inforex weekly#92

10
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°92YANVAR 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 YAPON ŞAMLARI 8

Upload: inforex

Post on 07-Apr-2016

233 views

Category:

Documents


7 download

DESCRIPTION

Inforex Weekly#92: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#92

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°92YANVAR 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 YAPON

ŞAMLARI8

Page 2: Inforex Weekly#92

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Bu həftə diqqətlər AMB-ə yönəlib.Bundan başqa bazar günü Yunanıstanda keçiriləcək seçkilər ,bu barədə gözləmələr bazarda müəyyən volatillik yarada və GAP formalaşdıra bilər.

Page 3: Inforex Weekly#92

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Societe Generale: AMB aqressiv hərəkət etməyə məcbur olacaq

Societe Generale valyuta strateqləri hesab edirlər ki,AMB 22 yanvar iclasında Е500 mlrd. - Е600 mlrd. həcmində dövlət istiqrazlarının, Е400 mlrd. həcmdə isə şəxsi aktivlərin alışına başlanması barədə qərarı açıqlayacaq.Societe Generale-in fikrincə hətta kiçik həcmli kütləvi zəiflədilmə belə avro üçün neqativ olacaq və QE üçün ən azı 2-3 trilyon avro həcmində alışlar tələb olunur.

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Goldman Sachs: avro və yena enişə davam edəcək

Goldman Sachs valyuta strateqləri güclü dollara inanırlar və hesab edirlər ki,onun artımı əsasən yena qarşısında olacaq.Bankda fikirləşirlər ki,ilin sonunda avro/dollar $1.08,dollar/yena Y130 səviyyəsində ticarət aparacaq.

Dünyada deflyasiya: təhlükə nə dərəcədə böyükdür?

Neft qiymətləri 2015-ci ilin başlanğıcından enişi davam etdirir,iqtisadçılar isə tələsik dünyadakı infliyasiya barədə proqnozlarını eniş istiqamətində dəyişir.İnvestorlar və Mərkəzi Bank məmurları hazırda iki sualın üzərində baş sındırırlar:qiymətlər 2015-ci ildə deflyasiya zonasına nə qədər daxil olacaq və bu dünya iqtisadiyyatını nə ilə hədələyir? Bu sualların sadə cavabını tapmaq mümkün deyil ,ona görə ki,hazırda iki paralel deflyasiya növü formalaşır.Birincisi-”yaxşı” deflyasiya,bu neft bazarındakı di-namika ilə əlaqədardır.İkincisi isə “pis” deflyasiyadır,bu inkişaf etmiş ölkələrdə,əsasən Avrozonada ümumi tələbin aşağı düşməsi ilə müşaiyət olunur.Birinci deflyasiya hazırda üstünlük təşkil edir,amma arxa planda Avrozonada doğulmuş pis deflyasiya real təhlükəyə çevrilir.

Yaxın aylarda infliyasiya hansı dərinliklərə qədər düşə bilər? Aşağı xammal qiymətləri dünya infliyasiyasını 1.2%,inkişaf etmiş ölkələrdə 1.6% azalda bilər.J.P.Morgan-dan Bryüs Kasman təstiq edir ki,artıq deflyasiyadan qorxmur və onu sevməyi öyrənib.Onun araşdırmalarına görə dünya infliyasiyası 2015-ci ilin iyulunda 1%dən aşağı düşəcək.Bu rəqəm son 40 ilin aşağı göstəricisidir.İnkişaf etmiş ölkələrdə ümumi in-fliyasiya göstəricisi inadla mənfi ərazidə qalır.ABŞ-da aşağı neft qiymətləri ümumi infliyasiyaya təsir edir,buna ölkənin yüksək enerji asılılığı və energetika sektorunda aşağı vergi dərəcəsi ilə bağlıdır.Ümumi infliyasiya 2015-ci ilin 4cü rübündə müsbət zonaya qayıdacaq ,2016-cı ildə isə 1.5-2.0% olacaq.Beləliklə,ABŞ-da deflyasiya şoku güclü olmayacaq və yaxşı deflyasiya sürət yığmağa başlayacaq.

Əslində,Avrozonada ümumi deflyasiya dekabrda -0.2%-ə qədər düşmüşdü,2015-ci ilin ortasında -0.4%ə düşəcək və ilin əksər hissəsi bu səviyyədə qalacaq.ABŞ-dan fərqli olaraq, pis deflyasiya valyuta birliyini artıq 2013-cü ildən parçalayır.

