web viewbir xəbər yoxmu Şeyx sənandan? orta yaşlı, iki zahidməslək arxadaş. fəqət...

104
ŞEYX SƏNAN Qeyd “Şeyx Sənan” mövqe-tamaşaya qoyulduğu zaman ikinci pərdənin birinci səhnəsi ilə ikinci səhnəsi bir yerdə təmsil edilir. Üçüncü pərdənin ikinci səhnəsi ilə sondakı əlavə isə bütün-bütünə atılır. ƏŞXAS Şeyx Kəbir — fəzilət və ürfanilə, irşad və ictihadilə məşhur, ağsaqqal və nurani bir mürşid. Şeyx Əbuzər — Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edən bir ixtiyar. Zəhra — Şeyx Kəbirin qızı. Əzra — Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı. Şeyx Sənan — otuz yaşında, xoşsima bir tələbə. Şeyx Hadi Şeyx Sədra Əbülüla Şeyx Mərvan — təkgözlü, ortayaşlı bir şəxs. Şeyx Nəim — Şeyx Mərvanın məsləkdaşı. Şeyx Əbülləhyə Şeyx Cəfər Oğuz Özdəmir Dərviş — nurani bir ixtiyar. İki kor ərəb, dəvəçi, mələklər, sair şeyxlər və müridlər. Xumar ( Tamara) — olduqca gözəl və məsum ruhlu bir gürcü qızı. Nina - Xumarın rəfiqəsi. Anton Simon Platon — Xumarın atası. Serqo — Platonun xidmətçisi. Papas — sağlam vücudlu, mühib simalı bir keşiş. Sair dəliqanlılar, qızlar və çocuqlar... Şeyxlər və müridlər — ərəb qiyafətində; gürcülər isə əski gürcü qiyafətindədirlər. BİRİNCİ PƏRDƏ I SƏHNƏ Mədineyi-münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dörd pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər.

Upload: dangkhanh

Post on 06-Mar-2018

238 views

Category:

Documents


11 download

TRANSCRIPT

ŞEYX SƏNAN 

Qeyd 

“Şeyx Sənan” mövqe-tamaşaya qoyulduğu zaman ikinci pərdənin birinci səhnəsi ilə ikinci səhnəsi bir yerdə təmsil edilir. Üçüncü pərdənin ikinci səhnəsi ilə sondakı əlavə isə bütün-bütünə atılır. 

ƏŞXAS 

Şeyx Kəbir — fəzilət və ürfanilə, irşad və ictihadilə məşhur, ağsaqqal və nurani bir mürşid. Şeyx Əbuzər — Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edən bir ixtiyar. Zəhra — Şeyx Kəbirin qızı. Əzra — Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı. Şeyx Sənan — otuz yaşında, xoşsima bir tələbə. Şeyx Hadi Şeyx Sədra Əbülüla Şeyx Mərvan — təkgözlü, ortayaşlı bir şəxs. Şeyx Nəim — Şeyx Mərvanın məsləkdaşı. 

Şeyx Əbülləhyə Şeyx Cəfər 

Oğuz Özdəmir 

Dərviş — nurani bir ixtiyar. İki kor ərəb, dəvəçi, mələklər, sair şeyxlər və müridlər. Xumar ( Tamara) — olduqca gözəl və məsum ruhlu bir gürcü qızı. Nina - Xumarın rəfiqəsi. 

Anton Simon 

Platon — Xumarın atası. Serqo — Platonun xidmətçisi. Papas — sağlam vücudlu, mühib simalı bir keşiş. 

Sair dəliqanlılar, qızlar və çocuqlar... Şeyxlər və müridlər — ərəb qiyafətində; gürcülər isə əski gürcü qiyafətindədirlər. 

BİRİNCİ PƏRDƏ 

I SƏHNƏ 

Mədineyi-münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dörd pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər. 

Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri və üzü göyə doğru duaya məşğul görünür. 

Zəhra 

(Əzra ilə bərabər hərəmxanə qapısından daxil olaraq) 

Şeyx, ya şeyx! 

Əzra 

Şeyx! 

Şeyx Əbuzər 

(niyazkar) 

Ya allah! 

Zəhra 

Mənə bax... 

Şeyx Əbuzər 

(mütəvəkkil) 

La ilahə illəllah! 

Zəhra 

(yaxlaşaraq) 

Şeyx Əbuzər! 

Şeyx Əbuzər 

(dönərək) Nədir, qızım? Şeyx Sənanın yaxın arxadaşları. Zəhra 

Əlan, Bir xəbər yoxmu Şeyx Sənandan? orta yaşlı, iki zahidməslək arxadaş. Fəqət Əbülləhyənin saqqalı aşırı dərəcədə uzundur. 

Şeyx Əbuzər 

İki-üç dəfə getdim evlərinə... iki gürbüz dəliqanlı. 

Zəhra 

Əcəba, xəstələnməmiş ki yenə? 

Şeyx Əbuzər 

Qonşular söyləyir ki, həp gecələr Uyumaq bilməyir sabahə qədər. Qoşuyor hər səhər biyabanə, Həm də əsla qarışmaz insanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun?! Şaşırır həp Mədinə əhli bütün, Onu gördükcə müztərib, düşgün. 

Zəhra 

Nə olar? Bir də get, rica edirəm. Bir xəbər bil də gəl... 

Şeyx Əbuzər 

Pəki, gedirəm. (Qalxıb gedir. Çıxdığı sırada mənalı bir baxışla Zəhraya baxaraq) 

Bunda bir sirr var, edilməz faş, Nə için, anlamam, əcəb bu təlaş?! 

Əzra 

Bu maraq iştə fəzlədir, Zəhra! 

Zəhra 

Sorma, heç sorma, nazənin Əzra!.. 

Əzra 

Səndə bir öylə hüsnü cazibə var Ki, olur hər görən pərəstişkar. Səni Sənan arar da kəndi bulur, Daima eşqü hüsnə mail olur. 

Zəhra 

Qalmamış məndə zərrə səbrü qərar, Mənə Sənansız olmuş aləm tar. Altı ildir ki, zarü dərbədərim, Həp onundur məsərrətim, kədərim. Altı ildir əsirü mədhuşam, Onun eşqilə məstü bihuşam. Azacıq məndə varsa hüsnü cəmal, Onda həm hüsn var, həm elmü kəmal. 

Əzra 

Kimsəsiz bir zavallıdır Sənan, Səndə vardır fəqət nəcabətü şan. Bir atan var, cahanda şöhrətgir: Fazili-binəzir, Şeyx Kəbir. 

Zəhra 

Doğru, çox doğrudur sözün, lakin Məncə mənası yox həsəb-nəsəbin. Qara quldan da alçaq olsa, inan, Yenə məndən şərəflidir Sənan. 

Əzra 

(pəncərəyə baxaraq) 

Gəliyor, iştə, gözlərin aydın... 

Zəhra 

(şaşqın) 

Kim? O kimdir? 

Əzra 

(əlilə göstərir) 

Zavallı pək dalğın... 

Zəhra (baxaraq) 

Ah, Sənan! Nasıl da halı fəna!.. Bizi yalnız burax da... 

(odadan çıxdığı sırada Əzraya) 

Sonra sana Söylənir, şübhəsiz, bütün əhval. 

Böyük bir təlaş içində qapıya yaxın bir guşədə bəklər. Şeyx Sənan daxil olub baxınır. Zəhranı görüncə halı dəyişir. 

Söylə, Sənan, nədir bu müdhiş hal? 

Şeyx Sənan sükut edər. 

Nə bəla var başında? Söylə, nə var? 

Şeyx Sənan cavab verməz. 

Söylə, aç söylə... 

Şeyx Sənan 

Etmə gəl israr. 

Zəhra 

Səndə var bəlli, bir yığın əsrar. Söylə, aç söylə, bivəfa, qəddar! Nə qiyafət bu? Sanki ağlarsan? 

Şeyx Sənan 

İmdi get, sonra, sonra, anlarsan. 

Zəhra 

Məndə bilməm nədir bu taleyi-şum! Sənə halım deyilmidir məlum? Altı ildir sənin əsirin ikən, İmdi biganəyəmmi könlünə mən? Nə təbiət bu səndə? Həm nə tühaf! Yoxmudur səndə mərhəmət, insaf? Nerdə əvvəlki vədlər, əcəba? Əcəba, yoxmu, yoxmu, səndə vəfa? O məhəbbətlə parlayan gözlər, İmdi bir başqa macəra söylər. Qalmamış məndə zərrə tabü təvan, Məni qəhr et də, lakin atma, aman!.. 

Şeyx Sənan 

Səni atmaqmı!? Bir düşün, əcəba, Bu olur şeymi, nazənin Zəhra? Sən mələksən, sevimli afətsən... 

Zəhra 

(Şeyx Sənana sarılaraq) 

Ah, sən xaliqi-fəzilətsən. 

Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalxar. Azacıq yüksəkdə, olduqca şairanə, cazibədar,

behişti bir mənzərə görünür. Altun qanadlı mələklər əl-ələ, qol-qola olaraq incə qəhqəhələrlə gülüşüb gəzinirlər. Təbii mələk qiyafətində olan Xumar da onların içində bulunur. 

Xumar 

Şeyx, gəl-gəl! Sevimli Sənan, gəl! Sana layiq deyil o yer, yüksəl! Şeyx Sənan 

(şaşqın və həyəcanlı) 

Ah, o... Cənnət pərisi, nazlı mələk! Mənə yüksəl deyir gülümsəyərək. 

Zəhra 

Söylə, Sənan, nə var? Nə oldu yenə? Əcəba, kim göründü gözlərinə? 

Şeyx Sənan 

Bax da gör, iştə cənnət, iştə mələk! 

Zəhra 

Nerdə? 

Şeyx Sənan 

Bax, dinlə, imdi söyləyəcək. 

Zəhrada dərin bir heyrət. 

Xumar 

(Şeyx Sənana) 

Durma, yüksəl, ənisi-ruhum, gəl! Mütərəddid görünmə! Gəl, yüksəl! Oxunur gözlərində nuri-dəha, Yüksəl, ey şeyx! Gəl, düşünmə daha.. 

Şeyx Sənan 

Of, məndən nə istəyirsən, get! Məndə can qalmamış, bir insaf et. 

Xumar qürur və istiğna ilə gedəcək olur. Şeyx Sənan böyük bir təlaş və nədamətlə. 

Gediyor... a-h... getmə, atma məni! Mərhəmət qıl, aman, unutma məni! Getdi, eyvah, getdi... 

Zəhra 

Sənan, kim? 

Şeyx Sənan 

(Xumara) 

Getmə, gəl, a-h, nazənin mələyim!.. 

Xumar 

(çəkilərək) 

Qal, səlamətlə qal, böyük Sənan! 

Ucdakı pərdə qapanır, səhnə aydınlaşır. 

Şeyx Sənan 

Getdi, eyvah, küsdü getdi... Aman! Məcnunanə bir hıçqırıqdan sonra bayğın bir halda düşəcək olur. 

Zəhra 

(dərhal tutar, başını dizi üstünə alaraq) 

Nə fəlakətli hal, aman, ya rəb! 

Əzra 

(gələrək) 

Bu nə dəhşət! Nədir bu halə səbəb? 

Bu sırada Şeyx Mərvan ilə Şeyx Əbuzər qapı arasında görünür. 

Şeyx Mərvan 

(istehzalı bir tövr ilə) 

Şeyx Əbuzər! Bax, iştə seyr eylə. Hər nə gördünsə get də aç, söylə. Olmuş ağuşi-nərmi Zəhranın Bəstəri-nazi Şeyx Sənanın. 

Əzra 

(bunları görüncə Zəhraya) 

Gəldilər a-h, aman, çapuq gedəlim. Durma, Zəhra!.. 

Zəhra 

Fəqət, yazıq!.. 

Əzra 

Gedəlim! 

Hər ikisi çəkilib gedər. Şeyx Əbuzərlə Şeyx Mərvan haman Sənanın üstünü alırlar. 

Şeyx Əbuzər 

Bu nə pəjmurdə hal... Aman, Sənan! 

Şeyx Mərvan 

Büsbütün hiylədir, inan... 

Şeyx Əbuzər 

Sənan! 

Şeyx Mərvan 

Xain, alçaq! Nasıl da bax, susuyor? Sanki bir tülkü seyd için pusuyor. 

Şeyx Əbuzər 

Sus bə! Şeyx Mərvan Aldanma tülküdür, tülkü. 

(acı-acı gülər) 

Şeyx Əbuzər 

(hiddətli) 

Nə təbiət bu səndə, bilməm ki!.. 

Şeyx Mərvan 

(müstəhzi) 

Əhli-hal eşq için əvət, bayılır. Haydı, Zəhrayı get çağır, ayılır. 

Şeyx Əbuzər 

Sus, yetər, iştə gəldi Şeyx Kəbir. 

Şeyx Mərvan 

Gəlsin, etsin də barı bir tədbir... 

Şeyx Kəbir digər şeyxlər və müridlər ilə daxil olur. Böyük bir heyrətlə ətrafı sararlar. Şeyx Hadi Şeyx Sənanın başını qolları arasına alır. 

Şeyx Kəbir 

Bu nasıl bət-bəniz? Oğul, Sənan! 

(Şeyx Əbuzərə) 

Su gətir, haydı qoş! 

Şeyx Hadi 

Gecikmə, aman! 

Şeyx Əbuzər gedir. Şeyx Kəbir 

Heç səbəbsiz deyil bu müdhiş hal. 

Şeyx Hadi 

Nə də bayğın!.. Yox onda tabü məcal. 

Şeyx Kəbir 

Şübhəsiz, burda bir fəlakət var. 

Ümum 

Şübhəsiz, şübhəsiz, bir illət var. 

Şeyx Mərvan 

Şübhəsiz, var cəzası hər əməlin. Heç zərər yox, cəzasıdır çəksin. 

Şeyx Kəbir 

(hiddətli) 

Söylə, Mərvan, nasıl cəza? Nə əməl? 

Şeyx Mərvan 

Möhtərəm şeyx! Altı gün əvvəl Vardı Sənanla bir mübahisəmiz, Bağırıb söyləyirdi pərvasız; “Olsa merac, olur da ruhani, Həp yalandır üruci-cismani. Bir bəşərdir, - deyirdi, - peyğəmbər, Heç görülmüşmü çıxsın ərşə bəşər?” 

Ümum 

(heyrətlə) 

Allah, allah! 

Şeyx Hadi 

Saqın, inanmayınız! Çünki Sənanı söylədən yalnız Şübhədir... Yoxsa şübhədən başqa Yox onun bir qüsuru, yox əsla. 

Su gəlir, həm Sənana içirir, həm də başını ovuşdururlar. 

Şeyx Kəbir 

Şübhədir hər həqiqətin anası, Şübhədir əhli-hikmətin babası. Şübhə etməkdə haqlıdır insan, Çünki hər kəscə bəllidir: yaradan Hər zaman, hər tərəfdə nur əfşan, Fərqsiz onca həp zamanü məkan... Ona məxsus yoxsa bir məva, Ərşə çıxmaqda varmı bir məna? 

Şeyx Nəim 

Sadə meracı etməyir inkar, Hələ tövhid için də şübhəsi var. Söyləyir: “Görməyincə xaliqi mən, 

İctinab eylərəm pərəstişdən”. 

Şeyx Mərvan 

Bu zəlalətdir iştə... 

Şeyx Hadi 

Sus, sən sus! 

Şeyx Mərvan 

Sanki mən susdum, öylədir, əfsus. 

Şeyx Kəbir 

(böyük bir dalğınlıqdan sonra) 

Şübhə artarsa, həm yəqin artar, Mərifət nuru şübhədən parlar. Zənn edərsəm yanılmayır Sənan, Çünki xəllaq için şərəfli məkan Eyi, parlaq könüllər olsa gərək... Kim ki, allahı istəyir görmək, Arasın qəlbi-tabnakində, Arasın kəndi ruhi-pakində, Hər kimin qəlbi, ruhu düzgündür, Daima hiss edər də haqqı görür. Feyləsofanə ruha malik olan Yaşamaz ayrı hərgiz allahdan. 

Şeyx Sənan gözlərini açaraq donuq bir vəziyyətlə baxınır. 

Şeyx Kəbir 

“Və minəl mai külli-şeyün hey” 

Şeyx Hadi 

Su ilə canlanır, əvət, hər şey. 

Şeyx Sənan 

Of... 

Şeyx Hadi 

Sənan! 

Şeyx Kəbir 

Nasılsan, övladim? 

Ümum 

Çox şükür!.. 

Şeyx Mərvan 

(Sənana) 

Tutduğundan ol nadim, Bir də heç şübhə etmə!.. 

Şeyx Sədra 

(Mərvana) 

Sus, yahu! Şeyx Sənan (oturaraq bitab) 

“Vəhdəhu la ilahə illa hu” 

Şeyx Kəbir 

(Şeyx Mərvana) 

Heç utandınmı? 

Şeyx Hadi 

(hakəza) 

Var sözünmü yenə? 

Şeyx Nəim 

Hələ “Şəqqülqəmər” hekayəsinə Veriyor başqa dürlü min məna. 

Şeyx Kəbir 

(Nəimə) 

Yetişir, sən də sus!.. 

Şeyx Hadi 

(yana) 

Səfil, ədna!.. Şeyx Mərvan 

(Nəimə, xüsusi) 

Hələ Zəhra!.. 

Şeyx Nəim 

Nasıl? 

Şeyx Mərvan 

Tühaf bir sirr, O da bambaşqa bir rəzalətdir. 

Şeyx Kəbir 

(mırıldanmaqda olan Şeyx Mərvan ilə Şeyx Nəimə) 

Böylə dar ruha malik olduğunuz Heç də layiq deyil... Yetər, susunuz! 

(dirsəklənib oturmaqda olan Sənana) 

Söylə, Sənan, nə var? Nə oldu sana? 

Şeyx Sənan 

Möhtərəm şeyx! Sorma, heç sorma! 

Şeyx Kəbir 

Nerdəsən? Üç gün oldu müntəziriz, Söylə, bir söylə... 

Şeyx Sənan 

(məhcub) 

A-h, əfv ediniz. 

Şeyx Kəbir 

Yaşamaqçin hicab qorxuludur. Utananlar pək az müvəffəq olur. Bu sıxılmaqda məncə yox məna, Hər nə var, heç çəkinmə, söylə mana. 

Şeyx Sənan 

Çünki dəhşətli gördüyüm röya... 

Şeyx Kəbir 

Söylə... 

Şeyx Sənan 

Heç varmayır dilim əsla. 

Bu sırada Zəhra ilə Əzra yarı açılmış qapı arasında görünərək, onları böyük bir maraq ilə dinləyib dururlar. 

Şeyx Hadi 

(Sənana) 

Bu tərəddüd, inan ki, bicadır. Şeyx Kəbir 

Bir həqiqət deyil bu, röyadır. 

Şeyx Sənan yerindən qalxaraq röyasını söyləməyə başlar. Şeyx Kəbir onun sözlərini dinləyərək yeri gəldikcə başı ilə təsdiq və davam əlamətləri göstərir. 

