təsirin qiymətləndirilməsi metodologiyası - bp€¦ · web viewbmk 2012. bmk-nın Ətraf...

16
D230 saylı Blok üzrə seysmik tədqiqat Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi Fəsil 3 Təsirin Qiymətləndirilməsi Metodologiyası 3 Təsirin Qiymətləndirilməsi Metodologiyası Mündəricat 3.1 Giriş..............................................................3-2 3.2 ƏMSSTQ üzrə yanaşma................................................3-2 3.3 Seçim (skrininq) və əhatə dairəsinin müəyyənləşdirilməsi...........3-3 3.4 Təsirin qiymətləndirilməsi prosesi.................................3-3 3.4.1 Layihə aspektinin müəyyənləşdirilməsi...........................3-4 3.4.2 Layihənin Təsir Sahəsinin Müəyyənləşdirilməsi...................3-4 3.4.3 Təsirin əhəmiyyətinin qiymətləndirilməsi........................3-5 3.4.4 Reseptorun həssaslığı...........................................3-6 3.4.5 Təsirin miqyası.................................................3-7 3.4.6 Təsirazaltma tədbirləri.........................................3-9 3.4.7 Qalıq təsir....................................................3-10 3.4.8 Qəza halları...................................................3-10 3.4.9 Kumulyativ təsirlər............................................3-10 3.4.10...........................................Transsərhəd təsirlər 3-11 Şəkillərin siyahısı Şəkil 3.1:..............................................ƏMSSTQ Prosesi 3-2 Şəkil 3.2:.......Təsirin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi 3-4 Şəkil 3.3:.......................Təsirazaltma tədbirlərinin iyerarxiyası 3-10 Cədvəllərin siyahısı Cədvəl 3.1:.............................Təsirin kateqoriyalarının tərifi 3-5 Cədvəl 3.2:.............Ekoloji reseptorun həssaslıq dərəcələrinin tərifi 3-6 Cədvəl 3.3:................Sosial-iqtisadi həssaslıq dərəcələrinin tərifi 3-6 Cədvəl 3.4:..........................Təsirin miqyas dərəcələrinin tərifi 3-7 Cədvəl 3.5:..............................Təsirin əhəmiyyəti üzrə matrisa 3-8 Cədvəl 3.6:.................Təsirin əhəmiyyətinin tərifi (mənfi təsirlər) 3-9 Dekabr 2018-ci il Yekun variant

Upload: others

Post on 07-Jul-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

3 Təsirin Qiymətləndirilməsi Metodologiyası

Mündəricat

3.1 Giriş.......................................................................................................................................... 3-23.2 ƏMSSTQ üzrə yanaşma...........................................................................................................3-23.3 Seçim (skrininq) və əhatə dairəsinin müəyyənləşdirilməsi........................................................3-33.4 Təsirin qiymətləndirilməsi prosesi.............................................................................................3-3

3.4.1 Layihə aspektinin müəyyənləşdirilməsi...............................................................................3-43.4.2 Layihənin Təsir Sahəsinin Müəyyənləşdirilməsi..................................................................3-43.4.3 Təsirin əhəmiyyətinin qiymətləndirilməsi.............................................................................3-53.4.4 Reseptorun həssaslığı........................................................................................................3-63.4.5 Təsirin miqyası.................................................................................................................... 3-73.4.6 Təsirazaltma tədbirləri.........................................................................................................3-93.4.7 Qalıq təsir.........................................................................................................................3-103.4.8 Qəza halları...................................................................................................................... 3-103.4.9 Kumulyativ təsirlər............................................................................................................3-103.4.10 Transsərhəd təsirlər..........................................................................................................3-11

Şəkillərin siyahısı

Şəkil 3.1: ƏMSSTQ Prosesi...........................................................................................................3-2Şəkil 3.2: Təsirin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi.............................................3-4Şəkil 3.3: Təsirazaltma tədbirlərinin iyerarxiyası...........................................................................3-10

Cədvəllərin siyahısı

Cədvəl 3.1: Təsirin kateqoriyalarının tərifi......................................................................................3-5Cədvəl 3.2: Ekoloji reseptorun həssaslıq dərəcələrinin tərifi..........................................................3-6Cədvəl 3.3: Sosial-iqtisadi həssaslıq dərəcələrinin tərifi................................................................3-6Cədvəl 3.4: Təsirin miqyas dərəcələrinin tərifi................................................................................3-7Cədvəl 3.5: Təsirin əhəmiyyəti üzrə matrisa..................................................................................3-8Cədvəl 3.6: Təsirin əhəmiyyətinin tərifi (mənfi təsirlər)...................................................................3-9

Dekabr 2018-ci ilYekun variant

Page 2: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

3.1 Giriş

Bu Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin bu fəsilində Layihə üçün qəbul edilmiş ƏMSSTQ prosesi və təsirin əhəmiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan metodologiya müəyyənləşdirilir.

3.2 ƏMSSTQ üzrə yanaşma

ƏMSSTQ prosesi layihənin həyata keçirildiyi müddətdə layihənin və onunla əlaqədar fəaliyyətlərin qiymətləndirilməsinə sistemli yanaşma üsulu təşkil edir. Prosesə (Şəkil 3.1-ə baxın) aşağıdakılar daxildir:

Skrininq (Seçim) və Əhatə dairəsinin müəyyənləşdirilməsi; Layihənin alternativ variantlarının müəyyənləşdirilməsi və əsas variant layihəsi; 5-ci fəsilin 5.2-ci bölməsində müəyyənləşdirildiyi kimi Layihənin Təsir Sahəsi (həmçinin Tədqiqat

Sahəsi kimi qeyd edilir) daxilində mövcud olan ekoloji və sosial-iqtisadi şəraitin təsviri ; Təsirin qiymətləndirilməsi; Qalın təsirin müəyyənləşdirilməsi; Maraqlı tərəflərlə məsləhətləşmə və məlumatın açıqlanması; Təsirlərin azaldılması və monitorinq çərçivəsi.

