi iradədə təzahür edən “ümumi məhəbbət”

prinsipinə riayət etməsindən asılı olaraq, onu ya cəzalandırır, ya da mükafatlandırır.

Səma istəmir ki, güclü zəifi sığışdırsın, əksinə arzu edir ki, insanlar bir-birinə kömək

etsinlər, güclü zəifə əl uzatsın və hər bir şey onlar arasında ədalətlə bölünsün.

Moizm məktəbinin nümayəndələri idrak nəzəriyyəsinin bəzi məsələlərini mate-

rialist mövqedən çıxış edərək izah etmişlər. Onların fikrincə, idrakın üç şərti var:

1. İnsanın hiss üzvləri;

2. Hiss üzvləri üçün obyekt olan xarici cisimlər;

3. Hiss üzvləri ilə xarici cisimlərin təması.

Hiss üzvləri xarici cisimlərlə təmasda olduqda duyğu meydana gəlir. Lakin

duyğu idrakın başlanğıcıdır. Duyğu ancaq düşüncə ilə dərk edilə bilər. Yalnız bu yolla

cisimləri dərindən dərk etmək mümkündür.

Moistlərə görə bilik həqiqi və yalan ola bilər. Həqiqi bilik o vaxt olur ki,

“adlar” (məfhumlar) gerçəkliyə uyğun olsun. Faktlara uyğun olmayan məfhumlar isə

yalan biliklərdir. Onlar bilik əldə etməkdə praktikaya geniş yer verirdilər.

6. Qədim Azərbaycanda fəlsəfi fikir.

Qədim Azərbaycanda geniş yayılmış fəlsəfi cərəyanlar aşağıdakılardır:

1. Zərdüştilik

2. Zərvanilik

3. Manilik

4. Məzdəkilik

5. Xürrəmilik.

Page 36: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

36

Qədim Azərbaycanda dini-fəlsəfi fikirlər hələ e.ə.VII əsrdə zərdüştilikdə

mövcud olmuşdur. Zərdüştilik bir çox dünya dinlərinə, mədəniyyətlərinə təsir

etmiş, dünya fəlsəfi fikir tarixinin inkişafında mühüm rol oynamışdır. Zərdüşt

(Zaratuştra) Avestada Zərdüştilik dininin banisi və peyğəmbəri hesab olunur. O,

real tarixi şəxsiyyətdir. Zərdüşt bütün mənbələrdə demək olar ki, kamil insan

simvolu kimi tanınmışdır. Zərdüştin «kamil insan» obrazının təməlini ləyaqət,

vicdan və s. bu kimi yüksək əxlaqi dəyərlər təşkil edir.

Zərdüştiliyin müqəddəs kitabı Avestadır. Avesta (Qanun) Vendidad, Yasna

və Vispered adlı 3 kitabdan ibarətdir. Zərdüşt Avestada bu dinin banisi və

peyğəmbəri hesab olunur. Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl ifadələri

zərdüştilik etikasının əsasını təşkil edir və mənəvi paklığa, ülviliyə çağırışdır.

Avestanın əsas fəlsəfi ideyası ondan ibarətdir ki, dünyada bir-birinə zidd

olan iki qüvvə arasında daima mübarizə gedir. Yəni fiziki aləmdə işıq və qaranlıq

arasında, üzvi mühitdə həyat və ölüm arasında, ictimai həyatda ədalət və

haqsızlıq arasında, dini mühitdə Hörmüzlə Əhriman arasındakı mübarizə

əbədidir. Buradan belə bir nəticə çıxarmaq olar ki, əcdadlarımızın “Avesta”da

söylədikləri əsas fəlsəfi ideya – bütün hadisələrdə və predmetlərdə əksliklərin

vəhdəti kimi özünü büruzə verir.

Zərdüştiliyə əsasən xeyir qüvvə Hörmüz (Ahura-Mazda) sonda şər qüvvə

Əhriman (Anhra-Manyuya) üzərində qələbə çalacaq və şər həmişəlik yox olacaq.

İnsan öz xeyir işləri ilə Hörmüzün qələbəsinə kömək, bəd əməlləri ilə isə

Əhrimanın gücünü daha da artıra bilər. Xeyirxahlıq ruhu – yaradıcı, bədxahlıq

ruhu isə dağıdıcı xarakter daşıyır.

Qədim Azərbaycanda zərdüştiliklə yanaşı zərvanilik adlı fəlsəfi cərəyan da

yayılmışdı. Zərvaniliyə əsasən işıq və qaranlıq kimi iki zidd mahiyyətlə yanaşı,

dünyada bütün mövcudatın əsası olan zərvan (zaman) adlanan vahid ilkin

başlanğıc da vardır. Bu fəlsəfi təlimin tərəfdarları “sonsuz zamanı” bir -biri ilə

düşmənçilik edən ekiz oğlanlar – xeyirxah ruh Hörmüz və bədxah ruh Əhrimanın

Page 37: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

37

ulu babası, zaman və tale allahını bütün varlığın ilkin səbəbi hesab etmişlər.

Zərdüştiliyin dualist sistemindən fərqli olaraq, zərvanilər sonsuz zamanı ilkin

başlanğıc və ilahi varlıq kimi qəbul edirdilər. Zərvaniliyin tərəfdarları tərəfindən

zamanın ilahiləşdirilməsi heç də dini deyil, daha çox mifoloji-fəlsəfi xarakter

kəsb edirdi.

Əcdadlarımızın bu mifoloji-fəlsəfi düşüncə tərzi xalq yaradıcılığı

nümunələri olan atalar sözü və tapmacalarda da öz əksini tapmışdır. Məsələn,

tapmacaların birində deyilir:

Babamın bir çuxası var, on iki cibi,

Cibin hər küncündə otuz düymə,

Hər düymənin bir üzü ağ, o biri üzü qara.

Göründüyü kimi, burada kainat babaya bənzədilir. Tapmacada on iki cib ilin on

iki ayına, otuz düymə ayın 30 gününə, hər düymənin ağ və qara üzü isə gündüz və

gecəyə işarədir. Bu misalda xalq təqvimi, vaxtı (gecə-gündüzü), ayları baba ilə

bağlayır. Çox güman ki, bu baba ulu babadır, ona görə də gecə-gündüz ona

məxsusdur.

Manilik dini-fəlsəfi cərəyanı III əsrdə İranda və Orta Asiya ölkələrində, eləcə

də Azərbaycanda geniş yayılmışdır. Zərdüştilik, xristianlıq və buddizmin ayrı-ayrı

ünsürlərini eklektik surətdə özündə cəmləşdirən bu təlim rəsmi olaraq zərdüştiliyə

qarşı yönəlmişdir. Odur ki, zərdüştilik maniliyi küfr (kafirlik, dinsizlik) hesab edirdi.

Bu fəlsəfi cərəyanın banisi Manidir.

Mani öz dinini yeganə düzgün din hesab edirdi. Onun fikrincə, zərdüştilik,

xristianlıq və budduzm düzgün dinlərdir, lakin insanlar bu dinləri düzgün başa

düşmədiklərindən onları təhrif etmişlər, onun vəzifəsi isə əsl dini bərpa etməkdir.

Guya elə Mani özü də bu dünyaya məhz bu məqsəd ilə göndərilib ki, bütün

dinləri birləşdirib vahid, ümumi bir din yaratsın. Mani özünü «həqiqət allahının

elçisi» sayırdı. 243-cü ildə İran şahənşahı Şapur tacqoyma mərasimi zamanı öz

sarayında Manini yeni dinin peyğəmbəri kimi qəbul etmişdir.

Page 38: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

38

Manilik təlimi zərdüştilik kimi olduqca dualist bir təlim idi. Lakin

zərdüştilikdən fərqli olaraq, Mani şəri xeyir ilə birgə ilkin başlanğıc kimi qəbul

edirdi. O, iki başlanğıcın, yəni Xeyir və Şərin, Nur və Zülmətin mübarizəsində

Xeyirin (Nurun) Şər (Zülmət) üzərindəki qələbəsini inkar edirdi. Mani dünyaya

şərin tam təcəssümü kimi baxırdı. O, belə hesab edirdi ki, insan dünya işlərindən

imtina etsə, həyatını tərki dünyalıqla, ismətlə keçirsə daha yaxşı olar. Yalnız belə

olduğu halda insanın ruhu səmalara ucala bilər.

Manilik təliminə əsasən Allah dünyada şəri yaratmamışdır, onda dünyanı da

o yaratmayıb, çünki dünya (materiya) şərdir. Deməli, materiya Allahdan asılı

olmayaraq mövcuddur, insan isə “materiya ilə yüksəkdə duran nurun qarışığıdır”.

Nurun hissəciklərinin azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq

mümkündür.

Məzdəkilik - V əsrin sonunda İranda yaranmış, sonralar Azərbaycanda, bir

sıra qonşu ölkələrdə geniş yayılmış dini-fəlsəfi və sosial təlim idi. Manilikdə

mövcud olan dualizm prinsipi, İşıq və Qaranlığın mübarizəsi ideyası

məzdəkilikdə də əsas götürülürdü. Məzdək öyrədirdi ki, “dünyadakı proseslərin

gedişatının əsasında xeyirlə şərin mübarizəsi durur. Bu mübarizə təbiətdə (əsas üç

element – su, torpaq və od bir-biri ilə qarışaraq müsbət və mənfi hadisələrə səbəb

olur) və ictimai həyatda özünü büruzə verir”. Manilikdən fərqli olaraq,

məzdəkilik təliminin tərəfdarları belə hesab edirdilər ki, İşıq (Xeyir) səltənətinin

fəaliyyəti ədalətli, ağıllı, məqsədə doğru yönəlmişdir, Qaranlıq (Şər) səltənətinin

hərəkəti isə təsadüfi və xaotikdir. Məzdəkiliyə əsasən Xeyirin Şər üzərində

qələbəsi uzaq keçmişdə deyil, “hazırki həyatda” baş verməlidir. Bu təlimdə

insanları qarşılıqlı maddi köməyə, bərabərliyə, əmlak ümumiliyinə çağıran sosial-

etik görüşlər mühüm yer tutur.

Page 39: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

39

MÖVZU - 3.

QƏDİM YUNAN VƏ ROMA FƏLSƏFƏSİ

1. Yunan və Roma fəlsəfəsinin formalaşmasında Qədim Şərq fəlsəfəsinin rolu.

2. Sokrataqədərki fəlsəfə.

3. Klassik dövrün fəlsəfəsi.

4. Ellinizm dövrünün fəlsəfəsi.

5. Roma mərhələsi.

1. Yunan və Roma fəlsəfəsinin formalaşmasında Qədim Şərq fəlsəfəsinin rolu.

Qədim fəlsəfənin inkişafının əsas mərhələləri:

1.Sokrataqədərki mərhələ - e.ə. VII əsrdən – e.ə. V əsrə kimi

2.Klassik mərhələ - e.ə.V əsrin ortalarından e.ə. IV əsrə kimi

3.Ellinizm dövrünün fəlsəfəsi – e.ə.IV əsrin ortalarından e.ə.III əsrə kimi

4.Roma mərhələsi – e.ə.I əsrdən – eramızın V-VI əsrlərinə qədər.

Antik Yunan və Roma fəlsəfəsinin formalaşmasında Qədim Şərqin böyük təsiri

olmuşdur. Belə ki, Şərq ölkələrində riyaziyyat, həndəsə, astronomiya, coğrafiya kimi

elmlərin inkişafı Antik Dövr fəlsəfəsinin inkişafına öz töhfəsini vermişdir. Lakin bəzi

tədqiqatçılar, xüsusilə də Qərbdə geniş yayılmış avropasentrizmin nümayəndələri bu

fikri inkar edir, Şərqdə fəlsəfi fikrin yaranması və inkişafının mümkün olmadığını

iddia edirlər. Avropasentristlərin mövqeyi təkcə fəlsəfə ilə bağlı deyil, həmçinin digər

bilik sahələrinə, o cümlədən elmə, ədəbiyyata, incəsənətə və bütövlükdə sivilizasiyaya

aid edilir.

Qədim Şərqin, xüsusilə zərdüştiliyin Yunan fəlsəfəsinə təsirindən danışarkən,

Falesin, Heraklitin, Demokritin və b. fəlsəfi baxışlarını yada salmaq yerinə düşərdi.

Məsələn, Qədim Midiyalılarla yunan filosofu Falesin fəlsəfi fikirləri üst-üstə düşür.

Belə ki, onlar Falesdən öncə belə bir qənaətə gəlmişlər ki, su varlığın ilkin

Page 40: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

40

başlanğıcıdır. Hər şey sudan yaranır və sonda suya çevrilir. Bu etiraf bütün varlığın

əsasının vahid olmasına əsaslanır və özü-özlüyündə müəyyən fəlsəfi funksiyanı yerinə

yetirir. Belə ki, bu etiraf bütün varlığın əsasının vahid olmasına əsaslanır. Qədim

Yunan filosofu Fales də hər şeyin əsasını suda görürdü. Onun fikrincə, bütün

mövcudat sudan yaranıb. Dünyada hər şey suyun qatılaşması və parçalanması

nəticəsində meydana gəlir. Yəni istər üzvü və istərsə də qeyri-üzvi aləmi sudan

kənarda təsəvvür etmək mümkün deyil.

Qədim Yunan fəlsəfəsinin tanınmış nümayəndələrindən biri olan Demokrit isə

zərdüşt kahinlərindən təhsil almış və yetkinlik yaşına çatanda biliklərini

təkmilləşdirmək məqsədilə Midiyaya səyahət etmişdir. Demokrit ilə zərdüşt

kahinlərinin dünyagörüşləri arasındakı yaxınlıq hava, su, od, torpaq ünsürlərinin

qəbulu və şərhündə özünü büruzə verir. Həmçinin zərdüşt etikasının əsasını təşkil

edən xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl ifadələrini özündə cəmləşdirən

triada (üçlük) Demokrit tərəfindən də qəbul edilmişdir.

Yunan filosofu Heraklitin fəlsəfi düşüncələri ilə zərdüştilik ideyaları arasında da

bir çox oxşar cəhətlər var. Onun əxlaq nəzəriyyəsi, atəşin əbədi, ilahi bir Loqos

olması və atəşin ilkin başlanğıc kimi bütün varlıqlarda mövcudluğu fikri zərdüştiliklə

sıx bağlıdır.

Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl ifadələri zərdüştilik etikasının

əsasını təşkil edir və mənəvi paklığa, ülviliyə çağırışdır. Avestada həqiqət,

düzgünlük, ədalət hər şeydən üstün tutulur.

Qeyd etmək lazımdır ki, Aristotel “Fəlsəfə haqqında” 1-ci kitabında bildirir

ki, maqlar misirlilərdən daha qədimdirlər. Onlar iki başlanğıcı qəbul ediblər.

Xeyir qüvvə Zevs və Hörmüz, şər qüvvə isə Aid və Əhrimandır. Bununla

Hermipp (“Maqlar haqqında” kitabında), Yevdoks (“Yer ətrafından keçmə”

əsərində) və Feopomp da “Feopompun tarixi”nin 8-ci kitabında razılaşır.

Feopomp əlavə edir ki, maqların təliminə əsasən ölmüş insanlar yenidən dirilir,

Page 41: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

41

bu ancaq maqların sehri ilə mümkün olur və ölməzliyə qovuşur. Rodosslu

Yevdem də bu fikrin eynini söyləyir.

Məlumdur ki, zərdüştilik qədim yunan fəlsəfəsinə təsirini yunan fəlsəfəsinin

görkəmli nümayəndələri də inkar etmir. Belə ki, “... öz zamanının çox bilikli

midiya tayfasının kahinləri, Yunanıstanın aristokratik evlərinə müəllim kimi

dəvət olunurdular. O cümlədən, maqlar Demokritin atasının evinə dəvət

olunmuşlar. Görünür maqların elmi gənc Demokritdə maraq oyatmışdır. O, daha

yetkin yaşında biliklərini təkmilləşdirmək üçün səyahət etmiş, Midiyaya da baş

çəkmişdir. Maqların nəzəriyyələri ilə tanış olmaq üçün yunan filosofları

Anaksarx, Pirron, Pifaqor Midiyaya gəlmişlər. Platon da hazırlaşırdı maqlara baş

çəksin, lakin Asiya müharibələrinə görə bunu etmədi. Maqlar haqqında ən qədim

sivil xalqların nümayəndələrindən biri kimi yazırdılar. L.Diogenin verdiyi məlu-

mata əsasən xüsusilə, “...Aristotel qeyd edirdi ki, maqlar misirlilərdən qədimdirlər”,

“... Klark da hind brəhmənlərini maqların şagirdləri hesab edirdi”.

Qeyd etmək lazımdır ki, “Avesta” əsasən Makedoniyalı İskəndərin və

ərəblərin yürüşləri zaman böyük sınaqlara məruz qalmışdır. Müasir Avesta

Sasanilər dövründə olan Avestanın 1/5 hissəsini təşkil edir və o həmin

kitablardan əldə olunan kiçik mətn və fraqmentlərdən təşkil olunmuşdur

Bəzi alimlərin fikrincə, Makedoniyalı İskəndərin “Avesta” və onun ya-

radıcıları olan maqlara tutduğu divan barəsində də yazır: “Soqdi dilində olan

məlumatların birində Makedoniyalı İskəndər bəşər tarixinin ən ağır günahkarları

sırasındadır... Onun cinayəti ondan ibarətdir ki, o, “maqları öldürtdü”...

İskəndərin ordusu paytaxtı talan edərkən Persepolda Fratadar məbədi zərər çəkdi,

Ekbatanda (Həmədanda) Anahit məbədini isə makedoniyalılar bir neçə dəfə talan

etdilər. Hətta onlar damın gümüş lövhələri və sütunların qızıl örtülərini

qopardılar. Bəlkə də bu maddi ziyan zaman keçdikcə yerini tutsun, lakin

zərdüştilər əvəzedilməz itkiyə məruz qaldılar, çünki çoxlu müqəddəs din

xadimləri məhv edildi. O zaman bütün dini əsərləri şifahi ifa edən kahinlər dinin

Page 42: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

42

canlı kitabları idilər. Onların kütləvi məhvi çoxlu qədim əsərlərin məhvi demək

idi. Bəzi alimlərin fikrincə, İskəndər maqlara divan tutmaqla, “Avesta”nı məhv

etməklə, yəqin “Avesta”dakı dərin və zəngin fəlsəfi fikirləri dünya fəlsəfi fikir

tarixindən “silmək”, izini itirmək istəmişdir. İskəndər həmişə alimlərin, fi-

losofların əhatəsində olmuş, onlardan çox şey öyrənmişdir. O, başa düşmüşdü ki,

ona məlum olan yunan fəlsəfəsinin əsası “Avesta” ilə bağlıdır.

Makedoniyalı İskəndərdən fərqli olaraq, Kir Midiyanı məğlub etdikdən

sonra, təkcə dövləti deyil, eyni zamanda, onun mənəvi dayağı, dini-fəlsəfi kitabı

olan “Avesta”nı da zəbt edərək, onu fars dövləti, xalqı üçün istifadə etmiş və özü -

nünküləşdirmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi zərdüştilik qədim yunan fəlsəfəsinə təsir

etmişdir. Lakin dünyanın mahiyyətini, həyatın mənasını, «görünənlərdə

görünməyənləri» məntiqi yolla anlamaq tələbatından doğan fəlsəfi fikirlər,

ideyalar qədim Şərqdə yaransa da, antik Yunanıstanda klassik forma kəsb

etmişdir.

2. Sokrataqədərki fəlsəfə.

Sokrataqədərki mərhələ (Kosmosentrizm): Milet məktəbi, Heraklit, Eley

məktəbi, Pifaqor, Empedokl, Anaksaqor və Yunan atomistləri.

Milet məktəbi (Fales, Anaksimandr, Anaksimen) və onun görkəmli

nümayəndələri. Fales (e.ə.640-562) Milet məktəbinin əsasını qoymuşdur. O, hər şeyin

əsasını suda görürdü. Yəni ilkin başlanğıc kimi suyu qəbul edirdi və fikrini belə

əsaslandırırdı ki, dünyada hər şey suyun qatılaşması və parçalanması nəticəsində

meydana gəlmişdir. İstər üzvi və istərsə də qeyri-üzvi aləmi sudan kənarda təsəvvür

etmək mümkün deyildir. O, deyirdi ki, bütün heyvanların başlanğıcı spermadır,

toxumdur, o da ki, mayedir; bitkilər rütubətdən qidalanır, su ilə meyvə verirlər, susuz

məhv olurlar; günəş də, ulduzlar da suyun buxarlanmasından qidalanırlar. Deməli, hər

şey sudan yaranır. Fales belə hesab etmişdir ki, suyun özündə inkişaf imkanları vardır.

Page 43: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

43

Anaksimandr Falesin tələbəsi olmuşdur. O, dünyanın əsasınında, konkret

forması olmayan “apeyron”u substansiya (ilkin başlanğıc) kimi qəbul etmiş və onu

əbədi, sonsuz varlıq hesab etmişdir. Astronomiya ilə məşğul olan Anaksimandrın

baxışlarında heliosentrik fikirlərin rüşeymləri əks olunmuşdur. O, istinin və soyuğun

mənbəyini yerin daimi və əbədi fırlanması ilə əlaqələndirirdi. Fales və Anaksimandrın

tələbəsi olan Anaksimen havanı ilkin başlanğıc kimi qəbul edirdi. Onun fikrincə, hər

şey havadan yaranır və sonda havaya çevrilir.

Efesli Heraklitin (e.ə.540-580) fikrincə, bütün mövcudatın əbədi, maddi əsası

oddur. Bütün predmetlər, cisimlər oddan yaranır və məhv olduqdan sonra yenidən oda

çevrilirlər. Heraklit öyrədirdi ki, təbiət əbədi dəyişmə prosesindədir, hər şey axır, hər

şey dəyişir. Eyni çaya 2 dəfə girmək mümkün deyil. Kainatda hərəkətsiz heç bir şey

yoxdur. O, təbiətdəki inkişafı, dəyişməni hadisələrin öz əksliyinə keçməsi kimi başa

düşürdü. Əksliklər biri digərindən ayrılıqda mövcud olmur. Məsələn, düz əyrisiz, qara

ağsız, soyuq istisiz, böyük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz mövcud ola

bilməz. Hər cür inkişaf əksliklərin mübarizəsi vasitəsilə baş verir. Təbiət, Kainat

atəşin əbədi hərəkətinin – sönməsi və alovlanmasının məhsuludur. Bütün mövcudatın

əbədi, maddi əsası oddur. Bu od daimi hərəkətdədir. Bütün predmetlər, cisimlər oddan

yaranır və məhv olduqda yenidən oda çevrilirlər.

O, qeyd edirdi ki, dünyanın dərk olunması hiss üzvləri və təfəkkürün vasitəsilə

həyata keçirilir və idrak hissi qavrayışdan başlanır.

Heraklit bir dialektik filosof kimi hadisələrə konkret yanaşmağı tələb edirdi. O,

fikrini əsaslandırmaq üçün belə bir misal çəkmişdir: “dənizin suyu həm çox təmiz,

həm də çox çirklidir. Balıqlar üçün təmiz və içməlidir. İnsan üçün isə çirklidir, içməyə

yaramadığı üçün həm də zərərlidir. Ona görə də insan üçün yararsızdır .”

Alman filosofu F.Engels yazırdı ki, dünya haqqında bu sadədil, lakin əslində

düzgün olan həyata baxış Qədim Yunan fəlsəfəsinə xas idi və bunu ilk dəfə Heraklit

çox aydın bir şəkildə ifadə etmişdir: “hər şey mövcuddur və eyni zamanda, mövcud

Page 44: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

44

deyildir, çünki hər şey axır, hər şey dəyişir, hər şey daimi bir törəmə və yox olma

prosesindədir”.

Eley məktəbi (Ksenofan, Parmenid, Zenon) və onun görkəmli nünayəndələri.

Eley məktəbinin yaranması Ksenofan Kolofonlunun adı ilə bağlıdır. O, Allahın

varlığını inkar etmir, dünyanın idarə olunmasında onun rolunu xüsusi vurğulayırdı.

Allah dedikdə, Ksenofan səmanı nəzərdə tuturdu. Onun fikrincə, hər şey torpaqdan

yaranır, sonda torpağa çevrilir və torpağa qayıdır. O, insanın mənşəyini izah edərkən

bildirirdi ki, “biz hamımız torpaqdan və sudan doğulmuşuq”.

Parmenid Anaksimandr və Ksenofanın tələbəsi olmuş, öz fəlsəfi fikirlərini

“Təbiət haqqında” əsərində şərh etmişdir. Onun fikrincə, dünyada mövcud olan nə

varsa, hamısı varlıqdır və varlıq məkanı tamamilə doldurduğu üçün hərəkət və inkişaf

mümkün deyil. Varlıq dəyişməzdir və sükunətdədir. O, varlığın hər hansı bir qüvvə

tərəfindən yaradıldığını qəbul etmir və onun əbədiliyini təsdiqləyir. Parmenidin

fikrincə, insanda predmetlər haqqında fikir və rəy hiss üzvləri vasitəsilə yaranır,

varlığın əsl mahiyyəti isə rasional idrak vasitəsilə dərk olunur. Lakin o, yanlış olaraq,

idrakın pillələrini biri-birindən təcrid edirdi. İdrakın pillələri arasındakı vəhdəti

görmürdü.

Pifaqor (e.ə.584-500) və pifaqorçular ilk növbədə riyaziyyat və həndəsə ilə

məşğul olmuşlar. Onlar ədədləri fövqəltəbii, mistik mahiyyətə çevirmiş və

ilahiləşdirmişlər. Bütün mövcudatın mahiyyətini mücərrəd təfəkkürün məhsulu olan

ədədlərdə axtarmışlar. Pifaqorçuluq antik fəlsəfədə ilk idealist məktəb olmuşdur.

Onlar dini və əxlaqı cəmiyyəti qaydaya salmaq üçün əsas amillər saymışlar. Pifaqorun

ruhun ölməzliyi haqqında təlimi insanların tamamilə allahlara tabe edilməsi prinsipi

əsasında qurulub.

Demokrit (e.ə.460-370) Qədim Yunan fəlsəfəsinin görkəmli nümayəndələrin-

dən biridir. O, zərdüşt kahinləri, Levkipp və Anaksaqordan dərs almışdır. Aristotel,

Siseron və Plutarx kimi görkəmli alimlər onun adını hörmətlə çəkmişlər. O, kainatın

sonsuzluğu, məhvedilməzliyi, heç bir qüvvə tərəfindən yaradılmadığını, sonsuz

Page 45: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

45

dərəcədə çox olan dünyaların mövcudluğu haqqında bütöv bir fəlsəfi təlim

yaratmışdır. Demokrit dünyanı atomlardan və boşluqlardan ibarət olan əbədi, sonsuz,

tükənməz obyektiv reallıq adlandırırdı. Onun fikrincə, atomlar boşluqda hərəkət edən

zaman toqquşur və birləşirlər. Bunun nəticəsində bizi əhatə edən predmetlər yaranır

və bu hərəkət əbədidir. O, hərəkəti inkişafın əsas mənbəyi hesab edir, lakin onu

atomların məkan daxilində yer dəyişməsi kimi başa düşürdü. Demokrit biliklərin

mənbəyini hissi idrakda görür və dünyanın dərk edilməsində nəzəri təfəkkürün

əhəmiyyətini xüsusi qeyd edirdi.

Demokritə görə 2 cür qanun var idi: təbiət qanunları və insanlar tərəfindən

müəyyənləşdirilmiş qanunlar. Birincinin pozulması məhvə səbəb olur. İkinciyə riayət

etmədikdə isə insan hətta cəzasız da qala bilər. Demokrit hesab edir ki, xeyri olmayan

həzzdən imtina etmək lazımdır. Xeyir və şər nə təbiətdə olur, nə də irsən keçir.

İnsanlar tərbiyə vasitəsilə düzgün davranış seçir və xeyirlə şəri dərk edə bilirlər.

Xoşbəxtlik nə sürüyə malik olmaqda, nə qızılda, nə qüvvədə, nə də puldadır. İnsanı

xoşbəxt edən düzlük və müdriklikdir. Demokritin etikasında ailə münasibətləri,

tərbiyə problemləri, vətəndaşlara, dostlara, qohumlara münasibət məsələləri xüsusi

yer tutur.

3. Klassik dövrün fəlsəfəsi.

Klassik dövrün fəlsəfəsi: sofistlər, Sokrat, Platon, Aristotel.

Sofistlər – mübahisələr və müsahibələr zamanı əldə olunan biliklərə üstünlük

vermiş, məntiqə, natiqlik məharətinə xüsusi diqqət ayırmışlar. Sofistlərin tanınmış

nümayəndələri arasında Protaqor və Georginin adlarını xüsusi qeyd etmək lazımdır.

Georgi natiqlik mədəniyyəti, onun nəzəriyyəsi ilə məşğul olmuş, sözün dinləyicilərə

təsirinə xüsusi əhəmiyyət vermiş və nitqi insanın ən yaxşı silahı hesab etmişdir.

Protaqor “insanı hər şeyin meyarı, ölçüsü” hesab etmişdir.

Klassik dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri də Sokratdır.

Onun fəlsəfi sistemi idealizm prinsipinə əsaslanır. Sokrat dünyanı hər şeyə qadir, hər

yerdə mövcud olan ən böyük Allah tərəfindən yaradıldığını deyib. O, fəlsəfi fikir

Page 46: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

46

tarixində dönüş yaradıb. Belə ki, onun fəlsəfəsinin əsasını insan problemi təşkil edir.

Sokrat insan haqqındakı düşüncələrində xeyirxahlığı ən yüksək əxlaqi keyfiyyət kimi

səciyyələndirir.

Onun fikrincə, xeyirxah insan səbrli, qeyrətli və ədalətli olur. Xeyirxahlığa

gerçəkliyi və özünü dərk etmək qabiliyyətində olan nəcib və alicənab insan nail ola

bilər. O, dövlət başçısını gəmi kapitanı ilə müqayisə edərək bildirmişdir ki, gəmini

bilikli, təcrübəli insanlar idarə etdiyi kimi dövləti də, bu tip insanlar idarə etməlidirlər.

Sokrat aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı olub. O, gənclərin

tərbiyəsini pozmaqda, allahsızlıqda, ittiham edilərək, e.ə.399-cu ildə ölüm hökmünə

məhkum edilmiş və soyuqqanlıqla həqiqət naminə həbsxanada zəhər içərək özünü

öldürmüşdür.

Antik Yunan fəlsəfəsinin tanınmış nümayəndələrində biri də Platondur. Onun

fəlsəfi fəaliyyətinin formalaşmasında Heraklitin, pifaqorçuların və Sokratın böyük

təsiri olmuşdur. Platonun fikrincə, bizi əhatə edən, hiss üzvləri vasitəsilə dərk edilən

maddi aləm “gölgədir” və o ideyalar aləmindən yaranmışdır. İdeya birinci, maddi

aləm isə ikincidir. Maddi aləmin bütün predmetləri, təzahürləri keçicidir, meydana

gəlir, dəyişir və məhv olur. Buna görə də onları əsl mənada varlıq adlandırmaq olmaz.

İdeya isə dəyişməz, hərəkətsiz və əbədidir. O, ideyanı gerçək varlıq kimi qəbul edir və

idrakın vahid predmeti hesab edir. Platon ideyanı real predmetlərdən ayıraraq, onu

mütləqləşdirir, aprior (ilkin) varlıq hesab edirdi.

Onun idrak nəzəriyyəsi də idealizm prinsipinə əsaslanır. O, hissi və məntiqi

idrakı bir-birindən ayırır, hissini birinci, rasionalı isə 2-ci, ondan törəmə olduğunu

bildirır. Hissi idrak onun qeyri-varlıq adlandırdığı maddi aləmi öyrənir, əsl varlıq olan

ruh haqqında biliyi isə rasional idrak vasitəsi ilə əldə etmək mümkündür. Platonun

siyasətlə bağlı fəlsəfi fikirləri də çox maraqlıdır. Onun fikrincə, dövləti filosoflar idarə

etməli, əsgərlər dövlətin təhlükəsizliyini təmin etməli, sənətkarlar və əkinçilər isə

dövlət işinə qarışmamalı, istehsalla məşğul olmalıdırlar. O, aristokratiyanı münasib

Page 47: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

47

dövlət forması kimi qiymətləndirmiş, monarxiya və demokratiya dövlət formasının

əleyhinə olmuşdur.

Klassik dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri də Aristoteldir.

O, fəlsəfi fikir tarixində universal zəkaya malik olan bir şəxsiyyət kimi tanınır.

Aristotel fəlsəfi fəaliyyətinin ilkin mərhələsində Platonu və onun idealist fəlsəfi

sistemini tənqid etmiş, materiyanı obyektiv reallıq kimi qəbul edərək, materialist

mövqedən çıxış etmişdır. Lakin fəaliyyətinin sonrakı mərhələlərində Platonun ideyanı

ilahiləşdirməsi fikri ilə razılaşaraq, materiyanın passiv olduğunu və Allahı təkanverici

qüvvə, demiurq kimi qəbul etmişdir.

Aristotel qnoseologiyada hissi və məntiqi idrak arasındakı dialektik vəhdəti

görürdü. Filosof idrakı inkişafda olan bir proses kimi xarakterizə etmiş və onun aşağı

pillədən yüksək pilləyə doğru yüksəldiyini bildirmişdir. O, məntiqi elmi idrakın silahı

hesab etmiş və məntiqin nəzəri əsaslarını işləyib hazırlamışdır. Formal məntiqin

“ziddiyyət qanunu”, “üçüncünün istismarı” qanunu Aristotelin adı ilə bağlıdır.

Aristotelin dövlət və cəmiyyət haqqında fikirləri də çox maraqlıdır və onun

“Siyasət” adlı traktatında ifadə olunur. O, quldarlıq quruluşunun tərəfdarı kimi birinin

anadangəlmə qul, digərinin isə quldar olduğunu təbii hal kimi qəbul edir və bunun

əvvəlcədən müəyyən edildiyini bildirir. Aristotel quldarlıq quruluşunu ardıcıl müdafiə

etsə də, başa düşürdü ki, getdikcə bu cəmiyyətdə böhran yaranır. Ona görə də filosof

həddindən artıq varlanmanın əleyhinə çıxır, çünki bu cəmiyyətdə stabilliyi pozur.

Onun fikrincə, insan cəmiyyəti 3 sinifdən - ən çox varlılar, orta sinif, son dərəcə

kasıblardan (sənətkarlar, əlmuzdu işləyənlər) – ibarət olmalıdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu mərhələnin ən tanınmış

nümayəndələrindən biri olan Sokrat belə hesab edir ki, insanlara praktik cəhətdən

xeyri olmayan şeyləri öyrənmək əbəsdir. Əgər insanlar ulduzlarda heç bir dəyişiklik

edə bilməyəcəksə, onu öyrənməyin nə mənası? Tədqiqat real dəyişikliklərlə nəticələn-

məlidir. İnsan öz hökmünə tabe olan, dəyişdirilməsi və mükəmməlləşdirilməsi

mümkün olan obyektləri tədqiq etməlidir. Belə obyekt insanın özüdür: özünü dərk et

Page 48: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

48

ki, dəyişə biləsən. İdrakın sonsuzluğunu söyləyən Sokrat tez-tez təkrar edirdi: «Bircə

onu bilirəm ki, heç nə bilmirəm» . Xeyirxah olmaq üçün bilikli olmaq lazımdır.

Xeyirin əsil mahiyyətini anlayan insan heç vaxt pislik etməz. Fəzilətlər elm və təhsillə

əldə edildiyi üçün əxlaqın mahiyyəti intellektual inkişafdır. Platonun isə etika-

sının əsasını ideyalar və ruh haqqında təlim təşkil edir. Mənəvi keyfiyyətlərin, yəni

fəzilətlərin fitri olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları

nizama salır, yanlış tərbiyə isə insanın «qabında olanları» ya məhv edir, ya da təhrif

edir. Əxlaqın təməli, mənəviyyat nümunəsi Allahdır. «Allah hər şeyin meyarıdır».

Xeyir ideyası Platon etikasında mühüm yer tutur ki, bu da əbədi olan ideyalar

aləmində Allahın müntəzəm nəzarəti altında mövcuddur. Yer üzündə olan xeyirin

bütün növləri ali «xeyir ideyasının» yalnız surəti ola bilər ki, bu da 3 anlayışın

vəhdətindən ibarətdir: ölçü, gözəllik, həqiqət. İnsanın buna can atması əxlaqi davranış

nümunəsidir. Beləliklə, Platon hesab edirdi ki, insanın əxlaqı Allahın tabeliyindədir.

Bu dünyada ali xeyir ideyası 4 fəzilətlə əlaqədardır: 1) müdriklik; 2) mərdlik; 3)

tədbirlilik; 4) ədalət. Sonuncu, yəni ədalət əvvəlkilərin harmonik uzlaşmasıdır ki, bu

da insanın bədənində müvəqqəti sığınacaq tapmış «ideyalar aləminin» nümayəndəsi

olan ruhun hissələrinə uyğun gəlir 1) ağıl; 2) iradə; 3) hissiyat. Müdriklik ağıla,

mərdlik iradəyə, tədbirlilik hissiyata uyğun fəzilətdir. Platon «Dövlət» əsərində

dövrünün ictimai təbəqələrinin mövqeyinə uyğun əxlaq qaydalarının təsnifatını verir:

müdriklər – cəmiyyəti idarə edən filosoflar, qəhrəmanlar – vətənin keşiyində

duranlardır. Ya gərək cəmiyyətin üzvləri filosoflar səviyyəsinə yüksəlsin, ya da gərək

cəmiyyəti filosoflar idarə etsin. Platon bu fikirdə idi ki, ali əxlaqa, yəni müdriklik və

mərdliyə yalnız əslən aristokrat olanlar malikdirlər. Demosun (xalqın) əxlaqı isə

tabeçilik və ya özbaşınalıqla bağlıdır ki, bu da onu mövcud qanunqaydaya qarşı

mübarizəyə ruhlandırır. Platon qulları ümumiyyətlə insan hesab etmir və güman

edirdi ki, onlar mənəvi həyata qadir deyillər. Buna görə də diqqət mərkəzində ola

bilməzlər. Platon etik fikirlərini «Sokratın tərifi», «Qanunlar», «Dövlət», «Ziyafət»,

«Protaqor» və s. əsərlərdə ifadə etmişdir.

Page 49: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

49

4. Ellinizm dövrünün fəlsəfəsi.

Ellinizm dövründə əvvəllər Yunanıstanda sonralar isə Romada stoisizm,

skeptisizm, eklektisizm, neoplatonizm və b. fəlsəfi təlimlər geniş yayılmışdır.

Stoisizm fəlsəfi cərəyanının əsasını Zenon Kitionlu qoymuşdur. Roma

stoisizminin görkəmli nümayəndələri: Seneka, Epiktet, Mark Avrelidir. Stoiklərin

fikrincə, insanlar təbiətin tələblərinə uyğun yaşamalıdırlar. Onlar o dövrün

fəlsəfəsinin 3 tərkib hissəsini – məntiq, fizika və etikanı bir sistem şəklində

birləşdirmək istəyirdilər. Fəlsəfəni insan orqanizmi ilə müqayisə edərək, məntiqi onun

skeleti, etikanı damar sistemi, fizikanı isə ruhu adlandırırdılar. Stoiklər ontologiyada 2

əsas başlanğıcı – maddi və mənəvini birgə qəbul edirdilər. Onlar belə hesab edirdilər

ki, bu başlanğıcların birləşməsindən müxtəlif cisimlər yaranır. Stoiklərin fəlsəfəsi

panteist mahiyyət kəsb edir, idrak nəzəriyyəsində sensualist mövqedən çıxış edirdilər,

lakin əqlin rolunu da tam inkar etmirdilər.

Skeptisizm fəlsəfi təliminin əsasını Pirron qoymuşdur. Görkəmli

nümayəndələri arasında Knoslu Enisidem və Sekst Empirikin adlarını çəkmək olar.

Skeptisizm başqa fəlsəfi təlimlərdən onunla fərqlənir ki, onlar bir mahiyyəti qəbul

edir, digərini isə rədd edir. Skeptiklər isə bütün mahiyyətləri qəbul edir, eyni zamanda

onları şübhə altına alır. İdrakın həqiqiliyinə şübhə ilə yanaşırlar.

Eklektisizmin görkəmli nümayəndələri: Filon, Antiox, Mark Tuli Siseron.

Eklektiklər müxtəlif fəlsəfi sistemlərdən, bir-biri ilə üzvi surətdə bağlı olmayan fəlsəfi

fikirləri, ideyaları mexaniki surətdə birləşdirib özüməxsus bir təlim yaratmışlar. Onlar

təbiətin və cəmiyyətin dərk edilməsi problemləri ilə məşğul olan ensiklopedik zəkaya

malik insanlar idilər. 3 dövlət formasının - monarxiyanın, aristokratiyanın,

demokratiyanın kombinasiyalarından ibarət olan dövləti ən yaxşı ictimai quruluş

hesab edirdilər. Onların fikrincə, insanların təhlükəsizliyini təmin etmək,

mülkiyyətdən sərbəst istifadə olunmasına təminat vermək dövlətin əsas məqsədi

olmalıdır. Neoplatonizm (və ya yeni platonçuluq) e.ə.III əsrdə Pomada meydana

gəlmiş və eramızın V əsrinə qədər fəaliyyət göstərmişdir. Mistik fəlsəfi cərəyandır və

Page 50: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

50

bu təlim xristianlıq fəlsəfəsinin mənbələrindən biri hesab olunur. Görkəmli

nümayəndələri Ammano Sakkas və Plotindir. Onların fikrincə, hər şeyin əsasında

fövqəlhissi, fövqəltəbii ilahi prinsip durur. Varlığın bütün formaları ondan asılıdır.

Plotin bu ilahi prinsipi mütləq varlıq adlandırır və onu dərk olunmaz hesab edir. O,

mütləq varlıq dedikdə Allahı nəzərdə tuturdu. Gerçəklikdə mövcud olan hər şeyin

səbəbi bu mütləq varlıq – Allahdır. Plotinin fikrincə, ruh ilahi varlıqdan maddi varlığa

keçid anıdır. O, belə hesab edirdi ki, ruh bədənlə üzvi surətdə bağlı deyildir, o

ümumdünya ruhunun bir hissəsidir.

Ellinizm Dövrü Makedoniyalı Aleksandrın yürüşlərinin başlanmasından, onun

imperiyasının ayrı-ayrı xırda dövlətlərə parçalanmasıidan romalıların Misiri fətһ

etməsinə qədər olan dövrü əһatə edir. E.ə.IV və III əsrlərdə azad yunan nolislərinin

(dövlətlərinin) böһranı kulminasiya nöqtəsinə çatmışdı. Yunan şəһərləri əvvəlcə

Makedoniya һakimiyyətinin, sonralar isə Romanın təsirn altına düşmüşdü.

Yunanıstanın iqtisadi və siyasi çəһətdən süquta uğraması, imperiyanın ayrı-ayrı xırda

dövlətlərə parçalanması, polislərin-dövlətlərin rolunun һeçə enməsi Yunan

fəlsəfəsinin inkişafına da öz mənfi təsirini göstərdi.

Yunanıstanda obyektiv aləmin dərk edilməsinə yönəldilmiş bütün çəһdlər,

filosofların siyasi һəyatda fəal iştirakı tədricən fərdiyyətçilik, skeptisizm və

aqnostisizmlə əvəz olundu. Bir müddət sonra, fəlsəfi təfəkkürə maraq kəskin şəkildə

azaldı. Belə bir şəraitdə mistika, dini-fəlsəfi sinkretizm (bir-biri ilə uyğunlaşmayan

ziddiyyətli görüşlərin birləşdirilməsi), xristianlıq fəlsəfəsi dövrü başlandı. Bu zaman

Yunanıstanda bir neçə fəlsəfi məktəb fəaliyyət göstərirdi. Aristotel fəlsəfəsinin varisi

kimi peripatika (gəzinti zamanı fəlsəfi söһbətlərin, mübaһisələrin aparılması)

meydana gəldi və təqribən min il fəaliyyət göstərdi. Bu məktəbin nümayəndələri -

Teofrast, Evdem, Aristoksen əsasən Aristotel fəlsəfəsinin təһlili və şərһi ilə məşğul

idilər. Afinada peripatetika məktəbi ilə yanaşı, Platonun yaratdığı akademiya da

fəaliyyət göstərirdi.

Page 51: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

51

Akademiya eramızdan əvvəl I əsrdə tədricən tənəzzülə uğradı, son nəticədə

Platonun idealizmindən imtina edildi və nəһayət, Epikürün materialist təlimi meydana

gəldi. Epikür (e.ə.342-271) fəlsəfəsinin mənbəyi Demokritin atomistika təlimi idi.

Demokritin fəlsəfəsini dərindən öyrənmiş və sonralar Afinada özünün fəlsəfn

məktəbini ("Epikür bağı") yaratmışdı. O, atomist materializmin ən böyük

nümayəndəsidir. Öz müəllimi Demokrit kimi Epikür də dünyanı bölünməz

atomlardan və bunların һərəkət etdiyi boşluqdan ibarət bilirdi. Lakin Demokritdən

fərqli olaraq Epikür qeyd edirdi ki, atomlar təkçə böyüklüyünə və fomalarına görə

deyil, һabelə, ağırlıqlarına görə də fərqlənirlər. F.Engels göstərir ki, Epikür

özünəməxsus şəkildə atom çəkisini bilmiş və atomun һəcmini tə"yin etməyə cəһd

etmişdir. Epikürə görə atomlar əbədi, fasiləsiz һərəkət һalındadırlar. Hərəkət

atomların və boşluğun vəһdətinin, onların qarşılıqlı tə"sirinin nəticəsidir. Epikür

atomların һərəkətinin səbəbini öyrənməyə sə'y göstərmişdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Epikur etikanı fəlsəfənin əsas sahəsi

hesab edirdi. Onun fikrincə, etika Yer üzündə insan xoşbəxtliyinə nail olmaq

haqqında təlimdir. Xoşbəxtlik əzab və həyəcandan uzaq olan daha möhkəm və

uzunmüddətli hissdir. Həyatın məqsədi və ən ali neməti bədənin sağlamlığı, qəlbin

rahatlığı, mənəviyyatın meyarı isə hisslərdir. Əxlaqın çıxış nöqtəsi xoşbəxtlikdir.

Qədim yunan etikasında evdemonizm (latınca «xoşbəxtlik») mühüm yer tutur ki, bu

da daha çox Epikur yaradıcılığında inkişaf tapıb. Xoşbəxtliyə çatmaq təbii cəhddir.

Xoşbəxt həyatın əvvəli və axırı həzzdir. Həzz insanın ilk fitri nemətidir. Bu müddəa

Epikuru hedonistlərlə yaxınlaşdırır. Əsl xoşbəxt həyat – həyəcan və iztirabsız

həyatdır. Ona biliklə vəəxlaq normalarına riayət etməklə çatmaq olar. Əlbəttə, heç də

həmişə dərd və iztirabdan yaxa qurtarmaq mümkün deyil, hər bir həzzdə iztirab da

olur. Həzz 2 növ olur: 1) qida, yaşayış yeri, geyim və sairədən alınan maddi, fiziki

həzz; 2) bilik və dostluqdan alınan mənəvi həzz. Bunlar ağılla seçilməlidir. Xəstəlik

və iztirab gətirən fiziki həzzdən qaçmaq, sadə və xeyirli həzzə can atmaq lazımdır.

Page 52: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

52

5. Roma mərhələsi.

Qədim Romada, һələ vaxtı ilə Yunanıstanda formalaşmış 4 fəlsəfi məktəb

fəaliyyət göstərirdi: 1) stoisizm, 2) epiküreizm, 3) skeptisizm, 4) neoplatonizm. Roma

stoiszminin görkəmli nümayəndələri Seneka, Epiktet və Mark Avreli idi. Seneka (e.ə.

IV əsr) köһnə stoiklərin fikirlərini davam etdirmiş, ruһu odla һavanın birləşməsi

һesab etmiş, antik sensualizmin tərəfdarı olmuşdur. Onun fikrincə, əql öz başlaşıcını

һisslərdən götürür. Həyatda һər şey ciddi qanunauyğunluğa tabedir. Onun fəlsəfəsində

əsas yer etika problemləri tuturdu. O, təbiətlə razılaşmaq, taleyin һökmünə tabe olmaq

prinsipinə xüsusi əһəmiyyət verirdi. Seneka һəyatın mənasını mütləq mənəvi sakitliyə

nail olmaqda görürdü. Epiktet (e.o. 50-138) əvvəlcə qul olmuş, azad edildikdən sonra

ömrünü fəlsəfə elminə һəsr etmişdir. Köһnə stoiklərin davamçısı olmuş, onların

fəlsəfi təlimini populyar dildə təbliğ etmişdir. Epiktet etik problemlərə maraq göstərir,

insanın əsl maһiyyətini onun əqlində görürdü, Allaһı aləmin inkişafının mənbəyi və

һəlledici qüvvəsi һesab edirdi.

Marҝ Avreli Antoni Roma imperatoru, idealist idi. "Özünü dünya iradəsinə

(Allaһ) tabe etməyin zəruriliyi һaqqında Avrelinin fikri, onun idealizm möv-

qelərindən cıxış etdiyini göstərir. Onun fikripcə, "insan fəaliyyətinin əsas məqsədi

xeyirxaһlığa nail olmaqdan ibarətdir, insanın xeyirxaһ olub olmadığını bilmək üçün

onun daxilinə nüfuz etmək lazımdır". Romada fəaliyyət göstərən fəlsəfi təlimlərdən

biri də epikürizm idi.

Epikürizm Roma respublikasının son illərində və imperator üsul-idarəsinin

başlanğıcında geniş yayılmış vaһid materialist təlim idi. Tit Lukretsi Kar (e.ə.95-55)

epikürçülüyün ən görkəmli nümayəndəsi idi. Lukretsi "Şeylərin təbiəti һaqqında"

əsərində atomist materializmin idrak nəzəryəsini daһa da təkmilləşdirmişdir. Onun

fikrincə, idrakın məqsədi şeylərin təbiətini aşkara çıxarmaqdan və insanları mövһumat

buxovlarından, dünya һaqqında dini təsəvvürlərdən xilas etməkdən ibarətdir. Xariçi

aləmi insan biliklərinin mənbəyi һesab edən Lukretsi Demokritin və Epikürün ardınca

idrak prosesinin sadəlövһ - materialist mənzərəsini belə təsvir etmişdir: İnsanı əһatə

Page 53: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

53

edən müһitdə şeylərin sətһindən һavaya şeylərin özünə oxşar zərif surətlər, obrazlar

uçurlar. Bu obrazlar һiss üzvlərinə təsir edib insanda görmə, eşitmə, dadbilmə

duyğuları yaradırlar.

Lukretsi israr edirdi ki, duyğu bizə şeylər һaqqında doğru məlumatlar verərək

idrakımızın əsasını təşkil edir və һəqiqət һaqqında anlayışlar yaradır. Hiss üzvlərinin

verdiyi məlumatlara əsasən zəka fəaliyyət göstərir və müşaһidə olunan şeylərin və

һadisələrin һəqiqi xarakterini müəyyən edir. Əgər duyğuların verdiyi məlumatlar

doğru olmasa, onda zəkanın çıxartdığı nətiçələr də yanlış olar. Bu isə insanın, onu

əһatə edən müһitə uyğunlaşmasını və yaşamasını çətinləşdirər. Antik Romanın

müһum fəlsəfi təlimlərindən biri də skeptisizm idi. Bu tə"imin əsas nümayəndəsi

Knoslu Enisidem belə һesab edirdi ki, fəlsəfi təlimlərdəki doqmatizmi aradan

qaldırmaq üçün skeptisizmdən istifadə etmək lazımdır. Enisidemin fikrinçə, bilavasitə

duyğulara əsaslanıb reallıq һaqqında һeç bir müһakimə yürütmək olmaz.

Skeptisizmin digər nümayəndələrindən Sekst Empirikin adını çəkmək olar.

Sekst Allaһın da adını şubһə altına alırdı, o, sübüt etməyə çalışırdı ki, skeptisizm çox

orijinal bir təlimdir, onu başqa təlimlərlə qarışdırmaq olmaz. Empirik deyirdi ki,

skeptisizm başqa fəlsəfi təlimlərdən onunla fərqlənir ki, bu fəlsəfi təlimlər bir

maһiyyəti qəbul edir, digərini isə rədd edir. Skeptik isə bütün maһiyyətləri qəbul edir,

eyni zamanada, onları şübһə altına alır.

İlk Roma filosofu sayılan Siseron fəlsəfi biliklərin yayılmasına çalışaraq

etikada stoisizmə meyl edir. Parlaq üsluba malik olmasına baxmayaraq, etikası heç bir

orijinallığı ilə fərqlənmədiyi üçün Siseronun etik baxışları əks olunmuş əsərlərinin

yalnız adlarını çəkməklə kifayətlənək: «Tuskulan söhbətləri», «Ali nemət və şər

haqqında», «Borc haqqında».

Epikürun davamçısı Lukretsi Kar «Şeylərin təbiəti haqqında» poemasında

Epikürun etika və naturfəlsəfəsinə yenidən qayıdır. Varlı romalı olan Seneka siyasi

xadim, yazıçı, filosof idi. İlk növbədə əxlaq müəllimi kimi tanınan Senekanın şeirləri,

pyesləri və pamfletləri içərisində «Qəzəb haqqında», «Mərhəmət haqqında»,

Page 54: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

54

«Xoşbəxt həyat haqqında» və s. traktatları, «Lusiliyə məktubları» vardır ki, bunlarda

müəllifin etik təlimi daha çox özünü büruzə verir. Antoninlər sülaləsinin imperatoru,

roma stoisizminin son nümayəndəsi Mark Avreli əxlaq müəllimi olmağa çalışmasa

da, filosofluq edərək qısa qeydlər yazırdı ki, bunlar da onun ölümündən sonra işıq üzü

gördü. «Özümə qarşı düşüncələr» adlı şəxsi gündəliyində müəllif həyat, onun

yaranması, insanın mövqeyi barədə fikirlər yürüdürdü.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, antik etiklər belə hesab edirdilər ki,

insanın fəaliyyətinin məqsədi xeyir və mənfəət əldə etmək, həzz almaq və xoşbəxtliyə

çatmaqdır, lakin bununla belə, insan öz keyfinin əsiri olmamalıdır, hər şeydə ölçü

gözləməlidir. Xatırladaq ki, stoisizm (yunanca portik – «binaya yapışıq sütunlu

eyvan» sözündən olub, stoiklərin yığıldığı yeri bildirir) e.ə. IV əsrdə Kitionlu Zenon

(e.ə.336-264) tərəfindən yaradılıb. Stoiklərin fikrincə, insan müdrik və əxlaqlı olmaq

üçün daim özünü tərbiyə etməlidir. Buna görə də fəzilət həzzlə deyil, kamilləşmə ilə

əlaqədardır. Yalnız insanın mənəvi kamilliyi ətrafdakı mənəviyyatsızlığa müqavimət

göstərə bilər. Mənəviyyatın zirvəsi ehtiraslara etinasız olmaqdır, çünki hiss və

ehtiraslara, hətta xoşniyyətli hiss və ehtiraslara tabe olmaq zəiflik əlamətidir. Əsl

xoşbəxtliyin həzzlə əlaqəsi yoxdur, var-dövlət, şöhrət və digər nemətlərin səbəbi

taledir. Mədəniyyətin zirvəsi insanın onsuz da dəyişə bilməyəcəyi hadisələrə mane

olmamaqdır. Stoisizmin son Roma dövrü – Seneka, Epiktet, Mark Avrelinin adları ilə

bağlıdır. Onların fikrincə, insan daim öz borcunu yerinə yetirməlidir. Əxlaqın əsas

anlayışları borc, xeyir, şər və s. daimi tələblər olub, insanın taleyi ilə əlaqədardır.

Borcu yerinə yetirmək özü xoşbəxtlikdir.

Antik fəlsəfə bəşəriyyətin fəlsəfi fikir tarixində xüsusi rol oynamışdır. Şərq

fəlsəfəsi ilə onun arasında varislik əlaqələri olmuşdur. Antik fəlsəfənin səciyyəvi

xüsusiyyəti təbiətin, kosmosun, bütünlükdə kainatın mahiyyətini dərk etməyə meyl

göstərməsindən ibarətdir. Burada dünya fəlsəfəsinin əsas problemləri özünün geniş

əksini tapmışdır.

Page 55: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

55

MÖVZU – 4.

ORTA ƏSRLƏR ŞƏRQ FƏLSƏFƏSİ

1. Islam Şərqində fəlsəfi fikrin xüsusiyyətləri.

2. İslam peripatetizmi.

3. İslam neoplatonizmi.

4. İslam panteizmi.

5. Sufilik dini-fəlsəfi cərəyanı.

6. Hürufilik dini-fəlsəfi cərəyanı.

7. İşraqilik fəlsəfəsi.

1. Islam Şərqində fəlsəfi fikrin xüsusiyyətləri.

Monoteist din olan islam VII əsrdə meydana gəlmiş və sürətlə yayılmağa

başlamışdır. Bu dini təlimin müqəddəs kitabı Quran (mənası: qiraət etmək) yalnız

dinin deyil, həmçinin hüququn, şəriətin və bütövlükdə müsəlman xalqlarının

ideologiyasının qiymətli mənbəyidir. Orta əsrlərdəki fəlsəfi, ictimai-siyasi, etik,

estetik və s. fikirlərin çoxunu Qurandan təcrid etmək qeyri-mümkündür, əksər ideoloji

cərəyan və təlimlər əsasən onunla bağlı olmuş, bu əzəmətli abidənin şərhinə, təfsirinə

yüzlərlə əsərlər həsr edilmişdir. Quranın təfsiri, şərhi, hədis, fiqh (hüquqşünaslıq),

kəlam (sxolastika) kimi elmlər “şəriət” adlandırılır, “əqli elmlərə” (dünyəvi elmlərə)

fəlsəfə, məntiq, təbiət elmləri, riyaziyyat, astronomiya daxil edilirdi.

Müsəlman Şərqində sözün əsl mənasında elm və fəlsəfənin inkişafı tərcümə

ədəbiyyatından sonra güclənmişdir. Artıq X əsrdə qədim elmi-fəlsəfi fikrin ən gözəl

nümunələri ərəb dilinə tərcümə edilmişdir. Onlar arasında Pifaqorun, Evklidin,

Platonun, Aristotelin, Plotinin və b. alimlərin əsərləri xüsusi yer tuturdu.

Tərcüməçilərin özlərinin yazdıqları şərhlər və apardıqları tədqiqatlar ərəb dilində

yaranan elmi-fəlsəfi fikri xeyli zənginləşdirmişdir.

Page 56: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

56

Qeyd etmək lazımdır ki, Orta əsrlərdə Qərb ölkələrində kilsə ehkamı

təfəkkürün əsası sayılmış və dini elmlər zəminində dini-fəlsəfi ilahiyyat (sxolastika və

mistika) hakim mövqe tutduğu halda, Müsəlman Şərqində həm dini-fəlsəfi, həm də

elmi-fəlsəfi təlimlər mövcud olmuşdur.

İslam dini zəmində yaranmış və geniş yayılmış fəlsəfi cərəyanlar: islam

peripatetizmi, islam panteizmi, islam neoplatonizmi, işraqilik, sufilik, hürufilik və s.

Azərbaycana islam VIII əsrin əvvəlindən nüfuz etməyə başlamış və bu

dövrdən Azərbaycan tədricən ərəbdilli müsəlman mədəniyyəti orbitinə daxil

olmuşdur.

İslam mədəniyyətinin dünya mədəniyyətinin inkişafında rolu çox böyükdür.

Bu mədəniyyətə daxil olan xalqlar dünya mədəniyyətinə böyük töhfələr vermiş və

insanlığın mənəvi mədəniyyətinin zənginləşməsində böyük rol oynamışlar.

Bu gün islam dininə etiqad edən insanlar dünyanın 120-dən çox ölkəsində

yaşayırlar. İslama təkcə müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə deyil, eyni

zamanda Avropa, Amerika və Avstraliyada da sitayiş edilir. Ehtimal ki, islamda

ictimai ədalət prinsiplərinin və əxlaq normalarının ön plana çəkilməsi, onun

dünyada geniş yayılmasına zəmin yaratmışdır.

İslam dininin müqəddəs kitabı Qurani-Kərim insanın mənəvi dünyasını,

həyat tərzini özündə əks edən dəyərlər sistemidir. Bu müqəddəs kitabda dini

ehkamlar, mənəvi, sosial-əxlaqi və hüquqi ideyalar kompleks şəkildə öz əksini

tapmışdır.

Qeyd etmək lazımdır ki, müsəlman mədəniyyəti təkcə ərəb mifologiyasının

və tarixinin məhsulu deyil, eyni zamanda işğal edilmiş xalqların zəngin

mədəniyyətlərinin də sintezindən ibarətdir. İşğal edilmiş bir sıra xalqların inkişaf

etmiş mədəniyyəti ümummüsəlman mədəniyyətinin zənginləşməsində böyük rol

oynamışdır. İslamı təbliğ edənlərlə islamı qəbul etməyə məcbur olanlar

arasındakı ziddiyyətlər vahid müsəlman mədəniyyətinin formalaşmasına mane ol-

mamış, əksinə, daha rəngarəng bir mədəniyyətin yaranmasına səbəb olmuşdur.

Page 57: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

57

İslam yayıldığı torpaqlarda etiqad çərçivəsində müxtəlif ənənə, mərasim və

fəlsəfi baxışların yaşamasına imkan verirdi. Bütün bunlar mədəni tarixi faktorlar-

la şərtlənir, ənənə və mərasimlərin müxtəlifliyi bir çox tarixi mədəni, dini

səbəblərlə bağlı olduğundan islam daxilində zənginləşməyə xidmət edirdi. Lakin

müxtəlifliyin vəhdətinə aparan bu proses daxili ziddiyyətlərdən məhrum deyildi.

İslam yarandığı ilk dövrlərdən dövlət dini rolunda çıxış etməyə başladı. Buna

görə də islamda mənəvi-əxlaqi və fəlsəfi məsələlərdən daha çox müsəlman

cəmiyyətinin ictimai-siyasi quruluşunun, onun həyat və fəaliyyətinin hüquqi

cəhətlərinin prinsiplərinə diqqət yetirilirdi.

Qeyd etmək lazımdır ki, islam dini hər yerdə eyni cür qəbul edilmirdi.

Məsələn, Azərbaycanda islamın qəbul olunması uzun sürdü. Belə ki, Babəkin

rəhbərliyi ilə xürrəmilik hərəkatı ərəb xilafətinə qarşı mübarizə ilə bağlıdır. Bu

mübarizə 20 ilə yaxın (816/17– 837-ci illər) davam etmişdir.

“Azərbaycan fəlsəfəsi tarixi” kitabında bu haqda yazılır: “Şərqin, ilk əvvəl

Azərbaycanın həm siyasi, həm də ideoloji həyatında xüsusi əhəmiyyət və yer

tutan xürrəmilik... islama qarşı yönəlmiş və o dövrün bir çox başqa cərəyanları

kimi sosial-siyasi və ideoloji amillərin sintezini ifadə edirdi”.

Lakin ölkənin ərəblər tərəfindən istilası ilə əlaqədar olaraq, Azərbaycan VIII

əsrdən başlayaraq tədricən ərəbdilli müsəlman mədəniyyəti orbitinə daxil olur.

İslam dini Azərbaycanda zərdüştilik, xristianlıq və bütpərəstliyi sıxışdırıb

aradan çıxararaq, ölkənin müxtəlif etnik qruplarının bir əsasda birləşib

möhkəmlənməsinə səbəb olmuşdu.

Qeyd etmək lazımdır ki, VII-VIII əsrlərdə ərəblər özlərindən mədəni cə-

hətdən üstün olan xalqları əsarət altına sala bilsələr də, qarşılıqlı təsir birinin

digərinin milli mənlik şüurunun məhvinə yönəlmədi. Yerli xalqlar islam

mədəniyyəti sisteminə qoşula bilmiş, bu sistem çərçivəsində öz milli mədəniy-

yətini inkişaf etdirmək uçun güclü mənəvi dəyərlər kəsb etmiş, islam

mədəniyyətinə görkəmli şəxsiyyətlər vermişlər.

Page 58: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

58

Qeyd etmək lazımdır ki, islamın əhatə etdiyi mədəni təsirlər dörd əsas sahə

ətrafında cəmləşmişdir. Bunlar aşağıdakılardır:

1) Sosial münasibətlər və əxlaqi dəyərlər sistemi;

2) Fəlsəfə, ədəbiyyat və incəsənət sahələri;

3) Təhsil və tərbiyə sahəsi;

4) Adət və ənənələr.

İslam mədəniyyəti tarix boyu bu sahələrin hamısına geniş şəkildə nüfuz

etmişdir. Mütəxəssislərin fikrincə filosoflar, məntiq və kəlam alimləri keçmiş

fəlsəfi təlimlərlə islam düşüncə tərzini uyğunlaşdırmağa; əxlaq alimləri isə fərdi

həyatı, əxlaq normalarını islamın sosial-əxlaqi dəyərlərinə uyğun bir şəklə

salmağa çalışmışlar. Ədiblər yaradıcılıqlarının əsas ideyasını və məzmununu çox

vaxt yeni dini dünyagörüşü ilə əlaqələndirmişlər. Sənətkarlar isə tikdikləri

binalarda, çəkdikləri rəsmlərdə, əsərlərdə yeni dinin, yəni islamın fikir və

ehkamlarına zidd olmayan mövzulara toxunmağa çalışmışlar.

2. İslam peripatetizmi.

Orta əsrlərdə qeyri-dini fəlsəfi təlimlərdən birincisi Şərq peripatetizmidir.

Aristotelin və başqa Antik ənənələr zəminində işlənib hazırlanmış bu təlim o dövrdə

fəlsəfi fikrin əsasını təşkil etmişdir. Peripatetizm (ərəb dilində Məşşaiyyə- mənası

gəzmək, gəzintiyə çıxmaq deməkdir) yunan sözüdür, mənası zamanda səyahətə,

gəzintiyə çıxmaq deməkdir. Görkəmli nümayəndələrindən əl-Kindi, əl-Fərabi, İbn-

Sina, Bəhmənyar və b. adlarını çəkmək olar.

Ərəbdilli alimlər Aristoteli “birinci müəllim” adlandırmışlar. Ənənəyə görə

Şərqin ilk aristotelçi-peripatetiki görkəmli ərəb mütəfəkkiri “ərəblərin filosofu”

ləqəbini qazanmış əl-Kindi hesab edilir. Şərq peripatetizminin mükəmməl sistemini

isə əl-Fərabi yaratmışdır. O, Aristoteldən sonra “ikinci müəllim” adına layiq

görülmüş, onun əsərlərinə şərhlər yazmış və özünün fəlsəfi mövqeyini ifadə etmişdir.

Alim Allahla təbiətin qarşılıqlı münasibətini varlığın 2 növü arasında münasibətlə

Page 59: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

59

əvəz etmişdir. Bunlar zəruri və mümkün varlıqlar arasındakı münasibətlərdir. Zəruri

varlıq özü-özünün səbəbi olan ilahi varlıqdır. Mümkün varlığın mövcudluğu ilahi

varlığın mövcudluğundan asılıdır. Əl-Fərabiyə görə materiya varlığın ən aşağı

pilləsində durur. Fərdi intellekt ilahi kosmik intellektin təsiri ilə ətraf aləmi dərk

etməyə qadirdir. Onun ictimai-siyasi idealı zor işlədilməyən bir cəmiyyətdir.

Əsarətsiz və müharibəsiz, dostluq və qarşılıqlı yardıma əsaslanan birgə yaşayışdır. Əl-

Fərabinin fikrincə, cəmiyyətdə ictimai təbəqələrin olması sosial həyatın

ahəngdarlığını təmin edir.

İslam peripatetizmi dahi müsəlman mütəfəkkiri İbn Sinanın yaradıcılığında öz

yüksək zirvəsinə çatmışdır. O, 980-ci ildə Buxara şəhərinin yaxınlığındakı Əfsanə

kəndində anadan olmuşdur. 1037-ci ildə Həmədanda vəfat etmişdir. Təbii dərmanlar

və psixoloji təsir vasitəsilə müalicənin mahir ustası olan alim Xorəzm, İsfahan və

Həmədan hakimlərinin saraylarında həkimlik etmişdir.

Təbiət elmlərini dindən asılı olmayaraq öyrənməyi məsləhət görən İbn Sina

məntiqi mülahizələrə istinad edərək, belə bir nəticəyə gəlmişdir ki, əgər Allah

dünyanın səbəbi kimi əbədidirsə, onda ilahinin törətdiyi gerçək dünya da əbədidir.

Çünki səbəb və nəticə bir məkan və zaman daxilində, yalnız birlikdə mövcud ola

bilər. O, materiya, məkan, zaman və hərəkətin əbədiliyini bütün varlığın əbədiliyinin

əsas şərti hesab etmişdir. O, varlığın 3 növünü göstərmişdir: 1) zəruri varlıq – Allah;

2) mümkün varlıq – gerçək aləm; 3) qeyri-mümkün varlıq – konkret maddi əsası

olmayan ümumi anlayışlar.

İbn Sinanın fəlsəfi baxışları ziddiyyətlidir. O gah maretializmə, gah da

idealizmə meyl etmişdir. Alimin fikrincə, dünya emanasiya (işıq saçma) yolu ilə

ilahidən törəyib, özü də Allahın iradəsi ilə deyil, qarşısıalınmaz zərurətin gücü ilə

yaranıb. Allahın siması yoxdur, dünya maddidir və Allahın özü kimi əbədidir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, İbn Sinanın yaradıcılığı fəlsəfə ilə yanaşı

riyaziyyat, astronomiya, botanika, geologiya, təbabət və s. sahələri də əhatə edirdi.

Şərq aristotelizmin ən məşhur nümayəndələrindən biri olan İbn Sina 450-yə qədər

Page 60: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

60

əsər yazmışdır. Onun fəlsəfəsi şərq aristotelizmin metafizika, qnoseologiya və məntiq

sahəsindəki ənənələrini davam etdirmişdir. Burada neoplatonizmin ontoloji

konsepsiyası mühüm yer tutur. İbn Sina dünyanın zamanda yaranışını inkar edir. Onu

ilk səbəbin– allahın zaman xarici emanasiyası kimi izah edir. Kainatın hökmdarı

zərurətdir. Bu zərurətin maddi ifadəsi olan varlıq və kainat əbədi və dəyişməzdir.

Təbiət və onun hadisələri səbəblər zənciri ilə bir-birinə bağlıdır və bir-birlərindən

doğur. İdrak və ağıl isə təbiətin tacıdır və heç bir materiya ilə bağlı olmayıb ölməzdir

(bütün bunlar isə neoplatonizmin fikirləri ilə səslənirdi).

Orta əsrlərin görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyar İbn Sinanın

şagirdi olmuşdur. O, Aristotel fəlsəfəsini islam dünyagörüşü ilə müqayisəli təhlil edən

tanınmış Şərq mütəfəkkirlərindən biridir. Aristotelin səbəb və nəticə, habelə sillogizm

təlimini yaxşı bilmiş və islam ideologiyasına bənzəməyən özünün səbəbiyyət təlimini

yaratmışdır.

İslam dinində yaradanla yaradılan arasında səbəb-nəticə asılılığı yoxdur. Belə

ki, Allah təbiət və məxluqatdan zamanca əvvəldir. Bəhmənyar fəlsəfəsində isə ilk

səbəb zaman etibarilə nəticəyə bərabərdir. İlk səbəb nəticədən onunla fərqlənir ki, o

özü-özünün səbəbidir və varlıqdan vacibdir. Alim hərəkət, məkan və zaman

kateqoriyalarının öz dövrünə görə yeni şərhini vermiş, onların vəhdətini, bir-birindən

ayrılmazlığını sübut etməyə çalışmışdır. Mexaniki hərəkətdən əlavə keyfiyyət və

kəmiyyət dəyişmələrinə də hərəkətin növləri kimi baxmış, Aristotel və İbn Sina kimi

bunları hərəkətin formaları adlandırmışdır. O, şüuru da “insan zehninin hərəkəti” kimi

qiymətləndirmişdir.

İdrakda hissi və rasional cəhətlərin əlaqəsini düzgün şərh etmiş, ilk səbəb və

nəticənin də varlığını məntiqi mühakimələr yolu ilə müəyyənləşdirməyə çalışmışdır.

Onun fikrincə, nəticənin yəni, varlığın dərk edilməsi yolu ilə səbəbin – Allahın dərk

olunmasına gətirib çıxarır, idrakın sonu isə Allahın dərgahıdır.

İslam peripatetizminin tanınmış nümayəndələrindən biri də Orta əsr ərəbdilli

müsəlman filosofu İbn Xaldundur (1332– 1406). Onun sosial fəlsəfəsi xüsusilə siyasi

Page 61: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

61

həyatın və dövlətin əmələ gəlməsi və inkişafı nəzəriyyəsidir. Böyük alimin fikrincə,

insanlar əvvəlcə vəhşi həyat tərzi keçirir, tədricən təbiətdən ayrılaraq sosial kollektiv

şəklində yaşayırlar.

Dövr keçdikcə əkinçilik və maldarlıqla, sonra isə sənətkarlıq, ticarətlə məşğul

olur, elm və incəsənəti yaradırlar. İstehsal məhsulu artdıqca maddi həyat zənginləşir,

sivilizasiya formalaşır. Bəzi xalqlarda vəhşilikdən sivilizasiyaya keçid istilaçılıq yolu

ilə baş verir. Nümunə kimi ərəb istilasını misal göstərən alim cəmiyyətin primitiv

səviyyədən mədəniyyətə keçidini bərabərliyin qeyri-bərabərliyə keçməsi ilə

əlaqələndirir. O, dövlətin əmələ gəlməsi və inkişaf mərhələləri haqqında maraqlı

fikirlər söyləyir.

Orta əsr peripatetiklərindən biri də Nəsirəddin Tusidir(1201– 1274). Böyük

ensiklopedik biliyə malik olan Nəsirəddin Məhəmməd Tusi «Əxlaqi– nasiri»,

«Kosmoqrafiyaya dair traktat», «Elxani astronomik cədvəl», «cəbr və müqabil»,

«Evklidin «Göy hadisələri» kitabının ifadəsi», «Mövcudatın bölgüsü və onun

cisimləri», «İqtibasın əsası», «Tibb qanunu kitabında birinci hissəyə haşiyələr» və s.

əsərlərin müəllifidir. O, Marağa rəsədxanasını yaradaraq dövrünün ən görkəmli

adamlarını ətrafına toplamışdır.

Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Tusinin fəlsəfi sistemində bir-biri ilə

üzvi surətdə bağlıdır. Azərbaycan filosofu Fərabi, İbn Sina və Bəhmənyarın

mövqeyindən çıxış edərək, mövcudatın zəruri və mümkün olmaqla iki qismə

bölündüyünü yazmışdır. O, mümkün varlığın şərhi üzərində ətraflı dayanaraq,

mümkün varlığı materiya, forma, cism, əql və nəfəsdən ibarət substansiyaya, habelə

kəmiyyət, keyfiyyət, məkan, zaman və Filosofun fikrincə, cisimlər materiya və

formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq bəsit, onlardan əmələ gəlmiş

minerallar, bitkilər və heyvanlar mürəkkəb cisimlərdir.

Maddi aləmin məhvolmazlığı, əzəliliyi və əbədiliyi ideyası Tusini

düşündürmüş, öz peripatetik sələfləri kimi bu məsələyə müsbət yanaşmışdır. Onun

varlıq təlimində təbiətşünaslıq məsələlərinin şərhi mühüm yer tutmuşdur. Tusinin

Page 62: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

62

təlimində duyğular və əqlin rolu eyni dərəcədə mühüm sayılmışdır. Əməli, fəlsəfənin

qayəsini əxlaq, evqurma və şəhərsalma kimi müəyyənləşdirən etik və ictimai siyasi

məsələlərə də diqqət yetirmişdir. O, əxlaq elmi (etika) haqqında yazırdı. «Bu elm

insani nəfsin elə xüsusiyyətlər qazana biləcəyindən danışır ki, onun idarəsi ilə edilən

bütün davranış və rəftar gözəl, tərifəlayiq olsun».

Mütəfəkkirə görə, etikanın mövzusu insanın iradəsindən asılı yaxşı və

tərifəlayiq, qəbahətli və pislənən işlərin hamısının əlaqədar olduğu nəfsdir. İnsani

nəfs, yaxud düşüncəli nəfs idrak vasitəsidir, «ağlın dərk etdiyi nə varsa, hamısı onun

sayəsində olur», «bədəndə nə kimi dəyişiklik və fəaliyyət baş verirsə, hamısı onun

qüvvə və təsiri nəticəsində əmələ gəlir». Nəsirəddin Tusi dövlət, siyasət, insanlar

arasındakı münasibətlər haqqında da maraqlı fikirlər söyləmişdir.

3. İslam neoplatonizmi.

Neoplatonçuluq (yeni platonçuluq) bütün mövcudatın ilahinin bətnindən

gəldiyini, hər bir şeydə Allahın nuru olduğunu, yəni gerçəkliyin emanasiya yolu ilə

ilahidən yarandığını əsaslandırmağa çalışmışdır.

Dünyanın Allah tərəfindən yaradılması ideyasının Quranda açıq-aydın

yazıldığına baxmayaraq, müsəlman mütəfəkkirləri aləmin emanasiya yolu ilə ilahinin

özündən törədiyini söyləyən Platonun təliminə müraciət edirdilər ki, gerçəkliyin

tədricən, səviyyələrlə yaradıldığını əsaslandıra bilsinlər. Çünki tək olan Allahın

çoxluq təşkil edən gerçəkliyin səbəbi olduğunu sübut etmək məntiqi cəhətdən çətinlik

törədirdi. Belə ki, müsəlman ənənəsinə görə tək olan hər bir qüvvə tək olan şeyin

səbəbi ola bilər.

Platon fəlsəfəsindəki “tək” anlayışı bir sıra mərhələlərdə dünyadakı müxtəlifliyi

emanasiya yolu ilə doğura bilir və eyni zamanda dünyadan kənarda transsendent

olaraq qalır. Dünya Allahın özünü izhar etməsi kimi izah edilir. Başqa sözlə desək,

Allah ilkin başlanğıcdır, dünyadan kənarda yerləşən mahiyyətdir.

Page 63: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

63

İslam neoplatonizmində emanasiya anlayışına xüsusi yer verilir. Allah

iradəsinin gücü ilə öz daxilindən yaradıcı substansiya – dünya zəkasını yaradır.

Dünya zəkası həyat atributu olan “dünya ruhunu” törədir, bu da öz növbəsində ilkin

və passiv materiyanı yaradır və materiya dünya zəkasının ona verdiyi müxtəlif

formaları qəbul edir. Nəhayət, ilkin materiyadan Yer, digər planetlər, canlılar və s.

yaranır. İnsan gerçək dünyada Dünya zəkasının inikası kimi mövcud olur.

Bu təlimin ən görkəmli nümayəndəsi Plotinin emanasiya təlimi işraqiliyin ideya

mənbəyi sayıla bilər. Orta Əsrlərdə islam fəlsəfəsinin neoplatonizm cərəyanının ən

adekvat forması “nurlanma” və ya “işıq saçma” – işraqiyyə (ərəbcə işraq – şüalanma,

nurlanma deməkdir) təlimidir. Nurlanma təliminin mənbəyi Quranın “Nur” surəsinin

35-ci ayəsi ilə bağlıdır. Həmin ayədə deyilir: “Göylərin, Yerin nurudu Allah. İstədiyi

kimsəni öz nuruna qovuşdurar Allah ...” (24, 35). İşraqiliyin tanınmış

nümayəndələrindən Əbusəid Urməvi (XI-XII əsrlər) və Şihabəddin Sührəvərdinin

(1154-1191) adlarını qeyd etmək olar.

İslam neoplatonizmi “İxvan əs-səfa” (Paklıq qaraşları) adlı alimlər qrupunun X

əsrdə tərtib etdiyi fəlsəfi ensiklopediyada öz parlaq ifadəsini tapmışdır. “Paklıq

qardaşlarının” metafizikasında yeddi mərtəbəli emanasiya sistemi, rəqəm simvolikası

(yeddi rəqəm) əsas yer tuturdu. Bu metafizika neoplatonizmə və neopifaqorçuluğa

gedib çıxırdı. “Paklıq qardaşlarının” idrak nəzəriyyəsi ideyaların gerçək cisimlərin

əsil surəti olması haqqında Platon təliminin təsiri altında olmuşdur.

İslam neoplatonçuları olan “Paklıq qardaşları” öz etik və psixoloji təlimlərini

yaradanda Platon fəlsəfəsinə müraciət etmiş, onun dörd xeyirxah əməl təliminin

(müdriklik, mərdlik, xeyirxah düşüncə, ədalət) “Dünya zəkasına” doğru irəliləməyin

vasitələri olduğunu qəbul etmişlər.

İşraqilik təlimində cisimlər materiyanın təzahür formaları kimi təqdim edilir,

maddi aləm onların vəhdətindən ibarətdir. Maddi aləmin ünsürləri bir-birinə çevrilə

bilər. Minerallar, bitkilər, insanlar və heyvanlar arasında keçilməz sədd yoxdur. Bəzi

işraq filosoflarının (Ş.Sührəvərdi) fikrincə, mineralların bəzisi bitkilərə yaxındır

Page 64: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

64

(mərcan), bitkilərin eləsi var ki, heyvanlara yaxındır (xurma), heyvanların da bəzisi

insana yaxındır (meymun). İşraqilərin “İşıqlar işığı Allahdır” kəlamı Aristotelin

“formalar forması aləmin xaliqidir” kəlamına bənzəyir. Onlar məkan, zaman və

hərəkətin izahında da peripatetik kimi çıxış edirlər. İşraqilər hərəkətin kəmiyyət,

keyfiyyət və mexaniki növlərini qəbul edir, maddi aləmin özünəməxsus

qanunauyğunluqları olduğunu söyləyirdilər.

İslam neoplatonçuları peripatetizmdə olduğu kimi Platon və Plotinin baxışlarını

Aristotel fəlsəfəsi ilə birləşdirməyə cəhd etmişlər. Lakin islam peripatetiklərindən

fərqli olaraq, neoplatonçuluq fəlsəfi sisteminin əsasında emanasiya təlimi dururdu ki,

bu da monoteist ideyaların hissi qavrayışla dərk olunan şeylərin çoxluğu ilə

uzlaşmasını təlqin edirdi. İslam neoplatonçularının Aristotel fəlsəfəsinə əsaslanan

təbiət fəlsəfəsi dünya hadisələrini rasionalistcəsinə izah etməyə imkan verirdi.

Neoplatonizm islam teosentrizmindən yan keçməyə imkan versə də, mistik ünsürləri

saxlayırdı və işraqiləri sufiliklə yaxınlaşdırırdı.

Ş.Sührəvərdi işıqlar işığını Aristoteldə (formalar forması) Allah sayır, səbəblə

nəticəni zaman etibari ilə eyniləşdirir. Dünyanı da onun yaradıcısı kimi ədəbi sayır,

Allah ilə onun yaratdığı dünya arasındakı münasibətləri, Günəş ilə onun şüaları

arasındakı münasibətlərə bənzədir. Səbəb vacib, nəticə isə mümkün varlıqdır. Onun

fikrincə, təbiətdə eyniyyət yoxdur, bu oxşarlıqdır.

Sührəvərdiyə görə bütün varlıq vacib varlıqdan emanasiya yolu ilə yaranmışdır.

İnsanın ruhu İlahi ruhdan qidalanır, bədəndə formalaşır, fərdi xarakter kəsb edir,

amma sonra bədəni tərk edərərk ümumbəşəri ruha qovuşur. “İşıq heykəllərində”

hərəkət təzələnmə, dəyişmə kimi qiymətləndirilir. Göylərin hərəkəti dairəvi və

sonsuzdur. Yerdəki hərəkət isə düzxətli və sonludur. Sührəvərdinin fikrincə, hərəkətin

səbəbi işıqdır.

