quran elmlƏrİ İlƏ taniŞliqmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ...

54
Dərslik «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ MÜQƏDDƏS QUM ŞƏHƏRİ 2016 - 2017 QURAN ELMLƏRİ İLƏ TANIŞLIQ SEYİD AZƏR ƏHMƏDOĞLU

Upload: others

Post on 19-Oct-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

Dərslik

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ MÜQƏDDƏS QUM ŞƏHƏRİ

2016 - 2017

QURAN ELMLƏRİ

İLƏ TANIŞLIQ SEYİD AZƏR ƏHMƏDOĞLU

Page 2: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 1

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

Giriş

İnsan, mənəvi və maddi ünsürdən təşkil olunmuş bir varlıqdır. O, maddi olaraq yaradılsa da, – “Şübhəsiz, insanı xalis gildən yaratdıq!”1 – özündə ilahi xislət və əxlaqı ehtiva edir – “Ona Öz ruhumdan üfürdüm”2.

Maddi ləzzətlərin qısa müddətdə və asanlıqla qazanılması, habelə bu ləzzətin əldə edilməsindən razı qalmaq kimi amillər insanın maddiyyata daha çox önəm verməsinə və nəticədə Allahı unutmasına şərait yaradır. Bu təhlükəni aradan qaldırmaq və insanı sırf maddiyyata diqqətdən ayırıb, nəzərini ali üfüqlərə yönəltməsi üçün Allah-taala bəşərin hidayətindən ötrü bir sıra həqiqəti əks etdirən müxtəlif dəlillər göndərmişdir. O cümlədən, peyğəmbərlər, ilahi övliyalar, məsum imamlar, səmavi kitablar, təbiətin yaradılışı və s. Səmavi kitablar, heyvansayağı və ötəri mühitdən əbədi aləmə yönəlmələri üçün insanlara göndərilən “həyat üçün təlimat kitabçası” ünvanındadır.

Niyə Quranı tanımalıyıq?

Bəşər tərəqqiyə çatmasına, müxtəlif elm və texnikalara yiyələnməsinə rəğmən, insanın fitrətindən doğan şəxsiyyətə təzim meylinin daimiliyi danılmaz bir

1 “Muminun” surəsi, ayə 12.

2 “Hicr” surəsi, ayə 29.

Page 3: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 2

həqiqətdir. Bəşərin təzim və ehtirama layiq bildiyi varlıq və şəxsiyyət, fərqli formalarda pərəstiş olunan həmin Allahdır.

Biz müsəlmanların Quranı diqqətdə saxlaması, əslində düzgün Allahı tanıma yollarına yönəlmək, digər tərəfdən şirk və nadanlıqdan uzaqlaşmaqdır. Qurana əhəmiyyət vermək və onu öyrənmək fironsayağı, allahvari yaşamı inkar etməkdir. Şübhəsiz, Quranda dəfələrlə işarə olunan ən önəmli mövzulardan biri tövhiddir. Tövhidi bilmək, əslində Allah yolunda olmaqdır. Quranla ünsiyyət və onu öyrənməyimiz, həqiqətdə özümüzü ilahi yolda qərarlaşdırmaqdır. Quranı öyrənməyin ən mühüm hədəfi, şübhəsiz elə budur. Quranın təfəkkür və idraka hədsiz diqqəti və idrak vasitəsilə insanın təkamülü nazil olmanın başlıca məqsədlərindəndir. Ona görə də biz hər keçən gün Qurandan möhkəm yapışmalı və allahçı olmağın yollarını zikr əhlindən – “Zikir əhlindən soruşun!” – soruşmalıyıq. Bəlkə bununla hər keçən gün Quranın göstərişlərinə, tərbiyə prinsiplərinə əməl etməkdə səy göstərək.

Quran elmlərinin tərifi: Quranın tanışlığı ilə bağlı bir-birilə rabitədə olan və onun müxtəlif mövzu və

xüsusiyyətlərini əhatə edən məsələlər toplusu “Quran elmləri” adlanır. Yəni “Quran elmləri” Quranın zahiri elmləri barədə bəhs edir. Quran elmləri təfsir elminin müqəddiməsi sayılır.

Bu bəhslərin “Quran elmləri” adı ilə və cəm şəkildə (elmlər) işlədilməsinin səbəbi nədir?

Cavab: Quran elmlərində bəyan edilən hər bir məsələ öz çərçivəsi daxilində müstəqilliyə malikdir və adətən, həmin elmin digər məsələləri ilə o qədər də yaxın rabitəsi yoxdur. Misal olaraq “Təcvid”, “Quranın tarixi”, “Qiraət” və s. elmlərin adını çəkə bilərik.

Mövzusu: Qurani-kərim Əhəmiyyəti: a) İnsanda Quranın tədqiq və araşdırılması ilə bağlı maraq yaranır. Eyni

zamanda, onun mövzuları ilə daha yaxından tanış olmağa səbəb olur. b) Quranın düzgün şəkildə başa düşülməsi Quran ayələrinin “məkki-

mədəni”, “möhkəm-mütəşabih” olmasını bilmək, Quranın düzgün şəkildə oxunuşu və s. bir sıra müqəddimə məsələlərə əsaslanır.

c) İnsan Quranı təfsir etmək üçün özündə hazırlıq və güc tapır. Zəruriliyi: İlahi məqsədləri düzgün və dərin anlamaq üçün Quran elmlərini

bilmək lazımdır. İlahi kitabın hüdudlarını qorumaq üçün onu daha çox tanımalıyıq. Tarixçəsi: Quran əbədi möcüzə, ilahi vəhy və sonuncu dinin – İslamın yazılı salnaməsi

olduğundan daima müsəlmanların diqqət mərkəzində olmuş və ona xüsusi önəm

Page 4: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 3

verilmişdir. Hicrətin birinci yüzilliyində Peyğəmbərin (s) səhabələri, tabeinlər, ardınca isə din alimləri Quran və onunla əlaqədar mövzulara, elmlərə xüsusu diqqət sərgiləmişlər. Bu da, “Quran elmləri” adlı yeni bir ixtisasın meydana gəlməsi ilə nəticələnmişditr. Sözügedən elm, Qurandaxili və Quranxarici mövzuları araşdıraraq, vəhyin bizə məlum olmayan tərəflərini, ilk baxışda nəzərə çarpmayan incəliklərini, habelə hər ağlın və qəlbin vara bilmədiyi məna dərinliklərini kəşf edib ortaya çıxarmağa, nəticədə kəşf edilən gövhərləri Quran oxucularına töhfə verməyə çalışır.

Peyğəmbər (s) əsrində digər elmlər, o cümlədən kəlam, fiqh, əxlaq, təfsir, qiraət elmi kimi Quran elmləri adlı rəsmi bir elm formalaşmasa da, səhabələr arasında bu elmin qığılcımlarına rast gəlmək olur. Bu istiqamətdə həzrət Əlinin (ə) rolu əvəzsiz və danılmazdır. Nümunə olaraq qeyd edək ki, alimlərin fikrincə, Rəsulullahın (s) səhabələri arasında Quranı təfsir edən və Quran elmlərini bilən ilk şəxs Əli ibn Əbu Talib (ə) olmuşdur. İbn Abbas kimi dahi şəxsiyyət də təfsir elmini o həzrətdən mənimsəyib öyrənmişdir.3

Həmçinin, xəlifələr arasında Quran elmləri mövzusunda ən çox hədis nəql edən şəxs Əli ibn Əbu Talib (ə) olub.

Bundan əlavə, Abdullah ibn Abbas, Abdullah ibn Məsud və Ubəyy ibn Kəb ibn Qeys Quranın təfsiri və qiraətində özlərinə görə xüsusi yerləri olub və digərləri Quranı onlardan əxz ediblər.

Quran elmləri haqqında kitab yazmaq hicri tarixlə birinci əsrdən başlayıb. O dövrdən etibarən bir çox alim Quranla bağlı müxtəlif mövzular haqqında kitablar yazıblar. Onlardan bəzilərinin adlarını qeyd edirik:

Birinci əsrə aid: 1. Həzrəti Əli (ə) 2. Əbul-Əsvəd Duəli həzərt Əlinin (ə) göstərişi ilə “Nəhv” elmi (ərəb dili

qrammatikası) haqqında ilk əsəri yazmışdır.4 3. Əbul-Əsvəd Duəlinin şagirdlərindən olan Yəhya ibn Yəmur “Qiraət” elmi

haqqında kitab yazmışdır. İkinci əsrə aid: 1. Həsən ibn Həsən Yəsar Bəsri “Nuzulul-Quran və ədədu ayil-Quran”

kitabını yazmışdır. 2. İmam Səccadın (ə) tələbələrindən olan Əban ibn Təğlib Quranın qiraəti,

mənaları və "Ğəribul-Quran” haqda kitablar yazmışdır. 3. Muqatil ibn Süleyman “əl-Ayətul-mutəşabihat” kitabını yazmışdır. 4. Əbu-Əmr Təmimi, “əl-Vəqfu vəl-ibtida” və “əl-Qiraat” adlı kitabları

yazmışdır. 5. Xəlil ibn Əhməd Fərahidi, Quranın xətti haqda ilk kitabı yazmışdır. Üçüncü əsrə aid: 1. Yəhya ibn Ziyad, Quranın mənaları haqqında kitab yazmışdır. 2. Əbu-Ubeyd ibn Səlam, “Fəzailul-Quran”, “Ğəribul-Quran” və “Ecazul-

Quran” kitablarını yazmışdır.

3 “Əl-Burhan fi-ulumil-Quran”, c. 2, səh. 157.

4 “Tədvinus-sunnətiş-şərifə”, Seyid Cəlali, səh. 137.

Page 5: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 4

3. Şeyx Məhəmməd ibn Cərir Təbəri, “Camiul-bəyan ən-təvili ayil-Quran” təfsirini yazmışdır.

4. Məhəmməd ibn Məsud Səmərqəndi, “Təfsirul-Əyyaşi” kitabını tərtib etmişdir.

5. Əli ibn İbrahim Qumi, “Təfsirul-Qumi” əsərini yazmışdır. Quran elmlərinin əhatə etdiyi bir sıra mövzular: 1. Quran haqqında 2. Vəhy 3. Quranın nazil olması 4. Quranın ad və sifətləri 5. Qurani-kərimin hissələri 6. Müqəttəə hərflər 7. Məkki və mədəni surə və ayələr 8. Quranın qiraət növləri 9. Quranın toplanıb kitab halına salınması 10. Quranın təhrif olunmaması 11. Möhkəm və mütəşabih ayələr 12. Quranın ecazkarlığı “Quran elmləri” barədə yazılan kitablardan bir neçə nümunə: 1. “ət-Təmhid fi ulumil-Quran”, Ayətullah Şeyx Məhəmməd Hadi Mərifət, (vəfatı 1427 h.q) 10 cild, ərəb dilində. 2. “Quran elmləri ensiklopediyası”, Hacı İlqar İsmayılzadə, 1 cild, Azərbaycan dilində. 3. “əl-İtqan fi ulumil-Quran”, Cəlaləddin Süyuti, (vəfatı 911 h.q) 7 cild, ərəb dilində. 4. “əl-Burhan fi ulumil-Quran”, Bədrəddin Məhəmməd ibn Abdullah Zərkeşi, (vəfatı 794 h.q), 4 cild, ərəb dilində. 5. “Ulumi-Quran”, Ayətullah Mərifət, (Doktor Cavad İrəvani tərcümə etmişdir), 3 cild, fars dilində. 6. “Tarixi-Quran”, Məhəmməd Hüseyn Məhəmmədi, 1 cild, fars dilində.

Page 6: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 5

1 QURAN HAQQINDA

“Quran” sözü lüğətdə Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli

sürülmüşdür: 1. “Quran” sözü, əslində “qərəə” (رء

kökündən olub, “tilavət” (oxumaq) (ق

mənası daşıyır. Şeyx Təbərsi bu barədə yazır: “Quran sözü əslində oxumaq mənasını bildirən və oxumaq sözünün məsdəri sayılan “qiraət” kökündəndir.”5

2. “Quran” sözü əslində “qərən” (قری) kökündən olub “cəm” və “toplamaq” mənasına malikdir.

Belə ki, Qurani-kərim öncə nazil olmuş bütün səmavi kitablardakı bütün həqiqətləri və maarifi özündə toplamışdır.6

3. Yəhudilərin kitabı “Tövrat” və məsihilərin kitabı “İncil” adlandığı kimi, müsəlmanların kitabı da “Quran” adlandırılmışdır və bu ad hansısa sözdən alınmamışdır.

4. “Quran” sözü əslində “qərain” (رائن kökündən olub, “oxşar əlamətlər və (ق

nişanələr” mənasına malikdir. Çünki bu müqəddəs kitabın ayələri bir-birini təsdiq edir və bir-birinə bənzəyirlər.

5. “Quran” sözü əslində “qərənə” )قرن( kökündən olub, “dəlalət” və “işarə” mənasını daşıyır. Çünki bu müqəddəs kitab bütün insanların səadət və hidayəti üçün dəlil və işarə sayılır.

Qeyd: Yuxarıdakı mənalardan daha çox birinci məna məqsədə uyğundur.

Deməli, “Quran” sözü müqəddəs kitabımız çox oxunduğu üçün əslində “qərəə” kökündən olmuş və “tilavət” (oxunmuş) mənasını daşıyır.

5“Məcməul-bəyan” təfsiri, Təbərsi, c. 1, səh.82.

6“Mufrədat”, Rağib İsfahani, səh.688.

Page 7: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 6

االصل و هو مصدر قراءت ای تالوتی 7القرآن معناه القراءة ف

QURANI-KƏRIM

–İslam dinində Quran peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) vasitəsilə Allah tərəfindən bəşərin hidayətindən ötrü müsəlmanlara göndərilən səmavi və müqəddəs kitabın adıdır.

–Quran müsəlmanlar, hətta qeyri-müsəlmanlar arasında Allah tərəfindən İslam peyğəmbəri həzrət Məhəmmədə (s) nazil olmuş səmavi və müqəddəs kitabın adıdır.

–Quran İslam dininin ən mötəbər mənbəyi, İslam maarifinin ilk qaynağı, fərqli – fəsahət (fikri səlislik), bəlağət (fikri incəlik), ritorika, qədim tarix, tərbiyə və əxlaqa dair mövzularla bağlı göstərişlər – cəhətlərdən misilsiz bir kitabdır.

–Quran həzrət Məhəmmədin (s) ən böyük möcüzəsi və İslamın canlı və əbədiyaşar sənədidir. Endiyi gündən etibarən öz əsalətini (orijinallığını) qoruyub saxlamış və qiyamətədək toxunulmaz olan tək səmavi kitabdır.

Dünya alimlərinin Quran barəsində söylədikləri: 1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox

maraqlı bir sözü vardır. O deyir: “Əgər Quran xürafat olsaydı, Allah tərəfindən göndərilmiş olmaz və heç vaxt

bəşəriyyəti elmə və düşüncəyə dəvət etməyə cürət edə bilməzdi. Heç bir düşüncə Məhəmmədin Quranı qədər insanı elmə dəvət etməmişdir, Quranda 950-yə yaxın ayədə yalnız elm, ağıl və fikir barələrində söz açılmışdır.”

2. Ernest Renan, tanınmış fransalı filosof yazır: “Mənim kitabxanamda siyasi, ictimai, ədəbi və.s. müxtəlif mövzularda

minlərlə kitab var və onların hər birini bir dəfədən artıq oxumamışam. Amma bir kitab vardır ki, həmişə mənim munisimdir, hər dəfə nədənsə sıxıldıqda və ya mənəviyyat, kamal qapılarının üzümə açılmasını istədikdə, o kitabı oxuyuram və o kitab Quran – müsəlmanların səmavi kitabıdır.”

3. Mahatma Gandhi, Hindistanın mərhum liderı yazırdı: “Quran elmlərini öyrənməklə, ictimai mövqeyindən asılı olmayaraq hər bir

şəxs vəhyin sirlərini, dinin hikmət və fəlsəfəsini dərk edə bilər. Quranda insanların din və məzhəblərini dəyişmələrinə dair heç bir məcburiyyət görülməmişdir, əksinə olaraq Quran aşkarcasına elan edir:

ين ي الد

ی ف

راه

إك …ال

“Dində (İslamda) hər hansı bir zorakılıq və icbar yoxdur.”8 4. Vil Dyurant, amerikalı şərqşünas alim yazır: “Quranda qanunla əxlaq ayrılmazdır. Quran baxımından dini davranışlar

dünyəvi davranışları da əhatə edir. Bütün bunlar Allah tərəfindən vəhy vasitəsi ilə göndərilmişdir. Quran, hər hansı bir adət-ənənəyə tabe olmayan azad və ən sadə insanların belə asanlıqla dərk edə biləcəkləri ideologiyanı vücuda gətirir.”

7“Məcməul-bəyan” təfsiri, Təbərsi, c. 1, səh. 82.

8“Bəqərə” surəsi, ayə 256

Page 8: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 7

2 İLAHİ VƏHY

Məlum olduğu kimi, müqəddəs kitabımız Qurani-kərim İslam peyğəmbərinə

(s) vəhy yolu ilə nazil olmuşdur. Başqa ifadə ilə desək, seçilmiş insanlarla qeyb aləmi arasındakı rabitə vəhy yolu ilə olmuşdur. Elə buna görə də, əksər Quran alimləri vəhy mövzusundan başlayıblar.

وىهن ال

عنطق

وح ... وما ي

ي وحي

او إال

ه إن

“O (Peyğəmbər (s)), əsla nəfsi istəkləri ilə (havadan) danışmır. Bu, yalnız (Allah dərgahından) nazil olan bir vəhydir.”9

İndi isə “Vəhy” sözünün lüğəvi və terminoloji mənalarını açıqlayacağıq: Vəhyin lüğətdəki mənası Ərəb dili lüğətində “vəhy” sözü üçün bir çox mənalar qeyd olunmuşdur: 1. Söz; 2. İşarə; 3. Yazmaq; 4. İlham; 5. Gizli, sürətli və rəmzi söz; 6. Bir şəxsi gizli tərzdə anlatmaq; 6. Risalət və peyğəmbərlik üçün olan vəhy. 10 İbn Mənzur “Lisanul-ərəb”də bu barədə belə yazır:

9“Nəcm” surəsi, ayə 3-4.

10 “əl-Qamusul-muhit”, c. 4, səh. 579; “Məcməul-bəhreyn”, c. 1, səh. 431; “Əqrəbul-

məvarid”, c. 5, səh.734; “Lisanul-ərəb”, c. 15, səh. 241-242; “Mufrədat”, Rağib İsfahani”, səh. 858.

Page 9: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 8

ك لقيته إىل غير

و كل ما أ ي

فیهام و الكالم الخ

سالة و اإلل : اإلشارة و الكتابة و الر و وح ..الوحي

خفيه من غير مه بكالم ي

اوح: كل

هإليه و أ

“Vəhy işarə etmək, yazmaq, məktub, ilham etmək, gizli söz və digərlərinə çatdırılan hər bir sözə deyilir.”

“Vəhy”in terminoloji mənası –Vəhy Allah-taalanın müəyyən hədəflər əsasında öz peyğəmbərlərindən

birinə qeyri-adi bir yolla, həmçinin, öz yaxın mələyi və ya digər vasitələrlə çatdırdığı söz, fərman və göstərişlərə deyilir. Belə ki, ilahi peyğəmbər onu kamil və şüurlu tərzdə dərk edərək eşidir və ya görə bilir.

Əllamə Təbatəbai bu barədə yazır: “Müsəlmanların vəhy barədə olan ümumi nəzərlərinə əsasən, vəhy Quranın

öz ləfzi ilə, Allahın yaxın mələklərindən birinin vasitəsi ilə İslam Peyğəmbərinə (s) göndərilməsindən ibarətdir.”11

Məhəmməd Hadi Mərifət bu haqda yazır: “Vəhy Allahın öz peyğəmbərlərindən birinə mələklə və ya digər vasitə ilə

ilahi risaləti (vəzifəni) yetirmək hədəfi ilə çatdırdığı (söz və göstərişlərə) deyilir.”12 Vəhy ilə ilhamın fərqi 1. Vəhy olunmuş şəxs hökmən ilahi peyğəmbər sayılır, lakin ilham olunan

şəxsin peyğəmbər olması şərt deyil. 2. Vəhy olunan şəxs vəhyin gəldiyi ünvanı olduğu kimi tanıyır. İlham olunan

şəxs isə, adətən onun haradan gəldiyini dərk etmir. 3. Vəhy ilhamın əksinə olaraq, yalnız Allah-taala tərəfindən nazil ola bilər.

Amma ilham bəzi vaxtlar (vəsvəsə mənasında) şeytan və ya cin tərəfindən də həyata keçə bilər.

Quranda ilahi vəhyin mənaları: 1. İşarə mənasında olan vəhy.

ا شي وع

رةكوا ب

ح سب

نيهم أ

وح إل

أراب ف

مح

الومه من

ق

لرج ع

خ ف

“Sonra (Zəkəriyyə) mehrabdan öz camaatının qarşısına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin!”13

2. İlham vasitəsilə olan vəhy. İlahi vəhyin növlərindən biri Allah-taalanın öz məxsus bəndələrinə ilham

etməsindən ibarətdir.

رضعيه أنم موس أ

أا إىل

ينوح

يه وأ

لت ع

ا خف

إذي ف

نیزح تي وال

یاف

خ تيم وال

ي ال یقيه ف

لأ ف

وه

ا راد

اإن

ی مرسلير ال من

وه

اعل

يك وج

إل

11“Quran dər İslam”, Əllamə Təbatəbai, səh.72. “Əl-Mizan” təfsiri, c.15.

12“Təlxisut-təmhid”, c. 1, səh. 11.

13“Məryəm” surəsi, ayə 11.

Page 10: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 9

“Biz Musanın anasına: “Onu (Musanı) əmizdir; elə ki, ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə ilham etdik.” 14

3. Yaradılış aləmindəki varlıqlara vəhy. Bal arısına vəhy olunur:

اخذي من

ان ات

ل أ

حا الن

إىل

كوح رب

وأ

ون

عرش

ا ي ر ومما

جا الش

ا ومن

يوتجبال ب

ل

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)!”15

Yerə vəhy olunur: ومئذ

ا ي

باره

خ أثدحا ت

هوح ل

أكا رب

ان بأ

“Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!”16

Göylərə vəhy olunur:

ل سم ي ك

یوح ف

وأ

ی وميري ي ی سبع سماوات ف

اناهضقاف

مره

اء أ

يا بمصابيح

نماء الد ا السا

انايوز

اظعليم وحف

عزيز ال

دير ال

ق تلك

ذ

“Beləliklə, onları iki gündə (yaxud iki mərhələdə) yeddi göy əmələ gətirdi. (möhkəm etdi) və hər bir göydə onun işlərini vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü çıraqlarla (ulduzlarla) bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.”17

4. Şeytanın vəsvəsəsi وليآئ …

أ إىل

ون

يوح

ی ل ياطير

ا الش

ا …هم وإن

“...Həqiqətən, şeytanlar öz köməkçi və dostlarına vəsvəsə (təlqin) edirlər...”.18

5. Risalət və peyğəmbərlik üçün olan vəhy.

عده بی من ير

بياوح والن

نا إىل

ينوحما أ

كيك

ا إلينوح

ا أاراهيم وإ إن

إب

ا إىل

ينوح

وأ

اق

سماعيل وإسح

يمان

وسل

ارون

س وه

ون وي

وب

يسباط وعيس وأ

وال

وب

عقورا وي

ب زاوود

ا دين وآت

“(Ey Peyğəmbər!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.”19 Ənam” surəsi, ayə 121.

Risalət və peyğəmbərlik üçün olan vəhyin növləri Quran baxımından ilahi vəhy üç yoldan biri ilə həyata keçir. Bu barədə Allah-

taala buyurur:

14“Qəsəs” surəsi, ayə 7.

15 “Nəhl” surəsi, ayə 68.

16“Zəlzələ surəsi, ayə 4-5.

17“Fussilət” surəsi, ayə 12.

18 “Ənam” surəsi, ayə 121.

19“Nisa” surəsi, ayə 163.

Page 11: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 10

بإذ يوحي

فرسل رسوال

و ياب أ

وراء حج

و من

يا أ

وح

ا إال

ا الل

مهلك ين أ

لبشاناء وما ك

ش نه ما ي

هاإن

كيم ح لي

ع

“Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!”20

Bu ayəyə əsasən Allah-taalanın Öz peyğəmbərlərinə göndərdiyi “vəhy” aşağıdakı üç vasitədən biri ilə həyata keçir:

1. Birbaşa vəhy (Allahla peyğəmbər arasında heç bir vasitənin olmadığı vəhy);

2. Hicab (pərdə) arxasıdan vəhy;

اطئ

ش

ودي من

ا ناهتا أ ما

ل ف

اا الل

ني أیا موس إن

ينرة أ

جا الش

ة من

مبارك

عة ال

بقي ال

یمن ف

ي واد ال

ال

رب

“(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah mənəm!” 21

3. Mələk vasitəsilə olan vəhy.

ی مير وح ال ل به الر

ز -ن

ذرين

من ال من

ون

ك لتبك

ل ق

ل -ع

ی مبير ي رن بلسان ع

“Onu Cəbrail (Ruhul-əmin) endirdi. (Günahkarları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilinə.”22

Vəhyin nazilolma keyfiyyəti: Bir çox hədislərdə bu məsələyə toxunulmuşdur. Nümunə üçün onlardan

ikisini qeyd edirik: 1. Haris ibn Hişam İslam peyğəmbərindən (s) soruşdu: “Ey Allahın elçisi!

Vəhy sizə necə nazil olur?” Həzrət peyğəmbər (s) buyurdu: ”Bəzi vaxtlar (vəhy) qapı zəngi kimi gəlir. Bu

mənə nazil olan ağır vəhy növüdür. Mən tərləyir və onun dediklərini dərk edirəm. Bəzi vaxtlar isə mələk bir kişi formasında mənim yanıma gələrək danışır və mən onun dediklərini eşidib dərk edirəm.”23

2. Ayişənin nəql etdiyi rəvayətə əsasən, bəzi vaxtlar hətta, soyuq havada həzrət Peyğəmbərə (s) vəhy nazil olduqda, onun (s) alnı tərləyirdi. 24

20“Şura” surəsi, ayə 51.

21“Qəsəs” surəsi, ayə 30.

22“Şüəra” surəsi, ayə 193-195.

23“Səhihi-Buxari”, c. 21, səh. 2; “Biharul-ənvar”, c. 18, səh. 260, hədis 13 (azacıq fərqlə).

24“Səhihi-Buxari”, c. 21, səh. 2; “Biharul-ənvar”, c. 18, səh. 260, hədis 13.

Page 12: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 11

3 QURANİ-KƏRİMİN NAZİL OLMASI

Nazil olmanın mənası: “Nüzul” sözü lüğətdə “nəzələ” bir şeyin yuxarıdan aşağıya enməsinə deyilir. Nazil olmanın üç mənası vardır: 1. Məkan baxımından; 2. Məqam baxımından; 3. Mənəvi baxımından. Həzrət Məhəmməd (s), qırx yaşında ikən Məkkə şəhərində peyğəmbərliyə

seçilmişdi. O həzrətin peyğəmbərliyi Hira mağarasında “Ələq” surəsinin ilk beş ayəsinin nazil olması ilə başlamışdı. Bura qədər demək olar ki, bütün müsəlmanlar eyni fikirdədirlər, lakin həzrət Məhəmmədin (ə) “peyğəmbərliyə seçilmə”sinin hansı tarixdə baş verməsi barədə nəzərlər müxtəlifdir.

Quranın Allah-taala tərəfindən İslam peyğəmbərinə (s) nazil olması barədə müxtəlif fikirlər vardır. O cümlədən,

1. Ramazan ayının 17, 18 və 24-ü.

اس اى للن

د هرآن

قزل فيه ال

نذي أ

ا الان

ر رمض

هان ش

رقفى وال

ده الات من

ن ي …وب

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir... 25

25“Bəqərə” surəsi, ayə 185.

Page 13: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 12

ر دقة ال

يلي ل ی ف

اهنلنزا أا إن

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (Lövhi-məhfuzda dünya səmasına) nazil etdik!”26

2. Rəbiul-əvvəl ayının 3, 8 və 12-si. 3. Rəcəb ayının 27-si. 4. Şaban ayının ortalarında. Əhli-beyt məzhəbinin nəzərinə əsasən, İslam peyğəmbəri (s) Rəcəb ayının

27-də peyğəmbərliyə çatmışdır. Bu barədə sübut olaraq bir neçə hədisi nəzərinizə çatdırırıq:

1. İmam Sadiq (ə) buyurur: “Rəcəb ayının iyirmi yeddinci günündə oruc tutmağı unutma! Çünki o gün

həzrət Mühəmmədə (s) peyğəmbərlik nazil olmuşdur. (O gün oruc tutmağın) sizin üçün olan savabı altmış ayın ( orucu ilə bərabərdir).”27

2. İmam Kazimdən (ə) nəql olunan rəvayətdə həzrət buyurur: “Allah-taala aləmlərə rəhmət olan həzrət Mühəmmədi (s) rəcəb ayının 27-

si peyğəmbərliyə seçdi. Hər kəs bu gün oruc tutsa, Allah altımış ayın orucunun savabını onun üçün yazar.” 28

Sual: Tarix, Quranın məzmunu və ayələrin nazilolma səbəbi baxımından, həmçinin Allah Rəsulunun (s) həyat tarixçəsindən bizə məlum olur ki, Qurani-kərim 23 il ərzində tədricən nazil olub. Halbuki, uyğun surədə Quranın Ramazan ayının Qədr gecəsində nazil olması qeyd olunur. Bu məsələ (birdəfəyə və tədricən nazilolma) bir-birilə ziddiyət təşkil etmirmi?

Cavab: Quran elmləri üzrə mütəxəssislər, təfsirçilər suala Quranın iki növ nüzulu olmuşdur deyərək cavab vermişlər:

1. Quranın bütövlükdə nazil olması 2. Quranın tədricən nazil olması

Qurani-kərimin nazil olma növləri 1. Quranın bütövlükdə nazil olması Quranın bütövlükdə nazil olmasında məqsəd onun həqiqəti və batinini

ümumi şəkildə İslam peyğəmbərinin (s) qəlbinə nazil olması və həzrət peyğəmbərin (s) onunla ümumilikdə tanış olmasından ibarətdir.

ان رقفى وال

ده الات من

ن ياس وب

اى للن

د هرآن

قزل فيه ال

نذي أ

ا الان

ر رمض

هم ش

ك من

هد

ش

من

ف

يصمه

لر ف

ها الش

ةاعدر ف

سف

لو ع

ا أ مريض

انر ومنك

خام أ

اي أعش من

م ال

بك

ريد

ييش وال

م ال

بك

ا الل

ريد

ي

رون

كشم ت

كاعلم ول

اكد ما ه

ل ع

اوا الل ي

ك ولت

ةاعدوا ال

ملك ولت

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə

26“Qədr” surəsi, ayə 1.

27“Fürui-Kafi”, c. 4, səh.149, hədis 1.

28“Vəsailuş-şiə”, c. 7, səh. 330.

Page 14: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 13

tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.”29

ر دقة ال

يلي ل ی ف

اهنلنزا أا إن

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (Lövhi-məhfuzda dünya səmasına) nazil etdik!”30

2. Quranın tədricən nazil olması Quranın tədricən nazil olmasında məqsəd isə onun zahiri surələri və

ayələrinin 23 il müddətində və müəyyən vaxtlarda Allah-taala tərəfindən İslam peyğəmbərinə (s) nazil olmasından ibarətdir. Qurani-kərim İslam peyğəmbəri (s) 40 yaşında ikən rəcəb ayının 27-də “Ələq” surəsinin ilk beş ayəsi ilə tədricən nazil olmağa başlamış və bu nüzul Həzrətin (s) ömrünün sonunadək beləcə davam etmişdir.

Allah-taala Quranda buyurur:

يال

ی يی تاهنلازث ون

مك

لاس ع

ا الن

ل عهرأق لتاهنرقا فرآن وق

“Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən nazil etdik.” 31

ة واحد

ةمل جرآن

قيه ال

لل ع

ز نوالروا ل

ف كذين

اال ال

وق

كادؤ به ف

ت ب

ث لنلك

ذ ك

رتيال

تاهنلا ورت

“Kafirlər dedilər: “(Əgər Quranın mənbəyi Allahın elmidirsə onda) nə üçün Quran ona bir yerdə (bütöv halda) nazil olmayıb?” Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün belədir. Və onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.” 32

Quranın nazil olması barəsində: Şiənin nəzəri: Qurani-kərim “Qədr” gecəsində “Lövhi-məhfuz”dan

bütövlükdə (bir dəfəyə) dünya səmasındakı “Beytul-məmur”a, oradan da Peyğəmbərə (s) nazil olmuşdur.

Əhli-sünnənin nəzəri: Qurani-kərim Allahın ərşindən birinci səmaya və “Beytul-izzə”yə, oradan da tədriclə Peyğəmbərə (s) nazil olmuşdur.

Nəticə: Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci və ya dördüncü səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci və ya dördüncü səmadan Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı

Quranın tədricən nazil olmasının fəlsəfə və səbəbləri 1. Peyğəmbərin qəlbinə sabitlik və möhkəmlik vermək üçün.

29“Bəqərə” surəsi, ayə 185

30“Qədr” surəsi, ayə 1.

31“İsra” surəsi, ayə 106.

32 “Furqan” surəsi, ayə 32

Page 15: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 14

ر ف كذين

اال ال

وق

رتيال

تاهنلا ورت

كادؤ به ف

ت ب

ث لنلك

ذ كة واحد

ةمل جرآن

قيه ال

لل ع

ز نوال وا ل

“Kafirlər dedilər: “(Əgər Quranın mənbəyi Allahın elmidirsə onda) nə üçün Quran ona bir yerdə (bütöv halda) nazil olmayıb?” Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.” 33

2. Quran surə və ayələri müxtəlif hadisələrlə bağlı nazil olurdu. 3. Quranın əzbərlənməsi və mənalarının anlaşılması asanlaşırdı. 4. Təlim və tərbiyə məsələsi Quranın tədricən nazil olmasını tələb edirdi. 5. Quranın təhrif olunmasının qarşısı alınırdı. 6. Müsəlmanlar üçün Quranın möhtəvasıni dərin düşünməyə fürsət

yaranırdı. 7. Quranın əzəmətli və haqq olmasını bəyan edirdi.

33“Furqan” surəsi, ayə 32.

Page 16: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 15

4 QURANİ-KƏRİMİN AD VƏ SİFƏTLƏRİ

Quran elmlərinin mövzularından biri də, Quranın adları və sifətləridir. Bu

barədə müfəssirlər və Quran alimləri müxtəlif fikirlər söyləmişdir: a) Hərrali Quranın adları mövzusunda ayrıca bir kitab yazaraq, bu kitabda

Quranın 90-dan çox ad və ya vəsfini sadalamışdır.34 b) Camaləddin Şeyx Əbul-Fütuh Razi Quran üçün 43 ad söyləmişdir.35 c) Bədrəddin Zərkeşi və Cəlaləddin Süyuti Quran üçün 55 ad qeyd etmişlər.36 d) Şeyx Təbəri, Şeyx Tusi və Əllamə Təbərsi kimi alimlər Ouran üçün 4 adı

yekdilliklə qəbul etmişlər: 1. Ouran; 2. Furqan; 3. Kitab; 4. Zikr.37 Qurani-kərimin adları: 1. “Quran” (oxunan, toplanmış və...)

ي ت ادي لل

يهرآن

قا الـذ هااإن بير

را ك

جم أ

ه لانات أ

الح الصا

ونعمل

يذين

ای ال منير

مؤ ال

بش

وم وي

ق أ ي

“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!“38

2. “Furqan” (haqq ilə batili bir-birindən ayıran).

ذيرا

ی ن مير

عال للون

بده ليك

ع

ل عانرقفل ال

ازذي ن

ا البارك

ت

34“əl-Buhran fi ulumil-Quran”, c. 1, səh.343.\ 35“Rəvzul-cinan və ruhul-cənan” təfsiri, c. 1, səh.8. 36“əl-Buhran fi ulumil-Quran”, c.1, səh.343, “əl-İtqan fi ulumil-Quran”, c.1, səh.111. 37“Camiul-bəyan”, c. 1, səh.41, “Tibyan” təfsiri, c. 1, səh.17 və “Məcməul-bəyan” təfsiri, c.

1, səh.82. 38

“İsra” surəsi, ayə 9.

Page 17: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 16

“Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Mühəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur!” 39

3. “Kitab” (yazılmış).

ی مسلميرى لل

ش

وب

مة

ى ورح

دء وه ي

ل س

كا ل تبيان

ابكت اليك

لا عنلاز ون

“Biz kitabı (Quranı) sənə hər şeyi (dini hökmləri, halal-haramı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, rəhmət və müjdə olaraq nazil etdik!” 40

4. “Zikr” (haqq-həqiqəti yada salan və xatırladan)

ون

افظ

ح لها لار وإن

كا الذ

نلاز ننحا نا إن

“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər növ təhrif və artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” 41

Əlbəttə, “Zikr”, “Furqan” və “Kitab” adları digər səmavi kitablar üçün də

istifadə olunmuşdur. Lakin “Quran” adı yalnız həzrət Mühəmmədə (s) nazil olan səmavi kitabın adıdır.

Bu böyük şəxsiyyətlərin qeyd etdikləri adların çoxu Qurani-kərimdə ad deyil, Quranın sifət və xüsusiyyəti kimi işlədilmişdir. Deməli, Quranın adları və sifətləri arasında fərqin qoyulmaması, digər bir tərəfdən adları seçməkdə metodların fərqli olması nəzərlərin müxtəlifliyi ilə nəticələnmişdir. Hətta bir qrup alim, Quran üçün “Quran” adından başqa, bir adın olmamasını düşünür.42

Qurani-kərimin sifət və xüsusiyyətləri İndi isə Qurani-kərimin sifət və xüsusiyyətlərindən nümunələri nəzərinizə

çatdırırıq: 1. “Tənzil” (tədricən nazil olan).

حيم من الراح الرا

ن يل م

ی يی ت

(Bu Quran) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.43 2. “Təzkirə” (öyüd-nəsihət).

ی قيرامتل لكرة

ذت لها وإن

Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir.44 3. “Tibyan” (izah edən, aydınlaşdıran).

ی مسلميرى لل

ش

وب

مة

ى ورح

دء وه ي

ل س

كا ل تبيان

ابكت اليك

لا عنلاز ون

39

“Furqan” surəsi, ayə 1. 40

“Nəhl” surəsi, ayə 89. 41

“Hicr!” surəsi, ayə 9. 42

“əl-Quranul-kərim və rəvayatul-mədrəsətəyn”, c.1, səh. 274. 43

“Fussilət” surəsi, ayə 2. 44

“Haqqə” surəsi, ayə 48.

Page 18: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 17

“Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, rəhmət və müjdə olaraq nazil etdik!”45

4. “Kərim” (uca və kəramətli).

ريم كرآن

ق لهاون إن

نك اب ما

ي كت

ی ف

رون

اهمط

الا إاله مس

يا ال

“(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (Lövhi-məhfuzdadır). Ona yalnız pak olanlar toxuna bilər (dərk edə bilər).” 46

5. “Əzim” (əzəmətli)

عظيم الرآن

قي وال

یانمث الن سبعا م

اكين آتدق ول

“(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik.” 47

6. “Ərəbi” (ərəb dilində, aşkar)

ونعقل

م ت

كاعلاا ل ربي

ا عرآن قاهنلنزا أا إن

“Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız.”48 7. “Mübarək” (xeyir-bərəkətli). 8. “Mubin” (aydın). 9. “Muhəymin” (qoruyan). 10. “Məcid” (əzəmətli, şanlı). 11. “Mütəşabih” (bir-birinə oxşar). 12. “Əziz” (məğlub edilməz). 13. “Moizə” (öyid-nəsihət). 14. “Zikra” (öyüd-nəsihət, xatırlatma). 15. “Bəsair” (bəsirət). 16. “Bəşir” (müjdə verən). 17. “Bəyan” (xəbər). 18. “Hədis” (kəlam, yeni məlumat). 19. “Huda” (hidayət). 20. “Hökm” (göstəriş, fərman, əmr). 21. “Hikmət” (dolğun mənalı, hikmət). 22. “Həkim” (hikmətli). 23. “Şəfa” (məlhəm, şəfa). 24. “Nəzir” (qorxudan). 25. “Nur” (işıq, aydınlıq). 26. “Rəhmət” (mərhəmət) və.sairə.

45

“Nəhl” surəsi, ayə 89. 46

“Vaqiə” surəsi, ayə 77-79. 47

“Hicr” surəsi, ayə 87. 48

“Yusif” surəsi, ayə 2.

Page 19: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 18

5 QURANIN HİSSƏLƏRİ

Surənin mənası:

رون

اكذم ت

كاعلاات ل

ن يات ب

ا آي

ا فيه

نلنزا وأ

اهنرض

ا وف

اهنلنز أ سورة

“Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız!49

Lüğətdə: 1. “Surə” sözü, “sur” (ر

ر) ”kәlmәsindən alınmışdır. “Sur (سؤ

sözünün (سؤ

mənası, “içilmiş suyun qаbdа qаlаn hissәsi dеməkdir.” 2. “Surə” sözü, “surul-mədinə” (yəni şəhərin böyük divarı) sözündən

alınmışdır. (سور) 3. “Surә” sözü, “ucа mәqаm” mәnаsındаdır.50 Terminologiyada: a) Surә, Qurаnın bir hissәsi оlduğunа görә də оnа “Surә” dеyilir. b) Qurаnın аyәlәrini özündә tоplаyıb vаhid bir şәklә sаldığınа görә оnа

“Surә” dеyilir. Ayənin mənası:

كيم حاب ال

كت الات

آي

ك الر تل

“Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Quranın) ayələridir!”51

49

“Nur” surəsi, ayə 1. 50

“Əqrəbul-məvarid”, c.2, səh.803, “Kitabul-Eyn”, c.2, səh.874. 51

“Yusif” surəsi, ayə 1.

Page 20: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 19

Lüğətdə: “Ayə” sözü lüğətdə əlаmәt, nişаnә, aşkar və aydın mənalarını ifadə edir. 1. İbn Faris “Məqayisul-lüğət”də deyir: “”Ayə”, əlamət mənasınadır.”

اآلیة،العالمة522. Rağib İsfahani “Mufrədat”da deyir: “”Ayə”, aşkar əlamət mənasınadır.”

اآلیةیهالعالمةالظاهرة53“Ayə” sözü Qurani-kərimdə müxtəlif mənalarda istifadə olunmuşdur:

1. Әlаmәt vә nişаnә; 2. Möcüzə; 3. Hökm; 4. İbrət. Terminologiyada: 1. “Ayə” hər bir surənin daxilində yerləşmiş müəyyən hərf, söz ya da

cümləyə deyilir. 2. Quranın ayələri Allah-taalanın sözləri və həzrət Mühəmmədin (s)

peyğəmbərliyinin həqiqiliyinin, müxаliflәrinin isə аciz оlmаlаrının əlamət və nişanəsi sayıldığı üçün “ayə” adlanmışdır.

Qurani-kərimin surələrinin sayı: Quran-kərim 114 surədən ibarətdir. Əllamə Təbərsi bu barədə belə yazır: “Quranın bütün surələrinin sayı yüz on

dörddür...”54 Qurani-kərimin ayələrinin sayı: Quran ayələrinin əsil sayı 6236-dır. Bu ədəd “Kufi ədəd” sayılır. Bu isə

“Fatihə” surəsində olan “Bismillah” cümləsini müstəqil bir ayə kimi hesab etmək, digər surələrdə olan “Bismillah” cümlələrini isə hesablamamaq, həmçinin, Qurani-kərimin bəzi surələrinin ilk ayələrində olan “müqəttəə” hərflərinin müstəqil bir ayə kimi hesablanması əsasındadır.

Quranın ən böyük surəsi: Qurani-kərimin ən böyük surəsi 286 ayədən ibarət olan “Bəqərə” surəsidir. Quranın ən kiçik surəsi: Qurani-kərimin ən kiçik surəsi 3 ayədən ibarət olan “Kövsər” surəsidir. Quranın ən böyük ayəsi: Qurani-kərimin ən böyük ayəsi “Bəqərə” surəsinin “borc” adı ilə tanınan

282-ci ayəsidir. Quranın ən kiçik ayəsi: Qurani-kərimin ən kiçik ayəsi isə “müqəttəə hərflər”indən sayılan bir və iki

hərfdən ibarət olan ayələrdir.55 Digər bir nəzərə əsasən, ən kiçik ayə “ər-Rəhman” surəsi, 64-cü ayə –

“Mudhammətan” ayəsidir. Nazil olmuş ilk surə: a) “Muddəssir” surəsi; b) “Fatihə” surəsi.56

54

“Məcməul-bəyan” təfsiri, c.5, səh.406. 55

“Nurus-Səqəleyn” təfsiri, c. 1, səh.6.

Page 21: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 20

Nazil olmuş ilk ayələr: “Ələq” surəsinin 1-5-ci ayələrindən ibarətdir. Nazil olmuş sonuncu surə: Quran alimlərinin əksəriyyətinin nəzərinə əsasən, İslam peyğəmbərinə (s)

kamil şəkildə nazil olmuş sonuncu surə, “Nəsr” surəsidir.57 Nazil olmuş sonuncu ayə: Bu barədə müxtəlif fikirlər irəli sürülmüşdür: a) “Bəqərə” surəsi, 281-ci ayə; b) “Bəqərə” surəsi, 282-ci ayə; c) “Ali-İmran” surəsi, 195-ci ayə; d) “Nisa” surəsi, 176-cı ayə. Vacib səcdəsi olan surələr: 1 “Səcdə” surəsi, 15-ci ayə; 2 “Fussilət” surəsi, 37-ci ayə; 3. “Nəcm” surəsi, 62-ci ayə; 4 “Ələq” surəsi, 19-cu ayə. Əlavə məlumatlar: Kәlmәlәr: 77807 Hәrflәr: 323671 Nöqtәlәr: 1015030 Fәthә: 93243 Kәsrә: 39586 Zәmmә: 4804 Әlif: 48872 Hәmzә: 3272 Tәşdid: 19253 Mәdd: 1771 Vәqf yеrlәri: 5098 Burada əlimizdəki mövcud olan Quranın surələrinin adı, sayı, həmçinin

ayələrinin sayını diqqətinizə çatdırırıq: 1. “Fatihə” (kitabı açan) surəsi, 7 ayə; 2. “Bəqərə” (inək) surəsi, 286 ayə; 3. “Ali-İmran” (İmran ailəsi) surəsi, 200 ayə; 4. “Nisa” (qadınlar) surəsi, 176 ayə; 5. “Maidə” (süfrə) surəsi, 120 ayə; 6. “Ənam” (davar) surəsi,165 ayə; 7. “Əraf” (sədd) surəsi, 206 ayə; 8. “Ənfal” (qənimət) surəsi,75 ayə;

56

”əl-Burhan fi ulumil-Quran”, c. 1, səh.263, “ət-Təmhid fi ulumil-Quran”, Əllamə Mərifət, c.1, səh.124. 57

“ət-Təmhid fi ulumil-Quran”,c. 1, səh.127.

Page 22: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 21

9 “Tövbə” (tövbə, qayıdış) surəsi, 129 ayə; 10 “Yunis” (Yunis (ə)) surəsi, 109 ayə; 11 “Hud” (Hud (ə)) surəsi, 123 ayə; 12 “Yusif” (Yusif (ə)) surəsi, 111 ayə; 13 “Rəd” (göy gurultusu) surəsi, 43 ayə; 14 “İbrahim” (İbrahim (ə)) surəsi, 52 ayə; 15 “Hicr” (daşlı sahə, maneə) surəsi, 99 ayə; 16 “Nəhl” (bal arısı) surəsi, 128 ayə; 17 “İsra” (geçə çağı seyr) və ya Bəni-İsrail (İsrail övladları) surəsi, 111 ayə; 18 “Kəhf” (mağara) surəsi, 110 ayə; 19 “Məryəm” (Məryəm (ə)) surəsi, 98 ayə; 20 “Taha” (Taha) surəsi, 135 ayə; 21 “Ənbiya” (peyğəmbərlər) surəsi, 112 ayə; 22 “Həcc” (həc) surəsi, 78 ayə; 23 “Muminun” (möminlər) surəsi, 118 ayə; 24 “Nur” (nur, işıqlıq,aydınlıq) surəsi, 64 ayə; 25 “Furqan” (fərqləndirmə) surəsi, 77 ayə; 26 “Şüəra” (şairlər) surəsi, 227 ayə; 27 “Nəml” (qarışqa) surəsi, 93 ayə; 28 “Qəsəs” (əhvalatlar) surəsi, 88 ayə; 29 “Ənkəbut” (hörümçək) surəsi, 69 ayə; 30 “Rum” (Rumlular) surəsi, 60 ayə; 31 “Loğman” (Loğman həkim) surəsi, 34 ayə; 32 “Səcdə” (səcdə) surəsi, 30; 33 “Əhzab” (dəstələr, qruplar) surəsi, 73 ayə; 34 “Səba” (Səba) surəsi, 54 ayə; 35 “Fatir” (Yaradan) surəsi, 45 ayə; 36 “Yasin” (Yasin) surəsi, 83 ayə; 37 “Saffat” (səf-səf duranlar), surəsi,182 ayə; 38 “Sad” (Sad) surəsi, 88; 39 “Zumər” (zümrələr, dəstələr) surəsi, 75 ayə; 40 “Ğafir” (bağışlayan) və ya “Mumin” surəsi, 85 ayə; 41 “Fussilət” (təfərrüatı ilə izah edilmiş) surəsi, 54 ayə; 42 “Şura” (şura) surəsi, 53 ayə; 43 “Zuxruf” (qızıl bəzəklər) surəsi, 89 ayə; 44 “Duxan” (duman, üstü) surəsi, 59 ayə; 45 “Casiyə” (diz çökmüş camaat) surəsi, 37 ayə; 46 “Əhqaf” (qumsal təpələr) surəsi, 35; 47 “Məhəmməd” (Məhəmməd (s)) surəsi,38; 48 “Fəth”(qələbə) surəsi, 29 ayə; 49 “Hucurat” (kiçik otaqlar) surəsi, 18 ayə; 50 “Qaf” (Qaf) surəsi, 45 ayə; 51. “Zariyat” (sovurub dağıdan küləklər) surəsi, 60 ayə; 52. “Tur” (dağ) surəsi, 49 ayə; 53. “Nəcm” (ulduz) surəsi, 62 ayə;

Page 23: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 22

54. “Qəmər” (ay) surəsi, 55 ayə; 55. “Rəhman” (Rəhman) surəsi, 78 ayə; 56. “Vaqiə” (hadisə) surəsi, 96 ayə; 57. “Hədid” (dəmir) surəsi, 29 ayə; 58. “Mücadilə” (çəkişmə) surəsi, 22 ayə; 59. “Həşr” (toplanma) surəsi, 24 ayə; 60. “Mümtəhənə” (imtahana şəkilmiş qadın) surəsi, 13 ayə; 61. “Səff” (sıra) surəsi, 14 ayə; 62. “Cumuə” (cümə) surəsi, 11 ayə; 63. “Münafiqun” ( münafiqlər) surəsi, 11 ayə; 64. “Təğabun” (qarşılıqlı aldanma) surəsi, 18 ayə; 65. “Təlaq” (boşanma) surəsi, 12 ayə; 66. “Təhrim” (qadağan) surəsi, 12 ayə; 67. “ Mülk” (mülk və hakimiyyət) surəsi, 30 ayə; 68. “Qələm” (qələm) surəsi, 52 ayə; 69. “Haqqə” (haqq olan qiyamət) surəsi, 52 ayə; 70. “Məaric” (dərəcələr ya pillələr) surəsi, 44 ayə; 71. “Nuh” (Nuh (ə)) surəsi, 28 ayə; 72. “Cin” (cin) surəsi, 28 ayə; 73. “ Müzzəmmil” (örtünüb bürünən) surəsi, 20 ayə; 74. “Müddəssir” (bürünüb sarınan) surəsi, 56 ayə; 75. “Qiyamət” (qiyamət) surəsi, 40 ayə; 76. “İnsan” (“Dəhr” (dövr, zaman) surəsi, 31 ayə; 77. “Mürsəlat” (bir-birinin ardınca göndərilənlər) surəsi, 50 ayə; 78. “Nəbə” (böyük və mühim xəbər) surəsi, 40 ayə; 79. “Naziat” (can alanlar) surəsi, 46 ayə; 80. “Əbəsə” (qaşqabağını tökdü) surəsi, 42 ayə; 81. “Təkvir” (sarınma) surəsi, 29 ayə; 82. “İnfitar” (parçalanma) surəsi, 19 ayə; 83. “Mütəffifin” (çəki və ölçüdə aldadanlar) surəsi, 36 ayə; 84. “İnşiqaq” (yarılma) surəsi, 25 ayə; 85. “Buruc” (bürclər, ulduzlar) surəsi, 22 ayə; 86. “Tariq” (gecə gələn) surəsi, 17 ayə; 87. “Əla” (ən uca) surəsi, 19 ayə; 88. “Ğaşiyə” (bürünən) surəsi, 26 ayə; 89. “Fəcr” (dan yeri) surəsi, 30 ayə; 90. “Bələd” (şəhər) surəsi, 20 ayə; 91. “Şəms” (günəş) surəsi, 15 ayə; 92. “Ləyl” (gecə) surəsi, 21 ayə; 93. “Zuha” (səhər və səhər işığı) surəsi, 11 ayə; 94. “Şərh” (açma) və ya “İnşirah” (genişləndirmə) surəsi 8 ayə; 95. “Tin” (əncir) surəsi, 8 ayə; 96. “Ələq” (laxtalanmış qan) surəsi, 19 ayə; 97. “Qədr” (Qədr gecəsi) surəsi, 5 ayə; 98. “Bəyyinə” (açıq-aydın dəlil) surəsi, 8 ayə;

Page 24: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 23

99. “Zəlzələ” (zəlzələ) surəsi, 8 ayə; 100. “Adiyat” (qaçan atlar) surəsi, 11 ayə; 101. “Qariə” ( qəlbləri dəhşətə salan qiyamət) surəsi, 11 ayə; 102. “Təkasür” (çoxluqla öyünmə) surəsi, 8 ayə; 103. “Əsr” (əsr və zaman) surəsi, 3 ayə; 104. “Huməzəh” (qeybət edən) surəsi, 9 ayə; 105. “Fil” (fil) surəsi, 5 ayə; 106. “Qüreyş” (Qüreyş qəbiləsi) surəsi, 4 ayə; 107. “ Maun” (zəkat) surəsi, 7 ayə; 108 “Kövsər” (Kövsər) surəsi, 3 ayə; 109 “Kafirun” (kafirlər) surəsi, 6 ayə; 110 “Nəsr” (kömək) surəsi, 3 ayə; 111 “Məsəd” (xurma lifi) və ya “Əbu-Ləhəb” (alov atası) surəsi, 5 ayə 112 “İxlas” (yalnız Allaha məxsus olan sifətlər) və ya “Tövhid” (tövhid)

surəsi, 4 ayə; 113 “Fələq” (sübh çağı) surəsi, 5 ayə 114 “Nas” (xalq, insanlar) surəsi, 6 ayə; Quranın surələrə bölünməsinin fəlsəfəsi Sözsüz ki, Allah-taalanın Öz kitabında belə bir bölmədən istifadə etməsi

hədəfsiz deyil. Buna görə də, Quran alimləri Quranın surələrə bölünməsi üçün müəyyən fəlsəfə və faydalar qeyd etmişlər. Nəzərinizə çatdırırıq ki, faydalar bizim qeyd etdiklərimizlə yekunlaşmır, şübhəsiz, bunlardan başqaları da mövcuddur.

