azərbaycan dövlət aqrar universiteti

63
Azərbaycan Dövlət Aqrar Universiteti Aqronomluq ixtisası üzrə II kurs tələbələri üçün Mühazirə 3. Bakteriyalar, viruslar və digər mikroorqanizlər bitkilərin xəstəlik törədiciləridir Gəncə, 2011-ci il Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi Cəfərov İ.H.

Upload: jeremy-pitts

Post on 01-Jan-2016

131 views

Category:

Documents


2 download

DESCRIPTION

Azərbaycan Dövlət Aqrar Universiteti. Aqronomluq ixtisası üzrə II kurs tələbələri üçün. Mühazirə 3. Bakteriyalar, viruslar və digər mikroorqanizlər bitkilərin xəstəlik törədiciləridir. Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi Cəfərov İ.H. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Azərbaycan Dövlət   Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Aqronomluq ixtisası üzrə II kurs tələbələri üçün

Mühazirə 3. Bakteriyalar, viruslar və digər

mikroorqanizlər bitkilərin

xəstəlik törədiciləridir

Gəncə, 2011-ci il

Kənd təsərrüfatı elmləri doktoru,

professor əvəzi Cəfərov İ.H.

Page 2: Azərbaycan Dövlət   Aqrar Universiteti

P L A N:

3.1 Bakteriyalar və onların törətdiyi xəstəliklər

3.2 Bakteriyaların biologiyası və bitkilərin

bakteriozlardan mühafizəsi

3.3 Aktinomisetlər və fitoplazmalar haqqında anlayış

3.4 Viruslar və onların törətdiyi xəstəliklər

3.5 Virusların biologiyası və bitkilərin virus

xəstəliklərindən mühafizəsi

Page 3: Azərbaycan Dövlət   Aqrar Universiteti

ƏDƏBİYYAT

1.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.2.Cəfərov İ.H. Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait). Bakı: «Elm», 2008, 181 s.3.M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji. Erzurum: 2010, 256 s. 4.Попкова К.В. Общая фитопатология. М.: «Агропромиздат», 1989, 398 с.5.Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.6. Чикин Ю.А. Общая фитопатология (часть 1). Учебное пособие -Томск: ТГУ, 2001, 170 с. www. google.ru www.dic.academic.ru

Page 4: Azərbaycan Dövlət   Aqrar Universiteti

PSEUDOMONAS

ERWİNİA

MONİLİA

CLASTEROSPORİUM

XANTHOMONAS

VERTİCİLLUM

PRUNUS NECROTİK RİNG-SPOT VİRUS

Page 5: Azərbaycan Dövlət   Aqrar Universiteti

Optik mikroskopda ilk dəfə bakteriyanı 1676-cı ildə holland təbiətşünası Antoni Levenhuk görmüş, bütün mikroskopik canlılar kimi “animalkuli” adlandırmışdır.

1828-ci ildə ilk dəfə Xristian Erenberq bakteriya termindən istifadə etmişdir.

1850-ci illərdə Lui Paster bakteriyaların fiziologiya və metabolizmini öyrənməyə başlamış və eyni zamanda bakteriyaların xəstəlik törətmə qabiliyyətini kəşf etmişdir.

Page 6: Azərbaycan Dövlət   Aqrar Universiteti

Sonrakı tədqiqatlarda tibbi mikrobiologiyanın inkişafı Robert Koka məxsusdur, o xəstəlik törədicinin təyinin ümumi prinsiplərini müəyyən

etmiş, 1905-ci ildə vərəmin tədqiqinə görə Nobel mükafatına layiq görülmüşdür.

Bakteriyaların təbiətdə rolunun öyrənilməsi M.B.Beyernik və S.N.Vinoqragskiyə məxsusdur.

Bakteriyanın hüceyrəvi quruluşunun öyrənilməsi elektron mikroskopun istifadəyə verilməsi ilə əlaqədardır. 1937-ci ildə

E.Çatton təklif etdi ki, bütün orqanizmləri hüceyrəvi quruluşun tiplərinə görə prokariot və eukariotlara ayrılsın və 1961-ci ildə

Steynier və Van Hil bu məsələyə sonuncu nöqtəni qoydular. Molekulyar biologiyanın inkişafı 1927-ci ildə K.Vezenia belə bir kəşfə sövq etdi ki, prokariotların özlərinin arasında (bakteriya və

arxeyalar) köklü fərqlər var

Page 7: Azərbaycan Dövlət   Aqrar Universiteti

3.1. Bakteriyalar və onların törətdiyi xəstəliklər

Bakteriyaların təsiri altında bitki toxumala-rında patoloji dəyişikliklər haqqında ilk fikirlər 1866-cı ildə M.S.Voronin tərəfindən söylənil-mişdir.

Onların bitkilərdə xəstəlik törətmə xüsusiyyəti haqqında mükalimələr uzun müddət davam et-miş, fikirlər daim haçalanmışdır. Lakin hələ 1899-cu ildə A.Fişer hesab edirdi ki, bakteriya bitkiyə yalnız yara yerindən daxil ola bilər.

Page 8: Azərbaycan Dövlət   Aqrar Universiteti

Fitopatogen bakteriyaların əsas növləri və onların törətdikləri xəstəliklər

Xəstəlik törədicinin taksonomik vəziyyəti

Xəstəliyin adı

Acidovorax anthurii Şüyüd yarpaqlarında ləkəlikBacillus megaterium Qabaq, kartof, qarğıdalı meyvələrində çürüməBacillus pumilus Şaftalının yetişməmiş meyvələrində ləkəlik

Clavibacter michiganensis subsp. michiganensis

Pomidorda bakterial xərcəng

Clavibacter michiganensis subsp. sepedonicus

Kartofda həlqəvi çürümə

Erwinia amylovora Meyvə ağaclarında yanıqErwinia alni Qoca ağcaqayın ağaclarının qabığında xərcəngErwinia pyrifoliae Armud ağaclarında xəstəlik

Pectobacterium carotovorum subsp. carotovorum

Tərəvəz və kartofda yaş çürümələr

Pseudomonas avellanae Qərzəkli ağaclarda xərçəngPseudomonas savastanoi Zeytun ağacının budaqlarında şişlərPseudomonas syringae pv. lachrymans Xiyarda bakterioz, kələ-kötür ləkəlikPseudomonas syringae pv. tabaci Tütündə bakterial ryabuxa

Page 9: Azərbaycan Dövlət   Aqrar Universiteti

Pseudomonas syringae pv. phaseolicola Lobyada kələ-kötür bakterioz

Pseudomonas syringae pv. broussonetiae Çəkil ağacında bakterial yanıq

Pseudomonas syringae pv. coriandricolaŞüyüd toxumlarının çürüməsi və hamaş çiçəklərdə yanıq

Pseudomonas syringae pv. cerasicola Albalı ağaclarında bakterial yumrular

Pseudomonas syringae pv. spinaceae Kərəviz yarpaqlarında ləkəlik

Ralstonia solanacearum Kartofda qonur bakterial ləkəlik

Ralstonia solanacearum

Quş üzümü fəsiləsi bitkilərində traxeobakterioz və ya cənub bakterial soluxma

Rhizobium radiobacter Meyvə ağaclarında kök xərçəngi

Xanthomonas campestris Kələmdə damarlı bakterioz

Xanthomonas campestris pv. allii Batun soğanda yanıq

Xanthomonas campestris pv. betocola Çüğundurda vərəm

Xanthomonas oryzae Çəltik bitkilərinin xəstəlikləri

Xanthomonas phaseoli Lobyada bakterioz, yarpaqlarda ləkəlik

Xanthomonas translucens Buğdada qara bakterioz

Xanthomonas vesicatoriaPomidor yarpaqlarında qara bakterial ləkəlik; xardal və bibər bitkilərini də yoluxur

Page 10: Azərbaycan Dövlət   Aqrar Universiteti

Bibər meyvələrində bakterial xərçəngCorynebacterium michiganense pv.