İndi AMB ondan narahatdır ki,ABŞ-dakı yaxşı deflyasiya infliyasiya gözləmələrinə neqativ təsir edərək vəziyyəti daha da pisləşdirəcək.Amma ABŞ və Avroznada infliyasiyanın aşağı düşməsi dünya iqtisadiyyatı barədə proqnozlara necə pis təsir edə bilər?İqtisadçılar sərt mübahisələrdən sonra belə bir razılığa gəliblər ki,qiymət infliyasiyasının aşağı düşməsi,artan əməkhaqları fonunda istehlak xərclərinin çoxalmasına gətirə bilər. Maaliyyə bazarları qiymətdə deflyasiya şoklarının nəticəsi olaraq optimist proqnozları nəzərə alırlar,iqtisadi şərhçilərin əksəriyyəti isə sualın qaranlıq tərəfinə baxır,bazar isə ilin ortasında yaxşı deflyasiyanın (ABŞ) pis deflyasiya üzərində üstünlük əldə edəcəyini hesab edir,bu şəraitdə dolların bahalaşması da tam əsaslıdır.Maaliyyə bazarları adətən iqtisadi göstəriciləri düzgün interpretasiya etmirlər,amma deyəsən bu dəfə belə deyil.

Page 4: Inforex Weekly#92

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Ötən həftənin nəticələrinə baxış və 19-23 yanvar həftəsi üçün mühüm hadisələrin və xəbərlərin anonsu

Cümə axşamı: İsveçrə Milli Bankının məlum qərarından sonra, cümə günü avro və dollar frank qarşısında nisbətən bahalaşdılar. Mərkəzi bank faiz dərəcələrini də aşağı salaraq investorlarda frankı almaq arzusunun qarşısnı aldı.SNB-nin bu qərarı onu göstərir ki, bank AMB-nin bu həftənin cümə axşamına planlaşdırılan iclasında kütləvi zəiflədilməyə başlayacağından ehtiyyat edir.

Avropa məhkəməsinin çərşənbə günü açıqlanan müvəqqəti qərarı göstərdi ki, AMB istiqrazların alışı proqramını məhkəmə iddiası olmadan davam etdirə bilər. FRS ilə Avropa və Yaponiya MB-larının pul-kredit siyasətləri arasında artan fərq Amerika dollarının son aylarda möhkəmlənməsinə səbəb olan faktordur. Növbəti həftə investorlar diqqətlərini AMB-nin cümə axşamı keçiriləcək iclasına və mətbuat konfransına yönəldəcək.

Bazar ertəsi. 19 yanvar: İsveçrə PPi indeksini açıqlayacaq. Avro zonasında Almaniya Bundesbankı aylıq hesabatını dərc edəcək. Amerika bazarları Martin Lüter Günü ilə əlaqədar bağlı olacaq.

Çərşənbə axşamı. 20 yanvar: ZEW institutu Almaniya və Avrozona iqtisadi əhval-ruhiyyə indeksini açıqlayacaq.Kanada emaledici sektor satış həcmini dərc edəcək.

Çərşənbə. 21 yanvar: Böyük Britaniya məşğulluq və orta əmək haqqı barədə protokol açıqlayacaq. ABŞ tikinti icazələrinin sayını,yeni tikililərin həcmini açıqlayacaq. Kanada Bankı faiz dərəcələri barədə qərarı açıqlayacaq.

Cümə axşamı, 22 yanvar: İspaniya işsizlik səviyyəsi hesabatını dərc edəcək. AMB faiz dərəcələri ilə bağlı qərarını bildirəcək və ardınca M.Draqinin mətbuat konfransı gözlənilir. ABŞ işsizlik müavinətlərinin sayını dərc edəəck.

Cümə, 23 yanvar: Avrozona şəxsi sektorda işgüzar aktivlik indeksini,Almaniya və Fransa analoji hesabatları dərc edəcək. Böyük Britaniya pərakəndə satışlar, istehlak xərcləri rəqəmlərini açıqlayacaq. Kanada pərakəndə satışlar və CPİ indeksini dərc edəcək. ABŞ həftəni emaledici sektorda və daşınmaz əmlak bazarında işgüzar aktivlik in-deksini dərc edəcək.