1. Quranda hədəf və mövzuların müxtəlif olması Bir çox surələrdə müəyyən bir hədəf vardır və surənin bütün ayələri o hədəf

ətrafında fırlanır. Nümunə olaraq “Yusif”, “Bəqərə”, “Fil”, “Cin” və s... surələri göstərmək olar.

2. Oxumaq, öyrənmək və ya əzbərləməyin asan olması üçün Quranın surələrə bölünməsi bu səmavi kitabı öyrənmək, oxumaq istəyənlər

üçün asanlaq yaradır. 3. Quranın təhrifdən qorunması Quranın ecazkarlıqlarından biri də onun surələrə bölünməsidir. Quranın

surələrə bölünməsi, xüsusilə də Məkki surələrinin kiçik olması və qafiyələrinin uyğun gəlməsi, hər bir müsəlmanın rahatlıqla bir neçə surəni əzbərləməsinə səbəb oldu.

4. Bənzər və oxşarlığı qəbul etməmək, hətta kiçik surələrdə Qurani-kərim hamını mübarizəyə dəvət edir: ن د م م

اءك

ده شواعله واد

ث ن م بسورة م

واتأا فبدن

ع

لا عنلازا ن ما ب م

ي ري

یم ف

نت وإن ك

إن

هون الل

م صاد تنی ك قير

“Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər

Page 25: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 24

kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!”58

Surələrin müxtəlif şəkildə adlandırılmalarının səbəbləri: 1. Surədə olan mövzuya görə. Məsələn; “Nisa”, “Həcc”, “Tövhid”, “Ənbiya”,

“Muminun”, “Munafiqun” surələri. 2. Surədə olan peyğəmbərlər və ya şəxsiyyətlərin hekayətlərinə görə.

Məsələn; “Nuh”, “İbrahim”, “Yunis”, “Yusif”, “Loğman”, “Ali-İmran”, “Kəhf” surələri.

3. Surənin əvvəlində olan müqəttəə hərflərinə görə. Məsələn; “Qaf”, “Sad”, “Yasin”, “Taha” surələri.

4. Surədə söhbəti gedən heyvanların adına əsasən. Məsələn; “Bəqərə”, “Nəhl”, “Nəml”, “Ənkəbut” surələri.

5. Surədəki əhəmiyyətli bir mövzuya görə. Məsələn; “Cümə”, “Fəth”, “Vaqiə”, “Hədid” surələri.

6. Surədə and içilən birinci ada əsasən. Məsələn; “Fəcr”, “Şəms”, “Zuha”, “Tin”, “Adiyat” surələri.

Surələrin adlarının “toqifi” və ya “ictihadi” olması Bəzi alimlər belə düşünürlər ki, surələrin adları “toqifi”dir. Yəni surələrin

adlarını şəxsən Peyğəmbər (s) təyin etməlidir. Peyğəmbərdən başqaları surələrə ad qoymaq hüququna malik deyillər.

1. Cəlaləddin Süyuti bu barədə yazır: “Surələrin çoxunda peyğəmbərlər və ya müxtəlif qövmlərin hekayə və dastanları qeyd olduğuna görə, surə onların adları ilə adlandırılmışdır. Həzrət Musa (ə) və Adəmin (ə) adları, hekayə və sərgüzəştləri Qurani-kərimdə geniş şəkildə qeyd olunmasına baxmayaraq, Quranda Musa və ya Adəm adlı surə yoxdur. Deməli, bu onu göstərir ki, surələrə ad qoymaq “toqifi”dir. Əks təqdirdə, həzrət Musanın geniş şəkildə hekayəsi qeyd olunan “Taha”, “Qəsəs” və ya “Əraf” surələrindən birini müsəlmanlar o həzrətin adı ilə adlandırardılar.59

2. Bədrəddin Zərkeşi yazır: “Surələrin adları toqifidir.”60 3. Əllamə Təbatəbai isə fərqli fikir irəli sürür: “Surələrə adların qoyulması

onların “toqifi” olmasını inkar edir. Bu adların çoxu həzrət Peyğəmbərin (s) dövründə çox istifadə olunduqlarına görə təyin edilib və şəri cəhətdən “toqifi” deyillər.”61

58

“Bəqərə” surəsi, ayə 23. 59

“əl-İtqan fi ulumil-Quran”, c. 1, səh. 178. 60

“əl-Burhan”, təfsiri, c. 1, səh. 368. 61

“Quran dər İslam”, səh. 219.

Page 26: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 25

6 “MÜQƏTTƏƏ” HƏRFLƏR

“Müqəttəə” hərflər dedikdə, Quranda 29 surənin ilk ayəsindəki mənası qeyri-məsumlara aydın olmayan və müəyyən hərflərlə başlanmış söz birləşmələri və ya hərflər nəzərdə tutulur.

“Müqəttəə” hərfləri ilk baxışdan aşağıdakı növlərə bölmək olar: 1( Birhərfli “müqəttəə” hərflər; “Qaf” surəsi – (ق) 2) İkihərfli “müqəttəə” hərflər; “Fussilət” surəsi – (حم) 3) Üçhərfli “müqəttəə” hərflər; “Bəqərə” surəsi – (الر) 4) Dördhərfli “müqəttəə” hərflər; “Rəd” surəsi – (المر) 5) Beşhərfli “müqəttəə” hərflər; “Məryəm” surəsi – (کهیعص) Qeyd: “Müqəttəə” hərfləri yadda qalsın deyə, onlardan aşağıdakı cümlələr

düzəldilmişdir: ی(-ه-ن-م-ل-ک-ق-ع-ط-ص-س-ر-ح-)ا

Molla Möhsin Feyz Kaşani: رصاط عل حق نمسکه

“Əlinin (ə) yolu haqdır, biz o yola tabe oluruq.” Bədrəddin Zərkeşi:

نص حکیم قاطع له رس. “Hikmətli (Allahın) dəlili möhkəmdir və onun üçün çoxlu sirlər vardır.”

“Müqəttəə” hərfləri barədə Quran elmləri üzrə mütəxəssis və təfsirçi alimlər “müqəttəə” hərfləri barədə

müxtəlif fikirlər irəli sürmüşlər:

Page 27: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 26

1. Əli ibn İbrahim Qumi yazır: “Qurani-kərimin “müqəttəə” hərfləri Allah-taalanın ən böyük adı “İsmi-əzəm”in hərflərindən ibarətdir. Belə ki, bu hərflər müəyyən qayda ilə düzüldükdə onlardan Allahın ən böyük adını, “İsmi-əzəm”ni əldə etmək olar.”

2. Cəlaləddin Süyuti də öz kitabında bu hərfləri Quranın “mütəşabih” ayələrindən sayaraq, onların elminin yalnız Allah tərəfindən bilinməsini qeyd etmişdir. “Quranda olan bu hərflər müqəddəs kitabın “mütəşabih” (mənası ilk baxışda aydın olmayan və oxşar mənalı) ayələrindən sayılır.”62

3. “Müqəttəə” hərflər İslam dini, müsəlmanlar və digər millətlərin həyat müddətini, tarixini, həmçinin, onların ruzilərini və s. ifadə edir.

4. Quranın müəyyən surələrində olan “müqəttəə” hərflər kafir və müşrikləri sakitləşdirmək və onların nəzərini cəlb etmək məqsədi daşıyır.

5. Abdullah ibn Abbasdan belə nəql olunmuşdur: “Bu hərflərin hər biri Allah-taalanın ad və ya sifətlərinin baş hərflərindən ibarətdir. Məsələn, “Əlif-Lam-Mim” ayəsində “Əlif” hərfi “Allah”, “Lam” hərfi “Lətif”, “Mim” hərfi isə “Məcid” mənalarını daşıyır.”

6. Bu hərflər kafir və müşriklərin Quran ilə mübarizədə çarəsiz qaldıqlarını göstərmək üçün nazil olmuşdur. Belə ki, Allah-taala bu hərfləri nazil etməklə onu inkar edən inadkarlara demək istəmişdir ki, siz bu hərflərdən təşkil olunmuş və öz danışıqlarınızda istifadə etdiyiniz hərflərdən Quranın və ya onun bir surənin oxşarını gətirməkdə aciz qalmısınız.63

7. Qətadə, Mücahid və İbn Cüreyh belə bir nəzər irəli sürmüşlər: “Qurani-kərimin “müqəttəə” hərfləri həqiqətdə bu müqəddəs kitab üçün müəyyən adlar sayılırlar. “Yasin”, “Sad”, “Ğafir””.

8. Quranın 29 surəsində olan hərflər ərəb əlifbasında mövcud olan 29 hərfə işarə edir.

9. Bu hərflər müəyyən mənalara malik olsa da, onun əsas mənası yalnız Allah-taala ilə İslam peyğəmbəri (s) arasında olan sirr və rəmzdən ibarətdir. İslam peyğəmbəri (s) də bu mənaları öz məsum Əhli-beytinə (ə) öyrətmişdir.

ƏllaməTəbatəbai bu barədə yazır: “Bu hərflər Allah-taala ilə Öz Peyğəmbəri (s) arasında olan gizli işarə və

rəmzdən ibarətdir. Biz isə adi dərkimizlə yalnız bu hərflərlə o surələrin məzmunu arasındakı xüsusi əlaqənin dərkinə nail ola bilərik.” 64

“Müqəttəə” hərfləri hədislərdə

1. İmam Sadiq (ə) buyurur: ““Əlif-Lam-Mim” hərfləri Quranda Allah-taalanın ən böyük adının bir-birindən ayrılmış hərflərindəndir. Onu (olduğu kimi) yalnız Peyğəmbər (s) və İmam toplaya bilər. Onunla dua edildikdə qəbul olunar.”65

2. İmam Sadiqdən (ə) “Əlif-Lam-Mim” hərfləri barədə sual olunduqda buyurdu: ““Əlif” hərfində Allah-taalanın sifətlərindən altısı mövcuddur.66

62“əl-İtqan fi ulumil-Quran”, c. 2, səh.16.

63“Nümunə” təfsiri, c. 1, səh. 62.

64“əl-Mizan fi təfsiril-Quran”, c. 18, səh.6.

65“Biharul-ənvar”, c.89, səh. 375, hədis 3; “Nurus-Səqəleyn” təfsiri, c.1, səh. 26, hədis 5.

66“Nurus-Səqəleyn” təfsiri, c.1, səh. 30, hədis 9.

Page 28: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 27

7 “MƏKKİ” VƏ “MƏDƏNİ” SURƏ VƏ AYƏLƏR

Müqəddəs kitabımız Qurani-kərimin 86 surəsi “məkki”, 28 surəsi “mədəni” surələrdən sayılır.

Quran alimləri Quran surələrinin “məkki” və ya “mədəni” sayılması üçün üç müxtəlif meyar və ölçü təyin etmişlər.

1. Zaman meyarı İslam peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrətindən qabaq nazil olan

bütün surə və ayələr “məkki”, hicrətdən sonra nazil olanlar isə “mədəni” sayılır. Əllamə Təbatəbai bu barədə yazır: “Adətən, həzrət Peyğəmbərin (s) hicrətindən qabaq nazil olanlar “məkki”

sayılır. Quranın bir çox hissəsi, o cümlədən, qısa surələri bu qəbildəndir. Hicrətdən sonra Mədinədən xaricdə və hətta sonralar Məkkə şəhərində nazil olanlar isə “mədəni” adlanır.”67

2. Məkan meyarı İslam peyğəmbərinə (s) istər hicrətdən öncə, istərsə də hicrətdən sonra

Məkkə və onun ətrafında nazil olan bütün surə və ayələr “məkki”, Mədinə şəhəri və onun ətrafında nazil olanlar isə “mədəni” sayılır.

3. Xitab meyarı Ayələrində Məkkə əhalisi və müşriklərə xitab olunan surələr “məkki”,

Mədinə əhalisi və möminlərə xitab olunanlar isə “mədəni” sayılır. Çünki müsəlmanların sayı Məkkə şəhərində az olmuş, Mədinədə isə sayları çoxalmışdır.68

67“Quran də İslam”, səh.115.

68“ət-Təmhid”, Əllamə Mərifət, c.1, səh.129.

Page 29: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 28

“Məkki” surə və ayələrin xüsusiyyətləri: 1. Qısa surə və ayələr; 2. Ayələrində çox and içilən surələr; 3. Ayələrində “Ya əyyuhən-nas!” (Ey insanlar!) xitabı olan surələr; 4. Tövhid barəsində söhbət açan surələr; 5. Qiyamət günü və məad barədə danışılan surə və ayələr; 6. Ayələrində gözəl əxlaqa dəvət edilən surələr; 7. İlk ayələrində “müqəttəə” hərfləri olan surələr. “Mədəni” surə və ayələrin xüsusiyyətləri: 1. Uzun surə və ayələr; 2. “Kitab əhlinə” xitab edilən surə və ayələr; 3. Ayələrində “Ya əyyuhəlləzinə amənu” (Ey iman gətirənlər) xitabı olan

surələr; 4. Münafiqlər barədə danışılan surə və ayələr; 5. Şəriət hökmlərindən təfərrüatı ilə söz açılan surə və ayələr; 6. Ayələrində mülayimlik hiss olunan surələr; 7. İctimai-fərdi məsələlər barədə söhbət açılan ayələr. “Məkki” və “mədəni” surə və ayələrini tanımağın faydaları 1. Surə və ayələrin tarixi, nazil olma sırası, onların tədricən nazil olması və s..

məlumatların əldə edilməsindən ibarətdir. 2. Şəriət hökmləri və qanunlarının Quranda necə açıqlanması. 3. Quranın “nasix” və “mənsux” ayələrinin tanınması. 4. Həzrət Rəsulun (s) İslam yolundakı rəftar, ruhiyyə, tədbir və ümumi

vəziyyətini tanıyıb onların düzgün təhlil edilməsi üçün münasib şəraitin yaranması. 5. İslam dininə dəvətin və Peyğəmbərin (s) risalətinin keyfiyyəti ilə tanışlıq. 6. Quranın təfsirində böyük təsiri vardır.