michiganense

Yemiş meyvələrində bakterial çürüməErwinia carotovara pv. carotovara

Page 11: Azərbaycan Dövlət   Aqrar Universiteti

Yarpaqda və meyvəcikdə yanıq- Erwinia amylovora

Page 12: Azərbaycan Dövlət   Aqrar Universiteti

Meyvədə bakterialı eksudatErwinia amylovora

Ləpədə çəhrayı çürümə Trichothecium roseum

Page 13: Azərbaycan Dövlət   Aqrar Universiteti

Noxudun bakterial yanığı Pseudomonas syringae pv. pisi

(Sackett) Young et. Al

Pomidorun bakterial xərçəngi Corynebacterium michiganenze pv.

michiganenze (Smith) Iensen.

Page 14: Azərbaycan Dövlət   Aqrar Universiteti

Azərbaycan Respublikasının Şəki-Zaqatala bölgəsində qərzəkli meyvə bitkilərində bakterioz tipli xəstəliklərin öy-rənilməsinə dair tədqiqatlar prof. H.İbrahimova məxsusdur.

Qeyd olunduğu kimi, bitkilərə böyük iqtisadi zərər vuran bakteriyaların arealı daim genişlənir. Belə ki, kartofda qara ayaq, həlqəvi çürümə tipli bakteriozların təsirindən saxlan-ma zamanı yumruların 40-50%-i məhv olur (K.V.Popkova, 1989).

Yeni fitopatogen bakteriyalar, o cümlədən məlum olma-yan bakterioz tipləri son zamanlar daim pisləşən ekoloji şəraitin təsiri altında formalaşır və yayılma areallarını geniş-ləndirirlər.

Page 15: Azərbaycan Dövlət   Aqrar Universiteti

Toxum və əkin materialı- ilkin infeksiyanın əsas mənbəyidir

Toplanmamış bitki qalıqları patogen bakteriyaların torpaqda

cəmləşməsinə imkan verir

İNFEKSİYA MƏNBƏYİ

Xəstə bitkilər

Həşəratlarla, quşlarla, əmək alətləri ilə, xəstə bitkilərin orqanları ilə, hava cərəyanının dəyişməsilə; Erwinia cinsi

bakteriyasının selikli biokütləsinin küləklə daşınması

Bakteriozlarla yoluxma zamanı infeksiya mənbələri

Page 16: Azərbaycan Dövlət   Aqrar Universiteti

Bitkinin düzgün qidalanmasının

pozulması

Patogen üçün əlverişli neytral və ya qələvi

mühit reaksiyası

Havanın optimal temperaturu

25-300C

Bitkinin səthində damcı suyun

yığılması

Bitkilərarası əlaqə nəticəsində

Çiçək vasitəsilə

Bitkinin səthində yaralar (patogenin bitkiyə passiv düşməsi) misal üçün, Erwinia chrysanthemi arılarla daşınır, onlar isə bitki səthində yaralar açırlar

Patogenin pektolitik ferment-lərinin bitkiyə təsiri, misal üçün, Erwinia chrysanthemi. Patogen toksinlərinin bitkiyə düşməsi zamanı – koronatin Pseudomonas syringae pv. coronafaciens. Toksinlərin bitkiyə təsirinin əlamətləri- yulafda yarpaq yanıqları, tütün yarpaqlarında xloroz

Yoluxmaya yardımçı olan şərait

İnfeksiyanın bitkiyə daxil olma yolları

Bitki toxumalarında təbii yollar:Ağızcıq: Pomidorda qara bakterial ləkəlik xəstəliyi Xanthomonas vesicatoria; Hidatodlar: kələmdə damar bakteriozu xəstəliyi Xanthomonas campestris; Mərcilər: meyvə ağaclarının köklərində, qara xərçəng xəstəliyinin törədicisi Rhizobium radiobacter; Mərcilər yumrularda: kartof yumrularında adi dəmgil xəstəliyinin törədicisi Streptomyces scabies; Gözcüklər yum-rularda: Kartof yumrularında yaş çürümə xəstəliyinin törədicisi Pectobacterium carotovorum subsp. carotovorum

