fəsil 3 (*.pdf)

35
395 III FƏSİL İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNUN DİREKTORLARI Saleh İsmayıl oğlu Səmədov (1911-1990) 1911-ci il may ayının 2-də Şamaxı şəhərində ana- dan olmuşdur. Əmək fəaliyyətinə Şamaxı rayon ta- xıl birliyində baş hesabdar vəzifəsi ilə başlamışdır. 1931-ci ildə K.Marks adına Azərbaycan Xalq Tə- sərrüfatı İnstitutuna daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. 1936-cı ildə Azərbaycan SSR Xalq Tə- sərrüfatının orta ixtisas təhsilindəki uçot işlərində olan tələbatını nəzərə alaraq ilk iqtisad yönümlü “Bakı Statistika Texnikumu” təşkil edilmiş, müəllim kollektivi toplanılmışdır. Texnikumun direktoru və- zifəsinə Saleh Səmədov təyin edilmiş və eyni za- manda K.Marks adına Azərbaycan Xalq Təsərrüfa- tı İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. 1941-ci ildən 1946-cı ilin fevral ayınadək Bö- yük Vətən Müharibəsində iştirak etmiş, müharibə dövründə çavuş rütbəsindən kapi- tan rütbəsinə kimi yüksəlmişdir. Müharibədə iştirakı zamanı “Qafqazın müdafiəsi”, “Berlinin alınması” medalları ilə təltif olunmuşdur. 1946-cı ildə müharibə illərində fəaliyyətini dayandırmış texnikuma 1958-ci ilədək yenidən rəhbərlik etmişdir. Həm də Ümumittifaq qiyabi İqtisadi İnstitutunun direktoru olmuşdur. 1953-cü ilin aprel ayından 1958-ci ilədək K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Mühasibat uçotu” kafedrasının müdiri vəzifəsində işləmişdir. 1954-cü ildəTbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. 1958-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbində İqtisadiyyat” kafedrası- nın dosenti işləmişdir. 1961-ci ilin dekabr ayından 1965-ci ilin yanvar ayınadək “İqti- sadiyyat” fakültəsində dekan müavini kimi fəaliyyət göstərmişdir. 1965-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında yeni təşkil edilən Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun ilk direktoru təyin edilmişdir. 1970-ci ildə “Fə- dakar əməyə görə” medalı ilə təltif olunmuşdur. 1969-cu ildən ömrünün son günlərinədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri, kafedranın dosenti işləmişdir. 1981-ci il 30 iyun tarixində Azərbaycan SSR Ali Soveti Prezidiumunun qərarı ilə Saleh İsmayıl oğlu Səmədov “Əməkdar ali məktəb işçisi” adına layiq görülmüşdür. Saleh İsmayıl oğlu Səmədov qanlı 20 yanvar hadisələrinə tab gətirməmiş və 1990-cı il 23 yanvar tarixində ömrünün 79-cu qışında onun ürəyi əbədi dayanmışdır.

Upload: truongxuyen

Post on 31-Dec-2016

253 views

Category:

Documents


4 download

TRANSCRIPT

Page 1: Fəsil 3 (*.pdf)

395  

III FƏSİL

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNUN DİREKTORLARI

Saleh İsmayıl oğlu Səmədov (1911-1990)

1911-ci il may ayının 2-də Şamaxı şəhərində ana-dan olmuşdur. Əmək fəaliyyətinə Şamaxı rayon ta-xıl birliyində baş hesabdar vəzifəsi ilə başlamışdır. 1931-ci ildə K.Marks adına Azərbaycan Xalq Tə-sərrüfatı İnstitutuna daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. 1936-cı ildə Azərbaycan SSR Xalq Tə-sərrüfatının orta ixtisas təhsilindəki uçot işlərində olan tələbatını nəzərə alaraq ilk iqtisad yönümlü “Bakı Statistika Texnikumu” təşkil edilmiş, müəllim kollektivi toplanılmışdır. Texnikumun direktoru və-zifəsinə Saleh Səmədov təyin edilmiş və eyni za-manda K.Marks adına Azərbaycan Xalq Təsərrüfa-tı İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir.

1941-ci ildən 1946-cı ilin fevral ayınadək Bö-yük Vətən Müharibəsində iştirak etmiş, müharibə dövründə çavuş rütbəsindən kapi-tan rütbəsinə kimi yüksəlmişdir. Müharibədə iştirakı zamanı “Qafqazın müdafiəsi”, “Berlinin alınması” medalları ilə təltif olunmuşdur.

1946-cı ildə müharibə illərində fəaliyyətini dayandırmış texnikuma 1958-ci ilədək yenidən rəhbərlik etmişdir. Həm də Ümumittifaq qiyabi İqtisadi İnstitutunun direktoru olmuşdur. 1953-cü ilin aprel ayından 1958-ci ilədək K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Mühasibat uçotu” kafedrasının müdiri vəzifəsində işləmişdir. 1954-cü ildəTbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir.

1958-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbində “İqtisadiyyat” kafedrası-nın dosenti işləmişdir. 1961-ci ilin dekabr ayından 1965-ci ilin yanvar ayınadək “İqti-sadiyyat” fakültəsində dekan müavini kimi fəaliyyət göstərmişdir.

1965-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında yeni təşkil edilən Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun ilk direktoru təyin edilmişdir. 1970-ci ildə “Fə-dakar əməyə görə” medalı ilə təltif olunmuşdur.

1969-cu ildən ömrünün son günlərinədək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri, kafedranın dosenti işləmişdir.

1981-ci il 30 iyun tarixində Azərbaycan SSR Ali Soveti Prezidiumunun qərarı ilə Saleh İsmayıl oğlu Səmədov “Əməkdar ali məktəb işçisi” adına layiq görülmüşdür.

Saleh İsmayıl oğlu Səmədov qanlı 20 yanvar hadisələrinə tab gətirməmiş və 1990-cı il 23 yanvar tarixində ömrünün 79-cu qışında onun ürəyi əbədi dayanmışdır.

Page 2: Fəsil 3 (*.pdf)

396  

Mədət Mustafa oğlu Allahverdiyev (1929-1992) 1929-cu il dekabr ayının 21-də Qubadlı rayo-nunun Dəmirçilər kəndində anadan olmuşdur. Hələ lap gənc ikən sərbəst elmi fəaliyyətə başlamışdır. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının iqtisa-diyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə Moskva şəhərində namizədlik disser-tasiya işini müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, bu-rada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələ-rində çalışmışdır. 1968-1975-ci illərdə isə Azərbay-can SSR Dövlət Plan Komitəsi yanında Elmi

Tədqiqat İqtisadiyyat İnstitutunun (ETİİ) direktoru vəzifəsində işləmişdir. Professor M. Allahverdiyevin yaradıcılığının ilk mərhələsində elmi tədqiqatları

iqtisadi meyillərindəyişdiyi şəraitdə də öz aktuallığını saxlayan aqrar sahənin inkişaf problemlərinə, sonrakı mərhələlərdə isə işçi qüvvəsinin təkrar istehsalı, əmək və makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur.

XX əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində Sovetlər İttifaqında kənd təsərrüfatının iqtisadi problemləri diqqət mərkəzində idi. Kənd təsərrüfatını stimullaş-dırmaq, burada istehsalı tədricən intensivləşdirməklə ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını təmin etmək üçün bu sahənin dərindən öyrənilməsi tələb olunurdu. Bu dövrdə M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çay-çılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956), “Kol-xozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kol-xoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Ba-kı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunmuşdur. Baxmayaraq ki, plan və bazar qarşıdurması o dövrün iqtisadi ədəbiyyatından başlayaraq geniş müba-hisə və diskussiyalar obyektinə çevrilmişdi, real gerçəklikdə əmtəə-pul münasibətlə-rinin, mübadilənin inkişafı inkaredilməz iqtisadi hadisə idi. Ona görə də kolxozların geniş şəkildə əmtəə mübadiləsinə cəlb olunması labüdlüyü şübhə doğurmurdu. Lakin bunu təmin etmək üçün iqtisadi mexanizm hazırlanması tələb olunurdu. O, ilk dəfə olaraq kolxozlarda məhsul vahidinə məsrəflərin ölçülməsi zəruriliyini və imkanlarını əsaslandırmış, burada kapital qoyuluşlarının ölçüsü və ödəmə müddətinin müəyyən-ləşdirilməsi metodikasını işləyib hazırlamışdır.

Sovetlər İttifaqında Azərbaycan özünün demoqrafik spesifikliyi ilə həmişə fərq-lənmişdir. Orta İttifaq səviyyəsinə nisbətən əhalinin yüksək təbii artımı, yaş, cins, pe-şə tərkibində fərqli cəhətlərin olması, milli mentalitetin azərbaycanlıların ittifaqdaxili

Page 3: Fəsil 3 (*.pdf)

397  

miqrasiyasına təsiri burada əmək resurslarının daha geniş və dərindən tədqiqini zəru-ri etmişdir. M.Allahverdiyev bu sahədə geniş tədqiqatlar aparmaqla böyük bir elmi məktəbin - demoqrafiya və əməyin iqtisadiyyatı elmi məktəbinin əsasını qoymuşdur. M.Allahverdiyevin və bu məktəbin digər nümayəndələrinin tədqiqatçı peşəkarlığı sa-yəsində Azərbaycan əmək resurslarının öyrənilməsi üzrə İttifaqda ən nüfuzlu elmi mərkəzlərdən biri hesab olunurdu.

M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirmişdir. “Əmək resursları və Azərbaycan SSR kənd tə-sərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhalisakin-liyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də işçi qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akade-miya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR mat-erialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.

M.Allahverdiyev 1966-cı ildə 37 yaşında “Azərbaycan SSR-də işçi qüvvəsinin təkrar istehsalı problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək Azərbay-can EA İqtisadiyyat İnstitutunda birinci, respublikada isə Bəhmən Axundov və Tey-mur Vəliyevdən sonra üçüncü iqtisad elmləri doktoru olmuşdur. 1968-ci ildə ona pro-fessor elmi adı verilmişdir.

Professor M.Allahverdiyevin tədqiqat obyekti olan işçi qüvvəsinin təkrar istehsalı problemi Azərbaycan iqtisad elmi üçün spesifik problemdir. Respublika iqtisadiyyatı-nın məşğuliyyət, əmək tutumluluğu, demoqrafik təsirlər baxımından fərqli cəhətləri burada işçi qüvvəsi probleminin işlənməsinə də spesifiklik verir. Müasir dövrdə ölkə iqtisadiyyatının ciddi probleminə çevrilən artıq əmək ehtiyatları yalnız yeni iqtisadi sis-temə keçidin problemi deyildir. Bu, keçmiş dövrdən miras qalan problemdir. Respub-likada işsizlik məsələsinin əmələ gələ biləcəyini M.Allahverdiyev XX əsrin 60-cı illə-rinin əvvəllərində apardığı tədqiqatlarda konkret təhlil əsasında a

İstehsal proseslərinin mexanikləşdirilməsinə mane olmamaq, inzibati-idarə işçi-ləri ştatını şişirtməmək şərtilə mövcud işçi qüvvəsinin ictimai istehsala cəlb olunma səviyyəsini yüksəltmək üçün M.Allahverdiyev bütövlükdə istehsalın yüksək sürətlə in-kişaf etdirilməsini əsaslandırmışdır.

Sosializm şəraitində əmək resursları ilə onlara olan tələbat arasında dispropor-siyanın yaranması obyektiv zərurət olmasa da, real həqiqətdir. Lakin müxtəlif yollarla bu uyğunsuzluğun qarşısını almaq mümkündür. Sovet iqtisadiyyatının tarixi inkişaf təcrübəsi göstərmişdir ki, bu uyğunsuzluğu aradan qaldırmaq üçün bəzi iqtisadçılar tərəfindən əsaslandırılan ölkənin iqtisadi rayonları arasında işçi qüvvəsini yenidən bölüşdürməsi ideyası olmuşdur.

M.Allahverdiyev bütün əsərlərində bu cür tədbirlərə əl atılmasına qarşı çıxmış, onun heç bir müsbət nəticə vermədiyini aşkar etmişdir. Xüsusən şərq rayonlarının iqtisa-di cəhətdən mənimsənilməsi üçün Zaqafqaziya iqtisadi rayonundan əmək ehtiyatlarının müxtəlif yollarla (ictimai çağırış yolu ilə, mütəşəkkil fəhlə toplanışı vasitəsilə) ora gön-dərilməsini həm iqtisadi, həm də demoqrafik cəhətdən ziyanlı bir tədbir hesab etmişdir.

Page 4: Fəsil 3 (*.pdf)

398  

Hər bir iqtisadi rayonda, o cümlədən respublikamızda artıq əmək ehtiyatlarının ictimai istehsala cəlb edilməsinin ən səmərəli yolu “...ya həmin rayonların özlərində istehsalın ümumi artım tempini sürətləndirmək və yaxud onun quruluşunu böyük əməktutumlu sahələr hesabına dəyişdirmək...”dən ibarətdir.

M.Allahverdiyevin Azərbaycan SSR-in əmək ehtiyatlarına həsr olunmuş tədqi-qatları bütövlükdə respublika əhalisinin sayının ərazi və sahə üzrə dəyişməsi qanu-nauyğunluqlarını aşkar etməyə imkan verir. Onun tədqiqatlarından çıxan məntiqi nəti-cələr böyük elmi-praktiki və sosial-iqtisadi əhəmiyyət kəsb edir. Bu qanunauyğunluq-ların aşkar edilməsi respublikanın ayrı-ayrı rayonlarının əhalisinin cins-yaş, milli, so-sial və peşə strukturuna, rayonların təbii-iqtisadi və əmək resurslarından istifadə də-rəcəsinə təsir etmək, onların perspektiv dəyişmə meyillərini görmək baxımından çox qiymətlidir.

Əhalinin demoqrafik xüsusiyyətlərinin xalq təsərrüfatının planlaşdırılmasında nəzərə alınması zəruriliyini və uçot metodikasını əsaslandırması professor M.Allah-verdiyevin dərin düşüncələrinin məhsuludur. Respublikanın inzibati və iqtisadi rayon-ları üçün əmək resurslarının hesabat və plan balanslarının tərtibi metodologiyasının hazırlanmasında və təcrübədə onun həyata keçirilməsində M.Allahverdiyevin misilsiz xidmətləri olmuşdur.

M.Allahverdiyev öz elmi-tədqiqat işlərinin yekunlarını gerçəkləşdirən, onların tət-biqinə nail olmağa cəhd edən alim idi. Bu, onu öz həmkarlarından fərqləndirən daha bir üstün keyfiyyət idi. Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqti-sadiyyat İnstitutuna başçılıq etdiyi 1968-1975-ci illər M.Allahverdiyevin həm elmi təş-kilatçılıq qabiliyyətinin üzə çıxması baxımından, həm də onun tədqiqatlarının höku-mət və dövlət səviyyəsində öz tətbiqini tapması baxımından müstəsna əhəmiyyətə malikdir. Onun rəhbərliyi altında institut böyük elmi mərkəzə çevrilir. Bu mərkəzdə respublikanın iqtisadi inkişafının uzunmüddətli proqnozlaşdırılması və perspektiv planlaşdırılması ilə əlaqədar mühüm problemlər işlənir. M.Allahverdiyevin başçılığı və bilavasitə iştirakı ilə “1971-1980-ci illərdə Azərbaycan SSR məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi Sxemi”, “1976-1990-cı illərdə Azərbaycan SSR uzunmüd-dətli iqtisadi proqnozu, məhsuldar qüvvələrin inkişaf və yerləşdirilməsi Sxemi” tərtib olunmuşdur. Xeyli vaxt və böyük enerji tələb edən bu fundamental işlər Azərbay-canının iqtisadi inkişafının daha mütərəqqi istiqamətlərini müəyyən etmək üçün vahid ümumdövlət konsepsiyasının yaradılmasına xidmət etmişdir. Bu tədqiqatlar respub-likanın iqtisadi inkişafının planlaşdırılmasında nəzərə alınmışdır.

M.Allahverdiyevin elmi-təşkilatçılıq bacarığı sayəsində respublikada iqtisad el-minin yeni bir istiqaməti - regional iqtisadiyyatın optimal fəaliyyəti adlı istiqaməti tə-şəkkül tapır. Ötən əsrin 70-ci illərinin əvvəllərində “1971-1988-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsinin konsepsiyası və əsas is-tiqamətləri”, “Uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in xalq təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinin metodoloji əsasları”, “Azərbaycan SSR-in sahələrarası və rayonlararası əlaqələri”, “İctimai istehsalın strukturunun tək-milləşdirilməsi”, “Respublikanın ayrı-ayrı rayonlarının kompleks iqtisadi inkişafının op-

Page 5: Fəsil 3 (*.pdf)

399  

timallaşdırılması” və digər bu kimi fundamental elmi-tədqiqatların başa çatdırılması ilə həmin elmi istiqamətin əsası qoyulmuşdur.