MӘKKİ VӘ MӘDӘNİ SURӘLӘR

Surənin adı Məkki/Mədəni Surənin adı Məkki/Mədəni

1. Fаtihә ‌ Mәdәni yа Mәkki 58. Mucаdilә Mәdәni

2. Bәqәrə Mәdәni 59. Hәşr Mәdәni

3. Аli-İmrаn Mәdәni 60. Mumtәhənә Mәdәni

4. Nisa Mәdәni 61. Sәff Mәdәni

5. Mаidә Mәdәni 62. Cumә Mәdәni

6. Әnаm Mәkki 63. Munаfiqun Mәdәni

7. Әrаf Mәkki 64. Tәğаbun Mәdәni

8. Әnfаl Mәdәni 65. Tәlаq Mәdәni

9. Tövbә Mәdәni 66. Tәhrim Mәdәni

10. Yunis Mәkki 67. Mulk Mәkki

11. Hud Mәkki 68. Qәlәm Mәkki

12. Yusif Mәkki 69. Hаqqә Mәkki

13. Rәd Mәdәni 70. Mәаric Mәkki

Page 30: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 29

14. İbrаhim Mәkki 71. Nuh Mәkki

15. Hicr Mәkki 72. Cin Mәkki

16. Nәhl Mәkki 73. Muzzәmmil Mәkki

17. İsrа Mәkki 74. Muddәssir Mәkki

18. Kәhf Mәkki 75. Qiyаmәt Mәkki

19. Mәryәm Mәkki 76. İnsаn Mәdәni

20. Tаhа Mәkki 77. Mursәlаt Mәkki

21. Әnbiyа Mәkki 78. Nәbә Mәkki

22. Hәcc Mәdәni 79. Nаziаt Mәkki

23. Muminun Mәkki 80. Әbәsә Mәkki

24. Nur Mәdәni 81. Tәkvir Mәkki

25. Furqаn Mәkki 82. İnfitаr Mәkki

26. Şuәrа Mәkki 83. Mutәffifin Mәkki

27. Nәml Mәkki 84. İnşiqаq Mәkki

28. Qəsәs Mәkki 85. Buruc Mәkki

29. Әnkәbut Mәkki 86. Tаriq‌ Mәkki

30. Rum Mәkki 87. Əla Mәkki

31. Lоğmаn Mәkki 88. Ğаşiyә Mәkki

32. Sәcdә Mәkki 89. Fәcr Mәkki

33. Әhzаb Mәdәni 90. Bәlәd Mәkki

34. Sәbа‌ Mәkki 91. Şәms Mәkki

35. Fаtir Mәkki 92. Lәyl Mәkki

36. Yаsin Mәkki 93. Zuhа Mәkki

37. Sаffаt Mәkki 94. İnşirаh Mәkki

38. Sаd‌ Mәkki 95. Tin Mәkki

39. Zumәr Mәkki 96. Әlәq Mәkki

40. Mömin Mәkki 97. Qәdr Mәkki

41. Fussilәt Mәkki 98. Bәyyinә Mәdәni

42. Şurа Mәkki 99. Zilzаl Mәdәni

43. Zuxruf Mәkki 100. Аdiyаt Mәkki

44. Duxаn Mәkki 101. Qаriә Mәkki

45. Cаsiyә Mәkki 102. Tәkаsur Mәkki

46. Әhqаf Mәkki 103. Әsr Mәkki

47.Mәhәmmәd Mәdәni 104. Humәzә Mәkki

48. Fәth Mәdәni 105. Fil Mәkki

49. Hucurаt Mәdәni 106. Qurеyş Mәkki

50. Qаf Mәkki 107. Mаun‌ Mәkki

51. Zаriyаt Mәkki 108. Kövsәr Mәkki

52. Tur Mәkki 109. Kаfirun Mәkki

53. Nәcm Mәkki 110. Nәsr Mәdәni

54. Qәmәr Mәkki 111. Mәsәd Mәkki

55. Әrrәhmаn Mәdәni 112. İxlаs Mәkki

56. Vаqiә Mәkki 113. Fәlәq Mәkki

57. Hәdid Mәdәni 114. Nаs Mәkki

Page 31: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 30

8 QURANİ-KƏRİMİN QİRAƏT NÖVLƏRİ

Qurani-kərimin qiraət məsələsi İslam Peyğəmbərinin (s) dövründən etibarən böyük əhəmiyyət daşımış və İmam Əli (ə), Abdullah ibn Məsud, Übeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu-Dərda və Abdullah ibn Abbas kimi böyük səhabələr bu müqəddəs işlə məşğul olmuşlar.

Müsəlmanlar tarix boyu Qurani-kərimin qiraət və tilavət məsələsinə əhəmiyyət vermiş və bu işdə mahir olanlar “Qari” adı ilə tanınmışdır.

Qiraətin mənası Lüğətdə: “Qiraət” ərəb dili lüğətində “oxumaq”, “toplamaq” və ya “tilavət

etmək” mənalarında istifadə olunur.69 Terminologiyada: “Qiraət” Quran elmləri baxımından hər bir qarinin

müəyyən xüsusiyyətlərlə Quran oxuması qaydasından ibarətdir. Belə ki, bir qarinin öz şəxsi rəyi və müəyyən şərtlər əsasında Quran ayələrini ilahi vəhyi hekayət edən tərzdə oxuması “qiraət” adlanır.

Quran qariləri

Qurani-kərimin müxtəlif qiraət növləri meydana çıxdıqdan sonra hicri-qəməri tarixi ilə 4-cü əsrin əvvəllərində Bağdad şəhərinin “Şeyxül-qürra” – qarilər şeyxi sayılan Əbubəkr ibn Mücahid (245-324 h.q.) Quran qiraətində mövcud ixtilafları həll etmək məqsədi ilə bütün qiraət növlərindən yalnız yeddi qiraət növünü rəsmi elan etmişdir.

69“Lisanul-ərəb”, c. 11, səh.78.

Page 32: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 31

YEDDI QARI Yeddi qari və onlardan bu qiraətləri nəql edən ravilərin adları: 1. Abdullah ibn Amir (118 h.q.); – Şam qarisi. Onun raviləri: Hişam ibn Əmmar və Abdullah ibn Əhməd İbn Zəkəvan. 2. Abdullah ibn Kəsir Darəmi (120 h.q.); – Məkkə qarisi. Onun raviləri: Əhməd ibn Məhəmməd Bəzzi və Məhəmməd ibn

Əbdürrəhman Qənbəl. 3. Asim ibn Əbun-Nəcvəd Əsədi (128 h.q.); – Kufə qarisi. Onun raviləri: Həfs ibn Süleyman və Əbu Bəkr ibn Əyyaş. 4. Əbu Əmr Zəbban ibn Əla Mazini (154 h.q.); – Bəsrə qarisi. Onun raviləri: Həfs ibn Ömər əd-Duri və Saleh ibn Ziyad əs-Susi. 5. Həmzə ibn Həbib Zəyyat Təmimi (156 h.q.); – Kufə qarisi. Onun raviləri: Xələf ibn Hişam Bəzzaz və Əbu İsa Xəllad ibn Xalid. 6. Nafe ibn Əbdürrəhman ibn Əbi Nəim (169 h.q.); – Mədinə qarisi. Onun raviləri: Əbu Musa Qalun və Vərş Osman ibn Səid. 7. Əli ibn Həmzə Kəsai (189 h.q.); – Kufə qarisi. Onun raviləri: Həfs ibn Ömər əd-Duri və Leys ibn Xalid Bağdadi.70 Qiraətdə ixtilafların səbəbləri: 1. Ləhcələrin müxtəlifliyi; 2. Ərəb dili xəttində dirçəliş dövrünün olması; 3. Müxtəlif lüğətlərin mövcud olması; 4. Ərəb dilində hərflərin nöqtəsiz şəkildə yazılışı; 5. Qarilərin şəxsi rəyləri; 6. Müxtəlif söz və hərflərin hərəkəsiz və əlamətsiz formada yazılması; 7. Müxtəlif sözlərdə, ibarələrdə “Əlif” hərfinin olmaması.71 Quran katibləri Tarixin yazdığına əsasən, İslam peyğəmbəri (s) zühur etdiyi zaman,

Ərəbistan yarımadasında cəmi 17 nəfər yazmağı bacarırdı. Elə buna görə də, həzrət Peyğəmbərin (s) ona nazil olmuş Quranın ayə və

surələrini dəqiq şəkildə yazmaq üçün müəyyən katiblərə (vəhy yazarlara) ehtiyacı vardı.

1. Əli ibn Əbu Talib; Həzrət Əli (ə) Məkkə şəhərində İslam peyğəmbəri həzrət Mühəmmədin (s)

ilk katibi olmuş və Peyğəmbərin vəfatınadək bu müqəddəs işi davam etdirmişdir. 2. Übeyy ibn Kəb Ənsari; Übeyy ibn Kəb İslam peyğəmbərinin (s) Mədinə şəhərində ilk katibi sayılırdı.

O, müsəlman olmazdan qabaq da oxuyub-yazmağı bacarırdı. 3. Zeyd ibn Sabit; İslam peyğəmbərinin (s) katiblərindən biri də Zeyd ibn Sabit idi. Həzrət

Peyğəmbər (s) Ubəyyə ibn Kəb olmadıqda, bu işdə Zeyd ibn Sabitdən kömək alırdı.

70“ət-Təmhid fi ulumil-Quran”, c. 2, səh.227.

71“Tarixi-Quran”, səh.141.

Page 33: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 32

Digər katiblərin adları: Abdullah ibn Səd, Musəb ibn Umeyr, Təlhə, Zübeyr, Abdullah ibn Rəvahə,

Osman, Əbu Əyyub Ənsari, Əban ibn Səid, Əbu Bəkr, Ömər, Hənzələ və. s... Vəhy katibləri Quran ayələrini hansı əşyalar üzərinə yazırdılar? 1. Usub (xurma ağacının budaqları); 2. Lixaf (ağ rəngli nazik daşlar); 3. Riqa (dəri parçaları); 4. Hərir (ipək parça); 5. Əktaf (dəvə sümükləri); 6. Qirtas (kağız) 72 Quran ayələri bu kimi əşyaların üzərinə diqqətlə yazıldıqdan sonra İslam

peyğəmbərinin (s) evində saxlanılırdı. Quran qariləri 1. Əli ibn Əbu Talib (ə); 2. Übəyy ibn Kəb; 3. Zeyd ibn Sabit; 4. Abdullah ibn Məsud; 5. Əbu Dərda; 6. Abdullah ibn Abbas; 7. Osman ibn Əffan; 8. Əbu Musa Əşəri və.s...73 Quran hafizləri: 1. Əli ibn Əbu Talib (ə); 2. Übəyy ibn Kəb Ənsari; 3. Abdullah ibn Məsud; 4. Salimi; 5. Muaz ibn Cəbəl; 6. Ubadə ibn Samit; 7. Əbu Dərda; 8. Əbu Əyyub Ənsari; 9. Əbu Bəkr; 10. Əbu Zeyd və s. ...74

72“Tarixul-Quran”, Zəncani, səh. 50; “əl-Burhan fi ulumil-Quran”, c.1, səh.295.

73“əl-İtqan fi ulumil-Quran”, c. 1, səh.158.

74“əl-İtqan fi ulumil-Quran”, c. 1, səh.158.

Page 34: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 33

9 QURANİ-KƏRİMİN YIĞILIB KİTAB HALINA SALINMASI

Quran elmlərində diqqət çəkən mövzulardan biri də “Quranın yığılıb kitab

halına salınması” məsələsidir. Bu barədə əsasən iki nəzər vardır: 1. Quran İslam Peyğəmbəri (s) həyatda olduğu zaman o həzrətin göstərişi ilə

yığılıb kitab halına salınmışdır. 2. Quran Peyğəmbərin (s) vəfatından sonra xəlifələrin dövründə toplanıb

kitab halına salınmışdır. İstər Peyğəmbərin (s) həyatı dövründə, istərsə də ondan sonra Quranın

toplanması o qədər əhəmiyyətli bir iş hesab olunmuşdur ki, onda bir hərfin dəyişməsi ehtimalı da xülyadır.

Quran İslam Peyğəmbəri (s) həyatda olduğu zaman o həzrətin göstərişi ilə

yığılıb kitab halına salınmışdır. Quran həzrət Məhəmmədə (s) tədricən nazil olmuş və o həzrət onu

əzbərləmişdir. Həmçinin, Peyğəmbərin (s) səhabələrindən bir çoxu Quranı əzbərləmiş və onu yazmışdılar. Belə ki, onlar İslam Peyğəmbərinin (s) dövründə ipək parça, kağız, dəri və s. üzərinə diqqətlə yazaraq saxlamışdılar.

Əli ibn Əbu Talib (ə),. Səd ibn Übeyd ibn Noman. Əbu Dərda ibn Zeyd, Übəyy ibn Kəb Ənsari, Muaz ibn Cəbəl,. Zeyd ibn Sabit kimi səhabələr Quranı bütövlükdə tolamışlar.75

Tarixi məlumatlara əsasən, həzrət Peyğəmbərin dövründə Quranı qırx üç nəfərdən ibarət bir alim heyəti həzrətin göstərişi ilə yazıya alırdı. Bu yazılar ciddi

75“əl-İtqan fi ulumul-Quran”, c. 1, səh.61; “Mənahilul-irfan c.1, səh.240.

Page 35: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 34

səy və təlaşla qorunurdu. Bu Quran nüsxələrindən ən məşhuru Əli ibn Əbu Talib və Zeyd ibn Sabitin yazıya aldığı Quran nüsxəsidir. Məhz bu etibarlı nüsxənin çoxsaylı surətləri müsəlmanlar arasında yayılmış və gecə-gündüz həmin nüsxələrdən istifadə olunmuşdur.

İmam Sadiq (ə) buyurur: “Həzrət Peyğəmbər (s) imam Əliyə (ə) buyurdu: “Ya Əli! Quran yatağımın

arxasında səhifələr, ipək və kağızlar üzərindədir. Onları götürüb toplayın və yəhudilər Tövratı zay etdikləri kimi onu zay etməyin.” Həzrət Əli (ə) də onları sarı bir parçada toplayıb, evində onu möhürlədi.”76

Əmirəl-möminin imam Əli (ə) İslam Peyğəmbərinin (s) vəfatından sonra o həzrətin (s) göstərişinə əsasən Quran surələrini nazil olduğu kimi və müəyyən təfsir və izahlarla toplamışdır.77

İrad: Quranın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur.

Cavab: Bu, tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər Quranın yığılması deyildikdə, onun əzbərlənməsi nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək düzgün olardımı?

Bir halda ki, Peyğəmbərin (s) zamanında Quran hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Quranın yığılması deyildikdə onun hifz olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Quran hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də az olmamışdır.

Quran Peyğəmbərin (s) vəfatından sonra xəlifələrin dövründə toplanıb

kitab halına salınmışdır. a) Xəlifə Əbu Bəkr zamanında Quranın toplanması Bir qrup müsəlman belə güman edir ki, Quran Əbu Bəkrin fərmanı ilə

yığılmışdır. Belə ki, “Biri-Məunə” döyüşündə Quran hafizlərinin yetmişinin, Yəmamə döyüşündə isə dörd yüz nəfər qari və hafizin şəhid olması Əbu Bəkri təşvişə saldı. O qorxur ki, əgər baş verən hadisələr bu minvalla davam edərsə, hafizlər son nəfərə kimi həlak olacaq və nəticədə Quran aradan gedəcəkdir. Bu səbəbdən də Quranın vahid nüsxə halına salınması üçün Ömər və Zeyd ibn Sabitə pərakəndə olaraq yayılmış ayələri iki nəfərin şahidliyi ilə yığılmasını əmr edir...

Cavab: Quranın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul etmək nə dərəcədə düzgün olardı?

Bir anlıq fərz edək ki, elə doğrudan da Quran Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Quranın

76“Biharul-ənvar”, c. 89, səh. 48, hədis 7.

77 “Tarixul-Quran”, səh. 50; “əl-İtqan fi ulumul-Quran”, c. 1, səh.157; “Quran dər İslam,

səh. 130.

Page 36: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 35

yığılmasını, o zaman hələ sağ olan və Peyğəmbər (s) tərəfindən Quranın tədrisinə təyin olunan Abdullah ibn Məsuda, Muaza, Ubeyy ibn Kəbə və Salimə deyil, məhz Zeyd ibn Sabitə və Ömərə həvalə etmişdir.

b) Xəlifə Osman ibn Əffan zamanında Quranın toplanması Osman, yığılmış Quran nüsxələrini üzündən köçürmək məqsədilə Həfsəyə

məktub yazıb, ondan həmin Quranın göndərilməsini istəyir. Həfsə nüsxəni ona göndərir. Xəlifə Zeyd ibn Sabitə, Abdullah ibn Zübeyrə, Səid ibn Asa, Əbdürrəhman ibn Hərs ibn Hişama bu nüsxənin üzünü köçürməyini əmr edir.

İllər ötdükcə bir çox ölkələr fəth olunduğu və qeyri-ərəb millətlər İslam dinini qəbul etdiyi üçün Quran oxunuşu hətta yazılışında müəyyən ixtilaflar və ziddiyətlər yarandı. Bu da müqəddəs Quranın təhrif olması təhlükəsini qarşıya çıxarırdı.

Xəlifə Osman ibn Əffan bu təhlükəsini hiss edib, Mədinə şəhərində yaşayan Peyğəmbər (s) səhabələri ilə məsləhətləşdikdən sonra, Quranın vahid üslubda yazılması və toplanması üçün Übəyy ibn Kəbin rəhbərliyi altında 12 nəfərdən ibarət heyət təşkil etdi. Bu heyətdə Zeyd ibn Sabit, Malim ibn Əbu-Amir, Ənəs ibn Malik, Səd ibn As, Abdullah ibn Zübeyr və başqaları da var idi.

Übəyy ibn Kəb Quran surələri və ayələrini oxuyur, o birilər isə eşitdiklərini diqqətdə yazırdılar. Quran yazılışı vahid qayda və şəkildə sona yetdikdən sonra onun nüsxələri Məkkə, Mədinə, Kufə, Bəsrə və Şam şəhərlərinə göndərildi. Qabaqca yazılmış digər Quran nüsxələri isə xəlifə Osmanın göstərişi ilə yandırıldı. Bu isə bəzi səhabələrin etirazına səbəb oldu.78

Bəli, Osmanın xilafəti dövründə Quranın bir yerə yığılması kimsədən gizli deyildir. Lakin bu heç də o demək deyildir ki, o pərakəndə surə və ayələri bir yerə yığaraq onu kitab halına salmışdır. Osman yalnız Quranın müxtəlif üsullarla oxunmasının qarşısını almış və fərqli üsullarla yazılmış Quran nüsxələrini bir yerə yığaraq yandırılmasını əmr etmişdir. Belə ki, qısa bir müddət ərzində onun verdiyi hökm müsəlmanlar yaşayan digər məntəqələrdə də icra olundu. Və bununla da xəlifənin verdiyi hökm “tövhidul məsahif” adlandırıldı.

Əhli-sünnənin görkəmli almilərindən biri olan Haris Muhasibi bu barədə deyir: “Camaat belə güman edir ki, Quran Osmanın xilafəti dövründə yığılmışdır, lakin bu heç də belə olmamışdır. Sadəcə olaraq İraq və Şam camaatının qiraətində yaranmış ixtilaflar xəlifəni narahat etdiyi üçün, hamıya ənsarın seçdiyi qiraət üsulundan istifadə etməyi əmr etmişdir.

