azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

61
AZƏRBAYCAN RESPUBLİKASINDA MİNERAL EHTİYATLARIN HASİLATI İLƏ MƏŞĞUL OLAN SƏNAYE SAHƏLƏRİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜNÜN (MHŞT) QİYMƏTLƏNDİRİLMƏSİ COFFEY INTERNATIONAL DEVELOPMENT IPAN VƏ PKF-nin ƏMƏKDAŞLIĞI İLƏ Fevral 2009-cu il

Upload: hoangnguyet

Post on 14-Feb-2017

235 views

Category:

Documents


4 download

TRANSCRIPT

Page 1: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

AZƏRBAYCAN RESPUBLİKASINDA MİNERAL EHTİYATLARIN HASİLATI İLƏ MƏŞĞUL OLAN SƏNAYE SAHƏLƏRİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜNÜN (MHŞT) QİYMƏTLƏNDİRİLMƏSİ COFFEY INTERNATIONAL DEVELOPMENT IPAN VƏ PKF-nin ƏMƏKDAŞLIĞI İLƏ Fevral 2009-cu il

Page 2: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

AZƏRBAYCAN RESPUBLİKASINDA MİNERAL EHTİYATLARIN HASİLATI İLƏ MƏŞĞUL OLAN SƏNAYE SAHƏLƏRİNDƏ ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜNÜN (MHŞT) QİYMƏTLƏNDİRİLMƏSİ Fevral 2009-cu il Coffey International Development Ltd The Malthouse 1 Northfield Road Reading Berkshire RG1 8AH United Kingdom T (+44) (0) 1189 566 066 F (+44) (0) 1189 576 066 www.coffey.com/internationaldevelopment Registered Office: 1 Northfield Road Reading Berkshire RG1 8AH United Kingdom Registered in England No. 3799145 Vat Number: GB 724 5309 45

Page 3: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

MÜNDƏRİCAT ABREVİATURA VƏ QISALTMALAR BÖLMƏ 1: GİRİŞ BÖLMƏ 2: QİYMƏTLƏNDİRMƏ METODLARI VƏ PROSESİ BÖLMƏ 3: ANLAŞMA MEMORANDUMUNA UYĞUN İRƏLİLƏYİŞ BÖLMƏ 4: QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ GÖSTƏRİCİLƏRİNƏ UYĞUN İRƏLİLƏYİŞ BÖLMƏ 5: ŞİRKƏTLƏR TƏRƏFİNDƏN TƏTBİQ ETMƏ BÖLMƏ 6: ÜMUMİ QİYMƏTLƏNDİRMƏ BÖLMƏ 7: GƏLƏCƏKDƏ HƏYATA KEÇİRİLMƏLİ OLAN İŞLƏRƏ DAİR TÖVSİYƏLƏR BÖLMƏ 8: ÖYRƏNİLMİŞ DƏRSLƏR ƏLAVƏ 1: QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ ƏLAVƏ 2: ŞİRKƏTLƏR ÜÇÜN ÖZÜNÜ QİYMƏTLƏNDİRMƏ FORMALARI ƏLAVƏ 3: MƏSLƏHƏTLƏŞMƏ APARILMIŞ ŞƏXSLƏR

Page 4: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

ABREVİATURA VƏ QISALTMALAR BP British Petroleum

MHŞT Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü Göstərici üzrə Qiymətləndirmə Vasitəsi GQV

International Petroleum Associates Norway IPAN

Dövlət Sektorunda Beynəlxalq Mühasibat Standartları IPSAS

Birgə Müəssisə BM

Çoxtərəfli Qrup ÇTQ

Qeyri-hökumət təşkilatı QHT

Hasilatın Pay Bölgüsü Sazişləri HPBS

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ARDNŞ

Azərbaycan Respublikası Dövlət Neft Fondu ARDNF

Türkiyə Neft Assosiasiyası TPAO

Page 5: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 1: GİRİŞ 1 ÖN SÖZ Bu hesabat 2009-cu ildə Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Qiymətləndirilməsinə dair hesabatdır. Bu, bu vaxta qədər həyata keçirilən ilk MHŞT Qiymətləndirməsi olmuşdur. Qiymətləndirmə Coffey International Development şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən, International Petroleum Associates Norway (IPAN)1 və PKF2 şirkətlərinin əməkdaşlığı ilə həyata keçirilmişdir. Hesabat aşağıdakı şəkildə qurulmuşdur: • Bu bölmədə MHŞT Qiymətləndirmə prosesinin ümumi icmalı, Azərbaycanda hasilat sənayesi

sahələrinin və MHŞT-nin Azərbaycanda tətbiqinin əhəmiyyəti göstərilməklə, hesabat təqdim olunur. • Bölmə 2-də Qiymətləndirmə metodları və prosesi təsvir edilir. • Bölmə 3-də 2004-cü ildə imzalanmış Azərbaycanın MHŞT üzrə Qarşılıqlı Anlaşma Memorandumuna

uyğun əldə edilmiş irəliləyiş haqqında məlumatlar öz əksini tapır. • Bölmə 4-də qiymətləndiricinin (Validatorun) MHŞT Qiymətləndirmə Cədvəlinə uyğun əldə edilmiş

irəliləyişə dair verdiyi qiymət təqdim olunur. • Bölmə 5-də MHŞT-nin Azərbaycanda şirkətlər tərəfindən tətbiqinə dair ümumi məlumat verilir. • Bölmə 6-da Validatorun verdiyi ümumi qiymət təqdim olunur. • Bölmə 7-də MHŞT-nin Azərbaycanda gələcək tətbiqi ilə bağlı Validatorun tövsiyələri öz əksini tapır. • Bölmə 8-də qiymətləndirici tərəfindən qazanılmış və gələcək Qiymətləndirmə proseslərində tətbiq edilə

biləcək təcrübə haqqında məlumat verilir. Hesabata üç əlavə daxil edilmişdir. Əlavə 1-də doldurulmuş Qiymətləndirmə Cədvəli verilir. Əlavə 2-də qiymətləndiriciyə təqdim olunmuş Şirkətlərin Özünü Qiymətləndirmə formaları verilmişdir. Əlavə 3-də Qiymətləndirmənin həyata keçirilməsi zamanı məsləhətləşmə aparılmış şəxslərin siyahısı verilmişdir. 2 MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ Qiymətləndirmə MHŞT prosesinin vacib elementlərindən biridir və təşəbbüsün beynəlxalq status olaraq vəziyyəti nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Qiymətləndirmənin məqsədi MHŞT-nın tətbiqi zamanı əldə edilmiş irəliləyişlərə dair müstəqil qiymətin verilməsi və irəliləyişin daha da yaxşılaşdırılması və prosesin daha da sürətləndirilməsi üçün zəruri olan tədbirlərin müəyyən edilməsindən ibarətdir. Namizəd ölkələr3 üçün Qiymətləndirmə zamanı MHŞT-nin tətbiqi üzrə əldə edilmiş irəliləyiş qiymətləndirilməlidir. MHŞT-ni tam şəkildə tətbiq etmiş ölkələr (Tamhüquqlu Üzv Ölkələr4) üçün, Qiymətləndirmə həmin ölkələrdə bütün MHŞT Meyarlarının yerinə yetirilməsinin mövcud vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. 27 sentyabr 2007-ci il tarixində Oslo şəhərində keçirilmiş MHŞT üzrə İdarə Heyətin 3-cü beynəlxalq yığıncağında Azərbaycan da daxil olmaqla 15 ölkə namizəd ölkə statusu almışdır. MHŞT üzrə Beynəlxalq İdarə Heyətin qərarına əsasən, MHŞT-nin tamhüquqlu ölkəsi statusu almaq istəyən namizəd ölkələrdə Qiymətləndirmə Prosesi həyata keçirilməlidir.

1 IPAN - International Petroleum Associates Norway AS, Meltzersgt 4, 0257 OSLO, ORG. NO. 989 795 007 MVA, TEL 22 44 77 45, FAX 22 43 12 20, E-mail [email protected] 2 PKF, Farringdon Place, 20 Farringdon Road, London, EC1M 3AP, UK. Tel: 020 7065 0000, Fax: 020 7065 0650, E-mail: [email protected] 3 Namizəd ölkələr MHŞT-ni tətbiq etmək öhdəliyi götürmüş və Qiymətləndirmə Cədvəlinin imzalanma mərhələsində aşağıdakı dörd göstəricinin hamısına cavab vermiş ölkələrdir: (1) MHŞT-ni tətbiq etmək öhdəliyinin götürülməsi; (2) vətəndaş cəmiyyəti və özəl sektorla işləmək öhdəliyinin götürülməsi; (3) təşəbbüsün tətbiqinə rəhbərlik edəcək şəxsin təyin edilməsi; (4) maraqlı tərəflərlə razılaşdırılmış İş Planının hazırlanması. 4 Tamhüquqlu ölkələr MHŞT-ni tam şəkildə tətbiq etmiş ölkələrdir. Onlar Qiymətləndirmə Cədvəlindəki bütün göstəricilərə, o cümlədən MHŞT Hesabatının çap edilməsi və yayılması tələbinə cavab vermişlər.

Page 6: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

3 AZƏRBAYCANDA HASİLAT SƏNAYESİ SAHƏLƏRİNİN ROLU Azərbaycan faydalı qazıntılarla, xüsusilə neft və qazla zəngindir. Azərbaycanda neftin sənaye yolu ilə istehsalı on doqquzuncu əsrin ortalarında başlamış və XIX əsrin sonlarında ölkədə ilk neft bumu yaşanmışdır. Həmin vaxtda ölkə hasilatı dünya hasilatının yarısını təşkil edirdi. Bu səbəbdən neft sənayesi bir əsrdən artıq müddətdə ölkə iqtisadiyyatının aparıcı sahəsi olmuşdur. Neft yataqlarının uzunmüddətli işlənməsinə 60 milyard ABŞ dolları ayırmış xarici firmalarla hasilatın pay bölgüsü haqqında sazişlərlə (HPBS) bağlı aparılan danışıqlar ölkədə əhəmiyyətli iqtisadi artıma öz töhfəsini verməkdə davam edir və edəcək. İlk belə HPBS-yə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirakı ilə həyata keçirilən neft hasilatı 1997-ci ilin noyabr ayında başlamışdır. 2006-cı ilin əvvəlində qərb neft şirkətləri konsorsiumu Bakıdan Türkiyənin Aralıq Dənizindəki limanı olan Ceyhan limanına qədər çəkilmiş boru kəməri vasitəsilə neftin vurulmasına başlamışdır. 2010-cu ilə qədər bu layihədən əldə ediləcək gəlirlər ölkənin ümumi daxili məhsulunun həcmini iki dəfə artıracaq. 4 AZƏRBAYCANDA MHŞT Azərbaycan MHŞT prosesində öncüllərindən biridir. Azərbaycan Hökuməti ilk irəli sürüldüyü vaxtdan etibarən MHŞT-ni dəstəkləmiş və 2003-cü ilin iyun ayında ölkə səviyyəsində MHŞT-də iştirak etməyə hazır olduğunu bildirmişdir. 2004-cü ilin may ayında ölkənin təbii sərvətlərinin istismarından əldə edilmiş gəlirlər və onların səmərəli istifadəsi üzərində ictimai nəzarəti təmin etmək məqsədilə, Azərbaycanın 30-dan artıq QHT-si "Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının” yaradıldığını elan etdi. Ölkədə MHŞT-nin tətbiqinə nəzarət Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) sədrlik etdiyi MHŞT üzrə hökumət Komissiyası tərəfindən həyata keçirilir. 2004-cü ilin noyabr ayında MHŞT üzrə Komissiya, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası və neft və qaz şirkətləri arasında əməkdaşlıq haqqında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycanda hasilat sənayesi sahəsində fəaliyyət göstərən bütün şirkətlər MHŞT-nin tətbiqinə cəlb olunmuşlar. MHŞT-yə qoşulduğu vaxtdan bəri Azərbaycan ildə iki dəfə dərc edilməklə doqquz MHŞT Hesabatı tərtib etmişdir. Azərbaycan 11 sentyabr 2008-ci il tarixində BMT Baş Assambleyası tərəfindən MHŞT haqqında Qətnamənin qəbul edilməsində aparıcı rol oynamışdır. Azərbaycanın MHŞT-də oynadığı aparıcı rol geniş şəkildə təqdir olunmuşdur. MHŞT-nin tətbiqində Azərbaycan tərəfindən əldə edilmiş nailiyyətlərə görə, 2007-ci ildə ARDNF “Dövlət Qulluğunda Şəffaflığın, Cavabdehliyin və Məsuliyyətin Artırılmasına görə” BMT-nin Dövlət Qulluğu Mükafatı ilə təltif edilmişdir. Azərbaycan rəsmi olaraq 2008-ci ildə Qiymətləndirmə prosesinə başlamışdır və bunu edən ilk ölkə olmuşdur.

Page 7: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 2: QİYMƏTLƏNDİRMƏ METODLARI VƏ PROSESİ Qiymətləndirmə qrupu Trond Kubberud (IPAN) (qrup rəhbəri), Tim Ruffer (Coffey International Development) və Əli Nəbiyevdən (PKF) ibarətdir. Qrup MHŞT Qiymətləndirmə Təlimatındakı metodlara ciddi əməl etmişdir. Dekabr ayında qrup Qiymətləndirmə ilə bağlı hazırlıq işlərinə başlamışdır. Bura aşağıdakılar daxildir: • Azərbaycanda MHŞT prosesi ilə bağlı müvafiq sənədlərin yoxlanılması. • Azərbaycanın MHŞT üzrə Katibliyi ilə planlaşdırmaya dair müntəzəm müzakirələrin aparılması. • Qiymətləndirmə üzrə yanaşmaya dair MHŞT üzrə beynəlxalq katibliklə müzakirələrin aparılması. • Qiymətləndirmə üzrə Şirkətlər üçün özünü Qiymətləndirmə Formalarını (bax Əlavə 2) doldurmaları üçün

Azərbaycandakı hasilat sənayesi sahələrində fəaliyyət göstərən şirkətlərə yazılı sorğuların göndərilməsi. • Anlaşma Memorandumunun bütün tərəflərinin qiymətləndiriciyə məxfi yazılı təqdimatların təqdim

etməyə dəvət olunması. • Azərbaycanın MHŞT üzrə Katibliyi tərəfindən təşkil olunmuş görüşlərin qrafikinin hazırlanması. • Qiymətləndirmə metodları ilə bağlı qrup üzvləri arasında müzakirələrin aparılması. Qiymətləndiricinin Azərbaycana səfərindən əvvəl, 8-10 dekabr tarixlərində Bakıda hazırlıq işlərinə dair seminar keçirilmişdir. 8-9 dekabr tarixlərində seminarın işi vətəndaş cəmiyyəti ilə məhdudlaşırdı. 10 dekabr tarixində seminarın işində geniş tərkibdə maraqlı tərəflər, o cümlədən Hökumət və şirkətlərin təmsilçiləri iştirak etmişdir. Qiymətləndirmə qrupu 10-17 yanvar 2009-cu il tarixləri arasında Bakıya səfər etmişdir. Həftə ərzində qrup aşağıdakı görüşləri keçirmişdir: • Qiymətləndirmə üzrə İşçi Qrupu ilə tanışlıq görüşü. • Əlavə 2-də siyahısı verilmiş maraqlı tərəflərlə görüşlər. Həm qrup, həm də fərdi şəkildə müzakirələr

aparılmışdır. • Qiymətləndirmə üzrə İşçi Qrupu ilə əldə edilmiş ilkin nəticələrin məxfi şəkildə təqdim edildiyi yekun

görüş. Bakıya səfərdən sonra, qrup bu hesabatın ilk layihəsini hazırlamışdır. Layihə, yekunlaşdırılmazdan əvvəl fikirlərinin bildirilməsi üçün Azərbaycandakı maraqlı tərəflərə və MHŞT üzrə Beynəlxalq Katibliyə paylanılmışdır. Hesabat 30 yanvar 2009-cu il tarixində MHŞT Katibliyinə təqdim edilmişdir və 16 fevral 2009-cu il tarixində Doha şəhərində keçiriləcək yığıncağında MHŞT üzrə İdarə Heyətinə təqdim ediləcək.