Bitkilərin yoluxması yolları və qaydaları

Page 17: Azərbaycan Dövlət   Aqrar Universiteti

Xanthomonas vesicatoria – ağızcıqdan daxil olur

Page 18: Azərbaycan Dövlət   Aqrar Universiteti

Xanthomonas campestris – hitatodlardan daxil olur

Page 19: Azərbaycan Dövlət   Aqrar Universiteti

Rhizobium radiobacter – mərcilərdən daxil olur

Page 20: Azərbaycan Dövlət   Aqrar Universiteti

Streptomyces scabies - mərcilərdən daxil olur

Page 21: Azərbaycan Dövlət   Aqrar Universiteti

Pectobacterium carotovorum subsp. carotovorum – gözcüklərdən daxil olur

Page 22: Azərbaycan Dövlət   Aqrar Universiteti

Bitkidə fitopatogen bakteriyaların çoxalma yerləri

Hüceyrəarası boşluq

Ötürücü toxumalar

Bitkidə infeksiyanın sistem yayılması- eyni zamanda damar sistemi və ona yaxın toxumalar-da yerləşmə. Toxumlar. Bu za-man damar sisteminin bakteri-yalarla yoluxması hər zaman baş vermir, onlar yalnız damarlar va-sitəsilə yarpaq, gövdə və mey-vələrə doğru hərəkət edirlər. Nü-munə kimi bakteriozların sistem simptomları: soluxma, xloroz

Page 23: Azərbaycan Dövlət   Aqrar Universiteti

Bitkilərin bakteriyalarla yoluxmasının simptomları

Yarpaqlarda ləkəlilik

Bitkilərdə çırtdanlılıq

Yarpaqların soluxması

Yanıq- ayrı-ayrı orqan və toxumaların tez bir

zamanda qaralması və məhvi

Bakteriyanın damar topasından parenxim

toxumaya daxil olması zamanı gövdənin səthində

yaralar

Yerüstü və yeraltı toxumalarda şişlər, fırlar

(xərçəng, vərəm)

Nekroz- toxumanın məhv olması

Qarışıq yoluxma tipi: bir bitkidə bir-neçə tip yoluxma

Bitkilərin bakteriyalarla yoluxmasının simptomları

Xloroz -xlorofillərin dağılması nəticəsində bitki

toxumalarının saralması

Mikroskop altında bitki toxumlarının xarakterik strukturu: su ilə dolmuş

görkəm alır, yağlıtəhər görünür

Bitki səthində bakterial seliyin toplanması məsələn, xiyarda bakterioz zamanı (Ps. syrindae pv. lachrymans) buğdada qara bakterioz zamanı (Xanthomonas tanslucens)

Page 24: Azərbaycan Dövlət   Aqrar Universiteti

3.2 Bakteriyaların biologiyası və bitkilərin bakteriozlardan mühafizəsi

Bakteriyalar birhüceyrəli orqanizmlərdir. Bakteriya hüceyrəsi-

nin uzunluğu 1-3 mkm və eni 0,3-0,6 mkm-dir. Demək olar ki, bü-

tün fitopatogen bakteriyalar çubuqşəkilli olub, qamçılı olduqlarına

görə hərəkətlidirlər. Hərəkətsiz formaların sayı azdır. Bakteriyalar

xlorofildən məhrum orqanizmlərdir. Onların əksəriyyəti hazır üzvi

maddələrlə qidalanan, heterotrof orqanizmlərdir.

Page 25: Azərbaycan Dövlət   Aqrar Universiteti
Page 26: Azərbaycan Dövlət   Aqrar Universiteti

Xəstə bitki ilə işlərin aparılmasının ardıcıllığı aşağıdakı kimidir: 1) xəstəliyin simptomlarının dəqiq təsviri;2) bitkinin yoluxmuş toxumasında bakteriyanın müşahidə edilməsi:

onun mikroskopla tədqiqi, lazım olduqda bakterial hüceyənin və sahib bitkinin toxumalarının qrama görə rənglənməsi (analiz yalnız təzə mate-riallarla aparılır).