Ötən həftə treyderlər avro və funtda satışları artırıblar

Scotiabank həftəlik hesabatında bildirir ki, 13 yanvardan indiyə qədər dollarda alışların həcmi 49 milyard dollara çatıb.Ötən həftədən etibarən ümumi orderlərdə elə dədəyişiklik müşahidə olunmayıb, əsasən avroda və funtda satışlarda artım müşahidə olunub.Avroya qarşı artım 25 milyard,funta qarşı isə 3,5 milyard olub.Kanada dollarında ayı əhvalı nisbətən azdır. Avstraliya dolarında ayı əhvalı stabilləşmə əlamətləri nümayiş etdiirir.Burada satışlarda 3,7 mlrd dollar azalma müşahidə edilib.Yenada əhval tam olaraq ayı istiqamətlidir,burada satışlar $ 0,5 artıb.Treyderlər hər iki istiqamətdə həcmləri azldıblar.

Page 5: Inforex Weekly#92

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Trend potensialının müəyyən edilməsi, həftəlik icmal.Neft “Brent”

Aylıq qrafik: Total ayı təzyiqi davam edir,baxmayaraq ki,həddindən artıq satılmanın nəticələri kiçik period-lu qrafiklərdə korreksiya şəklində özünü göstərir,əsas hədəf 37.27 zonasındadır. Buradan 80.31 səviyyəsinə hədəflənmiş qalxış mümkündür.

Qızıl

Aylıq qrafik: artım ssenarisi özünü doğruldur və biz görürük ki, Bollincerin orta xətti qırılıb ,ona görə minimal hədəf yuxarı xətdədir (1382.60)

Ötən həftənin nəticələrinə baxış və 19-23 yanvar həftəsi üçün mühüm hadisələrin və xəbərlərin anonsu

Page 6: Inforex Weekly#92

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/USD и GBP/USD: Texniki analizEUR/USD

Cütlük gözlənilən qırılma cəhdini həyata keçirdi və 1.1500 səviyyəsini yoxladı,amma buradan aşağıda möhkəmlənməyə nail olmadı. Güclü həddən artıq satılmanı nəzərə alsaq, 1.1875 müqavimətinə korreksiya gözləmək olar. Bu müqavimətin qırılması uzunmüddətli eniş kanalının yuxarı sərhədinin ypoxlanmasına yol açacaq.

GBP/USD

Cütlük yenidən 1.5100 səviyyəsindən aşağıda möhkəmlənməyə çalışır. Amma buradan yuxarıda qaldıqca vəziyyət əvvəlki kimi qalacaq və yaxın vaxtda 1.5500 ətrafının yoxlanması mümkündür.Onun qırılması 1.5785-1.5825 ərazisinə yol açacaq.

Page 7: Inforex Weekly#92

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

NZD/USD

Cütlük diapazonda ticarət aparır,aşağı sərhəd 0.7600,yuxarı sərhəd 23.6% Fibo səviyyəsinin keçdiyi 0.8835-0.7607 ərazisindədir.Hazırki səviyyədən diapazonun həm yuxarı , həm də aşağı sərhədinin yoxlanması müm-kündür.

FACEBOOK SƏHIFƏSI

Page 8: Inforex Weekly#92

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

SNB öz nüfuzuna niyə zərbə endirdiİsveçrə Mərkəzi Bankının vitse prezidenti hələ bazar ertəsi avronun milliy valyutaya olan nisbətində limit səviyyəsinin qorunmasını ölkə monetar siyasətinin əsas hissəi olduğunu bildirmişdi,cümə axşamı isə dünya bazarlarını şoka salaraq valyuta bazarında hər hansı məhdudiyyətlər qoymaqdan imtina etdi.Bu qərar İsveçrə frankının bütün tarixi boyu malik olduğu ən stabil valyuta nüfuzunu kökündən sarsıtdı.İsveçrə iqtisadiyyatı elə də böyük deyil və frank da uzun müddətdir ki,qoruyucu aktiv olaraq qiymətləndirilirdi.İndi isə investorları belə bir sual maraqlandırır,franka artıq etibar etmək nə qədər düzgündür?

