fəsil 2. insan inkişafının ölçülməsi...55 fəsil 2. insan inkişafının ölçülməsi...

16
55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.” “Statistik tədqiqatın elementləri” kitabından, 2009 “Ölçülə bilən hər bir şey vacib deyil, vacib olan hər bir şey ölçülə bilmir.” Albert Eynşteyn (1879-1955) “İdarəçilik üçün lazım olan ən vacib rəqəmlər bilinmir və ya bilinməsi mümkün deyil, lakin uğurlu idarəçilik yenə də onları nəzərə almalıdır.” Vilyam Edvards Deminq (1900-1993), Yaponiyanın iqtisadi tərəqqisində böyük rol oynamış nüfuzlu tədqiqatçı-alim 2.1 insan inkişafı indeksi və onun komponentləri İnsan inkişafı insan potensialının reallaşması, insanların nə edə və kim ola bilməsi, öz həyatlarında real seçimlərdən istifadə etməkdə azad olma- sı haqqında ideyaları ön plana çəkən prosesdir. Lakin bu proses insan inkişafı öhdəliklərinin qəbul edilməsi, strateji və qısamüddətli məqsədlərin və fəaliyyətin müəyyənləşdirilməsi və tədbirlərin icrası və koordinasiyası ilə bitmir. İnsan in- kişafında irəliləyişlərin əldə edilməsi üçün həlledici amil prosesin kəmiyyət və keyfiyyət indikatorları ilə yaxından izlənməsi, monitorinq edilə bilməsidir. İnsanların öz imkanlarından maksimum bəhrələnməsinə maneçilik törədən iq- tisadi, siyasi, sosial bərabərsizliklərin ünvanlanmasında dövlətin məlumatlı və çoxşaxəli fəaliyyətinə dəstək verilməsi baxımından, insan inkişafı səviyyəsinin ölçülməsi metodologiyası həm monitorinq, həm də tətbiqi-analitik məqsədlər üçün faydalı instrument sayılır. Əvvəlki fəsildə qeyd olunduğu kimi, XX əsrin inkişaf nəzəriyyələrində iqtisadi paradiqma uzun müddət üstünlük təşkil etmişdir. İqtisadi yanaşmanın diqtəsi ilə ölkələrdəki inkişafın səviyyəsi çox zaman “monetar ekvivalentlərlə” - adambaşına düşən gəlir, ümumdaxili məhsulun həcmi və artım tempi, ticarət balansı və sair göstəricilərlə ölçülürdü. İnkişafın yalnız pul vahidlərilə ölçülməsinə alternativ kimi 1970-ci illərdə Morris Devid Morrisin təklif etdi- yi həyatın fiziki keyfiyyəti indeksi körpə ölümü səviyyəsi, böyüklər arasında

Upload: others

Post on 05-Jan-2020

21 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

55

Fəsil 2. insan inkişafının ölçülməsi

“Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

“Statistik tədqiqatın elementləri” kitabından, 2009

“Ölçülə bilən hər bir şey vacib deyil, vacib olan hər bir şey ölçülə bilmir.”

Albert Eynşteyn (1879-1955)

“İdarəçilik üçün lazım olan ən vacib rəqəmlər bilinmir və ya bilinməsi mümkün deyil, lakin uğurlu

idarəçilik yenə də onları nəzərə almalıdır.”Vilyam Edvards Deminq (1900-1993), Yaponiyanın iqtisadi

tərəqqisində böyük rol oynamış nüfuzlu tədqiqatçı-alim

2.1 insan inkişafı indeksi və onun komponentləri

İnsan inkişafı insan potensialının reallaşması, insanların nə edə və kim ola bilməsi, öz həyatlarında real seçimlərdən istifadə etməkdə azad olma-sı haqqında ideyaları ön plana çəkən prosesdir. Lakin bu proses insan inkişafı öhdəliklərinin qəbul edilməsi, strateji və qısamüddətli məqsədlərin və fəaliyyətin müəyyənləşdirilməsi və tədbirlərin icrası və koordinasiyası ilə bitmir. İnsan in-kişafında irəliləyişlərin əldə edilməsi üçün həlledici amil prosesin kəmiyyət və keyfiyyət indikatorları ilə yaxından izlənməsi, monitorinq edilə bilməsidir. İnsanların öz imkanlarından maksimum bəhrələnməsinə maneçilik törədən iq-tisadi, siyasi, sosial bərabərsizliklərin ünvanlanmasında dövlətin məlumatlı və çoxşaxəli fəaliyyətinə dəstək verilməsi baxımından, insan inkişafı səviyyəsinin ölçülməsi metodologiyası həm monitorinq, həm də tətbiqi-analitik məqsədlər üçün faydalı instrument sayılır.

Əvvəlki fəsildə qeyd olunduğu kimi, XX əsrin inkişaf nəzəriyyələrində iqtisadi paradiqma uzun müddət üstünlük təşkil etmişdir. İqtisadi yanaşmanın diqtəsi ilə ölkələrdəki inkişafın səviyyəsi çox zaman “monetar ekvivalentlərlə” - adambaşına düşən gəlir, ümumdaxili məhsulun həcmi və artım tempi, ticarət balansı və sair göstəricilərlə ölçülürdü. İnkişafın yalnız pul vahidlərilə ölçülməsinə alternativ kimi 1970-ci illərdə Morris Devid Morrisin təklif etdi-yi həyatın fiziki keyfiyyəti indeksi körpə ölümü səviyyəsi, böyüklər arasında

Page 2: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

56

savadlılıq səviyyəsi və gözlənilən ömür uzunluğu göstəricilərinə əsaslanırdı. 1990-cı ildə nəşr olunmuş birinci İnsan İnkişafı Hesabatı həm daha zəngin in-kişaf yanaşmasını ifadə edən konsepsiyanı, həm də konsepsiyanın yeni meto-dologiyasını – insan inkişafı indeksinin hesablanması üsulunu təqdim etdi. İnsan inkişafı indeksinin yeniliyi onun həm sosial, həm də iqtisadi inkişaf üçün istinad çərçivəsi kimi istifadə edilə bilən məcmu statistik göstərici olması idi.

İnsan inkişafına dair ilk hesabatda ömür uzunluğu, təhsil səviyyəsi və gəlir göstəricilərini kompleks insan inkişafı indeksində (İİİ) birləşdirərək inkişafın ölçülməsi metodu təklif olundu. Başqa sözlə, İİİ insanlar üçün mühüm olan 3 parametr üzərində qurulmuşdur:

• sağlamlıq: uzun və sağlam həyat yaşamaq imkanı;• Təhsil: təhsil almaq və bilikli olmaq imkanı; və• Gəlir: layiqli həyat səviyyəsi imkanı.

