elmИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/d02632/2008_9/2008_9_snhuseyin.pdf · ىتح- bu...

12
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН ELMИ МЯЪМУЯСИ 09 APREL (NİSAN) 2008

Upload: others

Post on 25-May-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН

ELMИ

МЯЪМУЯСИ

№ 09 APREL (NİSAN) 2008

Page 2: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 131

ƏRƏB DİLÇİLİYİNDƏ VƏ AZƏRBAYCAN ƏRƏBŞÜNASLIĞINDA BAĞLAYICILARIN MÜQAYİSƏLİ TƏDQİQİNƏ DAİR

f.e.n. Hüseynova S.N.

Bağlayıcılar köməkçi nitq hissələrindən biri kimi morfologiyaya aiddir. Lakin onların bir sıra sintaktik vəzifə daşıdıqları da danılmazdır. Bağla-yıcılar qrammatik, semantika, sintaktik vəzifəsinə və quruluşuna görə təsnif edilir. Sintaktik vəzifəsinə görə bağlayıcıları iki qismə ayırırlar: 1) tabesizlik bağlayıcıları 2) tabelilik bağlayıcıları.

Qeyd edək ki, Azərbaycan dilçiliyində bu bağlayıcılar tabeli və tabesiz bağlayıcılar adlandırlır (4, 434). Bizcə, I bənddə qeyd edilən bağlayıcılar tabesizlik, II bənddəkilər tabelilik əlaqəsini ifadə etdiyinə görə onları məhz biz deyən kimi adlandırmaq daha məqsədə uyğun olardı.

Tabesizlik və tabelilik bağlayıcılarını məna qruplarına bölməzdən əvvəl onu qeyd etmək lazımdır ki, burada qrammatik məna ilə leksik mənanın sərhəddini müəyyənləşdırmək məsələsi ortaya çıxır. Bağlayıcıların mənaya görə bölgüsünə şərti yanaşmaq lazımıdır. Köməkçi nitq hissələri kimi bağlayıcıların da nominativ leksik mənası olmadığı üçün, söhbət onların öz məna bölgüsündən yox, söz birləşməsi və cümlələri, xüsusilə tabeli mürəkkəb cümlələri birləşdirdikdən sonra meydana çıxan məna çalarlıqlarının bölgüsündən getməlidir (6, 272)

Ərəb qrammatikləri başqa köməkçi nitq hissələri kimi, bağlayıcıları da ayrıca tədqiq etməyərək onları, adətən, حروفtermini ilə adlandırmışlar; حرف və s. (9, 246). Ümumiyyətlə, ərəbşünaslıqda başqa حرفا التفسير ,العطف köməkçi nitq hissələri, məsələn, ön qoşmaları, ədatlar nisbətən geniş tədqiq edilib öyrənilsə də, bağlayıcılara məhəl qoyulmamışdır. Ə.C. Məmmədovun “Ərəb dili” dərsliyindəki qısa məlumatı (3, 439-440) istisna etməklə, ərəbşünaslığımızda bu barədə kiçik bir məqaləyə belə rast gəlmədik.

Azərbaycan, türk və rus qrammatiklərinin bölgüsü və yuxarıda bağlayıcılar haqqında deyilənlərə əsasən ərəb dilində bağlayıcıların təsnifatını verməyə çalışacağıq.

Page 3: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

f.e.n. Hüseynova S.N. 132

Əvvəlcə tabesizlik bağlayıcılarından başlayaq. Bu bağlayıcıların bağladıqları hissələr bərabər hüquqlu cümlə üzvü və

bərabər hüquqlu cümlə olaraq qalır. Mənaya görə tabesizlik bağlayıcılarını aşağıdakı qruplara bölmək olar:

1. birləşdirmə və ya bitişdirmə bağlayıcıları: حروف العطف و، ف ، حتى 2. bölüşdürmə və alternativlik bağlayıcıları: إما، ام، او Şeyx Mustafa əl-Ğələyininin bölgüsündə bu iki qrupdakı bağlayıcılar bir

qrupda birləşdirilir. Bura bir neçə başqa bağlayıcı da daxil edilir. Ümumiy-yətlə, əl-Ğələyini onların sayının doqquz olduğunu söyləyir (9, 243).

