hakimiyyətdə antikorrupsiya həftəsi- açığı mənim üçün ərəb ölkələrində son vaxtlar...

16
Xəbər və fikir jurnalı №05 (45) 07.02.2011 səh.2 səh.4 səh.7 səh.9 Mehman Əliyev gizli səbəbdən danışır Rəsmilərin bir-birinin ardınca qüsurlardan danışmasına “Turan” agentliyinin rəhbəri M.Əliyev tamam fərqli izah verir: “Keçən ilin oktyabrında Dünya Bankı ilə Azərbaycan hökuməti arasında 4 illik bir proqram imzalanıb. Həmin proqram bir sıra islahatlar, antikorrupsiya, şəffaflıq, sahibkarlığın, azad iqti- sadiyyatın inkişafı və sair məsələləri nəzərdə tutan böyük bir layihədir. Sadəcə, hökumət bu proqramı xalqdan gizlədir”. Misirdə hakim partiyanın rəhbərliyi istefa verdi Saakaşvilinin anası Bakıda Парламент Азербайджана «атакует» Запад Hökumətimizin qoca nazirləri Azərbaycanda qiymət artımı səh.10 Saatı 2 manata naturaçı... səh.13 səh.2 AXCP üzvü həbs edilib Məhkəmə Cəlal Əliyevin 23 milyonluq iddiasını təmin etdimi? səh.4 Hüsnü Mübarəkin Xırdalandakı heykəli fitə basıldı səh.2 «Dərmana 500 manat pul vermişəm» səh.14 səh.8 Hakimiyyətdə antikorrupsiya həftəsi Nazirliklərdən çıxarılanlar kimlərdir? səh.11 Samir Şərifov: «Əsassız yoxlamalar aparılmamalıdır» Vergi və Səhiyyə nazirləri də korrupsiyadan danışdı Əbülfəs Qarayev də iclas keçirib Zakir Qaralov: «Özümüzdən başlamalıyıq» səh.5,6,8 Havada

Upload: others

Post on 18-Feb-2020

8 views

Category:

Documents


0 download

TRANSCRIPT

Xəbər və fikir jurnalı №05 (45) 07.02.2011

səh.2

səh.4

səh.7

səh.9

Mehman Əliyev gizli səbəbdən danışırRəsmilərin bir-birinin ardınca qüsurlardan danışmasına “Turan” agentliyininrəhbəri M.Əliyev tamam fərqli izah verir: “Keçən ilin oktyabrında DünyaBankı ilə Azərbaycan hökuməti arasında 4 illik bir proqram imzalanıb. Həminproqram bir sıra islahatlar, antikorrupsiya, şəffaflıq, sahibkarlığın, azad iqti-sadiyyatın inkişafı və sair məsələləri nəzərdə tutan böyük bir layihədir.Sadəcə, hökumət bu proqramı xalqdan gizlədir”.

Misirdə hakim partiyanın rəhbərliyi istefa verdi

Saakaşvilinin anası Bakıda

Парламент Азербайджана «атакует» Запад

Hökumətimizin qocanazirləri

Azərbaycanda qiymətartımı

səh.10

Saatı 2 manata naturaçı... səh.13

səh.2

AXCP üzvü həbsedilib

Məhkəmə Cəlal Əliyevin 23 milyonluq iddiasını təmin etdimi?

səh.4

Hüsnü MübarəkinXırdalandakıheykəli fitə basıldı

səh.2

«Dərmana 500 manat pul vermişəm»

səh.14

səh.8

Hakimiyyətdə antikorrupsiya həftəsi

Nazirliklərdən çıxarılanlar kimlərdir?

səh.11

• Samir Şərifov: «Əsassız yoxlamalar aparılmamalıdır»

• Vergi və Səhiyyə nazirləri də korrupsiyadan danışdı

• Əbülfəs Qarayev də iclas keçirib

• Zakir Qaralov: «Özümüzdən başlamalıyıq» səh.5,6,8

Havada

№05 (45) 07.02.2011 Fərqli düşüncə2

Misirdə hakim partiyanınrəhbərliyi istefa verdi

AZADLIQRADİOSUNUN MÜXBİRLƏRİ AZAD EDİLDİ

AzadlıqRadiosunun Praqadakı baş ofisininMisirdə həbs edilmiş müxbirləri fevralın 5-də azad edilib. Radionun hər ikisi Bri-taniya vətəndaşı olan iki müxbiri bir günöncə Qahirədə həbs edilmişdilər. Misirdəbaş verən inqilabı işıqlandırmağa getmiş

müxbirləri polisin müşayiətində hava li-manına aparıb, oradan təyyarə ilə geriyola salıblar. Müxbirlər son bir gündə on-lara məlum olmayan yerdə sax-landıqlarını, amma pis rəftarlaüzləşmədiklərini deyirlər.

PREZİDENTİN OĞLU DA DAXİL OLMAQLA HAKİM PARTİYANIN

RƏHBƏRLİYİ DƏYİŞİBQərb agentlikləri Misirdəki mənbələrə isti-nadla xəbər verirlər ki, Misir prezidentiHüsnü Mübarəkin oğlu hakim MilliDemokrat Partiyasının sədrliyindən istefaverib. Agentliklər əvvəlcə prezidentinözünün də partiya sədrliyindən istefaverdiyini yazıblar, amma sonradan buməlumat təsdiq edilməyib. Hakim partiyaya yeni seçilən Baş katibHossam Badrawi partiyada liberalqanadın təmsilçisi sayılır.

AXCP üzvühəbs edilib

Fevralın 5-i axşam saatlarında AXCPGənclər Komitəsinin üzvü Cabbar SavalanSumqayıtda həbs edilib. AXCP GənclərKomitəsinin sədri Əbülfəz QurbanlınınAzadlıqRadiosuna verdiyi məlumata görə,onun üstündən 0, 17 qram narkotik maddətapıldığı bildirlir. Hazırda o, Sumqayıt ŞəhərPolis İdarəsində saxlanılır. Əbülfəz Qurban-lının bildirməsinə görə, «20 Yanvar» hadi -sələrinin 21-ci ildönümündə ŞəhidlərXiyabanını ziyarət zamanı polislə müxa -lifətçilər arasında baş verən qarşıdurmadansonra o, izləndiyini deyirmiş.

Əbülfəz Qurbanlı Cabbar Savalanıncibindən narkotik maddə çıxmasını quramaməsələ sayır: «Bu birbaşa bizim gənclərkomitəsinin və Cabbar Savalanın fəallığı iləbağlıdır». Cabbar Savalan 1991-ci ildəSumqayıtda anadan olub. Sumqayıt ŞəhərPolis İdarəsindən Cabbar Savalanın ötəngecə saxlandığını təsdiqləyiblər. Ammapolis idarəsi əlavə məlumat verməkdənimtina edib.

Cabbar Savalan haqqında CinayətMəcəlləsinin 234.1 maddəsi ilə (Satışməqsədi olmadan qanunsuz olaraqnarkotik vasitələri və ya psixotrop mad-dələri şəxsi istehlak miqdarından artıq miq-darda əldə etmə və ya saxlama) cinayət işiaçılıb. Bu maddəyə görə, üç ilədək azadlıq-dan məhrumetmə cəzası nəzərdə tutulur.Bu barədə AzadlıqRadiosuna SumqayıtPolis İdarəsindən məlumat verilib.

Cabbar Savalanın vəkillərinin AzadlıqRa-diosuna dediyinə görə, çoxsayılı cəhdlərinəbaxmayaraq, Sumqayıt polisi onlaramüdafiə etdikləri şəxslə görüşünə icazəverməyib. Cabbar Savalanı iki vəkil-ƏsabəliMustafayev və Anar Qasımov müdafiə edir.Vəkil Əsabəli Mustafayev deyir ki, bu, ciddiqanun pozuntusudur. Hazırda vəkilləryaranmış vəziyyətlə bağlı Sumqayıt ŞəhərProkurorluğuna müraciət hazırlayırlar.

Maarif Çingizoğlu

Misirdə müxalifət fəalı prezident tərəfdarlarının atdığı daşlardan başınıqazanla qoruyur, 5 fevral 2011

Misirdə müxalifətdə olan “MüsəlmanQardaşları” hərəkatının liderləri ölkədəyaranmış siyasi böhranla bağlı bugündən hakimiyyətlə dialoqa başlayır.Hərəkatın nümayəndəsinin verdiyiməlumata görə, danışıqlar vitse-prezi-

dent Ömər Süleymanla aparılacaq.Şənbə günü Qahirənin mərkəzindəprezident Hüsnü Mübarəkin istefasıtələbilə etiraz aksiyası keçirilib. Ammabu dəfə aksiyaya əvvəlki günlərləmüqayisədə az adam çıxıb.

İslamçı müxalifətləhakimiyyət dialoqa başlayır

Dünən saat 14:00radələrində bəzi müxalifpartiya və müstəqil gənclərtəşkilatlarının 30-a yaxınfəalı Xırdalandakı “ Misir-Azərbaycan dostluq”parkında etiraz aksiyasıkeçiriblər. Aksiya işti-rakçıları «Qaz, işıq, suqalxdı. Millət palçığabatdı», «Dictator Exit (Dik-tator get)», «İnqilabınızMübarək», «Let Egyptiansfree and luck. Be off HosniMubark (Misirlilərin azad və xoşbəxt ol-masına icazə ver. Çıx get, HüsnüMübarək!) kimi şüarlar səsləndiriblər.Aksiya iştirakçıları Hüsnü Mübarəkinheykəlini fitə də basıblar. Aksiya cəmi bir

dəqiqə çəkib. Gənclər polislər hadisə yer-inə gələnə qədər aksiyanı başa çatdırıbparkdan uzaqlaşıblar. Aksiyaya görəsaxlanan olmayıb.

Maarif Çingizoğlu

Mübarəkin Xırdalandakıheykəli fitə basıldı

№05 (45) 07.02.2011 Fərqli düşüncə 3

Avropa Şurası Parlament Assam -bleyasının Azərbaycan üzrə həm-məruzəçiləri Pedro Agramunt vəJoseph Debono Grech Bakı İstintaqTəcridxanasında saxlanılan "Реаль-ный Азербайджан" və “GündəlikAzərbaycan” qəzetlərinin baş redak-toru ilə görüşüblər. Onlar jurnalistləyarım saat söhbət edib, onun işi ilətanış olduqlarını deyirlər. Fevralın 3-də Azərbaycana üçgünlük səfər-lərinin yekunları ilə bağlı mətbuatkonfransı keçirən həmməruzəçilərrəsmi qurumlarla bütün görüşlərdədə Eynulla Fətullayevin işini müza-kirə etdiklərini deyirlər.

Pedro Agramuntlə görüşdə rəsmilərdeyib ki, jurnalsitə əvvəlki ittihamlarlabağlı Avropa Məhkəməsinin qərarı yerinəyetirilib, jurnalist azad olunub, amma onunhaqqında ikinci - yeni idda irəli sürülüb, ju-rnalist həmin iddiaya görə həbsdədir.

10 İLDƏ CƏMİ BİR HESABATPedro Agramunt bildirir ki, onlar bürün

məsələləri hazırlayacaqları hasabatda qeydedəcəklər. Amma hesabat nə vaxt hazırolacaq sualına həmməruzəçilərdən heç birikonkret cavab verməyib:

- Mən bilmirəm. 10 il ərzində Azərbay-canla bağlı cəmi bir hesabat hazırlanıb. İlkhesabat 2005-ci ildə hazırlanıb. Biz tez bir

zamanda hesabat hazırlamağa çalışacağıq,amma 10 ilə bir hesabat hazırlandığındanvəziyyət o qədər də sadə deyil.