Qeyd etmək lazımdır ki, həm İİİ-nin hesablanma metodu, həm də insan in-kişafı ilə əlaqədar təklif olunan əlavə indekslər 1990-cı ildən etibarən müəyyən təkamül yolu keçmişdir. Məsələn, 2010-cu ilədək insan inkişafı indeksi (1) ömür uzunluğu göstəricisi, (2) yaşlı əhali arasında savadlılıq səviyyəsi (üçdə-iki çəki ilə) və ümumi qeydiyyat əmsalından (üçdə-bir çəki ilə) ibarət olan təhsil indeksi və (3) alıcılıq qabiliyyəti pariteti ilə adambaşına düşən ümumdaxili məhsulun na-tural loqarifması ilə hesablanırdı. İnsan inkişafı hesabatının 2010-cu il nəşrində isə bu metodologiya bir qədər dəyişdirildi. Bundan əlavə, insan inkişafı hesa-batlarında İİİ ilə yanaşı bir sıra digər əmsallar və indekslər də təklif olunsa da, onların istifadəsi birdəfəlik və ya qısamüddətli olmuşdur. Məsələn, 1995-ci ildən etibarən tərtib edilən Gender-əsaslı İnkişaf İndeksi və Gender Səlahiyyətlənmə Ölçüsü 2010-cu ildə Gender Bərabərsizliyi İndeksi ilə əvəz olunmuşdur. Aşağı-dakı cədvəldə insan inkişafının müxtəlif mövzularını əhatə etmək üçün İİİ-dən əlavə əmsalların tarixçəsi təsvir olunur:1

2010-cu ildən etibarən insan inkişafı indeksinin hesablanmasının aşağıdakı metodologiyası istifadə olunur.2

Mürəkkəb-tərkibli əmsal kimi İİİ özü üç indeksdən ibarətdir:

1. Gözlənilən ömür uzunluğu indeksi (Life Expectancy Index, LEI) müəyyən dərəcədə ölkədəki səhiyyə sisteminin və sosial müdafiənin vəziyyətini əks etdirir;1 Sabina Alkire. Human Development: Definitions, Critiques, and Related Concepts. UNDP HDRP 2010/01, səh. 14 2 Metodologiya haqqında ətraflı analitik məlumat bu yazıda verilmişdir: J. Klugman, F. Rodriguez, and H. J. Choi. The HDI 2010: New Controversies, Old Critiques. HDRP 1. UNDP/HDRO, New York, 2011.

Page 3: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

57

2. Təhsil indeksi (Education Index, EI) ölkədəki təhsil sisteminin əksi kimi təhsil almaq imkanlarını səciyyələndirir;

3. Ümumi milli gəlir indeksi (Gross National Income Index, GNII) və ya həyat səviyyəsi indeksi adambaşına düşən ümumi milli gəlir (ÜMG) (milli val-yutaların alıcılıq qabiliyyətinin paritetinin [AQP] ABŞ dolları ilə) əsasında ölkə vətəndaşlarının gəlir səviyyəsini əks etdirir.

Gözlənilən ömür uzunluğu indeksi doğulanda gözlənilən ömür uzunlu-ğu göstəricisinə - yeni doğulan körpənin yaşayacağı gözlənilən illərin sayına əsaslanır.

İnsan inkişaf hesabatlarnda verilmiş əlavə əmsallar

İnsan inkişaf hesabatlar nəşrləri 90 91 92 93 94 95 96 97 98 99 00 01 02 03 04 05 07 09

Siyasi azadlq x x x x x İnsan hüquqlarnn təminat x x x x x Özünə-hörmət (ləyaqət) x x x x x Sağlam fiziki mühit x x x Fəaliyyət və ifadə azadlğ x İştirak x x x İnsan təhlükəsizliyi x x Siyasi, sosial və iqtisadi azadlqlar x x x x

Yaradc olmaq x x x x x Məhsuldar olmaq x x x x x Azadlq x x Demokratiya x Ləyaqət və başqalarna hörməti x Səlahiyyətlənmə x x İctimai mənsubiyyət hissi x x x Təhlükəsizlik x xDayanqlq x Siyasi və mülki iştirak x Mədəni azadlq x Sosial və siyasi iştirak xMülki və siyasi hüquqlar x

İNDEKSLƏR

GÖSTƏRİCİLƏR

PARAMETRLƏR Sağlamlq Həyat səviyyəsi Təhsil

Adambaşna düşən ümummilli

gəlir

Təhsilin orta müddəti

Təhsilin gözlənilən müddəti

Ömür uzunluğu indeksi

ÜMG indeksi Təhsil indeksi

İNSAN İNKİŞAFI İNDEKSİ

Doğulanda gözlənilən ömür

uzunluğu

Page 4: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

58

Təhsil səviyyəsi indeksi iki göstərici ilə hesablanır:

1. Təhsil prosesinin orta müddətinin göstəricisi (Mean Years of Schooling, MYS) yaşı 25 və daha çox olan şəxslərin həyat boyu aldıqları təhsilin müddətinin illərlə orta sayını bildirir və yalnız formal təhsilə məhdudlaşmadan “ömür boyu təhsil” imkanlarını əks etdirir;

2. Təhsil prosesinin gözlənilən müddətinin göstəricisi (Expected Years of Schooling, EYS) məktəbə daxil olma yaşında olan uşağın gözləyə biləcəyi tədris illərinin sayıdır.

Layiqli həyat səviyyəsinin göstəricisi adambaşına düşən ümumi milli gəlirdir. Adambaşına düşən ÜMG iqtisadiyyatdakı bütün rezident istehsalçıların yaratdıq-ları əlavə dəyərin, plyus məhsulun dəyərləndirilməsinə daxil edilməmiş əmtəə vergilərinin (minus subsidiyalar), plyus xaricdən əsas gəlir mədaxilininin xalis (netto) məbləğinin cəminin orta-illik əhali sayına nisbətidir. Əlavə dəyər sənayenin, bütün məhsulların toplanması və birbaşa məsrəflərin çıxılmasından sonrakı xalis məhsuludur. ABŞ dolları ekvivalentində alıcılıq qabiliyyəti pariteti (AQP) ilə ifadə olunduqda, adambaşına düşən ÜMG AQP kursundan istifadə etməklə beynəlxalq dollarlara çevrilir. Beynəlxalq dolların ÜDM üzərində alıcılıq qabiliyyəti ABŞ dollarının Birləşmiş Ştatlardakı alıcıq qabiliyyətinə bərabərdir.