Page 8: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 3: QARŞILIQLI ANLAŞMA MEMORANDUMUNA UYĞUN İRƏLİLƏYİŞ 1 QARŞILIQLI ANLAŞMA MEMORANDUMU HAQQINDA ÜMUMİ MƏLUMAT Uzun müddətli danışıqlardan sonra, 24 noyabr 2004-cü il tarixində MHŞT üzrə Hökumət Komissiyası, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası və hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Anlaşma Memorandumunda Azərbaycanda MHŞT prosesinin əsas aspektləri müəyyən olunur: • Razılaşdırılmış hesabat formalarına uyğun MHŞT hesabatlarının hazırlanması. Bu hesabat formaları

Anlaşma Memorandumuna əlavə olaraq daxil edilmişdir. Bu hesabatlar ildə iki dəfə tərtib olunur – 15 mart tarixində illik hesabat və 15 avqust tarixində yarımillik hesabat.

• Təqdim edilmiş hesabatların təhlil edilərək tutuşdurulması üçün nüfuzlu beynəlxalq audit şirkəti təyin

olunur. Audit şirkəti Anlaşma Memorandumunun tərəfi olan hər bir maraqlı tərəf qrupundan iki nümayəndə olmaqla təşkil edilmiş Seçim Qrupu tərəfindən seçilir. Audit şirkəti qrup tərəfindən müsabiqə yolu ilə seçilir. Audit şirkətinin fəaliyyət dairəsi və Seçim Qrupu üçün prosedur qaydaları əlavələr şəklində anlaşma memorandumuna əlavə edilmişdir.

• Audit şirkətinin əldə etdiyi məlumatlar (bu hesabatda MHŞT Hesabatları adlandırılır) hesabatların audit

şirkətinə təqdim edilməsi üçün müəyyən edilmiş son tarixdən sonra 30 gün ərzində təqdim edilir. Bütün uyğunsuzluqlar aradan qaldırılmayana qədər hesabat verilə bilməz.

• Anlaşma Memorandumunun tərəfləri hesabat haqqında mətbuat üçün birgə məlumat dərc etdirirlər. • Hesabatda əldə edilmiş nəticə Anlaşma Memorandumunun tərəflərinə təqdim olunur. Bütün tərəflər

hesabatın dərc edilməsindən sonra xüsusi müzakirənin keçirilməsinə ehtiyac olması ilə bağlı razılığa gəldikləri halda əlavə toplantı keçirilir.

2 ƏLDƏ EDİLMİŞ İRƏLİLƏYİŞ Anlaşma memorandumunun tərəfləri memorandum qüvvəyə mindikdən sonra ona müvəffəqiyyətlə əməl etmişlər. Bu günə qədər doqquz MHŞT hesabatı hazırlanmışdır. Üç audit şirkəti seçilmişdir: Deloitte, MGN Mak və Moore Stephens. Hesabatlar ARDNF və QHT Koalisiyasının internet səhifələrində yerləşdirilir. Yarım illik hesabatların tutuşdurulması ilə bağlı xərclər ARDNF, illik hesabatların tutuşdurulması ilə bağlı xərclər isə şirkətlər tərəfindən ödənilir. MHŞT-nin idarə olunması, ARDNF-də yerləşən və iki nəfər ştat işçisindən ibarət olan katiblik tərəfindən həyata keçirilir.

Page 9: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 4: QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ GÖSTƏRİCİLƏRİNƏ UYĞUN İRƏLİLƏYİŞ Bu bölmədə qiymətləndiricinin Qiymətləndirmə Cədvəli Göstəricilərinə uyğun əldə edilmiş irəliləyişə verdiyi qiymət ifadə olunur. Hər bir göstərici üçün meyara dair tərəfimizdən verilən şərh, göstəriciyə uyğun əldə edilmiş irəliləyiş, maraqlı tərəflərin fikirləri və gəldiyimiz ümumi nəticə verilir. Qiymətləndirmə Cədvəli haqqında ümumi məlumat Əlavə 1-də verilmişdir. QOŞULMA 1. Hökumət MHŞT-ni tətbiq etmək niyyəti haqqında birmənalı bəyanat vermişdirmi? Meyarın şərhi

Bu göstərici aydındır. Əldə edilmiş irəliləyiş

2002-ci ilin sentyabr ayında Yohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf Naminə Dünya Sammitində MHŞT-nin irəli sürülməsindən sonra Prezident Heydər Əliyev Azərbaycanın bu təşəbbüsü dəstəkləmək və ona qoşulmaq niyyətində olduğunu bildirmişdir. 17 iyun 2003-cü il tarixində Lancaster House-da keçirilmiş ilk MHŞT Konfransında İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmiş və həmin konfransda Azərbaycan MHŞT-yə qoşulmaq və pilot ölkə olmaq qərarını rəsmi şəkildə bəyan etmişdir. Maraqlı tərəflərin fikirləri

Bütün maraqlı tərəflər bu göstəricinin yerinə yetirildiyi ilə razılaşmışlar. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir. 2. Hökumət MHŞT-nin tətbiqi zamanı vətəndaş cəmiyyəti və şirkətlər ilə işləmək öhdəliyi

götürmüşdürmü? Meyarın şərhi

Bu göstərici aydındır. Əldə edilmiş irəliləyiş

24 noyabr 2004-cü il tarixində MHŞT üzrə Hökumət Komissiyası, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası və hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. İlk olaraq Anlaşma Memorandumunu 21 neft və qaz şirkəti imzalamışdır. İndiyədək daha beş şirkət xüsusi Qoşulma Sənədi imzalamaqla Anlaşma Memorandumuna qoşulmuşdur. Azərbaycanda fəaliyyət göstərən bütün neft və qaz şirkətləri Anlaşma memorandumuna qoşulmuşdur. İlk olaraq QHT Koalisiyası 30 QHT-dən ibarət idi. Həmin vaxtdan bəri koalisiyanın üzvlərinin sayı artmış və hazırda 115 QHT və 15 fərdi üzvdən ibarətdir. Maraqlı tərəflərin fikirləri

Bütün maraqlı tərəflər bu göstəricinin yerinə yetirildiyi ilə razılaşmışlar. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir.

Page 10: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

3. Hökumət MHŞT-nin tətbiqinə rəhbərlik etmək üçün rəhbər şəxs təyin etmişdirmi? Meyarın şərhi

Bu göstərici aydındır. Əldə edilmiş irəliləyiş

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktoru MHŞT-nin tətbiqinə rəhbərlik etmək üçün təyin edilmişdir. O, hasilat sənayesi ilə əlaqəli olan bütün dövlət orqanları və nazirliklərin, o cümlədən Xarici İşlər, İqtisadi İnkişaf, Sənaye və Energetika, Maliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Statistika Komitəsi və Dövlət Neft Şirkətinin nümayəndələrindən təşkil olunmuş MHŞT üzrə idarələrarası hökumət komissiyasına sədrlik edir. İki vəzifəli şəxsdən ibarət olan MHŞT üzrə Katiblik ARDNF-də yerləşir. Maraqlı tərəflərin fikirləri

Bütün maraqlı tərəflər bu göstəricinin yerinə yetirildiyi ilə razılaşmışlar. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir. 4. Ölçülə bilən hədəflər, icra qrafiki və imkanları məhdudlaşdıran faktorların (hökumət, özəl

sektor və vətəndaş cəmiyyəti) qiymətləndirilməsini özündə ehtiva edən, tələb olunan xərcləri tam olaraq hesablanmış iş planı dərc edilmiş və geniş şəkildə yayılmışdırmı?

Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: Ölkənin İş Planı ölkədə qiymətləndirmə prosesinin əsasını təşkil edir. Altıncı MHŞT Meyarına əsasən MHŞT üzrə əsas maraqlı tərəflərlə razılaşdırılmış və ictimaiyyətə açıqlanmış iş planının hazırlanması tələb olunur.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici iş planının əsas maraqlı tərəflərlə razılaşdırıldığını və iş planının aşağıdakıları özündə ehtiva etdiyini təsdiq edən sübutla tanış olmalıdır:

• Ölçülə bilən hədəflər.

• İcra qrafiki.

• İmkanları məhdudlaşdıran potensial faktorların qiymətləndirilməsi.

• Hökumətin, xüsusilə vətəndaş cəmiyyətinin cəlb edilməsi nöqteyi-nəzərindən, MHŞT-nin çoxtərəflilik xüsusiyyətini necə təmin edəcəyi ilə bağlı məlumatlar.

• Ölkənin “Namizəd” statusuna malik olduğu mərhələ ərzində qiymətləndirmə üçün qrafik. Bu ölkənin ehtiyaclarını əks etdirməli olsa da, ən az hər iki ildən bir təmin edilməlidir.

• İş Planında hökumətin qiymətləndirmə ilə bağlı xərcləri necə ödəyəcəyi ətraflı şəkildə öz əksini tapmalıdır.

• Qiymətləndirici MHŞT-nin tətbiqi üzrə əldə edilmiş irəliləyişi bu hədəf və qrafiklərlə müqayisədə qiymətləndirməli və ölkənin müəyyən edilmiş imkanları məhdudlaşdıran faktorlara müvafiq fəaliyyət göstərib göstərmədiyini qiymətləndirməlidir.

• Ölkədə qiymətləndirmə prosesinin əsas elementlərindən biri icra qrafikinə əməl edilib edilməməsidir. Qrafikə əməl edilmədiyi təqdirdə qiymətləndirici - əsas maraqlı tərəflər və digər tərəflərdən əldə etdiyi sübutlar əsasında – qrafikə əməl edilməsindəki gecikmə üçün əsasın olub olmadığını müəyyən etməlidir. Gecikmə əsassız olduğu təqdirdə, qiymətləndirici ölkənin Namizəd ölkələr siyahısından çıxarılıb çıxarılmaması ilə bağlı tövsiyə verməlidir.”

Page 11: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

11 aprel 2008-ci il tarixində keçirilmiş MHŞT üzrə İdarə Heyətinin dördüncü iclasında İdarə Heyəti göstəricilər hazırlanmazdan əvvəl MHŞT-nin tətbiqinə başlamış ölkələrdə göstəricilərin şərhini müzakirə etmişdir. Bu müzakirələr zamanı Azərbaycanda heç vaxt İş Planının olmaması xüsusi misal olaraq göstərilmişdir. Sədr Qiymətləndirmələrin “sağlam düşüncə əsasında və tarixi kontekstə, həmçinin göstəricilərin lazımi qaydada nəzərə alınmaqla” həyata keçirilməli olduğunu bildirmişdir. Əldə edilmiş irəliləyiş

Azərbaycanda bu günə qədər İş Planı hazırlanmamışdır. Lakin, maraqlı tərəflər arasında anlaşma memorandumu razılaşdırılmış və 24 noyabr 2004-cü il tarixində imzalanmışdır. Həmin anlaşma memorandumunda MHŞT üzrə müntəzəm hesabat vermə prosesi zamanı görüləcək tədbirlər təsbit olunmuşdur.

Bu yaxınlarda MHŞT Katibliyi tərəfindən yeni İş Planının layihəsi hazırlanmışdır. Burada Anlaşma memorandumunda razılaşdırıldığı kimi müəyyən edilmiş MHŞT prosesi təsbit olunmuşdur. 9 yanvar 2009-cu il tarixində MHŞT üzrə Katiblik 13 yanvar 2009-cu il tarixinə qədər öz rəyləri bildirmələri üçün İşçi Planının layihəsini Anlaşma Memorandumunun tərəflərinə göndərmişdir.

QHT Koalisiyası 12 yanvar 2009-cu il tarixində verdiyi cavabda İş Planı ilə bağlı rəylərin verilməsi üçün ayrılmış qısa zaman müddətinin kifayət etmədiyini bildirmiş və İş Planının razılaşdırılması və onun icrasına nəzarətin həyata keçirilməsi üçün çoxtərəfli işçi qrupun yaradılmasını təklif etmişdir. Maraqlı tərəflərin fikirləri

Hökumət İş Planına ehtiyac olduğunu əsaslandıran fakt olaraq MHŞT prosesinin əsas mərhələlərini müəyyən etməyin və proseslə bağlı xərclərin hesablanmış olduğunu, onu həyata keçirmək üçün vəsaitlərin kifayət etdiyini və prosesin davamlı olduğunu nümayiş etdirməyin zəruriliyini göstərir. Prosesin hazırda müəyyən edilmiş ardıcıllıqla həyata keçirildiyini və prosesin tam olaraq institutlaşdırılmış olduğunu əsas gətirməklə Azərbaycanın bunu artıq nümayiş etdirdiyini iddia edir.

Bundan əlavə Hökumət və şirkətlər Anlaşma memorandumunda Azərbaycandakı MHŞT prosesinin əsas mərhələlərinin müəyyən edildiyini və bu səbəbdən memorandumun İş Planını adekvat şəkildə əvəz etdiyi fikrindədirlər.

QHT Koalisiyası MHŞT prosesinin təkmilləşdirilməsi və davam etdirilməsi üçün tələb olunan gələcək tədbirlərin müəyyən edilməsi üçün İş Planına ehtiyac olduğunu və Anlaşma memorandumunun bu məqsəd üçün kifayət etmədiyinı iddia edir. Qiymətləndiricinin gəldiyi nəticə

MHŞT üzrə İdarə Heyətinin 11 aprel 2008-ci il tarixində qəbul etdiyi qərar hazırda razılaşdırılmış İş Planının olmamasına baxmayaraq Azərbaycanda mövcud olan xüsusi şəraitin nəticəsi olaraq bu göstəricinin yerinə yetirilmiş olduğunu göstərir.

