parlayan günəş bu sayda...bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa...

17
Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir: Seyyid Məhəmməd Cavad Haşiminijad Əşrəfi Baş redaktor: Höccətül-İslam Höccət Müdərrisi İcraçı direktor: Firəngiz Zeynəli Redaktor: Novruzov Vüsat Redaksiya heyəti: Məcidov Məhəmməd Həsənov Ceyhun Novruzov Vüsat Dizayn: C. Həsənov Naşir: Qüds mədəniyyət müəssisəsi Ünvan: İran İslam Respublikası, Məşhəd şəhəri, İmam Rzanın (ə) müqəddəs hərəmi Tel.: +98-51-32213474; +98-51-32259090 Faks:+98-51-32219900 Sayt: www. imamrezashrine.aqr.ir E-mail: iro@ imamrezashrine.com Bu sayda Tövbənin həqiqəti-----------------------------2 İmam Baqirin (ə) həyatı----------------------4 Nurani hədislər -------------------------------6 İmam Rzanın (ə) kəramətlərindən ---------8 İmam Mehdinin (ə.f) xüsusi nümayəndələrinin əsas vəzifə və fəaliyyətləri--------------------------------10 İlahi ədalət------------------------------------12 Müsafir namazı haqqında-------------------14 Rəcəb ayının gündəlik duası----------------16 Ailədə güzəşt---------------------------------18 Ayətullah Cavadi Amulinin həyatı---------20 Kazimeyn ziyarətgahı haqqında------------22 İnsanın yaranışının sirri---------------------24 İmam Əlinin (ə) mövludu-------------------26 Məbəs bayramı-------------------------------27 Uşaq səhifəsi----------------------------------28 Təqvim-----------------------------------------30 Sorğu-------------------------------------------31 Müsabiqə--------------------------------------32

Upload: others

Post on 07-Jul-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Parlayan Günəşaylıq jurnal

Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmiMəsul müdir: Seyyid Məhəmməd Cavad Haşiminijad ƏşrəfiBaş redaktor: Höccətül-İslam Höccət Müdərrisiİcraçı direktor: Firəngiz ZeynəliRedaktor: Novruzov VüsatRedaksiya heyəti:Məcidov MəhəmmədHəsənov CeyhunNovruzov VüsatDizayn: C. HəsənovNaşir: Qüds mədəniyyət müəssisəsiÜnvan: İran İslam Respublikası, Məşhəd şəhəri, İmam Rzanın (ə) müqəddəs hərəmiTel.: +98-51-32213474; +98-51-32259090Faks:+98-51-32219900Sayt: www. imamrezashrine.aqr.irE-mail: iro@ imamrezashrine.com

Bu sayda

Tövbənin həqiqəti-----------------------------2İmam Baqirin (ə) həyatı----------------------4Nurani hədislər -------------------------------6İmam Rzanın (ə) kəramətlərindən ---------8İmam Mehdinin (ə.f) xüsusi

nümayəndələrinin əsas vəzifə və fəaliyyətləri--------------------------------10

İlahi ədalət------------------------------------12Müsafir namazı haqqında-------------------14Rəcəb ayının gündəlik duası----------------16Ailədə güzəşt---------------------------------18Ayətullah Cavadi Amulinin həyatı---------20Kazimeyn ziyarətgahı haqqında------------22İnsanın yaranışının sirri---------------------24İmam Əlinin (ə) mövludu-------------------26Məbəs bayramı-------------------------------27Uşaq səhifəsi----------------------------------28Təqvim-----------------------------------------30Sorğu-------------------------------------------31Müsabiqə--------------------------------------32

1

Page 2: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Allah-təala Ənam surəsinin 54-cü ayəsində buyurur:

وإذا جاءك الذين يـؤمنون بآياتنا فـقل سلم عليكم كتب ربكم على نـفسه الرحمة أنه من عمل منكمسوءا بجهالة ثم تاب من بـعده وأصلح فأنه غفور رحيم

Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz rəhmli olmağı Özünə vacib etmişdir. Sizlərdən hər kəs pis iş görsə,

sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah bağışlayandır, mehribandır!”

Tövbənin həqiqəti

Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs təkəbbür, inad və lovğalıq üzündən Allaha günah etməz. Ayədə Allah “sonra tövbə edib düzəlsə”, – deyə buyurmuşdur. Bu da onu göstərir ki, tövbə keçmiş səhvləri düzəltmək və yanlışları aradan qaldırmaqdır. Çünki həqiqətən, Allaha dönüb Ona sığınıbsa, yenidən özünü tövbə edib təmizlədiyi günahın çirkinliyinin ağuşuna atıb bulaşdırmaz. Tövbənin mənası budur. Tövbə təkcə dildə “Allaha tövbə edirəm” deyib qəlbən heç bir islah və düzəlmək niyyəti olmadan tövbə sayılmaz. Belə ki, Allah-təala “Bəqərə” surəsinin 284-cü ayəsində belə buyurmuşdur: “Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək”. İmam Sadiq (ə) buyurmuşdur: Ölməzdən əvvəl Allaha doğru qayıdıb tövbə edən bəndəyə Allah rəhmət etsin. Çünki bu tövbəsinə görə Allah Özünə layiqli bəndəsi ilə bağlı bir haqqı vacib edərək buyurmuşdur: “Rəbbiniz rəhmli olmağı Özünə vacib etmişdir. Sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah bağışlayandır, mehribandır!” Habelə Allah-təala buyurmuşdur: “Pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmaq diləyən şəxs Allahın bağışlayan, mərhəmətli olduğunu görər.” (Nisa surəsi, 110-cu ayə).1 Bu ayəyə əsasən, cahillik üzündən baş vermiş əməllərə görə tövbə edildikdə, qəbul edilir. Bilməzlik mənasını verən cahillik bəzən elm və məlumatın qarşılığı kimi işlədilir. Bu söz bəzən məlumat və bilgisinin bilgi sahibinə heç bir təsir göstərmədiyi, məlumatsız

1- Əl-Mizan təfsiri, cild7, səh. 107-113

insanlar kimi davranan, çirkin və pis işləri sanki onun çirkinliyindən xəbəri olmayan insan kimi həyata keçirən, onları gözəl və bəyənilən işlər kimi icra edən məlumatlı insan haqqında da işlədilir. Başqa sözlə desək, insanın çirkin və pis işlərlə bağlı dərk və düşüncəsi daxili istəklərinin əsarətinə məruz qaldıqda, üsyankar instinktlər ağıl və düşüncəsini öz təsiri altına aldıqda, ehtiras, qəzəb və nəfsani istəklər insanın həyat devizinə çevrildikdə onu cahil edir. Quranda və el arasında ağıl, elm və məlumatları olsa belə, bu cür insanlara cahil və nadan deyilir, nadanlıqlarından qaynaqlanan davranışlar cahil davranışlar hesab edilir. Nə etdiyini bilən və tutduğu əməlin çirkinliyindən xəbərdar olmasına baxmayaraq, ağıl və düşüncəsi nəfsani istəklərinin əsarətinə məruz qalmış gəncə də cahil və nadan deyilir. Bu şərhdən belə məlum olur ki, günahkar fərdin etdiyi çirkin əməllər iki qrupa bölünür:

1. Gənclik instinktlərinin təsirinə məruz qalmış gəncin nəfsani istəklərinə uyub tutduğu çirkin əməl. Bu əməl cahilcəsinə əməl olsa da, inadkarlıq və təkəbbürlükdən qaynaqlanmır. Buna görə də qəzəb və ehtiras odu söndükdən, cəhalət pərdəsi qalxdıqdan sonra tez peşman olur. Şübhəsiz ki, bu cür insanın tövbəsi qəbul olur və Haqqın rəhməti onu əhatə edir.

2. Nəfsani istəklər və instinktlərin təsirindən deyil, inadkarlıq və təkəbbürlükdən qaynaqlanan çirkin və pis işlər. Daxili xəyanət, təkəbbür bu cür insanı xoşagəlməz işlərə vadar edir. Bu xislət adətən insanın ömrünün sonuna qədər onunla birlikdə olur, gənclik dövrünün ehtiras və nəfsani istəklərinin odu sönsə də, o sönmür. Şübhəsiz ki, belə əməllər tövbə ilə sona yetmir, Allahın sonsuz rəhmətini qazandırmır. 2

2- Mənşuri-cavid təfsiri, cild 8, səh. 237

2 3Qurani-Kərim

Page 3: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

1- Adı: Məhəmməd (əleyhis-salam) (Həzrət Peyğəmbəri-Əkrəm (s) onun adını hələ doğulmamışdan qabaq Məhəmməd, ləqəbini isə Baqir qoymuşdur.)

2- Məşhur ləqəbi: Baqir (ə), Baqirül-ülum3- Məşhur künyəsi: Əbu Cəfər (ə)4- Anadan olduğu yer: Mədineyi-

Münəvvərə (indiki Səudiyyə Ərəbistanındakı Mədinə şəhəri)

5- Anadan olduğu il: 57-ci hicri qəməri ili (miladi 677-ci il), Rəcəb ayının 1-i

6- Əziz anası: Həzrət Ümmü Abdullah (Fatimə) (Allahın rəhmət və bərəkəti üzərinə olsun).

7- Kəramətli atası: 4-cü İmam həzrət Zeynül-abidin (Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun)

8- Əzəmətli babası: 3-cü İmam həzrət Hüseyn (Allahın salamı, rəhmət və bərəkəti üzərinə olsun)

İmam Baqir (ə) ömrünün 4 ilini babasının imaməti dövründə, 34 ilini də atasının imaməti dövründə yaşadı (38 yaşına kimi).

9- Ömür gün yoldaşı və 6-cı İmam həzrət Cəfər Sadiq (əleyhis-salam)-ın anası: Həzrət Ümmü Fərvə (Allahın rəhmət və bərəkəti üzərinə olsun)

10- Övladları: dörd oğlan, iki qız11- İmamət dövrü: 19 il (95-114-cü illər)

38 yaşından 57 yaşına kimi12- Həyatı iki hissəyə bölünür:1- İmamətdən əvvəlki dövr (57-95-ci hicri

qəməri illəri, miladi 677-714-cü illər)2- İmamət dövrü (95-114-cü hicri qəməri

illəri, miladi 714-732-ci illər)57-61-ci illər (4 il) babası 3-cü İmam həzrət

Hüseyn (əleyhis-salam)-ın mübarək imamət dövrü

61-95-ci illər (34) il atası 4-cü İmam həzrət Zeynül-abidin (əleyhis-salam)-ın mübarək imamət dövrü

95-114-cü illər (19 il) lənətlik Əməvi xilafəti dövründə

13- Şəhadət tarixi: 7 zil-hiccə, 114-cü hicri qəməri ili (miladi 733-cü il), 57 yaşında

14- Şəhadət səbəbi: Əməvi xəlifəsi məlun Hişam ibn Əbdülməlikin əmri ilə zəhərləndirilmişdir.

