azərbaycan respublikası hesablama...

118
Azərbaycan Respublikası Hesablama Palatası Azərbaycan Respublikası Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteni №4 2017

Upload: others

Post on 29-Feb-2020

26 views

Category:

Documents


0 download

TRANSCRIPT

Azərbaycan RespublikasıHesablama Palatası

Azərbaycan Respublikası Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteni

№42017

Bütün hüquqlar qorunur. Əvvəlcədən Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən yazılı və qanuni şəkildə təsdiqlənmiş xüsusi icazə və müvafiq müqavilə olmadan bu nəşrin tam və ya qismən hər hansı bir formada çap edilməsi, surətinin çıxarılması və yayılması qadağandır.

© Azərbaycan Respublikası Hesablama Palatası, 2018

ÖN SÖZAUDİTOR TRİBUNASIFirsənd Qurbanov“Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzinə ayrılan vəsaitlərinistifadəsinin auditi üzrə hesabatın xülasəsi

Cəfər HəsənovDövlət büdcəsının dövlət əsaslı vəsaıt qoyuluşundan və ehtıyat fondlarından Ismayıllı Rayon Icra Hakımıyyətınə ayrılan vəsaıtlərın ıstıfadəsınə daır hesabatın xülasəsı

Mehriban ƏlişanovaAzərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditi üzrə hesabatın xülasəsi

Vaqif HəsənovDənizkənarı Bulvar Idarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin auditi üzrə hesabatın xülasəsi

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏRFiriş ŞəkərəliyevAzərbaycanda dövlət audit institutunun formalaşması və inkişaf xüsusiyyətləri

AKTUAL PROBLEMLƏR

Cavid BayramovDövlət büdcəsinin vergi gəlirlərinin auditi sahəsində yeni yanaşmalar

Elvin HacıyevDövlət borcunun dayanıqlığının təmin edilməsi

BEYNƏLXALQ ƏMƏKDAŞLIQHilal HüseynovTvınnınq layıhəsının Avropa Ittıfaqının qabaqcıl təcrübəsındən yararlanmaq ımkanları

QANUNVERİCİLİK Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”

HƏMKARLARPakıstan Islam Respublıkası Baş Audıtor Ofısı

XRONİKADƏYƏRLİ DEYİMLƏR

3

4

24

33

46

69

76

88

95

99

101

105

106

108

113117

MÜNDƏRİCAT

3

Hörmətli oxucu!“Dövlət auditi” bülleteninin

dördüncü nömrəsi ilə 2017-ci ilə yekun vururuq. Bir il ərzində bu bülleten vasitəsilə fəaliyyətimiz barədə sizi ətraflı məlumatlandırmağa çalışdıq və 2018-ci ildə də bu istiqamətdə işlərimizi davam etdirmək niyyətindəyik.

Qarşınızda olan bu nömrəyə ötən ilin son rübündə başa çatmış dörd nəzarət tədbirinin nəticələri, məlumatları, həmçinin ənənəvi olaraq Hesablama Palatası əməkdaşlarının müxtəlif mövzular üzrə təhlillərini daxil etmişik. Büdcə qanunvericiliyində, xüsusilə inzibatçılığın gücləndirilməsi, hesabatlılığın artırılması və şəffaflığın yüksəldilməsi istiqamətində baş vermiş dəyişikliklər barədə sizi məlumatlandırmaq məqsədilə yeni bir rubrikanı da əlavə etmişik və beləliklə, bu sahədə baş vermiş yeniliklər barədə bülletenimiz vasitəsilə mütəmadi məlumat əldə etmək imkanı yaranacaq.

Dördüncü nömrədə “Azərbaycan Respublikası Hesablama Palatasının Institusional və Funksional potensialının gücləndirilməsi” Tvinninq layihəsi, həmçinin Iqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin ali audit qurumlarının beynəlxalq təşkilatı olan ECOSAI-ın Daimi Baş Katibi qardaş Pakistan Islam Respublikasının Ali Audit Qurumu barədə məlumatlarla tanış olacaqsınız.

Azərbaycan Respublikasının Hesablama Palatası 2018-ci ildə də ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrasını təmin etmək və bizim quruma göstərdiyi etimadı doğrultmaq üçün gücünü səfərbər edəcəkdir.

Həyata keçirdiyimiz fəaliyyətlə bağlı isə “Dövlət auditi” bülleteni vasitəsilə məlumatlarla görüşünüzə gələcəyik.

Hörmətlə, Vüqar Gülməmmədov

Azərbaycan Respublikası Hesablama Palatasının sədri

ÖN SÖZ

AUDİTOR TRİBUNASI 2017, №4

4

Firsənd QurbanovAuditor, iqtisad elmləri üzrə fəlsəfə doktoru

DÖVLƏT BÜDCƏSİNDƏN “AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI” ELMİ MƏRKƏZİNƏ AYRILAN VƏSAİTLƏRİN PROQNOZLAŞDIRILMASI VƏ

İCRASININ AUDİTİ ÜZRƏ HESABATIN XÜLASƏSİ Nəzarət tədbirinin keçirilməsi üçün əsas: “Hesablama Palatası haqqında”

Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üzrə Iş planı, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il 28 sentyabr tarixli Q-101 nömrəli Kollegiya Qərarı.

Nəzarət tədbirinin məqsədi: Dövlət büdcəsindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi.

Yoxlanılan qurum: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi.Nəzarət tədbiri ilə əhatə olunan dövr: 01.01.2015–01.07.2017 Yoxlanılan qurum haqqında qısa məlumat “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi Azərbaycan Respublikası

Prezidentinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” 05 may 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin bazasında yaradılmış, dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat və nəşriyyat-poliqrafiya müəssisəsidir.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin nizamnaməsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2015-ci il 02 iyul tarixdə dövlət qeydiyyatına alınmışdır.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin

AUDİTOR TRİBUNASI 2017, №4

5

fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsini, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarlarını və Nizamnaməsini rəhbər tutur.

Mərkəzin başlıca məqsədi müasir sivilizasiyanın əldə etdiyi bilik və məlumatların bütün sahələrini əhatə edən, Azərbaycan xalqının tarixində baş vermiş mühüm ictimai-siyasi və mədəni hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemli və yığcam məlumat bazasını ensiklopedik formada təqdim etmək, respublikada milli-universal və sahə ensiklopediyalarının, sorğu-məlumat kitablarının və digər ensiklopedik nəşrlərin, həmçinin uşaqlar və yeniyetmələr üçün məlumat kitablarının, müxtəlif lüğətlərin, elmi-kütləvi və tərcümə ədəbiyyatının hazırlanması və bu sahədə elmi-tədqiqat işlərinin həyata keçirilməsini təmin və icra etməkdir.

Mərkəzin əsas vəzifələri aşağıdakılardır: • Dünyada mövcud olan ensiklopedik təcrübə əsasında hazırlanan, Azərbaycan

xalqının yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi yaratmaq, Azərbaycan Milli Ensiklopediyasını məzmun və mündəricat etibarilə dünya əhəmiyyətli ensiklopedik nəşrlərə qoyulan bütün tələblərə və standartlara uyğun hazırlamaq;

• Azərbaycanın ən qədim dövrlərdən başlayaraq bu günə kimi keçdiyi tarixi yol, Azərbaycan xalqının görkəmli şəxsiyyətləri haqqında müfəssəl ensiklopedik məlumat hazırlamaq;

• Azərbaycan Xalq Cümhuriyyəti dövründə, eləcə də Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyada tanınmasını, dünya birliyinin bərabər hüquqlu üzvünə çevrilməsini, iqtisadi-siyasi və mədəni yüksəlişini ətraflı əks etdirmək;

• Elmin müxtəlif sahələrində səmərəli xidmət göstərmiş görkəmli şəxsiyyətlər, texnika, ədəbiyyat və incəsənət nümayəndələri, tanınmış siyasətçilər və dövlət xadimləri haqqında məlumat bazası hazırlamaq, elm, texnika, mədəniyyət və digər sahələrlə bağlı müxtəlif məlumatlar, sivilizasiyanın inkişafında mühüm sayılan biliklər haqqında informasiya bazası hazırlamaq;

• Azərbaycanın ayrı-ayrı regionlarındakı özünəməxsus maddi mədəniyyət nümunələri, etnoqrafiya, folklor və xalq sənəti inciləri və bu sahələrlə bağlı anlayışlar haqqında, xalqın milli-mənəvi varlığını təcəssüm etdirən xarakterik xüsusiyyətləri barədə məlumat bazası hazırlamaq, dünyanın, o cümlədən Azərbaycanın təbiəti,

AUDİTOR TRİBUNASI 2017, №4

6

heyvanat və nəbatat aləmi barədə məlumat bazası hazırlamaq.Mərkəz özünün məqsəd və vəzifələrini həyata keçirmək üçün aşağıdakı funksiyaları yerinə yetirir:

• Azərbaycan Milli Ensiklopediyasının nəşrini həyata keçirir; • Ölkəmizdə milli-universal və sahə ensiklopediyalarının hazırlanmasında

dünyanın inkişaf etmiş ölkələrindəki ensiklopediyaçılıq ənənələrini öyrənir və tətbiq edir;

• Azərbaycan xalqının yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini əks etdirən dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi yaradır, ayrı-ayrı elmlərə aid terminlərin əlifba və mövzu sözlüklərini hazırlayır;

• Nəşr etdiyi kitabların oxucu kütləsinə çatdırılması və yayılması (satışı) üçün lazımi tədbirlər həyata keçirir.Təhlil edilmiş və üzləşdirilmiş sənədlər:

• Azərbaycan Respublikası Prezidentinin fərmanları, • Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, • Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərar və sərəncamları, • Vəsaitlərin ayrılması və istifadəsi, dövlət satınalmaları, maliyyə hesabatları və

mühasibat uçotu ilə əlaqədar müvafiq normativ sənədlər.

Nəzarət tədbiri ilə aşağıdakılar müəyyən edilmişdir:1. Təqdim olunan büdcə proqnozları, tələb olunan vəsaitlərin hesablanması,

ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə icra vəziyyəti1.1. Təqdim olunan büdcə proqnozları, tələb olunan vəsaitlərin hesablanması“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi (Elmi Mərkəz) tərəfindən

2015–2017-ci illər üzrə büdcə layihələri üzrə proqnozlar tərtib edilərkən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməyərək Mərkəzin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməmiş, bəzi xərc maddələri üzrə proqnozlar əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan və müvafiq əsaslandırılmalar aparılmadan tərtib edilmiş, bəzi xərc maddələri üzrə vəsait nəzərdə tutulsa da, xərc edilməmiş, eləcə də 2015–2016-cı illərdə bəzi xərc maddələri üzrə ümumilikdə 217782,3 manat məbləğində açılmış maliyyələşmə istifadə edilməyərək dövlət büdcəsinə qaytarılmış, eyni zamanda 2015–2017-ci illər üzrə Azərbaycan Milli

AUDİTOR TRİBUNASI 2017, №4

7

Ensiklopediyası cildlərinin qiymətləri və keyfiyyəti kitabxana, satış və hədiyyə variantları üzrə proqnozlaşdırılmamışdır.

1.2. Ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə icra vəziyyətiElmi Mərkəzin xərclər smetası 2015-ci ildə 2124974,0 manat təyinata qarşı

1690195,7 manat və ya 79,5% (434778,4 manat az), 2016-cı ildə 1973586,0 manat dürüstləşdirilmiş təyinata qarşı 1790061,1 manat və ya 90,7% (183524,9 manat az), 2017-ci ildə 1958372,0 manata qarşı və 2017-ci ilin yanvar–iyun ayları ərzində 626505,0 manat və ya 32,0% icra olunmuşdur.

2015-ci ildə “Ölkədaxili ezamiyyələr” paraqrafı üzrə 3500,0 manat və “Digər müavinətlər və transferlər” maddəsi üzrə 515,0 manat, 2016-cı ildə isə “Ölkədaxili ezamiyyələr” paraqrafı üzrə 3150,0 manat, “Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər” paraqrafı üzrə 3000,0 manat və “Digər müavinətlər və transferlər” maddəsi üzrə 515,0 manat təyinata qarşı icra olmamışdır.

Auditlə əhatə olunan dövrdə bəzi xərc maddələri üzrə icra faizi aşağı olmuş, o cümlədən 2015-ci ildə “Su haqqının ödənilməsi” paraqrafı üzrə icra 43,7%, “Kanalizasiya xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə 42,0%, “Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi” maddəsi üzrə 9,5%, “Poçt xidmətlərinin ödənilməsi” maddəsi üzrə 21,4% və “Internet xidməti haqqının ödənilməsi” maddəsi üzrə 30,8% olmasına baxmayaraq, 2016-cı ildə bu xərc istiqamətləri üzrə əvvəlki ilin göstəricilərinə uyğun vəsait proqnozlaşdırılmış, lakin 2016-cı ildə icra müvafiq olaraq 27,3%, 72,4%, 2,8%, 10,2% və 29,7% olmuşdur.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin büdcədənkənar vəsaitləri üzrə gəlirləri Elmi Mərkəzin çap etdirdiyi Azərbaycan Milli Ensiklopediyasının (“Azərbaycan” xüsusi cildi və Azərbaycan Milli Ensiklopediyasının cildləri) satışından daxil olan vəsaitlər hesabına formalaşdırılır. Audit dövründə Elmi Mərkəzin əsas vəzifələrindən biri kimi nəşr etdirdiyi ensiklopediyaların (satış variantlarının) Elmi Mərkəzin tabeliyində fəaliyyət göstərən və əsas fəaliyyət istiqaməti ensiklopediyaların alqı-satqısı olan “Ensiklopediya Kitab Mərkəzi” MMC tərəfindən satışı üçün lazımi tədbirlərin görülməməsi nəticəsində büdcədənkənar vəsaitlər üzrə 50000,0 manat proqnoza qarşı 2015-ci il və 2017-ci ilin I yarımilində vəsait daxil olmamışdır.

2016-cı ildə isə daxilolma 50000,0 manat proqnoza qarşı 10000,0 manat və ya 20%, kassa xərci isə 9997,7 manat olmuşdur ki, bunun da 8176,0 manatı və ya 81,8%-i “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri”, 1798,7 manatı və ya 18,0%-i “Dövlət Sosial Müdafiə Fonduna ayırmalar” və 23,1 manatı və ya 0,2% “Bank xərcləri” paraqrafı üzrə xərc edilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

8

2. Aparılan maliyyə əməliyyatlarının və satınalmaların mövcud normativ-hüquqi sənədlərə uyğunluğu:

2.1. Əmək haqlarının hesablanıb ödənilməsinin vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 mart tarixli 57s

nömrəli sərəncamına əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin ştat sayı 111 vahid müəyyən edilmiş və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən 2017-ci ilin 05 yanvar tarixdə ştat cədvəli təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 mart tarixli 57s saylı sərəncamı ilə müəyyən edilmiş ştat vahidlərinin say həddinə uyğun olaraq audit olunan dövr ərzində təsdiq edilmiş ştat cədvəlinə əsasən, 10 vahid mütəxəssis ştatının olmasına baxmayaraq, “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafı üzrə nəzərdə tutulan vəsait hesabına ştatdankənar işçi adı ilə mütəxəssis vəzifəsinə işçilər işə cəlb edilmiş (müxtəlif müddətə) və bu məqsədlə 2015-ci ildə 13 işçiyə 31945,0 manat, 2016-cı ildə 23 işçiyə 40400,0 manat, 2017-cı ilin yanvar–iyun ayları ərzində 12 işçiyə 11060,0 manat əmək haqqı ödənilmişdir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 mart tarixli 57 nömrəli qərarı ilə Elmi Mərkəzdə çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilərək ödənilməsinə baxmayaraq, Elmi Mərkəz tərəfindən “Ştatda olan işçilərin əmək haqqı” paraqrafı üzrə nəzərdə tutulan vəsaitin qənaəti hesabına müvafiq əmr verilərək 2017-ci ilin yanvar-iyun ayları ərzində ştatda olan 5 işçinin hər birinə ardıcıl üç ay olmaqla 2-3 dəfə əlavə əmək haqqı müəyyən edilməklə, ümumilikdə 4880,0 manat artıq əmək haqqı ödənilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının 2013-cü il 26 noyabr tarixli 272 nömrəli sərəncamına əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Tofiq Murtuza oğlu Nağıyevin 2013-cü il 22 noyabr tarixdən əsas iş yeri AMEA Rəyasət Heyəti hesab olunmuş və “Azərbaycan Milli Ensiklopediyası“ Elmi Mərkəzinin direktoru vəzifəsinin əvəzçilik üzrə icra edilməsi rəsmiləşdirilmişdir. AMEA-nın sərəncamı əsas götürülməklə Elmi Mərkəzin 2013-cü il 05 dekabr tarixli əmri ilə Elmi Mərkəzin direktoru vəzifəsini əvəzçiliklə icra edən akademik Tofiq Murtuza oğlu Nağıyevə direktor vəzifəsi üçün müəyyən edilmiş vəzifə maaşının 50%-i həcmində əmək haqqı ödənilməklə yanaşı, ümumilikdə 12825,0 manat o cümlədən 2016-cı ildə 6 halda 7825,0 manat, 2017-ci ilin yanvar–iyun ayları ərzində 3 halda 5000,0 manat mükafat ödənilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

9

2.2. Ezamiyyə xərclərinin ödənilməsi vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları

haqqında” 25 yanvar 2008-ci il tarixli Qərarının və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2008-ci il tarixli I-24 nömrəli və 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli əmrləri ilə təsdiq edilmiş “Işçilərin Ezamiyyə Qaydaları”nın tələblərinə əməl edilməməsi nəticəsində 2015-ci ildə 2 halda 1100,3 manat, 2016-cı ildə 2 halda 961,9 manat, cəmi 2062,2 manat artıq ezamiyyə xərcinə yol verilmişdir. Bundan əlavə, tədbirlər rəsmi dəvət məktublarında göstərilmiş müddətdən artıq rəsmiləşdirilmiş ezamiyyə günləri üçün 2017-ci ilin yanvar-iyun ayları ərzində 1 halda 1481,8 manat ezamiyyə xərci ödənilmişdir.

Auditlə əhatə olunan dövrdə Azərbaycan Milli Ensiklopediyasının nəşri ilə əlaqədar “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə Almaniyanın “Kösel GmbH & Co.KG” şirkəti arasında bağlanılmış müqavilələrdə nəzərdə tutulmadığı halda şirkətin nümayəndəsinin Bakı şəhərinə səfərləri zamanı onların 2015-ci ildə 1108,0 manat, 2016-cı ildə 597,2 manat, 2017-ci ilin 6 ayı ərzində 1268,9 manat, ümumilikdə 2974,1 manat yemək və yataq xərcləri Elmi Mərkəzin büdcə xərcləri hesabına ödənilmişdir.

2.3. Əsas vəsaitlərin və mal-material qiymətlilərinin qorunub-saxlanılması vəziyyəti

Auditin əhatə etdiyi dövrdə Elmi Mərkəz tərəfindən alınmış əsas vəsaitlər, mal-material qiymətliləri mərkəzləşdirilmiş mühasibatlıqda uçota götürülməklə anbara mədaxil edilmiş və maddi-məsul şəxslərin cavabdehliyinə verilmişdir.

Audit dövrünün əvvəlinə – 2015-ci il 01 yanvar tarixinə əsas vəsaitlərin balans dəyəri 373376,8 manat (ilkin dəyəri 551323,5 manat) olmuşdur. 2015-ci ildə ümumilikdə 10378179,2 manat, o cümlədən əvəzsiz olaraq 10300000,0 manat, büdcə vəsaiti hesabına 79179,2 manat mədaxil olmuş, ilkin dəyəri 33169,9 manat olan əsas vəsaitlər silinərək məxaric edilmiş, 2015-ci ildə əsas vəsaitlərə 409859,2 manat məbləğində amortizasiya hesablanmışdır.

2016-cı ildə ümumilikdə 75231,0 manat, o cümlədən büdcə vəsaiti hesabına 74781,1 manat dəyərində əsas vəsait alınmış, əvəzsiz olaraq 450,0 manat dəyərində əsas vəsait mədaxil olmuş, ilkin dəyəri 10485 manat olan əsas vəsaitlər silinərək məxaric edilmiş, 415772,0 manat məbləğində amortizasiya hesablanmış, 2017-ci ilin yanvar–iyun aylarında ümumilikdə 10760,8 manat, o cümlədən büdcə vəsaiti hesabına 2426,9 manat əsas vəsait alınmış, əvəzsiz olaraq 8333,9 manat dəyərində

AUDİTOR TRİBUNASI 2017, №4

10

əsas vəsait mədaxil olmuş, 2017-ci il 01 iyul tarixinə əsas vəsaitlərin balans dəyəri 9991894,1 manat (ilkin dəyəri 10971839,6 manat) təşkil etmişdir.

2015-ci il 01 yanvar tarixinə digər ehtiyatlar üzrə qalıq 30393,9 manat olmuşdur. Auditlə əhatə olunan dövr ərzində büdcə vəsaiti hesabına cəmi 33879,1 manat, o cümlədən 2015-ci ildə 18097,1 manat, 2016-cı ildə 15782,0 manat dəyərində ehtiyat mədaxil edilmişdir. 2015-ci ildə 6481,7 manat dəyərində ehtiyat silinərək məxaric olmuş, audit dövrünün sonuna – 2017-ci il 01 iyul tarixinə digər ehtiyatlar üzrə qalıq 57791,2 manat təşkil etmişdir.

2015-ci il 01 yanvar tarixinə material ehtiyatları üzrə 4459,0 manat qalıq olmuş, auditlə əhatə olunan dövr ərzində cəmi 88944,9 manat, o cümlədən büdcə vəsaiti hesabına 2015-ci ildə 39556,7 manat, 2016-cı ildə 43606,0 manat və 2017-ci ilin yanvar–iyun aylarında 5781,8 manat dəyərində material ehtiyatları mədaxil olunmuşdur. Auditlə əhatə olunan dövr ərzində cəmi 90821,3 manat, o cümlədən 2015-ci ildə 33527,9 manat, 2016-cı ildə 47302,3 manat və 2017-ci ilin yanvar-iyun aylarında 9991,1 manat dəyərində material silinərək, 2017-ci ilin 01 iyul tarixinə material ehtiyatları üzrə 2583,5 manat dəyərində qalıq qalmışdır.

2015-ci il 01 yanvar tarixinə satış və əvəzsiz verilməsi məqsədilə saxlanılan digər aktivlər üzrə 3195415,9 manat qalıq olmuş, auditlə əhatə olunan dövr ərzində cəmi 1683113,0 manat, o cümlədən büdcə vəsaiti hesabına 2015-ci ildə 715504,6 manat, 2016-cı ildə 967608,4 manat dəyərində satış və əvəzsiz verilməsi məqsədilə saxlanılan digər aktivlər mədaxil olunmuşdur. Auditlə əhatə olunan dövr ərzində cəmi 1774513,5 manat, o cümlədən 2015-ci ildə 18172,1 manat, 2016-cı ildə 1746992,9 manat və 2017-ci ilin yanvar–iyun aylarında 9348,5 manat dəyərində əvəzsiz olaraq verilmiş, 2017-ci ilin 01 iyul tarixinə satış məqsədilə saxlanılan digər aktivlər üzrə 3104015,6 manat dəyərində qalıq qalmışdır.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2015-ci il 02 iyul tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmış Nizamnaməsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin nəşr etdiyi kitabların oxucu kütləsinə çatdırılması və yayılması (satışı) üçün lazımi tədbirlər həyata keçirməsi nəzərdə tutulmuşdur. 2015-ci il 22 aprel tarixdə təsdiq edilmiş Nizamnaməyə əsasən təsisçisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi olan “Ensiklopediya Kitab Mərkəzi” MMC “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin tabeliyində fəaliyyət göstərmiş və əsas vəzifələrindən biri də ensiklopediyaların, kitabların, elektron daşıyıcıların və digər müvafiq məhsulların alqı-satqısı olmuşdur.

Elmi Mərkəzin fəaliyyəti dövründə kitabxana variantı üzrə 2761962,0 manat dəyərində 179575 ədəd ensiklopediya çap edilmişdir ki, bundan da audit

AUDİTOR TRİBUNASI 2017, №4

11

dövrünün sonuna (2017-ci il 01 iyul tarixə) ümumi dəyəri 625400,8 manat təşkil edən 33892 ədəd və ya 18,9%, o cümlədən 2010–2014-cü illər ərzində nəşr edilmiş dəyəri 134478,8 manat təşkil edən 8054 ədəd və ya 4,5%, 2015–2016-cı illər ərzində nəşr edilmiş dəyəri 490922,0 manat təşkil edən 25838 ədəd və ya 14,4% anbarda qalıq qalmışdır.

Həmçinin Mərkəzin fəaliyyəti dövründə satış variantı üzrə 2307940,5 manat dəyərində 90212 ədəd ensiklopediya çap edilmişdir ki, bundan da audit dövrünün sonuna (2017-ci il 01 iyul tarixə) ümumi dəyəri 2146769,7 manat təşkil edən 82980 ədəd və ya 92,0%, o cümlədən 2007–2012-ci illər ərzində nəşr edilmiş dəyəri 1068461,6 manat təşkil edən 48970 ədəd və ya 54,3%, 2014–2016-cı illər ərzində nəşr edilmiş dəyəri 1078308,2 manat təşkil edən 34010 ədəd və ya 37,7% anbarda qalıq qalmışdır.

Mərkəzin fəaliyyəti dövründə hədiyyə variantı üzrə 305516,4 manat dəyərində 508 ədəd ensiklopediya çap edilmişdir ki, bundan da 2017-ci il 01 iyul tarixə ümumi dəyəri 282000,9 manat təşkil edən 477 ədəd və ya 93,9% (“Azərbaycan” xüsusi cildi və Azərbaycan Milli Ensiklopediyasının V–VI cildləri) anbarda qalıq qalmışdır. Həmin qalığın dəyəri 270829,6 manat təşkil edən 460 ədədi (96,4%-i) 2008-ci ildə nəşr edilmiş ensiklopediyanın “Azərbaycan” xüsusi cildinin qalığından ibarət olmuşdur.

Ensiklopediyanın cildlərinin çapı proqnozlaşdırılarkən illər üzrə eyni olmaqla yalnız Azərbaycan Milli Ensiklopediyasının kitabxana variantı üzrə 1 nüsxənin qiyməti 19,0 manat olmaqla 950000,0 manat dəyərində 50000 nüsxənin çapı proqnozlaşdırılmışdır. 2015–2017-ci illər üzrə Azərbaycan Milli Ensiklopediyasının satış və hədiyyə variantları üzrə çapı proqnozlaşdırılmamış, lakin kitabxana variantı üzrə proqnozun 25000,0 nüsxə az icra olunması hesabına 10000,0 nüsxə olmaqla 2015–2016-cı illərdə 1 nüsxənin qiyməti 21,62 avro olmaqla hər il üzrə 216200,0 avro dəyərində, 2017-ci ildə isə 1 nüsxənin qiyməti 23,79 avro olmaqla 237900,0 avro dəyərində satış variantı (Almaniyanın “Kösel GmbH & Co.KG” şirkəti tərəfindən) çap olunmuşdur.

Auditlə əhatə olunan dövrdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən satış məqsədilə nəşr edilmiş cildlərdən ümumi dəyəri 18140,4 manat olan 664 ədəd, o cümlədən 2015-ci ildə 6080,9 manat dəyərində 250 ədəd, 2016-cı ildə 8290,5 manat dəyərində 278 ədəd, 2017-ci ilin yanvar–iyun aylarında 3769,0 manat dəyərində 136 ədədi hədiyyə olaraq fiziki və hüquqi şəxslərə verilmişdir.

Elmi Mərkəz tərəfindən “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq- mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat

AUDİTOR TRİBUNASI 2017, №4

12

vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”na əməl edilməyərək artıq yanacaq xərcinə yol verilmişdir. Belə ki, auditlə əhatə edilən dövrdə nəqliyyat vasitəsinin 100 km məsafəyə görə yanacaq normasına əməl edilməyərək 3756,0 manat, o cümlədən 2015-ci ildə 2 halda 1441,0 manat, 2016-cı ildə 2 halda olmaqla 1388,0 manat və 2017-ci ilin yanvar–iyun aylarında 2 halda olmaqla 927,0 manat dəyərində artıq yanacaq sərfinə yol verilmişdir.

Bununla yanaşı, Elmi Mərkəzin balansında və işlək vəziyyətdə olan nəqliyyat vasitələrinin 1 aylıq yanacaq sərfiyyatı norması 780,0 manat olduğu halda, yanacaq normalarına əməl edilməyərək il ərzində tələbatdan artıq vəsait “Azpetrol” MMC-yə ödənilmiş və nəticədə 2016-cı il 01 yanvar tarixə təqribən 6 aylıq tələbat həcmində olmaqla 4919,6 manat, 2017-ci il 01 yanvar tarixə 12 aylıq tələbat həcmində olmaqla 9182,5 manat və 2017-ci il 01 iyul tarixə 11 aylıq tələbat həcmində olmaqla 8658,4 manat debitor borc yaranmışdır.

Auditlə əhatə olunan dövrdə Elmi Mərkəz tərəfindən inventar və avadanlıqların balansdan silinməsi vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, 2012–2013-cü illərdə istismara verilmiş, lakin istismar müddəti başa çatmadan, eləcə də müvafiq sənədləşmə aparılmadan 16 adda inventar (masa və dolab) 2015-ci ildə 11508,2 manat balans (qalıq) dəyəri ilə silinmiş, Elmi Mərkəzin anbarında mal-material qiymətliləri üzrə 2056,0 manat dəyərində çatışmazlıq, 401,3 manat artıqlıq olmuşdur.

“Ensiklopediya Kitab Mərkəzi” MMC-nin Elmi Mərkəzin inzibati binasının 751 m2 sahəsində yerləşməsinə və müvafiq xidmətlər göstərməsinə baxmayaraq, onunla icarə müqaviləsi bağlanılmamış və icarə haqqı alınmamışdır.

2.4. Aparılmış satınalmaların dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərə uyğunluğu vəziyyəti

Elmi Mərkəz tərəfindən 2015-ci ildə 6 halda olmaqla 140621,9 manat məbləğində kotirovka sorğusu və 1 halda olmaqla 219800,0 avro məbləğində bir mənbədən satınalma metodundan istifadə edilmişdir. 2016-cı ildə ümumilikdə 588640,1 manat məbləğində satınalma həyata keçirilmişdir ki, bunun da 5 halda olmaqla 113640,1 manatı kotirovka sorğusu və 1 halda olmaqla 475000,0 manatı bir mənbədən satınalma, 2017-ci ilin yanvar–iyun aylarında isə 2 halda olmaqla 56011,5 manat kotirovka sorğusu və 1 halda olmaqla 241600,0 avro bir mənbədən satınalma metodu ilə malların (iş və xidmətlərin görülməsi) satınalınması həyata keçirilmişdir.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Kotirovka sorğusu prosedurunun

AUDİTOR TRİBUNASI 2017, №4

13

təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bir sıra tələblərinə əməl edilməyərək ensiklopediyaların nəşri uzunmüddətli bir layihə olmasına baxmayaraq, həyata keçirilmiş satınalmaların planlaşdırılması aparılmamış, malların (işlərin və xidmətlərin) mövcud bazar qiymətlərinə uyğun ehtimal olunan qiymətlərin müəyyən edilməsi proseduru həyata keçirilməmiş, bəzi müqavilələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun hazırlanmamış, dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə 16 iyun 2017-ci il tarixdə 27000,0 manat və inventarların alınması məqsədilə 29 iyun 2017-ci il tarixdə 29011,5 manat məbləğində kotirovka sorğusunun nəticələri üzrə məlumatlar rəsmi internet saytında yerləşdirilməmiş, satınalma müqaviləsinin tam yerinə yetirilməsi haqqında satınalan təşkilatla malgöndərən (podratçı) arasında birgə akt tərtib edilməmiş, ehtimal olunan qiymət kotirovka sorğusunun predmeti olduğu halda 2015-ci ildə ümumilikdə 19 halda olmaqla 22063,0 manat, o cümlədən “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafından 6 halda olmaqla 7554,6 manat, “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” paraqrafından 1 halda olmaqla 1387,7 manat, “Avadanlığın alınması” yarımmaddəsində 8 halda olmaqla 7435,8 manat və “Digər alışlar və xidmətlər” yarımmaddəsində 4 halda olmaqla 5685,2 manat, 2016-cı ildə ümumilikdə 16 halda olmaqla 25301,9 manat, o cümlədən “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafından 4 halda olmaqla 7858,6 manat, “Avadanlığın alınması” yarımmaddəsində 7 halda olmaqla 8999,9 manat və “Digər alışlar və xidmətlər” yarımmaddəsində 3 halda olmaqla 2464,3 manat və “Istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər” paraqrafından 2 halda olmaqla 5979,0 manat dəyərində malların (iş və xidmətlərin göstərilməsi) alınması satınalma proseduru tətbiq edilmədən həyata keçirilmişdir.

Ensiklopediyanın kitabxana variantlarının çapı ilə əlaqədar olaraq “Şərq-Qərb” MMC ilə bağlanmış satınalma müqaviləsinin şərtlərinə əməl edilməyərək müqavilələrdə nəzərdə tutulmuş avans məbləğindən artıq vəsaitin ödənişinə yol verilmişdir. Belə ki, ensiklopediyanın kitabxana variantının V cildinin çapı ilə əlaqədar olaraq “Şərq-Qərb” ASC ilə 475000,0 manat məbləğində bağlanmış 2013-cü il 05 dekabr tarixli satınalma müqaviləsinin şərtlərinə əsasən, avans ödənişi müqavilə məbləğinin 40%-i həcmində nəzərdə tutulduğu halda 2013-cü ilin dekabr ayında və 2014-cü ildə Elmi Mərkəz tərəfindən “Şərq-Qərb” ASC-yə müqavilə məbləğinin 100%-i həcmində ödəniş həyata keçirilmiş, lakin ensiklopediyanın V cildi 2015-ci il 01 yanvar tarixə təhvil verilməmiş, eyni zamanda ensiklopediyanın VI cildinin çapı ilə əlaqədar olaraq 2014-cü il 19 noyabr tarixdə bağlanmış satınalma

AUDİTOR TRİBUNASI 2017, №4

14

müqaviləsinə əsasən, 2014-cü ilin dekabr ayında 175989,0 manat məbləğində və ya müqavilə məbləğinin 37,1%-i həcmində avans ödənilərək 2015-ci il 01 yanvar tarixə ümumilikdə 650989,8 manat məbləğində debitor borc yaranmışdır. Ensiklopediyanın V cildinin 20%-i və ya 95000,0 manat dəyərində olan hissəsi 2015-ci il 16 oktyabr tarixdə və 80%-i və ya 380000,0 manat dəyərində olan hissəsi isə 2015-ci il 16 noyabr tarixdə təhvil verilmişdir.

Ensiklopediyanın VI cildinin nəşri ilə əlaqədar olaraq bağlanmış müqavilənin şərtlərində müqavilə məbləğinin 40% həcmində avans ödənişi nəzərdə tutulmasına baxmayaraq, 2014-cü ilin noyabr–dekabr aylarında və 2015-ci ildə müqavilə məbləğinin 97,3%-i, yəni 462109,8 manatı “Şərq-Qərb” ASC-yə ödənilmiş, lakin ensiklopediyanın VI cildi 01 yanvar 2016-cı il tarixədək təhvil verilmədiyindən həmin məbləğdə debitor borc qalmışdır. Ensiklopediyanın VI cildi 08 dekabr 2016-cı il tarixdə tam şəkildə Mərkəzə təhvil verilmişdir.

Ensiklopediyanın VII cildinin nəşri ilə əlaqədar olaraq “Şərq-Qərb” ASC ilə birbaşa müqavilə bağlanması ilə əlaqədar Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyindən 2015-ci il 28 dekabr tarixli IÇ/2196/1 nömrəli məktubla razılıq alınmasına baxmayaraq, 1 (bir) il sonra, 05 dekabr 2016-cı il tarixdə 475000,0 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən isə müqavilə məbləğinin 65% həcmində, yəni 308750,0 manat avans ödənişi nəzərdə tutulmasına baxmayaraq, 2016-cı ilin dekabr ayında 290550,0 manat və 2017-ci ilin iyun ayında 150000,0 manat, ümumilikdə 440550,0 manat və ya müqavilə məbləğinin 92,7%-i həcmində avans ödənişi həyata keçirilmişdir. Audit dövrünün sonuna ensiklopediyanın VII cildi təhvil verilmədiyindən debitor borc yaranmışdır.

Auditlə əhatə edilən dövrədək “Şərq-Qərb” ASC-yə ödənilmiş avans ödənişlərinə görə yaranmış debitor borcların, eyni zamanda 2015-ci ildə ödənilmiş 286120,0 manat məbləğində, həmçinin ensiklopediyanın VI cildinin çap edilməsi ilə əlaqədar olaraq “Şərq-Qərb” MMC ilə bağlanmış 05 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən, 2017-ci ilin 09 iyun tarixində ödənilmiş 150000,0 manat məbləğində avans ödənişlərinə görə bank təminatı alınmamışdır.

2.5. Təmir-tikinti işləri üzrə ayrılan vəsaitlərdən istifadənin vəziyyəti“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi üzrə auditlə əhatə olunan

dövrdə ümumilikdə cari təmir işlərinə 2 halda 46595,2 manat, o cümlədən 2015-ci ildə 1 halda 22303,2 manat və 2016-cı ildə 1 halda 24292,0 manat kotirovka sorğusu üsulu ilə satınalma keçirilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

15

2015-ci ildə podratçı təşkilat kimi fəaliyyət göstərən “Inpeks N” MMC tərəfindən 21923,2 manat dəyərində, 2016-cı ildə isə “KARAT-60” MMC tərəfindən 24292,0 manat dəyərində cari təmir işləri yerinə yetirilmiş işlərin qəbul aktları (Forma №-2) ilə rəsmiləşdirilmiş, həmçinin 2015-ci ildə “Inpeks N” MMC-dən 380,0 manat dəyərində sanitar qovşağı üçün avadanlıqlar alınmışdır.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin tikintisi başa çatmış yeni inzibati binasının 2014-cü il 16 iyun tarixdə istismara verilməsinə baxmayaraq, 2015–2016-cı illərdə cari təmir işlərinin yerinə yetirilməsi üçün 46215,2 manat vəsait xərc edilmişdir. Audit zamanı yerinə yetirilmiş cari təmir işlərinə baxış keçirilən zaman 4439,0 manat dəyərində yeni parket döşəmənin vurulması işlərinin tam yerinə yetirilmədiyi müəyyən edilmişdir.

3. Maliyyə hesabatlarının dürüstlüyü və uçot-hesabat işlərinin aparılması

vəziyyəti3.1. Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi vəziyyəti Auditlə əhatə olunan dövrdə Elmi Mərkəz tərəfindən “Büdcə təşkilatları

üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə ümumilikdə əməl edilmişdir. Müəssisənin maliyyə təsərrüfat fəaliyyətini əks etdirən illik maliyyə hesabatları, “Maliyyə vəziyyəti haqqında hesabat”, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”, “Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat”, “Pul vəsaitləri və onların ekvivalentləri haqqında hesabat” və “Maliyyə hesabatlarına qeydlər” tərtib edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilmişdir. Elmi Mərkəzdə aparılmış mühasibat əməliyyatları üzrə ilkin uçot sənədləri memorial orderlərdə yığılmışdır.

Təqdim edilmiş maliyyə hesabatları Büdcə Təşkilatları üçün “Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə uyğun hazırlansa da, təlimatın və “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”nın bəzi tələbləri gözlənilməmişdir.

Elmi Mərkəzin ehtiyatlarının qalığı ilin əvvəlinə 3230269,8 manat olmuş və hesabat ilində 714976,8 manat artaraq 3945246,6 manat təşkil etmişdir. Ehtiyatların ilin əvvəlinə olan qalığının 34853,8 manatı, sonuna olan 52148,1 manatı anbarda olan mal-material ehtiyatları və digər ehtiyatların qalığından ibarət olmuş və müvafiq olaraq 3195415,9 manatı və 3892748,5 manatı isə satış və digər müəssisə və təşkilatlara əvəzsiz verilməsi nəzərdə tutulan ensiklopediyaların dəyərindən ibarət olmuşdur. Satış üçün və digər müəssisə və təşkilatlara əvəzsiz

AUDİTOR TRİBUNASI 2017, №4

16

verilməsi nəzərdə tutulan ensiklopediyaların dəyərinin “Maliyyə vəziyyəti haqqında hesabat”da düzgün olaraq ehtiyatlarda göstərilməsinə baxmayaraq, baş kitabda düzgün olmayaraq 251 nömrəli “Sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin uçotu” subhesabında uçota alınmışdır.

Hesabat ilində ehtiyatların dəyərində artma əsasən ensiklopediyaların çap olunaraq Elmi Mərkəzə təhvil verilməsi hesabına baş vermişdir.

Elmi Mərkəzin debitor borcu 2015-ci ilinin əvvəlinə1680128,2 manat olmuş, hesabat ilində 147711,5 manat azalaraq ilin sonuna 1532416,7 manat olmasına baxmayaraq, “Maliyyə vəziyyəti haqqında hesabat”da sair qısamüddətli aktivlər maddəsində ilin əvvəlinə və sonuna 986000,0 manat az olmaqla müvafiq olaraq 694128,2 manat və 546416,5 manat göstərilmişdir. Fərq 2011-ci il 29 dekabr tarixdə “Azəraqrartikinti” ASC-nin Qobustan filialına qabaqcadan ödənilmiş 986000,0 manat vəsait üzrə yaranmış debitor borcun “Maliyyə vəziyyəti haqqında hesabat”da əks etdirilməməsi hesabına baş vermişdir.

Baş kitaba əsasən Elmi Mərkəzin uzunmüddətli aktivləri 2015-ci ilin əvvəlinə 373376,9 manat olmuş, ilin sonuna 9958782,4 manat artaraq 10332159,3 manat təşkil etmiş və “Maliyyə vəziyyəti haqqında hesabat”da düzgün göstərilmişdir. Artım əsasən Elmi Mərkəz üçün tikilmiş yeni inzibati binanın, inventar və avadanlıqların balansa götürülməsi hesabına baş vermiş, o cümlədən binanın dəyəri 8216000,0 manat, inventarların ümumi dəyəri 1042000,0 manat və avadanlıqların ümumi dəyəri 1042000,0 manat təşkil etmişdir.

Elmi Mərkəz tərəfindən “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın 18.1-ci maddəsinin tələblərinə əməl edilməyərək birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmət (istehsal) prosesində bir ildən artıq istifadəsi nəzərdə tutulan aktivlər 231 №-li “Torpaq, tikili və avadanlıq” hesabında uçota götürülməli olduğu halda düzgün olmayaraq 126 №-li “Digər ehtiyatlar” hesabında uçota götürülmüş və nəticədə 2015-ci ilin “Maliyyə vəziyyəti haqqında hesabat”ında (2015-ci il 31 dekabr tarixədək alınmış 16 adda) uzunmüddətli aktivlərin dəyəri 19936,0 manat, 2016-cı ildə isə (2016-cı ildə alınmış 2 adda inventarın) 28956,0 manat az göstərilmişdir.

Elmi Mərkəzin 2015-ci ilin əvvəlinə və sonuna olan 10412,0 manat kreditor borcu 2004-cü ildə əsaslı təmir işlərinə görə yaranmış borc olmaqla “Maliyyə vəziyyəti haqqında hesabat”da uzunmüddətli kreditor borclarda göstərilməli olduğu halda düzgün olmayaraq qısamüddətli kreditor borclarda göstərilmişdir. Eyni zamanda 2016-cı ilin “Maliyyə vəziyyəti haqqında hesabat”da qeyd olunan nöqsana yol verilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

17

“Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatın tərtib edilməsi zamanı Təlimatın 56-cı maddəsinin tələblərinə əməl edilməyərək “Ümumi mənfəətin” tərkib hissəsi olan əmlakın əvəzsiz alınmasından qazanc barədə məlumatlar həmin hesabatın “Əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc) maddəsində” əks etdirilməmişdir.

Eyni zamanda təlimatın 57-ci maddəsinin tələblərinə əməl edilməyərək “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında” hesabatda əvvəlki hesabat dövrünün əvvəlinə balans məlumatları göstərilməmişdir.

2015-ci ilin əmək haqqı xərcləri 864917,1 manat olsa da, “Maliyyə fəaliyyətinin nəticələri haqqında”, “Pul vəsaitlərinin hərəkəti haqqında” hesabatlarda işçilərə ödənilən pul vəsaitlərinin məbləği düzgün olmayaraq 30830,8 manat çox olmaqla 895747,9 manat manat göstərilmişdir. Fərq xarici ezamiyyələrə görə işçilərə verilmiş pul vəsaitlərinin düzgün olmayaraq “Pul vəsaitlərinin hərəkəti haqqında” hesabatda işçilərə ödənilən pul vəsaitləri kimi göstərilməsi nəticəsində yaranmışdır.

2016-cı ildə Elmi Mərkəzin ehtiyatlarının qalığı ilin əvvəlinə 3945246,6 manat olmuş, ilin sonuna 758116,3 manat azalaraq 3187130,2 manat təşkil etmiş və “Maliyyə vəziyyəti haqqında hesabat”da düzgün göstərilmişdir. Hesabat ilində ehtiyatların dəyərində azalma əsasən Elmi Mərkəz tərəfindən ensiklopediyaların əvəzsiz olaraq digər müəssisə və təşkilatlara verilməsi hesabına baş vermişdir.

Elmi Mərkəzin 2016-cı ilin əvvəlinə debitor borcları 1532416,7 manat olmuş, il ərzində 251807,6 manat azalaraq, 1280609,1 manat təşkil etmiş, lakin “Maliyyə vəziyyəti haqqında” hesabatda sair qısamüddətli aktivlər maddəsində düzgün olmayaraq ilin əvvəlinə 986000,0 manat az olmaqla 546416,5 manat, ilin sonuna isə 1028801,7 manat az olmaqla 251807,4 manat göstərilmişdir. Hesabatda “Azəraqrartikinti” ASC-nin Qobustan filialına ilin əvvəlinə və sonuna 986000,0 manat debitor borc “Maliyyə vəziyyəti haqqında” hesabatda göstərilməmiş, həmçinin ilin sonuna olan debitor borcun 42801,7 manatı isə texniki səhv nəticəsində hesabatda az göstərilmişdir.

2016-cı ildə də Maliyyə hesabatlarının tərtib edilməsi zamanı təlimatın tələblərinə tam əməl edilməyərək “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatın tərtib edilməsi zamanı Təlimatın 56-cı maddəsinin tələblərinə əməl edilməyərək “Ümumi mənfəətin” tərkib hissəsi olan əmlakın əvəzsiz verilməsindən itkilər barədə məlumatlar həmin hesabatın “Əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc) maddəsində” əks etdirilməmiş, təlimatın 57-ci maddəsinin tələblərinə əməl edilməyərək “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında” hesabatda əvvəlki hesabat dövrünün əvvəlinə balans məlumatları göstərilməmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

18

“Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”- B-1 və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında” hesabatı- B-3 Dövlət Sosial Müdafiə Fonduna, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi hər rübün sonunda, qeydiyyatda olduğu Vergilər Nazirliyinin Ərazi Vergilər Idarəsinə, daşınmaz əmlakın qeydiyyat vərəqəsi və dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilmişdir.

3.2. Müəssisə, idarə və təşkilatlarla qarşılıqlı hesablaşmaların vəziyyəti143 №-li “Verilmiş qısamüddətli avanslar”, 144 №-li “Təhtəlhesab məbləğlər” və

145 №-li “Digər qısamüddətli aktivlər” balans hesabında audit dövrünün əvvəlinə, 2015-ci il 01 yanvar tarixə ümumilikdə 694636,7 manat debitor borc olmuşdur. Debitor borcun 650989,8 manatı və ya 93,7%-i ensiklopediyanın kitabxana variantının V və VI cildlərinin çap edilməsi ilə əlaqədar olaraq “Şərq-Qərb” ASC-yə avans ödənişinə görə yaranmışdır ki, bunun da 280000,0 manatı və ya 43,0%-i 2013-cü ildə, 370989,8 manatı və ya 57,0%-i isə 2014-cü ildə yaranmış borcdan ibarətdir. Ensiklopediyanın satış variantının V cildinin çap edilməsi ilə əlaqədar olaraq Almaniyanın “Kösel GmbH & Co.KG” şirkətinə 2014-cü ildə 42109,0 manat avans ödənişinə görə debitor borc yaranmışdır. Həmçinin “Azpetrol” LTD-ə 2014-cü ildə qabaqcadan ödənilmiş yanacaq xərcinə görə 1516,3 manat və Azərbaycan Beynəlxalq Bankının Səbail filialına 2014-cü ildə bank xidmətinə görə 21,1 manat debitor borc olmuşdur.

2017-ci il 01 iyul tarixə ümumilikdə 452550,2 manat debitor borc olmuşdur ki, bunun da 440550,0 manatı və ya 97,3%-i ensiklopediyanın kitabxana variantının VII cildinin çap edilməsi ilə əlaqədar olaraq “Şərq-Qərb” ASC-yə (o cümlədən 2016-cı ildə 290550,0 manat və ya 66,0%, 2017-ci ildə 150000,0 manat və ya 34%), 8658,4 manatı yanacaq xərcinə görə “Azpetrol” LTD-yə, 816,0 manatı suya görə 2017-ci ilin yanvar–iyun aylarında “Azərsu” ASC-yə, 1296,4 manatı ezamiyyə xərclərinə görə 2017-ci ilin yanvar–iyun aylarında təhtəlhesab şəxslərə və 1229,4 manatı beynəlxalq tədbirdə iştirak haqqı kimi ödənilmiş vəsaitdən ibarət olmuşdur.

Elmi Mərkəzin 301 №-li “Malsatan və podratçılara qısamüddətli kreditor borclarının ödənilməsi”, 309 №-li “Digər qısamüddətli kreditor borclarının ödənilməsi”, 401 №-li “Malsatan və podratçılara uzunmüddətli kreditor borclarının ödənilməsi”, 405 №-li “Digər uzunmüddətli kreditor borclarının ödənilməsi” üzrə balans hesablarında audit dövrünün əvvəlinə – 01 yanvar 2015-ci il tarixə və sonuna – 01 yanvar 2017-ci il tarixə ümumilikdə 10412,0 manat kreditor borcu olmuşdur.

AUDİTOR TRİBUNASI 2017, №4

19

Kreditor borclar əvvəlki illərdən yaranmış borclar olmaqla, 10000,0 manatı 2004-cü ildə əsaslı təmir xərcinə görə “Azəraqrartikinti” ASC-yə, 412,0 manatı isə ezamiyyə xərclərinə görə 2009-cu ildə təhtəlhesab şəxslərə yaranmış borclar təşkil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 S saylı 2011-ci il 25 yanvar tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış vəsait hesabına “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Içərişəhər Böyük Qala-41 ünvanında yerləşən keçmiş inzibati binasının əsaslı təmiri üçün Elmi Mərkəz tərəfindən “Azəraqrartikinti” ASC ilə bağlanılmış 2011-ci il 06 dekabr tarixli 01 nömrəli müqaviləyə əsasən “Azəraqrartikinti” ASC-nin Qobustan filialına 2011-ci il 29 dekabr tarixdə 986000,0 manat vəsait köçürülmüş, hal-hazıradək qabaqcadan ödəniş hesabına “Azəraqrartikinti” ASC-nin Qobustan filialına yaranmış 986000,0 manat debitor borcunun bağlanılması təmin edilməmiş, habelə həmin borc maliyyə hesabatlarında əks etdirilməmişdir.

NƏTİCƏLƏRAparılmış audit tədbirinin nəticələrini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 2015–2017-ci illər üzrə təqdim olunan büdcə layihələri üzrə proqnozlar tərtib edilərkən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın bir sıra tələbləri gözlənilməmiş və nəticədə layihə ilə əlaqədar hazırlanmış məlumatlarda bəzi göstəricilər tam əks etdirilməmiş, eyni zamanda 2015–2016-cı illərin sonunda ümumilikdə 217782,3 manat məbləğində açılmış maliyyələşmə istifadə edilməyərək dövlət büdcəsinə qaytarılmışdır;

2. Auditlə əhatə olunan illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin büdcədənkənar vəsaitləri üzrə daxilolmalar üzrə proqnoz 50000,0 manat məbləğində proqnozlaşdırılmış, 2015-ci ildə və 2017-ci ilin I yarımilində vəsait daxil olmamış, 2016-cı ildə isə daxilolma 10000,0 manat və ya 20% təşkil etmişdir;

3. Auditlə əhatə olunan dövr ərzində ayrı-ayrı illər üzrə təsdiq edilmiş ştat cədvəlinə əsasən 10 ştat vahidi mütəxəssis vəzifəsi üzrə işçi işə qəbul edilmiş, bununla yanaşı, mütəxəssis vəzifəsinə eyni statusla ştatdankənar işçilər işə cəlb edilmiş və bu məqsədlə ümumilikdə 48 işçiyə 83405,0 manat əmək haqqı ödənilmişdir;

4. Qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə Elmi Mərkəzdə çalışan işçilərin

AUDİTOR TRİBUNASI 2017, №4

20

aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilərək ödənilmiş, eyni zamanda “Ştatda olan işçilərin əmək haqqı” paraqrafı üzrə nəzərdə tutulan vəsaitin qənaəti hesabına 2017-ci ilin yanvar–iyun ayları ərzində ştatda olan 5 işçinin hər birinə üç ay müddətində 2-3 dəfə əlavə əmək haqqı müəyyənləşdirilməsi nəticəsində ümumilikdə 4880,0 manat artıq əmək haqqı ödənilmişdir;

5. 2013-cü il 05 dekabr tarixdən Elmi Mərkəzin direktoru vəzifəsini əvəzçiliklə icra edən akademik (həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti) Tofiq Murtuza oğlu Nağıyevə direktor vəzifəsi üçün müəyyən edilmiş vəzifə maaşının 50%-i həcmində əmək haqqı ödənilməklə yanaşı, ümumilikdə 10 halda 12825,0 manat mükafat ödənilmişdir;

6. “Ezamiyyə xərclərinin normaları” və “Işçilərin Ezamiyyə Qaydaları”nın tələblərinə əməl edilməməsi nəticəsində 2015-2016-cı illərdə 4 halda cəmi 2062,2 manat artıq, tədbirlərə rəsmi dəvət məktublarında göstərilmiş müddətdən artıq rəsmiləşdirilmiş ezamiyyə günlərinə görə 2017-ci ilin yanvar–iyun ayları ərzində 1 halda 1481,8 manat ezamiyyə xərci ödənilmişdir;

7. 2015–2017-ci illər üzrə Azərbaycan Milli Ensiklopediyasının kitabxana variantı üzrə 1 nüsxənin qiyməti 19,0 manat olmaqla 950000,0 manat dəyərində 50000 nüsxənin çapı proqnozlaşdırılmış, lakin ensiklopediyanın satış və hədiyyə variantları üzrə çapı nəzərdə tutulmamışdır. Azərbaycan Milli Ensiklopediyasının kitabxana variantı üzrə proqnozun 25000,0 nüsxə az icra olunması hesabına 10000,0 nüsxə olmaqla 2015–2016-cı illərdə 1 nüsxənin qiyməti 21,62 avro olmaqla hər il üzrə 216200,0 avro dəyərində, 2017-ci ildə isə 1 nüsxənin qiyməti 23,79 avro olmaqla 237900,0 avro dəyərində satış variantı (Almaniyanın “Kösel GmbH & Co.KG” şirkəti tərəfindən) çap olunmuşdur;

8. Elmi Mərkəzlə Almaniyanın “Kösel GmbH & Co.KG” şirkəti arasında bağlanılmış müqavilələrdə nəzərdə tutulmadığı halda şirkətin nümayəndəsinin Bakı şəhərinə səfərləri ilə əlaqədar yemək və yataq xərcləri üzrə auditlə əhatə olunan illərdə ümumilikdə 2974,1 manat büdcə vəsaiti xərc edilmişdir;

9. 01.07.2017-ci il tarixə kitabxana variantı üçün 33892 ədəd (dəyəri 625400,8 manat) və ya 18,9%, satış variantı üçün 82980,0 ədəd (dəyəri 2146769,7 manat) və ya 92,0%, hədiyyə variantı üçün 477 ədədi (dəyəri 282000,9 manat) və ya 93,9%-i anbarda qalıq qalmış, satış məqsədilə nəşr edilmiş cildlərdən 18140,4 manat dəyərində 664 ədədi hədiyyə olaraq fiziki və hüquqi şəxslərə verilmişdir;

10. Elmi Mərkəz tərəfindən auditlə əhatə olunan illərdə müəyyən olunmuş normalara əməl edilməyərək nəqliyyat vasitələrinə 100 km məsafəyə görə normadan artıq yanacaq silinməsi nəticəsində 6 halda cəmi 3756,0 manat

AUDİTOR TRİBUNASI 2017, №4

21

məbləğində artıq xərcə yol verilmiş, eyni zamanda yanacaq normalarına əməl edilməyərək il ərzində tələbatdan artıq vəsaitin “Azpetrol” MMC-yə ödənilməsi nəticəsində 2016-cı il 01 yanvar tarixə 4919,6 manat, 2017-ci il 01 yanvar tarixə 9182,5 manat və 2017-ci il 01 iyul tarixə 8658,4 manat debitor borc yaranmışdır;

11. 2012–2013-cü illərdə istismara verilmiş, lakin istismar müddəti başa çatmadan 16 adda müxtəlif inventarlar (masa və dolab) müvafiq sənədləşmə aparılmadan 2015-ci ildə 11508,2 manat məbləğində balans (qalıq) dəyəri ilə silinmişdir;

12. Elmi Mərkəzin anbarında 2056,0 manat dəyərində çatışmazlıq, 401,3 manat artıqlıq olmuşdur;

13. Elmi Mərkəzlə “Şərq-Qərb” ASC arasında bağlanmış müqavilələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinə” uyğun olmamışdır;

14. Elmi Mərkəz tərəfindən 2015-ci ildə 19 halda olmaqla 22063,0 manat, 2016-cı ildə 16 halda olmaqla 25301,9 manat, cəmi 47364,9 manat vəsait satınalma proseduru tətbiq edilmədən xərc edilmişdir;

15. Elmi Mərkəz tərəfindən Ensiklopediyanın kitabxana variantının çapı ilə əlaqədar olaraq “Şərq-Qərb” ASC ilə bağlanmış 2013-cü il 05 dekabr, 2014-cü il 19 noyabr və 2016-cı il 05 dekabr tarixli satınalma müqavilələrində nəzərdə tutulmuş avans məbləğindən müvafiq olaraq 285000,0 manat, 272109,8 manat və 150000,0 manat artıq avans ödənişinə yol verilmişdir;

16. Elmi Mərkəzin tabeliyində fəaliyyət göstərən müstəqil balansa və hesablaşma hesabına malik olan “Ensiklopediya Kitab Mərkəzi” MMC-nin 2015-ci ilin sentyabr ayından Elmi Mərkəzin inzibati binasının 751 m2 sahəsində yerləşməsinə və Elmi Mərkəzə məxsus inventarlardan istifadə etməsinə baxmayaraq, onunla icarə müqaviləsi bağlanılmamış və icarə haqqı ödənilməmişdir;

17. 2016-cı ildə 4439,0 manat dəyərində cari təmir işləri yerinə yetirilməmişdir;18. Satış üçün və digər müəssisə və təşkilatlara əvəzsiz verilməsi nəzərdə tutulan

ensiklopediyaların dəyəri baş kitabda düzgün olmayaraq 251 nömrəli “Sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin uçotu” subhesabında uçota alınmışdır;

19. Elmi Mərkəzin debitor borcunun ilin sonuna 1532416,7 manat olmasına baxmayaraq, “Maliyyə vəziyyəti haqqında hesabat”da sair qısamüddətli aktivlər maddəsində ilin əvvəlinə və sonuna 986000,0 manat az olmaqla müvafiq olaraq 694128,2 manat və 546416,5 manat göstərilmişdir;

20. Elmi Mərkəz tərəfindən “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu

AUDİTOR TRİBUNASI 2017, №4

22

Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın 18.1-ci maddəsinin tələblərinə əməl edilməyərək birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmət (istehsal) prosesində bir ildən artıq istifadəsi nəzərdə tutulan aktivlər 231 №-li “Torpaq, tikili və avadanlıq” hesabında uçota götürülməli olduğu halda düzgün olmayaraq 126 №-li “Digər ehtiyatlar” hesabında uçota götürülmüş və nəticədə 2015-ci ilin “Maliyyə vəziyyəti haqqında hesabat”da uzunmüddətli aktivlərin dəyəri 19936,0 manat, 2016-cı ildə isə 28956,0 manat az göstərilmişdir;

21. Elmi Mərkəzin 2015-ci ilin əvvəlinə və sonuna olan 10412,0 manat kreditor borcu 2004-cü ildə əsaslı təmir işlərinə görə yaranmış borc olmaqla 2015 və 2016-cı ilin “Maliyyə vəziyyəti haqqında hesabat”larında uzunmüddətli kreditor borclarda göstərilməli olduğu halda düzgün olmayaraq qısamüddətli kreditor borclarda göstərilmişdir;

22. 2015 və 2016-cı illərdə “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın 56 və 57-ci maddələrinin tələblərinə əməl edilməyərək “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatın tərtib edilməsi zamanı “Ümumi mənfəətin” tərkib hissəsi olan əmlakın əvəzsiz alınmasından qazanc barədə məlumatlar həmin hesabatın “Əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc)” maddəsində əks etdirilməmiş və “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında” hesabatda əvvəlki hesabat dövrünün əvvəlinə balans məlumatları göstərilməmişdir;

23. 2015-ci il əmək haqqı xərcləri 864917,1 manat olduğu halda, əsasən xarici ezamiyyələrə görə təhtəlhesab şəxslərə ödənilmiş pul vəsaitlərinin düzgün olmayaraq əmək haqqı ödənişi kimi göstərilməsi nəticəsində “Maliyyə fəaliyyətinin nəticələri haqqında”, “Pul vəsaitlərinin hərəkəti haqqında” hesabatlarda işçilərə ödənilən pul vəsaitlərinin məbləğ 30830,8 manat çox olmaqla 895747,9 göstərilmişdir;

24. Elmi Mərkəzin 2016-cı ilin əvvəlinə debitor borcları 1532416,7 manat olmuş, il ərzində 251807,6 manat azalaraq 1280609,1 manat təşkil etmiş, lakin “Maliyyə vəziyyəti haqqında” hesabatda sair qısamüddətli aktivlər maddəsində düzgün olmayaraq ilin əvvəlinə 986000,0 manat az olmaqla 546416,5 manat, ilin sonuna isə 1028801,7 manat az olmaqla 251807,4 manat göstərilmişdir;

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21s saylı 2011-ci il 25 yanvar tarixli sərəncamına əsasən, Elmi Mərkəzin Içərişəhər Böyük Qala-41 ünvanında yerləşən keçmiş inzibati binasının əsaslı təmiri üçün “Azəraqrartikinti” ASC ilə bağlanılmış 2011-ci il 06 dekabr tarixli 01 nömrəli müqaviləyə əsasən,

AUDİTOR TRİBUNASI 2017, №4

23

2011-ci il 29 dekabr tarixdə “Azəraqrartikinti” ASC-nin Qobustan filialına köçürülmüş qabaqcadan ödəniş hesabına yaranmış 986000,0 manat debitor borcun bağlanılması təmin edilməmiş, habelə həmin borc Mərkəzin maliyyə hesabatlarında əks etdirilməmişdir;

26. 2017-ci il 01 iyul tarixə ümumilikdə 452550,2 manat debitor borc olmuşdur ki, bunun da 440550,0 manatı və ya 97,3%-i ensiklopediyanın kitabxana variantının VII cildinin çap edilməsi ilə əlaqədar olaraq “Şərq-Qərb” ASC-yə (o cümlədən 2016-cı ildə 290550,0 manat və ya 66,0%, 2017-ci ildə 150000,0 manat və ya 34%), 8658,4 manatı yanacaq xərcinə görə “Azpetrol” LTD-yə, 816,0 manatı suya görə 2017-ci ilin yanvar–iyun aylarında “Azərsu” ASC-yə, 1296,4 manatı ezamiyyə xərclərinə görə 2017-ci ilin yanvar–iyun aylarında təhtəlhesab şəxslərə və 1229,4 manatı beynəlxalq tədbirdə iştirak haqqı kimi ödənilmiş vəsaitdən ibarət olmuşdur.

Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunmuş, Qərarının surəti “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə göndərilmiş, nəzarət tədbirinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir. Eləcə də Elmi Mərkəz tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq təsərrüfat mallarının alınması məqsədilə 16 iyun 2017-ci il tarixdə 27000,0 manat və inventarların alınması məqsədilə 29 iyun 2017-ci il tarixdə 29011,5 manat məbləğinə kotirovka sorğularının nəticələri üzrə məlumatlar müvafiq rəsmi internet saytda yerləşdirilməməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

24

Cəfər HəsənovAuditor

DÖVLƏT BÜDCƏSİNİN DÖVLƏT ƏSASLI VƏSAİT QOYULUŞUNDAN

VƏ EHTİYAT FONDLARINDAN İSMAYILLI RAYON İCRA HAKİMİYYƏTİNƏ AYRILAN VƏSAİTLƏRİN İSTİFADƏSİNİN AUDİTİNİN NƏTİCƏLƏRİNƏ

DAİR HESABATIN XÜLASƏSİNəzarət tədbirinin keçirilməsi üçün əsas: "Hesablama Palatası haqqında"

Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün Iş planı, Hesablama Palatasının Kollegiyasının 2017-ci il 29 avqust tarixli Q-81 nömrəli qərarı.

Nəzarət tədbirinin məqsədi: Dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə maliyyə əməliyyatlarının aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalara və yerinə yetirilən işlərin müqavilə şərtlərinə uyğun həyata keçirilməsini müəyyən etmək.

Yoxlanılan qurum və obyektlər: Nəzarət tədbiri 2014–2017-ci illərdə Külüllü kənd 80 şagird yerlik ibtidai məktəbin, Şəbyan kənd 80 şagird yerlik ümumi orta məktəbin, Qalıncaq kənd 360 şagird yerlik tam orta məktəbin, Sumağallı və Xəlilli kəndlərində 40 yerlik uşaq bağçasının, Ismayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun tikintisinə, həmçinin Ismayıllı şəhər 3 №-li tam orta məktəbin, Ismayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmirinə, Ismayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Ismayıllı Rayon Icra Hakimiyyətinə ayrılan vəsaitləri əhatə etmişdir.

Nəzarət tədbirinin obyekti haqqında məlumat: Ismayıllı Rayon Icra Hakimiyyəti (bundan sonra “Icra Hakimiyyəti”) Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli Icra Hakimiyyəti haqqında Əsasnamə”yə əsasən fəaliyyət göstərir. Əsasnamə Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə uyğun olaraq yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir.

Ismayıllı Rayon Icra Hakimiyyəti “Yerli icra hakimiyyətləri haqqında”

AUDİTOR TRİBUNASI 2017, №4

25

Əsasnaməyə əsasən dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil edir, yaşayış məntəqələrində abadlıq işlərini təşkil edir, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb edir, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət edir, yaşıllaşdırma işini həyata keçirir, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil edir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.

Ismayıllı rayonu inzibati rayon kimi 1931-ci ilin noyabr ayında təşkil olunmuşdur. Sahəsi 2074 kv.km-dir. Ismayıllı rayonu 6 inzibati rayonla həmsərhəddir. Quba, Şamaхı, Ağsu, Kürdəmir, Göyçay, Qəbələ. Ismayıllı rayonunun tərkibində 1 şəhər (Ismayıllı şəhəri), 2 qəsəbə (Lahıc və Basqal), 37 inzibati ərazi dairəsi, 34 kənd inzibati ərazi dairələri, 34 bələdiyyə və 105 kənd yaşayış məntəqəsi mövcuddur. Rayonun daimi əhalisinin sayı 85740 nəfərdir. Kişilərin sayı 43119 (50,29%) və qadınların sayı 42621 (49,71) çatmışdır. Rayon əhalisinin milli tərkibinin 86,28%-ni azərbaycanlılar, 10,18%-ni ləzgilər, 2,55%-ni ruslar və 0,98% -ni digər millətlər təşkil edir.

Rayonun sosial sahəsi inkişaf etməkdə davam edir. Ismayıllı şəhərində 10 məktəb, kənd yerlərində 70 məktəb, o cümlədən 1 kollec vardır. Rayon daxilində ümumilikdə 10 məktəbəqədər müəssisə, 31 klub, 3 muzey, 46 kütləvi kitabxana mövcuddur. Rayonda 3 xəstəxana, 15 ambulator poliklinika vardır.

Rayon üzrə 2 şərab zavodu, 2 su elektrik stansiyası, 1 velosiped zavodu fəaliyyət göstərir.

Ismayıllı rayonunun inzibati sərhədləri daxilində 151,7 km asfalt-beton, 7,5 km qara örtük, 205,8 km çınqıl örtüklü yol vardır. Bu yolların 86 km-ni dövlət əhəmiyyətli, 279 km-ni yerli əhəmiyyətli yollar təşkil edir.

Icra Hakimiyyəti fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər hüquqi-normativ aktları, habelə müvafiq Əsasnaməni rəhbər tutur.

Təhlil edilmiş və üzləşdirilmiş sənədlər: Azərbaycan Respublikası Prezidentinin fərmanları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, vəsaitlərin ayrılması ilə əlaqədar sənədlər, dövlət satınalmaları ilə bağlı sənədlər, cari qiymətlər səviyyəsində müqavilə qiymətlərinin hesabatları, maliyyə hesabatları və mühasibat uçotu ilə əlaqədar sənədlər.

Audit ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı, obyektlər üzrə layihə-smeta sənədlərinin tərtibi, ayrılan vəsaitlər üzrə ödəniş-hesablaşma və uçot sənədləri, maliyyə hesabatları, satınalmaların və maliyyə əməliyyatlarının aparılmasının

AUDİTOR TRİBUNASI 2017, №4

26

qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsi məsələlərini əhatə etmiş və aşağıdakılar müəyyən edilmişdir:

1. Ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı, obyektlər üzrə layihə-smeta sənədlərinin tərtibi

Ismayıllı Rayon Icra Hakimiyyəti tərəfindən auditlə əhatə olunan dövrdə dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş obyektlər barədə Iqtisadiyyat Nazirliyinə keçid layihələr üzrə layihənin dəyəri, tələb olunan vəsait barədə məlumat və yeni layihələrin siyahısı təqdim olunsa da, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Investisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, həmçinin qüvvədə olan normativ-hüquqi aktlara uyğun texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamalar tərtib edilməmişdir.

2014–2016-cı illərdə Ismayıllı Rayon Icra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 8874,72 min manat, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9000,0 min manat, Azərbaycan Respublikasının dövlət büdcəsinin ehtiyat fondundan 400,0 min manat olmaqla cəmi 18274,72 min manat vəsaitin ayrılması nəzərdə tutulmuş, nəzərdə tutulmuş vəsaitə qarşı 2014–2017-ci ilin 8 ayı ərzində dövlət büdcəsinin digər tikililərin inşası (311132) xərc maddəsindən 9418,1 min manat, sair xərclər (282100) xərc maddəsindən 7476,4 min manat, cəmi 16894,5 min manat məbləğində maliyyələşmə və kassa xərci aparılmışdır. O cümlədən tikinti- quraşdırma işlərinə 16806,2 min manat, layihə-smeta sənədlərinin hazırlanmasına 58,9 min manat, layihə-smeta sənədlərinin ekspertiza olunmasına 26,0 min manat, müqavilə qiymətinin (ehtimal olunan qiymət) hesabatının hazırlanmasına 3,4 min manat vəsait xərc edilmişdir.