Hökumətin Anlaşma Memorandumunda İş Planının MHŞT üzrə müntəzəm hesabat verməni təmin edən əsas komponentlərinin olması ilə bağlı arqumentlərinin müəyyən dərəcədə əsaslı olduğunu və anlaşma memorandumunun əlavələri ilə birlikdə həmin memorandumun imzalandığı vaxtdan qəbul edilə biləcək İş Planının əhatə edə biləcəyi məsələləri əhatə etdiyini qəbul etməklə yanaşı gələcəkdə MHŞT üzrə görülməli olan gələcək işlər üçün razılaşdırılmış strateji prosesi müəyyən edəcək və maraqlı tərəflərin nəzarət edə və mütəmadi olaraq yeniləyə biləcəyi ayrıca İş Planının hazırlanmasının zəruri olduğunu hesab edirik. TƏTBİQ ETMƏ 5. Hökumət MHŞT-nin tətbiqinə nəzarət etmək üçün çoxtərəfli qrup yaratmışdırmı? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT-nin tətbiqinə bütün müvafiq maraqlı tərəflərdən, o cümlədən özəl sektordan, vətəndaş cəmiyyətindən (o cümlədən mətbuat və parlament üzvləri kimi müstəqil vətəndaş cəmiyyəti qrupları və digər vətəndaş cəmiyyətləri) və aidiyyəti olan dövlət nazirliklərindən (o cümlədən hökumət rəhbərləri) ibarət olan qrup nəzarət etməlidir.

Page 12: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Qrup aydın şəkildə müəyyən edilmiş əsas şərtlər toplusu müəyyən etməlidir. Bu fəaliyyət dairəsinə minimum olaraq aşağıdakılar daxil olmalıdır: Ölkənin İş Planının təsdiq edilməsi və zəruri hallarda ona düzəlişlərin edilməsi; şirkətlər və ya hökumət tərəfindən tutuşdurulmaq üçün təqdim edilmiş məlumatların beynəlxalq standartlara uyğun olaraq audit yoxlamasından keçmiş məlumatlara əsaslanmadığı hallarda audit yoxlamalarını həyata keçirəcək auditorun seçilməsi; tutuşdurmaları həyata keçirəcək təşkilatın seçilməsi və Qiymətləndirmə Cədvəlində qeyd olunmuş digər sahələr.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici çoxtərəfli qrupun yaradıldığını, müvafiq maraqlı tərəflərin həmin qrupda iştirak etdiyini və qrupun fəaliyyət dairəsinin qarşıya qoyulmuş məqsədlərə uyğun olduğunu təsdiq edən sübutla tanış olmalıdır.

Sübut aşağıdakılardan ibarət olmalıdır:

• Həyata keçirildiyi hallarda maraqlı tərəflərin verdiyi qiymətlər.

• Çoxtərəfli qrupun üzvləri haqqında məlumat:

− Qrupda iştirak etmək üçün dəvət açıq və şəffaf olmuşdurmu? − Maraqlı tərəflər müvafiq qaydada təmsil olunurlarmı (bu maraqlı tərəflərin bərabər şəkildə

təmsil olunmalı olduqlarını göstərmir)? − Maraqlı tərəflər özlərinin müvafiq qaydada təmsil olunduqlarını hesab edirlərmi? − Maraqlı tərəflər – öz seçici qrupları və digər maraqlı tərəflərlə əlaqə saxlamaqla – hər hansı

yersiz müdaxilə və ya təzyiq olmadan komissiyanın bir hissəsi olaraq fəaliyyət göstərə bildiklərini hesab edirlərmi?

− Qrupun vətəndaş cəmiyyətinə aid üzvləri fəaliyyət və siyasi nöqteyi-nəzərdən hökumət və/və ya özəl sektordan asılı olmadan müstəqildirlərmi?

− Qrup üzvlərinin dəyişdiyi hallarda mövcud vəziyyəti dəyişməyəcək üzvlərin qrupa daxil edilməsi ilə bağlı hər hansı təzyiq təklifi və ya cəhd olmuşdurmu?

− Qrup üzvləri öz vəzifələrini yerinə yetirmək üçün kifayət qədər imkanlara malikdirlərmi?

• Fəaliyyət dairəsi komissiyaya MHŞT-nın tətbiqi ilə bağlı söz sahibi olmaq imkanı verirmi? Fəaliyyət dairəsinə minimum olaraq aşağıdakılar daxil olmalıdır: Ölkənin İş Planının təsdiq edilməsi və zəruri hallarda ona düzəlişlərin edilməsi; şirkətlər və ya hökumət tərəfindən tutuşdurulmaq üçün təqdim edilmiş məlumatların beynəlxalq standartlara uyğun olaraq audit yoxlamasından keçmiş məlumatlara əsaslanmadığı hallarda audit yoxlamalarını həyata keçirəcək auditorun seçilməsi; tutuşdurmaları həyata keçirəcək təşkilatın seçilməsi və Qiymətləndirmə Cədvəlində qeyd olunmuş digər sahələr.

• Vəzifəli dövlət rəsmiləri komissiyada təmsil olunurlarmı?” Əldə edilmiş irəliləyiş

Azərbaycanda əsas şərtlər toplusuna uyğun daimi Çoxtərəfli Qrup (ÇTQ) mövcud deyil. Lakin iki çoxtərəfli MHŞT komissiyası yaradılmışdır – biri MHŞT hesabatlarını hazırlayan audit şirkətinin seçilməsi, digəri isə qiymətləndiricinin seçilməsi və qiymətləndirmə üzərində nəzarəti həyata keçirmək məqsədilə yaradılmışdır. “Audit Seçim Komissiyası” üç MHŞT tərəfi qrupunun (Hökumət, şirkətlər və vətəndaş cəmiyyəti) hər birindən iki təmsilçi olmaqla təşkil edilmişdir. Anlaşma memorandumuna Əlavə 5-də həmin komissiya üçün razılaşdırılmış Prosedur Qaydaları göstərilmişdir. “Qiymətləndirmə prosesi üzrə Komissiya” hər bir MHŞT tərəfi qrupundan üç təmsilçi olmaqla təşkil edilmişdir. Hər iki komissiyada sədrlik növbələşmə yolu ilə üç qrup arasında dəyişir.

2003-cü ildən bəri ən az ildə iki dəfə olmaqla, ARDNF-nin İcraçı Direktorunun sədrliyi və müxtəlif Hökumət idarələrinin və ARDNŞ-in nümayəndələrinin iştirakı ilə “MHŞT Komissiyasının” əlavə xüsusi iclasları keçirilmişdir.

Anlaşma Memorandumunun bütün tərəfləri MHŞT hesabatlarının təqdimatına və müzakirəsinə dəvət olunurlar. Anlaşma Memorandumu tərəfləri arasında ayrı-ayrı məsələlər üzrə qeyri-rəsmi ikitərəfli müzakirələr aparılır.

Page 13: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Maraqlı tərəflərin fikirləri

Hökumət formalaşdırılmış ÇTQ olmasına ehtiyac olmadığını, mövcud sistemin daha çevik olduğunu və onun hər bir maraqlı tərəf qrupuna hər bir komissiya üçün hər bir konkret məsələ üzrə daha yaxşı ixtisaslaşmış nümayəndələrini seçmək imkanı verdiyini iddia edir. Bundan əlavə, Hökumət Katibliyin heç bir halda maraqlı tərəflər tələb etdiyi halda tərəflərin əlavə xüsusi toplantılarının təşkil edilməsinə qarşı çıxmayacağını bildirir.

QHT Koalisiyası daimi ÇTQ-nin tərəflərə MHŞT prosesi üzərində daha müntəzəm strateji nəzarəti təmin etmək və İş Planını əsas götürməklə, onun hansı şəkildə inkişaf etdirilməsi və gücləndirilməsi ilə bağlı müzakirələr aparmaq imkanı verəcəyini hesab edir. Koalisiya daimi ÇTQ olmadıqda, ümumilikdə MHŞT gündəliyinin adətən ARDNF tərəfindən müəyyən edildiyini və bəzi şirkətlərin əksər hallarda MHŞT hesabatları ilə bağlı vətəndaş cəmiyyəti tərəfindən verilmiş sorğulara cavab vermədiklərini iddia edir. Onlar qəti olaraq belə hesab edirlər ki, daimi ÇTQ yaradılmadığı halda vətəndaş cəmiyyətinin MHŞT-yə dair məsələlərlə bağlı narahatlıqlarının ictimai müzakirəsini tam olaraq təmin etmək mümkün olmayacaq.

Qiymətləndirmə qrupunun 2009-cu ilin yanvar ayında Bakıya səfərindən sonra, 30 yanvar tarixində MHŞT Katibliyi rəsmi ÇTQ-nin yaradılmasını təklif etmişdir. Anlaşma Memorandumunun bütün tərəfləri bu təklifi dəstəkləmişlər. Bu hesabatın yekunlaşdırıldığı vaxtda ÇTQ dəqiq rolu və tərkibi ilə bağlı müzakirələr davam etməkdə idi. Qiymətləndiricinin gəldiyi nəticə

Azərbaycanın bu göstəriciyə əməl edib etmədiyini müəyyən edərkən, biz bu GQV-də deyilənləri çox diqqətli şəkildə nəzərdən keçirməklə Azərbaycanda MHŞT prosesinin tarixi kontekstini nəzərə almışıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-nin tətbiqi üzrə əvvəlki təşkilati strukturu MHŞT-nin əsas məqsədinə, daha dəqiq desək, izah edilməsi mümkün olmayan uyğunsuzluqlar olmadan MHŞT hesabatlarının müntəzəm dərc edilməsinə, nail olmağa imkan verdiyi halda daimi ÇTQ-nin yaradılması Azərbaycanda MHŞT prosesinin inkişafı üzərində daha güclü çoxtərəfli strateji nəzarəti təmin etməyə imkan verəcək.

Bütün amilləri, xüsusilə Qiymətləndirmə qrupunun Bakıya səfərindən bəri baş verənləri nəzərə almaqla, bu göstəriciyə əməl edildiyi nəticəsinə gəldik. 6. Vətəndaş cəmiyyəti prosesdə iştirak edirmi? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: Bu göstərici 5-ci göstəricini möhkəmləndirir. MHŞT meyarlarına əsasən vətəndaş cəmiyyətinin tərəf olaraq prosesin yaradılması, üzərində nəzarətin həyata keçirilməsi və qiymətləndirilməsində fəal iştirak etməsi və bunun ictimai müzakirələrə öz töhfəsini verməsi tələb olunur. Buna nail olmaq üçün vətəndaş cəmiyyəti MHŞT-nin tətbiqinə geniş şəkildə cəlb edilməlidir. Bu, çoxtərəfli qrup vasitəsilə və ya çoxtərəfli qrupa əlavə olaraq təmin edilə bilər.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici hökumətin, müvafiq hallarda isə çoxtərəfli MHŞT qrupunun, vətəndaş cəmiyyətini MHŞT-nin tətbiqi prosesinə cəlb etməyə səy göstərdiyini təsdiq edən sübutla tanış olmalıdır. Belə sübuta aşağıdakılar daxildir: • Çoxtərəfli qrupun vətəndaş cəmiyyətinin daha geniş qruplarını əhatə etməsi, o cümlədən

vətəndaş cəmiyyəti qrupları və/və ya koalisiyaları (məs. yerli Ödədiyini Dərc Et koalisiyası) ilə əlaqələrin saxlanılması (mətbuat, internet və məktublar vasitəsilə), onlara hökumətin MHŞT-nin tətbiqi ilə bağlı öhdəlikləri haqqında və bu işdə şirkətlərin və vətəndaş cəmiyyətinin oynadığı əhəmiyyətli rolu haqqında məlumat verilməsi.

• Vətəndaş cəmiyyətinin iştirakına təsir edən məhdudlaşdırıcı faktorlarla bağlı istər hökumət, istər vətəndaş cəmiyyəti, istərsə də şirkətlər tərəfindən görülən tədbirlər.

• MHŞT prosesinə cəlb edilmiş vətəndaş cəmiyyəti qruplarının fəaliyyət və siyasi nöqteyi-nəzərdən hökumət və/və ya özəl sektordan asılı olmadan müstəqil olmaları.

• MHŞT prosesinə cəlb edilmiş vətəndaş cəmiyyəti qruplarının hər hansı yersiz məhdudiyyət və ya təzyiqlər olmadan MHŞT ilə bağlı öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmələri.”

Page 14: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Əldə edilmiş irəliləyiş

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yaradılmışdır. İlk olaraq QHT Koalisiyası 30 QHT-dən ibarət idi. Həmin vaxtdan bəri koalisiyanın üzvlərinin sayı artmış və hazırda 115 QHT və 15 fərdi üzvdən ibarətdir. Koalisiyanın Bakı şəhərində daimi ofisi vardır.

Koalisiya MHŞT prosesində fəal şəkildə iştirak edir və MHŞT Audit Seçim Komissiyası və Qiymətləndirmə üzrə Komissiyada təmsil olunur. Koalisiyanın internet səhifəsi vardır (www.eiti-az.org). Koalisiya MHŞT hesabatları haqqında rəylər hazırlayır və mütəmadi olaraq MHŞT-yə dair Məlumat bülletenləri dərc edir. Koalisiya həmçinin MHŞT ilə bağlı müxtəlif ictimai toplantılar təşkil edir.

Qeyd etmək lazımdır ki, Parlament üzvləri Azərbaycanda MHŞT prosesində fəal iştirak etmirlər. Maraqlı tərəflərin fikirləri

Bütün maraqlı tərəflər vətəndaş cəmiyyətinin MHŞT prosesində fəal iştirak etdiyini təsdiq edir. Koalisiyanın bəzi üzvləri qiymətləndiriciyə bəzi şirkətlərin əksər hallarda Koalisiyanın MHŞT ilə bağlı məsələlərə dair suallarına cavab verməmələri ilə bağlı öz narazılıqlarını bildirmişlər. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir. 7. Şirkətlər prosesdə iştirak edirlərmi? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: Bu göstərici 5-ci göstəricini möhkəmləndirir. MHŞT-nin tətbiqi üçün şirkətlərin tətbiq prosesində fəal iştirak etməsi və bütün şirkətlərin MHŞT üzrə hesabatlar verməsi tələb olunur. Buna nail olmaq üçün neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlərin MHŞT-nin tətbiqinə geniş şəkildə cəlb edilməlidir. Bu, çoxtərəfli qrup vasitəsilə və ya çox tərəfli qrupa əlavə olaraq təmin edilə bilər.

Sübut: : Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici hökumətin, müvafiq hallarda isə çoxtərəfli MHŞT qrupunun, şirkətləri (neft, qaz və mədən sənayesində fəaliyyət göstərən) MHŞT-nin tətbiqi prosesinə cəlb etməyə səy göstərdiyini təsdiq edən sübutla tanış olmalıdır. Belə sübuta aşağıdakılar daxildir:

• Çoxtərəfli qrupun neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətləri əhatə etməsi, o cümlədən onlarla əlaqələrin saxlanılması (mətbuat, internet və məktublar vasitəsilə), onlara hökumətin MHŞT-nin tətbiqi ilə bağlı öhdəlikləri haqqında və bu işdə şirkətlərin oynadığı əhəmiyyətli rol haqqında məlumat verilməsi

• Şirkətlərin iştirakına təsir edən məhdudlaşdırıcı faktorlarla bağlı istər hökumət, istər vətəndaş cəmiyyəti, istərsə də şirkətlər tərəfindən görülən tədbirlər.”

