müqəddəs qurban bayramınız mübarək! 31 july opt.pdf · təmin edən qurğudur. temperaturun...

16
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 150 (29415) 31 iyul 2020-ci il, cümə Müqəddəs Qurban bayramınız mübarək! Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda səfərdə olub. Dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ölkəmizin əsas turizm məkanlarından olan Balakən rayonun- da 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə ar- tıb. 2003-cü ildən bəri rayonda 20538 yeni iş yeri açılıb, cari ildə qeyri- məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb. AZƏRTAC Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu. Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanın- da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentli- yinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə məlumat verdilər ki, bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli bu Mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiy- yatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək. Dövlətimizin başçısına dezinfeksi- ya tuneli barədə məlumat verildi. Qeyd olundu ki, bu tunel istifadəçilərin şəxsi gigiyena qayda- larına riayət etmələri və steril şəkildə hər hansı məkana daxil olmalarını təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların yaddaşda saxlanılması xüsusiyyəti daşıyan tunelin içərisində dezinfeksi- yaedici zona yerləşdirilib. Prezident İlham Əliyev Balakən “ASAN xidmət” mərkəzini işə saldı. Qeyd edək ki, hazırda ölkədə 19 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şama- xı, Kürdəmir, Tovuz və Ağcabədidədir. Balakəndə açılışı olan “ASAN xidmət” mərkəzi sayca 20-cidir. Mərkəzdə 189 əməkdaş, 50 könüllü çalışacaq. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək. (ardı 2-ci səhifədə) Balakən Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi. Qeyd olundu ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli sərəncamına əsasən tikilən Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli bina- dan ibarətdir və 320 şa- gird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlan- ması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yara- dılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şa- gird təhsil alır və 64 müəllim çalışır. AZƏRTAC Prezident İlham Əliyevin Balakən, Şəki və Qəbələ rayonlarına səfəri

Upload: others

Post on 05-Aug-2020

11 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 150 (29415) 31 iyul 2020-ci il, cümə

Müqəddəs Qurban bayramınız mübarək!

Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda səfərdə olub.

Dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək

önünə gül dəstəsi qoydu.Ölkəmizin əsas turizm

məkanlarından olan Balakən rayonun-da 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18

dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə ar-tıb. 2003-cü ildən bəri rayonda 20538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıb.

AZƏRTAC

Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanın-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentli-yinin sədri Ülvi Mehdiyev Prezident

İlham Əliyevə məlumat verdilər ki, bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli bu Mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiy-yatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Dövlətimizin başçısına dezinfeksi-ya tuneli barədə məlumat verildi.

Qeyd olundu ki, bu tunel istifadəçilərin şəxsi gigiyena qayda-larına riayət etmələri və steril şəkildə hər hansı məkana daxil olmalarını təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların yaddaşda saxlanılması xüsusiyyəti daşıyan tunelin içərisində dezinfeksi-yaedici zona yerləşdirilib.

Prezident İlham Əliyev Balakən “ASAN xidmət” mərkəzini işə saldı.

Qeyd edək ki, hazırda ölkədə 19 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şama-xı, Kürdəmir, Tovuz və Ağcabədidədir. Balakəndə açılışı olan “ASAN xidmət” mərkəzi sayca 20-cidir. Mərkəzdə 189 əməkdaş, 50 könüllü çalışacaq. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək.

(ardı 2-ci səhifədə)

Balakən Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən Şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.

Qeyd olundu ki,

Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli sərəncamına əsasən tikilən Balakən Uşaq İncəsənət

Məktəbi üçmərtəbəli bina-dan ibarətdir və 320 şa-gird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlan-ması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma

studiyası, kitabxana yara-dılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şa-gird təhsil alır və 64 müəllim çalışır.

AZƏRTAC

Prezident İlham Əliyevin Balakən, Şəki və Qəbələ rayonlarına səfəri

Page 2: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə2

(əvvəli 1-ci səhifədə)

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğusuna əsasən vətəndaşların “ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edir.

Prezident İlham Əliyevə digər innovativ yeniliklər barədə də məlumat verildi. Bildirildi ki, ultrabənövşəyi hava təmizləyiciləri qapalı yerlərdə havanı ultrabənövşəyi şüalar vasitəsilə vi-rus və bakteriyalardan təmizləmək üçün istifadə olunur. Qurğunun aşağı hissəsindən daxil olan hava mexaniki süzgəclərdən keçərək ultrabənövşəyi şüalar kamerasına daxil olur. Bu kame-rada havada olan virus və bakteriyaların 99 faizi məhv edilir.

Dövlətimizin başçısına ozon ge-

neratorları barədə də məlumat verildi. Qeyd edildi ki, bu qurğudan müxtəlif zərərli mikroorqanizmləri məhv etmək, havanı və suyu dezinfeksiya etmək üçün geniş istifadə olunur. Ənənəvi kimyəvi dezinfeksiyaedici vasitələrlə müqayisədə ozon daha təsirli və ekoloji cəhətdən təmiz alternativdir. Dezin-feksiya qapıları ultrabənövşəyi şüalar sayəsində içərisindən keçən hər kəsin üzərindəki virus və bakteriyaları məhv edir. Dezinfeksiya robotu isə qapalı məkanların qısa vaxtda dezinfeksiya edilərək müxtəlif növ virus və infek-siyaların yayılmasının qarşısını alan xüsusi təchizatdır. Ultrabənövşəyi hava və səth təmizləyiciləri, həmçinin ozon generatorları ictimai binalarda, əhalinin sıx toplaşdığı məkanlarda koronavi-rusla mübarizə məqsədilə havanın təmizlənməsi üçün səmərəli vasitələrdir.

Diqqətə çatdırıldı ki, “Elektron Hökumətin İnkişafı İndeksi” Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki ildən bir keçirilən sorğu üzrə formalaşan və ölkələrinin e-hökumət hazırlığı ilə bağlı hesabatdır. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 71 bala yüksəldərək dünya üzrə orta göstəricini 11 bal üstələyib.

Elektron hərrac sisteminin məqsədi isə hərraclarda iştirakın əlçatanlığının artırılması, hərracda iştirak prosesinin rahatlaşdırılması və vahid hesabatlılıq üçün şərait yaratmaqdır. Sistemdən istifadə proseslərin elektronlaşdırılması və resurslara qənaət imkanı, şəffaflığın təmin edilməsi, elektron ödəniş və SMS məlumatlandırma kimi üstünlükləri əlçatan edir.

Bildirildi ki, daha bir yeni layihə “Elektron Su Təsərrüfatı” informasiya

sistemidir. Bu sistem ölkə ərazisində su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması, bu sahədə uçotun və idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlanan DATA əsaslı infor-masiya sistemidir. Sistem su ehtiyatları-nın qiymətləndirilməsi, inventarlaşdırıl-ması, modelləşdirilməsi və su obyektləri ilə bağlı aktual məlumatların toplanması, həmçinin həmin məlumatların “Elektron hökumət” informasiya sistemi üzərindən aidiyyəti digər sistemlərlə inteqrasiyası məqsədilə hazırlanır.

Mərkəzlə tanışlıqdan sonra Prezi-dent İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

(ardı 3-cü səhifədə)

Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Page 3: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə 3

Prezident İlham Əliyevin çıxışı(əvvəli 2-ci səhifədə)

– Bu gün Balakən rayonunun həyatında çox əlamətdar bir gündür. Balakəndə “ASAN xidmət” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir, həm xarici görünüşü gözəldir, təbii ki, daxili tərtibatı göz oxşayır. Üç il bundan əvvəl mən Balakəndə olanda “ABAD mərkəz”in açılışın-da iştirak etmişəm. İndi isə mənim göstərişimlə Balakəndə tikilən “ASAN xidmət” mərkəzinin açılışını qeyd edirik. Bu, Balakənə göstərilən diqqətin növbəti əlamətidir.

Rayonun inkişafı daim diqqət mərkəzindədir. Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm. Mərkəzi rayon xəstəxanası, Olim-piya mərkəzi, Gənclər mərkəzi, Mədəniyyət mərkəzi, bir çox məktəblər tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün Uşaq İncəsənət Mərkəzinin açılışını qeyd etdik. Yəni, bütün bu obyektlərin tikintisi, əlbəttə ki, böyük vəsait tələb edir və biz bunu edirik.

Bu layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir. Balakən “ASAN xidmət” mərkəzi də məhz proqrama əlavə üzrə inşa edilibdir. Əvvəlki mərhələdə burada “ASAN xidmət” mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb zona-sında artıq bir neçə mərkəz var. Adətən birin-ci mərhələdə hər bir mərkəz dörd, beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi üç rayon əhatə olunur - Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir.

Mən bu mərkəzlə tanış olarkən əlavə tap-şırıqlar verdim. Hesab edirəm ki, bu ərazidə mərkəzin fəaliyyətinə uyğun əlavə sahələr yaradılmalıdır, ilk növbədə, kinoteatr. Mən maraqlandım, icra başçısı dedi ki, Balakəndə kinoteatr yoxdur. Ona görə burada mütləq kinoteatr olmalıdır. Gənclərin asudə vaxt-larını səmərəli keçirmələri üçün sahə, təlim mərkəzi olmalıdır. Mən indi tapşırıq verirəm ki, bu mərkəzin yanında yeni bir mərkəz yaradılsın, bütün lazımi sahələr burada öz həllini tapsın. O ki qaldı, burada göstərilən xidmətlərə, onların sayı 320-dir. Bu gün mənə verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərində yeni xidmətlərin mövcudluğu haqqında təkliflər irəli sürülüb və gələcəkdə bu da həll olunacaqdır.

Balakən rayonunda infrastruktur layihələri ilə bağlı olan digər önəmli məsələlər də həll edilir. Qazlaşdırma demək olar ki, 100 faizə yaxındır. Yol-nəqliyyat inf-rastrukturu yenilənir, həm kənd yolları, eyni zamanda, Bakı-Balakən yolu faktiki olaraq yenidən qurulub. Mən bu gün Bakıdan avtomobillə gəlmişəm və yolboyu görülən işlər məni sevindirir. Bir neçə yol layihəsi qalıb ki, bizim ümumi inkişaf templərimizə uyğun gəlmir, ilk növbədə, İsmayıllı rayonu ərazisində. Orada yeni bir körpü tikiləcək və yol çəkiləcək, beləliklə, daha təhlükəsiz və rahat şərait yaradılacaq. Bu zonanın hələ icra edilməyən bir yol layihəsi qalıb. Düzdür, yol var, amma lazımi səviyyədə deyil. Bu da Şəki-Oğuz yoludur. Bu yolun yenidən qurulması ilə bağlı müvafiq göstərişlər veriləcək. Əvvəlki dövrlərdə verilmiş bütün tapşırıqlar yerinə yetirilib. Bakı, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, ta Gürcüstan sərhədinə qədər yolun tikintisi təmin edilibdir.

Balakəndə mövcud problemlər ara-sında içməli su məsələsi çox ciddi prob-lemdir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib və biz tezliklə Balakən şəhərində içməli su-kanalizasiya layihəsinin icrasına başlamalı-yıq. Bu günə qədər biz içməli su və suvarma problemlərinin həlli üçün daha çox arte-zian quyularından istifadə edirik. Balakən rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması nəzərdə tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir və icra ediləcəkdir. Son vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı önəmli addımlar atılıb. Bu gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin açılışı da nəzərdə tutulur. Vaxtilə Balakən rayonunda su elektrik stansiyaları tikilmiş-dir və elektriklə təchizat böyük dərəcədə yaxşılaşmışdır.

Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət proqramları xətti ilə investisiyalar qoyulur, özəl sektor da bu işlərə fəal qoşulur. Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr var. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişa-fı ilə bağlı mənim təşəbbüsümlə konkret addımlar atılır. Mən fındıqçılıq üzrə xüsusi müşavirə keçirmişdim. Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min hektara çatdırmışıq. Balakən rayonunda 5 min hektarda fındıq bağları mövcud idi, indi onların sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsiniz ki, burada yaşayan bir çox insanlar üçün əsas qazanc mənbəyi fındıqçılıqdır. Biz bu bağları salmaqla, fermerlərə kömək

göstərməklə Balakən və qonşu rayonların əhalisinin maddi rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonun-dan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Hər bir rayonun öz ixtisaslaşması olmalı-dır. Burada da ənənəvi olaraq fındıqçılıq, tütünçülük inkişaf edib. Bu gün də bu sahələrə böyük diqqət göstərilir. Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir.

Məhz bu kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünki biz öz addımları-mızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq. Hazırda ən ciddi problem su-varma ilə bağlıdır. İki ildir ki, quraqlıq bizə çox böyük əziyyət verir. Mənim sədrliyimlə bu məsələ ilə bağlı xüsusi müşavirə keçirilib. Üç ay bundan əvvəl yaradılmış komissiya, o cümlədən su təsərrüfatının elektronlaş-dırılması ilə məşğuldur və bu vacib sahəni “ASAN xidmət”ə həvalə ediblər. Bu gün təqdimat zamanı mənə məlumat verildi ki, artıq qısa müddət ərzində, - komissiya aprelin 15-də yaradılmışdır, - elektron su təsərrüfatı sistemi hazırdır. Biz buna nəyin hesabına nail olmuşuq? Məhz intellektu-al potensialın hesabına. “ASAN xidmət” mərkəzlərinin ən vacib amillərindən biri də innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işlərə cəlb edilməsidir.

Təbii ki, biz “ASAN xidmət” konsep-siyasını işləyəndə, ilk növbədə, mənim əsas məqsədim o idi ki, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı aradan qaldıraq. Yəni, elə bir institusional intellektual məhsul yara-daq ki, xoşagəlməz işlərlə məşğul olmaq istəyənlərə imkan verilməsin. Artıq biz buna nail olmuşuq. Amma bununla paralel olaraq, bu gün “ASAN xidmət” sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, intellektual məhsulların istehsalı sahəsində çox önəmli bir amildir. Təsadüfi deyil ki, bu gün bizim üçün ən vacib məsələlərdən biri olan içməli su və suvarma ilə bağlı problemlərin vacib hissəsi artıq “ASAN xidmət” tərəfindən tənzimlənir.

O ki qaldı, “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsinə, bu da planlı şəkildə həyata keçirilir. Bu mərkəz sayca 20-cidir. Hazırda yeddi mərkəzin tikintisi davam edir. Hesab edirəm ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 “ASAN xidmət” mərkəzi olacaqdır. Sirr deyil ki, bu, ictimai xidmətlər sahəsində bir inqilabi dəyişiklik idi. Eyni za-manda, bu, yeni davranış qaydalarının tətbiq edilməsidir. Xidmət sektoru sovet vaxtında həmişə çox problemli sahə olubdur. Həm po-zuntular olub, həm diqqətsizlik, vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onla-ra çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da ki, onlar-dan nə isə tələb olunurdu, qanunsuz tələblər irəli sürülürdü. Ona görə ictimai xidmətlər

sahəsində “ASAN xidmət”in xətti ilə apa-rılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərdi.

Burada mən “ASAN xidmət” mərkəzlərinin işçilərini xüsusilə qeyd etmək istəyirəm. Onların hamısı gəncdir. Bu, Azərbaycan gəncliyinin simasıdır. Azərbaycan gəncləri məhz belə olmalı-dır - bilikli, savadlı, mədəni, yaşlı nəslə həmişə hörmət göstərən, öz doğma tor-pağına bağlı olan insanlar olmalıdır. “ASAN xidmət”in ordusu artıq kifayət qədər böyükdür. Minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb. Bu gün onların nümayəndələri çox önəmli vəzifələrdə çalışırlar, o cümlədən könüllülər. Bizdə, əslində, könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır. O vaxta qədər könüllülər hərəkatı yox idi. İndi Azərbaycanda artıq minlərlə könüllü fəaliyyət göstərir. Ölkəmiz üçün vacib olan sahələrdə onlar mühüm rol oynayırlar. Bö-yük, mötəbər idman yarışlarında könüllülər fəal iştirak ediblər. Misal üçün, Şamaxı rayonunda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında könüllülər fəal iştirak ediblər. Bir neçə il bundan əvvəl bu zonada - Balakən, Zaqatala, Qax rayonlarında da zəlzələ baş vermişdir. Onu da bildirməliyəm ki, dövlət xətti ilə minlərlə ev tikildi. Ancaq o vaxt bizdə könüllülər yox idi ki, vətəndaşlara xidmət göstərsinlər. Şama-xıda zəlzələ baş verən kimi, ilk növbədə, könüllülər oraya gəldilər, vətəndaşlara əl tut-dular, əlbəttə ki, dövlət dəstəyi də göstərildi. Ona görə “ASAN xidmət”in bir çox müsbət əlamətləri var. Ölkəmizin imici üçün bu mərkəzlərin fəaliyyəti çox önəmlidir. “ASAN xidmət” beynəlxalq müstəviyə çıxıb, BMT tərəfindən mükafatla təltif edilib. Bir neçə ölkə bu təcrübəni bizdən öyrənib və artıq bəzi ölkələrdə “ASAN xidmət” adı altında oxşar xidmətlər göstərilir. Bu, bizim intellektual məhsulumuzdur, milli brendi-mizdir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, intellektual məhsul yaradır və ixrac edir. Bu gün 20 mərkəz demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir. Əgər avtobus-ları əlavə etsək, onda artıq hər bir yerdə “ASAN xidmət” var. Amma əlbəttə ki, növbəti illərdə yeni mərkəzlərin yaradılması da nəzərdə tutulur.

“ASAN xidmət” artıq bir neçə il-dir ki, fəaliyyət göstərir, ancaq göstərilən xidmətlərin səviyyəsi düşmür. Mən bunu nə üçün deyirəm? Çünki bəzən hansısa yeni müəssisə, yaxud da yeni xidmət sahəsi açılan-da əlbəttə ki, ilkin mərhələdə bütün məsələlər yüksək səviyyədə həll olunur. Amma sonra vaxt keçdikcə və əgər müştərilərin sayı kifayətdirsə, onda bəzi hallarda xidmətin keyfiyyəti aşağı düşür. “ASAN xidmət” isə yüksək səviyyəni saxlayır. Bu gün xidmətin əhali tərəfindən bəyənilmə əmsalı 99,4 faiz-dir. Mən bilmirəm 0,6 faiz kimlərdir? Kim “ASAN xidmət”i bəyənməyə bilər? Yəqin ki, elələri də var. Ancaq mən hesab edirəm ki, burada bütün ən mütərəqqi texnologiya-lar, eyni zamanda, insan kapitalına qoyulan investisiyalar özünü büruzə verir. Çünki bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir. Təbii resurslar, sadəcə olaraq, bir vasitə kimi bizə kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir.

Əlbəttə, bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir. Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını,

cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşmən öz mövqelərini yaxşılaşdırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin.

Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini kö-nüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan.

Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır.

Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, gü-nahsız işanları - uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. Bu insanların “günahı” o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmişlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir? Yenə də deyirəm, onlar döyüş meyda-nında acizliyini görərək ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir. O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq! Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, on-lardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən

ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi. Birincisi, hər kəs yaxşı bilir və mütəxəssislər bilirlər ki, bu münaqişəni törədən Ermənistandır. Bir daha demək istəyirəm ki, bizim Ermənistan ərazisində hər hansı bir marağımız yoxdur. Orada bizim hərbi hədəflərimiz yoxdur və beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir. Məhz buna görə və təkcə buna görə yox, ümumiyyətlə Azərbaycanın artan nüfuzuna görə bir neçə beynəlxalq təşkilat açıq şəkildə bizi dəstəklədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beş ölkədən ibarətdir. İslam Əməkdaşlıq Təşkilatı 57 ölkədən ibarətdir. Qoşulmama Hərəkatı 120 ölkədən ibarətdir. Bir sıra ölkələr, ilk növbədə, qardaş Türkiyə Azərbaycana birmənalı dəstək verdi. Türkiyə Preziden-ti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan artıq bir neçə dəfə bu məsələ ilə bağlı çox açıq, kəskin və prinsipial mövqe nümayiş etdirdi. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycan hər zaman olduğu kimi, bir yerdədir, yaxşı günlərdə də, çətin günlərdə də. Biz bir-birimizə arxalana bilərik və bizim gücümüz birliyimizdədir. Bax, bu beynəlxalq təşkilatlar və bir neçə ölkə, onların rəsmi şəxsləri bəyanatlar verərək Azərbaycana dəstək göstərdilər.

O ki qaldı, KTMT-yə onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi. Türkiyə, Qaza-xıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan, eyni zamanda, KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı, o cümlədən Belarusun mövqeyidir. Tacikis-tan İslam Əməkdaşlıq Təşkilatının üzvü-dür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni, dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözümə sataşmadı. Bir də ki KTMT-nin üzvləri Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə bilər?

Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fon-dunun və ona yaxın təşkilatların əməkdaşları olub.

Aydın məsələdir ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fon-dunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistan qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskredita-siya etmişdi, təşkilatın baş katibini həbs et-mişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi.

Bir də ki, Ermənistanın indiki baş nazi-rinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çı-xış!”, haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti!

