korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının · web view“korrupsiyaya qarşı...

21
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilmiş MƏLUMAT “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006- cı illər) təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Bununla əlaqədar Dövlət Proqramı korrupsiya ilə mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Dövlət Proqramının həyata keçirilməsi barədə təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmış, qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət və təklifləri ümumiləşdirib təhlil etmək məqsədi ilə işçi qrupu yaradılmışdır. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar son altı ay ərzində aşağıdakı işlər görülmüşdür. 1. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsi üzrə. Dövlət Proqramı üzrə Tədbirlərin 1.1-1.4-cü bəndlərinə müvafiq olaraq korrupsiya ilə bağlı bir sıra əməllərin beynəlxalq konvensiyalara əsaslanaraq cinayət kimi tanınması və həmin əməllərə görə məsuliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalardan əldə edilən əmlakın müsadirəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Qanun layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının

Upload: others

Post on 15-Feb-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilmiş

MƏLUMAT

 

“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

Bununla əlaqədar Dövlət Proqramı korrupsiya ilə mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Dövlət Proqramının həyata keçirilməsi barədə təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmış, qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət və təklifləri ümumiləşdirib təhlil etmək məqsədi ilə işçi qrupu yaradılmışdır.

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar son altı ay ərzində aşağıdakı işlər görülmüşdür.

1. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsi üzrə.

Dövlət Proqramı üzrə Tədbirlərin 1.1-1.4-cü bəndlərinə müvafiq olaraq korrupsiya ilə bağlı bir sıra əməllərin beynəlxalq konvensiyalara əsaslanaraq cinayət kimi tanınması və həmin əməllərə görə məsuliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalardan əldə edilən əmlakın müsadirəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Qanun layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsindəki konvensiyalarına və bu sahədə mövcud olan digər sənədlərə uyğunluğu barədə Azərbaycan Respublikası Prezidentinin Icra Aparatına məlumat verilmişdir.

Ədliyyə Nazirliyi tərəfindən Dövlət Proqramı üzrə Tədbirlərin 1.7-1.8, 1.10-cu bəndlərinin icrası məqsədi ilə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar müvafiq layihələrin hüquqi ekspertizadan keçirilməsi təmin edilmiş, qanunvericiliyin sistemləşdirilməsi işi aparılmış, bir sıra yeni qanunvericilik aktlarının layihələri, o cümlədən “Normativ hüquqi aktlar haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsi hazırlanmışdır.

2. Dövlət orqanlarının fəaliyyəti sahəsi üzrə.

Dövlət Proqramı üzrə Tədbirlərin 2.1-ci bəndinə müvafiq olaraq dövlət orqanlarında islahatların başa çatdırılması məqsədi ilə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və onların fəaliyyətində təkrarçılığın aradan qaldırılması istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət idarəetmə sistemində aparılan islahatlar idarəetmə sisteminin səmərəliliyinin artırılmasına, beynəlxalq standartlara və bazar iqtisadiyyatının tələblərinə cavab verən idarəetmə sisteminin yaradılmasına yönəldilmişdir.

Page 2: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

2004-cü ildə Rabitə Nazirliyi ləğv edilmiş və onun əsasında Rabitə və Informasiya Texnologiyaları Nazirliyi yaradılmış, Yanacaq və Energetika Nazirliyi ləğv edilmiş və onun funksiyaları yeni yaradılmış Sənaye və Energetika Nazirliyinə verilmişdir. Aqrar bölmənin idarə edilməsinin müasir tələblərə uyğun yenidən qurulması üçün yenidən təşkil edilmişdir. Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əvəzinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, bundan başqa yeni qurumlar – Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur dəyişiklikləri aparılaraq yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti, pensiya siyasəti şöbələri yaradılmışdır. Hazırda dövlət büdcəsindən və sosial sığorta haqlarından maliyyələşən sistemlərin bir-birindən ayrılmasını təmin etmək məqsədi ilə nazirlikdə bir sıra islahatların aparılması nəzərdə tutulur. Iqtisadi Inkişaf Nazirliyinin nəzdində olmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında Nazirlər Kabinetinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılmışdır.

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli qərarı ilə dövlət orqanlarında tələb olunan ştat vahidlərinin minimum say həddi müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli və yerl?rdəki qurumlarında struktur islahatları həyata keçirilərək ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən struktur bölmələrin sayı azaldılmışdır.

Dövlət Proqramı üzrə Tədbirlərin 2.2-ci bəndinə müvafiq olaraq şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərinə, ərizə və şikayətlərinə baxılması qaydalarının və müddətlərinin təkmilləşdirilməsi məqsədi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın və Korrupsiyaya qarşı Mübarizə Idarəsinin əsasnamələrində bu orqanların vəzifələrindən biri kimi şəxslərin korrupsiya ilə bağlı şikayət və ərizələrinə baxılması müəyyən edilmişdir.

Məhkəmələr haqqında yeni qanunvericilikdə korrupsiya hallarının qarşısının alınması məqsədi ilə məhkəmələrdə şəxslərin qəbulunun məhkəmə aparatları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədi ilə kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarlarının, habelə onlarla birlikdə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarlarının dərc edilməsi və elektron daşıyıcılarda yayılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramı üzrə Tədbirlərin 2.3, 2.5, 2.10-cu bəndlərində nəzərdə tutulmuş “Inzibati icraat haqqında” və “Məlumat azadlığı haqqında” qanunların, “Dövlət qulluqçularının etik davranış kodeksi”nin layihələri hazırlanmış və bu layihələr hazırda Milli Məclisdə müzakirədədir.