Bəli, bu Osmanın xilafəti dövründə həyata keçirdiyi ən mühüm və tərifəlayiq işlərindən biri idi. Bəlkə də əgər xəlifə bu ixtilafın qarşısını almasaydı, müsəlmanlar arasında bu barədə böyük ziddiyyətlik yaranar və bunun nəticəsində onlar hətta bir-birlərini küfrdə ittiham edərdilər.

Bütün bunları nəzərə alaraq, xəlifənin islam dünyasına göstərdiyi bu böyük xidmətini heç cür inkar edə bilmərik. Lakin xəlifəyə tutulan əsaslı iradlardan biri də, onun (bir-birindən oxunuşunda fərqli olan) nüsxələri yandırması və bu hökmü

78 “əl-Burhan fi ulumil Quran”, c. 1, səh.301; “ət-Təmhid fi ulumil Quran”, c.1, səh.334;

“Tarixul-Quran”, səh.72.

Page 37: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 36

ətraf məntəqələrə də göndərməsidir. Hökm sadir olduqdan sonra müsəlmanlardan bəziləri ona öz etirazlarını bildirsələr də, heç bir nəticə vermədi və xəlifənin bu fərmanı tək mərkəzi xilafətdə deyil, ətraf məntəqələrdə də icra olundu.

Bu səbəbdən də onu “hərracul məsahif”, səhifələri yandıran adlandırdılar. İndi isə sizi Quranın hər bir müsəlmanı özünə cəlb edən xüsusiyyətlərinin

bəziləri ilə tanış edəcək, nəticə çıxarmağı isə öz öhdənizə buraxacağıq. Məhz bu xüsusiyyətlər, Quranın hələ Peyğəmbər (s) zamanında yığılmasını və sonrakı xəlifələrə həvalə olunmamasını sübuta yetirir.

1. Quranın fəsahət və bəlağəti Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şeir, xütbələr əzbərləyir və

onlara xüsusi əhəmiyyət verirdilər. Belə olduğu bir şəraitdə sonralar islamı qəbul etmiş şeirsevər ərəblərin Quranın bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür etmək olarmı?.

Bəli, ərəblər (istər mömin olsun, istərsə də kafir) Qurana xüsusi diqqət yetirir, onun ayələrini həvəs və diqqətlə əzbərləməyə çalışırdılar. Lakin onların hər birinin öz arzu və hədəfi var idi. Möminlər, Qurana iman gətirir və öz əqidələrini onun üzərində qururdular. Kafirlər isə, Quranla mübarizə aparmaq məqsədilə onun ayələrini əzbərləməyə çalışırdılar.

2. Peyğəmbər Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza malik idi. Ona

iman gətirmiş hər bir müsəlman verdiyi bütün göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç zaman gizlətməyirdilər. O, müsəlmanlara Quranın əhəmiyyətini bəyan edir, onun əzbərlənməsinin fəzilətli olduğunu dəfələrlə təkid edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Quran oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. Beləliklə, qısa bir müddət ərzində Quran hafizlərinin sayının artıb çoxalması Quranın təlim və tədrisinin geniş vüsət almasına zəmin yaratdı.

3. Quranın əzbərlənməsi Quranın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə qarşılanmış

və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər saldıqda, Quran hafizlərinin müsəlmanlar arasında böyük hörmət və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.

4. Savab Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) tərəfindən

Quranın qiraət və əzbərləmələrinə görə veriləcək savablar idi. Onlar Quranın əzbərlənməsini var-dövlətlərindən, hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər.

Belə ki, evdar qadınların bir çoxu Quran səhifələrini yığır və onları əzbərləməyə çalışırdılar.

Demək, əgər qadınlar Quranın yığılmasına və ayələrin əzbərlənməsinə bu qədər diqqət yetirmişlərsə, sözsüz ki, kişilərin də Qurana verdikləri əhəmiyyət heç də az olmamışdır. Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran hafizləri

Page 38: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 37

haqda məlumat əldə etmək istəyənlər, mötəbər tarix kitablarına müraciət edə bilərlər. 79

Quranın yığılıb kitab halına salınmasına dair düzgün nəzəriyyə Qeyd etdiklərimizdən belə məlum olur ki, Quran Peyğəmbərin (s)

zamanında yığılmış və kamil nüsxə halına salınmışdır. Əbu Bəkrin və ya digər xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər isə, əsassız olmaqla yanaşı Quran, sünnə, əql və icma ilə də ziddiyyət təşkil edir.

79“əl-İtqan fi ulumul-Quran”, c.1, səh.125; “Mustədrəkul-vəsail”, c.2, səh.611.

Page 39: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 38

10 QURANIN TƏHRİF OLUNMAMASI

Quran elmlərində ən əhəmiyyətli mövzulardan biri də Qurani-kərimin hər növ təhrifdən uzaq olması və bu səmavi kitabın bizə olduğu kimi çatmasından ibarətdir.

Təhrif sözünün mənası Lüğətdə: “Təhrif” sözü ərəb lüğətində kənar mənasını daşıyan “hərf”

kökündəndir. Terminologiyada: “Təhrif” müəyyən bir sözün malik olduğu və ifadə etdiyi

əsl mənadan çevrilməsi və uzaqlaşdırılması deməkdir.80 Təhrifin növləri “Təhrif” sözünün müxtəlif mənaları vardır. Bu mənaların bəzilərinə Quranda

da rast gəlirik. 1. Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mənasında deyil,

digər mənalarda işlənilərsə təhrif olunmuş hesab olunur. “Nisa” surəsinin 46-cı ayəsində bu haqda deyilir:

“Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...” 2. Hərf və hərəkələrdəki təhriflər Əgər kəlmələrdən bəzilərinin hərf və ya hərəkəsi dəyişilərsə, mənada heç

bir dəyişiklik baş verməsə də təhrif sayılır. 3. Sözlərdə dəyişiklik Əgər Quranın kəlmələrindən bəzilərini oradan çıxarsaq və ya ayrı bir

kəlməni oraya əlavə etsək, mənasında heç bir dəyişiklik baş verməsə, yenə də təhrifə yol verilir.

80“Lisanul-ərəb”, c.3, səh.128, “Əqrəbul-məvarid”, c.1, səh.628.

Page 40: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 39

4. Ayələrdəki dəyişiklik Əgər hər hansı bir ayə və ya surəni Qurana əlavə etsək, yaxud oradan

çıxarsaq, məna baxımından heç bir dəyişiklik baş verməsə, həmçinin insanda həqiqi səmavi kitab olduğuna dair şəkk-şübhə yaratmasa belə, təhrifə yol vermiş olarıq.

Biz bu kimi təhriflərin də Qurana yol tapdığının şahidi oluruq. Məsələn, “Bismillahir-rəhmanir-rəhim” ayəsi peyğəmbər və müsəlmanların əksəriyyəti tərəfindən “Tövbə” surəsi istisna olmaqla, bütün surələrin əvvəlində oxunmasına baxmayaraq, bu ayənin, Quranın bütün surələrinin bir hissəsini təşkil edib-etməməsinə dair ixtilaf meydana gəlmişdir.

Belə ki, əhli sünnə alimlərinin bir qismi “Bismillah” ayəsini Quran ayələrinin bir hissəsi hesab etmir. Hətta Maliki məzhəbinin davamçıları bir neçə yer istisna olmaqla, bu ayənin gündəlik vacib namazlarda “Həmd” surəsindən qabaq oxunmasını məkruh hesab edirlər. Başqaları isə bu ayəni həmin surənin tərkib hissəsi hesab edirlər. Diqqət yetirmək lazımdır ki, bu ixtilaf yalnız əhli sünnə alimləri tərəfindən meydana gəlmişdir. Şiə alimləri isə hamılıqla, “Bismillah” ayəsini “Tövbə” surəsi istisna olmaqla, Quranın bütün surələrinin tərkib hissəsi hesab edirlər. “Həmd” surəsinin təfsirində bu barədə ətraflı söhbət açacağıq.

5. Qurana əlavələr etmək Əgər Qurana hər hansı kəlməni əlavə edəriksə, bu əlavə Quranın məna və

mahiyyətinə xələl gətirərsə, və nəhayət onun əlavə olunduğu açıq-aşkar bəlli olarsa, təhrifə yol vermiş olarıq. Bu kimi təhriflər Qurana yol tapmamışdır və bu, hər bir müsəlmanın zəruri hesab etdiyi məsələlərdən biri kimi qəbul olunur.

6. Qurandan nəyisə əskiltmək Təhrifə səbəb olan məsələlərdən biri də, Quranın ayə və ya kəlmələrini

ixtisara salmaq və ya əskiltməkdir. Belə ki, bəziləri belə bir iddia irəli sürmüşlər ki, Quran ayələri zaman keçdikcə müxtəlif amillər üzündən bəzən ixtisara düşmüş və nəticədə Quran öz orjinallığını itirmişdir.

Biz isə bu əsassız iddianı qətiyyətlə rədd edir və Quranın Peyğəmbərə (s) nazil olduğu surətdə qorunub saxlanıldığına etiqad bəsləyirik.

Quranın təhrif olmadığına dair sübutlar 1. Şiə və əhli-sünnə alimləri, həmçinin, müsəlmanların icması Şeyx Səduq Quranın təhrif olunmamasını imamiyyə məzhəbinin ən başlıca

əqidələrindən biri kimi qələmə vermişdir. Həmçinin, Şeyx Tusi, Seyid Mürtəza, Əllamə Təbərsi, “Kaşiful-ğitanın” müəllifi Şeyx Cəfər, “Vafi” kitabının müəllifi Molla Möhsin Feyz Kaşani, Fəxri Razi, Əbulhəsən Əli ibn İsmail Əşəri, Şeyx Rəhmətullah Dehləvi, Məhəmməd Abdullah Dərraz, Süyuti, Zərkeşi və.s.

2. Əqli dəlillər 1. Allah-taala Qurani-kərimi insanların hidayəti üçün nazil etmişdir. Bu

səmavi kitab İslam dini və şəriətinin əsası sayılır. 2. Quran sonuncu səmavi kitab olduğu kimi, İslam peyğəmbəri (s) də

sonuncu ilahi peyğəmbərdir. Beli ki, Qurandan sonra başqa bir səmavi kitab, İslam peyğəmbərindən (s) sonra heç bir ilahi peyğəmbər gəlməyəcək.

Page 41: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 40

3. Belə olan halda, Qurani-kərimin təhrif olunması ilə insanlar ilahi hidayətdən məhrum qalar. Bunun nəticəsində isə Allah-taalanın səmavi kitab və ilahi peyğəmbərlər göndərməsi əbəs iş sayılır. Allah-taala isə belə əbəs işlərdən pak və münəzzəhdir. Deməli, bu müqəddəs kitab ilk növbədə Allah-taala tərəfindən hər növ təhrifdən qorunub saxlanılmalıdır. Əks təqdirdə, insanlar hidayət olmaq əvəzinə, yollarını azar.

Bi isə ilahi hikmətlə tam zidd olan bir işdir. Elə buna görə də, ağıl baxımından, Quranın təhrif olduğunu iddia etmək

əsassız və məntiqsiz bir söz sayılır. 3. Tarixi faktlar İslam peyğəmbərinin (s) dövrü və O həzrətdən (s) sonra səhabə və tabeinin,

həmçinin, daha sonralar müsəlmanlar arasında olan saysız-hesabsız Quran qariləri, katibləri və hafizlərinin Qurana göstərdikləri böyük diqqət bu ilahi kitabın hər növ təhrif edilmə ehtimalını tamamilə aradan qaldırır.

4. Quranın öz zəmanəti Allah-taala Quranda bu müqəddəs kitabı hər növ təhrifdən qoruyacağı

barədə açıq-aydın şəhadət vermiş və onun hərtərəfli qorunmasını bəyan etmişdir.

ار وإن

كا الذ

نلاز ننحا نا إن

ون

افظ

ح له ا ل

1. “Həqiqətən bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.” 81

فه ل خ من

ه وال

يد يی ير بباطل من

تيه ال

أ ي ال

حيل من

ی يیميد ت

كيم ح

2. “Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz) o, hikmət sahibi və şükrə, tərifə layiq olan (Allah) tərəfindən nazil edilmişdir.”82

5. Quranın ecazkarlığı 6. Hədislər və rəvayətlər “Səqəleyn” hədisi və Quranın təhrifi Peyğəmbərdən (s) nəql olunmuş “Səqəleyn” hədisində buyurulur: “Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm. Onlardan

biri Allahın kitabı (Quran) və digəri isə mənim Əhli-beytimdir.”

Hədisin məzmunundan belə məlum olur ki, Peyğəmbər (s) özündən sonra Quranı və Əhli-beytini (ə) müsəlmanların üzərində canişin təyin etmiş, müsəlmanlar da öz növbəsində qiyamət gününədək bir-birindən ayrılmayacaq bu iki şeyə tabe olmalı və onlara itaət etməlidirlər.

81“Hicr” surəsi, ayə 9.

82“Fussilət” surəsi, ayə 42.

Page 42: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 41

11 QURANDA MÖHKƏM VƏ MÜTƏŞABİH AYƏLƏR

Quran elmlərində əsas məsələlərdən biri də “möhkəm” və “mütəşabih” mövzusudur.

“Möhkəm” və “mütəşabih” dedikdə, Quran ayələrinin məna baxımından aydın və oxşar növlərə bölünməsi nəzərdə tutulur. Bu məsələ əsasən “Ali-İmran” surəsinin yeddinci ayəsində açıqlanmışdır:

ا ماأ فات

ابه

شر مت

خاب وأ

كتم ال

أان ه

مات

كح م

ات

آيه من

اب

كت اليك

لل ع

نزذي أ

او ال

ي ه

ی ف

ذين

اال

ت ابه من

هابش ما ت

بعون

ايت فغيوبهم ز

لي ق

ی ف

ون

اسخ والرا

ه الل

ا إال

هويلأم ت

علويله وما ي

أاء ت

تغة واب

نفتاء ال

غ

باب الل

واول أار إال

اكاذا وما ي

ن عند رب

ن ل م

ا به ك

ا آمن

ونولقم يعل ال

“(Ey Peyğəmbər!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın) əslini, əsasını təşkil edən möhkəm (mənası aydın), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən) ayələrdir. Qəlblərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə tabe olarlar. Halbuki onların yozumunu (təfsirini) Allah və elmdə güclü olanlardan başqa heç kəs bilməz. Elmdə güclü olanlar “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin tərəfindəndir.” – deyərlər. Bunları yalnız ağıl-düşüncə sahibləri dərk edərlər”. 83

“Möhkəm” və “mütaşabih” sözləri haqqında Lüğəvi mənası: Ərəb dilinin lüğət alimləri “möhkəm” sözünün aydın, əsaslı, dayaqlı,

başqasının dayaq nöqtəsi, əyrilik və azğınlıqlardan saxlayan kimi mənalara malik olduğunu bildirmişlər.84

83“Ali-İmran” surəsi, ayə 7.

84 “Lisanul-ərəb”, c. 3, səh.272, “Əqrəbul-məvarid”, c. 1, səh.697, “Mufrədat”, Rağib

İsfahani, səh.248.

Page 43: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 42

“Həkəmə” sözünün əsli islah üçün (müəyyən şeylərin) qarşısını almaq mənasındandır... Möhkəm isə istər ləfz, istərsə də mənasında heç bir şübhə olmayan sözə deyilir.” 85

“Mütaşahib” sözü isə oxşar, misil, məna və ya ləfz baxımından digər bir şeyə bənzər və qeyri-aydın mənalarına malikdir.86

“Şəbəh” sözünün əsli keyfiyyət baxımından oxşarlıq mənasına malikdir. Mütəşabih isə istər ləfz, istərsə də məna baxımından bir-birinə bənzəyən və buna görə də izah və təfsiri çətin olan sözlərə deyilir. 87

Terminoloji mənası: “Möhkəm” və “mütəşabih” sözlərinin lüğət baxımından mənalarını

aydınlaşdırdıqdan sonra bu sözlərin Quran və təfsir elmləri baxımından mənalandırılması daha zəruridir.

Quran elmlərində “möhkəm” dedikdə mənası tam aydın olan və haqqında digər məna və ehtimallar verilməyən ayələr nəzərdə tutulur.

Buna misal olaraq, “Yunis” surəsinin 44-cü ayəsini qeyd etmək olar:

لمون

ظم ي

سه

فناس أ

ا الن

اكن

ا ول

يئاس ش

الم الن

ظ ي ال

ا الل

ا إن

“Həqiqətən, Allah insanlara heç bir zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!”.

Gördüyünüz kimi, bu ayə tam şəffaf şəkildə müəyyən bir mənanı bildirir. Onun mənasını anlamaq üçün heç də çətinlik yaranmır və ya onun haqqında digər ehtimallar irəli sürülmür.

“Mütəşabih” isə onun əksinə olaraq, mənası tam şəffaf olmayan və haqqında müxtəlif ehtimallar verilən Quran ayələrinə deyilir. Nümunə olaraq, “Fəth” surəsinin 10-cu ayəsini qeyd etmək olar:

ي أوق

فا الل

د يا الل

بايعون

ما ي

ا إنكبايعون

يذين

ا الا ...ديهم إن

“(Ya Peyğəmbər! Hüdeybiyyədə bir ağacın altında beyəri-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir...”

Ayədə buyurulmuş: “Allahın əli onların əllərinin üstündədir.” Bu hissə məna və dəlalət baxımından aydın olmadığı üçün onun haqqında Allah-taalanın insanlar kimi ələ malik olması və ya bu “əl”də məqsədin qüdrət və iqtidar əli olması ehtimalları qarşıya çıxır.

