inforex weekly#121

8
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°121 AVQUST 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 2 3 DALĞA ANALİZİ 6

Upload: inforex

Post on 23-Jul-2016

223 views

Category:

Documents


4 download

DESCRIPTION

Inforex Weekly#121: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#121

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°121 AVQUST 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ2 3 DALĞA

ANALİZİ6

Page 2: Inforex Weekly#121

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

Günlük periodlu qrafikdə iri diapazon və ya enişə meylli trend görmək olur.FRS indi bazarı idarə edir.Bildiy-imiz kimi,Amerika MB-nın faiz dərəcələrini yüksəltmə ehtimalları get -gedə güclənir və bu da bazara öz təsirini göstərir,amma buna baxmayaraq hələlik avronun enişi davam etdirməsi meylləri o qədər də inandırıcı görün-mür.Diapazonun sərhədlərindən hər hansı birinin qıırlması sonrakı dinamikanı təyin edəcək,amma bu yəqin ki,avqustun son həftələrində/sentyabrda baş verəcək.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Page 3: Inforex Weekly#121

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

BANKLARINortamüddətli perspektiv

üçün proqnozlar

Morgan Stanleydən əsas valyutalara həftəlik baxış

Avro: Fedrezervdən cavab gözləyirikAvroda ticarət aparmaq son vaxtlarda mürəkkəbləşib,bir neçə maraqlı hadisələr ard-arda baş verir,gah yunan məsələsi ortaya çıxır,gah AMB çətinlikləri gündəmə gəlir,indi isə dinamikanı məhz FRS təyin edəcək,qeyd edək ki,periferiyadan gələn statistika son vaxtlar yaxşılaşmaqdadır.

Yena: Reflyasiya üfüqdədir Biz yenada buğa proqnozunu saxlayırıq ,əsas risk isə Çin tərəfindən stimullardır ki,bu yena üçün mənfi xarakterdədir və təzyiqi gücləndirir.

Britaniya funtu: İngiltərə Bankı 8-1 səs verdiİnfliyasiya hesabatı daha az qətiyyətli idi, bu da funt/dolları 1.55 səviyyəsindən aşağı apardı.Amma gələcək həftələrdə biz Britaniyadakı hadisələrə deyil,ABŞ-dakı hadisələrə baxmalıyıq.Krosslarda isə funt bahalaşmalıdır.

SEB: əsas valyutalar üzrə uzunmüddətli proqnozlar

Avro/dollar: mart ayında uzunmüddətli minimum əldə edildikdən sonra cütlük konsolidasiya edir,korreksiya hədəfi $1.15 səviyyəsində idi və demək olar ki,əldə olunub,biz ayıların tərəfindəyik,fikrimizin dəyişməsi üçün $1.18-$1.24 səviyyəsi yuxarı qırılmalıdır;

Dollar/yena: iyun maksimumundan iyul minimumuna eniş üçdalğalı korreksiya kimi götürülə bilər.Əgər Y124.15 səviyyəsindən yuxarıda qalmaq mümkün olsa, Y135 səviyyəsinə qədər qalxış gözləmək olar;

Dollar/luni: güclü iyul rallisindən sonra əvvəlki maksimumlardan yuxarı qalxaraq uzunmüddətli hədəfimiz əldə edildi,əgər hadisələr bizim planımıza uyğun inkişaf edərsə, C$1.3423 səviyəsinə qədər qalxış,sonra isə irihəcmli korreksiya gözləmək olar.Uzunmüddətli buğalara indiki səviyyələrdə gəliri fiksasiya etməyi tövsiyyə edərdik.

Qızıl yeni eniş dalğası qarşısında donub qalıb

Qızıl kiçik diapazondadır və $1100/10 səviyyəsindən yuxarı qalxmaq qaşısındakı aci-zliyi indiki stabilləşməyə şübhə ilə yanaşmaq üçün əsas verir,siqnallar isə yeni enişin başlaya biləcəyini göstərir.Metalın real alıcıları və onun istehsalçılarının ucuzlaşmış səhmlərini əldə etmək istəyən investorlar ola bilsin ki,onun ucuzlaşmasına sevinirlər,amma belə görünür ki,indiki vəziyyəətdən alışlar üçün istifadə etməyi düşünmürlər. Citi-dən D.Uilson bildirir ki,eniş trendi hələ qüvvəsini itirməyib və ola bilsin ki,yaxın aylarda metal enişi davam etdirər.Eniş üçün əsas təzyiq göstərən fak-tor FRS-in monetar siyasəti sərtləşdirmə potensialıdır və Uilson yaxın iki ayda $1000 səviyyəsinin aşağı qırılacağını gözləyir.