Şeyx Sənan 

Ey böyük şeyx! Gördüm ətrafi Sarıyor incə, xoş bir aydınlıq. Gecənin sanki xəndeyi-safi Saçıyor kainatə bayğınlıq. Ruhu təsxir edən gözəl məhtab, Dəmbədəm nəşr edərdi mövceyi-nur. Gəldi bir şeyx o dəm üzündə niqab, Məni ta gördü, oldu pək məsrur. Sanki bir tifl idim... Qucaqlayaraq Bir zaman öpdü, sevdi, hoplatdı. Sonra omzunda çox atıb tutaraq, Gah gəzdirdi, gah oynatdı. Aqibət mən o möhtərəm şeyxin Sillələr endirib də üz-gözünə, 

Əylənirdim... xilas edilmək için. Xeyli yalvardı, baxmadım sözünə. Azacıq keçdi, şeyxi-naməlum, Bir də gördüm deyir ki: “Bax, Sənan! Bax nə müdhiş, nasıl dərin uçurum. İştə son mənzil! İştə Gürcüstan!” Baxdım eyvah, atıb da boynundan, 

Məni bir an içində məhv edəcək. Bağırıb haqdan istəyincə aman Qoşdu imdadə bir ziyalı mələk... 

Şeyx Kəbir Sonra? Şeyx Sənan 

Ta şeyxə eylədim diqqət, Məni titrətdi bir dərin heyrət. 

Şeyx Kəbir 

Əcəba kimdi şeyx? 

Şeyx Sənan 

Sorma!.. 

Şeyx Kəbir 

Neçin? 

Şeyx Sənan 

Sən idin ah, o şeyx, əvət, sən idin. 

Hər kəsdə böyük bir heyrət. Şeyx Kəbir isə mənalı bir tərzdə başını təhriklə, bir qədər sükut ixtiyar edər. 

Məni, şeyxim, bağışla, məzuram; Çünki məğdur, həm də mənfuram. 

Şeyx Mərvan 

(yarım səslə Nəimə) 

İştə gördünmü? Bax, nasıl xain!.. 

Şeyx Nəim 

(Şeyx Kəbiri göstərərək, eyni ahənglə istehzalı) 

Baxalım, bir nə söyləyir kahin! 

Şeyx Hadi 

(Sənanı təsliyətlə) 

Bunca dəhşət, inan ki, bicadır. 

Şeyx Sədra 

Heç təlaş istəməz, bu, röyadır. 

Şeyx Kəbir 

(Sənana) 

Oğlum! Er-gec tutar cahanı adın, Söylənər ictihadü irşadın. Cahil-arif, böyük-kiçik yeksər, Səni özlər, sevər, pərəstiş edər. Məni bir gün gəlir də xalq unudub, Sənə həp əhli-hal olar məczub. 

Hər kəsdə qibtəli bir heyrət. 

Şeyx Hadi 

(arxadaşlarına) 

Bu nə tale, nasıl məziyyətdir? 

Şeyx Sədra 

Şübhəsiz, ən böyük səadətdir. 

Əbülüla 

Kimsə bir böylə şanlı gün görməz... 

Şeyx Kəbir 

Bu səadət fəqət uzun sürməz. 

(Sənana) 

Çünki röyada gördüyün uçurum Səni eylər bu feyzdən məhrum. Baş verər səndən öylə bir hərəkət Ki, bütün xalq edər həmən nifrət. Alçalar, ruhun alçalar... Ancaq, Səni alçaldan ehtiras olacaq. 

Şeyx Mərvan 

(Nəimə) 

Bu, fəzilət deyil, rəzalətdir... 

Şeyx Nəim 

(Mərvana) 

Bu, səadət deyil də, zillətdir. 

Şeyx Sənan məbhut bir halda azacıq düşünür. Sonra ağlayacaq dərəcədə bir tutqunluqla Şeyx Kəbirin ayaqlarına qapanır. Şeyx Kəbir onun qolundan tutub qaldırır və əlini omuzuna qoyur. 

Şeyx Kəbir 

Səni annən doğurdu Turanda, Yaşadın bir zaman da İranda, Kəsbi-ürfan için, fəzilət için Sonra İranı tərk edib gəldin, Ərəbistanı ixtiyar etdin. 

Gənc ikən kəsbi-iştihar etdin. Lakin ən son yerin, zəki Sənan! Olacaq son nəfəsdə Gürcüstan. Qapılıb hissə, olmasan gümrah, Olacaq məqbərin ziyarətgah. 

Şeyx Sənan 

Şeyxim, əfv et, fəqət bir ərzim var. 

Şeyx Kəbir 

Söylə, yavrum, sıxılma, yox icbar. 

Şeyx Sənan 

Hanki şeydir səbəb fəlakətimə? Onu mümkünsə, söylə, gizlətmə! 

Zəhra 

A-h!.. 

Şeyx Kəbir 

O yalnız qadındır, iştə qadın! Şeyx Mərvan 

(istehzalı bir tövr ilə Şeyx Əbuzərə) 

Söylə Zəhrayə: “Gözlərin aydın!” 

Şeyx Sənan 

(göyə doğru) 

Ey böyük tanrı, ey böyük yaradan! Hər qulun halı, fikri səncə əyan. Məni səndən gözəl bilən, tanıyan, Varmı ey xaliqi-zəminü zaman?! 

(Şeyx Kəbirə) 

Mən otuz il cahanda zahidvar, Bilmədim qız-qadın nədir zinhar. Nə qədər məndə varsa hissü həyat, Ehtirasatə düşmənəm... heyhat! Mənə biganə zövqi-nəfsani, Sevdiyim yalnız eşqi-ruhani... Daha könlümdə qeyri eşqə, inan, Yer bulunmaz, xayır... xayır... 

Bu sırada təkrar səhnənin işığı azalır, ikinci pərdə qalxaraq ta ucda əvvəlki behişti mənzərə görünməyə başlar. 

Xumar (sıtmalı bir ahənglə) 

Sənan! Nə çapuq çıxdı xatirindən? 

Şeyx Sənan 

Aman!.. 

Mən şaşırdım. Saqın, inanma! 

Xumar 

Yalan!.. 

Hər kəsdə böyük bir heyrət.. 

Şeyx Sənan 

Ah, gəl, gəl qüsura baxma... 

Şeyx Kəbir 

Nə o? Şeyx Sənan 

Odur, o!.. Bax, yenə o! 

(Xumara) 

Məni əfv et!.. 

Xumar 

Sevimli Sənan, gəl! Gəl, gəl!.. Oldunsa gər peşiman, gəl! 

(gedəcək olur) Şeyx Sənan 

(Xumara doğru qoşaraq şaşqın və məcnunanə) 

Gediyor... A-h, getmə! 

Şeyx Kəbir 

Kimdir o, kim? 

İkinci pərdə yavaş-yavaş qapanmağa başlar. 

Şeyx Sənan (yaralı və həyəcanlı) 

Getmə, dur!.. Getmə, nazənin mələyim! 

(qoşub Xumarı qucaqlamaq istər, lakin müvəffəq olamaz, bayılıb düşər.) 

Şeyx Kəbir 

Allah-allah, nədir bu əfsanə!? 

Şeyx Mərvan 

İştə divanədir o, divanə!.. 

Şeyx Sənanın qorxunc halını seyr etməkdə olan Zəhra çox həzin və dərin bir ah çəkərək, bitab bir halda Əzranın qolları arasına düşər; bu sırada pərdə yavaş-yavaş enməyə başlar. 

PƏRDƏ II SƏHNƏ 

Məkkeyi-müəzzəmədə böyük bir yol... Yol kənarında bir taqım evlər, uzaqda böyük camelər, bilxassə qara

örtülü Kəbə görünür. Vəqə on il sonra vaqe olduğu üçün birinci səhnədəki əşxas, simaca gözə çarpacaq dərəcədə dəyişmişdir. Pərdə açıldıqda əlində su dəstisi olduğu halda kiçicik bir ərəb qızının yoldan keçdiyi görünür. Şeyx Sədra ilə Əbülüla digər tərəfdən çıxarlar. 

Şeyx Sədra 

Bu nə müdhiş hava, susuzluqdan Adəta qovrulub yanır insan. 

Əbülüla 

(Kəbəni göstərərək) 

Şübhəsiz, olmasaydı Beytullah, Məkkə olmazdı heç iqamətgah. Burda ömr eyləmək fəlakətdir. İmdi bildim Mədinə cənnətdir. 

Şeyx Sədra 

(yoldan keçən qıza) 

Gəl, qızım, bir içim su ver mənə sən. 

(Qız məmnun bir tövr ilə gülümsəyərək dəstini verir) 

Əbülüla 

Baş-beyin çatlayır hərarətdən. 

Şeyx Sədra (azacıq sudan içər, dəstini iadə ilə) Sana, yavrum, xuda əcir versin. 

Əbülüla 

Su nasıldır? Sərinmi? 

Şeyx Sədra 

Sorma!.. 

Əbülüla 

Neçin? 

Şeyx Sədra 

İstəyirsən al iç də bax, qandır. Su deyil, adəta yapışqandır. Allah-allah! Tənəffüs etdikcə, Ruhu təzyiq edər bir işgəncə. Halım, eyvah, çox müşəvvəşdir, Udduğum həp alovdur, atəşdir. 

Hər ikisi böyük bir intizar içində çəkilib gedir. Bu sırada Şeyx Mərvan ilə Şeyx Nəim görünür. 

Şeyx Nəim 

(Şeyx Mərvana) 

Düşünürsən də həp inildərsən, Söylə, Mərvan, neçin mükəddərsən? 

Həp dəyişdin Mədinədən çıxalı... Şeyx Mərvan 

Sorma, könlüm yaralıdır, yaralı, Kor olaydı bu tək gözüm də mənim, Kaş ki, Zəhranı görməyəydi, Nəim!.. 

Şeyx Nəim 

Bu fəsahətlə sən neçin, əcəba, Onu ram etmədin? 

Şeyx Mərvan 

Xayır, əsla, Yoxdu əsla təşəbbüsümdə qüsur, Kim ki, məyub olursa, rədd olunur*. İştə çirkinlik öylə bir illət Ki, dəmadəm qazandırır nifrət. 

Şeyx Nəim 

Batinin əksidir fəqət zahir. 

Şeyx Mərvan 

Bir yalan sözdür iştə şöhrətgir. 

Şeyx Nəim 

Bunca əndişə bisəmər... zira Şeyx Hadi, Əbülüla, Sədra Bir-birindən zəki, gözəl insan; Yenə Zəhraca möhtərəm Sənan! 

Şeyx Mərvan (hiddətli) Onu xəllaqi-eşqə sormalıdır. 

Şeyx Nəim 

Xayır, insanda tale olmalıdır. 

Şeyx Mərvan 

(yola baxaraq, usanmış bir halda) 

Əcəba, nerdə qaldılar bunlar? 

Şeyx Nəim 

Baxalım, bəlkə başqa mane var. 

Hər ikisi geri dönür. Bu sırada iki kor ərəb görünərək, birinci suzişli və tutqun ahənglə ud çalır, ikinci də yaralı səslə hicaz məqamında olaraq aşağıdakı əbyatı oxur. 

İkinci kor 

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. 

Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı. 

Qəzəl bitmək üzrə ikən dəvəçi qiyafətində bir ərəb sürətlə gəlib keçər. 

Birinci kor 

Ey keçən arxadaş!.. 

Dəvəçi 

Nədir dərdin? 

Birinci kor 

Bizə Sənanı göstər, allah için. 

Dəvəçi 

İmdi əlan o, Məkkədən çıxıyor. 

Birinci kor 

Bizi bir dərdi-biaman sıxıyor, Ona Sənan bulur da bəlkə dəva... 

Dəvəçi 

Nə imiş dərdiniz sizin əcəba? 

Birinci kor 

Biz eşitdik yığın-yığın kor, lal, Hər tərəfdən sağır, çolaq və topal, Şeyx Sənanə iltica ediyor, Hər kəs ondan şəfa alıb gediyor. İştə kordur bizim də gözlərimiz, Yalvarıb biz də bir şəfa diləriz. 

Dəvəçi 

(acı-acı gülərək) 

Bu kəramətlə ya neçin Sənan Şeyx Mərvanə eyləməz dərman?! Barı açsın onun da tək gözünü Xəlq seyr eyləsin də möcüzünü. 

Birinci kor 

Şeyxi göstər də, bəlkə çarə bilir... 

Dəvəçi 

Burda siz bəkləyin, o imdi gəlir. 

Dəvəçi gedir. Korlar məyus bir halda düşünür. Bu sırada Zəhra ilə Əzra erkək qiyafətində görünürlər. Zəhra imdi çox dəyişmiş, bət-bənizi uçmuş... Adətən sarı bir gül yarpağı qədər solğun, daima düşüncəli və məhzundur. 

Əzra 

Xəstəsən, xəstə... Nazənin Zəhra, Səni er-gec xarab edər bu hava. Bu nasıl bət-bəniz? Deyilmi yazıq? Niyə bilməm Mədinədən çıxdıq. 

Zəhra 

Qalmamış məndə ixtiyar əsla, Neyləyim, başqa çarə yox, Əzra! Son nəfəsdir, düşün də qıl tədbir... 

Əzra 

Nə gəlir əldən a-h! Şeyx Kəbir Oldu mane sənin səadətinə, Oldu bais sənin fəlakətinə. Dedi Sənanə: “Qafil olma, saqın! Sana düşmən qadındır, iştə qadın...” Dinləyib şeyxi binəva o zaman, Dəyişib oldu başqa bir insan... 

Zəhra 

Daha bir çarə yox, keçən keçmiş, Çünki Sənan ürəklə and içmiş. Həp qadınlardan eyləyir nifrət, Başqa bir fikrə bəsləyir hörmət. 

(həzin bir ah ilə) 

Onu son dəmdə bir də görsəydim, Daha qalmazdı həsrətim, dərdim. 

Dəvəçi 

(getmiş olduğu tərəfdən evdətlə gəlib keçərək, korlara) 

İmdi Sənan müridlərilə gəlir, Sorunuz, bəlkə, bəlkə çarə bilir... 

Korlar 

Tanrı versin cəzayi-xeyr sənə. 

Birinci kor udu torba içinə qoyub saxlar. Zəhra 

(Əzraya) 

Məni tut, a-h, bir şey oldu mənə. 

Əzra 

Gəl də yoldan bir az kənar olalım. 

Zəhra 

Bax, fənalaşdı büsbütün halım. 

Əzra 

Üzülürsən, aman, aman, Zəhra! 

Zəhra 

(Əzranın yardımilə bir tərəfə çəkilərək) 

Məndə can yox, inan, inan, Əzra! Ayrı düşdükcə Şeyx Sənandan, Mənə guya cahan olur zindan. 

Bu sırada şeyxlər və müridlər görünməyə başlar. 

Şeyx Mərvan 

Nə səfərdir bu, anlamam ki?!. 

Şeyx Nəim 

Əvət, Heç də mənası yox bunun, əlbət. 

Əbülüla 

Yalınız borcumuz itaətdir. 

Şeyx Sədra 

Başqa söz söyləmək cəhalətdir. 

Şeyx Əbülləhyə 

Nə çıxar böylə boş səyahətdən? Xəlqi məhrum edər ibadətdən. 

Şeyx Cəfər 

Məncə heç şübhə yox ki, inslə cin Yaradılmış fəqət ibadət için. 

Şeyx Sədra 

Buna idrakınız varırmı sizin? Sizcə məchul... qədri şeyxinizin. Hər kimin qəlbi korsa, keçmiş ola, Şeyx Sənanı anlamaz əsla. 

Əbülüla 

Şeyximiz sahibi-kəramətdir, Hər nə söylərsə, eyni hikmətdir. 

Dəvəçi 

(çapuq dönərək) 

Əcəba, şeyx nerdədir?.. Dəvələr, Yük ağırdır, əzildilər yeksər. 

Şeyx Mərvan 

Çox təbii bu, yüklənən əzilir. Şeyx Sədra Heç maraq etmə, imdi, imdi gəlir. 

Dəvəçi sürətli addımlarla gəldiyi tərəfə dönər. 

Birinci kor 

Bizə imdad edin, aman! 

İkinci kor 

Hələ dur! 

Əbülüla 

(yola baxaraq, arxadaşlarına) 

Gəliyor, iştə şeyximiz gəliyor. 

Hər kəs bir tərəfə çəkilib, şeyxin vüruduna müntəzir olur; Şeyx Sənan, Şeyx Hadi və Şeyx Əbuzər sürətli addımlarla gəlirlər. 

Şeyx Hadi 

(ümuma) 

Möhtərəm arxadaşlar! On sənədir, Tərk qılmış cahanı Şeyx Kəbir. Şeyx Sənan ki, bəhri-hikmətdir, İştə ondan bizə əmanətdir. İctihadilə bəlli bir ustad Bizi on ildir eyləyir irşad. İmdi əzm eyləyir də Turanə, Keçəcək sonra xaki-İranə. Bu səfərdən məramı şeyximizin, Çox böyük, çox ağırdır, iştə bilin! Mən də yoldaşlarımla bir yandan, Hində əzm etmək üzrəyəm əlan. Çox böyükdür bu yolda niyyətimiz, Böyük olsun gərək də himmətimiz. 

Məqsəd ancaq Məhəmmədin dini Bürüsün az zamanda yer üzünü. Yola gəlsin də bəzi sapqınlar, Haq nədir anlasınlar azgınlar. Dini-islama istəməz pərdə, Nəşr edilsin gərək o hər yerdə. Böylə haq yolda kim olursa fəda, Ona yardımçıdır rəsuli-xuda... 

Şeyxlər 

Öylədir, öylə... 

Müridlər 

Şübhə yox artıq. 

Korlar 

Şeyx, ya şeyx! 

Şeyx Əbuzər 

(korlara) 

Bəkləyin azacıq. 

Şeyx Sənan 

(parlamaqda olan günəşi göstərir) 

Arxadaşlar! Bu parlayan günəşin, Feyzi birdir cahanda hər kəs için. Türk, hindu, ərəb, əcəm bilməz, Nuru hər yanda artar, əskilməz. Mənəvi bir günəş də var: nəvvar O da islam dinidir, parlar. Parlar, afaqı nura qərq eylər. Həq, həqiqət nədirsə həp söylər. Çox müqəddəsdir, iştə məqsədimiz, Bunu lakin, saqın, unutmayınız: Bir çox alimnüma xəyanətkar Dini-islama rəxnə salmışlar. Bir yığın ictihadi-biməna Qaldırır hər tərəfdə bir dəva. 

Şeyx Sənan söylədiyi sırada: göyə, Kəbəyə, həmailindəki Qurani-şərifə işarətlə birər-birər göstərir. 

Xaliqi-kainat halbuki bir... İştə Quran və Kəbə həp birdir. Əhli-islama həp bu birliyi biz Nəşrü isbata qeyrət etməliyiz. 

Bu sırada Əbülüla, Şeyx Əbülləhyə və Şeyx Cəfər kəndi aralarında qonuşurlar. Şeyx Sənan sözünə davam ilə 

Arxadaşlar! Bu yolda zəhmət var; İstirahət deyil, əziyyət var. Cəbr yox, zor yox, istəyən qalsın, Kim ki, məmnun deyilsə, ayrılsın. 

Əbülüla 

Şeyx Cəfərlə Şeyx Əbülləhyə, Şeyxəna! Dönmək istəyir geriyə. 

Şeyx Cəfər 

(Şeyx Sənana) 

İxtiyarız da, şeyx! Məzuruz, Səfər etməkdən iştə qorxuyoruz. 

Şeyx Əbülləhyə 

İzn versən, dönüb də hər ikimiz, Həp ibadətlə iştiğal edəriz. 