15- Şəhid olduğu yer: Mədinə şəhəri

16- Müqəddəs məzarı: Mədinədə Bəqi qəbiristanlığında, həzrət Peyğəmbərin (s) müqəddəs ziyarətgahının yanında1

17- Ən böyük möcüzəsi: Qurani-Kərimin təfsiri, Rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsini dirçəltməsi, İslam elmlərini yayması

18- İmam Baqir (əleyhis-salam)-ın mirası olan ilahi elmlər xəzinəsini özündə cəm edən hədislər: O həzrətin yüzlərlə tələbələri tərəfindən müxtəlif mövzularda yüz minlərlə hədis nəql olunmuşdur ki, onlardan minlərlə hədis bugünkü zamanımıza kimi müxtəlif qədimi hədis kitablarında mövcuddur.

19- İmam Baqir (əleyhis-salam)-ın və Əhli-Beytin (ə) mübarək hədislərinin toplandığı bəzi məşhur hədis kitabları:

1. “Kafi”; hədislərin sayı: 16199 (on altı min yüz

doxsan doqquz); müəllif: Məhəmməd ibni Yəqub Kuleyni (r); vəfatı: hicrətin 329-cu ili.

2. “Mən la yəhzuruhul fəqih”;hədislərin sayı: 5963 (beş min doqquz yüz

altmış üç); müəllif: Şeyx Səduq (r); vəfatı: hicrətin 381-ci ili.

3. “Təhzib”;hədislərin sayı: 13590 (on üç min beş yüz

doxsan); müəllif: Şeyx Tusi (r); təvəllüd və vəfatı: hicrətin 385-460-cı ili.

1- Bəqi qəbiristanlığında İmam Həsən (ə), İmam Zeynül-abidin (ə), İmam Məhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin (ə) mübarək qəbirləri yan-yanadır. Əvvəllər müsəlmanlar bu qəbirlərin üzərində eynilə Rəsulullahın (s) müqəddəs qəbrinin üzərində ucaltdığı kimi ziyarətgah ucaltmışdırlar. Milyonlarla həzrət Rəsulullahı (s) ziyarət edərkən, çox qısa məsafədə olan Bəqi qəbiristanlığındakı Əhli-Beyt İmamlarını (ə) da ziyarət edərdilər. Əhli-Beyt (ə) düşməni olan vəhhabilər təqribən yüz il bundan əvvəl hakimiyyəti ələ keçirdikdən sonra, bu müqəddəs ziyarətgahları dağıtdılar.

4. “İstibsar”;hədislərin sayı: 5511 (beş min beş yüz on

bir); müəllif: Şeyx Tusi (r); təvəllüd və vəfatı: hicrətin 385-460-cı ili.

5. “Vəsailüş-Şiə”; hədislərin sayı: 35868 (otuz beş min səkkiz

yüz altmış səkkiz); müəllif: Şeyx Hürr Amuli (r); təvəllüd və vəfatı: hicrətin 1033-1104-cü ili.

6. “Biharül-Ənvar”; Bu əzəmətli kitab 110 (yüz on) cilddən

ibarətdir və İslam dünyasının ən böyük hədis kitabı sayılır. Müəllif kitabı 40 (qırx) il ərzində yazmışdır. Hədislərin sayını nə qədər araşdırsaq da əldə edə bilmədik. Müəllif: Əllamə Məclisi (r.ə); təvəllüd və vəfatı: hicrətin 1037-1111-ci ili.

7. “Vafi”; hədislərin sayı: 50 000 (əlli min); müəllif:

Şeyx Feyz Kaşani (r.ə); təvəllüd və vəfatı: hicrətin 1007-1091-ci ili.

8. “Mizanul Hikmət” ;2 hədislərin sayı: 23 000 (iyirmi üç min);

müəllif: Ayətullah Məhəmmədi Reyşəhri (Allah ömrünü uzun etsin).

Həmçinin yüzlərlə digər mötəbər və möhtəşəm hədis kitablarında həzrət Rəsulullah (s) və onun məsum Əhli-Beytindən (ə) bizə yadigar qalan hikmətli kəlamlar qorunub saxlanmaqdadır.

2- Bu əzəmətli kitabın xülasəsi Azərbaycan dilinə tərcümə olunub. Həmçinin kitab tam olaraq Azərbaycan dilinə tərcümə olunmaqdadır.

Əhli-Beytin 5-ci İmamı

Həzrət Məhəmməd Baqir (əleyhis-salam)-ın

həyatı haqqında qısa məlumat

4 5Əhli-Beyt (ə) (14 Məsum)

Page 4: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Allahın Peyğəmbəri (s) buyurub: “Mən sizin aranızda iki ağır şey əmanət qoyub gedirəm. Əgər onlara arxalanıb istinad etsəniz, məndən sonra heç vaxt zəlalətə düşüb yolunuzu azmayacaqsınız. Onlardan biri digərindən daha böyükdür. Biri Allahın kitabı (Quran)-dır ki, bir ip (rabitə ipi) kimi asimandan yerə tərəf çəkilmişdir. Digəri isə mənim Əhli-Beytim, itrətimdir. Agah olun ki, bu iki əmanət (Cənnətdə) Kövsər hovuzunun yanında mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar.” 1

İmam Baqir (ə) buyurub: “Bəndə Allahdan bir hacət diləyən zaman Allah-təala öz şəninə görə yaxın gələcəkdə, ya bir qədər təxirə salaraq onun duasını qəbul edər. Amma, bəndə sonradan günah edər. Belə olan halda Allah-təala Mələyə deyər: Onun diləyini yerinə yetirmə və onu (nemətdən) məhrum et. Çünki o, özünü Mənim qəzəbimə düçar etdi və Mənim tərəfimdən məhrumiyyətə layiq oldu.”2

İmam Baqir (ə) buyurub: “Vallah, Allah-təala insanlardan yalnız iki şey – nemətlərini daha da artırmaq üçün onlara görə şükr etmələrini və günahlarını bağışlamaq üçün günahlarını etiraf etmələrini istəyib.”3

İmam Kazım (ə) buyurub: “Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və

1- Biharul-Ənvar, cild 23, səh. 106, hədis 7 2- Biharul-Ənvar, cild 75, səh. 329, hədis 113- Əl-Kafi, cild 2, səh. 426, hədis 2

çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.”4

İmam Kazım (ə) buyurub: “Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-təala ilə görüşər.”5

İmam Cavad (ə) buyurub: “Din qardaşları ilə görüşmək, qısa olsa belə, əqlin çiçəklənməsinə və bar verməsinə səbəb olar.”6

İmam Cavad (ə) buyurub: “Bir şeyi möhkəmlənməmiş və sabit olmamış üzə çıxarmaq, onun korlanmasına gətirib çıxarar.”7

İmam Hadi (ə) buyurub: “İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çünki sənin qəlbin başqalarına münasibətdə necədirsə başqalarının da qəlbi sənə qarşı elədir.”8

İmam Hadi (ə) buyurub: “Şükr edən, öz şükrünün bərəkətindən, onun şükrünə səbəb olan nemətdən daha çox səadət qazanar. Çünki nemətlər dünya malıdır, amma şükr, nemətləri özü ilə axirətə aparar.”9

4- Mizanul-Hikmət (xülasəsi) hədis 8945- Biharul-Ənvar, cild 67, səh. 242, hədis 826- Biharul-Ənvar, cild 74, səh. 353, hədis 267- Biharul-Ənvar, cild 75, səh. 71, hədis 138- Biharul-Ənvar, cild 74, səh. 1819- Tuhəful-Uqul, səh. 483

6 7Nurani hədislər

Page 5: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Ayətullah şeyx Həbibullah Gülpayqaninin təhsili İsfahan şəhərində sona yetdi. Təhsilindən sonra Məşhəd şəhərinə hicrət etdi. Məşhədə gələndən sonra Gövhərşad məscidində imamcamaat vəzifəsində çalışır və mədrəsələrin birində fiqh, hədis, təfsir və əxlaq dərslərini tədris edirdi. O böyük alim, müctəhid 1384-cü hicri qəməri ilinin Cəmadiüs-sani ayının 23-ü (30 oktyabr 1964-cü miladi ilində) vəfat etdi və İmam Rzanın (ə) mübarək hərəmində torpağa tapşırıldı.

Höccətül-İslam Salehi 1371-ci hicri şəmsi ili (miladi 1992-ci il), Ramazan ayının 21-i, Qədr gecəsi, Qum şəhərinin Müsəllaye Qüds adlanan yerində şeyx Həbibullah Gülpayqani barəsində buyurmuşdu:

“Özüm şahid olmuşam ki, çarəsiz, əlacı olmayan xəstələr Gövhərşad məscidində namaz qurtarandan sonra şeyxə yaxınlaşaraq ondan istəyirdilər ki, Allahdan onlar üçün şəfa istəsin. O böyük alim öz mübarək əlini hər hansı bir xəstənin üzərinə çəkərdisə, bədəni tərləyər və şəfa tapardı.”

Ağa Salehi Xansari, o böyük mərceyi-təqlid olan alimin dilindən nəql edir və deyir: Bir

vaxt mən ondan bunun fəlsəfəsi barədə soruşdum.

O belə cavab verdi: “40 il müddətində gecə namazlarımın hamısını İmam Rzanın (ə) hərəmində qılmışam və sübh tezdən hərəmin qapıları açılan vaxt O həzrəti ilk ziyarət edənlərdən olmuşam. Bir dəfə bir həftə xəstələnmişdim, elə bir xəstəlik ki, hərəmə getməyə belə taqətim yox idi. Bir gün evimin pəncərəsindən baxanda gözlərim hərəmə sataşdı. Üzümü hərəmə tərəf tutdum və ərz etdim: Ağa! Özünüz bilirsiniz ki, 40 il müddətində hər gecə sizin zəvvarınız olmuşam, amma bir həftə olar ki, xəstəyəm. Sizin ziyarətinizə gələ bilmədiyim üçün üzr istəyirəm!”

Şeyx Həbibullah deyir: “Yuxuya dalmışdım. Birdə gördüm ki, İmam Rza (ə) əlində gözəl bir gül, oturacaqda əyləşib və iki xadim də İmam Rzanın (ə) qarşısında dayanıblar. Həzrət (ə) gülü xadimlərin birinə verdi ki, onu mənə versin. Elə ki, gülü əlimə aldım özümdə bir rahatlıq hiss etdim. İstəmədən yuxudan oyandım. Otaqda gözəl bir ətir iyi və İmamın (ə) mənə yuxuda verdiyi gül də əlimdə idi. Tamamilə sağalmışdım.