Page 4: Inforex Weekly#121

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Barclays Capital: həftənin orderi – dollar/frankın alışları olacaq

Bu həftə investorlar həm fundamental,həm də texniki faktorların dəstəyi ilə dollar/frankı ala bilərlər.Bizim fikrimizcə,frank hələ də yüksək qiymətləndirilsə də,son 8 həftəlik qalxış nəticəsində chf0.9865/ chf0.9905 texniki hədəflərini əldə edib.Yuxarı qırılma chf1.0130 səviyyəsinə qalxışla nəticələnəcək.

«Neft ticarətinin Allahı» Endi Xoll iyul ayında $500 milyon itirib

«Neft ticarəti Allahı» Endi Xoll 10 il ərzində BP-də çalışaraq vitse-prezident postuna qədər yüksəlib.Sonra isə Phibro-a keçib və 1992-ci ildən bərio oranı idarə edir,həmçinin Astenbeck Capital hec fonduna rəhbərlik edir.Son 10 ildə o ticarət əfsanəsi hesab edil-irdi və eyni zamanda 2008-ci ildə böhran olmasına baxmayaraq $100 qazanmağa nail olmuşdu.O neftdə buğa idi və neftin qəfil və kəskin bahalaşacağını gözləyirdi.May və iyun ayında onun fondu Astenbeck Capital 3% itki ilə üzləşdi,iyulda isə antirekord təyin etdi.Neftin ucuzlaşması fonda $500 milyon (17%) zərər gətirib.

CFTC:son 7 həftə ərzində ilk dəfədir ki,spekulyantlar nefti alırlar

CFTC-in son hesablamaları göstərir ki,investorlar son 7 həftə ərzində ilk dəfədir ki, neftdə alışları genişləndiriblər,amma bunun üçün vaxt uğursuz seçilib.Neftçilər ola biləcəklərin ən pisinə hazırlaşırlar,Societe Generale kimi iri banklar isə proqnozları aşağı salırlar. «İnvestorların çoxu gözləmə mövqeyini tutur və onlar dib formalaşmasını mü.ahidə edən kimi,alışlara başlayırlar », -deyə Con Kilduff Again Capital hec fonddan bildirir. «Əgər qiymət bu səviyyədə qalmazsa,mən enişin hara qədər davam edəcəyini bilmirəm », -deyə Stiven Şork Schork Group-da bildirir. – «Bu $30 da ola bilər,daha aşağı da ola bilər».

Dünyanın aparıcı banklarının və maaliyyə institutları analitiklərinin ümumiləşmiş proqnozları:

Dünyanın aparıcı bankları və broker kontorlarının 35 analitikinin müxtəlif texniki və fundamental analiz metodları vasitəsilə apardıqları analizin ümumi nəticəsinə görə,

- EUR/USD ekspertlərin 36%- hesab edir ki,hələ 1.0800 səviyyəsinə eniş baş verəcək; 45%-i isə avronun bu səviyyənin aşağı qıracağı və 1.0650÷1.0700 səviyyəsinə düşəcəyini gözləyir. Bu versiyanı D1 qrafiki təstiqləyir. Ekspertlərin 19%-i və H4 indikatorları qalxışın 1.1000÷1.1050 səviyyəsinə qədər davam edəcəyini və sonra istiqamətin cənuba doğru dəyişəcəyini gözləyir.

- GBP/USD barədə əksər ekspertlər və indikatorlar enişin davam edəcəyini və 1.5340÷1.5400 səviyyəsinin yoxlanacağını gözləyir.Qrafik analiz isə hələlik funt/dolların 1.5460 - 1.5540 aralığında qalacağını və 1.5800 səviyyəsini yoxlamağa cəhd edəcəyini gözləyir.

- USD/JPY böyük ehtimalla iyun maksimumuna çatacaq və 126.00 səviyyəsinə çata-caq.Bundan sonra isə е 124.15÷125.80 dəhlizində yan hərəkəti və 122.50 dəstəyinin yoxlanacağını gözləmək olar;

Page 5: Inforex Weekly#121

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

EURUSD, Neft, Qızıl - trendin inkişaf potensialı

Avro/dollar günlük qrafikdə üfüqi 1.0810-1.1109 diapazonundadır, aralıq müqavimət 1.0960 səviyyəsindədir.Yuxarı qırılma alınarsa, 1.1109 səviyyəsinə qalxış mümkündür.