Şəkil 3.1: ƏMSSTQ Prosesi

Dekabr 2018-ci il 2

Page 3: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

3.3 Seçim (skrininq) və əhatə dairəsinin müəyyənləşdirilməsi

Seçim qiymətləndirmə prosesinin ilk mərhələsidir. O, layihənin həyata keçirildiyi müddətdə onun növünü və onunla əlaqədar fəaliyyətləri biofiziki, sosial-iqtisadi, siyasət və normativ hüquqi baza mühitləri kontekstində qiymətləndirərək ƏMSSTQ-yə ehtiyacın olmasını (və ya olmamasını) təsdiqləyir. Layihənin yerini, miqyasını, Layihə ilə bağlı planlaşdırılan fəaliyyətləri və milli qanunvericiliyi nəzərə alaraq D230 saylı Blok üçün ƏMSSTQ prosesinin tələb olunduğunu müəyyən edilmişdir. Bu, BP-nin operatorluq etdiyi və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayaz Sulu Sahəsi (AYDS), Azəri, Çıraq və Günəşli (AÇG), Şahdəniz (ŞD) və Şəfəq-Asiman Kontrakt Sahələrində aparılmış oxşar Seysmik Tədqiqatlar zamanı tətbiq edilmiş yanaşma üsuluna uyğundur. BP layihə ilə bağlı ilkin riskləri və narahatlıq doğuran məsələləri müəyyənləşdirmək üçün seçim (skrininq) həyata keçirib.

Əhatə dairəsinin müəyyənləşdirilməsi layihə fəaliyyətləri və ekoloji və sosial-iqtisadi reseptorlar arasında gözlənilən qarşılıqlı əlaqələrin yüksək səviyyədə qiymətləndirilməsidir. Onun məqsədi qiymətləndirmə zamanı əsas məsələlərə diqqət yetirmək və məhdud nəzərəçarpan təsirlər ilə nəticələnmə ehtimalına əsasən müəyyən fəaliyyətləri təsirin tam qiymətləndirilməsi prosesindən çıxarmaqdır. Fəaliyyətin/tədbirin "əhatə dairəsindən çıxarılması" ilə bağlı yekun nəticəyə gəlmək üçün oxşar fəaliyyətlər və hallara dair əvvəlki təcrübəyə əsaslanaraq mütəxəssislərin elmi mühakiməsi və bəzi hallarda isə əhatə dairəsinin müəyyənləşdirilməsi səviyyəsi üzrə kəmiyyətin/rəqəmlərin analizinin (məsələn, emissiyaların və atqıların modelləşdirilməsinin) kombinasiyasından istifadə edilir. Layihə üçün həyata keçirilmiş Əhatə dairəsinin müəyyənləşdirilməsi prosesi də aşağıdakılara əsaslanıb:

Dekabr 2018-ci il 3Yekun variant

Əhatə dairəsinin müəyyənləşdirilməsinə dair ETSN ilə görüş

Monitorinq və Təsirazaltmaİdarəetmə və monitorin üçün çərçivə planhazırlamaq

Məlumatın açıqlanması və MəsləhətləşməSənədin layihə variantında aşkar edilmiş nəticələri və tövsiyələri qeyd və şərhlər almaq üçün

maraqlı tərəflərə təqdim etməkƏMSSTQ sənədini yekunlaşdırma və təsdiqlənməsi üçün səlahiyyətli orqanlara təqdim etmək

authorities

Qalıq təsirlər Əlavə təsirazaltma tədbirlərini müəyyənləşdirmək və qalıq təsirin qiymətləndirilməsini həyata

keçirmək

Qəza, Transsərhəd və Kumulyativ Təsirlər

Transsərhəd və kumulyativ təsirlərin qiymətləndirilməsi

Təsirin qiymətləndirilməsiTəsirin miqyasını müəyyənləşdirmək

Reseptor həssaslıqlarını müəyyənləşdirməkƏsas variant üzrə təsirin azaldılması

Nəzarət tədbirlərini nəzərə almaqla təsirin əhəmiyyətini müəyyənləşdirmək.

Ekoloji və Sosial-iqtisadi qarşılıqlı əlaqələrLayihənin fəaliyyətləri və reseptorları arasındakı qarşılıqlı əlaqələri

müəyyənləşdirmək

Əsas variantla müqayisədə məqsədəuyğun alternativlərin

təhlili

Layihənin alternativləriLayihələndirmə məlumatlarının

toplanması və nəzərdən Mövcud nəzarət tədbirlərinin

müəyyənləşdirilməsi

Əsas variantİlkin ekoloji və sosial-iqtisadi

vəziyyət

Mövcud şərtlər

Mümkün əsas məsələlərin ilkin qiymətləndirilməsiAparılacaq qiymətləndirmənin növü/səviyyəsi

Seçim (skrininq) və Əhatə dairəsinin müəyyənləşdirilməsi

Page 4: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

Layihənin Təsir Sahəsinə (tərifi aşağıdakı bölmə 3.4.2-də müəyyənləşdirilib) müvafiq olan mövcud ilkin göstəricilərin nəzərdən keçirilməsi;

Məlumatları toplamaq və Layihə fəaliyyətlərinin başa düşülməsini təmin etmək üçün BP-nin Layihə Heyəti ilə əlaqə saxlanılması.

Əhatə dairəsinin müəyyənləşdirilməsi prosesinin nəticələri 6-cı fəsilin 6.1-ci bölməsində təqdim edilib. 10 noyabr 2016-cı il tarixində ETSN ilə Əhatə dairəsinin müəyyənləşdirilməsinə dair görüş keçirilib. Görüşün məqsədi layihə fəaliyyətləri, Layihənin Təsir Sahəsi daxilindəki mövcud ilkin vəziyyət və ƏMSSTQ-yə daxil ediləcək qiymətləndirilməli əhatə dairəsi barədə ümumi məlumat vermək idi. ETSN tərəfindən qaldırılmış və hazırkı ƏMSSTQ-də nəzərə alınmış əsas məsələlərə aşağıdakı tələblər daxil olub: (i) transsərhəd xarakterli bütün təsirləri qiymətləndirmək və ayrıca fəsildə nəticələri təqdim etmək; (ii) planlaşdırılmamış/ qəza hallarının aydın şəkildə tərifini vermək; (iii) Layihənin Tədqiqat Sahəsi üçün ilkin vəziyyəti əsaslı şəkildə təsvir etmək; (iv) Dan Ulduzu Əşrəfi Kontrakt Sahəsindəki mövcud quyu konstruksiyalarına potensial risklərin qarşısını almaq üçün D230 saylı Blok xaricindəki tədqiqat profili üçün təsirlərin və təsirazaltma tədbirlərinin nəzərə alınmasını təmin etmək.