3) törədicinin bitkinin yoluxmuş hissəsindən təmiz kulturaya çıxarıl-ması;

4) bakterial kulturanın patogenliyinin təyin olunması, bitkiləri süni yoluxmaya uğratmaqla patogenlik qabiliyyətinin aşkar edilməsi. Bu zaman R.Koxun aşağıdakı ardıcıl qaydaları gözlənilməlidir: törədicisnin ayrılması onunla bitkinin yoluxdurulması təkrarən törədicinin ayrılması və ilkin ayrılmış törədiciyə identik olmasının sübut edilməsi.

5) kulturanın identifikasiyası;6) fitopatogen bakteriyaların infeksion tsikllərinin öyrənilməsi;7) bitkiləri bakteriozlardan qorumaq üçün müvafiq üsulun seçilməsi.

Page 27: Azərbaycan Dövlət   Aqrar Universiteti
Page 28: Azərbaycan Dövlət   Aqrar Universiteti

Pseudomonas corrugata

Page 29: Azərbaycan Dövlət   Aqrar Universiteti

Rhizobium sp.

Page 30: Azərbaycan Dövlət   Aqrar Universiteti

Agrobacterium tumefaciens

Page 31: Azərbaycan Dövlət   Aqrar Universiteti

Erwinia amylovora

Page 32: Azərbaycan Dövlət   Aqrar Universiteti

Clavibacter michiganensis subsp. michiganensis.

Page 33: Azərbaycan Dövlət   Aqrar Universiteti

Xanthomonas sp.

Page 34: Azərbaycan Dövlət   Aqrar Universiteti

Bitki mühafizəsində bakteriozlarla mübarizədə əsas istiqamət

profilaktik tədbirlərin həyata keçirilməsidir. Ilkin infeksiya mənbəyi

əsasən toxumlar olduğu üçün onlarin zərərsizləşdirilməsi və dezinfek-

siyasi öndə durur. Buna kimyəvi mübarizə və toxumlarin müəyyən

temperaturda saxlanmasi ilə nail olmaq olur.

Fitopatogen bakteriyaların mikrob- antoqonistlərinin torpaqda

yığıl-ması üçün şərait aqrotexniki tədbirlərin həyata keçirilməsi ilə

səciyyə-lənir: üzvi gübrələrin (peyin, kompost, siderat), mineral

gübrələrin düz-gün nisbətdə verilməsi; əhəngləmə; növbəli əkinə əməl

edilməsi. Mə-sələn, düzgün növbəli əkinə əməl edilməsi və üzvi

gübrələrin verilməsi, lobya bitkisinin kök çürüməsi xəstəliyi ilə

yoluxmasını aşağı salır.

Page 35: Azərbaycan Dövlət   Aqrar Universiteti

Antibiotik maddələr iki əsas xüsusiyyətlə xarakterizə

olunurlar:

1) onlar hətta aşağı kəsafəililikdə yüksək səmərəlidirlər;

2) onlar üçün seçicilik təsiri xarakterikdir, yəni hər antibiotik

müəyyən orqanizmlərə münasibətdə səmərəlidir və başqalarına isə

tamamilə təsirsizdir.

Bitki mühafizəsində tətbiq olunan antibiotiklərə əsas

tələblər aşağıdakılardır:

1) xəstəliyin törədicisinə qarşı fəal olmalı, bu fəallığı saxla-

malıdır;

2) bitki toxumasına asanlıqla daxil olmalıdır;

3) onların müalicə dozaları bitkilər üçün təhlükəsiz olmalıdırlar.

Page 36: Azərbaycan Dövlət   Aqrar Universiteti

Bitki bakteriozları ilə mübarizə qaydaları

Gen mühəndis üsullarından istifadə zamanı bitkinin genomunun dəyişməsinə istiqamətlənən işlər (transgen bitkilər). Bu bitkidə istənilən xəstəliyə qarşı davamlılıq

genlərini dəyişməyə imkan verir.

