adau.edu.azadau.edu.az/img/page/tmp/atxsgrzvpv.docx · web viewpayızda yoncalıqları fosfor və...
TRANSCRIPT
Azərbaycan Dövlət Aqrar Universiteti
Aqronomluq fakültəsi
“Bitkiçilik və bitki mühafizəsi” kafedrası
Fənn: “Yem istehsalı”
Mühazirə № 1 : ÇOXİLLİK PAXLALI YEM OTLARININ ÖYRƏNİLMƏSİ
Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru,
dosent Hüseynov A. R.
Gəncə - 2017
Mühazirənin planı:
1. Paxlalı yem otlarının əhəmiyyəti, tarixi və yayılması.
2. Onların botaniki təsviri və bioloji xüsusiyyətləri.
3. Paxlalı yem otlarının sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi.
4. Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.
5. Əkinlərə qulluq işləri (suvarma, alaqlar, xəstəlik və zərərvericilərdən
mühafizə).
6. Məhsulun yığılması.
Ədəbiyyat
1. Behbudov H. Ə. «Azərbaycanın yemçilik təsərrüfatı»., Bakı, 1991, 230 s.2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971. 3. Əliyev S. C. və b. «Zülal probleminin həllində dənli - paxlalı bitkilərin
rolu»., Kirovabad, 1988, 41 s.4. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980. 5. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013,
184 s. 6. Quliyev Ə. M., Hüseynov S. B. «Yonca»., Bakı, 1986, 76 s.7. Masterova V. P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”,
1978,214 s. 8. Məmmədov T. H. «Azərbaycanda paxlalı yem bitkiləri»., Bakı, 1964, 160
s. 9. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s. 10.Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri.
Kirovabad, 1984. 11.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad,
1982. 12.Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос,
1984.13.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с. 14.Каджомис Л. Г. - « Выращивание многолетних трав на корм »
Ленинград, «Колос», 1977, 246 с. 15.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с. 16.Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с. 17.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», М:,
Агропромиздат, 1986, 255 с.
ÇOXİLLİK PAXLALI YEM OTLARININ ÖYRƏNİLMƏSİ
Çoxillik paxlalı otlara əsasən aşağıdakı bitkilər aid edilir:
• Yonca (Medicago L.)
• Xaşa (Onobrychis)
• Çəmən (qırmızı) üçyarpağı (Trifolium pratense L.)
• Ağ və ya sürünən üçyarpaq (Trifolium repens L.)
• Çəhrayı (hibrid) üçyarpaq (Trifolium hybridum L.)
• Xəşəmbül (Melilotus Desr.)
• Buynuzşəkilli qurdotu (Lotus corniculatus L.)
• Şərq çəpişotu (Galegea orientalis Lam.)
• Dərman çəpişotu (Galegea officinalis L.)
• Çoxillik lüpin (Lupinus polyphyllus Lındl.)
Əhəmiyyəti. Çoxillik yem otlarının (yonca, xaşa, üçyarpaq və s.) əhəmiyyəti
böyükdür. Bu otlar erkən yazdan payızın axırlarına qədər heyvanlar üçün yem
vermək qabiliyyətinə malikdirlər. Tarla növbəli əkinlərində becərilən çoxillik
otların bütün növləri havanın gündəlik temperaturu 5 0C olduqda intensiv inkişaf
edərək öz inkişaflarını payızın sonunadək davam etdirirlər. Çoxillik otların uzun
müddət inkişaf etməsi imkan verir ki, onlardan senaj, silos, quru ot, briket, ot unu
istehsal edilsin və eləcə də biçənək bitkisi kimi istifadə olunsun.
Çoxillik otların yaşıl kütləsi və quru otu yüksək yemlilik dəyərinə malikdir.
Çoxillik otlar torpağın külək və su eroziyasının qarşısını almaq üçün çox güclü
vasitədir. Çoxillik otlar kök kütləsinin qidalandığı zonalarda qida maddələrinin
yuyulmasının qarşısını alır. Tədqiqatlarla müəyyən edilmişdir ki, qida
maddələrinin yuyulması (azot, kalium) çoxillik otlarda payızlıq buğda əkinlərinə
nisbətən 5-6 dəfə az olmuşdur.
Çoxillik otlar torpaqda humusun əhəmiyyətli dərəcədə toplanmasına şərait
yaradaraq torpağın strukturunu yaxşılaşdırır. Torpaqda humus nə qədər çox olarsa
onun istilik tutumu o qədər çox və istilikkeçirməsi (ötürməsi) o qədər az olar.
Kontinental iqlim şəraitində bu hal bir vasitə kimi xüsusi əhəmiyyət kəsb edir, qış
dövründə aşağı mənfi temperaturun payızlıq bitkilərə öldürücü təsirini
yüngülləşdirir. Humusun miqdarı torpaqda çox olduqda fiziki nəmlik itkisi azalır
və bitki tərəfindən nəmliyin istifadəsi məhsuldar olur. Torpaqda humusun miqdarı
nə qədər çoxdursa, qida elementləri torpağın dərin qatlarına o qədər az yuyulur.
Humus bitkilər üçün qida maddələri mənbəyidir, eyni zamanda faydalı torpaq
mikroorqanizmlərinin intensiv inkişafına şərait yaradır.
Çoxillik paxlalı otlar torpağı azotla zənginləşdirilər. Ona görə də paxlalı
otlardan sonra əkilən tarla bitkilərinin məhsuldarlığı digər sahələrə nisbətən yüksək
olur. Çoxillik otların müsbət təsiri üç il davam edir.
Yoncanın əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Yoncanın (alfa-alfa) quru otunda çoxlu zülal, fosfor, kalsium və əvəzsiz
amin turşuları (valin, leysin, izoleysin, lizin, metionin, trionin, triptofan,
fenilalanin, arginin, histidin, pereonin və s.) olduğundan yüksək yemlilik dəyərinə
görə fərqlənir. Yaşıl kütləsinin 1 sentnerində 21,7 y. v., yaxud 4,1 kq həzmə gedən
protein var. Bir sentner quru yonca otunda isə 45,3 y.v. və 10,3 kq həzmə gedən
protein olur. Güclü kök sistemi əmələ gətirərək yaxşı məhsul verməklə yanaşı,
torpağı azot və üzvi maddələrlə zənginləşdirir. Üç illik bitki hektara 160-400 kq-a
qədər bioloji azot toplayır ki, bu da 60-70 ton peyin deməkdir. Bir çox tarla
bitkiləri, xüsusən pambıq bitkisi üçün ən yaxşı sələfdir. Yoncadan sonra digər kənd
təsərrüfatı bitkiləri becərildikdə məhsuldarlıq 15-20% artır.
Müasir pambıqçılığı yoncanın səpini olmadan təsəvvür etmək qeyri
mümkündür. Pambıq-yonca növbəli əkini pambığın məhsuldarlığını fasiləsiz
artırır, lifin keyfiyyətini yüksəldir, torpaqda vilt xəstəliyinin törədicisini məhv edir.
Eyni zamanda yonca şorlasma və eroziya prosesinin qarşısını alır, otlaqların
yaxşılaşdırılmasına müsbət təsir göstərir. O, arıçılıq və yaşıllışdırma işlərində də
istifadə olunur. Yonca əvəzolunmaz sələf bitkisidir, növbəli əkinlərdə əsas yer
tutur.
Torpağın üst əkin qatında duzlaşmanı zəiflədir. Kökü torpağın dərinliyinə
işlədiyindən quraqlığa davamlıdır.
Yonca vitaminlərlə (C, B1, B2, PP, E, K, və A) zəngindir.
Mütləq quru maddəyə görə yonca otunda 18% həzmə gedən zülal, 2,7% yağ,
30,2% sellüloz, 39,4% azotsuz ekstraktiv maddələr, 9,7% kül vardır. Yoncanın
yaşıl kütləsi, quru otu, senajı və ondan hazırlanmış ot unu yüksək qidalılığa
malikdir. Bütün növ kənd təsərrüfatı heyvanlarının zülalla təmin olunmasında
əksər bitkilərdən üstündür. Digər orqanlara nisbətən yarpaqlarında qidalı
maddələrin miqdarı daha çoxdur, gövdəsində isə nişastanın miqdarı artıq olur.
Bitkinin tarixi. Yonca geniş yayılmış və qədimdən becərilən paxlalı yem
bitkisidir. Güman var ki, onun becərilməsi buğda ilə yanaşıdır.Müəyyən edilmişdir
ki, yonca Orta Asiya və Zaqafqaziya respublikalarında bizim eradan 5 min il əvvəl
becərilmiş və heyvandarlıqda yem kimi istifadə olunmuşdur.
Yonca paxlalılar fəsiləsinə aid olub 50-yə qədər növü vardır, bunlardan da 20
növü çoxillik və 16 növü birillik yoncadır. Ən çox yayılan və geniş becərilən səpin
(adi) yoncasıdır (Medicago sativa).
Hazırkı təsnifata əsasən səpin yoncası (Medicago sativa ) altı sərbəst növə
ayrılır:
1. Avropa yoncası – Medicago eusativa
2. Asiya yoncası – Medicago asiatica
3. Qafqaz yoncası – Medicago praesativa
4. Aralıq dənizi yoncası – Medicago polia
5. Mesapatomiya yoncası – Medicago mesopotomica
6. Mavi yonca – Medicago cerulea
İl ərzində yoncalıqların hər hektarından 700 -1000 sentner yaşıl kütlə və ya
150-250 sentner quru ot məhsulu götürmək mümkündür.
Yoncanın güclü, mil kökü var. Birinci il torpağın 2-3 m, sonrakı illərdə 8-10
m dərinliyinə işləyir. Belə güclü kök sisteminə malik olması onu quru, çöl
rayonlarında becərməyə imkan verir. Həm də torpaqda çoxlu kök qalıqları
saxladığına görə torpağı üzvi maddələrlə zənginləşdirir. Bundan başqa yoncanın
kökündə fır bakteriyaları yaşayır ki, onlar havanın molekulyar (N2) azotunu udmaq
(mənimsəmək, təsbit etmək) qabiliyyətinə malikdirlər. Üçillik yonca torpaqda 60-
70 ton peyində olduğu qədər bioloji azot, üzvi maddə toplayır. Yonca səpininin
birinci ili toxumlar bakterial gübrə rizotorfinlə (nitragin) mütləq işlənilməlidir.
Gövdəsi otvari, güclü budaqlanandır. Hər gövdədə 10-20 buğumarası olur.
Birinci il yonca 3 gövdə, 2-ci il 15-16, 3-cü il isə bir bitkidə 20-dən çox gövdə
(budaq) əmələ gəlir. Birinci ili bitkinin boyu 30-50 sm, sonrakı illər isə 100 sm-ə
qədər böyüyə bilir. Yarpağı – yarpaq yanlığından, saplaqdan və 3 ləçəkdən
ibarətdir. Çiçəyi çox çiçəkli dəstədir. Çiçək 5 kasa yarpağı və 5 ləçəkli olmaqla 10
erkəkcik və 1 dişicikdən ibarətdir. Meyvəsi 2-4 dəfə burulmuş çox toxumlu
paxladır. Toxumu böyrəkşəkillidir. Toxumunun 1000 ədədinin kütləsi 2 q-dır.
Bioloji xüsusiyyətləri. Yonca yazlıq tiplidir. Yoncanın toxumları 5-6 0C
temperaturda cücərir. Optimal temperatur 18-20 0C-dir. Çıxışlar -6 0C şaxtalara
dözürlər. Qış dövründə qar örtüyü altında 40 0C şaxtaya davam gətirirlər. Bu
bioloji xüsusiyyəti onun digər kənd təsərrüfatı bitkilərinə nisbətən erkən
səpilməsinə imkan verir. Bitkilərin yazda böyüməsi 7-9 0C temperaturda başlayır.
İnkişafa başladıqdan çiçəkləmənin əvvəlinə qədər 800 0C faydalı temperatur tələb
olunur.
Yonca quraqlığa davamlı, eyni zamanda nəmliyə tələbkar bitkidir. Onun
quraqlığa davamlılığı güclü və dərinə işləyən kök sistemi əmələ gətirməsi ilə təyin
olunur. Ona görə də bitki təkcə torpaq nəmliyindən yox, dərin qatlardakı ehtiyat
nəmlikdən istifadə etmək qabiliyyətinə malikdir. Yonca mezofit kimi yaxşı gövdə
və yarpaq əmələ gətirmək üçün lazımi miqdarda nəmlik tələb edir. Toxum öz
kütləsi qədər nəmlik qəbul etdikdən sonra cücərmə qabiliyyətinə malik olur.
Yüksək məhsul almaq üçün 1 metrlik torpaq qatında tarla rütubət tutumunu 80%-
də saxlamaq lazımdır. Yonca işıqsevən uzun gün bitkisidir.
Yonca havanı yaxşı keçirən qranulometrik tərkibi orta və yüngül gillicəli
münbit torpaqlarda yaxşı inkişaf edir. Qrunt suları yaxın və daşlı torpaqlarda pis
inkişaf edir. Torpağın turşluğuna pis reaksiya göstərir. Neytral və zəif qələvi (pH
6,5-8,0) reaksiyalı torpaqlarda yaxşı böyüyür. Torpaq reaksiyası pH 5,0 olduqda
kökdə fır bakteriyaları əmələ gəlmir, yaxud əmələ gələn fırlar bioloji azotu
udmurlar. Yonca torpaqdan çoxlu miqdarda qida elementləri, yəni 1 ton məhsulla 6
kq fosfor, 17-20 kq kalium, kalsium və maqnezium aparır.
Növbəli əkində yeri. Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara
herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru yonca üçün pis sələfdir, ona
görə ki, torpağın dərin qatını güclü qurudur. Suvarılan torpaqlarda yoncanı praktiki
olaraq hər hansı sələflə növbələndirmək olar. Bundan başqa onu dənli taxıl
bitkilərinin örtüyünə də səpmək olar.
Torpağın becərilməsi. Dənli taxıl bitkilərindən sonra (yonca əkinləri üçün),
sələf bitkisinin məhsulu yığılan kimi kövşənlik 4-6 sm dərinlikdə üzlənir. Alaq otu
toxumlarının cücərməsini sürətləndirmək üçün üzləmədən sonra sahənin
suvarılması və torpağın səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-
3 həftədən sonra, alaq otu toxumları cücərdikdə ön kotancıqlı kotanla 28-30 sm
dərinlikdə əsas şum aparılır. Pambıq əkini altından çıxmış tarlalarda üzləmə
pambıq gövdələrinin çıxarılması ilə əvəz olunur və şumdan qabaq suvarma tövsiyə
olunmur. Çünki, pambıq yığıldıqdan sonra torpaq dondurma şumu etmək uçun
kifayət qədər rütubətli olur. Əsas şumun müddəti torpağın yetişməsindən ötrü
böyük əhəmiyyətə malikdir. Aran rayonlarında yoncanın payız səpinindən ötrü
əsas yay şumunun müddəti iyulun axırı – avqustun əvvəli hesab oluna bilər. Bu
zaman şum ilə yoncanın səpilməsi arasında 30-40 günə qədər fasilə olur və bu
müddət ərzində torpaq normal yetişir. Yaz səpinində isə dənli bitkilərdən sonra
optimal dondurma şumu müddəti sentyabr - oktyabr aylarıdır. Dekabr –yanvar
aylarında arat edilməsi tövsiyə edilir.
Şumun altına hektara 30-40 ton çürümüş peyin, 400-500 kq superfosfat, 120-
150 kq kalium gübrələri verilməlidir.
Torpağın səpinqabağı becərilməsi. Yoncanın payız səpini üçün sentyabrın
əvvəlində səpinqabağı kultivasiya və sonradan malalama keçirilir. Kultivasiyaya 3-
4 gün qalmış su ehtiyatı yaradan suvarma (arat) yaxşı nəticə verir.
Yaz səpini üçün erkən yazda səpin qabağı iki dəfə kultivasiya və onların
ardınca malalama aparılır.
Torpaq tamamilə narın vəziyyətə gətirilməlidir. Sahə dəqiqliklə
hamarlanmalıdır.
Toxumun səpinə hazırlanması. Səpindən 1-2 ay qabaq toxum laboratoriya
analizindən keçirilməli, cücərmə qabiliyyəti və təmizlik dərəcəsi müəyyən
edilməlidir. Səpindən qabaq toxumlar toxumtəmizləyən maşınlarda diqqətlə
təmizlənir. Toxumun təmizliyi 92-98%, cücərmə qabiliyyəti 70-95% olmalıdır.
Yonca toxumlarını qızıl sarmaşıq toxumlarından təmizləmək üçün «Trifolin»
markalı maqnit maşınından keçirmək lazımdır. Səpiləcək toxumları alaq otları
qarışığından, başlıca olaraq kəhrə toxumlarından təmizləmək üçün toxumları duz
məhluluna salmaq lazımdır. Belə tədbir zamanı kəhrə toxumlarının təxminən 80%-
i və başqa alaq otu toxumlarının 90%-i təmizlənir. Bu məhlul 1 litr suya 360 qr.
xörək duzu hesabı ilə hazırlanır. Yonca toxumları hazırlanmış məhlulun içərisinə
tökülür və qarışdırılır. Məhlulun üzərinə çıxmış alaq otu toxumları tənzif kəfkirlə
yığılır. Təmizlənmiş toxumları təmiz suda yuyub nazik təbəqə ilə sərərək
qurudurlar.
Səpindən 25-30 gün əvvəl zərərverici və xəstəliklərə qarşı 1 ton toxuma 1,5
kq hesabı ilə 80% li TMTD və yaxud 1 ton toxuma 7 kq Bronotak qarışdırmaqla
dərmanlamaq lazımdır.
Səpin qabağı toxumların ammonium molibdenatla işlənməsi müsbət nəticə
verir. 100 qr. ammonium molibdenatı 400 qr. suda həll edərək bir hektara
səpiləcək toxum normasına çiləmək lazımdır. Bitkinin kökündə fır bakteriyalarının
yaxşı inkişafı və məhsulun keyfiyyətli alınması üçün səpin günü toxumları
rizotorfin (nitragin) bakterial gübrəsi (preparatı) ilə işləmək lazımdır. Eyni
zamanda səpinqabağı toxumların molibdenlə işlənməsi müsbət nəticə verir.
Səpin müddəti, üsulu və norması. Səpin müddətinin düzgün
müəyyənləşdirilməsi, normal çıxış alınması üçün əsas şərtlərdən biridir. Yoncanın
bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir.
Yoncanın payız səpini sentyabrın 5-dən 30-nadək başa çatdırılmalıdır.
Yoncanın yaz səpini aran rayonlarında fevral ayının 20-dən martın 20-dək
aparıldıqda yaxşı nəticələr alınır. Dağətəyi ərazilərdə martın 1-dən 20-dək, dağlıq
ərazilərdə isə martın 20-dən aprelin 10-dək səpin aparıla bilər.
Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15 kq götürülür.
Yonca toxumları 2-3 sm dərinliyə basdırılır.
Yonca adətən Azərbaycanda başdan-başa üsulla səpilir və cərgəarası 7,5 sm-
lik taxıl və ya ot toxumu səpən aqreqatlardan istifadə olunur.
Yonca xüsusilə öz inkişafının erkən dövrlərində fosforla qidalanmaya
həssaslıq göstərir. Buna görə də toxumla birlikdə 50 kq/ha dənəvərləşdirilmiş
superfosfat verilməlidir.
Səpin üçün taxıl otlarını səpən SUT-47, SZTN-47, SZT-3,6 markalı
aqreqatlardan istifadə olunur.
Qulluq işləri. Yonca əkininə düzgün və vaxtında qulluq edilməsinin yüksək
quru ot məhsulu alınmasında böyük əhəmiyyəti vardır.
Payızda yoncalıqları fosfor və kalium gübrələri ilə yemləndirdikdə onların
qışa davamlılığı və məhsuldarlığı 10-15 sentner artır. Bundan əlavə bitkilərin erkən
payızda hektara 1-2 sent. superfosfat və 0,5-1 sent. kalium duzu ilə
yemləndirilməsi şaxtaya davamlılığını artırır.
Birinci ili yoncanın suvarılması 6-7 yarpaq dövründə hektara 600-800 m3
olmaqla aparılır.
Biçindən sonra quru otu təcili olaraq sahədən çıxarmaq lazımdır. Adətən
biçindən 5-6 gün əvvəl suvarma aparılır. Hər biçindən sonra quru ot tarladan
çıxarılmalı və 2 iz malalama aparılmalıdır.
Suvarılan bölgələrdə qrunt suyunun səviyyəsindən, torpağın qranulometrik
tərkibi və relyefindən, torpaqda olan ehtiyat nəmlikdən və suvarma üsulundan asılı
olaraq 15-25 gündən bir suvarma həyata keçirilir.
Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvarılmalıdır.
Cücərtilərin çıxmasına 1-2 gün qalmış əmələ gələn qaysağı dağıtmaqdan ötrü
yüngül malalar və rotasiya toxaları tətbiq etmək lazımdır. Yonca sahəsində növbəti
suvarma mart ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarılmasına
ehtiyac qalmır.
Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvarılması birinci biçininin
optimal vaxtda aparılmasını təmin edir.
Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti
daxilində isə yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan
çiçəkləmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq
həmin dövrdə yonca əkinləri tez-tez suvarılmalıdır.
Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suvarıldıqda 4-5 dəfə
biçin aparılması mümkün olur.
Yonca sahələrinin biçinlər arası vaxtlı-vaxtında suvarılması və suvarma
qabağı yemləmə gübrələrindən (superfosfat) istifadə edilməsi bol məhsul istehsal
etməklə yanaşı bitkilərin fizioloji inkişafını təmin edir.
Yoncanın xəstəlik və zərərvericiləri. Yoncanın bir çox spesifik xəstəlik və
zərərvericiləri vardır:
Yoncada – unlu şeh, qonur ləkə, sarı ləkə, askoxitoz və pas xəstəlikləri
mövcuddur.
Mübarizə tədbiri: növbəli əkin, kalium və fosfor gübrələri ilə yemləmə
aparılması, kükürdlə tozlama, yaxşı aqrotexniki fon.
Zərərvericilərdən – yonca birəsi, fitonomuş, yonca yarpaqbükəni, yonca
taxtabitisi, yonca toxumyeyəni, noxud mənənəsi, yonca sovkası.
Mübarizə tədbiri: hektara 2-3 kq dendrobasillin, entobakterin çilənməsi.
Yoncanın biçilməsinin xüsusiyyətləri. Hava şəraiti əlverişli olduqda il
ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox vaxt yonca sutkada 2-3 sm
boy atır. Quru ot üçün yoncanı qönçələmə fazasının axırı – çiçəkləmənin
başlanğıcında biçmək zəruridir. Biçin gecikdirildikdə otun kimyəvi tərkibi pisləşir
və keyfiyyəti aşağı düşür.
Nəzərə almaq lazımdır ki, axırıncı çalım qışlamaya (şaxtalara) 3-4 həftə
qalmış aparılmalıdır. Bu müddətdə o, böyüyə bilir, rozet əmələ gətirir və kifayət
qədər ehtiyat qida maddələri toplaya bilir. Müşahidələr göstərir ki, yoncanın gec
çalınması qışlama zamanı çox vaxt bitkilərin məhv olmasına səbəb olur.
Tam qiymətli məhsul toplamaqdan ötrü çalınma hündürlüyünün böyük
əhəmiyyəti vardır. Otların biçilməsində bitkilərin çoxlu miqdarda plastik maddələr
ehtiyatı toplanan gövdələrinin alt hissəsinin saxlanması zərurətini nəzərə alaraq
yoncanı yerdən 7-8 sm yüksəklikdə biçmək məsləhətdir. Çünki, bu bitkilərin yaxşı
qışlamasına yardım edir.
Yoncanın qısa müddətdə yığılmasına ciddi fikir vermək lazımdır. Biçilmiş
yoncanın qurudulmasında əsas məqsəd onda rütubəti azaltmaq və quru otu uzun
müddət yaxşı saxlamaqdır. İtkinin qarşısını almaq və onu kəskin surətdə azaltmaq
üçün otun qurudulma müddətini minimuma çatdırmaq lazımdır. Yoncanı qurudan
zaman qiymətli qida maddələri ilə ən zəngin olan yarpaqların saxlanmasına
çalışmaq lazımdır. Quraqlıq və isti rayonlarda otu zolaqlarla (sərilmiş halda deyil),
tirələrdə qurutmaq məqsədəuyğundur. Otun dırmıqlanaraq tirələrə yığılmasına
əlavə əmək sərf etməmək və zərif, qiymətli yarpaqların tökülməsinin qarşısını
almaq üçün biçindən qabaq traktor otbiçən maşınlarını elə təchiz etmək lazımdır
ki, biçin zamanı otu tirələrə yığsın.
Başqa təcrübələr göstərir ki, biçilmiş yonca ən tez zolaqlarda quruyur və
kombinəedilmiş qurutma üsulunda biçilmiş yoncanın zolaqlarda 4 saat ərzində
soluxdurulması və tirələrdə əlavə olaraq qurudulması zamanı yonca otu daha
sürətlə quruyur.
Biçin KPF-1,8 və KPV-3 aqreqatları ilə aparılır. Dırmıqlama QBU-6, QVK-6
aqreqatlarla, presləmə-PSB-1,6 və PPV-1,6 aqreqatları və SNU-0,5-lə daşınaraq
tayalara vurulur.
Yonca bitkisinin toxum məqsədilə becərilməsi. Elmi-tədqiqat və qabaqcıl
təcrübə işlərinin nəticələri göstərir ki, 2 illik yoncanın ikinci biçinini toxum
məqsədilə saxladıqda yüksək keyfiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait
yaranır. Belə ki, birinci il səpilən yoncaya nisbətən 2 illik yoncanın köklərində
daha çox fır bakteriyaları əmələ gəlir. Bitkilərin kökləri bioloji xüsusiyyətlərinə
uyğun olaraq torpağın dərinliyinə işləyir.
Toxumluq məqsədilə yoncanı gencərgəli lent üsulu (70 x 15 sm) ilə səpirlər.
Səpin norması cücərən toxum hesabı ilə 2-3 mln/ha və ya çəki ilə 4-6 kq/ha-dır.
Yoncanın ot və yaşıl yem üçün birinci biçini adətən, may ayının sonunadək
başa çatdırılır. Birinci biçindən sonra hektara fiziki çəki hesabı ilə torpaq
kartoqramı nəzərə alınmaqla 300-500 kq fosfor, 120-150 kq kalium gübrələri
verilərək sahəyə 3-5 sm dərinlikdə çarpaz dırmıq çəkilməlidir. Qönçələmə
fazasında toxumluq sahə 50 kq/ha azot hesabi ilə yemləndirilir.
Sahə aşağı sürətli suvarma ilə suvarılmalıdır. Toxumluq yonca sahəsində
ikinci suvarmaya qönçələmə fazasında başlamaq lazımdır. Üçüncü suvarma isə
çiçəkləmənin sonunda paxlaların əmələ gəldiyi vaxtda aparılmalıdır.
Toxumluq yonca sahəsi yüksək aqrofonda becərilməlidir. Əgər sahədə qızıl
sarmaşıq (kuskuta) və digər alaq otları varsa, işçi qüvvəsinin köməyi ilə
təmizlənməli və kənarda yandırılmalıdır. Bu tədbir çiçəkləmə fazasında bitkilərin
çarpaz tozlanmasına yaxşı təsir göstərir. Bundan başqa tozlanmanın yaxşı getməsi
üçün yoncalıqlarda arı ailələrinin saxlanması zəruridir. Bitkinin paxlalarının 90-
95%-i qonurlaşanda biçin başlanır.
İki illik yonca sahəsinin ikinci biçininin toxuma saxlanması ilə əlaqədar
olaraq demək olar ki, həmin müddətdə gəmiricilərə təsadüf edilmir.
Yuxarıda göstərilən tədbirlərin optimal vaxtda yerinə yetirilməsi yoncanın
hektardan toxum məhsuldarlığını artırır. Hər hektardan 3-5 və bəzi qabaqcıl
təsərrüfatlarda isə 6-8 sentner yonca toxumu istehsal edilməsinə nail olunur.
Bəzən, ehtiyac olduqda, alaq otlarından təmiz və normal sıxlıqda olan 3 illik yonca
sahələrinin də ikinci çalımını toxum üçün saxlamaq olar.
Yonca sortları (2013) Yerli Naxçıvan (1939), AzNİXİ - 262 (1944),
AzNİXİ-5 (1962), AzSXİ-1(1967), Qaraqalpaq-1(1979), Abşeron (1989), Aran (p)
(1996), Ağstafa (p) (2011)
Xaşanın əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyası
Əhəmiyyəti. Xaşanın quru otu həzmə gedən protein və yemlilik dəyərinə
görə yoncaya yaxındır. Şehli və yağışlı havada heyvanların xaşanın yaşıl kütləsi ilə
yemləndirilməsi timpanit (köpmə) vermir.
Nəmlik az olan bölgələrdə xaşanın quru ot məhsuldarlığı yoncanı 20%-ə
qədər ötüb keçir. Xaşa Qafqaz ərazisində X-cu əsrdən becərilməyə başlanıb.
Xaşa yüksək toxum məhsulu verir. Paxlalı bitki kimi torpağı azotla
zənginləşdirir. Yaxşı bal verən bitkidir. Hektardan 50-55 sentnerə qədər quru ot
məhsulu verir.
Botaniki təsviri. Torpağın dərinliyinə gedən mil kök sistemi vardır. Kökü
torpaqdakı çətin həll olunan fosfor birləşmələrindən istifadə etmək qabiliyyətinə
malikdir. Ona görə də əkinlərə fosfor gübrəsi verdikdə toxum və quru ot
məhsuldarlığı praktiki olaraq artmır.
Yarpağı lələkşəkillidir.
Gövdəsi budaqlanmır. Hər buğumdan iki ədəd yarpaqyanlığı ilə yarpaq
inkişaf edir. Bitkinin boyu 80-100 sm-ə çatır. Çiçək qrupu 3-20 sm uzunluğunda
(salxım, qotaz), çiçəkləri iri, çəhrayı yaxud ağ rənglidir. Meyvəsi şarşəkilli
paxladır. Paxlaların qabığı möhkəm olduğundan onu qabıqlı səpirlər.
Xaşa cinsi 140-dan artıq növü əhatə edir. Xaşanın mədəni becərilən 3 növü
daha çox yayılmışdır.
1. Gülülyarpaq (səpin) xaşa - Onobrychis viciifola Scop. Bitkinin
hündürlüyü 90 sm-ə çatır. Buğumaralarının sayı 5-7 ədəd. Yarpağı elleps, çox
hallarda lansetvaridir. Yarpağı tünd-yaşıl rənglidir. Paxlaları iridir. Mütləq kütləsi
17- 22 qramdır.
2. Qumsallıq (qumluq) xaşası - Onobrychis arenaria D. C. Bitkinin
hündürlüyü 80-100 sm, bəzən 125 sm-ə çatır. Buğumaraları 6-8 ədəddir. Gövdəsi
kobuddur. Yarpağı lansetvarı, yaşıl rənglidir. Çiçək salxımı (qotazı) siçanquyruğu,
ensiz, iti nəhayətlidir. Paxlaları xırdadır. Mütləq kütləsi 11-15 qramdır.
3. Zaqafqaziya (Ön Asiya) xaşası (Onobrychis antasiatica). Kolu yığcam
və dik vəziyyətlidir. Ot örtüyündə 50-120 sm, lazımı qədər nəmliyi olan dəmyə və
suvarma şəraitində 170 sm hündürlüyündə olur. Gövdələri budaqlanmayan, zərif,
içərisi boş, üzəri zəif tükcüklərlə örtülüdür. Yazda sürətli böyüyərək bir ildə iki
dəfə çalınır. Ona ikiçalımlı xaşa da deyilir.
Bioloji xüsusiyyətləri. Xaşanın toxumu 1-2 0C temperaturda cücərməyə
başlayır. Xaşa şiddətli şaxtaya davamlılığı ilə fərqlənir. Onun – 42- 48 0C şaxtaya
dözməsi qeydə alınmışdır. Yazda şaxtaların yenidən –12 0C-yə qədər enməsi
yoncadan fərqli olaraq xaşanı məhv etmir.
Xaşa tipik kserofitdir. Güclü kök sistemi imkan verir ki, torpaq qatındakı 1
m-dən dərində yerləşən sudan istifadə etsin.
Yonca və üçyarpağa nisbətən çox az su sərf edir. Nəmliyə maksimum tələbatı
qönçələmə dövründə və çiçəkləmənin əvvəlidir. İşığa tələbkar bitkidir. Xaşa
məsaməli karbonatlı torpaqlarda yaxşı bitir. Zəif duzlaşmaya dözümlüdür. Xlorlu -
sulfatlı duzlaşma (0,05-0,10%) toxumun cücərmə enerjisini 2-3 dəfə aşağı salır,
tarla cücərmə qabiliyyətini və məhsuldarlığını azaldır. Güclü duzlaşmış
torpaqlarda xaşa becərilməsi məsləhət görülmür. Nəmliyi az olan turş torpaqlarda
da xaşa becərmək yaxşı nəticə vermir.
Bir ton quru otla xaşa torpaqdan 6-7 kq fosfor, 18-20 kq kalium, 11-12 kq
kalsium, 1,5-1,7 kq maqnezium aparır. Qeyd edildiyi kimi xaşanın kök sistemi
fosforun çətin həll olan birləşmələrindən istifadə etmək qabiliyyətinə malikdir.
Ona görə də fosfor gübrəsini kök sisteminin formalaşdığı dövründə verdikdə
faydalı olur.
Növbəli əkində yeri. Xaşa tarla, yem və torpaqqoruyucu növbəli əkinlərdə
becərilir. Buna görə də onun sələfi müxtəlif bitkilər ola bilər. Payızlıq buğda,
qarğıdalı və yemlik kökümeyvəlilər yaxşı sələf hesab edilir.
Torpağın becərilməsi. Sələf bitkisi yığıldıqdan sonra 5-7 sm dərinliyində
üzləmə aparılır. Köküpöhrəli alaqlarla zibillənmə varsa üzləməni 10-12 sm
dərinliyində gavahınlı üzləyicilərlə aparırlar. Əgər köküpöhrəli alaqlar əhəmiyyətli
dərəcədə çoxdursa üzləmə 2-3 həftədən sonra təkrar olunur, sonra isə 20-25 sm
dərinliyində şum qaldırılır. Payız şumundan sonra tarlaya kultivasiya və mala
çəkilir.