Əlbəttə, indi müxtəlif riyakar addım-larla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni

silahlı qüvvələri mütləq bizim torpaqlarımız-dan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpa-ğımızdır. Biz heç vaxt işğalla barışmayaca-ğıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Digər tərəfdən, Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə ba-xın, orada Ermənistan yoxdur. Bütün bu xətlər, o cümlədən bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistandan yan keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmi-şik və gizlətmirik. Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacağıq. Onlar bu im-kanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayı-dacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondar-ma “Dağlıq Qarabağ respublikası” ilə danı-şıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınız-sa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıq-lar prosesini məhv edir və danışıqlar formatı-nı dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur.

Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıx-masa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarıl-malıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yox-sa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt da-nışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və da-nışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublika-sı” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşı-sına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtma-lıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.

Biz öz doğma torpaqlarımıza qa-yıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpa-ğımızı da heç kimə verən deyilik.

Biz Qurban bayramı ərəfəsindəyik. Mən Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdim, bir daha təbrik etmək istəyirəm. Sizi, Balakən rayonunun bütün sakinlərini, bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.

(ardı 4-cü səhifədə)

Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Page 4: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə4Prezident İlham Əliyev Balakən regional

“ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

(əvvəli 3-cü səhifədə)Balakən “ASAN xidmət” mərkəzinin

əməkdaşı Aytac Balagözova dedi:– Möhtərəm cənab Prezident,

mən də Sizi salamlayıram. Sizi doğma Balakənimizdə görməyimizə çox şad olduq. Təhsil aldığım dövrdə ASAN könüllüsü olmuşam və hazırda Sizin Sərəncamınızla açılmış Balakən “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi qarşı-nızda çıxış etmək mənim üçün qürurve-rici bir hissdir.

Möhtərəm Prezident, çox təəssüf ki, bir müddətdir dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də insanlar koronavirusla mübarizə şəraitindədirlər. Hətta ən inkişaf etmiş ölkələrdə belə kütləvi insan ölümləri və yoluxmalar baş verdi. Təəssüflər olsun ki, hazır-da da bu virus dünyada davam edir. Sizin rəhbərliyinizlə dövlətimiz qlobal səviyyədə çox fəal və təşəbbüskar rol oynayır. Dəfələrlə Sizin təşəbbüsünüzlə həm xarici dövlət və hökumət başçı-larının, həm də transmilli şirkətlərin rəhbərlərinin iştirakı ilə pandemiya ilə mübarizəyə həsr olunan onlayn Zirvə görüşləri və konfranslar təşkil edil-miş, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün müəyyən maddi yardımlar göstərilmişdir.

Cənab Prezident, Sizin Qoşulmama Hərəkatının sədri statusu ilə BMT-nin Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiya-sının keçirilməsi barədə təşəbbüsünüzü xüsusilə vurğulamaq istəyirəm. Sizin bu təşəbbüsünüzü BMT-yə üzv olan 130-dək ölkə təsdiqlədi, yalnız mənfur

qonşumuz Ermənistan belə bir huma-nist addımın əleyhinə çıxdı. Bu, bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimadın növbəti göstəricisidir və bizi çox qürurlandırır.

Onu da qeyd etmək istərdim ki, bir müddət əvvəl çoxsaylı digər vətəndaşlarımız kimi, mən də Sizə bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirusla mübarizədə böyük əzmlə çalışmağınızla bağlı təşəkkür məktubu ünvanlamışdım. Düzünü desəm, Sizə minnətdarlığımı ünvanlayarkən bunları nə vaxtsa, canlı şəkildə deyəcəyimi heç düşünməmişdim. Bu gün mənim Prezi-dentim heç bir təhlükəyə baxmayaraq bizimlədir və yenə də bizi düşünür.

Cənab Prezident, biz dövlətimizin və xalqımızın güc birliyi sayəsində bu bəlanı da minimum itki ilə dəf edəcəyimizə inanırıq. Bu gün Balakən “ASAN xidmət” mərkəzinin açılmasına sakinlərimiz çox sevinirlər. Artıq onlar yeni mərkəzimizdə şəffaf və operativ şəkildə xidmət ala biləcəklər.

Cənab Prezident, biz növbəti “ASAN xidmət” mərkəzinin Qarabağımızda, düşmən tapdağı altında olan rayonla-rımızda açılmasını böyük səbirsizliklə gözləyirik. Bu gün həm ASAN könüllü-sü, həm də “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi Sizə söz verirəm ki, dövlətimizin inkişafı naminə qazandığı-mız təcrübədən yararlanaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışa-cağıq və vətəndaşlarımıza layiqincə xidmət göstərəcəyik. Bir daha bizə yaratdığınız bütün şərait üçün Sizə dərin minnətdarlığımızı bildiririk, cənab Prezident. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ ol. Təşəkkür edirəm.

ASAN könüllüsü Şölə Tanrıverdiye-va dedi:

– Möhtərəm cənab Prezident, Sizi region gəncləri adından salam-layıram. Çox sevincliyəm ki, bu gün Balakən “ASAN xidmət” mərkəzinin ilk könüllülərindənəm.

Cənab Prezident, ilk könüllülük fəaliyyətimi “ASAN xidmət”dən baş-lamaq istəyim heç də təsadüfi deyil. Çünki bilirəm ki, həm vətənpərvər bir gənc, həm də məsuliyyətini dərk edən vətəndaş olaraq ölkəmə öz dəstəyimi verə bilərəm. Çünki burada vahid bir ideologiya var. Yaşından və vəzifəsindən asılı olmayaraq hər kəs dövlət üçün, ümumi rifah üçün çalışır.

Cənab Prezident, yaşım az olsa da, dərk edirəm ki, bu Vətənin övladları-yıqsa, son nəfəsimizədək dövlətimizin və xalqımızın mənafeyi üçün çalışma-lıyıq. Elə bu günlərdə cəbhə xəttində ermənilərin növbəti təxribatı zamanı əsgərlərimiz öz canları bahasına mübarizə apararaq mövqelərimizi qoru-dular. Düşmən isə çoxlu itki verərək geri çəkilməyə məcbur oldu. Cəmiyyətimizin də bu məsələyə münasibəti birmənalıdır. Biz bunu ASAN könüllülərinin “Əsgərə məktub” layihəsində də gördük. Xalqı-mız öz ordusuna güvənir, hər zaman öz ordusunun yanındadır və Sizin rəhbərliyinizlə də ordumuzun qələbə çalacağına əmindir. Biz gənclər könüllü olaraq cəbhəyə də yollanmağa hazırıq.

Cənab Prezident, Siz hər zaman öz çıxışlarınızda bizə olan etimadınızı və güvəninizi dilə gətirirsiniz. Bu isə bizi gələcəkdə öz məqsədlərimizə doğru daha qətiyyətli addımlar atmağa ruhlan-dırır. Belə bir deyim var: “Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq saçır”. Öz ağlımız və sərbəst iradəmizlə seçdiyimiz bu yolda bizə olan inamınız üçün təşəkkürlər. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm. Sağ olun, uşaqlar, bir daha sizi təbrik edirəm, uğurlar arzula-yıram.

* * *Sonra Prezident İlham Əliyevə

“ASAN xidmət” mərkəzi üçün alınan və Gəncə avtomobil zavodunun isteh-salı olan “MAZ” markalı avtobuslara baxdı. Qeyd olundu ki, bu avtobuslarla sərnişindaşıma həyata keçiriləcək.

AZƏRTAC

“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib

� İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev tədbirdə iştirak edib.

Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, bu şəbəkə tərəfindən 21353 əhali, 1806 qeyri-əhali abo-nenti olmaqla, ümumilikdə 23159 abonentə xidmət göstərilir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Katex kəndindəki 110/6 kV-luq “Qafqaz” yarımstansiyasında əsaslı yenidənqurma işləri aparılıb, 35/6 kV-luq “Kortala” yarımstansiyası tikilib, 35 kV-luq “Kortala” hava xətti çəkilib. Rayon ərazisində köhnə tipli 36 komplekt transformator məntəqələri müasirləri ilə əvəz olunub, yeni hava və kabel xətləri çəkilib və 1872 müxtəlif gərginlikli dayaq quraşdırılıb. 6 kəndin açıq naqillərdən ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri aparılıb.

Bildirildi ki, Ağıllı Şəbəkələr kon-sepsiyasına uyğun olaraq Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi ya-radılıb və xüsusi proqram təminatı vasitəsilə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə

qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real-vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, xətlər üzrə yük parametrlərinin vir-tual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, isteh-lakçıların elektrik şəbəkəsinə qoşulması barədə sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Mərkəz, həmçinin yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqinin aparılma-sında, elektrik şəbəkələrində açılma və qoşulmaların real-vaxt rejimində qeydiy-

yatında xüsusi rol oynayacaq. Qeyd edildi ki, görülmüş tədbirlər

və qoyulmuş investisiyalar nəticəsində Balakən elektrik şəbəkəsində itkilər 5,2 faiz azalıb, 10,0 milyon kilovat-sa-at elektrik enerjisinə qənaət olunub. Faydalı elektrik enerjisinə görə yığım göstəriciləri 87 faizə çatdırılıb.

Sonra Prezident İlham Əliyev şəhərin kommunal təsərrüfatı üçün alınan texnikaya baxdı.

Bildirildi ki, bu məqsədlə Gəncə avtomobil zavodunun istehsalı olan iki traktor, bir traktor qoşqusu və küçə süpürən texnika Balakənə gətirilib.

AZƏRTAC

Prezident İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil

yolunun açılışında iştirak edib

� İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.

Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, uzunluğu 29 kilo-metr olan üçüncü və dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.

Dövlətimizin başçısının müvafiq sərəncamları ilə tikilən Balakən-Qazbinə-İtitala avtomobil yolu 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Yol üzərində 123 yol nişanı və göstərici lövhələr quraşdı-rılıb. 8,7 min kvadratmetr yol cizgi xətləri çəkilib və suvarma kanalı üzərindəki körpü əsaslı təmir olunub.

Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Hənifə-Gülüzanbinə

avtomobil yolunun yenidən qurulması layihəsi barədə görülən işlərlə də tanış oldu.

Diqqətə çatdırıldı ki, 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 25 kilo-metrdir. Dördüncü texniki dərəcəli yolda

2 hərəkət zolağı var. Dövlətimizin başçısına Qullar-Tülü-

Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolunun layihəsi çərçivəsində görülən işlər barədə də məlumat verildi.

AZƏRTAC

Page 5: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə 5Balakəndə “Bal meyvə”

bağçılıq təsərrüfatı ilə tanışlıq

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Dövlətimizin başçısına təsərrüfat barədə məlumat verildi.

Bildirildi ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılan “Bal meyvə” bağçılıq təsərrüfatında 9 növ olmaqla 95 min alma və 4 növdə 3 min armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2 min nektarin tinglərinin əkildiyi bağlara aqro-texniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir “damcı” suvarma sistemi qurulub.

Məlumat verildi ki, 2020-ci ilin əvvəlində meyvələrin xüsusi şəraitdə saxlanılması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanıb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulub. Bağın 6 hektar ərazisində balıqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ balıq bəslənilir.

Diqqətə çatdırıldı ki, təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yığım vaxtı isə 200-dən çox rayon sakini möv-sümi işlərə cəlb olunur.

Qeyd edək ki, ötən il təsərrüfatda

1200 ton meyvə istehsal edilib, bu il 1400 ton, 2023-2024-cü illərdə isə 2000 tondan çox meyvə istehsalı nəzərdə tutulub.

AZƏRTAC

Şəkidə Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun

yenidənqurmadan sonra açılışı olub

� İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Pre-zidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 33 kilo-metr olan dördüncü texniki dərəcəli bu yol 2 hərəkət zolaqlıdır. Azərbaycan

Prezidentinin ötən il imzaladığı mü-vafiq Sərəncamla yenidən qurulan Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolu 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr, qabariti 7,4 metr olan dəmir-beton körpü təmir edilib.

Prezident İlham Əliyevə Şəki rayonu-nun ərazisində yerləşən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134 kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunlu-ğu 28,1 kilometrdir.

AZƏRTAC

Prezident İlham Əliyev Şəkidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qeyd edək ki, Prezident İlham Əliyevin Şəkiyə çoxsaylı səfərləri rayonun inkişafında əsaslı rol oynayıb. Nəticədə 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 4,8 dəfə, sənaye

9,1 dəfə, kənd təsərrüfatı 2,3 dəfə, əsas kapitala yönəldilmiş vəsait 74,7 dəfə artıb. 2003-cü ildən indiyədək rayonda 24 758 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 640, pandemiya ilə əlaqədar əlavə 477 ictimai iş yeri yaradılıb.

AZƏRTAC

Page 6: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə6

� İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.

Azərbaycan Respublika-sının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi burada da orta ağırlıqlı simp-

tomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün lazımi şərait yaradılıb. Bu komplekslərin rayon mərkəzi xəstəxanalarının yaxınlığında qu-raşdırılması vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməyə imkan verir. Digər tərəfdən, ko-

ronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunmasına geniş imkanlar açır.

Bildirildi ki, sahəsi 3 min kvadratmetr olan üç korpuslu bu xəstəxana 100 palata və 200 çar-payı yerindən ibarətdir. Xəstəxana mərkəzləşdirilmiş Oksigen Gene-rator Sistemi ilə təchiz olunub. Bu-rada quraşdırılan xüsusi havalan-dırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.

Bir daha xatırladaq ki, modul tipli yardımçı xəstəxana korpusları qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılıb və zərurət olmadıqda onların digər sahələrə köçürülməsi və başqa məqsədlər üçün istifadə edilməsi mümkündür.

Xəstəxana ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həkimlərlə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı– Bu gün ölkəmizin dörd şəhərində

modul tipli xəstəxanalar açılır. Bu, çox əlamətdar hadisədir. Onlardan biri Şəki şəhərində, digərləri Qobustan, İs-mayıllı, Qəbələ şəhərlərində. Beləliklə, bir gündə biz əlavə 800 çarpayı əldə edirik, koronavirusla bağlı mübarizədə əlavə imkanlar yaradılır.

Mən təqribən üç ay bundan əvvəl modul tipli xəstəxanaların alınması ilə bağlı göstəriş vermişdim. Bildirmişdim ki, qısa müddət ərzində 10 xəstəxana ölkəmizə gətirilməlidir. Artıq 9-u hazır vəziyyətdədir. Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə 2 min çarpayılıq xəstəxanalarımız olacaq.

Bunun xüsusi əhəmiyyəti var. Çünki hazırda koronavirus xəstəliyi Azərbaycanda və bütün dünya-da daha geniş vüsət alır. Hər gün Azərbaycanda yüzlərlə insan xəstələnir. Belə olan halda, çarpayı-ların çatışmazlığı çox böyük problem yarada bilərdi. Necə ki, inkişaf etmiş bəzi ölkələrdə biz bu problemləri gö-rürük. Bu ölkələrdə, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemi buna davam gətirə bilmir. Bunu nəzərə alaraq biz operativ qaydada bu məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Onu da bildirməliyəm ki, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Yaxın gələcəkdə onlar da gətiriləcək.

Bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çar-payılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasay-dı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik.

Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında ko-ronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını ya-ratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait

ayrılacaq. Təki insanlar tezliklə sağal-sınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.

Pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laborato-riyamız var idi. Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratori-yaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.

İndi baxın, əgər bu klinika ya-radılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koro-navirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Region-ların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqra-mı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi

surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunlu-ğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.

Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiri-rik. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi.

Ona görə bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək, pande-miyadan minimum itkilərlə çıxmaq üçün infrastruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda, həkimlərin maddi vəziyyətinin yaxşılaşdırıl-ması üçün əməli addımlar atıldı. COVID xəstələrinə xidmət göstərən həkimlərin maaşları 3-5 dəfə artırılıb. Ən vacib və ciddi problemlərdən biri də həkimlərin çatışmazlığıdır. Çünki bizim həkimlərimizin sayı adi rejimə hesablanıb. Ona görə xəstələrin kəskin artması, əlbəttə ki, bu problemi

də üzə çıxarıb. Bundan çıxış yolunu biz xaricdən həkimləri Azərbaycana dəvət etməkdə gördük.

Əlbəttə ki, bütün bu məsələləri həm təşkil etmək, həm də maliyyələşdirmək üçün gərək ölkədə imkanlar olsun. Ona görə, hazırda bir neçə xarici ölkədən həkimlər Azərbaycandadırlar. Onlar xəstələrə xidmət göstərirlər. He-sab edirəm ki, əgər ehtiyac yaranarsa, biz gələcəkdə də bu praktikanı tətbiq edəcəyik.

Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların isteh-salına başlanmışdır. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak et-diyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. xüsusilə pandemiyanın ilk mərhələsində ki, dünyada çox böyük ajiotaj var idi.

Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət al-tında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alı-ram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların sağlamlığını təmin edib. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə

Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirmişdir. He-sab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsan-lar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağa-lanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə ge-dir və insanların həyatı təhlükə altına düşür.

Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, ca-van insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir.

Amma tam sağlam insanlar, idman-çılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haq-da danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.

Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə ba-rışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altın-dadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisa-di məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik.

Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addım-dır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.

Əlbəttə ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik - dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğur-lar arzulayıram. Xəstələrə yaxşı baxın. Özünüzü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın, xəstələnməyin. Sizə cansağ-lığı, uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm.

(ardı 7-ci səhifədə)

Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

Page 7: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə 7Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub

(əvvəli 6-cı səhifədə)Həkim Nəzakət Kərimova dedi: – Möhtərəm cənab Prezident, Sizi bütün

şəkililər və xüsusən də Şəki Mərkəzi Rayon Xəstəxanasının kollektivi adından salamla-yırıq. Bildiyimiz kimi, bu gün bütün dünya-da yeni növ koronavirus infeksiyası böyük pandemiya olaraq yayılmış və bütün dünya səhiyyəsi, eləcə də dünya iqtisadiyyatı üçün böyük bir problemə çevrilmişdir. Əfsuslar olsun ki, bu pandemiya bizim ölkəmizdən də yan keçmədi. Ona görə də, mövcud pandemi-ya vəziyyətində əhaliyə yüksək tibbi xidmət göstərəcək və hər cür lazımi avadanlıqla təchiz olunmuş müasir modul tipli xəstəxanaların yaradılması günümüzün vacib və zəruri şərtlərindən biri idi. Sizin dəstəyiniz və təşəbbüsünüzlə bu gün Azərbaycanın bir çox bölgələrində, o cümlədən artıq Şəkidə belə bir xəstəxana inşa edildi və əhalinin istifadəsinə verildi. Biz də tibb işçiləri olaraq, Sizi əmin edirik ki, bütün bilik və bacarığımızı ortaya qoyacaq və xalqımıza yüksək səviyyədə tibbi xidmət göstərəcəyik, bizə olan etimadınızı doğruldacağıq.

Son olaraq dəyərli vaxtınızı çox alma-dan, Sizə bütün şəkililər adından xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Bilirik ki, bizim şəhərimiz həm Sizin, həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti dəyərli Mehriban xanım Əliyevanın daim xüsusi diqqət mərkəzindədir. Biz hər zaman bu xüsusi diqqət və qayğını görürük və hiss edirik. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri sayəsində Şəki Xan Sa-rayı ilə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəki şəhəri həm də UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin bir üzvüdür. Buna görə həm Sizə, həm də dəyərli Mehriban xanıma bir daha təşəkkürümüzü bildiririk. Xahiş edirik ki, bizim salamlarımızı Mehriban xanıma çat-dırasınız. Fürsətdən istifadə edib Sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar arzu edirik.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən də sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Demək

istəyirəm ki, siz tamamilə haqlısınız. Şəki şəhərinə mənim diqqətim həmişə olub. Bu səfər mənim Şəkiyə onuncu səfərimdir və bu, özlüyündə bir göstəricidir.

Son illər ərzində Şəki şəhərinin həm inf-rastruktur layihələrinin icrası, eyni zamanda, tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Mən buraya gələrkən görülmüş işlərə bir daha nəzər saldım. Gördüm ki, burada infrastruktur layihələrinin bir çoxu reallaşıb, qazlaşdırmanın səviyyəsi təqribən 85 faizə çatıb, elektrik enerjisi ilə təchizat normal-dır. Biz vaxtilə Şəkidə modul tipli elektrik stansiyası qurduq. Yol təsərrüfatı yenilənir. Həm kənd yolları, həm Şəki-Qax-Balakən yolu indi ən yüksək standartlara cavab verir. Mən göstəriş verəcəyəm ki, Şəki-Oğuz yolunun yenidən qurulması da dövlət proqramında nəzərə alınsın və bu iş də tezliklə icra edilsin.