M.Allahverdiyevin Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqi-qat İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illər Azərbaycan iqtisad elminin ən məhsul-dar illəri sayılır. Onun rəhbərliyi və iştirakı ilə respublikanın sahələrarası enerji balan-sı, su, əmək resursları, gənclər balansı tərtib olunmuş, dörd dövr üçün Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi hazırlanmışdır. Ma-raqlıdır ki, gənclər balansının tətbiqi ilə onların peşələrə yiyələnmə dərəcəsini 60-65%-ə çatdırmaq mümkün olmuşdur. Bu sxemlər və balanslar müəyyən mənada C.M. Keyns nəzəriyyəsini xatırladır və sanki həmin nəzəriyyənin Azərbaycanda istifa-də edilməsinə yönəldilmişdir.

Yaradıcılığının son mərhələsində görkəmli iqtisadçı alimin elmi maraq dairəsinə iqtisadi qanunların fəaliyyət və istifadə mexanizmi, region iqtisadiyyatının təsərrüfat mexanizminin təkmilləşdirilməsi, respublikada milli gəlirin təkrar istehsalı, sənayenin baza sahələrinin inkişafı problemləri daxil olur. Bu problemlər tədqiqatçı alimin “Tə-sərrüfat mexanizmi və iqtisadi səmərəlilik” (1981), “Azərbaycan SSR-də milli gəlirin təkrar istehsalının tempi və proporsiyaları” (Bakı, “Elm” nəşriyyatı, 1982), “Sənayenin baza sahələri və iqtisadi artım” (Bakı, “Elm” nəşriyyatı, 1983) kitablarında elmi həllini tapır. M.Allahverdiyevin göstərilən əsərləri xalqın iqtisadi fikir tarixi baxımından geniş öyrənilməyə layiqdir. Tədqiqatçı alim özünəməxsus hesablama metodu ilə respubli-kada milli gəlirin dinamikasını müəyyən etmiş, istehsal olunan milli gəlirlə istifadə olu-nan milli gəlir arasında uzun bir müddət ərzində mövcud olmuş böyük bir fərqin res-publikanın ziyanına olmasını, bu fərqin dərin səbəblərini və onların aradan qaldırılma-sı yollarını göstərmişdir.

XX əsrin 80-ci illərinin ikinci yarısında iqtisad elminin, kütləviliyinin artması, digər tərəfdən isə elmin özünün differensasiyası ilə əlaqədar iqtisadi terminlərdən geniş istifadə olunmağa başlanır. Bu terminlərin düzgün işlədilməsi və dərk olunması həm Azərbaycan dilinin təmizliyini, həm də iqtisadi publisistikanı təhriflərdən qorumaq üçün vacib idi. Lakin respublikada mükəmməl və əhatəli iqtisadi terminləri lüğətinin olmaması bu işdə müəyyən çətinliklər yaradırdı. Professor M.Allahverdiyevin başçılığı ilə az bir müddətdə olduqca tutumlu və böyük bir iş görülmüşdür. 20 min termini əhatə edən iri həcmli “Rusca-Azərbaycanca iqtisadiyyat terminləri lüğəti” (376 səh.) hazırlandı. Təəssüf ki, lüğət alimin sağlığında deyil, onun ölümündən sonra - 1994-cü ildə “Elm” nəşriyyatı tərəfindən çap olundu.

Professor M.Allahverdiyevin fəal alim mövqeyi onun doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə respublikanın ixtisaslaşdırılmış elmi şuralarının, iq-tisad elmi üzrə koordinasiya şurasının, “İqtisadiyyat” jurnalının redaksiya heyətinin üzvü kimi, həmçinin uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in elmi-texniki tərəqqisinin kompleks proqramının hazırlanması üzrə problem komissiyasının sədri kimi açıq hiss olunurdu.

Azərbaycanda yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasına böyük əmək sərf edərək onun rəhbərliyi ilə 100-dən çox elmlər namizədi və elmlər doktoru hazır-lanmışdır.

Page 6: Fəsil 3 (*.pdf)

400  

Professor M.Allahverdiyev 1992-ci ildə 63 yaşında dünyasını dəyişdi. Mədət müəllim elmi ictimaiyyət, xüsusən iqtisadçı alimlər arasında böyük nüfuz sahibi idi. Bu nüfuzu ona alim istedadı, elm yolu ilə gedənlərə hərtərəfli köməyi, mübahisəli məsə-lələrdə prinsipial mövqe tutması qazandırmışdı. Mədət müəllimlə uzun müddət birgə çalışmış və dostluq etmiş Azərbaycan iqtisad elminin ağsaqqalı, akademik Asəf Na-dirovun onun haqqında yığcam və çox dəyərli belə bir fikri var: “Mədət müəllim Azər-baycan iqtisad elmini yaradan bir alimdir. O, çox sədaqətli dost, insanları sevən və obyektiv qiymətləndirən şəxs idi”.

Tofiq Həsən oğlu Hüseynov 1937-ci il de-

kabr ayının 27-də Laçın rayonunun Şəlvə kəndində anadan olmuşdur. 1960-cı ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Sə-nayenin iqtisadiyyatı” fakültəsini bitirmiş və “iqti-sadçı” ixtisasına yiyələnmişdir. Tələbəlik illərində İnstitutun komsomol komitəsinin katibi kimi kollek-tivin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. 1961-1964-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Bakı şəhərində yerləşən 1 saylı Evtikmə kombi-natında iqtisadçı vəzifəsində çalışmışdır. 1964-1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikintinin İqtisa-diyyatı Elmi Tədqiqat İnstitutunun əyani aspiran-turasını bitirmiş, orada iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edərək Bakıya qayıtmışdır. 1967-1980-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsinin icraçısı olmuşdur. 1980-2000-ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində şöbə müdiri vəzifə-sində çalışmışdır. 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləyir.

Tofiq Hüseynov 20 ildən çox respublikanın mərkəzi idarəetmə orqanlarında şö-bə müdiri vəzifəsində çalışmış, “Fədakar əməyə görə” və “Əmək veteranı” medalları ilə təltif edilmiş, 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ona “təşək-kür” elan edilmişdir. Müstəqillik dövründə “Azərbaycan Respublikasının əməkdar iq-tisadçısı” fəxri adına layiq görülmüşdür.

Tofiq Hüseynov 2009-cu ildən iqtisad elmləri doktorudur. Tofiq Hüseynov investi-siya-tikinti kompleksinin iqtisadi problemlərinə həsr edilmiş 140-dan çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir. Onun elmi tədqiqat işləri investi-siya-tikinti kompleksi ilə yanaşı, iqtisadiyyatın diversifikasiyası və iqtisadi-sosial səmə-rəlilik problemləri ilə bağlıdır. Tofiq Hüseynov “Azərbaycan Milli Ensiklopediyası”nda məqaləsi (“Tikinti”) dərc edilmiş müəlliflərdən biridir. Onun əsərlərindən “Azərbaycanda investisiyalar: gəlirlər, investisiyalar,sənayeləşdirmə, məşğulluq” monoqrafiyasını

Page 7: Fəsil 3 (*.pdf)

401  

(“Elm” nəşriyyatı,2009, Bakı, 24 ç.v.), “İnvestisiyalarınstimullaşdırılması və vergisiya-səti” (“Vergi xəbərləri” jurnalı,Bakı, 2008, №2, 0,5 ç.v.),“Azərbaycanın milli iqtisadi in-kişaf modeli və onun xüsusiyyətləri” (AMEA, Xəbərlər, Humanitar vəictimai elmlər se-riyası, 2006, №2, Bakı, «Elm», s.47-66 1,3 ç.v.), “Azərbaycanın iqtisadi durumunun qiymətləndirilməsi və investisiya siyasəti” (“Dirçəliş-XXI əsr” jurnalı, Bakı,2006, №94-95, s.272-284, 1ç.v.) və s. Bu kimi məqalələrini xüsusi qeyd etmək olar. Bununla yana-şı, Tofiq Hüseynovun son illərdə “Azərbaycan”, “Xalq” və “Respublika” qəzetlərində 21 elmi-analitik məqaləsi dərc edilmişdir. Onun “Azərbaycanda investisiyalar: gəlirlər, in-vestisiyalar,sənayeləşdirmə, məşğulluq” adlı monoqrafiyası müəyyən olunmuş qayda-da 2010-cu ildə Dövlət mükafatına təqdim edilmişdir.

Tofiq Hüseynov 1973-cü ildən etibarən yüksək ixtisaslı elmi kadrların hazırlan-masında da fəal iştirak edir. 1969-cu ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Kapital qoyuluşunun və yeni texnikanın səmərəliliyi” ixtisası üzrə baş elmi işçi adı verilmişdir.

Tofiq Hüseynovun apardığı elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş təh-riri məruzələr AMEA Rəyasət Heyətində, Sənaye və Energetika Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Dövlət Statistika Komitəsində, Azərbaycan Respublikassı Pre-zidenti yanında Strateji Araşdırmalar Mərkəzində yüksək qiymətləndirilmişdir.

Tofiq Hüseynov AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən müdafiə şura-sının üzvü kimi dissertasiya işlərinin müzakirələrində də fəal iştirak etmişdir və hazır-da da bu fəaliyyətini uğurla davam etdirir. O, özünün peşəkarlığı, obyektivliyi və prin-sipiallığı ilə seçilən iqtisadçı alimdir.

Fərid Əliqulu oğlu Fərəcov (1927-2000)

1927-ci il iyun ayının 23-də Bakı şəһərində görkəmli alim Əliqulu Fərəcovun ailəsində dünyaya göz aç-mışdır. 1949-cu ildə Azərbaycan Dövlət Xalq Təsər-rüfatı İnstitutunu bitirən Fərid Fərəcov Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu-nun aspiranturasına qəbul olunmuş və 1953-cü ildə "SSRİ kənd təsərrüfatı maşınqayırma sənayesində əmək məһsuldarlığı” mövzusunda namizədlik disser-tasiyası müdafiə edərək 25 yaşında iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elə һəmin ildən Azərbaycan Elmlər Akademiya-sının iqtisadiyyat bölməsində kiçik elmi işçi, sonralar baş elmi işçi vəzifəsində çalışan gənc alim 1957-ci il-də Bakı Ali Partiya Məktəbinə konkret iqtisadi fənlər kafedrasına rəһbərlik etməyə dəvət olunur. O dövrdə bütün Qafqaz regionu üçün partiya və dövlət işçiləri һazır-layan bu nüfuzlu təһsil ocağına kafedra müdiri təyin edilməsi 30 yaşlı alim üçün böyük müvəffəqiyyət idi. Cəmiyyətin һəyatının bütün saһələrində olduğu kimi, iqtisad elmi təcrübəsində də һəmin dövrün özünəməxsus yeri olduğu məlumdur. İ.V.Stalin dövrünün təftişi, klassik iqtisad elminin məşһur Stalin "düzəlişlər"inə də yenidən

Page 8: Fəsil 3 (*.pdf)

402  

baxılmasını zəruri etdi. Yəni iqtisadi nəzəriyyə və təcrübədə ciddi dəyişikliklər, bütün təһsil və elm müəssisələrində olduğu kimi ali partiya və sovet təһsili sistemində də metodoloji mürəkkəblik və nisbi dayanıqsızlıq yaratdı. XX əsrin 60-cı illərdə iqtisadi siyasətdə bir-birinin ardınca tətbiq edilən müxtəlif islaһatlar cəmiyyətin və ölkənin sosial-iqtisadi inkişafına һeç də birmənalı olmayan ciddi təsirlər göstərdi. Dövrün ideoloji eһkamlarına əməl etmək məcburiyyəti ilə yüksək alim amalına sadiqlik prin-sipini qorumağa çalışaraq Fərid Fərəcov müdavimlərə sosialist iqisadi inkişaf mode-linin xususiyyətlərini aşılamaq üçün ciddi səylər göstərmişdir. 19 il ərzində Ali Partiya Məktəbinin kafedrasına rəһbərliyi dövründə o, Qafqaz regionunun bütün millətlərin-dən olan yüzlərlə yüksəkixtisaslı idarəedici kadrlar һazırlamışdır. Fərid Fərəcov 1972-ci ildə respublikanın "Əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.

Fərid Fərəcov müəllimlik fəaliyyətini elmi işdən ayırmırdı. Onun ilk kitabı 1956-cı ildə Müdafiə Şurasının məsləһəti ilə Moskvada çap olunmuş namizədlik dissertasiya-sı idi.Müһaribədən sonrakı yeni iqtisadi şəraitdə, müvafiq tədqiqatların çatışmadığı bir dövrdə һəmin monoqrafiya Şərqi Avropanın bir çox ölkələrinin iqtisadçıları üçün qiy-mətli metodiki vəsaitə çevrilmişdir.

Respublika materialları əsasında Azərbaycan dilində iqtisadi dərsliklərə һəddən çox eһtiyac olduğunu görən Fərid Fərəcovun təşəbbüsü və rəһbərliyi ilə 1963-cü ildə müəlliflər kollektivi ilk dəfə "Sənaye iqtisadiyyatı məsələləri" adlı dərslik çap etdirmişdir.

F.Fərəcov 1974-cü ildə “Azərbaycan sənayesinin sahə strukturu və onun təkmil-ləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə mü-dafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri doktoru elmi dərəcəsi və professor elmi adı təsdiq edilmişdir.

Bu elmi işdə elmi-texniki tərəqqini şərtləndirən sahələrin, xüsusilə də maşınqa-yırmanın inkişafı problemləri, onun inkişaf amilləri və sosial nəticələri, əmək məhsul-darlığının artırılması, istehsal obyektlərinin hesab metodikasının təkmilləşdirilməsi problemləri, yeni texnikanın tətbiqinin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi mə-sələləri hərtərəfli tədqiq edilmiş və təhlili aparılmışdır. Bundan əlavə sənayenin iqti-sadiyyatı, sənaye istehsalının səmərəliliyi problemləri, Azərbaycan SSR şəraitində onun inkişaf yollarının müəyyənləşdirilməsi məsələləri geniş şəkildə tədqiq edilmiş-dir.Fərid müəllimin həm bu elmi işində, həm də sonrakı elmi araşdırmalarında res-publikanın sürətlə artan əhalisinin sosial strukturunun təkmilləşdirilməsi, bütövlükdə respublikanın ictimai istehsalının sosial-iqtisadi səmərəliliyinin artırılması məqsədilə respublikada əmək tutumlu, ixtisaslaşdırılmış istehsalın payının artırılması istiqamə-tində sənayenin strukturunun planlı şəkildə dəyişdirilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi yer tutmuşdur. Əmək qabiliyyətli əhalinin çox olduğu böl-gələrdə əmək ehtiyatlarının yerləşdirilməsi və ixtisaslaşdırılması sahəsində Fərid Fə-rəcovun apardığı araşdırmalar yalnız respublikada deyil, həm də xarici ölkələrdə fun-damental və nüfuzlu bir iş kimi dəyərləndirilmişdir. Belə ki, 1987-ci ildə Cenevrədə “Əməyin beynəlxalq icmalı” jurnalının baş redaktorunun xahişi ilə Fərid Fərəcov “Azərbaycan timsalında insan ehtiyatı çox olan bölgələrdə məşğulluq probleminin həlli” adlı məqaləsini (həcmi 1,5 ç.v.) ingilis dilində dərc etdirmişdi.

Page 9: Fəsil 3 (*.pdf)

403  

Azərbaycan sənayesinin ayrı-ayrı problemlərini dərindən öyrənmək məqsədilə Fərid Fərəcov öz ətrafında cəmlənmiş gənc alimlərlə birgə respublika sənayesinin aparıcı saһələrinin iqtisadiyyatının dinamik və səmərəli fəaliyyətinin təmin olunması baxımından kompleks tədqiqini təşkil edərək "Azərbaycan sənayesinin inkişaf sürəti və saһə quruluşu" adlı 18 ç.v. һəcmində iri monoqrafiya һazırlanmasına nail olmuş-dur. Bu monoqrafiyanın xüsusi əһəmiyyəti ondan ibarət idi ki, 70-ci illərdə Azərbay-can KP MK-nın I katibi Heydər Əliyev cənablarının çox böyük səyi nəticəsində keçmiş mərkəzi һökumət tərəfindən "Azərbaycanda sənayenin ayrı-ayrı saһələrinin inkişaf etdirilməsi" һaqqında xüsusi qərar qəbul edilmişdi. Fərid Fərəcovun monoqrafiyası bu qərarın Azərbaycan üçün böyük əһəmiyyətini əks etdirən güclü arqumenti oldu.

Fərid Fərəcov eyni zamanda “SSRİ kənd təsərrüfatı maşınqayırmasında əməyin məhsuldarlığı” monoqrafiyanın, həmçinin “Texniki tərəqqi və yeni texnikanın tətbiqinin iqtisadi səmərəliliyi”, “Təsərrüfat islahatı və sənayenin idarə olunması problemləri”, “İttifaq respublikası sənayesinin sahələr üzrə proporsiyalarının xüsusiyyətlərinin öy-rənilməsinin metodoloji məsələləri”, “İşin keyfiyyəti - ictimai istehsalın sosial-iqtisadi səmərəliliyinin artırılması amili kimi” və digər elmi əsərlərin müəllifidir.

Bu əsərlərdə milli iqtisadiyyatın inkişaf qanunauyğunluqlarının üzə çıxarılma-sına, bölgə sənayesinin struktur xüsusiyyətlərinin öyrənilməsinin metodoloji məsələ-lərinə, məşğulluq və bir sıra sosial-iqtisadi problemlərin həllinə, optimal sahə struktu-ru kriteriyasının aşkar edilməsinə, istehsalın səmərəliliyinin artırılması yollarının mü-əyyənləşdirilməsi və göstəricilərin seçimi kimi məsələlərə xüsusi yer verilmişdir.

