transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · web viewrəsmi məlumatda bildirilir...

91
Xəbər bülleteni № 25 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Mart 2016 Dollar bahalaşıb, avro yox 01.03.2016 Martın 1-də ABŞ dollarının rəsmi kursu 1,5687 manata yüksəlib. Transparency.az xəbər verir ki, avro 1,7071 manat olub. Mərkəzi Bank fevralın 29-da manatın dollara məzənnəsini 1,5655 manat, avronun satış kursunu isə 1,7118 manat müəyyən etmişdi. Manatın digər valyutalara məzənnəsi martın 1-də belə təsdiqlənib: 1 gürcü larisi – 0,6377 manat 1 ingilis funt sterlinqi – 2,1857 manat 1 İsveçrə frankı – 1,5729 manat 1 Küveyt dinarı – 5,2142 manat 1 Rusiya rublu – 0,0209 manat.

Upload: others

Post on 19-Jan-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Xəbər bülleteni № 25http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38E-mail: info©transparency.az

Mart 2016

Dollar bahalaşıb, avro yox01.03.2016

Martın 1-də ABŞ dollarının rəsmi kursu 1,5687 manata yüksəlib. Transparency.az xəbər verir ki, avro 1,7071 manat olub. Mərkəzi Bank fevralın 29-da manatın dollara məzənnəsini 1,5655 manat, avronun satış kursunu isə 1,7118 manat müəyyən etmişdi.

Manatın digər valyutalara məzənnəsi martın 1-də belə təsdiqlənib:

1 gürcü larisi – 0,6377 manat

1 ingilis funt sterlinqi – 2,1857 manat

1 İsveçrə frankı – 1,5729 manat

1 Küveyt dinarı – 5,2142 manat

1 Rusiya rublu – 0,0209 manat.

Prezident: “Enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq”01.03.2016

Page 2: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

“Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik”. Prezident İlham Əliyev fevralın 29-u Bakıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında belə deyib.

Dövlət başçısı qeyd edib ki, Bakıda bir il əvvəl keçirilmiş birinci toplantı bütün layihə üzvləri arasında əlaqələndirməni yaratmaq məqsədilə göstərilmiş səylərin təzahürü idi, həmin səylər böyük uğurla nəticələnib: “Bir il ərzində ikitərəfli və çoxtərəfli formatda çoxsaylı görüşlərimiz olub. Bu gün aparılan əlaqələndirmənin və əməkdaşlığın səviyyəsi bizim düzgün yolda olduğumuzu nümayiş etdirir. 2015-ci ildə əldə edilmiş mühüm nailiyyətlərdən biri təməlqoyma mərasimi və TANAP layihəsinin həyata keçirilməsinin başlanması oldu. Ötən il Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirildi. Bildiyiniz kimi, TANAP layihəsi “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında olduqca əhəmiyyətli idi.

Hər şey cədvələ uyğun gedir. Biz düzgün istiqamətdəyik. Eyni zamanda mən 2015-ci ilin nailiyyətləri sırasında səylərimizin əlaqələndirilməsini qeyd etmək istərdim. Hazırda biz böyük komanda kimi çalışırıq. Bu heyət bir çox ölkələrdən ibarətdir. Əlbəttə, əməkdaşlıq və əlaqələndirmə səviyyəsi, qarşılıqlı etimad həmin genişmiqyaslı layihənin həyata keçirilməsində vacibdir.

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda dəhliz üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir.

Page 3: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Lakin ümidvaram ki, təchizatın digər mənbələri də olacaq. Biz böyük həcmdə təbii qazı nəql edəcək boru kəməri çəkirik. Zənnimcə, gələcək planlar və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.

Bu gün bizim olduqca möhkəm əməkdaşlıq formatımız var. Mən layihədə iştirak edən bütün ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Komissiyasına, Birləşmiş Ştatların hökumətinə bu layihənin həyata keçirilməsinə verdikləri dəyərli töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm.

“Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır.

Fikrimcə, biz burada “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr və eyni zamanda istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Həmçinin hesab edirəm, gələn iki–üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var.

Azərbaycan hələ 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kimi böyük neft yatağının işlənməsi üçün dünyanın əsas neft şirkətləri ilə müqavilə imzalayanda hesab edirdik ki, bu layihənin həyata keçirilməsi, Qara və Aralıq dənizlərinə neft boru kəmərinin çəkilməsi ilə biz öz işimizi başa çatdıracağıq.

Lakin indi — həmin tarixi gündən 22 il keçəndən sonra görürük ki, proses yenə də davam edir. Nailiyyətlərimiz çoxdur. Hətta deyərdim ki, enerji sektorunda Azərbaycan hökuməti bütün vədlərini yerinə yetirdi və planlaşdırdıqlarının hamısına nail oldu. Lakin bu proses yenə də davam edir. Çünki bir layihənin arxasınca digər layihə yaranır. Biz artıq dəhlizi yaratmışıq və ondan həmçinin digər layihələr üçün istifadə edirik. Gürcüstan və Türkiyəyə təbii qazın nəqlini nəzərdə tutan layihə məhz belə başladı. Biz bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətti layihəsini əlavə etmişik. Ümid edirəm ki,

Page 4: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

həmin layihənin bu il açılışı baş tutacaq. Bütün bunlar Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır.

Enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur. Bu ilin əvvəlində mən Davos İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında iştirak etdim. Enerji təhlükəsizliyi məsələsi hər iki tədbirdə — dünyanın həmin iki ən mühüm toplantısının gündəliyində idi.

Əlbəttə ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir.

Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik. Fikrimcə, bu şəkildə qurduğumuz əməkdaşlıq bunu nümayiş etdirir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqik. Azərbaycan üçün bu o deməkdir ki, gələn bir neçə il, onilliklər ərzində ölkəmiz hasil edə biləcək həcmə uyğun təbii qazın satışından yararlanacaq. Eyni zamanda biz layihə üzvləri arasında olduqca möhkəm əməkdaşlıq quracağıq və bu işbirliyi iqtisadiyyatın digər sektorlarına aid olan sahələrdə də nailiyyətlərə imkan açacaq.

Bu layihə həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir.

Beləliklə, ölkəmiz üçün bu layihənin faydası aydındır. Əminəm ki, bundan həmçinin bu zalda təmsil olunan bütün ölkələr faydalanacaqlar. Biz istədiyimizə yaxşı dostluq və tərəfdaşlıq şəraitində nail olacağıq. Fikrimcə, dostluq və tərəfdaşlıq dəhlizin reallaşması üçün olduqca vacibdir”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev əlavə edib ki, TANAP layihəsinin həyata keçirilməsi hazırda olduqca fəal mərhələdədir: “Əminəm ki, o, vaxtında, hətta cədvəldən əvvəl icra ediləcək. Əlbəttə, istərdim ki, eyni yanaşma Trans-Adriatik layihəsinin həyata keçirilməsində də olsun. Ümid edirəm ki, bu il tikinti işləri başlayacaq və hasilatçılarla əlaqələndirmə sayəsində “Cənub” qaz boru kəmərinin çəkilməsində məqsədlərimizə nail olacağıq”.

Page 5: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Dövlət Gömrük Komitəsinin işçilərinə 25 faizlik güzəşt fərmanı qüvvəyə mindi01.03.2016

Transparency.az bildirir ki, sənəd Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar tədbirləri nəzərdə tutan 25 fevral 2011-ci il fərmanına dəyişikliyi nəzərdə tutur. Yeniliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. İndiyə qədər əlavənin verilməsi üçün nəzərdə tutulan məbləğ büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi həcmində idi.

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirməyə fərman verib. Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir.

Transparency.az bildirir ki, sənəd Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar tədbirləri nəzərdə tutan 25 fevral 2011-ci il fərmanına dəyişikliyi nəzərdə tutur. Yeniliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. İndiyə qədər əlavənin verilməsi üçün nəzərdə tutulan məbləğ büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi həcmində idi.

Page 6: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Dövlət Neft Fondunun vəsaiti 9,5 faiz azalıb01.03.2016

Martın 1-də Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsi büdcə açıqlaması yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2015-ci ildə ARDNF-nin büdcə gəlirləri 7 milyard 721,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 187,7 milyon manat olub.

Hesabata əsasən, ötən il ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 7 milyard 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 369,6 milyon manat, akrhesabı ödənişlərdən 2,2 milyon manat, bonus ödənişlərindən 2,1 milyon manat qazanıb. Tranzit gəlirləri 11,6 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlir 23 milyard 217,8 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində fondun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 130 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 61,5 milyon manat vəsait ayrılıb.

35,5 milyon manat vəsait 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılıb.

Page 7: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Ötən il fondun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-nin aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 9,5 faiz azalaraq 33 milyard 574,1 milyon ABŞ dollarına bərabər olub.

96 ildə AZƏRTAC-ın adı 8 dəfə dəyişib01.03.2016

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) yaranmasının 96 ili bağlı material yayıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Teleqraf Agentliyi 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. Lakin həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrilib.

Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AzQafRosta adı alan agentlik 1921-ci ilin avqustunda AzərTA adlandırılıb. 1922-ci ildə SSRİ-nin təşkilindən sonra AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başlayıb. 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradılıb və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirilib. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa edib, daha sonra Azərinform adlanıb.

96 illik fəaliyyəti dövründə AZƏRTAC-ın adı 8 dəfə dəyişdirilib. Son dəyişiklik ötən il olub: prezident İlham Əliyevin 26 fevral 2015-ci il sərəncamı ilə qurum Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılıb.

AZƏRTAC hər gün fasiləsiz olaraq 7 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dilləri) informasiya və 5 dildə videoxəbər yayır. Onun 21 ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri var.

“Facebook”, “Twitter”, “YouTube”, “İnstagram” kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.

Nazirlik elektron xidmət hesabatı yayıb01.03.2016

Page 8: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, fevral ayında qurumun elektron xidmətlərindən istifadə sayı yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb. Nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən faydalananların sayında da artım olub. Fevral ayında əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 180 061 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə  25 578 dəfə istifadə edib, bu da yanvar ayı ilə müqayisədə müvafiq olaraq 45,6 faiz və 11,2 faiz çoxdur.

Fevral ayında əhali nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən 14 751 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 13 229 dəfə faydalanıb.

“Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidmətindən 5 355 dəfə, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” e-xidmətindən 4 560 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən isə 1 584 dəfə istifadə qeydə alınıb.

Fevral ayının sonlarına doğru əhalinin istifadəsinə verilən “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətinə 28 606 dəfə müraciət olunub.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 448 432 dəfə istifadə edib, bu da son iki ayda “Elektron hökumət” portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını deməkdir.

Page 9: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq qanunvericiliyinin 16709 pozuntusunu aşkar edib01.03.2016

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində tədbirlər haqda məlumat yayıb.  Məlumatda deyilir ki, komitə Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydləri keçirir: “Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Məlum olub ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil,  istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır. Bundan əlavə qanunla müəyyən edilmiş mühafizə zonalarında yaşayış və ya qeyri-yaşayış, meşə fonduna aid torpaq sahələrində kommersiya məqsədli obyektlər tikilir.

Torpaq müfəttişlərinin apardığı monitorinqlər zamanı aşkar edilib ki, bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar. Müxtəlif təyinatlı torpaq sahələrinin özbaşına zəbt olunması və əsassız istifadəsi isə həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır.

Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi

Page 10: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

Bunu nəzərə alaraq Azərbaycanda torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı cəzalar sərtləşdirilib. İndiyədək komitə torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16709 hal aşkarlayıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, dövlət müfəttişləri 787 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 2015-ci ildə torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh növü tətbiq edilib və 152 min manatdan çox inzibati cərimə tətbiq edilməsi barədə qərarlar qəbul olunub”.

Şəmkirli Yervand Zaxaryan Ermənistanda nazir postunu itirdi01.03.2016

Azərbaycanda anadan olmuş Yervand Zaxaryan Ermənistanın energetika və təbii sərvətlər naziri postundan çıxarılıb. Transparency.az xəbər verir ki, prezident Serj Sərkisyanın fərmanı ilə energetika və təbii sərvətlər naziri postuna Levon Yolyan gətirilib. Levon Yolyan fevralın 29-dək Yoxlama Palatasının sədr müavini idi.

Yervand Zaxaryan 1946-cı ildə Azərbaycanın Şəmkir rayonunda anadan olub. O, Yerevan Politexnik İnstitutunu bitirib. 2003-2009-cu illərdə paytaxt Yerevanın meri olmuş Yervand Zaxaryan 2009-cu ildən Daşınmaz Əmlak Kadastrı Dövlət Komitəsinin sədri vəzifəsini tutub. Energetika və təbii sərvətlər naziri postuna 2014-cü il aprelin 30-da təyin edilmişdi.

Page 11: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Rusiyada 200 min vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub01.03.2016

2015-ci ildə Rusiyada vətəndaşların hüquqlarını pozduğuna görə 200 minə yaxın vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. Novator.az bildirir ki, Rusiya baş prokurorunun birinci müavini Aleksandr Buksman martın 1-də belə açıqlama verib.

Buksman ötən il vətəndaşlar və sosial hüquqlarla bağlı 3 milyon qanun pozuntusunun aşkarlanaraq aradan qaldırıldığını deyib. Onun sözlərinə görə, ötən il prokurorlar qanunsuz bələdiyyə aktları və digər aktlara dair 217 min iddia irəli sürüb, 418 min sərəncam veriblər.

Baş prokurorun birinci müavini vətəndaşların müdafiəsi üçün məhkəmələrə 640 min iddia və ərizənin təqdim edildiyini, bunlardan 90%-nin təmin olunduğunu söyləyib.

Novruz yarmarkalarının ünvanları01.03.2016

Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar 12-20 martda keçiriləcək satış yarmarkalarının ünvanlarını açıqlayıb. Yarmarkalar Bakı şəhəri üzrə “Bakı” kinoteatrının yaxınlığında; Keşlə bazarının ərazisində; Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxasında; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat

Page 12: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Birliyinin yanında; Dərnəgül, “Elit” Ticarət Mərkəzinin yaxınlığında təşkil olunacaq.

Sumqayıt şəhəri üzrə 12-ci mikrorayon və köhnə avtovağzalın yanı, Abşeron rayonu üzrə, Xırdalan qəsəbəsi, şahmat məktəbinin yanı ünvanları seçilib.

Məhkəmələrdən informasiya əldə etmək qanunu üçüncü oxunuşa getdi01.03.2016

Martın 1-i Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi ilə bağlı növbəti müzakirələr aparılıb. Komitənin sədri Əli Hüseynli qanun layihəsi haqqında məlumat verərək bildirib ki, məhkəmə orqanlarının fəaliyyəti, məhkəmə prosesi, onun haqqında informasiya əldə olunması cəmiyyət üçün nə qədər vacibdirsə, bu informasiyanın obyektiv olması da bir o qədər əhəmiyyətlidir. Əli Hüseynli bu sahədə mövcud olan bir sıra ziddiyyətli məsələlərin həlli üçün belə bir qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2009-cu ilin iyununda parlamentə daxil olan qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Sənəd məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etməyin əsas prinsiplərini, vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı hər hansı bir informasiya əldə etməsinin mümkünlüyünü və şəffaflığını tənzimləyəcək. Qanun layihəsində məhkəmələrin fəaliyyəti ilə bağlı informasiyanın əldə olunmasının təşkili, məlumatların verilmə forması, istifadəçilərin hüquqları, informasiya ilə təmin edilmə sahəsində əsas tələblər, arxiv fondları ilə tanışlıq, sorğu verilməsi, informasiyanın dərc edilməsi və digər bu kimi əsas prinsiplər əksini tapıb.

Page 13: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Layihə iki oxunuşda Milli Məclisdə qəbul olunub. Lakin həmin vaxt sənədin tətbiqi üçün məhkəmələrin maddi-texniki bazası tam hazır olmadığından layihənin üçüncü oxunuşda qəbulu müəyyən müddətə dayandırılıb.

Qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbəri AZƏRTAC yayıb.

Əmanətlərin tam sığortalanması rəsmiləşdi01.03.2016

Prezident İlham Əliyev parlamentin 19 yanvar iclasında qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunu imzalayıb. Transparency.az bildirir ki, qanunun 3-cü maddəsinə görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.4-cü maddədə qeyd olunur ki, qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində qanunun 3-cü maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməlidir. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə sığortalanmamış əmanətlər üzrə kompensasiyalar “Əmanətlərin sığortalanması haqqında” qanuna müvafiq qaydada ödənilir.

Page 14: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Qeyri-neft məhsulları ixrac edənlərə pul veriləcək01.03.2016

Prezident İlham Əliyev 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Martın 1-də verilən fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.

İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

Fərmanda Nazirlər Kabinetinə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları” ölkə prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etmək tapşırılıb.

Fərman 2016-cı il martın 1-dən 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.

Page 15: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Gürcüstan iqtisadiyyatında 0,8% artım qeydə alınıb01.03.2016

2016-cı ilin yanvarında Gürcüstanda ötən ilin ilk ayı ilə müqayisədə 0,8% iqtisadi artım qeydə alınıb. Novator.az xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidməti martın 1-də belə hesabat yayıb.

Ötən ilin yanvarında ölkədə ümumi daxili məhsul (ÜDM) 0,5% artmışdı.

2015-ci ildə iqtisadi artım 2014-cü illə müqayisədə 2,8% təşkil edirdi.

Komitənin hesabatında iqtisadi artıma maneələrdən də bəhs olunur. Bu sırada əsasən xarici faktorlar göstərilir. Hesabata görə, bölgədəki ağır iqtisadi durum mal və xidmətlərin ixracından gələn gəlirlərə mənfi təsir edir.

2016-cı ilin yanvarında Gürcüstanın dövlət büdcəsinin gəlirləri 578,5 milyon lari (231,4 milyon dollar) təşkil edib. Bu, 2015-ci ilin dekabrı ilə müqayisədə 297 milyon lari (119 milyon dollar) azdır.

Bu ilin yanvarında dövlət büdcəsinin xərcləri 598,4 milyon lari (339,4 milyon dollar) olub. Ötən ilin dekabrında bu rəqəm 922,1 milyon lari (369 milyon dollar) idi.

Bəzi büdcə təşkilatlarında maaşlar artırıldı01.03.2016

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirməyə sərəncam verib. Sərəncama

Page 16: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

əsasən, aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq vəzifə maaşları 2016-cı il martın 1-dən orta hesabla 10 faiz artırılır:

Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi;

İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq;

Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzi;

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi;

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi;

Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi;

Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi;

Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi.

Page 17: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Manatda ucuzlaşma02.03.2016

Azərbaycan manatı martın 2-də əksər xarici valyutalar qarşısında dəyər itirib. Transparency.az bildirir ki, rəsmi kurs yalnız Belarus rublu və İran rialı qarşısında sabit qalıb, İsveç kronu, Ukrayna qrivnası, yapon yeninə nəzərən isə artıb.

Mərkəzi Bank martın 2-də ABŞ dollarının kursunu 1,5687 manatdan 1,5764 manata qaldırıb. Avronun satış kursu da yüksəlib. Martın 1-də kurs 1,7071 manat olub, bu gün isə rəsmi məzənnə 1,7117 manatdır.

Manat Rusiya rubluna nəzərən də ucuzlaşıb. 1 Rusiya rublu 0,0209 manatdan 0,0215 manata qalxıb.

Klinton 7 ştatda birinci oldu02.03.2016

ABŞ-da prezidentliyə iddiaçıların ilkin seçki yarışının daha bir mərhələsi arxada qalıb. Transparency.az-ın məlumatına görə, martın 1-i bir neçə ştatda ilkin seçki keçirilib. Demokratlar Partiyasından sabiq prezident Bill Klintonun xanımı Hillari Klinton 7 ştatda qalib gəlib. Sabiq dövlət katibi Corciya, Virciniya, Alabama, Massaçusets, Tennesi, Texas və Arkanzas ştatlarında qalib gəlib.

Onun rəqibi Berni Sanders 4 ştatın səsini alıb. Berni Sanders Vermont, Oklahoma, Minnesota və Kolorado ştatlarında üstünlük qazanıb.

Page 18: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Respublikaçılar Partiyasından isə Donald Tramp 7 ştatda birincilik qazanıb. O, Massaçusets, Alabama, Corciya, Vermont, Virciniya, Tennesi və Arkanzasda üstün olub.

Ted Kruz Texasda və Oklahomada, Marko Rubio Minnesotada üstün gəlib.

ABŞ-da prezident seçkisi 2016-cı il noyabrın 8-də keçiriləcək.

Həm respublikaçılar, həm də demokratlar prezidentliyə namizədi yayda keçiriləcək qurultaylarında seçəcəklər. Hazırda Hillari Klinton qurultaya 989, Berni Sanders 349 nümayəndə qazanıb.

Donald Trampın 230, Ted Kruzun 82, Marko Rubionun 53 səsi var.

Respublikaçılar Partiyasından namizəd olmaq üçün azı 1237, Demokratlar Partiyasından namizəd olmaq üçün 2383 səs gərəkdir.

Məhkəmə-Hüquq Şurasında hesabat iclası: cəzalar var02.03.2016

Martın 1-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyəti üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Transparency.az rəsmi məlumata əsasən bildirir ki, iclasda çıxış edən şura sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirildiyini, qanunvericiliyin tələblərinin pozan, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verən 13 hakimin intizam məsuliyyətinə cəlb olunduğunu deyib.

Page 19: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Fikrət Məmmədov qeyd edib ki, ötən ilin mühüm hadisələrindən biri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyi olub: “Ötən müddət ərzində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, insan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.

Görülmüş tədbirlər cəmiyyətdə məhkəmələrə inamı artırıb, mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30%-dən çox artaraq 330 minə çatıb, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9%, iqtisadi mübahisələr üzrə 96,5%, inzibati mübahisələr üzrə 82,7% təşkil edib. Qəbul edilmiş qərarların stabilliyi də artıb, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 98%-i, hökmlərin isə 91%-i dəyişdirilməyərək sabit qalıb”.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb, vakant olan şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.

3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar Rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanıb.

Məhkəmə-Hüquq Şurasında hesabat iclası: cəzalar var02.03.2016

Page 20: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Martın 1-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyəti üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Transparency.az rəsmi məlumata əsasən bildirir ki, iclasda çıxış edən şura sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirildiyini, qanunvericiliyin tələblərinin pozan, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verən 13 hakimin intizam məsuliyyətinə cəlb olunduğunu deyib.

Fikrət Məmmədov qeyd edib ki, ötən ilin mühüm hadisələrindən biri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyi olub: “Ötən müddət ərzində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, insan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.

Görülmüş tədbirlər cəmiyyətdə məhkəmələrə inamı artırıb, mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30%-dən çox artaraq 330 minə çatıb, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9%, iqtisadi mübahisələr üzrə 96,5%, inzibati mübahisələr üzrə 82,7% təşkil edib. Qəbul edilmiş qərarların stabilliyi də artıb, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 98%-i, hökmlərin isə 91%-i dəyişdirilməyərək sabit qalıb”.

Page 21: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

İclasda bir sıra təşkilati məsələlərə baxılıb, vakant olan şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.

3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar Rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanıb.

İşğal zonasında qeyri-qanuni fəaliyyət hesabatı təqdim olunub02.03.2016

Xarici İşlər Nazirliyi martın 2-də “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat təqdim edib. AZƏRTAC-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev martın 2-də keçirdiyi mətbuat konfransında bildirib ki, hesabatda əks olunmuş məlumat daha çox erməni açıq mənbələrindən toplanıb, işğal olunmuş ərazilərdə məskunlaşmanın həyata keçirilməsini, mülkiyyətin, təbii sərvətlərin vəhşicəsinə istismarını, talan edilməsini və qeyri-qanuni ticarəti daxil olmaqla davamlı fəaliyyəti sübut edən dəlillərə əsaslanır: “Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal edilmiş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır”.

Page 22: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Mətbuat katibi qeyd edib ki, hesabat bir neçə hissədən ibarətdir: Girişdə məsələ barədə və hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir, icmalda hesabatın gəldiyi nəticələr təqdim olunur.

3-cü hissədə Azərbaycan ərazilərinin işğalı və bu ərazilərin ilhaq edilməsi, 4-cü hissədə Ermənistanın iqtisadi gəlirlər məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri, 5-ci hissədə Azərbaycan ərazilərinin işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə əlaqədar Ermənistanın öhdəliyi və məsuliyyəti, 6-cı hissədə Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər əhatə olunur.

Hesabatın hazırlanmasında əsasən Ermənistan və erməni diaspor dairələrinin kütləvi informasiya vasitələrinin məlumatlarından istifadə edilib, 500-dən artıq müxtəlif məlumata müraciət olunub.

Ermənistan 22 ildən çoxdur Azərbaycanın bütün cənub-qərbini (Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını) işğal altında saxlayır. İndiyəcən aparılmış sülh danışıqları heç bir nəticə verməyib.

142-yə müraciətlər: fevralın statistikası02.03.2016

Fevralda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Çağrı mərkəzi”nə 18072 müraciət daxil olub. Onlardan 95,6 faizində (17 287 müraciət) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə adi məsələlərlə əlaqədar sorğuları əksini tapıb.

Nazirliyin rəsmi məlumatına görə, digər 785 müraciətdə rəy, təklif və şikayətlər ifadə olunub. Ötən ay 142-yə daxil olan müraciətlərin 8 658-i (47,9 faiz) sosial

Page 23: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

təminat, 2 099-u (11,6 faiz) əlilliyin müəyyən edilməsi və reabilitasiya, 3 016-sı (16,7 faiz) əmək qanunvericiliyi, 1 816-sı (10 faiz) məşğulluq, 2 483-ü (13,7 faiz) isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə məsələlərini əhatə edib.

Müraciətlərin sayında yanvar ayı ilə müqayisədə 13,5 faiz artım qeydə alınıb. Ümumilikdə yanvar-fevral aylarında “Çağrı mərkəzi” vətəndaşların 31,5 mindən çox müraciətini cavablandırıb.

Qubad İbadoğlu manatı tam sərbəst buraxmağa çağırır02.03.2016

İqtisadçı ekspert Qubad İbadoğlu manatın kursunu sərbəst buraxmağa, yəni milli valyutanın məzənnəsinin bazardakı tələb-təklifə uyğun, sərbəst şəkildə müəyyənləşməsi metoduna keçməyə çağırır.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda kurs 1 manat 57 qəpik ətrafındadır.

2015-ci ildə Mərkəzi Bank və Dövlət Neft Fondu manatın kursunu qorumağa 1 milyard 556 milyon ABŞ dollarından çox vəsait sərf ediblər.

Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu manatın kursunu sərbəst buraxmaq təklifini əsaslandırmaq üçün öncə Mərkəzi Bankın valyuta ehtiyatlarını və Dövlət Neft Fondunun hazırkı aktivlərini əvvəlki illərlə müqayisə edib. O bildirib ki, hazırda hökumətin qarşısında duran başlıca vəzifələrdən biri cəmi valyuta ehtiyatlarının ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməməkdir:

Page 24: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

“Ötən il yalnız Mərkəzi Bankın deyil, Dövlət Neft Fondunun, yəni bütövlükdə ölkənin strateji valyuta ehtiyatları azalıb. Ölkənin ən iri valyuta ehtiyatlarına malik Dövlət Neft Fondunun 2016-cı il yanvarın 1-nə olan aktivləri ötən ilin əvvəlinə nisbətən 9,5% azalaraq 37 milyard 104 milyon 100 min ABŞ dollarından 33 milyard 574 milyon 100 min dollara enib. Yəni 1 ildə aktivlər 3 milyard 530 milyon dollar azalıb və 2012-ci ildəki səviyyədən də aşağı düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 2008-ci ildəki səviyyəyə düşüb. Bütövlükdə ölkənin strateji valyuta ehtiyatları 2016-cı il yanvarın 1-nə 38 milyard 6 milyon dollar təşkil edib ki, bu da 2011-ci ilin ortalarına olan vəziyyətə uyğundur”.

Ekspert hesab edir ki, hökumət valyuta ehtiyatlarının ümumi həcminin ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməmək üçün bir tərəfdən Mərkəzi Bankın valyuta ehtiyatlarını qorumalı, digər tərəfdən Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından gələn gəliri artırmalıdır: “Həm daxili, həm də xarici bazarın konyunkturasını nəzərə alsaq, hər iki qurum qarşısında çox mürəkkəb vəzifə dayanır. Manata təzyiqin artdığı indiki situasiyada Mərkəzi Bankın sözügedən vəzifəni yerinə yetirməsi inandırıcı görünmür. Çox güman ki, qurum indiki məzənnə siyasətini davam etdirsə, 3 aya, ən geci 6 aya Mərkəzi Bankın valyuta ehtiyatları bitəcək. Fonda gəlincə, iki ildir Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir azalır. Ötən il bu fəaliyyətdən 335,6 milyon manat qazanc əldə edən qurumun gəlirləri illik 1 faiz təşkil edib. Fondun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin aktivlərdə xüsusi çəkisi 2013-cü ildə 1,34%, 2014-cü ildə isə 1,04% olub. Bu istiqamətdə ən yüksək göstəricilər 2007-ci (4,5%), 2008-ci (3,8%) , 2009-cu (3,29%) illərdə qeydə alınıb”.

Qubad İbadoğlunun sözlərinə görə, strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar əsasında müəyyənləşməsidir: “Dünya maliyyə bazarlarında risklər artdığı üçün Dövlət Neft Fondu mühafizəkar sərmayə siyasəti yürüdür, daha az riskli və sabit gəlirli aktivlərə yatırım edir. Ona görə yaxın gələcəkdə də fondun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirin artacağını proqnozlaşdırmağa dəyməz. Deməli, dövlətin strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar iştirakçılarının tələb-təklifi əsasında sərbəst müəyyənləşməsidir. Əks halda manat yalnız Mərkəzi Bankın deyil, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarını yeyəcək”.

Page 25: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Valyuta bazarı nikbin açıqlamalara inanmır02.03.2016

“Valyuta bazarımız Mərkəzi Bankın nikbin açıqlamalarına fərqli reaksiya verir və milli valyuta dəyər itirir”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov manatın son günlərdəki məzənnəsinə nəzər salaraq belə yazır: “Mərkəzi Bank sədrinin “manat xarici valyutalar qarşısında möhkəmlənir, növbəti devalvasiya barədə iddiaların heç bir əsası yoxdur” açıqlamasından ötən bütün günlərdə manatın dollara nisbətən dəyər itirməsi qeydə alınmağa başlayıb. Açıqlama verilən gün 1 dollar 1,5624 manat idisə, növbəti iş günü 1,5655 manata qalxdı. Martın ilk günləri də manat üçün uğurlu olmadı, milli valyutamız dəyər itirməkdə davam edir. Martın 1-də dollar 1,5687 manata təklif edilib. Bu gün isə kurs 1,5764 manatdır. İnkişaf etmiş ölkələrdə mərkəzi bankların pozitiv açıqlamalarından sonra milli valyutalar möhkəmlənir, bizdə əks proses baş verir.

Dolların son günlər dünya bazarında möhkəmlənməsi də manata təzyiqi artırıb. Son 1 həftədə dollar avroya nisbətən 4 faizə yaxın bahalaşıb. Dolların möhkəmlənməsi bivalyuta səbətinə malik Azərbaycanda milli valyutanın dəyər itirməsinə səbəb olur. Auksionlarda da dollara tələbin artması müşahidə edilir. Ötən həftə dollar tələbini ödəyə bilməyən və buna aydınlıq gətirməyən Mərkəzi Bank əslində manatın ucuzlaşmasına şərait yaratdı. Məhz həmin auksiondan (Hərrac yarımçıq yekunlaşdı) sonra manatın ucuzlaşması davam etməkdədir”.Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov fevralın 26-da jurnalistlərə danışaraq Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan şayiələrin əsassız olduğunu bildirib. Baş bankir son zamanlar Azərbaycan manatının xarici valyutalar qarşısında möhkəmləndiyini, ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyətin də inkişafa doğru getdiyini qeyd edib: “Üzən məzənnəyə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya barədə iddiaların heç bir əsası yoxdur”.

Page 26: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Nəqliyyat, informasiya və rabitə müəssisələrində orta aylıq əməkhaqqı barədə məlumat02.03.2016

Dövlət Statistika Komitəsi nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əməkhaqqı barədə məlumat yayıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, 2015-ci ildə nəqliyyat müəssisələrində işləyən 73 min muzdlu işçinin 72,8 faizi dövlət, 27,2 faizi qeyri-dövlət müəssisələrində çalışıb.

2014-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 6,1 faiz artaraq 571,4 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1032,7 manat, hava nəqliyyatında 819 manat, boru kəməri nəqliyyatında 727,2 manat, metro nəqliyyatında 601,8 manat, avtomobil nəqliyyatında 512,1 manat, dəmir yolu nəqliyyatında isə 258 manat olub.

Əməkhaqqı dəniz nəqliyyatında 33,9 faiz, hava nəqliyyatında 3,8 faiz, boru kəməri nəqliyyatında 3,1 faiz, avtomobil nəqliyyatında 1,7 faiz, dəmir yolu nəqliyyatında 0,4 faiz artıb, metro nəqliyyatında isə 1,9 faiz azalıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26 min nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 1,9 faiz artaraq 748,8 manat olub.

Neft Fondu 100 milyon dollar satdı, ümumi məbləğ 1 milyard 656 milyonu keçdi

Page 27: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

02.03.2016

Martın 2-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu 100 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxararaq 23 banka satıb. Xəbəri AZƏRTAC yayıb.

Transparency.az bildirir ki, bu il Dövlət Neft Fondu daha bir neçə hərrac təşkil edib, həmin hərraclarda 871 milyon 346 min ABŞ dolları məbləğində vəsait alınıb.

Hərraclarda Mərkəzi Bankın satdığı vəsaitin ümumi həcmi isə 685 milyon 488 min ABŞ dolları olub.

Hər iki qurum manatın kursunu sabit saxlamağa üst-üstə 1 milyard 656 milyon 834 min dollar xərcləyib.

Az ə rbaycanda minimum ə m ə khaqq ı 67 dollard ı r . B ə s Avropada ? 02.03.2016

Page 28: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Azərbaycanda minimum əməkhaqqı 105 manat, 67 dollara yaxındır. Bu məbləğ Avropa İttifaqının ən zəif ölkəsi olan Bolqarıstandakı minimum əməkhaqqından 148 dollar azdır.

Transparency.az bildirir ki, 2015-ci ildə Avropa İttifaqı ölkələri arasında minimum əməkhaqqının ən yüksək göstəricisi Lüksemburqda qeydə alınıb: 2134 dollar.

Ötən il minimum əməkhaqqının məbləği üzrə ikinci yerdə Böyük Britaniya gəlib: 1529 dollar.

Niderland və Belçikada minimum əməkhaqqı 2015-ci ildə 1667 dollar olub.

Almaniya beşinci yerdə dayanıb: 1635 dollar.

Avropa İttifaqının qalan ölkələri 2015-ci ildə minimum əməkhaqqının məbləğinə görə belə sıralanıb:

İrlandiya – 1621 dollar

Fransa – 1618 dollar

Sloveniya – 878 dollar

İspaniya – 840 dollar

Malta – 780 dollar

Yunanıstan – 759 dollar

Portuqaliya – 653 dollar

Page 29: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Polşa – 455 dollar

Xorvatiya – 444 dollar

Estoniya – 432 dollar

Slovakiya – 421 dollar

Latviya – 399 dollar

Macarıstan – 382 dollar

Çexiya – 371 dollar

Litva – 360 dollar

Rumıniya – 260 dollar

Bolqarıstan – 215 dollar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 467 manata yaxın, 297 dollardan bir qədər çox olub.

Varlıların varlısı: Bill Qeyts02.03.2016

“Forbes” jurnalı yeni reytinq dərc edib. Reytinqə görə, “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts dünyanın ən varlı adamıdır. O, 75 milyard dollarla milyarderlərin siyahısına başçılıq edir.

Page 30: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin ən varlı insanları reytinqində 2-ci yerdə 64,5 milyard dollar varidatla “İnditex” kompaniyasının qurucusu Amansio Orteqa, 3-cü yerdə 60,8 milyard dollar vəsaiti olan investor Uorren Baffet qərarlaşıb.

Telekommunikasiya sahəsində varidat toplayan meksikalı Karlos Slim Elu bu dəfə 50 milyard dollar vəsaitlə iki pillə geriləyərək 4-cü sıraya düşüb. Siyahıda 5-ci yeri 45,2 milyard dollar vəsaitlə “Amazon” şirkətinin banisi 52 yaşlı Ceff Bezos tutub.

Reytinq siyahısında növbəti 3 mövqeni “Facebook” sosial şəbəkəsinin banisi Mark Suxerberq (44,6 milyard dollar), “Oracle” kompaniyasının qurucusu Larri Ellison (43,6 milyard dolar) və “Bloomberg” informasiya agentliyinin baş direktoru Maykl Blumberq (40 milyard dollar) bölüşür.

Dünyanın ən varlı insanlarının reytinq siyahısında ilk 10-luğu isə Çarlz və Devid Kox qardaşları qapayır. Onların hər birinin varidatı 39,6 milyard dollar həcmində qiymətləndirilir.

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti açıqlanıb02.03.2016

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna martın 1-dək daxil olmuş vəsaitin məbləğini açıqlayıb. Yuvarlaq hesabata görə, fonda 70 milyon 855 min manat, 212 min ABŞ dolları və 2094 avro vəsait daxil olub.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Yeni büdcə: suallar var02.03.2016

Page 31: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

İqtisadçı ekspert Rövşən Ağayev yenilənən dövlət büdcəsində qeyri-müəyyənliklərin olduğunu yazıb. Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə fevralın 23-də dəyişikliklər edib.

Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev qeyd edib ki, bir çox istiqamət üzrə xərclərin, artımların məqsədi büdcə sənədində, Hesablama Palatasının rəyində ətraflı izahatla təqdim olunmur: “Məsələn, sosial müdafiə və sosial təminat bölməsi üzrə xərclər 802,2 milyon manat artırılıb. Həmin vəsaitin 212,2 milyon manatının pensiya, təqaüd və müavinətlərə xərclənməsi vurğulansa da, qalan 590 milyon manatın konkret istiqamətlər və proqram tədbirləri üzrə bölgüsü barədə informasiya yoxdur. Kənd təsərrüfatı bölməsi üzrə xərclər 87,8 milyon manat artırılıb və həmin artımın “kənd təsərrüfatı, meşə təsərrüfatı, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar”a yönəldiləcəyi bildirilir. Söhbət hansı islahatlardan gedir?

Eyni vəziyyət “nəqliyyat və rabitə xərcləri” bölməsində də özünü göstərir. “Rabitə” köməkçi bölməsi üzrə xərclərin 11,9 milyon manat artırılması və bu artımın “nəqliyyat, rabitə, informasiya və kommunikasiya sahəsində islahatlar”a xərclənəcəyi qeyd edilir. Söhbətin hansı islahatlardan getdiyi məlum deyil. Əslində hökumət büdcə ilə bərabər özünün islahat paketini də (əgər belə paket varsa) parlamentə təqdim etməli, həmin islahatlar üçün maliyyəni məhz ictimaiyyətə elan edilən konkret tədbirlərə görə istəməlidir”.

Ekspert analoji qeyri-müəyyənliyi büdcənin “iqtisadi fəaliyyət” bölməsi üzrə xərclərinə də aid edir: “Bu bölmə üzrə xərclər 106 milyon manat artırılıb, amma detallı izahat yoxdur. Qeyd olunur ki, artımın 36 milyon manatı maliyyə sağlamlaşdırılması tədbirlərinə yönəldiləcək. Millət vəkilləri üçün sağlamlaşdırma tədbirlərinin əhatə dairəsini qeyd etməyə lüzum olub-olmadığına həmin müzakirə iştirakçılarının özü qərar verə bilər, amma şəffaflıq naminə bu məlumatlar büdcə izahatında təqdim edilməlidir.

Page 32: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

“Digər xərclər”, “sair xərclər” maddəsi altında xərclərin bölgüsü son dəyişiklikdə özünü daha kəskin göstərib. Məlum olur ki, 2016-cı ilin dövlət büdcəsinin xərcləri 2,2 milyard manat artırılıb və onun 1,2 milyard manatı (55%-i) məhz “digər xərclər” maddəsinə aid edilib. Yerdə qalan artımlar əmək ödənişi xərcləri (14%), təqaüdlər və müavinətlər (9,6%), borclar üzrə əməliyyatlar xərclərinə (23.9%) şamil edilib. 2016-cı ilin büdcəsinin ilkin təsdiq edilmiş variantında “digər xərclər”in büdcədə payı 9,6% idi, son dəyişiklikdən sonra rəqəm 15%-ə yüksəlib. Böhran hökuməti büdcəyə qənaət, xərclərin səmərəli istifadəsi ilə bağlı bəyanatlar verməyə məcbur etdi. Halbuki qənaət və səmərəli istifadə üçün başlıca şərt şəffaflığın təmin olunmasıdır”.

Dollar 1 manat 58 qəpiyi ötdü03.03.2016

Martın 3-də Azərbaycan manatı həm ABŞ dolları, həm avro, həm də Rusiya rublu qarşısında ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank ABŞ dollarının kursunu 1,5764 manatdan 1,5843 manata yüksəldib. Avronun satış kursu 1,7117 manatdan 1,7204 manata, Rusiya rublunun məzənnəsi 0,0215 manatdan 0,0217 manata qalxıb.

Son bir ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.

Dövlət büdcəsində yeniliklər prezidentin imzası ilə rəsmiləşdi03.03.2016

Page 33: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanununu imzalayıb. Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman da verilib.Dövlət büdcəsində yeniliyə görə, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da əvvəl təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin əvvəlki proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.

Dövlət və icmal büdcələrin hesablanması zamanı xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülür. 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır.

2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma proqnozlaşdırılır (41,7 faiz). Dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Gəlirlərin 45,3 faizi Dövlət Neft Fondunun transferti hesabına formalaşacaq.

Yenilənmiş dövlət büdcəsində xərclər 18 milyard 459 milyon manatdır. Kəsirin yuxarı həddi 1 milyard 673 milyon manat hesablanıb.

Transparency.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsində dəyişikliklər də prezidentin imzası ilə təsdiqlənərək qüvvəyə minib. Fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır, bu da əvvəlki proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Artımın 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək.

Page 34: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

2016-cı il üçün yeni büdcədə əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur. Əmək pensiyalarının ödənişi xərcləri 3 milyard 136,1 milyon manat olmaqla 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Yeni büdcədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102,9 milyon manat olmaqla 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.

“AzəriLayt” büdcədəki qiymətdən 12 dollar 58 sent baha satılır03.03.2016

Dünya birjalarında neftin qiyməti artır. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,69 dollar bahalaşaraq 34,79 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar yüksələrək 36,92 dollar olub.

AZƏRTAC-ın 3 mart xəbərinə görə, “AzəriLayt” markalı neftin bir barreli 0,80 dollar bahalaşaraq 37,58 dollara satılır. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 12 dollar 58 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Transparency.az bildirir ki, Azərbaycan neftinin indiki qiyməti 2 il əvvəlki qiymətdən 75 dollara yaxın aşağıdır. 2014-cü il martın 3-də “AzəriLayt” markalı

Page 35: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

neftin bir barreli London birjasında 112,33 dollar olub. Həmin gün “Layt” markalı neft bazarda 102,59 dollara, “Brent” markalı neft 109,11 dollara təklif edilib.

“Elektron müraciət yardımların təyinatında məmur müdaxiləsini mümkünsüz edir”03.03.2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov nazirliyin saytına müsahibə verib. Transparency.az-ın məlumatına görə, o deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron texnologiyaların tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, ünvanlı dövlət sosial yardımı kimi aktual fəaliyyət sahələrini əhatə edir: “2014-cü ilin ortalarında istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu gün yeni texnologiyaların tətbiqi sahəsində ümumən ölkəmizin uğurlu iş təcrübəsi kimi dəyərləndirilir. İşəgötürənlərlə işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında “Elektron hökumət” portalı üzərindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həmin sistemdə rəsmi qeydiyyatdan keçirilir. Bu da ölkədə əmək bazarına, əmək hüquqlarının təminatına dövlət nəzarətinin birbaşa və operativ, daha səmərəli təşkilinə, işçilərinin hüquqlarının müdafiəsi mexanizminin təkmilləşməsinə, bütün əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına imkan verib.

Page 36: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin işə salınması “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” kimi əhalinin geniş şəkildə faydalandığı yeni elektron xidmətlərin “Elektron hökumət” portalı üzərindən istifadəyə verilməsinə şərait yaratdı. Yalnız onu qeyd etmək kifayətdir ki, indiyədək “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması” e-xidmətindən 4 milyon dəfəyə yaxın, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 900 min dəfəyə yaxın, ümumilikdə bu sistemdən 4,9 milyon dəfəyə qədər istifadə olunub”.

Şöbə müdiri əlavə edib ki. 2014-cü ilin sonlarında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidməti bu gün ölkənin ümumən elektron arayış sistemində ən populyar olan və kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayan bir e-xidmətdir: “Bu il martın 1-nə olan məlumata əsasən, həmin e-xidmətdən 253198 dəfə istifadə olunub”.

Elnur Məcidov elektron texnologiyaların tətbiqinin əlillik müayinəsi sistemini də əhatə etdiyini vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılıb və hazırda onun daha da təkmilləşdirilməsi işləri görülür. TSERAS-ın tətbiqi ölkədə əlilik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə və bununla da həmin sahədə şəffaflığın təminatına hesablanıb. Yeni sistem əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etməyə, əlillik təyinatının tam avtomatlaşdırılmasına imkan yaradır. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə olunacaq.

Əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir və bu da bizə ötən ilin dekabrında “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini hazırlayaraq “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə təqdim etməyə imkan verdi. Tibbi-Sosial Ekspert Komissiyalarında əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, həmçinin bu və ya

Page 37: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

digər quruma təqdim etmək, yaxud göndərmək üçün PDF formasında elektron arayış formalaşdıra bilirlər. Arayışın təqdim olunduğu təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var. Bu e-xidmətdə “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri vasitəsilə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin əlillik təyinatına dair çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək mümkündür.

Sonrakı mərhələdə isə biz vətəndaşların aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat almaq imkanlarını daha da sadələşdirdik və onların həmin məlumatı artıq heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada əldə edə bilmələri üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı yeni e-xidməti cari ilin yanvar ayında təqdim etdik. Artıq əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən şəxs “Elektron hökumət” portalına daxil olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçərək və müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini, doğum tarixini qeyd edərək keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi, əlillik müddətsiz təyin edilibsə, o zaman onun müddətsiz olması ilə bağlı məlumat əldə edə bilir.

Qeyd etdiyim bu hər iki e-xidmətdən də vətəndaşların istifadəsi getdikcə genişlənir və təkcə bu ilin yanvar-fevral aylarında “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən 3500-dək, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətindən isə 19047 dəfə istifadə qeydə alınıb”.

Nazirlik rəsmisi qeyd edib ki, islahat tədbirlərindən biri də ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmasıdır: “Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb və ötən ay bu sistemin tətbiqinə başlanıb. VEMTAS ünvanlı yardım üçün müraciət edilməsi, həmin müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüququna baxılması və bu yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu proseslərini vətəndaş-məmur

Page 38: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

təmasları mümkün olmadan, avtomatlaşdırılmış rejimdə həyata keçirilməsini təmin edir.

Artıq sosial yardımın təyin olunması üçün elektron şəkildə müraciət edilməsi üçün nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti əhalinin istifadəsindədir. Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar vasitəsilə, bu mümkün olmadıqda alternativ variant kimi poçt şöbələrində elektron qaydada müraciət edə bilirlər. Bununla əlaqədar poçt şöbələrində zəruri texniki imkanlar yaradılıb və bu istiqamətdə işlər davam etdirilir.

Vətəndaşların elektron müraciətlərinə baxılması üçün ailələrə aid müvafiq məlumatlar VEMTAS vasitəsilə “Elektron hökumət” portalı üzərindən 20-dən çox qurumun informasiya bazasına inteqrasiya şəraitində elektron qaydada əldə olunur. Yəni onların sosial yardımla bağlı müraciət etmələri üçün artıq ayrı-ayrı qurumlardan sənədlər toplamalarına ehtiyac qalmayıb, kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb. Qəbul edilən e-müraciətlərə elektron sistem vasitəsilə 15 iş günü müddətində araşdırılaraq baxılır və sosial yardım təyin olunub-olunmaması barədə vətəndaşın e-müraciət zamanı “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə elektron qaydada məlumat göndərilir. Bu elektron müraciət və təyinat sistemi qeyd olunan yardımların təyinatında məmur müdaxiləsini mümkünsüz edir və prosesin şəffaf şəkildə həyata keçirilməsini şərtləndirir.

Ötən ayın sonlarında əhaliyə təqdim olunan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti də geniş şəkildə istifadə olunan e-xidmətlərdən birinə çevrilməkdədir. Martın 1-dək vətəndaşlar bu e-xidmətdən artıq 28,6 min dəfədən çox faydalanıb”.

Şöbə müdiri bildirib ki, ümumilikdə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 elektron xidməti əhalinin istifadəsindədir: “Onların əksəriyyəti vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadır. Nazirliyin e-xidmətlərindən istifadə sayı da getdikcə artır. Məsələn, ötən ay bu e-xidmətlərdən faydalananların sayı yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb. 2016-ci ilin yanvar-fevral aylarında “Elektron hökumət” portalından ümumi istifadənin 26 faizə yaxını məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub”.

Page 39: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Ermənistan hökumətində yeni struktur dəyişikliyi və təyinat03.03.2016

Ermənistan hökumətində daha bir struktur dəyişikliyi aparılıb. Transparency.az xəbər verir ki, prezident fərmanı ilə dövlət gəlirləri orqanı Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb. Yeni yaradılan Dövlət Gəlirləri Komitəsi vergi və gömrük qurumlarını idarə edəcək.

Martın 3-də prezident Serj Sərkisyan Ovannes Ovsepyanı Dövlət Gəlirləri Komitəsinin sədri təyin edib. 43 yaşlı Ovannes Ovsepyan 2008-ci ildən Prezident yanında Yoxlama Xidmətinin başçısı idi. O, Yerevan Dövlət Universitetinin və Rusiya Dövlət Xidməti Akademiyasının məzunudur.

Ötən ay Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında uzunmüddətli əməkdaşlıq razılaşması imzalanıb. Razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu verilib. Daşnaklara verilən postlardan biri də ərazi idarəçiliyi və inkişaf naziri kürsüsüdür. Ermənistan parlamenti hökumətin strukturunda dəyişiklik edib, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi bölünüb. Yeniliyə əsasən, Fövqəladə Hallar Nazirliyi bərpa olunub, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılıb.

Bu həftə isə Ermənistanın energetika və təbii sərvətlər naziri dəyişib.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təminatı ilə bağlı hesabat yayılıb03.03.2016

Page 40: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, bu ilin yanvar-fevral aylarında Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 144 ədəd aşağı ətraf və 28 ədəd yuxarı ətraf protezi, 204 ədəd aşağı ətraf ortezi, 131 ədəd bel nahiyəsi üçün korset, 100 ədəd dördayaqlı dayaq vasitəsi, 228 cüt dirsəkaltı ağac, 336 ədəd əsa, 473 cüt protez ayaqqabı, 112 qoltuqaltı ağac, 706 cüt ortopedik ayaqqabı verib.

Qeyd olunan dövrdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 73 ədəd əlil arabası, 113 ədəd eşitmə aparatı, müxtəlif növlərdə 1270 reabilitasiya vasitəsi ilə təmin ediliblər. 165 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən istifadəyə verilib.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların 4539 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib. Bu dövrdə mürəkkəb protezləşdirmə stasionarlarında 75 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər də göstərilib.

Əmanətlər necə sığortalanacaq?03.03.2016

Page 41: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

“2016-cı il martın 2-dən 2019-cu ilə qədər banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır”. Əmanətlərin Sığortalanması Fondunun sədri Azad Cavadov martın 3-də keçirdiyi mətbuat konfransında belə deyib.

Azad Cavadovun sözlərinə görə, əmanətçi martın 1-nə qədər xarici valyuta ilə 12%-lə 10000 dollar vəsait yerləşdiribsə, bir il müddətinə bu əmanətçinin müddəti bitənədək əmanəti qorunur və sığortalanır. Əmanətçinin yerləşdirdiyi əmanətinin manat ekvivalentində həddi 30 min manatı aşarsa, bu zaman həmin aşılan hədd sığortlanmır. 1 mart 2016-cı ildən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər sığorta olunmur və onlara görə kompensasiya ödənilmir”.

APA-Economics-in məlumatına görə, fond sədri deyib ki, lisenziyaları ləğv olunan “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın əmanətçilərinə bu günədək ümumilikdə 93 milyon manat vəsait ödənib: “Həmin üç banka ödənilməli olan kompensasiyanın ümumi məbləği təxminən 148 milyon manatdır. Hazırda fondun 40 milyon manat vəsaiti qalıb. Vəsaitimiz var, buna görə də Mərkəzi Bankdan əlavə vəsait götürməyə ehtiyac yoxdur. Kompensasiyaların ödənilməsi üçün gündəlik olaraq 3-4 milyon manat sərf olunur. Zərurət yarandığı halda fond Mərkəzi Bankdan 20 milyon manat cəlb edə bilər”.

Martın 1-də prezident İlham Əliyev parlamentin 19 yanvar iclasında qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunuimzalayıb. Qanuna görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Page 42: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Fevralda Təhsil Nazirliyinə 17101 müraciət daxil olub03.03.2016

Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və vətəndaşların qəbulu mərkəzində 2016-cı ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Edu.gov.az-ın məlumatına görə, ay ərzində 17101 müraciət daxil olub. Statistikaya əsasən, telefon məlumat mərkəzinə 12788 zəng (2015-ci illə müqayisədə 2,3 dəfə çox) gəlib. Vətəndaşların qəbulu mərkəzində isə bu dövrdə 4313 vətəndaşa xidmət göstərilib.

Müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1353 sənəd (661 məktub, 527 ərizə, 165 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

Sertifikasiya şəhadətnaməsini elektron qaydada əldə etmək mümkün oldu03.03.2016

Page 43: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Martın 3-də Səhiyyə Nazirliyi rəsmi məlumat yayaraq sertifikasiya şəhadətnaməsini elektron qaydada əldə etməyin mümkün olduğunu bildirib. Məlumata görə, E-health.gov.az saytına daxil olub “Sertifikasiya şəhadətnaməsinin çapı” elektron xidməti barədə təlimatda göstərilən ardıcıllıqla sertifikasiya şəhadətnaməsini çap etmək mümkündür. Həmin saytda qeydiyyatdan keçməyənlər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatında göstərilən formada qeydiyyatdan keçə bilər.Əlavə məlumat almaq üçün 433-08-93 nömrəli telefona zəng etmək və ya [email protected] elektron poçtuna yazmaq olar.

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.

2016-cı ilin yanvar ayından sertifikasiya imtahanı bir mərhələdə keçirilir. Müsahibə mərhələsi ləğv olunub.

İdman mərc oyunlarına nəzarət funksiyası yeni palataya verilir03.03.2016

Page 44: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Martın 3-də Milli Məclisin gənclər və idman komitəsinin iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər layihəsi müzakirə olunub. AZƏRTAC xəbər verir ki, qanunun 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bununla da idman mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Qanuna əlavə edilən 53-1.7-ci maddədə qeyd edilir ki, “idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 3-də prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana görə, yeni palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası olacaq. Şura sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini ölkə prezidenti həyata keçirəcək.

Page 45: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına veriləcək.

ABŞ Dövlət Departamenti: “Azərbaycan narkotiklərin daşınmasında tranzit ölkə olaraq qalır”03.03.2016

ABŞ Dövlət Departamenti Konqresə “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası 2016” hesabatı təqdim edib. Azadliq.org-un məlumatına görə, ikicildlik hesabatın birinci cildi narkotiklərə nəzarətə, ikinci cildi pul yuma və maliyyə cinayətləri ilə mübarizəyə həsr olunub.

Azərbaycanın adı birinci cilddə yer alıb. Hesabatda bildirilir ki, Azərbaycan Əfqanıstan və İrandan Avropaya, Rusiyaya uzanan böyük narkotik yolunun üstündədir, narkotiklərin daşınmasında tranzit ölkə olaraq qalır: “Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) 2014-cü ildəki ehtimalına görə, ölkədən hər il 5,8 ton narkotik daşınır, bu narkotikin yalnız10-12 faizi müsadirə olunur”.

Hesabata əsasən, 2015-ci ildə Daşkəsəndə bir dəfəyə 1,45 ton, Goranboyda bir dəfəyə 3,6 ton marixuana müsadirə olunub. Rəsmi məlumata istinadla Azərbaycanda narkotikdən istifadənin, becərmə və hazırlamanın xırda miqyaslı olduğu qeyd edilir, ancaq hökumətin problemi lazımınca qiymətləndirə bilməmək ehtimalının olduğu vurğulanır.

Page 46: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Hesabatda deyilir ki, hökumətin narkotiklərdən istifadəyə qarşı proqramları yetərli deyil və Azərbaycanda narkotikdən müalicə mərkəzlərinə əlavə dəstək faydalı olardı.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, ötən il narkotiklə bağlı 2 min 935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib.

Cəbrayılın və Laçının icra başçıları prezidentin etibarını niyə itiriblər?04.03.2016

Martın 3-də prezident İlham Əliyev sərəncamlar imzalayaraq Mahmud Quliyevi Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Akif Səlimovu Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad edib. Həmin gün Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev AZƏRTAC-a və APA-ya şərhində icra başçılarının vəzifədən azad olunmasını belə əsaslandırıb: “Prezident İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək.

Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini Azərbaycan prezidentinin qarşımıza

Page 47: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzlarını itiriblər”.

Zeynal Nağdəliyev qeyd edib ki, Mahmud Quliyev və Akif Səlimov Azərbaycan prezidentinin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər: “Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar” ( “Heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil”).Transparency.az bildirir ki, Mahmud Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu. Akif Səlimov isə 2013-cü il martın 4-dən Laçın Rayon İcra Hakimiyyətinin başçısı idi.

Bütün xarici valyutalar bahalaşıb04.03.2016

Azərbaycan manatı martın 4-də Mərkəzi Bankın siyahısındakı bütün valyutalar, o cümlədən ABŞ dolları, avro, Rusiya rublu qarşısında dəyər itirib.

Transparency.az xəbər verir ki, ABŞ dollarının rəsmi kursu 1,5843 manatdan 1,6019 manata qalxıb.

Avronun satış kursunda daha böyük artım qeydə alınıb. Ötən gün 1,7204 manata təklif olunan avro martın 4-də 1,7536 manata satılır.

Page 48: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Rusiya rublunun məzənnəsi isə 0,0217 manatdan 0,0219 manata yüksəlib.

Digər valyutalar üzrə 4 mart məzənnəsi belədir:

1 BƏƏ dirhəmi – 0,4361 manat

1 Çin yuanı – 0,2458 manat

1 gürcü larisi – 0,6485 manat

1 ingilis funt sterlinqi – 2,2679 manat

100 İran rialı – 0,0053 manat

1 İsveçrə frankı – 1,6143 manat

1 Küveyt dinarı – 5,3246 manat

1 türk lirəsi – 0,5498 manat.

Vizaların sadələşdirilməsinə sərəncam verildi04.03.2016

Dövlət başçısı İlham Əliyev Formula 1 Avropa Qran Pri yarışına görə Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə sərəncam verib. Yarış iyunun 17-dən 19-dək Bakıda keçiriləcək.

Page 49: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Sərəncama əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin yerli beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Bu sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd; Formula 1 Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

- təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər — 2016-cı il mayın 15-dən iyunun 30-dək;

- Formula 1 Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri — 2016-cı il iyunun 1-dən 20-dək;

- “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər — 2016-cı il iyunun 10-dan 20-dək.

Mərkəzi Bank uçot dərəcəsini yenə qaldırdı04.03.2016

Page 50: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib. İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7% müəyyən edilib.

Transparency.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri bu il fevralın 15-dək 3% dərəcəsi ilə verib. Həmin gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar çıxarmışdı.

Martın 4-də Mərkəzi Bankın yaydığı rəsmi açıqlamada deyilir: “Dayanıqlı makroiqtisadi sabitliyin təmin olunması, o cümlədən milli valyutadan yığım vasitəsi kimi daha geniş istifadənin təşviqi, pul-maliyyə bazarlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət qiymətli kağızlarının yüksək gəlirliklə yerləşdirilməsi, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin isə daha yüksək səviyyədə müəyyən olunması manata etimadın gücləndirilməsinə yönəlib.

Makroiqtisadi sabitliyin təmin olunması hədəflərini və pul-maliyyə bazarlarındakı yeni meylləri nəzərə alan Mərkəzi Bank faiz dəhlizinin parametrlərini yenidən nəzərdən keçirib. İdarə Heyətinin qərarı ilə 4 mart 2016-cı ildən uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilib. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi isə dəyişməz olaraq 2% səviyyəsində saxlanıb.

Eyni zamanda qərara alınıb ki, faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılsın. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə istifadə edə bilər. Bunlardan

Page 51: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

əlavə məcburi ehtiyat normalarının differensiallaşdırılmasına dair də qərarlar qəbul edilib, müvafiq normativ baza hazırlanıb. Bu barədə əlavə məlumat veriləcək”.

“Gömrük Komitəsinin öhdəliyini ən azı 30 faiz artırmaq olar”04.03.2016

Dövlət Gömrük Komitəsi quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirilən qiymətləri ilə daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması barədə iddialarla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Statistik məlumatların təhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan “idxal qiymətləri” Dövlət Gömrük Komitəsinin məlumat bazasında olan, sahibkarların faktiki bəyan etdiyi gömrük dəyəri göstəricilərindən tamamilə fərqlənir. Malların gömrük rəsmiləşdirilməsi gömrük orqanlarına bəyan olunan gömrük dəyəri əsasında aparılır və gömrük ödənişləri gömrük dəyəri əsasında hesablanır. Gömrük dəyəri anlayışı malın faktiki bazar qiyməti anlayışından fərqli iqtisadi kateqoriyadır və onun digər dövlətlərdə olduğu kimi Azərbaycanda da malların faktiki satış qiymətindən fərqlənməsi tam təbiidir. Malların satış qiymətini sahibkarlar müəyyən edir və gömrük dəyəri ilə yanaşı müxtəlif gömrük ödənişlərini (gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımlar və s.) ehtiva edir. Bu qiymətlər digər iqtisadi amillərlə yanaşı əsasən tələb və təklif arasında nisbətdən və bazarın liberallıq dərəcəsindən asılıdır. Eyni zamanda daxili bazarda satış qiymətlərinə həmin malların təklifi ilə bağlı alıcıların rasional gözləntiləri, mövsümi dəyişikliklər, bayram öncəsi ajiotaj kimi daha mürəkkəb faktorlar təsir edir” (Açıqlamanın tam mətni).Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin açıqlamasına belə münasibət bildirib: “Dövlət Gömrük

Page 52: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Komitəsi özü-özünü təkzib edir və etiraf olunur ki, güzgü metodologiyası ilə aparılan araşdırmalar nəticəsində fərqlərin əmələ gəlməsinin əsas səbəbi gömrük dəyərinin məqsədli şəkildə aşağı rəsmiləşdirilməsidir. Komitənin açıqladığı cədvəl məlumatlarından görünür ki, bir sıra məhsullar üzrə gömrük dəyəri ilə pərakəndə satış qiyməti arasında ən azı 2 dəfə, ən çoxu 15 dəfəyədək fərq var. Bunu yalnız gömrük dəyərinin aşağı rəsmiləşdirilməsi ilə izah etmək olar. Məhz bu səbəbdən də ayrı-ayrı ölkələr üzrə güzgü metodologiyası üzrə aparılan müqayisəli tədqiqatlarda yol verilən normadan 3-5 dəfə kənarlaşmalar üzə çıxır.

Qurumun son məlumatı ekspertlərin dəfələrlə bəyan etdiyi çox vacib həqiqəti aşkarladı və məlum oldu ki, gömrük dəyərində az hesablanan və aşağı məbləğlə xarakterizə edən gömrük rüsumları, ƏDV, aksizli mallar üzrə aksiz vergisinə görə dövlət büdcəsi hər il 100 milyonlarla manat itirir. Ona görə də, əvvəllər qeyd etdiyim kimi, Dövlət Gömrük Komitəsinin bu ilin dövlət büdcəsi qarşısındakı öhdəliklərini ən azı 30 faiz artırmaq olar (Ekspert Dövlət Gömrük Komitəsinin iradlarına cavab verdi).İdxal malının satış qiymətini formalaşdırmaq üçün gömrük dəyərinin üzərinə idxal malına hesablanan gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımları, topdansatış müəssisələri üzrə ƏDV, pərakəndə satış obyektləri üzrə sadələşdirilmiş vergi, hər iki həlqədə əldə edilə bilən mənfəət səviyyəsi, həmin malın anbarlardan mağazaya çatdırılması üçün nəqliyyat xərcləri və aksizli mallar üzrə aksiz vergilərini də əlavə etmək lazımdır. Təbii ki, bu, qiymətlər arasında fərqi azaldacaq, amma azalma dəfələrlə deyil, faizlərlə ifadə olunacaq”.

Transparency.az bildirir ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək.

9 ayda nikaha girmək istəyən 107500 şəxs müayinədən keçib04.03.2016

Page 53: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

2015-ci ilin iyun ayının 1-dən bəri (9 ay ərzində) nikaha girmək istəyən 107500 şəxs müayinədən keçib. Onların 6228-nin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti martın 4-də belə məlumat yayıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ailə Məcəlləsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.

Nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

“ASAN xidmət” mərkəzlərində 890-dan çox lisenziya verilib04.03.2016

Prezidentin 19 oktyabr 2015-ci il fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzlərində lisenziyaların verilməsinə başlayıb. İqtisadiyyat Nazirliyinin martın 4-də yaydığı məlumata görə, indiyədək sahibkarlıq subyektlərinə “ASAN xidmət” mərkəzləri vasitəsilə 890-dan çox lisenziya verilib.

Bakıda lisenziyalar 5 saylı “ASAN xidmət” mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) verilir. Regionlardakı “ASAN xidmət” mərkəzlərinin ünvanları Economy.gov.az-da yerləşdirlib. Qaçqın və məcburi köçkün olan sahibkarlar fəaliyyət göstərdikləri ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər (Lisenziya verilən ünvanlar).

Page 54: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Hərracda 100 milyon satıldı, çatmadı04.03.2016

Martın 4-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Hərracda Dövlət Neft Fondu satışa 100 milyon ABŞ dolları çıxarıb. Hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən üç dəfə çox olub. Banklar 290 milyon dollar almaq istəyiblər.

Transparency.az qeyd edir ki, beləliklə, Dövlət Neft Fondunun bu il ərzində hərraclarda satdığı dolların ümumi həcmi 971 milyon 346 min olub. Mərkəzi Bank isə il ərzində hərraclarda 685 milyon 488 min ABŞ dolları satıb. Hər iki qurum manatın kursunu sabit saxlamağa üst-üstə 1 milyard 656 milyon 834 min dollar xərcləyib.

İcra başçıları: 20 ili ötən, 24 ili haqlayan var…04.03.2016

Page 55: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

2016-cı il martın 3-də prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Mahmud Quliyev 15 ildən çox idi həmin postu tuturdu. O, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu.

Hazırda Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il  dekabrın 21-dən bu vəzifədədir.

Malik İsaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Transparency.az bildirir ki, icra başçısı postunda daha əvvəldən çalışan şəxs var. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci il iyulun 2-də, Əbülfəz Elçibəyin prezidentliyi zamanı təyinat alıb.

Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov 2001-ci il yanvarın 30-dan bu postdadır.

Bakı rayonlarından Xəzərin icra başçısı Gülağa İslamov 1995-ci ilin yanvar ayında həmin vəzifəyə təyin edilib.

İlqar Abbasov 2005-ci ildən Suraxanının, Razim Məmmədov 2006-cı ildən Xətainin icra başçısıdır.

Nərimanovun icra başçısı Abdin Fərzəliyev 2005-ci ildə, Yasamalın icra başçısı İbrahim Mehdiyev 2006-cı ildə təyin olunublar.

Page 56: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov 2005-ci ildə icra başçısı postuna təyinat  alıb.

Transparency.az bəzi başqa rayonlar üzrə siyahını da təqdim edir:

Ağcabədi — Şahin Məmmədov, 2005-ci ildən

Ağsu — Ənvər Seyidəliyev, 2007-ci ildən

Cəlilabad — Əziz Əzizov, 2006-cı ildən

Göygöl — Arif Seyidov, 2006-cı ildən

Hacıqabul — Əhməd Muxtarov, 2006-cı ildən

Xaçmaz — Şəmsəddin Xanbabayev, 2004-cü ildən

Qusar — Şair Alxasov, 2007-ci ildən

Lerik — Rövşən Bağırov, 2007-ci ildən

Saatlı — Siraqəddin Cabbarov, 2008-ci ildən

Şabran — Novruz Novruzov, 2007-ci ildən

Tovuz — Tofiq Zeynalov, 2007-ci ildən

Zərdab — Lütvəli Babayev, 2007-ci ildən.

Azərbaycan Respublikası Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

“Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə qeyd olunur ki, icra başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır, onun tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.

Page 57: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

İcra başçısının vəzifələri sırasında müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək; müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək kimi vəzifələr durur.

“İş yerinə dair arayış” xidmətindən istifadə hesabatı04.03.2016

Fevralda vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi “İş yerinə dair arayış” e-xidmətindən 14 min 751 dəfə faydalanıb. Rəsmi məlumata görə, bu rəqəm yanvar ayı ilə müqayisədə 11,2 faiz, ötən ilin fevral ayı ilə müqayisədə isə 39,3 faiz çoxdur.

“Elektron hökumət” portalında autenfikasiyadan keçərək “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçinin iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək kağız şəklində həmin quruma təqdim etmək imkanı var. Arayışın təqdim edildiyi təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilir.

Martın 1-nə qədər vətəndaşlar istifadəyə verildiyi müddətdən “İş yerinə dair arayış” e-xidmətindən 253 min 198 dəfə yararlanıb.

Apellyasiya şuralarının fəaliyyətinə həsr edilən seminar-müşavirə keçirilib04.03.2016

Page 58: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Martın 4-ü Bakıda apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak ediblər.

Yığıncaqda çıxış edən Prezident yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, apellyasiya şuraları sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.Eldar Nuriyev qeyd edib ki, şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib: “Prezident yanında Apellyasiya Şurasının normal fəaliyyətinin təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar və şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb. Dəqiq statistikanın və ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub, 100-dən çox parametr üzrə proqram təminatı və şuranın rəsmi saytının xəritəsi yaradılıb.

Eyni zamanda şuranın katibliyinin tərkibi təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb, şikayətlərə baxılmasına dair təlimat, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları ilə qarşılıqlı fəaliyyətinin təminatına dair metodiki təlimat, hesabatların təqdim edilməsi forması, şikayətlərin, o cümlədən təkrar şikayətlərin verilməsi, onlara baxılması prosedurları, qərar qəbulu

Page 59: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

formaları hazırlanıb. Rəy verilməsinə zərurət yarandıqda xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər və ekspertlər qrupu müəyyən edilib”.

Eldar Nuriyev bildirib ki, Prezident yanında Apellyasiya Şurası sahibkarların şikayətlərinə baxmağa hazırdır: “Son bir neçə gündə şuraya xeyli şikayət daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub. Şikayətçilərə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə dəqiq riayət olunması, əvvəlcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına, onların qərarlarından narazı qaldıqları təqdirdə Prezident yanında Apellyasiya Şurasına müraciət etmələri tövsiyə olunub və onlara izahlı cavablar verilib. Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, əhalinin hüquqi maarifləndirilməsi, qanunçuluğun tələblərinin izah edilməsi məqsədilə yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bugünkü müşavirə iştirakçıları həmin məsələlərə xüsusi diqqət yetirilməli və yerlərdə təbliğat-təşviqat işləri gücləndirməlidirlər”.

Qeyd edilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması ilə bağlı hazırlıq işlərinin gücləndirilməsi məqsədilə bütün aidiyyəti icra qurumlarına rəsmi məktublar göndərilib, şuraların 10 gün müddətində işlərə baxılmasına hazır vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib, müraciət etmiş şəxslərə zəruri metodiki və hüquqi kömək göstərilib.

Seminar-müşavirədə qarşıda duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Prezident yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib, Prezident yanında Apellyasiya Şurasının hazırladığı metodiki təlimatların təqdimatı keçirilib.

Gömrük sistemində yeni islahatlar sərəncamı imzalandı04.03.2016

Page 60: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Martın 4-də prezident İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Sərəncama əsasən, Nazirlər Kabineti məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması məqsədi ilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” qərarının yeni redaksiyasını iki ay müddətində təsdiq etməli; baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısını iki ay müddətində müəyyən etməlidir.Dövlət Gömrük Komitəsinə məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə bunlar tapşırılıb:

- Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək;

- elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etmək;

- gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirmək;

- gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etmək;

- vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın

Page 61: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

(şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirmək;

- Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görmək;

- risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görmək;

- xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlamaq.

Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi: iş nə yerdədir?04.03.2016

Page 62: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi ilə əlaqədar açıqlama yayıb.

Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası davam etdirilir.

Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq kommunal infrastruktur proqramı” çərçivəsində aparılır. Bu layihə Gəncə şəhəri ilə yanaşı Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Molla Cəlilli kəndlərini də əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin açıqlamasına görə, Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılıb, Gəncədə həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 kilometr uzunluğunda magistral kəmər çəkilib. 2014-cü ilin sentyabr ayında Göygöl-Gəncə magistral su xəttinin açılışı olub.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Bu mərhələ çərçivəsində 4 kilometr uzunluğunda magistral kəmər,

Page 63: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 kilometr uzunluğunda anbarlararası xətt inşa edilib.

Gəncənin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. İndiyə qədər 855 kilometr paylayıcı su xəttinin 87 kilometrlik, 813 kilometr kanalizasiya şəbəkəsinin isə 74 kilometrlik hissəsi çəkilib. Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın smart sayğac quraşdırılıb.

Layihənin növbəti mərhələsində şəhərin su təchizatı və kanalizasiya şəbəkələrinin bir hissəsinin, eləcə də kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Bu mərhələdə 15 kilometr magistral, 136 kilometr şəbəkə su xətləri çəkiləcək, tutumu 5000 kubmetr olan su anbarı inşa ediləcək. Eyni zamanda Gəncə şəhərinin kanalizasiya sistemlərinin bir hissəsi də yenidən qurulacaq. Bu mərhələ çərçivəsində 108 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 44 kilometr uzunluğunda kanalizasiya kollektoru tikiləcək.

Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

“Azərsu”nun mətbuat xidməti qeyd edir ki, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “II Açıq kommunal infrastruktur proqramı” çərçivəsində Şəki şəhərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması planlaşdırılır.

Bank əmanətlərinin və valyuta ehtiyatlarının həcmi açıqlanıb04.03.2016

Page 64: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Fevralın 1-nə əhalinin bank əmanətləri 8 milyard 643,3 milyon manat olub. Məlumatı Mərkəzi Bank açıqlayıb. AZƏRTAC xəbər verir ki, ötən ilin sonuna əmanətlər 9 milyard 473,9 milyon manat idi, yanvarda əhalinin bank əmanətləri 830,6 milyon manat azalıb.

Mərkəzi Bankın başqa bir məlumatına görə, rəsmi valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollar, pul bazası 6 milyard 388,5 milyon manatdır.

Yardımlının icra başçısı Salyana gətirildi04.03.2016

Martın 4-də prezident İlham Əliyev Tahir Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Sevindik Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Novator.az bildirir ki, Sevindik Hətəmov 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. 10 aprel 2012-ci ildən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı idi.

Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 2006-2011-ci

Page 65: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 18 fevral 2011-ci ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısı idi.

Parlament qanunlar paketi qəbul edib04.03.2016

Martın 4-də Milli Məclisin plenar iclası keçirilib. İclasda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı paket qəbul olunub. Paketə “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa (1), Mülki (2), Vergi (3), İnzibati Xətalar (4) məcəllələrində, “Publik hüquqi şəxslər haqqında” qanunda (5), “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” (6), “Banklar haqqında” (7), “Sığorta fəaliyyəti haqqında” (8), “Qiymətli kağızlar bazarı haqqında” (9), “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (10) qanunlarda dəyişikliklər və başqa sənədlər daxildir.Bakıda Azərbaycan-Macarıstan sammiti07.03.2016

Martın 6-da prezident İlham Əliyev Bakıda Macarıstanın baş naziri Viktor Orbanla görüşlər keçirib. Təkbətək görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə

Page 66: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə İlham Əliyev deyib ki, iki ölkə münasibətləri bütün istiqamətlərdə daha da genişləndirmək niyyətindədir. Dövlət başçısı işgüzar dairələrin daha fəal çalışacaqlarına ümidvar olduğunu bildirib. Səfər zamanı Azərbaycanla Macarıstan arasında bir neçə konkret razılaşmanın imzalandığını deyən prezident bu cür razılaşmaların daha çox olacağına inandığını vurğulayıb: “Bizim üçün Macarıstan yaxın, dost dövlətdir və istərdik ki, iqtisadi əlaqələr münasibətlərimizin siyasi səviyyəsinə uyğun olsun. Eləcə də kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar sahələrində yaxşı perspektivlər var. Biz ölkəmizə Macarıstandan investisiyaların yatırılmasında da maraqlıyıq. İstərdik ki, Azərbaycanın özünün maliyyələşdirdiyi layihələrdə daha çox macar şirkətləri iştirak etsinlər”.

Son bir ildə Macarıstan məhsullarının Azərbaycana ixracının artdığını deyən İlham Əliyev bu ölkənin şirkətlərinin müxtəlif infrastruktur, tikinti və kənd təsərrüfatı layihələrində iştirak etdiklərini vurğulayıb.

Görüşdən sonra mətbuata bəyanatla çıxış edən İlham Əliyev Viktor Orbana xitabən deyib ki, iki ölkənin siyasi əlaqələri çox yüksək səviyyədədir: “2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən Sizinlə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışıq. Bu göstərir ki, bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də müntəzəm keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcək.

Bu gün biz bir çox məsələ haqqında fikir mübadiləsi apardıq — siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq. Hökumətlərarası komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bir çox məsələlər komissiya çərçivəsində öz həllini tapır. Biz gözəl siyasi əlaqələrimizin əsasında güclü iqtisadi əməkdaşlıq da qurmalıyıq. Bu gün biz bir çox konkret layihələr ətrafında fikir mübadiləsi apardıq. Energetika sahəsində çox gözəl əməkdaşlıq var. SOCAR-la MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır. Biz bu gün bu barədə danışmışıq.

Page 67: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Azərbaycanın enerji siyasəti bu gün Avropa İttifaqında yüksək qiymətləndirilir. Keçən ayın sonunda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısı keçirilib. Həmin toplantı nəticəsində qəbul edilmiş bəyannamə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və “Cənub” qaz dəhlizinin icrasında aparıcı rolunu qeyd edir. Bizim zəngin neft-qaz yataqlarımız var. Bu gün “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. 3500 kilometr uzunluğunda tikiləcək bu kəmər gələcəkdə Avropanı Azərbaycan ilə daha da sıx birləşdirəcək.

Bu gün biz digər istiqamətlər üzrə də geniş danışdıq. Dünən də komissiyanın üzvləri fikir mübadiləsi aparıblar. Kənd təsərrüfatı sahəsində çox gözəl imkanlar var. Konkret tapşırıqlar verilib ki, bu sahədə əməkdaşlıq daha da fəal olsun. Macarıstanın təcrübəsi bizim üçün çox maraqlıdır. Macarıstanda kənd təsərrüfatı çox inkişaf edib. Bizim üçün də bu sahə bu gün əsas prioritetlərdən biridir və hesab edirəm ki, burada əməkdaşlıq üçün çox gözəl imkanlar var”.

Nəqliyyat sahəsinə toxunan prezident deyib ki, Azərbaycan hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir: “Artıq Çindən Azərbaycan ərazisindən Avropaya birinci sınaq konteyner qatarı keçib. Bu dəhlizin gələcək fəaliyyəti həm ölkələrimizi birləşdirəcək, həm də nəqliyyat təhlükəsizliyini təmin edəcək.

Turizmdə gözəl imkanlar var. Biz təhsil sahəsində uğurla əməkdaşlıq edirik və minnətdarıq ki, Macarıstan hökuməti bizim tələbələrə xüsusi təqaüd də təsis edib. Təhsil sahəsində əməkdaşlıq o deməkdir ki, gələcəkdə bizim insanlar da bir-biri ilə sıx əlaqədə olacaqlar.

Bu gün bir çox konkret layihələr müzakirə edildi. Ümumi yekun ondan ibarətdir ki, Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir. Dünən hökumətlərarası əlaqələrə dair imzalanan sənədlər, bu gün biznes forumu çərçivəsində imzalanmış konkret layihələr bizi bir-birimizə daha da yaxın edəcək. Biz bunu istəyirik”.

Viktor Orban çıxışında deyib ki, neftin qiyməti aşağı düşdüyü üçün Azərbaycanda bəzi iqtisadi çətinliklər müşahidə olunur: “Lakin Siz bu yeni sistemə çox yaxşı reaksiya verərək uyğunlaşırsınız və bu dövr həmçinin digər yeni imkanları da açır. Buna görə bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranır. Çünki iqtisadi siyasəti artıq əvvəlki kimi həyata keçirmək mümkün deyil.

Page 68: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Əvvəlcə neftin qiyməti fərqli idi. Ona görə biz bu yeni vəziyyətə uyğunlaşmalıyıq və bunu birgə edə bilərik. Həmçinin bizim elə təcrübəmiz var ki, ondan öz əməkdaşlığımızda istifadə edə bilərik.

Zənnimcə, Azərbaycan elə bir ölkədir ki, bu dövrdən hətta daha güclü mövqe ilə çıxacaq. Yəni daha şaxələndirilmiş iqtisadiyyat qurulacaq və biz macarlar da bu prosesdə iştirak edə biləcəyik. Həmçinin biznes sahəsində də belə olacaq”.

Martın 5-də Viktor Orban Azərbaycanın baş nazir Artur Rasizadə ilə bir araya gəlib. Görüş zamanı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”; “Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu” imzalanıb.

AZƏRTAC xəbər verir ki, martın 6-sı Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda 200-dən çox iş adamı iştirak edib. Biznes forumu çərçivəsində Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın “Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Manat yenə ucuzlaşıb07.03.2016

Martın 7-də Azərbaycan manatı xarici valyutalar qarşısında yenə də ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, ABŞ dollarının rəsmi kursu 1,6019 manatdan 1,6105 manata qalxıb.

Page 69: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Avronun satış kursunda da artım var. Ötən həftənin son iş günü Mərkəzi Bankın 1,7536 manata satılan avro martın 7-də 1,7699 manata təklif olunur.

Rusiya rublunun rəsmi məzənnəsi isə 0,0219 manatdan 0,0223 manata yüksəlib.

Neft bahalaşır, artım layihələri isə dayandırılıb07.03.2016

Dünya birjalarında neftin 7 mart qiymətləri açıqlanıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 36,57 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 39,42 dollara satılır.

Bu arada SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv bir neçə ölkənin xam neft hasilatının yanvar ayındakı səviyyədə saxlanması təşəbbüsünü dəstəkləyir. AZƏRTAC-ın məlumatına görə, Rövnəq Abdullayev bildirib ki, bu istiqamətdə müəyyən addımlar atılıb. “Biz bu il neft hasilatının həcmini dondurmaq, yəni eyni səviyyədə saxlamaq fikrindəyik. Bununla bağlı artım layihələri dayandırılıb. Bu il Azərbaycanın xam neft hasilatı keçənilki səviyyədən yuxarı olmayacaq”.

2015-ci ildə SOCAR üzrə neft hasilatı 8 milyon 159,1 min ton, ümumilikdə Azərbaycanda isə 41 milyon 583,6 min ton olub.

Ekspert: “Büdcədən heç də böhran büdcəsi iyi gəlmir”07.03.2016

Page 70: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Bu ilin büdcəsində beynəlxalq tədbirlərin təşkilinə cəmi büdcə xərclərinin 2,3 faizi qədər pul ayrılır. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu belə yazır.

Prezident İlham Əliyev martın 2-də 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanununu imzalayıb. Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman da verilib.Qubad İbadoğlu 2016-cı ilin dövlət büdcəsinə nəzər salaraq qeyd edir ki, yenilənmiş büdcədə rasionallaşdırma ilə bağlı deyilənlər nəzərə alınmayıb: “2016-cı ilin əlavə və dəyişikliklərlə yenilənmiş büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403,87 milyon manat vəsait ayrılıb. Həmin vəsait bu il üçün nəzərdə tutulan səhiyyə büdcəsinin təxminən yarısı qədərdir. Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönələn vəsait ayrı-ayrılıqda sosial təminat xərclərindən 11,5 dəfə, ipotekaya dəstək xərclərindən 8 dəfə, elm xərclərindən 3 dəfə, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə ayrılan xərcdən 2,5 dəfəyədək çoxdur.

2016-cı ilin büdcəsində beynəlxalq idman tədbirləri üçün təsdiq olunan 403,87 milyon manat vəsaitdən əlavə olaraq 18 milyon manat da beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Deməli, bu il bütövlükdə beynəlxalq tədbirlərin təşkili üçün büdcədən 422,8 milyon manatdan çox vəsait xərclənəcək, bu da cari il üçün cəmi büdcə xərclərinin 2,3 faizinə bərabərdir. Göründüyü kimi, büdcədən heç də böhran büdcəsi iyi gəlmir. Onun rasionallaşdırılması ilə bağlı deyilənlər isə xüsusilə də yenilənmiş büdcədə nəzərə alınmayıb”.

Ali dövlət qurumları və güc strukturları: kimin büdcəsi dəyişib?07.03.2016

Page 71: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanunu imzalanıb, onun qüvvəyə minməsi ilə əlaqədarfərman verilib. Transparency.az büdcədəki yenilənmənin ali dövlət qurumları və güc strukturlarına ayrılan vəsaitə necə təsir etdiyinə nəzər salıb:Milli Məclis – 22 milyon 694 min 934 manat (əvvəlki büdcədə 23 milyon 245 min 955 manat idi)

Nazirlər Kabineti – 9 milyon 939 min 392 manat (10 milyon 72 min 645 manat idi)

Prezident Administrasiyası – 67 milyon 610 min 734 manat (70 milyon 526 min 812 manat idi)

Xarici İşlər Nazirliyi – 12 milyon 897 min 323 manat (13 milyon 98 min 794 manat idi)

Müdafiə Nazirliyi – 1 milyard 463 milyon 3 min 900 manat (dəyişməyib)

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti – 108 milyon 894 min 688 manat (Ləğv olunmuş MTN-ə də bu qədər vəsait ayrılmışdı)

Daxili İşlər Nazirliyi – 365 milyon 800 min 969 manat (dəyişməyib)

Ədliyyə Nazirliyi – 24 milyon 624 min 831 manat (24 milyon 999 min 300 manat idi)

Fövqəladə Hallar Nazirliyi – 138 milyon 231 min 983 manat (dəyişməyib)

Baş Prokurorluq – 47 milyon 58 min 609 manat (47 milyon 469 min 996 manat idi)

Page 72: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Konstitusiya Məhkəməsi – 4 milyon 84 min 87 manat (dəyişməyib)

Ali Məhkəmə – 7 milyon 3 min 279 manat (7 milyon 63 min 700 manat idi)

Dövlət Sərhəd Xidməti – 210 milyon 919 min 132 manat (dəyişməyib).

Yeni büdcədə media: MTRŞ-də azalma, AZƏRTAC-da artım var07.03.2016

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qüvvəyə minib (Detallar). Transparency.az xəbər verir ki, büdcənin əvvəlki variantında Milli Televiziya və Radio Şurası üçün 803 min 862 manat vəsait nəzərdə tutulmuşdu. Yenilənmiş büdcədə vəsait 793 min 837 manatdır, 10 min 25 manat azalma var.Radio, televiziya və nəşriyyat işinə dövlət 66 milyon 916 min 442 manat ayırmışdı. Yenilənmiş büdcədə vəsait 67 milyon 618 min 859 manat olub. Bu vəsaitin 7 milyon 785 min 171 manatı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) üçün nəzərdə tutulub. Əvvəlki variant 7 milyon 82 min 754 manat idi. Bu, 702 min 417 manat artım deməkdir.

Yenilənmiş büdcənin 37 milyon 720 min 320 manatı (dəyişməyib) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 16 milyon 552 min 800 manatı (dəyişməyib) İctimai Televiziya və Radio Yayımları Şirkətinin, 1 milyon 3 min 200 manatı (dəyişməyib) “Azərbaycan” nəşriyyatının (dövlət sifarişlərinin yerinə yetirilməsi üçün), 4 milyon 12 min 800 manatı (dəyişməyib) Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunundur.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə verilən subsidiya 521 min 664 manat təşkil edir. Əvvəlki büdcədə də bu qədər dəstək nəzərdə tutulmuşdu. Radio və televiziya redaksiyalarının saxlanılması üçün isə 22 min 904 manat ayrılıb (dəyişməyib).

Page 73: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Hərraclarda satılan valyutanın həcmi 1 milyard 700 milyon dolları ötüb07.03.2016

Martın 7-də Mərkəzi Bank növbəti hərrac təşkil edib. Dövlət Neft Fondu hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Vəsaitdən 28 banka 49,7 milyon ABŞ dolları satılıb.

Transparency.az qeyd edir ki, Dövlət Neft Fondu bu il hərraclarda ümumilikdə 1 milyard 21 milyon 46 min, Mərkəzi Bank isə 685 milyon 488 min ABŞ dolları satıb. Hərraclarda üst-üstə 1 milyard 706 milyon 534 min ABŞ dolları alınıb.

Dövlət Statistika Komitəsi qadın hesabatı yayıb07.03.2016

Dövlət Statistika Komitəsi martın 8-də qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində hesabat yayıb. Məlumata görə, 2016-cı ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 166,2 min körpənin 46,8 faizi qız uşaqlarıdır.

Hesabatda qeyd olunur ki, Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir: “Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 65 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,8 faizi qızlardır.

Page 74: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.

Milli Məclisdə qadın deputatların sayı da artır. 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdi, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16,9 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə (1999-cu il) nisbətən son bələdiyyə seçkilərində (2014-cü il) bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz idi.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. 2008-ci ildə onların sayı 6187 nəfər olub, 2015-ci ildə 8521 nəfərə çatıb”.

Ekoloji pozuntulara dair statistika açıqlanıb07.03.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericiliyin pozuntusuna dair statistika açıqlayıb. Rəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat

Page 75: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

tullantılarının yerləşdirilməsi sahəsində yol verdiyi qanun pozuntularına görə 131 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli göstəriş verilib.

Ümumilikdə 21 iş üzrə 25840 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 1226,94 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 627 iş üzrə 82726,5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 26, icra qurumlarına 23, məhkəmələrə isə 6 iş göndərilib.

Uçot dərəcəsinin qalxması nə xeyir gətirə bilər?07.03.2016

Azərbaycan Mərkəzi Bankı martın 4-dən ölkədə uçot dərəcəsini 5%-dən 7%-ə qaldırıb. Bu, 2016-cı ildə ikinci artımdır. Fevralın 15-dək uçot dərəcəsi 3% olub, həmin gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 5% səviyyəsində müəyyən etmək qərarı çıxarıb.

APA Analitik Mərkəzindən Vahab Rzayev bu məsələ ilə bağlı təhlilində yazır ki, uçot dərəcəsinin qaldırılması çox zaman ölkədə inflyasiya səviyyəsini aşağı salmağa ehtiyac duyulanda həyata keçirilir: “Uçot dərəcəsinin təsir zəncirinə görə, qaldırılma nəticəsində banklar daha az mərkəzləşdirilmiş kredit alır, ölkədə pul təklifi azalır, bankların təklif etdiyi kreditlər üzrə faizlər qalxır, son kredit alanlar üçün (müəssisələr, fiziki şəxslər və sair) kredit daha baha olur, istehsal və ümumi işgüzar fəallıq müəyyən dərəcədə azalır və bunun nəticəsində iqtisadiyyatda daralma yaranır, bu da inflyasiyanın azalmasına gətirib çıxarır. Göründüyü kimi, məqsədə çatmaq məqsədilə iqtisadiyyat üçün neqativ proseslər yaradılır. Faktiki olaraq uçot dərəcəsinin qaldırılması (və ya pul-kredit

Page 76: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

siyasətinin sərtləşdirilməsi) iqtisadiyyatın inkişafına dəstək olmur. Əksinə, kəmiyyət baxımından geriləməyə gətirir. Buna görə uçot dərəcəsinin qaldırılması 10 haldan 9-da məcburi addımdır və ölkələr buna çox həvəssiz gedirlər. Və yalnız o zaman bu üsula əl atılır ki, ölkədə inflyasiyanın nəzarətdən çıxması və bunun makroiqtisadi sabitliyi sarsıda biləcəyi ehtimalı var. Belə olan halda hökumətlər iqtisadiyyatın darlaşması, işgüzar fəallığın azaldılması hesabına makroiqtisadi sabitliyi qoruyub saxlayırlar.

Azərbaycanda yanvar ayında illik inflyasiya 13,6% təşkil edib, bu da ölkə iqtisadiyyatının müasir tarixində misli görünməmiş göstəricidir. İnflyasiya ehtimal deyil, artıq faktla mübarizə aparmaq lazımdır və bu baxımından uçot dərəcəsinin qaldırılması tam izah olunandır. Aydındır ki, inflyasiyanın bu dərəcədə yüksək olması dekabrda keçirilmiş devalvasiya ilə bağlıdır, çünki bundan sonra həm idxal olunan, həm də yerli malların qiymətləri kəskin artıb. Hökumətin bütün səylərinə baxmayaraq bu prosesi inzibati yolla dayandırmaq mümkün olmayıb, amma monetar alətlərin tətbiqi bir qədər vaxt tələb edən olsa da, daha effektivdir. Əgər Mərkəzi Bankın hesablamaları və proqnozları inflyasiyanın yüksək qalması ssenarisini və ya hətta onun daha da yüksəlməsi ehtimalını göstərirsə, uçot dərəcəsinin artırılmasının əsl vaxtıdır.

Amma uçot dərəcəsinin təsiri tək bununla kifayətlənmir, onun bir neçə əlavə təsiri var. Birinci təsir valyuta məzənnəsi ilə bağlıdır. İllərlə, ölkələrlə, faktlarla sübut olunmuş və artıq makroiqtisadi aksioma çevrilmiş bir qanunauyğunluq var — uçot dərəcəsinin qaldırılması, pul-kredit siyasətinin sərtləşdirilməsi milli valyutanın möhkəmləndirilməsinə səbəb olur. Azərbaycana bu, çox lazımdır, çünki manat son zamanlar xoşagəlməz tendensiya göstərir. Devalvasiyadan sonrakı dinamika onu göstərir ki, yanvarın 25-26-dək dolların məzənnəsinin daimi artımı müşahidə olunub və nəticədə məzənnə 1,6054 manata çatıb, sonra isə tədricən azalma baş verib. Lakin fevralın sonunda artım yenidən bərpa edilib və cəmi 4 gün ərzində məzənnə devalvasiyadan sonrakı dövrün maksimum göstəricilərinə yaxınlaşıb. Belə olan halda hər hansı bir tədbirin görülməsi zəruridir və uçot dərəcəsi manatın möhkəmlənməsinə xidmət etməlidir. Əlbəttə, bu dərhal baş verməyəcək, amma pul-kredit siyasətini sərtləşdirmə addımlarının ilk real təsirləri, yeni faizlə veriləcək ilk mərkəzləşdirilmiş kreditlərin təsiri manatın məzənnəsini qaldırmalıdır.

Uçot dərəcəsinin başqa bir məqama da təsiri olmalıdır. Söhbət investisiyalardan gedir. Daha bir sınanmış aksiom: uçot dərəcəsinin qaldırılması xarici

Page 77: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

investisiyaların ölkəyə axının artımına xidmət edir. Burada səbəb-nəticə əlaqəsi çox sadədir. Uçot dərəcəsinin qaldırılması bankların faiz dərəcələrinin qalxmasına gətirib çıxarır, ümumiyyətlə ölkədə bütün faiz dərəcələri qalxır və dolayı yolla investisiyaların gəlirliyini artırır. Ölkəni maliyyə qurumu kimi təsəvvür etsək, pullar (investisiyalar, depozitlər və sair) daha yüksək faizləri təklif edən quruma istiqamətlənəcək. Buna görə xarici investisiyalarda maraqlı olan ölkələr uçot dərəcəsini və bununla bütün maliyyə dərəcələrini “rəqiblərdən” daha yüksək səviyyədə saxlayır.

Neftin kəskin ucuzlaşması, strateji ehtiyatların azalması, büdcənin sekvestr edilməsi məcburiyyəti kimi amillər Azərbaycanı yenidən xarici investisiyalarda maraqlı olmağa məcbur edib. Bahalı neft dövründə ölkənin maliyyə imkanları kəskin artmışdı və bütün layihələrin maliyyələşməsini öz imkanlarımız hesabına reallaşdırmaq mümkün idi. İndi isə vəsaitə qənaət edilir, layihələrin reallaşdırılması, iqtisadiyyatın diversifikasiya edilməsi üçün xarici investorlara ehtiyac yaranır. Ölkə rəhbərliyi bu istiqamətdə bir neçə mühüm qərar qəbul edib. Bu addımların sırasına idxal olunan texnologiya avadanlığının gömrük rüsumlarından və ƏDV-dən azad edilməsi, investisiya təşviqi sənədinə malik olan sahibkarlara vergi güzəştlərinin tətbiqi, gömrük prosedurlarının maksimal sadələşdirilməsi barədə qərarların qəbulunu aid etmək lazımdır.

Azərbaycan ölkədən il ərzində 50 min dollardan artıq pul köçürmə (o cümlədən bank köçürmələri) zamanı artıq olan məbləğdən 20%-lik dövlət büdcəsinə məcburi tutulmanı nəzərdə tutan qanun layihəsinin qəbulundan imtina edib. Göründüyü kimi, xarici investorların Azərbaycana cəlb edilməsi istiqamətində bütün “sərhədlər” üzrə iş aparılır. Bu baxımından uçot dərəcəsinin qaldırılması da öz töhfəsini verməli, ölkənin daha cəlbedici olmasında öz rolunu oynamalıdır”.

Valyuta ehtiyatlarının ərimə dinamikası07.03.2016

Səkkiz il öncə, 2008-ci il martın 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 13,6 milyon dollar olub. Hazırda Mərkəzi Bankın hesabındakı ehtiyat həmin məbləğdən 13 milyon dollar çoxdur.

Mərkəzi Bankın rəsmi hesabatına görə, martın 1-nə valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollardır. Transparency.az bildirir ki, bu, ötən ilin eyni dövrü ilə

Page 78: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

müqayisədə 6 milyard 978,1 milyon dollar azdır. 2015-ci il martın 1-nə ehtiyatların həcmi 11 milyard 4,4 milyon dollar olub.

Dinamikaya nəzər salanda ötən il aprelin 1-nə valyuta ehtiyatlarının 9 milyard 472,1 milyon dollara, mayın 1-nə 8 milyard 387,9 milyon dollara endiyi görünür. Sonrakı aylarda ehtiyatların həcmi belə dəyişib:

1 iyun 2015 – 8 milyard 430,8 milyon dollar

1 iyul 2015 – 8 milyard 520,2 milyon dollar

1 avqust 2015 – 8 milyard 501,5 milyon dollar

1 sentyabr 2015 – 7 milyard 315,4 milyon dollar

1 oktyabr 2015 – 7 milyard 14,7 milyon dollar

1 noyabr 2015 – 6 milyard 834,6 milyon dollar

1 dekabr 2015 – 6 milyard 245,6 milyon dollar

1 yanvar 2016 – 5 milyard 16,7 milyon dollar

1 fevral 2016 – 4 milyard 398,5 milyon dollar.

Son bir il iki ayda Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda 1 ABŞ dollarının rəsmi kursu 1,6105 manatdır. Manatın kursunu sabit saxlamağa bu il Mərkəzi Bank 685 milyon 488 min ABŞ dolları xərcləyib.

Nəzəri baxımdan doğru olan uğursuz qərar07.03.2016

İqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın uçot dərəcəsi siyasətini şərh edib.

Page 79: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

Mərkəzi Bank martın 4-dən ölkədə uçot dərəcəsini 5%-dən 7%-ə qaldırıb. Fevralın 15-dək isə uçot dərəcəsi 3% olub.

Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev uçot dərəcəsinin artımını nəzəri baxımdan doğru qərar hesab etdiyini vurğulasa da, bunu uğurlu addım kimi qiymətləndirmir: “Uçot dərəcəsinin qalxması kreditləri bahalaşdıracaq. Nəticədə kommersiya banklarının Mərkəzi Bankın yüksək uçot dərəcəsi ilə təklif etdiyi resurslara, biznesin və ailə təsərrüfatlarının isə kommersiya banklarının əvvəlkindən daha yüksək faizlə təklif etdiyi kreditlərə tələbatı azalacaq. Kreditlərə (həm də real pula) tələbatın azalması pul təklifinin məhdudlaşması deməkdir. Klassik inflyasiya nəzəriyyəsinə görə, pul təklifinin azalması inflyasiyanı azaldır. Nəzəri baxımdan tam doğrudur və tarixin müxtəlif dönəmlərində, fərqli dünya iqtisadi böhranlarında praktik sübutunu tapıb. Azərbaycanın hazırkı iqtisadi reallığında isə uçot dərəcəsinin indiki həddinin hətta 2 dəfə yüksəlməsinin inflyasiyanı cilovlayacağını iddia etmək müzakirə və dartışma tələb edir.

Uçot dərəcəsinin yüksəldilməsi inflyasiyanı o zaman azaldır ki, iqtisadiyyatda monetizasiya səviyyəsi ən azı dünya üzrə orta hesab edilən səviyyəyə yaxın olsun. Monetizasiya pul kütləsinin (M2) ümumi daxili məhsula (ÜDM) nisbətini ifadə edir. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, dünyada orta göstərici 40-50%, yüksək göstərici 50-100%-dir. Ultra yüksək göstəricilər də var: 100-200%. Hazırda Azərbaycanda iqtisadiyyatın monetizasiyası 15% ətafındadır. Birinci devalvasiyadan əvvəl isə 28% olub. Ötən il ərzində Mərkəzi Bank monetizasiya səviyyəsini 2 dəfəyədək azaltdı, amma bu prosesdə uçot siyasəti bir alət kimi heç bir rol oynamadı. Əgər Azərbaycanda pul kütləsinin 2 dəfə azaldığı şəraitdə yüksək inflyasiya baş verirsə, deməli, onun səbəbi monetar deyil, qeyri-monetar amillərdir. Uçot siyasəti isə sırf monetar alətdir. Əgər qeyri-monetar amilləri monetar alətlərlə sıradan çıxarmaq mümkün olacaqsa, bu, iqtisadiyyat elmi üçün yenilik olacaq.

İqtisadiyyatın, xüsusilə real sektorun pula yüksək tələbatı şəraitində uçot siyasəti inflyasiyanı azalda bilir. Pula tələbatı xarakterizə edən ən bariz

Page 80: transparency.aztransparency.az/alac/files/mart(1) 2016.docx · Web viewRəsmi məlumatda bildirilir ki, fevralın ikinci yarısında hüquqi və fiziki şəxslərin atmosfer havasının,

göstəricilərdən biri pul multiplikatorudur. Pul multiplikatoru manatla geniş pul kütləsinin (M2) nağd pul kütləsinə nisbətini ifadə edir. İqtisadi mənası odur ki, Mərkəzi Bankın dövriyyəyə buraxdığı hər bir manat hesabına iqtisadiyyat əlavə neçə manat pul yarada bilir. Pul multiplikatorunun səviyyəsinin artımında bank sektoru vasitəçidir, əsas mühərrik real sektordur, biznesin potensialıdır. Bir manatı 5 manat əlavə pula çevirmək üçün biznesin kreditlərə ehtiyacı fasiləsiz və dayanıqlı olmalıdır. Azərbaycanda belə iqtisadiyyat mövcud deyil. Sübut isə pul multiplikatorunun hazırkı səviyyəsidir. Ölkədə bu göstəricinin səviyyəsi 1,25, inkişaf etmiş ölkələrdə 5-7, Rusiya və Qazaxıstanda 2,5-3,5 intervalındadır. Hazırda bizim iqtisadiyyatın problemi pula tələbatın həddən artıq yüksək olması deyil ki, sərt uçot siyasəti ilə onu cilovlayaq. Əksinə, tələbat o qədər aşağıdır ki, stimullaşdırılmasa, Azərbaycanda iqtisadi inkişaf mümkün olmayacaq, durğunluq davam edəcək”.

Ekspertin fikrincə, uçot dərəcəsi siyasətinin uğursuz olacağına daha bir səbəb Mərkəzi Bankın kifayət etməyən kredit resurslarıdır: “O ölkələrdə uçot siyasəti pula tələb və təklifə, inflyasiyaya təsir edir ki, mərkəzi bankın kredit resursları ümumi kreditlərin 35%-dən az olmasın. Beynəlxalq Banka ayrılan vəsaitlər nəzərə alınmasa, Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslarının ümumi kreditləşmədə payı 10-15%-dən çox deyil. Aydındır ki, qurum indiki şəraitdə hansısa addım atmalıdır. Amma seçilmiş siyasət aləti qarşıya qoyulan hədəf (inflyasiyanı cilovlamaq) baxımından nəticəyə aparmayacaq”.