Turizm layihələri icra edilir. Bir çox otellər tikilib və əlbəttə ki, infrastruktur olmadan turizm inkişaf edə bilməz. Bu modul tipli xəstəxananın qarşısında gözəl mərkəzi şəhər xəstəxanası, Olimpiya Mərkəzi, “ASAN xidmət” mərkəzi və digər obyektlər tikilib. Əlbəttə ki, keçən il Şəki Xan Sarayı ilə birgə şəhərin mərkəzinin UNESCO-nun Ümumdün-ya İrs Siyahısına salınması tarixi hadisədir. Bu, Azərbaycanın növbəti böyük zəfəridir. Qız qalası, İçərişəhər, Qobustan və Şəki - bu, təsadüfi deyil. Əlbəttə ki, dediyiniz amillər həlledici rol oynayıb. Amma bununla paralel olaraq, Şəki şəhərinin dünyaya təqdimatı və buraya gələn turistlərin sayının artması nəticəsində Şəkini dünyada daha yaxından tanıdılar. Ekspert komissiyası, əlbəttə ki, bütün bu amilləri nəzərə alıb. Şəki doğrudan da Ümumdünya İrs Siyahısında olmağa layiq-dir. Bu, bizim növbəti böyük qələbəmizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə, bundan sonra da bütün lazımi addımlar atılacaq. Mən bilirəm ki, problemlərdən biri də 1925-ci ildə tikilmiş 7 saylı şəhər məktəbidir. Bu məktəbin yenidən qurulması, yol çəkilişi və digər məsələlərlə bağlı Sərəncam veriləcək. Yəni, görülmüş bütün işləri sadalamaq müm-kün deyil. Əsas odur ki, biz buna planlı şəkildə yanaşırıq - sosial infrastruktur, məktəblər, kənd təsərrüfatı, sənaye potensialı və əlbəttə ki,

turizmin inkişafı. Pandemiyanın ən çox ziyan vurduğu sahə turizmdir. Bizim bu sahədə çox gözəl inkişafımız var idi. Keçən il ölkəmizə 3 milyondan çox turist gəlmişdi. Ancaq turistlər ölkəmizdə təqribən 2 milyard dollara yaxın pul xərclədilər və turizm sahəsində çalışan on minlərlə insan bundan faydalandı. Bu il biz 3,5 milyon turist gözləyirdik. Amma indi hər yerdə olduğu kimi, turizm demək olar ki, sıfır səviyyəsindədir. Ona görə, daxili turizmə böyük üstünlük verilməlidir. Çünki pandemiya nə vaxt başa çatacaq, heç kim bilmir. Başa çatandan sonra turizm sektorunun bərpası müəyyən müddət tələb edəcək. Çünki indi insanlar harasa getməyə ehtiyat edəcəklər. Ona görə, Şəkinin də inkişafının müəyyən faizi turizmlə bağlı olduğu üçün əlbəttə ki, biz bu amili nəzərə alacağıq. Amma əmin ola bilərsiniz ki, bundan sonra da Şəki şəhərinin və rayonun inkişafı diqqət mərkəzində olacaq, insanları narahat edən məsələlər həllini tapacaq. Onlardan biri içməli su layihəsidir. Əfsuslar olsun ki, bu layihə çox uzandı və çox-dan başa çatmalı idi. Mənə verilən məlumata görə, layihənin 55 faizi icra edilmişdir, ümid edirəm ki, yaxın gələcəkdə tam başa çatacaq. Bildiyiniz kimi, bu layihə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşir və yubanma-nın səbəblərindən biri də məhz budur. Çünki danışıqlar bir qədər çox vaxt apardı. Ancaq bilirəm ki, bu, çox önəmli layihədir və qeyd etdiyim kimi, onun böyük hissəsi icra edilib, qalan hissənin icrası üçün də lazımi vəsait ayrılacaq.

Əminəm ki, bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünki ölkəmizin çox gözəl perspektivləri var. Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırıq. Dediyim kimi, dövlət büdcəsinə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin. Sizi bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

AZƏRTAC

Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Qeyd edək ki, ölkəmizin ümumi inkişaf tempinə uyğun olaraq Qəbələ rayonunda da abadlıq, quruculuq və

yenidənqurma işləri davamlı xarakter alıb. Rayonun iqtisadiyyatı möhkəmlənir, kənd və qəsəbələr abadlaşır, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Qəbələdə 2003-cü ildən bəri məhsul buraxılışı 6,5 dəfə, sənaye 40,9 dəfə, kənd təsərrüfatı 2 dəfə, əsas kapitala yönəldilmiş vəsait

94,3 dəfə, tikinti-quraşdırma işləri 103,3 dəfə artıb, 21 min 531 yeni iş yeri açılıb. Respublikanın əsas turizm mərkəzlərindən biri olan bu rayonda sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Su, qaz, elektrik, yol təsərrüfatlarının yenilənməsi və müasirləşməsi prosesi davam edir.

AZƏRTAC

Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib

� Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simp-tomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.

AZƏRTAC

Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

� İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib ki, investisiya xərclərindən ayrılmış 13,1 milyon manat vəsait hesabına tikilmiş, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir. Yolboyu su ötürücü borular, yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri və 5 avtodayanacaq quraşdırılıb. Dəstəmazçay üzərində yeni körpü tikilib.

Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Bun-dan əvvəl 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurdular. Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.

Vəndam kəndində doğulmuş gene-ral Polad Həşimovun qəhrəmanlığından danışan və xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıqlarını verən Prezident İlham Əliyev dedi:

- Vəndam kəndi bilirsən ki, böyük kənddir, qədim kənddir, qədim yaşayış ye-

ridir. Qəbələ şəhərindən sonra ikinci böyük yaşayış məntəqəsidir. Kəndin həm Qəbələ rayonunda, həm ölkə ərazisində xüsusi yeri vardır. Kəndin ziyalıları, ağsaqqalları bizim fəxrimizdir.

Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olmuşdur. Polad Həşimov mənim tərəfimdən iki dəfə dövlət ordenləri ilə təltif edilmişdir. Mənim Sərəncamımla ona general ali hərbi rütbəsi verilmişdir.

Mən sənə tapışırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. Mən mərhum ge-

neralın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamış-dır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız.

AZƏRTAC

Page 8: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə8

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

Dövlətimizin başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan bu təcili tibbi yardım avtomobilləri koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-tex-

niki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixti-saslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır.

Dövlətimizin başçısına məlumat ve-rilib ki, “Mercedes Sprinter 416” markalı avtomobilin bazasında Türkiyədə yığılan 24 reanimobil, 42 sadə təcili tibbi yardım

avtomobili və Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 sadə və 24 reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 av-tomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaq.

Agentlik 2020-ci ildə Türkiyədə isteh-sal olunan “Fiat Doblo Maxi XL” markalı 84 ədəd təcili tibbi yardım avtomobili

alıb. Bu avtomobillərin hamısının rayon-lara verilməsi nəzərdə tutulur. Onların 70-i sadə komplektasiyalı, 10-u xüsusi defibrilyatorla təchiz olunan, 4-ü isə Am-bulans Perinatal təyinatlıdır. Ambulans Perinatal təyinatlı avtomobillərdə yenido-ğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq, küvez aparat-ları quraşdırılıb. Bu cür maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tıxac və ya dar yerlərdə sərbəst manevr

etməyə imkan verir. “Ford Transit” baza-sında təcili tibbi yardım avtomobilləri də müasirliyi ilə seçilir.

Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas ya-

naşdığının göstəricisidir. Bu maşınların salonlarının təchizat

səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardı-mın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Agentlik tərəfindən 24 ədəd “Ford Transit” reani-mobili də sifariş olunub. Bu avtomobillər respublikanın rayonlarına paylanacaq.

AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 267 Bakı şəhəri, 29 iyul 2020-ci il“İnformasiya məhsulunun yaş kate-

qoriyalarına aid edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respub-likasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli

Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub-likasının Nazirlər Kabineti qərara alır:

1. “İnformasiya məhsulunun yaş kate-qoriyalarına aid edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə

təsdiq edilmiş “İcra hakimiyyəti orqanla-rının normativ hüquqi aktlarının hazırlan-ması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş

Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 268 Bakı şəhəri, 29 iyul 2020-ci il“İnformasiya məhsulunun yaş

təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respub-likasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub-likasının Nazirlər Kabineti qərara alır:

1. “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”

təsdiq edilsin (əlavə olunur).2. Bu Qərarda dəyişiklik Azərbaycan Res-

publikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hü-quqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş

Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 269 Bakı şəhəri, 29 iyul 2020-ci il“İnformasiya məhsulunun yaş

təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respub-likasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli

Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub-likasının Nazirlər Kabineti qərara alır:

1. “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şu-rasının Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə

təsdiq edilmiş “İcra hakimiyyəti orqanla-rının normativ hüquqi aktlarının hazırlan-ması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş

Naziri

RF XİN: Rusiya Bakı və Yerevan arasında siyasi dialoqun nizamlanmasına Türkiyə ilə birlikdə fəal kömək etməyə hazırdır

� Rusiya Bakı və Yerevan arasında siyasi dialoqun nizamlanmasına Türkiyə ilə birlikdə fəal kömək etməyə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyinin İnfor-masiya və Mətbuat Departamenti rəhbərinin müavini Aleksey Zaytsev bu fikri Moskvada brifinqdə söyləyib.

O deyib: “Bizə dost olan Ermənistan ilə Azərbaycanın sərhədində vəziyyətin bu yaxın-larda kəskinləşməsi Rusiyada böyük həyəcana səbəb olub. Biz əminik ki, beynəlxalq arenada mövcud olan hər hansı başqa fikir ayrılıqları kimi uzun illər boyu davam edən Dağlıq Qa-rabağ münaqişəsini də yalnız dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll etmək la-zımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ və Fransa, habelə BMT, MDB və digər beynəlxalq təşkilatlarda da bizim mövqeyimizə şərikdirlər”.

RF XİN-in rəsmi nümayəndəsi xatırladıb ki, Rusiya rəhbərliyi, o cümlədən region-dakı əsas tərəfdaşları ilə operativ qarşılıqlı əlaqə yolu ilə sərhəddə vəziyyətin yenidən gərginləşməsinə yol verməmək üçün hər cür səy göstərib. A.Zaytsev daha sonra deyib: “Rusiyanın Xarici İşlər naziri Sergey Lavro-vun bu günlərdə azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları zamanı biz bir daha Bakı və Yerevan tərəfindən hər hansı yanaşmanın dəstəklənəcəyinə əmin olduq, Cənubi Qafqazda və konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında cari vəziyyəti Türkiyə tərəfi ilə dövlət başçıla-rı səviyyəsində iyulun 27-də, Xarici İşlər nazirləri səviyyəsində isə iyulun 23-də ətraflı

müzakirə etdik”.O vurğulayıb ki, Rusiya və Türkiyə

regionda hadisələrin təhlükəli inkişafı ilə əlaqədar ciddi narahat olduqlarını bildirir, problemlərin beynəlxalq hüquq prinsipləri, habelə Azərbaycan və Ermənistan xalqlarının mənafeləri əsasında siyasi-diplomatik həllinin alternativi olmadığını əsas götürürlər.

Rusiya Xarici İşlər Nazirliyinin İnfor-masiya və Mətbuat Departamenti rəhbərinin müavini sonda deyib: “Biz bundan sonra da tərəfdaşlarımızla, o cümlədən Türkiyə ilə birgə işləmək, gərginliyin yenidən artmasına yol verməmək, Cənubi Qafqazda ümumi vəziyyəti sabitləşdirmək, Yerevan ilə Bakı arasında siya-si dialoqun nizamlanmasına fəal kömək etmək əzmindəyik”.

AZƏRTAC

DTX: Xarici ölkənin xüsusi xidmət orqanlarına casusluq edən

ər-arvad həbs edilib � Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əks-kəşfiyyat

tədbirləri və istintaq hərəkətləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlunun və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyevin və Lamiyə Abbasquliye-vanın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçi-rilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə

toplayaraq onlara təqdim etdikləri müəyyən edilib.

Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respubli-kasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azərbaycanda koronavirusdan sağalanların sayı

25 mini ötüb � Azərbaycan Respublikasında

koronavirus infeksiyasından daha 673 nəfər sağalıb, 339 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 31 min 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 25 min 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib. Aktiv xəstə sayı 5951 nəfərdir.

Ötən müddət ərzində 717 min 164 test aparılıb. Bugünkü test sayı isə 8532-dir.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 270 Bakı şəhəri, 29 iyul 2020-ci il“Ümumi təhsil müəssisələrinin növlər

üzrə Meyarları”nın təsdiq edilməsi haq-qında

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarix-

li 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Preziden-tinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub-

likasının Nazirlər Kabineti qərara alır:“Ümumi təhsil müəssisələrinin növlər

üzrə Meyarları” təsdiq edilsin (əlavə olunur).Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 271 Bakı şəhəri, 29 iyul 2020-ci ilAzərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olu-nan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ndə dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq

Azərbaycan Respublikasının Nazirlər Kabi-neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublika-sının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 962) ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proq-ramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqə-dənkənar qəbulu Şərtləri”nin 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“5. Bu Şərtlərin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proq-ramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar

üzrə keçid balı hər il aşağıda müəyyən olun-muş keçid ballarının minimum və maksi-mum hədləri əsasında Azərbaycan Respubli-kasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir:

5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme) – 25-35;

5.2. Təhsil haqqında ümumi sertifika-tın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) – C və ya B (müvafiq üç imtahan fənni üzrə);

5.3. Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).”.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI № 275 Bakı şəhəri, 30 iyul 2020-ci ilAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il

28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068, № 2, maddə 204; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 may

tarixli 181 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 21-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi

21.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin:21.1.1. ərazi gömrük idarələri:21.1.1.1. Bakı Baş Gömrük İdarəsi21.1.1.2. Sumqayıt Baş Gömrük İdarəsi21.1.1.3. Qərb Ərazi Baş Gömrük İdarəsi21.1.1.4. Cənub Ərazi Baş Gömrük İdarəsi21.1.1.5. Şimal Ərazi Baş Gömrük İdarəsi21.1.1.6. digər ərazi gömrük idarələri21.1.2. ixtisaslaşdırılmış gömrük idarələri:21.1.2.1. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi21.1.2.2. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük

İdarəsi21.1.2.3. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi21.1.3. gömrük postları21.2. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük

Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələri

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Page 9: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezi-dentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağı-dakı dəyişikliklər edilsin:

1.1. 5.1.23-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda

5.1.24-cü yarımbənd əlavə edilsin:“5.1.24. kənd təsərrüfatı

məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar.”;

1.2. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 13-cü abzas əlavə edilsin:

“13. kənd təsərrüfatı məhsullarını ye-tişdirdiyi istixanalar barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat forması üzrə daxil etmək;”;

1.3. 7.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 10-cu abzas əlavə edilsin:

“10. fermerdən tədarük etdiyi

məhsulları saxlamaq üçün istifadə etdiyi soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat formasına uyğun olaraq daxil etmək;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq

edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli

və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel

tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanunu-nun tətbiqi barədə” Azərbaycan Respub-likası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Pre-zidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; Azərbaycan Respubli-kası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Na-zirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.8-ci bəndə “həyata keçirilməsini” sözlərindən sonra “və onlara akkreditasiya şəhadətnaməsinin verilməsini” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 8.11-1-ci, 8.23-1-ci və 8.33-1-ci bəndlər əlavə edilsin:

“8.11-1. tabeliyində olan dövlət ümu-

mi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil edir;”;

“8.23-1. özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq edir və dəstəkləyir, onlara metodik kömək göstərir;”;

“8.33-1. dövlət ümumi təhsil müəssisələri müəllimlərinin bilik və baca-rıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirir;”;

1.3. 8.11-ci bəndə “icbari” sözündən əvvəl “məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edir və” sözləri əlavə edilsin;

1.4. 8.15-ci bəndə “texnologiyala-rı” sözündən sonra “, rəqəmsal tədris resursları” sözləri əlavə edilsin;

1.5. 8.36-cı bənddə “ümumtəhsil müəssisələrində” sözləri “ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Pre-zidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respubli-kasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3.4-cü yarımbəndə “icbari” sözündən əvvəl “məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edir,” sözləri əlavə edilsin;

2.2. 2.8.4-cü yarımbənd ləğv edilsin.3. “Azərbaycan Respublikasının

Dövlət İmtahan Mərkəzi publik hü-quqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikası-nın Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411; 2020; № 4, maddə 397) aşağı-dakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissədə “qiymətləndirilməsini (attestasiyasını)” sözləri “attestasiyasını” sözü ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” üzrə:

3.2.1. 1.1-ci bənddə və 2.1.2-ci yarımbənddə “qiymətləndirilməsini (attes-tasiyasını)” sözləri “attestasiyasını” sözü ilə əvəz edilsin;

3.2.2. 2.1.6-cı yarımbənddə “qiymətləndirmənin (attestasiyanın)” sözləri “attestasiyanın” sözü ilə əvəz edilsin;

3.2.3. 2.1.14-cü yarımbənddə “qiymətləndirilməsi” sözü “attestasiyası” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”

1996-cı il 14 sentyabr tarixli 492 nömrəli, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası

Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”

1998-ci il 13 iyun tarixli 723 nömrəli, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 758 nömrəli, “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi

barədə” 2016-cı il 23 iyun tarixli 962 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın

təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”,

“Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi

barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konsti-

tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasi-ya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqın-da” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub-likasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Meliorasiya və irriqasiya haqqın-da” Azərbaycan Respublikası Qanunu-nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunve-ricilik Toplusu, 1997, № 3, maddə 170; 2007, № 2, maddə 87, № 11, maddə 1112; 2018, № 1, maddə 60) aşağıda-kı məzmunda 2-1-ci və 4-1-ci hissələr əlavə edilsin:

“2-1. Müəyyən edilsin ki, “Meliorasi-ya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqa-nının səlahiyyətlərini Azərbaycan Res-publikasının Prezidenti həyata keçirir.”;

“4-1. Müəyyən edilsin ki, “Meliorasi-ya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respub-likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

2. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 1998, № 6, maddə 383; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87; 2015, № 2, maddə 107) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “və 33-cü” sözlərindən əvvəl “, 28-ci maddəsinin ikinci hissəsində” sözləri əlavə edilsin;

2.2. 2.2-ci bənddən “28-ci maddəsinin üçüncü hissəsində,” sözləri çıxarılsın;

2.3. 2.3-cü bənddə “ikinci hissəsinin səkkizinci abzasında” sözləri “birinci hissəsində” sözləri ilə əvəz edilsin;

2.4. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci

bənd əlavə edilsin:“2.8. həmin Qanunun 28-ci

maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respub-likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

3. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 1998, № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209; 2016, № 8, maddə 1384; 2017, № 7, maddə 1373; 2018, № 3, maddə 409, № 6, maddə 1218) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasa “cümlələrində” sözündən sonra “, 22-ci maddəsinin beşinci hissəsində” sözləri əlavə edilsin;

3.2. on dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

“həmin Qanunun 22-ci maddəsinin beşinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

4. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikası-nın Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508; 2003, № 10, maddələr 546, 585; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2017, № 1, maddə 38; 2020, № 4, maddə 400) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “hissəsində” sözü “və dördüncü hissələrində” sözləri ilə əvəz edilsin;

4.2. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:

“2.8. həmin Qanunun 10-cu maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respub-

likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.”.

5. Azərbaycan Respublikası Pre-zidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Res-publikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058) ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin 2.1.4-cü yarımbəndində “balıqçılıq təsərrüfatı” sözləri “balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Pre-zidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1.2-ci yarımbəndində “üzrə müvafiq norma-lara” sözləri “məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqın-da” və “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının qanunları-na” sözləri ilə əvəz edilsin.

7. “Meliorasiya və irriqasiya haqqın-da”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elekt-roenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanu-nunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunve-ricilik Toplusu, 2019, № 6, maddə 1022) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.5-ci və 3.6-cı bəndlərdə “1-ci və 2-ci hissələrində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin;

7.2. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:

“3.5-1. həmin Qanunun 28-ci maddəsinin 1-ci hissəsində nəzərdə tu-tulmuş müvafiq icra hakimiyyəti orqanı-nın səlahiyyətlərini Azərbaycan Respub-likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında

təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qa-nununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Pre-zidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 2013, № 10, maddə 1186; 2019,

№ 3, maddə 443, № 5, maddə 899) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci hissəsinin 3.4.1-ci yarımbəndində “Təhsilin İdarə olunma-sının Məlumat Sistemləri” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Pre-zidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Top-lusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə

1521; 2019, № 3, maddə 443, № 5, maddə 899, № 11, maddə 1719) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.4.1-ci yarımbəndində “Təhsilin İdarə olunma-sının Məlumat Sistemləri” sözləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 30 iyul 2020-ci il

Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşüb

� İyulun 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər ölkələr arasında bir çox sahələrdə mövcud olan geniş əməkdaşlıq münasibətlərindən, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycan-ABŞ İq-tisadi Tərəfdaşlıq Komissiyasının fəaliyyəti, qlobal təhlükəsizlik məsələlərində əməkdaşlıq, COVID-19 epidemiyası ilə mübarizədə həmrəylik və digər məsələləri müzakirə edib.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribat, Ermənistanın əvvəlcədən planlaşdırılmış bu təcavüz aktı ilə güddüyü məqsədləri, habelə təxribat zamanı azərbaycanlı mülki şəxslərin və infrastrukturların məqsədli şəkildə

hədəfə çevrilməsi və bir nəfər mülki şəxsin öldürülməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanın münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, lakin bu danışıqların imitasiya yox, mahiyyət üzrə aparılan real danışıqlar olmasının zəruriliyi vurğulanıb.