Qeyd etmək lazımdır ki, filosof “Cəbrail qanadlarının səsi”, “Qızğın ağıl”, “Bir

gün sufi camaatla birlikdə”, “Uşaqlıq haləti haqqında”, “Eşqin həqiqəti, yaxud aşiqın

Page 65: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

65

munisi”, “Simurğun civildisi”, “Ürəklərin bağı” və b. traktatlarında panteizmə yaxın

bir mövqedən çıxış etmişdir.

Xatırladaq ki, Nurlanma təliminin mənbəyini Quranın “Nur” surəsinin 35-ci

ayəsidir deyənlər də var. Həmin ayədə deyilir: “Göylərin, yerin nurudur Allah.

İstədiyi kimsəni öz nuruna qovuşdurar Allah. İnsanlara neçə-neçə misal çəkər Allah.

Hər şeyi bilir Allah” (24,35). İslamın şiə cərəyanının imami təriqətinin ilahiyyatçıları

Quranın həmin ayəsinə əsasən şiə imamlarının emanasiya yolu ilə Peyğəmbərimizin

ilahi nurundan bəhrələndiyini, pay aldığını təbliğ edirlər. Hələ VIII əsrdə şiəliyin dini

nəzəriyyəsini hazırlayan imam Cəfər əs-Sadiq Allahın nurunun Adəmdən başlayaraq

bütün peyğəmbərlərə nüfuz etdiyini əsaslandırmağa çalışmışdır. Bu nəzəriyyəyə

əsasən Məhəmməd peyğəmbərin nəslindən olan imamların ilahidən nurlandığını sübut

etməyə çalışmışlar. Bu neoplatonizm ilə səsləşən bir təlimdir.

4. İslam panteizmi.

Panteizm – yunan sözüdür. Sözün birinci hissəsi pan – hər şey, ikinci hissəsi

theos isə Allah deməkdir. “Vəhdət-əl-vücud” (ərəbcə mövcudatın vəhdəti) panteizmin

əsasıdır. Panteistlər Allahı təbiətlə eyniyyət təşkil edən başlanğıc kimi qəbul edirdilər.

Onlar Allahı təbiətdə əridir, təbiətdən yüksəkdə duran başlanğıcı inkar edirdilər.

Allahın hər yerdə, hər şeydə təzahür etməsi ideyası islamın öz dini bünövrəsində

yaranan və panteizmi qidalandıran bir mənbə idi. Görkəmli nümayəndələrindən əl-

Kəşaninin, ər-Rəhman Caminin, Baba Kuhi Şirazinin adlarını çəkmər olar.

Görkəmli mütəfəkkir Əl-Qəzalinin fəlsəfi fikirlərində də panteist ideyalar öz

əksini tapmışdır. Alimin fikrincə, dünya öz quruluşuna görə 3 mərtəbəlidir: 1) aşağı

mərtəbədə hissi qavrayışla dərk edilən predmetlər yerləşir, o daim dəyişir, təzələnir və

inkişaf edir; 2) 2-ci mərtəbəni predmetlərin ideal surətlərindən ibarət olan ali dünya

təşkil edir; 3) 3-cü mərtəbədə mələklər dünyası yerləşir. Həmin 3 mərtəbədən

yuxarıda Allahın taxt-tacı yerləşir. Əgər dünya makrokosmosdursa, onda insan da

makrokosmos adlanmalıdır. Çünki insan yuxarıda göstərilən hər 3 mərtəbənin

Page 66: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

66

ünsürlərini özündə cəmləşdirir. Alimin fikrincə, insanın bədəni, ruhu və imanı buna

misaldır. Allah dünyanı idarə etdiyi kimi, ruh da bədəni idarə edir.

İslam panteistləri sufizmdə mükəmməl insan təlimini yaratmışlar. Guya insan

Allah və dünya formalarını özündə birləşdirir. İnsan bütün adları və atributları ilə

birlikdə ilahi mahiyyətə malikdir. O, Allahı əks etdirən güzgüdür, ona görə də bütün

mövcudatın tacıdır. İnsan öz mövcudluğu üçün Allaha möhtacdırsa, Allah da öz

təzahürü üçün insana möhtacdır.

Qəzali belə bir nəticəyə gəlmişdir ki, irrasional anlayış olan etiqadla rasional

prinsiplərin məhsulu kimi fəlsəfə bir yerə sığmır. Bu isə onda dərin psixoloji böhrana

(1095) gətirib çıxarmışdır. Professor (müdərris) vəzifəsindən imtina edən əl-Qəzali 11

il qələndər (gəzərgi) dərviş, sonra isə asketik həyat tərzi keçirmişdir. Onun fikrincə,

allahın rasional dərki qeyri-mümkündür (allah ali həqiqətdir). Lakin Qəzali ətraf

mühitin qanunauyğunluqları haqqında bilik verən rasional elmləri inkar etmirdi.

Qəzaliyə görə, allahın dərki yalnız estetik həyacanlar vasitəsilə mümkündür.

Burada estetik həyacanlar daxili təcrübə rolunda (hər bir fərddə) çıxış edir. Əl-

Qəzalinin mistik teizminə qarşı İbn Ruşd çıxış etmişdir. Qəzalinin sistemi monoteist

sufizmin fəlsəfi, teoloji formulə edilməsidir ki, burada da o, həmin təlimi ortodoksal

islamla birləşdirmişdir. O, maddi aləmin əbədiliyi və qanunauyğun inkişafı ideyasına

qarşı çıxmışdır. Dünya allahın iradəsi sayəsində mövcud olub, zaman və məkanda

mövcuddur. Əl-Qəzalinin ideyaları Orta əsr müsəlman fəlsəfəsinin, eləcə də yəhudi

fəlsəfəsinin inkişafına böyük təsir göstərmişdir. O, «Filosofların məqsədləri»,

«Filosofların təkzibi», «Dini elmlərin dirçəlməsi» və s. əsərlərin müəllifi kimi məşhur

olmuşdur.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, XII əsrdə sufizmdə panteizmə meylin

gücləndiyi şəraitdə Azərbaycan filosofu Eynəlqüzat Abdulla Miyanəci (1039-1131)

özünün mükəmməl fəlsəfi sistemini yaratmışıdır. O, Ömər Xəyyam və başqa

görkəmli alimlərdən təhsil almış, səmərəli təhsil yolu keçmişdir. Filosofun 24 yaşına

kimi yazdığı əsərlərdə ədəbiyyat, hədis, təfsir, hüquq, kəlam, habelə peripatetizm

Page 67: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

67

məsələləri əsas yer tutur. O, “Həqiqətlərin məğzi”, “Müqəddimələr”, “Qəribin

şikayəti” kitablarında sufizmin müxtəlif aspektlərini işıqlandırmışdır.

Miyanəcinin təsəvvüründə Allah saysız-hesabsız atributlara malik

substansiyadır. Onun idrak nəzəriyyəsinə əsasən, idrakın hissi, əqli və intuitiv

formaları var. Azərbaycan filosofu hissi ilə rasionalın nisbətini aydınlaşdırarkən,

idrakda həm duyğuların, həm də əqlin iştirak etdiyini göstərmişdir.

O, 28-29 yaşlarında azad fikirlilik üstündə müsəlman qanunçuları fəqihlər

tərəfindən təqib edilmişdir. Ayrı– ayrı yerlərdə onu kafir elan edib, ölümünə fitva

verirlər. Nə tanınmış ailədən çıxması, nə böyük mənsəb Həmadanın baş qazisi

vəzifəsini tutması onu ittihamdan xilas edə bilməmişdir. Eynəlqüzat 1128-ci ildə həbs

edilib Bağdad zindanına göndərilmişdir. Orada «Ölkələrin alimlərinə vətəndən ayrı

salınmış qəribin şikayəti» əsərini yazmışdır. 1131-ci ildə onu Həmadana qaytararaq,

33 yaşında, dərs dediyi mədrəsədə edam edirlər.

Filosof yazdığı «Həqiqətlərin məğzi», «Müqəddimələr» və «Qəribin şikayəti»

kitablarında sufizmin müxtəlif aspektlərini işıqlandırmış, ona bitkin fəlsəfi məzmun

vermişdir. Monoteizm, dualizm, panteizm və s. dünyagörüşü ifadə edən təlimlər

varlığa baxışa, onun cisimləri arasındakı münasibətə görə müəyyənləşir.

Kreatsionizmə (Allahın dünyanı heçdən xəlq etməsi haqqında nəzəriyyə) əsaslanan

ideoloqlar, o cümlədən ortodoksal və müxalifətçi sxolastlar, mötədil sufilər

monoteistdirlər. Vacib varlıq ilə mümkün varlığın yanaşı mövcudluğunu iqrar edən

Şərq peripatetikləri dualistdirlər. Allah ilə insanın substansional vəhdətinə inanan ifrat

sufi mütəfəkkirləri panteizmə meyl edənlərdir. Allah ilə bütün mövcud şeylərin

eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteistdir.

Miyanəci emanasiya nəzəriyyəsini tənqid etmişdir. Vahid substansiyanı qəbul

edən filosof ardıcıl monizm mövqeyində durmuşdur. Hissi, əqli və intuitiv idrak

formalarını müdafiə etmişdir. Miyanəcinin idrak təliminə görə, konkret hissi şeylərin

xarici tərəfləri duyğular və hisslərlə, onların mahiyyəti əqllə, şeylər dünyasının

bütövlüyü isə (bunu filosof allahla eyniləşdirir) intuisiya ilə dərk edilir. Varlığı

Page 68: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

68

ümumi hissələrə (buraya bütün mövcud olanlar daxildir) bölən Miyanəci digər

hissələrə bölgünü də qəbul edir.

Bunlar zəruri, mümkün olan, substansiya və atributları və s.-dir. Ümumiyyətlə,

həm varlıq, həm də idrak təlimində maraqlı fikirlər söyləyən Eynəlqüzat Miyanəci

Yaxın və Orta Şərq ölkələrində azad fikirlilik və panteizmin yayılmasına böyük təsir

göstərmişdir.

Dünyanı allahla eyniləşdirən panteizm anlayışı XVII əsrdə yaranmışdır. İlk

dəfə ingilis filosofu Toland tərəfindən (1705) «Panteist» anlayışı, onun əleyhdarı

Niderland teoloqu Y.Fay isə (1709) «Panteizm» anlayışını işlətmişdir. Panteist kon-

sepsiyalarda çox vaxt allahı təbiətdə əridən və bununla da materializmə aparıb çıxaran

naturalist tendensiyalar gizlədilmişdir. Bu da özlüyündə teist konsepsiyalara müxalif

olan təlimi əks etdirmişdir. Bütün bunlar heç də onu sübut etmir ki, panteist ideyalar

yalnız XVII əsrdə yaranmışdır. Əksinə, həmin ideyalar Qərb və Şərq fəlsəfəsində ən

qədim dövrlərdə yaranıb inkişaf etmişdir.

5. Sufilik dini-fəlsəfi cərəyanı.

Sufilik islam dinində mistik tərkidünya xarakterli dini-fəlsəfi cərəyandır. Sufi

termini müxtəlif şəkildə izah edilir. Həqiqətə daha uyğun izaha görə 622-ci ildə

Məhəmməd peyğəmbərin tikdirdiyi ilk məsciddə ona sadiq olan bəzi evsiz-eşiksiz

dindarların gecələməsi üçün damaltı (əs-suffa sözündən götürülüb) düzəltməsi ilə

baglıdır. Orta əsrlərdə yaşamış bir sıra müəlliflərin fikrincə isə suffi sözü, sufilərin

geyindiyi “suf” – “yun” parçadan toxunmuş uzun paltarın adından götürülmüşdür.

Sufiliyin sinonimi olan ət-təsəvvüf, müdriklik, paklıq kimi də mənalandırılır.

Sufilik VIII əsrin ortaları, IX əsrin əvvəllərində formalaşmış, ilk nümayəndələri

din moizəçiləri, müsəlmanlığı qəbul etmiş xristian rahibləri arasından çıxmışdır. İlk

sufilərin işi Quran və Sünnənin göstərişlərinə məna vermək, onlara ciddi əməl etmək

və nümunəvi həyat sürərək, islamı təbliğ etməkdən ibarət olmuşdur. Baniləri İraqın

Bəsrə şəhərindən olan əl-Həsən-əl-Bəsri, Rəbiyyə əl-Ədəviyyə sayılırlar.

Page 69: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

69

Sufilər Allaha sonsuz məhəbbət, Allahın həsrətini çəkmək, ona yaxınlaşmağa

can atmaq ideyasını irəli sürən asketlər idilər. Allaha yaxınlaşmaq və ona qovuşmaq

həsrəti sufiliyin əsas doktrinasını təşkil edirdi. Sufi ideoloqlarının fikrincə, Allaha

doğru gedən yolun sonunda təkcə ilahini görmək, müşahidə etmək deyil, həm də

insanın fərdi mənliyinin “məhv edilməsi”, “əridilməsi” (fəna) və nəhayət Allaha

qovuşması baş verir. İnsanın Allahla birləşməsi ideyasına görə sufi təlimi ortodoksal

islam ilahiyyətçilərinin müqavimətinə rast gəlmiş və onlar ciddi təqibə məruz

qalmışlar.

Sufilikdə “Vəhdət-əl-vücud” və “Vəhdət-əl-şühud” təlimləri xüsusi yer tutur.

İbn əl-Ərəbi (1165-1240) tərəfindən hazırlanmış “Vəhdət-əl-vücud” təliminin mənası

Allahın öz yaratdığı ilə vəhdət təşkil etməsindən ibarətdir. Bu təlimin tərəfdarları

“vəhdət-əl-vücudu” Allahın yaradıcı fəaliyyətinin məhsulu saymış, iradə azadlığının

nisbiliyini qəbul etmişlər. “Vəhdət-əl-şühud” sufi tərkidünyalığına alternativ bir

mövqe tutan dini-fəlsəfi təlim olmuşdur. Əl-Həllacın (858-922) ardıcılları onun

təlimində ilahi və insani başlanğıcın vəhdəti prinsipini əsas göstürür, Allahı abidin

qəlbində məskunlaşdırır və özü-özünü seyr etməsi ideyasını irəli sürur. Abidin də öz

növbəsində ilahini qəlbən seyr etməsinə şəhadət verir. Başqa sözlə desək, “kamil

insanda” Allah və insan vəhdət təşkil edir.

Orta əsr fəlsəfəsinin tədqiqatçısı Zakir Məmmədovun fikrincə, «sufilik vahid,

yekcins təlim olmadığı kimi, onun vahid ontologiyasından, vahid qnoselogiyasından

danışmaq çətindir. Buna görə də ümumiyyətlə, sufizmin yox, müəyyən bir sufi

mütəfəkkirin, yaxud müəyyən qrupa mənsub sufi mütəfəkkirin dünyagörüşü, fəlsəfəsi

haqqında konkret fikri söyləmək mümkündür».

Onların dünyagörüşünün ya monoteist, ya da bu və ya digər dərəcədə panteist

məzmun daşıdığını nəzərə alsaq, bəzi anlayışları xırdalamaq lazımdır. İslamda

«Allahdan başqa ilahi yoxdur» («La ilahə İlləllah») hökmü ilə Allahın birliyi iqrar

edilir. Sufilər bu təbiri dəyişib, «Ondan başqa o yoxdur»; «Məndən başqa Mən

Page 70: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

70

yoxdur» şəklinə salmışlar. Bu tədrici dəyişmələr panteist anlama yaxınlaşmanı

göstərir.

Mötədil sufilərə görə, insan öz “Mən”ini itirib, Allahın “Mən”ində vücuda

gəlir. İfrat sufilərə gəldikdə isə onlar «Mən»i həm allah, həm də insan yerində

işlədərək, «İnsan» ilə «Allahı» eyniləşdirmişlər. Nəticədə «Mən haqqam», «Sufi

allahdır» hökmləri meydana çıxmışdır. Sufiliyin əsasını qoyanlar həqiqətə 4

mərhələdə çatmağı müəyyənləşdirmişlər.

Birinci mərhələ şəriət mərhələsidir. Bütün müsəlmanlar dini qanunları,

qaydaları, hüquqları mənimsəməlidir.

İkinci mərhələ təriqət mərhələsidir. Bu mərhələ insanın (sufinin) öz iradəsini

allaha tabe etmək, müdriklik mərhələsidir.

Üçüncü mərhələ mərifət mərhələsidir. Mərifət mərhələsində sufi ağlı, idrakı ilə

deyil, könlü, qəlbi ilə varlığın allahla vəhdətini, xeyir və şərin nisbətini dərk edir.

Dördüncü mərhələ həqiqət mərhələsidir. Burada artıq sufi ilahi həqiqətə yetişir,

qəlbi işıqlanır, ekstaz vasitəsilə Allaha qovuşur.

Orta əsrlərdə Azərbaycanda sufi-panteizm mütəfəkkirlərdən biri də Mahmud

Şəbüstəri olmuşdur. Şair-alim Şəbüstəri orta əsr Azərbaycan fəlsəfi fikrində mühüm

rol oynamışdır. Cəmi 33 il yaşayan Mahmud Şəbüstəri «Şahidnamə», «Aləmlərin

dərkində yəqin həqiqətlər», «Həqiqət axtaranların güzgüsü», «Sirr gülşəni»,

«Səadətnamə» və s. əsərləri yazmışdır.

M.Şəbüstərinin yaradıcılığı və elmi fəaliyyəti monqol əsarəti dövrünə təsadüf

etmişdir. Bu dövrdə islam dini ideologiyasının mövqeləri daha da möhkəmlənirdi,

nəticədə ilahiyyət inkişaf edirdi. Şəbüstəri olduqca məşhur şair və filosof olmuşdur.

Təsadüfi deyildir ki, hələ XVII əsrdən başlayaraq onun «Sirr gülşəni» əsəri dünyanın

bir sıra dillərinə tərcümə olunmuşdur. Burada şair və filosofun dünyagörüşünün sufi-

panteist tendensiyası öz əksini tapmışdır.

M.Şəbüstərinin fikrincə, insan təkcə allah ilə deyil, bütün aləm onun müxtəlif

təzahürü ilə eynidir, vəhdətdədir. Filosof panteizmi inkişaf etdirmiş, allah, insan və

Page 71: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

71

təbiəti eyni təzahürlər saymışdır. Qədim yunan fəlsəfəsi ilə dərindən tanış olmuşdur.

Əslində antik fəlsəfə Şərq fəlsəfəsi ilə birlikdə onun yaradıcılığının ideya mənbəyi

olmuşdur.

Qeyd etmək lazımdır ki, dini qəbul edən Şəbüstəri çox vaxt ona əsaslanmışdır.

Eyni zamanda o, bir sıra hallarda ortodoksal ehkamlarla razılaşmamış və tez-tez onları

kəskin surətdə tənqid etmişdir. Dünyanın daxili və xarici hissədən ibarət olduğunu

irəli sürən Şəbüstəri xarici hissəni planet və elementlərlə, minerallar, bitkilər və

heyvanlarla əlaqələndirmişdir. Daxili hissəni isə ruhlar və əqllər aləmindən ibarət

hesab etmişdir. İnsanlarda həm daxili, həm də xarici hissələr vardır. İnsan dünyanın

mövcudluğu nümunələrindən biridir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, müdriklər “Vəһdət-əl-vüçudu” Allaһın

yaradıçı fəaliyyətinin məһsulu sayır, iradə azadlığının nisbiliyini qəbul edirdilər.

“Vəһdət əl-vüçud” sufi fəlsəfəsinin ontoloji və qnoseoloji problemlərini islam dini

çərçivəsində һəll etməyə çalışan bir təlimdir. “Vəһdət əl-Şüһud” sufi tərki-

dünyalığına alternativ bir mövqe tutan dini- fəlsəfi təlim olmuşdur. Əl-Həllacın (858-

922) ardıçılları onun təlimində ilaһi və insani başlanğıçın vəһdətini əsas götürərək

Allaһı abidin qəlbində məskunlaşaraq özü-özünü seyr etməsini irəli sürür, abidin də

öz növbəsində ilaһini qəlbən seyr etdiyinə şəһadət verir. Yəni, “kamil insanda Allaһ

və insan vəһdət təşkil edir.

6. Hürufilik dini-fəlsəfi cərəyanı.

Hürufilik XIV-XV əsrlərdə Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdır.

Şiəliyin bu ifrat təriqəti hərfləri mövcudatın mahiyyətini dərk etməyin açarı hesab

edirdi. Panteist istiqamətli fəlsəfi təlim olan hürufilikdə Allah siması bəlli olmayan bir

qüvvə kimi təbiətlə bərabərləşdirilir, yəni Allah təbiətdə əridilir və o öz ali törəməsi

olan insanın simasında təzahür edir. Təlimin banisi Fəzlullah Nəimidir. Onun

qətlindən sonra görkəmli Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi təriqətin ən

nüfuzlu nümayəndəsi hesab edilir.

Page 72: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

72

İslam neoplatonçuluğunun təzahür formalarından biri olan dini-idealist

hürufilik təliminə görə dünya və insan ilahinin 5 ardıcıl emanasiyasından yaranmışdır:

dünya zəkası, dünya ruhu, ilkin materiya, məkan və zaman. Onların fikrincə, kainat

əbədi olaraq mövcuddur. “İlahi başlanğıc” insanda təzahür edir, çünki insan Allaha

bənzər şəkildə yaradılmışdır. İlahi başlanğıc insanlarda peyğəmbərlik, müqəddəslik və

ilahilik formalarında təzahür edir.

Nəsiminin dünyagörüşündə panteist ideyalar əsasən insanla Allah arasındakı

münasibətlərin şərhində özünü göstərir. O, insanı “qiblə” adlandırır, yaradıcı qüvvə

kimi ucaldır, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” və “həqiqi Allah

adəm oğlu özüdür” deyərək, insanı Allahla eyniləşdirir. Lakin bu fikir hər insana

deyil, mənəvi aləmi zəngin, kamil insana şamil edilir. Nəsimiyə görə insan elə bir

poetik aləmdir ki, kainatın bütün sirləri onda gizlənmişdir. İnsan zəkası ilahi varlığı

və onun təzahürü olan dünyanı dərk etməyə qadirdir.

Hərflərə mistik ilahi məna verilməsi bu təlimin başlıca fərqləndirici cəhətidir.

Əsas ideya isə Allaha məxsus keyfiyyətin təcəssümü, insanın allahlaşdırılması,

kainatın əbədiliyinin qəbul edilməsidir. Nəticədə Nəimi həbs edilərək, sonralar edam

olunmuşdur. Fəzullah həbsxanada məşhur «cavidannamə» əsərini yazmışdır. Sözlərin

müqəddəsliyini irəli sürən həmin əsərdə hürufiliyin başlıca prinsipləri öz əksini

tapmışdır.

Bəzi filosoflar bu cərəyanı idealist, bəziləri isə materialist istiqamətə aid

edirlər. Əslində isə təlim mistik dini cərəyan hesab olunmalıdır. Ayrı-ayrı materialist

müddəalar bu cərayanı materialist cərəyan hesab etmək üçün kifayət deyildir. «Allah

mənəm», «Allah mənim özümdədir» fikri də allahın tam inkarı deyil, onun insanda

təcəlla tapmasının təsdiqidir. Hürufizm tərəfdarları müsəlmançılığın müqəddəs kitabı

olan Quranın bütün şeylərin məcmusu olduğunu göstərirlər. Allah isə ilkin əsas olmaq

funkisiyasını itirmir.

Qeyd etmək lazımdır ki, hürufilər Teymurləng tərəfindən təqib olunduğuna

görə Nəsimi vətəndən didərgin düşmüşdür. O, hürufilik təlimi əsasında irəli sürdüyü

Page 73: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

73

panteist ideyalarına görə Hələb şəhərində edam edilmişdir. Z.Məmmədova görə,

mütəfəkkirin ara-sıra işlətdiyi bəzi səciyyəvi fəlsəfi terminlər və mülahizələr Şərq

peripatetizmi ilə yaxından tanışlığını göstərir. Nəsiminin şerlərinə həyula (ilk

materiya) və surət (forma), cövhər (substansiya) və ərəz (aksidensiya), illət (səbəb) və

məlul (nəticə), vacib və mümkün və s. kateqoriyalar, şübhəsiz, peripatetizm

fəlsəfəsindən keçmişdir. Lakin panteist filosof peripatetiklərə laqeyd münasibət

bəsləmişlər.

Hürufi-panteist dünyagörüşlü Nəsimi allahı, təbiəti və insanı eyniləşdirmişdir.

Həq-təala adəm oğlu özüdür. Otuz iki həqq kəlamı sözüdür. Cümlə aləm bil ki, allah

özüdür. «Ən-əl həqqəm» («Mənəm allah») hökmü ilə çıxış etmək orta əsrlərdə çox

böyük cəsarət tələb edirdi. Nizamidən sonra insanı ən yüksək mərtəbəyə ucaldan

Nəsimi olmuşdur. Ərəb və fars dilləri ilə yanaşı, özünün klassik fəlsəfi poeziyasını

Nəsimi öz ana dilində yaratmışdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, hürufilikdə ərəb əlifbasının һərfləri,

bunların sayına əsaslanan һesablamalar dünyanın dairəvi fırlanmasının dövrlərinin

simvolik əlamətləri һesab edilir. Hürufilər də nifaqorçular kimi һərfləri və rəqəmləri

cisimlərdən ayıraraq, onları müstəqil maһiyyət һesab edir, mütləqləşdirir və

ilaһiləşdirirdilər. Allaһın Quran vasitəsi ilə nazil etdiyi sözləri, һərfləri, rəqəmləri

һürufilər dünyanın yaradılması üçün materiya һesab edilər. Hürufilər Orta Əsr Avropa

realistləri kimi ümumi anlayışların şeylərin maһiyyətni təşkil etdiyini bildirirdilər.

Hürufilik XIV-XVəsrlərdə bütün Yaxın və Orta Şərqdə geniş yayılmışdı.

Şiəliyin bu ifrat təriqəti һərfləri mövcudatın maһiyyətini aşkarlamağın açarı

һesab edirdilər. Panteist istiqamətli fəlsəfi təlim һürufilikdə Allaһ siması bəlli

olmayan bir qüvvə kimi təbiətlə bərabərləşdirilir, yəni Allaһ təbiətdə əridilir, O öz ali

törəməsi olan insanın simasında təzahür edir. Məşһur, “Mənəm Allaһ!”, - ifadəsi də

məһz bu prinsipin məһsulu olaraq Fəzlullaһ Nəiminin şüarına çevrilmişdir.

Hürufilərin fikrinçə, Kainat əbədi olaraq mövçuddur. “İlaһi başlanğıc” insanda

onun simasında təzaһür edib, çünki insan Allaһa bənzər şəkildə yaradılmışdır. İlaһi

Page 74: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

74

başlanğıc insanlarda peyğəmbərlik, müqəddəslik və ilaһilik formalarında təzaһür edir.

Bu təlimin digər nümayəndəsi Nəsiminin panteizmi əsasən insanla Allaһ arasındakı

münasibətlərin şərһində özünü göstərir. O, insanı “qiblə” adlandırır, yaradıcı qüvvə

kimi uçaldır, “Məndə sığar iki çaһan, mən bu caһana sığmazam”, “həqiqi təala adəm

oğlu özüdür”, deyərək onu Allaһla eyniləşdirir.

Hürufilik fəlsəfəsinin banisi Fəzlullah Nəimi“Cavidani Kəbir”,“Məhəbbətnamə”,

“Ərşnamə” və s. əsərlərində hürufilik fəlsəfəsini şərh etmişdi.Sufi və ismaili fəlsəfəsindən bəhrəl

ənən hürufilik fəlsəfəsi nisbətən ardıcıl materialist yönümlü panteizmi və mistik pərdə altındaməh

əbbətlə əqli birləşdirərək varlığın dərkini təbliğ edən ideya cərəyanı idi.Bu təlim ərəb və fars əlifb

ası hərflərini və bu hərflərin saylarını (28 və 32) iliilahiləşdirir, onları hər şeyin əsasını təşkiledən

dörd maddi ünsür, insan və Allahla tam eyniləşdirirdi. Hürufilər hər cür zülmə,o cümlədən Tey

murilər zülmünə qarşı çıxaraq üsyanlar yolu ilə mübarizə edirlər. Bu əqidəyə görə, NəimiƏmir Te

ymurun oğlu Miranşahın əmri ilə qətlə yetirilmişdi. Lakin hərəkat davam edir və onun fəlsəfi təlim

i Orta və Yaxın Şərq ölkələrində və hürufiliyin vətəni Azərbaycanda (hürufi cəmiyyəti

məxfi təşkilat kimi Bakıda yaranır və Azərbaycan hürufi mənbələrində “oyanışın vətəni”

adlanır) geniş yayılırdı.

Şair və mütəfəkkir İmadəddin Nəsimi (1369/1370-1417) hürufilik fəlsəfəsinin

təbliğatçısı olub. Şairin Azərbaycan, ərəb və farsdilli divanları Şərq aləminə yayılaraqsufi və hüruf

i fəlsəfəsini poeziya dili ilə geniş təbliğ edirdi.

7. İşraqilik fəlsəfəsi.

İşraqilikdə neoplatonizm peripatetizmlə birlikdə təzahür edir. İşraqilik elmi-

fəlsəfi təlimi XII əsrdə yaranmışdır. Banisi Şihabəddin Sührəvərdidir. O, fikirlərini

“İşraq fəlsəfəsi”, “İşıqnamə”, “İşıq heykəlləri” və başqa əsərlərdə ifadə etmişdir. 37

yaşında bəzi islam hüquqşünasları tərəfindən dinsizlikdə, əqidə pozğunluğunda

təqsirləndirilərək öldürülmüşdür. Onun məğrur adı “öldürülmüş filosof” kimi tarixə

düşmüşdür.

Page 75: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

75

Sührəvərdinin fikrincə, bütün mövcudat mütləq işıqdan, İşıqlar işığından işraq

(emanasiya – işıq saçma) yolu ilə zəruri surətdə mərtəbə-mərtəbə yaranmışdır.

Mövcudatın mərtəbələri yalnız işıq və qaranlıqdan ibarətdir. Filosofa görə, İşıqlar

işığından faydalanan hər bir mücərrəd işığın 2 təbiəti vardır: zənginlik və yoxsulluq.

Zənginlik yeni bir mücərrəd işığı doğurur, yoxsulluq isə mücərrəd işığın kölgəsi kimi

təzahür edir. İşraqilikdə emanasiya prosesinin işıq və qaranlıq prinsipinə zərdüştiliyin

təsiri kimi baxıla bilər. Lakin burada işıq qaranlığı rədd etmir, əksinə, onu lazım bilir.

Alim cisimləri bəsit (yerdə: 4 ünsür – od, hava, su, torpaq; göydə: efir) və

mürəkkəb (ünsürlərin qatışığı – mineral, bitki, heyvan) olmaqla 2 hissəyə bölmüşdür.

Efirdən fərqli olaraq, digər ünsürlər daim dəyişmə və çevrilmə halında təsəvvür

edilirdi.

Sührəvərdiyə görə, bütün varlıq vacib varlıqdan emanasiya yolu ilə meydana

gəlmişdir. İnsanın ruhu ilahi ruhdan qidalanır, bədəndə formalaşır və fərdi xarakter

kəsb edir, amma sonra bədəni tərk edərək, ümumbəşəri ruha qovuşur. “İşıq

heykəllərində”, yəni maddi aləmin cisimlərində hərəkət təzələnmə, dəyişmə kimi

qiymətləndirilir. Göylərin hərəkəti dairəvi və sonsuzdur, yerdəki hərəkət isə düzxətli

və sonludur. O, ictimai ədalətsizlik və haqsızlığa nifrət etmiş və bədxahları əjdaha və

ilana bənzətmişdir. Onun fikrincə, hakimiyyətə maarifpərvər və ləyaqətli insanlar

gələrcə, insanların həyatı yaxşılaşar.

Qeyd etmək lazımdır ki, Sührəvərdinin fəlsəfi fikirlərini tədqiq edən

Z.Məmmədov filosofun 52 əsərindən on üçünün peripatetizm, on beşinin sufizm,

səkkizinin işraqilik, on altısının isə müxtəlif mövzular üzrə qruplaşdığını qeyd

etmişdir.

Filosof mühüm fəlsəfi məsələlərə - varlıq və onun növləri, substansiya və

aksidensiya (hər şeyin təsadüfi, keçici, müvəqqəti əhəmiyyətsiz xassəsi), materiya və

forma, cisim və onun hərəkəti, səbəb və nəticə və s. öz münasibətini bildirmişdir.

İşraqilik fəlsəfəsinə görə, işıq və onun kölgəsindən ibarət olan bütün

mövcudluğun zirvəsi mütləq işıq-işıqlar işığıdır (Nur əl-Ənvər). Bu vahid işıqdan

Page 76: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

76

digər işıqlar və onların kölgələri (cisimlər) yaranır. İşraqiliyə görə, insan ruhu abstrakt

işıqdan əmələ gələn işıqdır. İnsanın bütün fəaliyyəti onda olan abstrakt işığın

sayəsində baş verir.

Sührəvərdi göstərirdi ki, ilk materiya elə bir substansiyadır ki, o, gah od

formasına, gah da hava formasına, gah su formasına, gah da torpaq formasına girir.

Materiyanın təzahürləri, o cümlədən cisim, say, fiqurlar, rəng, isti, soyuq və s.

aksidensiyalarla fərqlənir. Sührəvərdi bir sıra fəlsəfi kateqoriyalara da öz münasibətini

bildirmişdir. Onun maraqlı ictimai-siyasi fikirləri də olmuşdur.

Məlumdur ki, Şihabəddin Sührəvərdinin əsərlərinin və onlara yazılmış

şərhlərin, haşiyələrin əlyazma nüsxələri dünyanın bir sıra fondlarında və

kitabxanalarında saxlanılır. Qeydə alınmış əlli iki əsərindən on üçü peripatetizm, on

beşi sufizm, səkkizi işraqilik və on altısı müxtəlif mövzular üzrə qruplaşdırılıb.

Şihabəddin Yəhya Sührəvərdinin zəngin irsi 12-ci əsrdən etibarən ərəb, fars, qismən

də türk dillərində müsəlman Şərqi xalqlarının fəlsəfəsi tarixində özünə möhkəm yer

tutub. Onun əsərlərinin orta əsrlərdə köçürülmüş əlyazma nüsxələri hazırda dünyanın

müxtəlif şəhərlərində, Dəməşq, Sankt Peterburq, Tehran, Bağdad, Qahirə,

İskəndəriyyə, İstanbul, Paris, London kitabxanalarında saxlanılır. Onun irsinin

yayılmasında görkəmli fransız şərqşünası A.Korbinin hazırladığı üç cildlik toplunun

əhəmiyyəti misilsizdir. Birinci məcmuə İstanbulda 1945-ci ildə buraxılıb, bura

peripatetizmə dair əsərlərin metafizika hissələri toplanıb. 1952-ci ildə Tehranda

çıxmış ikinci məcmuədə “İşraq fəlsəfəsi”, “Filosofların görüşləri”, “Qərb qürbəti”

əsərləri verilib. 1970-ci ildə Tehranda buraxılmış məcmuədə filosofun on dörd traktatı

toplanıb. Onun “Aşiqlərin munisi” əsəri O.Spis tərəfindən 1934-cü ildə Ştutqartda və

Dehlidə, “Quş haqqında traktat”ı 1935-ci ildə O.Spis və Xatak tərəfindən Ştutqartda

çap edilib və s. Fon Den Berc “İşıq heykəlləri” traktatını holland dilində 1916-cı ildə

nəşr etmişdir. Peripatetizmə dair “Filosofların görüşləri” traktatı ortodoksal İslam

ideoloqlarının Şərq peripatetiklərinə qarşı güclü hücuma başladığı bir dövrə təsadüf

Page 77: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

77

edir. Burada müəllif aristotelçi filosoflara haqq qazandıraraq onların müddəalarının

təhrifinə və rasional fikirlərinin bidət kimi qələmə verilməsi cəhdinə qarşı çıxır.

Xatırladaq ki, işraqilik fəlsəfəsində “varlıq” və “yoxluq” anlayışları “işıq” və

“qaranlıq” anlayışları ilə ifadə olunur. Şihabəddin Sührəvərdi Vacib Varlıq haqqında

irəli sürülən bəzi müddəaları müəyyən mənada İşıqlar İşığına aid edir: “İşıqlar işığı

bütün mövcud şeylərin varlığının səbəbidir.” Mövcudatın mənbəyi İşıqlar işığı

timsalında götürüldükdə emanasiya nəzəriyyəsinin şərhi sadələşir, zira, işıq

mövcuddursa, şüalanmalıdır. İşraqilik fəlsəfəsilə tanışlıqdan sonra yəqin etmək olur

ki, babəkilik hərəkatının ideologiyasında mühüm anlayışı ifadə edən xürrə termini də

İşıqlar işığından çıxan mücərrəd işığa mütabiq bir məna daşıyır. Ş.Sührəvərdi

məcusiliklə, zərdüştiliklə bilavasitə bağlı xürrə sözünü “mənəvi işıq” mənasında

işlətmişdir.

Ş.Sührəvərdi mütləq biliyin mənbəyini maddi aləmdən kənarda axtarırdı. Onun

fikrincə, “İşraq fəlsəfəsi” kitabını intuisiyanın köməyilə dərindən anlamaq

mümkündür. İşraqilik fəlsəfəsinə görə, hissi və əqli idrak vasitəsilə maddi aləmin

şeyləri və hadisələri haqqında müəyyən bilik əldə edilir, intuitiv idrak isə insana

işıqlar aləminin sirlərini açır, mütləq həqiqəti aşkar edir.

Filosofun “İşıq heykəlləri”əsəri yeddi heykəldən və hər heykəl isə bir neçə

fəsildən ibarətdir. Yeddi heykəl götürlməsi ehtimal ki, Şərq dini-fəlsəfi fikri ilə

bağlıdır. Burada 7 planetə pərəstiş edən safilər və 7 imama tapınan ismaililərlə

yaxınlıq ifadə olunmuşdur. Əslində yeddi sayı daha çox gölgərlə, yaranmış cisimlərin

növləri ilə bağlı idi: efir, 4 ünsürün üçü (hava, su, torpaq) və ünsürlərin üç törəməsi:

mineral, bitki, heyvan. Bunlar isə işıq obyektləridir, işığın qəbulediciləridir. Bu

cisimlər isə maddi mövcudatın materiyanın təzahür formalarıdır. Ş.Y.Sührəhvərdinin

işraqilik fəlsəfəsində cəmiyyətə, insana baxışlar da maraqlıdır. O,insanı işıqlı, ədalətli,

xeyirxah əməllərə çağırır. Haqsızlığa qarşı çıxır, ictimai bərabərlik ideyasını təbliğ

edirdi.

Page 78: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

78

MÖVZU – 5.

ORTA ƏSRLƏR QƏRBİ AVROPA FƏLSƏFİ FİKRİ.

İNTİBAH FƏLSƏFƏSİ

1. Orta əsrlərdə Qərbi Avropa fəlsəfi fikrinin formalaşması.

2. Patristika və onun mahiyyəti.

3. Sxolastika və onun mahiyyəti.

4. Nominalizm və realizm.

5. İntibah fəlsəfəsinin əsas cərəyanları: humanizm və antroposentrizm.

1. Orta əsrlərdə Qərbi Avropa fəlsəfi fikrinin formalaşması.

Orta əsrlər Avropa tarixində uzun bir dövrü, Poma imperiyasının süqutundan

(V əsrdən) İntibah dövrünə kimi (XIV-XV əsrlər) geniş bir dövrü əhatə edir. Bu

dövrdə fəlsəfi fikir 2 əsas mənbə üzərində formalaşmışdır:

Birinci mənbə – Qədim Yunan fəlsəfəsidir. Xüsusilə Platon və Aristotelin

fəlsəfi irsinin ənənələri.

İkinci mənbə isə xristian dini dünyagörüşünün hökmranlığı, mistik və idealist

dini ideologiya ilə bağlı idi.

Bu dövrdə fəlsəfə ilahiyyatın “xidmətçisinə” çevrilmişdir. Bütün fəlsəfi

məsələlər aşağıda qeyd edilmiş dini mövqelər çərçivəsində öz həllini tapırdı:

1. Teosentrizm

2. Kreasionizm

3. Providensializm.

Bu dini mövqelərdə ifadə edilən fikirlər biri digərini tamamlayır. Teosentrizmə

əsasən Allah bütün mövcudatın yaradıcısı və mərkəzi kimi qəbul edilir. Kreasionizm

xristian doqmasına əsasən, Allahın dünyanı öz ilahi qüvvəsi ilə “heçdən” yaratdığını

və maddi aləmin mövcudluğunun ondan aslı olduğu fikrinə əsaslanır.

Page 79: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

79

Providensializmə görə isə dünyada baş verən bütün proseslər, həmçinin insanların

hərəkətləri ilahi qüvvə tərəfindən idarə edilir.

Bu dövrdə materialist təlimlər təqib edilsələr də, feodal istehsal

münasibətlərinin inkişafı təbiətşünaslıq problemlərinə də marağı artırırdı. Təbiətşünas

alimlər dünyanın əbədiliyi və onun heç bir qüvvə tərəfindən yaradılmadığını sübut

etməyə çalışmış, ruhun ölməzliyi haqqındakı dini-idealist baxışları rədd etmişlər. Bu

dövrün fəlsəfi və ictimai-siyasi fikrinin qabaqcıl nümayəndələri Şərq fəlsəfəsinin,

Platonun, Aristotelin, Heraklitin, Evklidin, Ptolemeyin və b. ideyalarına əsaslanaraq

öz fikirlərini ifadə etmişlər. Orta əsrlərdə qədim dövr filosoflarının 4 ünsür: od, hava,

su və torpaq ilə bağlı təlimləri təbiət haqqındakı biliklərin əsasını təşkil edirdi.

Lakin Orta Əslər Qərbi Avropada əsas fəlsəfi fikirlər xristian dini dünyagörüşü

ilə sıx bağlı olmuşdur. Bu dövr fəlsəfi fikrinin əsas inkişaf mərhələləri

aşağıdakılardır:

1. Patristika - II əsrdən VIII əsrə kimi;

2. Sxolastika - IX əsrdən XV əsrə kimi.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Orta əsrlər dövründə həm Qərbdə, həm

də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi

fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi.

Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla

bağlıdır. Fəlsəfənin inkişafı iudaizm, xristianlıq və islam dini ilə bilavasitə bağlıdır.

Qədim dövrlərin fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə

əsaslanan teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında təbiət

deyil, ilkin əsas və səbəb olan Allah durur.

Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika adlandırırlar. Orta əsrlər

fəlsəfəsinin əsas cəhətlərini ifadə edən və öz mahiyyətinə görə teosentrik olan

sxolastika həmin dövrdə filosofluq etmənin əsas üsulu kimi çıxış etmişdir. Bu fəlsəfə

üçün bütün varlığı müəyyən edən reallıq təbiət deyil, allah olmuşdur. Orta əsrlər

sxolastikasının ikinci vacib əlaməti «Məktəblərin» təsiri ilə müəyyənləşmişdir.

Page 80: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

80

Burada, avtoritetə tabeçilik və ona sədaqət mühüm yer tutmuşdur. «Məktəbə» mənsub

olmaq, onun ideologiyasına riayət etmək əsas şərt idi.

Orta əsr fəlsəfəsində məktəb hakimdir və burada mücərrəd mühakimə əsas yeri

tutr. Orta əsr sxolostikasında teoloji dünya anlamından meydana çıxan iki vacib

prinsip də mövcud olmuşdur. Bunlar ontologiyanın başlıca prinsipi olan kreatsionizm

(yaxud yaranma) və qnoseologiyanın başlıca prinsipi olan vəhy prinsipləri idi. Hər iki

prinsip bir-birilə sıx əlaqədə olub vahid, şəxsi allahın mövcudluğunu irəli sürürdü.

Daha dəqiq desək, əgər yunan fəlsəfəsi politeizmlə (çoxallahlıqla) əlaqədar idisə, orta

əsrlər fəlsəfəsi də monoteizmlə (təkallahlıqla) bağlı idi. Ona görə də müxtəlif

təlimlərdən ibarət olmasına baxmayaraq, yunan fəlsəfəsi bütövlükdə naturalist

xarakter (hər şeyi, o cümlədən insanı da əhatə edən bütöv olan - təbiətdir) daşımışdır.

Orta əsr fəlsəfəsinə isə dini xarakter (hər şey - allahdır) xas olmuşdur.

Orta əsrlərin Avropa fəlsəfəsi, hər şeydən əvvəl, iki böyük şəxsiyyətin– Avqustin və

Akvinalı Fomanın adı ilə bağlıdır. İlkin xristianlıq fəlsəfəsi tam şəkildə Avqustinin

təliminə əsaslanmışdır. Əslində, sonrakı dövrün sxolastikası da Avqustin ənənələrinə

sadiq qalmışdır. Akvinalı Foma isə Avqustinin təlimini Aristotel təlimi ilə

sintezləşdirmişdir.

Qeyd etdiyimiz kimi, uzun dövrü əhatə edən Orta əsrlər fəlsəfəsi bilavasitə

xristian dini ilə əlaqədar idi. Bu dövrdə yalnız o filosoflar hörmətə layiq görülürdülər

ki, onlar xristianlığın tərəfdarları olsunlar. Bu mənada Orta əsrlər fəlsəfəsi istər Antik

dövrün, istərsə də İntibah dövrünün fəlsəfəsindən əsaslə surətdə fərqlənirdi.

Xristianlıq eramızın I-II əsrlərində Roma imperiyasının Şərq əyalətlərində

meydana gəlmişdir. Onun əsas mənbəyi Antik dövrün ən məşhur monoteist dini

yəhudi dini idi. Xristianlığın yayılması və xristian fəlsəfəsinin formalaşması Roma

imperiyasının dağılması ilə əlaqədar olaraq, meydana gəlmiş idealizm fəlsəfəsinin

dini-mistik istiqamətlərinin inkişafı ilə bağlıdır.

Orta əsrlər antik fəlsəfə ilə İntibah dövrü və Yeni dövr fəlsəfəsi arasında

birləşdirici vasitə olmuşdur. Xristianlıq antik fəlsəfə əsasında yaranmışdır, ona görə

Page 81: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

81

də bu dövrün fəlsəfəsi antik fəlsəfənin bir çox ideyalarını inkişaf etdirmişdir. Bu

sxolastik fəlsəfə idealizmin özünün obyektiv və subyektiv idealizmə parçalanmasını

təmin etmişdir. Gələcəkdə empirizmin (Bekon, Hobbs, Lokk) və rasionalizmin

(Dekart) başlanğıcını qoydu, tarixi prosesi düşünməyə maraq yaratmışdır.

Bütövlükdə, Orta əsr fəlsəfəsini humanizmin inkişafında yeni mərhələ kimi

səciyyənləndirmək olar. Allaha inam dini-fəlsəfi dünyagörüşü şəxsiyyətin inkişafının

mühüm problemlərini üzə çıxarmağa və onların həllinə müəyyən dərəcədə kömək

etmişdir. Bu fəlsəfədə kosmos, kosmosda insanın yeri, təbiətə insanın münasibəti

məsələləri arxa plana keçirilir. Fəlsəfənin predmeti mütləqin, Allahın adı ilə

əlaqələndirilir. Əlbəttə, bu fəlsəfənin də diqqət mərkəzində insan problemi durur.

Lakin artıq insan təbiətin kosmos mənşəli, onun bir hissəsi kimi deyil, ilahinin

yaratdığı varlıq kimi başa düşülür.

2.Patristika və onun mahiyyəti.

Xristianlıq fəlsəfəsinin birinci məhrələsi olan “patristika” (II-VIII əsrlər) kilsə

ataları tərəfindən yazılmış ədəbiyyatın ümumi adıdır. Patristika latın sözüdür (patria),

mənası ata deməkdir.

Patristikanın özünü də 2 mərhələyə bölmək olar:

birinci mərhələdə xristianlıq ehkamlarının əsası qoyulmuş, vahid və güclü kilcələr

yaradılmışdır;

ikinci mərhələdə xristianlığın ehkamları və fəlsəfəsi işlənib hazırlanmışdır.

Bu mərhələnin ən görkəmli nümayəndələrindən biri Avreliy Avqustindir (və ya

Müqəddəs Avqustin). O, yetkinlik yaşlarında xristianlığı qəbul etmiş və ilahiyyata

dair bir çox əsərlər yazmışdır. Onun fəlsəfi dünyagörüşünün formalaşmasına

Platonun, skeptisizmin, neoplatonizmin və maniliyin təsiri olmuşdur.

Avqustin digər xristian alimləri kimi Allahı ali varlıq kimi səciyyələndirmiş və

insanın taleyinin əvvəlcədən müəyyən olduğunu bildirmişdir. Onun fikrincə, Allah

Page 82: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

82

özünün əzəli qərarı ilə bəzi adamlara gələcək əbədi həyatda xoşbəxtlik, səadət bəxş

etmiş, digərlərini isə əbədi işgəncəyə məhkum etmişdir.

O, yerdəki dünyanı “ikinci kitab” adlandırmış və onu Müqəddəs Kitabdan sonra

oxumağı lazım bilmişdir. Dünyada şər qüvvələrin rolunu şişirdərək belə hesab

etmişdir ki, bəşər tarixi 2 barışmaz qüvvənin mübarizə tarixidir. İşıq səltənəti ilə

Zülmət səltənəti, yəni Allah ilə Şeytan arasında daim mübarizə gedir. O, Şeytan

səltənətini dövlət ilə, Allah səltənətini isə kilsə ilə bağlayırdı.

Onun fikrincə, yalnız Allaha olan məhəbbət insanı əsl insan edir. Avqustin istər

rəsmi (dövlətin), istərsə də qeyri-rəsmi (insanların) tərəfin zorakılığını Yer üzərindəki

çatışmamazlığın təzahürü kimi qəbul etmişdir. O, kilsəni yerdə olan hakimiyyət

forması kimi qəbul edərək, belə hesab etmişdir ki, bütün insanlar (sadə insanlar və

hökmdarlar) ona tabe olmalıdırlar. Onun dünyagörüşü teosentrik xarakter kəsb edir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Avqustinin fəlsəfi ideyaları «Həqiqi din

haqqında», «Azad iradə haqqında», «Tövbə», «Allah şəhəri haqqında» əsərində öz

əksini tapa bilmişdir. «Allah şəhəri haqqında» əsəri daha mühüm yer tutur. Orada

filosof insan birliyinin bir– birinə əks olan iki növünü təhlil etmişdir. Bunlardan

birincisi, «dünyəvi şəhər», daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın

inkarına aparıb çıxaran dövlətçilikdir, ikincisi isə «Allah şəhəri»dir ki, burada allaha

məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir.

Qeyd etmək lazımdır ki, Avqustinin «Allah haqqında təlimi» sxolastikaya həlledici

təsir göstərimişdir. Allah ali varlıqdır, dünya qaydalarını şərtləndirən əbədi və

dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə görə deyil, öz iradəsinə görə dünyanı

heç nədən yaratmışdır. Yaradılma haqqında ehkam ağırlıq mərkəzini təbii başlanğıc-

dan fövqəltəbii başlanğıca keçirir. Antik dövrün allahları təbiətlə qohum idilər,

xristian allahı isə təbiətin fövqündə dururdu. Ona görə də həmin allaha transendent

allah deyirdilər.

«Allah şəhəri haqqında» əsərində Avqustin yazırdı ki, dünya zamanda deyil,

zamanla birlikdə yaradılmışdır. Beləliklə, fəal yaradıcı başlanğıc təbiətdən,

Page 83: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

83

kosmosdan alınaraq allaha verilirdi. Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan

fəlsəfəsində tutduğu mövqeyini itirmişdir. Avqustin təlimində dünya haqqında təlim

ikinci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm (əql və

materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsipinə görə,

yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın yaratdığıdır.

Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə ontoloji olaraq bir–

birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, heç nədən asılı

deyildir, hər şeyin mənbəyidir (əslində antik filosofların varlığa aid etdikləri

atributları orta əsr fəlsəfəsində allaha aid edilirdi).

Avqustin fəlsəfəsində tale, qismət təlimi mühüm yer tutur. Həmin təlimdə

göstərilirdi ki, subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq, o nə iş

görürsə, allah onun vasitəsilə edir. Özünün qararı ilə allah bəzi adamları xilas edir,

digərlərini cəhənnəm əzabında cəzalandırır. Xristian tale, qismət təliminin mahiyyəti

belədir. İlahi tale qismət prinsipi iki bir– birinə zidd şahlıqların mənbəyidir. Bu iki

şahlıq axirət dünyası və real dünyadır. Real dünya müharibələrlə, zorakılıq üzərində

qurulmuşdur. İlahi dünya isə kilsənin köməyi ilə formalaşır. Avqustin özünün

ilahiyyətə dair əsərlərində dəfələrlə kilsə anlayışlarına müraciət etmişdir. Çünki həmin

anlayışlar Avqustinin dünyagörüşündə həlledici yer tuturdu. Sonralar sxolastiklər,

xüsusilə Akvinalı Foma üçün həmin anlayışlar fundamental mahiyyətə malik

olmuşdur. Avqustin özünün fəlsəfə təlimini teologiya haqqında təlim kimi təqdim

etmişdir. O, teologiyanı təbii elm hesab edirdi.

Avqustinin fikrincə, allah müdriklik simvoludur. Ona görə də müdrikliyi sevən

filosoflar allahı da sevməlidirlər. Avqustinin adı ilə başqa bir mühüm ənənə də

bağlıdır. O, insan ruhunun psixologiyasına diqqətli olmuşdur. Onun üçün insan

ruhunun incəlikləri allah tərəfindən yaradılan başqa şeylər kimi sirli bir aləmdir. Bu

incəliklər ruhun xilası üçün, onun günahlarından təmizlənməsi üçün olduqca vacibdir.

Bu səbəbdən tövbə böyük əhəmiyyət kəsb edir. Fəlsəfədə tövbə anlayışının

Page 84: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

84

başlanğıcına görə Avropa mədəniyyəti Avqustinə minnətdar olmalıdır. Jan Jak

Russonun, Lev Tolstoyun «Tövbə»si Avqustinin «Tövbə»sindən bəhrələnmişdir.

Avqustinin fikrincə, tarixi prosesdə bəşəriyyət iki “axın” yaradır. Bir tərəfdən

dünyəvi dövlət bədbəxtliyin, günahın, şeytanın səltənəti, digər tərəfdən, xristian

kilsəsi – İlahinin yerdə hökmranlığı. Bu iki axın iki növ sevgi tərəfindən

yaradılmışdır. Yerdə olan səltənət insanın özünün-özünə sevgisi, səma səltənəti

Allaha sevgi. Avqustinə görə bu iki axın parallel inkişaf edərək 6 əsas dövrdən keçir:

birincisi, Adəmdən dünyanın su basmasına qədərki dövr; ikincisi, Nuhdan İbrahimə

qədərki dövr; üçüncüsü, İbrahimdən Davidə qədərki dövr; dördüncüsü, Daviddən

Vavilon əsarətinə, yəhudi çarlarının və peyğəmbərlərin zamanına qədərki dövr;

beşincisi, Vavilon əsarətindən İsaya qədərki dövr; altıncısı, İsadan başlayır və

ümumiyyətlə tarixin sonuna qədər davam edəcəyi dövrdür.

Qeyd etmək lazımdır ki, Avqustinin varlıq təlimi yeni platonçuluğa yaxındır. Yəni

Allah varlığın mənbəyidir, təmiz formadır, ülvi gözəllikdir, xoşbəxtlik mənbəyidir.

3. Sxolastika və onun mahiyyəti.

Sxolastika (latın sözüdür – scholastics – mənası məktəb deməkdir) Orta əsrlər Qərbi

Avropa fəlsəfəsinin ikinici mərhələsidir (IX-XV). Ənənəvi olaraq bu mərhələnin

fəlsəfəsini məktəb fəlsəfəsi adlandırırlar. Çünki bu fəlsəfi fikirlər kilsə nəznindəki

məktəblərdə yaranmış və inkişaf etmişdir.

Sxolastika 2 cəbhəyə bölünürür:

Birinci cəbhəyə bu fəlsəfənin mühafizəkar cərəyanlarının nümayəndələri daxil

edilir. Onlar Avqustinin ilahiyyata dair əsas fikirlərini saxlamaqla, Aristotel

fəlsəfəsinin bir sıra müddəalarını ilahiyyata tətbiq etmək istəmişlər.

İkinci cəbhəyə mütərəqqi cərəyanlar aid edilir. Onların nümayəndələrinin

fikrincə, əsas diqqət Aristotel fəlsəfəsinə verilməli, lakin eyni zamanda Avqustinin

fikirlərindən də uzaqlaşmaq olmaz.

Page 85: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

85

Orta əsrlərin Qərb sxolostikasında ən görkəmli yerlərdən birini Akvinalı

Foma tutur. Akvinalı Foma Dominikan ordeninin rahibi, orta əsrlərin tanınmış

teoloqu və təbiətşünası Böyük Albertin şagirdi olmuşdur. Ölümündən sonra Akvinalı

Foma Roma katolik kilsəsinin qərarı ilə (1323) övliyələr cərgəsinə–müqəddəslər

sırasına salınmışdır.

Əsas əsərləri «Bütpərəstlər əleyhinə külliyyat» və «Teoloji külliyyat»dır.

Bundan əlavə o, həm də Aristotelin və digər filosofların əsərlərinin şərhçisi olmuşdur.

Akvinalı Foma sxolastikanın sistemləşdiricisi, tomizmin banisi hesab olunur. O, öz

fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini (hərəkətsiz), dünyanın ilk

təkanvericisi haqqında təlim və s. gücləndirmək yolu ilə işlənmişdir. Akvinalı

Fomanın fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Onun fəlsəfəsinin əsas

müddəalarını nəzərdən keçirək.

Foma Akvinskinin fikrincə, Allah bütün varlıqları ideyalar şəklində özündən

bərqərar etmiş mütləq ruhi varlıqdır, o, əbədi, qeyri-maddi xalis ruhi formadır və

bütün formaların əsasıdır. O, bildirir ki, bütün şeylərdə nə qədər varlıq varsa, bir o

qədər də də aktuallıq mövcuddur. Aktuallığa görə 4 səviyyə vardır. Birinci pillədə

formanın varlığı yalnız şeylərin zahiri müəyyənliyini təşkil edir. Bura qeyri-üzvi

stixiyalar daxildir. İkinci pillədə forma şeylərin son səbəbi kimi qarşıya çıxır. Üçüncü

səviyyə fəaliyyətdə olan səbəbdən ibarətdir. Bura məqsədə malik olan və hərəkətə,

fəaliyyətə başlayan heyvanlar aiddirlər. Dördüncü pillədə forma materiyadan asılı

olmayan özü-özlüyündə materiyanın təşkil edən prinsip kimi çıxış edir. Bu isə ruh və

ya zəkalı ruhdur, xəlq edilən varlıqlardan ən alisidir. Materiya ilə əlaqəsi olmayan

insanın ağıllı ruhu bədənin ölməsi ilə məhv olmadığından, o, «özündə varlıqdan»

ibarətdir.

İnsan görünüşlər vasitəsilə ayrıca şeyləri, əqli əqli görünüşlər vasitəsilə ümumi,

qrup halında olan şeyləri dərk edir. İnsan allah tərəfindən xəlq edilən hissi şeyləri dərk

etmək yolu ilə Allahın özünü dərk etmək səviyyəsinə yüksəlir. Allah insanı özünə

oxşar və öz surətində yaratmaqla onu bütün mövcud olanların hakimi etmişdir. Allah

Page 86: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

86

insana ağıl və iradə, xeyir və şəri bir-birindən fərqləndirmək qabiliyyətini vermişdir.

Bular insanın mahiyyətini təşkil edir.

Foma Akvinski Arsitotel məntiqinin köməyi ilə xristian teologiyasının başlıca

prinsiplərini əsaslandırmağa çalışmışdır. Ali başlanğıc allah - varlığın özüdür.

«Bütpərəstlər əleyhinə külliyyat» da o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus

Xristos bir tərəfdən insan obrazındadır, maddidir, digər tərəfindən Allaha məxsus

keyfiyyətlərə malikdir. O, ilahi (ideal) və insanın (maddi, materiya) vəhdəti

simvoludur. Beləliklə, Akvinalı Fomaya görə, ali həqiqət - allahın özüdür, İlahi

həqiqətdir.

Bilik tam şəkildə insan əqlinə xasdır, lakin o məhduddur. Ona görə də insan

əqlin dərk edə biləcəyi həqiqəti qəbul etməlidir. Etiqadın və əqlin münasibəti belədir

ki, burada üstünlük etiqada verilməlidir. Onun fikrincə, fəlsəfə ilahi həqiqətin dərk

edilməsi ilə məşğul olandır. Daha dəqiq desək, teologiyadır. Ümumiyyətlə, Akvinalı

Foma fəlsəfəni ilahiyata, yaxud da teologiyaya aid etmişdir. Bu zaman Akvinalı Foma

etiqada münasibətdə əqlin və elmin azadlığını qətiyyən qəbul etməmişdir. O, «ikili

həqiqət» nəzəriyyəsinin (elm yalnız formadan istifadə edərək öz varlığını təsdiq

etməyə çalışırdı) əleyhinə çıxış etmişdir. Foma allahın varlığını kosmoloji sübutlar

vasitəsilə təsdiq etməyə çalışırdı. O, sübutu allah haqqında anlayışlardan çıxarmırdı.

Hər bir hadisənin səbəbi olması prinsipindən çıxarırdı. Bir səbəbdən digərini

çıxararaq Foma belə bir nəticəyə gəlirdi ki, bütün real hadisə və proseslərin ali səbəbi

kimi Allahın mövcudluğu zəruridir. «Teologiya külliyyatı» traktatında o, varlığın 5

yolla sübutunu göstərirdi. Akvinalı Fomanın təliminin üçüncü əsas prinsipinin

məqsədi müqəddəs təlimin birinci dərəcəli əhəmiyyət daşıdığını əsaslandırmaq

olmuşdur. Onun fikrincə, müqəddəs təlim– elmdir. Lakin elmin təbiəti ikili xarakter

daşıyır. Məsələn, hesab, həndəsə və s. elmlərdə olduğu kimi; onlardan bir hissəsi təbii

idrakı üsullarla özünü göstərir, digəri isə ali vasitələrlə özünü sübut edir. Bax, mü-

qəddəs təlimlər belə elmdir. Ali vasitə, ali qüdrət isə allahın özüdür.

Page 87: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

87

Nəhayət, Akvinalı Fomanın təliminin dörüncü prinsipi onun sosial problemlərə

münasibəti ilə bağlıdır lakin onda sosial problemlər də katolik təlimi ruhunda həll

edilmişdir. Dövlət hakimiyyəti– allahdandır. İdarəçilik forması şəraitlə əlaqədar

dəyişdirilməlidir. Akvinalı Foma üçün ideal dövlət forması monarxiyadır. Vətəndaş

cəmiyyətində birinci rol kilsəyə verilməlidir. Dövlətdə dünyəvi həyat gələcək mənəvi-

rühani həyata yalnız hazırlıqdır. Hökmdarın hakimiyyəti ali ruhani hakimiyyətə tabe

edilməlidir. Onun başında isə səmada İusus Xristos, yerdə isə Roma papası

durmalıdır. Akvinalı Fomanın tomizm adlanan təlimi katolikliyin ideoloji dayağı və

nəzəri silahı olmuşdur.

Qeyd etmək lazımdır ki, feodalizm cəmiyyətinin içərisində şəhərlərin, sənətin,

ticarətin inkişafı ilə əlaqədar olaraq, istər təbiət elmləri, istərsə də humanitar eimlər

sahəsində tədqiqatlara və təhsilə maraq getdikcə artırdı. Bunun nəticəsində müxtəlif

Avropa ölkələrində, o cümlədən, məsələn,1348-ci ildə Praqada, 1364-cü ildə Vyanada

və s. universitetlər yarandı. XV əsrdə fəlsəfədə yeni tendensiyalar meydana gəldi,

tənqidi təhlil genişlənməyə başladı, bunların nəticəsində isə təbiət və cəmiyyət

hadisələrinə olan ənənəvi münasibət dəyişdi.

4. Nomunalizm və realizm.

Orta Əsrlər Qərbi Avropa sxolastikasında 2 əsas cərəyan fəaliyyət göstərmişdir:

1. Nomunalizm

2. Realizm.

Nominalistlərin fikrincə, real və obyektiv surətdə mövcud olan təbiətin

predmetləri, təzahürləridir. Nominalizm (latın sözü “nomina” – ad deməkdir) Orta

əsrlər sxolastikasında materalist yanaşmanın spesifik təzahürü idi. Onların təbiətin

predmetlərini real və obyektiv surətdə mövcudluğunu etiraf etməkləri, kilsə

doqmasını, yəni dini dünyagörüşə əsasən dünyanın Allah tərəfindən yaradılmasını,

ruhun, ideyanın, mənəvinin birinci, maddinin isə ondan törəmə olmasını qəbul edən

Page 88: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

88

və o dövrdə hakim mövqe tutan Müqəddəs Kitabın əsas qayəsindən kənara çıxırdı. Bu

da kilsənin mövqeyini zəiflədirdi.

Nominalizmin tərəfdarları bildirirdilər ki, ancaq ayrı-ayrı, tək, konkret şeylər

mövcuddur. Onlar ümumi anlayışları (universali) şeylərin ümumi adı kimi qəbul

edirdilər. Nominalistlər mənaca Aristotel təliminə daha yaxın olmuşlar. Aristotel

“təmiz ideya” anlayışını rədd etmiş, fərdi şeylərin mövcudluğunu qəbul etmişlər.

Nominalistlərə görə, universali predmetlərdən əvvəl deyil, sonra yaranır. Predmetlər

isə hissi qavrayışla dərk olunur.

Realistlər isə sübut etməyə çalışırdılar ki, real və obyektiv surətdə mövcud olan

ümumi anlayışlardır. Onlar əbədidir, təbiətdə mövcud olanlara nisbətən birincidirlər

və insandan asılı olmayaraq mövcuddurlar. Realistlərin fikrincə, təbiətin bütün

cisimləri yalnız ümumi anlayışların təzahür formalarıdır.

Realizmin tərəfdarlarına görə, əsl varlıq şeylərin özləri deyil, ümumi

anlayışlardır, universalidir. Realizm mahiyyətcə Platonun “təmiz ideyalar” təliminə

yaxındır.

Sxolastikanın ən görkəmli nümayəndələrindən biri Foma Akvinskidir (və ya

Tomas Akvinat). O, realizm cərəyanın nümayəndəsidir. Akvinsi xristian ilahiyyatını

(əsasən, Müqəddəs Avqustinin ideyalarını) Aristotel fəlsəfəsinə tətbiq edirdi. Onun

fikrincə, varlıq 5 yolla dərk edilə bilər:

birinci yol - ilkin təkanverici qüvvəyə, yəni Allaha müraciət etmək zəruridir;

ikinci yol - yaradıcı səbəb anlayışıdır. Yaradıcı, demiurq Allahdır;

üçüncü yol - imkan və zərurət anlayışıdır. Bu da Allahdır;

dördüncü yol ondan ibarətdir ki, dünyada mövcud olan hər bir şey “kamillik

etalonu” yəni, Allahla bağlı olaraq, müxtəlif kamillik dərəcəsi kimi özünü

büruzə verir;

beşinci yol təbiətdə baş verənlərin hamısını müəyyənləşdirən şüurlu varlıqdır.

Bu da Allahdır.

O, belə hesab edirdi ki, ictimai nizam İlahi nizamın təzahürüdür.

Page 89: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

89

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Orta əsrlərdə sxolostikanın məşğul

olduğu əsas mövzu biliyin etiqada münasibəti məsələsi olmuşdur. Bu problem

etiqadın əql üzərindəki prioriteti problemi idi. Fəlsəfi mübahisələrdə bu problem

«universalilər», yaxud da ümumi anlayışların təbiəti haqqında məsələ kimi

formalaşmışdı. Nəticədə iki nöqteyi-nəzər, iki baxış yaranmışdı:

1) insanın fikri və nitqindən asılı olmayaraq «universalilərin» real varlığının

təsdiqi:

2) əks təsdiq - insandan asılı olmayan «universalilərin» mövcudluğu reallığının

inkarı.

Birinci nöqteyi-nəzər realizm adlanırdı. İkincisi isə nominalizm idi ki, insan

fikrindən asılı olmayan ümumi anlayışların mövcudluğunu inkar edirdi. Bunun

əvəzində isə o, ayrı-ayrı şeylərin «adlarının» mövcudluğunu təsdiq edirdi. Göründüyü

kimi, orta əsrlərdə yaranan realizm platonizmə yaxın idi. Çünki həmin baxışa görə,

ümumi anlayışlar üç halda öz mövcudluğunu göstərir:

1.«Maddi cismə qədər», daha dəqiq desək, ilahi zəkada mövcudolma;

2.«Maddi cismin özündə», onun mahiyyəti və forması kimi mövcudolma;

3.«Maddi cisimdən sonra», insan idrakında abstraksiya nəticəsində

mövcudolma.

İfrat realistlərin fikrincə, universalilər (ümumi anlayışlar) şeylərdən, maddi

cisimlərdən asılı olmayaraq müstəqildir onlardan əvvəl mövcuddur.

Nominalistlər isə realistlərin bu fikrinin əksinə olaraq universalilərin müstəqil,

obyektiv mövcudluğunu inkar edir, ümumi anlayışların ancaq insan idrakında,

təffəkkürdə mövcudluğunu qəbul edirdilər. Bəzi nominalistlərə görə, ancaq təkcələr

real mövcuddur, ümumilər isə illüziyadır, universalilər ancaq maddi cisimlərə, şeylərə

verilmiş adlardır, onlar maddə cisimlərsiz mövcud ola bilməzlər. Nominalizm iddia

edirdi ki, ancaq fərdi olanlar, konkret maddi cismlər real mövcuddur, məhz onlar

ancaq təfəkkür predmeti kimi öyrənilə bilər.

Page 90: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

90

XII əsrdə Qərb sxolastikasının ən böyük nümayəndələrindən biri Pyer

Abelyar (1079– 1142) olmuşdur. Universalilər haqqında olan mübahisədə o, həm ifrat

nominalistlər, həm də ifrat realistlərin əleyhinə çıxış etmişdir. Abelyara görə, yalnız

təkcə şeylər («substansiyalar») mövcud ola bilər, onlar öz aralarında bir–birinin

eynidir. Universalilər də həmin eyniliyə əsaslanmışdır. O nominalizmə bu cür haqq

qazandırırdı. Lakin onun fikrincə, ümumi anlayışların, yaxud ideyaların reallığı da

(allahın zəkasında) qəbul edilməlidir. Onlar allahın yaratdığı şeylərin nümunələridir.

Abelyar əqlə haqq qazandırır, sxolastika mötədil realizmin inkişafına şərait yaradır.

Bu isə sxolastiklərin mürtəce hissəsində güclü narazılığa səbəb olurdu.

Abelyar öz məktəbini (Parisdə) təsis edərək orada uğurlu fəaliyyət

göstərmişdir. Avropanın müxtəlif yerlərindən onun şagirdləri yanına axışırdı. Onun

həyatında öz şagirdi Eloiza ilə macərası mühüm yer tutmuşdur. Bu macəra

bədbəxtliklə nəticələnir. Eloiza rahibə, filosofun özü isə monastra getməli olur.

Bununla yanaşı, mürtəce teoloqlar onu eretik kimi mühakimə edərək məcbur edirlər

ki, o, özünün ilahiyyət traktatını camaatın gözü qarşısında yandırsın. Ölümünə az

qalmış onun təlimi ikinci dəfə mühakimə edilmişdir. Əsərlərinin içərisində yazdığı

«Mənim müsibətlərimin tarixi» (1192– 1196) adlı avtobioqrafik əsəri mühüm

əhəmiyyət kəsb edir. Burada dövrün maraqlı dünyagörüşü və fəlsəfi xarakteristikası

mühüm yer tutur. O, belə hesab edirdi ki, filosof üçün başlıca cəhət nə avtoritetə, nə

adamların rəyinə qulaq asmaq deyil, əqlin prinsiplərinə riayət etməkdən ibarətdir.

5. İntibah fəlsəfəsinin əsas cərəyanları: humanizm və antroposentrizm.

İntibah dövrünün fəlsəfəsi bəşəriyyətin ictimai fikir tarixinin inkişafında

mühüm yer tutur. Bu fəlsəfə feodal ideologiyası, kilsə və sxolastikaya qarşı

mübarizədə meydana gəlmişdir. Onun bərqərar olması feodalizm cəmiyyətinin

içərisində kapitalist istehsal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar idi.

İntibah fəlsəfəsinin dünyagörüşüdə xüsusi yer tutan cərəyanlar aşağıdakılardır:

1. Humanizm

Page 91: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

91

2. Antoposentrizm

Humanizm ideyalarının meydana gəlməsini təmin edən əsas amillərdən biri

təbiətşünaslığın, təbiət elmlərinin inkişafı idi. Məlum olduğu kimi XV-XVI əsrlərdə

təbiətşünaslığın əsl mənada elmə çevrilməsi prosesi başlandı. Bu dövrdə astronomiya,

mexanika, riyaziyyat, bir qədər sonra isə fizika, kimya, biologiya kimi təbiət elmləri

inkişaf etməyə başladı. İntibah dövrünün ideologiyası, fəlsəfəsi və bütövlükdə

mədəniyyəti üçün həlledici meyllərdən biri teosentrik baxışdan antroposentrik

dünyagörüşə keçid idi. Bu o deməkdir ki, feodalizmə və onun ideologiyasına qarşı

mübarizədə insan haqqında təlim ön plana çəkilmiş və insan zəkasının qüdrətinə,

əqlin gücünə inam artmışdır.

İntibah dövrünün ilk beşiyi İtalyadır. XV və XVI əsrlərdə İntibah dövrünün

humanist təfəkkürü İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və

Macarıstanda da geniş yayılmışdır. O dövrün görkəmli nümayəndələrindən Cordano

Brunonun, Leonardo da Vinçinin, Nikolay Kopernikin, Qalileo Qalileyin adlarını

qeyd etmək olar.

Leonardo da Vinçi dünyanın elm, mədəniyyət və fəlsəfi fikir tarixinin

inkişafında böyük rol oyanamışdır. O, İntibah dövrünün dahi rəssamı, riyaziyyatçısı

və mexaniki idi. Onun fikrincə, fəlsəfənin əsas vəzifəsi gerçəkliyin elmi surətdə dərk

edilməsindən ibarətdir. Dünyanın obyektivliyi və maddiliyi onda heç bir şübhə

doğurmurdu. O, materializmə yaxınlaşaraq bildirmişdir ki, təbiətin bütün hadisələri

obyektiv qanunlara tabedir. Leonardo həmçinin həqiqətin ikiliyini rədd etmişdir.

Onun fikrincə, həqiqət birdir, o da dinə deyil, elmə əsaslanır.

Nikolay Kopernikin ən böyük xidməti heliosentik (yunan sözü helios – günəş

deməkdir) sistemi kəşf etməsidir. Bu sistemə görə öz oxu ətrafında fırlanan Yer

Günəş ətrafında dövr edən planetlərdən biridir. O, “Səma dairələrinin dövranı

haqqında” adlı əsərində bu sistemin əsas müddəalarının şərhini vermiş və

təbiətşünaslığın ilahiyyatdan azad olması tarixi də, məhz onun bu əsəri ilə

başlanmışdır. Bununla dini dünyagörüşün əsasında duran geosentrik (yunan sözü geo

Page 92: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

92

– yer deməkdir. Bu təlimə əsasən Yer hərəkətsizdir və dünyanın mərkəzidir. Yer

ətrafında Günəş, Ay, planetlər və ulduzlar dövr edir. Dini baxışlar, həmçinin Platon

və Aristotelin əsərlərinə əsaslanaraq II əsrdə yunan alimi Ptolemey tərəfindən başa

çatdırılmışdır.) sistemin əsassız olduğu sübut edildi.

Qeyd etmək lazımdır ki, İtalyanın intibahı daha əsaslı qurulmuşdu, onun

predmeti təbiət fəlsəfəsi, çıxış nöqtəsi ilə humanistlər tərəfindən bərpa edilmiş

platonizm idi. Alpyanı Avropa ölkələrinin intibahında isə məntiq, dövlət, hüquq

fəlsəfəsi böyük rol oynayırdı. Ən ümumi cəhət ondan ibarət idi ki, hər iki humanizmin

nümayəndələri katolisizmin hökmran ideologiyası və fəlsəfəsi ilə toqquşurdu.

XV əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa

vurdu və həyat meydanına fəlsəfənin yeni bir sahəsi – təbiət fəlsəfəsi daxil oldu. O

İntibah dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi Cordano

Bruno idi. Bu fəlsəfə humanizm fəlsəfəsi və mədəniyyətinin bütün keçmiş inkişafı

nəticəsində hazırlanmışdır.

İntibah dövründə təbiət fəlsəfəsi ilə yanaşı təbiətşünaslıq da inkişaf edirdi. Bu

sahədə baş verən kəşflər Yeni Dövr fəlsəfəsinin mühüm mənbələrindən birinə

çevrilmişdir. Bu dövrün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental tədqiqat

metodunu ön plana çəkirdilər. Burada riyaziyyat görkəmli yer tutur, elmlərin

riyaziləşdirilməsi prinsipi, elmin və fəlsəfi təfəkkürün inkişafının mütərəqqi

meyllərinə uyğun gəlirdi.

İtalyan mütəfəkkiri Cordano Bruno (1548-1600) İntibah dövrünün fəlsəfi

fikrini daha yüksək zirvəyə qaldırmışdır. O, xristianlığa və sxolastik fəlsəfəyə qarşı

kəskin çıxışıar etmişdir. Mütərəqqi fikirlərinə görə təqib olunduğu üçün İtalyanı tərk

etmiş, uzun müddət Fransada, İngiltərədə, Almaniyada və Praqada yaşamışdır.

Sonralar İtaliyaya qayıtmış, həbs olunaraq ölüm cəzasına məhkum edilmişdir.

C.Bruno “Səbəb, prinsip və vahid haqqında”, “Sonsuzluq, kainat və dünyalar

haqqında” adlı əsərlərində aləmin sonsuzluğu, onun dinamik birliyi və əbədiliyi

problemlərini qoymuşdur. O, kainatın yeni materialist nəzəriyyəsini yaratmışdır.

Page 93: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

93

Onun fikrincə, kainat vahiddir, maddidir, sonsuz və əbədidir. Bruno materiyanı

“təmiz” imkan hesab edən sxolastiklərin və onu passiv varlıq kimi qəbul edən

aristotelçilərin əleyhinə çıxaraq, bildirirdi ki, materiya fəal, yaradıcı qüvvəyə

malikdir, o formasız mövcud ola bilməz. Forma materiyanın daxili tərəfidir, o

kənardan gətirilə bilməz.

Brunonun kosmoloji fikirləri də maraqlıdır. O, kainatın sonsuzluğunu qəbul

edir və eyni zamanda bildirirdi ki, kosmosdan kənar heç bir şey yoxdur, o əbədidir,

Allah tərəfindən yaradılmamışdır. Onun kosmoloji baxışlarında digər planetlərdə də

həyatın mövcudluğu imkanları istisna olunmurdu.

O, gerçəkliyin dərk edilənliyini qəbul edirdi. Brunonun fikrincə, əqlin, idrakın

məqsədi hadisələrin dərinliyinə nüfuz etməkdən, təbiətin qanunauyğunluqlarını dərk

etməkdən ibarətdir. O bildirirdi ki, idrak qavrayışdan başlayır, sonra təsəvvür, dərrakə

və əql-zəka işə düşür. Bruno həmçinin qeyd edirdi ki, hissi idrak özü-özlüyündə

kifayət deyıl, idrak sonsuz prosesdir, ona görə ki, predmetlər özləri də sonsuzdurlar.

Həqiqəti ilahiyyat yolu ilə deyil, fəlsəfi vasitələrlə dərk etmək olar.

İntibah dövründə bir sıra sosial təlimlər də yaranmışdır. Bu feodal dünyasının

iqtisadi, siyasi və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərlə bağlı idi.

XVI əsrdə meydana gəlmiş utopik təlimlər birinci növbədə ingilis humanisti Tomas

Morun (1479-1555) və italyan monaxı-rahibi Tommazo Kampanellanın (1568-1639)

adı ilə bağlıdır. Onların ideyaları Avropa rasional təfəkkürünə və xüsusilə də

maarifçilik fəlsəfəsinə müsbət təsir gösrətmişdir. İntibah Dövrünün fəlsəfəsi Yeni

Dövrün fəlsəfi ənənələrinə keçid üçün zəmin yaratmışdır.

Page 94: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

94

MÖVZU – 6.

YENİ DÖVR FƏLSƏFƏSİ.

KLASSİK ALMAN FƏLSƏFİ FİKRİ

1. Yeni Dövr fəlsəfəsinin formalaşması.

2. XVII əsr İngilis fəlsəfəsi.

3. XVIII əsr Fransız fəlsəfəsi.

4. İ.Kant və İ.Fixtenin fəlsəfi görüşləri.

5. Hegelin fəlsəfi baxışları.

6. Feyerbaxın antropoloji materializmi.

7. Marksizm fəlsəfəsi.

1.Yeni Dövr fəlsəfəsinin formalaşması.

Yeni Dövr fəlsəfəsi XVII əsrin əvvəllərindən başlayaraq, XX əsrə qədər olan

dövrü əhatə edir. Bu dövrdə fəlsəfi fikrin inkişafı kapitalist istehsal münasibətlərinin

təşəkkül tapması və təbiət elmlərinin, o cümlədən mexanikanın inkişafı ilə əlaqədar

idi. Bu dövrün materialist baxışları metafiziki materializm adlanır. Metafiziki

materializm obyektiv gerçəkliyin predmet və hadisələrini biri-birindən təcrid edilmiş

şəkildə tədqiq edir. Təbiəti tərkib hissələrinə ayırır, onu vahid bütöv bir sistem kimi

araşdırmırdı. Bu fəlsəfi fikrin nümayəndələri təbiət hadisələrini materialistcəsinə izah

etdikləri halda, ictimai həyat hadisələrinə idealist baxışlar çərçivəsində yanaşırdılar.

XVII əsr fəlsəfəsi getdikcə daha çox elmin avtoritetinə arxalanırdı. Fikrin

formalaşması tarixində bu dövr ən mürəkkəb dövr hesab olunur. Elmin avtoriteti

köklü şəkildə kilsənin avtoritetindən fərqlənirdi. Birincisi, elm idarəçilik aparatına

(dövlət və kilsə) arxalanmayan sırf intellektual vasitələrdən istifadə edirdi. İkincisi,

elmin avtoritetinə arxalananlar heç bir fayda güdmədiyi kimi, elmi inkar edənləri də

heç bir cəza gözləmirdi. Elmin tərəfində yalnız və yalnız insan əqli dururdu.

Üçüncüsü, elmin avtoriteti vahid monolit materialdan yaranmamışdı, əksinə burada

Page 95: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

95

müxtəlif mülahizə və rəylər mühüm yer tutur. Elm xristian ehkamı kimi vahid bir

sistem deyildir. Dördüncüsü, elmin avtoriteti kilsənin avtoritetindən bir də ona görə

fərqlənirdi ki, əgər kilsə öz mühakimələrini mütləq mənada doğru, dəyişməz, əbədi

hesab edirdisə, elm çox şeyə şübhə ilə yanaşırdı. Elmdə həqiqət hər şeydən üstün

tutulurdu. Elm orta əsr doqmatikası məntiqindən fərqli olan fikrin tamamilə başqa cür

məntiqini yaradırdı. Bütün bunlar bir daha yeni dövr fəlsəfəsinin orta əsrlər

fəlsəfəsindən üstünlüyünü sübut edir. Lakin antik fəlsəfəyə nəzər yetirdikdə yeni dövr

fəlsəfəsində çiy rənglər özünü göstərir. Antik dövrdən bəri bir nəfər də olsun dahi

fərd, eləcə də parlaq fəlsəfi təlim görünmür. Dünya bir növ mexanikləşdirilmiş kimi

görünür. Bunu bütövlükdə fəlsəfi təlimlərə də aid edə bilərik.

Elm texnikaya qovuşduqdan sonra tamamilə yeni bir dünyagörüşünü təsdiq

etdi. Texnika özü ilə bir növ hər şeyə qadirlik abı–havası gətirdi. Əvvəlki dövrlərdən

fərqli olaraq insan təbiətin hökmranlığı altından çıxmağa başlamışdı. Lakin bu

hakimiyyət fərdi deyil, ictimai mahiyyət daşıyırdı. Elm və texnika vahid rəhbərlik

altında təşkil olunan çoxlu adamların əməkdaşlığını, güclü ictimai struktur tələb

edirdi. Elm və texnika etik baxımdan bitərəfdir; o, insanları möcüzə yaratmağa qadir

olduqlarına inandırmağa çalışırdı. Lakin o, hansı möcüzəni yaratmaq lazım olduğunu

göstərmirdi (B. Rassel). Buradan da onun mükəmməl, bitkin olmadığı aşkar olurdu.

Bu cür elmi biliklər əsasında qurulmuş fəlsəfi sistemlər qəlbsiz, ruhsuz sistemlər

hesab oluna bilərdi. Elə bu zaman bir növ eksperimental– riyazi təbiətşünaslıq

növündə çıxış edirdi. Buna görə də XVII əsri elmi inqilab əsri adlandırırdılar. Elmi

inqilab istehsal proseslərini səmərələşdirir, əməyin istehsalda bölgüsünü

müəyyənləşdirir, elmin inkişafını təmin edirdi.

Yeni dövrdə elmin inkişafı fəlsəfənin istiqamətini dəyişdirməyə kömək etdi.

Əgər orta əsr fəlsəfəsi teosentrik xarakter daşıyırdısa, İntibah fəlsəfəsi incəsənətə,

humanitar biliklərə istiqamətlənmişdir. Yeni dövr fəlsəfəsi isə elmə arxalanırdı.

Fəlsəfədə qnoseologiya ön plana çıxmışdı. İntibah fəlsəfəsi əsasən orta əsr

sxolastikasının tənqidinə yönəldilmişdir. Bu tənqid XVII əsrdə daha da gücləndi. İki

Page 96: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

96

istiqamət: nominalizm (Hissi təcrübəyə arxalanan) və realizm (əqlə arxalanan)

arasındakı mübarizə, mübahisə davam edirdi. Yeni dövr fəlsəfəsində həmin

istiqamətlər empirizm və rasionalizm kimi özünü göstərirdi.

Yeni Dövrdə materialist fəlsəfi cərəyanlarla yanaşı, həm də dualizm, subyektiv

və obyektiv idealizm kimi fəlsəfi təlimlər də inkişaf etmişdir. Bu dövrün materialist

filosofları birinci növbədə təbiət elmlərinin nailiyyətlərinə və təbiətin eksperimental

surətdə (yəni təcribi bilik əsasında) öyrənilməsinə əsaslanırdılar. Onlar dünyanın

maddiliyi və dərk olunması haqqında rasional fikirlər irəli sürmüşlər. Yeni Dövr

fəlsəfəsinin formalaşması İngilis filosofu Frensis Bekon və fransız alimi Rene

Dekartın adı ilə bağlıdır. Bu dövr fəlsəfəsinin görkəmli nümayəndələri arasında

Tomas Hobbs, Con Lokk, Spinoza, Leybnits, Fransua Mari Volter, Jan Jak Russo və

b. adlarını qeyd etmək olar.

Frensis Bekon (1561-1626) fəlsəfi fikirlərini “Yeni Orqanon” (orqanon yunan

sözüdür, mənası alət deməkdir), “Prinsiplər və başlanğıclar haqqında”, “Yeni

Atlantida” adlı əsərlərində ifadə etmişdir. Onun tərəfindən işlənib hazırlanmış

induktiv metod təbiətin eksperimentlər yolu ilə öyrənilməsinə yönəlmiş və o dövrdə

elmdə mühüm nailiyyət sayılmış, fəlsəfi fikrin inkişafında irəliyə atılmış bir addım

kimi qiymətləndirilmişdir. İnduktiv metod tədqiqat zamanı ayrı-ayrı faktlar əsasında

ümumi müddəalar, nəticələr əldə etməyə imkan verir. Lakin qeyd etmək lazımdır ki,

Bekon bir metafizik kimi induksiyanı deduksiyadan ayırmış və dünyanın dərk

edilməsi prosesində induktiv metodun əhəmiyyətini şişirtmiş, deduksiyanın rolunu

demək olar ki, sıfra endirmişdir.

Filosof Yeni Dövr fəlsəfəsində birinci olaraq, idrakda hissi və rasional

momentlərin vəhdətinin zəruriliyi məsələsini qarşıya qoymuşdur. Lakin idrakda

nəzəri təfəkkürün əhəmiyyətini, onun rolunu düzgün qiymətləndirə bilməmiş və

əsasən empirizm mövqeyindən çıxış etmişdir. O “ikili həqiqət” nəzəriyyəsinin

tərəfdarı idi. Bekonun fikrincə, elmin vəzifəsi təbiət hadisələrini, dinin vəzifəsi isə

Page 97: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

97

insanın ruhunu öyrənməkdən ibarətdir. Dinin həqiqətləri Allahın iradəsini, elmin

həqiqətləri isə Allahın əzəmət və qüdrətini ifadə edir.

Rene Dekartın (1596-1650) Yeni Dövr fəlsəfəsinin formalaşması və inkişafında

böyük xidməti olmuşdur. O, fəlsəfi fikirlərini “Metod haqqında mühakimələr”,

“Metofizik düşüncələr”, “Fəlsəfənin əsası” adlı əsərlərində ifadə etmişdir. O, fəlsəfi

fikir tarixində dualist fəlsəfi təlimin yaradıcısı kimi tanınır. Onun fikrincə, dünya bir-

birindən asılı olmayan iki substansiyadan ibarətdir: ruhi və maddi substansiyalardan.

Ruhi substansiyanın ayrılmaz tərkib hissəsi təfəkkürdür, maddi substansiyanın

atributu uzununa, eninə və dərinliyinə yertutmadır. İnsan isə maddi və ruhi

substansiyaların mexaniki surətdə birləşməsindən ibarətdir. Başqa sözlə desək, insan

ruh və cismin vəhdətidir.

Dekartın fəlsəfəsi iki hissədən ibarətdir: materialist fizika və idealist

metafizika. Materialist fizikada filosof materiya və hərəkət problemlərini

araşdırmışdı. Həcmi olan və məkanın müəyyən bir hissəsini tutan hər bir şeyi alim

materiya kimi qəbul etmişdi. Yəni materiyanın keyfiyyətcə müxtəlifliyini qəbul

etməmiş, yalnız onun kəmiyyət cəhətinə diqqət yetirmişdi. İstilik, rəng və b. bu kimi

obyektiv keyfiyyətləri maddi cisimlərin özlərinin keyfiyyəti hesab etməmişdi. O, üzvi

və qeyri-üzvi aləm arasındakı keyfiyyət fərqlərini də görmürdü. Yalnız mexaniki

hərəkəti qəbul etmiş və hərəkətin ilkin səbəbinin Allah olduğunu bildirmişdi. İdrak

nəzəriyyəsində rasionalist mövqedən çıxış etmişdi.

2.XVII əsr İngilis fəlsəfəsi.

XVII əsr İngilis fəlsəfəsinin görkəmli nümayəndələri: Frensis Bekon, Tomas

Hobbs, Con Lokk, Corc Berkli, Devid Yum və b.

Böyük ingilis filosofu Bekonun fəlsəfəsi praktiki əhəmiyyət daşımışdır. O, elmi

biliklərin, kəşflərin köməyi ilə təbiət qüvvələrinə üstün gəlməkdə bəşəriyyətə

yardımçı olmaq məqsədi güdür. Ortodoksal dinə etiqad etsə belə o fəlsəfi teologiyaya

qarşı çıxırdı. Bekon belə hesab edirdi ki, əql çox şeyə qadirdir. Hətta onun köməyilə

Page 98: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

98

allahın varlığını da sübut etmək olar. Fəlsəfə yalnız ağıldan asılı olmalıdır. Lakin

insan əqli gücsüz olduğu yerdə etiqada da müraciət edə bilər. Beləliklə, Bekon «ikili

həqiqət»; əql həqiqəti və etiqad (vəhy) həqiqəti tərəfdarı olmuşdur. Məlum olduğu

kimi, «ikili həqiqət» nəzəriyyəsi XIII əsrdə meydana çıxmış və kilsə tərəfindən

mühakimə edilmişdir.

Bekonun fəlsəfi fikir tarixində ikinci böyük xidməti idrakın induktiv metodunu

işləyib hazırlamasıdır. O, induksiyanın deduksiyaya nisbətən üstünlüyünü qeyd

etmişdir. Bekonun yazmaq niyyətində olduğu «Elmlərin böyük bərpası» adlı

ensiklopedik əsərində, xüsusilə onun təbiət hadisələri, yaxud fəlsəfə üçün əsas ola

biləcək təbiət və təcrübə tarixi hissəsində Bekonun niyyəti qismən həyata keçdi. Onun

əsərinin üçüncü hissəsinə aid materiallar Londonda 1622– 1623– cü illərdə çap

olunmuşdur.

Frensis Bekon öz yeni empirik induktiv metodunu, hər şeydən əvvəl, aşağıdakı

məqsədlərə: ömrü uzatmaq, müəyyən dərəcədə cavanlaşdırmaq, insanın bədən

quruluşunu və simasını dəyişdirmək, bir qisim cisimləri başqa qisim cisimlərə

çevirmək, yeni növlər yaratmaq, havaya hakim olmaq və tufan yaratmaq məqsədlərinə

çatmaq üçün tətbiq etmək həsrətini çəkir; o, bu qəbil tədqiqlərin tərk edilməsindən

şikayətlənir və öz təbiət tarixində qızıl hazırlamağın və müxtəlif möcüzələr etməyin

qəti reseptlərini verir. İnduktiv metoda üstünlük verən Bekon deduktiv metodu qəbul

etmirdi. Bu isə onun çox böyük səhvi idi. Əslində elmi idrakda deduksiyanın rolu

olduqca böyükdür. Çünki çox vaxt hipotezləri yoxlamaqdan ötrü uzun bir deduktiv

proses lazım olur. Əldə edilən nəticələr müşahidələrlə yoxlanılmalıdır. Adətən

deduksiya riyazi hesab olunur. Lakin Bekon elmi tədqiqatlarda riyaziyyatın və

hipotezlərin rolunu lazımi qədər qiymətləndirməmiş, empirik tədqiqatları,

eksperimenti daha çox şişirtmişdir.

Bekon öz metodunu ona görə yüksək qiymətləndirmişdir ki, bu metod elmin

arxalandığı faktların təsnifatına imkan vermişdir. O, belə hesab edirdi ki, metod

Page 99: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

99

özündən sap düzəldən hörümçəyə yox, sadəcə yığıcılıqla məşğul olan qarışqalara

bənzəməməlidir. Onlar yığan və qaydaya salan arılara bənzəməlidir.

Tomas Hobbs Frensis Bekonun materialist fəlsəfi fikirlərini sistemləşdirmiş və

onun fəlsəfi sistemindəki teist baxışları aradan qaldırmışdır (teizm Allahın mütləq

şəxsiyyət kimi mövcudluğunu və bütün dünyəvi hadisələrdə onun birbaşa iştirakını

qəbul edir). O, “Təbii və siyasi qanunların elementləri”, “Leviafan”, “Vətəndaş

haqqında”, “Cisim haqqında”, “İnsan haqqında” adlı əsərlərində fəlsəfi, sosial-siyasi

baxışlarını ifadə etmişdir. Hobbs fəlsəfi fikir tarixində ilk dəfə olaraq, mexaniki

materializmin tamamlanmış bütöv sistemini yaratmışdır. O, fəlsəfənin əsas

məsələsinin həllində idealist və dualist yanaşmanın əleyhinə çıxmış və materiyanın

ayrı-ayrı cisimlərdən ibarətdir olduğunu bildirmişdır.

Filosofun fikrincə, materiya əbədidir, onun təşkil olunduğu ayrı-ayrı cisimlər

isə müvəqqətidir, yəni onlar meydana gəlir və məhv olurlar. O, mexaniki materialist

kimi materiyaya sırf kəmiyyət xarakteristikası vermişdir. Onun fəlsəfəsində maddi

cisimlər rəng, səs, iy və s. bu kimi keyfiyyətlərdən məhrumdurlar. Hobbs bu

keyfiyyətləri subyektiv keyfiyyətlər adlandırırdı. Filosof hərəkəti materiyanın əbədi

xassəsi hesab etsə də, materiyanın hərəkət formalarının müxtəlifliyini görmür, yalnız

hərəkətin mexaniki formasını qəbul edirdi.

Hobbs dünyanın dərk edilənliyini inkar etmirdi. Onun fikrincə, insan hiss

üzvləri vasitəsilə predmetlərin, cisimlərin bütöv obrazını yaradır, ağlın vasitəsilə isə

onların tərkib hissələrini dərk edir. O, idrak prosesində ağlın roluna xüsusi əhəmiyyət

vermiş, duyğuların rolunu isə ikinci dərəcəli hesab etmişdir. Filosofun ictimai

baxışları da çox maraqlıdır. O, dövlətə ilahinin yaratdığı bir quruluş kimi deyil,

insanların özlərinin yaratdığı bəşəri quruluş kimi baxırdı.

Filosof dövlətin 3 mümkün formasını göstərmişdir: monarxiya, aristokratiya və

demokratiya. O, monarxiyanı kamil ictimai quruluş hesab etmiş və dövləti qayda-

qanunun, nizam-intizamın anası kimi səciyyələndirmişdir. Dinin yaranması səbəbini

Page 100: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

100

cəhalət və nadanlıqla əlaqələndirir və belə hesab edirdi ki, din siyasətə, dövlət işlərinə

qarışmamalıdır.

İngilis filosofu Con Lokk Frensis Bekonun empirik fikirlərini inkişaf etmiş,

idrak nəzəriyyəsində sensualist mövqedən çıxış etmişdır (sensualizm idrak

nəzəriyyəsində duyğunu idrakın yeganə həqiqi mənbəyi hesab edir). Lokk sübut

etməyə çalışırdı ki, insan biliklərinin, onun bütün ideyalarının mənbəyi hissi

təcrübədir. O, bu ideyanın əsasında özünün sensualist idrak nəzəriyyəsini işləyib

hazırlamışdır. Filosof materiyanın təhlilini verərkən, maddi cisimlərin yalnız

kəmiyyət baxımından bir-birindən fərqləndiyini bildirmiş, materiyanın keyfiyyyət

müxtəlifliyini inkar etmişdır.

Onun fikrincə, maddi cisimlər bir-birindən yalnız həcmi, forması, hərəkəti və

ya hərəkətsizliyi ilə fərqlənirlər. O, belə keyfiyyətləri maddi cisimlərin özlərinin ilkin

keyfiyyələri adlandırmış, rəng, dad, qoru, səs kimi keyfiyyətləri isə maddi cisimlərin

özlərinə xas olmayan, ikinci dərəcəli subyektiv keyfiyyətlər kimi xarakterizə etmişdir.

Con Lokk «İnsan əqli haqqında təcrübə» əsərində sübut etmək istəmişdir ki,

insan şüuru və təsəvvürlərində fitri ideyalar yoxdur, uşaq ruhu «ağ lövhəyə» bənzəyir.

Bununla da o, insanların formalaşmasında tərbiyənin rolunu həddindən artıq şişirdirdi.

Onun bu nəzəriyyəsi materializmin idealizm, xurafatla mübarizəsində əhəmiyyətli rol

oynamışdır. Lokk bir çox məsələlərdə materialist sensualist kimi çıxış etmişdir. Əxlaq

və mədəniyyətin digər sahələrində də o, fitri ideyaları inkar edirdi. Xeyirxahlıq həzz

verir, iztirabı azaldır, insanı pislikdən mühafizə edir. Şər, pislik — bunun əksidir.

Lokk «Tərbiyə həqqında fikirlər» əsərində qeyd edir ki, tərbiyənin məqsəd və

vəzifəsi öz işini ağılla və planla aparmağı bacaran centlmen yetişdirirməkdədəir.

centlmen – mənşəyi etibarı ilə zadəgan, rəftarında nəzakətli, eyni zamanda burjua

işbazının keyfiyyətinə malik olmalıdır. O, həmçinin fiziki tərbiyəyə üstünlük verərək

qey edirdi ki, «sağlam bədəndə sağlam ruh olar». Əxlaq tərbiyəsi hər kəsin marağı və

faydası üzərində qurulmalıdır. Adamlar müdrük olmalı, istəklərinə nail olmanın real

imkanlarını müəyyənləşdirməyi bacarmalıdırlar. İnsanların davranışı düşüncəli

Page 101: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

101

olmalı, ehtiraslarını cilovlamağı bacarmalı, əqli göstərişləri ilə hərəkət etməlidirlər. O,

özünün fəlsəfi əsərləri ilə Fransa maarifçilərinə böyük təsir göstərmişdir.

İngilis filosofları Corc Berkli və Devid Yum subyektiv idealizmin

nümayəndələri kimi subyektin şüurunu birinci, maddi aləmin cisimlərini isə ikinci,

duyğuların və təsəvvürlərin məcmusu hesab etmişlər. Materiyanın bir substansiya

kimi mövcud olmadığını sübut etməyə cəhd edən Berkli yazırdı ki, mövcud olmaq

qavranılmaq deməkdir. Devid Yum subyektiv idealist, həm də aqnostik idi. Onun

fikrincə, idrak müxtəlif təsəvvürlərin insan tərəfindən dərk olunması deməkdir. O,

predmetlər haqqındakı təsəvvürləri predmetlərin özləri ilə eyniləşdirir və onları

insanın təsəvvürlərinin məcmusu kimi qəbul edirdi.

3.XVIII əsr Fransız fəlsəfəsi.

XVIII əsr Fransız fəlsəfəsi iki hissədən ibarətdir:

1. Fransız maarifçiliyi - görkəmli nümayəndələri: Fransua Mari Volter (1694-

1778), Jan Jak Russo (1712-1778);

2. Fransız mexaniki materializmi - görkəmli nümayəndələri: Lametri (1709-

1751), Helvetsiy (1715-1771), Deni Didro (1713-1784), Holbax (1723-1789).

Fransız maarifçiliyi XVIII əsrin birinci yarısında feodal dövlətinin tənəzzülünə

qarşı burjua maarifçilərinin mübarizəsi kimi meydana gəlmişdir. Maarifçilər fəlsəfədə

deist idilər, materialist fikirləri idealizmlə uyğunlaşdırırdılar. Volter öz fəlsəfi və

siyasi fikirlərini “Fəlsəfi məktublar”, “Metafizika haqqında traktat”, “Nyuton

fəlsəfəsinin əsaslar” adlı əsərlərdə ifadə etmişdir.

O, “koramalı məhv edin!” şüarı altında cəsarətlə katolik kilsəsi və Poma

papasına qarşı mübarizə aparmışdır. Filosof deist mövqedən çıxış edərək, Allahı

“birinci təkanverici qüvvə” kimi qəbul etmişdir. O, dünyanın dərk olunmasını qəbul

edirdi. Anlayışların, ümumi ideyaların duyğulardan yaranması haqqında materialist

müddəanı müdafiə edirdi. Onun fikrincə, insan təbiəti təcrübənin köməyi ilə dərk edə

bilər.

Page 102: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

102

Jan Jak Russo fəlsəfədə deizmin tərəfdarı, ateizmin düşməni idi. O, Allahın

mövcudluğunu, ruhun ölməzliyi ideyasını qəbul edirdi. Onun fikrincə, bütün təbiət

hadisələrinin başlanğıcı ruh və materiyadır. Birinci fəal, ikinici isə qeyri-fəaldır. Yəni

onun fəlsəfəsində idealist fikirlər üstünlük təşkil etmişdir. Russonun idrak

nəzəriyyəsində sensualist meyllər güclü idi. Filosofun fikrincə, təbiət, ilk öncə hiss

üzvləri vasitəsilə dərk edilir. Yəni biliyin mənbəyi duyğulardır. Onun sosial

baxışlarında ictimai bərabərsizlik məsələsinə münasibət xüsusi yer tutur. Russo

yaşadığı dövrün dövlət quruluşunu bərabərsizlik sivilizasiyası kimi səciyyələndirir və

bunun kökünü xüsusi mülkiyyətdə görürdü. O, xüsusi mülkiyyətin əleyhinə çıxsa da,

onun tamamilə məhvinin əleyhinə idi.

Jan Jak Russo dövlətin mənşəyi həqqında C.Lokkun görüşlərinə əsaslanıb sübut

etməyə çalışmışdır ki, insan təbii halında həmişə azadlıq, bərabərlik, qardaşlıq üçün

təbii hüquqlara malik olmuşdur. O, insanın formalaşması və dövlət quruculuğunda

əqlin gücünə yüksək qiymət verirdi. O, möhkəm inanırdı ki, yeni, ağıllı insanlar

tərbiyə edilsə onlar özləri dünyanı yenidən qura biləcəklər. «İnsanlar arasında

bərabərsizliyin mənşəyi» adlı əsərində Russo sübut etmişdir ki, bərabərsizlik

mədəniyyətlə yanaşı inkişaf edib. «İctimai müqavilə» əsərində deyilir ki, xalqın

mənafeyini müdafiə etməyən hakimiyyət qanuni deyil. O, xüsusi mülkiyyəti bütün

fəlakətlərin mənbəyi hesab edirdi.

«Emil və yaxud tərbiyə haqqında» roman-traktatında yeni insan tərbiyə etməyin

yollarını göstərmişdir. Bütün varlığı ilə demokrat olan Russo qeyd edirdi ki, dövlət

başçıları xalqın iradəsi əleyhinə getdikdə, onların vəzifəsindən kənar etməyə xalqın

haqqı vardır. O, bərabərsizliyin, ictimai zülmün səbəbini dövrün mədəniyyətində

görürdü. Russo qeyd edirdi ki, insan pozulmuş cəmiyyətdən və mədəniyyətdən

kənarda, təbiət qoynunda öz zəhməti ilə tərbiyələnməli, öz zəhmətinin məhsulu ilə

yaşamalı, azadlığı qiymətləndirməyi və müdafiə etməyi bacarmalıdır. Öz azadlığını

qiymətləndirməyi bacaran adam özgələrinin də zəhmət üzərində qurulmuş azadlığına

hörmət edəcəkdir. Russo azad tərbiyə tərafdarı idi.

Page 103: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

103

Holbaxın fəlsəfi təliminə əsasən, materiya, təbiət hər şeyin səbəbidir. Materiya

əbədidir, hərəkətdədir. Materiyanın hərəkəti onun mövcudluğunun zəruri nəticəsidir.

Yəni, təbiəti hərəkətsiz təsəvvür etmək olmaz. Hərəkət də materiya kimi əbədidir,

sükunət isə nisbidir, müvəqqətidir. Fransız materialistlərin fikrincə, bütün cisimlər

atomlardan, bölünməz və dəyişməz elementlərdən (Holbax) və ya molekullardan

(Didro) ibarətdir. Onlar belə hesab etmişlər ki, materiyanın ilk əsas xassələri yer

tutma, ağırlıq, forma və hərəkətdən ibarətdir. Didro materiyanın ilk xassəsi kimi

həssaslığı da daxil edirdi.

Bu fəlsəfi cərəyanın nümayəndələrinin fikirlərindəki məhdud cəhət ondan

ibarətdir ki, onlar materiyanın hərəkət formalarının müxtəlifliyini görə bilməmişlər;

hərəkəti cisimlərin məkan daxilində yerdəyişməsi kimi, yəni mexaniki hərəkət kimi

səciyyələndirmişlər; təbiətin inkişafının aşağıdan yuxarıya doğru irəliləyən hərəkət

olduğunu başa düşə bilməmişlər; hissi və rasional idrak arasındakı keyfiyyət fərqini

də görə bilmirdilər, idrakda sensualist mövqedən çıxış edirdilər.

Klod Adrian Helvetsi cəmiyyət fəlsəfəsi ilə bağlı qeyd etmək lazımdır ki, o,

«Ağıl haqqında» fəlsəfi əsərində dinə qarşı çıxaraq qeyd edirdi ki, keşişlərin vəzifəsi

xalqı cəhalətdə və savadsızlıqda saxlamaqdır. «İnsan, onun əqli qabiliyyətləri və

tərbiyəsi» adlı əsərində fitri ideyaları rədd edərək tərbiyənin rolunu qiymətləndirir.

Onun fikirincə tərbiyə hər şeyi həll edir, tərbiyə vasitəsilə dahilər yetişdirmək

mümkündür. Onun fikirincə insan həm fiziki, həm də mənəvi varlıqdır.

Helvetsi qeyd edir ki, insan biliyi onun duyğularının məhsuludur. O, əbədi və

mütləq əxlaq normalarını inkar edir, əxlaqın nisbi xarakter daşıdığını, onun insanın

ictimai mənafeyi ilə müəyyən edildiyini göstərirdi. Əxlaqi davranışların əsas meyarı

isə təcrübədən doğan şəxsi mənafedir. Bununla o, heç də ictimai mənafeyi rədd etmir,

əksinə qeyd edir ki, ictimai mənafe şəxsi mənafeyi tamamlayır və onunla uzlaşır.

Onun fİkirincə, insan tərbiyə prosesində cəmiyyətin mənafeyini başa düşməli, ictimai

xadim kimi yetişməlidir. O, ictimai tərbiyəni ailə tərbiyəsindən üstün tutur və məktəb

tərbiyəsinə də böyük əhəmiyyət verirdi. Onun fikirincə, yeni məktəblər yeni insanlar

Page 104: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

104

tərbiyə edəcək, bu yeni insanlar isə vətənpərvər olmaqla şəxsi mənafeyini millətin

xoşbəxtliyinə tabe edəcəkdir.

Deni Didro isə «Fəlsəfi düşüncələr», «Korların məktubu və gözlülərə nəsihət»

adlı əsərlərində feodal quruluşunu tənqid edirdi.O, duyğuları yüksək qiymətləndirərək

göstərirdi ki, ağıl hakim, duyğular isə onun şahidləridir. Ağıl həmin şahidlər vasitəsilə

alınan məlumatları mühakimə edir. Ağıl həssasdır, o müşahidəni mühakimə etməlidir.

O, ağılla hissləri eyniləşdirmir, onları dialektik vəhdətdə götürürdü.

Didro da başqa filosoflar kimi tərbiyəyə yüksək qiymət verir, lakin onun rolunu

həddindən artıq şişirtmirdi. Onun fikirincə cəmiyyət xalqa lazımi tərbiyə və təhsil

vermədiyi üçün xalqın içərisindəki istedadlar məhv olur. Didro göstərirdi ki, tərbiyə

və təhsil insanları əxlaqlı, ləyaqətli, mədəni, həssas şəxsiyyətlər kimi formalaşdırır.

Tərbiyə nəticəsində kölələr belə özlərini gözəl hiss edir, köləlik üçün

doğulmadıqlarını dərk edirlər. O, məktəblərdə riyaziyyat, fizika, kimya, təbiət,

astronomiya kimi real fənlərin tədris edilməsini tələb edirdi.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, XVII əsrdən fərqli olaraq XVIII əsr

tarixə «Maarifləndirmə» əsri kimi daxil olmuşdur. Bu dövrə verilən addan həmin

dövrün içtimai – siyasi, mənəvi xarakteri haqqında qənaətə gəlmək olar. Bu əsrin

mədəni – mənəvi həyatı qarşısında insanların dinə və siyasi birinciliyə əsaslanan

dünyagörüşünü dəyişdirmək, onu insan təfəkkürü və düşüncəsindən süzülən biliklərlə

əvəz etmək məqsədi qoyulmuşdur. Mədəni və sosial inkişafın əsas yolu maarifin

yayılmasında görülürdü. Maarifçilərin fikrincə, xurafat, mövhumat, biliksizlik,

ədəbsizlik, mədəniyyətsizlik insan bədbəxtliyinin əsas səbəbi; maarif, təhsil, elm,

fəlsəfə və elmi yaradıcılıq, fikir azadlığı isə mədəni və sosial inkişaf vasitəsidir.

Maarifçilər inanırdılar ki, xalqın maarifləndirilməsi, əqlin inkişafı cəmiyyətin

həyatının bütün sahələrinin inkişafına nüfuzedici təsir göstərir.

İçtimai bərabərsizlik və şəxsi azadlıq ideyası cəmiyyətin üçdə bir hissəsini

əhatə etmişdir, humanist maarifçilər də məhz həmin hissənin tərkibinə daxil idi.

Page 105: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

105

İnqilabi əhval — ruhiyyəli dünyagörüşə malik humanist maarifçilər öz təbliğatlarında

insanları savadlandırmaq, onlarda fikir azadlığı formalaşdırmaq, müstəqil düşüncə

tərzi, cəsarət tərbiyə etmək məqsədi güdürdülər. Bu məqsədlərdən çıxış edərək onlar

hərtərəfli dünya və içtimai quruculuq ideyası yaratmağa çalışırdılar. Ona görə də

onların «həqiqi ruha» istinad edən «həqiqi sistemə» irad tutmaları təbii idi. Çox vaxt

bu sistem, demək olar ki, həyatın bütün sahələrini əhatə və idarə edən qanunlar

vasitəsilə ifadə olunurdu. Maarifçilər arasında isə müasir insan haqları, insan və

vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət, hakimiyyətin bölünməsi,

fərdiyyətçilik etikası konsepsiyaları üzrə mübahisələr yaranırdı.

4. İ.Kant və İ.Fixtenin fəlsəfi görüşləri.

Klassik Alman fəlsəfəsinin görkəmli nümayəndələri: Herder, Şellinq, Fixte,

Kant, Hegel və Feyerbax.

İmmanuil Kant Klassik Alman fəlsəfəsinin banisidir. O, XVII-XVIII əsrlərdə

hakim mövqe tutan metafizik dünyagörüşü tənqid etmiş, hadisələrə dialektikcəsinə

yanaşaraq, iki vacib məsələni: birincisi, təbiət qanunlarının əsaslandırılması və fəlsəfi

cəhətdən ümumiləşdirilməsi; ikincisi, insanların ləyaqətinin qorunması və onların

bərabərliyinin əsaslandırılmasını həll etməklə Klassik Alman fəlsəfəsinin əsasını

qoymuşdur.

Kantın fəlsəfi fəaliyyətini iki dövrə bölmək olar: “tənqidəqədərki dövr” və

“tənqid dövrü”. “Tənqidəqədərki dövr” təxminən 1747-1770-ci illəri əhatə edir. Bu

mərhələdə o, əsasən təbii-elmi problemlərlə məşğul olmuşdur. O, günəş sisteminin

meydana gəlməsi haqqındakı dialektik fikirlərini “Səmanın ümumi təbii tarixi və

nəzəriyyəsi” əsərində ifadə etmiş və günəş sisteminin nəhəng qaz dumanlıqlarından

əmələ gəldiyini əsaslandırmışdır. Alim əsərdə təbiətin öz daxili qanunauyğunluqları

əsasında inkişaf etdiyini də bildirmişdir.

Page 106: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

106

Qeyd etmək lazımdır ki, Günəş sisteminin yaranması haqqında onun hipotezi

həm materialistcəsinə, həm də dialektikcəsinə söylənən ideyalar və mühakimələrlə

zəngindir. Kanta görə, Günəş sistemi ilk dumanlıqlardan təbii yolla yaranıb və heç bir

“ilk təkana” möhtac olmamışdır.

“Tənqid dövrü” XVIII əsrin 70-ci illərindən başlayır. Filosof bu dövrdə yazdığı

“Xalis zəkanın tənqidi” (1781), “Əməli zəkanın tənqidi” (1788), “Mühakimə

qabiliyyətinin tənqidi” (1790) adlı əsərlərində “transsendental” nəzəriyyəsini şərh

etmişdir. Transsendental latın sözüdür, mənası əlçatmaz, dərk edilməz deməkdir.

Onun fikrincə, ətraf aləm (şeylər aləmi) insan şüurundan asılı olmayaraq

mövcuddur. Kant onları şərti olaraq “şeylər özündələr” adlandırır və onları

“transsendental” hesab edir. Yəni bizim şüurumuz üçün əlçatmaz, dərk olunmaz hesab

etməklə, onların o biri dünyaya məxsus olduğunu bildirmişdir.

Kanta görə, insan ətraf aləmin yalnız təzahürlərini dərk edə bilər. Bu fəlsəfi

fikirlər onun dualist olduğunu sübut edir. Belə ki, o, bir tərəfdən materialistlər kimi

ətraf aləmin (“şey özündələrin”) obyektiv surətdə mövcud olduğunu qəbul edir, digər

tərəfdən isə onları dərkedilməz, transsendental, o biri dünyaya məxsus hesab etməklə

özünü idealizmin nümayəndəsi kimi göstərmişdir.

İnsanın şüurundan kənarda və ondan asılı olmayaraq, mövcud olan obyektiv

reallığı qəbul edən Kant sübut etməyə çalışmışdı ki, bu reallığın hiss üzvlərimizə olan

təsiri nəticəsində meydana gələn duyğular predmetlərin həqiqi surəti, şəkli deyildir.

Ona görə də insan yalnız təzahürlər aləmini dərk edə bilər. Filosoflar Kantın bu

nəzəriyyəsini aqnostisizm, alim özü isə “zəkanın tənqidi” adlandırır.

Kantın fikrincə, insan transsendental aləmin sirlərini ancaq dinin köməyi ilə

dərk edə bilər. O, ruhun ölməzliyi, iradə azadlığı və Allahın mövcudluğu fikrinin

təbliğinin tərəfdarı olmuşdur. Kanta görə, insanlar Allahın mövcudluğuna inanmalı,

lakin onu dərk etməyə çalışmamalıdırlar. Belə ki, bu onların imkanları xaricindədir.

Filosofun fikrincə, din insanların mənəvi aləminin zənginləşməsinə xidmət edir və

onlar arasındakı münasibətləri tənzimləyir.

Page 107: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

107

Kant həm də əxlaq haqqında təlimin yaradıcısı kimi məşhurdur. Onun fikrincə,

əxlaqın əsasını qəti imperativ (hökm, qeyri-şərtsiz tələb) təşkil edir. Bu imperativ

obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, dəyişməz

qanun və insan davranışının idealıdır. O, bildirirdi ki, qəti imperativ, ümumi mənəvi

qanun kimi insanı vadar edir elə hərəkət etsin ki, onun hərəkətləri ümumi

qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.

Qəti imperativ haqqında Kantın fikirləri onun “transsendental” nəzəriyyəsi ilə

sıx bağlıdır. Onun fikrincə, insana iki mənada baxılmalıdır: bir tərəfdən təzahür, digər

tərəfdən isə “Şey özündə” kimi. Təzahür kimi insanın davranışı təbiət qanunlarına

tabedir, onun hərəkətləri azad deyil, zəruridir, səbəbiyyət əlaqələri ilə bağlıdır.

“Şey özündə” kimi insanın davranışı səbəbiyyət əlaqələrinə, təbiət qanunlarına

tabe deyildir. Burada insan davranışı qəti imperativə müvafiq olaraq, baş verir. Kant

buna əsaslanaraq, hər vasitə ilə ruhun ölməzliyini, iradə azadlığını və Allahın

mövcudluğu fikrini yaymağı tələb edir. Onun fikrincə, yuxarıda qeyd etdiyimiz kimi

insanlar bunların varlığına inanmalı, lakin onları dərk etməyə çalışmamalıdır, çünki

onlar transsendentdirlər, dərk olunmazdırlar. “Şey özündələr” aləminə məxsusdurlar.

Göründüyü kimi, Kantın fəlsəfəsi çox mürəkkəb və daxilən ziddiyyətlidir. Ona

görə də onun fikirləri müxtəlif fəlsəfi cərəyanların nümayəndələri tərəfindən tənqid

edilmişdir. Lakin qeyd etmək lazımdır ki, fəlsəfi fikrin inkişafında onun rolu

danılmazdır.

Fixte Klassik Alman fəlsəfəsinin tanınmış nümayəndələrindən biridir. O,

Kantın fəlsəfəsinin təsiri altında “Elmi təlim”, “Alimin vəzifəsi barədə”, “İnsanın

vəzifəsi” adlı əsərlərini yazmışdır. Fixte fəlsəfi fəaliyyətinə Kantın davamçısı kimi

başlasa da, sonralar onun “transsendental” nəzəriyyəsini tənqid etmişdir. Onun

fəlsəfəsinin çıxış nöqtəsi “Mən” anlayışıdır. Fixtenin təliminə əsasən, mütləq insan

“məni” və ya mütləq subyekt ilkin müəyyənedici reallıqdır. Əgər Kant “məni” idrak

prosesində obyektə münasibəti baxımından araşdırırsa, Fixte onu yeganə reallıq, hər

şeyə qadir yaradıcı qüvvə kimi qəbul etmişdir. O, gerçək aləmi mütləq subyektin

Page 108: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

108

törəməsi hesab etmiş və faktiki olaraq, subyektdən asılı olmayan heç bir şeyi qəbul

etməmişdir.

Fixtenin “məni” əslində təbiətdən təcrid edilmiş və başqa cür ifadə edilmiş

ruhdur. O, özünün subyektiv idealist sistemini elmi təlim adlandırmışdır. Fixtenin

təliminə görə, bütün gerçəklik iki növ reallıqdan ibarətdir: 1) özü-özünü yaradan

reallıq – bu “mən” reallığıdır; 2) “qeyri-mən” reallığıdır. Bu reallıq “mən” tərəfindən

yaradılmış və tamamilə ondan asılıdır. O, birincini daxili reallıq, ikincini isə xarici

reallıq adlandırır. Onun fəlsəfəsində maddi aləm mənəvidən, obyektiv aləm isə

subyektiv aləmdən hasil edilir.

Fixte belə hesab edirdi ki, subyektin yaşadığı və fəaliyyət göstərdiyi

aləm – duyğuların, hisslərin, həyəcanların məcmusudur( cəmidir) və ya bu məcmu

(cəm) dünyanın ayrılmaz bir hissəsidir. Subyektiv idealizmin qəti, radikal

formalarından biri də düşünən subyektin real qəbul edilən, qalan hər şeyin isə ancaq

onun şüurunda mövcudluğu elan olunan – solipsizmdir.

5. Hegelin fəlsəfi baxışları.

Hegel Klassik Alman fəlsəfəsinin ən görkəmli nümayəndəsidir. Onun fəlsəfi

təlimi obyektiv idealist sistemin və idealist dialektikanın inkişafının ən yüksək

zirvəsidir. Hegelin fəlsəfi fikirləri “Ruhun fenomenologiyası”, “Məntiq elmi”,

“Fəlsəfi elmlər ensiklopediyası”, “Hüquq fəlsəfəsi”, “Fəlsəfə tarixi üzrə mühazirələr”

və s. adlı əsərlərdə öz əksini tapmışdır.

O, tarixdə ilk dəfə olaraq, aləmin dialektik anlaşılması metodunu, dialektik

məntiq sistemini, dialektik təfəkkür üsulunun əsas prinsiplərini işləyib hazırlamışdır.

Hegelin fəlsəfi təlimində bütün mövcudatın ilkin səbəbi “mütləq ideya”dır. Bu ilkin

ruhi başlanğıc insandan kənarda və ondan asılı olmadan mövcuddur. O, təbiət və

cəmiyyətdəki bütün təzahürləri doğurur və müəyyən edir. Hegel “mütləq ideya”

dedikdə, Allahı nəzərdə tutur, lakin onun təlimindəki Allah – dinin ona şamil etdiyi

insani keyfiyyətlərə malik deyildir. Hegelə görə, Allah saf, xalis təfəkkürdür. Bu

Page 109: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

109

təfəkkür fəal, yaradıcı fəaliyyət, meydana gəlmək və məhv olmaq, dəyişmək, yenidən

yaranmaq, inkişaf etmək deməkdir.

Hegelin fəlsəfi sistemi 3 hissədən ibarətdir: 1. Məntiq; 2. Təbiət fəlsəfəsi; 3.

Ruh fəlsəfəsi.

Məntiq Hegelin fəlsəfi sisteminin ən mühüm tərkib hissəsini təşkil edir və bu

hissənin şərhi “Məntiq elmi” əsərində verilmişdir. Burada dialektikanın əsas

problemləri hərtərəfli tədqiq edilır. O, qeyd edir ki, məntiq elminin məşğul olduğu

təfəkkür qanunları bütün varlığın – təbiətin, bəşər tarixinin, həm də idrakın əsas

qanunlarıdır. Bu əsərdə məntiq elminin mühüm anlayışları olan anlayış, mühakimə,

əqli nəticə kimi məsələlərlə yanaşı, həm də məntiq təlimində gerçəkliyin özünün

qanunauyğunluqları, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi,

fəlsəfi kateqoriyaların münasibəti, mexaniki, kimyəvi hərəkətlərin və digər proseslərin

təbiəti haqqında məsələlər də ətraflı araşdırılır.

Hegel varlıq, kəmiyyət, keyfiyyət, ölçü, mahiyyət, ziddiyyət, zərurət və təsadüf,

imkan və gerçəklik kimi ümumi anlayışları hərtərəfli tədqiq edir və bildirir ki, bütün

bunlar bir-biri ilə əlaqədardır və idrakın müxtəlif pillələrini əks etdirir.

Hegelə qədər məntiq təfəkkürün subyektiv (insana xas) formaları haqqında elm

kimi qəbul olunurdu. O, məntiq elmi qarşısında idrakın inkişafının ən ümumi

qanunauyğunluqlarının tədqiqi məsələsini qoymuşdur. Bununla birlikdə o, təfəkkürün

elementar forma və qanunları haqqında elm olan formal məntiqin də zəruriliyini inkar

etmirdi. Formal məntiqdən fərqli olaraq, o, dialektik məntiqi bütün şeylərin mahiyyəti

haqqında elm adlandırırdı. Elə buna görə də, Hegel “Məntiq elmi” əsərində formal

məntiqin heç vaxt məşğul olmadığı məsələləri qaldırmışdır.

Hegel fəlsəfəsinin 2-ci hissəsi təbiət fəlsəfəsidir. Onun fikrincə, “mütləq

ideyanın” təbiətdə əsas təzahürləri mexanika, fizika və orqanikadan ibarətdir. Ona

görə də o, təbiət fəlsəfəsini 3 hissəyə bölmüşdür: 1-ci hissə mexanika adlanır. Burada

məkan, zaman, materiya, hərəkət, ümümdünya cazibə məsələlərini araşdırılır. Fizika

hissəsində o, səma cisimlərini, işığı, istiliyi, kimyəvi proseslər və b. məsələləri tədqiq

Page 110: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

110

edir və onlar arasındakı əlaqələri açıb göstərir. Təbiət fəlsəfəsinin 3-cü hissəsi olan

orqanikada – geologiya, botanika və zoologiyaya həsr edilmişdir.

Hegel fəlsəfəsinin 3-cü hissəsi ruh fəlsəfəsi adlanır. Burada “mütləq ideyanın”

inkişafının yekun mərhələsi araşdırılır. Onun ruh fəlsəfəsinin əsasını fərdi və ictimai

şüurun inkişafı, ümumiyyətlə, bəşəriyyətin əqli inkişafı haqqında idealist təlim təşkil

edir. Hegel ruh fəlsəfəsində ümümdünya tarixini 3 dövrə bölür: Şərq dövrü; Antik

dövrü, Alman dövrü.

Onun fikrincə, Şərq dünyasında insan hələ dərk etmirdi ki, o azaddır. Ona görə

də burada hamı quldur. Antik dövrdə, yəni Qədim Yunanıstan və Romada artıq

bəziləri başa düşürdülər ki, onlar azaddırlar. Ona görə də Şərq dünyasından fərqli

olaraq, burada onların bir qismi azaddır. Nəhayət, alman dövründə Hegelin fikrincə,

alman və xristian dünyasında hamı özünün mənəvi mahiyyətini dərk edir və buna

görə də burada hamı azaddır.

Hegelə görə, “dünya ruhu” inkişaf edərək üç əsas pillədən keçir. Birinci pillədə

o “mütləq ideya” halında mövcud olur və öz məzmununa görə daim zənginləşir.

Sonra bu ideya öz əksinə çevrilərək maddi aləmdə təzahürünü tapır, başqa sözlə

desək, təbiətə çevrilir. Nəhayət, üçüncü mərhələdə ideyanın başqa bir varlığı meydana

çıxır ki, bunu Hegel cəmiyyət adlandırır.

Hegel bu üç pillənin hər birinə ayrıca əsər həsr etmişdir (“Məntiq elmi”,

“Təbiətin fəlsəfəsi”, “Ruhun fəlsəfəsi”). Bu əsərlərdə o, özünün dialektikasını inkişaf

etdirir, həqiqətə bir proses kimi baxır və fəlsəfəyə nisbi həqiqət anlayışını gətirir,

varlıqla təfəkkürün eyniyyəti prinsipini əsaslandırır. Nəhayət, “Fəlsəfə elminin

ensiklopediyasını” təşkil edən bu əsərlərdə Hegel insanın formalaşmasında əməyin

rolunu tədqiq edir.

Hegel fəlsəfəsinin “ana xəttini” dialektika təşkil edir. Onun inkişaf haqqında

təliminin əsasında əksliklərin mübarizəsi və vəhdəti ideyası durur. O, dialektikanın üç

əsas qanununu: kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi

qanununu; əksliklərin vəhdəti və mübarizəsi qanununu; inkarı inkar qanununu

Page 111: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

111

formalaşdırmış və bu qanunlarla əlaqədar olan bütün fəlsəfi kateqoriyaları

araşdırmışdır.

Həmçinin qeyd etmək lazımdır ki, Hegelin dialektikası onun yaratdığı sistemlə

ziddiyyət təşkil etmişdir. Belə ki, bütün sahələrdə Hegel inkişafı sanki sona yetirir.

Məsələn, idrak sahəsində o, öz sistemini “mütləq həqiqətin son pilləsi adlandırır”.

İnkişafın Hegel fəlsəfəsində qapanmasının qnoseoloji səbəbi onun fəlsəfi sistem

yaratması olmuşdur. Belə ki, sistemin əvvəli olduğu üçün sonu da olmalıdır.

Təbiət fəlsəfəsində Hegel keyfiyyət dəyişmələrini inkar etmişdir (yeni növ

heyvan və bitkilərin yaranmasını). Bu onun dinə olan güzəşti idi. Nəhayət, cəmiyyət

sferasında Hegel öz dövründəki Prussiya monarxiyasını ictimai inkişafın ən yüksək

məhrələsi hesab etmişdir. Onun fikrincə, Alman dövləti ən mükəmməl siyasi

formadır, alman cəmiyyəti tarixi inkişafın tacıdır və “bundan yüksəyə qalxmaq

mümkün deyildir”.

Bütün bunlara baxmayaraq, Hegelin dialektikası bəşəriyyətin fəlsəfi fikir

tarxində irəliyə doğru atılan mühüm bir addım idi.

6. Feyerbaxın antropoloji materializmi.

Klassik Alman fəlsəfəsinin görkəmli nümayəndəsi Lüdviq Feyerbaxdır. O,

fəlsəfi fəaliyyətinin ilkin mərhələsində Hegelin obyektiv idealist təlimini tənqid etmiş

və özünün antropoloji materialist təlimini əsaslandırmağa çalışmışdır. Onun fəlsəfi

təliminin əsasında insan dayanır. O, insanı təbii-bioloji varlıq kimi xarakterizə edir və

sübut etməyə çalışırdı ki, insanın bədəni, yəni cismani varlığı birinci, onun şüuru isə

ikincidir.

Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət haqqında materialist təlim

təşkil edirdi. Onun fikrincə, təbiət yeganə varlıqdır, insan isə onun ən ali məhsulu,

inkişafının yekunudur. Təbiət əbədidir; o zamanca sonsuz, məkanca hüdüdsüzdür.

Bütün bu fikirlərə baxmayaraq, filosof bəzən özünü materialist adlandırmaqdan

imtina edir, çünki Feyerbax materiyanı boş bir abstraksiya kimi qəbul edirdi. Onun

Page 112: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

112

fəlsəfi təliminə əsasən, biz materiyanı deyil, yalnız müəyyən hiss edilən ətraf aləmi,

məsələn, suyu, torpağı, odu, insanları, heyvanları qavrayırıq. Yəni başqa sözlə desək,

o, yalnız hislərlə qavranılan ətraf aləmi maddi hesab edirdi.

Alim XVIII əsrin materialist ənənələrini davam etdirərək, idrakın sensualist

nəzəriyyəsini (sensualizm – hiss, duyğu deməkdir. Sensualizmdə hiss üzvləri

vasitəsilə əldə edilən biliyə xüsusi əhəmiyyət verilir.) inkişaf etdirmişdir. Onun

fikrincə, yalnız hissi qavrayış vasitəsilə dünyanı dərk etmək olar. Lakin o, nəzəri

təfəkkürün rolunu da heçə endirmir və bildirirdi ki, insan hislər vasitəsiə təbiət

kitabını oxuyur, ancaq onu hislərlə deyil, nəzəri təfəkkürlə anlayır.

Feyerbax Kantın “transsendental” nəzəriyyəsini də tənqid etmişdir. Ondan

fərqli olaraq, qnostisizm mövqeyindən çıxış edərək, dünyanın dərk edilməməsi

fikrinin əleyhinə çıxmışdır. Feyerbaxın dinə münasibəti də fərqlidir. O, ənənəvi

dinlərin əleyhinə çıxır və insanların bir-birinə olan məhəbbətini cəmiyyətin əsasını

təşkil edən əsl din kimi qəbul edirdi.

Qeyd etmək lazımdır ki, Feyerbax «Xristianlığın mahiyyəti» adlı ən böyük

əsərində idealist fəlsəfənin və dinin tənqidçisi kimi çıxış etmişdir. Görkəmli filosof

fəlsəfəni materializm kimi başa düşmüş, idealizmi dinin nəzəri əsaslandırılması hesab

etmişdir. Ona görə dinin əsasında etiqad, ehkamlar durduğu kimi, fəlsəfənin əsasında

mühümlük, əql durur. Feyerbaxa görə, din insanın mahiyyətinin özgələşməsidir.

Allaha aid edilən atributlar isə gerçəklikdə insana xas olan atributlardır. Hegeli tənqid

edərək Feyerbax yazırdı ki, Hegelin fəlsəfəsindən imtina etməyən teologiyadan da

imtina etməyəndir.

O, «Xristianlığın mahiyyəti» əsərində bildirir ki, təbiət hər hansı bir fəlsəfədən

asılı olmadan mövcuddur. Təbiət elə bir əsasdır ki, onun məhsulu olan insanlar onun

üzərində yetişmişdir, təbiətdən və insandan kənar heç bir şey yoxdur və bizim dini

təxəyyülümüzün yaratmış olduğu ali vücudlar bizim öz mahiyyətimizin ancaq

əfsanəvi inikaslarıdır. Feyerbaxın mühakimə yürütdüyü materializm antropoloji

materializm adlanır.

Page 113: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

113

Feyerbax çıxış nöqtəsi olaraq insanı götürür; lakin bu insanın yaşadığı dünya

haqqında o bir kəlmə də danışmır və buna görə də onun bəhs etdiyi insan daim din

fəlsəfəsindəki eyni mücərrəd insan olaraq qalır. Bu insan dünyaya ana bətnindən

gəlməmişdir; kəpənək baramadan çıxan kimi, bu insan da monoteist dinlərin

allahından nəşət etmişdir. Ona görə də bu insan gərək dünyada tarixən inkişaf etmiş

və tarixən müəyyən olan dünyada da yaşamır. Hərçənd o başqa insanlarla

ünsiyyətdədir, lakin həmin insanların hər biri yenə də onun özü kimi mücərrəddir

(F.Engels).

Feyerbaxın baxışları mexanizmdən fərqlənirdi. Ona görə də təbiət mexanizm

deyil, orqanizmdir. Fəlsəfənin mərkəzində insan durmalıdır. «Gələcək fəlsəfənin əsas

müddəaları» əsərində o yazırdı: «Yeni fəlsəfə– insan fəlsəfəsi kimi mahiyyətçə

həmçinin insan üçün fəlsəfədir».

Feyerbax insanın mənəvi varlıq kimi şərh edilməsini – (traktovkasını) rədd edir,

eyni zamanda insanı ruhun və cismin vəhdəti kimi qəbul edir. Onun hətta cisim və

ruhun dualizminə qarşı yazılmış əsəri də var. Onun fikrincə, insan öz təbiətinin

müxtəlif təzahürləri ilə zəngindir.

İdrak nəzəriyyəsində yuxarıda qeyd etdyimiz kimi Feyerbax sensualistdir.

Onun fikrincə, reallıq bizə hissələrimiz vasitəsilə məlum olur. Varlıq hisslərin,

məhəbbətin, düşüncənin, sirridir. İdrak nəzəriyyəsində antropologizm onun «obyekt»

anlayışının özünün spesifik şərhində də göstərir. Feyerbaxa görə, obyekt anlayışı ilk

olaraq insan ünsiyyətinin təcrübəsində formalaşır, ona görə də insan üçün birinci

obyekt– digər insandır. Yəni bu «Sən»– dir. Elə başqasına məhəbbətində sevənin və

sevilənin mövcudluğu faktı təzahür edir. «Məhəbbət olmayan yerdə həqiqət də

yoxdur» allah yox, yalnız insan məhəbbətə layiqdir. O, dini məhəbbəti real məhəbbət

hesab etmirdi.

Ümumiyyətlə, Feyerbaxın antropoloji materializmi bir növ Hegelin mütləq

ideya təliminə fəlsəfi reaksiyadır. Onun təlimi Hegellə bərabər K.Marksın fəlsəfəsinə

böyük təsir göstərmişdir.

Page 114: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

114

Feyerbax belə deyirdi: “Filosof təbiəti öyrənməklə bilik əldə edir. Təbiətin və

insanın hüdudlarından kənarda olan fəlsəfi sistem mənasızdır, heç nədir”. Burada bir

faktı qeyd etmək lazımdır ki, o, Hegeli tənqid edərkən, onun fəlsəfəsindəki dialektik

fikirləri görməmişdir. Hətta bu dialektikanı sofistikanın bir növü kimi qəbul etmişdir.

Almanlar bu məsələyə münasibət bildirərkən çox yaxşı deyiblər ki, Feyerbax Hegeli

tənqid edərkən sanki ləyəndəki çirkli su ilə birlikdə sağlam uşağı da kənara atmışdır.

Feyerbaxın dinə və əxlaqa münasibəti də maraqlıdır. Belə ki, o dini cəmiyyət

həyatından tam uzaqlaşdırmır, yeni din təklif edir. Yuxarıda qeyd etdiyimiz kimi

dinin əsasında insanın insana sevgisini götürür. Əxlaq məsələsinə gəldikdə isə bütün

idealistlər ki, o da bu fikirdə olur ki, əvvəl insanın özünün əxlaqi cəhətdən

təkmilləşdirmək lazımdır ki, bunun əsasında cəmiyyət də təkmilləşə bilsin.

Eyerbaxın əxlaq haqqında düşüncələri metafizik xarakter kəsb edir. Belə ki, o,

elə əxlaqi təlim yaratmaq istəyirdi ki, bütün dövrlər və xalqlar üçün yararlı olsun.

Əlbəttə, bu yaxşı istəkdir, lakin o, insanın əxlaqi praktikasının cərəyan etdiyi şəraiti

nəzərdən yayındırmışdır. Buna baxmayaraq, onun etik təlimi özünün hunamizminə və

demokratizminə görə mütərəqqi xarakter daşımışdır.

7. Marksizm fəlsəfəsi.

Marksizm fəlsəfəsi iki alman mütəfəkkiri Karl Marks (1818-1883) və Fridrix

Engels tərəfindən yaradılmışdır. Marks görkəmli mütəfəkkir, Engels isə bacarıqlı

biznesmen, siyasətçi, 20 dili mükəmməl bilən şəxsiyyət kimi tanınır. Onlar fəlsəfi

fəaliyyətlərinin ilkin mərhələsində idealist mövqedən çıxış etmişlər. 1842-ci ildə

“Reyn” qəzetində işləyən zaman onların dünyagörüşündə idealizmdən materializmə,

inqilabi-demokratizmdən kommunizmə keçid başlandı. Onlar birlikdə dialektik

materializm, siyasi iqtisad və sosializm nəzəriyyəsini hazırlamağa başladılar.

Marksizm fəlsəfəsinin sonrakı şərhi “Müqəddəs ailə” və “Alman ideologiyası”

əsərlərində təqdim edildi. Bu fəlsəfi fikrin sonrakı inkişafını özündə əks etdirən

ideyalar Marksın “Fəlsəfənin yoxsulluğu” əsərində verildi. O, ədalətlilik tərəfdarı

Page 115: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

115

olmuşdur. Filosofun fikrincə, hər kəs əməyinə görə ictimai məhsulun bölgüsündə

iştirak etməlidir. Bunu isə reallaşdırmaq ancaq sosializm cəmiyyətində mümkündür.

Alim bildirir ki, sosialist inqilabı üçün şərait yetişməlidir. Əgər bu inqilab bir dəstənin

suiqəsdi kimi həyata keçirilərsə, bunun nəticəsi çox acınacaqlı ola bilər.

K.Marks ictimai əməyi insanın günəşi adlandıraraq bildirir ki, əmək bölgüsü

insanların birinin digəri üçün işləməsini təmin edir və hər bir kəs öz əməyinin

nəticəsini mübadilə etməklə həyatını davam etdirir. Bir insanın əməyi zahirən fərdi

görünsə də, əslində o ictimai əməyi təmsil edir. İctimai əmək kapitalizm cəmiyyətində

əsl mənasını tapır. Belə ki, insanların birgə əmək fəaliyyəti xüsusi miqyas alır.

Marksizm fəlsəfəsində praktika anlayışı mühüm yer turur. Marksın fikrincə,

idrakın həqiqiliyi öz ifadəsini praktikada tapır. Belə ki, insan öz mühakimələrinin,

nəzəriyyələrinin səhv və ya doğru olmasını praktikada sınaqdan keçirərək müəyyən

edə bilər. Marks və Engels Hegelin səhvini təkrarlayaraq, dialektikanın tələblərinə

zidd olaraq, öz fəlsəfi sistemlərini bəşəriyyətin fəlsəfi fikrinin son zirvəsi,

kommunizmi isə ən ideal ictimai quruluş hesab etmişlər.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Marks eləcə də marksizm fəlsəfəsi alman

klassik fəlsəfəsinin, eləcə də XIX əsrin 40– cı illərində Avropadakı sosializm və

kommunizm ictimai hərəkatının təsiri altında formalaşmışdır. K.Marks qarşısına

kommunizmi fəlsəfi cəhətdən əsaslandırmaq məqsədini qoymuşdur. Bu zaman O,

xeyli dərəcədə L.Feyerbaxın antropoloji materializminə əsaslanmışdır. Hər şeydən

əvvəl, Feyerbax insan ideyasını bəşəriyyətin gələcəyi ilə əlaqələndirirdi. Bu

təsəvvürlər çox halda Marksın təsəvvürləri ilə üst– üstə düşürdü. Feyerbax gələcəyi

insanların ümumi qardaşlığı kimi başa düşürdü ki, bunu da çox vaxt kommunizm

adlandırırdı.

F.Engels K.Marksın və özünün necə Hegelçi və sonra Feyerbaxçı olmasını

ətraflı təsvir etmişdir. O yazırdı ki, Marksın xidməti ondadır ki, o zamankı

Almaniyada rəhbər mövqe tutan hay– küyçü, iddialı və lap dar düşüncəli təqlidçilərin

əksinə olaraq, unudulmuş dialektik metodu ilk dəfə yenidən meydana çıxarmış, bunun

Page 116: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

116

Hegel dialektikası ilə əlaqəsini, habelə ondan fərqini göstərmiş və eyni zamanda

«Kapital»da həmin metodu müəyyən empirik elmin faktlarına, siyasi iqtisadın

faktlarına tətbiq etmişdir.

Lakin K.Marks «Kapital»ın I cildində özünün dialektik metodunun

Hegelinkindən fərqini də göstərmişdir. «Mənim dialektik metodum Hegelin dialektik

metodundan nəinki kökündən fərqlidir, hətta onun tamamilə əksidir. Hegelin ideya

adı ilə hətta müstəqil subyektə çevirdiyi təfəkkür prosesi, onun fikrincə, gerçəkliyin

demiurqudur (yəni yaradıcısıdır), gerçəklik isə təfəkkür prosesinin yalnız xarici

təzahürüdür. Mənim fikrimcə, əksinə, ideya insanın başına köçüb orada yeni şəkil

almış maddi varlıqdan başqa bir şey deyildir».

Marksizmə görə, Hegel sisteminin bütün başqa sahələrinə olduğu kimi, onun

dialektikasında da bütün gerçək əlaqələrin təhrif olunması hökm sürür. Lakin Marksın

qeyd etdiyi kimi, «dialektika Hegelin əlində mistik bir şəkil almışsa da onun bütün

hərəkət formalarını ilk dəfə mükəmməl və şüurlu təsvir edən yenə məhz Hegel

olmuşdur. Hegelin dialektikası başı üstədir. Onu ayaq üstə qoymaq lazımdır ki, mistik

pərdə altındakı rasional toxumu aşkara çıxarılsın».

Yuxarıda qeyd etdiyimiz kimi, Feyerbaxın kommunizmi bütün insanlar

tərəfindən onların icma (qan, nəsil) birliyinin dərk edilməsinə əsaslanırdı. Feyerbaxın

humanizmi insanın müxtəlif özgələşmə (hər şeydən əvvəl,– dini) formalardan azad

edilməsi prinsipi üzərində qurulmuşdu. İnkişaf isə təbii– nəsil birliyinə əsaslanırdı. O,

harmonik insanı təbiətin və insan cəmiyyətinin məqsədi hesab edirdi.

Siyasi iqtisadın nəzəriyyəçisi olan Marks həmin nəzəriyyəni Feyerbax

humanizmi ilə onun tənqidi sosial təhlilinin birləşdirilməsi prinsipi əsasında

yaratmışdı. Onun bu problemi əks etdirən ilk əsəri «1844– cü ilin iqtisadi– fəlsəfi

əlyazmaları» hesab olunur. Əsərin əsas məqsədi xüsusi mülkiyyət cəmiyyətində

insanın özgələşməsi ideyası və gələcək kommunist cəmiyyətində həmin özgələşmənin

aradan qaldırılması olmuşdur.

Page 117: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

117

Marksa görə, özgələşmə insanın fəaliyyətinin müstəqil qüvvəyə çevrilərək onun

üzərində ağalıq etməsini səciyyələndirən sosial prosesdir. Marks özgələşmə dedikdə

ilk növbədə əməyin özgələşməsinin mahiyyətini göstərir. Özgələşmiş əmək nə fiziki,

nə də mənəvi zövq vermir, çünki bu əmək adamın özünə deyil, sahibinə sərf olunur.

Həmin əməyin nəticəsi də işçiyə məxsus deyildir. Nəticədə əməyin özü də bir növ

özgədir, yaddır.

Deməli, birincisi, əmək işçi üçün həyatın özü deyil, həyatın vasitəsidir. İkincisi,

işçi üçün seçim yoxdur. Yəni işləmək, yaxud işləməmək! O yaşamaqdan ötrü

işləməlidir. Lakin bu əməyə olan tələbatın ödənilməsi vasitəsidir. Ona görə də insan

özünün həyati reallığını əməkdən deyil, əməkdən kənarda axtarır. Çox vaxt bunlar

primitiv– heyvani tələbatlar– yemək, içmək, mənzil, yaxud özünün geyimi və s.

insanın yüksəlmə funksiyasından onun alçaldılması funksiyasına keçir.

Üçüncüsü, özgələşmiş əmək insanı mexanizmə çevirir. Bu cür əməklə məşğul olan

insan azad və məsuliyyətli adam ola bilməz.

Sonda qeyd edək ki, marksizmin ictimai fikir tarixində iki əsas xidmətini

vurğulamaq ədalətli olardı: birincisi, kapitalizmin nöqsanlarının istedadlı tənqidi;

ikincisi, praktika probleminin araşdırılması.

Page 118: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

118

MÖVZU – 7.

AZƏRBAYCAN MAARİFÇİLİK FƏLSƏFƏSİ

1. Azərbaycan maarifçilik fəlsəfəsi və onun formalaşdığı tarixi şərait.

2. Azərbaycan maarifçilik fəlsəfəsində varlıq təlimi.

3. Azərbaycan maarifçilik fəlsəfəsində idrak nəzəriyyəsi.

4. İctimai tərəqqi problemləri və xalq təhsili ideyası.

5. Müasir Azərbaycan fəlsəfəsi.

1.Azərbaycan maarifçilik fəlsəfəsi və onun formalaşdığı tarixi şərait.

Maarifçilik feodalizmdən kapitalizmə keçid dövrünün ictimai-siyasi,

fəlsəfi, hüquqi, əxlaqi, bədii-estetik ideyalar sistemidir və dünya fəlsəfi fikir

tarixini ictimai tərəqqi, bərabərlik, şəxsiyyət azadlığı kimi humanist prinsiplərlə

zənginləşdirmişdir.

Maarifçilik ideyaları ictimai həyatda ciddi dəyişikliklər tələb etməsi,

cəmiyyətin tərəqqisində elmin, maarifin rolunu vacib hesab etməsi, insan

idrakının gücünə hədsiz inamı ilə fərqlənir. İnsanın şəxsi ləyaqətinə hörmət, fikir

və mənəvi azadlıq ideyaları maarifçiliyin əsasını təşkil edir.

Kapitalizmin inkişafı ilə bağlı olaraq, ölkədə baş verən radikal ictimai-

iqtisadi və mədəni-elmi dəyişikliklər cəmiyyətin mənəvi həyatına böyük təsir

göstərmiş, insanların əqli, mədəni düşüncə tərzlərini genişləndirərək, dünyəvi

biliklərin məişətə nüfuz etməsi və sxolastik təsəvvürlərin fəaliyyət dairəsini

məhdudlaşdırmışdı. Bu dövrdə ilahiyyat öz ideyalarını artıq elmə qəbul etdirə

bilmir və elmin dindən, fəlsəfənin ilahiyyatdan, orta əsrlər sxolastikasından

ayrılması mərhələsi başlayır.

Qeyd edək ki, Azərbaycanda maarifçilik fəlsəfəsi XIX əsrin ortalarında

formalaşmağa başlamış və sxolastikanın, cəhalətin inkarı kimi ictimai fikir

tarixində özünəməxsus yer tutmuşdur. Həmin dövr Azərbaycan fəlsəfəsi klassik

Page 119: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

119

ənənələri, yeni dünyagörüşünü və sosial-siyasi baxışları özündə cəmləşdirməsi ilə

fərqlənir. A.Bakıxanovun, M.F.Axundovun və H.Zərdabinin ideya irsi buna gözəl

nümunədir. Onların yaradıcılığı XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikrin

inkişafının 3 mühüm mərhələsini özündə əks etdirir.

Rus çarizminin müstəmləkəçilik siyasətinə baxmayaraq, XIX əsrin 30-40-cı

illərindən başlayaraq, Azərbaycanda kapitalist münasibətləri təşəkkül tapmağa

başlayır və elmə, maarifə, Avropa həyat tərzinə böyük maraq oyanır. İqtisadi

ticarət əlaqələrinin genişlənməsi obyektiv olaraq, ölkəni ümumdünya əmtəə

tədavülünə cəlb edir və milli şüurun formalaşmasına təkan verir. XIX əsrdə

Azərbaycan ədəbiyyatı, incəsənəti də öz tarixi inkişafının yeni dövrünü yaşayır.

A.Bakıxanov və M.F.Axundov tərəfindən milli dramaturgiyanın əsasının

qoyulması, ədəbi realizmin, satirik poeziyanın vüsət alması, milli teatrın və

mətbuatın yaranması dövrün böyük mədəni nailiyyətləridir. Bu dövr həmçinin

Azərbaycanda təbii-elmi biliklərin yayılması, insanların təhsil dairəsinə daxil

olması ilə səciyyələnir. M.F.Axundov, H.Zərdabi, M.Şahtaxtlı və b.

həmvətənlərinin diqqətini həyatın tələblərindən irəli gələn kimya, fizika,

biologiya, geologiya kimi təbiət elmlərinə yönəldirlər.

Qeyd etmək lazımdır ki, Bakıxanovun fəaliyyəti ilə Axundovun

yaradıcılığının çiçəkləndiyi dövr arasında az bir müddət olmasına baxmayaraq, bu

dövrdə rasionalizmdən maarifçiliyə, köhnə metafizikanın məhdud doqmatik

təfəkküründən maarifçilik fəlsəfəsinə keçildi, idealist sxolastikanın yerini

maarifçi materializm tutdu.

Azərbaycanda milli maarifçiliyin vahid, qüdrətli bir sistem kimi təşəkkül

tapması M.F.Axundovun adı ilə bağlıdır. Onun fikrincə, fəlsəfənin əsas vəzifəsi

insan xidmət etməkdir. Filosofun əsas vəzifəsi isə xalqı “qəflətdən” oyatmaq və

ona həqiqətin yolunu göstərməkdir. Alim fəlsəfəni gerçəkliyin elmi surətdə dərk

edilməsi kimi qəbul etmiş və bildirmişdir ki, insanlar varlığın, Kainatın sirlərini

məntiq şəkildə anlamağın yollarını tapmalıdırlar. Axundov tərəfindən əsası

Page 120: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

120

qoyulmuş maarifçilik fəlsəfi ideyaları sonralar H.Zərdabi, M.Şahtaxtlı,

C.Məmmədquluzadə, N.Nərinamov və b. daha da inkişaf etdirmişlər.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, XVIII əsr Qərbdə - İngiltərə, Fransa,

Almaniya və digər ölkələrdə təşəkkül tapan maarifçilik fəlsəfəsi və ideologiyası

ümumbəşəri fəlsəfi və ictimai-siyasi fikir tarixində xüsusi bir mərhələ olub.

Feodalizmdən burjua sosial sisteminə keçidin qanunauyğunluqları ilə şərtləşən bu

fəlsəfə və ideologiya yenicə yaranan və yüksəlməkdə olan burjuaziyanın dünyəvi və

praktiki maraqlarına müvafiq olaraq yeni keyfiyyət xüsusiyyətləri kəsb etmiş, əqli-

metafiziki düşüncələrdən, dini xurafatdan təmizləməklə, onun elmə va təcrübəyə daha

çox arxalanmasını təmin etmək, ictimai tərəqqi yolundakı maneələri aradan

qaldıraraq, onun inkişafını sürətləndirmək, insan azadlığına və hüquq bərabərliyinə

nail olmaq kimi çox böyük və şərəfli vəzifələrin həllini öz qarşısında məqsəd

qoymuşdu.

Həmin səbəblərə görə, XVIII əsrin sonu və XIX əsrin əvvəllərinda

Azərbaycanda da maarifçilik ideyaları təşəkkül tapmağa başladı. Qərb ölkələrinə və

Rusiyaya nisbətən Azərbaycanda maarifçilik ideyalarının bir qədər gec meydana

çıxması o zamankı Azərbaycanın konkret siyasi-iqtisadi, sosial-mədəni şəraiti ilə

bağlı olmuşdur. Belə ki, XVIII əsr Qərbdə və Rusiyada maarifçilik fəlsəfəsinin

yaranması və inkişafının zəruri maddi və elmi-mədəni müqəddəm şərtləri kifayət

dərəcədə yetişmişdisə, həmin dövrdə Azərbaycanın intellektual-maarifçilik mühitinin

zəruri amilləri ancaq başlanğıc vəziyyətində idi.

Artıq XIX əsrdə, xüsusən də, onun ikinci yarısında Azərbaycanda burjua

ictimai münasibətləri inkişaf edərək, feodal qaydalarını sıxışdırıb aradan qaldırmaq

həddinə gəlib çatır. Bununla yanaşı, intellektual-maarifçilik mühitinin yaranması və

yayılması üçün zəruri elmi biliklər də artıb çoxalır. Bu dövrdə ölkədə mədəni-mənəvi

yüksəliş də diqqəti cəlb edir. Bunlar onu göstərir ki, Azərbaycanda intellektual -

maarifçilik mühiti, necə deyərlər, “boş bir yerdə”, zəmin olmayan bir məkanda

yaranmayıb. Eyni zamanda, o, Azərbaycana ancaq Qərbdən və Rusiyadan köçürülmüş

Page 121: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

121

xalis kənar hadisə də deyildir. Çünki belə olsaydı, Azərbaycan maarifçiliyi Qərb və

Rusiya maarifçiliyinin sadəcə təkrarı olardı. Hansı ölkədə və nə vaxt yaranmasından

asılı olmayaraq, maarifçilik fəlsəfəsi və ideologiyasının mahiyyəti, əsas prinsipləri,

məqsəd və vəzifələri əsasən eyni olur. Bununla yanaşı, onu da demək lazımdır ki,

Azərbaycan maarifçiliyi Azərbaycan ictimai mühitində yarandığından və təkcə Qərbin

və Rusiyanın deyil, həm də Şərqin mütərəqqi ideya-fəlsəfi ənənələrindən istifadə

etdiyindən, o, özünəməxsus spesifik xüsusiyyətlər kəsb etmiş, orijinal inkişaf yolu

tuta bilmişdir. Məhz buna görə də, Azərbaycan maarifçilik ideyaları Azərbaycan

xalqının milli intibahına, mədəni tərəqqisinə güclü təsir göstərmişdir.

2. Azərbaycan maarifçilik fəlsəfəsində varlıq təlimi.

A.Bakıxanovun varlıq nəzəriyyəsi iki dövrün, yəni orta əsrlər və yeni

dövrün xüsusiyyətlərini özündə cəmləşdirir. O, varlığın mahiyyətini həm dini,

həm də elmi mövqedən çıxış edərək, izah etməyə çalışmışdır. Kainatın

quruluşuna dair elmi əsərində filosof sadəlövh materalist mövqedən çıxış edərək,

materiyanı varlığın və idrakın əsası hesab etmişdir. A.Bakıxanovun fikrincə,

dünya Allahın kamil qüdrətindən asılıdır. Alim “Tərəzinin mahiyyəti” adlı

əsərində bildirir ki, xaliq “zəruri varlıqdır”, onun yaratdıqları isə “mümkün

varlıqdır”. Küllü-aləm onun sayəsində mövcuddur. “Zəruri varlıq” vahiddir,

bütün səbəblərin ilkin səbəbi, bütün “varlığın və yoxluğun mənbəyidir.” O əbədi

mövcuddur, hər şeyin zəruri başlanğıcı və sonudur. Mümkün varlıq isə əbədi və

kamil deyildir, öz-özünə mövcud ola bilməz.

Göründiyi kimi, təfəkkürün varlığa münasibəti məsələsində filosof orta

əsrlərdə ərəbdilli müsəlman fəlsəfəsində dəbdə olan “vəhdət əl-vücud” (varlığın

vəhdəti) probleminin sufi-panteist nəzəriyyəsi mövqeyindən izah edir. Lakin

1846-ci ildə Məkkəyə ziyarətə gedərkən yolüstü türk sultanı I Əbdülməcidə

təqdim etdiyi “Kainatın sirləri” (Əsrarəl-mələkut) adlı əsərində alim Yerin

Page 122: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

122

vəziyyəti, onun Günəş ətrafında fırlanması, kainatın quruluşu, səma cisimlərinin

yaranması və məhv olması və s. haqqında özünəməxsus elmi müddəalar söyləyir.

M.F.Axundov isə “Kəmalüddövlə məktubları” adlı əsərində varlığın “vacib

olana” və “mümkün olana” bölünməsi fikrinin əleyhinə çıxır, təbiətin

substansional başlanğıc olması qənaətinə gəlir. O, Şərq fəlsəfəsində ilk dəfə

olaraq, belə bir fikri müdafiə etmişdir ki, “bütün kainat bir vahid, qadir, kamil və

geniş varlıqdan ibarətdir. Saysız-hesabsız varlıqlar müxtəlif şəkillər, şərtlər

əsasında vücuda gəlmişdir”.

Filosofun fikrincə, “gözünlə gördüyün bu maddi varlıq” hər şeyin yeganə

əsası və mənbəyidir, müxtəlif predmet və hadisələr onun çoxcəhətli

təzahürləridir. Varlıq şüurdan asılı olmadan mövcud olan və ona təsir edən

obyektiv reallıqdır.

Varlığın obyektivliyi və maddiliyi ideyası H.Zərdabinin təbii-elmi

yaradıcılığında da mühüm yer tutur. Zərdabinin fikrincə, bütün kosmik cisimlər, o

cümlədən planetlər təbii yollarla əmələ gəlmişdir. Günəş sisteminin

planetlərindən biri olan Yer də təbii-tarixi təkamül nəticəsində əmələ gəlmişdir.

O, “Torpaq, su və hava” adlı əsərində bildirir ki, Yer üzərində əvvəl bitkilər,

sonra heyvanat aləmi, axırda insan dünyaya gəlmişdir. Filosof insanı təbiətin bir

hissəsi hesab etmişdir. İnsanın mənşəyindən danışarkən, alim qeyd edir ki, “insan

da heyvandır, ancaq ağlı artıq olduğu səbəbindən heyvanların padşahıdır”.

Qeyd edək ki, Zərdabi yanlış olaraq, insanın heyvandan fərqli olmasını

yalnız onun şüurluluğunda görür. Belə ki, burada əsas məsələ insanın əmək

alətləri düzəltməsi və onların vasitəsi ilə maddi nemətlər istehsal etməyə

başlaması, heyvanlardan fərqli olaraq, təbiəti öz tələbatlarına uyğunlaşdırmasıdır.

Başqa sözlə desək, Zərdabi insan haqqındakı mülahizələrində bioloji

nəzəriyyədən kənara çıxa bilməmişdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, A.Bakıxanovun varlıq nəzəriyyəsi

bütövlükdə onun dünyagörüşü və yaradıcılığı kimi bir tərəfdən orta ərslər, digər

Page 123: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

123

tərəfdən isə yeni dövrlə bağlı olub, bu iki dövrün xüsusiyyətlərini özündə cəmləşdirib.

O, varlığın maһiyyətini һəm dini, һəm də elmi mövqedən izaһ etməyə çalışmışdır.

Kainatın quruluiquna dair elmi əsərlərində sadəlövһ materialist kimi çıxış edərək,

materiyanı varlığın və idrakın əsası saymışdır. Metafizikada isə o, rasional idealist və

ilaһiyyatçıdır. A.Bakıxanov metafizikanın bütün məzmununu fövqəltəbii

maһiyyətlərə, ilaһi predmetlərinə münçər edir, islamın prinsiplərini üstün tutur,

müһakimələrini Qurani-Kərimin ayələri ilə, müqəddəs yazılarla əsaslandırırdı.

A.Bakıxanovdan fərqli olaraq M.F.Axundov varlıq problemində tənqidi

mövqedən çıxış edir, Qərbin təsiri ilə ənənəvi müsəlman ilaһiyyatçıları ilə razılaşmır,

xüsusilə təbiətin varlığını, onun mövcudluq formalarını mexaniki-metafizik

materializm mövqeyindən izaһ edir. Varlığın insan, sosial və mənəvi növləri һaqqında

onun tədqiqata layiq olan qiymətli fikirləri çoxdur.

A.Bakıxanova görə, dünya öz aһəngində Allaһın kamil qüdrətindən asılıdır.

“Dünya işlərini Allaһın qüdrəti ilə yoluna qoyulması һikmətsiz deyildir”. Allaһın

əvvəlcə yaratdığı ağıl və nur dünyanın yaranmasının ilkin zəruri şərtləridir. Özünün

“Tərəzinin maһiyyəti” adlı əsərində o, yazırdı ki, xaliq “zəruri varlıqdır”, onun

yaratdıqları isə “mümkün varlıqdır”. Külli-aləm onun sayəsində mövcuddur. Zəruri

odur ki, onun varlığı labüddür. Mümkün odur ki, varlıq və yoxluq ona nisbətdə eyni

qüvvədədir. Birinci odur ki, varlığı labüddür, çünki onun varlığı özü ilə şərtlənir.

İkinci odur ki, varlığı onun üçün zəruri olan (birinci) ilə birgə mövcuddur.

İdrakın insan һəyatında misilsiz əһəmiyyətindən bəһs edərkən A.Bakıxanov

"Nurlar mənbəyi" poemasında yazır: şərafətə minər insan artarsa onda şüur, İnsan

idrak sayəsində günəş kimi saçar nur. Bu fikri təqdir edən M.F.Axundova görə,

insanların idraki fəaliyyəti içtimai tərəqqinin ümdə vasitəsidir. Təbiət sirlərinin,

çəmiyyət һadisələrinin insan tərəfindən dərk edilməsi bəşəriyyətin tarixi inkişafının

tələbidir.

M.F.Axundov, Һ.Zərdabi dünyanın dərkedilənliyini sadəçə təsdiq etməmiş,

һəm də insanın idrakının əməli, praktiki əһəmiyyətini xüsusilə qeyd etmişlər. Onlar

Page 124: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

124

əsərlərində göstərirlər ki, idrakda məqsəd təlabatı ödəmək, təbiətin sirlərini açmaq,

onu məqsədəuyğun dəyişdirmək, sağlam və azad inkişafa, real һəyata, cəmiyyətin

mənafeyinə və tərəqqisinə xidmət etməkdir. İdrak insanın xarici aləmə fəal təsiredici

münasibətidir. Dünyanın dərk edilməsi prosesində insanın özü də formalaşır, bilik

dairəsi genişlənir, nəticədə yaşayış üçün yararlı şərait qurur. Deməli, insan һər şeydə

təvəkkülə və taleyə yox, idrakın gücünə arxalanmalıdır, һətta Quran ayələrini "elmi"

əsaslarda, fiziki һadisə, proses və qanunauyğunluqları Allaһ kəlamları ilə bağlamağa

çalışan A.Bakıxanov belə, “Yaradan ruzini də verəçəkdir” fikrini qəbul etməmiş,

“əməksiz insan yaşaya bilməz”, ideyasını irəli sürmüşdür. O bildirir ki, “dünyada

şeylərin һamısı yaranmışların ən şərəflisi olan insan üçün yaradılmışdır. İnsana elm

və bilik vasitəsilə örtülü sirlərdən xəbərdar olmaq bacarığı verilmişdir”. Hər bir kəs

“elm və əməlin faydalarını əldə” etmək üçün “düşünüb tapmalı”, һəqiqəti anlamalıdır.

3. Azərbaycan maarifçilik fəlsəfəsində idrak nəzəriyyəsi.

Maarifçi filosoflar idrak nəzəriyyəsinin konkret məsələlərinə, idrak prosesinin

ayrı-ayrı cəhətlərinə toxunmuş və onları özünəməxsus bir tərzdə şərh etmişlər. İdrakın

obyekti məsələsində A.Bakıxanov, M.F.Axundov və H.Zərdabi eyni mövqedən çıxış

etməsələr də, idrak prosesində hissi və rasional cəhətlərin roluna və vəhdətinə xüsusi

əhəmiyyət vermişlər. Onlar duyğuları, təsəvvürü idrakın başlanğıcı hesab etmişlər.

Orta əsrlər ərəb-müsəlman fəlsəfəsinin ənənələrinə uyğun olaraq, Bakıxanov

qeyd edir ki, “ağıl hisslərin dərkinə möhtacdır. Hisslər isə təbiətin maddələrindən

yaranır”. Filosof hisslə qavranılan dünyanı “mümkün olan varlıq” adlandırır.

Axundov isə materialist sensualizm mövqeyindən çıxış edir, predmetlərin hiss

üzvlərinə təsirini biliyin ilkin mənbəyi sayır. Yəni, idrak prosesində hiss üzvləri

vasitəsilə əldə edilən biliyin roluna xüsusi əhəmiyyət verir. Zərdabinin fikrincə,

duyğularsız xarici aləmi dərk etmək mümkün deyil. Duyğu insan biliyinin astanasıdır.

