esli ve kerem · 2016. 8. 12. · al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, pis...

156
SƏLAHƏDDİN ƏCƏMİ ƏSLİ VƏ KƏRƏM (POEMA) BAKI – 2011 1

Upload: others

Post on 17-Sep-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

SƏLAHƏDDİN ƏCƏMİ

ƏSLİ VƏ KƏRƏM (POEMA)

BAKI – 2011 1

Page 2: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Az Ə10

REDAKTORU: ELDAR İSMAYIL SƏLAHƏDDİN ƏCƏMİ. “ ƏSLİ VƏ KƏRƏM “ (poeması), 2011, 121 səh. Rəy verən: Filologiya elmləri üzrə, fəlsəfə elmləri doktoru EHTİRAM SƏFƏROV Səlahəddin Əcəmi 1958-ci ildə Vedi mahalının Şidli kəndində ziyalı ailəsində anadan olmuşdur. “ Ağrıdağ “ nəşriyyatı, 2011. “Əsli və Kərəm” mənzum əsəri, orta əsrlərdəbaş vermiş Əsli və Kərəmin bir-birinə qarşı sadiq məhəbbətindən bəhs edir. 0503020907 Ə Qrifli nəşr 064-2011 Az @ Səlahəddin Əcəmi Bakı-2011 2

Page 3: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

ƏSLİ VƏ KƏRƏMƏ YENİ ABİDƏ Böyük Nizaminin yaradıcılığını özünə örnək seçən gənc şair Səlahəddin dahi sənətkarın yolu ilə gedərək Xəmsə yaratmağı qarşısına məqsəd qoymuşdur. Artıq əsərlərin dördü – “ Müqəddəsnamə”, “Müdriknamə”, “Koroğlu”, “Əsli və Kərəm”, hazırdır. Müəllif hazırda beşinci əsəri olan “Təhlükənamə” üzərində işləyir. Səlahəddinin “Əsli və Kərəm” əsəri qarşımdadır. Bir-birindən maraqlı deyimlər, bədii təfəkkürə söykənən ifadə tərzi, bir məqsəd üzərində qurulmuş süjet xəttini getdikcə inkişaf etdirir və daha da canlandırır. Yüz illər- dən bəri xalqımızın dilinin əzbəri olmuş “Əsli və Kərəm” dastanı Səlahəddinin bu əsərində yeni məna və məzmun kəsb etməli olmuşdur. Dastanda erməni qızıkimi tanıdığı- mız Əsli, Səlahəddinin bu əsərində Alban qızı kimi təqdim edilir. Əlbəttə bu fikir bədii ədəbiyyatda yeni və orijinaldır. Güclü obrazlar silsiləsi ilə zəngin olan bu əsər oxunaqlı, lakonik, hadisələri izləmək baxımından təsirlidir. Azərbaycan xalqının milli adət-ənənəsi, sevgiyə sonsuz məhəbbət, eşqin Ucalığı və paklığı, ülviyyət və sədaqət əsərin ana xəttini təşkil edir. Səlahəddin klassik irsə münasibət məsələlərində və iri həcimli mənzum əsərlər yaratmaq sahəsində öz qələm dostlarını qabaqlamışdır. “Əsli və Kərəm “ kimi şöhrətli bir dastanı poema şəkılındə oxuculara təqdim etmək böyük zəhmət və məsuliyyət tələb edir. Demək istərdim ki, Səlahəddin bu işin öhdəsindən gəlmişdir. ELDAR İSMAYİL

3

Page 4: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

XUDADAN RAZILIQ VƏ FƏRSİZLƏRDƏN ŞİKAYƏT Ey yaradan , hər bir zaman salacağam səni yada, Çünki məni layiq gördün bu aləmdə böyük ada İçirtmisən həyat suyun mən getmərəm daha bada, Sənin kimi zaman-zaman yaşayaram bu dünyada. Sən elə bir ilham verdin bir sel kimi coşa-coşa, Dərələri, təpələri vurub keçdi daşa-daşa. Bu dünyada söz mülkünün zirvələrin aşa-aşa, Fəth elədi əsərlərim yeri-göyü başdan-başa. Savadsızlar anlamadı mən tapdığım inciləri, Dəmir sandı sadəlövhlər mədənimdən çıxan zəri. İndilər də az tapılır belə işin bir zərgəri, Zər qədrini zərgər bilər, hər gələnin yox hünəri. Heç qəlbimə toxunmadı mən bu halı görən zaman, Nizamidən, Fizulidən belə olmuş çünki hər an. İş başında çün fərsizlər əyləşmişdir zaman-zaman, İndi də bu davam edir xalqım çəkir xeyli ziyan. Bu fərsizlər kən baxdıqca həm də nəhəng alimlərə, Onlar quş tək uçub gedir ölkəmizdən özgə yerə. Yadlar isə sahib çıxır bizim böyük hünərlərə, Belə getsə məhv olarıq gözlərimiz görə-görə. Dünya indi gərginləşib tutulubdur atəşlərə, Baxın necə bölünübdür ölkəm neçə-neçə yerə. Şeytanların əməliylə xalqım düşmüş böyük şərə, Nadanların əllərində cahan çıxmaz ağ günlərə. 4

Page 5: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bu yolda da kömək eylə sən xalqıma, ey yaradan, Taxta-taca qoyma cuma xam kəsləri alım qadan. Qüdrətinlə dayaq ol ki, rəhbər olsun elə insan, Əməliylə abadlaşıb laləzara dönsün cahan. Qüdrətinə mən bələdəm olmasaydı əlin əgər, Belə yüksək bir zirvəyə qalxardımı hər bir əsər? Ürəyimə eşq toxumu səpməsəydin sən bir qədər, Cəhd etsəydim sənsiz işə gedərdi hər zəhmət hədər. Düşünəndə bir əsəri bilmirəm ki, necə yazım, Qələm ələ alan kimi dilə gəlir bu vaxt sazım. Söz sinəmdən çay tək axır tuta bilmir dilim-ağzım, Ancaq yığıb-yığışdırır sözü qələm, həm kağızım. Bir şairin ürəyində olmasa eşq nişanəsi, Onun yazıb-yaratmağa olsa da min bir həvəsi. Düyünləri aça bilməz kənar qoysun gərək bəhsi, Dünyaları fəth edənməz nə cəh-cəhi, nə də səsi. İki ildə dörd əsəri yazdım düşüb dağa-daşa, Bircə dənə əsər qaldı mən beşliyi vurum başa. Bilin “Şərnamə” olacaq beşincinin isə adı, Qurduğum bu qalalartək həm şirindir onun dadı.* Xəmsənin hər misrasının bir qızıla dəyəri var,* Çünki xalqın böyüklüyü sözlərimdə tutmuş qərar. Bunu gələn nəsil anlar, anlamasa bizlər əgər, İlahinin köməyilə çox keçməz ki, bilər bəşər. Heyif belə əsərlərə yenə yoxdur qiymət verən, Var bağımız-bostanımız tapılmayır barın dərən. Gələcəkmi ölkəmizə gözəl rəhbər əl gəzdirən? Məmurların pis adəti davam edər çoxmu görən? 5

Page 6: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bu dünyada bənzəmirik niyə gözəl insanlara? Əməli pak görən kimi çalışırıq yaxaq qara. İstəyirik xalqımızı başdan-başa salaq dara, Əvvamı-əyyamda qalaq bığımızı bura-bura. OĞLUMA NƏSİHƏT

Əsədullam, ey Təyyarım mənim gözəl cüt ulduzum, Bənzəyirsiz qönçə gülə ey şən, şıltaq qoşa quzum. Sizə baxıb baş qaldırmış zirvələri aşan arzum, Bu dünyanın qəliz sirrin siz dinləyin, mənsə yazım. Tale sizi bəxş eləmiş iki oğul atasıyam, Xoşbəxt ata sayılmışdır bir cüt oğlu olan adam. İlahinin köməyilə o sırada mən də varam, Hər işlərdən yazıram ki, olmayasız həyatda xam. Ancaq ki, siz böyüyəndə düşünsəniz dərin bir az, Bu həyatla, bu dünyada insan xoşbəxt heç vaxt olmaz. Ölüm varsa mən biləsi xoşbəxtlikdən keçməli vaz, Buna görə olmamalı yer üzündə belə avaz. Geci-tezi getməliyik bir qaydadır bu dünyada, Ancaq bunu sağlığında bir kəs belə salmır yada. Ötərgi bir xəyal edir gedəcəkdir bir vaxt bada, Bəzən insan inanmır ki, ölüm gəlib ona çata. Ölüm bizə əbədidir, həyat isə müvəqqəti, Hər bir kəsə agah olmuş bu dünyanın, bu adəti. Yaşamağın qanunu var sevməz belə bir qələti, O qanunu pozsaz əgər həyat sona yetər iti. 6

Page 7: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Həyatın sərt qanunu var insan gərək barışmalı, Durub ancaq yol verdiyi işlərinə qarışmalı. Ömrü boyu dayanmadan sərt həyatla çarpışmalı, Yoxsa tapmaz uğurlu yol ehtiyatla çalışmalı. Tale verən ömrü gərək yaşamalı insan tamam, Qocalmamış ölüb getsə məğlub olur demək adam. Məğlub da ki, ola bilər hər bir zaman olanlar xam, Sizi arif etmək üçün bu sözləri mən yazıram. Həyatda siz bu xamlığın daşın durub atmaq üçün, Oxumalı, eşitməli ağsaqqalın sözün hər gün. Nizami xoş yaşamağa söyləmişdir hər bir sözü, Kitabını alsan ələ elə bil ki, dinir özü. O sözləri mən bir daha yazmağın heç deyil yeri, Nizamimiz müasirdir yüz illərdən üzü bəri. Dünyanın bir günəşidir daha olmaz ondan qeyri, Hikmətli gül sözləriylə olacaqdır hər vaxt diri. Nizamitək bu dünyada diri qalmaq istəsəniz, Onun kimi gərək durub qoymalısız yenilməz iz. Elə işlər görməlisiz hər bir zaman çıxsın düm-düz, Heç bir nöqsan tapılmasın axtarsalar gecə-gündüz. Siz biriniz səkkiz yaşa, birinizsə ona keçir, Atanızsa nəsihəti otuz dörddə nəzmə çəkir. Açılmayıb gül qönçəniz düşməzsiniz başa hələ, Onda başa düşəsiniz böyüdükcə ildən-ilə. Uşaq sözə qulaq asmır deyirlər ki, zəmanədə, Öz bildiyi ilə gedir həm küçədə, həm ailədə. Başqasıtək bilirəm ki, ola bilər o məndə də, Nəsihətim xoş gəlməsə siz etməyin heç bir vədə. 7

Page 8: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ancaq elə iş görün ki, olmayasız çox peşiman, Elə səhvlik buraxın ki, bağışlasın bizim zaman. Pis əməlin bil altından durub çıxmaq olmur asan, Pis bir damğa ömrü boyu üstdən getmir zaman-zaman. Vardı belə bir rəvayət babalardan miras qalmış, İbrət dərsi olsun deyə bu əhvalat saxlanılmış. Babalara etimadı göstərməyə sən də çalış, Nümunə ol gələcəyə düz işlərə oğlum, alış. RƏVAYƏT Deyirlər ki, keçmişlərdə bir yol kəsən kişi varmış, Cavanlıqdan zaman-zaman əməldə pis ad çıxarmış. Bu dünyanın hər yerini gedib gəzmiş qarış-qarış, Qayıtmışdır düz bir yola həyatına düşəndə qış. Hər adama əl tutaraq hey xeyirxah iş görsə də, Bir etibar etməzdilər məmləkətdə heç bir vədə. Hörmət bir kəs qoymayardı nə məclisdə, nə küçədə, Hər bir yerdə, hər bir zaman sayardılar onu gədə. Saçlarına dən düşmüşdür, altmışına yetişmişdir, Hörmətsizlik görən zaman fikir onu götürmüşdür. Çox gec idi, o fürsəti cavanlıqda ötürmüşdür. Həmin qoca el içində inamını itirmişdir. Bərpa edə bilməyirdi qocaldığı zaman adı, Az qalırdı belə halda boğazına salsın çatı. Artıq heç nə alınmırdı dəyişsə də sərt yolunu, Günü-gündən gec olurdu çünki yaxın idi sonu. 8

Page 9: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Dul arvad da gəlməyirdi yalqız gəzib dolanırdı, Tənhalıqdan gecə-gündüz qəlbi onun odlanırdı. Pis işlərin faciəsin altmışında o qanırdı, Düzələnə oxşamırdı elədiyi xarab adı. Həmin qoca çox düşünüb, fikirləşdi zaman-zaman, Bərpa etmək üçün adı bərk yapışsın hansı yoldan. Bilirdi ki, verməliydi nəyisə bu yolda qurban, Bir qalmışdır əllərində zəifləmiş gücsüz bir can. Çox düşünüb, xəncərini çəkib girdi o meydana, Topladı tez əhalini car çəkərək dörd bir yana. Dedi:--Artıq tənhalıqdan mən doymuşam daha cana, Etməsəniz əhv məni siz batacaqdır sinəm qana. Ona heç kəs inanmayıb sakit-sakit durub baxdı, Qoca işi belə görüb xəncərini qəlbə taxdı. Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib çarı-naçar, Onu ölüm kürsüsündə eylədilər halal onlar. Əzrail də qılıncını çəkib verdi işə qərar,* Meyidinə hörmət edib ehsan verib quyladılar. Bax belədir hər pis əməl bunu başa düşməlisiz, Həyatda tək qalıb yoxsa onun kimi olarsız siz. Ən ağır şey təklikdi ki, tab gətirə bilməyir üz, Çalışın ki, cavanlıqda əldən fürsət verməyəsiz. Bu üç şeydən siz qorunun yalançılıq, həm oğurluq, Bir də xain olmasanız digər işdə var uğurluq. Çətin deyil başqa işin urcah gələn zaman daşı, Altından tez çıxmaq olur ağrıtmayır çox da başı. 9

Page 10: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Nəsihətim sona yetdi demək məndən, görmək sizdən, Cavanlıqda xoşlamasaz, yaşlaşanda baxın hərdən. Otuz yaşdan sonra ağıl dərinləşir ilbən-ilə, Bunu onda bilərsiniz ağlız kəsmir indi hələ. Yaşım qırxa çatmayıbdır bilməyirəm olur necə, O hüduda yetən zaman insan düşür hansı gücə. Sözün dəqiq olmalıdır bəhrə verməz desəm öncə, Yoxsa bir vaxt dövran səni yaxalayıb sıxar küncə. Demişlər ki, yüz baxmaqdan, bircə dəfə yemək yaxşı, Mən baxmaqla, eşitməklə tərif etsəm əgər aşı. Dadmadığım üçün onu bir vaxt olsa sözüm naşı, Mən saxlaya bilənmərəm el içində onda başı. Bu səbəbdən hər bir işi vaxt çatanda bil görməli, Atalar da belə demiş zaman-zaman bunu bəli. Ataları eşidərək vaxtsız işi görməyirəm, Qırxa yaşım çatan zaman qeyd edərəm onu bu dəm. Tale mənə yar olaraq bu əsər də sona yetir, Xudamızın köməyilə ömür hələ davam edir. İlahinin mərhəməti bundan sonra yetsə mana, Rəvayətin tapa bilsəm beşinci də çatar sona. Əsli-Kərəm dastanını doxsan ikinci ildə mən, Avqust ayın birindəncə başladım tez dincəlmədən. Əlli bir gün ərzindəcə bu əsərim sona yetdi, İşlədiyim günlər isə otuz altı günlə bitdi. 10

Page 11: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

DASTANIN BAŞLANMASI Qədim Gəncə şəhərində vardı Ziyad adlı bir xan. Ədalətli taxt qurmuşdur ölkəsində zaman-zaman. Bir fərmanı olmamışdır əhaliyə vursun ziyan, Öz xalqını belə sevən görməmişdir hələ cahan. Xidmətçilər ayırarmış xan kimsəsiz zəlillərə, Vergiləri azaldarmış, oxşayarmış könüllərə. Əl tutarmış darda qalan kasıblara, əlillərə, Can qoyarmış xalq yolunda, əhsən belə bir rəhbərə. Mən heyranam beləsinə çəkir xalqın qeyrətini, Yaxşısını, həm pisini sevir elin adətini. Hər şeyini verib qurban qoruyur öz millətini, Gəlin biz də uca tutaq bu şəxslərin hörmətini. Ziyad xanın bu dünyada olmamışdır bir övladı, Ondan sonra sahib olsun boş qalmasın tacı-taxtı, Günü-gündən qəmlənərdi ötüb keçən görüb vaxtı, Yalvarsa da Allahına açılmazdı onun baxdı. Qəmlənsə də kədərini bildirməzdi heç bir kəsə, Həm sarayda, həm küçədə görünməzdi qəmli üzə. Çünki, çıxış görməyirdi görünməklə o cür gözə, Arzusunu Allahına söylərdi xan dözə-dözə. Qorxurdu ki, birdən ölər onun olmaz bir övladı, Ölkə keçər yad əlinə bu dünyada itər adı. Düşündükcə bu işləri qəmlənərdi hər saatı, Taleyinə acıyardı heç keçməzdi xoş həyatı. Kədərini dağıtmağa xan gedərmiş tez-tez ova, Qəlbi bir az açılardı ceyran-cüyür qova-qova. 11

Page 12: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Həm dağlardan, qayalardan bir yel kimi sova-sova, Şux Göy-Gölün sahilində salar imiş hərdən yuva. Xanın vardı xəznədarı adı Məlik idi onun, Cadugərin yekəsiydi hey açardı oyun-moyun. Albanıydı milliyəti çox sevərdi bir öz soyun, Digər xalqı xoşlamazdı bir kəsə əyməzdi boyun. Məlik evdə fala baxıb gələnlərə atardı rəm, Görünməmiş tilsimliydi əlindəki yazan qələm. Qapısına uzaq eldən basardılar hətta qədəm, Bu sərrafı yavaş-yavaş tanıyardı bütün aləm. Uzaq eldən gələn adam bilməsəydi adın əgər, Rəngi qara olduğundan qara rəmdar deyərdilər. Adı belə düşmüş dilə ona qoymuş ləqəb bəşər, Elin sözü bir olarsa demişlər ki, dağı deşər. O, yazdığı caduların çıxmamışdır biri boşa, Deyirlər ki, bir ox kimi lap keçərdi dəlib daşa. Kim tərəfə yönəltsəydi salardı pis hala haşa Tilsimliydi qələminin hər cümləsi başdan-başa. Cadugər də, Ziyad xantək hələ övlad görməmişdir, Onun kimi Xuda ona yadırğayıb verməmişdir. Dərdləri bir olduğundan xan onunla dərdləşərdi, Ancaq Məlik dərd çəkməzdi hər vaxt pulla əlləşərdi. Zalım oğlu elə bil ki, bağlamışdır daş qəlbinə, Qəm-kədərdən uzaq gəzib meyl edirdi ancaq dinə. Kisə-kisə pul yığaraq saldırmışdır gözəl binə, Durub övlad arzulamaq düşməyirdi heç beyninə. 12

Page 13: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Rəmdar gedib Ziyadxanla əyləşmişdir bir gün yenə, Gördü ki, xan kədərlidir övlad düşüb çox könlünə. Dedi:--Böyük Xudamızın sirrinə yox gərən sinə, Çox özünə zəhmət vermə sən qəmlənib gündən-günə. Övlad oldu, ya olmadı bəyənirəm bu həyatı, Var-dövlətim, günüm yaxşı istəmirəm mən övladı. Xeyri yoxdur, bu dünyanın şöhrətidir onun adı, Həm çox şirin, həm çox acı deyirlər ki, olur dadı. Bu dünyanın işlərini biz bilmərik, deylik fələk, Övladımız bəd çıxarsa acı-acı çəkək gərək. Çox şirindir atanmırsan qursa əgər min bir kələk, Sən hey yanıb-yaxılırsan həyat olur ələk-vələk. Dərdi böyük, xeyrisə az olan övlad lazım kimə? Gözüm qalmaz bu dünyada, yara vurmaz həm könlümə. Bir dəfəlik mən əlvida söyləyərəm bu aləmə, Mən çəkincə, həyat mənim dərdim çəkib batsın qəmə. Xan bu sözdən qəzəblənib dedi:--Gəzdim mən bu qədər, Sən fikirdə məmləkətdə rast gəlmədi mənə bəşər. Albanların hər birisi sənin kimi olsa əgər, Heç etibar edərmi ki, sizin xalqa bizim şəhər? Övlad nəslin, həm hörmətin düşündüyün cəfəngiyyat, Həm xalqına, həm də sənə bu dünyada verir həyat. Ata zəhmət çəkməlidir istəmirsə bəd bir övlad, Pis adətdən qorumalı könül sevən çıxartsın ad. Sevməyən öz övladını, bu dünyada sevər kimi? Belə şəxsin yolunda sən canından da keçsən həmi. Hətta ona bəxş eyləsən dünyanı fəth edən gəmi, Yenə sənin qədrin bilməz dostluq deyli onun yemi. 13

Page 14: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bu dünyanın mənası da övlad üstə qurulmuşdur, Buna görə çirkli qəlblər zaman-zaman durulmuşdur. Hər insana yaşamaqda övlad dayaq hey olmuşdur, Yeni-yeni fikirləri onun ilə doğulmuşdur. Heyvanlara bax ibrət al hər yaz bala arzulayır, Balasını həm qoruyur, həm canından əziz sayır. Bir yolunda hətta belə təhlükəyə özün atır, Bütün canlı xoşbəxtliyə övlad ilə demək çatır. Nə ad vermək olar sənə bir fikirləş xəzinədar? Mən demirəm, özün denən bu işlərə çıxart qərar. Sənin kimi xəyal edən bu dünyada çətin olar, Olsa da o adam olar şüur deylən şeydən kənar. Rəmdar Məlik tutulmuşdur, bilməyirdi desin nə söz, Qızarmışdı yanaqları, bir nöqtədə qalmışdır göz. Ziyad xanın ürəyinə hiss edirdi salmışdır köz, Qorxdu əldən fürsət gedər tülkü sayaq başladı tez. Büzüşərək dedi:--Ey xan, qəmlənirsən gördüm yaman, Düşüb qəmin dəryasına dəmlənirsən, bu çox ziyan. Bu sözləri söylədim ki, qoy başından getsin duman, Qəm yetirir böyük bəla birdən olar o yan- bu yan. Rəmdar Məlik bu sözlərlə aldı xanın qəzəbini, Açdı üzün asimanın, nizamladı əsəbini. Təhlükədən qurtarınca itirmiş bir məshəbini, Xanına xoş gəlsin deyə, tez döndərdi söz təbini. Söylədi ki:-- Xan sağ olsun, yəqin günah iş tutmuşuq, Odur ki, də işlərimiz ömür boyu gedir şuluq. Gəl Xudanın yolunda biz insanlara edək qulluq, Qoy acların övladları dua töksün görüb bolluq. 14

Page 15: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Xan dedi ki:--Mən bu yolda hey büdcəmə vurub ziyan, Həm aclara, həm toxlara çox vermışəm ehsan-filan. İçindən bir şey şıxmayıb, hətta pirə gedib hər an, Bir övladım olsun deyə, çox kəsmişəm nəzir, qurban. Rəmdar dedi:- Bir tədbirim vardır mənim, ey tacidar, Qorxuram ki, söyləyincə qəzəbinə olam düçar. Desən sən öl, toxunmaram xəta olsa məndən kənar. Söyləyərəm, bir sirr kimi aramızda bizim qalar. Xan bu şərtlə razılaşıb ona sən öl vuran kimi, Rəmdar bildi nə söz desə olmayacaq mühakimi. Nə söyləsə qəbul olar, bu gün odur söz hakimi, Dedi:-Yerdə biz əhd edək, göydə versin o hökümü. Xuda kimə nə bəxş etsə məxsus olsun bir-birinə, Əhdə görə bəlkə arzu yetirildi tez yerinə. Adəm kimi bizlərə də rəhm elədi dönüb yenə,* Hər işə o rəvac verir qurban olum kərəminə. Rəmdarın bu söylədiyi batdı xanın tez ağlına, Düşündü ki, əhdə görə bəlkə övlad verə ona. Xan bu işə razı oldu zidd olsa da bu qanuna, Onlar xəlvət əhd bağlayıb işlərini vurdu sona. Rəmdar Məlik güman etdi Ziyad xanın olar qızı, Öz oğluna əhdə görə alar gözəl xoş avazı. Bir vaxt xanı zəhərləyib qurub işin sərt, çarpazı, Taxta çıxıb məmləkətdə istəyitək çalar sazı. Xan, rəmdarı bir dost sayıb saxlayardı hörmətini, Rəmdar isə ona qarşı gizlədərdi hiddətini. Xan xeyirxah olduğuçün istərdi didsin ətini, Fürsət tapıb yelə versin həm özünü, külfətini. 15