Ayağa qalxdım, həmişəki kimi hərəmə gəlib ibadətlə məşğul oldum ta ki, hərəmin qapıları açıldı. Yenə İmamı (ə) ilk ziyarət edənlərdən oldum. Ziyarətdən sonra camaat namazı üçün Gövhərşad məscidinə getdim.

Namazdan sonra gördüm ki, bir qrup xəstə insanlar qarşımı kəsib və deyirlər: “Şeyx Həbibullah! İmamın sənə verdiyi o gülü bizim bədənimizə sürt ki, biz də şəfa tapaq.” Bunların ki, hadisədən xəbərləri yox idi.

Amma bildim ki, bunları İmam Rza (ə) göndərib. Gülün yarpaqlarından onların bədəninə və üzünə sürtürdüm. Sonra görürdüm ki, onlar şəfa tapıblar. Elə o vaxtdan, o gülü həzrətdən aldığım əlimlə kimin üzərinə qoyurdumsa şəfa tapırdı.”

O deyir ki, Şeyx Həbibullaha dedim: “Bu gülü İmam (ə) xadimlərin birinə verdi ki, bunu sənə versinlər, elə o vaxtdan əlin şəfa verir. Gör İmam Rzanın (ə) özü bu gülü sənə versə idi nə olardı?”

Bu vaxt şeyx Həbibullah narahat oldu və dedi: “Vallah İmam (ə) özü ö gülü mənə versə idi, onun mübarək əli mənim əlimə dəysə idi, yəqinim var ki, əlim ölü cəsədə dəysəydi, onu belə canlandırardı.1

1- Gəncineye daneşməndan, (Məhəmmədşərif Razi), cild 7, səh. 512

İmam Rza (əleyhis-salam)-ın kəraməti

8 9İmam Rza (ə)

Page 6: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

(İkinci hissə)Məqalənin birinci hissəsində İmam Mehdinin

(ə.f) xüsusi nümayəndələrinin əsas vəzifə və fəaliyyətlərindən üçü haqqında söhbət etdik. 1. İmam Mehdinin (ə.f) adını və yerini gizli saxlamaq; 2. Vəkillərə (nümayəndələrə) rəhbərlik etmək; 3. İmama məxsus olan şəri vergilərin toplanıb paylanması. Bu məqalədə isə digər iki vəzifə haqqında izah veriləcək.

4. Fiqhi suallar və əqidəvi şübhələrə cavab vermək

İmam Mehdinin (ə.f) xüsusi nümayən-dələrinin fəaliyyəti təkcə qeyd etdiyimiz bəndlərlə qurtarmır. Onlar eyni zamanda müxtəlif şəri və fiqhi sullara cavab verir, əqidəvi çətinlikləri həll edir və müxaliflərin irəli sürdüyü şübhələri aradan qaldırırdılar. İmamın xüsusi nümayəndələri bu vəzifələri o Həzrətin təlimindən istifadə edərək öz yüksək elmləri sayəsində layiqincəsinə yerinə yeti-rirdilər. Bu nümayəndələrin həyatına qısa bir baxış onların bu sahədəki səy və uğurlarını çox yaxşı şəkildə oxucuya çatdırır. Onlar bir tərəfdən İmamın olmamasına dair yürüdülmüş iddiaları dəf edir, bu yolda bəzi vaxtlar məcbur olub İmamla gizli əlaqələrinin üstünü açır,1 bəzi vaxtlar isə bu barədə İmamdan məktub gələrək o Həzrətin özü onların köməyinə gəlirdi.2 Digər tərəfdən də, şiələrin müxtəlif şəri və fiqhi suallarını İmama göndərib onların cavabını öyrənir, sonra da camaata çatdırır-dılar. Nümunə olaraq İmamın Məhəmməd ibn Osmana yazdığı və onda İshaq ibn Yəqubun

1- Kəmalüddin, səh. 440–441.2- Əl-Qeybət, səh. 176–177

suallarına cavab verdiyi məktubu qeyd etmək olar.3 Həmçinin, İmamın Qum camaatının nümayəndəsi Məhəmməd ibn Abdullah ibn Cəfər Himyərinin suallarına verdiyi geniş məktubu da qeyd etmək olar.4

Qeyd etdiklərimizdən əlavə, bəzi vaxtlar xü-susi nümayəndələr müxaliflərlə elmi müba-hisələr edib onları məhkum edir və verdikləri cavabların İmamdan öyrəndiklərinə təkid edirdilər. Məsələn, Hüseyn ibn Ruh bir mübahisə zamanı İmam Hüseyn əleyhis-salamın şəhadətinə dair şübhə irəli sürmüş bir müxalifə çox gözəl cavab verir. Onun səhərisi gün isə bu cavabın onu öz şəxsi fikrinə əsasən, verilməsini güman edən bir şiəyə deyir: “Göydən yerə düşərək quşlara yem olmağım, yaxud şiddətli bir küləyin məni uzaqlara aparıb atması mənim üçün Allahın dinində şəxsi nəzərimi söyləməkdən daha yaxşıdır. Dünən eşitdiklərinin hamısı Allahın höccətinin (İmam Mehdinin (ə.f)) buyurduqlarıdır.” Həmçinin, o, əqaid elmində öz dövrünün görkəmli şəxslərindən birinin İmam Museyi-Kazim əleyhis-salamın şəhadətinin səbəbi, məsum İmamların qılıncla, yoxsa zəhərlə öldürülməsi və eləcə də, xanım Zəhranın (səlamullahi əleyha) Peyğəmbərin (səlləllahu əleyhi və alih) digər qızlarından üstün olmasının səbəbini soruşduqda, ona aydın və qaneedici cavab vermişdir. Belə ki, onun bu cavabı həmin şəxsi heyran qoymuş, nəticədə o, “bu barədə bundan gözəl və qısa cavab eşitməmişəm”,- demişdir.5

3- Ə’lamül-vəra, səh. 452–4534- Əl-Qeybət, səh. 229–2365- Əl-Qeybət, səh. 238–239

İmam Mehdinin (Allah zühurunu tezləşdirsin)

xüsusi nümayəndələrinin əsas vəzifə və fəaliyyətləri

10 11Məhdəvilik5. İmamın naibi olmaq haqda iddia

edənlərlə mübarizəQulat1 və İmamın nümayəndəsi olub onunla

camaat arasında bir vasitə olmaq haqda iddia edənlərə qarşı mübarizəni də, xüsusi nümayəndələrin fəaliyyəti sırasına daxil etmək lazımdır. İmam Əliyyən-Nəqi əleyhis-salamın həyatından danışarkən qeyd etdik ki, yolunu azmış və bir sıra məqampərəst şəxslər İmamları Allah səviyyəsinə çatdırmaq kimi əsassız məsələləri irəli sürməklə özlərini onların nümayəndəsi, onların bəndələr arasındakı vasitəçisi adlandıraraq İmamın adı ilə camaatdan xüms və bu kimi şəri vergiləri təhvil alırdılar. Təbii ki, bu məsələ də, şiənin adını ləkələyərək İmamlar üçün bir sıra çətinliklər yaradırdı. Kiçik qeyb dövründə bunlardan əlavə, özlərini yalandan İmamın xüsusi nümayəndəsi adlandıran şəxslər də meydana çıxır. Onlar İmama məxsus olan əmlakda yersiz təsərrüf edir, fiqhi və əqidəvi məsələlərdə azdırıcı və həqiqətdənkənar sözlər deyirdilər. Belə olduqda İmamın xüsusi nümayəndələri İmamın öz göstərişi ilə onlarla mübarizə etməyə başladılar. Bəzi vaxtlar onların qeyri-məqbul və lənətlənmələrinə dair İmamdan məktublar da gəlirdi. Əbu Məhəmməd Şərii, Məhəmməd ibn Nəsir

1- Əqidədə yollarını azmış bir qrup

Nümeyri, Əhməd ibn Hilal Kərxi, Əbu Tahir Məhəmməd ibn Əli ibn Bilal, Hüseyn ibn Mənsur Həllac və Məhəmməd ibn Şəlməğani bu cür şəxslərdən olmuşlar.2 Adını sonda qeyd etdiyimiz Şəlməğani əvvəllər şiə fəqihlərindən olmuş və hətta “Təklif” adlı bir kitab da yazmışdı. Lakin sonradan yolunu azıb ifrat dərəcəsinə vararaq küframiz iddialar irəli sürmüşdür. O cümlədən “Ruhun başqa bədənə keçməsi” nəzəriyyəsinə təkid edərək deyirdi ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhu (ikinci nümayəndə) Məhəmməd ibn Osmanın, Əli əleyhis-salamın ruhu (üçüncü nümayəndə) Hüseyn ibn Ruhun, xanım Fatimeyi-Zəhranın (səlamullahi əleyha) ruhu isə Məhəmməd ibn Osmanın qızı Ümmü-Külsümün bədəninə keçmişdir. Hüseyn ibn Ruh onun bu fikrini kafirlik əqidəsi hesab etmiş, onu məsihilərin əqidələrindən sayaraq Şəlməğaninin batil fikirlərini öz tayfası arasında ifşa edərək onu rüsvay edir. Şəlməğaninin ziyankar təbliğatı nəticəsində hicrətin üç yüz on ikinci ilinin zil-hiccə ayında İmam Mehdidən (ə.f) onun kafir və mürtəd (dindən çıxmış) olması haqqında Hüseyn ibn Ruha bir məktub gəlir. Nəhayət hicrətin üç yüz iyirmi üçüncü ilində Şəlməğani öldürülür.3

2- Əl-Qeybət, səh. 2443- “Sireye Pişvayan”, İmam Mehdinin (ə.f) həyatı bölməsi

(ixtisarla)

Page 7: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Bəzən ola bilsin ki, yuxarıda deyilən səbəblərdən heç biri ortada olmasın. Lakin xudbinlik və özünüsevmə insanın zülmə əl atmasına, yaxud intiqam, qəzəb və ya qəlbində olan kin-küdurət üzündən zülm etməsinə bais olur.

Yuxarıda deyilən səbəblərin heç birinin Allahda olmadığını nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, Allah heç vaxt zülm etməz. Çünki O, hər şeyi bilir (deməli, zülmün birinci səbəbi olan cəhl onun vücudunda yoxdur), heç kimə ehtiyacı yoxdur (deməli, zülmün ikinci səbəbi olan ehtiyac da onda yoxdur) və O, hər bir insana mehribandır (və zülmün heç bir səbəbi onda yoxdur. Deməli, O zalım deyildir). O, sonsuz bir varlıqdır və onun kamalının həddi-hüdudu yoxdur. Belə bir varlıqdan ədalət və xeyirdən başqa bir iş baş verməz. Zalım və kafirləri cəzalandırarsa, bu onun zülmünə dəlalət etmir. Əksinə, kafirlərin öz əməllərinin nəticəsidir. İndi də gördükləri işlərin nəticəsinə yetişirlər. Elə bil, narkotik maddələr istifadə etməklə və spirtli içkilər içməklə bir nəfər özünü sağalmaz və məhvedici xəstəliklərə düçar edir.