Maarifçi filosoflar idrakda hiss üzvləri kimi əqlin, zəkanın roluna da önəm

vermişlər. Onlar belə bir qənaətə gəlmişlər ki, dünyanın dərk edilməsi hissi qavrayışın

Page 125: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

125

və əqlin vəhdəti sayəsində mümkündür. Hissi qavrayış idrakın başlanğıcı olsa da, son

həddi deyildir. Dünyada bilavasitə hiss üzvlərimizlə dərk edə bilmədiyimiz hadisə və

proseslər olduqca coxdur. İnsan hiss üzvləri vasitəsilə yalnız predmetlərin zahiri

əlamətlərini, təzahürlərini öyrənir, lakin onların mahiyyətini əql və zəkanın köməyi ilə

dərk edir.

Eyni zamanda filosof insanın idraki fəaliyyyətini məһdudlaşdıran, onun zeһnini

şikəst edən köһnə-qapalı һəyat tərzinə, cəһalət və avamlığa qarşı çəmiyyət üzvlərini

“dəyirman atlarına” çevrilməsi əleyһinə çıxır, onlar üçün fikir, düşünçə, sərbəst

fəaliyyət azadlığının təmin edilməsini tələb edirdi. Bu fikir sonralar C.Məmmədqulu-

zadənin, Ö.F.Nemanzadənin və başqa maarifçilərin əsərlərində inkişaf etdirilərək

inqilabi-demokratik azadlıqlar proqramına çevrilir. Maarifçi mütəfəkkirlər dünya və

onun qanunlarına dərkedilənliyini iqrar etməklə yanaşı qnoseologiyanın konkret

məsələlərinə, idrak prosesini ayrı-ayrı cəһətlərinə də toxunmuş, bunları özünəməxsus

tərzdə şərһ etmişlər.

İnsanın dünya һadisələrini, varlığı, təbiəti һansı vasitələrlə dərk etməsi, idraҝ

prosesinin һansı formalarda һəyata keçirilməsi məsələsi onların diqqəqini daһa çox

çəlb edirdi. İdrakın obyekti məsələsində A.Bakıxanov, M.F.Axundov və Һ.Zərdabi

eyni mövqedən çıxış etməsələr də, idrak prosssində һissi və rasional çəһətlərin roluna

və vəһdətinə müstəsna əһəmiyyət vermişlər. Onlar duyğuları, təsəvvürü idrakın

başlanğıçı һssab etmişlər. Orta əsr ərəb-müsəlman fəlsəfəsinin ənənələrinə uyğun

olaraq A.Bakıxanov göstərirdi ki, “ağıl һisslərin dərkinə möһtacdır. һisslər isə təbiətin

maddələrindəp doğar. O, һisslə qavranılan dünyanı "mümkün olan varlıq” adlandırır.

Bu məsələdə M.F.Axundov materialist sensualizmə tərəfdar çıxaraq, duyğuları,

yəni şeylərin һiss üzvlərinə təsirini biliyin ilkin mənbəyi һesab etmiş, һissi seyrçi

xarici aləmin insan tərəfindən bilavasitə dərk olunması forması kimi

səciyyələndirmiş, idrakda, biliyin əldə edilməsi prosesində һissi mötəbərliyin roluna

çiddi əһəmiyyət vermişdir.

Page 126: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

126

Һ.Zərdabi bildirir ki, xarici aləmin dərk olunması duyğulardan başlanır.

Duyğularsız xarici aləmi dərk etmək, onun һaqqında müəyyən məlumat əldə etmək

mümküi deyildir. Duyğular insan biliyinin sanki astanasıdır. Bilik, insanın һiss

üzvlərinin xariçi aləmlə qarşılıqlı təsirindən törəyir. Beyin, beş һiss üzvü ("Һəvasi-

Xəmsə"), һərəkət damarları, sinir telləri biliyin yaranmasının, idrak prosesində

fizioloji əsasıdır. Təfəkkür, fikir beyin fəaliyyətinin yüksək məһsuludur.

A.Bakıxanov, M.F.Axundov və Һ.Zərdabi belə bir qənaətdə olmuşlar ki, idrakda һiss

üzvləri kimi əql, zəka da zəruri olaraq iştirak edir. Onlar vaһid idrak prosesşqan

ayrılmaz tərəfləridir.

Dünyanın dərk edilməsi һissi qavrayışın və əqlin vəһdəti һalında mümkündür.

Dünyada bilavasitə һiss üzvlərimizlə dərk edə bilmədiyimiz һadisə və proseslər

olduqca çoxdur. İnsan һiss orqanları ilə predmetin yalnız zaһiri əlamətləri, təzaһürləri

barədə məlumat һasil edir, lakin onun daxili maһiyyətinə nüfuz edə bilmir.

A.Bakıxanov dəfələrlə qeyd etmişdir ki, insan һəmişə “ağlı özünə rəһbər” bilməlidir.

Һ.Zərdabi elmin nailiyyətlərinə əsaslanaraq obyektiv əlaqə və qarşılıqlı təsir

ideyasını üzvi aləmə, eləçə də cəmiyyət һəyatına şamil edir. Onun təbii-elmi

məqalələrin ana xəttini belə bir ideya təşkil edir ki, Kainatda mövçud olan bütün

predmetlər, bütün cansız və canlılar “aləmi bir-birilə müəyyən qarşılıqlı asılılıq

münasibətlərindədirlər”. Belə ki, Günəşin şüası, təmiz һava və təmiz su Yer üzündə

һəyatın zəruri şərtləridir. Sonsuz məkanda movcud olan çoxlu aləmlər bir vəһdət

təşkil edir və bu vəһdətin əsasında onların maddiliyi durur. Dünyanı maddi vəһdətdə

görmək Azərbaycan maarifçilərini labüd olaraq təbiətdəki obyektiv qanunauyğunluğu,

zərurət və səbəbiyyəti qəbul etməyə gətirib çıxarır. Onlar göstərirlər ki, dünyada təbii

qanunauyqunluq və səbəbiyyət vardır, һər şey varlıqa daxilən xas olan təbii qanunlar

əsasında baş verir.

İnsanları öz “təbii һüquqlarını”, “dünyaya nədən ötrü gəldiklərini” dərk etməyə

çağıran M.F.Axundov onlara müraçiət edərək deyirdi: “Daһa bəsdir! Nə vaxta qədər

siz mənasız xəyallar və faydasız arzular dalınça düşəcəksiniz? Artıq elə bir vaxt

Page 127: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

127

gəlmişdir ki, siz gərək beş һiss orqanının bütün qüvvələrini dünya işlərində

müvəffəqiyyət qazanmaq və һəyatda fəzilət saһibi olmaq işinə sərf edəsiniz”.

Ümumiyyətlə qeyd etmək laımdır ki, M.F.Axundovun fəlsəfi yaradıcılığının

ideya mənbələri qabaqcıl rus, şərq və Avropa fəlsəfəsi və mədəniyyəti olmuşdur.

Axundov qədim Yunan fəlsəfəsinə və mədəniyyətinə də yaxından bələd olmuş və öz

münasibətini bildirmişdir. Onun fikrincə, fəlsəfənin vəzifəsi kainatda baş verən real

faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Axundovun təliminə

görə dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri

vahid və hər şeyı əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.

Ruhun ölməzliyi ideyasına qarşə çıxış edərək Axundov göstərirdi ki, şüur, ruh

materiyadan asılıdır, onun məhsuludur. M.F.Axundov idrakı ətraf aləmin insan

şüurunda inikası adlandırmış, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın

dərk edilməsində bilavasitə hissi yəqinliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri

olmadan idrakı qeyri-mümkün saymışdır. Onun fikrincə, görülməyən, duyulmayan,

müşahidə olunmayan heç bir şey yoxdur. M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi

təhlili mühüm yer tutur. O, dinlə elmin bir araya sığmadığını, birinin yalan, digərinin

doğru olduğunu göstərmiş, dinin strüktur vahidlərinin təhlili əsasında onun

mahiyyətini aşkar etmişdir. O dinin mahiyyətini maarifşilik mövqeyindən izah edərək

göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və

məqsədi sadə adamları aldatmaqdan ibarətdir.

4. İctimai tərəqqi problemləri və xalq təhsili ideyası.

Məlumdur ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi və

ictimai fikrinin qabaqcıl nümayəndələri islam dininin ehkamlarını, mənəvi və sisoal-

əxlaqi dəyərlər sistemini, xüsusilə qadına münasibəti kəskin tənqid etmişlər.

M.F.Axundov, Q.B.Zakir, S.Ə.Şirvani, H.B.Zərdabi kimi mütəfəkkirlər,

C.Məmmədquluzadə,M.Ə.Sabir, F.Köçərli, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə,

M.S.Ordubadi, N.Nərimanov, C.Cabbarlı, Azərbaycan romatikləri M.Hadi, H.Cavid

Page 128: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

128

kimi ziyalılar ailə və cəmiyyətdə qadının hüquqlarını müdafiə etmiş, öz

yaradıcıllıqlarında islam dininin əxlaqi dəyərləri və prinsiplərinin tənqidinə xüsusi yer

ayırmışlar.

Adlarını qeyd etdiyimiz ziyalılar o dövrdə Azərbaycanda mövcud olan müxtəlif

ictimai-siyasi və ədəbi cərəyanların nümayəndələri idilər. Ona görə də, onların dinə,

dinin əxlaqi prinsiplərinə münasibətləri də təbii ki, bir-birindən fərqlənirdi. Lakin

onların hamısı bu və ya digər formalarda dini tənqid etmiş və xalqı dinin təsirindən

xilas etməyə çalışmışlar. Bu məsələdə onlar arasında möhkəm fikir birliyi mövcud

olmuşdur.

Ziyalılarımız ailənin mənəvi təmizliyi uğrunda, onun daxilində qarşılıqlı

məhəbbət, səmimiyyət, sədaqət, ehtiram kimi nəcib əxlaqi keyfiyyətlərin yaradılması

və möhkənləndirilməsi naminə, qadının cəmiyyətin ictimai və mədəni tərəqqisində

yaxından iştirak etməsi uğrunda mübarizə aparmışlar. Onlar çıxış yolu məhz

maarifdə, elmdə, təhsildə görürdülər. Ziyalılarımızın fikirləri müasir dövrdə də öz

aktuallığını itirməmişdir. Belə ki, hər bir cəmiyyətin mədəni səviyyəsi qadına

münasibətdə, onun cəmiyyətdəki hüquqi statusunda öz əksini tapır.

Maarifçi filosoflar milli tərəqqi işində ümidlərini xalqın kütləvi savadlanmasına

bağlamış və xalq təhsili ideyasının sadəcə təbliği ilə məşğul olmamışlar. Onlar xalq

təhsili ideyasının həyata keçirilməsi uğrunda mübarizə aparmışlar. Maarifçilərin

fikrincə, xalq azadlığın, tərəqqinin, səadətin qədrini bilməsi üçün mütləq

savadlanmalı, mədəniyyətə yiyələnməlidir. Çünki, düzgün tərbiyə və savad insanları

pis əməllərdən çəkindirir, nadanlıq isə zorakılığın, hərc-mərcliyin kök salmasına

imkan yaradır. Filosofların fikrincə, elm və təhsil insanların cəhalətdən qurtulması

üçün zəruri şərtlərdir.

Doğma xalqını cəhalət yuxusundan oyatmaq kimi nəcib vəzifəni qarşıya qoyan

Azərbaycan maarifçiləri zəmanənin elmi biliklərinin inkişaf səviyyəsinə müvafiq

olaraq, xalqın anlayacağı dildə, onun düşüncəsinə uyğun bir tərzdə yazıb yaratmışlar.

Page 129: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

129

Qeyd etmək lazımdır ki, A.Bakıxanovun azərbaycanşünaslıq sahəsində mühüm

rol oynayan “Gülüstani-irəm” əsərindən özünün ilkin elmi-nəzəri ifadəsini tapmış

Azərbaycan idealı müəyyən tarixi inkişaf zəminində tədrici təkamül yolunu keçərək

formalaşmış, yeni-yeni məna və məzmun çalarları kəsb etmişdir. Bu yol

M.F.Axundov və H.B.Zərdabi tərəfindən əsası qoyulmuş milli maarifçilikdən, “vətən,

dil, millət” triadasını başlıca fəaliyyət istiqaməti kimi götürmüş “Molla

Nəsrəddin”çilik ədəbi məktəbindən, inqilabi-demokratik “türkçülük, islamçılıq,

müasirlik prinsiplərini rəhbər tutmuş “Füyuzatçı”lıq hərəkatından keçərək, milli

istiqlalçılıq məfkurəsinin təşəkkülü və formalaşmasında mühüm rol oynamışdır.

Spesifik Azərbaycan şəraitində sosial tərəqqi ideyaları zəruri olaraq millətin

mənəvi və milli tərəqqisinin inkişafına təkan verdi. Maarifçilərin fəaliyyəti

etnobirləşdirici prosesləri, Azərbaycan dili, adət və ənənələrin inkişafını, doğma

torpağa bağlılığı cəmiyyətdə marağı gücləndirirdi. Etnik ideologiyalaşmanın əsas

təzahürlərindən biri milli-müstəqillik, müstəqil dövlətin yaradılması (H.B.Zərdabi)

ideyası, xalq demokratiyası prinsipləri əsasında Azərbaycanın azad siyasi həyatının

reallaşması (M.F.Axundzadə) ideyası oldu. Zaman keçdikcə, Azərbaycan maarifçiliyi

müxtəlif qollara və cərəyanlara bölünmüşdür. M.F.Axundzadə ilə başlayan

maarifçilik inqilabi-demokratik məfkurə ilə qovuşmuşdu. Bu maarifçilik

materializmə və idealizmə əsaslanırdı.

Maarifçiliyin bir neçə cərəyanını - ilkin, klassik demokratik cərəyanı

(M.F.Axundzadə, H.B.Zərdabi, S.Ə.Şirvani, H.B.Vəzirov, Ə.Haqverdiyev,

M.Şahtaxtlı, S.Mehmandarov, və s.) inqilabi-demokratik cərəyanı (C.Məmmədqulu-

zadə, F.B.Köçərli, E.Sultanov S.M.Qənizadə, R.Əfəndiyev, M.Hadi və b.) qeyd etmək

lazımdır. Tədqiqatçılar Azərbaycan maarifçiliyinin klassik və yeni formasının

olduğunu qeyd edirlər.

Klassik formada maarifçilik cərəyanının Azərbaycanda hələ orta əsrlərdə

mövcudluğunu, onun Azərbaycanda və müsəlman Şərqində islam intibahının tərkib

hissəsi kimi çıxış etdiyini, yeni dövr maarifçiliyinin isə XIX əsrdən başlandığını

Page 130: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

130

göstərirlər: “Maarifçiliyin mənbələrini bir tərəfdən orta əsrlərin zəngin mənəvi

irsində, digər tərəfdən M.P.Vaqif və Q.B.Zakir realizmində axtarmaq lazım gəlir.

Yeni dövrün maarifçiliyinin çox mühüm xüsusiyyətlərindən biri də onun xalqımızın

milli idealı, milli hərəkatı ilə qırılmaz surətdə bağlı olması idi. Bu idealı müxtəlif cür

həyata keçirməyə çalışdıqlarından, maarifçilikdə müxtəlif qollar və cərəyanlar

yaranırdı. Orta əsrlər Azərbaycan maarifçiliyinin tarixi millətçilik və dilçilik

hərəkatının yaranmasına zəmin yaradan yeni dövr Azərbaycan maarifçiliyi ideyaları

isə bu ideyalarla birlikdə birinin digərinə nüfuz etməsi, çulğalaşması və qovuşması

şəraitində yaranıb inkişaf etmişdir”.

Məlumdur ki, hər bir xalqın azadlıq istəyi, tərəqiyyə meyili onun özünüdərk

etməsi prosesində qərarlaşır və müəyən ideyalar əsasında aydın yönüm kəsb edə bilir.

Məhz buprosesin zəruri ifadəsi kimi yara-nan milli ideal və bunun gerçəkləşməsinə

xidmət edən ideyalar getdikcə milli hərəkatı şüurlu cəhətdən istiqamətləndirməyə mü-

hüm təkan vermişlər. Doğrudur, XIX əsrin yarısından Azərbaycanda başlanan, de-

mokratik maarifçilik hərəkatı milli azadlıq hərəkatı səviyyəsinədək yüksələ bilmə-

mişdi. Lakin bu mədəni-maarifçilik hərəkatı XX əsrin əvəllərində milli istiqlalçılıq

mübarizəsinin formalaşmasında böyük rolu olmuşdur.

Müşahidələr göstərir ki, milli ideyanın kütləviləşməsi, çoxsaylı insanların

əqlinə hakim kəsilməsi üçün Azərbaycan milli elitasının geniş və məqsədyönlü hərə-

katını məhz XIX əsrin sonlarında Azərbaycan maarifçiləri başlamışlar.

Kapitalist münasibətlərinin Azərbaycanda həmin dövrdə yaranıb inkişaf etməsi və

Bakının Qafqazda ən iri iqtisadi mərkəzə çevrilməsi, bütövlükdə, iqtisadiyyata təsir

göstərmiş və milli burjuaziyanın meydana gəlməsinə səbəb olmuşdur. Bu isə, son nə-

ticədə, milli şüurun yüksəlməsinə, milli oyanışa təkan vermişdir.

Page 131: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

131

5. Müasir Azərbaycan fəlsəfəsi.

Азярбайъан мцстягиллийини бярпа етдикдян сонра хариъи юлкялярля, дцнйа халглары

иля сосиал-игтисади, мядяни-мяняви сащялярдя сых ямякдашлыг ялагяляри йарадыр. Бу

шяраитдя халгымыз мцтярягги цмумбяшяри мяняви дяйярляри мянимсяйир вя онлардан

истифадя едяряк зянэинляшир. Бу да чох тябиидир. Чцнки халглар вя онларын

мядяниййятляри арасында чин сядди чякмяк олмаз, бу щеч мцмкцн дя дейил. Халглар

щямишя бир-бириндян юйрянир, бящрялянир вя бир-биринин щесабына юз

мядяниййятлярини зянэинляшдирир. Лакин бунунла йанашы щяр бир халг юз милли-мяняви

дяйярлярини, адят-янянялярини горуйуб сахламаьа да чалышыр. Чцнки онлар щямин халгы

диэяр халглардан фяргляндирян, онун милли мянлийини тямин едян мцщцм ъящятлярдир.

Халгларын юз тарихи кюкцня, милли-мяняви дяйярляриня баьлылыьы бюйцк амилдир.

Гейд етмяк истярдик ки, ХХ ясрин сону ХХЫ ясрин яввялляриндя Азярбайъан етник-

милли ъящятдян тцрк тяфяккцрц, дини бахымдан ися ислам мянявиййаты вя дцшцнъя тярзи

иля сяъиййялянир. Йяни йашадыьымыз бу дюврдя халгымызын менталитети

азярбайъанчылыьын, тцркчцлцйцн вя исламчылыьын синтези, вящдяти шяраитиндя

формалашмышдыр. Лакин бу просеся диэяр амилляр дя тясир едир. Бурада Русийа вя Гярб

амилини хцсуси гейд етмяк лазымдыр. Демяк олар ки, ХХ ясрдя Русийа амили даща бюйцк

рол ойнамышдыр. Русийа амилинин мяняви дяйярляримизя тясиринин щям мцсбят, щям дя

мянфи тяряфляри вар. Мянфи тясири империйа сийасятиндян иряли эялян анти-милли, анти-

тцрк сийасяти, мцсбят тясири ися цмумбяшяри дяйярлярля, Гярб сивилизасийасы иля

танышлыгдыр. Совет дюврцндя ейни заманда, анти-ислам, цмумиййятля атеист сийасятини

дя вурьуламаг лазымдыр.

Мялумдур ки, совет дюврцндя исламын мцгяддяс китабы Гурани-Кяримин мащиййяти,

мяняви-яхлаги норма вя принсипляри щаггында зиддиййятли фикирляр сюйлянилмишдир.

Лакин бу эцн Гуранын дилимизя тяръцмя едилмяси иля бу китабын ясас гайяляри билаваситя

онун юзцндян юйрянилир, бу да ислам дининин зянэин мяняви дяйярляри иля йахындан

таныш олмаьа бизя имкан верир. Ислам дини инсанлар арасында мящяббят, виъдан, сябр,

чятинликляря синя эялмяк, мяняви паклыг, ещтийаъы оланлара кюмяк етмяк, валидейнляря

мящяббят, йашлы адамлара, гадынлара щюрмят, ушаглара мярщямят, ювладлара

гайьыкешлик вя с. бу кими йцксяк инсани кейфиййятлярин ашыланмасына,

мянявиййатымызын зянэинляшмясиня кюмяк едир. Ислам ейни заманда инсанлара адам

юлдцрмяйи, оьурлуг етмяйи, йалан данышмаьы, йаландан шащидлик етмяйи, яхлагсызлыьы

Page 132: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

132

гадаьан едир, шяри писляйир, йахшылыьы, инсанлара мярщямят вя мящяббят щисси иля

йанашмаьы, юйцд вя эюстяришляри иля тяблиь едир. Бу цмумбяшяри яхлаги дяйярляря

ислам дининя ситайиш етмяйян инсанлар да риайят едир. Яэяр онлардан биринъиляри бу

яхлаги дяйярляря исламын яхлаги принсипляри кими йанашырларса, диэярляри бу

принсипляри цмумбяшяри яхлаги дяйярляр кими гиймятляндирирляр. Биз онлардан бирини

тянгид, диэярини ися тяриф етмяк фикриндя дейилик. Чцнки бизи бцтювлцкдя ъямиййят

цчцн ящямиййятли олан мяняви дяйярляр марагландырыр.

Проблемин тядгиги эюстярир ки, исламын мяняви дяйярляримизин формалашмасына

тясири тарихян бирмяналы олмамышдыр вя гейд етмяк лазымдыр ки, бу просес бу эцн дя

давам етмякдядир. Мцасир дюврдя исламын мяняви дяйярляримизин инкишафына щям

мцсбят, щям дя мянфи тясирляри мцшащидя олунур. Лакин бу эцн биз исламын милли

мянявиййатымыза тясирини мцсбят истигамятя йюнялтмяйя чалышмалыйыг, йяни бу сащядя

фанатизмя имкан вермямялийик. Бу эцн совет дюврцндя елм, тящсил вя мядяниййят

сащясиндя бюйцк наилиййятляр ялдя етмиш халгымыз щяр шейи йенидян сыфырдан

башламаьа мящкум едиля билмяз. Совет дюврцндя динин инкар едилмяси инсанларын

мянявиййатында бир бошлуг йаратмышдыр. Бу эцн дин инкар едилмир, лакин бу бошлуьу

щягиги диндян кянар фанатизм, псевдодини мязмунла долдурмаг ъящдляри даща аьыр

нятиъяляря эятириб чыхара биляр. Мцасир Азярбайъанда дини дяйярляримиз халгымызын

елм, тящсил, мядяниййят сащяляриндяки наилиййятляри иля узлашдырылмалы вя ващид

милли-мяняви дяйярляр системинин тяркиб щиссясиня чеврилмялидир.

Мцасир дюврдя Гярбин мяняви дяйярляримизин инкишафына тясирини дя бирмяналы

гиймятляндирмяк доьру олмаз. Бир тяряфдян, елм вя техниканын йени наилиййятляри,

демократийа, плцрализм, сюз вя мятбуат азадлыьы, инсан щцгугларынын горунмасы, йени

игтисади мцнасибятляр вя с. бу кими Гярб идейа вя дяйярляринин юлкямизя нцфуз етмяси,

мцасир дюврдя мяняви мядяниййятимизин инкишафына мцсбят тясир эюстярир; диэяр

тяряфдян ися инсанларын вя хцсусиля эянъ няслин зювгцнц, мянявиййатыны корлайан,

коммуникасийа васитяляринин, хцсусиля интернет, телевизийа каналлары, хариъи

кинофилмляр вя ядябиййатлар васитясиля юлкямиздя эениш йайылан Гярбин мяняви-яхлаги

дяйярляри мяняви дцнйамыза сирайят едир, милли-мяняви мядяниййятимизин инкишафына

мянфи тясир эюстярир. Дюьрудур, мяняви алями зянэин, камил олан инсанлар Гярбин бу

мяняви-яхлаги дяйяр вя принсипляри иля таныш оларкян, яввялъя онлары бейинляринин

сцзэяъиндян кечирир, онлары юз яхлагына, мянявиййатына уйьун олараг дяйярляндирир вя

истифадя едирляр, мянфи мязмунлу, нюгсанлы мяняви-яхлаги дяйярлярдян ися имтина едир,

Page 133: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

133

онлардан горунмаьа чалышырлар. Лакин, бцтювлцкдя инсанларын яксяриййяти, хцсусиля

эянъ нясил, буну баъармыр вя Гярбин мяняви-яхлаги дяйярляринин, гайда вя

принсипляринин, дцшцнъя тярзинин тясири алтына дцшцр.

Цмумиййятля, мядяни ирс вя мцасирляшмя мювзусу ХЫХ ясрин яввялляриндян

етибарян мяняви щяйатымызда даима эцндямдя дуран бир мювзудур вя мцхтялиф тясир

цнсцрлярини юзцндя ещтива едир.

Азярбайъанын эюркямли шяхсиййятляри, мцтяфяккир вя ядибляри – А.А.Бакыханов,

М.Ш.Вазещ, С.Я.Ширвани, Щ.Б.Зярдаби, М.Ф.Ахундов щяля ХЫХ ясрдя Гярб

мядяниййятини, онун инкишаф сявиййясини йцксяк гиймятляндирмиш, ону милли

мядяниййятимизин тяряггиси цчцн мейар саймышлар. Бу тямайцл ХХ ясрин яввялляриндя дя

давам етмиш вя эцълянмишдир. Азярбайъан романтикляри – М.Щади, А.Сящщят, Щ.Ъавид,

Я.Б.Щцсейнзадя вя башгалары ясярляриндя Гярб мядяниййятинин мцсбят ъящятлярини

тяблиь етмиш, халгы бу мядяниййятин наилиййятляриндян истифадя етмяйя чаьырмышлар.

Лакин онлар Гярб мядяниййятини, онун наилиййятлярини йцксяк гиймятляндирмякля

бярабяр, она сечимли йанашмаьы, ондан дцшцнцлмцш истифадя етмяйи мяслящят

эюрмцшляр.

Бу эцн дя ъямиййятимиздя кечмишдя олдуьу кими, Авропа вя бцтювлцкдя Гярб

мядяниййяти, онун дяйярляр системи милли-мядяни тяряггинин мейары сайылыр, щятта

ъямиййятдя Авропа мядяниййяти гаршысында алцдячилик мейлляринин артмасы мцшащидя

едилир. Буна бахмайараг бу эцн дя юлкямиздя Гярб мядяниййятиня, дяйярляриня мцнасибят

бирмяналы дейил. Бир тяряфдян халгын мцяййян щиссяси Гярб мядяниййятини, онун

дяйярляр системини мядяни тяряггинин мейары сайыр, ислами дяйярляри юзцндя яхз едян

милли адят-яняняляримизя тянгиди йанашыр, бцтювлцкдя онлардан узаглашыр, Гярбин

мядяни дяйярляриня цстцнлцк веряряк, давранышларында, эейимляриндя, бир сюзля

щяйатын бцтцн сащяляриндя Авропа сайаьы щяйат тярзини тяглид едир вя бунунла мцасир

мядяни сявиййяйя йцксялдиклярини дцшцнцрляр. Диэяр тяряфдян ися ъямиййятимиздя бу

мцасирляшмя ъящдляриня реаксийа олараг, якс тямайцл, халгымызын гядим вя зянэин

мядяниййяти иля юйцнцб, тарихимизя, кечмиш мядяниййятимизя, дини-яхлаги

дяйярляримизя сыьынма тямайцлц эцълянир. Беля бир шяраитдя ъямиййят гаршысында

сечим етмяк, мядяни йцксялишин, мцасирляшмянин оптимал йолуну мцяййян етмяк зяруряти

дурур: йа мяняви дяйярляримизи ещтива едян милли мядяниййятимиз, йа да Гярбин мядяни

дяйярляриня цстцнлцк верян мцасир мядяниййят. Лакин щягигят будур ки, милли

мядяниййятсиз мцасир мядяниййят ола билмяз, мцасир инкишаф олмадан да милли

Page 134: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

134

мядяниййят юз варлыьыны давам етдиря билмяз. Фикримизъя, милли мядяни тяряггийя бу

ики эюрцш арасында барышдырыъы мювге тутмагла, йяни милли-мяняви дяйярлярля Гярб

мядяниййяти вя дяйярляри арасында синтези, барышыьы тямин етмякля наил олмаг

мцмкцндцр. Унутмаг олмаз ки, щяр бир миллиликдя цмумбяшярилик, цмумбяшяриликдя ися

миллилик вардыр.

MÖVZU – 8.

XX ƏSR QƏRB FƏLSƏFƏSİ

1. Müasir Qərb fəlsəfəsi və onun səciyyəvi xüsusiyyətləri.

2. Neopozitivizm və onun mahiyyəti.

3. Praqmatizm fəlsəfi cərəyanı.

4. Ekzistensializm və onun ideya mənbələri.

5. Neotomizm və onun əsas fəlsəfi ideyası.

1. Müasir Qərb fəlsəfəsi və onun səciyyəvi xüsusiyyətləri.

XX əsr Qərb fəlsəfəsi bəşəriyyətin ictimai, fəlsəfi fikir tarixini yenidən

nəzərdən keçirərək, Platonun, Aristotelin, Müqəddəs Avqustinin, Foma Akvinskinin,

Frensis Bekonun, Rene Dekartın, Kantın, Hegelin, Feyerbaxın və b. fəlsəfi irsinə

“qayıdır”, marksizm fəlsəfəsini də fərqli bir tərzdə, yeni baxışlar çərçivəsində

öyrənməyə cəhd etmişdir.

Müasir Qərb fəlsəfəsinin inkişafını üç əsas mərhələyə ayırmaq olar:

Birinci mərhələ - XIX əsrin 70-ci illərindən başlayaraq, Birinci Dünya

müharibəsinə qədər olan dövrü əhatə edir. Bu mərhələdə neokantçılıq, həyat fəlsəfəsi,

praqmatizm, neohegelçilik cərəyanları inkişaf etmişdir. Bu dövr fəlsəfəsinin səciyyəvi

Page 135: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

135

xüsusiyyəti ondan ibarətdir ki, fəlsəfə elm ilə qarşılaşdırılır. Yəni başqa sözlə desək,

bu mərhələdə fəlsəfə ya elm kimi təsdiq olunmaq istəyir, ya da əksinə elmi rədd edir.

İkinci mərhələ - Birinci Dünya müharibəsində başlayaraq XX əsrin 50-ci

illərinə kimi olan dövrü əhatə edir. Bu dövrdə fenomenologiya, ekzistensializm,

neopozitivizm, personalizm və b. fəlsəfi cərəyanlar inkişaf etmişdir. Bütün bu

cərəyanların ümumi xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onlar elmi və fəlsəfi

bilikləri bir-birindən ayırmağa çalışmışlar.

Üçünçü mərhələ - XX əsrin 60-cı illərində başlayır. Bu dövrün fəlsəfi

dünyagörüşünün əsasını insan və onun azadlığı məsələsi təşkil edir. Artıq tarix

müxtəlif səbəblərlə şərtlənən proses kimi deyil, insanların fəaliyyəti kimi başa

düşülür. Tarixi hadisələrin analizində və qiymətləndirilməsində səbəbiyyətlə yanaşı

insanın azadlığı məsələsi də ön plana çəkilir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, XIX əsrdə və XX əsrin əvvəllərində

elmin rolunun artması fəlsəfəyə də öz təsirini göstərmişdir. Hətta sayentizm (latınca:

bilik, elm sözündəndir) istiqaməti də meydana gəlmişdi ki, burada da fəlsəfənin

konkret elmə meyilli olan müəyyən təfəkkür tipinə arxalanması irəli

sürülürdü. Sayentizmin tərəfdarları pozitiv elmlərə (başlıca olaraq təbiətşünaslığa)

istiqamət götürərək fəlsəfədən ənənəvi dünyagörüşü problematikası çıxarmağı,

fəlsəfənin tarixən qərarlaşmış predmetindən imtina edilməsini, ona dəqiq elmlər

tipindən quruluş verməyi planlaşdırırdılar.

Sayentizm istiqamətinə çox vaxt neopozitivizmi (analitik fəlsəfəni), «elm

fəlsəfəsini», strukturalizmi aid edirlər. Ümumi fəlsəfi sayentist konsepsiyalarla

yanaşı, müxtəlif spesifik nəzəriyyələr də yayılmağa başlamışdır. Bunlar: «industrial»,

«postindustrial», «texnotron», «informasiya» və digər ictimai quruluş tipologiyasına

uyğun modellər əsasında təşkil olunmuşdur. Sayentist fəlsəfi təsəvvürlərin

işlənilməsində ən böyük çətinlik metodologiya sahəsində özünü göstərmişdir. Belə

aydın olurdu ki, nəzəri bilikləri tam şəkildə empirik faktlara müncər etmək qeyri–

mümkündür.

Page 136: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

136

Sayentizm praktikası bir daha göstərdi ki, fəlsəfi problemləri tam şəkildə təcrid

etmək olmaz. İkinci spesifik fəlsəfi konsepsiya antropoloji konsepsiya hesab olunur.

Bu istiqamət humanitar– antropoloji sahənin ön plana çıxarılması və antisayenizm

meyillərinin güclənməsi ilə bağlı idi. Bu zaman «insani məzmun» başlıca prinsip elan

olunurdu. Antropologizm çərçivəsində fəlsəfi anropologiya, həyat fəlsəfəsi, ekzisten-

sializm, personalizm və s. cərəyanlar formalaşmışdır. onların fərqli xüsusiyyətləri

təkcə əqlə münasibətdə deyil, sırf fəlsəfi məzmunun formalaşması mexanizmində

xristianlıq ilə doğma cəhətlərə malik olmasındadır.

Bu istiqamətin tərəfdarlarını təbii elmi təfəkkürün və onun normalarının

ümumiliyinin qəbul edilməməsi birləşdirir. Bu cərəyanların arasındakı sərhədlər

demək olar ki, yoxdur.

XX əsr “Həyat fəlsəfəsi” ilə məşğul olan cərəyanlar arasında xüsusi yer tutan

təlimlərdən biri də fəlsəfi antropologiya olmuşdur. Bu cərəyanın banilərindən biri

alman filosofu Maks Şellerdir. Fəlsəfi antropologiya dedikdə o, insan təbiəti və insan

təbiətinin strukturu, insanın təbiətin sferaları ilə əlaqəsi, onun mənşəyi, onda olan

fiziki, psixoloji və ruhi başlanğıclar haqqında fənni nəzərdə tuturdu. Həmçinin o,

ontologiyaya insanın malik olduğu qüvvəni, enerjini də daxil edirdi. Ontologiya

insanın bioloji, psixoloji, mədəni-tarixi və sosial inkişafının əsas meylləri və

qanunları haqqında biliklər verməlidir.

Fəlsəfi antropologiyanın nümayəndəsi olan alman filosofu Arnold Helen insanı

“bioloji qüsurlu” mövcudad hesab etmişdir. Onun fikrincə, insanda təbii yaşamaq

üçün instinkt çatmır. O, heyvandan fərqli olaraq, öz həyatını davam etdirmək

vasitələrini axtarmağa məcburdur. Beləliklə, təbiət onun dünyaya açıldığını

əvvəlcədən müəyyən etmişdir. O, mədəniyyəti yaratmağa qadirdir. Helenə görə, insan

“düşünən mahiyyət” deyildir. Lakin “dərk edən – hərəkətdə olandır” özünü və əhatə

edən dünyanı formalaşdırandır, yəni “mədəniyyət yaradandır”.

XX əsr Qərb fəlsəfəsində dəbdə olan fəlsəfi məkrəblərdən biri də

fenomenologiyadır. Bu cərəyan Almaniyada yaranmış, ABŞ, Yaponiya, İngiltərə və

Page 137: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

137

b. ölkələrdə də geniş yayılmış fəlsəfi məktəbdir. Fəlsəfi cərəyanın banisi Edmund

Hüsserldir. Məktəb bir sıra fəlsəfi təlimlərin, o cümlədən ekzistensializm fəlsəfi

cərəyanının formalaşmasına böyük təsir göstərmişdir.

Edmund Hüsserl fəlsəfi fikirlərini “Məntiqi tədqiqatlar”, “Xalis

fenomenologiya ideyası”, “Təcrübə və mühakimə”, “Dekartın fəlsəfəsinə dair

mülahizələr” və b. əsərlərdə ifadə etmişdir. Onun fikrincə, fəlsəfənin əsas vəzifəsi

şüuru, şüur fenomenlərini onların saf halında təsvir etməkdən ibarətdir. “Fenomen”

deyərkən filosof xalis, saf halda götürülən şüur hadisəsini nəzərdə tuturdu. Hüsserl

belə hesab edirdi ki, fenomen obyektlə subyektin, materiya ilə şüurun, onlara məxsus

hadisələrin sintezidir. Ona görə də onu nə maddi, nə də ruhi kimi xarakterizə etmək

olar.

XX əsr Qərb fəlsəfəsində geniş yayılmış fəlsəfi cərəyanlar arasında

neopozitivizm, praqmatizm, ekzistensializm, neotomizm, fenomenologiya,

strukturalizmin və b. adlarını xüsusi qeyd etmək lazımdır. Bu fəlsəfi təlimlərdən

bəzilərinin əsas fəlsəfi ideyalarını nəzərdən keçirək.

2. Neopozitivizm və onun mahiyyəti.

Neopozitivizm fəlsəfəsi ingilisdilli ölkələrdə geniş yayılmışdır. Analitik fəlsəfi

cərəyandır. Bu fəlsəfi təlimin görkəmli nümayəndələri arasında Karnap, Ayer, Rassel,

Vitgenşteyn və b. adlarını xüsusi qeyd etmək olar.

Neopozitivizm – XX əsr fəlsəfəsinin cərəyanlarından biri olan pozitivizmin

müasir formasıdır. Pozitivizm latın sözüdür, mənası müsbət deməkdir. Banisi fransız

alimi Oqyust Kontdur. Bu fəlsəfi cərəyanın nümayəndələri konkret (empirik) elmləri

həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini

inkar edir. Yəni, başqa sözlə desək, onların fikrincə, bilik ancaq empirik xarakter

daşıyır, onda heç bir nəzəri bilik ola bilməz. Neopozitivizm fəlsəfi cərəyanında əsas

ideya ondan ibarətdir ki, gerçəklik haqqında bilik yalnız gündəlik və ya konkret elmi

Page 138: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

138

təfəkkürdə qazanılır, fəlsəfə yalnız dilin təhlili ilə məşgul olmalıdır, təfəkkürün əldə

etdiyi nəticələr dildə öz əksini tapır.

Neopozitivistlər sübut etməyə çalışmışlar ki, dünya fenomenlər toplusudur və

buna görə də onu dərk etmək üçün hiss orqanlar tamamilə kifayətdir. Başqa sözlə

fikrimizi ifadə etsək, dünya bilavasitə hiss orqanlarına bəlli olan və onlarda verilən

hissi məlumatlardan, müsbət, pozitiv faktlardan ibarətdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, XIX əsrdə geniş yayılmış fəlsəfi

cərəyanlardan biri də pozitivizm olmuşdur. Müstəqil fəlsəfi istiqamət kimi pozitivizm

keçən əsrin 30-cu illərində formalaşmışdır. Həmin cərəyanların nümayəndələrinin

fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsidir. Onların

təsəvvürünə görə, müsbət (pozitiv) bilik ayrı– ayrı xüsusi elmlərin nəticəsində əldə

edilə bilər, yaxud da onların sintetik birliyi sayəsində mümkün ola bilər. Ona görə də

reallığın məzmununu tədqiq etməyi iddia edən fəlsəfənin xüsusi elmi fənn kimi

mövcud olmaq hüququ yoxdur. Pozitivizm öz inkişafında iki mərhələ keçmişdir.

Birinci mərhələ öz banisi fransız filosofu O.Kontun (1798-1857) fəlsəfi

məktəbi ilə əlaqədar olmaqla XIX əsrin 30-40-cı illərini əhatə edir. Kontun məqsədi

əhatəli şəkildə elmlərin təsnifatını yaratmaq olmuşdur. Ona görə biliklərin

iyerarxiyası sadədən mürəkkəbə, ibtidaidən aliyə, ümumidən konkretə doğru tarixi

inkişafı əks etdirməlidir. Elmlərin ierarxiyası belədir: riyaziyyat– astronomiya, fizika–

kimya– biologiya– sosiologiya.

Pozitivizmin ikinci tarixi mərhələsi maxizm və empiriokritisizmlə (E.Max,

R.Avenarius) təmsil olunmuşdur. Deməli, neopozitivizm pozitivizmin inkişafında

üçüncü mərhələni (və yaxud formanı) ifadə edir və müxtəlif variantlarda: məntiqi

pozitivizm, linqivistik təhlil fəlsəfəsi və yaxud linqivistik fəlsəfə kimi təqdim olunur.

Maraqlıdır ki, neopozitivizmin tarixi nitqin müxtəlif təhlil üsullarının bir– birini əvəz

etməsi tarixidir. Bu üsullar məntiqdən semantikaya, ondan da linqivistik təhlilə doğru

gedir.

Page 139: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

139

Məlum olduğu kimi, neopozitivistləri maksimum proqram, başqa sözlə desək,

süni formalaşdırılmış nitqin əsasında mütləq formalaşdırılmış biliyə nail olmaq cəhdi

birləşdirir. Bu zaman onlar elmin metodoloji problemləri üzərində inhisarçı hüququnu

iddia edirlər ki, bu da öz növbəsində, idrakın bəzi cəhətlərini mütləqləşdirməyə aparıb

çıxarır. Lakin neopozitivistlər idrakı bütöv hadisə kimi ona daxilən xas olan

ziddiyyətləri, çətinlikləri, nitqin formalaşdırılması gedişində yaranan digər

problemləri ilə birlikdə əhatə etmək qüdrətinə malik deyillər.

Ancaq neopozitivizmin uğurları da qeyd edilməlidir. Bunlar böyük metodoloji

yükə malik olan biliyin xüsusi sahələrinin işlənib hazırlanması, xüsusilə riyazi

məntiq, semiotika, informasiyanın semantik nəzəriyyəsi və s.-dir. Bununla yanaşı,

qeyd etmək lazıdır ki, onların idrakı tədqiqatların xüsusi metodlarına ümumi,

universal fəlsəfi metodologiya xassəsi vermək cəhdi müvəffəqiyyət

qazandırmamışdır. Onların məqsədi təsirli metodologiya yaratmaq və bu zaman

oradan fəlsəfi mənada materiya anlayışını çıxarmaq cəhdi də mühüm xüsusiyyətlər

sırasına daxildir. Buraya fəlsəfədən reallıq, elmin anlayışlarının təbiəti haqqında

«metafizika» məsələlərini çıxarmaq çağırışlarını da aid edə bilərik. Nəticədə

neopozitivist terminlər sırf subyektivist çalarlar əldə edir. Onlar hər hansı hadisə

haqqında həqiqi bilik almaq imkanını rədd edirlər.

Neopozitivistərə görə, fəlsəfənin əsas məsələsi elm dilinin məntiqi təhlilindən

ibarətdir. Bu təhlilin vasitəsi kimi onlar riyazi məntiq və aksiomatik metoddan istifadə

etməyi təklif edirlər. Elmə münasibətdə fəlsəfə bu və ya digər konkret elmi

nəzəriyyələri təhlil etmək deyil, nəzəriyyə dilinin (hazır biliyin məcmusunu) məntiqi

təhlilini yerinə yetirməlidir. Məntiqi neopozitivizmin əsasları Vyana dərnəyində XX

əsrin 30-cu illərində işlənib hazırlanmışdır (M.Şlik, A.D.Ayer, K.Karnap və b.).

“Dərnək” neopozitivizmi fundamental antifəlsəfi prinsipi – verifikasiya

prinsipini elan edir. Bu prinsipə əsasən, fəlsəfə elm deyil, “məna axtarışıdır”, o

cümlələri, sözləri, ifadələri analiz etməli və onların mənalı, mənasız və taftalogiya

olduğunu aşkar etməlidir. Bu proseduranın – analitik fəaliyyəti əsasında isə

Page 140: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

140

verifikasiya – yoxlama, yəni sözlərin, anlayışların, ifadələrin mənalı və mənasız

olduğunu yoxlama prinsipi dayanmalıdır. Bu prinsipə görə əgər sözün, anlayışın,

cümlənin məzmunu hiss orqanları ilə qavranılırsa, onda onlar mənalı və mənasız,

absurd kimi rədd edilməlidir. Belə olduqda isə ancaq elmin cümlələri mənalı olur,

çünki ancaq onlar faktik, bilavasitə hiss orqanları ilə qavranılandır.

Fəlsəfi cümlələr isə hiss orqanları ilə qavranıla bilməz, ona görə də o bir

təfəkkür forması kimi “antikvar əşyalar müzeyinə” göndərilməlidir. Buradan da

pozitivizmin əsas şüarı – “elmə heç bir fəlsəfə lazım deyil, o özü üçün fəlsəfədir” fikri

meydana gəlir. Lakin bu təlim uzun sürmür, 1930-cu illərdən neopozitivizmin

antifəlsəfi mövqeyi tənqid olunuq, fəlsəfənin gərəkli olduğu bir daha sübut edilir və

buradan da bu təlimin iflası başlayır. 1930-cu illərdən Vitgenşteyn yeni təlim –

linqvistik analizi əsaslandırır və bununla da neopozitivizm parçalanır.

Linqivistik təhlil fəlsəfəsinin formalaşmasında onun yaradıcılığı mühüm təsir

göstərmişdir. Bu böyük məntiqçi və filosof bir sıra problemlərə toxunsa da, ən çox

nitqin məntiqi məsələləri ilə məşğul olmuşdur. Linqivistik fəlsəfənin məqsədi kəşf

deyil, aydınlaşdırma, həqiqət deyil, əhəmiyyətdir. L.Vitgenşteynin sözləri ilə desək,

«fəlsəfə hər şeyi olduğu kimi saxlayır». Neopozitivizm idrak prosesində yaranan bir

çox çətinlikləri aşkara çıxartdı və müəyyən tarixi mərhələlərdə onların həll edilməsinə

kömək etdi. Lakin elm daim inkişafdadır və yeni-yeni metodoloji problemlər

doğurmağa qadirdir.

3. Praqmatizm fəlsəfi cərəyanı.

Praqmatizm yunan sözüdür, mənası iş, hərəkət deməkdir. Xüsusilə ABŞ-da geniş

yayılmış subyektiv idealist təlimdir. Görkəmli nümayəndələri arasında Çarlz Pirs,

Ceyms Cems, Con Dyui və b. adlarını qeyd etmək olar. “Faydalı olan hər bir əməl

mənəviyyata uyğundur” prinsipi bu fəlsəfi cərəyanın əsasını təşkil edir.

Praqmatizm fəlsəfəsi obyektiv aləmin dəyişkənliyi faktını qeyd edir, lakin

əsassız olaraq mütləqləşdirir. Bu fəlsəfi təlimin nümayəndələrinin fikrincə, təcrübə

Page 141: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

141

bizim görüş dairəmizin çərçivəsi ilə məhdudlaşan və bizdən tez həllini tələb edən

gözlənilməz situasiyalar silsiləsidir. Gözlənilməz hər bir şey daim meydanda real

təhlükə, çətinlik və problemlər yaradır. Yanılmadan fəaliyyət göstərmək üçün

davranışı tənzimləyən səmərəli vasitənin olması zəruridir. Belə bir vasitə isə

intellektdir. İnsanın intellektual fəallığı, fəlsəfi təfəkkürü əməli fəaliyyəti zamanı

qarşıya çıxan problemlərin, çətinliklərin aradan qaldırılmasına xidmət etməlidir.

Bu fəlsəfi təlimin nümayəndələrinin fikrincə, praqmatizm intellektual

məsələlərin hazırlanması və onun həlli metodudur. Yəni, praqmatizm təfəkkürün

fəlsəfi metodu, insanın əldə edə biləcəyi biliklər haqqında konsepsiyadır. Bu təlimə

görə insanın əsas vəzifəsi dünyada ən yaxşı yolu seçməkdən ibarətdir, praqmatizmin

vəzifəsi isə ona bu işdə kömək etməkdir.

Ümuimiyyətlə qeyd etmək lazımdır ki, bu cərəyanın banisi Amerikanın

görkəmli məntiqçisi Çarlz Pirsdir (1839-1914). Onun ən məşhur əsərlərindən biri

1904-cü ildə çap etdirdiyi ««Praqmatizm» nədir?» əsəridir. Onun ideyalarını sonralar

Uilyam Ceyms inkişaf etdirmişdir. Praqmatizm daim işdən, əməldən danışır,

ideyaların və nəzəriyyələrin əməli surətdə yoxlanılması lüzumunu göstərir. Çarlz Pirs

mürəkkəb və ziddiyyətli bir fəlsəfi sistem yaradaraq, burada bəzi elmi təsəvvürləri

dinin mənafeyi ilə əlaqələndirməyə çalışmışdır.

Ceyms bilik əvəzinə qeyri-şüur irrasional etiqada sahib olmağı, hər şeydən

əvvəl, məntiqi təfəkkürü rədd edən dini etiqad sahibi olmağı təklif edir. Dyui başda

olmaqla digər praqmatistləri «instrumental məntiq»dən və ya «eksperimental

məntiqdən» istifadə etməyi məsləhət görürdülər. Bu məntiq isə, əslində, əmələ gəlmiş

vəziyyətdə sınama və səhvlər metodu üzrə sərfəli hərəkət tərzi axtarıb tapmağı

nəzərdə tutur.

Praqmatistlərə görə, təfəkkür insana bilik vermir, ona yalnız çətin vəziyyətdən

çıxmaq və müvəffəqiyyət qazanmaq bacarığını öyrədir. Elmi məfhumlar, qanunlar,

nəzəriyyələr obyektiv reallığın inikası və ya surəti deyildir, bunlar yalnız bu və ya

digər məqsədi həyata keçirməkdən ötrü «hərəkət planlarıdır», «alət» və ya

Page 142: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

142

«vasitə»dir. Əgər ideya və ya nəzəriyyə «iş görür» və müvəffəqiyyət qazanmağa

imkan verirsə, yaxşıdır, yəni düzgündür; əgər buna imkan vermirsə, pisdir, yəni

səhvdir. Praqmatizm dinin müddəalarını çox faydalı, buna görə də düzgün hesab edir.

Praqmatistlər fayda prinsipini yalnız idraka deyil, həmçinin mənəvi və əməli

fəaliyyətin bütün formalarına şamil edirlər.

Praqmatizmə əsasən nəzəriyyələr, bizim intellektual fəallığımız, həmçinin

fəlsəfi təfəkkürümüz əməli fəaliyyətimizdə qarşıya çıxan çətinlikləri aradan

qaldırmağa xidmət etməlidirlər. Hər bir nəzəriyyət funksional əhəmiyyətə malik

olmalıdır. İdeyaların funksional əhəmiyyəti onun verə biləcəyi faydada özünü əks

etdirir. Buna görə də əgər nəzəriyyə, ideya funksional əhəmiyyətə malik deyilsə, onun

həqiqi və ya yalan olmasının heç bir əhəmiyyəti yoxdur və bizim fəaliyyətimizə heç

bir təsir göstərə bilməz.

Praqmatizmə görə, hər bir nəzəriyyənin təyinatı onun təcrübə ilə işləməsidir.

Buradan belə bir qənaətə gəlinir ki, nəzəriyyə təsirli, kəsərli olduqda həqiqidir.

Nəzəriyyənin və ideyanın həqiqiliyinin meyarı onun təcrübədə verdiyi faydadır.

Praqmatiklərin rəyinə görə, biz ancaq öz problemlərimizi həll etmək üçün

fikirləşirik. Ona görə də insanın malik olduğu bütün nəzəriyyələr problemlərinin həlli

üçün bir alətdir.

Praqmatizmi bir qədər də aydın başa düşmək üçün belə bir misal çəkmək olar.

Məsələn, meşədə gəzən insan əgər azıbdırsa, bu vəziyyətdən çıxmaq üçün o ilk

növbədə təfəkkürünü işə salır. Günəşin şüalarının istiqamətini, ağacların güney və

qüzey tərəfləri haqqında məlumat toplayaraq, mövcud vəziyyətdən çıxmaq üçün

nəzəriyyə hazırlayır.

Praqmatiklər nəzəriyyənin həqiqiliyinin yeganə meyarı kimi onun insanın

təcrübəsində tətbiqini qəbul edirlər. Onların fikrincə, hər hansı bir ideyanın düzgün və

ya yalan olmasını insanlar öz əməli ilə müəyyən edirlər. U.Ceyms bildirirdi ki, bu

nəyinsə həqiqiliyini təsdiq etməyin yeganə əsası onun təsirliyidir. Biz bu və ya digər

baxışı praktikada yoxlamaqla və onu digər təsəvvürlərlə müqayisə etməklə onun

Page 143: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

143

həqiqiliyini və ya yanlışlığını təyin edirik. Məsələn, Amerikanın kəşfinə kimi Avropa

və Asiya arasında böyük bir materikin olması fikrən nə həqiqət, nə də yanlış deyildir.

Amerikanın kəşfindən sonra bu fikir həqiqətə çevrildi.

Bu fəlsəfənin daxilində təcrübə anlayışı xüsusi şərh edilir. Təcrübə əsl

dəyərlərin, yəni bizim cəhd etdiyimiz, çox qiymətləndirdiyimiz və öz həyatımızda

saxlamaq istədiyimiz hər bir şeyin yeganə real aləmidir. Buradan da məlum olur ki,

idrak dəyərlərin saxlanılmasına, faydanın əldə edilməsinə yönəldilmiş fəaliyyət

növündən başqa bir şey deyildir. İdrakın belə anlaşılması həqiqəti və dəyərləri prinsip

etibati ilə eyniləşdirir.

Cemis hesab edir ki, həqiqət bizə xeyirli, faydalı olan inamdır. Bir halda ki,

fəaliyyət, yaxud iş görmə möhkəm inam kimi başa düşülən vərdişə aid edilir, dəyər ilə

eyniləşdirilən həqiqətin özü də praqmatik şərh edilən inama şamil edilir. İnam isə

müəyyən surətdə fəaliyyət göstərməyə hazır olma kimi müəyyən edilir. Bu o

deməkdir ki, əgər hansısa ictimai dəyişikliklərin universal vasitəsi kimi vərdişlərin

dəyişdirilməsi, köhnələrdən imtina edilməsi və yenilərinin, daha faydalı və

səmərəlilərinin yaradılması kimi başa düşülür.

Qeyd etmək lazımdır ki, praqmatizmin növlərindən biri anlayışları, ideyaları

yalnız hərəkət və fəaliyyət aləti hesab edən instrumentalizmdir. Dyuiyə görə, bu

alətlər hər bir şəxs üçün müxtəlif məzmuna malik ola bilər. Deməli, həqiqət

instrumentalizmdə anlayışın faydalılığı, yaxud işbazlıq qabiliyyəti kimi müəyyən

edilir.

4. Ekzistensializm və onun ideya mənbələri.

Ekzistensializm XX əsrin ortalarında Qərbdə geniş yayılmış fəlsəfi

cərəyanlardan biridir. Bu təlim Qərbdə “gələcəyin fəlsəfəsi” kimi böyük nüfuza

malikdir. Cərəyanın tanınmış nümayəndələri arasında M.Haydeqqer, K.Yaspers,

Q.Marsel və b. adları qeyd etmək olar.

Page 144: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

144

Ekzistensializm sözünün mənası varlıq, mövcudluq deməkdir. Bu fəlsəfi təlim

“mövcudluq, varlıq fəlsəfəsi”, bəzən isə “insan fəlsəfəsi” kimi səciyyələndirilir. Belə

ki, ekzistensialistlərin fikrincə, fəlsəfənin vəzifəsi elmin problemləri ilə deyil, sırf

insan varlığının (mövcudluğunun) məsələləri ilə məşğul olmaqdan ibarətdir. İnsanlar

“bir-biri üçün pərdəsi altında bir-birinə qarşı hərəkət edirlər” prinsipi bu fəlsəfi

cərəyanın əsasını təşkil edir.

Ekzistensializmə görə insan öz iradəsində asılı olmayaraq, bu dünyada öz

taleyinin öhdəsinə atılmış və o, ona yad olan aləmdə yaşayır, onun varlığı hər tərəfdən

sirli işarələrlə, simvollarla əhatə olunmuşdur. Həyat olduqca irrasionaldır,

dərkolunmazdır, onda iztirab üstünlük təşkil edir. Qorxu ekzistensializm fəlsəfi

təliminin mühüm anlayışıdır. Dünya mənasız və anlaşılmaz olduğu üçün çox

qorxuludur.

Ekzistensializmin iki qolu var: dini və ateist ekzistensializm. Dini

ekzistensializmə görə reallığın mənbəyi Allahdır. Ateist ekzistensializm isə məsələn,

Haydeqqerin fəlsəfəsinə görə “dil – varlığın evidir”, yəni başqa sözlə desək, reallıq

insanın hərəkət və rəftarıdır, bu da dildə özünü ifadə edir.

Ekzistensializm insanın hər şeydən əvvəl hadisələrə emosiyalarla yanaşmasına

əsaslanır: insan ətrafda baş verənlərə yalnız intellektual cəhətdən deyil, həm də

emosional formada öz münasibətini bildirir. Müasir ekzistensializm dünyagörüşü

sistemi kimi insanı əhatə edən aləmin hər tərəfində neqativ cəhəti görən, varlığı və

şüuru dağılma, parçalanma, məhvolma yaxud böhran vəziyyətində təsvir etməyə

çalışan bir təlimdir. Ekzistensializmin dini qolu böhrandan çıxış yolunu Allaha mistik

inamda görürdülər.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına qədər fəlsəfədə

rasionalizm ideyaları hakim olmuşdur. Lakin bu işdə xüsusilə rasional idrak

sahəsindəki çətinliklər də özünü göstərmişdir. Nəticədə fəlsəfi fikrin bir sıra

formalarından narazılıq özünü göstərmiş, bir növ alimlər arasında «fəlsəfi qiyam»

başlanmışdır. Həmin «fəlsəfi qiyam»ın nümayəndələri sonradan ekzistensializm

Page 145: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

145

fəlsəfəsini yaratmışlar. Ekzistensializmin banisi, XIX əsrin birinci yarısında yaşamış

S.Kyerkeqorun təlimindən istifadə edən alman filosofu Haydeggerdir..

Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem həyatın mənası, insanın

dünyada yeri və onun özünə həyat yolu seçməsi məsələsindən ibarətdir. Bu köhnə

problem həmişə xüsusi əhəmiyyətə malik olmuşdur. Deməli, ekzistensialistlər

zəmanəmizin ən kəskin məsələlərindən birinə toxunmuşlar. Bu fəlsəfənin tərəfdarları

onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verirlər. Əslində isə həmin fəlsəfəni

yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil etməyə aid edirlər.

Bəzi ekzistensialistlərin «o dünya» haqqında, başqa sözlə desək, allah haqqında

irəli sürdükləri mühakimə nəzərə alınmazsa, ekzistensialistlər üçün yeganə reallıq

şəxsi mövcudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə edən

aləmi sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun

gəlməyən bir aləm kimi təsvir edirlər. Haydegger deyir ki, aləm ona görə mövcuddur

ki, mövcudluq vardır. «Heç bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz».

İnsanın mövcud olması faktının insan üçün ən mühüm olduğu irəli sürülür. İnsanın

bütün həyatı ölüm qarşısında qorxu şəraitində keçir.

Onların fikrincə, fəlsəfənin də vəzifəsi məhz bu qorxunu oyatmaq və daim bu

hissi qoruyub saxlamaqdır. K.Yaspers deyir ki, filosofluq etmək ölümə alışmaq

deməkdir. Yuxarıda qeyd etdiyimiz kimi şərti olaraq, ekzistensialistləri dini

(N.Berdyayev, L.Şestov, K.Yaspers, Q.Marsel) və ateist (M.Haydegger, J.P.Sartr,

A.Kamyu) ekzistensialistlərə bölürlər. Ekzistensialistlər belə hesab edirlər ki, insan

başqa adamlarla ünsiyyət xaricində yaşaya bilməsə də, bu adamlar əslində özlərini

tamamilə yalqız sayırlar. Bu təlimin tərəfdarları ənənəvi fəlsəfədən fərqli spesifik

terminologiyadan istifadə edirdilər.

K.Yaspersin II dünya müharibəsindən sonra yazdığı «Günah haqqında məsələ»

əsəri vardır. Onun mövzusu müharibəyə görə almanların günahlandırılmasıdır. O,

burada günahın təsnifatını verir: cinayətə görə günah, siyasi günah, əxlaqi günah və

ən böyük günah– metafizik günah. Metafizik günahın mənbəyi insanın varlığıdır.

Page 146: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

146

Almanların günahını K.Yaspers metafizik günah kimi verir. Bu cür günahlar hər

yerdə və hər xalqda ola bilər. Ona görə də o, xəbərdarlıq edirdi ki, «insanlar sayıq

olsun!»

Ümumiyyətlə, ekzistensializmin həm müsbət, həm də mənfi cəhətləri vardır.

Əslində ekzistensialist fəlsəfənin leytmotivi insanın xarici ictimai qüvvələr tərəfindən

əsarətinə qarşı etirazdır. Onların fikrincə, mövcudluq insanın özüdür, onun dünyaya

gəlişidir. O, nə xeyirxah, nə də bədxahdır. O, xeyirxah və ya bədxah ictimai

münasibətlər prosesində olur. İnsan özlüyündə həqiqətdir. Həqiqətə malik olmaq yox,

həqiqətin özü olmaq gərəkdir. Bu, Roma hakimiyyət nümayəndəsi Ponti Pilatın

həqiqət nədir?–sualına Xristosun-həqiqət mən özüməm!–cavabına bənzəyir.

İnsanın mahiyyəti ictimai münasibətlərin məcmusudur. İnsan hazır ictimai

münasibətlər dünyasına gəlir. Burada mövcudluqla mahiyyət arasında toqquşma baş

verir və insanın bütün həyatı boyu davam edir. Ekzistensialistlər Marksı özgələşmə

probleminə görə özlərinin sələflərindən biri hesab etmişlər. Özgələşmə problemi

ekzistensialistlərdə də mərkəzi problem olmuşdur. Lakin əgər Marksda özgələşmə

sosial özgələşmə idisə, onlardakı özgələşmə insan həyaının cəmiyyətdə əsas

xarakteristikası idi. Ekzistensializm bir növ «həyat fəlsəfəsi»ndən, xüsusilə Nitşe

fəlsəfəsindən, onun fərdiyyəçilik konsepsiyasından yaranmışdır.

Ekzistensialistlər epoxanın ekzistensional böhran keçirdiyini, insanın

məhvolma – böhran halında olduğunu sübut etməyə çalışmışlar. Onlar inanırdılar ki,

texnikanın, ETİ-ın məhv etməkdə olduğu insana kömək etmək fəlsəfənin ilkin

vəzifəsidir. Buna görə də fəlsəfə müasir böhran proseslərini öyrənməli və onlardan

çıxış yolunu göstərməlidir. Fəlsəfənin bəşəri funksiyası da məhz bundan ibarətdir.

5. Neotomizm və onun əsas fəlsəfi ideyası.

Müasir Qərb fəlsəfəsində dini-mistik təlimlər arasında ən hegemon mövqe

neotomizmə məxsusdur. Bu fəlsəfi cərəyan xristian dünyasının hakim fəlsəfəsidir.

Neotomizm Qərbdə çox böyük insan kütləsini öz təsiri altında saxlamaq üçün geniş

Page 147: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

147

və qüdrətli ideoloji imkanlara malikdir. Bu təlimin, eləcə də, ümumiyyətlə, dini-

mistik təlimlərin Qərb ölkələrində geniş yayılmasını təsadüfi hesab etmək olmaz. Belə

ki, XX əsrin əvvəllərindən Qərbdə “geriyə, dinə doğru”, “geriyə, sxolastikaya doğru”

kimi şüalar irəli sürülmüşdür. Bir sözlə, XX əsrdə dini-mistik təlimlərin “partlayışı”

üçün çox əlverişli ideoloji mühit yaranmışdır. Neotomizmin geniş yayılması da

bununla bağlıdır.

Bu cərəyanın adı Orta əsrlər ilahiyyətçisi Foma Akvinskinin adı ilə bağlıdır və

katolisizmin hökmran olduğu ölkələrdə geniş yayılmışdır. Görkəmli münayəndələri

arasında C.Mariten, M.Qrabman, İ.Bohenski və b. adlarını çəkmək olar. Neotomizm

inam və zəkanı, din və elmi bütöv harmonik sistemdə birləşdirmək cəhdi ilə

səciyyələnən obyektiv-idealist fəlsəfi nəzəriyyədir.

Bu fəlsəfi cərəyanın əsas ideyası ondan ibarətdir ki, dünya fövqəltəbii

qüvvələrə tabedir. Elm yalnız təbii (maddi) dünyanı, din isə ali, fövqəltəbii dünyanı

dərk edir. Dünya dinin əlindədir, elm isə biliyin ən ibtidai növünü təşkil edir. Elmi

idrak yalnız zahiri təcrübə sahəsi ilə kifayətlənir, mütləq həqiqət və gizli mənanın

anlaşılması isə yalnız dinin köməyi ilə dərk etmək mümkündür.

Başqa sözlə desək, neotomizmin nümayəndələri idrakı üç mərhələyə ayırırlar:

aşağı mərhələ (elm), orta mərhələ (fəlsəfə), ali mərhələ - teologiya (ancaq vəhyə

əsaslanır). Buna görə də həqiqət ikili xarakter kəsb edir: elm və fəlsəfəyə məxsus olan

həqiqətlər və teologiyaya məxsus həqiqətlər. Sonuncu ali həqiqət hesab edilir. Ali

həqiqət ilahi vəhyə məxsusdur. Onun vasitəsilə ali varlıq, xalis ruh, Allah dərk edilir.

Bu təlimə görə ilahi varlıq əzəldən mövcuddur, o ilkin səbəbdir. Maddi varlıq

isə bu səbəbin nəticəsidir. İnsan ilahi mənşəyə malikdir. O, ruhla bədənin vəhdətidir.

Ruh ona ilahidən, bədən isə təbiətdən gəlir.

Ümumiyyətlə qeyd etmək lazımdir ki, neotomizm XX əsrdə geniş

cərəyanlardan biri olsa da, hazırda da böyük və nüfuzlu təlim olaraq qalmaqdadır.

Onun tərəfdarları təkidlə qeyd edirlər ki, «yalnız din nicat verə bilər», ən kəskin

ictimai suallara yeganə cavab bundan ibarətdir ki, «xristianlıq ruhu həyatımıza daha

Page 148: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

148

təsirli nüfuz etməlidir». Əslində Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın

Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul edilən təliminin

yeniləşdirilmiş variantından ibarətdir.

Neotomistlər təliminin əsas ideyası ondan ibarətdir ki, allah aləmin xaliqi və

külli– ixtiyar sahibidir. Neotomistlərin fikrincə, təbiət «ilahi ideyaların tətbiqi», tarix

isə «ilahi planın həyata keçirilməsidir». Onlara görə, yuxarıda qeyd etdiyimiz kimi

həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən

aşağısı elmdir. Elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla

məhduddur ki, həmin qılaf da aləmin həqiqi mənəvi mahiyyətini gizlədir, bu

mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, yaxud metafizika kəşf edə

bilər.

Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi məsələsini irəli

sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud aləmi

yaradan allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman

yolu ilə dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün

prinsipial nəticələrini bu dini imanla uzlaşdırmalıdır.Neotomizmin ən görkəmli

nümayəndələri J.Mariten (1882– 1973), E.Jilson, Q.Vetter və Y.Boxenski hesab

olunur.

Neotomist N.R.Kokerin fikrincə, fəlsəfənin özünün teologiyanın rəhbərliyinə

ehtiyacı var, axı zəka öz kamilliyini inamda tapır. Neotomistlər sübut etməyə

çalışırlar ki, fəlsəfə - “xristian inamının astanasını təşkil edir”. Qeyd edək ki, “Katolik

inamı Konstitusiyasında deyilir: həqiqi fəlsəfə deyə bilər: mənim səltənətim bu dünya

deyildir”. Bu cərəyanın tərəfdarları sübut etməyə çalışırlar ki, Allah – ilk yeganə

mövcudluqdur; o səbəblər səbəbi kimi mövcuddur; o xalis mahiyyət və ya xalis

ruhdur. Bununla belə onlar materiyanı inkar etmir, lakin onu Allahın, ilahinin

törəməsi kimi qəbul edir və bu prinsipdən də çıxış edərək dünya mənzərəsini

Page 149: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

149

yaradırlar. Bu təlimə əsasən ilahi varlıq əzəldən mövcuddur, o ilkin səbəbdir, maddi

varlıq isə bu səbəbin nəticəsi kimi mövcuddur.

Neotomistlər duyğu və qavrayışı idrakın başlanğıcı hesab etməklə empirizmi

müdafiə etmişlər. Burada idrakın vəzifəsi duyğulardan zəkaya, oradan vəhyə

yüksəlməkdir. Yuxarıda qeyd etdiyimiz kimi ali həqiqət ilahi vəhyə məxsusdur. Onun

vasitəsilə ali varlıq, xalis ruh, Allah dərk edilir. Buna görə də onların dini-fəlsəfi

təlimlərində idrak üç mərhələyə bölünür: aşağı mərhələ (elm), orta mərhələ (fəlsəfə),

ali mərhələ - teologiyadır ki, o ancaq vəhyə əsaslanır. Buna görə də həqiqət ikili

xarakterə malikdir: elm və fəlsəfəyə məxsus həqiqətlər və teologiyaya məxsus

həqiqətlər. Sonuncu tip həqiqətlər ali həqiqət hesab edilir. Neotomizmə xüsusi növ

antropologiya məxsusdur. Belə ki, bir dini təlim kimi neotomizm insana xüsusi diqqət

ayırır və özünü bu sahədə aparıcı fəlsəfi təlim kimi təqdim etməyə çalışır.

Neotomizmin antropologiyası xristianlığın insan haqqındakı təliminə əsaslanır.

Bu təlimə görə “Allahı başa düşmədən insanın başa düşülməsi mümkün deyildir,

eləcə də insanı başa düşmədən Allahı başa düşmək olmaz”. Neotomizmə əsasən insan

Allah tərəfindən yaradılıb; o Allahın yer üzündə mücəssəməsidir. Başqa sözlə desək,

insan ilahi mənşəyə malikdir. İnsan ruhla bədənin vəhdətidir; ruh ona ilahidən, bədən

isə təbiətdən gəlir. Ağıl, zəka ilahi varlığın potensiyasıdır, konkret şəxsin atributları

olan təfəkkür və iradə ruhun məhsuludur.

Qeyd etmək lazımdır ki, neotomizm İntibah dövründən başlayaraq, fəlsəfənin

bütün tarixini yanılmalar silsiləsi hesab etmiş və “dünyanın bütöv və nikbin

nəzəriyyəsini” yaratmaq iddiasında olmuşdur. Onun üçün dünya ekzistensialistlərdə

olduğu kimi cəfəngiyyat, insanın “başlı-başına buraxıldığı” meydan, praqmatistlərdə

olduğu kimi özbaşına insan fəallığının oyuncağı, neopozitivistlərdə olduğu kimi

məntiqi dəlillərin silsiləsi deyil, tam “qəbul edilməsinə” və daxili qanunlarına hörmət

edilməsinə layiq olan “mərhəmətli Allahın yaratdığıdır”.

Page 150: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

150

MÖVZU - 9.

FƏLSƏFƏDƏ VARLIQ VƏ MATERİYA PROBLEMİ. ŞÜURUN MƏNŞƏYİ

VƏ MAHİYYƏTİ

1. Varlıq kateqoriyası və onun fəlsəfi izahı.

2. Materiyanın elmi-fəlsəfi anlayışı.

3. Materiyanın mövcudluq formaları.

4. Şüurun genezisi. İnikas və onun formaları.

5. Mənlik şüuru və onun mahiyyəti.

1. Varlıq kateqoriyası və onun fəlsəfi izahı.

Varlıq fəlsəfi dünyagörüşün əsasını təşkil edən mühüm anlayışlardan biridir.

Fəlsəfi düşüncələr üçün bu anlayışın mənası və əhəmiyyəti böyük olduğundan varlıq

haqqında təlim olan ontologiya ətrafında həmişə kəskin mübahisələr gedir.

Ontologiya dünyanın mahiyyəti, varlığın təbiəti haqqında təlimdir.

Varlıq kateqoriyasını analiz edərkən, onun maddi və mənəvi varlıqdan ibarət

olmasını xüsusi qeyd etmək lazımdır. Ontologiyanın ən geniş anlayışı olan varlıq

kateqoriyasının mahiyyətini dərk etmək və onu fəlsəfi kateqoriya kimi

səciyyələndirmək üçün ona sinonim olan gerçəklik və reallıq anlayışlarını nəzərdən

keçirək.

Gerçəklik keçmişdə, indi mövcud olan və gələcəkdə mövcud olacaq bütün

proseslərin, sistemlərin, hadisələrin, halların məcmusudur. Təbiətdə mövcud olan

hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, fikirləri, ideyaları, şəxsi

həyacanları və s. gerçəkliyin ayrı-ayrı hissələridir.

Gerçəklik anlayışına sinonim olan reallıq anlayışı geniş olub, obyektiv və

subyektiv reallıqların cəmi, məcmusu kimi qəbul edilir. İnsan şüurundan kənarda

mövcud olan gerçəklik obyektiv reallıq adlanır. Elementar hissəciklər, nüvə, atom,

molekul, cisimlər, qalaktika, ictimai proseslər və s. obyektiv reallığın ayrı-ayrı

Page 151: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

151

elementləridir. İnsan şüurunda, təfəkküründə və təxəyyülündə mövcud olan gerçəklik

isə subyektiv reallıqdır. Subyektiv reallıq insan beyninin məhsuludur. Fikirlər,

anlayışlar, mülahizələr, obrazlar, elmi və qeyri-elmi biliklər, şifahi xalq ədəbiyyatında

geniş istifadə edilən bədii obrazlar, məsələn, cin, şeytan, pəri, əjdaha, yaxud elmi

fantastik əsərlərdə təsvir edilən müəyyən hadisələr subyektiv reallıqdır. İnsan

obyektiv reallığın məhsulu, subyektiv reallığın yaradıcısıdır. Deməli, o, obyektiv və

subyektiv reallığın kəsişdiyi nöqtə, bu mənada varlığın mərkəzidir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Ümumiyyətlə qeyd etmək lazımdır ki,

varlıq – fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın – kosmos,

təbiət, insanın mövcudluğudur. Həmin mənanı anlamaq üçün varlığın fəlsəfi

probleminin tarixinə nəzər yetirmək lazımdır. Əslində fəlsəfədə varlıq terminini ilk

dəfə antik dövrün tanınmış filosoflarından bir Parmenid (e.ə.V-IV əsrlər) işlətmişdir.

O, varlığı aşağıdakı kimi səciyyələndirirdi: varlıq hissi şeylər dünyasının arxasında

olan fikirdir. O, vahiddir, dəyişməzdir, mütləqdir, daxilində subyekt və obyekt

bölünməzdir, o, mükəmməlliyin mümkün bütövlüyüdür (tamlığıdır).

Həmin mükəmməllik içərisində həqiqət, xeyirxahlıq, rifah, işıq birinci yerdədir.

Varlığı həqiqi mövcud olan kimi müəyyən edərək Parmenid qeyd edirdi ki, o

yaranmamış, məhvedilməzdir, vahiddir, hərəkətsizdir, zamanda sonsuzdur. Onun heç

nəyə ehtiyacı yoxdur, hissi keyfiyyətlərdən məhrumdur, ona görə də ona yalnız

fikirlə, əqillə nail olmaq olar. Fəlsəfi təfəkkürə yiyələnməmiş insanlara varlığın nə

olduğunu başa salmaqdan ötrü Parmenid onun aşağıdakı şərhini verir.

Varlıq məkan hüdudları olmayan şar, sfera, dairədir. Varlığı dairə-sfera ilə

müqayisə edən filosof antik dövrdə məlum olan bəzi inanclardan istifadə etmişdir.

Həmin inanca görə, dairə-sfera digər həndəsi fiqurlar içərisində ən gözəl və ən

mükəmməl formadır. Varlığı fikir kimi təsdiq edərkən o, subyektiv insan fikrini deyil,

Loqos, kosmik ağıl kimi verirdi. Kosmik ağıl vasitəsilə dünyanın məzmunu insan

üçün aydın olurdu. Başqa sözlə desək, Varlığın həqiqətini insan açmır, əksinə varlığın

həqiqəti insana bilavasitə məlum olur. Burada da Parmenid insan təfəkkürünün

Page 152: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

152

müəyyən şərhini verir. Əqillə bilavasitə kontaktda bilik əldə edilir. Bu bilik Varlıq

özüdür. Ona görə də ayrı-ayrı adamların istifadə etdiyi məntiqi sübutlar prosesi nə

bunların özlərinin təfəkkür prosesi üçün, nə də biliyin həqiiliyinin qiymətləndirilməsi

üçün həlledici əhəmiyyətə malik olmur. İnsan əqlinin qüdrəti üçün məntiqi sübutların

rolunu şişirtmək olmaz. Çünki hər bir məntiqi fəaliyyətdən yüksəkdə duran varlıq

fikir kimi mənbə vardır. Təsadüfi deyildir ki, Parmenid öz mülahizələrində məntiqi

sübutlar qurmağa məcbur olarkən qeyd edirdi ki, onun danışdığı söz özünün deyil,

İlahiyyə məxsusdur. Varlığın həqiqəti isə refleksiyanın və insan əqlinin məntiqi

əməliyyatlarının köməyi olmadan aşakarlanır. İnsan ali qüdrətli zərurət qarşısında,

həqiqət qarşısında itaətə çağırılırdı. Bu situasiyada hər cür qürur və məğrurluq yersiz

idi, Parmenidin varlıq intuisiyası insana hər cür hüdudlardan kənarda olan ilahidən

asılılığı təlqin edirdi və eyni zamanda ona subyektiv özbaşınalıqdan, eləcə də hər cür

təsadüflərdən müdafiə ediləcəyi hissini aşılayırdı.

Qeyd etmək lazımdır ki, hələ antik dövrdə Parmenidin Varlıq intiusiyası bir sıra

filosoflar tərəfindən ciddi şəkildə tənqid edilirdi. Məsələn, Sokrat da Parmenidin

varlıq təlimini qəbul etməmişdir. Çünki onun fikrincə, həmin təlim filosofların İlahi

varlıq nümayəndəsi statusunu ifrat dərəcədə şişirdir və subyektiv əqlin, fikrin rolunu

aşağı salır. Sokrat özü həqiqətin vasitəçilik rolunu qəbul etmir və həqiqət ilə əql

arasında hədd qoyurdu ki, həmin hüdudda insan əqli öz normaları, məntiqi

arqumentləşdirmə qaydaları ilə nəzərə çarpırdı. Əgər sofistlər, ümumiyyətlə, insan

avtonomiyasını müdafiə edirdilərsə, Sokrat insan əqlinin avtonomiyasını irəli sürürdü.

O, ali reallıq kimi varlığı deyil, ümuməhəmiyyətli şüuru, fərdiliyi elan edirdi.

Yeni dövrdə varlıq probleminə münasibət xeyli dəyişdi. Məsələn, fransız

mütəfəkkiri Rene Dekart varlığın dualist traktovkasının əsasını qoymuşdur. Mövcud

olan hər nə varsa, onların hamısından əvvəl, həqiqiliyi düşünən «Mən»i görür, onun

öz fəaliyyətini dərk etməsinə əsaslanırdı. Ona görə də allah ideya və materiyan sonra

üçüncü substansiyadır. Dekartın fikrincə, insan öz qəlbində əbədi və hərtərəfli

kamilliyin ideyasını– yəni allahın varlığını özü yaratmışdır. Eyni zamanda Dekart

Page 153: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

153

özünün metafizik sistemində iki müstəqil substansiya – maddi və ruhi substansiyalar

olmasını qəbul edirdi substansiya dedikdə o, «digər şeyin mövcudluğundan asılı

olmayaraq mövcud olan şeyi» başa düşürdü. Ona görə də buradan belə nəticə çıxır ki,

o, təbiətin materiyanın birinci olduğunu, onun ruhdan, şüurdan törəmədiyini qəbul

edir. O, eyni zamanda belə qəbul edir ki, ruh da şüur da birincidir, təbiətdən

materiyadan törəmə deyildir. Həm də o, belə fərz edir ki, maddi substansiyanın

atributu (ayrılmaz xassəsi) ölçüdür, ruhi substansiyanın atributu isə təfəkkürdür.

Varlığın mahiyyətini subyektiv idealizm mövqelərindən izah edən filosoflardan biri

ingilis filosofu Corc Berkli olmuşdur. Berkliyə görə, şeylər təbiət hadisələri, yalnız

duyğular toplantısından ibarətdir («ideya kolleksiyalarıdır»), çünki anlayışlarla yanaşı

olaraq duyğuları o, «ideya» adlandırırdı. O, duyğuları və qavrayışları mütləqləşdirir,

bunları obyektiv aləmdən ayırırdı. Onun fikrincə, yalnız O subyekt mövcuddur, bütün

dünya, o cümlədən də yerdə qalan bütün adamlar isə ancaq onun şəxsi, subyektiv

duyğuları, qavrayışlarıdır.

Varlıq problemini dialektik materializm mövqeyindən şərh edənlər marksizm

fəlsəfəsinin baniləri Karl Marks və Fridrix Engels olmuşdur. Varlıq təlimini

materialist mövqedən işləyib hazırlayan ingilis və fransız materialist filosoflarına

əsaslanaraq, Marks və Engels varlıq anlayışını sonsuz məkan və zamanda mövcud

olan, şüurdan asılı olmayan materiya kimi başa düşmüşlər. Varlığın əbədiliyini elan

edən marksizm, eyni zamanda, konkret hadisə və şeylərin yaranması və sonu olmasını

etiraf edir. Varlıq materiyasız mövcud deyildir, onlar əbədidir və eyni zamanda

mövcud olurlar.

2. Materiyanın elmi-fəlsəfi anlayışı.

Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər

sistemində mühüm yer tutur. Materiya – insan şüurundan kənarda və ondan asılı

olmadan mövcud olan obyektiv reallıqdır. Obyektiv reallıq olan materiya hiss

üzvlərimizə təsir edərək, duyğularımızda əks olunur, yəni o dərkediləndir.

Page 154: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

154

Bizi əhatə edən təbiətin bütün formaları materiyanın konkret təzahürləridir.

Başqa sözlə desək, dünyanın keyfiyyətcə fərqli olan müxtəlif hadisələri obyektiv

reallıq olub, insan şüurundan kənarda və ondan asılı olmadan mövcuddur, yəni

onların hamısı məkan və zaman daxilində sonsuz və əbədi hərəkətdə olan materiyanın

konkret təzahür formalarıdır. Tarixi inkişaf baxımından materiyanın üç formasını

fərqləndirmək olar:

1. Qeyri-üzvi, yaxud cansız materiya;

2. Üzvi, yaxud canlı materiya;

3. İctimai-mütəşəkkil materiya.

Materiyanın birinci formasına bütün cansız təbiət və onun müxtəlif sistemləri,

ikinci formasına bütün canlı, yaxud bioloji sistemlər, üçüncü formasına bütün ictimai

sistemlər, onların müxtəlif növləri daxildir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, materiya anlayışını yalnız dialektik

materializm mövqeyindən düzgün şərh etmək mümkün olmuşdur, ona elmi xarakter

verilmişdir. Dialektik materializmə görə materiya anlayışı, hər şeydən əvvəl, bütün

şeylərin ən ümumi “Xassəsini” – obyektiv reallıq olmaq, bizim şüurumuzdan kənarda

və bundan asılı olmadan mövcud olmaq “xassəsini” ifadə edir.

