tn-nin strateji plani 2010-2012 - edu.gov.az · imkanları arasında fərqin aşkara...
TRANSCRIPT
A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I
T Ə H S İ L N A Z İ R L İ Y İ
T Ə H S İ L N A Z İ R L İ Y İ N İ N
S T R A T E J İ P L A N I
(2 0 1 0 - 2 0 1 2 – C İ İ L L Ə R)
2
G İ R İ Ş
Təhsilin keyfiyyətinin təmin olunması və nailiyyətlərin əldə edilməsi bilavasitə müasir idarəetmə
modellərinin tətbiqindən birbaşa asılıdır. Strateji planlaşdırma təhsilin keyfiyyətinin yüksəldilməsində
böyük əhəmiyyətə malikdir. Təhsilin keyfiyyətinin planlaşdırılması təhsil sahəsindəki fəaliyyətin ümumi
planlaşdırılmasının tərkib hissəsidir. Keyfiyyət məsələləri təşkilatın strategiyasında ən mühüm yer tutmalı
və strateji planlaşdırmaya ciddi əməl edilməklə sistemli şəkildə keyfiyyətin yüksəlməsinə nail
olunmalıdır. Bu baxımdan strateji planlaşdırma idarəetmə sistemində başlıca tələblərdən biridir.
Strateji planlaşdırma gələcək problemlərin və imkanların proqnozlaşdırılmasında yeganə vasitə
hesab olunaraq strateji planların hazırlanmasını təmin edir. Strateji plan strategiyanın ayrı-ayrı
məqsədlərinə nail olmanı nəzərdə tutan ətraflı plandır. Strateji planda başlıca məqsəd keyfiyyətin
reallaşdırılması, problem və perspektivlərin təhlil edilməsi və müvafiq müddətə (3 ilə) vacib tədbirlər
dairəsinin müəyyənləşdirilməsidir. Hər hansı bir müəssisənin fəaliyyəti planlaşdırılarkən göstəriləcək
təhsil xidmətlərinin dəqiq müəyyənləşdirilməsi, müəssisənin spesifikasına uyğun olaraq xidmətlərlə
təminatın aydın strategiyasının olması, mümkün istehlakçıların müəyyənləşdirilməsi və onların tələbatları
haqqında tam təsəvvürə malik olma, tələb olunan xidmətlərlə müəssisənin bu xidmətləri göstərmə
imkanları arasında fərqin aşkara çıxarılması və bu fərqin aradan qaldırılması əsas şərtdir. Həmin fərqin
minimuma endirilməsi imkanları, pedaqoji kadrların və digər əməkdaşların ixtisasının artırılması və
yenidən hazırlanması zərurətinin müəyyənləşdirilməsi, təhsil müəssisəsinin fəaliyyətinin istehlakçıların
tələbatlarına cavab vermə səviyyəsi, müəssisə üçün uğurlu sayıla biləcək nəticələrin mahiyyətinin və
onun meyarlarının müəyyənləşdirilməsi diqqətlə nəzərdən keçirilməlidir. Strateji plan inkişafyönümlü
xarakterdə olmalı, gələcək perspektivlərin müəyyənləşdirilməsinə zəmin yaratmalı, potensial imkanlar
nəzərə alınmaqla tərtib olunmalıdır.
Təhsil Sektorunun İnkişafı üzrə birinci Layihənin (TSİL) “İdarəetmə və planlaşdırma imkanları”
alt-komponenti çərçivəsində strateji planlaşdırma mexanizminin tətbiqi ilə bağlı xeyli işlər görülmüş,
həmin mexanizmin inkişafı istiqamətində beynəlxalq məsləhətçi ilə birgə işlər davam etdirilmiş və ilk
dəfə olaraq Nazirliyin 2007-2009-cu illəri əhatə edən 3 illik Strateji Planı hazırlanmış, həmin planda əks
olunan məsələlər səmərəli icra olunmuş, Nazirliyin illik fəaliyyət planı ilə əlaqələndirilmiş, inkişaf
prioritetləri uğurla həyata keçirilmiş, məqsədyönlü nəticələr əldə edilmiş, həmçinin, həmin Strateji Planın
icra vəziyyəti təhlil edilərək nəzərdən keçirilmiş, irəliləyişlərin monitorinqi aparılmış və müəyyən
təkliflər hazırlanmışdır. Eyni zamanda, qeyd olunan müddət ərzində müəyyənləşdirilmiş 3 pilot
rayonunda (Ucar və İsmayıllı rayonları, Şirvan şəhəri) strateji planlaşdırma mexanizmi tətbiq edilmişdir.
Buna müvafiq olaraq, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014-cü illər) çərçivəsində
“Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların
3
yenidən işlənməsi və tətbiqi” alt-komponenti üzrə İcra Planına əsasən Nazirliyin növbəti 3 illik (2010-
2012-ci illər) Strateji Planı hazırlanmışdır. Həmin planın Nazirlikdə uğurla tətbiqi əsas götürülərək yerli
təhsili idarəetmə orqanları və təhsil müəssisələrində də strateji planlaşdırma mexanizminin tətbiqi nəzərdə
tutulmuşdur. Strateji planlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsi məqsədilə R(Ş)TŞ-lərdə
həmin proseslə əlaqədar məsul şəxslər müəyyənləşdirilmişdir.
Təhsil Nazirliyinin növbəti 3 illik (2010-2012-ci illər) Strateji Planının hazırlanmasında məqsəd
dövlət təhsil siyasətinin prioritetlərinə uyğun olaraq missiya, perspektivlər və dəyərlərin bir-biri ilə
əlaqələndirilməsi və buna uyğun olaraq fəaliyyət planının hazırlanıb həyata keçirilməsidir. Həmin strateji
plan Təhsil Nazirliyinin gələcək 3 il ərzində əsas fəaliyyət dairəsini əks etdirməklə yanaşı, bu məqsədə
nail olmaq üçün lazımi resursları və vasitələri də təsvir edir. Strateji planlaşdırma yalnız Təhsil
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi üçün deyil, həmçinin, təhsil sistemi işçiləri və cəmiyyətin
digər üzvləri üçün də əhəmiyyətlidir. Bununla əlaqədar olaraq, strateji planda təhsil sisteminin qarşısında
duran əsas prioritet məsələlərin cəmiyyətin inkişaf tələbləri ilə uyğunlaşdırılmasına xüsusi diqqət yetirilir.
Strateji plan müəyyən müddət ərzində həyata keçiriləcək tədbirləri, əldə olunacaq nəticələr və
onun qiymətləndirilməsini əks etdirməklə yanaşı, təhsil siyasətinin reallaşdırılmasında təhsili idarəetmə
strukturlarının digər qurumlarla əməkdaşlıq tədbirlərini də təsvir edir. Bu məqsədlərin həyata keçirilməsi,
ehtiyac olan resursların səfərbər edilməsi üçün Təhsil Nazirliyi ilə həmin qurumların səmərəli əməkdaşlıq
əlaqələri yaradılmalıdır.
Strateji planlaşdırma fəaliyyətin planlaşdırılması üçün uzunmüddətli baza yaradır. Bu proses
zamanı uzunmüddətli məqsədlər və həmin məqsədləri həyata keçirmək, habelə, onlara nail olmaq üçün
müvafiq tədbirlər müəyyənləşdirilir. Tədbirlər müəyyənləşdirilərkən əsaslı təhlillər aparılır, gələcək
perspektivlər aydınlaşdırılır, əlaqələndirilir, monitorinq və qiymətləndirməyə imkan verilir və müasir
hesabatvermənin təşkilinə zəmin yaradılır.
Strateji planlaşdırma təhsilin keyfiyyətinin idarə olunması, idarəetmə sisteminin və
planlaşdırmanın təkmilləşdirilməsi, müasir informasiya vasitələrindən istifadə edilməsi və s. məqsədlərlə
tətbiq olunur. Bütün bunları nəzərə alaraq, qeyd etmək lazımdır ki, strateji planlaşdırma səmərəli
nəticələrin əldə olunması üçün tədqiqat işlərinin aparılması, inkişaf etdirilməsi, iş sisteminin qurulması,
koordinasiya edilməsi, nəzarətin həyata keçirilməsi və təhsilin yüksək keyfiyyət göstəricilərinə nail olmaq
məqsədilə təşkil edilir.
Təhsil Nazirliyində planlaşdırma mexanizmi zamanı təhsil sisteminin ayrı-ayrı sahələri üzrə
strateji təhlillərin aparılması, müxtəlif struktur bölmələr tərəfindən həyata keçirilən işlərin
əlaqələndirilməsi, mövcud idarəetmə mexanizminin təkmilləşdirilməsi nəzərə alınır. Strateji planın
həyata keçirilməsi nəticəsində Təhsil Nazirliyinin fəaliyyətinin səmərəliliyi artır, ayrı-ayrı sahələr üzrə
4
inkişaf proqramları hazırlanır və həyata keçirilir. Strateji planlaşdırma təhsilin keyfiyyətinin
yüksəldilməsini, mövcud ehtiyatlardan səmərəli istifadəni, təhsilin real tələblərə uyğunluğunu təmin edir.
5
A Z Ə R B A Y C A N R E S P U B L İ K A S I
T Ə H S İ L N A Z İ R L İ Y İ N İ N S T R U K T U R U
Təhsil Nazirliyinin Mərkəzi Aparatının strukturu aşağıdakı şöbə və sektorlardan ibarətdir:
Aparat
§ Hüquq sektoru
§ Təhsil sənədlərinin tanınması işi sektoru
§ Məktəbəqədər təhsil sektoru
Akkreditasiya şöbəsi
Təhsilin məzmunu şöbəsi
Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi
Texniki-peşə təhsili şöbəsi
Ali və orta-ixtisas təhsili şöbəsi
Elm şöbəsi
Dərslik və nəşriyyat şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi
§ Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru
İqtisadiyyat şöbəsi
§ Plan-maliyyə sektoru
§ Mühasibat uçotu və hesabat sektoru
Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi
§ Əlavə təhsil sektoru
Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsi
Monitorinq və qiymətləndirmə şöbəsi
İctimaiyyətlə əlaqə şöbəsi
Ümumi şöbə
§ İnzibati işlər üzrə sektor
Xüsusi şöbə
Bakı şəhəri üzrə Təhsil İdarəsi
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi
Əsaslı Tikinti İdarəsi
6
2005-ci ildən başlayaraq Təhsil Sektorunun İnkişafı üzrə Layihə çərçivəsində Təhsil
Nazirliyininin strukturunun təkmilləşdirilməsi sahəsində iş aparılmışdır. Dünyanın 50-dək ölkəsinin
Təhsil Nazirliklərinin strukturu öyrənilmiş, beynəlxalq məsləhətçilər cəlb edilməklə Nazirliyin
strukturunda əsaslı islahatlar aparılmış, 5 yeni şöbə və 4 yeni sektor yaradılmışdır.
Bu dəyişikliklər ilə əlaqədar həmin şöbələrin funksiyaları müəyyənləşdirilmiş və əlavə funksiyalar
nəzərdə tutulmuşdur.
Bu istiqamətdə Təhsil Nazirliyinin mərkəzi aparatında edilmiş struktur dəyişiklikləri mərhələ-
mərhələ yerli təhsili idarəetmə orqanlarına da öz təsirini göstərəcək, gələcəkdə həmin yerlərdə müvafiq
struktur dəyişikliklərin edilməsi və normativ-hüquqi bazanın yeniləşdirilməsi ilə əlaqədar addımlar
atılacaqdır.
7
N A Z İ R L İ Y İ N M İ S S İ Y A S I
Təhsil Nazirliyinin missiyası vahid təhsil siyasətinin
müəyyənləşdirilməsi və həyata keçirilməsi yolu ilə ölkə
vətəndaşlarının Konstitusiyada əks olunmuş yüksək keyfiyyətli
təhsil alma hüquqlarını təmin etməkdir.
Strateji planlaşdırma müvafiq qərarların qəbul edilməsində əsas rol oynayır, təşkilatın nail olmaq
istədiyi məqsədlərə çatmaq üçün optimal yolların axtarılmasına kömək edir. Belə planlaşdırma zamanı
təşkilat öz missiyasının düzgün müəyyənləşdirilməsinə nail olur.
Strateji planın hazırlanmasında ilkin tapşırıq təşkilatın “missiya”sını müəyyənləşdirməkdir.
“Missiya” fəaliyyətin ümumi məqsəd və səbəbini əks etdirən bir məfhumdur. Hər bir təşkilatın mövcud
olması üçün onun missiyası, məqsədi və səbəbi olmalıdır. Beləliklə, təşkilatda çalışan və onun
fəaliyyətinə cəlb olunan insanlarda maraq oyatmaq üçün həmin təşkilatın ümumi məqsədi “missiya”da
xüsusi şəkildə əks olunmalıdır.
8
N A Z İ R L İ Y İ N P E R S P E K T İ V İ
Təhsil Nazirliyi ictimaiyyəti yüksək keyfiyyətli təhsillə təmin
etmək məqsədilə səmərəli idarəetmə, struktur bölmələrin əlaqəli
fəaliyyətinin təmin edilməsi və təhsillə əlaqədar fəaliyyət göstərən
təşkilatlarla əməkdaşlıq yolu ilə mühüm və çevik fəaliyyət
göstərən təşkilat olacaqdır.
Fəaliyyətin perspektiv planlaşdırılması ondan ibarət olmalıdır ki, gələcəkdə əldə olunacaq
nəticələrə verilən tələblər perspektiv nöqteyi-nəzərdən müəyyənləşdirilməli, planlarda arzu olunan
nəticələr öz əksini tapmalıdır.
9
M Ə Q S Ə D L Ə R
Təhsil Nazirliyinin 3 illik strateji planını hazırlayarkən, onun
həmin müddəti əhatə edəcək məqsədləri də
müəyyənləşdirilməlidir. Həmin məqsədlər aşağıdakılardır:
1. Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında
iştirak etmək və bu siyasəti həyata keçirmək;
2. Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən
edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək;
3. Təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək,
təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;
4. Vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya
hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər
imkanların yaradılmasına nail olmaq;
5. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı
olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-
metodiki rəhbərliyi həyata keçirmək;
6. Müasir standartlar səviyyəsində bilik, bacarıq və
vərdişlərə, zəruri kompetensiyalara, həyati bacarıqlara,
milli və bəşəri dəyərlərə yiyələnmiş, demokratik və tolerant
ruhlu şəxsiyyət formalaşdırmaq;
7. Əmək bazarının tələblərinə cavab verən, rəqabətə davamlı
kadrlar hazırlamaq;
10
8. Dəyişən, inkişaf edən, cəmiyyətə uyğunlaşma ilə bağlı
davamlı insan inkişafına nail olmaq;
9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə
həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.
Strateji plan uzunmüddətli məqsədlərə nail olmanı nəzərdə tutan ətraflı plandır. Strateji planda
keyfiyyətin reallaşdırılması, perspektivlər, uğursuzluqlar təhlil edilir və vacib tədbirlərlə birgə məqsədlər
müəyyənləşdirilir.
Məqsədlər təşkilat üçün arzu olunan nəticələrdir. Məqsədlər həm də təşkilatda struktur bölmələrin
nailiyyətlərinin yüksəldilməsi üçün təşkilatın həyata keçirmək istədiyi təkmilləşdirmə fəaliyyətlərini
müəyyən edən geniş anlayışlardır.
11
N A Z İ R L İ Y İ N F Ə A L İ Y Y Ə T İ N İ N
S Ə M Ə R Ə L İ L İ Y İ
Fəaliyyətin səmərəlilik göstəriciləri bir neçə aspektdə öz
əksini tapır. Təhsil Nazirliyi tərəfindən qarşıya qoyulmuş
vəzifələrin keyfiyyətli icrasına, işçilər tərəfindən yüksək
nailiyyətlərin əldə edilməsinə, onların ümumbəşəri, mənəvi, sosial
və mədəni inkişafına təminat verilməsi, ümumi məqsədlərin,
fəaliyyət mexanizmlərinin düzgün təsəvvür edilməsi, Nazirliyin
idarə olunmasında cari fəaliyyətin çevikliyi, dinamikliyi və
sistemliliyinin təmin olunması, fəaliyyətin əlaqələndirilməsi və
istiqamətləndirilməsi, işgüzar münasibətlərin qurulması, yaradıcı
əməyin stimullaşdırılması, informasiya-texnologiyaları, maddi
baza və ixtisaslı kadr resursları ilə təminat və s. kimi məsələlər
Təhsil Nazirliyinin fəaliyyətinin səmərəliliyini əks etdirir. Təhsil Nazirliyinin strategiyasında səmərəlilik vacib yer tutur. Təhsil Nazirliyi təhsil sistemi üzrə
mövcud qaydada planlaşdırma işinin aparılması funksiyasını yerinə yetirir. Azərbaycan təhsilində
aparılan islahatlar təhsil sisteminin strukturuna da təsir göstərmişdir. İdarəetmə sisteminin
təkimilləşdirilməsi istiqamətində əsas məqsəd təhsil strategiyasının müəyyənləşdirilməsi, Nazirlik
sistemində işlərin strateji planlaşdırma və təhlillər əsasında qurulması, idarəetmənin əks-mərkəzləşdirmə
aspektinin gücləndirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemin qurulmasında
Təhsil Nazirliyinin fəaliyyətini daha da təkmilləşdirməkdən, idarəetmə keyfiyyətini yüksəltməkdən
ibarətdir.
Təhsil tariximizdə məqsədli, inkişafyönümlü dövlət proqramları təsdiq olunmuş və uğurla həyata
keçirilməkdədir. Belə ki, Təhsil Nazirliyi təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili
əsasında hazırlanıb təsdiq edilmiş proqramların reallaşdırılması istiqamətində fəaliyyətini səmərli şəkildə
12
davam etdirir və həmin proqramlarda 2010-2012-ci illərdə nəzərdə tutulan tədbirlərin uğurla icra
olunması nəticəsində əhəmiyyətli nailiyyətlər əldə edəcəkdir.
Təhsil Nazirliyinin fəaliyyəti keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılması, təhsili
idarəetmənin təkmilləşdirilməsi, təhsilin bütün pillələrində müəllimlərin ixtisasının artırılması və
kurikulumun təkmilləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsildə informasiya-
kommunikasiya texnologiyalarının tətbiqi, beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması üzrə səmərəli
əməkdaşlığın həyata keçirilməsinə yönələcəkdir.
13
T Ə H S İ L İ N İ N K İ Ş A F I N I N Ə S A S
P R İ O R İ T E T L Ə R İ
1. Davamlı insan inkişafında təhsilin rolunun artırılması;
2. Təhsil sistemində bərabər imkanların yaradılması;
3. Təhsil qanunvericiliyinin təkmilləşdirilməsi;
4. Təhsildə informasiya-kommunikasiya texnologiyasının
tətbiqinin genişləndirilməsi (İKT);
5. Təhsilin keyfiyyətinin təmin edilməsi;
6. Təhsili idarəetmənin təkmilləşdirilməsi;
7. Bütün təhsil pilləlləri üzrə yeni kurikulum hazırlığı;
8. Təhsil müəssisələrinin akkreditasiyası;
9. Təhsil sistemində yeni maliyyələşmə mexanizmlərinin
tətbiqi;
10. Təhsilin bir pilləsindən digərinə keçid mexanizminin
təkmilləşdirilməsi;
11. Təhsil müəssisələrinin fəaliyyətinin monitorinqi və
qiymətləndirilməsi üzrə yeni mexanizmlərin tətbiqi.