Toxumların kimyəvi üsulla zərərsizləşdirilməsi

Fiziki üsullarla toxumların zərərsizləşdirilməsi

(qaynar sudan istifadə)

Toxumların zərərsizləşdirilməsinin bioloji üsulu (antibiotiklərlə

işləmə). Bitkilərin antibiotiklərlə çilənməsi

Fitopatogen bakteriyaların antoqonistləri olan mikroorqanizmlərlə torpağın zənginləşdirilməsi,

onların toplanması üçün əlverişli şəraitin yaradılması

Bitkiyə münasibətdə patogeni virulentlikdən məhrum edən bakteriyaarası gen köçürmənin

tətbiqi

Xaricdən və başqa rayonlardan səpin və əkin materialının daşınması zamanı karantin

tədbirləri

Qamma şüalarla torpağın dezinfeksiyası

Qamma şüalarla torpağın dezinfeksiyası

Torpağa gübrələrin, o cümlədən mikrogübrələrin verilməsi (mineral güb-

rələrin yüksək dozası bitkilərin xəstəliklərə qarşı davamlılığını aşağı salır)

BİTKİ BAKTERİOZLARI

Page 37: Azərbaycan Dövlət   Aqrar Universiteti

3.3 Aktinomisetlər və fitoplazmalar haqqında anlayış

Fitopatogen aktinomisetlər içərisində bitki-lərdə dəmgil xəstəliyi əmələ gətirən Streptomy-ces cinsi növləri maraq kəsb edir.

Kartofda dəmgil xəstəliyini Streptomyces scabies törədir. Xəstəlik kartofun vegetasiya dövrü yumrularında inkişaf edir. Yoluxma ye-rində çatlar əmələ gəlir, sirayətlənmiş toxuma-nın mantarlaşması baş verir, yaralar formala-şırlar. Güclü yoluxma zamanı yaralar qovuşur və yumru bütövlükdə qıtmıqla örtülür. Yum-rularda adi dəmgil xəstəliyini törədən aktino-miset torpaqda toplanır, sirayətlənmiş yumru-larda, yara və çatlarda saxlanılır.

Page 38: Azərbaycan Dövlət   Aqrar Universiteti

Fitoplazmalar. Bitkilərin xəstəliklərinin törədiciləri kimi fitop-lazmalar yalnız 1967-ci ildə kəşf edilmişdir. Fitoplazmanı ilk dəfə yapon alimləri cırtdanlılıq xəstəliyi ilə yoluxmuş çəkil ağacının floema borularını tədqiq edərkən, elektron mikroskopunun köməyi ilə müşahidə etmişlər. Hazırda 59 fəsiləyə mənsub olan 200-dən artıq bitki növü fitoplazmalarla yoluxurlar (Campbell R.N., 2001). Hətta litva kimi məhdud bir ərazidə 40-a qədər bitkidə fitoplazma mənşəli xəstəliklərin olduğu aşkar edilmişdir (V.I.Bilay və başqaları, 1988). Təəsüflər olsun ki, Azərbaycan şəraitində bu və ya digər bit-kinin fitoplazma mənşəli patogenlərlə yoluxması haqqında ədəbiy-yatlarda heç bir məlumat yoxdur.

Page 39: Azərbaycan Dövlət   Aqrar Universiteti

Streptomyces scabies

Page 40: Azərbaycan Dövlət   Aqrar Universiteti

Streptomyces scabies

Page 41: Azərbaycan Dövlət   Aqrar Universiteti

Pomidorda stolbur

Page 42: Azərbaycan Dövlət   Aqrar Universiteti

Mollicutessinfi

Mycoplasmatalessırası

Acholeplasmatalessırası

Mycoplasmataceaefəsiləsi

Spiroplasmataceae fəsiləsi

Page 43: Azərbaycan Dövlət   Aqrar Universiteti

3.4 Viruslar və onların törətdiyi xəstəliklər

Viruslar çox kiçik (submikroskopik) orqa-nizmlər olmaqla insan, heyvan və bitkilərin xəs-təlik törədicilərdirlər. Onlar hüceyrəvi quruluşa malik deyillər. Süni qida mühitlərində becəril-mirlər. Yalnız sahib bitkinin canlı hüceyrələ-rində çoxalırlar.

Virusologiyanın inkişaf tarixi XIX əsrin sonlarından başlayır. Holland alimi M.Beyernik 1899-cu ildə «virus» terminini işlətmişdir.

Page 44: Azərbaycan Dövlət   Aqrar Universiteti

Cavan pomidor meyvələrində strik və yarpaqda mozaika

Cucumis virus 1 Smith.

Page 45: Azərbaycan Dövlət   Aqrar Universiteti

Soğan bitkilərində sarı cırtdantlılıq virus xəstəliyi

Peronospora destructorKartofun zolaqlı mozaikası

Solanum virus 2 Smith.

Page 46: Azərbaycan Dövlət   Aqrar Universiteti

3.5 Virusların biologiyası və bitkilərin virus xəstəliklərindən mühafizəsi

Virusların daşıyıcıları olan həşəratlar:A – şaftalı mənənəsi (Myzodes persicae Sulz.) (qanadsız və qanadlı formalar); B – tarla bağacığı (Lygus pratensish.) (sağda – yetkin fərd, solda IV yaşlı süfrə); C -sisəklər; a-sarmaşıq (Hyalentus absoletus Sryn.), b-yonca (Aphrodes licintus Curt.), c- altınöqtəli (Macrosteles sexnotatus Fall.)

Page 47: Azərbaycan Dövlət   Aqrar Universiteti

Virus xəstəliklərinin simptomları

Virus xəstəliklərinin simptomları çox müxtə-lifdir. Əmələ gəlmə xarakterinə görə 5 tip fərq-ləndirilir:

1) böyümənin gecikməsi; 2) müxtəlif orqanların rənglərinin dəyiş-

məsi; 3) orqanların deformasiyası; 4) nekrozlar; 5) reproduktiv funksiyaların pozulması

(sterillik, toxumsuzluq, yumurtalıq və çiçəklərin tökülməsi).

Page 48: Azərbaycan Dövlət   Aqrar Universiteti

Müxtəlif orqanların rənglərinin dəyişməsi

NekrozlarReproduktiv

funksiyaların pozulması

Orqanların deformasiyası

Böyümənin gecikməsi

Virus xəstəliklərini

xarakterizə edən simptomlar

Page 49: Azərbaycan Dövlət   Aqrar Universiteti

Virus xəstəliklərindən mühafizə

Virusadavamlı sortlar

Profilaktiki tədbirlər

Virusların ingibitorları

Termoterapiya

Terapiya tədbirləriAqrotexniki tədbirlər

Vaksinasiya

Kimyaterapiya

Daşıyıcılarla mübarizə

Virussuz əkin materialının istifadəsi

Page 50: Azərbaycan Dövlət   Aqrar Universiteti

1.Bakteriya mənşəli xəstəliklərdə ilkin infeksiya mənbəyi nədir?

a) yoluxmuş toxumlar, əmək alətləri

b) sirayərlənmiş əkin materialı

c) xəstə calaqaltılar, əmək alətləri, xəstə bitkilər

d) yoluxmuş toxum və əkin materialları, xəstə

bitkilər, toplanmamış bitki qalıqları

e) sirayətlənmiş bitki qalıqları

Özünü yoxlama üçün mövzuya aid test sualları

Page 51: Azərbaycan Dövlət   Aqrar Universiteti

2. Bakteriyalar bitkiyə hansı yollarla daxil olurlar?

a) ağızcıq, hidatodlar, mərcilər, mərcilər yumrularda,

yumrularda gözcüklər, mexaniki zədələr

b) yalnız mexaniki zədə yerlərindən

c) sağlam toxumaya nifuz etməklə

d) yalnız təbii yollarla

e) mərcilər, ağızcıq və mexaniki zədələr

Page 52: Azərbaycan Dövlət   Aqrar Universiteti

3. Bakteriozların inkişafı üçün tələb olunan optimal hava temperaturu

a) 25 - 30º C

b) 16 - 20º C

c) 20 – 40º C

d) 15 – 18º C

e) 30 – 35º C

Page 53: Azərbaycan Dövlət   Aqrar Universiteti

4. Fitopatogen bakteriyaların çoxalma yerləri ?

a) yarpaqların altında yerləşən ağızcıqlar

b) hüceyrəarası boşluq və ötürücü toxumalarda

c) sitoplazmada

d) mexaniki toxumalarda

e) yoluxduğu orqanların səthində

Page 54: Azərbaycan Dövlət   Aqrar Universiteti

5. Qidalanma xarakterizə görə bakteriyalar neçə orqanizmlərdir?

a) avtotrof

b) biotrof

c) hemibiotrof

d) heterotrof

e) fakültətiv saprotrof

Page 55: Azərbaycan Dövlət   Aqrar Universiteti

6. Bakteriya hüceyrəsi nədən ibarətdir?

a) sitoplazmatik kütlədən

b) ali mitseldən

c) ibtidai mitseldən

d) çılpaq protoplazmadan

e) ali və ibtidai mitsel hiflərindən

Page 56: Azərbaycan Dövlət   Aqrar Universiteti

7. Bakteriyalarla yoluxmanın başlıca simptomları hansıdır?

a) ləkəliklər, yastıcalar, deformasiyalar

b) yalnız ləkəliklər

c) ləkəliklər, cırtdanlılıq, soluxma, toxumaların

qaralması və məhvi

d) çürümələr, yastıcalar, ləkəliklər, fırlar

e) yalnız, deformasiyalar və çürümələr

Page 57: Azərbaycan Dövlət   Aqrar Universiteti

8. Fitopatogen bakteriyalar üçün xarakterik fermentləri sıralayın?

a) qlükoza, nişasta, amiloza, pektin maddələri

b) protopektinaza, pektinaza, proteoza, amilaza,

xlorofillaza, trozinaza

c) pektinaza, trozinaza, qlünoza, nişasta, saxaroza

d) amilaza, pektinaza, qlükoza, nişasta

e) prozinaza, nişasta, qlükoza, sadə karbohidratlar,

pektinaza

Page 58: Azərbaycan Dövlət   Aqrar Universiteti

9. Aktinomiset mənşəli xəstəlik törədicini göstərin?

a) Plasmopora viticola

b) Botrytis cinerea

c) Uncinula necator

d) Clasterosporium carpophilum

e) Streptomyces scabies

Page 59: Azərbaycan Dövlət   Aqrar Universiteti

10. Fitoplazmalar bitkilərdə xəstəlik törədici kimi neçənci ildə təsvir edilmişdir?

a) 1980

b) 1990

c) 1887

d) 1900

e) 1967

Page 60: Azərbaycan Dövlət   Aqrar Universiteti

11. Virus terminini kim və neçənci ildə ilk dəfə işlətmişdir?

a) 1861-ci ildə Anton de Bari

b) 1926-cı ildə Rostovsev

c) 1900 -ci ildə Naumov

d) 1799-ci ildə M.Beyernik

e) 1967-ci ildə F.Babayev

Page 61: Azərbaycan Dövlət   Aqrar Universiteti

12. Virusların ötürülməsində hansı həşəratlar önəmli yer tutur?

a) sorucu ağız aparatına malik həşəratlar

b) gəmirici həşəratlar

c) sorucu və gəmirici ağız aparatına malik həşəratlar

d) yalnız sərtqanadlılar

e) yalnız kəpənəklər

Page 62: Azərbaycan Dövlət   Aqrar Universiteti

13. Vaksinasiya nədir?

a) bu bitkinin virusun zəif patogenli ştammı ilə

yoluxdurulmasıdır

b) bu bitkinin virusa qarşı cavab reaksiyasıdır

c) bu bitkinin yoluxmaya qarşı davamlılığıdır

d) bu bitkinin özünü qoruma instiktidir

e) bu bitkinin göbələklə yoluxdurulmasıdır

Page 63: Azərbaycan Dövlət   Aqrar Universiteti