azƏrbaycan respublİkasi hesablama …sai.gov.az/upload/files/hesabat hp-2015.pdfqulluqçuların...

78
AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASININ 2015-Cİ İLDƏ FƏALİYYƏTİ HAQQINDA H E S A B A T BAKI 2016

Upload: others

Post on 20-Feb-2020

26 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI

AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASININ

2015-Cİ İLDƏ FƏALİYYƏTİ HAQQINDA

H E S A B A T

BAKI – 2016

Page 2: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

2

“Audit öz- özlüyündə məqsəd deyildir, tənzimləyici sistemin tərkib

elementi olmaqla onun məqsədi qabaqcadan maliyyə inzibatçılığının

qanunilik, səmərəlilik, təsirlilik və qənaətlilik prinsiplərinin

pozulmasını və qəbul edilmiş standartlardan kənarlaşmaları aşkar

edərək fərdi hallarda təshihedici tədbirlərin həyata keçirilməsini,

müvafiq işçilərin öz məsuliyyətini dərk etməsini, qanun pozuntularının

aradan qaldırılmasını və ən azı məhdudlaşdırılmasını

təmin etməkdir”.

INTOSAI-ın Təməl prinsipləri, Lima bəyannaməsi

Page 3: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

3

ÜMUMİ MÜDDƏALAR

5

I BÖLMƏ. ÜMUMİ MƏLUMATLAR 10

1.1. Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı olaraq fəaliyyətinin təşkili

10

1.2 Hesablama Palatasının mövcud qanunvericiliklə müəyyən edilmiş funksiyaları və hesabat ilində icrası vəziyyəti

12

1.3. Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni qanun layihəsinin hazırlanması zərurəti

14

II BÖLMƏ. HESABLAMA PALATASININ 2015-Cİ İLDƏ FƏALİYYƏTİ İLƏ BAĞLI İCMAL MƏLUMATLAR

21

2.1. Nəzarət tədbirləri üzrə ümumi məlumatlar 21 2.2. Nəzarət tədbirlərinin əhatə dairəsi 22 2.3. Nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş əsas nöqsanlar 23 2.4. Hesablama Palatasının nəzarət fəaliyyətinin nəticə göstəriciləri 33 2.5. Hesablama Palatasının cari fəaliyyətinin əsas göstəriciləri 38 2.6. Beynəlxalq hesabatlarda (reytinq) dövlət maliyyəsinin şəffaflığı

39

III BÖLMƏ. HESABLAMA PALATASININ EKSPERT-ANALİTİK FƏALİYYƏTİ

41

3.1. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair

illik hesabata Hesablama Palatasının Rəyinin qısa icmalı.

41

3.2. “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyinin qısa icmalı.

42

3.3. “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyinin qısa icmalı.

46

IV BÖLMƏ. HESABLAMA PALATASININ DİGƏR FƏALİYYƏTLƏRİ 48

4.1. Korrupsiyaya qaşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində Hesablama Palatasının fəaliyyəti

48

4.2. Hesablama Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının icrası 53 4.3. Hesablama Palatasının beynəlxalq fəaliyyəti 54 4.4. Hesablama Palatasının inzibati fəaliyyəti və maliyyə təminatı

66

Page 4: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

4

ABREVİATURA VƏ AKRONİMLƏR

AAQ Ali Audit Qurumu

ASOSAI Ali Audit Qurumlarının Asiya Təşkilatı

AFROSAI

BMT

Ali Audit Qurumlarının Afrika Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı

EUROSAI Ali Audit Qurumlarının Avropa Təşkilatı

INTOSAI Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı

ISSAI Ali Audit Qurumlarının Beynəlxalq Standartları

LSS Layihə smeta sənədləri

MDB Müstəqil Dövlətlər Birliyi

SİP Strateji İnkişaf Planı

ÜDM Ümumi Daxili Məhsul

ƏDV Əlavə Dəyər Vergisi

VÖEN Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

Page 5: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

5

ÜMUMİ MÜDDƏALAR

“Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti

haqqında hesabat” (bundan sonra Hesabat) “Hesablama Palatası haqqında”

Azərbaycan Respublikası Qanununun 21-ci və Hesablama Palatasının Daxili

Nizamnaməsinin 25.3-cü maddələrinin tələblərinə, həmçinin Hesablama Palatasının

müvafiq Qərarı ilə təsdiq edilmiş “Hesablama Palatasının illik fəaliyyəti barədə

hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları”na uyğun

hazırlanmışdır. Hesabat 2015-ci il üçün İş planı ilə nəzərdə tutulmuş və həyata

keçirilmiş nəzarət tədbirləri, həmçinin Palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı

məlumatları əks etdirir və 4 bölmədən ibarətdir.

“Ümumi müddəalar” Palatanın Hesabatının hazırlanmasının hüquqi əsaslarını,

Hesabatın bölmələri haqqında ümumi məlumatı və maliyyə nəzarəti tədbirləri zamanı

aşkar edilmiş nöqsanların daha aydın şəkildə təqdimatı üçün aidiyyəti hüquqi aktların

təsnifatı ilə bağlı icmal məlumatları əks etdirir.

“Ümumi məlumatlar” adlı bölmədə Hesablama Palatasının kənar dövlət maliyyə

nəzarəti orqanı olaraq fəaliyyətinin təşkili, Palatanın mövcud qanunvericiliklə müəyyən

edilmiş funksiyaları və hesabat ilində icrası vəziyyəti, Hesablama Palatasının fəaliyyətini

tənzimləyən yeni qanun layihəsinin hazırlanması zərurəti, beynəlxalq hesabatlarda

(reytinq) dövlət maliyyəsinin şəffaflığı haqqında ətraflı məlumat verilmişdir.

“Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti ilə bağlı icmal məlumatlar” bölməsi

nəzarət tədbirləri üzrə ümumi məlumatları, o cümlədən dövlət büdcəsinin gəlir və

xərcləri ilə bağlı nəzarət fəaliyyəti, nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği,

dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı müəyyən edilmiş əsas nöqsanlar, habelə

Hesablama Palatasının nəzarət və cari fəaliyyətinin nəticə göstəriciləri üzrə məlumatları

özündə əks etdirir.

“Hesablama Palatasının ekspert-analitik fəaliyyəti” bölməsi 2015-ci ildə bu

istiqamətdə həyata keçirilən tədbirləri, başqa sözlə, dövlət büdcəsi və büdcədənkənar

dövlət fondların (təsisatların) büdcələrinin layihələrinə, həmçinin dövlət büdcəsinin icrası

barədə illik hesabata və müvafiq qanun layihəsinə Hesablama Palatasının Rəyləri üzrə

ümumiləşdirilmiş məlumatları və həmin Rəylərdə əks olunmuş təklif, nəticə və

tövsiyələri özündə birləşdirir.

“Hesablama Palatasının digər fəaliyyətləri” bölməsində Palatanın cari fəaliyyəti,

o cümlədən, Hesablama Palatasının korrupsiyaya qarşı həyata keçirdiyi tədbirləri,

həmçinin beynəlxalq və inzibati fəaliyyəti, maliyyə təminatı və maliyyə hesabatları

barədə məlumatlar təqdim olunub.

Palatanın həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş

nöqsanlarla bağlı Hesabatda əks olunmuş məlumatların daha aydın təqdimatı

məqsədilə müvafiq normativ-hüquqi aktların aşağıda təqdim olunan təsnifatından

istifadə edilmişdir:

- dövlət gəlirlərinin hesablanılması və ödənilməsi ilə bağlı hüquqi aktlar dedikdə

Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük

Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, “Dövlət rüsumu

haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi

Page 6: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

6

hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin

ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab

üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə

köçürülməsi Qaydaları”, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə

cəlb olunan malların aksiz dərəcələri”, “Qiymətləri (tarifləri) dövlət tərəfindən

tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”, habelə, “Azərbaycan

Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların

siyahısı haqqında”, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük

rüsumlarının dərəcələri haqqında”, “Azərbaycan Respublikası vahid büdcə

təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq

qərarları və digər normativ-hüquqi aktlar;

- büdcə sistemi ilə bağlı hüquqi aktlar dedikdə “Büdcə sistemi haqqında” və

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan

Respublikası Prezidentinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə Fərmanı, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası

Qaydaları”, “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə

Qaydaları”, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və

təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”, habelə,

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”, “Dövlət

büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının

(investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına

yönəldilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarları və digər normativ-hüquqi

aktlar;

- əmək haqqı, məzuniyyət və ezamiyyə haqlarının ödənilməsi ilə bağlı hüquqi

aktlar dedikdə əmək münasibətlərini tənzimləyən sosial sığorta, məzuniyyət, dövlət

qulluğu ilə bağlı qanunvericilik, o cümlədən Azərbaycan Respublikasının Əmək

Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin əmək haqqının, minimum əmək

haqqının və digər ödənişlərin məbləğinin artırılması ilə bağlı fərman və sərəncamları,

“Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə

maaşları və tarif dərəcələri haqqında”, “Azərbaycan Respublikasında fəhlə və

qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

maaşlarına elmi dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” “Büdcədən

maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş

yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri

haqqında”, “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında”,

“Ezamiyyə xərclərinin normaları haqqında”, “Məcburi dövlət sosial sığortası üzrə

ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti

hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin

təsdiq edilməsi barədə”, “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan

ödənişlərin müəyyən edilməsi barədə”, “Əmək haqqından tutulan vergi hesablanarkən

fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin

Siyahısının təsdiq edilməsi barədə” “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş

rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə”, “Diplomatik dərəcələr və

xarici dillərin bilməsinə görə tariflərin müəyyən edilməsi haqqında”, “Diplomatik xidmət

Page 7: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

7

əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi

haqqında”, “Diplomatik rütbəyə görə vəzifə maaşına əlavələrin verilməsi Qaydalarının

təsdiq edilməsi haqqında”, “İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi

Meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq

qərarları və digər normativ-hüquqi aktlar;

- satınalmalarla bağlı hüquqi aktlar dedikdə “ Dövlət satınalmaları haqqında”

Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Dövlət

satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Fərmanı, “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun

nümunəsinin təsdiq edilməsi barədə”, “Mallar (işlər və xidmətlər) üzrə satınalma

müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında”, “Güzəştlərin həcmi və tətbiqi

Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma

müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin

məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarları,

həmçinin Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən təsdiq

edilmiş “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat” və digər

normativ- hüquqi aktlar;

- ərzaq normaları ilə bağlı hüquqi aktlar dedikdə “Azərbaycan Respublikası Silahlı

Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış

başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi

heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının

təsdiq edilməsi haqqında”, “Respublika Olimpiya İdman Liseyində təhsil alan idmançı-

şagirdlər üçün qida normalarının təsdiq edilməsi haqqında”, “Təhsil müəssisələrində,

xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida

normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

müvafiq qərarları və digər normativ-hüquqi aktlar;

- dərman, sarğı ləvazimatları və materialları ilə bağlı hüquqi aktlar dedikdə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən

zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı

dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı” və “Şəkərli

diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları,

inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”, bəzi kateqoriyadan olan

vətəndaşların dərman preparatları ilə təmin olması Qaydası, Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin təsdiq etdiyi “İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman

preparatlarının siyahısı” və digər normativ-hüquqi aktlar;

- mühasibat uçotunun təşkili ilə bağlı hüquqi aktlar dedikdə “Mühasibat uçotu

haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası

Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə Fərmanı, “Azərbaycan

Respublikasında əsas fondların (vəsaitlərin) yenidən qiymətləndirilməsi haqqında”,

“Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş

xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nın

təsdiq edilməsi haqqında”, “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə

kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala

düşmüş , həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin

Page 8: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

8

(fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin

satışı üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarları,

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Büdcə

təşkilatlaı üçün Milli Mühasibat Uçotu Standartları”, “Dövlət büdcəsindən maliyyələşən

təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarınına uyğun

mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”, “Aktivlərin və öhdəliklərin

inventarizasiyası Qaydaları”, “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu

Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və

qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat" və digər

normativ-hüquqi aktlar;

- təmir-tikinti işlərinin təşkili ilə bağlı hüquqi aktlar dedikdə Azərbaycan

Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, “Azərbaycan Respublikası Dövlət

İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın

təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı,

“Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə”,

“Tikintidə müqavilə qiymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq

edilməsi haqqında”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən

tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın təsdiq

edilməsi barədə”, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış

işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla,

bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın və “Tikintisinə icazə tələb

olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-

quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan

Respublikasının ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil

yollarının istismarı üzrə müvəqqəti xərc normativlərinin təsdiq edilməsi haqqında”,

“Azərbaycan Respublikasının ərazisində müəssisə, bina və qurğuların tikintisi üçün

layihələrin (iş layihələrinin), habelə texniki-iqtisadi əsaslandırmaların və texniki-iqtisadi

hesablamaların ekspertizasının aparılması, təsdiq və yenidən təsdiq edilməsi qaydası

haqqında”, “Köçürülmə planı və ya köçürülmə təlimatını hazırlayan şəxs və ya təşkilatın

seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər

Kabinetinin müvafiq qərarları və digər normativ-hüquqi aktlar;

- mənzil-kommunal təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar dedikdə

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Azərbaycan Respublikasının

Şəhərsalma və Tikinti Məcəlləsi, “Azərbaycan Respublikasında mənzil fondunun

özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan

Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə

haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi

haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı, Azərbaycan

Respublikası Tarif (qiymət) Şurasının “Bərk məişət tullantılarının yığılması, daşınması

və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Qərarı,

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət

büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə

ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə

bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində,

Page 9: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

9

qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi

xərclərinin müvəqqəti normaları” və digər normativ-hüquqi aktlar;

- nəqliyyat vasitələri ilə bağlı normativ-hüquqi aktlar dedikdə “Azərbaycan

Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda

nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan

Respublikası Nazirlər Kabinetinin Qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin

müvafiq Əmri ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən dövlət orqanlarının

(Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq və başqa

xüsusi orqanlar istisna olmaqla), eləcə də, büdcədən tam və qismən maliyyələşdirilən

digər təşkilatların tabeliyində olan xidməti minik, yük, sərnişindaşıyan və xüsusi təyinatlı

avtonəqliyyat vasitələrinin bir ədədi üçün yürüş və neft məhsulunun aylıq Normaları” və

digər normativ-hüquqi aktlar;

- tədbirlərin keçirilməsi ilə bağlı normativ-hüquqi aktlar dedikdə "Dövlət

büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və respublika səviyyəli

tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi

şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə

tutulması və xərclənməsi Qaydaları", “Azərbaycan Respublikasının Gənclər və

İdman Nazirliyinin tabeliyində olan müəssisə və təşkilatlarda idman tədbirləri

iştirakçılarının ümumi və xüsusi təyinatlı geyimlər və fərdi idman avadanlıqları ilə

təminat normaları haqqında”, “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və

beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi

Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası

Nazirlər Kabinetinin müvafiq qərarları və digər normativ-hüquqi aktlar nəzərdə tutulur.

Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında Hesabat Hesablama

Palatasının 04 aprel 2016-cı il tarixli Q-32 nömrəli Kollegiya Qərarı ilə təsdiq

edilmişdir.

Page 10: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

10

I BÖLMƏ. ÜMUMİ MƏLUMATLAR

1.1. Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı olaraq

fəaliyyətinin təşkili

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Milli Məclis

tərəfindən yaradılan Hesablama Palatası Azərbaycan Respublikasında kənar dövlət

maliyyə nəzarətini həyata keçirir və ölkənin Ali Audit Qurumu (AAQ) kimi fəaliyyət

göstərir.

Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət

büdcə-maliyyə nəzarəti orqanıdır (“Hesablama Palatası haqqında” Azərbaycan

Respublikasının Qanunu, Maddə 1). Palata dövlət büdcəsinin icrasına nəzarəti həyata

keçirir, qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və

xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparır (“Büdcə sistemi

haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 21-22). Həmçinin, Hesablama

Palatası dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə

edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının

özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi

şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin

təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir ki, bu da Palatanın fəaliyyət

dairəsini müəyyən edir (“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının

Qanunu, Maddə 2-1). Mövcud qanunvericiliyə əsasən Hesablama Palatası tərəfindən

dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi üzrə aparılan audit ali auditdir

(“Hesablama Palatasının Daxili Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan

Respublikasının Qanunu, Maddə 1), Hesablama Palatası öz fəaliyyətini qanunçuluq,

aşkarlıq, hesabatlılıq, kollegiallıq, sərbəstlik, obyektivlik və ədalətlilik prinsipləri əsasında

təşkil edir və həyata keçirir.

Azərbaycan Respublikasının Hesablama Palatası Ali Audit Qurumlarının

Beynəlxalq Təşkilatının (INTOSAI) və bu təşkilatın bir sıra regional qurumlarının tam

hüquqlu üzvüdür. Palata maliyyə-büdcə nəzarətini audit vasitəsilə, INTOSAI tələblərinə

uyğun olaraq hazırlanan audit standartları əsasında həyata keçirir (Hesablama

Palatasının Daxili Nizamnaməsi, Maddə 12).

Hesablama Palatasının fəaliyyətinin məqsədi dövlətin inkişafı və vətəndaşların

rifahı naminə dövlət vəsaitlərinin şəffaf, məqsədyönlü, səmərəli, nəticəli və qənaətlə

istifadə olunmasını təmin etməkdir (SİP). Hesablama Palatasının fəaliyyətinin əsasını

kənar dövlət maliyyə nəzarəti vasitəsilə dövlət vəsaitlərinin istifadəsində səmərəliliyi,

cavabdehliyi, effektivliyi və şəffaflığı təmin etməklə qabaqcıl idarəçiliyin və maliyyə

intizamının yüksəldilməsi yolu ilə dövlət maliyyə idarəetmə sisteminin inkişaf etdirilməsi

təşkil edir (SİP).

Hesablama Palatası fəaliyyətini özünün iş planı əsasında həyata keçirir və

həmin plan Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli

Məclisinin, onun komitələrin sorğu və təklifləri də nəzərə alınmaqla tərtib edilir

(“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 14).

Eyni zamanda, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Prezidentinin

və ya Azərbaycan Respublikası Milli Məclisinin tapşırığı olmadan Hesablama

Page 11: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

11

Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır

(“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 16).

Azərbaycan Respublikasının Hesablama Palatasının Kollegiyası Palatanın

maliyyə nəzarəti fəaliyyətinin həyata keçirilməsi, metodoloji təminatı, illik hesabatlarına,

qərarlarına, təqdimatlarına və rəylərinə baxılması məqsədilə Palatanın fəaliyyətini təşkil

edir. Kollegiya Hesablama Palatasının sədrindən, sədr müavinindən, auditorlarından və

struktur bölmələrinin rəhbərlərindən ibarətdir (“Hesablama Palatası haqqında”

Azərbaycan Respublikasının Qanunu, Maddə 5-1)

Hesablama Palatasının funksiyalarının və səlahiyyətlərinin həyata keçirilməsi,

onun fəaliyyətinin təmin edilməsi məqsədi ilə Hesablama Palatasının Aparatı

formalaşdırılır. Hesablama Palatası Aparatının vəzifələri, fəaliyyətinin təşkili və həyata

keçirilməsi qaydaları Hesablama Palatasının müvafiq normativ-metodiki sənədləri ilə

tənzimlənir (Hesablama Palatasının Daxili Nizamnaməsi, Maddə 9)

Hesabat ilində Hesablama Palatası 11 struktur bölmə ilə fəaliyyət göstərmişdir ki,

onlardan 7-si maliyyə-büdcə nəzarəti üzrə, 4-ü isə digər istiqamətlərdə fəaliyyəti təmin

etmişdir. Eyni zamanda, Hesablama Palatasının “Hesablama Palatası haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə yaradılmış Naxçıvan Muxtar Respublikası üzrə

İdarəsi də müvafiq qaydada fəaliyyət göstərir.

Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları Hesablama Palatasına

qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinə kömək

etməlidirlər. Bununla yanaşı Hesablama Palatası öz səlahiyyətlərini həyata keçirərkən

qarşılıqlı razılıq əsasında dövlət hakimiyyəti orqanlarının nümayəndələrini, habelə

müqavilə əsasında müstəqil auditorları, ayrı-ayrı mütəxəssisləri cəlb edə bilər

(“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu, Maddə 17).

Palatanın fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir. Hesablama

Palatasının sədrinin, sədr müavininin və auditorlarının, habelə Hesablama Palatası

Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara

Page 12: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

12

mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə

tutulmuş məsuliyyətə səbəb olur. (“Hesablama Palatası haqqında” Azərbaycan

Respublikasının Qanunu, Maddə 19)

1.2. Hesablama Palatasının mövcud qanunvericiliklə müəyyən edilmiş

funksiyaları və hesabat ilində icrası vəziyyəti

Hesabat ilində Hesablama Palatası fəaliyyətini qanunvericiliyə uyğun olaraq

özünün illik iş planı əsasında həyata keçirmişdir. Hesablama Palatasının 2015-ci il üçün

İş planı Kollegiyanın 19 dekabr 2014-cü il tarixli Q-173 nömrəli Qərarı ilə təsdiq

olunmuşdur. İş planında Hesablama Palatasının qanunvericiliklə müəyyən edilmiş

funksiyalarının, həmçinin, cari fəaliyyətinin təmin edilməsi məqsədilə tədbirlər öz əksini

tapmışdır.

Kənar dövlət maliyyə-nəzarətini həyata keçirən AAQ olan Azərbaycan

Respublikasının Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş qaydada

hesabat ilində aşağıdakı funksiyaları yerinə yetirmişdir:

• dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının)

büdcələrinin layihələrinə rəy verir;

Palata 2015-ci ildə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi

haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il

büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə rəylərini1

hazırlayaraq Milli Məclisə təqdim etmiş və Rəylər Azərbaycan Respublikasının Milli

Məclisi tərəfindən müzakirələr zamanı nəzərə alınmışdır.

• dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının)

büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında

icrasına nəzarəti həyata keçirir;

Hesabat ilində bu məqsədilə 81-i audit, 1-i analitik təhlil olmaqla 82 nəzarət

tədbiri həyata keçirilmişdir.

• dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə

rəy verir;

Hesablama Palatası 2015-ci ildə “Azərbaycan Respublikasının 2014-cü il dövlət

büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət

büdcəsinin icrasına dair illik hesabata rəyini2 hazırlayaraq Milli Məclisə təqdim etmiş və

həmin Rəy Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müzakirələr zamanı

nəzərə alınmışdır.

• dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində

müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan

qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər

hazırlayır və Milli Məclisə təqdim edir;

Hesablama Palatası hesabat ilində müvafiq təhlillərin nəticələri ilə bağlı

məlumatları, həmçinin büdcə prosesinin təkmilləşdirilməsi üzrə 16 istiqamətdə 40-dan

çox təklifi, eyni zamanda tərtib etdiyi rəylərdə çoxsaylı təklif və tövsiyələrini Azərbaycan

Respublikasının Milli Məclisinə təqdim etmişdir.

1 Kollegiyanın 28.09.2015-ci il tarixli Q-140 və Q-141 nömrəli Qərarları ilə təsdiq olunmuşdur.

2 Kollegiyanın 15.05.2015-ci il tarixli Q-76 nömrəli Qərarı ilə təsdiq olunmuşdur.

Page 13: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

13

• dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət

əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına

nəzarəti həyata keçirir;

Dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət

əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına

nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət

Komitəsindən daxil olan hesabat məlumatlarına əsasən müvafiq təhlil işləri aparılmış,

nəzarət tədbirləri çərçivəsində də dövlət əmlakından istifadə olunma vəziyyətinə dair

müvafiq məsələlərin araşdırılması təmin edilmişdir.

• Azərbaycan Respublikası Milli Məclisinin və onun komitələrinin tapşırığı ilə

dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun

layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirir;

Hesabat ilində Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar

çıxdığı beynəlxalq müqavilələrinin maliyyə ekspertizasını keçirməklə bağlı Azərbaycan

Respublikasının Milli Məclisi və onun komitələrindən tapşırıq daxil olmamışdır.

• dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin

təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir

və Milli Məclisə məlumat verir;

Hesablama Palatası tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş

rəylərdə dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin

dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğu ilə bağlı təhlillər də öz

əksini tapmışdır.

• dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının

(təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan

Respublikasının Mərkəzi Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından

məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;

2014-cü il fəaliyyəti üzrə Hesabatda da əks etdirildiyi kimi, Palata tərəfindən

dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının)

vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Mərkəzi

Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından daxil olan məlumatlar

əsasında təhlillərin həyata keçirilməsi məqsədilə Mərkəzi Banka göndərilmiş sorğuya

cavab olaraq hesablaşmaların respublikada fəaliyyət göstərən banklar tərəfindən Real

Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemində (AZİPS) aparıldığı, ümumi

dövriyyədə olan dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına aid olan

vəsaitlərin hərəkətinin müəyyənləşdirilməsinin mümkün olmadığı bildirilmişdir.

• aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntuları

barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

Hesabat ilində aparılmış nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan

Respublikasının Milli Məclisinə müntəzəm olaraq məlumatlar təqdim edilmişdir.

• dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə,

dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən

vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət

büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə

nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar

Page 14: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

14

etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş

Prokurorluğuna göndərir;

Hesabat ilində cinayət əlamətləri ehtimal olunan 1 audit tədbirinin nəticələri üzrə

müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

• digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir;

Hesablama Palatası hesabat ilində digər dövlət nəzarət orqanları ilə qarşılıqlı

əlaqə şəraitində fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə

birlikdə nəzarət tədbirləri həyata keçirmişdir.

• dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən

büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparır.

Hesabat ilində bu funksiyanın yerinə yetirilməsi məqsədilə qanunvericiliklə

nəzərdə tutulmuş qaydada nəzarət tədbirləri həyata keçirilmişdir.

1.3. Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni qanun

layihəsinin hazırlanması zərurəti

Hesablama Palatasının fəaliyyətinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması,

qarşıya qoyulmuş tapşırıqların icrasına nail olunması, Hesablama Palatasının

potensialının gücləndirilməsi ilə yanaşı AAQ olaraq fəaliyyətini tənzimləyən

qanunvericilik bazasının da daha təkmil olmasını tələb edir.

Aparılmış təhlillər “Hesablama Palatası haqqında” və “Azərbaycan Respublikası

Hesablama Palatasının Daxili Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan

Respublikası Qanunlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası

Konstitusiya Qanununun bir sıra tələblərinə cavab verməməsi ilə yanaşı bəzi hüquqi

aktlarla uyğunsuzluğunu da müəyyən etmişdir.

Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya

Qanununun 25.2-ci maddəsinə əsasən normativ hüquqi aktın normaları ifadə edilərkən

həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə,

eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların

çoxluğuna yol verilməməlidir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə

Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli, 269-IIQ nömrəli Qanunu ilə təsdiq

edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi” bir

dövlət orqanının fəaliyyətini tənzimləyən eyni hüquqi qüvvəli normativ hüquqi aktlardır.

Hesablama Palatasının fəaliyyətini tənzimləyən eyni normalar hər iki normativ hüquqi

aktda təsbit edilmiş və bir çox normaların hər iki normativ hüquqi aktda təkrarlanmasına

yol verilmişdir. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun

21-ci maddəsinin “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili

Nizamnaməsi”nin 25.1 və 25.3-cü maddələrində, 16-cı maddəsinin onuncu hissəsinin

3.5-ci maddəsində təkrarlandığını misal kimi göstərmək olar.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya

Qanununun 30.3-cü maddəsinə əsasən normativ hüquqi aktın preambulası onun qəbul

edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən giriş hissəsidir.

Preambulaya normativ göstərişlərin daxil edilməsinə yol verilmir.

Page 15: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

15

Həmin Qanunun 17.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli

Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan

Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası

məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun

preambulasında qanunun qəbul edilməsinin şərtləri, məqsədləri və həmin aktın qəbul

edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasına istinad göstərilməmişdir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya

Qanununun 64.4-cü maddəsinə əsasən dövlət orqanı üçün hüquq və vəzifələr onun

səlahiyyətlərini təşkil edir və bu səbəbdən normativ hüquqi aktda həmin orqanın hüququ

konkret icraçının mülahizəsindən asılı olan bu və ya digər hərəkətlərin edilməsi

dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Normativ hüquqi aktda dövlət orqanının

səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, “orqan

edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri

daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə

olunmasına yol verilmir.

Müvafiq qanunların aşağıda göstərilən maddələrində qeyd olunmuş qeyri-

müəyyən ifadələrə rast gəlinir:

1) “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı

maddəsinin üçüncü hissəsində Hesablama Palatası dövlət büdcəsinin, icmal büdcənin

və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərini və xərclərini təhlil edərkən

zərurət yarandıqda müəssisə və təşkilatlarda audit apara bilər.

2) Həmin maddənin dördüncü hissəsinə əsasən Hesablama Palatası

bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin

maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda

audit yoxlamasını həyata keçirir.

3) “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin

23.5-ci maddəsinə əsasən zərurət yarandıqda, nəzarət tədbirinin nəticələri üzrə aşkar

edilmiş pozuntuların aradan qaldırılması, qanuna zidd olan qərarların icrasının

dayandırılması, dövlətə vurulmuş ziyanın ödənilməsi, vəzifəli şəxslərin məsuliyyətə cəlb

edilməsi məqsədi ilə Hesablama Palatası nəzarət tədbirləri keçirilmiş qurumların

rəhbərlərinə və müvafiq dövlət orqanlarına təqdimatlar göndərir.

Həmçinin “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun

yuxarıda göstərilən Konstitusiya Qanununun 30.6-cı və 30.7-ci maddələrinə uyğun

olaraq struktur elementlərə bölünməsi həyata keçirilməmişdir. Eyni zamanda, “Normativ

hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 67.2-ci

maddəsində normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət

olunmaması sui-istifadəyə məruz qalmanın tipik təzahürü kimi müəyyən edilmişdir.

Yuxarıda qeyd edildiyi kimi, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan

Respublikası Konstitusiya Qanununun 64.4-cü maddəsinə əsasən dövlət orqanı üçün

hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir.

Eyni zamanda, dövlət orqanı öz fəaliyyətini onun hüquqi statusunu müəyyən

edən normativ hüquqi aktda göstərilmiş hüquq və vəzifələrə uyğun olaraq həyata keçirir.

Müvafiq iki qanunda Hesablama Palatasının hüquq və vəzifələrini müəyyən edən

normalar vahid maddələrdə müəyyən edilməmişdir. Hesablama Palatasının hüquq və

Page 16: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

16

vəzifələri müvafiq iki qanunda onun fəaliyyəti ilə bağlı digər maddələrdə hissə-hissə

verilmiş, başqa sözlə hüquq və vəzifələri müəyyən edən konkret həmin adda maddələr

müəyyən edilməmişdir. Göstərilən hallar da müasir qanunvericiliyimizin tələblərinə

uyğun deyil.

Yeni münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul edildikdə həmin

aktlarda göstərilən terminlərə anlayış verilir. Müvafiq iki qanunda nəinki anlayış

verilməmişdir, həm də bir birinə yaxın və bəzən mücərrəd terminlərdən istifadə

olunmuşdur. Belə ki, “maliyyə-büdcə ekspertizası” və “maliyyə nəzarət tədbirləri” kimi

terminlər həm bir-birilərini təkrarlayır, həm də həmin terminlərə qanunvericilikdə anlayış

verilmədiyindən necə başa düşülməli olduqları mücərrəd qalır.

“Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin 5-ci

maddəsində Hesablama Palatasının normativ-metodiki sənədləri göstərilmişdir. Hazırda

qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya

Qanununda bu cür anlayışa rast gəlinmir və həmin aktların hüquqi aktın hansı növünə

aid olmasını göstərən norma mövcud deyil.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya

Qanununun 25.1-ci maddəsinə əsasən normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı,

məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı

maddəsinin onuncu hissəsinə və “Azərbaycan Respublikası Hesablama Palatasının

Daxili Nizamnaməsi”nin 3.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası

Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin tapşırığı olmadan

Hesablama Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması

qadağandır. Lakin “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili

Nizamnaməsi”nin 21.4-cü maddəsində maliyyə-büdcə ekspertizasının keçirilməsi

barədə sorğuda (tapşırıqda) göstərildikdə, habelə dövlət büdcəsinin və büdcədənkənar

dövlət fondlarının (təsisatlarının) gəlirlərini və xərclərini təhlil edərkən, maliyyə-büdcə

qanunvericiliyinin pozulması hallarının və digər hüquq pozuntularının mövcudluğu

barədə qənaətə gəldikdə Hesablama Palatası müəssisələrdə, təşkilatlarda və yerli

özünüidarə orqanlarında audit (nəzarət tədbirləri) apara bilər. Qeyd edilən iki norma bir-

biri ilə ziddiyyət təşkil edir. Belə ki, “Azərbaycan Respublikası Hesablama Palatasının

Daxili Nizamnaməsi”nin 21.4-cü maddəsi müəyyən məsələ ilə bağlı səlahiyyət verir, 3.5-

ci maddəsi isə həmin səlahiyyətin icrasını qadağan edir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya

Qanununun 36-cı maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarının, siyasi

partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin, habelə

fiziki şəxslərin vəzifələrini nəzərdə tutan aktlarda həmin vəzifələrin pozulmasına görə

qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə tutulmamışdırsa, bu cür məsuliyyət

tədbirləri göstərilməlidir.

Həmin Konstitusiya Qanununun 65.2.5-ci maddəsinə əsasən hüquqpozmaya

görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi hüquqi boşluqların

mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aid edilir.

“Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin 20.2-

ci maddəsində Hesablama Palatasının üzvlərinin sorğularına tam, dürüst və ya vaxtında

Page 17: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

17

cavab verməyən şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə

müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı göstərilmişdir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci

maddəsinin ikinci hissəsinə əsasən Hesablama Palatasının rəsmi tələbi ilə bu maddənin

birinci hissəsində göstərilən orqanların, müəssisələrin, təşkilat və idarələrin vəzifəli

şəxsləri zəruri olan məlumat yaxud sənədləri vaxtında təqdim etməmələrinə və ya

bundan boyun qaçırmalarına, habelə yalan və ya dürüst olmayan məlumat təqdim

etmələrinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş

qaydada məsuliyyət daşıyırlar.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu

maddəsinin ikinci hissəsinə əsasən Hesablama Palatasının sədrinin, sədr müavininin və

auditorlarının, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti

vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb

olur.

Yuxarıda göstərilən hər 3 maddədə qanunvericiliyə uyğun olaraq məsuliyyətin

müəyyən edildiyi göstərilsə də, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan

Respublikası Konstitusiya Qanununun 36-cı maddəsinin tələblərinə əsasən məsuliyyət

növü ilə məsuliyyət tədbiri müəyyən edilməmişdir.

Eyni zamanda, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası

Qanununun 16-1-ci maddəsində Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının

icra edilməməsinə görə xəzinə orqanları və müvəkkil bankların qanunvericiliklə

müəyyən olunmuş qaydada məsuliyyət daşıdığı göstərilmiş və həmin təqdimatın icra

edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati

məsuliyyət müəyyən edilmişdir. Lakin həmin maddədə “Normativ hüquqi aktlar

haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun olaraq

müvafiq qanunvericiliyə istinad edilməmişdir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya

Qanununun 33-cü maddəsinə əsasən zəruri hallarda normativ hüquqi aktda digər

bərabər və ya daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların struktur

elementlərinə istinadlara, habelə daha yüksək hüquqi qüvvəyə malik olan normativ

hüquqi aktlara istinad etməklə, belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının

təkrarlanmasına yol verilir. Bu cür təkrarlanmada müvafiq normaya istinad olmalı, həmin

norma dürüst ifadə edilməli və daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi

aktın normasının mənası dəyişdirilməməlidir.

“Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin bəzi

maddələrində qanunvericilik aktlarına düzgün istinadlar edilməmiş və mücərrəd

saxlanılmışdır. Buna misal olaraq aşağıdakı maddələri göstərmək olar:

1) Maddə 5.1. Hesablama Palatasının Sədri Hesablama Palatasının fəaliyyətinə

ümumi rəhbərliyi həyata keçirir, onun işini müvafiq qanunvericiliyə və bu Nizamnaməyə

uyğun olaraq təşkil edir, Hesablama Palatasını Azərbaycan Respublikasının dövlət

hakimiyyəti orqanlarında və xaricdə təmsil edir;

2) Maddə 12.1.1. müvafiq qanunvericiliyə uyğun olaraq büdcə prosesində iştirakı;

Page 18: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

18

3) Maddə 20.2. Hesablama Palatasının üzvlərinin sorğularına tam, dürüst və ya

vaxtında cavab verməyən şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi

ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasında qüvvədə olan normativ-hüquqi aktlarla qeyd edilmiş

ziddiyyət və uyğunsuzluqlarla yanaşı Palatanın fəaliyyətini tənzimləyən qanunvericilik

aktlarının beynəlxalq təcrübəyə uyğun fəaliyyətin təşkil edilməsinə müvafiq şərait

yaratmadığı da müəyyən olunmuşdur. Belə ki, aparılmış təhlillər nəticəsində mövcud

qanunvericiliklə Hesablama Palatasının dövlət vəsaitlərinin və dövlət əmlakının

idarəedilməsində və əhatəliliyində, xüsusilə INTOSAI-ın Lima Bəyannaməsinə əsasən

büdcədə əks edilib-edilməməsindən və necə əks edilməsindən asılı olmayaraq dövlət

maliyyəsi üzrə bütün əməliyyatlara nəzarətdə, maliyyə-büdcə nəzarətinin obyektləri

tərəfindən Hesablama Palatası ilə münasibətlərdə hesabatlılıqda və bir sıra digər

məsələlərdə boşluqların, bəzi vacib əhəmiyyətli məlumatların əldə edilməsində

məhdudiyyətlərin olduğu, eləcə də qüvvədə olan “Hesablama Palatası haqqında”

Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2002-ci il 5

mart tarixli 269-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Hesablama Palatasının Daxili

Nizamnaməsində bir çox hallarda təkrarlanmaların və bəzi məsələlərdə qeyri-

müəyyənliklərin və çatışmazlıqların mövcudluğu müəyyən edilmişdir.

Xüsusən, dövlət maliyyə nəzarəti sistemində mühüm əhəmiyyətə malik olan

Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı və Ali Audit Qurumu kimi

statusu “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və

Hesablama Palatasının Daxili Nizamnaməsi ilə müəyyən edilməmişdir. Kənar dövlət

maliyyə nəzarətinə, onun fəaliyyətinə, şəffaf, səmərəli və effektiv maliyyə

idarəetməsində nəticəliliyin əldə edilməsindəki roluna verilən xüsusi önəmin nəticəsi

olaraq Lima və Mexiko Bəyannamələri ilə müəyyən edilmiş prinsiplərə uyğun olaraq

Amerika, Avropa, Asiya, habelə MDB dövlətlərinin bir çoxunda Ali Audit Qurumlarının

təsis edilməsi, onların statusu, müstəqilliyinin zəruri səviyyəsi, Ali Audit Qurumu ilə

parlament arasında olan qarşılıqlı münasibətlər, Ali Audit Qurumunun əsas audit

səlahiyyətləri həmin ölkələrin konstitusiyalarında təsbit edilmişdir.

Məlum olduğu kimi hər bir qurumun fəaliyyətinin ən mühüm şərtini onun həyata

keçirdiyi funksiyaları, hüquq və vəzifələri təşkil edir. Ali Audit Qurumlarının fəaliyyətinin

əsasları isə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-in təməl

prinsipləri, Ali Audit Qurumlarının fəaliyyətinin ilkin şərtləri, auditin fundamental

prinsipləri və bununla bağlı Ali Audit Qurumlarının Beynəlxalq Standartları ilə müəyyən

edilir. İNTOSAI tərəfindən bütün üzv AAQ-lar dövlət sektorunun auditində ISSAI

çərçivəsini ümumi meyar olaraq tətbiq etməyə, öz fəaliyyətlərini və audit mandatlarını

ISSAI-lara əsasən həyata keçirməyə çağırılır və tövsiyə edilir.

Hesablama Palatasının funksiyaları “Hesablama Palatası haqqında” Azərbaycan

Respublikasının Qanununun 2-ci maddəsi ilə tənzimlənir. Qeyd edilən maddə

Hesablama Palatasının funksiyaları ilə bağlı məsələləri ümumilikdə tənzimləsə də,

Hesablama Palatasının audit mandatı, funksiya və səlahiyyətlərinin, maliyyə-büdcə

nəzarətinin əhatəliliyi baxımından yuxarıda qeyd edilən beynəlxalq prinsipləri tam əhatə

etmir.

“Auditin rəhbər prinsipləri haqqında” Lima Bəyannaməsinə (ISSAI I) əsasən

dövlət maliyyə idarəetməsinin auditində büdcədə əks olunub-olunmamasından və necə

Page 19: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

19

əks olunmasından asılı olmayaraq dövlət maliyyəsi üzrə bütün əməliyyatlar Ali Audit

Qurumu tərəfindən həyata keçirilən auditin obyekti olmalıdır. Büdcədən dövlət

maliyyəsinin bir hissəsinin çıxarılması onun audit prosesindən kənarda qalmasına əsas

vermir.

Lakin, “Hesablama Palatası haqqında” Qanunun 2-ci maddəsi ilə Hesablama

Palatası Lima Bəyannaməsinin yuxarıda göstərilən və digər standartları ilə müəyyən

edilmiş şərtlərə uyğun olaraq müvafiq funksiyalara malik olsa da, nəzarət fəaliyyəti ilə

bağlı bir sıra səlahiyyətləri hüquqi tənzimləmədən kənarda qalır.

Belə ki, qeyd edilən maddədə dövlət satınalmaları, dövlət proqramları, dövlət

müqavilələri və dövlət sifarişlərinin icrası, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların

istifadəsi və idarəedilməsi, qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə

istifadə olunması, daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə

cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə

əməl olunması, xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrasına

nəzarət və digər analoji sahələrdə Hesablama Palatasının səlahiyyəti ilə bağlı

tənzimləmələr mövcud deyil.

Həmin maddə ilə Hesablama Palatasının dövlət büdcəsi və büdcədənkənar

dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihəsinə rəy verməsi funksiyası təsbit

edilsə də təcrübədə bu, tam olaraq təmin edilmir. Digər bir tərəfdən isə bu Qanunla

Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı hesabat və müvafiq qanun

layihələrinə rəy verir. Göründüyü kimi, burada büdcədənkənar dövlət fondlarının

(təsisatlarının) büdcəsinin icrası əhatə olunmur. Qeyd olunanlar isə Hesablama

Palatasının həyata keçirdiyi dövlət auditinin əhatə dairəsini məhdudlaşdırır.

Göstərilən boşluqların, qeyri-müəyyənliklərin və ziddiyyətlərin aradan qaldırılması

və vahid təkmil hüquqi bazanın yaradılması istiqamətində beynəlxalq məsləhətçilər

tərəfindən yeni qanun layihəsinin hazırlanması təklifi irəli sürülərək Hesablama

Palatasının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə yuxarıda

qeyd edilən çatışmazlıqlar nəzərə alınmaqla “Hesablama Palatası haqqında” yeni

qanun layihəsi hazırlanaraq müvafiq qaydada təqdim edilmişdir.

Hazırlanmış yeni qanun layihəsində sadalanan faktların həlli ilə bağlı ISSAI (Ali

Audit Qurumlarının Beynəlxalq Standartları) standartlarından faydalanmaqla müvafiq

tənzimləmələr öz yerini almış, o cümlədən Palatanın maliyyə-büdcə nəzarətinin

obyektlərində INTOSAI standartları əsasında maliyyə-büdcə nəzarəti fəaliyyəti, maliyyə,

uyğunluq, səmərəlilik auditi keçirmək, analitik fəaliyyət və monitorinqlər aparmaq,

maliyyə büdcə nəzarətinin obyektləri tərəfindən maliyyə hesabatlarının və zəruri

sənədlərin təqdim edilməsi, obyektlərin və onların struktur vahidlərinin elektron uçot

məlumat bazalarına birbaşa və ya məsafədən çıxış imkanının yaradılması, obyektlərin

fəaliyyəti ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan sahələrə baxış keçirmək, maddi və

qeyri-maddi qiymətlilərin mövcudluğunu yoxlamaq, müvafiq şəxslərdən və auditin

predmeti ilə əlaqədar digər şəxslərdən izahatlar, arayışlar və məlumatlar almaq, dövlət

vəsaiti, dövlət əmlakı, dövlət borcu, qrantlar və maliyyə (texniki) yardımları,

satınalmalar, dövlət proqramlarına ayrılan vəsaitlər üzərində nəzarət, daxili nəzarətin

qiymətləndirilməsi və Palatanın səlahiyyətlərinin icrası ilə bağlı beynəlxalq standartlarla

müəyyən edilmiş qabaqcıl dünya dövlətlərinin təcrübələrinə əsaslanan digər zəruri

tələblərə uyğun müddəalar öz əksini tapmışdır.

Page 20: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

20

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66-cı sessiyasında

qəbul edilmiş “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliyinin,

cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” 2011-ci il 22 dekabr

tarixli, Assambleyanın 69-cu sessiyasında qəbul edilmiş “Ali Audit Qurumlarının

gücləndirilməsi yolu ilə dövlət idarəetməsində səmərəliliyin, hesabatlılığın, nəticəliliyin

və şəffaflığın inkişaf və təmin edilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli

Qətnamələr və Birləşmiş Millətlər Təşkilatı və INTOSAI tərəfindən Avstriyanın paytaxtı

Vyana şəhərində “Ali Audit Qurumları tərəfindən Audit və Tövsiyələrin verilməsi: Risk

və İmkanlar, Vətəndaşların cəlb edilməsi imkanları” mövzusunda birgə təşkil edilmiş 22-

ci Simpoziumunda qəbul edilmiş nəticə və tövsiyələr Ali Audit Qurumlarının cavabdeh,

effektiv və şəffaf dövlət idarəçiliyinin Minilliyin İnkişaf Məqsədləri də daxil olmaqla

beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinin həyata keçirilməsində əsas

rol oynadığını qeyd etməklə “Auditin rəhbər prinsipləri haqqında” Lima və “Ali Audit

Qurumlarının müstəqilliyi haqqında” Mexiko Bəyannamələrini yüksək qiymətləndirərək

üzv dövlətləri qeyd olunan bəyannamələrdəki prinsipləri milli institusional strukturlarına

müvafiq olaraq tətbiq etməyə və onların gücləndirilməsinə çağırması kənar maliyyə

nəzarəti orqanlarına olan etimadı və dövlət vəsaitlərinin qorunub saxlanmasındakı

rolunu və əhəmiyyətini dünya səviyyəsində bir daha ortaya qoymuşdur.

“Hesablama Palatası haqqında” yeni qanun layihəsinin qəbul edilməsi ilə Ali

Audit Qurumu kimi Azərbaycan Respublikasında kənar dövlət maliyyə nəzarətini həyata

keçirən Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin beynəlxalq

standartlara uyğun yenidən təşkil ediləcəyi, kənar dövlət maliyyə nəzarəti orqanı kimi

dövlətin maliyyə-iqtisadi əsaslarının qorunub saxlanılması, maliyyə vəsaitlərinin

səmərəli, şəffaf idarəçiliyində yaxından iştirak etməklə nəticəliliyin artırılması, eləcə də

Hesablama Palatasının fəaliyyətinin və onun hüquqi bazasını təşkil edən qanunvericilik

aktlarının beynəlxalq standartlara və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşacağı

və daha təkmil qanunvericilik sisteminin formalaşacağı ehtimal olunur.

Eyni zamanda, yeni Qanun layihəsinin Azərbaycan Respublikası Prezidentinin

2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020:

gələcəyə baxış: İnkişaf Konsepsiyası”nın 8-ci bölməsi ilə müəyyən edilmiş

(Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi) “Dövlət

resurslarının prioritet hesab olunan dövlət xidmətləri arasında bölgüsünə, səmərəli və

qənaətlə istifadə edilməsinə xüsusi diqqət yetiriləcəkdir” hədəfinin yerinə yetirilməsi

çərçivəsində yuxarıda göstərilənlər nəzərə alınmaqla irəliyə doğru atılmış bir addım kimi

də qiymətləndirmək olar. Həmçinin, Konsepsiyanın 4.1.-ci (Səmərəli dövlət

tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin

formalaşması) bəndində qeyd olunan: “Büdcə vəsaitlərinin formalaşması və istifadəsi

sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitlərin düzgün bölüşdürülməsinə və

xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcəkdir.” vəzifələrin yerinə

yetirilməsində Ali Audit Qurumu olaraq Hesablama Palatası mühüm rol oynayır.

Page 21: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

21

II BÖLMƏ. HESABLAMA PALATASININ 2015-Cİ İLDƏ FƏALİYYƏTİ İLƏ

BAĞLI İCMAL MƏLUMATLAR

2.1. Nəzarət tədbirləri üzrə ümumi məlumatlar

2015-ci ildə Hesablama Palatasının İş planına uyğun olaraq dövlət büdcəsi və

büdcədənkənar dövlət fondları (təsisatlar) üzrə 84, Naxçıvan Muxtar Respublikasının

büdcəsi üzrə isə 24 nəzarət tədbiri nəzərdə tutulmuşdur. Dövlət büdcəsi və

büdcədənkənar dövlət fondları (təsisatlar) üzrə 82 tədbir həyata keçirilmiş, 1 nəzarət

tədbiri dövründə həmin qurumun vəzifəli şəxsləri ilə bağlı aidiyyəti orqanlar tərəfindən

cinayət işinin başlanılması səbəbindən tədbir dayandırılmış, 1 nəzarət tədbiri isə

növbəti ilə keçirilmiş, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə nəzərdə

tutulmuş nəzarət tədbirlərinin hamısı il ərzində həyata keçirilmişdir. Bundan əlavə

hesabat ilində 2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılmışdır.

Hesabat ilində nəzarət tədbirlərindən 78-i dövlət büdcəsinin gəlir və xərclərini, 4-ü

büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərclərini, 24-ü Naxçıvan

Muxtar Respublikasının büdcəsini əhatə etmişdir. Hesabat tərtib edilən dövrədək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş tədbirlərin

tam başa çatıdırılmaması səbəbindən həmin tədbirlərin nəticələri bu Hesabatda əks

etdirilməmişdir. 2 nəzarət tədbiri üzrə isə müvafiq (məxfi) qərarlar qəbul edilmişdir.

2014-cü il üzrə həyata keçirilmiş, lakin nəticələri üzrə qərarların 2015-ci ildə qəbul

edildiyi 2 nəzarət tədbiri ilə bağlı müvafiq məlumatlar bu Hesabata daxil edilmişdir.

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərindən 81-i audit tədbiri olmuş, 1-

isə ekspert-analitik təhlil formasında yerinə yetirilmişdir.

Hesabat ilində Hesablama Palatası dövlət büdcəsinin gəlirləri ilə bağlı dövlət

büdcəsindən sifariş alan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində və

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Samur-Abşeron

Suvarma Sistemləri İdarəsində, həmçinin Azərbaycan Respublikasının xaricdə olan 4

diplomatik nümayəndəliyində, “Azərpoçt” MMC-də audit tədbirlərini həyata keçirmiş,

eyni zamanda, 2014-cü ilin İş Planına aid olan Azərbaycan Respublikası Nəqliyyat

Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Azərkosmos” ASC-də keçirilmiş

nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatlar bu Hesabata daxil edilmişdir. Audit

tədbirləri bu qurumların dövlət vergilərinin və rüsumlarının müvafiq qanunvericiliyə

uyğun hesablanması və dövlət büdcəsinə ödənilməsi üzrə fəaliyyəti ilə yanaşı, dövlət

büdcəsindən ayrılmış vəsaitlərin istifadəsi vəziyyətini də əhatə etmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində

nəzarət tədbiri vergi inzibatçılığının təşkili və vergi qanunvericiliyinə riayət edilməsi

vəziyyəti ilə bağlı olmuşdur.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində,

“Azərkosmos” ASC-də, həmçinin, "Azərpoçt” MMC-də nəzarət tədbirləri Azərbaycan

Respublikasının Vergilər Nazirliyi ilə birgə həyata keçirilmişdir.

Bu nəzarət tədbirləri dövlət vergilərinin və rüsumlarının müvafiq qanunvericiliyə,o

cümlədən vergi qanunvericiliyə uyğun hesablanması və dövlət büdcəsinə ödənilməsi

üzrə, həmçinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə

Page 22: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

22

olunmasının qanunvericiliyə uyğunluğuna, vergi qanunvericiliyinə riayət edilməsi

vəziyyətinə dair fəaliyyəti əhatə etmişdir.

İş Planı ilə nəzərdə tutulmuş dövlət büdcəsini əhatə edən digər nəzarət tədbirləri

dövlət büdcəsinin xərcləri ilə bağlı olmuşdur.

Hesabat ilində Hesablama Palatası 5 qurumda ilk dəfə olaraq nəzarət tədbiri

həyata keçirmişdir. Ümumilikdə nəticələri üzrə Kollegiya Qərarı qəbul olunmuş 80 tədbir

üzrə 175 qurum əhatə olunmuşdur. Dövlət əsaslı vəsait qoyuluşları üzrə ayrı-ayrı

layihələr də nəzərə alındıqda bu rəqəm 264-ə yüksəlir.

2.2. Nəzarət tədbirlərinin əhatə dairəsi

Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət

tədbirləri 4177,8 mln. manat məbləğində vəsaiti əhatə etmişdir. Qeyd edək ki, 2014-cü

illə müqayisədə nəzarət tədbirlərinin sayı eyni olsa da, 2015-ci ildə əhatə edilmiş

vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3% çoxdur.

2015-ci ildə nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin dövlət büdcəsinin

funksional bölmələri üzrə strukturu daha çox vəsaitin “Sənaye, tikinti və faydalı

qazıntılar” bölməsi üzrə əhatə olunduğunu göstərir (Cədvəl 1).

Cədvəl 1. Nəzarət tədbirlərinin və əhatə olunmuş vəsaitin funksional bölmələr üzrə strukturu

Bölmələrin adı

nəzarət tədbirinin sayı

əhatə olunmuş məbləğdə xüsusi çəkisi,

%

1 Ümumi dövlət xidmətləri 27 3,8

2 Müdafiə 0,0 0,0

3 Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 0,0 0,0

4 Təhsil 9 6,3

5 Səhiyyə 6 1,8

6 Sosial müdafiə və sosial təminat 5 11,0

7 Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 5 3,8

8 Mənzil və kommunal təsərrüfatı 20 5,3

9 Yanacaq və enerji 0,0 0,0

10 Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 3 0,4

11 Sənaye, tikinti və faydalı qazıntılar 28 48,4

12 Nəqliyyat və rabitə 4 1,3

13 İqtisadi fəaliyyət 2 13,7

14 Əsas bölmələrə aid edilməyən xidmətlər 23 4,0

Qeyd: Nəzarət tədbirləri birdən çox funksional bölmə üzrə vəsaiti əhatə edə bilər.

Təhlil hesabat ilində cəmi əhatə olunmuş vəsaitin 46,6%-nin cari xərclər, 53,4%-

nin isə əsaslı xərclərdən ibarət olduğunu göstərir. Cari xərclərin tərkibində əməktutumlu

xərclərin xüsusi çəkisi 43,6% təşkil etmişdir.

2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9%-i

mərkəzləşdirilmiş, 9,1%-i isə yerli xərclər üzrə olmuşdur.

Page 23: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

23

Hesabat ilində büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərcləri

ilə bağlı aparılmış nəzarət tədbirlərində Azərbaycan Respublikasının Dövlət Neft

Fondunun 2014-ci il üçün gəlir və xərclər smetasının icrasına, həmçinin, maliyyə

hesabatlarına baxılmış, eyni zamanda, DNF-dən Azərbaycan Respublikasının Məcburi

Köçkünlərin Sosial İnkişaf Fonduna ayrılmış 899970,4 min manat vəsait audit

olunmuşdur. DSMF üzrə (4 yerli şöbə üzrə) isə nəzarət tədbirləri ilə 128667,7 min

manat məbləğində vəsait əhatə edilmişdir.

2015-ci ildə nəzarət tədbirləri beynəlxalq təşkilatlardan cəlb edilmiş kreditlər

hesabına icra olunmuş bir sıra layihələr üzrə 68056,3 min ABŞ dolları, 17257,2 min avro

və 6970,8 mln. yapon yeni məbləğində vəsaiti əhatə etmişdir.

2.3. Nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş əsas nöqsanlar

2.3.1. Dövlət büdcəsinin gəlirləri ilə bağlı müəyyən edilmiş əsas nöqsanlar

Hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə həyata keçirilmiş nəzarət tədbirləri

zamanı, əsasən, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi üzrə dövlət

büdcəsinə hesablanmış öhdəliklərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tam

həcmdə ödənilməməsi, mənfəət vergisinin bəyannamələrində zərərin düzgün

göstərilməməsi, yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış

subsidiyanın ƏDV-yə cəlb edilməməsi, eləcə də nizamnamə kapitalına aid edilən və

eyni zamanda qanunvericiliklə ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmayan vəsaitlər

hesabına mallar (işlər, xidmətlər) alınarkən vergi hesab fakturaları üzrə ödənilmiş ƏDV

məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin,

xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləğinin

azaldılması, habelə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalı olan fiziki

şəxslərin gəlir vergisinin azaldılması və ya tutulmaması kimi nöqsanlar aşkar edilmişdir.