12. Məktəbəqədər təhsil sahəsində problemin miqyası
nəzərə alınmaqla bu mühüm fəaliyyət sahəsində işlərin
səmərəliliyini təmin etmək üçün 5 yaşlıların məktəbə
hazırlığının məktəbin özündə təşkili, dünya təcrübəsində
14
olduğu kimi, dövlət uşaq bağçaları ilə yanaşı, özəl, eləcə də
icma əsaslı alternativ uşaq bağçalarının yaradılması;
13. Müstəqil ibtidai və əsas məktəblərdə kadr təminatı
problemini həll istiqamətində perspektivdə yeni hazırlanan
ibtidai sinif müəllimlərinin həm də xarici dil dərslərini
tədris etmələrinin təmin olunması, qoşaixtisaslı
mütəxəssislərin hazırlanması;
14. Təhsil müəssisəsi rəhbərlərinin attestasiyasının
keçirilməsi;
15. Müəllimlik peşəsinə təsadüfən gələn, öz peşəsini
sevməyən, ixtisasını lazımi səviyyədə bilməyən müəllimlərlə
bağlı problemin həlli istiqamətində dünya təcrübəsində
geniş tətbiq olunan müəllim fəaliyyətinin
lisenziyalaşdırılmasının tətbiq olunması;
16. İdarəetmənin keyfiyyətinə müsbət təsir göstərən
“məktəb-valideyn” əlaqələrinin inkişaf etdirilməsi
istiqamətində yeni mexanizmlərin tətbiqi və Valideyn-
Müəllim Assosiasiyasının əhatə dairəsinin
genişləndirilməsi;
17. Texniki-peşə təhsilinin problemləri və onun həlli
istiqamətində müasir meyarlara uyğun maddi-texniki və
tədris bazasının yaradılması, yeni maliyyələşdirmə
mexanizmlərinin tətbiqi, müasir texnologiyalara
15
yiyələnmiş mühəndis-pedaqoji kadrların hazırlanması, bu
sistem üçün yeni kurrikulumların və dərsliklərin tərtibi,
əmək bazarının ehtiyaclarını ödəyəcək səviyyədə sənətkar
kadrlarının yetişdirilməsi;
18. Orta ixtisas təhsili sahəsində qəbul planlarının tələbat
baxımından optimallaşdırılması və mütəxəssis hazırlığının
müvafiq istehsal sahələri ilə sıx əlaqə yaratmaqla həyata
keçirilməsi;
19. Boloniya prosesinə qoşulmaqla əlaqədar ali təhsildə
kredit sisteminə keçilməsi, təhsilin keyfiyyətinə nəzarətin
səmərəli mexanizmlərini özündə birləşdirən müasir
attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin
edilməsi. “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə
qoyulan məcburi minimum dövlət tələblərinin
(istiqamətlər üzrə ali təhsilin dövlət standartlarının)
strukturu”na əsasən hazırlanmış bütün istiqamətlər üzrə
yeni nəsil dövlət təhsil standartlarının tətbiqinə
başlanması;
20. Müəllim hazırlığı sisteminin təkmilləşdirilməsinə, onun
tələb olunan səviyyəyə yüksəldilməsinə yönəlmiş
“Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığının konsepsiya və strategiyası”nın tətbiqi;
16
21. Təhsilin fasiləsizliyi prosesində mühüm rola malik olan
əlavə təhsilin dünya təcrübəsinə uyğun müasir model və
mexanizmlərinin tətbiqi. İxtisasartırma təhsilinin
statusunu yüksəltmək məqsədilə onun məzmununun
təkmilləşdirilməsi, ən başlıcası isə, onun stimullaşdırıcı
xarakterinin təmin edilməsi;
22. Ümumi təhsil sistemində rasionallaşdırma proqramının
həyata keçirilməsi;
23. Maliyyə islahatları çərçivəsində bütün təhsil pillələrində
adambaşına maliyyələşmə mexanizmlərinin tətbiqi və
təhsil müəssisələlrinə maliyyə müstəqilliyinin verilməsi.
17
T Ə H S İ L P İ L L Ə L Ə R İ, S A H Ə L Ə R İ Ü Z R Ə
H Ə Y A T A K E Ç İ R İ L Ə N V Ə
2010-2012-C İ İ L L Ə R Ü Ç Ü N
P L A N L A Ş D I R I L A N T Ə D B İ R L Ə R
Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil sisteminin inkişaf etdirilməsi təhsil siyasətinin əsas prioritet istiqamətlərindən
biridir. Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların intellektual, fiziki və
psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi
əhəmiyyətə malikdir.
Azərbaycanda məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması,
məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması,
onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin qabaqcıl beynəlxalq standartlara
uyğun təmin edilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 12 aprel 2007-ci il tarixdə “Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” təsdiq
edilmişdir. Həmin Proqramın başlıca məqsədi ölkədə bütün əhali təbəqələri üçün əlçatan və müasir
tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək
maddi-texniki, təşkilati-hüquqi, iqtisadi və tədris-metodiki şərait yaratmaq və bu zəmində
məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olmaqdır.
Proqramın reallaşdırılması istiqamətində məktəbəqədər təhsilin təkmilləşdirilməsi ilə əlaqədar bir
sıra beynəlxalq təşkilatlarla birgə müəyyən tədbirlər həyata keçirilir və uşaqların inkişafına yönəlmiş
müasir təlim texnologiyalarının tətbiqi sahəsində bir sıra məqsədyönlü işlər görülməkdədir.
Proqrama əsasən son 4 ildə Bakı şəhərində yeni uşaq bağçaları istifadəyə verilmiş, bir sıra uşaq
bağçaları əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təmin edilmişdir. Həmçinin, məktəbəqədər
təhsil müəssisələri üçün xeyli sayda təlim materialları hazırlanmışdır.
Postsovet ölkələrindən fərqli olaraq, bir çox inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilin bütün
təbəqələr üçün əlçatan olması məqsədilə müxtəlif formalardan, o cümlədən qısamüddətli, ailə tipli
(icma əsaslı) təhsil xidmətlərindən istifadə olunur. Perspektivdə ən vacib işlərdən biri də ölkəmizdə
uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsini yüksəltmək üçün beynəlxalq təcrübənin ətraflı
öyrənilməsi və belə təhsil xidmətlərinin geniş tətbiqidir.
Məktəbəqədər təhsilin təşkilində ailənin xüsusi rolunu inkar etmək olmaz. Hazırda məktəbəqədər
yaşlı uşaqların bir çoxu bağçaya getmədən ailə tərbiyəsi ilə kifayətlənmək məcburiyyətindədir. Hər
18
bir ailədə uşağın tərbiyəolunma sistemini düzgün qurmaq, onu məktəbə hazırlamaq məsələsi yaxın
gələcəkdə diqqət mərkəzində olacaq. Dünya Bankı ilə birlikdə həyata keçirilən Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihə çərçivəsində “Məktəbə hazırlığın inkişaf etdirilməsi” alt-komponenti üzrə
valideynlərin maarifləndirilməsi məqsədilə trenerlərin hazırlanması, sonra isə valideynlərin müvafiq
treninqlərə cəlb olunması istiqamətində tədbirlər görülməkdədir. Bu məqsədlə, Dövlət Proqramında
da göstərildiyi kimi, məktəbəqədər təhsilə cəlb edilməyən uşaqların valideynlərinin maarifləndirilməsi
üçün yerlərdə dövlət büdcəsindən maliyyələşdirilən metodik məsləhət mərkəzlərinin yaradılması da
nəzərdə tutulmuşdur.
Tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil uşaqların hələ erkən yaş dövründən intellektual, fiziki
və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəb təliminə hazırlanmasında,
onlarda mənəvi keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların
formalaşmasında mühüm rol oynayır. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz
məktəbəqədər təhsil müəssisələrində qoyulur. Bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait
sonradan 17 dəfə artıq gəlir gətirir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı Təhsil Nazirliyinin
strategiyasında mühüm prioritet təşkil edir.
Dövlət proqramına əsasən aşağıdakı tədbirlərin perspektivdə həyata keçirilməsi nəzərdə
tutulmuşdur:
§ Məktəbəqədər müəssisələrin şəbəkəsinin optimallaşdırılması;
§ Maddi-texniki bazanın möhkəmləndirilməsi, əsaslı təmir və avadanlıqla təminat işinin
davam etdirilməsi;
§ Müаsir tələblərə cavab verən kurikulumun hazırlanması istiqamətində tədbirlərin həyata
keçirilməsi, beynəlxalq məsləhətçinin cəlb olunması, işçi qrupunun yaradılması və onların
bacarıqlarının artırılması;
§ Maliyyələşmə islahatları - maliyyələşmə normalarına yenidən baxılması, əlavə maliyyə
mənbələrinin cəlbi;
§ Məktəbəqədər təhsil xidmətlərinin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi
sistemimin yaradılması.
§ İnkişaf etmiş ölkələrdə olduğu kimi, məktəbəqədər təhsilin bütün təbəqələr üçün əlçatan
olması məqsədilə beynəlxalq təcrübə öyrənilməklə müxtəlif formaların, o cümlədən
qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətlərinin tətbiqi;
§ Məktəbəqədər təhsillin əhəmiyyəti barədə valideynlərin maarifləndirilməsi işinin təşkili,
media resurslarından səmərəli istifadə olunması;
§ 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlbi istiqamətində tədbirlərin həyata
keçirilməsi.
19
“AZƏRBAYCAN RESPUBLİKASINDA MƏKTƏBƏQƏDƏR TƏHSİLİN YENİLƏŞDİRİLMƏSİ PROQRAMI
(2007-2010-CU İLLƏR)” ÜZRƏ 2010-2012-Cİ İLLƏR ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
Sıra №-si
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlər və alt-tədbirlər
Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb olunan təşkilatlar
Gözlənilən nəticələr
(əldə etmək istədiklərimiz)
1.1. Özəlləşdirilən məktəbəqədər təhsil müəssisələrinin profil üzrə fəaliyyətinin davam etdirilməsinə nəzarətin və tədris-metodiki dəstək tədbirlərinin həyata keçirilməsi.
1.1.2.Özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisələrinin profil üzrə fəaliyyətinin monitorinqinin aparılması.
1.1.3. Vaxaşırı onları yeni metodiki ədəbiyyatla təmin etmək.
2007-2010
Təhsil Nazirliyi
Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət
Komitəsi
1.
1.2. Məktəbəqədər təhsil sistemində qabaqcıl beynəlxalq təcrübə əsasında yeni təhsil texnologiyalarının tətbiqi üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi.
2007-2010 Təhsil Nazirliyi
− məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəm-lənəcək, tədris-metodiki təminatı yeniləşdirilə-cək;
− məktəbəqədər təhsilin sosial-iqtisadi səmərəliliyi artacaq, məktəbəqədər təhsil müəssi-sələrinin maliyyə təminatının dayanıqlılığına imkan yaranacaq;
− əhalinin məktəbəqədər təhsil xidmət-lərinə tələbatı
21
daha dolğun təmin ediləcək;
− bütün əhali təbəqələri üçün müasir standartlara uyğun məktəbəqədər təhsil xidmətlərinin əlçatan olması təmin olunacaq;
− məktəbəqədər təhsilin əhatə dairəsi genişlənəcək, məktəbəqədər təhsil müəssisələrinə cəlb edilən uşaqların sayı artacaq;
− uşaqların təlim-tərbiyəsi, sağlamlığının qorunması, fiziki, intellektual və psixoloji inkişafı üçün əlverişli şərait yaradılacaq;
− kadr təminatı yaxşılaşacaq, kadrların
22
peşəkarlıq səviyyəsi yüksələcək; məktəbəqədər
təhsilin keyfiyyəti yüksələcək.
Ümumi orta təhsil
Ümumi orta təhsil pilləsi əhatə səviyyəsinə və miqyasına görə təhsil sisteminin ən geniş pilləsidir.
Təhsilin idarə olunmasının demokratikləşdirilməsi, rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) və təlim-
tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin
yüksəldilməsi ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir. Şagirdlərin təlim-tərbiyəsinin
səviyyəsini yüksəltmək, tədris planları və proqramlarının yerinə yetirilməsi, maddı-tədris bazadan
məqsədyönlü istifadə edilməsi, məktəblərin, internat məktəb və uşaq evlərinin rəhbərlərinin,
müəllimlərinin, tərbiyəçilərinin yaradıcılıq fəaliyyətinin təmin edilməsi, mövcud nöqsanların aradan
qaldırılması orta ümumtəhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Respublikamızda beynəlxalq təcrübəyə uyğun olaraq inklüziv təhsilin pilot layihələri həyata
keçirilir, həmçinin, təhsil sahəsində çalışanlar üçün seminarların, müşavirələrin, konfransların təşkili,
digər nazirliklər, idarə, beynəlxalq humanitar və yerli ictimai təşkilatlarla müvafiq istiqmətlər üzrə
əlaqələrin inkişaf etdirilməsi ümumtəhsil sahəsinin dinamik inkişafını təmin edir. Bundan əlavə, ümumi
orta təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə bir sıra proqram və layihələr hazırlanmış və hazırda
həyata keçirilməkdədir.
Ümumi orta təhsil sahəsinin inkişaf etdirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən təsdiqlənmiş
və Təhsil Nazirliyinin həyata keçirdiyi Dövlət Proqramları - “Məktəb tikintisi Proqramı (2008-2013-cü
illər)”, “Məktəblərin əsaslı təmiri Proqramı (2008-2013-cü illər)”, “Ümumtəhsil məktəblərinin
istiliklə təminatı Proqramı (2008-2013-cü illər)”, “Ümumtəhsil məktəblərinin avadanlıqla təmin
olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər), “Dərsliklə təminat Proqramı (2008-2013-cü
illər)”, “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)”,
“Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)
uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)”, “Ümumtəhsil
məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)”,
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Proqramı (2006-2015-ci
illər)” – və eyni zamanda, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində müəyyənləşdirilmiş
alt-komponentlər üzrə icra planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi, digər layihələrin
icrası istiqamətində Fəaliyyət Planlarının reallaşdırılması, buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada kecirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası, ali məktəblərə tələbə qəbulunun nəticələri
ilə əlaqədar vəziyyətin təhlil edilməsi, müvafiq təkliflərin hazırlanması və digər bu kimi məsələlərə
xüsusi diqqət yetirilir.
Hər il Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mukafatlarının təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq seçilən 50 ən yaxşı məktəb və 100 ən
24
yaxşı müəllim ümumilikdə orta ümumtəhsil sisteminin inkişafına təkan verir, tədris ocaqlarının və
müəllimlərin fəaliyyətinə əlavə stimul yaradır.
Məktəbdənkənar təhsil. Uşaq və gənclərin estetik, ekoloji və fiziki tərbiyəsində, onların
yaradıcılıq tələbatlarının ödənilməsində, intellektual səviyyəsinin təmin edilməsində, ailə, məktəb və
ictimaiyyətin qarşılıqlı əlaqələrinin yaradılmasında məktəbdənkənar təhsil xüsusi əhəmiyyətə malikdir.
Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual
səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli
şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.
Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai
təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin, ayrı-ayrı
vətəndaşların köməyi ilə aparılır.
Məktəbdənkənar təhsil müəssisələrinə uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii,
estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat
məktəbləri və s. daxildir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri arasında uşaq-gənclər şahmat
məktəbləri xüsusi yer tutur. Bu məktəblərin (Uşaq-gənclər şahmat məktəbləri - 66, o cümlədən
ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi - 3) yaradılmasının əsası ötən əsrin
70-ci illərinin sonu, 80-cı illərinin əvvəlində ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
Uşaq yaradıcılıq, texniki yaradıcılıq və mərkəbdənkənar tərbiyə işi, gənc turistlər və diyarşünaslıq,
ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq evində, uşaq-gənclər,
idman və şahmat məktəblərində uşaq, yeniyetmə və gənclərin dövlətçiliyə sədaqət, vətənpərvər, milli-
mənəvi dəyərlərə dərin hörmət və ehtiram ruhunda tərbiyə olunmaları, onların mənəvi, fiziki, ekoloji,
hüquqi, estetik tərbiyəsinin, bədii və texniki yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi və inkişaf
etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görülür.
Qeyd olunan məsələlərlə yanaşı, dünya və Avropa çempionatlarında, olimpiadalarda, müsabiqə və
yarışlarda əldə edilən çoxsaylı qələbələr məhz məktəbdənkənar təhsil müəssissələrinin xidməti sayəsində
mümkün olmuşdur. İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn
olimpiadalarının təşkili ilə bağlı işlər yüksək səviyyədə yerinə yetirilir, 5 fənn (riyaziyyat, fizika, kimya,
biologiya və informatika) üzrə kecirilən dünya olimpiadalarında ölkəmizin komandalarının iştirakının
təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Məktəbdənkənar təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi istiqamətində bir sıra
tədbirlər həyata keçirilmişdir. Məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması,
maddi-tədris bazasının möhkəmləndirilməsi işinin davam etdirilməsi, kadr təminatının yaxşılaşdırılması,
25
məktəblərlə əlaqələrin və metodiki təminatın gücləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi
perspektivdə qarşıda duran əsas vəzifələrdəndir.
Nəticə etibarilə, qeyd etmək istərdik ki, yeni məktəb binalarının tikintisi, yeni kurikulumların
hazırlanması, şagirdlərin dərsliklərlə pulsuz təmin olunması, şagird nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni model və mexanizmin, eləcə də, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılması və
tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı, kənd məktəblərinin pedaqoji kadrlarla təminatı,
müəllim hazırlığı üzrə yeni mexanizmin hazırlanması və tətbiqi, idarəetmə mexanizminin
təkmilləşdirilməsi, ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin
edilməsi və İKT ilə təchizatının başa çatdırılması, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı
olan uşaqların təhsilinin təkmilləşdirilməsi, məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiqinin
genişləndirilməsi və maddi-texniki bazanın gücləndirilməsi işinin davam etdirilməsi kimi məsələlər
ümumi orta təhsil sisteminin inkişaf perspektivlərini əhatə edir.
TƏHSİL SİSTEMİNİN İNFORMASİYALAŞDIRILMASI ÜZRƏ DÖVLƏT PROQRAMI (2008-2012-Cİ
İLLƏR) ÜZRƏ 2010-2012-Cİ İLLƏR ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
Sıra №-si
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlər və alt-tədbirlər
Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb olunan təşkilatlar
1.
1.1. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi.
1.1.1. Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması.
1.1.2. Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi.
1.1.3. Təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun idarəetmə və texniki nəzarət sisteminin yaradılması.
1.1.4. İntranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması.
2008-2012
2008-2010
2008-2010
2008-2011
Təhsil Nazirliyi
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, aidiyyəti
orqanlar
1.2. Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi.