Şeyx Hadi 

(mənalı və istehzalı bir qəhqəhə ilə Şeyx Əbülləhyəyə) 

Əyilib qalxacaq, yeyib içəcək, Sonra qıl körpüdən qolay keçəcək! 

(hər ikisinə) İxtiyar, dul qadınların da bütün, Həp bu mərkəzdədir məramı bu gün! Əcəba!.. Həzrəti-Rəsulüllah, Cümlə əshab - Əli, Ömər həmrah, 

Daima hərbgahə qoşmuşlar, 

Həqqi təbliğ için vuruşmuşlar. Bu neçin? Söyləyin, neçin, əcəba? Yoxsa bir aldanışmıdır? 

Şeyx Cəfər və Şeyx Əbülləhyə 

Haşa!.. 

Şeyx Sənan 

(hər ikisinə) 

Heç zərər yox, gedin Mədinəyə siz, Bunu lakin unutmayın hərgiz, Quru, boş səcdənin yox aqibəti, Haq sevər yalnız əhli-mərifəti. 

Korlar 

Ey böyük şeyx, mərhəmət!.. İmdad!.. 

Şeyx Sənan 

Siz nə istərsiniz? 

Birinci kor 

Fəqət imdad, Bizə imdad edib şəfa veriniz! Görməyir kainatı gözlərimiz. 

Şeyx Sənan 

Böylə ecazkar bir insan, Xayır, əsla yaratmamış yaradan. Bir qulam mən də çox həqir, aciz, Bu yalan iftiraya uymayınız. Həm də görməkdə bir məziyyət yox, Kədər, işgkəncə var; məsərrət yox. Gərçi görmək də başqa nemətdir, Görməmək ən böyük səadətdir. 

Birinci kor 

Bizi rədd etmə, ah, inayət qıl! 

İkinci kor 

Nə olur, şeyx, bir kəramət qıl! 

Şeyx Sənan 

Nə zamandan tutuldu gözləriniz? 

Birinci kor 

Anadan doğmadır mənimki təmiz. 

Şeyx Sənan 

Həp cinayət!.. Qadın cinayatı! 

Həp qadın cürmi-ehtirasatı! Ah, bunlar neçin doğar-doğurur? Bu qadınlar neçin doğar-doğurur! 

(ikinci kora) 

Anadan doğma kormusan sən də? 

Birinci kor 

Məndə əsrarı həp onun, məndə... Ağlamaqdan bu hal gəlmiş ona, Çünki aşiqdi bir gözəl qadına. 

Şeyx Sənan 

Həp cinayət, qadın cinayatı! Həp qadın cürmi-ehtirasatı! 

(şeyxlərə və mürifətlərə) 

Hər səfalət doğar qadınlardan, Baş verir hər fəlakət onlardan. Öncə Həvva, o möhtəris nənəmiz, İşləyib bir cinayət, açdı bir iz: Bizi qovdurdu baği-cənnətdən, Qıldı məhrum qürbi-rəhmətdən. Qadın insanı haqdan ayrı salır. Həp qadınlar başa bəla sayılır. 

(Korları göstərir.) 

İştə bunlar, zavallı insanlar, Nəyə sızlar, yanar?.. Səbəb onlar!.. 

Birinci kor 

Şeyx, ya şeyx! Görmək istiyoruz. 

İkinci kor 

Bizi məyus qılma, məğduruz. 

Şeyx Sənan 

Nəyi görmək dilərsiniz, bilməm? Yanıyor zülm içində həp aləm! Görməməkçin bu çirkin işləri siz, Yalvarıb həqqə, həmdü şükr ediniz. 

Dəvəçi 

(gələrək) 

Buyurun, şeyx əfəndi!.. 

Şeyx Sənan 

Pək gerçək, Gedəlim, haydı, yolçu yolda gərək... 

Gedərlər. 

Zəhra 

(Əzra ilə bərabər gələrək) 

Getdilər, ah, getdilər... Əzra Zəhra! Heç təlaş etmə, gəl! 

Zəhra 

(niyazkar) 

Aman, Əzra!.. 

Əzra 

(əlilə göstərir) 

Döndü Sənan, bax, iştə bax, gəliyor, Gəliyor, həm də bax, nasıl məsrur... 

Zəhra Ah, ya rəbbi, çox şükür!.. Lakin, Bu gəliş, kim bilir, əcəb nə için?.. 

Şaşqın bir halda dörd-beş addım çəkilib bəklərlər. Şeyx Sənan, Şeyx Əbuzər, Şeyx Əbülləhyə və Şeyx Cəfər bərabər dönüb gəlirlər. 

Şeyx Sənan 

Şeyx Əbuzər! Sənin də sinnin çox, Həm vücudunda istitaət yox. Sən də bunlarla imdi bir yerdə, Get, tapın rövzeyi-peyəmbərdə. Daima eylə həqqə həmdü səna... Azacıq xəstədir fəqət Zəhra. 

(hər üçünə) 

Gecə-gündüz xəbər bilin ondan, Unudub qafil olmayın bir an. Həm nəzakət bu, həm səvab işdir... 

Əzra 

(Şeyx Sənana yaxlaşaraq) 

Səni Zəhra vidayə gəlmişdir. 

(Şeyx Sənanda dərin bir heyrət... Zəhranı göstərərək) 

İştə, qarşında titrəyib duruyor, İştə, solğun çiçək qədər məğdur!.. 

Şeyx Sənan 

Ah, Zəhra! Zavallı, solğun nur! Səni Sənan görüncə alçalıyor. Gəlməz əldən əyilməmək... Əlbət, Səndə var çünki başqa ülviyyət. Məni əfv eylə, ey şikəstə həyat! Sən mələksən... Fəqət... Fəqət... Heyhat... 

Zəhra 

Ah, Sənan!.. Aman!.. Böyük Sənan!.. 

(Həmən bayılıb Əzranın qolları arasına düşər.) 

Şeyx Sənan 

(acı və dəhşətli bir sükutdan sonra) 

Şeyx Əbuzər! Müvazib ol... hər an Onu təskin için çalış... Zira Çox fəna xəstədir... 

(Əzraya) 

Saqın, Əzra! Onu gözdən ayırmayın əsla. 

(dörd-beş addım uzaqlaşaraq) 

Əlvida!.. Əlvida!.. Gözəl Zəhra! 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

I SƏHNƏ 

Qafqaziyada, imdiki Tiflis civarında kiçik bir dağ ətəyində mənzərəli bir yer... Bir tərəfdə Kür nəhri, digər tərəfdə dağa doğru ucu görünməz əyri bir cığır nəzərləri oxşar. Qarşıda iki-üç çadır görünür. Müridlərdən bir neçə kişi çadırlardan çıxaraq əllərində dəsti Kürdən su gətirir. Bahar mövsimi... Gürcü yortusu. İkindi çağı... Qüruba qarşı... Şeyx Sənan Şeyx Sədra ilə bərabər gəzinərək ötüşməkdə olan bülbülləri dinlər və şaşqın bir baxışla ətrafa tamaşa edər... 

Şeyx Sənan 

(məczub bir halda) 

İştə Qafqas!.. Səfalı bir məva! Allah-allah, nədir bu abü həva!? Nə qədər şairanə bir xilqət! Yerə enmişdir adətən cənnət. Bu tamaşayə qarşı hər insan, Məncə biixtiyar olur heyran. Nə qədər dilrüba yaşıl təpələr! Seyrə daldıqca ruhu cəzb eylər. Gülüşür pənbə, al, bəyaz güllər, Ötüşür hər tərəfdə bülbüllər. Ninni söylər kiçik sular xəndan, Görünür hər tərəfdə bir orman. Qarlı, qartallı bir yığın dağlar, Ta uzaqlarda bəmbəyaz parlar. O bulutlar nə, öylə rəngarəng?! Bu nə qüdrət! Nə dilfirib ahəng?! Burda qızğın günəş də pək munis. Gecələr büsbütün nədimeyi-hiss... Hələ Kür nəhri başqa bir aləm! Gecə məhtabə qarşı pək həmdəm. Gah olur bir dərin sükuta varır, Gah çağlar da bir fəğan qoparır. Çırpınır Kür boyunca pək dilbər Qoyu - kül rəngi, göy gövərçinlər. İştə onlar: həp oynaşan, qoşuşan 

Dalğacıqlardır öylə xəndəfəşan... O da bir karivan, axıb gediyor, Bir ələmgahə doğru əzm ediyor. Bir səfərdir bu adəta məchul... Qayə məchul, ibtida məchul... İştə, insanların da halı budur, Anlaşılmaz neçin gəlib gediyor?! 

Bu sırada aşağıdakı türkü eşidilməyə başlar, hər kəs dərin bir məczubiyyətlə dinlər durur. 

Uca dağlar aşdım, ormanlar keçdim, Gözəllər içində bir gözəl seçdim, Mən o gündən yaradana and içdim, Dünya gözəl olsa, dönməm yarımdan. Mənim yarım al yanaqlı mələkdir, Tazə açmış sevimli bir çiçəkdir, Qəhr olsun o qəhrəman ki, dönəkdir, Dünya gözəl olsa, dönməm yarımdan. 

Türkü söyləməkdə olan Özdəmirlə Oğuz görünməyə başlar. 

Şeyx Sədra 

Mənə bax, arxadaşlar! 

Özdəmir 

Əmr ediniz! 

Şeyx Sədra 

Hanki soydansınız? Nə dindəsiniz? 

Özdəmir 

Soyumuz türk, dinimiz islam... 

Şeyx Sənan 

Çox gözəl... 

Şeyx Sədra 

Gəl, yaxın gəl, iştə tamam. 

Şeyx Sənan 

Bu civarlarda çoxmu, azmısınız? 

Özdəmir 

Doqquz-on köy qədər varız yalnız. 

Öğuz 

Şeyx! Təşrifiniz əcəb nerədən? 

Şeyx Sənan 

Kəbədən, Məkkeyi-mükərrəmədən... 

Hər ikisi böyük hörmət və səmimiyyətlə Şeyx Sənan və Şeyx 

Sədranın əlini öpürlər. 

Şeyx Sənan 

Arxadaş, isminiz nədir? 

Özdəmir 

Qulunuz Özdəmir. 

Şeyx Sənan 

Çox gözəl, onunku? 

Özdəmir 

Oğuz... 

Şeyx Sənan 

Əcəba, böylə imdi siz nerəyə? 

Özdəmir 

Gediyoruz yaxında qonşu köyə. 

Oğuz 

(yola doğru baxaraq, böyük bir maraqla) 

Özdəmir, Özdəmir! Bax, iştə odur, Dəli dərvişə bax, nasıl gəliyor. 

Bu sırada ağ geyimli, nurani bir dərviş yol kənarında görünür. Heyrətli və kəskin bir nəzərlə baxınıb durur. 

Şeyx Sənan 

Əcəba?! 

Özdəmir 

Söylədib də bilməlidir. 

Oğuz 

Dəlidir, şeyx əfəndi, çox dəlidir. 

Şeyx Sədra 

Kim bilir, bəlkə hiylədir... Oğuz 

Əsla! Bu hərif bir bəladır, iştə bəla... 

Özdəmir 

Dinləməz hər nə söyləsən, yalınız Kəndi söylər də həpsi mənasız. Yeməz, içməz, yaxın-uzaq bilməz, Hələ insanə heç yaxın gəlməz. 

Şeyx Sənan 

(dərvişə yaxlaşaraq) 

Baba dərviş! Qılmayın, lütfən, Bizi məhrum feyzi-söhbətdən. 

Dərviş sükut edər. 

Kimsiniz? Məsləkü təriqətiniz Nə imiş? Söyləyin, rica edəriz. 

Dərviş cavab verməz. 

Şeyx Sədra 

(heyrətlə) 

Çox tühaf!.. Ya sağır, ya dilsizdir. 

Şeyx Mərvan 

(gələrək) 

Xayır, aldanmayın, o həm sahir, Həm müzəvvirdir, etsəniz diqqət... 

Şeyx Sənan 

Kəcnəzərlər yanında öylə, əvət. Məncə, lakin o çöhrə pək nadir, Pək böyük bir zəkayə malikdir. 

(Dərvişə) 

Sən neçin həp sükuta mailsən? Söylə bir, hanki dinə qailsən? Hanki məzhəbdəsən, nəsən, kimsən? Əcəba, hanki fikrə xadimsən? 

Dərviş, dəşti məqamında laübali və məcnunanə bir ahənglə, fəqət zənguləsiz olaraq, başlar; Şeyx Sənan heyrətlə dinlər. Digər şeyxlər və müridlər də gəlib, birər-birər ətrafına toplaşırlar. 

Dərviş 

Saqın, heç sorma! Bir divanəyəm mən, Dəmadəm çırpınan pərvanəyəm mən. Babam heyrət, anamdır şübhə... Əsla Bilinməz mən kiməm, ey şeyxi-vala! Fəqət pəjmürdə bir səyyahi-zarəm, Şəriətdən, təriqətdən kənarəm. Həqiqət istərəm, yalnız həqiqət! Yetər artıq şəriət, ya təriqət. Qulaq verməm mən əsla bir xitabə, Pərəstiş eyləməm heç bir kitabə. Əvət, Quran, Zəbur, İncilü Tövrat Birər röya ki, zor təfsiri, heyhat! Birər röya bütün əlvahi-aləm, Birər əfsanə, cənnət, ya cəhənnəm. 

Şeyx Sənan 

Təbii, səndə var bir xeyli əsrar, 

Neçin məxfi tutar, qılmazsan izhar? Nə var mərdümgiriz olmaqda bilməm, Nolur olsan bizə həmrah, həmdəm? 

Dərviş 

Birər əfsanədir hər bir sualın, Gözündən bəllidir fikrin, xəyalın. Gülər ruhunda bir yaldızlı xülya, Sənin bir başqa sevda var başında. Nədir yalnızlıq? Anlarsan, düşünsən. Bu rəmzi get də sor, allahdan öyrən! Əgər fövqəlbəşər olmaq dilərsən, Kənar ol daima cinsi-bəşərdən!.. 

(Acı və laübali bir qəhqəhədən sonra müridləri göstərir.) 

Bu şaşqın xəlqə əsla vermə zəhmət! Fəqət yalnız bulun, ey tifli-hikmət! 

(Kəskin və mənalı bir baxışdan sonra uzaqlaşmaq istər.) 

Şeyx Sənan 

(ona yaxlaşaraq) 

Aman, ey pir mürşid, mərhəmət qıl! 

Dərviş 

(uzaqlaşaraq, böyük bir istiğna ilə) 

Uzaq məndən, uzaq, ey mərdi-qafil! Tərəddüd runuma həp gözlərində, Çəkil get! Yox sədaqət sözlərində, Vəfa yox səndə, şeyxim, tez cayarsan, Həmən, bir başqa xülyaya uyarsan. 

Şeyx Sənan 

(irəliləyərək) 

Aman! Ey pakdamən pirim, əfv et! Aman! Səbr et, sözüm var... 

Dərviş 

(etinasız) 

İstəməm, get! 

Dərviş “get!” mənasını anladan bir tövr ilə əlini sallar. Feyləsofanə baxışlarla, məcnunanə addımlarla uzaqlaşıb gedər. Şeyx Sənanı böyük bir şaşqınlıq və düşüncə alır. Məyus olaraq bir tərəfə çəkilir. 

Şeyx Sədra 

(onu təskin ilə) 

Möhtərəm şeyx! Bir düşün... Zira, Sənə layiq deyil bu hal əsla. Fəzlədir, məncə, böylə bir təşviş, 

Sən böyük şeyx; o, sərsəri dərviş... İki mübhəm sözün nə qiyməti var?! Böylə sərsəm əqidədən nə çıxar? 

Şeyx Sənan 

Məhv olub getdi həp düşüncələrim, Məni yalnız burax, rica edərim. 

Şeyx Sədra itaət və təslimiyyətlə geri çəkilir. Bu sırada uzaqdan incə və narin ahənglə çalğı səsi eşidilməyə başlar. Şeyxlər və müridlər heyrətlə baxışırlar. Şeyx Mərvan ilə Şeyx Nəim və müridlərdən bəzisi barmaqları ilə qulaqlarını tıxamaq istərlər. 

Şeyx Sədra 

(heyrət və təzyiflə onlara) 

Çox əcayib bu halınız!.. Mutlaq, Burda lazımmıdır qulaq tıxamaq? Ürfü şər olmayır bu fikrə şərik, Çəkilir şeymidir bu sərsəmlik! Musiqi, nəğmə ən gözəl sənət, Bunu heç mən edərmi bir hikmət?! İştə, bülbüllərin təranələri, Növbaharın nəsimi-nəğməgəri, İncə yarpaqların öpüşmələri, Nazlı afətlərin gülüşmələri, Nəğmeyi-şux həzrəti-Davud, Yaxud ahəngi-şer, giryeyi-ud, Həp birər musiqi deyilmi? 

Şeyx Mərvan 

(kinayə və istehza ilə) 

Əvət, Bu da bir ictihadi-pürhikmət. 

Şeyx Sədra 

Etsəniz ictihadə gər diqqət, O da bir başqa musiqidir, əvət!.. 

Yan tərəfdəki cığırdan, öndə çalğıçılar olduğu halda, süslənmiş gürcü qızları, əlvan geyimli çocuqlar və dəliqanlılar görünməyə başlar. Şeyxlər və müridlər bir tərəfə çəkilib onlara tamaşa edərlər. 

Qızlar və çocuqlar 

(aşağıdakı şərqiyi çalğıya uyduraraq həp bir yerdə söylərlər) 

Əsər nəsimi-dilgüşa. Gülər bahari-nəşəza, Çəmən, çiçək, günəş, hava Cahanı xüldzar edər. 

Dəliqanlılar 

Səfalıdır çəmən, çiçək, Fəqət nə çarə eyləmək Ki, hər baxışda bir mələk Könülləri şikar edər. 

Qızlar və çocuqlar 

Məhəbbət əhli daima Olur bəlayə aşina, Cəfaya etməz etina, Nigarə can nisar edər. 

Dəliqanlılar 

Gözəllərin vəfası yox, Cəfası var, səfası yox, Bu sözlərin əsası yox, Nə etsə yarə, yar edər. 

Dəliqanlılardan dörd-beşi şeyxləri salamlar; birisi də çalğıçılara “çal!” deyə, bir qızla bərabər rəqsə başlar. Oğuzla Özdəmir də onlara yaxlaşıb əl çalar. Sonra dəliqanlılardan bir-ikisi Oğuza əl və göz işarətlərilə oynaması üçün rica edərlər. O da bir qızla bərabər ləzgicə rəqs eylər. Rəqs bitdikdə həpsi bir yerdə əvvəlki şərqiyi çalğıya uyduraraq oxuya-oxuya uzaqlaşıb gedərlər. Özdəmirlə Oğuz da şeyxlərə yüngül bir təmənna edərək onları izlər. 

Şeyx Mərvan 

(Özdəmirlə Oğuzu göstərib istehzalı qəhqəhə ilə) 

Şeyx Sənanı imdi gəl qandır, Sanki bunlar da bir müsəlmandır. 

Şeyx Sədra 

Onların baxmayıb da zahirinə, Bax riyasız təmiz ürəklərinə. Var fəqət bəzi şeyx bədbatin, Zahiri-halı xoş, ürək xain... Çəkməz əl şeytənətlə vəsvəsədən, Həp müzəvvirlik onca danişü fənn... 