Quran bu məsələni belə açıqlayır: “Bu, yalnız (dünyada gördüyünüz pis) əmələrin nəticəsidir. (Sizə artıq və əlavə heç bir şey edilmir.)” (Nəml, 90).

3. Quran və Allahın ədalətiDiqqəti cəlb edən məsələ budur ki, Quranda

da Allahın ədaləti barədə çoxlu ayələr gəlmiş və bu məsələ çox gözəl surətdə bəyan olunmuşdur.

Bir ayə belə buyurur: “Doğrudan da, Allah insanlara zərrə qədər zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.” (Yunis, 44). Başqa bir ayədə oxuyuruq: “Doğrudan da, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz.” (Nisa,40). Qiyamətdə sorğu-sualın da ədalətlə keçiriləcəyi barədə deyilir: “Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq və zülm edilməz.” (Ənbiya, 47).

(Xatırladaq ki, sonuncu ayədə deyilən tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi tərəzi deyildir.)

4. Ədalətə dəvətBundan öncə dedik ki, insan gərək, Allahın

sifətlərini özünə nümunə və örnək etsin. Bununla da Allahın sifətləri cəmiyyətdə icra olunsun. Buna əsasən, Quran Allahın ədalətinə işarə etdiyi qədər cəmiyyətdə və insanların hər bir fərdi tərəfindən də ədalətin icra olunmasına böyük əhəmiyyət verir. Quran bir çox ayədə insanların və keçmiş nəsillərin azğınlığının əsas səbəbini zülm olaraq göstərmişdir və onları ən acınacaqlı əzaba düçar olmuş insanlar hesab etmişdir.

Qurani-Kərim keçmiş nəsillərin başına gələnləri bəyan etməklə zülm və fəsadın nəticəsində keçmiş nəsilləri Allah əzabına düçar olduğunu deyir və insanları xəbərdar edir ki, zülmün nəticəsində belə bir əzaba düçar olmalarından qorxsunlar.

Quran açıq-aşkar və ümumi bir qayda-qanun kimi buyurur: “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqını verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) tövsiyə, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.” (Nəhl, 90).

Bilməliyik ki, zülm etmək pis və bəyənilməz iş olduğu kimi, zülmü qəbul etmək də İslam və Quran nəzərindən pis və bəyənilməz bir iş hesab olunur. Bunu Bəqərə surəsinin 279-cu ayəsi də bəyan edir: “Nə zülm edərsiniz, nə də sizə zülm olunar. (Nə zülm edin, nə də zülmü qəbul etməyin.)”

Qısa sözlə desək, zülmü qəbul edib zalıma boyun əymək zalımı daha da həvəsləndirir, nəticədə həddən artıq çox zülm olunur. Bu iş (zülmə tabe olmaq) özü də bir növ zülm hesab olunur. 1

1- Gənclər üçün “Üsulid-din” haqqında 50 dərs, (Ayətullah Məkarim Şirazi), Ədalət bəhsi, 2-ci dərs, (ixtisarla).

1. Ağıl nəzərindən yaxşılıq və pislikBilməliyik ki, insan ağlı bir həddə qədər yaxşılıq və pisliyi dərk edir. (Bu bəhsin adını alimlər “ağıl

nəzərindən yaxşılıq və pislik” adlandırmışlar).Məsələn, bilirik ki, ədalət, ehsan vermək yaxşı, zülm, paxıllıq isə pis işdir. Hətta,

bunu din və məzhəbi olmayanlar da bilir. Düzdür, bir sıra işlər var ki, insanın ağıl və düşüncəsi onu anlamaqda acizdir və bu işdə gərək, peyğəmbər (və imamlar) onlara kömək etsin.

Deməli, müsəlmanlardan “əşairə” adlanan bir qrup hətta ədalət və zülm kimi işlərin “ağıl” nəzərindən yaxşılıq və pisliyini inkar edirsə və yaxşılıq və pisliyi təyin etməyi Allahın öhdəsinə qoyursa, açıq-aşkar səhvə yol verir.Əgər insanın ağlı yaxşılıqla pisliyi

təyin edə bilmirsə, bəs onda “Allah möcüzəni yalançı şəxslərə verməz”

məsələsini necə anlaya bilərik? Lakin yalan danışmağın pis iş olduğunu və

Allahın belə bir iş görmədiyini bildikdə anlayırıq ki, Allahın verdiyi bütün vədlər

haqq, (peyğəmbərlərin vasitəsi ilə) dediyi bütün sözlər həqiqətdir. O, heç vaxt yalançıya

(özünü yalandan peyğəmbər adlandıran şəxsə) kömək etməz və ona möcüzə göndərməz. Bununla

da şəriət və dinə etimad etmək olar.Deməli, belə nəticəyə gəlirik ki, ağıl nəzərindən

yaxşılıq və pislik məsələsi dinin əsas bəhslərindən biridir. (Diqqət.)İndi isə Allahın ədalətinin sübutlarına qayıdırıq.

2. Zülmün mənbəyi və səbəbi aşağıdakı işlərdən biridirA) Cəhl və nadanlıqZülm edən şəxs bəzən nə etdiyini bilmir. Başqasının

haqqını tapdaladığını bilmir və öz işindən xəbərsizdir.B) EhtiyacBəzən başqalarının əlində olan şey insanı məcbur edir ki, bu şeytani işə (zülmə) əl atsın. Ancaq əgər insanın həmin

şeyə ehtiyacı olmasaydı, bu işə əl atmazdı.C) Acizlik

Bəzən insan başqasının haqqını kəsmək istəmir, lakin buna imkan və qüdrəti çatmır və istər-

istəməz zülm edir.Ç) Xudbinlik, qəzəb, intiqam və kin-

küdurət

Allahın ədalətinə dair sübutlar

12 13Əqaid

Page 8: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Müsafirin (səfərdə olanın) namazı

Səfərdə dörd rükətli namazların qəsr qılınması

Səfərdə dörd rükətli namazlar müəyyən şərtlərlə qəsr yəni, iki rükət qılınmalıdır.

Dörd rükətli namazlar, yəni, zöhr, əsr və işa namazları səfərdə qəsr qılınır. Sübh və məğrib namazları qəsr qılınmır.Müsafir namazının şərtləriSəfərə çıxan şəxs, yəni müsafir 8 şərtlə dörd

rükətli namazları iki rükət qılmalıdır:1. Müsafir şəri məsafəni qət etməlidir. Yəni

ya getdiyi, ya qayıtdığı, ya da gedib-qayıtdığı məsafə ən azı 8 fərsəx (təqribən 43 km.) olmalıdır.

2. Müsafir səfərə çıxarkən 8 fərsəx məsafəni qət etmək niyyətində olmalıdır. Deməli, əgər müsafır əvvəlcədən 8 fərsəx məsafəni qət etmək niyyətində olmasa, başqa sözlə desək, 8 fərsəxdən az bir məsafəni qət etməyi nəzərdə tutsa və nəzərdə tutduğu məkana çatdıqdan sonra başqa bir yerə səfər etmək qərarına gəlsə, bu halda əgər səfər edəcəyi növbəti məkanla səfər etdiyi məkan arasındakı məsafə şəri məsafədən (8 fərsəx- təqribən 43 km.) az olsa, hətta öz mənzilindən ora qədər olan məsafə şəri məsafə qədər olsa belə namazını tam şəkildə qılmalıdır.

3. Müsafir yola çıxdıqdan sonra şəri məsafəni qət etmək niyyətindən dönməsin. Beləliklə,

əgər yola çıxdıqdan sonra dörd fərsəxi qət etməmiş fikrindən dönsə və ya qərarsız olsa, müsafir hökmündə deyildir. Hərçənd ki, niyyətindən dönməmişdən öncə qəsr qıldığı namazlar düzdür.

4. Müsafir vətənindən və ya on gün qalacağı bir yerdən keçməklə məsafəni kəsməməlidir.

5. Səfər, şəri baxımdan halal olmalıdır. Əgər səfər, günah və haram olsa, istər səfərin özü haram olsun, məsələn, cihaddan qaçmaq, istərsə də haram bir iş üçün səfər etsin, belə səfər şəri baxımdan səfər hökmündə deyil və namaz tam qılınmalıdır.

6. Sabit yaşayış yeri olmayan və köçəri həyat tərzi sürənlərin səfəri şəri baxımdan səfər hökmündə deyildir.

7. Sürücü, gəmiçi və s. bu kimi daim səfər etmək insanın peşəsi olmasın. İşi səfərdə olan şəxs də bu qəbildəndir.

8. “Tərəxxüs həddi”nə çatmalıdır. Tərəxxüs həddi o məkana deyilir ki, orada artıq şəhərdə deyilən azanın səsi eşidilmir və şəhər divarları da görünmür. Böyük ehtimalla azan səsinin eşidilməməsi tərəxxüs həddini təyin etmək üçün kifayət edir.

Müsafirin namazı ilə bağlı müxtəlif məsələlər

1- Müsafir dörd yerdə namazını tam və ya yarı qılmaqda azaddır: “Məscidül-Həram”, “Məscün-Nəbi”, “Kufə” məscidi, İmam Hüseynnin (ə) hərəmi. Bu dörd yerdə namazı tam qılmaq fəzilətlidir. Məscidin Peyğəmbər (s) dövründəki əhatəsi ilə bugünkü əhatəsi arasında fərq yoxdur. Peyğəmbər (s) məscidi, Kufə məscidi və İmam Hüseynin (ə) hərəmi də bu hökmdədir.

2- Müsafir olduğunu bilib, namazı yarı qılmalı olan şəxs onu tam qılarsa namazı batildir. Əgər müsafir namazının yarı olduğunu unudarsa və tam qılarsa, onu təzələməlidir. Müsafir namazının hökmünü bilib səfərdə olduğuna diqqət yetirməyən və namazını tam qılan şəxs, əgər müsafir namazının yarı olması hökmünü bilməmişsə, bu vaxtadək bu hökmü eşitməmişsə, yarı namaz əvəzinə qıldığı tam namaz düzgündür.

3- Namazı yarı qılmalı olduğunu ümumi şəkildə bilən müsafir onun xırdalıqlarından xəbərsiz olarsa (məsələn, bilməzsə ki, müsafir üçün səkkiz fərsəx yol getmək şərtdir) ehtiyata əsasən tam qıldığı namazı yarı şəkildə təzələməlidir.

4- Bir şəxs müsafir olduğunu unudub namazı tam qılarsa, namazın vaxtı ötməmiş yadına düşdükdə, namazı yarı şəkildə yerinə

yetirməlidir. Vaxtı keçdikdən sonra başa düşsə qəzası yoxdur.

5- Vəzifəsi namazı tam qılmaq olan şəxs bilərəkdən, səhvən və ya unutduğu üçün namazı yarı qılarsa, namazı batildir. Hətta on gün qalmaq qərarına gəlib həmin müddətdə namazı tam qılmalı olduğunu bilməyən və yarı qılan şəxs vacib ehtiyat budur ki, onları tam şəkildə təzələsin.

6- Dörd rükətli namaza məşğul ikən müsafir olduğunu xatırlayan şəxs (ya da səkkiz fərsəx yol getdiyini yada salan adam) üçüncü rükətin rükusuna getməsə, namazını iki rükətli başa çatdırmalıdır. Əgər üçüncü rükətin rükusuna getsə namazı batildir, onu yarı şəkildə yenidən qılmalıdır.

7- Namazın əvvəl vaxtında səfərdə olub namazını qılmayan, sonra vətəninə və ya on gün qalmalı olduğu yerə çatan şəxs namazını tam qılmalıdır. Namazın əvvəl vaxtında vətənində və ya on gün qalmalı yerdə olan, sonra səfərə çıxan şəxs səfərdə namazını yarı qılır.

8- İnsanın namazı səfərdə qəzaya getsə, onun qəzasını yarı qılmalıdır. (Namazın qəzasını səfərdə və ya vətəndə qılmağın fərqi yoxdur.) Əgər vətəndə namazı qəzaya getsə həmin namazın qəzası səfərdə də tamdır.1

1- Ətraflı məlumat üçün hər kəs təqlid etdiyi müctəhidin şəriət hökmlərinin izahına aid yazılmış risaləsinə müraciət etməlidir.

14 15Fiqh ( Əhkam bölməsi )

Page 9: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Dua, Allah-təala ilə raz-niyaz və ilahi rəhmət xəzinələrinin açarlarından biridir. İlahi xəzinələrdən istifadə etmək üçün açara ehtiyac var və hədislərdə bu açarın “dua” olduğu bildirilir. Hər bir bəndə istədiyi vaxt bu açar vasitəsi ilə mərhəmət xəzinələrini açıb ilahi mərhəmətdən faydalana bilər. İmam Əli (s) bir hədisdə buyurur:

الدعاء مفتاح الرحمة و مصباح الظلمة“Dua rəhmət açarı və qaranlıqda

çıraqdır.”1 Hal-hazırda günlərini yaşadığımız Rəcəb

ayı üçün məsum imamlarımız tərəfindən müxtəlif dualar, zikrlər, namazlar və ziyarətlər tövsiyə edilmişdir. Bu göstəriş və tövsiyələr vasitəsi ilə möminlər

1- Tuhəful-uqul, səh. 86

mübarək Rəcəb ayından daha çox faydalanırlar. Hədislərdə tövsiyə edilmiş dualardan biri də Rəcəb ayının gündəlik duasıdır ki, mənəvi və İlahi maarif baxımından çox zəngin bir mətnə malikdir. Seyid ibn Tavus nəql edir ki, Səccad ləqəbi ilə məşhur olan Məhəmməd ibn Zəkvan o qədər səcdə edib səcdədə ağlamışdı ki, gözləri kor olmuşdu, deyirdi:İmam Sadiqə (ə) belə ərz etdim: Canım

sizə fəda olsun, indi Rəcəb ayıdır, mənə elə bir dua öyrədin ki, Allah-təala onunla mənə xeyir versin. Həzrət (ə) mənə bu duanı öyrətdi və buyurdu ki, bu duanı Rəcəb ayında gecə-gündüz namazlardan sonra oxuyum.

، يا من أرجوه لكل خير، و آمن سخطه عند كل شر يا من يـعطي الكثير بالقليل، يا من يـعطي من سأله، يا

من يـعطي من لم يسأله و من لم يـعرفه تحننا منه ونيا و رحمة، أعطني بمسألتي إياك جميع خير الد جميع خير الخرة، و اصرف عني بمسألتي إياك

نيا و شر الخرة، فإنه غيـر منـقوص ما جميع شر الد أعطيت، و زدني من فضلك يا كريم. يا ذا الجلل و اإلكرام يا ذا النـعماء و الجود، يا ذا المن و الطول،

حرم شيبتي على النارTərcüməsi:Ey bütün xeyir işlərdə ümid

bəslədiyim! Bütün şər işlərdə Öz qəzəbindən Özünə sığındığım! Ey az müqabilində çox əta edən! Ey istəyənlərə əta edən! Ey Onu tanımayanlara və Ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən! Səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə

məndən dünya və axirət şərini tamamilə uzaq et! Həqiqətən, Sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim!1

Ravi deyir: Sonra həzrət mübarək saqqalını sol əlinə alıb sağ əlinin işarə barmağını yellətməyə başlayaraq bu duanı oxumağa başladı:Ey calal və böyüklük sahibi! Ey

nemətlər və səxavət sahibi! Ey əta və kərəm sahibi! Saqqalımı (üzümü) oda (cəhənnəm oduna) haram et!2 Rəcəb ayının günlərində bu duanı

oxumaq insanın inkişafı, onun yüksək mənəvi keyfiyyətlər əldə etməsi üçün çox mübarək və münasib bir aydır.

1- Əl-İqbal, Seyid ibni Tavus, cild 3, səh. 211; Zadul-məad, Əllamə Məclisi, səh. 17

2- Daha ətraflı məlumat əldə etmək üçün “Məfatihul-cinan” kitabına və digər dua kitablarına müraciət edə bilərsiniz.

Mübarək Rəcəb ayının gündəlik duası

16 17Dua

Page 10: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Ər-arvadın ailədə möhtac olduqları iki mühüm xüsusiyyət qarşılıqlı güzəşt və xətaları örtməkdir.

Bu gözəl xislət ilahi peyğəmbərlərin və məsum İmamların (əleyhimus-salam) rəftarında özünü tam və bariz şəkildə göstərmişdir. O alicənab və nümunəvi insanlar çox güzəşt edib xəta və səhvləri gizlədirdilər.

Bir gün şamlı bir nəfər Mədinə şəhərinə gələrək İmam Həsən (əleyhis-salam)-la rastlaşır, amma o həzrəti tanımır. Həzrətdən kim olduğunu soruşduqda onu tanıyır. Əhli-Beyt düşmənlərinin apardıqları xoşagəlməz və yanlış təbliğatın təsiri ona da nüfuz etdiyindən “qürbətən iləllah” (Allaha xoş getsin deyə) o həzrətə nalayiq sözlər deyərək ürəyindəki kin-küdurəti aşkara çıxartdı, öz ədəbini göstərdi. Bu nalayiq hərəkət müqabilində İmam Həsən (əleyhis-salam) əsəbiləşmədən, narahat-lığını büruzə vermədən mülayim və məhəbbət dolu nəzərini o kişiyə salır və gözəl xasiyyətə sahib olmaq haqqında onun üçün bir neçə Quran ayəsi tilavət edir və sonra buyurur: “Mən sənə hər cür kömək və xidmət göstərməyə hazıram.” Sonra həzrət ondan soruşur: “Şam əhlindənsən?” O kişi cavab verir: “Bəli”. Həzrət belə buyurur: “Sən bizim şəhərdə qəribsən, əgər bir şeyə ehtiyacın varsa sənə kömək etməyə hazıram, gəl səni öz evimə qonaq aparım. Paltarın yoxdursa, səni geyindirim, pulun yoxdursa sənə pul verim.” Şamlı kişi öz yaramaz əxlaqı müqabilində kəskin reaksiya gözləyirdi və bu cür güzəşt və əfvi təsəvvür etmirdi. Amma İmamın bu cür mülayim rəftarından sonra elə dəyişdi ki, “o vaxt arzu etdim kaş yer aralanaydı və mən yerə girəydim ki, bu cür ədəbsizlik və ölçüsüz kobudluğa yol verməyəydim. O vaxta kimi mənim üçün yer üzündə Həsən ibni Əli və atasından (Allahın salamı onlara olsun) başqa bir düşmən yox idi, amma bu hadisədən sonra mənim ondan və atasından yaxın və sevimli bir kəsim yoxdur”,- deyə xatırlayırdı.1

1- Səfinətül-bihar, 2-ci cild, səh. 207

QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK

DAHA BİR NÜMUNƏ Həzrət Yusif (əleyhis-salam)-ın öz

qardaşları və Züleyxanın günahından geçərək onları bağışlaması Allah övliyalarının ardıcılları üçün tutarlı bir nümunədir. Allah peyğəmbəri qardaşlarının ona etdikləri böyük zülmün qarşısında yüksək qüdrət və izzət sahibi olduğu halda böyüklük və alicənablıqla güzəşt edərək onlara deyir: “Siz məni Misirin şərafətlisi və böyüyü etdiniz.” Qırx ildən sonra atası ilə görüşərkən ona “Şeytan mənimlə qardaşlarım arasında fitnə-fəsad saldı”,- söyləyir.

Doqquz illik zindan əziyyətini unudaraq və Züleyxanın günahından keçərək onu bağışlayır.

Beləliklə, peyğəmbər və din rəhbərlərinin günahı bağışlayaraq güzəştə getmələrindən ibrət dərsi öyrənməklə yanaşı özümüzü Quran ayəsinə layiq göstərək. Quran bu zəminədə buyurur:

“İman əhli gərək güzəşt etsinlər və başqalarının günahını üzə vurmasınlar. Məgər istəmirsiniz ki, Allah sizin günahınızdan keçsin?! Əlbəttə, Allah daha çox bağışlayan və mehribandır.”1

GÜZƏŞTİN TƏSİRİİnsan ailə və ya cəmiyyətdəki kiçik səhvləri

görməməzliyə vurub güzəştə getsə, belə bir hərəkətin o mühitdə müsbət təsiri olacaq və öz ardınca səfa-səmimiyyət gətirəcəkdir. Ən başlıcası budur ki, belə bir hərəkət Qiyamət günündə Allah-təalanın insanın xəta və pisliklərinə göz yumaraq onu bağışlamasına səbəb olar. Əfv və güzəştin olması ailə mühitini hərarətli saxlayaraq günahların bağışlanmasına səbəb olacaqdır. Elə isə hər vaxt bir-birinizin səhv və ya xətası ilə qarşılaşsanız, güzəşt, mehribanlıq və əfv şölələrini qəlblərinizdə alovlandırıb isti ailə ocağınızda bir-birinizi bağışlayaraq əfv və rəhmət kölgəsində başdan-başa məhəbbət və şövqlə dolu, xoş və mənəviyyatlı bir həyat keçirərsiniz.2

1- Nur surəsi, ayə 222- Ailə səadətinə necə nail olaq?, səh. 17-18, (Ayətullah

Hüseyn Məzahiri)

18 19İslamda ailə

Page 11: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Müqəddəs Qum şəhərinin böyük təqlid mərcələrindən olan Ayətullah Cavadi Amuli İslam dünyasının iftixarı sayılan alimlərdən biridir. O, uca məqamlı fəqih, dahi arif, İslam fəlsəfəsinin inkişafında böyük rolu olan tanınmış və məşhur filosof, həmçinin “Təsnim” adlı İslam dünyasının ən əzəmətli təfsir kitabını yazmaqda olan dahi təfsir alimidir. O, öz əsərləri ilə insanların qəlbinə yol tapan, sevilən, seçilən alimlərdəndir.