“MÜSAVAT VƏ AXCP-nin MƏNİMLƏ GÖRÜŞMƏMƏSİNİ

UNUTMAYACAM”Pedro Agramuntun Müsavat və AXCP-

nin onunla görüşdən imtina etməsiməsələsinə də münasibət bildirib. Dediyinəgörə, ötən ilin oktyabrında müxalifət par-tiyalarının görüşdən imtina etməsi onutəəccübləndirb, amma noyabrda gələndəgörüş baş tutub: “Mən onlardan soruşandaki, niyə əvvəlki görüşə gəlməmişdiniz,onlar dedilər bu bizim strategiyamızdır. İndibu strategiya mənə aydın deyil. Bilirəm ki,bu onların strategiyası olduğundan bu dəfəgörüşə gəlməyiblər. Amma hesab edirəmbelə bir görüş hökmən olmalıdır. Şəxsənmənimlə onlar ikinci dəfədir belə hərəkətedirlər. Mən bunu yadımdan çıxarmıyacam.Amma indi bu dəqiqə görüşmək istəsələrmən hazıram”.

Həmməruzəçilər “Qarabağ” blokunadaxil olan “Ümid”, Demokrat, Ziyalılar par-tiyalarının təmsilçiləri ilə görüşüblər. Dedik-lərinə görə, Prezident Administrasiyası iləgörüşləri olmayıb.

AZƏRBAYCANDA SİYASİ MƏHBUS SİYAHISI YOXDUR?

Azərbaycanda siyasi məhbuslarla bağlısuala gəldikdə Pedro Agramunt bildirdi ki,onlar görüşdükləri bütün tərəflərdən siyasiməhbusların siyahısını istəyiblər, amma in-diyə qədər onlara belə bir siyahını verənolmayıb. Pedro Agramunt bildirdi ki, onlarAzərbaycan parlamentindən xahiş ediblərki, ölkənin Avropa Şurası qarşısındagötürdüyü öhdəliklərin necə yerinə ye-tirlməsi ilə bağlı müfəssəl bir sənəd hazır-lasınlar.

"Müsavat və AXCP-nin mənimləgörüşməməsini unutmayacam"

«Azərbaycanfilm»: «Qisas almadan qayıtma»

Dünyada piylənmə artır, qantəzyiqi isə düşür

Elmira Axundova: «Hər şeyi pulhəll edir»

Pedro Agramunt

«Bizim yol» qəzeti yazır ki, «Çanaq ante-nalarının sökülməsinə start verildi».

«Dünən paytaxtda apardığımız araşdır-malar zamanı peyk antenaların sökün-tüsünə start verildiyinin şahidi olduq.Bakının mərkəzi küçələrindəki binalardançanaq antenalarının yığışdırılmasınagöstəriş verilib. Sökülən antenalar da var.Amma hələ ki, kütləvi şəkildə bu qərar icraolunmur. Göstərişi icra edən dövlət qu-rumlarının nümayəndələri çanaq ante-naların binaların fasadında ciddiproblemlər yaratdığını iddia edirlər».

«Çanaq antenalarının sökülməsinəstart verildi»

Neft Fondu puldan pul düzəldir

Metyu Brayza: «PrioritetimQarabağ münaqişəsinin həlli olacaq”

AzadliqRadiosu.azsaytında həmçinin oxuyun

№05 (45) 07.02.2011 Fərqli düşüncə4

Məhkəmə Cəlal Əliyevin 23 milyonluq iddiasına baxdı

Fevralın 4-də 1 saylı Bakı İnzibatiİqtisad Məhkəməsi akademik CəlalƏliyevin pul və əmlak iddiasınıtəmin edib. Qətnaməyə görə, CəlalƏliyevin keçmiş biznes ortaqlarıSədiyar Zeynalov və sonuncununhəyat yoldaşı Şəhla Zeynalova ona23 milyon dollar ödəməlidilər. Hələüstəlik, vaxtilə ortaq olduqları“Sahibtac” MMC ləğv ediləcək,həmin MMC-nin və “Ayrza” MMC-nin mülkiyyətində olan bütün əm-laklar Cəlal Əliyevin mülkiyyətinəveriləcək.

Məhkəmə həmçinin Cəlal Əliyevin

keçmiş ortağı Sədiyar Zeynalov barəsindəcinayət işi başlanması tələbini də təminedib. Prezidentin əmisi - Cəlal Əliyevin or-taqlarından biri Şəhla Zeynalova daqarşılıqlı iddiayla eyni məhkəməyəmüraciət etmişdi. İddia ərizəsində göstər-mişdi ki, «Sahibtac» Məhdud MəsuliyyətliCəmiyyət onun və həyat yoldaşı SədiyarZeynalovun nizamnamə kapitalındakıpayı 50 faiz olmaqla təsis edilib. Firmanınadı da onların övladının adı ilə bağlı olub.1992-ci ildən ofis biznesi və hüquqi xid-mət göstərilməsi ilə məşğul olublar.1994-cü ildə bir neçə şirkət yaradıblar.Onların arasında «Sahibtac» və «Ayrza»MMC-lər də olub.

«Sahibtac» MMC tərəfindən 1995-ciildən 2002-ci ilədək şəhərin müxtəlifmərkəzi küçələrində 7 ofis binası tikilib.Həmin iddiada həmçinin qeyd edilir ki,1997-ci ildə Sədiyar Zeynalov Cəlal

Əliyevlə tanış olub. Ofis biznesi ilə məşğulolduqlarını biləndə Cəlal Əliyev SədiyarZeynalova birgə işləməyi təklif edib.Həmin ildə Cəlal Əliyevin mərhum həyatyoldaşı da «Sahibtac»a təsisçi kimi daxilolub. Cəlal Əliyevin həyat yoldaşı vəfatetdikdən sonra vərəsəlik hüquqları onavə qızına keçib. Şəhla Zeynalovanın iddi-asına görə, birgə ortaqlıqları dövründəcəmiyyətin sahib olduğu bütün əmlak-ların 85 faizi onların, 15 faizi isə CəlalƏliyevin vəsaitləri hesabına yaradılıb vəəldə edilib.

Ancaq məhkəmə yalnız Cəlal Əliyeviniddialarını təmin edib və qarşı tərəfin id-diasını əsassız hesab edib. Məhkəmə qət-naməsi çıxmağa bir gün qalmış prosesiizləməyə gələn AzadlıqRadiosunun əmək-daşı Cəlal Əliyevin nümayəndələrinintələbi ilə məhkəmə zalından çıxarılmışdı.

Saakaşvilinin anası Bakıda Gürcüstan prezidenti MixeilSaakaşvilinin anası Dr. Giuli Alasa-nia Bakıya gəlib. Fevralın 1-dəxanım Alasania DiplomatikAkademiyada Türkiyə-Azərbaycan-Gürcüstan münasibətlərinə dairmühazirə söyləyib. Mühazirədənsonra Giuli Alasania AzadlıqRadio-sunun son vaxtlar ərəb ölkələrindəbaş verən hadisələrlə bağlı sual-larını da cavablandırıb.

- Xanım Alasania, hazırda ərəbdünyasında müşahidə olunanlaramünasibətiniz.

- Açığı mənim üçün ərəb ölkələrindəson vaxtlar baş verənlər gözlənilməz idi.

Xüsusilə də Misirdə. Amma bununla beləümid edirəm ki, məsələ yaxın vaxtlardahəll olunacaq.

- Sizcə, bu hadisələri necə dəyər-ləndirmək, adlandırmaq olar?

- Hər halda orada insanların xoşbəxtolmadıqları bu hadisələrdən aydıngörünür.

- Bəzi siyasətçilər hesab edirlər ki,bu hadisələr Cənubi Qafqazdan dayan keçməyəcək. Bu cür düşünənləriddia edirlər ki, Tunisdə, Misirdə vəbaşqa ərəb ölkələrində yaşananlarAzərbaycanda da təkrarlana bilər.Siz bu ehtimalı nə dərəcədəinandırıcı sayırsınız?

- Bütün bunlar zəncirvarı hadisələrəoxşayır - əvvəl Tunis, sonra da Misirdəbaş verməklə dalğa şəklində gəlir. Ammabuna baxmayaraq, mən belə düşün-mürəm. Şükürlər olsun ki, Azərbaycandabelə hadisələrin baş verməsi ehtimalıyoxdur.

İlqar Rəsul

Giuli Alasania

Bayraq qayıtdı

Azərbaycanın və dünyanın ənhündür bayrağı yerinə qaytarılıb.Hazırda Fövqəladə Hallar Nazir-liyinin əməkdaşları ərazidə yox-durlar. Fevralın 2-də səhərsaatlarından Dövlət Bayraq Mey-danındakı bayraq dirəyində prob-lem yaranmış, dirəyin

yaxınlığındakı 9 mərtəbəli binanınsakinləri evakuasiya olunmuşdu.

Səbayel Rayon İcra Hakimiyyəti vəFövqəladə Hallar Nazirliyinin yaydığıməlumata görə, fevralın 2-də gecə saat3 radələrində Dövlət Bayraq Meydanındagüclü küləyin əsməsi nəticəsində texnikixidmətlər tərəfindən bayraq dirəyindətitrəmə halları müəyyən edilib. Mütəxəs-sislər tərəfindən dərhal zəruri vətəxirəsalınmaz təhlükəsizlik və profilaktiktədbirlər həyata keçirilib. Görülmüş təd-birlər nəticəsində səhər 6.30 radələrində

dirəyin titrəyişləri nizamlanıb.Dövlət Bayrağı Meydanının tikintisinə

2007-ci ildə başlanıb, tikinti 3 il davamedib. İnşa olunmuş dayağın hündürlüyü162 metrdir. «Ginnes» Dünya RekordlarıTəşkilatı 2010-cu il mayın 29-da Azərbay-can dövlət bayrağı dirəyinin dünyada ənhündür bayraq dirəyi olduğunu təsdiqedib.

AzadlıqRadiosu.az saytındaBayraq meydanında yaranmış son

vəziyyətlə bağlı videoya baxmaq olar.

№05 (45) 07.02.2011 Fərqli düşüncə 5

Ramiz Mehdiyev

Samir Şərifov: «Əsassız yoxlamalaraparılmamalıdır» Fevralın 1-də Maliyyə Nazirliyində2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrinmüzakirəsinə həsr olunmuş genişkollegiya iclası keçirilib.

Nazir Samir Şərifov maliyyə orqan-larında süründürməçilik, vəzifədən sui-is-tifadə və korrupsiyaya şərait yaradanhalların qarşısının alınması və qabaqlayıcıtədbirlərin görülməsi ilə bağlı bir sıra qu-rumlara konkret tapşırıqlar verib. Nazirbildirib ki, Nazirliyin qurumları sahibkarlıqsubyektlərində yoxlamalar aparan za-manı qanunvericiliyin tələblərinə riayətetməli, əsassız yoxlamalar aparma-malıdır: «Bütün yoxlamalar dövlətbaşçısının fərmanına uyğun olaraq əvvəl-cədən tətbiq olunmuş plan əsasındaaparılmalıdır. Yoxlamalar zamanı müvafiqicra orqanlarının nümayəndələrinin dəiştirakı təmin olunmalıdır. Eyni zamandamüxtəlif fəaliyyət növləri üzrə lisenziyalaralmaq üçün sahibkarlar tərəfindən edilənmüraciətlərə vaxtında cavab verilməli,sahibkarların qanunvericilikdə nəzərdə

tutulmuş hüquqları təmin olunmalıdır».Eyni zamanda «Şəffaflığın artırılması

və Korrupsiyaya Qarşı Mübarizə üzrə MilliStrategiya»nın icrası üzrə Nazirliyin 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planınınicrası nəzarətdə saxlanılmalı, vətən-daşların qəbulu işi təkmilləşdirilməli,işçilərin peşəkarlığı artırılmalı, Nazirliyin«qaynar xətti»nin əhatə dairəsigenişləndirilməli, «İnformasiya əldəetmək haqqında» Azərbaycan Respub-likası Qanununa əsasən açıqlanmalı olanməlumatlar Nazirliyin internetsəhifəsində yerləşdirilməli və daim ye-niləşdirilməlidir.

Arifə Kazımova

Samir Şərifov

Vergilər naziri özünün səyyaryoxlamalarından narazı danışır

Fevralın 2-də Vergilər Nazirliyindəkollegiya iclası keçirilib. Nazirliyinbir gün sonra yaydığı məlumatdadeyilir ki, iclas prezident İlhamƏliyevin sədrliyi ilə Nazirlər Kabi-netinin 2010-cu ilin yekunlarınahəsr olunmuş iclasında və prezi-dentin göstərişi ilə KorrupsiyayaQarşı Mübarizə üzrə Komissiyanınyanvar ayının 27-də keçirilmişiclasında verilmiş tapşırıqlarınmüzakirəsinə həsr olunub.

Vergilər naziri Fazil Məmmədov vergixidmətinin fəaliyyətində şəffaflığın artırıl-ması üçün son illər görülən bəzi işlərəbaxmayaraq, vergi əməkdaşları

tərəfindən yol verilən kobud neqativ hal-ların bütün vergi xidmətinin nüfuzunaxələl gətirdiyini bildirib. O, sistemdaxilinəzarətin və şəxsi heyətlə aparılan işləringücləndirilməsinin vacibliyini qeyd edib.

F.Məmmədov bildirib ki, ayrı-ayrı vergiişçilərinin qanunla müəyyən edilmiş vəz-ifələrinə uyğun olmayan hərəkətləri vergiödəyicilərinin haqlı narazılığına və vergiorqanlarına etimadsızlığına səbəb olur. İlknövbədə bu səyyar vergi yoxlamaları vəya operativ nəzarət tədbirləri aparılarkənVergi Məcəlləsinin tələblərinin pozulmasıvə ayrı-ayrı hallarda korrupsiya vərüşvətxorluq faktlarının olması ilə bağlıdır.

Nazirin sözlərinə görə, ötən il vergiorqanlarının vəzifəli şəxslərinin attes-tasiyasının keçirilməsinə, attestasiyanınyekunlarına görə müasir tələblərə cavabverməyən, habelə vətəndaş müraciətlərivə şikayətlər üzrə aparılmış araşdırmalarnəticəsində neqativ hallara yol vermiş,vergi işçilərinin sistemdən kənarlaşdırıl-masına baxmayaraq, bu kimi hallara hələdə rast gəlinməsi daha ciddi tədbirlərgörülməsini tələb edir.

Fazil Məmmədov

Hakimiyyətdəantikorrupsiyahəftəsi... Yanvarın 27-də Prezident Admini -strasiyasının rəhbəri RamizMehdiyevin prezident İlhamƏliyevin tapşırığı ilə KorrupsiyayaQarşı Mübarizə üzrə Komissiyanıniclasını keçirməsi və korrupsiya iləbağlı xəbərdarlıqlar etməsi təsirsizötüşməyib. Ötən həftə ərzindəmüxtəlif nazirliklərdən neqativ hal-lara qarşı mübarizə ilə bağlıbəyanatlar verildi və konkret ad-dımların atılması ilə bağlı xəbərləryayıldı.

Ramiz Mehdiyev iclasda neqativ hallarınölkədə həyata keçirilən quruculuq işlərinə,iqtisadi, sosial və siyasi sahədə aparılanislahatlara kölgə saldığını deyib. Ohəmçinin bütün bunların Azərbaycanınişgüzar nüfuzuna xələl gətirdiyini vurğu-layıb və bu rəyin prezidentin mövqeyiolduğunu xatırladıb. Ramiz Mehdiyevinfikrincə, ölkədə qanunsuz yoxlamalara,rüşvətxorluğa və korrupsiyaya qarşımübarizə formal xarakter daşımamalıdır.Bu, hakimiyyət orqanlarının fəaliyyət pri-oritetlərindən biri olmalı, bu sahədəsəmərəli nəzarət və hesabat sistemiyaradılmalıdır. Prezident Admini -strasiyasının rəhbəri bu problemlərinaraşdırılmasının və qısa müddətdə aradanqaldırılmasının zəruriliyini vurğulayıb.

KAGIZ ÜSTÜNDƏ XƏBƏRDARLIQ?..

Müstəqil iqtisadçılar, müxalifət və KİVhakimiyyətin bu addımının görüntüxarakteri daşıdığını deyir, ərəbdünyasında baş verən hadisələrin fo-nunda yerli hakimiyyətin ölkədə sosialnarazılıqları səngitmək üçün ya kosmetik,ya da müvəqqəti dəyişikliklər etməkistədiyini iddia edir. Bununla belə, müxtəlifnazirliklər özlərinin fəaliyyətində korrup-siya və neqativ halların olduğunu deyənbəyanatlar verməkdədir.

Səadət Akifqızı

№05 (45) 07.02.2011 Fərqli düşüncə6

Səhiyyə naziri də korrupsiyadanvə süründürməçilikdən danışdı Tibb müəssisələrinin baş həkimlərivə elmi tədqiqat institutlarının di-rektorlarının iştirakı ilə keçiriləniclasda nazir Oqtay Şirəliyevuğurlarla yanaşı, problemlərdən dədanışıb. O. Şirəliyev son vaxtlargələn şikayətlərin əsasını, əvvəllərolduğu kimi, müalicə və müayinəişləri deyil, əksinə, diqqətsizlik,qayğısızlıq, bəzi hallarda həttasəhlənkarlıq təşkil etdiyini bildirib.

«XƏSTƏLƏRƏ HƏLƏ DƏ DƏRMAN ALDIRMAQƏNƏNƏLƏRİ VAR»

Qeyd olunub ki, «xəstəxanaların ki-fayət qədər dərman preparatları və sarğımaterialları ilə təmin olunmasına baxma-

yaraq, xəstələrə, onların yaxınlarına hələdə dərman aldırmaq hallarına rast gəlinir.Xəstələrdən və onların qohumlarından,xüsusilə də doğum evlərində müxtəlifbəhanələrlə qeyri-rəsmi ödənişlərin tələbolunması halları da vardır». O. Şirəliyevtapşırıb ki, Nazirliyin struktur bölmələrininrəhbərləri xəstəxanaların fəaliyyətini ciddinəzarətdə saxlasınlar, mütəmadi reydləraparsınlar, nöqsanlar qısa müddətdəaradan qaldırılsın.

« MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLSÜN»

Müşavirədə yerli sanitariya nəzarətiorqanları tərəfindən bir sıra hallarda Fər-manın icrasında pozuntulara yol verildiyibildirilib. Sahibkarlıq subyektlərinin

fəaliyyətinə lüzumsuz müdaxilələrinedilməsi, qanunsuz yoxlamaların aparıl-ması və s. qeyd edilib. İştirakçılaratapşırılıb ki, Respublika Gigiyena və Epi-demiologiya Mərkəzinin sanitariya-epi-demioloji şurasında bu məsələyə baxılsınvə bu sahədə pozuntulara yol vermişməsul şəxslərə qarşı müvafiq tədbirlərgörülsün.

Maarif Çingizoğlu

Mədəniyyət və Turizm Nazirliyi də iclas keçirib Fevralın 3-də Mədəniyyət və Tur-izm Nazirliyində geniş kollegiyaiclası keçirilib. Nazir ƏbülfəsQarayev bildirib ki, Mədəniyyət vəTurizm Nazirliyi sisteminə daxilolan idarələrin, şöbələrin, müəssisəvə təşkilatların fəaliyyətində şəf-faflığın artırılması günün mühümtələblərindəndir.

Nazirliyin mətbuat xidmətinin bubarədə yaydığı məlumatda qeyd olunurki, “kollegiya iclasında mədəniyyət və tur-

izm sahələrində mövcud olan müəyyənproblem və çatışmazlıqlar da müzakirə ol-unub, nöqsanların aradan qaldırılmasıüçün konkret tapşırıqlar verilib. İclasdamüzakirə edilən məsələyə dair müvafiqqərar qəbul edilib.”

Mədəniyyət və Turizm Nazirliyinin Mət-buat xidməti bu tədbirin prezident İlhamƏliyevin göstərişi ilə Korrupsiyaya QarşıMübarizə üzrə Komissiyanın yanvar ayının27-də keçirilmiş iclasında verilmiştapşırıqlarla bağlı keçirildiyini vurğulayır. Əbülfəs Qarayev

«Hökumət Misirdə, Tunisdə baş verənlərdən qorxur» İŞDƏNÇIXARMA KAMPANİYASI

Birinci xəbər Əmlak Məsələləri DövlətKomitəsindən gəldi. Komitədən verilənməlumata görə, neqativ hallara yol ver-miş 15 nəfər işdən azad edilib, 40-ayaxın işçiyə qarşı ciddi tənbeh tədbirlərigörülüb. Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyindən gələn növbətixəbərdə deyilir ki, işdə nöqsana yolverdiyinə görə bu il 2 nəfər vəzifədən kə-narlaşdırılıb. Ötən il isə 116 nəfərə töh-mət verilib, 34 nəfərə xəbərdarlıq edilib.1 nəfər barədə hüquq-mühafizə orqan-larına müraciət olunub. İqtisadi İnkişafNazirliyində işdən çıxarılan olmasa da,fevralın 1-də kollegiya iclası keçirilib.

«BU, KAMPANİYADIR, KORRUPSİYA İLƏ MÜBARİZƏ

DEYİL»Nazirlər Kabinetinin keçmiş şöbə

müdiri Oqtay Haqverdiyev hökumətin

son addımlarını şərh edərkən belə deyir:«Əvvəla, o çıxardıqları adamların adını,familiyasını, tutduğu vəzifəni desinlər ki,görək onlar nə səviyyədə korrupsion-erdir. Bəlkə 50 manat götürüb, deyiblərki, korrupsionerdir. Dekorasiya qurulub.Aktyorlar tapılıb cəzalandırılmalıdır.Amma öncə bu işin ssenaristindən, ide-oloji rəhbərlərdən başlamaq lazımdır.Yəni bununla məşğul olmaq üçün həmsiyasi iradə, həm də effektli mexanizmolmalıdır».

«TƏCİLİ BURDA ƏHALİYƏGÖSTƏRİRLƏR Kİ...»

Oqtay Haqverdiyev hökumətin korrup-siya ilə bağlı tələm-tələsik kampaniyayabaşlamasının səbəblərini də izah edir.İqtisadçıya görə, görünür, Yaxın Şərqdəbaş verənlər hökuməti tərpədib: «Tunis-dir, Misirdir, başqalarıdır, hamısında aləmqarışıb. Həmin ölkələrdə rüşvətxorluq

baş alıb gedir. Ona görə də təcili burdaəhaliyə göstərirlər ki, biz də mübarizəaparırıq, müşavirələr keçiririk. Ammanəticə olmalıdır. Konkret bilinməlidir ki,mübarizə gedir. Yoxsa xırda-xuruş 15nəfər işdən çıxarılıb. Onu da axtarsangülməli adamlar otraya çıxacaq».

İqtisadçı Məhəmməd Talıblı isə deyirki, bəsit addımlar atılır. Bir neçə adamıkorrupsiyada ittiham edib işdən çıxarmaqçıxış yolu deyil. O, hesab edir ki, bu cüraddımlar təsir gücünə malik olmayacaq.

Oqtay Haqverdiyev

№05 (45) 07.02.2011 Fərqli düşüncə 7

Парламент Азербайджана «атакует» Запад

Глава делегации Азербайджана вПАСЕ Самед Сеидов, отчитываясь1 февраля в парламенте, нега-тивно высказался о должностиспецдокладчика, назвав это по-явление проявлением двойныхстандартов: «Деятельность Кри-стофера Штрассера в качествеспецдокладчика ПАСЕ по политза-ключенным в Азербайджане - не-приемлема. Пусть занимаютсяполитзаключенными в другихстранах, нам это не нужно».

Вице-спикер парламента Зияфет Ас-керов же считает, что в Совете Европы«не знают точного определения поня-тия «политзаключенный»: «Запад не

желает видеть нарушение прав чело-века в Армении и проявляет двойныестандарты». Аскеров также раскритико-вал западных дипломатов: «Они зани-маются не своими делами. Сколько ещевремени они будут выполнять здесьроль иностранных агентов? Пусть зани-маются своими делами».

Другой депутат от правящей партии«Ени Азербайджан» (ПЕА) Сиявуш Но-врузов, на предложение отпраздноватьюбилей правозащитницы Новеллы Джа-фароглу, призвал «осторожно» отнес-тись к этому: «Такие как онаформируют за рубежом негативноемнение об Азербайджане, а затем намназначают докладчика по политзаклю-ченным»

НЕ ХОДИТЕ ДЕТИ, В ИРАН ГУЛЯТЬ

Депутат от лояльной к властям пар-тии «Ана Вэтэн» Захид Орудж предло-жил азербайджанцам не ездить в Иран:«Отмена визового режима имеет далекоидущие цели. Иран экспортирует вАзербайджан не только религию, но и

наркотики».Депутат Мубариз Гурбанлы (замести-

тель исполнительного секретаря ПЕА),потребовал от посольства США в Бакураскрыть причины своих заявлений обопасности совершения терактов в Азер-байджане: «Этот вопрос требует серь-езного расследования, и в адреспосольства США необходимо отправитьзапрос о причинах распространениятаких слухов. Распространяемая по-сольством подобная информация рож-дает страх и напряженность и уграждан Азербайджана.»

ИСТИНА ГДЕ-ТО ТАМДепутат Жаля Алиева (ПЕА) высту-

пила с предложением принять закон обохране чести, достоинства и имиджаГейдара Алиева: «В некоторых соседнихстран пишут о Гейдаре Алиеве несоот-вествующие истине вещи. Причем этопроисходит там, где существует закон озащите имиджа и авторитета нацио-нального лидера».

По материалам азербайджанских СМИ

Зияфет Аскеров

Проблема с «копированием» демократии Германия и Европейский союз ока-жут поддержку Египту в осуществ-лении перемен. Об этом заявила всубботу бундесканцлер АнгелаМеркель, выступая на 47-й Мюн-хенской конференции по вопросамполитики безопасности, сообщаетИТАР-ТАСС. В Египте грядут пере-мены, и, по словам Меркель, Ев-ропа готова оказать этому процессуподдержку путем "нового парт-нерства".

Бундесканцлер подчеркнула "абсолют-ную необходимость" защиты права насе-ления Египта на свободу. Она выразилаудовлетворение тем, что протесты в

Египте входят в более мирное русло.Канцлер Германии подчеркнула, чтовнешняя политика должна руководство-ваться принципами соблюдения прав че-ловека, однако признала, что западнаямодель демократии не может быть реа-лизована "один к одному" в любом ре-гионе мира. Тем не менее, заметилаМеркель, есть некая "красная линия",определенная позицией ООН в областиправ человека, которую правительствамнедопустимо переступать.

С ней согласился премьер-министр Ве-ликобритании Дэвид Кэмерон, которыйсказал: "Я не думаю, что если ввести де-мократию в одночасье, то все проблемы

будут решены. Надо постепенно вводитьконструктивные основы демократии". Пе-реход к демократии в Египте, сказал Ка-мерон, необходимо начинать уже сейчас,чтобы люди почувствовали, что у страныесть перспективы.

Ангела Меркель

Аятолла Хаменеи: «События в Египте - отголосокиранской революции 1979 года»

На пятничной проповеди в Тегеран-ском университете духовный глава Ирана

аятолла Али Хаменеи дал характеристикусобытиям в арабском мире, в частности вТунисе и Египте. Вот несколько фраз изего выступления: «Нынешние события вСеверной Африке - поднявшаяся в Ту-нисе и достигшая пика в Египте волна на-родного гнева - имеют особое значениедля иранского народа. Они сравнимы сземлетрясением».

«Это то, что мы всегда называли ис-ламским пробуждением, произошедшим

под влиянием великой революции иран-ского народа. Это - громкий отголосокиранской революции 1979 года. Народыстран, в которых поднялись справедли-вые восстания, осознали, какое истинноелицо имеют их коррумпированные руко-водители. Президент Египта Хосни Муба-рак - лакей сионистского режима, аотстраненный от власти президент Ту-ниса Зин аль-Абидин бен Али - был зави-сим от США и ЦРУ».

Аятолла Али Хаменеи в своем специальном лимузине, октябрь 2010

№05 (45) 07.02.2011 Fərqli düşüncə8

Mehman Əliyev gizli səbəbdən danışır

Nazirlərin bir birinin ardınca iclaskeçirdib qüsurlardan danışmalarıprosesi davam edir.Hadisələrindayanmadan yüksələn xətt üzrəinkişaf etdiyini nəzərə alıbdüşüncələrini bizimlə bölüşməküçün “Turan” agentliyinin rəhbəriMehman Əliyevə müraciət etdik.

- Mehman bəy, sizcə nə baş verir? -Keçən ilin oktyabr ayında Dünya Bankı

ilə Azərbaycan hökuməti birgə mühüm birlayihənin təqdimatını keçirdilər. O zamantərəflər arasında 4 illik bir proqram elanedildi. Həmin proqram bir sıra islahatlar-antikorrupsiya, şəffaflıq, sahibkarlığın,azad iqtisadiyyatın inkişafı və sair xeyliməsələləri nəzərdə tutan böyük bir layi-hədir. Azərbaycan hökuməti ilə bu stratejiişi həyata keçirmək üçün 1 milyard dollarvəsait ayrılıb. İndi bütün bu müşahidə

edilənlərin hamısı həmin proqramın tərkibhissəsi olan tövsiyələrin, tələblərin yerinəyetirilməsidir. Sadəcə, hökumət bu pro-qramı xalqdan gizlədir.

- Bu proqramın olduğu kimi həy-ata keçiriləcəyi nə dərəcədəinandırıcıdır?

-Mən hesab edirəm ki, o layihə 100 faizdə olmasa, 80 faiz reallaşacaq. İkincisi isəhesab edirəm ki, hökumət vətəndaşçəmiyyətinin bu prosesdə iştirak et-məsindən narahatdır. Ona görə də biz oprosesə qoşulmaq üçün əlimizdən gələnietməliyik. Bu məsələyə vətəndaşcəmiyyəti - media, QHT-lər və sair nəqədər daxil ola bilsələr, proqramın həyatakeçirilməsi də o qədər effektiv olacaq.Yəni bizim bu prosesə dəstəyimiz, işti-rakımız çox mühüm əhəmiyyət kəsb edir.

- Bu iclasları, özünütənqidləri ərəbölkələrində baş verən dəyişikliklərləəlaqələndirib hökumətin görüntüyaratmaq istədiyini düşünənlər dəvar...

-Yox, bu belə deyil. Sözsüz ki, buməsələdə də nəsə görüntü yaratmağaçalışacaqlar. Amma real islahatlar o pro-qramda yazılıb. Və onlar həyata keçirilmə-lidir. Yəni bu iş hansisa görüntülərlə, şifahidanışıqlarla yekunlaşa bilməz. Belə ol-mayacaq.

İlqar Rəsul

«Azərbaycandaköklü dəyişikliklər olacaq» İctimai palatanın yeni seçkilərinkeçirilməsi ilə bağlı tələbi yerinəyetirilməzsə, Azərbaycanda köklüdəyişikliklər olacaq. BunuAzadlıqRadiosunun “İşdən sonra”proqramında Azərbaycan Xalq Cəb-həsi Partiyasının sədri Əli Kərimlideyib.

« Bu o demək deyil ki, bu bəyanatıimzalayan biz partiya liderləri bu inqilabıtəkbaşına edəcəyik. Artıq dünya təcrübəsionu göstərir ki, sonsuzluğa qədər haqsı-zlıqla, hüquqsuzluqla xalqlar barışmır. Vədemokratik prosedurlar tükənəndə artıqklassik inqilablar baş verir və Azərbaycanda bundan yan keçməyəcək».

Əli Kərimli deyir ki, müxalifət uzun il-lərdir çalışır ki, belə inqilablar baş ver-məsin. Müxalifət məxməri və tədriciislahatlarla olan dəyişikliyi istəyir: «Bizhələ də o yolu təklif edirik. O yol ağrısızyoldur, o yol qansız yoldur. Biz o yolu tək-lif edirik. Özümüzdən asılı olan fədakarlığıedirik ki, o yol Azərbaycanda baş tutsun.Amma hökumət bizi yenə eşitməyəcəksəonu demək istəyirəm ki, burdan ohökuməti uyarmaq istəyirəm ki, bizi eşit-məyə bilərsiniz. Amma sonra həqiqi inqi-labla üz-üzə qalacaqsınız».

“İnqilab baş versə bunun mə-suliyyətini öz üzərinizə götürür -sünüzmü?” sualına partiya sədri deyibki, bir nəfərlə inqilab olmur: «Hər hansıbir adam inqilab edə bilməz. Hər hansı biradamın mühüm rolu ola bilər. Söhbətməsuliyyətdən gedirsə, mən Azərbay-canın demokratiyaya qovuşa bilməsi üçünhər cür məsuliyyəti üzərimə götürməyə,hər cür fədakarlığı etməyə hazıram».