1.2.1. Bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması.
1.2.2. Elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası.
1.2.3. Ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
1.2.4. Təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının
2008-2012
2008-2010
2010-2012
2010-2012
Təhsil Nazirliyi
Aidiyyəti orqanlar
29
dəstəklənməsi. 1.3. Təhsil sistemində idarəetmənin informasiyalaş-
dırılması.
1.3.1. Təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin edilməsi.
1.3.2. Təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf etdirilməsi, “elektron hökümət” prinsiplərinin tətbiqinin genişləndirilməsi.
1.3.3. Təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin olunması.
2009-2010
2010-2012
2009-2010
Təhsil Nazirliyi
1.4. Kadr potensialının gücləndirilməsi. 1.4.1. Təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə
heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi.
1.4.2. Bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi.
2008-2012
2008-2012
Təhsil Nazirliyi
Aidiyyəti orqanlar
1.5. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi. 1.5.1. İKT-nin təhsil sistemində istifadəsi və tətbiqi ilə
bağlı mövcud normativ-hüquqi aktların və normativ sənədlərin monitorinqinin aparılması.
1.5.2. Təhsilin idarə edilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində zəruri normativ və standartların işlənilməsi və həyata keçirilməsi.
1.5.3. Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə müvafiq
2008-2010
Təhsil
Nazirliyi
Aidiyyəti orqanlar
30
tədbirlərin həyata keçirilməsi.
XÜSUSİ İSTEDADA MALİK OLAN UŞAQLARIN (GƏNCLƏRİN) YARADICILIQ POTENSİALININ
İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMI (2006-2010-CU İLLƏR) ÜZRƏ 2010-CU İL ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
Sıra №-si
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlər və alt-tədbirlər
Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb olunan təşkilatlar
1. 1.1. İstedadlı uşaq və gənclərin müəyyən edilməsi, onlarla spesifik iş formalarının dəqiqləşdirilməsi problemlərinə həsr olunmuş elmi-tədqiqat işlərinin aparılması.
1.1.1. Tədqiqatların mərhələlər üzrə nəticələrinə görə elmi işlərin, metodiki tövsiyələrin hazırlanıb çap edilməsi və yayılması işinin təşkili.
2006-2010
2008-2010-cu
illər ərzində
Təhsil Nazirliyi
Şəhərlər üzrə ümumi təhsil şöbəsi,
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, İqtisadiyyat şöbəsi, Dərslik və nəşriyyat
şöbəsi, Elm şöbəsi
1.2. Kütləvi informasiya vasitələrində istedadlı uşaq və gənclərlə aparılan işlərin, bu sahədə olan aktual problemlərin geniş işıqlandırılması, xüsusi verilişlərin təşkili.
1.2.1. Radio və televiziya kanallarında xüsusi istedada malik uşaq və gənclərlə aparılan işlərə həsr olunmuş verilişlərin təşkili sahəsində bu kanallarla sıx əməkdaşlıq şəraitinin yaradılması.
2006-2010
Müntəzəm
Təhsil Nazirliyi
İctimaiyyətlə əlaqə şöbəsi,
Şəhərlər üzrə ümumi təhsil şöbəsi,
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Texniki-peşə təhsili
şöbəsi, Ali və orta ixtisas
təhsili şöbəsi, Elm şöbəsi
1.3. Müəyyənləşdirilmiş təhsil müəssisələrinin (məktəb və liseylərin) əsaslı təmiri üçün tədbirlərin görülməsi, ehtiyaca görə fənn kabinetləri və laboratoriyalarla, məktəb və yataqxana avadanlıqları ilə təmin edilməsi.
2007-2010 Təhsil Nazirliyi
Maliyyə Nazirliyi
31
AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT UŞAQ MÜƏSSİSƏLƏRİNDƏN UŞAQLARIN
AİLƏLƏRƏ VERİLMƏSİ (DE-İNSTİTUSİONALİZASİYA) VƏ ALTERNATİV QAYĞI PROQRAMI (2006-2015-Cİ İLLƏR) ÜZRƏ 2010-2012-Cİ İLLƏR ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
Sıra №-si
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlər və alt-tədbirlər
Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb olunan təşkilatlar
1. 1.1. Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınmas üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələrində sistemli preventiv tədbirlərin görülməsi.
Mütəmadi Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti
orqanları 1.2. Uşaq evləri və internat tipli təlim-tərbiyə
müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin və alternativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s.) yaradılması.
Mütəmadi Təhsil Nazirliyi
Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
1.3. Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması, onlara müvafiq treninqlərin keçirilməsi.
Mütəmadi Təhsil Nazirliyi
Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi
1.4. Dövlət himaysində olan uşaqlar saxlanılan dövlət təlim-tərbiyə müəssisələrinin şəbəkəsinə yenidən baxılması, onların sayının azaldılması üçün
Mütəmadi Təhsil Nazirliyi
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi
32
müvafiq tədbirlərin görülməsi. Nazirliyi, Səhiyyə Nazirliyi
1.5. Ümumtəhsil məktəblərinin (ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların yaradılması məqsədilə tədbirlərin görülməsi.
2007-2010 Təhsil Nazirliyi
Nazirlər Kabineti
1.6. Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi.
2007-2015 Təhsil Nazirliyi
Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi 1.7. Ailələrə verilmiş sağlamlıq imkanları məhdud
uşaqların müəyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu məktəblərdə onların sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün tədbirlərin görülməsi.
Mütəmadi Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi
1.8. De-institusionalizasiyanın həlli sahəsində qeyri-hökumət və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün tədbirlərin görülməsi.
Mütəmadi Təhsil Nazirliyi
Nazirlər Kabineti, əlaqədar mərkəzi icra hakimiyyəti orqanları
1.9. Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə təmin edilməsi.
Mütəmadi Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, yerli icra hakimiyyəti
orqanları 1.10. Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyaların De-institusionalizasiyanın həyata keçirilməsində (himayədar ailələr və uşaqların seçilməsində, onlarla hazırlıq işlərinin aparılmasında və s.) bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi.
Mütəmadi Təhsil Nazirliyi
Nazirlər Kabineti, yerli icra hakimiyyəti
orqanları
1.11. Kütləvi informasiya vasitələri və digər yollarla De-institusionalizasiya ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın
Mütəmadi Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
33
aparılması. Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları,
Azərbaycan Televiziya və Radio verilişləri
Qapalı Səhmdar Cəmiyyəti
1.12. Dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinin araşdırılması və monitorinqinin aparılması.
Mütəmadi Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti
orqanları 1.13. Sağlamlıq imkanları məhdud uşaqlar haqqında
məlumat bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması.
Mütəmadi Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi
1.14. Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması.
Mütəmadi Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları
34
AZƏRBAYCANDA ŞAHMATIN İNKİŞAF ETDİRİLMƏSİ DÖVLƏT PROQRAMI (2009-2014-CÜ
İLLƏR) ÜZRƏ 2010-2012-Cİ İLLƏR ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
Sıra №-si
Son icra tarixi Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb olunan
təşkilatlar 1.1. Şahmatla bağlı normativ-hüquqisənədlərin
təkmilləşdirilməsi. 2009-2010 TMMİŞ “Təhsil”
Respublika İdman Mərkəzi, Aidiyyati dövlət
qurunları 1.2. Qulluqçu vəzifələrinin vahid tarif sorğu kitabına
idmanyönümlü təşkilatlarda və şahmat (idman) məktəblərində “şahmat üzrə idmançı-təlimatçı” və “şahmat üzrə məşqçi-müəllim” vəzifələrinin əlavə edilməsi.
2009-2010 TMMİŞ, STPKİŞ,
İŞ
“Təhsil” Respublika
İdman Mərkəzi
1.3. Azərbaycanın idman və şahmat mütəxəssislərinin, məşqçi-müəllimlərin, hakimlərin, təlimatçıların və şahmatçıların müvafiq təcrübə mübadiləsi aparmaq, stajirovka keçmək məqsədilə beynəlxalq seminarlar, konfrans, iclas, yarış və digər tədbirlərə ezam edilməsi.
2009-2014 TMMİŞ, İŞ,
MQŞ
Naxçıvan MR Təhsil Nazirliyi,
rayon (şəhər) təhsil şöbələri
1.4. Şahmat məktəbləri üçün dərslik, tədris proqramları və digər metodiki vəsaitlərin hazırlanması və nəşr edilməsi.
2009-2014 TMMİŞ, DNŞ
1.
1.5. Ümummilli lider Heydər Əliyevin və görkəmli şəxsiyyətlərin xatirəsinə, eləcə də, bayram və əlamətdar günlərə həsr olunmuş şəhər və rayondaxili, zona, respublika, beynəlxalq və s. yarışların keçirilməsi.
2009-2014 TMMİŞ “Təhsil” Respublika
İdman Mərkəzi, Naxçıvan MR
Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri
1.6. Müvafiq şəraiti olan şahmat məktəblərinin tədris və elmi-məşq prosesindən kənar vaxtlarda bina
2009-2014 - “Təhsil” Respublika
35
və yarış zallarının əhalinin bütün təbəqələrinin istifadəsi və yarışların keçirilməsi üçün açıq olması.
İdman Mərkəzi, Naxçıvan MR
Təhsil Nazirliyi 1.7. Şahmat məktəblərinin geniş zolaqlı internet xətti,
müasir kompüter, kompüter avadanlığı, kompüter proqramları, elektron şahmat saatları və şahmat dəstləri, eləcə də, digər inventar və avadanlıqlarla təmin edilməsi.
2009-2014 TMMİŞ, İŞ
“Təhsil” Respublika
İdman Mərkəzi, Naxçıvan MR
Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri
1.8. Şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ehtiyacı olan məktəblərin əsaslı və cari təmir edilməsi.
2009-2014 TMMİŞ, İŞ
Naxçıvan MR Təhsil Nazirliyi,
rayon (şəhər) təhsil şöbələri
Texniki-peşə təhsili
Texniki-peşə təhsili sisteminin təkmilləşdirilməsi ilə əlaqədar son illər bir sıra tədbirlər həyata
keçirilmişdir. Belə ki, normativ-hüquqi bazanın yeniləşdirilməsi, təhsil şəbəkəsinin
optimallaşdırılması, bazar iqtisadiyyatının tələblərinə və əmək bazarında rəqabətə davamlı,
yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində bir sıra məqsədyönlü işlər görülmüşdür. Lakin
bununla yanaşı bu sahədə mövcud olan problemlərin həll olunması məqsədilə Təhsil Nazirliyi bir sıra
tədbirlər planı hazırlamışdır.
Azərbaycan Respubilkasında dinamik inkişaf edən iqtisadiyyatın peşə-ixtisas kadrlarına
tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə təhsili xidmətlərinin günün
tələbləri səviyyəsində qurulmasının təmin edilməsi məqsədi ilə ölkə prezidenti tərəfindən 03 iyul
2007-ci il tarixdə “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)”nı təsdiq edilmişdir. Bu Proqramla texniki-peşə təhsilinin inkişafı
sahəsində yeni bir mərhələnin təməli qoyuldu. Texniki peşə təhsili sistemində maddi-texniki bazanın
möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmənin və kadr hazırlığı
işinin təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və onun məzmununun
müasir tələblər səviyyəsində yeniləşdirilməsi Proqramın başlıca məqsədlərini təşkil edir.
Texniki peşə təhsili sahəsində mövcud olan problemlərin həlli ilə əlaqədar Təhsil Nazirliyi dövlət
və qeyri-dövlət orqanları ilə müvafiq əməkdaşlığı genişləndirib. Belə ki, Avropa Komissiyasının,
Britaniya Şurasının texniki dəstəyi ilə “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın
seçilmiş regionunda sınaq tətbiqi”, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi
və UNESCO ilə birlikdə həyata keçirilən “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi”,
Koreyanın “DAEWOO International” şirkəti ilə birlikdə elektrik, avtomatlaşdırma, informasiya
texnologiyaları, avtomobil təmiri, elektronika, mühərrik sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata
keçirə biləcək “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi” tikintisi, Dünya Bankı ilə II
Kredit sazişi çərçivəsində “İlkin peşə təhsilinin kurikulumunun hazırlanması” layihəsi birgə
əməkdaşlığın bir qismini əhatə edir.
Texniki-peşə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə mövcud təhsil müəssisələrinin maddi-
texniki və tədris bazasının gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz
edilməsi, texniki-peşə təhsilinin məzmununun müasir tələblərə uyğun yeniləşdirilməsi, milli peşə
kurikulumunun hazırlanması, ixtisas fənləri üzrə yeni texnologiyaları özündə əks etdirən, müasir
tələblərə cavab verən yeni dərslik və dərs vəsaitlərinin işlənməsi, texniki-peşə təhsili müəssisələri
üçün mühəndis-pedaqoji kadrların hazırlanmasının təkmilləşdirilməsi, təhsil müəssisələri rəhbərləri və
mühəndis-pedaqoji heyətin ixtisasartırma təhsili üzrə yeni kurikulumların hazırlanması və tətbiqi,
peşə-ixtisas təhsilində mütəxəssis hazırlığının əmək bazarının tələblərinə və ehtiyacına uyğun
proqnozlaşdırılması sisteminin yaradılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi, texniki-peşə
37
təhsilinin maliyyələşdirilməsinin yeni iqtisadi modelinin işlənməsi və s. kimi məsələlər bu sahənin
inkişaf etdirilməsinin əsas prioritet istiqamətlərini müəyyənləşdirir.
AZƏRBAYCAN RESPUBLİKASINDA TEXNİKİ-PEŞƏ TƏHSİLİNİN İNKİŞAFI ÜZRƏ DÖVLƏT PROQRAMI (2007-2012-Cİ İLLƏR) ÜZRƏ 2010-2012-Cİ İLLƏR ÜÇÜN PLANLAŞDIRILAN
TƏDBİRLƏR
Sıra №-si
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlər və alt-tədbirlər
Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb olunan təşkilatlar
1.1. Maddi-texniki bazanın möhkəmləndirilməsi. 1.1.1. Təsdiq olunmuş cədvələ əsasən aşağıda
göstərilən texniki peşə təhsili müəssisələrində əsaslı təmir işlərinin həyata keçirilməsi.
1.1.2. Gəncə 2 №-li Peşə Liseyi Tədris korpusu və emalatxanalar 1.1.3. Şəmkir Peşə Liseyi Tədris korpusu və emalatxanalar 1.1.4. Göyçay Peşə Liseyi Tədris korpusu və emalatxanalar 1.1.5. Bakı 6 №-li Peşə Liseyi Tədris korpusu 1.1.6. Kürdəmir Peşə Liseyi Tədris korpusu və emalatxanalar
Təhsil Nazirliyi
1.1.7. Dövlət Dəmir Yolu Liseyi Tədris koprusu və idman zalı 1.1.8. Abşeron - Ceyranbatan Peşə Liseyi Tədris korpusu və emalatxanalar 1.1.9. Quba Peşə Liseyi Tədris korpusu 1.1.10. Zərdab Peşə Liseyi Tədris korpusu və emalatxanalar
1.
1.1.11. Bakı 5 №-li Peşə Liseyi Tədris binası, idman zalı, tədris emalatxanaları
2010
2011
Maliyyə Nazirliyi, Peşə Liseyi
1.1.12. Bakı 17 №-li Peşə Liseyi Tədris korpusu
1.1.13. Cəlilabad Peşə Liseyi
2012
39
Tədris korpusu və emalatxanalar 1.1.14. Bakı 16 №-li Peşə Liseyi Tədris korpusu və emalatxanalar 1.1.15. Salyan Peş Liseyi Tədris korpusu və emalatxanalar 1.1.16. Şamaxı Peş Liseyi Tədris korpusu və emalatxanalar
1.2. Tədris prosesində yeni təlim texnologiyalarının tətbiqinə nail olunması üçün hər il peşə təhsil müəssisələrinə müasir təlim avadanlıqlarının alınması barədə təklif hazırlanması.
2008-2012 Təhsil Nazirliyi
Iqtisadi İnkişaf Nazirliyi,
Maliyyə Nazirliyi, KTN
1.3. Bakı 7 və 12 №-li, Gəncə 3 №-li, Şəmkir, Qax, Göyçay, Xaçmaz və Cəlilabad peşə liseylərinin kadr hazırlığı işində beynəlxalq və yerli təcrübəyə əsaslanan müasir peşə təhsili mərkəzlərinə çevrilməsi üçün tədbirlər görülməsi.
2008-2012 Təhsil Nazirliyi
Nazirlər Kabineti, Iqtisadi İnkişaf
Nazirliyi, Yerli İcra Hakimiyyəti,
Peşə Liseyi
1.4. Seçilmiş müəssisələrin rəhbər və pedaqoji heyəti üçün seminar və treninqlərin təşkili.
2008-2012 Təhsil Nazirliyi
Yerli və beynəlxalq təşkilatlar
1.5. Dünya təcrübəsində mövcud olan peşə mərkəzləri ilə əməkdaşlıq əlaqələrin yaradılması.
2008-2012 Təhsil Nazirliyi
Nazirlər Kabineti, Iqtisadi İnkişaf
Nazirliyi, Yerli İcra Hakimiyyəti,
Peşə Liseyi, QHT-lər
1.6. Müxtəlif mülkiyyət formalarına əsaslanan peşə təhsili müəssisələrinin təşkili və inkişafı üçün müvafiq şəraitin yaradılması.
2008-2012 Təhsil Nazirliyi
Iqtisadi İnkişaf Nazirliyi,
Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi
1.7. YUNESKO, Yaponiya BƏB, Asiya İnkiaf Bankı, Avropa İttifaqı, Dünya Bankı və digər beynəlxalq qurumlarla texniki peşə təhsilinin inkişafına dair layihələrin hazırlanıb həyata keçirilməsinə nail olunması.
2008-20 İŞ, BƏŞ,
TPTŞ 12
Nazirlər Kabineti, Iqtisadi İnkişaf
Nazirliyi, Maliyyə Nazirliyi,
Beynəlxalq təşkilatlar
1.8. Texniki peşə təhsili müəssisə-lərinin tədris 2008-2012 İŞ, Nazirlər Kabineti,
40
emalatxanalarında və təlim təsərrüfatlarında istehsal olunan məhsulların sataşı üşün əlaqələr qurumlarla əlaqələrin yaradılması və satış şərgilərinin təşkili.
TPTŞ Maliyyə Nazirliyi, İcra Hakimiyyətləri,
Bələdiyyələr, Peşə liseyləri,
Peşə məktəbləri 1.9.Texniki peşə təhsilinin məzmunca
yeniləşdirilməsi.
