xƏstƏlİyİn yayilma areali

31

Upload: keely

Post on 24-Feb-2016

76 views

Category:

Documents


0 download

DESCRIPTION

XƏSTƏLİYİN YAYILMA AREALI. 7.2 Çuğundurun bakteriya mənşəli xəstəlikləri. Çuğundur köklərinin xərçəngi və ya çinədanlığı – Agrobacterium tumefaciens (E.F.Sm. et Town.). Təsnifatda yeri: Qrammənfi aerob çuğuqlar qrupu, Rhizobiaceae fəsiləsi, Agrobacterium cinsi Müasir adı : - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 2: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 3: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 4: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 5: XƏSTƏLİYİN  YAYILMA AREALI

AZƏRBAY-CAN

• NAXÇIVAN MR• GƏNCƏ-QAZAX• ŞİRVAN• DÜZƏN QARABAĞ

MDB

• BELORUS• UKRAYNA• RUSİYA• QAZAXISTAN

XƏSTƏLİYİN YAYILMA AREALI

Page 6: XƏSTƏLİYİN  YAYILMA AREALI

• Yüksək rütubət 90-100%• Havanın gündəlik orta

temperaturu 24-28ºCEKOLOGİYASI

• Dərmanlanmamış toxumlarda yoluxma həddi -70-80%

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

• Alto super – 0,7 l/ha• Skor – 0,5 l/haMÜBARİZƏ

TƏDBİRLƏRİ

Page 7: XƏSTƏLİYİN  YAYILMA AREALI

Təsnifatda yeri:

Qrammənfi aerob çuğuqlar qrupu,

Rhizobiaceae fəsiləsi, Agrobacterium cinsi

Müasir adı:

Rhizobium radiobacter

Bioloji qrupu:

Hemibiotrof

7.2 Çuğundurun bakteriya mənşəli xəstəlikləri

Çuğundur köklərinin xərçəngi və ya çinədanlığı –Agrobacterium tumefaciens (E.F.Sm. et Town.)

Page 8: XƏSTƏLİYİN  YAYILMA AREALI

Patogenin morfologiya və biologiyası. Törədici ilə şəkər çuğunduru sirayətlənir. Xəstəlik zamanı kökümeyvənin səthində şiş əmələ gəlir. Belə şişlər böyük ölçülü ola bilir, hətta şişin ölçüləri yumrunun ölçülərindən iri görünür. Ədəbiyyat məlumatlarına görə 1979-cu ildə Krasnodar diyarında anaclıq çuğundurun bəzi kökü-meyvələrində kökümeyvənin kütləsi 240 qr olduğu halda xərçəng şişləri 220 qram təşkil edirdi. Adətən şişlər kökboğazı zonasında, kökmeyvənin aşağı hissələrində əmələ gəlir.

Şişlər acacıq dəyirmi formalı, hamar və ya ziyilcikli, kələ-kötür səhtli, yaxşı inkişaf etmiş qabıq toxumalıdır. Onlar tünd-boz və ya qonurtəhər rənglidir. Şiş toxumasından kəsik etdikdə ağ rənglidir. Şişlər hiperplaziya nəticəsində baş verir. Yəni bu proses zamanı bakteriyanın təsiri altında hüceyrələr güclü surətdə çoxalır. İnkişaf edən şişlərdə bakteriya demək olar ki, qeydə alınmır. Belə ki, bu xəstəlik zamanı bakteriyaların təsiri altında lizis baş verir. Lakin hüceyrələrin çoxalması və şiş hüceyrələrinin ölçülərinin yüksəlməsi xəstəlik törədici itəndən sonra da davam edir.

Page 9: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 10: XƏSTƏLİYİN  YAYILMA AREALI

Yayılması. Xəstəlik dünyanın şəkər çuğunduru becərilən bütün ölkələrində, o cümlədən MDB məkanında qeydə alınmışdır. Lakin xərçəng şişli kökümeyvələr məhsul toplanışı dövrü tək-tək nümunələrdə rast gəlinir.

Ekologiyası. Çubuqşəkilli hüceyrələrdir, ölçüləri 0,6-1,0 x 1,5-3,0 mkm, spor əmələ gətirmirlər. Qrammənfidir, qamçıların hesabına hərəkətlidir. Xəstəlik törədicinin inkişafı üçün optimal temperatur 25-280C-dir.

Təsərrüfat əhəmiyyəti. Yüksək zərərlə xarakterizə edilmir. Kö-kümeyvələrdə xərçəng tipli şişlərə nadir hallarda rast gəlindiyindən iqtisadi əhəmiyyət kəsb etmir.

Mübarizə tədbirləri. Sahədə aqrotexniki tədbirlər kompleksinə dönmədən əməl edilməlidir.

Page 11: XƏSTƏLİYİN  YAYILMA AREALI

Sarılıq - Beta virus 4 (Roland et Guanyer) Smith.