Kamran Mahmudov, Xədicə İsmayılova

«Korrupsiyaya qarşı mübarizəyəbiz özümüzdən başlamalıyıq» «Azərbaycanda korrupsiyaya qurşan-

manın əlaməti kimi dəbdəbəli həyat tərzikeçirilməsi faktlarına qarşı ən ciddi təd-birlər görülməlidir». Bu barədə başprokuror Zakir Qaralov fevralın 4-dəkeçirdiyi geniş kollegiya iclasındaməlumat verib. Baş prokuror qeyd edibki, əməkdaşlar tərəfindən cinayətişlərinin istintaqı və yoxlamalar zamanırüşvət istənilməsinə, sahibkarlıqfəaliyyətinə qanunsuz müdaxilələrə qarşıən ciddi tədbirlərin görülməsi təmin ol-unmalıdır: «Korrupsiyaya qarşı müba -rizəyə biz özümüzdən başlamalıyıq ki,başqalarından belə münasibət tələb et-məyə, onların korrupsioner fəaliyyətləriniaraşdırmağa mənəvi haqqımız olsun».İclasda bildirilib ki, ötən il Azərbaycandabeş prokurorluq əməkdaşı sistemdənxaric edilib. Qeyd olunub ki, 2010-cu ildə

işində və xidmətdən kənar fəaliyyətindəkobud qanunsuzluqlara yol verdiklərinəgörə 83 əməkdaş intizam məsuliyyətinəcəlb edilib. 50 nəfərə şiddətli töhmət vətöhmət elan olunub. 5 əməkdaş tutduğuvəzifələrdən azad edilib. Prokurorluqişçisinə yaraşmayan və prokurorluqdaxidmətlə bir araya sığmayan hərəkətlərəgörə 5 əməkdaş prokurorluq orqanların-dan xaric olunub.

Zakir Qaralov

Mehman Əliyev: “İslahatlar 80 faizreallaşacaq”

№05 (45) 07.02.2011 Fərqli düşüncə 9

«Əgər köklü islahatlar getməli ol-saydı, Nazirlər Kabineti buraxıl-malıydı. Yeni baş nazir təyinolunmalıydı». Azərbaycanhakimiyyətinin son günlər kor-rupsiya ilə bağlı keçirdiyimüşavirələri qiymətləndirərkəniqtisadçı Natiq Cəfərli belə deyir:«Təsəvvür edin ki, Azərbaycandanazirlik və dövlət qurumlarınınsayı Gürcüstandan üç dəfə çox-dur. Saakaşvili islahatlarabaşlayanda ilk addım olaraqstruktur islahatı apardı. Vətən-daşa və iş adamına mane olan,bürokratik əngəllər yaradan qu-rumları ləğv etdi və ya birneçəsini birləşdirdi. Çox güclükadr islahatı getdi. Bundan sonrada müəyyən prioritetlər elanedildi. Azərbaycanda isə bugörünmür».

GÜRCÜ DÜSTURUNatiq Cəfərli Gürcüstan modelini

yada salır. Bu ölkənin prezidenti isla-hatçı imiciylə tanınır, hakimiyyətəgələndən az sonra korrupsiyanınmiqyasını azaltmağa nail oldu.

Prezident Mixeil Saakaşvili bunundüsturunu müsahibələrinin birindəaçmışdı. O demişdi ki, gürcühökumətində yaşı 40-dan çox olan birnəfər var - Xarici İşlər naziri QriqolVaşadze.

AZƏRBAYCANIN 75 YAŞLI BAŞNAZİRİ

Azərbaycana baxaq. Nazirlər Kabi-netinə başçılıq edən Artur Rasizadənin75 yaşı var. Sovet sisteminin yetirməsi1996-cı ildən kabinetin rəhbəridir. Bugünə qədər baş nazir demək olar ki,kölgədə qalıb. Səlahiyyətlərinə görəhökumətdə ikinci fiqur olan bu adamfəaliyyəti ilə diqqət cəlb etməyib. Onunkabinetin iclasını keçirdiyi bəlkə də yadadüşmür. Səbəb nədir?

«BAŞ NAZİR LAZIMDIRMI?»

Ekspert Toğrul Cuvarlı isə sualı başqacür qoyur: baş nazir lazımdırmı?

«ABŞ-da baş nazir varmı? Yoxdur.Ölkə də işləyir, hər şey yerində. Bu,Artur Rasizadənin söhbəti deyil. Bizdəgörünən fiqurlar göz qabağındadır. ZiyaMəmmədov, Kəmaləddin Heydərov, heçsadalamağa ehtiyac yoxdu».

HEYDƏR ƏLİYEVİNUZUNÖMÜRLÜ KADRLARI

Yeri gəlmişkən, Azərbaycanda ölkəbaşçısının özünü çıxmaqla – onun 50yaşı yoxdur – əksər postlarda nisbətənyaşlılar oturub. Həm də bu vəzifədəonlar uzun illərdir oturublar. Məsələn,prezidentin tapşırıq və sərəncamlarınınyerinə yetrilməsinə nəzarət etməli qu-rumun- Prezident Administrasiyasınınrəhbəri də yaşlıdır. Ramiz Mehdiyevin73 yaşı var. Bu vəzifədə 1995-ci ildənçalışır. Düzdür, Artur Rasizadə iləmüqayisədə bu siyasətçi daha fəaldır.

Azərbaycan hökumətində elə nazirlərvə ya komitə sədrləri var ki, 17 ildir vəz-ifələrində qalıblar. Məsələn, 63 yaşlıdaxili işlər naziri Ramil Usubov 17 ildir,61 yaşlı müdafiə naziri Səfər Əbiyev 16ildir vəzifədədir. 65 yaşlı təhsil naziriMisir Mərdanov 1998-ci ildən nazirdir.

Onlarla müqayisədə cavan olan 55yaşlı Əbülfəs Qarayev də ən

uzunömürlü nazirlərdəndir. 1994-2001-ci illərdə Gənclər və İdman naziri,2001-2006-cı illərdə Gənclər, İdman vəTurizm naziri olub. Son beş ildəsəMədəniyyət və Turizm naziridir.

Beş ildir Dini Qurumlarla İş üzrəDövlət Komitəsinin rəhbəri HidayətOrucov 67 yaşındadır. 1992-1993-cü il-lərdə prezidentin millətlərarası münasi-bətlər üzrə müşaviri, 1993-2006-cıillərdə milli siyasət məsələləri üzrədövlət müşaviri olub. 2005-2006-cı il-lərdə prezidentin Milli Azlıqlarla və DiniQurumlarla İş üzrə Dövlət müşaviriişləyib. Dövlət Torpaq və XəritəçəkməKomitəsinin rəhbəri Qərib Məmmədov65 yaşındadır, 1997-ci ildən sədrdir.

ƏN GƏNC NAZİRİN 46 YAŞIVAR

Siyahını uzatmayaq. Hökumətdə əngənc nazirin 46-47 yaşı var. İqtisadiİnkişaf naziri Şahin Mustafayevlə Gən-clər və İdman naziri Azad Rəhimovun46 yaşı var. Birincisi bu vəzifədə 2008-ci ildən, ikincisi 2006-cı ildən işləyir. 47yaşlı Fazil Məmmədov artıq on bir ildirVergilər naziridir.

Bunlar İlham Əliyevin atası ilə işləmişnazir və ya komitə rəhbərləridir. Onuniş başına gətirdikləri kimlərdir. Məsələn,2004-cü ildə təyin olunmuş Xarici İşlərnaziri Elmar Məmmədyarovun 51, MilliTəhlükəsizlik naziri Eldar Mahmudovun55 yaşı var. Elmar Məmmədyarov onaqədərki nazirlərdən onunla fərqlənir ki,peşəkardır – diplomatdır. Eldar Mahmu-dovsa əksinə, MTN-də yeni adamdır, o,nazir olana qədər Daxili İşlər Nazir-liyində çalışıb.

«AVTORİTAR MODERNLƏŞMƏ»Azərbaycanlı ekspert Toğrul Cuvarlı

deyir ki, əslində kadrların yaşlı və yacavan olması önəmli deyil: «Qocalarıcavanlarla əvəzləməklə iş bitmir. Mod-ernləşmə iki yolla mümkündür: təbii vəya avtoritar modernləşmə. Rəhbərlikdəsiyasi iradə olanda, ölkəni dəyişməkləbağlı proqram olanda avtoritar modern-ləşmə də işləyir. Amma bilmirəm bizdəbu varmı? Mən bu iradəni görmürəm».

Toğrul Cuvarlıya görə, islahat dahamühümdür, nəinki yolüstü korrupsiyailə mübarizə aparmaq.

Şahnaz Bəylərqızı

Azərbaycan hökumətinin qoca nazirləri

Natiq Cəfərli

Toğrul Cuvarlı

№05 (45) 07.02.2011 Fərqli düşüncə10

Tarif Şurası suyun, poçt vəsərnişindaşıma xidmətlərininqiymətlərində artım nəzərdətutan dəyişiklik edib. Bu, şuranınyanvarın 31-də keçirilən iclasındaqərara alınıb.

Daxili və beynəlxalq məktub korres -pondensiyaları və bağlamalar üzrə xid-mətin növündən asılı olaraq yeni tariflərmüəyyənləşdirilib. Yeni tariflər daxiliuniversal poçt xidmətləri üçün 20qəpiklə 2 manat arasında dəyişir.Beynəlxalq poçt göndərişlərində isə hərbir ölkə üzrə baza tarifləri və çəkiyə

görə tariflər müəyyən edilib. Sudan istifadə xidmətlərinin tarifləri

ƏDV daxil olmaqla əhaliyə Bakı,Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan,Xırdalan şəhərləri və Abşeron rayonuüzrə 1 m3 üçün 30 qəpik, digər region-larda 25 qəpik, qeyri-əhali istehlakçıqrupları üçün ölkənin bütün ərazisi üzrə1 manat, tullantı sularının axıdılmasıxidmətlərinin tarifləri əhali qrupu üzrə6 qəpik, digər istifadəçilər üçün 30qəpik səviyyəsində müəyyən edilib.Sudan xammal kimi istifadə edən is-tehlakçılar üçün isə tariflər dəy-işdirilməyib, hazırkı səviyyədəsaxlanılıb. Bununla yanaşı, əhali is-tehlakçı qrupunda sayğacsız abonentlərüzrə bir nəfər üçün aylıq istehlak nor-ması 6 m3-dən 5 m3-ə endirilib. İndiyəqədər 1 m3 suyun qiyməti Bakı-Abşeron yarımadası və iri şəhərlərdə 18qəpik (ƏDV ilə 22 qəpik), rayonlarda isə

14 qəpik idi.Tarif Şurasının iclasında “Azərbaycan

Dəmir Yolları” QSC-nin müraciətiəsasında ölkədaxili sərnişindaşıma xid-mətlərinə də baxılıb, marşrutlar üzrəbiletlərin qiymətləri vaqonun tipindənasılı olaraq müəyyənləşdirilib. Yeni tar-iflər istiqamətlərdən və məsafədən asılıolaraq adi qatarlarda 3-19 manat, sürətfirma qatarlarında 14-25 manatarasında dəyişir. Tariflərə yataq dəstinindəyəri də daxil edilib. Sadə elektrikqatarlarında gedişhaqqı 20 qəpiklə 2manat arasında, sürətli elektrik qatar-larında isə 60 qəpiklə 6 manat arasındamüəyyən olunub. Qərar qəbul edilərkən1997-ci ildə təsdiq edilmiş mövcudölkədaxili sərnişindaşıma tariflərinin buxidmətlərə çəkilən xərclərdən dəfələrləaşağı olması nəzərə alınıb.

Yeni tariflər 1 fevral 2011-ci il tar-ixindən qüvvəyə minib.