Göründüyü kimi, əvvəlki illərin metodologiyasından fərqli olaraq, təhsil səviyyəsi və gəlir indekslərində yeni göstəricilər istifadə olunur. Bu, həmin sahələrdəki vəziyyətin təhlil edilməsində istifadə edilən köhnə indikatorların tənqidi ilə əlaqədardır. Məsələn, savadlılıq səviyyəsi göstəricisi yüksək olsa da, ölkədəki funksional savadsızlığı və ya təhsil sisteminin keyfiyyətini əks etdir-mirdi. Yaxud, gəlir səviyyəsi üçün istifadə edilən ümumdaxili məhsul göstəricisi miqrant işçilərin öz ailələrinə göndərdikləri pul transfertlərini nəzərə almırdı. 2010-cu ilin İİİ metodologiyası uzunmüddətli konseptual müzakirələrin və tənqidi debatların nəticəsidir.

2010-cu ildə təklif olunmuş digər bir metodoloji fərq sadalanan üç indek-sin insan inkişafı indeksində cəmləşdirilməsi metodunun yenilənməsidir. 1990-cı ildən istifadə olunan İİİ hesablanması parametrlərin indekslərinin riyazi orta dəyərinə əsaslanırdı. Aqreqasiyanın bu metodunun başlıca çatışmazlığı insan in-kişafının ölçülərinin bir-birini kompensasiya etməsi idi. Məsələn, bir sahədə olan aşağı göstəricilər digər iki sahənin yüksək göstəriciləri ilə kompensasiya olunurdu və nəticədə təhsil və səhiyyədə olan geriləmələr ümumi insan inkişafı indeksində zəif əks olunurdu. 2010-cu ildən etibarən isə aqreqasiyanın multiplikativ metodu həndəsi orta dəyərin çıxarılması ilə hər üç parametrdəki dəyişmələri daha aydın əks etdirir. Məsələn, gözlənilən ömür uzunluğu göstəricisində 1% azalma ümumən insan inkişafı indeksinə təhsildəki 1% azalma qədər bərabər təsir göstərir. Nəticədə isə ümumi İİİ hər parametrin hər hansı dəyişmələrinə həssas olur və iqtisadi artım

Page 5: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

59

İİİ dəyərinin artmasına əvvəlki kimi güclü təsir göstərmir. Qrafik şəkildə riyazi hesablamadakı bu metodoloji dəyişiklik aşağıdakı kimidir:

İİİ hər bir göstərici üçün “məqsəd oriyentirləri” (“goalposts”) adı ilə minimum və maksimum dəyərlər təyin edir və sonra riyazi hesablamanın 0 və 1 arasında dəyərlə ifadə olunan nəticəsinə əsasən ölkələrin həmin məqsəd oriyentirlərinə görə mövqeyini göstərir. Ölkələr İİİ dəyərinin 1-dən 0-dək azal-masına əsasən sıralanır və şərti olaraq 4 qrupa - “Çox yüksək insan inkişafı”, “Yüksək insan inkişafı”, “Orta insan inkişafı” və “Aşağı insan inkişafı” kate-qoriyalarına bölünürlər. Əvvəlki illərdə qruplar arasında müəyyən İİİ həddi var idi, məsələn, 2009-cu ilin İnsan İnkişafı Hesabatında ən yüksək insan inkişafı qrupuna daxil olmaq üçün ölkənin İİİ əmsalı 0.900 və daha yüksək olmalı idi (hərçənd daha əvvəlki illərdə ölkələr 3 qrupa – insan inkişafı indeksinin 1.000-0.800, 0.799-0.500 və 0.499-0.000 əmsallarına müvafiq olaraq yüksək, orta və aşağı insan inkişafı kateqoriyalarına bölünürdü). Heç nə ilə əsaslandırılmayan bu İİİ həddləri beynəlxalq müzakirələr nəticəsində aradan götürüldü və 2010-cu ildən etibarən ölkələr sadəcə say hesabı ilə 4 bərabər qrupa bölünürlər.

İİİ metodologiyasında olan yenilənmələri aşağıdakı cədvəldəki kimi yekun-laşdırmaq olar:

3ÜMGTehsilSaglamliq

ÜDMTehsilSaglamliq İİİİİİ3

İİİİİİ ××=⇒

++=

Parametrlər

1990-2009-cu illərin İİİ metodologiyas 2010-ci ildən etibarən yeni İİİ metodologiyas

Göstəricilər

Diapazon (“məqsəd oriyentirləri”)

Göstəricilər

Diapazon (“məqsəd oriyentirləri”)

Minimum Maksimum Minimum Maksimum (müşahidə

edilmiş)

Sağlamlq Doğulanda

gözlənilən ömür uzunluğu (il)

25 85 Doğulanda

gözlənilən ömür uzunluğu (il)

20 83.2 (2010) 83.4 (2011)

Bilik/Təhsil

Yaşllar arasnda savadllq (%) 0 100

Gözlənilən təhsil müddəti

(il) 0 20.6 (2010)

18.0 (2011)

Ümumi qeydiyyat əmsal (%) 0 100 Orta təhsil

müddəti (il) 0 13.2 (2010) 13.1 (2011)

Həyat səviyyəsi

Adambaşna ÜDM (PPP AB$) 100 40,000

Adambaşna ÜMG (PPP

AB$)

163 (2010) 100 (2011)

108,211 (2010) 107,721 (2011)

Aqreqasiya Riyazi orta Həndəsi orta

Ölkələrin sralanmas

• 1-dən 0-dək azalan sra ilə • Ölkələr müəyyən İİİ həddinə əsasən

qruplaşdrlr

• 1-dən 0-dək azalan sra ilə • Ölkələr say hesab ilə 4 bərabər qrupa

bölünür

Page 6: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

60

İnsan inkişafı indeksinə müsbət təsir göstərən “uğur parametrlərinə” sağ-lam iqtisadi artım, gəlirlərin və iqtisadi faydaların ədalətli paylanması, məşğulluq imkanlarının artması, ictimai iştirakın və səlahiyyətlənmənin genişlənməsi, düzgün idarəçiliyin təşviqi, mədəni özünəməxsusluğun və mədəni sərvətin zənginləşməsi, gələcək nəsillərin mənafeyinin nəzərə alınması, aydın ifadə olun-muş sosial müavinətlər sistemi, qızlar/qadınlar üçün imkanların yaxşılaşdırılma-sı daxildir. İndeksə mənfi təsir göstərən amillərə isə hərbi münaqişələr, QİÇS xəstəliyinin yayılması, cəmiyyətdə varlı-yoxsul təbəqələşməsinin kəskinləşməsi, qadınlara qarşı zorakılığın və ayrı-seçkiliyin olması və iqtisadi böhran və tənəzzül prosesləri aiddir.

Qeyd etmək lazımdır ki, qısamüddətli perspektivdə insan inkişafındakı dəyişiklikləri izləmək üçün İİİ-dən istifadə etmək bir qədər çətindir, çünki onun iki komponenti – gözlənilən ömür uzunluğu və təhsil prosesinin orta müddəti za-man ərzində çox yavaş dəyişir. Ona görə də ölkədəki insan inkişafı vəziyyətinin monitorinqi üçün yalnız standart insan inkişafı indeksinə yox, qısamüddətli dəyişikliklərə həssas olan digər göstəricilərin (məs., məşğulluq səviyyəsi, səhiyyə xidmətlərinə çıxışı olan əhalinin payı, tövsiyə olunmuş kalori qəbulu səviyyəsi ilə müqayisədə real gündəlik kalori qəbulu və sair) də ehtiva olunduğu milli insan inkişafı indekslərinə istinad etmək lazımdır. Buna görə də, milli və yerli səviyyələrdə insan inkişafının izlənməsində insan inkişafı indeksinin bir analitik instrument kimi faydalılığını və tətbiqiliyini artırmaq üçün ölkələr öz inkişaf səviyyələrinə, prioritetlərinə və problemlərinə uyğun olan parametrlər və göstəricilər seçməlidirlər.

2.1.1 İnsan inkişafı indeksinin hesablanma metodu

İnsan inkişafı indeksi (İİİ) insan inkişafının məcmu ölçüsüdür. İİİ hər hansı ölkədəki insan inkişafının üç əsas parametrində – uzun və sağlam həyat, biliklərin əldə edilməsi və layiqli həyat səviyyəsi sahələrində olan nailiyyətlərə qiymət verir. İİİ hər parametrdəki nailiyyətləri ölçən standartlaşdırılmış indekslərin həndəsi üsulla çıxarılan orta dəyəridir.

İİİ hesablanması iki mərhələdə aparılır:

Birinci mərhələ. Parametr indekslərinin hesablanması

İndikatorları 0 və 1 arasında yerləşən indekslərə çevirmək üçün minimum və maksimum dəyərlər (“məqsəd oriyentirləri”) təyin edilir. Maksimumlar 1980-2011-ci illər zaman silsiləsində müşahidə olunmuş ən yüksək dəyərlər, mini-mumlar isə cəmiyyətin mövcudluğu üçün mümkün olan ən kiçik dəyərlərdir.

Page 7: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

61

Minimum dəyərlər gözlənilən ömür uzunluğu üçün 20 il, təhsil göstəricilərinin hər ikisi üçün 0 il, adambaşına düşən ÜMG isə 100 ABŞ dolları kimi götürülür.

Minimum və maksimum dəyərlər müəyyən edildikdən sonra sub-indekslər aşağıdakı qaydada hesablanır:

Təhsil parametrində (1) formulu hər iki sub-komponentə (təhsil göstəricilərinə) tətbiq edilərək hesablandıqdan sonra yaranan indekslərin həndəsi üsulla orta dəyəri müəyyən olunur və nəhayət (1) formulu indekslərin həndəsi orta dəyərinə tətbiq edilir (bu zaman minimum dəyər kimi 0, zaman silsiləsinin təhsil üzrə ən yüksək həndəsi orta dəyəri isə maksimum kimi götürülür). Bu, (1) formulunun hər iki sub-komponentin həndəsi orta dəyərinə birbaşa tətbiqinə bərabərdir.

Hər sub-indeks müvafiq parametrdəki insan bacarıqlarının dolayı göstəricisi olduğundan gəlirlərin bacarıqlara çevrilməsi funksiyası çökük əyrili olacaqdır.3

Artan ÜMG ilə gəlirin əhəmiyyətinin azalmasını əks etdirmək üçün gəlir sub-indeksi həqiqi minimum və maksimum dəyərlərin natural loqarifması ilə hesab-lanır.

İkinci mərhələ. İİİ hesablanması üçün sub-indekslərin aqreqasiyası.İİİ üç parametrin sub-indeksinin həndəsi orta dəyəridir:

2011-ci il İİİ üçün “məqsəd oriyentirləri”

Parametrlər Minimum Maksimum (müşahidə edilmiş)

Gözlənilən ömür uzunluğu 20 83.4 (Yaponiya, 2011)

Təhsilin orta müddəti 0 13.1 (Çex Respublikas, 2005)

Təhsilin gözlənilən müddəti 0 18.0 (maksimum, 2011)

Məcmu təhsil indeksi 0 0.978 (Yeni Zelandiya, 2010)

Həyat səviyyəsi 100 (2011)

107,721 (Qətər, 2011)

ə ə ə ə ə

ə ə ə ə (1)

��� � ��ə������ � ��ə����

��� � ������������� və ya ��� � √���� � �� � ����

3 Ətraflı bax: S. Anand and A. Sen. The Income Component of the Human Development Index.

Journal of Human Development and Capabilities, No. 1 (1), 2000.

Page 8: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

62

2.1.2 İnsan inkişafı indeksi üçün məlumat mənbələri

İnsan inkişafı indeksinin hesablanmasında istifadə edilən göstəricilərin mənbələri aşağıdakılardır:

• Gözlənilən ömür uzunluğu: BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA)

• Təhsilin orta müddəti: YUNESKO-nun təhsil nailiyyətləri üzrə infor-masiya bazasına (http://stats.uis.unesco.org/unesco) əsasən BMT İnkişad Proq-ramının İnsan İnkişafı Hesabatları Ofisinin məlumatları (http://hdr.undp.org/en/statistics/)

4 Qeyd olunmalıdır ki, 2011-ci ilin İnsan İnkişafı Hesabatında İİİ-nin hesablanmasında yol verilmiş səhvə görə Azərbaycan 91-ci yerdə göstərilmişdi. Azərbaycan Hökumətinin müdaxiləsi ilə sonradan bu səhvin düzəldilməsi nəticəsində Azərbaycan 76-cı yerə yüksəlmişdir. Buradakı hesablamalar həmin dəqiqləşdirilmiş məlumatlara əsasən aparılır.5 Bax: http://hdrstats.undp.org/en/countries/profiles/AZE.html

Nümunə: Azərbaycann insan inkişaf indeksinin hesablanmas (2011-ci ilin İnsan İnkişaf Hesabatna əsasən)4 Məlumatlar:5

• Gözlənilən ömür uzunluğu: 70,7 il • Təhsilin gözlənilən müddəti (uşaqlar üçün): 11,8 il • Təhsilin orta müddəti (böyüklər üçün): 11,2 il • Adambaşna ÜMG, PPP ilə (2005-ci il sabit beynəlxalq dollarnda): 8,666

Hesablama:

• Gözlənilən ömür uzunluğu indeksi, LEI: ��� � � �������������� � �����

• Təhsil indeksinin hesablanmas:

o Təhsilin gözlənilən müddəti, EYS: ��� � � ������������ � �����

o Təhsilin orta müddəti, MYS: ��� � � ������������ � �����

o Təhsil indeksinin aqreqasiyas, EI: �� � � √���������������������� � �����

• Gəlir indeksi, GNII: ���� � � ������������������������������������ � �����

İnsan inkişaf indeksi, HDI: ��� � √����� � ����� � ������ � �����

Page 9: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

63

• Təhsilin gözlənilən müddəti: YUNESKO-nun Statistika İnstitutu• Adambaşına ÜMG: Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT

Statistika Şöbəsi (UNSD) və UNDESA.

Bu mənbələrdən və yoxlanmış məlumatlardan istifadə etməklə insan inkişa-fı indeksinin hesablanması öhdəliyi BMTİP İnsan İnkişafı Hesabatları Ofisinin (UNDP/HDRO) üzərinə düşür.

2.1.3 İnsan inkişafı indeksinin tənqidi

İstər əvvəlki illərdə, istərsə də metodologiyanın yenilənməsindən sonra İİİ ətrafında gedən müzakirələrdə insan inkişafı konsepsiyasının təhlili ilə yanaşı, insan inkişafı səviyyəsinin hesablanması və kəmiyyət halına salınması metodla-rının tənqidi də verilmişdir.

İlk növbədə, insan inkişafı indeksinin konseptual çatışmazlıqları az deyil. Belə ki, sadəcə 3 parametrə söykənməklə əslində “natamam mənzərə” yaradan bu indeks insan inkişafının bütün aspektlərini əhatə etmir. İndeksdə öz əksini tapmayan mövzulara nümunə olaraq aşağıdakılar daxildir:

• Mənəvi-emosional rifah: sui-qəsdlərin tezliyi, cinayətkarlığın səviyyəsi, dustaqların sayı, spirtli içkilərdən və uyuşdurucu maddələrdən istifadənin səviyyəsi;

• Sosial münasibətlər: ailə institutuna, qonşuluq və icma münasibətlərinə, fərdi müstəqilliyə verilən dəyər, böyüklərə münasibət, tolerantlıq mədəniyyəti, boşanmaların tezliyi və səbəbləri, sosial kapital və insanların bir-birinə inamı;

• Siyasi azadlıqlar: məhkəmələrin müstəqilliyi, dövlət qulluğunun nüfuzu, hüquq-mühafizə sisteminə olan etimad, siyasi və mülki hüquqların təminatı;

• Siyasi stabillik: hərbi əməliyyatlar, siyasi və hərbi münaqişələr, qaçqın və məcburi köçkünlərin axını;

• Bərabərlik: Gini əmsalı, üfüqi bərabərsizlik, şəhər/kənd yerlərinin bərabərsizliyi, sağlamlıq bərabərsizliyi;

• Əmək şəraiti: işsizlik, iş yerlərinin şəraiti, əməyin təhlükəsizliyin təminatı, qeyri-formal sektorun payı, minimal əmək haqqı siyasəti, işçilərin məcburi sığortası, təqaüd sistemi;

• İqtisadi sabitlik: ÜDM dövriyyəsi, inflyasiya, portfel sərmayələr, xarici ticarət balansı;

• Mədəni inkişaf: kino və teatr sənətinin səviyyəsi, kinoya və teatra tama-şaçı axını, aktyor, rejissor, opera müğənnisi, dirijor, musiqiçi, bəstəkar və digər mədəni peşələrin nüfuzu (prestiji) və dəstəklənməsi, muzey infrastrukturu, kitab evləri, kinoteatr şəbəkəsi, xalq/folklor festivalları;

• Ekologiya və təbii sərvətlər: ətraf mühitin dayanıqlığı, təbii sərvətlərin qorunması.

Page 10: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

64

İnsan inkişafı indeksi, yuxarıda qeyd edildiyi kimi, qısamüddətli monitorinq məqsədləri üçün yaramır və nəticədə dövlət qərarlarının hazırlanması, icrası və koordinasiyası üçün birbaşa faydalılığını itirir. Ona görə də BMT-nin insan in-kişafı üzrə qlobal hesabatlarında verilən standart insan inkişafı indeksi ilə yana-şı ölkə səviyyəsində hazırlanmış milli və zonal insan inkişafı əmsallarından da istifadə edilməsi tövsiyə olunur.

İnsan inkişafının digər tənqidi onun hesablanma metodologiyasına aiddir:• İldən ilə müqayisələrin mümkün olmaması: indikatorların yenilənməsi və

metodoloji dəyişikliklər 1990-cı ildən indiyədək olan insan inkişafı indekslərinin müqayisəsini və zaman ərzində dinamikasını mümkünsüz edir və bunun üçün tələb olunan yeni kalkulyasiyalar əlavə vaxt və əmək itkisidir;

• Gəlir bərabərsizliklərinə qarşı qeyri-həssaslıq: bunun üçün müxtəlif qruplara (məsələn, gender, gəlir qrupu, coğrafi region, etnik qrup və sair) görə dizaqreqasiya tələb olunur;

• Riyazi formullarda və “məqsəd oriyentirləri” diapazonunda edilən dəyişikliklər: 1992-ci ildə ömür uzunluğu indeksində maksimum dəyər 80-dən 85-dək yüksəldildi, 1994-cü ildə təhsil indeksində ümumi qeydiyyat əmsalı təhsil illərinin orta sayını əvəz etdi, 1999-cu ildə gəlir (həyat səviyyəsi) indeksində At-kinson formulu bütün ədədlərin natural loqarifmasına dəyişildi, 2010-cu ildə isə demək olar ki, bütün metodologiya kökündən yeniləndi.

Bundan əlavə, digər humanitar sahələrdə olduğu kimi, heç bir statistik me-tod konsepsiyanın əhəmiyyət verdiyi ictimai təzahürləri layiqincə əhatə edə bil-mir. İİİ metodologiyasının çatışmazlıqları konseptual mövzuların düzgün əks olunmamasından əlavə aşağıdakı sırf statistik problemlərlə də bağlıdır:

1. Statistik məlumatların keyfiyyəti və etibarlılığı: AQP dəyərinin dəyişkənliyi, statistik məlumatların toplanması tezliyi (bəzi statistik mənbələr rüblük, illik və ya daha uzun müddətli tezliklə yenilənir, bəziləri isə birdəfəlik xarakter daşıyır), eyni terminlərin müxtəlif anlamı və s.;

2. Beynəlxalq və yerli məlumat bazalarından istifadə: müxtəlif mənbələrdən olan eyni indikatorların məlumatları arasındakı fərqlər;

3. Dizaqreqasiya çətinlikləri: milli və regional səviyyələrdə orta göstəricilərin mənasızlığı, rayon-səviyyəli inzibati ərazilər üzrə məlumatların olmaması və ya mövcud yerli məlumatların keyfiyyət və etibarlılıq problemləri;

4. Statistik metodların konseptual prioritetlərə deyil, statistik imkanla-ra tabe olması: yalnız mövcud mənbələrdən və indikatorlardan istifadə etmək məcburiyyətinə görə indekslərin tərkibinin müəyyən edilməsində həqiqətən va-cib problemlərin işıqlandırıla bilməməsi;

5. İstifadə edilən metodologiyaların qeyri-ardıcıllığına və metodlarda edilən dəyişikliklərə görə əvvəlki illərin nəticələrin müqayisə oluna bilməməsi və zaman ərzində dinamikanın izlənilməsinin pozulması;

6. “Siyasi statistika”: çox zaman statistik məlumatlardan strateji istiqamətlər

Page 11: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

65

üçün deyil, siyasi məqsədlər üçün istifadə olunması.Beləliklə, insan inkişafı indeksi konseptual mövzuları (insan hüquqları, so-

sial təminat, ətraf mühit və s.) kifayət qədər əhatə etməməsinə və metodoloji problemlərə görə tənqid olunur. Lakin yadda saxlamaq lazımdır ki, iii əsla in-san inkişafını tam əhatə edən ölçü vasitəsi deyil. Sadəcə istiqamətləndirmə göstəricisi olan bu indeksə insan inkişafının digər aspektlərinin əlavə edilməsi ən azı üç səbəbdən mümkün deyil:

1) Beynəlxalq müqayisələr üçün kifayət edəcək etibarlı, ardıcıl surətdə yenilənən, keyfiyyətli informasiya və mənbələr çox azdır və ya ümumiyyətlə yoxdur;

2) Çoxsaylı parametrləri ehtiva etməklə həddindən artıq mürəkkəbləşən statistik metod daha çox çətinliklərlə üzləşə bilər; və

3) İnsan inkişafı daha çox həyatın keyfiyyəti məsələsi olduğundan onu kəmiyyət göstəricilərinə məhdudlaşdırmaq lazım deyil.

Bütün cəmiyyəti əhatə edən insan inkişafı çoxşaxəli bir proses kimi onsuz da yalnız bir indekslə ölçülə bilməz, bunun üçün əlavə indekslərdən və yardım-çı göstəricilərdən istifadə edilməlidir. Lakin bu zaman insan inkişafını statistik problemə çevirmək əvəzinə onun təklif etdiyi analitik, strateji yanaşmalarından və prinsiplərindən bəhrələnmək daha məqsədəuyğun olardı.

2.2 insan inkişafına dair əlavə indekslər

Yuxarıda qeyd olunduğu kimi, indiyədək insan inkişafı hesabatlarında in-san inkişafı indeksi ilə yanaşı başqa tematik əmsallar da təklif edilmişdir. Bu müvəqqəti və birdəfəlik xarakter daşıyan indekslər yenilikçi və eksperimental metodologiyalar kimi bəzi regional və milli insan inkişafı hesabatlarında nəzərə alınmış və tətbiq olunmuşdu. 2010-cu ildən etibarən BMT-nin insan inkişafı üzrə qlobal hesabatlarında İİİ-dən başqa 3 indeks – bərabərsizliyə uyğunlaşdırılmış insan inkişafı indeksi, gender bərabərsizliyi indeksi və çoxfaktorlu yoxsulluq indeksi tərtib olunmaqdadır.

Göstəricilər İnsan inkişafnn komponentləri

Sağlamlq Təhsil Maddi şərait Siyasi azadlqlar Sosial yekdillik

Məhrumiyyət Çoxfaktorlu yoxsulluq indeksi

Aqreqasiya səviyyəsi İnsan inkişaf indeksi Hüquq və imkanlarn genişlənməsi

göstəriciləri

Həssaslq Ekoloji dayanqlq, insan təhlükəsizliyi, maddi rifah, layiqli əmək göstəriciləri

Bərabərsizlik

Bərabərsizliyə uyğunlaşdrlmş insan inkişaf indeksi

Gender bərabərsizliyi indeksi

Page 12: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

66

2.2.1 Bərabərsizliyə uyğunlaşdırılmış insan inkişafı indeksi

Bərabərsizliyə uyğunlaşdırılmış insan inkişafı indeksi (Bİİİ) keyfiyyətli tibbi xidmətlərdən istifadə olunmasında, keyfiyyətli təhsil alınmasında və la-yiqli gəlir səviyyəsində olan bərabərsizlikləri nəzərə almaqla orta insan inkişafı səviyyəsinin göstəricisidir. Yeni indeks kimi Bİİİ hər parametrin orta dəyərini onun bərabərsizlik səviyyəsinə uyğun olaraq azaltmaqla İİİ parametrlərindəki bərabərsizlikləri ölçür. Əgər cəmiyyətdə mütləq bərabərlik mövcuddursa, İİİ və Bİİİ bir-birinə bərabər olacaqdır, yaxud əksinə, cəmiyyətdə bərabərsizlik dərinləşdikcə, İİİ və Bİİİ bir-birindən fərqlənəcəkdir. Bu baxımdan, Bİİİ bərabərsizliklərin nəzərə alınması ilə ölkədəki insan inkişafının həqiqi vəziyyətini əks etdirir, İİİ isə bərabərlik şəraitində əldə edilməsi mümkün olan potensial in-san inkişafı səviyyəsinin göstəricisi kimi qəbul edilə bilər. İİİ və Bİİİ arasındakı fərq bərabərsizliyə görə potensial insan inkişafındakı “itkini” göstərir və faizlə ifadə olunur.

Atkinsonun bərabərsizlik ölçüləri toplusuna istinadən Foster, Lopez-Kal-va və Şekelinin təklif etdiyi6 paylanmaya həssas mürəkkəb indekslər sinfinə əsaslanan Bİİİ hər parametr üçün ayrıca olaraq hesablanmış həndəsi orta dəyərlərin həndəsi orta dəyəri kimi ifadə olunur.7

İNDEKSLƏR

GÖSTƏRİCİLƏR

PARAMETRLƏR Uzun və sağlam həyat

Layiqli həyat səviyyəsi

Təhsil və biliklərin əldə olunmas

Adambaşna düşən ümummilli gəlir

Təhsilin orta müddəti

Təhsilin gözlənilən müddəti

Ömür uzunluğu indeksi

ÜMG indeksi Təhsil indeksi

BƏRABƏRSİZLİYƏ UYĞUNLAŞDIRILMIŞ İNSAN İNKİŞAFI İNDEKSİ

Doğulanda gözlənilən ömür

uzunluğu

BƏRABƏRSİZLİYƏ UYĞUNLAŞDIRILMIŞ İNDEKSLƏR

Bərabərsizliyə uyğunlaşdrlmş ömür uzunluğu

indeksi

Bərabərsizliyə uyğunlaşdrlmş

ÜMG indeksi

Bərabərsizliyə uyğunlaşdrlmş təhsil indeksi

6 J. Foster, L. López-Calva, and M. Szekely. Measuring the Distribution of Human Development: Methodology and an Application to Mexico. Journal of Human Development and Capabilities. 6 (1), 20057 Əlavə məlumat üçün bax: S. Alkire and J. Foster. Designing the Inequality-Adjusted Human Development Index (IHDI). HDRP 28. UNDP–HDRO, New York, 2010.

Page 13: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

67

2.2.2 Gender bərabərsizliyi indeksi

Gender bərabərliyi prinsipi beynəlxalq və milli səviyyələrdə genişləndikcə və həyatın ən müxtəlif sahələrinə tətbiq edildikcə məlum olur ki, mövcud statisti-kada gender məlumatlarının keyfiyyəti cəmiyyətdə olan gender bərabər(siz)liyi-nin səviyyəsini tam izləməyə imkan vermir. İqtisadi artım tempinin sürətlənməsi və ya ümumdaxili məhsulun artması heç də avtomatik olaraq ölkədəki gender vəziyyətinin yaxşılaşmasına səbəb olmur. İnsan inkişafının digər sahələrində ol-duğu kimi, gender sahəsində də olan keyfiyyət dəyişikliklərinin izlənməsi üçün müəyyən statistik metodların və kəmiyyət indekslərinin işlənib hazırlanması bir zərurətə çevrilir.

İnsan inkişafı proseslərində gender aspektinin qiymətləndirilməsi üçün 1995-ci ildən gender-əsaslı inkişaf indeksi və gender səlahiyyətlənmə ölçüsü istifadə olunurdu. Həmin metodların bəzi məhdudiyyətləri, eləcə də 2010-cu ildə yeni metodoloji yanaşmaların və alternativ göstəricilərin irəli sürülməsi ilə əlaqədar olaraq gender balansının yeni ölçüsü kimi gender bərabərsizliyi indeksi təklif olunmuşdur.

Gender bərabərsizliyi indeksi (GBİ) üç parametrdə - reproduktiv sağlamlıq, səlahiyyətlənmə və əmək bazarında gender-əsaslı bərabərsizliyi əks etdirir və bu parametrlərdə qadın və kişilərin nailiyyətləri arasında olan uyğunsuzluqlara görə potensial insan inkişafındakı itkini göstərir. İndeksin dəyəri 0 (qadın və kişilərin mövqelərində bərabərlik mövcuddur) və 1 (cinslərdən biri ölçülən bü-tün parametrlərdə mümkün olan ən pis vəziyyətdədir) arasında dəyişir.

GBİ Vanderbilt Universitetinin professoru Suman Setin təklif etdiyi8 asso-siasiyaya həssas bərabərsizlik ölçüsündən istifadə etməklə hesablanır. İndeks müxtəlif tərkibli ümumi orta dəyərlərin ümumi orta dəyərinin çıxarılmasına əsaslanır – birinci aqreqasiya bütün parametrlərin həndəsi ortasının çıxarılması ilə aparılır; qadın və kişilər üçün ayrıca hesablanmış bu orta dəyərlər sonra bütün cinslər üçün ümumi orta dəyərin çıxarılması ilə aqreqasiya olunur.

GBİ haqqında əlavə məlumat “İnsan inkişafı və gender bərabərliyi” fəslində (Fəsil 9) verilmişdir.

2.2.3 Çoxfaktorlu yoxsulluq indeksi

Hal-hazırda dünya praktikasında yoxsulluğun ümumi qəbul edilmiş tərifi yoxdur. Yoxsulluğun ənənəvi indikatorları xüsusən Dünya Bankının diqtəsi ilə uzun müddət gəlir səviyyəsi və istehlak təxminləri kimi meyarlarla müəyyən edilmişdir. Yoxsulluq eyni zamanda qeyri-monetar (kalori qəbulu, ictimai 8 S. Seth. Inequality, Interactions, and Human Development. Journal of Human Development and Capabilities 10 (3), 2009.

Page 14: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

68

xidmətlərdən istifadə imkanı, subyektiv-psixoloji və sair) meyarların tətbiq edilməsi ilə müxtəlif anlamlarda da ifadə olunur. Deməli, yoxsulluğun miqyası, xroniki cəhətləri və kəskinliyi, eləcə də onun monitorinqi və ölçülməsi hansı tərif və metodların istifadə olunmasından asılıdır.

İnsan inkişafı konsepsiyasında yoxsulluq çoxölçülü təzahür kimi qəbul edi-lir və onun mahiyyəti sırf gəlir və ya istehlak anlayışları ilə məhdudlaşdırılmır. Əgər insan inkişafı insanın layiqli, sağlam və yaradıcı həyat yaşamaq imkanları-nın genişləndirilməsindən ibarətdirsə, onda yoxsulluq belə imkanların olmaması və ya məhdudluğu deməkdir. İnsan inkişafı konsepsiyası çərçivəsində yoxsul-luğun ölçülməsi üçün istifadə olunan məcmu göstərici çoxfaktorlu yoxsulluq indeksidir.

Çoxfaktorlu yoxsulluq indeksi (ÇYİ) təhsil, sağlamlıq və həyat şəraiti sahələrində fərdi insan səviyyəsində 10 göstərici üzrə çoxsaylı məhrumiyyətləri müəyyən edir.

İndeks ev təsərrüfatları sorğularından əldə edilən mikro-məlumatlardan istifadə edir və onun tərtibi üçüm lazım olan bütün göstəricilər eyni sorğudan gəlməlidir. ÇYİ metodologiyası Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü təşkilatının Beynəlxalq İnkişaf Departamentində tərtib edilmişdir.9

Çoxşaxəli bir proses kimi insan inkişafının vahid indekslə ölçülməsi qeyri-mümkün olduğu kimi, çoxölçülü təzahür kimi təsvir edilən yoxsulluğun da an-caq ÇYİ ilə ölçülməsi düzgün deyil. ÇYİ-nə daxil olmayan parametrlər arasında məşğulluq, zorakılıqdan müdafiə, səlahiyyətlənmə, siyasi azadlıqlar və sosial münasibətlər (sosial kapital, inkluziv mühit, sosial yekdillik, ləyaqət və s) var-dır. Bununla belə, ÇYİ-nin üstünlüyü onun yoxsulluğu sadəcə gəlir və istehlak məfhumları ilə deyil, sosial şərtlərlə də dəyərləndirmək cəhdindədir.9 Metodologiya haqqında ətraflı analitik məlumat üçün bax: S. Alkire and M. Santos. Acute Multidimensional Poverty: A New Index for Developing Countries. HDRP 11. UNDP–HDRO, New York, 2010.

Page 15: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

69

Sosial-iqtisadi fenomen kimi yoxsulluq haqqında, eləcə də ÇYİ barəsində əlavə məlumat “Layiqli həyat səviyyəsi” fəslində (Fəsil 3) verilmişdir.

2. 3 Yekun

İnsan inkişafı indeksi ölkənin inkişafını dəyərləndirmək üçün yalnız iqti-sadi artımın deyil, əhalinin və onların imkanlarının da başlıca meyar olduğu-nu vurğulamaq məqsədilə təsis edilmişdir. Adambaşına düşən ümummilli gəlir səviyyəsinə görə bir-birinə yaxın olan iki ölkənin nail olduğu müxtəlif insan in-kişafı səviyyələrini araşdırmaqla, insan inkişafı indeksi milli siyasət seçimlərini müəyyən etmək üçün istifadə oluna bilər. Məsələn, Baham adalarında və Yeni Zelandiyada adambaşına düşən gəlir səviyyələri eynidir, lakin orta ömür uzunlu-ğu və təhsil prosesinin gözlənilən müddəti bu iki ölkədə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. İqtisadi artım ilə insan inkişafı nəticələri arasındakı uyğun-suzluqların araşdırılması milli inkişaf prioritetlərinə və perspektivlərinə dair müzakirələrə bilavasitə təkan verə bilər.

Statistik-metodoloji çərçivə kimi insan inkişafı indeksinin müəyyən məhdudiyyətləri ola bilər. İİİ-nə görə dövlətlərin sıralanmasının məqsədi ölkələri bir-birilə müqayisə etmək deyil, hər bir ölkəni öz daxili inkişafının təbiətinə diqqət yetirməyə sövq etməkdir. Hər bir dövlət fərqli coğrafi-tarixi və geosi-yasi şəraitdə inkişaf edir, hər bir ölkənin fərqli milli-mədəni özünməxsusluğu və dəyərləri vardır və hər ölkənin öz inkişaf prioritetləri müəyyən edilir. Ay-dındır ki, insan inkişafı indeksinin məqsədi heç də bu beynəlxalq rəngarəngliyi “eyni arşınla” ölçmək deyil, əksinə ölkələrin bir-birinin təcrübəsindən öyrənərək öz xalqları üçün məqbul olan firavan və ədalətli həyat təmin etməsinə yardım göstərməkdir.

İnsan inkişafının ölçülməsi metodları bir çox hallarda təhlil və monitorinq instrumentləri kimi dövlət siyasətinin formalaşması və strateji qərarların qəbul edilməsi prosesində praktiki cəhətdən faydalı ola bilər. Bu faydalılıq həmin me-todların çoxfaktorlu olmağından, diqqəti funksional-institusional inkişaf ilə ya-naşı insanlar üzərində cəmləşdirməsindən və regional inkişafın monitorinqilə sıx bağlılığından irəli gəlir.

Page 16: Fəsil 2. insan inkişafının ölçülməsi...55 Fəsil 2. insan inkişafının ölçülməsi “Biz yalnız Allaha inanırıq, başqaları isə statistik məlumatlar təqdim etməlidir.”

70

isTiFADə OlUNMUŞ əDəBiYYAT Və MəNBələR

1. J. Foster, L. López-Calva, and M. Szekely. Measuring the Distribution of Human Development: Methodology and an Application to Mexico. Journal of Human Development and Capabilities. 6 (1), 2005

2. J. Klugman, F. Rodriguez, and H. J. Choi. The HDI 2010: New Controversi-es, Old Critiques. HDRP 1. UNDP/HDRO, New York, 2011.

3. UNDP Human Development Report, 2010.4. UNDP Human Development Report, 2011.5. Sabina Alkire. Human Development: Definitions, Critiques, and Related

Concepts. UNDP HDRP 2010/01, səh. 146. S. Alkire and J. Foster. Designing the Inequality-Adjusted Human Develop-

ment Index (IHDI). HDRP 28. UNDP–HDRO, New York, 2010.7. S. Alkire and M. Santos. Acute Multidimensional Poverty: A New Index for

Developing Countries. HDRP 11. UNDP–HDRO, New York, 2010.8. S. Anand and A. Sen. The Income Component of the Human Development

Index. Journal of Human Development and Capabilities, No. 1 (1), 2000.9. S. Seth. Inequality, Interactions, and Human Development. Journal of Hu-

man Development and Capabilities 10 (3), 2009.10. Azərbaycan haqqında insan inkişafı məlumatları: http://hdrstats.undp.org/

en/countries/profiles/AZE.html 11. Человеческое развитие: новое измерение социально-экономического

прогресса. Учебное пособие, под общ. ред. проф. В.П. Колесова (МГУ). 2-е издание. Москва: Права человека, 2008.