3.4 Təsirin qiymətləndirilməsi prosesi

Təsirin ümumi “əhəmiyyəti”nə dair proqnoz vermək üçün təsirin qiymətləndirilməsi üzrə qəbul edilən metodologiyada təsirin xarakteri (mənfi yaxud müsbət), növü (birbaşa, dolayı yaxud kumulyativ), miqyası və eləcə də təsirə məruz qalan reseptorların həssaslığı nəzərə alınır.

Peşəkar mühakimə və təcrübə, məlumatlar, normativ və sənaye standartları kimi amillərin hamısı təsirlərin qiymətləndirilməsində rol oynayır və bu proses kəmiyyət meyarlarından (məsələn: modelləşdirməyə və müvafiq sualtı səs hədlərinə əsasən sualtı səsin təsirlərinin təhlili) istifadə edən texniki analizdən tutmuş daha çox keyfiyyət göstəricilərinin qiymətləndirilməsinə yönəlmiş təhlillərədək (məsələn: ilkin vəziyyətə dair məlumatlardan və peşəkar mühakimədən istifadə etməklə layihə fəaliyyətləri nəticəsində dəniz istifadəçilərinə olan potensial müdaxilələrin qiymətləndirilməsi) dəyişir.

Qeyd etmək lazımdır ki, Layihənin planına daxil edilən mövcud nəzarət tədbirləri nəzərə alınmaqla təsirin əhəmiyyəti qiymətləndirilir (baxın: Fəsil 4.7). Potensial təsirlər müəyyənləşdirildikdən və ilkin qiymətləndirmə aparıldıqdan sonra təsirlərdən yayınma və ya təsirlərin azaldılması üçün strategiyalar hazırlanır (lazım gələrsə). Sonra isə təsirlərin əhəmiyyəti bu təsirazaltma tədbirlərinə əsasən təkrar qiymətləndirilir. Nəticə etibarilə qalan təsir “qalıq” təsir adlandırılır və təsirazaltma və idarəetmə tədbirləri tətbiq edildikdən sonra qalacaq təsiri (və beləliklə də Layihə ilə bağlı son səviyyəni) əks etdirir.

Layihə fəaliyyətlərindən irəli gələn potensial təsirlərin qiymətləndirilməsi üçün qəbul edilmiş əsas proses Şəkil 3.2-də təsvir edilib.

Şəkil 3.2: Təsirin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi

Dekabr 2018-ci il 4

Page 5: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

3.4.1 Layihə aspektinin müəyyənləşdirilməsi

ISO14001:2015 standartında müəyyənləşdirildiyi kimi, layihə aspekti: “Təşkilatın fəaliyyətlərinin, məhsullarının yaxud xidmətlərinin ətraf mühit ilə qarşılıqlı əlaqəyə girə bilən elementidir.”

Layihə aspektlərini müəyyənləşdirmək üçün bütün müntəzəm, qeyri-müntəzəm və planlaşdırılmamış fəaliyyətlər onların aşağıdakılar üzrə birbaşa yaxud dolayı potensialı baxımından nəzərə alınır:

Mövcud təbii ətraf mühit ilə, o cümlədən onun fiziki, bioloji və sosial-iqtisadi elementləri ilə qarşılıqlı əlaqə;

Müvafiq ekoloji siyasətin, hüquqi və inzibati bazaların, o cümlədən milli qanunvericiliyin, müvafiq beynəlxalq qanunvericiliyin, standartların və təlimatların, sənayedəki qabaqcıl təcrübənin və korporativ ekoloji siyasət və idarəetmə sistemlərinin pozulması.

Qiymətləndirilmiş Layihə aspektlərinə aşağıdakılardan irəli gələn aspektlər daxildir:

Planlaşdırılan fəaliyyətlər: aspekt müntəzəm layihə fəaliyyətinin nəticəsi olduqda; məsələn Layihə üçün istifadə olunan gəmilərin müntəzəm əməliyyatı nəticəsində atmosferə atılan emissiyalar;

Planlaşdırılmamış və ya qəza halları: bu aspekt uğursuzluq yaxud nasazlıq hallarının, o cümlədən avadanlıqların sıradan çıxmasının, prosedurlara əməl edilməməsinin, insan xətalarının, əvvəlcədən proqnozlaşdırıla bilməyən gözlənilməz halların yaxud texnoloji avadanlığın layihələndirmə parametrlərinə uyğun işləməməsinin nəticəsidir. Bu cür hallara misal olaraq material dağılmaları, sızmalar, fövqəladə hallarda atılan emissiyalar yaxud partlayışları göstərmək olar.

Layihənin aspektləri Əhatə dairəsinin müəyyənləşdirilməsi mərhələsi çərçivəsində müəyyən edilib və Cədvəl 3.1-də təqdim olunub.

3.4.2 Layihənin Təsir Sahəsinin Müəyyənləşdirilməsi

Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) 1 saylı İcra Standartına əsasən1 Layihənin təsir sahəsinə aşağıdakıların təsirinə məruz qalan sahə daxil olmalıdır:

(i) Layihəyə birbaşa məxsus olan, Layihə tərəfindən işlədilən yaxud idarə edilən və Layihənin komponenti olan Layihə fəaliyyətləri və qurğuları; (ii) layihənin səbəb olduğu və sonradan və ya fərqli yerdə baş verə bilən planlaşdırılmamış, lakin proqnozlaşdırıla bilən hadisələrin təsirləri; (iii) insanların yaşayış vasitələrinin asılı olduğu ekosistem xidmətlərinə və ya biomüxtəlifliyə layihənin dolayı təsirləri;

Layihənin bir hissəsi kimi maliyyələşdirilməyən və layihə olmadığı təqdirdə inşa edilməyəcək yaxud genişləndirilməyəcək əlaqədar qurğular (o qurğular ki, onlarsız layihə məqsədəuyğun olmazdı); və

əlavə təsir nəticəsində formalaşan, Layihənin istifadə etdiyi yaxud birbaşa təsir göstərdiyi sahələrə yaxud resurslara təsir edən, risklərin və təsirlərin müəyyənləşdirilməsi prosesi aparılarkən mövcud, planlaşdırılan və ya əsaslı şəkildə müəyyənləşdirilmiş digər proseslərdən irəli gələn kumulyativ təsirlər2.

Nəzərdə tutulan seysmik işlərin və gözlənilən ekoloji və sosial-iqtisadi təsirlərin xarakterini nəzərə alaraq, təsir zonasına (burada müvafiq qaydada “Layihənin Təsir Sahəsi” yaxud “Tədqiqat Sahəsi” adlandırılır) aşağıdakıların daxil olacağı ehtimal edilib:

1 BMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci il buraxılışı. 1 yanvar 2012, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı Qrupu.

2 Kumulyativ təsirlər elmi nöqteyi nəzərdən meydana çıxan narahatlıqlar və/ və ya Təsirə Məruz Qalan İcmaların narahatlıqları əsasında mühüm qəbul edilir. Kumulyativ təsirlərə misal kimi aşağıdakıları göstərmək olar: havaya atılan qazlı emissiyaların əlavə həcmi; çoxsaylı sərfiyyatlar səbəbindən su hövzəsində su axınlarının azalması; su hövzəsində çöküntü yükünün artması; miqrasiya marşrutlarına və ya vəhşi heyvanların hərəkətinə müdaxilə; və ya ictimai yollarda avtomobillərin hərəkətinin artması səbəbindən nəqliyyatın hərəkətində daha çox tıxaclar və qəzaların baş verməsi (BMK, 2012).

Dekabr 2018-ci il 5

Page 6: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

D230 saylı Blok, Dan Ulduzu Əşrəfi Kontrakt Sahəsində (Şəkil 1.1) yerləşən Əşrəfi-1 quyusuna uzanan tədqiqat profili və tədqiqat gəmilərinin/avadanlıqlarının fiziki mövcudluğunun potensial təsirinə və sualtı səsin təsirlərinə məruz qala bilən təxminən 10km-lik ətraf zona;

D 230 saylı Blok, qəza halları ilə bağlı dənizə axıdılan atqıların (yəni, dağılmalar və sızmalar səbəbindən yanacaq, tullantı, kimyəvi maddələr) potensial təsirinə məruz qala biləcək ətraf sular və yaxınlıqdakı sahil xətti.

3.4.3 Təsirin əhəmiyyətinin qiymətləndirilməsi

Bu ƏMSSTQ-nin məqsədləri çərçivəsində ətraf mühitə və ya sosial-iqtisadi sahəyə təsir aşağıdakı kimi müəyyənləşdirilir: “Bütövlüklə yaxud qismən təşkilatın fəaliyyətlərin və ya xidmətləri nəticəsində irəli gələn ətraf mühitə mənfi yaxud müsbət hər hansı dəyişiklik.” (ISO 14001:2015).

Layihənin fəaliyyətləri və reseptorları arasında qarşılıqlı əlaqə baş verdikdə, təsir3 baş vermiş hesab edilir və aşağıdakı Cədvəl 3.1-də müəyyənləşdirilmiş kateqoriyalara bölünür. Təsirin “əhəmiyyəti” onun miqyası və təsirə məruz qalmış reseptorun həssaslığı ilə müəyyən edilir.

Cədvəl 3.1: Təsirin kateqoriyalarının tərifi

Təsirin xarakteri Mənfi İlkin vəziyyətə nisbətən mənfi dəyişikliyi əks etdirdiyi və ya yeni arzuedilməz amil gətirdiyi hesab edilir.

Müsbət İlkin vəziyyətə nisbətən müsbət irəliləyişi əks etdirdiyi və ya yeni arzuolunan amil gətirdiyi hesab edilir.

Təsirin növü Birbaşa Planlaşdırılmış və ya planlaşdırılmamış layihə fəaliyyəti və qəbuledici mühit/reseptor arasında birbaşa qarşılıqlı əlaqədən irəli gələn təsir.

Dolayı Layihədən irəli gələn, lakin sonrakı vaxtda baş verən və ya uzaq məsafədə olan və ya birbaşa təsirin ikinci dərəcəli nəticəsi olan təsir.

Kumulyativ (i) ayrıca layihə ilə bağlı qalıq təsirlər arasında qarşılıqlı əlaqələrdən; və (ii) layihə ilə bağlı qarşılıqlı təsirlərin digər layihələr və fəaliyyətlərin təsirləri ilə birgə qarşılıqlı əlaqəsindən irəli gələn təsir. Kumulyativ təsirlər müəyyən zaman ərzində baş verən ayrı-ayrılıqda kiçik, lakin ümumilikdə əhəmiyyətli olan tədbirlərdən irəli gələ bilər.

Transsərhəd Layihənin yerləşdiyi ölkənin yurisdiksiyanın sərhədləri xaricində baş verən təsirlər, yəni dağılmalardan yaxud istixana qazları (İXQ) emissiyalarından irəli gələn çirklənmə.

3.4.4 Reseptorun həssaslığı

Tədqiqat Sahəsi daxilində ekoloji (fiziki və bioloji) və sosial-iqtisadi reseptorların əhəmiyyəti və həssaslığı aşağıdakılara əsasən müəyyənləşdirilir:

Müvafiq qanunverici və ya siyasi standartlar yaxud təlimatlar; Mövcud sosial-iqtisadi yaxud ekoloji xüsusiyyətlərə/reseptorlara təyin edilən nisbi

əhəmiyyət/dəyər; Reseptorun dəyişikliyi qəbul etmə imkanı; və Reseptorun bərpa oluna bilmə qabiliyyəti.

3.2 və 3.3 saylı cədvəllərdə müvafiq qaydada ekoloji və sosial-iqtisadi reseptorlar üçün həssaslıq dərəcəsinin ümumi tərifi verilir.

Cədvəl 3.2: Ekoloji reseptorun həssaslıq dərəcələrinin tərifi

Həssaslıq dərəcəsi

Təsviri

Yüksək Ekosistem dəyəri: beynəlxalq və milli əhəmiyyətə malik olduğu qəbul edilmiş və/və ya qanuni olaraq mühafizə edilən sahə yaxud növlər; və/ və ya

Dəyişiklik və bərpa qabiliyyəti: Reseptor yaxın ətraf mühitdəki dəyişikliklərə qarşı yüksək dərəcədə həssasdır və onun mövcud xüsusiyyətini əhəmiyyətli dərəcədə

3 Bu sənəddə, “təsir” və “effekt” sözləri bir-birini qarşılıqlı surətdə əvəzləyir.

Dekabr 2018-ci il 6

Page 7: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

dəyişmədikdə, dəyişikliyə uyğunlaşmır/ uyğunlaşma qabiliyyəti aşağı olur; təbii şəkildə bərpa olmur /gec bərpa olur (5 ildən çox çəkə bilər).

Orta Ekosistem dəyəri: Regional əhəmiyyətə4 malik olduğu qəbul edilmiş sahə yaxud növlər; Dəyişiklik və bərpa qabiliyyəti: Reseptor yaxın ətraf mühitdəki dəyişikliklərə qarşı

nisbətən həssasdır və onun mövcud xüsusiyyətini əhəmiyyətli dərəcədə dəyişmədikdə, dəyişikliyə uyğunlaşma qabiliyyəti orta dərəcədə olur; orta müddətli vaxt ərzində (bir ildən çox lakin 5 ildən az) təbii şəkildə bərpası mümkündür.

Az Ekosistem dəyəri: Yerli əhəmiyyətə malik olduğu qəbul edilmiş sahə və ya növlər; və ya Dəyişiklik və bərpa qabiliyyəti: Reseptor yaxın ətraf mühitdəki dəyişikliklərə qarşı

həssas deyil və təbii şəkildə (yəni, insan müdaxiləsi olmadan) sürətlə (bir ildən az) təsirdən əvvəlki vəziyyətinə bərpa olmaq qabiliyyətinə malikdir.

Cüzi Ekosistem dəyəri: Kiçik dəyəri olan və ya dəyəri olmayan sahə yaxud növlər Dəyişiklik və bərpa qabiliyyəti: Reseptor yaxın ətraf mühitdəki dəyişikliklərə qarşı

həssas deyil və təbii şəkildə (yəni, insan müdaxiləsi olmadan) sürətlə (günlər/həftələr ərzində) təsirdən əvvəlki vəziyyətinə bərpa olmaq qabiliyyətinə malikdir.

Cədvəl 3.3: Sosial-iqtisadi həssaslıq dərəcələrinin tərifi

Həssaslıq dərəcəsi

Təsviri

Yüksək Sosial-iqtisadi dəyəri: Beynəlxalq / milli əhəmiyyət daşıdığı və/ və ya qanuni olaraq mühafizə edilən resurs yaxud sahə olduğu qəbul edilmiş sosial-iqtisadi fəaliyyət; və/ və ya

Dəyişiklik və bərpa qabiliyyəti: mövcud xüsusiyyətini əhəmiyyətli dərəcədə dəyişmədikdə, reseptor dəyişikliyə uyğunlaşmır/ uyğunlaşma qabiliyyəti aşağı olur; təbii şəkildə bərpa olmur /gec bərpa olur (5 ildən çox çəkə bilər).

Orta Sosial-iqtisadi dəyəri: Regional əhəmiyyətə malik olduğu qəbul edilmiş sosial-iqtisadi fəaliyyət; və/ və ya

Dəyişiklik və bərpa qabiliyyəti: Orta müddətli vaxt ərzində (bir ildən çox lakin 5 ildən az) təbii şəkildə bərpa olmaq qabiliyyətinə malik olan sosial-iqtisadi fəaliyyət.

Az Sosial-iqtisadi dəyəri: Yerli əhəmiyyətə malik sosial-iqtisadi fəaliyyət; və/və ya Dəyişiklik və bərpa qabiliyyəti: Reseptor yaxın ətraf mühitdəki dəyişikliklərə qarşı

həssasdır və təbii şəkildə (yəni, insan müdaxiləsi olmadan) sürətlə (bir ildən az) təsirdən əvvəlki vəziyyətinə bərpa olmaq qabiliyyətinə malikdir.

Cüzi Sosial-iqtisadi dəyəri: Kiçik dəyəri olan və ya dəyəri olmayan sahə yaxud növlər; və/və ya

Dəyişiklik və bərpa qabiliyyəti: Reseptor yaxın ətraf mühitdəki dəyişikliklərə qarşı həssas deyil və təbii şəkildə (yəni, insan müdaxiləsi olmadan) sürətlə (günlər/həftələr ərzində) təsirdən əvvəlki vəziyyətinə bərpa olmaq qabiliyyətinə malikdir.

3.4.5 Təsirin miqyası

İlkin vəziyyətə potensial təsirlərin miqyası aşağıdakıları nəzərə almaqla layihə fəaliyyətləri müfəssəl şəkildə nəzərdən keçirilməklə müəyyənləşdirilir:

Müvafiq qanunverici və ya siyasi standartlar yaxud təlimatlar; Təsirlər nəticəsində mövcud ilkin vəziyyətdən dəyişmə miqyası yaxud dərəcəsi; Təsirin müddəti, yəni onun müvəqqəti yaxud uzunmüddətli olması; Təsirin nəticələrinin bərpa oluna bilməsi; və Planlaşdırılmamış qəza hallarında təsirin baş vermə ehtimalı da nəzərə alınır.

Hər bir planlaşdırılmış / planlaşdırılmamış fəaliyyətin ekoloji və sosial-iqtisadi reseptorlara potensial təsirinin nəticəsi (miqyası) Cədvəl 3.4-də verilmiş matrisadan istifadə etməklə qiymətləndirilir.

Cədvəl 3.4: Təsirin miqyas dərəcələrinin tərifi

4 “Regional” dedikdə Xəzər dənizi ətrafında yerləşən ölkələr nəzərdə tutulur.

Dekabr 2018-ci il 7

Page 8: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

Təsirin miqyasının dərəcələri

Ətraf mühitə Sosial-iqtisadi sahəyəFiziki Bioloji

Yüksək Ekosistemə əhəmiyyətli mənfi və uzunmüddətli (5 ildən daha çox müddətdən daimi müddətədək) dəyişikliklərlə nəticələnir. Dəyişikliklər aydın şəkildə nəzərə çarpır və təbii dəyişkənlik diapazonundan xeyli kənara çıxır. Təbii şəkildə bərpası mümkün deyil və yardım edilən bərpa tədbirləri çərçivəsində dəyişiklik bərpa olunmur.

Bu cür təsirlər dövlət qurumlarının və maraqlı tərəflərin təcili müdaxiləsi ilə nəticələnə bilər.

Bütün populyasiyaya yaxud növlərə təsir edərək bolluqda və/ və ya paylanmada və yaxud genofondun ölçüsündə dəyişikliyə səbəb ola bilər (belə ki, təbii bərpa həmin populyasiya səviyyəsinə və/ və ya onun asılı olduğu hər hansı növlərin populyasiya səviyyəsinə geri qayıtmayacaq);

Bu cür təsirlər dövlət qurumlarının və maraqlı tərəflərin təcili müdaxiləsi ilə nəticələnə bilər.

Sosial, iqtisadi yaxud mədəniyyət sahəsinin dinamik xüsusiyyətlərində dəyişikliklərin baş verməsi və hər hansı verilmiş sektor göstəricilərinə və/ və ya əhalinin rifahına əhəmiyyətli mənfi təsir;

Beynəlxalq/dövlət əhəmiyyətli təbii ehtiyatlara ziyan dəyməsi yaxud daimi itki ilə nəticələnir.

Bu cür təsirlər dövlət qurumlarının və maraqlı tərəflərin təcili müdaxiləsi ilə nəticələnə bilər..

Orta Ekosistemə yaxud onun bir hissəsinə orta dərəcəli mənfi dəyişikliklə nəticələnir. Dəyişikliklə təbii dəyişkənliyin diapazonundan artıq ola bilər. Orta müddətdə (1 ildən çox, lakin 5 ildən az) təbii bərpa üçün potensial var.

Bu cür təsir dövlət qurumlarının və ya maraqlı tərəflərin narahatlıq doğuran məsələlər qaldırması ilə nəticələnə bilər.

Bir neçə nəsildən birində növlərin və ya populyasiyanın bir hissəsinə təsir göstərə bilər, lakin bütün populyasiyanın bütövlüyünü dəyişmir.

Bu cür təsir dövlət qurumlarının və ya maraqlı tərəflərin narahatlıq doğuran məsələlər qaldırması ilə nəticələnə bilər.

Sosial, iqtisadi yaxud mədəniyyət sahəsinin dinamik xüsusiyyətlərində dəyişikliklərin baş verməsi və hər hansı verilmiş sektor göstəricilərinə və/ və ya əhalinin rifahına orta dərəcədə və nəzərəçarpan mənfi təsir.

Yerli əhəmiyyətli təbii ehtiyatlara ziyan dəyməsi ilə nəticələnir..

Bu cür təsir dövlət qurumlarının və ya maraqlı tərəflərin narahatlıq doğuran məsələlər qaldırması ilə nəticələnə bilər.

Az Ekosistemə və ya onun bir hissəsinə kiçik mənfi təsirlə nəticələnir. Dəyişikliklər nəzərəçarpan ola bilər, lakin təbii dəyişkənlik diapazonu daxilində olur. Təsirləri qısamüddətli olur və təbii bərpa qısa müddətdə (1 ildən az) baş verir, lakin qəbul edilir ki, kiçik səviyyədə lokal təsir qala bilər;

Ətraf mühitə atılan emissiyalar və atqılar qanuni tələblərə uyğundur.

Lokal sahədə və/ və ya qısa müddətdə populyasiyanın bir sıra fərdlərindən ibarət qrupa təsir göstərə bilər (bir nəsil və ya daha az). Digər trofik səviyyələrə və ya populyasiyanın özünün bütövlüyünə təsir göstərmir.

Sosial, iqtisadi yaxud mədəniyyət sahəsinin dinamik xüsusiyyətlərində dəyişikliklərin baş verməsi və hər hansı verilmiş sektor göstəricilərinə və/ və ya əhalinin rifahına kiçik və müvəqqəti təsir;

Təbii ehtiyatlara məhdud təsir.

Bu təsirin dövlət qurumlarının və ya maraqlı tərəflərin narahatlıq doğuran məsələ kimi qaldırması ehtimal edilmir.

Cüzi Ekosistemdə nəzərə çarpacağı ehtimal edilməyən dəyişikliklərlə nəticələnir (yəni, təbii dəyişkənliyin miqyası daxilində olur).

Populyasiyaya yaxud növlərə nəzərə çarpacağı ehtimal edilməyən dəyişikliklərlə nəticələnir (yəni, təbii dəyişkənliyin miqyası daxilində olur).

Sosial, iqtisadi yaxud mədəniyyət sahəsinə təsir nəzərəçarpan olmur yaxud nəzərə çarpması ehtimal edilmir.

Dekabr 2018-ci il 8

Page 9: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

3.4.5.1 Təsirin əhəmiyyətinin qiymətləndirilməsi

Reseptorun həssaslığı və təsirin miqyası üzrə dərəcə müəyyənləşdirildikdən sonra, təsirin ümumi əhəmiyyəti proqnozlaşdırılır. Bu, Cədvəl 3.5-də verilmiş təsirin qiymətləndirilməsi matrisasından istifadə etməklə həyata keçirilir və təsirin əhəmiyyətinin tərifləri Cədvəl 3.6-da təqdim edilib (bu, təsirin qiymətləndirilməsi boyunca müvafiq yanaşma təmin edir). Təsirin əhəmiyyətini göstərən matrisada təsirin əhəmiyyətinin müəyyənləşdirilməsi üzrə əsas təlimatlar verilir. Lakin, nəticə etibarilə əldə olunan əhəmiyyət səviyyəsi də peşəkar mühakimə və təcrübəyə əsasən təfsir olunur və lazım gələrsə tənzimlənir.

Cədvəl 3.5: Təsirin əhəmiyyəti üzrə matrisa

Reseptorun həssaslığı

Cüzi Az Orta Yüksək

Təsirin miqyası

CüziƏhəmiyyətsiz Əhəmiyyətsiz Əhəmiyyətsiz Əhəmiyyətsiz/

Az*

AzƏhəmiyyətsiz Az Az / Orta* Orta

OrtaƏhəmiyyətsiz Az / Orta* Orta Yüksək

Yüksək Əhəmiyyətsiz / Az* Orta Yüksək Yüksək

* Peşəkar təcrübə təsirin əhəmiyyətini müəyyənləşdirəcək.

Cədvəl 3.6: Təsirin əhəmiyyətinin tərifi (mənfi təsirlər)

Əhəmiyyət Tərif

Yüksək Əhəmiyyətli. “Yüksək” əhəmiyyətə malik təsirlərin reseptorun fəaliyyətinə mənfi və davamlı dəyişikliklər edəcəyi və nisbətən geniş fəsadlarla nəticələnəcəyi (məsələn, ekosistemin funksiyasına və ya icmanın rifahına) ehtimal edilir. Bu təsirlərə qarşı təsirazaltma tədbirləri (onların qarşısı almaq və ya əhəmiyyətini azaltmaq üçün) prioritet hesab edilir.

Orta Əhəmiyyətli. “Orta” əhəmiyyətə malik təsirlərin nəzərəçarpan olacağı və ilkin vəziyyətdə uzunmüddətli dəyişikliklər baş verəcəyi və bunun reseptor üçün çətinliklər yaradacağı yaxud reseptoru korlayacağı ehtimal edilir. Ekosistem və ya icma üçün daha geniş fəsadlarla nəticələnəcəyi gözlənilmir. Bu təsirlərə qarşı təsirazaltma tədbirləri (onların qarşısı almaq və ya əhəmiyyətini azaltmaq üçün) prioritet hesab edilir.

Az Aşkar edilən bilən səviyyədədir, lakin Əhəmiyyətli səviyyədə deyil. “Az” əhəmiyyətə malik təsirlərin ilkin vəziyyətə nəzərəçarpan dəyişiklik edəcəyi və bu dəyişikliyin təbii dəyişikliklərdən daha çox olacağı, lakin çətinlik yaxud korlanmaya səbəb olmayacağı gözlənilir. Bu təsirlər üçün təsirazaltma tədbirləri tələb olunmur və onlar qərarvermə prosesi üçün əhəmiyyət kəsb etmir.

Dekabr 2018-ci il 9

Page 10: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

Əhəmiyyətsiz Əhəmiyyətsiz. Bu təsirlərin ilkin vəziyyətdən fərqlənməyəcəyi və ya təbii dəyişkənlik səviyyəsi daxilində olacağı gözlənilir. Bu təsirlər üçün təsirazaltma tədbirləri tələb olunmur və onlar qərarvermə prosesi üçün əhəmiyyət kəsb etmir.

Matrisa və əhəmiyyət dərəcələrinin tərifləri layihənin mənfi təsirlərini qiymətləndirmək üçün istifadə ediləcək. əhəmiyyət dərəcələri müsbət təsirlər üçün müəyyənləşdirilməyəvək; bunun əvəzinə onlar keyfiyyət göstəriciləri baxımından təsvir ediləcək və müvafiq olduqda faydaların maksimuma çatdırılması üzrə parametrlər də təsvir olunacaq.

3.4.6 Təsirazaltma tədbirləri

Təsirazaltma tədbirləri potensial olaraq əhəmiyyətli mənfi təsirlərdən çəkinmək, onları azaltmaq və kompensasiya etmək, habelə layihənin formalaşdıra biləcəyi potensial faydaları və məqsədəuyğunluğu optimallaşdırmaq üçün nəzərdə tutulur. Təsirazaltma tədbirlərinin məqsədləri çox vaxt milli qanunvericilik və ya beynəlxalq konvensiyalar vasitəsilə müəyyənləşdirilir.

Baş verə biləcək təsirləri mümkün qədər azaltmaq üçün təsirdən yayınma, təsiri minimuma endirmə (və ya azaltma) və bərpa prosesləri vasitəsilə prioritetləşdirilmiş tədbirlərin təsirazaltma iyerarxiyası müəyyənləşdirilib.

Təsirazaltma tədbirləri ən çox o vaxt effektiv olur ki, onlar təsir mənbəyində tətbiq edilsin; lakin, bu mümkün olmadıqda və ya mümkün təsiri tamamilə azaltmadıqda, digər təsirazaltma formaları tətbiq olunur. Təsirazaltma tədbirlərinin seçilməsi prosesində standart təsirazaltma iyerarxiyası nəzərə alınacaq və burada ümumilikdə təsirlərdən yayınmağa və nəticə etibarilə təsirin minimuma endirilməsinə, onun nəticələrinin aradan qaldırılmasına və/ və ya digər sahələrdə tədbirlər görməklə təsiri kompensasiya etməyə (Şəkil 3.3-də göstərildiyi kimi) üstünlük verilir.

Təsirazaltma tədbirləri müəyyən edildikdə, onlar Layihənin planına daxil edilməsi üçün Layihə Heyətinə bildiriləcək və Layihənin Ətraf Mühitin və Sosial-iqtisadi Sahənin İdarə Olunmasına Planında nəzərə alınacaq.

Şəkil 3.3: Təsirazaltma tədbirlərinin iyerarxiyası

Dekabr 2018-ci il 10

Page 11: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

3.4.7 Qalıq təsir

Qiymətləndirmə vasitəsilə müəyyənləşdirilmiş bütün Əhəmiyyətli təsirlər (Orta və ya Yüksək) üçün əlavə təsirazaltma tədbirləri nəzərdə tutulacaq və onların məqsədi təsirin miqyasını praktiki cəhətdən mümkün ən aşağı səviyyəyə (PCMƏAS) endirmək olacaq. Əhəmiyyətli olmayan təsirlər (Az yaxud Cüzi) üçün bütün layihələndirmə/nəzarət tədbirlərinə əməl olunmalıdır və tələb olunduqdan monitorinq və hesabatvermə prosesi həyata keçirilməlidir.