OQTAY ƏSƏDOV: «ŞİRKƏTİŞÇİLƏRİN PULUNU VERƏ

BİLMİR»Fevralın 1-də bir sıra millət vəkilləri par-lamentdə qiymət artımını müzakirəyəçıxarmaq istəyiblər. Qüdrət Həsən-quliyev hökumətin bu qərarı bir müddəttəxirə salmasını təklif edib. Milli Məclisin sədri Oqtay Əsədovagörəsə, qiymət artımından manip-ulyasiya məqsədi ilə istifadə etməkdüzgün deyil. O bildirib ki, dünyanınheç yerində suyun qiyməti Azərbaycan-dakı kimi ucuz deyil: «Suyun qiyməti 12qəpik artırılıb. Bir şüşə suyu dükandanneçəyə alırsınız? Bu gün Bakı şəhəriniiçməli su ilə təmin edən şirkətdə 12 minadam işləyir. Tariflər aşağıdır, şirkətişçilərin pulunu verə bilmir. Eynilə dədəmiryolunda tariflər Ermənistan vəGürcüstandan 3-4 dəfə ucuzdur».

«ŞOK EFFEKT»İqtisadçı Zöhrab İsmayıl deyir ki,qiyməti artıran hökumət keyfiyyətdədəyişiklik etmir. Bu da soyğunçuluqdur.Başqa iqtisadçı Rövşən Ağayevinfikrincə, hökumətin bu addımı vətən-daşda şok yaradır: «Yoxsul təbəqəninüstünlük təşkil etdiyi ölkədə kəskinqiymət artımları yolverilməzdir.Hökumət heç vaxt əməkhaqlarını,təqaüdləri bu qədər artırmazdı. Ənyaxşı halda 15-20 faiz artım olur».

«KİM TƏMİNAT VERİR?»Hökumət qiymət artımını sözügedənsahələrdə maya dəyərinin baha olmasıilə bağlayır. Amma iqtisadçı RövşənAğayev deyir ki, sözügedən sahələr in-hisarçı qrupların əlində cəmlənib. Vəüstəlik bu qurumlarda maliyyəhesabatlılığı beynəlxalq standartauyğun deyil:«Biz necə inanaq ki, qiymətləri 70-80faiz artıran «Azərsu» gəlirləri yenə gi-zlətməyəcək? Yenə pullar qeyri-müəyyən istiqamətə, əhalidəngizlədilən istiqamətə getməyəcək. Bunakim təminat verər?»

«BUNUN NƏYİ SÜRPRİZDİR?»Tarif Şurasının katibi Elşən Əsədovsadeyir ki, son 13 ildə dəmiryolunda

qiymət artmayıbsa, bunun nəyi sür-prizdir. O ki qaldı suya: «Bir adamın ayərzində su xərci 42 qəpik artacaq.Burda hansı ciddi fəsaddan danışmaqolar? Gəliri də çoxdur, xərci də». Elşən Əsədov bunu da deyir ki, yaxınaylarda benzinin, qazın, elektrik ener-jisinin qiymətinin artması ilə bağlımüraciətlər yoxdur və müzakirə dəaparılmır. Təxminən bir ay öncə TarifŞurasının katibi AzadlıqRadiosunademişdi ki, qiymət artımı ilə bağlı onlaramüraciət gəlməyib: «Əhalini maraq-landıran benzindi, qazdı, sudu –bununla bağlı bizdə müraciət və müza-kirə yoxdur».

BİLET ALANLARIN PƏRTLİYİ,KUPE DÖVRÜ BİTDİ...

Qiymət artımı ilə bağlı vətəndaşlarınnarazılığını AzadlıqRadiosu.az saytındaoxuya bilərsiniz.

Şahnaz Bəylərqızı

Qiymət artımına reaksiyalar

Azərbaycanda qiymət artımı

Suyun da qiyməti qalxdı

Zöhrab İsmayıl

№05 (45) 07.02.2011 Fərqli düşüncə 11

Prezident Administrasiyasının rəh-bəri Ramiz Mehdiyev yanvarın 27-də Korrupsiyaya Qarşı Mübarizəüzrə Komissiyanın iclasını keçirib.Korrupsiya ilə mübarizəninhökumətin prioritetlərindən biriolduğunu bildirib. Bundan sonrabütün nazirlik və komitələrdəmüşavirələr keçirilir, bəzi hallardaişçilərin cəzalandırıldığı deyilir,ancaq konkret adlar çəkilmir.

ADLARI NİYƏ AÇIQLAMIRLAR?Əmlak Məsələləri Dövlət Komitəsi mət-

buat xidmətinin rəhbəri Qulu Xəlilova zəngvururuq. Ondan işdən yol verdiyi xətalaragörə çıxarılmış 15 nəfərin adını-soyadınıvə tutduğu vəzifəni açıqlamasını istəyirik.Qulu Xəlilov öncə deyir ki, qoy əvvəlcəbaşqa nazirliklər çıxardıqları işçilərin ad-larını açıqlasın. Daha sonrasa bildirir ki,adların açıqlanması etik baxımdan düzgünolmazdı. Dəstəyi qoymazdan öncəsə belədeyir:

«Yaydığım məlumata şərh vermirəm».

Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən də işdə nöqsana yol verdiy-inə görə çıxarılan 2 nəfərin və işi hüquq-mühafizə orqanına göndərilən məmurunda adını öyrənə bilmədik.

Amma Gömrük Komitəsi cinayətdə itti-ham olunan dörd adamın adını açıqlayıb.Rəsmi məlumata görə, vergidən yayınmafəaliyyətini həyata keçirən cinayətkar qrupifşa olunub. Qrupun üzvlərindən yalnızdördünün adı çəkilir: Bakı Baş Gömrükİdarəsi Yük Şöbəsinin inspektoru MüseyibƏzizov, Mirələm İsmayılov, kompüter op-eratoru İsmayıl Əhmədov və NatiqQuliyev. Həmin şəxslərin saxta gömrükbəyannamələri tərtib etməklə vəzifə sax-takarlığı etdikləri deyilir.

«ADIN AÇIQLANMAMASI ÖZÜELƏ KORRUPSİYADIR»

İqtisadi Təşəbbüslərə Yardım İctimaiBirliyinin rəhbəri Azər Mehtiyev:

«Elə bunun özü birbaşa korrupsiyadır.Necə yəni etik baxımdan düz deyil? Bu,dövlət vəzifəsində işləyibsə, doğrudan dakorrupsiyaya yol veribsə, adı açıqlan-malıdır. Qanunu pozub, bunun nəyi etikagözləntisidir? Bu məmurlar sosial müav-inət verdikləri adamların adlarını açıqlamır-lar, adını qoyurlar etikaya ziddir.Korrupsiya adı altında tutulanların adınıaçıqlamırlar, adını qoyurlar etikaya ziddir.Bu sözün özü elə korrupsiyanın əlamə-tidir».

İSA QƏMBƏRDƏN TÖVSİYƏMüsavat Partiyasının başqanı İsa Qəm-

bər hökumətin son addımlarının kosmetikvə müvəqqəti xarakterli olacağını düşünür.O deyir ki, korrupsiya üstündə qurulmuşbu hakimiyyət, sadəcə, bu addımları at-mağa vadar olub: «Səbəblərdən biri gözqabağındadır. Yaxın Şərqdə başlanan inqi-labi dəyişikliklər bizim regiondakı proses-lərə ciddi təsir edib. Azərbaycanhakimiyyətinin duyduğu narahatlıq gözqabağındadır. İkinci səbəb beynəlxalq qu-rumların tövsiyələri ola bilər».

İsa Qəmbər deyir ki, cəmiyyəthökumətin verdiyi bu fürsətdən yararlan-malıdır: «Tövsiyə edərdim ki, vergi, göm-rük və başqa nazirliklərin təzyiqləriyləüzbəüz qalanlar öz hüquqlarını fəal şəkildəqorusunlar. Yəni hakimiyyət kosmetikaddım atırsa, cəmiyyət də bunun kosmetikolmaması üçün iradəsini ortaya qoymalıdır.İctimai təzyiq olmalıdır. Yəni vətəndaşlarıntəzyiqləri lazımdır ki, hakimiyyətin bu ad-dımının mahiyyəti üzə çıxsın».

Nazirliklərdən çıxarılanlar kimlərdir?

«Panorama» verilişində jurnalistİsrail Musayev və politoloqMübariz Əhmədoğlu hökumətorqanlarının özünütənqidmövzusunda keçirilən son toplan-tılarını şərh ediblər.

Mübariz Əhmədoğlu:«BELƏ TƏDBİRLƏR PLANI

HAZIRLANMIŞDI...»- İndi kimsə bu toplantıları müsəlman

dünyasında baş verənlərlə müqayisə

edirsə, o, haqlıdır. Yəni belə bir fikir ağlagələndir. Ancaq prosesin içində olan in-sanlar deyir ki, onsuz da Prezident Ad-ministrasiyasının rəhbəri vaxtaşırı belətoplantılar keçirirdi. Ola bilərdi ki, belətoplantılar mətbuata verilsin və ya heçverilməsin. Mən dəqiq bilirəm ki, belətədbirlər planı hazırlanmışdı. Sadəcə, indiola bilər ki, bu tələblər Ramiz Mehdiyevindilindən daha qəti səslənib.

İsrail Musayev:«HAKİMİYYƏTİN İRADƏSI

OLMALIDIR...» - Mehman Əliyev deyir ki, bu, 1 mil-

yard dollarlıq layihədir. Bununla razılaş-maq olar. Mübariz Əhmədoğlunun o fikriilə də razıyam ki, Ramiz Mehdiyev butədbirləri plana uyğun keçirir. Ancaq ofikirlə razı deyiləm ki, Ramiz Mehdiyev in-qilablara baxıb bu tədbirləri dahaqətiyyətlə keçirir. Yalnız bir şey ola bilər

- inqilablar Ramiz Mehdiyevgilin tədbir-lərində müəyyən korrektələr edə bilər.Məsələn, adamların işdən çıxarılması.Bu, bir növ görüntüdür. Ancaq fikir verin,işdən çıxarılanlar sıravi məmurlardır.Nəhənglər ki var, korrupsiyanın açarı on-ların əlindədir, onlar çıxarılmır. Əslində,islahatlar üçün hakimiyyətin iradəsi ol-malıdır...

Babək Bəkir

İsa Qəmbər

İsrail Musayev: «Korrupsiyanın açarı nəhənglərin əlindədir...»

Mübariz Əhmədoğlu

İsrail Musayev

№05 (45) 07.02.2011 Fərqli düşüncə12

İslamın cəza sistemi ədaləti təmin edirmi?

İslamın öz cəza sistemi var. Müx-təlif əməllərə görə müxtəlifcəzalar - əllərin kəsilməsi, şal-laqlamaq, daşqalaq etmək, asıl-maq və s. nəzərdə tutulur. Lakinməsələyə müasir insan haqlarıkontekstindən yanaşanda, bu cürcəza sisteminin nə dərəcədədüzgün işlədiyini demək olar?Bunlar həqiqətənmi cinayətkarınislahına şərait yaradır və onugələcəkdə belə işlərdənçəkindirir?

İslamda cəza sistemi ilə bağlı bu vədigər suallar AzadlıqRadiosunun «İn-ternyus Azərbaycan» təşkilatı ilə birgəhazırladığı «İslam və demokratiya» pro-qramında müzakirə olunub. FilosofNiyazi Mehdi razılaşır ki, istəniləncəmiyyətdə cəza sistemi qaçılmazdır. İn-sanın hansısa hərəkətinə görə cəza, eynizamanda həvəsləndirici sistemlər ol-malıdır. Filosof hesab edir ki, şəriətdəkicəza növləri orta əsrlərin Avropasına nis-bətən xeyli insani olub. Amma sonrakıdövrlərdə bu cəzalar öz aktuallığını itirib.

ŞƏRİƏTDƏ CƏZA YANLIŞ VERİLƏ BİLƏR

Niyazi Mehdi hazırda İslam ölkələrindəşəriətə uyğun cəzaların tətbiqini düzgünsaymır. Çünki onun fikrincə, bu ölkələrdə

Avropadakına uyğun ədalətli məhkəməsistemi, günahkarın tapılması üçün zə-manət yoxdur. Deməli, cəzalar da yanlışverilə bilər: «Türkiyə və bəzi ölkələri çıx-maq şərtilə biz İslam ölkələrinin han-sında yüksək səviyyəli məhkəməmədəniyyətini görə bilərik? Qərbdə in-sanın günahını sübut etmək üçün nəqədər əlləşirlər. Bəs İslam aləmindəhansı yüksək kriminoloji işlər aparılır ki,onların müəyyən etdiyi cinayətkarlarauyğun cəzalar verilsin?».

QOLU KƏSİLƏN ADAM BİR DƏOĞURLUQ ETMƏYƏCƏK?

Professor deyir ki, çoxlarında ölümcəzası olmayan yerdə cinayətlərin başalıb gedəcəyi kimi yanlış təsəvvür for-malaşır. Amma elə Azərbaycanı misalgöstərən Niyazi Mehdi qeyd edir ki,hazırda respublikada ölüm cəzasınalayiq olan cinayətlər sovet dövründəkinənisbətən heç də çox deyil.

İSLAMIN CƏZA SİSTEMİ DÖVRÜÇÜN MÜTƏRƏQQİ OLUB

«Mənəvi Dünya» İctimai Birliyininsədri Şahin Həsənli də cəzaların zəruriliyifikri ilə razılaşır. O belə düşünür ki, hərkəsi cəzalarla islah etmək mümkündür.Amma deyir ki, cəzaların növü mübahisəpredmeti ola bilər: «İslamın cəza sistemio dövr üçün mütərəqqi sistem olub. Ozamankı yarımvəhşi dövrdə hüquqi sis-

temin qurulması çox ciddi bir məsələidi».

MÜASİR ALİMLƏR DAŞQALAQCƏZASINA QARŞIDIR

Ş.Həsənli deyir ki, hazırda şəriətincəzaları ilə bağlı müxtəlif məzhəblərarasında, hətta eyni məzhəblərin alimləriarasında da fikir ayrılıqları olur. Bəzilərihesab edir ki, zaman keçdikcə, bu cəzanövlərinə yenidən diqqət yetirməklazımdır: «Məsələn, müasir alimlərdaşqalaq cəzasını məqbul hesab etmir-lər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlıda mübahisələr gedir. Düzdür, İslamölüm hökmünü cəza növü kimi qəbuledir. Amma İslamın bu cəzanın tərəfdarıolduğunu iddia etmək düzgün deyil».

BƏZİLƏRİ 100-Ə QƏDƏR,BƏZİLƏRİ İSƏ CƏMİ 7 BÖYÜK

GÜNAH OLDUĞUNU DEYİRŞ.Həsənli deyir ki, şəriətə görə, böyük

günahların cəzası – ölüm hökmü olur.Bunların sırasına zina, oğurluq, qanun-suz cinsi münasibət, dövlətə qarşıcinayətlər və s. daxil edilir. Ammahazırda hansı növ əməllərin böyükgünah sayılacağına dair də mübahisələraparılır. Hətta İranın özündə belə bəziruhanilər dünyəvi cəza növlərindən isti-fadə etməyə çağırırlar: «Bəziləri 100-əqədər böyük günah siyahısı tutub. Bəzisibu cür günahların sayının, sadəcə, 7olduğunu düşünür».

Cəzalardan sui-istifadə hallarınagəlincə, Ş.Həsənli hesab edir ki, bu, yal-nız İslam dövlətlərində deyil, dünyəvidövlətlərdə də mövcuddur. İslam alim-lərinə istinad edən ilahiyyatçı deyir ki,İslamda yalnız dəyərlər toxunulmaz qalabilər, cəzaları isə yenidən müzakirəetmək olar.

İlkin Məmmədov

Niyazi Mehdi

Şahin Həsənli

Hindistan Müsəlmanları Şurası buhəftənin bazar ertəsi gənclərinmobil telefonlardan istifadəsiyləbağlı fətva verib. Hindistan medi-ası, məsələn, İndian Express-dəyayılan xəbərə görə, şura gənclərinmobil telefondan istifadəsinin əley-hinə çıxır. Xüsusilə də qızların.Bildirir ki, mobil telefonlar isti-fadəçilərin “utanmaz”, “həyazıs”olmasına yol açır.

Fətvada deyilir ki, “valideynlər əminolmalıdırlar ki, onların uşaqları, xüsusilədə qızları mobil telefonlardan istifadəetmir. Çünki bu istifadə onları “bihəya”edir. Şuranın rəhbəri Movlana Taukir Razabildirib ki, müsəlman ailələri bu xəbərdar-lığa əməl etməlidirlər. Raza əlavə edib ki,bu fətva qız uşaqlarının təhsil almasının,dünyagörüşünün əleyhinə yönəlməyib,çünki şura qızların təhsilinə böyük önəmverir.

Mobil telefonlar müsəlman qızları "bihəya" edir?

№05 (45) 07.02.2011 Fərqli düşüncə 13

Onlar özlərini hamıdan gizlətməyəçalışırlar. Onları tapmaq və söh-bətləşməyə yola gətirmək üçünmənə günlər lazım oldu... Natu-raçılar işlərinə Azərbaycanda «pisbaxıldığını» deyib müsahibə ver-məyə meyil göstərmirdilər. Natu-raçı – rəssama, heykəltəraşa,fotoqrafa və digər sənətçilərəpoza verən modeldir. Onlar gey-imli və ya çılpaq olur. İncəsənətməktəblərində tələbələri natu-rayla təmin edən ayrıca şöbə dəfəaliyyət göstərir.

NATURA SƏNƏTİNƏ QEYRİ-CİDDİ YANAŞIRLAR

Rəssamlıq Akademiyasında natu-raçıların iş cədvəlində daha çox rusqadınlarının adları gözə dəyirdi. Art-menecer Fəridə Allahverdiyeva deyir ki,Azərbaycanda natura sənətinə qeyri-ciddi yanaşma var, buna görə də hazırdaazərbaycanlı qadınların sayı azdır:«Əksər qadınlar milliyyətcə azərbaycanlıolanlar deyil. Ruslar və yəhudi qadınlarüstünlük təşkil edir. Azərbaycanlı qadın-lar çox azdırlar və onlar gizliliyə dahameyillidirlər. Rus qadınlar arasında Sovetdövründən naturaçılıq edən qadınlar varki, onlar buna sənət kimi yanaşırlar».

HƏQARƏTDƏN QAÇMAĞINYOLU...

Rəssamlıq Akademiyasında fiqur kimi

dayanmağa gələn qadınların əksəriyyətiözlərini buranın tələbəsi kimi qələməverirlər. Bunu əlavə suallardan, həqarətlibaxışlardan və xüsusi təkliflərdən qaç-mağın ən asan yolu hesab edirlər. RənaXudatzadə Opera və Balet Teatrının ak-trisasıdır, Rəssamlıq Akademiyasındageyimli naturaçı işləyir. Bəzən fərdi nat-uraçılıq da edir. O öz işini ailəsindən gi-zlətmək ehtiyacı görmədiyini deyir:

«Mən halal pul qazanıram, burda nəvar ki? Bilirsiz, mən kimə deyirəmsənatura işləyirəm, o dəqiqə soruşurlar:Çılpaq? Mən bunu gizlətmirəm, bumənim üçün çox böyük şərəfdir. Mənözümü orda çox gözəl insan hiss edirəm.Model kimi hiss edirəm özümü. Bəlkə dəhəyatda belə hiss etmirəm».

MENTALİTET İCAZƏ VERMİRHeykəltəraş Elvin Nəbizadə Rəssamlıq

Akademiyasının 3-cü kurs tələbəsidir.Deyir ki, Azərbaycanda naturaçılardaçəkingənlik var: «Biz onlara materialkimi baxırıq. Bizim naturalar da bunuhiss edirlər, ona görə də hər hansı kon-flikt, qeyri-ixtiyari hərəkətlər görünmüriş prosesində. Çəkinməyə heç bir əsasyoxdur».

HƏKİMDƏN UTANMADIĞI KİMİRƏSSAMDAN DA UTANMIR

Sürrealist rəssam Əli Davudov 8 ildirRəssamlıq Akademiyasının tələbəsidir,hazırda aspirantdır. Onun fikrincə, pro-porsiyaları gözəl olan qadın, atletikbədən quruluşu olan kişiləri çəkməkdaha uyğundur. Amma Azərbaycancəmiyyətini nəzərə alaraq, rəssamlarıntələbini ödəyən gözəl qadınlar natu-raçılar arasında azlıqdadır: «Çevrəyəgirəndə isə həkimlərdən necə utanmır-larsa, rəssamlardan da utanmırlar. Çünkiemalatxanaya girdin, fırçanı əlinə aldın,natura artıq qadın obyekti kimi olmur.Sırf ona yaradıcı yanaşırsan, şəhvət hissiilə baxmırsan».

Naturaçı Rəna Xudatzadə 4 ildir natu-raçıdır. Onun öz işindən yeganənarazılığı az maaşıdır: saatına 2 manatödəniş alır. Bəzən 4 saat tərpənmədəneyni pozada dayanmaqdan əzələlərikeyiyir, amma işindən bezmədiyini deyir.Bir də onu deyir ki, kaş ki Azərbaycandanaturaçılara bu münasibət dəyişə...

Durna Səfərli

Saatı 2 manata naturaçı... AzadliqRadiosu.azsaytında həmçinin oxuyun

Sevinc Çılğın öndə

"Bizim hamımızı heyvani qorxubirləşdirir"

"25 yaşlı qocalar Azərbaycanədəbiyyatına lazım deyil"

Çingiz Abdullayev piratlara qarşımübarizəyə başlayır

Seymur Baycan: Azərbaycanda ziyalıproblemi

Romada Milli Muzeydə saxlananVenera heykəli

Rəna Xudatzadə

№05 (45) 07.02.2011 Fərqli düşüncə14

«Savadsızam, çünki istədiyi pulu verməmişəm»

Qaxın Almalı kənd orta mək-təbinin müəlliməsi NailəYolçuyeva AzadlıqRadiosunun“Qaynar xətt”inə çalışdığı mək-təbin direktoru Müzəffər Səfərov-dan şikayət edib. Deyir ki,Müzəffər Səfərov məktəbə rəhbərtəyin olunandan onun və eyniməktəbdə riyaziyyat müəllimiişləyən həyat yoldaşının gününügöy əskiyə büküb. Direktorlamüəllimlər arasında buz yaradansəbəb nədir, şikayətçidən eşidək:

DİREKTORU QƏZƏBLƏNDİRƏNİKİ SƏBƏB

- Məktəbdə riyaziyyat müəlliməsiişləyirəm. Həyat yoldaşım da riyaziyyatmüəllimidir. Keçən il yeni məktəb binasıistifadəyə verildi. Bina təzə istifadəyəveriləndə, bizdən məktəbin tərtibatıüçün müəyyən məbləğdə pul istədilər.