3. qarşılaşdırma bağlayıcıları: ، لكن بل، لكن ، اما

4. aydınlaşdırma bağlayıcısı: حرف التفسير اي Qeyd edək ki, ərəb qrammatikləri bu bölgüyə ان bağlayıcısını da daxil

edib onları حرفا التفسيرadlandırırlar (9, 258). 5. ardıcıllıq bağlayıcısı: ف İndi isə həmin bağlayıcıları daha dərindən təhlil edək I. 1) a) و bağlayıcısı birləşdirmə - bitişdirmə bağlayıcısı olub

cümlənin həmcins üzvləri arasında birqəlik əlaqəsini yaradır. جاء علي و حسن 1)

Əli və Həsən gəldi. ) 15سورة العنكبوت،( فا نجيناه و اصحاب السفينة 2)

Biz onu və gəmi xalqını xilas etdik. b) Xəbər şəklində olan feldən əvvəl gələrək müəyyən bir hərəkətin

ifadəsinə kömək edir. "و" - dan əvvəl gələn fel əmr, arzu, inkar və ya sual bildirir.

زرني و أزوركMənə baş çək ki, mən də sənə baş çəkim. c) Xəbər şəklində olan fel və təsirlik halda olan isim arasında işlənən

birləşdirmə mənası verir. Bu bağlayıcıya birgəlik vav-ı )واوالمعية ( - deyilir. سافرت و اخاه

Onun qardaşı ilə səfər etdim.

Page 4: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 133

ذلك ال يتفق و كلماتهBu onun sözlərinə uyğun gəlmir. d) " و" söz və cümlələr arasında tabesizlik bağlayıcısı kimi işlədilərək

“və” mənasını verir, sadalanmada vergülü də əvəz edir. Ondan habelə zərflik budaq cümləsi )جملة ظرفية( düzəltmək üçün istifadə olunur. Həmin vəzifəsinə görə ona واو الحالdeyilir.

جاء الولد و ھو باكUşaq ağlaya – ağlaya gəldi.

سرت و النھرÇay boyunca getdik. bağlayıcısı həm birləşdirmə, həm də ardıcıllıq bildirən ف (2

bağlayıcıdır. a) Ayrı-ayrı fellərlə ifadə edilmiş hərəkətin və ya iki cümlənin

ardıcıllığını bildirir. سمعت االم بكاء طفله فاسرعت اليه

Ana uşağının ağlamağını eşitdi və onun yanına tələsdi. b) Təkrar olunan iki ad arasında işlənir Günlərlə; illərlə يوما فيوما، سنة فسنة c) İki fel birlikdə işləndikdə və bu fellərdən biri, daha doğrusu, ikincisi

əvvəlki feldəki hərəkətin nəticəsini bildirisə, bu bağlayıcı işlənir. Onu qovdu, o da ağladı فبكىطرده d) Şərt cümləsində işlənərək nəticə bildirir. • Bu nəticə əmr, qadağan və ya arzu ifadə edir:

اجتھد فتنجح آخر السنةÇalış ki, ilin sonunda uğur qazanasan. • Felin əvvəlində ما، لن، سوف، س، قدədatları ilə işlənir:

ان فعلت ذلك فسوف تندمOnu (o işi) etsən, peşiman olarsan. • Cümlənin şərt və nəticə hissəsində işlənən fel bu bağlayıcı ilə

işlənərək keçmiş zaman ifadə edir: Nəyə can atırdısa, onu əldə etdi. مھما طلب فناله e) Bu bağlayıcı həm də iki cümlə arasında əlaqə yaratmaq üçün işlədilir.

Bu cümlələrdə mübtədalar canlı bir predmeti ifadə edir, ikinci cümlədə mübtəda dəyişə də bilər, yəni başqa şəxsi ifadə edə bilər.