“Bu qərar frankın qoruyucu aktiv statusunu şübhə altına salır,bu şübhələr artarsa ,onlar bundan sonra nə edəcəklər? -deyə UBS valyuta strateqi Cefri Yu bildirir.İsveçrə Bankının bu addımı bazar tərəfindən həyəcanla qarşılandı,çünki mərkəzi banklar bazara böhran olmayan zamanda belə sürprizi nadir hallarda edirlər. “Bu addım dünya bazarında turbulentliyi əks etdirir.Dünyadakı kiçik iqtisadiyyata malik olan ölkələrin Mərkəzi Bankları FRS və AMB-nin aqressiv siyasətinə adaptasiya olunmaq yolları axtarır”, - The New York Times yazır. “SNB-nin belə bir bombanı atmaq fikirnə düşməsi ondan xəbər verir ki,dünya monetar siyasətinin bu cür qəribə perspektivlərlə inkişaf etməsi,yəni FRS-in faiz dərəcələrini artırmaq planları,AMB və Yaponiya Banklarının isə əks istiqamətdə addım atmaqları şəraitində SNB seçim qarşısında qalmışdı.The Wall Street Journal belə hesab edir ki,SNB AMB-nin 22 yanvarda dövlət istiqrazlarının iri həcmli alışı barədə açıqlama verəcəyəi ilə bağlı ehtimallara reaksiya verib.AMB-nin adı çəkilən qərarından sonra frankın məzənnəsinin aşağı səviyyədə saxlanması SNB üçün baha başa gələcəkdi.Amma bəziləri bankı belə bir kobud addıma görə qınayırlar və nisbətən yumşaq addım atmağı tələb edirlər.Əksər izləyicilər göstərdilər ki,frankın avroya olan limit sərhədi uzun müddətdir ki,təzyiq altında qalmamışdı və belə olsaydı məlum addıma haqq qazandırmaq olardı.SNB rəhbərliyi isə əksinə,bu addımın vacibliyindən əmindir,baxmayaraq ki,bankın vitse prezidenti Dantxin hələ bir neçə gün öncə İsveçrə monetar siyasətinin dayaq nöqtəsinin dəyişməz olduğunu bildirmişdi. Valyuta siyasətindəki bu dəyiməni şərh edən analitiklər deyirlər ki,bundan sonra investorlar requlyatorun sözlərinə elə də inamla yanaşmayacaqlar.Financial Times bunu da qeyd edir ki,SNB bu qərarı digər mərkəzi banklarla məsləhətləşmədən edib.BVF sədri K.Laqard bunu bir az qəribə hesab etdiyini bildirib.

Bazarın əksər iştirakçıları İsveçrə hakimiyyətinin bu qərarından sonra vəziyyəti qiymətləndirmək bacarığını itirdilər,valyutalar,istiqrazlar və səhmlər kəskin qiymət sıçrayışlarına məruz qaldılar. “İxracatçılar və turist sahələri üçün ,eyni zamanda ölkə üçün bu addım sunami effekti yaratdı”, - Swatch sədri Nik Xayek bildirir. UBS AG və Credit Suisse 10% tikiyə məruz qalıblar.Institute of International Finance prezidenti Tim Adams bildirir ki,əgər AMB gözləmələri doğrultmasa,yeni bir fırtına yarana ,bazar hədsiz sarsıntı yaşaya bilər.

Bu arada... SNB sədri Cordan hesab edir ki,rəhbərlik etdiyi bank bazarın buna kəskin reaksiya verəcəyini bilridi və bazarı təəccübləndirmək özlüyündə olduqca vacib idi.

Page 9: Inforex Weekly#92

INFOREX WEEKLYDALGA ANAlİZİ 08

Dalğa analiziEUR/USD - ola bilsin ki,dönüş başlayıb

Gözlənildiyi kimi cütlük eniş impulsu daxilində enişi davam etdirib. (5) of 5 dalğası dəqqi formalaşıb.Bundan sonra kəskin sıçrayış baş verib ki,bu da başlanan dönüşdən xəbər verir. Bu ehtimala üstünlük verilərsə, eniş im-pulsunun formalaşdığı, yaxın vaxtda qalxışın başlayacağı ehtimal edilir.

Funt hələ ki, dönüşə hazır deyil

Funt avrodan daha əmin hərəkət edir,amma bu yeni minimumun əldə olunmasına mane olmur. Ayı tonu ümu-mi üstünlük təşkil edir və bunun tamamlanması üçün daha bir ayı dalğasına ehtiyac var və yaxın zamanda bu dalğanın yaranması ehtimal edilir. Minimum yeniləndikdən sonra qalxışın əsası qoyula bilər.

Page 10: Inforex Weekly#92

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal