sosial işçi - wordpress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya...

31
www.dios.az İngilis dilində adı: Social worker Sosial işçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsinin “ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində “GOPA Consultants” və “SEFT Consulting” tərəfindən hazırlanmışdır. Nümunəvi peşə standartı Peşə standartı üzrə qiymətləndirmə nümunəsi Müəssisələr üçün nümunəvi təlim standartı N: 2635-4-00172-01

Upload: others

Post on 26-Jun-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

www.dios.az

İngilis dilində adı: Social worker

Sosial işçi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsinin “ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində “GOPA Consultants” və “SEFT Consulting” tərəfindən hazırlanmışdır.

Nümunəvi peşə standartıPeşə standartı üzrə qiymətləndirmə nümunəsi

Müəssisələr üçün nümunəvi təlim standartı

N: 2635-4-00172-01

Page 2: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

2

İstı̇fadə olunan anlayışlar

Termin Açıqlaması

Bacarıq Verilmiş iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək qabiliyyətidir.

Bacarıq səviyyəsi Həyata keçirilən fəaliyyətlərin əhatəliliyi və mürəkkəbliyi ilə müəyyən olunur, burada fəaliyyətlərin mürəkkəbliyi əhatə üzərində üstünlüyə malikdir. Hər bir bacarıq səviyyəsi üzrə müvafiq bilik səviyyəsi tələb olunur. ISCO da, eləcə də Məşğulluq Təsnifatında aşağıdakı dörd geniş bacarıq səviyyəsi müəyyən edilir:

Birinci bacarıq səviyyəsi

Birinci bacarıq səviyyəsi üzrə peşələr sadə və dövri fiziki fəaliyyətlərin yerinə yetirilməsini zəruri edir. Bundan əlavə, birinci bacarıq səviyyəsində bir çox peşələr fiziki güc və dözümlülük tələb etdiyi halda, əksəriyyətində sadə yazıb-oxuma və rəqəmlərlə işləmə bacarığı tələb olunur. Bu bacarıqlara ehtiyac duyulduğu halda belə, onlar işin əsas hissəsini təşkil etmir.

Birinci bacarıq səviyyəsinə daxil olan bəzi peşələrdə səriştəli fəaliyyət üçün ibtidai təhsili və ya əsas təhsilin birinci mərhələsini başa vurmaq (ISCED üzrə 1-ci səviyyə) tələb oluna bilər. Bəzi işlər üçün isə iş yerlərində qısamüddətli təlimlər tələb oluna bilər.

Birinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr ixtisası olmayan işçi qüvvəsini əhatə edir.

İkinci bacarıq səviyyəsi

İkinci bacarıq səviyyəsi üzrə bütün peşələrdə səriştəli fəaliyyət üçün tələb olunan bilik və bacarıqlar, adətən, ümumi orta təhsilin birinci mərhələsini başa vurmaqla (ISCED üzrə 2-ci səviyyə) əldə olunur. Bəzi peşələrdə ümumi orta təhsilin ikinci mərhələsini bitirmək zəruri hesab olunur (ISCED üzrə 3-cü səviyyə) ki, bura ixtisaslaşmış peşə təhsili və iş yerlərində həyata keçirilən təlim də daxil ola bilər. Müəyyən peşələr ümumi orta təhsili bitirdikdən sonra ilk peşə-ixtisas təhsili almağı (ISCED üzrə 4-cü səviyyə) tələb edir. Bəzi hallarda isə iş təcrübəsi və iş yerlərində həyata keçirilən təlim formal təhsili əvəz edə bilər.

İkinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə ixtisaslı işçilər daxildir.

Üçüncü bacarıq səviyyəsi

Üçüncü bacarıq səviyyəsindəki peşələr, adətən, ixtisaslaşmış sahə üzrə geniş praktiki, texniki və metodoloji biliklər tələb edən mürəkkəb texniki və praktiki fəaliyyətlərin yerinə yetirilməsini əhatə edir. Bu bacarıq səviyyəsi üzrə peşələr, ümumiyyətlə, yüksək səviyyədə yazıb-oxuma və rəqəmlərlə işləmə bacarığı, eləcə də inkişaf etmiş ünsiyyət bacarığı tələb edir.

Üçüncü bacarıq səviyyəsi üzrə tələb olunan bilik və bacarıqlar, adətən, ümumi orta təhsil bazasına əsaslanan təhsil müsəssisələrində 1-3 illik təhsil vasitəsi ilə əldə olunur (ISCED üzrə 5b səviyyəsi). Azərbaycanda bu bacarıq səvviyyəinə uyğun təhsil adətən orta ixtisas təhsili müəssisələrində (kolleclər) verilir. Bəzi hallarda müvafiq sahə üzrə geniş iş təcrübəsi və iş yerlərində həyata keçirilən uzunmüddətli təlim formal təhsili əvəz edə bilər.

Page 3: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

3

Bilik

Üçüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr əsasən texniki işçiləri əhatə edir.Dördüncü bacarıq səviyyəsi

Dördüncü bacarıq səviyyəsinə, adətən, ixtisaslaşmış sahə üzrə geniş nəzəri və praktiki biliklər əsasında mürəkkəb problemlərin həlli və qərarların qəbul edilməsini tələb edən fəaliyyətlərin yerinə yetirilməsi daxildir. Bu bacarıq səviyyəsi üzrə peşələr, ümumiyyətlə, yüksək səviyyədə yazıb-oxuma və rəqəmlərlə işləmə bacarığı, eləcə də təkmilləşmiş ünsiyyət bacarığı tələb edir.

Dördüncü bacarıq səviyyəsi üzrə tələb olunan bilik və bacarıqlar, adətən, ali təhsil müəssisələrində birinci və ya daha yüksək elmi dərəcənin verilməsi ilə yekunlaşan 3-6 illik təhsil vasitəsi ilə əldə olunur (ISCED üzrə 5a səviyyəsi və ya daha yüksək səviyyə). Bu bacarıq səvviyyəsi üçün Azərbaycanda adətən bakalavriat və daha yüksək təhsil pillələri uyğun gəlir.

Dördüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə menecerlər, mühəndislər, müəllimlər, həkimlər və s. daxildir ki, bunlar çox faxt peşəkarlar adlandırılır.

Təhsil və ya təcrübə vasitəsilə əldə edilən məlumat və faktlar toplusunu əhatə edir.

Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün tələb olunan səriştələrə əlavə olaraq, arzuolunan faydalı səriştələri əhatə edir. Buraya əmək fəaliyyətini təkmilləşdirə bilən, bir çox peşələr üçün ümumi olan və gələcəkdə tələb olunacaq səriştələr daxildir. Bunlar işçilərin fəaliyyətinin qiymətləndirilməsi üçün əsas kimi çıxış etmir.

Harada və necə təhsil almasından asılı olmayaraq, qeydə alınmış ixtisaslar və vahid standartlar baxımından insanların əvvəlki təliminin tanınması prosesidir. İnsanlar təhsil müəssisəsində formal təlim keçmələrindən və ya qeyri-formal, yaxud informal təlim əldə etmələrindən asılı olmayaraq, öyrənmə prosesini heç vaxt dayandırmırlar.

Əvvəlki təlimin qiymətləndirilməsi və tanınması prosesi aşağıdakı kimidir:

• Şəxsin nə bildiyi və nə bacardığının müəyyənləşdirilməsi;• Şəxsin bilik və bacarıqlarının xüsusi standartlar, səriştələrin

qiymətləndirilməsi üzrə əlaqəli meyarlar ilə müqayisə edilməsi;• Bu standartlara münasibətdə təlimin qiymətləndirilməsi;• Şəxsin formal, qeyri-formal və informal təlimlər vasitəsilə keçmişdə

topladığı bacarıq, bilik və təcrübənin tanınması.

Fərdin vəzifələrinin bir hissəsi olan iş və ya məsuliyyəti əks etdirir. Buna görə də vəzifə bir sıra fəaliyyətlərə bölünür.

Azərbaycan Respublikasında akreditə olunmuş təhsil və təlim müəssisələrində həyata keçirilir, dövlət təhsil sənədinin verilməsi ilə nəticələnir. Təhsil müəssisələrində formal təlimlər dövlət təhsil standartlarına uyğun olaraq aparılır. Əldə edilən səriştələr testlər vasitəsilə yoxlanır və dövlət təhsil sənədi verilir.

Əlavə / ümumi səriştələr

Əvvəlki təlimin tanınması

Fəaliyyət

Formal təlim

Page 4: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

İnformal təlim Özünütəlim yolu ilə bilik və bacarıqlara yiyələnmənin formasıdır. Təhsil və təlim müəssisələrindən kənarda həyata keçirilir və təbii olaraq gündəlik həyatımızda müşahidə olunur. Formal və qeyri-formal təlimdən fərqli olaraq, informal təlim çox vaxt qeyri-ixtiyari baş verir və beləliklə, hətta fərdlərin özləri də səriştələrinin artırılmasında onun rolunu hiss etməyə bilər (məsələn, kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı əlaqələrdən və ümumi münasibətlərdən məlumatın əldə edilməsi). O, təlimin həyata keçirilməsi sahəsində (xüsusilə) ixtisaslaşmamış hər hansı bir şəxs (yəni ailə üzvləri, digər əlaqəli şəxslər və s.) tərəfindən istiqamətləndirildiyi halda, məqsədli xarakter daşıya bilər. İnformal təlim ölkə səviyyəsində qəbul edilən diplom və sertifikatların verilməsi ilə nəticələnmir.

Fərdin işəgötürən üçün və ya sərbəst məşğulluq şəraitində həyata keçirdiyi vəzifə və ya fəaliyyətlərin toplusudur (ISCO-08 -ə uyğun olaraq).

Müəyyən ideya, obyekt, şəxs və ya vəziyyətə müsbət və ya mənfi münasibəti əks etdirir.

Yanaşma fərdin fəaliyyət seçimini, çətinlik, həvəsləndirmə və mükafatlara (hamısı birlikdə stimul adlanır) cavab reaksiyasını müəyyən edir. Bu baxımdan yanaşma iş üçün xeyli vacibdir.

Yanaşmanın 4 əsas komponenti var: (1) Emosional: hiss və həyəcan; (2) İdrak: məntiqlə həyata keçirilən inam və fikirlər; (3) İradi: fəaliyyət meylləri; (4) Qiymət: stimullara mənfi və ya müsbət münasibət.

Təhsil sistemi ilə paralel şəkildə aparılır və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmur. Qeyri-formal təlimlər iş yerlərində və ya formal təlim sistemlərinə yardım üçün yaradılmış təşkilat və ya müəssisələrdə, dərnəklərdə, fərdi məşğələlərdə, vətəndaş cəmiyyəti təşkilatları və qruplarında həyata keçirilə bilər.

Səriştəni ölçmək üçün üsul və ya alətdir.

Fəaliyyət meyarı da daxil olmaqla fərdin səriştələrinin qiymətləndirilməli olduğu müxtəlif qiymətləndirmə metodlarıdır.

Qiymətləndirmə standartlarının vəzifələrini və onların yerinə yetirilmə istiqamətlərini müəyyən edir.

Peşə standartları üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini müəyyən etməkdir. Sözügedən tapşırıqlar, peşə standartında müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həlletmə biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslər ilə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir.