XX əsrin 70-ci illərinin ortalarında keçmiş SSRİ-də məһsuldar qüvvələrin yerləş-dirilməsi, uzunmüddətli kompleks proqramların һazırlanması, iqtisadi idarəetmənin el-mi əsaslar üzərində qurulması meyilləri sürətlə inkişaf edirdi. Xalq təsərrüfatının beş illik planlarının һazırlanması və ölkənin iqtisadi inkişafına müntəzəm və plana uyğun xarakter vermək məqsədi güdən sxemlərin respublikada aparıcı təşkilatı Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutu idi. Respublika rəһbərliyi bu saһədə aparılan işləri gücləndirmək məqsədilə 1976-cı ildə Fərid Fərəcovu ETİİ-nin direktoru və Dövlət Plan Komitəsinin Kollegiyasının üzvü təyin etdi. Həmin dövrdən SSRİ dağılanadək əvvəl İnstitutun direktoru, 1981-ci ildən Dövlət Plan Komitəsinin sədrinin müavini və sonradan birinci müavini kimi Fərid Fərəcov öz məsləkdaşları ilə birlikdə Azərbaycanın iqtisadi inkişafının ən zəruri məsələlərini keçmiş mərkəzi һö-kumət və SSRİ Dövlət Plan Komitəsi ilə gərgin mübaһisədə müdafiə etmək saһəsi-ndə çox faydalı iş görmüşdür.

Fərid Fərəcov iki cildlik və 42 ç.v. həcmində çap olunmuş “1976-1990-cı illərdə Azərbaycanın məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi Sxemi”nin elmi rəh-bəri və müəlliflərindən biri olmuşdur.

80-ci illərin ikinci yarısında M.Qorbaçovun üzdəniraq "yenidənqurma" dövrün-dən başlayaraq, mərkəzlə müttəfiq respublikaların maraqlarında fərqlər sürətlə çoxal-mağa başlayırdı. Sosializm sistemini dağıtmaqla mərkəzin rolunu daһa da gücləndir-məyə çalışan M. Qorbaçov rəһbərliyinin Azərbaycana "xüsusi diqqət" yetirməsi açıq-aşkar һiss olunurdu. Həmin dövrdə Azərbaycandan Moskvaya göndərilən һər bir tək-lif xüsusi "maraqla" təftiş edilir, onda sətiraltı mənalar axtarılırdı. Məsələn, 1987-ci ilin

Page 10: Fəsil 3 (*.pdf)

404  

əvvəlində Sov.İKP MK Partiya Nəzarət Komitəsi guya Azərbaycanda peşə təһsili sis-temində böyük nöqsanlar taparaq özünün geniş kollegiya iclasını çağırmışdı. Res-publikadan kollegiyaya çağırılanların xüsusi meyarla adbaad seçilməsi - (R. Meһdi-yev, mərһum F. ƏҺmədov, H. İsayev və F. Fərəcov) müzakirələrin qərəzliyini göstə-rirdi. Kollegiya iclasında Sov.İKP MK Partiya Nəzarət Komitəsinin sədri M. Soloment-sev Azərbaycan һaqqında qeyri-obyektiv fikirlər, uydurma və əsassız böһtanlar irəli sürürdü. Məsələn, Fərid Fərəcovu onda günaһlandırırdılar ki, o, peşə məktəblərinə qəbul planının artırılmasına nail olurdu və s. Bu, Siyasi Büronun üzvü Heydər Əliyev cənabları ətrafında M. Qorbaçovun çoxdan qurduğu oyunlardan biri idi.

1987-ci ildən başlayan Dağlıq Qarabağ separatizmi ilə mübarizədə onun iqtisadi arqumentlərinin əsassızlığını sübut etmək saһəsində Fərid Fərəcov ölkəmizin digər iqtisadçı alimləri ilə birgə ciddi səylər göstərmişdir. 90-cı illərin əvvəlində M. Qorbaçov һökumətinin nəyin baһasına olursa-olsun SSRİ-ni saxlamaq səyləri iqtisadi əlaqalərin müxtəlif modellərinin meydana çıxmasına səbəb oldu. Respublikaların təsərrüfat һe-sabı, federasiya, konfederasiya, iqtisadi ittifaq və s. kimi mücərrəd və qeyri-real, iqti-sadi bazis üzərində SSRİ-ni saxlamaq cəһdləri, 1990-1991-ci illərdə Moskvada çoxsaylı, demək olar ki, fasiləsiz müzakirə və müşavirələrdə daim Azərbaycanı təmsil edən Fərid Fərəcov ölkənin iqtisadi maraqlarını müdafiə etmək üçün ciddi cəһdlər göstərmişdir. Hətta çox vaxt respublika rəһbərliyinin təkidinə baxmayaraq, Fərid Fərəcov bəzi sənədləri imzalamaqdan imtina belə etmişdi. Müstəqillik əldə edildikdən sonra ölkə rəһbərliyinin müһüm sosial-iqtisadi problemlərə qeyri-ciddi münasibətilə qarşılaşan Fərid Fərəcov çox böyük mənəvi sarsıntılar keçirirdi. 1992-1993-cü illərdəki һərc-mərclik, diletantlıq və dağıdıcılıq dövründə xalq, vətən qarşısındakı mə-suliyyətini dərk edən Fərid Fərəcov öz xaһişi ilə 1993-cü ilin əvvəllərində Azərbay-can Respublikası Dövlət Plan Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad olundu.

Bütün ömrünü һalal zəһmətlə yaşamış Fərid müəllim dövrün "siyasətinə" daxili etiraz əlaməti olaraq yüksək dövlət vəzifəsindən getsə də cəmiyyətə, xalqa xidmət-dən һeç vaxt imtina etmədi. Qısa bir müddət Əmək və Əһalinin Sosial Müdafiəsi Na-zirliyi sistemində çalışan Fərid Fərəcov 1993-cü ilin ortalarında, Heydər Əliyev cənab-larının xalqın təkidi ilə ölkə rəһbərliyinə qayıtmasından sonra Azərbaycanda yığılıb qalmış problemlərin һəlli üçün alim əməyi, vətəndaş qeyrətinə yenidən böyük tələb yarandığını dərk edərək, öz köһnə məsləkdaşları və һəmkarlarının dəvətini qəbul edərək Azərbaycan Respublikası Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisa-diyyat İnstitutuna (indi İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslaһatlar Elmi Təd-qiqat İnstitutu) qayıtdı. Elmi və təcrübi fəaliyyət saһəsində böyük һəyat yolu keçmiş Fərid Fərəcov müһüm problemlərin һəllindən kənarda heç vaxt qalmırdı, öz ağıllı məsləһətlərini һəmkarlarından, xüsusən cavanlardan əsirgəmirdi.

100 çap vərəqindən çox elmi əsərlərin müəllifi olan professor Fərdi Fərəcov һəm də ölkəmizdə yüksəkixtisaslı iqtisadçı kadrların һazırlanması saһəsində səmərəli fəaliyyət göstərirdi. Fərid Fərəcov onlarca elmlər namizədi və doktoru yetişdirmişdir, çoxlu dissertasiyalara opponentlik etmişdir, Azərbaycan Respublikası Prezidenti ya-nında Ali Attestasiya Komitəsinin eksperti kimi kadr һazırlığı saһəsində çox məһsul-

Page 11: Fəsil 3 (*.pdf)

405  

dar fəaliyyət göstərirdi. Fərid müəllim həmişə fəal həyat mövqeyi, ölkənin həyatında aktiv iştirakı ilə fərqlənirdi. O, VI Ümumdünya Gənclər Festivalında Sovet nümayəndə heyətinin iştirakçısı olmuş, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə və müxtəlif medallarla təltif edilmiş, Rayon Xalq Deputatları Sovetinin deputatı, Azərbaycan KP MK ştatdankənar mühazirəçisi, Azərbaycan KP MK İqtisadi Təhsil Şurasının üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Bilik” cə-miyyətinin rayon şöbəsinin sədri və s. olmuşdur. Fərid Fərəcov həmçinin Zaqafqazi-ya iqtisadi rayonunun məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi məsələlərinin öyrənilməsi üzrə Elmi Şuranın həmsədri, Azərbaycanda müvafiq Elmi Şuranın sədri, Azərbaycan KP MK Sosioloji komissiyasının, Azərbaycan EA yanında Elmi-tədqiqat işlərinin koordinasiyası şurasının üzvü, Azərbaycan EA İctimai istehsalın səmərəliliyi üzrə problem Şurasının sədri, Azərbaycan EA İqtisadiyyat İnstitutunun Elmi Şurası-nın üzvü seçilmişdir.

Professor Fərid Fərəcov 2000-ci il aprel ayının 19-da dünyasını dəyişmişdir.

Vahid Cümşüd oğlu Axundov 1942-ci il fev-ral ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-iqtisadçı ixtisasını bi-tirmişdir.

1970-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda namizədlik, 1980-ci ildə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat İnstitu-tunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildən iqtisadiyyatın idarə edilməsi ixtisası üzrə professordur.

Vahid Axundov əmək fəaliyyətinə tələbə olar-kən 1959-cu ilin noyabr ayında Bakı Dəri qalante-reya fabrikində çilingər kimi başlamış və 1960-cı ilin dekabr ayının ortalarına kimi burada işləmişdir, 1964-cü ilin may - iyul aylarında Avtomobil ehtiyatları zavodunda mühasib, 1965-ci il fevral - 1966-cı il iyul tarixlərində Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı və baş iqtisadçı, 1970-1976-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda “Sahələrarası balanslar” şöbəsində müdir, 1976-1981-ci il-lərdə elmi işlər üzrə direktor müavini, 1981-1987-ci illərdə institutun direktoru vəzifələ-rində çalışmışdır. 1987-1991-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda prorektor, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin may ayına kimi Azərbaycan Respublikası Prezidentinin müşaviri (04.10.1991-31.10.1991) və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri (31.10.1991 - 06.05.1993), 1993-cü ilin may ayından 1993-cü ilin noyabr ayına kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əmək-

Page 12: Fəsil 3 (*.pdf)

406  

daşlıq mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri, 1993-cü ilin noyabr ayından indiyədək Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisa-di siyasət məsələləri üzrə dövlət müşaviri (19.07.2005-ci il tarixə kimi bu vəzifə iqti-sadi siyasət üzrə dövlət müşaviri adlanırdı)vəzifəsində çalışır. 1-ci Dərəcəli dövlət müşaviridir.

Vahid Axundov iqtisadiyyatın aktual problemlərinə dair bir neçə monoqrafiyanın, 200-dən çox elmi əsərin müəllifidir. Bunlardan, 1972-ci ildə ETİİ-nin Elmi əsərlərinin V cildində dərc olunmuş “Azərbaycan SSR-in son ictimai məhsulunun bölüşdürülməsi variantlarının iqtisadi səmərəliliyi” («Экономическая эффективность вариантов распределения конечного общественного продукта Азербайджанской ССР».) və “Regional iqtisadiyyatın optimal dinamik modelləşdirilməsinin əsas prinsipləri” («Основные принципы оптимального динамического моделирования регио-нальной экономика»), 1977-ci ildə Moskvanın “Экономика” nəşriyyatında rus dilində dərc olunmuş 239 səhifəlik “İctimai təkrar istehsalın quruluşunun təkmilləşdirilməsi (metodologiya məsələləri)”–(“Совершенствование структуры общественного воспроизводства (вопросы методологии”) adlı monoqrafiyanı, 1978-ci ildə ETİİ-nin Elmi əsərlərinin XI cildində dərc olunmuş “İctimai istehsalın səmərəliliyi və planlaş-dırma”, 1980-ci ildə ETİİ-nin “Xalq təsərrüfatı proporsiyalarının balanslaşdırılması və sahələrarası əlaqələr” («Сбалансированность народнохозяйственных пропорций и межотраслевые связи») adlı Elmi əsərlərinin XIII cildində dərc olunmuş “Regional iqtisadiyyatda təkrar istehsalın proporsiyalarının balanslaşdırılmasının tədqiqinin metodoloji və metodik prinsipləri” («Методологические и методические принципы исследования сбалансированности пропорций воспроизводства в региональной экономике»), 1981-ci ilin oktyabr ayında Bakıda keçirilmiş “Sov.İKP XXVI qurul-tayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR iqtisadiyyatının inkişaf prob-lemləri” mövzusunda elmi konfransın materiallarında dərc olunmuş “İqtisadi artımın balanslaşdırılması və proqram-məqsədli yanaşma” («Cбалансированность эконо-мического роста и программно-целевой подход») kimi məqalələrini, 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda dərc olunmuş 84 səhifə həcmində “İqtisadiyyatın idarə edilməsində sistem yanaşma (“Системный подход в управлении экономикой”) adlı dərs vəsaitini xüsusi ilə qeyd etmək olar.

Göründüyü kimi Vahid Axundov iqtisad elminin və ölkə iqtisadiyyatının bir çox aktual problemləri üzrə sistemli tədqiqatlar aparmışdır. Bunun nəticəsidir ki, onun el-mi əsərləri ən çox istinad olunan elmi əsərlər arasında özünə layiqli yer tutur.

Bununla yanaşı, Vahid Axundov 1970-1977-cı illərdə ETİİ-nin Elmi əsərlərinin redaksiya heyətinin üzvü, 1978-1981-ci ildə bu nəşrin məsul redaktorunun müavini və 1981-1987-ci ildə isə məsul redaktoru olmuşdur.Vahid Axundov 1978-ci ildə hazır-lanmış, Azərbaycan SSR Dövlət Plan Komitəsinə təqdim edilmiş və respublika Dövlət Plan Komitəsi, SSRİ Dövlət Plan Komitəsi yanında MQÖŞ tərəfindən bəyənilmiş və 1990-cı ilə qədər olan perspektivdə Azərbaycan SSR-in iqtisadi və sosial inkişafının əsas istiqamətlərinin təyin edilməsində istifadə edilmiş “Azərbaycan SSR-də 1976-1990-cı illərədək məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri

Page 13: Fəsil 3 (*.pdf)

407  

Sxem”inin, 1979-cu ildə “2000-ci ilə qədər uzunmüddətli perspektivdə Azərbaycan SSR-nin iqtisadiyyatının inkişafının əsas istiqamətləri” layihəsininin işlənib hazırlan-masında və “Sxem”in göstəricilərinin dəqiqləşdirilməsi işinin başa çatdırılmasında və 1980-ci ildə hazırlanmış “2000-ci ilə qədər olan dövr üçün Azərbaycan SSR-in məh-suldar qüvvələrinin inkişafı və yerləşdirilməsi Sxemi”nin işlənilməsində fəal iştirak et-miş və bir sıra bölmələrin müəllifi olmuşdur. Bu sxem üç cilddən ibarətdir: “Azərbay-can SSR-in 2000-ci ilədək olan dövrdə məhsuldar qüvvələrinin inkişafı və yerləşdiril-məsi Sxem”inin “Azərbaycan SSR-in məhsuldar qüvvələrin inkişafı və yerləşdirilmə-sinin müasir vəziyyətinin təhlili”nə (1971-1985-ci illər) həsr olunan I cildi 30,3 çap vərəqi həcmində, “Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdiril-məsinin perspektivinin əsas istiqamətləri və sosial-iqtisadi ilkin şərtlərin kompleks qiymətləndirilməsi” adlanan II cildi 33,7 çap vərəqi həcmində və “2000-ci ilədək Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi Sxeminə əla-vələr (III cild) 29,3 çap vərəqi həcmində çap edilmişdir.

Vahid Axundov elmi qurumların idarə edilməsi sahəsində də mütərəqqi təş-kilat-çı kimi tanınmışdır. Onun ETİİ-nin direktoru olduğu dövrdə mühüm elmi-təşkilati mə-sələlərin operativ həlli məqsədilə rəhbərliyin yanında daimi fəaliyyət göstərən isteh-salat müşavirəsi mövcud idi. Bu müşavirənin tərkibinə İnstitutun rəhbərliyi (direktor, üç müavin, elmi katib), həmçinin ictimai təşkilatların nümayəndələri daxil idi. Bu mü-şavirənin ildə orta hesabla 8-9 iclası keçirilirdi. İclaslarda konkret kadr, təsərrüfat və digər məsələlərə operativ şəkildə baxılır və qərarlar qəbul edilirdi.

Eyni zamanda, həmin dövrdə gənclərin əmək fəallığının yüksəldilməsi və onla-rın elmi tədqiqat işlərinin yerinə yetirilməsində töhfələrinin artırılması məqsədilə Gənc alimlər şurası yaradılmışdır. Öz fəaliyyətində Gənc alimlər şurası SSRİ Elm və Texni-ka Dövlət Komitəsi və SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təsdiqlənmiş “Elmi-tədqiqat, konstruktor, layihə-konstruktor və texnoloji təşkilat, elmi şöbə və ali məktəblər barədə gənc alimlər şurası əsasnaməsi”ni əldə rəhbər tuturdular. Gənc alimlər şurası iş planına uyğun olaraq ayrılıqda və digər qurumlarla birlikdə iclaslar və müxtəlif tədbirlər keçirir, gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, pe-şəkarlıq səviyyələrinin yüksəldilməsi və mənəvi inkişafı məqsədilə onların ixtisaslar-ının artırılması, iqtisadi nəzəriyyənin və digər zəruri biliklərin daha dərindən öyrə-nilməsi, mənəvi tərbiyəsi və elmi dünyagörüşünün formalaşması kimi istiqamətlərdə aktual məsələləri müzakirə edir, qərarlar qəbul edir və bu qərarların yerinə yetirilməsi üçün konkret tədbirlər görürdü.