Neft “Brent”

Bollincerin aşağı sərhədi 37.65 səviyyəsinə doğru yerini dəyişib.Elə bu da neftin aktual eniş nöqtəsidir.Həftəlik qrafikdə aşağı konvertin qırılması da tam və şərhsiz ayı trendinin qüvvədə olduğunu göstərir.Bollincerin orta xəttinə (54.49) qalxış baş verərsə,satışların genişləndirilməsi üçün yeni imkan yaranacaq.

Page 6: Inforex Weekly#121

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Qızıl

Lokal müqavimət 1111.06, dəstək 1056.23.Bu müqavimətin yoxlanacağını,sonra isə 1056.23 səviyyəsinə enişin başlayacağını gözləmək olar.

Treydinq – ciddi bir işdir

treyderin səhvlərindən bəhs edən yazıları anlamırdım,axı bunu niyə yazırlar,hər şey o qədər sadədir ki,burada səhv etmək mümkün deyil!Demo hesabda o qədər uğurla işləyirdim ki,realda da hər şeyin bu qədər sadə olacağını düşünürdüm.Və bu zaman öz -özümə dedim:” Bu məndə bir istedaddır və heç vaxt da uduzmayacağam”.

Mən məzuniyyət pulunun hamısını hesaba yatırdım və işləməyə başladım,ilk vaxtlardakı uğurlu əməliyyatlardan ilhamlandım və artıq iri risklərə girməyə başladım.Və burada da hər şey başladı,bir də gözümü açanda hesada 80 dollar qalmışdı.Bu zaman mən əslində o zaman üçün düzgün olmayan bir nəticəyə gəldim,bu uğursuzluğu müvəqqəti qəbul etdim,amma demo hesabda da uğursuzluğa düçar olandan sonra sanki ayıldım və səhvlərimi götür-qoy etməyə başladım.Sonrakı dövrdə mən möcüzəvi strategiyalar,sistemlər ,indikatorlar axtarmağa başladım,indi bu dövrü yadıma salanda fikirləşirəm ki,nə yaxşı mən bu səhvi edən yeganə adam deyiləm.Daha sonrakı mərhələdə isə mən sistemli ticarətə və nizam intizama əməl etməyə başladım.

Hardasa başqa bir yerdə çalışırammı və ya FX mənim üçün yeganə gəlir mənbəyidirmi?Xeyr,mənim başqa məsuliyyətlərim də var,amma ki ,gündəlik işə getmirəm,zəngli saatın səsini hər gün eşitməyə məcbur deyiləm və bu artıq mənim üçün xoşbəxtlikdir.Mən indi bu işlə emosiyalara qapılmadan ciddi bir iş kimi məşğul oluram.Hesab edirəm ki,psixologiya treydinqin ən vacib hissəsidir və elə bir məbləğlə işləyin ki,o sizdə emosiyalar doğurmasın.

Bildiyimiz kimi uğurlu treydinqin əsası -psixologiyadır və ən çox yayılmış psixolo-ji səhv də treydinqi oyuna çevirməkdir.İndi artıq uğurlu treyder olan,amma yeni başlayan zamanlarda belə problemləri olan treyder danışır:

Mən FOREX-ə necə gəldim?

Sual standart olsa da,mənim üçün bunu xatırlamaq elə də xoş deyil.O zaman mən əlavə qazanc mənbəyi axtardığım üçün treydinq imkanı ilə qarşılaşdığımda buğa şamı ilə ayı şamının fərqinin öyrənən kimi xəyallar qurmağa başladım. O zaman

Page 7: Inforex Weekly#121

INFOREX WEEKLY 06

Dalğa analizi EUR/USDEUR/USD

Avroda vəziyyət stabil görünür.Əsas proqnoza görə,eniş е iii of (iii) of [iii] dalğasına qədər davam edəcək.Alterna-tiv varianta görə, (B) of [Y] üçbucağı yaranır və onun daxilində B of (B) ziqzaqı başa çatıb.

GBP/USD

Cütlük lokal sapmalar formalaşdıraraq [iii] of 1 of (3) dalğası daxilində enişə davam edir.Yaxın günlərdə eniş davam edə bilər.Alternativ varianta görə daha dərin (2) of [C] dalğası yarana bilər və onun daxilində B of (2) of [C] üfüqi üçbucağı yarana bilər.

DALĞA ANAlİZİ

Page 8: Inforex Weekly#121

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal