mövzu: seleksİya prosesİnİn tƏŞkİlİ vƏ texnİkasi

36
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ MÖVZU: SELEKSİYA PROSESİNİN TƏŞKİLİ TEXNİKASI Dosent, əməkdar kənd təsərrüfatı içisi F.H.Qurbanov

Upload: blake

Post on 25-Jan-2016

121 views

Category:

Documents


13 download

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Mövzu: SELEKSİYA PROSESİNİN TƏŞKİLİ VƏ TEXNİKASI. Dos ent , əməkdar kənd təsərrüfatı içisi F.H.Qurbanov. PLAN:. 1.Seleksiya prosesində təcrübənin tipikliyi, dəqiqliyi və biramilli fərq prinsipi - PowerPoint PPT Presentation

TRANSCRIPT

AZƏRBAYCAN DÖVLƏT AQRAR

UNİVERSİTETİ

MÖVZU: SELEKSİYA PROSESİNİN TƏŞKİLİ VƏ TEXNİKASI

Dosent, əməkdar kənd təsərrüfatı içisi F.H.Qurbanov

PLAN:

1.Seleksiya prosesində təcrübənin tipikliyi, dəqiqliyi və biramilli fərq prinsipi 2.Seleksiya təcrübələri üçün sahənin seçilməsi, hazırlanması və bölünməsi 3. Seleksiya səpinlərində və sort sınağında təcrübə dəqiqliyinin yüksəldilməsi yolları 4.Sınaqdan keçirilən sort sayı və təcrübənin dəqiqliyi5. Seleksiya təcrübələrində tarla işlərinin həyata keçirilməsi6. Seleksiya növbəli əkinləri7.Seleksiya prosesini tezləşdirən üsullar8. Pitomniklər9. Sortsınağı10. Perspektivli sortların artırılması11. Dövlət sort sınağının təşkili12. Məhsulun yığılması və hesaba alınması13. Seleksiya təcrübələrinin sənədləşdirilməsi və hesabatı

Ləkin formaları:

Sortların öyrənilməsində sahələrin miqdarı ləklərin boyundan, formasından,

istiqamətindən, ölçüsündən və onların təkrarlarından

asılıdır. Ləklərin ölçüsünü müəyyən sahəyə qədər böyütdükdə tədqiqatın

dəqiqliyi artır. Adətən torpağı işlədikdə,

səpini apardıqda və s. aqrotexniki işləri gördükdə tədqiqatın dəqiqliyi azalır.

Dənli bitkilərin sortsınağında ləklərin eni və uzunluğu 1:20,

1:50-ə qədər nisbətində tərəddüd edir. Ləklər uzun

olduqda texnikanın istifadəsi səmərəli olur. Bir gedişdə səpin və bir gedişdə yığım aparmaq mümkün olur.

21 3 4 5 21 3 4 5 21 3 4 5 21 3 4 5

Sortsınağında tədqiqatın dəqiqliyini tək ləklərin

böyüklüyü ilə yox, ləklərin təkrarı ilə müəyyən etmək olar. Təkrarların sayının

çoxluğu tədqiqatın dəqiqliyini daha da çox artırır, nəinki ləklərin

böyüklüyü. Təkrarların sayı da müəyyən dəqiqliyə

qədər arta bilər. Adətən dənli bitkilərdə

sortsınağını bir qayda olaraq 4-6 təkrarda

aparırlar.

Sınaqda olan bütün sortlar və nömrələr öz məhsuldarlığına və təsərrüfat bioloji əlamətlərinə görə nəzarət sortla müqayisə edilir.

Seleksiya işinin bütün mərhələlərində tədqiqatın dəqiqliyini artırmaq üçün nəzarət-sortlar əkirlər. Nəzarət sort müqayisə üçün bir vahiddir

Tarla təcrübələrindən alınan nəticələrin doğruluğu, dəqiqliyi və etibarlılığı müəyyən metodik tələblərə riayət olunma dərəcəsindən asılıdır. Bu tələblərdən ən əsasları bunlardır:

təcrübənin dəqiqliyi vahid fərqlilik prinsipinin qorunması

o təcrübənin tipikliyi

Təcrübənin tipikliyi məhfumu altında tədqiqatların aparıldığı torpaq-iqlim şəraitinin və bu zaman tətbiq olunan aqrotexniki üsulların elmi-tədqiqat müəssisələrində əldə edilmiş nəticələrin tətbiq edilməsi nəzərdə tutulan region və ya rayonun torpaq-iqlim şəraitinə uyğun gəlməsi və onunla eyni olması başa düşülür.

Vahid fərqlilik prinsipində öyrənilən hər hansı bir amildən başqa yerdə qalan bütün amillər və şərait ümumi təcrübə üçün eyni olur.

Seleksiyada öyrənilən vahid amil kimi sort, hibrid və ya xətlər, öyrənilməyən amil kimi tətbiq edilən aqrotexniki tədbirlər kompleksi nəzərdə tutulur ki, bunlar da bütün təcrübə üçün eyni olmalıdır.

Vahid fərqlilik prinsipinə mexaniki surətdə əməl etmək olmaz. Əgər öyrənilən sortlar müxtəlif səpin normaları (bir hektara səpilən toxum, kq hesabı ilə) tələb edirsə, onda digər tədbirləri eyni saxlamaqla hər bir sortu özünə məxsus səpin normasında səpmək lazımdır. Deməli, vahid fərqlilik prinsipində hər bir öyrənilən sortun bioloji xüsusiyyətlərini də nəzərə almaq lazımdır.

Təcrübənin dəqiqliyi deyildikdə təcrübədə qeyd olunan göstərici və alınan nəticələrin həqiqətə uyğun gəlmə dərəcəsi nəzərdə tutulur.

Tarla təcrübələrini dəqiq qoymaq üçün tədqiqatçıdan təcrübədə ehtimal və müşahidə olunan xətalar, onların baş vermə səbəbləri, həmçinin bu xətaların aradan qaldırılması və yaxud heç olmazsa onların azaldılması üsullarını bilmək tələb olunur.

Tarla təcrübələrində xətaların əmələ gəlməsinin əsas səbəblərinə torpaq tiplərinin müxtəlifliyi, maşın,

aqreqat və cihazların iş zamanı nasaz olması, tədqiqatçının yüksək ixtisasa malik olmaması, bitkilər

üzərində müşahidələr aparan zaman təyin edilməsi mümkün olmayan müxtəlif zədələnmələrin müəyyən

edilməməsini və s. aid etmək olar. Təcrübənin dəqiqliyi tədqiqat işlərinin aparıldığı dövrdə yol verilmiş

xətaların səviyyəsindən və sayından asılı olaraq dəyişilir. Xəta nə qədər böyük olarsa, təcrübənin dəqiqliyi də bir

o qədər azalır. Təcrübədə yol verilmiş xətalar, onlara səbəb olan amillərdən asılı olaraq təsadüfi, dövri və

kobud xətalara bölünür.

Təcrübədə yol verilmiş xətalar, onlara səbəb olan amillərdən asılı olaraq aşağıdakı qruplara bölünür:

Təsadüfi xətalar Dövri xətalar Kobud xətalar

Təsadüfi xətalar çoxlu sayda müxtəlif amillərin təsiri nəticəsində yaranır və həmin amilləri ayrı-ayrılıqda nəzərə almaq mümkün olmur. Torpaq sahəsinin müxtəlifliyi, bitkilərin fərdi dəyişkənliyi və s. təsadüfi xətaları əmələ gətirən amillərdəndir.

Təsadüfi xətalar təcrübənin göstəricilərinə həm artan və həm də azalan istiqamətdə, yəni eyni vaxtda iki istiqamətdə və eyni dərəcədə təsir göstərdiyindən təcrübənin dəqiqliyinə bu xətaların təsiri nisbətən az olur. Təsadüfi xətaları tamamilə aradan qaldırmaq mümkün olmur, lakin müşahidə və təkrarların sayını artırmaqla bu xətaların təcrübənin dəqiqliyinə təsirini minimuma endirmək olar.