Məktəblərin tikintisi üçün icra hakimiyyəti tərəfindən layihə-smeta sənədlərinin tərtibində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin bəndlərinin tələblərinə tam əməl edilməyərək, “Qalıncaq kənd 360 şagird yerlik tam orta məktəbinin tikintisi” obyekti üzrə akt zalının sahəsi norma üzrə 234 m2 tələb olunduğu halda, faktiki 140 kv.m, kitabxananın sahəsi norma üzrə 108 m2 tələb olunduğu halda, 59,4 m2 , idman zalının sahəsi norma üzrə 540 m2 tələb olunduğu halda, faktiki 274 m2, “Şəbyan kənd 80 şagird yerlik ümumi orta məktəbin tikintisi” obyekti üzrə laboratoriya

AUDİTOR TRİBUNASI 2017, №4

27

otaqlarının sahəsi norma üzrə 60 m2 tələb olunduğu halda, faktiki 18,5 m2, direktor otağının sahəsi norma üzrə 54,0 m2 tələb olunduğu halda, faktiki 18,5 m2, idman zalının sahəsi norma üzrə 162 m2 olduğu halda, faktiki 151,0 m2, “Külüllü kənd 80 şagird yerlik ibtidai məktəbin tikintisi” obyekti üzrə idman zalının sahəsi norma üzrə 80 m2 tələb olunduğu halda, faktiki 53,4 m2 nəzərdə tutulmuşdur.

Qeyd olunanlarla yanaşı, məktəblərin tikintisi üzrə hazırlanmış layihə tapşırıqlarına uyğun layihə təşkilatları tərəfindən tərtib edilmiş layihə-smeta sənədləri əsasında yerlərdə real şagird sayından fərqli məktəblər inşa edilmiş, Külüllü kəndində məktəbyaşlı uşaqların az olmasına və qonşu kənddə alternativ məktəblərin olması nəzərə alınmamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 saylı və 2014-cü il 27 fevral tarixli 118 saylı fərmanları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tədbirlər Planı” təsdiq edilmişdir. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər icra olunsa da, Ismayıllı Rayon Icra Hakimiyyəti tərəfindən dövlət proqramının icrası barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rüblük hesabatlar təqdim edilməmişdir.

2. Satınalmaların və maliyyə əməliyyatlarının aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsi

Auditlə əhatə olunan dövrdə aparılmış satınalmalar açıq tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən (birbaşa müqavilə) satınalma (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları və razılıq məktublarına əsasən) metodları ilə həyata keçirilsə də, bəzi nöqsanlara da yol verilmişdir. Belə ki:

• Təqdim olunmuş sənədlərə əsasən ümumilikdə, Ismayıllı Rayon Icra Hakimiyyəti tərəfindən auditlə əhatə olunan dövr ərzində 5235,2 min manat məbləğində açıq tender, 4274,7 min manat məbləğində birbaşa (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncam, razılıq məktublarına və Azərbaycan Respublikası Satınalmaları üzrə Dövlət Agentliyinin müvafiq razılıq məktublarına əsasən), 5388,2 min manat məbləğində təkliflər sorğusu, 30,5 min manat məbləğində kotirovka sorğusu, 26,0 min manat məbləğində bir mənbədən (ekspertiza, qiymətqoyma) metodu ilə satınalma keçirilsə də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası

AUDİTOR TRİBUNASI 2017, №4

28

Qanunun tələblərinə əməl edilməyərək 451,2 min manat vəsait satınalma proseduru keçirilmədən xərc edilmişdir.

• satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının, həmçinin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, eləcə də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması kimi meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar təqdim etməyən malgöndərənlər (podratçılar) “Ismayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun tikintisi” obyekti üzrə 5388,2 min manat təkliflər sorğusu, “Ismayıllı şəhər 960 şagird yerlik 3 №-li tam orta məktəbinin əsaslı təmiri” və “Ismayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri” obyektləri üzrə 5235,2 min manat məbləğində keçirilən açıq tender prosedurlarında iddiaçı kimi iştirak etmişlər;

• “Ismayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun tikintisi” və “Ismayıllı şəhər 960 şagird yerlik 3 №-li tam orta məktəbinin əsaslı təmiri” obyektləri üzrə ikinci dəfə tender haqqında elan tenderin yekun protokolunda öz əksini tapmamış;

• satınalınma keçirilmiş obyektlər üzrə müqaviləyə əlavə edilmiş qiymət cədvəlində rabitə və texnoloji avadanlıqların, malların (işlərin və xidmətlərin) təsvirinə dair tələblərə əməl edilməmiş, texniki göstəricilərə dair məlumatlar öz əksini tapmamış;

• bağlanılmış satınalma müqavilələrində Azərbaycan Respublikası Nazirlər Kabinetini 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun müqavilənin icra müddəti göstərilməmişdir.

3. Dövlət investisiya qoyuluşları üzrə mühasibat uçotunun təşkili və aparılması və müvafiq məlumatların hesabatlarda əks olunması

Ismayıllı Rayon Icra Hakimiyyəti tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üzrə “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə müvafiq qaydada “Maliyyə vəziyyəti haqqında” (FORMA №1), “Maliyyə fəaliyyətinin nəticələri haqqında” (FORMA №2), “Kapitalda dəyişikliklər və xalis aktivlər haqqında” (FORMA №3) və “Pul vəsaitlərinin hərəkəti haqqında” (FORMA №4) hesabatlar düzgün

AUDİTOR TRİBUNASI 2017, №4

29

tərtib olunmamışdır. Belə ki, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından əsaslı kapitala yönəldilən vəsait hesabına yaranmış aktiv və öhdəliklər, eləcə də bir sıra tikintisi başa çatmamış obyektlərə sərf olunan vəsaitin məbləği maliyyə hesabatlarında əks olunmamış, həmçinin tikintisi başa çatmış və istismara qəbul edilmiş əsas fondlar müvafiq qaydada uçota alınmamışdır.

NƏTİCƏLƏRYuxarıda qeyd olunanlara və audit aktında göstərilənlərə əsasən aşağıdakı

nəticəyə gəlmək olar:1. Ismayıllı Rayon Icra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası

Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Investisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, həmçinin qüvvədə olan normativ-hüquqi aktlara uyğun texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamalar tərtib edilməmişdir;

2. Məktəblərin tikintisi üçün icra hakimiyyətləri tərəfindən layihə-smeta sənədlərinin tərtibində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin bəndlərinin tələblərinə tam əməl edilməmişdir;

3. Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər icra olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinə müvafiq hesabatlar təqdim edilməmişdir;

4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 451,2 min manat vəsait satınalma proseduru keçirilmədən xərc edilmişdir;

5. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının, həmçinin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, eləcə də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması kimi meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar

AUDİTOR TRİBUNASI 2017, №4

30

və ya digər məlumatlar təqdim etməyən malgöndərən (podratçı) “Ismayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun tikintisi” obyekti üzrə 5388,2 min manat təkliflər sorğusu, “Ismayıllı şəhər 960 şagird yerlik 3 №-li tam orta məktəbinin əsaslı təmiri” və “Ismayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri” obyektləri üzrə 5235,2 min manat məbləğində keçirilən açıq tender prosedurlarında iddiaçı kimi iştirak etmişdir;

6. “Ismayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun tikintisi” və “Ismayıllı şəhər 960 şagird yerlik 3 №-li tam orta məktəbinin əsaslı təmiri” obyektləri üzrə ikinci dəfə tender haqqında elan tenderin yekun protokolunda öz əksini tapmamışdır;

7. Satınalınma keçirilmiş obyektlər üzrə müqaviləyə əlavə edilmiş qiymət cədvəlində rabitə və texnoloji avadanlıqları malların (işlərin və xidmətlərin) təsvirinə dair tələblərə əməl edilməmiş, texniki göstəricilərə dair məlumatlar öz əksini tapmamışdır;

8. Bağlanılmış satınalma müqavilələrində Azərbaycan Respublikası Nazirlər Kabinetini 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin tələblərinə uyğun müqavilənin icra müddəti göstərilməmişdir;

9. “Ismayıllı-Göytəpə-Ruşan-Qalıncaq avtomobil yolunun (18,0 km) tikintisi” obyekti üzrə:9.1. müqavilə şərtlərinə uyğun olaraq 1064,6 min manat məbləğində avans

ödənişi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin təsdiq edilməsi haqqında” Qərarının icraçıdan avansın əsaslandırılması sənədləri (qaimələr, müqavilələr, aktlar və s.) tələb olunmamışdır;

9.2. yolun tikintisi 2014-cü ilin dekabr ayında başa çatdırılaraq müvafiq qaydada “Istismara hazırlıq Aktı” tərtib edilib müvafiq qaydada təsdiq edilsə də, aktda obyektin balans dəyəri göstərilməmiş və tikintinin başa çatmasından iki ildən çox keçməsinə baxmayaraq, avtomobil yolunun 9 saylı Yol Istismarı MMC-nin balansına təhvil verilməsi təmin edilməmişdir;

9.3. yolda geoloji işlər aparılmadığından qrunt və çınqılın həcm çəkisinin düzgün təyin edilməməsi səmərəsiz xərcin yaranmasına səbəb olmuşdur;

9.4. yeni tikilmiş yolun smeta və layihə sənədlərində qrunt sularının yoldan

AUDİTOR TRİBUNASI 2017, №4

31

uzaqlaşdırılması tədbirləri nəzərdə tutulmadığından yol örtüyünün 520 m2 sahəsi yararsız vəziyyətə düşmüşdür;

10. “Ismayıllı şəhər 960 şagird yerlik 3 №-li tam orta məktəbinin əsaslı təmiri” üzrə:10.1. avans ödənişi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin

müvafiq qərarının tələblərinə riayət edilməyərək icraçıdan avansın əsaslandırılması sənədləri (qaimələr, müqavilələr, aktlar və s.) tələb edilməmiş, həmçinin 754,8 min manat məbləğində avans köçürülməsi zamanı müvafiq tələblərə əməl olunmamışdır;

10.2. obyekt üzrə bəzi hallarda yerinə yetirilməmiş iş və xidmətlər “Işlərin qəbulu haqqında Akt”lara daxil edilmişdir;

11. “Qalıncaq kənd 360 şagird yerlik tam orta məktəbinin tikintisi” üzrə:11.1. 468,8 min manat məbləğində avansın ödənişi zamanı Azərbaycan

Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə riayət edilməyək icraçıdan avansın əsaslandırılması sənədləri (qaimələr, müqavilələr, aktlar və s.) tələb olunmamışdır;

11.2. obyekt üzrə bəzi işlər yerinə yetirilmədiyi halda, “Işlərin qəbulu haqqında Akt”lara (Forma N-2) daxil edilmiş, eyni işə görə müxtəlif qiymətlərin tətbiq olunması hallarına yol verilmişdir;

11.3. obyektin istismara icazə sənədində obyektin dəyəri 40210,58 manat az göstərilmiş və obyektin müvafiq qaydada uçota alınması təmin edilməmişdir;

12. “Şəbyan kənd 80 şagird yerlik ümumi orta məktəbinin tikintisi” üzrə:12.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2003-cü il

tarixli 34 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin təsdiq edilməsi haqqında” Qərarının tələblərinə əməl edilməyərək 233,0 min manat məbləğində avansın köçürülməsi zamanı icraçıdan avansın əsaslandırılması sənədləri tələb olunmamışdır;

12.2. məktəb binasının birinci mərtəbəsində sıradan çıxan istilik sistemindən axan suyun qruntu yuması nəticəsində 2655,0 manat dəyərində 45,0 m2 sahədə metlax döşəmə, 3120,0 manat dəyərində 40,0 m2. taxta döşəmə yararsız vəziyyətə düşmüşdür;

12.3. məktəbin tikintisi üzrə tərtib olunan istismara icazə sənədində obyektin dəyəri 23558,31 manat az göstərilmiş və obyektin müvafiq qaydada uçota alınması təmin edilməmişdir;

AUDİTOR TRİBUNASI 2017, №4

32

13. “Ismayıllı rayonu Külüllü kənd 80 şagird yerlik ibtidai məktəbin tikintisi” üzrə:13.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının bəzi

tələblərinə əməl edilməyərək icraçıdan avansın əsaslandırılması sənədləri (qaimələr, müqavilələr, aktlar və s.) tələb olunmadan 98,2 min manat məbləğində avans köçürülmüşdür;

13.2. Məktəbin tikintisi üzrə istismara icazə sənədində obyektin dəyəri 107039 manat az göstərilmiş və obyektin müvafiq qaydada uçota alınması təmin edilməmişdir;

14. “Ismayıllı rayonu Sumağallı kəndində 40 uşaq yerlik bağça binasının tikintisi” üzrə:14.1. yerinə yetirilməyən işlərin qəbul aktlarına daxil edilməsi və eyni işə

müxtəlif qiymətlərin tətbiq olunması hallarına yol verilmişdir; 14.2. obyektin Tikintilərin Dövlət Reyestrində qeydə alınması təmin

edilməmiş, istismara icazə sənədində obyektin dəyəri 131241 manat az göstərilmişdir;

15. “Xəlilli kəndində 40 uşaq yerlik bağça binasının tikintisi” üzrə:15.1. 40,0 min manat məbləğində avans ödənişi zamanı Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin təsdiq edilməsi haqqında” Qərarının tələblərinə uyğun olaraq icraçıdan avansın əsaslandırılması sənədləri (qaimələr, müqavilələr, aktlar və s.) tələb olunmamışdır;

15.2. Ismayıllı Rayon Icra Hakimiyyəti tərəfindən Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından əsaslı kapitala yönəldilən vəsait hesabına yaranmış aktiv və öhdəliklər, eləcə də bir sıra tikintisi başa çatmamış obyektlərə sərf olunan vəsaitin məbləği maliyyə hesabatlarında əks olunmamış, həmçinin tikintisi başa çatmış və istismara qəbul edilmiş əsas fondlar müvafiq qaydada uçota alınmamışdır.

Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunmuş, qərarın surəti İsmayıllı Rayon İcra Hakimiyyətinə göndərilmiş, nəzarət tədbirinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

33

Mehriban ƏlişanovaAuditor, iqtisad elmləri üzrə fəlsəfə doktoru

DÖVLƏT BÜDCƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASININ DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNƏ AYRILAN VƏSAİTLƏRİN

İSTİFADƏSİNİN AUDİTİ ÜZRƏ HESABATIN XÜLASƏSİNəzarət tədbirinin keçirilməsi üçün əsas: “Hesablama Palatası haqqında”

Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üzrə Iş planı, Hesablama Palatasının Kollegiyasının 2017-ci il 01 noyabr tarixli Q-123 nömrəli Qərarı.

Nəzarət tədbirinin məqsədi: Dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə maliyyə əməliyyatlarının aparılmasının qanunvericiliklə müəyyən edilmiş qaydalara və müddətlərə uyğun həyata keçirilməsini müəyyən etmək.

Yoxlanılan qurum: Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi.

Yoxlanılan qurum haqqında qısa məlumatAzərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi (Komitə)

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2001-ci il 21 iyun tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır.

“Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Komitə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət hazırlanmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitə yerlərdə vəzifələrini bölgələr üzrə şöbələri vasitəsilə həyata keçirir.Komitənin fəaliyyətinə onun sədri rəhbərlik edir. Komitənin sədrinin Azərbaycan

AUDİTOR TRİBUNASI 2017, №4

34

Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən üç müavini vardır. Komitə sədrinin birinci müavini və müavinləri onlara Komitənin sədri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Komitənin saxlanması xərcləri və fəaliyyəti dövlət büdcəsi, habelə qanunla və Komitənin Əsasnaməsi ilə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Təhlil edilmiş və üzləşdirilmiş sənədlər: Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, vəsaitlərin ayrılması və istifadəsi ilə əlaqədar sənədlər, dövlət satınalmaları ilə bağlı sənədlər, maliyyə hesabatları və mühasibat uçotu ilə əlaqədar sənədlər.

Audit nəticəsində aşağıdakılar müəyyən edilmişdir:1. Təqdim olunan büdcə proqnozları, tələb olunan vəsaitlərin hesablanması,

ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə icra vəziyyəti 2015-ci ilin dövlət büdcəsində büdcə xərclərinin funksional təsnifatının “Mərkəzi

icra hakimiyyəti orqanları” paraqrafı üzrə Komitənin saxlanılması üçün 2548,3 min manat proqnoz təklif edilmiş və 1485,0 min manat həcmində dürüstləşdirilmiş xərclər smetası təsdiq olunmuşdur. Il ərzində təyinata qarşı 1364,2 min manat maliyyələşmə açılmış və 1313,9 min manat məbləğində (və ya proqnozun 51,6%-i, təyinatın isə 88,5%-i həcmində) kassa xərci olmuşdur.

Kassa xərcinin təyinata nisbətdə 11,07% az icra edilməsinə səbəb təsdiq edilmiş təyinata qarşı 7,7% az maliyyələşmə açılması ilə yanaşı, “Qaz haqqının ödənilməsi”, “Icarə və muzdlu xidmətlər” və “Bank xərcləri” paraqrafları üzrə icra faizlərinin 38,5%–75,8% arasında olması və açılmış maliyyələşmənin 5,6% həcmində istifadə edilməyən qalıq vəsaitinin geri qaytarılmasıdır.

“Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə açılmış maliyyələşmədən ilin sonunda büdcəyə qaytarılan 50352,0 manat vəsaitin 38184,0 manatı “Ştatda olan işçilərin əmək haqqı” paraqrafından, 7620,0 manatı “Dövlət Sosial Müdafiə Fonduna ayırmalar” paraqrafından, 1600,0 manatı “Qaz haqqının ödənilməsi” paraqrafından 2948,0 manatı isə iqtisadi təsnifatın digər xərc istiqamətlərindən olmuşdur.

2015-ci ildə “Mərkəzi icra hakimiyyəti orqanları” üzrə sərf edilmiş vəsaitin bölmələr üzrə 952,4 min manatı (72,49%-i) əməyin ödənişi xərclərinə, 328,6 min manatı (25,01%-i) malların (işlərin və xidmətlərin) satın alınmasına, 9688,0 manatı (0,74%-i) təqaüdlər və sosial müavinətlər üzrə, 11044,0 manatı (0,84%-i) digər xərclərə, 12076,0 manatı (0,92%-i) qeyri- maliyyə aktivlərinin alınmasına yönəldilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

35

Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli, 85s nömrəli Sərəncamına əsasən, Komitənin artırılmış ştat vahidlərinin cari ilin sonunadək saxlanılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan (14.1.0. “Ehtiyat fondları” köməkçi bölməsi üzrə) Azərbaycan Respublikası Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinə 655638,0 manat məbləğində vəsait ayrılmış, il ərzində təyinata qarşı 471782,0 manat maliyyələşmə açılmış və 408256,13 manat məbləğində (təyinatın isə 62,27%-i həcmində) kassa xərci olmuşdur.

2016-cı ilin dövlət büdcəsində büdcə xərclərinin funksional təsnifatının 1.1.3. “Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə Komitənin saxlanılması üçün 3333677,0 manat proqnoz təklif edilmiş və 2397403,0 manat həcmində dürüstləşdirilmiş xərclər smetası təsdiq olunmuşdur. Il ərzində təyinata qarşı 2266028,0 manat maliyyələşmə açılmış və 2100779,0 manat məbləğində (və ya proqnozun 63%-i, təyinatın isə 87,6%-i həcmində) kassa xərci olmuşdur.

Kassa xərcinin təyinata nisbətdə 12,4% az icra edilməsinə səbəb təsdiq edilmiş təyinata qarşı 5,48% az maliyyələşmə açılması ilə yanaşı, “Qaz haqqının ödənilməsi”, “Su haqqının ödənilməsi”, “Icarə və muzdlu xidmətlər” paraqrafları və “Poçt xidmətlərinin ödənilməsi” maddəsi üzrə icra faizlərinin 49,2%–65,9% arasında olması və açılmış maliyyələşmənin 7,29% həcmində istifadə edilməyən qalıq vəsaitinin geri qaytarılmasıdır.

“Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə açılmış maliyyələşmədən ilin sonunda büdcəyə qaytarılan 165249,0 manat vəsaitin 120658,0 manatı “Ştatda olan işçilərin əmək haqqı” paraqrafından, 26612,0 manatı “Dövlət Sosial Müdafiə Fonduna ayırmalar” paraqrafından, 1998,0 manatı “Elektrik enerjisi haqqının ödənilməsi” paraqrafından, 1217,0 manatı “Qaz haqqının ödənilməsi” paraqrafından, 1269,0 manatı “Su haqqının ödənilməsi” paraqrafından, 2714,0 manatı “Poçt xidmətlərinin ödənilməsi” maddəsindən, 3619,0 manatı “Iş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər” paraqrafından, 1735,0 manatı “Icarə və muzdlu xidmətlər” paraqrafından, 1248,0 manatı “Sair xərclər” paraqrafından və 4179,0 manatı iqtisadi təsnifatın digər xərc istiqamətlərindən olmuşdur.

2016-cı ildə “Mərkəzi icra hakimiyyəti orqanları” üzrə sərf edilmiş vəsaitin bölmələr üzrə 1664510,0 manatı (79,23%-i) əməyin ödənişi xərclərinə, 385577,0 manatı (18,35%-i) malların (işlərin və xidmətlərin) satın alınmasına, 9030,0 manatı (0,43%-i) təqaüdlər və sosial müavinətlər üzrə, 16228,0 manatı (0,77%-i) digər xərclərə, 25434,0 manatı (1,21%-i) qeyri- maliyyə aktivlərinin alınmasına yönəldilmişdir.

Bununla yanaşı, 2016-cı ildə “Mühafizə xərcləri” üçün “Qanunvericilik və icra hakimiyyəti orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi” fəslindən əlavə

AUDİTOR TRİBUNASI 2017, №4

36

olaraq 3421,0 manat məbləğində vəsait təsdiq olunmuş və həmin məbləğə uyğun 100% maliyyələşmə açılaraq xərc aparılmışdır.

2. Aparılan maliyyə əməliyyatlarının və satınalmaların mövcud normativ-hüquqi sənədlərə uyğunluğu2.1. Əmək haqlarının hesablanıb ödənilməsi vəziyyətiAzərbaycan Respublikası Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi işçilərinin say

həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2014-cü il tarixli 376 nömrəli Fərmanı ilə Komitənin aparat işçilərinin say həddi 85 ştat vahidi, Komitənin regional orqanlarının işçilərinin say həddi isə 89 ştat vahidi müəyyən edilmişdir.

Xərclər smetasının “Ştatda olan işçilərin əmək haqqı” paraqrafı üzrə təsdiq edilmiş təyinata qarşı 2015-ci ildə 94,47%, 2016-cı ildə 82,34%, “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” paraqrafı üzrə isə müvafiq illərdə 77,38%, 99,9% icra edilmişdir.

“Dövlət Sosial Müdafiə Fonduna ayırmalar” paraqrafı üzrə 2015-ci ildə təyinata qarşı 100%, 2016-cı ildə 85,71% icra olmuşdur.

Komitənin ştat vahidi üzrə 2015-ci ilin əvvəlinə 2 (ümumi ştat vahidinin 2,3%-i), 2016-cı ilin əvvəlinə 20 (ümumi ştat vahidinin 11,5%-i) və 2017-ci ilin əvvəlinə 10 (ümumi ştat vahidinin 5,7%-i) vakant vəzifələr olmuşdur.

Komitədə müvafiq nazirliklərlə razılaşdırılmaqla 8 təminedici şöbələrdən və 1 yardımçı şöbədən ibarət struktur təsdiq edilmişdir.

Komitənin aparatı və struktur bölmələri üzrə ştat cədvəli 1 yanvar 2015-ci il tarixə 88 ştat vahidi olmaqla aylıq əmək haqqı fondu 53480,95 manat, Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2014-cü il tarixli 376 nömrəli Fərmanı ilə Əsasnamədə edilən dəyişikliklərə əsasən 10 may 2015-ci il tarixinə və 2016-cı ilin əvvəlinə aylıq əmək haqqı fondu 97811,5 manat təsdiq edilmişdir.

Auditin əhatə etdiyi dövrdə ştatdan artıq işçi saxlanılmamış, illik əmək haqqı fondundan artıq ödənişlərə yol verilməmişdir. Işçilərə aylıq əmək haqqı ştat cədvəlinə əsasən düzgün ödənilmişdir. Işçilərin əmək haqlarından tutulmuş gəlir vergisi və digər tutulmalar müvafiq qaydada köçürülmüşdür.

Komitənin aparatı üzrə dövlət qulluqçularının aylıq vəzifə maaşlarının düzgünlüyü ştat cədvəli ilə 2013-cü il 02 dekabr tarixli 135 nömrəli Sərəncamla

AUDİTOR TRİBUNASI 2017, №4

37

təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularınının vəzifə maaşları”na əsasən yoxlanılmış, ümumilikdə uyğunsuzluq müəyyən edilməsə də, bəzi hallarda aşağıdakı nöqsanlara yol verilmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.6-cı maddəsinin tələblərinə əməl edilməyərək, eləcə də “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 01 fevral 2001-ci il tarixli, A-20 saylı əmri ilə təsdiq edilmiş “Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış”ın 2-ci bəndinə əməl edilməyərək 2016-cı ildə 5 halda Komitənin bəzi əməkdaşlarının əmək haqlarına güzəştlər tətbiq olunmuşdur.

Komitədə Əmək Məcəlləsinin 185-ci maddəsi üzrə “Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilərin işəgötürən tərəfindən mükafatlandırılması” əsas götürülərək işə yeni təyin olunmuş 17 stajçıya staj dövründə olduğu vaxtlar ərzində 7013,78 manat məbləğində mükafat ödənilmdişdir.

Komitədə bir neçə stajçıya staj dövrlərində olduğu vaxtlar ərzində vaxtından əvvəl ödənilmiş mükafatlar məzuniyyət vaxtı orta əmək haqqının hesablanması zamanı nəzərə alınmış və 2015-ci ildə 7 əməkdaşa 651,34 manat, 2016-cı ildə isə 18 əməkdaşa 1657,23 manat, cəmi 2308,57 manat məbləğində məzuniyyət vaxtı əlavə ödəmələr edilmişdir.

Komitənin 1 nəfər əməkdaşına dövlət qulluğunda qulluq stajının düzgün müəyyən edilməməsi səbəbindən 2015-ci ildə 8 halda 96,0 manat, 2016-cı ildə isə 12 halda 346,95 manat, cəmi 442,95 manat məbləğində staja görə əlavə haqq ödənilmişdir.

2.2. Ezamiyyə xərclərinin aparılması vəziyyəti“Ölkədaxili ezamiyyətlər” paraqrafında təsdiq olunmuş təyinata qarşı 2015-ci

ildə 74,35%, 2016-cı ildə isə 100% icra olmuşdur.

“Xarici ezamiyyətlər” paraqrafında təsdiq olunmuş təyinata qarşı 2015-ci ildə 74,36%, 2016-cı ildə isə 100% icra olmuşdur.

Auditlə müəyyən edilmişdir ki, Komitənin bəzi işçiləri ezamiyyədə olduqları zaman onların ezamiyyə vərəqələrində təyinat məntəqələrinə gəlməsi və oradan çıxması barədə aidiyyəti üzrə möhürlər vurulsa da, tarixlər qeyd olunmamış və həmçinin ezamiyyətdən qayıdan zaman ezamiyyətlə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını mühasibatlığa vaxtında təqdim etməmişlər.

AUDİTOR TRİBUNASI 2017, №4

38

Xarici ölkələrə ezamiyyələr zamanı işçilər ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyətlə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatında pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surətlərini avans hesabatlarına əlavə etməmişlər.

2.3. Avtonəqliyyat vasitələrinin istifadəsi üzrə xərclərin ödənilməsi vəziyyətiKomitə tərəfindən təsdiq olunmuş təyinata qarşı yanacaq və sürtkü

materiallarının sərfinin icrası 2015-ci ildə 100%, 2016-cı ildə 99,79%, “Digər nəqliyyat xidmətləri” üzrə 2015-ci ildə 74,4%, 2016-cı ildə isə 99,9% olmuşdur.

Auditlə əhatə olunan dövr ərzində balansda olan xidməti minik avtomobillərinə yanacaq-sürtkü materiallarının və digər nəqliyyat xidmətlərinin göstərilməsi və alınması xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin Normaları”na uyğun yoxlanılarkən bir sıra nöqsanlar müəyyən olunmuşdur.

Komitənin balansında olan bəzi avtonəqliyyat vasitələrinin yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə əsasən 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun müəyyən edilmədiyinə görə 2015–2016-cı illərdə cəmi 1880,93 manat məbləğində (və ya 2683,03 litr) əlavə yanacaq sərfiyyatına yol verilmişdir.

Xidməti minik avtomobillərinin idarəedilməsi üçün təhkim edilmiş və ya həvalə edilmiş şəxslər məzuniyyətdə və ya ezamiyyətdə olduqları dövr ərzində cəmi 1162,59 manat məbləğində artıq yanacağın alınması üzrə əlavə xərcə yol verildiyi müəyyən edilmişdir.

2.4. Dövlət büdcəsindən müvafiq tədbirlərin həyata keçirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və dini icmalara yardım məqsədilə Komitəyə ayrılan vəsaitlərin istifadəsi vəziyyəti

2015-ci ildə dövlət büdcəsindən müvafiq tədbirlərin həyata keçirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və dini icmalara yardım məqsədilə Komitəyə 2091,2 min manat dürüstləşmiş təyinata qarşı 1833,0 min manat məbləğində maliyyələşmə açılmış, 1819,9 min manat kassa xərci olmuş, 13,1 min manat məbləğində qalıq dövlət büdcəsinə qaytarılmışdır.

2016-cı ildə dövlət büdcəsindən müvafiq tədbirlərin həyata keçirilməsi, maddi-

AUDİTOR TRİBUNASI 2017, №4

39

texniki bazanın gücləndirilməsi və dini icmalara yardım məqsədilə Komitəyə 1605,0 min manat dürüstləşmiş təyinata qarşı 1599,1 min manat məbləğində maliyyələşmə açılmış, 1598,7 min manat kassa xərci, 453,00 manat məbləğində qalıq dövlət büdcəsinə qaytarılmışdır.

Tədbirlərin keçirilməsi məqsədilə Komitə tərəfindən kotirovka sorğuları aparılmış, Komitənin tender komissiyası tərəfindən satınalma prosedurlarının qalibləri müəyyən olunmuş, onlarla müvafiq müqavilələr bağlanmış, tədbirlər üzrə müəyyən olunmuş xərclər məbləği qalib seçilmiş müəssisəyə ödənilmiş və müqavilə şərtləri ilə müəyyən olunmuş xərclər müəssisələr tərəfindən ödənilmişdir. Tədbirlərin keçirilməsi ilə bağlı xərclərə aid ilkin sənədlər, o cümlədən mehmanxana, yemək, dəftərxana, dizayn, avadanlıq icarəsi, tədbirin keçirildiyi yerin icarə müqaviləsi və sair sənədlər icraçı müəssisələrdə saxlanılmışdır. Tədbirlərin yekunu üzrə görülmüş işlər Komitə ilə müəssisə arasında bağlanmış təhvil-təslim aktlarına əsasən qəbul olunmuşdur.

2015-ci ildə ayrılmış vəsait hesabına ölkənin müxtəlif regionlarında müvafiq mövzularla bağlı 42 tədbir, 2016-cı ildə isə 91 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 318 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”na əlavə olunan xərc normalarında ölkə səviyyəli tədbirlərə dəvət olunan konfrans iştirakçılarının mehmanxana xərclərinin ödənilməsi nəzərdə tutulmasa da, tədbirlərin keçirilməsi ilə bağlı icraçı müəssisələrə bəzi konfrans iştirakçılarının mehmanxana xərcləri üçün 2016-cı ildə 7560,0 manat vəsait ödənilmiş, habelə 2016-cı ildə Komitə tərəfindən ölkənin rayon və şəhərlərində keçirilmiş tədbirlərin foto və video çəkilişlərinin aparılması məqsədilə ödənilmiş 16540,0 manat vəsait üzrə müvafiq təsdiqedici sənədlər audit qrupuna təqdim edilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 avqust tarixli, 2389 nömrəli Sərəncamı ilə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 mln. manat və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 noyabr tarixli 892 nömrəli Sərəncamı ilə Komitəyə ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,5 milyon manat ayrılmışdır. 1 saylı Xəzinədarlıq idarəsi ilə Üzləşmə aktına və ödəniş

AUDİTOR TRİBUNASI 2017, №4

40

sənədlərinə əsasən həmin vəsait (2,5 mln. manat) Komitəyə 2015-ci il 30 yanvar tarixində ödənilmişdir. Qeyd edilən vəsaitlərin dövriyyəsi Depozit və tapşırıq fondunda 2308501 nömrəli xəzinə hesab kitabı üzrə aparılmışdır. Beləliklə, 2015-ci il 01 yanvar tarixinə Depozit və tapşırıq fondunda 746,0 min manat vəsait qalığı olmuş, 2015-ci ildə 2500,0 min manat vəsait daxil olmuş, 971,0 min manat kassa xərci olmuş və 2015-ci il 31 dekabr tarixinə 2275,0 min manat qalıq qalmışdır.

Komitə tərəfindən xərc edilmiş 970,0 min manat vəsaitin 197,2 min manat məbləği Komitənin maddi-texniki bazasının gücləndirilməsi üçün, 773,8 min manat məbləği isə dini icmalara maliyyə yardımı göstərmək üçün istifadə edilmişdir. 2015-ci ildə Komitə tərəfindən 306000,0 manat məbləğində əhatə dairəsindən asılı olaraq 500,0 manatdan 5000,0 manata qədər olan məbləğdə 92 islam təmayüllü dini icmalara, habelə 390700,0 manat məbləğində isə 25 qeyri-islam təmayüllü dini icmalara maliyyə yardımı göstərilmişdir.

2016-cı ildə “Ehtiyat fondları” köməkçi bölməsi üzrə 601,8 min manat dürüstləşmiş plana qarşı 598,7 min manat məbləğində kassa xərci olmuşdur.

Komitə tərəfindən xərc edilmiş 598,7 min manat vəsaitin 71,3 min manat məbləği maddi qiymətlilərin alınmasına, 6953,0 manat məbləği avtonəqliyyat vasitələrinin təmiri və sürtkü vasitələri ilə təmin edilməsinə, 97667,0 manat məbləği müxtəlif çap işlərinə, 10960,05 manat məbləği cari təmir işlərinə, 29,5 min manat məbləği “Şəhadət” adlı filmin çəkilişi üçün, 370,0 min manat məbləği dini icmalara maliyyə yardımı üçün, 8480,0 manat məbləği “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar müşavirələrinin təşkil edilməsinə və 3790,0 manat məbləği rəsmi saytın ingilis dilində versiyasının yaradılmasına xərc edilmişdir.

2.5. Aparılmış satınalmaların mövcud normativ-hüquqi sənədlərə uyğunluğu vəziyyəti

Komitədə satınalmaların təşkil olunması üçün tender prosedurlarını həyata keçirən tender komissiyaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun yaradılmışdır.

Komitə tərəfindən auditlə əhatə olunan dövrdə malların (işlərin və xidmətlərin) satın alınması tender komissiyası tərəfindən həyata keçirilmişdir. 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövr ərzində Komitə üzrə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə 64 halda, o cümlədən 4 halda açıq tender, 3 halda təkliflər sorğusu, 48 halda kotirovka sorğusu, 9 halda isə bir mənbədən satınalma proseduru keçirilmişdir. Bir mənbədən satınalma prosedurunun tətbiqi ilə əlaqədar müvafiq razılıq məktubu alınmışdır.

AUDİTOR TRİBUNASI 2017, №4

41

Aparılan auditlə Komitə tərəfindən bir sıra hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın bəzi maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən olunmuşdur.

Belə ki, 2015–2016-cı illərdə Komitə tərəfindən tender və ya kotirovka proseduru elan olunmasından əvvəl satın alınması proqnozlaşdırılan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətləri müəyyən edilməmişdir.

Bundan başqa, dövlət satınalmaları haqqında qanunun 20.2-ci maddəsinin tələblərinə riayət edilməyərək Komitə tərəfindən 2015-ci ildə 3 halda 30729,2 manat məbləğində, 2016-cı ildə də 3 halda 35020,0 manat məbləğində vəsait qanunvericiliklə müəyyən edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq üçün ayrı-ayrı hissələrə bölünərək malsatan təşkilatlarla birbaşa müqavilə bağlanılmaq yolu ilə həyata keçirilmişdir.

3. Maliyyə hesabatlarının dürüstlüyü və uçot-hesabat işlərinin aparılması vəziyyətiKomitədə 2015-ci və 2016-cı illərdə mühasibat uçotu “Mühasibat uçotu

haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 9 fevral 2012-ci il tarixli Q-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”dakı “Hesablar Planı”na əsasən aparılmışdır.

Komitədə baş vermiş maliyyə təsərrüfat əməliyyatları ayda bir dəfə memorial orderlərlə tərtib edilmişdir.