Səfir Örl Litzenberqer Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova

təbriklərini çatdırıb və yeni vəzifəsində ona uğurlar arzulayıb. Səfir fürsətdən istifadə edərək Qurban bayramı münasibətilə də təbriklərini bildirib.

Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ölkəsi olduğu və tərəflərin bir sıra qarşılıqlı maraqları bölüşdüyü qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərakeşin Kralı Əlahəzrət VI MəhəmmədəƏlahəzrət,Əziz qardaşım,Ölkənizin milli bayramı münasibətilə Sizə və qardaş

Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan və Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bu əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində

birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə

davam edəcəkdir.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə

uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

31 iyul 2020-ci il, cümə 9

Page 10: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikin-tisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tu-tulmuş Azərbaycan Respublikası Prezi-dentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində

dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Qəbələ rayonunun Zarağan kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respub-likasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min)

manat ayrılsın.2. Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində

dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomo-bil Yolları Dövlət Agentliyinə ilkin olaraq

10,0 (on) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun yenidən qurulmasının başa çatdırılma-sı üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il

dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamına Əlavə

Qəbələ rayonunda qazılması nəzərdə tutulan subartezian

quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si

Yaşayış məntəqələri

Quyuların sayı, ədəd

Əhalinin sayı, nəfər

1. Abrıx kəndi 1 7812. Bayramkoxalı kəndi 1 13103. Daşca kəndi 1 9364. Hacıalılı kəndi 1 16785. Mollaşıxalı kəndi 1 3746. Siləyli kəndi 1 3357. Sırt Yengicə kəndi 1 4498. Soltannuxa kəndi 1 49259. Uludaş kəndi 1 1867

10. Yenikənd kəndi 1 2225Cəmi 10 14 880

Şəki rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Üç min nəfər əhalinin yaşadı-ğı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikası-nın 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya

xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12,0 (on iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Qəbələ rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qəbələ rayonunun əhalisi 14880 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazıl-

ması məqsədilə “Azərbaycan Respub-likasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonla-rında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qa-zılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Qobustan rayonunun Təklə Mirzəbaba kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikin-tisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tu-tulmuş Azərbaycan Respublikası Prezi-dentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin

olaraq 1,0 (bir) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının

2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 30 iyul 2020-ci il

Mərkəzi Bank uçot dərəcəsini endirib

İnflyasiyanın dinamikası və inflyasiya

gözləntiləri E.Rüstəmov qeyd edib ki,

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplan-tısından keçən dövrdə illik inflyasiya hədəf intervalının mərkəzindən aşağıda qalıb. Məcmu tələbin daralması və onun antiinflyasiya təsirləri şəraitində iyun ayında 0,3 fa-izlik deflyasiya baş verib, illik inflyasiya 3 faiz təşkil edib. Mövsümi amillərin də təsiri ilə iyunda ərzaq qiymətləri 1,5 faiz aşağı düşüb, qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir. Bu ilin iyul-sent-yabr ayları üzrə sənaye, xidmət və ticarət sektorla-rında müəssisələrin inflya-siya gözləntiləri azalmaqda davam edib. İyunda ev təsərrüfatları arasında apa-rılmış sorğuya görə inflyasi-yanın yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi mart ayı ilə müqayisədə 3 faiz bəndi azalaraq 29 faizə enib.

İnflyasiya amilləri üzrə iyulda aparılmış təhlillər əsasında inflyasiya proqnozu dəyişilməz saxlanılıb. Son proqnozlara görə mövcud fundamentallar çərçivəsində cari ilin sonuna inflyasiyanın 3-3,5 faiz intervalında foma-laşacağı gözlənilir.

Qlobal mühit və xarici sektor göstəriciləri Diqqətə çatdırılıb ki,

pul siyasətinə həsr olun-muş son iclasdan ötən müddətdə qlobal iqtisadi aktivliyi xarakterizə edən göstəricilərdə əhəmiyyətli dəyişiklik baş verməyib. Dün-ya Ümumi Daxili Məhsulunun 60 faizdən çoxunu yaradan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə biznes inam və istehlak-çı inamı indeksləri iyunda may ayı ilə müqayisədə bir qədər yüksəlsə də, ilin əvvəlindəkindən əhəmiyyətli dərəcədə aşağı səviyyədədir. Beynəlxalq Valyuta Fondu 2020-ci il üzrə qlobal iqtisa-diyyatın ressesiyasına dair özünün proqnozunu iyunda 3 faizdən 4,9 faizə yüksəldib.

Bildirilib ki, dünya əmtəə qiymətlərində, o cümlədən neft qiymətində bərpa prosesləri davam etməkdədir. İyulun ötən dövründə “Brent” markalı neftin orta qiyməti 43 ABŞ dolları təşkil edib ki, bu da aprel ayına nisbətən (27 ABŞ dolları) 59 faiz yüksəkdir. Son ayda beynəlxalq konyunkturun yaxşılaşması və idxalın aşağı səviyyədə qalması

xarici balans göstəricilərinə də müsbət təsir edib. Ümumilikdə cari ilin 6 ayında xarici ticarət balansında 2,7 milyard dollar səviyyəsində profisit olub. Ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edir. Hazırda stra-teji valyuta ehtiyatları 51,7 milyard dollar təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 1,2 faiz çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,3 faiz artıb.

Monetar şəraitMərkəzi Bankın sədri

qeyd edib ki, ötən toplantıdan keçən müddətdə monetar şərait əsasən yumşalıb. Buna faiz dəhlizi parametrlərinin iyunda azalma istiqamətində dəyişdirilməsi, kreditləşmənin dəstəklənməsi üçün görülən tədbirlər, eləcə də dövlət büdcəsi xərclərinin həyata keçirilməsilə bağlı vahid xəzinə hesabının qalığının azalması təsir göstərib. Pul bazası iyun ayının sonun-dan bəri 3,6 faiz artıb. Pul təklifi artmağa başlasa da, maliyyə bazarlarının müxtəlif seqmentlərində faiz dərəcələri fərqli istiqamətlərdə dəyişib.

Pul siyasəti qərarlarının təsiri ilə son ayda Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızla-rının gəlirliyinin azalması müşahidə edilib. Bu maliyyə alətləri üzrə hərraclarda tələbin təklifi üstələməsi ümumilikdə likvidliyin yüksək olduğunu göstərir. Pul bazar-larında orta faizlərin azalması pul siyasətinin transmissi-yasının birinci həlqəsinin effektli olduğunu göstərir. Ötən toplantıdan bəri depozit faizlərinə təsir göstərən başlıca amil sığortalanan əmanətlər üzrə maksimal fai-zin iyundan qaldırılması olub. Manatla əmanət faizlərinin faktiki və proqnozlaşdırı-lan inflyasiyanı əhəmiyyətli

üstələməsi milli valyutada yığımların cəlbediciliyini və de-dollarlaşma proseslərini dəstəkləyir.

Vurğulanıb ki, kredit faizləri başlıca olaraq real sektorda pandemiyanın təsiri ilə artan risklərdən və bu risklərin banklar tərəfindən qiymətləndirilməsindən əhəmiyyətli təsirlənir. Mərkəzi Bankın pul siyasəti qərarları və pul bazarında faizlərin azalması qarşıdakı dövrdə kreditləşmə şərtlərinin də yumuşaldılması üçün zəmin yaradır. Pandemi-yadan təsirlənən iqtisadi subyektlərin dəstəklənməsi üçün tənzimləyici yumşal-malar və dövlətin güzəştli kreditləşmə mexanizmlərinin tətbiqi də maliyyə resursları-na çıxış imkanlarını yaxşılaş-dıracaq.

İqtisadi aktivlik Mərkəzi Bankın sədri

bildirib: “Pandemiya ilə bağlı zəruri məhdudiyyət tədbirləri daxili iqtisadi aktivliyə iyun-iyul aylarında da neqativ təsir göstərib. Real sektor müəssisələrinin monitorin-qi göstərir ki, biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə iyun ayında da neqativ zonada qalıb. Ev təsərrüfatları arasında iyun ayında aparılmış sorğu istehlakçı inam indeksi-nin də azaldığını göstərir. Məcmu tələbin bütün komponentlərində azalma fonunda rəsmi statistika-ya görə cari ilin 6 ayında iqtisadiyyatın baza sahələri olan qeyri neft-qaz sənayesi və kənd təsərrüfatında iqtisadi artım davam etsə də, bütövlükdə ÜDM real ifadədə 2,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,5 faiz azalıb. Hökumətin və Mərkəzi Bankın birgə aktiv antiböhran tədbirlərinin icrası, xüsusən də pandemi-yadan zərərçəkən sahələrin dəstəklənməsi tədbirləri

iqtisadi aktivliyin azalması-nın miqyasını əhəmiyyətli kiçiltməyə kömək edib. Virus təhlükəsinin qaldığı və sosial təcrid tədbirlərinin davam etdiyi şəraitdə iqtisadi artımın öz potensi-alına yaxınlaşması prose-sinin qlobal iqtisadiyyatda gözlənildiyi kimi tədricən baş verəcəyi proqnozlaşdırılır. Uçot dərəcəsinin azaldıl-ması, ilin qalan dövründə pul təklifinin proqnozlaşdı-rılan genişlənməsi məcmu tələbin bərpasına, iqtisadi aktivliyin və məşğulluğun dəstəklənməsinə müsbət təsir göstərəcək”.

İnflyasiya riskləri Bildirilib ki, qısamüddətli

dövrdə inflyasiya üzrə risklər balansında stabilləşdirici amillər üstünlüyünü qorumaq-dadır. Pandemiya şəraitində zəif məcmu tələb qarşıdakı aylarda da başlıca antiinflya-siya amili kimi çıxış edəcək. Məcmu tələbin daralması idxalı və beləliklə valyuta ba-zarında tələbi məhdudlaşdırır. Bununla belə logistik zəncirdə qırılmalar, habelə koronavi-rusdan qorunmaq üçün iqtisa-di subyektlərin üzləşdiyi əlavə xərclər qiymətlərə artırıcı təsir göstərə bilər. Pandemiya-nın davamlığı və təsirləri ilə əlaqədar ortamüddətli dövrə qlobal mühit üzrə əhəmiyyətli qeyri-müəyyənliklər qalmaq-dadır. Bu dövrdə milli iqtisa-diyyatda makroiqtisadi və maliyyə sabitliyinin qorunması yaranan çağırışlara cavab verən, iqtisadi artımın və məşğulluğun bərpasını təmin edəcək yeni makroiqtisadi çərçivənin formalaşmasından və effektiv siyasət koordinasi-yasından asılı olacaq.

Bu qərar iyulun 30-dan qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı cari il sentyabrın 18-də ictimaiyyətə açıqlanacaqdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6,75 faizə endirilməsi haqqında qərar qəbul edib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov iyu-lun 30-da mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edərək bildirib ki, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7,25 faiz səviyyəsində müəyyən edilib. Bu qərar faktiki və proqnozlaşdırılan illik inflyasi-yanın hədəf intervalının (4+2 faiz) mərkəzindən

aşağıda olması, beynəlxalq konyunkturda yaxşı-laşma meyillərinin və valyuta bazarında stabilli-yin davam etməsi, pandemiyanın təsiri ilə tələbin zəifləməsinin antiinflyasiya effektləri nəzərə alın-maqla qəbul olunub. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoz-dan kənarlaşma dərəcəsindən, qlobal bazarlarda vəziyyətin dəyişməsindən, habelə daxili tələbin və iqtisadi aktivliyin bərpasından asılı olaraq qəbul ediləcək.

Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper

tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 42 dəfə pozub

� Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağ-bulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu-nun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Acarlı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli ra-yonunun Aşağı Seyidəhmədli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

31 iyul 2020-ci il, cümə10

Page 11: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

Ölkəmizin Müdafiə Nazirliyi bu günlər belə bir xəbər yayıb. O xəbər gündəmdədir, həm düşmən tərəfdən, həm də öz içimizdən. Ən başlıca olan xəbərsə odur ki, Müdafiə Nazirliyimizin yaydığı bu məlumatla, əslində, biz yağı düşmənin dincliyini pozmuşuq. Əks tərəfdən yayılan dezinfor-masiya xarakterli məlumatlar işğalçı Ermənistanın necə təşvişə düşdüyündən xəbər verir. Düşmən qüvvələr yazırlar ki, “Azərbaycan əlacsız qalıb və Türkiyəyə müraciət edib”. Yanlış və ağ yalan burda ortaya çıxır ki, biz bir millətik və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı deyir ki, “Güc birlikdədir!”. Müstəqil Azərbaycanın pərvərişinə imza atan ümummilli liderimizsə deyirdi: “BİR MİLLƏT, İKİ DÖVLƏT!”

Mənsə, həyatının böyük bir hissəsini Birinci Qarabağ sava-şında keçirən, bəzən də xalqımın naminə qələmini silaha dəyişən hərbi jurnalist, ehtiyatda olan mayor və Qarabağ müharibəsi veteranı kimi deyirəm ki, əziz türk qardaşlarımız, siz hələ yenə də insanpərvərliyinizlə

hərəkət edirsiniz. Mən bilirəm ki, biz türk xalqı savaş istəmirik və hələ ki müdafiə instinktimizlə hərəkət edirik. Amma məncə, erməninin dediyi kimi, müdafiə yox, birgə əməliyyat missiyası ilə gəlsəydiniz, yəqin ki, son illərdə Türkiyə müdafiə sənayesinin istehsalı olan idarə olunan raket, bomba daşıyan pilotsuz uçuş

aparatlarınızla, adını qədim türk dastanı olan “Manas”dakı əfsanəvi atdan alan “Tulpar” piyadaların ən mükəmməl döyüş maşını ilə, Türkiyənin Qurtuluş savaşında 5-ci Ordunun komandanı Fahret-tin Altayın şərəfinə adlandırılan ilk milli türk tankı olan “Altay”la, türk millətinə qarşı çevrilən bütün münaqişə cəbhələrində fırtına qoparan “Fırtına” və “Qasırğa” reaktiv yaylım atəş sistemləri ilə, bütün dünya xüsusi təyinatlılarının sülhməramlı yarışında birincilik qazanan və bütün dünyada birinci sayılan Türkiyə xüsusi təyinatlıları,

“bordo berelilərlə” gələrdiniz, ən azı.

Bu arada hamıya, xüsusilə türk qardaşlarımızın gəlişindən təşvişə düşən ermənilərə Türkiyə Cümhuriyyətinin hərbi gücü haqqında dəqiq bir xatırlatma. Türkiyənin ilk tırtıllı piyadaların döyüş maşını – “Tulpar”. Türk

mühəndislərinin hazırladığı bütün kəşf və müəllif haqları ilə tamamən Türkiyəyə aid piyadaların döyüş maşınıdır. Adını “Manas” dastanın-dakı döyüşçüləri qoruyan əfsanəvi qanadlı atdan alan “Tulpar” müasir ölçülərə uyğun bu cür maşınlara aid bütün yüksək döyüş imkanları-na, üstün hərəkət qabiliyyətinə sa-hibdir. Bu döyüş maşınının oxşarı olmasa da, o, hazırlanarkən NATO ordularında olan müxtəlif zirehli dö-yüş maşınlarının ən üstün cəhətləri nəzərə alınıb. Müharibə mey-danında ən sərt iqlim, ağır ərazi şərtlərində yüksək döyüş qabiliyyəti verilən “Tülpar” tamam fərqli, yeni,

mina partlayışı və raket atışlarına belə davamlı zirehlə təchiz olunub. Ballistik və mina qorumalı döyüş maşını yüksək atəş gücünə malik-dir. Zirehli döyüş maşınının ağırlığı 32 ton, şosse yolda sürəti saatda 90 kilometrdir. 2,6 metr dərinliyində xəndəyi, 0,8 metr hündürlüyündə maneəni dəf edə bilir. Tutumuna görə tam bir manqanı daşıya bilən və döyüşçülərə yüksək atəş dəstəyi verən “Tulpar”dan, kəşfiyyat, tibbi yardım və başqa təyinatlar üzrə də istifadə oluna bilir…

Yüksək hərbi texnologiya-nın hesabına silahlanan müasir orduların hamısı zirehli texnika-ların sırasında tanklara daha çox üstünlük verir. Tanklar iki dünya müharibəsindən başlayaraq son hərbi münaqişələrə qədər bütün iri hərbi əməliyyatlarda həlledici rol oynayıb. Təkcə İraq müharibəsində ABŞ-ın öz mobil və böyük döyüş gücünə malik tank hissələrinin sayəsində tez bir za-

manda sərhəddən paytaxta qədər hərəkət etməsi bunu bir daha göstərdi. ABŞ-ın “Abrams” tankları ən yaxşıların sırasındadır. Amma almanlar da öz “Leopard”larını, yəhudilər “Merkava”larını, ingilislər “Çelencer”lərini daha mükəmməl hesab edirlər. Arada bu bəhsə tank istehsalında hələ ki, bir uğuru olmayan ruslar da öz “Armata”sı ilə qoşulublar. Türklərsə bir neçə il ərzində tam özlərinə məxsus, milli tanklarını hazırlayaraq hamını heyrətə gətirdilər. Yaxşı yadımda-dır, türk qardaşlarımızın hazırladı-ğı “Altay” tankı ilk dəfə 2011-ci ildə iştirakçısı olduğum və İstanbulda

keçirilən “İDEF-2011” müdafiə sənayesi sərgisində nümayiş olundu. Həmin sərgidə “Altay”ın texniki-taktiki xüsusiyyətləri tam açıqlanmadı. Amma onu yaxşı bilirəm ki, dünyanın tank armada-sında hər birinin öz yeri olan tank-lardan ən məşhurları olan “Leo-pard” və “Abrams”la belə rəqabətə girən “Altay” tankının taktiki-texniki xüsusiyyətləri çox mükəmməldir.

Türkiyənin üçüncü nəsil ana müharibə tankı deyə yaratdığı “Altay”ın döyüş kütləsi 60 ton, heyəti 4 nəfərdir. Bu ilk milli türk tankı mərmiyə davamlı zirehə malikdir. Türkiyə Makina və Kimya Sənayesinin istehsal etdiyi 120 mm-lik, 55 kalibrli topunun 57 mərmi ehtiyatı var. Tankın silahlanmasına 12,7 mm-lik pulemyot da daxil edilib. 1500 at gücünə malik dizel mühərriki olan “Altay” şosse yolda saatda 70 kilometr sürətlə hərəkət edir. 1 metr qalınlığında divarı, 2,8 metr

dərinliyində xəndəyi, 1,2 metr dərinliyində su hövzəsini keçə bilir. Bir “Altay” tankı 5,5 milyon dollara başa gəlir. Ordumuzun arsenalında xüsusi yer aldığından təkmilləşdirilmiş “T-72M” tankları ilə “Altay”ın imkanlarını müqayisə edək. Bizim “T-72” tankları daha çox atəşi idarəetmə sistemi, lazer nişanalma və digər cihazlarla yenilənib. Bu tankların müdafiə sistemində xırda dəyişikliklər edilib və bir-birini tanıyaraq əlaqəli hərəkət etmələri üçün GPS-lər yerləşdirilib. “T-72”-lərin gövdəsi 800-830 mm qalınlığında zirehli poladdandır. Ön hissəsini çoxlay-

lı kompozit zirehdən müdafiəsi olsa da müşahidə cihazlarının ətrafı və qülləsinin yanları fak-tiki olaraq müdafiəsizdir. “Al-tay” tankı isə daha mükəmməl və etibarlı müdafiəyə malikdir. Türkiyə mühəndislərinin “Altay”ın gövdəsini daha davamlı zirehdən hazırladığı bu tankın 60 tonluq çəkisində özünü göstərir. Bu zirehin konkret olaraq tipi və hansı materiallardan olması hələ ki, bəlli deyil.”T-72”-nin mühərrikinin gücü 780 at gücü olduğu halda, “Altay”ınkı 1500-dür. Sürətləri də çox fərqlidir. Rusiyanın bi-zim mühəndislər tərəfindən təkmilləşdirilən “T-72–M”-dəki sürət saatda 35 kilometrdirsə, türk tankı “Altay”da saatda 70 kilometrdir. Bu da “Altay”ın daha hərəkətli, çevik, manevrli olduğunu göstərir. Tankların əsas topları da fərqlidir. Atış məsafəsində “Altay” bir qədər dəqiq və uzaqvurandır. “Altay”ın 120 mm-lik topundan

3 kilometrə sərrast atəş açmaq mümkündür. Onu da deyim ki, bu məsafə “Leopard”da da “Altay”la müqayisədə fərqlidir. Türkiyəli mühəndislərin hazırladığı “Altay” tankı ilk sınaq atışlarında yüksək döyüş nəticələri nümayiş etdirib. 3 kilometr məsafədəki şərti düşmən hədəflərinə qarşı on atışdan 8-i dəqiqliklə ünvanına çatıb. Eyni tapşırığı tam sürətlə hərəkət zamanı yerinə yetirərkən də “Altay” eyni nəticəni göstərib. Bu cür sərrastlıqla “Altay” öz döyüş imkanları ilə analoqlarını geridə qoyur. Beləliklə, vuruş uzaqlığına görə bəzi tanklardan geri qalan “Altay” manevrliyinə, sərrast atışlarla döyüş imkanlarına görə onların hamısını qat-qat üstələyir.