Page 16: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

ZİYAD XANIN VƏ RƏMDAR MƏLİKİN ÖVLADI OLMASI Rəmdar Məlik hərdən gedib həmdəm olub Ziyad xana, Övlad arzu edə-edə əl açardı yaradana. Nəzir-niyaz deyə-deyə bağlardılar ümüd ona, Zəlilləri, şikəstləri tutardılar hey ehsana. Onlar etmiş əhdin üstən keçib getdi xeyli müddət, Rəhm eyləyib hər birinin bəxtin açdı böyük qüdrət.* Bir gün evə dönən zaman arvadları saldı söhbət , Ki nəhayət bizlərə də böyük Xuda verdi fürsət. Şad oldular yetişdi an üzlərinə açıldı baxt, Xəznədarın qisməti qız, xanın oğlu oldu bu vaxt. Böyük Xuda kərəmiylə uşaq vermiş deyə, Ziyad, Adın qoydu Mahmudkərəm xana gəldi xoş bu həyat. Qız, həm oğlan nur saçırdı elə bil ki, göydən fələk, Göndərmişdir kərəmiylə yer üzünə bir cüt mələk. Hələ bir kəs görməmişdir belə uşaq indiyədək, Odur ki, rəmdar ilə xan pul səpirdi ətək-ətək. Rəmdar Məlik gördü qızı Məryəm kimi şəfəq saçır,* Ala gözlər, lalə yanaq elə bil ki, güldür açır. Gəlib ona baxan zaman adamların ağlı qaçır, Qızı hələ körpə ikən ürəkləri oda yaxır. Əl qaldırıb İlahiyə şükr eyləyib ata bu dəm, Yer ayını, yerdən alıb adın qoydu Əsliməryəm.* Körpədəki gözəlliyin təsvirinə aciz qələm, Belə gözəl az yaratmış deyirlər ki, bizim aləm. 16

Page 17: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ziyad xanla, rəmdar Məlik durub işə verdi qərar, Pis gözlərdən uzaq olsun uşaqları deyə, onlar. Üzərrik-zad gətirdilər üstlərində yandırdılar,* O keçmişin adətləri xalq içində hələ də var. Ömür gəlib yetən zaman uşaqların beş yaşına, Gəlib görən körpələrin heyran qalıb göz-qaşına. Xeyli müddət düşərdilər ürəyinin savaşına, Züleyxa tək açardılar onlar bəla öz başına.* Böyüdükcə Kərəm adı aldı xanın nər çərkəzi, Əsli xanım çağırıldı rəmdarınsa məleykəsi. Qısalaraq oldu belə adlarının nəticəsi, On yaşında rəmdar evə gətirməzdi yad bir kəsi. Qorxurdu ki, Əslisinin gözəlliyi düşər dilə, Xan ilə əhd bağlamışdır elçi durar o sünbülə. İstəyirdi albanlardan yiyə dura bu tər gülə, Öz xalqına o verməsə günah edər bilə-bilə. Buna görə qoymayırdı nə məktəbə, nə də çölə, Dərs keçərək özü qıza verməyirdi başqa ələ. On beş yaşa çatanadək çöl görmədi Əsli belə, Anlamayıb nə dost, tanış oynayardı təkcə elə. Ziyad xansa Kərəmini verib molla babasına, Bütün dini elmləri doldurmuşdur torbasına.* Düz on beş il düşməmişdir fələklərin xətasına, Xan olmağa qadir idi, söylərdilər atasına. 17

Page 18: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN OVA ÇIXMASI VƏ ƏSLİYƏ RAST GƏLMƏSİ Bir gün Kərəm sarayında oturmaqdan gəldi cana, Qulluqçusu Seyfullanı səsləyərək tez yanına. Ova getmək arzusunu bəyan etdi tezdən ona, O, da onun istəyini xəbər verdi Ziyad xana. Ziyad xandan izin alıb onlar cumdu tövlələrə, Xansayağı seçmə atın birin tutub mindi hərə. Yaraqlanıb-yasaqlanıb bənzədilər sanki nərə, Tərlanı da qol üstündə Kərəm oldu bir ayparə. Üz tutdular dərələrə həvəslə at çapa-çapa, Dörd tərəfi dolandılar axtarıb ov tapa-tapa. Əti dadlı heyvanlardan ovladılar topa-topa, Saf Göy-Gölə yetişdilər aslanlardan qopa-qopa. Göy-Göl kimi bir dilbərə mən acizəm çalam qələm, Yer üzünün cənnətidir görməmişəm onu hələm. Ay camalı seyr edirdi sahilində durub Kərəm, Onu etdi xəyallardan Seyfullanın səsi bu dəm. Dedi:--Kərəm, bəsdi daha seyr etdiyin bu sahili, Ölkəmizin əvəzi yox xoşdur onun hər fəsili. Artıq nahar vaxtı çatıb düşüb atdan yuyub əli, Bulaq üstə kabab çəkib yeyib-içib dincəlməli. Onlar atdan düşüb yerə topladılar çır-çırpıdan, Bir gur ocaq qaladılar kabab bişib çıxdı yaman. Xeyli yeyib kef çəkdilər içib sərin bulaqlardan, Belə yerdə xanzadəyə yemək ləzzət verən zaman. 18

Page 19: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Dedi:-Hələ görməmişəm mən ləzzətli belə yemək, Ay Seyfulla inan yoxdur kabab çəkən bil sənin tək. Varmış böyük məharətin düzəltməkdə dadlı xörək, Bundan sonra sən xörəyi bişirəsən mənə gərək. Sefullasa gülümsəyib dedi:- Kərəm deyli elə, Bu dünyanın sirləri çox böyüdükcə ildən-ilə. Sən həyatda çox şeyləri öyrənəsən indən belə, Yorulanda çöl-bacada şor da ləzzət verir dilə. Durna, ceyran kababından yeyib xeyli dincəldilər, Gün əyildi atlandılar evə tərəf yönəldilər. Xan oğlunun nər tərlanı bir bülbüldən tutub xəbər, Onu təqib eyləməyə qanadlandı aslan hünər. Bülbül şəhər kənarında sığınsa da bir bağçaya, Məğrur tərlan hücum çəkib verməyirdi aman aya. Sarı dilbər səs salaraq başlasa da hey haraya, Tərlan isə harayını almayırdı onun saya. Rəmdargilin bağı idi, bu quşların girdiyi bağ, Dörd tərəfi uca sipər dəyməmişdir bir yad ayaq. Bir imarət tikdirmişdir düzəltmişdir cənnət sayaq, Qızı bağda saxlayırdı gətirməzdi ora qonaq. Əsli bağda seyr edirdi bülbül uçdu qucağına, Tərlan isə şığadı ki, tutub salsın caynağına. Əsli aman verməyərək iti caynaq nər tərlana, Onu tutub sakit etdi gördü ki, quş məxsus xana. Əsli quşu buraxmayıb ayaqların bərk bağladı, Gözləyərək sahibini onu bağda həm saxladı. Kərəm isə çox gözlədi quşu geri qayıtmadı, Görəndə ki, səs-səda yox quş heç bir iş yarıtmadı. 19

Page 20: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Seyfullaya dedi:-Gözlə saxlaginən burda atı, Tərlanımı xain tutar birdən olar puç həyatı. Kərəm bağa aşıb düşdü səs eşitdi gedib bir az, Cənnət kimi hüsnü olan bağdan gəlir xoş bir avaz. Boylanaraq ətrafına bir qız gördü gözəl-göyçək, Heyran-heyran baxdı ona oturmuşdur sanki çiçək. Almaz kimi nur saçırdı elə bil ki, idi mələk, Belə gözəl görməmişdir qəlbi oldu ələk-vələk. Yaxınlaşıb baxdı ona sona kimi camalı var, Sanki günəş göydən yenib yer üzündə tutmuş qərar. Əsli birdən kişi görüb durub qaçdı bir az kənar, Bir-birinə sakit-sakit baxa-bax qaldı onlar. Kərəm kimi gözəl oğlan qız da hələ görməmişdi, Baxmayaraq siftə qorxmuş indi ona aşiq idi. Kərəmisə coşan eşqi gətirirdi fəlakətə, Qəlbi quştək çırpınırdı huşu başdan itə-itə. Kərəm birdən dəydi yerə başdan çıxıb getdi huşu, Əsli qorxub tutdu suya tez bu evi yıxılmışı. Çox çalışdı ayıltmağa bağda qəlbi qırılmışı, İlahidən arzuladı ona şəfa hər çıxışı. Ki rəhm edib şəfa versin sərvi boylu aşiqinə, Qüdrətiylə həm qoymasın çırağının odu sönə. Bu sözlərlə əl qaldırdı asimana dönə-dönə, Axıb getdi göz yaşları xanzadənin sinəsinə. Seyfullasa gözləyərək xanzadəni xeyli müddət, Onu geri dönməz görüb aşdı bağa edib cürət. Gedib gördü günəş yerdə yanında var bir ay sifət,* Göz yaşları tökə-tökə göylər ilə edir söhbət. 20

Page 21: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bu dünyada tayı olmaz bu nur saçan ayparənin, Bu dilbərin camalı bir ulduzdur minarənin. Onu görsə dərdə düşüb qəlbi yanar sitarənin,* Ürəkləri xar eyləyən gözləri var ciyarənin. Dedi:- Yerin ey günəşi nə oldu ki, xan oğluna? Kim qaldırdı əl bu gülə, bu cür gözəl bir cavana? Bəlasını Xuda versin qıyan belə xiyabana,* Xanı qoydu yana-yana, özünüsə saldı qana. Seyfulla da Əsli kimi gözlərindən axıtdı qan, Qəlbdən dərin ah çəkərək fəryad edib dedi:- Can-can, Hələ qönçən açılmamış necə qıydı cəllad aman, Kim bu günə saldı səni mənə gəlsin qadan-balan. Əsli dedi:-Bu dünyada kim qıyar ki, belə cana? Qılınc çəkib yara vura günəş kimi bir oğlana. Fələk qurmuş ona kələk fəryad çəkmə asimana, Xəbər yetir tacidara salsın işi tez sahmana. Əsli bağda Seyfullanı işdən agah edən zaman, Tez Kərəmi qucağına alıb çıxdı dayanmadan. Atı xanın hüzuruna çapıb gəlib etdi fəğan, Az qaldı ki, dəli olsun Kərəmini görəndə xan. Seyfulla tez əhvalatı xana dedi qəlbi kədər, Əmr alaraq təbiblərə qaçıb gedib verdi xəbər. Dəva-dərman düşdü işə eyləmədi ona əsər, Söylədilər:-Böyük Xuda belə şəri silə bilər. Xan eşidib bu sözləri gözdən tökdü gilə-gilə, Üç gün məscid qarşısında başı yerdə gəldi dilə. Balasının məhəbbəti təsir etdi ona elə, Süfrəsinə əl uzadıb kəsmədi də ruzi belə. 21

Page 22: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Üç gün Kərəm yerdə qalıb sayıqladı başdan-başa, Xansa durdu tamaşaya dərdi başdan aşa-aşa. Sərtləçirdi onun halı gələn kimi huşa-başa, Bu azarın qarşısında tibb qalmışdır çaşa-çaşa. Təbiblərin tədbirləri verməyəndə bəhrəsini, Ata,ana selə tutdu xəzan rəngli çöhrəsini.* Fəğan çəkib qaldırdılar asimana hey səsini, Ki oğlunun Xuda salsın üzərinə kölgəsini. ƏSLİNİN KƏRƏMƏ NAMƏ GÖNDƏRMƏSİ VƏ ONUN SAĞALMASI Həmin gündən Əsli xanım çıxıb bağda hey gəzərdi, Sərv ağacın ətrafında Kərəmini gözləyərdi. Bilirdi ki, gələcəkdir küçələri izləyərdi, Gün batınca gəzib bağda gəlməz görüb can üzərdi. Bir gün rəmdar söylədi ki:-Xanın oğlu xəstədir bərk, Ona əlac tapılmayır bu gün sabah ölər gərək. Əsli xəbər tutan kimi qəlbi oldu ləçək-ləçək, Xəlvət gedib bir qarını evə dəvət etdi mələk. Dedi:- And iç İlahiyə mən inanım qarı nənə, Bir sirrim var söyləyəcəm heç kəs bilmir, bircə sənə. Sirri gizli sən saxlayıb kömək etsən əgər mənə, Hər gələndə xələtini verəcəyəm dönə-dönə. Qarı dedi:- Elə iş de qoy xoş getsin bir Allaha, Hayım gedib, vayım qalıb salma məni sən günaha. Ev yıxmaqla bu yaşımda olanmaram məşğul daha, O dünyada xain işlər bil oturar mənə baha. 22

Page 23: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Əsli dedi:-Qorxma nənə xilas edib bir həyatı, Ölümdən biz qurtarmalı dərdə düçar bir övladı. Qarıya xoş gəldi cavab razı oldu o saatı, Dedi:- kimdir darda qalan, söylə nədir onun adı? Əsli bütün əhvalatı söyləyəndə o qarıya, Qarı belə düşünmədən razılığın verdi aya. Çün Kərəmi sağaltmağa yol salırdı bol saraya, Sağaldaraq keçirdirdi xandan ələ böyük maya. Əsli ələ alıb qələm təm-tələsik yazdı namə, Gözlərindən yaş axıdıb bata-bata min bir qəmə. Yazdı:- Ey yar eşitdim ki, xan oğlusan adın Kərəm, Bu naməni gözü yaşlı göndərirəm sənə bu dəm. Bağda səndən ayrılandan gözləyirdim yolun hər an, Sərv ağacın altında mən dolanırdım zaman-zaman. Yollarına boylanırdım gəlib keçər indi burdan, Bilməyirdim xəstəsiniz mənə gəlsin sənin qadan. Səni hər an düşünürəm dərd-qəm daha məni yıxır, Məcnunundan ayrı düşmüş Leyli kimi canım çıxır.* Gecə-gündüz yollarına həsrət ilə gözüm baxır, Düşdüyün hal, həm ayrılıq mənə gəlir dağdan ağır. Gəl Allaha dua edək tez sağalıb qalx ayağa, Çıxım sənin görüşünə sal yolunu bizim bağa. Gül-çiçəklər arasında qaçaq sola, qaçaq sağa, Eşq yolunda qulun olum, sən isə ol mənə ağa. Əhd edirəm, and içirəm bil səninəm bu dünyada, Tale sənə yar olmasa, gedəcəyəm mən də bada. Ya ikimiz də yaşayıb, ölməliyik birgə ya da, Mən orada olacağam, yarım olsan sən harada. 23

Page 24: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Naməni sən alan kimi cavab göndər gözləyirəm, Gözlərimin yaşı axır hey yolunu izləyirəm. Adım Əsli mən Məlikin tək qızıyam qəlbimdə qəm, Bilmirəm ki, necə yazır, necə tutur əlim qələm. Əsli yazıb qurtararaq Kərəm xana naməsini, Səpdi kağız üzərinə ürəyinin xaməsini. Sətirlərə həkk elədi duyğu ilə bir səsini, Xəstə yara göndərərək bitirdi son cümləsini. Qarı daha dayanmadan getdi dövlət sarayına, Dedi:-Məni siz aparın xanın baxım bir ayına. Əlimdən çox işlər gəlir mən gəlmişəm harayına, İlahinin köməyilə bilsəm şəfa verim ona. Gözətçilər o qarını tez saraya apardılar, Loğman gəlib deyə, onlar haray-həşir qopardılar. Xan dedi ki:- Qarı nənə Kərəm şəfa tapsa əgər, Sənə verrəm var-dövlət ki, nəsillikcə yesən yetər. Qarı geyib ağ xalatı getdi Kərəm yatan yerə, Otağını bağlatdırdı qoymadı ki, bir kəs girə. Dilbərinin naməsini xəlvətcənə verdi ərə, Dedi:- Yarın göndəribdir namədə var sənə çarə. Kim tanıyır bu dünyada belə gözəl bir həkimi? Dər-dərmansız şəfa versin əlacsıza İsa kimi.* Tanıdaram bu aləmə yazıb belə bir hakimi, Onun adı bil sevgidir daşdan keçir bir hökümü.* Kərəm gördü qarı nənə gətiribdir yardan xəbər, Huşu gəldi öz yerinə dönüb oldu gözəl bir ər. Gültək açdı gül camalı ondan uzaq gəzdi kədər, Nərtək qalxdı yatağından göstərərək böyük hünər. 24

Page 25: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Tez naməni alıb baxdı sinəsinə basdı onu, Oxudu yaş tökə-tökə çatanadək onun sonu. Dayanmadan cavab yazdı gültək əyib, gül boynunu, Yar səsinə səs verərək eşqə açdı nur qoynunu. KƏRƏMİN ƏSLİYƏ CAVAB YAZMASI Əvvəl salam söyləyirəm sənin kimi nazlı yara, Sədaqətli sözlərinlə qoymadın ki, düşəm dara. Bir eşqinin odu məni eyləmişdir bəxti qara, Sən sağaltdın, sağalmazdı sinəmdəki dərin yara. Saralırdım yarpaq kimi yatağımda nazlı sənəm, Atam,anam sızlayırdı başım üstə ey bir dənəm. Çarə tapa bilməyirdi tökülsə də bütün aləm, Mənim bircə arzum vardı istəyirdim sənsiz öləm. Naməni mən alan kimi sel axırdı üzlərimə, Bircə sənin gözəl zülfün görünürdü gözlərimə. Ətraf şeylər yox olmuşdur qərib baxma sözlərimə, Oxuduqca mən naməni güc gəlirdi dizlərimə. Quştək mənə qanad verən həyatımın bir günəşi, Mən tuturam sənlə qərar yubatmayaq gəl bu işi. Tez qovuşaq bu dünyada unutmamış tale bizi, Xoş həyatlar arasında biz də tapaq yerimizi. Mən də yarım sənin kimi əhd edirəm, and içirəm, Tutduğum bu sadiq yoldan sənlə birgə mən keçirəm. Kim əhdindən dönər olsa şahid olsun yazan qələm, İfşa etsin bu dünyada zaman-zaman onu bu dəm. 25

Page 26: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ey bəxtimin simuzəri axşamçağı gözlə məni, Sərv ağacın dur altında gəlib,gəzib tapım səni. Dərddən-qəmdən uzaq eylə sən canından bir keçəni, Əl uzadıb gəl xilas et bu dünyadan mən köçəni. Naməsini sona vurub dua etdi İlahiyə, Büküb verdi tez qarıya dedi:-Çatdır sən Əsliyə. Bir kisə də qızıl pulla yola salmaq istəyəndə, Ziyad xanla Qəmərbanu gəldi qarı düşdü bəndə. Kərəmini ayaq üstə onlar gəlib görən zaman, Onu duztək yaladılar qarı ilə birgə bu an. Bütün saray əyanları toplaşdılar zaman-zaman, Məni sevən bu qarıya xələt versin deyəndə xan. Xələt tökdü hər bir gələn belə saya o gəlmədi, Varlıların varından heç onun varı seçilmədi. Qarını xan təmtəraqla sarayından yola saldı, Bu cür hörmət, səxavətdən qarı yüz qat razı qaldı. Xanın oğlu sağalmışdır küçələrdə var çal-çağır, Xəzinəni dartan dəvə ləngər vurur ağır-ağır. Beli üstə qarınısa sağa-sola hey yırğayır, Hər tərəfdən gül-çiçəklər yağış kimi ona yağır. Qarı gedir xansayağı əyləşibdir bir qəməri, Dörd tərəfi gözətçilər yola salır bəxtəvəri. Sevincinin həddi yoxdur alqışlayır hey şəhəri, Hamı tutur hörmətini o, da sevir şən bəşəri. Taleyindən razı qarı əl qaldırır yaradana, Verdiyi bu xoş gün üçün dua tökür böyük xana. Zəif bədən alqışlardan birə min qat gəlir cana, O, bənzəyir bir dilbərə gül-çiçəyə qona-qona. 26

Page 27: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Xalq sevəni sevər Xuda el içində var bu söhbət, Çox çalışıb əlləşsən də ələ düşməz belə fürsət. Çəxri dövran hərlənərək kisəsindən səpəndə bəxt, Həyatının sonlarında bu qarıya oldu qismət. Çünki qarı çox saf idi hər bir şeydən, mülkdən əvvəl, Xudasının yanında o, tanınırdı xoş bir əməl. Həm bu yanda, həm o yanda gözəl günə çatırdı əl, Varmı ki, iş cənnəti fəth eyləməkdən olsun gözəl? ƏSLİ İLƏ KƏRƏMİN GÖRÜŞMƏSİ Təm-təraqla, cah-cəlalla qarı gedib yetdi evə, Aşiqlərin naməsini aldı ələ sevə-sevə. Səltənətim mənim deyə, ondan gəlmiş böyük töhvə, O, namənin keşiyində bənzəyirdi sanki divə. Sevənlərin ilk naməsi hər bir zaman şirin olur, Ələ alan zaman onu ürək əsir, gözlər dolur. Oxuyanda yar səsini sətirlərdə qəlblər duyur, Sevincindən göz yaşları selə dönüb üzü yuyur. Əsli yarın naməsini alan kimi sevincindən, Gözlərindən yaş axırdı, titrəyirdi bütün bədən. Naməsini oxuduqca sinəsinə basıb hərdən, Şükr edirdi hey Allaha:- Ki necə də xoşbəxtəm mən. Nazlı sənəm Kərəm xanın cavabından razı qaldı, Qarıyasa xələt verib tez evinə yola saldı. Yar yolunu gözləyərək daldı şirin xəyallara, Bir vaxt gördü vaxt çatıbdır qapın kəsib bəxti qara. 27

Page 28: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Qara xələt çəkib başa düşən zaman aləm şərə, Əsli bir şam ələ alıb çıxdı gizlin bir səfərə. Gəlib gördü yar gözləyir qaməti var bənzər ərə, Gözə gələr yarı deyə, lənət dedi pis gözlərə. Qucaqlaşıb baxmadılar dörd bir yana belə onlar, Elə bil ki, on illərlə həsrət qalmış bu iki yar. Qərq elədi bir-birini göz yaşına o cüt bahar, Zəmanədə göstər görüm indi belə sevənmi var? Qovuşmuşdur bir-birinə sanki bir cüt mələk orda, Unutmuşdur dörd tərəfi iki teşnə ürək orda. Görüşürdü xoş arzuyla gözəl qoşa çiçək orda, Sən etdiyin arzunu et, gör nə edir fələk orda. İki yarın bu halına şam qalmışdır yana-yana, Qaranlıqda od tökürdü gözlərindən dörd bir yana. Rəmdar bağda işıq gördü qovuşmuşdur bir cüt sona, Güman etdi qara basır kim eyləyət cürət buna. Gedib gördü xanın oğlu Əsli ilə bir kefdədir, Sarmaşıblar bir-birinə ürəkləri hədəfdədir. Əzbər olub eşqin adı dillərində şərəfdədir, Vurulmuşlar sidqi qəlbdən hər birisi kələfdədir. Rəmdar Məlik öskürərək səs saldı ki, versin xəbər, Ki xoşluqla ayrılsınlar gələn vardı bu iş yetər. Nəzakətli qoy olsunlar, utansınlar həm bir qədər, Onlar səsi eşitmədi bunu sevən yaxşı bilər.* Belə halda tez Məliyin hirsi vurdu kəlləsinə, Onları cəld ayıraraq, həm danladı dönə-dönə. Xanzadəni bağban qovdu xəncər tutub sinəsinə, Hədələdi məhv eyləyər bağa gəlib girsə yenə. 28

Page 29: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Rəmdar Məlik anlamadı düşmüşün eşq azarına, Dünyada baş soxa bilər kim onların bazarına? Bir otağı bağlatdırıb qəfəs etdi gülzarına, Məhəl belə qoymadı da ay üzlünün ah-zarına. Qönçə gülü xar etməyə cadugərin gəldi əli, Kim bəyənər bu dünyada, bu yaramaz bir əməli? İndilər də var anlamaz görür belə iş gülməli, Sevənləri ayırmağa cəhd eyləyir həmən dəli. KƏRƏMİN HAVALANMASI Səhər Kərəm döndü evə gözləyərək fürsət yenə, Dünya qara bəxt olanda getdi çatsın aşiqinə.* Bağda qaldı səhərədək yar gəlmədi döndü cinə, Bu hicrana dözənmədi bir od düşdü sinəsinə. Qəlbi ona hökm eylədi ayaq basdı rəmdargilə, Məhəbbətin söyləməyə ətir saçan sərin gülə. Nər olsaydı yollarında dönməzdi də geri belə, Sevən qorxmaz tarix bunu sübut etmiş gələ-gələ. Kərəm gedib rəmdargilin evlərinə çatan zaman, Gördü, Əsli pəncərədən baxıb gözdən tökür yaman. Bülbül kimi qəfəsdədir hey çırpınır o şux canan, Cumdu qırsın qıfılbəndi rəmdar çölə çıxdı bu an. Dedi:-Kərəm sən Əslini çıxartginən yaddan daha, Bu tər gülü versəm sənə iş oturar mənə baha. Sən əcəmsən, mənsə alban bu xoş getməz bir Allaha, Həm də razı olmaz belə gedib desən atan şaha. 2 9

Page 30: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ağlı kəsdi bu sözlərə Kərəm çünki idi cavan, Din ayrısa heç kəs ona kəbin kəsməz etdi güman. Qəlbi düşdü eşq oduna ona dəydi böyük təkan, Ağlı çaşdı yarı gördü arxasınca düşdü bu an. Səhər çağı süfrədə xan hər bir kəsi gördü əbəs, Zadəsini arayanda dörd tərəfə tez saldı səs. Dönüb baxdı xidmətçiyə dedi:-Oğlum hardadı bəs? Bax yenəmi xəstələnib, yatmağamı edib həvəs? Dedilər ki:-Xan sağ olsun axtarırıq xeylidi biz, Hələ bir kəs görməyibdir yoxdur ondan xəbər, nə iz. Kərəm evdən çıxıb getmiş güman var ki, gecə ikən, Bu söz xanın təpəsinə bir daş saldı sanki birdən. Əmr eyləyib tez ayağa qaldıraraq çaparları, Dörd tərəfə yüyürtdürdü daşdan gövhər taparları. Uzaq-uzaq məsafəyə bir yel kimi qoparları, Ümid ilə xan gözlədi darda dada çatarları. Onlar gedib dağ-dərəni əhatəyə götürdülər, Xanzadəni huşsuz halda tapıb geri gətirdilər. Baş əyərək qarşısında Ziyad xana yetirdilər, Qorxmaz aslan hünərlilər işlərini bitirdilər. Xan, oğlunun bu halına çox ağlayıb, çox acıdı, Mürgüləmiş taleyinə əl qaldırıb diş qıcıdı. Tapılmadı hansı dəva bu azarın əlacıdır, Bilmədilər belə hala onu salan turacıdır. Azar aciz qoyan zaman qarşısında təbibləri, Xan qarını çağırtdırdı kənar edib ədibləri. Kağız qələm gətirtdirdi səsləyərək katibləri, Dedi:-Qarı mülk verəcəm sən Kərəmdən etsən şəri. 30

Page 31: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Qarı işi başa düşüb yenə qatdı əl işlərə, Bir kəsi də buraxmadı xəstə olan həmin yerə. Ayparədən söhbət açdı cana gəldi bəxti qarə, Dedi:-Kərəm əhvalatı söylə tapım işə çarə. Yarın adı çəkiləntək Kərəm gözdən axıtdı qan, Tez qarını qucaqladı tutuldu bir atəşə can. Ah çəkdi ki, od püskürdü sinəsindən çıxdı duman, Əhvalatı söyləyərək yana-yana etdi fəğan. Qarı dedi:- Üzmə canın mən işləri düzəldərəm, Xan oğlusan, xantək dolan kömək etməz sənə bu qəm. Atan ölkə hökmüdarı bu düzələn işdi Kərəm, Ağlı kəsdi bu sözlərə sakit oldu ülvü qədəm. Qarı onu sakit edib durub getdi o saatı, Ziyad xana tez söylədi bütün olan əhvalatı. Dedi:- Tükdən asılmışdır oğlunuzun bir həyatı, Eşqdən düşüb belə hala hərdən itir huşu-yadı. Bu əhvalat şad eylədi qəlbi təmiz hökmüdarı, Əmr eyləyib hüzuruna çağırtdırdı büdcədarı. Əhdlərini yada salıb söylədi ki:- Cavanları, Evləndirmək vaxtı çatıb eşq oduna yananları. Cadugərin ünvanına xan açanda tər avazı, Oturduğu yerdə çaşıb qəm götürdü ədəbazı. Xeyli müddət danışmadı lala döndü dili-ağzı, Xan öskürdü işarəylə dilə gətdi yaramazı. Rəmdar dedi:- Xan sağ olsun əl çəkməli qızdan Kərəm, Dilim ayrı, dinim ayrı mən albanam sənsə əcəm. Əhd etməkdə səhv etmişik bizə gülər cahanı cəm, Bu kəbini, bu adəti yaza bilməz heç bir qələm. 31

Page 32: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bağışlamaz o dünyada buna görə bizi Allah, Bilirsən ki, dini ayrı evlənənlər edir günah. Sən qorxulu belə işə qərar vermə böyük pənah, Razı ola bilənmərəm səbəb budur olun agah. Rəmdarın bu sözlərindən Ziyad xan çox qəzəbləndi, Dedi:- Sevgi müqəddəsdir kənara qoy feli-fəndi. Aramızda uzun müddət olmuş bizim dostluq bəndi, Sən o bəndi kəsib atmaq istəyirsən yoxsa nədi? Uzun getmə qoca axmaq yoxsa səni asdıraram, Mitilini apartdırıb küllüklərdə basdıraram. Hansı cəza almalıdır bilirsən əhd pozan adam? Get hazırlaş səhər toya başlayıram danışma xam. Rəmdar Məlik görəndə ki, işi düşüb yaman hala, Bir azca da uzun getsə xandan ona gələr bəla. Odur ki, də fikirləşdi belə yerdə lazım kələk, Kələk ilə bu işlərin tez içindən çıxmaq gərək. Dedi:-- Ey xan, oğlun mənə qırx gün möhlət verməlidir, Qız atası bu müddətdə işlərini görməlidir. Şərtim budur Kərəm bağa sonuncu gün girməlidir, Naz nemətlə bəslədiyim qönçə gülü dərməlidir. Onun möhlət istəməsi adi gəldi Ziyad xana, Gedib kələk quracağın gətirmədi heç ağlına. Şərtlərinə razı olub söhbətləri yetdi sona, Xan rəmdarı yola saldı bəxt üzüyün verib ona. 32

Page 33: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

RƏMDAR MƏLİYİN GƏNCƏDƏN QAÇMASI Kərəm xəbər tutan kimi nişanlandı Əsli ona, Birdən-birə canlanaraq həyat düşdü nizamına. Qalxib durdu yatağından rəngi-rufu gümrahlandı, Yanan qəlbi sərinlədi lap özünü sağlam sandı. Xan, oğlunu sağlam görüb qəlbdən elə oldu ki, şad, Fərəhindən az qaldi ki, durub quştək açsın qanad. Çün Ziyad xan inanmırdı Kərəm görə bir də həyat, Bu söz onun bir andaca həyatını edə abad. Rəmdar Məlik gedən kimi hər şeyini çəkib satdı, Var dövlətin yığışdırdı, həm gözlədi günəş batdı. Yer ayının xörəyinə bihuşdarı xəlvət qatdı,* Yatızdırıb gecə ikən külfətiylə yurdu atdı. Hər obadan keçən zaman gecələyib qalardı o, Fala baxıb hər adamın qəlbin ələ alardı o. Yaxşı rəmdar olduğuçün təbilini çalardı o, Məşhurlaşıb hər obanın qəlbində iz salardı o. Qızlar gəlib yığılanda Əslininsə ətrafına, Tez onlara əhvalatı danışardı yana-yana. Deyərdi ki:- Kərəm gəlsə siz göstərin yolu ona, Heç bir kəsə mən getmərəm deyikliyəm xan oğluna. Bu minvalla obalardan, çox ellərdən keçib onlar, Gedib Tiflis şəhərində köçü salıb tutdu qərar. Şəhərin bir kənarında bağ-bağçalı ev aldılar, Rəm ataraq fala baxıb hər tərəfə səs saldılar. 33

Page 34: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN ƏSLİNİ YUXUDA GÖRMƏSİ Ziyad xanın vədəsindən otuz doqquz gün keçirdi, Hamı toya gəlsin deyə, geniş meydan xan seçirdi. Bir gün qalmış bu möhlətə bəzənirdi saray hələ, Rəmdarınsa qaçmasından tutmamışdır xəbər belə. Xoş firəvan, şən əhvallı Kərəm gecə yatan zaman, Ayparəsi yuxusuna gəlib girdi elə bu an. Gördü gedib yar bağına birdən qalxdı böyük tufan, Bir andaca Əslisini alıb uçdu qara duman. Səksənərək Kərəm birdən durub çıxdı eyvanına, Yanan qəlbi hiss elədi dara düşüb nazlı sona. Şərt kəsmişdi gedənmədi cismi qaldı yana-yana, Səhərədək çırpınaraq ürək batdı qara qana. Kərəm getdi anasının tez yanına səhər-səhər, Qəm içində yuxusunu ona dedı tez bir təhər. Yuxu yozan istəyərək söylədi ki:- Var burda şər, Qəmərbanu əhvalatı gedib xana verdi xəbər. Xana xəbər çatan kimi atlı saldı rəmdargilə, Xəbər gətdi gedən adam yurdu qalmış köçmüş lələ. Aldandığın görəndə xan qəzəbləndi durub elə, Rəmdardan iz tapanmadı hey salsa da qoşun çölə. Kərəm işi bilən zaman yaralandı qəlbi onun, Nərə çəkib dəydi yerə fələk yenə açdı oyun. Xan, oğlunu belə görüb dərdi artdı onun yenə, Rəmdarı hey lənətlədi əl qaldırıb dönə-dönə. 34

Page 35: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Eşqin odu Kərəm xanı aldı yenə caynağına, Adlı-sanlı təbib, loğman töküldülər yatağına. Dəva-dərman kar etmədi qəlbindəki bu dağına, Ata,ana gözü yaşlı döşəndilər sol-sağına. ATASININ KƏRƏMƏ NƏSİHƏTİ Kərəm bir vaxt yaxşılaşıb ayılanda axşam çağı, Gördü dolub adamlarla otağında solu-sağı. Hər bir kəsin çaytək axır gözlərindən ürək yağı,* Ata, ana çox pis halda hey çəkirlər bala dağı. Ata, ana görən kimi ağlı başda tək oğlunu, Şad olaraq hər ikisi qucaqladı tez boynunu. Xeyli öpüb, sığallayıb sevsələr də candan onu, Xanzadənin kədərinin olmayırdı bir an sonu. Belə halda xan dedi ki:-Ey gözümün nuru oğlum, Atan,anan dözənməyir bu halına qurban olum. Dur özünü bir ələ al bu dərd səni saldı əldən, Bu minvalla həm özünü, həm də bizi məhv etmə sən. Görürsən ki, qocalmışam ürəyimə vurma yara, Kim taxt-taca sahib olar belə olsan məndən sonra? Çıxart başdan eşq sevdasın yoxsa salar səni dara, Çeşmə-çeşli bu dünyada sən qalarsan bir avara. Ölkəmizdə gör nə qədər gülə bənzər gözəl qızlar, Heyran edir hər bir kəsi durnalara bənzəri var. Əslidən də qəşəngdilər elə bil ki, nurdu onlar, Sən hansını istəyirsən gətirməyə verim qərar? 35

Page 36: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Gələcəyin bir xanısan rüsvay etmə gəl özünü, Daha onu tapanmarıq sən Əslidən çək gözünü. Mən atanı eşitginən lazım olar bu sözünü, Bu dünyanın bundan da çox görəcəksən pis üzünü. Hazır olub çətinliyə bilməlisən bu amalı, Kükrəyəndə fani dünya burub-büküb udmamalı. Dözümlüyü bacarmalı eyləməli dəf o halı, Şərə qalib gəlmək üçün doldurmalı hey kamalı. Yoxsa səni aciz görüb sinən üstə çəkər bir dağ, Kömək etməz dara düşsən nə ağlamaq, nə yalvarmaq. Kim olsa da qoymaz belə bir anlığa yerdən qalxmaq, Ömrü boyu düzələnməz dünya kimi etsə axmaq. KƏRƏMİN ATASINA CAVABI Kərəm dedi:- Mümkün deyil ey hər zaman alan qadam, Mən dərdlənəndə dərdlənən, mən güləndə gülən atam. Elə oxa tuş olmuşam sağalmazdır daha yaram, Çalışmayın bu dərdimə çarə tapmaz heç bir adam. Artıq bu dərd tutmuş məni əlacı o ayparədə, Mənim kimi qəlbi yanan eşqə düçar sitarədə.* Yəqin qələm belə yazmış taleyim o səyyarədə, Axtaracam olsa da yar uzaq-uzaq diyarədə. Əgər ki, mən çatanmasam o gül üzlü kövrəyimə, Şad olaram ilan töksə zəhərini xörəyimə. Həyat şirin olsa da çox yarsız deyil gərəyimə, Pambıqda da bəsləsəniz yatmaz mənim ürəyimə. 36

Page 37: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ondan başqa olmayacaq bu dünyada qərənfilim, Yarın adın unutmağa bu dünyada gəlməz dilim. Mənim qəlbim yol verənməz digərinə dəyə əlim, Odur mənə həyat verən, odur mənim son gözəlim. İnanginən əziz ata tacı-taxtdan olsa da min, Minindən də bu dünyada bir Əslinin eşqi şirin, Məni yoldan saxlamağa axsa əgər sənin meylin, Hiss etmədən öz balanı məhv edəcək onda əlin. Eşq odunda qovrularam mən çıxmasam bu xanədən, Mənim qəlbim deyildi daş ayrı düşsəm dürdanədən. Zaman-zaman qəm çəkərək seçilmərəm divanədən, Cismim yanar mən köçəsi ollam bir gün cəhanədən. Verdiyin o nəsihətlər bərabərdir xəzinəyə, Ancaq belə dərd içində gərək olmaz o heç nəyə. Çətin ki, qəlb yar yolunda nəfəs alıb döyünməyə, Bu dünyada sən bağlama ümidini heç bir şeyə. Ata,ana eşitdikcə belə sözlər hey oğlundan, Gözlərindən ələyirdi hər ikisi çəkib fəğan. Gül yarını axtarmağa qoymayanda getməyə xan, Fəryad edib ağlayaraq Kərəm üzdü bir xeyli can. Qulluqçusu Seyfullanı xan gözətçi qoydu ona, Ki huşunu itirəndə gedib xəbər versin xana. Bu dərdinə dözməyərək qalmışdır çox yana-yana, Əlac edə bilməyirdi əl atsa da xan hər yana. Seyfulla, həm Kərəm evdə bir neçə gün tənha qaldı, Kənizləri qarşısında özlərini əldən saldı. Yenə onun xəyalından bir an belə yar çıxmadı, Nə vaxt durub dilə gəldi əzbər oldu yarın adı. 37

Page 38: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Gecə-gündüz qəm toxumun sinəsində əkə-əkə, Hey Əslini xatırlardı gözlərindən tökə-tökə. Dərd qəlbini doğrasa da bıçaq kimi tikə-tikə, Arzulardı sənəmini göz yollara dikə-dikə. ƏSLİNİN TİFLİSDƏ KƏRƏMİN YOLUNU GÖZLƏYİB FƏRYAD ETMƏSİ Əsli, yardan ayrılandan fəryad edib ağlayırdı, Heç dilindən düşməyirdi Kərəminin bir an adı. Hey özünü göstərirdi ata,ana yanında şad, Tək qalanda gizlin-gizlin hey sızlayıb, çəkirdi dad. Ay tək çıxıb eyvanına hey baxırdı dar yollara, At belində gəlib keçən küçə boyu oğullara. Aşiqini gözləyirdi o, vermədən bir gün ara, Eşq atəşi Əslini də eyləmişdir qəlbi yara. Bilsəydilər Əsli əgər fəryad çəkir hey göylərə, Atası bir alban tapıb verməliydi o saat ərə. Ki qızını eşqin odu birdən salar əngəllərə, Əldən gedər səadəti qismət olar qara yerə. Kərəmdən bir digərinə versəydilər əgər onu, Bilirdi ki, o gündən də çatmalıydı daha sonu. Sevənlər ki, ayrıldılar onların var bir qanunu, Dünyasını dəyişməli məncə bilir hamı bunu. Əsli yarı görməyincə istəmirdi ölmək hələ, Ona görə gizlin-gizlin eyləyirdi fəryad belə. Ki, düşməsin gizli qalıb onun eşqi dildən-dilə, Yoxsa gələr elçi ona səs yayılsa eldən- elə. 38

Page 39: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Yardan ayrı gündən-günə hey saralıb, hey solardı, Bəzən onun vəziyyəti çox sürətlə pis olardı. Qəlbin yağı əriyərdi yerinəsə qan dolardı, Eşqin odu yandırardı düşüb yerdə o, qalardı. KƏRƏMİN ƏSLİNİ AXTARMAĞA GETMƏSİ Yatan kimi yuxusuna Kərəmin yar hey girərdi, Ayılanda onu bu hal çox dəhşətə gətirərdi. Eşq odundan yaxasını dartıb cırıb, həm didərdi, Dözməyərək ayrılığa bəzən huşun itirərdi. O, bir gecə Seyfullaya dedi:- Yığış getməliyik, Bəsdir daha mən yaxamı hər gün etdim didik-didik. Belə yolla bu dünyada mənə dəyər böyük təpik, Yardan xəbər tutanmasam qəlbim olar çilik-çilik. Son qərara gələn kimi qələm ələ aldı Kərəm, Axtarmasın onu deyə, atasına yazdı bu dəm. Dedi:- Ata bağışla sən daha məni üzür bu qəm, Mən yarımı axtarmağa Seyfullayla bil gedirəm. İlahinin köməyilə axtararam oba-oba, Soraqlaşa-soraqlaşa hey atımı çapa-çapa. Diyarları fəth edərəm,yarın izin tapa-tapa, Atasından mən alaram yatızdırıb ipə-sapa. Düşüb məni axtarmağı ağlınıza gətirməyin, Qoşun salıb arxamızca gəlib bizə yetirməyin. Məni səhər gedən görüb özünüzü itirməyin, Haray salıb siz aləmi başınıza götürməyin. 39

Page 40: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Naməsinə yekun vurub eşq odundan alovlanan, Seyfullayla atlanaraq tez yoluna oldu rəvan. Qul-qaravaş səhər çağı otağına gələn zaman, Yuyub, silib, süpürəndə namə tapıb onlar bu an. Dayanmadan yüyürdülər Ziyad xanın hüzuruna, Xanzadənin naməsini eylədilər təqdim ona. Xan oxuyub tez naməni məzmunundan tutdu xəbər, Belə xəbər paraladı ürəyini səhər-səhər. Ata, ana fəryad çəkdi balasının bu halına, Bildilər ki, qalacaqlar həsrət gözəl camalına. Daha geri dönməyəcək uydusa eşq cəlalına, Belə sevda eyləyəcək təsir onun kamalına. Fəryad edib ağlamaqdan onlar doyan kimi cana, Hər gün durub yalvardılar əl qaldırıb yaradana. Ümidini bağladılar nəzir-niyaz deyib ona, Ki yaradan qəriblikdə kömək olsun tək oğluna. KƏRƏMİN ƏSLİNİ AXTARIB TAPMASI Kərəm keçdi obalardan yana-yana qəlbi kədər, Dərdlərini söylədilər kömək oldu ona bəşər. Soraqlaşa-soraqlaşa Əsligildən tutub xəbər, Çatıb Tiflis şəhərinə onlar bir gün səhər-səhər. Bir çayçının dükanında gedib nahar eylədilər, Sahibkarla söhbətləşib dərdlərini söylədilər. Dedilər ki:- Məlik adlı qara kişi görməmisən? Məharətli rəm atandır ondan bizə xəbər ver sən. 40

Page 41: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Kərəm bütün əhvalatı bir-bir ona nağılladı, Yarın adın hey çəkdikcə yaş gözündən cağılladı. Çayçı qəlbin yaxdı oda baxıb belə avazına, Xanın oğlu olduğuçün xəbər verdi kinyazına. Kinyaza da nağılladı Kərəm gedib əhvalatı, Kinyaz gördü Kərəm artıq əldən vermiş köhlən atı. Eşq oduna tutulmuşdur təhlükədə bir həyatı, Tez rəmdarı gətirtdirdi qollarına vurub çatı. Kinyaz dedi:- Qoca axmaq bu işləri niyə tutdun? Belə gözəl bir oğlanın sadiqliyin sən unutdun. İndi sənin mən başına açacağam elə oyun, Qəbirlərdə inildəsin fəryadına bütün soyun. Görməmişdim bu dünyada belə sadiq öz eşqinə, Düşüb yarın o, axtara oba-oba dönə-dönə. Nağıllarda, dastanlarda rast gəlmişdir ancaq mənə, Ki oğlanla qız and içib dürrüst çıxsın öz əhdinə. Hamı bilir Ziyadxantək xeyirxah yox bu dünyada, Xəzinədar işləmisən tanıyırsan sanki Xuda. Biri dara düşən zaman necə durub çatır dada, Nə dostu, nə düşmənini razı olmaz gedə bada. Şükür et ki, sənin çıxmış Ziyad kimi xan qarşına, Kim olsaydı çoxdan durub gəzdirmişdir əl başına. Bir sandıqda göndərmişdir töhvə qohum-qardaşına, Etibarsız, nadan olmaq yaraşarmı bu yaşına? Qoy minnətin olsun sənin xan bu işi qəbul edir, Sənin kimi bir nökərlə qohumluğa durub gedir, Səni adam hesab edir bu da onun hörmətidir? Öz dostuna nadan çıxmaq nökərlərin adətidir. 41

Page 42: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Qonşuluqda biz yaşadıq əcəmlərlə zaman-zaman, Tarix boyu eşitmədik bircə söz də babalardan. Ki nə vaxtsa sözdən qaçıb onlar ola əhdi pozan, Hətta belə görməmişik qonşusuna vursun ziyan. Gürcüstanda hər bir adam bunu təsdiq edə bilər, Çıx küçədə soruşginən sənin şübhən varsa əgər. Bilmirdim ki, alban xalqı əhd eyləyir hədər-mədər, Sizin kimi adamları qəbul etməz bizim şəhər. Biz sadiqə, sadiq olub heç bir zaman unutmarıq, Dost arxına axan suyu dəstəkləyib qurutmarıq. Nə yaltağın, kələkbazın ətəyindən biz tutmarıq, Elə olsaq bütün xalqlar sayar bizi zatı qırıq. Dön baxginən Ziyad xanın mələk kimi bir oğluna, Axı necə gəldi əlin sən vermədin qızı ona? İnsan olan heç qıyarmı bu cavana, belə cana? Bu dünyada eşq odunda onu qoya yana-yana. Söyləmisən dinin ayrı sayılacaq bu iş günah, Ki müqəddəs kitablarda buyurmuşdur guya Allah. İncildəmi, Qurandamı yazılıbsa eylə agah, Mən Kərəmi Gürcüstandan çıxartdırım günü sabah. Rəmdar gördü əməlləri şuluq düşdü burda yaman, Onun işi pis olacaq rədd cavabı verən zaman. Əl ataraq tez hiyləyə fikirləşdi o yan, bu yan, Kinyazı səhv salmaq üçün fürsət tapıb dedi bu an: -- Böyük kinyaz sözlərinin ayna kimi siması var, Əhdi pozub durub qaçmaq məni edib inan ki, xar. Tutduğum bu işlər üçün peşimanam edirəm ar, Daha qızı verəcəyəm siz şəhərə çəkdirin car. 42

Page 43: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ziyad xanın hörmətinə ona burda bir toy edək, Qoy səsinə asimandan uçub gəlsin yerə mələk. Unutmasın bu şənliyi zaman-zaman göydə fələk, Hazırlığa bircə həftə möhlət versin kinyaz gərək. Hamı dedi:- Qaçacaqdır verilməsin möhlət ona, Çünki artıq yalan satmış bizdən əvvəl Ziyad xana. Hiyləgərdir tülkü kimi xanzadəni yiğmış cana, Bu dəfə də qaçıb getsə cavan qalar yana-yana. Rəmdar işi şuluq görüb tez qalxaraq dedi şaha: -- Söz verirəm mən qaçmaram, and içirəm bir Allaha, İçdiyim and yalan olsa bu oturar mənə baha, Bir Allahın adı ilə qərar verdim işə daha. İnandılar sözlərinə Allaha and içən zaman, Kinyaz ona möhlət verib toy gününü etdi bəyan. Gördü hiylə tutubdu baş rəmdar evə oldu rəvan, Ancaq bir kəs inanmadı dindar andı olar pozan. RƏMDAR MƏLİKİN TİFLİSDƏN QAÇMASI Rəmdar Məlik gedib evə dedi:- Arvad dur hazırlaş, Qaş qaralan kimi burdan getməliyik daha birbaş.* Mən də çıxım tez bazara evi satım yavaş-yavaş, Kərəm gəlib bizi tapıb işim olub şuluq çaşbaş. Kinyaz məni çağırmışdır əmr eylədi verim qızı, Söylədi ki, belə imiş əzəl gündən alın yazı. Mənə məhəl qoymadı heç, mən nə qədər çaldım sazı, Bir həftəlik möhlət aldım andla açıb tez avazı. 43

Page 44: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Sözləşərək axşamadək onlar gizli hazırlaşdı, Arabanı qoşub minib Gürcüstandan çıxıb qaçdı. Dayanmadan yol gedərək uca-uca dağlar aşdı, Bir həftədən sonra rəmdar Ərzuruma ayaq açdı. Vaxt çatmışdır hər tərəfi bəzəyirdi qul-qaravaş, Kinyaz toyu başlamağa baş açırdı yavaş-yavaş. Hamı şənlik içindəydi bəzənirdi taxıb daş-qaş, Üz tuturdu düz meydana evlərindən çıxan birbaş. Ətrafında əyanları kinyaz çıxdı Kərəm ilə, Təm-təraqla yönəldilər onlar rəmdar Məlikgilə. Onun isə qaçmağını bilməyirdi biri hələ, At sürərək sakit-sakit gedirdilər gülə-gülə. Onlar gedib gördülər ki, lələ köçüb yurdu qalıb, Ev satılıb başqa biri köç gətirib orda salıb. Rəmdar Məlik aldadaraq başlarına kələk açıb, Götürərək ailəni çoxdandır ki, çıxıb qaçıb. Kinyaz işi belə görüb qəzəbləndi sanki aslan, Sərhədləri bağlamağa imzaladı böyük fərman. Xanzadəni qəmə batan görən kimi gözəl insan, Tez qayıtdı sarayına ona ümid verib bu an. Mühafizə dəstələri soraqlaşa-soraqlaşa, Ərzurumun sərhəddinə çatdı dağlar aşa-aşa. Öyrəndilər qaçıb getmiş axtarışı vurub başa, Qayıtdılar onlar geri ümidləri dəyib daşa. Dəstə gəlib kinyazına verən zaman işdən xəbər, Şəri əldən çıxan görüb qəzəbləndə ər bir qədər. Bir rəmdara aldanması ona oldu böyük kədər, İştahını tamam pozdu belə bir hal səhər-səhər. 44

Page 45: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bilmədi ki, nə eyləsin, necə durub etsin kömək, Yaramazı hardan tapıb çəksin ona yağlı kötək. Fikirləşdi Ərzurumu bəlkə etsin ələk-vələk, Qızı tapıb versin ona qəm yeməsin bu cüt mələk. Dedi:- Kərəm darıxma heç dur özünü sən ələ al, Bu dünyada tez məhv edər belə getsə səni bu hal. Qoşun verim aparginən Ərzurumun üstünə sal, Axtarıb tap öz yarını ayaq altda qalsın mahal. Əgər razı sən olsaydın bir təklifim vardı belə, Qızım var ki, böyütmüşəm bəsləyərək on dörd ilə, Bir mələkdir inanginən görünməyib gözə hələ, Sədaqətin bəlli mənə sən layiqsən qərənfilə. Ulduzlardan qat-qat gözəl lalələrə bənzəri var, Elə bil ki, sanki günəş yanağında tutmuş qərar. Gecə çölə çıxsa əgər çöhrəsindən işıq saçar, Ay görüncə camalını qəmə batıb kənar qaçar. Sən nanəcib bir rəmdara layiq deyilsən, ey xan oğlu, Vardı əslin-nəcabətin getməginən gəl bu yolu, Xan oğlusan xanla iş tut o olmuşdur atan qulu, Rəmdar kələkbazın biri sənin isə nəslin ulu. Kinyaz etdi işarəni qızı gedib gətirdilər, On dörd illik gül camalı Kərəm xana yetirdilər. Sarayda hər görən onu ağılların itirdilər, Qəlblərində eşq atəşin toxumunu bitirdilər. O elə bil mələk idi yanaqları saçırdı nur, Qırx incə bel qız yanında görünürdü onun çopur, Hər bir kəsə məlumdur ki, günəş aydan yüksək durur, Gözəllərin gözəlidir təbili gur günəş vurur. 45

Page 46: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Kinyaz gizlin saxlamışdır on dörd illik bu dilbəri, Saray hələ görməmişdir nura bənzər tər cövhəri, Ölkədə bir sığallarmış səhər yeli şux ülkəri, Quş da belə uçanmazmış qala imiş həndəvəri. Qızda olan büllur camal mat qoymuşdur əyanları, Vardı elə ala gözü coşdururdu lap qanları, Az qalırdı salsın yerə bığıburma cavanları, Hətta belə meydanlarda ordu basan aslanları. Gürcüstanın al günəşi çıxıb saray qabağına, Süzüb sağa, süzüb sola yenə döndü otağına. Könülləri viran qoyub saldı cövhər ayağına, Cavanların ürəyini döndərdi qan çanağına. KƏRƏMİN GÜRCÜ KİNYAZINA CAVABI Kərəm dedi:- Böyük kinyaz, hörmətindən çox razıyam, Əhdə dönük çıxanmaram mən Əslinin avazıyam, Yar yolunda məhəbbətin sadiq təzə bir yazıyam, Ürəyimin avazının bu dünyada saf sazıyam. Gülə bənzər qızınızın bu dünyada yoxdur tayı, Əsli kimi o da sevib sadiq olsun öyrət ayı. Sadiqlərin zəmanədə nə qədər çox olsa sayı, Gələcəyin gözlərinə görünmərik biz çəhrayı. Qızın görsə, gözəl görüb mən əhdimi oldum pozan, Bu şux güldə kişilərə inam olmaz heç bir zaman. Nə eşqinə sadiq olar, nə yolunda keçər candan, Nifrət edər hey bizlərə xatırlayıb zaman-zaman. 46

Page 47: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Söyləyirsən əlavə sən qoşun çəkib düzə çıxaq, Onda gərək meydan açıb yaraq çəkib evlər yıxaq. İnsan qırıb qanlar töksək qəlblər olar varaq-varaq, Sönüb gedər neçə-neçə məhəbbətlə yanan çıraq. Bu dünyada qan tökməyin mən olmuşam əleyhinə Davaları rədd etmişəm söz düşəndə dönə-dönə. Bir sevəni ayrı salsan bir-birindən onda mənə, Dübarə bir dərd gələcək çıxmayacaq qəlb ağ günə. Neçə ki, var canımda can mən axtaram yarı gərək, Dərd olsa da xeyli böyük yar yolunda dözər ürək. Bir adama qoymayacam ziyan vursun azğın fələk, Fələklərdən əl üzmüşəm ayparəmdir mənə dirək. Kinyazı çox heyran etdi Kərəmdəki bu cür əhval, Dedi:- Ey xan, sizdə vardı böyük bir qəlb, gözəl kamal. Görməmişdim bu dünyada belə təmiz edən xəyal, Sənin kimi xoş niyyətli bir insana olsun halal. Bu gündən mən bağlanıram sənin kimi saf insana, Bu qəlbimin açarını eyləyirəm məxsus sana. Bu dostluğu unutmaram xatırlaram yana-yana, Bu kamalla qapım açıq böyük qəlbli gözəl xana. Doğrudan da demişlər ki, ot kökünün üstə bitər, Böyük nəcabətin vardır xoş niyyətsən atan qədər. Mənə xəbər göndərginən dara gedib düşsən əgər, Dostun necə halda olsa köməyinə gəlib yetər. 47

Page 48: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN DİYARBADİYAR SORAQLAŞIB ƏSLİNİ AXTARMASI Kərəm Durub hazırlaşdı getməyinə verdi qərar, Kinyaz ilə qucaqlaşıb gözü yaşlı ayrıldılar. Gedib xeyli dağlar aşdı keçidləri, yolları dar, Əziyyətə qatlaşaraq Ərzuruma çatdı onlar. Gül-çiçəkli saf dağlardan onlar çapıb keçə-keçə, Daşdan çıxan bulaqlardan əylənərək içə-içə. Yaylaqlarda nahar edib bir az da qəm çəkə-çəkə, Sultandağa yetişdilər at belinə çökə-çökə. Seyfulla tez dedi:- Kərəm, bu dağ dağlar sultanıdır, Bu dağdan cəld keçək gərək beli çənli, dumanlıdır. Bunun köksü hər bir zaman qəzəblidir, tufanlıdı, Bu səbəbdən də dağların sultanıdır onun adı . Qurtarmamış sözlərini çən yeridi hər tərəfdən, Onlar çıxa bilmədilər çox çalışıb bu hədəfdən. Elə tufan başladı ki, hər ikisi qorxdu məhvdən, Çıxıb güllü bir dağlardan indi deyək belə kefdən. Bir an belə dincəlmədən atı sürüb yol getdilər, Axşamüstü bir obaya onlar gedib tez yetdilər. Bir qarıya qonaq olub rahatlanmış az bir qədər, Ballıcaya getməsini rəmdargilin tutdu xəbər. Kərəm baxdı rəmdar qaçır dayanmadı orda daha, Seyfullanı tez qaldırıb atı çapdı qərargaha. Xatırlayıb hey yarını qəlbi düşdü onun aha, Yollar boyu çox yalvardı kömək üçün bir Allaha. 48

Page 49: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Yollar boyu at çaparaq keçən zaman bir obadan, Qızlara çay kənarında rast gəldilər elə bu an. Əslisinin sorağını o qızlardan soran zaman, Onlardan xoş cavab aldı eşq odundan qəlbi yanan. Söylədilər:- Çolabaya gedən gördük rəmdargili, Əsli, Kərəm deyib ağlar qoyma sola o şux gülü. Tez özünü çatdırmasan yəqin çıxar bir əngəli, Hicran üzər ürəyini nazlı sonan olar dəli. Dərələrdə, təpələrdə bənzədilər küləklərə, Heç bir yerdə dayanmayıb batsalar da qana-tərə. Çolabaya yetişdilər bir yel kimi səhər-səhər, O yerdən də Qarsa tərəf getməyindən tutdu xəbər. Heç bir yerdə dayanmayıb Kərəm gördü qaçır rəmdar, Çıxıb yola çatmaq olmur yaz seli tək olub axar. Bir azacıq dincəldilər atlar yolda olmasın xar, Sonra durub atlanaraq üz qoydular Qarsa onlar. Çatan kimi soraqlaşıb tapmadılar orada da, Dedilər ki:- Beş gün əvvəl çıxıb getmiş Bayazıda. Əhvalatı bilən kimi yanaşdılar Kərəm xana, Kərəm isə Əslisini xatırladı yana-yana. Kərəm xanın sözlərində qəlb yanağısı görəndə var, Toplaşaraq Seyfulladan səbəbini soruşdular. O, söylədi əhvalatı məxluq oldu işdən agah, Hamı dedi:- Qoy rəmdarın bəlasını versin Allah. Bizim qızlar çox gözəldir, həm də sadiq öz ərinə, Yaddan çıxart sən Əslini gəl birini verək sənə. Atanın bir dənəsisən çırağını qoyma sönə, Həm dərdini çəkə-çəkə onlar yanıb külə dönə. 49

Page 50: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Xəbərin yox sənin hələ nə gündədir atan,anan, Onları sən bilmək üçün valideyin olmalısan. Bala necə şirin olur başa düşüb onda asan, Belə bir iş tutduğundan olacaqsan sən peşiman. Sən nə qədər dinləsən də məsləhətli bu sözləri, Ağsaqqaltək anlamazsan həm işləri gəlsə yeri. Çün həyatın biz sirrini öyrənmişik görə-görə, Mərhələylə işlər yetir nə yaranmış birdən-birə? Bilirəm ki, xeyri yoxdur nə qədər də desəm sənə, Bildiyini sən edəsən burdan gedən kimi yenə. Cavanlarda bu qaydadır qulaq assan əgər mənə, Onda işıq gələcəkdir qaranlıqda gözlərinə. Kərəm dedi:- Fikirlərin çox böyükdür ey ağsaqqal, Ancaq çətin kənar olsun həyatımdan bu qalmaqal. Eşq odunda qəlbim yanmış düşüb qalmış artıq bihal, Sağalmazdır mənim yaram təbibidir o gül camal. Sərin suyu kül üstünə çiləməyin nə faydası, Bilirsən ki, belə dərdin həyatda var bir qaydası. Aşiqinin əlindədir ancaq onun sağalması, Yar yarına yetməyincə ürək sona vurmaz yası. Sözün deyib atlandılar üz qoydular obalara, Bürküləyib nəfəs yoran sərt havanı yara-yara. Təngiyəndə nəfəsləri baş soxdular ora-bura, Ötüşdülər mənzillərdən atlarını yora-yora. Könül sevər beləsini öz eşqinə sadiq ola, Gül yarından ayrılanda qəlbi düşə qalmaqala. Diyar-diyar o axtara qərib eldə qala-qala, İndi varmı yar yolunda durub qoyan can bu yola? 50

Page 51: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bir baxışdan aşiq oldu Əsli kimi bir dilbərə, Vətənindən əl çəkərək ayaq basdı bütün yerə. Baxmadı ki, xan oğludur adı düşər pis dillərə, Bir eşqinə sadiq olub gedib tutdu üz çöllərə. Uzaqlarda hey tutduqca şirin yarın sorağını, Əridirdi zaman-zaman ürəyinin saf yağını. Taleyini görüb belə, hərdən çəkib orağını, Dərddən-qəmdən az qalırdı tez söndürsün çırağını. El-obalar dolandıqca bir an belə yorulmadı, Ona sadiq Əslisinin heç düşmədi dildən adı. Dağda-daşda yatar oldu çətinliyə o baxmadı, Neçə-neçə gözəl gördü nə baxmadı, nə axmadı. Dayanmadan at sürdülər zaman-zaman günəş batdı, Qocalmış gül əldən düşüb dağ dalında gedib yatdı.* Qarı qara çarşabını gəlib onum üstə atdı, Elə bu an Kərəmgil də qorxulu bir yerə çatdı. Elə qorxunc yer idi ki, nə bir oba, nə bir insan, Bircə orda nur saçırdı göy gəlini zəif yanan.* Zülmətlərə bürünsə də səs-səmirsiz bütün cahan, Yenə də hey gedirdilər bir an belə dayanmadan. Kərəm birdən at saxlayıb fikrə getdi tez bir qədər, Dedi:- Məni parçalasa çıxıb yandan nər vəhşilər. Hər paramı çeynəyərək dağıtsalar çölə əgər, Kim biləcək bu işləri gedib yara versin xəbər. Seyfullanı tez səslədi saxlayaraq yolda ayaq, Təhlükəsiz yer axtardı hər tərəfə boylanaraq. Dərindən bir köks ötürdü dağ başına dırmanaraq, Dedi:- Səhər yol gedərik gəl gecəni burda qalaq. 51

Page 52: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Xeyli müddət uzansa da heç yuxusu gəlməyirdi, Fikri Əsli yanındaydı bir an yata bilməyirdi. Əl qaldırıb hey göylərdən hərdən kömək diləyirdi, Unutmayıb İlahini qüdrətinə baş əyirdi. Söyləyirdi:- Xuda niyə məni saldın bu çöllərə? Hansı günah eyləmişdim qərib etdin sən ellərə? Dərgahına əl qaldırıb çox yalvardım neçə kərə, Əsirgədin mərhəmətin yurdum oldu çöl, dağ-dərə. Yalvarmışam dönə-dönə rəhmin gəlsin, ey yaradan, Qara bir bəxt mənə verdin qəlbim yandı zaman-zaman. Heç olmasa yarın üzün görməyimə yarat imkan, Dərgahına yol salmamış, bu dünyanı atmamış can. Həm də rəhm et atamgilə pis olmamış Allahına, Səni sevmiş, yada salmış, qurban vermiş dərgahına. Məndən başqa övladı yox qəsd eyləyir yazıq cana, Heç olmasa bir dayaq ol sən şərəfli o insana. Bu minvalla səhərədək yuxusuna o getmədi, Yarı gəzdi xəyalında rahatlığa can yetmədi. Eşqin odu bir köz kimi ürəyindən heç ötmədi, Ona zülmü verə-verə nə öldürüb, çürütmədi. Lalə yanaq oyanaraq boylandıqca dağ dalından,* Dünya qara çarşabını hey yığırdı zaman-zaman. Ki nur saçan gül üzlünün o, seyrinə çıxsın bu an, Əli ona çatmasa da durub baxsın heyran-heyran. Lalə yanaq çıxan kimi Kərəmgil də atlandılar, Dağ-dərədən keçə-keçə əziyyətə qatlandılar. Yar dalınca obalara, həm ellərə yollandılar, Dar keçidli qayalardan igid kimi tullandılar. 52

Page 53: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN MƏLRUD DAĞINDA BORANA DÜŞÜB XƏSTƏLƏNMƏSİ Hər ikisi irəliyə at çapırdı coşmuşdu qan, Baxmırdılar göy üzünü gəlib aiıb qara duman. Nəlrud dağın ətəyinə onlar gəlib çatan zaman, Birdən-birə baş qaldırdı görünməmiş böyük tufan. Yağış yağdı tufan altda dağ çayları döndü selə, Bir addım da irəliyə atmaq çətin oldu belə. Təpəciyin üstə çıxıb islandılar orda elə, Boran vurdu titrədilər onlar güman etdi ölə. Gecə oldu səhərəcən onlar qaldı həmin dağda, Hər bir tərəf dağlıq, meşə görünmürdü bir oba da. Bir karvan da ordan belə keçmədi ki, çata dada, Kərəm dedi:- Vaxtdır daha qalacağıq ölüb burda. Gecə keçib səhər çağı nurlu fələk çıxan zaman,* Yavaş-yavaş yağış kəsdi sakitləşdi zalım tufan. Xanzadəyə soyuq dəydi qızdırması qalxdı yaman, Seyfullasa çaşmayaraq yardım etdi dayanmadan. İtburnunun çiçəyindən yığıb tezcə döyəclədi, Əzib incə yarpaqların şəfa verən su eylədi. İçirdəntək xanzadəyə yerindəcə həmin dərdi, Yox elədi qalxıb onlar yar dalınca sinə gərdi. 53

Page 54: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN QEYSƏRİYYƏDƏ ƏSLİNİ TAPMASI Onlar keçib obalardan Qeysəriyyə yetişdilər, Soraqlaşa-soraqlaşa küçələrdən ötüşdülər. Cavab verən tapılmadı adamlara girişdilər, Xəbər tuta bilmədilər küçəni hey dəyişdilər. Çünki rəmdar Qeysəriyyə gələn zaman beş gün əvvəl, Fala baxıb məharətin göstərmişdir o pis əməl. Paşa xəbər tutan kimi çağırtdırıb sarayına, Qalıb rəmdar olmağını eyləmişdir təklif ona. Rəmdar ona söyləmişdir cavabında elə bu dəm, Ki qoymayır rahat məni təqib edir hey bir əcəm. Deyir, mənə ver qızını gəncəlidir adı Kərəm O, müsəlman, mən xaçpərəst bu işləri yazmaz qələm. Ziyad xanın o oğludur lap gətirib məni zara, Yığılmışam elə cana, həm düşmüşəm elə dara. Bilmirəm ki, bu dünyadan baş götürüb qaçım hara, Soraqlaşıb arxamızca bizim gəzir o avara. Təhlükədən əgər məni mühafizə edə bilsən, Sarayında qərar tutub ömrüm boyu qalaram mən. Sənə candan qulluq edib mən çıxmaram bir sözündən, Bu dünyada işlərimdən hər vaxt razı qalarsan sən. Yoxsa mənə nə gəlib ki, yaşın belə bir çağında, Qaçaq kimi düşüb gəzəm ölkələrin qucağında. Kim istəməz otursun ki, gümrah, rahat öz bağında, Qul-qaravaş qulluq etsin hey dolansın sol-sağında. 54

Page 55: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Rəmdar ona sözün deyib zülüm-zülüm ağlamışdır, Yalan-palan uyduraraq böyük dastan bağlamışdır. Kərəmə bir dəli deyə işlərini yağlamışdır, Paşa isə təminatla sarayında saxlamışdır. Bağçalı bir ev də verib ona şəhər kənarında, Car çəkdirib bildirmişdir əhaliyə hər bir yanda, Ki bir nəfər Kərəm adlı ölkəsinə gələn anda, Rəmdarı kim nişan versə gedəcəkdir o kəs bada. Ona görə əhali də bilən kimi odur Kərəm, Ondan kənar qaçırdılar səs verməyib elə bu dəm. Kərəm isə anlamayıb səbəbini çəkirdi qəm, Yardan soraq almayanda gözlərini basırdı nəm. Kərəm gəzib küçələri soraqlaşıb çəkəndə car, Əsligilin bağçasının kənarında tutdu qərar. Görəndə ki, hər bir tərəf göy çəməndi səfası var, Nahar edib dincəlməyə atdan yerə düşdü onlar. Bu vaxt Əsli qızlar ilə bağçasında seyr edirdi, Hamı gülüb oynayırdı o isə çox qəmli idi. Kərəm nahar edə-edə fikir verən vaxt onlara, Birdən dönüb sataşdı göz tənha qalan qəmli yara. Kərəm görcək çəmənlikdə qəmli duran nazlı yarı, Gözlərindən yaş axıdıb durub qaçdı ona sarı. İkisi də qucaqlaşdı selə döndü göz yaşları, Göz yaçından cum-cum olub tər güllərin üst-başları. Rəmdar xəbər tutan kimi gözü çıxdı kəlləsinə, Qaçıb girdi tez saraya dəm verərək çənəsinə. Yaxasını dartıb cırıb döyə-döyə sinəsinə, Dedi:- Paşam əcəm oğlu gəlib bizi tapıb yenə. 55

Page 56: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Paşa şəvə bığlarını sığallayıb bura-bura, Əmr eylədi:- Xanzadəni qolu bağlı çəkin bura. Qoymayın ki, qızı alıb qaçıb gedə ora-bura, Əgər sizə sinə gərsə peysərinə vurun yara. Dəstə gedib çatan zaman xan oğlunun hüzuruna, Cürət edə bilənmədi zor işlətsin biri ona. Çox ədəblə baş əyərək onlar durub Kərəm xana, Söylədilər:- Paşa səni dəvət edir sarayına. Dəstənin bu sözlərinə Kərəm məhəl qoymayanda, Tez Seyfulla anladı ki, qəlb deyildi elə handa. Cavabların vermək üçün dayanmadı daha yanda, İrəliyə addımlayıb durub dedi tez bu anda: -- Gedin deyin tacidara gəlsin onun hüzuruna, Xan oğludur bu söz gərək toxunmasın qüruruna. Qonaq gəlmiş az müddətə torpağının hüduduna, Müqəddəsdir qəlbi təmiz düşmüş eşqin bir oduna. Dəstə dönüb hökmdarın baş qoyaraq qarşısına, Qorxa-qorxa söylədilər əhvalatı paşasına. Süleymana toxundu söz, hökm eylədi qoşasına, Ki meydanda dar ağacı qursun həddin aşasına. Hökmdarın bu fərmanı səbəb oldu bir təşvişə, Bütün saray əyanları girişdilər tez bu işə. Qaldırdılar tarixləri onlar baxdı çox keçmişə, Söylədilər Süleymana ayağına düşə-düşə. Ki əcəmlər tarix boyu dostluq etmiş türklər ilə, Bir inciklik olmamışdır aramızda bizim hələ. Sadiq olub hər iki xalq ənənəni qoymuş elə, Düşmənçilik sən yaratma aralıqda indən belə. 56

Page 57: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ləkə vurma xalqımızın bu saf sadiq adətinə, Ki, uşaqdır sən bağışla Ziyad xanın hörmətinə. Yoxsa saray düşər xalqın gözlənilməz lənətinə, Qiyam qalxar təkan dəyər sənin böyük qüdrətinə. Ziyad xanın tək oğludur bağışlamaz o da sənə, Qoşun çəkər ortalıqda itib-batar saf ənənə. Papağını qoy qarşına otur düşün dönə-dönə, Uluları yada salıb hörmət elə keçmişinə! Müqəddəs bir insanlardır eşq yolunda qoyanlar can, Keçirmişdir süzgəcindən zaman-zaman bunu dövran. Sübut etmiş saflığını bu dünyada bilir hər yan, Həm bu yanda, həm o yanda toxunulmaz həmin insan. Xudanın da hörməti var sevənlərə bu dünyada, Müqəddəslik möhürünü vurub belə işə o da. Dövran Xuda əlindədir gələr bizə elə qada, Həm xalqımız, həm də saray bir andaca gedər bada. Xan oğludur nişan vermiş o özünü bir qonaq tək, Qonaq isə müqəddəsdir ayağına gedək gərək. Fəxr etməli bu işlə biz çün sayılır o bir mələk. Məsləhətdir xan oğlunu saf insantək əzizləyək. Paşa baxdı məsləhətə hörmət etdi cavan xana, Durub getdi hüzuruna əl verdi saf qonağına. Məmləkəti düşünərək salmadı qan çanağına, Dəvət etdi sarayına yanaq qoyub yanağına. Əmr eylədi, hüzuruna rəmdar Məlik gəldi onun, Paşanın tez qarşısında səcdə edib əydi boyun. Fəryad çəkib, yaxa cırıb çıxarmadı oyun-moyun, Gördü onlar dostlaşıbdır tez gözlədi işin sonun. 57

Page 58: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Paşa dedi:- Rəmdar Məlik, xeyir-dua ver onlara, Əzab vermək olmaz daha belə sadiq cavanlara. İşi sona çatdırmalı mən görmürəm başqa çara, Ondan qaçmaq mümkün deyil sən getsən də uzaqlara. Rəmdar Məlik gördü əgər yeridərsə inadını, Paşa yaman qəzəblidir itirəcək həyatını. Odur ki, də razı olub yüyürtmədi bərk atını, Düşündü ki, sonra işə salar kələk şah-matını. Paşa əmir eyləyərək gözətçiyə verdi xəbər, Ki, sarayda qalmalıdır Əsli xanım toya qədər. Rəmdar onu oğurlayıb məmləkətdən qaçsa əgər, Onda mənim qabağımda gözətçilər cavab verər. Sonra paşa dönüb baxdı düz rəmdarın gözlərinə, Nifrət etdi yalan-palan uydurduğu sözlərinə. Həm qəlbində lənət tökdü qızarmayan üzlərinə, Rəmdar onu anlayanda əsmə düşdü dizlərinə. Paşa dedi:-- Qoca axmaq bəs deyirdin xan dəlidir? Bənzəyir bir divanəyə el içində gülməlidir, Bu ki, gözəl bir oğlandır sanki bir İmam Əlidir,* Eşq yolunda işlərisə müqəddəslik əməlidir. Səni rəmdar bağışladım bir qızının saflığına, Rəm atmaqda birdənəsən həm də ki, sərraflığına. Yoxsa qandal vurdurardım sənin əsən ayağına, Sarayımda atdırardım itlərimin qabağına. Get bir daha axmaq işlə məşğul olma bu dünyada, Qulağında sırğa edib sözlərimi sən sal yada. Əgər əməl eyləməsən həyatından əl çək ya da, Qəzəbimə düçar olsan heç kəs çata bilməz dada. 58

Page 59: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

O, rəmdarı yola salıb ümid verdi xan oğluna, Dedi:- Kərəm, çaldıracam burda toyu özüm sana. Getdən-gəldən söhbətləşib bir otaq da verdi ona. Toya qədər ayrı qalın – deyib sözün vurdu sona. Əsliyə yer verilmişdir gül bağının yanında düz, Otağını qoruyurdu gözətçilər gecə-gündüz. Bütün saray xanımları göstərirdi ona xoş üz, Onun ülvi sevgisinə hamı vurğun idi sözsüz. Tapışmışdır iki mələk ürəkləri olmuşdu şən, Hər gün səhər durardılar yatağından onlar erkən. Çıxardılar güllü bağa oynardılar axşamacən. Qəmlənərdi sevgililər axşamçağı ayrılar kən. Toya qədər ayrı qalmaq idi xalqın adətləri, Hər bir kəsin bu adətə vardı böyük hörmətləri. Peyğəmbər də olsa belə pozmağa yox cürətləri, Eşqdən nəfəs alanlar da etməzdi bu qələtləri. Sevgililər erkən durub görüşəndə səhər-səhər, Qaçardılar sağa-sola bağda bir cüt gülə bənzər. Elə gözəl oynardılar quş uçsaydı göydən əgər, Durub qanad saxlayaraq tamaşaya yenərdilər. Bütün saray xanımları çıxardı öz eyvanına, Gizli-gizli süzərdilər bağda gəzir bir cüt sona. İstərdilər belə sevgi baxardılar yana-yana, Sevgililər qaçışardı gül koluna qona-qona. Saray şənlik içindəydi hazırlaşır hamı toya, Tarixi bir məqam idi, baxmaq üçün bir cüt aya. Məmləkətdə yayılmışdı toy sədası hər obaya, Hər kəs istər dəvət alsın bu cür toya, həm saraya. 59

Page 60: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

İşlər başa yetişdikcə az qalırdı toy gününə, Rəmdar isə qıcayırdı dişlərini dönə-dönə. Hey düşünüb əlləşirdi, əl atırdı gah beyninə, Ki bir kələk qurub orda qızı alıb qaçsın yenə. Bir gün belə düşündü ki, bişirəndə aşbaz xörək, Fürsət tapıb qazanlara bihuşdarı töksün gərək. Bütün saray adamların belə yolla yatırtsın bərk, Məmləkətdən qaçıb çıxsın qızı ilə səhərədək. Bu fikirlə hey sarayda dolanaraq xeyli müddət, Çox çalışıb, çox əlləşdi bir gün ələ düşdü fürsət. Qazanlara xeyli tökdü bihuşdarı edib cürət, Div yuxusu aldı saray əldən çıxdı gözəl sərvət. Rəmdar girdi tez saraya gördü Əsli düşmüş bihal, Bihuşdarı işin görüb dörd bir tərəf olubdu lal.* Tez Əslini yerdən alıb arabaya qoydu ehmal, Bir yel kimi düşdü yola uzaqlaşıb oldu xəyal. Səhərədək qovdu atı qırdı bütün o sədləri, Gecə ikən vurub keçdi keçilməyən bir hədləri. Təzəcənə söküləndə dan yerinin nur bəndləri, Xeyli qaldı uzaqlarda məmləkətin sərhədləri. Rəmdar Məlik çatan kimi səhər hələb torpağına, Üstün almış təhlükələr həmin saat yetdi sona. Qorxuları uçub getdi qüvvə gəldi bir az cana, Elə bu vaxt yuxusundan ayıldı ay üzlü sona. Durub baxdı ətrafına düzənlikdə gördü özün, Baxdı, rəmdar qurub kələk ağlamaqdan yordu gözün. Zülüm-zülüm sızlayaraq dincəlmədi Əsli o gün, Qarğış tökdü atasına ürəyində deyib sözün. 60

Page 61: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Gün qalxmışdır günortaya yuxudaydı saray hələ, Qeysəriyyə anlamırdı niyə dövlət laldı belə.* Bir nəfər də görünmürdü ayaq açıb çıxsın çölə, Elə bil ki, balıq hürkmüş daş atılmış sanki gölə. Bihuşdarı beyinlərdə itirəndə təsirini, Hamı qalxıb çıxartmadı qorxudan səs-səmirini. Bütün saray təşvişləndi anlamadı bir-birini, Paşa qoyub tac başına tutan kimi tez yerini. Əmr eylədi əhvalatı addım-addım öyrəndilər, Rəmdarın bu kələyini aşkar etdi əfəndilər. Xəbər çatdı Süleymana dəstə saldı obalara, Bir iş hasil etmədilər getdilərsə onlar hara. İşi qara, cismi qara baxın görün bir neylədi,* Gülü-güldən ayrı saldı Kərəm ahu-zar eylədi. Toplaşdılar ətrafına kim nə qədər söz söylədi, Heç təskinlik tapanmadı gözlərindən hey ələdi. Yandı onun bu halına bütün saray əyanları, Paşa yığdı otağına gözəl qızı olanları. Bəzətdirib gətirtdirdi hər birinə ceyranları, Kərəm xanın ətrafına toplatdırdı seyranları. Dilbərlərdən sədd çəkildı xoş olmadı bu iş ona, Çünki orda rast gəlmədi xanzadəyə gözəl sona. Az qalırdı qəsd eləsin yardan ayrı şirin cana, Ahu-zarla atın minib yola düşdü yana-yana. 61

Page 62: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

RƏMDAR MƏLİKİN HƏLƏBDƏ QƏRAR TUTMASI Qədim Hələb şəhərində rəmdarın bir dostu vardı, Bəyzadələr nəsilindən Vəli idi onun adı. Rəmdar baxdı təhlükədə qalıb artıq bir həyatı, Köhnə dostdan kömək umub qapısına sürdü atı. Uzun müddət dostluq edib qazanmışlar etibarın, Onlar sanki tapmışdılar bir-birinin havadarın. Heç birisi dost yolunda otarmazdı qarın-marın, Hətta belə inciməzdir kim desəydi kimin arın. Dostlar çatıb bir-birinə şirin-şirin görüşdülər, Əllərini sıxa-sıxa qucaqlaşıb öpüşdülər. Xatırlayıb keçmişləri bir qədər də gülüşdülər, Keçib qonaq otağına çox mehriban əyləşdilər. Yurd-yuvadan söhbət edib açdı ona əhvalatı, Xəbər verdi Vəli bəyə təhlükədədir həyatı. Ümid yeri saymış onu qapısına sürmüş atı, Dostu basa biləcəkmi bir belə fitnə-fəsatı? Vəli dedi:- Qonağımsan Kərəmin yox bir xətası, Sənə bir şey edə bilməz lap gəlsə də xan atası, Soraqlaşıb gəzə-gəzə səndən xəbər o, tutası, Gəlib bura çıxanadək biz qurarıq artıq tası. Adım-sanım var ölkədə varım-karım, tayfam böyük, Bundan sonra dərdi-qəmi sən özünə eyləmə yük. Məmləkəti yelə verrəm əskik olsa başından tük, Son anadək qılınc vurub mən çıxmaram dosta dönük. 62

Page 63: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Hər ikisi başa vurub son sözünü, kəlməsini, Gözlədilər Kərəm xanın məmləkətə gəlməsini. Həm də onun arxasınca durub gələn hər kəsini, Əgər şuluq salan olsa susdursunlar tez səsini. KƏRƏMİN SORAQLAŞIB HƏLƏBDƏ ƏSLİNİ TAPMASI . Kərəm Hələb torpağına çatdı qızın izi ilə, Soraqlaşıb kücələrdə yana-yana gəldi dilə. Xəbər tutdu adamlardan şəhər boyu belə-belə, Sorağını alıb yarın gəlib çıxdı Vəligilə. Vəli bəyin sarayını qoruyurdu qul-qaravaş, Çətin idi ora girmək darvazanı açıb birbaş. Yaxınlaşan zaman onlar mənzilinə yavaş-yavaş, Dəvətsiz yad adam görüb yüyürdülər qalıb çaş-baş. Biləndə ki, gələn adam xan oğludur adı Kərəm, Onlar əmri almışdılar qoymadılar evə bu dəm. Heç bir məhəl qoymayaraq gözətçiyə o qəlbi qəm, Atın sürüb darvazaya dedi:- Yarı gərək görəm. Zorakılıq görən zaman töküldülər gözətçilər, Vəli bəyin qulluğunda duran bütün bələdçilər. Vəli bəy də qalxıb gəldi alan kimi belə xəbər, Əmr eylədi:- Kərəm xana qulluqçular gərsin hünər. Gözətçilər atıb çölə Seyfullanı, Kərəm xanı, Bağladılar üzlərinə onlar dəmir darvazanı. Əmr aldılar qoymasınlar sarayına azanları, Sinə gərib qoy qovsunlar qanununu pozanları. 63

Page 64: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Darvazanın arxasında Kərəm etdi çox ahu-zar, Yardan ayrı qəlbi yandı yenə basdı onu azar. Ahu-zarlar içində hey həyatından oldu bezar, Eşq oduna dözənməyib düşdü yerə sanki məzar. Seyfulla tez yardım etdi belə halda ona yenə, Onu çəkdi qonşuluqda bir qarının həyətinə. Yanan qəlbin sərinlətdi su çiləyib sinəsinə. Qoymadı ki, Kərəm xanın çırağını cavan sönə. QARININ ƏSLİ İLƏ KƏRƏMİ GÖRÜŞDÜRMƏSİ Qarı işi anlamayıb Seyfullaya dedi:- Söylə, Bu qəribə nə olmuşdur huşu gedib gəlmir hələ? Gözlərindən yanağına yaş tökülmüş gilə-gilə, Aya bənzər bir cavana hansı nadan qıymış belə? Dedi:- Nənə dinlə deyim əhvalatı bu ay camal, Bəxti qara bir cavandır eşqdir salan onu bihal. Yarsız onun həyatından çətin getsin bu qalmaqal, Bu dünyada əlacsızdır o tapmışdır elə zaval. Gəncəlidir, adı Kərəm tək oğludur Ziyad xanın, Əsli adlı canan üçün fəda edir cavan canın. Rəmdarın da tək qızı var aşiqidir bu oğlanın, Xəbər yetir yarına sən eşq gölündə boğulanın. Bütünlüklə əhvalatı söyləyəndə orda ona, Qarı agah olub işdən qəlbi qaldı yana-yana. Çox dərindən həm acıdı onun belə bir halına, Ona qəlbi hökm eylədi kömək etsin cavan xana. 64

Page 65: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Qarı büküb ayağına düşən uzun balağını, Durub getdi Əsligilə çəkə-çəkə çolağını. Əyləşərək Əslinin o, öpdü günəş yanağını, Xəlvət edib aralığı nişan verdi qonağını. Qarı dedi:- Yarındandır gətirdiyim sənə xəbər, Ürəyinə toxtaqlıq ver ehtiyatlı ol bir qədər. Kim eşitsə sözümüzü kol dalında durub əgər, Tez atana xəbər verər əldən fürsət yenə gedər. Gəncədən bir nəfər gəlib xan oğludur adı Kərəm, Gecə bağa çıx gələcək mən olacam yanında həm. Məcarəniz qəlbə dəyən gərək sizə kömək edəm, Görək bu gün nə göstərir bəxtə naxış çəkən qələm. Qiymətli bir boyunbağı Əsli verdi tez nənəyə, Çox diqqətlə yanaşdı qız dəbdə olan ənənəyə.* Onu razı saldı yola əl atmasın bir hiyləyə, Bəzənməyə qaçıb getdi görüşəcək yarla deyə. Qarı dönüb şad xəbəri verdi yanıx Kərəm xana, Qoymadı ki, qəlbi onun yarı üçün qubarlana. O qəlbi xar Adəm kimi gəldi cana handan-hana,* Yardan xəbər eşidəntək həyat düşdü axarına. Kərəm durub hazırlaşdı gözəl yarın görüşünə, Onlar baxıb şad oldular onun aslan yerişinə. Heyran-heyran göz qoydular hərdən sona gülüşünə, Yar yolunda necə durub həyat ilə döyüşünə. Günəş batdı gecə oldu görüş vaxtı gəlib çatdı, Bəşər girib yuvasına yorğanını çəkib yatdı. Qarı durub düşdü yola meydanında at oynatdı, Xəlvət yolla bağa gəldi düz hədəfə oxu atdı. 65

Page 66: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Onlar gördü bir Əslinin otağında işıq yanır, Ceyran kimi pəncərədən sağa-sola o boylanır. Kərəm eşqin atəşilə şam yandırıb verdi nişan,* İşıq görcək qaçdı bağa sevincləri aşıb-daşan. Hər iki yar çatan kimi bir-birinə sarmaşdılar. Bir-birinin qucağında onlar xeyli ağlaşdılar. Qarıgil də gözdən töküb aşiqlərə qarışdılar, Baxıb belə hallarına bədən boyu alışdılar. Rəmdar Məlik bilirdi ki, Kərəm mütləq cəhd edəcək, Aşiqini qaçırmağa ölümə də lap gedəcək. Odur ki, də gecə-gündüz dincliyini itirərdi, Çox yatmayıb dörd tərəfə hərdən nəzər yetirərdi. Rəmdar Məlik yorğun idi, həmin günü lap yatdı bərk, Odur ki, də fürsət tapdı görüşməyə o cüt mələk. Xeyli müddət ötüb keçdi birdən Məlik səksənərək, Yatağından durub getdi yoxlamağa o daş ürək. Gördü Əsli yerində yox girən zaman otağına, Əmr eylədi gözətçilər düşdü onun qabağına. Axtarışa başladılar onlar girib gül bağına, Bu ixtiyar verilmişdir Vəli bəyin qonağına. Təzəcənə ayılmışdır eşq odundan Kərəm ağa, Çox gec idi duran zaman aşiqini qaçırmağa. Gözətçilər üstün alıb qoymadılar aparmağa, Aşiqləri yaxaladı bağda qovub sola-sağa. Gözətçilər çölə atdı Seyfullanı, Kərəm xanı, Tutub xeyli kötəklədi yol göstərən tamadanı. Bir kimsəsiz o qarının axıb yerə getdi qanı, Xurd-xəşilə dönüb yazıq yerindəcə çıxdı canı. 66

Page 67: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Rəmdar qızın gətirtdirib otağına saldıraraq, Qapısına bir gözətçi qoyub etdi onu dustaq. Tapşırdı ki, keşik çəksin gül üzlüyə bir divsayaq, Həm qadağan eylədi ki, Əsli çölə bassın ayaq. Əsli fəryad çəkə-çəkə vurdu özün ora-bura, Səhərini belə açdı üst-başını cıra-cıra. Yardan ayrı ahu-zardan tər qəlbini yora-yora, Məzar kimi düşüb qaldı başın yerə vura-vura. Huşu başdan çıxıb getdi xeyli müddət yerdə qaldı, Səhər gəlib görən zaman anasını heyrət aldı. Gördü cırıb üst-başını qızı düşüb tamam laldı,* Onu huşsuz bilən kimi ətrafına haray saldı. Hər tərəfdən töküldülər onun belə harayına, Gördülər ki, Əsli huşsuz ana durubdur vayına. Tez bir təbib çağırtdırıb eylədilər yardım ona, Təhlükəsi keçib getdi həyatına döndü sona. Qız dönsə də həyatına eşq odundan dincəlmədi, Gözlərindən hey axıdıb sakitləşə o bilmədi. Kərəm deyə üst-başını dartıb cırıb qəm də yedi, Əl-qolunu bağladılar yenə ağlı başdan getdi. Rəmdar açıb kitabını cadu-filan yazdı ona, Eşq önündə ofsunları onun qaldı sına-sına. Dualar da yazsa belə, kar etmədi sevən cana, Atasını özü kimi qızı qoydu yana-yana. Yerdən-göydən üzüldü əl üz tutdular ocaqlara, Cindarları fəth elədi rəmdar özün yora-yora. Çox çalışıb, çox dolanıb əl atsa da ora-bura, Bu dünyada tapanmadı ay camala heç bir çara. 67

Page 68: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN ÇÖLLƏRƏ QAÇMASI Əslinin bu pis halından Kərəm xəbər tutan zaman, Bir atəşə düşdü ki, can qəlbi çəkdi böyük ziyan. Qəm içində tutuldu baş gözlərinə çökdü duman, Baş götürüb qaçdı çölə elə coşdu damarda qan. Yara şəfa hey diləyib, əl qaldırdı hey göylərə, Səcdə edib İlahiyə üz-gözünü sürtdü yerə. Nalə çəkdi sədasına səda verdi dağ, həm dərə, Xan üz tutub dağa-daşa batdı böyük qəm-kədərə. Günəş altda qızmar səhra ona təsir etməyirdi, Çün qəlbində eşqin odu qumdan daha isti idi. Görməyirdi ətrafını hey gedirdi çöl uzunu, O, düşmüşdür arxasınca hərdən görüb ulduzunu. Seyfullasa dönüb evə çox gözlədi Kərəm xanı, Nahar vaxtı olan zaman qayğıkeşin sancdı canı. Onun üstün təşviş aldı ağır keçdi bütün anı Durub düşdü küçələrə tez axtardı hər bir yanı. Bazarda bir karvanbaşı görüb onu soraqlaşan, Tez yanına səsləyərək əhvalatı etdi bəyan, Dedi:- Yolda oğlan gördüm bu gün bura gələn zaman, Mən səslədim, səs vermədi pis haldaydı həmin cavan. Üstü-başı cırıq-cırıq o, düşmüşdür çox pis hala, Uzun saçı qat-qarışıq dərviş kimi çıxmış yola. Ətrafına baxmayırdı yol gedirdi bala-bala, Elə bil ki, divanəydi əyilirdi sağa-sola. 68

Page 69: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Kömək əli biz uzatdıq nə təşəkkür, nə də filan, Bizə qarşı bir işarə olmadı da belə ondan. Görünürdü kimsə onun ürəyinə dəymiş yaman, Qəmli-qəmli baş aşağı hey gedirdi yazıq cavan. Ona çörək, su göstərdik yenə bizə bir baxmadı, Soruşduq da geri dönüb demədi də nədir adı. Ucaboylu oğlanıydı son andaydı bir həyatı, Görkəmindən bilinirdi çox böyükdür onun zatı. Gördük bizə yaxın gəlmir dönüb düşdük yolumuza, Üst-başından bilinirdi üz vermişdir ona qəza. Ayağını sürüyürdü səkkizi də yaza-yaza, Səbəbini bir demədi elə bil ki, dönmüş buza. SEYFULLANIN GEDİB KƏRƏMİ ÇÖLLƏRDƏN TAPIB GƏTİRMƏSİ Verən kimi Seyfullaya karvanbaşı bu xəbəri, Ona təşəkkür eylədi öyrənincə həmin yeri. Dayanmadan çapıb getdi seltək axdı atın təri, Dağ-dərədən oxtək süzüb yordu yazıq o kəhəri. Səhraları dolanaraq dağa-daşa çatan zaman, Qartal, quzğun bir dərəyə yenir gördü qoca aslan. Bildi nəsə var orada həmin yerə tez aldı yan, Gedib gördü huşsuz halda düşüb qalmış dərdli cavan. Gördü onun dodaqları susuzluqdan çat-çat olub, Bir ölümcül hala düşüb qızılgültək rəngi solub. Çətinliklə nəfəs alır son gününə çox az qalıb, Suyla yuyub üz-gözünü ata qoydu yerdən alıb. 69

Page 70: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Gördü qızmar günəş altda üz vermişdir ona qada, Təbiblərə çatdırmasa gedəcəkdir yazıq bada. Yorğunluğun həmin anda salmadı da belə yada, Çapdı atı mənzilinə bir qan-tərə bata-bata. Yelə döndü yollar boyu bilmədi də nə dağ-dərə, Xan oğlunu tez çatdırdı şəfa verən təbiblərə. Əl qaldırıb hey yalvardı İlahiyə neçə kərə, Qüdrətilə şəfa versin ağasına orda deyə. Təbiblər də çətinliklə yardım etdi cavan xana, Məhəl qoyub saf eşqinə, Seyfullanın qınağına. Xeyli dəva-dərmanlarla gətirdilər onu cana, Qoymadılar cavan keçə Əzrailin caynağına. Təbiblərin son işləri səhərçağı yetdi başa, Gültək açdı yanaqları Kərəm oldu bir tamaşa. Nur töküldü camalından günəş kimi başdan-başa, Seyfullasa sevincindən gözlərini tutdu yaşa. Dedi:- Kərəm, sən etdiyin bu işləri fikirləş bir, Səbirsiz bir halda atan sənin yolun hey gözləyir. Allah bilir nə gündədir onlar necə fəryad edir, Gözlərini dikib yola həyatları əldən gedir. Kərəm dedi:- Ey dayağım, artıq çıxmış kələf əldən, Eşqin odu vurub məni anlamalı halımı sən. Bir şey hasil olmayacaq müdrik sözlər yüz də desən, Yar həyatdan köçər olsa qalanmaram bu yanda mən.* Əldən gedib ixtiyarım bəhrə verməz gördüyüm iş. Mənzilləri fəth eləməz mən də olan belə yeriş, Yolumuzda işıq varsa sən bu işə mənsiz giriş, Böyük işi böyük olar, atalar çox yaxşı demiş. 70

Page 71: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Yanıq Kərəm heç qorxmayır yansa da hey yar oduna, İnanginən ömrü boyu fəryad etsə xoşdur ona. Sən getsən də bu dünyada, məmləkətdə hər bir yana, Mən xəstənin çarəsi yox de unutsun atam xana. Seyfullasa eşitdikcə bu ümidsiz sözlərini, Qəlbdən yanıb əhvalına hey sıxırdı gözlərini. Çün görürdü o yazığı fələk salmış elə hala, O, bir daha inanmırdı xan oğluna əlac ola. Çox təsəlli verib ona öpdü ala gözlərindən, Odtək axan göz yaşını durub sildi üzlərindən. Dedi:-Bir az təmkinli ol görüm nə yol tapıram mən, Bu dünyada aşiqinə bəlkə çata biləsən sən. Rəmdargilin gəlməyəndə aşiqlərə insafları, Seyfulla tez söyləyərək dolandı hey ətrafları. Vəli bəydən çəkindilər tapsa da iş sərrafları, Biri yaxın durmadı ki, birləşdirə bu safları. Kərəm kömək görməyəndə eşd oduna düşdü yenə, Çıxıb qaçdı dağa-daşa atəş altda coşdu sinə. Qan gölündə çırpınaraq qəlbi oldu dənə-dənə, Biyabanı gözləriylə suvardı hey dönə-dönə. Çöllərdə bir hala düşdü Kərəm gedib zaman-zaman, Ölüm daha yaxşı oldu çəkdiyi bu əzablardan. Hey cırıldı paltarları çöldə qaldı o şux bədən, Divanətək tanıdılar ona dağlar oldu məskən. 71

Page 72: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN ÇÖLLƏRDƏ QALMASI Seyfullasa yenə durub üz tutdu çöl biyabana, Səhralarda hey axtardı günəş altda yana-yana. Çılpaq halda o, rast gəldi gedib dağda xan oğluna, Çöldən evə dönmək üçün çox yalvardı qəlbdən ona. Kərəm dedi:- Çox danlayıb, çox qınama məni belə, Qəlbim sakit olsun deyə, üz tutmuşam evdən çölə. Bənzədirəm gözəl yara çiçəkləri alıb ələ, Rahat olub dolanıram çəmənlərdə elə-belə. Elə bilmə huşum gedib məni salıb eşq əngələ, Hüsnüm bənzər divanəyə, yerindədir ağlım hələ. Ən qiymətli kamaldı ki, verməmişəm onu yelə, Beyni möhkəm saxlayıram qəlbi açsın o şux gülə. Mənə kefdən olmamışdır məskən vəhşi bu dağ-dərə, Bilirsən ki, hansı səbəb salmış məni belə yerə. Var dalımca söz-söhbətlər el içində buna görə, Yenə xoşdur yar yolunda kim nə desə yüz min kərə. Neçə vaxtdır yoxdur inan nə bir gecəm, nə gündüzüm, Çəkilibdir ərşə yuxum yumulmayıb bir an gözüm. Eşq yolunda xoşdur yenə budur sənə son bir sözüm, Daha məni axtarma ki, öz işimi, bilim özüm. Qayıt daha məmləkətə sənlik yoxdur burda bir iş, Qoy olsunlar qəmdən uzaq atamgilə söz tap giriş. Söylə xana, oğlun Kərəm vəhşi çölə etmiş vərdiş, Həyatından əl üzərək çöllüklərdə olmuş dərviş. 72

