güntay gəncalp hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/dqgpuifo.pdf · 8 soner...

95
www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012 1 Güntay Gəncalp Hürufilik nədir, nə deyildir Ġçindəkilər: - Hürufiliyə giriĢ. - Hürufilik (qurucuları və əsasları). - Anadoluda hürufilik. - “Nəsimi” filmi. - Füzuli və hürufi görüĢləri üzərinə. 1- Füzulinin söz qəzəlinin açıqlanması. 2- Hürufiliyə Füzuli rəddiyəsi. - Nəticə.

Upload: others

Post on 27-Jan-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

1

Güntay Gəncalp

Hürufilik nədir, nə deyildir

Ġçindəkilər: - Hürufiliyə giriĢ. - Hürufilik (qurucuları və əsasları). - Anadoluda hürufilik. - “Nəsimi” filmi. - Füzuli və hürufi görüĢləri üzərinə.

1- Füzulinin söz qəzəlinin açıqlanması. 2- Hürufiliyə Füzuli rəddiyəsi.

- Nəticə.

Page 2: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

2

Hürufiliyə giriş Varlığı kəndilərinə görə rəqəmlərlə də

açıqlamağa çalıĢdıqları üçün hürufilərə rüqumi də deyirdilər. Hürufiliyin əsasını hərflər və rəqəmlər təĢkil edir. Ancaq hürufilərdən çox öncələr hərflər və rəqəmlər üzərinə açıqlamalar olmuĢdur. Əski tarixlərdə hərflərin və rəqmlərin üzərinə nələr düĢünüldüyü qonusunda özət bilgidən sonra hürufiləri anlatmağa davam edəlim.

Misirlilər sayıların gizəmi (sirləri) xüsusunda qonulara çox ilgi göstərmiĢ, bunun üçün fərqli üsullar denəmiĢlər. Sehirin və böyünün yayqın olduğu Misir, ilahi dinlərdən etkilənməsinin yanı sıra daha çox Babillilərdən etkilənmiĢdilər. 1 Sumer mədəniyətinin varisi olan Babillilərdə də rəqəmlərin və hərflərin çox önəmi olmuĢdur. Babil padĢahı Nəbukidnəsr Yəhudiləri yendikdən sonra əsir olaraq Babilə gətirərlər. Zaman içində Yəhudi əsirlərin bilgilərindən və gizəmlərindən yararlanmağa baĢlarlar.

Pifaqorda (MÖ 580-500) vardı bu fəlsəfə. Pifaqor öyrəncilərini içrək və dıĢraq olmaq üzərə ikiyə ayırmıĢdı; gizli öyrətisini birincilərə

1 Ġlyas Çelebi, Ġslam inanında Gayb Problemi, s. 18.

Page 3: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

3

öyrətmiĢdi. 2 Ancaq bu düĢüncənin Yunan mədəniyətində yeni olmadığı görülməkdədir. Daha öncə Philolaes “bilimlərdə hər Ģeyin bir sayısı vardır. Çünkü sayı olmadan bir Ģeyin tasarlana bilməsi, ya da bilinə bilməsi olanaqsızdır” demiĢdi.3 Pifaqor Misir və bəzi Asiya ölkələrini dolaĢaraq Kəldanililərin və Maqusların gizli elmlərini öyrənib və numeroloji (sayı bilimi) elmini Yunanistanda gəliĢdirdi.4 Pifaqor burada numeroloji bilgisini daha da gəliĢdirdi və bir ölçüdə dinsəl, bir ölçüdə riyazi bir oxul qurdu. O, doğal sayılara tam olaraq tapınırdı. Bütün evrənin bu rəqəmlərdən və onların oranlarından meydana gəldiyinə inanırdı. Sayılara “erkək”, “diĢi” və “dost” deyə ad verən Pifaqorculara görə sayılar Tanrının kəndisiydilər. 5 Kabalaya (Yəhudi təsəvvüfü və irfanı) görə də dinin bir “iç”i, bir də “dıĢ”ı vardır; gərəkli olan dıĢı deyil, içidir. Nə var ki, hər kəs bu içi anlayamaz. Onu yalnız anlaya biləcək qədər yetiĢmiĢ olanlara, “haq edənlərə” bildirmək və ötəkilərdən gizlətmək gərəkir. 6 Zahir və batin məsləsi təsəvvüfdə də yer etmiĢdir. Füzuli böylə söylər:

2 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan

kitabevi, 2006- Ġstanbul, s. 13. 3 Georges Ifrah, Bir Gölgənin PeĢinde (Rakamların Evrensel tarihi),

çev. KurtuluĢ Dinçer, Tübitak-1998, s. 20. 4 Annamarie Schimmel, Sayıların Gizemi, s. 21.

5 Jery P. King, Matematik Sanatı, çev. Nevin Arık, Tübitak Yay, 10-

cu baskı, 2000-Ankara, s. 44. 6 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan

kitabevi, 2006- Ġstanbul, s. 13.

Page 4: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

4

Batin sirlərini vermə kimsəyə, Zahir əhlinə sən zahirdən söylə!7 Son dərəcə qarmaĢıq (mürəkkəb) olan

kablaya görə, anlamlarını açacaq bir açar vermədən Tanrı “Kitabi-müqəddəs”i Yəhudilərə göndərmiĢdi. Tanrı Kabalanı öncə cənnətdə seçkin mələklər qrubuna öyrətmiĢdi. Ġnsanların təkrar əsil əsalətinə qovuĢmaq üçün mələklər bu sirri cənnətdən qovulan Adəm ilə Həvvaya öyrətmiĢlər. Adəm də bu sirri Nuh peyqəmbərə çatdırmıĢ. Daha sonra sirrə vaqif olan Hz. Ġbrahim Misirdə bu sirlərin bir bölümünün bəlli olmasına izn verdi. Böyləcə bilginin bir qisminə Misir sahib oldu. Daha sonra Misir bilgəliyinin tamamına vaqif olan Hz. Musa bir mələkdən aldığı dərslərlə bilgilərini daha da gəliĢdirdi. Bu bilgilər Musa tərəfindən Tövratın ilk dörd kitabına yerləĢdirildi. Bu sirrə Davud və Süleyman peyqəmbər sahib oldular. Ancaq onlar bu sirri anlaya biləcək nitəlikdə birilərini bulamadılar. Sirr Tövratda qaldı… Bu sirr Tövratda idi… 8 Müqəddəs kitabların zahiri mənalarından baĢqa bir də batini mənaları olduğu və bu mənaları hər kəsin anlayamayacağı yolundakı yorumun ilk

7 Füzuli, Farsca divanı, Həsibə Mazioğlu, “Yeddi cam” mənzuməsi,

Müğənni ilə söhbət bölümü, Türkçəyə çevirən: Güntay. Farscası: مگو سر باطن بر هچ کس به ظاهر ز ظاهر سخن گوی و بس.8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan

kitabevi, 2006- Ġstanbul, s. 12 və 13.

Page 5: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

5

öncə Yəhudilər arasında baĢladığı bilinməkdədir. Bu axımın ən əski əsərinin Rabbi Akiba bin Josefə (M.S 50-135) aid edilən YaradılıĢ (Təkvin) kitabının olduğu ehtimal edilir. 9 Yəhudi mistik inancı olan kabalanın nə zaman ortaya çıxdığı dəqiq deyildir. Miladdan öncə II. Yüzildə ortaya çıxmıĢ ola biləcəyi üzərində durulmuĢdur. Kabalanın “altun çağı” isə XIII. Yüzil olmuĢdur. Müsəlmanların hakim olduğu Əndülüsdə bir neçə kabala oxulu vardı. Kabala ilə Ġslam təsəvvüfündəki vəhdəti-vücud arasında çox bənzərlik olduğu üzərində durulmuĢdur. Kabala Ġslam və Xristian mistisizmini etkiləmiĢdir. 10 Kabalacı mətnlərin ən gözəli və məĢhuru XII. əsrdə və XIV. əsrin baĢında ”Mois de Leoon” adlı bir Ġspaniyalı Yəhudinin yazdığı savunulur. Sirli bilgilərə maraqlı olan zəngin Yəhudilərə Tövrat ilə peyqəmbərlərin kitablarının içüzlərini Ģərh və təfsir etmiĢ. Mois de Leoon 1304-cü ilə doğru topladığı sanılan kitabının adını ”Zohar” (ıĢıq) qoymuĢdur.11 Zohardəki bilgilərin daha sonrakı çağlarda Xristianlıq və islam irafanını etkilədiyi də savlar içindədir.

Ġslam tarixində isə, “Bu hərf kümələrinə müxtəlif və çoğu kəz əsrarlı mənalar vermə iĢi, səhabilər devrində baĢlamıĢdır…Hətta Hz. Əli’nin: “Qur’an Fatihə’dən, Fatihə Besmilə’dən, Besmilə

9 Annamarie Schimmel, Sayıların Gizemi, s. 156, 275.

10 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan

kitabevi, 2006- Ġstanbul, s. 14, 17. 11

Ahmet Karaman, Mukayeseli Dinler Tarihi, s. 156.

Page 6: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

6

Ba hərfindən ibarətdir. Mənsə o Ba hərfinin altındakı nöqtəyəm”12 söyləmi özəlliklə Ģiə yönümlü inanıĢlar tərəfindən önəmsənmiĢdir. Bu ifadənin Hz. Əliyə aid olub olmadığı dartıĢıla bilər. Çünkü çox da önəmli və dərin bir söz deyildir. Çünkü Allahın yaratdığı hər bir insan Hz.Əli kimi bu sonsuz varlığın içində bir nöqtədir. Biri Qurandakı “b” hərfinin nöqtəsi, bir baĢqası isə, örnəyin “n” hərfinin içindəki nöqtə ola bilər.

Ġslamda hərfçiliyin önemli adlarından biri Əndülüslü düĢünür Muhyəddin Ərəbi (1165-1240) olmuĢdur. Ġbni-Ərəbi Yəhudi düĢünürlerin ve kabalacıların etkisində qalarak “Əl-Fütuhat Əl Məkkiyə” adlı əsərində hərfçiliyin bir çox örnəyini sərgiləmiĢdir. Bu kitab Türkçəyə “Harflerin ilmi” adı ilə tərcümə edilmiĢdir. “Hərf elminin qurucusunun Hz. Əli olduğu gələnəksəl olaraq qəbul edilməkdədir. Mətnin anlaĢılması üçün dil bilgisi terminlərinin bilinməsi də bir yerdə yetərli deyildir. Çünkü tam anlamı ilə hərflərin elmi, bir düĢüncənin, bir nəzəriyənin ürünü deyildir. Bu bir Allah vergisidir.”13 Ġbni-Ərəbiyə görə, hərflər birər soyut göstərgə deyildir. Hərflər də digər varlıqlar kimi bir “ümmət”dir; onların da peyqəmbərləri vardır; onların da Ģəriətləri vardır; onların aralarında da avam, xəvas (seçkin) və xəvass-ül xəvas (seçkinlər

12

YaĢar Nuri Öztürk, “Tarixi Boyunca BəktaĢilik”, Yeniboyut yayınevi. 13

Ġbn Arabi “Harflerin ilmi”, çeviren Mahmut Kanık, ASA kitabevi, 2-ci baskı, Bursa-2000, s. 13.

Page 7: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

7

seçkini) olanları vardır. Hərflər də insanlar kimidirlər. 14 Ey dostum, bil ki, hərflər də ümmətlərdən bir ümmətdir. Onlar da müxatib və mükəlləfdirlər. Hərflər arasında da kəndi cinslərindən peyqəmbərlər vardır. Onların da isimləri vardır, ancaq bunları bizim yolumuzdan gedən kəĢf əhli olanlar tanırlar.15 Mövcudat Allahın kəlmələridir. Kəlmələr isə, hərflərdən təĢəkkül edər. Əlifbadakı 28 hərf, əkbəri kosmolojisinə görə, varoluĢun 28 dərəcəsinə təqabül etməkdədir.16

Ġslamda hərflərin xasiyətinə olan etiqad çox əskilərə dayanmaqdadır. Ġbni-Nədim* dua yazanları iki qismə ayırır. Birincini məhmudə (övülmüĢ) təriqinə sahib olan xeyirxah dua yazarlıq adlandırır. Ġkincini isə zərərli olan məzmum (qarğanmıĢ) adlandırır. 17 Ġbni-Nədimə görə hərflərin elmi ilə məĢğul olan ilk adam Əbunəsr Əhməd ibni Hilal Bəkil olmuĢdur. Daha sonra Hilal ibni Vəsif “Əlruh-ul mütəlaĢiyə” (Çürük və dağılmıĢ ruh), “Əlməfaxir fil-ə´mal” (Əməllərdə iftixar) və “Təfsir ma qaləhu-l Ģəyatin le Süleyman” (ġeytanların Süleymana dediklərinin açıqlaması) əsərlərində hərfin sirləri üzərinə yazmıĢdır. Ondan sonra Ġbni Ġmam 860-lı

14

Eyni qaynaq, s. 14. 15

Eyni qaynaq, s. 95. 16

Eyni qaynaq, s. 16. * Ġbni-Nədimin tarixdə olub olmadığı dartıĢma qonusudr. Bu haqda qonumuzun Ģüubiyə bölümündə ayrıntılı bilgi verilmiĢdir. 17

Əlfihrist, s. 429.

Page 8: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

8

illərdə xəlifə Əlmötəz* zamanında bu elmlə uğraĢmıĢdır.18

Xəlifə Əlmötəz 869-cu ildə Türk komutanlar tərəfindən

öldürülmüĢdür. Bu haqda mövcud bilgini oxucularla paylaĢamın yararı var:

Abbasi xəlifəsi Əlmütəvəkkilin öldürülməsini Abbasilərin çöküĢ günü kimi dəyərləndirmək gərəkir. Çünkü iqtidar və əmr vermə yetkisi olmayan bir xəlifənin heç bir anlamı yoxdur. Bu durumda xəlifə, sadəcə bir isimdən ibarət olur. Türklər ilk öncə kölə olaraq Abbasi xilafətinə yerləĢdiridilər. Bu kölələrdən böyük ordu düzənləndi və qısa sürədə türklər xilafətin kontrolunu ələ keçirdilər. Ġstədikləri adamı xəlifə təyin edir və istəmədiklərini xilafətdən uzaqlaĢdırırdılar. Çünkü vurucu və qoruyucu gücü əlində bulunduran ordu Türklərdən oluĢmaqda idi. Xəlifə Əlmütəvəkkilin öldürülməsi xəlifə öldürmənin gələnəyini qoydu. Atasını öldürüb iqtidara gələn xəlifə Əlmüntəsirin ölümündən sonra yeni xəlifənin təyini ilə bağlı Türk komutanlar arasında ixtilaf ortaya çıxdı. Türk komutanlar karaktercə zəif və atası xəlifə olmayan Abbasi soyundan birinin xəlifə olmasından yanaydılar. Çünkü bu durumda xəlifəni qolayca kontrol edə bilərdilər. Bunu da etdilər və xilafəti Müstəin ləqəbi ilə tanınan Əhməd ibni Məhəmməd ibni Mötəsəmə buraxdılar. Ancaq Türk komutanlardan biri olan Böyük Boğa bu təyinə qarĢı idi. Boğa düĢünürdü ki, “iradəli və güclü bir xəlifə təyin etsək, ondan biz də hesablaĢarıq və bizim də xilafətdəki üstünlüyümüz qorunmuĢ olar. Ancaq bizdən qorxan bir xəlifə təyin edərsək, o zaman biz Türklər daha çox iqtidara yaxın olmaq üçün bir-birimizlə qarĢı-qarĢıya gəlib bir-birimizi öldürəcəyik.” BaĢqa komutanlar onun fikrini qəbul etmədikləri üçün xilafətin iradəsiz və zəif olan Müstəinə buraxılması yolunda anlaĢdılar. Müstəin haqqında demiĢlər: “O qəfəsdə bulunan bir xəlifədir. Vəsif və Boğa nə desə onların əmri üzərinə hərəkət edir.” Müstəin zamanında Ələvilər bir çox yerdə qiyam etdilər. Xilafət zəiflədi və sayqınlığı azalmağa baĢladı. Tam olaraq Böyük Boğanın söylədiklər gerçəkləĢdi. Türklər arasında ixtilaf artmağa baĢladı və bir-birlərinə qarĢı fitnə hazırlayıb, bir-birini öldürdülər. Bu durum əski Vəliəhd Mütəvəkkil ibni Əlmötəzi həvəslənməsinə səbəb oldu. Əlmötəz Samirədə qiyam etdi. Samirə əsgəri üs sayılırdı və genəldə

Page 9: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

9

Türklərin denətimində idi. Əlmötəz xilafətin onun haqqı olduğunu söyləyirdi. O, Türklərin yardımı ilə Müstəini xilafətdən uzaqlaĢmağa razı edərək özünü xəlifə olaraq duyurdu və qardaĢı Moidi də vəliəhd təyin etdi. Əlmötəzin xəlifə olmasında çoxlarının əməyi keçmiĢdi və o, bunun bilincində idi. Türklər üçün Saleh ibni Vəsif adında yeni komutan təyin etdi. Bu yeni komutan Əlmötəzi öz denətiminə keçirdi və onu Böyük Boğanı və Vəsifi öldürməyə zorladı. Yeni komutan bu yolla rəqiblərini ortadan qaldıraraq Türklərdən oluĢan ordunun baĢında seçənəksiz komutan olmağı düĢünmüĢdü. Digər tərəfdən xəlifəyə yardım üçün gətirilən Məğrib ordusu da baĢ qaldırdı. Türklər ordu gücünü əllərində bulundurduqlarından dolayı Əlmötəz üzərinə sürəkli basqıları ilə onu qorxaq və iradəsiz xəlifəyə dönüĢdürdülər. Türk komutanlar nəyi istəsəydi onu edirdi. Öncəki xəlifə Müstəinin güvəndə olacağı üzərinə anlaĢılsa da, anlaĢmanı pozub onu öldürdü. Müstəinin baĢını ona gətirdiklərində o, Ģahmat oynamaqda idi. Soyuqqanlılıqla “BaĢı bir kənara buraxın bu oyun bitsin sonra” dedi. Daha sonra Əlmötəz vəliəhd olaraq təyin etdiyi qardaĢı Moidi də görəvindən aldı. Ordu komutanı olan və onun xilafətə gəlməsinə yardımda bulunan Əbuəhməd adlı qardaĢını da sürgün etdi. Türklərin Moidlə əməkdaĢlıq etməsindən qorxaraq qardaĢını öldürdü. Əlmötəz zamanında Türk komutan Saleh ibni Vəsifin vəzifəsi daha da yüksəltildi. Gerçək iqtidar sahibi Saleh ibni Vəsif olmuĢdu. Onun iradəsinin dıĢında heç bir Ģey olmurdu. Saleh ibni Vəsif xalqdan daha çox vergi toplamağa baĢladığı üçün böyük etirazlar baĢ qaldırdı. Etiraz edənlər xəlifə Əlmötəzin yanına gedərək ondan ya alınan vergiləri geri verməsini, ya da buna qarĢılıq olaraq Türk komutanı öldürməsini istədilər. Əlmötəzin qiyamçılara verəcək parası yox idi. Çox varsıl (zəngin) olan anasından yardım istədi. Anası ona mali yardım etmədi. Bu durumu görən türklər Fərqanə və Məğrib ordusuyla saraya saldırdılar. Xəlifənin onların yanına gəlməsini istədilər. Xəlifə xəstəliyini bəhanə edərək dıĢarı çıxa bilməyəcəyini söylədi. Bir neçə türk savaĢçı içəri girib onu dövməyə baĢladılar və ayağından tutub dıĢarı sürüdülər. Günlərcə onu qızmar günəĢin altında saxladılar. Üzünə toqat vurub aĢağıladılar. Ona “Xilafətdən könüllü olaraq imtina et! Xalq da buna görə toplanmıĢ.” Dedilər. O sadəcə ağlayırdı. Türk komutanlar üç gün onu bir odada tutuqlu saxlayaraq

Page 10: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

10

Ibni-Xəldun tarix üzərinə yazdığı “Müqəddimə” kitabının 22-ci bölümünün 6-cı fəslində “Sehr və tilism elmi” baĢlığı ilə bu haqda bilgi vermiĢdir. Hürufiliyi tanımaq üçün bu bilgi bizə ipucu verə bilər. Daha sonra Ġbni-Xəldun “Müqəddimə” kitabının 23-cü bölümündə “Hərflər sirrinin elmi” baĢlıqlı geniĢ yazısında bu elm haqqında ayrıntılı bilgi vermiĢdir. Çox əski zamanlardan baĢlayaraq hərflər haqqında düĢüncələri bu bölümdə bir araya gətirmiĢdir. Ġbni-Xəldun yazır: “Bu elm simya adlanır. Bu elm nə zaman ortaya çıxmıĢdır? AĢırı sufi cərəyanlar Ġslam tarixində meydana çıxdıqdan sonra hisslərin ötəsinə ərmə düĢüncəsinə qapıldılar. Vücudun aĢağı və yuxarı aĢamalı (dərəcəli) olduğuna onlarda inanc Ģəkilləndi. Fələklərin ruhunu Tanrının göysəl (səmavi) görüntüsü kimi anladılar. Bu zamandan etibarən hərflər elmi ortaya çıxdı. Çünkü dünyanı vücuda gətirən Tanrı adları hərflərdən oluĢmaqdadır. Böylə isə, hərflər bütün aləmlərin və ruh aləminin yoğurucusu və doğurucusudr. O zaman hərflər və gözəl adlar aracılığı ilə təbiət aləmini etkiləmək mümkündür. Daha sonra hərflərin

ağır iĢkəncə etdilər. Yemək və su vermədilər. Sonunda xilafətdən könüllü olaraq imtina etdiyini duyurdu və xilafət cübbəsini “Muhtədi”yə göndərdi. Ancaq yenə də ondan əl çəkmədilər və iĢkəncə altında öldürdülər. Ölüsünü də ahək və gəç içində öyləsinə basdırdılar ki, kimsə harada dəfn edildiyini bilməz oldu. (Qaynaq: http://islamtape.com/View.php?ArticleID=485) 18

Əliəkbər Dehxuda, Dehxuda sözlüyü.