Bundan əlavə, vergi inzibatçılığının təşkili və vergi qanunvericiliyinə riayət

edilməsi vəziyyətinə dair 14 saylı Ərazi Vergilər İdarəsində keçirilmiş nəzarət tədbiri

zamanı əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnozların az

icra olunması, vergi agentləri tərəfindən ödəmə mənbəyində tutulmuş, lakin dövlət

büdcəsinə ödənilməmiş vergilərin hesabat dövrlərinin sonuna tam həcmdə dövlət

büdcəsinə olan borclar kimi uçotda əks etdirilməməsi, vergi ödəyiciləri üzrə aparılan

səyyar vergi yoxlamalarının nəticələri üzrə hesablanmış vəsaitlərin dövlət büdcəsinə

ödənilməsinin tam şəkildə təmin olunmaması, müxtəlif sahələrə, eləcə də alkoqollu

içkilərin istehsalı sahəsinə aid vergi ödəyicilərinin fəaliyyətlərinin, bir neçə ilin

nəticələrinə görə zərərlə nəticələnməsinin, həmçinin mənfəətlə fəaliyyət göstərən vergi

ödəyicilərinin rentabellilik səviyyəsinin azalmasının və bəzi ƏDV ödəyiciləri üzrə

vergitutma bazasına təsir göstərəcək müxtəlif uyğunsuzluqların səbəblərinin

araşdırılmaması, operativ vergi nəzarəti tədbirləri çərçivəsində tətbiq edilmiş maliyyə

sanksiyaları və inzibati cərimələr üzrə vəsaitlərin dövlət büdcəsinə ödənilməsinin tam

təmin olunmaması və s. kimi hallar da aşkar edilmişdir.

Page 24: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

24

2.3.2. Dövlət büdcəsinin xərcləri ilə bağlı müəyyən edilmiş əsas nöqsanlar

Hesabat ilində dövlət büdcəsinin xərclərini əhatə edən nəzarət tədbirləri audit

olunan qurumlarda müəyyən edilmiş nöqsanları iki qrupa ayırmaq imkanı verir. Birinci

qrup nöqsanlara, demək olar ki, bütün qurumlarda rast gəlinən nöqsanları aid etmək

olar. İkinci qrup nöqsanlar isə müxtəlif xarakterli nöqsanları əhatə edir.

Nəzarət tədbirləri üzrə məlumatların təhlili birinci qrup nöqsanlara əmək haqqının

düzgün hesablanılmamasını, həmçinin əsas fondların təmiri, tikintisi və bərpası,

satınalmaların həyata keçirilməsi, mühasibat uçotunun və aparılması, eləcə də, maliyyə

hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanları aid etmək olar. Məlumatların təhlili

audit olunmuş qurumlar tərəfindən vəsaitin təyinatının dəyişdirilməsi və səmərəli

istifadəsinin təmin olunmaması hallarının da mövcud olduğunu göstərir.

Hesablama Palatasının 2015-ci il İş planına uyğun həyata keçirilmiş nəzarət

tədbirlərinin nəticəsi olaraq audit olunmuş qurumlarında müəyyən edilmiş əmək

haqqının ödənilməsi ilə bağlı müxtəlif xarakterli nöqsanları mərkəzi icra hakimiyyəti

orqanları, elm, səhiyyə, təhsil, mədəniyyət və digər sosial sahələr, həmçinin, mənzil-

kommunal xidməti göstərən qurumlar üzrə qruplaşdırmaq olar.

Mərkəzi icra hakimiyyəti orqanlarında aparılan nəzarət tədbirləri dövlət qulluğu ilə

bağlı normativ-hüquqi aktların tələblərinə bir sıra hallarda tam riayət edilmədiyini,

nəticədə əmək haqqı ilə bağlı xərclərin icrasında nöqsanlara yol verildiyini göstərir.

Ümumilikdə, bu qurumlarda dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı

staj müddəti başa çatmamış qulluqçuya mükafat verilməsi, dövlət qulluqçularının

mükafatlandırılması məqsədi ilə nəzərdə tutulmuş vəsaitdən dövlət qulluqçularına

maddi yardım göstərilməsi, həmçinin, struktur bölmələrin müəyyən edilmiş say

normasından az ştat vahidi ilə fəaliyyət göstərməsi nəticəsində bir sıra artıq vəzifələr, o

cümlədən şöbə müdiri, şöbə müdirinin müavini üzrə əmək haqqının ödənilməsi

həmçinin, dövlət qulluğu hesab edilməyən alt-qurumlarda işlədikləri dövrün dövlət

qulluğunda staj kimi nəzərə alınması, dövlət qulluqçusu olmayan işçilərə məzuniyyətə

çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi, dövlət qulluqçusu

olmayan müvəqqəti işçilərə dövlət qulluğunda qulluq stajına görə əmək haqqına əlavə

ödənilməsi hallarına yol verilmişdir. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas

dərəcələri vaxtından əvvəl verilməsi, şöbə müdiri vəzifəsi müvəqqəti icra edildiyi və

dövlət qulluqçusu olmadığı dövrdə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə

hesablanaraq ödənilməsi, dövlət qulluğu orqanında inzibati vəzifələrə “Dövlət qulluğu

haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq qaydada işə

qəbul edilməli olduğu halda bir sıra inzibati vəzifələrə işçilərin Azərbaycan Respublikası

Əmək Məcəlləsinə əsasən müvəqqəti olaraq işə qəbul edilməsi kimi nöqsanlara da rast

gəlinmişdir.

Bu nöqsanlarla yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarında əməyin ödənilməsi

ilə bağlı digər nöqsanlara, həvalə edilmiş vəzifələr üzrə Əmək Məcəlləsinin tələbləri ilə

müəyyən olunmuş müddətlərə riayət edilməyərək daha uzun müddət üçün əmək haqqı

ödənilməsini, xidməti ezamiyyədə və təhsil məzuniyyətində olduqları zaman nəzərdə

tutulmuş qaydada orta aylıq əməkhaqqı əvəzinə əməkhaqqı hesablanaraq ödənilməsini,

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri pozularaq müvafiq sənədlər

təqdim edilmədiyi hallarda gəlir vergisindən azadolmalar tətbiq edilməsini, müvafiq iş

Page 25: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

25

ilində işçilərin növbəti əmək məzuniyyətinə getməsi üçün heç bir rəsmi səbəb

göstərilmədən əmək məzuniyyəti verilməməsini və istifadə edilməmiş əmək

məzuniyyətinə görə kompensasiya ödənilməsini aid etmək olar.

Sosial sahələrdə aparılmış audit tədbirləri səhiyyə müəssisələrində Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2004-cü il 09 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq

edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi,

növləri və məbləği”nin tələblərinə düzgün əməl edilməməsi nəticəsində vakant vəzifələr

üzrə yaranmış qənaət hesabına idarəetmə aparatı və təsərrüfat xidməti işçilərinə,

həmçinin, xəstəxanada xəstələrin müayinələri və müalicələrinin əsasən ambulator

qaydada aparıldığı və qismən gündüz stasionar xidməti göstərildiyi halda işçilərə gecə

növbətçiliyinə görə əmək haqqı məbləğinin, eyni zamanda, xəstəxananın işçilərinə və

ümumilikdə sağlamlıq üçün təhlükəli və ağır əmək şəraiti olan vərəm, narkoloji və

reanimasiya şöbələrində işləyən həkimlərə, orta və kiçik tibb heyətinə bayram

günlərində yerinə yetirilən işin hər saatına görə əlavə haqq hesablanarkən saatlıq tarif

vəzifə maaşlarına 15% əlavə olunduqdan sonra vəzifə maaşlarının hesablanılması kimi

nöqsanlara yol verilmişdir.

AMEA-nın elmi-tədqiqat institutlarında əməyin ödənilməsi sahəsində, əsasən,

Əmək Məcəlləsinin tələblərinə əməl olunmayaraq bəzi işçilərə 3 aydan artıq müddətə

əvəz etdikləri eyni xarakterli olmayan boş vəzifələrin əmək funksiyasını yerinə

yetirmələrinə görə boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının 50 faizi həcmində

əmək haqqı, həmçinin, xərclər smetasının sair xərclər paraqrafından mülki-hüquqi

müqavilədə nəzərdə tutulmadığı halda müvəqqəti işə qəbul olunmuş əməkdaşlara

mükafat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq

edilmiş müxtəlif tədbirlər proqramları üzrə AMEA tərəfindən təsdiq edilmiş xərclər

smetalarında nəzərdə tutulmuş digər xərclər hesabına əlavə əmək haqqı ödənilməsi

hallarına yol verilmişdir.

Hesabat ilində rayon təhsil şöbələrində aparılmış audit tədbirləri tədris-təcrübə

sahələri olmadığı halda tədris-təcrübə sahəsinə rəhbərliyə, ümumtəhsil məktəblərində

fənn kabinələri yaradılmadığı və tədris işlərini aparmaq üçün lazımi avadanlıq olmadığı

halda kabinet rəhbərliyinə, hərbi rəhbərlərə kabinə müdirliyinə, müəllimlərə

kompyüterlərə xidmət üçün əlavəyə, şagirdlərin sayı 10 nəfərdən az olan siniflərdə sinif

rəhbərliyi və dəftəryoxlama haqqının tam ödənilməsi, siniflər üzrə şagirlərin siniflər üzrə

şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli ibtidai siniflərdə

komplektləşdirmə aparılmaması nəticəsində artıq sinif komplektləri üçün əmək haqqı

ödənildiyi müəyyən edilmişdir. Bu nöqsanlarla yanaşı, təhsil şöbələrində müəllimlərin

dərs yükünü tənzimləmək məqsədilə bir sıra ümumtəhsil məktəblərində ixtisaslarına

uyğun olmayan fənlərin tədrisi, həmçinin siniflərin yarımqruplara bölünməsi nəticəsində

formalaşmış artıq dərs yükü üzrə əmək haqqı ödənilmişdir.

Əməyin ödənilməsi sahəsində təhsil müəssisələrinin yol verdiyi digər nöqsanlara

texniki vəzifələrdə işləyən orta təhsilli işçilərə tarif dərəcələrinin yüksək götürülməsini,

ümumtəhsil məktəblərində əvəzetmə aparılmadığı halda əvəz edildiyi göstərilmiş dərs

saatlarına görə əvəzedici müəllimlərə əmək haqqı ödənilməsini, “Azərbaycan

Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi

ştatları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 may

Page 26: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

26

tarixli 59 nömrəli Qərarının tələblərinə əməl olunmayaraq artıq ştat vahidlərinin

saxlanılmasını misal göstərmək olar.

Əməyin ödənilməsi sahəsində daha fərqli nöqsanlara mənzil-kommunal xidməti

göstərən qurumlarda rast gəlinir. Bu sahədə artıq ştatların saxlanılması və həmin ştatlar

üzrə əmək haqqının ödənilməsi xüsusi çəkisi ilə seçilir. Qeyd edək ki, artıq ştatların

saxlanılması bu qurumlar tərəfindən müvafiq qaydada təsdiq edilmiş normalara əməl

edilməməsi və xidmət göstərilən ərazilərin sərhədlərinin dəqiq uçotunun aparılmaması

səbəbindən bu sahələrin artıq qəbul olunması nəticəsində formalaşır.

Mənzil-kommunal xidməti göstərən qurumlarda maliyyə-təsərrüfat fəaliyyəti

zərərlə nəticələndiyi halda, işçilərə maddi yardım və mükafat ödənilməsi, aparat

işçilərinin əmək haqqı və əmək haqqına üstəlik xərclərinin “Abadlaşdırma xidmətləri

haqqının ödənilməsi” paraqrafından hesablanılıb ödənilməsi, vəsait nəzərdə tutulmadığı

halda xərclər smetasında sair əmək haqqı xərcindən aparat işçilərinə mükafat

ödənilməsi kimi nöqsanlara da rast gəlinmişdir. Qeyd edək ki, bu nöqsanlar vəsaitlərin

Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş funksional təyinatının dəyişdirilməsi ilə

nəticələnmiş, eyni zamanda mənzil fondunun zərəri artırmaqla dövlət büdcəsindən bu

məqsədlə ayrılan subsidiya məbləğlərinin da artırılmasına səbəb olmuşdur. Audit

tədbirləri bu qurumlarda xidmət sahəsi işçilərinin ixtisas dərəcələri və əmək haqlarının

qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi və artıq ştatların saxlanılması

səbəbindən büdcə vəsaitinə tələbatın artırıldığını göstərir.

Audit tədbirlərində “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafı üzrə nəzərdə

tutulan vəsaitlər hesabına bəzi büdcə təşkilatlarında inzibati vəzifələrə uyğun statusla

işçilərin işə cəlb edilməsi və inzibati vəzifənin maddi təminatlarının onlara da şamil

edilməsi və ya onlarla xərcin iqtisadi mahiyyətinə uyğun gəlməyən müqavilələrin

bağlanılması və s. kimi hallara yol verildiyi müəyyən olunmuşdur. Eyni zamanda, bəzi

mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən birbaşa Əsasnamə ilə müəyyən

edilmiş funksiyaların icrasına “ştatdankənar işçilər” cəlb edilərək həmin şəxslərlə əmək

müqavilələri bağlanılmaqla “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından onların

xərci maliyyələşdirilmişdir.

Bunlarla yanaşı, bəzi büdcə təşkilatlarında ayrı-ayrı fiziki şəxslərlə müxtəlif

xidmətləri yerinə yetirmək üçün mülki-hüquqi müqavilələr bağlanılmalı olduğu halda,

bunun əvəzinə ştatdankənar işçi ilə qısa müddətli əmək müqaviləsi bağlanaraq

“Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından həmin şəxslərə vəsaitlərin

ödənilməsi hallarına da yol verilməsi müəyyən edilmişdir.

2015-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş nəzarət tədbirlərində audit

edilən qurumlar tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı

mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyəti diqqətdə

saxlanılmışdır. Belə ki, dövlət satınalmalarının rəqabətlilik prinsipləri əsasında həyata

keçirilməsi bir tərəfdən keyfiyyətli xidmətlərin əldə olunması və vəsaitlərə qənaət

edilməsinə, digər tərəfdən, bazarın hər bir iştirakçısına bərabər şərtlərin yaradılmasına

və gəlirlərin daha ədalətli şəkildə yenidən paylanmasına şərait yaradır. Bu sahəni

tənzimləyən normativ-hüquqi aktların tələblərinə riayət edilməsi isə mümkün korrupsiya

risklərinin qarşının alınmasına xidmət edir.

Page 27: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

27

Hesabat ilində aparılmış nəzarət tədbirləri ilə malların (işlərin və xidmətlərin) satın

alınmasına yönəldilmiş 3120,8 mln. manat, 13,7 min dollar və 200,0 min avro

məbləğində vəsait əhatə olunmuşdur (Cədvəl 2).

Cədvəl 2. Audit olunan qurumlarda malların (işlərin və xidmətlərin) satın alınması zamanı tətbiq edilən metodlarının və müqavilələrin sayının cəmi məbləğ və sayda xüsusi çəkisi, %-lə

Satınalma məbləği və müqavilələr

Malların (işlərin və xidmətlərin) satın alınması üsulları

Açıq tender

Kotirovka təkliflər sorğusu

Bir mənbədən satınalma

Satınalma metodu tətbiq

edilmədən

Cəmi məbləğdə xüsusi çəkisi

14,0 1,0 3,0 77,8 4,2

Ümumi sayda xüsusi çəkisi

10,8 37,3 8,3 43,7

Hesabat ilində beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlər hesabına

həyata keçirilən layihələr üzrə aparılmış nəzarət tədbirlərində isə malların (işlərin və

xidmətlərin) satın alınmasına yönəldilmiş 31688,8 min manat, 284415,0 min ABŞ

dolları, 82882,4 min avro məbləğində vəsait əhatə olunmuşdur. Qeyd edək ki, bu

vəsaitlər satınalma prosesini tənzimləyən beynəlxalq sənədlərə uyğun icra edilmişdir və

məlumatların təhlili beynəlxalq müsabiqəli açıq tender metoduna üstünlük verildiyini

göstərir.

Açıq tender və kotirovka sorğusu metodlarının tətbiqi, təkliflər sorğusu və birbaşa

müqavilələrin bağlanılması ilə, ümumilikdə, 3767 sayda satınalmanı əhatə edən 2989,4

mln. manat məbləğində vəsait icra edilmişdir. Mövcud məlumatların təhlili bir sıra

qurumlarda nəzarət tədbirinin əhatə etdiyi dövr ərzində satınalmanın birbaşa

müqavilələrin bağlanılması və təkliflər sorğusu tətbiq etməklə həyata keçirilməsinə

üstünlük verildiyini göstərir.

Məlumatların təhlili bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanmış

birbaşa müqavilələrin əsasən tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyini göstərir (Şəkil 1).

Şəkil 1

94,5

3,4

2,1

46,9

11,7

41,4

0,0 20,0 40,0 60,0 80,0 100,0

tikinti

mal alışı

xidmətlər və tədbirlər

İstiqamətlər üzrə bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanmış birbaşa müqavilərlərin məbləğinin və sayının xüsusi çəkisi,

faizlə

cəmi sayda

cəmi məbləğdə

Page 28: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

28

Nəzarət tədbirləri zamanı satınalmaların keçirildiyi hər bir təşkilatda müvafiq

qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına bu və ya digər dərəcədə riayət

edilmədiyi hallarına rast gəlinmişdir. Mövcud məlumatların təhlili qurumlarda tender

komissiyalarının tərkibinin düzgün formalaşdırılmadığını, tenderin əsas şərtlər

toplusunun hazırlanması, təkliflərə baxılması, qiymətləndirilməsi və müqayisəsi üçün

ekspertlərin cəlb edilmədiyini, tender prosedurlarının başlanmasından əvvəl satın alınan

malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətin müvafiq qaydada müəyyən

edilmədiyini, peşəkar qiymətləndiricilərin dəvət olunmadığını göstərir. Həmçinin, bir çox

hallarda tender elanlarının məzmununda, həmçinin şərtlər toplusunda göndəriləcək

malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri,

göstəriləcək xidmətlərin təsviri, malların göndərilməsinin və işlərin başa çatdırılmasının

tələb olunan müddətləri və xidmətlərin göstərilməsinin qrafiki qeyd olunmamışdır.

Tender komissiyalarının fəaliyyətinin təşkilində də bir sıra nöqsanlara yol

verilmişdir. Belə ki, bəzi satınalma prosedurları ilə əlaqədar tender komissiyası

tərəfindən iclas protokolları və satınalma prosedurlarının keçirilməsi ilə bağlı daxil olan

və göndərilən sənədlərin qeydiyyatı üçün qeydiyyat kitabı tərtib olunmur, tender

təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların)

ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurları keçirilmir, satınalma

prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri,

o cümlədən müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi

qüvvəsi, idarəetmə səriştəsi və sair barədə məlumatların alınması təmin edilmir, mallara

(işlərə və xidmətlərə) dair hər hansı özünəməxsus xüsusiyyətlər, planlar, cizgilər,

eskizlər, tələblər və ya təsvirlər satınalınan malların (işlərin və xidmətlərin) obyektiv

texniki və keyfiyyət göstəriciləri əsaslandırılmır.

Nəzarət tədbirləri zamanı audit olunan qurumlarda tender nəticəsində bağlanmış

satınalma müqaviləsi barədə məlumatın 5 bank günü ərzində tender haqqında elanın

verildiyi mətbuat orqanında dərc etdirilmədiyi və rəsmi internet saytında

yerləşdirilmədiyi, keçirilmiş satınalma prosedurları haqqında məlumat cədvəli

hazırlanmadığı, qalib elan edilmiş malgöndərənlər tərəfindən müqavilənin yerinə

yetirilməsinin təminatı olaraq bank zəmanətinin alınmaması hallarının da mövcud

olduğu müəyyən edilmişdir.

Malların (işlərin və xidmətlərin) satın alınmasının müxtəlif metodlarının tətbiqində

də xarakterik nöqsanlar müəyyən edilmişdir. Belə ki, bir mənbədən satınalma proseduru

“Dövlət satınalmaları haqqında ” Qanunda müəyyən edilmiş tələblər, o cümlədən satın

alınan malların yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı

malgöndərənin konkret həmin mallar üzərində xüsusi hüquqlara malik olduqda, onların

əvəzedicisi və alternativi və sair olduğu halda tətbiq edilməsi ilə bağlı tələblər

gözlənilmədən, həmçinin, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti

müəyyən olunmadan həyata keçirilir. Eyni zamanda, tender keçirilməsi üçün kifayət

qədər vaxt olmasına baxmayaraq ilin əvvəlində bir mənbədən satınalma keçirilməsi

üçün müvafiq razılıq alınması, satınalmanın isə ilin sonunda keçirilməsi kimi hallara da

rast gəlinmişdir.

Kotirovka sorğusunun tətbiqi zamanı 3-dən az olmamaq şərti ilə potensial imkanı

olan malgöndərənlərin (podratçıların) siyahısının tərtib edilməməsi, kotirovka sorğusu

şərtlərində malların (işlərin və xidmətlərin) qiyməti və digər zəruri məlumatların təqdim

Page 29: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

29

olunması ilə bağlı qeydlərin aparılmaması, təklif zərflərinin açılmasında da bir sıra

nöqsanlara yol verilməsi hallarına rast gəlinir.

Satınalma prosesinin yekunu olaraq müqavilələrin bağlanılması zamanı “Mallar

(işlərin və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə əməl

olunmaması, satın alınan malların və göstərilən xidmətlərin mənşəyinin göstərilməməsi,

uyğunluq sertifikatlarının və avans ödənişlərinin təminatının alınmaması, zəruri

prosedurlara əməl olunmadan malların işlərin və xidmətlərin hər vahidinin qiymətini və

meyarını dəyişdirməmək şərti ilə bağlanmış satınalma müqavilələrinin həcminin

artırılması kimi nöqsanlar bu sahədə tez-tez rast gəlinən nöqsanlardandır.

Müqavilələrin tərtibi zamanı daha çox hallarda müqavilə şərtlərinə əməl edilməməsi

üçün cərimələrin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Eyni zamanda bu cərimələrin

nəzərdə tutulduğu hallarda onların tətbiq olunmadığını qeyd etməliyik. Yol verilən digər

nöqsan müqavilələrin mövcud qanunvericiliklə müəyyən edilmiş həddi aşmaqla ayrı-ayrı

submüqavilələrə bölünməklə icra olunmasıdır.

Hesabat ilində satın alınacaq malların siyahısında dəyişikliklərin edilməsi

məqsədilə müvafiq qaydada razılıq alındıqdan sonra razılıq alınmış malların deyil, digər

malların alınması hallarına da rast gəlinmişdir. Həmçinin, audit olunan qurumlarda

malların (işlərin və xidmətlərin) satınalınması zamanı keçirilmiş tenderlərdə iştirak

haqlarının toplanmaması, bir sıra hallarda isə toplanmış vəsaitin təyinatının

dəyişdirilərək bu vəsait hesabına tender komissiyası üzvlərinə əmək haqqı ödənilməsi

və digər tədbirlərə yönəldilməsi hallarına da rast gəlinir.

Satınalma prosesinin nəticələri barədə müvafiq qaydada məlumatların təqdim

edilməsi ilə bağlı bir çox prosedur nöqsanları da müəyyən edilmişdir. Belə ki, nəzarət

tədbirlərinin nəticələri bir sıra hallarda müqavilələrlə bağlı zəruri məlumatların həmin

dövrdə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanının satınalmalar üzrə məlumat

reyestrində əks etdirilmədiyini, reyestrə daxil olunmayan müqavilələrin üzrə

məlumatların audit olunan qurumlar tərəfindən müvafiq qaydada təqdim edilmədiyi, bəzi

hallarda isə məlumatların təqdim edilməsinə baxmayaraq aidiyyəti icra hakimiyyəti

orqanı tərəfindən reyestrə daxil edilmədiyini göstərir.

Həyata keçirilmiş nəzarət tədbirləri zamanı audit olunan qurumlar tərəfindən eyni

təşkilatlarla uzun dövr ərzində müxtəlif profilli işlərin yerinə yetirilməsi məqsədilə

müqavilələrin bağlanıldığı, yalnız bir ünvanda qeydiyyatda olan və ya bir təsisçiyə

məxsus olan iddiaçılara dəvət göndərildiyi, həmçinin bir mənbədən satınalma

metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması halları

aşkarlanmışdır.

Malların (işlərin və xidmətlərin) satın alınması proseslərində satınalma

metodlarının, hətta təkliflər sorğusu kimi əməktutumlu metodun tətbiqi zamanı

satınalmaların cəmi 5-6 günə yekunlaşdırılması, şərtlər toplusunda və eləcə də

iddiaçıların təkliflərində alınacaq mallar haqqında çox məhdud məlumatların verilməsi,

ehtiyac olmadığı halda tələbat həcminin artırılması kimi nöqsanlar da müəyyən

edilmişdir.

Malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə vəsaitin bir sıra hallarda

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci və 20.1-ci

maddələrinin tələblərinə riayət edilməyərək icra olunduğu, belə ki, məbləğ

məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə

Page 30: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

30

bölünərək satınalma metodunun dəyişdirilməsi və satınalma metodu tətbiq edilmədən

həyata keçirilməsi hallarına yol verildiyi aşkar edilmişdir.

Əsas fondların təmiri, tikintisi və bərpası prosesində yol verilən nöqsanları

aşağıdakı kimi xarakterizə etmək olar:

Əsaslı vəsait qoyuluşuna yönəldilən vəsaitin ayrılması zamanı Azərbaycan

Respublikası Prezidentinin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli Fərmanı ilə

təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası,

monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə

təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və

qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma sənədlərinin bir sıra

obyekt və tikililər üzrə hazırlanmaması, Azərbaycan Respublikasının Şəhərsalma və

Tikinti Məcəlləsinin tələblərinə uyğun yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi

hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların

hazırlanması, tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin

tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış

vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından tikintiyə dair Texniki-

İqtisadi Hesablamalar, Texniki-İqtisadi Əsaslandırmalar, tender sənədlərinin və bəzi

hallarda layihələrin müvafiq qaydada dövlət ekspertizasından keçirilməsi təmin

edilməmişdir.

Sifarişçilər tərəfindən obyektlərin layihə-smeta sənədlərinin hazırlanması (bu

sənədlərin ekspertizadan keçirilməsi və obyektlərin ehtimal olunan dəyərinin

müəyyən edilməsi) üzrə nəzərdə tutulan vəsait podratçılarla tikinti-quraşdırma

işlərinin aparılması üçün bağlanılmış satınalma müqavilələrinə daxil edilmiş, cari

qiymətlərə nəzərdə tutulmayan əlavələrin edilməsi halları mövcud olmuş, bəzi

hallarda ekspertizadan keçirilən layihələrə verilən rəydə qeyd olunan iradlar aradan

qaldırılmadan, layihə smeta sənədlərinin bəzi hallarda bu istiqamətdə fəaliyyət

göstərməsi üzrə xüsusi razılıq-lisenziyaya malik olmayan qurumlar tərəfindən və

yaxud podratçı təşkilatlar tərəfindən hazırlanmış layihə sənədləri əsasında

obyektlərin tikintisi aparılmışdır.

Məktəblərin tikintisi üzrə layihələrin hazırlanmasında bir sıra nöqsanlara yol

verilmişdir. Belə ki, sifarişçilər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin

təmiri və tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-

gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin tələblərinə əməl edilmədən

tərtib edilən layihə tapşırıqları əsasında hazırlanmış layihə-smeta sənədlərinə uyğun

inşa edilən məktəblərdə şagirdlərin sayı ilə faktiki şagirdlərin sayı arasında fərqlərin

olması, bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qalması, digərlərində isə yeni sinif

otaqlarının tikintisinə ehtiyacın yaranması ilə nəticələnir ki, bu da büdcədən əlavə

vəsaitin ayrılmasını şərtləndirmişdir.

Bununla yanaşı, tikinti prosesində tenderə təqdim edilmiş qiymət cədvəlindəki iş

vahidlərinin qiymətindən fərqli qiymətlərin tətbiq olunması, obyektlərin layihə-smeta

sənədlərinin müvafiq bölməsinin “müvəqqəti bina və qurğular” və “nəzərdə tutulmayan

işlər və xərclər” bəndlərində nəzərdə tutulan vəsaitlər üzrə yerinə yetirilən işlərin həcmi

və alınan avadanlıqların (qurğuların) siyahısı sifarişçi, podratçı və layihəçi ilə birgə tərtib

və təsdiq edilmədən vəsait xərc edilmiş, smetada və qiymət cədvəlində nəzərdə tutulsa

Page 31: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

31

da işlərin yerinə yetirilməsi və avadanlıqların quraşdırılmasının təmin edilməməsi halları

mövcud olmuş, tikinti sahəsində fəaliyyət göstərməsinə xüsusi razılıq-lisenziyaya

malik olmayan təcrübəsiz podratçılarla müqavilələrin bağlanılması, obyektlərin

texnoloji, tikinti-memarlıq və digər texniki həllərinin layihələrdəki həllərinə

uyğunluğunu təmin etmək, həmçinin, tikilən və ya yenidən qurulan

kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə obyektlərin

tikintisinə müəllif nəzarətinin aparılmaması, sonradan üstü örtülən işlərin və məsul

konstruksiyaların qəbulu, quraşdırılmış avadanlığın, texnoloji boru kəmərlərinin,

drenaj quyularının, elektrik, radio, telefon, televiziya qurğuları və xətlərinin, partlayış,

yanğın və ildırımdan mühafizə vasitələrinin sınaqlarının keçirilməməsi kimi hallara

rast gəlinmişdir.