Page 73: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Həm də söylə, fələk onu artıq salmış elə dərdə, Yarı qoyub geri dönməz məmləkətə daha bir də. De çatmasa öz yarına ölüb qalar həmin yerdə, Bu dünyada axtarmasın əlacı yox təbiblərdə. Kərəm sözün sona vurub Seyfullanı qucaqladı, Sarmaşaraq bir-birinə hər ikisi çox ağladı. Seyfullanın ürəyini onun halı hey dağladı, Ayrılanda paltar verib bədənini tez bağladı. SEYFULLANIN YOLDA QAÇAQLARA RAST GƏLMƏSİ Seyfulla hey at belində ağlayırdı yana-yana, Qəmli-qəmli yol gedirdi, verməyirdi diqqət yana. Düşünürdü necə gedib xəbər versin Ziyad xana, Ki oğlunuz eşq odundan düşüb çölə, doyub cana. Belə xəyal edə-edə üz tutmuşdur yola birbaş, Dərələrlə, təpələrlə at sürürdü yavaş-yavaş. Hərdən bir də düşünürdü nə gündədir qohum-qardaş, Xəyalların anbarında lap qalmışdır yazıq çaş-baş. Bu dağlarda paşa, xandan narazı qırx qaçaq vardı, Gecə yatıb gündüz çıxıb ətrafları dolanardı. Onlar bəyi, tacirləri yolda tutub hey soyardı, Müqavimət göstərənin başın kəsib tullayardı. Onlar çıxıb dağ-dərədə şikar gəzib dolananda, Seyfullanı yavaş-yavaş gələn gördü həmin anda. Tez dağılıb gizləndilər yoldan kənar dörd bir yanda, Qabağını onlar kəsdı gəlib ora o çatanda. 73

Page 74: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Seyfullasa yol boyunca baxmayırdı qabağına, Gözlərindən çiləyirdi su yolların torpağına. Dayanmadan gedən zaman hamı qaldı dona-dona, Görəndə ki, çox qəmlidir yazıqları gəldi ona. Bildilər ki, nəsə ona vermiş böyük bir bəla üz, Dərdi böyük olduğundan qabağını görməyir göz. Göz yaşları dönüb selə yolu tutub gedir düm-düz, Xəbəri yox bu dünyadan gecədirmi, yoxsa gündüz. Bilmək üçün əhvalatı saxladılar atın bərk-bərk, Seyfullanı qorxan görüb onlar verdi ürək-dirək. Dedilər ki:-Niyə belə kədərlisən söylə görək? Sən kimisin görməmişik bu sirri aç biz dinləyək. Kim incitmiş söylə səni eyləyirsən fəryad belə? Qılınc çəkib igidlərim gedib onu versin yelə. Ocağını oda tutub döndərsinlər bütün külə, Sənin kimi dərdli, qəmli rast gəlməmiş bizə hələ. Seyfullasa gördü onlar çox xeyirxah insanlardır, Mərhəmətli, həm əl tutan dərdə, hala yananlardır. Onlar deyil baş kəsənlər, şaha qarşı çıxanlardır, Şah zülmünə dözməyərək dağa-daşa qaçanlardır. Bu vaxt getdi qorxuları tez özünü aldı ələ, Kərəm xandan söz açaraq yana-yana gəldi dilə. Əhvalatı söyləyərək gözdən tökdü gilə-gilə, Dedi:-Bizə kömək edən olmayıbdır burda hələ. Qaçaqların qəlbi yandı çöldə yanan saf dərvişə, Əhvalatı dinlədilər ciyərləri bişə-bişə. Söylədilər:- Səvabdı bu, qarışmalı biz bu işə, Rəmdar Məlik dönməlidir əlimizdə gərək leşə. 74

Page 75: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Seyfullayla onlar getdi xanzadənin oylağına, Baxmaq üçün əhvalına, həm də yanan ocağına. Kömək etsin tez aşiqə sevinc dolsun qucağına, Yarın tapıb şad yaşasın çəkilsin öz bucağına. Gedib tapıb xan oğlunun əhvalına onlar baxdı, Huşsuz halda görüb onu ürəklərin oda yaxdı. Qaçaqların qəlbi yandı gözlərindən sellər axdı, Dedilər ki:- Rəmdargilin boyanmalı qana taxdı. Belə gözəl bir cavanı nə cürətlə o xaçpərəst, Eşq odunda yandıraraq çölə salıb etmişdi məst. Qaçaqbaşı dedi:- daha qəm yeməyin bəsdi Kərəm Mən bu saat aşiqini gedib sənə gətirərəm. Qaçaqbaşı Kərəm xana orda deyən an bu sözü, Yağtək yaydı sinəsinə duyan kimi can bu sözü. Ümidlə o gözləyirdi gör bir haçandan bu sözü, Tez özünü aldı ələ hiss edəndə xan bu sözü. Sevincindən xan oğlunun gücə gəldi dizi bu an, Dedi:-Görən nə haldadır yazıq yarım Əsli canan. Bu xəbəri tez çatdırın qəm yeməsin ona qurban Dinclik tapsın eşq odundan alovlanıb qəlbi yanan. Yol salmışdır artıq bizə Xudamızın mərhəməti. Əlinizlə o istəyir versin mənə səadəti. Sizə səvab iş olacaq döndərsəniz o lənəti, Ancaq mənə söz verin ki, qansız keçər iş haləti. Əgər yarın doğmaları həlak olsa qalar ağlar, Ömrüm boyu qəlbim üzər qan gölündə tutub qərar. Daha da siz durub məni edərsiniz həyatda xar, Onda qarğış tökər sizə can nə qadər canımda var. 75

Page 76: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Kərəmin bu sözlərinə qaçaqbaşı qaldı heyran, Ki fikiri çox gözəldir, hüsnü kimi gözəl oğlan. Həm sülh sevər, həm xan oğlu zəmanəni qabaqlayan, Hayıf dəli adlanırlar belələri hər bir zaman. Qaçaqbaşı razılaşıb Kərəmin bu arzusuyla, Dedi:--Qorxma biz salmarıq rəmdargili qalmaqala. Seyfullanı götürərək düzəldilər durub yola, Yol saldılar rəmdargilə onlar dağdan bala-bala. RƏMDAR MƏLİKİN KƏRƏMİN ELÇİLƏRİNİ RƏDD ETMƏSİ Rəmdar ilə dostu Vəli qarşılayıb qonaqları, Seyfullanı görən kimi anladılar qaçaqları. Qurşaqları məxməriydi sallanırdı saçaqları, Qaçaqbaşı əyləşərək yerə qoyub bıçaqları. Dedi:- Rəmdar rəvadırmı eşq odundan Kərəm yana? Üz tutaraq biyabana həyatından doya cana, Necə qıydı qəlbin sənin belə gözəl bir oğlana? Qızı salıb bir qəfəsə sən vermədin ərə ona. Ayrı salmaq bu gülləri sayılarmı müqəddəs iş? Hardan sənin ürəyinə yol tapmışdır bu pis vərdiş? Uçurumdan salacaqdır bir vaxt səni belə yeriş, Bu işlərə son qoymalı artıq məqam gəlib yetmiş. Saçının bu ağ çağında səvab işlər görmək gərək, Belə fürsət ömür boyu gəlib ələ düşür tək-tək. Allah sənə imkan vermiş, ancaq Şeytan gəlmiş kələk, Yükləmişdir lap boynuna günahları ətətk-ətək. 76

Page 77: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ancaq yenə geri dönmək hələ sənə gec deyili, Böyük səvab qazanarsan qovuşdursan Kərəmgili. Eşq oduna yanıb onlar bu dünyada olsa dəli, Allah səni bağışlamaz məhv eləsən bu cüt gülü. Rəmdar dedi:- Müqəddəslik vurulsa da eşq adına, Dinim ayrı mən qoymaram onlar çata muradına. Şəhər boyu sürüsən də kəndirləyib sən atına, Yenə də mən yol vermərəm onların bu həyatına. Sən əlimdən zorla alsan inanın ki, Əslini mən, Baxmaram tək övladımdır öldürərəm of demədən. Xudadan da qorxum yoxdur qaçaqbaşı bilginən sən, Hayı gedən, vayı qalan çəkinərmi bir kimsədən? Gedin deyin siz Kərəmə qoy əl çəksin bu sevdadan, Mənim qəti sözümdü bu söyləmirəm yalan-palan. Bəsdir daha bu yollarda ürəyini etdi talan. Nahaq yerə ad-sanını korlamasın xan oğlu xan. Rəmdar sözün deyib qəti tez eylədi otağı tərk, Rədd cavabı qaçaqların ürəyinə toxundu bərk. Düşündülər söz vermişik çəkilməsin yaraq gərək, Yoxsa bizdən qəlbi qalar o sülh sevər, o saf ürək. Əməli düz, sözü bütöv salam olsun cavanlara, Nə gözəldir rast gələsən belə gözəl insanlara. Rədd cavabı toxunsa da qaçaq igid aslanlara, Sakit gedib söylədilər əhvalatı qəlbi xara. Qaçaqbaşı dedi:- Kərəm, belə olmaz axı daha, Uzun çəksə bu iş sənə oturacaq yaman baha. Icazə ver qılınc çəkək biz boyayaq onu qana, Dilbərini sağ-salamat qoy gətirib verək sana. 77

Page 78: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Digər yolu yoxdur bunun mütləq razı olmalısan, Ya da ondan əl çəkərək başqasını almalısan. Yoxsa yara çatmayasan belə yolla mənə inan, Sən yanaraq eşq odunda məhv olasan zaman-zaman. Kərəm dedi:- Qan tökülsə mənim qəlbim gətirməz tab. Bir an belə yaşamaram həyatımı edər xarab. Yanıb burda kül olsam da verənmərəm buna xitab. Qaçaqlar tez çıxıb getdi ondan alıb qəti cavab. Seyfulla da atın minib yavaş-yavaş düşdü yola, Kərəmdən hey uzaqlaşdı qəm içində bala-bala. Bir şey edə bilməyirdi qovrulsa da belə hala, Bilmirdi ki, doğma yurda necə gedə, necə qala. Çox düşünüb verdi qərar eşitmədi xan oğlunu, O, Gəncəyə qayıtmadı belə halda atıb onu. Kərəm xana tərbiyəni uşaqlıqdan vermiş özü, Ayrılanda darıxırdı çox sevirdi onu düzü. Qəti qərar qəbul edib qalıb həmdəm oldu ona, Qulluq etdi xanzadəyə mələk kimi bir oğlana. Cırılanda gedib saldı üst-başını o, səhmana, Fəryadını eşitdikcə qəlbi onun döndü qana. HƏLƏB PAŞASININ KƏRƏMƏ RAST GƏLMƏSİ Paşa bir gün qoşun ilə durub çıxdı dağa ova, Vəhşilərlə dərələrdə gün batınca etdi dava. Ceyran, cüyür ovlayınca qara rəngə döndü hava,* Çadırları qurduraraq dağ-dərədə saldı yuva. 78

Page 79: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Kefi-işrət tacidarı salan zaman tamam əldən, Əmr eylədi ləşgərinə yola düşdü bir xeyli şən. Təpələri aşa-aşa Kərəm məskən salan yerdən, Keçirdi ki, fəryad edən oğlan görüb durdu birdən. Paşa dedi:- Vəzir, kimdir zulum-zulum hey ağlayır? Axın-axın sözləri var sanki divan o, bağlayır. Büllur kimi hər cümləsi ürəyimi lap dağlayır, Elə bil ki, daş içindən dum-duru bir su çağlayır. Vəzir dedi:- Bir aşiqdir bu dünyada bəxti yatmış, Divanətək çöldə gəzir dərdə-qəmə yazıq batmış. Qız atası qəddar kişi onu qızdan kənarlatmış, Oğlan isə qızdan ayrı dəli olmuş, sonu çatmış. Ziyad xanın oğlu Kərəm düşən belə gölməçəyə, Naharı qəm olduğundan çöldə dönüb bir sərçəyə. Bir nökəri gəlib-gedir qulluq edir bu göyçəyə, Libasını dəyişdirir can qalmasın çöldə deyə. Aşiqinin adı Əsli eşitmişəm əhvalatı, Onun üçün fəryad edir oturub-durub hər saatı. Rəm atmaqla məşğul olur atasının Məlik adı, Deyirlər ki, yazıq qızın əl-qoluna vurub çatı. Evdən çölə buraxmayır çünki qız da sevir onu, Belə getsə geci-tezi pisləşəcək işin sonu. Hər ikisi məhv olacaq anlamayır rəmdar bunu, Ki yalandan öz dininin gözə soxur qanunu. Vəli bəydir himayədar, onun ilə dostdur yaman, Rəmdarı, həm ailəsini bəy qoruyur hər bir zaman. Kömək edən yoxdur buna çox qorxurlar çünki ondan, Bilirsən ki, böyük bəydir ona dəyən çəkər ziyan. 79

Page 80: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Elə bu vaxt Seyfulla da at belində gəldi ora, Baş əyərək əhvalatı tez söylədi tacidara. Kərəm xanın əhvalına göz yaşları tökdü ara, Ümidsiz bir adam kimi baş buladı ora-bura. Paşa dedi:- Durun gedək kömək edim verib qərar, Əcəmlərlə, əcəmtürkün qədimlərdən dostluğu var. Qoymaram ki, eşq odundan mən cavanı olmağa xar, Paşanın bu sözlərindən onlar xeyli şad oldular. Paşa çöldən xan oğlunu apardı öz sarayına, Vəli bəyi, həm rəmdarı çağırtdırdı alayına. Dedi:-Bu gün qovuşmalı günəşimiz öz ayına, Son qoymalı aşiqlərin hicranına, harayına. Rəmdar dedi:-Böyük paşa qulun olum sənin hər an, Bu işləri tutanmaram mən xaçpərəst, o, müsəlman. Xan oğludur xanzadədir ondan mənə dəyməz ziyan, Dinim ayrı, dilim ayrı ancaq səbəb budur inan. Kim istəməz Ziyad xantək xeyirxahla qohum ola, Bənzəri bir cənnət olan Gəncə kimi yerdə qala. Göy-Gölün bir sahilində xansayağı ev də sala, Zaman-zaman kef çəkərək uzaq ola ondan bəla. Bir Allahın xatirinə məni üzə çəkmə paşa. Mümkün olan iş deyili bizi salma dağa-daşa. Bu dünyada olmayacaq heç bir zaman onlar qoşa, Əslidən əl çəkmək üçün siz Kərəmi salın başa. Bu dünyada nə çoxdur qız gərək elə Əsli ola? İncitməyin mən qocanı bu işləri qoyun yola. Artıq zara gətirmişdir qaçmaq məni sağa-sola, Qocalmışam yaşım ötüb dözənmirəm belə hala. 80

Page 81: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Zor gücünə bu işlərə cəlb eləsən əgər məni, Bu dünyada inan paşam mən etmərəm halal səni. Bu işlərdən əl çəkməsən onda gərək əvvəlcə sən. Fərman verib meydanında mən qocanı öldürəsən. Vəli gördü dostu rəmdar qəti dedi öz sözünü, Bərk qarışdı bu işlərə qabardaraq tez üzünü. Dedi:-Paşam belə yerdə görsək yolun biz düzünü, Qız atası sözün dedi Kərəm çəksin qoy gözünü. Rəmdar Məlik həm dostumdur, həm də əziz qonağımdı. Ya yaxşı, ya pis olsa da mənə çatır onun adı. Bilirsiniz əzəl gündən məmləkətdə bir qayda var, Qonağına toxunulsa sahibinə təhqir olar. Qonağıma bir şey etsən mənə təhqir olar atam, Buna dözməz kim olsa da bilirsən ki, həmin adam. Bəs mən necə dözüm paşam ölkədə var adım-sanım? Elə hala dözməkdənsə yaxşı olar çıxsın canım. Qonağıma bir şey olsa hamı sayar məni gədə, Xalq içinə çıxanmaram görən mənə gələr hədə. Bilirsən ki, qeybət üçün söz axtarır gədə-güdə, Düşmən bilsə çox sevinər xar olaram mən ölkədə. Qız onundur, öz işidir necə istər, elə edər, Büdpərəstə, xaçpərəstə kimə versə ona gedər. Bu işlərdən uzaq duraq daha bəsdir artıq yetər, Söylədiyim vəziyyəti al nəzərə sən bir qədər. Məmləkətdə nüfuzluydu saxlayırdı tayfa Vəli, Şaha qarşı çıxacaqdır anlaşıldı qəbiləli. İğtişaşa başlasaydı qalmalıydı viran eli, Taxtı-tacdan çıxmalıydı nəsillikcə onun əli. 81

Page 82: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Paşa bir az fikrə gedib daha işə girişmədi, Söz arada uzansaydı qorxuluydu ilişmədi. Belə işdən vaz keçərək Vəli ilə çəkişmədi, Madəm razı deyilsiniz gedin, deyib dilləşmədi. Sonra dönüb Kərəm xana paşa dedi:- Darıxma sən, Əslidən də gözəl bir qız sənə burda alaram mən . Günəş üzlü, durna yeriş, gümüş kimi bir şux bədən, Çox gözəllər aparmışdır tacidarlar bu ölkədən. KƏRƏMİN PAŞAYA ACIQLI CAVAB VERMƏSİ Kərəm dedi:- Ey tacidar mən sadiqəm öz eşqimə, Özgə canan tapmaq üçün möhtac deyləm heç bir kimə. Gözəl qızlar Gəncədə çox meyl etmərəm çürük himə, Mələklər də göydən gələ mən məxsusam bir Əslimə. Mən əhdimi pozanmaram özgə gözəl təklif edən, Yara dönük çıxmaqdansa ölüb getsəm yaxşıdır mən. Əvvəl bizi sevindirib sonradan da xar eyləyən, İmkanları verdin yelə ey ölkədə mənəm deyən. Əvvəl dərin bir quyudan əl uzadıb tez çıxartdın, Sonradan da peşman olub yenə məni ora atdın. Çıxartdığın, həm atdığın üçün də dərd, qəmə batdın, Həm də tamam ürəyimdə ümidimi sən sarsıtdın. Kişi bir söz verib sonra görəcəksə əsə-əsə, Kişilikdən dəm vuraraq düşməməli bu həvəsə. Bacarmırsa, kişilərlə girməməli o kəs bəhsə, Qalmalıdır yerində lal o anlasın gərək kəsə. 82

Page 83: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bu dünyada sənintək xam çıxmamışdır heç rastıma, Bəy önündə aciz ola suyu qala dama-dama. İbrət olsun bundan sonra qüdrətini sınama sən, Sözlərimi kəskin görüb məni durub qınama sən. Yaxasını çəkib cırıb fəryad etdi yanıq Kərəm, Çıxıb qaçdı tez çöllərə sözlərini deyib bu dəm. Bilməyirdi hara gedir onu elə basmışdır qəm, Belə halı çox acizdir təsvir edə yenə qələm. Ziyad xanın xatirinə toxunmadı paşa ona, Ancaq qaldı yana-yana xanzadəninn qınağına. Lənət tökdü Vəli bəyə, həm də onun qonağına, Xanzadənin halı saldı qəlbini qan çanağına. KƏRƏMİN ƏSLİNİ GÖRMƏK ÜÇÜN GECƏLƏR ONUN BAĞINA GETMƏSİ Günlər keçib ötüşdükcə dözməyirdi Kərəm daha, Çalışsa da əl çatmırdı yar oturan qərargaha. Qara bəxti açılmırdı yalvarsa da hey Allaha, Ümidini bağlamışdır yenə nurlu o dərgaha. Qəm kədərin içində hey qapıldıqca xəyallara, Bir vaxt çöldə fikir-xəyal saldı onu pis hallara. Ərşə getdi yuxu gözdən; nədir bəla halallara? Bir bax ki, sən göylərdə də rast gəlirsən cığallara. Bu minvalla o gündüzlər dağ-dərəni dolanardı, Yar bağına gizli-gizli hər gün gecə yollanardı. Yerə sürtüb üz-gözünü yar ayağın o, anardı, Göz dikərək otağına həm ağlardı, həm yanardı. 83

Page 84: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Səhərədək əyləşərdi görüşdüyü yerdə belə, Bircə anlıq görsün deyə, əgər Əsli çıxsa çölə. Bilmirdi ki, saxlanılır otağında bağlı hələ, O da onu arzulayır göz yaşları dönüb selə. Bu dünyada bu bağ idi ümid yeri xan oğluna, Bağ verərmiş təskinliyi gələn zaman bir az ona. Ki yarını xatırlayıb o, bir qədər gəlsin cana, Bəlkə gördü aşiqini yetişməmiş həyat sona. Asta-asta yanaşardı əlvan gözəl çiçəklərə, Xəyalında bənzədərdi Əslisini ləçəklərə. Qoxlardı gül kollarını yardı deyə qəşənglərə, Sığal çəkib hər birini tutardı hey bəzəklərə. Bu işini bildirməzdi hətta belə Seyfullaya, Ki bir kəsə o, söyləyər gedib çatar səs qalaya. Rəmdar yolu bağlatdırar əmr eyləyib tez alaya, Ümid yeri daha qalmaz əli çatmaz onun aya. ƏSLİNİN ƏHVALI HAQQINDA Rəmdar Məlik qəti qərar vermişdir ki, nökərlərə, Gecə-gündüz ay üzlünün keşiyini çəkərlərə. Bir addım da olsun belə qoymasınlar heç bir yerə, Saxlasınlar otağında qıza sinə gərə-gərə. Bir tərəfdən eşqin odu, bir tərəfdən bağlı qapı, Sevən adam belə halda gətirərmi denən tabı? Əl, ayaqda dəmir qandal bağlanmışdır bəxt kitabı, Bu görkəmdə az qalırdı boğazına salsın çatı. 84

Page 85: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Onun dadlı yeməkləri kədər idi, həm qəm idi, Kərəmini yada salıb ləzzət ilə qəm yeyərdi. Yandırdıqca eşqin odu yaş gözündən süzülərdi. Bəzən də o havalanıb hey gülərdi, üzülərdi. Ata,ana rəhm etməzdi yerin nurlu çırağına,* Hətta belə çıxarmazdı gəzintiyə gül bağına. Ki bir qədər hava dəysin solan lalə yanağına, Həm də qəlbi dağlanmasın düşüb eşqin ocağına. Hər gün nalə çəkən görüb onu dəli sayardılar, Qaçar deyə, əl-qolunu qandallarda qoyardılar. Fərman almış gözətçilər kürsülərin qurardılar, Gecə-gündüz keşiyində ayıq-sayıq durardılar. Ahu-zardan, nalələrdən bir gün zara gəldi dilbər, Çıxış yolu görməyəndə sakitləşdi o, bir qədər. Əhvalatı bilən zaman rəmdarı şad etdi xəbər, Qollarından gedib açdı qandalları səhər-səhər. Gültək solmuş yanaqları tez özünə gəlsin deyə, Rəmdar ona izin verdi çıxsın bağa gəzintiyə. Əmri alıb toplaşdılar ətrafına kənizləri, Bağda həyat gəldi cana görən kimi gül üzləri. Əsliyə xoş gəlməsə də hey özünü alıb ələ, Atasını, anasını qarşıladı gülə-gülə. Üzlərə şən görünsə də hey sızlardı gizli elə, Gizlədərdi atasından bilsə onu qoymaz çölə. Rəmdar duyuq düşər deyə salmayardı yardan söhbət, Sakit olub gözləyərdi bir gün ələ düşər fürsət. Fürsət tapıb bağçasına Kərəm gəlib çıxar əlbət, Aşiqinə qoşularaq qaçıb gedər edib o, cəhd. 85

Page 86: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

KƏRƏMİN ATA, ANASININ ƏHVALI HAQQINDA Ziyad xanla, Qəmərbanu şadlıq nədi bilməzdilər, Onlar oğul həsrətilə bir an belə gülməzdilər. Çıxıb saray künbəzinə yola baxıb hər gün səhər, Hey Kərəmi gözlərdilər, istərdilər həm bir xəbər. Dövlət işin unutmuşdur xan düşmüşdür çox pis hala, Gözlənirdi məmləkətə urcah olsun böyük bəla. Heç gətirə bilməyirdi əyanları onu yola, Bu səbəbdən başı hərdən ilişirdi qalmaqala. Qəm arğısın çəkə-çəkə əyilmişdir qəddi daha, Qəm gölündə üzə-üzə lap keçmişdir həddi daha. Qəm çırmayıb qollarını uçururdu səddi daha, Qəm yükünün altında xan üzülürdü ciddi daha. Girərdi qəm otağına gündə Qəmərbanu ilə, İlahiyə yalvararaq gələrdilər birgə dilə. Həftələrlə dua edib çıxardılar hərdən çölə, Onlar ala bilməzdilər özlərini heç cür ələ. Otaqları başdan-başa qara rənglə örtülmüşdür, Hətta qızıl qablara da qəmli rəngdən sürtülmüşdür. Şamlar qara boyanmışdır, pəncərələr tutulmuşdur, Otaq sanki cəhənnəmin zülmətinə qərq olmuşdur. Günlərini keçirərdi belə halda ata,ana, Düşsələr də əyanların, bütün elin qınağına. Özlərini atmışdılar bu cür qəmin ocağına, Çəkilmişdir ikisi də zülmətin bir bucağına. 86

Page 87: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

RƏMDAR MƏLİKİN ƏSLİNİ ƏRƏ VERMƏK FİKRİNƏ DÜŞMƏSİ Rəmdar gördü, xan oğlunu daha yada qız salmayır, Güman etdi unudubdur fəryad edib ağlamayır. Şən görünür gündən-günə xəyallara qapılmayır, Gülür üzü, gülür gözü qəm-kədərə heç dalmayır. Rəmdar dedi:- Arvad sənin qızın gəlib yola daha, Bəxtimiz üz tutub gedir xoşbəxt nurlu bir sabaha. Dərd-qəm bizdən uzaq gəzər, biz düşmərik daha aha, Şad olaraq əl qaldırıb şükr etdilər tez Allaha. Rəmdar dedi:-Arvad durub qızı ərə vermək gərək, Bəsdir bizim qəlbimizi o, eylədi ələk-vələk. Yenə düşüb eşq oduna ölüb getsə bizim mələk, Bu dünyada, bu ağrını ömür boyu gərək çəkək. Qıza bunu bildirməkdən biz hələlik keçməli vaz, Qadın hardan başlasa da ər üstündə bitər avaz. Kişilərdən söhbət salma qoy unutsun yenə bir az, Durub işə başlayarıq üzümüzə gələn bu yaz. Vəli bəyə gedim deyim şəhər boyu atı çapaq, Dost tanışın köməyilə dörd tərəfə durub varaq. Qızımıza varlı-karlı alban oğlu gərək tapaq, Biz tələsib yaza qədər bu işləri tamamlayaq. Həm bir igid, həm də gözəl olmalıdır həmin oğlan, Çün Əslinin gözlərinə görünməli bir qəhrəman. Ki oğlanı görən kimi meylin salsın bizim canan, Xəyalından çıxıb getsin bir anda o xan oğlu xan. 87

Page 88: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Son qərarım mənim budur, digər yolu seçənmərəm, Xalqım küllü azalmışdır bu işdən vaz keçənmərəm. Xalq azalıb qapazlansa mən bu dərdi çəkənmərəm, Xalqı belə darda qoyub bu dünyadan köçənmərəm. Bu işlərim siyasi sirr bilməməli bir kəs gərək, Din sözünü mən atmışam ortalığa, bu bir kələk. Şəxsi qeyrət vaxtı deyil, xalq qeyrətin gərək çəkək, Xalq olmasa nəyə lazım var-dövlətin ətək-ətək? Bu söz gizli qalmalıdır əgər bilsə paşa, ya xan, İnan tutub onlar mənim düz dərimə təpər saman. Şahlar qəzəb dağarcığı əllərindən Allah aman, Elə divan tutarlar ki, dadı getməz damağımdan. Dil qapısı ləblərini qıfıllayıb bağladılar, Bir daş altda, bir daş üstdə sirri gizli saxladılar. Arvadı da razı olub birgə işə girdi onlar, Heç birisi anlamadı sevən olur son anda xar. RƏMDAR MƏLİKİN VƏLİ BƏYLƏ MƏSLƏHƏTLƏŞMƏSİ Səhərisi Vəli bəyin rəmdar getdi otağına, Əsliyə ər tapmaq üçün dedi çıxsın sorağına. Keçmişlərdən söhbət açıb Vəli əziz qonağına, Olanları xatırladıb onun qoydu qabağına. Dedi:- Məlik, belə bir iş Əsli üçün qorxuludu, İnanmıram mən silinə qəlbə düşən eşqin odu. Hamı bilir eşq azarı kamanından çıxmış oxdur, Qaş qoyunca göz tökərik bu azara əlac yoxdur. 88

Page 89: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Keçmiş olan əhvalatı, dastanları sal bir yada, Eşq odundan hər bir aşiq tələf olmuş, getmiş bada. Vur-tut sənə bircə övlad Allah vermiş bu dünyada, Həyatını məhv eyləyər onlar kimi, birdən o da. Odur ki, də bu işləri ehtiyatlı tutmalısan, Tutduğun bu sevda çətin, bilməginən onu asan. Şüurlu olduğu qədər, mürəkkəbdir həm də insan, Sözlərimi qəribliyə salma dostum mənə inan. Eşq yolundan cavanları çəkindirmək çox çətindi, Buna nail olmayacaq nə gələcək, nə də indi. Öldürə də bilmirsən ki, çünki qanın, həm ətindi, Yaxşı, ya pis olsa da o, çəkməlisən qeyrətindi. Onun hələ o vaxtıdır Məlik ziddə getmək olmaz, Sən qəlbinə uyğun rəftar etməlisən qızın bir az. Yoxsa ki, bu cəncəl həyat vurar sənə elə qapaz, Ürəyini yaralayar ömür boyu sağalanmaz. Bilirsən ki, qadınların sevməyi çox dərin olur, Sadiq çıxsa oğlan ona ürəyində hər vaxt qalır. Qabağını kəsən olsa o ya ölür, ya da solur, Bu səbəbdən bir az dostum işlərini səmitli qur. Mən bir alban tanıyıram o yaşayır bu şəhərdə, Varlı-karlı bir oğlandır hörməti var bizim yerdə. Baxma işi tacirlikdir, ağıllıdır ilk növbədə, Əqidəsi, əməli düz kələk sevməz heç bir vədə. Günü sabah başlayaram görürsənsə sən məsləhət, Onun ilə eyləyərəm hər tərəfli gedib söhbət. Bütün fikrin həm öyrənib, işlərinə ollam bələd, Bilirsən ki, məmləkətdə belə olur bizim adət. 89

Page 90: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Vəli bəylə razılaşıb rəmdar işə verdi qərar, Dedi:- Allah köməyilə qorxma hər şey yaxşı olar. Qızım baxar sözümüzə el içində olmarıq xar, Bu ümidlə işlərinə başladılar durub onlar. VƏLİ BƏY DOSTU BƏDƏLƏ ƏSLİNİ NİŞAN VERMƏSİ Vəli dostu Bədəlgilə səhərisi basdı ayaq, Salam verib qucaqlaşıb oturdular qabaq-qabaq. Getdən-gəldən söhbət açıb çox mehriban bir dostsayaq, Dolam-dolam yollarınan o Əslidən söz salaraq. Dedi:- Bizə dostum gəlmiş, nazənin bir qızı da var, Bir dilbərdir onun tayı bu dünyada çətin olar. Onda olan ala gözü görən kimi olurlar xar. Elə bil ki, sanki günəş yer üzündə tutmuş qərar. Al yanaqlı, uca boylu, düz qamətli, incə belli, Onun yoxdur bərabəri şəkər kimi şirin dili. Yanağını bu dünyada ancaq öpür səhər yeli, Xanlar çəkir həsrətini, kim görürsə olur dəli. İnsan deyil bir mələkdir inanginən o gül canan, Gəncə xanın oğlu gəzir arxasınca zaman-zaman. Cəhd eyləyir onu ala əli çatmır dostum inan, Odur ki, də divanətək çöldə gəzir həmin oğlan. Qız atası çün albandır müsəlmana vermir onu, Bircə alban tapmaq üçün lap göynəyir onun burnu. Ki qızını ərə versin qoy qurtarsın işin sonu, Qocalıbdır bu dünyadan rahat salsın həm yolunu. 90

Page 91: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bədəl dedi:- Bilirsən ki, mən albanam, həm də subay, Var tükənməz var-dövlətim, bağ-bağatım evim saray. Möhtəşəmdir dar-dayağım məmləkətə salır haray, Kömək eylə bir dost kimi mənə qismət olsun o ay. Vəli dedi:- Tələsmə sən biz taparıq bir yol ona, Nişanlayıb üzüyünü sən taxarsan barmağına. Qalx ayağa yığış gedək mən göstərim qızı sana, Siftə baxıb bəyən onu sonra işi vuraq sona. Onlar gedib görüşdülər rəmdar ilə o saatı, Rəmdar isə açıb dedi ona bütün əhvalatı. Ki Əslinin necə qalmış təhlükədə bir həyatı, Bilsə gedir özgə ərə boğazına salar çatı. Qızı görüb sən bəyənsən yaylığını bağlayarıq, Yaza qədər gözləyərik, aramızda saxlayarıq. Üstündən bir müddət keçər sonrasına biz baxarıq, Ehtiyatsız görsək işi ömür boyu ağlayarıq. Rəmdar sözün vurdu sona buraxıldı Əsli bağa, Qırx kənizin arsında addımladı sola-sağa. Bədəl görüb ayqabağı ürəyini saldı dağa, Şərtlərinə mən razıyam -- tez rəmdara dedi -- ağa. Vəli adam göndərərək çağırtdırdı evə qazı, Bədəl bəyə gizli yolla kəbinlədi rəmdar qızı. Yeyib-içib şad oldular gözlədilər gələn yazı, O gündən də öz başına, onun dəydi öz qapazı. 91

Page 92: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

ƏSLİNİN BƏDƏLƏ NİŞANLANMASINDAN XƏBƏR TUTMASI Yaz gəlmişdir hər tərəfdə gül bülbülü çağırırdı, Günəş qızıl şəfəqini göydən yerə yağdırırdı. Həm ağaclar, həm bitkilər yuxusundan ayılırdı, Çiçək açıb dörd bir yana ətirləri yayılırdı. Əlvan quşlar nəğməsiylə bürümüşdür bağ-bağçanı, Bülbüllərin belə yerdə xüsusiydi adı-sanı. Güllər üstə zümzüməsi məst edirdi hər insanı, Bu mənzərə bir cənnətə bənzədirdi xiyabanı. Qərənfillər, həm lalələr yayılmışdır yer üzünə, Saçıldıqca şəfəqləri deyirdilər salam günə. Yazın isti xoş nəfəsi hey verdikcə güc dizinə, Şaxələnib boy ataraq qalxırdılar düm-düzünə. Belə gündə bağ-bağçaya axışırdı gəlin, qızlar, Gül-çiçəyin arasında dəstə-dəstə tutub qərar. Gül dəstəsi bağlayaraq şənlənirdi bağda onlar, Bülbül kimi cəh-cəh vurub çəkirdilər göldə avar. Əsli xanım da yaz çağı çıxmışdır öz gül bağına, Hamı kimi şənlənməyib çəkilmişdir xəlvət yana. Bildirmirdi heç bir kəsə dərd yığsa da onu cana, Yarı gizli xatırlayıb sızlayırdı yana-yana. Ondan xəlvət rəmdar Məlik vermiş idi toya qərar, Əsas işi gördürmüşdür qonaqlara çəkmişdi car. Hər bir tərəf bəzənirdi sərilirdi xal-xalçalar, Əslini şad görüb üzdə sevinirdi hərdən onlar. 92

Page 93: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Ki xəstəlik keçib gedib sağalıbdır qızı tamam, Belə güman eləyirdi həm də qeyri görən adam. Bilmirdilər Əsli xanım qəlbin edib dərd-qəmə cam. Qəlbi yanır eşq odundan şadlıq olub ona haram. Əsli xanım bahar çağı belə get-gəl görməmişdir, Başa düşə bilməyirdi bu nə haldır, bu nə işdir. Bəzən güman edirdi ki, yaza görə bir gəlişdir, Bayrama bir hazırlıqdır, adət üzrə bir görüşdür. Qırx incə bel qızlar ilə gül bağında seyr edirdi, Allah xoşbəxt etsin deyə, hərdən sözlər eşidirdi. Eşitdikcə Əsli xanım heç nə başa düşməyirdi, Qəlbi düşüb eşq oduna onun yenə bişməyirdi. Bəy toplayıb söyləmişdir bu sözləri kənizlərə, Ki heç biri söz salmasın Əsli gedir bu gün ərə. Sirri bəyan eyləsəydi kim Əsliyə bircə kərə, Qəzəbinə gəlib bəyin getməliydi qonaq yerə.* Qorxusundan kənizlər də demirdilər bir söz ona, Onlar ancaq yanırdılar qəlbdən qızın bu halına. Görürdülər urcah olmuş ona zalım ata, ana, Bir şey edə bilmirdilər qalmışdılar yana-yana. Ata,ana bağa girdi Əsli gizli çəkəndə qəm, Dedi:-Qızım vaxtın çatıb gərək səni ərə verəm. Mən bir oğlan tapmışam ki, ondan gözəl deyli Kərəm, Baxma ki, bir xan oğludur yaraşmayır bizə əcəm. O, Kərəmdən inanginən həm igiddir, həm də gözəl, Beləsini tapanmazsan bu dünyada gəzsən əl-əl. Əzəl gündən işi budur ancaq onun bir düz əməl, Qoyma sən pis vəziyyətdə el içində atanı gəl. 93

Page 94: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Varlı-karlı bir tacirdir nə bir bəydir, nə də bir xan, Başlıcası bircə budur öz millətim oğlan alban. Dilimiz bir, dinimiz bir ələ düşməz heç bir zaman, Hər bir şeyi biz verməli xalq yolunda gərək qurban. Çoxdandır ki, kəbin kəsib mən vermişəm işə qərar, Onda halın çox pis idi bildirmədik bir şey olar. Vəziyyəti başa düşüb gözlədilər həm də onlar, Razılığın sən ver ona gəl atanı eyləmə xar. Əsli xanım atasından eşidəndə bu sözləri, Halı birdən çox dəyişdi, dumanlandı həm gözləri, Bağ dolandı ətrafına göz görmədi heç bir yeri, Əsdi əli, həm bədəni, gücdən düşdü həm dizləri. Birdən huşun itirərək yerə düşüb qalan zaman, Kənizləri apardı tez otağına dayanmadan. Rəmdar Məlik çağırtdırdı nökərlərə təbib, loğman, Onlar gəlib ayqabağa eylədilər dəva-dərman. Gözlərini qız açsa da dayanmışdır huşsuz halda, Tanımırdı heç bir kəsi, gəlməyirdi heç nə yada. Elə hala düşmüşdür ki, az qalırdı getsin bada, Ağlayırdı başı üstə sakit-sakit ana,ata. KƏRƏMİN ƏHVALI HAQQINDA Əsli xanım xəbərsizdir Kərəm bağa gəlir gecə, Gözləyir hey onun yolun əyləşərək o, gizlicə. Yanagını sürtüb yerə sızıldayır həm xeylicə, Arzulayır şirin yarı keçirərək gün beləcə. 94

Page 95: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Axır vaxtlar Kərəm çöldə hərdən-hərdən yatan zaman, Əsli xanım yuxusuna girər imiş onun hər an. Oynayarmış yarı ilə gül bağında çox mehriban, Ayılan vaxt bütün günü fəryad edib üzərmiş can. İstəyərdi bütün günü yatsın, yata bilməyərdi, Elə bil ki, yuxu ona oruc idi gəlməyərdi. Əl qaldırıb hey göylərə yalvarardı dönə-dönə, Ki tez yatıb yuxusunda şirin yarı görsün yenə. Ancaq ayda bircə kərə gələr imiş yuxu gözə, Qəm salmışdır elə hala baxmayırdı ağlı sözə. Hey gözləyib çalışsa da gülməyirdi bəxtı üzə, Lap düşmüşdür yazıq dizə qəm gölündə üzə-üzə. İşdahı da kəsilmişdir hərdən çörək o yeyərdi, Bədəndə ət görünmürdü eşq odundan göynəyərdi. Seyfullanın gətirdiyi paltarları bir geyərdi, Xörəyini ya tullayıb, götür apar ya deyərdi. Seyfulla çox yalvarsa da dinməz halda hey baxardı, Onun sakit dayanması qəlbin oda çox yaxardı. Dözməyərək əhvalına sel üzünü aparardı, Gözlərinin yaşı ilə dağ-dərəni suvarardı. Kərəm hərdən tanımazdı gələn zaman yurddaşını, Söyləyərdi:- Sən ey kimsən qaldıraraq tez başını. Seyfullaya baxa-baxa çatardı birdən qaşını, Günü-gündən qəm silərdi Kərəm xanın yaddaşını. Vəhşi heyvan rast gəlsəydi əgər ki, dağlarda ona, Sakit ötüb keçərdilər toxunmadan xan oğluna. Sanki müqəddəs baxardı heyvanlar da bu insana, Varam belə bir duyğulu canlıları yaradana. 95

Page 96: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Xoşdur görmək o varlığı duyur qəlbi, xoş əməli, Gözəlliyi məhv etməyə bu dünyada gəlmir əli. Əzəl gündən qoyulsaydı bu cür dövranın təməli, Bu gün də olmazdı belə bu dünyamız bir fitnəli. Gəlin sevək dünyamızı, həm də bütün bu varlığı, Cahan kimi evimizə kəsilməyək sanki yağı. Bir dəfəlik qoyaq yerə canlılardan can almağı, Biz döndərək laləzara bu dünyada baxça-bağı. Fəxr eyləyək dünyamızla, həm də gözəl işimizlə, Gəlin onu qoruyağın dırnağımız, dişimizlə. Qərq edəyin gözəlliyə əyirərək teşimizlə, Yoxsa viran qoymayağın üfunətli leşimizlə. Xoş işimiz, əməlimiz qoy oxşasın könüllərə, Nümunəvi sədamızı bəxş eyləyək nəsillərə. Alnı açıq, üzümüz ağ salam deyək min illərə, Dünyamızda gülər üzlə düşək dildən biz dillərə. ƏSLİ VƏ KƏRƏMİN YANMASI Toy xəbərin bilən gündən Əsli də pis halda idi. Üç günüydü huşsuz qalıb çörək belə yeməyirdi. Ata,ana qorxub ona acıqlı söz deməyirdi, Dəli kimi o olmuşdur huşsuzluğu getməyirdi. Təbib, loğman çox baş çəkib eylədilər dəva-dərman, Tapılmadı xəstəliyin çarəsini bilən insan. Dedilər ki, dərmanlarla sağalmağa yoxdur güman. Bu xəstəyə bu dünyada şəfa verər bir yaradan. 96

Page 97: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Belə halda gündə onun üstünə xaç gətirdilər. Gördülər ki, sağalmayır heç olmasa zərrə qədər. Günü-gündən ağırlaşır halı verir çox pis xəbər. Nəzir-niyaz hey deyilir yenə zəhmət gedir hədər. Vəli dedi:- Dostum Məlik, işin sonu gəlir çox pis, Üzündəki əlamətdən Əslinin mən edirəm hiss. Məhəbbətin bəlasını söyləmişdim sənə, fərsiz. Tale dedi öz sözünü tədbirlərin imiş yersiz. Indi onu bu dünyada sağaltmağa kimdi qadir? İlahidən başqa varsa göstər mənə o kəsi bir? Tez bir tədbir sən görməsən işdən ölüm qoxsu gəlir, Yemir-içmir günü-gündən zəifliyi hey yüksəlir. Belə getsə çox çəkməz ki, pis qurtarar işin sonu, Baxma ki, sən atasısan tanıyıram mən də onu. Sağalması üçün qızın dəyişməli bu oynunu, Ya Kərəmə verməlisən, ya da ki, heç kəsə bunu. Vəli onu xeyli tutdu kəskin ağır tənqidlərə, Söz rəmdarı əritmədi əriyərdi dağ, həm dərə. Rəmdar dedi:- Allah kərim, qız sağalıb gedər ərə, Ya mən deyən olmalıdır, ya da qismət olar yerə.* Bilə-bilə tapdaladı bu cür ülvi məhəbbəti, Əsli haqda Vəli bəyə sözlərini dedi qəti. Düşünmədi övladının əldən gedir səadəti, Döndərə də bilənmədi əziz dostu o lənəti. Düz bir həftə huşsuz qalıb qız çəkmədi fəğan-fəryad, Gözlərinə yuxu getdi alan kimi cismi həyat. Yuxusunda Kərəm ilə qovuşaraq açdı qanad, Ayılanda qəmə batıb son qərara gəldi o saat. 97

Page 98: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Çıraqdakı yanan nefti yerdən qalxıb aldı ələ, Baxdı yatıb gözətçilər yavaş-yavaş çıxdı çölə. Üz tutaraq gül bağına qaçıb döndü sanki yelə, Bu vaxt hamı yuxudaydı, uzaqdaydı səhər hələ. Ayın üzü tutulmuşdur zil qaranlıq idi gecə, Hətta yaxın məsafəni qadir deyil gözlər seçə. Kərəm bu vaxt bağda idi qəm şərabın içə-içə, Ayaq səsin duyan kimi girdi kola çökə-çökə. Durub baxdı qaraltıya kol dalından xeyli zaman. Heç nə görə bilməyəndə gözətçidi etdi güman. Sakit olub cınqırını çıxartmadı gələr ziyan, Qorxdu görsə qovacaqdır hər kimdirsə onu bağdan. Xəbər tutub arxasınca gələn olar Əsli deyə, Mane olar vaxtı çatmaz tez özünü öldürməyə. Odur ki, də uzaqlaşıb düşünmədən girdi səyə, Dilbər elə tələsdi ki, qaldırmadı əl də göyə. Gül bağına çatan kimi açdı ümid çırağını, Töküb gözəl gərdəninin buladı dörd qırağını. Alışqanı çəkib verdi od öpdü gül yanağını,* Od ay üzlü dılbər görüb açdı ona qucağını. Üzü qara, işi qara gecə nura boyananda Kərəm gördü Əslisini göz qabağı oyananda.* Qalxıb elə nərə şəkdi yarı oda yar olanda, Gözətçılər ayıldılar bu gur səsi duyan anda. Əsli ilə Kərəm bağda bir-birinə tərəf qaçdı, Oda məhəl qoymayaraq qucaqlayıb qolun açdı. Eşq odunun təsirindən etmədilər yanmağı hiss, Vəhşi alov qarşısında çökmədilər bir an da diz. 98

Page 99: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Vəhşi alov aşiqləri keçirsə də caynağına, Çəkməyirdi fəryad biri şadlanırdı yana-yana. Çün onları salmışdır eşq bu oddan da güclü oda, Etmirdilər hiss arğısın getsələr də yanıb bada. Gözətçilər çıxıb gördü Əsli çatmış Kərəm xana, Onlar artıq bürünmüşdür şəfəq saçan bir yorğana.* Yaxınlaşmaq mümkün deyil həyat gülməz daha ona, Rəmdar Məlik xəbər tutub gələn zaman handan-hana. Aşiqlərdə qalmamışdır belə həyat nişanəsi, Qol boynunda, baş sinədə çəkilmişdir ərşə səsi. Süleymantək yıxılmırdı aşiqlərin cənazəsi,* Çün Xudanın hələ ona olmamışdır icazəsi. Balasını belə halda gəlib görən zaman ana, Birçəyini yolub tökdü fəryad çəkdi asimana. Qonum-qonşu töküldülər səs yayıldı dörd bir yana, Gəlib görən aşiqləri gözdən tökdü yana-yana. Səhər saldı yol o yerə şəhər düşüb hay-haraya, Məxluq elə toplaşdı ki, gəlmədilər belə saya. Aşiqləri seyr eyləyən gözlər döndü axar çaya, Hələb sanki bənzəyirdi bir şəhidi-Kərbəlaya.* Məxluq işə verdi qərar çırmaladı balağını, Aşiqlərə yerindəcə qazdı qəbir otağını. Topladılar bir kəfənə yerin qoşa çırağını,* Qara torpaq qəbul etdi bir cüt ülvi qonağını. Seyfulla hey lay-lay dedi düşmüş eşqin azarına, Göz yaşları axıb getdi aşiqlərin məzarına. Cavanların bu cür halı od salmışdır ciyarına, Mərd özünə gələn kimi yola düşdü diyarına. 99

Page 100: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Gecə yatıb gündüzləri Seyfulla hey gedirdi yol, Bitkilərsə gözlərindən axan sudan içirdi bol. At çapdıqca uzaqlaşdı böyük Hələb sərhədləri, Yetdi əcəm ölkəsinə keçib bütün bərk sədləri.* O Gəncəyə çatan kimi getdi xanın sarayına, Gördü oğul ümidiylə hələ sağdır ata,ana. Dərddən-qəmdən yığılsa da baxmayaraq onlar cana, Çəkilib qəm otağına gözləyirlər yana-yana. ZİYAD XANIN ALLAHDAN NARAZILIĞI Seyfullanın gəlməyini Qəmərbanu, eşitdi xan, Hər ikisi bir quş kimi qanadlandı durub bu an. Əsaları əllərində yüyürdülər sanki aslan, Onu qəmli, həm tək görüb qocalarda qalmadı can. Təşvişlənib duruxdular bildilər ki, var burda şər, Qoşun çəkdi elə bu vaxt üstlərinə zalım kədər. Seyfulla çox çətinliklə əhvalatı verdi xəbər, Bu əhvalat qarşısında qəlbdə çətin olsun hünər. Qəmərbanu seyfulladan əhvalatı eşidər kən, Ürəyi tab gətirmədi əsdi incə gözəl bədən. Huşu başdan çıxıb getdi düşdü yerə o xoş qədəm, Səslədilər təbibləri ona yardım etdi bu dəm. Qəmərbanu təbiblərdən şəfa alıb qalxan kimi, Yana-yana sızıldadı bir yaralı ceyran kimi. Xan da gözdən tökə-tökə qucdu yarı aslan kimi. Əl qaldırdı asimana qəlbin ələ alan kimi. 100

Page 101: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Dedi:-Xuda, ədalətlə dolandırdım məmləkəti, Soyğunçuluq mən etmədim xalqa verdim bərəkəti. Zəlillərə hey əl tutdum eldə qoydum xoş adəti, İnsanların başı üstdən uzaq saldım fəlakəti. Hər bir zaman əl qaldırıb dua etdim dərgahına, Səni sevdim zaman-zaman arxalandım pənahına. Söylə əməl etməmişəm dinin hansı qanununa? Niyə belə zülmü verdin bu çağında qoca xana? Hanı sənin o qüdrətin, hanı sənin ədalətin? Hanı sənin göndərdiyin ədalətdən dəm vuran din? Necə qıydın sən Kərəmə, necə əlin gəldi sənin? Nə günahım vardı axı bizə verdin belə bir gün? Mən inanım necə sənə ey taleyi yazan Allah? Açılmaz o sirlərindən eyləginən bizi agah. Bir narazı baxışlarla yana-yana çəkdi bir ah, Gözlərindən qan axıtdı diz çökərək sarayda şah. SEYFULLANIN ZİYAD XANA NƏSİHƏTİ Seyfulla çox razı idi mərhəmətli Ziyad xandan, Kərəminə tərbiyəçi sarayına gələn andan. Ailəsin üzvü saymış xan sarayda zaman-zaman, Odur ki,də Ziyad xana hazır idi verməyə can. Xudasına qarşı görüb yaxınlaşdı xana bir az, Dedi:- Ey xan təmkinli ol bəndə etməz belə avaz. Sən özünü dur ələ al hər ölənlə ölmək olmaz, Ölkə sənin övladındır həyata meyl eylə az-az. 101