Gübrələmə. Xaşa əkinlərində əsasən cərgələrə səpin vaxtı dənəvər
superfosfat verilir. Cərgələrə 50 kq superfosfat verilməsi xaşanın quru ot
məhsulunu hektardan 3,6 sentnerə qədər artırır (toxumu 0,8 sen.)
Toxumun səpinə hazırlanması. Səpindən əvvəl toxumların rizotorfinlə
( nitraginlə) işlənilməsi zəruridir. Bu quru ot məhsuldarlığını 5-6 sentnerə qədər
artırır. Ən yaxşı vasitə toxumların nitragindən əlavə molibdenlə işlənilməsidir.
(hektara 200 qram ammonium molibdenat). Toxumların rizotorfin və ammonium-
molibdenatla birlikdə işlənilməsi ot məhsuldarlığını hektarlan 8 sentner çoxaldır.
Səpin norması. Təmiz halda hektara 90-100 kq toxum 3-4 sm dərinliyində
basdırılır. Toxumlar səpilən gün kölgədə nitragin və ammonium-molibdenatla
işlənilir.
Əkinlərə qulluq. Xaşanı çox vaxt örtüyə səpirlər. Örtük bitkisi, yəni dənli
taxıl bitkisini 15-20 sm hündürlüyündə biçirlər. Belə hündürlükdə olan kövşənlər
əmələ gələn cavan xaşa cücərtilərini günəş şüasının yandırmasından qoruyur,
qışda isə qar toplanmasına şərait yaradır. Növbəti ilin yazında 2 iz malalama
aparılır ki, bu da kövşənlərin çıxarılması və torpağın üst qatının yumşaldılmasına
şərait yaradır. Ot üçün biçildikdən sonra tarla mütləq ağır malalarla malalanır.
Zərərverici və xəstəliklərlə də mübarizə aparmaq zəruridir.
Unlu şeh. Yarpağı, gövdə və paxlaları zədələyir. Güclü xəstələnmə zamanı
quru ot məhsulu 50%-ə qədər azalır.
Pas xəstəliyi. Yarpaq, gövdə çiçək və paxlaları zədələnir. Əsasən erkən
inkişaf dövründə qorxuludur.
Fuzarioz. Xəstəliyə güclü tutulduqda gövdələr yarpaqsız və gövdəsi
(budaqları) qoz rəngini alır.
Mübarizə tədbirləri – Növbəli əkinin tətbiqi əkinə sağlam və zədələnməmiş
toxumlar seçmək, təzə tarlaları köhnələrdən aralı seçməli, yeni xəstəliyə davamlı
sortlardan istifadə etmək.
Xaşa toxumyeyəni – paxla və toxumları 30-50% zədələyir.
Xaşa evritomu– toxumun yumşaq yerinə yumurta qoyur. Yumurtadan əmələ
gələn sürfələr toxumun içərisini yeyirlər.
Mübarizə tədbirləri – toxumun diqqətlə təmizlənməsi və zədəli toxumların
yandırılması.
Xaşanın toxumu xaşa çiçəkyeyəni və xaşa tripsi ilə zədələnir. Kimyəvi
preparatlardan istifadə edilir.
Məhsulun yığılması – Xaşanı gönçələmə fazasında və çiçəkləmənin
başlanğıcında biçirlər. Biçin torpaq səthindən 6 sm hündürlükdə aparılır. Növbəti
biçin 8-10 sm hündürlüyündə həyata keçirilir. Bu zaman qışlama qabağı plastik
kütlənin toplanması və qışda qarın saxlanmasına, növbəti ilin yazında xaşanın daha
yaxşı inkişafına səbəb olur. Digər yığım texnologiyaları yoncada olduğu kimidir.
Xaşa sortları (2013). Yerli Naxçıvan (1942), AzNİXİ -18 (1944), AzNİXİ -
74 (1945), AzNİİKLİP - 495 (p) (2008).
Şabdar (İran üçyarpağı) (Trifolium resupinatum) birillik
Şabdar suvarılan rayonlarda qiymətli yem bitkisidir. Respublikanın
rayonlarında hər hektardan 70 sentner əlverişli şəraitdə isə 150 sentnerə qədər quru
ot məhsulu verir.
Şabdar yabanı halda Lənkəran-Astara zonasının təbii biçənəklərinin 30%-ni
təşkil edir. Qidalılığına görə yonca bitkisinə yaxındır. Gövdəsi, yarpaqları yumşaq
və xoş iylidir.
Pambıq bitkisi üçün şabdar gözəl sələfdir. Yaşıl gübrə kimi istifadə etdikdə
pambığın məhsuldarlığı hektardan 10-12 sentner artır.
Şabdarın becərilməsi üçün əlavə tarla tələb edilmir. Belə ki, iki mövsüm
arasında onu pambıq cərgələri içinə payızda səpdikdə aprel ayına kimi yüksək
məhsul almaq olar.
Şabdar çox məhsuldar olduğundan onu yonca ilə qarışıq əkmək faydalıdır.
Şabdarın hesabına yoncanın məhsulu 1-ci ili 35-40% artır. Suvarma şəraitində
bitkinin boyu 70-100 sm-ə çatır. Yarpaqları üçguşəlidir. Çiçək qrupu yarım şar
şəkillidir. Toxumu yumurtavaridir. Toxumları sarı, yaşıl, qəhvəyi rəngdə olur.
Mütləq kütləsi 1,5-1,8 qramdır.
Toxumlar əlverişli şəraitdə bir sutkaya cücərir. Cücərtilər şaxtaya davamlıdır.
Torpağa tələbkar deyildir. Vegetasiya müddəti 80-130 gündür. Suvarılan
rayonlarda 2-3 dəfə biçmək olar. İkinci biçin üçün 30-40, üçüncü biçin üçün isə 50
gün tələb olunur. Çarpaz tozlanan bitkidir.
Toxumları çox xırda olduğundan səpin qabağı sahəyə mala çəkmək lazımdır.
Onu payızda səpdikdə səpinqabağı əkilmiş sahə suvarılmalı və malalanmadan
sonra səpinə başlanmalıdır.
Fosfor və kalium gübrəsinə tələbkardır. Şabdar adi cərgəvi üsulla səpilir.
Səpin norması hektara 12-16 kq, toxumun basdırılma dərinliyi 1,5-2,0 sm-dir.
Vegetasiya müddətində müxtəlif şərtlərdən asılı olaraq şabdar 4-5 dəfə suvarıla
bilər.
Kütləvi çiçəkləmə dövründə şabdarı biçmək lazımdır, gecikdirildikdə 2-ci
biçinin məhsulu aşağı düşür.
Toxum almaq məqsədilə şabdarın ancaq birinci biçini saxlanılır. Çünki,
birinci biçindən götürülən toxum məhsulu keyfiyyətli olur.
Mühazirə № 2 : “Çoxillik taxıl otları”
Mühazirənin planı:
1. Pişikquyruğu.
2. Çəmən topalı.
3.Qılçıqsız tonqalotu.
4. Daraqotu.
5. Kökümsovgövdəsiz ayrıq.
6. Çobantoxmağı.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
Çoxillik taxıl otları
Çoxillik taxıl otları qiymətli yem bitkilərinin çox böyük qrupunu birləşdirir.
Kifayət nəmlikli zonalarda (Pribaltika, qaratorpaq olmayan zona, meşə və meşə-çöl
zonalarının digər rayonları) çəmən pişikquyruğu, çəmən topalı, çoban toppuzu,
qılçıqsız tonqalotu böyük sahələri əhatə edir. Otlaqlarda çəmən qırtıcı (dişəsi) və
digər nəmliksevən taxıllar yaxşı boy atır. Quraqlıq rayonlarda daraqotu, qılçıqsız
tonqalotu, kökümsovgövdəsiz ayrıq və başqa bitkilər cücərir.
Pişikquyruğu
Pişikquyruğu bütün çoxillik taxıl bitkiləri içərisində ən çox ot məhsulu verir. O,
başlıca olaraq üçyarpaq ilə qarışıq səpində ot, senaj, yaşıl və otlaq otu, habelə silos
kimi istifadə olunur.
Pişikquyruğu çox yüksək qidalılığa (15%-ə qədər protein) malikdir. Sünbüllə-
mənin başlanğıcında yığılan otu iri buynuzlu qaramal və atlar iştaha ilə yeyir və
yaxşı həzm edirlər.
Qurudulmuş bataqlıqlarda və torfluqlarda həmin bitki yaxşı məhsul verir;
qumlu torpaqlarda pis böyüyür.
Pişikquyruğu uzun illər istifadə olunan bitkidir, lakin o, 2-3-cü il istifadədə
yüksək məhsul verir. Sonra otluq seyrəkləşir və məhsuldarlıq aşağı düşür. Becərmə
aqrotexnikası təxminən üçyarpaqda olduğu kimidir. Toxumluq üçün qızıl sarmaşıq
və digər karantin alaq otlarından tam təmizlənən sahələr ayrılmalıdır. Bu sahələrdə
enli cərgəli səpin üsulu geniş tətbiq olunur ki, bu halda kollanma və gövdə əmələ
gəlmə güclənir, deməli, toxum məhsuldarlığı da artır. Cərgələrarası 45 sm olan
əkində hər hektara 4-6 kq, cərgələrarası 30 sm-də isə 8 kq toxum səpirlər.
Bitkini dən-ot və kətan toxumsəpən maşınları ilə səpirlər, gencərgəli üsulda isə
SOH-2,8A markalı tərəvəz toxumu səpən maşınlardan istifadə edirlər. Toxumları
0,5-1 sm dərinliyə səpirlər, yalnız qumlu torpaqlarda toxumun basdırılma dərinliyi
1,5-2 sm-ə qədər artırıla bilər. Qarışıq səpində pişikquyruğunu payızda örtük bitki
ilə eyni vaxtda səpirlər ki, onun inkişafı üçyarpağın inkişafı ilə bir vaxta düşsün.
Pişikquyruğunun toxumlarını, adətən, yemlik əkinlərdən alırlar. Toxum
məhsuldarlığı 1 ha-da 4-8 s arasında dəyişir. Leninqrad 204, Voloqda, Marusins-
kaya 297, Moskva 1480 və s. pişikquyruğunun ən geniş yayılmış sortlarıdır.
Çəmən topalı (çəmən yulafcası)
Bu, seyrək kollu çoxillik taxıl otudur. O, pişikquyruğuna nisbətən
uzunömürlüdür, quraqlığa çox, şaxtalara isə az davamlıdır. Onu qırmızı üçyarpaq
ilə qarışıqda başlıca olaraq meşə-çöl rayonalrında, qaratorpaq olmayan zonanın
mərkəzi və cənub rayonlarında isə çəmən qarışıqları ilə səpirlər. Çəmən topalı ilə
qarışıq səpinləri Orta Asiya respublikalarında, Şimali Qafqazda, suvarma
şəraitində isə çəltik əkən rayonlarda geniş tətbiq oluna bilər. Həmin bitki torpağa
pişikquyruğuna nisbətən daha çox tələbkardır, gübrə verilmiş gillicə torpaqlarda və
qurudulmuş torfluqlarda yaxşı boy atır.
İkinci il yaxşı kütlə məhsulu verir. 8-10 il, bəzən da daha artıq müddətdə
məhsuldar istifadə olunur. Meşə-çöl zonasında onu adi cərgəli üsulla payızlıq
bitkilərin örtüyü altına səpirlər. Səpin hər hektara 11-13 kq hesabı ilə dən-ot
toxumsəpənləri ilə aparılır; meşə-çöl və cənubun üçyarpaq əkən rayonlarında
norma 1 ha-ya 10-12 kq-dır.
Çəmən topalının Moskva 62, Morşansk 1304, VİK-5, Didinovsk 8, İıqyeva 47
kimi sortları daha geniş yayılmışdır.
Qılçıqsız tonqalotu
Quraqlığa və qışa dözümlü çoxillik taxıl otudur. Onun səpinləri qırmızı
üçyarpaq ilə qarışıqda çöl və meşə zonalarının növbəli tarla əkinlərində, otlaq və
biçənək mənbələrində geniş yayılmışdır. Qılçıqsız tonqalotu uzun müddət istifadə
ilə (bəzən 10-12 ilə qədər) xarakterizə olunur. Otarıldıqdan və ot üçün yığıldıqdan
sonra yaxşı böyüyür. Erkən çalım nəinki yüksək qidalı yem götürməyə, həm də
əlavə olaraq 2-3 çalım yaşıl kütlə yığmağa imkan verir.
Ot məhsuldarlığı hər hektardan 40-60 s təşkil edir. Otlaq bitkisi kimi qılçıqsız
tonqalotunu yalnız 3-4-cü ildə, ana kökün torpağa daha yaxşı bərkidiyi vaxt
istifadə etmək məsləhətdir. Birinci iki il onu ot üçün biçmək lazımdır. Qılçıqsız
tonqalotunun otlaq bitkisi kimi əhəmiyyəti ondan ibarətdir ki, o, çöl rayonlarında
may ayının birinci yarısında yaşıl kütlə verir, otarıldıqda isə tez böyüyür; 20-25
gündən sonra onu ikinci dəfə istifadə etmək olar. Nəmlik kifayət qədər olduqda
xora yenidən böyüyür və onu payıza qədər otarırlar. Qılçıqsız tonqalotunun ot və
yaşıl kütləsini bütün kənd təsərrüfatı heyvanları iştaha ilə yeyir və yaxşı həzm
edirlər.
Tonqalotu ot qarışıqlarının qiymətli tərkib hissəsidir, lakin o, güclü kök
sisteminə malik olduğundan sahələri çox alaqlandırır və bununla da başqa bitkiləri
becərməyə mane olur. Odur ki, sahələri ön kotancıqlı kotanlarla 20-25 sm dərinliyə
şumlamaq lazımdır. Həmin dərinliyə şumlamadan sonra ana kök artıq böyümür.
Dedinovskiy -3, Fakelnıy və s. qılçıqsız tonqalotunun ən yaxşı sortlarıdır.
Daraqotu
Daraqotu – quraqlıq rayonlarda ən əhəmiyyətli çoxillik otdur. Daraqotundan
alınmış ot qidalılığına görə qılçıqsız tonqalotu və kökümsovgövdəsiz ayrığa
nisbətən daha dəyərlidir.
Çöl rayonlarında çoxillik taxıl otlarının qidalılığı
Bitki
100 kq-da miqdarı
həzm olunan zülal ,kq yem vahidi
Daraqotu 4,0 53,2
Qılçıqsız tonqalotu 3,3 48,0
Kökümsovgövdəsiz ayrıq 3,1 51,0 Tam sünbülləmə və ya çiçəkləmənin başlanğıc fazasında yığıldıqda ən yaxşı ot
almaq olur. Bitki həmin mərhələyə cənub və cənub-şərqdə mayın axırında, bəzən
də iyunun birinci günlərində çatır. Ən yaxşı otu daraqotu ilə hibrid yoncanın
qarışıq səpinlərindən alırlar.
Daraqotu otlaq bitkisi kimi erkən və gec yazda otarmada istifadə olunur. Yazda
otarıldıqdan və ya ot üçün yığıldıqdan sonra yağıntılar olmadıqda böyümür. Yalnız
payız yağışları başladıqdan sonra bitki inkişaf etməyə başlayır, tez böyüyür və
qiymətli yem verməklə payız, hətta qış otlaq şəraitində atları, iribuynuzlu qaramalı
və qoyunları saxlamağa imkan verir.
Tarla növbəli əkinində daraqotunu cərgəli səpin üsulu ilə dənli bitkilərin örtüyü
altına səpirlər. Daraqotu hibrid yonca ilə qarışıqda dənli bitkilər üçün gözəl
sələfdir. Daraqotunun səpin norması bir hektara 8-dən (yarımçöl rayonlarda) 15
kq-a qədər (çöl rayonlarda) olur. Yonca ilə qarışıq səpində daraqotunun səpin
normasını 50%-ə qədər azaldır, yoncanı isə tam norma ilə səpirlər.
Sortları: Daraqotunun 16 dan artıq sortu var. Ən çox yayılanlarına misal
olaraq Krasnokutskiy uzkolistnıy -305, Krasnokutskiy şirokolistnıy - 4 və s.
göstərmək olar.
Çöl rayonlarda daraqotu sabit toxum məhsulu (hər hektardan 3-6 s) verir;
gencərgəli toxumluq səpinlərdə məhsuldarlıq bəzən iki dəfə artır.
Kökümsov gövdəsiz ayrıq
Kökümsov gövdəsiz ayrıq – seyrək kollu taxıl otu olmaqla, daraqotuna nisbətən
quraqlığa az davamlıdır. Onu başlıca olaraq tarla növbəli əkinində yaşıl yem və ot
almaq məqsədilə səpirlər.
Yaşıl kütlə və ot məhsuldarlığına görə ayrıq daraqotundan üstündür. O, 2-3-cü
il ən yüksək (hər hektardan 30-40 s) məhsul verir. Suvardıqda ot məhsuldarlığı hər
hektardan 60 s-ə qədər artır. Ayrıq quraqlığa, torpağın şoranlaşmasına və qışa
davamlıdır. O, daha şimal rayonlarda belə boy ata bilir və yüksək ot məhsulu verir.
Ayrıq, bir hektara 15-18 kq toxum hesabı ilə cərgəli üsulla xaşa və yonca bitkiləri
ilə qarışıqda və təmiz halda səpilir. Onun sortlarından Marusinsk 996, Kamalinsk
175 geniş yayılmışdır.
Həmin bitkinin ən böyük çatışmazlığı ondan ibarətdir ki, onun toxumları
sürünən ayrıq və kökümsov gövdəli ayrıqotu (bunlara qarşı mübarizə çox
mürəkkəbdir) toxumlarına çox oxşayır. Toxum üçün adi səpinlərin daha yaxşı
otluğu saxlanır.
Çobantoxmağı
Çobantoxmağı çoxillik taxıllardan olan ot bitkiləri arasında ən yüksək yem
keyfiyyətinə malik olduğuna görə mal-qara onu daha iştaha və həvəslə yeyir. El
arasında müxtəlif adlarla: çobantoppuzu, şeytan çomağı, çəmən toxmağı və s.
adlanır.
Çobantoxmağı quraqlığa və soyuğa davamlılığına görə təsərrüfat üçün
əvəzedilməz bitkidir. Bu bitki ilk yazda bütün bitkilərdən tez inkişafa başlayıb,
yaşıl kütlə əmələ gətirir, bu da körpə quzuların və ana qoyunların otarılması üçün
əlverişli şərait yaradır. Bundan başqa, çobantoxmağı Azərbaycan şəraitində qış
dövründə öz yaşıl hissəsini itirmir. Bu da qış otlaqlarında heyvanların otlaması
üçün böyük əhəmiyyət kəsb edir.
Respublikanın qabaqcıl yemçilik təsərrüfatlarının növbəli əkində torpağın
strukturunu yaxşılaşdıran, münbitliyini bərpa edən (xüsusilə çoxillik paxlalılarla
qarışıq səpdikdə), qışı sərt keçən dağlıq dəmyə zonalar və quraqlıq rayonlar üçün
son dərəcə əhəmiyyətli olan çobantoxmağına diqqəti təəssüf ki, zəifləmişdir.
Çobantoxmağının kolu seyrək olur. Kolunun əsas gövdələri nisbətən dik
dayanır. Gövdənin ucalığı 50-105 sm-dir. Hamar və bol yarpaq verir. Hər gövdədə
4-8 buğum olur. Yarpaqları silindr şəklində, yeni əmələ gəldikdə uzununa ikiqat
bükülmüş olur. Yarpaqların rəngi, cavan vaxtı açıq-yaşıla, sonra boz-yaşıla çalır.
Kökü saçaqlıdır.
Yonca və xaşa ilə qarışıq halda səpildikdə bitki örtüyü zənginləşir, məhsuldarlıq
artır. Havalar quraq keçdikdə dəmyədə çobantoxmağının yerüstü hissəsi quruyur,
yağıntı olduqda və torpaqda normal rütubət yarandıqda yenidən göyərib yaşıl kütlə
əmələ gətirir. Suvarıldıqda bol məhsul verir. İşığa tələbkardır, lakin kolların,
ağacların altında və meşələrdə də yaxşı inkişaf edir.
Sortları: Çobantoxmağının ot əkinlərində, çəmənçilikdə və otlaqlarda 20-dən
çox sortu istifadə edilir. Azərbaycanda (2013) АзНИИКЛиП - 3 sortu 1996 - cı
ildən rayonlaşdırılmışdır (AzETYÇ və Oİ- da alınmışdır).
Mühazirə № 3 : “Birillik taxıl otları”
Mühazirənin planı:1. Sudan otu.2. Kalış (sorqo).3. Moqar.4. Birillik rayqras.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва,
Агропромиздат, 1986, 255 с.
Birillik taxıl otları
Sudan otu
Birillik otlardan sudan otu quraq çöl, cənub və cənub-şərq rayonlarında
daha geniş yayılmışdır. Bu yüksək məhsuldar bitki 2 m, bəzən də daha çox
dərinliyə işləyən inkişaf etmiş kök sisteminə malikdir. Odur ki, o, quraqlığa yaxşı
davamlı olur, biçildikdən və otarıldıqdan sonra tez böyüyür, yay müddətində 2-3,
kifayət qədər rütubətlikdə isə 4 dəfə biçilə bilir.
Sudan otu, quru ot, senaj, yaşıl yem və otlaq yemi üçün becərilir. Gövdə və
yarpaqlar şəkər və zülal maddələri ilə zəngindir, otun mütləq quru maddəsinin
9,8%-i zülaldan ibarətdir. Yem dəyərinə görə sudan otunun yaşıl kütləsi birillik
taxıl otlarından ən yaxşısı hesab olunur.
O, həm qaratorpaq zonanın, həm qaratorpaq olmayan zonanın rayonlarında
becərilir.
Artıq rütubətli və kifayət qədər temperatura malik rayonların suvarılan
əkinçiliyi şəraitində sudan otu kövşən yerinə əkilən bitki və əlavə əkin bitkisi kimi
geniş istifadə olunur.
Sudan otu torpağa az tələbkar olmaqla, çox nəmli və bataqlıq yerlər istisna
olmaqla, bütün torpaqlarda yaxşı boy verir. Bu bitki qara torpaqlarda ən yüksək
məhsul verir. Yemlik növbəli əkinində onu silos bitkilərindən, yaşıl yem üçün
becərilən qarğıdalıdan və ya çöl noxudu-vələmir qarışığından sonra əkirlər. Sudan
otu çevrilmiş layda yüksək məhsul verir. Eyni sahədə onu 2 ildən artıq becərmək
olmaz, məhsuldarlıq kəskin surətdə aşağı düşür.
Sudan otunu tarla növbəli əkinində ot və ya toxum üçün səpdikdə onu axırıncı
sahədə təmiz herikdən əvvəl yerləşdirmək lazımdır.
Sudan otu torpaqdan çox miqdar qida maddələri, xüsusilə azot mənimsəyir.
Odur ki, sudan otu səpinindən qabaq, həmçinin növbəti bitkilərə azot gübrələri
verilməlidir. Sudan otu üzvi gübrələrə daha həssasdır. Lakin peyin çürümədikdə
sudan otu çox ləng böyüdüyündən onun cücərtiləri alaq otlarının təsirinə məruz
qalır.
Mineral gübrələrdən ammonium sulfat və ammonium şorası, həmçinin fosfor
və kalium gübrələri yaxşı nəticə verir. Azot gübrələrini yazda, səpin qabağı və
yemləmə dövründə, xüsusən kollanma fazasında vermək lazımdır; fosfor və kalium
gübrələrini dondurma şumu altına, həmçinin yazda kultivasiya altına vermək
məsləhət görülür.
Mineral gübrələrin təsiredici maddələr hesabı ilə hər hektara orta norması
aşağıdakı qədər hesab olunur: 45-50 kq N, 30-45 kq K2O və 30-45 kq P2O5.
Sudan otu isti sevən bitkidir. Onu torpaqda 10-120 C-ə qədər temperatur
olduqda 10-12 sm dərinliyə səpmək lazımdır. İsinməmiş torpağa səpilən toxumlar
uzun müddət cücərmir, onların bir hissəsi isə şaxtalardan məhv olur. Cavan
cücərtilər -30 C şaxtaya davam gətirmir. Aşağı temperatur erkən yazda bitkinin
inkişafını ləngidir.
Sudan otu yaşıl konveyer üçün qiymətli bitkidir. Onun istifadə vaxtını 75-80
günə qədər uzatmaq məqsədilə meşə-çöl rayonlarında 2-3 müddətdə, 20 gündən bir
əkirlər. Birinci çalım üçün çöl zonasında 1-5 mayda, meşə-çöl zonasında 10-15
mayda səpirlər.
Sudan otunu ot və yaşıl yem üçün cərgəli üsulla adi səpin maşınları ilə səpirlər.
Toxumu 3-4 sm, torpağın üst qatı quru olduqda isə 4-5 sm dərinliyə səpirlər.
Quraqlıq havada torpağı hamar və ya diskli vərdənələrlə vərdənələmək lazımdır.
Sudan otunu toxum üçün, əsasən, enli cərgəli üsulla (cərgə araları 50-60 sm, bir
hektara səpin norması 13-15 kq) səpirlər.
Sortları: Sudanotunun 20- dən artıq sortu rayonlaşdırılmışdır. Ən çox
yayılan sortları Brodskaya-2, Çernomorka və s. - dir.
Azərbaycanda (2013-cü il) Şirokolistnaya - 2 sortu 1977-ci ildə
rayonlaşdırılmışdır. Kabardin- Balkar Dövlət k/t təcrübə stansiyasında 1977-ci ildə
yaradılmış orta yetişən sortdur.
Yaşıl yemdə zülalın miqdarını artırmaq məqsədilə sudan otunu yerli şəraitdən
və toxumun miqdarından asılı olaraq lərgə və ya yazlıq çöl noxudu ilə qarışıq
səpirlər. Qarışıq səpin sonrakı bitkilər üçün yaxşı sələf sayılır. Sudan otunu lərgə
ilə qarışıq halda iki üsulla səpirlər:
a) lərgəni erkən yazlıq bitkilərlə bir vaxtda cığıraçanlarla 7-8 sm dərinliyə,
onun cərgə aralarına isə torpaq isinən kimi (təxminən mayın 5-10-da) sudan otu
səpirlər;
b) lərgəni 8 sm dərinliyə, cərgələrin eninə isə 3-5 sm dərinliyə sudan otunu
səpirlər.
Qarışığın səpin normaları aşağıdakılardır: meşə-çöl zonasında – 20 kq sudan
otu və 80 kq lərgə və ya 20 kq sudan otu və 60-70 kq lərgə.
Sudan otunu kövşən yerinə, yaşıl yem və ya ot üçün yığılan payızlıq çovdar,
çöl noxudu-vələmir və başqa qarışıqlardan sonra əkmək məqsədə uyğundur.
Rütubətli və isti havada sudan otunu, arpa, buğda və ya noxuddan sonra
səpmək olar. Kövşən yerinə əkin üçün torpağı torpaq şəraitindən asılı olaraq
becərirlər. Əvvəlcə üzləmə, şumlama, sonra malalama və vərdənələmə aparılır.
Kövşən yerində əkin apapkən səpin normasını 15-20% artırırlar. Qida
maddələri ilə zəngin yaşıl kütlənin yüksək məhsulunu sudan otu ilə yazlıq çöl
noxudu və ya lərgənin kövşən yerinə qarışıq səpinlərindən götürürlər. Gübrələri
əsas bitki altına verirlər.
Sudan otunun axırıncı cərgəarası becərmə vaxtı nutun (noxudun) cərgə
aralarına səpini, həmçinin yazlıq bitkilərə eyni vaxtda əlavə əkini yaxşı nəticə
verir.
Sudan otunun səpin norması yaşıl yem üçün əkində olduğu kimidir.
Onun əsas becərildiyi rayonlarda yaşıl yem üçün yığımına süpürgə buraxma
dövründə başlamaq lazımdır. Faraş yığım proteinlə zəngin daha qidalı yem verir.
Bundan başqa, çiçəkləməyə qədər biçilən sudan otu daha tez və yaxşı böyüyür.
İkinci biçin, adətən, birincidən 30-35 gün, üçüncü isə ikincidən 35-40 gün sonra
aparılır; üçüncü biçindən 10-15 gün sonra xoranı otarma üçün istifadə edirlər.
Otun daha yaxşı böyüməsini təmin etmək üçün 7-8 sm hündürlükdə biçmək
lazımdır. Yaxşı ikinci və üçüncü biçin almaq məqsədilə əkini asan həll olan azot
gübrələri ilə yemləmək məsləhət görülür.
Ot üçün biçilmiş kütləni əvvəlcə sərili halda, sonra xotmanlarda qurudur, daha
sonra isə tayalara vururlar. Silos üçün, adətən, axırıncı biçindən istifadə edirlər.
Sudan otu istər təmiz, istərsə də başqa otlarla qarışıq halda yaxşı siloslanır.
Toxum üçün sudan otunu toxumlar əsas gövdədə yetişdikdə, kombaynlarla
yığırlar. Bəzən yığım iki dəfəyə aparılır. Əvvəlcə kombaynla toxumlarla birlikdə
süpürgələri, sonra isə adi yığan maşınlarla qalan küləşi yığırlar.
Kalış (sorqo)
İstifadə olunma xarakterinə görə 3 əsas növə ayrılır: dənlik, şəkərlik və
süpürgəlik. Siloslama və ot üçün başlıca olaraq şəkər kalışından istifadə olunur ki,
bunun da gövdə və yarpaqlarında 12%-ə qədər şəkər olur. Bu bitki quraqlığa
dözümlü, istilik sevən və yüksək məhsuldardır. Kalışa suvarma yaxşı təsir edir,
lakin o, torpaq şəraitinə xüsusi tələbkarlıq göstərmir, həm qumlu, həm də ağır gilli
torpaqlarda yaxşı inkişaf edir.
Kalış əsasən yem bitkilərinin növbəli əkinlərində əkilir. Tarla növbəli
əkinlərində dənli kövşən və ya kulis bitkisi kimi istifadə olunur. Birillik paxlalı
otlar və onların qarışıqları, çoxillik otların çevrilmiş layı və cərgəarası becərilən
bitkilər kalışın yem əkinləri üçün yaxşı sələf sayılır. Kalışdan sonra torpaqda qida
maddələri azaldığından yalnız çöl noxudu-vələmir qarışığı və ya başqa birillik otlar
səpirlər. Odur ki, yaşıl kütlənin yüksək məhsulunu almaq üçün torpağa üzvi və
mineral gübrələr verirlər. Qara torpaqlarda dondurma şumu altına 1 ha-ya təsiredici
maddə hesabı ilə 50-60 kq fosfor gübrələri verirlər.
Yüngül torpaqlarda kalium gübrələri azot və fosfor gübrələri ilə birlikdə ən
yaxşı effekt verir. İkinci və üçüncü biçindən sonra xoranı 1 ha-ya 30-40 kq P2O5
miqdarında superfosfatla yemləmək məqsədə uyğundur.
Toxumu torpağın üst qatı 10-120 C-yə qədər isindikdə səpirlər. Onu 3-5 sm
dərinliyə nəmli torpağa basdırırlar. Əgər səpin quru torpağa və quru havada
aparılmış olarsa, torpağı vərdənələmək lazımdır.
Silos və yaşıl yem üçün şəkər kalışının faraş Dnepropetrovski, Yantar
Minezotnıy sortlarından, həmçinin onların hibridlərindən istifadə olunur.
Silos üçün kalışı enli cərgəli üsulla (cərgə araları 60-70 sm) hər hektara 10-15
kq miqdarında səpirlər. Yay ərzində 2-3 dəfə traktorlu kultivatorlarla cərgəarası
becərmə aparılır. Yaşıl kütləni silos üçün dənin mum yetişkənliyinin başlanğıcında
kombaynla yığırlar.
Cavan kalış qidalı yaşıl yemdir. Onu iri buynuzlu qaramal, qoyun və atlar
iştaha ilə yeyirlər. Kalışla yemləməyə onun boyu 50-60 sm-ə çatdıqda, süpürgə
buraxmağa 15 gün qalmış başlamaq və süpürgə buraxma dövründə qurtarmaq
lazımdır.
Ayaqaltı yemlə otarmada heyvanların zəhərli maddə ilə - durrinlə zəhərlənmə
halları müşahidə olunur. Durrin bitkilərdə quraqlıq və soyuq vaxtı, həmçinin azot
gübrələrini normadan artıq verdikdə böyümənin dayanması nəticəsində əmələ
gəlir.
Kalışın, tüklü çöl noxudu və başqa bitkilərlə kövşən yerinə qarışıq səpinləri
payızlıq bitkilərdən sonra yaxşı inkişaf edir.
Kövşən yerinə əkinlə yanaşı kalışdan nutun və lərgə-vələmir qarışığının cərgə
aralarına əlavə əkin bitkisi kimi də istifadə edirlər. Bu halda kalışın səpin norması
15-20% artırılır.
Qarışıq səpinlərdən (kalışla səpin lərgəsi) də geniş istifadə olunur. Bu cür
qarışıqlarda proteinin miqdarı təmiz səpinlərə nisbətən xeyli artıq olur, bundan
başqa bitki kütləsinin məhsuldarlığı artır.
Kalışın səpin norması qarışıqlarda 20-25% azaldılır, paxlalı bitkilərin səpin
norması isə təmiz halda səpin normasının 60-65%-ni təşkil edir.
Qarışığı bir dəfəyə adi dənli bitki toxumlarını səpən maşınlarla bir qutudan və
ya bir-birinə qoşulmuş iki toxumsəpən maşınla səpirlər, özü də hər toxumsəpən bir
bitkini o birinin cərgəarasına səpir. Kalışı silos və toxum üçün kombaynlara
yığırlar.
Moqar
Moqar – qiymətli yem bitkisidir. O, tez yetişən və yüksək məhsuldar
olduğundan qaratorpaq zonalarda geniş yayılmışdır. Onu qaratorpaq olmayan
zonanın cənub rayonlarında da becərməyə başlayırlar. Moqarı ot, yaşıl yem, silos,
yemlik dən üçün və kövşənlik bitkisi kimi də becərirlər. Biçindən sonra pis
böyüyür.