Təsirin əhəmiyyəti Layihənin Planına daxil edilmiş layihələndirmə/nəzarət tədbirləri nəzərə alınmaqla və hər hansı əlavə təsirazaltma tədbirləri daxil edildikdən sonra qiymətləndiriləcək; bu, nəzarət tədbirlərinin effektivliyinin ölçülməsinə və tələb olunduqdan əlavə təsirazaltma tədbirlərinin nəzərə alınmasına imkan verir. Qalıq təsirlər bütün təsirazaltma tədbirləri tətbiq edildikdən sonra da qalması proqnozlaşdırılan ekoloji və ya sosial-iqtisadi təsirlərə aid edilir.

3.4.8 Qəza halları

Qəza halları Layihənin normal fəaliyyətləri ərzində baş verməsi gözlənilməyən hadisələr və nasazlıqlardır. Qəza halları növündən asılı olaraq xarakterinə və miqyasına görə dəyişən bir sıra mənfi təsirlərlə nəticələnmək potensialına malikdir. ƏMSSTQ çərçivəsində qiymətləndirilmiş bir sıra qəza hallarından irəli gələn potensial ekoloji və sosial-iqtisadi təsirlərə gəmidən mümkün irimiqyaslı yanacaq dağılması daxildir. Baxmayaraq ki, planlaşdırılmamış halların baş vermə ehtimalı azdır, onların nəticələrinin minimuma endirilməsi və lokallaşdırılmasını təmin etmək üçün idarəetmə və təsirazaltma tədbirləri nəzərə alınacaq. Qəza hallarının qiymətləndirilməsi hazırkı ƏMSSTQ-nin 7-ci fəslində təqdim edilib.

3.4.9 Kumulyativ təsirlər

Kumulyativ təsirlər layihə ilə birlikdə digər keçmiş, mövcud və ya əsaslı şəkildə proqnozlaşdırıla bilən fəaliyyətlərin səbəb olduğu əlavə dəyişikliklər nəticəsində ətraf mühitə olan təsirlər kimi müəyyənləşdirilə bilər. Böyük Britaniyanın Ekoloji İdarəetmə və Qiymətləndirmə İnstitutu (İEMA) kumulyativ təsirlərin əsas mənbəyini iki yerə bölür:

Layihə ilə bağlı ayrıca qalıq təsirlər arasında qarşılıqlı əlaqələr (layihədaxili təsirlər); və Eyni təsir sahəsi daxilində digər layihələrin təsirləri ilə birlikdə, layihə ilə əlaqəli qalıq təsirlər

arasında qarşılıqlı əlaqələr (layihədaxili təsirlər).

Dekabr 2018-ci il 11

Page 12: Təsirin Qiymətləndirilməsi Metodologiyası - BP€¦ · Web viewBMK 2012. BMK-nın Ətraf Mühit və Sosial Sahə üzrə Davamlı İnkişafa dair İcra Standartları. 2012-ci

D230 saylı Blok üzrə seysmik tədqiqatƏtraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi

Fəsil 3Təsirin Qiymətləndirilməsi

Metodologiyası

Layihədaxili təsirə misal kimi, çoxsaylı layihə əməliyyatlarının, o cümlədən sualtı səsin, axıdılan atqıların və gəmilərin hərəkətinin yaratdığı fiziki narahatlıq (və bunun da öz növbəsində hər bir ayrıca təsirdən daha böyük narahatlığa səbəb olması) nəticəsində dənizdəki təbii yaşayış məskəninin təsirə məruz qalmasını göstərmək olar.

Layihədaxili təsirlərlə bağlı olaraq Tədqiqat Sahəsinin yaxınlığında məlum olan yeganə fəaliyyətlər artıq həyata keçirilmiş yaxud planlaşdırılan digər seysmik tədqiqat işləridir. ƏMSSTQ-də əsas diqqət Layihənin gözlənilən mobilizasiya müddətindən əvvəl və sonra müvəqqəti iş həcmi (2015-2020-ci illər üzrə qiymətləndirmə müddəti) çərçivəsində Layihənin və digər seysmik tədqiqatların kumulyativ təsirlərinin qiymətləndirilməsinə yönələcək.

Fəsil 7-də Layihənin kumulyativ təsirlərinin qiymətləndirilməsi təqdim edilib.

3.4.10 Transsərhəd təsirlər

ƏMSSTQ sənədində Azərbaycanın ərazi hüdudlarından qonşu ölkələrin ərazisinə keçə biləcək təsirlər də nəzərə alınacaq. Transsərhəd problemlər 1991-ci il tarixli Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiya (Espoo Konvensiyası) çərçivəsində nəzərdən keçiriləcək.

Transsərhəd təsirlər aşağıdakı kimi müəyyənləşdirilib:

"fiziki mənbəyi bir tərəfin yurisdiksiyasındakı ərazidə bütövlüklə yaxud qismən yerləşən (nəzərdə tutulmuş) fəaliyyətin başqa bir Tərəfin yurisdiksiyasındakı ərazi daxilində səbəb olduğu və yalnız qlobal xarakter daşımayan hər hansı təsir.”

D230 saylı Blok üzrə Seysmik Tədqiqat ilə bağlı olaraq transsərhəd təsirlərin aşağıdakılarla məhdudlaşacağı hesab edilir:

Baş verməsi az ehtimal edilən qəza halında (məsələn gəminin toqquşması) irimiqyaslı yanacaq dağılmasından irəli gələn potensial təsirlər; və

Müntəzəm tədqiqat əməliyyatları nəticəsində atmosferə atılan emissiyalar.

Atmosferə atılan transsərhəd emissiyalara istixana qazları (İXQ-lər), BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Uzaq Məsafədə Transsərhəd Çirklənməyə dair Konvensiyası (1979) çərçivəsində nəzarət olunan, turşu yağışına (kükürd dioksidi və azot oksidləri) səbəb olan qazlar daxildir.

Transsərhəd təsirlər üzrə potensial hazırkı ƏMSSTQ sənədinin 8-ci fəslində qiymətləndirilib.

Dekabr 2018-ci il 12