Şeyx Sənan 

(sərsəm bir halda dərvişin getdiyi tərəfə doğru irəliləyərək) A-h, o dərviş, o ruhi-müstəsna!.. 

Şeyx Sədra 

(Sənana yaxlaşaraq) 

Möhtərəm şeyx, halınız nə fəna?! 

Şeyx Sənan 

Nerdə dərviş? O nerdə, göstəriniz. 

Şeyx Mərvan 

Dəlidir, şeyx, o həm də bir dinsiz. 

Şeyx Sənan 

Dəlilik başqa bir fəzilətdir. Dinsiz olmaq da bir təriqətdir. Dəlidir, sözlərində məna var, Sərsəridir, başında sevda var. O deyil gərçi zahirən Mənsur, 

Həp “ənəlhəq” deyib də, çırpınıyor. 

Şeyx Sədra 

(çəkilməkdə olan Sənanı izləyərək) 

Getdi, şeyxim, çəkildi, getdi inan, Heç bilinməz o nerdədir əlan? 

Şeyx Sənan 

Başqa laf istəməm, xayır... yalınız Azacıq imdi məndən ayrılınız; Bir qədər Kür boyunca tək-tənha, Düşünüb gəzmək istərim... 

Şeyx Mərvan 

Əcəba! Əcəba, biz də gəlsək olmazmı? 

Şeyx Sənan 

Yenidən siz də deşməyin yaramı. 

Şeyx Nəim 

(gələrək) 

Şeyx!.. 

Şeyx Sənan 

Get, get düşüncəsiz budala! 

Şeyx Sədra 

Mən nasıl? 

Şeyx Sənan 

(əlilə rədd edərək) 

İstəməm, xayır!.. Əsla!.. 

Çox dalğın addımlarla uzaqlaşıb gedər. Hər kəsi dəhşətli bir heyrət istila edər və şeyxin getdiyi sırada pərdə enməyə başlar. 

PƏRDƏ 

II SƏHNƏ 

Yol üzərində kiçik bir balkon... Qarşıda hovuzlu, çiçəkli bir bağça... Gündüz... 

Serqo 

(aşağıdakı türkünü çağıraraq, bağçanı sulamaqla məşğul olur) 

Uzaqlaşdım gülümdən, sevgilimdən, Ayrı düşdüm vətənimdən, elimdən, Həp sızlaram, bir şey gəlməz əlimdən. 

Yar-yar deyib, gecə-gündüz ağlaram. 

Çoxdan bəri nazlı yarı görmədim, Öpmədim, gül üzündən gül dərmədim, Gülər üzlə heç bir ömür sürmədim, Yar-yar deyib, gecə-gündüz ağlaram. 

Anton 

(əlində bir çiçək dəməti olduğu halda, bağça tərəfindən gələrək ) 

Serqocan, Serqo... 

Serqo 

Vay, əfəndiciyim! 

Anton 

(Bir bəxşişlə bərabər dəməti Serqoya verir.) 

Bunu lütfən Xumarə ver də... 

Serqo 

Bəyim! Daha bir başqa əmriniz? 

Anton 

Nə deyim? Söylə Antondur eyləyən təqdim. 

(çəkilib görünməz bir guşədə bəklər) 

Serqo 

(balkona çıxıb da qapıya yaxlaşır, yarım səslə) 

Gəl, Xumar! Nerdəsən, Xumar, mənə bax! 

Xumar 

(ağ geyim geymiş olduğu halda çıxar, Serqonun əlindəki dəmətə baxaraq) 

Bunu kim verdi? 

Serqo 

Anton... 

Xumar 

(hiddətli) 

Ay axmaq! Al, götür haydı, ver də kəndisinə. 

Etinasız bir tövr ilə içəri girər. Serqo dönüb təkrar çiçək dəmətini Antona iadə edər. 

Anton 

Nə deyir? 

Serqo 

Rədd edib də atdı yenə... Sanki bilməzsiniz təbiətini? Allah alsın onun bu xislətini. 

Anton 

(dəməti yerə atıb çeynəyərək, zəhrxənd ilə) 

Sən də biçarə taleyim kimi sol, Ayaq altında çeynənib qəhr ol. 

(Məyus bir halda çıxıb gedər.) 

Serqo 

(həm Antona, həm də balkona baxaraq heyrətlə) 

Qız deyil, bir bəladır iştə Xumar. O bir atəş ki, həp cahanı yaxar. 

(çəkilib bir tərəfə gedər) 

Simon 

(şaşqın və düşüncəli addımlarla yoldan keçər. Gözü balkona ilişincə) 

İştə dilbər, sevimli bir mələyin, Qəsri-pürnuri!.. İştə xüldi-bərin! Dolaşıb kainatı seyr etsəm, Nerdə əyləncə varsa, həp getsəm, Yenə könlüm açılmayır əsla. A-h, o!... Yalnız o hüsni-müstəsna, Qəlbimin aşinayi-giryəsidir. Ruhi-məcruhimin nədiməsidir. 

Bu sırada Xumar əlində ipəkli işləmə olduğu halda balkona çıxar. 

Simon 

(onu görür-görməz) 

Daha yox məndə zərrə səbrü qərar, Mərhəmət, mərhəmət!.. Sevimli Xumar! 

Xumar 

Fəzlə, həp fəzlədir bu istirham, Get, çəkil get, bütün o hissü məram Ki, sizin qəlbinizdə var əlan, 

Məndə yox, yox o hissə hörmət, inan! 

Şeyx Sənan 

(dalğın bir halda yoldan keçər, başını qaldırıb Xumarı görüncə mütəhəyyir) 

O nə! Röyamı gördüyüm, eyvah! 

Omudur?.. La ilahə illəllah!.. 

(yenə mütərəddid və şaşqın addımlarla yoluna davam edər) 

Simon 

(bir qədər düşündükdən sonra Xumara) 

Nə olar, a-h! İnadı, gəl, tərk et!.. 

Xumar 

Yetişir, get, get, allah eşqinə get! 

Platon 

(yarımsərxoş bir halda, içəridən çıxaraq) 

Yenə kimdir o, qeylü qal eləyir? 

(mütəəssir və pərişan addımlarla uzaqlaşmaqda olan Simonu görüncə) Yenə aşiqmi ərzi-hal eləyir? 

Xumar başını aşağı dikir, bu sırada Platonun dostlarından qalın və qaba səsli bir papas yoldan keçər, Platonu görüncə. 

Papas 

Vay, əfəndim, nasılsınız? 

Platon 

Buyurun, Buyurun, lütf edib bir az oturun. 

Bir-birinin əlini sıxırlar, Xumar da papasın əlini öpür. 

Papas 

(əli ilə Xumarın saçlarını oxşayaraq) 

Yenə bir başqa hal var səndə, Yox məsərrət sevimli çöhrəndə. Haydı, lütfən, qızım, bir az su gətir, Heç maraq istəməz, hər iş düzəlir. 

Platon 

İstəməz, nəşəsiz sudan nə çıxar? Gedəlim, çox gözəl şərabım var. Həm də çox əski, altı illikdir, İç də gör, padşaha layiqdir. 

Papas 

(Xumarı diqqətlə süzərək mənalı bir ahənglə) 

Məncə, qalsın o bir şərəfli günə, Sərf edilsin yarınki bir dügünə. 

Platon 

(qəhqəhə ilə) 

Bir xəyal iştə, bir xəyali-məhal, Həm bu sözlər Xumarca bir bədfal, Çünki həp bəhs edər manastırdan, Ərə getmək ölümdür onca, inan!.. 

Papas 

İştə bir arizu ki, məncə əbəs... Xayır, etməz Xumar o fikrə həvəs. 

(Xumara) 

Həp cavanlar sənin əsirin ikən, Böylə bir söz gülünc olur səndən. 

Platon 

(Papasın qolundan tutaraq) 

Gəl, canım, gəl!.. Bütün bu sözləriniz Fəzlədir onca, dinləməz hərgiz. 

(Papasın köksündəki xaça işarətlə) 

İştə Məryəmlə, ruhi-İsayə, Bu böyük xaçə, həm kəlisayə, Əhd edib, mən ürəklə and içdim; İlk talib Xumar için hər kim, 

Hər kim olmuş olursa, rədd etməm, Bıqdım artıq, nədir bu cövrü sitəm? 

Papas 

Səni məcbur edənmi var, əcəba! Neçin and içdin? Ah, iştə xəta!.. 

Platon 

Ya xəta, ya səvab... haydı burax, Gəl, sözüm sözdür, etmə fəzlə maraq. 

Papasla Platon içəri girir. Xumar əli alnında olaraq, balkonda iskəmləyə oturub düşünür. 

Nina 

(bağça tərəfindən gələrək ) 

Yenə bilməm nədir bu küskün hal? Daima həmdəmin düşüncə, xəyal... Nə qədər qız yetirsə Gürcüstan, Sənə bənzər mələk yetirməz, inan. Sənə hər kəs, böyük, kiçik məftun, Sən neçin böylə daima məhzun?.. 

Xumar 

Cümlə əhval əyandır iştə sana, Çarə yox, çarə yox, gözəl Nina!.. Tutmasam annəmin vəsiyyətini, Tutacaq sonda bəd duası məni. 

Mənə söylərdi daima: “Yavrum! Ərə getmək həyat için uçurum... Yoxdur erkəklərin vəfası, Xumar! Yerin olsun fəqət manastırlar”. 

Nina 

Neyləsin binəva qadın!.. Hər an Ona dünyayı tar edərdi atan. Atan olduqca içkidən sərsəm, Kədərindən zavallı oldu vərəm... 

Şeyx Sənan 

(təkrar dönərək, Xumarı görüncə) 

A-h, o, mütləq o!.. Gördüyüm röya!. 

(yaxlaşaraq) 

İştə, nazəndə heykəli-sevda!.. 

Xumar 

Söylə kimsən? 

Şeyx Sənan 

Zavallı bir məftun... 

Nina 

Kim bilir... Bəlkə... 

Xumar 

Qaliba məcnun... 

Şeyx Sənan 

Bəlkə məcnunam, eyləməm inkar, Bais ancaq o hüsni-əfsunkar... 

Serqo 

(gələrək) 

Bu hərif kim?.. Nə söylənib duruyor? 

(Şeyx Sənanın əbasından tutub bağıraraq) 

Söylə kimsən?.. Nə istəyirsən? 

Platon 

(əlində şərab ilə dolu bir qədəh olduğu halda papasla bərabər dışarı çıxaraq, hiddətlə Serqoya) 

Dur! 

Bir müsafir ki gəldi, ikram et, Bu bağırmaq nə? Haydı, dəf ol, get! 

(Serqo bir tərəfə çəkilir, Platon Sənana) 

Şeyx! Bir əmrinizmi var, əcəba? 

Şeyx Sənan 

Onu kəndim də anlamam əsla. 

Platon 

Söyləyin, heç çəkinməyin, zira... 

Şeyx Sənan 

A-h, röya, o gördüyüm röya! 

Platon 

Şeyx, sözsüz deyilsiniz əlbət... 

Şeyx Sənan 

(Xumara işarətlə) 

İstəyim yalnız iştə bir şəfqət, Bir təbəssüm o hüsni-dilbərdən, Bir nəvaziş o mavi gözlərdən... 

Papas 

(qaba bir qəhqəhə ilə) 

Aşiq olmuş Xumara zənn edərəm. 

Şeyx Sənan 

(Xumara) 

Mən neçin böylə zarü dərbədərəm? Söylə, ey nazənini-qönçədəhən! Söylə, ruhum, nə tez unutdun sən, Mənə “gəl-gəl!” deyən nəvazişlə, Əcəba, sən deyilmisən? Söylə!... 

Platon 

(heyrətlə, Şeyx Sənana) 

Bu görüş oldu hanki məvadə? 

Şeyx Sənan 

Gecə röyadə, ərşi-əladə. 

Papas 

(zəhrxənd ilə) 

Şübhə yox, şübhə yox ki, məcnundur. 

Platon 

Görünür həm Xumarə məftundur. 

Bu sırada şeyxlər və müridlər gəlirlər. 

Şeyx Mərvan 

Burda şeyx... 

Şeyx Nəim 

İştə aqibət, bulduq. 

Şeyx Sədra 

Aman allah, nasıl da halı pozuq. 

Platon 

(Papasa, yarım səslə) 

Qaliba, şeyx möhtərəm bir zat. 

Papas 

Fazil insana bənziyor... 

Şeyx Sənan 

(şeyxlərə mənalı bir ahənglə) 

Heyhat!.. 

Şeyx Sədra 

Möhtərəm şeyx! Axın-axın insan Səni həsrətlə bəkləyir əlan. Bütün islam həp ziyarət için Toplanıb gəlmiş... 

Şeyx Sənan 

İstəməm, çəkilin! 

Məndən olmaz bir istifadə sizə, Başqa mürşid bulun da kəndinizə. Şeyxiniz hər nə varsa tərk etdi, Getdi, həp əski mənliyim getdi. İmdi bir başqa fikrə məftunam. 

(Xumarı göstərir) 

Onun eşqilə iştə məcnunam. 

Şeyx Mərvan 

Sən ki, əvvəl qadından ürkərdin, İmdi fikrin neçin dəyişdi, neçin? 

Şeyx Sənan 

(Şeyx Mərvana) 

Onu seçməz sənin gözün əsla, O mələkdir, qadın deyil, haşa!.. 

(məczub bir halda ümuma) 

Seyr edin bir o hüsni-məbhuti, O baxışlar nasıl da lahuti! Oxunur gözlərində ülviyyət, Sanki bir heykəli-üluhiyyət. 

Şeyx Nəim 

Möhtərəm şeyx, unutma niyyətini, Bir düşün illəti-əzimətini! Eylədin Kəbə qarşısında yəmin, O bu gün məhv olurmu bir qız için? 

Şeyx Sənan Vətənim, cümlə niyyətim, Kəbəm İmdi yalnız odur, o, vaz keçməm. 

Platon 

(Papasa) 

Kaş ki, and içmiyəydim əvvəldən. Çarə, bir çarə bul. 

Papas 

Əmin ol sən, Vaz keçər, imdi vaz keçər... 

(Şeyxi Sənana) 

Lakin, Qıza nisbətlə fəzlədir sinnin. 

Şeyx Sənan 

Mənəvi eşqə qarşı hər insan Bir demək... birdir iştə pirü cavan 

Papas 

O həmail nə öylə? 

Şeyx Sənan 

Qurandır. 

Papas 

İmdi isbat edib də gəl qandır! Heç bu mumkünmü isəvi bir qız, Bir müsəlmana varsın? Anladınız... 

Şeyx Sənan 

Birsə həq, cümlə din də bir... naçar, Xəlqi yalnız ayırmış azğınlar, Hər kəs uymuş cahanda bir hissə.. 

Papas şərab ilə dolu qədəhi Platondan alıb Şeyxə verir. 

Papas 

İçiniz bu şərabı öylə isə. 

Şeyx Sənan 

Zatən, onsuz da sərxoşam əlan... 

Papas 

Xayır, al iç, sözün deyilsə yalan. 

Şeyx Sənan pərəstişkaranə baxışlarla Xumarı süzərək, həmən qədəhi alıb içmək istər, lakin bir dürlü cəsarət edəməz və bir taqım mütərəddidanə vəziyyətlərdə bulunur. Ən nəhayət, kəskin bir qərar ilə son damlasına varıncaya qədər içər. Şeyx Sədra dalğın bir halda baxınıb durur. 

Ümum 

(Şeyx Sənan şərabı içdiyi sırada) 

Şeyx, aman! Dur... 

Şeyx Mərvan 

(istehza ilə Şeyx Nəimə) 

Mürəvvici-islam!.. 

Şeyx Nəim 

(Şeyx Sənana) 

Əcəba, içdiyin deyilmi həram? 

Şeyx Sənan 

Ürəfa məşrəbincə var miqyas. 

Papas 

(cibindən kiçik bir xaç çıxarıb Şeyxə verir) 

Çox gözəl, şeyxim, al bu xaçı da as. 

Şeyx Sənan 

(alıb asaraq, yarım qəhqəhə ilə) 

İbn Məryəm asıldı darə, fəqət Onu təkrarə varmıdır hacət? Bumu İsanın ərşə meracı? Mən nəyəm imdi? Canlı dar ağacı... 

Şeyx Mərvan 

Sənə layiqmidir bu iş, yahu? 

Şeyx Sənan 

İştə bir parçacıq gümüşdür bu, Bunu asmaqla bir üzük taxmaq Məncə birdir, bir... anladınmı bunağ! 

Papas 

(Şeyx Sənana) 

Sus, çəkilməz bu dürlü istehza... 

Şeyx Sənan 

Xayır, onsuz da həzrəti-İsa Bizcə ən möhtərəm, böyük sima... 

Papas 

Məqsədin anlaşıldı çox rəna. İmdi Quranı al da yax... 

Şeyx Sənan 

Əcəba! Onu yaxmaqda varmı bir məna? 

Hər kəsdə həyəcan və heyrət... 

Papas 

Fəzlədir həp bəhanə, üzr ancaq, Yaxacaqsan... 

Şeyx Sənan 

(Quranı çıxarıb verir) 

Al, iştə kəndin yax! 

Ümum 

Şeyx, Quran yaxılmaz!.. 

Şeyx Sənan 

İllət var. 

Şeyx Sədra 

Susunuz, bəlkə başqa hikmət var! 

Şeyx Sənan 

Hökmi-Quran ilələbəd ucalır, Yaxılan həp kağız, mürəkkəbdir. 

Bu sırada havanı bulut qaplar, şiddətli göy gurultusu başlar. Bu gurultu pərdənin sonuna qədər ara-sıra müdhiş bir halda davam edib durur. 

Papas 

(Quranı almayaraq, israr ilə) 

Onu atəşdə yaxmayınca, inan, Sənə əsla olunmaz itminan. 

Şeyx Sənan 

Hökmi-Quranı tutmayan məğrur, Onu atəşdə yaxmış ədd olunur. Bir də bihudə etdiyin israr, Bunda İsa və Məryəmin adı var. 

Xumar və Nina 

A-h!.. 

Platon 

Şeyx, istəməz, burax dursun. 

Ümum 

Tövbə, ya şeyx, tövbə, tövbə!.. 

Şeyx Sədra 

Susun!.. 

Şeyx Sənan 

Eşqdən başqa hər nə varsa, əvət, Tövbə, min tövbə!.. Eylədim nifrət. 

Şeyx Nəim 

Bir düşün, şeyx, unutma Kəbəni. 

Şeyx Sədra Dur! 

Şeyx Sənan 

(Xumara işarətlə) 

İştə Kəbəm də, cənnətim də budur. 

Papas 

(Platona) 

Daha bir çarə yox, nə istərsən, O qaçırmaz boyun itaətdən. 

Platon 

Şeyxim, ancaq bir iş də yapmalısan, İki il tam donuz otarmalısan. 

Hər kəsdə böyük bir qələyan. 

Şeyx Sədra 

(Şeyx Sənana) 

Xayır, artıq bu pək fəna təhqir. Səni ikrah için bu bir tədbir... 

Şeyx Sənan 

(Platona) 

Onun eşqiylə mən ki dərbədərəm, Hər nə əmr etsəniz, qəbul edərəm. 

Şeyxlər və müridlər “ah” deyə mütəəssir bir halda geri çəkilirlər. 