Biz o pulu verə bilmədik, hər şey bun-dan başlandı. Eyni vaxtda məktəbə yenidirektor təyin olunmuşdu, MüzəffərSəfərov. Bizim məktəbdən əvvəl Qo-rağan kənd orta məktəbində direktorişləmişdi. Özü də riyaziyyat müəllimidir.Təsəvvür edin, onsuz da 13 sinifə 6riyaziyyat müəllimi var idi. Hərəyə 10-12 saat dərs düşürdü. Əlavə bu dagəldi məktəbə.

Nailə Yolçuyeva deyir ki, direktorunonlarla qərəzçiliyinin səbəblərindən biridə həyat yoldaşı ilə onun MüzəffərSəfərovun məktəbə qədəm basmasınaetirazları ilə əlaqəlidir.

ETİRAZ VƏ TÖHMƏT - Bundan sonra direktor hər gün

dərslərimdə oturdu, təzyiqlər başlandı,boğaza yığıldım. İcra hakimiyyətinə,Təhsil Nazirliyinə müraciətlərim də cav-absız qaldı. Mən şikayət etdikcə direk-tor da mənə töhmət, xəbərdarlıqyazırdı. İki dəfə töhmət aldım, pulum-dan tutuldu. İl yarımdır dərslərimiz 13saata endirilib.

«MÜƏLLİMƏ SAVADSIZDIR »Məktəbin direktoru Müzəffər Səfərov

Nailə Yolçuyevanın dərs saatlarınınazaldılmasını belə izah edir:

- Elə bir problem yoxdur, sadəcə

olaraq, keçən il 21 sinif komplekti varidi, bu il 18 sinif komplekti var, 3 sinifkomplektinin azalması ilə əlaqədarNailə Yolçuyevanın dərs saatlarıazaldılıb.

Direktor müəlliməni savadsızlıqda it-tiham edir:

- Müəllimənin özünün dərslərindəməktəb rəhbərliyi iştirak edib, xeylinöqsanlar aşkar edilib, müəlliməyə dey-ilib ki, həmin nöqsanlar aradan qaldırıl-sın. Şagirdlərin yanına dərsə hazırlaşıbgəlmək lazımdır. Riyaziyyat müəllimə-sidir, əsas aparıcı fənlərdən biridir. Adiyazısında da 5-6 səhv buraxır.

«MƏN MİSİR MƏRDANOVA,MEHRİBAN ƏLİYEVAYAMÜRACİƏT EDİRƏM»

Nailə Yolçuyeva isə deyir ki, 34 ilhəyat yoldaşı məktəbdə riyaziyyatmüəllimi işləyib, 28 il də özü. İnstitutufərqlənmə diplomu ilə bitirib: «MənMisir Mərdanova, Mehriban Əliyevayamüraciət edirəm. Bu tikdirdikləri mək-təblərə baxsınlar, görsünlər oradakı işşəraiti kimlərə xidmət edir. Neçə illərişləyən müəllim, gör başıma nə oyunlaraçırlar, savadsızam, nə var – nə varyığdıqları 50-100 manatı verəbilməmişəm».

«Dərmana 500 manat pul vermişəm» 1 saylı xəstəxananın həyətindəəlində dərman qutusu tələsənvətəndaşı saxlayıram. Həkimlərhəyat yoldaşını əməliyyatmasasına uzadıb dərmanı göz -ləyirlər. Tələsdiyindən adını dademir.

-Dərmanı özünüz almısınız?-Bəli, bəli...-Axı burda pulsuz verilməlidir

dərmanlar...-Yalan söhbətdir.-Neçəyə almısınız dərmanı, nə

qədər pulunuz çıxıb?-500 manat pul vermişəm dərmana...Səhiyyə naziri Oqtay Şirəliyev bir

neçə gün əvvəl keçirdiyi müşavirədəbildirmişdi ki, «xəstəxanaların kifayətqədər dərman preparatları və sarğı ma-terialları ilə təmin olunmasına baxma-yaraq, xəstələrə, onların yaxınlarınahələ də dərman aldırmaq hallarına rast

gəlinir»... Nazir bu halların qarşısınınalınması ilə bağlı göstəriş də verib.

1 saylı xəstəxana və K. Fərəcov adınaElmi Tədqiqat Pediatriya İnstitutununqarşısında vətəndaşlarla dialoqumuz isə“köhnə hamam, köhnə tas”dan xəbərverir. 1 saylı Xəstəxananın YoluxucuXəstəliklər Şöbəsinin reanimasiyaotağının qarşısına toplaşan 30-a yaxınşəxs 22 yaşlı Rəşad Abdulovun qohum-larıdır. Deyirlər ki, həkim səhlənkarlığıucbatından Rəşadın həyatı təhlükədədir.Nənəsi Nisəxanım Abdulova: «Oktyabrın6-da it qapıb onu. Gedib həkimə. Həkimyazıb verib, iynə vurub, göndərib onusahə həkiminə. O da baxıb deyib ki, heçnə yoxdur, çıx get. Gəldi evə, 3 ayoturdu. İndisə 3 gündür həmin qolu qu-ruyub. Başladı «sudurqa». Təcili yardımçağırdıq, həkim dedi ki, quduzluqəlaməti var. Gətirdik bura, burda daaldılar bizdən saldılar reanimasiyaya. Bir

həftə vaxt veriblər bizə. Bir həftəyəcənuşaq öləcək... »

- İynə-dərmanını kim alıb onun?- «Özümüz. Kim alacaq? Nə iynə-dər-

man vururlar. Heç nə. Bir dənə«Demidrol» vururlar. Bir də sistem.Ancaq yatızdırırlar. Başqa iynəsi, dava-dərmanı, heç nəyi yoxdur. Heç nə vur-murlar».

Şöbənin əməkdaşıyla danışmaqcəhdimiz boşa çıxır: «Bir dəqiqə göz -ləyin. Amma belə gəlməzlər bura».

Mehriban Əliyeva

№05 (45) 07.02.2011 Fərqli düşüncə 15

Unutmayın: Siz bu verilişləri canlı dinləyə bilmirsinizsə,istənilən vaxt AzadliqRadiosu.az saytında onların səsyazılışlarına qulaq asa bilərsiniz. Bu, elə də çətin deyil.

İşdən sonra Can Bakı Xüsusi reportaj Qaynar xətt Həmyerli Tanınmışlar Şəffaflıq

14-24 İz Panorama Qafqaz Qovşağı Oxu zalı Hər kəsin haqqı var Təbriz Ekspress

Debatların, açıq müzakirələrin çatışmadığı bir za-manda “İşdən sonra” verilişi ən aktual mövzular üzrədebatlara, müzakirə və söhbətlərə həsr olunur. Hər gün saat 17-dən 19-dək “İşdən sonra”nı canlı din-ləyin. Canlı dinləyə bilmədikdə onun səs yazılışına son-radan AzadliqRadiosu.az saytından qulaq asabilərsiniz. Hər bir veriliş haqda xülasəni də buradanoxumaq olar.

AzadlıqRadiosunda verilişlər:

İşdən sonra “İşdən sonra”ya qulaq asın

London birjasında«Brent» tiplineftin 1 barelininqiyməti $100-lıqpsixoloji həddinövbəti dəfə aşdı.Azərbaycan nef-tinin qiyməti isə$102-ı da ötdü.Son 3 ildə neftdünya bazarlarında 2-ci dəfə belə sıçrayış edirdi: ilkdəfə 2008-ci ilin fevral ayının sonuncu günü neft$100-lıq həddə çatmış və bu pillədən həmin ilinavqustun sonlarınadək enməmişdi. İndi isə yenidənyüksəliş ovqatındadır.

BAHALI NEFT YAXŞIDIR, YOXSA PİS?Buna «kağız-kuğuzla» işləyən məmur nöqteyi-nəzərindənbaxsaq, gəlirinin 87%-nin sırf xam neftdən (97%-i isə neft,neft məhsulları və qaz) çıxaran ölkə üçün qiymətlər nə qədəryüksəkdirsə, ölkənin gəlirləri də çoxalacaq. Gəlirin çox olmasıümumi daxili məhsulun artması deməkdir.Ancaq bu, makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasınadəlalət edən amildir. Yaşayış reallıqları isə başqadır. Yəniadambaşına orta gəlirin ayda 320 manat olması hələ odemək deyil ki, işləyən hər bir Azərbaycan vətəndaşınınqazancı bu qədərdir. Çox güman ki, elə bu səbəbdən dəDövlət Statistika Komitəsi öz hesabatlarında açıqlamır ki,bizim işləyənlərimizin neçə faizi orta əməkhaqqı qədər mə-vacib alır (müəllimlər, həkimlər, elm adamları, icra qurum-larında çalışan sıravi işləyənlər, özəl xidmət sahəsində gündə10 saat işləyənlər və s. kimi milyondan çox vətəndaşımız).Elə məsələ də burada qəlizləşir – gündəmə neft gəlirlərininqeyri-bərabər bölünməsi gəlir.

BÖLÜNMƏNİN AZƏRBAYCAN MODELİAzərbaycanın neft gəlhagəli 2006-cı ildən başlayıb. Son 5ildə Neft Fonduna 36 mlrd. manatdan çox vəsait daxil olubvə bunun 18 mlrd. 32.9 mln. manatı xərclənib. Bunun haravə necə xərclənməsini artıq çoxları bilir. Ancaq əsası odur ki,onlar nə dərəcədə səmərəli xərclənib. Nazirliklərin inzibatibinalarının neçə dəfə təmir edilməsi, onların bahalı inventar-larının neçə dəfə dəyişdirilməsi və hətta yeni-yeni nə qədərinzibati binaların tikilməsi göz qabağındadır. Əvvəllər ikibloklu 120 mənzilli (adətən belə binalarda 600-əyaxın insan yaşayır) 16 mərtəbəli yaşayış binasının tikintisi3-4 milyon dollara başa gəlirdi. Ancaq dövlət 200 nəfərliknazirlik aparatı üçün 20-30 milyon manata inzibatı binatikirdi, baxmayaraq ki, nə torpaq pulu verirdi, nə də tikintiyəmane olmamaq üçün kiməsə «şirinlik». Adambaşına ortagəlirin ayda 320 manat olması hələ o demək deyil ki, işləyənhər bir Azərbaycan vətəndaşının qazancı bu qədərdir....Demək, məsələ neftdən gələn gəlirlərin miqdarında deyil,əsas məsələ onun ədalətli bölgüsü və səmərəli isti-fadəsindədir.

Yazının davamını AzadliqRadiosu.az saytında oxuyun.

100-ü yenidən aşan neft

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizə

göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə

daxil olmaqla, yaxud MMS kimi mobil telefondan yollaya

bilərsiniz. Ehtiyac varsa, anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30,

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:[email protected]

“Simsiz teleqraf”BU SUYA GÖRƏ PUL ÖDƏNİLMƏLİDİRMİ?

02.02.2011. Yükləyib: Əli̇bəy Zeynalov