Dövlət Proqramı üzrə Tədbirlərin 2.4, 2.7, 2.11, 2.12, 2.14, 2.16-cı bəndlərinə müvafiq olaraq mərkəzi icra hakimiyyətlərində onların fəaliyyətini əks etdirən internet səhifələri tərtib edilmiş, bəzilərində təkmilləşdirilmiş, ərizə və şikayətlərin elektron vasitələrlə qəbul edilməsi işi təşkil edilmiş, korrupsiyaya qarşı mübarizə məqsədi ilə daxili nəzarət struktur bölmələri (komissiyaları), dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi üçün müvafiq komissiyalar yaradılmışdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət qulluqçularını və işçiləri maarifləndirmək v? təlimatlandırmaq məqsədi ilə yığıncaq və seminarlar keçirilmişdir. Dövlət qulluğunun nüfuzunun artırılması məqsədi ilə dövlət orqanlarında qulluq vəzifələrinin icrası üçün andiçmə mərasimlərinin keçirilməsi, normal iş şəraitinin yaradılması, həvəsləndirm?, mükafatlandırma, dövlət qulluğunda irəli çəkilmə, xarici ölkələrə təlim səfərlərinə və təcrübə mübadiləsinə göndərilmə kimi tədbirlər həyata keçirilir.

Dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi dövlət qulluğunun nüfuzunun artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin sosial

Page 3: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

təminatının gücləndirilməsi məqsədi ilə onların dövlət məvaciblərinə daxil olan ixtisas dərəcələrinə görə əlavənin artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi hazırda Nazirlər Kabinetində müzakirədədir.

Dövlət Proqramında nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında illik hesabatında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilmişdir.

Dövlət Proqramı üzrə Tədbirlərin 2.19-2.20-ci bəndlərinə müvafiq olaraq "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydalarının təsdiq edilməsi barədə” Qanun layihəsi hazırlanmış və bu layihə hazırda Milli Məclisdə müzakirədədir.

Dövlət Proqramı üzrə Tədbirlərin 2.21-2.22-ci bəndlərində nəzərdə tutulmuş siyasi partiyaların maliyyələşdirilməsi və vəsaitlərin xərclənməsində şəffaflığın artırılması, bu məqsədlə nəzarət mexanizmlərinin müəyyən edilməsi, siyasi partiyaların maliyyə vəziyyəti barədə hesabatların tətbiq edilməsi sisteminin müəyyən edilməsi üçün “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Qanun layihəsi, “Siyasi partiyaların maliyyə vəziyyəti barədə hesabatların tətbiq edilməsi sisteminin müəyyən edilməsinə dair Standartlar”ın layihəsi hazırlanmış və hazırda Nazirlər Kabinetində aidiyyəti orqanlarla razılaşdırılır. Eyni zamanda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanına əsasən Maliyyə Nazirliyi tərəifndən qeyri-hökumət təşkilatları üçün “Milli Mühasibat Uçotu Standartları” hazırlanır.

3. Hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti sahəsi üzrə.

Dövlət Proqramı üzrə Tədbirlərin 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin Əsasnaməsi və prokurorluq işçilərinin say tərkibi təsdiq edilmişdir. Həmin Fərmanın icrası ilə bağlı müvafiq normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflər Nazirlər Kabineti tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Idarənin əməkdaşlarının əmək haqqı Nazirlər Kabinetinin 2005-ci il 24 mart tarixli qərarı ilə müəyyən edilmişdir.

Dövlət Proqramı üzrə Tədbirlərin 3.3-cü bəndinə müvafiq olaraq korrupsiya ilə bağlı cinayətlərin istintaq aidiyyətinin müəyyən edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.

Dövlət Proqramı üzrə Tədbirlərin 3.7-ci bəndində nəzərdə tutulmuş korrupsiyaya qarşı mübarizə məqsədi ilə hüquq mühafizə orqanları aparatlarında daxili nəzarətin təşkil edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli Fərmanı ilə Daxili Işlər Nazirliyinin strukturunda Daxili Təhlükəsizlik Idarəsi yaradılmışdır. Həmçinin Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri şöbəsi yaradılmışdır. Vergilər Nazirliyinin Daxili Nəzarət Baş Idarəsinin strukturu və funksiyaları təkmilləşdirilərək onun bazasında Daxili Audit Baş Idarəsi və Daxili Təhlükəsizlik Idarəsi yaradılmışdır. Dövlət Gömrük Komitəsinin Daxili Təhqiqatlar Idarəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli Fərmanı ilə Daxili Təhlükəsizlik Idarəsi adlandırılmışdır. Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Sərhəd Xidmətində daxili nəzarətin həyata keçirilməsi ayrıca struktur bölmələrə həvalə olunmuşdur.

Page 4: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

Dövlət Proqramı üzrə Tədbirlərin 3.8-ci bəndində nəzərdə tutulmuş prokurorluq, daxili işlər, gömrük, vergi, dövlət sərhəd xidməti orqanları əməkdaşlarının etik davranış kodeksləri təsdiq edilmişdir.

Dövlət Proqramı üzrə Tədbirlərin 3.6, 3.9-cu bəndinə müvafiq olaraq hüquq mühafizə orqanları əməkdaşlarının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşması məqsədi ilə Polis Akademiyasında, Baş Prokurorluğun Tədris Mərkəzində kurslar təşkil edilmişdir. Beynəlxalq təşkilatlar və xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığın həyata keçirilməsi məqsədi ilə əməkdaşlar müxtəlif ölkələrə forum, sessiya və müşavirələrdə iştirak etməyə, təlimlər keçməyə göndərilir.

Ədliyyə orqanları sistemində korrupsiya ilə mübarizə istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, cəzaların icrası sahəsində korrupsiya hallarının qarşısının alınması məqsədi ilə Cəzaların Icrasına Nəzarət üzrə Müfəttişlik yaradılmışdır.