F.Engels qeyd edir ki, “materiya” sözü ixtisardan başqa bir şey deyildir, bununla

biz şeylərin ümumi xassələrinə uyğun sürətdə, onların hisslə qavranıla bilən çoxlu

müxtəlif xassələrini dərk edirik. F.Engels təbiətşünaslığın naliyyətlərini ümumiləşdir-

məklə özünün “Təbiətin dialektikası”, “Anti-Dürinq” və s. əsərlərində materiya

anlayışını dəqiqləşdirmiş və onu kainatın əsası hesab etmişdir. Materiyanın dialektik

materialist anlayışının şərhi F.Engelsə məxsusdur. O, kainatın səma cisimlərinin

dumanlıqlardan gəlməsi fikrini xatırladaraq onu nisbi mənada anlamağı qeyd edirdi:

“Bu dumanlıq, bir tərəfdən mövcud səma cisimlərinin başlanğıcı olmaq cəhətdən,

digər tərəfdən də, materiyanın indi qavraya bilmədiyimiz ən əvvəlki forması olmaq

cəhətdən ilkindir”. Sonra göstərir ki, bu dumanlıqdan da əvvəl materiyanın sonsuz

Page 155: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

155

formaları olmuşdur. F.Engels Hegelin “materiya özlüyündə xalis təfəkkür məhsuludur

və abstraksiyadır” – fikrini tənqid etmişdir.

Dialektik fəlsəfi konsepsiya materiyaya “insanı əhatə edən obyektiv reallıq”,

“Hiss üzvlərimizə təsir edərək duyğu əmələ gətirən şey”, “insanı əhatə edən təbii və

sosial varlıq” və s. kimi təriflər vermişdir. Nəhayyət, dialektik materialist fəlsəfədə

materiyanın belə bir tərifi meydana çıxmışdır: “Materiya – insana öz duyğuları ilə

verilən, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızda əks olunan,

sürəti alınan, inikas edən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır”.

Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir. Maddilik obyektiv real

olmaq deyil, həm də subyektə təsir edərək onda duyğu oyatmaq qabiliyyətidir.

Maddilik və obyektiv realıqla yanaşı, materiyanın ən ümumilik, tükənməzlik,

yaradılmazlıq, sonsuzluq, daim hərəkətdə olmaq, əbədilik və s. kimi xassələrinin də

olduğunu qeyd etmək olar. Materiyanın fəlsəfi tərifində üç qneoseloji müddəalar

vardır:

a) Materiya insan şüurundan xaricdə və ondan asılı olmayaraq mövcud olan

obyektiv reallıqdır.

b) Materiyanın bütün təzahürləri insanların hiss orqanlarına təsir edərək duyğu

əmələ gətirir;

v) Materiya duyğularımızda əks olunur, o dərk edilməz “şey özündə” deyildir,

onun bütün təzahürləri dərk ediləndir.

Mütləq və əbədi olan materiya yalnız hərəkətdə mövcuddur. Hərəkət materiya-

nın mövcudluq üsuludur, onun atributudur. Heç yerdə materiyasiz hərəkət, hərəkətsiz

də materiya mövcud ola bilmz. Materiyanın müxtəlifliyi müxtəlif hərəkət növlərinə

müvafiq olur ki, bu da dünyanın maddi vəhdətini izah edir. Ümumi xarakterə malik

olan hərəkət kainatı əhatə edir. F.Engels yazırdı: “... materiyanın hərəkəti yalnız

kobud mexaniki hərəkətdən... ibarət deyildir, materiyanın hərəkəti istilik və işıqdır,

elektrik və maqnit gərkinliyidir, kimyəvi birləşmə və parçalanmadır, həyat, nəhayət,

şüurdur. ...Təbiətin ən kiçik hissəciklərindən başlamış ən böyük cisimlərinə qədər, ki-

Page 156: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

156

çik qum dənəsindən başlamış Günəşə qədər bütün təbiət əbədi bir yaranma və

məhvolma halındadır, arasıkəsilməyən bir axın, daim bir hərəkətdə və dəyişmə

halındadır.”

Bütün bunları ümumiləşdirərək F. Engels hərəkətin 5 formasını göstərmişdir:

F. Engels hərəkətin 5 formasını qeyd edirdi: Mexaniki, fiziki, kimyəvi, bioloji və

ictimai formalarını göstərmişdir.

1) Mexaniki hərəkət formasına cisimlərin mexaniki yer dəyişməsi daxildir;

2) Fiziki hərəkətə istilik, elektro maqnit işıq kimi hərəkət formaları daxildir;

3) Kimyəvi proseslərdir. Maddələrin birləşməsi və parçalanması reaksiyasıdır;

4) Bioloji hərəkətə - bioloji hərəkət formaları, assimlasiya – dissimlasiya

daxildir.

5) İctimai hərəkətə - ictimai hərəkət formaları daxildir.

Qeyd etmək lazımdır ki, materiya haqqındakı təsəvvürlər öz kökləri etibarı ilə

mədəniyyətin ağlagəlməz qədimliyinə aparıb çıxarır. Materiya haqqındakı fəlsəfi

təlim öz mənşəyinə görə qədim insanların zamanca başlanğıcı olmayan,yəni heç kim

tərəfindən yaradılmamış və bütün dəyişmə və çevrilmələrində həmişə özünə bərabər

qalan,heç vaxt tox olmayan əbədi varlığın mövcudluğuna inamı ilə bilavasitə bağlıdır.

Materiya haqqındakı təsəvvürlərin inkişafında yeni dövrün xarakterik xüsusiyyəti

diqqəti mütləq varlığı bütün mövcudatın əsasını təşkil edən ilk başlanğıc şəklində

axtarmaq üzərində deyil, bu varlığın ayrılmaz xassələrinin-atributlarının axtarılıb

tapilması üzərində cəmləşməsidir.

Dekarta görə materiyanın bu əsas xassəsi uzunluqdur.Son dərəcə universal

həcmə malik olan materiya kateqoriyasının mahiyyətini yalnız ona əks olan

kateqoriya ilə subyektlə münasibətini aşkar çıxarmaqla aydınlaşdırmaq olardı.Bu

münasibətin isə iki başlıca momenti vardır:1) materiya subyektdən kənarda,ondan

asılı olmayaraq mövcuddur. 2) materiya subyektə təsir edərək onda duyğu oyadır.

Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir. Bəzən maddilikdə “obyektiv

reallıq” kateqoriyalarını eyni mənada işlədirlər. Lakin predmet və hadisələr arasında

Page 157: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

157

elə münasibətlər vardır ki, onların mövcudluğu subyektdən asılı deyildir (məsələn,

məkan və zaman münasibətləri, materiyanın “yeganə xassəsini obyektiv reallıq”hesab

etmək belə münasibətlərə materiya statusu vermək deməkdir.

3. Materiyanın mövcudluq formaları.

Məkan, zaman və hərəkət materiyanın mövcudluq formaları, xassələri,

atributlarıdır. Hərəkət materiyanın müvəqqəti, keçici, xarici xassəsi olmayıb, ona

daxilən xas olan köklü, əbədi xassəsidir. Materiyanın mövcudluq üsulu kimi başa

düşülən hərəkət sadə yerdəyişmədən başlanmış təfəkkürə qədər, kainatda baş verən

bütün dəyişiklikləri və prosesləri əhatə edir. Hərəkərin bir sıra xassələri var.

Bunlardan obyektivliyi, əbədiliyi, mütləq və nisbiliyi, materiyanın digər atributları,

spesifik xassələri ilə bağlılığı və s. misal göstərmək olar.

Yuxarıda qeyd etdiyimiz kimi hərəkətin formalarını ilk dəfə alman filosofu

F.Engels təsnif etmişdir. O, hərəkətin beş əsas forması olduğunu göstərib: 1)

mexaniki; 2) fiziki; 3)kimyəvi; 4) bioloji; 5) sosial hərəkət. Bu təsnifat və onun

əsasına qoyulmuş prinsiplər öz əhəmiyyətini indi də saxlayır.

Qeyd etmək lazımdır ki, hərəkətin əsas formaları arasında qarşılıqlı əlaqə var.

Belə ki, hərəkətin hər bir yüksək forması aşağı hərəkət formaları əsasında əmələ

gəlməklə onları özünə daxil edir. Məsələn, bioloji hərəkət kimyəvi, fiziki, mexaniki

hərəkəti özünə daxil edir. Hərəkətin hər bir forması ayrılmaz əlaqədə olub, qarşılıqlı

surətdə bir-birinə çevrilirlər. Mürəkkəblik dərəcəsinə görə çox fərqlənən hərəkət

formaları bilavasitə deyil, yalnız aralıq formalar vasitəsilə çevrilə bilər.

Materiyanın inkişaf səviyyələrinə uyğun olaraq, hərəkətin əsas tipləri bunlardır:

1. Qeyri-üzvi, yəni cansız təbiətdə hərəkət;

2. Üzvi, yəni canlı təbiətdə hərəkət;

3. Sosial hərəkət, yəni insan cəmiyyətinin inkişafı.

Qeyri-üzvi hərəkətə elementar zərrəciklərin və sahələrin, bütün fiziki-kimyəvi

proseslərin əsasını təşkil edən atom və molekulların, makroskopik cisimlərin (istilik,

Page 158: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

158

səs, kristallaşma prosesləri və s.), kosmik obyektlərin hərəkətləri daxildir. Üzvi

təbiətdəki hərəkətə canlıların makromolekullarında və zülal molekullarında,

mikroorqanizmlərdə, təkhüceyrəli və çoxhüceyrəli orqanizmlərdə, fərdlərdə, növlərdə

və s. baş verən bütün bioloji proseslər daxildir. Materiyanın inkişafının yüksək

pilləsində meydana çıxan cəmiyyətə məxsus sosial hərəkət isə insanların ictimai-

istehsal fəaliyyətindən tutmuş cəmiyyətdə baş verən bütün hadisələri və prosesləri

əhatə edir. Bu hərəkət formasının daşıyıcısı cəmiyyət, tarixin subyekti olan insandır.

Yuxarıda qeyd etdiyimiz kimi insanı əhatə edən xarici aləm əbədi hərəkətdə,

dəyişmə və inkişafda olan materiyadır. Materiyanın hərəkət və inkişafı isə müəyyən

məkan və zaman daxilində baş verir. Məkan və zaman materiyanın mövcudluğunun

əsas formaları, onun ayrılmaz xassələri, atributlarıdır.

Qeyd edək ki, məkan və zaman materiyanın eyni dərəcədə ümumi mövcudluq

formaları olsalar da, onlardan hər biri materiyanın spesifik varlıq formaları olub, onu

müxtəlif tərəflərdən səciyyələndirirlər. Belə ki, məkan maddi obyektlərin

yertutumunu, strukturunu, yanaşı mövcudluğunu, bir-birinə nəzərən yerləşmə

qaydalarını, aralarındakı məsafəni və s. səciyyələndirir. Məkanın üç ölçü vahidi var:

uzunluq, en, hündürlük.

Zaman maddi obyektlərin və proseslərin axıcılığını, inkişaf prosesindəki

ardıcıllığı, müxtəlif dəyişmə, inkişaf mərhələlərinin bir-birindən ayrı salınmasını,

hadisələrin səbəb-nəticə münasibətlərini, onların genetik əlaqələrini və s. ifadə edir.

Zamanın ölçü vahidləri bunlardır: saniyə, dəqiqə, saat, ay, il və s.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, insanların gündəlik təcrübəsi və

təbiətşünaslığın verdiyi faktlar belə bir ümumfəlsəfi nəticə çıxarmağa imkan verir ki,

dünyada mütləq sükunətdə olan heç bir reallıq mövcud deyildir. Fəlsəfədə hərəkət

dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. Materializmə görə dünya

yalnız materiyadan, onun hallarından və xassələrindən ibarət olduğundan və qeyd

etdiyimiz kimi, dəyişkənlik prosesindən kənarda heç bir şey mövcud olmadığından

hərəkət materiyanın atributu, onun “mövcudluq üsulu” kimi anlaşılır. Hərəkət və

Page 159: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

159

sükunət haqqındakı məsələni ilk dəfə olaraq, yalnız elm filosofları diskussiya

predmetlərinə çevirdilər.Bu vaxta qədər sarsılmaz və önlüyündə aşkar bir həyat faktı

kimi davranılan hərəkətin mövcudluğuna olan “anadangəlmə” inam şübhə altına

almadı.Elm fəlsəfi hərəkət məsələsini məhz bu problem kimi bütün kəskinliyi ilə

qədim yunan mütəffəkirləri qarşısında qoydu.Lakin elm məktəbi hərəkət problemini

yalnız qoymaqla kifayətlənərə, onu nəzəri təhlilə cəlb etmədi. XIX əsrin 40-cı

illərində enerjinin saxlanması və çevrilməsi qanunu kəsti hərəkətin heçdən yaranması

və itməsi, onun yalnız bir keyfiyyət halından digərinə çevrilməsihaqqındakı

təsəvvürün qərarlaşmasında həlledici rol oynadı.

Dünyada mövcud olan bütün predmet və hadisələrə müəyyən tərəflərdən ölçü

anlayışını tətbiq etmək mümkündür. Bu ölçü ən müxtəlif xarakter daşıya bilər. Ölçü

olaraq cisimlərin uzunluğunu, enini, hündürlüyünü, onların həcimlərini nəzərdə

tutmaq mümkündür.Predmetlər bir-birinə nəzərən müxtəlif vəziyyətlərdə - yuxarıda,

aşağıda, solda, sağda və s. yerləşə bilərlər. Cisimlərin malik olduqları bu xassə və

münasibətlər məkan kateqoriyasının mçəzmununu təşkil edir. Predmet və hadisələrin

nisbi sabitliyinin, dayandığının, keyfiyyət bütövlüyünü də ölçüsü vardır. Həmin ölçü

predmetin və ya prosesin möcudluq, davametmə müddətini ifadə edir və sürəklik

adlanır.

Məkan maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna malik olmasını

cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir. Zaman isə cisim və

hadisələrin müəyyən ardıcıllıq və sürətliliklə davam etməsini,dövrlər, mərhələlər üzrə

inkişaf etməsi xassəsini ifadə edir. Məkan zaman obyektivdir, insan şüurundasn asılı

deyildir. Məkan zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və

hadisələrin sonluğunun vəhdətindən, məcmusundan yaranır.

Qeyd etmək lazımdır ki, materiyanın problemlərindən bir də onun obyektiv real

mövcudluq formaları olan məkan və zamandır. Materiya zaman və məkan mövcud

olur, hərəkət edir, bunsuz materiyanı anlamaq çətindir. Məkan və zamanı da bir-

birindən ayrılmazdır, onlar vəhdət təşkil edirlər. Məkan və zaman hər ikisi hüdudsuz

Page 160: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

160

və sonsuzdur. Lakin bu oxşarlıqdan əlavə onlar bir-birindən fərqlidirlər. Məkan –

maddi cisimlərin və hadi-sələrin müəyyən yer tutumuna malik olmasını, cisimlər

arasında xüsusi sürətdə yerləşməsini bildirir. Məkan üç ölçülüdür: eni, uzunu və

hündürlüyü

Zaman və cisim və hadisələrin müəyyən ardıcıllıqla və sürəlliklə davam

etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini bildirir. Zaman bir

ölçülüdür. Zaman yalnız irəliyə doğru dəyişir. Məkan və zaman obyektivdir, insan

şüurundan asılı deyildir.

Konkret cisim və hadisələr məkan və zaman etibarilə məhduddur. Lakin dünya,

kainat məkan etibarilə qeyri-məhduddur, zaman etibari ilə sozsuzdur.

4. Şüurun genezisi. İnikas və onun formaları.

Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsələsi filosofları

daim düşündürən ən aktual problemlərdən biridir. Şüur gerçəkliyin insan beynindəki

inikasıdır.

Şüur insan beyninin funksiyası, ictimai inkişafın məhsuludur. İnsanın şüur

fəaliyyətinə onun fikirləri, duyğuları, təcəvvürləri, hisləri, iradəsi, xarakteri və s.

daxildir. İnsanın şüuru onun psixikasının bir hissəsidir, çünki psixika şüurdan əlavə

şüuraltı və qeyri-şüuri prosesləri də ehtiva edir. İnsan psixikası dedikdə onun daxili,

subyektiv aləminə daxil olan hadisələr sistemi, şüuri proseslər dedikdə insanın

təfəkkür və iradəsindən irəli gələn psixi hadisə və fəaliyyət növləri nəzərdə tutulur.

Şüuraltı hadisələr isə insan təfəkkürünün nəzarətindən kənarda qalan və buna görə də

kifayət qədər nəzarət oluna bilməyən mənəvi hadisələrdir.

İnsan beyni inikas funksiyasını həyata keçirən və daim təkmilləşən mürəkkəb,

canlı orqanizmdir. Müasir fiziologiya müəyyən etmişdir ki, psixi fəaliyyətin əsasını

beyində və xüsusilə onun böyük yarımkürəciklərinin qabığında baş verən müəyyən

maddi proseslər, o cümlədən fizioloji, biofiziki, neyrodinamik proses təşkil edir.

Predmet və hadisələr insana təsir edərək, onun beynində müəyyən maddi proseslər

Page 161: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

161

yaradır və bu zaman şüur həmin maddi proseslərin daxili halı, ideal proses kimi

meydana çıxır.

Şüurun meydana gəlməsi və inkişafını təmin edən xarici və daxili amillər

determinatorlar adlanır. Şüurun xarici determinatorları təbiət və cəmiyyətdir. Buna

görə də şüurun məzmununa təbiət və cəmiyyət haqqında fikirlər daxildir. Bu mənada

şüur obyektiv aləmin subyektiv obrazıdır.

İnsan beyninin funksiyası olan şüur, ictimai praktikanın məhsuludur. Bu o

deməkdir ki, cəmiyyətdən həmişəlik təcrid edilmiş insanda şüur ola bilməz. Şüurun

başlıca funksiyalarından biri insanın davranış və hərəkətlərini tənzimləməkdən

ibarətdir. Başqa sözlə desək, insan beyninin xarici aləmi psixi əks etdirməsi kimi

yaranan şüur materiyanın üzün sürən təkamülünün nəticəsi, ictimai inkişafın

məhsuludur.

İnikas materiyanın ümumi xassəsidir. İnikasın üç forması var: cansız təbiətdə

inikas, bioloji inikas və sosial inikas.

Cansız təbiətdəki inikas sadə, passiv, qeyri-funksional inikasdır. Məsələn,

güzgüdə və suda əksin alinması ən sadə inikas halıdır. İnikasın tarixən ikinci

səviyyəsi bioloji inikasdır. Canlı orqanizm xarici təsirlərə başqa cür cavab verir. O

mühitə uyğunlaşır, xarici təsirlərə cavab olaraq, əlverişli və zərərli amilləri bir-

birindən fərqləndirir. Xarici təsirlərin nəticələrindən fəal istifadə edən bu inikası

funksional informasiya inikası adlandırmaq olar. Məsələn, günəş şüasının təsirinə

məruz qalan daş öz hərəkətini bu təsir altında qura bilmədiyi halda, bitki mühitdə

düzgün istiqamət götürmək üçün özünün bütün imkanlarından istifadə edir və günəşə

doğru can atır. Funksional inikasın ən yüksək səviyyəsi sosial inikasdır. O, ictimai

şüurun bütün formalarını əhatə edir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, fəlsəfi ədəbiyyatda şüura “materiya

birinci, şüur ikincidir, materiyadan törəmədir və onun funksiyasıdır”; “gerçəkliyin

fəal inkişafından ibarət olan insan beyninin funksiyasıdır”; “hərəkətdə olan

Page 162: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

162

materiyanın xassələrindən biridir”; ”insanı əhatə edən gerçəkliyin inikasıdır; yüksək

təşəkküllü materiyanın, insan beyninin xassəsidir.

Dar mənada şüur materiyanın, insan beyninin xassəsidir, gerçəkliyin ancaq in-

sana məxsus məqsədli intirikasıdır. Vərdiş mənada isə şüur bütöv mənəvi tamlıqdır,

insan beyninin mərkəzi əsəb sisteminin xarici aləmini əks etdirərkən əldə etdiyi bütün

duyğu, davrayış, təsəvvür. Təfəkkür, əqli nəticələr və s. məcmusudur; insanın zəkası,

ağlıdır, dərakəsidir.

İkincisi, şüurun əsas xüsusiyyətlərindən birinin onun insan beyninin xassəsi

olması, yəni yüksək təşəkküllü materiyanın funksiyası olması təşkil edir. Bu isə

odeməkdir ki, şüur heç də materiyanın bütün təzalüzlərinə xas deyildir, ancaq insan

beyninin məhsuludur. Üçüncüsü, şüurun əsas xüsusiyyətlərindən birini onun

intirikasını müxtəlif səviyyələri və növləri ilə səciyyələnməsi təşkil edir. Əslində,

intirikanın növləri bunlardır: cansız təbiətdə inikas, canlı təbiətdə inikas və sosial

inikas. Hər üç inkias növünün əsasında gerçəkliyin insan beynindəki inikası durur.

Dördüncü, şüurun əsas xüsusiyyətlərindən biri də onun varlığa nisbətən ikinci,törəmə

olsa da, varlığa fəal dəyişdirici təsir etmək imkanına malik olmasıdır. Fəlsəfə

tarixində şüura münasibətdə çox müxtəlif mövqe və konsepsiyalar olmuş, heç də

həmişə şüura materiyanın xassəsi,insan beyninin funksiyası kimi baxmamışlar.

Qədim fəlsəfənin materialist filosofları: Demokrit, Epikür, Lukretsi Kap və b.

iddia etmişlər ki, şüur insan bədənindən asılıdır. O (ruh, şüur) insanın anadan olması

ilə meydana gəlir. Bədən zəifdirsə, məhv olub getdikdə şüur zəifləyir, yox olur.

Qədim yunan filosofu Heraklit (loqos) təliminə görə sözlər, ideyalar, fikirlər və s.

bütün maddi şeylərin mahiyyətini təşkil edir. C.Berkli şüurun (ruhun) müəyyənedi-

ciliyini,onun fəallığı ilə əsaslandırırdı. Hegel şüuru, “subyektiv ruh”adlandırsa da,

nəhayət, onu “obyektiv ruhla” eyniləşdirdi. Şüurun əmələ gəlməsində sosial-tarixi

amillərin təhlili əsasında çıxarılan ümumi-fəlsəfi nəticələri belə qruplaşdırmaq olar:

Birinci, insan şüuru təbiətən ictimai-tarixi mahiyyət daşıyır, onun inkişafı

sosial əlaqələrin zənginliyi və inkişafı ilə şərtələnir. İkinci şüurun əmələ gəlməsi və

Page 163: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

163

inkişafı insanın bilavasitə əmək fəaliyyəti ilə bağlı olmuşdur. Üçüncü, praktik zərurət

nəticəsində çox qədim insana bənzər məxluqlar ağacdan yerə enmişlər. Dördüncü,

şüurun ictimai-tarixi məzmun daşıdığı şüurun müasir olduğu yaşayış səviyyəsi ilə

sosial əlaqələrin yetkinliyi səviyyəsi ilə bağlı olması və onları əks etdirməsi də təsdiq

edir. Beşinci, şüurun sosial-tarixi və psixik xüsusiyyətlərindən birini də onun nitiqlə,

dillə və təfəkkürlə biləvasitə qarşılıqlı əlaqədə olması təşkil edir. Dil, sözlər, nitq-

fikrin, şüurun maddi forması, reallaşması vasitəsidir.Lakin dil təfəkkürü ifadəetsə də,

dilin inkişafı təfəkkürün zənginliyi, elmliyi ilə bağlıdır. Dil vasitəsi ilə nəsillərin

mənəvi sərvətləri arasında varislik yaranır, şüurlu, məqsədli birgə fəaliyyət mümkün

olur. Şüurun psixo-fizioloji və maddi əsaslarını insan beyni xüsusilə mərkəzi əsəb

sistemi və baş beyin qabığında gedən fizioloji proseslər və qanunauyğunluqlar təşkil

edir.

5. Mənlik şüuru və onun mahiyyəti.

İnsanın özünə müəyyən münasibət bəsləməsi, öz imkanlarını obyektivcəsinə

qiymətləndirməyi bacarması insan xarakteristikasının spesifik formasını təşkil edib,

mənlik şüuru və ya özünüdərketmə adlanır. Mənlik şüuru insanın özünə doğru

yönəltdiyi şüurdur. Onun obyekti şüurun özüdür.

Mənlik şüurunun üç inkişaf səviyyəsi var: birinci səviyyəsi, insanın öz varlığını

başa düşməsinə, özünü onu əhatə edən cisim və insanlar sırasına daxil edilməsinə

əsaslanır; ikinci səviyyəsi insanın özünü hər hansı bir insan birliyinə, ayrıca bir

mədəniyyətə və ya sosial qrupa məxsus olan varlıq kimi dərk etməsi ilə bağlıdır;

üçüncü səviyyədə insan öz “mən”inin digər şəxslərdən oxşar və fərqini, özünün nadir

varlıq olmasını, sərbəst hərəkətlərə qadir olduğunu, hərəkət və davranışları üçün

məsuliyyət hissi daşımasını, onlara nəzarət etməyin və düzgün qiymətləndirməyin

vacibliyini dərk edir. Mənlik şüuru həm də özünü qiymətləndirmə və özünə

nəzarətdir. Mənlik şüuru insanın özü üçün ideal kimi qəbul etdiyi “mən” ilə

Page 164: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

164

uzlaşdırılması və bu müqayisənin gedişində özü haqqında razılıq və ya narazılıq

hissinin yaradılmasını tələb edir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, şüurun struktur komponetlərindən bir də

mənlik şüurudur. Bu dünya münasibətindən insanın fəal mövqe tutması, subyektin

özü-özündən ayrılması, öz “mən”inin imkanlarını düzgün qiymətləndirmək

qabilliyyəti, necə deyərlər, özünə kənardan baxıb, fəaliyyətini qiymətləndirmək

şüurudur.

Mənlik şüuru müəyyən tarixi şəraitdə dəyişən, zənginləşən, ön duyumdur; öz

bədən üzvünün təbii və sosial hadisələr sistemin də yerini hiss edib, qabramaq,

təsəvvür etməkdən ibarət adı səviyyədir. Mənlik şüurun ikinci yüksək formasını

insanın özünün hansı ictimai cəmiyyətə sosial qrupa və ya mədəniyyətə mənsub

olduğunu dərk etməsi səviyyələri təşkil edir.

Nəhayət mənlik şüurunun yüksək formasını özünün təkrarolunmazlığı və

spesitikliyi ilə fərqlənir “mən” fenomenin formalaşması təşkil edir. Belə “mən”in

şüuru ilə insan məsuliyyətli azad fəaliyyət göstərir, öz hərəkətinə nəzarət edir və

qiymətləndirir. Deməli, mənlik şüuru “özünəqiymətləndirmə” “özünənəzarət” və

özünədərketmədən ibarətdir. Ona görə insana elmi-nəzəri fəlsəfi bilik lazımdır.

Fəlsəfi ədəbiyyatda şüur “materiya birincidir, şüur ikincidir, materiyadan

törəmədir və onun funksiyasıdır”. “Gerçəkliyin fəal inikasından ibarət olan insan

beyninin funksiyasıdır”. “Hərəkətdə olan materiyanın xassələrindən biridir.” İnsanı

əhatə edən gerçəkliyin inikasıdır, yüksək təşəkkülü materiyanın insan beyninin

xassəsidir. Engelsə görə şüur fikirləşən ruhdur. Materiyanın ən ümumi xassələridir.

İctimai şüur ictimai varlığın inikasıdır. Dar mənada şüur - materiyanın, insan beynin

xassəsidir. Geniş mənada isə şüur bütöv mənəvi tamlıqdır.

Ümumiyyətlə, şüur beynin fəaliyyətinin məhsuludur və o, beyində öz-özünə

yaranmır, beyinə hiss üzvləri vasitəsilə daxil olan xarici təsirlərin sayəsində

formalaşır. Şüurun təşəkkülü mexanızminin aparıcı elementi maddi mühitlə insan

beyni arasındakı vasitəçilər olan hiss üzvləridir. Onlar isə daxili və xarici olmaqla iki

Page 165: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

165

yerə bölünürlər. Xarici hiss üzvləri (görmə, eşitmə, dad bilmə, toxunma) beyinlə

xarici aləm arasındakı ilkin informasiya daşıyıcıları, şüurun ilkin əsasıdır. Daxili

hisslər isə sırf idrak prosesinə daxil olan, onun emosional sahəsi ilə, məntiq

əməliyyatı ilə bağlı olan mənəvi-hissi ifadələrdir.

Müasir fəlsəfi tədqiqatlarda şüurun dünyaya münasibətinin əsas tipləri olmaq

etibarı ilə birincisi, şüurun mövcud olması formalarından olan idrakı, ikincisi, şüurlu

insanın məqsədəuyğun fəaliyyətindən ibarət olan praktikanı, üçüncüsü, cəmiyyətdə

mövcud olan əxlzqi, estetik normalar sistemi ilə müəyyən edilən dünyaya, cəmiyyətə

və insana sərvət münasibətlərini bir-birindən fərqləndirirlər. Şüurun necə mövcud

olması üsulu və onun nəyinsə necə mövcud olması – bilik deməkdir.

Şüur idraksiz, obyektiv aləmə idraki münasibət olmadan qeyri-mümkündür.

Şüurun sistemli elementləri duyğu, qavrayış və təsəvvürlərdən ibarətdir. Onlar

strukturca təşkilə malik olan öz qanunauyğunluqları ilə keyfiyyətcə fərqlənən ideal

bütövlükdür.

Şüurun varlığının digər mühüm tərəfini mənlik şüuru adlandırılan özünüdərket-

mə təşkil edir. Özünü dərk etmə insanı öz hərəkətlərini, hisslərini, fikir və davranış

motivlərini, cəmiyyətdə tutduğu yeri və vəzifələrini dərk etməyə deyilir. Özünü dərk

etmənin strükturu və formaları, pillələri və səviyyələri mövcuddur. İlkin pillədə o, öz-

özlüyünü hiss etməkdən, ikinci pillədə isə özünün müəyyən insan birliyinə aid

olduğunu, üçüncü pillədə şəxsi «mən» şüurunu anlamaq, ona nail olmaq və

formalaşmadan ibarətdir.

Özünüdərketmə nəticəsində insan azadlıqla zərurətin, müstəqilliklə

məsuliyyətin, arzu olunanla mövcud olanın, mövcudiyyətlə könüllülüyün, iddia ilə

qabiliyyətin, özünün özünə verdiyi qiymətlə özgələrinin ona verdiyi qiymətin,

tələbatla imkanın və s. arasında bu və ya başqa ziddiyyətləri minimuma endirə bilər.

İnsan özünüdərketmə prosesində meydana çıxan ziddiyyətləri və meylləri bilmədən,

özünün tarix “ dramasının” nə müəllifi, nə aktyoru, nə də öz inkişafının obyekti və

subyekti ola bilər.

Page 166: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

166

Özünüdərketmə hər şeydən əvvəl insanın azadlığı ilə əlaqədardır. İnsan azad

olmadan özünü dərk edə bilməz. Çünki, istər azadlıq, istər özünüdərketmə yalnız

fərdin inkişafının məhsulu deyil, tarixi inkişafın, insanın özünün bir şəxsiyyət kimi

inkişafının məhsuludur. İnsanın azadlığının üç şərti vardır. Azadlığın hər bir şərti

insanın özünü dərk etməsinin müəyyən cəhətlərini, əlamətlərini üzə çıxarır və

özünüdərketmənin səviyyələrinə uyğun gəlir. Bu şərtlərdən biri insanın təbiət

tərəfindən azad olmasıdır. İnsan təbiətin qanunlarını, sirlərini dərk etdikcə, onun

təsirindən azad olur. İnsanın azadlığının şərtlərindən biri də cəmiyyət tərəfindən azad

olmasıdır. İnsan cəmiyyətin qanun və qanunauyğunluqlarını, davranış norma və

prinsiplərini nə qədər bilir və dərk edirsə cəmiyyət tərəfindən bir o qədər azad olur.

İnsan azadlığının əsas şərtlərindən biri də insanın özünün özü tərəfindən azad olması,

özünü dərk etməsidir. İnsan təbiət və cəmiyyətə nisbətən özünü bir qədər çətin dərk

edir. Bu da insanın çətin, mürəkkəb olmasından, həm də onun fəaliyyət dairəsinin

genişliyindən, çoxəhatəli, çoxcəhətli və s. olmasından irəli gəlir.

İnsanın təbiəti, cəmiyyəti dərk etməsi onun özünü dərketmə səviyyəsi ilə

şərtlənir. Özünüdərketmə dünyanı dərketmənin ayrılmaz bir hissəsini təşkil edir.

Dünyanı dərk etmək insanın özünü dərk etməsinə gətirib çıxarır. İnsanın azadlığı və

özünüdərketmə prosesi hər bir cəmiyyətdə müəyyən məzmuna sahib olur. İnsan

azadlığı, insanın özünüdərketmə prosesi təbiət qanunları ilə bərabər cəmiyyət

qanunlarının da dərk edilməsini tələb edir. İnsanın azadlığının mahiyyətini və özünü

dərk etməsinin əsasını cəmiyyətin mövcud maddi və mənəvi imkanları təşkil edir.

Cəmiyyətdə insan öz qabiliyyətini inkişaf etdirdikcə və onu tətbiq edə bildikcə,

habelə öz tələbatını ödədikcə özünü daha çox dərk edir. İnsanın istər özünü dərk

etməsi, istərsə də idarə etməsi prosesində onun “mən”-i aşkar olur, “mənlik” şüuru

inkişaf edir. Mənlik şüuru insanın özünü təşkil və tənzim etməyə, özünü

qiymətləndirməyə, özünə nəzarət etməyə, öz iddia səviyyəsini bilməyə yönəlir.

Mənlik şüuru onun kim olduğunu, özünün özünə necə məlum olduğunu, hansı

üstünlüklərə, nailiyyətlərə, müvəffəqiyyətlərə, ləyaqətə, şərəf və şöhrətə, nə kimi zəif

Page 167: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

167

cəhətlərə malik olub olmadığını üzə çıxarır. Eyni zamanda insanın özünü hansı

nöqteyi-nəzərdən duymasını, hiss etməsini, düşünməsini, müşahidə etməsini göstərir.

Öz tələbatının, mənafeyinin, fəaliyyətinin nə kimi məqsəd daşıdığını müəyyən edir.

Mənlik şüurunun inkişafı nəticəsində insan bir şəxsiyyət kimi yüksəlir. Özünü onu

əhatə edən aləmə, gerçəkliyə, yaşadığı cəmiyyətə, adamlara münasibətini bildirir.

Cəmiyyətdə, kollektivdə, adamlar arasında öz mövqeyini müəyyən edir, öz yerini

bilir.

İnsan həmişə tərəqqiyə can atır, ona nail olmağa çalışır. Buna görə də onun

“mən”-i keçmişdən indiyə, indidən gələcəyə doğru inkişaf etdikcə əhatə etibarı ilə

genişlənir, mahiyyətcə dərinləşir, səviyyəcə artır. Yarımçılıqdan tamlığa,

düşkünlükdən bütövlüyə, tərəddüd halından sabitliyə, lovğalıqdan təvazökarlığa, səthi

düşünmədən dərin düşünməyə və dərk etməyə, adilikdən dahiliyə, yetkinliyə,

müdrikliyə yüksəlir. Axı, biz həmişə öz fəaliyyətimizdə və özünü dərketmə

prosesində irəli gedirik. Bizdən əvvəlki tarixi təcrübəni, biliyi mənimsəyirik. Bununla

da biz indiki “mən”-i keçmiş “mən”-in bazası, toplanmış təcrübəsi və biliyi əsasında

qururuq. Mənlik şüurunun əsas ünsürlərindən biri insanın özünün özünə

münasibətidir. İnsan öz fiziki və zehni qüvvəsinə, öz imkanına, öz xarakter xassəsinə

necə münasibətdə olması əsasında onun digər münasibətlər sistemində yerini və

rolunu bilmək olur. İnsanın özünün özünə münasibəti onun təbiətə, cəmiyyətə,

kollektivə, ailəyə, digər adamlara, əməyə, əşyaya, mənsub olduğu millətə, xalqa, sinfə

və s. olan münasibətlər silsiləsi ilə əlaqəli şəkildə inkişaf edir. İnsanın bütün

münasibətlər sistemi cəmiyyətin ictimai münasibətlərinin qanunauyğun inkişafı kimi

meydana gəlir və onun təzahür forması şəklində çıxış edir.

İnsan öz həyat yolunun bütün mərhələlərində öz tamlığını, bütövlüyünü, öz

həyat məqsədlərini aydınlaşdırmağa və ona nail olmağa çalışır. Bu onu öz niyyətində,

məqsədində qətiyyətli, təkidli, öz davranış hərəkətlərində müstəqil, fəal, təmkinli,

səbirli olmağa sövq edir. Bunlar isə insandan əqidə möhkəmliyi, xarakter bü-tövlüyü,

iradə səyi, ağıl yetkinliyi, dünyagörüş zənginliyi, həyati müşahidələr, əsl insan

Page 168: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

168

ləyaqəti və s. tələb edir. İnsan öz “mən”-liyinin bütövlüyünü, tamlığını saxlamaq,

möhkəmləndirmək və inkişaf etdirmək üçün bir tərəfdən öz daxilində mövcud olan

tənbəlliyə, ətalətə, mənfi hallara, digər tərəfdən ətraf mühitdə ona mane olan hallara

qarşı qətiyyətlə, təkidlə mübarizə aparır.

MÖVZU – 10.

İDRAK. ELMİ İDRAK, ONUN FORMA VƏ METODLARI

1. İdrak fəlsəfi təhlilin predmeti kimi.

2. İdrak prosesində praktikanın rolu.

3. Biliyin mahiyyəti və strukturu.

4. İdrakın pillələri və formaları.

5. Fəlsəfədə həqiqət problemi.

6. Elmi idrakın forma və metodları.

1. İdrak fəlsəfi təhlilin predmeti kimi.

İdrak nəzəriyyəsi (qnoseologiya) idrakın mənşəyi və mahiyyəti, biliyin

strukturu və inkişaf qanunları, onun əsası və meyarı, idrakın pillələri və üsulları

haqqında bütöv bir fəlsəfi təlimdir. Bu təlim iki hissədən – inikas nəzəriyyəsi və elmi

tədqiqatın metodologiyasından ibarətdir.

Qədim Yunan fəlsəfəsində idrakı və onun təbiətini təhlil etməyin əsasını

Demokrit, Platon, Aristotel, Epikür, skeptiklər və stoiklər qoymuşlar. Yeni Dövr

Avropa fəlsəfəsində idrak nəzəriyyəsi Frensis Bekon, Rene Dekart, Con Lokk,

Spinoza, Leybnits, Kant, Deni Didro, Hegel, Feyerbax tərəfindən inkişaf etdirilmişdir.

Müsəlman Şərq ölkələrində isə bir sıra mütəfəkkirlər, o cümlədən Bəhmənyar,

Sührəvərdi, Miyanəci, Urməvi, Tusi və başqaları idrak nəzəriyyəsinin zənginləşmə-

sinə öz töhfələrini vermişlər.

Page 169: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

169

İdrak nəzəriyyəsi fəlsəfənin əsas məsələsinin ikinci tərəfinə verilən cavabla

əlaqədardır. Yəni insan şüurunun xarici aləmi dərk etmək qabiliyyətinə malik olub-

olmaması məsələsindən ibarətdir. Dünyanın dərk edilib-edilməməsi məsələsi insan

fikrini əsrlər boyu özünə cəlb edən ən vacib fəlsəfi məsələlərdən biridir.

Fəlsəfə tarixində bu suala cavab vermək cəhdi 3 əsas istiqamətin yaranması ilə

nəticələnmişdir: fəlsəfi optimizm və ya qnostisizm, skeptisizm, aqnostisizm.

Optimistlər dünyanın prinsipcə dərk edilənliyini təsdiq edir, aqnostiklər əksinə, onu

qəti inkar edirlər. Skeptiklər isə prinsip etibarilə dünyanın dərk olunanlığını inkar

etməsələr də, biliyin həqiqiliyinə şübhə ilə yanaşırlar.

Dialektik idrak nəzəriyyəsi isə dünyanın obyektiv surətdə mövcud olmasını və

onun insan şüurunda əks olunmasını qəbul edir. Bu o deməkdir ki, gerçəkliyin

predmet və hadisələri, onların xaccə və münasibətləri insanların hiss üzvlərinə təsir

göstərərək, onlarda müvafiq duyğu və qavrayışlar doğurur. Bunların əsasında

insanlarda anlayışlar və məntiqi təfəkkürün digər formaları yaranır.

Xarici aləm, onun predmet və hadisələri, əlaqə və münasibətləri bütün

biliklərimizin mənbəyidir. Buradan aydın görünür ki, idrak obyektiv gerçəkliyin cisim

və hadisələrinin, əlaqə və münasibətlərinin insan beynindəki inikasıdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, insanın təbiətə münasibətinin rəngarəng

formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında

biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü

və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi,

əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın

həmin prosesdə fəal rolu ilə əldə edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də

maraqlandıran həmin məsələdir. Başqa sözlə desək, söhbət həqiqətə çatmaq yolları,

anlayışları və metodlarından gedir.

«İdrak» mövzusunun öyrənilməsi üçün bir sıra anlayışları nəzərdən keçirmək

lazımdır. Filosofların və digər elm sahələrinin bir sıra cəhdləri sayəsində idrakın

Page 170: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

170

mühüm prinsiplərinə əsaslanaraq sübut etmək olar ki, elm mürəkkəb, dinamik və

funksional bir sistemdir. «Sistem», «struktur» anlayışları bu baxımdan fikrimizin

anlaqlı olmasına kömək edir. Birinci növbədə təbiətşünaslıq sahəsindəki tədqiqatlarda

alimlər belə bir nəticəyə gəldilər ki, hər bir hadisəni daha kiçik hissələrə və

elementlərə bölmək olar. Uzun müddət belə bir fikir hakim idi ki, mexaniki yollarla

(mexanisizm) mürəkkəbi sadəyə, bütövü hissələrə, sistemi öz elementlərinə, cansız

təbiətdəki və cəmiyyətdəki rəngarəng hadisələri isə mexaniki hərəkətə müncər

etməklə onların düzgün izahını anlamaq mümkündür. Lakin yeni-yeni faktların

aşkarlanması ilə aydın oldu ki, bu cür təfəkkür üsulu kifayət qədər təsirli deyildir.

Onun məhdudluğunu aradan qaldırmaqdan ötrü sistemlilik prinsipinin işlənməsi

zəruri hesab edildi, sonra isə bu, elmdə və praktikada sistemli yanaşmanın

yaranmasına gətirib çıxardı. Hər hansı bir obyekti hansı üsullarla olur olsun tərkib

hissələrinə bölmək mümkündürsə, ona sistem deyilir.

Başqa sözlə desək, sistem yunanca bütöv, tam sözündən olub ayrı-ayrı

hissələrdən, çoxsaylı elementlərdən ibarət olana deyilir. Əslində elmi idrakın hər bir

obyektinə sistem kimi baxmaq da düzgün hesab edilir. Sistemlər isə bəzən sabit,

funksiyalı və dinamik kimi növlərə bölünür. Struktura gəldikdə isə obyektə, predmetə,

prosesə bütövlük verən elementlərin nisbətən sabit vəhdəti və onların əlaqə və

münasibətlərini ifadə edən anlayışdır.

Qeyd etmək lazımdır ki, əgər elmi idrak prosesinə bütövlükdə sistem qurumu

kimi baxsaq, onun elementi kimi birinci növbədə idrakın subyekti və obyektini

ayırmaq lazımdır. İdrakın subyekti kimi ayrı-ayrı insanlar (fərdlər, eləcə də sosial

qruplar), bütövlükdə cəmiyyət çıxış edə bilər. İdrakın subyekti ayrı-ayrı fərdlər

olduqda o zaman həmin fərdin şüuru və özünü dərki (şəxsi «Mən») bəşər tarixi boyu

yaradılmış bütün mədəniyyət dünyası ilə müəyyən olunur. Uğurlu idraki fəaliyyət

yalnış idrak prosesində subyektin aktiv rolu sayəsində mümkündür.

Page 171: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

171

İdrak obyekti subyektin praktiki və idraki fəaliyyətinin istiqamətləndiyidir.

Obyekt nə materiya, nə də obyektiv reallıqla eyni deyildir. İdrak obyekti həm maddi

qurumlar (kimyəvi elementlər, fiziki cisimlər, canlı orqanizmlər), həm də sosial

hadisələr (cəmiyyət, adamların qarşılıqlı münasibətləri, onların davranışı və

fəaliyyəti) ola bilər. İdrakın nəticələri də (eksperimentin yekunu, elmi nəzəriyyələr,

bütövlükdə elm) idrak obyekti ola bilər.

Beləliklə, insandan asılı olmayaraq mövcud olan şeylər, hadisələr, proseslər və

s. idrak obyekti hesab edilə bilər. Bununla əlaqədar demək olar ki, obyekt anlayışı və

predmet bir-birindən fərqlənir. Predmet bu və ya digər elmin diqqət yetirdiyi obyektin

yalnız bir tərəfidir. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, predmet anlayışı öz

həcminə görə obyekt anlayışından genişdir. Fəlsəfə yaranandan bəri subyektin

obyektə münasibəti problemi dərkedənin dərkedilənə münasibəti kimi həmişə

filosofların diqqət mərkəzində durmuşdur. Bu münasibət səbəb və xarakterin izahını

mürəkkəb bir təkamülə uğratmışdır. Subyektin özü və onun fəaliyyəti konkret sosial-

mədəni və tarixi şəraitin, eləcə də subyektin digər subyektlərlə vasitəliyi nəzərə

alınmaqla düzgün başa düşülə bilər.

2. İdrak prosesində praktikanın rolu.

İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biri

praktika problemidir. Praktika insanların təbiət və cəmiyyəti dəyişdirməyə yönəldilən

məqsədyönlü fəaliyyətidir. Praktikanın məzmununa təbii və sosial obyektlərin dərk

edilməsi, mənimsənilməsi və dəyişdirilməsi daxildir.

İdraka münasibətdə praktika üç qat rol oynayır. Birincisi, praktika idrakın

mənbəyi, əsası və hərəkətverici qüvvəsidir. Yəni, praktika idraka ümumiləşdirmək və

nəzəri cəhətdən işləmək üçün zəruri olan materiallar verir, onu daima qidalandıraraq

real həyatdan ayrı düşməyə qoymur. İkincisi, praktika biliyin tətbiq üsulu olub, bu

mənada idrakın məqsədidir. Biliklər yalnız o halda praktiki məna kəsb edirlər ki,

Page 172: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

172

onlar bilavasitə həyata keçmiş olsunlar. Praktika sanki biliyin gücünü nümayiş etdirən

sınaq meydanıdır. Üçüncüsü, praktika idrakın nəticələrinin, bu prosesdə qazanılmış

biliklərin həqiqiliyinin meyarı, ölçüsüdür. Ancaq praktikanın sınağından keçən bilik

obyektivlik, həqiqilik statusunu qazana bilər.

Beləliklə, praktika bütün mərhələlərdə idrakın formalaşması və inkişafının

əsası, biliyin mənbəyi, idrak prosesinin nəticələrinin həqiqiliyi meyarıdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, dialektik materializmin idrak

nəzəriyyəsinin mühüm prinsiplərindən biri də idrak prosesində praktikanın mövqe və

roludur. Praktika yunanca “praktikos” sözündən olub, mənası “işgüzar”, “fəal”

deməkdir. Praktika ən geniş mənada bütövlükdə insanın maddi və mənəvi fəaliyyətini

bildirmək üçün işlədilir. Lakin praktika insanın hər cür fəaliyyəti deyil, ətraf aləmin

cəmiyyətin əməli məqsədlərinə uyğun şəkildə dəyişdirməyə və ondan istifadə etməyə

xidmət edən məqsədyönlü, şüurlu insan fəaliyyətinə praktika deyilir.

Praktikaya “seyrci”, məhdudlaşdırıcı münasibəti K. Marks hələ 1845-ci ildə

yazdığı “Feyerbax haqqında tezislər”ində ciddi tənqid etmişdir. K. Marks başqa bir

əsərində praktikan idrak prosesindəki həlledici rolunu qeyd edərək yazırdı: “İnsan

təfəkkürünün predmet həqiqiliyinə malik olub-olmadığı məsələsi heç də nəzəriyyə

məsələsi olmayıb, əməli məsələdir. İnsan öz təfəkkürünün həqiqiliyini, yəni gerçək-

liyini və qüdrətini, bu dünyaya məxsus olduğunu praktikada sübut etməlidir.

Praktikadan təcrid olunan təfəkkürün gerçək olub-olmadığı haqqındakı mübahisə

xalis sxolastik məsələdir”.

Praktika özünün məzmununa və formalarına görə çoxcəhətlidir. Buraya hər şey-

dən əvvəl insanların istehsal fəaliyyəti, maddi nemətlərin istehsalı daxildir. Maddi ne-

mətlər istehsalı insanların fəaliyyətinin həlledici sahəsini təşkil etdiyindən maddi

istehsal praktikası da praktikanın əsasını və həlledici tərkib hissəsini təşkil edir. Lakin

praktikanı yalnız istehsal sahəsi ilə məhdudlaşdırmaq olmaz. İctimai praktikaya həm-

çinin insanların ictimai-siyasi fəaliyyətini əhatə edir. Məsələn, sinfi mübarizə, ictimai

Page 173: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

173

inqilablar, milli azadlıq hərəkatı, elmi-praktik fəaliyyət, elmi eksperiment və

müşahidə praktikası praktikanın bu formasına daxildir.

Dialektik materializm idrak prosesində praktikanın rolunu düzgün müəyyən etdi

və göstərdi ki, məhz idraki fəaliyyətdə həqiqəti yalandan, həqiqi biliyi yanlışlıqdan

fərqləndirməyin meyarı praktikadır. Yuxarıda qeyd etdiyimiz kimi praktikanın idrak

prosesindəki rolunu üç əsas məsələdə qeyd edə bilərik:

1) Praktika idrakın mənbəyi, əsası rolunu oynayır, ona zəruri faktik material

verir, ümumiləşdirmə və nəzəriyyə üçün imkanlar açır, idraka həyatdan ayrı

düşməmək imkanı verir;

2) Praktika biliyi əldə etmək, sistemləşdirmək vasitəsidir, biliyin həyata

keçirilməsi, maddiləşməsi sahəsidir, bu mənada idrakın məqsədidir;

3) Praktika – idrakın nəticələrinin həqiqiliyinin meyarı, ölçüsü funksiyasını

yerinə yetirir, ancaq praktika sınağından keçmiş həqiqətdir.

Beləliklə, praktika idrak prosesinin yalnız çıxış nöqtəsini deyil, həmçinin başa

çatmasını, son nöqtəsini təşkil edir.

Praktikanın həqiqətin meyarı olması heç də o demək deyildir ki, həmin meyar

bizə gələcəkdə yoxlanmağa, ehtiyacı olmayan son mərhələdəki əbədi mütləq həqiqəti

verir. Həqiqətin meyarı olan praktika da idrakın özü kimi tarixən nisbi xarakter

daşıyır. Çünki hər bir müəyyən dövrdə ictimai-tarixi praktikanın səviyyəsi

məhduddur. Başqa sözlə həqiqətin meyarı olmaq etibarilə praktika ona görə nisbidir

ki, o bizim biliklərimizi yalnız ictimai istehsalın və ictimai münasibətlərin öz

inkişafında gəlib çatdığı cərçi və daxilində təsdiq və ya təkzib edə bilər. Bu mənada

praktika elmin bu və ya başqa nəticəsini bütövlükdə və tamamilə təkzib və ya təsdiq

edə bilməz. Buna görə də həqiqətin meyarı olmaq etibarilə praktikanın rolunu

dialektik materializmin mütləq və nisbi həqiqətlərin münasibəti haqqındakı

müddəasına əsasən anlamaq lazımdır.

İnsanın bütün ictimai-siyasi fəaliyyətinin əsası və məqsədini təşkil edən praktika

bütün ideya və nəzəriyyələrin mənbəyi və ölçüsüdür. Praktika və nəzəriyyə arası

Page 174: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

174

kəsilməyən inkişaf prosesində olub, idrak prosesinin ayrılmaz tərəfləri kimi bir-birini

tamamlayır, bu isə elm ilə istehsalın vəhdətində meydana çıxır. Nəzəriyyə ilə praktika

bir-birilə qarşılıqlı dialektik vəhdət təşkil edir.

Qeyd etmək lazımdır ki, fəlsəfəyə «İdrak nəzəriyyəsi» terminini ilk dəfə

Şotlandiyalı filosof C.Ferrey 1854-cü ildə gətirmişdir. İdrak vasitələrinin

təkmilləşdirilməsi insanın fəaliyyət tarixinin ayrılmaz hissəsidir. Keçmiş dövrlərin

filosofları çoxsaylı idrak məsələlərinin həllinə diqqət yetirmişlər. Təsadüfi deyildir ki,

bu problem fəlsəfi fikrin inkişafında müəyyənedici yer tutmuşdur. Əvvəlcə idrak

sadəlövh, bəzən isə hətta primitiv formada çıxış edir, yəni adi idrak kimi mövcud

olur. Onun funksiyası bu günə qədər öz əhəmiyyətini itirməmişdir. İnsan

praktikasının inkişaf səviyyəsi ilə əlaqədar olaraq onun ətraf aləmi qavramaq

vərdişləri və bacarığı da təkmilləşmişdir. Nəticədə təkcə idrak vasitələri ilə deyil,

elmin bu və ya digər növləri ilə gerçəkliyin öyrənilməsi davam etdirilmişdir. Bu

zaman bütövlükdə dünyanı əhatə edən ümumfəlsəfi prinsiplərlə yanaşı, idrak sahəsi

(insan idrakının dünyaya münasibəti), eləcə də xüsusi elmi təfəkkür prinsipləri və

xüsusi elmi nəzəriyyələrin prinsipləri inkişaf etmişdir. Ümumiyyətlə, XX əsrdə elm

cəmiyyətin həyatını dəyişə bilən qüdrətli amillərdən birinə çevrilmişdir.

3. Biliyin mahiyyəti və strukturu.

İdrak nəzəriyyəsinin mühüm məsələlərindən biri də biliyin mahiyyəti, onun

strukturu və yaranma mexanizmidir. Bilik elmin mənəvi tərəfi, şüurun mövcudluq

üsuludur. Təbiət və cəmiyyət hadisələrinin obyektiv qanunauyğunluqları və mühüm

əlaqələrini əks etdirən bilik nəzəri sistem olub, özünün məntiqi strukturu, nəzəri və

ictimai xarakteri ilə səciyyələnir.

Biliyin təbiətinə fəlsəfi baxımdan yanaşılması onun bir sıra mühüm

əlamətlərinin aşkara çıxarılmasına imkan verir. Bu əlamətlərdən birincisi, biliyin

obyektiv gerçəkliyin inikası olması, ikincisi, biliyin insanların tarixi istehsal

Page 175: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

175

fəaliyyətinin məhsulu olması, üçüncüsü isə biliyin onun mövcudluq forması olan dil

ilə əlaqədar olmasıdır.

Strukturundan və inkişaf xarakterindən asılı olaraq, biliyin empirik və nəzəri

səviyyələri bir-birindən fərqləndirilir. Tədqiq olunan cisim və hadisələr haqqında

yalnız ayrı-ayrı fakt və materialların toplandığı empirik səviyyədə müşahidə,

müqayisə, ölçmə, eksperiment metodlarından istifadə olunur. Biliklərin sintez

olunduğu nəzəri bilik səviyyəsində elmi hipotez və nəzəriyyələrin quraşdırılması,

qanunların formalaşdırılması və onlardan müvafiq nəticələr çıxarılması və s. baş verir.

Biliyin müxtəlif səviyyələrini ifadə edən empirik və nəzəri bilik bir-biri ilə

dialektik vəhdətdədirlər. Belə ki, nəzəri bilik empirik biliyin əsasında yaranır, empirik

bilik isə öz növbəsində nəzəri biliklə gerçəklik arasında əlaqələndirici vasitə rolunu

oynayır. Bilik insana ətraf aləmdə düzgün istiqamət götürməyə, proses və hadisələrin

rasional izahını verməyə, öz fəaliyyətini planlaşdırmağa və reallaşdırmağa, yeni

biliklər əldə etməyə imkan verir. Bilik həm də gerçəkliyin dəyişdirilməsi vasitəsi

olub, sürətlə inkişaf edən və öz inkişaf tempinə görə mövcud sistemləri qabaqlayan

dinamik sistemdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, idrak prosesinin iki başlıca struktur

səviyyəsi vardır: emprik və nəzəri səviyyələr. Bundan başqa, idrakın strukturunda

qeyri-elmi idrak formaları da vardır: adi, dini, bədii. Bunların hər üçü insan şüurunda

gerçəkliyin spesifik inikası kimi yaranır, özünəməxsus xüsusiyyətləri ilə bir-birindən

fərqlənirlər. İdrak prosesinin ən yüksək struktur səviyyəsi yaradıcılıqdır. Fəlsəfə

tarixində yaradıcılığa müxtəlif münasibət mövcud olmuşdur. Əksəriyyət belə hesab

etmişdir ki, yaradıcılıq qeyri-rassional prosesdir, subyektin psixikasının xüsusi halıdır,

qeyri-şüurudur. İndinin özündə də genlə keçən cəhətləri, insanın telepatik imkanlarını,

bəziləri “ilahi verginin”, ekstazı, “ilahi nurlanması” (“Allahla qovuşmaq”), bir çoxları

isə insanın intuitiv qabiliyyətlərini, sosial-tarixi şəraiti, iş güzarlığı və s. başlıca cəhət

hesab edirlər. Yaradıcılıq üçün bunların bir çoxlarının mühüm əhəmiyyəti olsa da,

onların heç birini mütləqləşdirmək düzgün olmazdı. Platon yaradıcılığı “ilahi

Page 176: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

176

qabiliyyət” hesab edərək, ona “ağılsızlığın xüsusi növü” kimi bxmışdır. İslam dini

yaradıcılığa “ilahi vergi” kimi baxaraq, onu insanın ilahiləşməsi, Allahla

qovuşmasının təzahürü hesab edir. Kant yaradıcılığa dahinin fərqləndirici keyfiyyəti

kimi baxmışdır. Eksizmensialist E. Hartman yaradıcılığa “qeyri-şüurunun ruhu,

Berqson” mistik intuisiya qabiliyyəti kimi baxmışlar.

Yaradıcılığın bütöv mexanizmi hələ də kifayyət qədər öyrənilməmişdir. Buna

baxmayaraq belə demək düzgün olardı ki, yaradıcılıq insan fəallığının yüksək

formasıdır, insanın biopsixososial təkamülünün məhsuludur.

İdrak prosesində bəzi yaradıcılıq nümunələri olur ki, insan müəyyən anda, qeyri-

adi sürətlə çox mürəkkəb şəraitdə baş çıxarır, bir anda hadisənin həllinin düzgün

yolunu tapa bilir, bədahətən böyük həcmli şeir deyir, çoxsaylı hadisənin məntiqi

nəticəsini söyləyir və s. Həqiqətə xüsusi sübutlar, dəlillər aramadan, qeyri-rasional

yolla nail olmaq imkanını fəlsəfədə intuisiya adlanır. Genlə keçən fitri qabiliyyət,

ürəyə damma, bir sıra telepatik qabiliyyətlər və s. yaradıcılığın mənbələri və vasitələri

kimi qəbul edilir, onlara intutiv qabiliyyətlər, idrakın qeyri-şüuru formaları kimi

baxılır. Platon intuisiyaya “ağlın qəflətən şölələnməsi”, Demokrat sübuta ehtiyacı

olmayan aksioma, “əqlin ziyası”, biliyin həqiqiliyinin meyarı kimi baxırdısa, Spinoza

İntuisi-yanı “üçüncü növ” idrak adlandırır onun həqiqətin mahiyyətini sübutsuz verən

bilik vasitəsi hesab edirdi. İdrakın mənbəyinin ancaq intuisiyadan ibarət olduğunu

iddia edən intuitivizm cərəyanın nümayəndələrinə görə intuisiya “ilahi vəhydir”, hər

şeyə qadir qeyri-şüuri fenomendir, onun heç bir məntiqə, təcrübəyə ehtiyacı yoxdur.

İntuisiya qeyri-şüuri, qeyri-rasional fenamen adlandırılsa da, elm hələ in-

tuisiyanın necə qurulmasını dəqiq deyə bilmir. Lakin onun əmələ gəlməsi də insan

beyninin mürəkkəb funksiyaları ilə əlaqədardır, xüsusi növ instiktiv haldır. Elm sübut

edir ki, intuisiyanın əmələ gəlməsi prosesi çoxmərhələli mürəkkəb bir yol keçir: a)

beynin yaddaş sistemində obrazların və abstraksiyaların yığılması və bölüşdürülməsi;

b) müəyyən məsələnin həlli üçün toplanmış abstraksiyaların və obrazların qeyri-şüuri

Page 177: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

177

təcili işlənməsi; v) Məsələnin dəqiq dərk edilməsi; q) həmin vəzifənin ani olaraq

həllinin verilməsi.

İdrakın “gələcəyi xəbər vermək”, qabaqgörənlik fəaliyyəti də beyinlə, mərkəzi

əsəb sisteminin imkanları ilə əlaqədardır. İnsan beynində daimi, fəal ehtimallı

proqnozlaşdırma, gələcək prespektivləri ölçüb-biçmə mexanizmi fəaliyyət göstərir.

İnsan psixikası ehtimal mücəssiməsidir.

Qabaqgörənlik real zəminə əsaslamalıdır. Ona dini, möcüzəvi səciyyə

verilməməlidir. Heç təsadüfi deyildir ki, islam dini həmişə cadugərliklə gələcəyi

əvvəlcədən xəbər verməyin əleyhinə olmuş, falçılığı, cadugərliyi “şeytan əməli”

hesab etmişdir.

Qabaq görənlikdə mühüm rol oynayan intuisiyada “təbii vergi” (genlə keçən

nəsli əlamətlər), ekstaz, telepatik “ürəyədamma”, “fitri qabiliyyətlər” kimi qeyri-şüuri

amillər müəyyən əhəmiyyət kəsb etsələr də, burada aparıcı yeri zəngin təfəkkür

qabiliyyəti və böyük həyati təcrübə tutur.

Elmi qabaqgörənlik iki formada özünü göstərir: yaxın və gələcəyin qabaqcadan

söylənməsi.

1. Yaxın gələcəyin hadisələrinin inkişaf meyli qismən üzdədir, gələcək üçün

imkanlar mövcuddur, yetişib, onları tapmaq, təhlil etmək yolu ilə real qabaqgörənlik

meydana çıxır. Məsələn, sovet imperiyasının dağılması, müstəqil Azərbaycan

Respublikasının qurulacağının qabaqcadan söylənməsi real qabaqgörənlik idi.

2. Uzaq qabaqgörənlikdə insan əsasən intuitiv, qeyri-şüuri imkanlarla hadisələrin

inkişaf perspektivlərini görür, proqnozlar, ehtimallar irəli sürür. Buna ehtimali

qabaqgörənlik də demək olar.

4. İdrakın pillələri və formaları.

Yuxarıda qeyd etdiyimiz kimi, idrak obyektiv gerçəkliyin cisim və

hadisələrinin, əlaqə və münasibətlərinin insan beynindəki inikasıdır. İdrakın iki pilləsi

var: hissi və məntiqi (rasional) idrak.

Page 178: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

178

Hissi idrakın 3 forması var: duyğu, qavrayış, təsəvvür.

Məntiqi idrakın da 3 forması var: anlayış, mühakimə, əqli nəticə.

İdrak prosesinin ilkin başlanğıc mərhələsi hissi idrakdır. Hissi idrak xarici

aləmin cisim və hadisələrinin insan beynindəki bilavasitə konkret inikasından ibarət

olan psixi prosesdir. Hissi idrak hiss üzvləri vasitəsilə xarici aləmdəki predmetlərlə

tanışlıqdan başlayır. İnsan bələd olmadığı bir şeyi öyrənmək qərarına gəldikdə hər

şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əli ilə ona toxunur, dadına, rənginə

baxır və s. Hissi idrakın birinci forması duyğudur.

Duyğu insan idrakının və ümumiyyətlə insan şüurunun ən sadə elementidir.

Duyğu predmetin ayrı-ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin insan şüurun-

da inikasıdır. Predmetlər isti və ya soyuq, hamar və ya kələ-kötür, acı və ya şirin ola

bilər ki, onların bu və bir sıra başqa xassələri hiss üzvlərimizə təsir edərək, bizdə

müəyyən duyğular yaradır. Hissi idrakın ikinci forması qavrayışdır. Qavrayış

predmetin bütöv obrazıdır. Qavrayış idraki və praktiki fəaliyyətin digər aktları ilə

bağlı olub, predmetin müxtəlif təzahürlərinin fəal sintezi sayəsində yaranır. Buna görə

də cismin qavranılması fəal və yaradıcı prosesdir.

Qeyd edək ki, həm duyğu, həm də qavrayış bilavasitə predmetlə təmas zamanı

yaranır. Lakin predmetin bizə təsirindən müəyyən vaxt keçdikdən sonra da biz

beynimizdə onun obrazını canlandıra bilirik. Qavrayış əsasında yaranan bu obraz

təsəvvürdür. Təsəvvürdə predmetin insanı maraqlandıran cəhətləri ön plana çəkilir.

Təkcə qavranılan predmetlər deyil, həm də heç bir zaman qavramadığımız

predmetləri də təsəvvür etmək mümkündür, çünki təsəvvür təkcə yaddaş ilə deyil,

həm də təxəyyül və fantaziya ilə bağlıdır.

Təsəvvür həmişə yaradıcı xarakter kəsb edir. Belə ki, insan gerçəklikdə

mövcud olan elementlər əsasında real həyatda olmayan və ya hələlik gerçəklikdə

mövcud olmayan, lakin təbii prosesin, ya da praktikanın inkişafı nəticəsində

gələcəkdə yarana biləcək yeni şeylər haqqında da təsəvvür yarada bilər.

Page 179: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

179

İnsanın duyğu orqanlarının fəaliyyəti başa çatdığı yerdə onun rasional idrakı,

məntiqi təfəkkürü fəaliyyətə başlayır. İnsan duyğular vasitəsilə dərk edə

bilmədiklərini məntiqi təfəkkür, ağıl, zəka vasitəsilə dərk edir.

Məntiqi idrak obyektiv gerçəkliyin cisim, proses və hadisələrinin, əlaqə və

münasibətlərinin insan beynində abstrakt və ümumiləşdirilmiş inikasıdır. Məntiqi

idrakın ilkin forması anlayış gerçəkliyin cisim və hadisələrinin, proseslərin, onların

əlaqə və münasibətlərinin ümumi və mühüm əlamətlərini əks etdirən məntiqi təfəkkür

formasıdır. Məntiqi təfəkkürün çox mühüm ünsürünü təşkil edən anlayışlar insan

şüurunda bir-birindən təcrid edilmiş halda deyil, öz aralarında əlaqələnmiş formada

mövcud olurlar. Anlayışların bu daxili əlaqəsi məntiqi idrakın mühakimə forması

vasitəsilə həyata keçirilir.

Mühakimə cismin hər hansı əlamətini, xassəsini, onun maddi aləmin digər

cisim və hadisələri ilə əlaqəsini, habelə meydana gəlməsini, funksiyalaşmasını və

inkişafını əks etdirən fikirdir. Cisimlərin ancaq ümumi və mühüm əlamətlərini əks

etdirən anlayışlardan fərqli olaraq, mühakimələrdə onların hər cür xassələri,

keyfiyyəti, əlaməti, əlaqə və münasibətləri əks olunur. Məntiqi idrakın əsas

formalarından biri də əqli nəticədir.

Əqli nəticə elə bir fikir aktıdır ki, onun vasitəsilə obyektiv aləmin cisim və

hadisələri haqqında verilmiş mühakimələrdən yeni mühakimə çıxarılır. Əqli nəticənin

geniş yayılmış növləri bunlardır: induktiv, deduktiv.

İnduktiv əqli nəticənin gedişində xüsusi və təkcə mühakimələrdən ümumi

nəticə çıxarılır. Məsələn, insanlar ictimai praktikanın gedişində belə bir nəticəyə

gəlmişlər ki, mis, dəmir, gümüş və başqa metallar qızdırıldıqda genişlənir. Bu

hadisəni milyon dəfələrlə müşahidə etmək əsasında onlar belə bir nəticəyə gəlmişlər

ki, metallar qızdırıldıqda genişlənir. Deduktiv əqli nəticənin köməyi ilə ümumi

mühakimələrdən xüsusi və təkcə nəticələr əldə olunur.

Sensualizm və rasionalizm idrak nəzəriyyəsi ilə bağlı olan fəlsəfi cərəyanlardır.

Sensualizm latın sözü olub, mənası hiss, duyğu deməkdir. Duyğunu idrakın yeganə

Page 180: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

180

həqiqi mənbəyi kimi qəbul edən qnoseoloji təlimdir. Əgər duyğular obyektiv reallığın

inikası kimi nəzərdən keçirilirsə, o zaman sensualizm müəyyən şəraitdə materializmə

gətirib çıxarır (Feyerbaxın fəlsəfi baxışları), lakin əgər duyğuların arxasında guya heç

bir şeyin mövcud olmadığını və ya dərkedilməz “şeylər özündələrin” (Kantın

“transsendental nəzəriyyəsi”) mövcud olduğu subyektivlik nəzərdə tutulursa, o zaman

sensualizm subyektiv idealizmə meylli olur.

Rasionalizm latın sözü olub, mənası ağıl, zəka, ağıllı deməkdir. Bu fəlsəfi

cərəyanın tərəfdarlarının fikrincə, idrak prosesində insana həqiqi biliyi ağıl, zəka

verir. İnsan yalnız ağlının, zəkasının gücü hesabına dünyanı dərk edə bilər.

Qeyd edək ki, fəlsəfi fikir tarixində filosofların bəziləri sensualist, digərləri isə

rasionalist mövqedən çıxış edərək, onların idrak prosesindəki əhəmiyyətini xüsusi

önəm vermişlər. Lakin idrak nəzəriyyəsi ilə bağlı olan bu iki fəlsəfi cərəyan arasında

dialektik vəhdət mövcuddur. Belə ki, insan hissi idrak vasitəsilə ətraf aləmin

təzahürlərini, xarici əlamətlərini öyrənir, onun mahiyyətini isə rasional idrak vasitəsilə

dərk edir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, elm idrakın spesitik məntiqi-nəzəri və ən

yüksək formasıdır. Yuxarıda idrakın elmi-nəzəri səviyyəsi üçün qeyd etdiyimiz

keyfiyyət xüsusiyyətləri eynilə elmə də aiddir. Elm çox mürəkkəb idrakı hadisədir,

özünə məxsus mühüm spesifik xüsusiyyətlərə malikdir.

a) gerçəkliyi nisbi dolğun əks etdirməsi, həmişə həqiqətin əldə edilməsinə

istiqamətlənməsi;

b) dünyanın obyektiv inikasını verdiyinə görə obyektivliyi;

v) gerçəklikdə,praktikada maddiləşməsi və təsdiq edilməsi;

q) müəyyən dəlil və subutlara,təbii tarixi faktlara istinad edib əsaslandırılması,

sübut edilməsi;

d) xüsusi elmi dillə anlayışlar, qanunlar, kateqoriyalar, mühakimə və məntiqi

nəticələr ifadə edilməsi;

e) elmi biliyin sistemliliyi, ardıcıllığı və vacisliyi;

Page 181: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

181

j) elmi biliyin humanist sərvət, mənəvi dəyər səciyyəsi daşıması, bəşəriliyi və

ümumi tərəqqiyə xidmət etməsi və s. Məhz bu cür spesifik xüsusiyyətləri ilə elm

dünyanın adı, bədii, dini və s. mənimsənilməsi formalarından fərqlənir.

Elmi biliyin strukturu elədir ki, o, insana dünyanın təkcə təbii elmi mənzərəsi

haqqındakı informasiya, bilik verməklə kifayətlənə bilməz. O, həmçinin insanın

gerçəklikdə düzgün elmi dünyagörüşü mövqeyi seçməsinə kömək edir, biliyin

əqidəyə çevrilərək fəaliyyət amilinə çevrilməsini şərtləndirir.

5.Fəlsəfədə həqiqət problemi.

İdrak prosesində qazanılmış biliyin faydalı olması, insana həyatda düzgün

istiqamət götürməyə imkan verməsi və nəzərdə tutulan məqsədlər əsasında gerçəkliyi

dəyişdirə bilməsi üçün o həqiqi olmalı, gerçəkliyə uyğun gəlməlidir. Biliyin

gerçəkliyə uyğunluğu məsələsi fəlsəfədə həqiqət problemi adlanır.

Həqiqətin əsas meyarı praktikadır. Fəlsəfədə biliklərin insandan və

bəşəriyyətdən asılı olmayan məzmunu obyektiv həqiqət adlanır. Obyektiv həqiqətin

müxtəlif növləri var: nisbi və mütləq həqiqət.

Konkret tarixi şəraitdən asılı olan obyektiv həqiqətin idrakın baxılan inkişaf

səviyyəsində əldə edilmiş dəqiqlik, tamlıq dərəcəsini ifadə edən forması nisbi həqiqət

adlanır. İnsan idrakı, o cümlədən elmin inkişafı nisbi həqiqətlərin bir-birini əvəz

etməsi prosesidir. Zaman ötdükcə həqiqət insan tərəfindən daha tam, dolğun formada

dərk olunur. Hadisə haqqında qazanılmış dolğun, hərtərəfli bitkin formada olan, elmin

və praktikanın sonrakı inkişafı ilə təkzib olunmayan bilik mütləq həqiqət adlanır.

İdrakın səviyyəsi yüksəldikcə biz mütləq həqiqətə daha çox yaxınlaşırıq. Lakin

tarixi inkişafın hər bir mərhələsində biz dünyanın yeni qanunauyğunluqlarını kəşf

edərək, onun haqqında daha dolğun, bitkin biliklər əldə edə bildiyimizdən bu proses

sonsuz davam edə bilər. Obyektiv həqiqətin bir nisbi formasından digərinə keçməsi

dialektikanın idrak prosesində təzahürünün ifadəsidir. Hər bir nisbi həqiqət özlüyündə

Page 182: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

182

mütləq həqiqətin zərrəsini əks etdirir. Mütləq həqiqət isə nisbi həqiqətlərin sonsuz

ardıcıllığıdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, həqiqət anlayışının fəlsəfi təhlili mühüm

idrakı problem olaraq qalır. Dialektik materialist fəlsəfəyə görə insan idrakı həqiqətə

nail ola bilər,başqa sözlə, gerçəkliyin dolğun,düzgün inikasını verən biliyə çata bilər.

Həqiqət dedikdə dialektik materialist fəlsəfə obyektiv gerçəkliyin insan idrakında

əsasən düzgün, doğru və adekvat inikasını,həmin dolğun inikasında əldə edilən biliyi

nəzərdə tutur. Deməli, əgər biliklərimiz gerçəklikdən mövcud obyektiv əlaqə və

münasibətləri,qanunları düzgün əks etdirir, obyektiv varlığa uyğun gəlirsə, həqiqətdir;

əgər uyğun gəlmirsə yanılmadır.

Lakin fəlsəfə tarixində heç də həmişə həqiqətə belə bir mənalı münasibət

olmamışdır. Hələ Aristotel belə hesab edirdi ki, həqiqət odur ki,həmin bilik insanı

əhatə edən aləm haqqındakı düzgün fikirlər söyləyir. Onun ardınca çoxlu filosoflar

həqiqətə-biliyin gerçəkliyə uyğun gəlməsi kimi yanaşmışlar. Obyektiv idealist filosof

olan Platon isə həqiqətə başqa mövqedən yanaşmışdı.Onun fikrincə həqiqət insan

biliklərinin əbədi və dəyişməz ideyalarına uyğundur. Materialistlərin əksəriyyəti isə

belə hesab edirdilər ki,həqiqət-biliklərimizin obyektiv maddi varlığa tam uyğun

gəlməsidir. Obyektiv həqiqət ayrı-ayrı fərdi insanlardan, bütövlükdə bəşəriyyətdən

asılı olmayaraq gerçəkliyi düzgün, obyektiv əks etdirən biliyə həqiqətə deyilir.

İdrakın müəyyən səviyyəsinə uyğun əldə edilən,tarixi şərait və təcrübədən asılı

olaraq təsdiqlənən, özünün müəyyən dəqiqliyi, dolğunluğu ilə fərqlənən biliyə nisbi

həqiqət deyilir. Bütün idrakın, o, cümlədən elmin inkişafı tarixi nisbi həqiqətlərin

dəqiqləşməsi,təsdiq və təkzib edilməsi tarixindən ibarətdir. İdrak prosesi bütövlükdə

həqiqətin daha dolğun və tam dərk edilməsi prosesidir. Predmet və hadisələr haqqında

daha dolğun dəqiq, hərtərəfli, gerçəkliyə tam uyğun biliyə isə mütləq həqiqət deyilir.

Fəlsəfə tarixində çox vaxt mütləq həqiqətə münasibət ətrafında da mübahisə

getmişdir. Relyavistlər, aqnositklər həqiqətin ancaq nisbi olduğunu qəbul edirlər.

Relyavistlər əbədi, mütləq həqiqtəri inkar etməklə biliyimizin obyektiv məzmun

Page 183: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

183

daşıdığını rədd edirdilər. Fəlsəfədə ehkamçılıq və metofizik mövqe isə biliyin əbədi,

dəyişməz olduğunu təsdiqləyirdi. Bununla da mütləq həqiqətə pərəstiş edilir və

idealizə olurdu.

Qeyd etmək lazımdır ki, idrakın əsas məqsədi elmi həqiqətə nail olmaqdır.

Həqiqət dedikdə dialektik fəlsəfə o bilikləri nəzərdə tutur ki, bunlar həmin predmeti

düzgün əks etdirsin, ona uyğun olsun. Fəlsəfədə həqiqət təkcə idrakın məqsədi deyil,

həmdə tədqiqat predmetidir. Belə demək olar ki, həqiqət anlayışı elmin mahiyyətini

ifadə edir. Filosoflar çoxdandır ki, elə bir idrak nəzəriyyəsi yaratmağa çalışırlar ki,

ona elmi həqiqətin əldə edilməsi prosesi kimi baxsınlar. Bu yolda əsas ziddiyyətlər

subyektin fəallığının və bilik əldə etmək imkanının müvafiq obyektiv real dünyaya

qarşı qoyulmasıdır. Lakin həqiqət çoxlu aspektlərə malikdir, ona müxtəlif nöqteyi-

nəzərdən, yəni məntiqi, qnoseoloji və nəhayət ilahiyyat nöqteyi-nəzərindən baxmaq

olar. Həqiqətin klassik fəlsəfi konsepsiyalarında baxılması tarixi antik dövrə gedib

çıxır. Məsələn, Platon belə hesab edirdi ki, şeylərə müvafiq şeylərdən danışanlar

doğru danışır. Onların haqqında başqa cür danışanlar yalan danışır. Uzun müddət

həqiqətin klassik konsepsiyası idrak nəzəriyyəsində üstün yer tutmuşdur. Fikirlərin

gerçəkliklə adekvatlığı bu qəbildəndir. Avqustin həqiqi ideyaların anadangəlmə

olması haqqında təlimi inkişaf etdirmişdir. Avqustindən fərqli olaraq materialistlər

elmin nailiyyətlərinə və bəşəriyyətin əsrlər boyu davam edən praktikasının uğurlarına

arxalanıb iddia edirlər ki, həqiqət obyektivdir. Həqiqət obyektiv surətdə mövcud olan

dünyanı əks etdirdiyinə görə, həqiqətin məzmunu insan şüurundan asılı deyildir.

Həqiqətin məzmunu tamamilə onun əks etdirdiyi obyektiv proseslərlə müəyyən

olunur.

Həqiqətin kriteriyasını müəyyənləşdirmək məsələsi fəlsəfənin başlıca

problemlərindən biri hesab olunur. Bu məsələdə filosoflar arasında böyük fikir

ayrılığı mövcuddur. Ən ifrat nöqteyi-nəzərə görə, həqiqətin kriteriyası yoxdur. Onun

tərəfdarlarının fikrincə, ya ümumiyyətlə həqiqət yoxdur, yaxud da vardır, hamıya və

hər şeyə xasdır. İdealistlər rasionalizm tərəfdarları həqiqətin kriteriyası kimi

Page 184: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

184

təfəkkürün özünü götürürdülər. Çünki yalnız təfəkkür predmeti aydın təmsil etmək

qabiliyyətinə malikdir. Dekart və Leybnits kimi filosoflar ilkin həqiqətlərin öz-özünə

olması fikrinə əsaslanaraq onun intellektual intuisiya vasitəsilə daha da aydın

olmasını irəli sürürdülər. Onların dəlilləri riyaziyyatın imkanları ilə əlaqələndirilirdi

İ.Kant həqiqətin yalnız formal, məntiqi kriteriyasını qəbul edirdi. Digər aqnostiklər də

həqiqətin meyarı (kriteriyası) olmadığını əsaslandırmağa cəhd edirlər. Bir çox

filosoflar idrakın həqiqiliyi kriteriyasını təsəvvürlərin və anlayışların aydın və

anlaşıqlı olmasında, bunların ümumi mənasında, kollektiv təcrübədə axtarırdılar.

Marksa görə, idrak özü öz həqiqiliyinin meyarı ola bilməz. Biliyin həqiqiliyinin

meyarını idrak xaricində praktikada axtarmaq lazımdır. «İnsan təfəkkürünün predmet

həqiqiliyinə malik olub-olmadığı məsələsi heç də nəzəriyyə məsələsi olmayıb, əməli

məsələdir. İnsan öz təfəkkürünün həqiqiliyini, yəni gerçəkliyini və qüdrətini, bu

dünyaya məxsus olduğunu praktikada sübut etməlidir. Praktikadan təcrid olunan

təfəkkürün gerçək olub-olmadığı haqqındakı mübahisə xalis sxolastik məsələdir»

(K.Marks). İnsan öz anlayışlarının obyektiv həqiqiliyini praktika vasitəsilə sübut edir.

İnsan idrakı mütləqdir, suverendir, çünki obyektiv həqiqəti verə bilir, şeylərin düzgün

inikasını verə bilir. Yuxarıda qeyd etdiyimiz kimi fəlsəfədə mütləq və nisbi həqiqət

anlayışlarından istifadə edilir. Dolğun və bitkin formada olan obyektiv həqiqətə

mütləq həqiqət deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın

sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün deyildir. İnsan mütləq

həqiqətə birdən-birə gəlib çatmır. Mütləq həqiqət nisbi həqiqətlərdən əmələ gəlir.

Nisbi həqiqət belə bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin dolğun əks

etdirmir, onu müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks

etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. Dialektik fəlsəfə həqiqətin

meyarı kimi praktikanı götürür. Bu və başqa ideyanın, elmi nəzəriyyənin həqiqiliyi

haqqında istənilən qədər mübahisə etmək olar, lakin bu mübahisəni yalnız praktika

istehsal, siyasi həyat, elmi eksperiment həll edə bilər.

Page 185: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

185

Mütləq və nisbi həqiqətlər – obyektiv həqiqətin müxtəlif səviyyələri və

formalarıdır. İdrakın səviyyəsi yüksəldikcə, biz mütləq həqiqətə daha sürətlə

yaxınlaşırıq. Lakin bu mütləq həqiqətə nail olma prosesi sonsuzluğa qədər uzanıb

gedə bilər. Mücərrəd həqiqət yoxdur. Həqiqət həmişə konkret xarakter kəsb edir..

6. Elmi idrakın forma və metodları.

Dünyanın dərk edilməsi prosesi özünün ən yüksək ifadəsini elmdə tapir. Elm

insan fəaliyyətinin tarixən qərarlaşmış, gerçəkliyin dərk olunmasına və onun praktiki

dəyişdirilməsinə yönəldilmiş formasıdır. Elm təkcə insan şüurundan kənarda mövcud

olan predmet və hadisələri, hərəkət və qarşılıqlı təsirin müxtəlif pillələrini, formalarını

deyil, həmçinin onların şüurdakı inikasını, insanın zəngin təkrarolunmaz mənəvi

dünyasını da əhatə edir.