Moqarın kökləri çox dərinə işlədiyindən o, quraqlığa asan dözür. Yarpaqlanmış
gövdələri 1-1,3 m hündürlüyə çatır. O, qumsal və qumlu torpaqlarda yaxşı boy atır,
lakin bataqlaşmış və rütubətli yerlərdə pis inkişaf edir. Əvvəlcə zəif böyüyür və
torpaq lazımınca hazırlanmadıqda alaq otlarının təsirinə məruz qalır.
Cənub rayonlarında onu kövşənlik bitkisi kimi əkirlər. Çox zibillənmiş yerlərdə
həmişə enli cərgəli səpin üsulu tətbiq olunmalıdır.
Moqar üzvi və mineral gübrələrə çox həssasdır. Buna baxmayaraq həmin bitki
altına bilavasitə təzə peyin vermək məsləhət görülmür, çünki alaq otları inkişaf
edir, əkin isə sürmə ilə xəstələnir.
Yaşıl yem üçün moqarı təmiz halda və ya çöl noxudu, lərgə və ya soya ilə
qarışıqda iki müddətdə səpirlər. Səpin quru ot üçün başdan-başa, toxum üçün isə
gencərgəli üsulla aparılır. Səpin norması nəmlik az olan rayonlarda hektara 8-12-
15 kq, nəmliklə təmin olunmuş yerlərdə isə 20 kq-a qədərdir. Toxumları 2-3 sm,
torpağın üst qatı quru olduqda isə 4-5 sm dərinliyə basdırırlar. Quru havada əkini
vərdənələyir və yüngül malalarla malalayırlar. Yaşıl yemdə zülalın miqdarını
artırmaq məqsədilə moqarı birillik paxlalılarla qarışıqda səpirlər. Çöl rayonlarında
12 kq moqar və 50 kq soya, meşə-çöl rayonlarında 15 kq moqar, 75 kq çöl noxudu
səpirlər. Paxlalılarla moqarın toxumlarını qarışdırıb toxumsəpən maşından səpirlər.
Yüksək qidalı yem almaq üçün moqarın yığım müddəti həlledici rol oynayır.
O, qida maddələri ilə kollanma fazasında daha zəngindir.
Moqarı ot üçün adi otbiçən maşınlarla biçirlər. Biçilmiş kütlə tez quruyur, lakin
şeh və ya suvarmadan sonra çalındıqda o, tez kiflənir və xarab olur.
Moqarı toxum üçün, sünbülcüklər qonurlaşdıqda və onların toxumları
bərkidikdə yığırlar; toxumlar tökülmür.
Moqarın çöl noxudu, lərgə, xəşənbül və başqa paxlalı bitkilərlə qarışıq
səpinləri böyük təsərrüfat əhəmiyyətinə malikdir. Qarışıq səpinlər daha qidalı, zərif
kütlə verir və bundan başqa növbəti bitkilər üçün gözəl sələfdir.
Birillik qaramuq (rayqras)
Turşuluq və artıq nəmliyə asan dözür, lakin qurudulmuş və gübrələnmiş gilli və
gillicə torpaqlarda daha yüksək məhsul verir.
Qaramuq qısa vegetasiya dövrünə malikdir (toxumlar 70-90 gündən sonra
yetişir); çalındıqdan sonra tez böyüyür və yay ərzində 2-3 dəfə məhsul verir. Təmiz
səpinlərdə üç biçindən 250 s-ə qədər şirəli və zərif kütlə yığırlar, qarışıq səpinlərdə
məhsuldarlıq hər hektardan 300 s-ə qədər artır.
Birillik qaramuq adətən, yem növbəli əkinlərində birillik paxlalı bitkilər və
çoxillik çəmən otları ilə qarışıqda səpirlər və səpin ili də istifadə edirlər.
Payızlıq cərgəarası becərilən bitkilər qaramuq üçün yaxşı sələf ola bilər, onun
paxlalı otlarla qarışıq əkinləri isə digər bitkilər üçün yaxşı sələfdir. Qaramuq
çoxillik otların seyrəkləşmiş əkinlərinə əlavə əkir və yem növbəli əkinləri üçün
yeni istifadəyə verilmiş torpaqlarda ilkin bitki kimi istifadə edirlər.
Birillik qaramuq saçaqlı kök sisteminə malikdir ki, bu da torpağın xırda topalı
strukturunu bərpa edə bilir.
Torpağı qaramuq üçün becərmə eynilə başqa birillik bitkilərdə olduğu kimidir.
Qaramuq üzvi və mineral gübrələrə, xüsusilə də biçindən sonra peyin şirəsi ilə
yemləməyə çox həssasdır.
Səpin faraş müddətlərdə aparılır. Toxumlar +1-40 C-də cücərir, cücərtilər zəif
şaxtalardan da ziyan çəkmir.
Qaramuq təmiz halda və digər paxlalılarla qarışıqda səpilir. Onun toxumları az
tökülən olduğundan, onları yonca toxumlarını təmizləyən maşınlarda işləyir və ön
qutusunda qarışdırıcı valı olan dən-ot toxumsəpənləri ilə səpirlər. Toxumları adi
cərgəli üsulla (cərgə araları 15 sm) 2-3 sm dərinliyə səpirlər. Yaşıl yem üçün
becərdikdə səpin norması 25-30 kq, çoxillik otlarla qarışıqda 15-18 kq təşkil edir.
Qaramuğun toxum üçün becərilməsi yaşıl yemdə olduğu kimidir. Növbəli
əkində toxumluq əkinləri, cərgə araları 12-15 sm olmaqla adi cərgəli üsulla yaxşı
gübrələnmiş sələf bitkiləri sahələrinə yerləşdirmək lazımdır. Enli cərgəli əkində
bitki sürətlə kollanır, toxumlar isə eyni vaxtda yetişmir. Səpin norması bir hektara
25-30 kq-dır. Toxumluq sahələri bitkinin orta zoğunda toxumlar tam yetişkənlik
fazasına çatdıqda qısa müddətdə kombaynla yığmaq və ya adi maşınla yığıb tam
qurutmaq, döymək lazımdır.
Qaramuğun toxum məhsuldarlığı kifayət qədər yüksək və sabit olmaqla, bir
hektardan orta hesabla 5-6 s təşkil edir. Toxumdan başqa, əlavə olaraq hər
hektardan 20 s-dən 30 s-ə qədər qiymətli küləş götürmək olar.
Afrika darısı
Bu bitki Ukraynanın və Şimali Qafqazın quraqlıq zonalarında, Orta Asiya
respublikalarında və Qazaxıstanda yaxşı boy atır. Onu yaşıl yem, silos, az hallarda
isə ot və yemlik dən almaq üçün becərirlər. İstilik sevən bitki olmaqla, aşağı
temperatura davamsızdır. -2-30 C şaxtada məhv olur.
Düzən yerlərdə ağır gilli və turş torpaqlarda pis boy atır və duzlaşmaya qarşı
davamsız olur.
Afrika darısı cənub rayonlarında da yaxşı böyüyür, 2-3 biçin verir. Yüksək
aqrotexnikada becərdikdə silosluq kütlənin məhsuldarlığı hər hektardan 800-1000
s-ə, toxum məhsuldarlığı isə orta hesabla 20 s-ə çatır.
Mühazirə № 4 : “Birillik paxlalı yem bitkiləri
Mühazirənin planı:
1. Birillik paxlalı yem bitkilərinin təsərrüfat əhəmiyyəti və məhsuldarlığı.
2. Gülülün botaniki və bioloji xüsusiyyətləri.
3. Çöl noxudunun botaniki və bioloji əhəmiyyəti.
4. Gülül və çöl noxudunun aqrotexnikası.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
Birillik paxlalı yem bitkiləri
Təsərrüfat əhəmiyyəti və məhsuldarlığı. Azərbaycanda birillik paxlalı yem
bitkilərindən ən çox yayılanı və təsərrüfat əhəmiyyəti olanı çöl noxudu və
gülüldür. Bu bitkilərdən alınan yüksək qidalı və tez həzm olunan yemi bütün kənd
təsərrüfatı heyvanları həvəslə yeyirlər. Noxud və ya gülülün həm təmiz, həm də
digər taxıl fəsiləsinə aid olan bitkilərlə qarışıq əkinləri becərilir. Bu bitkilərin tez
yetişməsi və soyuğa davamlı olmaları onları müxtəlif dövrlərdə əkib becərməyə
imkan verir. Aran rayonlarının suvarma şəraitində bu bitkilərdən pambıqdan sonra
becərməklə yüksək yaşıl kütlə məhsulu götürmək mümkün olur. AzETPİ-nin
təcrübələri göstərir ki, çöl noxudunu pambıqdan sonra becərdikdə aprelin 25-nə
qədər hər hektardan 250-300 sentner yaşıl kütlə götürülür. Bu isə, əlavə almaqla
yanaşı, torpağın münbitləşdirilməsində mühüm rol oynayan aqrotexniki tədbirdir.
Çöl noxudunun və gülülün həm dənləri, həm yaşıl kütləsi və quru otu zülallarla,
mineral duzlarla və vitaminlərlə zəngin olan qiymətli yemdir. Çöl noxudunun
dənlərini un, qaba üyüdülmüş dən halında yaxud kombinə edilmiş yemlərin
tərkibində istifadə edirlər. Ona görə də bu bitkilərin əkinlərini genişləndirmək və
məhsuldarlığını yüksəltmək çox mühüm əhəmiyyətə malikdir.
Gülülün küləşinin tərkibində 15% su, 8,5% kül, 6,5% protein, 2,2% yağ, 41,5%
sellüloza, 41,3% azotsuz ekstraktiv maddələr, toxumlarının tərkibində isə 30%
protein, 58,8% azotsuz ekstraktiv maddələr olur. 100 kq küləşində 23,2, 100 kq
dənində isə 116 yem vahidi olur. Çöl noxudunun dənində sinil turşusu ola bilər,
buna görə də onu yem üçün istifadə etdikdə bunu nəzərə almaq lazımdır.
Gülül bitkisinin və çöl noxudunun kökləri ilə hər hektar sahədə 80-100 kq azot
toplanır. Bu xüsusiyyətinə və alaq bitkilərini zəiflətdiyinə görə adı gedən bitkilər
taxıl, çuğundur, günəbaxan, kartof və digər bitkilər üçün həm də qiymətli sələf
sayılırlar.
Gülül yaşıl gübrə məqsədilə də becərilir. Onun kövşənlik əkinləri də yüksək
məhsul verir. Çöl noxudu-yulaf qarışığını tarla növbəli əkinlərində herik
şumlarında əkmək daha məqsədəuyğundur.
Səpin gülülünün hər hektarından 200-250 sentner yaşıl kütlə və ya 25-60
sentner quru ot məhsulu götürülür. Toxum məhsulu isə 15-50 sentner/
hek olur.
Azərbaycan şəraitində payızda səpilmiş bitkilər qışı yaxşı keçirir və yazda hər
hektardan 100 sentnerə qədər quru ot məhsulu verir.
Gülülün botaniki və bioloji xüsusiyyətləri. Ölkəmizdə gülülün 85 növü
yayılıb. Daha çox əhəmiyyətə malik olan növü səpin və ya yazlıq gülülüdür.
Bitkinin mil kökü torpağın dərin qatlarına keçir. Gövdəsi zərif, yerə yatan,
qabırğalı, üzəri tüklü və ya çılpaq olur. Gövdənin hündürlüyü 50-100 sm olur.
Cütlələkşəkilli mürəkkəb yarpaqları olur.
Hər saplaq üzərində 4-8 cüt enli yarpaqcığı olur, saplaq bığcıqlarla qurtarır.
Çiçəkləri oturaq şəkildə yarpaq qoltuğunda iki-iki əmələ gəlir. Ləçəklər əsasən
bənövşəyi, ağ, yasəməni rəng olurlar.
Öz-özünə, və ya həşəratla çarpazı tozlanır. Paxlaları 4-10 toxumlu olub,
yetişəndə açılıb töküləndirlər. Toxumları yuvarlaqdır. 1000 toxumu 40-60 qramdır.
Rəngi qara, şabalıdı və s. olur.
Bitkinin toxumları 2-30 C-də cücərir. Cücərtiləri 5-60 C şaxtaya tab gətirirlər.
Yarovizasiya mərhələsini 5-70 C temperaturda keçirir. Cücərmədən 40-60 gün
sonra çiçəkləyir, 55-70 gündən sonra ot üçün biçilir, toxumları isə 75-120 gündən
sonra yetişir.
Uzun gün bitkisidir. 450 mm yağmur düşən zonalarda dəmyə becərilə bilir.
Gülülün qışlıq və ya payızlıq yarpaq növünün də təsərrüfat əhəmiyyəti
böyükdür. Bu növün yazlıq və payızlıq formaları vardır. Gövdəsi çox şaxələnən,
yerə sərilən, üzəri sıx tüklə örtülü, 1-1,5 m hündürlüyündə olur. Üzərində 6-8 cüt
lansetvari yarpaqcığı olan mürəkkəb yarpağı vardır. Saplağı 3-4 bığcıqla qurtarır.
Paxlasında 4-8 ədəd şar formalı, qara və ya şabalıdı rəngli xırda toxumları olur.
1000 toxumunun çəkisi 25-30 qram olur. Əsasən ot üçün becərilir. Biçildikdən və
ya otarıldıqdan sonra yenidən göyərir.
Gülül sortları (2013). Lqovskaya 31-292, Nemçinovskaya-72, Orlovskaya-4.
Çöl noxudunun botaniki təsviri və bioloji xüsusiyyətləri. Çöl noxudunun da
bioloji xüsusiyyətləri gülülünkünə oxşardır. Gövdəsi nazik və qaba olub
hündürlüyü 50-100 sm arasında olur. Gövdəsinin içi yarımdolu, səthi seyrək tüklü
olur. Cavan gövdələrin sayı 8-11, buğumaralarının sayı 8-26 olur. Gövdənin rəngi
boz-narıncı olur.
Yarpaqları tək lələkvari, uzunsov lentşəkilli, eni 0,5-1,3 sm, uzunluğu 2-3 sm
olur. Paxlası iynəşəkilli, nəhayəti əyilmiş, eni 0,4-1 sm, uzunluğu 4-5 sm-dir.
Çiçəkləri açıq-bənövşəyi rəngli olub, buğumlararasında dik dayanır. Çiçəklərinin
uzunluğu 1,4-4 sm olur. Toxumları oval şəkilli, tutqun çəhrayı rənglidir. Dəni
qonur ləkələrlə örtülü olub, məxməri rəngə çalır. Hər paxlasında 2-6 toxum əmələ
gəlir. 1000 toxumunun çəkisi 60-80 qram olur. Səpindən 8-10 gün sonra cücərtiləri
alınır. Cücərdikdən 32-45 gün sonra çiçəkləyir, çiçəklədikdən 32-36 gün sonra
toxumları yetişir.
Gülül və çöl noxudunun aqrotexnikası. Növbəli əkində bu bitkilərin sələfi
payızlıq və yazlıq dənli taxıl, tərəvəz, bostan, şəkər çuğunduru, pambıq və s.
bitkilər ola bilər. Bu bitkilərin özləri dənli taxıl bitkiləri üçün qiymətli sələf hesab
edilirlər. Gülül və çöl noxudu səpmək üçün torpağın becərilməsi sistemləri
sələflərdən asılı olaraq müəyyən edilir. Əgər dənli taxıl bitkiləri sələf qəbul
edilibsə, onların məhsulu yığıldıqdan sonra tarla 5-7 sm dərinliyində üzlənir,
sonradan suvarılır. Alaq otlarının toxumları cücərti verdikdən sonra üzləmə təkrar
edilir. Əsas şumdan əvvəl hər hektara 5-10 ton çürümüş peyinlə 2 sentner
superfosfat və 1 sentner kalium sulfat qarışığı səpilir. Sonra 25-27 sm dərinliyində
şum aparılır. Şumdan sonra suvarma zonasında tarla arat edilir. Arat yetişdikdən
sonra sahəyə 5-7 sm dərinliyində səpinqabağı kultivasiya və onun dalınca mala
çəkilir.
Yüngül mexaniki tərkibli torpaqlarda səpsuvar aparılır. Cərgələrarası becərilən
bitkilər (qarğıdalı, sorqo) sələf qəbul edilibsə, tarla üzlənmədən birbaşa şumlanır.
Azərbaycanın əksər zonalarında şum sentyabrın əvvəllərində aparılır. Şumdan
sonra sahə kətmənli olarsa tarlanı diskləmək və malalamaq lazımdır.
Pambıq, şəkər çuğunduru və kartofdan sonra əsas şum əvəzinə tarla 12-15 sm
dərinliyində üzlənir. Bu bitkilərin məhsulu gec yığıldığından sahəni arata qoymağa
vaxt qalmır, əks təqdirdə payız səpin müddəti gecikir. Ona görə də səpsuvar edilir.
Səpin müddətləri. Gülül və çöl noxudunu respublikamızın aran suvarma
şəraitində sentyabrın 20-dən oktyabrın 30-na qədər səpmək lazımdır. Yaz səpinləri
isə fevralın 15-dən martın 15ə qədər keçirilməlidir.
Dağ və dağətəyi zonalarda payız səpini sentyabrın axırına qədər keçirilməlidir.
Səpin üsulları və normaları. Noxud və gülül toxumları başdan başa darcərgəli
və ya gencərgəli səpin üsulu ilə səpilə bilər. Birinci üsulda səpin keçirmək üçün
SUB-48 markalı taxıl toxumu səpən maşınlardan istifadə olunur. Bu halda cərgə
araları 7,5 sm olur. Noxudun səpin norması 1,6-1,8 milyon/hek qəbul edilir.
Dən məhsulu götürmək üçün hər hektara 1-1,2 milyon cücərən toxum səpilməsi
məsləhət görülür. Toxumların iriliyindən asılı olaraq səpin norması çəkicə 120-340
kq arasında dəyişir.
Gencərgəli səpin üsulunda cərgəaraları 45 sm götürülür. Bu üsulla səpin
apardıqda 1000 ədəd toxumun çəkisi 120-130 qram olan AzETPİ-1508 və 1528
nömrəli sortları üçün səpin norması 60-120 kq qəbul edilir.
Toxumların səpin dərinliyi ağır torpaqlarda 4-5 sm, yüngül torpaqlarda isə 6-7
sm qəbul edilir.
Gülülün toxumları xırda olduğundan səpin dərinliyi torpaqlardan asılı olaraq 3-
4 və 5-7 sm qəbul edilir. Səpin üsullarından asılı olaraq hər hektara 2,0-3,5 milyon
cücərən toxum səpilir. Gülülü vələmirlə qarışıq səpdikdə çəkicə iki hissə gülül, bir
hissə vələmir toxumu ilə qarışdırılıb səpilir. Təmiz səpinlərdə gülüldən toxum
istehsal etmək üçün toxumların iriliyindən asılı olaraq hər hektara 60-70 kq dən
səpilir.
Gülül, çöl noxudu bitkilərinin əkinlərinə qulluq işləri və məhsul yığımı
Hər iki bitkinin əkinlərinə eyni qulluq işləri tətbiq edilir.
Ağır qranulometrik tərkibli torpaqlarda cücərtilər alınmamış torpaq səthində
qaysaq əmələ gələrsə, cərgələrin köndələninə mala çəkmək lazımdır. Əgər arata
səpilməyibsə, səpsuvar aparılır. Payız quraq keçibsə, dekabr-yanvar aylarında
əkinləri suvarmaq lazımdır. Yazda qönçələmə və çiçəkləmə fazalarında da əkinlər
suvarılmalıdır. Əgər əkinlər toxum üçündürsə toxum dolan dövrdə də suvarma
aparılmalıdır. Gencərgəli səpin üsulu ilə səpilmiş sahələrdə cərgə arasını 2 dəfə
kultivasiya etməklə alaqlar məhv edilir, torpaqlar yumşaldılır.
Ən çox yayılmış zərərvericiləri yonca sovkası, noxud mənənəsi, çəmən
kəpənəyi, yonca uzun burunu və s.- dir. (2-3 kq/ha dendrobatsilin, entobakterin).
Xəstəliklərdən ən çox pas, unlu şeh, bakterioz, askoxitoz, pernosporioz və s.-
dir. Mübarizə tədbiri yonca bitkisində olduğu kimidir. Mübarizə məqsədilə
kimyəvi preparatlardan istifadə olunur.
Gülüldən quru ot götürmək üçün onu bitkidə paxlaların əmələ gəlmə dövründə
yığmaq lazımdır. Yaşıl kütlə məhsulu götürmək və ya otarmaq üçün bitkinin
çiçəkləmə fazası daha əlverişlidir.
Gülül və noxud məhsulu silos hazırlanacaqsa yığım paxlaların kütləvi
əmələ gəlmə dövründə aparılmalıdır.
Noxud və gülül bitkilərində bütün paxlalar eyni vaxtda yetişir. Aşağı
mərtəbədəki paxla və toxumlar daha tez yetişir. Odur ki, toxum məhsulunun
yığımına aşağı və orta mərtəbədəki paxlalar qonurlaşan zaman başlamaq lazımdır.
Yetişmiş paxlalar çatlayıb toxumları töküldüyündən yığımı gecikdirmək olmaz.
Toxum itkisini azaltmaq üçün yığımı havanın sərin olduğu səhər və ya axşamçağı
aparmaq lazımdır.
Gülül və noxudun toxum məhsulunu yığmaq üçün əvvəlcə bitkiləri JBA-3,5
markalı otbiçən maşınla biçib tirələrə yığırlar. Biçilmiş noxud kütləsi taxılyığan
kombaynlarla (SK-4, “Niva” və s.) döyülür. Bunun üçün kombaynı quraşdırır,
barabanla dekaarası boşluğu toxumların ölçüsünə uyğun nizamlayır və barabanın
dövrlər sayını 600-700-ə endirirlər.
Döyülmüş toxum OS-1, OS-3 markalı dən çeşidləyən maşınlardan keçirilib
çeşidlənir və təmizlənir. Təmizlənmiş və qurudulmuş toxumlar saxlanmaq üçün
anbara təhvil verilir. Toxum saxlanacaq anbarlar qabaqcadan dərmanlanıb
dezinfeksiya edilməlidir.
Mühazirə № 5 : “Birillik yeni yem bitkiləri
Mühazirənin planı:
1. Yağlı turp
2. Perko
3. Əmənkömənci
4. Şərq çəpişotu
İstifadə olunan ədəbiyyat
1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5.Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10.Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12.Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13.Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
Birillik bitkilər
Yağlı turp
Yağlı turp (Raphanus raphanistrum L. var. oleifera Metzg.) kələmkimilər
(Brassicaceae) fəsiləsinə daxil olan birillik ot bitkisidir. Bu bitki Şərqi Asiyada üç
min il bundan əvvəl yağlı bitki kimi mədəni hala salınmışdır. Avropada və
Rusiyada XIX əsrin axırlarından becərilir. Toxumunun tərkibində 40% - dən artıq
yarımquruyan yağ olsa da toxumu çətin təmizləndiyindən geniş vüsət
tapmamışdır. Hazırda Rusiyada xüsusən də Qeyri-Qaratorpaq bölgələrdə
perspektivli yem bitkisi hesab edilir. Yaxşı bal verən bitkidir.
Turp torpaq münbitliyinə xüsusi tələbat göstərir. Vegetasiya müddəti qısadır.
50-60 gün ərzində hektardan 250-300 sen. yaşıl kütlə verə bilir. Ona görə də onu
tez yığılan bitkilərdən sonra becərmək və təkrar səpmək də olur.
Yaşıl kütləsi silos üçün və yaşıl yem kimi istifadə edilir. Tərkibində zülal çox
olduğu üçün çiçəkləmə fazasının sonuna qədər o pis siloslaşır. Ona görə də tez
biçildikdə turpu başqa bitkilərlə qarışıq siloslaşdırmaq lazımdır. Yağlı turpu ağ
xardal kimi başqa birillik otların tərkibində qarışıq becərmək olar. Yağlı turp
gülüllə yulafın və ya çöl noxudu ilə yulafın qarışıq əkinlərində yaxşı komponent
hesab olunur. Çiçəkləmə fazasında yaşıl kütləsində 10-16 % quru maddə, 12-26 %
protein, C vitamini və mineral duzlar olur.
Əlverişli şəraitdə 75-80 gün hektardan 500-600 sen. yaşıl kütlə verə bilir.
Toxum məhsuldarlığı 10-18 sen/ha - dır.
Kök sistemi milşəkillidir, yuxarı hissəsində 2-3 sm-ə qədər yoğunlaşmışdır
və torpağın 0,8-1,0 m dərinliyinə işləyə bilir.
Gövdəsi 0,7-1,4 m hündürlükdə, budaqlanan, yaşıl qranit rəngli, buğumların-
dan əyilmiş, içərisi dolu, yaxud boş, müxtəlif dərəcədə tüklüdür.
Yarpaqları tükcüklüdür, aşağı yarpaqları saplaqlı, lirəvari-lələkşəkilli olmaqla
2-6 dilimlidir. Yuxarı yarpaqları xırda, tam kənarlı, demək olar ki, oturaqdır
( saplaqsız).Yarpağın rəngi sarımtıl-yaşıldan yaşıla qədər dəyişilir.
Çiçək qrupu seyrək salxımdır. Çiçəklərinin tacı kələmkimilərə xas olan ağ,
çəhrayı və yaxud aşıq - bənövşəyi rənglidir, çarpaz tozlanır.
Meyvəsi itiuclu, açılmayan, şişkin qındır. Qının uzunluğu 3-7, diametri 1,0-
1,5 sm olmaqla çətin seçilən yuvalara bölünmüşdür. İçərisində yumşaq parenximdə
6-10 ədəd açıq qəhvəyi rəngli, qeyri - düzgün oval formalı toxumları olur. 1000
ədəd toxumunun kütləsi 8-12 qramdır.
Toxumunu adi taxıl səpənlərlə cərgəvi üsulla səpirlər. Hektara 6-7milyon ədəd
cücərə bilən toxum səpilir. Toxumları 2-4 sm dərinliyə basdırılır.
Yaşıl yem üçün turpu çiçəkləmə fazasından meyvəvermə fazasına qədər olan
dövrdə, silos üçün isə təmiz halda meyvəvermə fazasında yığırlar. Toxumluq
sahələri iki fazalı yığım üsulu ilə bitkinin orta hissəsindəki toxumlar yetişdikdə
yığırlar.
İstehsalat şəraitində hazırda Polşa, Almaniya, Rumıniya və Hindistandan
gətirilmiş formaları daha çox yayılmışdır. İlkin yerli sortları - “Tambovçanka” və
“Raduqa” yaradılmış və təsərrüfatlarda becərilir.
Perko
Perko bitkisi tetraploid çin kələmi (Brassica chinensis L.) ilə tetraploid
payızlıq turpəngin (Brassica campestris L.) hibridləşdirilməsindən alınmışdır. Bu
bitki kələmkimilər (Brassicaceae) fəsiləsinə daxildir. Mil kök sistemi vardır.
Gövdəsi dik dayanan, yarpaqları eyni cür deyildir. Aşağı yarpaqları lirəşəkilli-
lələkvari bölümlüdür. Çiçəkləri salxıma bənzər çiçək qrupunda toplanmışdır, sarı
rənglidir, meyvəsi qıncıqdır.
Torpağın nəmliyinə yüksək tələbat göstərir. Quraq rayonlarda məhsuldarlığı
azalır və yemlik dəyəri aşağı düşür. Həm yazlıq, həm də payızlıq bitki kimi
becərilə bilər. Birinci ili çiçəkləmir ancaq tez böyüməsi ilə əlaqədar olaraq aralıq
əkinlərdə istifadə etmək olar. Dənli-taxıl bitkiləri biçildikdən sonra səpildikdə
sentyabrın ortalarına və axırında sahədə digər yem bitkilərinin olmadığı və ya az
olduğu vaxt perko keyfiyyətli yaşıl kütlə məhsulu verir. Orta Asiyada perko
pambıq kolları çıxarıldıqdan sonra əkilir və payız-qış və yaz dövründə hektardan
300-500 sen. yaşıl kütlə verir.
Perko bitkisi yaxşı xora verir. Latviya şəraitində may ayının əvvəlində səpilmiş
perko üç ildə orta hesabla hektardan 520 sen. yaşıl kütlə vermişdir. Perko bitkisi
yayın ikinci yarısında səpildikdə yaxşı qışlayır və aprelin axırı, mayın əvvəlində
yaşıl kütləsi biçilir. Latviya şəraitində perkonun avqust səpinlərindən may ayının
birinci ongünlüyündə 259 s/ha yaşıl kütlə biçilmişdir.
Tərkibində 9-11 % quru maddə vardır. Quru maddəsinin 15-20 %-ini protein
təşkil edir.
100 kq yaşıl kütləsində 11 yem vahidi, 1 yem vahidində 120-140 qr, asan həzm
olunan protein,140-150 qr. şəkər vardır. Perkonun tərkibində xardal yağı yoxdur,
gövdəsi odunlaşmır, ona görə də heyvanlar tərəfindən iştaha ilə yeyilir. Ondan
yüksək keyfiyyətli silos hazırlamaq və qarğıdalı və sorqo silosuna qatmaq olar. Bu
da sorqo silosunun qidalılıq dəyərini daha da artırır. Perko bitkisi yaşıl yem kimi
istifadə olunmaqla bərabər siderat bitkisi kimi də istifadə olunur.
Perkonun becərilmə texnologiyası payızlıq rapsın becərilmə texnologiyası ilə
eynidir. Səpin qabağı torpağa təsir edici maddə hesabı ilə 100 kq azot, fosfor, 120
kq kalium verilməsi məsləhət görülür. Səpin norması 10-12 kq/ha-dır. Toxumları
1,5-2,0 sm dərinliyə basdırılır.
Əmənkömənci
Əmənkömənci Malvaceae (əmənkömənci) fəsiləsinə daxil olan birillik ot
bitkisidir. Mədəni şəkildə 3 növü geniş yayılmışdır. 1) Melyuqa (Malva meluca
Graebn.) 2. Qıvrım əmənkömənci (M. crispa L.) və 3. Köbəşəkilli əmənkömənci
(M.verticillata L.) Yem məqsədi ilə 2- ci və 3 - cü növü becərilir. Meluca növü
Rusiyaya XX əsrin 30-cu illərində gətirilmişdir.
Qıvrım və köbəşəkilli əmənköməncilərlə isə Rusiyanın Avropa hissəsində,
Orta Asiyada və Sibirdə təbii bitmə yerlərində rast gəlinir. Əvvəllər əmənkömənci
bir sıra ölkələrdə dərman, ərzaq və dekorativ bitki kimi becərilirdi. Sonradan onu
qaba lif verən texniki bitki kimi becərməyə başladılar. Hektardan 11-18 sen. qaba
lif verir. Sonralar isə onu yem bitkisi kimi öyrənməyə başladılar. Əmənkömənci
yüksək yem keyfiyyətinə malikdir.
Biçin vaxtından (fazasından) asılı olaraq tərkibində 18-33% protein olur ki, bu
da yoncada və üçyarpaqda olduğundan geri qalmır. Tərkibindəki zülal, amin turşu
tərkibinə görə süd zülalı kazeinə yaxındır. Yeminin tərkibi həm də mineral duzlarla
və vitaminlərlə zəngin olduğu üçün qiymətlidir.
Yaşıl kütləsi qarışıq silos hazırlamaq üçün maraq doğurur. Tərkibində
karbohidratların miqdarı az, zülali maddələrin miqdarı isə çox olduğu üçün təmiz
halda pis siloslaşır. Əmənkömənci həmçinin ot unu və quru ot hazırlamağa da
yararlıdır. Toxumlarının tərkibində15-20% yağ vardır. Toxumları ilə quşları və
donuzları yemləmək olur. Hektardan 600-800 sen. yaşıl kütlə məhsulu verə bilir.
Orta məhsuldarlığı isə 300-400 s/ha-dır.
Torpağın 1,5-2,0 m dərinliyinə işləyə bilən güclü mil kök sistemi vardır.
Gövdəsi 2,0-2,5 m hündürlükdə, qeyri-düzgün dairəvi, düz, şirəli, yerə
yatmayan, budaqlanandır. Yaşıl rəngdə və ya antosian rənginə boyanmış olur.
Yarpaqları iri, ürək formalı, 5-7 dilimli, saplaqlı tüksüz və yaxud zəif tüklüdür.
Qıvrım əmənköməncinin yarpaq ayasının kənarları qırçınlı-dalğalıdır.
Çiçəkləri xırdadır. Yarpaq qoltuğunda yerləşən köbələrdə toplanır. Hər köbədə
4-11çiçək olur. Çiçək tacının rəngi ağdan tutmuş qırmızı-bənövşəyi rəngə qədər
dəyişilir. Fakültativ (istənilən şəkildə) tozlanan bitkidir.
Meyvəsi açıq qozadır. Qozasında 10 ədəd bozumtul rəngli, səthi qırışıqlı, sərt
qabıqlı toxum olur. 1000 ədəd toxumunun kütləsi 3 - 4 qr. olur. Toxum qabığının
möhkəm olması səbəbindən yalnız iki il saxlandıqdan və ya skarifikasiya edilib
əkildikdən sonra normal cücərti verir.
Yerli populyasiyalardan seçmə və hibridləşmə yolu ilə yaradılmış seleksiya
sortlarından istifadə edilir.
Əmənköməncini gencərgəli (cərgəarası 60 sm) üsulla səpirlər. Cərgəarasını 45
sm-də götürmək olar. Əmənköməncini yaşıl kütlə almaq üçün 30 sm cərgəarası
qoymaqla səpilir. Qarğıdalı və günəbaxanla qarışıq səpinlərdə əmənkömənci iki
cərgədən bir səpilir. Təmiz səpinlərdə hektara səpin norması 5-6 kq - dir.
Toxumları 2-3 sm dərinliyə basdırılır.
Cücərtilərin əmələ gəldiyi ilkin dövrlərdə bitkisi yavaş böyüyür və qulluq tələb
edir. Yaşıl kütləsi silos üçün avqustun axırı və sentyabrın əvvəllərində biçilir.
Toxum məqsədi ilə becərildikdə əmənköməncini adi cərgəvi və ya dar cərgəvi
üsula becərmək məsləhətdir. Sıx səpinlərdə əmənköməncinin yarpaqları az,
toxumları çox olur. Toxumluq sahələr ot biçənlərlə biçilib tökülür, toxumlar tam
yetişib- quruduqdan sonra kombaynla döyülüb təmizlənir.