Dövlət Proqramı üzrə Tədbirlərin 3.15-ci bəndində nəzərdə tutulmuş hüquq mühafizə orqanlarında qulluq keçən şəxslərin dövlət məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi məqsədi ilə Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli qərarı ilə “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaları” təsdiq edilmiş, 2005-ci il 15 mart tarixli qərarı ilə prokurorluq orqanlarında mülki işçilərin və hərbi prokurorluq işçiləri olmayan digər hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılmışdır.

Dövlət Proqramı üzrə Tədbirlərin 3.16-3.26-cı bəndlərində nəzərdə tutulmuş məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tədbirlərin icrası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin müstəqilliyinin təmin edilməsi və onların seçilməsi prosedurunun təkmilləşdirilməsi üzrə Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində səmərəli görüşlər keçirilmişdir.

2004-cü il 28 dekabr tarixdə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara əsasən Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilmiş, hakimlərin toxunulmazlığına və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurumun – Hakimlərin Seçki Komitəsinin yaradılması, hakimliyə namizədlərin beynəlxalq təcrübəyə uyğun xüsusi proqram üzrə uzunmüddətli təlim keçməsi nəzərdə tutulmuşdur.

Yeni qanunvericiliklə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları genişləndirilmiş, o cümlədən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş maliyyə xarakterli tələblərə əməl edilməməsi və korrupsiya hüquqpozmalarının törədilməsi hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları kimi müəyyən olunmuşdur.

Dövlət Proqramı üzrə Tədbirlərin 3.31-ci bəndinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsi hazırlanmış və hazırda Milli Məclisdə müzakirədədir.

4. Iqtisadi və sosial sahə üzrə.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.1-4.12-ci bəndlərinə müvafiq olaraq Iqtisadi Inkişaf Nazirliyi tərəfindən aşağıdakı işlər görülmüşdür.

Page 5: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

Antiinhisar Məcəlləsinin layihəsi hazırlanmış və hazırda Nazirlər Kabinetində aidiyyəti orqanlarla razılaşdırılır, “Investisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirədədir.

Rəqabəti tənzimləmə fəaliyyətinin təkmilləşdirilməsi və inhisarlar sahəsində sui-istifadəyə şərait yaradan halların aşkar edilməsi, aradan qaldırılması məqsədi ilə əmtəə və maliyyə xidmətləri bazarlarında rəqabətin vəziyyətinin daha dəqiq təhlilinin aparılması ilə əlaqədar yeni metodik sənədlər hazırlanmış, antiinhisar siyasətinin formalaşması istiqamətində bir sıra işlər görülmüşdür.

Təbii inhisar subyektlərinin fəaliyyət sahələri olan qaz və su təchizatı, çirkab suların axıdılması, dəmir yolu nəqliyyatı, telefon və poçt rabitəsi, enerji təchizatı və neftin magistral kəmərləri ilə nəqli xidmətlərinin, həmçinin dövlət inhisarında olan xidmətlərin göstərilməsinin antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, aşkar edilmiş nöqsanların aradan qaldırılması, xidmət tariflərinin iqtisadi əsaslandırılması istiqamətində müvafiq işlər aparılmışdır.

Qaz və su təchizatı sahəsində tariflərə (qiymətlərə) və istehlakçı qrupların tərkibinə yenidən baxılmış, vahid tariflər (qiymətlər) təsdiq edilmişdir. Dövlət Neft Şirkəti, “Azərbaycan Qaz Emalı”ASC və “Azəriqaz” QSC üzrə qiymətlərin tənzimlənməsi (topdansatış və pərakəndə) ilə əlaqədar maya dəyərinə uyğun tariflər müəyyən edilmiş, qaz sayğacı olmayan əhali istehlakçı qrupu üçün qazdan istifadə normaları aşağı salınmışdır. “Azərsu” SC üzrə qiymətlər arasındakı kəskin differensiallaşma dərəcəsinin mərhələ-mərhələ aradan qaldırılması məqsədi ilə yeni istehlakçı qruplar və qiymətlər təsdiq edilmişdir.

Rəqabəti tənzimləmə fəaliyyətinin və təbii inhisarların tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədi ilə “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsi hazırlanmışdır.

Özəlləşdirilən müəssisələrin qiymətləndirmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə, Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli və “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” 2001-ci il 24 yanvar tarixli qərarlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı sənədlərin layihələri hazırlanmışdır.

Investorların zəruri məlumatla təmin edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə respublikada investisiya imkanları və xarici sərmayələrin cəlb edilməsi istiqamətində dövlətin həyata keçirdiyi strategiyanı əks etdirən məlumatlar Iqtisadi Inkişaf Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Azərbaycanda Investisiyaların Təşviqi və Məsləhət Fondu ilə birlikdə kitabça və broşürlar nəşr etdirilmiş və xarici investorlara paylanmışdır.

Azərbaycana sərmayə qoymaq niyyətində olan xarici investorlarla mütəmadi olaraq görüşlər keçirilmişdir. Cari ildə Italiyada və Çində iş adamlarının biznes forumlarında Azərbaycandakı investisiya imkanları və iqtisadi inkişaf sahəsində əldə olunan nəticələr barədə ətraflı məlumat verilmişdir.

Lisenziyaların verilməsində dövlət orqanlarının işinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi, lisenziyaların verilməsi şərtlərinin təkmilləşdirilməsi və müddətlərinin uzadılması

Page 6: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

prosedurlarının sadələşdirilməsi məqsədi ilə “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi hazırlanmış və hazırda aidiyyəti orqanlarla razılaşdırılır.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.13-4.18, 4.20-ci bəndlərinə müvafiq olaraq maliyyə nəzarətini tənzimləyən qanunvericiliyin, büdcə sisteminin qanunvericilik bazasının və büdcə təsnifatının təkmilləşdirilməsi üçün 2004-cü il 3 dekabr tarixdə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Qanun qəbul edilmişdir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda, Maliyyə Nazirliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirməlidir. Qanuna uyğun olaraq Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli qərarı ilə “Azərbaycan Respublikası büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati vahid büdcə təsnifatı” təsdiq edilmişdir.