Gediniz, arxadaşlarım... Gediniz! Başqa bir şeyxə iqtida ediniz. İştə mən naili-vüsal oldum, Aradım nuri-həqqi, ta buldum. Seyr edib kainatı həp yorulun, Arayın, siz də nuri-həqqi bulun. Unudun həp zavallı Sənanı, Unudun siz o sərsəm insanı. 

Şeyx Sədra 

Möhtərəm şeyx, bir təsəvvür edin... 

Şeyx Sənan 

Yetişir, haydı, dəf olun da, gedin! 

Şeyx Mərvan 

Nerdə əvvəlki qayeyi-əməlin? 

Şeyx Sənan 

(qəhramiz bir hiddətlə bağıraraq) 

Durmayın, haydı, dəf olun, çəkilin! 

Şeyx Sədra dərin bir heyrət və dalğınlıq içində düşünüb durur. 

Müridlərdən birinci qisim (böyük bir təsir və təəssüflə) 

Gedəlim, doğru Kəbəyə varalım, Xaliqi-kainata yalvaralım. Bəlkə şamil olur da mərhəməti, Şeyxi eylər əhatə məğfərəti. 

İkinci qisim 

(Mərvan və Nəimlə bir yerdə) 

Şeyximiz atdı hökmi-Quranı, Şeyximiz satdı dini, imanı, Öncə islamə bir mürəvvic ikən, Xaç asıb çıxdı dinü məzhəbdən. 

Birinci qisim 

Gedəlim, həqqə iltica edəlim, Gedəlim, şeyx için dua edəlim... 

İkinci qisim 

Gedəlim, ta ki, biz də sapmıyalım, Gedəlim, biz də xaçə tapmıyalım... 

Şeyx Sənan 

Gediniz, gərçi hiylə ya təzvir Sizcə xoş... məncə eşq yüksəkdir!.. 

Bütün şeyxlər və müridlər çəkilməyə başlar. Yalnız Şeyx Sədra ən axıra qalaraq, şaşqın və dolğun baxışlarla ağır və mütərəddid addımlarla uzaqlaşıb gedər. 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

I SƏHNƏ 

Bir buçuq sənə sonra, son baharda məhtablı bir gecə... Səhnənin ucunda donuz yatırılmağa məxsus bir dam... Damın qapısı önündə 2-3 donuz yatmış, yan tərəfdə bir su dəstisi var. İçərini sönük bir işıq aydınladır. Çox kənarda Xumarın odası gözə çarpar ki, pəncərəsindən saçılmaqda olan incə bir aydınlıqla nəzəri-diqqəti cəlb edər, ətraf ağaclıqdır. 

Serqo əlində şərab dəstisi, taxtadan yapılmış bir qədəh və 2-3 əkmək olduğu halda türkü çağıra-çağıra yarımsərxoş və laübali bir tövr ilə donuz damından çıxar. 

Serqo 

(göyə baxaraq) 

Göy üzünü bəzər parlaq yıldızlar, Yer üzünü bəzər gülüzlü qızlar, Gözəl eşqində könül yanar-sızlar, İnsaf, mərhəmət yox namərd fələkdə... 

(əlindəkiləri yerə buraxıb, qapının önündə oturur, şərabdan bir qədəh töküb içərək) 

Uf, işıqlandı gözlərim ancaq. 

(Şeyx Sənanı çağırır) 

Ey, çoban şeyx! Nerdəsin? Mənə bax! 

Şeyx Sənan 

(gürcü çobanlarına məxsus bir qiyafətdə, saçı-saqqalı uzanmış olduğu halda bağça tərəfindən gələrək) 

Burdayam, Serqo!.. 

Serqo 

Gəl yeyib-içəlim. 

Şeyx Sənan 

Sən ye-iç, arxadaş, mən ac deyiləm. 

Serqo 

Gəl, canım, başqa bir şərabdır bu... 

Şeyx Sənan 

Adətim səncə bəllidir, yahu! 

Serqo 

Əziz axşamdır, iştə, gəl... 

Şeyx Sənan 

Vaz keç! 

Serqo 

(qədəhi dolduraraq) 

Bir qədəh gəl Xumarın eşqinə iç! 

Şeyx Sənan 

Allah, allah! Bu zəhrimar, əcəba, İçilir şeymi? 

Serqo 

Söylənib durma, Gəl, düdük çal da, ya masal söylə, Ya gözəl bir hekayə nəql eylə. 

Şeyx Sənan 

Yenə halım bir az fəna... Əfv et! 

(Bir tərəfə gedər.) 

Serqo 

(şərabdan bir qədəh içərək, qəhqəhə ilə) 

Çox gözəl, anlaşıldı dərdin, get!.. 

(daha bir qədəh töküb içərək, türkü çağırmağa başlar) 

Coşğun şərab eşq odunu söndürməz, Yar saçından bir tel kəsib göndərməz, Tale mənə göz verir, işıq verməz, İnsaf, mərhəmət yox namərd fələkdə... 

Bu sırada bağçanın bir guşəsindən köpək havlaması eşidilir. 

Əcəba, başqa bir adammı? 

(bağıraraq) 

Kim o? 

Özdəmir 

(əlində xurcun, Oğuzla bərabər gələrək) 

Biz idik, başqa kimsə yox, Serqo. 

Serqo 

Vay, əfəndim, nasılsınız? 

Özdəmir 

Eyiyiz. 

Serqo 

Buyurun... 

Özdəmir 

Şeyx nerdə?.. Getməliyiz. 

Serqo 

Yalnız allah bilir onun yerini. 

Özdəmir 

(xurcunu Serqoya verir) 

Bunu ver şeyxə; həm də şeylərini Tez boşaldın... həmən dönüb gedəriz. 

(Sürətli addımlarla çəkilib gedərlər.) 

Serqo 

Heç maraq etmə, cabəca edəriz. 

Xumar Nina ilə bərabər əlində bir qab yemək olduğu halda odasından çıxıb gələrək. 

Xumar 

Mənə bax, Serqo!.. 

Serqo 

Söylə, sultanım! 

Xumar 

Şeyx yatmışmı? 

Serqo 

(heyrətlə) 

Heç yatarmı, canım! İştə daim onun təbiəti bu... Heç düşünməz nədir yemək, uyqu. Gecə yıldızla, ayla söhbət edər, Düşünür daima sabahə qədər. 

Xumar 

(yeməyi Serqoya verdiyi sırada) Mümkün olduqca hörmət eylə ona, Hər nə əmr etsə, gəl də, söylə mana. 

Nina 

Pək nəzakətli zat imiş Sənan. 

Xumar 

(Nina ilə bərabər odasına doğru yürüyərək, onu təsdiq ilə) 

Əvət, ən möhtərəm, nəcib insan... Hələ dursun kəmalı, mərifəti, Onda var sanki övliya sifəti. 

Serqo dərhal xurcunu alır, boşaltmaq üçün donuz damına girər. 

Şeyx Sənan (bir tərəfdən çıxar, Xumarın getdiyini görüncə) 

Gediyor iştə nazlı cananım, Gediyor aşinayi-vicdanım, Gediyor iştə dinü imanım, Gediyor səbrü taqətim, canım... 

(Məhzun və mütəəssir baxışlarla donuz damına yaxlaşır.) 

Serqo (çıxaraq) 

Arxadaş! Gəl, yemək gətirdi Xumar. Şeyx Sənan 

İştaham yox... 

Serqo 

Gəl!.. 

Şeyx Sənan 

İstəməz israr, Yorğunam, sıtma var canımda bir az. 

(içəri girər) 

Serqo 

Azacıq yatsanız, fəna olmaz. 

(ətrafa) 

Görünür, dərdi tazələndi yenə, Çünki canan göründü gözlərinə. 

Simon 

(iki dəliqanlı ilə bərabər gələrək) 

Serqocan, Serqo! 

Serqo 

Vay, Simon, gəl... 

Simon Sus! Nerdə Sənan? 

Serqo 

Zavallı, çox əfsus, Daima qəmli, daima düşgün... Yatıyor, iştə xəstələndi bu gün. 

Simon 

Sən nə dersin, bu dərbədər Platon Şeyx Sənanə qız verərmi?.. 

Serqo 

Simon! O bir insan ki, çox fürumayə... And içib tanrı oğlu İsayə, Basmış incilə əl, inan, verəcək... 

Simon 

Bu hərif pək inadçıdır gerçək, Qızı bədbəxt edib də öldürəcək. 

Serqo 

(qafasını oynadaraq) 

Burda, zənnimcə, səhvin olsa gərək. Çünki qız başqa dürlü bir xilqət, Onu mütləq görən edər heyrət. Şeyxə çox başqa bir məhəbbəti var, Daim ikram edər də, hörməti var. 

Birinci dəliqanlı 

Həp manastır deyib dururdu Xumar. Nə çapuq fikri döndü? 

Serqo 

(donuz damını göstərir) 

Mane var; Bu uçuq dam Xumar için əlan Daha qiymətlidir manastırdan. Bu onun səcdəgahı, qibləsidir, Şeyx onun heykəli-müqəddəsidir. 

Birinci dəliqanlı 

(Simona) 

İmdi fikrin nə? Şübhə qalmadı heç, Qız demək şeyxin oldu, sən vaz keç! 

Serqo 

Şübhəsiz, bitmək üzrədir müddət, Şeyxi rədd eyləməz Xumar əlbət. 

Simon 

(qəhrxənd ilə) 

Diridir, ölməmiş Simon hala, Ona fürsət verərmiyəm? (qayət həyəcanlı) 

Əsla!.. 

(cibindən para ilə dolu bir kisə çıxarır; əlində atıb-tutduqdan sonra Serqoya verərək) 

Doludur həp gümüşlə altun, al! 

Bu onun qan bahası olsun, al! 

Öncə Simon, sonra arxadaşları xəncərləri çəkərək şeyxin yatağına hücum etmək istərlər. 

Serqo 

(Simona) 

Nə imiş anladım, sənin əməlin. 

(hər üçünə) 

İmdi olmaz, gedin də, sonra gəlin. 

Bu sırada Özdəmir gəlir, arxa tərəfdə pusub onları dinlər. Nina da Xumarın odasından çıxaraq, dərin bir heyrətlə bu əhvalı tamaşa edər. 

Birinci dəliqanlı 

(Simona) 

Doğru, çox doğru söyləyir, gedəlim, Gecə keçsin, gəlib də öldürəlim. 

Simon 

Məncə, fürsət qanadlı bir quşdur, Kim ki əldən uçursa, sərxoşdur. 

Həmən hücum etmək istər, Nina böyük bir iztirab içində baxıb durur. Özdəmir çarçapuq Simonun biləyini yaxalar, xəncər əlindən düşü verir. Dəliqanlılar isə hər biri bir tərəfdən Özdəmiri yaxalayıb, qımıldanmasına imkan verməzlər. 

Birinci dəliqanlı 

(Özdəmirə) 

Məhv olarsan, saqın, qımıldama dur! 

Bu sırada Oğuz gələrək, ağır və məğrur bir baxışdan sonra arxadan hər əli ilə bir dəliqanlının boğazından tutub şiddətlə sıxar. Hər ikisi boğulacaq bir hala gəlirlər, hər kəsi dəhşət alır. 

Oğuz 

İştə xainlərin cəzası budur! 

Özdəmir 

(Simona) 

Bir düşün, bir utan, qızar,yahu! Səndə bilməm nasıl təbiət bu? Şeyx, o bir möhtərəm, zərərsiz adam, Həm müsafir, qərib və aciz adam... Əcəba, səndə yoxmudur vicdan? Böylə namərd olurmu heç insan?! 

Oğuz 

Hanki xain bu növ edər rəftar? Ah, namusa küsmüş alçaqlar! Sizmi, Sənanmı ölməyə şayan? Bax, bu xəncər verər cavab əlan. 

(Həmən xəncərini çəkərək, Simona hücum edər.) 

Özdəmir 

(Oğuzu tutaraq, ağır bir ahənglə) 

Dur!.. Xayır, istəməz bu hiddətü kin, Pəki, ondan nə fərqin oldu sənin? 

Oğuz 

Qoy gəbərsin! 

Özdəmir 

Xayır, bu heç olmaz. Güclü gücsüzdən intiqam almaz. 

(Simonla arxadaşlarına) 

Dəf olun, haydı, durmayın!.. Lakin, Lakin əsla unutmayın, şeyxin Qanını içmək istəyən alçaq Ən nəhayət əlimdə qəhr olacaq. 

Hər üçü silahlarını alıb gedirlər. 

Şeyx Sənan 

(donuz damından çıxaraq) 

Nə imiş? Söyləyin, nə var, əcəba? 

Özdəmir 

Öylə bir şey deyil, əfəndi baba!.. 

Oğuz 

(Serqonun əlindəki kisəni alaraq) 

Bu nə? 

Serqo 

(kəkələyərək) 

Bilməm... əvət, bu kisə... xayır... 

Oğuz 

Şeyx için yoxsa qan bahasımıdır? 

(Sərt və atəşli bir sillə eşq edər.) 

Şeyx Sənan 

Allah, allah!.. Oğuz, nə yapdın sən? 

Oğuz 

Sana qəsd etdirən bu xaini mən, Azacıq etmək istədim tədib. Şeyx Sənan 

Çox yazıq!.. Bir düşün, zavallı qərib... 

(göyə doğru) 

Bu fəlakətlərin bütün səbəbi, Həp mənəm, mən... bağışla, ya rəbbi!.. 

Oğuz 

(Serqoya) 

Baxınıb durma, haydı, kisəyi al! Gəl, işim var səninlə, gəl, abdal!. 

(Serqo kisəni yerdən alıb Oğuzu izlər.) 

Özdəmir 

İmdi fikrin nədir, böyük şeyxim? Zənn edərsəm, olur nəticə vəxim. Səni bunlar epeycə incidəcək, Şübhəsiz, ən sonunda rədd edəcək. Halınız həm də xeyli qorxuludur, Kim bilir, bəlkə bir cinayət olur. Qızı istərsəniz alıb gedəlim, Həm də kim qarşı çıxsa, məhv edəlim. 

Şeyx Sənan 

Özdəmir! Parça-parça doğransam, Yenə bir böylə həqsiz iş yapmam. 

Özdəmir 

Bir sözüm yox bu rəyə qarşı mənim, Lakin olduqca ehtiyat lazim... 

Şeyx Sənan 

Gediniz, çünki çox uzaq yolunuz, Məni tanrım qorur, əmin olunuz! 

Özdəmir (xurcunu yerdən alıb, şeyxin əlini öpərək) 

Bir qəza vaqe olsa, şeyxim, inan, Çıxarız həp yolunda var-yoxdan. Daima borcumuz itaətdir, Bizcə hər əmriniz səadətdir. 

(Çəkilib gedər.) 

Şeyx Sənan 

Cümlə ikramü lütfünüz məlum. Sağ olun, əskik olmayın, oğlum. 

(Özdəmirin uzaqlaşdığını görüncə) 

Uçurum, iştə hər tərəf uçurum! 

Anlamam mən, nədir bu taleyi-şum!? Nə fəlakət!.. Nədir bu, ya rəbbi?! 

Nina (səssiz addımlarla çəkilir, Xumarın odasına girdiyi sırada) Serqodur iştə həpsinin səbəbi. 

Şeyx Sənan 

(göyə doğru) 

Deyil əsla bir iştika, bu nida! Çünki ülvi Xumarın uğrunda Hər bəla məncə bir səadətdir, Hər cəfa sanki bir məhəbbətdir. 

Qapının önündəki dəstini alır, su gətirmək üçün bağçanın bir tərəfinə gedər. Azacıq sonra Anton ağ geyimdə digər tərəfdən çıxar, əbus çöhrəli bir gürcü də əlində yaxıcı maye ilə dolu bir dəsti tutaraq onu izlər. 

Anton 

(yarım səslə) 

Serqocan, Serqo!.. 

Arxadaşı 

İstəməz, bir dur. 

(donuz damına baxaraq) 

İştə Sənan yataqda... Bax, uyuyur. 

Anton 

Serqo!.. 

Arxadaşı 

Lazım deyil. Burax, gedərəm Doğrayıb şeyxi, imdi məhv edərəm! 

(dərhal içəri fırlar) 

Anton 

(qapıdan baxaraq) 

Daha vur! Bir də, bir də.. 

(kəndi-kəndinə) 

İmdi Xumar Mən kiməm, ya nəyəm, duyar, anlar. 

Arxadaşı 

Bu hərif anlamam nə sehr etmiş, Bir təsadüf ki, iştə çox müdhiş!.. Ona heç xəncər etməyir təsir, Yalnız icra olundu son tədbir. 

Qapını qapar, bu sırada içəridə alov parlamağa başlar. 

Anton 

Yoxsa atəşlədinmi? 

Arxadaşı 

Öylə, əvət; Yandı Sənan, kül oldu, getdi... 

Anton 

Fəqət, İmdi dilbər Xumarə müjdə gərək, Ta gəlib seyrə dalsın inliyərək. 

Xumar Nina ilə bərabər odasından çıxar, onları görür-görməz böyük bir heyrət və təlaş içində baxa qalırlar. 

Arxadaşı (Antona istehzalı qəhqəhə ilə) 

İmdi Sənan yatıb da röyadə, Zövqə dalmış behişti-əladə. 

(təlaş ilə) 

Daha durmaq xatalı... Gəl, gedəlim... Gedəlim, haydı... 

Anton 

Çox gözəl, gedəlim. 

Sürətli addımlarla uzaqlaşırlar. 

Xumar 

Ah!.. Bunlar da bir cinayət arar. 

Nina 

Şübhəsiz, başqa bir fəlakət var. Bu sırada şiddətli yel əsməsi, göy gurultusu, yanğın çatırtısı başlar. Ta pərdənin sonuna qədər davam edər. 

Xumar 

(Nina ilə bərabər şaşqın bir halda donuz damına yaxlaşaraq) 

Anladım, imdi anladım, bildim. 

(hiddət və təlaş ilə) 

Serqo, gəl, Serqo! Nerdəsən? 

Serqo 

(görünərək) 

Gəldim. 

Xumar 

Haydı, qoş, durma!.. Gəl, tez aç qapını! 

Nina 

Xain, alçaq, ədəbsiz, aç qapını! 

Serqo qapını açdığı kimi yanğından hasil olan qızıl alov səhnəni aydınladır. 

Gir, çapuq, gir, zavallı şeyxi çıxar! 

Xumar 

Durma, biçarə yandı, tez qurtar! 

Serqo içəri girmək istər, fəqət cəsarət edəməz. 

Qonşular 

(üç-dörd kişi gələrək) 

Söyləyin bir, nə var? Nə olmuş?.. 

Xumar 

Aman!.. Yandı məhv oldu binəva Sənan... 

Qonşular 

Baxalım, bəlkə yanmamış... 

Nina 

(hiddətlə Serqoya) 

Cəllad!.. 

Xumar 

A-h, biçarə şeyx!.. Aman!.. İmdad!.. 

Bitab olaraq düşəcək olur. Nina həmən kəndisini tutar. Bu sırada Şeyx Sənan əlində dəsti bir tərəfdən çıxar, hər kəs heyrətindən dona qalır. 