1.9.1. Yeni dövlət standartlarına uyğun tədris plan və proqramlar, ixtisas fənləri üzrə dəslik və dərs vəsaitlərinin hazırlanması, təsdiqi və çap olunması
2008-2012 DNŞ, İŞ,
TPTŞ
Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Təhsil Problemləri
İnstitutu 1.9.2. Tədris prosesində müasir İKT-nin tətbiqi üçün
texniki peşə təhsili müəssisələrinin ixtisaslı mütəxəs-sislərlə təmin edilməsi, modul təhsili və məsafədən təhsil formalarından istifadə olunması
2008-2012 İŞ, TPTŞ, TİMSŞ
Maliyyə Nazirliyi, Rabitə və İnformasiya
Kommunikasiya texnologiyaları
Nazirliyi 1.9.3. Regionların sosial iqtisadi inkişafı proqramına
uyğun olaraq: 2008-2012 İŞ,
TPTŞ İqtisadi İnkişaf
Nazirliyi, Maliyyə Nazirliyi,
KTN, Mədəniyyət və Turizm
Nazirliyi Abşeron iqtisadi rayonunda Tərəvəzçilik, gülçülük, heyvan-darlıq, emal müəssisələri
Gəncə - Qazax iqtisadi rayonunda avtomobil sənayesi, tikinti, nəqliyyat, xidmət, üzümçülük, taxılçılıq
Şəki – Zaqatala iqtisadi rayonunda tütünçülük, ipəkçilik, meyvəçilik, maldarlıq, kənd təsərrüfatı məhsulları emalı müəssisəsi
Lənkəran iqtisadi rayonunda çayçılıq, tərəvəz – bostançılıq, emal müəssisələri
Quba – Xaçmaz iqtisadi
41
rayonunda meyvəçilik, maldarlıq və kənd təsərrüfatı məhsullarının emalı Aran iqtisadi rayonunda sənaye müəssisələri, pambıqçılıq, taxılçılıq və kənd təsərrüfatı məhsullarının emalı Dağlıq Şirvan iqtisadi rayonunda maşınqayırma, radioteleviziya, turizm və otelçilik, heyvandarlıq, yemçilik Naxçıvan iqtisadi rayonunda tikinti və nəgliyyat, üzümçülük, heyvandarlıq, meyvəçilik və xidmət sahələri üçün kadr hazırlığının genişləndirilməsi 1.9.4. Müasir texnologiyalarla işləyən müəssisələrdə
şagirdlərin istehsalat təlimi və istehsalat təcrübəsinin səmərəli təşkili sahəsində müvafiq qurumlarla əlaqələrin təşkili
1.9.5. Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən mövcud texniki peşə məktəblərində kadr hazırlığının keyfiyətinin yüksəldilməsi, məhkumluqdan azad edilən şəxslərin peşə öyrənmələrinə şəraitin yaradılması
2009-2012 İŞ, TPTŞ
İqtisadi İnkişaf Nazirliyi,
Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi
1.9.6. Təcrübə mübadiləsi məqsədilə texniki peşə
təhsili sahəsində çalışan mütəxəssislərin xarici ölkələrə ezam edilməsi və müvafiq peşə təhsili müəssisələri arasında birbaşa əlaqələrin yaradılması
2008-2012 BƏŞ, TPTŞ, İŞ
Xarici İşlər Nazirliyi, Peşə liseyləri,
Peşə məktəbləri
1.9.7. Texniki peşə təhsili üzrə vahid monitorinq və qiymətləndirmə sisteminin yaradılması və tətbiqi
Müntəzəm MQŞ, TPTŞ
Təhsil Problemləri İnstitutu
1.9.8. Texniki peşə təhsili üzrə yeni kurrikulum üzrə hazırlanacaq dərsliklərin və metodik vəsaitlərinin çap etdirilməsi
2008-2012 DNŞ, TPTŞ
Maliyyə Nazirliyi
1.10. Texniki peşə təhsili sistemi üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi.
42
1.10.1. Texniki peşə təhsili sistemi üçün mühəndis-pedaqoji kadrlarının hazırlanması, ixtisasının artırılması və yenidən hazırlanması işinin təkmilləşdirilməsi.
Müntəzəm AOİTŞ, STPKİŞ,
TPTŞ
Peşə liseyləri, Peşə məktəbləri,
Azərbaycan Müəllimlər İnstitutu,
müvafiq təhsil müəssisələri
1.10.2. İxtisasartırma kurslarına göndəriləcək
müəllimlərin və istehsalat təlimi ustalarının siyahılarının hazırlanması və müvafiq ali təhsil müəssisələrinə təqdim olunması.
Müntəzəm AOİTŞ, STPKİŞ,
TPTŞ
Peşə liseyləri, Peşə məktəbləri,
Azərbaycan Müəllimlər İnstitutu,
müvafiq təhsil müəssisələri
1.10.3. İxtisasartırma kurslarına dair yeni plan və
proqramların hazırlanması. Müntəzəm AOİTŞ,
STPKİŞ, TPTŞ
Peşə liseyləri, Peşə məktəbləri,
Azərbaycan Müəllimlər İnstitutu,
müvafiq təhsil müəssisələri
1.11. Texniki peşə təhsilinin ictimai statusunun
yüksəldilməsi.
1.11.1. Ölkədə işsizliyin və yoxsulluğun azaldılması barədə qəbul olunmuş Dövlət Proqramlarına uyğun olaraq gənclərin peşələrə yiyələnməsində texniki peşə təhsilinin mühüm rolu barədə ictimaiyyətin məlumatlan-dırılması, bu məqsədlə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilməsi.
Müntəzəm İŞ, TMMİŞ,
TPTŞ
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, GİN,
Kütləvi İnformasiya Vasitələri
1.11.2. Lazımi maddi – texniki bazaya, yüksək pedaqoji nailiyyətlərə və şagirdlərin peşəkarlıq bacarığına nail olmuş texniki peşə təhsili müəssisələrinin iş təcrübəsinin öyrənilməsi və kütləvi informasiya
Müntəzəm Təhsil Nazirliyi,
İƏŞ, TPTŞ,
TMMİŞ
Kütləvi İnformasiya Vasitələri
43
vasitələrində işıqlandırılması və yayılması. 1.11.3. Texniki peşə təhsili müəssisələrinin dövlət və
özəl qurumlarla, həmkarlar təşkilarları və işə götürənlərlə qarşılıqlı əlaqələrinin təşkil edilməsi.
2008-2012 TPTŞ, İŞ, THHŞ
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Azərbaycan Həmkarlar
İttifaqı Konfederasiyası, İşəgötürənlər, Peşə liseyləri,
Peşə məktəbləri 1.11.4. Təqaüdlərin verilməsində ali və orta ixtisas
məktəblərində olan qaydalar texniki peşə təhsili müəssisələrində əla və yaxşı oxuyan şagirdlərədə şamil edilməsi məsələsi baxılması.
Müntəzəm TPT, THHŞ
Təhsil Problemləri İnstitutu,
Peşə liseyləri, Peşə məktəbləri
Orta ixtisas təhsili
Kiçik mütəxəssislər hazırlayan orta ixtisas məktəblərinin fəaliyyətinin təkmilləşdirilməsi, bu
sahədə mövcud dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, əmək bazarının tələblərinə uyğun kadr
hazırlığının həyata keçirilməsi Təhsil Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindəndir.
Orta ixtisas təhsili sahəsində mövcud olan problemlərin aradan qaldırılması və bu təhsil pilləsinin
inkişafı istiqamətində “2009-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsil
sistemində islahatlar üzrə Dövlət Proqramı” hazırlanmışdır. Bu proqramın əsas məqsədi orta
ixtisas təhsili sisteminin inkişaf etdirilməsindən, respublika iqtisadiyyatının və sosial sferanın ixtisaslı
kadrlara olan tələbatının ödənilməsindən, vətəndaşların orta ixtisas təhsili alması üçün müvafiq
şəraitin yaradılmasından, onların intellektual, mənəvi və fiziki inkişafının təmin olunmasından
ibarətdir. Eyni zamanda, həmin proqrama əsasən normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, strukturun və idarəolunma sisteminin
modernləşdirilməsi, kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi, maliyyələşdirilmənin yeni
mexanizmlərinin yaradılması, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması sahəsində
islahatlar əsas vəzifələr kimi qarşıya qoyulmuşdur.
Orta ixtisas təhsilinin məzmununun təkmilləşdirilməsi, müasir dövrdə rəqabətə davamlı
mütəxəssis hazırlığına imkan verən yeni kurikulumun hazırlanması, orta ixtisas təhsili sistemində
əmək bazarının tələblərinə və cəmiyyətin inkişaf perspektivlərinə uyğun kadr hazırlığı sisteminin
yaradılması, təhsil müəssisələrinin İKT ilə təchizatının gücləndirilməsi, orta ixtisas təhsili
müəssisələrinin şəbəkəsinin optimallaşdırılması işinin davam etdirilməsi, bu sahə üzrə müasir
maliyyələşmə sisteminin yaradılması, təhsil müəssisələrində idarəetmə və planlaşdırma bacarıqlarının
gücləndirilməsi və s. kimi məsələlər bu sahənin inkişaf etdirilməsinin əsas prioritet istiqamətləridir.
Ali təhsil
Hal-hazırda qloballaşma prosesinin sürətlə inkişaf etdiyi bir dövrdə ali təhsil sisteminin müasir
standartlara cavab verməsi dövlət təhsil siyasətinin əsas diqqət yetirilən sahələrindən biridir. Ali təhsil
sistemində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, məzmun islahatlarının aparılması, təlim
texnologiyalarının yeniləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və idarəolunması
sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr
hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, maddi-texniki və
tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşdirmə siyasətinin hazırlanıb həyata
keçirilməsi və s. bu kimi aktual sahələr bu gün ali təhsil sistemi qarşısında əsas istiqamətlərdir və
həmin sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edilməklə ali təhsil yeni keyfiyyət mərhələsinə
yüksələcəkdir. Bu məqsədlə ölkə Prezidenti tərəfindən 22 may 2009-cu il tarixdə “2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq
45
edilmişdir. Həmin Proqramın məqsədi ölkənin ali təhsil sisteminin Avropa təhsil məkanına
inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun
qurulması, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun yüksək hazırlıqlı kadrlara tələbatının
ödənilməsi, həmçinin, əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan
səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Buna müvafiq olaraq, Dövlət Proqramının icrası
istiqamətində magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin
strukturunun təsdiq edilməsi və buna müvafiq olaraq ixtisaslaşmalar üzrə yeni nəsl dövlət təhsil
standartlarının hazırlanması, Boloniya Bəyannaməsinin tələblərini təmin edən yeni tədris-metodik
vəsaitlərin hazırlanması, ali təhsil müəssisələrində qiymətləndirmə mərkəzlərinin yaradılması,
eksperiment şəklində bir neçə ali məktəbdə ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasının
mərkəzləşdirilmiş qaydada keçirilməsi, ali təhsil müəssisələrində tədrisin kredit sistemi üzrə təşkili ilə
bağlı aparılan eksperimentin davam etdirilməsi və bu prosesdə İKT-nin geniş tətbiqini təmin etmək
üçün mövcud tədris strukturlarının yenidən qurulması, ali təhsil müəssisələrinin reytinqini
müəyyənləşdirən mexanizmin tətbiqi, akkreditasiya qaydalarının təkmilləşdirilməsi, adambaşına
maliyyələşdirmə mexanizminin tətbiqi, semestr və buraxılış imtahanlarının təşkili və keçrilməsi
sahəsində təkmil mexanizmlərin yaradılması və eksperiment şəklində tətbiqi, məzunların işlə təmin
olunması vəziyyətinin təhlili və məsləhət xidmətinin təşkili məqsədilə təhsil müəssisələrində müvafiq
strukturların yaradılması, ali təhsil müəssisələri və istehsal sahələri arasında əlaqələrin
möhkəmləndirilməsi, yerlərdən daxil olan təkliflər əsasında təhsilin məzmununda çevik
dəyişikliklərin aparılması istiqamətində islahatların aparılması nəzərdə tutulmuşdur. Həmin
Proqramın icrası ilə bağlı həyata keçiriləcək tədbirlər ali təhsil sisteminin inkişafında mühüm bir
mərhələ təşkil edəcəkdir.
46
2009-2013-CÜ İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL SİSTEMİNDƏ İSLAHATLAR ÜZRƏ
DÖVLƏT PROQRAMI ÜZRƏ 2010-2012-Cİ İLLƏR ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
Sıra №-si
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlər və alt-tədbirlər
Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb
olunan təşkilatlar
Gözlənilən nəticələr (əldə etmək
istədiklərimiz)
1. 1.1. Ali təhsilin normativ-hüquqi bazası. Ali təhsilin normativ-hüquqi bazası yeni-ləşəcək.
1.1.1. Ali təhsilin mövcud normativ-hüquqi bazasının Boloniya Bəyannaməsinin müddəalarına və beynəlxalq təcrübəyə uyğunlaşdırılması.
2009-2013 TN, AOİTŞ,
İŞ, EŞ,
BƏŞ, STPKİŞ, TİMS, Təhsil
sisteminin informasi-yalaşdırıl-
ması idarəsi
TPİ, Ali təhsil
müəssisələri
Dünya təhsil məkanına inteqrasiya təmin olunacaq.
1.1.2. Ali məktəblərdə elmi-tədqiqat işlərinə investisiyaların və büdcədənkənar vəsaitlərin cəlb olunmasını təmin edən normativ-hüquqi bazanın yaradılması.
2009-2013 AOİTŞ, EŞ, İŞ
Ali təhsil müəssisələri
Elmi-tətqiqat işlərinin maliyyə təminatı güclənəcək.
1.1.3. Dövlət ali təhsil müəssisələri üzrə nümunəvi ştat normativlərinin hazırlanması.
2009-2011 AOİTŞ, İŞ
Ali təhsil müəssisələri
Dünya təcrübəsinə uyğun ali təhsil müəssisələri üzrə ştat normativləri hazırlanacaqdır.
1.2. Ali təhsilin məzmunu və təlim texnologiyaları.
Ali təhsilin məzmunu təkmilləşəcək və müasir təlim texnolo-
47
giyalarının tətbiqi təmin olunacaq.
1.2.1. Ali təhsil pillələri (bakalavriat və magistratura) üzrə ixtisasların (proqramların) beynəlxalq təcrübəyə, Avropa ixtisas kataloquna və əmək bazarının tələblərinə uyğun yeni təsnifatının tətbiqi.
2009-2010 AOİTŞ, İŞ
TPİ, ali təhsil
müəssisələri
Ali təhsildə beynəlxalq ixtisas təsnifatına uyğun mütəxəssis hazırlığına keçiləcək.
1.2.2. İxtisaslar (proqramlar) üzrə Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının hazırlanması.
2009-2010 AOİTŞ TPİ, ali təhsil
müəssisələri
Beynəlxalq standartlara uyğun kadr hazırlığı təmin olunacaq.
1.2.3. Tədris plan və proqramlarının, təhsil resurslarının (dərsliklərin, dərs vəsaitlərinin və s.) hazırlanması, zəruri hallarda alınması, onların tərcüməsi və tətbiqi.
2009-2013 AOİTŞ Ali təhsil müəssisələri,
dərslik müəllifləri
Ali təhsil sisteminin tədris metodiki təminatı müasirləşəcək.
1.2.4. Baza və əlavə təhsil (ixtisasartırma və yenidənhazırlanma) üçün tədrisin innovasiya metodikalarının, materiallarının və tətbiqi proqram təminatının hazırlanması.
2009-201 STPKİŞ, AOİTŞ, DNŞ 3
Azərbaycan Müəllimlər İnstitutu,
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və
Yenidənhazırlan-ma İnstitutu
Ali təhsil müasir tələblərə cavab verən müvafiq tədris sənədləri ilə təmin olunacaq.
1.2.5. Zəruri ədəbiyyatların və interaktiv tədris kurslarının elektron versiyasının hazırlanması.
2009-2013 TİMSŞ, AOİTŞ
Təhsil sisteminin
informasiyalaşdı-rılması
idarəsi, ali təhsil
müəssisələri, dərslik
müəllifləri
Elektron versiyalı dərslik fondu yaradılacaq.
1.2.6. Məsafədən (distant) təhsilin təşkili. 2009-2013 TİMSŞ, Təhsil Təhsilalma imkanları
48
STPKİŞ, AOİTŞ,
İŞ
sisteminin informasiyalaşdı-rılması
idarəsi, işçi qrupu, ali təhsil
müəssisələri
genişlənəcək.
1.2.7. Tədris prosesində informasiya texnologiyalarının tətbiqi üçün elmi-metodik tövsiyələrin hazırlanması.
2009-2013 AOİTŞ Təhsil sisteminin
informasiyalaşdı-rılması
idarəsi, işçi qrupu, ali təhsil
müəssisələri
Tədris prosesində informasiya texnologiyalarının tətbiqinin elmi-metodiki təminatı yaradılacaq
1.2.8. Bolonya Bəyannaməsinin əsas prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodiki təminatın (Təhsil Nazirliyinin xüsusi veb-portalının, dərslik, dərs və elmi-metodiki vəsaitlərin və s.) yaradılması.
2009-2013 AOİTŞ Təhsil sisteminin
informasiyalaşdı-rılması
idarəsi, ali təhsil
müəssisələri
Bolonya prosesinin tətbiqinin informasiya təminatı mütəmadi olaraq yeniləşəcək və genişlənəcək.
1.2.9. Bolonya prosesinin əsas sənədlərinin mütəmadı tərcüməsi, nəşri və ali məktəblər arasında yayılmasının təmin edilməsi və müvafiq məcmuənin nəşrinin təşkili.
2009-2013 AOİTŞ, DNŞ
Ali təhsil müəssisələri və müvafiq qurumları
Bolonya prosesinin tətbiqinin tədris-metodiki təminatı mütəmadi yeniləşəcək.
1.2.10. Ali təhsil sisteminin dünya və Avropa məkanına inteqrasiyası ilə bağlı hüquqi normativ və tədris sənədlərində istifadə ediləcək əsas anlayışların və terminlərin unifikasiyasının təmin olunması.
2009-2010 AOİTŞ İşçi qrupu, ali təhsil
müəssisələri, dərslik
müəllifləri, ali təhsil
müəssisələrinin
mütəxəssisləri
Ali təhsildə Bolonya Bəyannaməsinin müddəalarına uyğun vahid terminologiyalar tətbiq ediləcək.
49
1.2.11. Ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı tədbirlərin (simpozium, konfrans, seminar, treninqlər və s.) həyata keçirilməsi.
2009-2013 AOİTŞ, EŞ,
BƏŞ
Ali təhsil müəssisələri
Kredit sisteminin tətbiqi ilə bağlı yeniliklərin yayılması və mənimsənilməsi təmin olunacaq.
1.2.12. Beynəlxalq təcrübəyə uyğun olan fənn proqramlarının formatının müəyyənləşdiril-məsi və onların hazırlanması.
2009-2013 AOİTŞ Ali təhsil müəssisələri
Ali təhsilin keyfiyyəti yüksələcək.
1.2.13. Fasiləsiz təhsili təmin edən zəruri tədris-metodiki sənədlərin hazırlanması.
2009-2013 AOİTŞ, STPKİŞ
Ali təhsil müəssisələri
Təhsildə fasiləsizlik təmin olunacaq.
1.2.14. Ali təhsil müəssisələrində mövcud ştat vahidləri çərçivəsində kurrikulum və qiymətləndirmə mərkəzlərinin yaradılması.
2009-2013 - Ali təhsil müəssisələri
Ali təhsilin məzmunu-nun səmərəli qiymət-ləndirilmə mexanizmi yaradılacaq.
1.2.15. Ali təhsil üzrə tədris sənədlərinin beynəlxalq ekspertizasının keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi.
2009-2013 AOİTŞ, BƏŞ
İşçi qrupu Ali təhsil sistemi beynəlxalq tələblərə cavab verən tədris sənədləri ilə təmin olunacaq.