Verdiyimiz cədvəldə yeni yara-dılan, Türkiyə istehsalı olan tankın digər supergüclərin tankları ilə müqayisəsini görə bilərsiniz. Fakt

göz qabağındadır:Qoy, indi düşmən düşünüb-da-

şınsın. Biz sülh tərəfdarıyıq. Sayı az olsa belə, qatı düşmənimiz olsa belə, heç bir milləti məhv etmək istəmirik. Biz öz torpaqlarımızın azadlığını, Azərbaycanımızın ərazi bütövlüyünü istəyirik. Bu yolda canı bir, qanı bir, dini bir qardaşı-mız olsa belə, qardaş Türkiyə ilə birləşib hələ ki, üstünüzə gəlmirik. Bu mesaj da qurama vətən yaradan siz ermənilərə, qondar-ma Ermənistan Respublikasına yetmirsə, onda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edin!.. Azərbaycan ərazilərini ölmədən tərk edin! Yoxsa, düşündüyünüzdən də böyük zərbə vurmağa hazır olan ordumuz və Ali Baş Komandanımız var!

Rahib QƏRİB, “Xalq qəzeti”

Bu barədə bəhs edərkən, hazır-da dünyanın diqqət mərkəzində olan dördüncü sənaye inqilabını fərqləndirən əsas cəhətlər, onun əsas perspektivləri barədə mütəxəssislərinin fikirlərini də xatırlatmaq istərdik. Bildirilir ki, sözügedən inqilabın əsas mahiyyəti bəşəriyyət üçün həyatı daha da asanlaş-

dırmaq və yaşayış şəraitinin keyfiyyətini yüksəltməkdir. Bununla yanaşı, yeni kvant kompüterlərinin tətbiqi ilə kompüter sistemlərini sürətləndirmək və daha əvvəl mümkün olmayan qədər informasiyanı bir yerdə toplamaqdır. Eyni zaman-da, dördüncü sənaye inqilabının əsas vəzifələrindən biri də insanların təhsil və dünyagörüşünün artırılması, iqtisadiyyata yeni işçi qüvvəsinin cəlb olunmasıdır. Bu-rada ən maraqlı məqam, həm də odur ki, əvvəllər çarəsi tapılmayan xəstəliklərin yeni texnologiyanın tətbiqi ilə aradan qaldırılmasıdır.

Onu da qeyd edək ki, yeni sənaye inqilabı, həmçinin kompüter və telefon əməliyyatı sistemləri nümunəsində rəqəmsal göstərici əlavə edilməklə “Sənaye 4.0” kimi adlandırılıb. İlk dəfə bu termin 2011-ci ildə səsləndirilib. Almaniya hökuməti “Sənaye 4.0”ü özünün “Yüksək texnologiya strategiyası–2020”nin ayrıl-maz tərkib hissəsi kimi vurğulayıb. Son-radan yaradılan işçi qrup bununla bağlı öz baxış nöqtəsini təyin edərək, “Sənaye 4.0”ü istehsalın ayrı-ayrı mərhələlərini müstəqil şəkildə optimallaşdıran, eyni zamanda, nəzarətdə saxlayan kiberfiziki sistemlərin istehsalı kimi qiymətləndirib.

Davos Dünya İqtisadi Forumunun hesabatına görə, mobil cihazlar, internet

sensorları və s. alış-verişdən tutmuş xəstəyə qulluğadək real vaxt rejimində ətraflı, dəqiq məlumatlar əldə etməyə im-kan verir. Hazırda “Sənaye 4.0” bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir. Adı çəkilən Forumun hesabatına görə, bu il dünyada təxminən 4,7 milyon

ofis işçisi, istehsalatda 1,6 milyon, tikintidə isə təxminən 0,5 milyon insan öz iş yerini itirəcək. Lakin, eyni zamanda, biznes və maliyyə sahəsində, demək olar ki, 500 min, menecment və İT sahəsində 400 min, memarlıq və mühəndislik sahəsində 300 min, satış sahəsində isə 300 min yeni iş yeri yaranacaq. Yəni “Sənaye 4.0” təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin bizne-sin ən fərqli sahələrində yeni imkanların yaranması ilə müşayiət olunacaq.

Bəs Azərbaycanda 4-cü sənaye inqilabının çağırışları özünü necə büruzə verir? Xatırladaq ki, hələ ötən ilin sonla-rında Çindən sürətlə yayılan və ölümlə nəticələnən yeni virus infeksiyası pande-miyaya çevrildiyi ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu dəhşətli bəlaya qarşı stra-teji xarakter daşıyan mübarizə şəraitində sosial-iqtisadi layihələrin də icrası davam etdirildi. Eyni zamanda, keçən il olduğu kimi, 2020-ci ilin ötən aylarında da “Sənaye 4.0”ün çağırışları diqqət mərkəzində saxlanıldı.

Ümumiyyətlə, dövlətimizin başçısı tərəfindən “Sənaye 4.0”ün meydana çıxdığı ilk vaxtlardan etibarən bu məsələ diqqətdə saxlanılıb və buna uyğun siyasət yürüdüb. Ən əsası isə respubli-

kamızda bu sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün inteqrativ və da-yanıqlı inkişaf mühiti yaradılıb, rəqəmsal təşəbbüslər dəstəklənib.

Azərbaycan dünyada ikinci dəfə rəqəmsal ticarət qovşağını yaradan ölkədir. Respublikamızda həm dövlət, həm də özəl sektor hazırda İpək yolunun

rəqəmsallaşması istiqamətində fəaliyyət göstərir. Çindən başlamış Avropaya qədər müxtəlif ölkələrdə bu istiqamətdə Azərbaycanla əməkdaşlıq davam edir. Azərbaycanda Elektron Hökumət portalı tam funksionaldır və elektron hökumət çərçivəsində elektron kənd təsərrüfatı, elektron kadastr, elektron həllər mövcud-dur.

Azərbaycanın “Sənaye 4.0”-ün çağırışlarını diqqət mərkəzində saxla-masının bariz ifadəsi kimi bir məqamı da qeyd etmək istərdik. Belə ki, builki Davos Forumunda Bakıda Dünya İqtisadi Forumunun regional mərkəzi yaradıl-ması barədə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende tərəfindən niyyət protokolu imzalanıb. Çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi də “Sənaye 4.0”ün səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Protokolun əhəmiyyətini vurğulayan Borge Brende dövlətimizin başçısına xitabən deyib: “Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

Azərbaycan dördüncü sənaye inqila-bının ilk illərindən etibarən bu məsələni

diqqətdə saxlayıb və buna uyğun siyasət yürüdüb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə inteq-rativ və dayanıqlı inkişafa nail olunub. Azərbaycan siyasi sabitlik, əlverişli coğ-rafi mövqe, zəngin iqtisadi resurslara və dərin mədəni irsə malik olmaqla Avropa və Asiya dəyərlərinin vahid məkanda

birləşdiyi ölkəyə çevrilib. Siyasi, sosi-al-iqtisadi islahatların reallaşdırılması nəticəsində respublikamızda makroiqti-sadi dayanıqlılıq təmin edilib və davamlı inkişafa nail olunub.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, rəqəmsal təşəbbüsləri də dəstəkləyir.

Azərbaycan dünyada ikinci dəfə rəqəmsal ticarət qovşağını yaradan ölkədir. Respublikamızda həm dövlət, həm də özəl sektor hazırda İpək yolunun rəqəmsallaşması istiqamətində fəaliyyət göstərir. Çindən başlamış Avropaya qədər müxtəlif ölkələrdə bu istiqamətdə bizim əməkdaşlığımız davam edir. Azərbaycanda Elektron Hökumət portalı tam funksionaldır və elektron hökumət çərçivəsində elektron kənd təsərrüfatı, elektron kadastr, elektron həllər mövcud-dur.

Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ilə müqayisədə

respublikamızda əhalinin sayında gənclərin xüsusi çəkisi 7 faizdən çox-dur. Ölkə əhalisinin 40 faizdən çoxu isə müstəqillik dövründə dünyaya gəlib. Bax, elə buna görə də idarəetmənin bütün sahələrində gəncləşmə siyasəti aparılır. Şübhəsiz ki, belə bir mühitin yaradılması Azərbaycanın dördüncü sənaye inqilabı-nın çağırışları ilə ayaqlaşa bilməsi üçün mühüm önəm daşıyır.

Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdik. Azərbaycan Pre-zidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olun-ması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: “Dördüncü sənaye inqilabının mövcudluğu, həm də dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Bu baxımdan rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir”.

Dövlətimizin başçısı daha sonra diqqətə çatdırıb ki, artıq bu peşələrin siyahısı var. Bu peşələr aradan qal-xıb və olmayacaq. Ona görə, buna da

daim fikir verilməlidir. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldı-rılması bizim üçün başqa bir problem yarada bilər. Çünki Azərbaycan demoq-rafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırıl-ması nəticəsində işsizlik arta bilər. Ara-dan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir tex-nologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik…

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rəqəmsal transforma-siyanın yeni mərhələsinə qədəm qo-yur. BMT, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşkilatlar və trans-milli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər. Mütəxəssislərin fikrincə, Azərbaycanın “ağıllı dövlət” (smart nation) konsep-siyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər. Bütövlükdə, ölkəmizin rəqəmsal transformasiyası həm milli inkişaf stra-tegiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmalıdır.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

31 iyul 2020-ci il, cümə 11“Azərbaycan – Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçu-su və aviasiya vasitələri Naxçıvana gəlib. Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlim-lərə cəlb edilmiş heyətin təntənəli qarşılanma məra-simində Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirilib. Yük təyyarələri ilə gəti rilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş helikopterləri Əlahiddə Ümumqo-şun Ordunun hərbi aerodromunda döyüş atışlı tak-tiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.”

Bir millət, iki dövlət – GÜC BİRLİKDƏDİRBir millət, iki dövlət – GÜC BİRLİKDƏDİR

Tankın modeli “Т-72” “Altay” “Leopard 2”Ölkə Rusiya Türkiyə AlmaniyaŞirkət “Uralvaqonzavod” Otokar Krauss-MaffeiHeyət nəfəri 3 4 4Uzunluğu, (мм) 6860 7735 7700Eni, (мм) 3460 3972 3700Hündürlüyü, (мм) 2190 2640 2790Döyüş kütləsi, (т) 41,0 (44,5) 60,0 55,2Mühərrik В92С2 V12,

turbo-dizel, 780 at gücü V12 turbo-dizel,

1500 at gücü V12 turbo-dizel,

1500 at gücü Sursat ehtiyatı, 39 57+10 42Şosse ilə yürüş məsafəsi, (km.-lə) 700 500 550Sürəti, (km/saat) 70 70 72Əsas silahın tipi və çapı, (мм.-lə) Yivsiz top 2А46М, 125 Yivsiz top

MKEK120, 120Yivsiz top

Rheinmetall Rh-120, 120Zireh tipi Çoxlaylı, tökmə polad Çoxlaylı, kombinəedilmiş

mərmi əleyhinəÇoxlaylı, kombinəedilmiş

mərmi əleyhinə

Azərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının təşkilinə başlanılıbAzərbaycanda Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının təşkilinə başlanılıb

Bu il iyulun 28-də Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının videokonfrans formatında keçirilən 5-ci illik toplantısında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Dör-düncü Sənaye İnqilabı Mərkəzinin Azərbaycanda filialının artıq təşkilinə başlanıldığını bildirib. Nazir, eyni zaman-da, bu mərkəzin qlobal çoxtərəfli əməkdaşlıq üçün önəmli platforma rolunu oynayacağını da diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın postpandemiya trendləri barədə də danışıb, rəqəmsal iqtisadiyyat, İKT, aqrobiznes, tikinti, dağ-mədən, neft-kimya və turizm sektorlarının prioritet istiqamətlərindən olduğunu və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.

Page 12: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə12İtaliya Senatında Ermənistanın son təxribatlarına dair dinləmələr keçirilib

Səfirlikdən verilən məlumata görə, ardınca səfir Məmməd Əhmədzadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tari-xi köklərindən danışaraq, bu xüsusda ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması, Azərbaycan əraziləri hesabına Ermənistan ərazilərinin genişləndirilməsi, azərbaycanlıların indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından sistematik olaraq deporta-siyası, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə danışıb.

Diplomat 1988-ci ildən başla-yaraq Ermənistanın ölkəmizə qarşı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı irəli sürdüyü yeni ərazi iddi-aları, Azərbaycana qarşı həyata ke-çirdiyi hərbi təcavüz və bu təcavüzün nəticələri barədə məlumat verib. Çox-saylı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin, o cümlədən BMT Təhlükəsizik Şurasının dörd qətnaməsinin tələblərini səsləndirib, bü-tün bunlara Ermənistanın məhəl qoyma-dığı, erməni tərəfinin danışıqlar prosesini uzatmağa yönəlik destruktiv hərəkətləri, eləcə də münaqişə ilə bağlı status-kvo-nu məhkəmləndirmək, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət və davamlı olaraq atəşkəs rejimini pozmaq cəhdlərindən danışıb.

Ermənistanın iyulun 12-dən başla-yaraq Azərbaycana qarşı Tovuz rayonu istiqamətində həyata keçirdiyi yeni hərbi avantürası və Ermənistan rəhbərliyini buna təhrik edən səbəblər, eləcə də məqsədlər barədə danışıb. Habelə Tovuz rayonu ərazisindən Azərbaycanın enerji ehtiyatlarını Qərb ölkələrinə və dünya bazarlarına daşıyan strateji nəqliyyat

infrastrukturunun, o cümlədən İtaliyaya da xam nefti nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir neçə aydan sonra təbii qaz nəql edəcək Cənub Qaz Dəhlizinin keçdiyini bildirib, bu ərazidə Ermənistanın hərbi təxribatlarının Cənub Qaz Dəhlizinin tam gücü ilə isitismara verilməsindən bir neçə ay əvvəl baş verməsinin də təsadüfi olmadığını deyib.

Eyni zamanda, diplomat Ermənistan tərəfindən mövcud hadisələrlə bağlı məlumatlar üzərində manipulyasiya etmək üçün çoxsaylı dezinformasiyaların da yayıldığını, erməni radikal qrupla-rı tərəfindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə, dip-lomatik heyətinə və xaricdə yaşayan

azərbaycanlılara qarşı fiziki hücumlar və vandalizm aktları həyata keçirildiyi-ni, proseslərə obyektiv yanaşan xarici kütləvi informasiya vasitələrinə, nüfuzlu ictimai xadimlərə, siyasətçilərə təzyiqlər edildiyini da qeyd edib. Diplomat Azərbaycanın haqlı mövqeyinə dəstək göstərən və müvafiq bəyanatlar verən italyan parlamentarlarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezi-dentinin İtaliyaya tarixi dövlət səfəri vax-tı iki ölkə arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannaməyə istinad edərək bu sənədlə İtaliyanın Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütöv-

lüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini ifadə etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanma-sını dəstəklədiyini bildirib. Bundan irəli gələrək, eləcə də ATƏT-in Minsk Konfrasının ilk sədri kimi İtaliyanın institusional yaddaşa malik olduğu-nu, Azərbaycandakı böyük iqtisadi və strateji maraqlarını, iki ölkə arasında iqtisadi əməkdaşlığın neft və qazın tədarükü ilə məhdudlaşmadığını, son illər Azərbaycanda italyan şirkətlərinin böyük layihələrə cəlb olunduğunu, habelə İtali-yada uğurlu yerli muxtariyyət modelləri təcrübəsinin də olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İtaliyanın öz səylərini daha da artırmasının vacib və faydalı olacağını vurğulayıb.

Tədbir İtaliya senatorları tərəfindən baş vermiş hadisələrə münasibətdə şərhlərin bildirilməsi və sual-cavab sessiyası ilə davam etdirilib. Senator-ların əksəriyyəti münaqişənin dialoq və danışıqlar yolu ilə nizamlanmasının vacilbiyini, münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas olduğunu və İtaliyanın maraqları nöqteyi-nəzərindən İtaliya hökumətinin münaqişənin nizamlanması üçün səylərini artırmasının əhəmiyyətini qeyd ediblər.

Azərbaycan səfiri senatorların sualları əsasında münaqişənin həllinə münasibətdə ölkəmizin mövqeyi, münaqişənin sırf ərazi münaqişəsi olması və ermənilərin iddia etdiyi kimi heç bir dini amilə əsaslanmadığı, beynəlxlaq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün səylərini artırma-sının vacibliyi barədə danışıb.

Tədbir İtaliya Senatının rəsmi tele-viziya kanalı olan Senato TV və Senatın sosial şəbəkə profilləri üzərindən canlı olaraq yayımlanıb.

“Xalq qəzeti”

Ölkə ictimaiyyəti xaricdəki anti-Azərbaycan qüvvələrin fəallaşmasını ciddi şəkildə qınayır və ittiham edir

Bu, bir faktdır ki, Azərbaycan öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Dövlətimiz dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional for-matların təşəbbüskarı və fəal iştirakçı-sıdır. Ölkəmiz bir çox Avropa İttifaqı (Aİ) dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Məlumdur ki, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələdədir. Yaxın vaxtlarda saziş üzərində işlərin başa çatması gözlənilir.

Azərbaycandan Avropaya uzanan kar-bohidrogen ixrac borularının günün reallı-ğına çevrilməsi, ölkəmizin Avropa İttifaqı ilə mühüm sənəd imzalamaq ərəfəsində olması, Prezident İlham Əliyevin Qo-şulmama Hərəkatının sədri kimi BMT rəhbərliyinə ünvanladığı təklifin hamı tərəfindən bəyənilib dəstəklənməsi, Azərbaycanın daha bir rayonunu iş-ğal etmək istəyən Paşinyan ordusunun burnunun əzişdirilməsi və digər bu kimi uğurlarımız xaricdəki düşmənlərimizi – artıq onlar sübut ediblər ki, təkcə bizə müxalif və ya bədxahımız deyil, həm də açıq düşmənlərimizdir – çox ciddi narahat edir və onların başından alov çıxarır. Həmin alovu isə beynəlxalq aləmə məhz öz soydaşlarımızın əli ilə yayırlar.

Bizi yandıran odur ki, Azərbaycan diplomatiyası Ermənistanın və dünya erməniliyinin bütün arqumentlərinin puç və əsassız olduğunu sübut etdikcə, bəzi soydaşlarımız öz yerlərini bizim yox, məhz ermənilərin yanında görürlər. Elə son hadisələrdə də Ermənistanın yalan-larını dəstəkləyən və gərginliyin artma-sında həyasızcasına Azərbaycanı ittiham edən üzdəniraq milli satqınların son fikirləri, əlbəttə ki, böyük hiddət doğur-maya bilməz. Mütəxəssislərin fikrincə, hər bir azərbaycanlının Ermənistanın təcavüzünə qarşı mübarizə apardığı bir zamanda Arif Məmmədov, Sevinc Os-manqızı, Vidadi İsgəndərli və digərlərinin Azərbaycan hökumətinin ünvanına sərsəm fikirlər səsləndirmələri, əlbəttə ki, ölkə ictimaiyyətində ciddi narazılıq, qəzəb doğurur.

Yeri gəlmişkən, bu il aprelin 14-də Azərbaycan Respublikasının Preziden-ti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial iqtisadi yekunlarına həsr olunan videokonf-rans şəklində müşavirədə giriş nitqi söyləyən dövlət başçımız bu məsələyə xüsusi olaraq toxunmuş və konkret fikirlər səsləndirmişdir. Demişdir ki, bəzi insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin

mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz və xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq.

Prezident xatırladır: “Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcası-na qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Tor-paqlarımız işğala düşən zaman burada qar-daş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adam-ların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi. Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər”.

Odur ki, Azərbaycan ictimaiyyəti, ekspertlər xaricdəki anti-Azərbaycan və daxildəki “5-ci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampa-niyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaqdır. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddiala-rına layiqli cavab verəcəkdir və verir.

Fikrimizi əsaslandırmaq üçün ölkə ictimaiyyəti nümayəndələrinin bəzi mülahizələrinə diqqət yönəltmək istərdik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Telman Haqverdiyev yazır:

– Məgər bunun xəyanətdən başqa adı var?

Artıq otuz ildən çoxdur ki, Azərbaycanın ictimai-siyasi həyatında “müxalifət” termini hər gün işlədilir.

Bu da tamamilə təbiidir. Demokratik, hüquqi dövlətdə müxalifətin olmasını həm siyasət, həm də həyat tələb edir. Çünki hamının eyni şəkildə düşünməsi qətiyyən mümkün deyil. Yəni biz 30 ildir ki, müxtəlif səviyyəli müxalif partiyaların fəaliyyət göstərdiyi ölkədə yaşayırıq. Tam qətiyyətlə deyirəm, həmin müxalif siyasi partiyaların heç birinin təmsilçisi Azərbaycan xalqına qarşı Sevinc Osman-qızının etdiyi düşmənçiliyi etməmişdi.

Ölkə əhalisinin hamısı kimi mən də Sevincin atası Osman Mirzəyevi yaxşı tanıyırdım. Onun savadı, ziyalılığı, mədəniyyəti, insanlığı bir nümunə idisə, vətənpərvərliyi, Azərbaycan sevgisi, üfüqdə yenicə parlayan müstəqilliyimizə sədaqəti başqa bir örnək, dərs idi. Hamı-nın bildiyi faktdır ki, Osman Mirzəyev Qarabağa hərbçi və ya polis kimi deyil, tamamilə dinc, mülki məqsədlə getmişdi və Sevincin “sivil” adlandırdığı ermənilər onu necə öldürdülərsə, bütün dünya bilir.

İndi Sevincin həmin ermənilərin vəsaitinə, şirnikləndirməsinə aldana-raq Azərbaycana düşmən mövqedə dayanmasını görəndə məşhur bədii filmimizdəki sual yadıma düşür: “Onu bağışlamaq olarmı?” Elə həmin andaca cavab verirəm: Şəxsən mən xalqımı və dövlətimi işğalçı, Xocalı faciəsini törətmiş ermənilərin ayağına verən şəxsi heç zaman bağışlamaram.

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovun əməkdaşımızın Facebook səhifəsinə ünvanladığı yazıda oxuyuruq:

– Azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi, hücumlar təşkil etdiyi bir vaxtda adı və soyadı azərbaycanlı olan jurnalist Sevinc Osmanqızı rəsmi Bakını təxribat törətməkdə ittiham edən, xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri “vətənşüvən” ad-landıran və düşməni müdafiə edən fikirlər səsləndirir.

Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya, bu gün xarici ölkələrdə

ermənilərlə bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir. Xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdəki səfirliklərimizi ermənilərin hücumların-dan və təxribatlarından qorumaq üçün toplaşmaqları təkcə erməniləri deyil, erməni təfəkkürlü Sevinc Osmanqızını da qəzəbləndirir. Və “onlar nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” – sualını verən bu antimilli jurnalist, nədənsə, ASALA terror təşkilatının adı yazılmış paltarlar geyinən gənc erməni daşnaklarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin binaları-na təşkil etdiyi hücumları “görmür”.

S.Osmanqızının “Mən yenə də da-vanı kimin birinci başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” sözləri Azərbaycan əleyhinə qərəzli, böhtan kampaniyası aparan ermənilərin əlinə göydəndüşmə oldu. İndi ermənilər bu boşboğaz qadının cəfəng fikirlərindən bizim əleyhimizə eninə-uzununa istifadə edəcəklər. “Sapı özümüzdən olan bir balta” bu açıqlamala-rı ilə fürsətçi ermənilərə əsl bayram keyfi yaşatmış oldu. Sevinc Osmanqızı kimi varlıqların özünü Osman Mirzəyevin qızı, yaxud azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur!

Əməkdar artist Aybəniz Haşımovanın Musavat.com saytın-da verilmiş “Sevinc Osmanqızı, əgər atanızı tanımasaydım, sizin azərbaycanlı olduğunuza şübhə edərdim” sərlövhəli yazısına diqqət yönəldək:

“Sizin daim hökumətlə davanız olub və bu dava davam edir. Siz azad insansı-nız və sözünüzü hökumətə bildirirsiniz və hökumət də ya cavab verir, ya da heç əhəmiyyət vermir. Bu, tamamilə başqa mövzudur. Mən siyasətçi deyiləm və siyasətlə məşğul olmaq fikrim də yoxdur. Sizə bir neçə kəlmə sözüm var.

Siz azərbaycanlı qızısınız. Əgər atanız Osman Mirzəyev olmasaydı, onu tanımasaydım, hörmətim olmasaydı, buna şübhə ilə yanaşardım. Onun necə gözəl ziyalı olduğunu şəxsən bilirəm. Lakin çox təəssüf ki, şəhid Osman Mirzəyevin qızı gedib Amerikada rahat oturub, düşündüklərini rahat həyata keçirsin deyə öz millətini, xalqını düşmənin ayağı-na verir. Sizin Amerikada millətimizə daş atanlardan heç bir fərqiniz olmadı. Əksinə, siz bizi daha betər ağrıtdınız, yandırdınız. Özü də təkcə 5-10 nəfəri deyil, bütün Azərbaycanı.

Çünki azərbaycanlılar, sizin de-diyiniz kimi, hücumçu, təcavüzkar, üsyançı olsaydı, Ermənistanda Xocalı soyqırımı kimi bir faciə törədərdilər. Halbuki azərbaycanlılar zamanında erməniləri başları üstdə tutublar. Ömür boyu ermənilər Azərbaycanın ən gözəl yerlərində yaşayıblar. İndi necə oldu ki, azərbaycanlıları vəhşi, üsyankar adlandı-rırsan?! Sən heç Allahdan qorxmadınmı? Sənin Zori Balayandan nə fərqin var?!”

Hazırladı: İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Los–Anceles meri Azərbaycan icmasının üzvlərinə qarşı hücumları pisləyib

Los–Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşı-

sında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los–Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Azərbaycanın Los–Ancelesdəki Baş Konsullu-ğundan verilən məlumata görə, sərbəst toplaşmaq və söz azad-lığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los–Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los–

Ancelesdə yolverilməz olduğu-nu vurğulayıb.

E.Qarsetti Los–Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunma-sı istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

“Xalq qəzeti”

Sosial şəbəkə dəllalları düşmənlərin SİFARİŞLƏRİNİ YERİNƏ YETİRİRLƏR

Təəssüf ki, bəzi xəyanətkarlar ölkəmizdəki internet azadlığından istifadə edərək, saxta profillər ya-radırlar. Onlar anti – Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirərək Azərbaycana şər- böhtan, iftiralar atır, bununla da beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmağa cəhd edirlər. Belə ünsürlər sosial şəbəkələrin həyatımıza daxil olmasından sui-istifadə edirlər. Hətta, bir çoxları onun aludəçisinə çevriliblər. Bu gün hər bir kəs sosial şəbəkədən öz bildiyi şəkildə istifadə edir. Qoy olsun. Bu da ölkəmizin demokratik ənənələrə sadiqliyinin nümunəsidir. Ancaq bundan Vətənin, xalqın əleyhinə istifadə etmək nankorluqdur. Bu işdə radikal müxalifət nümayəndələri düşmənlərimizlə həmrəydir. Onlar ermənipərəst dairələrin və ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin sifarişlərini yerinə yetirərək , sosial şəbəkələri çirkin oyunlar mey-danına çeviriblər. Şər-böhtan, yalan, iftira, hədə və şantajdan tutmuş siyasi şoulara qədər milli mentalitetimizə zidd olan ifadələr işlədir, montaj olunmuş kadrlar nümayiş etdirirlər.

Xarici ölkələrdə oturub respublikamız haq-qında ağzına gələni danışan, erməniləri rəhmli adlandıran, münaqişənin həllinin bu vaxta qədər uzadılmasında Azərbaycanı qınayan, sərhədboyu ərazilərdə törədilən təxribatlarda günahı bizdə axtaran Sevinc Osmanqızının dediklərini eşidəndə fikirləşirsən ki, görəsən, həqiqətənmi, bu adam hələ də dərk etmir ki, onun atasını ermənilər öl-dürüb? Bu qədər də rəzillik, üzüdönüklük olarmı? Eləcə də, bir qarın yeməyə görə, Vətəni satmağa

hazır olan, ölkəmiz, onun başçısı haqqında ağlasığmaz yalanlar, böhtan-lar, təhqirlər uyduranlar, görəsən, öz valideynlərini düşünmürlərmi?

Koronavirus pandemiyası dün-yanın, eləcə də Azərbaycanın başı üzərini alan gündən əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkə dəllalları daha da fəallaşıblar. Xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində dövlətimizin COVID-19 pandemiyasının qarşısının

alınması sahəsində tədbirlərinə etimadsızlıq ya-ratmaq niyyəti güdən və bununla da əhalinin sağ-lamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlərin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğata son qoyulmalıdır. Onsuz da bu təbliğatın təşkilatçıları və icraçıları heç nəyə nail ola bilməyəcəklər. Belə xəyanətkarların koronavi-rusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi, xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağ-lamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə, sanksiyalar tətbiq edilməsini bilərəkdən siyasiləşdirmələri heç nəyi dəyişməyəcək. Çünki xalq belə xəyanətkarların iç üzünə çoxdan bələddir. Sosial şəbəkə dəllalları unutmasınlar ki, onlar düşmənlərin sifarişlərini yerinə yetirməklə yalan və böhtanla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan dünya birli-yinin layiqli üzvləri sırasında yer almaqdadır.

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı, YAP Nəsimi rayon

təşkilatının sədri

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, plana uyğun olaraq möv-cud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə ay-dınlaşdırılır.

“Xalq qəzeti”

ABŞ-ın Nyu-York şəhərində

“Stop Armenian Occu-pation” (“Ermənistanın işğalçılıq siyasətini dayandır!”), “Karabakh is Azerbaijan! (“Qarabağ Azərbaycandır!”) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhetten adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran təyyarə Manhetten adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”,

“Business Center” məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.

Həmvətənlərimiz təyyarənin daha yaxşı görün-düyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıb-lar. Əllərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını tutan həmvətənlərimiz şüarlar səsləndirməklə və alqışlarla bu qürur doğuran hadisəni

izləyiblər. Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava rek-lamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.

“Xalq qəzeti”

İtaliya Senatının Xarici işlər daimi komissiyasında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələri Senatın Xarici işlər daimi komissiyasının sədri, senator Vito Petroçelli açaraq, baş verən hadisələrin İtaliya Senatını ciddi narahat etdiyini və bu mövzuda müzakirələrin aparılmasının vacibliyini bildirib.

Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi

Əslində, bu, yeni hal deyil, bədxahlarımızın iyrənc ssenarilərinin davamıdır. Ölkəmizin istənilən uğuru kimlərinsə başında ildırım kimi çaxır və həmin dairələr böhtan və iftira kampaniyasına başlayırlar. Nəticədə nə danışdıqlarını və kimə

danışdıqlarının fərqinə vara bilmir, özlərini ifşa edirlər. Məsələn, bir azərbaycanlı “qələm sahibinin” son iki yüz ildə daim azərbaycanlıların və türklərin qanını içmiş işğalçı, terrorçu, təxribatçı və separatçı qonşularımızı “sivil ermənilər” adlandırması – ağlı itirməkdən başqa bir şey deyil.

Telman Haqverdiyev Əlisahib Hüseynov Aybəniz Haşımova

Nyu-York səmasında “Qarabağ Azərbaycandır!” şüarı

Ölkəmizdə müstəqil mətbuata və azad fikrin sərbəst ifadə olunmasına hər cür şərait yaradılıb. Bu, respublikamızda demokratik prinsiplərin inkişafına verilən önəmin bariz nümunəsidir . Möhtərəm Prezidentimiz də dəfələrlə vurğulayıb ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz, sərbəst toplaşma , mətbuat , vicdan azadlığı. Respublika əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad in-ternet fəaliyyət göstərir. Respublikamızda azad sözə, müstəqil mətbuatın inkişafına yaradılan sərbəstlik beynəlxalq aləmdə də yüksək dəyərləndirilir.

Page 13: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 272 Bakı şəhəri, 29 iyul 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarış-ların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidenti-nin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı (Azərbaycan Res-publikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 963) ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahı-sı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.1-ci, 2.2.2-ci və 2.2.4-2.2.8-ci yarımbəndlər aşağıdakı redaksiya-da verilsin:

“2.2.1. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;

2. məktəbəqədər təhsil;3. ibtidai sinif müəllimliyi;4. korreksiyaedici təlim;5. filologiya (dil və ədəbiyyat

göstərilməklə);6. jurnalistika;7. kitabxanaçılıq və informasiya

fəaliyyəti;2.2.2. tarix fənni üzrə:1. tarix;2. tarix müəllimliyi;3. tarix və coğrafiya müəllimliyi;4. politologiya;5. fəlsəfə;6. kitabxanaçılıq və informasiya

fəaliyyəti;7. sosiologiya;8. muzey, arxiv işi və abidələrin

qorunması;9. psixologiya;2.2.4. riyaziyyat fənni üzrə:

1. riyaziyyat;2. riyaziyyat müəllimliyi;3. riyaziyyat və informatika

müəllimliyi;4. statistika;5. mexanika;6. kompüter elmləri;7. aerokosmik mühəndislik;8. aqromühəndislik;9. aviasiya təhlükəsizliyi

mühəndisliyi;10. cihaz mühəndisliyi;11. dəniz naviqasiyası

mühəndisliyi;12. ekologiya mühəndisliyi;13. energetika mühəndisliyi;14. gəmi energetik qurğularının

istismarı mühəndisliyi;15. gəmiqayırma və gəmi təmiri

mühəndisliyi;16. geologiya və geofizika

mühəndisliyi;17. geomatika və geodeziya

mühəndisliyi;18. hava nəqliyyatının hərəkətinin

təşkili;19. informasiya texnologiyaları;20. inşaat mühəndisliyi;21. kommunikasiya sistemləri

mühəndisliyi;22. kompüter mühəndisliyi;23. logistika və nəqliyyat texnolo-

giyaları mühəndisliyi;24. maşın mühəndisliyi;25. materiallar mühəndisliyi;26. mədən mühəndisliyi;27. meliorasiya mühəndisliyi;28. metallurgiya mühəndisliyi;29. mexanika mühəndisliyi;30. mexatronika və robototexnika

mühəndisliyi;31. neft-qaz mühəndisliyi;32. nəqliyyat mühəndisliyi;33. nəqliyyat tikintisi mühəndisliyi;34. proseslərin avtomatlaşdırılma-

sı mühəndisliyi;35. sənaye mühəndisliyi;2.2.5. fizika fənni üzrə:1. fizika;2. fizika müəllimliyi;3. mexanika;4. geologiya və geofizika

mühəndisliyi;5. elektrik və elektronika

mühəndisliyi;6. radiotexnika və telekommunika-

siya mühəndisliyi;7. materiallar mühəndisliyi;8. mühəndis fizikası;2.2.6. kimya fənni üzrə:1. kimya;2. kimya müəllimliyi;3. kimya və biologiya müəllimliyi;4. ekologiya;

5. qida mühəndisliyi;6. kimya mühəndisliyi;7. şərabçılıq;8. torpaqşünaslıq və aqrokimya;2.2.7. biologiya fənni üzrə:1. biologiya;2. biologiya müəllimliyi;3. kimya və biologiya müəllimliyi;4. ekologiya;5. balıqçılıq;6. su bioehtiyatları və akvakultura;7. bitki mühafizəsi;8. aqronomluq;9. zoomühəndislik;10. baytarlıq təbabəti;11. psixologiya;2.2.7. informatika fənni üzrə:1. riyaziyyat və informatika

müəllimliyi;2. informatika müəllimliyi;3. kompüter elmləri;4. kompüter mühəndisliyi;5. proseslərin avtomatlaşdırılması

mühəndisliyi;6. informasiya texnologiyaları;7. informasiya təhlükəsizliyi;8. mexatronika və robototexnika

mühəndisliyi.”.2. 2.3-cü bənd üzrə:2.1. 2.3.1-2.3.11-ci və 2.3.17-ci

yarımbəndlər aşağıdakı redak-siyada verilsin:

“2.3.1. Olimpiya oyunları üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;2.3.2. Olimpiya idman növləri üzrə

dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;2.3.3. Olimpiya idman növləri üzrə

Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;2.3.4. Beynəlxalq Olimpiya

Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;2.3.5. Beynəlxalq Olimpiya

Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avro-pa çempionatı və birinciliklər üzrə qaliblərin:

1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;

2. məşqçilik;2.3.6. Yeniyetmələrin yay olimpiya

oyunları üzrə qaliblərin:1. fiziki tərbiyə və çağırışaqədərki

hazırlıq müəllimliyi;2. məşqçilik;2.3.7. Avropa oyunları üzrə

qaliblərin:1. fiziki tərbiyə və çağırışaqədərki

hazırlıq müəllimliyi;2. məşqçilik;2.3.8. İslam Həmrəyliyi Oyunları

üzrə qaliblərin:1. fiziki tərbiyə və çağırışaqədərki

hazırlıq müəllimliyi;2. məşqçilik;2.3.9. “Muğam aləmi” beynəlxalq

muğam müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (xanəndə);

2.3.10. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (akademik vokal);

2.3.11. M.Maqomayev adına vokalçıların beynəlxalq müsabi-qəsi üzrə (Moskva, Rusiya) qaliblərin:

1. vokal sənəti (akademik vokal);2. populyar musiqi və caz ifaçılığı

(sahələr üzrə);2.3.17. Gənc musiqiçilərin

P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri:

1. vokal sənəti (akademik vokal);2. instrumental ifaçılıq (sahələr

üzrə);”;2.2. 2.3.12-ci yarımbəndin 2-ci

abzası çıxarılsın; 2.3. 2.3.18-ci yarımbənddə və

2.3.31-ci yarımbəndin 1-ci abzasında “solo oxuma” sözləri “vokal sənəti” sözləri ilə əvəz edilsin;

2.4. 2.3.20-ci yarımbənd ləğv edilsin;

2.5. 2.3.21-ci yarımbəndin 2-ci abzası çıxarılsın;

2.6. 2.3.22-ci yarımbənddə “estra-da sənəti” sözləri “populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)” sözləri ilə əvəz edilsin;

2.7. 2.3.33-cü yarımbənd üzrə:2.7.1. birinci abzasda “solo oxu-

ma” sözləri “vokal sənəti” sözləri ilə əvəz edilsin;

2.7.2. ikinci abzasda “xalq çalğı alətləri ifaçılığı” sözləri “instrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı) sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş

Naziri

Moldova Prezidenti azərbaycanlı və erməni icmalarının

nümayəndələri ilə görüşüb

� Prezident İqor Dodon iyulun 30-da Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Feyruz İsayev və Moldova Respublikasının erməni icmasının nümayəndəsi Gennadi Babayanla görüşüb. Tərəflər görüşdə gələcəkdə münaqişəli situasiyaların baş verməməsi barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Dodon bu barədə özünün “Face-book” səhifəsində bildirib.

İqor Dodon yazır ki, görüşdə Moldova Prezidenti-nin etnoslararası münasibətlər üzrə müşaviri Sergey Mişin və Etnoslararası münasibətlər

agentliyinin baş direktoru Yele-na Belyayeva iştirak edib.

“Görüş zamanı həmsöhbətlər Moldova xalqının qonaqpərvərliyini və xeyirxahlı-ğını dəyərləndirən bütün xalqlar üçün bu ölkənin ümumi ortaq dinc məkan olduğunu qeyd

ediblər. Tərəflər bu kontekstdə gələcəkdə münaqişəli situasi-yaların baş verməməsi üçün əllərindən gələni edəcəkləri barədə razılığa gəliblər”, - deyə Dodon sosial şəbəkə hesabında qeyd edir.

Prezident, həmçinin görüşdə vurğulayıb ki, “Mol-dova – neytral polietnik dövlətdir, ölkə rəhbərliyi isə bütün vətəndaşların vahid bir xalq olduğu bizim cəmiyyətdə millətlərarası sülhün və həmrəyliyin qorunub saxlanma-sına tərəfdardır”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşı-da duran vəzifələrə həsr olunan iclasında neft-qaz strategiyasının uğurla həyata keçirilməsindən bəhs edərkən, bildirib ki, son illər ərzində ölkəmizin ener-ji təhlükəsizliyi təmin olunub. Dövlətimizin başçısı daha sonra deyib: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft-qaz, deməli yanacaq və elektrik enerjisi ixrac edir. Yəni, bu, son illər ərzində əldə edilən nailiyyətlərdir. Biz əvvəlki illərdə ancaq neft yanacağı ixrac edirdik. Neft, qaz ixrac etmirdik, elektrik enerjisini ixrac etmirdik”.

Ölkə rəhbəri nitqində 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və ondan bir qədər əvvəl isə Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin işə düşməsi nəticəsində neft, qaz ixracına başlanıldığını, bununla da neft strategiyasının yeni bir uğurlu mərhələsinə keçildiyini diqqətə çatdırıb.

Bu fikrin təsdiqi olaraq, cari ilin ilk yarısının göstəricilərinə diqqət yetirək. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, yarım il ərzində ölkədən 6 mil-yard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib. ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 259,9 milyon ABŞ dolları olub. Xatır-ladaq ki, ötən ilin eyni dövründə Azərbaycanda 5 milyard 664,6 milyon kubmetr təbii qazın ixracı həyata keçirilib, həmin ixracın dəyəri isə 1 milyard 47,6 milyon dollar təşkil edib.