Şərq çəpişotu
Şərq çəpişotu (Galega orientalis Lam.) paxlalılar fəsiləsinə (Fabaceae) daxil
olan çoxillik yem bitkisidir. Rusiya ərazisində XX əsrin əvvəllərindən (1920)
öyrənilməyə başlanılmışdır. Kiçik sahələrdə Baltikyanı ölkələrdə, Rusiya
federasiyasının qeyri – qaratorpaq vilayətlərində elmi-tədqiqat müəssisələrində,
Ukraynada və Belarusda becərilir.
Yonca və üçyarpaq becərilən rayonlarda çəpişotu da becərilə bilər. Yaxşı bal
verən bitkidir. Yabanı formalarına ancaq Qafqazda rast gəlinir.
Yaşıl kütləsi heyvanlara yedizdirmək üçün paxlalı otlardan əvvəl hazır olur.
Tərkibində 25% quru maddə, çoxlu protein (quru maddənin 40%-ə qədəri), karotin
və askorbin turşusu vardır. Yaşıl kütləsinin 100 kq-da 20-28 yem vahidi, 3-3,5 kq
asan həzm olunan protein vardır. Quru otu və silosu heyvanlar tərəfindən yaxşı
yeyilir. Quru otunda 56, ot ununda 75 yem vahidi vardır. Yaşıl kütləsinin bir yem
vahidində 135 qr, quru otunun bir yem vahidində 190 qr, ot ununun bir yem
vahidində isə 198 qr, asan həzm olunan protein vardır.
Çəpişotunun yaşıl kütləsi vitaminlərlə - askorbin turşusu, karotin, flavonol
həmçinin mineral maddələrlə zəngindir. Bundan başqa çəpişotunun tərkibində
heyvanlarda südün sekresiyanın (ifrazını) nizamlayan aktiv maddələr aşkar
edilmişdir.
Ot unu şəklində və doğranmış halda proteinin konsentratıdır. Taxıl otlarının
çəpişotu ilə qarışıq silosu yüksək keyfiyyətli yem hesab edilir. Hektardan yaşıl
kütlə məhsuldarlığı 300-600 sen.- dir. Bu da hektardan 20-30 sen. protein
deməkdir. Bu cinsə daxil olan başqa növlərdən fərqli olaraq çəpişotunun
tərkibində heyvan orqanizminə zərərli təsir göstərən halegin alkaloidi yoxdur.
Botaniki təsviri. Şərq çəpişotunun (Galega orientalis Lam.) kök sistemi
güclüdür. Mil kökü torpağın 0,6-0,7 m dərinliyinə gedir. Kökü torpağın 7 sm-lik
qatında kök pöhrələri verir. Yan köklərində yumrular əmələ gəlir. Hər il bitkinin
böyüməsi gövdənin yeraltı hissəsindəki qışlayan tumurcuqlardan və kök pöhrələri
hesabına baş verir.
Gövdəsi 0,8-1,4 m hündürlükdə, dik dayanan, içi boş, dayaz şırımlı, yuxarı
hissəsindən budaqlanandır. Kol əmələ gətirir. Yarpaqları 15-30 sm uzunluqda
iridir, mürəkkəbdir, qeyri-bərabər lələkşəkillidir. Çiçək qrupu 30-70 ədəd iri göy-
bənövşəyi rəngli çiçəkdən ibarət olan düzdayanan salxımdır. Gövdə üzərində 3-4
çiçək qrupu olur.
Meyvəsi düz və ya zəif əyilmiş, nəhayəti itiləşmiş, 2-4 sm uzunluqda, qonur
və ya tünd qəhvəyi rəngli paxladır. Toxumları (3-7 ədəd) böyrəkşəkilli sarımtıl-
yaşılımtıl və ya zeytunu rəngli olmaqla saxlanma zamanı tündləşir. Toxumları
bərkdir və səpin qabağı skarifikasiya edilməlidir. 1000 ədəd toxumunun kütləsi 5-
9 qr-dır. Hektardan 1,5-6,0 sen. toxum verir.
Şərq çəpişotunun iki forması - Şimali Qafqaz və Taşir (Lori) formaları becəri-
lir. Şimali Qafqaz forması seleksiya işlərinin aparılması üçün daha maraqlıdır.
Bioloji xüsusiyyətləri və becərilmə aqrotexnikası. Şərq çəpişotu erkən
səpildikdə birinci ili zəif böyüyür və payızda çiçəkləyir. Qışı yaxşı keçirmək üçün
o birinci ili 100-120 gün aktiv böyüməlidir. İkinci il bitkinin böyüməsi çox tez
başlayır və iyun ayında çiçəkləyir.
Çəpişotu Şimali Qafqazın endemik bitkisi olmasına baxmayaraq yüksək
soyuğa və şaxtaya davamlılığı ilə seçilir. Qarsız qışlarda bu bitki -25 0C-yə qədər,
qalın qar örtüyü altında isə - 40 0C-yə qədər şaxtaya dözür. -5-7 0C payız və yaz
şaxtaları məhsuldarlığa zərər vurmur. Nəmliyə tələbatına görə çəpişotu yonca və
üçyarpaq arasında orta mövqe tutur. Çəpişotu üçün ən yaxşı torpaqlar qumsal və
yüngül gillicəli torpaqlardır. Torpaq reaksiyası (pH) neytrala yaxın olduqda
daha yaxşı inkişaf edir. Çəpişotu səpilmiş sahələr 7-15 il istifadə edilir.
Çəpişotu üçün ən yaxşı sələflər cərgəarası becərilən bitkilərdir, amma onu
taxıllardan və birillik otlardan sonra da əkmək olar.
Çəpişotu üçün şum əkin qatı dərinliyində aparılır. Şumdan qabaq sahəyə 80-
90 ton yarımçürümüş peyin və fosforlu-kaliumlu gübrələr verilir. Gübrə verilərkən
nəzərə alınmalıdır ki, çəpişotu 100 sen. yaşıl kütləsi ilə torpaqdan 55 kq azot, 8
kq fosfor, 32 kq kalium,10 kq kalsium aparır. Göründüyü kimi o torpaqdan ən çox
azot istifadə edir. Amma buna baxmayaraq ona azot gübrəsi verilmir. Çünki, bu
bitki atmosfer azotunu fiksasiya etmək qabiliyyətinə malikdir.
Yazda sahə malalanır, kultivasiya çəkilir və yaxud da kombinə edilmiş РВК-3
aqreqatı tətbiq edilir. Toxumlar səpinqabağı skarifikasiya edilir (bu iş üçün yonca
doğrayan maşından istifadə etmək olar), bakterial gübrələrlə (rizotorfinlə) işlənilir
ki, kökdə azot toplayan fırlar yaxşı əmələ gəlsin. Bunun üçün bir toxuma düşən
bakteriyaların sayı 40000-dən az olmamalıdır.
Qeyri-qaratorpaq bölgələrdə çəpişotunun ən yaxşı səpin müddəti may ayının
birinci yarısıdır. Səpin üsulu məqsəddən və sahənin alaqlanma dərəcəsindən asılı
olaraq seçilir. Alaqlardan təmiz sahələrdə çəpişotu yem məqsədi ilə cərgəvi üsulla
səpilir. Əgər alaqlarla çox zibillənmiş sahələrə səpin aparmaq zəruridirsə və
herbisidlərin tətbiqi mümkün deyilsə belə sahələrdə yaxşı olar ki, cərgəaraları 45
sm olmaqla gencərgəli səpin üsulu tətbiq olunsun. Belə olduqda cərgəaralarını
becərmək mümkün olur. Toxumluq məqsədi ilə becərildikdə cərgəaralarını 60 sm-
ə qədər artırmaq olar. Səpin norması cərgəvi üsulda 30-40 kq/ha, gencərgəli üsulda
isə 10-20 kq/ha - dır. Toxumları 1,5-2,0 sm dərinliyə basdırılır.
Elmi-Tədqiqat müəssisələrində aparılan tədqiqatlarla müəyyən edilmişdir ki,
birinci ili çəpişotu əkinlərinə səpinqabağı eradikan və yaxud da treflan
herbisidlərinin, sonrakı illərdə isə əkinlərinə 2,4 ДМ herbisidinin bazirqanla
qarışığının verilməsi daha yaxşı effekt verir.
Əkinə qulluq işləri ikinci ildən başlayaraq sadələşir (asanlaşır) cərgəaralarında
kultivasiya aparılır və fosforlu - kaliumlu gübrələr verilir.
Çəpişotu, ot unu hazırlamaq üçün gövdələmə və yaxud qönçələmə fazasında,
quru ot, silos və senaj üçün çiçəkləmə fazasının əvvəlində biçilir. Xorası oktyabrın
ikinci yarısında biçinə hazır olur.
Çəpişotu stabil toxum məhsulu verir və paxlaları yetişdikdə toxumları
tökülmür. Toxumunun yığılmasına paxlaların 75-80%-i qonurlaşanda başlayırlar
ki, bu da iyulun axırı, avqustun əvvəllərinə təsadüf edilir. Hektardan 2-8 sentner
toxum verir.
Mühazirə № 6 : “Çoxillik yeni yem bitkiləri”
Mühazirənin planı:
1. Sosnovski baldırğanı2. Veyrix qırxbuğumu3. Deşikyarpaq silfiya 4. Saflorabənzər rapontik (maral kökü)5. Xəndəkotu (Tüklü xəndəkotu)6. Ürəkyarpaq katran7. Topinsolneçnik
İstifadə olunan ədəbiyyat
1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5.Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10.Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12.Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13şАндреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
Çoxillik bitkilər
Sosnovski baldırğanı
Sosnovski baldırğanı (Heracleum sosnowskyi Manden). Kərəviz (Apiaceae)
fəsiləsinə daxil olan çoxillik ot tipli bitkidir. Qədim zamanlardan qida və dərman
bitkisi kimi məlumdur. Yaxşı bal verən bitkidir. Bitkinin şirəsində olan
furokumarin və efir yağları damarları daraltmaq və genəltmək qabiliyyətinə malik
olmaqla antiseptik və bakterisid təsirə malikdır. Baldırğanın tərkibində olan bəzi
furokumarinlər dəriyə düşdükdə dermatid xəstəliyi yaradır. Bu bitkini bəzək bitkisi
kimi də əkirlər. Lakin o, əsas etibarı ilə 7-8 il dalba-dal hektardan 600-1000
sentner yaşıl kütlə məhsul verən silosluq yem bitkisi kimi becərilir. Quru maddəyə
(12-14%) çevirdikdə yaşıl kütləsinin tərkibində 10-24% protein, 50%-dən artıq
azotsuz ekstraktiv maddələr, 8-14% kül, 20-30% şəkərlər, 30-90 mq % karotinlər,
900-1300 mq % askorbin turşusu vardır. Baldırğanın tərkibində rutin, fol turşusu
və çoxlu mikroelementlər vardır. Hər 100 kq yaşıl kütləsində 14-15 yem vahidi
vardır.
Baldırğanın silosu sarımtıl-yaşıl rəngdə olmaqla meyvə iyi verir. Turşuluğu
(pH) 3,65-4,2-yə bərabər olmaqla, əsas qida maddələrinin yüksək dərəcədə həll
olunması ilə seçilir. Tərkibinə görə baldırğanın silosu yaşıl kütləsindən demək olar
ki, seçilmir. Silosunun 100 kq-da 9-17 yem vahidi vardır. Bir yem vahidində isə
93-121 qr. asan həzm olunan protein vardır. Siloslama zamanı baldırğanın yaşıl
kütləsinə 30 %-ə qədər saman və ya püfə qatılır ki, nəmliyi bir qədər azalsın.
Tərkibində şəkər çox olduğuna görə baldırğan yaxşı siloslaşır və çətin
siloslaşan bitkilərə qatılmaq üçün yaxşı komponent kimi maraq kəsb edir.
Baldırğanın yaşıl kütləsi ilə bütün ev heyvanlarını həm təzə (yaşıl) halda, həm də
qurudulmuş halda yemləyirlər. Qurudulduqdan sonra atlardan başqa qalan bütün
heyvanlar onu yaxşı yeyir. O həm də vitaminli ot unu hazırlamaq üçün yararlıdır.
Botaniki təsviri. Sosnovski baldırğanı (Heracleum sosnowskyi Manden)
Qafqaz florasının endemik növüdür. Burada bu bitkinin 26 növünə rast gəlinir. 2
ildən 7 ilə qədər siklik inkişaf keçirən monokarp bitkidir. Hər bir fərdi yalnız bir
dəfə çiçəkləyir və sonra quruyub məhv olur. Yenidən əmələgəlmə qabiliyyətinə
malik olduğu üçün onun səpinlərini 8-10 il istifadə etmək olur. Hal-hazırda bu
bitki Moskva, Kalinin, Bryanskı, İvanov, Ryazan, Sankt-Peterburq vilayətlərində
mədəni halda becərilir.
Baldırğan yaxşı inkişaf etmiş, üzərində yan kökləri olan mil kök sisteminə
malikdir. Kökün əsas kütləsi torpağın üst qatında yerləşir.
Gövdəsi 1,5-4,5 hündürlükdə, tək-tək, içərisi boş, dəyirmi və şırımlı, 4-6
buğumarası olmaqla yuxarı hissədən budaqlanandır. Yarpaqları rozetşəkilli,
saplaqlı, üçlu və lələkşəkilli olmaqla iki cüt yan buğumludur. Ayasının ölçüsü 60-
120 sm-dir. Çiçək qrupu çoxşüalı mürəkkəb çətirdir. Əsas çətirin diametri 40-60,
yan çətirinki isə 20-30 sm-dir. Çiçəkləri ağ rəngli, kəskin iyli beşləçəklidir.
Yandakı çiçəklərin xarici ləçəkləri böyümüşdür. Çarpaz tozlanan bitkidir.
Meyvəsi iki toxumludur. Meyvəni əmələgətirən toxumlar yastı, oval-
yumurtavari, sarımtıl qəhvəyi rəngli və qanadlıdır. Uzunluğu 9-15mm, eni 6-9
mm-dir. 1000 ədədinin kütləsi 12-15 qr-dır. Hektardan 3-6 sen. toxum verir.
Təzə yığılmış toxumlarının rüşeymi tam yetişməmiş olur. Bir hektardan əldə
olunan toxumla 15-30 hektar səpin aparmaq olar.
Bioloji xüsusiyyətləri və becərilmə aqrotexnikası. Birinci ili baldırğan zəif
böyüyür, payızda kök ətrafında 5-6 rozet yarpaq əmələ gətirir. Baldırğan soyuğa
davamlı bitkidir. Gövdə və yarpaqları 5-6 0C şaxtalara dözür. Yaxşı qışlayır, qalın
qar örtüyü altında -35-40 0C şaxtaya dözə bilər. İkinci və sonrakı illərdə
yarpaqların yaz oyanması qar əriyən kimi baş verir.
Münbitliyi kifayət qədər, və nəmliklə yaxşı təmin olunmuş torpaqlarda yüksək
yaşıl kütlə məhsulu verir.
Baldırğan əkiləcək torpaq üzvi və mineral gübrələrlə (10 illik plantasiya üçün
ilə 8-10 ton/ha peyin, 60-90 kq/ha t.e.m.ilə mineral gübrə) təmin olunmalıdır.
Turşuluğu orta və yüksək olan torpaqları 4-6 kq/ha hesabı ilə əhəngləyirlər.
Əkindən sonra sahə malalanır və hamarlaşdırılır. Alaqlarla zibillənmiş torpaqlarda
torpağın səpinqabağı hazırlanması qara herikdə olduğu kimi aparılır.
Toxumları payızda səpilməlidir. Yaz səpini aparılacaqsa toxumlar mütləq
stratifikasiya olunmalıdır.
Sosnovski baldırğanının maksimal yaşıl kütləsi iyunun axırı, iyulun ortalarında
formalaşır. Biçindən sonra o tez bitir, xora əmələ gətirir ki, bunu da avqustun axırı
və sentyabrın əvvəllərində şaxtalar düşməzdən əvvəl biçmək olur.
Sosnovski baldırğanının çoxillik bitki olmasını nəzərə alaraq onu növbəli
əkində yerləşdirmirlər.
Baldırğanın ən yaxşı səpin müddəti payızda sentyabr-oktyabr aylarında
şaxtaların düşməsinə 2-3 həftə qalmışdır. Hava şəraiti imkan verdikdə və torpaq
həddindən artıq nəm olduqda səpini yazda aparırlar.
Əgər yazda səpin aparılacaqsa toxumlar mütləq stratifikasiya edilməlidir.
Stratifikasiya aşağıdakı kimi aparılır. Baldırğanın toxumları suda isladılır və nəm
halda bir sutka saxlanılır. Sonra toxumları qumla və ya yaxşı olar ki, taxta kəpəyi
ilə 3:1 nisbətində qarışdırılaraq 15-20 sm qalınlığında yeşiklərə (qutulara) yığırlar.
Yeşikləri 2-5 0C temperaturu olan soyuq yerdə 70-100 gün saxlayırlar. Yeşikdəki
qumlu (kəpəkli) toxumları 15-20 gündən bir qarışdırırlar və quruduqda isladırlar.
Toxumlar çərtdikdə (cücərməyə başladıqda) yeşiklər (qutular) 2-3 0C temperaturu
olan buzluğa qoyulur və yaxud da qarda saxlanılır. Qeyri-qaratorpaq bölgələrdə
toxumların stratifikasiyasına fevralda başlanılır. Baldırğanın toxumları digər yazlıq
bitkilərlə eyni vaxtda səpilir. Qeyd etmək lazımdır ki, yazda səpilən stratifikasiya
olunmamış toxumlar cücərti vermirlər.
Səpin üçün baldırğanın təzə yığılmış toxumları istifadə edilməlidir.
Toxumların bir il keçdikdən sonra cücərmə qabiliyyəti 20-30% azalır. İki il
saxlanmış toxumlar isə demək olar ki, cücərti vermirlər.
Baldırğanın yuva üsulu ilə səpildikdə daha müntəzəm çıxışlar alınır. Baldırğan
toxumlarının başqa bitkilərin toxumlarını məsələn qarğıdalı toxumlarını səpən
selkalarla (СУПН-8), kartof əkənlə (СКС-4), şitiləkən maşınla (СКН-6А) və başqa
maşınlarla aparmaq olar. Bunun üçün səpinqabağı bu maşınların səpən aparatları
müəyyən dərəcədə dəyişdirilib baldırğan toxumu səpmək üçün uyğunlaşdırıl-
malıdır.
Baldırğan toxumlarını tərəvəz toxumu səpən selkalarla (СО-4,2) gencərgəli
üsulla səpdikdə də yaxşı nəticələr alınır. Səpicinin hər bir cığıraçanına iki ədəd
toxumaparan istiqamətləndirilir. Bu zaman yuvalarda yox, cərgələrdə sıxlaşdırıl-
mış səpin alınır.
Yuva üsulunda hər yuvaya 25-30 toxum, hektara isə 15-20 kq toxum səpilir.
Gencərgəli üsulda səpin norması 25 kq-a qədər artırılır. Toxumlar 1,5-2,0 sm
dərinliyə basdırılır.
Əkinə qulluq. Həyatının birinci ili baldırğan zəif böyüyür və alaqlardan
əziyyət çəkir. Ona görə də bu dövrdə alaqlarla mübarizəyə xüsusi fikir verilməlidir.
Herbisidlərin istifadə edilməsi də yaxşı nəticə verir.
Vegetasiya müddətində mütəmadi olaraq cərgəarası becərmələr aparılır.
Onlardan biri (vegetasiyanın ortasında) ammonium şorasının (100-150 kq/ha)
verilməsi ilə birlikdə aparılır.
Nəmliklə yaxşı təmin olunmuş rayonlarda baldırğanın örtüklü səpini də
mümkündür. Örtük bitkisi kimi gülüllə yulafın qarışığı və erkən yazda cərgəaraları
becərilən zaman səpilmiş günəbaxan ola bilər. Örtük bitkiləri hektardan 210-290
sen. yaşıl kütlə verir və alaqlarla mübarizədə əlverişli üsul hesab edilir.
İkinci ili baldırğanın özü güclü inkişaf edib alaqları məhv edir. Bu zaman
qulluq işləri cərgəaralarının becərilməsi və yemləmələrin aparılmasından ibarət
olur.
Gübrələnməsi. Baldırğan gübrələrlə, xüsusən də azotlu gübrələrə yaxşı,
münasibət göstərir. Aparılan hesablamalar göstərir ki, hektardan 500 sen. yaşıl
kütlə məhsulu verdikdə baldırğan torpaqdan 125 kq azot, 29 kq fosfor, 212 kq
kalium və 75 kq kalsium aparır. Torpaqdan istifadə etdiyi azotun və fosforun
miqdarına görə qarğıdalıya yaxın, kalium və kalsiumun miqdarına görə isə ondan
üstündür.
Elmi-Tədqiqat institutlarında aparılan təcrübələrlə sübut olunmuşdur ki,
baldırğan N60P80K120 normasında ( təsir edici maddə hesabı ilə) gübrələnməlidir.
Bəzi tədqiqatçılar isə N80P80K80 normasını məsləhət görürlər. Ümumiyyətlə
baldırğanın gübrələnməsi də başqa bitkilərdə olduğu kimi torpağın qida maddələri
ilə təmin olunma dərəcəsindən və planlaşdırılmış məhsuldan asılı olaraq həyata
keçirilməlidir.
Yığım. Baldırğanın yaşıl kütləsini birinci il biçmək məsləhət görülmür. İkinci
və sonrakı illərdə baldırğanın yaşıl kütləsini silos üçün qönçələmə fazasının
sonu, çiçəkləmənin əvvəlində silos yığan kombaynlarla biçirlər.
Avqustun sonu, sentyabrın əvvəllərində isə o ikinci çalım (biçin) üçün hazır
olur.
Baldırğanın toxumluq sahələri mərkəzi çətirləri saralmağa başladıqda və
toxumları qonurlaşanda, onlara yüngülcə toxunduqda tökülməyə başlayan zaman
yığılmağa başlayır.
Bu məqsədlə uyğunlaşdırılmış taxıl kombayınlarından istifadə edilir. Yığılıb
döyülmüş toxum kütləsinin içərisində yan çətirlərdən yığılmış və yaxşı
yetişməmiş toxumlar da olur. Bu toxumlar yetişdikdən sonra yaxşı cücərti verir.
Toxumları yığıldıqdan sonra nazik qatla çardaq altında və ya yaxşı havalanan
yerlərdə sərilir, qurudulur və sortlaşdıran maşınlardan keçirilir. Baldırğan
toxumlarını yığmaq üçün СМ-2,6 markalı sorqoyığan maşınlardan da istifadə
etmək olar. Bu maşın baldırğanın çiçək qrupunu kəsib yanında gedən qoşquya
tullayır.
Yada salmaq lazımdır ki, Sosnovski baldırğanının tərkibində bioloji aktiv
maddə olan furokumarin vardır. Bədənin açıq hissələrinə düşdükdə dərinin günəş
şüalarına həssaslığını artırır, dəridə qızartılar bəzən də yanıqlar əmələ gəlir. Ona
görə də əkinlərə qulluq və yaşıl kütlənin yığılması zamanı ələ rezin əlcək
geyinməli və bədənin açıq hissələri örtülməlidir.
Sosnovski baldırğanının iki sortu yaradılmış və rayonlaşdırılmışdır.
Bunlardan biri “Uspex”, digəri isə “Severyanin” sortudur. Sosnovski baldırğanının
yerli materiallardan fərdi və kütləvi seçmə yolu ilə yaradılmış sortlarının
popolyasiyalarından da istifadə olunur. Tərkibində furokumarin olmayan və az
miqdarda olan sortları da yaradılmışdır.
Veyrix qırxbuğumu
Veyrix qırxbuğumu (Poligonum weyrichii Fr. Schmidt) qarabaşaq
(Poligonaceae) fəsiləsinə daxil olan çoxillik yem bitkisidir. Bu bitkiyə Yaponiyada
Saxalin və Kuril adalarında rast gəlinir. MDB ölkələrində mədəni şəkilə yaxın
vaxtlarda salınmışdır. Onu Rusiyanın Qeyri-qaratorpaq vilayətlərində (Moskva,
Kalinin, Murmansk, Komi MR) Belarusda və Baltikyanı ölkələrdə becərirlər.
Ukraynada, Şərqi Sibirdə, Uzaq şərqdə və s. yerlərdə suvarma şəraitində
becərilmək perspektivi vardır.
Yaşıl kütlə məhsuldarlığı hektardan orta hesabla 450-500 sen. dir. Yüksək
aqrotexnika ilə becərildikdə 600-800 s/ha - da məhsul almaq olar. 100 kq yaşıl
kütləsində 11-16 yem vahidi, 2-2,4 kq asan həzm olunan protein vardır.
Quru maddəsi (23-25%) proteinlə (15-22%) zəngindir. Tərkibində 0,9-4,6%
yağ, 5-14% kül, 24-28% sellüloz, 43-48% azotsuz ekstraktiv maddələr vardır.
Yaşıl kütləsində çoxlu askorbin turşusu (40-200 mq %) rutin (quru maddənin
2,0-2,8 %-nə qədəri), karotin (10-25 mq%) fol turşusu və mikroelementlər olur.
Yaşıl siloslaşır, amma yaxşı olar ki, ona başqa karbohidratlı yemlər qatılsın.
Silosunun 100 kq-da 15-16 yem vahidi vardır. Bir yem vahidində 150 qrama qədər
həzm olunan protein olur.
Qönçələnmə fazasında yığıldıqda ot unu hazırlamaq üçün də yararı olur.
Siloslamaq üçün çiçəkləmə fazasının başlanğıcında biçirlər. Bitkinin həyatı 10-15
il davam edir.
Torpağın 2 m dərinliyinə gedən mil kökü vardır. Kök üzərində 2 - ci il əmələ
gətirdiyi yan köklər torpağın üst qatında yerləşir. Həyatının 3-4-cü ili yerüstü
budaqların qoltuq tumurcuqlarından kökümsovlar törəyir ki, bunlar da yeni
budaqlar və əlavə köklər törədir.
Kökün əsas kütləsi torpağın üst qatında yerləşir. Köklərində çoxlu aşılayıcı
maddələr vardır.
Gövdəsi 2,5 m hündürlüyündə dikdayanan, düyünlərindən yüngülcə əyilmiş,
dərin şırımlı, buğumaralarında içi boş, tüklü, zəif budaqlanandır. Yarpaq ayası 30
sm uzunluqda, 15 sm enində azca ürəyəbənzər formada, iti kənarı, alt hissəsi
tüklüdür.
Çiçək qrupu süpürgədir. Yan budaqları üzərində süpürgəciklər 3-6 ədəd
olmaqla yerləşir. Çiçək qrupunda onların sayı bir neçə mindir. Çiçəyi tacı ağımtıl-
çəhrayı rəngli olmaqla xırda və çirkindir. Bu bitki üzərində funksional dişi (qısa
erkəkcikli, dişicikli), funksional erkək (uzun erkəkcikli, erkəkcikli) və ikicinsli
çiçəklər olur. Onlar ayrı-ayrı bitkilərdə yerləşir. Ona görə də veyrix qırxbuğumu
ikievli, çarpaztozlanan bitki hesab edilir. Toxumlaması pisdir, çiçəklərinin yalnız
¼ - i toxum əmələ gətirir. Meyvəsi xırda qozcuqdur. Meyvləri səpin qarabaşağının
meyvəsinə oxşardır. 1000 ədəd toxumunun kütləsi 2,5- 4,0 qramdır. Orta toxum
məhsuldarlığı 1,5-3,0 s/ha-dır. Yüksək aqrotexnika tətbiqi ilə becərildikdə 4,0-4,5
s/ha-da toxum almaq olur. Toxumları ilə çoxaldılır. Plantasiyalarını yaratmaq
üçün şitilindən və kökümsovlarından hazırlanmış çilikləri də istifadə edilir.
Rusiyada bu bitkinin seleksiya sortları yaradılmışdır. Bu bitkinin birinci sortu
“Sıktıvkarlı“ sortu hesab edilir. Yem məqsədi ilə becərildikdə qırxbuğumun başqa
növləri də məs: Panyutin, Zabaykalye, Saxalin və s. perspektivlidir.
Bioloji xüsusiyyətləri. Veyrix qırxbuğumu soyuğa və şaxtaya davamlı bitkidir.
Onun kökümsovları -35 0C şaxtaya dözə bilir.
Veyrix qırxbuğumunu nəmlik sevən bitkidir, ancaq quraqlığa da yaxşı dözür.
Nəmliyə ən çox tələbatı həyatının birinci ili, cücərtilər əmələ gələn dövrdə və
cücərtilərdə köklərin inkişafı dövründə göstərir. Bitki böyüdükcə nəmliyə daha az
tələbat göstərir və payız-qış və yaz yağıntılarından istifadə edir.
Veyrix qırxbuğumu üçün ən yaxşı torpaqlar qranulometrik tərkibi orta gillicəli
və qumsal torpaqlar hesab edilir. Torpaq məhlulunun reaksiyası (pH) 5,5-6,5
olduqda daha yaxşı bitir.
1 ton yaşıl kütləsi ilə veyrix qırxbuğumu torpaqdan 4-5 kq N, 0,9-1,0 kq P2O5,
5-6 kq K2O, 1,9-2,3 kq CaO aparır.
Təcrübələrdə 60,5 ton/ha (dörd ildə orta) yaşıl kütlə məhsulu vermişdir.
Toxumları payızın axırında, şaxtalar düşməzdən əvvəl səpilir. Yaz səpinlərində
çıxışları kəskin azalır. Səpini tərəvəz toxumu səpənlərlə 60 x 70 sm cərgəarası
olmaqla aparmaq olar. Səpin norması hektara 6-8 kq, basdırılma dərinliyi 1-2 sm-
dir. Veyrix qırxbuğumunun toxumları saxlandıqda cücərmə qabiliyyəti kəskin
azalır. Ona görə də səpin üçün təzə toxumlarından istifadə olunmalıdır.
Veyrix qırxbuğumu birinci ili zəif böyüyür ona görə də birinci il əsas fikri alaq
otları ilə mübarizəyə vermək lazımdır. Bunun üçün 2-4 dəfə cərgəarası becərmə
aparılmalıdır. İkinci il və sonrakı illərdə erkən yazda və ya birinci biçindən sonra
cərgəarası becərmələr və mineral azotla yemləmə aparılır.
Veyrix qırxbuğumunu adətən birinci ili biçmirlər. Çünki məhsuldarlıq aşağı
olur və biçin bitkilərin zəifləməsinə səbəb olur. İkinci və sonrakı illərdə biçilib
yaşıl yem və ya silos kimi istifadə edilir. Optimal biçin vaxtı kütləvi çiçəkləmə
vaxtı hesab edilir. Ot unu hazırlamaq üçün qönçələmə fazasında biçilməsi
məqsədəuyğundur.
Qeyri - qaratorpaq zonanın mərkəzi rayonlarında qırxbuğumun yığılmasını
iyunun axırı, iyulun əvvəlində aparmaq olar. Qırxbuğum sahəsi istismar edilərkən
sahəni 2-3 ildən bir olmaq şərti ilə, ildə 2 dəfə yox, 1 dəfə biçmək məsləhət
görülür. Qırxbuğumun yaşıl kütləsi yaxşı olar ki, başqa bitkilərlə qarışdırılaraq
siloslaşdırılsın. Əkinə qulluq və siloslaşdırma zamanı ələ rezin əlcək geyinməli və
bədənin başqa hissələrini örtmək lazımdır.
Deşikyarpaq silfiya
Deşikyarpaq silfiya (Silphium perfoliatum L.) - Astra (Asteraceae) fəsiləsinə
daxil olan, çoxillik, polikarp, yem bitkisidir. Avropaya XVIII əsrdə Şimali
Amerikadan gətirilmişdir. Şimalı Amerikada onun çoxlu yabanı formaları vardır.
Bal verən bitki kimi də maraq doğurur. Xarici ölkələrdə dərman bitkisi kimi də
istifadə edilir. Onun əkinləri əsasən Ukraynada (Çernovski vilayəti) Komi də,
Volqaboyunda, Qərbi Sibirdə, Belorusda, Baltkyanı ölkələrdə və Uzaq Şərqdədir.
Yüksək ekoloji plastikliyə malik olan bitkidir.
100 kq yaşıl kütləsində 12-15 yem vahidi, 1,8-2,3 kq asan həzm olunan protein
vardır. Tərkibi həmçinin şəkərlərlə, mineral duzlarla, vitaminlərlə (karotin,
askorbin turşusu) zəngindir. Quru maddəsi (12-20%) heyvan orqanizmi tərəfindən
yaxşı mənimsənilir. Yem kimi həm yaşıl halda, həm silos halında, həm də ot unu
şəkilində istifadə olunur.
Hektardan yaşıl kütlə məhsuldarlığı 900-1000 sen.ə qədərdir. Orta hesabla
400-500 s/ha yaşıl kütlə verir. Plantasiyaları 12-15 il istifadə edilə bilər.
Kök sistemi qarışıq tiplidir. Əsas kökü əlavə və yan köklərə budaqlanır. Kökün
əsas kütləsi əkin qatında yerləşir. Lakin bəzi kökləri torpağın dərin qatlarına gedə
bilir.
Gövdəsi 2,0-2,5 m hündürlükdə, dik dayanan, şirəli, dördüzlü, tüklü, orta
hissələrindən budaqlanandır. Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaq, əsasından
birləşmiş, iri, uzunsov-ellips formalı, sərt tükcüklüdür.
Çiçək qrupu 3-5 sm diametri olan səbətdir. Hər gövdədə 5-dən 20-yə qədər
səbət olur.
Silfiyada 2 tip çiçək olur. 1) Xarici çiçək - sarı ləçəkli yalançı dilcik çiçəkləri.
Bunlar dişicikli, məhsuldar çiçəklərdir. 2) Mərkəzi çiçək - bunlar boru şəkilli
ikicinsli, məhsulsuz olurlar. Çarpaz tozlanan bitkidir.
Meyvəsi 10-12 mm uzunluğunda uzunsov - ürək formalı iki qanadlı
toxumcadır. Meyvənin eni 8-10 mm, rəngi bozumtul-qara və ya qəhvəyi olmaqla
yastı, sıxılmış vəziyyətli, yuxarı hissəsi çuxurludur. 1000-ədədinin kütləsi18-24 qr-
dır. Hektardan 5-8 sen. toxum yığmaq olur. Silfiya bitkisini də xəndəkotu bitkisi
kimi şitillə və ya kök çilikləri ilə çoxaltmaq olar.