Page 11: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

11

necə təsiri və onun səbəbi haqda ixtilaflar ortaya çıxdı. Bir qrup deyir ki, bu təsirin səbəbi hərflərin məzacıdır (ruhsal özəlliyidir). Bunlara görə varlıq dörd ana ögədən (su, hava, torpaq, od) ibarətdir. Bu görüĢ hərflər üçün də dörd tür ruh halı düĢünmüĢdür. 28 hərfdən oluĢan Ərəb əlifbasını dörd qismə bölmüĢlər. Dörd yeddilik hərflər dəstəsi oluĢmuĢ. 1- AtəĢ ruh halını bildirən yeddi hərf bunlardır: A, H, T (ərəb əlifbasında dəstəli t hərfi ط), M, F, S (Ərəb əlifbasında diĢli s hərfi س), Z (Ərəb əlifbasında dal z hərfi 2 .(ذ- Hava ruh halını bildirən hərflər: B, Y, N, Z (Ərəb əlifbasında sad z hərfi ض), T (nötəli t hərfi ت), Z 3 .( ظ- Torpaq özəlliyini bildirən hərflər: R, D, Hح, L, Əyin ع, X, ġ, V. 4- Su özəlliyini bildirən hərflər: C, S nöqtəli sث, Zز, Sص, Ğ, Q, K. Marsın təsirləri kimi atəĢli hərflər insanda soyuqluq yaradan xəstəlikləri ortadan qaldırar və bədənə sıcaqlıq və hərarət gətirər.Su xasiyəti daĢıyan hərflər bu əməlin tam tərsini edər. Bədənin sıcaqlığını düĢürər, bədənin atəĢinin azalmasına səbəb olar. Bir qrup isə hərfin təsirinin səbəbini o hərfdə gizlənən rəqəmdə görərlər. Bunlara görə hər hərf bir rəqəmi təmsil edər. A, B, C, D, ... = 1, 2, 3, 4, ... Onların nəzdində kimya elmi cismin cismə təsiridir. Simya elmi isə, ruhun cismə təsiridir. Birinci dəstənin görüĢlərindəki hərf və rəqəm arasındakı nisbət və ruh halları ilə hərflər arasındakı iliĢki bilimsəl və məntiqsəl deyildir. Bu, sezgiyə və zövqə dayanan bir məsələdir. Ġbni-Xəldun tilism əhli ilə əsma (ismlər) əhli arasındakı

Page 12: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

12

fərqə də açıqlıq gətirmiĢdir. Tilism və sehir əhli bəzi cismani riyazətə* ehtiyac duyarlar. Ancaq əsma əhlinin riyazəti böyük riyazət adlanır. Onların bu özəllikləri Tanrı vergisi olaraq bilinir və heç bir quralı yoxdur. Bunlar da bəzən sözlər və ulduzlar arasında iliĢki qurmaq üçün qanunlar icad etmiĢlər. Kahinlərin və münəccimlərin bölgülərini hərflərə və sözlərə uyqulamağa çalıĢmıĢlar. Müslihə Mücərrəbi və Əhməd Buni kimi bəziləri isə, bununla da yetinməyib Quran ayətlərini də sinifləndirərək ayətlərdən bir dəstəsini hansısa ulduzlardan birinə bağlamıĢ və hər ulduzu da təbiət aləmindən bir parça ilə iliĢkiləndirmiĢlər. Ġbni-Xəldun hərflərin sorusundan çıxarılan cavabı simya elminin növlərindən birinə bağlayır və bu elmlərin açıqlamasını verir. Ġbni-Xəldunun açıqlamaları 14 və 15-ci əsr hürufilərini incələmiĢdir. Daha sonrakı dönəmdə, özəlliklə 16-cı yüzildə hürufilik dəyiĢimə uğramıĢ və elmi açıdan hürufiliyin tilism və sehri qismən azalmıĢdır. 19 28 hərfədən oluĢan Ərəb əlifbasını dördə bölüb vər dördə bir özəllik yükləmək illər və ayların siniflənməsi ilə iliĢkiləndirilmiĢdir. Hər il dörd fəsil, hər ay dörd həftədir.

* Bədəni incidən bəzi pərhizlər.

19 Əliəkbər Dehxuda, “Dehxuda” sözlüyü.

Page 13: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

13

Hürufilik (Qurucuları və əsərləri)

Hürufilik Nəimi ləqəbi ilə tanınan Fəzlullah

Əstərabadi tərəfindən qurulmuĢdur. “Nəim”, Ərəb dilində nemət demkdir və nəimi, yəni bol nemətli. Xorasanda yerləĢən Əstərabad günümüzdə Qorqan olaraq bilinməkdədir. Nəimi 1339-cu ildə Əstərabadda dünyaya gəlmiĢ. GörüĢləri qısa sürədə Xorasandan baĢlayaraq Xəzər sahilləri bölgələrində, Ġsfahanda, Azərbaycanda, Ġraqda yayqınlaĢmağa baĢlamıĢdı. Nəimi ən önəmli əsəri olan “Cavidannamə”ni Farscanın Əstərabad ləhcəsində yazmıĢdır. Bu üzdən də onun Türk olduğunu söyləmək anlamsızdır. Çünkü Türklər Fars dilində Ģeir, ya da bir mətn yazdıqlarında Farscanın ədəbi dilində yazmıĢlar, hansısa bir ləhcəsi ilə deyil. Farscanın ədəbi dərinliyini gəliĢdirən də bu açıdan Türklər olmuĢdur. BaĢqa bir millətə mənsub olan yazarın öyrəndiyi dilin hansısa ləhcəsində bir əsər yaza bilməsi mümkün olamaz. Bu açıdan Nəiminin Türk olması boĢ iddiadan baĢqa bir Ģey deyildir. Özəlliklə Əstərabadda Türk olmamıĢdır. Nəiminin arı bir Fars və Fars milliyətçisi və Sasani heyranı olması da onun Türk olması ilə bağlaĢmaz. Ġslam sonrası Fars dili 9-cu əsrdən baĢlayaraq NiĢabur və çevrəsində Ģəkillənməyə və yazı dili olmağa

Page 14: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

14

baĢlamıĢdır. Tahiriyan bəyliyi Fars dilini savunmağa baĢlamıĢlar. Tahiriyanın arxasınca gələn Səffariyan Farscanı çox önəmsəmiĢlər. Səffariyan bəyliyinin qurucusu olan Yəqub Leys Ģairlərin Ərəb dilində deyil, Fars dilində yazmalarına əmr etmiĢdi. Səffariyandan sonra da Samani dönəmində Fars dili köklü ədəbiyatını ĢəkilləndirmiĢdir. Samanilər Farscanı çox yüksəltmiĢlər. ġahnamə kimi böyük əsər bu dönəmdə yazılmıĢdır. ġahnamənin necə yazıdlığı haqda “Ģüubiyə” bölümündə ayrıntılı bilgi verilmiĢdir.

Moğolların bölgəyə axın etməsi bir çox sorunlara yol açmıĢdı. SavaĢdan dolayı ortaya çıxan yoxsulluq və səfalət, dini çöküntülər toplumsal bunalım (kriz) oluĢdurmuĢdu. Bu bunalım özünü dəyiĢik təsəvvüfi cərəyanlarda ortaya qoyurdu. Müxtəlif xanigahlar təsis edilirdi və Moğol dövləti də bu xanigahlara həm xoĢgörü ilə baxır, həm də yardım edirdi. Örnəyin Səfəvi xanigahı Moğolların yardımı ilə təsis edilib böyüməyə baĢladı. Çünkü Moğol yönətimi toplumun xanigahlarda uyumasından və dünyanı, dirəniĢi tərk edib dörd divar arasında zikr etməsindən məmnun qalırdı. Toplumsal bunalım xalqın böylə cərəyanlara yönəlmiĢliyini qolaylaĢdırırdı. Moğolların Bağdadı iĢğal edib xilafəti devirmələri ilə Ġslam ölkələrindəki dini bütünlük ortadan qalxdı. Bu da böyük inanc qopuĢlarına və ayrılıqlara yol açdı. Moğolların yüksəliĢi ilə yoxsulluq, bədbəxtlik, tərki-

Page 15: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

15

dünyalıq psikolojisi Orta Doğunu sarmaladı. Ayrıca, hər zaman böylə bunalımlı dönəmlərdə qurtarıcı öndərə ehtiyac duyulmuĢdur. Ġslam kültürünə Ģiə “mehdi” inanıĢını soxmuĢdur. Nə Quranda, nə Buxari hədislərində “mehdi” deyə qurtarıcı öndər anlayıĢ olmamıĢdır. Bunalımlı çağlar “mehdi”yə ehtiyac duyğusunu bərkiĢdirmiĢdi. Burada “mehdi” qurtarıcı liderə duyulan toplumsal ehtiyac kimi özünü göstərmiĢdir. Bu kimi bunalımlar toplumda yalanlara inanmağı da özü ilə gətirmiĢdir. Yalan da olsa, qurtarıcı söyləmlərlə toplumda bir ümid ıĢığı yaxan öndərlər həmən qəbul edilirdi. Bu üzdən də 13-cü yüzildən baĢlayaraq destruktural məzhəbi-təsəvvüfi cərəyanların ortaya çıxıĢına tanıq olmaqdayıq. Bu cərəyanlar genəldə sünnət əhli tərəfindən qəbul edilmirdi. Böylə bir ortamda hürufilik aĢırı və heterodoks söyləmlə ortaya çıxmıĢdı. Nəimi bu təriqəti hərflər və rəqmlər üzərində qurmuĢdur. Bu üzdən də hürufiliyin yanı sıra onlara rüqumilər də deyilir, yəni rəqəmçilər.

Moğolların son sultanı Əbusəid öldükdən sonra taxta çıxma yolunda iqtidar savaĢları baĢladı, ölkə böhrana sürükləndi. Fəzlin vətəni olan Əstərabad gah Moğol Tuğay Teymurun, gah da Sərbedaranın əlinə keçirdi. Fəzl Sərbedaranın ünlü ismlərindən olan Həsən Curinin fikirlərinin etkisi altında idi. Sərbedaran özündən öncəki Pers-ġiə təriqətlərinin etiqadi varisi idi. Bu etiqadın özət tarixçəsi bu Ģəkildə idi.

Page 16: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

16

Abbasi xilafəti Perslərin yardımı ilə qurulmuĢdu. Əbumüslim Xorasani Əməvi dövlətini devirib yerində Abbasi xilafətinin qurulmasına yardımçı olmuĢdu. Daha sonra Əbumüslim Xorasaninin qüdrətinin artmasından qorxan Abbasilər onu öldürdülər. Ancaq Xorasanda Ģiə təmayüllü Ġrani kimlik Ģəkillənməyə baĢladı. Ümumiyətlə Ģiə inanıĢı əski Sasani ərazilərində Ģəkilləndi. Sasaniliyin özləmi içində bu inanıĢ doğdu və böyüdü. Bugünkü Ġraq da əski Sasani ölkəsinin mərkəzi olmuĢdu. Sasani ölkəsinin baĢkəndi olan Tisfon indiki Bağdadın civarında idi. Tahiriyan dövlətinin Xorasandakı qurucu və Məmunun iqtidara gələməsində ona yardımçı olmuĢ Tahir Ģiənin 8-ci imamının Xorasan valisi təyin edilməsində Məmunu razı saldı. Xorasanda ġiə-Ġrani kimlik yavaĢ-yavaĢ Ģəkillənmə sürəcini yaĢamaqda idi. Sərbedaran da Ģiə təmayüllü bir cərəyandan ibarət idi. Ismailiyə, Ġxvan-üs səfa bilgilərinin və inanıĢlarının varisləri olan Sərbedaran Ġrani-Pers kimliyindən yana olan bir axım olaraq ortaya çıxmıĢdı. Özəlliklə Moğollara qarĢı Sərbedaran dirəniĢ göstərməyə baĢlamıĢdılar.

Kulikov 1380-ci ildə Moğol xanı Mamay Xana qarĢı Rusları səfərbər etdi. Bu tarixdən 37 il öncə Xorasanda Moğollara qarĢı Sərbedaran hərəkəti

Page 17: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

17

baĢlamıĢdı. 20 Sərbedaranın baĢlatdığı Ģii dirəniĢ Fəzlin diqqətini çox çəkmiĢdi. Moğol sultanı Əbusəidin ölümündən dörd il sonra Fəzl Əstərabadda dünyaya gəlmiĢdi. Bu üzdən də Fəzlin çocuqluğu və gəncliyi Moğolların çöküĢünə və Əmir Teymurun tarix səhnəsinə çıxıĢına təsadüf etmiĢdi. Fəzlin atası Əstərabadın qazi-ul qozzatı (baĢ yarqıcı) idi. Atasının ölümündən sonra atasının dostları ona yaxĢı baxdılar və eyitim almasına yardımçı oldular. Onlar Fəzlin olqunlaĢdıqdan sonra atasının iĢini davam etməsini umurdular. Bir gün Fəzl bir dərviĢlə qarĢılaĢar. DərviĢ ona Mövlana Cəlaləddin Ruminin bu Ģeirini oxuyar: “Əbədi zâtı içində daĢıyırsansa, ölümdən qorxmamalısan-Tanrı ıĢığını içində daĢıyırsansa məzara sığmazsan”* Bu Ģeir Fəzli dərindən etkiləyər. Yolunu dəyiĢdirib baĢqa yola girər. Bu gündən etibarən riyazət və zikrlə məĢğul olmağa baĢlar. Gecələr oyaq qalıb ibadətlə məĢğul olar və gündüzlər etiqadi yolçuluğunun planlarını hazırlayar.21 Fəzl yeni həyatı üçün yolçuluğa baĢlar və ölklər dolaĢar. Ġlk öncə Ġsfahana gedər.

20

PetroĢevski, “Nehzəte Sərbedarane Xorasan” (Xorasan Sərbedaranının hərəkəti), Farscaya çevirən, Kərim KəĢavərz, PDF, s. 1-2.

Əz mərg çe əndiĢi çon zâte bəqa dari, Dər qûr koca qonci çon nure xoda dari.

21 Ritter Helmutt “Hürufiyə hərəkətinin baĢlaması”, Farsçaya

çevirən HiĢmət Muid, s. 21.

Page 18: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

18

Fəzl papaqçılıqla yaĢam qaynağını sağlayırdı. Çox usta papaqcı idi və yaxĢı papaqlar tikirdi. Ayrıca, Fəzl soy olaraq özünü Hz. Əliyə bağlayırdı. Bir tərəfdən özünü Hz. Əli soyuna bağlaması, bir tərəfdən atasından qalan sayqınlıq mirası və digər tərəfdən də yaxĢı papaq düzəltməsi onu toplum içində tanınır hala gətirmiĢdi. O, Ġsfahanda bir sürə qaldıqdan sonra Məkkəyə gedib oradan da Təbrizə döndü. Təbrizdə Cəlairli sultan Uveyslə görüĢdüyü bildirilməkdədir. Fəzl iĢini və çevrəsini buraxıb həyatının yeni aĢamasına, yəni hürufi fəaliyətləri aĢamasına girdi. O, tibbi fəaliyətlərin yanı sıra yuxu yozma əməlinə də baxırdı. “Yuxu yozumçusu” adı ilə də məĢhurlaĢmıĢdı. 30 il boyunca gördüyü yuxuları yazıb və yuxular arasındakı iliĢkiləri bula bilmiĢdi. Səfərlərinin davamında Xarəzmə uğrayıb oradan da Xorasandan keçərək yenə də Ġsfahana dönmüĢdü. Ġsfahana dönərkən Xorasanda bir səs duymuĢ. Səs ona “Ey Fəzl geri dön bax!” demiĢ. Fəzl geri dönüb baxdığında imam Rzanı görmüĢ! Rza ona Fars (!) dilində bu beyt Ģeiri oxumuĢ:

“Kim ki, bir yerə varıb yüksəldi isə, bu dərgaha sığınaraq yüksəldi. QardaĢım o adama, ona yar ol və kimsəni düĢünmə.”*22

* Hər ke u nam kəsi yaft əz in dərgəh yaft, Ey bəradər kəse u baĢ o məyəndiĢ əz kəs.” 22

Dehxuda.

Page 19: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

19

Burada bəzi suallar və sorqulamalar etmədən keçə bilməyəcəyəm. Bütün Ģiə xurafələrində bənzər olaylar olmuĢdur. Fəzl bu gözə görünənin imam Rza olduğunu necə bilmiĢ? Daha öncə bir yerdəmi yaĢamıĢdılar? Örnəyin nədən imamlardan bir baĢqası olmamıĢ da Musaoğlu Rza olmuĢ? Səbəb bəllidir. Çünkü Musaoğlu Rzanın məzarı Xorasandadır. Xorasanda, ancaq böylə yalana inanmaq olardı. Örnəyin Fəzl bu yalanı uydurduğunda “gözümə imam Rza deyil də, imam Zeynəlabidin göründü” söyləsəydi inandırıcı görünməzdi. Çünkü Zeynəlabidinin məzarı Xorasanda deyil. Ya da nədən Musaoğlu Rza onun önündən deyil, arxasından gəlir və arxana dön bax deyir. Uzaydan da onun gözünə görünə bilərdi. Ən önəmlisi isə budur ki, imam Rza bu Fars dilini haradan öyrəndi. 9-cu əsrin əvvəllərində, yəni imam Rza Xorasan Məmunun valisi olduğu dönəmdə bu Ģeirin ifadə etdiyi Fasrca hələ ĢəkillənməmiĢdi. Bu dil üslubu 14-cü əsr Farscasına aiddir, yəni Fəzlin yaĢadığı əsrə. Yəni imam Rzadan 500 il sonrakı dönəmə aiddir. Fəzl bu kimi xurafə və yalanları ilə Moğol dönəmindəki toplumsal bunalımdan (krizdən) yararlanaraq özünə tərəfdar toplaya bilmiĢdi.

14-ci yüzilin sonlarına doğru Əmir Teymur dönəmində Fəzlullah və Mahmud Mətrud Pəsixani adında iki kiĢi meydana çıxdı. Onlar və onların Ģagirdləri Söhrəvərdinin sufiyanə fikirlərini və iĢraq fəlsəfəsini sehr və tilismlə qarıĢdırdılar. Özlərinəxas

Page 20: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

20

dua və zikr mətnləri gəliĢdirdilər. Fəzlullah, hürufi olaraq tanındı və yandaĢlarına da hürufilər deyildi.23

Fəzlullah Əstərabadi Quran ayətləri və peyqəmbər hədisləri üzərinə ilginç açıqlamaları ilə yeni din icad etdi. Təfsirlərinin (açıqlamalarının) əsasını hərflər üzərinə qurdu. Nəimiyə görə Tanrı kitablarının, peyqəmbərlərin və göylərin sirrini bilmək üçün hərflərin batini mənasını, özəlliklərini və sirrini öyrənmək gərəkirdi. “Məxfi din bilgilərini içərən ümumi bir anlayıĢa “batinilik” deyilirdi. Bu bilgilər yalnız bəlli seçkinlər üçün verilirdi.” 24 “Batiniyə” hər kəsə açıq olan “zahiriyə” təliminin qarĢısındadır. 25 Batini öyrətilərin genəl adı olan Ezoterizm, özəlliklə dinsəl və tanrılıq alanda tanrıbilimsəl (teolojik) qavramların dıĢ üzündən iç üzünə keçməyi dilə gətirər. 26 Hürufilik nə bir məzhəb idi, nə də bir təriqət. Bir din idi. Məzhəblər din deyildir, dinin anlaĢılma biçimləridir. Təriqət isə, məzhəbin anlaĢma biçimidir. Hürufilik bir məzhəb deyildir, bir dindir. Fəzl “bunu mən deyirəm” söyləmirdi. “Allah bunu yuxuda mənə duyurmuĢdur” deyirdi. Məzhəb bəĢəri ağlın ürünüdür. Din Tanrı

23

Dehxuda 24

PetroĢevski, Ġranda Ġslam, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), s. 299. 25

PetroĢevski, Ġranda Ġslam, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), s. 300. 26

Orhan Hanceroğlu, Felsefe Ansiklopedisi (Kavramlar ve Akımlar), Remzi Kitabevi, 2. baskı, Ġstanbul 1993.

Page 21: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

21

veriləridir. Fəzl də söylədiklərini Tanrı buyuruqları olaraq anladırdı. Özünü də Allah olaraq görməsi bu yeni dinin əsaslarını təĢkil edirdi.

Nəimi Quran və peyqəmbər hədisləri üzərinə də hərflər sirrindən yararlanaraq ilginç açıqlamlar gətirmiĢdi. Nəimi ən böyük kitabı olan “Cavidannamə”də Quranın təfsirini etmiĢ. Hz. Məhəmməddən və bəzən “Ġncil”dən ifadələr gətirərək özünü 13-cü surənin (Rə´d) 43-cü ayətinə görə tanımlamıĢdır. 27 Nəimi “Cavidannamə”də özünü bu sifətlərlə tanımlamıĢdı: “Məsih”, “Mehdi”, “Peyqəmbərin varisi”, “Övliyaların sonu”, “Allahın məzhəri”, “Vilayət sahibi”, “ġəhid”, “Bəyan sahibi”, təvil** sahibi”, “Qədim kəlamın məzhəri”, “Böyləcə quluna vəhy etdiyini vəyh etdi” 28 sirrinə ərmiĢ, “ġeytanın ulaĢa bilməyəcəyi yerə varan”, “Ruhlar aləminin sirrinə ərən”, “Tanrı bilgisini bilincində barındıran”. Tərəfdarları isə, onu Allah və haq olaraq bilirdi. Nəimi Quranın və Ġncilin sirlərinin onda olduğunu və yalnız onda olduğunu, kimsədə olmadığını iddia edirdi.29 Quran və hədis üzərinə fərqli açıqlama yöntəmi gətirmiĢdi. Öz haqlılığını da sırf gətridiyi bu yenilikdə görməkdə idi. Çünkü bu yeniliyin ona Tanrı qatından endirildiyini

27

Qurani-Kərimin 13-cü surəsinin 43-cü ayətində deyir: Ġnkar edenler: "Sən peyqəmbər deyilsən" derler; de ki: "Mənimlə sizin aranızda Ģahid olaraq Allah və Kitab’ı bilənlər yetər. ** Təvil- açıqlama, Quranın sirlərini açıqlayan.

28 Quran, Nəcm (53) surəsi, 10-cu ayət.

29 Dehxuda sözlüyü.

Page 22: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

22

savunmaqda idi. Fəzl Cəbrailin ona vəhy yoluyla kitab gətirdiyini söyləmirdi. Çünkü vəhy Hz. Məhəmmədlə sona ərmiĢdi. Onun tərəfdarları sırf müsəlmanlardan oluĢmamaqda idi, çünkü onun Ġslam üzərinə açıqlamaları müsəlmanların inanıĢları ilə tərs düĢməkdə idi. Fəzl özünü bütün peyqəmbərələrdən üstün görməkdə idi. Heç bir peyqəmbərə verilməmiĢ olan ilahi sirrin ona verildiyini söyləyirdi. Heç bir peyqəmbərin söyləmədiyi, söyləmələrini izn verilmədiyini söylədiyini iddia edirdi. Bu üzdən də öyrətilərini Ġslam əsasında qursa da, onu yeni dinin qurucusu kimi anlamaq gərəkir. Fəzl ömrünün sonunda ġirvandan müridlərindən birinə yazdığı məktubunda bunu açıqca dilə gətirmiĢdi.30 Səfəvilər dönəmində hürufi öyrətilər və hürufilər haqqında dağınıq bilgilər bir araya gətirildi. O cümlədən “Həbib-üs seyr” kitabında hürufilər haqqında ayrıntılı bilgi verilmiĢdir. Həbib-üs seyrdə hürufi Əhməd Lorun 1426-cı ildə ġahruxu teror etməyə giriĢmə əməliyatı anladılmıĢdır. Bu olaydan sonra Baysonqur hürufilərin edamına baĢladı. Fəzlin nəvələrindən biri olan Xacə Əzdəddinin də içində olduğu bir dəstəni bir yerdə edam etdilər. Seyid Qasim Ələnvar adlı bir Ģairin də hürufi olduğuna Ģübhələndilər və onu Heratdan sürgün etdilər. Fəzl ünlü əsəri “Cavidannamə”nin bir qismini Ərəbcə, bir qismini Farsca və bir qismini də Əstərabad

30

Dehxuda sözlüyü.