7.3 Çuğundurun virus mənşəli xəstəlikləri

Bəzi çuğundur becərilən rayonlarda ən zərərli xəstəliklərdəndir. Müxtəlif ədəbiyyat mənbələrindən alınan məlumatlara görə sarılıq xəstəliyinin təsirindən kökümeyvələrin itkisi 50-65%, toxum məhsulu 40% və daha artıq ola bilir. Patogen obliqat parazit olmaqla çuğundur bitkisinin yalnız canlı hüceyrə şirəsi hesabına qidalanır. Xəstəliyin yüksək zərəri də bununla izah olunur. Virionlar sapaoxşar olub, şirədə inaktivasiya temperaturu 50-550C-dir.

Birinci il becərilən bitkiləri və toxumları yoluxur. Xəstəliyin əlamətləri nisbətən yaşlı yarpaqlarda müşahidə edilir. Yarpaqlar saralır, təpə hissədən başlayaraq aşağıya doğru yönəlir. Belə orqanlar cırtdanlaşır, onların damarları büzüşür.

Sarılıq virusunun daşıyıcıları müxtəlif növ mənənələridir. İnfeksiya mənbəyi əsasən alaq otlarıdır: sirkən, zincirotu və s.

Page 12: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 13: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 14: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 15: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 16: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 17: XƏSTƏLİYİN  YAYILMA AREALI

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi,

Chytridiomycota şöbəsi,

Chytridiomycetes sinfi, Chytridioales

sırası, Olpidia fəsiləsi Olpidium cinsi

Bioloji qrupu:

Hemibiotrof

7.4 Kələm bitkisinin göbələk mənşəli (yalançı unlu şeh, qara ayaq, kila, fomoz, alternarioz

və s.) xəstəlikləri

Kələmin qara ayağı – Olpidium brassicae (Woronin) P.A.Daug., Pythium debarianum R.Hesse,

Rhizoctonia solani I.G.Kuehn.

Page 18: XƏSTƏLİYİN  YAYILMA AREALI

Patogenin morfologiya və biologiyası. Olpidium göbələyinin vegetativ bədəni- amebioddir. O, qidalandığı bitkinin hüceyrələ-rində zərif rəngsiz örtüklü zoosporangiyə çevrilir.

Zoosporangilər şarşəkilli, 12-120 mkm diametrlidir. Bitkinin toxumasında 1-dən 12-yə qədər zoosporangi yerləşə bilir. Yazda zoosporlar aerotropik kanalcıq vasitəsilə qidalandığı bitkinin səthinə çıxır. Zoosporlar şarşəkillidir, 3 mkm diametrli olmaqla bir qamçılıdır. Qamçını çəkərək zoospor örtüklə bağlanır və öz möhtəviyyatını bir nüvəli protoplazma topası formasında bitkinin epidermal hüceyrəsinə axıdır. Beləliklə bitkiəlrin yenidən yolux-ması baş verir. Bu qeyri-cinsi çoxalma tsikli bir neçə gün çəkir. Cinsi çoxalma zamanı müxtəlif zoosporangilərdən çıxan zoosporlar cüt-cüt mayalanır, ikiqamçılı ziqota əmələ gətirir, istirahət dövrün-dən sonra həmin ziqota sahib bitkinin hüceyrəsinin səthinə bərkiyir, örtüklə bağlanır və sistaya çevrilir.

Kələm və başqa Brassicaceae fəsiləsi bitkilərindən əlavə xiyar, yulaf, pomidor, tütün və başqa bitki növlərini yoluxur.

Page 19: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 20: XƏSTƏLİYİN  YAYILMA AREALI

POLŞA

ALMANİYA

SERBİYA

ŞİMALİ AMERİKA

MDB

GƏNCƏ-QAZAX

ŞİRVAN

DÜZƏN QARABAĞ

XƏSTƏLİYİN YAYILMA AREALI

Page 21: XƏSTƏLİYİN  YAYILMA AREALI

EKOLOGİYASI

Temperatur -13ºC-dən aşağı

Torpaqda rütubətlilik – 80%-dən çox

Havanın nisbi rütubəti 90-95%

Torpağın pH – 5,0-7,6

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ

Məhsuldarlıq – 30-40% aşağı düşür

Cücərtilər 50-60% məhv olur

Page 22: XƏSTƏLİYİN  YAYILMA AREALI

MÜBARİZƏ TƏDBİRLƏRİ

• Torpaq yumşaldılmalı, dezinfeksiya edilməli;

• Parnik havalandırılmalı;• Səpin normasına əməl edilməli;• Mineral gübrələr verilməli;• Pikirovka aparılmalı;• Xəstə bitkilər çıxdaş edilməli;• Parnikdə optimal temperatur 12-15ºC;• Rütubət 75%-dən çox olmamalıdır

Page 23: XƏSTƏLİYİN  YAYILMA AREALI

Təsnifatda yeri:

Chromista aləmi, Oomycota şöbəsi,

Oomycetes sinfi, Peronosporales

sırası, Peronosporaceae fəsiləsi,

Peronospora cinsi

Bioloji qrupu:

Biotrof

Kələmin peronosporozu və ya yalançı unlu şehi –Peronospora brassicae Gaum.

Page 24: XƏSTƏLİYİN  YAYILMA AREALI

Patogenin morfologiya və biologiyası. Xəstəlik bitkilərin inkişafının bütün dövrlərində meydana çıxır, lakin xüsusilə şitillər və toxumluqlar daha güclü yoluxurlar. Ləpələrdə və şitilin yarpaqlarında boztəhər ağ örtük zühur edir. Bu örtük yarpağın alt tərəfində ayrı-ayrı və ya birləşən ləkələrdən ibarət olmaqla konidispor mərhələsindən ibarətdir. Yarpaqların üst səthində solğun-sarı səpələnmiş ləkələr müşahidə edilir. Xəstə yarpaqlar saralır və güclü yoluxma zamanı ölüşgəyir. Toxumluq sahələrdə bitkinin yarpaq, gövdə, çiçəkayaqcığı və paxlaları sirayətlənir, onların səthində ağ unlu örtük əmələ gəlir, örtük altında olan toxuma basılır və tündləşir. Yoluxmuş paxlalarda toxumlar cılızdır, yüngül çəkilidir. Bitkinin toxumasının hüceyrəaralarında yerləşən göbələk konidi spormərhələsi əmələ gətirir və onlar səthə ağızcıqla çıxırlar. Konididaşıyanlar 1-2-dir, ölçüləri 250-450 x 6-9 mkm olmaqla dixotamik budaqlanandır. Konidilər birhüceyrəli, elliptik, 12-18 x11-23 mkm ölçülü, nazik, rəngsiz örtüklüdür. Çox zaman bitkinin toxumalarında 25-30 mkm diametrli şarabənzər oosporlar əmələ gəlir.

Page 25: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 26: XƏSTƏLİYİN  YAYILMA AREALI
Page 27: XƏSTƏLİYİN  YAYILMA AREALI

AZƏRBAY-CANUKRAYNAÖZBƏKİSTANŞİMALİ AMERİKARUSİYAQƏRBİ AVROPA

Page 28: XƏSTƏLİYİN  YAYILMA AREALI

EKOLOGİYASI• Oosporun cücərməsi üçün

optimal temperatur 8-12ºC• Xəstəliyin inkişafı üçün 10-

15ºC• Gündəlik orta temperatur 19-

23ºC• Havanın nisbi rütubəti 75%-

dən çox

TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ• Xəstəliyin inkişafı üçün

əlverişli illərdə toxumların yoluxması 50-60% olur

• Məhsul 16-20% azalır• Anaclıqda kələm itkisi 30-

60 s/ha təşkil edir• Xəstəliklə şitilliyin yoluxması

30-100%

Page 29: XƏSTƏLİYİN  YAYILMA AREALI

• Sağlam toxum tədarük etmək

• Səpindən qabaq toxumların dezinfeksiyası

• Şitillərin parnikdə və tarlada dərmanlanması

• Səpində normal sıxlıq• Məhsul toplanışından

sonra bütün qalıqların məhv edilməsi

• Növbəli əkin• Davamlı sortlardan

istifadə

MÜBARİZƏ TƏDBİRLƏR

İ

Page 30: XƏSTƏLİYİN  YAYILMA AREALI

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic

fungi şöbəsi, Coelomycetes sinfi,

Sphaeropsidales sırası, Dematiaceae

fəsiləsi, Phoma cinsi

Bioloji qrupu:

Hemibiotrof

Kələmin fomozu və ya quru çürüməsi – Phoma lingam (Tode) Desm.

Page 31: XƏSTƏLİYİN  YAYILMA AREALI

Patogenin morfologiya və biologiyası. Fomoz şitilləri, yaşlı bitkiləri və kələmin toxumluqlarını yoluxur. Şitillərin ləpələrində (filqə yarpaqlar) solğun, göbələyin qara piknidlərindən ibarət dağınıq ləkələr meydana çıxır. Gövdənin aşağı hissəsinin qabığı şəffaflaşır, boz rəng alır. Qurumuş boz toxumada zaman keçdikcə xəstəlik törədicinin piknidləri yaxşı görünən qara nöqtə şəklində əmələ gəlir. Gövdə quruyur, çürüyür və bitki məhv olur. Xəstə şitili tarlaya köçürdükdə xəstəliyin inkişafı davam edir. Belə bitkilər böyümədən qalır, görkəminə görə onlar xlorotikdirlər, aşağı yarpaqlar qırmızı-bənövşəyi və ya göytəhər rəng alır. Yaşlı bitkilərin yoluxması zamanı xəstəlik gövdənin kök boğazı hissəsində meydana çıxır, əsas və yan köklərdə boztəhər, yüngülcə basıq ləkələr mövcuddur. Müəyyən zaman kəsiyində ləkələr tündləşir, onların səthində çoxsaylı kiçik qara, qabarıq göbələk piknidləri zühur edir. Gövdənin və köklərin sirayətlənmiş toxumaları tədricən dağılır, nəticədə çürümə əmələ gəlir.