Silfiyanın perfoliatum növü çox polimorfdur və seleksiya aparılmaq üçün yaxşı
obyekt hesab edilir.
Silfiya nəmliyə və torpaq münbitliyinə tələbkar bitkidir. Silfiya toxumları
payızın axırında səpilir. Hektara səpin norması 15-20 kq-dır.
Cərgə araları 60 x70 sm olmaqla gencərgəli üsulla səpilir. Toxumları 2-4 sm
dərinliyə basdırılır. Səpinin birinci ili silfiya da başqa çoxillik otlar kimi zəif
böyüyür və qulluq tələb edir.
Silos hazırlamaq üçün yaşıl kütləsi qönçələmə fazasında və ya çiçəkləmənin
əvvəlində biçilir. Toxumluq məqsədi ilə yaxşı olar ki, seyrəldilmiş sahələr istifadə
olunsun. Toxumların yetişməsi qeyri-bərabər gedir. Səbətlərin 60-70 %-i
qonurlaşanda taxıl biçən maşınlarla hündürdən biçilir. Yığılmış toxumlar həmin
ilin payızında və ya növbəti ilin yazında istifadə edilməlidir. Çünki toxumlar
saxlandıqda onların cücərmə qabiliyyətləri aşağı düşür.
Saflorabənzər rapontik (maral kökü)
Saflorabənzər rapontik (Rhaponticum carthamoides (Willd.) İljin. Astra
(Asteraceae) fəsiləsinə daxil olan çoxillik, polikarp, müalicəvi yem bitkisidir.
Qədim zamanlardan xalq təbabətində köklərindən tonuslaşdırıcı maddələr almaq
üçün istifadə edilir. Yaşlı və cavan marallar cütləşmə dövründə rapontikin yerüstü
hissəsini və kökünü yeyirlər ki, bu da onların törədicilik qabiliyyətini və
dözümlülüyünü artırır. Maral kökünə Altay, Sayan, Cunqar Tarbaqat dağlarında
rast gəlinir. Monqolstanda da bitir. Əvvəlcə dərman bitkisi kimi mədəni hala
salınmış, sonradan yem bitkisi kimi istifadə edilməyə başlanmışdır. Maral kökünün
köklərindən alınmış ekstraktı tonuslaşdırıcı içkilərdən olan “Sayan”-ın tərkibinə
də qatırlar. Maral kökünün ən vacib xüsusiyyətlərindən biri heyvanlarda qısırlığın
azalmasına təsir göstərməsidir. Toxum çatışmamazlığı səbəbindən əkin sahələri
azdır. Ancaq o yaşıl yem, silos, senaj və ot unu əldə etmək üçün perspektivli
bitkidir.
Maral kökü yaşıl kütləsində olan zülalın miqdarına görə üçyarpaqdan və
yoncadan geri qalmır. Bununla yanaşı tərkibində çoxlu karbohidratlar vardır, təmiz
halda yaxşı siloslaşır.
Yaşıl kütləsində 15-20 % quru maddə vardır ki, onunda 16-28 %-ni protein, 3-
7%-ni yağ, 17-25 %-ni sellüloz, 37-50 % -ni AEM (azotsuz ekstraktiv maddələr)
9-15 %-ni kül təşkil edir. Vitaminlə zəngindir. Xüsusilə tərkibində rutin (quru
maddənin 7 %-i-nə qədər) çoxdur.
100 kq yaşıl kütləsində 14-16 yem vahidi, 1,6-2,0 kq asan həzm olunan protein
vardır. Hektardan 400-450 sen. yaşıl kütlə verə bilər. Orta məhsuldarlığı isə 200-
250 sen.- dir. Maral kökü plantasiyası 10-15 il istifadə edilə bilər.
Kök sistemi güclü inkişaf etmişdir. Qarışıq tiplidir. Əsas kökü odunlaşmış,
torpağın 1,0-1,5 m dərinliyinə gedir. Yan və əlavə kökləri gövdənin yeraltı
hissəsində yerləşmiş və onları çox vaxt kökümsov adlandırırlar.
Köklərini torpaqdan bitkinin 3- 4- cü yaşlarında çıxarırlar. Hektardan 50-100
sen. kök məhsulu verir.
Gövdəsi budaqlanmayan, 1,0-2,2 m hündürlükdə, zəif qabırğalı, içi boş, zərif
tüklüdür. Bitki vegetativ budaqlar ilə yanaşı 1- 4 ədəd generativ budaqlar da əmələ
gətirir. Rozet və gövdə yarpaqları iri, lələkvari bölünmüşdür. Yarpaqlarının
saplaqla birlikdə uzunluğu 60-100 sm-dir. Yarpaqların ölçüsü və dilimlənməsi
gövdənin yuxarısına doğru azalır.
Çiçək qrupu demək olar ki, 5-8 sm-lik şarşəkilli səbətdir. Çiçəklər ikicinsli,
boruşəkilli genişlənmiş, yuxarı hissədə beş yerə bölünmüş bənövşəyi -zanbağı
rəngli tacı vardır. Arılar vasitəsilə çarpaz tozlanır.
Meyvəsi 6-8 mm uzunluqda, 3-4 mm enində dördüzlü qabırğalı toxumcadır.
Meyvənin rəngi bozumtuldan tutmuş bənövşəyi - qəhvəyi rəngə qədər dəyişir.
Səbətində 200-400 ədəd toxumca olur. 1000 ədədinin kütləsi 14-16 qr, toxum
məhsuldarlığı 2-5 s/ha - dır.
Maral kökünün şərq yarımnövünə (ssp. orientale) daxil olan populyasiyaları
əkinlərdə daha çox yayılmışdur.
Maral kökü tez böyüməsi ilə seçilir, biçiləndən sonra yaxşı böyüyür. Mayın
axırı və iyunun əvvəlində yaşıl kütləsi biçilir. 2 biçində hektardan 350-450 sen.
yaşıl kütlə məhsulu verə bilir. Plantasiyaları yüksək məhsuldarlığını 10 il və daha
artıq saxlaya bilir. Maral kökü torpaq münbitliyinə tələbkar bitkidir. Toxumları ilə
çoxaldılır. Toxumları cücərmə qabiliyyətinin yüksək olması ilə fərqlənir.
Toxumları erkən yazda səpmək lazımdır. Səpin norması 6-10 kq/ha - dır. Səpini
adətən gencərgəli (45 sm) üsulla aparılır, toxumları 2-3 sm dərinliyə basdırılır.
Səpin üçün tərəvəz toxumu səpən səpicilərdən istifadə edilir.
Əkinə qulluq işləri digər cərgəaraları becərilən çoxillik bitkilərdəki kimidir.
Silos üçün yaşıl kütləsi çiçəkləməni əvvəlində biçilir.
Toxumluq sahələrində əvvəlcə çiçək qrupu yığılıb götürülür. Yığıma çiçək
qrupunun 70% - i qonurlaşanda başlanır. Toxumları sorqo yığan maşınlarla yığılır.
Qalan kütləsini isə kombaynla biçib silos hazırlayırlar. Hektardan 300-600 kq
toxum verə bilir.
Xəndəkotu
Xəndəkotu cinsinin 20-25 növündən keçmiş SSRİ (indiki MDB) ərazisində 17
növü bitir. Onlardan ən çox yayılanları aşağıdakılardır. 1. Krım xəndəkotusu
(Symphytum tauricum Willd.) Rusiyanın Avropa hissəsində, əsasən onun cənub
yarısında, həmçinin Şimali Qafqazda bitir. 2. Ürəkvarı xəndəkotu (S. cordatum
Waldst. et. kit. ex. Willd.) Karpat dağlarında daha çox rast gəlinir. Ona Rusiyanın
Xmelinski, Ternopol, Jitomir vilayətlərində, eləcədə Macarıstan və Rumıniyada
rast gəlinir. Meşə senozlarında üç endemik Qafqaz növünə rast gəlinir. a)
iriçiçəkli xəndəkotu (S. grandiflorum DC.), b) köçəri xəndəkotu (S. peregrinum
Ledeb.) -Bunların hər ikisinin də çiçəkləri tutqun-sarı rənglidir. c) Qafqaz
xəndəkotusu (S. caucasicum Bieb.) - Mavi rəngli çiçəkləri olan xovlu-tüklü
bitkidir. 3. Şərq xənədkotusu (S. orientale L.) - Qara dəniz ətrafı meşələrdə və
onun cənub hissələrində bitən ağımtıl çiçəkləri olan bitkidir.
Bu vaxta qədər xəndəkotunun çox növləri (hibrid, dərman Qafqaz və s.)
üzərində seleksiya işləri aparılmışdır. Xəndəkotunun bütün növləri polimorf
olmaqla təsərrüfat formalarının yaradılması üçün yaxşı materialdır.
Tüklü xəndəkotu. Tüklü xəndəkotu (Symphytum asperum Lepech) çuğundur
(Boraginaceae) fəsiləsinə daxil olan çoxillik, polikarp, ot tipli yem bitkisidir.
Mədəni halda XVIII əsrdən məlumdur. Əvvəllər dərman və bəzək bitkisi kimi
istifadə edilirdi. Aralıq dənizi ölkələrində, Avropada, Afrikada və Asiyada rast
gəlinir. Xarici ölkələrdə xüsusən də Yaponiyada Avstriyada və İngiltərədə yem,
dərman,siderat və hətta ərzaq bitkisi kimi istifadə edilir. Perspektivli növləri
Qafqazda, Sibirdə və Orta Asiyada bitir. Bu bitki hələ kifayət qədər yayılmamışdır.
Amma yüksək plastiklik qabiliyyətinə görə bir çox bölgələr üçün perspektivli
sayılır.
Yaşıl kütləsi qidalılıq dəyərinə görə paxlalı otlardan geri qalmır. Tərkibi
proteinlə, karbohidratlarla, vitaminlərlə (B12, karotin, askorbin turşusu) və mineral
duzlarla zəngindir.
100 kq-da 15-19 yem vahidi, 2-3 kq asan həll olunan protein vardır.
Qurudulduqdan sonra heyvanlar tərəfindən yaxşı yeyilir. Quru ot, ot unu, silos və
senaj istehsalına yararlıdır.
Vegetasiya ərzində bir neçə dəfə biçilməsi (suvarma şəraitində 5 dəfə) xən-
dəkotundan 550-1000 sen/ha yaşıl kütlə məhsulu götürməyə imkan verir.
Plantasiyaları 10-12 il istifadə edilir.
Kök sistemi qarışıq tiplidir. Mil (əsas) kökdən, ondan ayrılan yan köklərdən,
əlavə köklərdən və yerüstü gövdəköklərindən (kökümsovlardan) ibarətdir. Yerüstü
hissəsində 5-7 gövdə əmələ gətirir. Hündürlüyü 1,5-2,0 m, içi boş, qabırğalı,
yuxarı hissədən budaqlanan, sərt tükcüklüdür. Ona görə də ona tüklü xəndəkotu
adı verilmişdir. Generativ budaqlardan əlavə, üzərində yalnız yarpaq rozetləri
olan vegetativ gövdələr də əmələ gətirirlər. Yarpaqları rozet şəkilli, saplaqlı 50-70
sm uzunluğunda, 10 sm-ə qədər enində olmaqla gövdə yarpaqları xırda, yuxarı
yarpaqları oturaq olur.
Çiçəkdaşıyan budaqları yuxarı yarpaqların qoltuğunda yerləşir. Çiçək qrupu
süpürgə tiplidir. Süpürgəsi hər birində 20 çiçək toplanan burumlardan
(qıvrımlardan) ibarətdir. Çiçəyin tacı borulu zəngşəkilli olmaqla moruğu rəngdən
tutmuş tünd-mavi rəngə qədər dəyişilir. Çarpaz tozlanan bitkidir.
Meyvəsi 4-5 mm uzunluqda qozcuqdur. 1000 ədədinin kütləsi 8-10 qr-dır.
Orta toxum məhsuldarlığı 1,0-1,5 s/ha - dır. Qabaqcıl təsərrüfatlar 4-5 s/ha - da
götürə bilir. Toxumları ancaq payızda səpəndə yaxşı cücərir. Plantasiyalarını
şitillə və ya kök çilikləri ilə də yaratmaq olar.
Tüklü xəndəkotu nəmliklə yaxşı təmin olunmuş münbit torpaqlara tələbkardır.
Onu toxumla və vegatativ yolla artırmaq olar. Toxumları yaxşı olar ki, qışqabağı
səpilsin. Hektara səpin norması 7-10 kq-dır. Cərgəaraları 60-70 sm olmaqla
gencərgəli üsulla səpilir. Toxumları 2-3 sm dərinliyə basdırılır.
Həyatının birinci ili xəndəkotu, xüsusən də toxumla səpilən xəndəkotu yavaş
(zəif) böyüyür və 2-3 cərgəarası becərmə tələb edir. Sonrakı illərdə əkinə qulluq
işləri yemləmə gübrələrinin verilməsindən, cərgəaralarının yaz becərməsi və
biçindən sonra becərilməsi işlərindən ibarətdir.
Yaşıl yem və ot unu hazırlamaq üçün xəndək otu tez, yəni çiçəkləməyə qədər
biçilir. Silos hazırlamaq üçün isə onu kütləvi çiçəkləmə və ya toxumların yetişməsi
dövründə biçirlər.
Tez biçildikdə xəndəkotunu başqa yaxşı siloslaşan bitkilərlə qarışıq siloslamaq
olar.
Toxumları eyni vaxtda yetişmir və tez tökülür ki, bu da yığım vaxtı çətinlik
yaradır. Yetişmiş çiçək qruplarını yığmaq üçün sorqo yığan maşınlardan istifadə
edilir.
Ürəkyarpaq katran
Ürəkyarpaq katran (Crambe cardifolia Stev.) - Kələmkimilər (Brassicaceae)
fəsiləsinə daxil olan çoxillik quraqlığa davamlı bitkidir. Aralıq dənizi hövzəsi
ölkələrinin və şimali Qafqazın təbii florasında rast gəlinir. Yem kimi istifadə
olunmasına yaxın vaxtlarda başlanılmalıdır. Ukraynada Krasnodar diyarında
Komidə Udmurtyada xeyli əkin sahələri vardır. Quraqlıq rayonlar üçün daha
yararlı bitki hesab olunur.
Yaşıl kütləsi qidalılıq dəyərinə görə yem kələminə yaxındır. Onunla müxtəlif
heyvanları, xüsusən qoyunları yemləyirlər. Karbohidratlı bitkilərlə siloslayır, həm
də ot unu hazırlamaq üçün istifadə edrilər. Bitki yaxşı xora vermək qabiliyyəti ilə
seçilir və ondan “yaşıl konveyer”- də istifadə etmək olar.
Yüksək məhsuldarlığı 900-1000 s/ha, orta məhsuldarlığı isə 400-500 s/ha -dır.
Torpağın 3-m-də qədər dərinliyinə işləyə bilən, yaxşı inkişaf etmiş güclü kök
sistemi vardır. Kökü torpağın 0-0,5 və 1-2 m-lik qatlarında budaqlanır. Bu
bitkinin quraqlığa dözümlülüyünün səbəbi də elə bununla izah edilir.
Gövdəsi 1,5-2,5 m hündürlükdə, çılpaq və budaqlanandır. 3-7 ədəd gövdə
əmələ gətirir.
Aşağı yarpaqları (kökə yaxın olanlar) iri, uzun saplaqlı, yumurta və ya
böyrəkşəkilli, əsasən dərin ürək formalı olmaqla kənarları qeyri-bərabər
dişşəkillidir. Bəzən saplağında və yarpaq ayasında tükcük (qılçıq) olur. Gövdə
yarpaqları qısa saplaqlı olmaqla nisbətən xırdadır.
Çiçək qrupu 1,5-1,7 metr diametri oaln iri süpürgədir. Çarpaz tozlanır. Meyvəsi
iki üzvcüklü açılmayan qındır. Qının yuxarı üzvcüyü (hissəsi) iri olmaqla aşağı
hissəsi inkişaf etməmişdir. Qınında bir ədəd, müstəsna hallarda iki ədəd toxum
yerləşir. Toxumları üzəri damarlı, qabırğalı qozcuqdur. 1000 ədədinin kütləsi 30-
35 qr-dır. Hektardan 5-15 sen. toxum verir.
Katranın yerüstü hissəsinin tərkibində qlükozinolitlərin azaldılması
istiqamətində seleksiya işləri aparılır.
Topinsolneçnik
Topinsolneçnik –Astra (Asteraceae) fəsiləsinə daxil olan bitkidir. Bu bitki XX
əsrin 40-cı illərində sovet seleksiyaçıları tərəfindən yerarmudu (Solanum
tuberosum L.) və günəbaxan bitkilərinin (Helianthus annus L.) növarası
çarpazlaşdırılması nəticəsində yaradılmışdır.
İstifadə olunması istiqamətinə görə yerarmuduna (topinambura) çox oxşayır.
Lakin onun bir sıra üstünlükləri vardır. Yumruları yuvalarda daha kompakt
(yığcam) yerləşir, yumruların iriliyinin (həcminin) böyük olması, növbəli əkində
becərilməsi, yaşıl kütləsi və kök yumrularında daha yüksək karbohidratların,
zülalların vitaminlərin və başqa qida maddələrinin olması, şaxtaya davamlılığının
yüksək olması, həmçinin daha geniş becərilmə arealına və riskli əkinçilik
rayonlarında da becərilməsin mümkün olması bu bitkinin üstün cəhətləridir.
Xarici görünüşünə görə bu bitki bu bir çox xüsusiyyətlərinə görə valideyin
formalarına bənzəyir və onlardan üstündür. Yarpaqlarının sayına və ölçüsünə,
gövdəsinin yoğunluğuna və budaqlanma qabiliyyətinə görə aralıq mövqe tutur.
Yüksək məhsul verən bitkidir. Düzən şəraitdə hektardan verdiyi köküyumru və
yaşıl kütlə məhsuldarlığına görə yerarmudundan üstündür. Bu üstünlük xüsusən
Şimal rayonlarında özünü göstərir.
Kök yumrusu ilə vegetativ çoxaldılması (yerarmudu kimi) heterozis
effektindən daha uzun müddət istifadə etmək imkanı verir.
Yaradılmış sort və hibridləri kökyumrusu və yerüstü hissəsinin məhsul vermə
nisbətinə görə silosluq, yumruluq və universal olmaqla 3 yerə bölünür. Yem və
texniki məqsədlər üçün daha geniş miqyasda becərilir.
Mühazirə № 7: Bitki ekologiyası haqqında əsas məlumatlar
Bitki ekologiyası haqqında əsas məlumatlarBitki və mühit ekologiyası bir elm kimi ətraf mühit və bitki arasında qarşılıqlı
əlaqəni öyrənir. Mühit bir sıra ekoloji faktorlardan təşkil olunur, hansı ki, bitkinin
yaşaması üçün vacibdir. O, bu və ya digər bitkinin müəyyən ərazidə bitməsini
müəyyən edir. Tarixi inkişaf prosesində bitkilər müxtəlif mühit amillərinə
uyğunlaşmışdırlar. Bu amillərin dəyişməsi bitkinin normal pozur, hətta məhv
olmasına gətirib çıxarır. Bununla bərabər onlar bir sıra əlverişsiz mühit amillərinə
uyğunlaşmalar əldə etmişdilər. bozqır, səhra və yarımsəhra bitkiləri quraqlıq düşən
zaman yarpaqlarını tökür, bu isə transpirasiyanı zəiflədir və su itkisini azaldır.
Taxıllarda transpirasiyanın zəifləməsi yarpaqların əyilməsi və ümumi yarpaq
səthinin kiçilməsi nəticəsində baş verir. Quraqlıq zonada ən çox efemer və
efemeroidlər inkişaf edir, bunlar öz həyat tsiklini yazda bitirir və bununla da
quraqlığın məhvedici təsirindən azad olurlar. Sutkalıq temperaturun tez-tez
dəyişdiyi dağlıq rayonlarda yastıq-bitkilər inkişaf edir, bunların daxilində ətraf
mühit temperaturundan fərqli olaraq daha sabit temperatur olur. Tundrada bir çox
bitkilər qar örtüyü altında inkişaf edə bilir, meşə və bozqır zonada isə buna rast
gəlinmirş
Ancaq mühit bitkiyə deyil, həmçinin bitki də öz növbəsində mühitə təsir edir.
Yem bitkiləri havanın və torpağın temperatur rejminə təsir göstərir, sutkalıq və
illik temperatura təsir göstərir; küləyin sürətini aşağı salır, bunun nəticəsində isə
karbon qazının miqdarı artır; buxarlanmanın azalması nəticəsində havanın və
torpaq səthinin rütubəti artır.
Bitkilər torpaqdan qida maddələrini mənimsəyərkən, torpaq məhlulunun
tərkibini dəyişir. Bitkilər parçalanarkən torpağı üzvi maddələrlə zənginləşdirir.
Bitkilərin kök sistemi torpağın dərinliyinə işləyərək onun strukturunu, su və hava
keçiricilik qabiliyyətini yaxşılaşdırır; rütubəti mənimsəyib buxarlandıraraq, onun
torpaqda paylanmasını təmin edir.
Ekoloji faktorlar ayrı-ayrılıqda deyil, birlikdə təsir göstərirlər. bu faktorun
təsiri digər faktorun təsirindən asılıdır. Təbii otlaq və biçənək bitkiləri üçün xüsusi
maraq iqlim (işıq, hava, temperatur, su),torpaq (torpağın fiziki, kimyəvi, mexaniki)
Bitkilərin havaya münasibəti. Hava ekoloji amil kimi bitkilər üçün mühüm
əhəmiyyətə malikdir, onlar karbon qazını fotosintez prosesində, oksigeni isə
tənəffüs nəticəsində istifadə edirlər. Havanın hərəkəti bitkilərdən suyun
buraxılmasına (transpirasiya) təsir edir, bitkilərin tozlanmasında və toxumların
yayılmasında rol oynayır.
Torpaq havasının tərkib və keyfiyyəti də bitkilər üçün vacibdir. Bitkilərin
həyat fəaliyyətini və məhsuldarlığını yüksəltmək üçün onların torpağın altında
yerləşən orqanlarının və toxumlarının oksigenlə təmin etmək vacibdir. Oksigenin
olmaması və ya çatışmamazlığı köklərin böyüməsini və onların uduculuq
qabiliyyətini aşağı salır. Bir çox çəmən bitkiləri böyüməsi üçün torpağın yaxşı
havalanmasına ehtiyac duyur, pis havalanmada məhsuldarlıq aşağı düşür və onların
növ tərkibi pisləşir. Bitkilər həmçinin pis havalanan torpaqlarda inkişaf etməyə
uyğunlaşa bilirlər və yeraltı orqanlarını torpağın üst qatında yerləşdirir. Cil, cığ,
qatırquyruğu, ağbığ kimi rütubətli və nəm, havalanması pis olan çəmənlərdə bitən
bitkilərin köklərində təkamül nəticəsində havadaşıyıcı toxunma əmələ gəlmişdir.
Bitkilərin temperatura münasibəti. Temperatur digər ekoloji faktorlar kimi,
bitkilərin həyatında müəyyən rol oynayır. Fotosintez, tənəffüs, transpirasiya,
mineral qidalanma və toxumların cücərməsi kimi həyati proseslər havanın və
torpağın müəyyən temperatur şəraitdə baş verir. Fizioloqların müşahidələrində
əsasən fotosintez üçün optimal temperatur 20-30oC, tənəffüs üçün isə 30-40oC-dir.
Bir çox çəmən bitkilərinin toxumları temperatur 2-4oC olduqda cücərməyə
başlayır, lakin daha əlverişli şərait yüksək temperatur olduqda yaranır (25-30oC).
Yerüstü orqanların inkişafı üçün optimal temperatur 18-24oC-dir.
Bitkilərin işığa münasibəti. İşıq bitkilərinə təsir edən amil kimi çox mühüm
əhəmiyyətə malikdir. Birinci növbədə fotosintez prosesi üçün vacibdir, hansından
ki, üzvi maddələrin toplanması və bitkinin məhsuldarlığı asılıdır. Məhsuldarlığın
həcmini işıqlanma intensivliyi və uzunluğu, həmçinin işığın keyfiyyəti
müəyyənləşdirir. Otlaq və biçənək bitkiləri intensiv işıqlanmada daha yaxşı bitir,
kölgələmə şəraitində isə bitkilər yaxşı uzanır, ancaq zoğəmələgətirmə qabiliyyəti
aşağı düşür. Kölgələmə köklərin əmələgəlməsinə və inkişafına tormozlayıcı təsir
göstərir. Son nəticədə işığın intensivliyinin azalması nəticəsində yerüstü və yeraltı
orqanların kütləsi azalır, kimyəvi tərkibində dəyişikliklər baş verir, bunlar isə yaşıl
kütlənin və küləşin yem dəyərinin aşağı düşməsinə gətirib çıxarır.
Alçaq taxıllar kölgəyə daha davamlıdırlar, nəinki hündür taxıllar. Kölgəyə
davamlılığına görə bitkilər bölünür: nisbətən kölgəyə davamlı – adi və çəmən
qırtıcı, sürünən ayrıq, qırmızı yulaf, çəmən lərgəsi, hasar çölnoxudu; az kölgəyə
davamlı – çəməm tülküquyruğu, qılçıqsız tonqalotu yulafcası, çəmən yulafcası,
çəmən pişikquyruğu, ağ tonqalotu, sarı qarayonca, qırmızı yonca, çölnoxudu;
işıqsevən – çoxillik qaramuq, ağ yonca.
Ot qarışıqlarının yığımı zamanı, ot səpini üsulu və qoruyucu bitkilərin
növünün seçimi zamanı çəmən bitkilərinin işığa münasibətini bilmək üçün
vacibdir.
Bitkilər öz inkişafı üçün müəyyən işıqlanmaya tələbat duyurlar. Bundan asılı
olaraq onlar bölünürlər: üzün gün bitkiləri, bunlar tam inkişaf tsiklini günün
uzunluğu 10-12 saat olduğu halda keçirlər (qarayonca, qırmızı yonca, çəmən
pişikquyruğu, qılçıqsız tonqalotu); qısa gün bitkiləri, bunlarda generativ inkişafa
keçmək üçün ən az 12 saat işıqlanma olmalıdır və neytral bitkilər, bunlarda
çiçəkləmə üçün 7-8 saat işıqlanmaya ehtiyac vardır (çəmən yulafcası, hündür
qaramuq). Günün uzunluğunun dəyişməsi bitkinin inkişafının dəyişməsinə səbəb
olur: uzun gün bitkiləri qısa gün şəraitində çoxlu yarpaq və qısalmış zoğlar əmələ
gətirirlər və onlarda generativ fazaya keçid ləngiyir.
Çəmən və otlaq bitkilərinin biologiyası (budaqlanma və
yarpaqlanma xarakteri)
Bitkilərlə mühitin əlaqəsi, bitkilərin torpağa tələbatı
Təbii otlaq və biçənəklərdə əsasən çoxillik otlar bitir, birillik otlara çox az
miqdarda rast gəlinir. Çoxillik otlar hər il vegetativ yolla çoxalıb bərpa olunur.
Toxumla çoxalma məhdud miqdarda olur. Çoxillik taxıl otlarının yerüstü hissəsi
nisbətən uzun olan vegetativ hissəsi (budaqları) və toxum əmələ gətirən hissələr
şaxtalar düşdükdə məhv olurlar, yay və payız aylarında əmələ gəlmiş qısa budaqlar
məhv olmadan qışı keçirirlər və gələcək ildə məhsul əmələ gətirirlər. taxıl fəsiləsi
yem otlarının torpağın üstündə və ya 1-2 sm dərinliyində kollanma buğumu olur,
buna kollanma zonası deyirlər. kollanma buğumda olan tumurcuqdan yazda
havalar isindikcə yeni zoğlar əmələ gəlir ki, bu da vegetativ çoxalma adlanır.
Çoxillik otlar eyni yerdə bir neçə il yaşayıb məhsul verirlər. Çoxillik otların
yaşama müddəti müxtəlifdir. Bitkilər həyatının uzunluğuna görə bir neçə qrupa
bölünürlər: 1) qısa ömürlülər – xəşənbül bitkisi kimi eyni sahədə iki il qalır.
Qırmızı üç yarpaq və örüş qaramuqu 3-4 il, 5-6 il yaşayan kirpiotu. Çəmən
Timofeyev (xaşa) Esparyeti; buynuzotu, 10 ildən çox yaşayan çoxillik otlar
qrupuna – çəmən lərgəsi, qılçıqsız tonqalotu, çəmən yulafcası, çəmən yarpızı, ağ
tarlaotu, taxılotu, şırımlı topal (tipçak) aiddir. Otlaqda olan otların 10-15% birillilik
ot bitkilərənə aid olur. Cənub rayonlarda ot bitkilərinin birillilikləri nisbətən çox
olur (xüsusilə də səhra zonasında). Birillilik otlar 1 (bir) ildə böyüyüb inkişaf edib
və toxum məhsulu əmələ gətirirlər. Qışda birillilik otların yeraltı və yerüstü
orqanları tamamilə məhv olur və yalnız toxumları hesabına yenidən böyüyüb
inkişaf edirlər.
Çəmən və otlaqlarda kol yarımkol bitkilərinə də rast gəlinir. Onlarda
heyvanlar tərəfindən yeyilən yem mənbələri sayılır.
Ağac bitkilərindən fərqli olaraq kol və kolcuqların gövdəsi inkişaf etmir.
Onların budaqlanması torpağın səthindən başlayır. Kolların boyu 4-5 metrə qədər
olur, onlar 20-30 il yaşayırlar. Bəzi zonalarda, xüsusilə tundra, meşətundrada kol
bitkiləri daha çox yayılır. Bataqlıq, çox nəmli torpağı olan zonalarda mamır,
şibyədə olur və onlar da bəzi heyvanlar tərəfindən (maral) yeyilir.
Budaq əmələ gətirmə və yarpaqlanma xarakterinə görə bitkilərin tipləri:
Taxıl bitkiləri–kollanma xüsusiyyətinə görə - kökümsovlular, seyrək kollular
və sıx kollular tipinə bölünürlər:
1) Kökümsovgövdəli bitkilər torpağın altında və üstündə kökümsov gövdə
adlanan budaqlar əmələ gətirirlər. Budaq böyüdükcə yan budaqlardan yeni
kollanma düyünü əmələ gəlir. Vegetativ yolla çoxalmaqla kökümsovkövdəli
bitkilər daha çox sahəyə yayılır. Sürünən ayrıqotu bir ildə kökümsovkövdə
hesabına metrə qədər sahəyə yayılır. Bu qrupa sürünən çayır bitkisi, qılçıqsız
tonqalotu, ağ tonqalotu, qamışa oxşar sarı bülbülotu daxildir.
2) Seyrəkkollu taxıl otlarının kollanma düyünü torpağın 1-5 sm dərinliyində
olur. Onların yem budaqları kök boğazına iti bucaq altında çıxır və seyrək kol
formasına malik olurlar. Bu bitkilər torpaqda sıx çim qatı əmələ gətirirlər. Bu ot ən
çox qida maddələri ilə daha zəngin olan gillicəli torpaqlarda yayılırlar. Bu otlar
əsasən toxumları ilə çoxalırlar.
3) Seyrəkkollu taxıl otlarının kollanma buğumu torpağın 1-2 sm dərinliyində
yerləşir. Quraq rayonlarda şırımlı topal, yovşan bitkilərinin gövdələrinin buğum
araları çox qısa olur. Onların yan zoğları gövdəyə sıxılaraq çox sıx kol formasında
olurlar. Onlar yayılan ərazilərdə xırda torpaq yığımları olur. Buna səbəb kolun orta
hissəsinin çox sıxılı olmasıdır.
Sıx kollu otlar torpaqda çox sıx çim əmələ gətirir, həm də onlar eyni sahədə
uzun illər yaşayıb məhsul verirlər. Onlar az dəyərli yem əmələ gətirirlər. Onların
içərisində dəyərli yem bitkiləri də vardır. Şırımlı vələmir bitkisi dəyərli yem verir.
10 kq otu 37 yem vahidi və 3,7 kq həzm olunan zülal olur. Çəmən və otlaqlarda sıx
kollu otlar yayılmağa başlayırsa otlaq və çəmənin cılızlaşması başlayır.
Paxlalı yem otları. Bu qrupa aid olan yem otlarının yan zoğları ya yuxarı
qalxır və ya da torpağın üzərinə sərilir. Yan zoğlar əmələ gətirməsinə görə paxlalı
bitkilərin bir neçə qrupları vardır.
1.Kolşəkilli paxlalı bitkilər. Bu qrupun bitkilərinin budaqları bir-birindən aralı
olub seyrək kol şəklində olurlar. Çiçəkləyib məhsul əmələ gətirdikdən sonra
bitkilər məhv olur. Gələn yazda bitkidə yeni zoğlar əmələ gəlir. Məhsul verənə
qədər biçildikdən və ya otarıldıqdan sonra həmin ildə bitkidə yeni zoğlar əmələ
gəlir. Kolşəkilli paxlalı yem otlarına çəmən üçyarpağı, səpin yoncası, buynuzlu
qurdotu, xaşa (noxud yarpaq) bu qrupa aiddir.
2. Zoğları yerə sərilən paxlalı yem bitkiləri. Bu qrupun bitkilərinin budaqları
yerə sərilir və buğumlarından çıxan köklər torpağa girir. Bu qrupa ağ üçyarpaq və
ya sürünən üçyarpaq və çiyələyə oxşar üçyarpaq aiddir.
3. Müxtəlif otlar qrupuna köklərin tumurcuqları ilə çoxalan bitki, kökləri
iyvari olan bitkilər – soğanaqlı bitkilər qrupuna daxildir.
Çoxillik yem otlarının böyümə və inkişafının biologiyası
Bitkinin ölçülərinin və kütləsinin artması – böyümə adlanır. İnkişafı dedikdə
vegetasiyası ərzində bitkidə gedən keyfiyyət dəyişikliyi başa düşülür. Bitkilər
vegetasiya ərzində müxtəlif inkişaf fazaları keçirirlər. Birillilik bitkilərdə tam
yetişmə fazası cücərtilər əmələ gəldikdə 40-150 gün sonra baş verir, çoxillik
taxıllarda isə bu faza 80-110 gün sonra baş verir. Çoxillik yem bitkiləri aşağıdakı
inkişaf fazalarını keçirirlər: 1) yazda otun böyüməyə başlaması; 2) kollanma,
paxlalılarda budaqlanma; 3) taxıllarda boruya çıxma, paxlalılarda gövdələşmə; 4)
taxıllarda sünbülləmə, paxlalılarda qönçələmə - butonizasiya; 5) çiçəkləmə; 6)
meyvə əmələgətirmə; 7) budaqların məhv olması.
Çoxillik yem otları orta sutkalıq temperatur 3-5oC olduqda böyüməyə
başlayırlar. Taxıl otları kollanma, paxlalılar budaqlanma fazasına yazda böyüməyə
başladıqdan 2-3 həftə sonra keçirlər. taxil otları kollanır, bitkinin gövdələri
kollanma buğumundan çıxır, paxlalı bitkilər isə budaqlanan zaman yan budaqlar
kökün boynunda və ya da əsas budaqda olan tumurcuqdan əmələ gəlir. Əsas
budaqda ilk gövdə buğumu (və ya düyünü) əmələ gəldikdə boruya çıxma fazası
kimi qeydə alınır. Axırıncı yarpaq qoltuğundan sünbül çıxması müşahidə edildikdə
sünbülləmə fazası kimi qəbul edilir. Sünbülləmə fazasından sonra çiçəkləmə
paxlalı bitkilərdə qönçələmə fazası, sonra isə çiçək qrupunun formalaşması, daha
sonra isə çiçəkləmə fazası qeyd edilir. Sünbülləmə və qönçələmə fazalarından 6-12
gün sonra, bəzən də uzun müddətdən sonra, məs. yoncada iyundan oktyabr ayına
qədər çiçəkləmə fazası başlayır. Toxumlar yetişdikdən sonra bitkinin məhv olması
başlanır. Bitinin inkişaf fazalarının keçmə müddətləri xarici şəraitdən asılı olaraq
qısalır və ya uzanır. Bu yerli iqlim şəraitdən asılıdır. Səhra və isti iqlim şəraitdən
yem otları inkişafını nisbətən qısa müddətə keçir və yayın ortasında əksər otlar
quruyur. Yağmurları çox olan mülayim iqlim qurşağında isə otlar vegetasiyasını
nisbətən uzun müddətə keçir və onların çoxu (xüsusilə alçaqboylu taxıl otları)
payıza qədər yaşıl qalırlar. Yem otları yetişmə müddətinə görə 4 qrupa bölünürlər:
1) faraş; 2) erkən müddətə; 3) orta müddətə; 4) gec müddətə məhsul verənlər.
Bitki və xarici mühitHər bir bitki xarici şəraitin altında böyüyüb inkişaf edir. Bitkilərdə xarici
şərait arasında əlaqələri bitki ekologiyası öyrənir. Bitkilərdə xarici şərait arasında
müxtəlif əlaqələr mövcuddur. Bitki özünə lazım olan amilləri seçib inkişaf edir.
Bitkilər suyu, onun tərkibində olan mineral duzları, karbon qazını, oksigenli, günəş
enerjisini ətraf mühitdən alaraq mürəkkəb üzvi maddələr əmələ gətirirlər. təbiətdə
bitkilər tərəfindən yaranan üzvi maddələr əksər canlılar üçün yem mənbəyidir.
Bitkilər xarici mühitə uyğunlaşır və bu proses nəsildən keçir. Böyümə və inkişaf
üçün bitkilərə su, istilik, işıq, hava lazımdır. Bitkilər suyu əsasən torpaqdan alır.
Torpağa su isə yağmurlar hesabına daxil olur, qrunt suları da torpağa nəmləndirir.
Ərazinin harada yerləşməsindən asılı olaraq yağan yağış, qar, dolu müxtəlif
miqdarda olur, buna görə də ərazilər üzrə bitkilər nəmliklə müxtəlif dərəcədə təmin
olunurlar. Tropik qurşaqda yağmurların illik miqdarı 10 min millimetr olduğu
halda Cənubi-Şərqi Asiyada isə ildə çox nəmli şəraitdə uyğunlaşan bitkilər yayılır.
Onlar torpaqda oksigen çatışmazlığında inkişaf edirlər. Bitkinin həyatında istilik
rejimi də mühüm rol oynayır. Bəzi bitkilərin (qırmızı üçyarpağın) toxumları 1-2o
istilik olduqda, digərləri isə (sorqo, sudanotu) 10-12o istilik olduqda cücərirlər.
bitkilər öz həyatları boyu müxtəlif miqdarda istilik tələb edirlər. Onlar çatışmadıq-
da bitkilər normal böyüyüb inkişaf etmir. Normadan çox istilik istilik olması da
bitkinin həyatına mənfi təsir göstərir.
Nəmliyə tələblərinə görə yem bitkiləri aşağıdakı ekoloji tiplərə bölünürlər:
mezofitlər, hiqrofitlər, efemeroidlər.
Mezofitlər orta dərəcədə yağmur düşən rayonlarda yayılıb. Onlar torpaqda
75-80% nəmlik olduğu şəraitdə daha yaxşı inkişaf edirlər.
Mezofitlərə - sürünən ayrıqotu, yonca, üçyarpaq, xaşatimofeevka aiddir.
Hiqrofitlər – quraq iqlim şəraitində yayılan bitkilərdir. Onların güclü kök
sistemi olur və torpağın dərin qatlarından nəmliyi mənimsəyirlər. Onlar səhra və
yarımsəhra zonalarda yayılmışlar. Onların yarpaq səthi çox xırda olur ki, nəmliyi
az buxarlandırsınlar. Yovşan, müxtəlif tikanlı bitkilər bu qrupa aiddirlər. Quraq
iqlim şəraitində efemerlər və efemeroidlər qrupları da yayılmışdır. Efemerlər erkən
yazda torpaq və havada nəmlik olduğu müddətdə inkişaf edirlər. Onların yarpaq
səthi kiçik, kökləri zəif və qısa olduğundan torpağın səthinə yaxın sahədə olur və
yağmurlardan yaxşı istifadə edirlər. Bu qrupa bəzi astraqallar, taxtapuşlu tonqalotu,
bozalaq (xlopovnik) otu daxildir.
Efemeroidlər çoxillik bitkilərdir. Onlar nəmlik olduğu dövrdə böyüyüb
inkişaf edir, quraqlıq olduqda inkişaflarını dayandırır, nəmlik olduqda yenidən
inkişaf edirlər. Bu qrupa – dişə (qırtıc) myatlik, cil (qumotu) osoka aiddir.
Torpaq amilləriBitkilərin həyatında torpaq amilləri də mühüm əhəmiyyət kəsb edir.
Torpaqda olan nəmlik və onun içərisində həll olan qida maddələri bitkilərin kökləri
ilə mənimsənilir. Torpaq məhlulundan bitkiyə daxil olan azot, fosfor, kalium və
digər elementlər (kalsium, dəmir və s.) bitkilər üçün əsas qida mənbələridir.
Torpaqda həm də çox miqdarda mənimsənilə bilməyən ehtiyat qida maddələri olur.
Onlar kimyəvi və bioloji proseslərin təsiri altında həll olaraq bitkilərin mənimsəyə
biləcəyi formaya keçirlər. Bitkilərin həyatında mühüm əhəmiyyəti olan azotun
mənbəyi üzvi maddələrdir. Torpaqda olan üzvi birləşmələrin mənbəyi isə bitki və
heyvanların qalıqlarıdır. Bu qalıqlar mikroorqanizmlər tərəfindən tədricən
mənimsənilir və torpaqda humus adlanan çürüntü əmələ gətirirlər. Kül elementləri
üzvi maddələrin minerallaşması hesabına meydana gəlir. Mineral birləşmələr isə
bitkilər üçün əsas yem mənbəyidir. Bitkinin quru maddəsinin təxminən 1,5%-ni
azot, 5%-ni isə kül elementləri təşkil edir. Buna baxmayaraq onlar bitkinin
həyatında böyük əhəmiyyətə malikdirlər. Onların iştirakı olmadan bitkidə zülallar,
karbohidratlar və digər üzvi maddələr əmələ gələ bilmir. Torpaqda olan qida
maddələrinə tələblərinə görə taxıl və paxlalı bitkilər bir-birindən fərqlənirlər. Taxıl
bitkiləri böyümə və inkişaflarının intensiv getməsi üçün torpaqdan ən çox azot
birləşmələrini mənimsəyirlər. Azot birləşmələri nitrifikasiya prosesində yaranırlar.
Paxlalı bitkilər isə özləri havanın azotunu köklərində yaşayan azot mənimsəyən
bakteriyalar hesabına mənimsəyirlər. Paxlalı bitkilər torpaqdan ən çox fosfor və
kalium birləşmələrini mənimsəyirlər.Bitkiyə lazım olan qida maddələrinə təlabat
vegetasiya ərzində eyni olmur. Məsələn, taxıl otlarına azot ən çox kollanma
fazasında, fosfor cücərti fazasında kollanmayadək olan müddətdə, kalium isə
kollanma və boruyaçıxma fazasında tələb olunur. Bitkilərin məhsuldarlığını
yüksəltmək üçünonların əkinlərinə mineral və üzvi gübrələr vermək lazımdır.
Bitkilər müxtəlif torpaqlardan (bir-birindən qida maddələrinin miqdarına,
turş, qələvi, duzlu və s) birinə uyğunlaşaraq böyüyüb inkişaf edirlər. Qiymətli taxıl
və paxlalı yem otları adətən qida maddələri ilə yaxşı təmin olmuş torpaqlarda daha
yaxşı böyüyüb inkişaf edirlər. Qida rejimi pozulduqda bu bitkilər tədricən məhv
olur və onların yerində az dəyərli yem bitkiləri artmağa başlayaraq qida maddələri
az olan torpaqlarda yem bitkilərinin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı
olur.
Qiymətli yem otları – qılçıqsız tonqalotu, çəmən timofeyevi, çəmən
yulafcası, çəmən dişəsi, paxlalı yem otlarından – üçyarpaq, siçan noxudu, zəif-turş,
neytral və zəif qələvi mühitli torpaqlarda daha yaxşı inkişaf edirlər. Turş mühitli
torpaqlarda yem dəyəri aşağı olan – ağbığ, qələvi mühitli torpaqlarda isə cil bitkisi
bitir. Turş torpaqlarda yaxşılaşdırmaq üçün torpağa əhəng, qələvi mühitli
torpaqlara işə gips vermək lazımdır.
Torpağın hava rejiminin əlverişli olması da vacibdir. Torpaqda kifayət qədər
hava olmalıdır. Torpaq havasında olan oksigen az olduqda bitkinin böyüməsi
zəifləyir. Çox sıxlaşmış torpaqlarda bitkilər zəif inkişaf edir və ya məhv olur.
Azərbaycanın mövcud təbii yem mənbələriAzərbaycanın yem mənbələri 2 qrupa ayrılır: 1) əsas 2) əlavə yem
mənbələri. Təbii yem mənbələrinə təbii çəmənliklər, biçənəklər, örüşlər, yay və qış
otları daxildir. Əkinçilikdə becərilən müxtəlif mədəni bitkiləri də respublikamızın
yem mənbələridir. Təbii otlaq, örüş, çəmən, biçənəklərdə yem bitkilərinin
yetişdirilməsinə əmək sərf olunur. Ona görə də onlar iqtisadi cəhətdən əlverişli
olur.
Təbii yem mənbələri. Respublikamızda təbii yem sahələri heyvandarlığın
inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edirlər. Təbii yem mənbələrində,
xüsusən, otlaqlarda olan yem otları öz-özünə yaranmışdır. İnsanlar təbii yem
mənbələrini yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirlər. Belə tədbirlər
həyata keçirilməsə otlaq və biçənəklər tədricən məhsuldarlığını azaldar və otların
bəziləri sıradan çıxa bilər. Təbii yem mənbələri, o cümlədən çəmənliklər xüsusi
əhəmiyyətə malikdir. Müxtəlif fəsillərə mənsub olan bitki cinsləri və növlərinin
formalaşdığı torpaq iqlim şəraitində əmələ gətirdiyi sıx ot örtüyü çəmənlik adlanır.
Azərbaycanda olan çəmənliklər inkişaf etdiyi xarici mühit şəraitinə, yayıldığı
əraziyə və bitki örtüyünə görə aşağıdakı qruplara bölünürlər: 1) Alp (yüksək
dağlıq) çəmənliklər; 2) Subalp (yüksək dağlıqdan aşağıda yerləşən) çəmənliklər.
Sonuncular aşağıdakı çəmənliklərdir: orta dağlıq, dağətəyi, meşəkənarı, düzən,
bataqlıq, su, bozqır, səhra və yarımsəhra çəmənlikləri. Çəmənliklər tarixən inkişaf
edib formalaşdığı mühit şəraitinə, yerləşdiyi coğrafi əraziyə, torpaq-iqlim
xüsusiyyətlərinə və botaniki tərkibinə görə bir-birindən fərqlənirlər. Çəmənliklər
üzrə bitki örtüyü müxtəlifdir. Bəzi çəmənliklər zəngin bitki örtüyünə, yüksək
məhsuldarlığına görə digər çəmən bitkilərindən kəskin sürətdə fərqlənirlər. Bitki
örtüyü zəif, az məhsuldar çəmənliklərimiz də vardır. Azərbaycan ərazisində 4 min.
Hektara yaxın çəmənliklər vardır. İndi onların bir hissəsi zəbt edilmişdir. Ot
çalmaq və yem tədarükü etmək məqsədilə istifadə edilən çəmənliklər biçənəklər
adlanır. Malqaranın otarılması üçün istifadə olunan çəmənliklər otlaq adlanır. Bəzi
çəmənliklər ilin müəyyən dövründə (payızda, qışda) otarılır.
Çəmənliklərdə yayılan bitki örtüyü. Torpağın münbit hala salınmasında çim
qatının yaranmasında, torpağın struktur quruluşunun yaxşılaşdırılmasında,
torpaqda bitki qalıqları hesabına çürüntünün artmasında mühüm əhəmiyyət kəsb
edirlər. Çəmənliklərin otlarından yemləmədən başqa dərmanlar hazırlanmasında,
ətirlər hazırlanmasında istifadə edilir.
Xarici şərait – mühit əlverişli olduğu ərazilərdə malqara ilin 8-10 ayı ərzində
otlaqlarda otarılıb saxlanır. Otlaqlar istifadə müddətlərinə, yəni otarıldığı fəsillərə
görə 2 yerə bölünür: 1) yay; 2) qış otlaqları. Qış otlaqları nisbətən isti iqlim şəraiti
olan aran rayonlarında, yay otlaqları isə dağ və dağətəyi ərazilərdə daha çox
yayılmışdır.
Dağ otlaqlarının sərin havası, yemlik dəyəri yüksək olan otlaqları, içməli
suları heyvanların sağlam və gümrah olması, onların yüksək məhsul verməsi üçün
əlverişlidir. Dağ çəmənliklərin otu heyvanlar tərəfindən iştahla yeyilir, onlar qida
maddələri və vitaminlərlə zəngin olur. Odur ki, orada otarılan heyvanlar bol
məhsul verirlər. Yay otlaqları əsasən yay, qismən isə yazın son, payızın əvvəlində
otarılır. Yay otlaqlarına köçürülən heyvanlar oranın isti iqlimindən dağların sərin
havalarında özlərini daha gümrah hiss edirlər. Yay otlaqlarının sahəsi 60 min
hektara yaxındır. Dağ otlaqlarının zəngin bitki örtüyü vardır. Otlaqlarda da paxlalı
və taxıl fəsiləli yem otları daha çox yayılmışdır. Yay otlaqlarını əsaslı
yaxşılaşdırmağa ehtiyac yoxdur, otlaq sahələrinə yaxşı qulluq edilməli, otarmanı
mütərəqqi üsullarla həyata keçirmək lazımdır. Otlaqda olan tikanlı, zəhərli və
zərərli otları məhv etmək lazımdır. Otlaqda heyvanları içməli su ilə normal təmin
etmək, otarmanın güc üsulu ilə aparmaq, otlağın gübrələnməsinə xüsusi diqqət
verməlidir. Otlaqların torpağının sel suları ilə yuyulmasının qarşısını alan tədbirlər
həyata keçirilməlidir.
Qış otlaqları. Azərbaycanda qış otlaqlarının sahəsi 1,8 milyon hektar
ətrafındadır. Qış otlaqları respublikamızın aran rayonlarında yerləşir. Qış
otlaqlarının bitki örtüyü kasıbdır və örtüyünün yaxşılaşdırılmasına çox ehtiyac
vardır. Otlaqların orta quru ot məhsuldarlığı hektardan 3-6 sentner arasındadır.
Respublikamızın səhra və yarımsəhra zonalarında – Qobustan, Abşeron, Kürdü
düzü, Mil-Muğan, Acınohur, Böyükduz, Ceyrançöl, Qaradağ düzənlikləri Araz
boyu, Kür ovalığı kimi qış otlaqları vardır. Bu otlaqlarda çox sayda mal-qara
otarılır. Qışı sərt keçən illərdə mal-qaranı yemləmək üçün kənardan quru ot
gətirilir. Bu da təsərrüfata baha başa gəlir və iqtisadi cəhətdən əlverişli olmur. Ona
görə də təsərrüfatlar qış otlaqlarında əkmə çəmənliklər yaratmalı və su tutan
yerlərdə süni biçənək sahələri yaratmalıdırlar. Mal-qara süni biçənək və otlaqlar
hesabına yemlə norma təmin edilərsə yüksək və keyfiyyətli məhsul verər və
məhsul iqtisadi cəhətdən daha səmərəli olar. Son illər respublikamızda qış
otlaqlarının su ilə təmin edilməsinə yönələn tədbirlər həyata keçirilir. Su ilə təmin
olunan torpaqlarda müxtəlif fəsilələrə, xüsusilə də paxlalı və taxıl fəsilələrinin
qarışığından ibarət ot toxumları səpilməli, daha məhsuldar çəmənliklər və əkmə
otlaqlar yaradılmasına xüsusi əhəmiyyət verilir.
Biçənəklər. respublikamızda 150 min hektara yaxın təbii biçənək sahələri
vardır. Onlar dağ, dağətəyi zonalarında və meşə zonalarında, çay kənarlarında
yerləşir. Bəzi otlaqlar biçənək kimi də istifadə edilir. Biçənəklərin ot örtüyü zəngin
və məhsuldar olur. Dağlıq zonada yerləşən biçənəklər ildə 1 dəfə biçilir və hər
hektardan 20-30 sentner quru ot alınır. Biçənəklərdə ot örtüyü zəngin olur və
heyvanlar onu iştaha ilə yeyir. Biçənəklərdə səthi və əsaslı yaxşılaşdırma aparılır.
Bu tədbirlər hesabına biçənəklərin məhsuldarlığı və onun keyfiyyəti
yaxşılaşdırılır. Əsaslı yaxşılaşdırmada yerli zonanın torpaq-iqlim şəraitinə uyğun
daha dəyərli yem otlarının toxumları səpilir. Əsaslı yaxşılaşdırma zamanı ya
kotanla şumlanır yada torpaq dırmıqlanır, sonra sahə dırmıqlanır və ot toxumu
səpilir.
Örüşlər. Örüşlər təbii yem mənbələrindən ən çox istifadə edilənidir.
Örüşlərin 4 növü var: 1 kənd ətrafı örüşlər; 2 keçid (yolüstü) örüşlər; 3 müvəqqəti
örüşlər; yamaq (düşərgəkənarı) örüşlər. Örüşlərin ümumi sahəsi 1,5 mln. Hektar
ətrafındadır. Örüşlərdə ot örtüyü müxtəlifdir. Örüşlərin otarılma əmsalı yüksək
olur. Örüş otu ən ucuz başa gələn yem mənbəyidir, onun yaxşılaşdırmasına ehtiyac
çoxdur.
Əlavə yem mənbələri. Bu yem mənbələrinin əsas üstünlüyü odur ki, yem
istehsalına əmək sərf edilmir, yem ucuz başa gəlir. Bu növ yemin bəziləri
heyvanların orqanizmində gedən biokimyəvi prosesləri sürətləndirir. Gövşəyən
heyvanların yemləndirilməsində əlavə yemlərdən istifadə olunur. Bu yem
mənbəyinin əsasını sənayedə istehsal edilən yemlər təşkil edir (şəkər zavodunun
tullantıları, günəbaxandan yağ alındıqda alınan tullantılar və s.)
Əlavə yem mənbələrinin bir neçə qrupu vardır: 1 kombinə olunmuş yemlər;
2 heyvan mənşəli yemlər, yem əlavələri, vitamin əlavələri, yeyinti məhsullarının
qalığı.
Tarla yem istehsalı. Heyvandarlığın yemlə təmin edilməsində tarla yem
istehsalı mühüm rol oynayır. Kənd təsərrüfatında yem bitkilərinin becərilməsi,
onlarda yüksək miqdarda keyfiyyətli yem istehsal edilməsi heyvandarlıq
məhsulları istehsalının sürətlə artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın əksər rayonlarında birillilik və çoxillilik yem bitkilərinin
becərilməsinə xüsusi əhəmiyyət verilir. Tarla yem bitkilərinin daha mütərəqqi
becərmə üsullarının həyata keçirilməsi, yeni daha məhsuldar yem bitkilərinin
sortlarının seçilib becərməsi tədbirləri hesabına yemçilik sürətlə inkişaf etdirilir.
Mühazirə № 8: “Otlaq və biçənəklərin əsaslı yaxşılaşdırılması
Mühazirənin planı:
1.Əsaslı yaxşılaşdırma işlərinin aparılma prinsipləri.
2.Əkmə biçənək və otlaq növləri və onların yaradılmasında əsas tədbirlər.
3.Ot qarışıqlarının seçilməsi, norması və səpilməsi.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва,
Агропромиздат, 1986, 255 с.
Otlaq və biçənəklərin əsaslı yaxşılaşdırılması
Təbii yem sahələri istifadə edildikcə ilbəil məhsuldarlığı aşağı düşür. Ot
örtüyündə qiymətli yem otları azalır. Ona görə də təbii yem sahələrində əsaslı
yaxşılaşdırma aparmaqla yeni məhsuldar otlaq və biçənəklər yaradılır. Süni şəkildə
yaradılan otlaq və biçənəklər yem və ya tarla növbəli əkinləri daxilində, bəzən də
heç növbəli əkin tətbiq etmədən yaradılır.
Əsaslı yaxşılaşdırma işləri nəticəsində torpağın bioloji fəallığı artır, üzvi
maddələrin parçalanması baş verir, bitkilərdən ötrü həzm edilə bilən qida
maddələri toplanır.
Əkmə biçənəklərin təbii çəmənliklərdən bir sıra üstünlükləri var. Əkmə
biçənəklərin təkcə ümumi məhsuldarlığı deyil, həmçinin yemin qida qəyəri təbii
çəmənliklərlə nəsbətən yüksəkdir, çünki birincidə paxlalı və taxıl otların xüsusi
çəkisi artıq olur.
Bioloji xüsusiyyətlərinə görə əkmə biçənək və otlaqlar iki qrupa bölünür:
birillik otlardan ibarət olan və bir vegetasiya dövrü ərzində istifadə olunan birillik
və çoxillik otlardan ibarət olan və təkrar səpin olmadan bir neçə il müddətinə
istifadə olunan çoxillik otlaq və biçənəklər. Öz növbəsində, çoxillik əkmə otlaq və
biçənəklər, 2-3 il ərzində işlədilən qısa müddətli, 4-6 il ərzində işlədilən orta
müddətli və 7-10 il və daha artıq işlədilən uzun müddətli istifadə edilən otlaq və
biçənəklərə bölünürlər.
İstifadə mahiyyətinə görə biçənək, otlaq və biçənək-otlaq kimi istifadə olunan
əkmə otlaq və biçənəklər olur.
Əsaslı yaxşılaşdırmadan qabaq təbii yem sahələrinin torpaq və bitki örtüyü,
ərazinin suvarma mənbəyi öyrənilir. Həmin məlumatlar əldə edildikdən sonra süni
çəmənlik salınacaq ərazidə hidromeliorativ və mədəni-texniki tədbirlər həyata
keçirilir. Əvvəlcə təbii yem sahələrinin xəritəsi tərtib edilir. Xəritədə yaşayış
məntəqələri, yollar, su quyuları, artezianlar, dərələr, meşələr, kolluqlar, bataqlıqlar
və s. göstərilir. Ərazidə nisbi yüksəkliklər horizontlarla göstərilir. Hidrotexniki
tədqiqat apararkən ərazidə yeraltı suların səviyyəsi, yerüstü suların su rejimi, suyun
tərkibi öyrənilir.
Mədəni-texniki işlər görmək məqsədilə aparılan tədqiqatda torpaq və bitki
örtüyü, sahənin texniki vəziyyəti və s. ətraflı öyrənilir.
Həddən artıq nəmli torpaqlarda qurudulma aparılmadan süni çəmənlik salmaq
olmaz. Çünki çox nəmli torpaqlarda bitki köklərinin tənəffüsü pozulur, üzvi
qalıqlar parçalanmır, torpağın temperaturu aşağı düşür, don daha dərinə gedir, daha
gec əriyir, torpaq gec isinir, orada zəhərli və zərərli bitkilər bitir. Respublikamızda
belə torpaqlar 68 milyon hektardır. Qurutma açıq və ya qapalı kanallar çəkməklə
aparılır.
Respublikamızın cənub rayonlarında çəmənliklərdən yüksək məhsul götürmək
üçün suvarmalar aparmağa böyük ehtiyac vardır. Suvarma üçün müxtəlif
mənbələrdən – yeraltı sulardan, gölməçə və süni dəryaçalardan, çaylardan istifadə
edilə bilər. Suvarmalar bir və ya bir neçə dəfə aparıla bilər. Düzgün suvarma rejimi
müəyyən etmək üçün bitkinin bioloji xüsusiyyətləri, onun kök sisteminin yayıldığı
dərinlik, kökün inkişafının intensivliyi, kökün ifraz etdiyi maddələrin fizioloji
aktivliyi, hüceyrə şirəsinin qatılığı, osmos təzyiqi, sorma qüvvəsi, bitkinin suyu
buxarlandıran hissələrinin səthinin böyüklüyü nəzərə alınmalıdır.
Səpindən əvvəl kökün yayılacağı torpaq zonası kifayət qədər nəmləndiril-
məlidir. Vegetasiya suvarmaları ilə torpağın yer səthinə yaxın quruyan zonası
nəmliklə təmin edilməlidir. Torpaqda nəmliyin bərabər dərəcədə paylanmasını
təmin etmək üçün şumlamadan sonra torpaq səthi skreper, qreyder və ya
buldozerlə hamarlanmalıdır.
Əsaslı yaxşılaşdırma yolu ilə bataqlaşmış, eləcə də kol basmış, yararsız
sahələrdə yüksək məhsul verən süni çəmənlik yaratmaq olar. Əsaslı yaxşılaşdırma
təsərrüfata çox baha başa gəlsə də otlağın məhsuldarlığının 5-8 dəfə artırılmasına
səbəb olur. Odur ki, əsaslı yaxşılaşdırmağa çəkilən xərc 2-3 il ərzində ödənilir.
Mədəni otlaqlar çox zaman heyvandarlıq fermalarına 2-3 km yaxın yaradılır.
Bu zaman otlağı suvarmaq və heyvanları su ilə təmin etmək üçün su mənbələri
olmalıdır. Hər hektardan 400-450 sentner yaşıl kütlə götürülən otlaqlarda hər baş
inək üçün 0,1-0,15 hektar, 10-15 inəyə 1 hektar, 25-40 baş buzov üçün 1 hektar
sahə ayrılır. Bu hesabla inək otlaq dövründə 10-12 ton, körpə mal-qara isə 6-8 ton
yaşıl yemlə təmin olunur. Məhsuldarlıq 300-350 sentner olarsa, 1 baş mal-qaraya
0,4-0,5 hektar sahə ayrılır. İnəklərin çəkisi 400-500 kq, gündəlik süd sağımı 8 kq
olarsa, gündə 40-45 kq yaşıl ot yeməlidir. 10-12 kq süd verərsə, 45-55 kq, 14-16
süd verərsə, 55-65 kq, 18-20 kq olarsa, 65-70 kq olmalıdır.
Suvarılan zonada mədəni otlaqlar yaratmaq üçün ayrılan sahələr yaxşı
hamarlanmalıdır, kol və daşlardan təmizlənməlidir. Zona aqrokimya laboratoriya-
sında torpaqda qida maddələrinin (azot, fosfor, kalium) miqdarı öyrənilməlidir.
Torpağın səthi hamarlaşdırıldıqdan sonra şumlanmalıdır. Şum qatının dərin-
liyindən asılı olaraq aran zonasında əsas şum 23-25 sm, dağətəyi suvarılan
sahələrdə isə 22-23 sm dərinliyində aparılmalıdır. Yaz səpini üçün əsas şum
payızda, oktyabr-noyabr aylarında aparılmalıdır. Faraş yığılan sahələr isə yayda
şum edilib payızda ot səpini aparılır. Səpin qabağı kultivasiya 8-10 sm dərinliyində
aparılmalı, arxasınca mala çəkilməli və daha sonra vərdənə çəkilməlidir.
Suvarılan ağır qranulometrik tərkibli torpaqlarda şum arat edilməli və səpin
qabağı becərmə aparılmalıdır.
Bərk çimli, az məhsuldar və aşağı keyfiyyətli sıxkollu otlaqlardan (ağbığ,
çəmənlicə, cil) ibarət cırlaşmış çəmən və otlaqları şumlamaq iqtisadi cəhətdən daha
əlverişlidir. Sonra qiymətli çoxillik ot qarışıqları səpmək və uzunömürlü mədəni
əkmə çəmənlik və otlaqlar yaratmaq lazımdır.
Əkmə biçənək və otlaqların yaradılmasında əsas tədbirlər çimin çevrilməsi,
gübrə verilməsi və ot qarışıqlarının əlavə əkinindən ibarətdir.
Çimi qaldırmağa başlamazdan qabaq artıq nəmlənmiş sahələri qurutmaq,
kolluq, kötük, daşlardan təmizləmək və səthi hamarlamaq, sonra isə çimi işləmək
lazımdır.
Torpağın becərilməsi. Adi torpaqlarda çimi çevirməyə və becərməyə payızın
əvvəlində başlayırlar: az pozulmuş torf qarışıqlı qurudulmuş bataqlıqlarda və
möhkəm çimlənmiş çəmənliklərdə - yayda; subasar çəmənlərdə, harada ki, torpaq
yuyulur, daşqın sular azaldıqdan sonra – yazda, mamır torfluqlarda – yazda, birinci
bitkinin səpininə bir il qalmış.
Qurudulmuş bataqlıqları və möhkəm çimlənmiş çəmənlikləri PKBN-100A,
PKBN-75 (qoşma və asma) kol-bataqlıq kotanları ilə 25-30 sm dərinliyə
şumlayırlar. Mədəniləşdirilmiş torflu bataqlıqları PBN-3-45 markalı üçgövdəli
asma kotanla və ya başqa markalı maşınlarla becərirlər.
Torpaq layı sıx olmayan çox kəsəklənmiş çəmənlərdə çimi vərdənə ilə
vərdənələmək və ya ağır diskli mala ilə işləmək lazımdır.
Şumlanmış çimi yazda diskli malalar, çim çox möhkəm olduqda isə BDT-2,5
və ya BDNT-2,2 markalı ağır malalarla becərirlər. Hazırda çimi 0,9 m götürümlü
xüsusi frezlərlə becərirlər. Maşın hərəkət etdikdə baraban sürətlə fırlanır, barabanın
bıçaq və ya qarmaqları isə çimin üst qatını xırda parçalara kəsir və onu hamarlayır.
FBN-1,5 və FBN-2 markalı genişgötürümlü bataqlıq frezləri cil təpəciklərini
məhv etməyə və ağır çimləşmiş torpaqlarda layı işləməyə xidmət edir. Adətən,
belə sahələri frezin iki keçidi ilə becərirlər, birinci keçiddə becərmə təpəciyin
özülündən 4-5 sm, ikincidə isə 20-dən 25 sm-ə qədər aşağı aparılır.
Frez, kotandan fərqli olaraq, çimi çevirmir, onu kəsir və eyni zamanda bütün
şum qatını yumşaldır. Genişgötürümlü frezlərin tətbiqi və torpağın kifayət
dərinlikdə işlənməsi çoxillik ot əkini, əkmə biçənək və otlaqlar yaratmaq üçün
torpağın hazırlanma müddətini və xərcini xeyli azaldır.
Əkmə biçənək və otlaqların yaradılmasını ilkin kulturaları tətbiq etmək və
tezləşdirilmiş çəmənləşmə üsulu ilə həyata keçirirlər. İşlənmiş çimdə iki-üç il tarla
bitkiləri (birillik) becərirlər. Birinci il çöl noxudu-vələmir qarışığı, sudan otu,
ikinci il isə cərgəarası becərilən bitkilər (kartof, kökümeyvəli bitkilər), tərəvəzlər,
yazlıq taxıllar səpilir. Üçüncü il dənli bitkilər, onların örtüyü altına isə ot
qarışıqları səpirlər, yəni çəmənləşmə aparırlar. Bu cür əsaslı yaxşılaşdırma
üsulunda əkmə biçənək və otlaqları 4-5 ildən sonra istifadə etməyə başlayırlar.
Bəzən tarla dövrünü cərgəarası becərilən bitkilər hesabına qısaltmaq olur. Bu üsul
sahənin səthinin düzəldir, çimi və kök qırıqlarını parçalayır, torpağın
məhsuldarlığını yüksəldir və su-hava rejimini yaxşılaşdırır.
Bəzən qısa müddətdə əkmə biçənək və otlaqlar yaratmaq məqsədilə ot
toxumlarını dərhal çim becərildikdən sonra dənli bitkilərin örtüyü altına səpirlər.
Bu üsula tezləşdirilmiş çəmənləşmə üsulu deyilir və bunu zəif çimli yerlərdə və
onu frez və ya diskli malalarla becərmək mümkün olduqda aparmaq lazımdır.
Turşluq dərəcəsi artıq olan torpaqlardakı çəmənliklərin əsaslı yaxşılaşdırılması
zamanı birinci növbədə əhəng ilə gübrələmə aparmaq lazımdır. Bu zaman turşluq
dərəcəsinin aşağı enməsi və torpağın məhsuldarlığının yüksəlməsi ilə yanaşı
səpilən otların cücərtilərinin yetişmə qabiliyyəti yaxşılaşır, onların məhsuldarlığı
və məhsuldar uzunömürlülüyü artır. Bir hektar torpağa tam norma - 4-6 ton üzvi və
qeyri-üzvi gübrə verməklə yüksək effekt əldə etmək olar.
Ot qarışıqlarının seçilməsi, norması və səpilməsi
Suvarılan mədəni otlaqlar yaradarkən ot qarışığının düzgün seçilməsi mühüm
əhəmiyyətə malikdir. Suvarılan zonada çoxillik paxlalı otlardan yoncanın Az-5,
Az-262 sortları, “Zəfər” sortu, taxıl otlarından çobantoppuzu, çəmən yulafı,
ayrıqotu, otlaq rayqrası və tonqal otunu qarışdırmaq yaxşı nəticə verir.
Dağətəyi yarımsəhra şəraitində otlaq salınırsa, xaşanın AzETPİ-8, AzETPİ-74
sortları çoxillik taxıl otları ilə qarışdırılır.
Ot qarışığı düzgün seçildikdə otlaq yüksək məhsul verir, otarmağa davamlı
olur. Su və qida maddələrindən səmərəli istifadə olunur. İribuynuzlu qaramal üçün
suvarılan otlaq yaradarkən çobantoppuzu, çəmənyulafı, tonqalotu kimi
hündürboylu otlar, rayqras, ayrıqotu, yonca, xaşa kimi alçaq boylu bitkilər qarışıq
əkilməlidir. Çəmən otlaqlarında 2, 3, 4 və 5 ot qarışığından istifadə edilməlidir. 3-4
ot növündən ibarət mədəni çəmənlik yaradarkən az toxum tələb olunur, səpin,
gübrə vermək, sahəyə qulluq etmək daha çox səmərə verir.
Ən yaxşı səpin müddəti sentyabr-oktyabr ayları sayılır. Əgər payız səpini
gecikərsə, səpin erkən yazda, fevral-mart aylarında aparılmalıdır. Səpin SZT-47
markalı taxılsəpən və ya SUT-47 markalı ot toxumu səpən, SN-16 markalı asma
qurğularla aparıla bilər.
Səpindən qabaq bütün ot toxumu növləri üzrə səpin norması (1000 ədəd,
təmizliyi, cücərməsi) təyin edilməlidir.
Universal səpin maşını olmazsa qarışıqdakı ot toxumları ayrılıqda da səpilə
bilər. SUT-47 markalı seyalka (otsəpən) 2-3 ot toxum qarışığını səpə bilir.
Toxumlar müxtəlif irilikdə olarsa iri və orta irilikdə olanlar – tonqalotu, xaşa,
çəmənyulafı, otlaq rayqrası, ayrıqotu, çobantoppuzu - iri toxum yeşiyindən, xırda
toxumlar isə - qarayonca, çəhrayı üçyarpaq – kiçik yeşikdən səpilir. Xırda
toxumlar 1-2 sm, iri və orta toxumlar 2,5-5 sm dərinliyinə səpilməlidir. Səpin SU-
24 və ya SUB-48 markalı taxıl səpən seyalka ilə də aparıla bilər. Bu zaman yonca,
üçyarpaq toxumları 1:3 nisbətində ağac kəpəyi və ya qumla qarışdırılmalıdır.
Çarpazı səpin də aparıla bilər. Bu zaman paxlalı ot toxumları br istiqamətdə,
taxıl otları isə digər istiqamətdə səpilməlidir.
Səpiləcək toxumların toxum nəzarət laboratoriyasında kondisiyaya uyğun
olması öyrənilməlidir. Toxumlar 1-2 ildən artıq saxlandıqda cücərmə
qabiliyyətlərini azaldırlar. Ona görə 1-2 illik toxumlardan istifadə edilməlidir.
Muğan, Salyan, Şirvan, Mil-Qarabağ, Abşeron və Naxçıvan MR-də ot qarışığı
və səpin normaları aşağıdakı qədərdir:
I qarışıq II qarışıq
Yonca – 10 Yonca – 10
Çobantoppuzu -8 Çobantoppuzu – 6
Tonqalotu – 10 Çəmənyulafı – 8
Otlaq rayqrası – 10 Tonqalotu – 8
Hektara cəmi 38 kq Hektara cəmi 32 kq
III qarışıq
Yonca – 10
Çobantoppuzu – 8
Çəmənyulafı – 10
Otlaq rayqrası – 10
Hektara cəmi 38 kq
Lənkəran, Quba, Xaçmaz, Şəki, Zaqatala, Gəncə, Qazax və Dağlıq Qarabağ üçün aşağıdakı qədərdir:
I qarışıq II qarışıq
Yonca – 8 Yonca – 10
Xaşa – 40 Çobantoppuzu – 6
Çəmənyulafı – 10 Tonqalotu – 8
Çəmən qırtıcı – 10 Otlaq rayqrası – 10
Hektara cəmi 68 kq Hektara cəmi 34 kq
III qarışıq
Yonca – 8
Üçyarpaq – 6
Çəmənyulafı – 10
Otlaq rayqrası – 12
Hektara cəmi 36 kq
Otlaqlar vaxtaşırı gübrələnməlidir. Fosfor və kalium gübrələri payızda və ya
erkən yazda və hər otarmadan sonra verilməlidir. Orta və az münbit torpaqlarda
hektara təsiredici maddə hesabilə 180-240 kq azot, 60-90 kq fiziki çəkidə fosfor və
kalium verilməlidir. Səpilən ili otlaq 1-2 dəfə çalınmalıdır ki, alaq otları məhv
olsun. Çalımdan sonra hektara 150-200 kq ammonyak şorası və 200-300 kq
superfosfat verilməlidir.
Respublikamızın aran zonalarında otlaqlardan yüksək məhsul götürmək üçün
mütləq suvarmalar aparmaq lazımdır. Otlaq düzgün suvarılarsa intensiv böyüyür,
çox məhsul verir və ot örtüyünün ömrü uzun olur.
Təbii yem sahələri 3 üsulla suvarıla bilər: 1)səthi suvarma üsulu; 2)yeraltı
suvarma (yeraltı borularla axan su kapilyarlarla yuxarı qalxıb torpağı nəmləndirir;
3)süni yağışyağdırma üsulu ilə suvarma.
Təcrübədə birinci üsul daha çox tətbiq edilir. Otlaq və biçənəklər 30 m enində
200 m uzunluqda olan sahələrə bölünüb suya basdırılır. Belə sahələr bir-birindən
25 sm hündürlüyündə olan torpaq tirələrilə ayrılır.
Suvarma müddəti, norma və sayı bitki növündən, becərmə üsulundan,
aqrotexnikanın səviyyəsindən, bec.rildiyi rayonun təbii şəraitindən və hava
şəraitindən asılıdır.
Quraq rayonlarda yonca bitkisinin suvarma norması 3000 m3-lə 1000 m3/hek
arasında olur.
Yoncanı və ot qarışığını Orta Volqa boyunda 3 dəfə çalmaqla hektardan 70-120
sentner quru ot götürmək üçün 5-7 dəfə, quraq illərdə isə 8-10 dəfə suvarırlar.
Hektara 4000-8000 m3 ümumi suvarma norması verilir. Yoncanın çobantoppuzu,
çəməntopalı, qılçıqsız tonqalotu ilə qarışıq əkinlərini 7-10 dəfə suvarıb
gübrələdikdə hektardan 100 sentner quru ot və ya 500 sentner yaşıl ot götürmək
mümkün olur. Suvarmalar hektardan 2000-4000 yem vahidi istehsal etməyi təmin
etməklə yanaşı, həm də otların xora verməsini gücləndirir.
Mədəni otların suvarmalar hesabına torpağın 0-30 sm təbəqəsi 50-75 %
nəmlikdə saxlanmalıdır. Azərbaycanın aran rayonlarında otlaqlar 8-15 dəfə,
dağətəyi zonada 6-10 dəfə sulanmalıdır. Çəmən-otlaq otları qarışığı səpilən
otlaqlar birinci ili 9 dəfə suvarılmalıdır. Birinci suvarmanı erkən yazda cücərtilər
alındıqdan sonra və ya kollanma fazasında, ikinci mayın birinci yarısında, üçüncü
iyunun ortasında, dördüncü iyulun əvvəlində, beşinci iyulun axırında, altıncı
avqustun ortasında, yeddinci sentyabrın əvvəlində, səkkizinci sentyabrın ortasında,
doqquzuncu sentyabrın axırında aparılmalıdır. İkinci və sonrakı illərdə suvarmalar
erkən yazda və hər dəfə otarmadan sonra gübrələmənin ardınca aparılmalıdır.
Quraq illəri iki otarma arasında iki su verilməlidir. Birinci su otarmadan sonra,
ikinci birincidən 13-15 gün sonra aparılmalıdır. Qumsal torpaqlarda yağış yağdıran
aqreqatla hektara 300-500 m3 su verilməlidir.
Təxmini suvarma normaları aşağıdakı qədər götürülməlidir.
Cədvəl 1
Təxmini suvarma normaları
I suvarma apreldə 300-450 m3/haII suvarma mayda 350-500 m3/haIII-IV suvarma iyun-iyulda 550-750 m3/haV-VI avqustda 500-650 m3/haVII-VIII sentyabrda 300-450 m3/ha
Süni yağış yağdırmaq üçün DDN-100M, DDN-70, DDN-45M aqreqatların-
dan, örtülü suvarma şəbəkəsində isə “Voljanka”, “Freqat”, “Siqma-50” və ya KN-
50 markalı aqreqatlardan istifadə olunur.
Dağətəyi rayonlarda isə DN-1, PUK-3 markalı uzaqvuran aqreqatlardan istifadə
olunur. Otarmadan sonra yeyilməyən otlar biçilib kənara çıxarılır. Suvarmadan
əvvəl sahəyə ammonium şorası verilir.
Cədvəl 2
Təbii zonalar üzrə suvarmanın miqdarı və normaları
Zonalar Suvarmanın sayı
Su təminatı, %-lə50-60 65-75Ümumi vegetasiya suvarmaları
MiqdarıÜmumi norma
Gəncə-Qazax 11-12 4900 10-12 5400Şirvan 7-10 5040 8-10 5750Mil-Qarabağ 11-12 4900 10-12 3400Muğan-Salyan 9-10 6900 10-12 7400Abşeron 13-15 7300 12-14 7500Naxçıvan 10-12 5300 11-13 7800Lənkəran 5-6 3500 6-8 3200Şəki-Zaqatala 7-8 4500 8-9 4000Quba-Xaçmaz 5-6 3500 6-8 3200
Mühazirə № 9: HEYVAN QRUPLARI ÜZRƏ OTLAQ TƏLƏBATI, KONKRETSƏRAİTİNDƏ AYRI-AYRI OTLAQ TİPLƏRİNDƏ MÜXTƏLİF BAŞ HESABI İLƏ XAL-XALLARIN SAYI VƏ SAHƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ,
OTLAQ DÖVRİYYƏSİNİN TƏRTİBİ
Ucuz heyvandarlıq məhsulları əldə etmək işində otlaqların böyük iqtisadi
əhəmiyyəti vardır. Istifadə olunan yemlərin içərisində otlaq yem nə qədər çox
olarsa, südün, yunun maya dəyəri bir o qədər aşağı düşər.
Təsərrüfatlarda qoyun əti mal və donuz ətinə nisbətən iki dəfə ucuz başa gəlir.
Bunun səbəbi odur ki, qoyunlar təqribən bütün il boyu otlaq yemi ilə yemlənir.
Otlaq yemi çox qidalıdır. Bu yemin tərkibində həzm olunan çoxlu zülal,
heyvan orqanizminə lazım olan hər cür vitamin və xeyli mineral maddələr vardır.
Otlaq yemindən istifadə edildikdə heyvandarlıq məhsulları istehsalına az yem
vahidi sərf olunur. Heyvanların otlaqda yemlənməsinə az əmək sərf edildiyi üçün
ətin, südün, yunun maya dəyəri çox aşağı düşür. Respublikanın yemçilik
təsərrüfatının inkişafında təbii yem mənbələri mühüm yer tutur. Hazırda
respublikamızda yem ehtiyatının üçdə iki hissəsi təbii biçənəklərdə və otlaqlarda
cəmləşmişdir. Buna görə də otlaqlardan düzgün istifadə olunmalıdır.
Otlaqdan düzgün istifadə dedikdə elə becərmə üsulları və otluq başa düşülür
ki, o, otluğun keyfiyyətini pisləşdirmədən böyük miqdarda yüksək məhsul
qaramalı yemləyə bilsin.
Cavan ot kollanma fazasında ən yüksək qidalıq dəyərinə malik olur.
Toxumların yetişmə dövründə otda zülalın miqdarı 50-60%-ə qədər azalır,
sellüloza isə artır. Bitki qocaldıqca ondan həzmə gedicilik əmsalıda azalır. Əgər
kollanma fazasında həzmə gedicilik əmsalını 100% qəbul etsək, o, tam
meyvəvermə fazasında ən çoxu 60-70%-ə bərabər olur. Ot qocaldıqca onun
yeyilmə qabiliyyəti aşağı düşür. Bitkinin kollanma fazasında heyvan yaxşı
keyfiyyətli otu tam yediyi halda, meyvəvermə fazasında onun cəmi 40-50%-ni
yeyir.
Odur ki, cavan qalmasını təmin etmək üçün otlaqlardan düzgün istifadə çox
mühüm şərtdir. Buna eyni otlaq sahəsini yay müddətində dəfələrlə istifadə etmək
ilə nail olmaq olar.
Odur ki, otun cavan qalmasını təmin etmək üçün otlaqlardan düzgün istifadə
çox mühüm şərtdir. Buna eyni otlaq sahəsini yay müddətində dəfələrlə istifadə
etmək yolu ilə nail olmaq olar.
Otlaq mənbələrinin məhsuldarlığı aşağı düşməsin deyə, küz üsulu ilə otarma
tətbiq etmək, orlaq və biçənək üçün istifadəni uyğunlaşdırmaq, əlavə ot əkmək,
gübrə vermək, mümkün olan yerdə isə suvarma və başqa tədbirlər həyata keçirmək
lazımdır.
Otarmanın iki üsulu mövcuddur: sərbəst və küzlə. Sərbəst və ya sistemsiz
otarmada heyvanlar bütün otlaq boyu otlayır və daha yaxşı yeyilən otlardan istifadə
edir, qalan otları tapdalayır. Bu otarma üsulu yalnız az məhsuldar səhra və
yarımsəhra otlaq mənbələrində, dağlıq və çöl rayonlarında tətbiq olunur.
Küz sistemində bütün otlaqları ayrı-ayrı sahələrə (ağıllılara) bölür və onlardan
ciddi sürətdə növbə ilə istifadə edirlər. Heyvanlar bir ağılda otlayınca, o biri ağılda
otarılmış ot böyüyür. Qaramal, adətən, həmin sahələrə yay müddətində 3-4 dəfədən
az olmayaraq hər 24-30 gündən bir qayıdır.
Təsərrüfatda ağılların sayı və ölçüsünə də xüsusi fikir verilməlidir. Ağılların
sayı otluğun məhsuldarlığından asılı olaraq müəyyənləşdirilir. 1 hektar otlağa
düşən inibuynuzlu qaramalın sayı 12-25 başdan artıq olmamalıdır. Bir ağılı ən
çoxu 5-6 gün istifadə edirlər.
Hər bir sahənin böyüklüyü elə hesablanmalıdır ki, inəklər bir-birini
sıxışdırmasınlar və otu yaxşı yeyə bilsinlər. Ağıl çox böyük olmamalıdır ki, orada
otarma müddəti uzadılmasın.
Ağılların sayı otlağın sahəsindən və ağalın ölçülərindən asılıdır. Təcrübələrlə
müəyyən olunmuşdur ki, xırda ağıllar iri ağıllara nisbətən daha əlverişlidir, çünki
heyvanlar bir sahədən başqa səhəyə keçməklə təzə yem alırlar. Yüksək məhsuldar
otlaqların 8-10 məhsuldarları isə 10-12 ağıla bölürlər.
Otarmanın başlama müddətini müəyyənləşdirdikdə yadda saxlamaq lazımdır
ki, qaramalı otarmaöa erkən yazda başlamaq olmaz, bu otlaq mənbəyinin
məhsuldarlığını kəskin sürətdə aşağı düşməsinə səbəb ola bilər. Hər bir bitki yalnız
bərkidikdən, yaxşı kök saldıqdan və yarpaqlarla örtüldükdən sonra yaxşı yaşıl
kütkə artımı verməyə başlayır.
Erkən otramada heyvanlar çimi və bununla birlikdə bitkini kök sistemini
zədələyir. odur ki, heyvanı otluğa torpaq quruduqdan və bitki müəyyən hündürlüyə
çatdıqdan sonra buraxmaq olar.
Bütün ağıllıların bir dəfə otarılmasına tələb olunan vaxt otarılma dövrü
adlanır. Küz sistemi ilə otarmanın birinci dövründə heyvanları, adətən birincı
ağıllılarda otarmanı dayandırmaq lazımdır. Təkrar otarma və ya növbəti dövr,
bitkilərin 13-20 sm-ə qədər uzandıqdan sonra başlanır. Şaxtalar başlayana 25-30
gün qalmış otarmanı dayandırmaq lazımdır, əks halda çoxillik çəmən otları
qışlama üçün zəruri olan kifayyət miqdarda qida maddələri ehtiyatı toplaya bilmir.
Otlaq dövriyyəsi. Otlaq bir neçə il dalbadal yalnız otarma üçün istifadə
olunduqda az keyfiyyətli otların miqdarı artır ki, bunları da heyvanlar iştaha ilə və
tamamilə yemirlər. Yüksək keyfiyyətli otluğu saxlamaq və lazımsız otların öz-
özünə toxumlamasına yol verməmək üçün otlaq dövriyyəsi tətbiq olunur.
Otlaq dövriyyəsi dedikdə ağıllıların elə bir istifadə sistemi nəzərdə tutulur ki,
bu halda 1 və ya 2 ağıl mal otarmazdan azad edilir və hər il və ya 2 il dalbadal
biçənək kimi istifadə olunur. Bundan başqa otlaq dövriyyəsi sistemi ağıllılardan
növbə ilə istifadə etməyi də nəzərdə tutrur. Əgər cari ildə mal birinci ağılda
otarılmışsa, növbəti il ikinci ağıldan başlamaq lazımdır. Beləliklə birinci ağıl
sonuncu otarılır. Otluğu bərpa etmək və otlaq mənbələrinin yüksək məhsuldar-
lığına nail olmaq üçün otlağı qiymətli otlar toxumladıqdan sonra iki və ya üç il
biçmək lazımdır.
Suvarılan otlaqlarda ağılları otarma suvarmadan azı 3-4 gün sonra, torpağın
üst qatı quruduqda aparılır.
Mühazirə № 10 : “Köküyumrulu bitkilərlə tanışlıq
Mühazirə planı
1. Kartof:a) təsərrüfat əhəmiyyəti;b) aqrotexnikası.2. Yerarmudu:a) təsərrüfat əhəmiyyəti;b) aqrotexnikası.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” 2014, 328 s.
4. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
5. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
6. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8. Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
9. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
10. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
11. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
12. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
13. Картофель / Под ред. Н. С. Бацанова. М.: «Колос», 1979.
14. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
15. Производство раннего картофеля в Нечерноземье / Под ред. К. З. Будина. Л.: Колос, 1984.
16. Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиз., 1986, 255 с.
Köküyumrulular
Respublikamızda becərilən köküyumrululara kartof və yerarmudu aiddir.
Kartof
Kartof Badımcançiçəklilər (Solanaceae) fəsiləsinin ən geniş yayılmış cinsinə
daxildir. O, bütün kənd təsərrüfatı heyvanları və quşları üçün əla keyfiyyətli şirəli
yemdir. Onunla çiy, bişirilmiş, qurudulmuş və siloslanmış halda yemləyirlər.
Yem məqsədilə onu ən çox qaratorpaq olmayan zonalarda istifadə edirlər:
südlük inəklərin hər başına gündə 25 kq-a qədər kartof verirlər, donuzları başlıca
olaraq kartofla kökəldirlər.
Kartofun yumrularında 75%-ə qədər su, 20,5% nişasta, 2% xam protein olur.
Qalan hissə şəkər, yağ, sellüloza və külün payına düşür. Kartof C, B1, B2 və başqa
vitaminlərlə zəngindir.
1 kq kartofda 0,31 yem vahidi olduğu halda, şəkər çuğundurunda 0,26, yem
turpunda 0,09 yem vahidi olur.
Düzgün aqrotexnika tətbiq olunduqda kartof bütün torpaqlarda yüksək məhsul
verə bilər, lakin o, hava yaxşı daxil olan gillicə və qumsal torpaqlarda, qurudulmuş
torflu-bataqlıq yerlərdə, kifayət nəmlikdə isə qara torpaqlarda daha yaxşı inkişaf
edir. İstər üzvi, istərsə də mineral gübrələrə həssas bitkidir.
Qabaqcıl kartof becərənlər düzgün aqrotexnika tətbiq etməklə, hər hektardan
400-dən 700 s-ə qədər yumru götürürlər.
Faraş kartofun tağından silos hazırlamada istifadə olunur. Yem üçün kartofun
ərzaq qalıqları (xırda və don vurmuş) da istifadə olunur.
Yem üçün kartofun çox miqdar mövcud sortlarından hamısı, lakin başlıca
olaraq yüksək məhsul verən və yaxşı saxlanan sortları yararlıdır. Mədəni və yabanı
olmaqla 200-dən artıq növü müəyyən edilmişdir. Onlardan yalnız adi kartof -
Solanum tuberosum növü əsas əhəmiyyətə malik olmaqla bütün sortları əhatə edir.
Digər mədəni növlərindən Solanum demissum, Solanum curtilodum və s. şaxtaya,
quraqlığa və göbələk xəstəliklərinə davamlı olduqlarına görə seleksiyada yeni
sortlama işində istifadə edilir.
Sortları bitkinin morfoloji quruluşuna görə fərqləndirmək bir qədər çətinlik
törədir. Yalnız yumrularına əsasən fərqləndirmək heç mümkün deyil. Ona görə də
yardımçı əlamətlərdən istifadə edilməlidir.
Laboratoriya məşğələlərində sortları təyin edərkən tipik yumrular keyfiyyətli
herbarilər (rəngini itirməmiş) və rəngli şəkillər olmalıdır. Eyni zamanda yeni
cücərməyə başlayan tumurcuqların rəngindən də istifadə eilməlidir. Bunun üçün
qarışıq sortların yumruları zəif işıqlandırılmış mühitdə cücərdilir ki, zoğlar çox
uzanaraq sorta xas olan rəngi itirməsin.
Əsas kartof yetişdirilən rayonlarda kartofu tarla növbəli əkinlərində, suvarılan
rayonlarda isə tərəvəz, az hallarda tarla növbəli əkinlərində əkirlər. Cənub
rayonlarında kartofun təkrar əkini və ildə iki dəfə məhsul götürmək üçün əlverişli
şərait olur.
Tarla növbəli əkinlərdə kartofun ən yaxşı sələfləri qışlıq taxıllar və taxıl-paxlalı
bitkilər, tərəvəz növbəli əkinlərdə isə bostan bitkiləri, kələm və taxıl-paxlalı
bitkilərdir. Təkrar əkildikdə kartofu faraş tərəvəzlər, qışlıq taxıllar, silos və yaşıl
yem üçün qarğıdalı, yonca-yulaf qarışığı və ikiillik toxumluq tərəvəz bitkilərinin
yığımından sonra əkirlər.
Torpağı 8-12 sm dərinliyə yumşaldıb şumlayırlar. Kökümsov gövdəli alaq
otları ilə zəngin olan sahələri payızda iki yumşaltmaq lazımdır: birincini 5-6 sm
dərinlikdə diskli yumşaldan kotanlarla, ikincini alaqların çıxışı zamanı 10-12 sm
dərinlikdə.
Sahəni yumşaltmadan 2-3 həftə sonra şumlayırlar. Zəif humus qatı olan
torpaqları 22-24 sm dərinliyə qədər şumlayırlar. Erkən yazda yüngül qumsal və
qumluca torpaqları şumlayıb, bərkimiş gillicə torpaqları isə 12-16 sm dərinliyə
qədər diskləyirlər.
Böyüməsi və inkişafı üçün kartofa çox miqdarda qida maddələri lazımdır. Buna
görə torpağa üzvi gübrələrlə birlikdə mineral gübrələr verməklə yaxşı nəticələr
əldə etmək olar. Üzvi gübrələrdən peyin, torf və torf-peyin kompostlarından
istifadə edirlər.
Cilli-küllü giltorpaq və qumlu torpaqlarda üzvi gübrələrlə birlikdə kartof üçün
yaşıl gübrənin (acıpaxla və seradella) də böyük əhəmiyyəti var.
Mineral gübrələrdən azot, fosfor və kalium gübrələrindən geniş istifadə olunur.
Bu gübrələrin torpağa verilmə dozaları suvarılan torpaqlarda 25-30% artırılır.
Kartofun mexanikləşdirilmiş becərilməsi zamanı toxum materialının
hazırlanmasında əsas tədbir kalibrləmədir. Əkin zamanı orta ölçülü (50-60 q), orta
ölçüdən böyük (70-80 qr.) və iri ölçülü (100-120 qr.) yumrulardan istifadə edirlər.
Erkən yığım vaxtı yumruların məhsuldarlığının yüksəltməyin effektiv yolu
cücərtmədir. Cücərtməni işıqlı otaqlarda 12-150 C temperaturda 15-20 gün ərzində
aparırlar. Cücərtməni, yumrular bir-iki lay yığılmış stellajlarda (qəfəsələrdə)
aparırlar.
Yumruları TMTD preparatı ilə (bir tona 2,5 kq) ilə işləyirlər, bu preparat
yumruları nəinki zərərsizləşdirir, həm də daha yüksək məhsul almağa kömək edir.
Kartofun məhsuldarlığının yüksəldilməsinin effektiv yolu, yumruların manqan və
bor gübrələrinin məhlulları ilə çilənməsidir.
Yüksək keyfiyyətli kartof məhsulunu erkən əkin müddətlərində almaq olar. Bu,
istiliyin, işığın və suyun daha yaxşı istifadəsinə, həmçinin fitoftoranın zərərlilik
dərəcəsini xeyli azaltmağa imkan verir. Kartofun əkininə, torpaq 8-10 sm
dərinlikdə 7-80 C-yə qədər isinəndə başlayırlar.
Kartofun ən yaxşı əkmə üsulu, yumruların şırımlı örtülməsi ilə maşınla
əkilməsidir. Az nəmlik zonalarda hamar əkmə üsulundan istifadə edirlər.
Cərgələrin arası 70 sm-dir. Müəyyən marağı cərgələrin arası 90 sm olan əkmə
üsulu doğurur, bu zaman cərgəarası becərmə zamanı yüksək sürətlə işləyən
traktorlardan istifadə edilir.
Yumruları örtülmə dərinliyi şırımlı əkmə zamanı 10-12 sm, hamar əkmə zamanı
8-10 sm-dir.
Əkinlərə birinci qulluq, qaysağın və alaqların məhv edilməsi üçün malalamadır.
Tarlanı iki ya üç dəfə yüngül “Ziqzaq” yaxud torlu BS-2, BSO-4 markalı malalar
ilə malalayırlar: birinci malalamanı əkindən 7-8 gün sonra, ikincini çıxışların baş
qaldırmasından qabaq və üçüncünü çıxışların üstü ilə icra edirlər. Alaqlarla
mübarizə məqsədilə kartofun çıxışlarının qalxmasından 3-4 gün əvvəl əkinləri
herbisidlərlə işləyirlər: prometrin (1 hektara 3-5 kq) yaxud linuronla (1 hektara 4-6
kq).
Kartof əkinlərinə sonrakı qulluq cərgəaralarını yumşaltmaqdan və dibini
doldurmaqdan ibarətdir. Cərgəaralarının birinci kultivasiyasını çıxışların
qalxmasından 7-10 gün sonra, ikincini və s. isə alaqların əmələ gəlməsi torpağın
bərkiməsi ərzində icra edirlər. Birinci dibdoldurmanı tağ təxminən 20 sm
hündürlüyə çatdıqda, sonrakıları isə hava şəraitindən və torpağın xassələrindən
asılı olaraq edirlər.
Suvarma şəraitində əkinlər mütləq suvarılmalıdır. Özbəkistanda və Tacikistanda
çəmən və çəmən bataqlıq torpaqlarında yaz əkini zamanı 4-5 dəfə, boz torpaqlarda
7-8, yay əkini zamanı isə 6-7 və 10-13 dəfə suvarılır. Qırğızıstanda və
Qazaxıstanın cənubunda kartofun çəmən torpaqlarında yaz əkinlərini 3-4 dəfə, boz
və açıq-qəhvəyi torpaqlarda 4-6 dəfə suvarma aparırlar. Yay əkinləri zamanı
suvarmaların miqdarını 2 dəfə artırırlar. Ukraynanın cənub rayonlarında, Krımda,
Moldaviyada və Şimali Qafqazda kartofu 4-6 dəfə suvarırlar. Suvarma norması 1
hektara 400-600 m3-dir. Həm çiləmə, həm şırımlama üsulları ilə suvarma aparırlar.
Kartofun yığımına, tağ solanda, yumruların üzərində isə qalın, soyulmayan
qabıq əmələ gələndə başlayırlar.
Kartofu şaxtalar düşənə qədər yığırlar. Yüngül və orta torpaqlarda əsas
kartofyığan maşın kimi KKU-2 “Drujba” markalı kombayndan, qumsal və
qumluca torpaqlarda isə E-665K, E-668/7, həmçinin dördcərgəli KKM-4 markalı
kombaynlardan istifadə edirlər. Saxlamaya yığmaqdan əvvəl yumruların xəstə və
yaralanmışlarını seçib qurudurlar. Kartofu xüsusi anbarlarda, xəndəklərdə və
burtlarda saxlayırlar. Kartofun ən yaxşı saxlanma şəraiti 1-30 C temperaturda və
havanın nisbi rütubəti 85-90% olanda yaranır.
Yerarmudu
Yerarmudunun (topinambur) yerüstü hissəsi xarici görünüşünə görə günəbaxanı
xatırladır. Yaxşı siloslanır, yumruları isə donuzları yemləmədə istifadə olunur.
Yerarmudunun yerüstü hissəsinin məhsuldarlığı hər hektardan 600-800 s-ə çatır,
bəzən də daha yüksək olur. Yumrularda karbohidratların miqdarı kartof və başqa
meyvəköklülərə nisbətən daha çox olur. Karbohidratlar, əsasən, həll olan şəkər-
inulindən ibarətdir. İnulin yumrularda hüceyrə şirəsinin qatılığını artırdığından
bitkinin qışa dözümlülüyü xeyli yüksəlir.
Yerarmudu əkinlərini növbəli əkin sahələrindən kənar, donuzçuluq fermaları
yanında ayrılmış əkin yerində yerləşdirirlər. Bu, donuzları payızda yaşıl kütlə
yığıldıqdan sonra otarmağa imkan verir. Onu yüngül qumlu torpaqlarda,
Belorusiya və Pribaltikada, qaratorpaq olmayan zonada , Sibir və Uzaq Şərqdə
becərirlər.
Yerarmudu təzə çıxardılmış yumrularla basdırılır, cərgə araları 70 sm, əkin
norması isə hər hektara 1-1,5 t müəyyənləşdirilir.
Yerarmudu basdırılmadan sonra10 il və daha çox məhsul verir.
Yerarmudunun becərmə üsulları kartofun becərilməsində tətbiq olunan
üsullardan fərqlənmir. Yumruları, yaz əkinindən başqa bəzən payızda da
basdırırlar. Bitkini yay ərzində başqa cərgəarası becərilən bitkilər kimi becərirlər.
Yerarmudu bataqlaşmış torpaqlarda və çökək yerlərdə pis, yüngül gillicələrdə
və normal gübrələnmiş qumlu torpaqlarda isə yaxşı inkişaf edir. Yazda əkinləri
mineral gübrələr və peyinin tam norması ilə yemləyirlər.
Yerarmudunun yerüstü hissəsini payızda silos üçün biçirlər. Yerarmudunun
yaşıl kütləsindən hazırlanmış silosu heyvanlar iştaha ilə yeyirlər.
Sahəni yerarmudunun yumrularından təmizləmək lazım gəldikdə yaşıl kütləni
yayda, sonra isə payızda çalmaq lazımdır. Yazda həmin sahəni təkrar şumlayır və
çöl noxudu-vələmir və ya başqa birillik qarışıq səpirlər ki, bunu da yaşıl yem üçün
mümkün qədər tez yığırlar. Bu halda torpaqda qalan yumrular böyümür və bitki
sahədən çıxarılır.
Sortlardan ağ Kiyev, ağ yaxşılaşdırılmış və Leninqrad daha geniş yayılmışdır.
Son illərdə yerarmudu və günəbaxanın qiymətli növdaxili hibridləri alınmışdır.
Onlar yüksək yaşıl kütlə məhsuldarlığı (hər hektardan 1420 s) və tərkibində
saxarozanın çoxluğu ilə (17%-ə qədər) fərqlənir.
Mühazirə 11: “Otun, senayın və digər yem məhsullarının hesaba
alınması və keyfiyyətinin qiymətləndirilməsi ”
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycan yemçilik təsərrüfatı”. Bakı, Azərnəşr,19912. Behbudov H.Ə. “Yemçilik”. Bakı, Azərnəşr,19713. Hacıyev V. “Mədəni otlaqlar və biçənəklər” Bakı, Azərnəşr,19804. Masterova V.R., Ananina N.N. “Yem istehsalının əsasları” Bakı, Maarif
nəşriyyatı, 1978.5. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri.
Kirovabad, 1975.6. Ten A.T. «Кормопроизводство», Mockва, Koloc, 1982.
7. Андеев Н.Т. «Луговое и полевое кормопроизводство» Mockва, Koloc, 1984.
8. Тюльдков «Практикум по луговому кормопроизводству» Mockва, Агропромиздат, 1986.