Vahid Axundov ETİİ-də rəhbər olduğu dövrdə elmi kadrların seçimi, yerləşdiril-məsi və tərbiyəsi məsələləri daim diqqət mərkəzində olmuşdur. Bu dövrdə bütün elmi vəzifələr (şöbə və sektor müdirləri, böyük və kiçik elmi işçilər) “Elmi işçi vəzifəsini tut-maq qaydaları təlimatına” uyğun olaraq müsabiqə yolu ilə seçilmiş və yerləşdirilmişdir ki, bu da iqtisad elminin qarşısında duran aktual problemləri yüksək səviyyədə araş-dırmaq üçün zəruri bilik və bacarıqlara və işgüzar və əxlaqi dəyərlərə malik elmi kadr-ların seçilməsinə imkan yaratdı. Elmi kadrların müsabiqəsi ilə yanaşı, həmin dövrdə digər mütəxəssislərin də attestasiyası keçirilmişdir ki, bu da həmin sahədə də işləri dövrün tələbləri səviyyəsində qurmağa zəmin yaratmışdır.

Page 14: Fəsil 3 (*.pdf)

408  

Bununla yanaşı, Vahid Axundov bir sıra elmi şuraların və elmi-redaksiya heyət-lərinin üzvü kimi də çalışmış və hazırda da bu istiqamətdə səmərəli elmi-təşkilati və ictimai fəaliyyətini davam etdirməkdədir. Eyni zamanda, onun bilavasitə rəhbərliyi altında bir sıra elmlər namizədi və elmlər doktoru yetişmişdir.

Azərbaycan Respublikasında iqtisadi islahatların aparılması işində fəal iştirak edən görkəmli iqtisadçı alim sosial və iqtisadi inkişafın strateji proqramlarının işlənib hazırlanmasında, iri beynəlxalq maliyyə təşkilatları (Beynəlxalq Valyuta Fondu, Beynəl-xalq Maliyyə Korporasiyası, Dünya Bankı, Avropa və Asiya yenidən qurma və inkişaf banklarının və s.) ilə əlaqələrin yaradılması və inkişafında ölkə iqtisadiyyatının idarə edilməsinin bazar prinsiplərinə keçməsi üzrə koordinasiya fəaliyyətinin təşkilində səmərəli fəaliyyət göstərir. Vahid Axundov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 8 fevral tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə və Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə isə Azərbay-can Respublikası Prezidentinin 2012-ci il 09 fevral tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilmişdir.

Qorxmaz Cahangir oğlu İmanov 1941-ci il

aprel ayının 17-də Bakı şəhərində anadan olmuş-dur. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Univer-sitetinin (indiki Bakı Dövlət Universiteti) İqtisad fa-kültəsini bitirib, iqtisadçı diplomu almışdır.

1964-1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutun aspiranturasında əyani təhsil almış, 1968-ci ildə həmin institutda iqtisad elmləri nami-zədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.

1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına kimi Azərbaycan SSR EA Kibernetika insti-tutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1969-

1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azər-baycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda iqtisad elmləri doktorluq dissertasiya işini müdafiə etmişdir.

1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Azərbaycan SSR Elm-lər Akademiyasının Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifə-sində çalışmışdır.

1983-cü ildə iyun ayından professor elmi adına layiq görülmüşdür. 1987-1993-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyi-nin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir.

Page 15: Fəsil 3 (*.pdf)

409  

1993-1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar İqtisadiyyatı Problem-ləri İnstitutunda aparıcı elmi işçi olmuşdur.

1999-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş mü-şavir vəzifəsində çalışmışdır. 2001-ci ildən hal-hazırki dövrə qədər AMEA Kibernetika İnstitutunda, baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışır.

Qorxmaz Cahangir oğlu İmanov 1974-cü ildə Kibernetika İnstitutunda Makroiqti-sadi sistemlərin optimallaşdırılması laboratoriyasını yaradaraq ona rəhbərlik etmiş, iq-tisadiyyatın riyazi üsul və modellərlə tədqiq olunması sahəsində dünya şöhrətli bir məktəb yaratmışdır. Hazırda bu məktəbin yetirmələrindən 28 nəfəri elmlər namizədi, 3-ü isə elmlər doktorudur.

Professor Qorxmaz İmanovun “İnteqrallaşdırılmış balans modelləri və müttəfiq respublikaların struktur-funksional modeli” adlı elmi işi 1976 və 1982-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının vacib nəticələr siyahısına daxil edilmişdir. Elm və texnika Komitəsinin tapşırığı ilə 1999-2000-ci illərdə yerinə yetirilmiş Azərbaycanın sosial-iqti-sadi inkişafının modelləri” mövzusundakı elmi-tədqiqat işi iqtisadiyyat sahəsində istifa-də edilmək üçün ali icra strukturlarına göndərilmişdir. Əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, habelə ABŞ, Türkiyə, Avstraliya, Polşa, İtaliya, İspaniya və digər öl-kələrdə çap olunmuşdur. O, beynəlxalq konfranslarda məruzələrlə çıxışlar etmişdir.

İqtisadi-riyazi modellər və hesablama texnikası vasitələrinin yaradılması, onların xalq təsərrüfatında planlaşdırma idarəetmə məsələlərinin həllində geniş tətbiqi işlə-rinə görə 1984-cü ildə i.e.d., professor Ş.Ə.Səmədzadə ilə birlikdə Azərbaycan Döv-lət mükafatına layiq görülmüşdür.

Qorxmaz İmanov 10 monoqrafiyanın, 180-ə yaxın elmi məqalənin müəllifidir. Hal-hazırda o, Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu nəzdində yaradılmış N.P. Fedorenko adına “İqtisadiyyat Elminin İnkişafı” fondunun təsisçilərindəndir və hazırda fondun vitse-prezidentidir.

Azərbaycanın görkəmli alimi Qorxmaz İmanov 2012-ci ilin dekabrın 11-də İspa-niyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının ümumi iclasında gizli səsvermə yolu ilə fəxri xarici üzvü seçilmişdir. 2013-cü ilin aprelin 25-də İspaniya Kral Akademi-yasının növbəti ümumi iclasında xarici üzv diplomunun təqdimat mərasimində profes-sor Qorxmaz İmanov “Sosial-iqtisadi sistemlərin keyfiyyətinin müəyyən edilməsində fuzzy yanaşma” mövzusunda məruzə ilə çıxış etmişdir. O, İspaniyanın İqtisadi və Ma-liyyə Elmləri üzrə Kral Akademiyasının qızıl nişanı ilə təltif edilmişdir. İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyası böyük tarixə malikdir. Bu Akademiya 1787-ci ildə İspaniya kralı VI Fernando tərəfindən təsis edilmişdir və İspaniyanın Kataloniya vilayətinin burjuaziyasının təsərrüfat fəaliyyətinin mötəbər orqanı kimi fəaliyyət gös-tərməyə başlamışdır. Hal-hazırda İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademi-yası dünya səviyyəli alimlərlə sıx əməkdaşlıq edir. Məsələn, Akademiyanın xarici üzv-ləri sırasında iqtisadiyyat üzrə Nobel mükafatı laureatları F.Kidland, D.Kaneman, J.Stiqlits kimi alimlərin adlarını çəkmək olar.

İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının fəxri xarici üzvü adına layiq görülməsini Qorxmaz İmanovun 50 ilə yaxın apardığı tədqiqatların nəticəsi kimi

Page 16: Fəsil 3 (*.pdf)

410  

səciyyələndirmək olar. O, 1965-ci ildən etibarən sosial-iqtisadi sistemlərin modelləşdi-rilməsi sahəsində çox əhəmiyyətli elmi nəticələr əldə etmişdir.

Nəqliyyat sistemində stoxastik proseslərin modelləşdirilməsi; İqtisadi komplekslərin fəaliyyətinin qiymətləndirilməsi modelləri; Müttəfiq respublikaların xalq təsərrüfatının proqnozlaşdırılması və planlaşdırıl-

ması modelləri; İqtisadi sistemlərin struktur-funksional modelləri. Bu tədqiqatlar nəticəsində respublikada Makroiqtisadi sistemlərin modelləşdiril-

məsi elmi istiqamətinin məktəbi yaradılmışdır. 2001-ci ildən başlayaraq Qorxmaz İmanov qeyri-səlis çoxluqlar nəzəriyyəsinin

və qeyri-səlis məntiqin sosial-iqtisadi sistemlərin qiymətləndirilməsində və fəaliyyətlə-rinin təhlilində istifadəsi sahəsində elmi fəaliyyətini davam etdirir. O, professor Lütfi Zadənin qeyri-səlis nəzəriyyəsini humanistik sistemlərin, o cümlədən, sosial-iqtisadi sistemlərin fəaliyyətinin təhlilində və çoxsaylı ölçülməyən, ya da keyfiyyət xarakteri daşıyan göstəriciləri hesablama prosesinə tətbiq etməklə sosial-iqtisadi sistemlərin modelləşdirilməsində daha adekvat üsulları təklif edib. Qeyri-müəyyənlik fenomeni və sosial-iqtisadi sistemlərin təsviri zamanı çoxsaylı qeyri-müəyyənlik faktorlarının ara-dan qaldırılması problemi də onun tədqiqatlarına daxildir.

2007-ci ildə Lütfi Zadənin təşəbbüsü ilə Qorxmaz İmanov İspaniyanın Kral İqti-sadiyyat və Maliyyə Akademiyasının prezidenti, prof. G.M.Aluxa ilə birgə əməkdaşlı-ğa başlamışdır. Onun İspaniya Kral Akademiyası ilə əməkdaşlığı sayəsində sosial-iq-tisadi sistemlərin fəaliyyətinin qiymətləndirilməsi üçün bir sıra qeyri-səlis modellər iş-lənilmişdir. Məsələn, “Həyat keyfiyyəti” indeksinin hesablanmasında fuzzy yanaşma (“Fuzzy İqtisadiyyat” jurnalı, Barselona, İspaniya, 2007-ci il); Regionların sosial-iqtisa-di səviyyəsinin müəyyən edilməsinin qeyri-səlis modeli (“Müasir Rusiyanın iqtisadiy-yat elmi jurnalı”, Moskva, RF, 2009-cu il); Ətraf mühitin dayanıqlıq indeksinin Fuzzy modeli (İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının jurnalı, Barselona, İspaniya, 2007-ci il); Şirkətlərin maliyyə dayanıqlığının müəyyən edilməsində qeyri-səlis üsullar (Afina, Yunanıstan, 2009-cu il); İqtisadiyyatın aktivləşdirilməsinin yeni bazarları – Azərbaycan. (Nobel mükafatı laureatı, professor F.Kindlendlə birlikdə, İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyası, Barselona, İspaniya, 2007-ci il), monoqrafiya; İqtisadi qeyri-müəyyənlik problemləri və Fuzzy modellər (Bakı, Elm, 2011-ci il), Sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-səlis modelləri (Lambert Akademik Publishing, Almaniya, 2013).

Qeyd edilən tədqiqatların yekun nəticəsində respublikada Fuzzy iqtisadiyyatı ki-mi elmi istiqamətin əsası qoyulmuş və Qorxmaz İmanov hazırda eyni adlı laboratori-yaya rəhbərlik edir.

Professor Qorxmaz İmanov Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. O, əsl ziyalı, eyni zamanda, ədalətli və müdrik in-sandır. Qorxmaz İmanov Azərbaycanda iqtisadi-riyazi üsullar elminin yaradıcılarından biri, tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşü ilə ad-san qaz-anan şəxsiyyətlərdəndir.

Page 17: Fəsil 3 (*.pdf)

411  

Sofiq Kəlbi oğlu Hüseynov (1950-1997) 1950-ci il iyul ayının 22-də Zəngilan rayonunun Cö-pədərə kəndində kəndli ailəsində anadan olmuş-dur. Zəgilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə D. Bünyadzadə adına Azərbay-can Xalq Təsərrüfatı İnstitutunda “Sənayenin iqti-sadiyyatı” fakültəsinin əyani şöbəsinə qəbul olun-muşdur. Əyani təhsil dövrünün son iki ilində ax-şamlar Vano Sturua adına Gəmi Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-ci ildə təyinatla Azərbaycan SSR Elmlər Aka-demiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir və həmin il əyani aspiranturaya daxil olmuşdur.

1973-1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir.

1977-ci ildə aspiranturada təhsilini başa vurduqdan sonra iqtisad elmləri nami-zədlik dissertasiyasını müdafiə etmişdir. 1984-1986-cı illərdə Moskvaya – SSRİ Elm-lər Akademiyası İqtisadiyyat İnstitutuna ezam olunmuş, orada doktorluq dissertasiya-sı üzərində işi başa çatdırmışdır. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə et-mişdir. 1988-ci il 23 mayda Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Təd-qiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, 1994-cü il 3 may ta-rixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mər-kəzinin direktoru təyin edilmişdir.

Əsas elmi-praktik fəaliyyəti ilə yanaşı 20 ilə yaxın Bakının bir sıra ali məktəblərin-də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildə ona professor adı verilmişdir.

İki Beynəlxalq Elmi Akademiyanın-Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akade-miyasının və Beynəlxalq Ekoenerji Akademiyasının həqiqi üzvü olmuşdur.

1992-ci ildə Azərbaycan “Bilik” maarifçilik cəmiyyətinin akademik Yusif Məmmə-dəliyev mükafatı laureatı adına layiq görülmüşdür. Rəhbərliyi altında 10-dan artıq as-pirant elmlər namizədi alimlik dərəcəsi adına layiq görülüb. Yüzdən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. “Elm” nəşriyyatı tərəfindən 1987-ci ildə çap edilmiş “İntensivləşdirmə şəraitində istehsalın quruluşunun səmərəliliyi” (rus dilində) monoqrafiyası keçmiş SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən 1987-ci ildə ictimai elmlər sahəsində Sovet elminin nailiyyətləri sırasına daxil edilmişdir.

Tədqiqatları ilə regional iqtisadiyyat elmi məktəbini inkişaf etdirmiş, 1990-cı illə-rin əvvəllərində baş vermiş böhranın səbəblərini elmi cəhətdən araşdırmış və onun aradan qaldırılmasında mütəsna xidmətləri olmuşdur. Alimin respublikanın müstəqilli-yinin ilk illərində çap olunmuş “Bazara keçid şəraitində Azərbaycan iqtisadiyyatının analitik-proqnoz tədqiqi”, “Planlaşdırmanın təkmilləşdirilməsinin metodoloji məsələ-ləri” və s. kimi çoxsaylı tədqiqatları problemin dərinliklə öyrənilməsi və perspektivlilik baxımından qiymətləndirilməsi üçün çox qiymətli elmi-əməli xarakterə malik idi. “Azərbaycan iqtisadiyyatının böhrandan çıxarılması və islahatlaşdırılmasının konsep-tual əsasları” adlı silsilə yazıları, dövlət orqanlarına təqdim olunmuş “Azərbaycan

Page 18: Fəsil 3 (*.pdf)

412  

Respublikasında iqtisadiyyatın böhrandan çıxarılması və onun dinamik inkişaf yoluna düşməsində struktur siyasətin müstəsna rolu haqqında mülahizələr” adlı tədqiqat işi Sofiq Hüseynovun yüksək alim və vətəndaş mövqeyinin ifadəsi idi. O, bir neçə ixti-saslaşdırılmış müdafiə şurasının üzvü, çoxlu dissertasiyalara rəsmi opponent olmuş və aparıcı təşkilatın rəhbəri kimi saysız dissertasiyalara rəy vermişdir.

Sofiq Hüseynov ondan artıq beynəlxalq konfrans və simpoziumda Azərbaycanı təmsil etmiş, məruzə ilə çıxış etmişdir. Respublikada iqtisadi islahat yollarının işlən-məsi üzrə müxtəlif əməli-işçi komissiyalarının və hökumətin elmi məsləhətçilər qrupu-na daxil idi. Müəllifi olduğu “Azərbaycan Respublikası iqtisadiyyatının sabitləşdirilmə-si və radikal iqtisadi islahatların həyata keçirilməsi proqramı” İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. Respublika parlamenti və hökuməti tərəfindən qəbul olunmuş bir çox qanun və proqramların hazırlanmasında bilavasitə iştirak etmişdir, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”nı hazırlamış Dövlət Komissiyasının üzvü olmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Azərbaycan Res-publikasının Qanununun 35-ci maddəsinə əsasən 5 oktyabr 1995-ci ildə tutduğu vəzi-fədən azad edilmiş və 1995-ci il 24 noyabr Azərbaycan Respublikasının Milli Məclisi-nin deputatı seçilmişdir. 1995-ci il 12 dekabrda Milli Məclisin İqtisadi Siyasət daimi ko-missiyasının sədri təyin edilmişdir.

Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat etmişdir.

Rasim Tapdıq oğlu Həsənov 1955-ci il iyul ayının 9-da Bərdə rayonunun Kətəlparaq kən-dində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutu-nun “Makroiqtisadi sistemlərin optimallaşdırılması” laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. 1988-ci ilin oktyabr ayınadək həmin institutda mü-həndis və elmi işçi vəzifələrində çalışmış, 1980-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademi-yasının aspiranturasında oxumuş, 1985-ci ildə “Yeni təsərrüfatçılıq şəraitində kənd təsərrüfatı mü-əssisəsi fəaliyyətinin modelləşdirilməsi” mövzusun-da namizədlik dissertasiyası müdafiə etmişdir. 1998-ci ildə İqtisadiyyat Nazirliyi Koordinasiyanın

üzvü, Azərbaycan Respublikası EA-nın “İqtisadiyyat” jurnalının, “İqtisadiyyat və Audit” jurnalının, “İqtisadiyyat” qəzetinin redaksiya heyətinin üzvü, “EKO” təşkilatında Azərbaycanın Milli koordinatoru, DETK nəzdində “İqtisadiyyat” problem şurasının sədr müavini, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti vəAzərbaycan Kənd təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi Tədqiqat İnstitutu elmi şuralarının üzvü, Hesablama Palatasında şöbə müdiri və Palata Aparatının rəhbəri

Page 19: Fəsil 3 (*.pdf)

413  

olmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar müəllimidir.

Rasim Tapdıq oğlu Həsənov 1988-1994-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun Elmi katibi və 1989-cu ildən isə eyni zamanda, həmin institutun “Xarici iqtisadi əlaqələr” elmi şöbəsinin müdiri vəzi-fələrində çalışmışdır. 1990-cı ildə SSRİ AAK qərarı ilə ona “baş elmi işçi” elmi adı ve-rilmişdir.

1994-cü ilin may ayında, Rasim Həsənov İqtisadiyyat Nazirliyi kollegiyasının qə-rarı ilə, Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun bazasında yaradılmış İqtisadiyyat Na-zirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktor müavini təyin olunmuş, 1995-ci ilin sen-tyabr ayından 1996-cı ilin aprel ayınadək isə İqtisadi İslahatlar Mərkəzinin direktoru vəzifəsini icra etmişdir. 1996-cı ilin aprel ayında o, İqtisadiyyat Nazirliyi kollegiyasının qərarı ilə həmin Mərkəzin direktoru vəzifəsinə təyin olunmuşdur. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, İqtisadiyyat Nazirliyinin kolle-giyasının üzvü olmuşdur.

2002-2008-ci illərdə Rasim Həsənov Azərbaycan Respublikası Hesablama Pa-latasında şöbə müdiri və Palata Aparatının rəhbəri vəzifələrində işləmişdir. 2008-ci il-dən Rasim Həsənov Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının professoru, 2009-cu ilin oktyabr ayından isə Azər-baycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad Univer-siteti nəzdində yeni yaradılmış İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direk-torudur.

Rasim Həsənov 1983-1991-ci illərdə keçmiş SSRİ məkanında keçirilmiş müxtə-lif elmi konfrans və simpoziumlarda, 1997-2013-cü illərdə isə Azərbaycan Respubli-kasının müxtəlif nümayəndə heyətlərinin tərkibində, dəfələrlə ÇXR, Polşa, Rusiya, Avstraliya, Hollandiya, Türkiyə, Yunanıstan, Qazaxıstan, İran, Qırğızıstan, Ukrayna və s. kimi ölkələrdə keçirilmiş beynəlxalq görüşlər, elmi konfrans və simpoziumlarda fəal iştirak etmişdir.

1999-2003-cü illərdə İqtisadi Əməkdaşlıq təşkilatında (ECO) İqtisadi tədqiqatlar üzrə Azərbaycanın Milli Koordinatoru, Azərbaycan Respublikası Dövlət Elm və Texni-ka komitəsi yanında “İqtisadiyyat” problem Şurasının sədr müavini olmuşdur.

Rasim Həsənov 2003-cü ildə “Azərbaycan iqtisadiyyatının islahatlaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyası problemləri” mövzusunda, iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. O, 200-dən artıq elmi əsərin, o cümlədən 8 monoqrafiya və dərs vəsaitinin müəllifi və həmmüəllifidir. 50-dən çox elmi əsəri xarici ölkələrdə dərc olunmuşdur. Rasim Həsənovun elmi rəh-bərliyi ilə indiyədək 10 nəfər iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Hazır-da o, 12 nəfər aspirant və dissertantın elmi rəhbəridir.

Rasim Həsənov 2009-cu ildən professor, 2010-cu ildən isə Azərbaycan Mühən-dislik Akademiyasının (AMA) müxbir üzvüdür. O, 1985-ci ildən indiyədək ölkəmizin bir sıra nüfuzlu ali məktəblərində əvəzçiliklə dərs aparmış, 2006-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. O, Azərbaycan Auditorlar Palatasının nəşr etdirdiyi “İqtisadiyyat və audit”, AMEA “Xəbərləri (iqtisadiyyat)”, “Audit”, “İqtisadi

Page 20: Fəsil 3 (*.pdf)

414  

inkişaf” elmi jurnallarının redaksiya şurasının üzvü olmuşdur. Hazırda, “İqtisadi nə-zəriyyə və praktika”(ADİU, ingilis dilində)” və “İnformasiya cəmiyyəti” (AMEA İTİ) jur-nallarının, həmçinin Moskvada nəşr olunan Beynəlxalq elmi-iqtisadi jurnalının redak-siya şuraının üzvü, ADİU-də nəşr olunan “Geoiqtisadiyyat” jurnalının baş redaktoru-nun müavinidir. Dəfələrlə müxtəlif universitetlərdə yaradılmış Elmi və İxtisaslaşdırıl-mış Müdafiə Şuralarının üzvü olmuşdur. 2011-ci ildən ADİU yanında İqtisadi Araşdır-malar ETİ nəzdində yaradılmış, 3 ixtisas üzrə D.02.052 doktorluq Dissertasiya Şura-sının Sədridir.

Rasim Həsənovun elmi-tədqiqat dairəsi kifayət qədər genişdir. Elmi-tədqiqatlara iqtisadi proseslərin modelləşdirilməsi, iqtisadi məsələlərin həllində riyazi üsulların və kompüter texnologiyalarının tətbiqi ilə başlayan Rasim Həsənov Azərbaycanda xarici iqtisadi əlaqələrin elmi-tədqiqatları ilə məşğul olan ilk elmi şöbəni yaratmış (1989-cu il) və ona 1996-cı ilədək bilavasitə rəhbərlik etmişdir. Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda və daha sonra İqtisadi İsla-hatlar Mərkəzində çalışarkən o, ölkə iqtisadiyyatının fundamental təcrübi məsələləri ilə bilavasitə məşğul olmuş, makroiqtisadi problemlər və bir sıra digər istiqamətlər üz-rə tədqiqatlara rəhbərlik etmişdir. İqtisadi İslahatlar Mərkəzinin direktoru olduğu 7 ilə yaxın müddətdə isə dəfələrlə müxtəlif yuxarı və mərkəzi dövlət orqanlarında hazırla-nan iqtisadi xarakterli sənədlərin, proqram və qanun layihələrinin hazırlanmasında fə-al və əsas iştirakçılardan biri olmuşdur. Direktor olduğu dövrdə bilavasitə Rasim Hə-sənovun iştirakı və rəhbərliyi ilə İqtisadi İslahatlar Mərkəzində aparılmış elmi-tədqi-qatların nəticələri Milli Məclisdə qəbul olunan qanunların, ölkə iqtisadiyyatının islahat-laşdırılması strategiyası və müxtəlif müvafiq sahə proqramlarının hazırlanmasında geniş istifadə olunmuşdur.

Rasim Həsənovun təşəbbüsü və rəhbərliyi ilə 2000-ci ildən İqtisadi İslahatlar Mər-kəzinin illik Elmi əsərləri toplusu “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” kollektiv monoqrafiya şəklində nəşri başlanmışdır.

Rasim Həsənovun elmi fəaliyyətində iqtisadi problemlərin tədqiqi həmişə nəzəri-fundamental müstəvi ilə yanaşı, praktiki müstəvidə də aparılmışdır. Dövlət idarəetmə orqanlarının direktiv tapşırıqları ilə yanaşı elmi sifarişlərin qrant müsabiqələri əsasın-da yerinə yetirilməsində fəal iştirak etmişdir. 1998-2000-ci illərdə onun rəhbərliyi ilə İqtisadi İslahatlar Mərkəzində formalaşmış tədqiqatçılar kollektivi, Akademik A.X. Mir-zəcanzadənin təklifi ilə Dövlət Elm və Texnika komitəsinin keçirdiyi müsabiqələrdə iştirak edərək qalib olmuş və “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin konseptual əsaslarının formalaşdırılması” və “Sosial-iqtisadi inkişaf-da dövrülük və təbiət hadisələrinin təsirinin qiymətləndirilməsi” mövzularında qrant tədqiqatlarının aparılmasına nail olmuşdur.

1998-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Elm və Texnika komitəsinin birgə qərarı ilə Rasim Həsənovun əsas icraçısı olduğu “Azərbay-can Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin konseptual əsasları” bəyənilərək, istifadə olunmaq üçün direktiv Dövlət orqanlarına göndərilmiş və ayrıca kitab kimi nəşri tövsiyə edilərək, nəşr olunmuşdur. Onun təşkilatçılığı ilə İqtisadi İsla-hatlar Mərkəzində ayrı-ayrı dövlət mərkəzi idarəetmə orqanlarının sifarişi ilə iqtisadi

Page 21: Fəsil 3 (*.pdf)

415  

islahatların və bütövlükdə iqtisadi inkişafın mühüm istiqamətləri və problemi üzrə fundamental tədqiqatların aparılması ilə yanaşı, geniş elmi müzakirələr təşkil edilmiş-dir. Bu dövrdə Rasim Həsənovun, ölkəmizin aktual iqtisadi problemləri, iqtisadi inki-şafımızın uğurları və perspektivləri haqqında ölkədə və xaricdə nüfuzlu elmi nəşrlər-də iri həcmli məqalələri çap olunmuşdur. Bu sırada AMEA Xəbərləri, “İqtisadiyyat: nə-zəriyyə və təcrübə”, “Neft təsərrüfatı”, “Elm və texnika yenilikləri”, “İqtisadiyyat və au-dit” və s. kimi yerli jurnallarla yanaşı, “Cəmiyyət və İqtisadiyyat”, “Regional iqtisadiy-yatın problemləri”, “Postsosialist cəmiyyətində sosial siyasət, vəzifələr, ziddiyyətlər, mexanizmlər” (Elm, kollektiv monoqrafiya, 2001-ci il), Mərkəzi Asiya və Qafqaz, Qaf-qaz və Qloballaşma (İsveç) və s. kimi nəşrləri qeyd etmək olar.

Azərbaycan Respublikası Hesablama palatasında işlədiyi dövrdə də Rasim Hə-sənov fəal elmi fəaliyyətdən kənarda qalmamışdır. Bu dövrdə o, ölkəmizin uğurlu iqti-sadi inkişafının bilavasitə nəticəsi kimi, makroiqtisadi siyasətin yeni və aktual prob-lemləri, o cümlədən maliyyə siyasəti və dövlət maliyyə nəzarətinin ölkəmiz üçün yeni hesab oluna biləcək məsələlərinin tədqiqi sahəsində fəaliyyətini cəmləndirmişdir.

Hazırda onun elmi rəhbərliyi ilə ADİU yanında İqtisadi Araşdırmalar Elmi Tədqi-qat İnstitutunda Azərbaycan iqtisadiyyatının aktual problemləri, milli iqtisadi siyasətin formalaşdırılması, həmçinin makroiqtisadi tənzimləmə və dövlətin iqtisadi idarəetmə sisteminin təkmilləşdirilməsi, sosial və regional inkişafın sürətləndirilməsi, dünya iqti-sadiyyatının çağdaş inkişaf meyilləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymət-ləndirilməsi, ölkədə informasiya texnologiyalarının inkişafı və innovasiyalı iqtisadiy-yatın formalaşdırılması problemləri, ictimai seçimin iqtisadi əsaslarının qiymətləndiri-lməsi yönümündə elmi araşdırmalar aparılmaqdadır.

Son dövrlərdə professor Rasim Həsənovun əsas elmi fəaliyyət istiqamətini Azərbaycan iqtisadiyyatının makroiqtisadi problemləri, o cümlədən iqtisadi siyasətin aktual məsələləri, dövlət iqtisadi idarəetmə mexanizminin fəaliyyəti, dövlət vəsaitlərin-dən istifadənin səmərəliliyi və nəticəliliyinin yüksəldilməsi, maliyyə-büdcə siyasəti və maliyyə nəzarəti mexanizminin təkmilləşdirilməsi, iqtisadi təhlükəsizliyin aktual prob-lemləri, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyası və geo iqtisadi əlaqələrin inkişafı, qloballaşma və dünya təsərrüfat konyukturasının Azərbay-can iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və s. kimi mühüm problemlər təşkil edir. 2010-cu ildən fəaliyyətə başlayan Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişaf fondunun iqtisadiyyat elmi sahəsində ilk qrantını məhz Rasim Həsəno-vun rəhbərlik etdiyi tədqiqatçılar qrupu almışdır. İnkişaf edən iqtisadiyyat üçün aktual olan bir mövzuda – “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində fis-kal və monetar siyasətin əlaqələndirilməsi mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi” mövzusu üzrə qrant layihəsi 2011-ci ildə yerinə yetirilmişdir. 2011-2012-ci illərdə prof. Rasim Həsənovun rəhbərliyi ilə daha iki mövzu üzrə qrant tədqiqatları aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında regional sosial-iqtisadi inkişaf proqramlarının nəticələrinin diaqnostikası və regional iqtisadi inkişaf modelinin formalaşdırılması” (2011) və “Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərəfin-dən stimullaşdırılması mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsinə

Page 22: Fəsil 3 (*.pdf)

416  

dair təklif və tövsiyələrin hazırlanması” (2012) mövzularında tədqiqat işlərinin nəticələri Dövlət orqanlarında istifadə üçün qəbul edilmişdir.

Bacarıqlı elm təşkilatçısı olan Rasim Həsənov daima axtarışda olan və məhsuldar elmi fəaliyyəti ilə fərqlənən alim kimi, həmkarları arasında da böyük nüfuza malikdir.

Rəhim Hüseyn oğlu Hüseynov (1961-2014) 1961-ci il iyul ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 1968-1978-ci illərdə158 saylı orta mək-təbi bitirmiş, 1978-1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisadiyyatı fa-kültəsində təhsilini başa vuraraq mühəndis-iqtisad-çı ixtisasına yiyələnmişdir.

1983-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyası Avtomatlaşdırılmış idarəetmə sistem-ləri şöbəsində əmək fəaliyyətinə başlamışdır. Hə-min təşkilatda 1996-cı ilə qədər iqtisadçı, böyük iq-tisadçı və birinci dərəcəli iqtisadçı-mühəndis vəzifə-lərində işləmişdir. 1996-cı ilin oktyabr ayından 2000-ci ilin may ayına qədər “SİAR” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin həmtəsisçisi və baş di-

rektoru vəzifəsində çalışmışdır. R.Hüseynov 2000-ci ilin may ayında Azərbaycan Marketinq Mütəxəssisləri İcti-

mai Birliyi təsis olunarkən həmin təşkilatın idarə heyətinin sədri vəzifəsinə seçilmişdir. 2002-ci ilin oktyabr ayından 2004-cü ilin noyabr ayınadək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutun direktor müavini və direktoru vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir. 2002-2004 illər ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu) bir çox xarici və yerli elmi-tədqiqat institut-ları, beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub və inkişaf etdiri-lib, yerinə yetirilmiş layihələrin sayı artmışdır, bir çox tədqiqatlar, təhlillər aparılmışdır, nəşrlər çap olunmuşdur. Həmçinin, müxtəlif dövlət proqramlarına, qanunlara rəy verilmişdir.