Page 5: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

f.e.n. Hüseynova S.N. 134

Mən ayağa durdum, o isə qalxmadı قمت فلم يقم ə) Cümlənin əvvəlində hər hansı bir cümlə üzvü اما(amma, gəlincə)

bağlayıcısı ilə vurğulansa, bu bağlayıcı həmin sözdən sonra gəlir. Sən isə ayaqdasan (ayaq üstəsən). أما انت فمقيم bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön -حتى

qoşma kimi işlədilir. Bağlayıcı olaraq onu həm tabesizlik, həm də tabelilik bağlayıcısı kimi

təsnif etmək olar. bağlayıcısı yeni cümlənin əvvəlində gələrkən felin şəklini حتى

dəyişdirmir. Bu iki cümlə bir-biri ilə tabesizlik əlaqəsindədir. Bu zaman .adlanırحرف اال ستئنا ف ، حرف االبتداء ”حتى“

تحدثنا حتى طلعت الشمس Günəş doğana kimi danışdıq (hərfən: Danışdıq (o qədər ki), günəş

doğdu). مشوا حتى و صلوا الى المدينة Şəhərə çatana gədər getdilər (hərfən: Getdilər, (o vaxtı gədər ki) şəhərə

çatdılar). Bu bağlayıcı məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə

işləndikdə, felin arzu formasında olmasını tələb edir, bu zaman “حتى” tabelilik bağlayıcısıdır.

II. Bölüşdürmə və ya alternativlik bağlayıcılarına اما ، ام ، اوdaxildir. 1) “Ya”, “və ya” mənasını verən bu bağlayıcılardan أوbağlayıcısı bütün cümlələrdə (təsdiq, inkar, sual və s.) işlədilir, hər sözün əvvəlində təkrar edilmir. Aşağıdakı mənaları vardır.

a) او الشك- şəkk-şübhə bildirən bu bağlıyıcı cümlələrdə təkrar edilən hər bir söz digərini istisna edir.

Bir və ya iki dəfə - مرة أو مرتين b) İmkan, icazə bildirən )او ) أو االباحة bağlayıcısı ilə bağlanan cümlə

üzvləri bir-birini istisna etmir. Alimlər və (ya) zahidlər oturmuşdular. جالس العلماء او الزھاد c) Bu bağlayıcının “nə vaxta qədər ki, ... deyil, yox” “ona qədər ki”, “və ya” mənası da vardır

ال لزمنك أو تعطيني حقي.Bu cümləni iki variantda tərcümə etmək olar. Ya haqqınmı verəcəksən, ya da səndən əl çəkməyəcəyəm.

Page 6: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 135

Haqqımı verənə kimi, səndən əl çəkməyəcəyəm. :ya, yaxud, və ya mənasını verən bağlayıcının iki növü vardır -أم (2 (ayrıcı)المنقطعة və (birləşdirici)المتصلة a) bu bağlayıcı cümlənin əvvəlində gələn sual ədatlarından biri ilə işlədi-

lir və nə özündən əvvəl, nə də sonra gələn predmeti və hərəkəti istisna etmir. Evdə Əlidir, ya Xalid? أ على في الدار أم خالد؟ (yəni - evdə ya Əlidir, ya Xalid kimi başa düşülür).

) 2صورة البقرة، ( لم تنذرھم سواء عليھم أ أنذرتھم ام Onları qorxutsan da, qorxutmasan da onlar üçün birdir. b) ام المنقطعة- bu bağlayıcının vəzifəsi əvvəlcə danışılanı ayırıb, kəsib,

ondan sonrakını bərpa etmək və əvvəlki fikrə düzəliş verməkdir (9, 247 -248).

) 12سورة الرعد، (و البصير ام ھل تستوى الظلمات و النور ھل يستوي االعمي Korla görən və ya zülmətlə işiq bir olurmu? Göründüyü kimi bu bağlayıcı ya əvvəldə deyilən fikri istisna edir, ya da

onunla həmfikirlik ifadə edir. )16سورة الرعد، (أم جعلوا الشركاء

Yoxsa Allaha şərik qoşdular. Sonuncunu بل (əksinə, lakin, amma, isə) ilə də əvəz etmək olar (9, 249). بل جعلوا شركاء(Lakin onlar (isə) Allaha şərik qoşdular.

بل انت رجل ظالم–ام انت ظالم Yoxsa sən zalim adamsan? Belə olduqda bu bağlayıcı inkarlı sual mənasını da verir: yoxsa sən zalim

adam deyilsən? )39سورة الطور، (ام له البنات و لكم البنون

Yoxsa qızlar onun, oğullar da sizinmi? mənasını verən bu bölüşdürücü bağlayıcı (ya, və ya, yaxud, həm)إما (3

alternativ olan hər bir cümlə üzvünün qarşısında durur. Yerinə görə “həm” və “ya”, və ya kimi tərcümə edilir:

يحضر إما زيد، إما عمر a) Həm Zeyd, həm də Ömər iştirak edəcək. سأقرا اما رواية لجرجي زيدان، أما قصص محمود تيمور Ya Cürci Zeydanın bir romanını, ya da Mahmud Teymurun hekayələrini

oxuyacağam.

Page 7: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

f.e.n. Hüseynova S.N. 136

إما ھو كاذب، إما أنتb) ya o yalan deyir, ya da sən III. Qarşılaşdırma bağlayıcıları Bu bağlayıcılara على ان، اال أن، بيدان، غيرأن انما، لكن، لكن، بلdaxildir. :bağlayıcısının aşağıdakı mənaları vardır بل (1a) lakin, əksinə, lakin əksinə mənasını verir. Bu bağlayıcı xəbər şəklində

olan təsdiq bildirən feldən sonra və əmr şəklindəki feldən sonra gələrsə, özündən əvvəlki hökmü inkar edir.

Səlim yox, Xalid qalxdı قام سليم، بل خالد Əli yox, Səid qalxsınليقم على، بل سعيد b) bu bağlayıcı حرف االستدراك- düzəliş bağlayıcısı kimi işləndikdə əvvəlki

hökmü bir qədər də qüvvətləndirir. ان باكو عاصمة آذربايجان بل اكبر و اجمل مدينة فيھاBakı nəinki Azərbaycanın paytaxtıdır, həm də, onun ən böyük və ən

gözəl şəhəridir. غيران، بيد ان، اال ان، على ان، لكن، لكن (2 -lakin, ancaq, amma, ancaq mənasını

verən bu bağlayıcılar qarşılaşdırma bildirən bağlayıcılardır. ما كان محمد أبا احد من رجالكم، لكن رسول هللا و خاتم النبيينMəhəmməd təkcə sizlərdən birinizin atası deyil, Allahın rəsulu və

peyğəmbərlərin sonuncusu idi. yalnız, ancaq, təkcə mənasını verən bu bağlayıcı da qarşılıq -انما (3

bildirir. Ancaq buna icazə verilir انما جاز ذلكIV. Aydınlaşdırma bağlayıcısı أى - yəni deməkdir. Ərəb qrammatikləri bu bağlayıcıların iki olduğunu deyərək أن bağlayısını

da bura daxil edib, onları حرفا التفسيرadlandırır (9, 258). رأيت ليثا أى اسد ا Tabelilik bağlayıcıları Bu bağlayıcılar,, adətən, tabeli mürəkkəb cümlələrin tərkibində işlənərək

baş cümlə ilə budaq cümləni bir-birinə bağlayır. Onlar əsasən səbəb, məqsəd, nəticə, şərt kimi məna qruplarına bölünür:.

a) məqsəd bildirənlər: لكيال، كيال، أال، لئال، حتى، لكى، كى، الن، ل، أن، ان b) səbəb bildirənlər: الن، اذن، اذ c) nəticə bildirənlər : اذ ا , اذن

Page 8: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 137

d) şərt bildirənlər: ،اال، لوان، لوأن، لو، اذان، اذا، اذ، إن a) Burada أن və أن bağlayıcılarını xüsusi olaraq qeyd etmək olar. Bu

bağlayıcının cümlədək bəzi vəzifələrinə görə məqsəd bildirən bağlayıcılar qrupunda verərək, dilimizdəki “ki” bağlayıcısı kimi çox işlənən bağlayıcı olub mübtəda, xəbər, tamamlıq budaq cümlələrində işlənən ان bağlayıcısından sonra ad qrupundan olan sözlər təsirlik halda işlənir.

. بلغنى أن رفيقنا سيسا فر الى القاھرة . سمعت أن مھرجان الشباب العالمى ستجرى ھذا العام فى بلدنا . المھم أنه ينتخب ھذه السلوك بنفسه

,ki, ona görə ki, onun üçün ki, mənasını verən bu bağlayıcı arzu, istək-أن qadağan, əmr, öhdəlik, imkan, bacarıq və s. bildirən fellərdən sonra işlənir.

يرغب فى أن يدرسBu zaman bu bağlayıcı fellə birlikdə məsdərə bərabərdir və onunla əvəz

edilə bilər يرغب فى الدراسة .adlanır (9, 263) ان المصدرية bağlayıcısı bu səbəbdən أن Zənn və mühakimə bildirən fellərdən sonra bu bağlayıcı “ki”

mənasını verir və ondan sonra fel xəbər şəklində olur və keçmiş zamanda işlənə bilər.

Eşitdim ki, Zeyd qayıdıb. سمعت أن رجع زيد Bu zaman fel xəbər şəklindədir. Sən elə zənn edirsən ki, sənin vəziyyətin sənə xeyir gətirəcək? أتظن أن سينفعك حالك Burada felin arzu şəklində yox, məhz xəbər şəklində işləndiyi vurğulanır. Yuxarıda qeyd etdiyimiz kimi, ərəb qrammatikləri اىbağlayıcısı ilə

bərabər أن bağlayıcısını حرف التفسبر - aydınlaşdırma bağlayıcısı kimi təhlil edir. Lakin ondan sonra gələn fel əmr şəklində olmalıdır (9, 258).

Ona yazdım ki, hazır olكتبت له أن احضر )28سورة المؤمنون، (فأوحينا اليه أن آصنع الفلك

Ona belə vəhy etdik, gəmini düzəlt. Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə işlədilən

bağlayıcıları təsdiq və inkarlıq bildirilməsinə görə iki qismə ayırmaq olar: • təsdiq bildirənlər: حتى، كى، ان، ل- bunlar əsasən üçün, ona görə, onun

üçün, ondan ötrü mənasını verir. • inkar bildirənlər: لئال، لكيال، كيال، أال

Page 9: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

f.e.n. Hüseynova S.N. 138

Bu qrupa daxil olan bağlayıcı yerinə görə ön qoşma, yerinə görə - ل bağlayıcı kimi işlədilir.

سافرت ألى دمشق ادافع على االطروحة Çox zaman كى ل ilə işlənir )الم كى ) لكى adlanır və eyni məna ifadə edir. bu bağlayıcılar da məqsəd bildirir. İşləndikləri budaq الن، لكى، كى حتى

cümlələri baş cümlədən əvvəl və sonra gələ bilər. اطلع على تاريخ االسالم عن كثب) لكى، حتى، الن(قرات روايات لجرجى زيدان كى

)لكى، حتى، الن(اطلع على تاريخ االسالم عن كثب قرات روايات لجرجى زيدان كى Bu bağlayıcıların inkar formaları da məqsəd bildirmək üçün işlədilir.

. أضل فيھا) أال، لئال(اطلعنى على مدينتكم b)Tabelilik bağlayıcılarından الن، اذن، اذ- çünki, ona görə, ondan ötrü ki

və s. kimi tərcümə edilir. Əsasən səbəb budaq cümləsini baş cümləyə bağlayır.

الجرس ما حضرت مريم الدرس اذانھا مريضة دق ) النه(دخلنا قاعة المحاضرات اذ انه )3،190(

Lakin bəzi ərəb qrammatilər bu bağlayıcıya zərflik bildirən bağlayıcı kimi baxır. Onlar “nə zaman”, “nə vaxt” və s. kimi tərcümə edilir. Bu zaman həmin bağlayıcının işləndiyi cümlələr zərflik budaq cümləli tabeli mürəkkəb cümlə sayıla bilər.

O, Ömər öləndən sonra doğuldu. ولد اذ مات عمر Nəticə bildirən bağlayıcılar اذ və اذن“elə isə, onda” mənasını verir. Səni ziyarət edəcəyəm –(deməli) سازورك اذن أكرمك demək sənə hörmət edirəm. الطقس جيد أذن نذھب نتنزه Hava çox yaxşıdır, elə isə gəzməyə gedək. Göründüyü kimi, buradakı cümlələr elə bil bir növ sual-cavab xarakteri

daşıyır. Ikinci cümlədə bağlayıcıdan sonra fel arzu şəklində işlədilir və birinci cümlədəki feli-hərəkətin nəticəsi kimi başa düşülür.

Ərəb dilindəki bağlayıcıların böyük bir qismi "ما" sözü ilə düzəlir. O, sual əvəzliyi, nisbi əvəzlik, inkar ədatı və s. kimi işlədilir. Bu söz دام- davam etmək mənası verən fellə işlənərək aşağıdakı kimi tərcümə edilir:

Həyatda olduqca mənə namazı vəsiyyət etdi . وصانى بالصالة ما دمت حيا ا Çox zaman ما دامfeli köməkçi fel kimi çıxış edir, əsas fel indiki-gələcək

zamanda işlədilir: ما دام يكتب

Page 10: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 139

Nə gədərki yazmaqdadır; Nə qədərki, yazmağa davam edir. Hələ də yazmaqdadır.

Cümlədəki belə vəzifəsinə görə bu söz مة ما الديمو (davamiyyət "ما" –si ) adlanır. Ərəb dilində "ما" –nın iştirakı ilə yaranan bir çox bağlayıcılar mövcuddur. Azərbaycan dilində bunlar bağlayıcı (nisbi) sözlər adlanır və onlara “hər kim, hər vaxt, nə zaman, haçan, nə qədər ki, nə cür və bu kimi sözlər daxildir (4, 447).

"ما " – nin iştirakı ilə düzələn bağlayıcılar: harada kı, harada olursa – حيثما ; hər nə, hər necə - مھما nə ki, hansı ki – ايما ; nə zaman ki - إنما nə qədər ki, - اذا ما; harada ki – أينما nə zaman ki -متى ما necə ki – ما للفما ، كيف hər dəfə, nə vaxt ki - كلما ; hər nə - كلما Ərəb dilində bağlayıcıları quruluşca iki hissəyə bölmək olar. Sadə və

mürəkkəb bağlayıcılar. Sadə bağlayıcılar bunlardır: إما، ام، او، ف، و، بل، لكن، لكن، لو، كى، أن، أن، اذا، اذ، ل، إن، أما، Mürəkkəb bağlayıcılar iki və daha artıq bağlayıcının birləşməsindən və

yuxarıda qeyd etdiyimiz “ما” – nin müxtəlif nitq hissələri – sual əvəzlikləri, zərfliklər və s. birləşməsindən əmələ gəlir.

sual əvəzliyi də nisbi əvəzlik və bağlayıcı kimi bəzi nitq hissələri ilə منbirlikdə mürəkkəb bağlayıcı əmələ gətirir.

kim ki - ابمن; hər kəs – كلمن Mürəkkəb bağlayıcıların əmələ gəlməsində أن ,لvə إنbağlayıcıları və ال

inkar ədatı da çox iştirak edir: ال+ إن –ال، اال + أن –ال، أال +ان+ ل–ان، لئال + ل-الن

Beləliklə, mürəkkəb bağlayıcıları bu cür qruplaşdırmaq olar: أنvə أن – nin iştirakı ilə düzələnlər:

ألن، ألن، اال، لئال، بيدان، غيران، لوان، بعد ان، قبل ان :nin iştirakı ilə düzələnlər- ل لكى، لكيال، ألن، لئال :inkar ədatı ilə düzlənlər ال كيال، لوال، لئال :nin iştirakı ilə düələn mürəkkəb bağlayıcılar– مامھما، انھا، انيما، كيفما، حيثما، ايما، متى ما، كلما، كلما، اذاما، عندما، قبل ما، لما

Page 11: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

f.e.n. Hüseynova S.N. 140

Deməli, ərəb dilində bağlayıcılar tabesizlik və tabelilik bağlayıcılarına, onlar da öz ifadə etdiyi sintaktik-semantik və qrammatik vəzifələrinə görə müxtəlif növlərə bölünür. Quruluşca bağlayıcılar sadə və mürəkkəb olmaqla iki növə ayrılır. Bu məqalə bu sahədə ilk tədqiqat işi olduğu üçün iştər sadə, ya mürəkkəb, istərsə də tabeli və tabesiz bağlayıcıların dəqiq say haqqında konkret bir söz söyləmək hələ bir qədər tezdir. Çünki bir çox dillərdə olduğu kimi ərəb dilində də hər hansı bir köməkçi nitq hissəsinin hansı növə aid olduğu barədə mübahisə doğuran səbəblər vardır.

İSTİFADƏ EDİLMIŞ ƏDƏBİYYAT

Azərbaycan dilində: 1. Qurani-Kərim (Azərbaycan dilinə tərcüməsi, tərcüməçilər: Bünyadov

Z.M., Məmmədəliyev V.M.) 2. Qarayev M.İ. Müasir ərəb dilinin tədris proqramı, Bakı, 2000. 3. Məmmədov Ə.C. Ərəb dili, Bakı, 2000. 4. Müasir Azərbaycan dili, II c. Morfologiya, Bakı, 1980. 5. Rüstəmov R.Ə. Müasir türk dilində köməkçi nitq hissələri, Bakı,

1996. 6. Zeynalov F.R. Müasit türk dillərində köməkçi nitq hissələri, Bakı,

1971. Ərəb dilində: القران الكريم .7 سيبويه ابو عمر بن عثمان، كتاب، الجزء االول، بيروت .8الجزء الثالث، بيروتالشيخ مصطفى الغاليينى، جامع الدروس العربية، .9 Rus dilində 10. Брагина А.А. Косвенно-вопросительные предложения. В. Кн.:

Современный русский язык, Раздел: синтаксис сложного предложения, М. 1986.

11. Гранде Б.М. Курс арабской грамматики в сравнительно -историческом освещении, М. 2001.

Page 12: ELMИ МЯЪМУЯСИisamveri.org/pdfdrg/D02632/2008_9/2008_9_SNHUSEYIN.pdf · ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı, ədat və ön qoşma kimi işlədilir

Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 141

РЕЗЮМЕ

Данная статья посвящена исследованию союзов в арабском

языкознании, а так же в ней рассматривается научный подход к изучению этой проблемы со стороны азербайджанской арабистики. Как известно, в изучении этих вспомогательных частей речи имеются и разногласия и общие взгляды среди арабских грамматиков и арабистов. В статье дается классификация союзов по значению и структуре, приводятся примеры, демонстрирующие конкретные виды союзов и даются переводы этих примеров.

SUMMARY This article is dedicated to conjunctions in the Arabic linguistics. The

scientific approach to the studying of this problem by Azerbaijan oriental studies is also considered in the above-stated article. As is known, there are disagreements equally with the similar outlooks among the Arabic grammarians in studying these auxiliaries. Classification of conjunctions by the meaning and structure, also specific kinds of conjunctions and their translations, equally with the concrete examples, were also given by the author in this article.