"Dövlət büdcəsi vəsaitinin istifadəsinə nəzarətin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Fərmanının icrası ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan və fəaliyyət göstərən dövlət agentlikləri, dövlət xidmətləri və onlara bərabər tutulan digər dövlət qurumlarına onların fəaliyyəti üçün ayrılmış məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən nəzarətin həyata keçirilməsi qaydaları hazırlanır.

Maliyyə nəzarətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hazırda Maliyyə Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə “Dövlət maliyyə nəzarəti haqqında” Qanunun və “Dövlət maliyyə nəzarətinin Standartları”nın layihələri hazırlanır.

Yerli büdcənin tərtibi və icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq olunmuş büdcə göstəricilərinə uyğunluğuna nəzarət mexanizmlərinin və prosedurlarının təkmilləşdirilməsi məqsədi ilə "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara 2004-cü il 30 dekabr tarixli Qanunla əlavə və dəyişikliklər edilmişdir.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.27-ci bəndinə müvafiq olaraq dövlət satınalmaları haqqında ictimaiyyətin məlumatlandırılması işinin təkmilləşdirilməsi, Satınalmalar üzrə Dövlət Agentliyində hesabatların vaxtında tərtib edilib təhlil olunması məqsədi ilə yerli kompüter şəbəkəsi və məlumat bazası əsasında dövlət satınalmalarının monitorinqi sistemi yaradılmışdır.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.30-4.32-ci bəndlərinə müvafiq olaraq bank sistemində islahatların sürətləndirilməsi, bank xidmətindən istifadə imkanlarının genişləndirilməsi, bu sahədə ədalətli rəqabətin və şəffaflığın təmin edilməsi məqsədi ilə “Banklar haqqında” və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” yeni qanunlar qəbul edilmişdir. Bu qanunların qəbulu ilə Azərbaycanın bank qanunvericiliyinin Avropa Birliyinin “Bank fəaliyyətinə dair Direktivlərinə” və bank nəzarəti üzrə beynəlxalq standartlara tam uyğunlaşdırılması təmin edilmişdir.

Bankların kapital bazasının artımı və konsolidasiyasının təşviqi bankların maliyyə davamlılığının möhkəmlənməsində əhəmiyyətli rol oynamışdır. Milli Bankın Idarə Heyətinin qərarı ilə fəaliyyətdə olan banklar üçün məcmu kapitalın minimum səviyyəsinə tələb 1 yanvar 2005-ci il

Page 7: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

tarixə 3.5 mln. ABŞ dollarına ekvivalent məbləğdə müəyyən edilmişdir. Məcmu kapitalın minimal səviyyəsinə tələbin artırılması nəticəsində bankların məcmu kapitalı il ərzində 93% artmışdır.

Milli Bank beynəlxalq təşkilatların texniki yardımından istifadə etməklə banklarda korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı xüsusi qaydalar və korporativ idarəetməyə aid 6 standart hazırlamışdır. Banklarda Beynəlxalq Maliyyə Hesabatlığı Standartlarına keçidin tamamlanması bank fəaliyyətində şəffaflığın səviyyəsini artırmaqla bank xidmətləri bazarında maliyyə intizamının gücləndirilməsinin mühüm şərtlərindən biri olmuşdur. 2005-ci il 1 yanvar tarixinə mərkəzləşdirilmiş Kredit Reyestrinin istismara verilməsi bankların potensial borcalanlar barədə dolğun məlumatlar əldə etməsinə imkan verməklə kredit fəaliyyətini fəallaşdıracaq və müştərilərin kreditdən istifadə imkanlarını genişləndirəcəkdir.

Yeni ödəniş infrastrukturunun, Milli Kart Prossesinq Mərkəzinin istismara verilməsi ilə Milli Ödəniş Sisteminin quruluşu tamamlanmışdır. Bu infrastruktur ölkənin bütün regionlarını əhatə etməklə əhaliyə ucuz və keyfiyyətli bank xidmətləri göstərilməsini təmin etmiş olacaqdır. 2004-cü il 9 dekabr tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin Inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı” poçt sistemi vasitəsilə ödəniş sistemlərinin coğrafi əhatəsini genişləndirmişdir və iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarını daha da artıracaqdır.

Bank xidmətləri bazarında rəqabət mühitinin təmin edilməsi üçün bank nəzarəti çərçivəsində tədbirlər həyata keçirilmişdir, nəticədə il ərzində Azərbaycan Beynəlxalq Bankının əmanət bazarında xüsusi çəkisi 54,1%-dən 49,2%-ə, kredit qoyuluşlarında xüsusi çəkisi isə 48,7%-dən 48%-ə enmişdir.

Respublikada sosial-iqtisadi inkişafın yeni mərhələsinə təkan verən “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli Fərmanı maliyyə-bank sektorunda müasir bazar münasibətlərinin daha da dərinləşməsinə, milli bank sisteminin sağlam rəqabət qabiliyyətinin artırılmasına və ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə şərait yaratmışdır.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.33-4.34-cü bəndlərinə müvafiq olaraq "Qeyri-qanuni fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı Tədbirlər Proqramı"nın layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. “Qeyri-qanuni fəaliyyətdən əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması haqqında” qanun layihəsi hazırda Nazirlər Kabinetində müzakirədədir.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.40-4.47-ci bəndlərinin icrası ilə bağlı audit xidmətinin qanunvericilik bazasının təkmilləşdirilməsi və audit xidmətinin beynəlxalq audit standartlarına uyğunlaşdırılması, milli audit standartlarının hazırlanmasının başa çatdırılması məqsədi ilə hazırlanmış “Auditor xidməti ilə məşğul olan fiziki və hüquqi şəxslərin peşə məsuliyyətinin icbari sığortası haqqında” Qanun layihəsi hazırda Nazirlər Kabinetində müzakirədədir, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsinin hazırlanması üçün Auditorlar Palatasında müvafiq işçi qrupu yaradılmışdır.