Elmin bir sıra sosial funksiyaları var, onlardan xüsusilə bunları qeyd etmək

olar: 1) elmin mədəni-dünyagörüşü funksiyası; 2) elmin bilavasitə məhsuldar qüvvə

olmasından irəli gələn funksiyası; 3) elmin sosial qüvvə olmasından irəli gələn

funksiyası.

1.Elmin mədəni-dünyagörüşü funksiyası, empirik və nəzəri biliklər sistemi

olmaq etibarilə göstərir ki, elm bir tərəfdən mədəniyyətin, digər tərəfdən isə

dünyagörüşünün tərkib hissəsinə çevrilərək, ictimai şüur formaları içərisində xüsusi

status qazanmışdır.

2.Elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsilə əlaqədar olaraq, qazandığı

funksiyası sosial həyatın və insan fəaliyyətinin bütün sahələrində aydın nəzərə çarpan

müasir elmi-texniki tərəqqinin miqyas və tempi ilə bağlıdır. İstehsal prosesində elmin

polu artmış, praktiki olaraq hər şey, hər bir proses elmin predmetinə çevrilmişdır.

3.Müasir elmi-texniki tərəqqi dövründə elm özünün 3-cü funksiyasını kəsb

edərək, böyük sosial qüvvəyə çevrilmişdır. Hazırda elmi nəticə və metodlardan sosial-

Page 186: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

186

iqtisadi inkişafın qlobal miqyaslı plan və proqramlarının tərtibində geniş istifadə

edilir.

Elmi idrakın formaları: anlayış, mühakimə, əqli nəticə, fakt, problem, ideya,

prinsip, qanun, fərziyyə, nəzəriyyə, hipotez.

Elmi idrakın mühüm formalarından biri problemdir. Problem elmi idrakın

zəruri momenti, köhnə bilikdən yeni biliyə, biliksizlikdən biliyə keçid mərhələsidir.

Elmi idrakın problemlə bağlı olan mühüm formalarından biri ideyadır. İdeya məntiqi

cəhətdən biliklərin sistemləşdirilməsi və nəzəriyyənin qurulması prosesini xarakterizə

edir. İdeya nəzəriyyənin elementi, onun əsası, nəzəriyyə isə artıq inkişaf edib

formalaşmış ideyadır. Nəzəriyyə gerçəkliyin müəyyən sahəsinə aid olan hadisələri

təsvir və izah edən biliklər sistemidir. Hipotez hər hansı bir hadisənin səbəbini izah

edən və hazırki zamanda hələ sübut edilməmiş elmi fərziyyədir.

Elmi idrakın (ümumi) metodları: müşahidə, müqayisə, ölçmə, eksperiment,

analiz və sintez, induksiya və deduksiya və b.

Müşahidə elmi idrakın başlanğıc nöqtəsi olub, elmi idrakın müxtəlif

sahələrində, o cümlədən təbiətşünaslıqda geniş tətbiq olunur. Müşahidə obyektin

məqsədli və müntəzəm qavranılması prosesidir. Müqayisə gerçəkliyin müəyyən

sahəsinə daxil olan cisim və hadisələrin oxşar və fərqli cəhətlərini müəyyən etməyə

imkan verən idraki üsuldur. Eksperiment latın sözü olub, sınaq, təcrübə, sübut

deməkdir. Eksperiment həmişə müşahidə ilə bağlı olur. Lakin müşahidədən fərqli

olaraq, eksperiment zamanı insan hadisələri yalnız seyr etməklə kifayətlənmir, həm də

onların gedişinə fəal müdaxilə edir, onları elə bir süni vəziyyətə gətirir ki, bu

vəziyyətdə onların xassələrini öyrənmək daha asan olur.

Analiz öz məzmunu etibarilə hər hansı bir tamı, yaxud mürəkkəb hadisəni

fikrən tərkib hissələrinə, elementlərinə, əlaqələrinə ayırmaq və onlardan bəzilərini

seçib götürmək üçün istifadə olunan üsul və qanunauyğunluqların məcmusudur.

Sintez isə cismin ayrı-ayrı hissə və elementlərini fikrən bir tam halında birləşdlrməyə

imkan verən üsul və qanunauyğunluqların məcmusudur.

Page 187: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

187

Qeyd etmək lazımdır ki, elmi nəzəri səviyyədə isə spesifik idrak metodları

bunlardır: (onlara ideal obyektin qurulması metodları da demək olar): abstraksiya,

ümumiləşdirmə, formalaşdırma,aksiolmalaşdırma, modelləşdirmə,hipotetik de-

duksiya, abstrakdan konkretə yüksəlmə, tarixi və məntiqi,riyazi metodlar,sistem

sturuktur təhlil, müqayisə, analogiya və s.

Abstraktiya metodunun əsasında belə bir tələb durur ki, insan öyrəndiyi obyekti

və onun xassələrini birdən-birə tam dərk edə bilmir.Bu mümkün deyildir. İnsanın fikri

hər anda obyektin bu və ya başqa tərəfini,xassəsini əhatə edir, öyrənir.

Ümumiləşdirmə elə idrak metodudur ki, onun nəticəsində tədqiq olunan obyektin

ümumi xassələri və əlamətləri müəyyənləşdirilir. Formalaşdırma elə idrak metodudur

ki, müəyyən obyekt öyrənilərkən onun formaları, simvolları maddi konstruksiyaları

məzmundan ayrılıb ümumiləşdirilir, öyrənilir, ümumi məzmun xassələri haqqında da

nəticələrə gəlinir. Aksiomlaşdırma idrak metoduna görə müəyyən nəzəri bilik almaq

üçün əvvəlcə elə dayaq, çıxış nöqtələri irəli sürülür ki,həmin vəziyyət heç bir sübut

tələb etmir, aksion səciyyəsi daşıyır.Elmi idrakın spesifik metodlarından biri də

modelləşdirmədir.Hazırda elmin bütün sahələrində bu metoddan daha geniş istifadə

olunur.Bu məqsədlə predmetlərin oxşrlıq əlamətlərindən istifadə olunur.Hazırda elmi

idrakda riyazi metodlardan da səmərəli istifadə olunur. Riyazi metodlardan təkcə

dəqiq texniki elmlərdə deyil, həm də təbiət və ictimai elmlərdə də istifadə olunur.

Elmi idrakın ən yüksək formasını ehtimallar, fərziyyələr (hipotezlər) və nəzəriy-

yələr təşkil edir. Yuxarıda da qeyd etdik ki,bütün idrak aparatı ehtimallı proqnoz-

laşdırma sistemidir.Fərziyyə faktlardan və əqli nəticələrdən meydana çıxan dünyanın

hələlik dərk olunmamış sahələrinə nüfuz etmək məqsədi daşıyan idrakı

müəyyənlikdir, gümandır, qabaqcadan verilmiş ideyadır. Fərziyyə yalnız təsdiq olun-

muş, həm də təkzib edilir, dəqiqləşdirilir,düzəldilir və ya aradan çıxır.

Nəzəriyyə anlayışı isə sözün geniş mənasında , aləmin hər hansı sahəsin-də,hər

hansı hadisələr haqqında həqiqi sınanılmış təsəvvürlər,ideyalar, prinsiplər sistemi

nəzərdə tutulur. Daha dar mənada isə nəzəriyyə real gerçəkliyin bu və ya digər

Page 188: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

188

sahəsinin mövcudluğu və inkişafının xarakterini müəyyən edən, onun xassələri,

qanunauyğunluqları, səbəb-nəticə əlaqələri, deferminatları, mahiyyəti haqqında ən

yüksək əsaslandırılmış, məntiqi ziddiyətlərsiz baxışlar verən bitkin elmi biliklər

sistemidir. Elə idrak vasitələri də vardır ki, onlar idrakın bütün sahəsində, empirik və

nəzəri səviyyələrində eynilə fəal istifadə olunur, universal idrak metodları hesab

edilirlər: analiz və sintez, induksiya və alduksiya, abstrakdan konkretə yüksəl-

mə,tarixi və s.məntiqi və s.

Analiz və sintez ən ümumi idrak metodudur. İdrakda onlar qarşılıqlı vəhdətdə

çıxış edir, biri digərsiz mümkün deyildir. Deməli analiz metodu, öyrənilən obyekti

daxili struktur hissələrinə, tərəflərinə parçalayıb tədqiq etmək deməkdir.

Sintez isə elə metoddur ki, bunun vasitəsilə öyrənilən predmet və ya hadisəni

təşkil edən tərəflər, xassələr haqqında əldə olunan bilik fikrən birləşdirilir və vəhdət,

sintez halında götürülür.Sintez konkret və abstr-aktın, təkcə və ümuminin, fərq və

eyniyətin və s. dialektikasını açmağı və tədqiq etməyə, onlara, “əksliklərin vəhdəti və

mübarizəsi” kimi baxmağa imkan verir.

Predmet və hadisələrin tədqiqi metodlarından biri də induksiya və deduksiyadır.

Məlum olduğu kimi əqli nəticənin dialektik təbiəti ümuminin, xüsusinin və təkin

qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Fikrin təkcədən ümumiyə doğru inkişafı

induksiyadır. İnduksiya və deduksiya idrakın dialektik prosesinin nəzəri mometləridir.

Bunlar idrakın vahid inkişaf yolunun iki tərəfi olub vəhdət təşkil edirlər.

İdrak prosesində induksiyanın rolu nə qədər böyük olsa da, deduksiyasız zəif və

birtərəflidir. İnduksiyanın məhdudluğu nədən ibarətdir? Induktiv nəticə ayrı-ayrı

faktların ümumiləşdirilməsi nəticəsində alınır. Bir sıra şeylərdə müəyyən bir xassənin

təkrar olunmasının sadəcə müşahidə edilməsi hələ heçdə bu xassənin həmin sinfə

mənsub olan bü-tün şeylər üçün zəruri, qanunauyğun olduğuna sübut deyildir. Məhz

buna görədə elmi idrakın zəruri və tamamlayıcı momenti kimi ümumidə təkcəni,

konkreti axtarmaq metodu olan deduksiya da zəruridir.

Page 189: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

189

Predmet və hadisələrin dərk olunması həm də elmi idrakın məntiqi və tarixi

metodların köməyilə həyata keçirilir. Bunlar idrakın inkişafı prosesində vəhdət təşkil

edirlər.

MÖVZU – 11.

DİALEKTİKA ƏN ÜMUMİ ƏLAQƏ VƏ İNKİŞAF HAQQINDA TƏLİMDİR.

DİALEKTİKANIN QANUNLARI VƏ KATEQORİYALARI

1. Dialektika və onun inkişaf tarixi. Onun əsas prinsip və funksiyaları.

2. Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə və əksinə keçməsi qanunu.

3. Əksliklərin vəhdəti və mübarizəsi qanunu.

4. İnkarı inkar qanunu.

5. Dialektikanın kateqoriyaları.

1. Dialektika və onun inkişaf tarixi. Onun əsas prinsip və funksiyaları.

Dialektika yunan sözü olub, mənası mübahisə etmək, müsahibə aparmaq

bacarığı deməkdir. Qədim Yunanıstanda dialektika dedikdə, müsahibə yolu ilə

müsahibin mühakimələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək

sənəti kimi başa düşürdülər. Böyük dialoq ustası Sokrat dialektikaya müxtəlif, hətta

əks fikirlərin toqquşması və uzlaşması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti

kimi baxırdı.

Dialektika dünyaya vahid əlaqəli bir tam kimi baxan, onu əbədi dəyişmə və

inkişafda götürən, təbiət, cəmiyyət, təfəkkür və idrakın ən ümumi inkişaf qanunları

haqqında fəlsəfi təlimdir. O uzun və mürəkkəb inkişaf yolu keçərək, dünyanı dərk

etməyin və dəyişdirməyin yeganə həqiqi fəlsəfi metoduna çevrilmişdir.

Dialektika obyektiv və subyektiv dialektika olmaqla iki yerə bölünür: obyektiv

dialektika insan şüurundan kənarda və ondan asılı olmadan mövcud olan varlığın

Page 190: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

190

özünün dialektikasıdır; subyektiv dialektika obyektiv dialektikanın subyekt, insan,

bəşəriyyət tərəfindən fərdi və ictimai şüurda əks olunmasıdır.

Dialektika inkişaf edən və getdikcə zənginləşən fəlsəfi biliklər sistemidir. Onun

əsasını müəyyən prinsiplər, qanunlar və kateqoriyalar təşkil edir. Dialektikanın əsas

prinsipləri bunlardır: hadisələrin ən ümumi əlaqəsi prinsipi, obyektivlik prinsipi,

inkişaf prinsipi, tarixilik prinsipi, həqiqətin konkretliyi prinsipi, nəzəriyyə və

praktikanın vəhdəti prinsipi və b. Bu prinsiplərdə gerçək aləmin ən ümumi əlaqə və

münasibətləri əks olunub.

Dialektika mürəkkəb struktura malik olub, 4 tərkib hissədən ibarətdir:

birincisi, dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi

qanunları haqqında fəlsəfi təlimdir;

ikincisi, cəmiyyət haqqında, onun tarixi hərəkəti və inkişafının ümumi

qanunları haqqında fəlsəfi təlimdir;

üçüncüsü, dialektika təfəkkür haqqında, onun formaları və qanunları haqqında

fəlsəfi təlimdir, yəni dialektika məntiqdir;

dördüncüsü, dialektika idrak haqqında, onun formaları və metodları haqqında

fəlsəfi təlimdir.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, dialektika təbiət, cəmiyyət və

insan təfəkkürünün ən ümumi qanunları haqqında təlim kimi səciyyələndirilir.

Dialektikanın funksiyaları bunlardır:

1) ontoloji funksiya;

2) məntiqi funksiya;

3) qnoseoloji funksiya;

4) dünyagörüşü funksiyası;

5) metodoloji funksiya;

6) qabaqgörənlik funksiyası.

Dialektikanın üç əsas qanunu var:

Page 191: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

191

1.Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə və əksinə keçməsi

qanunu;

2.Əksliklərin vəhdəti və mübarizəsi qanunu;

3.İnkarı inkar qanunu.

Dialektikanın sistem təşkil edən qanunları birlikdə fəaliyyət göstərir. Yəni,

bütövlükdə maddı aləm, onun ayrı-ayrı predmet və hadisələri dialektika qanunlarının

hər üçünün vəhdətində mövcud olub, onların birgə fəaliyyəti sayəsində hərəkət və

inkişaf edir. İdrak prosesinin ayrı-ayrı pillələrində də dialektikanın qanunları bir-birilə

sıx əlaqədə və qarşlıqlı təsirdə fəaliyyət göstərirlər.

Dialektika qanunlarından hər biri eyni inkişaf prosesini müxtəlif cəhətdən

səciyyələndirir. Məsələn, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə və

əksinə keçməsi qanunu inkişafın dialektik vəhdətdə olan iki tərəfini – təkamül və

inqilabın qarşılıqlı münasibətini, ilk baxışda nəzərə çarpmayan cüzi kəmiyyət

dəyişmələrinin toplanaraq əsaslı keyfiyyət dəyişmələrinə keçməsi prosesinin

“mexanizmini” açıb göstərir; əksliklərin vəhdəti və mübarizəsi qanunu inkişafın

mənbəyini, hərəkətverici qüvvəsini, impulsunu açıb göstərir; inkarı inkar qanunu isə

inkişafın meylini, başlıca istiqamətini, inkişaf prosesində inkar edilən köhnə ilə

yaranan yeni arasındakı münasibəti – varislik əlaqəsini açıb göstərir.

Kateqoriya yunan sözü olub, mənası göstəriş, şəhadətnamə deməkdir. Fəlsəfədə

kateqoriya gerçəkliyin ən ümumi, mühüm əlaqələrini əks etdirən əsas məntiqi

anlayışlardır. Qeyd edək ki, hər bir elmin öz kateqoriyaları var. Məsələn, atom, kütlə,

qüvvə, sahə, enerji, impuls və s. – fizikanın, nöqtə, törəmə, inteqral, düzxətt –

riyaziyyatın, əmtəə, pul, dəyər, mənfəət – iqtisadi nəzəriyyənin, orqanizm, irsiyyət,

cins, mühit – biologiya elminin kateqoriyalarıdır. Gerçəkliyin konkret sahələrinə

tətbiq olunan bu kateqoriyalar yalnız həmin sahələrə aid olan əlaqə və münasibətləri

əks etdirirlər.

Fəlsəfi kateqoriyalar isə istisnasız olaraq, bütün elmlərdə işlədilir. Belə ki, bu

anlayışlar gerçəkliyin ən ümumi cəhətlərini, tərəflərini, əlaqə və münasibətlərini əks

Page 192: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

192

etdirir, onların dərin və yığcam ümumiləşdirilməsi kimi çıxış edir. Fəlsəfənin varlıq,

materiya, hərəkət, məkan, zaman, inikas, şüur, kəmiyyət, keyfiyyət və s.

kateqoriyaları cisimlərin, proses və hadisələrin ən ümumi əlaqələrini əks etdirirlər.

Qeyd edək ki, fəlsəfədə kateqoriyaların təsnifatı dialektikanın mühüm

əhəmiyyət kəsb edən məsələlərindən biridir. Obyektiv aləm, onun mövcudluq

formaları və əlaqələri fəlsəfi kateqoriyaların təsnifatının əsasını təşkil edir. Biz bu

mühazirədə diqqətimizi dialektikanın sistemində mühüm yer tutan altı cüt kateqoriya-

sının üzərində saxlayırıq:

1.Ayrıca, təkcə, ümumi və xüsusi;

2. Məzmun və forma;

3. Mahiyyət və təzahür;

4. Zərurət və təsadüf;

5. Imkan və gerçəklik;

6. Səbəb və nəticə.

Qeyd etmək lazımdır ki, Hegelin dialektikası idealist dialektika olmaqla

dialektikanın ikinci mühüm tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels

tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını təşkil edir.

Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektika

qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə

yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin keyfiyyətcə

dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi xarakterizə

edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir və

dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir.

Onlardan ən başlıcaları olan hərtərəflilik, istorizm və ziddiyyətlilik prinsiplərini

göstərmək olar.

Page 193: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

193

2. Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə və əksinə keçməsi

qanunu.

Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə və əksinə keçməsi qanunu

keyfiyyət, kəmiyyət, xassə və ölçü kateqoriyaları vasitəsi açılır.

Keyfiyyət – predmet və hadisələrin daxili müəyyənliyi, spesifikası kimi çıxış

edir və onları bütün başqalarından fərqləndirir, ayırır. Kəmiyyət – predmet və

hadisələrin xarici müəyyənliyi, spesifikası kimi çıxış edir. Yəni, onlara məxsus

xassələrin sayını, onları təşkil edən hadisələrin miqdarını, böyüklüyünü,

intensivliyini, həcmini və s. ifadə edir.

Xassə - predmetlərin keyfiyyətinin başqa predmetlərlə münasibətlərdə bu və ya

başqa cəhətlərinin, tərəflərinin təzahürü kimi çıxış edir. Xassələr mühüm və qeyri-

mühüm olur. Məsələn, işgüzarlıq baxımından insanın boyunun, saçının uzunluğu və

rənginin elə bir əhəmiyyəti yoxdur, onlar onun qeyri-mühüm xassələridir, lakin

insanın öz fəaliyyətinə münasibəti, məsuliyyəti, peşəkarlığı isə onun mühüm

xassələridir. Ölçü – kəmiyyət və keyfiyyətin dialektik vəhdəti və ya kəmiyyət

dəyişmələrinin elə bir intervalıdır ki, onun hüdudları daxilində predmetin keyfiyyət

müəyyənliyi saxlanılır. Məsələn, adi su normal atmosfer təzyiqində 0 dərəcə C-dən

100 dərəcə C-dək temperaturda maye halında qalır. Bu interval maye halında

kəmiyyət və keyfiyyətin vəhdətinin saxlanması ölçüsüdür.

Bu kateqoriyaları nəzərdən keçirdikdə görürük ki, onlar predmet və hadisələrin

müəyyən tərəflərini ifadə edən mühüm fəlsəfi kateqoriyalardır. Həmin kateqoriyalar

özlüyündə heç bir qanunu ifadə etmirlər. Lakin elə ki, biz onların qarşılıqlı əlaqəsini

nəzərdən keçirməyə başlayırıq, dərhal müəyyən qanunauyğunluqla rastlaşırıq.

Məlum olur ki, predmet və hadisələrdə baş verən və ilk baxışda nəzərə

çarpmayan kəmiyyət dəyişmələri tədricən toplanaraq, müəyyən ölçünün sərhədlərinə

çatdıqda keyfiyyət dəyişmələrinə səbəb olur. Həm də yeni keyfiyyət halı özünə

müvafiq kəmiyyət göstəriciləri də doğurur. Ona görə də qanunun tam adı belədir:

kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi qanunu.

Page 194: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

194

Ümumiyyətlə qeyd etmək lazımdır ki, təbiətdə və cəmiyyətdə, hadisə və

proseslərdə kəmiyyətin keyfiyyətə keçməsini şərh etməzdən əvvəl, kəmiyyət və

keyfiyyət anlayışlarını təhlil etmək lazımdır. Müəyyən bir hadisənin xüsusiyyətini

təşkil edən və onu başqa hadisələrdən fərqləndirən mühüm cəhətlər və ya əlamətlər

məcmusuna şeyin və ya hadisənin keyfiyyəti deyilir. Kəmiyyət anlayışı da hər bir

şeyin, hadisənin və ya prosesin mühüm cəhətlərindən birini əks etdirən ən ümumi

kateqoriyadır. Kəmiyyət də şeyin müəyyənliyi kimi çıxış edir, lakin keyfiyyətdən

fərqli olaraq, kəmiyyət şeyi onun xassələrinin inkişaf dərəcəsi cəhətdən: böyüklüyü,

həcmi, miqdarı, hərəkətinin surəti, rənginin intensivliyi və s. cəhətdən göstərir.

Keyfiyyət haqqında gündəlik adi təsəvvür hadisəyə verilən qiymətlə bağlıdır.

Keyfiyyətin fəlsəfi anlamında isə hadisəyə qiymət verilmir. Bu anlayış ancaq

hadisənin ən mühüm fərqləndirici əlamətlərini, daxili quruluşunu nəzərdə tutur ki,

məhz bunlar hadisələrin müəyyənliyini təşkil edir və hadisə bunlarsız ola bilməz.

Hadisənin keyfiyyətini təşkil edən cəhətlərin və xüsusiyyətlərin ayrılması və

aydınlaşdırılması idrakın yalnız başlanğıcıdır, hər şeydə keyfiyyətdən savayı

kəmiyyət cəhəti də vardır ki, şeyin xüsusi kəmiyyət göstəriciləri ilə xarakterizə olunur

ki, həmin şeyin keyfiyyəti bu göstəricilərlə birlikdə mövcuddur. Şeyin kəmiyyət

müəyyənliyi onun zahiri əlamətlərindən ibarət olsa da, o, şeyin daxili təbiətini də

xarakterizə edə bilər. Məsələn, hər bir metalın istilikkeçirmə qabiliyyəti və

qızdırılarkən şişmə əmsalı vardır; hər bir mayenin istilik tutumu, qaynama nöqtəsi və

bərk cismə çevrilmə nöqtəsi vardır; hər bir qazın mayeləşməsi temperaturu vardır və

s. Keyfiyyətcə fərqli materialları və proseslərin kəmiyyət xarakteristikaları texnikada

xüsusilə böyük əhəmiyyətə malikdir.

Müasir istehsalda bunlarsız irəli getmək qeyri-mümkündür. Məsələ

burasındadır ki, son illərin fəlsəfi ədəbiyyatında fenomenoloji səviyyədə keyfiyyətə

predmetlərin vacib və zəruri xassələr sistemi kimi tərif verilmişdir. Xassə isə predmet

və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətini ifadə edir.

Kəmiyyət və ya keyfiyyət cəhətlərinin birtərəfli olaraq qabarıq göstərilməsi metafiziki

Page 195: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

195

yanaşmanın əlamətidir. Metafizika kəmiyyətlə keyfiyyət arasında daxilən zəruri olan

əlaqəni görmür. Dialektika isə əksinə, göstərir ki, şeylərin kəmiyyət və keyfiyyət

müəyyənlikləri tamamilə zahiri və bir birinə qarşı laqeyd əksliklər deyildir, bunlar son

dərəcə dialektik halındadırlar. Ən ümumi şəkildə bu əlaqə ondan ibarətdir ki, şeyin

kəmiyyət dəyişmələri qanunauyğun surətdə şeyin keyfiyyətinin dəyişməsinə səbəb

olur.

Kəmiyyət dəyişmələri az-çox dərəcədə əmələ gəlir və çox vaxt nəzərə az çarpır.

Bunlar əvvəlcə şeyin keyfiyyət müəyyənliyini mühüm dərəcədə dəyişdirmir. Lakin

sonralar yığışıb artır və nəticədə şeyin əsaslı surətdə keyfiyyətcə dəyişməsinə səbəb

olur. Bu zaman «kəmiyyət keyfiyyətə keçir» – deyirlər. Kəmiyyət dəyişmələrinin

əsaslı keyfiyyət dəyişmələrinə keçməsi, həmçinin əksinə, keyfiyyət dəyişmələrinin

əsaslı kəmiyyət dəyişmələrinə keçməsi inkişafın ümumi dialektik qanunudur. Bu

qanun özünü təbiət, cəmiyyət və təfəkkürün bütün proseslərində köhnənin yeni ilə

əvəz edildiyi hər yerdə göstərir.

Kəmiyyət dəyişmələrinin yığılıb çoxalması halına şeylərin bir keyfiyyət

halından başqa, yeni keyfiyyət halına keçməsi inkişafında sıçrayışdır. Sıçrayış şeyin

kəmiyyət dəyişmələrinin tədriciliyində fasilə əmələ gəlməsidir, yeni keyfiyyət halına

keçməsidir, inkişafda qəti dönüş və əsaslı dəyişiklik baş verməsi deməkdir. Məsələn,

insanın əmələ gəlməsi üzvi aləmin inkişafında sıçrayış, əsaslı dönüş olmuşdur.

İstər təbiətdə istərsə də cəmiyyətdə kəmiyyət dəyişmələrini ifadə etmək üçün təkamül

anlayışından istifadə olunur. Təkamül anlayışı bəzən yalnız tədrici kəmiyyət

dəyişmələri mənasında deyil, həmçinin daha geniş mənada: ümumiyyətlə həm

kəmiyyət dəyişmələrini, həm də keyfiyyət dəyişmələrini əhatə edən inkişafı göstər-

məkdən ötrü işlədilir. Təkamül tədrici kəmiyyət dəyişikliyidirsə, keyfiyyət dəyişikliyi

sıçrayışdır, inqilabdır.

Təkamül ilə inqilab arasında daxilən zəruri əlaqə vardır. cəmiyyətin təkamül

inkişafı qanunauyğun olaraq sıçrayışlı keyfiyyət dəyişmələri ilə, inqilablarla başa

çatır. Keyfiyyətin inqilabi dəyişmələri yeni təkamül dəyişmələri dövrünün başlanğıcı

Page 196: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

196

olur. Sıçrayışlar materiyanın hərəkət formalarına görə fərqlənir. İkincisi, zamana görə

seçilən sıçrayışlar mövcuddur. Bundan əlavə sıçrayışların qlobal və lokal, zəruri və tə-

sadüfi növləri vardır. Bütün bunlar isə özlüyündə kəmiyyət dəyişmələrinin keyfiyyət

dəyişmələrinə keçməsi qanununun bu və ya digər cəhətini ifadə edən anlayışlardır.

3. Əksliklərin vəhdəti və mübarizəsi qanunu.

Əksliklərin vəhdəti və mübarizəsi qanunu eyniyyət, fərq, əkslik və ziddiyyət

kateqoriyaları vasitəsilə açılır.

Eyniyyət anlayışı predmet və hadisələrdə ziddiyyətin hələ nəzərə çarpacaq

dərəcədə inkişaf etmədiyi, rüşeym halında olduğu və ziddiyyətin tərəflərinin,

əksliklərin üst-üstə düşdüyü başlanğıc mərhələsini ifadə edir. Eyniyyətdə hələ gizli,

rüşeym halında olan ziddiyyətin sonrakı inkişafı fərqdə ifadə olunur. Fərqlər mühüm

və qeyri-mühüm olur. Bütün ziddiyyətli inkişaf mərhələləri baxımından qeyri-mühüm

fərq inkişafın başlanğıc fazasını, mühüm fərq isə gərginlik dərəcəsinə görə sonrakı,

ziddiyyət daha kəskinləşib əksliyə çevrilən fazasını səciyyələndirir.

Əkslik anlayışı iki mənada işlədilir: bir ziddiyyətin tərəflərini (məsələn, mənfi

və müsbət, köhnə və yeni və s. kimi) bir də ziddiyyətin yüksək dərəcədə

kəskinləşməsini ifadə edir. Əksliklır arasındakı münasibət ziddiyyət kateqoriyası ilə

ifadə olunur. Bu pillədə ziddiyyətin tərəfləri arasındakı münasibət daha kəskin

xarakter alır və ziddiyyətlərin mübarizə yolu ilə həll olunmasına gətirib çıxarır. Bu

mərhələdə əksliklər arasındakı ziddiyyətli münasibətlər o dərəcədə kəskinləşir ki,

onlar daha vəhdətdə mövcud ola bilmirlər.

Maddi aləmin predmet və hadisələrindən hər biri özünəməxsus ziddiyyətlərə

malikdir. Bu onların inkişaf prosesindəki rolunun müxtəlifliyindən irəli gəlir. Hər

şeydən əvvəl, materiyanın hərəkət formalarının, həmçinin təbiət və cəmiyyətdəki

əlaqə və münasibətlərin müxtəlifliyi ilə bağlıdır. Ziddiyyətlər təfəkkürün mənbəyi və

obyekti olan, onun məznunu təşkil edən predmet və hadisələrin özlərinə xas olub,

Page 197: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

197

onların bir-birilərini tələb və qarşılıqlı rədd edən əks tərəflərə, cəhətlərə, xassələrə

malik olduğunu göstərir.

Ziddiyyətin növləri bunlardır: daxili və xarici, əsas və qeyri-əsas, başlıca və

qeyri-başlıca. Daxili ziddiyyət – predmet və hadisələrin özlərinin müxtəlif tərəfləri,

xassələri, meylləri arasında olub, onların mahiyyətindən, daxili təbiətindən irəli gəlir.

Xarici ziddiyyətlər isə qarşılıqlı əlaqədə olan və bir-birinə təsir göstərən müxtəlif

proseslər arasındakı ziddiyyətlərdir. Əsas ziddiyyət hadisənin mövcud olduğu bütün

müddətdə təsir göstərir, onun inkişafının xarakterini, xüsusiyyətlərini müəyyən edir,

bütün digər ziddiyyətləri şərtləndirir, onlara təsir edir. Başlıca ziddiyyətlər isə ancaq

müvəqqəti olaraq, müəyyən dövr ərzində başqa ziddiyyətlər arasında həlledici

ziddiyyət kimi ön plana çıxır və həll olunduqdan sonra, inkişafın yeni pilləsində yerini

başqasına verir, yerdə qalan digər ziddiyyətlər isə ona tabe olur, ikinci dərəcəli

ziddiyyət kimi çıxış edirlər.

Ziddiyyətin iki əsas tipi var: antaqonist və qeyri-antaqonist. Antaqonist

ziddiyyətlər cəmiyyətin iqtisadi və siyasi mənafeləri bir-birinə əks olan iki düşmən

sinfə bölünməsi nəticəsində meydana çıxmışdır. Anataqonist ziddiyyətlər insanın

insan tərəfindən istismarına əsaslanan bütün ictimai-iqtisadi formasiyalara xas olmuş

və onların mübarizəsi cəmiyyəti irəli aparan əsas hərəkətverici qüvvə kimi çıxış

etmişdir. Mənafe əksliyinə əsaslanan antaqonist ziddiyyətlər getdikcə daha da

kəskinləşərək konfliktə gətirib çıxarır və ictimai inqilab yolu ilə həll edilir. Qeyri-

antaqonist ziddiyyətlər mənafe ümumiliyi ilə bağlı olan ictimai qruplar, siniflər

arasında mövcud olur. Qeyri-antaqonist ziddiyyətləri mövcud cəmiyyətin daxilində

həll etmək mümkündür, antaqonist ziddiyyətlər isə ancaq mövcud ictimai quruluşun

dəyişdirilməsi ilə aradan qaldırıla bilər.

Əksliklərin vəhdəti və mübarizəsi qanunu hərəkət və inkişafın mənbəyini, onun

səbəbini göstərir. Predmet və hadisələrdə vəhdətdə olan əksliklər arasında daim

mübarizə gedir. Mübarizə isə inkişafın mənbəyi, hərəkətverici qüvvəsi, başlıca

səbəbidir.

Page 198: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

198

Ümumiyyətlə qeyd etmək lazımdır ki, əksliklərin vəhdəti və mübarizəsi ictimai

həyat hadisələrinin inkişafında daha aydın sürətdə təzahür edir. İctimai həyatdakı

əkslik və ziddiyyətləri əsasən iki yerə ayırmaq olar: bir tərəfdən bütün ictimai iqtisadi

formasiyalarda olan ümumi sosialoji ziddiyyətlər: məsələn, istehsal münasibətləri ilə

məhsuldar qüvvələr arasında, ictimai varlıqla ictimai şüur arasında olan və s.

ziddiyyətlər; digər tərəfdən ayrı-ayrı formasiyalara xas olan ziddiyyətlər. Cəmiyyətin

siniflərə parçalanması ilə siniflər arasında antoqonist ziddiyyətlər yaranmışdır. Sinfi

mübarizə bunun parlaq ifadəsidir. Bu mürəkkəb və müxtəlif cəhətli mübarizə ictimai

həyatın bütün iqtisadi, siyasi və ideoloji proseslərini əhatə edir. Bu mübarizədə bütün

ölkələrin və qitələrin yüz milyonlarla adamları iştirak edirlər. Bu mübarizədə

mütərəqqi qüvvələrin, sülh və demokratiya qüvvələrinin qələbəsi labüddür.

Əksliklərdən danışarkən iki cəhət – onlar arasındakı vəhdət və mübarizə üzərin-

də xüsusi dayanmaq lazımdır. Əksliklərin vəhdəti, əvvələn, o deməkdir ki, əksliyin

hər bir tərəfi digər tərəfin olmasını tələb edir; Bu əksliklər vahid predmetdə və ya

hadisədə yanaşı mövcuddur və bunlardan biri olmadan digəri mümkün deyildir.

İkincisi, o deməkdir ki, qarşı tərəflər bir birilə müəyyən ziddiyyət də olmalıdır.

Məs. maqnitin əks qütbləri, canlı orqanizmdə assimlasiya və dissimlasiya, idrak pro-

sesində təhlil və sintez eyni dərəcədə bir-birilə dialekik vəhdətdədir. Bir-birinə əks

olan siniflər – proletariat və burjuaziya olmadan kapitalizm cəmiyyəti mümkün

deyildir. Bu misallarda predmetin tərəfləri bir-birinə əks olsalar da onlar bütöv bir

vahid təşkil edirlər. Həm də bu əks tərəflərdən biri olmadan digər tərəf də olmur,

yalnız onların vəhdəti və qarşılıqlı təsiri sayəsində predmet mümkündür.

Bütün əksliklərin mübarizəsi qanunauyğun sürətdə baş verir. Ziddiyyətin

artmasında, inkişafında elə bir pillə gəlib çatır ki, bu zaman əksliklər daha bir vəhdət

halında mövcud ola bilmir. Bu zaman ziddiyyətlərin həll olunması momenti gəlib

çatmış olur. Ziddiyyətlər yalnız mübarizədə və mübarizə yolu ilə həll olunur.

Mühüm və əsaslı ziddiyyətlər köhnənin məhv olması və yeninin meydana

gəlməsi ilə həll olunur. Məsələn, bitki və heyvanın köhnə irsiyyəti ilə yeni irsiyyəti

Page 199: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

199

arasındakı ziddiyyətin həll olunması; Kapitalist istehsal üsulunun əsas

ziddiyyətlərinin həll olunması o deməkdir ki, bu istehsal üsulu məhv edilir, yeni

sosialist istehsal üsulu meydana gəlir.

Beləliklə, əksliklərin vəhdəti və mübarizəsi qanunu elə bir qanundur ki, bu

qanuna əsasən bütün şeylərin, hadisələrin, proseslərin mübarizə halında olan daxilən

ziddiyyətli cəhətləri, meyilləri vardır; Əksliklərin mübarizəsi inkişafa daxili impuls

verir, ziddiyyətlərin artmasına doğru aparır və müəyyən mərhələdə bu ziddiyyətlər

köhnənin yox olması və yeninin meydana gəlməsi yolu ilə həll olunur.

4. İnkarı inkar qanunu.

Dialektikanın əsas qanunlarından biri də inkarı inkar qanunudur. Məlum olduğu

kimi, maddi aləmin hər bir sahəsində daim köhnənin ölüb getməsi və yeninin

meydana gəlməsi prosesi gedir. İnkişaf da məhz köhnənin yeni ilə, ölüb getməkdə

olanın törəməkdə olanla əvəz olunmasıdır. Köhnənin əsasında yeninin yaranması

inkar adlanır. Bu qanunda inkar olunanla inkar edənin dialektik vəhdəti öz əksini

tapır. Başqa sözlə desək, inkar prosesində köhnə sadəcə yox olmur, o həm də yeninin

yaranmasını şərtləndirir. Yəni inkar köhnənin aradan qaldırılması ilə inkişafın əvvəlki

mərhələlərində qazanılmış nailiyyətlərin saxlanmasının vəhdətidir.

İnkişafın yeni mərhələsində əvvəlki mərhələnin yalnız müsbət cəhətləri deyil,

həm də köhnənin yeniyə lazım olmayan, bəzi mənfi cəhətləri, qalıqları da saxlanılır.

Birinci inkişafa təkan verir, ikinci isə inkişafı ləngidir. Mənfi cəhətlər yeni predmet və

hadisənin yarandığı ilkin mərhələdə güclü olsalar da, sonradan onların yaşaması və

inkişafı üçün zəmin olmadığından onlar tədricən aradan çıxırlar. Dialektik inkar –

köhnənin aradan qaldırılması ilə varisliyin vəhdəti, köhnənin inkarı və yeninin təsdiq

olunmasıdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, inkar qanunauyğun olaraq inkişafın öz

mahiyyətindən irəli gəlir. İnkar tamın ikiləşməsi və bir-birini istisna edən hadisələrin,

meyillərin, qüvvələrin meydana gəlməsi yolu ilə davam edir, inkişafın nəticəsidir. F.

Page 200: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

200

Engels göstərir ki, həqiqi dialektik inkar “əksliklərə bölünməkdir, bunların mübarizəsi

və həllidir”. Bu qanunun xarakteri ondan ibarətdir ki, o hərəkətə daha ümumi anlayış

verir, inkişafın xarakterini açır, hadisələrin daxili rabitəsini, onun ardıcıllığını və əsas

inkişaf pillələrinin irsiliyini, spiral formalı inkişafı, hərəkətin irəliyə doğru olmasını

müəyyən edir. Bu qanuna görə inkişaf sadəcə proses deyildir, burada inkişafın yeni

mərhələləri meydana gəlir və köhnə mərhələləri əvəz edir, inkişaf yüksələn, spiralvari

xətt üzrə gedir.

İnkarı inkar qanununun geniş şərhinə keçməzdən əvvəl inkar kateqoriyasının

dialektik anlayışı ilə metafizik anlayışının mahiyyətini açmaq lazımdır. İnkar dedikdə

metafiziklər predmet və hadisənin daxili inkişaf prosesindən irəli gələn inkarı deyil,

hər hansı xarici bir səbəb üzündən baş vermiş inkarı nəzərdə tuturlar. Məsələn, hər

hansı bir bitki toxumunun (buğdanın) quş və ya başqa canlı tərəfindən yeyilməsi,

rütubətli şərait üzündən çürüməsi, yaxud sadəcə olaraq dəyirmanda üyüdülməsi və s.

bunlar hamısı inkardır və onlar öz inkişaf imkanlarını itirirlər.

İnkarın dialektik anlayışında isə hər bir inkar edən pillə əvvəlki inkişafın nəticəsi

olmaq etibarı ilə sonrakı inkişaf üçün zəmin rolunu oynayır. Məsələn, əgər biz buğda

dənini əlverişli bir şəraitdə (münbit torpaq, istilik, kifayət qədər su və s.) səpsək,

müəyyən müddət keçdikdən sonra o cücərərək, yəni kök tərəfindən inkar olunacaqdır.

Lakin yenə də müəyyən dövrdən sonra dəni inkar etmiş kök özü sünbül tərəfindən

inkar olunacaqdır. Öz növbəsində buğda yetişdikdə sünbül də yeni dənlərlə əvəz

ediləcəkdir.

Dialektikanın inkarı inkar qanunu – inkişaf qanunudur. Buna görə də dialektika

inkardan bəhs etdikdə hər cür inkarı deyil, yalnız inkar iş üçün ilkin şərt olan inkarı

nəzərdə tutur. Dialektikada inkar etmək heç də sadəcə “yox” demək deyildir, yaxud

bir şeyi yox elan etmək, ya da onu hər hansı bir üsul ilə məhv etmək deyildir, əksinə,

elə inkardır ki, bu, sonrakı inkar üçün imkan verir. Buna görə də dialektik inkarı, real

inkarı boş, faydasız inkardan fərqləndirmək lazımdır.

Page 201: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

201

İnkar prosesində inkar olunanın müəyyən cəhətləri məhv edilib atılsa da, onun

digər cəhətləri qorunub saxlanılır və sonrakı inkişafda istifadə edilir. F. Engels yazır

ki, “mən nəinki bir şeyi inkar etməliyəm, habelə yenidən bu inkarı aradan

qaldırmalıyam. Deməli, mən birinci inkarı elə etməliyəm ki, ikinci inkar qalsın və ya

mümkün olsun”.

Deməli, təbiətdə mütləq inkar, nəticəsi yalnız “yox”dan ibarət olan inkar ola

bilməz. İnkar anlayışı nisbidir, onu müəyyən şeylər və proseslərlə əlaqədar halda

götürmək lazımdır.

Deyilənlərdən aydın olur ki, hər bir predmet və hadisənin inkişafında inkar

həmin predmet və hadisənin spesifik təbiətindən və inkişaf şəraitindən asılı olaraq

müxtəlif olur. Məsələn, qeyri-üzvü aləmdə olan inkarla, üzvü aləmdə olan inkar,

təbiətdə olan inkarla cəmiyyətdə olan inkar, hətta müxtəlif ictimai – iqtisadi

formasiyalarda olan inkar bir-birindən fərqlənir.

İnkarın 2 növü var. Daxili və xarici inkarlar. Daxili inkar hadisələrin inkişaf

zəncirində köhnə ilə yeninin bağlayıcısı rolunu oynayır, xarici inkar isə konkret bir

predmet üçün inkişafın kəsilməsi, həmin predmetin məhv olması deməkdir.

Beləliklə, xarici inkar, demək olar ki, hadisələrin daxili inkişafı ilə əlaqədar

olmayan xarici səbəblər üzündən baş verdiyinə, hadisələrin inkişaf xətti ilə təsadüfü

əlaqədar olduğuna görə onu təsadüfi inkar adlandıra bilərik. Təsadüfü inkar

gözlənilməyən hadisələrin təsiri nəticəsi kimi baş verir və inkişafın normal gedişini

pozur. Məsələn, ağac ildırım zərbəsindən, taxıl quraqlıqdan, vəhşi heyvanların sürüsü

ilə təbii fəlakətdən məhv ola bilər. Bunların hər üçü inkardır, gözlənilmədən, təsadüfü

olaraq baş verən inkardır.

Daxili inkar isə predmet və hadisələrin inkişaf istiqamətində zəruri moment

olduğuna görə onu zəruri inkar adlandıra bilərik. Zəruri inkar predmet və hadisələrin

inkişafının qanunauyğun momenti, nəticəsi kimi baş verir. Məsələn, tumurcuğu

çiçəyin, çiçəyi isə meyvənin inkar etməsi bitkilərin inkişafının zəruri momentləridir.

F. Engels öyrədir ki, qanunauyğun inkişafa görə, hadisə elə inkara məruz qalmalıdır

Page 202: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

202

ki, bu inkar yenidən təkrar oluna bilsin, həm də yeni, daha yüksək pillədə davam

etsin.

İnkarı inkar qanunu öyrədir ki, təbiət, cəmiyyət və təfəkkürdə baş verən inkişaf

çox mürəkkəb bir prosesdir, bu prosesin gedişində yeninin və mütərəqqinin qarşısı

alınmazdır.

Cəmiyyətdə də inkişaf inkarı inkar yolu ilə gedir. Bütün mədəni xalqlar torpaq

üzərində istehsala icma mülkiyyətindən başlayırlar. Sonralar ibtidai dövrün müəyyən

pilləsini artıq keçmiş olan bütün xalqlarda əkinçiliyin inkişafı gedişində torpaq

üzərində icma mülkiyyəti istehsal üçün buxov olur. Buna görə də torpaq üzərində

icma mülkiyyəti məhv edilir, inkar olunur və xüsusi mülkiyyətə çevirilir. Əkinçiliyin

inkişafına səbəb olan xüsusi mülkiyyət daha yüksək inkişaf pilləsində istehsal üçün

buxov olur. Həm xırda, həm də iri torpaq sahibliyində müşahidə edilən bu

vəziyyətdən çıxmaq üçün xüsusi torpaq mülkiyyətini məhv etmək və onu yenidən

ictimai mülkiyyətə çevirmək zəruriyyət təşkil edir. Lakin torpaq üzərində ictimai

mülkiyyət yaratmaq heç də icma mülkiyyətini bərpa etmək deyil, əksinə, daha

yüksək, daha çox inkişaf etmişi istehsal münasibətləridir.

İnkarı inkar qanunu təfəkkür sahəsinə də aiddir. Məs. antik fəlsəfə əvvəlcə

kortəbii materializmdən ibarət idi. Bu fəlsəfə kortəbii materializm olduğuna görə

təfəkkürün materiyaya münasibətini aydınlaşdırmaq iqtidarında deyildir. Lakin bu

məsələni aydınlaşdırmaq zərurəti bədəndən ayrıla bilən ruh nəzəriyyəsinə, sonra bu

ruhun ölməzliyi iddiasına, nəhayət, monoteizmə (vahid allah ideyasına) gətirib

çıxardı. Beləliklə, materializmin inkarı olan idealizm meydana gəldi. Lakin fəlsəfənin

sonrakı inkişafı idealizmin də əsassız olduğunu sübut etdi və idealizm materializm

tərəfindən inkar edildi. Meydana gələn bu yeni materializm inkarın inkarıdır, özü də

antik dövrün sadəlövh materializmdən keyfiyyətcə fərqlənir.

Köhnə ilə yeni arasında əlaqə momenti kimi çıxış edən inkar, onları bir-biri ilə

iki istiqamətdə bağlayır. Bir tərəfdən, o, köhnədə olan müsbət, gələcəyi olan cəhətləri

yeniyə köçürməklə onları məqsədəuyğun şəkildə dəyişdirib istifadə edir; digər

Page 203: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

203

tərəfdən, yeni, köhnə içərisindən çıxdığına görə müəyyən köhnədə olan mənfi cəhətlər

də yenidə özünü göstərir.

Dialektik inkişafın və xüsusilə inkarın mühüm cəhətlərindən biri də varislik

prinsipidir. Bu prinsipə görə inkişaf edən predmet və hadisələr silsiləsində onları bir-

biri ilə bağlayan bir xətt vardır ki, bu xətt bütün inkişaf boyu davam edir.

F. Engels yazır ki, əgər qədim yunan mədəniyyəti, elmi, fəlsəfəsi olmasaydı,

yeni dövr fəlsəfəsi, elmi də olmazdı, yeni dövr fəlsəfəsi olmasaydı, klassik alman

fəlsəfəsi olmazdı, bu axırıncı olmasaydı, marksizm olmazdı. Bunlar qanunauyğun

ardıcıllıqla bir-birini hazırlayır, biri digəri üçün əsas kimi çıxış edir.

5. Dialektikanın kateqoriyaları.

Dialektikanın birinci kateqoriyası ayrıca, təkcə, xüsusi və ümumi

kateqoriyalarıdır. Ayrıca - öz aralarında qarşılıqlı surətdə əlaqələnən element və

hissələrdən təşkil olunan sistemdir. Təkcə - ayrıcaya məxsus olan və onu bütün

başqalarından fərqləndirən fərdi, spesifik, təkrarolunmaz cəhətlərin, xassələrin

məcmusudur. Ümumi – eyni sinifə daxil olan cisimlərin, hadisələrin oxşar, eyni,

təkrarlanan cəhətlərinin, xassələrinin məcmusudur. Xüsusi – ayrıca ilə ümuminin

dialektik əlaqəsidir. Məsələn, mexaniki hərəkəti nəzərdən keçirək. Mexaniki hərəkət

ayrıca hərəkət formasıdır. Hərəkətin digər formaları ilə onun ümumi cəhətlərinə

dəyişilmə və saxlanmanın vəhdəti olması, arasıkəsilməzliyi, materiya, məkan,

zamanla sıx bağlı olması və s. aiddir. Mexaniki hərəkətin təkcə cəhətlərinə isə onun

hökmən müəyyən bir trayektoriya üzrə davam etməsi, işıq sürətindən kiçik cürətlə baş

verməsi və s. daxildir.

Dialektikanın digər kateqoriyaları məzmun və formadır. Məzmun – sistemin

bütün xassələri, hərəkətləri ilə birlikdə götürülmüş elementlərinin məcmusudur.

Forma – sistemin elementlərinin və onlara məxsus hərəkətlərin təşkilidir. Forma

elementlərin daxili və xarici əlaqələri ilə səciyyələnir. Məzmun və forma anlayışları

bir-birilə dialektik vəhdət təşkil edib, eyni predmetin müxtəlif cəhətlərini ifadə edirlər.

Page 204: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

204

Məzmunun müəyyənedici cəhəti onun dəyişkən olması, formanın müəyyənedici

cəhəti isə onun nisbətən dayanıqlı olmasıdır.

Forma ilə məzmun arasında daim ziddiyyət mövcuddur. Bu ziddiyyət hər

şeydən əvvəl, yeni məzmunla köhnəlmiş forma arasında təzahür edir. Həmin

ziddiyyətin mahiyyəti ondan ibarətdir ki, əvvəl məzmuna əsasən uyğun gələn forma

inkişaf prosesində geriyə qaldığına görə məzmunun yeni inkişaf səviyyəsinə uyğun

gəlmir və onun inkişafını ləngitməyə başlayır. Nəticədə forma ilə məzmun arasında

uyğunsuzluq dövrü başlayır. Odur ki, irəli getmiş məzmun köhnəlmiş formanı atır və

öz inkişaf səviyyəsinə uyğun yeni forma yaradır. Bunu bütün sistemlərin, predmet və

hadisələrin inkişaafı prosesində müşahidə etmək mümkündür.

Dialektikanın digər kateqoriyaları mahiyyət və təzahürdür. Dialektik baxımdan

mahiyyət və təzahür obyektiv reallığın müxtəlif səviyyələridir. Mahiyyət dedikdə, bu

və ya başqa prosesin daxili, dərin, gizli, nisbi dayanıqlı tərəfi, onun təbiətini müəyyən

edən zəruri cəhətlərin və başqa mühüm xarakteristikaların məcmusu başa düşülür.

Təzahür isə bu və ya başqa predmetin xarici, səthi, müşahidə olunan, dəyişkən

xarakteristika-larının məcmusudur.

Zərurət və təsadüf dialektikanın cüt kateqoriyalarından biridir. Zərurət prosesin

daxili mühüm əlaqələrindən qanunauyğun şəkildə irəli gələn, hadisənin bütün əvvəlki

inkişafı ilə hazırlanan, baxılan şəraitdə baş verməsi labüd olan hadisədir. Təsadüf isə

inkişaf edən sistemin mahiyyət və qanunauyğunluqlarından deyil, xarici əlaqə və

münasibətlərindən törəyən, baxılan şəraitdə baş verməsi labüd olmayan, yəni baş verə

də bilən, verməyə də bilən və buna görə də baş verməsi ehtimalı vahiddən kiçik olan

hadisədir. Məsələn, dolu vurması nəticəsində sünbülün məhv olması təsadüfdür,

əlverişli şəraitdə dənin cücərib sünbülə çevrilməsi isə zərurətdir.

Dialektikanın digər kateqoriyaları imkan və gerçəklikdir. İmkan gerçəklikdə

hələlik mövcud olmayan, lakin materiyanın bir haldan digər hala keçmək qabiliyyəti

sayəsində gələcəkdə meydana çıxa biləcək maddi törəmə, xassə, haldır. Başqa sözlə

Page 205: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

205

desək, imkan bu və ya başqa hadisənin yaranmasının ilkin şərti, onun potensial

mövcudluğudur.

Gerçəklik həyata keçmiş, reallaşmış imkandır. İmkan reallaşaraq gerçəkliyə

çevrildiyi üçün gerçəkliyə həyata keçmiş imkan, imkana isə potensial gerçəklik kimi

baxmaq olar. İmkan mümkün olan, gerçəklik isə mövcud olandır. İmkan və gerçəklik

hadisənin iki ardıcıl inkişaf pilləsi, onun səbəbdən nəticəyə doğru hərəkətidir.

Təbiətdə, cəmiyyətdə və təfəkkürdə səbəbiyyət münasibətlərinin formalaşmasının iki

mərhələsidir. Mümkün olan və gerçək olanın əlaqəsinin bu cür anlaşılması istənilən

hadisənin inkişaf prosesinin fasiləsizliyini əks etdirir.

Gerçəkliyin ən ümumi, universal əlaqə formalarından biri də cəbəbiyyət

əlaqəsidir. Hadisələrin dinamik və genetik əlaqəsi olan səbəbiyyət öz ifadəsini

dialektikanın səbəb və nəticə kateqoriyalarında tapmışdır. Səbəbiyyət əlaqəsi və

münasibəti iki hadisə arasında elə bir münasibətdir ki, bu zaman onlardan biri səbəb,

digəri isə nəticə rolunda çıxış edir.

Səbəb müəyyən şəraitdə zəruri olaraq nəticəni doğurur. Səbəbiyyət əlaqələri öz

xarakter və əhəmiyyətlərinə görə müxtəlif formada meydana çıxır. Səbəbiyət əlaqələri

daxili və xarici, başlıca və qeyri-başlıca, zəruri və təsadüfi ola bilir. Səbəb və nəticə

kateqoriyalarının dialektik vəhdətinin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir

ki, eyni bir nəticə müxtəlif səbəblərdən yarana bilər. Məsələn, dənli bitkilərin məhsul

azlığı aqrotexniki tədbirlərə əməl edilməməsinin, pis toxumdan istifadə edilməsinin,

quraqlığın və torpağın münbit olmasının və b. səbəblərin nəticəsi ola bilər.

Struktur əlaqələrin ifadə edən kateqoriyalar: hissə və tam, sistem, struktur və

element, məzmun və forma.

Hissə və tam (bütöv) – predment və hadisələri (onların ünsürlərini) və onların

arasındakı əlaqələri və qanunauyğunluqları məcmu halda bu əlaqələr əsasında ayrı-

ayrı predmet və hadisələr birləşib tamı əmələ gətirirlər, özləri də hissə kimi çıxış

edirlər. Hissə və tamın əlaqəsinin nəzərə alınması gerçəkliyin dərk edilməsində

mühüm əhəmiyyət kəsb edir. Hiss və tam kateqoriyası bütövlük prinsipinin ifadəsidir.

Page 206: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

206

Hissə elə predmet və hadisədir ki, onların məcmusu yeni, daha mürəkkəb predmet və

hadisəni əmələ gətirir. Tam isə predmeti təşkil edən hadisələrin tamamlanması,

məcmusu nəticəsidir.

Struktur və element (ünsür) kateqoriyası – bir sıra fəlsəfi ədəbiyyatda “sistem,

struktur və element” şəkilində də qeyd olunur. Sistemsiz struktur və element ayrılıqda

mövcud ola bilməz.

Sistem – struktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla yerləşçən

qarşılıqlı əlaqədə olan elementlərin hissələrin ümumiliyidir. Element – müəyyən

sistem daxilində hər hansı predment və hadisənin ayrılmaz daxili parçası,

kompanentidir. Struktur – bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqəsinin

nisbi sabit üsulu, qanunudur. Hər hansı cisim və hadisəni tədqiq edərkən onu tərkib

hissələrinə ayırmaq lazımdır. Hazırda elmdə element anlayışı adı altında başqa

obyektlərlə əlaqədə olan, mürəkkəb komplekcə daxil olan hər hansı obyekt nəzərədə

tutulur. Element anlayışı nisbidir, müəyyən münasibətlərdə o sistemə də çevirilə bilər.

Məs. müəyyən münasibətlə sinif cəmiyyət sisteminin elementi kimi öyrənilirsə, başqa

halda, sinif-daxili ünsürlər sinif sisteminin komponetləri kimi götürülə bilər. Struktur

isə müəyyən sistemdaxili və sistemlərararsı tərkib hissələrin yerləşməsi üsuludur.

Struktur predmetin daxili və xarici əlaqələrinin nizamını əks etdirir və obyektin nisbi

sabitliyini təşkil edir. Obyekt müəyyən hissələri və elementləri arasında özünəməxsus

nisbi sabit əlaqə və qarşılıqlı təsirə malikdirsə, o özü bir sistemdir.

MÖVZU – 12.

TƏBİƏT FƏLSƏFİ DÜŞÜNCƏLƏRİN OBYEKTİ KİMİ

1.Təbiət anlayışı qısa və geniş mənada.

2. Geosentrizm və heliosentrizm.

3. İnsan və təbiət.

Page 207: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

207

4. Coğrafi determinizm və onun mahiyyəti.

5. Elmi-texniki tərəqqi və ekologiya.

1.Təbiət anlayışı qısa və geniş mənada.

Təbiət anlayışı qısa mənada insanı əhatə edən coğrafi mühit kimi başa düşülür.

Geniş mənada dünya, aləm, kainat, sonsuz forma müxtəlifliyinə malik olan bütün

mövcudatı ehtiva edir. Təbiət hər şeydən əvvəl, obyektiv reallıqdır, yəni o insanın

şüurundan, iradəsindən, istək və arzularından asılı olmayaraq mövcuddur.

Təbiət haqqında biliklər genişləndikcə, onu öyrənən elmlər konkret dəlillər

əsasında sübut etmişdir ki, təbiətin böyük tarixi var, o indiki inkişaf səviyyəsinə gəlib

çatana kimi uzun və mürəkkəb bir təkamül yolu keçmişdir.

Qeyd edək ki, insan hələ qədim dövrlərdən başlayaraq təbiəti öyrənməyə, ona

öz münasibətini ifadə etməyə və orada öz yerini müəyyənləşdirməyə çalışmışdır. Bu

nəticə etibari ilə təbiət haqqında çoxlu miflərin, dini rəvayətlərin yaranmasına səbəb

olmuşdur. Qədim miflərin əksəriyyətində dünyanın yaradılması prosesi allahların və

əfsanəvi qəhrəmanların şər qüvvələrə qarşı mübarizəsi nəticəsində xaosun, qarışırlığın

tədricən nizama salınması yolu ilə kosmosa çevrilməsi şəklində təsvir edilmişdir. Bu

miflərdə kosmosun formalaşması əvvəlcə göyün yerdən ayrılması ilə başlamış, sonra

yerin quru hissəsi ilk okeandan ayrılmış və beləliklə təbiətin üç ayrılmaz hissəsi: göy,

yer və okeanlar əmələ gəlmişdir.

Qədim dövr fəlsəfəsində təbiətin kortəbii, dağıdıcı, heç bir qanunauyğunluğa

tabe olmayan qüvvələr səltənəti olması ilə bağlı

bəzi təsəvvürlər olsa, o əsasən hərəkət və inkişafda olan bütöv bir tam halında qəbul

edilirdi. Bu dövrün filosoflarının əksəriyyəti təbiətə insandan üstün olan qüvvələrin

məcmusu kimi baxmış, onu kamillik nümunəsi hesab etmişlər. Onlar insanın təbiətlə

həmahəng yaşaması fikrini irəli sürmüş, insanı təbiətin övladı, onun ayrılmaz hissəsi

hesab etmiş, onunla harmoniya təşkil etdiyini bildirmişlər.

Page 208: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

208

Qədim Yunan fəlsəfəsində dünyanın dörd ünsürdən: su, od, torpaq və havadan

yaranması ideyası Azərbaycanın görkəmli mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı

dövrə kimi davam etmiş və onun yaradıcılığında da öz əksini tapmışdır. Lakin Nizami

yunan filosoflarından fərqli olaraq, dünyanın əsasında duran dörd substansiyanın

Allah tərəfindən yaradıldığını bildirmişdir. Ümumiyyətlə, orta əsrlərdə hökmran olan

dini dünyagörüşü təbiət haqqındakı təsəvvürlərə ciddi təsir etmişdir. Burada təbiətin

su, torpaq, od və hava kimi təbii qüvvə və cisimlərdən yarandığını, daim hərəkətdə

olduğunu iddia edən qədim materialist filosoflardan fərqli olaraq, onun heçdən Allah

tərəfindən yaradılması və idarə olunması, əsasən inkişafsız vəziyyətdə olması fikri

əsaslandırılmışdır.

Təqribən XVI əsrdən başlayaraq, mədəniyyətin bütün sahələrində olduğu kimi

fəlsəfədə də ciddi dirçəliş, yenilik dövrü başlamış və İntibah Dövrü adı ilə şöhrət

qazanmış bu dövr dünya ictimai fikir tarixində xüsusi bir mərhələdir. Bu dövrün

tanınmış alimlərindən biri olan polşalı mütəfəkkür Nikolay Kopernikin kəşf etdiyi

heliosentrik sistem təbiətə olan baxışlarda və onu öyrənən elmlərdə böyük çevriliş

yaratmış və dini dünyagörüşü əsasında yaradılmış geosentrik sistemə sarsıdıcı zərbə

vurmuşdur.

İntibah Dövrünün ardınca mədəniyyətin bütün sahələrində olduğu kimi

fəlsəfədə də başlamış Yeni Dövr mərhələsində elmin və texnikanın inkişafı təbiətin

üzərində yüksəlmək, onu cilovlamaq və hökmranlıq etmək ideyasını tədricən ön plana

çəkmişdir. Bu dövrün mütəfəkkirlərinin fikrincə, bilik gücdür və insan ancaq elmin,

biliyin köməyi ilə təbiət üzərində qələbə çalıb, onu özünə tabe edə bilər.

Xatırladaq ki, alman filosofu F.Engels böyük uzaqgörənliklə insanlara təbiət

üzərindəki əldə etdikləri müvəqqəti qələbələrlə öyünməməyi məsləhət görmüş və

bildirmişdir ki, yaxın gələcəkdə hər qələbəyə görə təbiət insandan öz qisasını alacaq.

Bu belə də oldu. Artıq XX əsrin ortalarında maksimum mənfəət əldə etməyə çalışan

ayrı-ayrı insanların və istehsal birliklərinin fəaliyyəti təbii tarazlığın pozulmasına və

ekoloji böhrana gətirib çıxarmışdır.

Page 209: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

209

Qeyd edək ki, yalnız düşünülmüş, şüurla həyata keçirilən insan fəaliyyəti

bəşəriyyəti ekoloji fəlakətdən xilas edə bilər. İnsan təbiəti və onun füsünkar

gözəlliyini gələcək nəsillər üçün qoruyub saxlamalı və onun nemətlərindən səmərəli

istifadə etməlidir.

Ümumiyyətlə, qeyd etdiyimiz kimi «təbiət» sözü geniş və məhdud mənada

işlədilir. Geniş mənada təbiət dedikdə, varlıq, kainat, hərəkətdə olan materiyanın

bütün rəngarənglikləri, onun çox saylı vəziyyətləri və xassələri anlaşılır. Bu zaman

təbiət cəmiyyəti də özünə daxil edir. Lakin digər nöqteyi-nəzərə görə, təbiət dedikdə,

cəmiyyət və onun yaratdıqlarının onsuz mövcud ola bilmədikləri başa düşülür. Təbiət

maddi obyekt kimi, inkişaf edən orqanizm kimi, mürəkkəb struktura malikdir.

Təbiətin əsasını elementar hissəciklər və sahə təşkil edir ki, onlar da öz növbəsində

kosmik aləmi, kainatı yaradırlar. Elementar hissəciklərdən atomlar formalaşır

onlardan da kimyəvi elementlər təşkil olunur. Rus kimyaçısı D.İ.Mendeleyev özünün

kimyəvi elementlərin dövrü qanununu kəşf etmişdir ki, bu da elmdə böyük hadisə

hesab olunur. Mendeleyevin kəşf etdiyi qanun hər bir elementdə əks xassələrin

vəhdətini göstərir və hər bir elementin vəhdətdə yerini müəyyənləşdirir. Kosmik

məkan nəhəng kütlələr və enerji ilə zəngindir. Bura Qalaktikanı təşkil edən ulduzlar

və planetlər daxildir. Öz növbəsində ucsuz-bucaqsız kosmik ənginliklərdə hərəkət

edən qalaktikalar da metaqalaktikanı təşkil edir. Metaqalaktikalar hüdudunda təbiət

özünə məxsus quruluşu ilə fərqlənir. Təbiət strukturunun mühüm əlaməti onun daim

hərəkətdə olması, dəyişkənliyi, zamanın hər anında dönə-dönə dəyişkən, əvvəlki

tarazlıq vəziyyətinə heç vaxt qayıtmaması ilə bağlıdır. Görkəmli rus alimi

V.N.Vernadski təbiətin bu quruluşunu təşkil olmaq anlayışı ilə ifadə etmişdi.

Planetlərin təkamülü üzvi aləmin əmələ gəlməsinə və canlı varlıqların yaranmasına

gətirib çıxartmışdır.

Təbiətə bu cür baxışın formalaşması insanın onu uzun müddət ərzində

öyrənməsi sayəsində mümkün olmuşdur. Təbiət haqqında ilk fikirlər qədim

mədəniyyət abidələrində əks olunmuşdur. Həmin mədəniyyət abidələri içərisində

Page 210: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

210

mühüm yeri mifologiya tutur. Mifopoetik dünyagörüşündə mərkəzi yer kosmoqonik

miflərə və təsəvvürlərə verilir. Orada kainatın məkan-zaman parametrləri, daha aydın

desək, insanın mövcudluğunun kosmik şəraiti təsvir olunmuşdur. Əlbəttə həmin

təsəvvürləri yaradan insanların primitivliyinə qiymət verərkən çox da ciddi olmaq,

müasir təfəkkür baxımından aləmin təsvirinə tələblər qoymaq düzgün olmazdı. Həmin

təsvirlər zəmanəsinin məhsulu olub, əcdadlarımızın, dünyanın və insanın varlığının

dərk edilməsinin zəif imkanlarını əks etdirmişdir.

Mifoloji baxışlara görə təbiətin (makrokosm)və insanın (mikrokosm) əlaqəsinin

mövcudluğu, bir qayda olaraq vəhdət kimi qəbul edilmişdir. Bu cür əlaqə belə bir

müddəaya əsaslanırdı ki, insan dünya elementlərindən yaradılmış və kainat ilk insanın

bədənində meydana gəlmişdir. Ona görə də kainatın bənzəri olan insan ancaq

kosmoloji sxemin elementlərindən biridir. Bununla bərabər kosmoloji prinsiplər

eyniylə sosial sahəyə (mezakozm) keçirilir. Kosmosa antroposentrist baxış oraya

insan həyatının məskəni kimi də baxır. Bu prinsiplər təbiətin yaranması, xüsusilə

insanın yaranmasının müxtəlif mifoloji variantlarının əsasını təşkil etmişdir. Onlara

müvafiq olaraq insanların təbiətlə münasibəti allahlar vasitəsilə mümkün idi. Allahlar

isə, öz növbəsində, insanların ən müqəddəs və intim tələblərini yerinə yetirməkdə

sərbəst olmuşlar. Məsələn, insanın təbiətlə mifoloji münasibətləri haqqında qiymətləri

qədim dini kitabların əksəriyyətində tapmaq mümkündür. Qədim insanlar su və çay

allahları, məhsuldarlıq və s allahlara etiqad edirdilər həmin etiqadlardan məlum olur

ki, allahların iradəsindən təkcə təbii şəraiti deyil, sosial həyatın reqlamenti də asılı

olmuşdur. Hər bir xalq özünün allahlarını yaratmış, özlərinin həyat şəraitinə,

təlabatlarına uyğun gələn xüsusiyyətləri də allahlara aid etmişdir.

Beləliklə, qədim mifologiyada insanın təbiətlə əlaqəsindən söhbət getsə də bu

münasibət birtərəfli asılılıq münasibətləri olmuşdur. İnsan özünün təbiətlə vəhdətini

hiss edirdi. Lakin, bununla yanaşı o, onun həyatının tamamilə allahların ixtiyarında

olması bilgisindən kənara çıxa bilməmişdi. Ona görə də təbiətə ən böyük hörmət

təbiətin bu və ya digər qüvvəsini təcəssüm etdirən allahlara kor-koranə etiqada gətirib

Page 211: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

211

çıxarmışdı. Həmin etiqad ritual və mərasimlərdə əksini tapmış, əsrlər boyu öz

mövcudluğunu saxlaya bilmişdir. Onların təsirlərinin qalıqlarının indinin özündə belə

mədəniyyətin bu və ya başqa növündə saxlandığını görürük. Görünür, mifologiya hələ

uzun müddət mədəniyyətin inkişafına öz təsirini göstərəcəkdir. Təsadüfi deyildir ki,

keçmiş dövrlərin müəyyən obrazlarının bərpasında incəsənət indi də mifologiyadan

geniş istifadə edir.

Sonrakı dövrlərdə təbiətə olan baxışlar natur-fəlsəfi xarakter daşımışdır. Natur-

fəlsəfə təbiətşünaslığın hazırladığı anlayışlara əsaslanaraq təbiətin abstrakt təhlili (ona

bütövlükdə baxan) ilə əlaqədar olmuşdur. Naturfəlsəfənin böyük təsir göstərdiyi antik

dövrdən başlayaraq həmin təlimin rolu tarixən dəyişmişdir. Elmin obyektiv inkişaf

məntiqi ilə müəyyənləşdirilən mütərəqqi mövqelərini itirən naturfəlsəfə tədricən

təbiətin və sosial münasibətlərin ziddiyyətli obyektlərinin dərk edilməsinə mane olan

amilə çevrilmşdir. Antik filosofların yaradıcılığında kainatın quruluşu haqqında

dahiyanə fikirlər az deyildir. Onlar təbiət anlayışı dedikdə, insanların iradəsindən,

sosial istəklərindən asılı olmayaraq mövcud olan reallığı nəzərdə tuturdular. Onlara

görə, təbiət yaranmanın dünya prosesidir. Yunan dilindən (fyusis) təbiət sözünün

tərcüməsi də dünyaya gətirmək, yetişdirmək, doğurmaq, yaratmaq, böyütmək mə-

nasını verir. Aristotel təbiət dedikdə, ilk materiyanı başa düşürdü. Həmin ilk materiya

özündə hərəkəti və hər cür dəyişikliyi birləşdirir.

Ümumiyyətlə, qədim insanlar ilkin əsası axtarmaqla məşğul idilər. Məsələn,

Falesə görə, ulduzlar da Yer kimi eyni materialdandır. Anaksimandr təsdiq edirdi ki,

dünyalar yaranır və məhv olur. Anaksaqor heliosentrik sistemin ilk tərəfdarlarından

biri olmuşdur. Qədim yunanlar üçün su, od, hava təkcə həyatın başlanğıcını təcəssüm

etdirmirdi, eyni zamanda ilahi statusa malik idi. Təbiətə baxışların formalaşdığı ilk

dövrlərdə o bütöv varlıq kimi qavranılırdı. Bu baxımdan Heraklitin baxışları maraq

doğurur. Təbiətin dərk edilməsi onun üzərindən sirr pərdəsinin götürülməsini nəzərdə

tuturdu. Əslində təbiət qüvvələrinin antropomorflaşmasına meyl olmuşdur. Təsadüfi

deyildir ki, dilimizdə «ana-təbiət», «təbiətin ruhu» («qəlbi»), «təbiətin qüvvələri»,

Page 212: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

212

yaxud təbiətin kor qüvvələri» ifadələri indi də işlədilməkdədir. İnsanın təbiətlə

vəhdəti dünya mədəniyyətində, xüsusilə poeziyada öz geniş əksini tapmışdır.

2.Geosentrizm və heliosentrizm.

Geosentrizm yunan sözüdür. Geo – yer deməkdir. Bu təlim dini baxışlar,

həmçinin Platon və Aristotelin əsərlərinə əsaslanaraq II əsrdə yunan alimi Ptolemey

tərəfindən sistemləşdirilmişdir. Dini dünyagörüşünü özündə əks etdirən geosentrizmə

əsasən Yer hərəkətsizdir və dünyanın mərkəzidir. Yer ətrafında Günəş, Ay, planetlər

və ulduzlar dövr edir.

Heliosentrizm də yunan sözü olub, helios – günəş deməkdir. Bu təlim İntibah

dövrünün görkəmli nümayəndəsi polşalı alim Nikolay Kopernik tərəfindən

sistemləşdirilmişdir. O, “Səma sferalarının dolanması” əsərində e.ə.III əsrdə yaşamış

Samoslu Aristraxın heliosentrik sistem haqqındakı çoxdan unudulmuş ideyasını elmi

cəhətdən əsaslandırmış və təkmilləşdirmişdir. Elmi-fəlsəfi dünyagörüşünü özündə əks

etdirən heliosentrizm sisteminə əsasən öz oxu ətrafında fırlanan Yer Günəş ətrafında

dövr edən planetlərdən biridir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, XVI əsrin ortalarınadək planetlərin

görünən hərəkətlərinə aid çoxlu müşahidə materialları toplanmışdı. Bu

müşahidələrdən məlum olmuşdur ki, planetlərin görünən hərəkətlərində əsas istiqamət

qərbdən şərqə, yəni üzümüzü göyün cənub tərəfinə tutsaq sağdan sola tərəfdir. Bu

istiqamətdə olan hərəkət düz hərəkət adlanır. Zaman keçdikcə düz hərəkət yavaşıyır,

sonra planet sanki dayanır, az sonra planetin hərəkəti şərqdən qərbə, yəni üzümüzü

göyün cənub tərəfinə tutsaq soldan sağa tərəf olur. Belə hərəkət tərs hərəkət adlanır.

Qısa müddətdən sonra planet sanki yenə dayanır və az sonra yenidən düz hərəkətini

davam etdirir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, hər bir planetin görünən

hərəkəti ulduz göyü fonunda ilgək cızması ilə nəticələnir.

Qeyd edək ki, Günəş ətrafında dolanma orbiti Yerin orbitinin xaricində olan

planetlər yuxarı ( yaxud xarici ) planetlər adlanır. Bunlar Mars, Yupiter, Saturn, Uran,

Page 213: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

213

Neptun və Plutondur. Günəş ətrafında dolanma orbitləri Yerin orbitinin daxilində olan

planetlər isə aşağı ( yaxud daxili ) planetlər adlanır. Bunlar Merkuri və Veneradır.

Yuxarı planetlərin hər biri özünə məxsus müddətdə Zodiak bürclərindən

keçərək Günəşə yaxınlaşıb-uzaqlaşır. Nəticədə gah gecə göyündə görünmür (Günəşlə

doğub-batırlar), gah da Günəşdən uzaqlaşaraq görünməyə başlayır və zaman keçdikcə

o qədər uzaqlaşır ki, bütün gecəni görünür: Günəş batan kimi üfüqün şərq tərəfində

doğur və Günəşin doğana yaxın üfüqün qərb tərəfində batır. Aşağı planetlərin hər biri

isə Günəşdən gah qərbdə (sağda), gah da şərqdə (solda) olur; Günəşlə birlikdə bir

ildə bütün Zodiak bürclərindən keçir. Merkuri Günəşdən ən çoxu 28º, Venera isə 48º

uzaqlaşır. Odur ki, bu planetlər ya səhərə yaxın üfüqün şərq tərəfində, ya da axşamlar

üfüqün qərb tərəfində görünür.

Beləliklə, planetlərin görünən hərəkətləri mürəkkəbdir. Əsas mürəkkəblik bu

hərəkətləri öz oxu ətrafında sutkalıq periodla fırlanan və illik periodla Günəş ərtafında

dolanan Yerdən müşahidə etməkdədir. Elə ona görə də kökündən səhv olan

Geosentrik sistem 14 əsr (bizim eranın II əsrindən XVI əsrin ortalarınadək)

astronomiyada hakim sistem olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi geosentrik sistemi eramızın II əsrində yaşamış

yunan alimi Ptolemey təklif etmişdir. Bu sistemə görə Yer tərpənməzdir və dünyanın

mərkəzindədir. Ay və Günəş bilavasitə Yerin ətrafına hər biri dairə olan orbit üzrə

sabit sürətlə dolanır. Ayın dolanma peridu 1 ay, Günəşinki 1 ilə bərabərdir. Planetlərə

gəlincə, Ptolemeyə görə hər bir planet, mərkəzi Yerdə olan bu planetə məxsus böyük

dairə üzərindəki həndəsi nöqtə ətrafında kiçik dairə üzrə sabit sürətlə dolanır. Kiçik

dairə mərkəzi isə planetlə birlikdə Yerin ətrafında böyük dairə boyu dolanır. Mərkəzi

Yerdə olan böyük dairə deferent, kiçik dairə episkl adlanır. Şəkil 22-də Geosentrik

sistem təsvir olunmuşdur. Ptolemeyə görə Günəşin, Merkurinin, Veneranın və Yerin

mərkəzləri həmişə bir düz xətt üzərində olur.

Geosentrik sistem əsasında planetlərin görünən vəziyyətlərini qabaqcadan

hesablamaq olurdu. Lakin zaman keçdikcə astronomik müşahidələr dəqiqləşdiyindən

Page 214: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

214

Geosentrik sistemin nöqsanları da üzə çıxırdı. İş o yerə çatmışdı ki, hesablamalarla

müşahidələri uzlaşdırmaqdan ötrü hər planetin bir deyil, bir neçə episkli olduğunu

qəbul edirdilər. 1543-cü ildə böyük Polşa alimi Nikolay Kopernikin “Göy

sferalarının fırlanması haqqında” kitabı çapdan çıxmış və o, burada

özünün Heliosentrik sistemini geniş şəkildə şərh etmişdir. Kitab alimin ölümündən

azacıq sonra çıxmışdır. Belə olmasaydı bəlkə də Kopernik ciddi cəzalandırılardı, necə

ki, XVII əsrin əvvəllərində inkvizisiya tərəfindən Qalileo Qaliley cəzalandı. O, bir

müddət həbs olundu, filosof Cordano Bruno isə tonqalda yandırıldı. Səbəbi onların

Heliosentrik sistemi müdafiə etmələri olmuşdur.

Heliosentrik sistemə görə Yerplanetlərdən biridir, o öz oxu ətrafında sutkalıq

periodla fırlanır və fırlanan Günəşin ətrafında illik periodla dolanır. Kopernikə görə

Yer və qalan planetlər Günəşin ətrafında dairə boyunca müxtəlif periodla sabit sürətlə

dolanırlar. Göy sferası, daxilinə həkk olunmuş ulduzları ilə birlikdə Günəş ətrafında

fırlanır. Kopernikin son fikirləri - göy sferasının ulduzlarla birlikdə fırlanması,

planetlərin dairə üzrə sabit sürətlə dolanması fikirləri səhv idi. Buna baxmayaraq əsas

məsələdə Kopernik elm aləmində doğrudan da inqilab etmişdir. Bu əsas məsələ isə

Günəşin Günəş sisteminin mərkəzi cismi olması və Yer də daxil bütün planetlərin

Günəş ətrafında dolanması qənaəti idi.

Planetlərin, o cümlədən Yerin Günəş ətrafında dolanmasını sübut edən ilk

dəlillər Kopernikdən az sonra tapılmışdır. Əvvəla XVII əsrin ilk illərində Kepler

Kopernikin Heliosentrik sistemini əsas götürərək ona düzəlişlər verdi. Elə bu

zamanlar, Qaliley ixtira etdiyi ilk teleskopu ilə Yupiterin dörd peykini, Ayda dağlar,

Günəşdə ləkələr olduğunu müşahidə etdi, Veneranın fazalarını teleskopla kəşf

etməklə Heliosentrik sistemin düzgünlüyünə inam yaratdı. Məsələ bundadır ki,

Venera Yerin deyil, Günəşin ətrafında dolandığı üçün Yerdən onun fazaları müşahidə

olunur. Həmçinin, Qaliley ətalət qanununu kəşf etməklə planetlərin günəş ətrafında

dolanmasının səbəbini tapmaq üçün cığır açdı. Bundan 70 il sonra Nyuton

Page 215: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

215

mexanikada məlum üç qanununu verdi və nəhayət ümumdünya cazibə qanununu kəşf

etdi.

3.İnsan və təbiət.

İnsanı təbiətdən ayırmaq mümkün deyil, o təbiətin övladı, onun uzunsürən

tarixi təkamülünün məhsuludur. İnsan daima təbiətlə sıx təmasda olaraq yaşayır.

İnsanın yaşaması və nəslini davam etdirməsi üçün ona ilk növbədə maddi nemətlər:

ərzaq, geyim, ev və digər məişət əşyaları lazımdır. Bu nemətlərin hamısı təbiətdə var,

lakin təbiət insana bu nemətləri hazır şəkildə bəxş etmir. İnsan həyatı üçün zəruri olan

bu nemətləri əldə etmək üçün əvvəlcə onları hasil etməli, sonra onun tələbatını ödəyə

biləcək formaya salmaq məqsədilə emal etməli, onlardan müvafiq məhsullar istehsal

etməlidir. Məsələn, yerin dərinliklərindən əldə edilən neft ilkin halında demək olar ki,

insanın heç bir ehtiyacını ödəyə bilmir. Lakin emal edildikdən sonra ondan insanın

həyatı üçün zəruri olan müxtəlif qiymətli məhsullar əldə edilir. Başqa sözlə desək,

insanla təbiət arasındakı geniş əlaqə və mübadilə cəmiyyətin mövcud olmasının, onun

həyat və fəaliyyətini davam etdirməsinin zəruri şərtidir.

Xatırladaq ki, cəmiyyətin ibtidai dövrlərində insanlar təbiətdə mövcud olan

hazır məhsullardan, təbiətin onlara bəxş etdiyi hazır sərvətlərdən istifadə etmişlər.

Bura qidalanmaq üçün yararlı olan yabanı meyvələri, bitkiləri, balıq və heyvan ovunu,

həmçinin daş, ağac və sümükdən düzəldilmiş alətləri, mağaraları, gölləri, çayları,

dənizləri və s. aiddir. Bu dövrdə insan təbiətdəki neft və qaz yataqlarından, dəmir,

kömür ehtiyatlarından və digər təbii sərvətlərdən istifadə etməyin yollarını

bilməmişdir. Lakin insan idrakı inkişaf etdikcə, onun ətraf aləm haqqındakı bilikləri,

həyat təcrübəsi tədricən artmış və o, bu nemətlərdən istifadə etməyə başlamışdır.

Yerin altında və üstündə olan bu sərvətlər cəmiyyət həyatında öz yerini tapmış və

yüksək qiymətini almışdır.

Göründüyü kimi, insanla təbiət arasındakı münasibət insanın istehsal fəaliyyəti

nəticəsində həyata keçirilir.

Page 216: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

216

Qeyrd etmək lazımdır ki, Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü

tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında

yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi,

onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi

olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir.

Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin

optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu

tarazlığı poza bilmişdir. Bu pozulma isə iqlimin qeyri-əlverişli dəyişilə bilməsi kimi

qlobal təhlükə ilə nəticələnə bilər. Fransız alimi C.Dorst qeyd edir ki, Yer kürəsində

insanın peyda olması, tarixdə özünü geoloji dövrlərdə heyvanat və bitki aləmində

qlobal miqyasda baş vermiş böyük yaradıcı, dağıdıcı və dəyişdirici proses kimi

göstərilmişdir. Akademik V.İ.Vernadski biosferin yenidən qurulmasını, onun yeni

vəziyyət almasını yer kürəsində yeni geoloji hadisə adlandırırdı. O yazırdı: “Burada

insan ilk dəfə geoloji güc kimi mövcudluğunu göstərir. O, özünün həyat tərzini öz

zəhməti və şüuru ilə yenidən qura bilər və qurmalıdır.”

Təəssüflə qeyd etmək lazımdır ki, müasir insanın qlobal antropogen və

texnogen fəaliyyətinin təsirindən biosfer əsaslı surətdə, həm də sürətlə dəyişir. Bu

vəziyyəti Nobel mükafatı laureatı etioloq N.Tinbergen belə xarakterizə edir: “Biz

ətraf mühiti o qədər sürətlə dəyişirik ki, bizim genetik şərtləndirilmiş əxlaqi

uyğunlaşmağımız bu qədər kəskin kökündən dəyişmə ilə ayaqlaşa bilmir. İnsanın

genetik təkamülünü sürətləəndirmək və onu bəzən dəhşətli olan bu dəyişkənliklərə

uyğunlaşdırmaq bizim gücümüzün imkanları daxilində deyildir. Bizim yeganə

ümidimiz-bu yeni mühiti idarə etməyi öyrənməkdən ibarətdir.”

Biosferin vəziyyəti onun tərkib hissəsi olan hava, su, torpaq, eləcə də flora-

fauna, landşaft və iqlimin fiziki parametrləriilə xarakterizə olunur. Bu

komponentlərdən hər birinin insan faliyyəti nəticəsində dəyişməsi bütünlüklə

biosferdə gedən dəyişmə ilə nəticələnir. Bu, bir daha sübut edir ki, antropogen

amillərin əsas kriteriyası onun qlobal olmasıdır.

Page 217: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

217

İnsanın biosferə təsiri üç əsas halda özünü göstərir:

Birinci hal – kor təbii antropogen təsirdir. Buna misal sənaye kompleksləri

tərəfindən çirkləndirici maddələrin təbii mühitə atılmasını göstərmək olar.

İkinci hal – təbiətin imkanlarından istifadə etməklə, təbiətə əsaslı, lakin

məqsədli təsir etmədən biosferin elementlərini dəyişdirməsini misal göstərmək olar.

Üçüncü hal – təbii imkanlardan istifadə etməklə təbiəti şüurlu surətdə əsaslı və

irimiqyaslı dəyişdirmək-məqsədli təsir göstərməyi misal göstərmək olar.

Göstərilən qarşılıqlı əlaqə hallarının müxtəlif pozitiv effektləri olsa da,

bütünlüklə onlar təbiətdə mənfi nəticələrə səbəb olur: bəzi hallarda isə bel

dəyişikliklər yalnız mənfi xarakter daşıyır.

Şübhəsiz ki, sənayeləşməyə, texniki inkişafa biosferin inkişafını potensial

ləngidən amillər kimi baxılmamalıdır. Təbii mühitin pisləşməsi və ekoloji tarazlığın

pozulması hallarına sənayeləşmiş cəmiyyətin ümumi strategiyasının qaçılmaz nəticəsi

kimi baxmaq olmaz və bu texniki səhvlərin olması və texniki inkişafın lazımi

səviyyədə olmaması ilə əlaqədardır.

Antropogen təsirlər praktiki olaraq onun bütün hallarında biosferdə təbii

tarazlığa təsir edir, onu dəyişdirir. Bu dəyişmələrin bəziləri təbii fluktuasiya fonunda

az nəzərə çarpandır, bəziləri isə artıq çox böyük ölçülərə çatmışdır ki, bunların da bir

hissəsi dönməz xarakterlidir. Həmin dəyişmələr istər insan üçün, istərsə də təbiətin

özü üçün həm xeyirli (bioloji məhsuldarlıq artır, biosenozların cavanlaşması baş

verir), həm də zərərli (ətraf mühitin çirklənməsi,bərpa olunmayan ehtiyatların

tükənməsi, bərpa olunan ehtiyyatların təkrar təbii bərpası imkanlarının və öz-özünü

tənzimləmə xassələrin zəiflənməsi) xarakter daşıyır.

İnsanın təbiətə təsiri - hansı təsirin təbii sistemlərə mənfi, hansının isə müsbət

təsiri baxımından analizi akademik S.S.Şvarsa imkan vermişdir ki, o, sənayeləşmənin

yaratdığı bəzi ümumi dəyişmələri biosferin inkişafının potensial əlverişli amili kimi

xarakterizə etsin. Göstərilir ki, antropogen fəliyyət nəticəsində CO2-nin atmosferdə

artması yüksək məhsuldarlı bioloji sistemlərin formalaşmasına gətirir; antropogen

Page 218: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

218

təsir ekosistemlərdə enerji mübadiləsini artırır, bu isə biosferin cavanlaşmasına səbəb

olur. S.S.Şvarsa görə, urbanizasiya və sənayeləşmə proseslərinin təsiri altında gedən

biosenozların sadələşməsi, onların cavanlaşması, qida zəncirində ayrı-ayrı halqaların

dəyişilməsi, heyvanların ilkinc üzvi maddələrin destruktorları kimi rolunun artması-

bütün bunlar biosferin deqradasiyası deyil, onun yeni şəraitdə təkamülüdür.

4.Coğrafi determinizm və onun mahiyyəti.

Təbiət insanın istehsal fəaliyyətinə təsir edir, müəyyən mənada istehsalın

istiqamətini müəyyən edir. İnsan özünə daimi yaşayış yeri seçərkən dənizlərin,

çayların, göllərin kənarlarını, meşələrin, münbit torpaqların olduğu yerləri seçmişdir.

Başqa sözlə desək, insanların məskunlaşması, istehsal sahələri yaratması və

cəmiyyətin inkişafı müəyyən dərəcədə təbii şəraitdən, coğrafi mühitdən asılıdır. Lakin

bu o demək deyil ki, coğrafi mühit cəmiyyət inkişafının əsas, təyinedici amilidir.

Burada bir sıra iqtisadi və sosial amillər də rol oynayır.

Qeyd etmək lazımdır ki, ictimai tərəqqidə coğrafi mühitin rolu məsələsi bəzi

alimlər tərəfindən şişirdilmişdir. Bu da coğrafi determinizm (determinizm – latın

sözüdür, mənası müəyyən etmək deməkdir. Bütün hadisələrin ən ümumi,

qanunauyğun əlaqəsi, səbəbiyyət asılılığı haqqında təlimdir.) cərəyanının yaranması

ilə nəticələnmişdir. Cərəyanın əsasını XVIII əsrdə fransız alimi Ş.Monteskye

qoymuşdur. Onun fikrincə, hətta xalqların əxlaqı, mənəviyyatı, xarakteri, adət və

ənənələri belə onları əhatə edən coğrafi mühitdən asılıdır.

Cəmiyyət həyatında coğrafi mühitin təsiri və rolu məsələsi ilə bağlı ingilis

tarixçisi T.Boklun və rus alimi L.İ.Meçnikovun fikirləri çox maraqlıdır. Məsələn,

Boklun fikrincə, coğrafi mühitin mühüm tərkib hissələri olan iqlim, torpaqların

münbitliyi, relyef, su ehtiyatları, yeraltı sərvətlər cəmiyyət həyatında həlledici rol

oynayır. Rus alimi L.İ.Meçnikov bu məsələdə çayların, göllərin, dənizlərin rolunu

Page 219: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

219

yüksək qiymətləndirmiş, lakin iqtisadi və texniki amillərdən asılı olaraq, müxtəlif

dövrlərdə fərqli olduğunu bildirmişdir.

Rusiyalı alim sivilizasiyanın tarixini 3 dövrə ayırmışdır: çaylar dövrü; dəniz

dövrü, okean dövrü.1.Çaylar dövrü – Nil, Fərat, Dəclə, Hind, Qanq və b. çayların

sahillərində qüdrətli quldar dövlətlərinin yaranması ilə səciyyələnir; 2.Dəniz dövrü –

Aralıq dənizi hövzəsində Karfagen dövlətinin yaranması ilə başlanır. 3.Okean dövrü –

Amerikanın kəşfindən sonra başlanmışdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, coğrafi mühit cəmiyyətin, məhsuldar

qüvvələrin inkişaf səviyyəsindən asılı olaraq onun cəmiyyətin həyatında rolu da

müxtəlif olmuşdur.

Coğrafi mühitin ictimai inkişafa müsbət təsirini nəzərə alan coğrafi determinizm

nəzəriyyəsinin tərəfdarları (L.Ş.Monteskye, H.T.Bokl və b.) cəmiyyətin inkişafının

əsas amilini “Landşaftın münbitliyində”, əlverişli iqlim şəraitində, təbii iqlim

şəraitində və s. görürdülər. Coğrafi determinizm cərəyanı cəmiyyətin inkişafının

səbəblərini maddi amillərdə, istehsal prosesində axtarmaqla faydalı iş görmüşdür.

Lakin həmin cərəyanın coğrafi mühiti cəmiyyət inkişafının əsas yeganə müəyyənedici

amili hesab etməsi yanlış idi.

Coğrafi determinizm əsasında sonralar XX əsrin əvvəllərində mürtəce

geopolitika nəzəriyyəsi geniş təbliq olunmuşdur. Bu nəzəriyyənin tərəfdarları işğal-

çılıq məqsədlərini “əsaslandırmaq” üçün istifadə edirdilər. Bu nəzəriyyənin nüma-

yəndələri R.Çellen (isveç), F.Ratsel (alman), K.Makkundar (ingilis), A.T.Mexen və b.

geopolitikaya “dövlət haqqında təlim kimi” baxaraq iddia edirdilər ki, Yer kürəsində

yoxsulluq, ziddiyyət və səfalətin səbəbi coğrafi- təbii mühitdir, orada maddi

sərvətlərin (faydalı qazıntılar, münbit torpaqlar və s.) “düzgün yerləşməməsi”,

“Ədalətin bölünməməsi-dir”, onların tənzim etməsk, “yenidən bölmək” lazımdır.

Geopolitika ikinci dünya müharibəsi ərəfəsində faşist Almaniyasının dövlət si-

yasətinə çevirilmişdir. 1924-cü illərdə xüsusi geopolitik jurnal nəşr etdirən, general K.

Page 220: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

220

Xaysxofer geopolitikanı ciddi təbliğ etmişdir. Hitler özünü qəsbkarlıq müharibələrini

Yer üzərində maddi sərvətlərin bölüşdürülməsində “Allahın səhvlərini düzəltmək”,

onları “Ədalətlə bölmək” müddəaları ilə pərdələməyə cəhd edirdi. O, soyğunculuq

müharibələrini “yaşayış sahəsi” uğrunda mübarizə adlandırırdı. Erməni işğalçılarının

Azərbaycanın torpaqlarını ermənistana birləşdirmək cəhdi də müasir dövrdə həmin

siyasətin təzahürü kimi başa düşülməlidir. Xocalı soyqırımı haqqında.

Cəmiyyəti coğrafi mühitlə izah etməyin səhvi bundadır ki, həmin izah

cəmiyyətin inkişafının daxili qanunauyğunluqlarının, ictimai inkiaşfın dianektikasını

nəzərə almır. Bu izah aça bilmir ki, insan təbiətdə yaşamaqla bərabər ona fəal təsir də

göstərir onu dəyişdirir, özü üçün yaşayış şəraiti yaradır. Bu nöqteyi-nəzər izah edə

bilmir ki, nəyə görə eyni coğrafi mühitdə bir qisim ölkələr sürətlə, başqaları isə ləng

inkiaşf edir, nəyə görə cəmiyyətdə dəyişikliklər baş verir, bir ictimai quruluşdan

digərinə keçilir. Həmin nöqteyi nəzər bu suallara bir də ona görə cavab verə bilməz

ki, coğrafi mühit nisbətən dəyişməzdir, onun dəyişməsi bir çox min illər ərzində

əmələ gəlir. Cəmiyyətin dəyişməsi isə son dərəcə sürətlə baş verir. Ona görə də nisbi

halda dəyişməz olan bir amil, cəmiyyətin dəyişməsinə bir quruluşdan digərinə

keçməsinə səbəb ola bilməz.

Deməli, coğrafi mühitin cəmiyyətin inkiaşındakı rolu həlledici, müəyyənedici

deyil, təsir edicidir.

Cəmiyyətin inkişafının əsas səbəbini əhali artımı və ya əhali sıxlığı ilə bağlayan

sosioloji cərəyan tərəfdarları iddia edirlər ki, hansı ölkələrdə əhali daha çoxdursa, o

öl-kələrdə işçi qüvvəsi də çoxdur, həmin ölkələr daha çox maddi nemətlər istehsal

edirlər. Belə ölkələr sosial tərəqqi cəhətdən daha çox inkişaf edirlər. Əlbəttə, əhali

olmadan heç bir əmlak bökgüsü istehsal mümkün olmazdı. Xarici təbiətlə yanaşı

olaraq əhalinin artması da cəmiyyətin həyatı və inkişafı üçün zəruri maddi şərtdir.

Lakin bu heç də o demək deyildir ki, əhali cəmiyyət inkiaşının yeganə, müəyyənedici

amilidir. Məs. müasir dünyada əhalisi çox və sıx olan elə ölkələr vardır ki, həmin

ölkələrdə yaşayış səviyyəsi aşağıdır və onlar sosial tərəqqinin heç də yüksək mərhə-

Page 221: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

221

ləsində durmurlar. Əhalinin imkanlarından istifadə edilməsi özü də tarixi şəraitdən,

istehsal üsulunun inkişaf səviyyəsindən asılıdır. Hətta iri maşınlı sənaye və ETİ

şəraitində məhsuldar qüvvələrin təkmilləşdirilməsi “əhali artıqlığı”, işsizlik və s.

əmələ gətirmişdir. Odur ki, əhali artımının qarşısını süni yollarla (müharibələr, xəstə-

liklər və s.) almaq baxışları da meydana gəlmişdir.

5.Elmi-texniki tərəqqi və ekologiya.

Artıq XX əsrin ortalarından aydın oldu ki, təbiətə tükənməz sərvətlər anbarı

kimi baxmaq ideyası yanlış fikirdir. Mütəxəssislərin hesablamalarına əsasən təbii

sərvətlər 50-60 ildən sonra tükənə bilər. Bu onu göstərir ki, insan təbiətdən asılı

olduğu kimi, təbiət də insandan, onun istehsal fəaliyyətindən asılıdır.

Müasir elmi-texniki tərəqqi insanla təbiət arasındakı münasibətlərdə ciddi

problemlər yaratmışdır. Belə ki, bir tərəfdən insanın tələbatı durmadan artır və bu

tələbatı ödəmək üçün istehsalın həcmi genişlənir, bu prosesə daha çox təbii sərvətlər,

enerji ehtiyatları sərf edilir, digər tərəfdən isə bu təbii sərvətlərin tükənməsinə, zəhərli

istehsal tullantıları ilə insanı əhatə edən ətraf mühitin təhlükəli dərəcədə

çirklənməsinə gətirib çıxarır. Bu tullantılar arasında insanın sağlamlığına böyük ziyan

vuran zəhərli maddələr vardır. Onlar günəş şüalarının təsiri altında buxarlanaraq

atmosferə daxil olur, yağışların vasitəsilə torpağa, suya düşür, müxtəlif yollarla

insanın orqanizminə daxil olur və bir çox təhlükəli xəstəliklərin yaranmasına gətirib

çıxarırlar. Başqa sözlə desək, ətraf mühitin təhlükəli dərəcədə çirklənməsi ciddi

xarakter kəsb edir. Bu həm təbiətin özünü tənzimetmə mexanizmini pozur, həm də

bəşəriyyətin genetik fonduna ciddi zərbə vurur, gələcək nəsillərin inkişafına mənfi

təsir göstərir.

Vaxtı ilə təbiət üzərində hökmran olmağı qarşısına məqsəd qoyan insan bu gün

təbiətə öz evi kimi baxmalı, onunla həmahəng yaşamağa çalışmalıdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, insan cəmiyyətinin inkişafı təbiətlə

qarşılıqlı təmasda olmadan mümkün deyil. İnsanların təlabatını ödəmək və onun

Page 222: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

222

inkişafını təmin etmək üşün Yerin bərpa olunan və bərpa olunmayan sərvətlərindən

intensiv şəkildə istifadə olunur. İnsan öz həyatı üçün vacib olan hər şeyi (enerji,qida

və s.) təbiətdən alır. Təbiət insanın estetik təlabatının təminat mənbəyidir.

Elmi-texniki tərəqqinin sürətli vüsət alması ilə insanın təbiətə təsiri daha güclü

xarakter alır. XX əsrdə bu təsir təbii amillərin təsiri ilə müqaisə edilə biləcək dərəcəyə

çatmışdır ki, bu da insan cəmiyyəti ilə təbiət arasındakı qüvvələr nisbətində kəmiyyət

və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur.

Elmi-texniki tərəqqi sayəsində insan cəmiyyəti təbiətə təsirin daha güclü

vasitələrinə yiyələnmişdir.Bu nailiyyətlər insana mikro- və makroaləmə nüfuz

etməyə, biosferdə baş verən təbii proseslərə təsir göstərməyə, Yer ətrafı kosmik

fəzaya müdaxilə etməyə və s. imkan verir.

Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda pozitiv xarakter

daşıyır. Lakin, təbii proseslərə müdaxilə edən insan bir sıra hallarda təbiət

qanunauyğunluqlarını pozur və özü üçün arzuolunmaz fəsadlara səbəb olur.

Sivilizasiyanın mövcudluğunun əsaslarını təhlükə altına alan təzadlardan ən başlıcası

ətraf mühitin çirklənməsi və təbii ehtiyatların tükənməsidir. Ona görə də,insan

cəmiyyəti qarşısında ekoloji böhranın aradan qaldırılması,təbiətin qorunması və təbii

sərvətlərdən səmərəli istifadənin həyata keçirilməsi vəzifəsi durur.

Nəzərə almaq lazımdır ki, elmi-texniki tərəqqi insanın təbiətdən asılılığının bir

formasını azaltmaqla bərabər, bir çox hallarda bu asılılığın daha çətin və təhlükəli

formalarına səbəb olur. Hazırda ekoloji problemlər yalnız sənayeyə deyil, eyni

zamanda iqtisadiyyat, siyasət, mənəviyyat, hüquq, estetika, təbabər və s. sahələrə də

nüfuz etdiyi üçün bu problemlərin həlli kompleks şəkildə aparılmalıdır.Bu

problemlərin həlli yalnız elm və texnikanın müxtəlif sahələrində çalışan

mütəxəssislərin birgə fəaliyyəti sayəsində mümkündür.

Qeyd etmək lazımdır ki, elm və texnikanın inkişafı ilə XX əsrdə cəmiyyətin

təlabatı ilə təbiətin imkanları arasında təzadlar daha güclü xarakter almışdır. Elm və

texnikanın sürətli inkişafı, sənaye istehsalatının güclənməsi, avtomobil nəqliyyatının

Page 223: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

223

sayının artması, əhlinin şəhərlərdə cəmləşməsi və kənd təsərrüfatının kimyalaşdırıl-

ması təbii sərvətlərin istismarını artırmaqla təbii mühitə mənfi təsirlər göstərir.

Nəticədə elmi-texniki tərəqqi dövründə insanın təbiətə təsiri qlobal miqyas

alır.İnsan fəaliyyətinin ətraf mühitə mənfi təsirlərini təsəvvürümüzdə canlandırmaq

üçün bəzi misallara müraciət edək. Məsələn,sututarların çirkab suları ilə çirklənməsi

suyun sənayenin müxtəlif sahələrində istifadəsinin artması ilə sıx bağlıdır.Texnoloji

proseslərdə istifadə olunmuş su müxtəlif zərərli maddələrlə (neft məhsulları, turşular,

fenollar, sintetik yuyucu maddələr,yağlar,üzvi birləşmələr və s.) çirklənərək, sonradan

sututarlara daxil olur.Orta gücə (növbədə 50t süd) malik süd emalı zavodunun

çirkləndirdiyi suyun miqdarı əhalisi 15min nəfər olan qəsəbənin çirkləndirdiyi suya

ekvivalentdir.

Atmosferin müxtəlif zərərli maddələrlə çirklənməsi böyük miqyas almışdır.

Atmosfer çirklənməsinin əsas növü qazşəkilli və tozvari yanma məhsullarıdır.

Müxtəlif növ yanacaqların yanması nəticəsində atmosferə bir ildə 150mln.t kükürd

anhidridi, 200mln.t karbon oksidləri, 50mln.t karbohidratlar, 53mln.t azot oksidləri

və s. daxil olur. Ümumiyyətlə, Yer atmosferinə bir ildə 2,5mlrd.t-a yaxın müxtəlif

maddələr buraxılır.

Ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də

urbanizasiyadır(əhalinin şəhərlərdə cəmlənməsi). Hazırda ölkəmizin əhalisinin 40%-ə

qədəri şəhərlərdə yaşayır və bu göstərici daim artmaqdadır. Elmi-texniki tərəqqi və

urbanizasiya prosesi insanların mədəni-məişət səviyyəsini, rahatlığını və rifahını

yüksəldir. Lakin, urbanizasiya prosesinin neqativ cəhətləri də ortaya çıxır. Sənaye

müəssisələri və nəqliyyatın sıxlığının artması şəhərlərdə ətraf mühitin və insan

sağlamlığının qorunmasını çətinləşdirir. Bütövlükdə,dünya şəhərləri ildə 3mlrd.t bərk

sənaye və məişət tullantılarını, 500km3-dan çox çirkab suyunu və 1mlrd.t-a qədər

müxtəlif aerozolları ətraf mühitə buraxır.

Beləliklə, təbii mühitin çirklənməsi insanların sağlamlığına mənfi təsir göstərir

Page 224: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

224

və iqtisadi itkilərə səbəb olur. Göstərilən misallar cəmiyyətin təbiətə təsirinin kəskin

xarakter almasını bir daha sübut.Yəni,ətraf mühitə antropogen təsirlər biosferdə baş

verən proseslərdə bütün canlılar üçün arzuolunmaz qlobal dəyişikliklərə gətirib

çıxarır. Cəmiyyətlə təbiət arasındakı qarşılıqlı təsirlərin əsasən üç formasını qeyd

etmək olar:ekoloji, iqtisadi və ideoloji.

Ekoloji qarşılıqlı təsir forması insanın təbii mühitə olan təlabatı ilə müəyyən

olunur.Yəni, mühit insanın bioloji həyat rejimini (hidroloji rejim, planetin bioloji

məhsuldarlığı, maddələr və enerji mübadiləsi və s.) təmin etməlidir. İqtisadi qarşılıqlı

təsir forması ictimai inkişafın təmin olunması üçün cəmiyyətin təbii sərvətlərə olan

təlabatı kimi inkişafın sosial qanunları ilə müyyən olunur. Qarşılıqlı münasibətlərin

ideoloji forması xalq təsərrüfatının inkişafı prosesində təbətdən kompleks istifadə

olunması zamanı ətraf mühitin keyfiyyətinin planlı şəkildə idarə olunmasında təzahür

edir.

MÖVZU – 13.

FƏLSƏFƏDƏ İNSAN PROBLEMİ

1. Fəlsəfi fikir tarixində insan probleminin qoyuluşu.

2. İnsanda bioloji və sosial cəhətlərin vəhdəti.

3. İnsan, fərd, fərdiyyət və şəxsiyyət.

4. İnsan həyatının mənası və onun mahiyyəti.

5. Evtanaziyanın sosial-mənəvi mahiyyəti.

1. Fəlsəfi fikir tarixində insan probleminin qoyuluşu.

İnsan yer üzərindəki canlıların ən alisi olmaqla bərabər, həm də ictimai və elmi-

texniki tərəqqinin subyekti, fəlsəfənin əbədi problemlərindən biridir. Qədim Yunan

filosofu Diogen əlimdə çıraq insan axtarıram deyirdi. Protaqor isə insanı bütün

şeylərin ölçüsü və təbiətin ayrılmaz hissəsi hesab edirdi. Orta əsrlər İslam fəlsəfəsində

Page 225: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

225

insan bütün hadisələrin şərhində başlıca yer tuturdu. İslam filosoflarının fikrincə,

insanın mənəvi simasını müəyyən edən iki başlıca xətt var: özünüdərketmə və

cəmiyyəti dərketmə.

Yeni Dövr fəlsəfəsinin görkəmli nümayəndələri insanı təbiət münasibətləri

sisteminə daxil edir və onu idrakın predmeti hesab etmiş, bioloji və sosial-etik

aspektdə tədqiq etmişlər. XVIII əsr Fransız maarifçiləri insan və cəmiyyət

münasibətlərinə daha çox diqqət yetirmişlər. Onların fikrincə, insan azad doğulur,

lakin azad olmur. İnsanın azad olması “ictimai müqavilə”, yəni cəmiyyətin həyatını

tənzimləyən müəyyən qanunlar əsasında mümkündür.

İnsanın konkret varlıq kimi öyrənilməsi, daha çox XIX əsrə təsadüf edir.

Məsələn, klassik Alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri olan Feyerbax

insanı təbiətdən ayırmır və onu konkret varlıq kimi götürürdü. Alman filosofu

F.Nitsşeye görə insan vəhşi heyvana çevrilib, özünü instinktlərin iradəsinə verməlidir.

Şopenhayer də Nitsşe kimi iradə və instinkti əsas şərt, başlanğıc kimi qəbul edirdi

(irrasionalizm). Onun fikrincə, insan vəhşi heyvan kimidir. Heyvanların həyatı əzab-

əziyyət içərisində keçdiyi kimi insanın da həyatı əzablarla doludur və çox zaman o

təsadüflərdən asılı olur.

İnsan haqqında təlimlər içərisində personalizm və neotomizm xüsusilə diqqəti

cəlb edir. Personalizm şəxsiyyəti ilkin yaradıcı reallıq və ən dəyərli mənəvi sərvət

hesab edən fəlsəfi-idealist cərəyandır. Personalizmə görə dünya ən ali person olan

Allahın təzahürüdür. Şəxsiyyət Allahın xüsusi və müvəqqəti daşıyıcıdır. Allah öz

gücünü yalnız insan vasitəsilə həyata keçirə bilər. Personalistlər insanın bütün

bədbəxtliklərinin səbəbini texnikanın inkişafında görürdülər.

Neotomizm cərəyanının nümayəndələrinin fikrincə, insan təbii yolla yaranır,

təbiət qanunlarına tabe olur, onun qəlbi, ruhu isə Allah tərəfindən yaradılır, məhz

buna görə də o ölməzdir. İnsanın əsas məqsədi Allaha qovuşmaqdan ibarətdir. Onların

yorğunluğunu, istirablarını, qəlblərində olan boşluğu yalnız Allah aradan qaldıra bilər.

Page 226: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

226

Ümumiyyətlə qeyd etmək lazımdır ki, varlıq (ontologiya) və idrak

(qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti,

təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən

biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan problemi

onun diqqət mərkəzində olmuşdur. Antik dövr mütəfəkkirləri Qədim Hindistanda,

Çində, Yunanıstanda insana kosmosun bir hissəsi, hardasa zamandan kənarda təbiətin

«nizamı», «qaydası» kimi çıxış edən, özündə dünyanın ilk əsaslarını - suyu, odu,

havanı, torpağı, efiri birləşdirən varlıq kimi baxırdılar. Sonra struktur baxımından

Platonda qeyd edildiyi kimi, insan ruh və bədəndən ibarət hesab olunurdu. Aristotel

isə iki – ruh və bədəni bir reallığı təşkil edən kimi təsvir etmişdir.

Ənənəvi olaraq Hind və Çin mütəfəkkirlərinin rolunu azaltmadan insan

haqqında təlimi yaradan ilk filosof kimi Sokratın (b.e.ə.470-399) olduğu göstərilir.

Onun sələfləri və müasirləri, məsələn, sofistlər insan probleminə mühüm əhəmiyyət

verməklərinə baxmayaraq, ilk dəfə olaraq Sokrat, Siseronun şəhadətinə görə, antik

müdriklərin hamısından əvvəl fəlsəfəni və kosmik problematikanı yerə endirdi,

şəhərlərə və digər insan məskənlərinə diqqət artırıldı, vətəndaşları, hər şeydən əvvəl

öz həyatı, zövqü, xeyir və şər haqqında düşünməyə məcbur etdi. Sokrat əsas diqqəti

insanın daxili həyatına vermişdir. Sokratın fikrincə, müdriklərin məşğul olduğu ali

fəaliyyət səviyyəsi insanı öyrənməklə əlaqədar olmalıdır. Əgər onun sələflərini

təbiətin nə olduğu, şeylərin sonuncu reallığının nə olduğu maraqlandırırdısa, Sokratı

insanın mahiyyəti nədir, onun təbiəti və sonuncu reallığı nəylə bağlıdır sualları

maraqlandırırdı. Sokrat insan anlayışını mənəviyyat səviyyəsinə, ruh haqqında təlim

səviyyəsinə qədər məhdudlaşdırmasına baxmayaraq («insan – ruhdur» və «ruh –

insandır»), tam əsasla təsdiq etmək olar ki, Sokratın ideyaları insanın mahiyyətinin

sonrakı tədqiqlərinə güclü təsir göstərmişdir.

Daha yüksək səviyyədə insan antik mütəfəkkirlər Platon (427-347)

və Aristotel (384-322) tərəfindən öyrənilmişdir. İnsanın mahiyyəti haqqında onların

irəli sürdüyü ideyalar insan haqqındakı sonrakı təsəvvürlərə kömək etmişdir. Platonun

Page 227: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

227

insan haqında təlimi iki postulata əsaslanır. Birincisi, onun ümumfəlsəfi

konsepsiyasından çıxır. Həmin konsepsiyaya görə, insan yaratmamalı, artıq ideyalar

dünyasında olanları təcəssüm etdirməlidir. İnsan yalnız mövcud ideyaları seçməkdə

azaddır.

İkincisi, Platona görə insanın mahiyyəti onun ruhudur, onun bədəni isə ruha

düşmən olan materiya kimi çıxış edir. Gerçəklikdə insan elə bil ki, iki qeyri-bərabər

hissəyə bölünür: yuxarı (ali) hissə – ruh, aşağı hissə isə bədən hesab olunur.

Platonun əksinə olaraq Aristotel insana bir-birilə sıx əlaqədar olan bədənin və

ruhun birliyi kimi baxırdı. Aristotelə görə, bədənin ruhdan asılı olmasına baxmayaraq,

onlar bir-birindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Aristotelin olduqca

maraqlı fikirləri yalnız bir neçə əsr keçdikdən sonra dərk edilmişdir. Məsələn, O,

ardıcıl olmasa da, insana təbii inkişafın məhsulu kimi baxmışdır. İnsanın heyvandan

prinsipial fərqi odur ki, insan siyasi varlıqdır. Çünki təbiət insanlara dövlət

ünsiyyətinə cəhdi aşılamışdır ki, bunun da sayəsində dövlət yaranmışdır. İnsanın

ikinci fərqli cəhəti onun dilə, nitqə malik olmasıdır ki, bunun köməyi ilə o, xeyir və

şər, ədalət və ədalətsizlik anlayışlarını qavramaq və ifadə etmək imkanına malik

olmuşdur.

Sonda qeyd etmək lazımdır ki, insan haqqında müasir təsəvvürlər irrasionalist

mütəfəkkirlərin nəaliyyətlərini nəzərə alsa da, ən rasionalist materialist və idealist

baxışlara əsaslanır. Onların arasında insanın təbiətinin izahı haqqında marksist

nəzəriyyəsini də qeyd etmək lazımdır. Özlərinə qədərki nəzəri və empirik fikrə

dərindən yiyələnmiş marksizm klassikləri «Alman ideologiyası» əsərində yazırdılar:

«İnsanları heyvanlardan şüura görə, dini dünyagörüşə görə, eləcə də ümumiyyətlə

istənilən hər şeyə görə fərqləndirmək olar. Onların özləri bədənlərinin quruluşundan

asılı olan addımı ataraq, özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməyə

başlayan kimi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. İnsanlar özləri

üçün zəruri olan həyat vasitələrini istehsal etməklə öz maddi həyatlarının özünü də

dolayı yolla istehsal edirlər.

Page 228: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

228

2.İnsanda bioloji və sosial cəhətlərin vəhdəti.

Məlumdur ki, insan son dərəcə mürəkkəb varlıqdır. O, təbiətin törəməsi, onun

yüksək məhsuludur. İnsan fiziki və mənəvi, təbii və sosial, irsən keçən və həyatda

əldə edilənlərin bir vəhdət halında özündə birləşdirən canlı varlıqdır. Onun bioloji və

sosial cəhətlərinin araşdırılması, onun digər canlılardan fərqli cəhətlərini öyrənməyə

imkan verir.

Qeyd edək ki, o, hər şeydən əvvəl bioloji varlıqdır. Uşaq dünyaya gələrkən

insan vücudunun spesifik quruluşunu, beyin strukturunu, genetik məlumat ehtiyatını

irsən toplayır. Təbii istedad əlamətləri isə uşağın ancaq yaşlılarla ünsiyyət prosesində,

sosial həyat tərzi şəraitində yaranır və inkişaf edir. İnsanın hərəkətləri, düşüncələri və

həyat tərzi yaşadığı ictimai-siyasi şəraitdən, onu təmsil edən sosial qrupun

xüsusiyyətlərindən və bir sıra digər amillərdən asılıdır. Onu digər canlılardan

fərqləndirən mühüm cəhətləri dil mədəniyyəti, şüuru və özü üçün zəruri olan həyat

vasitələri istehsal etməsidir.

İnsanların sosial mədəni birləşməsi olan cəmiyyət yalnız istehsal olan yerdə

mövcuddur. İnsan cəmiyyətdə yaşayır, burada digər insanlarla müxtəlif əlaqələrlə -

iqtisadi, mədəni, ideoloji, siyasi, hüquqi münasibətlərlə bağlanır. Yəni, o eyni

zamanda həm təbiətlə, həm də cəmiyyətlə təmasdadır. Bu qarşılıqlı münasibət

prosesində insan həm təbiətin, həm də cəmiyyətin təsiri altında formalaşır. Başqa

sözlə desək, insan təkcə bioloji amillərin deyil, həm də sosial amillərin daşıyıcısı

yolunu oynayır. O, biososial varlıqdır.

Lakin qeyd etmək lazımdır ki, o, başlıca olaraq sosial varlıqıdır, öz insanlıq

mahiyyətini yalnız cəmiyyətdə, başqa insanlarla ünsiyyətdə kəsb edir, yəni

cəmiyyətdən kənar insan olmaq mümkün deyil.

İnsanın mahiyyəti haqqında nə bilirik?– sualına konkret belə cavab vermək

olar: insan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda əldə edilənlərin

vəhdətindən ibarət canlı sistemdir. İnsan həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm

Page 229: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

229

də bioloji (biofiziki, biokimyəvi, fizioloji) qanunauyğunluqlara tabedir; insan şüuru

psixik və şəxsiyyət səviyyəsində spesifik qanunauyğunluqları olan sosial varlığa

çevrilmişdir. İnsan fiziki, morfoloji orqanizm kimi kainatda materiyanın ən yüksək,

mütəşəkkil formasıdır. Deməli, insan bütövlükdə bioloji, sosial və psixik-mənəvi

ölçülərin təşkil etdiyi tamlıqdır. Bioloji cəhət insanın varlığı üçün ilkin şərt olan

morfofizioloji, genetik, beyin – əsəb sistemi, elektrokimyəvi və s. kimi hadisə və

prosesləri ifadə edir. Psixik – mənəvi cəhət insanın daxili və mənəvi aləminin (şüur,

iradə, əhval-ruhiyyə, yaddaş,xarakter, temperament və s.) əks etdirir. İnsanda sosial

aspekt onun başqa adamlarla qarşılıqlı əlaqə və münasibətlərini, sosial əlaqələrini,

ictimai mühitdə kəsb etdiyi xassə və keyfiyyətlərini əhatə edir. Bu aspektlərin üçü də

insanda vəhdət halında təzahür edir və insanın biopsixososial mahiyyətini əks etdirir.

Həmin fikri söyləyən ispan mütəfəkkiri tək deyildir. Hələ vaxtilə böyük alman

filosofu İ. Kant belə bir nəticəyə gəlmişdir ki, fəlsəfə mövcud olan 3 suala cavab

verməlidir. Bu sualları İ.Kant aşağıdakı kimi ümumiləşdirmişdi. «Mən nəyi bil-

məliyəm?», «Mən nə etməliyəm?», «Mən nəyə güvənə bilərəm?» Ölümünə bir az

qalmış Kant məşhur «məntiq»ində o üç sualı «İnsan nədir ?» adlı bir sualla əvəz

etmişdir. Deməli insan bir sirr kimi mövcuddur. Əsrlər boyu böyük dühalar bu sirri

açmağa, insanı anlamağa çalışmışdır. Tanınmış fransız yazıçısı Verkor «Adamlar,

yaxud heyvanlar» adlı kitabını qəribə bir süjet əsasında qurmuşdur. Burada fikri

eksperiment mühüm yer tutur. Süjetə görə bir neçə avropalıdan təşkil olunmuş

ekspedisiya And dağlarına yola düşür və əlçatmaz yerlərdən birində onlar qəribə vəhşi

tayfaya– adam sürüsü, yaxud da heyvan sürüsü ilə rastlaşırlar. Təsadüf elə gətirir ki,

vəhşilərdən biri öldürülür. Sual olunur: Kim öldürülüb? Əgər öldürülən insansa ölümə

görə öldürən cinayət məsuliyyətinə alınmalıdır. Yox,əgər öldürülən heyvansa, bunun

üçün məsuliyyət yoxdur. Lakin həmin vəhşi qəbilənin insanlara, yaxud heyvanlara aid

edilməsi mübahisəlidir, çətindir. Çünki həmin əsərdə insanı heyvandan fərqləndirən

kriteriya yoxdur. Müzakirə başlanarkən müxtəlif kriteriyalar, mənəviyyət, dindarlıq,

nitq, şüur və s. irəli sürülür. Lakin belə məlum olur ki, onların heç birisi kriteriya

Page 230: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

230

rolunda çıxış edə bilməz. Mənəviyyatlı adamlarla yanaşı, cəmiyyətdə mənəviyyatsız

adamlar da mövcud olur. Lakin buna görə, necə deyərlər, onları «adamlıqdan»

çıxarmırlar. Bundan əlavə mənəviyyat xeyir və şəri bir birindən kəskin şəkildə

fərqləndirmək üçün əsas rolunu oynaya bilmir. Bunu din haqqında da demək olar.

cəmiyyətdə allaha inanmayan adam var və onların sayı dünyada getdikcə artmaqdadır.

Nitq zəruri olmasına baxmayaraq, kriteriya rolunu oynaya bilməz. Hətta şüur

kateqoriyası da qüsursuz deyildir. Çünki heyvanlarda da elə hərəkətlər olur ki, bu da

inkişaf etmiş psixika əlaməti ilə səciyyələnir. Doğrudur ki, burada şərti reflekslər

mühüm rol oynayır.

Ümumiyyətlə, mahiyyət və mövcudluq problemi insanda biolojilik və

sosiallığın qarşılıqlı nisbəti məsələsi ilə əlaqədardır. Öz mahiyyətinə görə, artıq qeyd

etdiyimiz kimi, insan sosial varlıqdır. Eyni zamanda o, təbiətin övladıdır və öz

mövcudluğu baxımından nə onun çərçivələrindən kənara çıxa bilər, nə də öz bioloji

təlabatından yemək,içmək və s.-dən imtina edə bilər. İnsanda biolojilik onun

orqanizminin genlərində morfofizioloji, elektrokimyəvi, əsəb-beyin və digər

proseslərdə istifadə olunur. İnsanda sosiallıq və biolojilik vəhdətdədir. «Sosial

keyfiyyət» olan şəxsiyyət və onun təbii varlığını ifadə edən orqanizm bu vəhdətin

əsasını təşkil edir.

Öz bioloji təbiəti tərəfindən hər bir fərd müəyyən genotipdən - valideynlərdən

aldığı genlərdən asılıdır. Doğulan zamandan o, bu və ya digər bioloji irsi alır, o da

genlərdə əks olunur. Bunlar, öz növbəsində, fərdin xarici, fiziki keyfiyyətlərinə

(boyuna, rənginə, üzünün formasına, səsinə və s.) və onun psixi keyfiyyətlərinə (emo-

siya, temperament, xarakterin ayrı-ayrı cizgilərinə və s.) təsir edir. Bəzi alimlərin

fikrincə, insanların müxtəlif fəaliyyət növlərində adamların qabiliyyəti irsən keçir

(bədii yaradıcılıqda, musiqidə, riyaziyyatda və s. ). Lakin buradan o nəticəni çıxarmaq

lazım deyildir ki insan qabiliyyətinin təkcə təbii şərtlərindən danışmaq lazımdır. İrsi

vergi– insanın qabiliyyətinin ilkin şərtləridir. Onu bütövlükdə genotipə calamaq lazım

deyildir. Ümumi şəkildə qabiliyyətlər üç amilin vəhdətindən ibarətdir. Bioloji (irsən

Page 231: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

231

verilən ), sosial (sosial mühit və tərbiyə) və psixik(insanın daxili «Mən»i, onun iradəsi

və.). Sosiallıq və biolojilik məsələsinin təhlili zamanı iki ifrat mövqedən qaçmaq

lazımdır. Birincisi, sosial amillərin rolunun şişirdilməsi (pansosiologizm), ikincisi,

bioloji amillərin rolunun şişirdilməsi (panbiologizm).

3.İnsan, fərd, fərdiyyət və şəxsiyyət.

İnsan ictimai münasibətlərin, ümumdünya tarixi-mədəni inkişaf prosesinin

məhsuludur. Fərd – insan nəslinin özünəməxsus ümumi və spesifik cəhətlərini özündə

birləşdirən ayrıca nümayəndəsidir. Fərdiyyət öz ifadəsini insanın fərdi əlamətlərində,

psixi xüsusiyyətlərində, hafizə, təxəyyül, temperament və xarakterində, eləcə də həyat

fəaliyyətinin özünəməxsusluğunda tapır.

Şəxsiyyət yüksək zəkalılığı, sosial aktivliyi, öz hərəkət və əməlləri üçün

məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə

təcəssüm etdirən insandır. Şəxsiyyətin sosial strukturunun ünsürləri aşağıdakılardır:

1.Fəaliyyətin müxtəlif növlərində sosial keyfiyyətin reallaşması;

2.Şəxsiyyətin obyektiv tələbatı və mənafeyi;

3.Cəmiyyətin və ümumbəşəri mənəvi sərvətlərə yiyələnmə dərəcəsi;

4.Şəxsiyyətin rəhbər tutduğu əxlaqi norma və prinsiplərə, öz əqidəsinə sədaqəti.

Qeyd etmək lazımdır ki, insan və cəmiyyət qırılmaz vəhdətdə meydana gəlib

formalaşmışdır. İnsanın bioloji qanunauyğunluqlarla yanaşı birləşməsi ilə ictimai-

tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır. Sosial

varlıq olan insan təbiətin yetirməsidir. İnsanda bioloji və sosial cəhətlər qırılmaz

vəhdət təşkil edirlər, onun tərəfləri isə sosial keyfiyyət olan şəxsiyyətdən, təbii əsası

isə orqanizmdən ibarətdir. İnsanda qabiliyyətlər ümumi şəkildə üç cür amillərin

vəhdətindən təşkil olunmuşdur: bioloji; sosial; psixik.

İnsan və şəxsiyyəti öyrənməkdə bir-biri ilə əlaqədar olan, mahiyyət etibarı ilə

eyni olan və eyni mənada işlədilən şəxsiyyət, fərd, fərdiyyət anlayışlarından istifadə

edilir. Şəxsiyyət dedikdə, hər şeydən əvvəl ictimai münasibətlər sahəsində şüurlu

Page 232: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

232

fəaliyyət subyekti kimi çıxış edən insan tutulur. İkincisi, şəxsiyyət dedikdə onun

sosial mənası, sosial-əxlaqi və psixoloji siması başa düşülür. Şəxsiyyət dünyaya

ictimai münasibətlər vasitəsilə çıxır. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər

sistemində yerinə yetirə bilər. Şəxsiyyətin strukturu aşağıdakı şəkildə

müəyyənləşdirmək mümkündür:

1.Bioloji amillərlə şərtlənən aşağı struktur (bura şəxsiyyətin cinsi, yaş

xüsusiyyətləri, temperament və psixik pataloji cəhətləri daxildir).

2.Psixik məntiqi strükturdur (ona yaddaş, emosiyalar, duyğu, qavrayış, təfəkkür

və iradə daxildir).

3.Sosial təcrübə strukturudur (bura biliklər, vərdiş və qabiliyyətlər, adət və

ənənələr daxildir).

4.Şəxsiyyətin istiqamətliliyi strukturudur (bura arzular, mənafelər, ğqidələr və

s. daxildir).

Sosial mühitin şəxsiyyətə təsirindən danışarkən onun müxtəlif təbəqələrini bir-

birindən fərqləndirmək mümkündür. Cəmiyyətlə şəxsiyyətin münasibətlərinə geniş

miqyasda yanaşdıqda, bunlar meqa, makro və mikro mühitdən ibarətdirlər. Meqa

mühit dövrün mənəvi, sosial-psixoloji atmosferini təyin edən insanın ətrafındakı

nəhəng miqyaslı sosial aləmdir. Makromühitin insanların doğulduğu, tərbiyə

olunduğu və şəxsiyyət aləminə daxil olduğu böyük cəmiyyətdir, mikromühit isə

insanların təmasda olduğu bilavasitə əhatədir, ailə, ilkin kollektiv, tədris, əmək və

arzu kollektividir. Bütün hallarda şəxsiyyət yetişir və sosiallaşır. Sosiallaşma

prosesində insan şəxsiyyətə çevrilir, onda özünü dərk etmə, yəni başqalarından fərqli

olan mən obrazı meydana çıxır.

Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektlidir. Onlardan iqtisadi, siyasi və

mənəvi aspektlər şəxsiyyətlə, onun cəmiyyətlə münasibətlərində çox mühümdür.

İqtisadi azadlıq hər şeydən əvvəl istismardan azad olunmalı, siyasi azadlıq isə müsir

sivilizasiyalı cəmiyyətlərdə ümumi və bərabər seçki hüququna malik olmasıdır.

Page 233: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

233

Mənəvi azadlıq sistemində isə vicdan azadlığı geniş yer tutur. Şəxsiyyət eyni

zamanda mülkiyyətçidir, istehlakçıdır və vətəndaşdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, maddi istehsal insanın heyvan

vəziyyətindən çıxmasında, onun mədəniləşməsində başlıca kriteriya rolunda çıxış

edir. Əslinə qalanda istehsalsız hətta primitiv insan birliyinin yaranması da qeyri-

mümkündür. Əgər müasir insan cəmiyyətlərindən söhbət gedərsə, nə milli dövlət

çərçivəsində, nə planetar miqyasda birgə fəaliyyət olmadan onun mövcudluğu qeyri-

mümkündür. Homo sapiens-in əsas fərqləndirici cəhəti, əlaməti kimi istehsal

fəaliyyəti çıxış edir. İnsanın social-bioloji (antropososiogenez) təkamülündə mühüm

yeri F.Engels tərəfindən irəli sürülən, sonralar isə sovet antropoloqları və arxeoloqları

tərəfindən inkişaf etdirilən «meymunun insana çevrilməsi prosesində əməyin rolu»

hipotezidir. Əvvəlcə əmək, sonra isə onunla birlikdə səhih nitq elə iki ən başlıca amil

olmuşdur ki, bunun nəticəsində insan beyni daha da inkişaf etmişdir. Beyin və ona

tabe olan hisslərin, getdikcə daha çox aydınlaşan şüurun, mücərrədləşdirmə və əqli

nəticə çıxarmaq bacarığının inkişafı əməyə və dilə əks təsir göstərərək, bunların hər

ikisinin daha da inkişafına getdikcə yeni-yeni təkanlar vermişdir. Müxtəlif xalqlarda

və müxtəlif dövrlərdə dərəcəsi və istiqaməti müxtəlif olan bu inkişaf yerli və

müvəqqəti hərəkətlər üzündən bəzən hətta kəsilmişsə də, hazır insanın peyda olması

ilə əlavə bir yeni ünsürün cəmiyyətin yaranması sayəsində, bir tərəfdən yeni qüvvətli

bir təkan, digər tərəfdən isə daha müəyyən bir istiqamət alaraq, bütünlükdə qüdrətli

addımlarla irəliləmişdir. Lakin insanlar heyvanlardan nə qədər çox uzaqlaşırlarsa,

onların təbiətə göstərdikləri təsir bir o qədər müəyyən, qabaqcadan məlum olan

məqsədlərə çatmaq üçün aydın niyyətlə və müntəzəmliklə icra edilən hərəkətlər

xarakteri alır. Qısasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə

olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişikliklər əmələ gətirir, insan isə öz

yaratdığı dəyişikliklərlə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir. Onun

üzərində hökmranlıq edir. Bu insanın heyvanlardan sonuncu fərqidir və bu fərqə də

insan yalnız yenə əmək sayəsində nail olmuşdur.

Page 234: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

234

Hələ XIX əsrin 2-ci yarısında F.Engels indiki ekoloji böhran təhlükəsini

görərək təbiət üzərindəki qələbələrlə öyünməməyi məsləhət görmüşdür ki, hər bir

qələbə üçün təbiət bizdən intiqam alacaqdır. Onun fikrincə, təbiət üzərində heç də

istilaçının özgə xalq üzərində hökmranlıq etdiyi kimi, təbiətdən kənarda olan

kimsənin təbiət üzərində hökmranlıq etdiyi kimi hökmranlıq etməməliyik. Əksinə, biz

bütün canımız, qanımız və beynimizlə təbiətə mənsubuq, onun daxilindəyik və təbiət

üzərindəki, bütün hökmranlığımız ondan ibarətdir ki, bütün başqa vücudlardan fərqli

olaraq, biz təbiət qanunlarını dərk edib bunları düzgün tətbiq edə bilərik(F.Engels).

Əgər biz təbiət üzərindəki hökmranlığımızın mahiyyətini dərk ediriksə, istehsal

sahəsindəki fəaliyyətimizin nəticələrini nəzərə ala biliriksə, bu isə bir fakt olaraq nə

qədər qəti şəkil alırsa, insanlar bir o qədər artıq dərəcədə özlərinin təbiətlə birliyini

yenidən nəinki yalnız hiss edəcək, habelə dərk də edəcəkdir, beləliklə də ruhla

materiya, insanla təbiət, canla bədən arasında nə isə bir əksliyin olması haqqında

mənasız və təbiətə zidd təsəvvür bir o qədər qeyri-mümkün olacaqdır, bu təsəvvür isə

klassik qədim dünyanın tənəzzülü zamanından bəri Avropada yayılmış və

xristianlıqda ən yüksək inkişafını tapmışdır (F.Engels).

Əməyi təhlil edərkən görürük ki, əməyin özü təbii prosesdir. Çünki o, insanın

mövcudluğunun təbii şəraitini təmin edir. Əvvəllər sosial cəhət o qədər də nəzərə

çarpmasa da, müəyyən dövr keçdikdən sonra əməyin sosial əhəmiyyəti daha çox

özünü büruzə verir. Əməklə bərabər nitq də insan psixikası və təfəkkürünün

yaranması və inkişafına mühüm təsir göstərir.

4.İnsan həyatının mənası və onun mahiyyəti.

İnsan ölümünü dərk edən və onu düşüncə predmetinə çevirməyi bacaran

yeganə varlıqdır. Ölümün labüdlüyü haqqındakı düşüncələr insanda güçlü emosional

sarsıntılar, bəzən isə ümidsizlik hissini yaradır. Bu hissə qalib gəldikdə belə insan

ölüm haqqında fikirlərlə yaşayır. İnsanın ölümdən qorxmaması üçün onun öləndən

sonra da yaşaması ideyası irəli sürülür. Bu fikir onda bir qədər təskinlik yaradır.

Page 235: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

235

Xatırladaq ki, dünya ictimai fikir tarixində insanın ölməsi və “ölməzliyi” ilə

bağlı müxtəlif fikirlər vardır. Məsələn, ekzistensialistlərin fikrincə, həyata məna

verən ölümdür. Çünki həyatın mənası ölüm qorxusu qarşısında yaranır. Bu fikirlər

tam razılaşmaq olmaz. Belə ki, insan ölüm haqqında düşünəndə onda qorxu hissi ilə

yanaşı, ruhi düşkünlük də yaranır. Antik fəlsəfədə isə ölüm şər qüvvə kimi

qiymətləndirilsə də, ellinizm dövrünün tanınmış nümayəndələrindən biri olan

Lukretski Kar bu fikir ilə razılaşmır və bildirir ki, heç kəs ölümdən xilas ola bilməz.

Hər bir insan gec-tez ölümlə rastlaşır.

Qeyd edək ki, insanın fiziki cəhətdən ölməməsi qeyri-mümkündür. O, yalnız

mənəvi baxımdan ölməyə bilər. Yəni, insan fiziki cəhətdən məhv olduqdan sonra

onun adı, yaxşı əməlləri, ideyaları və s. uzun müddət yaşayır. İnsan sağlığında

cəmiyyət həyatındakı fəaliyyəti ilə özünün ölməzliyini qazana bilər. İnsan ömrünün

əbədiliyi, bəlkə də onda laqeydlik hissini gücləndirə bilərdi və insan həyatını

mənasızlaşdırardı.

İnsan probleminin vacib tərəflərindən biri həyatın və ölümün mənasıdır. Yalnız

insan öz ölümünü, yaşamağını dərk edib qiymətləndirə bilir. İnsan özünüdərki şüurun

müxtəlif səviyyə və formalarının vasitəsilə, o cümlədən fəlsəfə, din və incəsənət ifadə

edib qavraya bilir. Fəlsəfə tarixindən məlumdur ki, insanın özünüdərkinin çox vacib

mərhələlərindən biri – onun öz taleyinə olan münasibətidir. Bu münasibətə uyğun

olaraq onda müəyyən dəyərlər sistemi formalaşır; xeyir və şər, borc və hüquq,

bərabərlik və ədalətlilik, ağıl və vəhy, əzabkeşlik və həzzalma. Həmin təsəvvürlərə

uyğun olaraq insan öz həyatını qiymətləndirməyə başlayır.

Qədim yunan filosoflarının bu problemə münasibətləri birmənalı olmamışdır.

Heraklit hesab edirdi ki, xoşbəxtlik qidalanmaqda yox, düşünməkdə və “təbiəti eşidib,

ona uyğun davranmaq və danışmaqdadır”. Levkipp isə həyatın mənasını gözəllikdən

həzz almaqda görürdü. Demokrit yazırdı: “az ilə kifayətlənən xoşbəxt adamdır; əsl

sərvət var-dövlət yox, ürəkdir. Biliyi də ölçü ilə artır, yoxsa cəhalət bataqlığından çıxa

bilməzsən”. İnsan iki qütb arasında seçməyə məcburdur, burada əsas meyar həqiqətdir

Page 236: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

236

(o da nisbidir), bu meyar yaxşı ilə pis olanı fərqləndirməyə kömək edir. İnsan hər

şeyin meyarıdır (Protaqor). Sokrat insanları daim mənəvi və intellektual

təkmilləşməyə dəvət edirdi. Onun fikrincə şər biliksizlik üzündən əmələ gəlir, əxlaq

biliyin nəticəsi və məhsuludur. Dünya dərkolunmazdır, dərkolunan insanın qəlbi və

əməlləridir. Sokrat və bir çox başqa yunan filosofları xoşbəxtliyi insanın xeyirxah

əməllərində görürdülər.

Orta əsrlər fəlsəfəsi yaşamağın mənasını Allahın seyr edilməsində, onun dərk

olunmasında görürdü. Bu da insanın şüurunun imkanlarından xaric idi. Məqsəd

böyükdür, insanın təbii imkanlarına sığmır, ona görə də əlçatmazdır. İntibah

dövründən başlayaraq insan fərdiyyətçiliyi, azadlığı əsasında qurulan xoşbəxtlik

haqqında təsəvvürlər formalaşmağa başlandı. Yeni Dövrün məşhur filosofu İ.Kant bu

təsəvvürləri bir qədər də genişləndirdi: insanın ali vəzifəsi əxlaqi qanunu yerinə

yetirməkdir. Azad olmaq əxlaqi borcu şüurlu şəkildə yerinə yetirmək deməkdir

Hegelin təsəvvüründə ümumdünya tarixinin, hər bir insanın başlıca məqsədi –

azadlığın gerçəkləşməsi idi. O.Kont cəmiyyətin təkamülü nəticəsində insanda sosial

keyfiyyətlərin heyvanilərə tədricən üstün gəldiyini qeyd edərək, göstərirdi ki, insanın

əsas xoşbəxtliyi fəaliyyətdə olmaq, daim nəyə isə nail olmaqdır. Qabiliyyətləri,

bacarıqları istifadəsiz qalan insan həyatından bezir.

Freydin fikrincə, isə insanlar yaşamağın məqsədini xoşbəxtliyə nail olmaqda

görürlər, bunun konkret mənası “güclü həzzalma hissi küçirməkdədir”. Sözün geniş

mənasında buraya ağrının və narazılığınolmaması da əlavə olunur. Lakin həzzalma

prinsipinin proqramı bütün aləmə (həm makrokosm, həm də mikrokosma) qarşı çıxış

edir; o ümumiyyətlə mümkün deyil, kainatın quruluşu ona qarşı çıxır. Xoşbəxtlik

əslində gözlənilməz həzzalma, tələbatın gərginliyinin yüksək səviyyəsinin aradan

qalıdrılmasıdır. Belə hallar tez-tez təkrarlanarsa, insanda biganəlik, etinasızlıq hissi

yaranar. İnsan üç qrup əziyyətlər çəkir (özündən, xarici aləmdən və digər insanlar

tərəfindən). Freydə görə əzablardan qurtarmaq üçün bir neçə yol tapıblar: narkotiklər,

yoqa, yaradıcılıq fəaliyyəti, dünya haqqındakı təsəvvürləri dəyişdirmək (məsələn, din

Page 237: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

237

vasitəsilə, ya da inqilab yolu ilə). Freydin özü isə bu vəziyyətdən çıxış yolunu sevmək

və sevilməkdə görürdü.

V.Frankl göstərir ki, insanın həyatını heykəltaraşın fəaliyyəti ilə müqayisə

etmək olar. Təsəvvür edin ki, ona öz əsərini tamamlamaq üçün müəyyən vaxt verilir.

Lakin onun nə həmin vaxtın sonu, nə də işin nə vaxt qurtaracağı haqqında məlumatı

yoxdur. Buna görə də öz işini nə vaxt dayandıracağını bilmir. O sadəcə olaraq ona

ayrılmış vaxtdan maximum istifadə edir ki, əsər yarımçıq qalmasın. Lakin əgər

verilmiş vaxt iş başa çatana qədər qurtarsa belə görülən işin qiymətini aşağı salmır.

Həyatın fraqmentar xarakteri onun mənasını azaltmır. Ömrün uzunmüddətli

olmasından biz heç vaxt onun nə dərəcədə mənalı olduğu ölçüsünü əldə edə bilmərik.

Normal insan nə vaxtsa öləcəyindən qorxaraq özünü itirmir, ümidsizliyə qapılmır.

Əksinə ona verilən ömrü mənalı yaşamağa, özündən sonra müsbət iz qoymağa çalışır.

Hər bir fərdin həyatının məqsədi və amalı onun mənimsəmiş olduğu sosial ideyalarla,

yaşadığı dövrün şəraiti ilə sıx bağlı olur. Məhz onlara arxalanaraq insan öz həyatını

xeyir və ya şər, doğruçuluq və ya yalançılıq, ədalət və ya ədalətsizlik kimi mənəvi-

əxlaqi anlayışlar üzərində qurur. Deyilənlərdən aydın olur ki, insanın həyatının

mənası, ölməzliyi onun özü tərəfindən qazanılır.

Din insanın həyatını müqəddəs dini ehkamlara əməl etməkdə, dini ayin və

mərasimləri yerinə yetirməkdə, etiqad vasitəsilə Allaha, axirət dünyaya inam

bəsləməkdə görür. Fəlsəfə isə buməsələni həll edərkən ona fərdi, şəxsi və ümumbəşəri

göstəricilərin vəhdəti baxımından yanaşır. İnsan həyatı fiziki cəhətdən keçici olmasına

baxmayaraq mənəvi baxımdan ölməzlik qazana bilir. İnsanın ölməzliyi onun qoyub

getdiyi mənəvi irs, yaradıcılıq və xeyirxah əməllərdir.

5.Evtanaziyanın sosial-mənəvi mahiyyəti.

Evtanaziya yunan sözüdür, mənası ağrısız, əzabsız ölüm deməkdir. Evtanaziya

– ölümü yaxınlarda labüd olan, həyatı sünu yolla uzadılan insanlara tətbiq edilir.

Page 238: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

238

Qeyd edək ki, hazırda evtanaziya problemi ətrafında cəmiyyətdə ciddi

mübahisələr gedir. Alimlərin bəziləri (filosoflar, hüquqşünaslar, həkimlər, teoloqlar)

evtanaziyanı yol verilməz hesab edir, bəziləri isə bildirirlər ki, evtanaziya əxlaqi əsasa

malikdirsə, onun qanuniləşdirilməsi təbiidir. Sonuncuların fikrincə müasir tibb elmi o

dərəcədə inkişaf edib ki, ölümü yaxınlaşan insanın həyatını müəyyən qədər uzada

bilir. Bu zaman insanın həm özü əzab çəkir, həm də o, yaxınlarına mənəvi əzab verir.

Belə halda insanın ölümünün qarşısını almaq düzgün deyil. Digərləri isə buna etiraz

olaraq bildirirlər ki, belə bir qanun insanın fəaliyyət azadlığına mane olur.

Qeyd etmək lazımdır ki, insanın həyatı ölənə kimi qorunmalıdır. Çünki insan

həyatı toxunulmazdır, heç bir şəraitdə evtanaziyaya yol vermək olmaz. Çünki

evtanaziya ailənin hər hansı bir üzvünün və ya maraqlı olan tərəfin mənafeyinə görə

istifadə edilə bilər; evtanaziya “həyat var, ümid də var” prinsipinə ziddir; həkim

düzgün diaqnoz qoymaya bilər; evtanaziya tətbiq edildikdən sonra həmin xəstəliyi

müalicə etmək üçün dərman tapıla bilər.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu termini ilk dəfə ingilis filosofu

Frensis Bekon işlətmişdir. Bir çox ölkələrdə evtanaziya artıq rəsmiləşdirilmişdir.

Məsələn, İsrail, Belçika, Hollandiya, Avstraliya, İsveçrə, həmçinin ABŞ-ın 3 ştatında

rəsmiləşdirilib. Ölkəmizdə isə evtanaziya hüquqi müstəvidə rəsmiləşdirilməmişdir.

Evtanaziyanın müxtəlif növləri var: aktiv və passiv evtanaziyalar; könüllü və

qeyri-könüllü evtanaziyalar. Passiv evtanaziya – tibb sahəsinin əldə etdiyi müasir elmi

nailiyyətləri sayəsində ağır xəstəliyi düşmüş insanı tam müalicə edib yenidən sağlam

bir şəkildə həyata qaytarmağın mümkün olmadığı haqqında məlumatı həkim xəstənin

doğmalarına bildirdikdən sonra sonuncuların qərarı ilə xəstənin həyatını süni yolla

uzadan tibbi qurğu həkim tərəfindən dayandırılır. Aktiv evtanaziya - tibb sahəsinin

əldə etdiyi müasir elmi nailiyyətləri sayəsində ağır xəstəliyi düşmüş insanı tam

müalicə edib yenidən sağlam bir şəkildə həyata qaytarmağın mümkün olmadığı

haqqında məlumatı həkim xəstənin doğmalarına bildirdikdən sonra sonuncuların

Page 239: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

239

qərarı həkim xəstənin bədəninə müəyyən maddəni əlavə eir və bununla fiziki və

mənəvi əzab çəkən xəstənin həyatı dayandırılır.

Könüllü evtanaziya – xüsusilə Qərb ölkələrində geniş yayılmışdır. Bu

evtanaziya növü həm də cəmiyyət tərəfindən əsasən qəbul olunur. Belə ki, insan öz

sağlığında əvvəlcədən heç bir xəstəliyi tutulmadan öncə evtanaziyaya münasibətini

bildirir və öz istəyini rəsmi olaraq notariusda təsdiqləyir. Həmçinin doğmalarına

bildirir ki, əgər onun gələcəkdə hər hansı bir müalicəsi mümkün olmayan və ya

təsadüfən başına qəza (nəqliyyat və b.) gəldikdə onun yenidən sağlam bir şəkildə

həyata qayıtması mümkün olmadıqda, o nə özü, nə də doğmalarına mənəvi və fiziki

əzab çəkməsini istəmir. Bu halda ona evtanaziyanın tətbiq edilməsini istəyir.

Qeyri-könüllü evtanaziya - tibb sahəsinin əldə etdiyi müasir elmi nailiyyətləri

sayəsində ağır xəstəliyi düşmüş insanı tam müalicə edib yenidən sağlam bir şəkildə

həyata qaytarmağın mümkün olmadığı haqqında məlumatı həkim xəstənin

doğmalarına bildirdikdən sonra xəstənin fikri nəzərə alınmadan onun doğmalarının

qərarı ilə xəstəyə evtanaziya tətbiq edilir.

Qeyd etmək lazımdır ki, bu evtanaziya növü cəmiyyət tərəfindən qəbul edilmir

və pislənilir. Belə ki, doğmalarının köməyinə və dəstəyinə ehtiyacı olan insana

mənəvi, maddi və fiziki yardım etmək əvəzinə, onun yerinə qərar verilir və ağır,

çıxılmaz vəziyyətdə olan xəstəyə evtanaziya tətbiq edilir. Bu evtanaziya növü “həyat

var, ümid də var” prinsipinə zidd olmaqla yanaşı, həm də ailənin hər hansı bir

üzvünün və ya maraqlı olan tərəfin mənafeyinə görə istifadə edilə bilər. Ona görə də

buna yol vermək olmaz. Bu tip insanlar həm cəmiyyət tərəfindən pislənilir, həm də

hüquqi müstəvidə öz cəzalarını alırlar.

Yuxarıda qeyd edilmiş evtanaziyaların kombinasiyasının əsasında onun dörd əsas

növünü müəyyən etmək olar:

1. könüllü və aktiv;

2. könüllü və passiv;

3. qeyri-könüllü və aktiv;

Page 240: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

240

4. qeyri-könüllü və passiv.

Burada dünyəvi dinlərin də evtanaziyaya münasibətini qeyd etmək yerinə

düşərdi. Bütün dünyəvi dinlərdə, eləcə də islam dinində evtanaziya qəbul edilmir.

Belə ki, dini dünyagörüşə əsasən bütün dünyanı, eləcə də insanı Allah yaradıb.

İnsanın taleyi və həyatı ilahi varlıqdan asılıdır. İnsanın həm evtanaziya, həm də

özünəqəsd etməsi günah hesab edilir.

Ümumiyyətlə, evtanaziya cəmiyyətdə müzakirə edilən və mübahisə doğuran

məsələlərdən biridir. Belə ki, evtanaziyanın tərəfdarları bildirirlər ki, insan öz zəkası

və iradəsinin köməyi ilə həyatını qurur və yaşayır. O, öz qərarı ilə hərəkət edir. Bəzən

insan öz ölümünü əvvəlcədən gözünün qarşısına gətirərək müəyyən təhlükəli

hərəkətlər edir. Məsələn, müharibələr zamanı insan vətənini müdafiə etmək məqsədilə

və ya digərlərini xilas etmək üçün qəhrəmanlıqlar edir; təhlükəli peşələr seçir; onun

saglamlığına ziyan vura bilən müxtəlif təhlükəli idman növləri ilə məşğul olur. Bəs,

onda nə üçün cəmiyyət bunu qəbul etməklə yanaşı, həm də onları alqışlayır,

mükafatlandırır. Amma ağır xəstəliyə düşmüş və müalicəsi mümkün olmayan, ona,

həmçinin doğmalarına mənəvi-fiziki əzab verən xəstəlikdən qurtulmaq üçün

evtanaziyanı seçdikdə, insanlar bunu sosial-etik normalara uyğun olmadığını

bildirirlər. Lakin biz yuxarıda qeyd etdik ki, məhz könüllü evtanaziya növünü

cəmiyyət əsasən qəbul edir. Belə ki, insanın qərarına və fikirlərinə hörmət edilməlidir.

İnsanın öz həyatına nəzarət etməsi, onun yaşamaq istəyib-istəmədiyini azad bir

şəkildə bildirməsi şəxsiyyət azadlığının nümunəsidir. Cəmiyyət birmənalı olaraq

qeyri-könüllü evtanaziyanın əleyhinədir. Çünki insan həyatı toxunulmazdır, onun

həyatı ölənə kimi qorunmalıdır. Burada həmçinin dinin təbliğ etdiyi mənəvi-əxlaqi

dəyərlər prinsip də böyük yol oynaya bilər. Belə ki, dinin cəmiyyət həyatında əsas

vəzifəsi ondan ibarətdir ki, o insanlararası münasibətlərin tənzimlənməsinə və

mənəviyyatın zənginləşməsinə xidmət edir.

MÖVZU – 14.

Page 241: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

241

CƏMİYYƏTİN MƏNƏVİ HƏYATI. İCTİMAİ ŞÜUR, ONUN STRUKTURU

VƏ FORMALARI

1. Cəmiyyətin mənəvi həyatı. İctimai şüur və onun strukturu.

2. İctimai və fərdi şüurun mahiyyəti, onların qarşılıqlı əlaqəsi.

3. İctimai şüurun formaları.

4. Siyasi şüur və siyasi ideologiya.

5. Siyasi mədəniyyət anlayışı və onun mahiyyəti.

1. Cəmiyyətin mənəvi həyatı. İctimai şüur və onun strukturu.

Cəmiyyətin maddi həyatı, iqtisadi münasibətləri ictimai inkişafın əsasını təşkil

edir. Lakin ictimai inkişafı dərk etmək üçün təkcə iqtisadi amilləri bilmək, onların

qanunauyğunluqlarını analiz etmək kifayət deyil. Belə ki, insanların istehsal

fəaliyyətindən başqa, cəmiyyətin mənəvi həyatı da vardır.

Cəmiyyətin mənəvi həyatının əsasını isə ictimai şüur təşkil edir. İctimai şüur

ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən

min illər ərzində yaradılır və o yalnız bəşəriyyətə məxsusdur. Başqa sözlə desək,

ictimai şüur ayrı-ayrı insanlar tərəfindən yaradılsa da, həmin insanların ixtiyarından

çıxaraq, bütün bəşəriyyətin mənəvi həyatına çevrilir. Məsələn, elmi kəşflər, bədii

ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı insanların zəkasının məhsulu olsalar da, onlar

bütün bəşəriyyətə məxsusdurlar.

İctimai şüurun strukturuna adi və nəzəri şüur, ideologiya və ictimai psixologiya

daxildir. Bəzən elmi ədəbiyyatda onları ictimai şüurun səviyyələri kimi də

səciyyələndirirlər.

Adi şüur – insanların gündəlik həyat fəaliyəti zamanı meydana gələn ideyalar,

təsəvvürlər və baxışların məcmusudur. Adi şüur özündə empirik təcrübəni və biliyi,

cəmiyyətdəki əxlaqi normaları, təbiət və insanın öz sosial vəziyyəti haqqında kortəbii

Page 242: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

242

təsəvvürləri özündə birləşdirir. Adi şüurun sosial psixoloji cəhətləri cəmiyyətdəki

sosial şəraitin təsiri altında formalaşır və dəyişir.

Nəzəri şüur – adi şüurun mühüm cəhətlərinin inkişafı olub, öz ifadəsini elmdə

və başqa ictimai şüur formalarında tapır.

İctimai psixologiya əsasən insanların sosial varlığı, onların yaşadığı və

fəaliyyət göstərdiyi ictimai şəraitin təsiri altında formalaşır, mühakimə, emosiya, hiss,

əhval-ruhiyyə və aktlarda təzahür edir. İctimai şüurun yüksək səviyyəsi olan

ideologiya isə müəyyən sinfin, sosial və etnik qrupun, millətin mənafe və maraqlarını

ifadə edən fəlsəfi, dini, etik, estetik səviyyədə rəsmiləşdirilmiş məhsuludur. Adi şüur

insanların həyat fəaliyyəti prosesində kortəbii surətdə yaranırsa, ideologiya başlıca

olaraq, ideoloqların şüurlu fəaliyyətinin məhsulu kimi meydana çıxır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, cəmiyyət iki hissədən – maddi və mənəvi

həyatdan ibarətdir. Maddi nemətlərin istehsalı prosesi, insanların əmək fəaliyyətinin

maddiləşməsi sahəsi, sosial-maddi yaşayış tərzi, başqa sözlə, maddi-ictimai varlığı

cəmiyyətin maddi həyatını təşkil edirsə; mənəvi fəaliyyət dairəsi: təhsil, peşə, ixtisas

fəaliyyəti, elmi-texniki, bədii yaradıcılıq prosesi, əxlaqi-estetik və hissi-psixoloji

hərəkətlərin, dacranışın, mənəviyyatın, dünyagörüşün, adət-ənənələrin və s. məcmusu

isə mənəvi həyatı təşkil edir. Mənəvi həyat tərzi maddi ictimai varlıq əsasında

formalaşır və ona uyğun ölür. Cəmiyyətin mənəvi həyatını ictimai-iqtisadi quruluş

müəyyən edir. Buna görə də hər bir ictimai-iqtisadi formasiyanın xarakterinə uyğun

spesifik mənəvi həyatı olur.

“Cəmiyyətin mənəvi həyatı” anlayışını çox zaman “ictimai şüur” anlayışı ilə

eyniləşdirirlər. Lakin onlar bir-birinə yaxın anlayışlar olsalar da, eyni deyildirlər.

Əgər mənəvi həyat ən ümumini ifadə edib, geniş əhatəlidirsə, ictimai şüur onun tərkib

hissəsidir, ona nisbətən məhduddur. Cəmiyyətinin mənəvi həyatının heç də bütün

tərkib hissələri (mədəniyyət, dünyagörüşü, adət-ənələr, təhsil, peşə fəaliyyəti və s.)

ictimai şüur anlayışına aid edilə bilməz.

Page 243: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

243

Dialektik sosial fəlsəfəyə görə cəmiyyətin dəyişməsi və inkişafı

qanunauyğunluqlarını dərk etmək üçün təkcə maddi-iqtisadi amilləri bilməklə

kifayətlənmək olmaz. Bunun üçün cəmiyyətin mənəvi həyatının inkişaf

xüsusiyyətlərini, ictimai şüurun varlıqla qarşılıqlı əlaqə və təsirini də nəzərə almaq

lazımdır. Çünki insanlar maddi-iqtisadi fəaliyyətlərində belə müəyyən siyasi və əxlaqi

ideyaları rəhbər tutur, elmi bilik, baxışlar və nəzəriyyələr əsasında hərəkət edirlər.

Həmin siyasi, hüquqi, elmi, əxlaqi, bədii və s. ideya, baxış və nəzəriyyələr isə

cəmiyyət həyatında mühüm rol oynayan ictimai şüur sahəsinə aiddir.

İctimai şüur – ictimai varlığın inikasıdır, cəmiyyətin mənəvi həyatının başlıca

hissəsidir. İctimai şüur – insanların əməli fəaliyyətlərində istinad etdikləri və rəhbər

tutduqları ideya və nəzəriyyələrin, siyasi, elmi, hüquqi, fəlsəfə, dini, əxlaqi, bədii

baxışların, ictimai hiss, psixoloji, vərdiş və mənəvi keyfiyyətlərin məcmusudur.

İctimai şüurun inikas obyekti ictimai varlıqdır, insanı əhatə edən gerçəklikdir.

İctimai şüur yekcins deyildir. İctimai varlığın rəngarəng və çoxsahəli olmasına

uyğun olaraq, onun inikası olan ictimai şüur da mürəkkəb struktura malikdir. Elmi-

nəzəri və adi-gündəlik şüur, ictimai ideologiya və ictimai psixologiya, ictimai və fərdi

şüur – ictimai şüurun struktur komponentləridir.

İctimai varlıq ictimai şüurdan asılı olmayaraq mövcuddur. İctimai şüur ictimai

varlığın inikası olub, onun nəticəsidir və onu əks etdirir. Buna görə də ictimai varlıq

dəyişdikdə ictimai şüurun formaları da dəyişir. Lakin bu dəyişmə öz başına və ya

kortəbii baş vermir, burada ictimai şüurun nisbi müstəqilliyi xüsusiyyəti ciddi təsir

göstərir:

Əvvəla, ictimai şüur öz inkişafında, əsasən ictimai varlıqdan geri qalır (xüsusilə

din, əxlaq və s.).

İkinci, ictimai şüur (xüsusilə siyasi ideologiya nəzəriyyələr və s.) öz inkişafında

ictimai varlığı qabaqlaya da bilir. Görkəmli şəxsiyyətlər mövcud varlığın inkişafını

qabaqlayır, tarixi prosesin düzgün dərk edilməsi əsasında gələcəyi qabaqcadan görə

bilirlər.

Page 244: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

244

Üçüncüsü, ictimai şüur öz inkişafında ciddi varisliyə malikdir. Hər bir

ideologiya forması (siyasi, hüquqi, əxlaqi və s.) öz inkişafında əvvəlki ideoloji irsdən,

mənəvi sərvətdən istifadə edir, onun əsas cəhətlərini yaşadır və inkişaf etdirir.

Dördüncüsü, ictimai şüurun, ideologiyanın gerçəkliyə fəal təsir göstəməsi də

onun nisbi müstəqilliyinin ifadəsidir.

Qeyd etmək lazımdır ki, ictimai şüurun müxtəlif formaları arasında möhkəm

qarşılıqlı təsir qanunauyğunluğu fəaliyyət göstərir, mənəvi inkişaf və tərəqqini

şərtləndirir. Lakin bu qarşılıqlı təsir prosesində ayrı-ayrı ictimai şüur formalarının

yeri, rolu və mövqeyi müxtəlifdir. İbtidai icmada və quldarlığın əvvəllərində əxlaq,

din və incəsənət ictimai şüurun digər formalarına, bütövlükdə cəmiyyətin mənəvi

həyatına güclü təsir göstərib, aparıcı mövqedə olmuşdur. Quldarlığın sonlarında və

feodalizmdə din, kapitalizmdə siyasət, hüquq və elm, sosializmdə isə elm və siyasət

cəmiyyətin mənəvi həyatına və ictimai şüur sisteminə güclü təsir göstərmişdir.

Cəmiyyətin mənəvi həyatına və sosial gerçəkliyə hansı ictimai şüur formasının

güclü təsir etməsinin səbəbi onun iqtisadi bazisə daha yaxın olması, iqtisadi mənafe

və münasibətləri bilavasitə və daha dolğun əks etdirməsi ilə izah olunur.

2. İctimai və fərdi şüurun mahiyyəti, onların qarşılıqlı əlaqəsi.

İctimai şüur xüsusi mənəvi sistem və ictimai inkişafa təsir edən güclü amildir,

cəmiyyət üzvlərinin fərdi şüurundan kənarda mövcud deyildir. Fərdi şüur isə ayrıca

bir şəxsin şüuru kimi meydana gəlsə də, o əvvəllər və indi yaşayan insanların

yaratdığı mənəvi dəyərləri bu və ya digər dərəcədə özündə əks etdirir. Fərdi şüurun

ictimai şüura münasibəti təkcənin ümumiyə nisbəti kimidir. Necə ki, ümumi təkcədə

mövcud olur, eləcə də ictimai şüur özünün bütün formaları ilə ayrı-ayrı insanların

şüurunda, yəni fərdi şüurda təzahür edir.

Başqa sözlə desək, fərdi şüur ictimai şüurun elementlərini özündə birləşdirir.

İctimai şüur bütünlükdə cəmiyyətə, fərdi şüur isə ayrı-ayrı insanlara mənsubdur.

Fərdin fikirləri, ideyaları o zaman sosial sərvət hesab olunur ki, onlar şəxsin mənafe

Page 245: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

245

çərçivəsindən kənara çıxır, ümumi şüura daxil olur. Buna görə də, fərdin yaradıcı

imkanlarının, onun istedad və qabiliyyətinin inkişafına cəmiyyətin diqqət yetirməsi,

şərait yaratması zəruridir.

Fərdi və ictimai şüurun qarşılıqlı əlaqəsində aparıcı rol təbii ki, ictimai şüura

məxsusdur. Onun fərdi şüura təsiri əsasən təhsil və tərbiyə prosesində həyata keçirilir.

Cəmiyyət tərəfindən yaradılan ictimai şüur formaları fərdə mənəvi qida verir, onun

dünyagörüşünün formalaşmasına böyük təsir göstərir, onda əxlaqi normalar, estetik

təsəvvürlər və hislər yaratmaq üçün qiymətli mənbə rolunu oynayır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, ictimai şüurun strukturunda ictimai və

fərdi şüurun qarşılıqlı münasibətinin düzgün müəyyənləşdirilməsinin də mühüm

metodoloji və nəzəri-idrakı əhəmiyyəti vardır. İctimai və fərdi şüuru nə

eyniləşdirmək, nə də onları bir-birindən tam təcrid etmək olmaz. Fərdi şüur həm də

ictimai şüurdur. İctimai şüur isə həm də fərdi şüurdur. Konkret fərdlər olmadan

ictimai şüurda ola bilməz. İctimai mühitdən kənarda isə fərd yoxdur. Onun da şüuru

ictimaidir. Lakin onların mühüm fərqləri vardır.

Fərdi şüur – müəyyən konkret şəxsiyyətin mənəvi aləmidir, onun fikirləri,

baxışları, hiss və vərdişlərinin məcmusudur. Fərdi şüur şəxsin mənlik şüurudur, özü,

dünya, kollektiv, sinif və cəmiyyət haqqında baxışları sistemidir. Burada fərdin

yaşadığı obyektiv mühitin (makro və mikro mühitlərin vəhdətinin) ciddi təsiri vardır.

İctimai şüur – cəmiyyətin ən ümumi, qanunauyğun şüurudur. İctimai şüur –

ictimai qanunları dərk etmək yolu ilə yaranır və fəaliyyət göstərir. İctimai şüuru çoxlu

adamı əhatə etməsi mənasında başa düşmək olmazdı. Burada “ən ümumilik” anlayışı

gerçəkliyi, dolğun, əhatəli düzgün, qanunauyğun əks etdirməyi, fərdlərin sinfi ictimai

şüurunu ümumiləşdirilmiş şəkildə əks etdirməyi ifadə edir. Deməli, ictimai şüur

fərdlərin vasitəsi ilə bütövlükdə cəmiyyətin ümumiləşdirilmiş şüurudur.

İctimai şüurun və onun struktur komponentlərinin mahiyyətinin dərk

edilməsində ideologiya və ictimai psixologiyanın mühüm əhəmiyyəti var. İctimai

psixologiya – maddi-iqtisadi münasibətlərin, insanların yaşadığı ictimai şəraitin, əldə

Page 246: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

246

edilən təcrübənin onların psixikasında hisslər, əhval-ruhiyyə, vərdişlər, təsəvvür və

xəyallar şəklində əks olunmasıdır. İctimai psixologiya sosial-sinfi və milli xarakter

daşıyır. Ona görədə ictimai mənafeləri müxtəlif olan siniflərin, xalq və millətlərin

psixologiyası da bir-birindən kəskin sürətdə fərqlənir.