Peşə standartları üzrə qiymətləndirmənin məqsədlərinə, digər məsələlərlə

İş

Qeyri-formal təlim

Qiymətləndirmə metodu

Qiymətləndirmə sxemi

İşə yanaşma

Qiymətləndirmə paketi

4

Page 5: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

5

yanaşı, aşağıdakılar daxildir:

• İşəgötürmə;• Karyera yüksəlişi;• Bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən

edilməsi;• İşçi heyətinin qiymətləndirilməsi.

Qiymətləndirməni planlaşdıran zaman onun xarakterik cəhətlərinə xüsusi diqqət yetirmək lazımdır: qiymətləndirmə hansı interval çərçivəsində həyata keçirilməlidir, hansı hədəflər müəyyən edilməlidir, hansı qiymətləndirmə metodları daha məqsədəuyğundur. Qiymətləndirmə sxemi aşağıdakı qiymətləndirmə metodlarından 2 və ya 3-nü əhatə etməlidir: i) Əmək fəaliyyətinin müşahidə edilməsi; ii) İşin nəticəsinin qiymətləndirilməsi; iii) Simulyasiya; iv) Suallar (şifahi və ya yazılı); v) Layihə işi; vi) Portfel əsasında qiymətləndirmə; vii) Dinləmə qiymətləndirməsi; viii) Fərdi araşdırmalar; ix) Müştəri qiymətləndirməsi (məsələn, müştəri sorğu formaları), ekspert və şəxsi qiymətləndirmə və s.

Peşə standartı və peşə standartı üzrə qiymətləndirmə arasındakı əlaqə aşağıdakı sxemdə göstərilmişdir.

Ölkədə əmək bazarının inkişafına, beynəlxalq təcrübədə qəbul edilmiş uçot və statistikaya uyğun olaraq ISCO-08 təsnifatından istifadə edilməklə, onun genişləndirilməsi əsasında 2010-cu ildə hazırlanmışdır. Onun strukturu ISCO-08 təsnifatının strukturu ilə eynidir. MT Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20 Dekabr 2010-cu il 180 saylı qərarı ilə təsdiq edilmiş və AZT041-2010 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Yüksək oxşarlıq dərəcəsinə malik əsas vəzifə və fəaliyyətlərdən ibarət olan işlərin məcmusudur. Şəxsin hər hansı bir peşə ilə bağlılığı onun hazırda tutduğu vəzifə, əlavə və ya əvvəlki işləri vasitəsi ilə müəyyən olunur.

Konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına

Peşə

Məşğulluq təsnifatı (MT)

Peşə standartı üzrə qiymətləndirmənin hazırlanması metodologiyası/proseduraları

Vəzifələr / fəaliyyətlər. .Qiymətləndirmə sxemləri

Fəaliyyət meyarı..Qiymətləndirmə proqramı (metodlar, şərtlər və s.)

Peşə standartıTəlim standartı

Qiymətləndirmə

Peşə standartı

Page 6: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən normativ sənəddir. O, müvafiq səriştələr çərçivəsində işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, onun yerinə yetirməsi gözlənilən konkret vəzifə öhdəliklərinin və fəaliyyətlərin siyahısını özündə ehtiva edir. Peşə standartı işdəki rolu təyin etməyə, işçinin fəaliyyətini qiymətləndirməyə, eləcə də, təkmilləşmə, peşə yüksəlişi üçün yollar müəyyən etməyə və hazırlamağa kömək edə bilər.

Peşə standartları ISCO-ya və Məşğulluq təsnifatına uyğun olaraq təsnifatlaşdırılır.

Qiymətləndirmə hər hansı bir sahədə səriştənin aşkar edilməsi məqsədilə fərdin fəaliyyətinin aydın şəkildə müəyyən edilmiş standartlar ilə müqayisədə ədalətli və dəqiq şəkildə ölçülməsinə imkan verən prosesdir. İş yerinin qiymətləndirilməsi prosesi iş yeri ilə bağlı gündəlik fəaliyyətin tərkib hissəsini təşkil edir. Qiymətləndirmə zamanı əldə edilən nəticələr fərdlərə öz işlərini necə yerinə yetirdiyini öyrənməyə imkan verir. Bu, biliklərin, bacarıqların, yanaşma və davranışın inkişaf etdirilməsində, beləliklə, səriştənin nümayiş etdirilməsində onlara yardım edir.

Peşə standartı üzrə qiymətləndirmə nümunəsi qiymətləndirmə sxemi, fəaliyyət meyarları, qiymətləndirməni həyata keçirmək üçün zəruri qiymətləndirmə metodları və resurslarını əhatə edir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məsul olduğu əsas beynəlxalq təsnifatlardan biri olmaqla, beynəlxalq iqtisadi və sosial təsnifat qrupuna daxildir.

ISCO iş prosesində qarşıya qoyulan vəzifə və fəaliyyətlərə müvafiq şəkildə müəyyən edilmiş qruplara uyğun olaraq işlərin təşkilində vasitə rolunu oynayır. Onun əsas vəzifələri aşağıdakıları təmin etməkdən ibarətdir:

• Peşələrə dair statistik və inzibati məlumatların beynəlxalq hesabatını, müqayisəsini və mübadiləsini həyata keçirmək üçün baza rolunu oynamaq;

• Peşələrin milli və regional təsnifatlarının hazırlanması üçün model rolunu oynamaq;

• Bilavasitə özlərinin milli təsnifatını hazırlamayan ölkələrdə tətbiq oluna biləcək sistem rolunu oynamaq.

O, statistik və müştəri yönümlü proqramlar üçün nəzərdə tutulmuşdur. Müştəri yönümlü proqramlara iş axtaranların iş yerlərinə yönəldilməsi, ölkələr arasında işçilərin qısa və uzunmüddətli miqrasiyasının idarə edilməsi, peşə təlimi proqramları və təlimatlarının hazırlanması daxildir.

ISCO-nun ilk versiyası 1957-ci ildə qəbul edilmiş, daha sonra isə ISCO-68, ISCO-88 və hazırkı ISCO-08 versiyaları hazırlanmışdır.

Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün lazımi səviyyədə bilik, Səriştə

Peşə standartı üzrə qiymətləndirmə nümunəsi

Peşələrin Beynəlxalq Standart Təsnifatı (ISCO)

6

Page 7: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

7

bacarıq, yanaşma və davranışa malik olmaqdır.İş kontekstində istifadə olunan “Səriştə” anlayışı iş yerində tətbiq olunan bacarıqları əks etdirir. Səriştə şəxs nəyi bilir (bilik), nəyi bacarır (bacarıq), nəyi etmək istəyir (yanaşma) və bunu necə edir (davranış) məhfumlarının birləşməsinin nəticəsidir. Beləliklə, səriştə işi yerinə yetirmək üçün lazım olan texniki peşə elementləri, ümumi şəxsi xüsusiyyətlər və istəklərin birləşməsidir.

Səriştələr həmçinin işçinin fəaliyyətinin qiymətləndirilməsi üçün baza rolunu oynayır.

1970-ci illərin əvvəllərində UNESCO tərəfindən həm ayrı-ayrı ölkələrdə, həm də beynəlxalq səviyyədə təhsilə dair statistik məlumatların əldə olunması, toplanması və təqdim olunmasına xidmət edən bir vasitə kimi hazırlanmışdır. ISCED 1975-ci ildə Cenevrədə keçirilən Təhsilə dair Beynəlxalq Konfransda qəbul edilmiş və daha sonra 1978-ci ildə Parisdə keçirilən UNESCO-nun Ümumi Konfransında qüvvəyə minmişdir. Hazırda istifadə edilən təsnifat ISCED 2011-dir.

İş yerində vəzifə və fəaliyyətlərin yerinə yetirilməsi üçün zəruri səriştələri (bilik, bacarıq və yanaşmaları, həmçinin əlavə ümumi səriştələri) təsvir edir. Bu səbəbdən, onlar fəaliyyət meyarları hesab edilir və aşağıdakı hallarda istifadə olunur:

• istehsaldan ayrılmadan peşə təlimlərinin hazırlanması;• istifadəyə yararlı səriştələrin inkişaf etdirilməsi və təmin olunması

üçün təlim institutları ilə müəssisələr arasında əlaqə;• peşə təlimləri üçün təhsil standartları və kurikulumların hazırlanması.

İşin icrası üçün zəruri olan fəaliyyətləri əhatə edir.Vəzifə

Təhsilin Beynəlxalq Standart Təsnifatı (ISCED)

Təlim standartı

Page 8: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

8

Mündəricat

A. NÜMUNƏVİ PEŞƏ STANDARTI........................................................................................................ 9A.1. İşə dair xüsusi məlumat............................................................................................................... 9

A.1.1. Əmək şəraiti və standartları...................................................................................................................... 9A.1.2. İşə qəbul tələbləri......................................................................................................................................... 9A.1.3. Tabeçilik...................................................................................................................................................... 9A.1.4. Peşə standartları üçün məsuliyyət və sərbətslik səviyyələri...................................................... 10A.1.5. Karyera yüksəlişi və sərbəst məşğulluq imkanları.......................................................................... 10

A.2. Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı............... 11A.3. Səriştələr haqqında...................................................................................................................... 12A.4. Qiymətləndirmələr haqqında.................................................................................................. 12

B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ................................................. 13B.1. Fəaliyyət meyarları........................................................................................................................ 13B.2. Qiymətləndirmə ilə bağlı resurslar........................................................................................... 14B.3. Qiymətləndirmə metodları......................................................................................................... 14

B.3.1. Fəaliyyətin qiymətləndirilməsi............................................................................................................ 14B.3.2. Yazılı qiymətləndirmə.............................................................................................................................. 16

B.4. Nəticələrin qeydə alınması...................................................................................................... 20

C. NÜMUNƏVİ TƏLİM STANDARTI........................................................................................................ 21C.1. Səriştələrin qısa təsviri................................................................................................................. 21C.2. Təlim sxemi................................................................................................................................... 22C.3. Təlim ilə bağlı xüsusi məlumat................................................................................................. 27

C.3.1. Təlimin növləri............................................................................................................................................ 27C.3.2. Təlimin istiqaməti...................................................................................................................................... 27C.3.3. Əvvəlki təlimin tanınması....................................................................................................................... 27

Peşə standartının hazırlanması prosesində iştirak etmiş müəssisə nümayəndələrinin siyahısı............................................................................................................................................................... 28ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması layihəsi tərəfindən prosesin əlaqələndirilməsində iştiraketmiş şəxslərin siyahısı............................................................................................................................. 28İstinadlar...................................................................................................................................................... 29

Page 9: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

9

A. Nümunəvı̇ Peşə StandartıSosial işçi

Peşənin qısa təsviri

Sosial işçi çətin həyat şəraitində olan insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə qiymətləndirmə aparan, onların sosial xidmətə olan təlabatını müəyyən edən və sosial xidmət göstərən, habelə Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” Qanununda müəyyən edilmiş tələblərə cavab verən işçidir. Sosial işin peşəkar tətbiqi zamanı sosial işçi müəyyən olunmuş etik qaydaları bilməli və onlara əməl etməlidir.

Məşğulluq Təsnifatında (MT) peşənin kodu: 2635 (Sosial işçi, peşəkər)

MT-də ixtisas (bacarıq) səviyyəsi: 4ISCO 08-də işin kodu: 2635 (Social worker, professional)

ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: 4

Hazırlanma tarixi: Yanvar, 2013-ci il

Təsdiq edən qurum: ...

Təsdiq tarixi: ...

Təklif olunan yenilənmə tarixi: Yanvar, 2018-ci il

A.1. İŞƏ DAİR XÜSUSİ MƏLUMAT A.1.1. ƏMƏK ŞƏRAİTİ

• Təhsil, səhiyyə, penitensiar, sosial xidmət, elmi-tədqiqat müəssisələri, icma inkişafı da daxil olmaqla dövlət, qeyri-hökumət və özəl müəssisələrdə çalışır;

• İş tələb olunduğu halda yerinə yetirilir, ümumiyyətlə, tam iş günü, eləcə də axşam və həftə sonları işləmək tələb oluna bilər. Yarım iş günü və iş bölgüsü bir çox hallarda mümkündür;

• İş əsnasında psixoloji və fiziki risklərə məruz qala bilər;• Səliqəli görünüşə malik olmalı, sadə, rahat və diqqət çəkməyən geyim geyməlidir;• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları Azərbaycan Respublikasının Konstitusiyası,

Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunur.

A.1.2. İŞƏ QƏBUL TƏLƏBLƏRİ

• Əmək münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və digər norma-tiv-hüquqi aktlarla tənzimlənir;

• İşə qəbul olunarkən sağlamlıq haqqında tibbi arayış, sonradan vaxtaşırı icbari tibbi müayinədən keçmək haqqında tibbi arayış (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə nəzərdə tutulduğu hallarda) təqdim olunur.

A.1.3. TABEÇİLİKKimə tabedir: Müəssisə direktoru.Kim ona tabedir: Sosial xidmətçi və digər yardımçı işçilər.

Page 10: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

10

A.1.4. PEŞƏ STANDARTLARI ÜÇÜN MƏSULİYYƏT VƏ MÜSTƏQİLLİK SƏVİYYƏLƏRİ

Səviyyələr Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi və müstəqillik Uyğun gələn səviyyə

1Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləməkİş təkrarlanan xarakterə malikdir və mürəkkəb olmayan bir neçə funksiyanı əhatə edir.

2

Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaqTəcrübə tələb edən fəaliyyətlərin yerinə yetirilməsi və əlaqələndirilməsi üçün məsuliyyət daşımaqÖz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat verməkDigər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək

3

Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni zamanda həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək)İşə yanaşmasını dəyişən şəraitə uyğunlaşdırmaq və dövri problemlərin həlli zamanı elementar nəzəriyyələrdən istifadə etməkDigər şəxslərin gündəlik işinə nəzarət etmək, əmək fəaliyyətinin qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməkİşçilərə rəhbərlik etməkMürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək

4

Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olmaq. Mürəkkəb məsələlərin həllində geniş təcrübədən istifadə etməkGözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirməkÖzü və başqaları üçün fəaliyyət meyarları hazırlamaq, onları nəzərdən keçirmək və təkmilləşdirmək Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaqFərdlərin və qrupların peşəkar inkişafının idarə olunmasına məsuliyyət daşımaqFəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək

A.1.5. KARYERA YÜKSƏLİŞİ VƏ SƏRBƏST MƏŞĞULLUQ İMKANLARI• Təcrübə və müvafiq təhsil əsasında sosial işlər sahəsində yüksək vəzifələrə keçid imkanı vardır;• Azərbaycan Respublikasının qanunvericliyinə müvafiq olaraq kapital qoyuluşu və xüsusi lisenziya

vasitəsi ilə özünüməşğulluq üçün yaxşı imkanlar mövcuddur.

Page 11: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

11

A.2. ƏSAS VƏZİFƏLƏRİN (V) VƏ VƏZİFƏLƏR DAXİLİNDƏ FƏALİYYƏTLƏRİN (F) SİYAHISI

V.1. Çətin həyat şəraitində olan insanların müdafiəsi istiqamətində xidmətlər göstərmək:F.1.1. Çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına

yardım etmək;F.1.2. Sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına riayət

etmək;F.1.3. Sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını

təmin etmək;F.1.4. Sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda

təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırılması üçün mövcud olan imkanlar barədə məlumatlandırmaq;

F.1.5. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) kömək etmək üçün cəmiyyətdə mövcud olan resursları səfərbər etmək;

F.1.6. Sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan tərtib etmək;

F.1.7. Tərtib olunmuş xidmət planını icra etmək, mütəmadi olaraq müvafiq monitorinqlər həyata keçirmək, planının icrasının yekununu qiymətləndirmək və planın icrasını yekunlaşdırmaq;

F.1.8. İlkin qiymətləndirmə, fərdi xidmət planı, monitorinq, son qiymətləndirmə və yekunlaşdırma üzrə sənədlər hazırlamaq;

F.1.9. Layiqli və səmərəli xidmət göstərmək üçün cəmiyyətdə, iş yerində öz peşəkar və şəxsi qayğılarına qalmaq, bunun üçün lazımi addımlar atmaq;

F.1.10. Sosial ədalətin bərqərar olması üçün lobbiçilik etmək, cəmiyyəti sosial problemlər və onların həlli haqqında maarifləndirmək, cəmiyyətdəki resursların bərabər bölüşdürülməsi və inkluziv cəmiyyətin qurulması istiqamətində çalışmaq;

F.1.11. Sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləmək;

F.1.12. İşlədiyi sahədə yaşayan çətin həyat şəraitində olan insanları (ailələr) müəyyənləşdirmək;F.1.13. Müvafiq proqramlar və xidmətlər hazırlamaq.

V.2. Öz hüquqularını bilmək:F.2.1. Zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək;F.2.2. İşəgötürən tərəfindən təhlükəsizliklə təmin olunmaq;F.2.3. Xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti hesabına zəruri geyim və avadanlıqlarla

təmin olunmaq, nəqliyyat xərcləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq;

F.2.4. Peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə işəgötürənin vəsaiti hesabına əlavə təhsil almaq;

F.2.5. Nəzarətçi rəhbərlə təmin olunmaq.

V.3. Peşəkar davranış nümayiş etdirmək:F.3.1. Bilik və bacarıqlarının qeyri-hümanist məqsədlər üçün istifadə olunmasına yol verməmək;F.3.2. Sosial işin həyata keçirilməsi zamanı eqoizm, aqressvilik, sərt düşüncə, konflikt yaratma, işinə

laqeyd yanaşma, səbrsizlik, başqalarının fikirlərini qəbul etməmək kimi hallara yol verməmək;F.3.3. Xidmət göstərdikləri, işlədikləri insanlar, həmkarlar, müdirlər, peşəkar assosiasiyalar və

qanunlar qarşısında müəyyən öhdəliklərə malik olmaq, məsuliyyət daşımaq;F.3.4. Həmkarlar, müdirlər ilə etik qaydalar haqqında müzakirələr aparmaq və etik qaydalar

çərçivəsində qərarlar vermək;F.3.5. Xidmətlərdən sui istifadə edən insanların maraq və ehtiyaclarını dəstəkləməmək;F.3.6. Məlumatın məxfi saxlanmasını təmin etmək, lakin məxfilik o zaman pozula bilər ki, onun

saxlanması özünün və digərlərinin həyatını təhlükə qarşısında qoysun.

Page 12: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

12

A.3. SƏRİŞTƏLƏR HAQQINDAFərdin “sosial işçi” peşə standartı üzrə vəzifə və fəaliyyətləri həyata keçirməsi üçün zəruri olan əsas səriştələr “sosial işçi” peşəsi üzrə müvafiq təlim standartında göstərilmişdir (formal, qeyri-formal və informal təlimlər vasitəsilə əldə olunan bilik, bacarıq, yanaşma və davranış).

A.4. QİYMƏTLƏNDİRMƏLƏR HAQQINDABu peşədə fərdin fəaliyyətinin qiymətləndirilməsi prosesi “sosial işçi” peşəsi üzrə müvafiq peşə standartlarının qiymətləndirilməsində öz əksini tapır. Fərdin sistemli qiymətləndirilmələr vasitəsilə qiymətləndirilməsi işəgötürənə müxtəlif məqsədlər (yəni işəgötürmə, karyerada irəli çəkmə, heyətin qiymətləndirilməsi, təlim ehtiyaclarının qiymətləndirilməsi) baxımından faydalı ola bilər.

Page 13: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

13

B. Peşə standartı üzrəqiymətləndirmə nümunəsiSosial işçi

Qiymətləndirməyə dair qısa məlumat

Sosial işçi üçün qiymətləndirmə nümunəsi çətin həyat şəraitində olan insanların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə qiymətləndirmənin aparılması, onların sosial xidmətə olan təlabatının müəyyən edilməsi, sosial xidmətin göstərilməsi üçün tələb olunan bilik və bacarıqları müəyyən edir və qiymətləndirir. Hazırkı peşə üçün tövsiyə edilən qiymətləndirmə metodları aşağıdakılardır: (i) fəaliyyətin qiymətləndirilməsi və (ii) yazılı testlər. Sözügedən peşə üçün qiymətləndirmə proqramının nümunəsi aşağıda verilmişdir.

Məşğulluq Təsnifatında (MT) peşənin kodu: 2635 (Sosial işçi, peşəkər)

MT-də ixtisas (bacarıq) səviyyəsi: 4ISCO 08-də işin kodu: 2635 (Social worker, professional)

ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: 4

Test versiyası: 01

Hazırlanma tarixi: Yanvar, 2013-ci il

Təsdiq edən qurum:

Təsdiq tarixi:

B.1. FƏALİYYƏT MEYARLARI Bu meyarlar peşə standartındakı vəzifə və fəaliyyətlərlə birbaşa əlaqəlidir. Onlar ölçülə bilən formada müəyyən edilməlidir ki, qiymətləndirmə nümunələri hazırlayanlar üçün qiymətləndirmə maddələrinin formalaşdırılması baxımından faydalı olsun. Birinci (V.1) və sonuncu (V.3) vəzifələrə uyğun gələn fəaliyyət meyarları ilə bağlı nümunə aşağıda göstərilmişdir.

Fəaliyyət meyarı nümunəsi:V.1. Çətin həyat şəraitində olan insanların müdafiəsi istiqamətində xidmətlər göstərmək:

F.1.1. Çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək;

F.1.2. Sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına riayət etmək;

F.1.3. Sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək;

F.1.4. Sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırılması üçün mövcud olan imkanlar barədə məlumatlandırmaq;

F.1.5. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) kömək etmək üçün cəmiyyətdə mövcud olan resursları səfərbər etmək;

F.1.6. Sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və

Page 14: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

14

müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan tərtib etmək;

F.1.7. Tərtib olunmuş xidmət planını icra etmək, mütəmadi olaraq müvafiq monitorinqlər həyata keçirmək, planının icrasının yekununu qiymətləndirmək və planın icrasını yekunlaşdırmaq;

F.1.8. İlkin qiymətləndirmə, fərdi xidmət planı, monitorinq, son qiymətləndirmə və yekunlaşdırma üzrə sənədlər hazırlamaq;

F.1.9. Layiqli və səmərəli xidmət göstərmək üçün cəmiyyətdə, iş yerində öz peşəkar və şəxsi qayğılarına qalmaq, bunun üçün lazımi addımlar atmaq;

F.1.10. Sosial ədalətin bərqərar olması üçün lobbiçilik etmək, cəmiyyəti sosial problemlər və onların həlli haqqında maarifləndirmək, cəmiyyətdəki resursların bərabər bölüşdürülməsi və inkluziv cəmiyyətin qurulması istiqamətində çalışmaq;

F.1.11. Sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləmək;

F.1.12. İşlədiyi sahədə yaşayan çətin həyat şəraitində olan insanları (ailələr) müəyyənləşdirmək;F.1.13. Müvafiq proqramlar və xidmətlər hazırlamaq.

. . .V.3. Peşəkar davranış nümayiş etdirmək:

F.3.1. Bilik və bacarıqlarının qeyri-hümanist məqsədlər üçün istifadə olunmasına yol verməmək;F.3.2. Sosial işin həyata keçirilməsi zamanı eqoizm, aqressvilik, sərt düşüncə, konflikt yaratma, işinə

laqeyd yanaşma, səbrsizlik, başqalarının fikirlərini qəbul etməmək kimi hallara yol verməmək;F.3.3. Xidmət göstərdikləri, işlədikləri insanlar, həmkarlar, müdirlər, peşəkar assosiasiyalar və

qanunlar qarşısında müəyyən öhdəliklərə malik olmaq, məsuliyyət daşımaq;F.3.4. Həmkarlar, müdirlər ilə etik qaydalar haqqında müzakirələr aparmaq və etik qaydalar

çərçivəsində qərarlar vermək;F.3.5. Xidmətlərdən sui istifadə edən insanların maraq və ehtiyaclarını dəstəkləməmək;F.3.6. Məlumatın məxfi saxlanmasını təmin etmək, lakin məxfilik o zaman pozula bilər ki, onun

saxlanması özünün və digərlərinin həyatını təhlükə qarşısında qoysun.

B.2. QİYMƏTLƏNDİRMƏ İLƏ BAĞLI RESURSLAR

a) Material və komponentlər: vacib deyil.b) Alət və avadanlıqlar: vacib deyil.c) İstehlak malları: vacib deyil.

B.3. QİYMƏTLƏNDİRMƏ METODLARIFərdin səriştəsini qiymətləndirmək məqsədilə aşağıdakı iki metoddan istifadə olunur: (i) fəaliyyətin qiymətləndirilməsi və (ii) yazılı test.

B.3.1. FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİİcra müddəti: 30 dəqiqə.İşlərin sayı: 1.

İşlərin icrasını qiymətləndirmək üçün meyarlar işəgötürən tərəfindən müəyyən olunur.

Əhatə olunan sahələr40% Çətin həyat şəraitində olan insanların müdafiəsi istiqamətində xidmətlər göstərmək:

• Çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına yardım etmək;

Page 15: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

15

• Sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına riayət etmək;

• Sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını təmin etmək;

• Sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırılması üçün mövcud olan imkanlar barədə məlumatlandırmaq;

• Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) kömək etmək üçün cəmiyyətdə mövcud olan resursları səfərbər etmək;

• Sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan tərtib etmək;

• Tərtib olunmuş xidmət planını icra etmək, mütəmadi olaraq müvafiq monitorinqlər həyata keçirmək, planının icrasının yekununu qiymətləndirmək və planın icrasını yekunlaşdırmaq;

• İlkin qiymətləndirmə, fərdi xidmət planı, monitorinq, son qiymətləndirmə və yekunlaşdırma üzrə sənədlər hazırlamaq;

• Layiqli və səmərəli xidmət göstərmək üçün cəmiyyətdə, iş yerində öz peşəkar və şəxsi qayğılarına qalmaq, bunun üçün lazımi addımlar atmaq;

• Sosial ədalətin bərqərar olması üçün lobbiçilik etmək, cəmiyyəti sosial problemlər və onların həlli haqqında maarifləndirmək, cəmiyyətdəki resursların bərabər bölüşdürülməsi və inkluziv cəmiyyətin qurulması istiqamətində çalışmaq;

• Sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləmək;• İşlədiyi sahədə yaşayan çətin həyat şəraitində olan insanları (ailələr) müəyyənləşdirmək;• Müvafiq proqramlar və xidmətlər hazırlamaq.

20% Öz hüquqularını bilmək:• Zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək;• İşəgötürən tərəfindən təhlükəsizliklə təmin olunmaq;• Xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti hesabına zəruri geyim və avadanlıqlarla

təmin olunmaq, nəqliyyat xərcləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq;

• Peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə işəgötürənin vəsaiti hesabına əlavə təhsil almaq;

• Nəzarətçi rəhbərlə təmin olunmaq.

40% Peşəkar davranış nümayiş etdirmək:• Bilik və bacarıqlarının qeyri-hümanist məqsədlər üçün istifadə olunmasına yol verməmək;• Sosial işin həyata keçirilməsi zamanı eqoizm, aqressvilik, sərt düşüncə, konflikt yaratma, işinə

laqeyd yanaşma, səbrsizlik, başqalarının fikirlərini qəbul etməmək kimi hallara yol verməmək;• Xidmət göstərdikləri, işlədikləri insanlar, həmkarlar, müdirlər, peşəkar assosiasiyalar və qanunlar

qarşısında müəyyən öhdəliklərə malik olmaq, məsuliyyət daşımaq;• Həmkarlar, müdirlər ilə etik qaydalar haqqında müzakirələr aparmaq və etik qaydalar

çərçivəsində qərarlar vermək;• Xidmətlərdən sui istifadə edən insanların maraq və ehtiyaclarını dəstəkləməmək;• Məlumatın məxfi saxlanmasını təmin etmək, lakin məxfilik o zaman pozula bilər ki, onun

saxlanması özünün və digərlərinin həyatını təhlükə qarşısında qoysun.

İş nümunəsi: Çətin həyat şəraitində olan şəxslə ilkin görüş.Maksimum müddət: 30 dəqiqə.İştirakçının görəcəyi işlər: Bu ilk dəfədir ki, siz çətin həyat şəraitində olan şəxsə baş çəkirsiniz. Vəziyyəti öyrənərək sizin çətin həyat şəraitində olan şəxslə ilə ilk kontaktınızın necə olacağını göstərin.

Page 16: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

16

Çətin həyat şəraitində olan şəxsin profili:• 85 yaş • Kişi• Evsizlik problemi mövcuddur.

B.3.2. YAZILI QİYMƏTLƏNDİRMƏİcra müddəti: 40 dəqiqə.Sualların sayı: 20.

Yazılı qiymətləndirməni keçmək üçün tələb olunan düzgün cavabların sayı işəgötürən tərəfindən müəyyən olunur.Tövsiyə olunan nisbət: 70%.

Əhatə olunan vəzifələr:60% Çətin həyat şəraitində olan insanların müdafiəsi istiqamətində xidmətlər göstərmək20% Öz hüquqularını bilmək20% Peşəkar davranış nümayiş etdirmək

Sual nümunələri:

1. Ailə əvvəllər kəskin etinasızlıq sindromu olan yeddi yaşlı oğlanı övladlığa götürmüşdür. Övladlıq edən valideynlər sosial işçi ilə görüşür. Çünki, uşaq ərzaq ehtiyatı yığmağa davam etdiyinə görə onların əhvalı pozulur. Valideynlər məruzə edir ki, uşağın yatağının altında daima yemək tapırlar və o, məktəbə aparmaq üçün artıq ərzaq da “oğurlayır” və çantasına qoyur. Bu halda sosial işçi valideynlərə nə kimi tövsiyələr verməlidir?

a) Valideynlər hər dəfə onun ərzaq ehtiyatı yığdığını aşkar etdikdə bəzi imtiyazların əlindən almalıdır.b) Onlar mətbəx şkafına və soyuducuya qıfıl qoymalıdır və beləliklə, uşağın qida qəbuluna daha yaxşı nəzarət edə bilərlər.c) Onlar uşağın sağlam yüngül qəlyanaltı saxlaya biləcəyi ərzaq səbəti hazırlamalıdır və səbət boşalana yaxın onu yenidən doldura bilərlər.d) Uşaq evdə çoxlu yemək olduğunu bildikdə valideynlər bu davranışın onun özünə pis təsir edəcəyini bildikləri üçün buna əhəmiyyət verməməlidir.

2. Sosial işçi spirtli içkiyə aludə olan çətin həyat şəraitində olan şəxslə ilə problemin aradan qaldırımasıüzərində çalışır. Sosial işçi çətin həyat şəraitində olan şəxsin bu davranışını aradan qaldırıması üçün ilk növbədə qiymətləndirmə aparmalıdır. Sosial işçi çətin həyat şəraitində olan şəxsin mühiti ilə birgə qiymətləndirməkü üçün üçün aşağıda göstərilən hansı nəzəriyyələrə əsaslanmalıdır?

a) Ekoloji nəzəriyyəb) Davranış nəzəriyyəsi c) Feminist nəzəriyyəsi d) Sosial inkişaf nəzəriyyəsi

3. Sosial işçi müəyyən dərəcədə məhvedici təfəkkürə malik olduğunu dərk edən 50 yaşlı kişi ilə görüşür. Ona əvvəllər dərin depressiya (ruh düşkünlüyü, ruhi sıxıntı) diaqnozu qoyulmuş və bu yaxınlarda stasionar xəstəxanadan çıxmışdır. O, məlumat vermişdir ki, xəstəxanada yatdıqdan sonra onun daha çox enerjisi vardır və özünü daha yaxşı hiss edir. O, evdə arvadı və evdən ayrılmış böyük uşaqları ilə yaşayır. O, tikintidə işləyir və qeyd edir ki, həftədə təxminən 60 saat çalışır. Sosial işçi hansı özünə qəsd riski amillərinə yaxından diqqət ayırmalıdır?

a) Onun xəstəxanada qaldığı zaman yaxşılaşması intiharı başa çatdırmaq üçün ona həqiqətən də enerji verə bilər.

Page 17: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

17

b) Müştəri kişidir və buna görə də statistika baxımından daha yüksək özünə qəsd riski mövcuddur.c) Evdən ayrılmış böyük uşaqlarının olması onu daha yüksək risklə üzləşdirir.d) Çalışdığı uzun iş saatları onun üçün daha yüksək özünə qəsd riski yaradır.

4. Cütlük onların yeddi illik evliliyinin yaxşılaşdırılması üçün kömək istəyir. Siz onlardan məqsədlərinin nə olduğunusoruşduqda onlar, demək olar ki, dərhal müzakirəyə başlayırlar. Ər vurğulayır ki, onun arvadı gündəlik ev işlərinə görə həddindən çox deyinir. Arvad qeyd edir ki, onun əri tənbəldir. Siz bu məsələnin yoluna qoyulması üçün necə danışmağa davam edərdiniz?

a) Onların hər biri sessiyada birlikdə çalışmağa hazır olana qədər ayrıca məqsədlər hazırlamaq üçün sizinlə fərdi olaraq sessiyalara gəlməsini tövsiyə edin.b) Onların fərdi məsələlər üzərində çalışmasına kömək etmək üçün fərdi müalicə almasını tövsiyə edin.c) Onların bir-biri ilə ünsiyyəti yaxşılaşdırmaq və münaqişələri həll etməyi öyrənməsinə kömək etmək üçün müalicə məqsədlərinin hazırlanmasında onlara yardım edin.d) Onların ailədəki funksiyaları barədəki mübahisələrin yoluna qoyulmasına kömək məqsədinin hazırlanmasında cütlüyə yardım edin.

5. 55 yaşlı kişi spirtdən asılılıqla bağlı sosial işçi ilə görüşmüşdür. Son iki həftə ərzində o, içkini azaltmışdır. O, təyin

olunmuş görüşə tər içində gəlir. O, vurğulayır ki, qusmadan əziyyət çəkmişdir və əlləri görünən dərəcədə əsir. Sosial işçi bu halda nə cavab verməlidir?

a) Müştərini bir neçə günlük narahat simptomlara dözməyə həvəsləndirməlidir, belə ki, onların ağrılı alkoqolizmə qarşı müalicə kursunu bitirdikdən sonra keçib gedəcəyi ehtimal olunur.b) Müştəri ilə spirtdən uzaqlaşmanın mümkün təhlükələri barədə danışmalı və müştəriyə tibbi yardım alıb almayacağı barədə qərar verməsinə icazə verməlidir.c) Hətta müştəri alkoqolizmə qarşı müalicə aldığı üçün və müsadirə oluna bildiyi və ya ölə bilməsi mümkün olduğu üçün buna razılıq verməsə də, 112-yə zəng vurun.d) Müştərini spirt qəbulunu yavaş-yavaş azaltmağa həvəsləndirmək, bununla da o, spirtdən belə ciddi uzaqlaşma simptomlarından az əziyyət çəkəcək.

6. Sosial işçi həkimin ofisində çalışır. Ofisdə həkim olan proqram direktoru məruzə edir ki, ofis kənd ərazilərdə yaşayan xüsusi müştərilərə video konfrans vasitəsilə xidmətlər göstərməyə başlayacaq. Məqsəd ofisə gəlməkdə çətinlik çəkən müştərilərin xidmətlərdən istifadəsini artırmaqdan ibarətdir. Sosial işçi bu halda nə etməlidir?

a) Hər bir müştəri ilə internet vasitəsilə onlara göstərilən xidmətlərin potensial riskləri, faydaları və nəticələrini müzakirə etməlidir.b) Həkimlə video konfrans vasitəsilə artıq xidmət almağa başlamış müştərilərlə xidmətlərə başlamaq.c) Proqram menecerinə izah etməlidir ki, müştərilər fiziki cəhətdən mövcud olmadıqda, sosial işçilər onlarla terapevtik əlaqələr yarada bilməz.d) Proqram menecerinə məlumat verməlidir ki, sosial işçilərə telefonla diaqnoz qoymağa icazə verilmir.

7. Sosial işçi şəxsiyyətin passiv pozulması diaqnozu qoyulmuş qadını müalicə etməyə başlamışdır. Qadın müxtəlif uğursuz əlaqələrin olması barədə məlumat verir. O, qəbul edir ki, partnyorları seçərkən sağlam seçim etmir. Müştəri ilə terapevtik əlaqələr yaradarkən sosial işçi hansı növ məlumatı yadda saxlamalıdır?

a) Müştərinin effektiv təqdimatı və diqqət mərkəzində olmaq arzusu terapevtik əlaqələrin yaradılmasına mane ola bilər.b) Qarşılıqlı əlaqələrin yaradılması çətin olacaq və müştərinin müalicəni erkən dayandıracağı ehtimal olunur.c) Müştəri səthi olaraq müalicəyə əməl etdiyini göstərir, lakin davamlı dəyişikliklər əldə etməkdə çətinlik çəkir. d) Müştərinin öz hisslərini ifadə etməkdə çətinlik çəkdiyi ehtimal olunur və əsasən əsas sosial bacarıqları çatışmır.

8. 32 yaşlı kişi etinasızlığa görə Uşaqların Müdafiəsi Xidməti tərəfindən uşaqlarının ondan alınmasından sonra sosial işçiyə müraciət edir. O, sosial işçiyə deyir ki, uşaqlarını geri almaq üçün mübarizə aparmaq istədiyindən əmin deyildir. O qeyd edir ki, əgər nəticə olaraq uşaqların himayəsi bərpa edilməyəcəksə, müvafiq xidmət orqanının ondan istədiyi dəyişikliklərə əməl etməyə hazır deyil. Sosial işçinin müştəriyə deyəcəyi ən yaxşı cavab hansıdır?

Page 18: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

18

a) “İlkin olaraq himayəni yenidən bərpa etmək üçün bu, faydalı ola bilər və əgər siz istənilən zaman tərgitmək istədiyiniz barədə qərar versəniz, bunu edə bilərsiniz.”b) “Siz uşaqlara himayədarlığı bərpa etməyə çalışmaq istəyib istəmədiyinizi seçməkdə sərbəstsiniz.”c) “Uşaqların himayəsini əldə etməyə necə cəhd etməməyə baxmağın Uşaqların Müdafiəsi Xidməti tərəfindən baxılması vacibdir.”d) “Sizin uşaqlarınız, hətta bu işdə uğurlu olmasanız belə, himayə əldə etməyə çalışdığınızı bilməkdən faydalanacaqlar.”

9. 16 yaşlı müştəri seksual cinayətin qurbanına çevrildikdən sonra poliklinikanın sosial işçisindən xidmətlər alır. Müştərinin anası sosial işçiyə məktəblə danışmağa icazə verən ümumi məlumatın verilməsinə razılıq vermişdir. Sosial işçiyə müştərinin riyaziyyat müəllimindən zəng gəlir, o, qeyd edir ki, müştərinin sinifləri azalmışdır və o, son zamanlar müştəriyə nə isə “olub olmadığını” bilmək istəyir. Sosial işçi bu zaman necə cavab verməlidir?

a) Müştərinin anası ilə əlaqə saxlamalı və ananın müəllimənin nə dərəcədə məlumatla təmin edilib edilməməsini onunla müəyyən etməlidir.b) Hər hansı məlumatı açıqlamazdan əvvəl nəzarətçi ilə əlaqə saxlamalıdır.c) Müştəri ilə onun hər hansı məlumatı açıqlamaq istəyəcəyi və məlumatın açıqlanmasının mümkün nəticələri barədə danışmalıdır.d) Riyaziyyat müəlliminə müştərinin seksual cinayətə məruz qaldığı barədə söyləməlidir.

10. Aşağıdakı mülahizələrin hansı qrup şəklində terapiya prosesində yaranmış vəziyyətlərdən istifadəni dəqiq təsvir ETMİR?

a) Bir çox yaranan vəziyyətlərdən istifadə qrupa yaxınlıq, inam və reallığı nəzərdən keçirməkdə kömək edə bilər. b) Struktur texnikalar rəhbərdən asılılığa kömək edə bilərc) Struktur vəziyyətlər birləşmə yaradır, zəiflədici ifadə doğurur və qrupa daxili nəzarət yerini hazırlamaqda kömək edir d) Struktur vəziyyətlər strukturu olmayan vəziyyətlərə nisbətən az effektivliyə malikdir.

11. Aşağıdakıların hansı sosial qulluqçunun çətin həyat şəraitində olan insanı gördükdə HEÇ VAXT etməyəcəyi bir işdir?

a) Çətin həyat şəraitində olan insana deyin ki, onun vəziyyəti üçün xüsusi müalicə barədə danışmaq lazımdırb) Həkimin təsdiqi olmadan əqli pozuntuların elmi araşdırılmasını müəyyən etmək üçün onun bacarıqlarından istifadə etmək.c) İlk növbədə, çətin həyat şəraitində olan insanın qəbul edib etməyəcəyini bilmədən onun barəsində digər peşəkarla danışmaq d) Çətin həyat şəraitində olan insanın məlumatlarının məxfiliyini pozmaq

12. Sosial işçi bəzən “xəbərdarlıq etmək öhdəliyi”nə malikdir. Digər vaxtlarda “xəbərdarlıq etmək öhdəliyi” funksiyası aşağıdakılar ola bilər:

a) Ailə qərarıb) Müştərinin funksiyasıc) Əxlaqi dəyərlərd) Vəziyyətdən irəli gələn

13. Müştərilərinizdən biri amfetamindən (MƏS stimulyatoru) düzgün istifadə etməmə tarixçəsinə malikdir. Keçmişdə bu istifadə paranoik (paranoyya xəstəliyinə tutulmuş adam) psixozunu, yüksək aktivliyi və çox sürətli hücum davranışlarını yaratmışdır. Sizin müştəriniz məlumat verir ki, o, yenidən xəstələnmişdir. O, qeyd edir ki, o, amfetaminlərdən istifadə etmişdir və indi azalma mərhələsindədir. O, deyir ki, “asanlıqla azalmaq” məqsədilə barbituratlardan (narkotik maddə) istifadə etmişdir.” Bu məlumata əsaslanaraq, siz müştəridən aşağıdakıları gözləməlisiniz:

a) Asanlıqla inandıra bilməkb) Tez acıqlanan və potensial cəhətdən dəyişkən olmaq

Page 19: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

19

c) Sıxılmaq (depressiya vəziyyətində olmaq) və hisslərinizi sıxmaqd) Onun düşüncə və davranışlarında özünüzü məcbur etmək və möhkəm saxlamaq

14. Siz sosial iş üzrə tələbə hazırlayırsınız. Sizin tələbəniz sığınacaqda evsiz müştərilərlə işləyərkən daima tənqidi mülahizələr irəli sürür. O, “Siz bunu özünüzə etdiniz” və ya “Mən ondan müsahibə götürməyə nifrət edirəm – ondan iy gəlir” və ya “O, evsizliyə layiqdir – o, aşağı əxlaqi mənəviyyata malikdir” kimi sözlər deyəcək. Siz bu nəzarət dəyişikliyini necə idarə edərdiniz?

a) Tələbəyə onun şərhlərinin müvafiq olmadığını və onun öz müştərilərinə qarşı hər hansı mənfi hissləri olmamalı olduğunu deyin b) İşlərin necə ağır olduğunu görmək üçün gecə növbəsində çalışacağı barədə tələbəni qorxudun c) Özəl nəzarət sessiyasında tələbə ilə onun şərhləri barədə öz narahatçılıqlarınızı bölüşdürün və ona öz evsiz

müştərisi barədə nə hiss etdiyi barədə danışmasına icazə verin. Müştərilər üçün “müsbət hörmət”in vacibliyini müzakirə edin. Bundan tədris imkanı kimi, eləcə də tələbə üçün onun sosial işçi peşəsinə uyğunluğu təhlil etmək imkanı kimi istifadə edin.

d) Tələbənin şərhlərinə əhəmiyyət verməyin. Bütün bunlardan sonra sizin hazırkı tələbəniz çıxıb gedərsə, bu çətin əhali ilə işləmək üçün onun yerinə başqa bir tələbə tapa bilməzsiniz

15. Samirə xanım omba əməliyyatından sağalmış 78 yaşlı qadındır. Çıxarış planının bir hissəsi kimi evdə tibbi xidmətlər ev şəraitində yardım edir. Evdə xidmət göstərən tibb bacısı gəlir və sizə deyir, “Mən belə fikirləşirəm ki, Samirə xanım öz ərindən qorxur... lakin o, mənə heç nə deməyəcək.” Evdə tibbi xidmət göstərən sosial işçisi kimi, siz nə edərdiniz?

a) Fiziki Terapevtdən Samirə xanımla öz qorxuları barədə danışmağı xahiş edinb) Tibb bacısına deyin ki, bu, ola bilsin ki, cərrahiyyəyə və çətin bərpa olunmaya qarşı reaksiyasıdır c) Vəziyyət barədə Yaşlıların Müdafiəsi Xidmətlərinə hesabat verind) Tibb bacısı ilə birgə səfər təşkil edin və tibb bacısının Samirə xanımla qonaq otağında söhbət etməsini xahiş

edin, bu zaman siz qiymətləndirmə aparın. Samirə xanımın reaksiyalarını qiymətləndirmək üçün öz müşahidə bacarıqlarınızdan istifadə edin və ondan öz təhlükəsizliyi barədə narahatçılığı olub olmadığını soruşun.

16. Sosial işçi dərk edir ki, tibb bacısı personalında çalışan şəxsə həkimin yazdığına nisbətən daha yüksək dozada ağrı müalicəsi alan və ölmək üzrə olan çətin həyat şəraitində olan insan verilmişdir. Bu zaman sosial işçi nə etməlidir?

a) Xəstəxananın müdiriyyətinin yanına getməli və ona nə baş verdiyi barədə məlumat verməlidir b) Çətin həyat şəraitində olan insana nə olduğu öyrənmək üçün tibb bacısı işçiləri ilə danışmalıdırc) Tərəddüd etmədən, dövlət tibb etikası komitəsi ilə əlaqə saxlamalıdırd) Sosial işçinin nəzarətçisi ilə danışmalı və onun bu məsələ ilə müvafiq kanallar vasitəsilə məşğul olmasını təmin etməlidir.

17. Yaşlı bir adam sizə müraciət edir. O, arvadı tərəfindən fiziki cəhətdən təhqir edilmişdir və depressiya vəziyyətindədir. Siz bu kişiyə qarşı dərhal antipatiya hiss edirsiniz, o, sizə söyüşcül ögey atanızı xatırladır. Siz bu vəziyyəti necə yoluna qoyardınız?

a) Öz mənfi hisslərinizi təhqir edənlərlə işləmək prosesinin bur hissəsi kimi qəbul edərdinizb) Bu müştəriyə qarşı reaksiyalarınız barədə rəhbərinizlə söhbət edərdinizc) Müştəri ilə nə hiss etdiklərinizi bölüşərdinizd) Müştəri ilə görüşməyə davam edərdiniz və öz hisslərinizə əhəmiyyət verməzdiniz.

18. Aşağıdakı metodlardan hansı müştərinin sosial işçinin xidmətlərindən məmnunluğunun qiymətləndirilməsində istifadə üçün ƏN müvafiq hesab edilərdi?

a) Sadə sistem dizaynından istifadə etməklə xidmətlərin keyfiyyətini qiymətləndirməkb) Son müsahibədə müştəridən məmnunluq səviyyəsi barədə soruşmaqc) Proses barədə qeydləri təqdim etdikdən sonra, əks əlaqə barədə nəzarətçidən soruşmaqd) Xidmət başa çatdıqda müştərilərdən xidmətin qiymətləndirilməsini və məmnunluq formasını doldurmağı xahiş edin.

Page 20: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

20

19. Sosial işçinin işinə baxarkən nəzarətçi qeyd edir ki, sosial işçi son zamanlar xoş güzəranından olmuş və ilk işlərində çalışan müştərilərə qarşı az şəfqət hiss edir. Sosial işçidə öz müştərilərinə şəfqət hissi yaratmağa kömək məqsədilə nəzarətçi aşağıdakıları etməlidir:

a) Müştərinin perspektivindən əməyə sosial təminat proqramı proseduralarını izah etməkb) Sosial işçinin özünü başqasının yerinə qoyan bir şəxsə çevrilməsi üçün müalicəyə başlamasını təklif etmək c) Sosial işçi ilə işləyərkən nümunəvi həssas ünsiyyət yaratmaqd) Agentliyin bu müştəriləri dəstəkləməsinin səbəbini aydınlaşdırmaq

20. Sosial işçi ilə müsahibə zamanı əks əlaqənin məqsədi aşağıdakılardan ibarətdir:a) Sosial işçiyə müştərinin düşüncəsində təhrif olunmaları müqayisə etməyə icazə verməkb) Müsahibənin əsas məqamlarının xülasəsini hazırlamaqc) Müştəriyə sosial işçinin məsələni başa düşməsinə icazə vermək d) Sosial işçiyə müştərinin xeyrinə öz-özünü ifşa etmək imkanı vermək

B.4. NƏTİCƏLƏRİN QEYDƏ ALINMASIHər bir iştirakçı üçün fərdi hesabatlar hazırlanmalı və fəaliyyətin qiymətləndirilməsi, eləcə də yazılı qiymətləndirmə üzrə toplanan balların hesabatı onlara təqdim edilməlidir.Qiymətləndirmə bir nəfər üçün bir dəfədən artıq istifadə edildiyi təqdirdə hesabatda qiymətləndirmədən əvvəlki və sonrakı ballar arasındakı faiz dəyişikliyi də əks olunmalıdır.“Peşə standartları üzrə qiymətləndirmənin hazırlanması proseduraları” adlı sənəddə qiymətləndirmə üzrə geniş nəzəri və praktiki məlumatlar verilmişdir.

Page 21: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

21

C. Müəssisələr üçün nümunəvi təlim standartıSosial işçi

Təlim standartına dair qısa məlumat

Hazırkı təlim standartı müəssisələr, təlim mərkəzləri və institutları, təlim iştirakçıları üçün hazırlanmışdır və sosial işçi üçün tələb olunan səriştələri əks etdirir. İşlə bağlı səriştənin nümayiş etdirilməsi üçün tələb olunan bilik və bacarıqların əldə edilməsinə xidmət edən təlim proqramları, kurikulumlar və təlim materiallarının hazırlanmasında bu standartdan təlimat kimi istifadə etmək olar. Bu standart əsasında hazırlanmış təlim digər peşələr üzrə səriştələrə malik olan, mövcud səriştələrini inkişaf etdirmək, mövcud iş yerində digər vəzifələri icra edə bilmək, yaxud digər müəssisədə və ya digər peşə üzrə iş tapmaq üçün yeni ümumi səriştələr əldə etmək istəyən şəxslər üçün də uyğun ola bilər.

Məşğulluq Təsnifatında (MT) (bu təlimin müvafiq olduğu) peşənin kodu: 2635 (Sosial işçi, peşəkər)

MT-də ixtisas (bacarıq) səviyyəsi: 4ISCO 08-də işin kodu: 2635 (Social worker, professional)

ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: 4Milli İxtisas Çərçivəsi ilə əlaqə: ...

ISCED-də kodu: ...

Hazırlanma tarixi: Yanvar, 2013-ci il

Təsdiq edən qurum: ...

Təsdiq tarixi: ...

Təklif olunan yenilənmə tarixi: Yanvar, 2018-ci il

C.1. SƏRİŞTƏLƏRİN QISA TƏSVİRİBilik:

• Sosial iş nəzəriyyələri, qaydaları, prosedurları və müvafiq normalar haqqında məlumat; • Sosial iş sahəsində təcrübələr, texniki üsullar və peşə ilə bağlı standartlar;• Sosial işin etik qayda və prinsipləri; • Bütün müvafiq qanunvericilik, siyasətlər haqqında məlumat və anlayış;• Təşkilati siyasət və prosedurlar;• İcmanın quruluşu və icmada mövcud olan xidmətlər; • Yerli adət-ənənələr və mədəniyyət barədə məlumatlılıq;• İnsan davranışı, şəxslərarası münasibətlər və sosial mühit; • SOS (xəbərdarlıq).

Bacarıq:• Ünsiyyət bacarığı:

− şəxslərarası münasibətləri yüksək səviyyədə tənzimləmək, vasitəçilik etmək, danışıqlar aparmaq, çətin vəziyyətdə olan insanın inam və etibarını qazanmaq;

− qrup halında işləmək; − aktiv dinləmə bacarığı.

Page 22: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

22

• Problemləri həll etmək bacarığı;• Tənqidi düşünmək bacarığı:

− çətin həyat şəraitində olan insanların vəziyyəti və müəyyən edilmiş ehtiyaclar əsasında müvafiq tədbirlərin görülməsini müəyyənləşdirmək;

− konkret problem üzrə araşdırma aparmaq, nəticələri müdaxilə zamanı tətbiq etmək və müdaxilələri qiymətləndirmək bacarığı;

− təhlil bacarıqları.• Qərar vermək bacarığı:

− fövqəladə və böhran vəziyyətlərdə müdaxilə etmək; − münaqişələri həll etmək bacarıqları; − təşəbbüskarlıq göstərmək; − müdaxilələri qiymətləndirmək və ən səmərəlisini seçmək bacarığı.

• Müxtəlif yerlərdə və mədəniyyətlərarası mühitdə səmərəli işləmək;• Komputer və internetdən istifadə bacarığı;• Peşəkar yazı bacarığı;• Özünü dərk etmə bacarıqları:

− şəxsi qərəzlərini təyin etmək; − özünə məxsus xüsusiyyətləri müəyyən etmək; − yanmamaq bacarığı (burn out).

• Cəmiyyət və onun sosial strukturunu ətraflı şəkildə təhlil etmək;• Vaxtı idarə etmək bacarığı.

Yanaşma:• Obyektivlik, konkretlik və strukturluluq;• Çevik, asanlıqla uyğunlaşan, etibarlı, cavabdeh və vəzifələri yerinə yetirən;• Emosional yetkinlik, nəzakət, səbr və təvazökarlıq;• Empatiya, səmimilik, istiqanlılıq, istehza etməmək və qınamamaq;• Çətin həyat şəraitində olan insanların (ailələrin) hüququna, şərəf və ləyaqətinə hörmət.

Əlavə / ümumi səriştələr: • Xarici dillərdən birini bilmək və istifadə etmək (rus və ingilis dillərindən biri tövsiyyə olunur);• Sosial iş sahəsində yeniliklər barədə məlumatlı olmaq və daim yeni bilik və bacarıqlar əldə

etmək.

C.2. TƏLİM SXEMİ

Müvafiq təlim kursunu uğurla başa vuran “Sosial işçi” aşağıdakıları etməyi bacaracaqdır/ biləcəkdir:

Bölmə 1: İctimai işə cəlb olunma prosesinə hazırlıq görmək.

Öyrənmə nəticələri:

Nəticə 1. Müştərilərin istiqamətləndirildiyi mənbələri təsvir etmək və tələb olunduğu halda, gələcəkdə əlavə məlumat üçün istinad olunacaq mənbələri izah etmək;

Nəticə 2. Digər peşəkarlar və agentliklərlə əlaqə saxlamağın yollarını, ilkin proses barədə əlavə məlumatların araşdırılması qaydalarını nümayiş etdirmək;

Nəticə 3. Toplanılan məlumatın ümumiləşdirilməsilə və ən yaxşı üsul kimi öz peşəkar rəyindən istifadə etməklə ilkin cəlb olunma prosesi barədə məlumat vermək üçün plan hazırlamaq.

Page 23: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

23

Bölmə 2: Müştəri ehtiyaclarını, riskləri və şəraiti qiymətləndirmək.

Öyrənmə nəticələri:

Nəticə 1. Müştərinin öz şəraiti barədə fikrlərini dinləməyin vacibliyini, onun öz güclü tərəflərini, ehtiyaclarını, gözləntilərini müəyyən etməsi, aydınlaşdırması və ifadə etməsi üçün imkanların verilməsinin vacibliyini izah etmək;

Nəticə 2. Müştərilərə öz güclü tərəflərini, nailiyyətlərini və bacarıqlarını inkişaf etdirməkdə kömək olacaq vasitələri müəyyən etməyə yardımçı olmaqla onlara öz xidmət planına töhfə verməyə istiqamətlənməyin yollarını göstərmək;

Nəticə 3. Müştərilərin vəziyyəti ilə bağlı olan riskləri müəyyən etmək üçün onlarla işləməyin yollarını göstərmək;

Nəticə 4. Müştərilərin şəraitində müəyyən olunan istənilən riskin xarakteri, dərəcəsi, zəruriliyi, nəticələrinə dair hesabat və zəruri halda müştərini risk, yaxud təhlükə qarşısında qoyan vəziyyətlərdən çıxarmaq üçün görüləcək hər hansı təcili tədbir barədə hesabat hazırlamaq;

Nəticə 5. Təşkilati tələblərə əsasən, məlumatların dəqiq və ədalətlə qeydə alınmasını təmin edərək müştərinin qiymətləndirilməsi qaydalarını nümayiş etdirmək.

Bölmə 3: Müştəri üçün Xidmət Planı hazırlamaq və tətbiq etmək.

Öyrənmə nəticələri:

Nəticə 1. Müştərinin vəziyyətini yaxşılaşdıracaq ictimai işə müdaxilənin bir sıra metod və modullarının axtarılması qaydalarını göstərmək;

Nəticə 2. Müştəri üçün Xidmət Planını hazırlamaq və ən azı aşağıdakı amillər də daxil olmaqla xüsusi vəziyyətlərdə dəqiq müdaxilələrin seçilməsi üçün irəli sürdüyü öz məntiqli əsasını izah etmək:• Ediləcək müdaxilələrin miqyası, onların qrafiki, o cümlədən prioritetlər;• Planın asılı olduğu polis, tibbi xidmətlər və s. kimi digər xidmətlər və resurslar;• Digər xidmətlər və resursların əlaqələndirilməsi və bu barədə danışıqların aparılması üçün plan;• Plan üzrə monitorinq və hesabat sistemi;• Çıxış strategiyası;• Plan üçün əks qiymətləndirilmə meyarları.

Nəticə 3. Xidmət Planlarının icrasına yardım edən digər təşkilatların rol və funksiyalarını təsvir etmək və bu təşkilatlar daxilində digər peşəkarlarla birgə iş əlaqələrinin qurulmasının vacibliyini izah etmək;

Nəticə 4. Müvafiq xidmət və resursların əlaqələndirilməsi də daxil olmaqla peşəkar biliklərdən və insanlarla ünsiyyət qurma bacarıqlarından istifadə etməklə Xidmət Planının tətbiqi qaydalarını nümayiş etdirmək;

Nəticə 5. Müştərinin vəziyyətinin yaxşılaşdırılmasının effektivliyinə təsir etməklə ilkin qiymətləndirmə hesabatını hazırlamaq;

Nəticə 6. Ətraflı qiymətləndirməni nəzərə almaq üçün müdaxilələrə düzəlişlərin edilməsi yollarını göstərmək;

Nəticə 7. İcra zamanı Xidmət Planının tətbiqinin yoxlanılması və lazım olduqda, müdaxilələrə düzəlişlərin edilməsi qaydalarını nümayiş etdirmək.

Bölmə 4: Sosial işə cəlb olunma prosesini yekunlaşdırmaq.

Öyrənmə nəticələri:

Nəticə 1. Xidmətlərin cəlb olunan digər təşkilatlara ötürülməsi barədə danışıqların

Page 24: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

24

aparılmasını özündə əks etdirən yekunlaşdırma planını hazırlamaq;Nəticə 2. Gələcəkdə yekunlaşdırmanın səbəbinin müştəriyə izah edilməsi, onların dəstəyin

dayandırılması və ya davam etdirilməsi barədə məlumatla təmin edilməsi yollarını göstərmək, bu prosesin və onlara dəstək olmaq üçün mövcud ola bilən istənilən digər təminatların mənasını izah etmək;

Nəticə 3. Xidmət Planının yekunlaşdırılması, o cümlədən bütün müvafiq təşkilatların məlumatlandırılması və bütün vacib resurslar barədə hesabatın verilməsi qaydalarını nümayiş etdirmək;

Nəticə 4. Tələb olunan sənədlərin yekunlaşdırılması və müvafiq işçi heyətə təqdim olunması yollarını göstərmək.

Bölmə 5: Xidmət Planının nəticələrini qiymətləndirmək.

Öyrənmə nəticələri:

Nəticə 1. Xidmət Planını qiymətləndirmək məqsədi ilə aşağıdakılar daxil olmaqla məlumatın toplandığı mənbələrin siyahısını hazırlamaq: • Müştəri;• Zəruri halda müştərinin ailəsi/dayələri;• Təşkilat daxilində cəlb olunan həmkarlar;• Plana töhfəsi olan digər təşkilatları təmsil edən peşəkarlar.

Nəticə 2. Nəticələrin uğurlu olub-olmaması perspektivləri barədə məlumatları təhlil etmək;Nəticə 3. Başqaları ilə əməkdaşlıq çərçivəsində müştərilər, onların ailələri və ya icmalar üçün

nəticələrin qiymətləndirilməsi yollarını göstərmək;Nəticə 4. Proses daxilində öz roluna təsir etməyin vacibliyini və qiymətləndirmələrin peşə sahəsi

kimi ictimai işin yaradılmasına təsirini təsvir etmək; Nəticə 5. Ən azı aşağıdakıları əhatə edən ictimai işə müdaxilələrə dair qiymətləndirmə hesabatı

hazırlamaq:• Müştərinin hazırkı vəziyyəti və lazım olduqda, müdaxilə üçün istənilən gələcək tövsiyələr;• Gözlənilən nəticələrə qarşı müştərinin hazırkı vəziyyətinin təhlili;• Sizin təşkilatınız üçün nəticələrin təhlili;• Təşkilatın gələcək təcrübəsi və işi barədə məlumatla təmin edəcək dərslərin təfsilatları.

Bölmə 6: Müştərilərlə bağlı peşəkar hesabat və qeydlər hazırlamaq.

Öyrənmə nəticələri:

Nəticə 1. Analitik və səlis peşəkar hesabatlar hazırlamaq məqsədi ilə nəzərdə tutulan auditoriya üçün müvafiq dildən istifadənin vacibliyini izah etmək;

Nəticə 2. Hesabat sistemini, dəqiq, tam, bərpa oluna bilən və müasir qeydlərin aparılmasının vacibliyini izah etmək;

Nəticə 3. Hesabat və qeydlərin onları görmək hüququ olan şəxslər tərəfindən başa düşülən olmasını təmin etməyin vacibliyini izah etmək;

Nəticə 4. Nizam-intizam və təşkilatlar daxilində məlumat mübadiləsini dəstəkləyən rabitə və informasiya texnologiyalarından istifadə qaydalarını göstərmək;

Nəticə 5. Məxfiliyin və məlumatların qorunması arasında əlaqəni tarazlaşdırmaqla qeyd və hesabatların hüquqi və təşkilati tələblərə uyğunluğunu izah etmək.

Bölmə 7: Peşəkar sosial işçinin vəzifələrini yerinə yetirmək.

Öyrənmə nəticələri:

Page 25: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

25

Nəticə 1. Öz rolunun parametrlərini və başqalarının funksiyaları ilə əlaqəsini izah etmək;Nəticə 2. Məsul ictimai iş təcrübəsini yaratmaq məqsədi ilə peşəkar nəzarətə malik olmağın

vacibliyini izah etmək;Nəticə 3. İşçinin cəlb oluna biləcəyi ictimai işə müdaxilə proseslərini və bu proseslərdəki funksiyaları

təsvir etmək;Nəticə 4. İşçiyə ziyan vura biləcək riskin olduğu vəziyyətlərdə təhlükəsizliyi təmin etmək məqsədi

ilə atılacaq addımları müəyyən etmək;Nəticə 5. İş vəziyyətlərinin işçinin sağlamlığı və təcrübəsinə edə biləcək təsirini və bunu

yüngülləşdirmək üçün atılmalı olan addımları təsvir etmək;Nəticə 6. Təcrübədə fərqliliklərə gətirib çıxaran təşəbbüslərin vacibliyini və bunu etməyin yollarını

izah etmək;Nəticə 7. Davamlı fərdi və peşəkar inkişafı təmin etmək üçün işçinin vəzifələrinin icrasına olan

təsiri təsvir etmək.

Bölmə 8: Nəzəri anlama və düşünmə yolu ilə ictimai iş üzrə bacarıqları inkişaf etdirmək.

Öyrənmə nəticələri:

Nəticə 1. İctimai iş siyasəti və təcrübəsi ilə əlaqədar istənilən hüquq nizamnaməsi və əmək məcəllələri, standartlar, struktur sxemlər və təlimatların tələblərini izah etmək;

Nəticə 2. Millətin xüsusiyyətləri, dili, mədəniyyəti, coğrafiyası və təhsil müəssisələrini sadalamaq;Nəticə 3. İnsan potensialının inkişafının başa düşülməsi və ona təsir edən amillərin əsasını təşkil

edən nəzəriyyələri müzakirə etmək;Nəticə 4. Psixoloji, sosioloji və kriminoloji perspektivlərə malik olan ictimai məsələlərin

anlaşılmasının əsasını təşkil edən nəzəriyyələri müzakirə etmək;Nəticə 5. Müasir cəmiyyətdə ayrıseçkilik nəzəriyyəsini müzakirə etmək;Nəticə 6. Qanunvericilik, siyasətlər və ictimai iş təcrübəsi arasındakı əlaqələrin nəzəri və tədqiqata

əsaslanan təhlillərini müəyyən etmək;Nəticə 7. Peşə kimi ictimai işin prinsiplərinin, o cümlədən sənədlərə əsaslanan mənbələrin və

müasir məsələlərin xülasəsini vermək;Nəticə 8. Peşəkar və etik sərhədlər də daxil olmaqla ictimai iş əlaqələrinin xarakterini, rolunu və

əsas məqsədlərini müzakirə etmək;Nəticə 9. İctimai işə müdaxilə və təcrübənin prinsip, nəzəriyyə, metod və modullarını təsvir etmək;Nəticə 10. İctimai işə cəlb olunma ilə ümumilikdə bağlı olan amilləri izah etmək;Nəticə 11. İctimai iş təcrübəsinə təsir edə biləcək işçinin şəxsi məlumat və təcrübələrini müzakirə

etmək;Nəticə 12. Problemlərin həlli və qabaqcıl düşünmə texnologiyalarını izah etmək;Nəticə 13. Münaqişələrin həlli prinsiplərini təsvir etmək;Nəticə 14. Münaqişələrin xarakterini və münaqişədən sonrakı proseslərin cəmiyyətə təsirlərini

izah etmək;Nəticə 15. Təşkilatın prinsip, prosedur və peşəkar təcrübələrini sadalamaq;Nəticə 16. İstifadə olunan qiymətləndirməi, planlaşdırma vasitələrini və strukturlarını təsvir etmək.

Yuxarıdakı sahələr üzrə təlim keçmiş şəxs aşağıdakı vəzifə və fəaliyyətləri yerinə yetirə bilər:

Əsas vəzifələrin (V) və vəzifələr daxilində fəaliyyətlərin (F) siyahısı 1

V.1. Çətin həyat şəraitində olan insanların müdafiəsi istiqamətində xidmətlər göstərmək:F.1.1. Çətin həyat şəraitində olan şəxsin (ailənin) problemlərinin həllinə və aradan qaldırılmasına

yardım etmək;F.1.2. Sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına riayət

etmək;F.1.3. Sosial xidmətlərin sosial xidmətin göstərilməsi üzrə standartların tələblərinə uyğun olmasını

1. Müvafiq sahə üçün olan peşə standartındakı ilə eynidir.

Page 26: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

26

təmin etmək;F.1.4. Sosial xidmət göstərdikləri şəxsləri hüquqi, sosial, tibbi və digər təminatlar, qanunda

təsbit olunmuş sosial müdafiə tədbirləri və çətin həyat şəraitində olan şəxsin (ailənin) rifahının yaxşılaşdırılması üçün mövcud olan imkanlar barədə məlumatlandırmaq;

F.1.5. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) kömək etmək üçün cəmiyyətdə mövcud olan resursları səfərbər etmək;

F.1.6. Sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək, sosial xidmətə götürülən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan tərtib etmək;

F.1.7. Tərtib olunmuş xidmət planını icra etmək, mütəmadi olaraq müvafiq monitorinqlər həyata keçirmək, planının icrasının yekununu qiymətləndirmək və planın icrasını yekunlaşdırmaq;

F.1.8. İlkin qiymətləndirmə, fərdi xidmət planı, monitorinq, son qiymətləndirmə və yekunlaşdırma üzrə sənədlər hazırlamaq;

F.1.9. Layiqli və səmərəli xidmət göstərmək üçün cəmiyyətdə, iş yerində öz peşəkar və şəxsi qayğılarına qalmaq, bunun üçün lazımi addımlar atmaq;

F.1.10. Sosial ədalətin bərqərar olması üçün lobbiçilik etmək, cəmiyyəti sosial problemlər və onların

həlli haqqında maarifləndirmək, cəmiyyətdəki resursların bərabər bölüşdürülməsi və inkluziv cəmiyyətin qurulması istiqamətində çalışmaq;

F.1.11. Sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləmək;

F.1.12. İşlədiyi sahədə yaşayan çətin həyat şəraitində olan insanları (ailələr) müəyyənləşdirmək;F.1.13. Müvafiq proqramlar və xidmətlər hazırlamaq.

V.2. Öz hüquqularını bilmək:F.2.1. Zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək;F.2.2. İşəgötürən tərəfindən təhlükəsizliklə təmin olunmaq;F.2.3. Xidməti vəzifəsini yerinə yetirərkən işəgötürənin vəsaiti hesabına zəruri geyim və avadanlıqlarla

təmin olunmaq, nəqliyyat xərcləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq;

F.2.4. Peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə işəgötürənin vəsaiti hesabına əlavə təhsil almaq;

F.2.5. Nəzarətçi rəhbərlə təmin olunmaq.

V.3. Peşəkar davranış nümayiş etdirmək:F.3.1. Bilik və bacarıqlarının qeyri-hümanist məqsədlər üçün istifadə olunmasına yol verməmək;F.3.2. Sosial işin həyata keçirilməsi zamanı eqoizm, aqressvilik, sərt düşüncə, konflikt yaratma, işinə

laqeyd yanaşma, səbrsizlik, başqalarının fikirlərini qəbul etməmək kimi hallara yol verməmək;F.3.3. Xidmət göstərdikləri, işlədikləri insanlar, həmkarlar, müdirlər, peşəkar assosiasiyalar və

qanunlar qarşısında müəyyən öhdəliklərə malik olmaq, məsuliyyət daşımaq;F.3.4. Həmkarlar, müdirlər ilə etik qaydalar haqqında müzakirələr aparmaq və etik qaydalar

çərçivəsində qərarlar vermək;F.3.5. Xidmətlərdən sui istifadə edən insanların maraq və ehtiyaclarını dəstəkləməmək;F.3.6. Məlumatın məxfi saxlanmasını təmin etmək, lakin məxfilik o zaman pozula bilər ki, onun saxlanması özünün və digərlərinin həyatını təhlükə qarşısında qoysun.

Page 27: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

27

C.3. TƏLİM İLƏ BAĞLI XÜSUSİ MƏLUMAT C.3.1. TƏLİMİN NÖVLƏRİ

Bu peşə üçün zəruri səriştələr aşağıda göstərilən təlim metodları vasitəsilə əldə edilə bilər:

Formal təlim

Tövsiyə olunan formal təlim Uyğun gələn təlim növü Qeydlər

Tam orta təhsil2

Texniki peşə təhsili və ya akkreditasiyadan keçmiş təlim müəssisəsində təlim

Orta ixtisas təhsili

Ali təhsilSosial iş, psixologiya, sosiologiya üzrə kurslar zəruridir.

Digər:

Qeyri-formal və (və ya) informal təlim tələb olunan səriştələrin genişləndirilməsinə şərait yarada bilər. Bəzən sosial işçi zəruri səriştələri yalnız qeyri-formal və (və ya) informal təlim vasitəsi ilə əldə edə bilər.

Qeyri-formal təlimQeyri-formal təlimin ən yaxşı yolu iş yerində öyrənməkdir. Bu, təlim mərkəzində keçirilən kurslar və ya təcrübəli mütəxəssis/təlimatçı tərəfindən keçirilən birbaşa təlimlə əlaqələndirilə bilər.

İnformal təlimİnformal təlim, ənənəvi olaraq, ailə daxilində, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsi ilə baş verir. O, tələb olunan nəzəri və təcrübi bilikləri verə bilər, lakin fərdi yoxlamadan başqa, digər qaydada müşahidə edilməsi demək olar ki, mümkün deyil və ölçülməsi çətindir.

C.3.2. TƏLİMİN İSTİQAMƏTİNormal ilkin təlim istiqaməti ümumi orta təhsili bitirdikdən sonra ali təhsil almaq və sosial işlərlə məşğul olan təhsil, səhiyyə, penitensiar, sosial xidmət, elmi-tədqiqat müəssisələri, icma inkişafı da daxil olmaqla dövlət, qeyri-hökumət və özəl müəssisələrdə təcrübə keçməkdir. İşçinin təlim istiqamətləri yuxarıda göstərildiyi kimi, qeyri-formal və informal təlimdən də ibarət ola bilər.

C.3.3. ƏVVƏLKİ TƏLİMİN TANINMASI3

Gələcəkdə sosial işlər sahəsində ən azı iki il iş təcrübəsi olan şəxs səriştələrin yoxlanması üçün imtahana mürəciət edə və yalnız imtahanı keçdikdən sonra səriştələrin tanınması haqqında rəsmi sənəd əldə edə bilər.

2. Ümumi orta təhsil ölkə vətəndaşları üçün icbari xarakter daşıdığından cədvəldə əks olunmayıb.3. Azərbaycanda səriştələrin tanınması üçün qiymətləndirmə sistemi hazırda mövcud deyildir.

Page 28: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

Peşə standartının hazırlanması prosesində iştirak etmiş müəssisə nümayəndələrinin siyahısı

28

№ İştirakçının adı, soyadı: Təşkilat və yeri:

1. Aytəkin Hüseynli Azərbaycan Sosial İşçilər Birliyi, Bakı

2. Tünzalə Verdiyeva Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Bakı

3. Elmir Valehli Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Bakı

4. Züleyxa Nəcəfova Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Bakı

5. Aygün Musayeva Müstəqil ekspert, Bakı

ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması layihəsi tərəfindən prosesin əlaqələndirilməsində iştirak etmiş şəxslərin siyahısı:

№ Adı, soyadı: Vəzifə:

1. Məltəm Nəbiyeva Standartlar üzrə mütəxəssis

2. Kənan Musayev Standartlar üzrə mütəxəssis

Page 29: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

29

İstinadlar4 1. Beynəlxalq Əmək Təşkilatı (ILO), 2008-ci il. Peşələrin Beynəlxalq Standart Təsnifatı, 2008.

http://www.ilo.org/public/english/bureau/stat/isco/isco08/index.htm2. Almaniyanın Peşə Təhsili və Təlimi üzrə Federal İnstitutu.

http://www.bibb.de

3. Kanada Təchizat Şəbəkəsinin Sektor Şurası. http://www.supplychaincanada.org/en/NOS

4. Amerika Birləşmiş Ştatları. İnformasiya Texnologiyaları üzrə Tərəfdaşlıq. Peşə Məlumat Şəbəkəsi. http://www.occupationalinfo.org/onet/

5. Amerika Birləşmiş Ştatları. MyMajors bloqu. http://www.mymajors.com/

6. Amerika Birləşmiş Ştatları. Karyera Test / Karyera Məsləhət şirkəti. http://dot-job-descriptions.careerplanner.com

7. Böyük Britaniya. Milli Peşə Standartları üzrə məlumat bazası. http://www.ukstandards.co.uk/Pages/index.aspx

8. Avstraliyada Peşə Təhsili və Təlimi üzrə məlumat bazası. http://training.gov.au/Search/Training

9. Rusiya Sənayeçilər və Sahibkarlar Birliyi. İxtisasların İnkişaf etdirilməsi üzrə Milli Agentlik. http://nark-rspp.ru

10. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi: Statistika Bürosu. http://www.stat.go.jp

11. Sinqapur Statistika Departamenti. http://singstat.gov.sg

12. Türkiyə Peşə-İxtisas Qurumu. http://myk.gov.tr/

13. Türkiyədə Peşə Təhsili və Təlimi Sisteminin Gücləndirilməsi. http://svet.meb.gov.tr

4 Peşə standartı, peşə standartı üzrə qiymətləndirmə və təlim standarının hazırlanmasında istifadə edilmiş mənbələr.

Page 30: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

Qeydlər

Page 31: Sosial işçi - WordPress.com › 2014 › ... · 2014-10-26 · kütləvi informasiya vasitələrindən, ictimaiyyət arasında gündəlik qarşılıqlı ... İş kontekstində istifadə

Əlaqə vasitələri

Sosial Müdafiənin İnkişafı layihəsinin “ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı

World Business Centre, 4/2Süleyman Rəhimov küçəsi 309Bakı, AZ1009, Azərbaycan

Telefon: (+994 12) 597 3072/73Faks: (+994 12) 597 3074E-poçt: [email protected]

Veb: www.dios.az