təsnifatda yeri:

22

Upload: phillip-santiago

Post on 31-Dec-2015

94 views

Category:

Documents


0 download

DESCRIPTION

2.4 Qarğıdalı bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə. Qarğıdalının toz sürməsi - Sorosporium reilianum (Kuehn) McAlp. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Basidiomycota şöbəsi, Ustilaginomycetes sinfi, Ustilaginales sırası, Ustilaginaceae fəsiləsi, Sorosporium cinsi. - PowerPoint PPT Presentation

TRANSCRIPT

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi,

Ustilaginales sırası, Ustilaginaceae

fəsiləsi, Sorosporium cinsi.

Bioloji qrupu:

Biotrof

2.4 Qarğıdalı bitkisinin sürmə xəstəlikləri və onlarla mübarizə

Qarğıdalının toz sürməsi - Sorosporium reilianum (Kuehn) McAlp.

Patogenin morfologiya və biologiyası. Toz sürmə qarğıdalının hamaşçiçəklərini, süpürgə və qıcalarını yoluxur. Sirayətlənən süpürgələr qara tozlanan kütləyə, qıcalar qara konusşəkilli spor kütləsinə çevrilir. Sporlar qarğıdalının lifləri arasında yetişməyə qədər saxlanılırlar. Yoluxmuş bitkilər böyümədən qalır, çox kollanırlar, adətən cırtdanlaşırlar. Xəstəlik törədicinin infeksiya mənbəyi uzun müddət torpaqda saxlanılan teliosporlardır. Teliosporlar eyni zamanda dənciklərin səthində də qalaraq infeksiya mənbəyi kimi iştirak edirlər. Onlar şar və ya ellepsşəkilli, kiçik tikanlıdır. Qışlamadan sonra teliosporlar dikariotik mitselə cücərirlər. Qarğıdalının cücərtiləri bitkinin inkişafının erkən mərhələsində patogenə həssasdırlar. Dikariotik mitsel cücərtiyə daxil olur. Tədricən gövdə üzrə hərəkət edərək qıca və süpürgəyə çatır və onları sürmə yumaqlarına çevirir. Sporlar yetişdikdən sonra sürmə topasından üzülürlər, torpağa çökürlər və ya qıcalara, dənciklərə düşürlər. Xəstəliyin törədicisi ilk dəfə Misirdə sorqo üzərində tapılmış, sonra İtaliyada qarğıdalıda aşkar edildikdən sonra təsvir edilmişdir. Ölkəmizdə qarğıdalının toz sürməsinin yayılması haqqında da ədəbiyyat məlumatları mövcuddur.

Yayılması. Toz sürmə-qarğıdalı becərilən cənub rayonlarda yayılmışdır. Kuban, Şimali Osetiya, Stavropol diyarı əkinlərində sürətli inkişafı qeydə alınmışdır. Ədəbiyyat məlumatlarına görə Moldovada xəstəliyin yayılması 1980-1990-cı illərdə 1,6-30% təşkil etmişdir. Bu xəstəlik dünya üzrə qarğıdalı əkinlərinin 23%-ni təşkil edən ABŞ əkinlərində, Braziliya, Hindistan, Argentina kimi əsas qarğıdalı becərilən ölkələrdə tez-tez kütləvi surətdə inkişaf edir.

Qarğıdalının toz sürmə xəstəliyi uzun illərdir ki, ölkəmizin qarğıdalı plantasiyalarında da geniş yayılmış və ciddi ziyan vurur. Xəstəlik xüsusilə yay ayları nisbətən mülayim keçən Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Qazax, eləcə də dağlıq və dağətəyi rayonlarda yayılmışdır.

Ekologiyası. Toz sürmə xəstəliyi törədicisinin ekoloji-coğrafi popul-yasiyaları patogenliyinə və hidrotermiki amillərə tələbatına görə fərqlənirlər. Yoluxma dərəcəsi bir çox hallarda qarğıdalının səpin müddətindən asılıdır. Optimal səpin müddətlərində xəstəliyin inkişafı gec səpinlərə nisbətən 3-4 dəfə kiçikdir. Göbələk əsasən yüksək temperatur şəraitində yoluxma verir. Xəstəliyin inkişafı üçün optimal temperatur 28-300C-dir, lakin yay aylarında arabir düşən yağışlar patogenin daha şiddətli inkişafına münbit şərait yaradır. Buna görə də xəstəlik cənub rayonları üçün xarakterikdir. Xəstəlik törədici 4-5 il müddətində həyatiliyini saxlaya bilir.

Təsərrüfat əhəmiyyəti: Qarğıdalı əkinləri ardıcıl eyni sahələrdə

olduqda xəstəliyin zərəri artır. Bitkinin istehsalat əkinlərində

yoluxma 10-25% olduqda, məhsul itkisi 1,1-40% təşkil edir.

Xəstəlik gizli inkişaf edərək düzünə və dolayı itkilərə səbəb olur.

Mübarizə tədbirləri. Yüksək aqrotexnika, növbəli əkinə əməl

edilməsi xəstəliklə mübarizədə əsas vasitələrdəndir. Optimal

müddətlərdə səpin aparılması zəruridir. Eyni sahəyə qarğıdalının 3-

4 ildən sonra qaytarılması məsləhət görülür. Adətən toxumların

dərmanlanması bitkiləri qismən xəstəlikdən azad edir. Son illər

ölkəmizin pestisid bazarına daxil olan 50%-li pentatiuram i.t.- 2

kq/t, 75%-li vitavaks 200 i.t. – 2,5 kq/t, 19,5%-li baytan universal

i.t. – 3 kq/t və s. kimi preparatlar yüksək səmərəlilik göstərir.

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Basidiomycota

şöbəsi, Ustilaginomycetes sinfi,

Ustilaginales sırası, Ustilaginaceae fəsiləsi,

Ustilago cinsi.

Sinonimi:

U.maydis (DC.) Cda.

Bioloji qrupu:

Biotrof

Qarğıdalının qovuqlu sürməsi - Ustilago zeae (Beckm.) Ung.

Patogenin morfologiya və biologiyası. Qarğıdalının qovuqlu sürməsi bitkinin bütün hissələrində, ən çoxu isə gövdə və qıcalarda patoloji törəmələr (hall, şişlər) əmələ gətirir. Adətən birinci törəmələr, qovuqlar, kök boğazında, sonra yarpaq və gövdələrdə, daha sonra süpürgə və qıcalarda formalaşırlar. Yarpaqlar yoluxan zaman qovuqlar ştrixli qırışlar qrupu şəklində müşahidə olunur. Süpürgələrdə ayrı-ayrı çiçəklər yoluxurlar və kiçik ölçülü kisəşəkilli qovuqlar əmələ gətirirlər. Gövdə və qıcalarda iri törəmələr- qovuqlar formalaşırlar. Belə qovuq-ların diametri bəzən 30 sm-ə çatır. Törəmələrdə-qovuqlarda göbələyin teliosporları formalaşırlar. 1 sm3 qovuq toxumasında 370 mln. spor əmələ gələ bilir. Teliosporlar şarşəkilli, tünd-qəhvəyi, 8-15 x 7-10 mkm ölçülü kiçik tikanlıdır. Onlar cücərirlər və bu zaman dikariotik mitsel və ya sporidi əmələ gətirirlər. Qovuqların əmələ gəlməsi təxminən iki həftə müddətində baş verir. Törəmələrdə-qovuqlarda yetişən sporlar cücərmə qabiliyyətinə malik olmaqla, bitkinin bütün vegetasiya dövrü yoluxma verə bilir.

Yayılması. Xəstəlik praktiki olaraq qarğıdalı becərilən bütün rayonlarda rast gəlinir. Ədəbiyyatlarda göstərilir ki, qovuqlu sürmənin ilkin mənbələri keçmiş Sovet İttifaqının iki qarğıdalı becərən Qafqaz və Moldova əraziləridir. Bu yerlərdən xəstəlik törədici toxum vasitəsilə Ukrayna, Belorus və Rusiya ərazilərinə daşınmışdır. Azərbaycanda bu xəstəliyə həm kiçik fermer təsərrüfatlarında, həm də sənaye əhəmiyyətli əkinlərdə rast gəlinir.

Ekologiyası. Qovuqlu sürmənin inkişaf dərəcəsi torpağın rütubə-tindən asılıdır. 60%-dən aşağı və ondan yuxarı torpaq rütubətində bitkilərin yoluxması daim yüksək olur.

Teliosporların cücərməsi üçün minimal temperatur 0-50C, optimal 20-300C-dir. Törəmələrin əmələ gəlməsi prosesi 210C-dən aşağı temperaturda dayanır. Teliosporlar yüksək temperaturda daha yaxşı cücərirlər. Torpaqda sporlar 3 ilə qədər saxlana bilirlər.

Təsərrüfat əhəmiyyəti. Qarğıdalının gövdə və qıcaları yoluxan zaman xəstəlik daha zərərlidir. Bu halda məhsuldarlıq 25-30%-ə qədər azalır, məhsulun azalması eyni zamanda yoluxma müddəti, bitkinin hansı orqanının yoluxması, qovuqların miqdarından asılıdır.

YÜKSƏK AQROFON

DƏRİN ŞUM

BİTKİ QALIQLARININ TƏMİZLƏNMƏSİ

NÖVBƏLİ ƏKİN

TOXUMLARIN DƏRMANLANMASI

MÜBARİZƏ TƏDBİRLƏRİ

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Anamorfic fungi

şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales

sırası, Moniliaceae fəsiləsi, Fusarium cinsi.

Sinonimləri:

F.moniliforme J.Sheld., Gibberella moniliformis

Wineland.

Bioloji qrupu:

Hemibiotrof

2.5 Qarğıdalı bitkisinin digər xəstəlikləri, onlar əleyhinə mübarizə

Qarğıdalı qıcalarının fuzariozu- Fusarium verticillioides (Sacc.)

Patogenin morfologiya və biologiyası. Qarğıdalının süd yetişmə fazasının sonu, mum yetişmənin əvvəllərində qıcaların səthində solğun çəhrayı örtük əmələ gəlir. Belə örtük sıx olduqda dənlər dağılırlar. Qıcada 15- 30 yarım dağılmış dənciklər ola bilir. Örtük göbələyin mitseli və mikrokonidilərindən ibarətdir. Mikro-konidilərin ölçüləri 4,3-19 x 1,5-4,5 mkm-dir. Mikrokonidilər nadir hallarda əmələ gəlir. Onlar düz və ya qısa olub, əyilmiş vəziyyət-dədir, uzunluğu 30-58, eni 2,7-3,6 mkm, 3 və ya 5 arakəsməlidir. İnfeksiya mənbəyi sirayətlənmiş toxumlar və məhsul toplanışından sonra sahədəki qarğıdalı qalıqlarıdır.

Yazda mikrokonidilərin cücərməsi və bitkiləri yoluxması mü-şahidə edilir. Yığımdan sonrakı bitki qalıqlarında göbələyin kisə mərhələsi- Gibberella fujikuroi inkişaf edə bilir. Bu halda asko-sporlar da infeksiya mənbəyi rolunu oynaya bilirlər. Həşəratlar tərəfindən zədələnən dənciklər xəstəliklə yoluxmaya çox həssas-dırlar.

a - mikrokonidilər; b- makrokonidilər; c- xlamidosporlar

MDB

RUSİYA

GÜRCÜSTAN

UKRAYNA

BELORUS

AZƏRBAYCAN

ŞƏKİ-ZAQATALA

LƏNKƏRAN-ASTARA

GƏNCƏ-QAZAX

QUBA-XAÇMAZ

XƏSTƏLİYİN YAYILMASI

Ekologiya. Göbələyin inkişafı üçün optimal temperatur 300C, minimal 10-140C, maksimal 35-390C-dir. Qarğıdalının yetişməsi və məhsul toplanışı dövrü yüksək rütubət sirayətlənmiş qıcaların miqdarını yüksəldir.

Təsərrüfat əhəmiyyəti. Qıcaların fuzariozu məhsulun aşağı düşməsinə və onun keyfiyyətinin pisləşməsinə səbəb olur. Xəstəlik saxlanma dövrü areasiya pis olduqda və yüksək rütubət şəraitində inkişafını davam etdirir. F.moniliforme göbələyi mikotoksinlər buraxa bilir. Belə mikotoksinlər fitonizin kimi məlumdurlar. J.P.Rheede və başqalarının (2002) məlumat-larına əsasən bu toksinləp insan və heyvanlar üçün kanserogendir.

Mübarizə tədbirləri. Vegetasiya dövrü bitkinin normal böyüməsini və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Optimal səpin müddəti və toxumun basdırılma dərinliyi, balanslaşdırılmış gübrə dozaları, cərgə və bitki aralarının işlənməsi əhəmiyyətlidir. Xəstə qıcalar çıxdaş edilməli, məhsul toplanışından sonra infeksiya mənbəyi hesab edilən bitki qalıqları sahədən təmizlənməli, dərin şumlama aparılmalıdır. Qıcaların dənlərinin həşəratlarla yoluxmasının qarşısı alınmalı, düzgün saxlama rejiminə əməl edilməlidir. Dənlər saxlanmaya qoyulana qədər mitotoksinlərin mövcudluğuna nəzarət edilməlidir.

Təsnifatda yeri:Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Helminthosporium cinsi. Sinonimləri:Bipolaris maydis (Y.Nisik. & C.Miyake) Shoemaker, Drechslera maydis (Y.Nisik. & C.Miyake) Subram. & B.L.Jain. Bioloji qrupu:Hemibiotrof

Qarğıdalı gövdələri, qıcaları və yarpaqlarının helmintosporiozu- Helminthosporium maydis Y.Nisik.

& C.Miyake

Təsnifatda yeri:

Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,

Euascomycetes sinfi, Helotiales sırası,

Sclerotiniaceae fəsiləsi, Sclerotinia cinsi.

Sinonimləri: Peziza sclerotiorum Lib.,

Sclerotinia libertiana Fuckel,

Whetzelinia sclerotiorum (Lib.)

Bioloji qrupu:

Hemibiotrof

Qarğıdalının ağ çürüməsi – Sclerotinia sclerotiorum (Lib.) de Bary.

Göbələyin spormərhələsi1-sklerosiyalar apotesilərlə; 2-kisələr

Patogenin morfologiya və biologiyası. Qarğıdalının gövdəsinin aşağı hissəsində ləkələr əmələ gəlir. Belə ləkələr patogenin mitselindən ibarət ağ örtüklə örtülür. Tədricən toxuma çürüyür, yoluxma yerlərində göbələyin sklerosiyaları əmələ gəlir. Onlar tünd qəhvəyi rəngli, qeyri-düzgün formalı, diametri 5 mm-ə qədərdir. Sklerosiyalar torpaqda və bitki qalıqlarında saxlanılır. Rütubətli şərait zamanı sklerosiyalarda apotesilər baş verirlər, hansı ki, daxilində kisələr asko-sporlarla əmələ gəlirlər. Askosporlar bitkilərin yoluxma mənbəyidir.

Yayılması. Xəstəlik Azərbaycanda olduğu kimi Qafqazın dağətəyi rayon-larında, Kubanda və s. zonalarda rast gəlinir.

Ekologiyası. Xəstəliyin inkişafına yağmurlu hava və yüksək rütubət önəm verir.

Təsərrüfat əhəmiyyəti. Qarğıdalı gövdələrinin yoluxması nəticəsində bitkilər zəif inkişaf edir, nəticədə məhsuldarlıq 10%-ə qədər aşağı düşür.

Mübarizə tədbirləri. Xəstəliklə mübarizədə rayonlaşdırılmış hibrid və sortlardan istifadə önəmlidir. Lakin bu hibrid və sortlar xəstəliyə qarşı davamlılıq göstərməlidirlər.Yüksək aqrofon yaradılmalı, balanslaşdırılmış gübrə normala-rından istifadə edilməlidir. Səpin torpağın temperaturu müsbət 9-120C çatdıqda aparılmalı, növbəli əkin dövriyyəsinə əməl edilməlidir. Cərgə və bitki aralarının daim işlənməsi, havalanmanın düzgün təşkil edilməsi, eləcə də başlıca xəstəlik və zərərvericilərin daşıyıcıları olan alaq otlarına qarşı müntəzəm mübarizə tədbirləri aparılmalıdır.

Diqqətinizə görə təşəkkür edirəm