Page 23: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

23

ləhcəsində yazmıĢdır. Cavidannamənin əlyazması Ġstanbul və Britaniya muzeylərində mövcuddur. Kitab haqqında ilk açıqlama Avropa dillərində yazılmıĢdır. 19-cu əsrin sonlarına doğru Kulman Huart Cavidannamənin Ġstanbul varinatı üzərinə bilgi vermiĢdir. Huart, Cavidannamə üzərinə yazdığı kitabının adını “Quran üzərinə bəzi məsələlər” qoymuĢdu. Misyo Huart kitabın məzmunu üzərinə deyinməmiĢ, sadəcə dili və söz tərkibi ilə ilgili bilgi vermiĢdir. Çünkü o zamana qədər Cavidannamənin hürufiyənin təsisçisi olan Fəzlullaha aid olduğu bəlli deyildi. 1896-cı ildə mən də (Edward Browne) bu kitab üzərinə bir çalıĢma baĢlatdım. Əstərabad ləhcəsində yazılan bölüm Fəzlin gördüyü yuxulardan ibarətdir. Bu yuxuların çoxlarının altında tarix də yazılmıĢ. Ən birinci yuxunun altında 765 hicri-qəməri (1363) yazılmıĢ. Son yuxunun altında isə 796 hicri-qəməri (1393) yazılmıĢ. Görüldüyü kimi Fəzlin 30 illik yuxularını içərməkdədir. Bu yuxular Fəzlin ana dilində, yəni Əstərabad ləhcəsində yazıldığı üçün anlaĢılması çətindir.31

Fəzl dini vacibatları ibtal etmiĢdi. Hürufilər dini mənasiklərə (ənənələrə) əməl etmirdilər. Çünkü onlar dinin zahirinə deyil, batininə ərdiklərini düĢünürdülər. Fəzlin ən önəmli müruidlərindən Nəsimi və Mahmud Pəsixani olmuĢdur. Pəsixani ilə

31

Edwavd Brown “Əz S´ədi ta Jami” (S´ədidən Camiyə qədər) Farscaya tərcümə edən Əliəsğər Hikmət, s. 393-398.

Page 24: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

24

Fəzlin fikir ayrılıqları ortaya çıxır. Fəzl onu özündən uzaqlaĢdırır, o da Fəzldən uzaqlaĢır. Pəsixani də nöqtəvilik adında hürufiliklə qismən fərqli bir təriqət təsis edir. Burada özət olaraq nöqtəvilik haqqında bir az bilgi verib sonra davam edəlim.

Nöqtəvilər Quranı özlərinəxas biçimdə açıqlayırdılar. O dünyaya, cənnət və cəhənnəmə inanmırdılar. Canlıların bir-birinə dönüĢməsinə, yəni tənasüxə inanırdılar. 32 Nöqtəvi hərəkəti qısa sürədə çox yayqınlaĢdı. KaĢan, ġiraz, Qəzvin və Ġsfahanda çox tərəfdar tapdılar. Nöqtəviyan Səfəvi dövlətinin ilk illərində bir çox sənət adamlarını özlərinə cəlb etmiĢdilər. ġah Təhmasibin sarayında özlərinə yaxĢı imkanlar da sağlamıĢdılar. Ancaq nöqtəvi dərviĢlərin qiyamları onların qətlinə fətva verilməsinə səbəb oldu. Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adında bir dərviĢ Qəzvin nöqtəvilərinin rəhbəri idi. DərviĢ Xosrov Ġkinci Ġsmayıl və Sultan Məhəmməd Xudabəndə zamanında da fəaliyyətlərini sürdürdü. Birinci ġah Abbas Ģəxsən bu dərviĢlə tanıĢ oldu. Nöqtəvilərin görüĢləri ilə tanıĢ olduqdan sonra ġah Abbas onların qətlinə fərman verdi. Seyyid Əhməd KaĢi, Mövlana Süleyman Savcı, Budaqbəy Dinoğlu, DərviĢ Turab, DərviĢ Kamal Oqlidi kimi firqənin tanınmıĢ rəhbərləri öldürüldülər. 33 Səfəvilərin

32

Mirəhməd Məryəm, “Səfəvilər dönəmində din və məzhəb”, Tehran, Əmirkəbir nəĢriyyatı, 1363. 33

Nəsrullah Fəlsəfi “ġah Abbasın həyatı”, 2-ci cild, Tehran, 1352.

Page 25: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

25

nöqtəviləri qətl etmələri üzərinə onlar Hindistanda Moğol-Türk padĢahı Əkbər ġaha sığındılar. Əkbər ġah onların fəaliyyətlərini sərbəst buraxdı və nöqtəvilərin fikirləri ilə özü də maraqlandı.

Nöqtəvilərin fikirlərini bildirən bəzi Farsca Ģeirlər qalmıĢdır. Hürüfilərdən ayrılan nöqtəvilərə görə varlıq hərflərdən deyil, nöqtədən baĢlar. Bütün sirlər nöqtədədir. Nöqtə öz içində sonsuzluğu daĢımaqdadır. Nöqtənin açılıb yumulması zamanı meydana gətirər. An, bir nöqtədir. Bu nöqtə uzadıldığında sonsuza uzanan bir xət meydana gəlir. Hərflər də bu xəttin üstündə yazılar. Nöqtəvilərə görə hürufilik nöqtənin sirlərini görə bilməmiĢ. Nöqtə hərfdən əvvəldir. Bu xətt üzərində bir nöqtə əsas alınır. O nöqtə mərkəz olmaq üzrə bir dairə cızacaq olsaq, bu dairənin diametrinə zaman adı verilir. An, 18 min aləmi özündə toplayan nöqtədir. Mütləq zaman anlayıĢı da nöqtədə birləĢər. Həyat mütləq zaman içində sona çatdığı üçün nöqtənin içində var olub və nöqtənin içində ölürük. Allaha bağlanıĢımız da bir nöqtədir. Bu nöqtənin içi və dıĢı Tanrı ilə çevrələnmiĢdir.

Yenə də hürufi qonusuna dönəlim. 1401-ci ildə Əmir Teymurun üçüncü oğlu MiranĢah atasının əmri üzərinə Fəzli ġirvandan yanına çağırdı. Ayaqlarını iplə bağlayıb sürütdürərək öldürdü. Məzarı Naxcıvanın Əlincə qalasındadır. 34

34

Məhəmmədəli Tərbiyət “DaneĢməndane Azərbaycan” (Azərbaycan alimləri), s. 386-388.

Page 26: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

26

Əbdülməcid FiriĢtəzadənin yazdığına görə Fəzl özünə doqquz xəlifə təyin etmiĢdi. Onlardan dördü Fəzl sirlərinə sahibmiĢ. Bunların adları Məcd, Mahmud, Kamal HaĢimi və Əbulhəsən olmuĢ.

Məhrəme xəlvət səray həmdəmi, Məcd o, Məhmud o, Kəmale HaĢemi. Bulhəsən dan çar ra vo baz yab Çon vəsiyət kərd qoft eynək ketab.* Əbulhəsən Ġsfahani (Əli-ul ə´la) Ġsfahanda 19

yaĢında ikən Fəzllə tanıĢmıĢ və Fəzl öldürüldüyndə 42 yaĢı varmıĢ. Fəzlin Cavidannaməsini o, nəzmə çevirərək Fəzlin qətlinə də iĢarə etmiĢdir. 35 Fəzl öldürüldükdən sonra onun ən yaxın müridləri olan HaĢimi (Nəsimi) və Əbulhəsən Ġsfahani Anadoluya fərar edirlər. Fəzlin qızı ilə Yusif adlı bir hürufi CahanĢah Qaraqoyunlu zamanında hürufiliyi Təbrizdə təbliğə baĢladılar. Ancaq yaxlaĢıq 500 hürufi ilə bir yerdə öldürüldülər. Bu rübainin ona aid olduğunu söyləyirlər:

Dər mətbəxe eĢq coz neku ra nəkoĢənd Rubəh sefətane zeĢtxu ra nəkoĢənd Gər aĢeqe sadeqi ze koĢtən məqoriz Mordar bovəd hər anke u ra nəkoĢənd.36**

* Xəlvət evində məhrəm sirlərin həmsöhbəti olanlar Məcd, Maumud, Kamal HaĢemi və onlara Əbulhəsən də əklənən də dörd olur. Vəsiyət etdiyində dedi: budur kitab. 35

Məhəmmədəli Tərbiyət “DaneĢməndane Azərbaycan” (Azərbaycan alimləri), s. 386-388. 36

Məcəlleye daneĢkədeye ədəbiyat, (Ədəbiyat dərgisi institutu) 2-ci il, 2-ci sayı, s. 40. ** EĢq mətbəxində yalnız yaxĢıları öldürələr.

Page 27: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

27

Hürufilər Nəimini haq zâtının təzahürü kimi alqılayır və ibadətlərində dəyiĢiklik oluĢdurmuĢdular. Onlar üçün Quranın önəmi yox idi. Çünkü Quranda nasux (batil edən) və mənsux (batil olunan) var. Bəzi ayətlər gəlmiĢ və daha öncəki ayətlərin keçərliliyini ortadan qaldırmıĢdır. Ancaq Fəzl isə Qurani-natiq idi, yəni canlı və danıĢan Quran. Quranda sünnət əhlinin bəzi saxtakarlıqlar oluĢdurduqlarına inandıqları üçün də Fəzlin önəmi daha da artırdı. Əslində bu, inanc hürufilərdən çox öncələr mövcud idi. “ġiə və ona bağlı fərqli inanıĢlar 113 və 114-cü surələrin Qurana sonradan əkləndiyini savunar. ġiə alimlər qullanacaqları baĢqa mətn olmadığı üçün sünnilərin qəbul etdiyi bu surələrə Ģübhə ilə yanaĢarlar.” 37 Hürufilərin düĢüncesinin əsası, insana yüksək (!) dəyər verməkdir. Mövcûdât, mütləq varlığın təzâhürüdür. Bu zuhûr qüvvət aləmindən, yəni mələkutdan təbiət və ənâsır aləminə gəlmiĢ, səmâvâtla ənâsırın birləĢməsindən cəmâdât, nəbâtât və insanlar meydana gelmiĢdir. Bu zuhûr insan oğlunda kamâla ərmiĢdir.38

Tülkü sifət çirkinləri öldürməzlər. Doğru aĢiq isən, ölməkdən qorxma Bu yolda öldürülməyən murdar olur. (bu Ģeirin baĢqa qaynaqlara Sərməd KaĢaniyə aid olduğu yazılmıĢdır.) 37

PetroĢevski, Ġranda Ġslam, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), s. 286. 38

Abdulbaki Gölpınarlı, ”hurûfîlik Metinler Kataloğu”, s. 19-20

Page 28: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

28

Batinilərə görə dinin batinini anladıqdan sonra onun dıĢ görünümünün anlamı qalmaz. Oruç, namaz, həcc və bu kimi dini mənasiklər anlamsızlaĢır. Əlioğlu Hüseynə yapılan zülmü göz önündə bulunduraraq əzilən xalqı savunmaq iddiası ilə ortaya çıxan batinilər genəldə Əli və onun soyunun yolunu özlərinə yol olaraq seçdiklərini iddia edələr. Ġslamda isə böylə bir yol olmamıĢdır. Ġslamda əhli-beyt yolu deyə bir yol yoxdur, olmamıĢdır. Ġslamda bir tək yol var, o da Hz. Məhəmməd yoludur. Ġkinci yol yoxdur.

Hürufilik sadəcə hərflərlə ilgili deyildir. Bu, onun bir boyutudur. Hürufiliyin hərflərlə olan ilgisi qədər tanımlayıcı ikinci özəlliyi də vardır. O da “batini”, yəni içrəkçi” olmasıdır. Hürufiliyin bir yanında hərflər və onlarla yaxından ilgili rəqəmlər, digər yanında da bunların yardımı ilə və bunlara dayanaraq açıqlanan, savunulan batini inancları vardır.39

Hürufilər Quran ayətlərində keçən “fəzl” sözünün Fəzəlullah Nəimiyə iĢarə etdiyini qəbul edirdilər. Quranda iki tür ayət mövcuddur.

1- Möhkəmat. Anlamı açıq-aydın bəlli olan ayətlər. Bunlara möhkəmat deyilir. Möhkəmatın açıqlanmasına gərək yoxdur. Hər Ģey açıqca Quranın kəndisi tərəfindən açıqlanmıĢdır. Mənası qolaylıqla

39

Reha Çamurlu, Sabah Rüzgarı, (Enel Hakk demiĢti Nesimi), Metis yayını, Ġstanbul 1992, s. 13-14.

Page 29: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

29

anlaĢılan, xarici bir təfsirə ehtiyac duymayan və tək mənası olan ayətlər möhkəmdir.

2- MütəĢabihat (bənzərlər). Açıq-aydın və təfsirdən daha qüvvətli olan sözü ifadə üçün qullanılan möhkəmin ziddi mütəĢabih adlanır. Təfsir üsulunda, açıq və təvilə (açıqlamaya) möhtac olmayan ayətlərə möhkəmat, mənası gizli və təvilə möhtac olan ayətlərə de mütəĢabihat deyilmiĢdir. Digər bir təbirlə mütəĢabih, bir çox mənaya ehtimalı olub, bu mənalardan birini təyin edə bilmək üçün xarici bir dəlilə ehtiyacı olan ayətlərdir. Qurani-Kərimin tamamının möhkəm olduğunu iddia edənlər bulunduğu kimi, tamamının mütəĢabih olduğunu söyləyənlər də olmuĢdur. Bu iki iddianın da doğru olmadığını Quran bu ayətlə yalanlar: “Sənə kitabı endirən O'dur. Ondan bir qısım ayətlər möhkəmdir ki, bunlar kitabın təməlidir. Digər bir qısmı da mütəĢabihlərdir. Qəlblərində əyrilik bulunanlar sırf fitnə aramaq və kəndi arzularına göre mütəĢabihlərə uyarlar. Bir halda ki, onun təvilini Allahdan baĢqası biləməz. Elmdə yüksək səviyəyə ərənlər isə: “Biz ona inandıq, həpsi Rəbbimiz qatındandır” söylərlər. Bunları ancaq əqli-səlim (sağduyu) sahibləri düĢünüb

Page 30: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

30

anlar.” 40 Quran Hz. Peyqəmbərə endirilirkən, ayətlərinin bir qısmı hərkəsin anlayabiləcəyi Ģəkilde (möhkəm), digər bir qısmı da anlayamayacağı Ģəkilde (mütəĢabih) olaraq endirilmiĢdir. Kəsin əmrləri və ehkâmı (halal, haram, namaz, oruç, zəkat, həcc kimi) bəyan edən âyətlər, möhkəm özəlliyinə sahibdir. AnlaĢıdığı kimi möhkəmat açıq və aydındır. MütəĢabihat üzərində dəyiĢik görüĢlər ortaya çıxa bilər. Bunun üzərinə Ġslam alimləri mütəĢabihat üzərinə ortaq tanımlama gətirmiĢlər. Alimlərə görə mütəĢabihatın anlamını Allahdan baĢqa kimsə biləməz.

Nəimi bu mütəĢabihatın sirrinə ərdiyini bəyan edər. Hürufilər də özlərindən öncəki ixvan-üs Səfa, Ġsmailiyə batinilərində olduğu kimi Hz. Əli soyunun cəfr elmi yoluyla mütəĢabihat sirrini bildiyinə inanırdılar. Bu sirri Nəimi də cəfr elminə sahib olduğu üçün bilirmiĢ. Bu üzdən də hürufi inanıĢında mütəĢabihat deyə bir Ģey qalmaz, çünkü bütün bilgiləri bilən Allahdır və Nəimi də Allah idi! Hz. Peyqəmbər "Hər kim Qurani-Kərimi kəndi Ģəxsi rəyi ilə təfsir edərsə cəhənnəmdəki yerinə hazırlansın"41

40

Ali- Ġmrân sûresi (3): 7. 41

Sünen-i Tirmizî, Ġstanbul 1401, c. V, sh. 199, Had. No: 2951.

Page 31: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

31

Bu arada Fəzlin sahibi olduğunu iddia etdiyi “cəfr” elminin nəliyi üzərinə bilgi vermənin tam zamanıdır.

Dünyanın sonundan bəhs edən, yaxud dünyanın sonuna dair məlumat verən bir ədəbiyat olan apokoliptik ilk dəfə əski Orta Doğuda görünmüĢ oradan da Yəhudiliyə sızmıĢdır. 42 Hər dinin və uyqarlığın sahib olduğu bu sayı səmbolizmi, ayrılıqları yanında ĢaĢırtıcı bənzərlikləri ilə diqqət çəkməkdədir. 43 Bu ədəbiyatın Ġslam kültürndə görüntüsünün adı cəfrdir. Bu inanıĢa görə, Hz. Peyqəmbər buzov və ya öküz, ya da dəvə dərisinə bəzi vəhy bilgilərini və Quranın batini sirlərini yazıb Hz. Əliyə vermiĢ.44 və Əlidən də əhli-beytə və əhli-beytdən də onların davamçılarına intiqal etmiĢdir. Bu təriqətlər, olayı öyləsinə nəql edərlər ki, sanki peyqəmbəri buzov dərisinə yazlmıĢ bu sirri Əliyə verərkən onlar da öz gözləri ilə görmüĢlər.

“Cəfr” ərəbcədə buzov deməkdir. Ibni-Xəldun isə, yayqın anlayıĢın tərsinə olaraq cəfrin bir elmi disiplin adı deyil, bireysəl yetənək olduğunu savunar və bunun sezgi və ilhamla iliĢkisi üzərində durar. Cəfr, əslində Tövratın batini yorumları üzərində duran kabala elmindən etkilənmənin adıdır. Ġsmailiyə və ixvan-üs səfa açıqlamalarında

42

Annamarie Schimmel, “Dinler tarihine giriĢ”, s. 285. 43

Annamarie Schimmel, Sayıların gizemi, çev. Mustafa KöpüĢoğlu, Kabalcı Yay, 2.baskı, Ġstanbuls-2000, s. 9. 44

Katib Çelebi, KeĢuz-Zunun, c. 1, 591-592.

Page 32: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

32

cəfr batini yorumların təməl qaynağı halına gəlmiĢdir. Təriqətlərcə cəfr gələcəyin bilgisini içərən tanrısal bilim dalı kimi qəbul edilmiĢdir. Gələcəklə ilgili bilgilərin əhli-beytə vasitəsiz olaraq bağıĢlandığını savunan Ģiələrə görə cəfr ilahi elm və peyqəmbəranə hikmətin ürünüdür. Ġmam Məhəmməd Qəzzali cəfr elmini tənqid edər. Bunun bir xurafə olduğunu söylər. Qurana görə qeybə aid olan xəbərlərin qaynağı vəhydir. ġiəyə görə Hz. Peyqəmbər kəndisinə gələn vəhylərin bir qismini, yalnız Hz. Əliyə bildirmiĢ. Bu səbəbdən Əlinin də bilgiləri vəhyə dayanmaqdadır. Bu da peyqəmbərə nazil olan vəhy bilgilərinin hamısının Quran yolu ilə xalqa duyurulduğu ilkəsi ilə çəliĢməkdədir. Cəfr elminin peyqəmbərdən əhli-beytə gizlin yolla verildiyi haqda heç bir tarixi bəlgə mövcud deyildir. Ġmamlar bilə bu haqda heç bir bilgi verməmiĢlər. Sadəcə Cəfər Sadiqin öyrəncilərindən biri bu iddiada bulunmuĢ və bu iddialarından dolayı da Cəfər Sadiq onu özündən uzaqlaĢdırmıĢdır. Cəfər Sadiqin sünni məzhəblərini təsis edən öyrənciləri də olmuĢdur. Onlardan heç biri Cəfər Sadiqdə böylə bir elmin bulunduğu qonusunda bir tək söz bilə etməmiĢlər. Cəfr olayının Ġsmailiyə tərəfindən Ġslam tarixinə soxulduğu anlaĢılmaqdadır. Qəzzaliyə görə hərflərin və rəqəmlərin Ġslamiyətdə özəl anlam daĢımalarının heç bir tutarlı dəlili olmamıĢdır. Əski Sasani nostaljisi ilə ortaya çıxmıĢ olan hürufi kimi bəzi təriqətlərə görə cəfr elmi Adəmdən baĢlamıĢ Hz. Məhəmmədə qədər bütün

Page 33: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

33

peyqəmbərlərə verilmiĢdir. Fəzl də bu ilahi elmdən nəsib almıĢ. Mötəzilə məzhəbinin Bağdad məktəbinin qurucuları Ģiəni anlamsız cəfr elmi ilə uğraĢmaqla suçlamıĢdılar. Ġbni Xəldun bəzi rəvayətləri nəql edər. Guya Harun-ul RəĢid və Məmun, Abbasi xilafətinin yazqısı ilə ilgili cəfr elmini bilən münəccimlərinə bir kitab yazdırmıĢlar. Bu kitab Moğol saldırısında yox edilmiĢ. 45 Cəfər Sadiq böylə bir bilginin onda olduğunu öyrəncilərinə söyləsydi, o zaman ondan dərs almıĢ və daha sonra sünni məzhəblərinin təsisçisi olan Hz. Əbuhənifə və Ġmam Malik də buna iĢarə etməli idilər. Ġslam dünyasını dərindən etkiləyən bu məzhəblərin qurucuları buna heç iĢarə etməmiĢlərsə, bunun baĢından yalan olduğu bəlli olur. Bu tür yaxlaĢımlar Qurani-Kərimi anlaĢılır və əqli bir əsər olmaqdan çıxarıb sehir və cadu yorumlarına tabe tutmuĢdur.

Cəfər Sadiq demiĢ: “Daha öncədən sizə verilən bilgiləri ifĢa etməsəydiniz, sizə bir kitab verərdik ki, zamanın imamı qiyam edənə qədər kimsəyə ehtiyac duymazdınız və bütün sorularınıza cavab bulardınız.”46 Cəfər Sadiqin öyrənciləri olmuĢ Əbuhənifə və imam Maliki nədən bu haqda heç bir bilgi verməmiĢlər? Kimliyi bəlirsiz adamlar Cəfər Sadiq adından əfsanə uydurmuĢlar. Sırf imamların

45

Diyanet Ġslam Ansiklopedisi. http://www.filozof.net/Turkce/islam-felsefesi/11808-cəfrcifir-ilmi-nedir-tarihi-ozellikleri-hakkinda-bilgi.html 46

Bəhar- ul ənvar, 2-ci cild, s. 213.

Page 34: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

34

yanında olan “cəfr” və “camiə” elminin baĢdan sona iftira və yalan olduğuna bir dəlil deyilmidir? Bunlar əlimizdə olan Qurana gərək buraxmamaqdadır. O zaman Mehdinin özüylə apardığı və nə olduğunu bilmədiyimiz kitablarla Ġslamı necə anlaya bilərik? Yenə də Cəfər Sadiq deyir: “Vay sizin halınıza ki, cəfrin nə olduğunu bilmirsiniz. Onun böyüklüyü bir vəhĢi qoçun dərisi qədərdir. Bu dəri üzərinə yazılanlar Hz. Peyqəmbərin söylədikləri və Əlinin imla etdikləridir. Dünyada öylə bir Ģey yoxdur ki, cəfrdə onun haqqında bilgi verilməsin. Hətta kiçicik bir yaranın da diyəsi orada yazılmıĢdır.”47 O zaman böylə bir soru ortaya çıxır: Nədən imamlar bu sirri insanlarla paylaĢmamıĢlar? Ġnsanların içində yararlı olmayan bilginin nə önəmi ola bilər? Nədən “Mehdi!” bu kitabı da özüylə götürüb yoxa çıxmıĢ? AnlaĢılan günümüzdə əlimizdə olan Quranın heç bir dəyəri yoxdur. ġiə və ona bağlı aĢırı cərəyanlar Quranın təhrif edildiyinə inanmaqdadırlar. Bu iftiraların bir baĢqasına baxalım. Kimlikləri və oğru, xırsız olub olmadıqları, yalançı olub olmadıqları bəlli olmayan bir sürü adamlar imamlardan duyduqlarını söyləmiĢlər. Bu insanların tarixdə olub olmamaları bilə, bəlli deyildir. “Əbubəsir deyir: Ġmam Cəfər Sadiqin hüzuruna vardım. Ona dedim: Sənə qurban olum ya imamım, səndən bir Ģey sormaq istəyirəm. Ancaq bu evdə səsimizin duyulmasından qorxuram. Çünkü mətləb çox

47

Bəhar-ul ənvar, 26-cı cild, s. 46.

Page 35: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

35

gizlidir. Ġmam mübarək əli ilə otaqların birinin pərdəsini çəkərək “saqınmaya gərək yox, evdə kimsə yoxdur” söylədi. Ona ”Ģiə əhli Hz. Peyqəmbərin Əbutaliboğlu Əliyə gizlin bilgilər verdiyinə inanır. Min fəsldən oluĢan elmin Əliyə verildiyi və hər fəslin də min bölümdən ibarət olduğu söylənməkdədir. Bunlar doğrudurmu?” deyə sordum. Cəfər Sadiq “Ey Əbubəsir, and olsun Allaha ki, bu, doğrudur. Bu elm əhli-beytə məxsusdur” dedi. Imam bir sürə səssiz qalıb sonra davam etdi: “O, hər kəsin biləcəyi elm deyil. Sünnət əhli ümumiyətlə onun nə olduğunu bilməzlər.” Daha sonra mənə "Sən bilərsənmi “camiə” nədir?” deyə sordu. Mən də ona “sənə qurban olum, mən hardan biləcəyəm?” söylədim. Ġmam “camiə 79 zera uzunluğu olan bir səhifədir. Bu kitab Əli tərəfindən yazılmıĢdır” buyurdu. Sonra imam “ izn ver səni bir azcıq yaralayım” dedi. Ġmam dırnağı ilə mənim dərimi yaraladı və “hətta bax bu kiçik yaranın da diyəsi o kitabda yazılmıĢ” dedi. Ġmam bir sürə susub daha sonra “cəfr də bizim yanımızdadır. Ancaq sünnət əhli hardan bilsinlər ki, cəfr nə deməkdir?” söylədi.48 Görüldüyü kimi baĢdan sona qədər yalanı səhnələĢdirməkdən bəlgələĢdirməkdən baĢqa bir Ģey deyildir bunlar.

Əslində bu cəfr məsələsi Sasanilərdəki “fərri-izədi” olayından baĢqa bir Ģey deyildir. Sasanilərdə Sasani Ģahları soyunun “fərri-izədi” (Tanrı ıĢığı)

48

Bəhar-ul ənvar, 26-cı cild, s. 39.

Page 36: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

36

adında bir sirri daĢıdıqlarına inanılırdı. Daha sonra Sasaniliyin bu anlamsız və Ġslamla bağlaĢmayan inancı Ģiəyə keçmiĢdir. Özəlliklə də Hz. Hüseyni içində fərri-izədi daĢıyan Sasani qızı ġəhrbanu ilə xəyal dünyasında evləndirərək imamlarla Sasani soyunu birləĢdirmiĢlər. Ġmamlar cəfr elmini və Sasani soyu isə fərri-izədini daĢımaqda isə, burada Pers-Sasani soyu imamların soyunda qutsallaĢdırılır. Daha sonra da bu cəfr elmini 12-ci imam özüylə götürüb yoxa çıxmıĢ. Ara-sıra Fəzlullah kimi biriləri çıxıb və cəfr elminin onda olduğunu iddia etmiĢlər. Cəfr özü də “qara cəfr” və “ağ cəfr” deyə ikiyə ayrılmaqda imiĢ.

ġiə inanıĢında cəfrdən baĢqa bir də “Camiə” adlı bir kitabdan söz edilməkdədir. Bu kitabda imamlardan baĢqa kiməsnin gözünə görünməzmiĢ. Bu kitabı da guta Hz. Peyqəmbər söyləmiĢ və Əli yazmıĢ. Bu kitabın da sirri cəfr elmi ilə bir yerdə imamdan imama keçmiĢ və sonuncu qeybə çəkilən imam o kitabla bir yerdə dörd yaĢında qeybə çəkilmiĢ.

Allah Ģiə imamları haqqında peyqəmbərə bir yazı vermiĢdir. Böyük ehtimalla bu yazı “cəfr və camiə”dən ibarətmiĢ. Böyük olasılıqla cəfr və camiə imam Rzanın Məmunla anlaĢıb vəliəhdliyi qəbul etdərkən xatırlatdığı cəfr və camiədir. 49 Camiənin cəfrlə fərqi ondadır ki, camiə baĢqalarının da gözünə görünmüĢ, ancaq cəfr, yalnız

49

Koleyni, 1-cild, s. 279-280.

Page 37: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

37

peyqəmbırin və onun varisləri olan imamların gözünə görünmüĢdür. 50 Cəfr elmində hərflər haqqında söhbət edilməkdədir. Onu hərflərin elmi də adlandırırlar. Peyqəmbərin xütbələrinin sirrini çözən elmdir. Ərəb dilini çox yaxĢı bilməklə bu elmi bilmək olar. Cəfrdə dünyanın quruluĢu və sona ərəcəyi haqda bilgi vardır. Elmlərin türlərində biri cəfr və digəri də camiədir. Bunlar iki kitabdan ibarətdir. Hz. Peyqəmbər bu kitabları hərf elminin sirlərinə dayanaraq dünyanın yazqısı haqqında yazmıĢdır. Peyqəmbərin soyundan olan imamlar bu elmlərə vaqif olmuĢ və gələcək haqqında bilgiləri bu kitablardan çıxarmıĢlar. Imam Rza Məmunla anlaĢıb vəliəhdliyi qəbul etdiyində anlaĢma mətnində bu mövzuya iĢarə edilmiĢdir. Məmunla anlaĢma mətnində imam Rza yazır: “Ey Məmun xilafət hüququ ilə bağlı sənə bəzi bilgilər aĢkar olmuĢdur ki, səndən öncəki dədələrinə məlum deyildi. Mən səndən sonra xəlifə olma təklifini qəbul edirəm.” Bəzi Ģeyxlərin də bu elmdən xəbərləri olmuĢdur. Onlar bilgilərinin qaynağını əhli-beytə dayandırmıĢlar.51

Bu qonuda çox ayrıntılı bilgi mövcuddur. Bu ayrıntılara girmək istəmirəm. AnlaĢılan budur ki, günümüzdə müsəlmanların əlində mövcud olan Qurani-kərimin heç bir dəyəri yoxmuĢ, çünkü bütün

50

Mofid 2-ci cild, s. 249-250. 51

Əliəkbər Dehxuda “Dehxuda lüğətnaməsi”

Page 38: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

38

sirlər kimsənin görə bilməyəcəyi cəfr və camiədə imiĢ.

Kəlam (söz) görünüĢündə təcəlli edən Tanrı kəndisinə hərflərlə görüntü buldu. Yəni yaratıcı olan hərfdi. Hürufiliyə görə varlığın görünüĢü səslə baĢladı. Səs gizli aləmdən gəlmiĢ və evrəndə hər varlıqda var olmuĢdur. Canlılarda bu səs aktiv halda vardır. Cansızlarda isə gizil (potansiel) olaraq mövcuddur. Bir cansızı baĢqa cansıza vurarsaq səs meydana çıxar. Səsin olqunlaĢmıĢ halı sözdür. Bu, ancaq insanlarda meydana gələr. “Quran” sözü “sözlə oxuma, ağızla söyləmə, yüksək səslə söyləmə” anlamında idi. Söz hərflərdən oluĢar. Bu durumda səsin və sözün əsli hərfdir. Yəni hürufiliyə görə yaradıcı olan hərfdir. Bu nədənlə hürufilik qonuĢan insanı tanrılaĢdırırdı. Çünkü onlara görə söz, gerçəkləĢmiĢ olan Tanrı idi. Bu da, ancaq insanda dilə gəlmiĢdi. Ġnsan qonuĢan Tanrı idi. Böylə olduğunda insanın açıqlanması Tanrının da açıqlanmasıdır. Nəimi 46 yaĢında bir mağaraya çəkilərək “Mehdi” olduğunu iddia etmiĢdi. Söyləmlərində “Yuhənna incili”ndən bəhs edir, 12 həvari ilə 12 imam arasında iliĢkilər qurur, Ġsrailin 12 qəbiləsinə göndərmələr yapırdı.52 Quranda “kaf” və “nun”, yəni “kon” (ol) sözü keçmiĢdi. Tanrının “ol!” söyləməsi ilə evrənin oluĢduğu ələ alınmıĢdı.

52

Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006- Ġstanbul, s. 21, 22, 23.

Page 39: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

39

Bu qonu ilə ilgili Füzulinin açıqlamaları bölümündə ayrıntılı olaraq deyinəcəyəm.

Nəiminin etkiləndiyi əsər isə, özündən bir əsr öncə yaĢamıĢ Ġbni-Ərəbinin yazdığı “Fütuhat” adlı əsəri idi. Hürufilik əslində Pifaqor teorisi ilə Yəhudi kabalasından alıntı idi. “Əski insan düĢüncələrinin geniĢləməsi və irəliləməsi “səmbolizm” devrini baĢlatmıĢ və bunun nəticəsində cisimlərə qazılmıĢ qutsal qüvvələrə aid müqəddəs hərflərin bulunduğu inancı ortaya çıxmıĢdır. Bu inanc insanlığın demək olar ki, bütün tarixi dönəmlərində və topluluqlarında görülməkdədir.”53

Fəzlin və müridlərinin yazdıqları göstərir ki, onlar Ġsmaili görüĢləri ilə yaxından tanıĢ olmuĢlar. Hürufilər Ərəb əlifbası üzərinə etdikləri batini və irfani açıqlamaları Ġsmaililərdən almıĢdılar. 54 Fəzlullah nəsr əsərlərini Farscanın Əstərabad ləhcəsində yazmıĢdır. “Cavidannamə” Fəzlin Quran üzərinə hürufi məntiq əsasında yazdığı təfsirdir. Hürufiyənin ən ünlü və etkili əsəri də budur. Fəzlə aid olduğu söylənən “Məhəbbətnamə” və “ƏrĢnamə” adlı kitablar da qalmıĢdır. Ancaq bu kitablar Cavidannamə kimi müqəddəs sayılmamıĢdır. Fəzlin digər əsərləri bunlardır: “Cavidani-səğir” (kiçik cavidan) və “Nomnameyi

53

Annamarie Schimel, Dinler Tarihine GiriĢ, s. 246. 54

PetroĢevski, Ġranda Ġslam, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), s. 323.

Page 40: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

40

ilahi”. Nomnamədə* Fəzl gördüyü yuxuları yazmıĢdır. Fəzlin Ģəxsiyyəti və ruh halları haqqında bu kitab daha doğru bilgi verməkdədir. Özünü “Məsih” və “Mehdi” adlandırması da Nomnamədə görüdüyü yuxulara dayanmaqdadır. Nomnamədə yazır: “Ġndi ey salik (məna yolçusu), bilmiĢ ol ki, Hz. Məhəmməddən sonra vəhy sona ərsə də, yuxular və röyalar sona ərməmiĢdir. Hz. Məhəmmədin anlatdığı “saleh röyalar” nübuvvətin bir parçasıdır. Quranda deyir ki, “And olsun nəfsə və ona bir taxım yetənəklər verənə” 55 , “Sonra da ona nəfsə yaxĢılıqlar və kötülüklər verənə” 56 Bu ayətlər Allahın bəzi nəfslərə yaxĢılıqlar verməsinə dəlalətdir. Peyqəmbər də sadiqə röyalar haqqında bilgilər vermiĢdir. Bu üzdən də vəhy bitsə də, yuxuda Tanrının verdiyi ilham bitməmiĢdir və bu da nübuvvətin bir davamıdır. Böylə olmasaydı ilahi feyzin qapıları qapanar və övliyalar heç bir Ģeyi kəĢf edə bilməzdilər. O zaman feyzin qaynağı qurumamıĢdır, davam etməkdədir və bu feyzlər də röyalarda verilməkdədir. Tanrının feyz qapısı yuxuda açılır. Bu üzdən bu yuxuların Allahın dini yolunda yürüyənlər üçün yararı vardır. Nomnaməni

* Nom sanskritçə bir sözdür və və´z, anlamındadır. Yəni dini mətnlərin yorumlanması. 9-cu yüzildə Türk dilinə tərcümə edilmiĢ budist mətnlərdə “nom” və “nomlamaq” sözləri sıxca keçmiĢdir. Özəlliklə də Uyqurca mətn olan “Altın Yaruq” əsərində bu sözlərlə çox qarĢılaĢmaqdayıq. 55

Surə 91, ayəy 7. 56

Surə 91, ayət 8.

Page 41: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

41

anlmaq üçün Əstərabad ağzını bilmək gərəkir. Hətta bu ağızda da onun anlaĢılması çətindir. Fəzl yuxularını sürətlə və diqqətsizcə yazmıĢdır. Mətndən də anlaĢıldığı kimi bu yazıların tələmtələsikliyi görünməkdədir. Bir tür yaddaĢ özəlliyi vardır. Bu üzdən də bəzi cümlələr qramatik açıdan doğru yazılmamıĢdır.57

Hürufilərin bir baĢqa kitabı “Məhəbbətnamə”dir. Bu kitabı Əli-ul Ə´lanın yazdığını düĢünürlər. Bəzi araĢdırmaçılara görə isə, bu kitabı da Fəzl yazmıĢdır. Bu kitabda eĢq və onun mənası açıqlanmıĢdır. Cavidannamədə keçən bir çox hürufi kimliyi daĢıyan sözləri bu kitabda da gətirmiĢdir. “Məhəbbətnamə”nin də nəsri “Cavidannamə” kimidir. Ancaq bu kitabda Əstərabad sözləri az keçmiĢ və daha çox ədəbi Fars dilində yazılmıĢdır. “Cavidannamə” və “Nomnamə”də olduğu qədər bu kitabda Əstərabad sözləri mövcud deyildir. Kitab 271 səhifədir və belə baĢlayır: “Hu, Həvva və Adəm vəchinin bölünməsini tanı və oxu, ey oxucu...”* Sonu da böylə bitir: “Son mənzildə alimləri, zahidləri, əhli-hikmətləlri və Ģəhidləri ilahi eĢq aləminə çəkir...”** “Məhəbbətnamə” bitdikdən sonra 9 səhifə daha var. Bu səhifələr Türkçə və Farsca cızma-qaralar Ģəklində yazılmıĢıdır və oxunması mümkün deyildir.

57

Əliəkbər Dehxyda “Dehxuda sözlüyü”. *وان ای خواننده خطوط وجه کرم آدمهو در تقسم وجه آدم و حوا بشناس و بخ

** پس ممنزل آخر هم از علما و زاهدان و حکما و شهدا به عالم عشف االهی می کشد...

Page 42: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

42

Bu 9 səhifənin bir səhifə yarımında “seyyidi-Ģərifin qüvvəsinin tanımı” baĢlıqlı Farsca yazı var. Bir səhifənin də baĢında “münacat” yazılmıĢ və Farsca Ģeirdən ibarətdir. Daha sonra on altı səhifə yarım bölümdən oluĢan qisim baĢlayır. Bu bölümün baĢlığı yoxdur. Bu səhifələrdə hürufiyənin Fəzli anlaya bilməsi üçün düzəltdikləri “Əstərabad sözlüyü” yer almaqdadır. “Əstərabad sözlüyü”nün bitimindən sonra Ərəbcə yazılmıĢ “Münacati-Hz. Əli” bölümü gəlir və sonunda da kimsə Quranın 33-cü surəsinin 56-cü ayəti*** haqqında soru sormuĢ və bu soruya verilən cavab verilmiĢdir. Ayrıca, mətnin içində bəzi Əstərabad ləhcəsində olan sözlərin mənaları da yazılmıĢdır. Məhəbbətnamənin bir nüsxəsinin açıqlamasını Blochet vermiĢdir və Paris Milli Kitabxanasının Farsca bölümündə mövcuddur.58

Hürufilərin bir baĢqa kitabı da “Məhrəmnamə”dir. Hürufi etiqadlarının əsası bu kitabda anladılmıĢdır. 59 Bu kitabı Fəzlin müridlərindən biri Əstərabad ləhcəsində yazmıĢdır. Bu kitabı Fransızcaya da tərcümə etmiĢlər. Məhrəmnamənin yazarı Seyid Ġshaq adında bir hürufi olmuĢ və böyük olasılıqla Fəzlin həmĢəhrisi imiĢ. O, bu kitabda doğum tarixini 771 hirci qəməri

***

Tanrı və mələklər peyqəmbərə salavat göndərirlər. Ey iman gətirənlər Ona salavat göndərin, doğruca salavat. 58

Əliəkbər Dehxuda “sözlük”. 59

PetroĢevski “Ġranda Ġslam”, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), s. 323.

Page 43: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

43

(1369) olaraq yazmıĢ və “Məhrəmnamə”ni də 828-ci ildə (1424) yazmağa baĢladığını qeyd etmiĢ. Brown 1907-ci ildə ”Asiatic Journal” adlı dərgidə hürufilərlə bağlı bir məqalə dərc etdirdi. Orada yazır ki, Seyid Ġshaqın “ġarabnamə” adlı bir baĢqa əsəri də olmuĢdur. Bu əsr Ģeirlə yazılmıĢ və aĢağıdakı rübaini o kitabdan örnək olaraq vermiĢdir:

Fəzlin ölümündən tam otuz il sonra, Birdən mənə gəldi qeybdən böylə nida. Ey ölmüĢ adam nə yatmısan torpaqda? Qalx gil ki, gəlib çatdı bu gün ruzi-cəza***60 Seyid Ġshaq Məhrəmnamədə hürufi

etiqadının üsullarını və düĢüncələrini açıqlamıĢdır. Bu üzdən də onun Məhrəmnaməsi hürufiliyi öyrənmək açısından çox önəmli əsərdir. Bu kitabın Əstərabad dili ilə Fəzlin Əstərabad dili bir-birinə çox bənzərdir.

Hürufilər Fəzlin kitablarını anlaya bilmələri üçün Əstərabad sözlüyü adında bir kitab yazmıĢlar. Bu kitabda Fəzlin kitablarında keçən Farscanın Əstərabad ləhcəsi sözlüklərinin açıqlaması verilmiĢdir. Britaniya muzeyində saxlanan bu kitab “Lüğəti-Əstərabadi” adlanır. Bu beĢ kitabın dıĢında (Cavidannamə, Nomnamə, Məhəbbətnamə,

***

Farscadan çevirən Güntay Siy sâl ze bə´de mərg əz Fəzle xoda Naqah be quĢəm aməd əz ğeyb neda Key mordeye səd sale çe xofti dər xâk? Bər xiz ke henqame hesab əst o cəza. 60

Əliəkbər Dehxuda, “Sözlük”

Page 44: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

44

Məhrəmnamə, Lüğəti-Əstərabadi) qalan kitablar ədəbi Fars dilində yazılmıĢdır. “Lüğəti-Əstərabadi” sözlüyü tam olaraq Əstərabad (indiki Qorqan) ləhcəsində yazılsa da, Fəzlin əsərlərində keçən bütün lüğətlər bu əsərdə verilməmiĢdir. Lüğətlərin izahında bəzi yanlıĢlıqlar da gözə çarpır. 61 Dehxuda öz sözlük əsərində 65 hürufi müəlliflərinin və onların əsərlərinin adını çəkmiĢdir. Onlardan bir neçəsinin adını burada gətirirk: 1- Axirətnamə. 2- Adəmnamə. 3- ustvarnamə. 4- Ġskəndərnamə. 5- Ġtaətnamə. 6- BəĢarətnamə. 7- BəktaĢi nəfəsləri. 8- Buyuruq. 9- Əmanətnamə. 10- Türabnamə. 11- Tövhidnamə. 12- Həqiqətnamə. 13- Divani-Abdal. 14- Divani-Nəsimi. 15- Divani-Virani. 16- Divani-Yəmini. 17- Zərrənamə. 18- MəhĢərnamə. 19- KəĢfnamə. 20- Qismətnamə. 21- Vəhdətnamə...

Fəzl görüdüyü yuxularında bəzi müridlərinin adını çəkmiĢdir. Bu adlar uzun bir listədən oluĢmaqdadır. Onlardan bir neçəsinin adını burada gətirirk: Məcdəddin, Seyid Tacəddin, Kəmaləddin, Mahmud RaĢtafi, Hüseyn Kiya, Seyid Ġmadəddin, Səlamullah, Yusif Damğani, Seyid ġəmsəddin, ġeyx Həsən, Məlik Ġzzəddin, Übeyd MirĢəms, DərviĢ Təvəkkül . Bu adamların adı Fəzlin digər əsərlərində də keçər. 62 Dehxuda bu adların hamısını öz əsərində yazmıĢdır.

61

Sadeq Kiya “vaje nameye Qorqani” (Qorqan sözlüyü), s. 47. 62

Edwavd Brown “Əz S´ədi ta Jami” (S´ədidən Camiyə qədər) farscaya tərcümə edən Əliəsğər Hikmət, s. 398.

Page 45: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

45

Ayrıca, hürufilər bir də rəmzi hərflər gəliĢdirmiĢ və kitablarını o rəmzlərlə yazmıĢlar. Bir neçə söz və ya bir cümlə bir tək hərfdən, ya da sözdən ibarət olmuĢdur. Bunu da, ancaq özləri anlaya bilmiĢlər. Bu rəmzlərlə yazılan hürufi kitablarının nələr anlatdığı bəlli deyildir.63

Fəzlullah Nəiminin öyrətiləri bəktaĢilər içində yayqınlaĢmıĢdı. Hürufilər kainatın üç mərhələsi olduğunu qəbul edirdilər: 1- Peyəqmbərlik dönəmi. 2- Ġmamlıq dönəmi. 3- Allahlıq dönəmi.64 Adəm ilə baĢlayıb Ġslam peyqəmbəri Hz. Məhəmmədlə sona ərən dönəm peyqəmbərlik dönəmi olmuĢdur. 2- Əbutalib oğlu Əli ilə baĢlayıb 11-ci imam Həsən Əsgəri ilə sona ərən dönəm imamlıq dönəmi olmuĢdur. Bütün peyqəmbərlər Fəzlullah Nəiminin gələcəyini öncədən xəbər verdikləri üçün Fəzl ilə baĢlayan dönəm Allahlıq dönəmi olmuĢdur.65 Fəzl, Allahın ilk təzahürüdür.66 Hürufilər Quranda yüksək anlamında keçən və “əli” Ģəklində yazılan sözün Hz. Əliyə iĢarə edildiyinə inanırdılar.67 Fəzlin Allah olduğu düĢüncəsini Ġmadəddin Nəsimi rübailərində böylə açıqlar:

63

Dehxuda. 64

Ġrine Melikoff “Uyur idik uyardılar” Alevilik-BektaĢilik AraĢtırmaları Cem evi yayınları- Ġstanbul Türkçeye çeviren Turan Alptekin s. 188. 65

Eyni qaynaq. 66

PetroĢevski, Ġranda Ġslam, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), 323. 67

PetroĢevski, Ġranda Ġslam, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), s. 286.