Şeyx Sənan 

(pərəstişkaranə bir tövr ilə) 

Şeyxi məhv oldu sanmayın zinhar! İştə qarşındayam, sevimli Xumar! Kim ki, eşq atəşilə oldu hədər, Onu yandırmaz öylə atəşlər. Məni öldürsələr də, mən yaşaram, Tərk edib xəlqi xaliqə qoşaram. Əbədiyyət mənim məzarımdır, Çünki sultani-eşq yarımdır. Eşq üçün can nisar edən ərlər Əbədi bir həyat içində gülər. Məni həp parça-parça doğrasalar, Ruhum ölməz, səmayi-eşqə uçar. Uçar, ən möhtəşəm fəzalar aşar, Yenə cənnətdə həp səninlə yaşar. 

Son beyt bitmək üzrə ikən həmən pərdə qapanır. 

PƏRDƏ 

II SƏHNƏ 

Mədinədə həsir ilə döşənmiş bir oda... Ətrafda oturub dayanmaq üçün mindərlər və döşəklər... İki qapı... Bağçaya açılır iki-üç pəncərə... Günəş yeni doğmağa başlayır. Pərdə açıldıqda xidmətçi — qara ərəb döşəkləri düzəldərək çıxar. Bu sırada Şeyx Hadi ilə Əbülüla daxil olur. 

Şeyx Hadi 

Çox şükür rəbbi-zülcəlalimizə, Oldu qismət yenə Mədinə bizə. 

(pəncərələrdən birini açaraq) 

Nə müqəddəs havası var... hər an Nəfəs aldıqca qəşş olur insan. Adəta ruhə bir səfa gəliyor, Adəta qəlbə bir şəfa gəliyor. 

Əbülüla 

Şeyx Hadi! Nə dersiniz gerçək, İstərəm bir çıxıb xəbər bilmək. 

Şeyx Hadi 

Soruşub bir nə var, nə yox bilsən, Bixəbər qalmayız həvadisdən. 

(pəncərəni qapayaraq) 

Yorğunam, mən də bir yarım saət, Uzanıb olmaq istərəm rahət. 

(Əbülüla çıxdığı sırada) 

Fəqət ilk öncə Şeyx Sənandan Bir xəbər bil!.. 

Əbülüla 

Pəki! 

Şeyx Hadi 

Unutma, aman, Həm də Zəhrayı sor da, gör o nasıl? Xəstədir bəlkə, get əyadət qıl. 

Əbülüla gedər. Şeyx Hadi əbasını üzünə çəkərək uzanır. Bu sırada səhnənin işığı çəkilib ucdakı ikinci pərdə qalxar. 

Şeyx Sənan 

(atəşlər, alovlar içində görünərək, yarı məhzun, yarı məmnun bir fəryad ilə) 

Yandım, allah!.. Nədir bu işgəncə? Həm nə dəhşətli, dadlı əyləncə!.. Atəşi-eşq bir səadət imiş, 

Bu da bir başqa dürlü cənnət imiş. Məndə yox iştika, fəqət, ya rəb!.. 

Yoxmudur səndə mərhəmət, ya rəb!.. Gəliyor həp bu hiylələr səndən, Məni bilməm neçin yaratdın sən?! 

Bəzi mövhum əllərdə xəncərlər, qılınclar parlayaraq, Şeyx Sənana hücum edildiyi görülür. 

Bir mələk 

(göydən enər kimi gələrək) 

Heç maraq etmə, möhtərəm Sənan! Səni əsla unutmamış yaradan. Sənə xaliq olub yeganə pənah, Həm şəfaətçidir rəsulüllah. Səni təqdis edər mələklər, inan, Heç təlaş etmə, gəl, böyük Sənan! 

Şeyx Sənanın əlindən tutub kənara çəkmək üzrə ikən ikinci pərdə enir. Səhnə aydınlaşır. 

Şeyx Hadi 

(sərsəm kimi qalxaraq) 

Əcəba?! La ilahə illəllah! Bu nə dəhşətli hal?! 

Şeyx Əbuzər 

Ya allah! 

(Şeyx Əbülləhyə və Şeyx Cəfər bərabər daxil olur. Qucaqlaşıb öpüşürlər.) 

Şeyx Hadi 

Buyurun! 

Şeyx Əbuzər 

Keyfiniz nasıl? 

Şeyx Hadi 

Eyiyim. 

Şeyx Əbuzər 

Parlasın ictihadınız daim, Sizə əcr eyləsin əta qadir. 

Şeyx Hadi 

Gördünüzmü Əbülülayı?.. 

Şeyx Əbuzər 

Xayır. 

Şeyx Hadi 

Söyləyin bir nə var, nə yox, Zəhra Eyiləşmişmi? 

Şeyx Əbuzər 

Halı xeyli fəna, Yaşayır canlı bir cənazə kibi. 

Şeyx Hadi 

Sən böyüksün, ilahi, ya rəbbi! 

Şeyx Əbuzər 

Yeməz-içməz, zavallı pək düşgün... Ağlamaz, ağladar cahanı bütün. Həm seçilməz o bir müqəvvadən, Ölüdür, köçməmiş bu dünyadən. Daima türbeyi-rəsulə gedər, Yalvarıb haqqa ərzi-hacət edər. 

Şeyx Hadi 

Daha kafi bu qəmli qissə, aman! Azacıq söylə Şeyx Sənandan. Yoxmu heç bir xəbər, gələn, ya gedən? 

Şeyx Əbuzər 

Yolçu var Məkkeyi-mükərrəmədən. Söylənən sözlər olsa həp gerçək, Şeyx Sənan, demək, yarın gələcək. 

Şeyx Hadi 

Çox şükür, çox şükür, böyük tanrı! 

Şeyx Əbuzər 

Anladıb sən də söylə bir barı, Çox uzun sürdü adəta bu səfər. Qardaşım, söylə bir nə var, nə xəbər? 

Şeyx Hadi 

Sormayın, sormayın nə halətdir, Bu səfər bir yığın fəlakətdir. Ah, əvət imdi yalnız on kişidən Sağ qalan bir Əbülüla, bir mən... 

Hər üçü 

(böyük bir yəs və heyrət içində ahəngi-məxsus ilə) 

“İnna-lillahi və inna-ileyhi raciun.” 

Şeyx Əbülləhyə 

(dərin bir sükutdan sonra) 

Nə fəlakətli hal, aman, ya rəb! 

Şeyx Cəfər 

Nə imiş, kim bilir, bu halə səbəb? 

Şeyx Əbuzər 

Nə təəssüflü bir xəbər... Eyvah!.. 

(Şeyx Hadiyə) 

Hər nə keçmişsə, eylə həp izah! 

Şeyx Hadi 

Kəbədən biz o gün ki ayrıldıq, Vəzü təbliğə başladıq artıq. Gəzdik az-çox Yəmən diyarində, Azacıq sonra atladıq Hində. Edərək hər tərəfdə nitq irad, Xəlqi dəvətlə eylədik irşad. Eyləyib ərzi-ehtiramü səlam, Bizi alqışlayırdı həp islam. Başqa dinlərdə bir çox insanlar Həp sorar, həp arardı bürhanlar. Çünki pək güc deyildi ilzami, Həp qəbul etdi dini-islami. 

Şeyx Əbülləhyə 

Əvət, islam yüksəlir, enməz. 

Şeyx Cəfər 

Nuri-həq daima yanar, sönməz. 

Şeyx Hadi 

O civalarda iştə bir müddət Göstərib himmət, eylədik dəvət. Nagəhan başlayıb vəba, taun Sardı ətrafı, xəlqi etdi zəbun. Çarəsiz, biz də Hindi tərk edərək, Geri döndük təəssüf eyləyərək. Bəhri-Ümmanda sonra bir tufan, Bir bəla qopdu, sarsılırdı cahan Gecədən keçməmişdi bir o qədər, Oldu dəhşətlə runüma məhşər. Çox yaxındıq o dəmdə sahilə biz, Sarsılıb durdu nagəhan gəmimiz. Qocaman dalğalar hücum edərək, Çıldırıb içqırırdı kükrəyərək. Dəli yellər alay-alay qoşaraq, Gəminin yelkənilə çarpışaraq, Qıldı həp parça-parça bir anda, Hökm edib durdu yəs hər yanda. Hər tərəfdən ucaldı ahü fəğan; Ağlayan, inləyən, düşən, bağıran, Bir yığın binəva, səfil insan Yalvarıb haqqa istəyirdi aman. Çırpınırkən xilas için həpimiz Daha dəhşətlənib qudurdu dəniz. Topa tutmaqla yıldırım hər an, Gurlayıb yolçularda qoymadı can. 

Bir tərəfdən də parlayıb şimşək, Xəlqi titrətdi həp qılınc çəkərək. Göy dənizdən seçilməyir əsla; Yer bəla, göy bəla, mühit bəla... Çarpışır yolçularla fırtınalar, Hər kəsin gözlərində dəhşət var. Son nəfəs iştə, yox ümidi-nicat, Gəmimiz batmaq üzrədir, heyhat! 

Şeyx Əbülləhyə 

Bir təsadüf ki, həp fəlakət imiş. 

Şeyx Cəfər 

Bir umulmaz qəza ki, dəhşət imiş!.. 

Şeyx Hadi 

(dəvam ilə) 

Yolçular çarəsiz qalıb nagah, İki-bir, üç-bir oldular həmrah. Gəmidən fırlayıb da çırpınaraq. İstəyirlərdi həp xilas olmaq. Suda bir xeyli qol-qanad çaldıq, Həp yorulduq da duyğusuz qaldıq. Böylə müztər görüncə halətimi, Söylədim kəlmeyi-şəhadətimi, Çırpışarkən ümidi-yəslə mən, Gəldi bir səs bu anda sahildən. Səs gələn səmti izləyib buldum, Allahın yardımilə qurtuldum. Gecə bilməm nasıl keçib getdi, Ən nəhayət, günəş tülu etdi. Baxdım, əfsus, qurtulan bizdən Yalınız bir Əbülüla, bir mən... 

Şeyx Əbuzər 

Tanrı qərq eyləsin də rəhmətinə, Əfv qılsın rəsulu hörmətinə. Sizə səbri-cəmil edib ehsan, Ömrülər eyləsin əta sübhan. 

Əbülüla 

(daxil olaraq) 

Şeyx Sədra yanında həp əxvan Gəliyor... 

Şeyx Hadi 

Pək gözəl, fəqət Sənan?! 

Əbülüla 

Onu mən görmədim, xayır... 

Şeyx Hadi 

(təlaş və heyrətlə) 

Əcəba! Bir həqiqətmi gördüyüm röya?! 

(pəncərəni açıb, göyə doğru baxaraq) 

Ah, tar oldu gözlərimdə fəza, Var imiş şeyximin başında qəza. 

Məyus bir halda dalıb gedər. Şeyx Sədra öndə olaraq, bütün şeyxlər və müridlər yorğun addımlarla daxil olurlar. Şeyx Hadi başını qaldırır. Gələnləri ağır və kəskin baxışlarla süzdükdən sonra Şeyx Sədraya. 

Söylə, Sədra, nə oldu şeyxinizə? Əbədi bir vidamı etdi sizə? 

Şeyx Sədra mütərəddid bir halda düşünür. 

Düşünüb durma böylə heyrətlə, Söylə, aç!.. Hər nə varsa aç, söylə!.. 

Şeyx Sədra 

Şeyxi bizdən ayırdı Gürcüstan, İmdi artıq o, başqa bir insan... 

Şeyx Hadi 

Sağ ya? 

Şeyx Sədra 

Əlbəttə! 

Şeyx Hadi 

(göyə doğru) 

Çox şükür, ya rəb! 

(Şeyx Sədraya) 

Neçin ayrıldınız, nə oldu səbəb? 

Şeyx Sədra sükut edər. 

Söylə, gizlətmə! 

Şeyx Mərvan 

(Şeyx Sədraya) 

Söylə, həp söylə! 

Şeyx Hadi 

(Şeyx Mərvana) Haydı, sən söylə, sən dəvam eylə! 

Şeyx Mərvan 

Şeyximiz satdı dini, imanı, Şeyximiz atdı hökmi-Quranı, Hökmi-Quranı atdı bir qız için, Həm şərab içdi, həm xaç asdı, bilin! 

O, qadından qaçan böyük Sənan, Donuz otlatmaq üzrə oldu çoban. 

Şeyx Hadi 

(mənalı bir ahənglə) 

Böylə gördükdə, şübhəsiz, həpiniz, Ona nifrətlə duyğu bəslədiniz! 

(İstehzalı qəhqəhə ilə) 

Gəldiniz?.. Həm də Şeyx Sənansız!.. Cümləniz bir cəsəd ki, həp cansız. Qaliba, sizcə öylə bir ustad, Olunur imdi lənü tənlə yad?! 

Şeyx Mərvan 

Onu təkfirə qalxışan vicdan Bir qəbahətmi işləyir? 

Şeyx Hadi 

(qayət hiddətli) 

Mərvan! Görmədim mən sənin qədər nankor, Bir gözün kor deyil ki, vicdan kor. 

Hər kəsdə dərin bir sükut. 

(ümuma) 

Sizdə insaf yox, həmiyyət yox! Mürşidi-binəzirə hörmət yox. Çünki yox ruhunuzda ülviyyət, Qəlbiniz həp zəbuni-süfliyyət... Tutsa afaqı şöleyi-hikmət, Onu duymaz dumanlı gözlər, əvət. Şeyx Sənan, o şəmsi-aləmtab Oldu kafir, xaç asdı, içdi şərab. Hər nə yapdısə, şübhəsiz, siz də - Siz də həp yapmalıydınız, siz də, Siz də həp olmalıydınız tərsa, Məsiyətdənmi qorxdunuz yoxsa?!. Halbuki, küfrü Şeyx Sənanın, O fəzilətli piri-ürfanın Sizin imanınızdan uladır, Haq bilir, həm də min qat əladır. 

Ümum 

Xeyli yalvardıq, iştə rədd etdi. 

Şeyx Mərvan 

Bizi nifrətlə tərk edib getdi. 

Şeyx Hadi 

Həpiniz çünki kəcnəzər, xain, Həm də zahirpərəst, bədbatin... Sizdə olsaydı, şübhəsiz, vicdan, 

Bilərək Şeyxi Kəbeyi-iman, Ona heç söyləməzdiniz azğın, Onu zənn eyləməzdiniz sapqın. 

(Şeyx Sədraya) 

Söylə, Sədra, yalanmı söylədiyim? 

Şeyx Sədra 

Doğru, çox doğru, möhtərəm şeyxim! 

(təbdil tövr ilə) 

Şübhə yox, gərçi sizcə mənfuruz, Lakin az-çox bu işdə məzuruz. 

Şeyx Hadi 

Məsəla?.. Şərh edib də söylə nasıl? 

Şeyx Sədra 

Şeyxi tərk eyləyib tamam bir yıl Cəzib ətrafı olmadıq məyus, Dini təbliğə başladıq... Əfsus!.. Bir də döndük, bulunca Sənanı, Gördük olmuş o bir donuz çobanı. İki gün yalvarıb rica etdik, Gecə-gündüz həp iltica etdik. Yenə rədd etdi... Baxdım olmuş əsir, Nə qədər yalvarılsa, yox təsir. 

Şeyx Hadi 

Çox gözəl, siz qalaydınız orada. 

Şeyx Sədra 

İştə həp arxadaşlarım burada! Qalalım söylədim də, baxmadılar, Etiraz etdilər bütün... Naçar Mən fəqət qalmaq istədim tənha, Buldu Sənan bu fikri pək bica. Ən nəhayət, şikəstəpər, məyus, Eylədik cümləmiz vida əfsus. 

Şeyx Hadi 

Şeyx Sənan, o bir böyük ümman, Onda yox qərü ibtida, payan. Onu idrak için kəmal istər, Əhli-zövq istər, əhli-hal istər. Ah, əvət, imdi gördüyüm röya Nə tühaf lövhə, bilsəniz... 

Şeyx Mərvan 

(Şeyx Nəimə müstəhzi) 

Əcəba?! 

Şeyx Sədra 

(Şeyx Hadiyə) 

Lütf edib söyləyin, rica edərim. 

Şeyx Hadi 

Gördüm əlan ki, şeyx dərbədərim Yanıyor... Halı çox müşəvvəşdir. Bütün ətraf alovdur, atəşdir. Parlar əllərdə həp qılınc, xəncər, Titrədib şeyxi zəhrəçak eylər. 

Hər kəsdə dərin bir heyrət. 

Nagəhan bir gözəl, sevimli mələk Endi göydən təbəssüm eyləyərək. Şeyxi qaldırdı səmti-balayə, Ərşi-əlayə, qürbi-mövlayə. 

Ümum 

Şeyximiz rəhnümayi-ürfandır!.. 

Şeyx Əbuzər 

Şübhəsiz, lütfi-həqqə şayandır. 

Birinci şeyx 

Ya neçin öylə şeyxi tərk etdik? 

İkinci şeyx 

Nə xəta eylədik, nə kəc getdik? 

Şeyx Hadi 

Çünki siz korsunuz... O — mənbeyi-nur... 

Əbülüla 

Fəqət ən son nədamət əfv olunur. 

Birinci şeyx 

Yenə həp şeyxə doğru qoşmalıyız. 

İkinci şeyx 

Şübhəsiz, şübhəsiz, buluşmalıyız. 

Şeyx Sədra 

(qafasını oynadaraq, istehzalı və mənalı bir ahənglə) 

Çox təbii deyilmidir, əcəba?! Azacıq tar olursa imda hava, Sevinir hər tərəfdə şəbpərələr Aldanıb qafilanə rəqs eylər. Zənn edərlər günəş üful etmiş, Büsbütün nuru məhv olub getmiş... Bir qədər sonra parlayıb təkrar, 

Bütün afaqı nuri-hüsnü yaxar. Ürkərək həpsi bunca şəşəədən, Şaşırır, diksinir... Nə batil zənn!.. 

Şeyx Hadi 

Bir qəbahət bu, həm də çox müdhiş! Başqa bir çarə yox, keçən keçmiş... Fəzlədir, məncə, vəqti qeyb etmək, İmdi fürsətdən istifadə gərək. Gedəlim türbeyi-rəsula, gəlin, Həm ziyarət, həm ərzi-hacət için. Edəlim ərzi-ehtiramü səlam, Edəlim həp şəfaət istirham. Qoşalım sonra Şeyx Sənanə, Qoşalım rəhnümayi-ürfanə. 

Ümum 

Gedəlim, haydı durmayın, gedəlim; Gedəlim, şeyxə can nisar edəlim. 

Şeyx Hadi ilə Şeyx Sədra çıxar. Bütün şeyxlər və müridlər də onları izlər. 

Şeyx Mərvan 

(çıxdığı sırada Şeyx Nəimə) 

Həpsi boş bir xəyalə aldanıyor, Zülməti-küfrü nuri-həq sanıyor!.. 

Əbülüla 

(ən arxada olaraq mənalı bir ahənglə, hər ikisinə) 

Bir həqiqətdir iştə, gözsüzlər Kor olur, nuri-həqqi görməzlər... 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 

I SƏHNƏ 

İkinci pərdənin səhnəsində olduğu kimi, yol üzərində kiçik bir balkon... Qarşıda çiçəkli bir bağça; mayıs... Bazar günü... Pərdə açıldıqda dörd-beş dəliqanlı gürcü sərxoş bir halda yoldan keçərlər. Bunlardan biri öndə çalğı çalar, biri də tühaf və gülünc vəziyyətlərlə oynar, digərləri isə əl çalarlar. Nina balkona çıxıb onları tamaşaya dalar. Dəliqanlılar çalıb oynadıqları halda uzaqlaşıb gedərlər. Bu sırada Xumar da çıxar. 