Əldə edilmiş irəliləyiş

Azərbaycanda hasilat sənayesi sahələrində fəaliyyət göstərən bütün şirkətlər tərəf olaraq Anlaşma Memorandumuna qoşulmuşlar. Onların hamısı MHŞT üzrə müəyyən edilmiş müntəzəm hesabatların verilməsi prosesinə əməl edirlər. Şirkətlər Audit Seçim Komissiyasında və Qiymətləndirmə üzrə Komissiyada təmsil olunurlar.

Bu hesabata əlavə edilmiş Əlavə 2-ə daxil edilmiş Şirkətlər üçün Qiymətləndirmə Formalarında göstərildiyi kimi, şirkətlərin əksəriyyəti Azərbaycanda MHŞT prosesinə dəstək olaraq bəyanatlar vermişlər. Maraqlı tərəflərin fikirləri

Şirkətlər və Hökumət şirkətlərin MHŞT prosesində iştirakı səviyyəsindən razıdırlar. Vətəndaş cəmiyyəti, şirkət təmsilçilərinin bəzi hallarda verilmiş təkliflərə, suallara və ya tapşırıqlara cavab vermək səlahiyyətinə malik olmadığını əsas gətirərək, şirkətlərin MHŞT üzrə müzakirələrdə kifayət qədər yüksək səviyyədə təmsil olunmamasından şikayət edirlər.

Nəyin tələb olunduğu haqqında kifayət qədər məlumatın olmaması səbəbindən şirkətlərin MHŞT üzrə təqdim etdikləri hesabatlardakı səhvlərin tez-tez təkrarlanması ilə bağlı da qiymətləndiriciyə şikayətlər edilir.

Page 15: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Şirkətlərdə mühasibat uçotu ilə məşğul olan işçilərə hesabatların verilməsinə dair tələblərlə bağlı təlimlərin keçilməsi təklif edilir. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir. 8. Hökumət MHŞT-nin tətbiqinə mane olan maneələri aradan qaldırmışdırmı? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT-nin tətbiqinə mane olan hüquqi, normativ və ya digər maneələr mövcud olduğu halda hökumətin həmin maneələri aradan qaldırması vacibdir. Əsas maneələrə hökumət və şirkət müqavilələrindəki məxfiliyə dair müddəalar və hökumət idarələrinin ziddiyyətli səlahiyyət dairələri aiddir.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici hökumətin hər hansı maneələri aradan qaldırdığını təsdiq edən sübutla tanış olmalıdır. Bu, maneələrin aktiv şəkildə qiymətləndirilməsinin həyata keçirilməsi və ya meydana çıxdığı zaman maneələrin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsi yolu ilə təmin edilə bilər. Bu məsələnin həll edilməsi üçün vahid bir yol yoxdur – ölkələrdə prosesin tətbiqinə təsir edə bilən müxtəlif hüquqi sistemlər və digər sazişlər mövcuddur və ölkələr bu məsələyə fərli şəkildə yanaşmalıdırlar.

Qiymətləndiricinin tanış olmaq istəyə biləcəyi sübutlara aşağıdakılar daxildir:

• Hüquqi sistem haqqında ümumi məlumat.

• Tənzimləyici normativ sistem haqqında ümumi məlumat.

• Hüquqi və tənzimləyici normativ sistemdə mövcud olan MHŞT-nin tətbiqinə təsir edə biləcək maneələrin qiymətləndirilməsi.

• Şəffaflığı təmin etmək üçün nəzərdə tutulan təklif olunmuş və ya qəbul edilmiş hüquqi və ya normativ dəyişikliklər.

• Gəlirlərin açıqlanmasına icazə verilməsi üçün hökumət və şirkətlər arasındakı müqavilələrdə yer alan məxfiliyə dair müddəalardan imtina.

• Şirkətlərlə daha çox şəffaflığa imkan verən birbaşa əlaqələr.

• Razılaşdırılmış şəffaflıq standartlarının və hökumət ilə şirkətlər arasındakı gözləntilərin təsbit olunduğu Anlaşma Memorandumları.”

Əldə edilmiş irəliləyiş

HPBS-lərdə yer alan məxfiliyə dair müddəalar ilkin olaraq MHŞT-nİn tətbiqinə mane olan maneələrdən idi. Bunu aradan qaldırmaq məqsədilə, ARDNŞ 18 noyabr 2004-cü il tarixində bildiriş (№ 01-44/832) vermişdir. Bildirişdə deyilir: “ödənişlər haqqında məlumatların açıqlanması MHŞT-nin tətbiqinin bir hissəsini təşkil edir… və bu, sizin Şirkət və ya Birgə Müəssisə ilə Azərbaycan Respublikası arasında bağlanmış müqavilələrin məxfiliklə bağlı müddəalarına zidd deyil”.

Hökumət həmçinin müqavilə məhdudiyyətlərini aradan qaldırmışdır ki, bu da şirkətlərin istədikləri halda fərdi məlumatları dərc etmələrinə imkan verir.

MHŞT-nin tətbiqinə dair heç bir digər hüquqi və ya normativ maneə yoxdur. Maraqlı tərəflərin fikirləri

Şirkətlər və Hökumət MHŞT-nin tətbiqinə dair heç bir maneənin qalmadığını hesab edir.

QHT Koalisiyası İş Planının və ÇTQ-nın olmamasının və hesabat formalarına düzəlişlərin edilməsi ilə bağlı onların təkliflərinin müzakirə edilməməsinin MHŞT-nin tətbiqinə mane olan və nəzərə alınmamış maneələr olduğunu iddia edir. Qiymətləndiricinin gəldiyi nəticə

QHT Koalisiyasının qeyd etdiyi problem bizim bu Göstərici üzrə Qiymətləndirmə vasitəsinə dair şərhimizin

Page 16: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

əhatə dairəsindən kənardır. Bu göstəriciyə əməl edilmişdir. 9. Hesabat formaları razılaşdırılmışdırmı? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: Hesabat formaları hesabatların açıqlanması və tutuşdurulması prosesi və yekun MHŞT hesabatının hazırlanması üçün vacibdir. Formalarda hansı gəlir növlərinin şirkətlər və hökumət tərəfindən açıqlanan məlumatlara daxil edildiyi müəyyən ediləcək. Formalar çoxtərəfli qrup tərəfindən razılaşdırılmalıdır.

MHŞT meyarlarına əsasən “neft, qaz və mədən sənayesi üzrə hökumətə edilən bütün maddi ödənişlər” və “hökumətin neft, qaz və mədən sənayesi ilə məşğul olan şirkətlərdən əldə etdiyi bütün maddi daxilolmalar” dərc edilməsi tələb olunur. Bu səbəbdən, çoxtərəfli qrupun razılığı ilə, MHŞT üzrə hesabat formalarında belə maddi ödəniş və daxilolmaların nədən ibarət olduğu və “maddi” anlayışının nəyi ifadə etdiyi müəyyən edilməlidir. Həmçinin, çoxtərəfli qrupun hesabatların verilməsi prosesinin əhatə etdiyi zaman müddətlərini də müəyyən etməsi vacibdir. Hesabata daxil edilməməsi və ya haqqında yanlış məlumatın göstərilməsi yekun MHŞT Hesabatına maddi dərəcədə təsir edə biləcək gəlir axını maddi gəlir axını hesab edilir.

Ümumi olaraq, aşağıdakı gəlir növlərinin hesabatlara daxil edilməli olduğu qəbul edilir:

• Ev sahibi hökumətin hasilatdakı payı.

• Milli dövlət şirkətinin hasilatdakı payı.

• Mənfəət vergisi.

• Royalti (mədən vergisi).

• Dividentlər.

• Bonuslar (imzalama, kəşf, hasilat üzrə).

• Lisenziya haqları, icarə haqları, qeydiyyat haqları və lisenziya və/və ya konsessiyalar üçün digər ödənişlər.

• Mənfəət nefti.

• Çoxtərəfli qrup tərəfindən razılaşdırılmış hökumətin digər əhəmiyyətli mənfəətləri.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qoymətləndirici formaların hazırlanmasında çoxtərəfli qrupla məsləhətləşmə aparıldığını, daha geniş dairələrin formalarla bağlı öz fikirlərini bildirmək imkanına malik olduqlarını və çoxtərəfli qrupun formaların yekun variantlarına razılıq verdiyini təsdiq edən sübutla tanış olmalıdır. Bura aşağıdakı sübutlar aid ola bilər:

• çoxtərəfli qrupa təqdim edilmiş hesabat forması layihələri

• Çoxtərəfli qrupun hesabat formalarına dair müzakirələrinin protokolları.

• Daha geniş maraqlı tərəf qruplarına (məs. şirkətlərə) hesabat formalarının hazırlanması ilə bağlı məlumat verilməsi.

• Maraqlı tərəflərin aidiyyəti olan məsələləri anlaya bilmələrini təmin etmək məqsədilə görülmüş tədbirlər.

• Çoxtərəfli qrupun hesabat formaları, o cümlədən hesabatlara daxil edilməli olan gəlir növləri ilə razılaşdığını ifadə edən razılığı.”

Page 17: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Əldə edilmiş irəliləyiş

Hesabat formaları maraqlı tərəflər arasında 2004-cü ildə imzalanmış Anlaşma memorandumunun bir hissəsi kimi razılaşdırılmışdır. Formaların doldurulması qaydalarının göstərildiyi təlimat da hazırlanmışdır.

Formalarda aşağıdakılara dair hesabat verilməsi tələb olunur:

• Hökumətə xarici şirkətlərdən aşağıdakılar üzrə daxilolmalar:

o Neft hasilatı (natura və dəyər ifadəsində).

o Qaz hasilatı (natura və dəyər ifadəsində).

o Əsas metalların hasilatı (natura və dəyər ifadəsində).

o Qiymətli metalların hasilatı (natura və dəyər ifadəsində).

• Hökumətə yerli şirkətlərdən aşağıdakılar üzrə daxilolmalar:

o Neft hasilatı üzrə (natura və dəyər ifadəsində).

o Qaz hasilatı üzrə (natura və dəyər ifadəsində).

o Əsas metalların hasilatı üzrə (natura və dəyər ifadəsində).

o Qiymətli metalların hasilatı üzrə (natura və dəyər ifadəsində).

• Hökumətə xarici şirkətlərdən aşağıdakılar üzrə digər daxilolmalar:

o Royalti (mədən vergisi) (natura və dəyər ifadəsində).

o Mənfəət vergisi.

o Digər vergilər (fiziki şəxslərin gəlir vergisi, sosial vergi və ödəmə mənbəyindən tutulan vergi istisna

olmaqla).

o İmzalama bonusları və digər bonuslar.

o Lisenziya haqları, qeydiyyat haqları və lisenziyalar üçün digər ödənişlər.

o Digər cəmi daxilolmalar, o cümlədən torpaq sahələrinin icarə haqqı və tranzit haqları.

• Hökumətə yerli şirkətlərdən aşağıdakılar üzrə digər daxilolmalar:

o Royalti (mədən vergisi) (natura və dəyər ifadəsində).

o Mənfəət vergisi.

o Digər vergilər (fiziki şəxslərin gəlir vergisi, sosial vergi və ödəmə mənbəyindən tutulan vergi istisna

olmaqla).

o İmzalama bonusları və digər bonuslar.

o Lisenziya haqları, qeydiyyat haqları və lisenziyalar üçün digər ödənişlər.

o Digər cəmi daxilolmalar, o cümlədən torpaq sahələrinin icarə haqqı və tranzit haqları.

Maraqlı tərəflərin fikirləri

Vətəndaş cəmiyyəti hesabat formalarına dəyişiklik edilməli və şirkətlər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlər daxil edilməli və fərdi hesabatların verilməsinə imkan yaradılmalı olduğunu iddia edirlər.

Hökumət hesabat formaları ilə razıdırlar.

Şirkətlər hesabat formaları ilə razıdırlar və sosial müdafiə üzrə ödənişlərin MHŞT hesabatlarına daxil edilməli olduğunu hesab etmirlər. Qiymətləndiricinin gəldiyi nəticə

Biz vətəndaş cəmiyyətinin tələbinin bu göstəricinin tələblərindən kənara çıxdığını hesab edirik. Bu göstəriciyə əməl edilmişdir.

Page 18: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

10. Çoxtərəfli komissiya rəqəmlərin tutuşdurulması üçün təyin edilmiş təşkilatla razıdırmı? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: Şirkətlər və hökumət tərəfindən açıqlanmış rəqəmləri qəbul etmək, həmin rəqəmləri tutuşdurmaq və yekun MHŞT hesabatını hazırlamaq üçün təşkilat təyin edilməlidir. Belə təşkilat müxtəlif şəkildə - inzibatçı, müqayisəçi və ya auditor adlandırılır. Bu funksiyanın maraqlı tərəflərin etibarlı, mötəbər və texniki cəhətdən bacarıqlı hesab etdikləri təşkilat tərəfindən həyata keçirilməsi vacibdir.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici çoxtərəfli qrupun rəqəmləri tutuşdurmaq üçün təyin edilmiş təşkilatla razı olduqlarını təsdiq edən sübutla tanış olmalıdır. Bura aşağıdakı sübutlar daxildir:

• Çoxtərəfli qrup tərəfindən razılaşdırılmış əsas şərtlər toplusu

• Potensial qiymətləndiricilərin müəyyən edilməsi üçün MHŞT Katibliyi və İdarə Heyəti ilə şəffaf əlaqələr.

• Çoxtərəfli qrupun təşkilatın seçimi ilə bağlı yekun qərarla razılaşması.” Əldə edilmiş irəliləyiş

Müntəzəm tutuşdurmanın həyata keçirilməsi üçün Əsas Şərtlər Toplusu Anlaşma Memorandumunun bir hissəsi kimi maraqlı tərəflər arasında razılaşdırılmışdır.