Bir sıra hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət

büdcəsindən nəzərdə tutulmuş vəsaitlərinin sifarişçi təşkilatlar və obyektlər üzrə

bölgüsünə dair müvafiq sərəncamlarında sifarişçi təşkilatlar üçün müəyyən edilən

“əsaslı vəsait qoyuluşundan istifadəni yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində

həyata keçirsinlər və əlavə vəsait sərfinə yol verməsinlər” tapşırığına əməl edilməyərək

ayrılan vəsait həcmindən əlavə işlərin yerinə yetirilməsi hallarına rast gəlinmişdir ki, bu

da nəticədə əlavə vəsaitin xərclənməsinə gətirib çıxarmışdır.

Nəzarət tədbirləri ilə əhatə olunan sifarişçi və obyektlər üzrə bir sıra hallarda

başa çatdırılmamış kapital qoyuluşları üzrə məsrəflərin, bəzi obyektlərdə maliyyə-

təsərrüfat əməliyyatlarının nəticələrinin və əməliyyatlar nəticəsində yaranan debitor və

kreditor borcların, həmçinin, regionlarda əsaslı vəsait qoyuluşundan ayrılan və istifadə

olunan vəsaitlərin maliyyə hesabatlarında əks etdirilməməsi, habelə müvafiq icra

hakimiyyəti orqanları tərəfindən təqdim olunan hesabat göstəriciləri ilə statistik

hesabatlar arasında fərqlərin mövcudluğu hallarına rast gəlinmiş, bəzi hallarda istismara

qəbul olunmayan obyektin aktivlərə aid edildiyi, istismara qəbul olunmamış obyektlərin

istismar edilməsi, bir çox obyektlərin tikintisi başa çatdırılsa da müvafiq qaydada

istismara qəbul edilmədiyi, komissiyalarının tərkibinin və qəbul aktlarının mövcud

qanunvericiliyin tələblərinə uyğun olmadığı, başa çatdırılmış işlərin müvafiq qaydada

balans hesablarında uçota alınmaması hallarına da rast gəlinmişdir.

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirləri zamanı audit olunan

qurumların hamısında mühasibat uçotunun təşkili və aparılması ilə bağlı müxtəlif

xarakterli nöqsanlar aşkar olunmuşdur. Hesablama Palatasının ötən illər üzrə

Hesabatlarında da qeyd edildiyi kimi, hər bir nəzarət obyektində “Dövlət büdcəsindən

maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına

uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə tam

riayət edilməmiş, həmçinin, 2012-ci ildən məcburi hesab olunan Milli Mühasibat Uçotu

Standartları bir sıra təşkilatlarda tətbiq edilməmiş, həmin standartlar bəzi təşkilatlarda

müəyyən olunmuş qaydada aparılmamışdır.

Mühasibat uçotunun təşkili və aparılması ilə bağlı audit olunan qurumlarda

müxtəlif istiqamətlərdə müəyyən edilmiş nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar.

Hesabat ilində 3626,8 min manat məbləğində amortizasiya (köhnəlmə) haqqının artıq

hesablanıldığı, 238,7 min manat məbləğində fiziki cəhətdən tam köhnəlməmiş

(aşınmamış) əsas vəsaitlərin və digər aktivlərin qalıq dəyərinin balansdan silindiyi,

94551,1 min manat məbləğində maddi və qeyri-maddi aktivlərin əsas vəsait kimi

Page 32: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

32

müvafiq hesablarda uçota alınmadan birbaşa xərcə silindiyi, 37790,7 min manat

məbləğində kapital qoyuluşu üzrə xərclərin balans hesabatlarında, podratçı təşkilatlara

köçürülmüş 681013,9 min manat məbləğində vəsaitin isə maliyyə hesabatlarında əks

etdirilmədiyi, 2457,6 min manat məbləğində xəzinədarlıq orqanları tərəfindən öhdəliyə

götürülməyən kreditor borcun yaradıldığı, 454055,0 min manat məbləğində aktivlər və

öhdəliklərin balansa mədaxil edilmədiyi, tikintisi başa çatdırılmış obyektlər üzrə

144901,2 min manat məbləğində məsrəflərin uçota alınmadığı müəyyən edilmişdir.

Nəzarət tədbirləri zamanı qurumlar tərəfindən tərtib edilmiş “Maliyyə vəziyyəti haqqında

hesabat” və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq məlumatları

arasında istifadəyə verilmiş əsas fondların və tamamlanmamış tikinti işlərinin dəyəri

üzrə 397420,8 min manat məbləğində uyğunsuzluq aşkar olunmuşdur.

Audit olunmuş qurumlarda nizamnamə kapitalının artırılmış dəyərinin müvafiq

uçot sənədlərində nəzərə alınmaması, əsaslı kapitala yönəldilmiş vəsaitin məbləğinin

müvafiq hesabatlarda fərqli əks etdirilməsi kimi nöqsanlara da yol verilmişdir.

Hesablama Palatasının ötən illər üzrə Hesabatlarında da qeyd edildiyi kimi, audit

olunan qurumların böyük əksəriyyətində müəyyən olunmuş nöqsanlardan biri də

vəsaitin təyinatının dəyişdirilməklə icra olunmasıdır. Nəzarət tədbirlərinin nəticələri

üzrə məlumatların təhlili vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə müəyyən olunmuş iqtisadi

və funksional təsnifat kodunun dəyişdirilməsi hallarına yol verildiyini göstərir.

Hesabat ilində audit olunan qurumlar tərəfindən ümumilikdə 3115,8 min manat və

415,9 min avro məbləğində vəsait Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi

təsnifat kodu dəyişdirilməklə icra olunmuşdur. Qeyd olunmuş nöqsanlarla icra edilmiş

vəsaitin 66,5%-i mənzil-kommunal təsərrüfatı, 23,1%-i isə sosial siyasətin həyata

keçirilməsi sahəsində fəaliyyətin payına düşmüşdür.

Məlumatların təhlili, əsasən, sair xərclərin, malların (işlərin və xidmətlərin) satın

alınması ilə bağlı xərclərin digər istiqamətlərə yönəldildiyini, həmçinin, təsərrüfat hesablı

gəlirlər hesabına maliyyələşdirilməli xərclərin (mənzil-kommunal təsərrüfatı üzrə) dövlət

büdcəsinin vəsaiti hesabına icra edildiyini göstərir. Daha dəqiq desək, təyinatı

dəyişdirilməklə icra edilmiş vəsaitin 36,7%-i sair xərclərin, 24,7%-i malların (işlərin və

xidmətlərin) satın alınması xərclərinin, 23,1%-i isə təsərrüfat hesablı gəlirlər hesabına

maliyyələşdirilməli xərclərin, qalan hissəsi isə ayrı-ayrı istiqamətlərin payına düşür.

Malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı xərclərin tərkibində isə daha çox

istehlak mallarının və materiallarının satın alınması, idarənin saxlanılması və sair

xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclərin təyinatı dəyişdirilmişdir.

Qeyd olunduğu kimi, audit olunan qurumlar tərəfindən vəsaitin Vahid Büdcə

Təsnifatı ilə müəyyən edilmiş funksional təsnifat kodunun dəyişdirilməsi hallarına yol

verilmiş və cəmi 46036,4 min manat və 10,0 min avro məbləğində vəsait bu nöqsanla

icra edilmişdir. Təhlil bu istiqamətdə də nöqsanların əsasən mənzil-kommunal

təsərrüfatı fəaliyyəti ilə bağlı olduğunu göstərir və funksional təsnifatı dəyişdirilməklə

icra edilmiş vəsaitin 97,5%-i məhz bu sahəni əhatə edir.

Hesabat ili üzrə qeyd edilməli digər məqam audit olunan qurumlar tərəfindən

vəsaitlərin səmərəli istifadəsinin təmin edilməməsi ilə bağlıdır. Həyata keçirilmiş

nəzarət tədbirləri ilə audit olunan qurumlar tərəfindən bağlanılmış müqavilələrin icra

müddətinin başa çatmasına baxmayaraq bank təminatı alınmadan qabaqcadan ödəniş

edilərək vəsaitin podratçının istifadəsində qalması, bir sıra tədbirlərin keçirilməsində

Page 33: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

33

büdcə vəsaitindən məqsədyönlü və səmərəli istifadə olunmayaraq eyni adlı və eyni

növlü avadanlıqların dəfələrlə icarəsinə vəsait xərclənməsi, bəzi hallarda təhtəlhesab

şəxslərə xəzinədən ödənilmiş vəsaitdən təhtəlhesab şəxs üzrə istifadə olunmayan

avans məbləğlərin qalığının uzun müddət şəxsi istifadələrində saxlanıldıqdan sonra

xəzinəyə təhvil verilməsi, tələbatdan artıq malların və inventarların alınması,

avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, elektron formada tərtib

edilməsi ilə yanaşı böyük həcmdə çap işlərinin həyata keçirilməsi, iş və xidmətlərin

dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində və s. bu kimi nöqsanlara yol

verildiyi müəyyən olunmuşdur. Həmçinin yeni yaşayış məhəllə və qəsəbələrinin tikintisi

üzrə layihənin hazırlanması ərəfəsində mühəndis-axtarış işləri aparılarkən ərazinin

düzgün seçilməməsi, ərazi hissələrinin müfəssəl planlarının hazırlanmaması, tikintiyə

dair Texniki-İqtisadi Hesablamalar və Texniki-İqtisadi Əsaslandırmaların tələb olunan

qaydada hazırlanıb ekspertizadan keçirilməməsi, ərazinin geoloji durumunun mürəkkəb

olduğunun nəzərə alınmaması səbəbindən əlavə işlərin görülməsi zərurətinin yaranması

və nəticədə əlavə vəsait sərfinə yol verilməsi, layihə-smeta sənədlərinin hazırlanmasına

vəsait ödənilsə də, tikinti işlərinə başlanılmaması, tikinti normalarına və yolların istismar

şərtlərinə riayət edilməməsi halları da aşkar edilmişdir. Qeyd olunan nöqsanlar

nəticəsində, ümumilikdə, 23892,4 min manat, 1374,0 min ABŞ dolları və 3734,0 min

avro məbləğində vəsait səmərəli istifadə olunmamışdır.

Həmçinin, nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunmuş təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunmuş, bəzi hallarda hətta zəmanət müddəti bitmiş debitor borcların mövcud olması aşkarlanmışdır ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olmuşdur.

Beləliklə, yuxarıda göstərilmiş nöqsanların bir hissəsi hesabat ilində audit olunan

qurumların hamısında, digər bir qismi isə əksər qurumlarda müəyyən edilmişdir. Audit

olunan qurumların funksional fəaliyyəti ilə bağlı olan və aşkar olunmuş digər nöqsanlar

barədə müxtəlif sahələr və qurumlar üzrə Hesabatın müvafiq bölmələrində ətraflı

məlumatlar verilmişdir.

2.3.3. İcmal büdcənin digər komponentləri üzrə

Hesabat ilində aparılmış nəzarət tədbirlərinin bir hissəsi icmal büdcənin tərkib

hissəsi olan Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF), Azərbaycan

Respublikasının Dövlət Sosial Müdafiə Fondu (DSMF), həmçinin, Naxçıvan Muxtar

Respublikasının büdcələrini əhatə etmişdir.

Qeyd edək ki, Hesabatın müvafiq bölmələrində ARDNF, DSMF-in rayon (şəhər)

şöbələrində və Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə aparılmış nəzarət

tədbirləri ilə bağlı məlumat yerləşdirilmişdir.

2.4. Hesablama Palatasının nəzarət fəaliyyətinin nəticə göstəriciləri

2015-ci ildə Hesablama Palatası Kollegiyasının 33 İclası keçirilmiş, həmin

iclaslarda 184 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Bu qərarlar

Hesablama Palatasının cari və nəzarət fəaliyyətinin təşkili, metodoloji bazasının

Page 34: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

34

təkmilləşdirilməsi, həmçinin, qanun layihələrinə rəylərin və fəaliyyət üzrə hesabatın

təsdiqlənməsi ilə bağlı olmuşdur.

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirləri ilə bağlı Hesablama Palatası

tərəfindən 134 təqdimat göndərilmiş, həmin təqdimatların əksər hissəsi mərkəzi icra

hakimiyyəti orqanlarını əhatə etmişdir (Şəkil 2).

Şəkil 2

Hesablama Palatasının təqdimatları müəyyən edilmiş nöqsanların xarakteri ilə

bağlı məlumatlarla yanaşı həmin nöqsanların və bu nöqsanların yaranma səbəblərinin

aradan qaldırılması istiqamətində tövsiyə və tapşırıqları özündə əks etdirir. Hesabat

ilində qəbul edilmiş Kollegiya qərarları ilə 995 tapşırıq verilmişdir ki, həmin tapşırıqların

10,8%-i yol verilmiş nöqsanlar üzrə dövlət büdcəsinə bərpa və işlərin (xidmətlərin)

görülməsi, 8,5%-i debitor və kreditor borclarla bağlı olmuş, 80,7%-i isə və müəyyən

edilmiş nöqsanlara gələcəkdə yol verilməməsi fəaliyyətin gücləndirilməsi ilə bağlı

müxtəlif istiqamətləri əhatə edən tövsiyələrdən ibarət olmuşdur.

Nəzarət tədbirləri üzrə qəbul olunmuş qərarların icrası ilə bağlı təqdim edilmiş

məlumatların təhlili dövlət büdcəsinə bərpa və işlərin (xidmətlərin) görülməsi ilə bağlı

tapşırıqların (sayının) 82,2% icra edildiyini göstərir. Debitior və kreditor borclarla bağlı

tapşırıqların icra səviyyəsi isə aşağı olmuşdur - 20,2%. Təqdim olunmuş məlumatlarda

fəaliyyətin gücləndirilməsi ilə bağlı tapşırıqların tam şəkildə icra edildiyi bildirilmişdir.

Dövlət büdcəsinin xərcləri üzrə bərpa edilmiş vəsaitin nöqsanlar üzrə bölgüsü

təmir-tikinti işlərinin həyata keçirilməsi, əmək haqqının ödənilməsi və satınalma

prosesində yol verilmiş nöqsanların böyük xüsusi çəkiyə malik olduğunu göstərir (Şəkil

3).

Qanunvericilik və mərkəzi

icra hakimiyyəti orqanlarına

Mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olan qurumlara

Mərkəzi icra Hakimiyyəti orqanlarının

yerli bölmələrinə

Yerli İcra Hakimiyyəti orqanlarına

Büdcədənkənar fondlara

Büdcədənkənar fondların

yerli bölmələrinə

Tədris və elmi tədqiqat

mərkəzlərinə

Tibb müəssisələrin

ə

Diplomatik nümayəndəlikl

ərə Digər

təqdimatların sayı 39 2 11 36 4 3 13 5 4 17

0

5

10

15

20

25

30

35

40

Hesabat ilində Hesablama Palatası tərəfindən göndərilmiş təqdimatlarla bağlı məlumat

Page 35: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

35

Şəkil 3

*- satınalma üzrə bərpa edilmiş vəsait müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı

halları əhatə etmişdir.

**- digər nöqsanlara ayrı-ayrı qurumlarda rast gəlinmiş və xarakterik hesab edilməyən nöqsanlar

aid olunmuşdur.

*** - icbari ödənişlərə vergilər və məcburi sosial sığorta haqları üzrə nöqsanlar aid edilmişdir.

Çatışmazlıqlara, əsasən, material ehtiyatları üzrə anbarda aşkar edilmiş

çatışmazlıqlar, müəyyən olunmuş normalardan artıq və ya vaxtından tez, həmçinin,

müvafiq sənədləşmə aparılmadan həyata keçirilmiş silinmələr və s. bu kimi hallar aid

edilmişdir.

Ümumilikdə məlumatların təhlili göstərir ki, audit olunan bəzi qurumların

nöqsanların aradan qaldırılması ilə bağlı fəaliyyəti qənaətbəxş olmamışdır. Belə ki,

hesabat tərtib olunan dövrə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərsu ASC

tərəfindən Hesablama Palatası Kollegiyasının qəbul edilmiş qərarları tam icra

edilməmişdir.

Hesablama Palatası göndərilmiş təqdimatların icrası ilə bağlı həyata keçirilmiş

tədbirlərin nəticələrinə nəzarəti mütəmadi olaraq həyata keçirmişdir. Qeyd edək ki,

2015-ci ilin İş planına uyğun başa çatdırılmış və qərar qəbul olunmuş nəzarət tədbirləri

üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4496,1 min manat, dövlət büdcəsinin

xərcləri ilə bağlı 4170,0 min manat məbləğində vəsait, həmçinin, 39,5 min avro

dövlət büdcəsinə bərpa edilmişdir. Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin

nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası

tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Baş

Prokurorluğuna göndərilmiş materiallar üzrə 1055,0 min manat, digər tədbirlər üzrə isə

565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilmişdir.

0,1

0,5

0,8

2,1

2,5

3,1

5,1

6,4

7,8

9,2

9,8

12,1

13,5

26,8

0,0 5,0 10,0 15,0 20,0 25,0 30,0

dərman

debitor

ərzaq

təhsil haqqı üzrə

tədbir

ezamiyyə

nəqliyyat

yardım/müavinət

icbari ödənişlər üzrə***

əmək ödənilməsi üzrə

çatışmazlıq üzrə

digər*

satınalma üzrə**

əsaslı xərclər üzrə

Hesabat ilində dövlət büdcəsinin xərcləri üzrə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə bərpa edilmiş vəsaitin nöqsanlar

üzrə bölgüsü, %-lə

Page 36: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

36

Beləliklə, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi

olaraq 10286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada

bərpa edilmişdir.

Hesabat ilində dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı, 377,8 min manat

məbləğində maliyyələşmənin azaldılmasına nail olunmuşdur ki, bu da dövlət

vəsaitlərinin qənaətli istifadəsini təmin etmişdir. Hesabat ilində nəzarət tədbirləri

nəticəsində təmir-tikinti və yenidənqurma işləri üzrə və digər çatışmazlıqlarla bağlı yol

verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpası ilə yanaşı,

müvafiq olaraq, 1663,4 min manat məbləğində işlər və xidmətlərin görülməsi həyata

keçirilmiş və 1718,0 min manat məbləğində inventar və materialların natura şəklində

bərpası təmin edilmişdir.

Hesabat ilində debitor və kreditor borcların uçota götürülməsi və ləğvi

istiqamətində də tədbirlər davam etdirilmişdir. Lüzumsuz borcların aradan qaldırılması

ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində debitor borclardan 6560,5 min manat

məbləğində borcun uçota götürülməsinə və 57964,3 min manat borcun isə

bağlanılmasına, kreditor borclardan isə 1521,1 min manat məbləğində borcun uçota

götürülməsinə, 85,0 min manat borcun ləğv edilməsinə, 667,7 min manat borcun

bağlanılmasına nail olunmuşdur. Əlavə olaraq 200,1 mln. manat məbləğində əsas

vəsaitin, 354,0 min manat məbləğində materialın uçota götürülməsi təmin olunmuş,

həmçinin, əsas vəsaitlərin balans dəyəri 2816,0 min manat azaldılmışdır.

Mənzil-kommunal təsərrüfatı fəaliyyəti ilə bağlı aparılmış nəzarət tədbirlərinin

nəticəsi kimi hesabat ilində audit obyektləri üzrə mənzil fondunun zərəri 1164,8 min

manat azaldılmışdır. Bu tədbirlər son nəticədə audit obyektlərinə dövlət büdcəsindən

ayrılan vəsaitlərin qənaətli istifadəsini təmin edəcəkdir.

Qeyd edilən tədbirlərlə yanaşı, 271,0 ştat vahidinin azaldılması təmin olunmuşdur

ki, bu da əlavə vəsaitin istifadəsinin qarşısının alınması deməkdir.

Bu tədbirlərlə yanaşı hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi

olaraq maliyyə-kredit təşkilatı tərəfindən dövlət büdcəsinə köçürülməyən 5605,1 min

manat məbləğində vəsait aşkar edilmiş və bununla bağlı aidiyyəti mərkəzi icra

hakimiyyəti orqanına müraciət olunmuşdur. Eyni zamanda, 2353,0 min manat və

10317,9 min ABŞ dolları məbləğində vəsaitin Dövlət zəmanəti ilə alınan borcların

Təminat Fonduna bərpa olunması məqsədi ilə “Dövlət zəmanəti ilə alınan borcların

Təminat Fonduna bərpa edilməsi haqqında Müqavilə”nin bağlanılmasının təmin

edilməsi üçün müvafiq təqdimat verilmişdir.

Dövlət büdcəsinin gəlirləri ilə bağlı nəzarət tədbiri üzrə təqdim edilmiş

məlumatlara görə dövlət büdcəsinə olan 1025,3 min manat vergi borcunun ödənilməsi

təmin olunmuşdur.

Dövlət büdcəsi ilə yanaşı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu

üzrə aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsasən 266,0 min manat vəsait DSMF-

in büdcəsinə bərpa edilmiş, həmçinin, məcburi dövlət sosial sığorta haqları üzrə az

hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks

olunmuşdur. Fondun rayon (şəhər) şöbələri tərəfindən vətəndaşlara ödənişlər üzrə

əskik məbləğlərin vətəndaşların hesablarına köçürülməsi təmin edilmiş və bu, cəmi 13,2

min manat təşkil etmişdir.

Page 37: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

37

İşlərində nöqsanlara yol vermiş şəxslərə münasibətdə qanunvericiliklə müəyyən

edilmiş qaydada bir sıra intizam tənbeh tədbirləri ilə bağlı məlumatlar da Hesablama

Palatasına təqdim edilmişdir. Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq cəmi

398 nəfərlə bağlı belə tədbirlər görülmüşdür (Şəkil 4). Şəkil 4

Göründüyü kimi, tətbiq edilmiş tənbeh tədbirləri arasında daha çox töhmət

verilməsinə üstünlük verilmiş və bu, əsasən baş mühasiblərə şamil edilmişdir (Şəkil 5).

Şəkil 5

tutduğu vəzifədən azad

edilmişdir 9,0%

şiddətli töhmət verilmişdir

9,5%

töhmət verilmişdir 52,3%

xəbərdarlıq edilmişdir 27,1%

vəzifəsi aşağı salınmışdır 1,5%

vəzifə maaşı azaldılmışdır 0,6%

Nəzarət tədbirlərinin nəticələri əsasında həyata keçirilmiş intizam-tənbeh

tədbirlərinin strukturu

tutduğu vəzifədən

azad edilmiş

şiddətli töhmət verilmiş

töhmət verilmiş

xəbərdarlıq edilmiş

vəzifə maaşı azaldılmış

vəzifəsi aşağı salınmış

İdarə, təşkilatın müdiri 9 5 30 35

İdarə, təşkilatın rəhbərlərinin müavini 1 5 5

şöbə müdiri 4 10 10 1 1

sektor müdiri 5 5

baş mühasib 5 9 50 21 1

digər 12 24 108 37 1 4

0

50

100

150

200

250

İntizam-tənbeh tədbirlərinin vəzifələr üzrə strukturu

Page 38: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

38

Eyni zamanda, qeyd edək ki, bir sıra qurumlar, o cümlədən Xızı rayon İcra

Hakimiyyəti, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə

Dövlət Komitəsi, Azərenerji ASC, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəhbərliyi

tərəfindən büdcə vəsaitinin artıq və səmərəsiz istifadəsinə yol vermiş əməkdaşlarla

bağlı intizam tənbeh tədbirləri ümumiyyətlə tətbiq edilməmişdir ki, bu da nöqsanların

gələcəkdə təkrarlanması riskini artırır.

Hesablama Palatasının ekspert-analitik fəaliyyəti dövlət büdcəsinin və

büdcədənkənar fondların (təsisatların) layihələri, həmçinin icrasını əhatə edir. Bu

fəaliyyətin əsas məqsədi büdcə prosesinin təkmilləşdirilməsi ilə yanaşı maliyyə

intizamının gücləndirilməsi sahəsində təkliflərin hazırlanmasıdır.

Hesabat ilində Palata tərəfindən “Azərbaycan Respublikasının 2014-cü il dövlət

büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcənin

icrasına dair illik hesabata, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi

haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikası

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan

Respublikasının Qanun layihəsinə rəylər hazırlanmış və Milli Məclisə təqdim

olunmuşdur. Tərtib edilmiş rəylərdə ilk dəfə olaraq Hesablama Palatasının nəticə və

tövsiyələri, həmçinin ümumilikdə 98 təklif və 15 tövsiyə əks etdirilmişdir.

2.5. Hesablama Palatasının cari fəaliyyətinin əsas göstəriciləri

2012-2014-cü illər üzrə Azərbaycan Respublikası Hesablama Palatasının

Strateji İnkişaf Planının başa çatması ilə beynəlxalq layihə çərçivəsində Hesablama

Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı hazırlanmışdır ki, hesabat

ilində bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Tədbirlər Planı Strateji

Inkişaf Planı ilə təsdiq olunmuş aşağıdakı prioritet istiqamətlər üzrə fəaliyyəti əhatə

etmişdir:

Kənar tərəfdaşlarla əlaqələrin yaradılması

Yeni hüquqi çərçivənin və audit standartlarının tətbiqi

Dövlət büdcəsinin təhlili funksiyasının təkmilləşdirilməsi

Audit funksiyasının gücləndirilməsi

Təkmilləşdirilmiş İnsan Resursları və Təlim Sisteminin həyata keçirilməsi

Hesabat ilində hər bir istiqamət üzrə bir çox tədbirlər, o cümlədən təlimlər,

müzakirələr, pilot layihələri həyata keçirilmiş, Hesablama Palatası haqqında yeni

qanun layihəsi müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə təqdim

olunmuş, bir sıra mərkəzi icra hakimiyyəti orqanları ilə birgə əməkdaşlıq haqqında

razılaşma memorandumlarının layihələri hazırlanmış, xarici AAQ-larla əməkdaşlığın

təmin edilməsi məqsədilə ikitərəfli memorandumlar imzalanmışdır.

Hesablama Palatasının fəaliyyətinin təmin edilməsi və təkmilləşdirlməsi

məqsədilə kadr potensialının gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilmiş,

respublikada və xarici ölkələrdə təlimlərdə iştirak təmin olunmuşdur.

Ümumilikdə Hesablama Palatasında 146 əməkdaş fəaliyyət göstərir ki, ixtisas

üzrə bölgüdə iqtisadçılar üstünlük təşkil edir (Şəkil 6).

Page 39: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

39

Şəkil 6

2.6. Beynəlxalq hesabatlarda (reytinq) dövlət maliyyəsinin şəffaflığı

Hesabat ilində “Beynəlxalq Büdcə Layihəsi” (International Budget Project (İBP))

tərəfindən hazırlanmış “Açıq Büdcə İndeksi”i (Open Budget İndex (ABİ)) ilə bağlı

hesabat açıqlanmışdır. Həmin hesabatda dünya ölkələrində büdcə proseslərinin

şəffaflığı, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı ölçülür və son hesabat 102

ölkəni əhatə etmişdir.

Bu hesabatın nəticələri bir qayda olaraq istər beynəlxalq maliyyə institutları

(Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s.), istərsə də ayrı-ayrı dövlətlərin ictimai

maliyyə sahəsində fəaliyyət göstərən qurumları tərəfindən hazırlanan hesabatlarda,

təhlillərdə öz əksini tapır3, 4. Həmçinin, bir sıra dövlətlərdə (Rusiya Federasiyası) dövlət

maliyyəsinin əsas fəaliyyət göstəricilərinin ölçülməsi üçün həm də, bu indikatorlardan

istifadə edilir.

Həmin indeksə uyğun olaraq, 2015-ci ildə Azərbaycan Açıq Büdcə İndeksi5 üzrə

100 baldan 51 almışdır (Şəkil 7).

3https://openknowledge.worldbank.org/bitstream/handle/10986/11971/735140PUB0Annu00801200date010031012.

pdf?sequence=1 4 ftp://ftp.cef-see.org/pub/CROSS_day_1_4_WB_Study_FMIS_and_OBD_ENG.pdf

5 http://internationalbudget.org/opening-budgets/open-budget-initiative/open-budget-survey/

iqtisadçı 51%

maliyyəçi 11%

mühəndis 15%

hüquqşünas 6%

digər 17%

Hesablama Palatasının inzibati heyətinin ixtisaslar üzrə bölgüsü

Page 40: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

40

Şəkil 7

Açıq büdcə indeksi üzrə Azərbaycanın topladığı bal

Qeyd etməliyik ki, ABİ üzrə sorğuda iştirak edən dövlətlərin böyük əksəriyyəti

üzrə orta göstərici 45 bal təşkil edir. Son hesabatda ölkəmizin mövqeyi orta göstərici ilə

müqayisədə 6 bal yüksəlmişdir.

Bu indeks sorğular əsasında hesablanır6. 109 sualdan ibarət olmaqla tərtib edilən

sorğu anketlərində büdcə hesabatlarının əlçatanlığı, əhatəliliyi və vaxtlı-vaxtında təqdim

edilməsi müəyyən edilir. Azərbaycanın açıq büdcə indeksi üzrə mövqeyi 2012-ci ildə

çap edilmiş reytinqlə müqayisədə 16 pillə yüksəlmiş və 42-ci yerə çatmışdır.