Page 46: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

46

“Nagəhan bir Ģaha düĢdü könlümüz, Üzü bədrü mahə düĢdü könlümüz. Ta ki, Fəzlullaha düĢdü könlümüz, Bigüman Allaha düĢdü könlümüz. * Fəzli-həqdən mən hidayət bulmuĢam Surətin nəqĢini ayət bulmuĢam Mərtəbə aləmdə qayət bulmuĢam Ol səbəbdən mən vilayət bulmuĢam.”68 Fəzllullah Ġbni-Ərəbidən, özəlliklə onun “Hərflərin elmi” əsərindən çox etkilənmiĢdi.** Fəzlullah, Ġbni-Ərəbidən və Ġsmaililikdən etkilənmiĢdi. Hürufilikdəki Fars milliyətçiliyi amili də Ġsmaillikdən qaynaqlanmalıdır. Çünkü “Hürufilər dəstəmaz aldıqlarında Fars əlifbasını əzbərdən oxurdular.” 69 Fəzlin yeni bir Quran sayılan “Cavidannamə” əsəri Fars dilinin Qorqan dialektində yazılmıĢdır. Farscanın Ərəbcədən daha üstün olması önə sürülməkdə idi.70 Hürufilərə görə varlıq səslə oluĢar. Səs əsil yaradıcı aləmdən, maddə aləminə gələn və maddə biçiminə bürünən hər Ģeydə var. Cansızlardakı səs bir-birinə

68

Ġmadəddin Nəsimi “Mən bu cahana sığmazam”, Bakı Gənclik nəĢriyatı- 1991 hazırlayan Əlyar Səfərli, s. 375. ** Ġbni-Ərəbinin “Əl fütuhat-ul Məkkiyyə” kitabı “Hərflərin elmi” adı

ilə Türkçəyə tərcümə edilmiĢdir. Ġbn-i Ərəbi “Harflerin ilmi” Türçeye çeviren Mahmut Kanık, ASA kitap evi-2000. 69

Ġrine Melikoff “Uyur idik uyardılar” Alevilik-BektaĢilik AraĢtırmaları Cem evi yayınları- Ġstanbul Türkçeye çeviren Turan Alptekin s. 191. 70

Eyni qaynaq.

Page 47: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

47

vurulduğunda açığa çıxar. Canlılarda zâtən vardır. Ġnsanda isə, tam olqunluğa əriĢər. Söz səsin həm olqunlaĢmıĢ halı, həm də amacıdır. Söz isə hərflərdən meydana gəlir. Hürufilərə görə madam ki, Allah kəndini peyqəmbər vasitəsi ilə göstərir, hər peyqəmbərə gələn hərflər zamanla artar. Adəmə 9, Ġbrahimə 14, Musaya 22, Ġsaya 24, Məhəmmədə 28 və Fəzlullaha 32 hərf məlum olmuĢdur. 71 Əli peyqəmbərdən də üstün sayılır və yalnız Allahdan istənməsi gərəkən “mədəd” Əlidən istənir və bu açıqca Ģirkdir, Allaha Ģərik qatmaqdır. Nəsiminin bu Ģeirində olduğu kimi: “EĢq əlindən yandı canım, ya Əli səndən mədəd Mən qəribi-binəvayəm, ya Əli səndən mədəd Sən mənə lütfü kərəmdən dərdimə bir çarə qıl ġah sənsən mən gidayəm ya Əli səndən mədəd Ey Nəsimiyi-Ģikəstə, haqdan istərsən nicat Cürə´yi-tövhid meyindən, ya Əli səndən mədəd.” Hürufilər insan sifətində Ərəb əlifbası ilə “əli” sözünün yazıldığına inanırdılar. Hürufiliyin Anadoluda yayqınlaĢması bəktaĢi və digər ələvi təriqətlərini etkiləmiĢdi. Öylə ki, Sultan Məhəmməd Fatehin hürufilik öyrətilərinə əyilimli olduğu yazılmaqdadır.

Nəsimi dörd ünsürün (torpaq, su, hava, atəĢ) yeddi xətlə (2 qaĢ, 4 kiprik, 1 saç) çarpılması ilə Quran sirrinin çözüləcəyinə inanmıĢdır. 72 Çünkü

71

Emre Kongar “Tarihimizle yüzleĢmek” Remzi Kitabevi s. 57. 72

Hüseyn Ayan “Nesimi divanı”, Akçağ yayını, Ankara-1990, s. 36.

Page 48: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

48

dördlə yeddinin çarpılması ilə Quran hərflərinin sayı olan 28 rəqəmi ortaya çıxır.

Kaf ilə Nun əzəldən çün illətimdir ey bəĢər, Gövhəri laməkan biziz, kim bilsələr

hüdudumuz.”73

Anadoluda hürufilik Hürufiliyin Türklər arasında yayılımasının əsas

səbəbi Nəsiminin təsirli Ģeirləri dolayısıyla olmuĢdur. Hürufilərin Osmanlıda Fars əlifbasını qutsayaraq təbliğatda bulunmaları açıqca Sasani-Fars kimliyi yolundakı təbliğatları da içərmiĢdi. Osmanlıda hürufi üzərinə basqılar artdıqdan sonra hürufilik bəktaĢiliyə qarıĢıb orada dini etiqadlarına davam etdi. Sonrasında bu səssziliyin içindən ġeyx Bədrəddin çıxacaqdı. ġeyx Bədrəddinlə hürufi öyrətiləri siyasi dönəminə girdi. Hürufi fikirlərindən etkilənən Bədrəddin görüĢlərin “Varidat” adlı kitabında qələmə almıĢdır.74

Anadoluya daĢınan hürufilik düĢünsəl və inancsal həyatını bəktaĢilər içində sürdürməyə davam etdi. Hürufilik təməlləri əsasında ġeyx

73

Hüseyn Ayan “Nesimi divanı”, Akçağ yayını, Ankara-1990, s. 36. 74

http://ismailhakkialtuntas.files.wordpress.com/2011/05/varidat.pdf

Page 49: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

49

Bədrəddin öz dünyagörüĢünü biçimləndirdi. Bədrəddinin əsərlərində bu düĢüncələr bütünləĢdi. Bədrəddin, Ģeyxi Tanrı ruhunun daĢıyıcısı kimi tanımlayırdı. Ona görə Ģeyxə mütləq itaət etmək Tanrının əmrlərinə təslim olmaq anlamını daĢıyır. Məsum və pak olan Ģeyxin əmrləri vacibdir. Bütün varlıq Ģeyxin qutsal iradəsinin doğrultusunda hərəkət edir. Bu üzdən də Ģeyx xalq və varlıq üzərinə “mütləq vilayət” haqqına sahibdir. Hürufi əksənli bu öyrətiləri ilə Bədrəddin, bəktaĢi təriqətini yeni mərhələyə sövq etməkdə idi. Fəzlullahın elmi-lədona sahib olduğu kimi, Bədrəddinin də elmi-lədona sahib olduğu qəbul edildi. Bədrəddin öyrətilərinə görə Ģeyx elmi lədona sahib idi. Elmi-lədon, öyrənilməsinə gərək olmayan və Tanrı qatından Ģeyxlərə bağıĢlanan ilahi bilgilər bütünü anlamındadır. O, Ġslami mətnləri hürufi-batini yöntəmlə açıqlayaraq Ģeyxə təslim olmağı dinin mərkəzi nöqtəsi kimi izah edirdi. Batini açıqlama yöntəminə dayanaraq namaz, oruç, həcc kimi ibadətləri lazımsız hesab edirdi. Tək önəmli olan “Əli sevgisi”, “ġeyxin əmrlərinə mütləq təslimlik” və “din yolunda cihad” idi. BəktaĢi-Ģiə üsyanı olan Bədrəddin hərəkətinə xristianlar da qatılmıĢdı. Çünkü xritianlıqdakı Hz. Ġsa, Bədrəddinin hürufi əksənli açıqlamalarında Əli adı ilə ortaya çıxmaqda idi. ġeyx Bədrəddinin bu açıqlamaları ismaili, hürufi və Ģiə əksənli “vilayəti-təkvini” anlayıĢına dayanmaqda idi. Bu anlayıĢlar üzərinə qısaca deyinəlim.

Page 50: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

50

ġiədə iki növ vilayət var: “vilayəti-təkvini” və “vilayəti-təĢrii” 75 “Vilayət” burada iqtidar anlamındadır. “Təkvin” yaratmaq və var etmək deməkdir. Vilayəti-təkvini, yəni yaratma iqtidarı. Vilayəti təĢrii isə, Ģəri iqtidardır. Vilayəti-təkvini, yalnız Allaha xas ikən Ģiə və ona bağlı inanıĢlar peyqəmbərin, onun qızı Hz. Fatimənin və 12 imamın da böylə vilayətə sahib olduqlarına inanırlar. 14 məsum adlandırdıqları Peyqəmbərin qızı, özü və 12 imam bütün aləmlərin iĢlərinə müdaxilə haqları vardır. Sadəcə bu 14 məsumla sınırlı deyildir bu vilayət. 14 məsumun sirrinə ərmiĢ fəqiflər də böylə bir vilayətə sahibdirlər. “vilayəti-fəqih” də buradan gəlməkdədir. Xalqın bu vilayətə təslim olması və onlara itaət etməsi fərzdir. ġiədəki təqlid də buradan qaynaqlanmaqdadır. Hər kəs öz mənəviyatının vilayətliyini bir fəqihə buraxmalıdır. DüĢünməməlidir, çünkü onun yerinə düĢənən və vilayəti-təkviniyə sahib olan vilayəti-fəqih mövcuddur. Bu iqtidar və qüdrət iktisabi (qazanılır) deyildir. Tanrı qatından verilən imkandır. Bu vilayət (iqtidar) Tanrı vilayəti ilə qoĢut (paralel) olduğundan Ģirk sayılmazmıĢ.

Vilayəti-təkvini o deməkdir ki, insan Tanrıya qulluq yolunda dürüst olaraq irəlilədikcə Allaha yaxınlaĢma məqamına ərmiĢ olmur. Tanrı məqamına yaxınlaĢıldığında insanın iç həqiqəti üzə çıxaraq onun zatında mərkəzləĢir. Bu mənəviyata

75

Molla Sədra, Məfatih-ul ğeyb, Mola yayınları, s. 487.

Page 51: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

51

sahib olan insan zamanın sirlərinə varır və olacaqlar haqqında bilgilənir. Yer üzü böylə kamil insandan heç bir zaman boĢ olmamıĢdır.76 Vilayəti-təkvini peyqəmbərə, imamlara və kamil insana xasdır. Vilayəti-təkvininin məqamları vardır. Ən üst məqam övliyalara özgüdür. Alt məqamlarına ariflər də ulaĢa bilərlər.

Insanın nəfsi öz iç qüvvələrinə vilayətlik etdiyi kimi,vlayəti-təkvini dünya mövcudatına, aləm iĢlərinə vilayətlik etmək anlamındadır. Hər insan öz təxəyyülünə, idrak qüvvəsinə və öyləcə də Ģəhvət və qəzəb kimi təhrikedici qüvvələrinə vilayətlik edər. Öz sağlıqlı bədən üzvlərinə vilayətlik edər. Görmək əmri verilərsə, göz itaət edər. Duymaq əmri verildiyində də qulaq itaət edər. Bir Ģeyi qaldırmaq əmri verildiyində isə, əl hərəkət edərək əmrə tabe olar. Əlbəttə bədən üzvlərində əksiklik və sorun olmadığında bu itaətə tabe ola bilirlər. Bu üzdən də təkvini vilayət səbəb-nəticə məntiqinə bağlıdır. Bu tür vilayət, yalnız nədən-sonuc arasında gerçəkləĢir.77 Bu anlayıĢdan yola çıxaraq seyid və ya Ģiə fəqihi sadəcə insanın cisminə və ruhuna hakim deyil, Allah kimi aləmin də iĢlərinə vilayət haqqına sahibdir. Böylə bir insana təslim olmaq da fərzdir. Zatən Fəzl də, Nəsimi də, Bədrəddin də özlərini bu məqamda görürdülər.

76

Mürtəza Mütəhhəri, “Vəlaha və vəlayətha” (Vəliliklər və vilayətlər), Sədra yayınları, s. 56-57. 77

Ayətullah Cavad Amoliayət, “Vilayəti-fəqih” Əsra yayınevi, s. 123

Page 52: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

52

Bədrəddinin müridləri ona öyləsinə inanırdılar ki, onun ölmədiyini və yenidən dirilib yeni üsyana öndərlik edəcəyini düĢünürdülər. Bu, tam hürufi əksənli inanıĢ idi. Hürufi inanıĢ Anadoluda çox köklü Ģəkildə özünə yer etmiĢdi. Anadolu türkmənlərinin bu bəkləyiĢləri 27 il sürdü. 27 ildən sonra ġeyx Cüneyd Bədrəddinçi iddialarla ortaya çıxdı. Qurtarıcı bəkləyən türkmənlər müjdələnən qurtarıcının gəldiyini düĢünərək Cüneydə üz tutdular. Cüneydlə baĢlayan yeni hürufilik sürəci sonunda ġah ismayılla Səfəvi dövlətinin quruluĢuna gətirib çıxardı. Hürufilərin Fəzli Allah kimi gördükləri kimi qızılbaĢlar da ġah Ġsmayılı Allah kimi görürdülər. ġah Ġsmayıl Allahın mütləq məzhəri kimi qəbul edilmiĢdi və onun əmrinə uymaq vacib idi.

Fəzl, hürufi öyrətilərinə uyqun Ģəkildə ədalətdən yana idi. Çünkü söyləntilərə görə “Mehdi” ədaləti bərqarar edəcəkmiĢ. ġiə öyrətilərində Mehdinin ədaləti sünniləri qətl etməklə baĢlayacaqmıĢ! Bu nədənlə də hürufi öyrətilərinin mərkəzində sünnət əhli müsəlmanlara nifrət və kin durmaqdadır. Yəni hürufilərin ədalət anlayıĢının əsasında nifrət və kin yerləĢmiĢdi. Bu görüĢ ġeyx Bədrəddinin də əsərlərində öz əksini bulmuĢdu. Bədrəddinin üzərində israrla durduğu ġeyxə mütləq təslimiyətin də səbəbi bu idi. Toplum Ģeyxə mütləq təslimiyəti denəyərək böyüyk önədrin, yəni “Mehdi”nin zühuruna hazırlıq yapmalıdır. Mehdi gəldiyində ona təslim olacaq və onun ordusunda

Page 53: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

53

savaĢacaq olan könüllülər hazır olmalı idi. Necə ki, tam anlamı ilə də böylə oldu. Lahicanda Sasani Ģəxsiyəti kimi yetiĢdirilən Ġsmayıl Səfəvi “Mehdi” adı ilə ortaya çıxdığında Sasani, Ġxvan-üs səfa, Ġsmaili, hürufi çizgisində yetiĢən qızlbaĢlar ġah Ġsmayılın yardımına qoĢdular. Təbrizi iĢğal edib soyqırım törədərək onminlərcə sünni məzhəbində olan Türkü öldürərək Sasani-Səfəvi dövlətini təsis etdilər.

Ġsmaili, hürufi, qızlbaĢ inancındakı seyidə, imama və imam naibinə mütləq təslimiyət xomeynizmin qurduğu “vilayəti-fəqih” sistemindən baĢqa bir Ģey deyildi.

“Nəsimi” filmi

Sovetlər Orta Doğunu ideolojik etksi altına almaq üçün Azərbaycanı birinci üs (qərargah) olaraq qullanırdı. Nədən daha çox Azərbaycanda bu təxribatlar edildi? Çünkü hər iki tərəfdə Azərbaycan Səfəvilərdən bu yana Türk kimliyindən daha çox qoparılıb Ġrani kimliyə təslim edilmiĢdi. Səfəvilərdən sonra Türklüyə qarĢı hər tür əməliyata açıq bir ortam oluĢmuĢdu. Digər tərəfdən də Səfəvi-Ģiə inanıĢı ilə stalinizm arasında çox bənzəĢim var idi. Hər iki cərəyan fanatizmə inanır, insan ağlını və düĢüncəsini kor edərək mütləq qüdrəti əlində bulunduran rəhbərə iman etməyi bərkiĢdirirdi. Babək Xürrəmdin, Səttar Xan, Xiyabani və hürufi örnəklərində olduğu kimi, Orta

Page 54: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

54

Doğu tarixində Azərbaycanla cüzi iliĢkisi olan antitürk və antiislam cərəyanlar üzərinə köklü ideoloji və maddi sərmayə yatırılırdı. Hürufiliyi devrimci yanı ilə abartaraq sovet devrimciliyi ilə onun arasında bağlantı qururdular. Çünkü hürufilik həm doğuĢu etibarı ilə antitürk hərəkət idi, həm də sovet ideolojisinə xidmət edəcək boyutda içəriyə sahib idi. Ġdeoloji nəzm yığını olan və estetik, Ģeirsəl dərinliyi olmayan Nəsiminin yaradıcılığı göylərə qaldırıldı. Nəsimi və hürufi kimliyi üzərinə onlarca kitab, poema, roman yazıldı. Film çəkildi. Heç birinin isə, nə ədəbi, nə tarixi, nə də fəlsəfi dəyəri var idi. Sadəcə sovet ideolojisinə yararlı olan və Türklüyü yox sayan hürufilik Moskvanın əmri üzərinə abartılmalı idi. Bu əsərlərdən biri Ġsa Hüseynovun yazdığı və onun əsasında “Nəsimi” filminin çəkildiyi “MəhĢər” romanı idi. Bu film üzərinə açıqlamalarımı davam etmədən öncə bir Ģeyi açıqlamam gərəkəcək. Sovet dönəmində Səfəviləri övərək Osmanlını, hürufiləri savunaraq Əmir Teymuru aĢağılamaq çox yayqın bir görüĢ halına gəlmiĢdi. Bu yanlıĢ görüĢün günümüzdə də davam etməsi çox üzücüdür və Türk tarix birliyinə qarĢı bir tuzaqdır. Bu açıdan Azərbaycandakı durumla Ġrandakı Fars milliyətçilərinin tutumu tam olaraq örtüĢməkdədir. Ġndi isə keçəlim filmin incələnməsinə.

Filmdə ġirvan Ģahı ilə Nəsimi arasındakı dialoqlar baxalım:

Page 55: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

55

Nəsimi: “Azərbaycanı şirvanın təhti-himayəsində birləşdirmək üçün biz sənə kömək etməyə hazırıq. Ümdə şərtimiz: Şah və bahadırları gərək hürufi olsun...”

Bu fikirlərin Nəsiminin ağzı ilə səsləndirilməsi qismən də olsa, anlaĢılırdı. Azərbaycanlı kimliyin təsisi üçün hürufiləri də 14-cü əsrdə Azərbaycanlı və Azərbaycan məfkurələri kimi göstərməyə çalıĢmıĢlar. Ancaq bu, baĢdan sona qədər yalan və iftiradır. Hürufilik sırf bir Fars milliyətçiliyi məfkurəsidir. Onun təsisçisi Fəzl də açıq-aydın bir Fars milliyətçisi olmuĢdur. Fəzlin əsas siyasi ərəyi (hədəfi) özündən öncəki Ģüubiyənin amacladığı irani kimliyi icad etmək idi. Ġrani kimlik necə təsis edilə bilərdi? Fars dili vasitəsi ilə. Bu üzdən də Fəzl 28 hərfdən ibarət olan Quran əlifbasının yetərsiz olduğunu və 32 hərfdən oluĢan fars dilinin dönəminin hürufiliklə baĢladığını duyurdu.

Nəsimi: “Cümlə aləm özü Allahdır... Aləm zərrələrdən ibarətdir... Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var.”

Bu açıqlama tam olaraq Ġslam fəlsəfəsinə ziddir. Islami görüĢdə heç bir zərrənin tək baĢına yaradıclıq imkanı yoxdur. Zərrənin digər sonsuz varlıqlarla iliĢkisi haqqında insan bilgiləri məhdud və çox sınırlıdır. Bunu M. Füzuli “Leyli-Məcnun” əsərində daha doğru Ģəkildə açıqlamıĢdır. Füzulinin açıqlamaları hürufi xurafələrinə bir tür cavabdır. Füzulinin hürufiliyə qarĢı görüĢləri ayrıca

Page 56: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

56

bir bölüm olduğundan burada sadəcə qismən iĢarə edirəm. Füzuli deyir:

“Hər zərreyi-zahirin zühuri, Bir özgəyə bağlıdır zəruri.” AnlaĢıldığı kimi heç bir zərrə kainatda kəndi

baĢına yaradıclıq və xəlqetmə gücünə sahib deyildir. Hatəf Ġsfahani isə böylə söylər:

“Zərrənin daxili yarılsa əgər, Zərrənin bətnində günəĢ görünər.”78

Heç bir zərrə kainatda kəndi baĢına özgür deyildir. Kainatda hər zərrə baĢqa nəsnələr və varolanlarla sonsuz dönüĢümlü iliĢkilər içindədir. Uzay boĢluğu iliĢkilər yumağından ibarətdir. Gözlərimizin önündə bulunan bir zərrə, ıĢığı bir milyar il sonra yerə ulaĢan ulduzla gizəmli Ģəkildə iliĢkilər içindədir. Zərrənin təkbaĢına yaradıclıq və xəlqetmə imkanı olamaz. Bu düĢüncəni yenə də Füzulidən əsinlənərək anladalım: “Hər riĢtə ki, həqq əyan edibdir, SərriĢtəsini nihan edibdir.” Füzuliyə görə hər zərrənin yaradılıĢ sirri bilinməzlikdədir. Çünkü haq təala böylə yaratmıĢdır. Zahirdə görünən hər zərrənin görünməyənlərlə gizlin iliĢkisi vardır. Şah: “Fəzlin elminə istinad edərək döyüşə bilmərik.”

78

Farscadan çevirən Güntay: ه را که بشکافیدل هر در

آفتابش در مان بنی.

Page 57: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

57

Nəsimi: “Onların etiqadı Quranadır. Quransa deyir insan zəif və aciz xəlq olmuşdur. Talehi alnına yazılmış. Yəni öz iradəsi yoxdur. Heç bir şeyə qadir deyil. Bəlaya düçar olan insan bir Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Həqiqətsə belədir ki, Aləm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmusundan yaranıb. İnsan özü xaliqdir.” Bu düĢüncələr marksist-leninist-stalinist zehniyətin ürünüdür. Əslində hürufiliklə marksizm arasında ortaq görüĢlər mövcuddur. Ancaq Nəsiminin ağzı ilə burada Quran haqqında deyilənlər baĢdan ayağa yalan və iftiradır. Filmdə Nəsiminin iĢarə etdiyi Quran ayəti budur: “Allah (tövbələrinizi qəbul edərək) yükünüzü yüngülləĢdirmək istər. Və insan zəif yaradıldı.”79 Ġslam fəlsəfəsində Allahın insana cüzi ağıl verdiyi söz qonusudur. Ancaq bu cüzi ağılın ölçüsünü insan bilmir. Bunu bilən də Allahdır. Bu cüzi ağılla insan öz yazqısını dəyiĢdirəcək və gəliĢdirəcək düzeydədir. Gerçək olan da budur. Çünkü gerçəkdən də insan zəif yaradılmıĢdır. Bəlli yaĢ sınırından sonra həm bədən, həm də əqli imkanları azalmağa baĢlar. Lakin buradakı zəiflik insan ağlının bütünü dərk etməsi ilə ilgilidir. Ġnsandakı cüzi ağıl mütləq doğru olanı görə biləcək

79

4-cu surə (nisa), 28-ci ayət: خفف عنكم وخلق اإلنسان ضعفا رد للا أن

Page 58: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

58

tutumda deyildir. Bunu Mövlana Cəlaləddin Rumi bu Ģəkildə açıqlar: “Külli ağıldır da mazağ-ul bəsər,80 Cüzi ağıl hər yana eylər nəzər.”81 AnlaĢıldığı kimi cüzi ağılla nəyi icad etsən də, son aĢama olmayacaq. Bu, cüzi ağılın varlığının inkarı deyildir. Buradakı zəiflikdən amac cüzi ağlın yetərsizliyidir. Ġslam fəlsəfəsində vurqulandığı kimi kainat insan ağlına uyqun biçimdə yaradılmıĢdır. Bu açıdan insan kainatı kəĢf etmək və öyrənməklə yükümlüdür. Çünkü insan ağlı ilə kainat tam bir uyum və uyqunluq içindədir. Lakin insan fanidir. Allahlığını iddia edən Fəzl bilə faniliyə qarıĢdı. Allahlığını iddia edən Fəzldən sonra insan ağlı o qədər gəliĢmiĢ və kainatın sirrinə ərmiĢ ki, bu bilgilərin heç biri hürufi kitablarında olmamıĢdır. Fəzl özü dirilib gəlsə bilə, heyrətdən ĢaĢqına dönüĢər. O zaman ağıl mütləq ağılla iliĢkidə olduğu üçün sürəkli kamala ərmə və gəliĢmə sürəci içindədir. Bu, məslənin əqli boyutudur. Nəfsi açıdan da insan çəliĢkili yaradılmıĢdır. Bir an böyük fədakarlıq yapa bilən insan baĢqa bir durumda nəfsinin istəkləri qarĢısında yenilə bilər. Əslində nəfsin istədiyi bəlli ölçüdə təmin edilməzsə, insan yaĢamını itirər. Ġmam Rəbbaninin gözəl bir sözünü

80

Quran, 53-cü surə, 17-ci ayət: ما زاغ البصر وما طغى: BaxıĢ qaymadı və həddini aĢmadı. 81

Türçəyə çevirən Güntay. عقل کل را گفت مازاغ البصر عقل جزی می کند هر سو نظر.