Mühasibat və statistika uçotu sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, “Mühasibat uçotu haqqında” Qanundan irəli gələn vəzifələrin icrası üçün tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli Sərəncamı ilə

Page 8: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

“Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı arasında Mühasibat Uçotu və Audit Islahatları üçün Qrant üzrə Məktub-Saziş” təsdiq edilmişdir.

Daxili audit xidmətləri rəhbərlərinin qulluğa qəbulu və qulluğuna xitam verilməsi prosedurlarının təkmilləşdirilməsi üzrə Əsasnamənin hazırlanması üzərində hazırda iş aparılır. Auditorlar Palatasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində struktur islahatları aparılmış, korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsi yaradılmış, Auditorlar Palatasının 2004-cü il üzrə fəaliyyətinin nəticələrini əks etdirən hesabatın mətbuatda dərc edilməsi nəzərdə tutulmuşdur.

Audit təşkilatlarının korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində öhdəliklərinin müəyyən edilməsi ilə bağlı Auditorlar Palatasında hüquq mühafizə və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.48-ci bəndinə müvafiq olaraq standartlaşdırma, sertifikatlaşdırma və icazə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə yanaşı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin səlahiyyətlərinin dəqiqləşdirilməsi və fəaliyyətinin beynəlxalq tələblər səviyyəsində qurulması üçün “Azərbaycan Respublikasında standartlaşdırmanın, metrologiyanın və sənaye mülkiyyəti obyektlərinin mühafizəsinin inkişafı üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmış və hazırda Nazirlər Kabinetində baxılır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinin tənzimlənməsini, beynəlxalq tələblərə uyğunlaşdırılmasını və bu sahələrdə şəffaflığı təmin edəcək yeni qanunvericilik bazasının hazırlanması işlərinə başlanmışdır. Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsinin tamamilə elektron vasitələrə keçidinin təmin edilməsi, habelə respublikada standartlaşdırma və sertifikatlaşdırma sahəsində Vahid Məlumat Mərkəzinin yaradılması üzərində iş aparılır.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.51- 4.53-cü bəndlərində nəzərdə tutulmuş hüquqi və fiziki şəxslərə torpaq sahələrinin ayrılmasında şəffaflığın artırılması, torpaqdan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi, şəhərsalma sahəsində icazə vermə qaydalarının pozulmasına şərait yaradan halların aradan qaldırılması və vəzifəli şəxslərin məsuliyyətinin müəyyən edilməsi üçün hazırlanmış “Inşaat fəaliyyəti haqqında” Qanun layihəsi hazırda Milli Məclisdə müzakirədədir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və “Torpaq bazarı haqqında” Qanunun tələblərinə müvafiq olaraq “Torpaqların alqı-satqısı ilə bağlı torpaq hərraclarının (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Prezidentinin Icra Aparatına təqdim edilmişdir. Nazirlər Kabinetinin 2005-ci il 16 fevral tarixli sərəncamı ilə Iqtisadi Inkişaf Nazirliyinə, Vergilər Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsinə görə icarə haqqının dövlət büdcəsinə daha dolğun ödənilməsini təmin edən tədbirlər həyata keçirsinlər.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.54-4.56-cı bəndlərində nəzərdə tutulmuş vergi qanunvericiliyinin, həmçinin vergi nəzarətinin və vergi ödəmə prosedurlarının təkmilləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə 2004-cü il 3 dekabr tarixində “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Qanun qəbul edilmişdir. Vergilər Nazirliyi tərəfindən həmçinin bu istiqamətdə bir sıra məqsədyönlü işlər görülmüşdür.

Vergi orqanları tərəfindən aparılan səyyar vergi yoxlamalarının keyfiyyətinin və səmərəliyinin artırılması məqsədi ilə “Səyyar vergi yoxlamasının təyin olunmasına dair tələblər”ə müvafiq

Page 9: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

əlavə və dəyişikliklər edilmişdir. Vergi ödəyiciləri haqqında informasiya bazasının genişləndirilməsi nəticəsində kameral vergi yoxlamalarının səmərəliliyi artırılmışdır. 6 aylıq dövr ərzində keçirilən kameral yoxlamalar nəticəsində 5959 vergi ödəyicisində qanun pozuntusu aşkar edilmiş, əlavə olaraq 296234,5 milyon manat vergi hesablanmış və digər qanunamüvafiq tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində keçirilən operativ vergi nəzarəti nəticəsində 1628 şəxsin vergi uçotundan yayınması aşkar edilmiş və vergi qanunvericiliyinə uyğun olaraq onlara qarşı 1540,0 min manat inzibati cərimə, 273180,0 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2869 vergi ödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması aşkar edilmiş və onlara qarşı ümumilikdə 1305069,0 min manat inzibati cərimə tətbiq edilmişdir.

Vergi cinayətlərinin ibtidai araşdırılması ilə əlaqədar 185 cinayət işi icraata qəbul edilmişdir. Vergi qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş vergi borclarının alınmasının təmin edilməsi məqsədi ilə 100176 vergi ödəyicisinə xəbərdarlıq göndərilmiş, vergi ödəyicilərinin bank hesablarına 31981 sərəncam qoyulmuş və 71792,8 milyon manat məbləğində əmlakın siyahıya alınması təmin edilmişdir.

Iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin mərkəzləşdirilmiş uçota alınması məqsədi ilə Nazirlər Kabinetinin 2004-cü il 21 oktyabr tarixli qərarı ilə “Iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları” təsdiq edilmişdir.

Vergi ödəyicilərinə göstərilən xidmətin şəffaflığının təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən telefon-məlumat xidməti təşkil edilmişdir. Vergi orqanlarının fəaliyyəti mütəmadi olaraq “Vergilər” qəzetində və “Vergi xəbərləri” jurnalında, Dövlət Televiziyası kanalının “Vergi xəbərləri” verilişində işıqlandırılır. Vergilər Nazirliyinin gördüyü işlərdən bəhs edən illik statistik məcmuə buraxılmışdır.

Vergi bəyannamələrinin elektron poçt vasitəsi ilə vergi orqanlarına təqdim olunması mexanizminin təkmilləşdirilməsi üçün Vergilər Nazirliyində Avtomatlaşdırılmış Vahid Informasiya Sisteminin (AVIS) yaradılması istiqamətində işlər aparılır. AVIS-də məlumatların təhlükəsizliyinin təmin edilməsi və onların həyata keçirilməsinin təşkili məqsədi ilə Məlumatların təhlükəsizliyinin qorunması üzrə Şura yaradılmışdır.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.57-4.60-cı bəndlərinə müvafiq olaraq Dövlət Gömrük Komitəsi tərəfindən aşağıdakı işlər görülmüşdür.

“Azərbaycan Respublikasının gömrük sərhədindən kecirilən beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi Qaydaları” işlənib hazırlanmışdır. Gömrük nəzarətinin təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədi ilə 20 gömrük orqanında “Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi”nin tətbiqi təmin edilmişdir. Xarici-iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli şəraitin yaradılması və gömrük işi sahəsində şəffaflığın təmin edilməsi məqsədi ilə bir neçə gömrük orqanında məlumat köşkləri yaradılmışdır. Azərbaycan Respublikasının gömrük sərhədindən keçən şəxslər tərəfindən ilkin məlumatların əldə edilməsi üçün “Gömrük məlumat kitabçası” istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi haqqında Beynəlxalq Konvensiya”ya qoşulması ilə əlaqədar olaraq gömrük qanunvericiliyinin bu Konvensiyaya uyğunlaşdırılması, BMT-nin Inkişaf Proqramı və Dövlət Gömrük Komitəsi tərəfindən nəzərdə tutulmuş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətinin gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması” bəyannamələşdirilmə prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

Page 10: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

Xarici-iqtisadi fəaliyyət iştirakçilarına sağlam rəqabət şəraitinin yaradılması üçün Nazirlər Kabinetinin qərarı ilə bir neçə mal qrupu üzrə spesifik rüsumlar advalor rüsümlarla əvəz edilmişdir.

Astara rayonunda istifadəyə verilən respublikada ilk müvəqqəti saxlanc gömrük terminalı olan beynəlxalq yük terminalı xarici-iqtisadi fəaliyyət iştirakçilarına gömrük xidmətinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. “Gömrük xəbərləri” qəzetində və Azərbaycan Dövlət Televiziyası ilə yayımlanan “Gömrük bülleteni” rubrikasında gömrük işi sahəsində qəbul olunmuş normativ sənədlər şərh olunur, gömrük tarifləri haqqında məlumatlar verilir.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.62, 4.64-cü bəndlərində nəzərdə tutulmuş səhiyyə sistemində islahatların aparılması davam etmişdir. Son dövr ərzində səhiyyə sahəsində 20-yə yaxın qanun və dövlət proqramları qəbul edilmiş, 300-dən yuxarı hüquqi və fiziki şəxsə özəl tibbi xidmət göstərmək məqsədi ilə lisenziya verilmişdir. Özəl təbabətin tətbiq edilməsi nəticəsində təqribən 10 min adam, o cümlədən 2500 həkim və 4000 orta tibb işçisi işlə təmin edilmişdir.

Əhalinin sosial vəziyyətini nəzərə alaraq bütün ambulator-poliklinika müəssisələrində pullu tibbi xidmət ləğv edilmişdir. Səhiyyə Nazirliyinin 300-dən artıq tibb müəssisəsində təmir işləri aparılmışdır. Respublikanın 25 şəhər və rayonlarında müasir standartlara cavab verən sağlamlıq mərkəzləri təşkil edilmişdir. Dövlət sanitariya-epidemioloji nəzarətinin gücləndirilməsi istiqamətində də müəyyən işlər görülməkdədir. Bununla bağlı Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli qərarı ilə “Istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları” təsdiq edilmişdir.

Səhiyyə sistemində qulluğa qəbulun və attestasiya qaydalarının təkmilləşdirilməsi məqsədi ilə müəyyən işlər görülmüş, elektron test bazası yaradılmışdır.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.66-4.67-ci bəndlərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən aşağıdakı işlər görülmüşdür.

Nazirliyin saytında daimi fəaliyyət göstərən “qaynar xətt” yaradılmışdır. Təhsil Nazirliyinin strukturunda 3 yeni şöbə - şagird nailiyyətlərinin qiymətləndirilməsi, təhsili idarəetmənin məlumat sistemləri, strateji təhlil və planlaşdırma şöbələri yaradılmışdır. Bu şöbələrə qəbul “Dövlət qulluğu haqqında” Qanuna müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilmişdir.

Hazırda Dünya Bankının xətti ilə həyata keçirilən II Təhsil Islahatı Layihəsinin (2003-2013-cü illər) birinci mərhələsində ümumi təhsilin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi, ikinci mərhələdə maliyyə müdaxilələrinin həcminin və əhatə dairəsinin genişləndirilməsi, üçüncü mərhələdə maliyyə müdaxilələrinin bütün ölkəni əhatə edəcəyi, texniki peşə və ali təhsil sistemində islahatların aparılması nəzərdə tutulmuşdur.

Kredit Sazişinə əsasən Təhsil Sektorunun Inkişafı Layihəsinin həyata keçirilməsi üçün (2003-2007-ci illər) Beynəlxalq Inkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayrılmışdır. Birinci mərhələdə Təhsildə Tətbiqi Tədqiqatlar Mərkəzi yaradılmış, təhsil sistemində yeni qiymətləndirmə sisteminin qurulması konsepsiyası hazırlanmış, Təhsil Nazirliyi Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının PISA-2006 qiymətləndirmə proqramına qoşulmuşdur.

Hazırda ümumtəhsil məktəblərində istifadə edilən dərslik və dərs vəsaitlərindən 80 faizi yeniləşdirilmişdir. Dünya Bankının krediti hesabına şagirdlər üçün 147 adda yeni dərslik və 36

Page 11: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

adda dərs vəsaiti hazırlanmış, məktəb kitabxanaları üçün 18 adda ensiklopedik lüğətin latın qrafikası ilə çap edilib ümumtəhsil məktəblərinə verilməsinə başlanmışdır.

Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Inkişaf Proqramı”, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar Inkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq olunmuşdur.

“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına dair Inkişaf Proqramı (2005-2009-cu illər)” Nazirlər Kabinetində müzakirədədir, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə Inkişaf Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan Respublikasında məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə Inkişaf Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin istiliklə təminatı üzrə Inkişaf Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan Respublikası təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni modelinin yaradılması üzrə Inkişaf Proqramı (2005-2009-cu ilər)”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı ilə bağlı Dövlət Proqramı (2005-2009-cu illər)” hazırlanma mərhələsindədir.

Təhsil müəssisələrində qulluğa qəbul və attestasiya qaydalarının təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən rəhbər vəzifələrə namizədlər üçün təhsil menecerləri hazırlığının konsepsiyası hazırlanmış, “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid-Ixtisas Sorğu Kitabçası”nda həmin kateqoriyadan olan işçilərin ixtisas tələblərində dəyişikliklər aparılmış, rəhbər və pedaqoji kadrların attestasiya qaydaları Nazirlər Kabinetində müzakirədədir.

Dövlət Proqramı üzrə Tədbirlərin 4.70-4.71-ci bəndlərində nəzərdə tutulmuş kommunal sahədə islahatların sürətləndirilməsi, elektrik enerjisi, qaz, su, mənzil və digər kommunal xidmətlərin haqqının ödənilməsi mexanizminin təkmilləşdirilməsi sahəsində bir sıra məqsədyönlü işlər görülmüşdür.

Abşeron Regional Səhmdar Su Cəmiyyəti “Azərsu” Səhmdar Cəmiyyəti adlandırılmış, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir”, “Azərkəndsutəchizat” Istehsalat Birlikləri ləğv edilərək, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar və Bakı Şəhər Icra Hakimiyyətinin “Bakkanalizasiya” Istehsalat Birliyi “Azərsu” Səhmdar Cəmiyyətinə verilmişdir.

Azərbaycan Respublikasında Milli Ödəniş sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının icrasının təmin edilməsi ilə əlaqədar su və kanalizasiya xidmətlərinin ödənişlərində şəffaflığın təmin edilməsi, əhalidən yığılan pulların banklar və elektron daşıyıcıları vasitəsilə aparılmasının təmin edilməsi üçün müvafiq tədbirlər işlənib hazırlanır. Təbii qazdan və sudan səmərəli istifadə edilməsi, onların paylanması və istehlakının uçota alınma səviyyəsinin artırılması üçün qaz və su istehlakçısı olan əhalinin qaz və su sayğacları ilə təmin edilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamları verilmişdir. Dünya Bankının Dövlət-Özəl Infrastruktur layihəsi çərçivəsində hazırlanmış “Kommunal xidmətlərin dövlət tənzimlənməsi haqqında” Qanun layihəsi Milli Məclisə təqdim edilmişdir.

Iqtisadi Inkişaf Nazirliyi tərəfindən Tarif Şurası və aidiyyəti orqanlarla birlikdə “Yığımlar və tariflər haqqında preyskuranta dəyişikliklər”, “Məişət, elektrik və qaz sayğaclarının yoxlanılması xidmətinin tarifləri”, “Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”, “Dövlət radiorabitə, radioyayım və televiziya yayımı vasitələrindən istifadə olunmasına görə tariflər”, “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət

Page 12: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

tarifləri”, “Təcili yardım avtobazasının sanitar avtomobillərinin bir saatlıq istifadə tarifləri” təsdiq edilmişdir.

“Azərbaycan Respublikasında kommunal islahatların aparılması mexanizmi”nin layihəsinə hazırda Nazirlər Kabinetində baxılır. Qaz, su, istilik sahələrində islahatların aparılması məqsədi ilə səhmdar cəmiyyətlərin yaradılması və idarəetməyə verilməsi barədə müvafiq hüquqi aktların layihələri hazırlanmışdır.

5. Korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və əməkdaşlıq üzrə

Respublikanın bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər planları təsdiq edilmişdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının məqsəd və mahiyyətinin, icrasına yönəlmiş tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında seminarlar, dəyirmi masalar keçirilmiş, mütəxəssislər bu mövzudə əhali arasında mühazirələrlə çıxış etmişlər.

Ədliyyə Nazirliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işi gücləndirilmiş, ictimaiyyətin geniş məlumatlandırılması məqsədi ilə kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar edilmiş, nazirliyin mətbu nəşrlərində və internet səhifələrində müvafiq məlumatlar yayılmış, Hüquq Tədris Mərkəzində ədliyyə və digər dövlət orqanlarının işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ixtisasartırma kurslarının proqramlarına xüsusi mövzular daxil edilmiş, əhali arasında hüquqi təbliğat işinin təşkilinə dair aidiyyəti qurumlara müvafiq göstərişlər verilmişdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının məqsəd və mahiyyəti, icrasına yönəlmiş tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılması, bu məqsədlə orqan rəhbərlərinin idarə və müəssisələrdə, təhsil ocaqlarında müntəzəm görüşlərinin təşkili ilə əlaqədar Daxili Işlər Nazirliyində məqsədyönlü işlər aparılır.

“Azərbaycan” və digər qəzetlərdə Nazirlər Kabinetinin işçi qrupunun rəhbərinin, prokurorluq əməkdaşlarının həmin mövzuya həsr olunmuş yazıları dərc edilmişdlir. Ictimai və qeyri-hökumət təşkilatları ilə birlikdə müvafiq tədbirlər keçirilir. 2005-ci il 18 fevral tarixdə Gənc Hüquqşünaslar Ittifaqında Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizə mövzusuna həsr edilmiş dəyirmi masa keçirilmişdir. Hüquq mühafizə orqanlarının əməkdaşları beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə mövzusuna aid keçirilən bir sıra tədbirlərdə iştirak etmişlər.

Mədəniyyət Nazirliyi tərəfindən respublikanın teatr-tamaşa müəssisələrinin repertuarına korrupsiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş əsərlər daxil edilmişdir. Rəsm qalereyalarında karikaturaçı rəssamların sərgiləri təşkil edilmiş, kitabxana və muzeylərdə Dövlət Proqramının məqsəd və mahiyyətini açıqlayan seminarlar, sərgilər təşkil edilmişdir. Korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədi ilə Bakı, Gəncə, Tərtər, Masallı, Sabirabad, Imişli, Saatlı, Zərdab, Ağdaş, Kürdəmir, Lerik, Astara, Bərdə, Dəvəçi, Qusar, Qazax, Oğuz, Qax, Zaqatala rayon mədəniyyət evlərində və klub müəssisələrində mühazirələr keçirilmiş, müxtəlif sərgilər təşkil edilmiş, kəndlərin əhalisinin rayon hüquq mühafizə orqanlarının əməkdaşları, bələdiyyə nümayəndələri ilə görüşləri təşkil edilmişdir. Respublika Mədəniyyət Müəssisələri Işçilərinin Hazırlıq və Ixtisasartırma Mərkəzinin tədris planına korrupsiyaya qarşı mübarizə üzrə mövzu daxil edilmiş, Mədəniyyət Təhsili üzrə Respublika Elmi-Metodiki Mərkəzində, Bakı Xoreoqrafıya Məktəbində seminar təşkil edilmişdir.

Page 13: Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının · Web view“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi

Təhsil Nazirliyində təhsili idarəetmə orqanları və təhsil müəssisələrində kollektivlərin, valideynlərin iştirakı ilə müşavirələr keçirilir, kütləvi informasiya vasitələrində təhsil işçilərinin çıxışları mütəmadi olaraq təşkil edilir, mövcud problemlər ictimaiyyətə çatdırılır, qeyri-hökumət təşkilatları olan Trasperensi Interneyşnal-Azərbaycan təşkilatı, Açıq Cəmiyyət Institutu, Təhsildə Islahatlara Yardım Mərkəzi, “Azərbaycan Gənclərinin Nailiyyəti” beynəlxalq təşkilatı və digər qurumlarla müvafiq tədbirlər həyata keçirilir.

Ədliyyə Nazirliyi, Auditorlar Palatası tərəfindən korrupsiya ilə mübarizə sahəsində müvafiq qanunvericilik aktlarından ibarət sənədlər toplusu nəşr etdirilmişdir.

Qadın Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının məqsəd və mahiyyəti, icrasına yönəlmiş tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasında dövlət və qeyri-hökumət qadın təşkilatlarının rolu” mövzusunda konfrans keçirilmişdir. Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsi Bakı şəhərində və zonalar üzrə Gəncliyə Yardım Fondunun və dini qurumların iştirakı ilə seminar-müşavirələr keçirmiş, bu sahədə dini-mənəvi amillərdən istifadə olunmasının vacibliyi vurğulanmışdır.

Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulması, həmçinin Korrupsiyaya qarşı ölkələr qrupuna (GRECO) və Çirkli Pulların Yuyulmasına qarşı Avropa Şurasının Ekspertlər Komitəsinə (MONEYVAL) üzv olması, bu təşkilatlarla, habelə Çirkli pulların yuyulmasına qarşı maliyyə mübarizə tədbirlərinin işlənilməsi üzrə qrupla (FATF) və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması maliyyə-bank və hüquq mühafizə orqanları tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.

Respublikanın nümayəndə heyəti tərəfindən Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsinin Regional Fəaliyyət Planı çərçivəsində ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair 2004-cü il 16-18 iyun tarixlərində Paris şəhərində geniş hesabat, 2005-ci il 17-21 yanvar tarixlərində Avropa Şurasının Pulların yuyulmasına qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 16-cı iclasında ölkəmiz üzrə məruzə təqdim edilmişdir. Bu təşkilatların eskpertləri qeyd olunan sahədə ölkəmizdə görülmüş tədbirləri yüksək qiymətləndirərək, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə yönəlmiş tövsiyələr vermişlər. Tövsiyələr Dövlət Proqramının müvafiq bəndlərinin icrası zamanı nəzərə alınır.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 23 dekabr 2003-cü il tarixli “Korrupsiyanın qarşısının alınması, onunla mübarizə, qanunsuz yolla əldə edilmiş aktivlər və onların mənşə ölkələrinə qaytarılması haqqında Qətnamə”sinin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının hesabatı BMT-yə təqdim olunmuşdur.