Page 102: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Odur bizə həyat verən, odur bizi bil yaradan, Bu dünyanın başı üstə hökmü edən zaman-zaman. Müvəqqəti ömür sürən bizim deyli onundur can, Bizdən onu ala bilər istədiyi hər bir zaman. O, işini yaxşı bilir hər bir kəsdən bu dünyada, Kim nə işlə məşğul olur, kim layiqdir hansı ada. Kim uzun il yaşayacaq, kim gedəcək necə bada, Görəcəkdir necə günlər kim burada, kim orada. Bu dünyada müəmmalı təbilini calsa da o, Yenə son söz onunkudur hər bir necə olsa da o, Səntək gözəl bir insanı min bir dərdə salsa da o, İşin sonu yaxşı gəlir tək oğlunu alsa da o. Ey tacidar yaradanla mümkün deyli girmək cəngə, Cənnəti fəth eyləmişdir əməliylə Kərəm məncə, Deyirlər ki, pak insanlar o dünyaya gedir öncə, Mən söyləyim bir rəvayət, siz çıxarın bir nəticə. RƏVAYƏT Deyirlər ki, o zamanlar bir xeyirxah kişi varmış, Darda qalan hər bir kəsə kömək əlin uzadarmış. Düz işləri çox sevsə də hövsələsi bir az darmış, Pis əməldən uzaq gəzib bu dünyada yaşayarmış. Bu dünyada xeyirxahın bircə dənə varmış oğlu, Varı-karı kalan imiş, qabağında çoxlu qulu. İlahiyə qulluq edib bərk tutarmış düzgün yolu, İnsanlığı, mərhəməti çox sevərmiş nəinki pulu. 102

Page 103: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Onun işi bənzəyərmiş dastanlara, nağıllara, Pis işə meyl eyləyəni səsləyərmiş düz yollara. Hey verərmiş xüsusi yer məmləkətdə ağıllara, Necə böyük ehtiyac var indi belə oğullara. Məmləkətdə bütün bir xalq ona qəlbən vurğun imiş, Çünki eldə gördüyü iş hər bir qəlbə uyğun imiş. Pis işlərin ocağında onun adı oxunmazmış, Hətta belə quldur, qaçaq tanıyarmış toxunmazmış. Bir gün ona gözlənilməz urcah gəldi böyük bəla, Oğlu öldü xeyirxahın qəlbi düşdü haldan-hala. Xuda niyə bəla verdi getmiş hansı o pis yola? Çox düşünüb tapmadılar cavab belə bir suala. Xeyirxahsa tək oğlunun ölməsinə dözməyərək, Dartıb-cırıb üst-başını eyləyirdi ələk-vələk. Hey məzarı qucaqlayıb qarşısında diz çökərək, Əl qaldırıb yaradana söyləyirdi ah çəkərək:

-- Hansı işim xoş getməmiş bu dünyada yaradana? Qıydı cavan tək oğluma, bu cür bəla verdi mana. Əl tutmuşam çox insana salmamışam bir ziyana, Axı kimə nə etmişdim qoydu məni yana-yana? Onun belə ahu-zarı çatan zaman tək Allaha, Bu vaxt göydən nida gəldi həmin anda xeyirxaha. Xuda dedi:- Müdrik insan sən edirsən nahaq fəryad, Oğluna mən bəxş etmişəm cənnətimdə gözəl həyat. Ey düzlüyün bayrağını zaman-zaman uca tutan, İnsanların dar günündə köməyinə durub çatan. Əgər oğlun yaşasaydı olmalıydı ziyan vuran, Nə olmazdı dada çatan, nə olmazdı dayaq duran. 103

Page 104: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bənzəməzdir bu dünyada sənin kimi xeyirxaha, Cəzasını almalıydı eylədiyi hər günaha. Cəhənnəmə düşməliydi sən görməzdin onu daha, Hər yerin öz qanunu var, çox güvənmə mən Allaha. Xeyirxahsa eşidəndə bu sözləri yaradandan, Tez təskinlik tapıb qaldı birə min qat razı ondann. Fəryad edib ağlamadı gəldi yola yavaş-yavaş, Güldü üzü, güldü gözü həyatına döndü birbaş. Həyatına dönən kimi xeyirxaha döndü yenə, Ömür boyu topladığı var-dövləti dənə-dənə. Oğlum cənnət tapmış deyə, səpdi xalqa dönə-dönə, Məmləkətdə ad çıxardıb qoydu gözəl bir ənənə. Xeyirxahlıq ondan qalmış deyirlər ki, bir yadigar, O, ilk dəfə xoş əməli bu dünyada çəkmişdi car. Gözəl əməl sahibinin olmamışdır adın yazar, Onun adı silinmişdir yer üzündən sanki məzar.

ZİYAD XANIN VƏ QƏMƏRBANUNUN HƏYATA QAYITMASI Seyfullanın sözlərindən gümrahlandı ata, ana, Başlarından getdi duman dərd, qəmləri yetdi sona. Cənnətdədir oğlum deyə, gəldi ümid böyük xana, Qəddi elə düzəldi ki, xan bənzədi bir aslana. Qəmərbanu, həm də ki, xan gözəl sözdən aldı həyat, Həyatları bir andaca dərddən, qəmdən oldu azad. Az qalırdı yeddi göyə onlar durub çalsın qanad, Onların bu gözəl halı hər bir kəsi qoymuşdur mat. 104

Page 105: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Həyat almış xeyirxah xan taxta çıxıb döndü işə, Tüfeyliyi atdı kənar düşmədi bir dilə-dişə. Ələ aldı dövlət işin, durub çıxdı hər görüşə, Hər xeyirxah əməliylə abad oldu hər bir guşə. Xan sarayda verdi qərar Seyfullanı qoydu vəzir, Baş kəsəni, alçaqları ətrafından qovdu bir-bir. Qədim Gəncə torpağında bir xeylicə gördü tədbir, Ədaləti bərpa etdi xan verdikcə fərman, əmir. Ölkədə bir hal oldu ki, qurd quzuya toxunmadı, Hər iş dəqiq yoxlanıldı düzə fərman oxunmadı. Ədaləti bayraq edən heç bir yerdə yıxılmadı, Müxənnətlər tərəfindən düzlər daha sıxılmadı. * * * Söz vardı ki, ürəkləri qoyar yolda bişə-bişşə, Söz vardı ki, ömrü boyu çəkər səni dara, şişə. Söz vardı ki, həyatını əldən alıb salar işə, Söz də vardı həyat verər həyatını itirmişə. Mən aşiqəm beləsinə həyat verir bir insana, Sözü ilə yanan qəlbi qoymur qala yana-yana. Söz deyir ki, hər bir kəsin dərdi-qəmi yetir sona, İnsanların ağır yükün hər vaxt çəkir öz boynuna. Əsli ilə Kərəm ömrü baxma o vaxt cavan bitdi, Qələm yazıb aşiqlərə əbədi bir həyat gətdi. Həm də ki, saf məhəbbəti insanlara agah etdi, Ülvi eşqlə hər birinə müqəddəslik gəlib yetdi. 105

Page 106: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Əsər burda yetdi sona tapılarmı ona bir bab? Bəndlə saysaq yeddi yüzdə tamamlandı bu saf kitab. Qələmimlə qala qurdum fəthə şıxan gətirməz tab, Bu qalama əl atanlar aşıb yerə olar xarab. Hər sənətkar bilməlidir sənətinin qiymətini, Çəkinmədən deməlidir qələminin qüdrətini. Sözü ilə bəzəməli həm bəşəri, millətini, Saflığıyla qazanmalı bu dünyanın hörmətini. Bu cüt gülün qarşısında gündə mən diz çökə-çökə, Mən bu ülvi məhəbbətə göz yaşları tökə-tökə. Hər bəndinin tamamında min bir əzab çəkə-çəkə, Dastanımı başa vurdum ürəyimi sökə-sökə. 106

Page 107: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

ƏSƏRİN YAZILMA SƏBƏBİ Gördüm bir cüt gözəl güllər uzaq düşmüş nəzərlərdən, Susuzluqdan saralmışdır yanaşan yox hünərlərdən. Mən elə ki, xəbər tutdum qoşa daşa dönərlərdən, Dedim gərək bu da olsun oxunaqlı əsərlərdən. Bu cüt gülü sığallayıb ələ aldım bağbanlığı, Qələmimlə günəş kimi nurlandırdım qaranlığı. Mən döndərdim laləzara kol-kos basmış ormanlığı, Mənim də var bu dünyada qələmimin meydanlığı. Xırda-xuruş şer yazan bir sənətkar sayılanmaz, Bunu bizim klassiklər yaxşı demiş əvvəl bir az. Qala quran o olmasa keçməlidir bu işdən vaz, Kim yerini tanımasa dövran ona çəkər qapaz. Dastanımı başa vurub mən sözümü durub dedim, Əbədi bir həyat verdim aşiqlərə irsim qədim. Bu sənəti yaratmaqda həm də vardı bir məqsədim, Xalqın ülvi qəlbliyini bu əsərdə sübut edim. * * * Salam olsun bu dünyada sözdən qala quranlara, Qələmilə həyat verən bizim gözəl dastanlara. Ülvilərin keşiyində zaman-zaman duranlara, Şirin canın fəda edən belə yolda insanlara. Mən heyranam beləsinə qələm çalır sağa-sola, Gecə-gündüz zəhmət çəkir o, yuxusuz qala-qala. Geri dönmür həyatını oda-közə sala-sala, O, qaldırır ülviləri zirvələrə bala-bala. 107

Page 108: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Sözüm budur bir neçə bənd yazıb yolda coşanlara, Həm dəyərsiz, həm kəsərsiz durub sözlər qoşanlara. Utanmadan şıllaq atıb çöl-bacada çaşanlara, Sözdə mənəm-mənəm deyib o həddini aşanlara. Şair olan olmalıdır sözü ağır, özü ağır, Əzəmətli dağlar kimi dolanmalı ağır-ağır. Şair odur sinəsindən yer üzünə bulaq axır, Keçilməz bir zirvələri fəth eləyib başa çıxır. Bu dünyada qala qurmaq şərəfidir o millətin, Hər bir qala keşiyində çün dayanır hürriyyətin. Qala kimi xüsusidir yeri bizim söz sənətin, Söz qaldırır zirvələrə qürurunu səltənətin. Nə deyəsən bu dünyada şərəfsiz söz yazanlara, Saraylarda qarın güdən nə gün ağlar insanlara, Kim nə deyər xalqın sevib şərəf verən dastanlara, Hələ ləkə yapışmayıb sözdən qala quranlara! * * * Əsərimin çıxmasından bir ay keçmiş gəldi xəbər, Ki yazdığın “ Əsli Kərəm “ bu dünyada çaldı zəfər. Saf duyğulu, incə qəlbli qadınlardan: Ki bir nəfər, Bu əsəri oxuduqca gözdən tökmüş yaş en qədər. Xəbər mənim ürəyimi parçalayıb qoydu viran, Bu cür əsər yazmağıma mən acıdım durub yaman. Ki bir nazənin gözəlin çün etmişəm qəlbini qan, Yazıq necə hala düşmüş oxuduqca zaman-zaman. 108

Page 109: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

İZAHLAR Qurduğum bu qalalartək həm şirindir onun dadı. Səh.5 Qurduğum bu qalalartək – dedikdə şair yazıb yaratdığı əsərləri qalaya bənzədir. Bu misranın mənası, bu əsəri digər əsərləritək oxunaqlı, diqqəti cəlb edən əsər olacağını şair demək istəyir. Xəmsənin hər misrasının bir qızıla dəyəri var, Çünki xalqın böyüklüyü sözlərimdə tutmuş qərar, Bunu gələn nəsil anlar, anlamasa bizlər əgər, İlahinin köməyilə çox keçməz ki, bilər bəşər. Səh.5 Şair bu bənddə əsərlərinin xalqına böyük mənəvi dayaq olacağını qeyd edərək, xəmsəsinin hər misrasının bir onluq qızıl dəyərində qiymətləndirmişdir. Əzrail də qılıncını çəkib verdi işə qərar. Səh.9 Rəvayətə görə insan vəfat eyləyəndə, Allah tərəfindən təyin edilmiş Əzrail mələk insanın canını almayınca, o hələ ölmür, Misranın mənası belədir ki, Əzrailin hökmündən sonra qoca vəfat etdi. 109

Page 110: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Adəm kimi bizlərə də rəhm elədi dönüb yenə. Səh.15 Dini rəvayətə görə Adəm və Həvva cənnətdə yaşayarkən qadağan olunmuş buğdanı yedikdə, Allah tərəfindən onlar cənnətdən qovulmuşdular.Onlara böyük cəza vermək üçün Adəmi Hindistana, Həvvanı isə Ərəbistana atır, qırx ildən sonra Allah onlara rəhm edib günahlarından keçib görüşdürür. Şairin bu misrası o rəvayətə işarə edir. Rəhm eyləyib hər birinin bəxtin açdı böyük qüdrət. Səh.16 Sair bu misrada böyük qüdrət—Allaha deyir. Rəmdar Məlik gördü qızı Məryəm kimi şəfəq saçır. Səh.16 Şair bu misrada rəmdarın qızını gözəllikdə İsa peyğəmbərin anası müqəddəs Məryəmin gözəlliyinə bənzədir. Yer ayını yerdən alıb adın qoydu Əsliməryəm. Səh.16 Yer ayı -- Əsliyə deyilir.. 110

Page 111: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Üzərrik-zad gətirdilər üstlərində yandırdılar. Səh.17 El adətinə görə üzərrik bitkisini yandırıb tüstüsünə uşağı tutduqda guya həyatda bir çox xəta-bəladan uzaq olur. Züleyxatək açardılar onlar bəla öz başına. Səh.17 Rəvayətə görə Ərəbistanda Yusif Peyğəmbərin dövründə Qətifər adlı vəzirin arvadı Züleyxa Yusifin gözəlliyinə vurul- muş, ömür boyu onu arzulayaraq tüfeyli həyat sürmüşdür. Şairin bu misrası ona işarədir. Bütün dini elmləri doldurmuşdur torbasına. Düz on beş il düşməmişdir fələklərin xətasına. Səh.17 Yəni, Kərəm öz dövrünün elmini mənimsəmiş. Həyatda heç bir xəta-bəla ilə üzləşməmişdir. Torba -- beyinə deyilmişdir. Gedib gördü günəş yerdə yanında var bir ay sifət, Göz yaşları tökə-tökə göylər ilə edir söhbət. Səh.20 Göylər ilə edir söhbət dedikdə, yəni əl qaldırıb Allahdan şəfa diləyir.Şair Kərəmi-- günəşə bənzədir, Əslini -- aya bənzədir. 111

Page 112: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Onu görsə dərdə düşüb qəlbi yanar sitarənin. Səh.21 Şair bu misrada alovlanıb yanan saturin planetinə işarə edir. Dedi:- Yerin ey günəşi, nə oldu ki, xan oğluna? Bəlasını xuda versin qıyan belə xiyabana, Səh.21 Şair, burada Əslinu günəşə, Kərəmi isə xiyaban gözəlliyinə bənzədir. Ata,ana selə tutdu xəzan rəngli çöhrəsini, Səh.22 Yəni,rəngi payız yarpağı kimi saralmış ata,ana ağlamağa başladılar. Məcnunundan ayrı düşmüş Leyli kimi canım çıxır. Səh.23 Bu misrada Məcnun adıyla dünyada məşhurlaşmış Qeys və Leylinin böyük məhəbbət məcərasına işarə edilir. 112

Page 113: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Dər-dərmansız şəfa versin əlacsıza İsa kimi. Səh.24 Rəvayətə görə, İsa peyğəmbər korları, ağır sağalmaz xəstələri, şikəstləri heç bir dəva-dərmandan istifadə etmədən sağaldarmış. Bu misra o dini rəva- yətləri xatırladır. Onun adı bil sevgidir daşdan keçir bir hökmü. Səh.24 Şair bu misrada sevginin şəfa verici qüdrətini göstərmişdir. Onlar səsi eşitmədi bunu sevən yaxşı bilər. Səh.28 Deyilənlərə görə, dərin məhəbbətlə bir-birini sevən oğlan ilə qız rastlaşıb görüşən zaman eşqin gücündən bir- birindən başqa ətrafda olan heç bir şeyi görmürlər. Dünya qara bəxt olanda getdi çatsın aşiqinə. Səh.29 Qara bəxt- gecəyə deyilir. Yəni günəş batıb qaranlıq düşdü. 113

Page 114: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Yer ayının xörəyinə bihuşdarı xəlvət qatdı, Səh. 33 Bu misrada yer ayı – Əsliyə deyilir. Hər bir kəsin çaytək axır gözlərindən ürək yağı, Səh. 35 Yəni, ağlayır.- Göz yaşları, ürək yağına bənzədilmişdir. Mənim kimi qəlbi yanan eşqə düçar sitarədə, Səh.36 Bu misrada Kərəmin eşqdən yanan qəlbi --- saturin planetinin alovlanıb yanan səthinə bənzədilir. Qaş qaralan kimi burdan getməliyik daha birbaş, Səh.43 Günəş batdıqdan sonra havanın tədricən qaralmasına, alaqaranlığa -- qaş qaralır deyilir. Qocalmış gül əldən düşüb dağ dalında gedib yatdı, Qarı qara çarşabını gəlib onun üstə atdı. Səh.51 Yəni, günəş batdı gecə düşdü – Qocalmış gül –- Günəşə, Qarı -- yer kürəsinə, qara çarşab – gecəyə deyilmişdir. 114

Page 115: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bircə orda nur saçırdı göy gəlini zəif yanan. Səh.51 Yəni ayın işığı zəif görünürdü. – Göy gəlini, Aya deyilir. Lalə yanaq oyanaraq boylandıqca dağ dalından, Dünya qara çarşabını hey yığırdı zaman-zaman. Ki nur saçan gül üzlünün o, seyrinə çıxsın bu an, Əli ona çatmasa da durub baxsın heyran-heyran. Səh.52 Yəni, günəş çıxdıqca yavaş-yavaş səhər açılırdı. Lalə yanaq və gülüzlü- Günəşə deyilir, qara çarşab— gecəyə deyilir. Gecə keçib səhər çağı nurlu fələk çıxan zaman, Səh.53 Yəni günəş çıxanda . Nurlu fələk-- günəşə deyilir. Bu ki, gözəl bir oğlandır sanki bir İmam Əlidir. Səh.58 Rəvayətə görə Məhəmməd peyğəmbərin əmisi oğlu Əliyə Allah tərəfindən imamlıq verilərək, müqəddəsləşdirilmişdir.Şair bu misrada, Kərəmi İmam Əlinin müqəddəsliyinə bənzədir. 115

Page 116: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Bihuşdarı işin görüb dörd bir tərəf olubdu lal. Səh.60 Yəni, bihuşdarı hamını yatızdırmışdır. Dörd tərəf sükuta dalmışdır. Lal – sükuta deyilir. Qeysəriyyə anlamırdı niyə dövlət laldı belə. Səh.62 Yəni dövlət sarayında adam görünmürdü. Lal-- sükuta deyilir. İşi qara, cismi qara baxın görün bir neylədi. Səh.62 Yəni, qaranlıq gecə. İşi qara, cismi qara-- gecəyə deyilir. Çox diqqətlə yanaşdı qız dəbdə olan ənənəyə. Səh.65 Yəni, muştuluq verdi. – Dəbdə olan ənənə-- muştuluğa deyilir. O qəlbi xar, Adəm kimi gəldi cana handan-hana, Səh.65 Rəvayətə görə Allah Adəmi torpaqdan yaradanda o, qırx gün yerdən qalxmamışdır, onun bədəninə ruh daxil ediləndən sonra ayağa qalxıb cana gələrək, həyata başlamışdır. Bu misra ona işarə edir. 116

Page 117: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Kərəm eşqin atəşilə şam yandırıb verdi nişan, Səh.65 Yəni, Kərəm qəlb yanğısıyla Əslini səslədi. Gördü cırıb üst-başını qızı düşüb tamam laldı, Səh.67 Yəni, qızı huşunu itirib. Lal – huşun itməsinə deyilib. Yar həyatdan köçər olsa qalanmaram bu yanda mən. Səh.70 Yəni, yarım ölsə,mən də ölərəm, Bu yanda—bu dünyaya deyilir. Ceyran-cüyür ovlayınca qara rəngə döndü hava. Səh.78 Yəni axşam çatıb qaranlıq düşdü. – Qara rəng—qaran- lığa deyilir. Ata,ana rəhm etməzdi yerin nurlu çırağına. Səh.85 Yəni, Əsliyə rəhm etməzdilər. – Nurlu çıraq—Əsliyə deyilir. 117

Page 118: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Qəzəbinə gəlib bəyin getməliydi qonaq yerə. Səh.93 Yəni, bəy tərəfindən o kəs öldürülməliydi. Qonaq yerə– öldürülməyə deyilir. Ya mən deyən olmalıdır, ya da qismət olar yerə. Səh. 97 Yəni, ölüb gedər. Alışqanı çəkib verdi, od öpdü gül yanağını Od ay üzlü dilbər görüb açdı ona qucağını. Səh. 98 Yəni, od Əslini bir anda başdan-başa bürüdü. Ay üzlü -- Əsliyə deyilir. Kərəm gördü Əslisini göz qabağı oyananda, Qalxıb elə nərə çəkdi yarı oda yar olanda. Səh.98 Göz qabığı oyananda- yəni, ətraf işıqlaşanda, yarı oda yar alanda – yəni yarı oda bürünəndə. Onlar artıq bürünmüşdür şəfəq saçan bir yorğana. Səh.99 Yəni alovlanıb yanırdılar. Şəfəq saçan yorğan— oda deyilir. 118

Page 119: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Süleymantək yıxılmırdı aşiqlərin cənazəsi, Səh.99 Rəvayətə görə Süleyman peyğəmbər Məscidi-Ərsada əlindəki əsaya söykəndiyi halda vəfat etmişdir. Süleyman peyğəmbər belə halda bir il məsciddə qalsa da qorxudan heç kəs ona yaxınlaşmamışdır.. Bir ildən sonra Allahın əmriylə əsanın dibini bir qurd yemiş, peyğəmbər yerə yıxılmışdır. Bu hadisədən sonra əhali onu vəfat edən görüb, dəfn etmişdir. Şair onların yıxılmama- sını, Süleyman peyğəmbərin bu rəvayətinə bənzədir. Hələb sanki bənzəyirdi bir şəhidi-Kərbəlaya. Səh.99 İmam Hüseyn Kərbəla səhrasında xəlifə Yezidin əmriylə susuzluqdan böyük müsibətlə öldürülmüşdür. Bu hadisə müsəlmanlar tərəfindən böyük faciə kimi qəbul edilmiş və hər il müsəlman xalqları böyük müsibətlə bu faciəni qeyd edir. Şairin bu misrası həmin müsibətə bənzədilir. Topladılar bir kəfənə yerin qoşa çırağını, Qara torpaq qəbul etdi bir cüt ülvi qonağını. Səh.99 Yəni, Əsli və Kərəmi bir kəfəndə dəfn etdilər. -- Ülvi, bakirə mənasındadır.Qoşa çıraq – Əsli və Kərəmə deyilir. 119

Page 120: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Yetdi əcəm ölkəsinə keçib bütün bərk sədləri. Səh.100 Əvəllər azərbaycan xalqı əcəm xalqı adlanırdı. Şair əcəm xalqı dedikdə, azərbaycan xalqını nəzərdə tutur. Əcəm azərbaycan xalqının keçmiş itmiş adıdır. 120

Page 121: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib

Nəşriyyatın direktoru: Əziz Ələkbərli Kompyuterdə yığdı: İradə Quliyeva Səlahəddin Əcəmi. “ Əsli və Kərəm “ Bakı, “Ağrıdağ” nəşriyyatı, 2011 Kağız formatı: 60\84 16\1 Mətbəə kağızı № 1 Həcmi 121 səh. Tiraj: 300 Qiyməti müqavilə ilə. 121

Page 122: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 123: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 124: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 125: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 126: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 127: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 128: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 129: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 130: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 131: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 132: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 133: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 134: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 135: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 136: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 137: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 138: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 139: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 140: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 141: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 142: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 143: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 144: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 145: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 146: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 147: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 148: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 149: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 150: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 151: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 152: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 153: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 154: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 155: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib
Page 156: esli ve kerem · 2016. 8. 12. · Al qan çıxıb ürəyindən bir sel kimi yerə axdı, Pis əməli axırına yaramazın belə çıxdı. İşi belə görən məxluq söhbətləşib