Nina 

(Xumara) 

Daima evdə sanki bir dustaq... Nə olur bir çıxıb hava alsaq?! İmdi var hər könüldə zövqə həvəs, Çalar, oynar də əylənər hər kəs. Bax, cahan həp gülümsəyir, bir bax! Sən fəqət, sən bu feyzdən çox uzaq... 

Xumar 

Məni sən heç məlamət etmə, gülüm! Hər nə yapsam, açılmayır könlüm. 

Bu dilara, sevimli mənzərələr Artırır məndə sanki hüznü kədər. 

Bu sırada öncə əlvan geyinmiş qızlar və çocuqlar, sonra dəliqanlılıar, nəşəli, munis bir ahənglə şərqi çağıra-çağıra gəlib keçərlər. 

Qızlar və çocuqlar 

Açmış bənövşə, sünbül, Xəndan olur qızılgül; Ötdükcə, sanki bülbül Rəqs etdirir xəyali... 

Dəliqanlılar 

Hərdəm günəş gülümsər, Süslər cahanı yeksər; Məczub edər sərasər Ənzari-əhli-hali... 

Qızlar və çocuqlar 

Dünya tərəblə dolmuş, Bir parça cənnət olmuş, Hər ruh nəşə bulmuş, Hər qəlb açıq, səfali... 

Dəliqanlılar 

Hər gözdə bir məhəbbət, Hər üzdə bir səadət; 

Həp əhli-zövqü işrət Sərməstü laübali... 

Bu anda sürətli bir surətdə kilsədə çalınmaqda olan çan səsi eşidilməyə başlar. 

Xumar Nina, bax, iştə dinlə çan səsini, Dinlə ömrün şikəstə naləsini. Xalq bir yanda şərqilər çağırır, Çalar, oynar da, həp gülər, bağırır. Başqa bir yanda bir zavallı fəqət Zövqi-dünyayə həp qalır həsrət. Sarsılır cümlə əqrəbası onun Daima yaslı, daima məhzun... 

Nina 

Sən maraq etmə, heç sıxılma, Xumar! Çünki bir fərd ölür də, dördü doğar. 

Xumar 

Doğar, amma doğub doğurmaqdan Nə çıxar sanki? 

Nina 

(yola baxaraq) 

İştə gəldi baban! 

Xumar 

(Papası babası ilə bərabər görüncə, istikrahla) 

Bu Papas, ah! Çox xəyanətkar, Yenə bəsbəlli bir xəyanəti var. 

Hər ikisi içəri girər, təkrar çan səsi eşidilir. 

Papas 

İştə bax, dinləyirmisən, Platon? 

Platon 

Yenə kimdir ölən? 

Papas 

Zavallı Simon. 

Platon 

Ah, yazıq! Söylə bir, nə oldu? Nasıl? 

Papas 

Aşiq olmuş Xumarə tam iki yıl, Ağlayıb sızlamış... fəqət naçar. Aqibət, vermiş intiharə qərar. 

Platon 

Çox yazıq!.. Başqa bir igiddi Simon. 

Papas 

Hələ biçarə Anton, ah, Anton!.. Sanki bitmiş də, yox həyat onda, Oda er-gec olur Xumarə fəda. 

Platon 

Şeyx Sənanı mütməin etdim, Çarə yox, söz verib yəmin etdim. 

Papas 

Bulunur şeymi öylə bir övlad? Qızı bədbəxt edirsən, etmə inad! 

Platon 

(laübali qəhqəhə ilə) 

Çox tühaf!.. Kim? Xumarmı?! Çox yanlış... Fərq yox, onca bir, demək, yaz-qış. Həp müsavidir, onca hüznü nəşat, Onca birdir əvət, həyatü məmat. 

Papas 

Anlamam mən nədir bu lafü kəzaf, 

Platon, səndə yoxmudur insaf? 

Platon (Papasın qolundan tutaraq) 

Çox gözəl... Anladım məramını, gəl! Dinləriz hər nə olsa hökmi-əzəl. 

Hər ikisi içəri girər. Bu sırada Şeyx Sənan zində və nurani bir sima ilə, fəqət saçı, saqqalı büsbütün ağarmış, əlində bir çoban dəyənəyi olduğu halda bağça tərəfində görünür, ağır və düşüncəli addımlarla balkona doğru irəliləməyə başlar. Bu anda Xumar da balkona çıxar. Şeyx Sənan Xumarın qarşısında duraraq, mənalı və söz söyləyəcək bir baxışla baxıb durur. 

Xumar 

Yoxsa bir xahişinmi var, Sənan? Hər nə qəlbində varsa, eylə bəyan... 

Şeyx Sənan 

Söylə, ey aşinayi-vicdanım! Söylə, sən söylə, nazlı sultanım. Söylə, sən söylə... məndə taqət yox, Bir də, zənnimcə, ərzə hacət yox. Bəllidir çünki səncə hər halım, Çünki sənsən pəriyi-amalım... 

Xumar 

(nazikanə) 

Fikriniz çox dumanlı, çox mübhəm... Nə demək istəyirsiniz, bilməm... 

Azacıq sükut. 

Serqo 

(gələrək, Şeyx Sənana) 

Soruşub bir yığın sarıqlı adam, Səni, şeyxim, arardı biaram. Qaliba, həpsi əski yoldaşlar, Azacıq sonra həp gəlir də çıxar. 

Şeyx Sənan 

(hiddətli və usanmış bir halda) 

O donuzlar ki, otladır Sənan, Şübhəsiz, fərqi yoxdur onlardan. İstəməm görmək, istəməm... Sən get Yolda qandır, çevir, həmən dəf et! 

Serqo dərhal uzaqlaşıb gedər. 

(pərəstişkaranə bir vəziyyətlə) 

Bir düşün!.. Nazənin, sevimli Xumar! Bəllidir iştə səncə həp əsrar. Getdi uğrunda dinü imanım, Getdi həp fəzlü şöhrətim, şanım. Unudub cümlə hökmi-Quranı, Oldum axırda bir donuz çobanı. 

(başını açaraq) 

Saqqalım, həp saçım ağardı bütün, İki ildir ki, gülmədim bir gün. Məni yalnız yaşatdı bir röya, Öylə röya ki, dadlı bir xülya... Dərdi-həsrətlə daima yanaraq, Yaşadım bir xəyalə aldanaraq. Söylə, əmrin nədir, gözəl mələyim? Hədər olsunmu imdi həp əməyim? 

Xumar 

(səmimi və mütəəssir) 

Möhtərəm şeyx!... Ey böyük Sənan! 

(artıq sözünə davam edəməz) 

Şeyx Sənan 

Söylə, ruhum! Düşünmə, söylə, aman! Söylə, əsla çəkinmə, söylə, Xumar! Məndə hər əmrə qarşı hörmət var. Məzhər olduqca hər xitabinə mən, Keçirəm sanki kəndi-kəndimdən. Söylə, güldür bu ruhi-nalanı, Gül, sevindir bu qəlbi-giryanı. Mənə səndən gəlirsə qəhrü itab, Yenə könlüm edər qəbulə şitab. Sənin uğrunda məhv olub getmək Ən böyük bir səadət olsa gərək... 

Bu sırada Papas, Platon və Nina balkona çıxarlar. 

Platon 

(Xumara) 

Yenə Sənan nə istəyir, əcəba? 

Şeyx Sənan 

Tək vəfa istərəm də, vədə vəfa. 

Papas 

Nə demək istəyirsən? İzah et! 

Şeyx Sənan 

(azacıq hiddətli və etinasız) 

Sənə race deyil sözüm, keç get! 

Papas 

(Platona) 

Zənn edərsəm, bu dərbədər, məcnun. 

Şeyx Sənan 

(zəhrxənd ilə) 

Xəlqi məcnunlar ədd edər məcnun. 

Platon 

Soralım bir Xumarə... 

Papas 

Olmaz, inan, Xayır, əsla bu işdə yox imkan. Bu hərif çünki tutmamış sözini, İzləyirmiş həp əski yol-izini. 

Platon 

Nə deyirsən, canım? 

Papas 

Əmin olunuz, Görmədim böylə tanrısız, yolsuz. Yenə Quran oxur, namaz qılar, Yenə islamə qarşı hörməti var. 

Şeyx Sənan (Platona) 

Həp yalan, iftira!.. İnanma, saqın! 

Papas (hücum ilə şeyxin köksünü açaraq) 

Hanı, göstər nə oldu, nerdə xaçın? 

(xaçı bulamayınca, qayət hiddətli) 

İştə gördünmü? Sayğısız, xain! Varmıdır sanki səndə məzhəb, din? 

Şeyx Sənan (zəhrxənd ilə) 

Arif ol, arif!.. Atma vicdanı, Ara qəlbində dini, imanı. 

(Papasın köksündəki böyük xaça işarətlə) 

Zahirin çox gözəl, fəqət nə çıxar? Oynaşır batinində şeytanlar. 

Papas 

(şaşqın və hiddətli) 

Ah, sus!.. İnsan qılıqlı şeytan, sus! 

Şeyx Sənan 

Sanki mən susdum, öylədir əfsus. 

Papas 

Haydı, get! Burda durma, get, dəf ol! Get! Əvət, başqa bir pənah ara, bul. 

Xumar 

Ah! 

Platon 

(Papasa) 

Gəl, gəl!.. Zavallı şeyxi buraq! 

Papas (Şeyx Sənana) 

Get, çəkil, durma!.. Sərsəri, alçaq! 

Şeyx Sənan 

Ah, alçaqmı? Sərsərimi? 

Papas 

Əvət, Sənə layiq cəza budur əlbət... 

Dərhal Xumar ilə Platonu yaxalar, bərabər içəri girərlər. Yalnız Nina dışarıda qalıb, şaşqın bir halda düşünüb durur. 

Şeyx Sənan 

(Xumarın getdiyini görüncə, suzişli və məcnunanə) 

Getmə, gəl!.. Nazənin Xumarım, gəl! Daha yox səbrü ixtiyarım, gəl!.. Bitdi, məhv oldu mənliyim, heyhat... Məndə yox qeyri arizuyi-həyat. Getdi, həp söndü, getdi hər əməlim, Gözəlim! Gəl də bir vida edəlim. Gəl!.. Aman, gəl!.. Gecikmə gəl, mələyim!.. 

(geri çəkilib, yol üzərində münfəil və mütəəssir bir halda baxaraq) 

Əlvida!.. Əlvida!.. Gözəl mələyim!.. 

(mütərəddid və məcnunanə addımlarla sağ tərəfdən çəkilib gedər.) 

Xumar 

(çıxaraq, Ninaya) 

Nerdə Sənan? Nə oldu? 

Nina 

Getdi, Xumar! Getdi, məcnuni-eşqin etdi fərar. 

Xumar 

O böyük qəlbi qırdılarmı?.. Aman, Onu təhqir edən nasıl insan? 

(yola doğru enərək, şeyxin getdiyi tərəfə) 

Ey böyük şeyx! Ey böyük Sənan. Azacıq bəklə, getmə, getmə, aman!.. 

Həmən qoşaraq şeyxi izlər, Nina da Xumarı izlər. Bu sırada Özdəmirlə Oğuz öndə olaraq, Şeyx Hadi bütün şeyxlər və müridlərlə bərabər yolun sol tərəfindən çıxarlar. 

Ümum 

(həyəcanlı bir ahənglə) 

Nerdədir? Nerdə rəhbəri-vicdan? Söyləyin nerdə qibleyi-iman? Şeyximiz nerdə, nerdədir Sənan? Söyləyin nerdə Kəbeyi-ürfan?.. 

Papas 

(Platonla bərabər balkona çıxaraq) 

Kimi istərsiniz? Nə var, nə xəbər? 

Ümum 

Şeyx Sənanı lütf edib göstər! 

Papas 

Kim bilir nerdə şeyxiniz? Əlan Dəf olub getdi, burda yox Sənan! 

Ümum 

(həyəcanlı və sarsılmış bir halda Papasa) 

Sənə layiqmi böylə bir təbir? Şeyxi həddinmi eyləmək təhqir? Sənə layiqmi böylə bir həzyan? Bir düşün, bir düşün, səfil insan. 

Platon 

Arxadaşlar, qüsura baxmayınız, Azacıq burda bəkləyin yalınız. İmdi nerdəysə şeyxiniz Sənan, Gəlir əlbət... cəlir çıxar əlan. 

Qızlar, çocuqlar və dəliqanlılar bir yerdə qarışıq səslə təranəsiz olaraq gəlirlər. Hər kəs onlara mültəfit olur. 

Açmış bənövşə, sünbül, 

Xəndan olur qızılgül, Ötdükcə sanki bülbül, Rəqs etdirir xəyali... 

Bu sırada Nina böyük bir təlaş ilə sağ tərəfindən qoşub gəlir və hər kəsin nəzər-diqqətini cəlb edər. 

Nina 

Getdi, eyvah, getdi, getdi Xumar, O da Sənanə uydu, etdi fərar. 

Platon 

(böyük bir hiddətlə Papasa) 

İştə gördünmü? Sayğısız budala! Məni aləmdə eylədin rüsva... 

Paras 

(yoldan keçən gürcülərə) 

Düşünün bir nə söyləyir Nina, Daha durmaqda varmı bir məna? 

Gürcülər 

Fürsət əldən çıxar, həmən gedəlim. 

(Dərhal qoşub gedərlər.) 

Şeyx Hadi 

(yanındakılara) 

Gedəlim, biz də şeyxi dərk edəlim. 

Ümum 

Gedəlim, haydı durmayın, gedəlim! Gedəlim, şeyxə can nisar edəlim... 

Onlar da həyəcanlı və sürətli addımlarla gürcüləri izlər. Artıq son beyt bitmək üzrə ikən pərdə qapanmış olur. 

PƏRDƏ 

II SƏHNƏ 

Qürub zamanı, bir tərəfdə Kür nəhri, bəridə, Kür boyunca yalçın bir qaya... Kənarda, qayanın ta ötəsində bir ormancıq... Görünməz tərəfdən qayanın təpəsinə yol varsa da, səhnə tərəfi, fəqət, bir uçurumdan ibarətdir. Pərdə açıldıqda, uzaqlarda, səhrayi və məhzunanə bir çoban düdüyü iniltisi ruhları məczub edər. Şeyx Sənan əlində dəyənək, başı açıq, saçları dağınıq, düşüncəli və yorğun bir halda qaya başında görünür. Ağır-ağır nəfəs alır, bir neçə addım ataraq, dönüb geri baxar. Bir-iki dərin ah çəkib, yeniylə alnının tərini silər. Bu sırada ixtiyar, nurani Dərviş ağaclıqdan çıxar. Şeyx Sənanı bu halda görüncə, istehzalı bir baxışdan sonra laübali və ağır qəhqəhələrlə gülər. Şeyx isə ürkək bir tövr ilə Dərvişə baxmağa başlar. 

Dərviş 

Nə qiyafət bu! Söylə, söylə nə var? Nerdə əvvəlki şeyxlər, xocalar? Söylə, ey şeyx dərbədər, bu nə hal? Nerdə əvvəlki ehtişamü cəlal? 

Şeyx Sənan (yan tərəfə baxaraq, əlilə Dərvişə göstərir) 

Yalınız şeyxlər deyil, hətta, İmdi bax, izləyir papaslar da. Mənə olmuş cahan pərəstişkar, İmdi pək başqa bir cəlalım var. Sanma islamə rəhbərəm tənha, Peyrəvimdir xristianlar da. 

Dərviş 

(Şeyxin göstərdiyi tərəfə baxaraq, heyrətlə) 

Bu gəliş bir hücumu andırıyor. İştə bax, yoxmu səndə əqlu şüur? Həpsinin üz-gözündə qan coşuyor, Həpsi bir intiqam için qoşuyor. 

Şeyx Sənan 

(diqqətlə baxaraq) 

Ah, əvət, həpsi bivəfa, qəddar... Qoşuyor həm də önlərincə Xumar! 

Dərviş 

Bir səbəbsiz deyil bu hiddətü kin... 

Şeyx Sənan 

İxtilaf, ixtilafi-məzhəbü din... 

Dərviş 

(yarım qəhqəhə ilə) 

İştə gördünmü din nələr doğurur? Nə bəlalar, nə fitnələr doğurur? 

Din bir olsaydı yer üzündə əgər, Daha məsud olardı cinsi-bəşər. 

Şeyx Sənan 

(uzaq üfüqlərə doğru, dəhşətli və yaralı bir ahənglə) 

Şeyx, ya şeyx, gəl də seyr eylə, Yandım atəşdə kəndi rəyimlə. Mən qulaq vermədim dəyərli sözə, Həp qadından gəlir nə gəlsə bizə. 

Dərviş 

(mütəbəssim) 

Bu xəyali xitab əcəb kimədir? 

Şeyx Sənan 

Ah, sağ olsaydı imdi Şeyx Kəbir, Ataraq seyr edərdi pək ələni, Kəndi möcuznüma kəramətini. 

Dərviş 

Baxma, şeyxim, bu hali-pürqəminə, Giriyorsun həqiqət aləminə. Fəzli-həqq runüma kəmalında, Parlayır nuri-həqq cəmalında. Səndə bir əhli-hal əlaməti var, Səndə əlan xuda qiyafəti var. 

Şeyx Sənan 

(usanmış bir tövr ilə) 

Söylənib durma, sən də get, dəf ol!.. Get də bir başqa sayğısız ara, bul! Əlverir, istəməz bu mövhumat, Getdi, məhv oldu mənliyim, heyhat!... Məni sən eylədin bu dərdə düçar, Get, çəkil, durma... 

(Xumarın gəldiyini görüncə) 

Ah, Xumar, Xumar! Nəyə gəldin? Deyil bu illətsiz, Məni məhv eyləməkmi niyyətiniz? 

Xumar 

(yaxlaşaraq) 

Şeyx, ya şeyx! Durma, gəl qaçalım, Gəl, aman, gəl qaçıb da qurtulalım. 

Şeyx Sənan 

(sərsəmcə) 

Ah, məndən nə istəyirsən? Get!.. 

Xumar 

(bir az daha yaxlaşaraq) 

Möhtərəm şeyx! İnadı gəl tərk et. 

Dərviş 

Fəzlədir, şeyxim, öylə bir təhqir, Daha kafi... Nədamət əfv edilir. 

Xumar 

Əvət əfv et, qüsura baxma, aman! Səndədir könlüm, ah, səndə... inan! Çox müqəddəsdir iştə məncə sənin Hər şeyin, həp təriqətin, dinin. 

Şeyx Sənan 

(Xumarın saçlarını oxşayaraq) 

Məni xatırlayıb da gəlmişsən, Görünür, bivəfa deyilmişsən. 

Dərviş 

(qafasını oynadaraq, yarım qəhqəhə ilə) 

Bəzi dilbər mələklərin, Sənan, Halı bir kölgədən seçilməz, inan. Onu təqibə başlayınca qaçar, Üz çevirsən, həmən peşincə uçar. 

Təkrar mənalı bir tərzdə qafasını oynadaraq, laübali addımlarla çəkilib gedər. Şeyxi düşüncə, Xumarı heyrət

alır. Bu sırada yan tərəfdən Özdəmirlə Oğuz, bütün şeyxlər və müridlər qoşaraq gəlirlər. Şeyx Sənanı qayanın təpəsində görüncə. 

Ümum 

İştə şeyx, iştə möhtərəm Sənan! Sənə çox-çox şükür, böyük yaradan!.. 

Şeyx Sənan 

(heyrətli və istehzalı bir təbəssümlə) 

Sərsərilər, zavallı şaşqınlar! Gediniz, haydı, haydı, azğınlar! 

Şeyx Hadi 

(Şeyx Sənanın saç-saqqalının ağardığına diqqət edərək) 

Həp dəyişmiş sevimli siması. 

Şeyx Sədra 

(Şeyx Sənana) 

Şeyxim, en gəl, xətərlidir orası. 

Şeyx Sənan 

Yüksələn məhv olar, fəqət enməz! Nuri-həqq daima yanar, sönməz! 

Şeyx Hadi 

Bu soyuqluq, bu iğbirar nədən? Şeyx! Unutdunmu yoxsa bizləri sən? En gəl, en gəl! Ziyarət eyləyəlim, Sənə həp macərayı söyləyəlim. 

Şeyx Sənan 

Xayır, alçalmam, istəyən gəlsin, Məni hər kim sevərsə, yüksəlsin. 

Əbülüla 

Şeyxim, əfv eylə, çünki məzuruz, Qürbət eldir, yol-iz nə, bilmiyoruz. 

Şeyx Sənan 

Kim yol-iz bilməyirsə, dəf olsun, Məni ancaq bu hal edər məmnun. 

Oğuz 

(Şeyx Hadiyə) 

Başqa bir yol da var, gəlin gedəlim. 

Şeyx Hadi 

Gedəlim, haydı, şeyxi dərk edəlim. 

Ümum 

(Oğuzu izləyərək) 

Durmayın, durmayın... Haman varalım, Gedəlim, bəlkə şeyxi qurtaralım. 

Qoşuşub gedərlər. 

Xumar 

(ətrafa baxaraq, böyük bir təlaş ilə) 

Qaçalım, şeyx, gəldilər, qaçalım. Gəldilər həp bizimkilər, qaçalım. 

Şeyx Sənan 

Bax, Xumar! İştə hər tərəf uçurum... 

Xumar 

İstəsən, mən səninlə məhv olurum. 

Papas və Platon öndə olaraq, gürcülərlə bərabər qayanın üzərində görünürlər. Xumar “ah!” deyə Şeyx Sənanın qolları arasına sığınır, gürcülərdən bir-ikisi hücum etmək istər. 

Papas 

(gürcülərə) 

Azacıq səbr edin... 

(Xumara) 

Xumar! Xumar! Sənə layiqmi böylə bir rəftar? Bir düşün, bir düşün, nə yapdın sən? Üz çevirmişmidir xuda səndən? 

(Şeyx Sənana işarətlə) 

Ah! O, insan qılıqlı şeytandır, Ayrıl ondan, o, xain insandır! 

Xumar 

Bu təmənnayı bir də etmə, saqın! Can cəsəddən rəvamı ayrılsın? 

Platon 

Qəhr olarsan, Xumar, inan!.. Həm də Məni bədnam edərsən aləmdə. 

Şeyx Sənan 

(istirham ilə, Xumara) 

Get, atandır, Xumar, itaət qıl! Hər nə əmr etsə, dinlə, hörmət qıl! 

Xumar 

İstəməm, şeyxim, iltiması buraq, İstəməm, sənsiz istəməm yaşamaq. 

Papas 

(batmaqda olan günəşi Xumara göstərərək) 

Bax, qızarmış günəş, səbəb var ya! Utanıb qaçmaq istəyir... Guya O da qızğın sənin zəlalətinə, O da küskün sənin bu halətinə. 

Xumar 

(acı təbəssümlə) 

Mən də əlan əvət, enib gedərəm, Başqa bir kainata əzm edərəm. 

Şeyx Sənan 

(Xumarı qolları arasına alaraq) 

Enməriz, enməriz, xayır, yalnız Ərşi-əlayə yüksəlib uçarız. Uçarız həqqə doğru bərqasa, Netəkim uçdu həzrəti-İsa, 

Papas 

(hiddətlə, gürcülərə) 

Nə durub bəkləyirsiniz, əcəba? Daha baxmaqda yox səmər əsla. 

Gürcülərdən bir qismi hücum etmək istər, bu sırada Şeyx Hadi yanındakılarla bərabər qoşub gəlirlər. 

Özdəmir 

(hücuma hazırlaşan gürcülərə) 

Dur, dur, əl saxla!... 

Oğuz 

Dur! 

Şeyx Hadi 

Nə var? 

Papas 

Sənan qızı tərk etməyir... 

Şeyx Hadi 

(heyrətlə) 

Tühaf vicdan!... Şeyx Sənan Xumarə talibdir, Xumar ondan ziyadə raqibdir. 

(Şeyx Sənana doğru yaxlaşaraq) 

Şeyx!.. 

Şeyx Sənan 

Yaxlaşma, dur... Çəkil asi! 

(barmağilə xəyali bir dairə yaparaq) 

Çünki Beytülhəram demək burası, Daxil olmaq yasaqdır əğyarə. 

Sən ki, məhrəm deyilsən əsrarə! 

Şeyx Mərvan 

(bir addım irəliləyərək) 

Şeyx! 

Şeyx Sənan 

Dəf ol, çəkil... Səfil, abdal! 

Papas 

Allah, allah! Nədir bu müdhiş hal?! 

Şeyx Sənan 

(Xumara) 

Söylə, əmrin nədir? 

Xumar 

Xilas olmaq! 

Şeyx Sənan 

(arxadakı nəhri göstərərək) 

Uçurumdur pənahgah ancaq. 

Platon 

(təlaş və həyəcan ilə) 

Aman, allah, buraxmayın... Xumar 

(Şeyx Sənana) 

Qaçalım... 

Şeyx Sənan 

(nəhrə doğru baxaraq) 

Uçalım, haqqa doğru, gəl uçalım! 

Platon 

Ah, Xumar! 

Xumar 

Əlvida!.. 

Şeyx Sənan 

Ya allah!.. Hər ikisi əl-ələ verib, nəhrə atılırlar. 

Gürcülər 

Getdilər... 

Şeyxlər və müridlər 

Uçdular... 

Platon 

Aman, eyvah!.. 

(deyə biixtiyar nəhrə atılmaq istər. Oğuz mane olur) 

Papas 

(hiddətlə) 

Platon! 

Platon 

Ah! Getdi, getdi... 

Papas 

(soyuqqanlı) 

Burax! 

Platon 

(çılğın bir halda) 

İştə sənsən səbəb... Rəzil, alçaq! 

(xəncərlə Papasa hücum edər, gürcülər mane olur) 

Şeyx Hadi 

(nəhrə tərəf baxaraq) 

Gedəlim, bəlkə var ümidi-nicat... 

Şeyxlər və müridlər 

Gedəlim... 

Gürcülər 

Haydı, durmayın!... 

Platon 

(məyus) 

Heyhat!.. 

PƏRDƏ 

ƏLAVƏ 

Aydın bir mayıs gecəsi... Kürdən azacıq kənarda çiçəkli, yaşıl bir dağ kəməri... Şeyx Sənan Xumarı qolları arasında tutmuş olduğu halda çox güc nəfəs alaraq, yorğun addımlarla dağın təpəsinə çıxmaq istər, fəqət yürüməyə taqəti qalmadığından, Xumarın duyğusuz, hərəkətsiz vücudunu yerə buraxır və başını dizi üstünə alaraq, dağınıq saçlarını oxşamağa başlar. 

Şeyx Sənan 

Ruhum, ey qönçeyi-bahar Xumar! Nazənin dilbərim Xumar, Xumar! Sən neçin böylə duyğusuz qaldın? Nə çətin yerdə uyquya daldın? 

(böyük bir heyrət və məczubiyyətlə) 

Nə qədər şairanə, solğun nur! Aman, allah, nasıl da xoş uyuyur. 

(alnından öpərək) 

Bu ilahi sükuta qarşı, Xumar! Həp mələklər olur pərəstişkar. Xaliqi-hüsnü eşq, xaliqi-hiss, Səni, heç şübhə yox, edər təqdis. 

(saçlarını oxşayaraq) 

Uyu, ey gülnihali-qüdsiyyət! Uyu, ey nazəndə heykəli-iffət! Uyu, ey yari-məhcəbinim, uyu! Uyu, ey tifli-nazəninim, uyu!.. 

Şeyx Hadi 

(sürətli addımlarla gələrək) 

Şeyx, ya şeyx! Qalx, aman, gedəlim. 

Şeyx Sənan 

(məcnunanə) 

Nə deyirsən, nə?.. Söylə kimsən, kim? 

Şeyx Hadi 

Səni itlaf için qoşar cühəla; Gedəlim, başqa çarə yox əsla. 

Şeyx Sənan 

Ah! Sərxoşmusan, nasıl gedəlim?! 

Uyuyur iştə qayeyi-əməlim. 

Şeyx Hadi daha yaxlaşaraq Xumarın nəbzinə baxmaq istər, Şeyx Sənan ona sərt bir sillə eşq edərək, hiddətlə. 

Xain, alçaq! Təcavüz etmə, saqın! Bir düşün sən nə yapdın, ah, azğın! 

Şeyx Hadi 

Şeyx, bihudə etdiyin israr, Çünki pək çox uzaqda imdi Xumar. Sənə biganədir o tifli-əməl, Onu səndən, əvət, ayırmış əcəl. 

Şeyx Sənan (çılğın) 

Nə deyirsən, nə?! Heç ölürmü mələk? 

Şeyx Hadi 

Möhtərəm şeyx, bir düşün... 

Şeyx Sənan (çox hiddətli) 

Nə demək?! Varmı bir məqsədin, səfil insan! 

Bu sırada Şeyx Mərvan gələrək yaxlaşmaq istər. 

Şeyx Hadi 

(Şeyx Mərvana) 

Gəlmə!.. 

Şeyx Sənan 

Yaxlaşma, ah, kor şeytan! 

(hər ikisinə) 

Bizi məhv eyləməkmi məqsədiniz? Gediniz, haydı, dəf olub gediniz!.. 

Hər ikisi çəkilib bir tərəfdə durur. Şeyx Mərvan müğbər və hiddətli, Şeyx Hadi isə mütəəssif və mərhəmətli baxışlarla Şeyx Sənanın halını seyrə dalar. 

Oyan artıq, Xumar, oyan, gedəlim, Bu müləvvəs mühiti tərk edəlim. Hər tərəfdən hücum edər əğyar, Qalx, oyan, nazənin Xumar, Xumar! 

(Xumarın əllərini alıb öpər, lakin buraxdıqda bihiss olaraq düşü verdiyini görüncə halı dəyişir, təkrar üz-gözünü, saçlarını öpüb oxşayaraq, şaşqın və sarsılmış bir halda) 

Bizə düşməndir iştə həp aləm, Xumar, insaf et, of! Qılma sitəm. 

(Bir qədər çılğın və sərsəmcə baxmaqda davam edər, sonra şiddətli, fəqət qorxunc bir qəhqəhə ilə) 

Yenə gülmək dilərdi taleyi-dun, Ah, vəfasız mələk, neçin susdun? Məni atmaqmı istəyirsən? Ah! Mənə sənsən fəqət yeganə pənah. 

(təkrar zəhrxənd ilə) 

Bu sükutunda başqa məna var, Yenə küsdünmü? Söylə, söylə, Xumar! Nazəninim! Düşün, deyilmi günah, Atsa həmrahı yolda bir həmrah? 

(tədbili-tövr ilə) 

Qaçamazsan, xayır, xayır... hər an Səni izlər bu dərbədər Sənan. 

(azacıq məcnunanə baxışlarla Xumarı süzdükdən sonra bütün-bütünə sarsılaraq, yaralı bir ahənglə) 

Qalx, oyan, dilbərim, aman, gedəlim, Xumar, insaf et! Ah, oyan gedəlim! 

(Xumarı qaldırmaq istər, fəqət büsbütün ruhsuz bir cəsəd olduğunu görüncə məyus və çılğın bir halda göyə doğru) 

Mərhəmət yoxmu? Ey böyük yaradan! A-h ədalət... 

(Xumara) 

Xumar, ey afəti-can! 

(Yaralı və dərin ahlar çəkərək gah göyə, gah Xumara baxar. Sonra məcnunanə bir tövr ilə sırıtaraq həm gülmək, həm də ağlamaq istər, lakin heç birinə müvəffəq olamaz. Gözləri dışarı fırlanmış olduğu halda Şeyx Hadi ilə Şeyx Mərvana hücum etmək istər. Birdən-birə dönüb Xumara baxar, təkrar sırıtaraq fələkzədə bir sərxoş kimi yarım səslə “ah!” deyə düşü verir.) 

Şeyx Hadi 

Getdi, Sənan da söndü, getdi... əvət, Söndü, məhv oldu şöleyi-hikmət. 

Şeyx Mərvan 

(yapma bir təlaş ilə qoşaraq) 

Baxalım, bəlkə var ümidi-nicat... 

Şeyx Hadi 

Heç təlaş etmə, çarə yox, heyhat!.. Onu yalnız buraxmamışdı Xumar, O, Xumarsız nasıl cahanda yaşar? Bəllidir, ay günəşdən ayrılmaz, Günəş olmazsa, ay işıq salmaz. 

Şeyxlər və müridlər 

(qoşulub gələrək, ahəngi-məxsus ilə) 

Nə müdhiş səadət! Nə dilbər fəlakət! 

Oyan, qalx! Oyan, ey əsiri-məhəbbət! Oyan, şeyx! Oyan, şeyxi-sahibkəramət! Deyil imdi əsla dəmi-istirahət. Oyan, şeyx, oyan, şeyx, oyan, Şeyx Sənan! Ayıl xabi-rahətdən, ey piri-ürfan! 

Gürcülər 

(gələrək ahəngi-məxsus ilə şeyxlərə) 

Nə oldu? Söyləyin, nə var? Nədir bu hali-pürfəğan? Bu lövhə nuri-qəm saçar, Nədir bu xabi-naz, aman? 

(Xumara) 

Oyan, ərusi-növbahar! Ayıl, ey afəti-cahan! Oyan, Xumar, oyan, Xumar! Oyan, oyan, Xumar, oyan!.. 

Şeyxlər və müridlər 

Qovuşdun, böyük şeyx! O dilbər Xumarə, Fələk vermədi fürsət amma.. nə çarə. Bahari-ümidin dönüb son baharə, Nəhayət, vida etdin əğyarə, yarə... Oyan, şeyx, oyan, şeyx, oyan, Şeyx Sənan! Ayıl xabi-rahətdən, ey piri-ürfan! 

Gürcülər 

Xumar, oyan, gözəl mələk! Nə tez dəyişdi halətin! Pozuldu sanki bir çiçək, Təravətin, lətafətin. Vüsalə irmədin, demək, Könüldə qaldı həsrətin... Oyan Xumar, oyan, Xumar! Oyan, oyan, Xumar, oyan! 

Dərviş 

(dağın təpəsindən enərək, istehzalı qəhqəhələrlə) 

Əcəba nerdə şeyx? Nerdə Xumar? Allah, allah, nə cahil insanlar, Nə için anlamam bu ahü fəğan? 

(cənazələrə işarətlə) 

Bunların fərqi varmı torpaqdan? 

Müridlər 

(Dərvişə) 

Səndə bir söz var, aç, bəyan eylə. 

Gürcülər 

Nə demək istəyirsən? Aç, söylə!.. 

Ümum, böyük bir maraq ilə cənazələrin ətrafını sararlar. 

Dərviş 

(ümumə) 

Çox tühaf, mən nə söyləyim!.. Həpiniz Adəta canlı bir cənazəsiniz. Şeyx Sənan Xumarı izləyərək, Rəqs edər göydə imdi, sanki mələk. Sizdə yalnız gurultu, dəhşət çox; Fəhmü idrak yox, bəsirət yox. Hər kimin kor deyilsə vicdanı, Görür əlan Xumarı, Sənanı. 

Bu sözlərdən hər kəsə böyük bir şaşqınlıq gəlir. Dərviş sağ əli ilə üfüqlərə işarətlə. 

Baxınız, ərşə yüksəlir onlar, Baxınız, iştə Şeyx! İştə Xumar! 

Hər kəs diqqətlə baxmağa başlar. Şeyx Hadi ilə Şeyx Sədra dalğın, Dərviş isə məğrur və laübali bir vəziyyət alır. 

Şeyx Mərvan 

Həp yalan, saçma... Həpsi mövhumat... 

Şeyx Nəim 

Həm də axmaqca bir yalan... 

Dərviş 

Heyhat! Hər kimin korsa qəlbi, vicdanı, Edəməz dərk o, nuri-Yəzdanı. 

Bu sırada səhnənin işığı çəkilir, ta ucda ikinci pərdə qalxar. Xumar ilə Şeyx Sənanın qol-qola olaraq, buludlar içində uçuşduqları görülür. 

Dərviş 

(təkrar göstərir) 

Baxınız iştə!.. 

Gürcülər 

(təsdiq ilə) 

Ah, əvət, onlar... 

Müridlər 

Uçuyor iştə şeyx! 

Gürcülər 

İştə Xumar! 

Dərviş 

Uçuyorlar fəzadə sanki mələk. 

Ümum 

Uçuyorlar, əvət, gülümsüyərək... 

Dərviş 

Allah, allah! Nasıl də cazibədar! Axışır sanki göydə yıldızlar, İştə qeyb olmaq istəyirlər... 

Ümum 

Ah!.. 

Bu halda Papas gəlir, şaşırmış bir halda baxıb durur. 

Müridlər 

Ah! Qeyb oldular, əvət... 

Gürcülər 

Eyvah!.. 

Dərviş 

Aldı ağuşə, qaliba, mələkut, İştə qeyb oldular, sükut, sükut! 

Ucdakı pərdə haman qapanır, səhnə təkrar aydınlaşır. 

Papas 

(irəliləyərək qalın və çılğın bir səslə, ahəngi-məxsus ilə, ümuma) 

Ey görgüsüz biçarələr! Aldanmayın hər kahinə. Ey duyğusuz avarələr! Aldanmayın hər xainə. Aldanmayın, aldanmayın! Əfsunçudur, divanədir. Aldanmayın, aldanmayın! Həp sözləri əfsanədir. 

Ümum 

(Papasa) 

Sən bixəbərsən şübhəsiz, Qəlbində yüz min şübhə var. Gördük fəqət biz cümləmiz, Yüksəldilər, qeyb oldular. Təqdisə layiqdir, inan, Həm Şeyx Sənan, həm Xumar. Əfsus, edib əzmi-cinan, Qeyb oldular, qeyb oldular! 

Papas 

(hiddətli) 

Gümrah olan insan için, Cənnətdə yox əsla məkan, Aldanmayın, aldanmayın! Uçmaq yalan, qaçmaq yalan... Aldanmayın, divanələr! Mümkün deyil, uçmaz bəşər. Onlar nasıl bibalü pər 

Göylərdə yüksəlmək dilər?.. 

Ümum 

(uzaq üfüqlərə işarətlə) 

Yüksəldilər İsa kimi, İşgəncədən qurtuldular. Ruhaşina röya kimi, Qeyb oldular, qeyb oldular! Yüksəldilər, yüksəldilər, Cənnətdə rahət buldular. Yüksəldilər, yüksəldilər, Qeyb oldular, qeyb oldular. 

SON