Page 59: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

59

burada xatırlatmaq yerinə düĢər. Rəbbani deyir: “ Insanlar, riyâzət çəkmək deyincə, aclıq çəkməyi və oruc tutmağı anladılar. Hâlbuki, dînimizin əmr etdiyi qədər yemək üçün diqqət etmək, minlərcə il boĢuna oruc tutmaqdan daha zor və daha faydalıdır. Bir kimsənin önünə ləzzətli, dadlı yeməklər qoyulsa, iĢtihâsı olduğu və hamısını yemək istədiyi halda, dinimizin əmr etdiyi qədər yeyib, artığını buraxması, doğruca bir riyâzətdir və digər riyâzətlərdən çox üstündür.”82 Açıqlamamıza davam edəlim. Insanın talehinin alnına yazılması doğrudur. Bütün insanların alnına onun son talehi olan “ölüm” yazılmıĢdır. Bu, insanın talehidir. Ancaq bəlli olqunluqdan sonra insanın öz ağlını qullanma haqqı və yetənəyi vardır. Zatən bu üzdən insan həyatı ilə heyvan həyatı fərqlidir. Nədən heyvanların tarixi yoxdur da insanların tarixi vardır? Insandakı bu tarix, əslində ağıl və iradə tarixidir. Burada biz iradə və ağıl qonusunu soyut olaraq ələ almaqdayıq. Yoxsa hər tarixi və toplumsal ortamın ussal (rasional) geriləmə və ya gəliĢmə üçün kəndi olanaqları olur. Ortam dəyiĢimini sağlayan tək güc ağıldır. Hansı ağıl? Bütündən parça olan ağıl. Digər tərəfdən Allaha pənah gətirmək və yalnız onun kəramətindən imdad diləmək iĢlərin sonucunun yaxĢı olacağı ilə bağlı içgüvənin sağlanmasına

82

Hak sözünün vesikaları, Hakikat kitabevi, 30-cu baksı, s. 310. http://www.hakikatkitabevi.com/download/turkce/02-HSVesikalari.pdf

Page 60: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

60

yardım edər. Bu, heç bir iĢ görmədən Allahın bütün iĢləri düzəldəcəyini bəkləmək anlamında deyildir.

Nəsimi: “Amma insan, cəhaləti üzündən bunu bilmir. Elmə vaqif olub öz xilqətini dərk edənlər deyirlər ki, həq təala insan oğlu özüdür. Belə insan yenilməzdir. İnsana etiqad et şahım.” Filmdə Nəsiminin bu açıqlaması çox gülünc və etik dıĢıdır. Ġnsanın cəhaləti üzündən bilmədiyi çox Ģey vardır və bu cəhalət heç bir Ģəkildə ortadan qalxmaz. Hz. Peyqəmbər bilə Allahın nələyini anlama qonusunda bilgisinin yetərincə olmadığını dilə gətirmiĢ və “Səni yetərincə tanıyamadım” buyurmuĢ. Bu hədisi Füzuli bir beytində bu Ģəkildə qullanmıĢdır: Ey sifâtînə xirə hər müdrik, “Ma ərəfnakə həqqə mərifətik.”83 Insanın Allah olması nə mümkündür, nə də buna gərək vardır. Mümkün deyil, çünkü insan doğan və doğurandır. Allah isə, doğmaz və doğurmaz. Ġnsan ölərgidir, Allah ölməzdir. Bu tür aĢırı söyləmlər əxlaqa tərsdir. Əxlaq ilə nəfs arasında ölçülü iliĢki var. Əxlaqi açıdan da insanın Allah olmasına nə gərək var, nə də mümkündür. AĢırı hürufi söyləmlər, yalnızca insan doğasına qarĢı deyildir, həm də etik və əxlaq dıĢıdır. Nəsiminin filmdə “Ġnsana etiqad et!” söyləməsi də etik deyildir. Çünkü etiqad “bir” olana və dəyiĢməzə, əzəliyə və əbədiyə olar, çəliĢkiliyə, ölümlüyə etiqad olmaz,

83

Səni yetərincə tanıyamadım

Page 61: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

61

olamaz. Ġnsan kəndi nəfsində “bir” deyilsə, ona necə etiqad etmək olar? Insan kəndi nəfsində “bir” olsaydı, o zaman bu qədər hüquq düzəninə, polis gücünə və dövlətə tarixdə gərək qalmazdı. Böyük ariflərin yazdıqları “Leyli-Məcnun” kimi eĢq əsərlərində də etiqad sonunda insanın ötəsinə, yəni Tanrıya doğru yönəlmiĢ olur. Ġnsan bütünə doğru parça-parça irəliləyər. Bunu ən doğru biçimdə Füzuli anlatmıĢdır: Gözlərimizin önündə qoĢub gedən bu ırmaqcıq var ya? Bu su dağların arxasında bir gözəlin nazik bədəninə sarılmaq və ondan zövq almaq üçün qoĢmaqdadır. Ancaq bu dağın arxasında o gözəl yoxdur. Bəlkə öndəki dərədə, baĢqa dağların arxasındadır xəyalı ilə ırmaqcıq qoĢar və sonunda daha böyük və coĢqulu doğruya ulaĢar. Dənizin bütünlüyü içində öz varlığını tanımlar. Parçanı ararkən bütünə qovuĢar. Keçici zövq peĢində qoĢarkən əbədi və içərici mütləq zövqün içində yox olar: “Su ki, sərgərdan gəzər, baĢında vardır bir havâ Qaliba bir gül üzün sərvi-xürâmânın sevər.” AnlaĢıldığı kimi insan dühanın zirvəsində bilə, bütünü anlaya biləcək nitəlikdə deyildir, bu nitəlikdə yaradılmamıĢdır. Ġçində vəhy daĢıyan peyqəmbər bilə, üstdə anlatıldığı kimi bütünü anlaya bilməmiĢdir. Anlama bir oluĢumdur, sürəkli axıĢdır. Hərəkətin adıdır. Çayın dənizə aĢama-aĢama axıb qovuĢduğu kimi bütün olan ağıla da evrə-evrə yaxlaĢılır. Mütləqə və bütünə inanılır, mütləq olan bilinməz.

Page 62: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

62

Nəsimi “Elmli və ədalətli şah iki qat Allahdır...” Allah da bu söyləmdə qatlara parçalanır. Bu, sadəcə küçə sözü səviyəsində bir deyimdir. Çünkü Allah iki qat isə, birinci qatın bitimindən sonra ikinci qat baĢlamalıdır. Birinci qatın sonu varsa, ikinci qatın da sonu olmalıdır. Oysa Allah sonsuzdur. Kainat sonsuzdur, varlıq sonsuzdur. Ġki kainat, iki varlıq olmadığı kimi iki qatlı Allah da olamaz.

Filmdə hürufilərin “Fəzl həq”, “Fəzl Allah” söyləmələri də həzyandan baĢqa bir Ģey deyildir. Füzuli bu həzyanları çox gözəl cavablamıĢdır. Füzuliyə görə insan Allah olamaz. Çünkü Allah olursa, kainatın necə yaradıldığı sirrinə də agah olacaq. O zaman o da bir baĢqa aləm yaratma vəsvəsəsinə qapıla bilər. Füzuli deyir:

“Bir kimsə əgər olaydı agah, Kim xalqı necə yaratmıĢ Allah. Mümkün ki, iradət ilə ol həm, Xəlq etmiĢ olardı özgə aləm. FaĢ oldu ki, sirri-həq nihandır, Aləmdə niĢanı biniĢandır.” Filmin ən diqqət çəkici yeri Əmir Teymurun

oğlu və filmdə deyildiyi kimi “İranın, Azərbaycanın padşahı” olan çox çirkin sifətli MiranĢahla bağlıdır. MiranĢah gizlincə və bir oğru kimi gəlib Ģeyxin evinə girib onun qızı ilə tanıĢ olur. Bu, tam məsxərə və aĢağılayıcı səhnədir. Filmdəki duyqusallıq seyircinin gerçəyi görməsini önləməkdədir. Ancaq ölkələr sultanı olan MiranĢahın, sanki bir oğru kimi

Page 63: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

63

gizlincə evlərə girməsi kəsinliklə doğru deyildir. MiranĢahın bir əmri ilə minlərcə “ġəms” kimi qızlar saraya toplanardı. Hürufi bağnazlarını (doqmatistlərinı) yüksəltmək üçün gerçəyi bu qədər sapdırmaya sovet zərurəti gərək duymuĢ olmalı idi.

Filmdə Fəzl deyir “Teymur, alimləri at döşündə Səmərqəndə aparır.” Bu da yalan və iftiradır. Əmir Teymuru çox tənqid etmək olar. O da bir dövlətin qurucusu kimi çox qanlar axıtmıĢdı. Özəlliklə Əmir Teymurun Altın Ordu dövlətini devirməsi böyük faciələr doğurdu və o gündən sonra Ruslar böyüməyə baĢladı. Ancaq tarixçilər Əmir Teymurun alimlərə çox böyük sayqı ilə yanaĢdığını yazmaqdadırlar. Səmərqənd boĢuna bilim mərkəzinə dönüĢmədi. Əmir Teymurun ölümündən sonra da Teymurun qaladığı bilim ocağı sönmədi.

Bir hürufinin “Teymur Təbrizdə yeddi min azərbaycanlını divara hördürüb” söyləməsi də iftira və yalandır. O zaman “azərbaycanlı” deyə bir anlayıĢ mövcud olmamıĢdır. Türk olmuĢ və Təbriz əhalisi də özünə Türk demiĢdir. Burada Azərbaycanlı yerinə Türk sözü keçməsi gərəkirdi. Nəsiminin filmdə “əvvəl cism yaranıb sonra cismin adı” söyləməsi də tamamən hürufi görüĢlərinə tərsdir. Hürufilərə görə öncə səs yaranmıĢ, olqunlaĢan səs hərfə dönüĢmüĢ və sonra da hərflər sözü meydana gətirmiĢlər. Varlıq sözdən ürəmiĢdir. Quranda keçən “kaf” və “nun”,

Page 64: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

64

yəni “OL” bu açıdan hürufi görüĢünün açıqlaycısı kimi qullanılırdı.

Ġran marksistləri də hürufilik üzərinə bolca ədəbiyat oluĢdurdular. Onlar da kəndi açıqlarından və marksist görüĢləri üçün tarixi dayanaq bulmaq amacı ilə hürufilik üzərinə marksist dialektika əsasında yorumlar gətirdilər. Özəlliklə də hürufiliyin Fars milliyətçiliyini və Teymur-Türk düĢmənliyini açıqca qabartdılar.

Fəzlin siyasi amacı Teymuri iqtidarı ilə savaĢ olmuĢdur. Fəzl Teymuriləri zülmün rəmzi kimi görürdü. Ġqtisadi və sosial açıdan hürufiyə bərabərliyi təbliğ edirdi. Fəlsəfi açıdan da insanı Allah səviyəsində görürdü. Bu dəyərləndirmə mənzuməsində insan Allah kitabına eĢit görünürdü. Ġnsan surəti ilə Quranın Fatihə surəsi eĢit anlam qazanırdı. Hürufiyənin baxıĢında insan varlığın mərkəzi qəbul edilirdi. YaxĢılıq və kötülük insanın dıĢında deyil, içindədir. Ġnsan hürufiyəyə görə hər Ģeyin meyarıdır.84

Hürufiyə hərəkəti həm məzmun və fikri baxımdan, həm də tarixi istiqamət olaraq çox maraqlı bir cərəyan olmuĢdur. Fikri açıdan bu sirli təsəvvüfi axım əski Ġran qövmlərinin, Ərəblərin və Yunanların mistik görüĢləri ilə dərindən bağlantılı olmuĢdur. Tarixi istiqamət açısından bu axım sufi

84

Əli Mirfitrus “Hürufiyə hərəkəti və Pəsixaniyan nehzəti” (ConboĢe horufiyə və nehzəte Pəsixaniyan), Bamdad nəĢriyatı-Tehran, s. 37-38.

Page 65: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

65

hərəkətlərinin uzantısı kimi ortaya çıxmıĢdır. Bu baxımdan hürufilik sinfi mücadilənin hakim feodal sinifə qarĢı göstərgəsi kimi mütəĢəkkil olmuĢdur. Bu hərəkətin kökü Moğollara qarĢı baĢ qaldıran sərbedaran hərəkətinə dayandığından onun vətənsevərlik tərəfinin mövcud olduğunu da görmək gərəkir. Fikri məzmun olaraq hürufiyə hərəkəti ağıl dıĢı və xurafi görünsə də, tarixi məzmun baxımından, yəni milli-sinfi açıdan bu hərəkət mütərəqqi olmuĢdur. Hürufiyə tarixi axıĢ içində Türkiyə bəktaĢiliyini, Ġran nöqtəviliyini və babi hərəkəti etkiləmiĢdir.85 Sovet dünyagörüĢü ilə hürufi düĢüncələri birləĢərək tarixi gerçəkləri təhrif etmiĢ və bu təhrif “Nəsimi” adlı filmdə ortaya çıxmıĢdır.

Füzuli və hürufi görüşləri üzərinə

(söz qəzəlinin açıqlanması) Anlatılıdığı kimi “söz” üzərinə bir çox düĢünür fikir ürətmiĢdir. Bunlardan ən önəmlilərindən biri də Füzuli olmuĢdur. Füzuli hürufilər kimi hərf və söz üzərinə cadugəranə və tilismli açıqlamalar etməmiĢdir. Varlığın, doğanın gizəmlərindən, Tanrının heyrətli yaradılıĢlarından

85

Ehsan Təbəri “Hürufiyə hərəkəti haqqında” (Dər bareye conbeĢe horufiye).

Page 66: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

66

biri kimi dil və söz üzərinə açıqlamalarda bulunmuĢdur. Hürufiyə və aĢırı Ģiə cərəyanları bu gün əlimizdə mövcud olan Quranı qəbul etməzlər. BaĢqa gizəmli bir kitaba inanarlar. Hz. Peyqəmbərin Əbutaliboğlu Əliyə verdiyi, o da evladlarına verərək gəlib Mehdiyə ulaĢan və Mehdi ilə bir yerdə qeybə çəkilən “cəfr” və “camiə” adlı kitaba inanarlar. Ancaq günümüzdə Ġslamın inanc kitabı olan Qurani-kərim gerçəkdən də dünyanın ən böyük möcüzələrindən biridir. Hz. Peyqəmbər də “mənim möcüzəm bu kitabdır” söyləmiĢdir. Ərəb dilbilimciləri Quranı Ərəbcənin mərkəzləĢmiĢ olağanüstü imkanları olaraq nitələməkdədirlər. Hər bir dil öz iç olanaqlarını səfərbər etdiyində böyük əsərlər yarana bilir və bu əsərlər bəĢər mənəviyatını öz etkisi altına alır. Füzuli bu bağlamda sözü düĢüncənin ürəticisi və göstərəcisi kimi anlatmaqdadır. Bütün sirlərin, bilgilərin məkanı sözdür. Hər an yoxluqdan varlığıa bilgi axıĢı sağlayan və insanın düĢüncəsini kainatla iliĢkiləndirən sözdür. Ancaq bu sirrin necəliyini insan heç bir Ģəkildə anlamıĢ deyildir. Söz necə var olur? Bunun yaradıcısı kimdir? Sözün insanın zehni ilə iliĢkiləri necədir? Zehnin iĢləvsəlliyi sözləri qullanma və məna ürətmə doğrultusunda necə gerçəkləĢir? Bu soruları sorumaqdadır Füzuli. Hürufilər bu sirrin mütləq doğru cavabını bulduqlarını iddia edirdilər. Hürufilərin tərsinə olaraq Füzuli cavabı bilməməkdədir. Sadəcə soru

Page 67: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

67

sormaqdadır və düĢünmək və hətta inanmaq soru sormaqla baĢlar: “Xalqa ağzın sirrini hər dəm qılır izhâr söz, Bû, nə sirdir kim olur hər ləhzə yoxdan vâr söz?!” Söz Füzuliyə görə bir ölçüdür. Mənəviyatın, ülkünün, bilginin və əxlaqın ölçüsü sözdür. Yalnız sözə dönüĢən, sözlərlə hörülən düĢüncələr anlaĢıla bilir. Sözə dönüĢməyən mənanın varlığı duyulmaz. Məna sözlə ifadə olur. Sözlə toxunmuĢ olan məna alqılanır biçimini alır və qalarğı olur. Bu açıdan bu ölçünü sahiblənmiĢ insanlar bir dəyər ifadə edərlər. Sözə dəyər verməklə kiĢi öz dəyərini göstərmiĢ və artırmıĢ olur. Hər kəsin ölçüsünü və “miqdarını” bəlli edən sözdür: “Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa, eylər əhlin ol miqdar söz.” Mənalı yaĢam Füzuliyə görə sözə dəyər verməklə baĢlar. Sözü ehya etmək (diriltməklə) insan öz ağlının qaranlıqlarını aydınlatmıĢ olur. Aydınlanma söz olmazsa, mümkün olamaz. Çünkü kainatda nəsnələr arasındakı sınırları bəlli edən yalnız sözdür. “Dağ”, “qaya”, “daĢ”, “çınqıl” kimi nəsnələrin cinsi eynidir. Ancaq bu sözlər eyni nəsnə arasındakı fərqi bəlli edir. Bu açıdan bilgi ürətmək, ağlın çalıĢqanlığını sağlamaq, ancaq sözə dəyər verməklə olanaqlı olur. Ġnsan cəhalət yuxusundan da söz dolayısıyla oyanmıĢ olur. Sözə dəyər vermək həyat duyqularını canlı tutmaqdır, sözə dəyər verməmək ölüm və qaranlıq doğurar: “Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Page 68: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

68

Edə hər saət səni ol uyqudan bidar söz.” Varlığı dərk etmənin tək bir açarı dildir və ikinci açarı yoxdur. Dil, varlıq və düĢüncə üçü bir yerdə gözəlliklərin yaradıcısıdır. DüĢüncənin ən kiçik birimi söz olduğundan insanın zehni dildən və sözlərdən asılı olur. Zehnin necə çalıĢdığı haqda bilim dünyası bilgisizdir. Tək bilinən zehinlə söz arasında gizəmli iliĢkinin var olmasıdır. Bu gizəmli iliĢki olmazsa zehin də çalıĢamaz. Bu açıdan dil zehnin güzgüsü kimi görünər. Beyinlər arası iliĢkilər sözlərlə sağlanmıĢ olur. Çağlar arası, minilliklər arası zehni iliĢkilər də, yalnız və yalnız sözlər dolayısıyla mümkün olur. Yüzillər, miniillər öncədən qalıtım (miras) olaraq qalan və sözlərlə hörülmüĢ olan hörütlər (mətnlər) o çağlar haqqında bizə bilgi verər. Bu mətnlər dolayısıyla biz əski çağlarla əqli və zehni iliĢki qura bilərik. Hörütnilim (mətnĢünaslıq) bu açıdan əski, çox əski quĢaqlarla zehni iliĢkilər biçimində ortaya çıxar. Bu açıdan ölməz gözəllik sözdə barınmaqdadır. Gerçək gözəllik söz dolayısıyla sadəcə bir quĢağa aid olmaz, bütün bəĢərə və əbədiyətə aid olar. Könüllərdə yuva salan gözəllik sözlərlə hörülər. Qeybdən bizə xəbər verən də sözdür. Gerçəkdən də din kitablarını tanrı buyuruğu olaraq qəbul ediriksə, bu da ancaq söz aracılığı ilə gerçəkləĢmiĢ olur. “Bir nigari-ənbərin xətdir könüllər almağa,

Page 69: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

69

Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.”* Gerçək bilinir qılınmadığı sürəcə xəyaldır, təvəhhümdür, gerçək deyildir. Bilinir qılınmaq idrak etmək deməkdir. Evrənsəl gerçək olsa bilə, idrakına varmadığımız Ģey bizim üçün yoxdur. Gerçək necə bilinir qılınar? Onu ölçülü duruma gətirməklə. Ölçü bəlirləmək Ģübhəni ortadan qaldırmaq və durumu ölçüsü bəlli olan aydınlığa qovuĢdurmaqdır. Deyəlim ki, ormanlıqdayıq. Orada bir ev var. Bu evin içində adam olub olmadığını bilmirik. Durumu aydınlığa qovuĢdurmaq üçün onu idarakımızın ölçüsünə buraxmalıyq. Uğrayıb qapını çaldıqdan sonra evin içində kimsənin olub olmadığını ölçmüĢ olacağıq. Ölçmədən gerçəyə əriĢmək olmaz. Ölçü qavramı dərinliyinin bəlli qismi inanc və bəlli qismi isə idarkla bəlirlənir. Ancaq həm idrak, həm də inancın buluĢduğu ortaq yer sözdür. Bunu da ancaq sözlərlə alqılanır və sezilir duruma gətirmək mümkündür. Bu ortamda ağlın söz alqılayıĢı ilə qəlbin söz alqılayıĢı fərqlidir, ancaq yenə də sözlədir qəlbin sezisi və ağlın qavrayıĢı. Sözlərlə Ölçəmək fərqindəliyi, bilincində olmağı gərəkdirər. Kainatın içində bir Ģey var və o, insan bilincində olanla uyum içindədir, bənzər Ģeylərdir. Bu bənzərlik olmasa, alqılama da olmaz. Ölçən bir ağıl olmasa, ölçülənlərin bir anlamı qalmaz. Ölçən

* Könüllər almaq üçün xoĢ qoxulu bir gözldir. Qeyb pərdəsinin arxasından hər dəm üzünü göstərə söz.