1.2.16. Kadr hazırlığının məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması.
2009-2013 AOİTŞ, İŞ
İşçi qrupları, TPİ,
Ali təhsil müəssisələrin
in müvafiq qurumları
İstehlakçıların tələblərinə uyğunlaşdırılmış ixtisaslar üzrə dövlət təhsil standartları hazırlanacaq.
1.2.17. Bolonya Bəyannaməsinin əsas müddəalarının tətbiqi ilə bağlı maarifləndirmə işini gücləndirmək və müsbət təcrübənin yayılmasını təmin etmək məqsədi ilə dövri xəbərlər məcmuəsinin nəşrinin təşkili.
2009-2013 AOİTŞ - Ali məktəblər arasında müsbət nəticələrin yayılması təmin olunacaq.
1.3. Ali təhsilin strukturu və idarə olunması.
Ali təhsilin müasir strukturu və funksional idarəetmə modeli yaradılacaq.
1.3.1. Ali təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların kadr hazırlığı
2009-2010 AOİTŞ, STPKİŞ,
TPİ, ali təhsil
Ali təhsil müəssisələrinin optimal
50
strukturunun Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektiv tələblərinə uyğunlaşdırılması.
İŞ müəssisələri şəbəkəsi yaradılacaq, kadr hazırlığı strukturu respublikanın sosial-iqtisadi inkişafının perspektiv tələblərinə uyğunlaşacaqdır.
1.3.2. Ali təhsil müəssisələrinin inkişafına yardım edən strukturların (himayədarlar şurası, məzunlar assosiasiyası, inkişaf fondu və s.) yaradılmasının dəstəklənməsi.
2009-2013 AOİTŞ, TMMİŞ,
İŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisələ-rinin inkişafı sürətlən-diriləcək.
1.3.4. Rektorlar Şurasının fəaliyyətinin təkmilləşdirilməsi və onun ali təhsilin idarə edilməsindəki rolunun gücləndirilməsi.
AOİTŞ Ali təhsil müəssisələrinin rəhbərləri
Ali məktəblər arasında əlaqələr güclənəcək və onların qarşılıqlı inkişafı təmin olunacaq.
1.3.5. Ali təhsil müəssisələrinin idarə edilməsində tələbə özunu idarəetmə qurumlarının geniş iştirakına şəraitin yaradılması.
2009-2013 TMMİŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Universitetlərin idarə edilməsində tələbələrin geniş iştirakı təmin olunacaq.
1.3.6. Ali təhsildə elektron idarəetmə sisteminin (“Elektron Universitet”) qurulması.
2009-2013 TİMSŞ, AOİTŞ
Təhsil sisteminin
informasiyalaşdı-rılması
idarəsi, ali təhsil
müəssisələri
Ali təhsildə elektron idarəetmə sistemi yaradılacaq.
1.3.7. Ali təhsilin vahid informasiya bazasının yaradılması.
2009-2010 TİMSŞ, AOİTŞ
Təhsil sisteminin
informasiyalaşdı-rılması
idarəsi, ali təhsil
müəssisələri
Ali təhsilin səmərəli idarə olunmasını təmin edən informasiya bazası yaradılacaq.
1.3.8. Ali təhsil müəssisələrinin beynəlxalq təhsil assosiasiyaları və təşkilatlarına üzvlüyünün, onların qabaqcıl ali təhsil müəssisələri ilə
2009-2013 BƏŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Ali təhsilin beynəlxalq təhsil məkanına inteqrasiyası
51
birlikdə beynəlxalq proqramlar əsasında mütəxəssis hazırlığının aparılmasının təmin olunması.
sürətlənəcək,rəqabət qabiliyyətli mütəxəssis hazırlığı təmin olunacaq.
1.4. Ali təhsildə keyfiyyətin təmin olunması. Ali təhsilin cəlbediciliyi və rəqabətə davamlılığı təmin olunacaq.
1.4.1. Ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi.
2009-2013 İŞ, STPKİŞ,
EŞ, AOİTŞ
İşçi qrupu, ali təhsil
müəssisələri
Beynəlxalq tələblərə cavab verən qiymətləndirmə və nəzarət mexanizmi təkmilləşdiriləcək.
1.4.2. Ali təhsil müəssisələrinin akkreditasiya sisteminin təkmilləşdirilməsi.
2009-2010 Təhsil Nazirliyi, AOİTŞ,
BƏŞ
Ali təhsil müəssisələri
Beynəlxalq ekspertizadan keçmiş yeni akkreditasiya qaydaları yaradılacaq.
1.4.3. İşəgötürənlərin, məzunların və valideynlərin təhsilin keyfiyyətinə nəzarətin təşkilinin təmin olunması.
2010-2013 - Ali təhsil müəssisələri
Kadr istehlakçılarının, məzunların və valideynlərin təhsilin keyfiyyətinə nəzarət prosesində bilavasitə iştirakı təmin olunacaq.
1.4.4. Ali təhsildə tədrisin təşkilinin Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğunlaşdırılması.
2009-2011 AOİTŞ, İŞ
TPİ, Ali təhsil
müəssisələri
Ali təhsildə tədrisin təşkili Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun qurulacaq.
1.4.5. Ali təhsil sistemində müəllim və tələbə mobilliyinə şəraitin yaradılması.
2009-2013 AOİTŞ, BƏŞ
Ali təhsil müəssisələri
Müəllim və tələbə mübadiləsi sahəsində ali məktəblərin imkanları genişlənəcək.
1.4.6. Ali təhsil haqqında sənədlərin qarşılıqlı tanınması mexanizminin təkmilləşdirilməsi (Bolonya Bəyannaməsinin prinsiplərinə uyğun diploma əlavənin yeni formasının yaradılması).
2009-2010 AOİTŞ, BƏŞ, Təhsil
sənədləri-
Ali təhsil müəssisələri
Tələbə və mütəxəssis-lərin diplomlarının və müvafiq təhsil sənədlə-rinin qarşılıqlı tanın-
52
nin tanınması
üzrə sektor
ması asanlaşacaq.
1.4.7. Ali təhsil müəssisələrinin fəaliyyəti haqqında ictimai hesabat sisteminin yaradılması.
2010 İƏŞ, AOİTŞ,
İŞ, EŞ,
BƏŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisə-lərinin fəaliyyəti haqqında ictimaiyyətin məlumatı genişlənəcək.
1.4.8. Tədris prosesində tələbələrin fəallığının artırılmasını təmin edən motivasiyalar sisteminin yaradılması.
2010-2013 AOİTŞ, EŞ,
TMMİŞ, İŞ
Ali təhsil müəssisələri
Tədris prosesində tələbələrin fəal iştirakı təmin olunacaq.
1.4.9. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin tədris yükünün optimallaşdırılması.
2009-2010 İŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisələri-nin professor-müəllim heyətinin fəaliyyəti optimal təşkil oluna-caqdır.
1.5. Ali təhsildə kadr hazırlığı. Ali təhsil müəssisələ-rində rəqabətə davamlı kadrlar hazırlanacaq.
1.5.1. Ali təhsil sisteminin kadr potensialının və elmi-pedaqoji kadr hazırlığının Avropa standartlarına uyğun formalaşdırılması.
2009-2013 EŞ, AOİTŞ, STPKİŞ,
BƏŞ, ŞÜTŞ, KÜTŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisələri-nin müasir tələblərə cavab verən kadr potensialı formalaşacaq və yeni rotasiya sistemi yaradılacaq.
1.5.2. İqtisadiyyatın kadr potensialının yeni tələblərə uyğun formalaşdırılması.
2009-2013 STPKİŞ, İŞ,
ŞÜTŞ, KÜTŞ, AOİTŞ
Ali təhsil müəssisələri
İqtisadiyyat, sosial və digər sahələr rəqabətə davamlı kadrlarla təmin olunacaq.
1.5.3. Ali məktəblərdə əmək bazarının monitorinqi və mövcud ştat vahidləri çərçivəsində işədüzəltmə mərkəzlərinin yaradılması və həmin mərkəzlər
2010-2013 İŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Ali məktəb məzunları-nun əmək bazarında işlə təmin olunma
53
tərəfindən əmək bazarının mütəmadi monitorinqinin keçirilməsi və məzunların işlə təmin olunmasına yardım göstərilməsi.
imkanları artacaq.
1.5.4. Ali təhsil üzrə idarəetməni təmin edən menecer sisteminin yaradılması.
2009-2013 STPKİŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisə-lərində funksional idarəetmə modelini həyata keçirən menecerlər heyəti formalaşdırılacaq.
1.5.5. Məzun yarmarkalarının təşkili. 2009-2013 Ali təhsil müəssisələri
Məzunların işlə təmin olunma imkanları genişlənəcək.
1.6. Elmi-tədqiqat işləri. Elmi-tədqiqat işlərinin təhsildə və istehsalatda tətbiqinə geniş imkanlar yaranacaq.
1.6.1. Elmi-tədqiqat işlərinin ali təhsil müəssisələrinin yönümünə uyğunlaşdırılması.
2009-2013 EŞ İşçi qrupu, ali təhsil
müəssisələri
Ali təhsil müəssisələri-nin elmi və elmi-pedaqoji potensialından səmərəli istifadə təmin olunacaq.
1.6.2. Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərini inkişaf etdirmək və onların beynəlxalq nüfuzlu jurnallarda dərc olunmasını stimullaşdırmaq məqsədi ilə Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun elmi araşdırmalar fondunun yaradılması.
2010-2011 EŞ TPİ, ali təhsil
müəssisələri
Ali təhsil müəssisələ-rində elmi-pedaqoji kadrların beynəlxalq nüfuzu artacaq və onların əməyini stimullaşdıran mexanizm yaradılacaq.
1.6.3. Elmi-tətqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması mexanizminin yaradılması.
2010-2011 İŞ TPİ, ali təhsil
müəssisələri
Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ali təhsil müəssisələrinin əlavə maliyyə mənbəyinə çevriləcək.
1.6.4. Tələbələrin elmi-tədqiqat işinə cəlb olunmasını təmin edən yeni mexanizmin hazırlanması.
2009-2013 EŞ, İŞ
Ali təhsil müəssisələri
İstedadlı tələbələrin aşkar edilməsi təmin
54
olunacaq. 1.6.5. Ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər
Akademiyası və sahə institutları arasında koordinasiyanın gücləndirilməsi.
Təhsil Nazirliyi
2009-2013 AMEA-nın müvafiq
qurumları, ali təhsil
müəssisələri
Əldə olunan nəticələr ali təhsilin elmi bazasını gücləndirəcək və onun inkişafını təmin edəcək.
1.6.6. Ali məktəblərdə elmi-tədqiqat işlərinin dövlət sifarişi formasında təşkilinin hüquqi bazasının yaradılması.
2009-2013 EŞ, İŞ
İşçi qrupu, ali təhsil
müəssisələri
Ali təhsil müəssisələri-nin elmi potensialının ölkənin iqtisadiyyatının inkişafında rolu artacaqdır.
1.6.7. Ali təhsil müəssisələri tərkibində olan elmi-tədqiqat institutlarının və mərkəzlərin inkişaf etdirilməsi.
2009-2013 EŞ, İŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisə-lərində elmi-tədqiqat işlərinin aparılması imkanları genişlənəcək.
1.7. Təhsilin maddi-texniki bazası və strukturu. Ali təhsilin beynəlxalq tələblərə cavab verən maddi-texniki bazası qurulacaq.
1.7.1. Müasir tipli universitet şəhərciklərinin yaradılması barədə təkliflərin hazırlanması.
2009-2013 İŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Müasir tipli universitet şəhərcikləri salınacaq, təhsil infrastrukturu yaxşılaşacaq.
1.7.2. Mövcud təhsil proqramlarının müasirləşdirilməsi və yenilərinin hazırlanması üçün maddi-texniki təminatın təşkili.
2009-2013 AOİTŞ, İŞ
Ali təhsil müəssisələri
Təhsilin məzmununu müasirləşdirmək üçün maddi-texniki baza təminatı yaradılacaq.
1.7.3. Ali təhsil müəssisələrində mövcud ştat vahidləri çərçivəsində informasiya-kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması.
2010-2013 İŞ, TİMSŞ, AOİTŞ
Təhsil sisteminin
informasiyalaşdı-rılması
idarəsi, ali təhsil
müəssisələri
Ali təhsil müəssisələri-nin beynəlxalq infor-masiya-kommunikasiya şəbəkəsinə qoşulması təmin olunacaq.
1.7.4. Mövcud büdcə və büdcədənkənar xüsusi vəsaitlərdən daha səmərəli istifadə olunmasına
2009-2013 İŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisələ-rində informasiya-
55
nəzarətin gücləndirilməsi, ayrılmış vəsaitin təhsilin nüfuzunun və maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsinə nail olunması.
kommunikasiya texnologiyalarının tətbiqinə nail olunacaq müasir tipli avadanlıq-larla təchiz olunmuş elmi-tədqiqat və tədris strukturları yaradılacaq, idarəetmənin səmərəli-liyi artacaq.
1.7.5. Ali təhsil müəssisələrində kitabxana fondunun yeniləşdirilməsi və elektron kitabxanaların yaradılması.
2009-2013 EŞ, TİMSŞ, AOİTŞ,
İŞ, DNŞ
Təhsil sisteminin
informasiyalaşdırılması idarəsi, ali təhsil
müəssisələri
Ali təhsil subyektləri-nin zəruri informasiya əldə etmək imkanları genişlənəcək və sürətlənəcək.
1.8. Ali təhsilin iqtisadiyyatı. Ali təhsilin yeni maliyyələşmə modeli yaranacaq.
1.8.1. Ali təhsilin maliyyələşdirilməsi mexanizimlərinin təkmilləşdirilməsi.
2009-2013 İŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisələri-nə yeni maliyyə mənbələri cəlb olunacaq.
1.8.2. Mövcud qanunvericilik çərçivəsində ali təhsil müəssisələrinin maliyyələşdirilməsində yeni modelin yaradılması barədə təkliflərin hazırlanması.
2009-2010 İŞ, AOİTŞ
Ali təhsil müəssisələri
Ali təhsil müəssisələ-rində adambaşına maliyyələşdirilmə mexanizmi tətbiq olunacaq.
Əlavə təhsil
Təhsilin fasiləsizliyindən danışarkən bu prosesdə mühüm rola malik olan ixtisasartırma və
yenidənhazırlanma təhsilinə xüsusi toxunmaq məqsədəmüvafiqdir.
Müəllim hazırlığı üzrə aparılan işlər Azərbaycan Respublikasında müəllim hazırlığının müasir
tələblərə cavab verən səviyyəyə qaldırılması, daha keyfiyyətli və yaradıcı işləmək qabiliyyətinə malik
olan pedaqoji kadrların hazırlanması və bu hazırlığın müasirləşdirilməsi, beynəlxalq təcrübə və milli
ənənələr əsasında məzmunun, strukturun, pedaqoji təhsil müəssisələrində bütün pedaqoji prosesin daha da
təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərini əhatə edir. Bu baxımdan ixtisasartırma və
yenidənhazırlanma təhsilinin rolunun artırılması, bu istiqamətdə məzmun və təşkilati mexanizmlərin yeni
tələbata uyğun həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması baxımından təhsilin keyfiyyətinin
yüksəldilməsi üçün hər bir müəllim peşəkar səviyyəsini, peşə ustalığını artırmaq məqsədilə mütəmadi
olaraq ixtisasartırma təhsili almalıdır. Bu prinsip Azərbaycan təhsil sisteminin fasiləsizliyini təmin
etməklə pedaqoji fəaliyyətlə məşğul olan kadr korpusunun daim təkmilləşdirilməsi, keyfiyyət
göstəricilərinin yüksəldilməsi kimi aktual problemlərin həllinə yönəlmişdir.
Pedaqoji kadrlar üçün əlavə təhsilin müasirləşdirilməsi üzrə Azərbaycanın təhsil sektoru üçün
menecerlərin, eləcə də, müəllimlərin ixtisasartırması üzrə yeni kurikulumların hazırlanması, ixtisasartırma
və yenidənhazırlanma təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi, distant
təhsil praktikasının genişləndirilməsi kimi perspektiv inkişaf istiqamətləri həyata keçiriləcəkdir.
Yenidənhazırlanma təhsilinə gəlincə isə, perspektivdə bu təhsilin məhz kadr qıtlığının aradan
qaldırılmasına yönəldilməsi diqqət mərkəzində olacaqdır.
Gələcək üçün müəyyən edilmiş perspektivlər, əsasən, təkmil normativ-hüquqi bazanın
yaradılması, ixtisasartırma və yenidənhazırlanma sistemində zəruri struktur dəyişikliklərinin aparılması,
yeni kurikulumların hazırlanıb təsdiq edilməsi, müasir monitorinq və qiymətləndirmə sisteminin
tətbiqindən ibarətdir.
Əlavə təhsil sahəsində modul-kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin tətbiqi
istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ixtisasartırma proqramlarının akkreditasiyasını
aparmaq üçün Təhsil Nazirliyinin nəzdində Akkreditasiya Şurasının yaradılması, 2010-2011-ci tədris
ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək müəllimlərin yeni model üzrə ixtisasartırmadan
keçirilməsinin təmin edilməsi, ixtisasartırma təhsili sistemi üçün monitorinq və qiymətləndirmə
mexanizminin hazırlanması, xidmətlərin təklifi sahəsində rəqabət mühitinin yaradılması, ixtisasartırma
təhsilində məcburilik prinsipinin təmin edilməsi, eyni zamanda təhsilalanlar üçün stimullaşdırıcı
tədbirlərin nəzərdə tutulması mexanizmlərinin hazırlanması, ali təhsil müəssisələrinin professor-müəllim
heyətinin ixtisasının artırılması üzrə yeni mexanizmin yaradılması kimi məsələləlr təxirəsalınmaz
vəzifələr kimi müəyyənləşdirilmişdir.
57
TƏHSİL SİSTEMİNDƏ ELM
Ali təhsil sahəsində aparılan islahatlar həm yüksəkixtisaslı kadrların hazırlanması, həm də
respublikamızın elmi-texniki potensilanının gücləndirilməsi istiqamətlərini əhatə edir.
Bugün ölkəmizin ali məktəblərində həyata keçirilən elmi fəaliyyət mahiyyət etibarı ilə bütövlükdə
Azərbaycan elminin mühüm tərkib hissəsinə çevrilməklə onun nailiyyətlərinin artırılmasına və
beynəlxalq miqyasda tanınmasına xidmət edir.
Tədqiqat istiqamətləri seçilərkən müasir elm dünyasını düşündürən və prioritet hesab edilən
məsələlərin nəzərə alınması çox vacibdir. Azərbaycan Respublikasında elmi qurumların strukturunun
müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi,
ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin
inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti
tərəfindən 4 мау 2009-cu il tarixdə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə
Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam
imzalanmışdır.
Yüksəkixtisaslı kadrların hazırlanmasında və elmi-texniki tərəqqinin təmin olunmasında ali
məktəblərin xüsusi yeri var. Ali təhsil müəssisələrində hazırlanan mütəxəssislər respublika
iqtisadiyyatının bütün sahələrində çalışır, ali məktəb alimləri tərəfindən əldə olunan elmi-texniki
nailiyyətlər iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunur və ölkəmizin sosial-iqtisadi inkişafını təmin
edir.
Ali məktəb elmi ölkəmizdə aparılan elmi tədqiqatların mühüm hissəsini təşkil edir. Bu sahəyə
yönəldilən vəsaitin miqdarı ildən ilə artırılır, nəticədə elmi tədqiqatların müasir səviyyədə aparılması və
keyfiyyətinin yüksəldilməsi təmin olunur. Ali məktəblərdə elmi tədqiqatlar həm kafedralarda, həm də
elmi tədqiqat müəssisələrində aparılır. Hazırda Təhsil Nazirliyinə tabe olan ali məktəblərdə dövlət
büdcəsindən maliyyələşdirilən 4 elmi-tədqiqat institutu, 5 elmi mərkəz və 90-dan artıq elmi-tədqiqat
laboratoriyası, Azərbaycan Dövlət Neft Akademiyasında isə 1 təsərrüfat hesablı elmi-tədqiqat institutu
fəaliyyət göstərir.
Elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsinin əsas şərtlərindən biri sayılan
informasiya təminatı ali məktəblərin kitabxanaları və informasiya mərkəzləri tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”nda nəzərdə tutulmuş elektron kitabxanaların yaradılması, kitabxana fondlarının yeni
58
ədəbiyyatlarla zənginləşdirilməsi kimi tədbirlər elmin informasiya təminatının daha da
yaxşılaşdırılmasına xidmət edir.
Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün əsas maliyyələşmə mənbəyi olan dövlət büdcəsi ilə
yanaşı, digər mənbələrdən də istifadə olunur: təsərrüfat hesablı müqavilələr, beynəlxalq fondlar tərəfindən
ayrılan qrantlar və s.
Ali təhsil müəssisələri ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələr inkişaf edir:
Akademiya sistemində işləyən alimlər ali məktəblərdə tədris prosesinə cəlb olunur, buraxılış işlərinə,
dissertasiyalara rəhbərlik edirlər. Ali məktəblərdə aparılan elmi işlərin mühüm nəticələri AMEA-nın
koordinasiya şuralarında və Rərasət heyətinin iclaslarında müzakirə edilir.
Son illər ali məktəblərdə elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması elmi
nəticələrin istehsalatda tətbiq edilməsi, innovasiya, ixtiraçılıq və patent-lisenziya fəaliyyəti, elmi
jurnalların, dissertasiyaların, elmi məqalələrin, dərsliklərin, tədris-metodik vəsaitlərin hazırlanması və
nəşri sahəsində əhəmiyyətli işlər görülür, həmçinin, təsdiq edilmiş Dövlət Proqramına əsasən bu mühüm
sahənin inkişafında əsaslı dəyişikliklər olacaqdır.
AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-2015-Cİ İLLƏRDƏ ELMİN İNKİŞAFI ÜZRƏ MİLLİ STRATEGİYANIN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI ÜZRƏ 2010-2012-Cİ İLLƏR
ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
№ Tədbirlərin adı Son icra tarixi
İcraçılar
İcraya əlavə cəlb olunan təşkilatlar
1. Elmi müəssisələrin fəaliyyətinin monitorinqi, ümumi vəziyyət haqqında geniş hesabatın tərtib edilməsi və müvafiq təkliflərin işlənib hazırlanması
2009-2010 Elm şöbəsi
Elmi-Metodik Şuranın bölmələri, Işçı qrupları
1.3. Monitorinqin hətata keçirilməsi 2009-2010 Işçı qrupları 1.4. Monitorinqin nəticələri və ümumi vəziyyət haqqında
geniş hesabatın tərtib edilməsi 2010 Işçı qrupları
1.5. Hesabatın müzakirə edilməsi və təkliflərin hazırlanması 2010 Elm şöbəsi
Işçı qrupları, Elmi-Metodik Şuranın
bölmələri
2. Azərbaycan Milli Elmlər Akademiyasında, ölkədə mövcud olan elmi müəssisələrdə və ali məktəblərdə fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi
2009-2010 Elm şöbəsi
Ali təhsil müəssisələri
2.1. Ali məktəblər tərəfindən fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləş-dirilməsi
2009-2010 Ali təhsil müəssisələri
2.2. Həmin istiqamətlərin Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirməsi Şurasına təqdim edilməsi
2009-2010 Ali təhsil müəssisələri
3. Elm, texnologiya və texnikanın prioritet istiqamətlərinə uyğun aparılan fundamental və tətbiqi elmi tədqiqatların planlarının hazırlanması
2009-2010 Ali təhsil müəssisələri
3.2. Həmin planların ali məktəblərin Elmi şuraları tərəfindən təsdiq edilməsi
2010 Ali təhsil müəssisələri
60
4. Elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və onların yekunlarına dair hesabatların təhlili, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında müzakirə olunması və təsdiq edilməsi
Mütəmadi Elm şöbəsi
Ali təhsil müəssisələri
4.1. Ali məktəblərdə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların tərtib edilməsi və Təhsil Nazirliyinə təqdim olunması
Hər ilin sonunda
Ali təhsil müəssisələri
4.2. Ali məktəblərdə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların təhlili və ümumiləşdiril-məsi
Hər ilin əvvəlində
Elm şöbəsi
4.3. Il ərzində alınmış mühüm elmi nəticələrin təhlili, ümumiləşdirilməsi və AMEA-ya təqdim edilməsi
Hər ilin sonunda
Elm şöbəsi
Ali təhsil müəssisələri
4.4. Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat işlərinin yekunlarına dair ümumi yığıncağında təhsil sisteminin təmsil olunmasının təmin edilməsi
İldə bir dəfə
Elm şöbəsi
Ali təhsil müəssisələri
5. AMEA-da, ölkədə mövcud olan elmi müəssisələrdə və ali məktəblərdə aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrinin müvafiq dövlət proqramları çərçivəsində tətbiqinin təmin edilməsi
2009-2015 Elm şöbəsi
Ali təhsil müəssisələri
5.1. Ali məktəblərdə aparılan fundamental və tətbiqi tədqiqatların tətbiqə hazır olan nəticələri barədə məlumat bazasının yaradılması
Hər ilin sonunda
Elm şöbəsi
Ali təhsil müəssisələri
5.2. Fundamental və tətbiqi tədqiqatların nəticələrinin müvafiq dövlət proqramları çərçivəsində tətbiqi barədə təkliflərin hazırlanması
2009-2015 Elm şöbəsi
Ali təhsil müəssisələri
5.3. Müvafiq təkliflərin Nazirlər Kabinetinə və AMEA-ya təqdim edilməsi
2009-2015 Elm şöbəsi
6. Qısa və uzunmüddətli məqsədli kompleks elmi proqramların işlənib hazırlanması və həyata keçirilməsi
2009-2015 Ali təhsil müəssisələri
61
6.2. Məqsədli kompleks elmi proqramlarda ali məktəbin iştirakı barədə təkliflərin və layihələrin hazırlanması, müvafiq təşkilatlara təqdim edilməsi
2009-2015 Ali təhsil müəssisələri
6.3. Məqsədli kompleks elmi proqramların həyata keçirilməsi 2010-2015 Ali təhsil müəssisələri
7. Elmi, sosial-iqtisadi və mənəvi-mədəni inkişaf üzrə strateji əhəmiyyətli dövlət proqramlarının, innovasiya layihələrinin hazırlanmasında və ekspertizasında müvafiq elmi müəssisələrin və aparıcı alimlərin iştirakının təmin edilməsi
2009-2015 Elm şöbəsi
Ali təhsil müəssisələri
7.1. Müvafiq təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim edilməsi
2009-2010 Elm şöbəsi
Ali təhsil müəssisələri
8. Elm sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması
2009-2010 Elm şöbəsi
Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması, Təhsilin
idarəolunmasının məlumat sistemləri şöbəsi, İqtisadiyyat
şöbəsi, Təhsil
sisteminin infor-masiyalaşdırılması
idarəsi, Ali təhsil müəssisələri
8.2. İşçi qrupu tərəfindən mövcud idarəetmə sisteminin təhlili və onun optimallaşdırılmasına dair təkliflərin hazırlanması
2009-2010 Işçi qrupu
8.3. Həmin təkliflərin müzakirə edilməsi və müvafiq tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi
2010 Elm şöbəsi
Strateji təhlil, planlaşdırma və kadrların
idarə olunması şöbəsi, İqtisadiyyat şöbəsi
62
8.4. Ali məktəblərdə “Elektron elm” idarəetmə sisteminin qurulması
2010 Elm şöbəsi
Təhsil sisteminin in-formasiyalaşdırılması
idarəsi, Təhsilin
idarəolunmasının məlumat sistemləri
şöbəsi, Ali təhsil müəssisələri
9. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsində bölgələrdə fəaliyyət göstərən elmi müəssisələrin və ali məktəblərin iştirakını təmin etməklə elmin inkişafına nail olmaq üçün təkliflərin hazırlanması
2009-2015 Elm şöbəsi
Ali təhsil müəssisələri
9.2. Monitorinqin nəticələri barədə Təhsil Nazirliyinə məlumatın təqdim edilməsi
2009-2010 Ali təhsil müəssisələri
9.3. Elmi tədqiqat mövzularının Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının perspektiv tələblərinə və Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramına uyğunlaşdırılması
2010 Ali təhsil müəssisələri
9.4. Regionların sosial-iqtisadi inkişafını təmin edən elmi tədqiqatların yerinə yetirilməsi
2009-2010 Ali təhsil müəssisələri
10. Elmi əsərlərin nüfuzlu jurnallarda, nəşriyyatlarda çap edilməsi üçün müvafiq mexanizmin işlənib hazırlanması
2009-2010 Elm şöbəsi
Təhsil Problemləri İnstitutu
10.1.1.
Təhsil Problemləri İnstitutunun Elmi araşdirmalar fondu tərəfindən elmi əsərlərin nüfuzlu jurnallarda, nəşriyyatlarda çap edilməsi üçün müvafiq mexanizmin işlənib hazırlanması
2010 Elm şöbəsi
Təhsil Problemləri İnstitutu
11. Ali məktəblərin elmi tədqiqat bölmələrinin fundamental tədqiqatların aparılmasına cəlb olunması və bu tədqiqatların dövlət büdcəsindən müvafiq qaydada maliyyələşdirilməsinin təmin edilməsi
2009-2015 Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
63
11.2. Monitorinqin həyata keçirilməsi 2009-2010 Elmi-Metodik Şuranın bölmələri
11.3. Monitorinqin nəticələrinin müzakirə edilməsi və ali məktəblərə müvafiq tövsiyələrin göndərilməsi
2010 Elm şöbəsi
İqtisadiyyat şöbəsi
12. Gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onların fundamental elmi tədqiqatların aparılma-sında yaradıcılıq imkanlarını artırmaq üçün məqsədli proqramların və xüsusi fondların yaradılması
2009-2015 Elm şöbəsi
Ali təhsil müəssisələri
12.1.1. Mövcud normativ hüquqi sənədlərin monitirinqinin aparılması və lazimi sənədlərin hazırlanması
2009-2010 Işçı qrupu
12.2. Fundamental elmi tədqiqatlatlar aparan gənc alimlər üçün “İlin gənc alimi” müsabiqəsinin təşkili
2010-2015 Elm şöbəsi
12.3. Tələbə və magistrantlar üçün elmi konfransların və “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin təşkili
2010-2015 Elm şöbəsi
12.4. “Gənc alimlərin inkişaf fondu”nun yaradılması barədə təkliflərin hazırlanması
2009-2010 Elm şöbəsi
İşçi qrupu
12.5. Gənc alimlərin mobilliyinin təmin edilməsi məqsədilə müxtəlif fondların yardımından istifadə edilməsi
2009-2015 Ali təhsil müəssisələri
13. Dövlətlərarası elmi əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihə və proqramların həyata keçirilməsi və elmi tədqiqatların maliyyələşdirilməsi üçün beynəlxalq fondlardan vəsaitlərin cəlb olunması
Mütəmadi Elm şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi
13.1 Birgə elmi layihə və proqramların həyata keçirilməsinə dair təkliflərin hazırlanması və müvafiq fondlara və təşkilatlara təqdim edilməsi
Mütəmadi Elm şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi,
Ali təhsil müəssisələri
64
14. Milli Strategiyaya uyğun olaraq elmi potensialın formalaşdırılması üçün xarici ölkələrdə yüksək ixtisaslı elmi mütəxəssislərin hazırlanması və onların elmi müəssisələrdə müvafiq işlə təmin olunması istiqamətində normativ hüquqi bazanın yaradılması
2009-2010 Elm şöbəsi
Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsi, Beynəlxalq əlaqələr
şöbəsi
14.2. Mövcud normativ hüquqi sənədlərin monitirinqinin aparılması və lazimi sənədlərin hazırlanması
2010 Işçi qrupu
14.3. Hazırlanmış layihələrin təsdiqə təqdim edilməsi 2010 Elm şöbəsi
Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsi, Beynəlxalq əlaqələr
şöbəsi 15. Milli Elmlər Akademiyası, sahə elmi tədqiqat
institutları və ali məktəb müəssisələrinin birgə fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılması, həmin institutlarda çalışan alimlər tərəfindən tələbələrin buraxılış işlərinə, magistrant-ların dissertasiyalarına rəhbərliyin həyata keçirilməsi, elmi-texniki bazadan istifadə edilməsi məqsədi ilə elmi tədqiqat institutlarında və istehsalatda ali məktəblərin bazalarının yaradılması və bu məsələlərin hüquqi əsaslarının işlənib hazırlanması
2009-2010 Elm şöbəsi
Ali və orta ixtisas təhsili şöbəsi,
Ali təhsil müəssisələri
15.2. Milli Elmlər Akademiyasında, sahə elmi tədqiqat institutlarında çalışan alimlərin tələbələrin buraxılış işlərinə, magistrantların dissertasiyalarına rəhbərliyin həyata keçirilməsinin təmin edilməsi
2010-2015 Ali təhsil müəssisələri
15.3. Birgə fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılması barədə təkliflərin hazırlanması
2010-2015 Ali təhsil müəssisələri
15.4. Elmi tədqiqat institutlarında və istehsalatda ali məktəblərin bazalarının yaradılması
2010-2015 Elm şöbəsi
Ali və orta ixtisas təhsili şöbəsi
65
16. “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə alimlik dərəcələri verilməsi üzrə ixtisasların nomenklaturası”nın YUNESKO-nun və digər beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması
2009-2010 Elm şöbəsi
İşçi qruru
16.2. Elmi və eimi-pedaqoji kadr hazırlığı ixtisaslarının beynılxalq təşkilatların qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması barədə təkliflərin hazırlanması
2010 Işçi qrupu
17. Elmi tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün elmi müəssisələrin maddi-texniki bazasının müasirləşdirilməsi
Mütəmadi Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
17.1 Ali məktəblərdə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının monitorinqi
2009 Elm şöbəsi
Ali təhsil müəssisələri
17.2. Elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının müsirləşdirilməsinə dair təkliflərin hazırlanması
2009-2010 Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
17.3. Elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının müsirləşdirilməsi
Mütəmadi Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
18. Elmi tədqiqat işlərinin istehsalata tətbiqini sürət-ləndirmək üçün texnoparkların yaradılmasına dair təkliflərin və müvafiq normativ hüquqi sənədlərin hazırlanması
2009-2011 Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
18.1.3. Texnoparklar haqqında əsasnamənin işlənib hazırlanması 2010 Işçi qrupu
18.2. Texnoparkların yaradılmasına dair təlliflərin hazırlanması
2010 Elm şöbəsi
Işçi qrupları, Ali təhsil müəssisələri
18.3. Texnoparklarların yaradılması 2010-2011 Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
66
19. Elmi müəssisələrdə müasir informasiya və telekommunikasiya vasitələrinin geniş tətbiqi, internet şəbəkələrinin inkişafı və elektron kitabxanaların təşkili
2009-2015 Elm şöbəsi
Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsi,
Təhsil sisteminin informasiyalaşdırılması
idarəsi, Ali təhsil müəssisələri
19.1. Ali məktəblərin elmi tədqiqat müəssisələrində müasir informasiya və telekommunikasiya vasitələrinin geniş tətbiqinin təmin olunması
2009-2015 Elm şöbəsi
Təhsilin idarə-olunmasının məlumat
sistemləri şöbəsi, Təhsil sisteminin
informasiyalaşdırılması idarəsi,
Ali təhsil müəssisələri 19.2. Ali məktəblərdə elektron kitabxanaların təşkili 2009-2015 Elm
şöbəsi
Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsi,
Təhsil sisteminin informasiyalaşdırılması
idarəsi, Ali təhsil müəssisələri
19.2.2. Ali məktəbin elektron kitabxanası haqqında nümunəvi əsasnamənin hazırlanması
2009-2010 Elm şöbəsi
Təhsilin idarə-olunmasının məlumat
sistemləri şöbəsi, Təhsil sisteminin
informasiyalaşdırılması idarəsi,
Ali təhsil müəssisələri
67
19.2.3. Kitabxana sistemində məlumat, şəbəkə və internet texnologiyaların inkişaf etdirilməsi
2009-2015 Təhsilin idarə-olunmasının məlumat
sistemləri şöbəsi, Təhsil sisteminin
informasiyalaşdırılması idarəsi,
Ali təhsil müəssisələri 19.3. Ali məktəb kitabxanalarının müasir kitabxana-
informasiya resurslarına çevrilməsi, internetə, dünya informasiya mərkəzlərinə sərbəst girişinin təmin edilməsi
2009-2015 Təhsilin idarə-olunmasının məlumat
sistemləri şöbəsi, Təhsil sisteminin
informasiyalaşdırılması idarəsi,
Ali təhsil müəssisələri 20. Elmi müəssisələr və kitabxanalar üçün müasir
standartlara cavab verən binaların tikilməsi və onların müvafiq avadanlıqla təchiz edilməsi
2009-2015 Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
20.4. Müasir standartlara cavab verən binaların tikilməsi ilə əlaqədar lazımi sənədlərin hazırlanması
2010 Elm şöbəsi
İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
20.5. Yeni binaların tikilməsi və onların müvafiq avadanlıqla təchiz edilməsi
2010-2015 İqtisadiyyat şöbəsi, Ali təhsil müəssisələri
TƏHSİLDƏ BEYNƏLXALQ ƏLAQƏLƏR
Azərbaycanın dünya miqyasında nüfuzunun getdikcə artması təhsil sahəsində beynəlxalq
əlaqələrin daha da inkişafına birbaşa təsir göstərir. Son illərdə Təhsil Nazirliyinin beynəlxalq əlaqələri və
təhsil sahəsində beynəlxalq təşkilatlarla birgə fəaliyyət, təcrübə mübadiləsi xeyli genişlənmişdir. Hazırda
18 ölkənin təhsil nazirlikləri ilə rəsmi əməkdaşlıq əlaqələri mövcuddur və onun coğrafiyasının xeyli
genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan təhsilinin inkişaf perspektivləri baxımından beynəlxalq
əlaqələr sahəsində xüsusi əhəmiyyətə malik tədbirlər keçirilmişdir. Bu gün təhsil sistemində dünya
təcrübəsində tətbiq edilən mütərəqqi təhsil texnologiyaları, beynəlxalq proqram və layihələr uğurla tətbiq
edilir, müəllim və şagird mübadiləsi həyata keçirilir. Təhsil Nazirliyi dünyanın 50-dək dövlətilə təhsil
əlaqələri yaratmış, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlarla 47 saziş və protokol imzalamış, 20-dən
artıq beynəlxalq təşkilatla (UNESCO, İSESCO, UNİCEF, Avropa Şurası, Avropa İttifaqı (TEMPUS),
Dünya Bankı, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, BMT, Gənclərin Nailiyyəti Təşkilatı, Bakı Təhsil
Məlumat Mərkəzi, Beynəlxalq Tibb Korpusu, ACCELS, İREX, Proyekt Harmoniya, Sülh Korpusu,
Britaniya Şurası, Almaniya Akademik Mübadilə Xidməti (DAAD), Dünyaya Baxış, Beynəlxalq Qırmızı
Xaç Komitəsi və s.) ümumilikdə 70-dən çox birgə layihə və proqramlar həyata keçirərək əməkdaşlığın
uğurlu nəticələri müşahidə edilir.