Bu ilin yanvar-may aylarında ölkədən 606,5 min ton bitumlu

süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac olunub. İxrac edilən məhsulların dəyəri isə 162,9 milyon ABŞ dolları təşkil edib. Yeri gəlmişkən, keçən ilin ilk 6 ayında Azərbaycanda 520,9 min ton neft məhsullarının ixracı reallaşdırılıb, həmin ixracın dəyəri isə 261,1 milyon dollar olub.

Neft-qaz sənayesinin inkişa-fını sürətləndirən məsələlərdən biri də bu sahəyə investisiya qoyuluşunun diqqət mərkəzində saxlanılmasıdır. Yarım ildə neft-qaz sektoruna 2 milyard 778,4

milyon manat yönəldilməsi məhz bunun bariz ifadəsidir. Xatırladaq-ki, cari il keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılan investisiyalar 17,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatında o da qeyd edilir ki, hesabat dövründə neft-qaz sek-torunda 10 milyard 760,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 2,8 faiz, əlavə dəyər isə 2,9 faiz azalıb.

Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda istehsal edilib. İyunda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 133,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 141,6 faiz olub.

Burada bir göstəriciyə də diqqət yetirmək istərdik. Belə ki, cari ilin birinci yarısında SOCAR öz imkanları ilə istismar etdiyi ya-taqlarda 3 762 min ton neft çıxarıb ki, bu da illik ifadədə 0,3 faiz azdır.

SOCAR-ın dərc etdiyi rüb-lük hesabatı əsasında aparılan hesablamalara görə, göstərilən

azalma yeni növ koronavirus (CO-VID-19) pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və “OPEC+” razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır.

Yeri gəlmişkən, “OPEC” və bəzi “qeyri-OPEC” ölkələri (“OPEC+”) neft hasilatının məhdudlaşdırılması üzrə sazişlə bağlı bir məqamı da diqqətə yönəltmək istərdik. Belə ki, bu il aprelin 9-da “OPEC+” forma-tının 23 iştirakçısı olan ölkələr

tərəfindən dünya bazarlarında COVID-19 pandemiyasının təsirindən yaranan iqtisadi reses-siya şəraiti müzakirə edilərək, neft tələb-təklifinin tarazlaşdırılması üçün cari il mayın 1-dən etibarən neft hasilatı barədə razılığa gəlinib. Azərbaycan da “OPEC+” iştirakçısı kimi görüşə qatılaraq, digər ölkələrlə birlikdə üzərinə ha-silatın könüllü azaldılması ilə bağlı mütənasib öhdəliklər götürüb.

Lakin neftlə müqayisədə təbii qaz hasilatında vəziyyət fərqlidir. Belə ki, məlumata əsasən, şirkət cari ilin yanvar-iyun aylarında 3 641 milyon kubmetr qaz hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.

Ümumiyyətlə, yanvar-iyun aylarında Azərbaycanda 17 milyon 897,3 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 19 milyard 359,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən isə 13 milyard 777,8 milyon kub-metr əmtəəlik təbii qaz alınıb.

Hesabat dövründə TANAP-ın fəaliyyəti də səmərəlilik baxımın-dan diqqət çəkib. Belə ki, 2018-ci il iyunun 30-dan indiyədək bu kəmərlə Türkiyəyə 6 milyard kub-metr təbii qaz nəql edilib. Bu ilin

yanvar-iyun aylarında isə TANAP-la qardaş ölkəyə 1,9 milyard kubmetr qaz nəql olunub.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarı-lan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili isə cari il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən

Azərbaycan qazının həcmi 6 mil-yard kubmetr olub.

Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql ediləcək. Kəmərin möv-cud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP

kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yarım il ərzində qaz nəqlinin 37,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qaf-qaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 831,2 mil-yon kubmetr təbii qaz ixrac edilib.

İlin birinci yarısında Azərbaycandakı magistral neft kəmərləri ilə 18 milyon 356,7 min ton neft nəql olunub. Nəqletmənin 80 faizi Bakı–Tbilisi–Ceyhan

əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmərlə 14 milyon 685,9 min ton neft nəql edilib. Bunda başqa, bu müddətdə BTC ilə 2 milyon 100,2 min ton tranzit nefti də ötürülüb.

Ümumiyyətlə, cari ilin ilk yarı-sında Azərbaycandakı magistral qaz kəmərləri ilə 15 milyard 589,8 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 12,2 faiz artım müşahidə olunub.

Azərbaycanın böyük neft yataqlarında hasil edilən neftin satışından əldə olunan gəlirlər də

dövlət büdcəsində önəmli yer tu-tub. Belə ki, ilin əvvəlindən iyulun 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 197 milyon dollar olub. Həmin dövrdə Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kon-densatın satışından əldə olunan gəliri isə 131 milyon dollar təşkil edib.

ARDNF bu ilin əvvəlindən iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-

Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində isə 2 milyard 206 milyon ABŞ dolları gəlir əldə edib.

Ulu öndərin milli neft stra-tegiyasının əsasını zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipi təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yara-dılmasını və əldə olunan gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

“Xalq qəzeti”

� “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən, neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülüb və uğurlu nəticələr alınıb. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilib, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılıb.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir

RF XİN: Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir

� Rusiya Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyir. AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti rəhbərinin müavini Aleksey Zaytsev bu fikri Moskvada brifinqdə söyləyib.

A.Zaytsev TASS agentli-yinin Azərbaycanın Türkiyə ilə birgə, o cümlədən Ermənistanla sərhəddə hərbi təlimlər keçirmək niyyəti barədə sualı cavablandıraraq

vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq barədə sazişə uyğun olaraq, iyulun 29-dan avqustun 10-dək Azərbaycan ərazisində əvvəlcədən

planlaşdırılmış birgə təlimlər keçirilir.

RF XİN-in rəsmi nümayəndəsi deyib: “Təbii ki, xüsusən bu günlərdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş münaqişə nəzərə alınmaq-la regionda vəziyyəti çox diqqətlə izləyirik və bütün tərəfləri, o cümlədən onla-rın cari hərbi fəaliyyətində təmkinli olmağa təkidlə çağırırıq”.

31 iyul 2020-ci il, cümə 13

Page 14: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə14“Azərbaycan bayrağını qaldırmış

hər kəsə təşəkkür edirəm”

Qəlbi daim qədirbilən Azərbaycan xalqı və dövləti ilə döyünən, onun üçün hər za-man narahatlıq keçirən, xalqının ən xırda uğurlarına belə sevinən, onun naminə gecəli-gündüzlü bütün fədakarlıqlara qatla-şan, nəinki xalqının, dövlətinin, bütün dün-yanın rəhm, mərhəmət, şəfqət simvoluna çevrilən bir xanımın, ananın, siyasətçinin, dövlət xadiminin müraciətidir bu. Başqa

cür ola da bilməzdi. Mehriban xanım bu məsələyə də, növbəti erməni təxribatı və fitnəkarlığı nəticəsində sərhədin Tovuz istiqamətində baş verənlərə etiraz əlaməti olaraq, xarici ölkələrdə yaşayan soydaşla-rımızın bir andaca Vətən, Qarabağ naminə yaşadıqları ölkələrin küçələrinə axışmaları-na, həm işğalçı və təcavüzkar ölkəyə, həm onu dəstəkləyənlərə biganə qala bilməzdi.

Otuz ildən çoxdur ki, erməni yalan-larına, böhtanlarına inananlara, insanlıq

əleyhinə cinayətlərinə göz yumanlara səslərini ucaltmalarına və bu zaman onların növbəti erməni barbarlığı, vandallığı ilə qarşılaşmalarına, yenə də "demokratiya", "insan hüquqları" "çarcıları"nın seyrçi qalmalarına artıq dözmək mümkün deyil. Ölkəmizin birinci xanımı öz haqq, etiraz səsini bir daha ucaltdı! Həm daxildə-ölkə vətəndaşları ilə, erməni həm də xaricdə

yaşayan azərbaycanlılarla, soydaşlarımızla həmrəyliyini nümayiş etdirdi! Hər zaman onların yanında olduğunu və olacağını bütün dünyaya, düşmənlərimizə də, elə dostlsrımıza da gur səslə duyurdu. Budur Mehriban Əliyeva ucalığı, sevgisi. Budur Mehriban Əliyeva iradəsi və cəsarəti!

Müraciətdə də deyildiyi kimi, Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və

vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Ancaq həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar? Müraciətində bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırır.

“Qanunsuz əməllər cəzalandırılmalıdır”.Tamamilə, haqlı, yerində olan tələbdir. Artıq yetər, Azərbaycana, azərbaycanlılara qarşı haqsızlığa, ədalətsizliyə son qo-yulmalıdır və işğalçı Ermənistanın, onları təhrik edənlərin layiqincə cəzası verilməlidir. Bu cəzanın vaxtı gəlib çatıb, hətta gecikib də...

Birinci vitse-prezident beynəlxalq qu-rumlara, o cümlədən, adlarını insan hüquq və azadlıqlarının müdafiəçisi təşkilatı qoyanlara da çağırış edib: ”Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Hu-man Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə ça-ğırıram. Lakin, nədənsə, biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər...”

Jalə ƏLİYEVA, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq

məsələləri komitəsi sədrinin müavini

Başabəla soydaşımızın başından yekə böhtanı...

Azərbaycanlı yazar Sevinc Osmanqızının bugünlərdə xaricdən yayımlanan teleaçıqlamasında Azərbaycan həqiqətinə qatı kölgə salan, açıq-aşkar işğalçı Ermənistanın ədalətsiz mövqeyini ifadə edən sayıqlamaları bu başabəla məxluqun çörəyini yeyib-suyunu içdiyi, naz-nemətləri ilə böyüdü-

yü vətənində ikrah və kəskin etirazla qarşılanıb. Yeni Azərbaycan Partiyası Sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov artıq soydaşımız olduğuna təəssüfləndiyimiz telejurnalistin düşmən dəyirmanına su axıdan qondarma fikirlərinə münasibətini belə ifadə etdi:

– Tanınmış ziyalı, şəhid jurnalist, Osman Mirzəyevin ailəsində böyümüş Sevinc Osmanqızı xaricdə şübhəli və konyunktur fəaliyyəti ilə bundan əvvəl də soydaşlarımız arasında narazılıq və qalma-qallara səbəb olmuşdu. Onun iyulun ortalarında Ermənistanın Azərbaycan sərhədlərinə hərbi təcavüzünə etiraz əlaməti olaraq həmvətənlərimizin xarici ölkələrdə keçirdikləri dinc etiraz aksiyalarını birmənalı olaraq pisləməsi, ölkəmizi və xalqımızı aşağılaması isə bu bədnam persona-nın erməni dairələrinin tam təsirində olduğuna heç bir şübhə yeri qoymadı.

Sevinc Osmanqızının öz bədnam çıxışında azərbaycanlıları “xuliqan, bandit, vətənşüvən” adlandırdığı videonun yayılmasından sonra ictimaiyyətimizdə kəskin reaksiya formalaşdı. Ziyalılar, jurnalistlər, vətəndaş cəmiyyəti və mədəniyyət nümayəndələri, hətta sadə vətəndaşlar belə Osmanqızını lənətləyir, onu xəyanətdə, düşmənə xidmətdə qınadılar.

Cəmiyyətimizin böyük əksəriyyəti düşü-nürdü ki, bəlkə, bundan sonra Sevinc Osman-qızı xalqdan, xüsusilə də şəhid ailələrindən üzr istəyəcək. Axı Sevinc Osmanqızı həmin sözləri şəhidlərimizin portretlərinin ermənilər tərəfindən tapdalandığı, bayrağımızın yandırıldığı, azərbaycanlıların erməni millətçiləri tərəfindən vəhşicəsinə döyüldüyü, xəsarət yetirildiyi bir zamanda xüsusi həvəslə, emosiya ilə demişdi. Amma görünür, azərbaycanlıları təhqir edib, erməniləri günahsız göstərmək Sevinc Osmanqızı-nın həmin gün üçün xüsusi siyasi missiyası imiş. Ona görə də, xalqın sözlərini qulaqardına vurdu, azərbaycanlılara yönəlmiş nifrətinə Ramiz Yunus, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərdən ibarət “dəstək truppası” yaratdı. Amma onun bu cəhdi fiaskoya uğradı. Çünki Sevinc Osmanqızı artıq xəyanət obrazına çevrilib və ictimaiyyət ona satqın damğası vurub.

Xalqın iradəsinə, düşüncəsinə qarşı gedərək Sevinc Osmanqızını müdafiə edənlərin heç birinin məntiqli müdafiə arqumeni olmadı. Yalnız bir məsələ üzərində dayandılar: “montaj”. Axı, başqa necə müdafiə etsinlər ki? Sevinc Osmanqızı açıq şəkildə deyir ki, ermənilərin günahı yoxdur, bütün təxribatları Azərbaycan tərəfi edir. Bu məqamda qeyd edim ki, elə Osmanqızının bədnam çıxışının olduğu həmin gün Paşinyanın həyat yoldaşı Anna Hakobyan da erməni mediasına açıqlamasında deyirdi ki, xaricdəki təxribatları Azərbaycan tərəfi törədir. Buyurun, fakt ortadadır. Anna Hakobyan da, Sevinc Osmanqızı da eyni mövqeyi, məntiqi

və sözləri bölüşürlər. Buna necə bəraət qazandırasan?

İndi isə gələk “montaj” bəhanəsinə. Tutaq ki, Sevinc Osmanqızının videosunu montaj ediblər, kəsiblər, doğrayıblar. Lakin videoda deyilən sözlər, işlədilən təhqirlər başqa kiminsə dilindən deyilmir. Videodan görünür ki, Sevinc Osmanqızı açıq şəkildə erməniləri müdafiə edir. Əgər kimsə videoya Sevinc Osmanqızının əvəzinə, başqa səs

yerləşdirsəydi, yaxud, Osmanqızının dodaqlarının tərpənişi, mimikası ilə sözlər, ifadələr arasın-da gecikmə, dəyişmə olsaydı, o zaman montaj “bəhanəsi” işə yarayardı. Amma belə bir hal olma-dığından “cəbhəçi trollar”ın müdafiə taktikasının da, bəhanənin də yalnışlığı göz önündədir.

Ramil Vəlibəyov daha sonra dedi: “Bununla yanaşı, mediada və sosial şəbəkələrdə sürətlə yayılan videoya olan kəskin reaksiyaları, payla-şılan statusları da görməzdən gəlmək özü böyük təhqirdir. Çünki məlumatları təhlil etdikdə aydın şəkildə görürsən ki, bir nəfər də olsun, sadə vətəndaş Sevinc Osmanqızının xain sözlərinə bəraət qazandırmadı. Əksinə bu ağlını və milli ləyaqətini itirmiş soydaşımızı qınadı, özü də şiddətlə qınadı. Amma AXCP və Milli Şura rəhbərliyi, “cəbhəçi trollar” bilə-bilə ki, xalq Sevinc Osmanqızının bu hərəkətinə xəyanət kimi baxır, onun müdafiəsinə qalxdılar. Belə çıxır ki, AXCP və Milli Şura üçün xalqın rəyi də, fikri də önəmli deyilmiş. Əsas məsələ erməni maraqlarıdır, onların uzantılarının müdafiəsidir”.

YAP Sosial media qrupunun rəhbəri sonda qeyd etdi ki, eyni mövqeyi Sevinc Osmanqızı özü də sərgilədi. Həmin azərbaycanlıları təhqir videosunun yayılmasından sonra canlı yayıma çıxan Osmanqızı özünə bəraət qazandırmağa, hətta ictimai rəyi saya salmamağa çalışdı: “Hər dəfə “burada nə var ki?” deməklə xalqın düşüncəsinə hörmət etmədiyini sübut etdi. Hətta bir az da irəli gedib dedi ki, guya, montaj olunmuş video ermənilərin maraqlarına xidmət edir. Çox gülməli məntiqdir. Necə olur ki, Sevinc Osmanqızının çıxışı ermənilərin maraqlarına xidmət etmir, amma onun qısaldılmış videosu edir? Görünür, Sevinc Osmanqızı, ciddi stress, psixoloji sarsıntı keçirir. Onun özünə bəraət qazandırmaq cəhdi şizofreniya və “beyin oyunu” sindromuna da yoluxmasından xəbər verir. Başabəla soydaşımı-zın, hansı səbəbdən olur-olsun, dünyaya yaydığı başından yekə böhtan onu Vətəninə qarşı xəyanət mövqeyinə yuvarlatdı”.

R.TAHİR, “Xalq qəzeti”

Öncə onu qeyd edək ki, hələ də vətəndaşlarımızın səhlənkarlığı, qaydalara əməl etməməsi ucbatından yoluxmaların sayı istənilən şəkildə azalmır. Buna görə də, yoluxma hallarında müşahidə olunan yüksək intensivliyə uyğun yeni protokol tətbiq edilib. Mövcud vəziyyətdə ancaq ağır halda olan şəxslər xəstəxanalara yerləşdirilir. Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdır-lar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkan-larını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub. Ev karantini şəraitində olan asimptomatik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasına nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir.

Yeni qaydalara görə artıq özündə COVID –19 virusunun əlamətlərini hiss edən insanların poliklinikaya getmələrinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər. İndi belə şəxslər poliklinika ilə əlaqə saxla-yaraq özləri ilə bağlı məlumat verirlər. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürür və testin nəticəsi çıxana qədər ona təlimat verilir. Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında müalicə evdə aparılır. Əgər vəziyyətdə dəyişiklik olarsa, yəni ağırlaşma başlayar-sa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılır və gərəkən tədbirlərə başlanılır.

Qeyd edək ki, Bakıda və ətraf ərazilərdəki poliklinikaların əsasında 39 COVID məntəqəsi yaradılıb. Özündə koronavirus əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılır. COVID məntəqələri bir qayda

olaraq, ya əsas binadan bir qədər kənarda təşkil edilir, ya da giriş poliklinikanın girişi ilə eyni olmur. Məqsəd viruslu xəstələrin digər pasiyentlərlə təmasına imkan verməməkdir. Məntəqədə müraciət edənlərin müayinələri aparılır, vəziyyətinə uyğun olaraq test götürülür. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə aparılır.

Ev şəraitində müalicə olunan COVID –19 xəstələrinin nəzarətdə saxlanılma-sı Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir. Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır. Onların vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirir və vəziyyəti qiymətləndirirlər.

Məlumat üçün bildirək ki, COVİD məntəqələri ilə hər gün Bakı Şəhər Baş Səhiyyə İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə videogörüntülü əlaqə saxlanır, məlumatlar verilir. Onu da deyək ki, evdə müalicə olunan COVID –19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması təmin edilib. Əgər şəxsin virusa yoluxma faktı təsdiqlənibsə və qeydiyyata alınıbsa, bu dərmanlar ona mütləq çatdırılır. Ev şəraitində müalicə edilənlər COVID –19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı ol-mayan xəstələrdir. Onlar immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicə edilirlər.

Bu məqamda cənab Prezidentin iyulun 6-da koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında söylədiyi fikirləri xatırlamaq yerinə düşər. Dövlət başçımız demişdir: “Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayıl-masının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər”.

Göründüyü kimi əhalinin sağlam-lığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Ölkəmizdə, bütün çətinliklərə baxmayaraq, bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülür. Azərbaycan dövləti üçün heç bir məsələ əhalinin sağlamlığın-dan öndə deyil. Bunu dövlət başçısı da dəfələrlə bildirib ki, əhalinin sağlamlığı-nın qorunması hər şeydən önəmlidir.

Eyni zamanda, Prezident dəfələrlə çı-xışlarında virusdan qorunma yollarından danışıb, tələblərə əməl etməyi, vurusdan qorunmaq üçün vacib olan qaydaları diqqətdə saxlamağı tapşırıb. Hətta, iş o həddə çatıb ki, Prezident insanlara çağı-rış edərək, özlərini bu amansız virusa yo-luxmadan qorunmağı xahiş edib: “Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım– iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.

Hər kəs haqlı olaraq özünə sual verməlidir ki, dövlət başçısı tərəfindən koronavirusla mübarizəyə böyük miq-darda vəsait xərclənirsə, vətəndaşların sağlamlığı naminə bu qədər tədbirlər görülürsə, bir fərd olaraq mən niyə bu mübarizədən kənarda qalım? Niyə pandemiyaya qarşı mübarizədə dövlətə dəstək olmayım? Hər bir insanın dəstəyi isə yalnız onun özünü qorumasıdır, görülən tədbirlərin uğurlu nəticəsi olsun deyə, yaxınlarına qaydalara əməl etməyi başa salmasıdır, tibbi maska geyməyi tövsiyə etməsidir. Axı bu maska taxan yalnız özünü qorumur, ətrafındakıları da yoluxmadan xilas edir.

Hazırda pandemiyaya qarşı mübarizəyə qoşulan ölkələrin hamısında yoluxma və ölüm sayı fərqlidir. Ümum-dünya Səhiyyə Təşkilatının məlumatına görə, bir çox ölkələrdə yenidən sərt karan-

tin rejiminin tətbiqinə qayıdılıb. Deməli, həmin ölkələrdə aparılan mübarizə tədbirlərinə ya vaxtında başlanılmayıb, ya da qaydalara laqeyd yanaşılıb.