İctimai ideologiya – ictimai varlığı ümumxalq və müəyyən sinfi mənafe

mövqeyindən əks etdirən ideyalar, baxışlar və nəzəriyyələrin məcmusudur. O, hər

hansı xalqın, millətin, sinfin siyasi, fəlsəfi, əxlaqi, dini və s. baxışları sistemidir,

gerçəkliyin nəzəri dərk edilib ümumiləşdirilməsidir. Cəmiyyətdə xalqın və sinfin

əsaslı mənafeyi məhz ideologiya vasitəsilə daha dəqiq və dolğun ifadə olunur ki, bu

da onun sinfi xarakter daşıdığını göstərir. Mütərəqqi siniflərin ideologiyası da

mütərəqqi, elmi olur, mürtəce siniflərin siniflərin ideologiyası isə mürtəce ideyaları

təbliğ edir, qeyri-elmi və qeyri-mütərəqqidir.

Adi-kütləvi (və ya gündəlik) şüur – insanların gündəlik həyat proseslərində,

əmək-istehsalat, ictimai-siyasi və mənəvi fəaliyyətlərində gerçəkliyə münasibətləri,

özləri haqqında əldə etdikləri empirik bilikləri, təsəvvür, vərdiş, əxlaq normaları, adət-

ənənələri və s. əhatə edir. Adi şüur gerçəkliyin nəzəri aşılanması səviyyəsinə qalxa

bilmir. Bu səviyyədə ictimai şüur sosial gerçəkliyin ən çox xarici, təzahür cəhətlərini

dərk edir, o, gerçəkliyin qanunauyğunluqlarına, hadisələrin daxili mahiyyətinə vara

bilmir. Adi-kütləvi (və ya gündəlik) şüurun qnoseoloji funksiyası – empirik faktlar

əsasında əldə edilmiş biliyi praktik fəaliyyətə tətbiq etməkdən ibarətdir. Onun əsas

mahiyyətini praktik fəaliyyətinin empirik öyrənilməsi və ümumiləşdirilməsi təşkil

edir. Gündəlik təcrübə və onun əsasında əldə edilmiş bilik və vərdişlər adi şüurun

əsasını təşkil edir.

Adi-kütləvi (və ya gündəlik) şüura əsasən aşağıdakılar daxildir: a) çox əsrlik

əmək fəaliyyətində insanların əldə etdikləri empirik təcrübə və onun əsasında

yaranmış empirik biliklər və təsəvvürlər, ətraf aləm haqqında baxışlar, ideyalar; b)

Əmək prosesində əldə edilmiş əxlaq və davranış normaları, vərdişlər; v) bədii xalq

Page 247: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

247

yaradıcılığı və xalq sənətkarlığı; q) xalq təbabəti və digər təbii-tarixi biliklər; d)

gündəlik birgəyaşayışdan əldə edilmiş adət-ənənələr, əhval-ruhiyyə, hisslər.

Elmi nəzəri şüur - təbii və sosial gerçəkliyin elmi və dolğun inikasıdır, nəzəri

cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır, daxili mahiyyətli, qanun və

qanunauyğunluqlarda ifadə olunan inikasıdır. Elmi nəzəri şüurla adi-gündəlik şüur

səviyyəsi arasında sədd nisbidir, onlar bir-birinə qarşılıqlı təsir edir, bir-birini

zənginləşdirir. Adi şüur bütün dövrlərdə ictimai şüur formalarının inkişaf və qida

mənbəyi olmuşdur.

Qeyd etmək lazımdır ki, ictimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir

hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun

məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik

şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi

gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri,

insan birgə yaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və

məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir. Elmi-nəzəri şüur sosial

gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili

mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır.

3.İctimai şüurun formaları

İctimai şüurun formaları bunlardır: əxlaqi şüur, dini şüur, fəlsəfi şüur, elm,

incəsənət, hüquqi şüur və siyasi şüur.

Əxlaq və ya mənəviyyat ictimai şüurun qədim forması olub, insan cəmiyyətinin

formalaşdığı dövrdə meydana gəlmişdir. Əxlaq hələ ibtidai icma quruluşunda

insanların praktiki tələbatından, yəni onlar arasındakı münasibətlərin tənzimlənməsi,

birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana gəlmiş və inkişaf etmişdir.

Cəmiyyət inkişaf etdikcə, istehsalda və istehsal münasibətlərində baş verən

dəyişikliklərin təsiri altında bu normalar dəyişilir, yenilənir və inkişaf edir. Əxlaq

Page 248: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

248

dedikdə, adətən cəmiyyətdəki davranış normaları, qaydaları və prinsiplərinin

məcmusu başa düşülür.

Dini şüur. Öz mənşəyinə görə ən qədim ictimai şüur formalarından biri olan din

cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. İbtidai insanların təbiət

qüvvələri qarşısındakı acizliyi, onlara təsir etmək imkanının məhdudluğu dini şüurun

meydana gəlməsi üçün əsas şərtlərdən biri olub. Dini şüur dini etiqada əsaslanır. Dini

etiqad üç əsas xüsusiyyətlərlə xarakterizə olunur: dini təsəvvürlər, dini hislər, ayin və

mərasimlər. Dini təlimlərə görə Allah nəinki təbiət qanunlarına tabe deyildir, o bu

qanunların yaradıcısı, demiurqu hesab olunur və bu ehkam kimi qəbul edilir.

Fəlsəfə dünyaya baxış və bu dünyada insanın yeri haqqında ümumiləşdirilmiş

dünyagörüşü sistemini formalaşdırır. O, insanın dünyaya idraki, sosial-siyasi, mənəvi-

estetik və s. münasibətlərini tədqiq edir. Sosial gerçəkliklə şərtlənən fəlsəfi şüur öz

növbəsində ictimai varlığa fəal təsir göstərərək, yeni ideyaların, fikirlərin, mənəvi və

mədəni dəyərlərin yaranmasına kömək edir. Bu hər şeydən əvvəl fəlsəfənin

dünyagörüşünün əsası olması ilə şərtlənir.

Fəlsəfə ontoloji mənada varlıq-şüur münasibətlərini, qnoseoloji mənada isə

dünyanın dərk olunmasının yollarını və üsullarını, onun daxili inkişaf dinamikasını

izah edir. Təbiətin və ictimai həyatın ən ümumi qanunauyğunluqlarının dərk edilməsi

fəlsəfənin qarşısında duran mühüm vəzifədir. Fəlsəfi şüur sistemliliyə, məntiqi

ardıcıllığa və elmə əsaslanır.

Elm. İctimai şüur formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan

təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmış,

dəqiqləşdirirlmiş biliklər sistemidir. Cəmiyyət həyatında elmin rolundan danışdıqda

onun yerinə yetirdiyi üç sosial funksiyanı xüsusi qeyd etmək lazımdır: birincisi,

mədəni-dünyagörüşü funksiyası, ikincisi, elmin bilavasitə məhsuldar qüvvə olması və

üçüncüsü, ictimai inkişafda meydana gələn müxtəlif problemlərin həllində ondan

geniş istifadə olunmasıdır. İctimai şüurun digər formaları kimi elm də hər hansı bir

Page 249: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

249

millət, xalq və ya bir insan nəsli tərəfindən yaradılmamışdır. O tarix boyu bütün

bəşəriyyət tərəfindən yaradılmış və inkişaf etdirilmişdir.

İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-praktiki dərk

olunmasının xüsusi növüdür. İctimai şüur formalarının hər biri ətraf aləmi

özünəməxsus üsullarla, məsələn, elm anlayışlar, kateqoriyalar vasitəsilə, hüquq

qanunlarla, əxlaq davranış normaları ilə və s. əks etdirir. İncəsənət isə insan şüurunda

gerçəkliyin bədii surətlər vasitəsilə inikası formasıdır. İncəsənət əsasən müəyyən

peşəkar qrupun – şairlərin, rəssamların, heykəltəraşların, musiqiçilərin və b. fəaliyyət

sahəsidir. İncəsənətin vəzifəsi şəxsiyyətə və onun vasitəsilə cəmiyyətə təsir etməkdir.

Dünyanı gözəllik qanunları əsasında mənimsəməyin mahiyyəti və qanunları haqqında

fəlsəfi təlim olan estetika insan cəmiyyətinin yaranması dövründə meydana gəlmiş və

inkişaf etmişdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq, estetik münasibətlərin

mənbəyi olan sosial gerçəkliklər də dəyişir. İnsanların zövqü, onların estetik idealları

və təsəvvürləri yenilənir və təkmilləşir. İctimai həyatın bütün tərəflərini daha dolğun

və düzgün əks etdirmək tələbatı incəsənətin yeni növləri və janrları meydana gətirir.

Gerçəkliyə estetik münasibət insanın ətraf aləmə çoxtərəfli münasibətlərindən biri

olub, maddi istehsal prosesində təşəkkül tapır.

Hüquqi şüur bütünlükdə cəmiyyətin maraq və tələbatı ilə təyin olunan hüquqi

baxışlar, nəzəriyyə və hislər, hüquqi hadisələr haqqındakı biliklər və onların

qiymətləndirilməsinin məcmusudur. Hüquq və hüquqi şüur cəmiyyətin siniflərə

bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində yaranmış ictimai

münasibətlərin tənzimlənməsi zərurətindən meydana gəlmişdir. Hüquq normativ

sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını, birliklərin və

dövlət təşkilatlarının vəzifələrini, münasibətlərini tənzimləyir. Bu normlar müvafiq

hüquqi qanunlarda ifadə olunur. Hüquq mühüm dövlət sənədlərində ifadə olunaraq,

insanların və ayrı-ayrı istehsal birliklərinin vəzifə və azadlıqlarının həddini müəyyən

edir, onların azadlığının təminatçısı kimi çıxış edir. Hüquqi şüur hüquqi

Page 250: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

250

münasibətlərin, normaların, təsisatların təbiəti və vəfizələri ilə bağlı qanunvericilik,

məhkəmə və prokurorluq orqanlarının fəaliyyəti haqqında təsəvvürləri əhatə edir.

Siyasi şüur. İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin

siniflərə bölündüyü və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siyasi

şüur siniflərin, sosial qrupların dövlət hakimiyyətinə olan münasibəti əsasında

yaranan sosial-iqtisadi, ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və

təsəvvürlərin, hiss və əhval-ruhiyyələrin məcmusudur. Siyasət təkcə siniflər

arasındakı münasibətlər sahəsi deyil, həm də millət və etnik qruplar arasındakı

münasibətləri özündə birləşdirir.

Siyasi şüur siniflər və millətlər, sosial və etnik qruplar tərəfindən siyasi məqsəd

və vəzifələrin, strategiya və taktikaların, metod və üsulların işlənib hazırlanmasından

ibarət mürəkkəb sosial hadisədir. Hakimiyyətdə olan siniflər və sosial qüvvələr siyasi

şüuru rəhbər tutaraq, dövlətin daxili və xarici siyasətini təyin edirlər.

Qeyd etmək lazımdır ki, ictimai şüur formalarının bir-biri ilə qarşılıqlı təsiri

həm də ictimai şüurun nisbi müstəqilliyinin ifadəsidir. İctimai şüur formaları bu

qarşılıqlı təsirdə bir-birini zənginləşdirir və inkişaf etdirirlər.

Başqa sözlə desək, ictimai şüurun formalar arasında möhkəm qarşılıqlı təsir

əlaqələri mövcuddur. İctimai şüurun müxtəlif formalarının yaranmasının və qarşılıqlı

təsirinin əsasında inikas obyektinin ümumiliyi durur: obyektiv gerçəklik, ictimai

varlıq özünün rəngarəngliyi, çoxsahəliliyi ilə səciyyələnir. Bu müxtəlif sahələr təcrid

olunmuş halda mövcud deyildir, onlar çox müxtəlif forma və vasitələrlə qarşılıqlı

əlaqədə bir-birinə təsir edir, bir-birinin mövcudluğunu şərtləndirir.

4. Siyasi şüur və siyasi ideologiya.

Siyasi ideologiya isə siyasi şüurun formasıdır. İdeologiya müəyyən məqsəd

ətrafında cəmlənmiş və konkret mənafeləri müdafiə edən ideya və baxışların vahid

sistemidir. İnsanlar sosial münasibətləri dərk etdikcə, onların həmin münasibətlərlə

bağlı müxtəlif fikirləri formalaşır. Bu fikirlər konkret ideya və baxışlarda ifadə edilir.

Page 251: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

251

Dağınıq və sistemsiz olan fikir və təsəvvürlər adi halda ictimai şüurun müxtəlif

sahələrini əhatə edir, lakin ideya və baxışlar müəyyən istiqamətdə sistemləşdirildikdə

artıq ideologiya səviyyəsinə yüksəlir.

Siyasi ideologiya bir sıra ümumi xüsusiyyətlərə malikdir. Belə ki, hər bir

ideologiya cəmiyyətdə mövcud olan siyasi rejimlə sıx bağlıdır. Xarakterindən, siyasi

yönümündən asılı olaraq, ideologiya ya mövcud ictimai quruluş və qaydaları müdafiə

edir, ya da onu dəyişdirmək istiqamətində qərar tutur.

Hər bir ideologiya kollektiv şüur kimi fəaliyyət göstərir. İdeoloqların, liderlərin

irəli sürdüyü yeni baxışlar, ideyalar insanların şüuruna hakim kəsildikdə real qüvvəyə

çevrilir. İdeologiyanın gücü onun kollektiv inam və düşüncəyə çevrilməsi ilə ölçülür.

İdeologiyanın daşıyıcıları və tərəfdaşlarını ümumi ideya və baxışlara mənsub olmaq

kimi cəhət birləşdirir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, siyasi şüur – cəmiyyətin siniflərə

parçalandığı və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siniflərin

dövlətə, ictimai təşkilat və təsisatlara olan münasibətləri müəyyən siyasi ideya, baxış

və təsəvvür doğurur. Həmin ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir.

Deməli, siyasi şüur xalqın və siniflərin dövlət hakimiyyətinə münasibətləri əsasında

yaranan sosial-iqtisadi və ictimai-siyasi mövqe və mənafeləri əks etdirən ideya və

baxışların məcmusudur. Həmin sosial-iqtisadi və sinfi mənafelər əsasında xüsusi

siyasi mənafelər formalaşır.

Siyasi şüur siyasi fəaliyyətdə - dövlət sənədlərinin, sosial-siyasi qanunların açıq

müzakirəsində, siyasi və sosial-iqtisadi tələblərin irəli sürülməsində, parlament

mübahisələrində, dövlət çevrilişində, sosial inqilabda və s. təzahür edir. Hər bir sinif,

sosial qrup həmin fəaliyyətdə öz siyasi mənafeyinə uyğun şəkildə iştirak edir və

sosial-siyasi mövqe tutur. Deməli, hadisələrə öz siyasi baxışı formalaşır.

Siyasi mənafe – cəmiyyətdəki bütün ümummilli, sosial, iqtisadi, sinfi, mənəvi

məqsədləri mərkəzləşdirib sintez halında ifadə edir. Odur ki, siyasi mənafe

cəmiyyətdəki bütün ziddiyyətlərin əsasında durur. Həmin mübarizədə ideoloji

Page 252: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

252

mübahisələr şəklində elm, incəsənət, din, fəlsəfə və s. kimi ictimai şüur formaları da

cəlb olunur, onlar siyasətin təsirinə məruz qalır.

Hüquqi şüur – cəmiyyətdə qəbul edilmiş rəsmi qanunlar və normaların

mahiyyəti və həyata keçirilməsi prosesində əldə edilmiş biliklərin, vərdiş və rəsmi

normaların məcmusudur. Həmin qanun və normalar cəmiyyətdə fərdlərin, siniflərin,

əmək kollektivlərinin, ictimai hərəkat və partiyaların, təşkilat, idarə və müəsissələrin

və s. sosial-iqtisadi fəaliyyətini rəsmi hüquqi tənzim edir. Hüquq siyasətlə əlaqədar

olub, onunla əlaqədar yaranmışdır.

İnsanlar arasında normativ fəaliyyəti tənzim etdiyi üçün hüquqi və əxlaqi şüur

bir-birilə yaxındır. Lakin onlar bir -birindən fərqlənir: a) əxlaq mənşəcə ən qədim şüur

formasıdır, daha çox bəşəri məzmuna malikdirsə, hüquqi şüur sonralar, cəmiyyətdə

siniflərin və dövlətin yaranması ilə meydana çıxmışdır, daha çox siyasi-sinfi məzmun

daşıyır və tarixi kateqoriya olmaqla sinif, dövlət və s. birlikdə “ölüb gedəcəkdir”; b)

əxlaq insanlar arasındakı birgəyaşayışdan əmələ gəlmiş davranış normalarını əhatə

edir, onlara riayət olunması könüllü səciyə daşıyırsa və ictimai rəylə tənzim olunursa,

hüquq dövlətin müəyyən etdiyi və icrası məcburi olan, rəsmi orqanlar vasitəsilə

tənzim olunan norma və qaydaları əhatə edir; v) əxlaq normalarının pozulması

məzəmmət, ictimai rəy və s. tənzim olunursa, hüquq normalarının pozulması ilə rəsmi

orqanlar vasitəsilə məsuliyyət tələbilə tənzim olunur. Deməli, hüquq – müəyyən

cəmiyyətdə siniflərin, siyasi qüvvələrin, sosial qrupların, bütövlükdə xalqın iradəsini

ifadə edən, dövlət tərəfindən bəyənilmiş qanunlardır.

Dövlət hakimiyyətində bununla əlaqədar olaraq xüsusi 1) qanunvericilik (ali

hakimiyyət orqanı), 2) qanunun icrasına nəzarətedicilik (prokurorluq) və qanun

pozğunluğu üçün 3) cəzavericilik (məhkəmə, polis və s.) orqanları formalaşmışdır.

Qeyd etmək lazımdır ki, siyasət siniflər arasındakı münasibətləri, onların

hakimiyyət uğrundakı mübarizəsini əks etdirərək, diqqət mərkəzinə siyasi

məqsədəuyğunluğu, yəni sinfi maraqların daha səmərəli ifadəsini və təminatını qoyur.

Əxlaq da sinfi maraqları əks etdirir və bunu özünəməxsus şəkildə, bütün insanlara aid

Page 253: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

253

olan, özündə ümumbəşəri element və aspektləri cəmləşdirən universal tələblər kimi

ifadə edir. Siyasət sinfi mübarizə qanunlarına, strategiya və taktikaya malikdir ki,

bunlara əməl etməyənləri cəza gözləyir. Bununla yanaşı, öz strateji məqsədlərində o,

mənəvi dəyərlərə, ideallara əsaslanır, öz taktikasında və mübarizə üsullarının

seçilməsində ümumi rəyi, əxlaqi qiymətləndirməni, əxlaqi uyğunluğu nəzərə alır.

Siyasət də, əxlaq da insanların davranışını tənzimləyir, hakim sinfə və partiyaya

xidmət edir. Müəyyən siniflərin siyasəti əxlaqi hiss və baxışların məzmunu

iləəlaqədardır. Buna görə də hakim sinif özünün əxlaq normalarını və prinsiplərini

hakim edə bilir. Çünki əxlaq normaları müəyyən sosial birləşmələrin – siniflərin,

qrupların, millətlərin siyasi tələblərini əks etdirir. Siyasi münasibətlər cəmiyyətin

həyatının mənəvi tərəflərini özünəməxsus şəkildə tənzimləyir. Bütün siyasi addımlar

insan əməllərinin nəticəsi olduğu üçün əxlaqi məzmun daşıyır. Əxlaq prinsipləri

cəmiyyətdə insanların praktik fəaliyyəti vasitəsilə reallaşır. Belə praktik fəaliyyət

siyasi xarakter daşıyır. Praktik fəaliyyət tələb edən digər sahə – iqtisadiyyat isəəxlaqi

münasibətlərə öz siyasi təzahürləri – müəssisələr, nəzəriyyələr, praktik işlər vasitəsilə

təsir edir. Bu baxımdan əxlaq cəmiyyətin siyasi maraqlarını daha düzgün əks

etdirir. Mütərəqqi əxlaqa zidd olan, hadisələrin gedişini ləngidən, xalqa bədbəxtlik

gətirən siyasət əvvəl-axır məğlubiyyətə uğrayır. Tərəqqipərvər əxlaqa söykənən

siyasət həmişə müvəffəqiyyət əldə edir. Ədalətli siyasət özü mürtəce əxlaqın məhv

edilməsinə və mütərəqqi əxlaqın yaranmasına kömək edir. Beləliklə, siyasət daim

əxlaqi qiymətləndirməyə məruz qalır. Əxlaq isə bir tərəfdən, hakim sinfin siyasi

ideallarından asılı olmaya bilmir, digər tərəfdən o, cəmiyyətin əsas qüvvələrinin

mənəvi dəstəyinə ehtiyac duyan siyasətə güclü təsir göstərən amillərdən birinə

çevrilir. Məhz siyasi şüur dövlətin və digər siyasi institutların fəaliyyətini, həmçinin

ayrı-ayrı sosial qrupların və bütünlükdə cəmiyyətin gündəlik, həyat əhəmiyyətli

maraqlarını, özünəməxsus hiss və təsəvvürlər vasitəsilə ifadə edir və qoruyur. Bura

mədəni, milli, iqtisadi və s. maraqlar aid edilir. Hər bir dövlətin bütün əhali üçün

Page 254: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

254

ümumi olan maraqları var: sərhədlərin qorunması, beynəlxalq aləmdə müəyyən

nəticələr əldə edilməsi, milli mədəniyyətin və ənənələrin qorunması və s.

Dövlətin ilk mövcud olduğu dövrlərdə – quldarlıq və feodalizm quruluşlarında

hakim təbəqələrin siyasi şüuru aparıcı rol oynasa da, sonrakı dövrlərdə, xüsusən XX

əsrdə siyasi şüur ümumbəşəri məzmunla daha çox zənginləşir. Siyasi və əxlaqi şüurun

qarşılıqlı münasibətinin xarakteri də tarixən müəyyən dəyişikliyə məruz

qalmışdır. Siyasi şüuru adətən əxlaqi şüur istiqamətləndirir. Əxlaqi şüurun əsas

anlayışları xeyir və şər olduğu halda, siyasi şüurun əsas anlayışı hakimiyyətdir.

Sonuncuya güc tətbiq etmə, məcbur etmə, hədələmə, azadlıqdan məhrum etmə və s.

aid olduğu halda, əxlaqi şüur zor işlətməyə nadir hallarda, şərin məhv edilməsinin

başqa yolu olmadıqda müraciət edir. Hər hansı bir cəmiyyətdəəxlaqi şüurla siyasi

şüurun qarşılıqlı münasibəti zəruridir. Onların hər ikisi insanların müxtəlif mənəvi

tələbatlarına cavab verərək cəmiyyətin sabitliyini özünəməxsus şəkildə qoruyur.

5. Siyasi mədəniyyət anlayışı və onun mahiyyəti.

Siyasi mədəniyyət sahəsi siyasi həyatla bağlıdır. Hakimiyyət və idarəetmə

problemlərini, insanların siyasətdə iştirakını, həmçinin siyasət və hüquq, siyasət və

iqtisadiyyat, siyasət və mənəviyyatın qarşılıqlı təsiri məsələlərini əhatə edir.

Siyasi mədəniyyət vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibətlərini

tənzimləyən mənəvi və siyasi dəyərlərin, davranış qaydalarının, adət və ənənələrin

məcmusunu ifadə edir. Siyasi mədəniyyətin aşağıdakı funksiyaları var:

1. Mühafizə funksiyası – cəmiyyəti siyasi təlatümlərdən qoruyur. Siyasi

həyatda ənənəvi norma və meyllərin təsir gücünü artırır, onların dəyişdirilməsi

qarşısında əngələ çevrilir.

2. İndentifikasiya funksiyası – insanın müəyyən qrupa aid olduğunu dərk

etməyə və həmin qrupun mənafelərini ifadə etmək üçün məqbul davranış forması

seçməyə kömək edir.

Page 255: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

255

3. Sosiallaşma funksiyası – fərdin siyasi hadisələri dərk edib, müəyyən siyasi

sistemdə öz yerini və imkanlarını müəyyənləşdirmək üçün siyasi davranış norma və

vərdişləri yaratmağa kömək edir.

4. İnteqrasiya funksiyası – konkret siyasi sistem daxilində müxtəlif yönümlü

siyasi qüvvələrin yanaşı mövcudluğunu və beləliklə də cəmiyyətin bütövlüyünü təmin

edir.

5. Kommunikasiya funksiyası – hamılıqla dərk edilən qaydaların, normaların

tətbiq edilməsi vasitəsilə siyasi fəaliyyət subyektlərinin qarşılıqlı əlaqəsini təmin edir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, siyasi mədəniyyət anlayışı ilk dəfə 18-ci

əsrdə alman filоsоfu və maarifçisi İ.Gеrdеr tərəfindən işlədilmişdir. Lakin bu һadisə

һaqqında еlmi nəzəriyyə хеyli sоnra XX əsrin оrtalarında yaradılmışdır. Müasir

pоlitоlоgiyada "siyasi mədəniyyət" katеqоriyasına ilk dəfə amеrikan tədqiqatçısı

Х.Fayеrin "Böyük Avrоpa dövlətlərinin idarəçiliyi sistеmləri" (1956) əsərində rast

gəlinsə də, bu prоblеmin tədqiqinin piоnеri amеrikan pоlitоlоqu Q.Almоnd sayılır.

Siyasi mədəniyyəti tədqiq еtməyin əһəmiyyətini şərһ еdərək о yazır: "Һər bir

siyasi sistеm siyasi fəaliyyətə mеyllənmiş хüsusi nümunə kimi mövcuddur. Mən bunu

"siyasi mədəniyyət" adlandırmağı lazım bildim". Siyasi mədəniyyət һaqqında sоn 40

ildə çохsaylı еlmi tədqiqatlar aparılıb. Lakin Q.Almоndun Q.Pоuеllə birlikdə təklif

еtdikləri dеfinisiya bu günədək öz aktuallığını itirmir və tədqiqatçıların böyük

əksəriyyəti оna üstünlük vеrməkdən yan kеçə bilmirlər. Оnların fikrincə, "siyasi

mədəniyyət siyasi sistеmin iştirakçıları arasında siyasi münasibətdə təzaһür еdən fərdi

mövqе və mеyllərin nümunəsi rоlunu оynayır.

Siyasi mədəniyyət insanların һakimiyyətə münasibətinin əsas cəһətlərini ifadə

еtməklə yanaşı, еyni zamanda siyasi prоsеslərdə iştirakçılığın başlıca üsul və

mеtоdlarının məcmusunu еһtiva еdir. Siyasi mədəniyyət bu baхımdan bütünlükdə

siyasətin tərkib ünsürlərindən biri kimi çıхış еdir. Siyasətin fоrmalaşması хaraktеri,

ələlхüsus оnun һəyata kеçirilməsi yоlları və vasitələrinin sеçilməsi siyasətin

subyеktlərinin siyasi mədəniyyətinin səviyyəsi ilə şərtlənir.

Page 256: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

256

Siyasi mədəniyyətin şərtlənməsi öz növbəsində cəmiyyət һəyatında siyasi

fəaliyyət adət və ənənələrinin, dəyərlərinin kök salması ilə sıх əlaqədardır. İnsanın

siyasət, һakimiyyət һaqqında bitkin və sabit təsəvvürləri bilavasitə siyasi praktika

nəticəsində mеydana gəlib inkişaf еdir. Dövlət idarəçiliyi adət vҽ ənənələrində öz

ifadəsini tapan siyasi fəaliyyət, siyasi praktika insanları siyasətə qоvuşdurmaq və ya

siyasətdən kənarlaşdırmaq məqsədi güdən siyasi sistеm mоdеli yaradır. Müvafiq

surətdə һəmin mоdеllər kоnkrеt siyasi mədəniyyət tipləri fоrmalaşdırır. Bеləliklə də,

siyasi mədəniyyət еyni zamanda siyasi sistеmin müһüm tərkib һissəsi rоlunda çıхış

еdir.

Siyasi mədəniyyətin aşağıdakı еlеmеntləri mövcuddur:

a) һakimiyyətə münasibət. Siyasi mədəniyyət, qеyd еdildiyi kimi, və

vətəndaşların һakimiyyətə münasibətini ifadə еtmək fоrma və mеtоdlarının məcmusu

оldugundan, göstərilən əlamət müəyyən mənada bu sоsial һadisənin ən ümumi

səciyyəsi, təzaһür fоrması kеyfiyyətində çıхış еdir;

b) siyasi mədəniyyətin digər vacib əlaməti siyasi fəaliyyətin davranış üsuludur.

Siyasi mədəniyyətin bu təzaһür fоrmasında əsasən siyasi sistеmin tətbiq еtdiyi

siyasi agalıq, idarəçilik üsulu özünün ifadəsini tapır. Siyasi mədəniyyətin qеyd еdilҽn

birinci əlamətində söһbət vətəndaşların һakimiyyətə münasibətindən gеdirsə, ikinci

һalda һakimiyyətin cəmiyyət üzvlərinə münasibəti, оnları dövlət һəyatında iştiraka

cəlb еtmək və ya bеlə iştirakçılıqdan özgələşdirmək səylərinin, üsul və vasitələrinin

məcmusu nəzərdə tutulur;

c) siyasi mədəniyyətin digər əlaməti vətəndaşların siyasi qərarların qəbul

еdilməsi prоsеsinə təsir göstərmək imkanı һеsab еdilir. Bu əlamət əvvəldə söһbət

gеdən iki əlaməti birləşdirərək оnların bir növ məntiqi davamı kimi оrtaya çıхır;

d) siyasi mədəniyyətin əlamətlərindən biri də cəmiyyətin siyasi əһval-ruһiyyəsi,

psiхоlоji yönümü sayılır.

Siyasi mədəniyyətin funksiyaları arasında xüsusilə aşağıdakıları qeyd etmək

lazımdır:

Page 257: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

257

-insanın müəyyən qrupa aid оldugunu dərk еtməyə vҽ һəmin qrupun

mənafеlərini ifadə etmək üçün məqbul davranış fоrması sеçməyə kömək göstərən

indеntifikasiya funksiyası;

- fərdin siyasi һadisələrin maһiyyətini dərk еdərək müəyyən siyasi sistеmdə öz

yеrini və imkanlarını müəyyənləşdirməyə - siyasi davranış nоrma və vərdişləri əхz

еtməyə yönəlmiş sоsiallaşma funksiyası;

- kоnkrеt siyasi sistеm daхilində müхtəlif yönümlü siyasi qüvvələrin yanaşı

yaşamasını və bеləliklə də cəmiyyətin bütövlüyünü təmin еdən intеfasiya funksiyası;

- һamılıqla dərk еdilən qaydaların, nоrmaların və stеrеоtiplərin tətbiq еdilməsi

vasitəsilə һakimiyyət təsisatlarının, siyasi fəaliyyət subyеktlərinin qarşılıqlı əlaqəsini

təmin еdən kоmmunikasiya funksiyası.

Qeyd etmək lazımdır ki, siyasi mədəniyyət siyasi proses subyektlərini

bilavasitə öz fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının

təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı sərvətlərin və

istiqamətlərin davranış modelləri sistemidir.

Siyasi mədəniyyət, vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibətlərini

tənzimləyən mənəvi-siyasi dəyərlərin, davranış qaydalarının, adət və ənənələrin

məcmusunu ifadə edir. Siyasi mədəniyyət sahəsi siyasi həyatdır, hakimiyyət və

idarəetmə problemlərinə, insanların siyasətdə iştirakına, həmçinin siyasət və hüquq,

siyasət və iqtisadiyyat, siyasət və mənəviyyatın qarşılıqlı təsiri məsələlərinə toxunur.

MÖVZU – 15.

MƏDƏNİYYƏT VƏ SİVİLİZASİYA. MÜASİR DÖVRÜN QLOBAL

PROBLEMLƏRİ

1. Mədəniyyət anlayışı və onun mahiyyəti.

Page 258: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

258

2. Sizilizasiya və mədəniyyət, onların qarşılıqlı əlaqəsi.

3. Müasir dövrün qlobal problemləri.

4. Ekologiya müasir qlobal problemlər sistemində.

5. Ekoloji mədəniyyət və ekoloji şüur.

1. Mədəniyyət anlayışı və onun mahiyyəti.

Mədəniyyət bəşəriyyətin tarixən topladığı maddi və mənəvi sərvətlərin

məcmusu, bu sərvətlərin yaradılması, onlardan istifadə edilməsi və gələcək nəsillərə

çatdırılması yollarından ibarətdir. Mədəniyyət deyərkən, insan fəaliyyətinin üsulları,

nəticələri və yaratdığı sərvətlərin ümumi toplusu nəzərdə tutulur. Mədəniyyətin iki

növü var: maddi və mənəvi mədəniyyət.

İbtidai insanların düzəltdikləri daş və ağac alətlərdən tutmuş müasir mürəkkəb

qurğulara, sadə komalardan tutmuş saraylara kimi hamısı bütövlükdə maddi

mədəniyyət nümunələri hesab olunur. Mənəvi mədəniyyət cəmiyyətin mənəvi

sərvətlərinin yaradılması və onlardan istifadə edilməsi prosesidir. Mənəvi

mədəniyyətə insanın mənəvi fəaliyyətinin nəticələri olan elm, fəlsəfə, incəsənət,

əxlaq, siyasət, hüquq və müvafiq elmi idarələr (elmi-tədqiqat institutları, elmi

mərkəzlər, məktəblər, teatrlar, kitabxanalar, müzeylər və s.), cəmiyyətin intellektual

və mənəvi inkişaf dərəci aiddir.

Mədəniyyətin bir sıra xüsusiyyətləri var. Onlardan bəzilərini nəzərdən keçirək.

1.Mədəniyyət formaca milli, məzmunca beynəlmiləl olmaqla ümumbəşəri

xarakter kəsb edir. Yəni, hər bir milli mədəniyyət qazandığı uğurlarla, eyni zamanda

dünya mədəniyyətini zənginləşdirir. Ümumdünya mədəniyyəti bütün millət və

xalqların birlikdə yaratdıqları sərvətdir ki, onun da ən yaxşı nümunələri son nəticədə

bütün bəşəriyyətə məxsus olur;

2.Mədəniyyətin fərqləndirici cəhətlərindən biri də onun humanist xarakter

daşımasıdır. İnsan mədəniyyət və onun problemlərinin mərkəzində duran əsas

varlıqdır. O, maddi və mənəvi sərvətləri yaradan elə bir biososial varlıqdır ki,

Page 259: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

259

əsrlərdən bəri dini, irqi, milli və b. fərqlərindən asılı olmayaraq, həm də bu sərvətlərin

başlıca daşıyıcısıdır. Başqa sözlə desək, insan yer üzərində yaranmış ən qüdrətli

mədəniyyət abidəsidir. Ona görə də insan tərəfindən yaradılan bu zəngin maddi və

mənəvi sərvətlərin əsl sahibi də onun özüdür;

3.Mədəniyyətin digər xüsusiyyəti onun ekspansiv xarakter daşımasıdır. Dünya

xalqları və millətlərinin tarixi təcrübəsi göstərir ki, milli mədəniyyəti qədim və

yüksək oln xalq başqa bir xalq tərəfindən istilaya məruz qaldıqda, onun mədəniyyəti

nəinki məhv olmur, əksinə əsarət altına alan xalqa öz mədəniyyətini qəbul etdirə bilir.

Məsələn, vaxtilə Azərbaycana gəlmiş bir sıra istilaçılar və köçəri tayfalar sonradan

azərbaycan dilini və mədəniyyətini qəbul etmiş, yerli əhali ilə qaynayıb qarışmışlar;

4.Mədəniyyətin mühüm cəhətlərindən biri onun tarixən keçici xarakter kəsb

etməsidir. Müəyyən insan birliklərinə xas olan mədəniyyət ünsürləri obyektiv və

subyektiv amillərin təsiri altında dəyişilir, hətta bəzən yox olur. Qəbilə-tayfa-xalq-

millət kimi insan birliklərinə xidmət edən mədəniyyət nümunələrinin bir çoxu tarixən

inkişaf edərək təkmilləşdirilib, digərləri isə köhnəlib aradan çıxmışdır;

5.Mədəniyyətin xüsusiyyətlərindən danışarkən, onun varislik cəhətlərinə malik

olmasını da xüsusi qeyd etmək lazımdır. Yəni, hər bir mədəniyyət özündən əvvəl

yaranmış mədəniyyət növlərindən bəhrələnir, onun ən yaxşı nümunələrini gələcək

nəsillərə çatdırır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, «mədəniyyət» anlayışının tədqiqi, onun

həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin -

antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə,

mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də

çox sıx bağlıdır. «Mədəniyyət» - latınca «kultura» (cultura) sözündən olub, işləmə,

qulluqetmə, yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın

mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) sözlərindən gələrək torpaqşünaslıqla

məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» - «təzədən işlənmiş»

mənalarını ifadə edir. Qədim latın dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək

Page 260: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

260

«aqri kultura» (aqri kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah

edirdi.

«Mədəniyyət» anlayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini

tapmışdır. Artıq XVIII əsrin axırlarında bu söz alman ədəbiyyatında iki mənada -

birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində hökmranlıq, ikincisi isə,

şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. «Kultura» sözünün bu mənaları yavaş-

yavaş bütün Avropa dillərinə daxil oldu. Mədəniyyət fenomeninin müxtəlif

aspektlərdən tədqiqi müasir kulturologiyada özünəməxsus yer tutan sahələrdən birinə

çevrilmişdir. Bu tədqiqatları birləşdirən vahid amil onun tarixi proses kimi qəbul

edilməsidir. Mədəniyyətin qeyri-biologi təbiətə malik olması və irsən əldə edilmiş

ictimai əxlaq vasitəsilə həyata keçirilməsi fikri ilə bu sahə üzrə məşğul olan bütün

tədqiqatçılar razıdır.

Ümumiyyətlə, mədəniyyəti ictimai-tarixi proses kimi tədqiq edən kulturoloqlar

bu fenomenə müxtəlif aspektlərdən yanaşmışlar ki, bunları da aşağıdakı kimi təsnif

etmək mümkündür: Mədəniyyətə antropoloji mövqedən yanaşma bu fenomenin insan

təbiətinin təzahürü kimi şərhini nəzərdə tutur. Mədəniyyətə fəlsəfi-tarixi aspektdən

yanaşma isə onun fəaliyyət prosesi kimi dərkini nəzərdə tutur. «Hərəkət», «fəaliyyət»

reallığın, tarixin bilərəkdən dəyişdirilməsi kimi başa düşülür. Mədəniyyət haqqında

daha geniş yayılmış təsəvvür insan fəaliyyətinin nəticəsi ideyasıdır. Bu ideyanı

müxtəlif aspektdən şərh edənlər də var. Belə ki, bəzi tədqiqatçılar mədəniyyəti yalnız

yaradıcı fəaliyyəti özündə əks etdirən fəaliyyət növü kimi dəyərləndirirsə, bir qisim

tədqiqatçılar isə, reproduktiv fəaliyyəti də (yenidən hazırlama, üzünü çıxartma,

təkrarlama) mədəni fəaliyyət kimi qiymətləndirir.

Mədəniyyət fenomeninə sosioloji yanaşma onun ictimai həyatın təşkili amili

kimi başa düşülməsinə imkan yaradır. cəmiyyət mədəni dəyər və sərvətləri yaradır,

onlar isə öz növbəsində həmin cəmiyyətin inkişafını müəyyənləşdirir; dil, inam,

estetik zövq və tələbatlar, biliklər, peşəkarlıq, müxtəlif adət və ənənələr. Bütün bu

ənənəvi yanaşmalardan başqa mədəniyyətin öyrənilməsində aksioloji (və ya

Page 261: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

261

dəyərləndirmə) yanaşma da tədqiqatçılıqda mühüm mövqe tutur. Mədəniyyətə bu

mövqedən yanaşma həmin fenomenə müəyyən dəyər və sərvətlərin kompleksi kimi

dərkini nəzərdə tutur. Mədəniyyətin strukturu və ona yanaşmada dəyərlərin rolu

qiymətləndirici məqamlarına görə müstəsnalıq təşkil edir. Bunlar ideal təsəvvürləri ilə

uyğunlaşdırılaraq insan həyatına məna verirlər. Beləliklə, mədəniyyəti aksioloji

mövqedən dərk etmək bəşəriyyət tərəfindən məqsədyönlü yaradılmış, qorunmuş və

inkişaf etdirilmiş dəyər və sərvətlər toplusunun tanınması deməkdir.

2. Sizilizasiya və mədəniyyət, onların qarşılıqlı əlaqəsi.

Mədəniyyət latın dilindəki “kulture” sözündən götürülüb, ilkin mənası torpağı

şumlamaq, belləmək, əkib-becərmək mənasında işlədilib. Sonralar romalılar ona yeni

bir məna verməklə, insanların intellektual səviyyəsinə, onların təhsil və tərbiyəsinə

aid etmişlər.

Mədəniyyətin tarixi insan cəmiyyətinin tarixi qədər qədimdir. Sözün əsl

mənasında mədəniyyətsiz xalq yoxdur və olmamışdır. Hər bir xalq özünəməxsus

mədəniyyətə malikdir. Mədəniyyətin üç əsas tərkib hissəsi vardır: onlardan biri

ictimai şüurda, ikincisi, insanların fəaliyyət və davranışlarında, üçüncüsü isə onların

fəaliyyətinin maddi və mənəvi nəticələrində mövcudlugudur.

Sivilizasiya latın dilindəki “sivilis” sözündən olub, vətəndaş, mülki mənalarını

ifadə edir. Sivilizasiya mədəniyyət anlayışının sinonimi kimi işlədilir. Sizilizasiyanın

tarixi təsnifatını verərkən, qeyd etmək lazımdır ki, onun lokal, regional və

ümumdünya kimi tarixi tipləri vardır.

Bu iki anlayışın qarşılıqlı əlaqəsindən danışarkən qeyd etmək lazımdır ki,

sivilizasiya tərəqqinin ali nümunələrinə uyğun səviyyə və nəticələri göstərirsə,

mədəniyyət daha çox bu nailiyyətlərin mənimsənilməsi mexanizmini, üsul və

metodlarını ifadə edir. Mədəniyyət və sivilizasiya anlayışlarını bir-birindən

fərqləndirən mühüm xüsusiyyətlər aşağıdakılardır:

Page 262: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

262

1.Mədəniyyət anlayışı daha geniş olub, sivilizasiya anlayışını da özündə

birləşdirir;

2.Sizilizasiya məfhumu çox zaman cəmiyyətin müəyyən bir tarixi inkişaf

pillələrinə aid edilir;

3.”Milli sivilizasiya” anlayışı millilikdən çox regional sahələri, bir neçə

dövlətin sərhədləri daxilində olan ərazilərdəki mədəniyyətin səviyyəsini göstərdiyi

halda, milli mədəniyyət hər bir millətə xas olan xarakterik xüsusiyyətləri əks etdirir;

4.Müəyyən bir sivilizasiya daha tez parlayıb sönə bildiyi halda, mədəniyyət

nisbətən sabit və uzunömürlü olur, sonrakı nəsillər tərəfindən tez qavranılır;

5.Mədəniyyətin bir neçə qolu, növü, şaxəsi olduğu halda, sivilizasiyada bunu

müşahidə etmək mümkün deyil. Yəni, məsələn, siyasi mədəniyyət, nitq mədəniyyəti,

məişət mədəniyyəti, davranış mədəniyyəti və s. bu kimi anlayışlar olduğu halda,

siyasi sivilizasiya, nitq sivilizasiyası və s. bu kimi ifadələri işlətmək mümkün deyil.

Yuxarıda qeyd etdiyimiz kimi mədəniyyət sözü latınca: cultura sözündən olub

torpağın becərilməsi, tərbiyə, inkişaf mənasında başa düşülmüşdür. İlk dövrlərdə

mədəniyyət insanın təbiətə məqsədəuyğun təsiri, torpağın əkilib becərilməsi, yəni

yaxşı məhsul almaqdan ötrü onun dəyişdirilməsi kimi anlaşılmışdır. İntihab dövrünün

filosofları mədəniyyətə ideal, universal şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli

təhsil, tərbiyə almağa, elmə və incəsənətə təsir etməyə, dövlətin

möhkəmləndirilməsinə kömək etməyə qadir bir qüvvə kim baxırdılar. Onlar eyni

zamanda barbarlıqdan fərqlənən müəyyən ictimai quruluş kimi sivilizasiya problemini

də irəli sürürdülər.

XIX əsrdə mədəniyyətin təkamül inkişafı nəzəriyyəsi yarandı. Bu kulturoloji

konsepsiyanın tanınmış nümayəndələridən biri ingilis etnoqrafı və

tarixçisi E.B.Taylor (1832– 1917) olmuşdur. Taylorun anlamında mədəniyyət yalnız

mənəvi mədəniyyətdir: bilik, incəsənət, etiqad, hüquqi və əxlaqi normalar və s.-dir.

Taylor qeyd edirdi ki, mədəniyyətdə təkcə ümumbəşəri yox, həm də ayrı– ayrı xalqlar

üçün spesifik olan dəyərlər də vardır. Mədəniyyətin inkişafında təkcə onun daxili

Page 263: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

263

təkamülünü deyil, həm də tarixi təsirin və tarixi mənimsənilmənin əhəmiyyətini də

Taylor qeyd etmişdi. O göstərirdi ki, mədəni inkişaf düz xətlə gedə bilməz. Lakin

təkamülçü kimi O, bütün və əsas diqqətini bəşəriyyətin mədəni inkişafının vəhdətdə

olmasını sübut etməyə vermişdir. Bununla yanaşı, o, tənəzzül imkanlarını, geriyə

hərəkəti, mədəni deqradasiyanı da inkar etmirdi. Maraqlıdır ki, tənəzzül və tərəqqi

münasibətlərini təhlil edərkən O, tərəqqinin qələbəsinə şübhə etmədiyini bəyan edirdi.

Taylorun vahid xətt təkamül nəzəriyyəsi XIX əsrin sonunda həm yenikantçılar və

M.Veber tərəfindən, həm də «Həyat fəlsəfəsinin nümayəndələri, O.Şpenqler,

A.Toynbi tərəfindən tənqid edilmişdir.

Yeni kantçı Rikkert, məsələn, təklif edir ki, mədəniyyətə dəyərlər sistemi kimi

baxılsın. O, aşağıdakı dəyərləri sadalayır: həqiqət, gözəllik, ilahi müqəddəslik,

mənəviyyat, xoşbəxtlik, xüsusi müqəddəslik. Dəyərlər xüsusi aləmi, xüsusi fəaliyyət

növü yaradır ki, burada insanın dünyanı mənəvi mənimsəməsinin bəzi cəhətləri

görünür. Vindelband qeyd edir ki, mədəniyyət insanın dünyanı anlaması və dərk

etməsindən asılı olaraq dəyərlər dünyası– məsuliyyəti hiss etmək dünyasıdır. Dəyərlər

şüurdadır, onların gerçəklikdəki təcəssümü hər cür rifahın yaradılması deməkdir.

«Həyat fəlsəfəsi»nin nümayəndələri də yeni kantçılar kimi, təbiətlə tarixi kəskin

şəkildə fərqləndirirlər. Şpenqlərə görə, tarix ayrı-ayrı qapalı mədəniyyətlərin bir-birini

əvəz etməsidir. Bu zaman vahid tarixi prosesin mövcudluğu istisna edilir. Bütün

mədəniyyət ayrıca götürülmüş insanın yaş dövrlərini: uşaqlıq. Yeniyetməlik, gənclik

və qocalıq dövrlərini keçirir. Tale mədəniyyəti doğumdan ölümə qədər olan yolu

keçməyə məcbur edir. Şpenqlərə görə, tale elə anlayışdır ki, onu izah etmək qeyri-

mümkündür, onu yalnız hiss etmək olar. Tale mədəniyyəti istiqamətləndirir, onun

konkret məzmunu isə xalqın ruhu ilə müəyyən olunur. Ruh özünün bütün imkan-

larını– xalqlar, dillər, etiqadlar, incəsənət, dövlət, elm və s. vasitəsilə gerçəkliyə

çevirdikdən sonra mədəniyyət ölür. Şpenqlərə görə, mədəniyyət– xalqın ruhunun

xarici təzahürüdür. Sivilizasiya dedikdə O, hər bir mədəniyyətin mövcudluğunun son

mərhələsini başa düşür. Böyük şəhərlərdə adamlar çoxaldıqca texnika inkişaf edir, in-

Page 264: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

264

cəsənət deqradasiyaya uğrayır, xalq «simasız kütləyə» çevrilir. Şpenqlər belə hesab

edir ki, sivilizasiya mənəvi tənəzzül epoxasıdır.

Hazırda çoxsaylı kulturoloji konsepsiyalar yaranmış və yayılmışdır. Bunlar

K.Levi-Strossun antropologiyası, neofreydistlərin, ekzistensialistlərin, ingilis yazıçısı

Ç.Snounun və başqalarının konsepsiyalarıdır. Bir sıra kulturoloji konsepsiyalar sübut

edir ki, vahid mədəniyyətin yaranması qeyri-mümkündür. Onlar Qərb və Şərq

mədəniyyətinin əksliyini göstərərək mədəniyyət və sivilizasiyanın texnoloji

determinasiyasını əsaslandırırlar. Bəs, əslində mədəniyyət nədir? Çoxsaylı

tədqiqatçıların bu fikri ilə razılaşmaq lazımdır ki, mədəniyyət sırf sosial hadisə olub,

insanların həyat fəaliyyəti ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, cəmiyyətdə

mədəni və sosiallığın birliyi yalnız onun aşağı pilləsində mövcud olmuşdur. Əmək

bölgüsündən sonra, yəni əkinçiliklə maldarlıq, sənətkarlıqla əkinçilik, ticarətlə

əkinçilik, maldarlıqla sənətkarlıq ayrıldıqdan sonra sosial problemlər müstəqil inkişaf

yoluna başlayır. Doğrudur, mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı

əlaqədə baş verir. Lakin bütün hallarda mədəniyyət spesifik cəhətlərə malik olur, yəni

özündə ümumbəşəri dəyərləri cəmləşdirir. Bu zaman mədəni yaradıcılıq tarixi

yaradıcılıqla üst-üstə düşmür. Bunu başa düşməkdən ötrü maddi və mənəvi

mədəniyyətləri bir-birindən fərqləndirmək lazımdır. Maddi mədəniyyət - insan əməyi

və zəkası ilə yaradılmış maddi sərvətlərin məcmusudur; istehsal vasitələri, əmək cismi

ictimai varlığın maddi əsaslarıdır. Maddi mədəniyyət insanın təbii gerçəkliyi

mənimsəməsinin göstəricisidir. Yaşayış vasitələri - binalar, paltar, memarlıq

nümunələri, körpülər, kanallar, meşə zolaqları, bitki və heyvan növləri və s. buraya

daxildir. Mənəvi mədəniyyətə isə, hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin

istehsal prosesinə tətbiqi səviyyəsi, təhsillilik və maarif, tərbiyə, incəsənət, tibbi

xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normaları, adətlər, ənənələr,

adamların təlabatı və mənafelərin inkişaf səviyyəsi və s. daxildir.

Page 265: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

265

Qeyd etmək lazımdır ki, mənəvi mədəniyyəti mənəvi istehsalla eyniləşdirmək

olmaz. Mənəvi istehsal - ideyaların, normaların, dəyərlərin məcmusudur. Mənəvi

mədəniyyət daha geniş anlayış olub, mənəvi istehsalı da özünə daxil edir.

Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Konkret olaraq

mədəniyyətə belə bir tərif vermək olar. Mədəniyyət cəmiyyətin bütün tarixi boyu əldə

etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin onların yaradılması

qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən-

nəsilə vermək bacarığıdır.

Yuxarıda qeyd etdiyimiz kimi «sivilizasiya» latınca civilis sözündəndir,

«vətəndaşlıq», «dövləti» mənalarını verir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi

nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. Təsadüfi deyildir ki, bir

sıra tədqiqatçılar cəmiyyətin ümumdünya tarixi inkişaf prosesini bildirmək üçün

«sivilizasiya» anlayışını işlətmişlər. «Ailənin, xüsusi mülkiyyətin və dövləti mənşəyi»

adlı əsərində F.Engels Morqanla birlikdə bəşər tarixinin vəhşilik, barbarlıq və

sivilizasiya dövrlərindən ibarət olduğunu qeyd etmişdir.

Ümumiyyətlə, son dövrlərdə sivilizasiya problemi ön plana çıxmışdır. Bununda

bir sıra səbəbləri vardır. Birincisi, müasir dünyada elmi-texniki inqilabın genişlənməsi

Qərbin və Şərqin bütün ölkələrində istehsal texniki vasitələrinin və üsullarının

inkişafına kömək etmişdir. İkincisi, keçmiş SSRİ-də sosializm quruculuğuna yeni

baxış, kapitalist inkişafına istiqamət götürülməsi iki əsas Şərq-Qərb sivilizasiyası

haqqında mübahisənin güclənməsinə səbəb olmuşdur. Belə bir dilemma yarandı:

Bəşər sivilizasiyası birdir, yoxsa bir neçədir? Bəşəri inkişafın yolları içərisində

formasyon, yaxud sivilizasiya arasında fərq vardır. Bu fərqi hələ İ.Kant göstərmişdir.

Kanta görə, insan öz həyatı və davranış qaydalarını müəyyənləşdirdikdən sonra

sivilizasiya başlanır. Sivilizasiyalı adam heç vaxt başqasına pislik etməyən adamdır.

O, mədəni və nəzakətlidir, diqqətli və mehribandır. Kant mədəniyyəti mənəvi qəti

imperativ ilə əlaqələndirir. Qəti imperativ praktiki qüvvəyə malikdir və əqlə uyğun

Page 266: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

266

olaraq insan əməlini hamı tərəfindən qəbul edilmiş normalara uyğun məcraya

istiqamətləndirir.

Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf

səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi

səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir.

Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiya ən çox mədəniyyətlə

eyniləşdirilir. E.Taylor öz tədqiqatlarında belə də yazmışdır: «Mədəniyyət və yaxud

sivilizasiya». Lakin O, eyni zamanda bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın

ikinci əlaməti - mədəniyyətin mənimsənilməsi üsulu ədəbiyyatda çox az işlənmişdir.

Praktika sübut edir ki, bu əlamət olduqca vacibdir. Çünki bəşər tarixi bir daha göstərir

ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn,

təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir-birindən fərqləndiririk.

3.Müasir dövrün qlobal problemləri.

Müasir dövrün qlobal problemləri ictimai tərərri ilə əlaqədar olaraq meydana

gəlmişdir. “Qlobal problemlər” anlayışı XX əsrin 50-ci illərindən başlayaraq, elmi

ədəbiyyatda geniş miqyasda işlənilir. Qlobal xarakterli problemlər o problemlərə

deyilir ki, onlar ayrı-ayrı ölkələri və xalqları deyil, bütün dövlətləri, bütövlükdə

bəşəriyyəti narahat edir, düşündürür.

Əlbəttə, qeyd etmək lazımdır ki, qlobal problemlər əvvəl ayrı-ayrı ölkələrdə baş

verərək lokal, yəni yerli xarakter daşımış, sonralar müxtəlif bölgələri bürüyərək

regional, daha sonra isə bütün dünya ölkələrini və ya onların əksəriyyətini əhatə

edərək, qlobal miqyas kəsb etmişdir. Müharibələr, narkomaniya, beynəlxalq

terrorizm, insanlara böyük maddi zərər vuran kortəbii fəlakətlərin qarşısının alınması,

yoxsulluğun, aclığın aradan qaldırılması, ictimai ədalətin bərqərar edilməsi, mənzil,

maarif, təhsil, səhiyyə, nəqliyyat, rabitə, kütləvi kommunikasiya və informasiya

vasitələri, xammal və enerjiyə olan tələbatın ödənilməsi, dünya ölkələrinin sosial-

iqtisadi inkişafının təxmini bərabərləşdirilməsi, insan hüquqlarının qorunması,

Page 267: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

267

torpaqdan, bütün təbii sərvətlərdən səmərəli istifadə edilməsi, əhali artımının

tənzimlənməsi, ayrı-ayrı bitki və heyvan növlərinin yoxa çıxmasına qarşı tədbirlər

görülməsi, dünya okeanının, kosmosun birgə mənimsənilməsi və dünya miqyasında

həll edilməsi vacib olan bu kimi məsələlər qlobal problemlərə aiddir. Lakin aşağıdakı

qlobal problemləri ön plana çəkərək, xüsusilə qeyd etmək vacibdir:

1. Nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması, planetdə sülhün və

əminamanlığın bərqərar olması;

2. Ekoloji fəlakətin qarşısının alınması;

3. Energetika böhranının aradan qaldırılması;

4. Demoqrafiya probleminin həlli.

Yuxarıda qeyd etdiyimiz kimi müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün

mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu

problemlərin məcmusu qlobal problemlər adlanır. «Qlobal» problemlərin meyarı

müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı

meyarlarla müəyyən olunur: a) miqyası və əhəmiyyətinə görə ən geniş, çox mühüm

əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən; b) sintetik mahiyyət daşıyan, bütün

sahələri əhatə edən; v) ümumbəşəri, planetar, beynəlxalq səciyyə daşıyan. İkinci

mövqeyə görə «qlobal problemlər» müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas

tutulmalıdır: a) o hadisələr «qlobal» xarakter daşıyır ki, onlar çox aktual

ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi

yaradırlar; b) onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə

toxunurlar;v) onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək sosial-təbii və

biososial mahiyyət daşıyırlar;q) onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq

əməkdaşlıq tələb edir.

Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar: a) planetar bəşəri

təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: müharibə və sülh

probemi, hərbiləşmə, iqtisadi fəlakətlər və s.; b) planetar təbii təhlükə doğuran qlobal

Page 268: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

268

problemlər: təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsi; v) əhali artımı və

mənəvi tənəzüllə bağlı meydana çıxan demoqrafik-mənəvi qlobal problemlər: əhalinin

surətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi. Müasir qlobal

problemlərin müəyyən qismi təbiət-cəmiyyət, təbiət-insan qarşılıqlı münasibətlərin-

dəki tarazlıq qanunauyğunluqların pozulması nəticəsində baş vermişdir. Bunları

müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış «ekoloji böhran»

adlandırmaq olar: təbiət, su, torpaq getdikcə daha böyük surətlə çirklənir, insan öz

mövcudluğunu təhlkə altına alır. Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji

təfəkkür, ekoloji dünyagörüşü formalaşması zərurəti meydana çıxmışdır. F.Engels

«Təbiətin dialektikası» əsərində dəfələrlə qeyd edirdi ki, insanın böyüklüyü ondadır

ki, o, təbiət qanunauyğunluqları öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur

edir. Müasir qlobal problemlərin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

Tarixi faktlar sübut edir ki, bəşəriyyət öz inkişafının müxtəlif mərhələlərində çox

mürəkkəb problemlərlə rastlaşmışdır. Bəşər sivilizasiyasının bütün tarixi boyu

kortəbii hadisələrlə (zəlzələ, vulkan, su daşqınları, quraqlıq, yanğın və s.) basqınlarla

onillik, hətta yüzillik müharibələrlə, epidemiyalarla(vərəm, taun digər dəhşətli

xəstəliklər), aclıq və s. ilə müşayiət olunmuşdur. Keçmiş dövrlərin bir çox

mütəffəkirləri sonradan «əbədi problemlər»adı almış dünya probremlərini təhlil

etməyə çalışmışlar. Bunlar xalqlar arasında əbədi sülhün bərqərar olması, insanla

təbiətin əbədi dostlugu, içtimayi tərəqqi (iqtisadi, siyasi və mədəni), səxsiyyətin

əhəngdar inkişafı və s. idi.

Müasir qlobal problemlərin yaranması səbəblərini üç qrupa bölə bilərik:

Birincisi, ictimai inkişafın əzəli obyektiv ziddiyyətləri - cəmiyyət, insan və

təbiət arasındakı ziddiyyət;

İkincisi, ədalətsiz cəmiyyətin ümumi böhranının güclənməsi; Üçüncüsü,

dünyanın iki bir-birindən fərqli düşərgəsində elmi-texniki inqilabın sürətli inkişafı.

Əgər bir neçə qlobal problemi nəzərdən keçirsək görərik ki, müasir dövrdə onlar çox

mühüm rol oynayır. Bəşəriyyətin qarşısında duran ən kəskin problem müharibə və

Page 269: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

269

sülh problemidir. On milyonlarla insan həyatını məhv edə bilən ikinci dünya

müharibəsinin müqəssiri imperializmdir. Bütün dünya tədqiqat sahəsində çalışan

alimlərin 40%-i, yəni 400 min yüksək ixtisaslı alim hərbi sahədə tədqiqat işlərinin

aparılmasında iştirak edir. Elmə sərf olunan xərclərin beşdə iki hissəsi ancaq hərbi

tədqiqatlar üçün nəzərdə tutulmuşdur.

Məşhur İsveçrə alimi Jan Jak Babel EHM-dən istifadə edərək hesablamışdır ki,

son 600 ildə dünyada 14513 müharibə olmuşdur. Bu müharibədə 3640 milyon adam

həlak olmuşdur. Bütün bunlar elə bir vaxtda baş verir ki, Yer kürəsi əhalisinin 40%-i

təbii xidmətlə əhatə olmayıblar. 570 milyona yaxın adam doyunca yemir. 3 milyarda

yaxın adama təmiz su həmişə qismət olmur, hər il 750 min adam su vasitəsilə keçən

xəstəliklərdən ölür. Planetimizin 800 milyon sakini savadsızdır, 14 yaşına qədər olan

250 milyon uşaq məktəbə getmir.

Vaşinqtonda olan D. Dyodni yazırdı ki, bəşəriyyət qarşısında indi keyfiyyətcə

yəni bir vəzifə, dəyişilmiş ətraf mühitə uyğunlaşmaq deyil, heyvanlar və bitkilər aləmi

ilə gərginliyə deyil, öz silahlarını nəzarət altına almaq, öz səhvlərinin miqyasını

məhdudlaşdırmaq vəzifəsi durur. Ən böyük dövlətlər arasında müharibələrin aradan

qaldırılması insan təkamülündə mühüm hadisə olub, insan nəslinin gələcəyi üçün

həlledici rola malik ola bilər. Indi dünya dövlətlərinin bir məqsədi var. Bu məqsəd

işğalçıların terror təşkilatlarının ölüm silahlarını işə salmaq imkanından məhrum

etməyə yönəldilməlidir.

Məşhur qərb qlobolisti S.Çeyz özünün bir sıra kitablarında bir dövlətin həll edə

bilmədiyi problemləri qlobal problem adlandırmışdır. Bunlar aşağıdakılardır: 1) Tərk-

silah; 2) Demoqrafik partlayış; 3) Ətraf mühitin çirklənməsi; 4) Enerqetika; 5) Dünya

okeanından səmərəli istifadə olunması; 6) Mineral ehtiyatlar; 7) Kosmosun

mənimsənilməsi; 8) Təsirli qlobal valyuta-maliyyə sistemlərinin yaradılması; 9)

Nəqliyyat və rabitə; 10) Əhalinin sağlamlığı; 11) Çoxmillətli inhisarların fəaliyyəti

üzərində nəzarət.

Page 270: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

270

Qlobal problemlər sistemində ikinci yeri iqtisadiyyat tutur. Əhalinin ərzaq

tələbatının ödənilməsi problemi bilavasitə iqtisadiyyatdan asılıdır. Iqtisadiyyat

mineral xammal ehtiyatların, enerji, elmi-texniki nailiyyətlərin tətbiqi ilə sıx bağlıdır.

Iqtisadiyyat bəzi problemləri (sənaye kənd təsərrüfatı, nəqliyyat və s.) həll edərkən

yenilərini yaradır. Təbii faydalı qazıntılar ehtiyatlarının tükənməsi, ətraf mühitin

çirklənməsi, iqlimin dəyişməsi, insanın maddi istehsal fəaliyyəti ilə əlaqədardır.

4.Ekologiya müasir qlobal problemlər sistemində.

XX əsrin ortalarından başlayara ekologiya müasir qlobal problemlər sistemində

mühüm yer tutur. Bu termini ilk dəfə alman zooloqu E.Heggel işlətmişdir. Ekologiya

iki yunan sözünün birləşməsindən ibarətdir. Sözün birinci hissəsi oykos – ev, loqos –

söz, təlim deməkdir. İlkin mənası heyvanlarla onların yaşadığı mühit arasındakı

qarşılıqlı əlaqələri öyrənən xüsusi bilik sahəsidir. Ekologiya problemi təbiətlə insan

arasında baş verən ziddiyyətlərdən irəli gəlmişdir. İnsanın təbiətə və onu əhatə edən

ətraf mühitə münasibəti uzun bir tarix keçmiş və ciddi dəyişikliklərə məruz qalmışdır.

Qədim dövrlərdə insan istehsalla məşğul ola bilmədiyi üçün təbiətdə mövcud

olan hazır məhsullardan istifadə etmiş və ovladığı heyvanlarla qidalanmışdır. Bu

zaman insanın təbiətin mərhəmətinə böyük ehtiyacı var idi. Ona görə də o, təbiətlə

həmahəng yaşamışdır. Qədim dövrlərdə mütəfəkkirlər də öz əsərlərində yazırdılar ki,

müdriklik məhz ondan ibarətdir ki, təbiətə qulaq asıb, onunla düzgün rəftar edəsən.

Lakin insanın təbiət haqqındakı biliklərinin artması, istehsalın, elm və texnikanın

inkişafı onun təbiətə münasibətini əsaslı surətdə dəyişdirmişdir. Artıq XVI-XVII

əsrlərdə bəzi mütəfəkkirlər bildirirdilər ki, insan təbiət qanunlarını öyrənməli, onu

cilovlayıb, özünə tabe etməlidir. XVIII əsrdə bu fikir daha da inkişaf etdirilmiş və

insanlar belə bir əqli nəticəyə gəlmişlər ki, guya təbiət ucsuz-bucaqsız xammal

mənbəyi, tükənməz sərvətlər anbarıdır. İnsan nə qədər istəsə bu anbardan sərvət

götürə bilər. Bu ideyanı əsas tutaraq, insan təbiəti amansızcasına istismar etmiş,

təbiətdən mümkün qədər çox sərvət əldə etməyə çalışmışdır. Lakin alman filosofu

Page 271: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

271

F.Engels böyük uzaqgörənliklə insanlara təbiət üzərindəki əldə etdikləri müvəqqəti

qələbələrlə öyünməməyi məsləhət görmüş və bildirmişdir ki, yaxın gələcəkdə hər

qələbəyə görə təbiət insandan öz qisasını alacaq. Bu belə də oldu. Belə ki, ekoloji

fəlakət bəşəriyyəti düşündürən mühüm qlobal problemlərdən birinə çevrilmişdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Son 20-30 ildə bir tərəfdən, elmi-texniki

inqilab şəraitində cəmiyyətlə təbiət arasında zidiyyətlərin sonuncu nöqtəyə çatması bu

isə ekoloji problemlərin mahiyyətini təşkil edir, digər tərəfdən, ekoloji situasiyadan,

daha doğrusu ekoloji böhrandan təkcə dövlət və partiyalar deyil, həmçinin geniş xalq

kütlələri narahat olmağa və həyəcan təbili çalmağa başlamışdır. Deməli, qlobal

problemlərin, xüsusilə ekoloji problemlərin yaranması səbəbləri və həll edilməsi

yollarının araşdırılması öz-özlüyündən olduqca zəruridir. Ekoloji poblemlər qlobal

problemlər sistemində sülh və müharibə problemlərindən sonra birinci sırada durur.

Mühüm qlobal problemlərdən biri kimi, ekoloji problemlər, hər şeydən əvvəl, bütöv

bəşəriyyətin mənafeyini ifadə edir. İkincisi, ekoloji problemlər özünü sivilizasiyanın

inkişafının obyektiv amili kimi göstərir; onların kəskinləşməsi tərəqqini ləngidir və

bəşəri mədəniyyəti məhv olmaq təhlükəsi ilə hədələyir. Üçüncüsü, onların adekvat

təhlili inteqrativ yanaşmanı, yəni təbii, texniki və ictimai elm nümayəndələrinin birgə

fəaliyyətini tələb edir. Dördüncüsü, onların düzgün həlli bütün dünya dövlətlərinin

iştirakı ilə geniş beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.

Müasir qlobalistikada ekoloji problemlərin yeri və rolu müəyyənləşdirilərkən

qarşıya aşağıdakı konkret vəzifələr çıxır: 1) Müasir dövrün qlobal problemlərinin

xüsusiyyətlərinin meydana gəlməsi səbəblərini və bu problemlər sistemində ekoloji

problemlərin yerini aşkar etmək; 2) cəmiyyət və təbiətin qarşılıqlı münasibətlərinin

optimallaşdırılması, ekoloji problemlərin ideoloji aspektini açmaq; 3) Sosial

ekologiyanın mühüm konsepsiyalarının nəzəri-metodoloji, sosial-siyasi və aksioloji

dünyagörüşü əsaslarını açmaq; 4) Ekoloji problemlərin təhlilinə ümumbəşəri

yanaşmanın üstünlüyünü göstərmək.

Page 272: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

272

Müasir ekoloji situasiyanı və qlobal problemlərin xarakterini düzgün anlamaq

üçün, hər şeydən əvvəl, cəmiyyətin tarixində cəmiyyətlə təbiətin qarşılıqlı təsirinin

əsas meyllərini izləmək, ikincisi, ictimai fikir tarixində bu problemlərə münasibət

baxımından nəzəri şüurun əsas inkişaf mərhələlərini nəzərdən keçirmək. Bəşəriyyətin

böyük mütəfəkkirləri təbiətdən istifadənin və təbiəti anlamanın tipləri arasındakı sıx

əlaqəni göstərmiş və izah etmişlər. Bəşər tarixində cəmiyyətlə təbiətin qarşılıqlı

münasibətinin üç tipini ayırmaq olar.

İbtidai dövr. Burada insan hələ təbiətdən tam ayrılmamışdır və o, bilavasitə

təbiətin hazır məhsullarını mənimsəyir. Təbiətdən istifadənin bu tipinə təbiətin dini-

mifoloji anlaşılması uyğun gəlir (onun üçün animizm, antropomorfizm, zoomorfizm

və panteizm səciyyəvidir). Siyasi antaqonizmlərin təsiri altında olan dövr (bu mərhələ

quldarlıq və feodalizm formasiyalarını əhatə edir). Antik cəmiyyətdə təbiətə

münasibət ikili xarakter daşıyır. İnsanın fəaliyyət orbitinə cəlb olunan mühitin bir

hissəsi, təbii ehtiyatların mənbəyi kimi, utilitar - praqmatik şəkildə başa düşülür:

bütövlükdə təbiət isə insanın müşayiət etməyə borclu olduğu harmoniya və

mükəmməlik idealı hesab olunur. Feodal təbiətdən istifadə isə ekstensiv və mühafizə-

kar olmuşdur. Dini cəhətdən təsvir olunan təbiətdən istifadə real təbiətin bir tərəfdən,

allaha, digər tərəfdən isə insana qarşı qoyulması ilə səciyyələnir. Antik dövrün əksinə

olaraq müdrik və yaxşı həyatın idealı burada təbiətlə qovuşmaqda deyil, onun

üzərində yüksəlməklə ifadə olunur.

İntibah dövrü həm təbiətdən istifadədə, həm də təbiəti anlamada böyük

dəyişiklik etdi. Bu dövrdə insanla təbiətin qarşılıqlı münasibətini F.Bekonun

aşağıdakı sözləri düzgün ifadə edir. «İnsan təbiətin qulu və şərhçisidir, nə iş görürsə,

başa düşür ki, nəyə nail olub, işi və düşüncəsi bir-birinə uyğun gəlir və bundan artıq o

heç nə bilmir və bilə də bilməz». Kapitalizmin formalaşması ilə cəmiyyət və təbiətin

qarşılıqlı təsiri prosesində üçüncü - sənaye mərhələsi başlanır. Kapitalizmdə təbiət

insan üçün yalnız predmetə, yalnız faydalı şeyə çevrilir. Onu hər şeyə qadir qüvvə

kimi etiraf etməkdən imtina olunur. Kapitalist istehsalının yetkin olmayan vəziyyətinə

Page 273: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

273

yetkin olmayan nəzəriyyələr uyğun gəlir. Kapitalizmin inkişafı ilə birlikdə təbiət

haqqında bitkin elmi fikir də inkişaf etmişdir. Böyük mütəfəkkirlər təbiətin dialek-

tikasının elmi anlayışının əsasını qoymuşlar. Müasir inkişaf mərhələsində təbiətdən

istifadənin elmi cəhətdən idarə oluna bilən məqsədəyönlü nəzəri konsepsiyası işlənib

hazırlanır. Buna misal noosfer haqqında elmi nəzəriyyəni göstərmək olar.

Ekoloji problemləri müxtəlif əsaslarla siniflərlə bölmək olar.

Məzmununa görə onlar 4 qrupdan ibarətdir: 1) ətraf mühitin çirklənməsi; 2) təbii

ehtiyatların tükənməsi; 3) ekosistemin tarazlığının, sabitliyinin pozulması; 4)

demoqrafik və urbanistik proseslərlə təbiətdəki proseslərin qarşılıqlı təsiri.Təşəkkül

mənbələrinə görə ekoloji problemləri həmçinin iki qrupa ayıra bilirik. Buraya: 1)

cəmiyyət və təbiət arasındakı ziddiyyətlər; 2) insan və təbiət arasındakı ziddiyyətlər

daxildir.

Ekoloji problemlər miqyasına görə: a) lokal; b) regional, v) qlobal problemlərə

bölünür. İstiqamətinə, yönümünə görə ekoloji problemləri «hədələyici» (müdafiə

tədbirləri tələb edənlər, məs.: mühitin çirklənməsi, ehtiyatların tükənməsi və s.) və

«xilasedici» (hücum tədbirləri tələb edənlər, məs.: okeanın, kosmosun

mənimsənilməsi və s.) kimi 2 qrupa ayırmaq olar. Təsir dairəsinə görə onlar aşağıdakı

qruplara ayrılır: 1) əsasən cəmiyyətə və insana; 2) təbiətə; 3) bərabər səviyyədə həm

cəmiyyətə (insana), həm də təbiətə aid olanlar.

5.Ekoloji mədəniyyət və ekoloji şüur.

Ətraf mühitin vəziyyəti iki başlıca amildən asılıdır. Bunlardan biri təbiətdə tez-

tez baş verən kortəbii proseslər, təbii fəlakətlər, digəri isə insanın istehsal

fəaliyyətidir. XX əsrin ortalarından başlayaraq, insanın düşünülməmiş təsərrüfat

fəaliyyəti təbiətə böyük ziyan vurmuşdur. Ətraf mühitə atılan küllü müqdarda zəhərli

birləşmələr havanın, suyun, torpağın təhlükəli dərəcədə çirklənməsinə, bir çox

ölkələrdə isə meşələrin və yaşıllıqların azalmasına səbəb olmuşdur.

Page 274: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

274

Qlobal xarakter kəsb edən ekoloji böhrandan çıxış yolu isə ancaq dünya

dövlətlərinin birgə səyi ilə aradan qaldırıla bilər. İndiki şəraitdə təbiəti qorumaq,

şüurlu münasibət bəsləmək, təbii sərvətlərdən səmərəli istifadə etmək insanlar üçün

həyati zərurətə çevrilmişdir. Bu məsələnin həllində əhalinin fəal iştirakını təmin

etmək üçün onların ekoloji şüurunu və ekoloji mədəniyyətlərini yüksək səviyyəyə

qaldırmaq çox vacibdir. Bu işdə ekoloji təhsil və tərbiyənin rolu çox böyükdür.

Hər bir insan bu və ya digər formada təbiətlə ünsiyyətdə olduğu üçün ətraf

mühitin mühafizəsi haqqında düşünməlidir. Müasir dövrdə müxtəlif sahələrdə

fəaliyyət göstərən mütəxəssislər öz ixtisaslarını yaxşı bilməklə yanaşı, həm də dərin

ekoloji biliyə malik olmalı, işlədiyi müəssisənin ətraf mühitə təsirini, onun yaxın və

uzaq nəticələrini görməli, təbiətin çirklənməsinin qarşısını almaq üçün tədbirlər planı

işləyib hazırlamağı bacarmalıdır. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən

səmərəli istifadə edilməsi təkcə dövlət qanunları ilə deyil, həm də ekoloji mədəniyyət,

əxlaq normaları və prinsipləri ilə tənzimlənməlidir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, böhranlı ekoloji situasiyanın

meydana gəlməsinin səbəblərini üç bloka bölmək olar: 1) cəmiyyətlə təbiət arasında

mövcud olan əbədi, obyektiv, dialektik ziddiyyətlər; 2) elmi-exniki inqilabın müasir

ekoloji situasiyada rolu mürəkkəb ziddiyyətlərin kəskinləşməsinin səbəbkarıdır. Digər

tərəfdən isə o, həmin ziddiyyətlərin aradan qaldırılmasının vasitələrindən biridir.

Elmi-texniki inqilab cəmiyyətlə təbiət arasındakı əlaqəni tam çılpaqlığı ilə üzə

çıxarır. cəmiyyətin təbiətə müsbət, yaxud mənfi təsirinə o müvafiq olaraq «təşəkkür»,

yaxud «intiqam» prinsipi ilə cavab verir. Ekoloji böhran təbiətin ona nadan, yırtıcı

münasibətinə qarşı intiqamıdır. Ekoloji problemlərin yaranmasının üç böyük

günahkarına (cəmiyyət, elmi-texniki inqilab, insan) müvafiq olaraq, onların həllinin

üç yolunu göstərmək olar: 1) sosial; 2) elmi-texniki və 3) mənəvi pedoqoji siyasət

yollarıdır. Birinci yol, cəmiyyətlə təbiətin harmonik inkişafının kompleks-ekoloji

proqramlarının yaradılmasını nəzərdə tutan sosial-iqtisadi siyasətin həyata

keçirilməsini tələb edir. İkinci yol, konkret ekoloji problemlərin elmi-texniki həllinin

Page 275: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

275

tapılmasını irəli sürür. Üçüncü yol, şəxsiyyətin ekoloji mədəniyyətinin, ekoloji

şüurunun və ekoloji davranışının formalaşmasını nəzərdə tutur. Deməli, üçüncü yol

ekoloji tərbiyə məsələlərinə xüsusi fikir verməyi tələb edir. Beləliklə, ekoloji siyasət,

ekoloji iqtisadiyyat və ekoloji etika bir-birilə qarşılıqlı əlaqədə olub bütövlükdə

ekoloji mədəniyyəti, ekoloji sivilizasiyanı təşkil edir.

Müasir şəxsiyyətin ekoloji mədəniyyəti normativ ekoloji bilik, mənəvi ekoloji

əqidə və fəal ekoloji davranış adlı üç böyük prinsipə əsaslanmalıdır. Bütün bu

deyilənlər geniş tədqiq olunmalıdır. Müasir şəraitdə demoqrafik və urbanist

proseslərin ekoloji aspekti maraqlıdır. Daha dəqiq desək, əhalinin artımının və

şəhərlərin böyüməsinin ətraf mühitə təsiri və əksinə, böhranlı ekoloji situasiyanın

demoqrafik və urbanist proseslərə təsiri böyükdür. Bununla yanaşı, müasir sosial

ekoloji konsepsiyaların ətraflı təhlili vacibdir.

Müasir ekoloji konsepsiyaların konstruktiv təhlilini verməkdən ötrü bir

tərəfdən, onları siniflərə, qruplara bölmək, digər tərəfdən isə onların ümumi

cəhətlərini aşkara çıxarmaq lazımdır.

Müasir ekoloji konsepsiyaların təsnifatını müxtəlif əsaslarla vermək olar. Bizə

elə gəlir ki, aşağıdakı 4 əsas xətt qruplaşdırmada başlıca rol oynaya bilər.1) Ekoloji

situasiyanın təsviri və qiyməti - »diaqnoz»; 2) Ekoloji böhranın meydana gəlməsi

şəraitinin səbəblərinin və mənbəyinin izahı; 3) Ekoloji problemlərin həll edilməsinin

vasitə, metod və yollarının göstərilməsi; 4) Ekoloji situasiyanın inkişafı

prespektivlərinin və meyllərinin müəyyən edilməsi («ekoloji proqnoz»).

Bu dörd xətt üzərində müxtəlif metodoloji yanaşma, dünyagörüşü məqsədi və

ideoloji mövqelər öz əksinə tapır.

Qeyd etmək lazımdır ki, Qlobal problemlərin həllindən sivilizasiyanın,

bəşəriyyətin taleyi, gələcəyi asılıdır. Bu problemlərin həll edilməsinin hansı yolları,

şəraiti və perspektivləri vardır? Perspektiv dedikdə ya qlobal problemlər həll olunacaq

və bəşər sivilizasiyası inkişafını davam etdirəcəkdir, ya da qlobal problemlər həll

olunmayacaq və sivilizasiya məhv olub gedəcəkdir.

Page 276: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

276

«Təbiətin sosiallaşması» kitabının müəllifi fransız alimi F.Sen-Mark yazırdı ki,

xilasolma ilə özünü məhvetmə arasında azad fəaliyyət üçün kiçik, dar bir sahə

qalmışdır. Hələ cəmiyyətin bu fəlakətlərdən xilas olmaq imkanı və vaxtı vardır. Sabah

bəşəriyyət üçün qeyri-mövcudluq və ya işıq, qürub və yaxud səhər şəfəqi ola bilər.

Bəşəriyyətin gələcəyi üçün narahat olan Qərb alimləri qlobal problemlərin həll

edilməsinin müxtəlif variantlarını irəli sürürlər. Bunlar müxtəlifdir. Iqtisadi artımın

kəsilməsi (sıfır artımı) əhalinin artımının zəiflənməsi yeni şüur formalaşmasına qədər

elmi tədqiqatların və elmi-texniki tərəqqini saxlamaq gen mühəndisliyi vasitəsilə

insan təbiətini dəyişmək, insanların digər parametrlərində yerləşdirilməsi və s. belə

vasitələrdir. Amerika alimi O.Neyl «Açıq sərhəd kosmosda insan məskənləri»

kitabında təklif edir ki, elmi-texniki vasitələrin köməyi ilə kosmosdan müstəmləkələr

yaradılmasına yönəldilən layihələr ilə bütün Yer kürəsi problemlərini həll etmək

mümkündür.

Hazırda alimlərin əksəriyyəti qlobal problemlərin həllinin real və konkret

yollarını axtarırlar. Müasir dövrün qlobal problemlərinin həlli ziddiyyətli prosesdir və

iki şərti özündə cəmləşdirir. Bir tərəfdən həmin problemlər getdikcə kəskinləşir və

onun həlli bir-birinə zidd sosial iqtisadi sistemin, dövrün əsas ziddiyyətləri əks olunan

ideologiyaların mübarizəsi şəraitndə həyata keçirilməlidir. Ikinci tərəfdən qlobal

problemlərin həlli yalnız bütün ölkələrin iştirakı siyasətində beynəlxalq əməkdaşlıq

nəticəsində mümkündür.

Müxtəlif sosial sistemlər və dövlətlərin əməkdaşlığı qlobal problemlərin həll

edilməsinin başlıca şərtlərindən biridir. Bu gün vəziyyətdən yeganə çıxış yolu dinc

gəncliyin xətrinə bütün dövlətlər fəal əməkdaşlığını nizama salmaqdan, milli

mənafeyin, dövlət mənafeyinin ümumbəşəri mənafeyi ilə optimal nisbətini tapmağa

imkan verən beynəlmiləl mexanizmlər və təsisatlar yaratmaqdan, onlardan istifadə

edib inkişaf etdirməkdən ibarətdir. Beləliklə belə bir nəticə çıxarmaq olar ki, yuxarıda

sadaladığımız dövlətlərdən başlayaraq insanla təbiət arasında olan əlaqə bir-birinə

mənfi təsir göstərmişdir. Insan təbiətdən öz məqsədinə nail olmaq üçün istifadə

Page 277: MÖVZU 1. FƏLSƏFƏ, ONUN MEYDANA GƏLMƏSİ, …

277

etməklə ekoloji tarazlığı pozmuş, təbiət isə bunun müqabilində insan mühitinə, insan

cəmiyyətinə öz gücünü göstərmişdir.