Əhli-beyt (ə) məzhəbinin görkəmli alimi Şeyx Tusi bu barədə yazır: “Möhkəm” dedikdə mənası aydın olduğu üçün zahirindən və heç bir kənar

dəlil olmadan başa düşülən (Quran ayələri) nəzərdə tutulur... “Möhkəm” və “Mütəşabih” bərədə müxtəlif nəzərlər irəli sürülmüşdür. 1. Mücahidin nəzərinə əsasən “möhkəm”, mənası dəyişik salınmayan,

“mütəşabih” isə mənası dəyişik salının (ayələrə) deyilir.

85“Mufrədat”, səh. 248.

86“Lisanul-ərəb”, c. 7, səh.23, “Mufrədat”, səh.443, “Qamusul-Quran”, Qürəşi, c. 4, səh. 2.

87“Mufrədat”, səh.443.

Page 44: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 43

2. Məhəmməd ibn Cəfər, Zübeyr və Cübbainin nəzərinə əsasən, “möhkəm” haqqında yalnız vahid bir məna ehtimalı verilən, “mütaşabih” isə haqqında iki və ya daha çox mənaların ehtimal edildiyi (ayələrdən) ibarətdir.

Qeyd olunmuş izahlar və “Ali-İmran” surəsinin yeddinci ayəsinə əsasən, Quran ayələrinin müəyyən baxımından aşağıdakı iki növə bölünməsi mümkündür:

1.Mənası tam aydın və şəffaf olan “möhkəm” ayələr; 2.Mənası tam aydın və şəffaf olamyan, haqqında müxtəlif ehtimallar verilən

“mütaşabih” ayələr: “Ali-İmran” surəsinin yeddinci ayəsində buyurulduğu kimi, ürəklərində

əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mənalandırmaq məqsədilə “mütaşabih” ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvəli olanlardan başqa heç kəs bilməz. Indi də Qurani-Kərimin bir sıra “mütəşabih” ayələri və onların “möhkəm” ayə vasitəsilə həqiqi yozumuna nəzər salaq:

Allah-taala müqəddəs Quranda buyurur: اا صف

صف

كمل وال

كاء رب

وج

“(Qiyamət günü) Rəbbinin (fərmanı) gələcək, mələklər (də) səf-səf duracaqlar...”88

Allah-taala digər bir ayədə buyurur:

د ي أوق

فا الل

د يا الل

بايعون

ما ي

ا إنكبايعون

يذين

ا الا ...يهم إن

“(Ey Peyğəmbər! Hüdeybiyyədə bir ağacın altında beyəri-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir...”.89

Digər bir ayədə buyurur:

رب

مغ وال

ق

مش

ال

اما ولل

نيأ ف

ا الل

هما وج

ثوا ف

ولليم ت

واسع ع

ا الل

ا إن

“Şərq də, Qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz (üz tutsanınız) Allah oradadır. Şübhəsiz ki, Allah (mərhəmti) genişdir, (O, hər şeyi) biləndir!”90

Həmçinin, Qurani-kərimin digər bir ayəsində oxuyuruq:

ا ينا ووح

يننع بأكلفع ال

ن اصن

يه أ

ا إلينوح

أ ...ف

“Biz (Nuha) belə vəhy etdik: Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt...”91

Gördüyünüz kimi, Quranın bu kimi “mütəşabih” ayələrində Allah-taalanın Qiyamət günü məhşərə gəlməsindən, Onun əl, üz və gözə malik olmasından söz açılmışdır. Bu kimi ayələrin həqiqi yozumu isə aşağıdakı “möhkəm” ayələrdə açıqlanmışdır:

ء ... ي

له س

مثيس ك

بص ل

ميع ال و السا

وه ير

88“Fəcr” surəsi, ayə 22.

89 “Fəth” surəsi, ayə 10.

90“Bəqərə” surəsi, ayə 115.

91“Muminun” surəsi, ayə 27.

Page 45: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 44

“Ona (Allaha) bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!”92

Həmçinin, digər bir ayədə buyurulur:

صار ب ال

رك

دو يصار وه

ب الهركد ت ال بير

خطيف ال

او الل

وه

“Gözlər Onu (Allahı görüb) dərk etməz. O, gözləri görüb dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!”93

Qeyd etmək lazımdır ki, Qurani-Kərimin bir sıra “mütəşabih” ayələrində Allah-taalanın Qiyamət günü məşhərə gəlməsi, Onun əl, üz və gözü malik olmasından söz açılmışdırsa, bunların həqiqi yozumu Allah-taalanın əmri, qüdrəti, nəzarəti və uca varlığıdır. Çünki Allah-taala hər şeyi görüb eşitsə də, Ona bənzər heç bir varlıq yoxdur. İnsanlar istər bu dünyada, istərsə də axirət aləmində Allah-taalanı adi gözlə müşahidə etməyə qadir ola bilməzlər. Həqiqətən də, O, bu kimi əsassız fikirlərdən pak və münəzzəhdir.

Qeyd etmək lazımdır ki, müqəddəs Quranın “mütəşabih” ayələri onun “möhkəm” ayələri vasitəsilə izah və təfsir edildikdə “möhkəm” mənalı ayələrə çevrilir.

Qurani-kərim – “möhkəm”, yoxsa “mütəşabih”? Öncə qeyd olduğu kimi, Allah-taala “Ali-İmran” surəsinin yeddinci ayəsində

Quran ayələrinin “möhkəm” və “mütəşabih” növlərinə bölmüşdür. Quranın digər ayələrində isə bu barədə daha iki fərqli fikirlə qarşılaşırıq:

الراب

بير كت

كيم خ

حند ل من

تل ص

ما ف

ثهات آي

كمت

ح أ

“Əlif, Lam, Ra. (Bu Quran) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və agah (Allah) tərəfindən ətraflı şəkildə izah edilmiş bir kitabdır.”94

Digər bir ayədə isə oxuyuruq: م ها رب

ون

شخ يذين

ا الودل جهعر من

شق ت ي انیا مث

ابه

شا مت

ابديث كت

ح السن

حل أ

از نای الل لير

ما ت

ث

ذ م إىل

هوبلم وق

هودل ج

ار الل

اء ك

ش يدي به من

ه ياى الل

د هلك

اد ذ

ه من

هما ل

فالل الل

ض ي ومن

“Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır.95

92“Şura” surəsi, ayə 11.

93“Ənam” surəsi, ayə 103.

94“Hud” surəsi, ayə 1.

95“Zümər” surəsi, ayə 23.

Page 46: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 45

Gördüyünüz kimi, birinci ayədə Quran ayələri “möhkəm”, ikinci ayədə isə “mütəşabih” kimi tanıtdırılmışdır. Belə olan təqdirdə Quran ayələrini hansı xüsusiyyətə malik olduğunu qəbul etmək olar?

Cavab: Bu suala cavab olaraq, qeyd etmək lazımdır ki, “Hud” və “Zumər” surələrinin ayələri Quran elmlərində sözügedən “möhkəm” və “mütəşabih” mövzularına aid deyildir.

Bu ayələr əsasən müqəddəs Quranın digər bir xüsusiyyətini daşıyır. Əhli-beyt məzhəbinin görkəmli alimi Şeyx Təbərsi bu barədə yazır: Quranın bütün ayələrinin möhkəm sayılması bu ilahi kitabda heç bir əsassız

söz deyilmədiyinə işarədir. Bütün ayələrin mütəşabih sayılmasının səbəbi isə ayələrdəki həmahənglik,

oxşarlıqdır. Bununla belə, xalqın dərki baxımından ayələr eyni deyildir. Bəzi ayələr

hamının başa düşəcəyi şəkildə aydın, bəziləri isə dərin və mürəkkəb mənalıdır. Bu dərinlik bəzilərinin şübhə və səhvinə səbəb olur. 96

“Möhkəm” və “mütəşabih” hədis baxımından Qurani-kərim ayələrinin “möhkəm” və “mütəşabih” növlərinə bölünməsi

İslam peyğəmbəri (s) və həzrətin (s) Əhli-beytinin (ə) kəlamlarında da öz əksini tapmışdır. Burada onlardan bir neçəsini qeyd edirik:

1-İslam peyğəmbəri (s) buyurur: “(Dini mövzularda əsasız yerə) müqayisələr aparan şəxs həlak olmuş və başqalarını da həlak etmişdir. “Nasix”, “mənsux”, “möhkəm” və “mütəşabih” ayələri tanımadan və elmsiz halda xalq üçün fitva verən şəxs (də) həm həlak olmuş, həm də həlak etmişdir.”97

2- İmam Baqir (ə) buyurur: “Quran (ayələri) “xas” və (xüsusi) və “ümumi”, “möhkəm” və “mütəşabih”, həmçinin, “nasix” və “mənsux” növlərinə bölünür. Elmdə qüvvətli olanlar bilirlər.”98

Qurani-kərimdə mövcud olan “mütəşabih” ayələrin fəlsəfəsi Nə üçün Qurani-kərimdə “möhkəm” ayələrlə yanaşı “mütəşabih” ayələrdən

istifadə edilmişdir? Cavab: Bu mühüm suala cavab olaraq Quran alimləri tərəfindən irəli

sürülmüş aşağıdakı nəzərləri qeyd etmək olar: 1. Quranda mövcud olan “mütəşabih” ayələr vasitəsilə onların həqiqi

açıqlamasını alimlərin dəyər və üstünlüyü aydınlaşır. 2. Qurani-kərimdə olan “mütəşabih” ayələr insanların ağıl və dərkini işə

salmaq üçün nazil olmuşdur. Belə ki, Quran ayələrinin hamısı aydın və şəffaf mənaya malik “möhkəm” ayələrdən təşkil olaydı, bəlkə də ağıl işlətmək və təfəkkür etməyə ehtiyac qalmaz və bunun nəticəsində də ağıllar kütləşərdi.

3. Quranda yer almış “mütəşabih” ayələrdə məqsəd insanları sınaqdan keçirmək, onlardan hansının əsil mömin, hansının isə azğın olduğunu

96“Məcmuəl-bəyan” təfsiri, c. 2, səh.702.

97“Usuli-Kafi”, c. 1, səh. 43, hədis 9.

98“Nurus-Səqəleyn” təfsiri, c. 1, səh. 317, hədis 35.

Page 47: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 46

aydınlaşdırmaqdan ibarətdir. Əgər Quranın bütün maarifi aydın və şəffaf mənaya malik olsaydı, Allah-taalanın əmri qarşısında təslim olmaq elə də əhəmiyətli olmazdı.99

4. Quranda “mütəşabih” ayələrin varlığı oxucunun ayələr haqqında düşünməsinə zəmin yaradır.

5. Qurandakı “mütəşabih” ayələrin hikmət və fəlsəfəsindən biri də müsəlmanların öz həqiqi dini rəhbərlərini tanımasına şəraitin yaradılmasından ibarətdir. Belə ki, əgər Qurani-kərimin bütün ayələri aydın və şəffaf sayılan “möhkəm” ayələrdən ibarət olsaydı, müsəlmanlar Quranın həqiqi təfsirçiləri sayılan İslam peyğəmbəri (s) və onun Əhli-beytinə (ə) möhtac olmaz və ya onlarla rabitədə az olardılar. 100

Həqiqətdə, Allah-taala Quran ayələrinin müəyyən bir hissəsinə “mütəşabih” şəkildə nazil edərək, bu ayələrin həqiqi təfsir və izahını ilk növbədə elmədə qüvvətli olan Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) həvalə etmiş və bununla da İslam ümməti ilə onların həqiqi rəhbərləri sayılan Əhli-beyt (ə) arasaında rabitəni möhkənləndirməyə çalışmışdır.

6. Qurani-kərimdə ali mənya malik olan Allahın sifətləri, axirət aləmi, qeyb aləmi kimi mövzular “mütəşabih” ayələrdən başqa şəkildə deyilməsi mümkün deyildir. Allah-taala bu mövzuları insanlara çatdırmaq üçün “mütəşabih” ayələrdən istifadə etmişdir.

99“Biharul-ənvar”, c. 2, səh. 185.

100 “Təlxisut-təmhid”, c.1, səh.47;, “Safi” təfsiri, Feyz Kaşani, c.1, səh.294; “əl Mizan”

təfsiri, c.3, səh.56 və “Qamusul-Quran”, c. 4, səh.4.

Page 48: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 47

12 QURANIN ECAZKARLIĞI

Bəşəriyyəti vəhydən məhrum qoymayan Allah-taala hər bir peyğəmbərinə, onun dövründəki insanlara öz iddiasını isbat etmək üçün möcüzə gücü vermişdir. Buna görə də hər bir peyğəmbər, özünü yaşadığı dövrün cəmiyyətinə qəbul etdirə bilməsi üçün o dövrün insanlarının rəğbət bəslədiyi sahələrlə əlaqəli olan və mövcud sivilizasiyanın ən öndə gedən xarakterik cəhətlərini özündə əks etdirən fenomenlər qarşısında möcüzələr göstərmişlər. Bunun belə olması ilahi hikmətin səciyyəvi təzahürü idi. Çünki əks təqdirdə möcuzənin qəbul edilib anlaşılması mümkün olmazdı. Belə hikmətin misalı olaraq, həzrət Musa (ə) dövründə sehrin, həzrət İsa (ə) dövründə isə tibbin ən irəliləmiş sahələr hesab edildiyindən onlara verilən möcüzələrin əksəriyyətinin bu sahələrlə analoji paralellik göstərdiyini qeyd edə bilərik.

Peyğəmbərlərin sonuncusu olan həzrət Məhəmmədə (s) isə ən böyük möcüzə kimi Quran göndərildiyindən, o öz təsirini bütün dövrlərə və zamanlara göstərməli idi. Həqiqətən də həzrət Məhəmmədə (s) nazil olan vəhyin ecazkarlığı nəinki dövrünün bütpərəst ərəblərinin ona iman gətirməsinə səbəb olmuş, hətta üstündən on dörd əsr keçməsinə baxmayaraq daim ona inananların sayını artırmışdır.

Quranın elmi ecazkarlığından mәqsәd Quranın aşağıdakı xüsusiyyətlərə malik olan ayəlәridir.

1. Elmi sirlәrin üstünü açan ayəlәr. Yəni ayədә elә bir elmi mәsәlә һaqqında söһbәt gedir ki, ayə nazil onuncaya qәdәr һeç kimin o һaqda mәlumatı yox idi. Bundan başqa һәmin elmi mәsәlәnin kәşfi o dövrün insanları üçün ixtiyarlarında olan imkanlara nәzәrәn mümkün deyildi.

2. Tәbiәt һadisәlәri vә gәlәcәkdә baş verәcәk tarixi olaylar һaqqında qeybdәn verilәn xәbәrlәr. Hansı ki, Quran nazil olduğu dönәmdә һeç kimin bu һaqda mәlumatı yox idi. Qeybdәn verilәn xәbәrlәr adi yolla bilinmәsi mümkün

Page 49: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 48

olmayan xәbәrlәr olmalıdır. Demәli, әgәr Quranda öncәki sәmavi kitablarda öz әksini tapmış, o dövrün elmi mәrkәzlәrindә, elmi әsәrlәrdә sözü keçәn vә ya insanın instinktiv olaraq anladığı bir şey һaqqında xәbәr verilәrsә, bu möcüzә һesab edilmir.

Ümumi olaraq Quranın möcüzəliyi və ecazkarlığı deyərkən “Onun bütün insanları özünə bənzər bir kitab meydana gətirməkdə aciz qoyması” nəzərdə tutulur.

Möcüzə sözünün mənası Lüğətdə: Möcüzə “اعجاز – ecaz” kəlməsindən götürülmüşdür. “Ecaz” kəlməsinin

özünün bir neçə mənası vardır: 1. Nəyi isə əldən vermək; 2. Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək; 3. Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək aciz etmək. Terminologiyada: “Möcüzə” ilahi peyğəmbərlərin öz peyğəmbərlik iddiasını sübut etmək

məqsədilə göstərdikləri və hamıya qələbə çalan qeyri-adi işlərə deyilir. 1. Məhəmməd Əbdüləzim Zərqanı bu barədə yazır: “Möcüzə bəşərin fərdi və ya ictimai şəkildə, oxşarını gətirməkdə aciz olduğu,

bəşərin mərifət və elmindən xaric sayılan və peyğəmbərlik iddiasında olan şəxsin insanları Allaha tərəf dəvət edərkən öz iddiasının düzgün olmasına bir sübut kimi gətirdiyi qeyri-adi işlərə deyilir.”101

2. Şeyx Məhəmməd Hadi Mərifət isə bu barədə belə yazır: “(Möcüzə) ilahi peyğəmbərlərin iddiasını sübut etmək məqsədilə göstərdiyi

qeyri-adi işlərə deyilir. Bu qeyri-adi iş qarşı tərəfi mübarizəyə çağırmaqla həyata keçir, həmçinin, onunla qarşılaşa bilən (bir şəxs, iş və s.) də olmur.”102

QURANIN ECAZKARLIĞI

Quranın möcüzəliyi və ecazkarlığı müxtəlif cəhətləri əhatə edir: 1. Quranın fəsahət və bəlağəti Bu anlayışa görə Quran, oxşarını gətirmə barəsində bəşər qüdrətinin aciz

qalacağı çox yüksək bir mərtəbədədir. Yəni insan oğluna ona nəzirə yazmaq qüvvəti və qüdrəti verildiyi halda, möcüzəliyi onu fəsahət və bəlağət baxımından elə uca bir mərtəbəyə yüksəltmişdir ki, insanın artıq onun kimi bir söz deməsi qeyri-mümkündür. Qurani-kərimin həm fövqəlbəşər bir kitab olmasını, həm üstünlüyünü heçə sayanlara meydan oxumasını, həm də ona nəzirə yazılmamasını ecazkarlığının bariz nümunələrindən saya bilərik.

Məhəmməd peyğəmbərə (s) vəhy nazil olduğu o dövrdə ərəb qəbilələrinin ən çox qiymət verdiyi sahələrdən biri də ədəbiyyat və ədəbi sənətlər idi. Miladi Vl əsrə təsadüf edən o dövrdə ərəb dili şeir, xitabə, fəsahət və bəlağətin üslubda ən

101

“Mənahilul-irfan fi ulumi-Quran”, Zərqani, c. 1, səh. 73. 102

“ət-Təmhid fi ulumil-Quran”, c. 4. səh. 16.

Page 50: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 49

yüksək bir zirvəsinə çıxaraq sankı qızıl əsrini yaşayan dövrü idi. Çünki bu dövrdə ərəb ədəbi folkloru əsasən şeir və bəlağət üzərində qurulduğundan, onlardan istər bayramlarda şənlənmək, istərsə də döyüşlərdə sücaət göstərib düşmənə qalibiyyətini ədəbi üsulda dilə gətirmək vasitəsi kimi istifadə edilirdi. Məsələn, bu dövrdə şairin misrası ilə qəbilələr döyüşə başladıqları kimi, yenə şeirin təsirində qalaraq sülh bağlandığı tarixi mənbələrdə keçməkdədir. Şəhərin mərkəzi bazar meydanlarında şeir yarışları təşkil olunur və qalib gələn şairin şeirləri bir şərəf nümunəsi kimi Kəbənin divarlarından asılırdı. Bunun bir misalı olaraq "Muəlləqat-i səb'a" (Yeddi asılmış) adı ilə məşhur olan klassik ərəb şeir nümunələri hətta müasir dövrə kimi gəlib çatmışdır.

O dövrün cahil ərəbinin dünya görüşündə bir şairin digərinə meydan oxuması və onu cəmiyyət içərisində həcv etməsi həqiqətən də çox əhəmiyyətli bir şey idi. Məhz belə bir zamanda Quran vəhy edilərək həm Kəbə divarından asılı olan şeirlərin səviyyəsini ortaya qoydu, həm də ərəblərə özünə bənzər bir söz düzümünün meydana gətirə bilməyəcəklərini isbat etdi. Onun yüksək ədəbi üslubu qarşısında Həssan ibn Sabit, Kəb ibn Züheyr, Tüfeyl ibn Əmr, Əmr ibn Əkva, Əsvəd ibn Səri kimi bir çox şair və xətiblər baş əymişdilər.

Qurani-kərimdə bu barədə belə buyurulur:

اه

ي افونولقم ي أ

عتطوا من است

عات واد

ي ي له مف

سور مث

وا بعش

تأل ف

م ق

تن ك إن

اون الل

دم من

ی صادقير“Yoxsa müşriklər: “Quranı özündən uydurdu!” – deyirlər. De: Əgər doğru

deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın!”103

Quranın meydan oxuyub mübarizəyə dəvət etməsinə baxmayaraq, müxalifləri onun bir surəsinin belə bənzərini gətirə bilmədilər. Tarix boyu ona ciddi mənada nəzirə yazılmaması, bundan sonra da yazılmayacağının açıq bir dəlilidir. Çünki əsirlər boyu alimlər, ədiblər, filosof və şairlər Quranın ecazkarlığını qəbul edərək, bəlağət, fəsahət və bəyanda onun dərəcəsinə çıxmaqda aciz olduqlarını etiraf etmişlər. Məsələn, bir dəfə məşhur ərəb filosofu əl-Kindidən Qurana bənzər bir şey yazmasını istəyirlər. O da bəzi hissələrinə nəzirə yazmasına söz verir, lakin aradan uzun bir müddət keçdiklən sonra bu işi bacarmayacağını anlayaraq belə deyir:

“Allaha and olsun ki, mən ona bənzər bir şey yaza bilmədim. Heç kimin də buna gücü çatmaz!...”

Quranın hərfləri, kəlmələri və ayələri elə bir şəkildə düzülmüşdür ki, onun bir hərfini yerindən oynatmaq belə mümkün deyildir. Məlum olduğu kimi, Qurani-kərim 23 il ərzində, müxtəlif zamanlarda nazil olmuşdur. Hər nazil olan ayə həzrət Peyğəmbərin (s) göstərişi ilə öz yerinə müvafiq yerləşdirilmişdir. Nazil olmasındakı uzun müddətə baxmayaraq hərflərin kəlmələrə, kəlmələrin ayələrə, ayələrin surələrə yerləşdirilməsindəki tərtibin mükəmməlliyi, eyni zamanda surələrin bir-biri ilə əlaqəli olaraq Quranın içərisinə yerləşdirilməsi də ondakı vəhdət və mütənasibliyi ortaya qoyan ecazkarlığın nümunəsidir. Bu gün nazil olmasının

103

“Hud” surəsi, ayə 13.

Page 51: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 50

üstündən 14 əsr keçməsinə baxmayaraq, Quran ərəb ədəbiyyatının şah əsəri hesab edilir. O, öz əsrarəngizliyi ilə nəinki ərəbdilli xalqların, eyni zamanda qeyri ərəbdilli xalqların mədəniyyətində, onların şifahi və yazılı ədəbiyyatında köklü təsirini qoymuşdur.

2. Qurani-kərimin elmi ecazkarlığı Əlbəttə, Quran fizika, biologiya və s. üzrə məqalələr toplusu deyil. Ancaq

alimlər onun müxtəlif ayələrində son dərəcə böyük məharətlə və dəqiq heca ilə yazılmış bəzi elmi həqiqətləri yalnız yaxın zamanlarda kəşf ediblər. Quranın nazil olunduğu dövrdə elmi üsullarla əldə edilə bilməyən bu məlumatlar bizim dövrün insanlarına bir daha sübut edir ki, Quran uca və qüdrətli Allahın sözüdür.

Müasir astronomiya, fizika, biologiya və anatomiya Quran göndəriləndə hələ məlum deyildi. Bununla belə 1400 il bundan əvvəl Quran insanlara göylər, yer, ulduzlar, planetlər, kainat qanunları, yerdə həyatın və insanın yaranması, uşağın ana bətnində mayalanması və onun doğulması haqqında məlumat verib. Onların bir neçə nümunəsinə işarə edirik:

a) Kainatda olan varlıqların zövciyyət (cütlük) məsələsi Bildiyimiz kimi, kainatda olan bütün varlıqlar, yəni insan, heyvan, ağac, bitki

və s. hətta atom zərrəcikləri erkək və dişidən (atomda isə mənfi və müsbətdən) ibarətdir. On dörd əsr öncə nazil olmuş Quranda bu haqda buyurulur:

رون

اكذم ت

كاعل لی يروج

ا زنقلء خ ي

ل س

ك ومن

“Biz hər şeydən (erkək və dişi, müsbət və mənfi) cüt-cüt yaratdıq. Bəlkə, düşünüb ibrət alasınız!” 104

b) Günəş və ayın hərəkəti Allah-taala Quranda Günəş və Ayın hərəkətdə olduğunu bəyan edir:

مر قمس وال

اار والش

هايل والن

ا الل

قلذي خ

او ال

وه

ون

سبح

ك ي

لي ف یل ف

ك

“Gecəni və gündüzü də, günəşi və ayı da yaradan Odur. Onların (həmçinin, ulduzların) hər biri bir göydə üzür (hərəkət edir).”105

Götürdüyüz kimi, bu ayədə Günəş və Ay kimi göy cisimlərinin müəyyən qaydada hərəkət etdiyi bildirilmişdir.

Unutmamalıyıq ki, bu, 14 əsr öncə heç bir müəllim görməmiş İslam peyğəmbəri (s) tərəfindən xalqa çatdırılmış ilahi bir vəhydir.

c) Spirtli içkilərin ziyanı Allah-taala Qurani-kərimdə buyurur:

يط

امل الش

عس من

م رج

الز وال

صاب

ن ميش وال

مر وال

خما ال

اوا إن

آمن

ذين

اا ال

هيا أ ي

نبوه

تاجان ف

ون

لحفم ت

كاعل ل

“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də (yaxud qurbanlıq üçün qoyduğunuz daşlar), püşk atmaq (fal oxları) üçün nəzərdə tutduğunuz çubuqlar da

104

“Zariyat” surəsi, ayə 49 105

“Ənbiya” surəsi, ayə 33

Page 52: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 51

Şeytan əməlindən olan murdar və çirkin şeylərdir (əməldir). Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!”106

Spirtli içkilərin (şərabın) insanın fərdi və ictimai həyatında qoyduğu mənfi təsirlər heç kimə gizli deyil. Bugünkü tibb elminin nailiyyətlərinə əsasən, spirtli içkilərin insanın orqanizminə bir çox mənfi təsirləri məlum olmuşdur. Spirtli içkilərin beyin, ürək, mədə, ağıl qüvvəsinə, insan nəslinə, böyrəklərə, tənəffüs orqanlarına, qara ciyərə, əsəb sisteminə, qan dövranına və digər orqanlara da mənfi təsirləri vadır.

Bəşəriyyət 19-20-ci əsrlərdə belə bir qənaətə gəldiyi halda, Quran 14 əsr öncə öz sözünü demiş və onu insanlara çatdirmişdir.

d) Uşağın ana bətnindəki üç dövrü Quranda insanın ana bətnində üç mərhələli bir proseslə yaradıldığı bildirilir. Bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının üç

fərqli mərhələdə baş verdiyini ortaya qoyur. Bu gün universitetlərin tibb fakültələrində dərs vəsaiti kimi istifadə olunan

bütün embriologiya kitablarında bu mövzu ən fundamental araşdırma mövzuları sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan “Basic Human Embriology” (“Əsas insan embriologiyası”) adlı kitabda bu həqiqət belə ifadə edilir: “Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik və ya embrionaqədərki (ilk 2,5 həftə), embrion və ya rüşeym (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər) mərhələləri”.

Tibbi dildə “trimeester”, yəni “üç dövr” adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca şəkildə belədir:

1) Preembrionik mərhələ. Ziqota əsasən “1-ci meester” olaraq xatırlanan bu ilk mərhələdə bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır, hüceyrələr çoxalmağa davam edəndə 3 təbəqə halında təşkilatlanır.

2) Embrionik mərhələ. “2-ci meester” kimi tanınan ikinci mərhələ cəmi 5 həftə yarım davam edir və canlı bu müddət ərzində “embrion” və ya “rüşeym” adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin başlıca əzaları, təməl orqan və sistemləri əmələ gəlir.

3) Fetal mərhələ. Hamiləliyin “3-cü meester”i adlandırılan mərhələyə daxil olanda rüşeym (embrion) artıq “fetus” adlandırılır. Bu mərhələ hamiləliyin 8-ci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti isə fetusun üzü, əlləri və ayaqları aydın bilinən və insanın xarici görünüşünə malik olan bir canlıya çevrilməsidir. Mərhələnin başlanğıcında döl 3 sm ölçüdə olsa da onun bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyədək, inkişaf prosesi isə doğuş həftəsinə qədər davam edir.

Dölün ana bətnindəki inkişafı haqqındakı bu məlumatlar yalnız müasir texnoloji avadanlıqların köməyi ilə aparılmış müşahidələr sayəsində əldə edilib. Ancaq göründüyü kimi, bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi yalnız Quran ayələrində möcüzəvi şəkildə xəbər verilmişdir. Bəşəriyyətin təbabət

106

“Maidə” surəsi, ayə 90

Page 53: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 52

sahəsində heç bir müfəssəl biliyə sahib olmadığı dövrlərdə Quranda bu dərəcədə dolğun, ətraflı və səhih məlumatların verilməsi şübhəsiz ki, Quranın Allah kəlamı olduğunun aşkar sübutudur.

3. Quranda gələcəyə aid xəbərlər a) Aya uçuş

سق

اا اتمر إذ

قبق وال

طنا عبقیا ط ي

كي ل

ونمنؤ يم ال

هما ل

ف

“Bədirlənməkdə olan Aya (and içirəm) ki, siz təbəqədən təbəqəyə minəcəksiniz. Onlara nə olub ki, iman gətirmirlər?”107

Yuxarıdakı ayələrdə Aya diqqət çəkiləndən sonra təbəqədən təbəqəyə minib keçiləcəyi söylənir. “Tərkəbu” ifadəsi (vasitəyə) minmək, bir yol üzərində yerimək, arxasınca düşmək, izləmək, cəhd göstərmək, hakim olmaq mənalarına gələn “rəkibə” feilindən alınmışdır. Bu mənalar nəzərə alınanda “təbəqədən təbəqəyə minib keçəcəksiniz” ifadəsində miniləcək bir vasitəyə işarə edilməsi mümkündür.

Bir sıra rəvayətlərdə Peyğəmbərin (s) meraca gedərkən kecdiyi asimanlara, göy qatlarına işarə olunduğu qeyd olunur.

b) Məkkənin fəth edilməsi

قحا بال

يؤ الر

ه رسول

ا الل

ق صد

دقی ل قير

لی مح آمنير

اء اللا ش

رام إن

ح المسجد

الانلخدتل

ونافخ ت الين

صم ومق

رءوسك

لك

ون ذ

دعل من

جموا ف

علم تعلم ما ل

ريبا ف

ا قحت ف

“Həqiqətən, Allah öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi. Siz Allahın istəyi ilə tam əmin-amanlıqla, başınızı qırxmış, saç və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan “Məscidul-hərama” daxil olacaqsınız. Beləliklə, Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bilir. O, bundan əlavə, yaxın qələbəni (Hüdeybiyyə sülhünü) də bəxş edəcəkdir.”108

İslam peyğəmbəri (s) Mədinədə gördüyü yuxusunda möminlərin əmin-amanlıqla Məscidul-hərama daxil olmalarını, Kəbəni təvaf etmələrini görmüş və möminləri bu xəbərlə müjdələmişdi, çünki Məkkədən Mədinəyə hicrət edən möminlər o gündən sonra Məkkəyə gedə bilmirdilər.

Allah Peyğəmbərimizə (s) bir kömək və yardım olaraq “Fəth” surəsinin 27-ci ayəsini vəhy etmiş və onun röyasının həqiqət olduğunu, əgər Allah istəsə, möminlərin Məkkəyə daxil olacaqlarını bildirmişdir. Həqiqətən də bir müddət sonra, əvvəlcə Hüdeybiyyə müqaviləsi və ardınca gələn Məkkənin fəthi ilə müsəlmanlar eynilə ayədə bildirildiyi kimi, əmin-amanlıqla Məscidul-hərama daxil olmuşdular. Beləliklə, Allah Peyğəmbərimizin (s) əvvəlcədən xəbər verdiyi müjdənin həqiqət olduğunu göstərmişdir.

Ancaq burada diqqətimizi çəkən başqa mühüm bir məsələ də var. “Fəth” surəsinin 27-ci ayəsinə diqqət yetirsək, Məkkənin fəth edilməsindən əvvəl gerçəkləşəcək başqa bir fəthdən bəhs edildiyi məlum olacaq. Həmçinin ayədə

107

“İnşiqaq” surəsi, ayələr 18-20. 108

“Fəth” surəsi, ayə 27.

Page 54: QURAN ELMLƏRİ İLƏ TANIŞLIQmaide.az/dosya/uygulama/quran_elmleri.pdf · dərslik «Əl-mƏhdİ (əc)» İslam maarİf mƏdrƏsƏsİ mÜqƏddƏs qum ŞƏhƏrİ 2016 - 2017 quran

---------------------------------------------------------------------------------------------------------------- QURAN ELMLƏRİ (Dərslik)

--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 53

xəbər verildiyi kimi, müsəlmanlar əvvəlcə yəhudilərin əlində olan Xeybər qalasını fəth etmiş, sonra da Məkkəyə daxil olmuşdular.

Həzrət Rəsul (s) hicri tarixinin 8-ci ilində Məkkəyə daxil olaraq bu şəhəri fəth etmişdir. İki il sonra da Allahın Quranda bildirdiyi kimi, müşriklər Məkkədən çıxmışdılar. Burada mühüm olan başqa bir məsələ də budur: Peyğəmbərimiz (s) möminlərə bu müjdələri verəndə mövcud vəziyyət heç də istənilən səviyyədə deyildi. Hətta həminki şərait deyilənlərin əksini göstərir, müşriklər möminləri Məkkəyə girməməyə qəti olaraq qoymayacaqlarında təkid edirdilər. Bu isə ürəyində xəstəlik olanların Peyğəmbərimizin (s) dediklərinə şübhə ilə yanaşmasına səbəb olmuşdur. Ancaq İslam peyğəmbəri (s) Allaha etibar edərək və insanların sözlərinə əhəmiyyət verməyərək Allahın ona bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır. Onun dediklərinin çox tez bir zamanda həyata keçməsi də Quranın mühüm bir möcüzəsidir.

4. Quranda ixtilaf və ziddiyyətin olmaması Quranın ecazkarlıq xüsusiyyətlərindən biri də bu səmavi kitabda ixtilaf və

ziddiyyətin olmamasıdır. Məlum olduğu kimi, Quran iyirmi üç il ərzində müxtəlif hadisələr və

cərəyanların ardınca nazil olmuşdur və o zaman bu kitabın surə və ayələri də bir-birinin ardınca göndərilməmişdir. Əgər Quran ilahi bir kitab olmasaydı, onun surə və ayələrində bir-birini təkzib edən sözlər və müəyyən ziddiyyətlər olardı, lakin Qurani-kərimdə belə bir ziddiyyət və ixtilaf olmadığından onun yalnız Allah tərəfindən nazil olduğunu bildirmək olar.

Allah-taala bu barədə buyurur:

رآن

ق الرون

ابدت يالف أ ير

د غ

عن

من

انو كا ول ثير

ا كفتال

وا فيه اخ

دوج

لا الل

“Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf (uyğunsuzluq) tapardılar.”109

5. Quranın ədəd ecazkarlığı Cəza-117 dəfə, Məğfirət-234 dəfə; İblis-11, Pənah aparmaq-11; Müsibət-75, Şükr-75; Cəhr-16, Əlaniyə-16; Şiddət-102, Səbr-102; Dünya-115, Axirət-115; Yovm (gün)-365; Şəhr (ay)-12; Həyat-145, Mövt (ölüm)-145; Salat (namaz və dua)-67, Nicat-67; Məhəbbət-83, İtaət-83.

109

“Nisa” surəsi, ayə 82.