DÖVRI XƏTALAR TƏCRÜBƏNIN GÖSTƏRICILƏRINƏ YA ARTAN VƏ YA DA AZALAN ISTIQAMƏTDƏ, YƏNI, BIR ISTIQAMƏTDƏ (BIR TƏRƏFLI) TƏSIR GÖSTƏRIR.

Dövri xətaları 3 qrupa bölmək olar:

2) Bütün variantların bir və ya bir neçə təkrarında baş verən dövri xəta;

3) Təcrübənin yalnız bəzi variantlarında baş verən dövri xəta.

1) Təcrübənin bütün variantında baş verən dövri xəta;

Kobud xətalar əsasən təcrübəyə qoyulan tələblərə əməl edilməməsi, tədqiqatçının laqeyidliyi və s. səbəblərdən yaranır. Məhsulu çəkərkən sortların məhsulunu dəyişik salmaq, çəkini səhv yazmaq, eyni bir ləkə bir dəfə əvəzinə iki dəfə gübrə vermək və s. kobud xətalara əyani misal ola bilər. Kobud xətalara yol verilmiş variantlardan düzgün nəticə çıxartmaq mümkün olmur. Ona görə də təcrübənin göstəricilərini riyazi işləməkdən ötrü həmin variantlar mütləq çıxdaş edilməlidir.

2.Seleksiya təcrübələri üçün sahənin seçilməsi, hazırlanması və bölünməsi

Torpaq sahəsi nə qədər müxtəlif

olarsa təcrübədən alınan nəticələr də bir o qədər fərqli

olacaqdır.

Təcrübə üçün torpaq sahəsinin

seçilməsi və hazırlanması

prosesində tədqiqatçıdan

seçiləcək sahənin tarixini (əkin

dövriyyəsindəki yeri,

burada becərilmiş bitkilər, tətbiq

edilmiş aqrotexnika və s.),

torpağın relyefini bilmək və həmin

sahəni qabaqcadan

öyrənmək tələb olunur.

Sahəni seçərkən relyefə xüsusi

fikir verilməlidir.

Təcrübə üçün relyefi düz,

mailliyi az olan sahə seçilməlidir.

Təsərrüfat tarixi məlum olmayan

sahələrdə təcrübə qoyulmamalıdır.

Yalnız son 3-4 ildə hansı bitkilərin

becərildiyi,

hansı aqrotexniki

tədbirlərin həyata keçirildiyi haqqında

məlumat əldə edildikdən sonra

həmin sahə haqqında

müəyyən bir mülahizə

yürütmək olar.

Kəşfiyyat səpinləri – təcrübə sahəsinin məhsuldarlıq bərabərliyini yoxlamaq üçün aparılır.

Təcrübə üçün sahə seçildikdə yaxınlıqda su

hövzələrinin, su mənbəyinin, tikililərin,

ağacların, yolların olmasına fikir verilməlidir.

Sahə göstərilənlərdən aşağıdakı məsafədə

yerləşməlidir:yaşayış evlərindən

tək-tək ağaclardan

su hövzələrindən

meşədən

tikililərdən

yollardan

Seleksiya səpinlərində və sort sınağında təcrübə dəqiqliyinin yüksəldilməsi yolları

21 3 4 5 21 3 4 5 21 3 4 5 21 3 4 5

SORT NƏZARƏT

-təcrübə dəqiqliyi üçün sort-nəzarət səpilir. Bütün sortlar bu sort ilə müqayisə edilir.

Nəzarət sort - ən yaxşı rayonlaşmış, geniş yayılmış, həmin zona üçün xarakterik sort götürülür.

Təcrübə dəqiqliyi üçün nəzarət kimi götürülmüş sort-standart sort hesab edilir.

TƏKRARLAR ÜZRƏ LƏKLƏRIN YERLƏŞDIRILMƏ QAYDASI.LƏKLƏRIN YERLƏŞDIRILMƏSINƏ ƏSAS TƏLƏBLƏR:

1.Qonşu ləklər fərqlənməlidirlər.

2.Eyni sortun ləkləri eyni istiqamətdə olmamalıdır.

3.Eyni təkrarda sortlar eyni torpaq tipində yerləşməlidir.

4.Eyni təkrarın sortları eyni yarusda yerləşməlidir.

5.Çox yaxında güclü kök sistemi, iri gövdəsi olan bitki

əkmək olmaz.

BURADA 3 METODDAN ISTIFADƏ EDILIR:

sistematik metod

standart metod

təsadüfi metod

Tək nömrəli sortların səpini birinci təkrardan başlanıb ikinci təkrarda, cüt nömrəli sortların səpini isə ikinci təkrardan başlanıb birinci təkrarda qurtarır. Səpin normasını düzgün təyin etməkdən ötrü hektara tələb olunan cücərən toxum sayı məlum olmalıdır. Yalnız bundan sonra toxumun cücərməsinə, təmizliyinə və 1000 ədəd toxumun kütləsinə görə hektara çəki ilə tələb olunan norma tapılır. Hesablama aşağıdakı kimi aparılır:

burada N- çəki hesabı ilə səpin norması, kq/ha;s- bir hektara tələb olunan cücərən toxumun sayı, milyon ədəd;k- 1000 dənin kütləsi, q;T- toxumun təsərrüfat yararlığı, %.Toxumun təsərrüfat yararlılığı onun cücərmə və təmizlik faizindən asılı olub, aşağıdakı kimi tapılır:

burada T- toxumun təsərrüfat yararlılığı, %;t- toxumun təmizliyi, %;c- toxumun tarla cücərməsi.

T

skN

100

100

ctT

10000

LNNL

Ləkin ölçüsündən asılı olaraq çəki hesabı ilə tələb olunan səpin norması aşağıdakı kimi tapılır:

Burada, NL- ləkə səpmək üçün tələb olunan səpin norması,

kq; L- ləkin sahəsi, kv.m. Hər bir sortun çəki hesabı ilə səpin norması 1000 dənin kütləsindən, toxumun cücərmə və təmizlik faizindən asılı olaraq müxtəlif götürülür.

Seleksiya növbəli əkinləri 2 üsulda olur:

Hər bitki 2 sahədə səpilir – 1-də təcrübə işləri , 2-də ən yaxşı sortlar (sort artırma) səpilir.

Hər sahə 2 yerə bölünür – 1-də seleksiya materialı, 2-də sortartırmaq üçün səpinlər.

SELEKSIYA SƏPINLƏRI

1) Pitomniklər – burada səpin balaca ləklərdə aparılır və ancaq məhsuldarlıq hesablanır.

2) Sortsınama - istehsalat şəraitinə oxşar formada sortlar qiymətləndirilir.

3) Yeni perspektivli sortların artırılması.

4) Sort öz təmizliyini saxlayaraq çoxaldılır. Bu məqsədlə sahə sələfdən sonra 25-28 sm şumlanır, sonra gübrələnir və səpin üçün hazırlanır.

Pitomniklər- seleksiya prosesinin ilkin mərhələsi olub, seleksiya materialının xırda ləklərdə öyrənilməsi və qiymətləndirilməsidir.

1) ilkin material (kolleksiya və hibrid) 2) seleksiya 3) nəzarət 4) xüsusi pitomniklər.

Pitomniklər 4 tipdə olur:

SORTUN SINAQDAN KEÇMƏSI ÜÇÜN 4 FORMADAN ISTIFADƏ EDILIR.

1) Qabaqcadan sortsınama – adətən 25-30 sort səpilir. Səpin 4 təkrarda, 25-50 m2 sahədə, traktorla səpilir. 5-10 sortdan bir nəzarət səpilir.

2) Konkurs sortsınağı – müsabiqədən ən yaxşı sortlar keçir müsabiqə sortsınağına. Burada əsasən təsərrüfat xarakterinə işlər aparılır, onlar öz aralarında, başqa məntəqələrdəki sortlarla müqayisə edilir. Adətən 10-20 sort səpilir, bəzən çox 4-6 təkrarda səpilir. 100m2 sahədə ləklər olur 5-10 sortdan nəzarət səpilir.

3) Təsərrüfat şəraitində yetişdirilir. Perspektivli bu sort ən yaxşı rayonlaşmış sortla müqayisə edilir. Səpin 1-2 ha-da aparılır.

4) Xüsusi sortsınama – Adi şəraitdə sortsınağı mümkün olmadıqda aparılır və 3 yerə bölünür:

a) Müxtəlif şəraitdə sortsınağı. Məs: suvarılmada, suvarılmayan şəraitdə.

b) Dinamiki sortsınama – məs: silos qarğıdalı üçün yaşıl kütlə almaq üçün.

c) Məntəqələrarası sortsınama – eyni vaxtda bir neçə məntəqədə səpilir və sınanılır.

SORTSINAĞI- SORTLARIN ISTEHSALATA YAXIN BIR ŞƏRAITDƏ, NISBƏTƏN BÖYÜK SAHƏLƏRDƏ ÖYRƏNILMƏSI VƏ QIYMƏTLƏNDIRILMƏSIDIR.

Müsabiqəli sortsınağı. Nəzarət pitomnikində fərqlənmiş nömrələr müsabiqəli sortsınağında öyrənilir və qiymətləndirilir. Müsabiqəli sortsınağında nömrələr ilk dəfə olaraq sort adını alır. Öyrənilən sortların sayı digər pitomniklərdən az olub, 10-40 arasında dəyişə bilər. Ləkin sahəsi 25-50 kv. m, təkrarların sayı isə 4-6 götürülür. Bütün aqrotexniki tədbirlər istehsalatda qəbul olunmuş qaydada aparılmalıdır. Alınmış göstəricilər dispersiya və ya digər uyğun metod vasitəsilə təhlil olunmalıdır.

İstehsalat sortsınağı. Müsabiqəli sortsınağında fərqlənmiş ən yaxşı sortlar, onların istehsalat şəraitində becərilməsinə yararlılığını öyrənmək məqsədilə 1-2 il müddətində həmin zonada yerləşmiş fermer və ya digər təsərrüfatların birində səpilir. İstehsalat sortsınağında sortun səpin sahəsi bir hektardan az olmamalıdır. Müqayisə üçün eyni sahədə bölgədə ən çox becərilən və yayılmış standart sort səpilir. Bütün aqrotexniki tədbirlər həmin təsərrüfatda qəbul olunmuş qaydada aparılmalıdır. İstehsalat sortsınağında sorta əsasən məhsuldarlığına, mexaniki yığıma yararlılığına, yatmaya və xəstəliklərə qarşı davamsızlığına, yetişmə müddətinə görə qiymət verilir.

Xüsusi sortsınaqlar. Müxtəlif becərmə şəraitinin yeni sortların əlamət və xüsusiyyətlərinə təsirini öyrənməkdən ötrü onlar xüsusi sortsınaqlarda öyrənilirlər.

Ekoloji sortsınağı. Sortu hərtərəfli qiymətləndirmək üçün onu, müxtəlif torpaq-iqlim şəraitində öyrənirlər. Sortu Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim etməkdən ötrü o, mütləq bir il müddətində ekoloji sınaqdan keçməlidir.

Müxtəlif aqrofonlarda sınaq. Bu sortsınaqda yeni sortlar müxtəlif gübrə dozalarında, səpin normalarında, müddətlərində və üsullarında öyrənilir və qiymətləndirilir. Bütün bunlara əsasən yeni sort üçün optimal aqrotexniki tədbirlər müəyyən edilir.

Dövlət sortsınağı. Elmi-tədqiqat müəssisələrində yaradılmış yeni sortları daha dəqiq qiymətləndirmək, onları gələcəkdə rayonlaşdırmaqdan (yaymaqdan), istehsalatda istifadəsinə icazə verilməsi haqqında Dövlət Reyestrində qeydiyyata alınmasından ötrü zona və rayonları təyin etmək üçün onlar Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilir. Dövlət sortsınağının göstəricilərinə əsasən yeni sortun müəyyən zona və rayonda rayonlaşdırılması tövsiyyə olunur.

YENI SORTU DÖVLƏT KOMISSIYASINA AŞAĞIDAKI HALLARDA TƏQDIM ETMƏK OLAR:

1) Yeni sort rayonlaşmış sortdan hektardan ən azı 2 sentner və daha artıq məhsul verməklə bərabər digər göstəricilərə görə rayonlaşmış sortla eyni olmasına baxmayaraq keyfiyyətinə və digər təsərrüfat göstəricilərinə görə rayonlaşmış sortdan çox üstün olarsa.

2)Sort, Dövlət sortsınağına 2-3 illik müsabiqəli, bir illik ekoloji və istehsalat sınağının göstəricilərinə görə təqdim olunur. Elmi-tədqiqat müəssisələri Dövlət sort-sınaq məntəqələrini səpin materialı ilə təmin etmək üçün birinci sınaq ili 20 sentner, ikinci sınaq ili üçün isə 50 sentner ehtiyat toxum istehsal etməlidir.

3)Dövlət sortsınaq komissiyasının nəzdindəki mərkəzi laboratoriyasına keyfiyyət göstəricilərini öyrənmək üçün payızlıq və yazlıq buğdalardan 3 kq, arpadan isə 1,5 kq dən göndərilməlidir. Nümunə (etalon) üçün yeni sortdan 2 kq dən və 10 sünbül Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna göndərilir.

4)Payızlıq dənli bitkilərə dair tərtib olunmuş bütün sənədlər oktyabr ayının 1-nə qədər Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunmalıdır. Sənədlərə müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş 9x12 və ya 13x18 sm ölçüdə, tam yetişmə fazasında bitkinin gövdəsi və məhsuldar hissələri (sünbül, dən) çəkilmiş 3 nüsxədən ibarət fotoşəkil də əlavə edilir.

XARAKTERINƏ GÖRƏ SORT MƏNTƏQƏ AŞAĞIDAKI NÖVLƏRƏ BÖLÜNÜR.

Subtropik bitkilər İpəkçilik – tut, ipək

oTarla bitkiləri – suvarılan, dəmyə və s.

oTərəvəz bitkiləri

Xüsusi – fitopotologiya, entomologiya.

Davamlılıqbölgüsü,

balla

Davamlılığınsəviyyəsi

Sirayətlənmə

bölgüsü,balla(0-4)

Yerə yatmabölgüsü,

balla(1-5)

1 Davamlılıq çox aşağıdır 4 13 Davamlılıq aşağıdır 3 25 Davamlılıq ortadır 2 37 Davamlılıq yüksəkdir 1 4

9 Davamlılıq çox yüksəkdir 0 5

Müsabiqəli sortsınağı pitomnikində aparılmalı olan əlavə qiymətləndirmələrDigər pitomniklərdən fərqli olaraq müsabiqəli sortsınağı pitomnikində sortların qiymətləndirilməsi 5 bal sistemi üzrə aparılır.

Məhsulun yığılması zamanı yalnız aşağıdakıları nəzərə alaraq ləki bütövlükdə və ya onun məhv olmuş hissəsini çıxdaş etmək olar:1) Təbii hadisələrin təsirindən məhv olduqda;2) Mal-qara, quş və ya gəmiricilər tərəfindən məhv edildikdə;3) Təcrübə qoyulan zaman xətalara yol verildikdə.Ləkin hesaba alınan sahəsinin 50%-dən çoxu məhv olarsa o, çıxdaş edilməlidir.