Hesabatda Azərbaycan Respublikasının AAQ-ı olaraq Hesablama Palatasının

büdcəyə nəzarət baxımından fəaliyyəti 100 baldan 50 balla dəyərləndirilmişdir. Bu

dəyərləndirmədə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin icrası və dövlət

büdcəsinin layihəsinə verilmiş rəylərin və fəaliyyəti üzrə hesabatların Palatanın rəsmi

internet saytında yerləşdirilməsi əsas faktorlardan hesab edilmişdir.

Qeyd edək ki, Hesablama Palatası dövlət büdcəsinin və DSMF-in büdcəsinin

layihəsinə, həmçinin, 2014-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı tərtib edilmiş

rəylərini, eyni zamanda, 2014-cü ildə Palatanın fəaliyyəti haqqında Hesabatını icmal

şəkildə rəsmi internet səhifəsində yerləşdirirdisə, hesabat ilindən başlayaraq

hazırlanmış rəyləri və hesabatı tam həcmdə internet səhifəsindən əldə etmək

mümkündür7. Lakin, Açıq Büdcə İndeksi tərtib edilərkən yalnız köhnə dövrdə verilən

məlumatlar əsas götürülmüş, bu fakt nəzərə alınmamışdır.

Qeyd edək ki, 2014-cü ildə Dövlət Xərcləri və Maliyyə Hesabatlılığında (Public

Expenditure and Financial Accountability (PEFA)) büdcə məlumatlarının əhatəliliyi və

şəffaflığı müsbət qiymətləndirilmişdir.

Qeyd edilən sənədlər fiskal diaqnostika alətləri olaraq ictimai maliyyə

institutlarının o cümlədən, AAQ-ların fəaliyyətinin qiymətləndirilməsinə yönəldilmişdir.

Hər iki hesabatda büdcə şəffaflığı ilə bağlı məsələlərdə Hesablama Palatasının mövqeyi

qənaətbəxş qiymətləndirilmişdir.

6 http://internationalbudget.org/wp-content/uploads/OBS2015-Questionnaire-Azerbaijan.pdf

7 http://sai.gov.az/upload/files/h2014.pdf

http://sai.gov.az/upload/files/r-2016dbh(1).pdf

http://sai.gov.az/upload/files/r-2014dbih.pdf

30

37

43

42

51

0 10 20 30 40 50 60

2006

2008

2010

2012

2015

Page 41: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

41

III BÖLMƏ. HESABLAMA PALATASININ EKSPERT-ANALİTİK

FƏALİYYƏTİ

Hesablama Palatası tərəfindən hesabat ilində “Hesablama Palatası haqqında”

Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə və Hesablama Palatasının Daxili

Nizamnaməsinin 12.1.4 və 12.1.5.-ci maddələrinə uyğun olaraq 2015-ci ildə dövlət

büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə

və dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy

verməklə ekspert-analitik fəaliyyətini həyata keçirmişdir. Həmin rəylər müvafiq qaydada

Azərbaycan Respublikasının Milli Məclisinə göndərilmiş və qanun layihələrinin

müzakirəsi zamanı Hesablama Palatasının sədri tərəfindən təqdim olunmuşdur.

2015-ci ildə Hesablama Palatası tərəfindən hazırlanmış rəylərin Palatanın rəsmi

internet səhifəsində tam şəkildə yerləşdirildiyini nəzərə alaraq bu rəylər üzrə əsas

məlumatlar, o cümlədən müxtəlif istiqamətləri əhatə edən təklifləri icmal şəkildə təqdim

olunur.

3.1. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası

haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin

icrasına dair illik hesabata Hesablama Palatasının Rəyinin8 qısa icmalı.

Hesablama Palatasının Rəyi mövcud qanunvericiliyin tələblərinə uyğun və

metodiki sənədlərə müvafiq qaydada tərtib edilmiş və müəyyən olunmuş müddət

çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan

Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata

Hesablama Palatasının Rəyi Milli Məclisin 29 may 2015-ci il tarixində keçirilmiş plenar

iclasında təqdim olunmuş və nəzərə alınmışdır. Rəydə mövcud məlumatlar və nəzarət

tədbirləri əsasında aparılmış təhlillər mətn boyu fərqləndirilməklə yanaşı ilk dəfə olaraq

ayrı bölmədə ümumiləşmiş nəticələr əks olunmuşdur.

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik

hesabata Hesablama Palatasının Rəyində müxtəlif istiqamətlər üzrə 47 təklif təqdim

edilmişdir və burada büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər üstünlük

təşkil etmişdir (Şəkil 8).

http://www.sai.gov.az/upload/files/r-2014dbih.pdf

Page 42: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

42

Şəkil 8

3.2. “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası

Hesablama Palatasının Rəyinin9 qısa icmalı.

Rəy Hesablama Palatasının mövcud qanunvericiliklə müəyyən edilmiş

funksiyalarının icrası olaraq tərtib edilmiş və Azərbaycan Respublikasının Milli Məclisinə

təqdim olunmuşdur. “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”

Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama

Palatasının Rəyi Milli Məclisin 13 oktyabr 2015-ci tarixli plenar iclasında təqdim olunmuş

və müzakirələrdə nəzərə alınmışdır.

Dövlət büdcəsinin tərtib edildiyi dövrdə qlobal makroiqtisadi şəraitin təhlili, qanun

layihəsində büdcə gəlirləri və xərc istiqamətləri ilə bağlı Hesablama Palatasının

mövqeyi, həmçinin, əldə olunmuş nəticələr və ilk dəfə olaraq kənar dövlət maliyyə

nəzarət orqanı kimi Palatanın tövsiyələri də əks olunmuşdur. Ümumilikdə 46 təklif və 15

tövsiyə həmin Rəydə diqqətə çatdırılmışdır.

Rəydə mövcud məlumatların təhlili nəticəsində əldə olunmuş bir sıra nəticələr də

əks etdirilmişdir. İlk olaraq dövlət büdcəsinin gəlirlərinin ÜDM-in 25,2%, xərclərinin

28,2% səviyyəsində proqnozlaşdırıldığı, əvvəlki ilin gözlənilən icrası ilə müqayisədə

gəlirlərin 25,4% və xərclərin 8,3% az nəzərdə tutulduğu göstərilmişdir. Eyni zamanda,

qeyri-neft sektorunda ÜDM-in, rayonlar üzrə məhsul buraxılışının fiziki həcm indeksinin,

xidmətlərin proqnozlaşdırılan artımı, həmçinin şəhər və rayonların ərazisində fəaliyyət

www.sai.gov.az/upload/files/r-2016dbh(1).pdf

makro-fiskal çərçivənin

möhkəmləndirilməsi 2%

büdcə qanunverciliyinin təkmilləşdirilməsi

34%

dövlət büdcəsi gəlirlərinin

hesablanılması və toplanmasında

fəaliyyətin gücləndirilməsi

17%

dövlət büdcəsi xərclərinin səmərəli

istifadəsi 24%

dövlət borcuna xidmətlə bağlı işlərin

təkmilləşdirilməsi 17%

maliyyə və sığorta bazarının inkişaf

etdirilməsi 6%

“Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına

dair illik hesabata Hesablama Palatasının Rəyində əks olunmuş təkliflərin istiqamətlər üzrə bölgüsü

Page 43: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

43

göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən

hesablanmış vergilərin 2014-cü ildən şəhər və rayonların yerli gəlirlərinə aid edildiyinə

baxmayaraq əvvəlki illə müqayisədə növbəti il üçün yerli gəlirlərin həcminin bütün şəhər

və rayonlar səviyyəsində azalma ilə proqnozlaşdırıldığı, 2016-cı ildə əvvəlki illərlə

müqayisədə Naftalan şəhərinin də yerli xərclərinin tam həcmdə yerli gəlirlərin hesabına

maliyyələşdirilməsinin nəzərdə tutulduğu, iqtisadi aktivliyin və müvafiq olaraq yerli

gəlirlərin şəhər və rayonlar üzrə adambaşına düşən həcmi arasındakı fərqlərin əvvəlki

illərdə olduğu kimi 2016-ci ilin dövlət büdcəsinin proqnoz göstəricilərində də müşahidə

olunduğu, vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən

daxilolmaların qalığın məbləğinin artımı ilə tərs mütənasib nəzərdə tutulması qeyd

olunmuşdur.

Dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatı üzrə strukturunda Beynəlxalq

Valyuta Fondunun krediti üzrə, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, digər

tikililərin, həmçinin torpaqların alınması ilə bağlı və dövlət tərəfindən verilən ssudalar

üzrə 2016-cı ildə vəsait nəzərdə tutulmaması, "Dövlət zəmanəti ilə alınan borcların

Təminat Fondunun xərcləri" paraqrafında isə 2015-ci ilin 8 ayı üzrə bu Fond üzrə ilin

əvvəlindən 5584,2 min manat vəsaitin dövlət büdcəsinə daxil olsa da 2016-cı il üçün

vəsait proqnozlaşdırılmadığı Rəydə öz əksinin tapmışdır.

İqtisadi təsnifatın paraqraflar səviyyəsində strukturunda Mərkəzi Bank üzrə

buraxılmış istiqraz vərəqələrinin dəyəri üzrə xərclərdə 188,9 dəfə, ölkə daxilində

buraxılmış qiymətli kağızlar üzrə əməliyyatlarla bağlı xərclərdə 5,0 dəfə və mətbəə ilə

bağlı xərclərdə 2,0 dəfə artımla proqnozlaşdırılması, mütləq ifadədə isə ən böyük

artımın dövlət tərəfindən xaricdən alınan uzunmüddətli və qısamüddətli ssudalar üzrə

əməliyyatlarla bağlı xərclərdə nəzərdə tutulması, büdcə xərclərinin funksional təsnifat

üzrə strukturunda 2016-cı ildə 4 bölmədə - mənzil və kommunal təsərrüfatı, yanacaq və

enerji, sənaye, tikinti və faydalı qazıntılar, həmçinin nəqliyyat və rabitə bölmələrində ilk

dəfə olaraq əməyin ödənişi ilə bağlı, təhsil və sosial müdafiə və sosial təminat

xərclərində isə subsidiya və cari transfertlərlə bağlı ilk dəfə olaraq vəsait

proqnozlaşdırılması da qeyd edilmişdir.

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin 2016-cı il

dövlət büdcəsinin gəlirlərinin təqribən 8,6%-ni, xərclərinin isə 7,7%-ni təşkil edəcəyi,

əvvəlki illərdən fərqli olaraq xarici kreditlər üzrə vəsaitlərin əsaslı vəsait qoyuluşlarına

aid edildiyi, Dövlət İnvestisiya Proqramında yalnız keçid layihələrinin

maliyyələşdirilməsinin nəzərdə tutulması Rəydə əks olunmuşdur.

“Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında” Azərbaycan

Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının

Rəyində aşağıdakı tövsiyələr əks olunmuşdur:

1. Hesablama Palatası bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin

təcrübəsindən istifadə edərək yığım əmsalının, bir sətirlə verilən xərclərin (əsaslı vəsait

qoyuluşu, beynəlxalq və respublika səviyyəli tədbirlər və s.) ilkin bölgüsünün, yeni,

kəskin azalma və kəskin artımla nəzərdə tutulmuş xərclərlə bağlı məlumatların, vahid

xəzinə hesabının ilin əvvəlinə qalığının (sərbəst qalıq) istifadəsi, o cümlədən, banklarda

yerləşdirilmiş depozitlər üzrə məlumatların, Dövlət Zəmanəti ilə Alınan Borcların

Təminat Fondunun vəsaitlərinin istifadəsi ilə bağlı məlumatların, icra edilən və qəbul

Page 44: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

44

edilməsi gözlənilən dövlət proqramları üzrə müvafiq məlumatların növbəti illərin “Büdcə

zərf”nə daxil edilməsini məqsədəmüvafiq hesab edir.

2. Dövlət büdcəsinin gəlirləri ilə bağlı “Büdcə zərfi”nə təqdim edilmiş

məlumatların, həmçinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən

Dövlət Statistika Komitəsinin hesabatlarının təhlili əsasında bir sıra tədiyyə növləri üzrə

gəlirlərin artırılması potensialının mövcud olduğunu qeyd etməklə, bu istiqamətdə

proqnozlaşdırma ilə bağlı fəaliyyətin və vergi inzibatçılığının möhkəmləndirilməsi

istiqamətində fəaliyyətin gücləndirilməsi, tədiyyə növləri üzrə borc və artıq ödəmələrin

nəzərə alınması məqsədəmüvafiqdir.

3. Hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci

il tarixli Qərarı ilə təsdiq edilmiş və mənfəətin (gəlirin) şərti rentabellik norması tətbiq

edilməklə hesablanmasını tənzimləyən “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri)

birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması

Qaydaları”nın tətbiq dairəsinin genişləndirilməsi məqsədəuyğundur.

4. Ötən illərdən fərqli olaraq qeyri-kommersiya təşkilatlarının kommersiya

fəaliyyətindən gəlirlərin tərkibində büdcə təşkilatlarının ödənişli xidmətlərindən

daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da

proqnozlaşdırıldığını nəzərə alaraq Qanun layihəsində həmin gəlir növü üzrə müvafiq

dəyişikliklərin olunması təklif edilir.

5. “Alınmış büdcə ssudaları üzrə alınan faizlər” üzrə daxilolma mənbəyinin

konkret olaraq dövlət büdcəsindən və Təminat Fondundan verilmiş kredit və borc

müqavilələri (ödəniş qrafikləri tərtib olunmaqla) əsasında formalaşması, həmin

mənbənin büdcə layihəsində ayrıca mədaxil mənbəyi kimi göstərilməsi

məqsədəmüvafiqdir.

6. Dövlət zəmanəti ilə kredit alan bir sıra icraçı təşkilatların beynəlxalq

öhdəliklərini vaxtında yerinə-yetirə bilməməsi ilə əlaqədar büdcədə əlavə xərclərin

nəzərdə tutulmasını nəzərə alaraq, Təminat Fondundan verilmiş vəsaitlər üzrə təkrar

müqavilələrin bağlanması və onlara müvafiq ödəniş qrafiki tərtib etməklə Fonda bərpası

istiqamətində zəruri işlərin gücləndirilməsi və qeyd olunan mənbənin dövlət büdcəsinin

gəlirlər hissəsində ayrıca mədaxil mənbəyi kimi (Təminat Fondunun formalaşmasının

mədaxil mənbələri) yer alması zəruridir.

7. Daxili dövlət borcu sayılan şərti öhdəliklərin ilbəil artımı, dövlət istiqrazlarının

emissiya edilməməsi fiskal siyasətin əsas istiqamətlərinin qiymətləndirilməsinə təsirsiz

ötüşmədiyi kimi, büdcə kəsirinin maliyyələşmə strukturunun təkmilləşdirilməsinin

aktuallığını və dövlət borclanmasının maliyyə planlaşması əsasında borclanma

prinsiplərinə uyğun həyata keçirilməsini şərtləndirir.

8. Ölkə iqtisadiyyatının sabit inkişafının təmin edilməsi və investisiya fəaliyyəti

üçün geniş imkanların qorunması məqsədilə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft

sahəsi üzrə daxilolmaların həcmi məbləğində müəyyən edilməsi məqsədəmüvafiq

hesab edilir.

9. 2015-ci ilin may ayında “Azərbaycan Respublikasının Mərkəzi Bankı”

haqqında Qanunun 12.2-ci maddəsinə görə “Kapital ehtiyatları formalaşdırıldıqdan və

Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra

reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.” Qeyd edilənləri

nəzərə alaraq, növbəti il üçün dövlət büdcəsi haqqında qanunda bu vəsaitlərlə bağlı

Page 45: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

45

maddənin əlavə olunması, sonrakı illərdə isə mövcud təcrübəyə əsaslanılaraq

proqnozların tərtib edilməsi məqsədəmüvafiq hesab edilir.

10. “Təhsil” bölməsi üzrə 3, "Səhiyyə" bölməsi üzrə 7 dövlət proqramının icra

müddətinin bitməsinə baxmayaraq, 2016-cı ilin büdcə layihəsində həmin məqsədlərə

tədbirlər adı ilə vəsait proqnozlaşdırıldığını nəzərə alaraq, Hesablama Palatası əvvəlki

illərin büdcə layihələrinə verdiyi rəylərdə olduğu kimi, maliyyələşdirilməsi davam

etdirilən dövlət proqram və tədbirlərinin müddətlərinin uzadılmasını və bundan sonra

həmin proqram və tədbirlərin maliyyələşdirilməsinin onların müddətlərinin

uzadılmasından sonra həyata keçirilməsini, eyni zamanda həmin proqramlar üzrə

müəyyən edilmiş məqsədlərə nail olunma səviyyəsinin qiymətləndirilməsi, büdcə

vəsaitlərinin səmərəli icra edilməsinin təmin olunması məqsədilə nəticə indikatorlarının

hazırlanmasını təklif edir.

11. Respublikanın bölgələrində dövlət müəssisələrinin inkişafının və əhaliyə

müxtəlif xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə həmin müəssisələrin

potensialından tam istifadə edilməsi, eyni zamanda onların büdcədənkənar

daxilolmaların artırılması istiqamətində fəaliyyətinin düzgün və məqsədyönlü təşkil

olunması məqsədəmüvafiqdir.

12. Hesablama Palatası məcburi köçkünlərin əkin sahələrinin suvarılması üçün

əlavə vəsaitlərin ödənilməsi, həmçinin əkin sahələrinin suvarılması üçün vəsaitlərin

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş

tariflərdən fərqli olan tariflərlə hesablanılması faktlarının 2016-cı il və növbəti illər üçün

proqnoz məbləğlərində nəzərə alınmasını zəruri hesab edir.

13. Büdcədənkənar vəsaitlər üzrə “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”

və “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu” üzrə gəlirlərin

artırılması üçün potensial imkanlardan tam istifadə edilməsi, eləcə də, Azərbaycan

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları üzrə

büdcədənkənar vəsaitlərin formalaşdırılması və istifadəsi sahəsində normativ hüquqi

aktların müasir dövrün tələblərinə uyğun təkmilləşdirilərək yenidən hazırlanması

məqsədəmüvafiqdir.

14. Valyuta konvertasiyası üzrə xərclərin ötən illər üzrə icra səviyyəsinin aşağı

olduğunu nəzərə alaraq, 2016-cı il üzrə məbləğin ötən illərin faktiki icra məbləğlərinə

uyğunlaşdırılması, eyni zamanda, şəffaflığın təmin olunması məqsədilə valyuta

konvertasiyası üzrə xərclərin nəzərdə tutulmuş icra istiqamətlərinin daha detallı təqdim

edilməsi məqsədəuyğun hesab edilir.

15. Xarici borc dayanıqlılığı göstəricisinin dövlət borcuna və borc öhdəliklərinə

xidmətlə bağlı illik ödənişlərin dövlət büdcəsi gəlirlərinə nisbətinin yuxarı həddinə

(10,0%) yaxınlaşması və təqdim edilmiş məlumatlarda da qeyd edildiyi kimi, bir sıra

icraçı təşkilatlarının beynəlxalq öhdəliyi ödəməsində problemlər yaranması nəzərə

alınaraq borc yükünün mümkün olan risklərinin qiymətləndirilməsi, o cümlədən dövlət

zəmanəti ilə kredit almış icraçı təşkilatların borc siyasətinə vaxtında təsir və

müdaxilələrin vasitələrinin tətbiqi təklif edilir.

Page 46: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

46

3.3. “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı

il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə

Azərbaycan Respublikası Hesablama Palatasının Rəyinin10 qısa icmalı.

Hesablama Palatasının DSMF-in 2016-cı il büdcəsinə rəyinin tərtibində Fondun

gəlir və xərc istiqamətləri ilə bağlı təhlillərə üstünlük verilmişdir. Eyni zamanda,

Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrinə istinad

olunmuşdur.

2015-ci ildə tərtib edilmiş digər rəylər kimi, “Azərbaycan Respublikasının Dövlət

Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası

Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində də

Palatanın gəldiyi nəticə və tövsiyələr, həmçinin müxtəlif istiqamətlər üzrə 5 təklif əks

olunmuşdur.

DSMF-in 2016-cı il büdcəsi ilə bağlı tərtib edilmiş Rəydə məcburi dövlət sosial

sığorta haqlarından daxilolmaların orta aylıq əmək haqqı səviyyəsində, sığortaedənlərin

və sığortaolunanların sayında artımı nəzərə almaqla proqnozlaşdırılması, debitor

borcların azaldılması və ləğvi istiqamətində fəaliyyətin gücləndirilməsi üzrə zəruri

tədbirlərdən tam istifadə edilməsi, əmək pensiyalarının ödənişi üzrə xərclərin

proqnozlaşdırılması zamanı əmək pensiyaçılarının orta illik sayında, həmçinin əmək

pensiyasının orta aylıq məbləğində və inflyasiya səviyyəsi ilə müqayisədə nəzərdə

www.sai.gov.az/upload/files/r-DSMF2016bh(1).pdf

Page 47: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

47

tutulan artım səviyyəsinin nəzərə alınması, sair gəlirlərin tərkibinin tam olaraq təqdim

edilməsi, məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən bir sıra

müavinətlər üzrə proqnozların tərtibi zamanı əsas amillərin nəzərə alınması, pensiya və

müavinətlərin əhaliyə çatdırılması üzrə daha aşağı xidmət haqqı müqabilində xidmət

göstərən ödəniş müəssisələrinin seçilməsi və Fondun aparatının və onun yerli

orqanlarının saxlanılması xərclərinin tərkibinin açıqlanması məqsədəmüvafiq hesab

edilmişdir.

Page 48: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

48

IV BÖLMƏ. HESABLAMA PALATASININ DİGƏR FƏALİYYƏTİ

4.1. Korrupsiyaya qaşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində

Hesablama Palatasının fəaliyyəti

Ümumilikdə dünya təcrübəsində olduğu kimi, Hesablama Palatasının

fəaliyyətinin hər bir istiqamətində dövlət idarəetmə sistemində hesabatlılığın artırılması

və maliyyə inzibatçılığının gücləndirilməsi bir məqsəd kimi müəyyən edilmişdir. Hesabat

ilində Hesablama Palatası kənar dövlət maliyyə nəzarət orqanı olaraq audit və ekspert-

analitik fəaliyyətində korrupsiyaya qarşı mübarizə və dövlət vəsaitlərinin sui-istifadəsinin

qarşısının alınmasını diqqətdə saxlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli

Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Hesablama Palatası hesabat ilində

aidiyyəti dövlət orqanları ilə müxtəlif normativ-hüquqi aktlara əlavə və dəyişikliklərin

layihələrinin hazırlanmasında iştirak etmişdir. 2015-ci ildə müxtəlif istiqamətlərdə büdcə

prosesinin təkmiləşdirilməsi məqsədilə Hesablama Palatası tərəfindən 16 istiqamət üzrə

40-dan çox təklif 2016-cı ilin dövlət büdcəsinin layihəsinin müzakirələri zamanı nəzərə

alınması məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə, eyni zamanda, büdcə

vəsaitlərinin qənaətli və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə əvvəlki illərdə

olduğu kimi, hesabat ilində də 16 təklif Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

təqdim edilmişdir.

Fəaliyyət Planının 6.2. bəndinin icrasını təmin etmək, başqa sözlə hesabat ilində

maliyyə nəzarəti orqanlarının hesabatlılığının artırılması və həmin orqanlar tərəfindən

maliyyə nəzarətinin nəticələri barədə məlumatların ictimaiyyətə açıqlanması məqsədilə

Hesablama Palatası yarımillik fəaliyyətlə bağlı məlumatları rəsmi internet səhifəsində

yerləşdirmiş və məlumatlar müxtəlif kütləvi informasiya vasitələrində dərc olunmuşdur.

Həmçinin rəsmi internet səhifəsi yenilənərək məlumatlılığı artırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli

Fəaliyyət Planı”nın 6.4.-cü bəndinə müvafiq olaraq qarşılıqlı əməkdaşlığın təmin

edilməsi və birgə fəaliyyətin təşkil olunması məqsədilə Hesablama Palatası tərəfindən

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının

Gömrük Komitəsi arasında Razılaşma Memorandumlarının layihələri hazırlanmışdır.

Eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi ilə 2008-ci ildə bağlanmış Memoranduma dəyişiklilərin layihəsi də işçi

qaydasında təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı”nın 6.5-ci bəndinə əsasən dövlət müəssisələrinin Maliyyə

Hesabatlarının Beynəlxalq Standartlarına və ya Milli Mühasibat Uçotu Standartlarına

uyğun olaraq tərtib edilmiş maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc

edilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi işinin icrasını təmin etmək

məqsədilə Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə müvafiq təkliflər təqdim edilmişdir.

Page 49: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

49

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı”nın 6.6-cı bəndinin icrasını təmin etmək məqsədilə

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Mühasibat uçotu haqqında”

qanunlara və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin

edilməsi ilə bağlı hazırlanmış Qanun layihələrinə Hesablama Palatası tərəfindən

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təkliflər verilmişdir.

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan

şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının 2.3-

cü bəndinə müvafiq dəyişiklik edilməklə Hesablama Palatası sədrinin rəsmi dəvəti

əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan

şəxslərə vizaların rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədilə

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının

Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə

vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına

dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının

layihəsi Azərbaycan Respublikasının Prezidenti Administariyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı”nda müəyyən edilmiş tövsiyənin həyata keçirilməsi məqsədi ilə

Hesablama Palatasının informasiya ehtiyatlarında mövcud olan informasiyaların hamı

tərəfindən bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri

əsasında əldə edilməsinin təmin olunması üçün “Azərbaycan Respublikası

Hesablama Palatasında informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nın,

Hesablama Palatası tərəfindən aparılmış maliyyə nəzarəti tədbirləri üzrə aşkar

edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin

ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə

şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə

nəzarəti tədbiri aparılan təşkilatlara və nəzarətin predmeti ilə əlaqədar digər idarə və

müəssisələrin rəhbərlərinə, xəzinə orqanları və müvəkkil banklara təqdimatların

verilməsi prosedurlarını müəyyən etmək məqsədilə “Hesablama Palatası tərəfindən

həyata keçirilən maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə təqdimatların verilməsi

Qaydaları”ın layihəsi hazırlanmışdır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi

Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) İstanbul Fəaliyyət Planı çərçivəsində

verilmiş tövsiyələrin icrası ilə əlaqədar Hesablama Palatası tərəfindən 2015-ci il

ərzində görülmüş işlər haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğuna

müvafiq məlumat təqdim edilmişdir.

Hesabat ilində “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası

Qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22

iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq 1 nəzarət

Page 50: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

50

tədbirinin nəticələri ilə bağlı materiallar araşdırılması məqsədilə aidiyyəti üzrə

Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir (məxfi qaydada).

Şəffaflığın və aşkarlığın təmin edilməsi Ali Audit Qurumu olaraq Hesablama

Palatasının cari fəaliyyətinin vacib prinsiplərindən biri olmaqla, eyni zamanda, qabaqcıl

beynəlxalq təcrübənin və qüvvədə olan qanunvericilik aktlarının tələblərindəndir. Belə ki,

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə

və Ali Audit Qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI-in IX qurultayında qəbul

edilmiş “Auditin rəhbər prinsiplərinin Lima Bəyannaməsi”nə əsasən ali maliyyə nəzarəti

orqanlarının əsas iş prinsipindən biri kimi aşkarlığın təmin olunması müəyyən edilmişdir.

Ali Audit Qurumlarının fəaliyyətinin əsas şərtlərindən olan şəffaflıq və aşkarlığın

təmin edilməsi ilə bağlı fəaliyyət “Hesablama Palatası haqqında”, “Kütləvi informasiya

vasitələri haqqında”, “İnformasiyanın əldə edilməsi haqqında” Azərbaycan

Respublikasının Qanunlarına, “Azərbaycan Respublikası Hesablama Palatasının

fəaliyyəti barədə məlumatların hazırlanması və kütləvi informasiya vasitələrində

yayılması Qaydaları”na və digər qüvvədə olan müvafiq normativ-hüquqi sənədlərin

tələblərinə uyğun olaraq həyata keçirilir.

Hesablama Palatası hesabat ili ərzində informasiya texnologiyaları üzrə üç illik

strategiya ilə nəzərdə tutulmuş ilkin hədəflərə nail olmaq üçün ardıcıl tədbirlərin icrasını

təmin etmişdir. Bu baxımdan Palatanın ümumi fəaliyyətinin avtomatlaşdırılması

(elektronlaşdırılması) ümumi prosesin birinci mərhələsi kimi müəyyən olunaraq, elektron

sənəd dövriyyəsi və kadrların elektron idarə olunması sistemlərinin qurulması və

istifadəyə verilməsi kimi mühüm tədbirlər nəzərdə tutulmuş və yerinə yetirilmişdir.

Kargüzarlıq və kadrların idarə olunması sahələrinin optimal avtomatlaşdırılması

məqsədilə həm ölkə daxili, həm də xarici qabaqcıl təcrübə öyrənilərək müvafiq həll yolları

müəyyən edilmişdir. Seçilmiş üsulun əsas mahiyyəti, hər iki funksiyanın ayrıca proqram

təminatı vasitəsilə həyata keçirilməsinə baxmayaraq, bir platforma üzərindən idarə

olunan iki modullu sistem strukturunun tətbiqindən ibarət olmuşdur. Nəticədə, 2015-ci il

ərzində Hesablama Palatasında qurulmuş, uyğunlaşdırılmış və tətbiqinə başlanılmış

sistem yerli normativ sənədlərin tələblərini nəzərə almağa, həmçinin, müasir texnoloji

nailiyyətlərdən faydalanmağa imkan verir. Sistem tərəfindən dəstəklənən korporativ imza

texnologiyası onun müasir təhlükəsizlik standartlarına uyğunluğunu təmin edir. Bundan

əlavə, proqram təminatlarında elektron və/və ya mobil imza kimi təhlükəsizlik tədbirlərinin

istifadəsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

2015-ci ildə avtomatlaşdırma üzrə digər bir təşəbbüs Hesablama Palatasının

elektron kitabxanasının (e-kitabxana) yaradılması ilə bağlı olmuşdur. E-kitabxana

mütəmadi olaraq zənginləşən məlumat və kitablar bazası əsasında və yalnız Palatanın

insan resurslarından istifadə olunaraq qurulmuşdur. Qurulmuş sistem Hesablama

Palatasının heyətinə hüquqi-normativ sənədlərə, statistik məlumatlara və digər faydalı

mənbələrə multi-istifadəçi rejimində istinad etmək, həmçinin, həmin elektron məlumat

resurslarını mərkəzi bazadan yükləmək imkanını yaratmışdır.

Ali audit qurumları qarşısında duran hesabatlılıq və cavabdehlik öhdəliklərinin

daha yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə hesabat ilində Hesablama Palatası

rəsmi İnternet saytını daxili imkanları hesabına kontent (məzmun) quruluşu və tətbiq

edilmiş veb texnologiyalar aspektindən əhəmiyyətli dərəcədə yeniləmişdir. Yeni elektron

Page 51: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

51

ünvanda (www.sai.gov.az) yerləşdirilmiş internet resurs təhlükəsizlik tələblərinə cavab

verməklə yanaşı bir sıra yeni bölmələr ilə zənginləşmişdir.

Hazırda saytdan Hesablama Palatası haqqında, həmçinin Hesablama Palatasının

audit fəaliyyəti, cari fəaliyyəti, beynəlxalq və yerli hüquqi sənədlər və s. barədə dolğun

məlumatları istifadəçi yönümlü interfeys və məntiqli naviqasiya sistemi vasitəsilə əldə

etmək mümkündür.

Yenilənmiş internet səhifəsində hesabat ilində başa çatdırılmış bir çox nəzarət

tədbirləri üzrə əldə olunmuş əsas nəticələr “Son auditlər” bölməsində (və “Audit

tədbirləri” altbolümündə) yerləşdirilmişdir. Bu, ictimaiyyətin və KİV-in

məlumatlandırılmasında xüsusilə vacib rol oynamaqdadır.

Page 52: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

52

Ötən il Palata öz fəaliyyəti barədə müntəzəm olaraq kütləvi informasiya

vasitələrinə məlumat vermiş, Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabatı,

büdcə layihələrinə və onların icralarına dair qanun layihələrinə rəyləri, həyata keçirilən

maliyyə-büdcə nəzarət tədbirləri barədə məlumatlar Milli Məclisə təqdim edilmiş və

“Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı”nda dərc olunmuşdur.

Hesablama Palatasının cari və nəzarət fəaliyyəti, eləcə də, Kollegiya iclaslarında

qəbul edilən qərarlar barədə məlumatlar mütəmadi olaraq rəsmi internet səhifəsində

yerləşdirilmişdir. Veb-saytın bütün bölmələri üzrə aidiyyəti məlumatların vaxtında və

dolğun yerləşdirilməsi, Palatanın cari fəaliyyətini tənzimləyən qanunvericilik aktları və

normativ-metodiki sənədlərlə təchiz olunması, Palatanın xərclər smetasının icrasını,

həyata keçirilən dövlət satınalmalarını, habelə cari fəaliyyətin digər istiqamətlərini əhatə

edən məlumatların, xəbərlərin, elanların və digər bütün zəruri informasiyanın vaxtında

yerləşdirilməsi təmin edilmiş, il ərzində məlumatların yenilənməsi, veb-saytın

Azərbaycan və ingilis dili üzrə hər iki versiyasının texniki müşayiəti həyata keçirilmişdir.

Hesablama Palatasının veb-saytının strukturuna “Müsahibələr və çıxışlar”

opsiyası əlavə edilmişdir. Həmin səhifədə Hesablama Palatası sədrinin Azərbaycan

Dövlət İnformasiya Agentliyinə, TREND Informasiya agentliyinə, həmçinin “Milli Məclis”

analitik informasiya jurnalına müsahibələri yerləşdirilmişdir. Azərbaycan Dövlət

İnformasiya Agentliyinə verilmiş müsahibələrdə nəzarət tədbirlərinin nəticələrinin

ictimaiyyətə açıqlanmasının vacibliyi, maliyyə inzibatçılığının güclənməsində xüsusi rolu

vurğulanmış, Palatanın institusional inkişafı ilə bağlı planlar açıqlanmışdır.

TREND Informasiya agentliyi ilə müsahibədə dövlət maliyyə nəzarəti sisteminin

inkişafı, dövlət auditinin mahiyyəti, rolu və məqsədi, “Büdcə məcəlləsi”nin vacibliyi,

həmçinin maliyyə pozuntularının təsnifatının hazırlanması ilə bağlı Palatada həyata

keçirilən tədbirlərlə bağlı suallar cavablandırılmışdır.

Hesabat ilində “Milli Məclis” analitik informasiya jurnalına 2016-cı ilin dövlət

büdcəsinin və DSMF-in büdcəsinin layihələri ilə bağlı Hesablama Palatasının Rəyində

əks etdirilmiş əsas məqamlar, dövlət büdcəsini xarakterizə edən faktorlarla bağlı

verilmiş müsahibədə Hesablama Palatasının sədri “Büdcə zərfi”nin məlumatlılıq

səviyyəsinin yüksəldilməsi və proqram və tədbirlər üzrə tərtibinin vacibliyini

vurğulamışdır.

Saytda həmçinin Palatanın nəzarət tədbirlərinin nəticələri əsasında hazırladığı və

mütəmadi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etdiyi təklifləri

xronoloji qaydada yerləşdirilmişdir.

Hesabat dövründə Palatanın fəaliyyəti barədə mütəmadi olaraq kütləvi

informasiya vasitələrinə (KİV) məlumatların verilməsi məlumat və ya xəbər şəklində

ötürülmüş, müsahibələr verilmiş, eyni zamanda, ayrı-ayrı informasiya agentlikləri və

mətbuat orqanlarından Palataya daxil olmuş informasiya sorğuları müvafiq qaydada

cavablandırılmışdır.

Hesabat ilində Palatanın veb-saytı ilə yanaşı, şifahi və yazılı informasiya

sorğuları əsasında da telefon və faks vasitəsi ilə KİV-ə müntəzəm olaraq müvafiq

məlumatların verilməsi təmin olunmuşdur.

Page 53: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

53

4.2. Hesablama Palatasının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının

icrası

Hesabat ilində Hesablama Palatası 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı

(SİP) ilə müəyyən edilmiş məqsədlərin reallaşdırılması və Tədbirlər Planı ilə nəzərdə

tutulmuş tədbirlərin icrası istiqamətində fəaliyyət göstərmişdir.

SİP-in 1-ci Komponenti - Kənar tərəfdaşlarla əlaqələrin yaradılması üzrə

tədbirləri əhatə edir. Bu istiqamətdə Tədbirlər Planında vətəndaşlar və Milli Məclislə

əlaqələrin gücləndirilməsi, audit olunan qurumlar ilə əsaslı əlaqələrin qurulması, digər

nəzarət orqanları ilə münasibətlərin yenidən formalaşdırılması, AAQ-ların beynəlxalq

təşkilatlarında Hesablama Palatasının fəallaşması və donor təşkilatlarla əlaqələrin

genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Hesabat ilində həmin

tədbirlərin icrasını təmin etmək məqsədilə, qeyd edildiyi kimi, Hesablama Palatasının

rəsmi internet səhifəsi yenilənmiş, saytın məlumatlılıq səviyyəsi yüksəldilmiş,

vətəndaşların veb-səhifə vasitəsilə müraciəti üçün müvafiq imkanlar yaradılmışdır.

Eyni zamanda, Hesablama Palatasının fəaliyyəti ilə bağlı məlumatlar 200-dən çox

KİV tərəfindən ictimaiyyətə çatdırılmış, informasiya sorğuları müvafiq qaydada

cavablandırılmışdır. Hesabat ilində Hesablama Palatası Azərbaycan Respublikası

Milli Məclisində dövlət büdcəsi ilə bağlı müzakirələrdə iştirak etmiş və bununla bağlı

rəylərini təqdim etmişdir. Tədbirlər Planı ilə nəzərdə tutulmuş işlərin icrasını təmin

etmək üçün Hesablama Palatası INTOSAI çərçivəsində təşkil olunmuş tədbirlərdə

iştirak etmiş, potensialın gücləndirilməsi məqsədilə Aİ ilə əməkdaşlıq çərçivəsində

keçid layihəni icra etmiş və yeni layihə üzrə müzakirələr aparmışdır. Azərbaycan

Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük

Komitəsi ilə razılaşma Memorandumunun layihəsi hazırlanaraq işçi qaydasında

müzakirə edilmişdir. Hesabat ilində Hesablama Palatası ilə Rusiya Federasiyasının

Hesablama Palatası arasında əməkdaşlıq sazişi yenilənmişdir. Malayziya və

Mərakeşin AAQ-ları ilə müvafiq sazişlərin imzalanması istiqamətində müzakirələr

təşkil edilmişdir.

Yeni hüquqi çərçivənin və audit standartlarının tətbiqi istiqaməti üzrə

tərcümə edilmiş ISSAI-ları redaktə etmək, ISSAI-lar üzrə qəbul edilmiş dəyişikliklərin

müvafiq qaydada tərcümələrdə nəzərə alınmasını təmin etmək, ISSAI-ların

mərhələlərlə mümkün maksimum tətbiqini həyata keçirmək məqsədilə tədbirlər

həyata keçirilmiş, "Hesablama Palatası haqqında" yeni qanunun və ya mövcud

qanuna dəyişikliklər və əlavələrin edilməsinə dair qanun layihəsi hazırlanmış,

həmçinin layihənin qəbulu istiqamətində maraqlı tərəflər ilə görüşlər keçirilmiş, qanun

layihəsi müvafiq qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim

edilmişdir. Bu sahədə Hesablama Palatasının fəaliyyət istiqaməti ilə bağlı

qanunvericilikdə mövcud olan real və ya potensial qeyri-müəyyənliklərin aradan

qaldırılması yönündə qanunvericilik aktlarının təhlili aparılmış, müvafiq təkliflər

hazırlanmışdır.

Dövlət büdcəsinin təhlili funksiyasının təkmilləşdirilməsi məqsədilə dövlət

büdcəsinin təhlili üzrə beynəlxalq təcrübə araşdırılmış, təlim səfərləri təşkil edilmiş,

makro-fiskal göstəricilərin qarşılıqlı təsiri ilə bağlı mövcud metodlar araşdırılmış və

Page 54: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

54

Hesablama Palatasının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı rəyin

hazırlanmasına istifadə edilmişdir.

Audit funksiyasının gücləndirilməsi üzrə tədbirlər maliyyə və uyğunluq

auditlərinin əlavə möhkəmləndirilməsi, səmərəlilik auditi bacarıqlarının

gücləndirilməsi və İT auditinin tətbiqi ilə bağlı fəaliyyəti əhatə edir. Bu istiqamətdə

maliyyə auditi təlimatının Hesablama Palatasının aidiyyəti heyəti tərəfindən tam

mənimsənilməsi məqsədilə müxtəlif təlimlər və müzakirələr keçirilmiş, maliyyə auditi

təlimatının mütəmadi təkmilləşdirilməsini təmin olunmuş, elektron sənəd dövriyyəsi

və kadrların idarəolunması sistemlərinin tətbiqini işləri tamamlanmış, İT auditi təlimatı

ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir.

SİP-in sonuncu - Təkmilləşdirilmiş İnsan Resursları və Təlim Sisteminin

həyata keçirilməsi istiqaməti ilə bağlı Hesablama Palatasının təlim ehtiyaclarının

araşdırılması ilə bağlı təhlillər aparılmış, əməkdaşların bilik və bacarıqları özündə əks

etdirən detallı vəzifə təlimatlarının hazırlanması ilə bağlı tədbirlər həyata keçirilmiş,

daxili təlim funksiyasına beynəlxalq ekspertlərin də cəlb olunması, qabaqcıl

beynəlxalq təcrübənin və nəzəri biliklərin əldə etmək məqsədilə Palata

əməkdaşlarının müvafiq xarici proqram və tədbirlərdə iştirakı təmin olunmuşdur. Eyni

zamanda, hesabat ilində xarici AAQ-lar ilə təcrübə mübadiləsini həyata keçirmək

məqsədilə əməkdaşların digər ölkələrə təlim səfərləri və xarici nümayəndə

heyətlərinin Hesablama Palatasında qəbulu təşkil olunmuşdur.

4.3. Hesablama Palatasının beynəlxalq fəaliyyəti

Hesablama Palatası 2015-ci il ərzində qlobal miqyasda dəyişkən şəraiti nəzərə

alaraq beynəlxalq fəaliyyətini əsasən xarici ölkələrin AAQ-larının qabaqcıl təcrübəsini

dərindən öyrənərək öz fəaliyyətində tətbiqi imkanının qiymətləndirilməsi prioriteti

üzərində qurmuşdur. Bu məqsədlə Hesablama Palatası digər ölkələrin kənar dövlət

audit orqanı funksiyasını daşıyan qurumlarla bilik və təcrübənin paylaşılması üzrə

mövcud vasitələrdən fəal istifadə etmişdir. Bununla yanaşı, Hesablama Palatasının

hesabat ilində beynəlxalq fəaliyyətdə qarşıya qoyduğu əsas məqsədləri beynəlxalq

təşkilatlara üzvlüyü çərçivəsində fəaliyyətinin strateji maraqlara uyğunlaşdırılması,

regional əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması, xarici AAQ-larla ikitərəfli

münasibətlərin intensivləşdirilməsi, beynəlxalq təlim proqramlarında iştirak təcrübəsinin

artırılması və kənar dövlət auditi üzrə beynəlxalq standart, təlimat və tövsiyələrin

hazırlanan yeni normativ-metodoloji sənədlərdə nəzərə alınmasının təmin edilməsi

olmuşdur.

Hesablama Palatası xarici AAQ-larla ikitərəfli münasibətlərin bilik və təcrübə

mübadiləsi üçün yaratdığı geniş imkanları nəzərə alaraq bu istiqamət üzrə həm yeni

təşəbbüslərin həyata keçirilməsinə, həm də mövcud münasibətlərin inkişafına xüsusi

diqqət ayırır. Bu məqsədlə, hesabat ilində Hesablama Palatası Malayziya, Rusiya

Federasiyası, Ukrayna və Türkiyə AAQ-ları ilə ayrı-ayrılıqda ikitərəfli görüşləri yüksək

səviyyədə keçirmiş, həmçinin Latviya Milli Audit Ofisi və Rusiya Federasiyasının

Hesablama Palatası ilə seminarlar təşkil etmişdir.

2015-ci ilin fevral ayında Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun

Malayziyanın Kuala Lumpur şəhərinə səfəri zamanı Malayziyanın Baş Auditoru Tan Sri

Page 55: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

55

Ambrin Buang ilə ikitərəfli görüş keçirilmişdir. Görüş zamanı hər iki AAQ-ın peşəkar

fəaliyyəti barədə fikir mübadiləsi, həmçinin əməkdaşlığın potensial istiqamətləri barədə

müzakirələr aparılmışdır. Bundan əlavə, cənab Tan Sri Ambrin Buang rəhbərlik etdiyi

qurumun, o cümlədən həmin quruma tabe olan beynəlxalq təlim mərkəzinin fəaliyyəti

barədə ətraflı məlumat verərək Azərbaycan tərəfi ilə mümkün birgə tədbirlərə dair

təkliflərlə çıxış etmişdir. Görüşün yekunu olaraq hər iki AAQ rəhbəri ikitərəfli

münasibətlərin qurulmasının əhəmiyyətini vurğulayaraq bununla bağlı praktik addımların

atılacağını bildirmişdir.

24 iyun 2015-ci il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının

sədri Vüqar Gülməmmədov Rusiya Federasiyasının Moskva şəhərində rəsmi səfərdə

olmuşdur. Səfər zamanı Vüqar Gülməmmədovun Rusiya Federasiyası Hesablama

Palatasının sədri Tatyana Qolikova ilə görüşü keçirilmişdir. Görüşdə ikitərəfli

münasibətlər müzakirə edilərək gələcək əlaqələrin genişləndirilməsi, tərəflər arasında

əməkdaşlığın növbəti istiqaməti kimi birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi,

həmçinin Rusiya Federasiyası Hesablama Palatasının normativ-metodoloji bazasının

öyrənilməsi ilə bağlı məsələlər də geniş şəkildə müzakirə edilmişdir. İkitərəfli görüşün

sonunda iki qurum arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Qeyd etmək

lazımdır ki, Rusiya tərəfi ilə ilk ikitərəfli saziş 2002-ci ildə bağlanmış, son illərdə AAQ-lar

qarşısında duran vəzifələrin əhəmiyyətinin daha da artması meylini nəzərə alaraq

sazişin yenilənməsinə zərurət yaranmışdır.

Page 56: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

56

Sazişin imzalanması ilə iki ölkənin Hesablama Palataları arasında fəal təcrübə

mübadiləsi başlanmışdır. 17-18 noyabr 2015-ci il tarixində Hesablama Palatasının

nümayəndə heyəti Moskva şəhərində Rusiya Federasiyası Hesablama Palatasının

təşkil etdiyi “Dövlət büdcəsinin icrasına dair illik hesabata rəy” mövzusunda seminarda

iştirak etmişdir. Seminarda Rusiya Federasiyasının Hesablama Palatasının ilkin,

operativ və sonrakı audit üzrə apardığı fəaliyyət, o cümlədən, analitik işin təşkili, dövri

olaraq bir sıra makroiqtisadi göstəricilərin izlənməsi (monitorinqi), inflyasiya üzrə

təhlillərin aparılması, büdcənin icrası və layihəsi ilə bağlı hazırlanan hesabatların əsas

xüsusiyyətləri haqqında təqdimatlar edilmişdir.

Seminarda, həmçinin, Hesablama Palatasının digər dövlət orqanları ilə

informasiya mübadiləsi üsulları, birgə əməkdaşlığın təşkili, dövlət büdcəsinin icrası ilə

bağlı tərtib edilmiş rəyi ilə bağlı müzakirələrə Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin

nümayəndələrinin, həmçinin millət vəkillərinin dəvət olunmasının əhəmiyyəti, eyni

zamanda, federal büdcənin proqramlar əsasında tərtib edilməsinin əsas xüsusiyyətləri,

proqram büdcəsinin vahid büdcə təsnifatında yeni xərc proqramları üzrə

qruplaşdırılması, bu qruplaşdırılmanın Ünvanlı Federal İnvestisiya Proqramı üzrə

müəyyən edilən layihələrlə əlaqələndirilməsi, yekun hesabatın hazırlanması zamanı

daxili maliyyə auditinin səmərəliliyi haqqında və büdcə xərclərinin icrası zamanı

yaranan qanun pozuntuları və müvafiq qaydada tətbiq edilən cəza tədbirlərinin xarakteri

və miqyası barədə ətraflı məlumat verilmişdir.

Latviya Respublikasının Dövlət Audit Ofisi ilə ikitərəfli əsasda formalaşmış və

inkişaf edən qarşılıqlı faydalı münasibətlər Hesablama Palatasında təşkil edilmiş növbəti

təlim tədbirini (seminar) mümkün etmişdir. 26-29 oktyabr tarixində “Maliyyə auditi”

mövzusunda keçirilmiş seminarda Latviya Respublikasının Dövlət Audit Ofisinin

nümayəndə heyəti təmsil etdiyi qurumun müvafiq fəaliyyət sahəsi üzrə təcrübəsini

Page 57: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

57

bölüşmüşdür. Təlimin gedişində maliyyə auditinin planlaşdırma, keçirilmə,

yekunlaşdırma və hesabatvermə mərhələləri, həmçinin INTOSAI-ın beynəlxalq audit

standartlarının tələblərinə riayət olunmaqla bu audit prosesinin daha da

təkmilləşdirilməsi ətrafında müzakirələr aparılmışdır.

Azərbaycan və Ukrayna AAQ-ları arasındakı münasibətlərin daha da inkişaf

etdirilməsinin imkanlarını, o cümlədən növbəti ildə birgə beynəlxalq tədbirin həyata

keçirilməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə Qətər Əmirliyinin Doha

şəhərində 2015-ci il 8 dekabr tarixində hər iki AAQ rəhbərinin görüşü keçirilmişdir.

Görüş zamanı Ukrayna Respublikası Hesablama Palatasının sədri Roman Maquta

rəhbərlik etdiyi AAQ və EUROSAI təşkilatının İşçi qrupu, həmçinin Ukraynada kənar

dövlət maliyyə nəzarəti sahəsini tənzimləyən qanunvericilikdə aparılmış dəyişikliklər

barədə ətraflı məlumat vermişdir. Yekunda mövcud əməkdaşlıq təcrübəsinin əsasında

daha geniş formatlı müştərək fəaliyyət potensialının dəyərləndirilməsinin əhəmiyyəti

vurğulanmışdır.

İkitərəfli münasibətlərin gücləndirilməsi zəminində hesabat ilinin dekabr ayında

Türkiyə Respublikasının Sayıştay Başkanı Dr. Recai Akyelin Azərbaycan Respublikası

Hesablama Palatasına səfəri baş tutmuşdur. Tərəflər arasında Azərbaycan

Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Sayıştay Başkanlığı

arasındakı ənənəvi sıx əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilmiş və növbəti il

üçün təcrübə mübadiləsi çərçivəsində qarşılıqlı səfərlərin artırılması ilə bağlı razılıq əldə

edilmişdir.

2015-ci ildə Hesablama Palatasının üzv olduğu INTOSAI çərçivəsindəki

fəaliyyəti BMT və INTOSAI təşkilatlarının əməkdaşlıq platforması olan simpoziumda

iştirakı ilə başlanmışdır. Hesablama Palatasının nümayəndə heyəti 2-4 mart 2015-ci il

tarixində Avstriyanın Vyana şəhərində “BMT-nin 2015-ci ildən sonra İnkişaf Gündəliyi:

Dayanıqlı inkişaf üzrə AAQ-ların rolu və həyata keçirmə vasitələri” mövzusunda

keçirilmiş 23-cü BMT-INTOSAI Simpoziumunda iştirak etmişdir.

71 AAQ və Dünya Bankından olmaqla 160 nəfərdən artıq nümayəndənin təmsil

olunduğu 23-cü BMT-INTOSAI Simpoziumunun əsas müzakirə mövzuları Parlament,

vətəndaşlar, hökumətlər, inkişafa yardımçı təşkilatlar, həmçinin BMT kimi maraqlı

Page 58: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

58

tərəflərin dayanıqlı inkişafla bağlı AAQ-lardan spesifik gözləntiləri, dayanıqlı inkişafın

qorunmasında səmərəli iştirak üçün AAQ-lar hansı növ prerekvizitlərə malik olmalıdır və

BMT-nin 2015-ci ildən sonra İnkişaf Gündəliyində səmərəli iştirak üçün AAQ-ların malik

olduqları konkret imkanlar və ilkin təcrübələr olmuşdur. Simpoziumda

AAQ-ların fəaliyyətinin vacibliyi və əhəmiyyəti, hökumət və dövlət rəhbərlərinin AAQ-

lardan gözləntiləri, o cümlədən inkişaf məsələlərinin həlli üzrə cari vəziyyət, Minilliyin

İnkişaf Məsələləri və bu məsələlərin həlli üçün Dayanıqlı İnkişaf Məsələlərinin həllinin

vacibliyi vurğulanmışdır.

“Dayanıqlı inkişafla bağlı inkişaf partnyorlarının AAQ-lardan gözləntiləri” adlı

müzakirələrdə Parlamentlərarası İttifaqın Baş katibi, BMT-nin Ekspertlər və Dövlət

İdarəetməsi Komitəsinin sədri, Avstriyanın Federal Xarici İşlər Naziri və Dünya Bankının

nümayəndəsi çıxış etmiş, formalaşmış qruplar üzrə plenar müzakirələr aparılmışdır.

“2015-ci ildən sonra İnkişaf Gündəliyində AAQ-ların səmərəli fəaliyyəti üçün ilkin şərtlər”

mövzusunda müzakirələrdə AAQ-ların fəaliyyəti üzrə vacib ilkin şərtlərdən bəhs edilmiş

və bu istiqamətdə mənsub olduqları ölkənin ali audit qurumunun təcrübələri üzrə “AAQ-

ın müstəqilliyi və dayanıqlı inkişaf”, “İnkişaf məsələlərinin auditi üçün AAQ-ların zəruri

qabiliyyətləri”, “Maliyyə müstəqilliyinin yüksəldilməsində AAQ-ın vacib mandatı:

Hökumətin fəaliyyətinin səmərəlilik auditi”, “Maliyyə müstəqilliyinin yüksəldilməsində

AAQ-ın vacib mandatı: Maliyyyə auditi” və “Ən yaxşı maliyyə idarəetməsi vasitəsilə

genişləndirilmiş cavabdehlik üzrə dövlət büdcəsi haqqında doğru və ədalətli baxış”,

eləcə də, “2015-ci ildən sonra İnkişaf Gündəliyində AAQ-ların səmərəli fəaliyyət üzrə

imkanları və AAQ-ların təcrübələri” mövzusunda “Dayanıqlı inkişaf üzrə auditlərə

vətəndaşların cəlb edilməsi”, “Qeyri-iqtisadi məsələlərin auditi vasitəsilə dayanıqlı

Page 59: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

59

inkişafın qorunması” və “Artım meylli audit: AAQ-ların fəaliyyəti iqtisadi artıma necə

yardım edə bilər” mövzusu üzrə təqdimatlar keçirilmiş, müzakirələr aparılmış,

Simpoziumun nəticələrinin və tövsiyələrinin layihələri müzakirə edilərək qəbul

olunmuşdur.

Hesablama Palatasının iştirakı ilə INTOSAI çərçivəsində növbəti tədbir 24-26

iyun 2015-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş

INTOSAI-ın Dövlət satınalmalarının auditi üzrə Xüsusi qrupunun 2-ci iclası olmuşdur.

Rusiya Federasiyası Hesablama Palatasının rəhbərlik etdiyi Xüsusi qrupun fəaliyyətinin

audit ictimaiyyəti ilə yanaşı digər beynəlxalq təşkilatlar üçün də böyük maraq

doğurması, eləcə də, milli müqavilə sistemlərinin təkmilləşdirilməsində AAQ-ların

rolunun getdikcə aktuallaşması iclasda xüsusi olaraq qeyd olunmuşdur. Görüşdə

həmçinin, bütün üzv AAQ-ların bu sahədə öz bilik və təcrübələrini fəal şəkildə

paylaşmaları istiqamətində sıx əməkdaşlığa çağırışlar səsləndirilmişdir. İclasın mühüm

nəticəsi olaraq Xüsusi qrupun internet səhifəsinin müntəzəm şəkildə məlumatlarla

yenilənməsi ilə bağlı məsələlərin müzakirəsi, dövlət satınalmalarının keçirilməsi

istiqamətində pilot layihələrin mexanizmlərinin və planının razılaşdırılması olmuşdur.

Eyni zamanda, iclasın iştirakçıları 2014-cü ildə və 2015-ci ilin birinci yarısında

dövlət satınalmaları ilə bağlı keçirilmiş auditlərin nəticələri üzrə milli hesabatlarla da

tanış olmuşlar. Xüsusi qrupun gələcək fəaliyyətinin prioritet istiqamətləri müəyyən

edilmiş və bu istiqamətlər arasında dövlət satınalmaları sahəsində aşkar edilmiş

pozuntuların ümumiləşdirilməsi və dövlət satınalmalarının auditi üzrə standartın

Page 60: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

60

hazırlanması əsas götürülmüşdür. İclasın sonunda Hesablama Palatasının nümayəndə

heyətinin təklifi ilə növbəti toplantının Bakı şəhərində keçirilməsi qərara alınmışdır.

Qeyd olunmalıdır ki, hesabat ilində INTOSAI çərçivəsində fəaliyyətin

genişlənməsinə təkan verəcək bir neçə addım atılmışdır. Belə ki, 2015-ci ilin sentyabr

ayında Hesablama Palatası beynəlxalq fəaliyyətini genişləndirmək istiqamətində

mühüm addım olaraq INTOSAI-ın aparıcı alt qurumlarından olan Uyğunluq auditi üzrə

alt komitəyə və Dövlət borcu üzrə İşçi Qrupa tamhüquqlu üzv qəbul olunmuşdur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun başçılığı ilə Palatanın

nümayəndə heyətinin təmsil olunduğu tədbirlərdən biri də ASOSAI təşkilatının 10-13

fevral 2015-ci il tarixində Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş XIII

Assambleyası və 6-cı Simpoziumu olmuşdur. ASOSAI-ın XIII Assambleyasının plenar

iclasında ASOSAI-ın Baş Katibliyi adından Koreya AAQ-nın hesabatı, Audit Komitəsi

adından Türkiyə və İordaniya AAQ-larının birgə hesabatı, Ətraf Mühit auditi üzrə İşçi

Qrup adından Çin AAQ-ının hesabatı, həmçinin INTOSAI-ın müxtəlif komitə və işçi

qruplarının hesabatları dinlənilmiş və qəbul edilmişdir. Plenar iclasın digər mühüm

nəticəsi ASOSAI-ın İdarə Heyəti və Audit Komitəsi üçün yeni heyətlərinin seçilməsi

olmuşdur. Əsas tədbir ilə yanaşı keçirilmiş simpoziumda “Auditin keyfiyyət və

effektivliyinin artırılması məqsədilə texnologiyaların istifadə olunması” üzrə əsas mövzu

ilə yanaşı, “Yeni texnologiyalar biznes və audit üçün oyun qaydalarını necə

dəyişdirəcək?”, “Dələduzluğun araşdırılmasında məlumatların təhlili”, “Böyük həcmli

məlumatlar (“big data”) auditə necə təsir edir?” və “IT auditi üzrə ISSAI-lar” mövzuları

ətrafında müzakirələr aparılmışdır. Assambleyada ASOSAI-a üzv olan 40 ölkənin Ali

Audit Qurumunu təmsil edən nümayəndələr, həmçinin INTOSAI, AFROSAI, EUROSAI,

IDI, CAPA təşkilatlarının, INTOSAI jurnalı və Dünya Bankının rəsmi şəxsləri iştirak

etmişlər.

Page 61: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

61

Bununla yanaşı, 2015-ci ilin may ayında Hesablama Palatası ASOSAI tərəfindən

Malaziyanın Kuala Lumpur şəhərində təşkil olunmuş “Daxili nəzarətin

qiymətləndirilməsi” mövzusunda təlimdə iştirak etmişdir. Təlimdə Nəzarət mühiti,

Risklərin qiymətləndirilməsi, Nəzarət fəaliyyəti, İnformasiya və kommunikasiya,

Monitorinq fəaliyyəti, IT nəzarətin qiymətləndirilməsi, Fırıldaqçılıq risklərinin

qiymətləndirilməsi, Daxili nəzarət problemlərinin müəyyən edilməsi və Fəaliyyət planının

hazırlanması ilə əlaqədar mühazirələr təqdim olunmuş, müvafiq mövzularla bağlı real

təcrübə mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Hesablama Palatasının Avropanın həmkar təşkilatları

ilə EUROSAI-ın ayrı-ayrı tədbirləri çərçivəsindəki əməkdaşlığı hesabat ilində xüsusilə

fəal şəkildə davam etdirilmişdir. Belə ki, Hesablama Palatasının nümayəndə heyəti 4-6

fevral 2015-ci ilin tarixində Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərində

keçirilən Fəlakət və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi qrupunun 1-ci

toplantısında iştirak etmişdir. Toplantıda işçi qrupunun katibliyi tərəfindən qrupa üzv

AAQ-lara göndərilmiş sorğunun nəticələri təhlil olunaraq təqdim edilmiş, İşçi qrupunun

2015-2017-ci illər üçün İş planı qəbul edilmişdir. İclas zamanı fəlakət və qəzalara

ayrılmış vəsaitlərin auditi üzrə əldə edilmiş qabaqcıl təcrübəyə dair tövsiyələr, yeni

ISSAI 5500-5599 standartlarının praktiki tətbiqi və qlossarinin təkmilləşdirilməsi üzrə

təcrübə mübadiləsi aparılmış, Azərbaycan Respublikasının Hesablama Palatası da daxil

olmaqla EUROSAI-ın 9 üzvünün iştirak etdiyi, ISSAI 5510 standartına uyğun həyata

keçirilərək yekun hesabatı qəbul edilmiş paralel audit tədbiri işçi qrupun gələcək

fəaliyyətində yaxşı təcrübə nümunəsi kimi tövsiyə olunmuşdur. Tədbirin yekununda İşçi

qrupun növbəti illik toplantısının Hesablama Palatasının ev sahibliyi ilə 2016-cı ildə Bakı

şəhərində keçirilməsi təklifi qəbul edilmişdir.

Bundan əlavə, Hesablama Palatasının nümayəndə heyəti 2015-ci ilin 23-24 aprel

tarixində Estoniyanın Tallin şəhərində Ətraf mühitin auditi üzrə İşçi qrupun Enerji

məsələlərinin auditi mövzusunda keçirilmiş yaz sessiyasında iştirak etmişdir. İşçi

qrupun yaz sessiyasında AAQ nümayəndələri ilə yanaşı Avropa Komissiyası və

Estoniya Respublikasının Bərpa olunan Enerji Assosiasiyası nümayəndələri də iştirak

etmişdir. Toplantıda işçi qrupunun üzvləri tərəfindən enerji səmərəliliyi və qənaətliliyi

üzrə INTOSAI-ın Ətraf mühitin auditi üzrə İşçi qrupunun layihəsi, Birləşmiş Krallığın Milli

Audit Ofisinin enerji səmərəliliyi ilə bağlı fəaliyyəti, Maltada bərpa olunan enerji

mənbələri və enerji səmərəliliyi, habelə bərpa olunan enerji və dəstək proqramları, 2020

və 2023-cü illər üzrə məqsədlər baxımından əsas subvensiya proqramının nəticələri və

xərcləri, bərpa olunan enerji ehtiyatlarında enerji istehsalına dəstəyə ayrılmış maliyyə

vəsaitləri, bərpa olunan enerji ehtiyatları - Avropa 2020 Strategiyası tərəfindən

qoyulmuş milli hədəflərə nail olmaq üçün tədbirlər və digər aktual mövzularla bağlı

təqdimatlar dinlənilmişdir.

Hesablama Palatasının iştirakı 9-12 noyabr 2015-ci il tarixində İsrailin Qüds

şəhərində İsrail Dövlət Nəzarətçisi və Ombudsman Ofisinin təşkilatçılığı ilə keçirilmiş

Gənc EUROSAI-ın II (Second Young EuroSai - YES 2.0) Konfransında da təmin

edilmişdir. YES 2.0 Konfransının əsas məqsədi EUROSAI çərçivəsində gənc peşəkar

birliyin yaradılması, gənc mütəxəssislər üçün peşəkar və sosial təcrübənin

zənginləşməsi, onlar arasında qabaqcıl təcrübə və fikir mübadiləsi üçün şəraitin

yaradılmasıdır. Konfransın gedişində “AAQ fəaliyyətinin qiymətləndirilməsi çərçivəsi”,

Page 62: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

62

“AAQ-lar arasında kommunikasiya”, “Auditorların fəaliyyətinin şəxsi həyatlarına təsiri”,

“Audit uğursuzluqları”, “ISSAI-lardan istifadə etməklə audit keyfiyyətinin artırılması”,

“İdarəetmə və hesabatlılığın daxili səmərəliliyinin gücləndirilməsi”, “Maraqlı tərəflərlə

münasibətlər”, “Davamlı inkişaf auditinin aparılması” və s. mövzuları ətrafında interaktiv

müzakirələr aparılmışdır. Tədbirdə, həmçinin, məlumatların müasir proqram təminatı ilə

qrafikləşdirilməsi, vizuallaşdırılması və hesabatvermədə qrafik və sxemlərdən istifadə və

onların üstünlükləri barədə geniş məlumat verilmişdir. Əlavə olaraq, “Mükəmməl

təcrübələri və perspektivləri paylaşmaqla AAQ-ın kommunikasiya sisteminin

hazırlanması”, “Vətəndaşları AAQ-ın işinə cəlb etməyin interaktiv yolları”, “Cəmiyyət

üçün auditin effektivliyinin artırılması”, “AAQ-ların gənc liderlərinin inkişaf proqramı” və

“Dövlət auditorların işində etik dəyişikliklər” mövzuları da YES 2.0 iştirakçılarının xüsusi

marağına səbəb olmuşdur. Tədbir zamanı həmçinin iştirakçılara İsrail AAQ-nın

yaranması, strukturu, inkişaf tarixi, heyəti, xarici əlaqələri, apardığı audit növləri və

fəaliyyəti haqqında məlumatlar çatdırılmışdır.

Hesabat ilində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar

Gülməmmədov 7-9 dekabr 2015-ci il tarixində keçirilmiş EUROSAI-ARABOSAI

təşkilatlarının 5-ci Birgə Konfransında iştirak etmək üçün Qətər Dövlətinin Doha

şəhərində rəsmi səfərdə olmuşdur. Konfransda Hesablama Palatasının nümayəndə

heyəti və ev sahibliyi edən Qətər Dövlət Audit Bürosunun təmsilçiləri ilə yanaşı 35

ölkədən 101 nümayəndə iştirak etmişdir.

Page 63: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

63

Konfrans maliyyə böhranı risklərinin qiymətləndirilməsi və burada AAQ-ların artan

rolu mövzusuna həsr edilmiş, İclaslar “Böhrandan çıxış planlarının icrasının

monitorinqində AAQ-ların rolu” və “Maliyyə böhranı riskinə qarşı xəbərdarlıq etməkdə

AAQ-ların gələcək rolu” alt-mövzuları üzrə müzakirə panelləri formatında təşkil

olunmuşdur. 1-ci alt-mövzu üzrə Qətər, Almaniya, İtaliya, Oman, Fələstin, Sloveniya,

İraq, Sudan, İspaniya, Tunis AAQ-ları, 2-ci alt-mövzusu üzrə isə Azərbaycan,

Finlandiya, Macarıstan, Misir, Küveyt, Qətər, Türkiyə və Mərakeş AAQ-ları məqalələrini

təqdim etmişlər. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin “Maliyyə

böhranı riskinə qarşı xəbərdarlıq etməkdə AAQ-ların gələcək rolu” mövzusunda çıxışı

zamanı maliyyə hesabatlılığının artırılmasının və maliyyə inzibatçılığının

gücləndirilməsinin maliyyə böhranlarının əhatə miqyasına təsir göstərdiyi, bunun isə, öz

növbəsində, AAQ-ların fəaliyyətinin gücləndirilməsi və potensialının artırılmasının

zəruriliyi qeyd edilmiş, INTOSAI standartlarının və BMT qətnamələrinin bu sahədə

əhəmiyyəti vurğulanmışdır. Çıxışda, həmçinin, dövlət borcunun dayanıqlılığının

qiymətləndirilməsində və əsas milli göstəricilərinin təhlilində AAQ-ların artan rolu barədə

fikirlər də diqqətə çatdırılmışdır.

Beynəlxalq fəaliyyətin digər bir istiqaməti kimi Hesablama Palatasının

əməkdaşları 2015-ci ildə ECOSAI tərəfindən təşkil edilmiş təlim və seminarlarda da fəal

iştirakını qeyd etmək olar. Hesablama Palatası ECOSAI təşkilatının 10-20 may 2015-ci

il tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilən “Qabaqcıl Səmərəlilik

Auditi” üzrə təlim proqramında iştirak etmişdir. Proqram iştirakçıları “Səmərəlilik

auditində daxili nəzarət”, “Səmərəlilik auditində göstəricilərin toplanması”, “Səmərəlilik

auditində göstəricilərin təhlili”, “Səmərəlilik auditində nəticələr və tapıntılar”, “Səmərəlilik

auditində meyar”, “Auditdə idarəetmə mühasibatlığı vasitələrinin tətbiqi”, “Səmərəlilik

auditində hesabatvermə və izləmə” və “Səmərəlilik auditində keyfiyyətə nəzarət”

mövzuları ətrafında təqdimatlarla çıxış etmişlər.

ECOSAI tərəfindən təşkil edilən silsilə təlim proqramları çərçivəsində Hesablama

Palatası 28 sentyabr - 8 oktyabr 2015-ci il tarixində Türkiyə Respublikasının Ankara

şəhərində Türkiyə Hesablama Məhkəməsi tərəfindən təşkil olunan “ISSAI-ların tətbiqi”

mövzusunda seminarda iştirak etmişdir. Təlimdə ISSAI-lar və onların ümumi strukturu,

ISSAI-ların tətbiqi ilə bağlı ümumi konsepsiya və vasitələrin başa düşülməsi, ISSAI-larla

bağlı AAQ-ların dəyərləndirilməsində istifadə olunan əsas məlumat səviyyəsi, müxtəlif

AAQ-larda ISSAI-ların tətbiq edilməsi üzrə öhdəliklərlə bağlı məlumatlılığın artırılması,

hər bir ölkə kontekstindən asılı olaraq bu standartların tətbiqi ilə əlaqədar təcrübə

mübadiləsi və müzakirələr aparılmışdır.

Beynəlxalq fəaliyyətdə MDB iştirakçısı olan ölkələrin AAQ rəhbərləri şurası

(Rəhbərlər şurası) çərçivəsində təşkil olunan təlim və tədbirlərdə iştirak 2015-ci ildə də

təmin edilmişdir. Hesabat ilində Hesablama Palatası 14-15 may 2015-ci il tarixində

Moldovanın paytaxtı Kişinyov şəhərində Rəhbərlər şurasının İş Planının 5-ci bəndinə

müvafiq olaraq “Dövlət satınalamaları: audit təcrübəsi və problemləri” mövzusunda

keçirilmiş seminarda iştirak etmişdir. Moldova AAQ-nın təşkil etdiyi bu seminar ərzində

iştirakçı təşkilatların nümayəndələri mövzuya aid təqdimatlarını diqqətə çatdıraraq

müvafiq müzakirələr aparmışlar. Azərbaycan Respublikası Hesablama Palatasının

əməkdaşları ümumi mövzu ilə əlaqədar çıxış edərək Palatanın müvafiq təcrübəsini

bölüşmüşlər. İntensiv müzakirələr zamanı iştirakçılar arasında dövlət satınalmalarının

Page 64: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

64

auditi, sözügedən audit üçün informasiya mənbələri, potensial audit obyektləri, həmçinin

qanun və normativ qaydalarının pozulması və satınalma əməliyyatlarının problemlərinə

dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti sözügedən

şuranın Əsas milli göstəricilər (ƏMG) üzrə Ekspert qrupunun Tacikistan

Respublikasında 27-28 may 2015-ci il tarixində keçirilmiş VIII toplantısında da iştirak

etmişdir. Toplantıda Əsas milli göstəricilər üzrə Ekspert qrupunun 2014-2015-ci illərdə

və INTOSAI-ın Əsas milli göstəricilər üzrə İşçi qrupunun 2014-cü ilin fevral ayından

2015-ci ilin mart ayı da daxil olmaqla dövr üzrə fəaliyyətinin nəticələri, ƏMG sistemindən

istifadə üzrə ölkələrin hazırlıq səviyyəsinə dair aparılmış sorğuların nəticələri, ƏMG

üzrə yenilənmiş məlumat bazası ilə bağlı müzakirələr aparılmışdır. Fəal müzakirələr

zamanı iştirakçılar arasında ƏMG-nin tərkibi, AAQ-lar üzrə məlumat bazalarının

formalaşdırılması, məlumatların yerləşdirilməsi, Ekspert qrupunun 2015-ci il üçün İş

planı və digər əlaqəli məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Qeyd olunanlar ilə yanaşı, 11-12 iyun 2015-ci il tarixində Hesablama Palatası

Rəhbərlər şurasının Dövlət maliyyə nəzarəti standartlarının hazırlanması üzrə İşçi

qrupunun Moldovanın Kişinyov şəhərində keçirilmiş sessiyasında iştirak etmişdir. Işçi

qrupun üzvləri tərəfindən “MDB iştirakçısı olan ölkələrin AAQ-larının fəaliyyətinin kənar

qiymətləndirilməsi” və “MDB iştirakçısı olan ölkələrin AAQ-larının birgə və paralel

analitik tədbirlərinin təşkili və keçirilməsi” standartları layihəsi müzakirə edilmiş və bu

istiqamətdə iştirakçılar tərəfindən müvafiq təkliflər verilmişdir.

2015-ci ildə Hesablama Palatasının müraciəti əsasında müvafiq mərkəzi icra

hakimiyyəti orqanı tərəfindən INTOSAI, EUROSAI, ASOSAI və ECOSAI təşkilatlarına

910 Avro və 1605 ABŞ dolları həcmində üzvlük haqqı ödənilmişdir.

Məlum olduğu kimi, Hesablama Palatası Avropa İttifaqının Şərqi Qonşuluq

Siyasəti çərçivəsində yaradılmış tvininq alətindən faydalanmaq məqsədilə layihə

sinopsisi ilə Avropa İttifaqına müraciət etmiş və müsabiqədən keçmiş təşkilatlardan biri

olmuşdur. Tvininq layihəsi ilə bağlı prosedurların tələblərini yerinə yetirmək və Palatanın

sonuncu beynəlxalq layihəsi ilə əldə olunmuş nailiyyətləri inkişaf etdirmək məqsədilə

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin maliyyə vəsaiti hesabına

“Gələcək tvininq layihəsinə hazırlıq işlərində Azərbaycan Respublikası Hesablama

Palatasına dəstək” adlı birinci (aralıq) layihəsinə start verilmişdir. Birinci layihəsinin

məqsədlərinə nail olmaq və nəzərdə tutulmuş tədbirləri həyata keçirmək üçün müsabiqə

əsasında beynəlxalq məsləhətçi şirkət seçilmişdir.

Birinci layihəsinin icrası ilə əlaqədar olaraq məsləhətçi şirkət, ilk növbədə, tvininq

layihəsinin ümumi məqsədlərini, iştirakçı tərəflərin məsuliyyət və öhdəliklərini, layihənin

ümumi gedişatını və nəhayət hədəf və nəticələrini əks etdirən Tvinninq Layihəsinin Fişi

sənədini hazırlamışdır. Qeyd olunmalıdır ki, tvininq layihəsində Hesablama Palatası ilə

əməkdaşlıq edəcək tərəfdaş AAQ-ların seçilməsi məqsədilə təkliflərin qəbul edilməsi

üçün elan hesabat ilinin dekabr ayında verilmişdir.

Sözügedən qısamüddətli layihənin əsas tədbirlərindən biri Avropa İttifaqına üzv

dövlətin AAQ-nın səmərəlilik auditinin həyata keçirilməsi ilə bağlı təcrübəsinin yaxından

öyrənilməsi məqsədilə təlim səfərinin təşkili olmuşdur. Bununla əlaqədar, Hesablama

Palatasının nümayəndə heyəti 8-12 noyabr 2015-ci il tarixində Sloveniya

Respublikasının Lyublyana şəhərində keçirilmiş səmərəlilik auditi üzrə bilik və təcrübə

Page 65: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

65

mübadiləsi tədbirində iştirak etmişdir. Proqram zamanı Səmərəlilik və informasiya

texnologiyaları auditi, qanunvericilik əsasları barədə məlumat verilmiş, səmərəlilik

auditinin keçirilməsi üçün tələb olunan bilik və bacarıqlar, səmərəlilik auditinin

keçirilməsində rast gəlinən məsələlər və problemlər və onların aradan qaldırılması

yolları barədə də geniş təqdimatlar verilmişdir.

Bundan əlavə, Hesablama Palatasında 14-22 dekabr 2015-ci il tarixində

səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilmişdir. Aparılmış müzakirələrdə əsas

diqqət səmərəlilik auditi üzrə yerli və beynəlxalq təlimatların Azərbaycanda və Böyük

Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında qazanılmış müvafiq təcrübələr

üzərində nəzərdən keçirilməsinə yönəlmişdir.

Bu məqsədlə cəlb edilmiş beynəlxalq ekspert tərəfindən səmərəlilik auditi

planının hazırlanması, audit tədbiri üzrə predmetin seçilməsi, sahə işinin aparılması,

hesabatın hazırlanması, Parlament ilə aparılan iş və s. ilə əlaqədar qabaqcıl təcrübə

barəsində məlumat verildikdən sonra Palatanın təşəbbüsü ilə əldə edilmiş təcrübə

ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin, Birləşmiş Krallığın real təcrübəsindən

faydalanmaq üçün bir neçə səmərəlilik auditi hesabatı təfsilatlı surətdə təhlil edilmiş və

tövsiyələr formalaşmış və gələcək təlim tədbirlərində istifadə ediləcək praktik materiallar

hazırlanmışdır.

Page 66: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

66

Birləşmiş Vyana İnstitutu (BVİ) mərkəzi, şərqi və cənub-şərqi Avropa, həmçinin

Qafqaz və Orta Asiya ölkələrindən olan dövlət sektorunun rəsmi şəxsləri üçün regional

təlim mərkəzidir. Avstriyanın dövlət qurumları, Beynəlxalq Valyuta Fondu və digər bir

sıra beynəlxalq təşkilat tərəfindən təsis edilmiş İnstitut makro-iqtisadi və makro-fiskal

sahələr üzrə geniş çeşiddə təlim proqramlarını təqdim edir. Hesabat ilində Hesablama

Palatası BVİ-nin yaratdığı imkanlardan fəal istifadə etməyə nail olmuşdur. Belə ki,

Palatanın ayrı-ayrı əməkdaşları ilkin seçim turundan keçməklə 9-20 fevral tarixində

“Güclü fiskal institutlar sabitlik, artım və tərəqqinin əsasıdır”, 19-23 oktyabr tarixində

“Dövlət idarəçiliyi və struktur islahatları” və 30 noyabr-4 dekabr tarixində “Qlobal

mühitdə inzibati islahat” mövzularında keçirilmiş təlim proqramlarında iştirak etmiş və

müvafiq sertifikatlar ilə təltif edilmişlər.

4.4. Hesablama Palatasının inzibati fəaliyyəti və maliyyə təminatı

Hesablama Palatasının inzibati fəaliyyətinin təmin edilməsi məqsədilə bir neçə

istiqamət üzrə tədbirlər həyata keçirilmişdir.

Hesabat ilində Hesablama Palatasının 33 Kollegiya iclası keçirilmiş və həmin

iclaslarda 184 məsələ ilə bağlı qərar qəbul olunmuşdur. Bu qərarların 89-u nəzarət

tədbiri üzrə proqramların təsdiqi, 82-si nəzarət tədbirlərinin nəticələri ilə bağlı olmuşdur.

13 qərar Hesablama Palatasının rəylərinin və hesabatının təsdiq edilməsini və İş

planında nəzərdə tutulmuş digər tədbirləri əhatə etmişdir.

Hesablama Palatasının əməkdaşlarının potensialının gücləndirilməsi, onların

bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq dövlət orqanları və qurumlar,

eləcə də beynəlxalq təşkilatlar tərəfindən ölkə daxilində təşkil olunmuş müxtəlif sahələr

üzrə təlim və seminarlarda Palatanın nümayəndələrinin iştirakı təmin edilmişdir.

Belə ki, vətəndaşların informasiyaya və elektron xidmətlərə olan tələbatını təmin

etmək, vahid çıxış nöqtəsi kimi elektron xidmətlərin səmərəliliyini yüksəltmək və

istifadə imkanlarının genişləndirilməsi məqsədilə 2015-ci ilin 14 yanvar tarixində təşkil

Page 67: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

67

olunmuş “Açıq Hökümət Məlumatları” portalının təqdimat mərasimində, 2015-ci il 30

sentyabr tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və

Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı

sistemində islahatların aktual qiymətləndirilməsi” mövzusunda keçirilmiş tədbirdə,

2015-ci il 28 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə

Fondu və Avropa İttifaqının birgə layihəsinin fəaliyyət planına uyğun olaraq beynəlxalq

ekspertlərlə əməkdaşlıq çərçivəsində əmək pensiyasının yığım hissəsinin tətbiqinə və

qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə dair normativ hüquqi sənəd layihələri ilə

bağlı keçirilmiş konfransda, 2015-ci il 7-8 may tarixində Avropa Mühasiblər və

Auditorlar Federasiyasının (EFAA) Baş Assambleyası və bu tədbir çərçivəsində “Kiçik

və orta müəssisələrdə Beynəlxalq Maliyyə Hesabatı, Etika və Audit Standartlarının

tətbiqi: problemlər və perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik

konfransda, qloballaşan dünya iqtisadiyyatının dinamik inkişaf etdirilməsi, maliyyə

vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-

iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində müzakirələrin aparılması

məqsədilə Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar

Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası 2015-ci ilin

08-10 oktyabr tarixində “Qloballaşma şəraitində mühasibat uçotu və audit: mərhələlər,

meyllər və inkişaf perspektivləri” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox

ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və

Auditorların V Avrasiya Forumunda Hesablama Palatasının nümayəndələri iştirak

etmişlər.

Hesabat ilində Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 29 dekabr

tarixli 73-VQR nömrəli Qərarı ilə A.M.Məhərrəmov Azərbaycan Respublikası

Hesablama Palatasının sədr müavini, C.İ.Həsənov, V.M.Həsənov və F.Ə.Qurbanov

isə yeni müddətə Hesablama Palatasının auditorları vəzifəsinə təyin edilmişlər.

Göstərilənlərə əsasən, “Azərbaycan Respublikası Hesablama Palatası

kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında” yeni Sərəncam

layihəsi hazırlanaraq təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə

təqdim edilmiş və Milli Məclisinin Sədri tərəfindən təsdiq edilmişdir.

2015-ci ildə Hesablama Palatasına 18 nəfər yeni işçi qəbul olunmuş, 15 nəfər

isə öz arzusu ilə tutduğu vəzifədən azad olunmuşdur.

Hal-hazırda Hesablama Palatasında, o cümlədən Naxçıvan Muxtar

Respublikası üzrə İdarəsində 146 nəfər işləyir. Onlardan rəhbər heyətə – 2 nəfər,

auditorlar – 5 nəfər, inzibati heyətə – 107 nəfər; texniki heyətə – 32 nəfər daxildir.

Qeyd olunan inzibati heyət üzrə əməkdaşların ixtisaslar üzrə bölgüsü aşağıdakı

kimidir: iqtisadçı – 55 nəfər; maliyyəçi – 12 nəfər; mühəndis – 16 nəfər; hüquqşünas –

6 nəfər; digər ixtisaslar - 18 nəfər.

Bir sıra dövlətlərin ərazisi, büdcəsi və AAQ-larında çalışanların sayı ilə bağlı

məlumatların təhlili Hesablama Palatasının ştat sayının nisbətən az olduğunu göstərir

(Cədvəl 3).

Page 68: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

68

Cədvəl 3. Bəzi dövlətlərin ərazisi, büdcəsi və AAQ-larında çalışanların sayı ilə

bağlı məlumat

Ölkə Ərazisi (min km2)

2015-ci il dövlət büdcəsi xərclərinin proqnozu

(mln. ABŞ dolları)

AAQ-ın ümumi ştat sayı

Türkiyə 780,6 187400,0 1544

Rusiya 17075,4 251600,0 1263*

Qazaxıstan 2724,9 38080,0 141*

Qırğızıstan 198,5 2202,0 153

Çex Respublikası 78,9 75560,0

462

Latviya 64,6 9707,0

175

Litva 65,3 13970,0 391

Macarıstan 93 64690,0

580

Sloveniya 20,3 18590,0

126

Danimarka 43,1 170900,0

253

Azərbaycan 86,6 17266,6**

148

Moldova 33,8 2767,0

250

Gürcüstan 69,7 4319,0

300

Qeyd: * - Regionlar üzrə ştat sayı daxil edilməyib

** - Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcəsi xərclərinin icrası ilə bağlı

operativ məlumat

Hesablama Palatasında çalışanların yaş tərkibinə gəldikdə isə qeyd edək ki,

heyətin 45,2%-i 20-40 yaş həddindədir (Şəkil 9).

Şəkil 9

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan

Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq

edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi

Qaydaları”na və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş

23

43

26

42

12

0

5

10

15

20

25

30

35

40

45

50

20-30 31-40 41-50 51-60 61 və yuxarı

Hesablama Palatasının heyətinin yaş strukturu

Page 69: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

69

“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq Palatanın 12

əməkdaşına müvafiq ixtisas dərəcələri verilmişdir.

Eyni zamanda, Hesablama Palatasında bəzi işçilərin qulluq reqlamentinə, o

cümlədən iş vaxtı rejiminə əməl etməyərək işə davamiyyətdə nöqsanlara yol verdiyini

nəzərə alaraq Hesablama Palatasında nizam-intizamın daha da gücləndirilməsini

təmin etmək məqsədilə Palatanın 6 əməkdaşına ciddi şəkildə xəbərdarlıq elan edilmiş

və etik davranış qaydalarının pozulması ilə bağlı 1 əməkdaş barəsində xidməti

araşdırma aparılmışdır.

Azərbaycan Respublikası Hesablama Palatasında 2016-cı ildə Sədr, Sədr

müavini, auditorlar və Aparatın rəhbəri üçün vətəndaşların qəbul edilməsi, qəbul

günlərini və saatlarını əks etdirən cədvəl Hesablama Palatasının 2015-ci il 17 dekabr

tarixli 107 nömrəli Əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasına vətəndaşlardan daxil olmuş

təklif, ərizə və şikayətlər üzrə kargüzarlıq “Vətəndaşların müraciətlərinə baxılması

qaydası haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan

Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29

dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət hakimiyyəti orqanlarında

idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə

kargüzarlığın aparılması Qaydaları”na və Hesablama Palatasının 2007-ci il 03 avqust

tarixli 19/151 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Hesablama

Palatasında təklif, ərizə və şikayətlər üzrə kargüzarlığın aparılması haqqında

Qaydaları”na uyğun olaraq təşkil edilmişdir.

Vətəndaş müraciətləri üzrə kargüzarlıq bu iş üçün təyin olunmuş vəzifəli şəxs

tərəfindən həyata keçirilmiş, vətəndaş müraciətləri daxil olduğu gün qeydiyyat-nəzarət

vərəqələrində mərkəzləşdirilmiş şəkildə qeydiyyata alınaraq, rəhbərliyin dərkənarına

uyğun olaraq icraçılara çatdırılmışdır.

2015-ci il ərzində vətəndaşların müraciətləri üzrə kargüzarlığın ümumi vəziyyəti

aşağıdakı kimi olmuşdur.

Bu dövrdə 193 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da ötən dövrlə

müqayisədə 5 müraciət və ya 2,5 % azdır. Bu müraciətlərdən 68-i vəzifədən sui-istifadə

ilə bağlı olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 11 müraciət və ya 13,9 % azdır.

Sosial məsələlər ilə bağlı 76 müraciət daxil olmuşdur ki, bu da 2014-cü il ilə müqayisədə

11 müraciət və ya 16,9 % çoxdur. Bu müraciətlərin əksəriyyəti vətəndaşların çalışdıqları

və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların

təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin

verilməsi üçün köməklik göstərilməsi barədə olmuşdur ki, bunlar müvafiq qaydada

baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilmişdir. Audit tədbirlərinin

keçirilməsi ilə bağlı vətəndaşlardan 9 müraciət daxil olmuşdur ki, bununla bağlı

Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılmasının

mümkün olmaması və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə

hazırlanacaq İş planlarında nəzərə alınmasının mümkün olması barədə vətəndaşlara

məlumat verilmişdir. Bundan başqa daxil olan müraciətlərdən 2-si Hesablama

Palatasının audit qrupu tərəfindən qəbul edilməsi ilə bağlı, 3-ü Hesablama Palatası

tərəfindən aparılan auditdə iştirak etmə istəyi ilə bağlı, 1-i isə maliyyə-kredit təşkilatında

auditin keçirilib keçirilməməsi barədə sorğu xarakterli məktub, 2-si göndərdiyi məktubun

Page 70: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

70

əsassız hesab edilməsi, 3-ü Hesablama Palatasında təcrübə keçməsi ilə bağlı, 1-i

Hesablama Palatasında çalışmış şəxs barədə şikayət, 20-si iş ilə təmin olunmaq, 7-si

Hesablama Palatasının sədri və 1-i Hesablama Palatasının Aparatının rəhbəri

tərəfindən qəbul edilmək barədə olmuşdur. Qeyd etmək lazımdır ki, son üç il ərzində

Palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial

məsələlər ilə bağlı olmuşdur.

Eyni zamanda 24 dekabr 2014-cü il tarixli 121 nömrəli Hesablama Palatasının

rəhbərliyi üçün vətəndaşların qəbul günlərinin müəyyən edilməsi haqqında əmrinə

əsasən Hesablama Palatasının sədri tərəfindən 13 vətəndaş, auditorları tərəfindən isə

2 vətəndaş qəbul edilərək dinlənilmiş və müvafiq izahatlar verilmişdir. Bundan başqa

Palatanın şöbə müdirlərinin müavinləri tərəfindən 2 vətəndaş qəbul edilmiş və

əsaslandırılmış cavab verilmişdir.

Bildiririk ki, hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Hesablama Palatasına

daxil olan müraciətdən 11-i eyni məzmunlu təkrar müraciətlərdir.

Hesabat dövründə daxil olan müraciətlər əsasən bu şəhər və rayonlardan-Bakı

(73), Qazax (1), Cəlilabad (11), Bərdə (8), Zərdab (1), Masallı (1), Biləsuvar (5), Ağdam

(4), Ağcabədi (4), Sabirabad (1), Saatlı (3), Hacıqabul (2), Şəki (6), Şəmkir (2), Yardımlı

(1), Qaradağ (2), Astara (1), Lerik (2), İmişli (3), Abşeron (1), Ağdaş (1), Mingəçevir (2),

Quba (2), Qəbələ (2), Qobustan (4), Yevlax (1), Beyləqan (2), Qusar (1), Lənkəran (2),

Şabran (1), Salyan (1), Ucar (1), İsmayıllı (3), Şamaxı (3) olmuş və 35-i e-mail (elektron

müraciət) vasitəsi ilə daxil olmuşdur.

Hesablama Palatasına daxil olan 7 müraciətdə vətəndaşın imzası və ünvanı

göstərilmədiyi üçün onlar anonim sayılmış və baxılmamış, 85 müraciətdə qeyd edilən

məsələlər Palatanın fəaliyyətinə aid olmadığı üçün onlar aidiyyəti təşkilatlara

göndərilmiş və bu barədə müraciət edənlərə yazılı məlumat verilmiş, 70 vətəndaş

müraciəti müvafiq qaydada cavablandırılmış, 3 müraciət məlumat xarakterli olduğu,

həmçinin 11 vətəndaş müraciəti təkrar olduğu və dəfələrlə cavablandırıldığı üçün təhriri

məruzəyə əsasən müvafiq qaydada işə alınmış, 6 müraciətdə qeyd olunan hallar

araşdırılmış və öz əksini tapmamış, 4 işə qəbul ilə bağlı müraciətdə vətəndaş qəbul

edilmiş və fəaliyyət istiqamətinə uyğun gəlməmiş, 7 vətəndaş aidiyyəti struktur bölmələri

tərəfindən qəbul edilmiş və müvafiq qaydada sualları cavablandırılmışdır .

Azərbaycan Respublikası Hesablama Palatasına 2015-ci il ərzində dövlət

təşkilatlarından və müxtəlif yerli və xarici təşkilatlardan 1666 sənəd daxil olmuşdur. O

cümlədən 865-i dövlət təşkilatlarından, 369-u xarici təşkilatlardan, 60-ı qeyri dövlət

hüquqi təşkilatlardan, 12-i mətbuat orqanlarından, 18-i dövlət hakimiyyət orqanlarından,

4 telefonoqram və 338 kitab, məcmuə və jurnal daxil olmuşdur.

Eyni zamanda dövlət hakimiyyəti orqanlarından 371 Qanun, Fərman, Sərəncam

və Qərarlar daxil olmuş, o cümlədən Azərbaycan Respublikası Prezident

Administrasiyasından Azərbaycan Respublikasının 3 Qanunu, Azərbaycan

Respublikası Prezidentinin 3 Fərmanı və 1 Sərəncamı, Azərbaycan Respublikasının

Milli Məclisindən 4 Qərar, Azərbaycan Respublikası Nazirlər Kabinetindən 331 Qərar və

29 Sərəncam daxil olmuşdur.

Hesablama Palatası tərəfindən 2015-ci il ərzində ümumilikdə 907 məktub

müxtəlif ünvanlara, o cümlədən 106 məktub dövlət hakimiyyəti orqanlarına, 633 məktub

dövlət təşkilatlarına, 105 məktub qeyri-dövlət hüquqi təşkilatlara, 58 məktub xarici

Page 71: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

71

təşkilatlara, 3 məktub mətbuat orqanlarına, Hesablama Palatasının Naxçıvan MR-da

İdarəsinə 1 və məhkəmə orqanına 1 olmaqla 2 telefonoqram göndərilmişdir.

Bu dövr ərzində Hesablama Palatasında 677 daxili sənəd hazırlanmışdır.

Sənədlərin 300-ü (bundan 191-i kadrlarla bağlı, 109-u əsas fəaliyyət üzrə) əmr, 104-ü

Sərəncam, 89-u auditin keçirilməsinə hüquq verən vəsiqə və 184-ü qərardır.

Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirləri zamanı tərtib edilmiş 84 akt,

Palatanın fəaliyyəti ilə bağlı 36 müqavilə və 8 satınalma müqaviləsi qeydə alınmışdır.

Hesabat ilində struktur bölmələri tərəfindən hazırlanmış 509 təhriri məruzə, 33

Hesablama Palatasının Kollegiya iclasının protokolu və Hesablama Palatası işçiləri

tərəfindən yazılmış 294 ərizə və 21 daxili akt qeydə alınmış, həmçinin 120 ezamiyyə

vərəqəsi hazırlanmışdır.

Hesablama Palatasına 2015-ci il ərzində daxil olan sənədlərin icrasına nəzarətin

təmin olunması məqsədi ilə məktublar aidiyyəti şöbələrə qeydiyyat vərəqələrinin

müşayiəti ilə təqdim olunmuş və müvafiq qaydada icra edilmişdir.

2015-ci ilin dövlət büdcəsində Hesablama Palatası üçün nəzərdə tutulmuş

vəsait 3892,1 min manat təşkil etmişdir ki, həmin vəsaitdən cəmi 3175,5 min manat

istifadə olunmuşdur. Başqa sözlə, Palatanın xərclər smetası üzrə nəzərdə tutulmuş

proqnoz 81,6% səviyyəsində icra edilmişdir (Cədvəl 4).

Cədvəl 4. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə xərclər smetasının icrası barədə məlumat, manatla

Göstəricilər Kod Sətir

Hesabat

dövrü üçün

smeta üzrə

təsdiq edilib

Hesabat

dövründə

maliyyələşmə

Kassa

xərcləri İcra %

1 2 3 4 5 6 7

ƏMƏYİN ÖDƏNİŞİ 210000 010 3188734 2618777 2618777 82,1

Əmək haqqı 211000 011 2604576 2138498 2138498 82,1

Ştatda olan işçilərin əmək

haqqı 211100 012 1975671 1633155 1633155 82,7

Ştatdankənar işçilərin əmək

haqqı 211200 013 46470 32763 32763 70,5

Əməyin ödənişi ilə bağlı sair

pul ödənişləri 211300 014 582435 472579 472579 81,1

Əmək haqqına üstəlik 212000 020 584158 480279 480279 82,2

Dövlət Sosial Müdafiə

Fonduna ayırmalar 212100 021 573007 470469 470469 82,1

İcbari dövlət sığortası 212200 022 11151 9810 9810 88,0

Page 72: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

72

Malların (işlərin və

xidmətlərin) satın alınması 220000 030 594679 485591 485591 81,7

İdarənin saxlanılması 221000 031 132652 109687 109687 82,7

Dəftərxana və təsərrüfat

xərcləri 221100 032 21000 11646 11646 55,5

Mətbəə xərcləri 221200 033 10000 7400 7400 74,0

İdarənin digər xərcləri 221300 034 101652 90642 90642 89,2

İdarənin xərcləri 221310 035 14500 9866 9866 68,0

Cari təmir 221320 036 25000 18624 18624 75,4

Mühafizə xərcləri 221330 037 62152 62152 62152 100,0

Ezamiyyə xərcləri 222000 038 225000 197400 197400 8,7

Ölkədaxili ezamiyyətlər 222100 039 130000 113526 113526 87,3

Xarici ezamiyyətlər 222200 042 95000 83874 83874 88,3

Nəqliyyat xidmətləri

haqqının ödənilməsi 223000 046 93358 71784 71784 76,9

Yanacaq və sürtkü

materiallarının alınması 223100 047 57858 45446 45446 78,5

Digər nəqliyyat xidmətləri 223200 048 35500 26338 26338 74,2

Kommunal və

kommunikasiya

xidmətlərinin ödənilməsi

224000 050 84785 72500 72500 85,5

Elektrik enerji haqqının

ödənilməsi 224100 051 15500 15404 15404 99,4

Qaz haqqının ödənilməsi 224200 052 6000 4477 4477 74,6

Su haqqının ödənilməsi 224300 053 4000 2065 2065 51,6

İstilik enerjisi(yanacaq)

haqqının ödənilməsi 224400 054 6000 5897 5897 98,3

Kanalizasiya xidmətləri

haqqının ödənilməsi 224500 055 1000 620 620 62,0

Digər kommunal xidmətləri

haqqının ödənilməsi 224600 056 10000 9689 9689 96,9

Kommunal və

kommunikasiya xidmətləri ilə

bağlı digər xərclər

224700 057 2000 0,0

Telefon danışıq haqlarının

ödənilməsi 224800 058 21625 20049 20049 92,7

Page 73: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

73

Ölkədaxili telefon danışıq

haqlarının ödənilməsi 224810 059 20125 19876 19876 98,8

Beynəlxalq telefon

danışıqlarının ödənilməsi 224820 060 1500 173 173 11,5

Poçt və rabitə xidmətləri 224900 061 18660 14299 14299 76,6

Poçt xidmətlərinin ödənilməsi 224910 062 4500 139 139 3,1

İnternet xidməti haqqının

ödənilməsi 224920 063 14160 14160 14160 100,0

İstehlak mallarının və

materiallarının alınması 225000 065 58884 34220 34220 58,1

Yumşaq inventar, yataq

ləvazimatları və xüsusi

geyimlərin alınması

225200 067 1000 744 744 74,4

Digər istehlak mal və

materiallarının alınması 225400 069 57884 33476 33476 57,8

İnventar və avadanlığın

alınması 225410 070 57884 33476 33476 57,8

İnventarın alınması 225411 071 15000 6484 6484 43,2

Avadanlığın alınması 225412 072 16000 7001 7001 43,8

Digər alışlar və xidmətlər 225413 073 26884 19991 19991 74,4

Təqaüdlər və sosial

müavinətlər 270000 132 41000 29103 29103 71,0

Dövlət qulluqçularına

sosial müavinətlər 273000 154 16000 13874 13874 86,7

Müavinətlər üzrə ödənişlər 273100 155 16000 13874 13874 86,7

Digər təqaüdlər,

müavinətlər və transfertlər 274000 157 25000 15229 15229 60,9

İş qabiliyyətini müvəqqəti

itirməyə görə verilən

müavinətlər

274300 162 25000 15229 15229 60,9

Digər müavinət və

transfertlər 274830 163

Digər xərclər 280000 172 14726 7105 7105 48,2

Sair müxtəlif xərclər 282000 175 14726 7105 7105 48,2

Sair xərclər 282100 176 4616 0,0

Bank xərcləri 282300 184 10110 7105 7105 70,3

Page 74: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

74

Qeyri-maliyyə aktivlərinin

alınması 310000 186 53000 34877 34877 65,8

Əsas vəsaitlər 311000 187 49000 31906 31906 65,1

Maşın və avadanlıqlar 311200 198 49000 31906 31906 65,1

Nəqliyyat vasitələri 311210 199

Digər maşın və avadanlıqlar 311220 200 49000 31906 31906 65,1

Qeyri-istehsal aktivləri 314000 207 4000 2971 2971 74,3

İstehsalda istifadə

olunmayan qeyri-maddi

aktivlər

314400 211 4000 2971 2971 74,3

Xərclərin cəmi 323 3892139 3175452 3175452 81,6

Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə “Əməyin ödənişi” bölməsi, ümumi

xərclərin 81,9%-ni təşkil etməklə orta hesabla ştatda olan 130 əməkdaşa 1633,2 min

manat, ştatdankənar 12 əməkdaşa 32,8 min manat əmək haqqı, orta hesabla 130

əməkdaşa 271,6 min manat mükafat, 90,2 min manat müavinət, həmçinin 110,8 min

manat pul təminatı hesablanaraq ödənilmiş, DSMF-ə 470,5 min manat, “İstehsalatda

bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi

hallarından icbari sığorta üzrə” əməkdaşlar üçün sığorta təşkilatlarına 9,8 min manat

vəsait ödənilmişdir. Hesabat ilində vakant yerlərin mövcudluğu əməyin ödənişi ilə bağlı

xərclərin icrasının aşağı olması ilə nəticələnmişdir.

“Malların (iş və xidmətlərin) satın alınması” bölməsi üzrə xərclər ümumi xərclərin

15,2%-ni təşkil etmiş, bu vəsaitdən “İdarənin saxlanılması” köməkçi bölməsinə 109,7

min manat, “Ezamiyyə xərcləri” köməkçi bölməsinə 197,4 min manat, “Nəqliyyat

xidmətləri haqqının ödənilməsi” köməkçi bölməsinə 71,8 min manat, “Kommunal və

kommunikasiya xidmətlərinin ödənilməsi” köməkçi bölməsinə 72,5 min manat, “İstehlak

mallarının və materiallarının alınması” köməkçi bölməsinə 34,2 min manat

xərclənmişdir. “İdarənin saxlanılması” köməkçi bölməsi üzrə 40 adda dəftərxana, 77

adda təsərrüfat malları və 13 adda çap məhsulları alınmış, “İstehlak mallarının və

materiallarının alınması” köməkçi bölməsi üzrə vəsaitlər əməkdaşların iş şəraitinin

yaxşılaşdırılması üçün istifadə edilmiş bu köməkçi bölmə üzrə 37 ədəd stul və ofis

kreslosu, 5 ədəd printer, 3 ədəd telefon aparatı və digər avadanlıqlar alınmışdır.

“Ezamiyyə xərcləri” köməkçi bölməsi üzrə cari ildə 40 əməkdaş adam-gün

hesabı ilə 1179 gün 36 rayonun büdcə təşkilatlarında nəzarət tədbirlərinin keçirməsilə

əlaqədar daxili ezamiyyətdə və Azərbaycan Respublikasının 4 səfirliyində nəzarət

tədbirlərinin keçirməsilə, Palatanın üzv olduğu Ali Audit Qurumlarının beynəlxalq

tədbirlərində iştirakı ilə əlaqədar 21 əməkdaş adam-gün hesabı ilə 176 gün 17 ölkədə

xarici ezamiyyətdə olmuşlar.

“Təqaüdlər və sosial müavinətlər” bölməsi Palatanın ümumi xərclərinin tərkibində

1,0% təşkil etməklə 2 nəfər dövlət qulluqçusunun pensiya yaşına çatması ilə əlaqədar

əmək müqaviləsinə xitam verilməsilə bağlı birdəfəlik haqq da daxil olmaqla kassa icrası

29,1 min manat olmuşdur.

Page 75: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

75

“Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi ümumi xərclərin tərkibində 1,3%

təşkil etmişdir ki, bu köməkçi bölmə üzrə 2015-ci ildə Palataya avadanlıqlar o

cümlədən, 3 kompüter dəsti, daxili şəbəkə üçün 1 ədəd ATS, və sair ofis avadanlıqları

alınmışdır.

“Digər xərclər” bölməsi isə ümumi xərclərin tərkibində 0,3% təşkil etməklə 48,2%

icra edilmiş və ya 14,7 min manat təyinata qarşı kassa icrası 7,1 min manat olmuşdur.

Bütün bunlarla yanaşı o da qeyd edilməlidir ki, Hesablama Palatası “Dövlət

satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2015-ci

ildə malların alınması, iş və xidmətlərin göstərilməsi üçün 6 kotirovka sorğusu

keçirmişdir (Cədvəl 5). Keçirilmiş satınalmalar istiqamətlər üzrə aşağdakı kimi olmuşdur:

- dəftərxana ləvazimatları, malların satınalınması üzrə keçirilən kotirovka

sorğusunda 5, kompüter və ofis texnikasına texniki xidmətlərin göstərilməsi üzrə

keçirilən kotirovka sorğusunda 5 müəssisə iştirak etməklə 2 kotirovka sorğusu üzrə

ehtimal olunan qiymətindən (10300 manatdan) 426 manat aşağı (9874 manata) təklif

verən iddiaçı qalib müəyyən edilmiş, ümumilikdə müvafiq xərc maddələri üzrə 9354

manata;

- Təsərrüfat malları və digər avadanlıqların satınalınması üzrə keçirilən

kotirovka sorğusunda 5 müəssisə iştirak etməklə kotirovka sorğusu üzrə ehtimal

olunan qiymətindən (10800 manatdan) 934 manat aşağı (9866 manata) təklif verən

iddiaçı qalib müəyyən edilmiş, ümumilikdə müvafiq xərc maddələri üzrə 4634 manata;

- Çap məhsullarının hazırlanması üzrə keçirilən kotirovka sorğusunda 3

müəssisə iştirak etməklə kotirovka sorğusu üzrə ehtimal olunan qiymətindən (8146

manatdan) 746 manat aşağı (7400 manata) təklif verən iddiaçı qalib müəyyən edilmiş,

ümumilikdə müvafiq xərc maddəsi üzrə 2600 manata;

- Stendin hazırlanması, quraşdırılması və tərtibatı üzrə keçirilən kotirovka

sorğusunda (iki xərc maddəsi üzrə) 4 müəssisə iştirak etməklə kotirovka sorğusu üzrə

ehtimal olunan qiymətindən (34220 manatdan) 4716 manat aşağı (29504 manata) təklif

verən iddiaçı qalib müəyyən edilmiş, müvafiq xərc maddələri üzrə 13269 manata;

- Kompüter texnikası və ofis avadanlıqlarının satınalınması üzrə keçirilən

kotirovka sorğusunda (iki xərc maddəsi üzrə) 7 müəssisə iştirak etmiş, ehtimal

qiymətindən (41710 manatdan) 1602 manat aşağı (28906 manata) təklif verən iddiaçı

qalib müəyyən edilmiş, ümumilikdə müvafiq xərc maddələri üzrə 26093 manata qənaət

edilmişdir.

Beləliklə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının

Qanununun tələblərini gözləməklə 2015-ci ildə malların alınması, iş və xidmətlərin

göstərilməsi üçün müvafiq xərc maddələri üzrə cəmi 157780 manat məbləğində

(105176 manat məbləğində ehtimal olunan qiymətinə) vəsaitə qarşı ümumilikdə 55950

manat (ehtimal olunan qiymətin 53,1%-i) büdcə vəsaitinə qənaət edilmişdir ki, bu da

ümumi məbləğin 35,4%-nə və ehtimal olunan qiymətin 53,1 %-nə bərabərdir.

Eyni zamanda qeyd edək ki, mövcud qanunvericilik aktlarının tələblərinə riayət

edilməsi, həmçinin şəffaflıq və aşkarlığın təmin edilməsi məqsədilə Hesablama Palatası

tərəfindən həyata keçirilmiş tədbirlər üzrə məlumatlar rəsmi internet səhifəsində

yerləşdirilmişdir.

Page 76: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

76

Cədvəl 5. Hesabat ilində Hesablama Palatası tərəfindən həyata keçirilmiş satınalmalar barədə məlumat

sıra

-si Satınalınan

malların

(işlərin və

xidmətlərin)

adı

Satınalma

metodu

Satınalınan

malların

(işlərin və

xidmətlərin)

ehtimal

olunan

qiyməti

Kotirovka

sorğusu

haqqında bildiriş

dərc olunması

barədə məlumat

İştrakçı təşkilatlar Qalib

şirkət

Müqavilə

nin

məbləği

1 3 4 5 6 7 10

1 Kompüter və

ofis

texnikasına

texniki

xidmətin

göstərilməsi

Kotirovka

sorğusu

3200,00 Veb saytımızda

13.01.2015, “Xalq

qəzeti” və

www.tender.gov.a

z saytında

14.01.2015-ci il

"İPİ" MMC, "Caspian

Supplies" MMC,

"İnterface" MMC,

"GeForce" MMC,

"N-Link" MMC

"İPİ"

MMC 3100,00

2 Dəftərxana

ləvazimatları

Kotirovka

sorğusu

7100,00 “ Xalq qəzeti”,

Veb saytımızda və

www.tender.gov.a

z saytında 10 aprel

2015-ci il tarixdə

"Elektroinşaattikinti"

MMC, "Orient

Express", “İntellekt

M” KM, F/Ş

Firad Nurəddin oğlu,

"NİL (mağazaları)"

Ltd

“Nil"

(mağazal

arı) LTD

6774,38

3 Təsərrüfat

malları

Kotirovka

sorğusu

10800,00 “İntellekt

M” KM 9865,86

4 Çap

məhsullarının

hazırlanması

Kotirovka

sorğusu

8146,33 “ Xalq

qəzeti”03.09.2015,

Veb saytımızda və

www.tender.gov.a

z saytında 02.09

2015-ci il tarixdə

"Səma Qrafik" MMC,

"Basar" MMC,

Azərmarka MMC

"BASAR

" MMC 7399,99

5 İnventarların

alınması

Kotirovka

sorğusu

7670,00 “ Xalq

qəzeti”29.09.2015,

Veb saytımızda və

www.tender.gov.a

z saytında 28.09

2015-ci il tarixdə

Yıldız mobilya

dekorasyon sənayi və

ticaret" MMC,

"Nadiroğlu-2012"

MMC, "Həsənoğlu

LTD" MMC

"Həsəno

ğlu Ltd"

MMC

6484,10

6 Stendin

hazırlanması

quraşdırılması

Kotirovka

sorğusu

21240,00 “Xalq

qəzeti”07.11.2015,

Veb saytımızda və

www.tender.gov.a

z saytında

06.11.2015-ci il

tarixdə

"Bayramlı

Construction" MMC,

"Azəraqrartikinti"

ASC Zəngilan

Aqrartikinti filialı,

"Kənan-F" MMC

"Azəraqr

artikinti"

ASC

Zəngilan

Aqrartiki

nti filialı

29503,54

7 Stendin

tərtibatı

Kotirovka

sorğusu

12980,00

8 ATS Kotirovka

sorğusu

41710,00 Veb saytımızda

19.11.2015, “ Xalq

qəzeti” və

www.tender.gov.a

z saytında

20.11.2015-ci il

"Bestcomp Group"

MMC, "N-Link"

MMC, "AzTech"

MMC, "Divi" MMC,

Marco Computer

Technology" MMC,

Xəzər Elektron"

MMC,

"BESTTELECOM"

MMC, "Mars Tech"

MMC, "Avangard

UPS" MMC

"BESTT

ELECO

M"

MMC

31792,00

9 kompüter və

video

avadanlıqların

və digər

mallar

Kotirovka

sorğusu

"N-Link"

MMC 7114,22

Hesablama Palatasında maliyyə işləri “Dövlət Büdcəsindən Maliyyələşən

Təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq

Page 77: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

77

Mühasibat Uçotunun Təşkili Aparılmasına dair” təlimata əsasən qurulmuş, bu da Milli

Standartlara uyğun tərtib edilən maliyyə hesabatlarında Palatanın maliyyə vəziyyətini,

maliyyə nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkəti haqqında

informasiyaları təmin etmişdir (cədvəl 6).

Cədvəl 6. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, manatla

Kod

Bölmə, maddə Bölmə, maddələrin adı

Qeydlərə istinad

Hesabat dövrü üzrə

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

Əvvəlki dövr üzrə

1 2 3 4 5 6 7

1 1 Gəlirlər

2

Qeyri-birja əməliyyatlarından gəlir

3176255 3251894

3 Birja əməliyyatlarından gəlir

4 Sair əməliyyat gəlirləri 82369

5 Cəmi gəlirlər 3258624 3251894

6 2 Xərclər

7

Əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları

2638069 2559084

8

Maliyyə yardımları və sair transfer ödənişləri

9

Sərf edilmiş materialların dəyəri

31445 40024

10 Amortizasiya xərcləri 234170 257197

11 Sair əməliyyat xərcləri 417169 380677

12 Maliyyə xərcləri

13 Cəmi Xərclər 3320853 3236982

14 3 Ümumi mənfəət (zərər) -62229 14912

15

Əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc)

274

16 Kapital Ehtiyatları -62229 15186

17 Xalis mənfəət (zərər) -62229 15186

2015-ci ilin sonuna Hesablama Palatasının 6260,2 min manat aktivləri, o

cümədən pul vəsaitləri və onların ekvivalentləri 0,7 min manat, qısamüddətli debitor

borcları 2,2 min manat, ehtiyatlar 57,2 min manat, sair qısa müddətli aktivlər 7,4 min

manat, torpaq tikili avadanlıq üzrə uzunmüddətli aktivlər 6192,8 min manat, qeyri- maddi

Page 78: AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA …sai.gov.az/upload/files/HESABAT HP-2015.pdfqulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında”, “Vəzifə

78

aktivləri 42,9 min manat və sair uzunmüddətli qeyri-maliyyə aktivlər 4,6 min manat

olmuşdur.

Hesabat ilində Hesablama Palatasının qeyri-birja əməliyyatlarından (dövlət

büdcəsindən) alınmış, keçmiş illər üzrə gəlirlər və sair əməliyyat gəlirləri nəzərə

alınmaqla 3258,6 min manat vəsait gəlir kimi tanınmış, əmək haqqı və dövlət sosial

müdafiə ayırmaları üzrə 2638,1 min manat, sərf edilmiş materiallar üzrə 31,4 min

manat, amortizasiya xərcləri üzrə 234,1 min manat , sair əməliyyat xərcləri üzrə 417,2

min manat olmaqla cəmi 3320,9 min manat vəsait xərc kimi tanınmış, xalis mənfəət

(zərər) –62,2 min manat olmuşdur.

AZƏRBAYCAN RESPUBLİKASI

HESABLAMA PALATASININ

SƏDRİ VÜQAR GÜLMƏMMƏDOV