Audit şirkəti Anlaşma Memorandumunun tərəflərinin hər birindən iki nümayəndə olmaqla təşkil edilmiş Audit Seçim Komissiyası tərəfindən seçilir. Maraqlı tərəflərin fikirləri

Audit şirkətinin seçilməsi zamanı Hökumətin və şirkətlərin əksər hallarda səs üstünlüyünə malik olması ilə bağlı QHT Koalisiyasının şikayətinə baxmayaraq, ümumilikdə maraqlı tərəflər prosesdən razıdırlar. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir. 11. Hökumət bütün şirkətlərin hesabat verməsini təmin etmişdirmi? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT meyarlarına əsasən bütün – dövlət (dövlətə məxsus), özəl, xarici və yerli - şirkətlərin razılaşdırılmış hesabat formalarına uyğun qaydada, açıqlanmış rəqəmləri tutuşdurmaq üçün təyin edilmiş təşkilata hökumətə edilən ödənişlərə dair hesabat verməsi tələb olunur. Hökumət bütün şirkətlərin hesabat vermələrini təmin etmək üçün bütün müvafiq tədbirləri görməlidir. Belə tədbirlərə könüllü razılaşmalar, normativ sənədlər və qanunlar aid edilə bilər. Bəzi şirkətləri qısa müddət ərzində hesabat verməyə məcbur etməyin mümkün olmaması üçün əsaslı səbəblərin (müstəsna olsa belə) olduğu qəbul edilir. Bu halda, hökumət belə şirkətləri orta müddətdə hesabatların verilməsi prosesinə cəlb etmək üçün müvafiq tədbirləri gördüyünü və həmin tədbirlərin digər şirkətlər üçün məqbul olduğunu nümayiş etdirməlidir.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici hökumətin aşağıdakı tədbirlərdən birini gördüyünü təsdiq edən sübutla tanış olmalıdır:

• Şirkətlər tərəfindən MHŞT Meyarlarına və razılaşdırılmış hesabat formalarına uyğun hesabatların verilməsini məcburi edən təklif edilmiş/düzəliş edilmiş qanunlar.

• Şirkətlər tərəfindən MHŞT Meyarlarına və razılaşdırılmış hesabat formalarına uyğun hesabatların verilməsini məcburi edən təklif edilmiş/düzəliş edilmiş normativ sənədlər.

Page 19: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

• Bütün şirkətlərlə MHŞT Meyarlarına və razılaşdırılmış hesabat formalarına uyğun hesabatların verilməsini təmin edəcək danışıqlar yolu ilə əldə edilmiş razılaşmalar (məs. Anlaşma memorandumları və hasilatın pay bölgüsü haqqında müqavilələrin məxfiliyə dair müddəalarından imtina).

• Şirkətlərin prosesdə iştirak etmədikləri hallarda, belə şirkətlərin razılaşdırılmış (maraqlı tərəflərlə) tarixə qədər hesabat vermələrini təmin etmək üçün hökumət tərəfindən ümumi qəbul edilmiş (digər maraqlı tərəflər tərəfindən) tədbirlərin görülməsi.”

Əldə edilmiş irəliləyiş

Azərbaycanda şirkətlər tərəfindən hesabatların verilməsi könüllüdür. 8-ci Göstərici ilə bağlı göstərilənlərdə deyildiyi kimi, HPBS-lərdə yer alan məxfiliyə dair müddəalar ilkin olaraq MHŞT-nin tətbiqinə dair maneələrdən idi. Bunu aradan qaldırmaq məqsədilə, ARDNŞ 18 noyabr 2004-cü il tarixində bildiriş (№ 01-44/832) vermişdir.

Azərbaycanda hasilat sənayesi sahələrində fəaliyyət göstərən bütün şirkətlər Anlaşma memorandumunu imzalamış və ya Qoşulma haqqında Sənəd imzalamışlar və bununla hesabat verməyə razılıq vermişlər. Maraqlı tərəflərin fikirləri

Maraqlı tərəflər şirkətlər tərəfindən hesabatların verilməsində müəyyən gecikmələrin olduğunu bildirsələr də, bütün şirkətlər Anlaşma memorandumunda nəzərdə tutulduğu qaydada müntəzəm şəkildə öz hesabatlarını vermişlər. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir. 12. Hökumət şirkətlərin hesabatlarının beynəlxalq standartlara müvafiq audit yoxlamasından

keçmiş hesablara əsaslanmış olmasını təmin etmişdirmi? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT meyarlarına əsasən şirkətlər tərəfindən açıqlanmış bütün məlumatların beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçmiş hesablardan çıxarılmış məlumatlara əsaslanmış olması tələb olunur. Bu, MHŞT-nın tətbiqinin ən vacib komponentlərindən biridir.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici hökumətin şirkətlər tərəfindən təqdim edilən məlumatların beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçməsini təmin etmək üçün tədbirlər gördüyünü təsdiq edən sübutla tanış olmalıdır. Bura aşağıdakılar aid edilə bilər:

• Hökumət tərəfindən rəqəmlərin beynəlxalq standartlara müvafiq təqdim edilməsini tələb edən qanunların qəbul edilməsi.

• Beynəlxalq standartlara müvafiqliyini təmin etmək məqsədilə hökumət tərəfindən mövcud audit standartlarına düzəliş edilməsi və şirkətlərdən onlara uyğun fəaliyyət göstərmələrinin tələb edilməsi.

• Hökumət tərəfindən şirkətlərlə Anlaşma memorandumunun razılaşdırılması və şirkətlərin həmin memoranduma əsasən təqdim edilən rəqəmlərin beynəlxalq standartlara müvafiq olmasını təmin etməyə razılıq verməsi.

• Şirkətlərin könüllü olaraq beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçmiş rəqəmlər təqdim etmək öhdəliyi götürməsi.

• Şirkətlərin beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçməmiş rəqəmlər təqdim etməsi halında, hökumətlə şirkətlər (o cümlədən dövlətə məxsus müəssisələr) arasında müəyyən edilmiş vaxt qrafikinə uyğun olaraq beynəlxalq standartların təmin edilməsi üçün planın razılaşdırılması.

• Tutuşdurulmaq üçün təqdim edilmiş rəqəmlər audit standartlarına uyğun olmadığı hallarda, çoxtərəfli qrupun bu məsələ üçün razılaşdırılmış həll yolu ilə razı olması.”

Page 20: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Bu göstəricidə, GQV-də və Qiymətləndirmə Təlimatının auditlə bağlı bəzi digər hissələrində deyilənlərə aydınlıq gətirilməli olduğunu hesab edirik. Dəqiq audit terminləri ilə desək, bu göstəricidə istifadə edilmiş “beynəlxalq standartlara müvafiq olaraq audit yoxlamasından keçmiş hesablar” ifadəsində diplomlu mühasibin səhmdar cəmiyyətin maliyyə hesabatlarının auditi zamanı tətbiq etdiyi standartlara istinad olunur. MHŞT hesabatlarının yarım illik olaraq verildiyi Azərbaycanda Hökumətə (və ya hər hansı digər şəxslərə) edilən nağd ödənişlərə dair hesabata nəzarət edilməsi, xüsusilə ilin ortasında, belə bir auditin adi bir hissəsini təşkil etmir.

Təlimatda auditorun işinin necə müəyyən edildiyi aydınlaşdırılmalıdır: auditorlar üçün müxtəlif texniki terminlərin çox fərqli mənaları vardır və hazırda Təlimat birmənalı izaha malik deyil və bu isə yanlış anlaşılmaya səbəb ola bilər.

Audit yoxlamasından keçirilmiş hesabatların buraxılmasında baş verən gecikmələri nəzərə aldıqda, hesabatların müntəzəm qaydada verildiyi əksər hallarda, şirkətlər tərəfindən təqdim edilmiş hesabatların hesabatların verilməli olduğu vaxtda audit yoxlamasından keçirilmiş hesablara əsaslanmaması ehtimalı böyükdür.

Bu Qiymətləndirə ilə bağlı 12-ci Göstəricidə deyilənlər üçün verdiyimiz şərhə əsasən hesabatları təqdim edən şirkətlərin beynəlxalq standartlara müvafiq olaraq audit yoxlamasından keçməsi tələb olunur. Əldə edilmiş irəliləyiş

Əlavə 2-də verilmiş Şirkətlərin Özünü Qiymətləndirmə formalarında göstərildiyi kimi bütün şirkətlər Anlaşma Memorandumuna müvafiq olaraq MHŞT hesabatlarını müntəzəm qaydada təqdim edirlər və bir şirkət (Azgerneft) istisna olmaqla, bütün şirkətlərdə beynəlxalq standartlara müvafiq olaraq audit aparılır. Azgerneft 2009-cu ildə maliyyə hesabatlarının auditini həyata keçirmək üçün beynəlxalq auditor dəvət etməyi planlaşdırır.

Həmçinin, HPBS-lərə əsasən birgə hesabların beynəlxalq neft standartlarına müvafiq olaraq saxlanılması tələb olunur.

18 iyul 2005-ci il tarixli Qərara əsasən ARDNŞ 1 yanvar 2008-ci il tarixinə qədər Beynəlxalq Maliyyə Hesabatları Standartlarına müvafiq olaraq mühasibat uçotunu həyata keçirməli və maliyyə hesabatlarını həyata keçirməlidir. 2007-ci ildən bəri ARDNŞ-də audit beynəlxalq standartlara müvafiq aparılmışdır. Müəssisənin beynəlxalq standartlara müvafiq ilk audit hesabatı Ernst & Young tərəfindən 2008-ci ilin dekabr ayında dərc edilmişdir. Maraqlı tərəflərin fikirləri

Hökumət və şirkətlər hesabatların verilməsinin hazırkı vəziyyətindən razıdırlar.

QHT Koalisiyası yarım illik tutuşdurmanın həyata keçirilməsinin beynəlxalq standartlara müvafiq olaraq həyata keçirilmiş audit olmadığını iddia edir. Bu, bu göstəriciyə aid şərhlərindəki uyğunsuzluğu göstərir.

Bundan əlavə, Koalisiya həcmlərin, maya dəyərlərinin və satış qiymətlərinin audit yoxlamasından keçirilməli olduğunu iddia edir. Bəziləri mövcud müqavilələrin də qiymətləndirilməsini istəyir. Qiymətləndiricinin gəldiyi nəticə

Hesabatların yarım illik tutuşdurulması dəqiq audit terminlərində nəzərdə tutulan audit kimi nəzərdə tutulmur və heç vaxt tutulmamışdır. Azərbaycanın bizim bu göstərici ilə bağlı şərhimizə əməl etdiyini hesab edirik. 13. Hökumət hökumətin hesabatlarının beynəlxalq standartlara müvafiq olaraq audit

yoxlamasından keçmiş hesablara əsaslanmış olmasını təmin etmişdirmi? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT meyarlarına əsasən hökumət tərəfindən açıqlanmış bütün məlumatların beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçməsini tələb edir.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün qiymətləndirici hökumətin təqdim edilən məlumatların beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçməsini təmin etmək üçün tədbirlər gördüyünü təsdiq edən sübutla tanış olmalıdır. Bura aşağıdakılar aid edilə bilər:

• Hökumət tərəfindən rəqəmlərin beynəlxalq standartlara müvafiq təqdim edilməsini tələb edən

Page 21: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

qanunların qəbul edilməsi.

• Beynəlxalq standartlara müvafiqliyini təmin etmək məqsədilə hökumət tərəfindən mövcud audit standartlarına düzəliş edilməsi və onlara əməl edilməsinin təmin edilməsi.

• Tutuşdurulmaq üçün təqdim edilmiş rəqəmlər audit standartlarına uyğun olmadığı hallarda, çoxtərəfli qrupun bu məsələ üçün razılaşdırılmış həll yolu ilə razı olması.”

Bu göstəricidə deyilənlərin aydınlaşdırılmasına ehtiyac olduğunu hesab edirik. “Hökumətin hesabatları” dedikdə dövlət orqanları tərəfindən hazırlanmış və tutuşdurmanı həyata keçirən orqana təqdim edilən hesabatlar nəzərdə tutulmalıdır.

Bizdə olan məlumatlara görə dövlət sektorunda mühasibat uçotu üçün geniş şəkildə tətbiq edilən standart yoxdur. Dövlət sektorunun auditinin həyata keçirilməsi üçün beynəlxalq standartın tələb edilməsi daha çox mübahisəli olardı. Öz hesablarını diplomlu mühasibə yoxlatdıran hər hansı hökumətin olduğu bizə məlum deyil. Əldə edilmiş irəliləyiş

Təqdim edilmiş Hökumət hesabatları Vergilər Nazirliyi, ARDNF, ARDNŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınmış rəqəmlərə əsaslanır. Əvvəlki bölmədə göstərildiyi kimi, 2007-ci ildən bəri ARDNŞ-də beynəlxalq standartlara müvafiq audit yoxlaması aparılır. ARDNF-də isə fəaliyyətə başladığı 2001-ci ildən beynəlxalq standartlara müvafiq audit yoxlaması aparılır.

Hökumətin hesabları, o cümlədən Vergilər Nazirliyinin hesabları Milli Məclis qarşısında hesabat verən Hesablama Palatası tərəfindən yoxlanılır.

Hökumət 2010-cu ilə qədər öz hesabatlarını Dövlət Sektorunda Beynəlxalq Mühasibat Standartlarına (IPSAS – təklif olunmuş beynəlxalq standart) uyğunlaşdırmaq üçün layihə həyata keçirir. Lakin işlərin bu vaxta qədər başa çatdırılacağı ilə bağlı fərqli fikirlər söylənilir. (IPSAS-a əsasən hesabatlar yığılmış hesablar əsasında hazırlanır, lakin əksər Hökumətlər nağd hesablara əsaslanan mühasibat uçotu sistemi tətbiq edir).

Vergilər Nazirliyi vergilərin toplanması məqsədilə bütün şirkətlərdə, o cümlədən ARDNŞ-də yoxlamalar aparmaq hüququna malikdir. Həm ARDNŞ, həm də ARDNF operatorların hesablarını və ölçü sistemlərini yoxlamaq/təftiş etmək hüququna malikdir. Maraqlı tərəflərin fikirləri

Hökumət mövcud hesabatların verilməsi sistemindən razıdır. Bununla belə Hökumət və ARDNŞ-nin mühasibat uçotu və hesabatların verilməsi sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş aydın planlar həyata keçirilməkdədir. Qiymətləndiricinin gəldiyi nəticə

Hökumətin hesablarının və Hökumət müəssisələrinin auditi ilə bağlı Azərbaycanın yanaşmasında təkmilləşmə həyata keçirilməkdədir və əsas sistemin beynəlxalq səviyyədə tətbiq olunan modellərə uyğun olduğu görünür. Bu göstəriciyə əməl edildiyini hesab edirik. AÇIQLAMA 14. Şirkətlər tərəfindən neft, qaz və mədən sənayesi üzrə hökumətə edilmiş bütün maddi

ödənişlər (“ödənişlər”) rəqəmləri tutuşdurmaq və MHŞT hesabatı hazırlamaq üçün cəlb edilmiş təşkilata açıqlanmışdırmı?

Meyarın şərhi

Bu göstərici aydındır. Verdiyimiz şərhə əsasən adi kiçik ödənişlər və hasilat sənayesi sahələrində fəaliyyət göstərib göstərməməsindən asılı olmayaraq bütün müəssisələr tərəfindən ödənilən vergilər MHŞT hesabatlarına daxil edilməli deyil. Əldə edilmiş irəliləyiş

Hesabat formaları razılaşdırılmışdır və MHŞT formalarına uyğundur. Şirkətlər tərəfindən açıqlanmış rəqəmlərin bəzilərinin dəqiqliyi ilə bağlı güclü tənqidlərin olmasına baxmayaraq, hazırda şirkətlər tərəfindən müntəzəm hesabatların verilməsində böyük problemlərin olmadığını hesab edirik.

Page 22: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Maraqlı tərəflərin fikirləri

Hökumət və şirkətlər bütün maddi ödənişlərə dair hesabatların verildiyini təsdiq edirlər. QHT Koalisiyası aşağıdakıların daxil edilməsi üçün hesabat formalarına dəyişiklik edilməsini istəyir:

• Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlər.1

• Podratçılara (bəzən yerli, əksər hallarda isə qlobal səviyyədə neft sənayesi üçün böyük müqavilələri həyata keçirən neft xidməti şirkətlərinə) edilən ödənişlər.

Bundan əlavə, Koalisiya tutuşdurmanın nəticələrinin fərdi şəkildə dərc edilməli olduğunu iddia edir. Koalisiya hesabat formalarına yenidən baxılması ilə bağlı dəfələrlə müraciət etmişdir və bununla bağlı heç bir şey edilmədiyindən şikayətlənir. Qiymətləndiricinin gəldiyi nəticə

Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin Hökumətə edilən “Maddi Ödənişlər” hesab edilməsinin mümkünlüyünü qəbul edirik. Bununla belə, belə ödənişlərin müəyyən edilmiş MHŞT üzrə hesabat formalarına daxil edilmədiyini nəzərə aldıqda, onların verilən hesabatlara daxil edilməsinin Qiymətləndirmənin tələbi olduğunu hesab etmirik.

Hesabat formaları MHŞT təlimatlarına uyğun olduğundan bu göstəriciyə əməl edildiyini hesab edirik.

“Maddi Ödənişlər” ifadəsi dəqiq tərif verilmədən istifadə edildikdə fərqli şərhlərin verilməsinə səbəb ola biləcəyinə görə həmin ifadənin aydınlaşdırılması üçün bu göstəriciyə yenidən baxılmalıdır. 15. Neft, qaz və mədən sənayesi üzrə hökumət tərəfindən alınmış bütün maddi daxilolmalar

(“daxilolmalar”) rəqəmləri tutuşdurmaq və MHŞT hesabatı hazırlamaq üçün cəlb edilmiş təşkilata açıqlanmışdırmı?

Meyarın şərhi

Bax 14-cü Göstərici. Əldə edilmiş irəliləyiş

Hökumət tərəfindən müntəzəm hesabatların verilməsində hər hansı böyük problemlərin olmadığı bizə məlumdur. Hökumət və şirkətlərin hesabatları doqquz hesabat dövrü üzrə tutuşdurulmuşdur və ilkin mərhələlərdə qazın həcmi ilə bağlı kiçik iradlar bildirilmişdir. Maraqlı tərəflərin fikirləri

14-cü Göstərici ilə bağlı göstərilənlərlə eynidir. Qiymətləndiricinin gəldiyi nəticə

14-cü Göstərici ilə bağlı göstərilənlərlə eynidir. 16 Çoxtərəfli qrup şirkətlər və hökumət tərəfindən açıqlanan rəqəmləri tutuşdurmaq üçün cəlb

edilmiş təşkilatın bu işi qənaətbəxş şəkildə yerinə yetirməsi ilə razılaşmışdırmı? Meyarın şərhi

Bu göstərici aydındır. Əldə edilmiş irəliləyiş

Müntəzəm tutuşdurma prosesini həyata keçirmək üçün üç müxtəlif audit şirkəti cəlb edilmişdir. Bu illər ərzində hesabat formalarında kiçik təkmilləşdirmələr aparılmışdır. Maraqlı tərəflərin fikirləri

Audit şirkəti Anlaşma Memorandumunun hər bir tərəfdən iki nümayəndə olmaqla təşkil edilmiş Audit Seçim Komissiyası tərəfindən müsabiqə yolu ilə seçilir. 1 Hökumət, Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin xüsusi və ayrıca fonda daxil olduğunu əsas gətirərək, onların dövlətə edilən ödənişlər hesab edilməməli olduğunu iddia edir.

Page 23: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Validatorun gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir. 17. MHŞT hesabatında uyğunsuzluqlar müəyyən edilirmi və görülməli olan tədbirlərlə bağlı

tövsiyələr verilirmi? Meyarın şərhi

Bu göstərici aydındır. Əldə edilmiş irəliləyiş

Təqdim edilmiş hesabatlardakı bütün fərqlər audit şirkətləri tərəfindən izah edilmişdir. Fərqlərin əksəriyyəti şirkətlər tərəfindən yanlış hesabatların verilməsindən irəli gəlmişdir. Bu səbəbdən şirkətlərin özlərinin hesabatların verilməsi sistemlərini təkmilləşdirməli olduqları ilə bağlı tövsiyədən başqa hər hansı digər tövsiyələr verilməmişdir. Maraqlı tərəflərin fikirləri

QHT Koalisiyası şirkətlər tərəfindən müntəzəm olaraq hesabatlarda səhvlərə yol verilməsini tənqid edir və belə səhvlərin verilməsinin səbəblərinin aydın olmadığını iddia edir. Bundan əlavə, Koalisiya MHŞT hesabatlarındakı bütün fərqlərin audit şirkətləri tərəfindən izah edilmədiyini iddia edir. Qiymətləndiricinin gəldiyi nəticə

Verilmiş hesabatlardakı bütün fərqlər son hesabat mərhələlərində izah edilmişdir. Lakin şirkətlərin hesabatlarında edilmiş təkrar səhvlərin sayı qiymətləndiricini təəccübləndirmişdir. Bu səhvlər aidiyyəti olan tərəflər üzərinə əlavə və lüzumsuz yük qoymuş olur.

Sənayedə çoxlu sayda fərqli ölçü vahidlərdən və valyutadan istifadə edildiyi vaxtda düzgün hesabatların verilməsi üçün müəyyən dərəcədə bacarığın tələb olunduğunu qəbul edirik. Lakin hesabatların bu qaydada verilməsi HPBS-də paya və ya lisenziyaya sahib olmaq hüququ almış şirkətin səlahiyyətləri daxilində yaxşı olmalıdır. Şirkətlərin öz hesabatlarınin verilməsi sistemlərini təkmilləşdirmək məqsədilə görülməli olan tədbirlərlə bağlı ümumi razılığa gəlmələrinin vacib olduğunu hesab edirik.

Bu göstəriciyə əməl edilmişdir. Neft, qaz və mədən sənayesi sahələrində fəaliyyət göstərən şirkətlər MHŞT-nin tətbiqini necə dəstəkləmişdir? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT Prinsipləri və Meyarlarına əsasən, MHŞT-ni tətbiq edən ölkələrdə müvafiq sektorlarda fəaliyyət göstərən bütün şirkətlər hökumətə edilən maddi ödənişləri razılaşdırılmış hesabat formalarına müvafiq olaraq açıqlamalı və MHŞT-nin tətbiqini dəstəkləməlidirlər. Bura aşağıdakılar daxildir: təşəbbüsə dəstəyin ictimai şəkildə bildirilməsi; çoxtərəfli prosesdə iştirak və ya onun dəstəklənməsi; beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçirilmiş razılaşdırılmış məlumatların açıqlanması; və şirkət formaları ilə bağlı suallar olduğu hallarda qiymərtləndirici ilə əməkdaşlıq edilməsi.

Sübut: Bu göstəriciyə əsasən qiymətləndiricidən ümumi qiymətləndirmənin verilməsi tələb olunmur. Qiymətləndirici MHŞT Qiymətləndirmə Hesabatında hər bir şirkət tərəfindən doldurulması tələb olunan özünü qiymətləndirmə üçün Şirkət Formalarına (aşağıda) əsaslanan yazılı qiymətləndirməni verməlidir. Şirkətlər tərəfindən formalar doldurulmadığı hallarda, qiymətləndirici bu halı yekun hesabatda qeyd etməlidir. Bundan əlavə, qiymətləndirici aidiyyəti olan şirkət haqqında artıq ictimaiyyətə məlum olan hər hansı müvafiq məlumatları da daxil etməlidir. Şirkətə bu məlumatları yoxlamaq imkanı verilməlidir. Formalardan MHŞT Hesabatında şirkətlərin fəaliyyətlərinə dair yekun rəyi bildirmək məqsədilə istifadə etməklə yanaşı, onlar ictimaiyyətə açıqlanmalı və şirkətlərin cavablarının yerləşdirildiyi cədvəl MHŞT Hesabatına daxil edilməlidir.

Page 24: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Qiymətləndirici qiymətləndirmə prosesi başlayarkən formaları doldurmalı olan şirkətlərlə əlaqə saxlamalı onlara formaların doldurulması ilə bağlı tələb haqqında məlumat verməli və formaların qiymətləndiriciyə qaytarılmalı olduğunu bildirməlidir. Bundan əlavə, qiymətləndirici şirkətlərdən öyrənilmiş dərslər və qabaqcıl təcrübəyə dair öz fikirlərini bildirmələrini xahiş etməlidir. Şirkətlərin öz fikirlərini bildirmələri üçün iki yol olacaq:

• Şirkətlər özünü qiymətləndirmə formalarında olan boş yerdən istifadə edə bilərlər, və ya

• Şirkətin bildirmək istədiyi məsələlər həssas məsələlər olduğu hallarda, şirkətlər qiymətləndiriciyə şifahi məlumatlar verə bilərlər. Qiymətləndirici əldə edilmiş nəticə və təcrübələri Qiymətləndirməyə dair Hesabatda anonim şəkildə ümumiləşdirməlidir.

Özünü qiymətləndirmə forması ilk növbədə şirkətlər tərəfindən aşağıdakı qaydada doldurulmalıdır:

Ölkə səviyyəsində:

• Ölkədə fəaliyyət göstərən hər bir neft, qaz və ya mədən sənayesi şirkəti qiymətləndirilən zaman özünü qiymətləndirmə olaraq ölkə səviyyəli Şirkət Formasını doldurmalı və qiymətləndiriciyə təqdim etməlidir.

• Milli qiymətləndirici cavabları nəzərdən keçirərək tutuşduracaq və əlavə sualları olduqda və ya əlavə yardımçı məlumata ehtiyac olduqda şirkətlərlə əlaqə saxlaya bilər. Şirkətlər belə müraciətlərə müsbət yanaşmalıdırlar.

• Şirkətlər fəaliyyət göstərdikləri hər bir ölkə üçün forma hazırlamalıdırlar və onları özlərinin xarici internet saytlarında açıqlamalıdırlar.

Beynəlxalq səviyyədə:

• MHŞT-ni dəstəkləməklə bağlı beynəlxalq səviyyədə öhdəlik götürmüş şirkətlər beynəlxalq səviyyəli özünü qiymətləndirmə formalarını doldurmalıdırlar.

• Beynəlxalq Şirkət Formaları hər bir şirkət tərəfindən doldurulmalı və MHŞT Katibliyinə göndərilməlidir. MHŞT Katibliyi həmin formaları MHŞT-nin internet saytında yerləşdirəcək.

• Şirkətlər həmçinin öz internet saytlarında MHŞT ilə bağlı aydın təsdiqləyici məlumat yerləşdirməlidirlər.”

Əldə edilmiş irəliləyiş

Şirkətlər üçün Özünü Qiymətləndirmə Formaları Əlavə 2-də verilmişdir.

Bəzi şirkətlər Azərbaycanda MHŞT prosesini fəal şəkildə dəstəkləmişdir. İki Şirkət (BP və Statoil) öz internet saytlarında fərdi məlumatları açıqlamaqla minimum MHŞT standartlarından daha artıq şəffaflıq standartlarını təmin etmişlər. Azərbaycanda fəaliyyət göstərən bəzi digər şirkətlərin də bu nümunəyə əməl etməyi planlaşdırdığı bizə məlumdur.

İllik tutuşdurmaların həyata keçirilməsi xərcləri şirkətlər tərəfindən birgə ödənilir (Hökumət yarım illik tutuşdurmanın xərcini ödəyir). Maraqlı tərəflərin fikirləri

Bəzi şirkətlərin Azərbaycanda nümayəndəliyi yoxdur ki, bu da onlarla MHŞT Katibliyi arasında əlaqələrin yaradılmasında gecikmələrə səbəb olur. Azərbaycanda nümayəndəliyi olan bəzi şirkətlər isə bütün əhəmiyyətli suallara cavab vermək üçün baş ofislərinə müraciət etməli olurlar ki, bu da yubanmalara səbəb olur. Qiymətləndiricinin gəldiyi nəticə

Bu göstəriciyə əməl edilmişdir.

Page 25: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

YAYMA 18. MHŞT hesabatı hamı üçün açıq, tam və anlaşıqlı şəkildə açıqlanmışdırmı? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT Hesabatı ictimaiyyətə açıqlandıqda, geniş şəkildə yayıldıqda və maraqlı tərəflərin geniş dairələri arasında açıq şəkildə müzakirə edildikdə MHŞT tam olaraq tətbiq edilmiş olur. MHŞT Meyarlarına əsasən Hesabatın ictimaiyyətə hamı üçün açıq, tam və anlaşıqlı şəkildə açıqlanması tələb olunur.

Sübut: Bu göstəricinin yerinə yetirildiyini qeyd etmək üçün Validator hökumətin Hesabatın MHŞT Meyarlarına müvafiq şəkildə, o cümlədən aşağıdakılar həyata keçirilməklə ictimaiyyətə açıqlanmasını təmin etdiyini təsdiq edən sübutla tanış olmalıdır:

• Hesabatın kağız nüsxələrinin hazırlanması və maraqlı tərəflərin geniş dairələri, o cümlədən vətəndaş cəmiyyəti, şirkətlər, mətbuat və başqaları arasında yayılması.

• Hesabatın onlayn qaydada təqdim edilməsi və onun internetdəki yerinin əsas maraqlı tərəflərə bildirilməsi.

• Qiymətləndirmə prosesinin bir hissəsi olaraq toplanılmış bütün məlumatlar və təkmilləşdirməyə dair bütün tövsiyələr daxil edilməklə Hesabatın tamlığının təmin edilməsi.

• Aydın, anlaşılan və müvafiq dillərdə yazılmasını təmin etməklə Hesabatın anlaşıqlılığının təmin edilməsi.

• Hesabatla bağlı məlumatları yaymaq məqsədilə hökumət, vətəndaş cəmiyyəti və ya şirkətlər tərəfindən təşkil edilmiş tədbirlərin keçirilməsinin təmin edilməsi.”

Əldə edilmiş irəliləyiş

MHŞT hesabatları ARDNF və MSŞAKoalisiyasının internet saytlarında yerləşdirilmişdir. Hesabatları MHŞT Katibliyindən kağız nüsxələr şəklində də əldə etmək olar.

Hesabatlar təqdim edildikdə Anlaşma Memorandumunun tərəfləri birgə məlumat yayırlar.

Hesabatların verilməsi prosesi müntəzəm xarakter almışdır. Belə ki, prosesin ilkin vaxtlarından fərli olaraq daha az böyük tədbirlər keçirilir. Maraqlı tərəflərin fikirləri

Maraqlı tərəflərin bu göstərici ilə bağlı hər hansı qeydləri yoxdur. Qiymətləndiricinin gəldiyi nəticə

Ümumilikdə hesabat anlaşıqlıdır və geniş şəkildə yayılır. Bu göstəriciyə əməl edilmişdir. Öyrənilmiş dərslərə müvafiq fəaliyyət göstərmək, ziddiyyətləri araşdırmaq və MHŞT-nin tətbiqinin davamlılığını təmin etmək üçün hansı tədbirlər görülmüşdür? Meyarın şərhi

Bu göstərici üçün Göstərici üzrə Qiymətləndirmə Vasitəsində aşağıdakılar göstərilir:

“Məqsəd: MHŞT hesabatının hazırlanması və yayılması MHŞT-nin tətbiqinin sonu hesab edilmir. Proses nəticə verdiyi halda dəyər qazanmış olur və tətbiq etmə zamanı öyrənilmiş dərslərə müvafiq fəaliyyət göstərilməsi, MHŞT Hesabatında göstərilən uyğunsuzluqların araşdırılması və MHŞT-nin tətbiqinin stabil və davamlı əsaslara söykənməsi vacibdir.

Sübut: Qiymətləndirici yuxarıda göstərilən məqsədin nəzərə alındığı təhlil mexanizminin yaradıldığını təsdiq edən sübutla tanış olmalıdır. Qiymətləndirici Qiymətləndirmə Hesabatında bu barədə rəyini bildirməlidir.”

Page 26: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Əldə edilmiş irəliləyiş

İlk hesabatlardakı təbii qazın həcmi ilə bağlı kiçik uyğunsuzluqlar aradan qaldırılmışdır. Hesabat formalarına kiçik dəyişikliklər edilmişdir.

Azərbaycanın beş il müddətində doqquz hesabat hazırlaması faktı MHŞT-nin tətbiqinin davamlılığını sübut edir. Hazırda tətbiq prosesi müntəzəm xarakter almışdır. Maraqlı tərəflərin fikirləri

Hər hansı qeydlər bildirilməmişdir. Qiymətləndiricinin gəldiyi nəticə

Bu məsələ ilə bağlı əlavə tədbirlərin görülməli olduğunu göstərən hər hansı öyrənilmiş dərs yoxdur. Bu göstəriciyə əməl edilmişdir.

Page 27: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 5: ŞİRKƏTLƏR TƏRƏFİNDƏN TƏTBİQ ETMƏ Azərbaycanda hasilat sənayesi sahələrində fəaliyyət göstərən bütün şirkətlər (hazırda 26 belə şirkət vardır) Anlaşma Memorandumunun tərəfləridirlər. Anlaşma memorandumunun imzalanmasından sonra Azərbaycanda fəaliyyətə başlamış şirkətlər Anlaşma Memorandumuna Qoşulma Sənədini imzalamışlar. Bütün şirkətlər MHŞT üzrə müəyyən edilmiş müntəzəm hesabatların verilməsi prosesinə əməl edirlər. Şirkətlər Audit Seçim Komissiyası və Qiymətləndirmə üzrə Komissiyada təmsil olunurlar.

Əlavə 2-də beş göstərici üzrə cavabların verildiyi Şirkətlər üçün Özünü Qiymətləndirmə Formaları verilir:

1. Şirkət bu ölkədə MHŞT prosesinə dəstək olaraq bəyanat vermişdirmi?

2. Şirkət Ölkənin MHŞT üzrə İş Planının (çoxtərəfli qrup tərəfindən razılaşdırılmış qaydada) icrasını dəstəkləmək və bu sahədə əməkdaşlıq etmək, o cümlədən MHŞT ilə bağlı hökumət tərəfindən verilən göstərişlərə (məs. Qanunlar və Anlaşma Memorandumu) əməl etmək və zəruri olduqda maraqlı tərəflərlə görüşlər keçirilməsinə dair öhdəliyi götürmüşdürmü?

3. Bütün maddi ödənişlər razılaşdırılmış MHŞT Hesabat Formalarına müvafiq və razılaşdırılmış vaxt məhdudiyyətlərinə uyğun şəkildə rəqəmləri tutuşdurmaq və MHŞT hesabatı hazırlamaq üçün təyin edilmiş təşkilata açıqlanmışdırmı?

4. Rəqəmləri tutuşdurmaq və MHŞT hesabatı hazırlamaq üçün təyin edilmiş təşkilata təqdim edilmiş məlumatlar beynəlxalq standartlara müvafiq müstəqil audit yoxlamasından keçmiş hesablardan götürülmüşdürmü?

5. Şirkət MHŞT Hesabat Formalarına müvafiq olaraq ölkənin ödənişlərinin hökumətə daxilolmalarla tutuşdurulmasına yardım etmək məqsədilə rəqəmləri tutuşdurmaq və MHŞT hesabatı hazırlamaq üçün təyin edilmiş təşkilatın suallarına cavab vermişdirmi?

Doldurulmuş formalar üç şirkət istisna olmaqla bütün şirkətlərin bu beş göstəriciyə əməl etdiyini göstərir:

• Şirvan Oyl və NICO şirkətləri tərəfindən birinci göstəriciyə əməl edilməmişdir.

• Azergerneft dördüncü göstəriciyə əməl etməmişdir, lakin həmin şirkət 2009-cu ildə öz maliyyə hesabatlarını yoxlamaq üçün beynəlxalq auditor dəvət etməyi planlaşdırır.

Page 28: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 6: ÜMUMİ QİYMƏTLƏNDİRMƏ Azərbaycan 2003-cü ildə Təşəbbüsü tətbiq etmək niyyətini elan etdikdən bəri Azərbaycandakı Anlaşma Memorandumunun tərəfləri MHŞT-nin həyata keçirilməsində böyük irəliləyişə nail olmuşlar. Təşəbbüslə bağlı adi olsa da ən əlamətdar nailiyyət neft və qaz sənayesindən daxilolmalara dair aşkar hesabatların verilməsidir. MHŞT-nin tətbiqindən əvvəl Azərbaycanda belə bir təcrübə olmadığı halda, hazırda bu hal müntəzəm xarakter almışdır.

Azərbaycanda MHŞT prosesinin qiymətləndiricisi olaraq, biz Azərbaycanın Qiymətləndirmə Təlimatında nəzərdə tutulmuş bütün göstəricilərə əməl etdiyini və bundan əlavə prosesin MHŞT Prinsip və Meyarlarına uyğun olduğunu təsdiq edirik.

Bununla belə prosesin daha da gücləndirilməsi üçün görülməli olan işlərin qaldığını hesab edirik. Bölmə 7-də tövsiyələrimiz təfsilatlı şəkildə verilmişdir.

Page 29: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 7: GƏLƏCƏKDƏ HƏYATA KEÇİRİLMƏLİ OLAN İŞLƏRƏ DAİR TÖVSİYƏLƏR Qiymətləndirici Azərbaycanda MHŞT ilə bağlı aşağıdakı islahatların prosesin daha da gücləndirilməsinə xidmət edəcəyini hesab edir:

1. Çoxtərəfli Qrup. Biz Azərbaycan MHŞT Katibliyinin daimi ÇTQ yaradılması təklifini dəstəkləyirik. Bunun MHŞT prosesinin strateji inkişafı üzərində maraqlı tərəflərin nəzarətinin artırılması üçün imkan yaradacağını hesab edirik.

2. İş Planı. MHŞT İş Planının yaradılması ilə bağlı səylər davam etdirilməlidir. İş Planı yeni yaradılmış ÇTQ tərəfindən hazırlanmalı və qrup planın icrasına nəzarət edilməsinə və mütəmadi olaraq ona yenidən baxılmasına görə cavabdehlik daşımalıdır.

3. Şirkətlər tərəfindən hesabatların verilməsinin təkmilləşdirilməsi. Şirkətlər təqdim etdikləri MHŞT hesabatlarının dəqiqliyinin artırılmasına yönəlmiş planın hazırlanması üçün birlikdə çalışmalıdırlar.

4. MHŞT hesabatlarının açıqlanması. QHT Koalisiyası hesabatların dərc edilməsi ilə eyni vaxtda vətəndaş cəmiyyətinin öz fikirlərini bildirməsinə imkan yaratmaq üçün MHŞT hesabatları açıqlanmazdan əvvəl onların təhlil edilməsi üçün vaxt verilməli olduğunu hesab edir. Bu yaxınlarda Katiblik MHŞT hesabatlarının təqdim edilməsinə mövcud yanaşmada dəyişiklik edilməsini təklif etmişdir. Dəyişikliyə əsasən nəticələr audit şirkəti tərəfindən maraqlı tərəflərə təqdim edilməli və 20-30 gün sonra audit şirkəti maraqlı tərəflərin verdiyi suallara cavab verməlidir. Hazırda ilk təqdimat zamanı MHŞT ilə bağlı birgə bəyanat verilir. Biz bəyanatın ikinci toplantıda verilməsini tövsiyə edirik. Bu, maraqlı tərəflərə hesabatın dərc edilməsi ilə eyni vaxtda öz fikirlərini bildirmək imkanı verəcək. Hesabatın ictimaiyyət arasında paylanmasından əvvəl o, məxfi hesab edilməlidir.

Page 30: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

BÖLMƏ 8: ÖYRƏNİLMİŞ DƏRSLƏR Bu, həyata keçirilmiş ilk MHŞT Qiymətləndirməsidir. Qrup Gələcəkdə həyata keçiriləcək Qiymətləndirmələr üçün bəzi vacib dərsləri müəyyən etmişdir:

1. Qiymətləndirmənin qrafiki. Qiymətləndirmə üçün ilkin olaraq müəyyən edilmiş vaxt qrafiki sıx idi. Onun razılaşdırılmış zaman müddəti ərzində müvəffəqiyyətlə başa çatdırılması MHŞT tərəflərinin tam şəkildə əməkdaşlıq göstərməsindən (o cümlədən Şirkətlər üçün Özünü Qiymətləndirmə Formalarının doldurulmasından və maraqlı tərəflərin qiymətləndirici tərəfindən təyin edilmiş toplantılarda iştirak etmələrindən) asılı idi. Qiymətləndirici ilə Azərbaycan MHŞT Katibliyi arasında sıx əməkdaşlıq çox vacib idi. Qiymətləndirmə üçün vaxt qrafikinin müəyyən edilməsi və qiymətləndirici tərəfindən tələb olunan sənədlərin təqdim edilməsində Katiblik tərəfindən qrupa göstərilən güclü dəstək də eyni dərəcədə əhəmiyyətə malik idi.

Prosesdə iştirak edən maraqlı tərəflərin sayından, fəaliyyət qabiliyyətindən, göstərdiyi əməkdaşlıqdan və coğrafi yerləşməsindən, ölkədə MHŞT-nin mürəkkəbliyindən və ölkənin MHŞT Katibliyi tərəfindən qrupa göstərilən dəstək və əməkdaşlığın səviyyəsindən asılı olaraq, digər ölkələrdə Qiymətləndirmənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün tələb olunan vaxt fərqlidir.

2. Qiymətləndirməyə hazırlıq. Effektiv hazırlıq Qiymətləndirmənin müvəffəqiyyətli olması üçün çox vacibdir. Qiymətləndirmə zamanı aşağıdakı hazırlıq işləri prosesin effektiv şəkildə başa çatdırılmasına xidmət etmişdir:

• Bir ay əvvəldən keçirilmiş hazırlıq seminarları maraqlı tərəfləri Qiymətləndirmə prosesinə münasibətdə fəallaşdırmış və onlara proses başlamazdan əvvəl öz mövqelərini müzakirə etmək və razılaşdırmaq imkanı yaratmışdır.

• Səfər etməzdən əvvəl Qiymətləndirmə qrupu maraqlı tərəfləri Qiymətləndirmə prosesinə məxfi yazılı fikirlərini bildirməyə dəvət etmişdir ki, bu da qrup üçün çox faydalı olmuşdur.

3. Qiymətləndirmə üzrə İşçi Qrupu. Qiymətləndirmədən əvvəl Qiymətləndirmə üzrə çoxtərəfli İşçi Qrupu yaradılmışdı. İşçi Qrupu maraqlı olan qiymətləndirici tərəfindən təqdim edilmiş təklifləri qiymətləndirərək Qiymətləndirməni həyata keçirəcək qrupu seçmişdir. İşçi Qrupu həmçinin maraqlı tərəflər qrupu adından qiymətləndirmə qrupunun işinə nəzarət etmiş və Qiymətləndirmə qrupu ilə maraqlı tərəflər arasında səmərəli müzakirələrin aparılmasını təmin etmişdir.

4. Qiymətləndirmə Təlimatı. Ümumilikdə Qiymətləndirmə Təlimatı prosesin həyata keçirilməsi üçün faydalı baza rolunu oynamışdır və ümumilikdə aydındır. Lakin hesab edirik ki, 12, 13, 14 və 15-ci Göstəricilərə və onlara aid GQV-lərə yenidən baxılmalı və aydınlaşdırılmalıdırlar.

Page 31: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

ƏLAVƏ 1: QİYMƏTLƏNDİRMƏ CƏDVƏLİ

Göstərici

Qiymətləndiricinin qeydləri

Qiymətləndiricinin gəldiyi nəticə

Qoşulma

1. Hökumət MHŞT-ni tətbiq etmək niyyəti haqqında birmənalı bəyanat vermişdirmi?

Göstəriciyə əməl edilmişdir

2. Hökumət MHŞT-nin tətbiqi zamanı vətəndaş cəmiyyəti və şirkətlər ilə işləmək öhdəliyi götürmüşdürmü?

Göstəriciyə əməl edilmişdir

3. Hökumət MHŞT-nin tətbiqinə rəhbərlik etmək üçün rəhbər şəxs təyin etmişdirmi?

Göstəriciyə əməl edilmişdir

4. Ölçülə bilən hədəflər, icra qrafiki və imkanları məhdudlaşdıran faktorların (hökumət, özəl sektor və vətəndaş cəmiyyəti) qiymətləndirilməsini özündə ehtiva edən, tələb olunan xərcləri tam olaraq hesablanmış iş planı dərc edilmiş və geniş şəkildə yayılmışdırmı?

MHŞT üzrə İdarə Heyətinin 11 aprel 2008-ci il tarixində qəbul etdiyi qərar hazırda razılaşdırılmış İş Planının olmamasına baxmayaraq Azərbaycanda mövcud olan xüsusi şəraitin nəticəsi olaraq bu göstəricinin yerinə yetirilmiş olduğunu göstərir. Hökumətin Anlaşma Memorandumunda İş Planının MHŞT üzrə müntəzəm hesabat verməni təmin edən əsas komponentlərinin olması ilə bağlı arqumentlərinin müəyyən dərəcədə əsaslı olduğunu və anlaşma memorandumunun əlavələri ilə birlikdə həmin memorandumun imzalandığı vaxtdan qəbul edilə biləcək İş Planının əhatə edə biləcəyi məsələləri əhatə etdiyini qəbul etməklə yanaşı gələcəkdə MHŞT üzrə görülməli olan gələcək işlər üçün razılaşdırılmış strateji prosesi müəyyən edəcək və maraqlı tərəflərin nəzarət edə və mütəmadi olaraq yeniləyə biləcəyi ayrıca İş Planının hazırlanmasının zəruri olduğunu hesab edirik.

Göstəriciyə əməl edilmişdir

Tətbiq etmə

5. Hökumət MHŞT-nin tətbiqinə nəzarət etmək üçün çoxtərəfli qrup yaratmışdırmı?

Azərbaycanın bu göstəriciyə əməl edib etmədiyini müəyyən edərkən, biz bu GQV-də deyilənləri çox diqqətli şəkildə nəzərdən keçirməklə Azərbaycanda MHŞT prosesinin tarixi kontekstini nəzərə almışıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-nin tətbiqi üzrə əvvəlki təşkilati strukturu MHŞT-nin əsas məqsədinə, daha dəqiq desək, izah edilməsi mümkün olmayan uyğunsuzluqlar olmadan MHŞT hesabatlarının müntəzəm dərc edilməsinə nail olmağa imkan verdiyi halda daimi ÇTQ-nin yaradılması Azərbaycanda MHŞT prosesinin inkişafı üzərində daha güclü çoxtərəfli strateji nəzarəti təmin etməyə imkan verəcək. Bütün amilləri, xüsusilə Qiymətləndirmə qrupunun Bakıya səfərindən bəri baş verənləri nəzərə almaqla, bu göstəriciyə əməl edildiyi nəticəsinə gəldik.

Göstəriciyə əməl edilmişdir

6. Vətəndaş cəmiyyəti prosesdə iştirak edirmi?

Göstəriciyə əməl edilmişdir

Page 32: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Göstərici

Qiymətləndiricinin qeydləri

Qiymətləndiricinin gəldiyi nəticə

7. Şirkətlər prosesdə iştirak edirlərmi?

Göstəriciyə əməl edilmişdir

8. Hökumət MHŞT-nin tətbiqinə dair maneələri aradan qaldırmışdırmı?

Göstəriciyə əməl edilmişdir

9. Hesabat formaları razılaşdırılmışdırmı?

Göstəriciyə əməl edilmişdir

10. Çoxtərəfli komissiya rəqəmlərin tutuşdurulması üçün təyin edilmiş təşkilatla razıdırmı?

Göstəriciyə əməl edilmişdir

11. Hökumət bütün şirkətlərin hesabat verməsini təmin etmişdirmi?

Göstəriciyə əməl edilmişdir

12. Hökumət şirkətlərin hesabatlarının beynəlxalq standartlara müvafiq audit yoxlamasından keçmiş hesablara əsaslanmış olmasını təmin etmişdirmi?

Hesabatların yarım illik tutuşdurulması dəqiq audit terminlərində nəzərdə tutulan audit kimi nəzərdə tutulmur və heç vaxt tutulmamışdır.

Göstəriciyə əməl edilmişdir

13. Hökumət hökumətin hesabatlarının beynəlxalq standartlara müvafiq olaraq audit yoxlamasından keçmiş hesablara əsaslanmış olmasını təmin etmişdirmi?

Hökumətin hesablarının və Hökumət müəssisələrinin auditi ilə bağlı Azərbaycanın yanaşmasında təkmilləşmə həyata keçirilməkdədir və əsas sistemin beynəlxalq səviyyədə tətbiq olunan modellərə uyğun olduğu görünür.

Göstəriciyə əməl edilmişdir

Açıqlama 14. Şirkətlər tərəfindən neft, qaz və mədən sənayesi üzrə hökumətə edilmiş bütün maddi ödənişlər (“ödənişlər”) rəqəmləri tutuşdurmaq və MHŞT hesabatı hazırlamaq üçün cəlb edilmiş təşkilata açıqlanmışdırmı?

Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin Hökumətə edilən “maddi ödənişlər” hesab edilməsinin mümkünlüyünü qəbul edirik. Bununla belə, belə ödənişlərin müəyyən edilmiş MHŞT üzrə hesabat formalarına daxil edilmədiyini nəzərə aldıqda, onların verilən hesabatlara daxil edilməsinin Qiymətləndirmənin tələbi olduğunu hesab etmirik. “maddi ödənişlər” ifadəsi dəqiq tərif verilmədən istifadə edildikdə fərqli şərhlərin verilməsinə səbəb ola biləcəyinə görə həmin ifadənin aydınlaşdırılması üçün bu göstəriciyə yenidən baxılmalıdır.

Göstəriciyə əməl edilmişdir

15. Neft, qaz və mədən sənayesi üzrə hökumət tərəfindən alınmış bütün əhəmiyyətli daxilolmalar (“daxilolmalar”) rəqəmləri tutuşdurmaq və MHŞT hesabatı hazırlamaq üçün cəlb edilmiş təşkilata açıqlanmışdırmı?

Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin Hökumətə edilən “maddi ödənişlər” hesab edilməsinin mümkünlüyünü qəbul edirik. Bununla belə, belə ödənişlərin müəyyən edilmiş MHŞT üzrə hesabat formalarına daxil edilmədiyini nəzərə aldıqda, onların verilən hesabatlara daxil edilməsinin Qiymətləndirmənin tələbi olduğunu hesab etmirik. “maddi ödənişlər” ifadəsi dəqiq tərif verilmədən istifadə edildikdə fərqli şərhlərin verilməsinə səbəb ola biləcəyinə görə həmin ifadənin aydınlaşdırılması üçün bu göstəriciyə yenidən baxılmalıdır.

Göstəriciyə əməl edilmişdir

Page 33: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Göstərici

Qiymətləndiricinin qeydləri

Qiymətləndiricinin gəldiyi nəticə

16. Çoxtərəfli qrup şirkətlər və hökumət tərəfindən açıqlanan rəqəmləri tutuşdurmaq üçün cəlb edilmiş təşkilatın bu işi qənaətbəxş şəkildə yerinə yetirməsi ilə razılaşmışdırmı?

Göstəriciyə əməl edilmişdir

17. MHŞT hesabatında uyğunsuzluqlar müəyyən edilirmi və görülməli olan tədbirlərlə bağlı tövsiyələr verilirmi?

Verilmiş hesabatlardakı bütün fərqlər son hesabat mərhələlərində izah edilmişdir. Lakin şirkətlərin hesabatlarında edilmiş təkrar səhvlərin sayı qiymətləndiricini təəccübləndirmişdir. Bu səhvlər aidiyyəti olan tərəflər üzərinə əlavə və lüzumsuz yük qoymuş olur. Sənayedə çoxlu sayda fərqli ölçü vahidlərdən və valyutadan istifadə edildiyi vaxtda düzgün hesabatların verilməsi üçün müəyyən dərəcədə bacarığın tələb olunduğunu qəbul edirik. Lakin hesabatların bu qaydada verilməsi HPBS-də paya və ya lisenziyaya sahib olmaq hüququ almış şirkətin səlahiyyətləri daxilində yaxşı olmalıdır. Şirkətlərin öz hesabatların verilməsi sistemlərini təkmilləşdirmək məqsədilə görülməli olan tədbirlərlə bağlı ümumi razılığa gəlmələrinin vacib olduğunu hesab edirik.

Göstəriciyə əməl edilmişdir

Neft, qaz və mədən sənayesi sahələrində fəaliyyət göstərən şirkətlər MHŞT-nin tətbiqini necə dəstəkləmişdir?

Göstəriciyə əməl edilmişdir

Yayma

18. MHŞT hesabatı Ümumilikdə hesabat anlaşıqlıdır və geniş şəkildə yayılır. Bu göstəriciyə əməl edilmişdir. Göstəriciyə əməl edilmişdir - hamı üçün açıq, - tam və - anlaşıqlı şəkildə açıqlanmışdırmı? Öyrənilmiş dərslərə müvafiq fəaliyyət göstərmək, ziddiyyətləri araşdırmaq və MHŞT-nın tətbiqinin davamlılığını təmin etmək üçün hansı tədbirlər görülmüşdür?

Göstəriciyə əməl edilmişdir

Page 34: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

ƏLAVƏ 2: ŞİRKƏTLƏRİN ÖZÜNÜ GİYMƏTLƏNDİRMƏ FORMALARI

Page 35: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 36: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 37: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 38: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 39: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 40: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 41: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 42: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

EITI Company Validation Form   

Country‐level  

COMPANY: Exxon Azerbaijan Limited  

COUNTRY: Azerbaijan  

Mark indicators below with a  √  Yes  No 

1. Has the company made public statements in support of the EITI process in this country?  2. Has the company committed to support and cooperate with implementation of  the Country EITI Work Plan  (as agreed by  the multi‐stakeholder  group),  including  abiding  by  government  EITI related  directives  (e.g.  laws  and MoUs)  and, where  appropriate, meeting with stakeholders?  3. Have all material payments been disclosed  to  the organization contracted to reconcile figures and produce the EITI report as per agreed  EITI  Reporting  Templates  and  pursuant  to  agreed timelines?  4. Was the data that was submitted to the organisation contracted to  reconcile  figures  and  produce  the  EITI  report  taken  from accounts independently audited to international standards?  5. Has  the  company  responded  to queries  from  the organization contracted  to  reconcile  figures  and  produce  the  EITI  report  to assist  in  reconciliation  of  country  payments  with  government receipts in accordance with EITI Reporting Templates? 

√   √        √     √     √ 

 

  Yes  No 

Overall Assessment (of above)  

Narrative opinions.  

If any indicators above are marked ‘no’, please provide an explanation.  

 

Any other comments.   

 

  

Page 43: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 44: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

EITI Company Validation Form   

Country‐level  

COMPANY:  INPEX Southwest Caspian Sea Ltd. 

COUNTRY: Azerbaijan  

Mark indicators below with a  √  Yes  No 

1. Has the company made public statements in support of the EITI process in this country?  2. Has the company committed to support and cooperate with implementation of  the Country EITI Work Plan  (as agreed by  the multi‐stakeholder  group),  including  abiding  by  government  EITI related  directives  (e.g.  laws  and MoUs)  and, where  appropriate, meeting with stakeholders?  3. Have all material payments been disclosed  to  the organization contracted to reconcile figures and produce the EITI report as per agreed  EITI  Reporting  Templates  and  pursuant  to  agreed timelines?  4. Was the data that was submitted to the organisation contracted to  reconcile  figures  and  produce  the  EITI  report  taken  from accounts independently audited to international standards?  5. Has  the  company  responded  to queries  from  the organization contracted  to  reconcile  figures  and  produce  the  EITI  report  to assist  in  reconciliation  of  country  payments  with  government receipts in accordance with EITI Reporting Templates? 

√   √        √     √     √    

 

 

  Yes  No 

Overall Assessment (of above)     

Narrative opinions.   

If any indicators above are marked ‘no’, please provide an explanation.  

 

Any other comments.   

 

  

Page 45: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 46: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 47: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 48: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 49: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 50: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 51: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 52: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 53: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 54: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 55: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 56: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 57: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 58: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 59: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul
Page 60: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

ƏLAVƏ 3: MƏSLƏHƏTLƏŞMƏLƏR APARILAN ŞƏXSLƏR

Coffey International Development A3-1

Ad Vəzifə Təşkilat Şahmar Mövsümov MHŞT üzrə Komissiyanın sədri,

İcraçı Direktor ARDNF

Camalə Əliyeva İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri-Mətbuat Katibi

ARDNF

Adıl Məmmədov Başçı MHŞT üzrə Katiblik Fərid Fərzəliyev İqtisadçı MHŞT üzrə Katiblik Samir Şərifov Maliyyə Naziri Maliyyə Nazirliyi Zaur Fətizadə Sədr Vergilər Nazirliyi Nizami Qasımov İqtisadi İnkişaf Nazirliyi Azər Mehtiyev Əlaqələndirici QHT Koalisiyası Ingilab Əhmədov QHT Koalisiyası Sabit A Bağırov QHT Koalisiyası İlham Höseynli QHT Koalisiyası Razi Nurullayev QHT Koalisiyası Fidan Nəcəfova QHT Koalisiyası Zöhrab İsmayılov QHT Koalisiyası Qalib Əfəndiyev QHT Koalisiyası Mirvari Qəhrəmanlı QHT Koalisiyası Nurseyer Humammid QHT Koalisiyası Qalib Handiyer QHT Koalisiyası Dünya Sakit QHT Koalisiyası Sevgim Rəhmanov QHT Koalisiyası Telman Zeynalov QHT Koalisiyası Iekasu Hiseyali QHT Koalisiyası Aslan Vəliyev QHT Koalisiyası Vügar Bayramov QHT Koalisiyası Oqtay Güləliyev QHT Koalisiyası İlham Şaban QHT Koalisiyası Əliməmməd Nuriyev QHT Koalisiyası Aydın Həşimov Tərəflərin Hesabatlığı və

Investisiya üzrə Menecer British Petroleum

Ayla Əzizova Şəffaflıq və İctimaiyyət üçün Hesabatlar üzrə Qrupun rəhbəri

British Petroleum

Ənvər Qasımov Birgə Layihələr Şöbəsinin Müdiri

SOCAR

Əli G Cəfərli Baş menecerin müavini SOCAR Nazim İsmayılov SOCAR Rəşid Hüseynov SOCAR Vügar Şərifov SOCAR Iradə Hüseynova Azgerneft JV İlqar Hudiyev Baş Mühasib Anshad Petrol JV Əli Nəbiyev Maliyyə Direktoru Shirvan Oil JV Fuad Behbud Maliyyə meneceri Karasu Operating Company Baiba Anda Rubesa Hökumət və İctimaiyyətlə iş

üzrə menecer StatoilHydro

Asim N Əlikişibəyov Baş Menecer Devon Ləman Feyzullabəyli Baş Mühasib və Baş Menecer ITOCHU

Toshihiro Sugiura Baş Menecer ITOCHU Timoti B Martin Exxon Azerbaijan Ltd Namiq Ismayılov Baş Mühasib TPAO Bəxtiyar Axundov Hökumət və İctimaiyyətlə iş

üzrə Menecer Chevron

Validation of the EITI in Azerbaijan February 2009

Page 61: azərbaycan respublikasında mineral ehtiyatların hasilatı ilə məşğul

Annex 3: People Consulted

Coffey International Development A3-2

Rəşad Əliyev Maliyyə Menecerinin Köməkçisi HESS Elnur Qurbanov Partnyor Deloitte Robin Bennett İdarəedici Direktor Moore Stephens Azerbaijan Nərgiz Əli-Zadə Auditin Nəzərətçisi Moore Stephens Azerbaijan Zamin R Hüseynov Baş Menecer AGN Mak Azerbaijan Ltd Eddie Rich Katiblik başçısının müavini MHŞT üzrə Beynəlxalq Katiblik Sam Bartlett Qiymətləndirmənin başçısı MHŞT üzrə Beynəlxalq Katiblik Jonas Moberg Katibliyin Başçısı MHŞT üzrə Beynəlxalq Katiblik

Validation of the EITI in Azerbaijan February 2009