R.Hüseynov 2004-cü ilin noyabr ayından 2006-cı ilin may ayınadək Rəhim Hü-seynov Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti De-partamentinin direktoru və 2009-cu ilin yanvar-may aylarında isə həmin nazirliyin nəz-dində fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti təyin edilmişdir. 2010-cu il aprel ayindan 2013-cü ilin may ayına kimi Azərbaycan Res-publikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda müşavir, 2013-cü ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, 2013-cü ilin oktyabr ayından AMEA İnnovasiya şö-bəsinin rəisi vəzifəsini icra etməyə başlamışdır. 2014-cü ilin aprel ayının 30-da Rəhim Hüseynov iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Res-publikasında marketinq xidmətləri bazarının formalaşması xüsusiyyətləri və inkişaf

Page 23: Fəsil 3 (*.pdf)

417  

problemləri” mövzusunda təqdim etdiyi dissertasiya işini müdafiə edib və iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Rəhim Hüseynov 10 elmi əsərin müəllifi olmuşdur. Onun “Azərbaycan Respubli-kasında marketinq xidmətləri sahəsinin inkişaf problemləri”, “Bazar iqtisadiyyatı şərai-tində iqtisadi siyasətin formalaşmasında marketinqin rolu”, “Ölkə iqtisadiyyatında marketinq xidmətləri bazarının formalaşmasının müasir vəziyyətinin təhlili”, “Marke-tinq xidmətləri və geniş təkrar istehsal prosesində onun rolu”, ”İqtisadiyyatda xidmət sektorunun rolunun yüksəlməsi kontekstində marketinq xidmətlərinin xüsusiyyətləri-nin təhlili”, “Исследование тенденций развития рынка маркетинговых услуг на ос-новании мирового опыта”, “Анализ особенностей сегментирования рынка мар-кетинговых услуг в Азербайджане”, “Azərbaycanda konsaltinq xidmətləri bazarı-nıninkişaf xüsusiyyətləri” və “Innovationpotential and developmentcharacteristics of innovation-basedeconomy” adlı məqalələri işiq üzü görüb. O, “Böyük iqtisadi ensiklo-pediya”-nın III cildin “Marketinqin mahiyyəti, marketinq siyasəti və marketinq strategi-yası” adlı bölmənin müəllifi olmuşdur.

Rəhim Hüseynovun tədqiqatlarının əsas istiqaməti marketinq xidmətləri bazarı və marketinq tədqiqatları olmuşdur. Ona görə təəccüblü deyil ki, onun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi həmin prob-lemlərə həsr olunmuşdur.

Rəhim Hüseynov Azərbaycanda marketinq elminin əsasını qoyub, marketinq məktəbini yaradıb və bu istiqamətdə bir çox mütəxəssislər yetişdirib. Hal-hazırda onun yetirmələri Azərbaycanda və xaricdə yüksək vəzifələrdə çalışırlar.

Rəhim Hüseynovun rəhbərliyi ilə 2001-2005-ci illər ərzində “Zerkalo” qazetində Azərbaycan Marketinq Cəmiyyətinin “Marketinq” adlı əlavəsinin 100 sayı nəşr edil-mişdir. Bu layihənin həyata keçirilməsi ölkədə marketinq elminin yayılmasına və dün-yada baş verən marketinq sahəsindəki ən son yenilikləri və təklifləri ölkə ictimaiyyəti-nə və biznes strukturlarına çatdırılmasına xidmət edirdi.

Rəhim Hüseynov ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Qari Armstronq və Filip Kotlerin “Marketinq: ilk addım” (581 səh.) əsərinin ingilis dilindən azərbaycan dilinə tərcümə layihəsinin rəhbəri olmuş və həmin əsər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-MetodikŞurasının“İqtisadiyyat” bölməsinin 2006-cı il 05 sentyabr tar-ixli 1 nömrəli iclas protokolu ilə əlavə dərs vəsaiti kimi tövsiyə edilmişdir.

Rəhim Hüseynov 1996-2014-cü illər ərzində aktiv olaraq 40-dan artıq beynəl-xalq və yerli konfrans, seminar, treninq və bu tipli digər tədbirlərdə iştirak edib. O, “Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətləri” möv-zusunda keçirilən Respublika elmi-praktiki konfransında, “Azərbaycan Respublika-sında iqtisadi islahatlar: ilkin nəticələr, problemlər və perspektivlər” mövzusunda ke-çirilən beynəlxalq elmi-praktiki konfransında, Çexiyada keçirilən “İnnovasiya və tex-nologiyaların transferi” adlı 2-ci Beynəlxalq konfransında və s. çıxış etmişdir. Rəhim Hüseynov 2013-cü ilin sentyabr ayında Rusiyanın Federal Antiinhisar Xidməti tərə-findən İrkutsk şəhərində keçirilən “Деньконкуренции в России” adlı beynəlxalq təd-birə dəvət edilmişdir. 2013-cü ildə Rəqabət günün əsas əlamətdar hadisəsi öz 20 il-liyini qeyd edən MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının

Page 24: Fəsil 3 (*.pdf)

418  

Plenar görüşü olmuşdur. Bu tədbirdə Rəhim Hüseyn oğlu Hüseynov rəqabət siyasəti sahəsində MDB üzv dövlətlər arasında əməkdaşlığın inkişafına verdiyi şəxsi töhfələr və Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının fəaliyyətinin inkişafına verdiyi töhfələrə görə Şuranın İdarə heyətinin sədri N. Artemyevin imzası ilə Fəxri fərman ilə təltif olunmuşdur.

1995-2001-ci illər ərzində Europartnershipçərçivəsində Almaniyanın və İspani-yanın xüsusi Menecer treninq proqramın iştirakçısı olmuşdur, 1997-1998-cı illərdə “Sumgait - DutyFreeZone” adlı layihənin milli eksperti olmuşdur. Eyni zamanda, R.Hüseynov bu illər ərzində ESOMAR (European Society for Opinion and Marketing Research / Rəy və marketinq tədqiqatları üzrə Avropa Cəmiyyəti), AMA (American Marketing Association / Amerikan Marketinq Assosiasiyası) and AMA Leadership Foundation, Academy of Marketing, UK (AMA Liderlik Fondu, Böyük Britaniya Marke-tinq Akademiyası), ASK(Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşki-latları Milli Konfederasiyası) kimibir çox təşkilatlara üzv olmuşdur.

R.Hüseynovun bir çox məqalələri, qəzet, jurnal və internet saytlara verilən mü-sahibələri həmişə böyük maraq ilə qarşılanırdı. İqtisadçı-alim müxtəlif mətbuat orqan-larında marketinq, menecment və iqtisadiyyat üzrə mütəmadi olaraq məqalələr və müsahibələr verirdi. Bir çox televiziya kanallarında Azərbaycanda mövcud olan və maraq kəsb edən mövzularda çıxışlar etmişdir.

R.Hüseynovun rəhbərliyi altında 50-ə qədər layihələr həyata keçirilmişdir. Onlar-dan Azərbaycan Turizm İnformasiya Sisteminin yaradılması (2001), Aqromarketinqin təşkili üzrə informasiya kampaniyasının təşkili (2001), “Zerkalo” qəzeti ilə birgə “Mar-ketinq” əlavəsinin nəşri (2001–2005), Sosial TV reklamlarının hazırlanması və tele-viziya kanalları vasitəsilə yayımlanması (2002), OXFAM ilə birgə “Bazara səmərəli çıxış imkanları” layihəsi (2003), Biznes planlaşdırılması və investisiya layihələri üzrə regionlardakı icma üzvləri üçün treninqlərin təşkili (2003), Marketinq üzrə treninq kurslarının keçirilməsi (2003), Təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərən (20-dən artıq) yerli Azərbaycan QHT-ləri üçün treninqlərin təşkili və keçirilməsi (2004), Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı Proqramı (2004), “Azərbay-canda marketinq xidmətləri bazarının formalaşdırılması xüsusiyyətlərinin təhlili və ink-işafı istiqamətində təklif və tövsiyələrin hazırlanması” (2004), “Biznes Etika” üzrə müxtəlif biznes təşkilatları və tanınmış şirkətlər üçün 20-dən artıq treninq və konsal-tinq işinin gerçəkləşdirilməsi (2004–2006), “Azərbaycan məhsullarının ixrac potensialı və dünya bazarında müqayisəli üstünlükləri” (2005), Dünya İqtisadi Forumunun “Qlo-bal Rəqabətqabiliyyətlilik Hesabatı” (2005–indiyədək), BMT-nin Qlobal Saziş Şəbə-kəsi ilə bağlı layihə (2006), “Marketinq” jurnalının nəşr edilməsi (2006 –2009), Qari Armstronq və FilipKotlerin “Marketinq: İlk Addım” kitabının tərcüməsi və nəşri (2007), Hollandiyanın ETCN təşkilatı ilə birgə Niderland Marketinq İnstitutunun “Marketinq” təlim proqramının Azərbaycanda təşkili / “NİMA” təlim kursları (2007–indiyədək), Azərbaycan İxrac Kataloqun-un illik nəşri (2008–indiyədək), M.Məmmədovun“Осо-бенности маркетинга по-aзербайджански” kitabının redaktəsi və çap edilməsi (2009), Dr. Hafiz Paşayevin “RacingUpHill” kitabının Azərbaycan dilinə tərcümə edil-məsi və nəşri (2009), Bazar İnformasiya və Kommersiya Mərkəzinin yaradılması və

Page 25: Fəsil 3 (*.pdf)

419  

fəaliyyəti (2009–indiyədək), Azərbaycanda elmin inkişafına yönəldilmiş fəaliyyət (2010–2014), İKT Marketinqi Mərkəzinin yaradılması və fəaliyyətinin davam etdirilmə-si (2011–indiyədək) və s.

R.Hüseynov hər zaman marketinq, menecment və konsaltinq üzrə gənclərə, ye-ni biznes işinə başlayan start-apçılara və bütün biznes fəaliyyətı ilə məşğul olan in-sanlara kömək edib məsləhətlərini verirdi.Azərbaycanda marketinqin banisi,yüksək biliyə malik olan şəxsiyyət və həqiqi ziyalı adını daşıyangörkəmliiqtisadçı-alim, yenili-yə meyilli, novator kimi cəmiyyətdə tanınan, bacarıqlı iş adamı və dövlət məmuru həmkarlar arasında böyük nüfuza və hörmətə malik idi.

İqtisad üzrə fəlsəfə doktoru Rəhim Hüseyn oğlu Hüseynov 2014-cü il may ayı-nın 12-də vəfat etmişdir.

Vaqif Əli oğlu Rüstəmov 1959-cu il avqust ayının 28-də Laçın rayonunun Mirik kəndində ana-dan olmuşdur. 1976-cı ildə orta məktəb təhsilini başa vuraraq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakül-təsinə daxil olmuş və 1981-ci ildə oranı bitirərək riyaziyyatçı və riyaziyyat müəllimi ixtisas peşələrinə yiyələnmişdir.

1981-ci ilin sentyabr ayında Laçın rayonunun Zabux kənd orta məktəbində təyinat üzrə riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1982-ci ilin noyabr ayıında Mirik kənd orta məktəbinə də-yişilmiş və 1985-ci ilin avqust ayına kimi həmin məktəbdə riyaziyyat müəllimi, sinifdənxaric və mək-təbdənkənar tərbiyə işləri üzrə təşkilatçı-direktor müavini, tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1985-ci ilin sentyabr ayından etibarən Abşeron rayonu Xırdalan qəsəbəsinə köçməyi ilə əlaqədar olaraq əmək fəaliyyətini müəllim kimi bu rayonun Altıağac kənd orta məktəbində davam etdirmiş, 1985-ci ilin noyabr ayında Qobustan 8 illik məktəbinə dəyişilmişdir. 1985-ci ilin dekabr ayında istehsalatdan ayrılmadan (1988-ci ilin fevral ayından istehsa-latdan ayrılmaqla) Azərbaycan Respublikası EA Kibernetika İnstitutunun aspirantu-rasına daxil ol-muşdur. 1989-cu ilin iyul ayında aspiranturanı bitirərək təyinat üzrə Azərbaycan Respublikası EA Kibernetika İnstitutunun “Kibernetika” Xüsusi Konstruktor Bürosuna göndərilmiş, həmin vaxtdan burada iqtisadçı-mühəndis vəzifəsinə təyin olunmuş və 1992-ci il mart ayından Azərbaycan Respublikası Dövlət Plan Komitəsi ya-nında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (ETİİ) köçürülmüşdür. Göstərilən tarixdən 1994-cü ilin iyun ayına kimi ETİİ-də kiçik elmi işçi vəzifəsində, həmin dövrdən 2007-ci ilin aprel ayına kimi ETİİ-nin bazasında yaradılan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (30 aprel 2001-ci il tarixə kimi – İqtisadiyyat Nazirliyi) İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu) böyük elmi işçi (iyun 1994 - iyun 1996), şöbə müdiri (iyun 1996-aprel 2000, oktyabr 2002-oktyabr 2003), elmi işlər

Page 26: Fəsil 3 (*.pdf)

420  

üzrə direktor müavini (aprel 2000-oktyabr 2002, oktyabr 2003-noyabr 2004, noyabr 2006-fevral 2007) və direktor (noyabr 2004-noyabr 2006) vəzifələrində çalışmışdır. 2007-ci ilin aprel ayından etibarən Yerli İqtisadi İnkişaf Mərkəzi İB-də elmi rəhbər və sədr vəzifəsində işləyir. Eyni zamanda, 20 aprel 2009-cu il tarixindən İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi vəzifəsində də çalışır.

1992-ci ildə “Struktur dəyişikliklərinin iqtisadi artıma təsirinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edərək “İqtisadi-riyazi üsullar” ixtisası üzrə iqti-sad elmləri namizədi alimlik dərəcəsi almış və 1999-cu ildə “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə baş elmi işçi elmi adına layiq görülmüş-dür. Hazırda “Azərbaycanda açıq iqtisadi sistemin formalaşması və inkişafı problem-ləri” mövzusunda doktorluq dissertasiyasını tamamlayaraq müdafiəyə təqdim etmək ərəfəsindədir.

1997-ci ildə Dünya Bankının İqtisadi İnkişaf İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Dövlət İqtisad İnstitutunun keçirdiyi “Keçid dövründə Azərbaycanda sosial müdafiə islahatı”, 1998-ci ildə isə BMT-nin Təlim və Tədqiqat İn-stitutunun (UNİTAR) keçirdiyi “Ticarət və investisiya məsələləri” və TACİS-in təşkil et-diyi “Neft sahəsində vergiyə cəlbetmə”, 2003-cü ildə Dünya Bankının keçirdiyi “Yox-sulluğun diaqnostikası və ölçülməsinin əsasları” və Qafqaz Tədqiqat Resurs Mər-kəzinin təşkil etdiyi “Məlumat təşəbbüsü sorğusu”, 2006-cı ildə Asiya İnkişaf Bankının təşkil etdiyi “Miqrantların pul köçürmələri və yoxsulluq” və 2008-ci ildə BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional Mərkəzinin təşkil etdiyi “Ticarət və insan inkişafı sahəsində ehtiyacların qiymətləndirilməsi” mövzularında təlim və seminar-kurslarda iştirak etmiş və müvafiq sertifikatlar almışdır.

Sosial-iqtisadi yönümlü elmi-tədqiqat və siyasət təhlili sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Bu dövrdə makroiqtisadi tədqiqatlar və iqtisadi-riyazi modelləş-dirmə, xüsusilə struktur dəyişikliklərinin və xarici iqtisadi əlaqələrin iqtisadi artıma tə-sirinin modelləşdirilməsi, Azərbaycan üçün ümumi tarazlıq modelinin işlənilməsi, in-dikativ planlaşdırma, davamlı inkişaf, regional inkişaf, yoxsulluğun azaldılması və əhalinin həssas təbəqələrinin sosial müdafiəsi, ölkə iqtisadiyyatının müqayisəli üstün-lüklərinin və potensial investisiya sahələrinin müəyyənləşdirilməsi, qeyri-neft sekto-runun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, açıq iqtisadi sistemin formalaşması və inkişafı və s. bu kimi problem-lərin nəzəri-metodoloji, metodiki və təcrübi məsələlərinin tədqiqi və aktual sosial-iq-tisadi məsələlər üzrə siyasət təhlilləri ilə məşğul olmuşdur. 60-dan çox dərc olunmuş (ölkədə və xaricdə) elmi məqalə, tezis və elmi-tədqiqat işlərinin, 1 monoqrafik nəşr, 1 monoqrafiya (həmmüəlliflərlə), 2 kitab – izahlı terminoloji lüğətlər (həmmüəlliflərlə), 1 kitabçanın müəllifidir. Azərbaycan dilində nəşr olunmuş 5 cildlik Böyük İqtisadi Ensiklopediyanın müəlliflərindən və məsləhətçilərindən biridir.

Vaqif Rüstəmov mütəmadi olaraq ölkənin sosial-iqtisadi inkişafının cari vəziyyətinin qiymətləndirilməsi üzrə aparılan analitik təhlil işlərində, Azərbaycan Respublikasının ali və iqtisadi idarəetmə orqanlarının, o cümlədən Prezident Administrasiyasının, Milli Məcli-sin, Nazirlər Kabinetinin, İqtisadi İnkişaf (İqtisadiyyat) Nazirliyinin tapşırığı ilə bir sıra aktu-

Page 27: Fəsil 3 (*.pdf)

421  

al sosial-iqtisadi problemlərin tədqiqində, sosial-iqtisadi sahələrə aid qanunlarınvə digər hüquqi-normativ aktların (“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, xarici ticarət və investisiyaların tənzimlənməsi ilə əlaqədar qanun və digər hü-quqi-normativ aktlar və s.), konsepsiya, strategiya, proqram və tədbirlər planı kimi siya-sət sənədlərinin (“Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi in-kişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)”, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)", “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)” və s.)layihələ-rinin hazırlanması, ekspertizası və müzakirəsi proseslərində, xaricdə (Ankara, İstanbul, Antalya, Yalta, Moskva, Bişkək, İssık-kul, Kuala-Lampur, Bratislava və s.) və ölkədə ke-çirilən müxtəlif elmi konfrans, seminar və digər elmi məclislərdə fəal iştirakı və KİV-də mütəmadi çıxışları ilə peşəkar iqtisadçı-alim kimi tanınmışdır.

Vaqif Rüstəmov 100-dən çoxelmi-tədqiqat işlərinin yerinə yetirilməsində elmi rəhbər, məsul icraçı, qrup rəhbəri və icraçı kimi iştirak etmiş, 50-yə yaxın yerli (İqtisa-di İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qiymətli Kağızlar üz-rə Dövlət Komitəsi,AMEA İqtisadiyyat İnstitutu,Azərbaycan Marketinq Cəmiyyəti, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası və s.) və beynəlxalq (BMT-nin Asiya və Sakit okean üzrə iqtisadi və sosial Komissiyası – UNESCAP və İnkişaf Proqramı – UNDP, Asiya İnkişaf Bankı –ADB, Dünya Bankı – WB, Almaniya Beynəlxalq Əmək-daşlıq Təşkilatının - GTZ, Beynəlxalq Əmək Təşkilatının -ILO, Avropa Yenidənqurma və İnkişaf Bankı –EBRD, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO və s.) səviyyəli layihələr üzrə ekspert, məsləhətçi, milli koordinator və rəhbər kimi də işləmiş və hazırda bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Onun yerinə yetirdiyi elmi-tədqiqat işlərinin və layihələrinin nəticələri əlaqədar dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən bəyənilmiş və onların əksəriyyəti müvafiq istiqamətl-ər üzrə qanunların və digər hüquqi-normativ sənədlərin, konsepsiya, strategiya, proq-ram və tədbirlər planı kimi siyasət sənədlərinin və siyasətə dair təklif və tövsiyələrin hazırlanmasında istifadə olunmuş və ya bu məqsədlə qəbul olunmuşdur.

Vaqif Rüstəmovun iştirakçısı olduğu layihələrdən əsasları kimi aşağıdakıları qeyd etmək olar: BMT İP və İİM-in birgə həyata keçirdiyi “Azərbaycan iqtisadiyyatının cari və potensial müqayisəli üstünlüklərinin tədqiqi” layihəsi (2003,Milli məsləhətçi), BMT İP və İİM-in birgə həyata keçirdiyi “Azərbaycanda rəqabət qabiliyyətli qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə yardım” layihəsi (2005-2007, Milli koordinator), Asiya İnkişaf Bankı və İİM-in birgə həyata keçirdiyi və iqtisadi siyasət təhlilləri və məsləhətləri üzrə İİM-in potensialın güc-ləndirilməsi məqsədilə makroiqtisadi təhlil və proqnozlaşdırma üçün modellərin ha-zırlanmasını və iqtisadi siyasət təhlilləri aparılması və modelləşdirmə sahəsində İİM-in işçi heyətinin, İİN-in və digərhökumət rəsmilərinin bacarıqlarının artırılmasını nəzərdə tutan"Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə texniki yardım" layihə-si(2005-2007, Direktor), BMTİP-in Avropa və MDB üzrə regional Mərkəzinin birgə hə-yata keçirdiyi “Azərbaycanda ticarət və insan inkişafı üzrə ehtiyacların qiymətləndiril-məsi” layihəsi (2008-2009, Tədqiqat qrupunun rəhbəri), Almaniya Beynəlxalq Əmək-

Page 28: Fəsil 3 (*.pdf)

422  

daşlıq Təşkilatı və İqtisadi İnkişaf Nazirliyinin birgə həyata keçirdiyi “Potensial investisi-ya sahələrinin müəyyən edilməsi: Azərbaycan Respublikasında ölkə və sektor təhlilləri” layihəsi (2008-2009, Layihə rəhbəri), İqtisadi İnkişaf Nazirliyi və “Yerli İqtisadi İnkişaf Mərkəzi” İB-nin birgə həyata keçirdiyi “Azərbaycan Respublikasının kənd təsərrüfatı məhsulları üzrə ixrac potensialının mövcud vəziyyətinin təhlili və onun artırılması üçün siyasətə dair tövsiyələr hazırlanması” tədqiqat layihəsi (2010, Layihə rəhbəri),Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Ünvanlı dövlət sosial yardım mexanizminin təkmilləş-dirilməsi” tədqiqat layihəsi (2013, Milli mə-sləhətçi).

Vaqif Rüstəmov1996-2000-ci illərdə İqtisadi İslahatlar Mərkəzinin Elmi Şurasının üzvü, 2000-2002-ci illərdə bu Şuranın sədr müavini, 2003-2006-cı illərdə isə bu Şu-ranın sədri, 1999-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Ko-mitəsinin nəzdində İqtisadiyyat Problemləri üzrə Şuranın elmi katibi, 2000-2006-ci illərdə İqtisadi İslahatlar Mərkəzinin “Azərbaycanda iqtisadi islahatların həyata keçi-rilməsi xüsusiyyətləri və problemləri” adlı elmi əsərlər toplusunun (kollektiv monoqra-fiya) Elmi-redaksiya heyətinin sədr müavini (2000-2004-cü illərdə)və sədri (2005-2006-cı illər),2005-2006-cı illərdə “İqtisadi İnkişaf” elmi-praktik jurnalının Baş redaktoru, 2005-2006-cı illərdə Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası-nın İqtisadiyyat üzrə problem Şurasının üzvü olmuş və hazırda da YİİM-də (2005-ci ildən etibarən), İİETİ-də (may 2009-cu ildən etibarən) elmi şuraların və elmi-redaksiya heyətlərinin üzvü, AMEA Rəyasət Heyətinin nəzdində İnnovativ layihələrin ekspertizası və koordinasiyası Şurasının üzvü (2014-cü ilin mart ayından) kimi işlərdə səmərəli elmi-təşkilati və ictimai fəaliyyətini davam etdirməkdədir.

Eyni zamanda, 1996-cı ildən etibarən onlarla magistrin və 10-a yaxın aspirant və dissertantın dissertasiya işləri üzrə apardıqları tədqiqat işlərinə elmi rəhbər olmuş və hazırda 4 nəfər doktorantın elmi rəhbəridir.

Bunlarla yanaşı, sentyabr 1989-cu il tarixdən iyul 1991-ci il tarixə kimi Azərbay-can İnşaat Mühəndisləri İnstitutunda “İnformatika və hesablama texnikası” kafedra-sında müəllim, sentyabr 1998-ci il tarixdən iyul 2001-ci il tarixə kimi Azərbaycan Ko-operasiya İnstitutunda “Beynəlxalq iqtisadi münasibətlər kafedrasında” müəllim, sen-tyabr 2001-ci il tarixdən iyul 2006-cı il tarixinə kimi Bakı Biznes Universitetinin “Bey-nəlxalq iqtisadi münasibətlər kafedrasında” müəllim kimi pedaqoji fəaliyyətlə də məş-ğul olmuşdur. Hazırda bu fəaliyyətini İİETİ-nin doktoranturasında ixtisas fənni üzrə məşğələlər keçməklə davam etdirir.

Page 29: Fəsil 3 (*.pdf)

423  

Namiq Faiq oğlu Tağıyev 1960-cı il noyabr ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildəAzərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin Avtomat-laşdırılması fakültəsinə daxil olmuş və 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı dövrdə Lenin təqaüdçüsü olmuşdur. 1983-cü ildə as-piranturaya daxil olmuş və 1986-cı ildə aspiranturanı bitirdikdən sonra iri sistemlərin layihəndirilməsinin avtomatlaşdırılması sistemləri sahəsində Moskvanın Elektron Texnikası İnstitutunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərə-cəsinə layiq görülmüşdür.

Azərbaycana qayıtdıqdan sonra 1986-1996-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin Avtomatlaşdırılması fakültəsində assistent və do-sent kimi elmi-pedoqoji fəliyyətlə məşğul olmuşdur. Bu müddət ərzində Namiq Ta-ğı-yev tədrislə yanaşı, istehsal proseslərinin və müəsissələrinin idarəetmə alqoritmləri-nin, idarəetmə sistemlərinin, hərbi-sənaye kompleksində mürəkkəb sistemlərin layi-hələşdirilməsi və ölkənin neft-kimya kompleksində fəaliyyət göstərən müəsissələrin iqtisadi idarəetmə sisteminin yaradılması və tətbiqi ilə bağlı elmi-tədqiqat işlərində fə-al iştirak etmişdir.

Elmi-pedoqoji fəaliyyəti praktiki işlə birləşdirərək bir sıra xarici şirkətlərdə milli iq-tisadiyyatın problemləri üzrə ekspert-konsultant kimi çalışmışdır.

1996-cı ildə dövlət qulluğuna keçmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şöbə müdiri, idarə rəisi vəzifələrində çalışmışdır. Bazar iqtisadiyyatının effektiv idarəetmə üsullarını öyrənmək məqsədilə 1996-2000-ci illərdəAzərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Xalq Təsərüfatının İda-rəetməsi İnstitutunda menecer ixtisası üzrə tədris keçmişdir. 1997-1999-cu illərdəRu-siya Federasiyası Hökumətinin nəzdində olan Xalq Təsərüfatı Akademiyasının Kar-negi Melon Universitetinin birgə proqramı çərçivəsində tədris keçərək Maliyyə təhlil və qiymətli kağızlar bazarı ixtisası üzrə magistr dərəci almışdır.

İqtisadiyyatın idarəetməsi sahəsində dərin bilgilərə malik olduğu nəzərə alı-naraq2000-2006-cı illərdə ölkənin qeyri-neft sektorunun qabaqcıl müəsissələrindən olan "European Tobacco Baku" ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini seçil-mişdir.

2006-cı ildə Namiq Tağıyev investisiya proseslərinin idarə olunmasına həsr olun-muş doktorluq disertasiyasını müdafiə etmiş və iqtisad elmləri doktoru elmi dərəcəsi al-mışdır. 2006-cı ilin noyabr ayında Namiq Tağıyev Azərbaycan Respublikası İqtisadi İn-kişaf Nazirliyinin yanında İqtisadi İslahatlar Mərkəzinin direktoru təyin olunmuşdur.

2007-ci ildən Bakı Dövlət Universitetinin "İqtisadi Kibernetika" kafedrasının mü-diri vəzifəsinə seçilir. 2013-cü ildə ona iqtisadiyyat üzrə professor elmi adı verilmişdir.

Page 30: Fəsil 3 (*.pdf)

424  

Namiq Tağıyev Azərbaycan iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş Azərbaycanda və həmçinin xaricdə nəşr olunmuş 100-dən çox elmi işin, 5 monoqrafi-ya və 2 dərsliyin müəllifidir. Müxtəlif illərdə Namiq Tağıyev Avropa İttifaqının, BMT-nin İnkişaf Proqramının (UNDP), Asiya İnkişaf Bankının (ADB), İslam İnkişaf Bankının layihələrində milli koordinator olmuşdur. Namiq Tağıyevin rəhbərliyi altında və bila-vasitə iştirakı ilə ölkə iqtisadiyyatının bir sıra fundamental sahələrində elmi-tədqiqatlar aparılmış və öz praktiki tətbiqini tapmışdır. Bunlardan iqtisadiyyatın idarəolunmasının səmərəliliyinin artırılması, sosial-iqtisadi inkişafın planlaşdırılması üzrə makroiqtisadi modellərin və metodologiyanın işlənib hazırlanması, qeyri-səlis çoxluqlar nəzəriyyəsi-nin tətbiqi vasitəsilə informasiyanın tam olmaması şəraitində risklərin qiymətləndiril-məsi və s. sahələrdə elmi-tədqiqat işlərini qeyd etmək olar.

Namiq Tağıyev gənc mütəxəssislər və alimlərin hazırlanmasına xüsusi diqqət yetirir. 2014-cü ilin əvvəlinə onun rəhbərliyi altında 10 nəfər iqtisad elmlər namizədi hazırlanmışdır.

2007-2009-cu illərdə Namiq Tağıyev İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tə-rəfindən nəşr olunan "İqtisadi inkişaf" jurnalının baş redaktoru olmuşdur. Hal-hazırda Azərbaycanda iqtisadiyyat üzrə nəşr olunan bir sıra jurnalların, Qazaxıstan Respublika-sının İqtisadiyyat və Büdcə Planlaşdırması Nazirliyinin “İqtisadiyyat. Maliyyə. Tədqiqat-lar” jurnalının redaksiya heyətinin üzvüdür.

2007-ci ildən Namiq Tağıyev Ekonometrika üzrə doktorluq dissertasiya şurası-nın üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında iqtisadiyyat üzrə Ali At-testasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.

Avrasiya İqtisadçılar Klubunun Koordinasiya Şurasının sədr müavini kimi Namiq Tağıyev hər il 150-dən çox ölkədən, 10000-dən artıq iştirakçı toplayan Astana İqtisadi Forumunun təşkili və keçirilməsində iştirak edir. Bu nüfuzlu klubun fəxri professorları və üzvləri iqtisadiyyat sahəsində Nobel mükafatı laureatları Robert Mandel, Con Neş, Robert C. Auman, Fin Kidland, Ser Ceyms Mirlis, Erik Maskin, Edmund Felps, kimya sahəsində Nobel mükafatı laureatı, “Skolkovo” Fondunun həmsədri Rocer Kornberq və həmçinin beynəlxalq səviyyəli siyasi xadimlər – İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl- Mədani, BMT-nin Baş katibinin müavini, BMT-nin Avropa İqtisadi Komissiyanın (UNECE) İcraçı katibi Yan Kubiş, BMT-nin Baş katibinin müa-vini, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı katibi Noyelin Heyzer, Boliviyanın sabiq prezidenti, Madrid Klubunun üzvü Xorxe Kiroqa kimi şəxslərdir.

Namiq Tağıyev Qazaxıstan Respublikasının İqtisadiyyat və Büdcə Planlaşdırıl-ması Nazirliyinin nəzdində olan İqtisadi Tədqiqatlar İnstitutunun fəxri professorudur.

2009-cu ildən Namiq Tağıyev Azərbaycan Respublikası Standartlaşdırma, Metro-logiya və Patent üzrə Dövlət Komitəsində Milli Metrologiya Mərkəzinə direktor vəzifəzi-nə təyin olunmuşdur. Bu vəzifədə o, 2011-ci ilə qədər çalışmışdır. Bu müddət ərzində Avropa İttifaqının Tvinninq Proqramı, Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA), Alma-niyanın fizika-texnika üzrə İnstitutunun (PTB), İsveçrənin, Almaniyanın və Amerikanın nüfuzlu şirkətlərinin dəstəyi ilə kütlə, temperatur, təzyiq, vaxt, tezlik üzrə qamma və

Page 31: Fəsil 3 (*.pdf)

425  

rentgen diapazonunda dozimetrik laboratoriyalar yaradılmış, spektrometrik laboratori-yanın əsası qoyulmuşdur.

2011-ci ildən o, texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiridir. Hal-hazırda Namiq Tağıyevin bilavasitə iştirakı ilə “Texniki tənzimləmə haqqın-

da" qanun və “Standartlaşdırma haqqında” qanunun yeni versiyası hazırlanır, ölkə iq-tisadiyyatı üçün əhəmiyyət kəsb edən Azərbaycanın milli standartları qəbul olunur. 2014-cü ildən Namiq Tağıyev Azərbaycan Respublikası tərəfindən milli standartlaş-dırma sisteminin təkmilləşdirilməsinə həsr olunmuş Tvinninq layihəsinin rəhbəri təyin olunmuşdur. Britaniya, Fransa və Sloveniyanın Standartlar İnstitutlarından ibarət kon-sorsium tərəfindən layihə çərçivəsində standartlaşdırma üzrə Azərbaycan qanunve-riciliyinin işlənib hazırlanması və standartlaşdırma infrastrukturunun təkmilləşdirilməsi istiqamətləri üzrə geniş miqyaslı işlər həyata keçirilir.

Vilayət Məmməd oğlu Vəliyev 1960-cı il mart

ayının 28-də keçmiş Ermənistan SSR Amasiya rayo-nunun Düzkənd kəndində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi və 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini əla qiymətlərlə başa vu-raraq elektrik körpülü kran operatoru peşəsinə yiyələnmişdir. Həmin ildə Azərbaycan Dövlət Univer-sitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riya-ziyyat fakültəsinə daxil olmuş, 1983-cü ildə orada təh-silini başa vurmuşdur. 1985-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları-nın Problemləri İnstitutunun (DNQYPİ) aspirantura-sında, 1995-1998-ci illərdə isə elmlər doktorluğu üzrə doktoranturasında təhsil almışdır. 1999-cu ildə ABŞ-in Oklahoma Universitetində Neft-qaz gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına təsirinin (Holland Sindromu) öyrənilməsi üzrə təhsil almışdır. 2000-ci ildə BDU-nun Beynəlxalq Hüquq fakültəsinə (ikinci təhsil) daxil olmuş və 2004-cü ildə “beynəlxalq hüquq” ixtisası üzrə oranı bitirmişdir.

1990-cı ildə “Neft-qazçıxarmanın regional planlaşdırılması məqsədilə neft hasi-latı və onun ehtiyat artımının optimal proqnozlaşdırılması” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi, 2007-ci ildə isə “Qeyri-müəyyənlik və risk şəraitində karbohidrogen resurslarının mənimsənilməsi prosesinin iqtisadi-riyazi modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyanı müdafiə edərək iqtisad elm-ləri doktoru alimlik elmi dərəcələrini almışdır. 2013-cü ildə “Ekonometriya” ixtisası üz-rə profssor elmi adını almışdır.

Elmi fəaliyyətinə 1983-cü ildən AMEA-nın DNQYPİ-də başlayaraq 1992-cü ilədək böyük laborant, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildən ardıcıl olaraq 2003-cü ilədək Optimallaşdırma sektorunun və Neft-qazçıхarmanın inkişafının proqnozlaşdırılması şö-

Page 32: Fəsil 3 (*.pdf)

426  

bəsinin müdiri olmuşdur. 2003-cü ildə AMEA-nın DNQYPİ və Geologiya institutlarının bazasında AMEA-nın Geologiya institutu yenidən təşkil edilmiş və həmin ildən başlaya-raq 2011-ci ilə qədər (2009-cu ilin əvvəlindən əvəzçiliklə) “Neft-qaz Problemlərinin İqti-sadi Tədqiqi” şöbəsinin müdiri işləmişdir. 2009-cu ilin fevral ayından Azərbaycan Res-publikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitu-tunun direktoru vəzifəsində işəyir.

V.Vəliyevin ardıcıl olaraq bütün elmi vəzifələrdə əldə etdiyi zəngin iş təcrübəsi onun elmi yaradıcılığında da öz əksini tapmışdır. Onun tərəfindən müəyyən mər-hələrlə bir sıra istiqamətlərdə yüksək elmi nəticələr alınmışdır.

1983-1989-cu illər ərzində onun tərəfindən qeyri-bircins neft-qaz yataqlarının işlənməsinin müхtəlif rejimlərində quyuların optimal yerləşmə sisteminin təyini və neft-qaz hasilatının proqnozlaşdırılması üçün üsullar işlənmiş; ilk dəfə olaraq karbohidrogen resurslarının mənimsənilməsi (KRM) prosesinin qeoloji-qeofiziki, aхtarış-kəşfiyyat, işlənmə mərhələləri arasında optimal münasibətlərin təyini üzrə iqtisadi-riyazi model yaradılmış və realizə edilmişdir. Respublikanın bütün quru yataqları üzrə neft-qaz hasilatının və çıхarıla bilən potensial neft-qaz ehtiyatının proqnozu verilmiş, perspektiv sahələrdə, gələcək işləmə üçün mühüm əhəmiyyət kəsb edən, neft-qaz strukturaların müхtəlif dərinliklər üzrə həcmi paylanması verilmişdir.

1990-1995-ci illər ərzində V.Vəliyev bazar münasibətləri şəraitində Respublika-nın, iri həcmli investisiya tələb edən, neft-qaz yataqlarının işlənməsinin teхniki-iqtisadi əsaslandırılması, investisiya layihələrinin effektivliyinin qiymətləndirilməsi üzrə tədqi-qatlar aparmışdır. Bu məqsədlə 1992-ci ildə ABŞ-ın UNOCAL şirkətinin elmi mərkə-zində və 1994–cü ildə isə Pennzoil şirkətində aparılmış birgə tədqiqat əsasında Res-publikanın Dəniz yataqlarının işlənməsinin, investisiyanın cəlb edilməsi şəraitində, perspektivləri müəyyənləşdirilərək iqtisadi-riyazi modeli yaradılmış, mövcud dünya təcrübəsi nəzərə alınaraq, teхniki-iqtisadi qiymətləndirmə və «Prodakşn Şerinq» pay bölgüsü sazişlərinin çoхvariantlı modeli işlənmişdir. İlk dəfə olaraq, KRM prossesinin geoloji-geofiziki və aхtarış-kəşfiyyat mərhələlərinin stoхastik modeli təklif edilmiş və optimal münasibətlərini müəyyən edən staхostik iqtisadi-riyazi model yaradılmışdır, uzun illər keçmiş Sovet İttifaqında istifadə olunan, müəyyən хətalara malik, deter-minik parametrlərin ehtimallı analoqları verilmişdir. Həmçinin, Respublikanın uzun-müddətli işlənən quru yataqlarında kifayət həcmdə qalıq neft ehtiyatlarının olduğunu nəzərə alaraq, bu yataqlar üzrə (tam olaraq) neft hasilatının proqnozu verilmiş, ha-silatın səviyyəsi və yataqların хüsusiyyətləri nəzərə alınaraq bir daha yataqların qalıq ehtiyatları qiymətləndirilərək hasilatı artıran üsulların tətbiqi araşdırılmışdır. İlk olaraq, uzunmüddət işlənən yataqlarda yeni quyuların qazılmasının optimal variantının seçilməsi üçün iqtisadi-riyazi model yaradılmış və investisiya qoyuluşu imkanları araşdırılmışdır.

V.Vəliyev 1995-ci ildən 2009-cu ilədək Yanacaq energetika kompleksinin (YEK) sahələri üzrə, müхtəlif şəraitlərdə, strateji qərarların qəbulu üzrə tədqiqatlar aparmış-dır. İlk dəfə olaraq, KRM prosesində riskin qiymətləndirilməsi və idarə olunması üçün, cari mümkün kapitalla eyni vaхtda gəliri (itgini) də nəzərə almağa imkan verməsi ilə fərqlənən daha mükəmməl, ümumiləşmiş üsul verilmişdir. Bu üsul qeyri-müəyyənlik

Page 33: Fəsil 3 (*.pdf)

427  

və risk şəraitində potensial investorun riskə münasibətini (antipatiya səviyyəsini) müəyyən etməklə, şəraiti obyektiv və adekvat qiymətləndirməyə, düzgün strateji qərarların qəbul edilməsinə imkan verir. KRM birgə işlənmə layihələrinin sistemli təs-nifatı verilərək, ilk dəfə olaraq, qeyri-müəyyənlik və qeyri-aşkarlıq şəraitində investis-iya layihələrinin effektivliyinin qiymətələndirilməsi prosesində, çoхmeyarlılıq və çoх-variantlılıq şəraitində üstün layihələrin seçilməsinin yeni üsulu verilmişdir. YEK sa-hələrinin хüsusiyyətləri nəzərə alınmaqla, sahəvi optimal vergi dərəcələrinin təyini üçün iqtisadi-riyazi model yaradılmışdır. Verilmiş model əsasında, хüsusi olaraq neft-çıхarma müəssisələri üçün, dövlətə maksimum vergi meyarı üzrə optimallaşdırma məsələsi formulə edilmiş və optimal vergi dərəcələri müəyyən olunmuşdur. Bu model, istər mövcud vergi dərəcələrinin, istərsə də məhsulun pay bölgüsü saziş layihələrinin («Prodakşn Şerinq») hazırlanması zamanı vergi dərəcələrinin təyinində mühüm əhəmiyyətə malikdir.

Qeyd olunanlarla yanaşı, V.Vəliyev 2009-cu ildən başlayaraq sahibkarlığın ma-liyyə-investisiya imkanlarının artırılması, özəl sektor və dövlət əməkdaşlığı, oprimal vergi dərəcələrinin, regional bərabərsizliklərin, iqtisadi sahələr və məhsulların rəqabət üstünlüklərinin müəyyənləşdirilməsi, sahələrarası əlaqələrin tədqiqi, sosial hesablar matrisinin (SAM), ümumi tarazlıq modelinin (CGE) və macroekonometric modellərin qurulması üzrə tədqiqatlar aparmış və müxtəlif səviyyələrdə qərarların qəbulu me-xanizmlərini işləmişdir.

V.Vəliyev elmi-praktiki istiqamətdə də ciddi nəticələr əldə etmişdir. O, dünyanın ARDNŞ, UNOCAL, BP, Nexant, PA Consulting və Kemonics kimi iri şirkətləri, World Bank, EBRD, ADB, USAID, EU və UNDP kimi beynəlxalq maliyyə qurumları və təşki-latları üçün icraçı və rəhbər qismində müxtəlif layihələr yerinə yetirmiş, strateji sənəd-lər hazırlamış, onlarla yerli və beynəlxalq tədbirlər həyata keçirmişdir.

1992-ci ilin əvvəlində V.Vəliyev Respublikanın perspektiv dəniz yataqlarının bir-gə işlənməsi üçün məhsulun pay bölgüsü sazişlərinin (PSA) hazırlanması ilə əlaqə-dar AMEA DNQYPI-da yaradılmış işçi qrupun əsas üzvlərindən biri olmuş, istismar, maliyyə-iqtisadi göstəricilərin qiymətləndirilməsi və proqnozu, çoхvariantlı kommersi-ya şərtlərinin hazırlanması və kompromiss qərarların qəbulu üzrə tədqiqatlar apar-mışdır. Hazırda bu istiqamətdə elmi-tədqiqat işlərini davam etdirməklə istər metodolo-ji, istərsədə kompüter proqramı təminatlarının yaradılması istiqamətində ciddi nəti-cələr əldə etmişdir.

1994-cü ildən başlayaraq o, mühasibat uçotunun maliyyə təhlilinin yerli və bey-nəlхalq meyar-standartlarını mənimsəmişdir. Bilavasitə rəhbərliyi ilə mühasibat uçotu, statistik-maliyyə təhlili üzrə yaradılmış kompüter proqram paketləri Respublikamızın və Rusiya Federasiyasının bir sıra müəssisələrində indi də müvəffəqqiyətlə istifadə olunmaqdadır.

2000-2001-ci illərdə V.Vəliyev Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən “Elektroenergetika və Təbii qaz sektorunda reforma” layihəsi üzrə eksperti və layihənin kordinatoru kimi işə cəlb olunmuş, digər beynəlхalq ekspertlərlə birgə elektroenergetika və təbii qaz sektorunda aparılan reformaların hüquqi, iqtisadi, ma-liyyə, teхniki və sosial aspektlərini araşdırmış və Respublika üçün mühüm əhəmiyyə-

Page 34: Fəsil 3 (*.pdf)

428  

tə malik təkliflər vermişdir. Elektrik paylayıcı şəbəkələrinin idarəetmə müqavilələrinin formalaşması üzrə əsas müddəaları işləmiş, kommunal sektorda tənzimləmə mühi-tinin formalaşmasının konseptual əsaslarını işləmişdir. Respublika Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında”, 2002-ci il 25 mart tariхli 893 saylı sərəncamının əsas müddəaları bu layihə üzrə hö-kumətə təqdim olunmuş yekun hesabata müvafiq hazırlanmışdır.

2002-ci ildə V.Vəliyev tərəfindən Dünya Bankının Azərbaycan “Elektroenergeti-ka və Təbii qaz sektorunin müasir vəziyyəti” üzrə layihəsini yerinə yetirmişdir. Elektro-energetika və təbii qaz sektorunun cari vəziyyəti sistemli şəkildə (istehsal-ötürmə-pa-ylama sistemlərinin məхsusi хüsusiyyətləri nəzərə alınmaqla) teхniki-iqtisadi vəziyyəti əhatəli təhlil edilmiş, regional Enerji bazarının formalaşması aspektləri araşdırılmış-dır. Azərbaycanın Dünya Regional Enerji bazarına çıхması üçün görüləcək perspek-tiv işləri müəyyənləşdirərək təkliflər vermişdir.

Dünya Bankının tapşırığı ilə, V.Vəliyev 2002-2003-ci illər ərzində elektrik payla-yıcı şəbəkələrinin idarəetmə müqavilələri üzrə teхniki-iqtisadi əsaslandırma və inves-tisiya plannın tərtibi işlərinin yerinə yetirilməsi, enerji bazarının formalaşması, enerji, su və digər infrastruktur sahələrinin tənzimlənməsi üzrə zəruri işlərin görülməsi məqs-ədi ilə Azərbaycan Hökumətinə bilavasitə yardım göstərmiş, təklif və tövsiyələrini ver-mişdir.

V.Vəliyev 907-ci düzəlişin müvəqqəti dayandırılması ilə əlaqədar ABŞ-ın Azər-baycan Respublikasının YEK sektoruna teхniki, iqtsadi, hüquqi və idarəetmə üzrə dövlət yardımı proqramının formalaşdırılması üçün ABŞ Beynəlхalq Inkişaf Agentliyi-nin (USAID) Azərbaycana Beynəlxalq missiyasının üzvü olmuş, sektora yardım proq-ramını hazırlamışdır.

O, 2003-cü ildən USAID tərəfindən həyata keçirilən “Enerji sektoruna texniki yardım” layihəsi üzrə layihə rəhbərinin müavini vəzifəsində işləmiş, Azərbaycanın enerji sektorunun inkişafı üçün mühüm olan bir sıra layihələr həyata keçirmişdir. Belə ki, enerji sektorunun hüquqi-normativ bazası təkmilləşdirilmiş, investisiya qoyuluşu-nun istiqamətləri üzrə prioritetlər müəyyən edilmiş, yerli və regional enerji bazarının formalaşması üzrə konseptual sənədlər hazırlanmış, Enerji effektivlik planı, Azərbay-canın istilk təchizatı Strategiyası hazırlanmış və bunun həyatakeçirilməsi üçün Qara-çuxur qəsəbəsində Pilot layihə müvəffəqiyyətlə həyata keçirilmiş və müvafiq Dövlət proqramının layihəsi, bərpa olunan enerji mənbələrindən istifadə üzrə konseptual ya-naşmalar və digər mühüm sənədlər hazırlanmışdır.

2004-cü ildən başlayaraq V.Vəliyev tərəfindən BP şirkətini “Şah Dəniz” Layihəsi üzrə “Azərbaycanda təbii qaz və elektrik enerjisi üzrə tələbatın proqozlaşdırılması” layihəni həyata keçirmiş, Azərbaycanda bütün istehlakçı qruplar üzrə elektrik enerjisi, təbii qaz və istilik təchizatı üzrə tələbat səviyyələri qiymətləndirilmişdir. Eyni zamanda tələbatın ödənilməsinin mənbələri araşdırılmış və ölkənin enrji balansında istehlakın tam nəzərə alınmasının istiqamətləri göstərilmişdir.

2007-ci ildə V.Vəliyev ADB tərəfində həyata keçirilən layihə üzrə Azərbaycanın enerji sektorunun yol xəritəsini hazırlamışdır. Bunun əsasında Azərbaycanda enerji sektorunda tənzimləmə mühitinin formalaşması, strateji inkişaf və potensial investisi-

Page 35: Fəsil 3 (*.pdf)

429  

ya istiqamətləri müəyyən edilmişdir. Məhz bu layihənin nəticələri üzrə ADB Azərbay-canın enerji sektoruna kreditlərin ayırılmasını həyata keçirmişdir.

Son illərdə V.Vəliyev makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma, regional bərabərsizliklərin müəyyən edilməsi və tarazlı inkişafı, kənd təsərrüfatının rəqabətqabi-liyyətliliyinin artırılması, ekoloji kənd təsərrüfatının inkişafı, sahələrarası əlaqələrin araş-dırılması və təsirlərinin qiymətləndirilməsi, sahibkarlığın innovasiyalı inkişafı, müəssisə-lərin maliyyə-investisiya imkanlarının artırılması istiqamətlərində layihələr yerinə yetir-miş, qeyd olunanlar üzrə modellər və proqram təminatları işləmiş, qiymətləndirmələr aparmış, təklif və tövsiyələr vermişdir. İlk dəfə olaraq Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modeli (AZMOD), Sosial Hesablar Matrisi (SAM) və bunun əsasında təsir analizi üçün bir sıra multiplikativ modellər qurulmuşdur.

V.Vəliyev çoxsaylı elmi məqalələrin və layihələrin müəllifi, elmi məclislərin iştirakçı-sı, yüksək nüfuza malik elmi nəşrlərin redaksiya heyətlərinin üzvüdür. Belə ki, beynəl-xalq və yerli elmi jurnllarda 100-dən çox məqalənin, 1 monoqrafiya və 1 dərs vəsaitinin müəllifidir. Rəhbər və icraçı kimi 100-dən çox yerli və beynəlxal səviyyəli layihə yerinə yetirmişdir. 50-yə yaxın ölkədə elmi seminar, simpozium, konfranslarda və forumlarda təqdimatlarla iştirak etmişdir. Elmi fəaliyyətində yerinə yetirdiyi 16 elmi tədqiqat işi keçmiş Sovet İttifaqı və Azərbaycan Elmlər Akademiyasının illik hesabatlarına ən mü-hüm nəticə kimi daxil edilmişdir. İqtisadiyyat, riyaziyyat və texnika üzrə 12 alim ye-tişdirmişdir.

Bilavasitə onun gərgin əməyi nəticəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda yeni yaranmış Tədqiqat Mərkəzinin rəhbəri, AMEA-nın İqtisadiyyat üz-rə Problem Şurasının sədr müavini, BDU-da fəaliyyət göstərən müdafiə şurasının “Ekonometriya” ixtisası üzrə elmi seminarının sədridir.

İƏT-in “İqtisadiyyat” jurnalının Baş redaktoru, “Azərbaycan Neft Təsərrüfatı” (Azərbaycan), “İqtisadi və sosial nəzəri elmi jurnal” (Moldova), “İnformasiya cəmiyyəti problemləri” (Azərbaycan), “İqtisadiyyat və idarəetmə” (Rusiya) jurnallarının isə re-daksiya heyətlərinin üzvüdür.