UNESCO, İSESKO, Dünya Bankı, BMT, UNİCEF, Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu
təşkilatlarla həyata keçirilən layihələr ölkəmizdə təhsilin müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına,
mütərəqqi təcrübələrin öyrənilib tətbiq edilməsinə xeyli müsbət təsir göstərmişdir.
Xarici ölkələrin nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin təhsil almalarını və onların
müstəqil Azərbaycanın inkişafı üçün güclü amilə çevrilmələrini təmin etmək məqsədi ilə ölkə Prezidenti
tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” təsdiq edilmişdir. Proqramın başlıca məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin
formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən
kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil
almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq
imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən
ibarətdir. Müstəqil Azərbaycanın təhsil həyatında əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən bu
sənəd ölkəmizin XXI əsrdə inkişafına böyük töhfələr verəcək mütəxəssislərin hazırlanmasında həlledici
rol oynayacaqdır. 2007-2010-cu illərdə Proqrama əsasən 700-dən artıq azərbaycanlı gənc xaricdə təhsil
almağa göndərilmişdir. Həmin Proqram çərçivəsində xaricdə təhsil almağa göndərilənlərin sayının 2007-
2015-ci illərdə 5000 nəfərə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilmişdir.
Təhsilin inkişafı sahəsində aparılan məqsədyönlü islahatlar, beynəlxalq təşkilatlarla səmərəli
əməkdaşlıq tam əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi
69
ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da sürətlə
inkişaf edəcəkdir.
AZƏRBAYCAN GƏNCLƏRİNİN XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİLİ ÜZRƏ DÖVLƏT PROQRAMI (2007-2015-Cİ İLLƏR)
ÜZRƏ 2010-2012-Cİ İLLƏR ÜÇÜN PLANLAŞDIRILAN TƏDBİRLƏR
Sıra №-si
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlər və alt-tədbirlər
Son icra tarixi
İcraçılar İcraya əlavə cəlb olunan təşkilatlar
Gözlənilən nəticələr
(əldə etmək istədiklərimiz)
1. 1.1. Gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları prosesinin normativ hüquqi bazasının yaradılması.
1.1.1. Dövlət Proqramının icrasına dair illik hesabatların hazırlanması.
Mütəmadi (ildə bir
dəfə)
Təhsil Nazirliyi
Azərbaycan Respublikasının
Prezidenti yanında Təhsil üzrə Komissiya
Dövlət Proqramının icrasına dair illik hesabatların Təhsil üzrə Komissiya tərəfindən təsdiqi və dərci.
1.2. Gənclərin xarici ölkələrin ali məktəblərində təhsil prosesinin maliyyələşdirilməsi mexanizmlərinin yaradılması.
1.2.1. Dövlət Proqramının maliyyələşdirilməsi tədbirlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi.
Mütəmadi
Təhsil Nazirliyi
Dövlət Neft Fondu, İqtisadi İnkişaf
Nazirliyi, Maliyyə Nazirliyi
Dövlət Proqramının maliyyə təminatının müəyyənləşdirilməsi.
1.2.2. Xarici ölkələrin nüfuzlu ali məktəblərində gənclərin təhsil almaları prosesinin maliyyələşdirilməsi üçün mümkün olan bütün maliyyə mənbələrinin müəyyənləşdirilməsi.
Mütəmadi Təhsil Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi,
Maliyyə Nazirliyi, Dövlət Neft Fondu
Gənclərin xaricdə təhsili üçün istifadə edilmiş maliyyə mənbələrinin sayı.
1.2.3. Ayrılan maliyyə vəsaitlərinin istifadəsinin qiymətləndirilməsi və monitorinqi
Mütəmadi Təhsil İqtisadi İnkişaf Qiymətləndirmə
71
Nazirliyi Nazirliyi, Maliyyə Nazirliyi
və monitorinqin nəticələrinə dair hesabat.
1.3. İxtisaslar və təhsil proqramları üzrə ölkənin ehtiyaclarının müəyyənləşdirilməsi.
1.3.1. Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı ümumi prioritetlər, respublikada aparılan islahat və struktur dəyişiklikləri və ölkənin ehtiyacları nəzərə alınmaqla ixtisaslar üzrə tələbatın öyrənilməsi üçün tövsiyələrin hazırlanması.
Mütəmadi
Təhsil Nazirliyi
Nazirlər Kabineti, İqtisadi İnkişaf
Nazirliyi, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi,
TQDK, Azərbaycan Milli Elmlər Akademiyası
Müəyyənləşdiri-lən prioritetlər və hazırlanan tövsiyələrlə əlaqədar normativ-hüquqi sənədlərin qəbul edilməsi.
1.3.2. Dünyada gedən inkişaf perspektivləri, elmi-texniki potensialın inkişafı və ölkənin inkişaf strategiyası və prioritetləri nəzərə alınmaqla sahələrə görə ehtiyacların pillələr üzrə (ixtisasartırma, bakalavr, magistr, ordinatura, rezidentura, doktor) müəyyənləşdirilməsi
Mütəmadi (ildə bir
dəfə)
Təhsil Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, TQDK
Pillələr üzrə ehtiyacları özündə əks etdirən müvafiq sənədin qəbulu.
72
1.3.3. Maliyyə imkanları və ölkələrarası tələbə mübadiləsi əsasında təhsil alanlar nəzərə alınmaqla respublika üzrə növbəti tədris ili üçün xaricdə təhsil alacaq gənclərin hazırlanması planının tərtib edilməsi.
Mütəmadi (ildə bir
dəfə)
Təhsil Nazirliyi
Azərbaycan Respublikasının
Prezidenti yanında Təhsil üzrə Komissiya,
İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya, Maliyyə Nazirliyi
Xaricdə təhsil üzrə illik planın Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiqi.
1.4. Ölkənin ehtiyaclarına uyğun olaraq xarici ölkələrin müvafiq ali məktəblərinin müəyyənləşdirilməsi.
1.4.1. Xaricdəki ali təhsil müəssisələrinin dünya və region üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsil, sosial təminat və s. xərcləri nəzərə alınmaqla ən optimal variantlar əsasında müvafiq ali məktəblərin müəyyənləşdirilməsi
Mütəmadi
Təhsil Nazirliyi
Xarici İşlər Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi,
TQDK
Xaricdəki ali təhsil müəssisələ-rinin siyahısının tərtibi və hər il yeniləşdirilməsi.
1.4.2. Seçilmiş təhsil müəssisələrində ixtisasların siyahısının tərtib edilməsi, tədris prosesi, təhsil haqqı və digər məsələlər üzrə məlumatların toplanması və mütəmadi yeniləşdirilməsi
Mütəmadi Təhsil Nazirliyi
Xarici İşlər Nazirliyi Xarici ali təhsil qurumları ilə bağlı məlumat bankının yaradılması.
1.4.3. Müəyyənləşdirilmiş xarici tərəfdaş qurumları və təhsil müəssisələri ilə əməkdaşlıq haqqında müqavilələrin imzalanması
Mütəmadi Təhsil Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi,
Xarici İşlər Nazirliyi
Xarici ali təhsil təşkilatları və müəssisələri ilə müqavilələrin imzalanması.
1.5. Xaricdə təhsil alan gənclərin təhsilalma keyfiyyətinin monitorinq və qiymətləndirilməsinin aparılması və müvafiq
73
məlumat bazasının yaradılması. 1.5.1. Xarici ölkələrdə təhsil alan tələbələr haqqında
məlumat bazasının yaradılması. Mütəmadi Təhsil
Nazirliyi Xarici İşlər Nazirliyi Yaradılmış baza.
1.5.2. Tədris dövründə dövründə tələbələrin müvəffəqiyyət dərəcəsinin izlənməsi izlənməsi məqsədilə mütəmadi olaraq monitorinqin keçirilməsi.
Mütəmadi Təhsil Nazirliyi
Xarici İşlər Nazirliyi, Xaricdə yaşayan
Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi
Monitorinqlərin keçirilməsinə dair hesabatlar.
1.5.3. Tədris dövründə gənclər arasımda vətəndaşlıq və azərbaycançılıq ideyasının təbliğ edilməsi
Mütəmadi Təhsil Nazirliyi
Xarici İşləlr Nazirliyi, Xaricdə yaşayan
Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi,
Gənclər və İdman Nazirliyi
Xarici ölkələrdə tələbələrin iştirakı ilə təşkil edilən mədəni-ictimai-siyasi tədbirlərin sayı.
1.6. Məzunların potensialından daha səmərəli istifadə edilməsi mexanizminin yaradılması.
1.6.1. Məzunlar üçün “məcburi xidmət” prinsipi (dövlət və ya ictimai tələbatlar baxımından “məcburi xidmət”ə ehtiyac duyulan sahələr, “məcburi xidmət” müddəti, “məcburi xidmət” şərtləri və s. məsələlər) üzrə qaydaların və normativlərin hazırlanması.
Mütəmadi
Təhsil Nazirliyi
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Maliyyə Nazirliyi
Ölkəyə qayıdan məzunların xüsusi çəkisi.
1.6.2. Məzunların işlə təmin edilməsi məqsədi ilə dövlətlə işəgötürənlər arasında əməkdaşlığın qurulması
Mütəmadi Təhsil Nazirliyi
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya, Gənclər və İdman
İşlə təmin olunan məzunların sayı.
74
Nazirliyi
TƏHSİLİN İQTİSADİYYATI
Təhsil sahəsi üzrə sosial-iqtisadi göstəricilərin proqnozlaşdırılması, təhsil sistemi üzrə dövlət
büdcəsi layihəsinin hazırlanması, təhsil müəssisə, idarə və təşkilatların, mərkəzləşdirilmiş tədbirlərin
maliyyələşdirilməsi, o cümlədən müxtəlif dövlət proqramlarının maliyyə təminatının həyata keçirilməsi,
Nazirliyin birbaşa tabeliyində olan ali və orta ixtisas məktəblərində, peşə lisey və peşə məktəblərində,
ümumi orta təhsil müəssisələrində tələbə və şagird qəbulu göstəricilərinin proqnozlaşdırılması, təhsilin
şəbəkəsinə aid analitik və statistik göstəricilərin hazırlanması, yeni tədris müəssisələrinin yaradılması və
tipinin dəyişdirilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında təkliflərin irəli sürülməsi təhsilin
iqtisadiyyatının prioritet istiqamətləridir. Təhsil ocaqlarında mühasibat uçotu və hesabatının təşkili və
düzgün aparılmasına metodik köməkliyin göstərilməsi, ayrı-ayrı tədris müəssisələri tərəfindən təqdim
olunmuş mühasibat hesabatlarının təhlili və icmal mühasibat hesabatlarının hazırlanması da təhsilin
iqtisadiyyatının aparıcı sahələrindəndir.
Təhsil işçilərinin əmək və əmək haqqı məsələləri ilə bağlı normativ sənədlərin, o cümlədən
təhsilin ayrı-ayrı sahələri üzrə nümunəvi ştatların hazırlanması, pedaqoji və digər işçilərin əməyinin
ödənilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi, əmək və əmək haqqı ilə bağlı
normativ sənədlərin yerlərdə düzgün tətbiq edilməsinin təmin edilməsi məqsədi ilə tədris müəssisələrinə
təşkilati-metodik köməkliyin göstərilməsi də diqqət mərkəzində olan məsələlərdəndir.
Təhsil Nazirliyinin tabeliyində olan müəssisə, idarə və təşkilatlarda ödənişli əsaslarla kadr
hazırlığından, kurs tədbirlərindən və yenidənhazırlanmadan, tədris istehsalatından, təlim təsərrüfatından
və s. daxilolmalar əsasında formalaşan büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının Maliyyə
Nazirliyi ilə razılaşdırılaraq tərtib edilməsi təhsilin iqtisadiyyatına aid vacib sahələrdən biridir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən dövlət büdcəsi vəsaitlərinin
təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə büdcə təşkilatlarında büdcə
və büdcədənkənar vəsaitlər üzrə xərc smetalarının təftişi və auditin nəticələrinin təhlili təhsilin
iqtisadiyyatının ayrılmaz tərkib hissəsini təşkil edir.
Təhsilin iqtisadiyyatı sahəsinin fəaliyyəti bir sıra xüsusi əhəmiyyətli tədbirlərin və icrası birbaşa
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət proqramlarının maliyyə təminatı ilə bağlı vəsaitlərin
proqnozlaşdırılması, bu məqsədlərlə maliyyələşmənin həyata keçirilməsi məsələlərini əhatə edir. Bu
baxımdan yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin
pulsuz dərsliklərlə təmin olunması, Dövlət İnvestisiya Proqramı çərçivəsində ümumtəhsil məktəblərinin
tikintisi və əsaslı təmiri, məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir
informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər, ölkə Prezidentinin müvafiq sərəncam və
fərmanları ilə xüsusi təqaüdə layiq görülən gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi,
ümumtəhsil məktəblərinin tədris laboratoriyaları (fizika, kimya, biologiya) ilə təminatı, Bakı və Gəncə
76
Uşaq Kəndlərinin və SOS Gənclər Evinin saxlanılması, ilin ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı
müəllimi mükafatlarının ödənilməsi və digər xüsusi əhəmiyyətli tədbirlərin maliyyələşməsini qeyd etmək
olar.
Maliyyə islahatları. Rasionallaşdırma. 2007-ci ildən maliyyə islahatlarının reallaşdırılması
istiqamətində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilməklə 3 rayonun (Ucar, İsmayıllı rayonları,
Şirvan şəhəri) 59 məktəbində adambaşına maliyyələşmənin tətbiqi üzrə eksperimentlərə başlanmışdır.
Mövcud malliyələşdirilmədən fərqli olaraq adambaşına maliyyələşdirmə bir sıra üstünlüklərə malikdir:
§ məktəblərin maliyyələşməsi sahəsində subyektivlik halları aradan qaldırılır. Belə ki,
hazırda məktəblərin maliyyələşməsi ötən ilin büdcəsinə istinadən aparılır. Yeni sistemdə
isə maliyyələşmə mövcud imkanlar çərçivəsində məktəbin ehtiyaclarının daha real
nəzərə alınmasına imkan verən vahid düstur əsasında müəyyənləşdirilir;
§ büdcənin tərtibində məktəb rəhbərliyinin iştirakı təmin edilir. Nəzərdə tutulan maliyyə
vəsaitinin məktəblərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki,
təhsilin keyfiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırmasının daha səmərəli
təşkilinə, onların xaricdə treninq və seminarlara cəlbinə, təlim materiallarının alınması,
innovasiyaların tətbiqi və digər inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsi mümkün
olur;
§ büdcə vəsaitindən səmərəli istifadə mümkün olur. Belə ki, zərurət yarandığı hallarda hər
hansı bir xərc maddəsi üzrə istifadə edilməyən vəsaitin digər ehtiyaclara yönəldilməsi
üçün məktəbə salahiyyət verilir;
§ büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaradılır.
Belə ki, məktəbin xəzinə hesabı olduğu üçün, büdcədənkənar vəsaitlər üçün də xəzinədə
hesab açmaq imkanı əldə edir.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin vəzifələrindən biri də başlanmış maliyyə
islahatlarının qiymətləndirilməsi və Hökumətə tövsiyələrin verilməsi olacaqdır.
Ölkənin bütün təhsil müəssisələrində dünyanın inkişaf etmiş ölkələrində çoxdan tətbiq edilən,
təhsilə ayrılan maliyyə resurslarından daha səmərəli istifadəyə və bilavasitə təhsilin keyfiyyətinin
yüksəldilməsinə xidmət edən adambaşına maliyyələşmə və ya vauçer sisteminə keçid mühüm vəzifə kimi
qarşıda durur.
Bununla yanaşı həmin şəhər və rayonlarda “Məktəb qrantı proqramı” həyata keçirilmişdir.
Proqramın məqsədi məktəblərə əlavə maliyyə vəsaiti verməklə onlarda innovasiyaların tətbiqi
istiqamətində maliyyənin idarə edilməsi üçün lazımi bacarıqların formalaşdırılması olmuşdur. Proqram üç
mərhələdə həyata keçirilmiş və hər biri 5000 ABŞ dolları olmaqla ümumilikdə 865 min ABŞ dolları
həcmində 173 qrant layihəsi həyata keçirilmişdir. Maliyyə müstəqilliyi verilmiş 59 məktəbin hamısı qrant
proqramı müsabiqəsində uğur qazanmış və qrant vəsaitlərini özləri idarə etmişlər.
77
Eyni zamanda Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarında rasionallaşdırma planları çərçivəsində
41 məktəb əsaslı təmir olunmuş, mebel və İKT avadanlıqları ilə təchiz edilmişdir ki, bu da Azərbaycanda
məktəb infrastrukturunun müasirləşdirilməsi prosesinə öz töhfəsini vermişdir.
Ümumiyyətlə məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində qarşıda duran əsas
vəzifələrdən biri Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində bu sahədə dövlət proqarmının
hazırlanması və nəqliyyat vasitələri məsələsinin həlli ilə proqramın həyata keçirilməsidir.
78
TƏHSİLİN İDARƏ OLUNMASININ MƏLUMAT SİSTEMLƏRİ
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının istisnasız olaraq hər bir fəaliyyət
sahəsinə nüfuz etməsi dünyanı nəhəng informasiya məkanına çevirmişdir. Təhsilin idarəolunmasının
məlumat sistemlərinin (TİMS) işlənilməsi və təhsildə İKT-nin tətbiqi üzrə proqramların həyata
keçirilməsi, bütün təhsil müəssisələrində TİMS-lə bağlı dövlət siyasətinin reallaşdırılmasına təşkilati-
pedaqoji və metodik köməklik göstərilməsi, təhsilin inkişafı sahəsində proqnozlaşdırmanın aparılması,
milli təhsil resurslarının formalaşdırılması və inkişaf etdirilməsi müasir dövrdə olduqca mühüm
əhəmiyyət kəsb edir.
Bu mənada ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin İKT ilə
təminatı Proqramı (2005-2007-ci illər)” ümumi təhsilin inkişafında tarixi nailiyyət kimi
qiymətləndirilməlidir. Həmin Proqramın yerinə yetirilməsi nəticəsində ölkə üzrə 3739 məktəbə 31677
kompüter və ona uyğun digər İKT avadanlığı verilmişdir. Eyni zamanda 1103 məktəbə noutbuk və
proyektor verilmişdir. Beləliklə ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 20 şagirdə 1 kompüter
nisbəti təmin edilmişdir. Halbuki proqramaqədərki dövrdə bu göstərici 1000 şagirdə 1 kompüter
nisbətində idi.
Ölkəmizin təhsil tarixində ilk dəfə olaraq fənlər üzrə elektron təlim materialları və əyani vəsaitlər
hazırlanıb məktəblərə çatdırılmış, bir neçə məktəbdə “elektron məktəb” layihəsinə başlanmışdır.
Proqramın tələbinə uyğun olaraq dünyanın İKT sahəsində tanınmış Mikrosoft, “Intel”, “Cisco
Systems”, “HP” şirkətləri ilə birgə layihələr üzrə səmərəli əməkdaşlıq edilmiş, 40.000-dən artıq müəllim
və məktəb rəhbəri treninqlərdən keçərək müvafiq bacarıqlara yiyələnmişdir.
“Məktəb şəbəkəsi” hesabat formasına uyğun təlim dilləri üzrə (siniflər göstərilməklə) hər dərs
ilinə dair məlumatlar, ümumtəhsil məktəblərinin hər dərs ili üçün “Statistika hesabatı” (1-ÜM №-li
forma) ilə bağlı məlumatlar bazaya daxil edilir, yığılan məlumatlar əsasında məktəblərdə şagird sıxlığı,
müəllim-şagird nisbəti, pedaqoji işçilərin, şagirdlərin və siniflərin sayı, məktəb binasının vəziyyəti və İKT
avadanlıqlarının sayı ilə bağlı hesabatlar alınır. Hər tədris ili üçün “Orta təhsil kursu” üzrə
mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanlarla bağlı buraxılış sinif şagirdlərinin adlı siyahısı
məlumat bazasına yerləşdirilir. Buraxılış sinifləri üçün sınaq və yekun imtahanlar TİMS bazasının
məlumatları əsasında aparılır. İmtahanların nəticələrinə görə şagirdlərə verilən şəhadətnamə, yaxud
attestatların nömrələri məlumat bazasına daxil edilib.
Hazırda TİMS bazasında 1.400.000-dən çox şagird və 200.000-dən çox müəllim və digər işçilər
haqqında məlumat yerləşdirilib. Təqdirəlayiq haldır ki, bazaya məlumatların daxil olunması məhz
məktəblərin (Təhsil şöbələrinin) özləri tərəfindən aparılır və həmin məlumatlar dərs ili ərzində daim
yenilənir.
79
Görülmüş işlərin nəticəsi olaraq statistik hesabatların proqram təminatı tərəfindən
formalaşdırılması və həmin hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaranmışdır.
Dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “Təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı (2008-2012-ci illər)” təhsil sahəsində İKT-nin tətbiqi üzrə daha həlledici mərhələnin
başlanğıcı olmuşdur. Proqramın daha səmərəli idarə edilməsi məqsədilə Təhsil Nazirliyi nəzdində
İnformasiya və kommunikasiya texnologiyaları idarəsi yaradılmışdır.
Proqrama əsasən 1000 məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, elektron tədris
resursları bazası, vahid təhsil portalı yaradılmış, çevik idarəetmə və qərarqəbuletməyə xidmət edən
DATA mərkəzi yaradılmışdır. Həmin mərkəzdə məktəblər üçün İKT resurslarından istifadə etmək,
internetə yalnız bu mərkəz vasitəsilə qoşulmaq imkanı yaradılmışdır. DATA mərkəzin texniki imkanları
şagirdlərin təhsilyönümlü məlumat və təsvirlərdən istifadəsini, zərərli informasiya və təsvirlərdən təcrid
olunmasını mümkün edir.
Proqram çərçivəsində məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta ixtisas məktəbləri İKT
avadanlığı ilə təmin ediləcək, təhsil müəssisaələrində şəbəkə infrastrukuru yaradılacaq, fənlər üzrə
elektron tədris və metodiki vəsaitlər hazırlanacaq, müəllimlər və rəhbər heyət üçün treninqlər və
ixtisasartırma tədbirləri təşkil ediləcək.
Təkmil məlumat bazasının formalaşdırılması və çevik idarəetmənin tətbiqi məqsədilə bütün təhsil
pillələrinin əhatə olunması məqsədilə Nazirlikdə Təhsilin İdarəolunmasının Məlumat Sistemi (TİMS)
modullarının artırılması və sistemin təkmilləşdirilməsi, rayon, şəhər təhsil şöbələrində TİMS-in
qurulması, istifadəçilərin hazırlanması da nəzərdə tutulmuşdur.
80
MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ
Təhsil sahəsində həyata keçirilən qiymətləndirmə siyasətinin əsas istiqamətləri ölkənin
ümumtəhsil sistemində beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə sisteminin hazırlanması və
həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Azərbaycanda “qiymətləndirmə” dedikdə bəziləri bunu yalnız təhsilalanın təlim nəticələrinə aid
olan məsələ kimi qəbul edirlər. Lakin dünya təcrübəsində təhsilalanın biliyinə verilən qiymət həm də
müəllimlərin və məktəbin fəaliyyətinə, valideynin təhsilə münasibətinə, məktəb rəhbərlərinin peşəkarlıq
səviyyəsinə verilən qiymət kimi qəbul edilir.
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi
üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi,
müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin
təhlilinin, müvafiq hesabatların aparılması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şkalaya keçidlə əlaqədar bəzi
regionlarda eksperimentlər aparılmışdır. Nəticə göstərmişdir ki, bal sistemindən asılı olmayaraq, tətbiq
edilən qiymətləndirmə sistemi şagirdlərin inkişafını sistemli şəkildə izləməyə imkan vermir, şagirdin
nailiyyəti keyfiyyət baxımından deyil, kəmiyyət baxımından qiymətləndirilir. Nəticədə şagirddə özünün
səviyyəsi barədə dolğun fikir formalaşmır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli prosesdir. Bu proses sadəcə
şagirdin nail olduğu təlim nəticələrinin səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin
keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Başqa sözlə, qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir
amil kimi meydana çıxır.
Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesində
şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə saxlanılması, onların irəliləyişlərinin, yaxud geriləmələrinin
izlənilməsi və bu məqsədlə monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur. Məhz həmin
monitorinqlərin nəticələri təlim prosesinin optimal qurulması, müəllimlərin işinin təkmilləşdirilməsi,
habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişiliklərin olunması haqqında müvafiq qərarlar qəbul
etməyə imkan verir.
Yeni fənn kurikulumlarında məzmun standartları ilə yanaşı, qiymətləndirmə standartları da öz
əksini tapmışdır. Həmin standartlar məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə şagirdlərin
hansı səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət edir.
Bununla belə, etiraf etmək lazımdır ki, məzmun standartlarının reallaşdırma səviyyəsini əks
etdirən bu cür qiymətləndirmə standartlarının hazırlanması və tətbiqi sahəsində kifayət qədər səriştəyə
malik olmaq üçün daha ciddi çalışmaq, toplanmış təcrübəni daha da artırmaq tələb olunur. Ona görə də
ayrı-ayrı fənlər üzrə bügün üçün müəyyən edilmiş qiymətləndirmə standartlarının növbəti illərdə qismən
81
dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr aparılması təbii qəbul olunmalıdır. Eyni zamanda
standartlarda təsbit olunmuş biliklər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya (deklarativ, prosedural,
kontekstual) bölündüyündən onların reallaşdırılması üzrə tələb edilən bacarıqlar da fərqli müəyyən edilir.
Məsələn, deklarativ biliklər bilavasitə yaddaşa əsaslanır, zəruri informasiyaların, təriflərin, terminlərin
mənimsənilməsini nəzərdə tutur. Ona görə də bu proses “bilmə” və “anlama” fəaliyyətləri ilə əlaqədar
olur. Prosedural biliklər tətbiq, kontekstual biliklər isə tədqiqatçılıq, yaradıcılıq fəaliyyəti ilə bağlıdır.
Göründüyü kimi, biliklərə görə fəaliyyətin xüsusi çəkisi müxtəlif olduğundan onların hamsını 4 səviyyə
ilə qiymətləndirməyə bəlkə də ehtiyac yoxdur. Bu mənada axtarışların və tədqiqatların genişləndirilməsi
çox vacibdir.
Qeyd edilən məsələlərin mütəşəkkil həllinə başlamaq üçün Təhsil Nazirliyi tərəfindən
“Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” hazırlanmış və
həmin Konsepsiya Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Konsepsiyada müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər, şagird nailiyyətlərinin
qiymətləndirilməsi sisteminin vəzifələri, şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri,
əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin
hazırlanması, məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu, şagird nailiyyətlərinin və
irəliləyişlərinin monitorinqi sistemi, kurikulum üzrə qiymətləndirmə (şagird fəaliyyətinin təlim
standartlarına uyğunluğunun müəyyənləşdirilməsi), buraxılış imtahanları (ümumtəhsil pillələri üzrə yekun
qiymətləndirmə), milli qiymətləndirmənin məqsədləri, milli qiymətləndirmə üzrə təlimatların məqsədi və
strukturu, beynəlxalq qiymətləndirmənin mahiyyəti və məzmunu, beynəlxalq qiymətləndirmə proqramı
üzrə həyata keçiriləcək əsas tədbirlər öz əksini tapmışdır.
Konsepsiyanın və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf Proqramının həyata
keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi gözlənilir:
§ təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində islahat aparılması üçün
uzunmüddətli strategiya işlənib hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq, fəaliyyət
vahid mövqedən koordinasiya olunacaq;
§ təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçirilməsi metodologiyası,
qiymətləndirmə standartları və vasitələrinin yaradılması və tətbiqi üçün müvafiq təlimatlar
hazırlanacaq, bu fəaliyyət kurikulum islahatı ilə əlaqələndiriləcək;
§ şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil sistemində yeni
monitorinq xidməti təşkil ediləcək, ümumtəhsil pilləsindən professional pilləyə keçiddə
mərkəzləşdirilmiş buraxılış imtahanının keçirilməsi təmin olunacaq;
§ milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ tələbləri, attestasiya
prosedurlarını nəzərdə tutan təlimatlar hazırlanacaq;
82
§ milli qiymətləndirmə vasitəsilə şagirdlərin nail olduğu təlim nəticələri dəyərləndirilməklə təhsilin
dövlət standartlarının monitorinqi aparılacaq;
§ təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurikulumun hazırlanması
üçün əsas təlim nəticələri təyin olunacaq, kompetensiyalara əsaslanan yanaşmanın
məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparılacaq;
§ milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi aparılacaq, nəticələr
təhlil olunacaq və məntiqi əsaslandırılacaq hesabatvermə prosedurları əsasında nümunəvi
hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
§ qiymətləndirməni həyata keçirmək məqsədi ilə müəllimlərin ixtisasartırma və maarifləndirilməsi
işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq;
§ beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları, təlimatlar əsasında
ölkədə şagirdlərin beynəlxalq qiymətləndirilməsi proqramı və digər proqramlar həyata keçiriləcək,
qiymətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq qurumlarla əlaqələr
yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir.
Konsepsiyaya əsasən dünyada qəbul olunmuş və tətbiq etdiyimiz qiymətləndirmə sistemi
indikindən fərqli olaraq 3 komponenti - məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edir.
Yeni sistemdə şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır, şagirdin əvvəlki illərdə və buraxılış
sinfində nəticələri nəzərə alınır.
“Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə
keçirilməsi haqqında Qaydalar” hazırlanaraq istifadə üçün yerli təhsil orqanlarına, məktəb direktorlarına
çatdırılmış və Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində kurikulum tətbiq olunan siniflər
üçün məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları hazırlanmış və KİV vasitəsilə pedaqoji
ictimaiyyətə təqdim edilmişdir.
Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tərəfdaş ölkələrindən biri
kimi 2004-cü ildən PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) çərçivəsində ölkənin təhsil
müəssisələrində oxuyan 15 yaşlı şagirdləri “Yaşamaq üçün öyrənmək” proqramında iştirak edir. Bu
proqram üzrə qiymətləndirmə hər üç ildən bir oxu, riyaziyyat və təbiət fənləri üzrə keçirilir. Test
tapşırıqları beynəlxalq məsləhətçilər qrupu tərəfindən hazırlanır və təşkilata üzv ölkələrin mütəxəssisləri
ilə razılaşdırılır. Azərbaycan Respublikasında PISA-2006 və PISA-2009 beynəlxalq şagird
qiymətləndirilməsi proqramları həyata keçirilib. Hazırda PISA-2009-un nəticələrinə dair toplanan
məlumatların təhlili istiqamətində işlər davam etdirilir.
Eyni zamanda, ölkəmiz IV və VIII sinif şagirdlərinin oxu, riyaziyyat və təbiət fənlərinin kuri-
kulum üzrə beynəlxalq qiymətləndirilməsi – TIMSS və PIRLS proqramlarına da qoşulmuşdur. Hazırda
83
şagirdlərin kurikulum üzrə beynəlxalq qiymətləndirlməsinin aparılması istiqamətində zəruri işlər görülür
və 2010-cu ilin fevral-aprel aylarında bu qiymətləndirmənin sınaq mərhələsinin aparılması nəzərdə
tutulur.
Dünya təcrübəsinə əsaslanaraq hər üç ildən bir Azərbaycan Respublikasının ümumtəhsil
məktəblərində IV və IX sinif şagirdlərinin ana dili və riyaziyyat fənləri üzrə milli qiymətləndirilməsi
aparılır və şagirdlər təlim məqsədlərinə uyğun hazırlanan suallara cavab verir. Şagirdlər, onların
valideynləri, fənn müəllimləri və məktəb rəhbərləri sorğularda iştirak edir, müəyyən məqsədlərlə
hazırlanan və təhsilin vəziyyətini öyrənməyə xidmət edən suallara cavab verirlər. İmtahanların və
sorğuların nəticələri beynəlxalq tələblərə cavab verən xüsusi qiymətləndirmə proqramı ilə emal olunur,
nəticələri geniş təhlildən sonra təhsil ictimaiyyətinə çatdırılır. Həyata keçirilən qiymətləndirmələrin
nəticələrindən kurikulumların, təlim strategiyalarının təkmilləşdirilməsində, ümumiyyətlə, perspektivlərin
müəyyənləşdirilməsində istifadə olunur.
Məktəbdaxili qiymətləndirmənin mühüm tərkib hissəsi olan buraxılış imtahanlarının forma və
məzmunca təkmilləşdirilməsi, yeni mexanizmlərin tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldı.
İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq, optik oxuyucu qurğu tətbiq edilməklə, 2005-2006-cı
dərs ilindən etibarən orta təhsil kursu üzrə mərhələlərlə buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılmasına başlanılmışdır. Bu işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün ilkin olaraq
eksperiment qaydasında Bakı şəhərinin Xətai və Respublikanın İmişli rayonlarının ümumtəhsil
məktəblərində təlimati işlər aparılmış, şagirdlərin test sualları üzrə imtahanlara hazırlaşmasını təmin
etmək məqsədilə sınaq (yoxlama) imtahanları keçirilmişdir. Sonrakı illərdə bu eksperimentin həyata
keçirilmə dairəsi tədricən genişlənib və 2008-2009-cu dərs ilindən ölkənin bütün ümumtəhsil
məktəblərini və peşə liseylərini əhatə etmişdir. Ümumtəhsil məktəblərinin buraxılış sinifləri və peşə
liseylərinin III kurs şagirdləri səkkiz fəndən – ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika,
kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən orta təhsil kursu üzrə buraxılış imtahanları verirlər.
2009-2010-cu dərs ilində ölkədə ümumtəhsil müəssisələrinin IX və XI siniflərində növbəti
buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir.
Təcrübə göstərmişdir ki, mərkəzləşdirilmiş imtahan formasının tətbiqi, ənənəvi sistemdən fərqli
olaraq, bir sıra üstünlüklərə malikdir. Belə ki, imtahanlar bir qayda olaraq bir gündə neytral mərkəzlərdə
keçirilir, nəticələr texniki vasitələrlə yoxlanılır və qısa zamanda elan edilməklə subyektivlik minimuma
endirilir, təhsil orqanlarının, məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin
məsuliyyətini artıran vacib amilə çevrilir, keyfiyyətin idarə olunması sahəsində etibarlı mənbə kimi çıxış
edir, təhsil orqanları, məktəblər və müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə, şagirdlərin ali
məktəblərə daha sistemli hazırlığına xidmət edir.
84
Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması imtahan prosesində subyektiv
amillərin aradan qaldırılmasına, obyektivliyin və şəffaflığın təmin edilməsinə, təhsilin keyfiyyətinin
idarəolunmasına nəzarətin həyata keçirilməsinə mühüm təsir göstərir.
Ümumtəhsil məktəblərində kurikulumlarla bağlı yeni qiymətləndirmə sisteminin tətbiqi
şagirdlərin təhsilə münasibətinin dəyişməsinə, onların qiymət almaq xatirinə deyil, həqiqətən müəyyən
bilik, bacarıq və dəyərlər sisteminə yiyələnməsinə səbəb olacaq və nəticə etibarı ilə Azərbaycan təhsil
sisteminin Dünya təhsil sisteminə inteqrasiyası prosesini sürətləndirəcəkdir.
85
TƏHSİL NAZİRLİYİNDƏ HESABATVERMƏ SİSTEMİ
Struktur dəyişikliklərinin daha səmərəli aparılması məqsədilə Nazirlikdə yeni hesabatvermə
sistemi mövcuddur. Respublika təhsil sistemində strateji təhlil və planlaşdırma sahəsində işin daim
təkmilləşdirilməsi istiqamətində Nazirlikdə strateji planlaşdırmanın icrası prosesi nəzərə alınaraq,
müvafiq struktur bölmələrin il ərzində gördükləri işlərə dair hesabatları nəzərdən keçirilir, Nazirliyin cari
ildə gördüyü işlərə dair ümumi hesabatı və növbəti il üçün illik fəaliyyət planı hazırlanır. Belə ki, yeni
hesabatvermə modelinə əsasən hər ilin sonunda Nazirliyin struktur bölmələri tərəfindən hesabatlar təqdim
edilir və bütün əməkdaşların fəaliyyəti qiymətləndirilir. Nazirliyin əməkdaşlarının qiymətləndirilməsi
üçün xüsusi qiymətləndirmə sənədi hazırlanmış, həmin əməkdaşlar ilk növbədə şöbə və sektor müdirləri,
daha sonra təhsil naziri tərəfindən fəaliyyət meyarlarına əsasən, yəni, peşə bilikləri, təhlil aparmaq,
problemi həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi
və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər, il ərzində xidməti
fəaliyyətində qazandığı uğurlar, idarəetmə, xarici dil və kompüter bilikləri sahələri üzrə
qiymətləndirilirlər.
Nazirliyin müəyyən əməkdaşları perspektivli kadr kimi müəyyənləşdirilərək ehiyat kadrlar
siyahısına daxil edilmiş və nəticədə struktur dəyişiklikləri aparılarkən qiymətləndirmənin nəticələri
nəzərə alınır.