Ölkəmizdə COVID –19 virusu-nun geniş yayılmasının qarşısını almaq məqsədilə koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün də tövsiyə olunan qaydalar hazırlanıb. Bu pasiyentlər öz evlərində sahə həkiminin nəzarəti altında

müalicə alan zaman, ayrıca bir otaqda izolyasiya olunmaları məsləhət görü-lür. Belə şərait olmadığı halda xəstənin yatağının digərlərindən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə, özlərini və ətrafdakıları virusa yoluxmadan qorumuş olurlar. COVID --19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir.

Dediklərimiz onu təsdiqləyir ki, ölkəmizdə virusdan istər stasionar, istər də evdə müalicə alanlara yüksək səviyyədə diqqət göstərilir və nəzarət edilir. Hətta xəstəxanadan sağalıb çıxanlar da poliklinikalarda qeydiyyata alınır və immun sistemini gücləndirən vitamin pre-paratları ilə təmin olunurlar. Son günlərin statistikasına görə, müsbət dinamika müşahidə edilir. Məhz görülən tədbirlərin nəticəsidir ki, gündəlik yoluxma göstəricisi 400-dən enib, sağalma isə 600-dən yuxarıdır. Mütəxəssislər bildirirlər ki, karantin rejimi tətbiq edilməsəydi, 2 ayın ərzində xalqımız bütünlüklə koronavirusa yoluxardı. Azərbaycanda gündəlik yolux-ma sayı 50- dən aşağı düşəndə virus enmə həddindədir deyiləcək. Ancaq belə olan halda da əvvəlki həyata qayıtmaq olmaz, çünki belə olarsa, ikinci dalğanı yaşaya bilərik. Koronavirus hələ bir neçə ay da-vam edəcək. Buna görə də qaydalara əməl etmək və virtual əlaqələri genişləndirmək lazımdır.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Bu fikir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində öz əksini tapıb

“Yaxın günlərdə Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün mü-vafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksi-yaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib...”. Bu fikirlər Azərbaycan Respublikası-nın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həmin hadisələrlə bağlı həmvətənlərimizə müraciətində öz əksini tapıb.

Virusdan sağalanlar dövlət tərəfindən vitaminlərlə təmin olunurlar Virusdan sağalanlar dövlət tərəfindən vitaminlərlə təmin olunurlar

Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri nə qədər hərtərəfli aparılsa da, bəzi vətəndaşlar özündə virus olduğunu düşünərək xəstəxana, polikli-nika və digər tibb müəssisələrinə müraciət edir, digərləri isə, ümumiyyətlə, bu simptomları hiss etsə də, gizlədir, tibb müəssisəsinə məlumat vermir. Nəticədə, ölkədə virusa yoluxma halları əvvəlki aylarla müqayisədə azalsa da, təəssüf ki, hələ davam edir. Maarifləndirmə tədbirlərinin artmasına baxma-yaraq, qaydalara və tələblərə hələ də etinasız yanaşanlar var. Vətəndaşlar bilməlidirlər ki, evdə və ya iş yerində özündə virus simptomları aşkar edən şəxs əvvələr təcili tibbi yardım briqadasına müraciət edirdisə, iyulun əvvəlindən bu qaydalar dəyişib.

Page 15: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə 15B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Hesabla-ma Palatası tərəfindən yanğınsöndürən balonların doldurulması və texniki təmir işlərinin satın alınması ilə əlaqədar 2020-ci il iyulun 27-də keçirilmiş kotirovka sor-ğusu müsabiqəsində “RED LINE” MMC 408.28 manat qiymət təklifi ilə qalib gəlmiş və həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

B İ L D İ R İ ŞAzərbaycan Respublikasının Hesablama

Palatası tərəfindən dəftərxana və təsərrüfat mal-larının satın alınması ilə əlaqədar 2020-ci il iyu-lun 27-də 2 lot üzrə keçirilmiş kotirovka sorğusu müsabiqələrində Lot- 1. Dəftərxana mallarının satın alınması üzrə 8993.00 manat, Lot- 2. Təsərrüfat mallarının satın alınması üzrə isə 9440.45 manat qiymət təklifləri ilə “OFFİCE GENİUS NM” MMC qalib gəlmiş və həmin şirkətlə müvafiq satınalma müqavilələri bağlanılmışdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı

Səhmdar Cəmiyyəti təsərrüfat mallarının

satın alınması məqsədilə

müsabiqə elan edirMüsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az

səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il avqustun 14-ü saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1263.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIntelecom” MMC

xidmətlərin idarə edilməsi, informasiya təhlükəsizliyi, biznesin davamlılığı sistemlərinin tərtibi və tətbiqi üzrə məsləhət xidmətlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIRAçıq tenderdə iddiaçı qismində ixti-

saslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı-na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olma-lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 400 manatdır.İştirak haqqı heç bir halda geri

qaytarılmır.Tenderdə iştirak haqqının

ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

H/h- AZ30AZPO 91015461200420100063

VÖEN- 9900048721Bank- “Azərpoçt” MMC PF 1Kod- 691011

VÖEN-9900037711M/h-AZ76NABZ

01350100000000094944S.W.İ.F.T:AZPOAZ22İddiaçılar tenderdə iştirak üçün aşa-

ğıdakı sənədləri təqdim etməlidirlər:-tenderdə iştirak haqqının

ödənilməsi barədə bank sənədi;-tender təklifi (zərflərin açıldığı

tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl-dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva-fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağ-lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası-nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 24 avqust 2020-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 1 sent-yabr 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçı-ların təklifləri 2 sentyabr 2020-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro-sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

mətbəx ləvazimatlarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil ol-maqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il avqustun 11-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1263.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

1547 layihəli gəmilər üçün çıraqların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il avqustun 14-ü saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə. Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1263.

B İ L D İ R İ ŞAzərbaycan Respublikasının Mərkəzi Bankı

tərəfindən geyimlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusuna aid satınalmalar komissiyasının 1 iyul 2020-ci il tarixli qərarına

əsasən 1-ci cədvəl üzrə fiziki şəxs Kolesnikov Aleksey Qennadiyeviç, 2-ci cədvəl üzrə isə “Al-yans Tekstil” MMC qalib elan edilmiş və qalib şəxslərlə müvafiq satınalma müqaviləsi imzalan-mışdır.

Satınalmalar komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

yumşaq inventarların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il avqustun 17-si saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1263.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

işlənmiş təkər, zəncir və takelaj dəstlərinin satın alınması məqsədilə müsabiqə elan edirMüsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil ol-

maqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il avqustun 17-si saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan-Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.Əlaqə telefonu- (012) 404-37-00, daxili: 1263.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASCŞəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi obyekti tərkibində səth sularını layihə ərazisindən kənarlaşdırmaq üçün qapalı kollektor və

suyığıcıların qurğularla birlikdə tikintisinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIRTəkliflərin qiymətləndirilməsində aşa-

ğıdakı meyarlara üstünlük veriləcəkdir:- aşağı qiymət, yüksək keyfiyyət,

müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs - Emin Quliyev.Ünvan -Bakı şəhəri, Moskva prospekti

69a, Tikilməkdə olan meliorasiya və irri-qasiya obyektlərinin birləşmiş müdiriyyəti.

E-mail: [email protected] 431-08-64; Faks 430-79-57.Maraqlananlar tenderin əsas şərtlər

toplusunu almaq üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan he-saba obyekt üzrə 200 (iki yüz) manat məbləğdə vəsait ödədikdən sonra ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-Tikilməkdə olan meliorasi-ya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti.

VÖEN- 1300300711 H/h- AZ 10 IBAZ 380700194497

16100216

Bankın adı-Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı

M/h- AZ03NABZ 01350100000000002944

VÖEN -9900001881 SWIFT : IBAZAZ2Х (AZIPS-in

üzvü) İddiaçılar tenderdə iştirak üçün aşağı-

dakı sənədləri təqdim etməlidirlər:- iştirak haqqının ödənilməsini təsdiq

edən bank sənədi;- tender təklifi (tender təklifi zərflərin

açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış ;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haq-qında vergi orqanları tərəfindən verilmiş maliyyə hesabatının surəti,;

- maliyyə vəziyyəti barədə bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub-likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarı-şın, nizamnamənin və şəhadətnamənin surəti.

İddiaçılar qeyd olunan sənədləri 4 sentyabr 2020-ci il saat 18.00-а qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 14 sentyabr 2020-ci il saat 17.00-а qədər ikiqat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.

Təklif zərfləri 15 sentyabr 2020-ci il saat 15.00-dа Bakı şəhəri, hökumət evi, V mərtəbədə açılacaqdır .

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedu-runda iştirak edə bilərlər.

Türkiyə HHQ-nin nümayəndələri Gəncə şəhərinə gəliblər

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin plan-laşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

“Xalq qəzeti”

“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.

Page 16: Müqəddəs Qurban bayramınız mübarək! 31 july OPT.pdf · təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların

31 iyul 2020-ci il, cümə

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

5923

1799

40 qəpik

ABŞ

Mark Esperin bəyanatı ABŞ Almani-

yadan çıxaracağı 11,9 min hərbçidən 6,4 minini ölkəyə qaytaracaq. Bu bəyanatla ABŞ-ın Müdafiə naziri Mark Esper çıxış edib. Nazir qeyd edib ki, qalan hərbçilər İta-

liya və Belçikada yerləşdiriləcək. Pentaqon rəhbəri bildirib ki, ABŞ Prezidenti Donald Tramp hərbçilərin Almaniyadan çıxarılması planını dəstəkləyib və müttəfiqlər bu barədə rəsmən məlumatlandırılıb.

Məlumatı CNN yayıb.

“Windows”da səhv aşkarlanıb“Microsoft” şirkəti

“Windows” əməliyyat sisteminin yeni ver-siyalarında kritik təhlükəsizlik səhvi aşkarlayıb. ABŞ şirkəti əməliyyat sistemlərinin cari versiyaları ilə bağlı problemlər haqqında xəbərdar olduğunu təsdiqləyib. Şirkətin açıqlamasında bildirilib ki, onu düzəldən təhlükəsizlik paketləri əməliyyat sis-teminin növbəti yeniləməsində əlçatan olacaq. Şirkətin mütəxəssisləri yeni təhlükəsizlik paketi çıxarılana kimi istifadəçilərə səhv mesajı görünən kimi sistemi yenidən yükləməyi tövsiyə ediblər.

Xəbəri “Hi-news” verib.

Fransa

Müştərək layihə Fransanın

cənubunda ITER adlı dünyanın ən böyük ekspe-rimental istilik-nüvə reaktoru quraşdırılır. Onun 2025-ci ildə istifadəyə verilməsi və ilk plazmanın

əldə olunması planlaşdırılır. Layihə Avropa İttifaqı ölkələri, Çin, Rusiya, Hindistan, Koreya Respublikası, Yaponiya və ABŞ arasında beynəlxalq saziş əsasında həyata keçirilir. Layihənin məqsədi istilik-nüvə enerjisinin sənaye miqyas-larında istifadəsini nümayiş etdirməkdir.

Xəbəri “Naukatv” verib.

Almaniya

Demoqrafik göstərici ilə bağlı hesabat Almaniya Fe-

deral Statistika İdarəsi əhalinin demoqrafik mənzərəsində baş vermiş dəyişikliklər barədə he-sabat dərc edib. Hesabata əsasən, ölkədə əhalinin orta hesabla hər dörd nəfərindən biri miqrant mənşəlidir. Bildirilir ki, ölkə əhalisinin 65 faizi Avropa, 22 faizi Asiya, 5 faizi Afrika ölkələrindən, 3 faizi Amerika və Avstraliyadan olan miqrant köklərə malik insanlardır. Almaniyada əslən Türkiyədən (13 faiz), Polşadan (11 faiz) və Rusiyadan (7 faiz) olan vətəndaşların sayı daha çoxdur.

Xəbəri “Euronews” verib.

İngiltərə

“Çelsi” Oblakla maraqlanırMadridin

“Atletiko” klu-bunun qapıçı-sı Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər. Bildirilir ki, Londonun “Çelsi” klubu

sloveniyalı qapıçı ilə yaxından maraqlanır. “Atletiko”nun prezidenti Enriko Sereso bu məlumatı təsdiqləyərək deyib: “Oblak dünya səviyyəli qapıçıdır. Aparıcı klubların onunla maraqlanması normal haldır”.

Xəbəri “Football.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 İyulun 31-də ÂBakıda və Abşeron yarımadasında

əsasən yağmursuz keçəcəyi gözlənilir. Müla-yim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-23, gündüz 30-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcəyə çatacaq.

ÂNaxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 17-22, gündüz 33-38 dərəcə isti olacaq.

ÂYuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağaca-ğı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-15 , gündüz 20-25 dərəcə isti olacaq.

ÂQazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

ÂBalakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayon-

larında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ara-bir güclənəcək. Gecə 17-22, gündüz 25-30, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

ÂMərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

ÂMasallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 21-24, gündüz 29-34, dağlarda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.

16

Biləsuvardan Niftulla Əzizov dostu Mirhəmid Həmidova qardaşı

BÖYÜKAĞA HƏMİDOVUN

Sabirabadda vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

9 “SAFARİ-S.S” MMC–yə məxsus bütün sənədlər itdiyi üçün etibarsız sayılır. VÖEN-2000525021.

9 2019-cu ildə keçmiş Vergilər Nazirliyi tərəfindən Əliyev Faiq Şirməmməd oğlunun adına verilmiş 040634 nömrəli xidməti vəsiqə itdiyi üçün etibarsız sayılır.

Çexiyada qasırğa fəsadlar törədib � Çexiyaya

güclü qasırğa gəlib. Şiddətli külək, güclü və aramsız yağan yağışlar ölkənin bir neçə rayonunu əhatə edib.

Təbii fəlakət nəticəsində elektrik dirəkləri və ağaclar aşıb.Evlərin dam örtükləri uçub. Onlarca ev işıqsız qalıb.

Ölkədə qatarların hərəkəti dayandırılıb. Onlar-ca aviareys təxirə salınıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Qax Rayon İcra Hakimiyyətiyolların əsaslı təmirinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDIRTender 1 lot üzrə keçirilir.Lot -1. Qax şəhərinin Azərbaycan pros-

pekti, Ş.Rustavelli, İ.Şamil küçələrində, o cümlədən H.Əliyev prospektindəki döngələrdə yolların təmiri işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanla-ra malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını dövlət satınalmalarının vahid internet portalına (portal) elektron və asan imzalarla daxil olub “Asan ödəniş” vəsitəsilə aşağı-da göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs- Tağıyev Elbrus Ramiz oğlu.

Ünvan- Qax şəhəri, Azərbaycan prospekti 32.

E-mail: [email protected] Tel-iş 0242553392

İştirak haqqı 150 manatdır.Tenderdə iştirak haqqının ödənilməsi

üçün satınalan təşilatın bank rekvizitləri:Dövlət Xəzinədarlığı AgentliyiKOD -210005VÖEN- 1401555071M/h- AZ41NABZ01360100000000003944S.W.İ.F.T.BİK CTREAZ22H/h-AZ89CTRE00000000000002510431VÖEN-4300015071İştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:-iddiaçıların tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalı-dır);

-tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

- İddiaçıların son bir ildəki fəaliyyəti haqqında (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir.) İddi-açılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haq-qında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçı-lar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 24 avqust 2020-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 1 sentyabr 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıla-rın təklifləri 2 sentyabr 2020-ci il saat 11.00-da açılaçaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 2020-ci il avqustun 4-dən sonra əldə etmək olar.

Tender komissiyası

İqtisadiyyatda müsbət dinamikanın qorunması diqqət mərkəzindədir

Ekspertlər neftin qiymətinin kəskin ucuzlaşmasına, qlobal pande-miyanın təsirindən bir çox sahələrin fəaliyyətlərinə məhdudiyyətlər qoyul-masına, gəlirlərin azalmasına baxmaya-raq, yarım il ərzində dövlət büdcəsinin icrasında çətinliyin yaranmamasını ölkədə iqtisadi proqramların uğurlu icrası ilə əlaqələndirir və burada iqtisa-diyyatın şaxələndirilməsi siyasətinə xü-susi diqqət çəkirlər. Bildirirlər ki, isla-hatların vaxtında gerçəkləşdirilməsinin nəticəsidir ki, cari ilin 6 ayında kənd təsərrüfatı 2,2 faiz, qeyri-neft sənayesi isə 11 faiz artıb.

Bundan başqa, pandemiya şəraitində makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin, məşğulluğun saxlanılması və inkişafı, büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisi-yaların dəstəklənməsi, habelə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ciddi addımlar atılması da

iqtisadi dinamikaya öz müsbət təsirini göstərib.

Hesabat dövründə vergi və gömrük orqanları xətti ilə ilin əvvəlində proqnoz-da nəzərdə tutulduğundan 425 milyon manat əlavə vəsaitin dövlət büdcəsinə mədaxil olunması da yuxarıda vur-ğulanan məsələ–ölkədə kölgə iqtisa-diyyatının azalmasının göstəricisidir. Eyni zamanda, ötən altı ay ərzində qeyri-neft ÜDM-in 2,1 faiz azalmasına baxmayaraq, ticarət əməliyyatlarında rəsmiləşdirilmələrin şəffaflaşdırılması sayəsində ƏDV depozit hesabına mədaxilin 6,8 faiz artması və digər tədbirlər dövlət büdcəsi qarşısındakı müasir dövrün çağırışlarına uyğun yeni öhdəliklərin icrasını şərtləndirib.

Digər statistik rəqəmlərə də diqqət yetirsək, müsbət dinamika aydın nəzərə çarpar. Məsələn, bu ilin yan-var-iyun aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı

11,2 faiz artıb. Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda, 32,1 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isteh-sal olunub.

Yeri gəlmişkən, iqtisadiyyatda nəzərə çarpan müsbət dinamikanın nəticəsidir ki, yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 milyard 377,8 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artıb.

Burada bir məqamı da qeyd etmək istərdik. Son illərdə respublikada yaradılan əlverişli biznes və investisiya

mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inki-şafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırıb. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. Ölkəmizin təşəbbüskarı olduğu trans-milli layihələr də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mü-hüm rol oynayıb. Məhz bütün bunların nəticəsidir ki, ilin ilk yarısında neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 17,5 faiz artıb.

Xatırladaq ki, əsas kapitala yönəldilən vəsaitlərin 3 milyard 501,8

milyon manatını və ya 58,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapi-tala yönəldilən vəsaitlərin 3 milyard 577,3 milyon manatı və ya 60,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,6 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.

Bu ilin ilin yanvar-iyun aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, “Əhmədli” elektrik yarımstansiyası, Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı və qoruyucu kombinezonla-rın istehsalı müəssisəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Şəkidə 200 çarpayı-lıq tibb ocağı, Abşeronda modul tipli xəstəxana, Ağcabədidə “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafada “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Komp-leksi, Qazaxda əhəng zavodu, Şəmkirdə “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlərin istifadəyə verilməsi də dövlətin investisiya siyasətinin uğurla reallaşdırılmasının məntiqi nəticəsidir.

V. BAYRAMOV, “Xalq qəzeti”

Nazirlər Kabinetinin 2020-ci ilin ilk yarısının yekunlarına həsr olunan iclasında ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər təhlil edilərkən belə bir qənaət hasil

olur ki, cari ilin mart ayından başlayaraq ölkə iqtisadiyyatı güc-lü xarici iqtisadi şokların təzyiqi ilə üzləşib. Bu, bir tərəfdən nef-tin qiymətinin kəskin şəkildə enməsi, digər tərəfdən COVID-19 pandemiyasının yayılması, eyni zamanda, bütövlükdə dünyada iqtisadi inkişafla bağlı kapitalın səmərəliliyinin kəskin şəkildə azalması ilə özünü biruzə verib. Bütün bunlara baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda müsbət dinamika qorunub saxlanılıb. Başqa sözlə, hesabat dövründə düşünülən iqtisadi idarəetmə, əlverişli büdcə-vergi siyasəti, valyuta bazarındakı vəziyyətlə bağlı müsbət tendensiya böhra-nın meydana çıxmasını əngəlləyib.

Rusiyada güclü yağışlar

Bundan əlavə, Sverd-lovsk, Tomsk, Kemerovo vilayətlərində, Altay və Kros-noyarsk diyarlarında da güclü, aramsız yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Maqa-danda isə 2 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılıb.

Paytaxt Moskvada isə yağış yağacağı , havanın tem-peraturunun 5-6 dərəcə aşağı düşəcəyi ehtimalı var.

Qəzənfər QASIMOV, Xalq qəzeti”

Rusiya Hidrometeorologiya Mərkəzinin laboratoriya müdiri Lyudmila Parşina “Rossiyskaya qazeta”ya verdiyi müsahibəsində bildirib ki, yaxın iki-üç gün ərzində Rusiyanın Kareliya, Leninqrad, Smolensk,Tver, Yaroslavl, Bryansk, Pskov və Novqorod vilayətlərində güclü və aramsız yağışlar yağacağı gözlənilir.