TəvəllüdüAyətullah Abdullah Cavadi Amuli 1312 hicri-şəmsi ilində (miladi 1933-cü ildə) Amul

məntəqəsində ruhani bir ailədə dünyaya göz açmışdır. Atası höccətul-islam vəl-muslimin Mirzə Əbul-Həsən Cavad Amuli öz zamanında Amulun məşhur ruhani və alimlərindən biri olmuşdur.

Ayətullah Cavadi Amuli

20 21Təhsili

Ayətullah Cavadi Amuli ibtidai təhsilini Amulda başa vurduqdan sonra atasının elm hövzəsinə daxil olmaq haqqında təklifini qəbul edir. Hövzə elmlərinin müqəddiməsini, yəni nəhv, sərf, məntiq, üsul və s. müqəddimə xüsusiyyəti daşıyan elmləri Amul ustadlarının yanında, bəzi dərsləri isə atasından öyrənir. Daha sonra müxtəlif yerlərdə böyük ustadların dərslərindən bəhrələnir. O, təhsilini Tehran elm hövzəsi və Mərvi mədrəsəsində davam etdirir. Orada Ayətullah Şeyx Məhəmməd Təqi Amuli, Əbulhəsən Şərani, Mirzə Mehdi Muhyiddin İlahi Qumşei, Huseyn Fazil Tuni və digər böyük ustadlardan fiqh, üsul, məqul, heyət və irfan elmlərini öyrənir. Tehran elm hövzəsindəki beş illik təhsildən sonra böyük Qum elm hövzəsinə gedir və orada təhsilini davam etdirir. Qum elm hövzəsində elmi səviyyəsini daha da artıraraq fiqh, üsul, fəlsəfə, kəlam, irfan və Quran təfsiri kimi İslam elmlərində ali dərəcələrə nail olur.

UstadlarıAyətullah Bürucerdi, Ayətullah Xomeyni, Əllamə

Təbatəbai, Ayətullah Muhəqqiq Damad, Ayətullah Mirza Haşim Amuli, Ayətullah Şeyx Məhəmməd Təqi Amuli və s.

TədrisiTəhsilini başa vurduqdan sonra, müxtəlif kitabları

tədris etməklə yanaşı elmi kitabların nəşrinə xüsusi diqqət yetirmişdir. Tədris etdikləri kitablardan “şərhe eşarat”, “şərhe təcrid”, “şərhe mənzumə”, “şəvahid əl-rububiyyə”, “ət-təhsil “, “şəfa”, “əsfar”, “təmhid əl-qəvaid”, “şərhe fusus əl-hekəm”, “misbah əl-uns” və s. kitabların adlarını qeyd etmək olar. Hal-hazırda onun təfsir, fəlsəfə və fiqh elminin xaric dərsləri həzrət Məsumənin (s.ə) müqəddəs hərəmində minlərlə tələbənin iştirakı ilə hövzənin ən mühüm dərslərindən sayılır. Onun dərsləri İran İslam Respublikasının Radio-Televiziyası vasitəsilə yayımlanır və milyonlarla insan onun dərslərindən faydalanır. Bundan əlavə o, 1373-cü ildə beynəlxalq “İsra” təhqiqat mərkəzini yaratmışdır. Bir çox elmi işləri bu mərkəz vasitəsi ilə həyata keçirilməkdədir. Bu böyük şəxsiyyətin dünyada İslam maarifinin yayılmasında çox böyük rolu olmuş, indi də bu sahədə fəaliyyətlərini davam etdirməkdədir.

Şagirdləri Yuxarıda qeyd etdiyimiz kimi Ayətullah Cavadi

Amuli müxtəlif təhsil mərkəzlərində müxtəlif dərsləri tədris etməklə məşğul olmuşdur. Bu böyük

ustad cəmiyyət üçün yüzlərlə tələbə yetişdirib. Onun şagirdlərinin bir çoxu hal-hazırda siyasi və böyük din xadimlərindəndir. Şagirdlərindən Seyid Məhəmməd Cavad Pişvayi, Mehdi Şəbzindedar, Mustafa Bürucerdi, Məhəmməd Cavad Fazil Lənkərani, Qulamrıza Fəyyazi, Mustafa Məlikiyan və s. adlarını çəkmək olar.

Əsərləri Onun İslam elmlərinin müxtəlif sahələri ilə bağlı

çoxlu dəyərli əsərləri vardır. Təfsir, Kəlam, İrfan, Fəlsəfə, Fiqh, və s. sahələrdə yazdığı iki yüzə yaxın kitab İslam maarifinin bənzərsiz şah əsərlərindəndir. Ən mühüm əsərlərindən Qurani-Kərimin tərtibi təfsiri olan “Təsnim” adlı təfsirdir. İndiyə kimi bu təfsirin 49 cildi çap olunub. Tələbələrin səmimi qəlblə etdikləri dualardan biri budur ki, Allah-təala onların ömürlərindən kəsib ağanın ömrünü uzadsın, ta ki, bu dəyərli təfsir kitabını sona çatdıra bilsin.

Ayətullah Cavadi Amulinin əsərləri müxtəlif dillərə tərcümə olunub və olunmaqdadır. Ana dilimizə tərcümə olunmuş dəyərli əsərlərindən aşağıdakıların adını çəkmək olar: “Mərifət”, “Hikməte-əməli”, “Xilqətin sirri”, “Məfatihul-həyat” “Qadın-calal və camal aynasında” və s.

Azərbaycan dilinə tərcümə olunan mühüm əsərlərindən biri “Məfatihul-Həyat” (Həyatın açarları) kitabıdır. İnsanın yaşayışının demək olar ki, bütün sahələrindən bəhs edən bu dəyərli kitab dörd hissədən ibarətdir. Birinci hissədə insanın özü ilə, ikinci hissədə insanlarla, üçüncü və dördüncü hissədə isə təbiət və heyvanlarla olan münasibətlərindən söhbət açılır.

Hazırkı fəaliyyətləriBu böyük İslam mütəfəkkiri, hal-hazırda

“Xübreqan” məclisinin nümayəndələrindən biri olmaqla yanaşı, Qum elm hövzəsində fiqh və üsul elminin xaric dərslərini, təfsir və fəlsəfə elmlərini tədris etməklə məşğuldur və beynəlxalq “İsra” və digər elmi müəssisələrin rəhbərliyinin məsuliyyətini öz öhdəsində daşıyır.

Ölkə Prezidenti, Milli Məclisin sədri, ölkənin Baş prokuroru və digər yüksək rütbəli dövlət məmurları onun görüşünə gələrək, onun müdrik məsləhətlərindən və hikmətli nəsihətlərindən faydalanırlar. Həm keçmişdə, həm də indiki zamanda onun siyasi sahədə göstərdiyi fəaliyyətlər İslam İnqilabının bərəkətindən yaranan parlaq səhifələrdəndir. 1

1- www.javadi.esra.ir

İslam alimləri

Page 12: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Kazımeyn ziyarətgahı

İmam Musa Kazım (ə) və İmam Məhəmməd

Cavadın (ə) mübarək hərəmi

Müqəddəs ziyarətgah əsrlər boyu müxtəlif xilafətlərin, şahlıqların, sultanlıqların dövründə bəzi xəlifələrin, şahların, sultanların diqqət mərkəzində olmuş, burada təmir-tikinti işləri aparılmış, zəvvarların rahat ziyarəti üçün münasib şərait yaradılmışdır. Buveyhilər sülaləsi (miladi 935-1055-ci illər), Səlcuqlular imperiyası (miladi 1038-1157-ci illər), Elxanilər dövləti (1256-1349-cu illər), Cəlairilər sultanlığı (miladi 1336-1432-ci illər), Səfəvilər dövləti (miladi 1501-1736-cı illər), Qacarlar sülaləsi (miladi 1796-1925-ci illər) dövründə müqəddəs ziyarətgahda müxtəlif təmir-tikinti işlərinin aparıldığının şahidi oluruq.

İlk dəfə Muizzud-dövlə Deyləmi ləqəbli Buveyhi şahı Əhməd bin Buveyhi Bağdadı tutandan sonra imamların məzarı üstündə möhtəşəm bir günbəzli məqbərə tikdirdi və imamların məzarlarının hər biri üçün ayrı-ayrılıqda zərih qoydurdu. Əhməd Deyləminin zamanında şiələr rahatlıqla Aşura mərasimlərini keçirməyə başladılar.

Daha sonra İzzud-dövlə Deyləmi digər imamların məqbərələri kimi burada da bəzi mühüm dəyişikliklər və təmir-bərpa işləri gördü. Məqbərəni genişləndirən İzzud-dövlə Deyləmi onun kənarında zəvvarlara xidmət göstərmək üçün xəstəxana və mədrəsə də tikdirdi.

Bu mərhələdən sonra Kazımiyyədə məskunlaşma artdı və Kazımiyyə Bağdadın kənarında bir qəsəbəyə çevrildi.

441-ci hicri ilində Bağdadda baş verən sünni-şiə qarşıdurması zamanı məqbərə yandırıldı.

Əbul-Hərs Ərsəlan, Əbun-Nəsr Firuzun köməyi ilə məqbərəni bərpa etdi və onun üçün minarələr də tikdirdi.

490-cı hicri ilində Səlcuq şahlarından olan Börkiyaruq ibn Məlikşah ibn Alp Arslanın şiə vəziri hərəmi genişləndirib ətrafında binalar tikdi.

569-cu hicri ilində Dəclənin məcradan çıxması məqbərənin zərər çəkməsi ilə nəticələndi və daha sonra Abbasi xəlifəsi Nasir li-dinillahın şiə vəziri Muəyyidud-din Məhəmməd Qummi onu təmir etdirdi.

Monqol Hulakuxanın hücumu zamanı Bağdad və Kazımiyyə yandırıldı. İki il sonra Hulakunun müsəlman vəziri Ətaul-Mulk

Cuveyni Kazımiyyəni bərpa və məqbərəni təmir etdirdi.

Yenidən Dəclənin məcradan çıxması və məqbərənin bir hissəsinin xəsarət görməsindən sonra Sultan Uveys Cəlayeri onu təmir etdirdi.

Kazımeyn hərəmi əsasən Şah İsmayıl Səfəvi tərəfindən 926-cı hicri qəməri ilində əsaslı şəkildə təmir edildi. Hərəmin şimalında onun tikdirdiyi nəhəng məscid hələ də durur və adı Səfəvi məscididir. Şah İsmayıl hərəmə nəfis xalçalar və gümüşdən və qızıldan bəzədilən qapılar gətirdi.

Sultan Məhəmməd Xudabənda, Suleyman Qanuni, Şah Abbas Səfəvi, Şah Səfi, Ağa Məhəmməd Xan Qacar, Fətəli Şah Qacar, Nəsirəddin Şah, Fərhad Mirzə və Abbas Mirzə də Kazımeyn hərəmində təmir-bərpa işləri aparan şahlar olublar.

Bu müqəddəs hərəmin çoxlu sayda səhnələri var. Hərəmin uzunluğu 370 m, eni isə 350 m-dir. Müqəddəs zərihə yaxınlaşmaqdan ötrü 4 səhnədən keçmək lazımdır. Hərəmin daxili yarı hissəsinə kimi mərmərdən, yuxarı hissələri isə şüşə ilə bəzədilmişdir. Dörd mühüm səhnənin adları aşağıdakılardan ibarətdir.

1-“Bab əl-Murad” səhnəsidir ki, şərq tərəfində yer almışdır. Elə bu səbəbdən “Şərq səhnəsi” adı ilə məşhurdur. Şeyx Mufid və ibn Quluye kimi böyük alim, mütəkəllim və müctəhidlər orda dəfn edilmişdir.

2-“Bab əl-Qureyş” səhnəsi cənub tərəfdə yer almaqdadır.

3-“Şimal səhnəsi”4-“Qərb səhnəsi”. Bu səhnədə isə Nəsirəddin

Tusi dəfn olunmuşdur. Elə bu səbəbdən “Xacə Nəsirəddin” səhnəsi adı ilə məşhurdur.

Digər hərəmlər kimi bu hərəm də böyük və əzəmətli bir tikilidən ibarətdir. Hərəm 8 böyük qapıdan, eyvanlardan, böyük səhnələrdən, günbəzlər, minarələr kiçik və böyük otaqlardan təşkil olunmuşdur. Hərəm son illərdə gözəl şəkildə təmir olunub və zəvvarların ziyarəti üçün hər cür şərait yaradılıb.

Allah-təala bu müqəddəs ziyarətgahda olan İmamları ziyarət etməyi, arzusunda olan hamıya nəsib etsin. Amin!1

1- www.aljawadain.org; www.wikishia.net

Bağdadın kənarında yerləşən Kazımeyn hərəmində müsəlmanların yeddinci və doqquzuncu imamları İmam Museyi-Kazım (ə) (128-183 h.q) və onun əziz nəvəsi İmam Məhəmməd Təqi əl-Cavad (ə) (195-220 h.q) dəfn ediliblər. Bu məkan əsrlərdən bəri müsəlmanların ziyarət etdikləri ən məşhur ziyarət ocaqlarından hesab edilir.

22 23Ziyarətgah

Page 13: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Cаvаb: Bu məsələyə аydınlıq gətirmək, uyğun suаlа

cаvаb vеrmək üçün iki mühüm nöqtəyə nəzər sаlmаlıyıq:

1. İlk əvvəl nəzərə аlmаlıyıq ki, vаrlıq аləmini yаlnız mаtеriyаdа məhdudlаşdırdıqdа, ölümü sоn bilib, ахirət dünyаsını qəbul еtmədikdə uyğun suаl cаvаbsız qаlır. Məsələyə mаtеriаlist mövqеdən yаnаşdıqdа insаnın yаrаdılış sirrini аçmаq mümkünsüz оlur.

Ахı insаn dünyаyа nə üçün qədəm qоyur, bir müddət yаşаdıqdаn, dünyа həyаtının аcılаrını dаddıqdаn sоnrа nə üçün ölüm bаdəsini nuş еdir? О hаrаdаn və nə üçün gəlmişdir? Müvəqqəti dünyа, çətinliklərinin fəlsəfəsi nədir? Bir müddət dünyа həyаtını yаşаdıqdаn sоnrа оnun nəfəsi təngiyir, ürəyinin döyüntüləri dayanır. Sоnrа tоrpаğа tаpşırılаrаq, çürüyüb vаrlığını itirir.

Dоğrudаn dа, mаtеriаlizm məktəbi bu suаlа cаvаb vеrməkdə аcizdir. Оnlаr üçün vаrlıq аləmi təkcə bu dünyаdаn ibаrətdir. Оnlаr Аllаhа, ölümdən sоnrаkı həyаtа inаnmırlаr. Bu hаldа hər şеy yаlnız mаddi dünyа çərçivəsində dövr еdir və mаtеriyа libаsı gеyinir. Yаrаnış sirrini bu çərçivədə ахtаrаn insаn hеyrət içində yеrində sаyır.

Аmmа mаddi dünyаnı müvəqqəti mənzil sаyаn, ахirət həyаtınа inаnаn, ölümü sоn bilməyən insаnlаr üçün bu suаlа cаvаb tаpmаq аsаndır. Əgər insаnın yаrаnış məqsədi bu dünyа çərçivəsində əldə еdilmirsə, оnun əbədi həyаtı hökmən nəzərdən kеçirilməlidir. Uyğun prizmаdаn bахdıqdа məlum оlur ki, insаnın bu dünyаdа yаrаnış məqsədi оnu əbədi həyаt üçün hаzırlаmаqdır. Sоn məqsəd isə həmin əbədi həyаtdır.

2. Uyğun suаlın həlli üçün ikinci mühüm nöqtə budur: Hər bir аğıl və düşüncə sаhibi еhtiyаc duyduğu bir məqsəd uğrundа çаlışır. Çünki insаn bаşdаn-аyаğа möhtаc vаrlıqdır. О öz təkаmülü və еhtiyаclаrının аrаdаn qаldırılmаsı üçün çаlışır. Məsələn, qidаlаnır, gеyinir, təhsil аlır və s. Bütün bu işləri görməklə о mаddi və mənəvi еhtiyаclаrını təmin еtmək istəyir.

О, həttа хеyirхаh işlər görərkən də, məsələn, imkаnsızlаrа əl tutаrkən, övlаdlаrının təlim-tərbiyəsinə pul хərcləyərkən, хəstəхаnа tikərkən öz dахili еhtiyаclаrının tələbinə cаvаb vеrir. Hər bir insаn yа dünyа, yа dа Pеyğəmbərlərin хəbər vеrdiyi ахirət mükаfаtlаrını əldə еtməyə çаlışır. О öz ruhi еhtiyаclаrını ödəmək, vicdаn rаhаtlığı

tаpmаq üçün sərmаyəsinin bir hissəsini хərcləyir, yа dа üstünlük sаydığı аd-sаn üçün çаlışır.

Bir sözlə, insаn bütün gördüyü işlərdə хеyir güdür. Hеç bir məqsədsiz çаlışаn аdаm tаpmаq çох çətindir. İnsаn hər tərəfdən еhtiyаclаrlа əhаtə оlunmuşdur və öz vаrlığı хаtirinə müхtəlif işlər görməyə məcburdur. Əlbəttə ki, аz dа оlsа, gördüyü işdə mənаfе güdməyən insаnlаr оlmuşdur. Həzrət Əli (ə) buyurur: “Pərvərdigаrа, sənə Cəhənnəm qоrхusundаn və yа Cənnət nеmətlərinə görə pərəstiş еtmirəm.” Bəli, yаlnız öz vаrlığını unudаn insаnlаr bеlə dеyə bilər. Bəzən də аnаnın qəlbindəki övlаd məhəbbəti оnu övlаd yоlundа cаnındаn kеçməyə vаdаr еdir. Аmmа bеlə hаllаr оlduqcа cüzidir. Bəşər övlаdının hər hаnsı fəаliyyətdə məqsədli оlduğunu nəzərdən kеçirdik. Аydın оldu ki, insаn gördüyü işlərdə yа mаddi, yа dа mənəvi fаydа intizаrındа оlur. İndi isə Аllаhın gördüyü işlərdə məqsəd mövzusunu аrаşdırаq:

Həqiqətən də, Аllаh-təаlа hеç zаmаn mənаsız və bоş işlər görmür. Оnun bütün işləri məqsədlidir və О hər bir mövcudu hаnsısа məqsədlə хəlq еdir. Bəs Оnun bu yаrаdılışlаrdа məqsədi nədir? Аllаhın hər bir mövcudu hаnsısа məqsədlə yаrаtmаsı insаnın hər bir işi hаnsısа məqsədlə görməsi kimi dеyil. Аllаh-təаlа еhtiyаcsız, insаn isə bаşdаn-bаşа еhtiyаc içində оlаn vаrlıqdır. Dеmək, Аllаh-təаlаnın məqsədi insаnın məqsədi ilə müqаyisə оlunа bilməz. İnsаn bir аn оlsun bеlə öz еhtiyаclаrını tаm təmin еtmək gücündə оlmаdığındаn dаim çаlışmаğа məcburdur. О fаsiləsiz şəkildə mənəvi və mаddi təkаmülü yоlundа tər tökür.

Аllаh-təаlа isə qеyri-məhdud bir vаrlıq оlduğundаn Оnun pаk zаtındа möhtаclıq sifəti yохdur. Çünki bütün kаmаllаr Оnun zаtındа cəmlənmişdir. Dеmək, Аllаh-təаlаnın məqsədi yаlnız bаşqаlаrınа fаydа vеrmək оlа bilər.

Bаşqа sözlə, Аllаh-təаlа bütün bахımlаrdаn sоnsuz kаmil və еhtiyаcsız bir vаrlıqdır. Оnun zаtındа еhtiyаcа yеr yохdur. Digər bir tərəfdən, bilirik ki, Аllаh-təаlаnın işləri hikmət üzərində qurulmuşdur. О hеç zаmаn bоş yеrə iş görmür. Bеlə bir nəticə аlırıq ki, Оnun insаnı yаrаtmаqdа məqsədi öz еhtiyаcını аrаdаn qаldırmаq yох, insаnın özünü lаyiqli kаmаlа çаtdırmаqdır və insаnın bеlə bir məqаmа yüksəlməsi Оnun öz pаk zаtı üçün fərqsizdir. 1

1- Dini suallara cavablar, səh. 34, 35 (Ayətullah Məkarim Şirazi, Ayətullah Cəfər Sübhani)

Suаl: Bir çохlаrı, хüsusi ilə gənc təbəqə bеlə bir suаllа mürаciət еdir ki, insаnın yаrаnış sirri

nədir, о nə üçün хəlq оlunmuşdur?Bu suаl əksər gənclərin düşüncəsində özünə yеr tаpmış və оnlаrı insаnın yаrаnış sirri

ilə mаrаqlаndırmışdır. Оnlаr sоruşurlаr ki, еhtiyаcsız, qеyri-məhdud оlаn Аllаh hеç nəyə, еləcə də, insаnı yаrаtmаğа еhtiyаclı оlmаdığı hаldа, оnu nə üçün хəlq еtmişdir?

Əgər dеsək ki, insаnın yаrаdılmаsındа hеç bir məqsəd yохdur, bu hаldа оnun yаrаnışını mənаsız hеsаb еtməliyik. Hаnsı ki, Аllаh lüzumsuz iş görmür. Yох, əgər dеyilsə ki, Аllаh-təаlа insаnı hər hаnsı məqsədlə yаrаtmışdır, bеlə çıхır ki, Аllаh insаnı yаrаtmаğа еhtiyаc duymuşdur. Hаlbuki, О yеgаnə еhtiyаcsız vаrlıqdır.

İNSАNIN YАRАNIŞ SİRRİ

24 25Sual-cavab

Page 14: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

İmam Əlinin (ə) mübarək mövludu

Hicrətdən 23 il öncə, Rəcəb ayının 13-ü möminlərin əmiri, İslamı ilk qəbul edən şəxs, İslamın sütunu, qiyamətədək bütün bəşəriyyətə öndər olan həzrət Əlinin (ə) mövludu günüdür. O elə bir dahi şəxsiyyət olmuşdur ki, Allah onun Xəndək müharibəsində vurduğu bir zərbəni, dünyanın yaranışından sonuna qədər bütün bəşəriyyətin ibadətindən üstün bilmişdir.

Fatimə binti Əsəd deyir: Sübh vaxtı bir nida eşitdim: “Ey Fatimə, Bizim evə gəl”. Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Hərama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Hərama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb, səmaya baxaraq belə dua etdi: “Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən kitablara imanım var. Mən babam İbrahimin kəlamını təsdiq edirəm. O, bu evi, bir olan varlığın haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladımın haqqına xatir, bu doğumu mənə asan et”. Bu zaman, Kəbənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd

içəri daxil oldu. Kəbənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allahın hikməti var. Fatimə binti Əsəd (ə) deyir: “Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn İmranın anası və İsanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin viladətində də, yerinə yetirdilər.

Peyğəmbər (s) dünyaya gələn zaman, Fatimə binti Əsəd orada iştirak etmiş və əhvalatı Əbu Talibə danışmışdı. Həzrət Əbu Talib qabaqcadan ona demişdi: “30 il səbir elə, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq”.

İmam Əli (ə) Cümə günü, Kəbədə günəş kimi saçdı. Mübarək vücudu bu torpağa qədəm qoyan kimi Kəbədə olan bütlər üzü üstə yerə düşdü, səmalar nurlandı, şeytan fəryad etdi: “Vay olsun bütlərə və bütpərəstlərə”.

Möminlərin əmiri, vilayətin şahı, nurüzlülərin imamı, hidayət çırağı olan həzrət Əli ibn Əbu Talibin (ə) mövludu münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirik! Allah bizləri və sevdiklərimizi qiyamət günündə Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!

İslam dünyasının gözəl bayramlarından biri də “Məbəs” bayramıdır. Müsəlmanlar bu bayramı sevə-sevə qarşılayır və gözəl bir şəkildə qeyd edirlər. “Məbəs günü” İslam Peyğəmbərinin (s) peyğəmbərliyə şeçildiyi gündür. Allahın Peyğəmbəri (s) insanların hidayəti, doğru yola yönəlməsi, təkamül və səadətə yetişməsi üçün seçildi və vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah!” (Həqiqətən, sən Allahın Rəsulusan!) nidası ilə böyük vəzifə və ağır məsuliyyəti öhdəsinə aldı.

İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə daim bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də, Peyğəmbər (s) qırx yaşında ikən, “Hira” mağarasında vəhy mələyi Cəbrail, Allah tərəfindən nazil oldu və dedi: “İqra”, yəni “Oxu!”. O həzrət vəhy mələyi Cəbrailin gətirdiyi “Ələq” surəsinin bu bir neçə ayəsini tilavət etməyə başladı:

“Bağışlayan və mehriban Allahın adı ilə. Oxu! Yaradan Rəbbinin adı ilə! O, insanı laxtalanmış qandan yaratdı”...

Oxudu və bundan sonra həqiqi mənada insanları zülmətdən aydınlığa doğru gəlməyə səslədi. Allahın əmrlərini onlara gözəl şəkildə çatdırdı. Çox əziyyətlərə qatlaşdı, nəticədə Allahın dininin nəinki Ərəbistanda, bütün dünyada yayılmasına nail oldu.

Əzəmətli Quranın ilk ayələrinin nazil olması ilə əziz İslam peyğəmbərinin (s) uca Peyğəmbərlik məqamına nail olduğu Məbəs bayramı bütün İslam aləminə, bütün bəşəriyyətə mübarək olsun. Allah bizləri Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) tabe olanlardan, Quranı sevənlərdən, Quranı oxuyanlardan, Qurana əməl edənlərdən, Quranla yaşayanlardan və qəlbi Quranla nurlananlardan qərar versin, amin!

Mübarək Məbəs bayramı

26 27Mübarək mövlud Mübarək bayram

Page 15: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Salam uşaqlar. Necəsiniz?Bir gün Əli ilə Samir, ataları ilə birlikdə meşəyə

gəzməyə getmişdilər. Meşə yam-yaşıl və çox gözəl idi. Orada bir arx var idi. Arxda çoxlu ördəklər üzürdü. Onlar hərdən başlarını suya salıb nə isə tutub yeyirdilər. Əli Yusifə baxıb “Gör nə qədər rahatlıqla üzürlər”,- dedi. Yusif soruşdu: “Niyə görə onların tükləri suda islanmır? Sərçənin tükü islanır, toyuğun tükü islanır, amma ördəyin tükü islanmır.” Əli dedi: “Gedək atamızdan soruşaq.” Onlar atalarının yanına gedib sualı ona verdilər.

Ataları cavab verdi: “Mənim gözəl, ağıllı balalarım. Afərin sizə ki, gördüyünüz şeylər barəsində fikirləşir və bilmədiyinizi soruşursunuz. Çalışın həmişə bu cür diqqətli olun. Sualın cavabı isə budur ki, ördəklərin qanadları yağlı olduğu üçün onların tükləri islanmır. Alim və Qüdrətli olan Allah ördəkləri elə yaradıb ki, tükləri həmişə yağlı olsun ta ki, suda rahat üzə bilsinlər. Qanadları yağlı olmasaydı onlar suda üzə bilməzdilər.Allah bütün varlıqları hikmət əsasında yaradıb.”

28 29Uşaq səhifəsi

Page 16: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

İmam Məhəmməd Baqir (ə) və

İmam Məhəmməd Təqinin(ə)mübarək mövludu

Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu İmam Məhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.

Rəcəb ayının 10-u İmamət səmasının 9-cu ulduzu İmam Məhəmməd Təqinin (Cavad) (ə) mübarək mövludu günüdür.

Bu iki gözəl mövlud münasibətilə başda həzrət Mehdi (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik.

İmam Museyi Kazım (ə) və İmam Əliyyən-Nəqinin (ə)

hüznlü şəhadətiRəcəb ayının 25-i İmamət səmasının 7-ci

ulduzu İmam Museyi-Kazımın (ə) şəhadət günüdür. O həzrət hicri qəməri tarixi ilə 183-cü ildə Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilərək şəhadətə yetişib.

Rəcəb ayının 3-ü İmamət səmasının 10-cu ulduzu İmam Əliyyən-Nəqinin (Hadi) (ə) şəhadət günüdür. O həzrət hicrətin 254-cü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.

İmamlarımızın (ə) bu hüznlü şəhadət günləri münasibəti ilə başda həzrət Mehdi (ə.f) olmaqla bütün Əhli-Beyt (ə) sevərlərə başsağlığı veririk.

S/S Mövzular Səhifə Pis Yaxşı Əla

1. Qurani-Kərim 2

2. Əhli-Beyt (ə) (14 Məsum) 4

3. Nurani hədislər 6

4. İmam Rza (əleyhis-salam) 8

5. Məhdəvilik 10

6. Əqaid 12

7. Fiqh (Əhkam bölməsi) 14

8. Dua 16

9. İslamda ailə 18

10. İslam alimləri 20

11. Ziyarətgah 22

12. Sual-cavab 24

13. Mübarək mövlud 26

14. Mübarək bayram 27

15. Uşaq səhifəsi 28

16. Təqvim 30

17. Müsabiqə 32

“Parlayan Günəş” jurnalının sorğu anketiƏziz və hörmətli oxuculardan xahiş edirik ki, jurnalın keyfiyyətinin daha da yüksəldilməsi

məqsədilə, öz rəy və təkliflərinizlə bizə yardımçı olasınız. Zəhmət olmasa sorğu anketini dolduraraq [email protected] ünvanına göndərəsiniz. Əvvəlcədən hamıya öz səmimi təşəkkürümüzü bildiririk.

30 31Təqvim Sorğu

Page 17: Parlayan Günəş Bu sayda...Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs

Müsabiqəyə xoş gəlmisiniz!

Müsabiqədə verilən bütün suallar jurnalın mətnindən seçilmişdir. Jurnalı mütaliə etməklə bütün suallara asanlıqla cavab verə bilərsiniz.

Suallar:

1-Həzrət İmam Əlinin (ə) mübarək mövludu İslam təqvimi ilə hansı aydadır?

a) Rəcəb b) Cəmadiül-əvvəl c) Ramazan ç) Rəbiüs-sani

2-Ayətullah Cavadi Amulinin müəllifi olduğu təfsir kitabının adı nədir?

a) Əl-Mizan b) Nümunə c) Təsnim ç) Nurus-səqəleyn

Müsabiqəyə təqdim edilən cavablar, sorğu anketi doldurularaq, şəxsi məlumatlarla birlikdə [email protected] ünvanına göndərilməlidir.

Müsabiqənin müddəti:

Jurnalın onuncu sayının müsabiqəsinin müddəti aprel ayının 30-na kimidir. Ayın axırı, göndərilən cavablar münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər elan ediləcək.

Mükafatlandırma:

İlk üç yeri qazanmış qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Mükafatlandırma mərasimi və mükafatların təqdim edilməsi, qaliblərin Məşhəd ziyarəti zamanı təqdim olunacaq. Yaxud qaliblərin istəyi ilə poçt ünvanına göndəriləcək.

32 Müsabiqə