Page 70: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

70

və ölçülən arasında tək bağ quran sözdür. Bütün bu sirli oluĢumların izhar meydanı sözdür və dil: “Xazini-gəncineyi-əsrardır hər dəm çəkər RiĢteyi-izharə min-min gövhəri-əsrar söz.”** Kainatın qorxunc boĢluğundan, içimizin sonsuz boĢluğundan bizə anlam çağrıĢdıran yalnız sözlərdir. Söz olmasaydı, Kainat bir bilinməzlikdən ibarət olurdu. Kainata baxdığımızda məntiqli və mənalı bir axıĢ, bir tablov görməzdik. Ancaq bu boĢluğun içindən cəvahir çıxarmaq sözlərlə müyəssərdir. BəĢər sözlərlə varlığa və həyata bağlıdır. Sözün dıĢında heç bir Ģey yoxdur. Olsa da, onun varlığının insan üçün anlamı yoxdur. Varlığını göstərməsi üçün öncə qavramlaĢaraq dildə bir yerə sahib olmalıdır. Bu açıdan söz, uzay boĢluğunda və insanın vücudundakı məna dənizində gizlin dürr və mirvarid kimidir. Mərifət dənizində üzməyi baĢaranlar bu dürrə və cəvahirə sahib ola bilərlər: “Olmayan qəvvasi-bəhri-mərifət arif deyil, Kim sədəf tərkibi-təndir, lölöi-Ģəhvar-söz.”*** Söz, bilinclənmə və bilincləndirmə aracıdır. Hər Ģeydə bir ölçü olduğu kimi sözün də bir ölçüsü vardır. Ölçü həm kainatda, həm toplumsal yaĢamda mövcuddur. Kainatın ölçülərini biz qoymamıĢıq, ancaq bizə onu kəĢf etmə olanağı sunulmuĢ.

** Altun sirlər xəzinəsidir və hər dəm min-min sirlər gövhərini incə-

incə bəyan edər. ***

Mərifət dənizində üzməyi baĢarmayan arif deyil, Ģahanə cəvahir kimi söz də bədənlə tərkib haındadır.

Page 71: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

71

Toplumsal ölçülərin də bir qismini biz qoymamıĢıq, fitrətimizdə yerləĢdirilmiĢdir. Ancaq sözün ölçüsünü biz qoymuĢuq. Söz, ölçüsünü aĢdığında anlamsızlığa və heçliyə yönələr, insan izzətinin azalmasına səbəb olar: “Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.”**** Füzulinin sözün fəlsəfəsini anladan bu qəzəlindən anlaĢıldığı üzərə kaitandakı bütün etki və təpkilər dilə yansıyıb sözə dönüĢdüyündə insan tərəfindən alqılanmaıĢ, anlam qazanmıĢ olur. Tarixdə, insan həyatında nə tür etkilərə qarĢı, nə tür təpkilərin meydana gəldiyini dillə anlayırıq, sözlərlə anladırıq.

Hürufiliyə Füzuli rəddiyəsi

Füzuli ilə hürufiliyi qiyaslayacaq olursaq, ilk gözə çarpan bu olacaqdır ki, hürufilik Fars dili və kimliyindən, Füzuli isə Türk dili və kimliyindən yana tutum sərgiləmiĢlər. Hürufilik hesab edirdi ki, Fars dilinin devri baĢlamıĢdır və bu üzdən də zikrlərində Fars dilinin 32 hərfini yerləĢdirmiĢdilər. Füzuli isə, Türk dilinin geniĢ imkanlarının var olduğunu düĢünürdü. Hürufilərin Fars dilində ibadətlərinə qarĢın Füzuli öz ibadətələrində Türk dilinin yüksəlməsini dilə gətirir və deyir:

****

Füzuli dəyərini itirmək istəmirsənsə az söz söylə, çünkü bir çox dəyərli insanı söz, çox olduğundan dolayı dəyərsizləĢdirmiĢdir.

Page 72: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

72

“Ey Ərəbin, Türkün və Əcəmin (Farsın) sorunlarını çözən, Ərəb dilini külli-aləmin bəyan dilinə dönüĢdürdün, Əcəm (Fars) Ģairlərini isanəfəs etdin. Mən türk dillidən də mərhəmətini əsirgəmə.”86 Türk dilində yazıb-yaratmanın gözardı edildiyi bir dönəmdə Füzuli Türk dilini yüksəltməyi ilahi görəv olaraq öz üzərinə götürmüĢdü. Özünü ƏliĢir Nəvai məktəbinin davamçısı olaraq tanımlayan Füzuli “Leyli və Məcnun” əsərini Türkçə yazmasının səbəbini bu biçim açıqlar: “Leyli və Məcnun Əcəmdə (Farsda) çoxdur, Ətrakdə (türklərdə) bû fəsânə yoxdur.”87 Bu yoxluğu ortadan qaldırmaqda qərarlı olan Füzuli Türkçə yazmağı mümkün və asan edəcəyini böylə izah edər: “Ol səbəbdən Fârsi ləfziylə çoxdur nəzm kim, Nəzmi-nazik Türk ləfziylə ikən düĢvâr (çətin) olur. Məndə tövfiq olsa, bû düĢvarı asân eylərəm, Novbahar olqac dikəndən bərgi-gül (gül yarpağı) izhar olur.”88

86

Məhəmməd Füzuli, Əsərləri, IV cild, ġƏRQ-QƏRB, Bakı-2005, s. 7 “Еy fеyzrəsani-ərəbü türkü əcəm, Qıldın ərəbi əfsəhi-əhli-aləm, Еtdin füsəhayi-əcəmi Isadəm, Bən türk zəbandan iltifat еyləmə kəm.” 87

Məhəmməd Füzuli, Əsərləri, IV cild, ġƏRQ-QƏRB, Bakı-2005, s. 40. 88

Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi yayınları, Tehran-1992 (1371 h.Ģ), s. 401.

Page 73: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

73

Kimlik qonusunda hürufi və Füzuli fərqliliklərini anlatdıqdan sonra varlıq qonusundakı açıqlamalara keçəlim. Varlıq qonusunda hürufilər və Füzuli necə düĢünmüĢlər, fərqləri və ayrıĢım nöqtələri nələr olmuĢdur? Burada biz Nəsiminin və Füzulinin Ģeirlərindən yararlanaraq düĢüncə ayrıĢımlarını açıqlamağa çalıĢacağıq. Hürufilər kainatın üç mərhələsi olduğunu qəbul edirdilər: 1- Peyəqmbərlik dönəmi. 2- Ġmamlıq dönəmi. 3- Allahlıq dönəmi. 89 Adəm ilə baĢlayıb Ġslam peyqəmbəri Hz. Məhəmmədlə sona ərən dönəm peyqəmbərlik dönəmi olmuĢdur. 2- Əbutalib oğlu Əli ilə baĢlayıb 11-ci imam Həsən Əsgəri ilə sona ərən dönəm imamlıq dönəmi olmuĢdur. Bütün peyqəmbərlər Fəzlullah Nəiminin gələcəyini öncədən xəbər verdikləri üçün Fəzl ilə baĢlayan dönəm Allahlıq dönəmi olmuĢdur.90 Fəzl, Allahın ilk təzahürüdür.91 Hürufilər bu yolla da bütün bilinməzliklərin Fəzl tərəfindən bilindiyinə inanmıĢdılar. Bu, ilk baxıĢda “Ġxlas” 92 surəsinə qarĢı bir yanaĢmadır. Çünkü Allah doğmaz və doğurmaz. Fəzl isə, dünyaya gəlib və ölən bir fani olmuĢdur. Bu da

89

Ġrine Melikoff “Uyur idik uyardılar” Alevilik-BektaĢilik AraĢtırmaları Cem evi yayınları- Ġstanbul Türkçeye çeviren Turan Alptekin s. 188. 90

Eyni qaynaq. 91

PetroĢevski, Ġranda Ġslam, Farscaya çevirən Kərim KəĢavərz, Pəyam Yayınevi- 1363 (h.Ģ), 323. 92

112-ci surə: De ki, o Allah birdir. Allah möhtac deyil. Doğmadı və doğurmadı. Onun bir bənzəri olmadı.

Page 74: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

74

Tanrının əzəli və əbədi olması ilə çəliĢməkdədir. Hürufilər Fəzli oxumaq və ona uymaqla varlığın sirrinin çözüləcəyinə inanırdılar. Varlıq isə, sonsuzdur. Uzay boĢluğunda varlıq özü sonsuzdur. Ġslamda iki kitaba iĢarə edilmiĢdir. “O kitab” və “Bu kitab” Uzağa iĢarə edən “O kitab” 93 varlığı göz önündə bulundurmağa çalıĢmıĢdır. “O kitab”, yəni uzay boĢluğunda yazılmıĢ olanlar Ģübhəsiz ki, düĢünmək üçün geniĢ və sonsuz əsərdir. Oraya baxıb və oranı oxuyanlar üçün sonsuz hikmət mövcuddur. Bir də “Bu kitab”94 var. Yəni əlimizdə olan mətnləĢmiĢ vəhy ürünü. “Kəsin olaraq bu kitab qüvvətli olanı hidayətə ərdirər.” 95 Füzuli əhli-feyzi “bineĢ”ə (görməyə) çağırır. “Doğanın matematik oranlarla hörülmüĢ olduğu” 96 görüĢü üzərində insanın düĢünməsi gərəkdiyini vurqular Füzuli. Füzuli “vacib-ul vücud”un isbatı düĢüncəsinə “... Ey bəsirət sahibləri ibrət dərsi alın”97 ayətinə iĢarətlə baĢlar. “ġüphəsiz, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün ard arda gəliĢində, insanlara yararlı Ģeylər ilə dənizdə üzən gəmilərdə, Allah'ın yağdırdığı və kəndisiylə

93

Quran, Bəqərə 2-ci surə, 2-ci ayət: قن ب فه هدى للمت .ذلك الكتاب ال ر

94 Ġsra (17) surə, 9-cu ayət:

أقوم هدي للت ه إن هذا القرآن 95

Ġsra (17) surə, 9-cu ayət: أقوم هدي للت ه إن هذا القرآن 96

Prof. Macit Gökberk, “Felsefe tarihi”, Remzi kitabevi, 14. basım, 2003, Galilei: “Doğa matematik oranlarla hörülmüĢdür.” s. 213. 97

HəĢr (59), 2-ci ayətin sonu: ...ا أول البصار فاعتبرو ا

Page 75: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

75

yerüzünü ölümündən sonra diriltdiyi suda, hər canlını orada ürətib-yaymasında, rüzgarları əsdirməsində, göylə yer arasında boyun əydirilmiĢ bulutları evirib çevirməsində düĢünən bir topluluq üçün gerçəkdən ayətlər vardır.”98 Bu vəhy əksənli bilgilərdən əsinlənən Füzuli yaradılıĢın özü haqqında böylə düĢünməyə baĢlar: “Etmək gərək əhli-feyz biniĢ, Təhqiqi-vücudi-afəriniĢ.”99 Hürufilər isə, bütün bu hikmətlərin və insanın memarının Fəzl olduğunu savunmaqdadırlar. Ġnsan bilincinin aydınlatıcısı, yaradıcısı və memarı Fəzldir. Bütün iĢlərin qurucusu və yönləndiricisi Fəzldir, çünkü Fəzl Allahdır. Fəzldən heç bir sirr gizlin deyildir. IĢığın da qaynağı Fəzldir: “Fəzl həqdir vaqifi-əsrarımız, Fəzl həqdəndir həmi ənvarımız. Fəzl həq göstərmiĢ idi karımız, Fəzl həqdir Fəzl həq memarımız.” Ancaq Füzuliyə görə insan Allah ola bilməz, çünkü Allah olursa, o da kainatı yarada bilmə sirrinə varar və yeni bir kainat yaratmaq istər. O zaman Allahların sayı artar və kainatda da düzən pozular. Kainatdakı düzən Allahın birliyi əsasındadır. Insanın Allah ola bilməyəcəyini Füzuli bu misralarla açıqca anladar:

98

Bəqərə (2), ayət 164. 99

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19.

Page 76: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

76

“Bir kimsə əgər olaydı agah, Kim xalqı necə yaratmıĢ Allah. Mümkün ki, iradət ilə ol həm, Xəlq etmiĢ olardı özgə aləm.”100

Peyqəmbərlik və imamlıq devri sona ərmiĢ, Fəzllə birlikdə Allahlıq devri baĢlamıĢsa, Fəzlin bu özəlliklərə sahib olması hürufi baxıĢına görə doğaldır. Çünkü, yalnız Allah hər Ģeyi bilən, hər sirrə vaqif olandır. Fəzl də Allahdır. Bu üzdən də varlığı, kainatı öyrənməyə gərək qalmır. Tək yol Fəzlin röyalarını və düĢüncələrini öyrənməkdir və həqiqət də budur. Hz. Peyqəmbərdən rəvayət edilən bir hədis var: “Mən gizlin xəzinə idim. Bilinmək üçün kainatı yaratdım.” 101 Bu kəlam “cəvahir”, “gənci-nihan” (gizlin xəzinə) və “küntə kənz” (gizlin xəzinə) kimi ifadələrlə irfan ədəbiyatında qullanılmıĢdır. Ġnsan ağlı sürəkli bu varlığın necə icad edildiyi qonusunda düĢünüb durmuĢdur. Hürufilərin inancına görə Fəzl bu sirrə ərmiĢdir, çünkü o, Allahdır. Xəyyam kimi bir çox ariflər bu sirrə ərilməyəcəyini söyləmiĢlər: “Sirri-əzəli nə sən bilərsən, nə də mən, Bu bilməcəyə nə sən ərərsən, nə də mən. Biz pərdələr arxasında həp söyləĢirik, Nə mən qalaram pərdə düĢərsə, nə də sən.”102

100

Eyni qaynaq. 101

قت ال ف، فخ احببت ان اعر کنت کنزا مخفا، ف لکی اعرف لق لخ 102

Farscadan Türkçəyə çevirəm: G. G.

Page 77: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

77

Ancaq insan ağlı da bu cəvahirin bir parçasıdır və sürəkli bu yolda düĢünmək onun yaradılıĢ nədənidir. Sirrə ərməzlik onun uğrunda düĢünməməyi gərəkdirməz. Bu doğrultudakı düĢüncələr hər kəsin və ya hər hikmət əhlinin öz mənqibəsini (sərgüzəĢtini) oluĢdurar. Füzuli düĢüncəni bu yönə yönləndirər və bu cəvahirin nəliyi və necə təzahür etdiyi qonusunda dərin-dərin və heyrət içində düĢünməyi önərər. Fələklərin hərəkətində, torpağın (yerin) yaĢam mərkəzi olmasında nə hikmət var? Füzuli hürufilərin tərsinə cavab vermək yerinə soru soraraq heyrətli düĢüncəyə dəvət etməkdədir. “Bilmək gərək ânı kim, cəvahir, Nə gənci-nihandan oldu zahir? Nə dairədir bu dövri-əflak, Nə zabitədir bu mərkəzi-xak?” (xak-torpaq)103 Hürufilərdə isə, bütün cavablar bəllidir. Fəzl hər Ģeyi biləndir. Fəzl həqdir. Sorun isə Fəzlin həqq olduğunu cahillərin anlamamasıdır. Çünkü “cəfr və camiə” elmini imamlar röyada Fəzlə vermiĢlər. Bu üzdən də Fəzl hər Ģeyə vaqif olmuĢdur. “Çün Nəsiminin qəmindən Fəzli-həq vaqifdürür Qəm deyil gər kimsə olmaz müttəle (agah) əsrarına.”104

103

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 104

Ġmadəddin Nəsimi “Mən bu cahana sığmazam”, Bakı Gənclik nəĢriyatı- 1991 hazırlayan Əlyar Səfərli, s. 71.

Page 78: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

78

Qurani-kərimin 7 ayətində “kun fə yəkûn” ifadəsi keçmiĢdir. 105 Bu “ol dedi və oldu” anlamındadır. Ədəbiyatda “kaf” və “nun” olaraq keçər. Tanrı iradəsindən “ol” keçdiyi zaman o nəsnə oluĢar. Aləm də Tanrı iradəsini yansıdan “ol”un ürünüdür. Füzuli varlığın yaradılıĢ nədənini “kaf və nun”da, yəni “ol”da görər və bu görmək onun üçün yetərsiz. O zaman bu “ol”un səbəbi nədir deyə sorar: “Gər kaf ilə nundan oldu aləm, Aya, nədən oldu kafü nun həm?”106 Hürufilər isə, Füzulinin ortaya qoyduğu sorunun cavabını bulmuĢlar sanki. Hürufilərə görə istər natiq olsun, istərsə samit bütün varlıq Fəzldən aĢkar olmuĢdur. “Natiq oldu cümlə əĢya Fəzli-həqdən aĢikar.”107 Fəzl kaf və nundan da üstündür. O, kaf və nunu, yəni “ol”u Tanrısal iradəsindən keçirən Allahın özüdür. Kaf və nun düzeyinə ərmiĢ olanlarsa, Fəzlin müridləri hürufilərdir. Yəni Fəzldən bir mərtəbə aĢağıda olan əriĢmiĢlik düzeyi. “Məkanü kanə sığmaz çün qədimin zati-bimisli, Nəsimi kafü nun oldu, məkanın laməkan etdi”108

105

Bu surələrdə: 2-17, 3-47, 6-73, 16-40, 19-35, 36-82, 40-68. 106

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 107

ĠMADƏDDĠN NƏSĠMĠ, SЕÇĠLMĠġ ƏSƏRLƏRĠ ĠKĠ CĠLDDƏ I CĠLD, “LĠDЕR NƏġRĠYYAT” BAKI-2004, s. 153. 108

Eyni qaynaq, s. 84.

Page 79: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

79

Hürufilərin Ģeirlərində çox cüzi olaraq Ģübhələrə rastlanmaqdayıq. Hürufilər bütün sirlərin Fəzldə saxlı olduğun açıqca söylərlər. Fələklərin gərdiĢindən amacın nə olduğunu Fəzl bilməkdədir. Füzuli bu qonuda da sorularını yönəltməkdədir və varlığın sürəkli hərəkətdə olmasının bihudə olmadığını açıqlar. Öncə Füzulinin açıqlamalarına baxalım. Zamanların keçiĢi, ulduzların, gəzəgənlərin (planetlərin) hərəkəti yersiz olmamalıdır. Burada bir hikmət söz qonusu olmalıdır. Çünkü bu hərəkət bəlli bir niyyət üzərində olmasa və bu niyyət bu hərəkətə sürəkli hakim olmazsa, varlıq bir-birinə girər. Bu rəsm əsəri rəssamının diqqətindən bir an bilə yayınarsa, nələr olmaz ki? Ġnsanın fikirləĢməsi və bunun nədən böylə olduğunu düĢünməsi gərəkməzmi? Insanın dıĢında bütün varlqıların bəlli etkilərə bəlli təpkiləri var. Bütün varlıqda etki-təpki məsələsi öncədən bəlli edilmiĢdir. Ġnsanda öylə deyil. Ġnsanı Allah bir az eyitimdən keçirərək varlığa buraxmıĢdır. “Ġnsana bilmədiyi Ģeyləri öyrətdi.” 109 Bilimin də yapmaq istədiyi əsas Ģey etkiləri və təpkiləri anlamaya çalıĢmaqdır. “Bihudə degil bu karxanə, Bifaidə gərdiĢi-zəmanə. HaĢa ki, bu bargahi-âli, Bir dəm iyəsindən ola xali. HaĢa ki, bu türfə nəqĢi-qərra

109

Ələq surəsi (96), 5-ci ayət: عل م علم اإلنسان ما لم

Page 80: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

80

NəqqaĢından ola mübərra.”110 Kainatda ölçü var. MöhtəĢəm ölçü. Din, elm və ağıl ürünləri olan nə varsa bu ölçünü, bu miqdarı kəĢf etmək üçün gərəklidir. Bu da varlığı ağıl gözü ilə, yəni “fikirlə” görməklə mümkün ola bilər: “Fikr eylə və gör, nədir bu üslub, Nə saniədir bu vez'i-mənsub?”111 Hürufilər bu qonuda anlaĢılan Ģübhəyə girmiĢlər. Sanki Fəzl hər Ģeyi bilməməkdədir. Fəzl bu qonuda hürufilərə, sanki gərəkən bilgi və sirləri sunmamıĢdır. Varlığın sonsuzluğu, günəĢin ıĢıq saçması, fələkləlrin düzənli hərəkəti qarĢısında hürufilər də cavab vermək yerinə soru sormaqla yetinmiĢlər: “Dünü gün müntəzirəm mən ki, bu pərgâr nədir, Günbədi-çərxi-fələk, gərdiĢi-dəvvâr nədir? Fələyin əsli nədədnir, mələyin əsli nədən, Adəmin surətinə bunca tələbkâr nədir? GünəĢin qursu nədən yer üzünə Ģö´lə verir, Yenə bir məĢ´ələdə nûr nədir, nâr nədir?”112 Füzulinin görüĢündə heç bir zərrə yalnız baĢına və etkiləĢimsiz olaraq uzayda mövcud

110

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 111

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD

"ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 112

Ġmadəddin Nəsimi “Mən bu cahana sığmazam” hazırlayan Əlyar Səfərli, Bakı, Gənclik nəĢriyyatı- 1991, s. 235.

Page 81: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

81

deyildir. Uzay sonsuz iliĢkillər yumağıdır. ĠliĢkilər yumağı olan uzayda bir zərrə bir baĢqasına və bir baĢqası da digər sonsuz varolanlarla iliĢkilər içindədir. Bu iliĢkilər bağlamında nəsnələr sahib olmadıqları özəllikləri bir araya gəldikləri zaman qazanarlar. Su kimi. Ġki hidrujen və bir oksijen kimi. Oksijən atəĢi söndürməz, ancaq hidrujenlə birləĢdiyində söndürücülük özəlliyi əldə edər. Molekülü tək baĢına düĢündüyümüzdə bu özəlliyə sahib deyiyllər. Nədən? Çünkü: “Hər zərreyi-zahirin zühuri, Bir özgəyə bağlıdır zəruri.”113 Burada bir səbəb-nəticə dönüĢümü söz qonusudur. Varlığın nədən-sonuc iliĢkisi ilə çalıĢır olması dünyanın məntiqli olmasını da sağlayır. Hər bir zərrənin hərəkəti nəticə olaraq dönüĢümlü səbəblər silsiləsindən asılıdır. Kainata baxdığımızda bir məntiq görürüksə, bunun nədəni etki-təpki ilkəsi, ya da nədən-sonuc iliĢkisidir. Səbəblər nəticələr meydana gətirir, nəticələr baĢqa bir Ģeyə səbəb olur. Bu etki-təpki (action-reaction), ya da səbəb-nəticə silsiləsi davam etdiyi üçün kainatı anlaya bilirik. Kainatda səbəb-nəticə iliĢkisi olmasaydı, o zaman kainatı anlamamız mümkün olmazdı. Hər yaradılıĢın bir səbəbi var. Səbəbin də səbəbi var.

113

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19.

Page 82: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

82

Səbəbin səbəbi nədir? Elmin və ağlın da bunun peĢində olduğu söz qonusudur: “Hər xilqətə gərçi bir səbəb var, Aya, səbəbi kim etdi izhar?”114 Hürufi verilərinə görə səbəb-nəticə ilkəsi Fəzl tərəfindən bilinməkdədir. Sırf Fəzlə səcdə etməklə mütləq həqiqət qarĢısında təslimiyət ortaya çıxar və Fəzli-rəhmanın sirlərindən təslimiyətçi hürufi feyzyab olar: “Cövri-cəfası çox fələk tufan gətirdi baĢıma, Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan?”115 Mənanı var edən biz deyilik. Kainatı ölçdüyümüzdə onu idrak edə bilirik. Bu ölçmə əməli bizə düĢüncə verir. O böyüklüyün idrakına varmamız böyüklüyə məna qazandırır. O zaman böylə bir soru ortaya çıxar: Qayda-qanunu qoyan kim? Ölçənmi, ölçdürənmi? Kainatı bu qədər böyük yaradan biz deyiliksə, kimdir? Nədən hər Ģeydə bir ölçü var? Örnəyin yağmur danələri o qədər ölçülü ki, gül yarpağı bilə ondan zərər görməz, zövq alar. Bu yağmur danəcikləri bir qarpuz boyda böyük olsaydı, nə olardı? Güllər bir yana dursun, insanın da boynu bükülmüĢ su kütləsi zərbəsi ilə qırılmazdımı? Bütün bu ölçümlər Füzuliyə görə

114

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 115

ĠMADƏDDĠN NƏSĠMĠ, SЕÇĠLMĠġ ƏSƏRLƏRĠ ĠKĠ CĠLDDƏ I CĠLD, “LĠDЕR NƏġRĠYYAT” BAKI-2004, s. 151.

Page 83: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

83

görünənlərin arxasında “bir” olanı anlamağa çalıĢmaqla çözülə bilər. Onun varlığını sezməklə bu, mümkün ola bilər. Yəni küll ilə irtibatlar və tam olana yönəlmiĢliklə bu sorulara cavab tapa bilərik. Küllün, yəni bütünün parçadakı görünümü zahir olur: “Gər ğayətə eyləsən təəmmül, Zahir olur onda məzhəri-küll.”116* Bu isə Füzuliyə görə, fənayi-mütləqlə idrak edilər. Hürufiliyin anlatdığı kimi insanın Allah oluĢu ilə idrak edilməz. Haqqın isbatı Füzuliyə görə fənayi-mütləqlə mümkündür: “Versən özünə fənayi-mütləq, Ġsbat olur ol fəna ilə həqq.”117

Fəlakətləri, sevincləri də ölçən insan bilinci və mərifətidir. Ġnsan olmazsa, fəlakətlərin də anlamı qalmaz. Ġnsan olmaz, ancaq Allah olursa fəlakətlərin də mənası olmaz. Ona görə də insan Allah olmamalıdır, insanlığında qalmalıdır. Çünkü fəlakətlərin, sevinclərin Allah üçün heç bir anlamı yoxdur, insan üçün anlamı vardır. “Ġnsana bilmədiyi Ģeyi öyrətdi” 118 ki, varlıqda bu özəlliyi ilə

116

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. * Son niyyətə, bütün olana diqqət etsən, bütün və mütləq olanın təzahürünü orada görərsən. 117

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 118

Ələq Surəsi (96), 5-ci ayət.

Page 84: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

84

səciyələnsin. Mərifət sahibi olması üçün ona “qələmlə yazmağı öyrətdi.” 119 Bunların hamısı insana xas özəlliklərdir və heç birisinə Allahın ehtiyacı yoxdur. Ġnsan bu özəlliklərini itirsə, ya heyvan, ya mələk, ya da cansız nəsnə ola bilər. Çünkü Allah dörd tür varlıq yaratmıĢdır: 1- Nə ağlı, nə də nəfsi olan varlıqlar (cansız nəsnələr). 2- Nəfsi olan, ancaq ağlı və bilinci olmayan varlıqlar (heyvanlar). 3- Ağlı olan, ancaq nəfsi olmayan varlıqlar (mələklər). 4- Həm nəfsi, həm də ağlı olan varlıq (insan). Ġnsan bu açıdan bütün yaradılmıĢların ən üstünüdür və onun Allah olmasına da gərək yoxdur. Nə gərək var, nə də izin. Bilincində olmazlıq olarsa, mərifət olmazsa, dəprəm kimi doğal afətlər də bir anlam daĢımazdı. Yeddi böyüklüyündə dəprəm olduğunda nə qədər ziyana yol açır. Bu nədir ki? BaĢqa gəzəgənlərdə, örnəyin marsda öylə dəpərmlər olur ki, səkkiz kilometrəlik dərinliyində çatlaq meydana gətirir. Yəni Everestin yüksəliyindən də dərin. Ya da dəprəm üzündən Everestdən daha yüksək dağlar ortaya çıxır. Bu an bəlkə Marsda, ya da baĢqa gəzəgəndə dəprəmlər meydana gəlir. Kimsənin vecinə deyil, çünkü insan ağlının əriĢmədiyi yerdir. Bunu idrak edən insanlar orada yoxdur. Mars gəzəgəni istərsə yerindən qopsun. Ġnsanın mərifətini və həyatını etkiləməzsə, heç bir anlamı yoxdur. Dünyada kiçik bir sarsıntı olduğunda bir

119

Ələq (96), 4-cü ayət.

Page 85: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

85

anlam qazanmağa baĢlar. Çünkü onun arxasına düĢüncəsini qoyan insan var. Ġnsan olmasaydı, dünya istərsə ikiyə bölünsün. Kimsə fərq etmədikdən sonra bu olayların nə anlamı ola bilər ki? Bilincin önəmi budur. Füzulinin üzərində diqqətlə durduğu “mərifət” məsələsi də budur. Ölçüb biçmə də budur. Dünyada kimsə olmasa, bir tək kiĢi olaraq qalsaq, yaĢamanın bir anlamı qalarmı? O böyüklükdə yalnızlıq sırf Allaha xas deyilmi? YaĢamamızın və ölməmizin kimsəyə təsiri olmadığında varlığımız da önəmsizləĢər. Bir insan ağlı ortada olmadıqdan sonra maddə aləminin önəmi qalmaz. Məna aləmində davam edər, orda bir sorun yox. Füzuliyə görə maddə aləminin önəmi düĢüncədən və mərifətdən gəlir. Mərifət Füzuliyə görə ölçünün və anlamanın əsasıdır. Mərifət dediyimiz olay, bəsit qavram olmaqdan çıxıb kainata anlam qazandıran çox önəmli gerçəklik halına gəlir. Böyləcə varlığa anlam qazandıran insanın Allah olması deyil, insanın mərifət zövqünə sahib olmasıdır. Mərifət məzaqı (zövqü) olmazsa, varlığın da anlamı qalmaz və mərifət zövqü də sırf insana özgüdür. Ġnsanın önəmliliyi də budur və Allah olmasına gərək yox. Çünkü Allah olacaq düzeydə insana mərifət verilməmiĢdir: “Gər var isə mərifət məzaqi, Fani sənə bəs dəlili-baqi.”120

120

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB"

Page 86: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

86

Füzulinin açıqlamalarına görə gerçək həyat ilahi məntiq silsiləsi içərisində irəliləyir. Etki-təpki (aksiya və reaksiya) düzənəyinin (mexanizmasının) varlığı bərabərində baĢqa bir düĢüncəni də gətirər. Etkiləri və etkilərə necə təpki gələcəyini bilməyiĢimiz bilinməzliyi doğurar. Çünkü biz kainatdakı ölçünün və miqdarın nə olduğunu tam olaraq bilmirik. Yalnız bütün varolanların “birləmə” (tövhid) mehvərli olduğuna iman etməklə bu sorunun sezgi yolu ilə çözülmüĢlüyünü sağlaya bilirik. Çünkü Füzuliyə görə gerçək vücud birdir və bir olana münhəsirdir. Bütün etki-təpkilər də birləmə (tövhid) mehvərində gerçəkləĢməkdədir: “Həqqa ki, həmin vücud birdir, Bir zâtə vücud münhəsirdir.”121 Ancaq bu “bir” olan varlığın təməlidir. Ona ərmək və onunla bərabər duruma gəlmək mümkün olamaz. Varolanlar isə, məna gözgüsünün üzərindəki toz kimidir. Necə ki, tozu güzgünün (ayinənin) üzündən sildiyimizdə özümüzü görürük, varlıq görüntüsü də yox olursa, haq-təala görünər. Ancaq varlığı necə yox etmək olar? Bu qədər ulduzları, gəzəgənləri (planetləri), suyu, havanı necə yox etmək olar? Yox etmək olmazsa, onu görmək də mümkün olamaz. Ayrıca, kəndi vücudumuz da O´nunla öz aramızda bir sınır oluĢdurmuĢdur. Etibarsız və fani olan vücudumuz

BAKI-2005, s. 19. 121

Eyni qaynaq.

Page 87: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

87

da O´nunla aramızda keçilməz sınır oluĢdurmaqdadır: “Yoxdur bu vücudun etibarı, Həq ayinədir, cahan qübarı.”*122 Bu məna isə, hər zərrənin və hər nəsnənin içindədir. Varlıq yox olsa da, O, əzəli və əbədidir. Çünkü “O, Əvvəl və axırdır, zahirdir və batindir və hər Ģeyi ən yaxĢı biləndir.”123 Vücudu vacib olan bu məna isə, heç bir Ģəkildə zavala uğramaz: “Biz cahan məmurəsin mə´nidə viran bilmiĢiz, Afiyət küncün bu viran içrə pünhan bilmiĢiz.”124* Füzuliyə görə xalq varolanlarla ilgilənir varlıqla deyil. Çünkü varolanlar varlıq deyil. Varlıq isə, yoxluğa eĢitdir. Çünkü varlıq və yoxluq Füzulinin görüĢündə eĢit qavramlardır. Gerçək varolan Füzuliyə görə yoxluqdur. Yox olan isə var olanlardır. Yoxluqdakı varlığı alqılamaq gerçəyi anlamaqdır. Çünkü O, bütün bu var olanların varlıq səbəbidir və gerçək varlıq O´dur. O da varolanlarda təzahür etsə də, varlığı yoxluqdadır: “Var olanı xalq yox sanırlar,

* Qübar-toz.

122 MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD

"ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 123

Hədid (57) surəsi, 3-cü ayət: اهر والباطن وهو بكل ل والخر والظ هو الوء علم ش124

Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi yayınları, Tehran-1992 (1371 h.Ģ), s. 181. * Məna aləmində bütün bu görüntülər viran ola bilər. Ancaq bu viranəlikdə zavala uğramayan bir afiyət var.

Page 88: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

88

Yox varlığına aldanırlar.”125 Gerçək varlıq yoxluqdadır, ancaq oraya da yol yoxdur. Anlaya bilməsək də gerçək varlığın orada olduğunun bilincindəyik. Bunu bizə, içimizdən fitri sezgilərimiz söyləməkdədir. Yalnız təhqiq və tədqiq ilə oraya râh (yol) bulunmaz: “Ol pərdəyə kimsə rah bulmaz, Təhqiq ilə, onu bilmək olmaz.”126 Hürufi öyrətilərində bütün sirlərin hamısı Fəzlə tapınmaqla əyan olur: “Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən, Olma məlul, ayıtma kim, bəndü hasar içindəyəm.”127 Hürufilikdə surətin vəsfi çox edilmiĢdir. Fəzlin surəti ayinədir və orada Allahdan baĢqa heç bir Ģey görünməməkdədir. Fəzli-əbəd sonsuzluğun canlı görüntüsüdür. Allah əvvəl və axır, əzəli və əbədidirsə, Fəzl də əzəli və əbədidir: “Kə´bə üzündür, ey sənəm, üzünədir sücudumuz, Ta ki, görə bu səcdəyi, narə yana həsudumuz. DüĢmən üçün Nəsimiya, olma məlul, qəm yemə, Oldu əzəl günündə çün Fəzl əbəd vədudumuz.”128

125

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 126

Eyni qaynaq. 127

ĠMADƏDDĠN NƏSĠMĠ, SЕÇĠLMĠġ ƏSƏRLƏRĠ ĠKĠ CĠLDDƏ I CĠLD, “LĠDЕR NƏġRĠYYAT” BAKI-2004, s.. 128. 128

Ġmadəddin Nəsimi “Mən bu cahana sığmazam”, Bakı Gənclik nəĢriyatı- 1991 hazırlayan Əlyar Səfərli, s. 88-89.

Page 89: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

89

Fəzl, yalnızca bəĢər surətli rəhmandır. Ondan yardım istənildiyində fəth də yaxınlaĢarmıĢ! Füzuli surətin insanla Tanrı arasında sınır oluĢdurduğunu savunmaqdadır. Surət idrak ayinəsini (güzgüsünü) tozla doldurmaqdadır. Mani peyqəmbər həm də rəssam idi. Onun rəsm əsərlərini içərən “Jəng” adlı kitabı surətlərlə Tanrını anlatmıĢdır. Oysa ki, Füzuliyə görə insanın cismaniliyi və surəti bilə Tanrı və insan arasında sınırdır və idrakın önündə əngəldir: “Ey səfayi-surətin qeydin çəkən bil kim hənuz, Jəngdən, ayineyi-idrakını pak etmədin. Jəngdir ayineyi-idrakə hər surət ki, var, Sən hənuz ey sadə bu məzmuni idrak etmədin.”129 Hürufilik fani olan surətdə Allahı tam olaraq görməkdədir: “Ey üzün “Nəsri-minallah”*, vey saçın “fəthun-qərib**”

Ey bəĢər surətli rəhman, vey mələksima həbib.”130 Füzuliyə görə içində vəhy daĢıyan Hz. Məhəmmədin O´nun nəliyini anlamıĢ deyilsə, bəĢər heç bir Ģəkildə anlayamaz. Anlamaq ağıl iĢidir, O´na isə iman edilər. Ġman könül verilərinə dayanar. Ġçində vəhy daĢıyan peyqəmbər “Səni

129

Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi yayınları, Tehran-1992 (1371 h.Ģ), s 412. * Allahdan yardım

** Fəthin yaxın olması. (61-ci surə, 13-cü ayət).

130 Ġmadəddin Nəsimi “Mən bu cahana sığmazam” hazırlayan Əlyar

Səfərli, Bakı, Gənclik nəĢriyyatı- 1991, s. 39.

Page 90: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

90

yetərincə tanıyamadım”*** söyləyir. Çünkü O, idrakın ötəsindədir: “Gər yetsə idi, bu sirrə idrak, Deməzdi rəsul” “mâ ərəfnak”131 Eyni düĢüncəni Füzuli baĢqa bir beytində də açıqlar: “Ey sifatînə xirə hər müdrik! "Ma ərəfnakə həqqə mə'rifətik"132 Ancaq Fəzl “mən bilirəm” deyir. Çünkü vəhy Allahdan aĢağıdır. Vəhy Allahın özü deyil. Fəzl isə, Allahın özüdür. Doğru yola ərmiĢlik və hidayət də Fəzlə tapınmaqla mümkündür: Ta ki, üzünü görmüĢəm, hüsnünə heyran olmuĢam, DüĢdüm saçın sevdasına, gör nə pəriĢan olmuĢam. Gənci-nihanın sirriyəm, həm küntə kənzin məzhəri, Həm cövhərəm, həm cövhəri, həm cövhərə kan olmuĢam. Adım Nəsimidir bu gün, oldum kəlami-natiq uĢ, Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuĢam.133

Füzuliyə görə, varlığın sirrinin çözülməyiĢinin səbəbi yaradılmıĢ olanların bir

***

Mâ ərəfnakə həqqə mərifətik. 131

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 132

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, ”Bəngü badə”, s, 229. 133

Nəsiminin əsərləri, http://www.alacs.biz/upload/documents/Nesimi%201.pdf, s. 106.

Page 91: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

91

ucunun görünməzlikdə olmasıdır. Hər riĢtənin, zərrənin və varlığın gerçək yaradılıĢ səbəbi gizlindir, O´nun yanındadır: “Hər riĢtə ki, həqq əyan edibdir, SərriĢtəsini nihan edibdir.”134 Hürufilər isə, “cəfr” elminə vaqifdirlər. Guya Hz. Peyqəmbər inək dərisinə bir sözlər yazaraq Hz. Əliyə vermiĢ. Əli də torunlarına ötürmüĢ. Sonunda 12-ci imam bu sirli yazını alıb Samirədə quyuya düĢərək qeybə çəkilmiĢ və bütün sirlər də cəfrdədir. “Mehdi” ara-sıra Fəzl kimi peyqəmbər soyundan olan seyidlərin yuxusuna girərək cəfr elmi ilə onları bilgiləndirir. Bu əfsanə peyqəmbəri də siyasiləĢdirməkdədir. Bu əfsanəyə görə, peyqəmbər öz çevrəsi ilə dürüst davranmamıĢdır. Onlardan cəfr elmini gizlin saxlamıĢdır. Ancaq peyqəmbər öz baĢına davranan biri olmamıĢ ki. Onu yönləndirən Tanrı vəhyi olmuĢdur. Peyqəmbər necə belə yanlıĢ iĢə giriĢə bilərdi? Peyqəmbər üçün Hz. Əli ilə Hz. Əbubəkirin və Hz. Ömərin heç bir fərqi yox idi və olamazdı, çünkü Hz. Peyqəmbər irqçi deyildi. Ġslamda da irqə dayanan bir öyrəti söz qonusu deyildir. Bu üzdən də Ġslamda Əbubəkir, Ömər yolu olmadığı kimi, əhli-beyt və Fəzl yolu deyə də bir yol yoxdur. Ġslamda bir tək yol var o da Hz. Məhəmməd (s) yoludur. Hz. Peyqəmbər, Əli

134

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19.

Page 92: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

92

haqqında gözəl sözlər söylədiyi kimi Əbubəkir, Ömər haqqında da gözəl sözlər söyləmiĢdi. Füzuliyə görə heyrət olmasaydı, yaĢamın anlamı olmazdı. Kainat qorxunc boĢluqdan ibarət olardı. Kainatın sonsuzluğunu boĢluqdan qurtararaq ona içərik qazandıran heyrətdir. Uzay boĢluğuna anlam qazandıran heyrətdir. IĢıq niyə bu qədər hızlı? Atom niyə bu qədər kiçik? Kainatda bu qədər dəngəli və heç bir Ģəkildə pozulmayan ölçünün qaynağı nədir? “Su nədir?”, “ıĢıq nədir?” və sonsuz cavabsız suallar. Bunların qarĢısında, yalnız heyrətlənərək varlığın özündəki “bir” olana iman etmək gərəkir. Heyrət insanı imana ərdirən yoldur. Füzuliyə görə Xaliqlə (yaradanla) xalq (yaradılan) arasındakı əsas fərq heyrətdədir. Xaliq heyrət etməz, xalq heyrət edər: “Xalq oldu bu bəhri-heyrətə qərq, Ta xəlqdən ola xaliqə fərq.”135 Çox böyük dahi insanın zəkası qarĢısında da heyrət etmək olar. Ancaq heyrətin də mərhələləri var. Burada ona girməyəcəyik. Bir heyrət insanı baĢqa heyrətlərə götürməli və sonunda heyrət “doğmayan və doğurmayan”da 136 odaqlanmalıdır. Yəni Fəzlin dahi olması heyrətin də yalnız onun üzərində tamamlanmasına səbəb ola bilməz. “Ġnsan gerçəkdən də kəndini yetərli gördüyündə 135

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 136

Ixlas surəsi

Page 93: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

93

azar” 137 AnlaĢılan hürufilik də Qurani-kərimin verilərinə görə azmıĢılıqdan baĢqa bir Ģey olmamıĢdır. Heyrət isə bir yoldur və bu yol Füzuliyə görə yolçuya bir Ģey anladar: haqqın sirri gizlin və niĢansızdır: “FaĢ oldu ki, sirri-həq nihandır, Aləmdə niĢanı biniĢandır.”138 Hürufilikdə isə heyrət bir insanda son bulur. Fəzlin kamalında heyrət sona ərir. Fəzlin fiziksəl və ruhsal varlığı kamil varlığın, yəni Allahın özüdür. Çox ilginç olan budur ki, hürufilərin yaradıcılığında bu anlamsızlıq bəzən özünü açıqca göstərmiĢdir. Hürufilər bir-birlərinin sirrini də anlamamıĢ kimi görünməkdədirlər. Bir-birinin sirrinə məhrəm olmamıĢlar sanki. Baxalım bu beytə: “Bir əmin məhrəm bulunmaz ey Nəsimi çün bu gün, Xəlqə faĢ etmə bu sirri, kəĢfi-əsrar istəmə!”139 Sir və insanın yaradılıĢı məsələsində Tanrı Qurani-kərimdə bilgilər açıqlamıĢdır. Kimsəni sir bilməməklə suçlamağa gərək yoxdur. Tanrı qatında ölçülərin nələr olduğunu tam olaraq bilmirik. Tək bildiyimiz budur ki, insan bir dahi olsa da, Tanrı qatında təqvası üstün olan adi bir insandan daha aĢağı mərtəbədə ola bilər. “Və kimsəni imkanının

137

Ələq (96) surəsi, ayət: 6-7. 138

MƏHƏMMƏD FÜZULĠ, ƏSƏRLƏRĠ, ALTI CĠLDDƏ, II CĠLD "ġƏRQ-QƏRB" BAKI-2005, s. 19. 139

Ġmadəddin Nəsimi “Mən bu cahana sığmazam”, Bakı Gənclik nəĢriyatı- 1991 hazırlayan Əlyar Səfərli, s, 75.

Page 94: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

94

dıĢında sorumlu tutmarıq.” 140 Bu ayəti Füzuli bir qəzəlində daha gözəl açıqlar: “Hər kəsin aləmdə miqdarıncadır təb´ində meyl, Mən ləbi-cananımı Xızr abi-heyvanın sevər.”141 Tanrı hər kəsə bir ölçü, bir miqdar bəlli etmiĢdir. Hər kəs öz miqdarını kəĢf edib və Tanrıya doğru yolçuluğuna davam etməlidir. Bu açıdan əbədi həyata ərmiĢ olan Xızırla bir qızı sevən, ya da qız isə, bir oğlanı sevən adamın fərqi yoxdur. Önəmli olan niyyətin duruluğudur.

*** Nəticə

Hürufilik kökəni və tarixi etibarı ilə özündən daha öncə mövcud olan Fars-Sasani görüĢlərinin Ġslam anlayıĢı cərəyanlardan etkilənmiĢ və onların fikri uzantısı olmuĢdur. Böyük dövləti, imperatorluğu itirmək asan iĢ deyil. Farslar Sasani imperatorluğunu itirdikdən sonra öz məzhəbi və siyasi fəaliyətlərini sürdürdülər. Ġsmaili, Ģüubi, hürüfi, qızılbaĢlıq kimi hərəkətlər Sasani-Ġslam anlayıĢını təĢkil etmək amacı ilə ortaya çıxmıĢdır. Sonunda da bu amaclarına qızılbaĢlaĢan Türklərin vasitəsi ilə çatdılar. Bütün bu cərəyanlar “seyid”ə mütləq iqtidar sahibi tanıyır və seydi Allah kimi görürdülər. QızılbaĢlar ġah Ġsmayılı Allah kimi

140

Mominun (23), 62-ci ayət. 141

Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi yayınları, Tehran-1992 (1371 h.Ģ), s.150

Page 95: Güntay Gəncalp Hürufilik nədir, nə deyildirebooks.azlibnet.az/book/DQGpUifo.pdf · 8 Soner Yalçın “Beyaz müslümanların büyük sırrı, Efendi 2” Doğan kitabevi, 2006-

www.BayBak.com Üçün PDF formasına salınmıĢdır 06/12/2012

95

görərək onun yardımına quĢdular. Onlar inancları gərəyi “Mehdi”nin ġah Ġsmayıla cəfr elmini verdiyinə inanırdılar. Təbrizdə soyqırım törədərək Sasani-Səfəvi dövlətini qurdular. Hürufilərin Fəzli Allah gördükləri kimi qızılbaĢlar da ġah Ġsmayılı Allah olaraq görürdülər. Hürufilik və qızlbaĢlıq aralarındakı zaman fərqliliyi dıĢında eyni sistem olmuĢlar. Hər ikisi Sasani nostalgiyasından doğmuĢdur. Türk-Ġslam birliyi və bütünlüyünü parçalayan bu sapıq inanclardan vaz keçib Türk kimliyimizlə Ġslamın bilgilərinə sığınmanın zamanı gəlmiĢdir.

01. 12. 2012