Istifadə olunan bütün sintetik hesablar üzrə qruplaşdırılmış məlumatlar baş kitabda əks olunmuşdur.

Komitədə maliyyə hesabatları “Milli Mühasibat Uçotu Standartları”na uyğun tətbiq olunmuşdur.

2015-ci və 2016-cı illər üzrə tərtib olunmuş maliyyə hesabatları Komitənin mühasibat uçotunda (registrlərində) ilin sonuna olan qalıqları ilə müqayisə edilərək aşağıdakılar müəyyən edilmişdir.

2015-ci ilin sonuna “Maliyyə vəziyyəti haqqında hesabat”da “Ehtiyatlar” maddəsi üzrə 55233,87 manat olmalı olduğu halda, 150251,0 manat və ya 95017,13 manat çox, “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər” maddəsində ilin sonuna 2366,2 min manat olmalı olduğu halda, 1873,5 min manat və ya 492,7 min manat az, “Qeyri-maddi aktivlər” maddəsi üzrə 79874,0 manat olmalı olduğu halda, 77994,0 manat və ya 1880,0 manat az əks olunmuşdur.

AUDİTOR TRİBUNASI 2017, №4

42

2015-ci ilin sonuna “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da “Amortizasiya xərcləri” maddəsi üzrə 81698,0 manat qalığın əvəzinə 83578,0 manat və ya 1880,0 manat artıq göstərilmişdir.

2015-ci ildə “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” üzrə 32576,22 manat “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər”də açıqlanmamışdır.

2016-cı ilin sonuna “Maliyyə vəziyyəti haqqında hesabat”da “Ehtiyatlar” maddəsi üzrə 146,0 min manat olmalı olduğu halda, 301,6 min manat və ya 155,5 min manat çox, “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər” maddəsində ilin sonuna 2410,2 min manat olmalı olduğu halda, 1857,0 min manat və ya 553,2 min manat az əks olunmuşdur.

2016-cı ilin sonuna “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da “Amortizasiya xərcləri” maddəsi üzrə 82157,0 manat qalığın əvəzinə 84037,0 manat və ya 1880,0 manat artıq göstərilmişdir. Eləcə də hesabat dövrü üzrə “Amortizasiya xərcləri” maddəsində əks olunmuş cəmi məbləğ “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər”də ayrıca açıqlansa da, hesabatda bu məbləğ “Sair əməliyyat xərcləri” maddəsinin cəmi məbləğinin üzərinə toplanaraq artıq təqdim olunmuşdur.

2016-cı ildə “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” üzrə 6598,0 manat “Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər”də açıqlanmamışdır.

Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabatda maliyyə hesabatlarında bəzi maddələr üzrə məlumatlar düzgün əks olunmadığına görə hesabat dövrünün əvvəlinə və sonuna yığılmış mənfəət və ya zərər barədə məlumatlar real olmamışdır.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmuş “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabatı”nda Komitənin aktivləri (torpaq, tikili və avadanlıqları) barədə qeyd edilən məlumatlar (müvafiq illər üzrə təqdim olunan maliyyə hesabatlarının məlumatlarına əsasən tərtib olunduğuna görə qalıqlar) düzgün əks olunmamışdır.

3.1. Əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatlar və mühasibat uçotu üzrə:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 177

nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 2.2-ci bəndinə uyğun Komitədə yararsız hala düşmüş əsas vəsaitlərin (fondların) istifadəyə yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silinməsi üçün Komitə rəhbərinin əmri ilə müvafiq ləğvetmə komissiyası

AUDİTOR TRİBUNASI 2017, №4

43

yaradılsa da, həmin komissiyanın tərkibinə baş mühasib daxil edilməmişdir.

Əmlakın inventarizasiyasına dair sənədlər, qüsur (defekt) aktları və inventarizasiya komissiyasının rəyi olmadan “Tikili və avadanlıq” və “Sair torpaq, tikili və avadanlıq” hesablarında olan əsas vəsaitlərin (fondların) silinməsi yalnız “Əmlakın (qiymətlilərin) ləğvi aktı” tərtib edilməklə həyata keçirilmişdir. Eləcə də balansdan silinən avadanlıqların ayrı-ayrı hissələrinin, detallarının və digər materialların mövcudluğu, miqdarını və istifadəyə yararlılığı müəyyən edilməmişdir.

Yararlı olmayan material qiymətliləri üçün məhvetmə aktları tərtib olunmamışdır.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-12 nömrəli 24

dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”ın 7.1.2-ci bəndinin tələbinə əməl edilməyərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına memarlıq abidəsi kimi əlavə olunması nəzərə alınmadan Komitənin inzibati binasına cəmi 397681,2 manat məbləğində amortizasiya (köhnəlmə) hesablanmışdır.

Komitənin balansında olan 71096,66 manat dəyərində müxtəlif növ avadanlıqlar, 83580,92 manat inventarlar və 3 ədəd 772,55 manat dəyərində “Bioloji aktivlər” “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər” bölməsində uçota alınmalı olduğu halda, “Digər ehtiyatlar” hesabında, 2520,0 manat dəyərində 70 ədəd (hər biri 36,0 manat) 1 illik “Kaspersky Endpoint Security” antivirus proqramı “Digər ehtiyatlar” hesabında uçota alınmalı olduğu halda, “Qeyri-maddi aktivlər” hesabında, 10045,0 manat dəyərində 10 ədəd müxtəlif seyflər “Sair torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmalı olduğu halda, “Maşın və avadanlıqlar” hesabında və 118711,34 manat dəyərində dini maarifləndirmə işləri ilə bağlı paylanılması nəzərdə tutulmuş müxtəlif növ ədəbiyyatlar “Digər ehtiyatlar” hesabında uçota alınmalı olduğu halda, “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabında uçota alınmışdır.

Əsas fondlar, qeyri-maddi aktivlər və ehtiyatlar üzrə müxtəlif növ avadanlıqlar, inventarlar, 3 ədəd “Bioloji aktivlər”, 70 ədəd 1 illik “Kaspersky Endpoint Security” antivirus proqramı və 10 ədəd müxtəlif seyflər Komitədə müvafiq mühasibat yazılışı verilərək aidiyyəti üzrə uçota alınmaqla yanaşı normadan artıq alınmış ehtiyat hissələrinin məbləği, inzibati binaya və qeyri-maddi aktivlərə artıq hesablanmış amortizasiya məbləği uçota bərpa edilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

44

Audit dövrü ərzində əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflər mühasibatlıqda 233 nömrəli “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” hesabının debeti üzrə uçota alınmalı olduğu halda, birbaşa 231 nömrəli “Torpaq, tikili və avadanlıq” hesabının debeti üzrə uçota alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 188 saylı Qərarının tələblərinə əsasən, Komitə əməkdaşlarına verilmiş maddi qiymətlilərin qorunmasının təmin edilməməsinə görə müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında müqavilələr bağlanılmamışdır.

NƏTİCƏLƏRAparılmış audit nəticələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.6-cı maddəsinin

tələblərinə əməl edilməyərək Komitənin bəzi əməkdaşlarının əmək haqlarına güzəştli gəlir vergisi tutulması tətbiq edilmişdir;

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də mükafatlandırmalar məhz dövlət qulluqçuları üçün nəzərdə tutulsa da, dövlət qulluğuna qəbul olunmamış stajçılara mükafatlar ödənilmiş, bu səbəbdən bir neçə stajçıya staj dövründə olduğu vaxtlar ərzində vaxtından əvvəl ödənilmiş mükafatlar məzuniyyət vaxtı orta əmək haqqının hesablanması zamanı nəzərə alınmış və məzuniyyət vaxtı əlavə ödəmələr edilmişdir;

3. Komitənin əməkdaşına dövlət qulluğunda qulluq stajının düzgün müəyyən edilməməsi səbəbindən staja görə əlavə haqq ödənilmişdir;

4. Komitənin balansında olan bəzi avtonəqliyyat vasitələrinin yanacaq sərfi norması texniki göstəricilərinə uyğun müəyyən edilmədiyinə görə əlavə yanacaq sərfiyyatına, habelə xidməti minik avtomobillərinin idarəedilməsi həvalə edilmiş şəxslər məzuniyyətdə və ya ezamiyyətdə olduqları dövrlər ərzində yanacağın alınması üzrə xərcə yol verilmişdir;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 318 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları”na əlavə olunan xərc normalarında ölkə səviyyəli tədbirlərə dəvət olunan konfrans iştirakçılarının mehmanxana

AUDİTOR TRİBUNASI 2017, №4

45

xərclərinin ödənilməsi nəzərdə tutulmasa da, tədbirlərin keçirilməsi ilə bağlı bəzi konfrans iştirakçılarının mehmanxana xərcləri ödənilmişdir;

6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın bəzi maddələrinin tələblərinə əməl edilməyərək Komitə tərəfindən tender və ya kotirovka proseduru elan olunmasından əvvəl satın alınması nəzərdə tutulan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətləri müəyyən edilməmiş, bəzi hallarda maddi-qiymətlilərin alışları, çap məhsullarının nəşri, tədbirlərin keçirilməsi və sair iş və xidmətlər üzrə satınalmalar ayrı-ayrı hissələrə bölünərək malsatan təşkilatlarla birbaşa müqavilə bağlanılmaq yolu ilə həyata keçirilmişdir;

7. Mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməyərək Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin binası dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına memarlıq abidəsi kimi əlavə olunması nəzərə alınmadan Komitənin inzibati binasına cəmi 397681,2 manat məbləğində amortizasiya (köhnəlmə) hesablanmışdır;

8. Mühasibat uçotunun təşkili və aparılması ilə bağlı mövcud normativ-hüquqi aktların tələblərinə bir sıra hallarda riayət edilməmiş, Komitənin balansında olan 71096,66 manat dəyərində müxtəlif növ avadanlıqlar, 83580,92 manat dəyərində inventarlar və 3 ədəd 772,55 manat dəyərində “Bioloji aktivlər” “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər” bölməsində uçota alınmalı olduğu halda, “Digər ehtiyatlar” hesabında, 2520,0 manat dəyərində 70 ədəd (hər biri 36,0 manat) 1 illik “Kaspersky Endpoint Security” antivirus proqramı “Digər ehtiyatlar” hesabında uçota alınmalı olduğu halda, “Qeyri-maddi aktivlər” hesabında, 10045,0 manat dəyərində 10 ədəd müxtəlif seyflər “Sair torpaq, tikili və avadanlıqlar” hesabında uçota alınmalı olduğu halda, “Maşın və avadanlıqlar” hesabında və 118711,34 manat dəyərində dini maarifləndirmə işləri ilə bağlı paylanılması nəzərdə tutulmuş müxtəlif növ ədəbiyyatlar “Digər ehtiyatlar” hesabında uçota alınmalı olduğu halda, “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabında uçota alınmışdır;

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 188 saylı Qərarının tələblərinə əməl edilməyərək müəyyən olunmuş qaydada maddi məsuliyyət haqqında müvafiq müqavilələr bağlanılmamışdır.

Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunmuş, qərarının surəti Azərbaycan Respublikasının Dini Qurumlar üzrə Dövlət Komitəsinə göndərilmiş, nəzarət tədbirinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

46

Vaqif Həsənovauditor, iqtisad elmləri üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ YANINDA DƏNİZKƏNARI BULVAR İDARƏSİNİN VƏ TABELİYINDƏ OLAN

QURUMLARIN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN AUDİTİNİN NƏTİCƏLƏRİ BARƏDƏ HESABATIN XÜLASƏSİ

Nəzarət tədbirinin keçirilməsi üçün əsas: “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üzrə Iş planı, Azərbaycan Respublikası Hesablama Palatasının “Nəzarət tədbirinin proqramının təsdiq edilməsi haqqında” 13 sentyabr 2017-ci il tarixli Q-89 nömrəli Kollegiya Qərarı.

Nəzarət tədbirinin məqsədi: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin auditi.

Yoxlanılan qurum: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsi və tabeliyində olan qurumları.

Nəzarət tədbiri ilə əhatə olunan dövr: 01.01.2016–01.07.2017 Yoxlanılan qurum haqqında qısa məlumatAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı

Kompleksi Idarəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli 740 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinə birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsi yaradılmışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin vəzifə və hüquqları, habelə istifadəsində

AUDİTOR TRİBUNASI 2017, №4

47

olan dövlət əmlakı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinə verilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin Əsasnaməsinin və işçilərinin say həddinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 868 nömrəli Fərmanına əsasən, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin Əsasnaməsi”, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin strukturu” və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsi aparatının işçilərinin 45 ştat vahidindən ibarət olmaqla say həddi müəyyən edilmişdir.

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli 234 nömrəli qərarına əsasən, Dənizkənarı Bulvar Idarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilmiş və bu siyahıya aşağıda adları qeyd olunan hüquqi şəxslər və müəssisələr daxil edilmişdir:

1. Büdcədən maliyyələşdirilən qurumlar:1.1. Dövlət Bayrağı Muzeyi;1.2. Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi

müəssisəsi;2. Təsərrüfathesablı təşkilatlar:2.1. “Sahil Xidməti” MMC;2.2. “Dənizkənarı Milli Park” MMC.Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı

bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsi əsasında “Dənizkənarı Bulvar Idarəsi” publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsi Bakı şəhərindəki Dənizkənarı Milli Parkın, o cümlədən Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanı Kompleksinin və Dövlət Bayrağı Muzeyinin fəaliyyəti, mühafizəsi, perspektiv inkişafı və bərpası sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Idarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

AUDİTOR TRİBUNASI 2017, №4

48

Audit zamanı aşağıdakılar müəyyən edilmişdir:1. Təqdim olunan büdcə proqnozları, tələb olunan vəsaitlərin hesablanması,

ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə icra vəziyyətiDənizkənarı Bulvar İdarəsinin aparatının saxlanılması xərcləri üzrə:2016-cı ilin dövlət büdcəsində büdcə xərclərinin funksional təsnifatının

“Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə Idarənin saxlanılması üçün 477101,0 manat proqnoz təklif edilmiş 471087,0 manat həcmində xərclər smetası təsdiq olunmuşdur. Il ərzində təyinata qarşı 469259,8 manat maliyyələşmə açılmış, 462933,47 manat (və ya proqnozun 97,03%-i, təyinatın isə 98,3%-i həcmində) kassa xərci olmuşdur.

“Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə açılmış maliyyələşmədən ilin sonunda büdcəyə qaytarılan 6326,3 manat vəsaitin 1739,0 manatı “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafından, 1525,0 manatı “Digər alışlar və xidmətlər” yarımmaddəsindən, 2250,0 manatı “Sair xərclər” maddəsindən, 812,3 manatı iqtisadi təsnifatın digər xərc istiqamətlərindən olmuşdur.

2016-cı ildə “Mərkəzi icra hakimiyyəti orqanları” üzrə sərf edilmiş vəsaitin bölmələr üzrə 431244,71 manatı (93,15%-i) əməyin ödənişi xərclərinə, 28054,12 manatı (6,06%-i) malların (işlərin və xidmətlərin) satın alınmasına, 700,0 manatı (0,15%-i) təqaüdlər və sosial müavinətlər üzrə, 1251,64 manatı (0,27%-i) digər xərclərə, 1683,0 manatı (0,37%-i) qeyri maliyyə aktivlərinin alınmasına yönəldilmişdir.

2017-ci ilin dövlət büdcəsində büdcə xərclərinin funksional təsnifatının “Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə Idarənin saxlanılması üçün 1001738,7 manat proqnoz təklif edilmiş, 774337,0 manat həcmində xərclər smetası təsdiq olunmuşdur. 2017-ci ilin 6 ayı ərzində təyinata qarşı 406914,0 manat maliyyələşmə açılmış, 286115,8 manat (və ya “2017-ci il dövlət büdcəsi xərclərinin rüblər və aylar üzrə bölgüsü”nün 6 ay üçün proqnozlaşdırılmış 374701,7 manat (48,4%) xərclərinin 76,4%-i, illik təyinatın 36,9%-i, həcmində) kassa xərci olmuşdur.

2017-ci ilin 6 ayı ərzində “Mərkəzi icra hakimiyyəti orqanları” üzrə sərf edilmiş vəsaitin bölmələr üzrə 246939,63 manatı (86,3%-i) əməyin ödənişi xərclərinə, 36943,7 manatı (12,9%-i) malların (işlərin və xidmətlərin) satın alınmasına, 1476,0 manatı (0,5%-i) təqaüdlər və sosial müavinətlər üzrə, 624,4 manatı (0,2%-i) digər xərclərə, 132,0 manatı (0,05%-i) qeyri maliyyə aktivlərinin alınmasına yönəldilmişdir.

Həmçinin Dənizkənarı Bulvar Idarəsinin saxlanılması xərclərinə auditlə əhatə olunan dövr ərzində dövlət büdcəsindən əlavə olaraq digər mənbələr üzrə Bulvar Idarəsinin xəzinədənkənar – “Kapital Bank” ASC-də mövcud olan bank hesabına müvafiq məbləğdə vəsaitlər mədaxil olmuşdur. Belə ki, Idarə tərəfindən dənizkənarı

AUDİTOR TRİBUNASI 2017, №4

49

bulvar ərazisində genişmiqyaslı quruculuq, abadlaşdırma və təmir işlərinin aparıldığını və qeyd olunan işlərin davam etdirilməsinin vacibliyini, lakin tələb olunan müvafiq vəsaitin çatışmazlığını nəzərə alaraq müvafiq məbləğdə maliyyə yardımının ayrılmasına dair müxtəlif tarixlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciətlər edilmiş və icrası olaraq Azərbaycan Dövlət Neft Şirkətindən ümumilikdə audit dövrü ərzində 6175517,0 manat məbləğində maliyyə yardımı ayrılmışdır. Qeyd olunan bank hesabının ümumi dövriyyəsi aşağıdakı kimi olmuşdur:

01.01.2016-cı ilin əvvəlinə hesab üzrə qalıq vəsait 209887,8 manat olmuş, il ərzində 5270398,0 manat məbləğində maliyyə yardımı daxil olmuş, il ərzində 5449765,6 manat xərc edilmiş, ilin sonuna qalıq 30520,0 manat təşkil etmişdir.

Həmçinin 2017-ci ilin 1-ci yarımilliyi ərzində 905119,0 manat vəsait daxil olmuş, 6 ay ərzində 905119,0 manat vəsait mədaxil olmuş və həmin dövr ərzində cəmi 930248,3 manat xərc edilmiş, 01.07.2017-ci il tarixə qalıq vəsait 5390,9 manat təşkil etmişdir.

Dövlət Bayrağı Muzeyi üzrə:Muzey tərəfindən təqdim olunan proqnoz göstəricilərinin təhlili zamanı

müəyyən edilmişdir ki, 2016–2017-ci illər üçün büdcə proqnoz layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlərdə təqdim olunmuşdur. Lakin müvafiq illər üzrə proqnozlar hazırlanarkən və xərclər təsdiq edilərkən bəzi hallarda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcənin tərtibi və icrası qaydaları”nın tələbləri gözlənilməmiş, əvvəlki illərdə xərc maddələri üzrə nəzərdə tutulmuş vəsaitlərin icrası bəzi hallarda nəzərə alınmamışdır. Belə ki, bəzi xərc maddələri üzrə zərurət yaranmadığı halda proqnoz rəqəmlər artırılmış, proqnoz layihələr, o cümlədən əmək haqqı və əmək haqqına üstəlik xərc maddələri üzrə nəzərdə tutulmuş məbləğlər qüvvədə olan müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə nəzərdə tutulsa da, digər maddələr üzrə əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan əsaslandırılmamış artımlarla tərtib edilmişdir. Belə ki, Muzeyin saxlanılması üçün auditlə əhatə olunan 2016–2017-ci illərdə büdcə vəsaitinə olan tələbat barədə proqnoz rəqəmləri müvafiq olaraq 2016-cı ildə 583562,53 manat, 2017-ci ildə isə 509299,52 manat hazırlanaraq Idarəyə təqdim edilmişdir. Qeyd olunan tələbata qarşı saxlanılma xərcləri müvafiq illər üzrə 2016-cı il üçün 379871,00 manat (203691,5 manat az və ya proqnozun 65,1%-i həcmində), 2017-ci il üçün isə 404073,0 manat (105226,52 manat az və ya proqnozun 79,34 %-i həcmində) müəyyən edilmişdir. M u z e y i n

AUDİTOR TRİBUNASI 2017, №4

50

icmal xərclər smetasının icrası 2016-cı ildə 379871,0 manat dürüstləşdirilmiş təyinata qarşı 161733,3 manat (42,5%) və ya 218137,7 manat az icra olunmuşdur. Müəssisənin icmal xərclər smetasının icrası 2017-ci ilin 1-ci yarımilliyində isə 420070,0 manat dürüstləşdirilmiş illik təyinata qarşı 6 ay ərzində 89684,6 manat (21,3%) və ya 330385,5 manat az icra olunmuşdur.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi üzrə:

Müvafiq illər üzrə proqnozlar hazırlanarkən və xərclər təsdiq edilərkən bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, proqnoz layihələr, o cümlədən əmək haqqı və əmək haqqına üstəlik xərc maddələri üzrə nəzərdə tutulmuş məbləğlər qüvvədə olan müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilmədən yalnız Dənizkənarı Bulvar Idarəsinin Həmkarlar Ittifaqı Komitəsi tərəfindən razılaşdırılmış və Idarə tərəfindən təsdiq edilmiş Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin ştat cədvəli və müvafiq olaraq nəzərdə tutulmuş vəzifə maaşlarına uyğun olaraq, digər maddələr üzrə isə əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan əsaslandırılmamış artımlarla tərtib edilmişdir.

Müəssisə tərəfindən abadlaşdırma xidmətləri haqqının ödənilməsi xərclərinin proqnozlaşdırılması zamanı hesabat ilinin əvvəlinə, o cümlədən 2016-cı ilin əvvəlinə 29859,7 manat, 2017-ci ilin əvvəlinə 63370,0 manat dəyərində anbarda olan mal-material qalığı nəzərə alınmadığından artıq proqnozlaşdırılmaya yol verilmişdir.

Bəzi hallarda zərurət olmadığı halda proqnoz rəqəmləri artırılmış, lakin həmin xərcin icrası isə ilkin proqnoz həddində olmuşdur. Belə ki, 2016-cı il üçün təsdiq edilmiş xərclər smetasında “Dəftərxana və təsərrüfat xərcləri” üzrə proqnoz məbləği 29380,0 manat olduğu halda, dürüstləşmiş təyinat 120653,0 manat müəyyən edilmiş, lakin kassa xərci isə ilkin proqnoz həddində 12322,0 manat və ya ilkin proqnoz məbləğindən də aşağı olmuşdur.

Bəzi hallarda isə təqdim olunan proqnoz məbləğləri hətta əvvəlki ilin icra həddindən də aşağı olmuşdur. Belə ki, “Su haqqının ödənilməsi” xərc maddəsi üzrə ilkin proqnoz məbləği 628360,0 manat olduğu halda, kassa xərci 523510,0 manat olmuş, lakin 2017-ci il üçün proqnoz 300000,0 manat və ya 2016-cı ilin kassa xərcindən hətta aşağı təqdim edilmiş, bəzi hallarda isə, o cümlədən “Internet xidməti haqqının ödənilməsi” xərc maddəsi üzrə 2016-cı ildə kassa xərci 9832,0 manat olduğu halda, 2017-ci ildə həmin xərc maddəsi üzrə ümumiyyətlə proqnoz verilməmişdir.

2016-cı ildə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə icra edilmiş 9242945,0 manat vəsaitdən 5789679,0 manatı əmək haqqı və 1305209,0 manatı əmək haqqına üstəlik xərclərin ödənilməsinə, 317502,0 manatı “Idarənin

AUDİTOR TRİBUNASI 2017, №4

51

saxlanılması” xərclərinin, o cümlədən 300265,0 manatı cari təmir xərclərinin, 158117,0 manatı nəqliyyat xidməti haqqının ödənilməsinə, 1130395,0 manatı kommunal və kommunikasiya xidmətlərinin, o cümlədən 583689,0 manatı elektrik enerjisi haqqının, 523510,0 manatı su haqqının, 9546,0 manatı tullantıların daşınması xərclərinin və s. xərclərin ödənilməsinə, 205178,0 manatı istehlak mal və materiallarının alınması xərclərinin, o cümlədən 182135,0 manatı inventar alınması xərclərinin, 13099,0 manatı avadanlığın alınması xərclərinin, 4956,0 manatı digər alışlar və xidmətlərin, 6979,0 manatı abadlaşma xərclərinin, 8426,0 manatı iş qabiliyyətini itirdiyinə görə müavinətlərin ödənilməsinə, 316478,0 manatı digər xərclərin, o cümlədən 299057,0 manatı əsaslı təmir xərclərinin və 17085,0 manatı bank xərclərinin ödənilməsinə xərc edilmişdir.

2017-ci ildə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə icra edilmiş 4306697,0 manat vəsaitdən 3130781,0 manatı əmək haqqı və 684867,0 manatı əmək haqqına üstəlik xərclərin ödənişinə, 5545,0 manatı “Idarənin saxlanılması” xərclərinin ödənilməsinə, 1198,0 manatı ezamiyyə xərclərinin ödənilməsinə, 61294,0 manatı nəqliyyat xidməti haqqının ödənilməsinə, 404008,0 manatı kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə, o cümlədən 280286,0 manatı elektrik enerjisi haqqının, 119932,0 manatı su haqqının, 2340,0 manatı tullantıların daşınması xərclərinin və s. xərclərin ödənilməsinə, 7797,0 manatı istehlak mal və materiallarının alınmasına, 6680,0 manatı iş qabiliyyətini itirdiyinə görə müavinətlərə, 11270,0 manatı digər xərclərin (sair xərclər və bank xərclərinin) ödənilməsinə xərc edilmişdir.

2. Aparılan maliyyə əməliyyatlarının və satınalmaların mövcud normativ-hüquqi sənədlərə uyğunluğu vəziyyəti:2.1 Dənizkənarı Bulvar İdarəsinin aparatının saxlanılması xərcləri üzrə:Əməyin ödənişi üzrə xərclərin hesablanması qaydalarına riayət edilməsi vəziyyətiAzərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən yaradılmış

Dənizkənarı Bulvar Idarəsinin aparat işçilərinin say həddi 45 ştat vahidi müəyyən edilmiş, ştatdan artıq işçi saxlanılmamış, illik əmək haqqı fondundan artıq ödənişlərə yol verilməmiş, işçilərə aylıq əmək haqqı ştat cədvəlinə əsasən düzgün ödənilmiş, işçilərin əmək haqlarından tutulmuş gəlir vergisi və digər tutulmalar müvafiq qaydada köçürülmüşdür.

Idarənin aparatı üzrə dövlət qulluqçularının aylıq vəzifə maaşlarının düzgünlüyü ştat cədvəli ilə 2013-cü il 02 dekabr tarixli 135 nömrəli Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının

AUDİTOR TRİBUNASI 2017, №4

52

vəzifə maaşları”na əsasən yoxlanılmış, bəzi hallarda nöqsanlara yol verildiyi müəyyən olunmuşdur.

Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun, 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın tələbləri gözlənilməyərək Idarədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan müsabiqədən keçməmiş 3 əməkdaşa dövlət qulluğunda qulluq stajına görə 1569,2 manat, ixtisas dərəcələrinə görə əlavə haqlar üçün 3000,0 manat və növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində əlavə müavinətlərə görə 2560,0 manat, cəmi 7129,2 manat dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavə təminatlar ödənilmişdir.

Eləcə də Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan müvafiq olaraq müsabiqədən keçmədən 2016-cı ildə 12 nəfər, 2017-ci ilin iyul tarixinədək 8 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunmuş və onlara qanunvericiliklə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondundan müvafiq əmək haqqı və dövlət qulluqçularının mükafatlandırılması məqsədilə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəsait hesabına mükafat ödənilmişdir.

“Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin müvafiq tələblərinə əməl edilməyərək dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti (1 il) başa çatmamış olan qulluqçuya (stajçıya) cəmi 2178,3 manat mükafat artıq ödənilmiş, eyni zamanda işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilən zaman 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğinə nəzərdə tutulmayan məbləğlər daxil edilməklə 295,2 manat məbləğində əlavə vəsait verilmiş, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı” və “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması Qaydası”nın müvafiq tələblərinə əməl edilməyərək məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı cəmi 933,4 manat artıq vəsait ödənilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Xarici

AUDİTOR TRİBUNASI 2017, №4

53

dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müvafiq tələblərinə əməl edilməyərək Idarədə dövlət qulluqçusunun inzibati (məsləhətçi) vəzifəsinə Türkiyə Cümhuriyyəti Fatih Universitetinin (özəl) diplomu ilə 1 nəfər 01 iyul 2016-cı il tarixindən müddətli (müvəqqəti) işə götürülmüş və ona audit dövrü ərzində cəmi 7919,0 manat olmaqla əmək haqqı, mükafat və məzuniyyət haqqı hesablanaraq ödənilmişdir.

Ezamiyyə xərclərinin aparılması vəziyyətiIdarənin saxlanma xərclərində müvafiq vəsait nəzərdə tutulmadığı halda Rusiya

Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj Mərkəzi hərbi dəniz və artilleriya, mühəndis qoşunları və rabitə qoşunları hərb-tarix muzeylərində saxlanılan bayraqların və hərb tarixinə aid materialların əldə edilməsi məqsədilə Dövlət Bayrağı Muzeyinin iqtisadi məsələlər üzrə direktor müavini-baş mühasibinin 1909,0 manat ezamiyyə xərci Dənizkənarı Bulvar Idarəsinin aparatının saxlanması xərcləri hesabına ödənilmiş, eyni zamanda ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəd avans hesabatlarına əlavə edilməmişdir.

Yanacaq-sürtkü materiallarının alınması və digər nəqliyyat xidmətlərinin göstərilməsi, mədaxili və təsdiq olunmuş normalara uyğun silinməsi vəziyyəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq 1 nömrəli əlavənin normalarında avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri – aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində qeyd edilsə də Idarənin balansında olan 2 (iki) ədəd nəqliyyat vasitəsinə 1135,97 manat, qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq xərc aparılmışdır. Bundan əlavə, cari təmir məsrəfləri idarədə əsas fondlar üzrə kapitallaşdırılmalı və “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) hər bir nəqliyyat vasitəsi üzrə ayrı-ayrılıqda qeydiyyatı aparılmalı olduğu halda bu məbləğ uçotdan birbaşa xərcə silinmişdir ki, bununla da “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” qaydaların 2.8-ci bəndinin tələblərinə əməl edilməmişdir.

Həmçinin qərara əsasən Idarənin aparatı üzrə xidməti minik avtomobillərinin say həddi (limiti) 3 ədəd müəyyən edildiyi halda, 2016-cı ilin yanvar ayından 2017-ci ilin iyul ayınadək Idarənin balansında 4 avtomobil olmuş və nəticədə limitdən artıq 1 avtomobil üzrə cəmi 2113,3 manat artıq yanacaq xərclərinə yol verilmişdir.

Idarənin balansında olan 3 avtonəqliyyat vasitələrinin yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə əsasən 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun müəyyən edilmədiyinə görə cəmi 1655,8 manat məbləğində əlavə yanacaq sərfiyyatına yol verilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

54

Eyni zamanda xidməti minik avtomobillərinin idarə edilməsi üçün təhkim edilmiş və ya həvalə edilmiş şəxslər məzuniyyətdə və ya ezamiyyətdə olduqları dövr ərzində cəmi 1396,3 manat artıq yanacağın alınması ilə əlavə xərcə yol verilmişdir.

Aparılan satınalmaların mövcud normativ-hüquqi sənədlərə uyğunluğuDövlət satınalmalarının əsas prinsipi dövlət vəsaitlərindən səmərəli və

qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılmasından ibarət olmaqla, satınalma prosedurlarının bütün mərhələlərini əhatə etməlidir. Idarə tərəfindən satınalma prosedurları keçirilərkən bəzi hallarda audit dövrü ərzində dövlət büdcəsindən əlavə digər mənbələrdən ayrılan vəsaitlərin, o cümlədən Dövlət Neft Şirkətindən ayrılan vəsaitlərin icrası zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.2, 20.2 tələblərinə riayət olunmayaraq mal-materialların, iş və xidmətlərin satınalınması açıq tender üsulu ilə aparılmalı olduğu halda, malların (iş və xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodu (açıq tender, kotirovka sorğusu metodu) tətbiq edilmədən müqavilələr bağlanmaqla xərc əməliyyatları aparılmışdır. Belə ki, Idarə tərəfindən 2016-cı ildə 21 halda olmaqla 3701902,3 manat, 2017-ci ildə isə 1 halda olmaqla 24680,9 manat, ümumilikdə 3726583,3 manat məbləğində vəsait müvafiq satınalma metodu tətbiq olunmadan xərc edilmişdir.

2.2 Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi üzrə:Audit zamanı təmizlik sahəsi işçilərinə silinən xüsusi geyim və təsərrüfat

mallarının “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatına uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” ilə müqayisə edilərkən kənarlaşma müəyyən olunmamışdır.

Müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin yanacaq sərfi üzrə bəzi hallarda müəyyən edilmiş normanın tələblərinə əməl edilmədiyinə görə 2016-cı ildə 5 nəqliyyat vasitəsinə görə 2019,0 manat, 2017-ci ildə 5 nəqliyyat vasitəsinə görə 977,6 manat, cəmi 2996,6 manat məbləğində artıq yanacaq sərfiyyatına yol verilmişdir.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq 1 nömrəli əlavənin normalarında avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri – aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq

AUDİTOR TRİBUNASI 2017, №4

55

xərcinin 30 faizi məbləğində qeyd edilsə də, 2016-cı ildə Idarənin balansında olan 3 ədəd nəqliyyat vasitəsinə qanunvericilikdə nəzərdə tutulmuş normadan cəmi 4084,0 manat artıq xərc aparılmışdır.

Bundan əlavə, cari təmir məsrəfləri idarədə əsas fondlar üzrə kapitallaşdırılmalı və “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) hər bir nəqliyyat vasitəsi üzrə ayrı-ayrılıqda qeydiyyatı aparılmalı olduğu halda, uçotdan birbaşa xərcə silinmişdir ki, bununla da “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 2.8-ci bəndinin tələblərinə əməl edilməmişdir.

Əməyin ödənişi üzrə xərclərin hesablanması qaydalarına riayət edilməsi və digər ödənişlərin hesablanıb ödənilməsi vəziyyəti:

Müəssisə üzrə işçilərə əmək haqları ştat cədvəlinə əsasən mühasibatlığa təqdim olunmuş tabellər əsasında hesablanıb ödənilmişdir.

Əmək haqlarının hesablanması və ödənilməsinin düzgünlüyü yoxlanılarkən müəyyən olunmuşdur: Müəssisə tərəfindən ştat cədvəlləri tərtib edilərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-lı qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-Ixtisas Sorğu Kitabçası”nın, eləcə də 09 avqust 2006-cı il tarixli № 10-2-saylı qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid Tarif-Ixtisas Sorğu Kitabçası”nın tələblərinə riayət olunmamış, işçilərin təhsili və ixtisası üzrə əmək stajı, ümumiyyətlə Vahid Tarif-Ixtisas Sorğu Kitabçasının tələbləri nəzərə alınmadan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsi və Dənizkənarı Bulvar Idarəsinin Həmkarlar Ittifaqı Komitəsi tərəfindən təsdiq olunmuş ştat cədvəlinə əsasən vəzifə maaşları yüksək müəyyənləşdirilərək əmək haqqı ödənilmişdir. Vəzifə maaşlarının yüksək götürülməsi nəticəsində orta hesabla 1 ay üzrə 290100,0 manat (152954,0 manata qarşı 443053,0 manat) olmaqla ümumilikdə 2016-cı ildə 3481200,0 manat, 2017-ci ilin 1-ci yarımilliyində 1740600,0 manat, cəmi audit dövrü ərzində 5221800,0 manat və ya 2,9 dəfə artıq əmək haqqı hesablanaraq ödənilmişdir.

2016 və 2017-ci illər üzrə təqdim olunmuş büdcə proqnozu üzrə əmək haqqı xərclər üzrə yalnız 12 aylıq əmək haqqı və müvafiq olaraq 3 və 3,5 vəzifə maaşı həcmində mükafat məbləği nəzərdə tutulduğu halda və ya qeyd olunan məqsədlər üçün müvafiq vəsait nəzərdə tutulmadığı halda, Kommunal, xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən 2016-cı ildə 33745,76 manat, 2017-ci ilin 9 ayı ərzində isə 27976,9 manat, ümumilikdə 61722,7 manat məbləğində Suvarma sistemləri, təmizlik xidməti, avtomobil, maşın və mexanizm şöbəsinin bir sıra əməkdaşlarının gecə saatları ərzində işləmələri rəsmiləşdirilmiş və həmin işçilərə əmək haqlarına əlavə olaraq 40%

AUDİTOR TRİBUNASI 2017, №4

56

həcmində gecə saatına görə əlavə əmək haqqı hesablanmış və ödənilmişdir.2016-cı ildə dövlət büdcəsində qeyd olunan məqsədlər üçün müvafiq vəsait

nəzərdə tutulmadığı halda, işçilər üçün içməli suyun alınmasına görə 4850,0 manat vəsait ödənilmişdir.

Cari təmir işlərinin aparılması məqsədilə cəmi 727938,1 manat dəyərində tikinti materialları alınmış, lakin həmin mal-materialların istifadə olunduğu yeri və iş həcmlərini təsdiq edən müvafiq qüsur aktları tərtib edilmədən, “Dənizkənarı Bulvar Idarəsinin ərazisində gedən təmir-tikinti işləri zamanı istifadə olunmuşdur” məzmunda silinmə aktları tərtib və təsdiq edilərək silgisi aparılmış, eyni zamanda pullu xidmət göstərən “Dənizkənarı Milli Park” MMC-nin balansında olan Dənizkənarı Bulvar Idarəsinin ərazisində yerləşən “Şeytan Çarxı” attraksionunun cəmi 30046,4 manat məbləğində elektrik enerjisi sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilmişdir.

Aparılan satınalmaların mövcud normativ-hüquqi sənədlərə uyğunluğu:“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci

maddəsinin tələblərinə əsasən, malların (işlərin və xidmətlərin) satınalınmasının həyata keçirilməsi məqsədilə Idarənin müvafiq əmrlərinə əsasən tender komissiyası yaradılaraq müvafiq satınalmalar həyata keçirílmişdir.

Kommunal müəssisə tərəfindən bəzi hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2. “Kotirovkalar sorğusundan istifadə şərtləri”nin tələblərinə riayət olunmayaraq mal-materialların, iş və xidmətlərin satınalınması satınalmaların kotirovka sorğusu ilə həyata keçirilməli olduğu halda, malların (iş və xidmətlərin) satın alınması müvafiq satınalma metodu tətbiq edilmədən həyata keçirilmişdir. Belə ki, müəssisə tərəfindən 2016-cı ildə 14 halda və ya il ərzində aparılmış xərcin 5,3% həcmində olmaqla 43853,6 manat, 2017-ci ildə isə 3 halda olmaqla 9990,8 manat, ümumilikdə 57577,6 manat məbləğində vəsait müvafiq satınalma metodu tətbiq olunmadan xərc edilmişdir.

Auditlə əhatə olunan dövrdə ayrılmış vəsaitin icrası zamanı əksər hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”in bəzi maddələrinin tələblərinə əməl olunmadığı müəyyən olunmuşdur. Belə ki, tender komissiyası tərəfindən tender elan olunmasından əvvəl malların (işlərin və xidmətlərin) satınalma qiyməti ilə bağlı iddiaçıların tender təkliflərinin reallığını müəyyən etmək məqsədilə mövcud normativ-hüquqi sənədlərdən istifadə edilməmiş, alınacaq malların və ya görüləcək iş və xidmətlərin ilkin olaraq həmin dövrə orta bazar qiyməti müəyyən edilməmiş, kalkulyasiyası müvafiq qaydada

AUDİTOR TRİBUNASI 2017, №4

57

tərtib edilməmiş, yalnız iştirakçı müəssisələr tərəfindən təklif olunan qiymətlər qəbul edilməklə müvafiq müqavilələr bağlanılmış və icra olunmuş, həmçinin satınalma müqavilələrinin xüsusi şərtləri, satınalmanın əsas şərtlər toplusu müvafiq qaydada tərtib edilməmişdir.

Eyni zamanda 1 halda dövlət satınalmalarını tənzimləyən müvafiq normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək kassa xərci aparılmış, belə ki, “Dənizkənarı bulvar ərazisinin təmiri üçün tikinti materiallarının satınalması” məqsədilə bağlanılmış müqavilənin icrası zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək müqavilə şərtlərində nəzərdə tutulmayan müxtəlif adda mal-materialların alışına yol verilmiş, eləcə də qalib müəssisə ilə bağlanılmış müqavilənin icrası zamanı mal vahidi üzrə təsdiq olunmuş müqavilə qiymətlərinə əməl edilməmiş, nəticədə qeyd olunan müqavilə üzrə ümumilikdə 45556,1 manat məbləğində artıq xərcə yol verilmişdir.

Təmir-tikinti işlərinə ayrılmış vəsaitlərin istifadəsi vəziyyəti:Azərbaycan Respublikası FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş

Idarəsinin ekspertizanın nəticələrinə dair 16.12.2015-ci il tarixli 21200 №-li rəyinin 5-ci bəndində “Gənclər Mərkəzi” binasının konstruktiv sxemi dəmir-beton özəkli, üst səviyyəsində metal karkas qəbul edildiyindən və karkasın 4 mərtəbədən, yəni az mərtəbəli olduğundan layihədə seysmik izolyatorların tətbiqinə ehtiyac olmadığı bildirilmişdir. Lakin 2016-cı il oktyabr tarixli “Işlərin qəbulu haqqında Akt” (Forma №2) üzrə tətbiqi zəruri hesab edilməyən qeyd olunan məqsədlərə, o cümlədən paslanmayan materiallardan 72 ədəd seysmik izolyatorların quraşdırılması işlərinə ƏDV ilə birlikdə 2119730,8 manat məbləğində vəsait xərc olunmuşdur.

Dənizkənarı Milli Parkda “Sadko” estakadasının dənizə doğru genişlənən günəşvarı hissəsində “Gənclər Mərkəzi”nin tikintisi obyekti üzrə “Işlərin qəbulu haqqında Akt”da (Forma №2) ƏDV ilə 19355129,37 manat məbləğində fasadın xüsusi gətirilmiş materialla üzlənməsi işlərinin adı, həcmi, qiyməti və məbləği göstərilməklə açıqlanma verilməmişdir.

Dənizkənarı Bulvar Idarəsinin balans hesabatında əsaslı vəsait qoyuluşu hesabına Dənizkənarı Milli parkda “Sadko” estakadasının dənizə doğru genişlənən günəşvarı hissəsində “Gənclər Mərkəzi”nin tikinti obyekti üzrə 01.07.2017-ci il tarixə “Işlərin qəbulu haqqında Akt” (Forma №2) üzrə yerinə yetirilmiş 61952354,8 manat məbləğində işlərin dəyəri 233 nömrəli “Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər” subhesabında uçota alınmamışdır.

AUDİTOR TRİBUNASI 2017, №4

58

3. Maliyyə hesabatlarının dürüstlüyü və uçot-hesabat işlərinin aparılması vəziyyəti:Dənizkənarı Bulvar İdarəsinin aparatının saxlanılması xərcləri üzrə:Idarədə, həmçinin tabeliyində olan qurumlarda da 2016-cı il və 2017-ci ilin 6 ayı

ərzində mühasibat uçotu 1998-ci il 15 iyul tarixli I-62 saylı “Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat”la yanaşı (qüvvədən düşmüş), həmçinin “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”dakı “Hesablar Planı”na əsasən aparılımış, maliyyə hesabatları “Milli Mühasibat Uçotu Standartları”na uyğun tətbiq olunmuşdur.

“Maliyyə vəziyyəti haqqında hesabat”da “Ehtiyatlar” maddəsi üzrə 2016-cı ilin əvvəlinə 16982,0 manat və ilin sonuna 217907,2 manat qeyd olunmalı olduğu halda, ilin əvvəlinə 9284,0 manat və ya 7698,0 manat az və ilin sonuna 217818,5 manat və ya 88,8 manat az, “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər” maddəsində ilin əvvəlinə 5685481,8 manat qeyd olunmalı olduğu halda, 5584161,8 manat və ya 101320,0 manat az əks olunmuşdur.

Hesabat ilində Idarədə sərf edilmiş materialların dəyəri 43508,7 manat olduğu halda, “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda 38561,7 manat və ya 4947,1 manat az göstərilmiş və bu məbləğ hesabatda “Sair əməliyyat xərcləri” maddəsində əks olunmuş məbləğin üzərinə gələrək qeyd olunmuşdur.

Bundan əlavə, Idarənin balansında olan 5 (beş) ədəd 4431132,8 manat (hər birinin qiyməti 886226,6 manat) dəyərində “Klassik Jumbo” tipli dizel yanacaqlı sərnişin qatarları mühasibatlıqda “Nəqliyyat vasitələri” hesabında uçota alınmalı olduğu halda “Maşın və avadanlıqlar” hesabında uçota alınmış və ona “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”a əsasən 5,3% amortizasiya norması tətbiq edilməli olduğu halda 11,1%-lə amortizasiya norması tətbiq edilməklə 257005,7 manat məbləğində artıq amortizasiya hesablanmış, nəticədə “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda “Amortizasiya xərcləri” maddəsində məlumat düzgün əks olunmamışdır.

Idarənin debitor borcu 01 iyul 2017-ci ilə 9763918,8 manat, kreditor borcları isə 9144,9 manat təşkil etmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

59

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi üzrə:

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”na əsasən, memorial orderlər üzrə məlumatlar baş kitabda uçota alınmamış, hər ayın sonunda subhesablar üzrə ümumi dövriyyə balansı (hesablar və subhesablar üzrə dövrün əvvəlinə və sonuna qalıqları, habelə dövr ərzində onların debet və kredit üzrə dövriyyələrini özündə əks etdirən uçot registri) tərtib edilməmişdir.

Müəssisədə bəzi aktivlərin alışı zamanı hesablar üzrə səhv mühasibat yazılışı verilməsi səbəbindən 10752,27 manat məbləğində “Tikili və avadanlıqlar”, 19932,0 manat məbləğində “Sair torpaq, tikili və avadanlıqlar”, 27225,0 manat məbləğində “Bioloji aktivlər” və 22844,8 manat məbləğində “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri”, “Digər ehtiyatlar”da, 6421,56 manat məbləğində “Tikili və avadanlıqlar” və 73794,34 manat məbləğində “Digər ehtiyatlar” “Ehtiyatlar” hesabının “Materiallar” subhesabında uçota alınmışdır.

Eyni zamanda “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”ın tələbləri gözlənilmədiyi üçün müəssisənin balansında olan bəzi əsas fondlara normadan artıq 380983,3 manat məbləğində amortizasiya hesablanaraq xərcə silinmiş, nəticədə həmçinin “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda “Amortizasiya xərcləri” maddəsində məlumat düzgün əks olunmamışdır.

Auditin gedişi zamanı yuxarıda qeyd edilənlərə dair müəssisədə müvafiq mühasibat yazılışı verilərək aktivlər aidiyyəti üzrə uçota alınmış və xərcə silinmiş amortizasiya məbləği bərpa edilmişdir.

“Maliyyə vəziyyəti haqqında hesabat”da “Ehtiyatlar” maddəsi üzrə 2016-cı ilin əvvəlinə 675527,1 manat və ilin sonuna 1575814,5 manat qeyd olunmalı olduğu halda, ilin əvvəlinə 738921,3 manat və ya 63394,2 manat (8,58%) çox və ilin sonuna 1660766,1 manat və ya 84951,7 manat (5,12%) çox, “Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər” maddəsində ilin əvvəlinə 51520070,4 manat, ilin sonuna 48820929,9 manat qeyd olunmalı olduğu halda, ilin əvvəlinə 51701265,8 manat və ya 181195,4 manat (0,35%) çox, ilin sonuna 49116504,0 manat və ya 295574,1 manat (0,6%) çox əks olunmuşdur.

“Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsində qeyd olunmalı olduğu halda, 22844,8 manat məbləğində uzunmüddətli aktivlər qısamüddətli aktivlər üzrə “Ehtiyatlar” maddəsində göstərilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

60

“Uçot siyasəti və izahlı qeydlər”də “Podratçılara avans ödənişlər”i barədə ilin əvvəlinə 35246,0 manat və ilin sonuna 331154,5 manat açıqlama verilsə də, bu məlumat “Maliyyə vəziyyəti haqqında hesabat”da “Sair qısamüddətli maliyyə aktivləri”ndə deyil, “Qısamüddətli debitor borcları”nda əks olunmuşdur.

Hesabat ilində Müəssisədə sərf edilmiş materialların dəyəri 2118067,6 manat olduğu halda, “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda 2135153,1 manat və ya 17085,5 manat çox göstərilmişdir.

Müəssisənin debitor borcları 01 iyul 2017-ci ilə 293990,6 manat, kreditor borcları isə 2860,9 manat əmək haqqı üzrə tutulmalardan təşkil etmişdir.

4. Strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinə dair.

“Dənizkənarı Milli Park” MMC üzrə:Nizamnaməsinə əsasən Cəmiyyətin əsas vəzifələri (funksional fəaliyyəti)

aşağıdakılardan ibarətdir: • əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətlərinin təşkili,

sağlamlığın möhkəmləndirilməsi üçün şəraitin yaradılmasını, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbii-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, estafet yarışlarını və idman bayramlarını, məlumat-reklam materiallarının nəşrini müvafiq qaydada təşkil edir;

• nəqliyyat vasitələri ilə texniki xidmətin göstərilməsini təmin edir; • Dənizkənarı Milli Park ərazisində olan texniki qurğu, vasitə, avadanlıq və binalara

elektro-texniki xidmətin göstərilməsini təmin edir, öz səlahiyyəti çərçivəsində elektrik və mexaniki qurğuların istismar olunmasını, onların texniki təminatı və təhlükəsizliyini təmin edir;Cəmiyyətin faktiki fəaliyyəti balansında olan 3 (üç) ədəd gəzinti gəmiləri ilə, 3

(üç) ədəd karnavalla, 1 (bir) ədəd attraksionla və 5 (beş) ədəd sanitar qovşağı ilə əhaliyə xidmət göstərməkdən, Dənizkənarı Bulvar Idarəsinin ərazisində balansına daxil edilməyən daşınan əmlakları əhaliyə kommunal və mühafizə xidmətləri göstərilməsi üçün müxtəlif fiziki şəxslərə xidmət müqaviləsi əsasında sahələrin verilməsindən, müxtəlif hüquqi şəxslərin əhaliyə xidmət göstərmələri, həmçinin müxtəlif təşkilatlara tədbirlərin keçirilməsi üçün Dənizkənarı Bulvar Idarəsinin ərazisindən torpaq sahələrinin ayırmasından və s. ibarət olmuşdur.

Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda cari (hesablaşma) hesablarına malikdir və təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müvafiq bank hesabları mövcud olmuşdur:

AUDİTOR TRİBUNASI 2017, №4

61

Cəmiyyət tərəfindən gəlir və xərclərin uçotu Vergi Məcəlləsinə uyğun olaraq hesablama metodu ilə aparılmışdır. Cəmiyyət audit olunan dövr ərzində mənfəət vergisinin, əlavə dəyər vergisinin, əmlak vergisinin və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur.

2016-cı il üzrə mənfəət vergisinin bəyannaməsi ilə Cəmiyyətin baş kitab yazılışlarının, habelə gəlir və xərclərin düzgünlüyünün auditi nəticəsində müəyyən edilmişdir ki, mənfəət vergisinin bəyannaməsinin verginin hesablanması bölməsinin 200.2 – Işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlir 338576,8 manat, 203 – fiziki və hüquqi şəxslərlə bağlanmış xidmət müqavilələrindən gəlir 142547,0 manat, 219.3 – Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 898,0 manat və 220 – çıxılmalardan sonra ümumi gəlir 480225,80 manat göstərilmişdir.

Cəmiyyətin 2017-ci ilin 6 ayı ərzində gəlir və xərclərinin auditi nəticəsində müəyyən olunmuşdur ki, Cəmiyyətin ƏDV-siz 178521,26 manat məbləğində, o cümlədən xidmətdən 155991,26 manat məbləğində, fiziki və hüquqi şəxslərlə bağladığı xidmət müqavilələrindən 22530,00 manat məbləğində gəliri olmuşdur. Xərclərin auditi nəticəsində müəyyən olunmuşdur ki, cəmiyyətin hesabat dövründə 89811,46 manat məbləğində xərcləri olmuşdur. Bunun nəticəsində Cəmiyyət 2017-ci ilin 6 ayı ərzində 88709,80 manat məbləğində cari mənfəətlə işləmişdir.

2016-cı il üzrə Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə düzgün əməl edilməyərək büdcəyə ödəniləsi ƏDV məbləği 2082,78 manat az hesablanmış, 2017-ci ilin 1-ci yarımillik dövrü ərzində isə büdcəyə ödənilməli ƏDV ümumilikdə 3801,29 manat artırılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 2016-cı və 2017-ci ilin 1-ci yarımillik dövrü ərzində aylar üzrə azaldılmış vergi məbləğlərinin 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.

Cəmiyyət audit dövrü ərzində 169 hüquqi və fiziki şəxslərlə xidmət müqaviləsi bağlamış, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarına əsasən, xidmət müqaviləsi bağladığı fiziki və hüquqi şəxslərlə eyni zamanda dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməmiş, nəticədə həmin dövrlər ərzində dövlət büdcəsinə ümumilikdə 26082,6 manat məbləğində icarə haqqı hesablanmamışdır.

“Sahil Xidməti” MMC üzrə:Nizamnaməsinə əsasən Cəmiyyətin əsas vəzifələri (funksional fəaliyyəti)

aşağıdakılardan ibarətdir:

AUDİTOR TRİBUNASI 2017, №4

62

• Dövlət Bayrağının təbliği sahəsində pullu xidmətlərin göstərilməsi, biznesin inkişafı, sahibkarlıq subyektləri arasında biznes əlaqələrinin genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili xidmətlərinin göstərilməsi;

• yerli istehsal məhsullarının, habelə sahibkarlıq məhsullarının nümayişi və satışı ilə bağlı sahibkarlıq subyektlərinə və sənətkarlara müxtəlif xidmətlərin göstərilməsi;

• yerli və xarici hüquqi şəxslərə xarici iqtisadi əməliyyatların həyata keçirilməsində təmsilçilik xidmətlərinin göstərilməsi, həmçinin onların xarici iqtisadi müqavilələrin (kontraktların) həyata keçirilməsinə cəlb olunmasını təmin edir.

• qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olur.Cəmiyyətin faktiki fəaliyyəti Dənizkənarı bulvar ərazisinin hüdudları daxilində

nəqliyyat vasitələrinin park edilməsinə və idman komplekslərinin, idman avadanlıqları və qurğularının istifadə edilməsinə dair ödənişli xidmətlərin həyata keçirilməsindən, xidmət müqaviləsi əsasında “Azercell Telekom” MMC-nin və “Azerconnect” MMC-nin mobil baza stansiyalarının avadanlıqlarının yerləşdirilməsinə görə sahələrin ayrılmasından, mühafizənin təşkil edilməsindən ibarət olmuşdur. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda cari (hesablaşma) hesablarına malikdir. Cəmiyyətin məlumatına əsasən, auditlə əhatə olunan dövrdə təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müvafiq bank hesabı mövcud olmuşdur:

Cəmiyyət tərəfindən gəlir və xərclərin uçotu Vergi Məcəlləsinə uyğun olaraq kassa metodu ilə aparılmışdır. Cəmiyyət audit olunan dövr ərzində sadələşdirilmiş verginin, əmlak vergisinin və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur.

Cəmiyyətin Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla Iş Departamentinə təqdim etdiyi 2016-cı il rüblər üzrə sadələşdirilmiş verginin bəyannaməsi ilə cəmiyyətin baş kitab yazılışlarının düzgünlüyünün auditi nəticəsində müəyyən edilmişdir ki, sadələşdirilmiş verginin bəyannaməsinin verginin hesablanması bölməsinin 804 rüb üzrə təqdim edilmiş mallara və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi ümumilikdə 66496,47 manat, 2017-ci ilin 1-ci yarımillik dövründə isə 88536,86 manat məbləğində göstərilmişdir. Lakin cəmiyyətin ilkin sənədləri əsasında baş kitab yazılışlarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Cəmiyyətin 2016-cı il üzrə ilkin uçot sənədlərinə əsasən ümumi gəliri 52156,47 manat məbləğində olmuşdur.

Cəmiyyətin faktiki Dənizkənarı bulvar ərazisinin hüdudları daxilində nəqliyyat

AUDİTOR TRİBUNASI 2017, №4

63

vasitələrinin park edilməsinə və idman komplekslərinin, idman avadanlıqları və qurğularının istifadə edilməsinə dair ödənişli xidmətlərin həyata keçirilməsindən ibarət olmuşdur. Nəqliyyat vasitələrinin park edilməsində əhali ilə nağd hesablaşmalar çap olunan biletlər vasitəsilə, əhalinin idman avadanlıqları və qurğularından istifadə edilməsi isə 03.11.2016-cı il tarixdə “Merkuri 112F” markalı 00108062 zavod nömrəli nəzarət kassa aparatı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda avtomobil dayanacaqlarında, bulvar kortda və “Ağ şəhər” ərazisində yerləşən idman qurğusunda istifadə olunan enerji sərfiyyatının dəyəri Dənizkənarı Bulvar Idarəsi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir.

Cəmiyyət audit dövrü ərzində 2 hüquqi şəxslə xidmət müqaviləsi bağlamış, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarına əsasən, xidmət müqaviləsi bağladığı hüquqi şəxslərlə eyni zamanda dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi barədə müvafiq müqavilə bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməmiş, nəticədə həmin dövrlər ərzində dövlət büdcəsinə ümumilikdə 410,6 manat icarə haqqı hesablanmamış və ödənilməsi təmin edilməmişdir.

Bundan başqa qeyd etmək lazımdır ki, mobil stansiyaların quraşdırılması üçün Dənizkənarı Bulvar Idarəsinin razılıq məktubu olmamış, eyni zamanda “Azercell Telekom” MMC-nin və “Azerconnect” MMC-nin ümumilikdə 9 mobil stansiyasının enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilmişdir.

Auditlə aşağıdakı nəticəyə gəlinmişdir:Dənizkənarı Bulvar İdarəsinin aparatının saxlanılması xərcləri üzrə:1. Idarə tərəfindən müvafiq müsabiqədən keçmədən 2016-cı ildə 12 nəfər,

2017-ci ilin iyul tarixinədək 8 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunmuş və onlara qanunvericiliklə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondundan müvafiq əmək haqqı və dövlət qulluqçularının mükafatlandırılması məqsədilə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəsait hesabına mükafat ödənilmişdir;

2. Əməyin ödənilməsi zamanı mövcud qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilmiş, müvafiq müsabiqədən keçməmiş 3 əməkdaşa cəmi 7129,2 manat dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavə təminatlar ödənilmişdir;

3. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə əsasən, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti (1 il) başa çatmamış olan qulluqçuya

AUDİTOR TRİBUNASI 2017, №4

64

(stajçıya) şamil olunmadığı halda Idarənin 1 nəfər baş məsləhətçisinə cəmi 2178,3 manat mükafat artıq ödənilmişdir;

4. Mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi səbəbindən 1228,6 min manat məbləğində vəsait artıq ödənilmişdir;

9. Idarədə dövlət qulluqçusunun inzibati (məsləhətçi) vəzifəsinə Türkiyə Cümhuriyyəti Fatih Universitetinin (özəl) diplomu ilə 1 nəfər 01 iyul 2016-cı il tarixindən müddətli (müvəqqəti) işə götürülmüş və ona əmək haqqı, mükafat və məzuniyyət haqqı üzrə 7919,0 manat vəsait hesablanaraq ödənilmişdir;

11. Dövlət Bayrağı Muzeyinin iqtisadi məsələlər üzrə direktor müavini-baş mühasibi 2016-cı ilin dekabr ayında 5 (beş) gün müddətinə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj Mərkəzi hərbi dəniz və artilleriya, mühəndis qoşunları və rabitə qoşunları hərb-tarix muzeylərində saxlanılan bayraqların və hərb tarixinə aid materialların əldə edilməsi məqsədilə ezam olunmuş və ona bu ezamiyyə ilə bağlı xərclər Idarənin saxlanma xərclərində nəzərdə tutulmasa da, Dənizkənarı Bulvar Idarəsi rəisinin əmri ilə Dənizkənarı Bulvar Idarəsinin aparatının saxlanması xərclərindən 1908,98 manat məbləğində vəsait ödənilmiş, həmçinin ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənədin avans hesabatlarına əlavə edilməmişdir;

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq 1 nömrəli əlavənin normalarında avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri – aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində qeyd edilsə də, Idarənin balansında olan 2 (iki) ədəd nəqliyyat vasitəsinə 1135,97 manat qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq xərc aparılmış, Idarənin aparatı üzrə xidməti minik avtomobillərinin say həddi (limiti) 3 ədəd müəyyən edildiyi halda, Idarənin balansında 4 avtomobil olmuş və nəticədə limitdən artıq 1 avtomobil üzrə cəmi 2113,3 manat artıq yanacaq xərcinə yol verilmiş, 3 avtonəqliyyat vasitəsinin yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə əsasən 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun müəyyən edilmədiyinə görə cəmi 1655,8 manat məbləğində əlavə yanacaq sərfiyyatına yol verilmişdir;

15. Xidməti minik avtomobillərinin idarə edilməsi üçün təhkim edilmiş və ya həvalə edilmiş şəxslər məzuniyyətdə və ya ezamiyyətdə olduqları dövr ərzində cəmi 1396,3 manat artıq yanacağın alınması ilə əlavə xərcə yol verilmişdir;

16. Dövlət büdcəsindən əlavə digər mənbələrdən ayrılan vəsaitlərin, o cümlədən Dövlət Neft Şirkətindən ayrılan vəsaitlərin icrası zamanı “Dövlət satınalmaları

AUDİTOR TRİBUNASI 2017, №4

65

haqqında” Azərbaycan Respublikası Qanununun 17.2, 20.2 tələblərinə riayət olunmayaraq mal-materialların, iş və xidmətlərin satın alınması açıq tender üsulu ilə aparılmalı olduğu halda, malların (iş və xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodu (açıq tender, kotirovka sorğusu metodu) tətbiq edilmədən müqavilələr bağlanmaqla xərc əməliyyatları aparılmış, Idarə tərəfindən 2016-cı ildə 21 halda olmaqla 3701902,3 manat, 2017-ci ildə isə 1 halda olmaqla 24680,9 manat, ümumilikdə 3726583,3 manat məbləğində vəsait müvafiq satınalma metodu tətbiq olunmadan xərc edilmişdir;

17. Idarədə, həmçinin tabeliyində olan qurumlarda da 2016-cı il və 2017-ci ilin 6 ayı ərzində mühasibat uçotu 1998-ci il 15 iyul tarixli I-62 saylı “Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat”la yanaşı (qüvvədən düşmüş), həmçinin “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”dakı “Hesablar Planı”na əsasən aparılımış, maliyyə hesabatları “Milli Mühasibat Uçotu Standartları”na uyğun tətbiq olunmuşdur;

18. Mühasibat işinin aparılması zamanı Milli Mühasibat Uçotu Standartlarına müvafiq hesabatların tərtib edilməsində nöqsanlara yol verilmişdir;

21. Idarənin debitor borcu 30 iyun 2017-ci ilə 1185,1 manat azalaraq 9763918,8 manat, o cümlədən 9750000,01 manatı “Ehtiyat fondları” köməkçi bölməsindən “Art City Bulvarında Su Idman kompleksi” ətrafında abadlaşdırma (tikinti) işlərinin aparılması üçün (Paşa Inşaat MMC üzrə) olmuş, kreditor borcları isə həmin tarixə 586,5 manat azalaraq 9144,9 manat təşkil etmişdir.

Dövlət Bayrağı Muzeyi üzrə:22. Dövlət Bayrağı Muzeyi tərəfindən müvafiq illər üzrə proqnozlar hazırlanarkən

və xərclər təsdiq edilərkən bəzi hallarda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcənin tərtibi və icrası qaydaları”nın tələbləri gözlənilməmiş, əvvəlki illərdə xərc maddələri üzrə nəzərdə tutulmuş vəsaitlərin icrası bəzi hallarda nəzərə alınmamış, bəzi xərc maddələri üzrə zərurət yaranmadığı halda proqnoz rəqəmlər artırılmış, proqnoz layihələr, o cümlədən əmək haqqı və əmək haqqına üstəlik xərc maddələri üzrə nəzərdə tutulmuş məbləğlər qüvvədə olan müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə nəzərdə tutulsa da, digər maddələr üzrə əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan əsaslandırılmamış artımlarla tərtib edilmişdir.

AUDİTOR TRİBUNASI 2017, №4

66

Kommunal xidmət, təmir və Dənizkənarı Milli Park ərazisinin mühafizəsi müəssisəsi üzrə:

23. Müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin yanacaq sərfi üzrə bəzi hallarda müəyyən edilmiş normanın tələblərinə əməl edilmədiyinə görə cəmi 2996,6 manat məbləğində artıq yanacaq sərfiyyatına yol verilmişdir;

25. 2016-cı ildə Idarənin balansında olan 3 ədəd nəqliyyat vasitəsinə qanunvericilikdə nəzərdə tutulmuş normadan 3338,0 manat, 2017-ci ilin 6 ayı ərzində isə 2 ədəd nəqliyyat vasitəsinə 746,8 manat, cəmi 4084,0 manat artıq xərc aparılmışdır;

26. Əmək haqlarının hesablanması və ödənilməsi zamanı vəzifə maaşlarının yüksək götürülməsi nəticəsində artıq əmək haqqı ödənişinə yol verilmiş, belə ki, vəzifə maaşlarının yüksək götürülməsi nəticəsində orta hesabla 1 ay üzrə 290100,0 manat (152954,0 manata qarşı 443053,0 manat) olmaqla cəmi audit dövrü ərzində 5221800,0 manat və ya 2,9 dəfə artıq əmək haqqı hesablanaraq ödənilmişdir;

27. Kommunal müəssisəsi tərəfindən ümumilikdə 61722,7 manat məbləğində Suvarma sistemləri, təmizlik xidməti, avtomobil, maşın və mexanizm şöbəsinin bir sıra əməkdaşlarının gecə saatları ərzində işləmələri rəsmiləşdirilmiş və həmin işçilərə əmək haqlarına əlavə olaraq 40% həcmində gecə saatına görə əlavə əmək haqqı hesablanmış və ödənilmişdir;

28. 2016-cı ildə dövlət büdcəsində qeyd olunan məqsədlər üçün müvafiq vəsait nəzərdə tutulmadığı halda, işçilər üçün içməli suyun alınmasına görə 4850,0 manat vəsait ödənilmişdir;

29. Kommunal müəssisə tərəfindən cari təmir işlərinin aparılması məqsədilə alınmış mal-materialların istifadə olunduğu yeri və iş həcmlərini təsdiq edən müvafiq qüsur aktları tərtib edilmədən, “Dənizkənarı Bulvar Idarəsinin ərazisində gedən təmir-tikinti işləri zamanı istifadə olunmuşdur” məzmununda silinmə aktları tərtib və təsdiq edilərək silgisi aparılmışdır;

30. Pullu xidmət göstərən “Dənizkənarı Milli Park” MMC-nin balansında olan Dənizkənarı Bulvar Idarəsinin ərazisində yerləşən “Şeytan Çarxı”nın cəmi 30046,4 manat məbləğində elektrik enerjisi sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilmişdir;

31. Kommunal müəssisə tərəfindən satınalma prosedurları keçirilərkən bəzi hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2. “Kotirovkalar sorğusundan istifadə şərtləri”nin tələblərinə riayət olunmayaraq 2016-cı ildə 14 halda, 2017-ci ildə isə 3 halda olmaqla 9990,8 manat, ümumilikdə 57577,6 manat məbləğində vəsait müvafiq satınalma metodu tətbiq olunmadan xərc edilmişdir;

AUDİTOR TRİBUNASI 2017, №4

67

32. 1 halda 2016-cı ilin noyabr ayında “Dənizkənarı bulvar ərazisinin təmiri üçün tikinti materiallarının satınalması” məqsədilə keçirilmiş satınalma müqaviləsinin icrası zamanı təsdiq olunmuş müqavilə qiymətlərinə əməl edilməmiş, nəticədə 45556,1 manat məbləğində artıq xərcə yol verilmişdir;

34. Azərbaycan Respublikası FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin ekspertizanın nəticələrinə dair 16.12.2015-ci il tarixli 21200 №-li rəyinə əməl edilməməsi səbəbindən 2119730,8 manat məbləğində artıq vəsait xərc olunmuşdur;

35. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”na əsasən memorial orderlər üzrə məlumatlar baş kitabda uçota alınmamış, hər ayın sonunda subhesablar üzrə ümumi dövriyyə balansı (hesablar və subhesablar üzrə dövrün əvvəlinə və sonuna qalıqları, habelə dövr ərzində onların debet və kredit üzrə dövriyyələrini özündə əks etdirən uçot registri) tərtib edilməmiş, hesabların tərtibi zamanı bir sıra nöqsanlara yol verilmişdir;

38. Müəssisənin debitor borcları 01 iyul 2017-ci ilə 293990,6 manat, kreditor borcları isə 2860,9 manat əmək haqqı üzrə tutulmalardan təşkil etmişdir.

“Dənizkənarı Milli Park” MMC üzrə:44. 2016-cı il üzrə Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin

tələblərinə düzgün əməl edilməyərək büdcəyə ödəniləsi ƏDV məbləği 2082,8 manat az hesablanmış, 2017-ci ilin 1-ci yarımillik dövrü ərzində isə büdcəyə ödənilməli ƏDV ümumilikdə 3801,3 manat artırılmış, eləcə də 2016-cı və 2017-ci il 1-ci yarımillik dövrü ərzində vergi məbləğləri aylar üzrə, o cümlədən 2016-cı ilin 7 ayı üzrə 8080,51 manat və 2017-ci ilin 2 ayı üzrə 6847,8 manat həcmində azaldılmış, eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, aylar üzrə azaldılmış vergi məbləğlərinin 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.

45. Cəmiyyət auditin əhatə etdiyi dövrü ərzində 169 hüquqi və fiziki şəxslə xidmət müqaviləsi bağlamış, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarına əsasən, xidmət müqaviləsi bağlanıldığı fiziki və hüquqi şəxslərlə eyni zamanda dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməmiş, nəticədə həmin dövrlər ərzində dövlət büdcəsinə ümumilikdə 26082,6 manat məbləğində icarə haqqı ödənilməmişdir.

“Sahil Xidməti” MMC üzrə:46. Cəmiyyət 2016–2017-ci ilin 1-ci yarımillik dövrü ərzində 2 (iki) hüquqi şəxslə

AUDİTOR TRİBUNASI 2017, №4

68

xidmət müqaviləsi bağlamış, lakin xidmət müqaviləsi əsasında fəaliyyət göstərən obyektlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 saylı qərarına əsasən, xidmət müqaviləsi bağladığı hüquqi şəxslərlə eyni zamanda dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi barədə müvafiq müqavilə bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməmiş, nəticədə dövlət büdcəsinə ümumilikdə 410,6 manat icarə haqqı hesablanmamış və ödənilməsi təmin edilməmişdir.

47. Mobil stansiyaların quraşdırılması üçün Dənizkənarı Bulvar Idarəsinin razılıq məktubu olmamış, eyni zamanda “Azercell Telekom” MMC-nin və “Azerconnect” MMC-nin ümumilikdə 9 mobil stansiyasının işlətdiyi enerjinin sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilmişdir.

Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək qərar qəbul olunmuş, Qərarının surəti və təqdimat Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə göndərilmiş, nəzarət tədbirinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilmişdir.

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏR 2017, №4

69

Şəkərəliyev Firiş Balış oğluİqtisadi sahələrin auditi şöbəsinin müdir müavini

AZƏRBAYCANDA DÖVLƏT AUDİT İNSTİTUTUNUN FORMALAŞMASI VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Azərbaycanda dövlət audit institutu kimi təşkil olunan Hesablama Palatasının yaranma və inkişaf tarixi öz səciyyəvi xüsusiyyətləri ilə fərqlənir. Ölkənin sosial-iqtisadi inkişafı maliyyə nəzarət sisteminin yeni bir forması olan dövlət auditinin inkişafını xüsusi zərurətə çevirmişdir. Bu amil ilk öncə ölkəyə daxil olan maliyyə resurslarının həcminin artması, dövlət büdcəsinin gəlir və xərclər bölməsinin sürətlə yüksəlişi və buna uyğun ayrılan vəsaitlərə vahid və təkmil nəzarət mexanizminin tətbiqi ilə bilavasitə bağlı olmuşdur. Əvvəllər Azərbaycanda mövcud olmuş maliyyə nəzarət sistemi, əslində, bilavasitə dövlət mülkiyyətinin əsas rol oynadığı və inzibati-amirlik metodlarla idarə edilən iqtisadiyyata istiqamətlənməsi ilə seçilirdi. Iqtisadiyyatın idarə edilməsinin, təsərrüfat fəaliyyətinin, demək olar ki, bütün tərəflərini reqlamentləşdirən inzibati-amirlik sisteminin ləğv edilməsi sovet dövründə təşəkkül tapmış maliyyə nəzarəti sisteminin əsaslarını ciddi dərəcədə sarsıtmışdı. Bu sistem cəmiyyətin tələbatına, sosial-iqtisadi reallıqlara cavab vermir və real həyatda ciddi neqativ hallar yaradırdı.

Azərbaycanda müasir tələblərə uyğun dövlət nəzarət sisteminin formalaşmasıAzərbaycan Respublikasında yeni iqtisadi vəziyyətin formalaşması və buna

uyğun dövlət idarəetmə prinsiplərinin dəyişməsi dövlət maliyyə nəzarəti sisteminin yenidən qurulmasına və təkmilləşdirilməsinə ehtiyacı artırmışdır. Məhz bu baxımdan bazar münasibətlərinə uyğun dövlət nəzarət mexanizminin yaradılması, tətbiq edilməsi və inkişafı istiqamətində ölkədə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirildi. Ölkə prezidenti tərəfindən imzalanan 17 iyun 1996-cı il tarixli 463 nömrəli “Istehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərmanda qeyd edilirdi: “Keçmiş SSRI dövründən miras qalan dövlət nəzarəti müasir tələblərə cavab vermir və yoxlamalar zamanı vəzifəli şəxslərin öz hüquqlarından sui-

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏR 2017, №4

70

istifadə etməsi üçün şərait yaradır, bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Respublikada yeni iqtisadi münasibətlərin yaranması və inkişafı mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq istehsal, xidmət və maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarının dəyişdirilməsini və yeni qanunvericiliklə tənzimlənməsini tələb edir”.

Ölkə prezidenti tərəfindən imzalanan 7 yanvar 1999-cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Fərman dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu. Müvafiq hüquqi sənədlər eyni zamanda maliyyə nəzarətinin bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmasına yardım etməklə, bu nəzarət sisteminin ağırlıq mərkəzini dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə nəzarətinin korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmə istiqamətliyi ilə də əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması dövlət idarəetmə sisteminin, o cümlədən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi əhəmiyyət kəsb edir. Hesablama Palatası, əslində, ölkə üçün əvvəllər analoqu olmayan, prinsipial olaraq yaradılan yeni bir orqan kimi çıxış etməkdədir. Onun hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyasından irəli gəlir və 1999-cu ildə qəbul edilən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapır. Ölkədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı sonradan “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa beynəlxalq standartlara uyğun mühüm dəyişikliklər və əlavələr edilməsi, əslində, bu institutun fəaliyyətinin səmərəli təşkili ilə bağlıdır.

Dövlət maliyyə nəzarət funksiyasını yerinə yetirən bu qurum əsasən qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanı kimi xarakterizə olunur və o həm də təşkilati və funksional müstəqilliyə malikliyi ilə seçilir. Mahiyyət etibarilə Azərbaycan Respublikasının Hesablama Palatası demokratik orqan olmaqla, öz fəaliyyətini qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsipləri əsasında qurur, fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir və qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Hesablama Palatasının hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyasından, “Hesablama Palatası haqqında” Qanundan irəli gələn hüquq normalarının məcmusu olmaqla dövlət hakimiyyəti orqanları sistemində onun

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏR 2017, №4

71

mövqeyini xarakterizə edir. Bu normaların bir hissəsi dövlət büdcə-maliyyə nəzarəti orqanı kimi onun məqsədləri, prinsipləri, vəzifə, funksiya və fəaliyyətini konkretləşdirən normalardan, digər hissəsi bu qurumun əsas fəaliyyət dairəsini və konkret səlahiyyətlərini müəyyən edən normalardan ibarətdir. Hesablama Palatası fəaliyyətə başladığı ilk dövrlərdən etibarən öz işinin qurulması mərhələsində normativ-metodoloji bazanın yaradılmasına, dövlət maliyyə nəzarətinin həyata keçirilməsinə və səlahiyyətlərinə aid digər sahələrdə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirməkdədir. Hesablama Palatasının praktiki fəaliyyətini təmin edəcək mühüm əhəmiyyət kəsb edən metodoloji bazanın yaradılması, bir sıra normativ-metodiki sənədlərin, standartların, məlumat və hesabat formalarının hazırlanması, həmin sənədlərin tətbiqi istiqamətlərində mühüm işlər görülmüşdür.

Hesablama Palatasının fəaliyyətinin təşkilində daha çox aşağıdakı mühüm istiqamətlər xarakterik olaraq diqqət cəlb edir:

• Planlaşdırılan nəzarət tədbirlərinin səmərəli təşkil edilməsi; •• Strukturun təkmilləşdirilməsi və yeni strukturun formalaşdırılması; •• Daha dolğun və əsaslandırılmış iş planlarının tərtibi, icrası və analitik

təhlillərin aparılması üçün məlumat və hesabatların əldə olunması;•• Təhlil işlərinin keyfiyyətlə aparılmasının təmin edilməsi üçün yeni

məlumat və hesabat formalarının tərtib olunması və zəruri məlumat bankının formalaşdırılması;

•• Normativ-hüquqi və məlumat-metodoloji bazanın təkmilləşdirilməsi və inkişafı;

•• Beynəlxalq audit standartlarına uyğun milli standartların, habelə digər normativ-metodiki sənədlərin hazırlanması və tətbiq edilməsi;

•• Qanunvericiliklə müəyyən edilmiş funksiyaların icrasının keyfiyyətlə və mütəşəkkil təmin edilməsi üçün təşkilati məsələlərin həlli;

•• Mərkəzi icra orqanları ilə işgüzar əlaqələrin qurulması; •• Sahə üzrə beynəlxalq əlaqələrin genişləndirilməsi; •• Peşəkar və səriştəli kadr potensialının yaradılması və gücləndirilməsi,

yüksək intellektli kadrların işə cəlb edilməsi.

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏR 2017, №4

72

Hesablama Palatasının fəaliyyətinin mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi və aparılması ilə bağlı metodoloji təminat məsələsinə də xüsusi diqqət yetirilməkdədir. Burada kadrların peşəkar səviyyəsinin yüksək olması, mövcud qanunvericiliyin tələblərinə, daxili nizam-intizam və etik qaydalara riayət edilməsi, qurumun yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi kimi məsələlər əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.

Dövlət audit institutunun ölkədə fəaliyyətinin əsas istiqamətlərindən biri də kütləvi informasiya orqanları ilə əlaqələrin qurulmasıdır. Belə ki, fəaliyyətlə bağlı bu qurum tərəfindən hazırlanan hesabatlar Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir və “Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı”nda dərc olunur. Həmçinin Palataya ayrı-ayrı informasiya və mətbuat orqanları tərəfindən daxil olan informasiya sorğularının cavablandırılması, onun fəaliyyəti barədə informasiyanın verilməsində operativliyin təmin edilməsi üçün məlumatların rəsmi saytda yerləşdirilməsi də bu qurumun informasiya mühitinə nüfuz səviyyəsini göstərməkdədir. Qeyd etmək lazımdır ki, son illərdə informasiya-kommunikasiya təminatının əsas istiqamətlərini nəzarət-audit və ekspert-analitik tədbirlərin məlumat bazası ilə təmin və müşayiət edilməsi təşkil etməkdədir.

Dövlət auditinin həyata keçirilməsi ilə bağlı digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın yaradılması

Dövlət auditini həyata keçirən institutun müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığının təşkili məsələsi xüsusi zərurətdən irəli gəlməkdədir. Məhz belə əməkdaşlıq və inkişaf tendensiyası ölkədə səmərəli, çevik və kordinasiya olunmuş dövlət maliyyə nəzarətinin inkişafına əməli yardım etmək iqtidarındadır. Digər tərəfdən, aparılan maliyyə nəzarətində daha şəffaf və əlavə informasiya bazasını təmin etmək üçün bu maliyyə nəzarət forması ilə dövlət informasiya qurumları (statistika və s.) arasında qarşılıqlı əməkdaşlıq əlaqələri vacibdir. Bu amil xüsusilə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, məlumat bazasının genişləndirilməsi, məlumatların əldə olunmasında operativliyin təmin olunması və alternativ informasiya mənbəyinin yaradılması kimi məqsədlərin tam həyata keçirilməsi ilə sıx bağlıdır. Dövlət audit institutu ilə maliyyə-fiskal (maliyyə, vergi və s.) institutları arasındakı əlaqələrin geniş spektrli qurulması daha çox dövlət büdcəsinin gəlirlərinə və xərclərinə nəzarət mexanizminin operativliyinin gücləndirilməsi məqsədini güdür. Belə mütəşəkkil fəaliyyət əlaqələri eyni zamanda ölkənin müvafiq hüquq-mühafizə orqanları ilə geniş müstəvidə təşkil olunmalıdır ki, bunun da əsas səbəbi dövlət idarəetmə və nəzarət sistemində baş verə biləcək

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏR 2017, №4

73

məsuliyyətsizlik, sui-istifadə, korrupsiya kimi neqativ halların vaxtında üzə çıxarılması, aradan qaldırılması tam ciddiliyi ilə həyata keçirilsin.

Nəzarət sisteminin təşkilində əsas məsələlərdən biri də onun müxtəlif istiqamətlərinin, qollarının (dövlət auditi, daxili audit və kənar audit) məqsəd və vəzifələrinin, funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi, onlar arasında əlaqələrin tənzimlənməsidir. Dövlət auditi, daxili audit və müstəqil auditin hər üçü maliyyə nəzarət formaları olsalar da, iqtisadiyyatdakı mövcud inkişaf səviyyəsi onların sıx qarşılıqlı əlaqəli fəaliyyətinin təşkilini zərurətə çevirməkdədir. Beynəlxalq təcrübə belə yoxlamaların birgə və əlaqəli təşkilinin mümkünlüyünü sübut etməkdədir. Bununla yanaşı, dövlət, daxili və müstəqil audit qurumları rəhbərlərinin və mütəxəssislərinin əməkdaşlığı bütövlükdə auditin qarşısında duran problemləri birgə həll etmək üçün yaxşı zəmin rolunu oynaya bilər.

Inkişaf etmiş ölkələrin ali audit institutları yoxlanılan təşkilatların daxili nəzarət sistemlərinin əldə etdiyi istənilən qiymətli informasiyadan istifadə edir. Əgər həmin informasiya etibarlıdırsa, onda bu, idarəetmə sistemlərini operativ təhlil etməyə imkan yaradır. Dövlətin maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin yoxlanılması zamanı Qərbi Avropa dövlətlərinin ali audit institutlarının əsas vəzifələrinə, hər şeydən əvvəl, aşağıdakı məsələləri müəyyənləşdirmək daxildir: idarədə qənaətcilliyi, məhsuldarlığı və səmərəliliyi təmin edən etibarlı daxili audit sistemi vardırmı və bu sistem necə işləyir, idarənin rəhbərliyini lazımi idarəetmə informasiyası ilə necə təmin edir. Bu baxımdan Kanada mütəxəssislərinin də təcrübəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Kanada Baş müfəttişinin idarəsi dövlət idarələrinin və korporasiyaların daxili audit sistemlərinin təftişini öz fəaliyyətinin mühüm tərkib hissələrindən birinə aid edir və haqlı olaraq hesab edir ki, əgər sistemlər uğurla fəaliyyət göstərsə, onda ayrıca əməliyyat və sövdələşmələri qiymətləndirməyə ehtiyac olmaz.

Müasir şəraitdə maliyyə nəzarət sistemi üzrə fəaliyyətin optimallaşdırılması məsələsi getdikcə daha vacib əhəmiyyət kəsb etməkdədir. Bu amil, öz növbəsində, yalnız real sistemin yaradılması və onun idarə olunmasının optimallaşdırılması, nəzarətin səmərəliliyinə xələl yetirmədən sərf edilən vaxtın azaldılması, sistem daxilində informasiya axınlarının strukturizasiyası, sistemli informasiya massivlərinin yaradılması əsasında mümkün olur. Bundan başqa, maliyyə nəzarət sistemində təkrarçılığa və məsuliyyətsizliyə yol verməmək məqsədilə və məsrəfləri minimuma endirmək üçün müxtəlif audit qurumları,

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏR 2017, №4

74

orqanları tərəfindən həyata keçirilən tədbirləri ciddi şəkildə əlaqələndirmək, razılaşdırmaq zəruridir. Əslində, auditin formaları, orqanları arasında vəzifə bölgüsü nəzərdə tutaraq, onların funksiyaları arasında dəqiq sərhəd qoymaq tələbi məsuliyyətsizliyə yol verilməməsi üçün fəaliyyətin hər bir ayrıca sahəsinin müəyyən bir audit orqanına təhkim edilməsi deməkdir. Səlahiyyətlərin dəqiq bölünməsi yüksək praktik əhəmiyyətə malikdir, əgər audit sisteminin hər bir qolunun fəaliyyət çərçivəsi müəyyən edilməsə, təkrarçılıq və paralelçilik, deməli, həm də maliyyə resurslarından qeyri-rasional istifadə olunması, nəzarətin səmərəsinin zəif olması və bütün bunların nəticəsi kimi həm hakimiyyət və idarəetmə orqanlarının, həm də ictimaiyyətin gözündə auditin nüfuzunun aşağı düşməsi labüddür. Eyni zamanda qeyd etmək lazımdır ki, audit orqanlarının adekvat qarşılıqlı fəaliyyət mexanizmi olmadan səlahiyyətlərin dəqiq bölünməsi tam şəkildə vəziyyəti yaxşılaşdırmayacaqdır. Müasir audit sisteminə olan əsas tələblərdən biri “qarşılıqlı fəaliyyət və koordinasiya” tələbinin yaranmasıdır. Məhz buna uyğun olaraq, maliyyə nəzarətinin bütün audit orqanları, formaları tərəfindən dəqiq qarşılıqlı fəaliyyət əsasında həyata keçirilməsi mümkünləşər, yəni maliyyə nəzarəti vəzifələrinin həlli üçün onların səyləri daha konkret şəkildə əlaqələndirilər. Müvafiq razılaşdırma və uzlaşdırma mexanizmi nəzarət orqanlarının işində təkrarçılığı və paralelçiliyi aradan qaldırmaq yollarını müəyyənləşdirir və onun koordinasiyası sistemini yaratmaq yolunda ilk addıma çevrilir.

Ölkədə maliyyə nəzarət sisteminin müasir inkişafı geniş informasiya məkanında təhlil və araşdırmalar aparmağı vacibləşdirməklə, belə zəngin informasiya təminatında auditor risklərinin minimuma endirilməsinin təmin olunmasını zəruriləşdirir. Xüsusilə təşkilat və subyektlərdə müxtəlif yönümlü əməliyyatların informasiya kommunikasiya texnologiyaları vasitəsilə aparılması, onların əsaslandırılması geniş informasiya məkanından, əlaqələrindən və internet imkanlarından istifadə olunması nəzarətin də belə texniki imkanlardan istifadə edilməklə aparılmasını ön plana çəkir. Məhz bu proses maliyyə nəzarət sisteminin hər üç formasının (dövlət, müstəqil və daxili) həyata keçirilməsinin təkmilləşdirilməsini, onların geniş kompüter proqram təminatından istifadəsini auditin inkişafı sahəsində qarşıda duran ən vacib məsələ kimi meydana gətirməkdədir. Auditin proqram təminatının formalaşması təşkilatların, təsərrüfat subyektlərinin bu təminata uyğun olaraq maliyyə-təsərrüfat əməliyyatlarını müvafiq kompüter proqramları vasitəsilə aparılması şərtini də ön plana çəkir. Təşkilatların, təsərrüfat subyektlərinin informasiya hazırlığının elektron sistemi, onun vəziyyəti və təşkili səviyyəsi auditin aparılma prosedurunun təşkilinə

DÖVLƏT AUDİTİ: NƏZƏRİ VƏ TƏCRÜBİ ASPEKTLƏR 2017, №4

75

əsaslı şəkildə təsir göstərir. Auditin həyata keçirilmə mərhələsində auditor informasiya təminatının vəziyyətini, onun ayrı-ayrı əməliyyatları əhatə səviyyəsini qiymətləndirməli, zərurət yarandıqda bu prosesə mütəxəssislərin cəlbi kimi texniki-təşkilati məsələləri həll etməlidir.

Maliyyə nəzarət sisteminin yoxlama və fəaliyyət predmetinə görə fərqli xüsusiyyəti audit subyektinin fəaliyyətinə, mülkiyyət növünə və təşkilatı-hüquqi formasına görə yaranır. Dövlət auditi hüquqi şəxs olmaqla dövlət tərəfindən yaradılaraq fəaliyyət göstərsə də, onların tənzimlədiyi sahələr mülkiyyət növlərinə görə fərqlənir. Ölkədə maliyyə nəzarət formalarının həyata keçirilməsi sahəsindəki əsas fərqləndirici xüsusiyyətlər bu nəzarəti keçirən şəxslərlə bağlıdır və onlar da hər bir nəzarət formasına görə eyni deyildir. Maliyyə nəzarətinin həyata keçirilməsi sahəsindəki fərqlilik mövcud hüquqi-normativ bazadan qaynaqlanmaqla həm də nəzarət formalarının təşkili, tənzimləməsi, yoxlama predmeti və obyekti ilə sıx bağlıdır. Müasir maliyyə nəzarət sisteminin təşkilində və inkişafında əsas məsələlərdən biri olaraq müxtəlif səviyyəli audit institutları arasında səmərəli əlaqələrin təşkili və tənzimlənməsi çıxış etməlidir. Dövlət auditi, daxili audit və müstəqil auditin hər üçü maliyyə nəzarət formaları olsa da, iqtisadiyyatdakı mövcud inkişaf səviyyəsi onların sıx qarşılıqlı əlaqəli fəaliyyətinin təşkilini zərurətə çevirməkdədir. Audit sisteminin təşkilində əsas məsələlərdən biri də onun müxtəlif istiqamətlərinin, qollarının məqsəd və vəzifələrinin, funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi, onlar arasında əlaqələrin tənzimlənməsidir. Maliyyə nəzarət sistemi üzrə fəaliyyətin optimallaşdırılması məsələsi getdikcə daha vacib əhəmiyyət kəsb etməkdədir. Bu amilin həyata keçirilməsi, öz növbəsində, yalnız real sistemin yaradılması və onun idarə olunmasının optimallaşdırılması, nəzarətin səmərəliliyinə xələl yetirmədən sərf edilən vaxtın azaldılması, sistem daxilində informasiya axınlarının strukturizasiyası, sistemli informasiya massivlərinin yaradılması əsasında mümkün olar. Müasir maliyyə nəzarət sisteminə olan əsas tələblərdən biri onun formaları arasında qarşılıqlı fəaliyyət və koordinasiya tələbinin yaranmasıdır. Məhz buna uyğun olaraq, maliyyə nəzarətinin bütün audit orqanları, formaları tərəfindən dəqiq qarşılıqlı fəaliyyət əsasında həyata keçirilməsi mümkünləşər, yəni maliyyə nəzarəti vəzifələrinin həlli üçün onların səyləri daha konkret şəkildə əlaqələndirilər.

AKTUAL PROBLEMLƏR 2017, №4

76

Cavid BayramovDövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri

DÖVLƏT BÜDCƏSİNİN VERGİ GƏLİRLƏRİNİN AUDİTİ SAHƏSİNDƏ YENİ YANAŞMALAR

Məlum olduğu kimi, təkmil iqtisadi modellərdə maliyyə sisteminin idarə olunmasının mühüm vasitələrindən olan maliyyə nəzarətinin formalaşmasında dövlət auditinin xüsusi əhəmiyyəti var. Kənar dövlət maliyyə nəzarəti funksiyalarını yerinə yetirməklə üstün mövqelərə malik olan bu audit institutu öz rəylərini, qənaətlərini və tövsiyələrini yalnız hesabatlılıq və qanunvericiliyə uyğunluq meyarları əsasında deyil, eyni zamanda səmərəlilik meyarları nəzərə alınmaqla da formalaşdıra bilir.

Ali audit qurumlarının beynəlxalq standartlarını və dövlət auditinin mütərəqqi sistemlərini ümumiləşdirsək, kənar dövlət maliyyə nəzarətini əsasən üç müstəvidə dəyərləndirmək lazımdır. Belə ki, kənar dövlət maliyyə nəzarəti vasitəsi olan dövlət auditi – maliyyə auditi, uyğunluq auditi və səmərəlilik auditi kimi tərkib hissələrdən ibarətdir.

Maliyyə auditi maliyyə əməliyyatları və hesabatlarının uyğunluğunun, düzgünlüyünün, dürüstlüyünün və tamlığının müəyyənləşdirilməsi, maliyyə idarəçiliyi və daxili nəzarət sisteminin qiymətləndirilməsi, uyğunluq auditi isə qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsidirsə, səmərəlilik (performans) auditi proqram, layihə, fəaliyyət, əməliyyat və idarəetmə sisteminin qənaətliliyinin, effektivliyinin və nəticəliliyinin müəyyənləşdirilməsi deməkdir. Ali audit qurumlarının beynəlxalq standartları və təkmil maliyyə nəzarəti sisteminə malik xarici dövlətlərin müsbət təcrübələri nəzərə alınmaqla dövlət auditinin qeyd olunan əsas tərkib hissələri “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsində də əks etdirilmişdir.

AKTUAL PROBLEMLƏR 2017, №4

77

Ölkəmiz üçün innovativ maliyyə nəzarəti üsulu olan səmərəlilik auditi Hesablama Palatasının nəzarət əhatəsinə daxil olan müxtəlif sahələrdə pilot layihələr şəklində bir neçə ildir ki, artıq tətbiq olunmaqdadır. Dövlət büdcəsinin vergi gəlirlərinin də səmərəlilik auditinin pilot layihəsi reallaşdırılmış və bir sıra əhəmiyyət kəsb edən nəticələr əldə edilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər Idarəsinin (ƏVI) fəaliyyətinin səmərəlilik auditi üzrə keçirilmiş pilot layihə barədə aşağıdakı əsas məqamları qeyd etmək olar.

Mövcud çərçivəAzərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin 12 sentyabr

2005-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005–2007-ci illər)” təsdiq edilmişdir. 2005–2007-ci illərdə Dövlət Proqramının icrası nəticəsində 5 əsas strateji istiqaməti əhatə edən 39 irimiqyaslı tədbir reallaşdırılmışdır.

Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyasının (2011–2015-ci illər) məqsədi vergi ödəyiciləri ilə əlaqələri yeni – partnyorluq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında, daha müasir informasiya texnologiyalarından istifadə etməklə quraraq vergi qanunvericiliyinə könüllü əməletmə prosesinin inkişaf etdirilməsidir.

“Azərbaycan 2020: gələcəyə baxış” Inkişaf Konsepsiyasında bilavasitə və dolayısı ilə Vergilər Nazirliyinə aid tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən “Vergi sisteminin inkişafı üzrə 2013–2020-ci illər üçün Strateji Plan” qəbul edilmişdir. Qeyd edilən strateji planda 22 məqsəd müəyyən edilmişdir.

Bu məqsədlərin bir neçəsi vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vergi qanunvericiliyi və vergi inzibatçılığının müasir tələblərə uyğun qurulmasına hədəflənmişdir.

2016-cı ilin avqust ayında Cənab Prezident tərəfindən “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” barədə Sərəncam imzalanmışdır. Sərəncamda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın artırılması, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi hədəf kimi müəyyənləşdirilmişdir.

AKTUAL PROBLEMLƏR 2017, №4

78

Strateji Planda müəyyən edilən məqsədlərin və Sərəncamda öz əksini tapan hədəflərin reallaşdırılması Vergilər Nazirliyi və onun ərazi vergilər idarələri və departamentləri qarşısında yeni vəzifələr qoymuşdur.

Eyni zamanda Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən son illərdə aparılan uyğunluq auditlərinin nəticələri də vergi inzibatçılığının təşkili istiqamətində bir sıra boşluqların olduğunu müəyyən etmişdir.

Əsas nəticələrAudit Ərazi Vergilər Idarəsinin fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin

dəyərləndirilməsi məqsədi daşımaqla altsuallar üzrə 5 istiqaməti əhatə etmişdir. Əldə olunan əsas nəticələr hər istiqamət üzrə ayrı-ayrılıqda aşağıdakı kimi qruplaşdırılmışdır.1. ƏVI-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə könüllü bəyanetmə və ödəmə

səviyyəsi qənaətbəxşdirmi? • ƏVI tərəfindən təqdim edilən məlumatlara görə 2014-cü ildə 13804 təqdim

edilən bəyannamədən 12917 və ya 93,6%, 2015-ci ildə 14060 bəyannamədən 13480 və ya 95,9% elektron formada verilmişdir. Bu, beynəlxalq təcrübə də nəzərə alınmaqla elektron formada bəyannamələrin təqdim edilməsinin ümumi saya nisbətdə qənaətbəxş olduğunu göstərir.

• Elektron bəyannamələr üzrə göstəricinin qənaətbəxş olmasına baxmayaraq, son bir ildə könüllü bəyanetmə səviyyəsi məbləğ ifadəsində əhəmiyyətli şəkildə azalmışdır. Bu göstərici son illərdə Vergilər Nazirliyi tərəfindən aparılan maarifləndirmə tədbirləri, xüsusilə də 3 ilə yaxındır “Vergi partnyorluğu Sazişi”nin tətbiq edilməsinə, həmçinin Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılmasına baxmayaraq, çox aşağı nisbətlə (13%) ölçülür. Buradan belə aydın olur ki, mövcud tədbirlər zəruri nəticəliliyi və səmərəliliyi təmin edə bilməmişdir.

2. Vergi, faiz, maliyyə sanksiyası və digər icbari ödənişlər üzrə borcların yığım səviyyəsi qənaətbəxşdirmi?

• ƏVI üzrə vergi borcları ilə bağlı təqdim edilən məlumatlardan görünür ki, vergi borclarının həcmi ildən-ilə azalmışdır. Əgər 2015-ci ilin əvvəlinə vergi borcları üzrə ümumi məbləğ 1478,2 min manat təşkil edirdisə, 2016-cı ilin əvvəlinə bu məbləğ azalaraq 1287,8 min manat olmuşdur (və ya 13,0% azalmışdır). Azalmanın əsas səbəblərindən biri Vergi Məcəlləsinin tələblərinə (Maddə 85.4.) uyğun olaraq vergi öhdəliklərinin tutulması müddətinin keçməsi ilə əlaqədar vergi borclarının silinməsidir. Bu əsaslar göstərilməklə 2014-cü ildə 1718,4 min manat, 2015-ci ildə 15,8 min manat vergi borcu silinmişdir.

• 2015-ci ildə 2014-cü illə müqayisədə ümumi borc məbləğində 1903,4 min

AKTUAL PROBLEMLƏR 2017, №4

79

manat azalmanın olmasına baxmayaraq, borclu vergi ödəyicilərinin sayında 314 ödəyici, faiz borcu üzrə 204,3 min manat, maliyyə sanksiyaları üzrə borc məbləğlərində 18,6 min manat artım müşahidə edilmişdir. Bu onu göstərir ki, borcların həcminin azalması daha çox, vergi, faiz və maliyyə sanksiyaları üzrə borcların Vergi Məcəlləsi ilə ödəmə müddətinin bitməsi səbəbindən silinməsi ilə bağlı olmuş, digər hallarda isə vergi borclarının həcmi artmış və onların büdcəyə alınması prosesində müsbət irəliləyişlər baş verməmişdir.

3. Vergi ödəyiciləri ilə işlərin təşkili qənaətbəxşdirmi? • Vergilər Nazirliyi tərəfindən xidmət spektrinin genişləndirilməsinə baxmayaraq,

həmin xidmətlərdən istifadə etmə səviyyəsi yüksək deyil. Son 3 ildə ƏVI tərəfindən 420-dən artıq xidmətin təqdim edilməsinə baxmayaraq, vergi ödəyiciləri cəmi 31 növ xidmətdən yararlanmışdır. Təqdim edilən xidmətlərin aşağı faydalılığı, regional müstəvidə əhalinin yetərincə maariflənməməsi və ƏVI-nin fəaliyyət əhatəsinə daxil olan regionlarda müasir elektron vergi texnologiyalarına marağın aşağı olması ilə yanaşı, yeni elektron xidmətlərin real tələbata əsaslanmadan (potensial istifadəçi qruplarına hədəflənmədən) təqdim edilməsi ilə də bağlıdır.

• Aparılan müsahibələrin nəticəsi olaraq ƏVI tərəfindən vergi xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı hər hansı bir təşəbbüsün irəli sürülmədiyi, həmçinin vergi ödəyicilərindən hər hansı bir təklifin alınmadığı müəyyən edilmişdir.

• “Vergi partnyorluğu Sazişi”ndə qeyd edilən vəzifələrin böyük əksəriyyəti yalnız vergi ödəyicisinin üzərinə qoyulur. Bu halda vergi orqanı tərəfindən həyata keçirilməli vəzifələr daha çox inzibati qaydada nəzarət mexanizmlərini nəzərdə tutur. Bu isə sənədin adında qeyd edilən partnyorluq prinsiplərinə uyğun deyil.

• Sazişin bağlanılması zamanı ilkin olaraq vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir. Bu isə öz vergi öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirən vergi ödəyicisi üzərində nəzarəti gücləndirməklə sahibkarlıq subyektləri üçün lüzumsuz inzibati təzyiq kimi dəyərləndirilə bilər.

• Həmçinin 2016-cı ildə yeni “Vergi partnyorluğu Saziş”lərinin bağlanmaması bu institutun effektiv olmadığını təsdiqləyir.

4. ƏVI-nin idarə olunması sistemi qənaətbəxşdirmi? • Azərbaycan Respublikasının Vergilər Nazirliyinin struktur bölməsi olan Ərazi Vergilər

Idarəsi öz səlahiyyətləri daxilində a) kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və b) vergi ödəyicilərinin uçotu, c) dövlət vergilərinin və digər büdcə daxilolmalarının

AKTUAL PROBLEMLƏR 2017, №4

80

düzgün hesablanması, d) onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsi sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirir.

• 2008-ci ildə Vergilər Nazirliyi sistemində çalışan mütəxəssislərin gündəlik (və ya aylıq) fəaliyyətinin qiymətləndirilməsinin avtomatlaşdırılması ilə bağlı vahid standartların tətbiqi barədə Əmr imzalanmışdır. Bu sistem mütəmadi olaraq tətbiq edilir.

• Vergilər Nazirliyi tərəfindən əvvəlki illərdə həm mərkəz, həm də ƏVI-lər üzrə daxili nəzarət sisteminin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi cəhdi olsa da (hətta bu sistemin ilkin versiyası hazırlansa da), hazırda yalnız yuxarıda adı çəkilən qiymətləndirmə sistemindən başqa bir institut mövcud deyil. Deməli, işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemi olsa da, ƏVI-lər üzrə fəaliyyətin səmərəliliyi və nəticəliliyini qiymətləndirən sistem yoxdur.

• Hazırda ƏVI-nin fəaliyyəti Vergilər Nazirliyinin mərkəzi aparatı tərəfindən tam qaydada idarə edilir. Bütün vergi auditi tədbirlərinin aparılması mərkəzi aparatla razılaşdırılır. ƏVI-nin vergi yoxlamalarının aparılması və ümumən işinin təşkilində öz həqiqi funksionallığını təmin etməsi müstəqil surətdə həyata keçirilmir.

• ƏVI-nin əhatə etdiyi ərazinin kiçik olması və faktiki potensialı onun vergilər üzrə toplanan vəsaitin digər regional vergi orqanları ilə müqayisədə aşağı nisbətdə olmasını şərtləndirmişdir.

• Vergilər üzrə yığım əmsalının obyektiv əsaslarla hesablanması toplanan vəsaitin hesabat dövrünün əvvəlinə olan borcların, eyni zamanda hesabat dövrü ərzində hesablamaların və azalmaların ümumi həcminə faiz nisbəti ilə müəyyənləşdirilməsini nəzərdə tutmalıdır. Ümumiyyətlə, yığım əmsalının hesablanması metodikasınının mövcud olmaması bu sahəyə vahid yanaşmanın formalaşmasına mənfi təsir göstərir.

• 2015-ci vergi ili üzrə 4 saylı Ərazi Vergilər Idarəsi tərəfindən vergi daxilolmalarının strukturunda maliyyə sanksiyaları, inzibati cərimələrin həcminin əhəmiyyətli artımı təsdiq edilmiş proqnozların doldurulması ilə nəticələnmişdir. Belə ki, 2015-ci ildə 2014-cü illə müqayisədə həmin gəlirlər 195% nisbətdə icra edilmişdir.5. Xronometraj metodu ilə müşahidələr qənaətedici səviyyədədirmi?

• 2014-cü il ərzində xronometraj metodu ilə müşahidə aparılan təsərrüfat subyektlərinin 42,3%-də 2015-ci ildə də təkrarən xronometraj aparılmışdır.

• 2015-ci ildə aparılan xronometrajın nəticəsi olaraq açılmış qərarların sayı 160 vahid, bunlardan passivləşdirilmiş (vergi ödəyicisinin müraciəti əsasında) 26 vahid təşkil etmişdir. Aparılan müşahidələrin nəticəsində artırılan orta günlük

AKTUAL PROBLEMLƏR 2017, №4

81

dövriyyənin həcmi 28547,2 manat olmuşdur. Bu məbləğdən passivləşdirilən 26 xronometrajın həcmi 22263,1 manata (və ya 78%) bərabər olmuşdur. 22263,1 manatın 92,5% və ya 20612 manatı üzrə sonrakı mərhələdə operativ vergi nəzarəti keçirilməmişdir. Bu isə həmin müşahidələrin aparılmasına baxmayaraq, sonrakı dövrdə nəticələrin nəzərə alınmamasını göstərir.

• Xronometrajların rəsmiləşdirilməsi ilə əlaqədar təqdim edilən məlumatlardan məlum olur ki, vergi ödəyiciləri üzrə xronometrajın aparılması a) iş saatlarının bitməsindən daha tez yekunlaşdırılması, b) gündəlik tam dövriyyəni müəyyən edəcək sənədlərin natamamlığı, c) xüsusilə rayon mərkəzlərində yerləşən pərakəndə ticarət obyektlərində aparılan xronometrajın nəticəsində bir neçə gün ardıcıl olaraq dövriyyənin “0” olaraq sənədləşdirilməsi kimi kənarlaşma halları ilə müşayiət olunmuşdur.TövsiyələrYuxarıda qeyd olunan suallar ətrafında aparılmış araşdırmaların nəticələri

nəzərə alınmaqla fəaliyyətin səmərəliliyinin və nəticəliliyinin artırılması məqsədilə aşağıdakı tövsiyələr verilmişdir:

Birinci sual üzrə: • Könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsi üçün vergi inzibatçılığının

dövlət büdcəsinin vergi gəlirləri üzrə təsdiq edilmiş proqnozların icrasına yönəldilməsindən daha çox vergi intizamının gücləndirilməsi üzərində səfərbər olunması;

• Könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsi üçün intizamlı vergi ödəyicilərinin ictimailəşdirilməsi;

• Könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsi üçün nümunəvi (intizamlı) vergi ödəyicisi meyarlarına cavab verən vergi ödəyicilərində vergi yoxlamalarının yalnız kameral qaydada aparılması;

• Könüllü bəyanetmə səviyyəsinin yüksəlməsi üçün vergi maarifləndirmə tədbirlərinin təşkili və ümumən məlumat bazasının təkmilləşdirilməsi. Bu məqsədlə vergi ödəyiciləri ilə qarşılıqlı fikir mübadiləsinin aparılması məqsədilə davamlı görüşlərin keçirilməsi zəruridir ki, bu tip görüşlər də yalnız “Vergi partnyorluğu Sazişi” çərçivəsində olmamalıdır;

• Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə vergi ödəyicilərinin müəyyən edilmiş meyarlar əsasında, habelə ayrı-ayrı vergi növləri və fəaliyyət sahələri üzrə qruplaşdırmaqla onlarla vergi öhdəliyinin yerinə yetirilməsi və vergi risklərinin minimallaşdırılması istiqamətində izahat və təbliğat işlərinin aparılması, ünvanlı xidmətlərin genişləndirilməsi;

AKTUAL PROBLEMLƏR 2017, №4

82

• Vergi ödəyicilərinin sadə qaydada anlaşılan müxtəlif məlumatlandırma və maarifləndirmə xarakterli vəsaitlərlə (bukletlər, kitabçalar və s.) təmin olunması.Ikinci sual üzrə verginin əsas məbləği, faiz və maliyyə sanksiyası üzrə borcların

yığım səviyyəsinə müsbət təsir edəcək priventiv tədbir kimi aktiv fəaliyyətləri dövründə vergi ödəyicilərində əmlaklarının (aktivlərinin) uçota alınması işlərinin genişləndirilməsinə önəm verilməsi.

Üçüncü sual üzrə: • Vergi ödəyiciləri ilə işlərin təşkilində xidmətlərin sayının çoxaldılması həmin

xidmətlərin potensial istifadəçi qruplarına hədəflənməsini, xidmətin vergi ödəyicisi üçün anlaşılan olmasını və faydalılığının artırılmasını tələb edir. Kəmiyyət faktorunun faydalılıq faktoru ilə əvəz edilməsi zəruridir. Xüsusilə də nəzərə almaq lazımdır ki, paytaxt əhalisi ilə müqayisədə region əhalisinin vergi maariflənməsində marağının az olması işin yenidən təşkil edilməsini obyektiv zərurətə çevirir;

• Vergi ödəyiciləri ilə işlərin təşkili ƏVI-nin yalnız vergilər üzrə proqnozu icra etməsi ilə nəticələnməməlidir. Vergi inzibatçılığının təkmilləşdirilməsində əsas hədəf sahibkarlıq subyektlərinin uzunmüddətli dövrdə vergi intizamının təmin olunması və vergi ödəməsi qabiliyyətinin saxlanılması (yalnız bir il vergi öhdəliklərinin yerinə yetirilməsi ilə başa çatmamalı, müəssisənin dövriyyə vəsaitlərinin azalması və fəaliyyətinin dayandırılması üçün əsas olmamalı), eləcə də cari öhdəliklərini yerinə yetirməsi olmalıdır.Dördüncü sual üzrə:

• Vergitutma potensialının davamlı olaraq regional müstəvidə qiymətləndirilməsi və çox amilli (mövsümi amil nəzərə alınmaqla vergi potensialının qiymətləndirilməsi, rayonların ərazisində gəlir vergisi ödəyicilərinin böyük hissəsinin büdcə sektorunda çalışması, orta aylıq əmək haqqının ölkə üzrə əmək haqqıdan 40% aşağı olması, ƏDV üzrə ödənişlərin 30,7%-nin iri vergi ödəyiciləri tərəfindən ödənilməsi və s.) təhlilə köklənməsi;

• ƏVI-lər üzrə fəaliyyətin səmərəliliyinin və nəticəliliyinin artırılması baxımından işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi. Bu institutun yaradılması vergi inzibatçılığının təkmilləşdirilməsinə əhəmiyyətli töhvə vermiş olardı. Belə ki, insan resursları dövlət maliyyəsinin idarə edilməsi sisteminin mühüm elementi olmaqla istənilən ölkədə büdcə sektorunda institusional islahatların özəyini təşkil edir.Beşinci sual üzrə:

• Xronometrajla müəyyən edilən dövriyyələrin vergi ödəyicilərinin müraciəti ilə

AKTUAL PROBLEMLƏR 2017, №4

83

passivləşməsi səviyyəsinin yüksək olması bu nəzarət üsulunun tətbiqinə zərurət olub-olmadığını nəzərdən keçirməyi aktuallaşdırır;

• Xronometraj metodunun öz həqiqi mahiyyətini heç də bütün hallarda doğrultmaması səbəbindən onun tətbiqində əhatə olunan vergi ödəyicilərinin spektrinin genişləndirilməsi, eyni təsərrüfat subyektlərində təkrar yoxlamaların müntəzəm olaraq deyil, yalnız zərurət yarandığı təqdirdə keçirilməsi tövsiyə edilir. Eyni zamanda xronometraj metodu ilə müşahidələr qanunvericiliklə tələb olunan qaydalara tam şəkildə riayət etməklə həyata keçirilməlidir.Yuxarıda göstərilən nəticələrin və tövsiyələrin hazırlanmasına əsas verən ayrı-ayrı

komponentlər üzrə Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər Idarəsinin fəaliyyətinin “performance təhlili”nin qısa məzmununu aşağıdakı kimi təsvir etmək olar.

Qeydiyyatda olan və fəaliyyəti aktiv olan vergi ödəyicilərinin sayıFəaliyyəti aktiv olan vergi ödəyicilərinin qeydiyyatda olanlara nisbəti 01.04.2016-

cı il tarixinə 39,0% olduğu halda, 01.07.2016-cı il tarixinə 41,8%, 22.07.2016-cı il tarixinə 43,0% olmuşdur.

Fəaliyyəti aktiv olan sadələşdirilmiş vergi ödəyicilərinin (o cümlədən fiziki şəxslər üzrə) sayında əhəmiyyətli artım müşahidə edilmişdir. 2016-cı ilin 1-ci rübünün nəticəsi olaraq fəaliyyəti aktiv olan sadələşdirilmiş vergi ödəyicisi kimi çalışan fiziki şəxslərin sayı 01.01.2016-cı il tarixə olan eyni göstərici ilə müqayisədə 25,8% artmışdır.

Bu artımın əsas səbəbləri kimi bir sıra özəl təsərrüfat subyektlərində muzdlu işçilərin xidməti (mülki hüquq) müqavilələrlə işə götürülərək vergi orqanlarında qeydiyyata durmasını və ünvanlı sosial yardım alan vətəndaşların vergi orqanlarında sahibkarlıq subyektləri kimi uçota alınmasını göstərmək olar.

Vergi ödəyicilərinin vergi öhdəliklərinin könüllü bəyanetmə səviyyəsini əks etdirən göstəricilər

2014–2015-ci illərdə könüllü bəyanetmə səviyyəsi üzrə rəqəmlər fərqli olmuşdur. Belə ki, 2014-cü ildə bu nisbət hesablanmış məbləğin 49,1%-ni təşkil etdiyi halda, 2015-ci ildə 3 dəfədən çox azalaraq 12,9%-dək enmişdir.

Təhlillər onu deməyə əsas vermişdir ki, vergi ödəyiciləri tərəfindən vergilərin könüllü bəyanetməsinin və ödənilməsinin mövcud səviyyəsi təsdiq edilmiş proqnozların yerinə yetirilməsinə kifayət etmir.

ƏVI tərəfindən təqdim edilən məlumatlara əsasən 2014-cü ildə 13804 təqdim edilən bəyannamədən 12917 və ya 93,6%-i, 2015-ci ildə 14060 bəyannamədən 13480 və ya 95,9%-i elektron formada verilmişdir.

AKTUAL PROBLEMLƏR 2017, №4

84

Bu, beynəlxalq təcrübə də nəzərə alınmaqla elektron formada bəyannamələrin təqdim edilməsinin ümumi saya nisbətdə qənaətbəxş olduğunu göstərir.

Buna baxmayaraq, son bir ildə könüllü bəyanetmə səviyyəsi məbləğ ifadəsində əhəmiyyətli şəkildə azalmışdır. Bu göstərici son illərdə Vergilər Nazirliyi tərəfindən aparılan maarifləndirmə tədbirləri, xüsusilə də 3 ilə yaxındır “Vergi partnyorluğu Sazişi”nin tətbiq edilməsinə, həmçinin Vergi ödəyicilərinə Xidmət Mərkəzlərinin yaradılmasına baxmayaraq, çox aşağı nisbətlə (13%) ölçülür. Buradan belə aydın olur ki, mövcud tədbirlər zəruri nəticəliliyi təmin edə bilməmişdir.

2014–2015-ci illər və 2016-cı ilin 1-ci rübü üzrə 1264 sayda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmiş və tutulmuşdur. Maliyyə sanksiyalarının 41,8%-i sadələşdirilmiş vergi, 29,5%-i ƏDV, 14,4%-i isə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə hesablanmışdır.

Məlumatların kompleks təhlili müvafiq olaraq vergi bəyannamələrinin vaxtlı-vaxtında təqdim edilməməsi səbəbindən vergilərin dövlət büdcəsinə bəyan olunmasının gecikdirilməsini göstərir ki, bu da yuxarıda qeyd edilən könüllü bəyanetmə səviyyəsinin aşağı olması faktını bir daha təsdiqləyir.

Vergi, faiz, maliyyə sanksiyaları və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan borcların vəziyyəti

Bir qayda olaraq, vergi borclarının əmlaka yönəldilməsi prosesində siyahıya alınmış əmlakın dəyəri faktiki bazar qiymətindən yüksək olmuşdur ki, bu da son nəticədə həmin əmlakın açıq hərraclarda satışı ilə dövlət büdcəsinə olan borcları tam həcmdə qarşılamaqda çətinliklər yaradır.

Vergi borclarının həcmi auditlə əhatə olunan dövrdə 13,0% azalmışdır. Borcun azalmasının əsas səbəbi Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinə uyğun olaraq vergi öhdəliklərinin tutulması müddətinin keçməsi ilə əlaqədar vergi borclarının silinməsidir. Bu əsaslarla 2014-cü ildə 1718,4 min manat, 2015-ci ildə 15,8 min manat vergi borcu silinmişdir.

2015-ci ildə 2014-cü illə müqayisədə ümumi borc məbləğində 1903,4 min manat azalmanın olmasına baxmayaraq, borclu vergi ödəyicilərinin sayında 314 ödəyici, faiz borcu üzrə 204,3 min manat, maliyyə sanksiyaları üzrə borc məbləğlərində 18,6 min manat artım müşahidə edilmişdir. Bu onu göstərir ki, borcların həcminin azalması daha çox borcun vergi orqanları tərəfindən tələb etmə müddəti keçməsi səbəbindən silinməsi ilə bağlı olmuş, digər hallarda vergi borclarının həcmi artmış və onların büdcəyə alınması prosesində müsbət irəliləyişlər baş verməmişdir.

Vergi ödəyiciləri ilə işlərin təşkil olunması vəziyyətiAuditlə əhatə edilən dövrdə 420-dən artıq müxtəlif xidmətlər təqdim edilmişdir.

AKTUAL PROBLEMLƏR 2017, №4

85

Bu xidmətlərin sırasında 31 xidmətdən vergi ödəyiciləri son 3 ildə yararlanmışdır. Xidmət spektrinin genişləndirilməsinə baxmayaraq, fəaliyyətdə praktiki istifadə səviyyəsi yüksək olmamışdır.

Əsas səbəb fəaliyyət əhatəsinə daxil olan regionlarda müasir elektron vergi texnologiyalarına marağın aşağı olması ilə yanaşı, yeni elektron xidmətlərin real tələbata əsaslanmadan (potensial istifadəçi qruplarına hədəflənmədən) təqdim edilməsi ilə də bağlıdır.

2015-ci ildə xidmət mərkəzlərinə müraciət edənlərin sayı əvvəlki dövrlə müqayisədə 25% azalmışdır. Belə vəziyyət əsasən 2015-ci ilin oktyabr ayının 20-də ölkə başçısı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun imzalanması ilə bağlı olmuşdur. Yoxlamaların sayının azaldılması nəticəsində vergi ödəyicilərinin şikayətləri də azalmışdır.

Vergi ödəyiciləri ilə işin təşkili ilə əlaqədar hər hansı təşəbbüslər irəli sürülməmiş, həmçinin vergi ödəyicilərindən hər hansı təkliflər alınmamışdır.

“Vergi partnyorluğu Sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında etibarlılığa, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanmaqla, vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanılan niyyət razılaşmasıdır.

Sazişdə qeyd edilən vəzifələrin böyük əksəriyyəti yalnız vergi ödəyicisinin üzərinə qoyulur. Bu halda vergi orqanı tərəfindən həyata keçirilməli vəzifələr isə daha çox inzibati qaydada nəzarət mexanizmlərini nəzərdə tutur. Sazişin bağlanılması zamanı ilkin olaraq vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.

4 saylı ƏVİ-nin idarə olunması sistemi barədəVergi orqanının fəaliyyətinin qanunvericilik bazasının təkmil olması ilə

yanaşı, bütün fəaliyyəti əhəmiyyətli səviyyədə Vergilər Nazirliyinin timsalında mərkəzləşdirilmişdir.

Dövlət büdcəsinin vəsaitləri hesabına saxlanma xərclərinin əsas hissəsi əmək haqqı xərclərinin maliyyələşdirilməsinə yönəldilmişdir. Ştatda olan işçilərin sayı 45, ştatdankənar işçilərin sayı 3, büdcədənkənar vəsaitlər hesabına əməyi maliyyələşdirilən işçilərin sayı 11 olmuşdur. Işçilərin orta yaş həddi ştatda olan işçilər üzrə 36, ştatdankənar işçilər üzrə 39, büdcədənkənar vəsaitlər hesabına əməyi maliyyələşdirilən işçilərin orta yaş həddi 38 olmuşdur.

ƏVI-nin Dövlət Gömrük Komitəsinin və Daxili Işlər Nazirliyinin müvafiq elektron bazasına çıxıs imkanları, həmçinin Dövlət Sosial Müdafiə Fondu ilə elektron informasiya mübadiləsi mövcuddur.

AKTUAL PROBLEMLƏR 2017, №4

86

Dövlət büdcəsinə 2014-cü il üzrə 13127,0 min manat proqnoza qarşı 13357,3 min manat, 2015-ci il üzrə isə 13409,0 min manat proqnoza qarşı 13486,0 min manat məbləğində vəsaitin daxil olması təmin edilmişdir. Proqnozun icra səviyyəsi müvafiq olaraq 101,8%-ə və 100,6%-ə bərabər olmuşdur. Vergi daxilolmaları üzrə proqnozun strukturunda maliyyə sanksiyaları, inzibati cərimələr üzrə daxilolmaların payı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2015-ci ildə bu göstəricinin 2014-cü illə müqayisədə faiz nisbəti 195,1% təşkil etmişdir.

Nəzərə alınmalıdır ki, hər iki ildə daxilolmaların tərkibinə mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan, eyni zamanda istər müvafiq rayonun ərazisində, istərsə də Ərazi Vergi Idarəsinin (ƏVI) nəzarət əhatəsinə daxil olan digər rayonların ərazilərində ümumiyyətlə obyekti olmayan vergi ödəyicilərinin vergi ödənişləri də aid edilmişdir.

2008-ci ildə Vergilər Nazirliyi sistemində çalışan mütəxəssislərin gündəlik (və ya aylıq) fəaliyyətinin qiymətləndirilməsinin avtomatlaşdırılması ilə bağlı vahid standartların tətbiqi barədə Əmr imzalanmışdır. Bu sistem mütəmadi olaraq tətbiq edilməkdədir.

Vergilər Nazirliyi tərəfindən əvvəlki illərdə həm mərkəz, həm də ƏVI-lər üzrə daxili nəzarət sisteminin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi cəhdi olsa da (hətta bu sistemin ilkin versiyası hazırlansa da), hazırda yalnız yuxarıda adı çəkilən qiymətləndirmə sistemindən başqa bir institut mövcud deyil.

Xronometraj metodu ilə müşahidələrin həyata keçirilməsi vəziyyətiAuditlə əhatə olunan dövrdə xronometrajın aparılması üçün şərt kimi müəyyən

edilən Vergi Məcəlləsinin 50-1-ci maddəsində qeyd edilən halların böyük əksəriyyəti nəzərə alınmamışdır. Xronometraj metodu ilə müşahidələrin aparılması məqsədilə qərarların açılmasının əsası kimi yalnız vergi ödəyicisinin dövriyyəsinin azalması ehtimalı əsas götürülmüşdür. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktlarının aşkar olunması və vergi ödəyicisinin yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələbin irəli sürülməsi kimi hallar nəzərə alınmamışdır.

Audit çərçivəsində məlumatların təhlili 2014-cü ildə fəaliyyəti aktiv olan 1828 potensial vergi ödəyicisindən 1090-da (60,0%), 2015-ci ildə 2379 vergi ödəyicisindən 1627-də (68,4%) son bir il ərzində xronometraj müşahidələrinin ümumiyyətlə aparılmamasını göstərmişdir. Eyni zamanda, son bir ildə vergi orqanının əhatə dairəsinə daxil olan rayonlar üzrə xronometraj keçirilməyən obyektlərin sayı da yüksək olmuşdur.

Müşahidələrin nəticələrini rəsmiləşdirən sənədlərin təhlili nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyiciləri üzrə xronometrajın aparılması iş

AKTUAL PROBLEMLƏR 2017, №4

87

saatlarının bitməsindən daha tez yekunlaşdırılmışdır ki, bunun da nəticəsində real dövriyyənin müəyyən edilməsi mümkün olmamış, gündəlik dövriyyəni aşkarlayacaq qanunvericiliklə müəyyən edilmiş sənədlərdən istifadə edilməmiş, xüsusilə rayon mərkəzlərində fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində aparılan xronometrajın nəticələrini rəsmiləşdirən sənədlərdə ardıcıl bir neçə gün dövriyyə “0” olaraq göstərilmişdir.

Göstərilənləri, eləcə də 2015-ci il ərzində xronometraj metodu ilə müşahidə aparılan təsərrüfat subyektlərinin 42,3%-nin 2014-cü ildə müşahidələrlə əhatə olunmuş vergi ödəyicilərindən ibarət olmasını, xronometrajın özündən əvvəlki müşahidənin nəticələrinin, bir qayda olaraq, ləğv edilməsi ilə nəticələnməsini nəzərə alaraq xronometraj metodu ilə müşahidələrin bir vergi nəzarəti forması kimi praktiki effektinin aşağı olduğunu deməyə əsas verir.

AKTUAL PROBLEMLƏR 2017, №4

88

Elvin HacıyevDövlət investisiyalarının auditi şöbəsinin

aparıcı məsləhətçisi

DÖVLƏT BORCUNUN DAYANIQLIĞININ TƏMİN EDİLMƏSİHəm dövlət orqanları, həm də özəl qurumlar tərəfindən borclanma davamlı

inkişafa nail olmaq üçün prioritet investisiyaların maliyyələşdirilməsi, həmçinin gəlir və xərclər arasındakı qısamüddətli disbalansın qarşısının alınması üçün vacib vasitədir. Hökumətin borclanması fiskal siyasətin iqtisadi dövrlər üzərində tənzimləyici rol oynamasına da imkan verir. Ancaq yüksək borc yükü iqtisadi artım və davamlı inkişafa mane ola bilər. Borcun həm dövlət, həm də özəl sektorda yaxşı idarə olunması vacibdir.

Qlobal dayanıqlı inkişafı təmin etmək məqsədilə qəbul edilmiş Addis Ababa Fəaliyyət Planına (2015) əsasən, inkişaf etməkdə olan ölkələr üzrə uzunmüddətli dayanıqlığın təmin edilməsi üçün dövlət borcunun maliyyələşməsinin təşviqi, borcun tənzimlənməsi, borcun rekonstruksiyası və borc idarəetmə mexanizminin olması vacibdir. Aktiv və öhdəliklərin qənaətlə istifadə olunması və monitorinqinin gücləndirilməsi maliyyələşmə strategiyasının mühüm elementi olmaqla yanaşı, boşluqların azaldılması üçün əhəmiyyət kəsb edir.

Fəaliyyət Planında borcalanların və kreditorların dayanıqlı olmayan borc vəziyyətinin qarşısını almaq üçün birlikdə davamlı çalışmasının lazım olduğu qeyd olunur. Dayanıqlı borcların səviyyəsinin qorunması borc alan ölkələrin məsuliyyətində olsa da, kreditorlar da borcu elə şərtlər daxilində verməlidir ki, borcalanların dayanıqlığına mane olmasın.

Fəaliyyət Planına əsasən dövlət borcunun dayanıqlığını təmin etmək üçün dövlət borc dayanıqlığının qiymətləndirilməsinin təkmilləşdirilməsi, dövlət borcunun idarəetməsinin təkmilləşdiriliməsi, borcalan və kreditorların öhdəliklərinin aydın müəyyənləşdirilməsi, borc yükünün idarəolunması üçün innovativ alətlərdən

AKTUAL PROBLEMLƏR 2017, №4

89

istifadə olunması, borc məlumatlarının və hesabatların təkmilləşdirilməsi vacibdir.

Bununla əlaqədar olaraq, BMT-nin Ticarət və Inkişaf üzrə Konfransı – UNCTAD (2012) borcalan və kreditorların öhdəliklərini aydın müəyyən edən 15 ən yaxşı təcrübə və prinsipləri təsdiqləmişdir. Belə ki, borcverənin (kreditorun) məsuliyyətinə aşağıdakılar daxildir:1. Maraqlı tərəf. Kreditorlar dövlət borclanması əməliyyatlarında iştirak edən

dövlət məmurlarının ictimai marağın qorunmasına görə məsuliyyət daşıdıqlarına əmin olmalıdır.

2. Təkmil qərarlar. Borcalanlara kredit qərarlarında kömək etmək üçün kreditorlar detallı məlumat vermək üçün məsuliyyət daşıyırlar.

3. Müvafiq icazə. Kreditorlar bacardıqları qədər maliyyələşmənin düzgün təsdiq olunduğu, kredit şərtlərinə riayət olunduğu və müvafiq yurisdiksiyaya şamil olduğunu müəyyən etməyə məsuliyyət daşıyırlar.

4. Məsuliyyətli kredit qərarları. Borcverən borc sahibinin ən etibarlı məlumatlara əsaslanan kreditə xidmət göstərmək və müvafiq məqsədləri izləmək, milli hesablar üzrə obyektiv və razılaşdırılmış texniki qaydalara əməl etmək üzrə potensialının real qiymətləndirilməsi üçün məsuliyyət daşıyır.

5. Layihənin maliyyələşdirilməsi. Kreditorlar maliyyələşmə açıldıqdan sonra layihənin maliyyə, əməliyyat, ictimai, sosial, mədəni və ətraf mühit təsirlərini təhlil etmək üçün məsuliyyət daşıyır. Bu məsuliyyət borcverənin texniki ekspertizasına və vəsaitinin məbləğinə mütənasib olmalıdır.

6. Beynəlxalq əməkdaşlıq. Bütün borc verənlər BMT-nin hökumət rejiminə qarşı tətbiq etdiyi sanksiyalara riayət etmək vəzifəsini daşıyırlar.

7. Borcların rekonstruksiyası. Borcalan öz borc öhdəliklərini icra edə bilmədikdə, bütün borcverənlər bu öhdəliklərin razılaşdırılmasına icazə vermək üçün yaxşı niyyətli əməkdaşlığı təmin etməlidirlər. Kreditorlar bu problemi tez və düzgün şəkildə həll etməlidirlər.Qeyd olunanlarla yanaşı, borcalanın məsuliyyətinə aşağıdakılar daxildir:

8. Maraqlı tərəf. Hökumətlər dövlətin maraqlarını təmin edərək borc öhdəliklərini yerinə yetirdikdə vətəndaşlarının maraqlarını qorumaq üçün məsuliyyət daşıyırlar. Müvafiq olduğu hallarda, borcalanlar kreditorların agentlərinin öz təşkilatlarına qarşı məsuliyyətini nəzərə almalıdırlar.

9. Məcburi müqavilələr. Dövlət borc müqaviləsi məcburi öhdəlikdir və yerinə yetirilməlidir. Buna baxmayaraq, istisna hallar da ortaya çıxa bilər. Iqtisadi zərurət dövlət borclarının tam və/və ya vaxtında ödənilməsinə maneə törədir.

AKTUAL PROBLEMLƏR 2017, №4

90

Borcalanın iqtisadi durumu səbəbindən kreditin ilkin müqavilə şərtlərinə dəyişiklik qaçılmazdırsa, 7-ci və 15-ci prinsiplərə riayət edilməlidir.

10. Şəffaflıq. Maliyyələşmə, dövlət borc şərtlərinin və öhdəliklərin qəbul edilməsi prosesi şəffaf olmalıdır. Hökumətlər prosedurları, məsuliyyətləri və hesabatlılığı aydın şəkildə təyin edən hərtərəfli hüquqi çərçivə sənədinə malik olması və həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar. Hökumətlər dövlət borclarının, xüsusilə dövlət zəmanətli borcların düzgün təsdiqlənməsi və nəzarətinin təmin edilməsi üçün tədbirlər həyata keçirməlidir.

11. Hesabatlılıq (açıqlama) və nəşrlər. Maliyyələşmə müqaviləsinin müvafiq şərtləri borcalan tərəfindən açıqlanmalı, universal olaraq vətəndaşlar da daxil olmaqla, bütün maraqlı tərəflərə online vasitələrlə vaxtında sərbəst şəkildə çatdırılmalıdır. Borcalanlar onların borc vəziyyətinə aid olan iqtisadi və maliyyə vəziyyətləri barədə tam və dəqiq məlumatları standartlaşdırılmış hesabat tələblərinə uyğun olaraq açıqlamağa məsuliyyət daşıyırlar. Hökumətlər müvafiq tərəflərdən müvafiq məlumatların tələblərinə açıq şəkildə cavab verməlidir. Məlumatın açıqlanması üçün hüquqi məhdudiyyətlər açıq ictimai maraqlara əsaslanmalı və əsaslı şəkildə istifadə edilməlidir.

12. Layihənin maliyyələşməsi. Borcalanlar maliyyələşmə açıldıqdan sonra layihənin maliyyə, əməliyyat, ictimai, sosial, mədəni və ətraf mühit təsirlərini təhlil etmək üçün məsuliyyət daşıyırlar. Borcalanlar layihə qiymətləndirmə işlərinin nəticələrini açıqlamalıdırlar.

13. Müvafiq idarəetmə və monitorinq. Borcalanlar borcların davamlılığı və idarəetmə strategiyasını hazırlamalı və icra etməli, borcların idarə olunmasını kifayət qədər təmin etməlidirlər. Borc alan ölkələr lokal səviyyədə də daxil olmaqla, şərti öhdəliklərin idarə olunması üçün effektiv monitorinq sistemlərinin tətbiq olunması üçün məsuliyyət daşıyır. Ali Audit Qurumu son zamanlarda ortaya çıxan öhdəlikləri kəmiyyət və keyfiyyətlə qiymətləndirmək üçün borc portfelinin müstəqil, obyektiv, peşəkar, vaxtında və dövri auditini aparmalıdır. Borcların idarə olunmasında şəffaflıq və hesabatlılıq təmin etmək üçün bu auditlərin nəticələri açıqlanmalıdır. Auditlər lokal səviyyədə də həyata keçirilməlidir.

14. Borcalanın həddən çox borclanmasının qarşısını almaq. Hökumətlər suveren kreditləri götürmək qərarına gələrsə, xərc/gəlir təhlillərinin aparılması üçün məsuliyyəti daşıyır. Əlavə ictimai və ya özəl investisiya imkan verərsə və gözlənilən sosial səmərə ən azı ehtimal olunan faiz dərəcəsinə bərabər olarsa, onlar suveren kredit üçün müraciət etməlidir.

15. Borcların rekonstruksiyası. Əgər dövlət borc öhdəliklərinin yenidən qurulması qaçılmaz olarsa, o, dərhal, effektiv və ədalətli olmalıdır.

AKTUAL PROBLEMLƏR 2017, №4

91

Tədqiqatçı Karlosun fikrincə, dövlət borcu o zaman dayanıqlı sayılır ki, dövlətin pul və fiskal siyasətinə zərər yetirmədən büdcə kəsirinin bağlanmasına nail olunsun. Əgər gələcək gəlirlərin cari dəyəri borca xidmət xərclərindən yüksək olarsa, o zaman borc dayanıqlı sayılır. Bu zaman bir neçə şərtlərin gözlənilməsi təmin olunmalıdır: a) müqavilədə qiymətlər göstərilərkən standart bazar qiymətlərindən çəkinmək lazımdır; b) borc real şərtlərlə göstərilməli və qiymət dəyişiklikləri bazar qiymətlərinin dəyişməsi halları nəzər alınmaqla göstərilməlidir.

Müvəqqəti dövlət büdcə kəsiri vergi və xərclərin nəticəsidir ki, bu da Hökumətin borcla bağlı müqavilə öhdəliklərinin yerinə yetirilməsinə zəmanət verir. Büdcə kəsiri anlayışını iki hissəyə bölmək lazımdır: 1) Hökumətin pul axınlarının məhdudiyyəti və 2) transvelsaliti vəziyyəti. Bu ikisinin birləşməsi təqdim olunan cari dəyərə bərabər olacaq.

Dövlət borcu aşağıdakı düsturda daha anlaşıqlı əks olunub:

(1)Burada Bt = t zamanında dövlət borcu; rt = t zamanında faiz dərəcəsi; Gt = t

zamanında dövlət xərcləri və Tt = t zamanında dövlət gəlirlərini əks etdirir. Bu düstur bütün dövrlər üçün keçərli olduğundan t+2 ili üçün aşağıdakı formulu

almış olarıq:

Birinci formulu 2-ci formulda əks etdirsək və Bt-ni tapsaq, aşağıdakı formul alınacaq:

Beləliklə, bu prosesi t+s zamanına kimi davam etdirib, ümumi formulu aşağıdakı kimi yazmaq olar:

(2)Burada rt = t zamanında alınan və t+1 zamanında ödənilən borcun faiz dərəcəsi;

Gt - Tt = t zamanında büdcə kəsirini göstərir.(1) nömrəli borc kəsiri axını borc dayanıqlığı üçün minimum şərtləri özündə

AKTUAL PROBLEMLƏR 2017, №4

92

əks etdirir. Bununla yanaşı, borc dayanıqlığının təmin olunması üçün transvelsaliti vəziyyətinin aydınlaşdırılması vacibdir. Bu məqsədlə t+s zamanında istehlak olunan və t zamanında olan qiyməti aşağıdakı kimi yazmaq olar:

Transvelsaliti vəziyyəti aşağıdakı halda mümkündür:

Burada kifayət qədər uzun müddət olduqda dövlət borcunun cari dəyərinin qeyri-pozitiv dəyərə yaxınlaşdığını göstərir. Bu, öz növbəsində, borclanmanın daim olduğu və heç vaxt tam ödənilmədiyini əks etdirən Ponzi-sxeminin doğru olmasını təsdiq edir. Başqa sözlə desək, dövlətlərin həmişə borc alətlərinə müraciət edəcəyi anlamına gəlir.

Büdcə kəsiri dövlət xərclərinin gəlirlərdən çox olmasıdır. Tədqiqatçı Ferrarini və başqalarına əsasən istənilən zaman kəsiyində büdcə kəsirinin yığılmış dəyəri dövlət borcudur. Beləliklə, büdcə kəsiri pul axınıdır, dövlət borcu isə səhmdir. Bununla yanaşı, borcun dayanıqlığının təmin edilməsi üzrə gələcək gəlirlər üzərində dövlət nəzarətinin çətinliyi, gələcək nəticələrin proqnozlaşdırılması üçün keçmiş məlumatların çatışmazlığı, borc dayanıqlığına qarşı borclanma limitinin müəyyənləşdirilməsinin çətinliyi kimi bəzi məhdudiyyətlərə malikdir.

Yuxarıda qeyd olunanlarla yanaşı dövlət borcu üzrə göstəricilərin təhlilinin aparılması məqsədəuyğundur. Tədqiqatçı Tivali dövlət borcunun dayanıqlığının təhlili üçün aşağıdakı göstəricilərin təhlilinin vacib olduğunu qeyd edir:•• Borc yükü göstəriciləri daxil olmaqla, əsas iqtisadi göstəricilərin təhlili;•• Son müvafiq bazar göstəricilərinin təhlili;•• Borcun ÜDM-ə nisbətinə təsir edən müxtəlif amillərin təhlili;•• Borcu stabilləşdirən əsas balans göstəricilərinin təhlili;•• Ödəmə strukturu (qısamüddətli, orta və uzunmüddətli borc), eləcə də

dövlət borcunun valyuta tərkibinin (yerli və xarici valyutada olan borc) təhlili;

•• borc yükü göstəricilərinin, şərti öhdəliklərin və xüsusi ssenarilərlə müqayisəsinin təhlili.

AKTUAL PROBLEMLƏR 2017, №4

93

Bununla yanaşı, Dövlət borcunun dayanıqlığı üzrə Çərçivə sənədinə (2009) əsasən, zəif, orta və yüksək inkişaf etmiş ölkələr üzrə borcların dayanıqlığı üçün göstəricilər və müvafiq hədlər Cədvəl 1-də öz əksini tapmışdır:

Cədvəl 1. Borc dayanıqlığı göstəriciləri və hədləri

GöstəricilərInstitusional gücün qiymətləndirilməsi və

siyasətin keyfiyyətiZəif Orta Yüksək

Borcun cari dəyəri/ÜDM 30% 40% 50%Borcun cari dəyəri/ixrac 100% 150% 200%Borca xidmət xərcləri/ixrac 15% 20% 25%Borcun cari dəyəri/büdcə gəlirləri 200% 250% 300%Borca xidmət xərcləri/ büdcə gəlirləri 25% 30% 35%

Mənbə: Yüksək borcu olan zəif inkişaf etmiş ölkələrin potensialının gücləndirilməsi proqramı, “Borc dayanıqlığı göstəriciləri”, 2009

Dövlət borcunun dayanıqlığı üzrə Çərçivə sənədinin əsas funksiyalarından biri ölkənin gələcək borc problemi riskini təhlil etməkdir. Bu da istifadəçiyə əsas və alternativ ssenarilərdən istifadə etməyə imkan verir. Alternativ ssenarilər makroiqtisadi duruma aşağıdakı standart şokların uzunmüddətli borc sürətinin davamlılığına təsirini qiymətləndirmək üçün nəzərdə tutulmuşdur:

• Tarixi orta real ÜDM artımı minus bir standart sarpma; • Tarixi orta ixrac qiyməti minus bir standart sarpma; • Tarixi orta ABŞ dollar ÜDM deflatoru minus bir standart sarpma; • Tarixi orta xalis qeyri-borc pul axınları minus bir standart sarpma; • Bir yarım standart sarpma şoku istifadə edilməklə yuxarıdakı 4 hadisənin

kombinasiyası.Bundan əlavə, ölkənin qısamüddətli və özəl sektor borclarına zəifliyini sistemli

şəkildə təhlil etmək üçün Dövlət borcunun dayanıqlığı üzrə Çərçivə sənədinə daxil olan əlavə həssaslıq təhlillərinin (stress testlərin) aparılması təklif olunur.

Beləliklə, dövlət borcunun dayanıqlığının təmin edilməsi üçün aşağıda qeyd olunan prosedurların həyat keçirilməsi vacibdir:

• Borcalan və kreditorların öhdəliklərinin aydın müəyyənləşdirilməsi, borc yükünün idarəolunması üçün innovativ alətlərdən istifadə olunması;

• Dövlət borcunun maliyyələşməsinin təşviqi, borcun tənzimlənməsi, borcun rekonstruksiyası və borc idarəetmə mexanizminin olması;

AKTUAL PROBLEMLƏR 2017, №4

94

• Dövlət borc dayanıqlığının qiymətləndirilməsinin, dövlət borcunun idarəetməsinin, eləcə də borc məlumatlarının və hesabatların təkmilləşdiriliməsi;

• BMT-nin Ticarət və Inkişaf üzrə Konfransının (UNCTAD) borcalan və kreditorların öhdəliklərini aydın müəyyən edən 15 ən yaxşı təcrübə və prinsiplərinə riayət olunması;

• Dövlətin pul və fiskal siyasətinə zərər yetirmədən büdcə kəsirinin bağlanmasına nail olunması;

• Gələcək gəlirlərin cari dəyərinin borca xidmət xərclərindən yüksək olması; • Zəif, orta və yaxşı inkişaf etmiş ölkələr üçün borc göstəricilərinin təhlili və

hədlərin gözlənilməsi; • Ölkənin gələcək borc problemi üzrə risk və həssaslıq təhlillərinin aparılması.

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2017, №4

95

Hilal HüseynovBeynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları

şöbəsinin müdiri

TVİNNİNQ LAYİHƏSİNİN AVROPA İTTİFAQININ QABAQCIL TƏCRÜBƏSİNDƏN YARARLANMAQ İMKANLARI

1990-cı illərin əvvəllərində Müstəqil Dövlətlər Birliyi ölkələrinə texniki yardım məqsədi daşıyan TACIS proqramı çərçivəsində Azərbaycan Respublikası və Avropa Ittifaqı arasında ikitərəfli əməkdaşlığın əsası qoyulmuşdur. Bu əməkdaşlığın hüquqi əsasını 1996-cı il 22 aprel tarixində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş AI-Azərbaycan Tərəfdaşlıq və

Əməkdaşlıq Sazişi təşkil edir. Əməkdaşlığın siyasi çərçivəsini isə 14 noyabr 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti təmin edir. Avropa Ittifaqı ilə daha sonrakı əməkdaşlıq çərçivəsi 2011-ci ildə imzalanmış iki sənədlə tənzimlənir: 1) Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında imzalanmış Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti və 2) Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Respublikası və AI arasında imzalanmış Hərtərəfli Institusional Quruculuq Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu. Hərtərəfli Institusional Quruculuq proqramı çərçivəsində göstərilən yardım isə üç Institusional Islahat Planı çərçivəsində həyata keçirilir.

Avropa Qonşuluq və Tərəfdaşlıq proqramı təşəbbüsü namizəd ölkələri Avropa Ittifaqına inteqrasiya prosesinə hazırlamaq məqsədilə onlara yardım etmək üçün 1998-ci ildə Avropa Komissiyası tərəfindən irəli sürülmüşdür. Bu proqram, ilk növbədə, Birliyin qanunvericiliyini həyata keçirmək məqsədilə namizəd ölkələrə onların idarəçilik və hüquqi imkanlarının gücləndirilməsində yardım edərək, idarəçilik üzrə əməkdaşlıq üçün seçilmiş bir mexanizm hesab edilirdi.

Tvinninq aləti ilk olaraq PHARE proqramı çərçivəsində namizəd ölkələrdə (1998–2004) və CARDS proqramı çərçivəsində Balkan ölkələrində (2005–2006) həyata keçirilmişdir. Üzvlüyə qəbul edildikdən sonra AI-nin yeni üzv dövlətləri Transition Facility

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2017, №4

96

proqramı (2004–2006) çərçivəsində Tvinninq alətindən hələ də istifadə edə bilərdilər. 2006-cı ildən bəri Tvinninq aləti yeni üzv dövlətlərdə və Balkan ölkələrində əvvəlki PHARE, Transition Facility and CARDS proqramlarını əvəz edən IPA proqramı çərçivəsində həyata keçirilməyə başlamışdır. 2004-cü ildən isə Tvinninq aləti 2007-ci ildə AQS proqramı ilə əvəz olunmuş TACIS və MEDA proqramları vasitəsilə həyata keçirilmişdir.

Tvinninq “Transition Facility” çərçivəsində yeni üzv dövlətlərdə institusional quruculuq sahəsində həlledici rol oynamışdır və hazırda Türkiyə və digər ölkələrdə olduqca mühüm institusional quruculuq aləti olaraq qalır. Tvinninq proqramı AI ilə qonşu ölkələrə tətbiq edildikdən sonra yeni mərhələyə keçmişdir. AI-nin 2004-cü ilin may ayında genişləndirilməsi baxımından Avropa Qonşuluq Siyasəti Avropa Ittifaqının şərq və cənub qonşularla münasibətləri üçün çərçivəni müəyyən edir. AQS-nin ümumi məqsədi siyasi və iqtisadi islahatlar prosesini gücləndirmək və daha sıx iqtisadi inteqrasiyanı, hüquqi və texniki uyğunlaşdırmanı, eləcə də davamlı inkişafı təşviq etməkdən ibarətdir. AQS ölkələrində Tvinninq alətinin məqsədi benefisiar ölkənin qurumlarını təlimlər, struktur dəyişikliyi vasitəsilə modernləşdirmək və AI qanunvericiliyi əsasında qanunlar və qaydalar hazırlamaqdan ibarət olmuşdur. AQS kontekstində həmkarlar arasında “know-how” və ən qabaqcıl təcrübələrin mübadiləsi praktiki şəkildə aparılır. 1998–2012-ci illər ərzində yuxarıda qeyd olunan proqramlar çərçivəsində 3,300 Tvinninq layihəsi həyata keçirilmişdir.

Azərbaycan konteksində Tvinninq ölkə üçün olduqca vacib strateji əhəmiyyət kəsb edir, belə ki, AI qanunvericiliyinin və ən yaxşı təcrübələrin həyata keçirilməsi üçün müasir və effektiv idarəetmənin yaradılmasında ölkəni dəstəkləyərək aşağıdakı qanunvericilik nümunələrinin gündəliyində duran məsələlərin icrasında hökumətə kömək göstərəcəkdir:

• AI-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999) • AI-Azərbaycan AQS Fəaliyyət Planı (2006) • Ölkə üzrə Strategiya Sənədi (2007–2013) • Milli Indikativ Proqram (2011–2013) • Hərtərəfli Institusional Quruculuq (2011)

2017-ci ilin əvvəlinə olan məlumata əsasən (Mənbə: www.pao.az) qədər Azərbaycanda 38 Tvinninq layihəsi həyata keçirilmişdir. Bu layihələrdən 26-sı müvəffəqiyyətlə başa çatdırılmış, 12 layihə isə davam etməkdədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Hesablama Palatası da Tvinninq layihəsinin benefisiarları sırasına qoşularaq müvafiq mərhələli prosesdən keçməkdədir.

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2017, №4

97

Tvinninq layihəsinin mərhələləri•• Layihənin müəyyən edilməsi•• Təkliflər üçün müraciət•• Təkliflərin təqdim olunması•• Tvinninq tərəfdaşının seçilməsi•• Tvinninq müqaviləsinin hazırlanması və yekunlaşdırılması•• Avropa Komissiyasının töhfəsi ilə müqavilənin nəzərdən keçirilməsi və

imzalanması•• Layihənin həyata keçirilməsi•• Monitorinq və hesabat•• Audit•• Tvinninq yoxlama missiyası

Belə ki, Hesablama Palatası Avropa Ittifaqının Şərqi Qonşuluq Siyasəti çərçivəsində yaradılmış tvinninq alətindən faydalanmaq məqsədilə layihə sinopsisi ilə AI-yə müraciət etmiş və müsabiqədən keçmiş təşkilatlardan olmuşdur. Növbəti addım olaraq benefisiar ölkənin məqsədlərinin, gözlənilən layihənin təsvirinin, tərəfdaş ölkənin görəcəyi işlərin əks olunduğu digər bir sənəd – tvinninq fişi hazırlanmışdır və təsdiqlənmişdir. Daha sonra AI üzv ölkələrin AAQ-nın bu layihədə iştirak etməsi məqsədilə təkliflər üçün çağırış elan edilmiş və iki AAQ - Polşa Respublikasının Ali Audit Ofisi və Bolqarıstan Respublikasının Hesablama Palatası öz təkliflərində bu layihədə iştirakı ilə bağlı niyyətini rəsmi şəkildə ifadə etmişlər.

2017-ci ilin yanvar ayında keçirilən seçmə toplantısında öz təkliflərini təqdimatla nümayiş etdirən Polşa AAQ-ı bu layihədə əsas tərəfdaş qurum olaraq seçilmişdir. Daha sonra Polşa AAQ-ı tərəfindən müvafiq Tvinninq müqaviləsi hazırlanaraq Avropa Ittifaqının Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə 17 iyul tarixində imzalanmışdır. 27 ay davam edəcək layihə cari ilin oktyabr ayından fəaliyyətə başlamışdır.

Tvinninq layihəsi ilə əldə olunacaq əsas nəticələr aşağıdakılardır:•• 1-ci nəticə: Kadrlardan maksimum dərəcədə səmərəli və effektiv şəkildə

istifadə edə bilməsi üçün HP-nin insan resurslarının idarə edilməsi və funksional potensialının yüksəlməsi;

•• 2-ci nəticə: HP-nin Azərbaycanın normativ-hüquqi aktlarına və ISSAI standartlarına uyğun olaraq maliyyə və uyğunluq auditləri həyata keçirmək və

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2017, №4

98

müvafiq hesabatlar hazırlamaq potensialının yüksəldilməsi;•• 3-cü nəticə: HP-nin Azərbaycanın daxili normativ-hüquqi aktlarına və ISSAI

standartlarına uyğun olaraq səmərəlilik auditləri həyata keçirmək və müvafiq hesabatlar hazırlamaq potensialının yüksəldilməsi;

•• 4-cü nəticə: HP-nin özünün funksiya və fəaliyyəti ilə əlaqədar Milli Məclis, audit aparılan təşkilatlar və KIV-lər kimi daha dolğun məlumata malik maraqlı tərəflərlə effektiv kommunikasiya qurması.Tvinninq layihələrinin icra ənənəsinə uyğun olaraq və cari fəaliyyətin mühüm

hissəsi olan sözügedən layihə barədə ictimai məlumatlılığı artırmaq məqsədilə Hesablama Palatası 2017-ci il 20 noyabr tarixində layihənin başlanılmasına dair tədbir keçirmişdir. Tədbirdə Hesablama Palatasının rəhbər heyəti ilə yanaşı, layihə üzrə tərəf müqabili olan Polşa Ali Audit Ofisinin prezidenti cənab Krzysztof Kwiatkowski, səfir, AI nümayəndəliyinin rəhbəri cənab Kęstutis Jankauskas, Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Marek Całka, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Tahir Mirkişili iştirak etmişlər.

QANUNVERİCİLİK 2017, №4

99

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ(ÇIXARIŞ)

Maddə 308-2. Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə

308-2.1. Satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.2. Satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.3. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə

QANUNVERİCİLİK 2017, №4

100

edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:1. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “xeyli

miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-2.4-cü maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

2. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.

Azərbaycan Respubilkasının 07 aprel 2017 566 –VQD nömrəli Qanunu

QANUNVERİCİLİK 2017, №4

101

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ(ÇIXARIŞ)

Maddə 445-1. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması445-1.1 Satınalma metodlarının tətbiqi şərtlərinin pozulmasına, yəni:445-1.1.1. satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən

bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərinin xərclənməsinə;445-1.1.2. satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın

alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə ilə həyata keçirilməsinə;

445-1.1.3. satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasının ayrı-ayrı müqavilələrə bölünməsinə;

445-1.1.4. satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilməsinə;

445-1.1.5. satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı barədə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə -

vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.445-1.2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının

Qanununda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırılmasına və ya həmin Qanunun tələblərinin pozulması ilə tender təklifinin qalib elan edilməsinə görə -

vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

QANUNVERİCİLİK 2017, №4

102

445-1.3. Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına, yəni:

445-1.3.1. satınalan təşkilat tərəfindən malgöndərənin (podratçının) ixtisasına dair “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan tələblərin irəli sürülməsinə;

445-1.3.2. ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.445-1.4. Satınalmaların təşkili və tender prosedurları ilə bağlı qaydaların

pozulmasına, yəni:445-1.4.1. satınalan təşkilat tərəfindən tender elanının (dəvətin) məzmununun

və tenderin əsas şərtlər toplusunun “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsinə;

445-1.4.2. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə;

445-1.4.3. satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərəndən (podratçıdan) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının satınalan təşkilat tərəfindən alınmamasına;

445-1.4.4. satınalan təşkilat tərəfindən tender və xidmət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı tenderin əsas şərtlər toplusunda və xidmət təklifləri sorğusunda nəzərdə tutulmuş tələblərə cavab verən yerli mallar (işlər və ya xidmətlər) üzrə tender və ya xidmət təkliflərinin xeyrinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun güzəştli düzəlişin edilməməsinə;

445-1.4.5. satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin tender zərflərinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmamasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

QANUNVERİCİLİK 2017, №4

103

445-1.5. Malgöndərən (podratçı) tərəfindən dövlət satınal-ma prosedurlarında iştirak üçün satınalan təşkilata maliyyə vəziyyəti barədə yanlış məlumatın təqdim edilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Qeyd:1. Bu Məcəllənin 445-1-ci maddəsi həmin maddədə göstərilən əməllər

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2. Bu Məcəllənin 445-1-ci maddəsində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.

Azərbaycan Respublikasının 07 aprel 2017-ci il 567-VQD nömrəli Qanunu

QANUNVERİCİLİK 2017, №4

104

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 12 SENTYABR TARİXLİ 579 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN

RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN İLLİK GƏLİR VƏ XƏRCLƏR PROQRAMININ (BÜDCƏSİNİN) TƏRTİBİ VƏ İCRASI QAYDALARI”

4.1. Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra Neft Fondunun Icraçı direktoru Neft Fondu büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq, aşağıdakı sənədlərlə birlikdə Neft Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edir:

Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramı, o cümlədən:

Neft Fondunun investisiya siyasəti;Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetası.Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə

almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verir.4.2. Hər il Neft Fondunun büdcə layihəsi və bu Qaydaların 4.1-ci bəndində

qeyd edilən sənədlər Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir.

6. NEFT FONDUNUN BÜDCƏSİNİN İCRASI BARƏDƏ HESABAT6.1. Neft Fondunun büdcəsinin icrası ilə bağlı rüblük məlumatlar və illik

hesabat tərtib edilərək Neft Fondunun Müşahidə Şurasına, Azərbaycan Respublikasının Hesablama Palatasına və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir.

QANUNVERİCİLİK 2017, №4

105

Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verir.

6.2. Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat Maliyyə Nazirliyi ilə əlaqələndirilməklə tərtib edilir və hər növbəti ilin aprel ayının 30-dan gec olmayaraq Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təsdiq olunmaq üçün təqdim edilir.

6.3. Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilərkən Neft Fondu Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri, habelə Neft Fondunun illik maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələri nəzərə alınır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 noyabr 1685 nömrəli Fərmanı

QANUNVERİCİLİK 2017, №4

106

HESABLAMA PALATASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

(ÇIXARIŞ)Maddə 2. Hesablama Palatasının əsas funksiyaları Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir:dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının)

büdcələrinin layihələrinə rəy verir;dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin

gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;

dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir;

dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;

dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;

Azərbaycan Respublikası Milli Məclisinin və onun komitələrinin tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirir;

dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir;

dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan

QANUNVERİCİLİK 2017, №4

107

Respublikasının Mərkəzi Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;

aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;

digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir;dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən

büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparır.

Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il 846-VQD tarixli Qanunu

HƏMKARLAR 2017, №4

108

PAKİSTAN İSLAM RESPUBLİKASI BAŞ AUDİTOR OFİSİ Pakistan Islam Respublikası Baş Auditor Ofisi (AAQ) dövlət sektorunda hesabatlılıq sahəsində qədim tarixə malikdir və bu tarix 19-cu əsrə qədər gedib çıxır. Həmin dövr region üçün dövlət maliyyə idarəçiliyi sahəsində maliyyə məcəllələri və təlimatlarının ilk dəfə hazırlanması ilə səciyyələnir. Ölkə müstəqillik əldə etdikdən sonra Pakistan AAQ-ı dövlət

əməliyyatlarında şəffaflığın artırılması istiqamətində tədbirlərin davamlılığını təmin etmək üçün konstitusional statusa malikdir.

Pakistanda maliyyə nəzarəti və hesabatlılıq sistemi Vestminster modelinə uyğundur və bu model altında dörd qurum dövlət vəsaitlərinin maliyyə nəzarətini həyata keçirir. Bu, Parlament, Xəzinədarlıq, Hökumət Departamentinin rəhbəri olan Baş Mühasibatlıq Xidməti və Baş Auditor Ofisidir. Baş Auditor Ofisi hesabatlılıq prosesində mühüm rol oynayır.

Pakistan Baş Auditor Ofisinin mandat və statusu Respublika Konstitusiyası və 2001-ci ildə qəbul edilmiş Baş Auditor Ofisi haqqında qanunla tənzimlənir. Baş auditorun səlahiyyət və funksiyaları 2001-ci ilə kimi 1973-cü ildə qəbul edilmiş Audit və hesablar haqqında qaydalarla tənzimlənmiş və daha sonra bu 30 iyun 2011-ci ildə qəbul edilmiş Pakistan AAQ-ı haqqında yeni qanunla tənzimlənmişdir. Pakistan Baş auditoru ölkə prezidenti tərəfindən 4 il müddətinə təyin olunur. Baş auditorun digər vəzifə və səlahiyyətləri parlament və ölkə prezidentinin sərəncamı ilə müəyyən olunur.

Pakistan Islam Respublikasının Prezidenti cənab Cavaid Cahangiri Pakistanın Baş auditoru təyin etmişdir və o, Pakistan Baş Auditoru kimi 17 avqust 2017-ci il tarixindən rəsmi fəaliyyətə başlamışdır. Cavaid Cahangir dövlət maliyyə idarəçiliyi, audit və mühasibatlıq sahələrində olmaqla Pakistan hökumətinin fərqli

vəzifələrində 35 ildən artıq dövlət qulluğu fəaliyyətində toplamış olduğu zəngin və fərqli təcrübəyə malikdir. Cavaid Cahangirin çalışdığı təcrübə sahələrinə daxildir: Dövlət sektoru audit siyasətinin formalaşması, siyasət və islahatların idarəçiliyi və icrası, idarəçilik və hesabatlılıq çərçivəsinin gücləndirilməsi, səmərəli maliyyə hesabatı üçün dövlət xərclərinin idarə edilməsi və normativlərə uyğunluq.Onun Dünya Bankı, Asiya Inkişaf Bankı, USAID, JICA kimi beynəlxalq inkişaf donorları ilə Pakistanda dövlət sektoru ilə əlaqədar məsələlərə dair effektiv əlaqələri var. Cavaid Cahangirin ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, Iqtisadiyyat və siyasi elm üzrə isə bakalavr dərəcəsi var. O, ABŞ Dövlət Hesabatlılıq Ofisinin təşkil etdiyi Beynəlxalq Auditor Təqaüd proqramının məzunudur.

Konstitusional sə-lahiyyətinə müvafiq olaraq Pakistan Baş auditoru federasiya və vilayətlərlə bağlı müvafiq qaydada audit hesabatlarını prezident və qubernatorlara təqdim edir.

Baş Auditor Ofisinin təşkilati strukturu Baş auditor, iki auditor müavini, iki əlavə Baş auditor və 30 bölgə audit ofisinə rəhbərlik

HƏMKARLAR 2017, №4

109

edən 6 audit departamentindən ibarətdir. Bütün audit departamentlərinə və audit fəaliyyətinə iki Baş auditor müavini rəhbərlik edir və onlar, öz növbəsində, iki əlavə baş auditordan birinə hesabat verir. Birinci Baş auditor müavini bütün bölgə audit ofislərinin fəaliyyətini idarə edir, nəzarət edir və koordinasiya edir. Ikinci Baş auditor müavini Baş auditor adından bütün bölgə audit ofislərinin və audit departamentlərinin fəaliyyətini yoxlayır. Ikinci Baş auditor müavinin başlıca rolu bütün fəaliyyətlərin və əməliyyatların düzgünlüyü və şəffaflığı ilə bağlı Baş auditora hesabat verməkdir.

Pakistan AAQ-da əsas funksional fəaliyyətə cəlb olunan işçi sayı 625-dir. Qurumun işçiləri Dövlət Qulluğu Komissiyasının imtahanından keçərək təyin olunurlar. Seçilmiş əməkdaşlar ilk öncə 18 ay müddətində təlim keçir. Pakistan AAQ-nın audit ofislərində çalışan yardımçı işçi sayı isə 3721-dir.

Pakistan Baş Auditor Ofisi haqqında qanuna müvafiq olaraq Pakistan AAQ-ı hər maliyyə ili üçün Baş Hesablar Müfəttişi və ya hər hansı səlahiyyətli şəxs tərəfindən hazırlanan və tərtib olunan hesabları yoxlayır, yoxlanılmış hesabları öz irad/rəy və təklifləri ilə birgə prezidentə və ya vilayət qubernatoruna təqdim edir, federasiya/vilayətlərlə bağlı hesabatları hazırlayır və prezident/qubernatorlara parlament/vilayət məclislərinə təqdim olunmaq üçün verir. Bütün qeyd olunanlarla yanaşı, Pakistan AAQ-ı dövlət büdcəsindən maliyyələşən bütün qurumların gəlir və xərclərinin auditini aparır. Qeyd olunan səlahiyyətlərlə yanaşı, Pakistan AAQ-ı federal hökumət nazirliklərinin, bölmələrinin, əlaqəli ofis və departamentlərin, avtonom/qeyri-avtonom təşkilatların, o cümlədən vilayət departamentləri, təşkilatları və qurumlarının hesablarının illik auditini aparır. Pakistan AAQ-ı tərəfindən bölgə hökumətlərinin hesablarının auditinin aparılması yerli hökumət fərmanı ilə müəyyən olunmuşdur, belə ki Pakistan AAQ-nın bölgə audit ofisləri həmçinin Dünya Bankı, Asiya Inkişaf Bankı, ikitərəfli və çoxtərəfli donorlar tərəfindən maliyyələşən xarici layihələrin auditini aparır.

Pakistan AAQ-ı INTOSAI (Ali Audit Qurumların Beynəlxalq Təşkilatı) təşkilatının Etika və Audit Standartlarını qəbul etmişdir. Maliyyə auditi təlimatı və iyirmi audit qaydası hazırlanmış, AAQ-ların Beynəlxalq Standartlarına uyğun olaraq qəbul edilmişdir. Pakistan AAQ-ı tərəfindən istifadə olunan Səmərəlilik auditi qaydaları qabaqcıl təcrübələrə uyğun olaraq müfəssəl hazırlanmışdır. Pakistan AAQ-ı maliyyə, uyğunluq və səmərəlilik auditləri ilə yanaşı, xüsusi auditlər Pakistan Baş Auditorunun əmri, habelə icraçı departamentlərin rəhbərlərinin müraciətləri əsasında keçirilir.

Illik audit hesabatlarının keyfiyyət yoxlanışı zamanı müəyyən olunmuşdur ki, audit hesabatlarının keyfiyyətə nəzarət yoxlamaları audit hesabatlarındakı qüsurları aşkar etmir və sonrakı illərdə də audit hesabatındakı eyni nöqsanların təkrarlanmasının qarşısını ala bilməmişdir. Daha sonra müəyyən edilmişdir ki,

HƏMKARLAR 2017, №4

110

keyfiyyət məsələsinə yalnız auditin hesabatvermə məsələsində deyil, auditin bütün mərhələlərində nəzarət olunmalıdır.

Keyfiyyətə Zəmanət Mexanizmi və Keyfiyyətin Təkmilləşdirilməsi Modelinin daxil olduğu Keyfiyyətin Idarəedilməsi Çərçivəsi hər bir hesabatın təsdiqindən öncə onun keyfiyyətini təmin etməlidir. Bu çərçivə INTOSAI standart və qaydalarına, həmçinin ASOSAI-ın təcrübə və tələblərinə uyğundur və auditin keyfiyyətinin bütün hədlərini müəyyən edir və audit prosesinin bütün mərhələlərində tətbiq olunur. Bütün bu tədbirlər nəticəsində audit hesabatlarının keyfiyyəti xeyli dərəcədə artmışdır. Bununla yanaşı, Pakistan AAQ-ı Keyfiyyətin Idarəedilməsi Çərçivəsində belə müəyyən boşluqları müəyyən etmişdir. Belə ki, bu çərçivə audit hesabatlarının ilkin tərtib olunma və daha sonrakı izləmə mərhələlərini əhatə edir, amma auditin təsiri ilə bağlı mərhələlərdə də daxil edilməlidir.

Pakistan AAQ-ı audit sistemində göstərdiyi xidmətlərin maksimum təsirinin olması üçün audit aparılan təşkilatlarla tərəfdaşlıq yaratmağa çalışır. Beləliklə, qurumun Sahə Audit Ofisləri auditin bütün mərhələlərində audit aparılan təşkilatlarla əlaqə saxlamalıdır. Belə ki, audit aparılan təşkilatlar öncədən auditin aparılması ilə bağlı məlumatlanır və həmin təşkilatlarla ilkin hesabatlar müzakirə olunur və yekun hesabat tərtib edilməzdən əvvəl rəhbərliyin fikir və görüşləri də nəzərə alınır. Nəticədə audit hesabatları yekunlaşmazdan əvvəl baş mühasibatlıq işçiləri audit tapıntıları barədə məlumatlandırılır, onlar isə, öz növbəsində, qeyd olunan məqamlara aydınlıq gətirir və ya müvafiq düzəlişlərin edilməsi üçün zaman verilir.

Pakistan Baş auditoru xüsusi sahələrin auditinin aparılması üzrə bölmələr yaratmışdır. Pakistan Baş Auditor Ofisinin AAQ olaraq xüsusi auditlərin keçirilməsi və gücləndirilməsi məqsədilə aşağıdakı bölmələri yaratmışdır:•• Bank-maliyyə institutlarının auditi üzrə yeni bölməsi;•• Ədliyyə sahələrinin və səmərəlilik auditlərinin keçirilməsi və gücləndirilməsi

üzrə xüsusi audit bölmələri;•• Bölgə Audit Ofislərinə IT auditlərinin aparılmasında dəstək üçün informasiya

texnologiyaları və informasiya sisteminin istifadəsi üzrə Sistem Auditi Bölməsi.Pakistan AAQ-ı öz audit mandatına müvafiq olaraq müxtəlif audit hesabatları

hazırlayır. Bura aşağıdakılar daxildir:•• Maliyyə hesabatlarına rəyin verilməsi üzrə təsdiqləyici audit hesabatları;•• Təşkilatlarda aparılan əməliyyatların müvafiq qanunvericiliyə uyğunluğunu

təsdiq edən uyğunluq hesabatları;•• Səmərəlilik auditi hesabatları;•• Xüsusi audit hesabatları.

Pakistan AAQ-nın idarəçiliyində daha bir fərqli cəhət Siyasət Şurasının mövcudluğudur. Şura qurumun ümumi fəaliyyətinin daha effektiv olması məqsədini

HƏMKARLAR 2017, №4

111

daşıyır. Bu Şuranın ilk toplantısı 1 avqust 2016-cı il tarixində Pakistan AAQ-nın rəhbər heyətinin iştirakı ilə keçirilmiş və yekunda qurumun gələcək fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra qərarlar qəbul edilmişdir. Belə ki, Şura Pakistan AAQ-nın tam şəkildə maliyyə müstəqilliyinə malik olmasını, audit hesabatlarının qurumun rəsmi veb-saytında yerləşdirilməsini dəstəkləmiş və maraqlı tərəflərlə məlumat paylaşımını artırmaq üçün sosial mediadan istifadə edilməsi ilə bağlı yeni təşəbbüslə çıxış etmişdir. Şura habelə beynəlxalq təşkilatların peşəkar qurumları ilə əməkdaşlıq və tərəfdaşlıq məsələlərinin gücləndirilməsini tövsiyə etmişdir.

Pakistan AAQ-ı bir sıra yerli və beynəlxalq audit və mühasibatlıq təşkilatları ilə strateji və peşəkar əlaqələrini inkişaf etdirir. Belə ki, qurum aşağıdakı təşkilatlarda mühüm vəzifələrə malikdir: •• Pakistan Andlı Mühasiblər Şurası – üzv;•• Beynəlxalq Mühasiblər Federasiyası olan IFAC-ın assosiativ üzvü olan Pakistan

Dövlət Maliyyə Mühasibləri Institutunun Şurası – üzv;•• Dövlət Maliyyə Idarəetməsi üzrə Beynəlxalq Konsorsiumu – direktoru;•• ECOSAI – Daimi Baş katib.

Pakistan AAQ-nın 2015–2019-cu illər üzrə qəbul edilmiş Strateji Planı çoxmiqyaslı sənəddir və 2019-cu ilə kimi beş əsas məqsədin həyata keçirilməsini nəzərdə tutur:•• Maliyyə və təşkilati müstəqilliyin təkmilləşdirilməsi;•• Peşəkar və institusional potensialın inkişafı;•• Maraqlı tərəflərlə kommunikasiya və əməkdaşlığın inkişafı;•• Müasir audit texnologiyaları və vasitələrinin istifadəsi;•• Daxili idarəetmənin inkişafı.

Strateji Planla yanaşı, Pakistan AAQ-ı audit mandatını həyata keçirmək üçün hər il korporativ audit planını hazırlayır. Audit planı aşağıdakıların həyata keçirilməsinə xidmət edir:•• Vaxtında, müvafiq və düzgün hesabatvermənin təmin edilməsi.

HƏMKARLAR 2017, №4

112

•• Maliyyə sistemində yüksək riskli sahələrin və boşluqların əhatə edilməsi.•• Əsas fəaliyyət göstəricilərinin dəyərləndirilməsi ilə səmərəliliyin gücləndirilməsi.•• Yaranan öhdəliklərin yerinə yetirilməsi.

Pakistan Baş Auditor Ofisi Pakistanda ən yüksək audit qurumudur və ölkənin Ali Audit Qurumudur. Pakistan Baş Auditor Ofisi öz beynəlxalq fəaliyyəti ilə də seçilir və beynəlxalq təşkilatlar çərçivəsində həmkar AAQ-larla beynəlxalq əməkdaşlığın gücləndirilməsinə diqqət yetirir. Pakistan AAQ-ı INTOSAI, ASOSAI, ECOSAI təşkilatlarının üzvü

olmaqla yanaşı, INTOSAI və ASOSAI-ın Idarə heyətinin üzvü, eləcə də ECOSAI-ın Baş katibidir. Pakistan AAQ-ı fəal şəkildə bu qurumlar tərəfindən təşkil edilmiş assambleyalar, seminarlar, konfranslar və simpoziumlarda iştirak edir. Pakistan AAQ-ı Azərbaycan Respublikası Hesablama Palatası ilə əməkdaşlıq haqqında sazişi 2005-ci ilin may ayında imzalamışdır. Həmin tarixdən başlayaraq iki qurum arasında əməkdaşlıq əlaqələri güclənməkdədir. Bundan əlavə, Azərbaycan Respublikası Hesablama Palatası Pakistan AAQ-ı ilə ECOSAI çərçivəsində də geniş əməkdaşlıq imkanlarına malikdir. Belə ki, Hesablama Palatası adıçəkilən regional qurumun Audit Komitəsinin üzvü olduğu dövrlərdə Pakistanın Islamabad şəhərində yerləşən Daimi Katibliyində ECOSAI-ın maliyyə hesabatları üzrə iki audit (2010–2012-ci illər və 2013–2015-ci illər üzrə) keçirmişdir. Qeyd edilməlidir ki, hazırda Azərbaycan AAQ-ı bu qurumun Idarə heyətində təmsil olunur.

XRONİKA 2017, №4

113

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası tərəfindən2017-ci ilin oktyabr–dekabr aylarında 34 məsələyə baxılmışdır,

onlardan: Oktyabr

1. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri haqqında.

2. Dövlət büdcəsindən Bakı şəhər Mədəniyyət və Turizm Baş Idarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair auditin nəticələri haqqında.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük Idarəsində gömrük qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri haqqında.

4. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ismayıllı Rayon Icra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında.

5. Dövlət Investisiya Proqramının təhlilinin nəticələri haqqında.

6. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”nin təsdiq edilməsi haqqında.

7. “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”nin təsdiq edilməsi haqqında.

8. “Işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”nin təsdiq edilməsi haqqında.

XRONİKA 2017, №4

114

Noyabr

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin Idarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair auditin nəticələri haqqında.

2. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri haqqında.

3. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri haqqında.

4. Şəkərli diabet üzrə Dövlət proqramları çərçivəsində ayrılan vəsaitlərin və nəzərdə tutulmuş tədbirlərin icrasına dair təhlilin nəticələri haqqında.

5. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair auditin nəticələri haqqında.

6. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin funksional fəaliyyətinin, ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və xərclərin icrası vəziyyətinin təhlilinin nəticələri haqqında.

7. Dövlət büdcəsindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri haqqında.

8. Dövlət büdcəsindən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri haqqında.

9. “Sosial müavinət, kompensasiya və təqaüd təminatının mövcud vəziyyətinin təhlili və səmərəliliyinin müəyyən edilməsi”nə dair təhlilin nəticələri haqqında.

10. Ləğv Prosesində Olan QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələri haqqında.

XRONİKA 2017, №4

115

Dekabr

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətinə dair auditin nəticələri haqqında.

2. Ləğv Prosesində Olan “Zaminbank” Açıq Səhmdar Cəmiyyətin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələri haqqında.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri haqqında.

4. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”nin təsdiq edilməsi haqqında.

5. “Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün Iş Planı”nın təsdiq edilməsi haqqında.

6. “Hesablama Palatasının 2018–2020-ci illər üzrə Strateji Inkişaf Planı”nın təsdiq edilməsi haqqında.

7. Ləğv Prosesində Olan “Qafqaz Inkişaf Bankı” Açıq Səhmdar Cəmiyyətinin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələri haqqında.

8. Ləğv Prosesində Olan “Kredobank” Açıq Səhmdar Cəmiyyətinin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələri haqqında.

9. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında.

XRONİKA 2017, №4

116

10. Yerli icra hakimiyyəti orqanlarına dövlət büdcəsinin funksional təsnifatının “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının təhlilinin nəticələri haqqında.

11. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan çoxmənzilli binaların əsaslı təmiri üçün ayrılan vəsaitlərin istifadəsinin təhlilinin nəticələri haqqında.

12. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri haqqında.

13. Dövlət büdcəsindən maliyyələşən qurumlarda yaranan debitor borcların təhlilinin nəticələri haqqında.

14. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditin nəticələri haqqında.

15. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfirliyinin və Aktau şəhərində Baş Konsulluğunun saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair auditin nəticələri haqqında.

16. Dövlət büdcəsindən subartezian quyularının layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında

DƏYƏRLİ DEYİMLƏR 2017, №4

117

DƏYƏRLİ DEYİMLƏR

1. Puldan vacib şeylər var, lakin həmin şeyləri pulsuz almaq olmaz.

Prosper Merime

2. Öz ideyalarına qarşı diqqətli ol. Onlar ilkin hərəkətin başlanğıcıdır.

Lao Tszı

3. Cücərtilərin hamısı çiçəkləmir, çiçəklərin hamısı meyvə vermir.

Konfutsi

4. Mükafat layiq olduqda stimula çevrilir.

Xudu Məmmədov

5. Biz nə olduğumuzu bilirik, amma nə olacağını bilmirik.

Uilyam Şekspir

6. Sözlərdə ehtiyatlı olmaq gözəl danışmaqdan vacibdir.

Frensis Bekon

7. Ən təhlükəli yalan azacıq təhrif olunmuş həqiqətdir.

Qeorq Kristof Lixtenberq

8. Iqtisadiyyat vergitutma sistemində boşluqlarla nəfəs alır.

Barri Breycuell Milns

9. Bazarlar paraşüt kimidir, yalnız açıq olduqda işləyir.Helmut Şmidt

MaxOffset mətbəəsiVÖEN: 1301590781Ünvan: AZ1080 Bakı şəhəri,Aşurbəyovlar küç. 8ATelefon: +994 77 227 27 27Internet: www.maxofset.az; www.maxofset.ruE-poçt: [email protected]

Çapa imzalanma: 00.00.2018Format: 70x100 1/16Fiziki həcm: 7.5 çap vərəqiÇap üsulu: ofsetTiraj: 200 nüsxə

Bülletenin istehsalında istifadə olunmuş kağız meşə ağaclarından hazırlanmış, təbii və təkrar emal oluna bilən məhsuldur. Məhsulun emal prosesi istehsalçı ölkənin ətraf mühit qaydalarına tam uyğundur.

Nüsxə____

Maxoffset mətbəəsi tərəfindən çapa hazırlanmışdır.

Baş redaktor: Dizayner və səhifələyici: Redaktor: Direktor:

Vəfa MütəllimovaNurlan RəhmanovSənay PaşayevRamil Rza-zadə