9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
11. Xəlilova H.M. “Biçənək üzrə laboratoriya məşğələləri” Bakı, “Maarif”, 1973
Mühazirə planı
1. Ot məhsulunun hesaba alınması
2. Senajın hesaba alınması
3. Silosun hesaba alınması
4. Otun qiymətləndirilməsi
5. Senajın qiymətləndirilməsi
6. Silosun qiymətləndirilməsi
Otun, senajın və digər yemlərin hesaba alınması
Ot məhsulunun hesaba alınması. Tədarük edilən otun hesaba alınmasını
gözlənilən məhsul yığımını müəyyən etməkdən başlayırlar; bunun üçün ot
yığımından əvvəl hər birinin ölçüsü 10 m2 olan beş-on nümunə sahələrində ot
biçirlər. Otu kondision rütubətlik dərəcəsinə çatan kimi qurutduqdan sonra çəkib 1
hektara görə hesablayırlar.
Dəqiq hesablamaq üçün hazırlanan otu çəkirlər. Əgər bu edilməsə, onda
hesablamanı daha sadə yaxud dolayı (vastəli) üsullarla aparmaq lazımdır.
Çəkilməmiş otu, samanlığın yaxud tayanın həcmini 1 m2 kütləyə görə yenidən
hesablayırlar.
Tayaların həcmini (m3-lə) aşağıdakı düsturlarla müəyyən edirlər:
H= AxE4
xU (şişbaşlı tayalar üçün);
H= (0,56 xA−0,55 xE ) xExU (yastıbaşlı tayalar üçün);
H= (0,04 xA−0,012 xÇ ) xÇ (dəyirmibaşlı tayalar üçün);.
Burada A- aşırımın uzunluğu, U – tayanın uzunluğu, E – tayanın eni, Ç –
tayanın çevrəsidir.
Aşırımın uzunluğu üç yerdən (qurtaracaqlarda və ortada) köndələninə
(eninə) ölçülür və üç ölçü cəmləşdirilir və bunun üşdə biri götürülür. Eni və uzunu
tayanın hər iki tərəfindən 0,75-l m hündürlükdə ölçüb hər iki ölçünün orta
qiymətini götürürlər.
Tayanın həcmini ölçmək üçün aşırımın uzunluğunu çarpaz iki dəfə ölçüb hər
iki ölçünün orta qiymətini götürürlər. dairəni yerdən təxminən 0,5m məsafədə
ölçürlər.
Otun miqdarını iti çapacaq yaxud dəhrə ilə kəsilmiş 1m3 nümunəni çəkməklə
təyin etmək olar. Təxmini hesablamalar üçün cədvəl 4-də göstərilən 1m3 səpilmiş
otun təxmini çəkisindən istifadə etmək olar.
Preslənmiş otun miqdarını 10-20 tayı çəkmək və onların həcmini ölçməklə
təyin edirlər.
Otu hesaba almaq üçün təsərrüfatda xüsusi komissiya yaradırlar. Birinci
(ilkin) hesabaalmanı otu saxlanma üçün yığandan 3-5 gün sonra, ikinci – ot yığımı
qurtarandan 1,5 – 2 ay sonra aparırlar. Hər tayanın içinə, üzərində biçənək
sahəsinin adı, tayanın sayı nömrəsi, ölçülər, otun ümumi çəkisi qeyd olunmuş faner
birka qoyulur.
Birinci və ikinci ölçmələrin qiymətlərini hesabaalma (uçot) kitabına salıb
qəbul haqqında akt tərtib edirlər. kitabda qeyd edirlər: 1) sahənin adı və tayanın
say nömrəsini; 2) çoxluq təşkil edən otları (o cümlədən zəhərli və zərərli otlar)
göstərməklə qurudulmuş otun növünü; 3) əsas otların inkişaf fazalarını və yığımın
təqvim vaxtını; 4) tayalama vaxtı; 5) çiçəkləmənin nəticələrinə görə qurudulmuş
otun miqdarını yaxud ölçmənin vaxtını, tayanın həcmini, 1m3 otun miqdarını və
otun ümumi miqdarını; 6) yarpaqlanmanı; 7) rəngi; 8) qoxunu (iyi); 9) kiflənməni.
Həmin kitabda da xərclər barədə qeydlər edilir.
Cədvəl 4.
1m3-də otun təxmini miqdarı (kq-la)
Otun növüTayada saxlanmanın müddəti
3-5 gün 1 ay 3 ay 6 ayİriotlu (subasan çəmənliklərdən, meşə), iriqumotlu (cilotlu), bülbülotlu, qamışlı
37-42 45-51 50-55 51-60
Çaylardan taxıl və taxıl-müxtəlifotlu, əkmə taxıllar
40-45 44-55 54-62 58-65
Subasmaz çəmənlərdən taxıl-müxtəlifotlu
45-50 55-61 58-65 64-70
Əkmə otlardan və təbii biçənəklərdən taxıl-paxlalılar
55-57 67-70 72-78 75-84
Paxlalılar 57-66 70-77 75-83 80-85 Senajın hesaba alınması. Senajın miqdarını anbarlarda basdırılan senajı,
germetik qüllələrdə basdırılan zaman 5% itkini, adi qüllələrdə və silos
xəndəklərində basdırılan zaman zaman isə 10% itkini nəzərə almaqla çəkib təyin
edirlər.
Əgər çəkilmə aparılmayıbsa, senajın miqdarını basdırılan otun növündən asılı
olaraq çəki ilə, yem vahidi ilə və həzm olunan protein ilə ifadə edirlər (otun
həcmini onun 1m3 olan miqdarına vururlar). Senajın həcmini basdırılmadan 10-15
gündən tez olmayaraq və 30 gündən gec olmayaraq ölçüb təyin edirlər, həcmi
miqdarını isə cədvəl 5-in köməyi ilə tapırlar.
Hazır senajda yem vahidlərini və həzm olunan proteinin miqdarını tapmaq
üçün onun çəkisini 100 kq yemin qidalılığına vururlar.
Senajı aktlar əsasında qəbul edirlər, bu aktlarda anbarın növünü və nömrəsini,
xammalın növünü, senajın basdırılmasının başlandığı və qurtardığı tarixləri, bu
anbarda senajın həcmini və ümumi miqdarını, senajın yem vahidi və həzm olunan
proteinlə təmsil qiymətini göstərirlər.
Senajın çıxarının hesablanmasını gündəlik istifadə olunan miqdarın çəkilməsi
əsasında təyin edirlər.
Cədvəl 5.
Senajın, rütubətliyindən və saxlanma formasından
asılı olaraq təxmini miqdarı
Senajın növü
1m3 senajın miqdarı (kq-la)qüllələrin
hündürlüyüTraktorla basdırılan
xəndəklərdə
Rütubətliliyi 50%-ə yaxın olan taxıllar 600-620 500 420 520-500
Rütubətliliyi 50-59% olan taxıllar 630-650 520 450 540-580Rütubətliliyi 50%-ə yaxın olanpaxlalılar və paxlalı- taxıllar qarışığı (paxlalılar 50%-dən çox) 610-630 420 450-500 550Rütubətliliyi 50-59% olan paxlalılar və paxlalı- taxıllar qarışığı (paxlalılar 50%-dən çox) 650 450 550 600
Silosun hesaba alınması. Silosun hesablanmasını, silos qurğusunun
doldurulmasından 20 gün tez olmayaraq başlayırlar.
Hazırlanmış silosun miqdarını, yem bitkilərinin növünü, miqdarını, yem
vahidi və həzm olunan proteini nəzərə almaqla, hazır yemin həcmini onun 1m3-də
olan miqdarına vurmaqla təyin edirlər. Silos qurğylarının həcmini, onları
siloslanacaq kütlə ilə doldurulmamışdan qabaq, 1m3 –in miqdarını isə - cədvəl 6-ın
köməyi ilə təyin edirlər.
Yem vahidlərinin və həzm olunan proteinin miqdarını senajda olduğu kimi
təyin edirlər. yerüstü və yeraltı xəndəklərdə olan silosun həcmini xəndəyin eninə,
dərinliyinə və uzunluğuna görə, silos kütləsinin xəndəyin qıraqlarından yuxarı
səviyyəsinin hündürlüyünə görə (əgər silos xəndəkdən hündürdədirsə), xəndəyin,
yemin səviyyəsinə qədər olan eninə görə, xəndəyin qıraqlarından yemin
səviyyəsinə qədər məsafəyə görə təyin edirlər.
Silosun həcmini aşağıdakı düsturlarla təyin edirlər:
H = E x D x U (yerüstü xəndəklər üçün);
H=U1 U2
2x
E1 E2
2x D (əgər silos xəndəyin qıraqlarından aşağıdadırsa);
H=U1 U2
2x
E1 E2
2x D1+
23
D2 xU2 x E2 (əgər silos xəndəyin qıraqlarından
yuxarıdırsa).
Burada U1 – xəndəyin aşağıdan uzunluğu, U 2 – xəndəyin silosun səviyyəsində
olan uzunluğu, U – silos qatının orta uzunluğu (bunu, ümumi uzunluğun 9/10-u
kimi qiymətləndirirlər), E1 – xəndəyin aşağıdan eni, E2 – xəndəyin silosun
səviyyəsindən olan eni, D – silos qatının hündürlüyü, D1 – xəndəyin dərinliyi, D2 –
xəndəyin qıraqlarından hündür olan qatın dərinliyidir (xəndəyin uzunluğu boyunca
9 yerdən ölçülür və orta qiyməti hesablanır).
Silosu aktlar əsasında qəbul edirlər, bu aktlarda: 1) anbarın növü və nömrəsi;
2) silos xammalın növü; 3) silosun qurğuya basdırılmasının başlandığı və
qurtardığı tarixləri; 4) silosun qurğudakı həcmi; 5) hesablama üçün götürülmüş
1m3-in miqdarı; 6) bu anbardakı silosun ümumi miqdarı; 7) silosun, yem vahidi və
həzm olunan proteinə qəbul edilmiş qiyməti.
Silosun çıxarının hesablanmasını gündəlik istifadə olunan miqdarın çəkilməsi
əsasında edirlər.
Cədvəl 6
Silos qurğusunun doldurulmasından 20 gün sonra
1m3 silosun təxmini miqdarı
Silosun növüMöhkəm
kipləşdirməkləxəndəklərdə
Qüllə və yarımqül-
ləlrdə, hündürlükQuru və
kiçik
xəndəklərdə3,5-6 m6 m-dən
çoxTaxıl otlarının qarışığı ilə yonca: xırdalanmış, xırdalanmamış
650
575
575
550
650
575
525
475Bitki tərkibində çoxlu taxıl olan təbii çəmənlərin otu və əkmə taxıl otlar: xırdalanmış, xırdalanmamış
575
500
550
425
575
500
450
375İrigövdəli yabanı otlar (cilotu, qamış və s.) 475 450 475 400
Otun, senajın və digər yemlərin keyfiyyətini qiymətləndirilməsi
Otun qiymətləndirilməsi. Otun keyfiyyətini təyin etmək üçün DÜST 4808-
75 standartı təsdiqlənir. Standart Elmi Tədqiqat Yemçilik İnstitutu tərəfindən
işlənib işlənib hazırlanmışdır. Bu standarta görə, botanik tərəfindən və otların
bitmə şəraitindən asılı olaraq otun dörd növü müəyyən edilmişdir: əkmə paxlalı,
əkmə taxıl, əkmə taxıl paxlalı və təbii biçənəklər.
Hər növdən olan ot, tərkibindəki paxlalı və taxıl bitkilərindən, həmçinin
biokimyəvi tərkibindən asılı olaraq tələblər və normalara uyğun üç sində (I, II, III)
bölünür (cədvəl 7). Aşağıdakı keyfiyyətli olan ot qeyri-sinfi ota aiddir.
Əkmə bitkilərindən hazırlanmış otda zəhərli bitkilər olmamalıdır, təbii
biçənəklərdən hazırlanmış otda həmin bitkilərin birinci sinfi üçün 0,5%-dan çox
olmayaraq, ikinci və üçüncü siniflər üçün 1%-dən çox olmayaraq qarışığı
mümkündür.
Otun ümumi qiymətləndirilməsi onun orqanoleptik və biokimyəvi
göstəricilərinə görə aparılır. Xarici görünüşünə görə ot yaxşI keyfiyyətli ota uyğun
olub xarab olmuş otun əlamətlərinə malik olmamalıdır (kiflənmiş, çürük, yanmış).
Əkmə paxlalı və paxlalı taxıllı otun rəngi yaşıl, yaşımtıl-sarıdan açıq-qonur rəng,
əkmə taxıl və təbii biçənək otunun rəngi yaşıldan sarı-yaşıla, yaxud yaşıl-qonur
rəngdə ola bilər.
Otun keyfiyyətinin qiymətləndirilməsini aqrokimyəvi laboratoriyada
aparırlar; bunun üçün otu saxlanmaya qoymadan 30 sutka gec olmayaraq orta
nümunə götürülür. Səpilmiş otun orta nümunəsini partiyanın, 20-dən az olmayaraq,
başqa-başqa yerlərindən götürülmüş 200-500 q çıxartmalardan hazırlayırlar. Orta
nümunənin ümumi miqdarı 5 kq-dan az olmamalıdır. Preslənmiş otun iri
partiyasından orta nümunəni qalaqların 1%-dən az olmayaraq, kiçik partiyasından
isə 3%-dən az olmayaraq götürürlər. Otun xarici görünüşü və rəngini təbii gün
işığında vizual təyin edirlər.
Nümunənin botanik analizini, otu aşağıdakı fraksiyalara bölməklə aparırlar:
paxlalı, taxıl, zəhərli və digər bitkilər. Bu fraksiyaların hər birini ayrıca çəkib
götürülmüş nümunədə onların faiz miqdarını təyin edirlər.
Rütubətliyi otun çıxartmasını 100-1050C-də quruducu şkafda sabit rütubətlilik
dərəcəsinə çatana qədər qurutmaqla təyin edirlər. Xam proteini, mineral qarışığı,
karotini və xam sellülozu müvafiq metodikalar üzrə təyin edirlər.
Senajın qiymətləndirilməsi. Senajın keyfiyyətini təyin etmək üçün
DÜST23637-79 standartı təsdiqlənib və işlədilir. Standart Elmi Tədqiqat Yemçilik
İnstitutu ilə birgə Kənd Təsərrüfatına Aqrokimyəvi Xidmətlər üzrə Mərkəzi
İnstitutu və Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu tərəfindən işlənib hazırlanmışdır.
Bu standarta görə, çoxillik və birillik paxlalı, paxlalı-taxıl, taxıl otlardan
hazırlanmış senaj var. Xam proteinin, xam sellülozanın, xam külün, karotinin və
yağ turşusunun payından asılı olaraq senaj üç keyfiyyət sinifinə bölünür.
Yaxşı keyfiyyətli senaj açıq yaşıl yaxud sarı yaşıl rəngdə (yoncadan
hazırlanmış senajın rəngi açıq qəhvəyi ola bilər), xoş meyvə ətirli, bitkinin yaxşı
halda qalmış struktur hissələri olan senajdır. Üçüncü sinif senaj zəif bal yaxud təzə
bişirilmiş çovdar çörəyi ətirli ola bilər.
Xəndəklərdə basırılmış senajın keyfiyyətini heyvanlara yemləndirmədən
yaxud başqa təsərrüfatlara verilmədən 10 gündən, qüllələrdə basırılmış senajın
keyfiyyətini isə 5 gündən gec olmayaraq təyin edirlər. Hər anbardan, 2m
dərinlikdən az olmayaraq, nümunə götürəndə 3 nümunə götürülür: xəndəkdən –
birini mərkəzdən, ikinci xəndəyin orta hissəsindən divardan 0,5-1 m aralı
məsafədə, üçüncünü şalbanbaşı tərəflərin 5 metrlik məsafəsindən maili hissələrin
birinin mərkəzindən; qüllələrdən – birini mərkəzdən, ikincini və üçüncünü müvafiq
olaraq divardan 2 və 0,5 m aralı məsafədən götürürlər. Qüllələrdən nümunələri iki
dəfə götürürlər: əvvəlcə yuxarı iki metrlik qatdan, sonra bu çıxarıldıqdan sonra
senajın qalan hissəsindən.
Orta nümunə 1,5 kq-dan az olmamalıdır. Bunu, rənginə, ətrinə, quruluşuna
(strukturasına), kefin olmasına görə qiymətləndirirlər; nəticələri keyfiyyət
pasportuna yazırlar. Sonra nümunəni germetik bağlanan şüşə qaba qoyub üzərinə
xloroformun toluolla 1:1-ə nisbətində olan qarışığını tökürlər; qarışığın, qabın
dibinə, orta hissəsinə və üzərinə bərabər miqdarda yeridirlər. Nümunə olan qabı
keyfiyyət pasportu ilə birgə iki nüsxədə götürülmədən sonra 24 saat ərzində analiz
üçün laboratoriyaya göndərirlər.
Silosun qiymətləndirilməsi. Qış fəslində saxlanması zamanı iri buynuzlu
malqaranın rasionunda siloslanmış yemlər qida maddələrinin və vitaminlərinin
əsas mənbəyidir. Cavan heyvanların kökəldilməsi zamanı silosun payına çox vaxt
rasionun qidalılığına 60-70%-i düşür. Bununla əlaqədar olaraq silosun keyfiyyəti
xüsusi əhəmiyyət kəsb edir.
Senajda olduğu kimi, silosun da keyfiyyət standartı vardır (DÜST 23638-79);
bu standarta uyğun olaraq silosun üç keyfiyyət sinfi var(cədvəl 8).
Yaxşı silosun xoşa gələn, meyvə yaxud turş tərəvəzlərin ətri olur. Üçüncü
sinif slos zəif bal, təzə bişirilmiş çovdar çörəyi və sirkə turşusu ətri verə bilər.
Yaxşı slosda süd tirşusunun miqdarı sirkə turşusunun miqdarından 2-3 dəfə
çoxdur. Yağ turşusunun yüksək miqdarından, zülalın parçalanmasından əmələ
gələn kəskin, xoşagəlməz qoxu xəbər verir.
Cədvəl 8. Silosun keyfiyyətinin xarakteristikası
GöstəricilərKeyfiyyət sinfi
I II IIISilosda quru maddənin miqdarı (%-lə),az
olmayaraq:
Birillik təzə biçilmiş otdan; ölüşkəmiş otdan
25
30
20
30
18
30Silosun quru maddəsində miqdarı: xam protein
(%-lə), az olmayaraq: paxlalı otlardan ;
paxlalı-taxıl otlardan və paxlalılarla digər
bitkilərin qarışığından; taxıllı otlardan;
karotinin (mq/kq-la), az olmayaraq xam külün
(%-lə), çox olmayaraq
14
12
10
60
11
12
10
8
40
13
10
8
8
30
15Hidrogen ionların konsentrasiyası, pH,pH-1
təyin edilməyən ölüşkəmiş otlardan
hazırlanmış silosdan başqa 3,9-4,3 3,9-4,3 3,8-4,5
Turşuların miqdarı (ümumi miqdardan %-lə):
süd turşusunun, az olmayaraq;
yağ turşusunun, çox olmayaraq
50
0.1
40
0,2
20
0,3
Epizootologiya , mikrobiologiya və parazitologiya kafedtasının texniki
işçilərinin 2011/2012-çi tədris ilinin ikinci yarım ilində davamiyyət
Q R A F İ K İ
1. Dünyamalıyeva Könül İslam qızı – laborant – daima birinci növbə: saat
8oo-dan 1600-kimi.
2. Abbasova Afaq Abbas qızı – böyük laborant
1-3 günlər – birinci növbə - 8oo-16ookimi.
2 -4-cü günlər – ikinci növbə - 1100-dan – 1900 kimi
3. Abbasova Hicran Gəncəli qızı – böyük laborant
1-3-cü günlər ikinci növbə 1100-dan – 1900 kimi
2 – 4-cü günlər – birinci növbə 800-dan – 1600 kimi
4. Muxtarova Adilə Aydın qızı – böyük preparatoru hər gün 900-dan 1700 kimi
Cümə günü kafedrada ikinci növbə dərs olmadığına görə Abbasova A.A.
və Abbasova H.G. işə davamiyyətləri 900-dan 1700 kimi.
Mühazirə № 12 : “OTLAQ VƏ BİÇƏNƏKLƏRDƏN SƏMƏRƏLİ
İSTİFADƏ EDİLMƏSİ”
Mühazirənin planı:
1) Otarmanın ot örtüyünə təsiri
2) Otlağın səmərəli istifadəsinə göstərilən tələblər
3) Otarma sayı və hündürlüyü
İstifadə olunan ədəbiyyat
1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5.Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10.Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12.Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13.Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва,
Агропромиздат, 1986, 255 с.
OTLAQ VƏ BİÇƏNƏKLƏRDƏN SƏMƏRƏLİ
İSTİFADƏ EDİLMƏSİ
Otlaqların yaşıl otu yüksək qidalılıq dəyərinə malikdir. Onun 100 kq-da 65 yem
vahidi və 6,5 kq həzm olunan zülal olur. Otlaqlarda saxlanan inək südü
vitaminlərlə daha zəngin olur. Otlaqların yaşıl otu başqa yemlərə nisbətən ucuz
başa gəlir. Otlaqlarda otarılan heyvanlar yem otlarını tapdalayır, torpağı kipləşdirir,
onun fiziki xassələrini dəyişdirir. Nəticədə bitkilərin qidalanma şəraiti pisləşir və
bəzi otların məhv olmasına səbəb olur. Onların yerində yemlik dəyəri az olan otlar
meydana gəlir. Otlaqlardan səmərəli istifadə edildikdə qeyd etdiyimiz mənfi
halların qarşısı alınır, qiymətli yem otları-ağ üç yarpaq, Sarı yonca, çəmən qırtıcı,
şırımlı topal, çoban toppuzu kimi yem otları artır və onlar uzun müddət yüksək
yem məhsulu verirlər. Otarma düzgün həyata keçirildikdə torpağın aerasiya prosesi
yaxşılaşır, ot örtüyü sürətlə böyüyüb inkişaf edir və sıx örtük alaq otlarını
sıxışdırıb sıradan çıxarır. Doyunca yaşıl yemlə qidalanan mal-qara daha çox peyin
və sidik buraxmaqla mikrofloranı fəallaşdırır, torpaqda gedən bioloji prosesləri
gücləndirir.
Otlağın səmərəli istifadəsinə yüksək tələblər qoyulur. Belə ki, otlaq otarılma
müddətinə, otarılma hündürlüyünə, otarılma sayına düzgün əməl edilməlidir. Yəni
otlağın normal yüklənməsinə əməl edilməlidir.
Ot örtüyündən düzgün istifadəyə nail olmaq üçün otarmanın başlanmasına düzgün
əməl edilməlidir. Otarma vaxtından əvvəl və ya gecikdirilmiş müddətlərdə
aparıldıqda bitkilərin inkişafı zəifləyir və otluğun məhsuldarlığı azalır.
Heyvanların yazda otarılmasına otların cücərti verməsindən 10-20 gün sonra, yəni
kollanma-budaqlanma fazasında başlamaq məsləhət görülür. Otlaqda axırıncı payız
otarmasının da optimal müddətdə aparılmasına düzgün əməl edilməlidir. Əks halda
cücərməyə başlayan otlar qış şaxtalarına qədər möhkəmlənə bilmir və otun gələcək
ildəki məhsuldarlığı azalır. Ona görə də qış şaxtaları düşdüyü müddətdən 25-30
gün əvvəl axırıncı payız otarması dayandırılmalıdır.
Otların otarma hündürlüyünə də düzgün əməl edilməlidir. Bu göstərici otlağın
yerləşdiyi zonadan asılıdır. Səhra və yarımsəhra zonalarında otarma hündürlüyü 3-
4 sm olmalıdır. Digər zonalarda isə otarma hündürlüyü 4-5 sm qəbul edilməsi
əlverişlidir.
Otlaqların il ərzində otarma sayı da zonanın torpaq-iqlim şəraitindən asılıdır. Səhra
və yarımsəhra zonasında otlaq ildə 1-2 dəfə, düzənlik sahələrin otlaqları 4-5 dəfə
(suvarılan və ya yağmurla yaxşı təmin olunan ərazilərdə) otarılmalıdır.
Otlaqların tutumu. Otlaqların tutumu dedikdə otlağın 1 hektar (otlaq) sahəsinin
otlaq dövründə necə mal-qara saxlaya bilməsi başa düşülür. 1 baş mal-qara otlaq
dövründə 0,4-0,5 hektar otlaq sahəsi olmasını tələb edir, cavan mal-qaranın hər
başına 0,2, 1 baş ata 0,25-0,3 ha,1 baş qoyuna 0,07-0,08 ha otlaq tələb edir. Əgər
otlağın məhsuldarlığı aşağıdırsa 1 baş mal-qaraya 1-2,5 hektaradək otlaq sahəsi
olmalıdır. Səhra zonasında 1 baş qoyuna ildə yemlə təmin olunmaq üçün 3,5-6
hektar otlaq sahəsi olmalıdır. Heyvanların bir sutkada yaşıl yemlərə tələbi
aşağıdakı qədərdir:
Sağmal inəyə 40-75 kq, cavan mal-qaranın hər başına 30-40 kq,1 yaşa qədər
cavanlara 15-25 kq, 1 baş qoyuna 6-8 kq,1 baş ata 30-40 kq.
Əgər otlağın məhsuldarlığını bilsək otlaq dövrünə və otarılacaq heyvanlarına görə
otlaq tutumunu hesablaya bilərik. Tutaq ki, otlağın hər hektarında 200 sentner yaşıl
ot məhsulu var. Otlaq dövrü 200 gündür. 1 inəyə gündə 50 kq yaşıl yem verilir,
tələb olunan cəmi yem – 50x200=100 sentner və ya 10 ton.
Otlağın məhsuldarlığını 1 inəyə lazım olan yaşıl yemin miqdarına bölsək otlağın
tutumunu hesablayarıq, yəni 200:100=2 inək. Deməli, hər inəyə 0,5 ha otlaq sahəsi
düşür.
Otlaqlardan düzgün və səmərəli şəkildə istifadə etmək ən mühüm şərtdir.
Otarma əsasən 2 üsulla aparılır:
1) sərbəst və ya 2) sistemsiz otarma - bu üsulda heyvanlar bütün otlaq boyu
otlayır və daha yaxşı yeyilən otları istifadə edir, qalan otları tapdalayır. Nəticədə
yaxşı yeyilən taxıl və paxlalı yem otları tədricən sıradan çıxır. Onların yerini az
yeyilən və yeyilməyən otlar tutur. Sonrakı otarmalarda heyvanlara yaxşı yeyilən
otlar çatmır və az dəyərli yem otları ilə qidalanmalı olur. Sistemsiz otarma üsulu
yalnız az məhsuldar səhra və ya yarımsəhra otlaq mənbələrində, dağlıq və çöl
zonalarında tətbiq olunur.
Ən əlverişli sayılan küz üsulu ilə otarmada otlaqlar küzlərə (ağıllara) bölünür.
Küzlərin otu növbə ilə heyvanlar tərəfindən otarılır. Əvvəlcə 1-ci, sonra isə 2-ci
küz otarılır. Heyvanlar 1-ci küzdə otarılarkən sonrakı küzlərin yem otları böyüyüb
məsuldarlıqlarını artırırlar. Küzlərin sayı elə tənzimlənir ki, hər küz gələn dəfə
otarılana qədər 25-30 gün otarılmasın və bu müddət ərzində yem bitkiləri böyüyüb
kifayət qədər məhsul əmələ gətirsinlər. Küz üsulu ilə otarmada yem otları küzün
hər yerində bərabər şəkildə istifadə edir. Küz üsulu ilə otarmada yem otları
nisbətən erkən dövrdə heyvanlar tərəfindən daha iştaha ilə yeyilir, həm də onların
yemlik dəyəri daha yüksək olur. Bu isə heyvanlardan daha yüksək məhsul
alınmasına səbəb olur. İllər üzrə bəzən otun məhsuldarlığı artır və ya azalır. Odur
ki, küzlərin sahəsini dəyişmək əvəzinə küzdə otarma müddətini dəyişmək lazımdır.
Yüksək məhsuldar mədəni otlaqlarda hər küzün sahəsi 4-5 hektar olması məsləhət
görülür. Əgər küzün daxilində otarma hissə-hissə həyata keçirilirsə küzün sahəsi 8
hektar olması məsləhətdir.
Hər küzün otu 3-6 gün ərzində otarılmalıdır. Bu müddətə otların otarma
hündürlüyü də təsir edir. Otarılmış otların boyu 5 sm olduqda otarmanı dayan-
dırmaq lazımdır. Əks halda otlar kifayət qədər intensiv şəkildə böyümürlər.
Qaramalı əvvəlcə qabaqkı günlər otarılmış sahələrdə otarmaq lazımdır ki, ac
heyvanlar yeyilmiş otların hamısını götürsün.
Küz üsulu ilə otarma otlaq sahəsinə tələbatın 20-30% azaldılmasına səbəb
olur.
Paxlalı yem otları çox olan otlaqlarda bəzən qaramal otarılarkən köpmə
(timpaniya) xəstəliyinə tutulur.Şehli otlaqlarda da səhər tezdən heyvanları otarmaq
məsləhət görülmür.Hər iki halda heyvanlar əvvəlcə gün cənub yamaclarında
otarılması sonra küzə salınmalıdır.
Ağılların sayı və ölçüləri. Ağılların sayı zonalardan asılı olaraq 12-dən 24-
ə qədər ola bilir. 1 hektar otlaqda 12-25 baş mal-qara otarılması məsləhət
görülür.Hər ağılda heyvanlar 5-6 gün otarılması əlverişlidir.Məhsuldarlığı az olan
otlaqlarda ağılların sayını artırmaq məsləhət görülür.
Səhra və yarımsəhra zonasında qoyunların otarılması üçün ayrılan otlaqlar
yazda bir neçə sahələrə bölünür, həmin sahələrin hər birində qoyunlar 3-4 gün
otarılır. 15-20 gündən sonra 1-ci sahədən başlayaraq 2-ci otarma həyata keçirilir.
Dağlıq zonada ağılların sayı 8-10; 10-12 və ya 12-16 olması məsləhət görülür.
Yüksək məhsuldar otlaqlarda ağılların sayı 8-10 qəbul edilir.
Ağılların kənarları daimi çəpərlə (elektrik çobanları ilə) çəpərlənir. Məftilə
toxunan heyvan zəif elektrik cərəyanının zərbəsini hiss edib geri çəkilir.Məftil
hasar inəklər üçün yerdən 90 sm, qoyunlar üçün 40 sm hündürlükdən çəkilir.
Yazda heyvanları ağıllarda otarmağa başlamaq üçün otun hündürlüyü 15-17
sm olmalıdır. Quru və isti iqlimi olan səhra zonasında otarma daha erkən
müddətdən başlanır.
Ağılların otu çoxdursa (ot məhsulu yüksəkdirsə) hər ağıl elektriki olan
məftillə bir neçə hissəyə bölünür, hər bölgüdə heyvanlar ardıcıl olaraq otarılır.Bu
üsulda otlaq otu daha səmərəli şəkildə otarılır və heyvanların məhsuldarlığı
yüksəlir.
Yazda otlağı çox erkən müddətdə otarmaq məsləhət görülmür.Erkən
otarmada (xüsusilə nəmliyi çox olan zonalarda) otların bəzilərini heyvan torpaqdan
çıxarır, nəticədə ot örtüyü seyrəlir. Nəmli sahələrdə heyvanlar dırnağı ilə ot
bitkisini torpağa sıxıb, onun köklərini, bəzən də yerüstü orqanlarını zədələyir. Bitki
yaxşı möhkəmləndikdən və torpaq nisbətən quruduqdan sonra otarmaq üçün yem
bitkilərinin yüksək məhsul verməsinə şərait yaradır. 1-ci ağıldan başlayaraq
axırıncı ağılda daxil olmaqla küzlərin hamısını otarmaq müddətinə otarılma dövrü
deyilir. Otlaq otu yüksək məhsul verdikdə sonuncu küzlərdə otlar çox böyüyür və
otarmaq üçün əlverişli olmur.Bu halda onları ot tədarükü üçün biçmək, qaramalı
isə xorada otarmaq daha əlverişlidir.
Mühazirə № 13 : “Otlaq və biçənəklərin gübrələnməsi”
Mühazirənin planı:
1. Gübrə növləri və onların verilməsi.
2. Otlaq və biçənəklərdə gübrələr sistemi.
3. Çirkab suların tətbiqi.
4. Mikrogübrələr və bakterial gübrələr.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
Otlaq və biçənəklərin gübrələnməsi
Yem sahələrinin, çəmən otlarının ilkin inkişaf fazalarında ot tədarükü üçün
istifadəsi, yaxud biçənək kimi həddindən çox istifadəsi zamanı torpağın qida
maddələrinin itirilməsi baş verir. Orta hesabla, 1 ton ot almaq üçün 15 kq azot, 15
kq kalium və 5 kq fosfor xərclənir. Otluğun otlaq kimi istifadəsi zamanı, biçənək
kimi istifadəsi zamanı ilə müqayisədə, torpaqdan 1,5 dəfə çox qida maddələri
itirilir. Torpaqdakı qida maddələri ehtiyatını doldurmaq, otların məhsuldarlığını və
keyfiyyətini yüksəltmək, otluğun məhsuldar uzunömürlülüyünü qorumaq üçün
torpağın gübrələnməsi lazımdır.
Müxtəlif növ çəmənliklər tətbiq olunan gübrələnmənin növ və formalarına
müxtəlif cür əks-səda verirlər. Subasmaz və subasar çəmənliklərdə məhsuldarlığın
artmasını ən əvvəl azot, sonra isə kalium və fosfor gübrələri təmin edir. Yaxşı
minerallaşmış torfluqlarda kalium gübrələri, pis minerallaşmış torfluqlarda isə
təkcə kalium deyil, həmçinin azot və fosfor gübrələri yaxşı nəticə verir.
Gübrə növləri və onların verilməsi. Otlaq və biçənəklərin yaxşılaşdırılması
zamanı üzvi və mineral gübrələr, mikrogübrələr, bakterial preparatlar, əhəng
materialları tətbiq olunur.
Üzvi gübrələrdən peyin, peyin şirəsi, kompostlar və torf-mineral-ammonyaklı
gübrələrdən (TMAG) istifadə edirlər. Mal-qaranı saxlamaq qaydasından asılı
olaraq bərk (bordaq), yarımduru və duru peyin əldə edilir. Onun tərkibində azot,
kalium və fosforla yanaşı maqnezium, bor, kobalt, mis, manqan, molibden və s.
kimi mikroelementlər də var.
Bərk (bordaq) peyini, mal-qaranı bordaq şəraitində, bir inək üçün 4-6 kq
küləşdən yaxud 8-14 kq torf qırıntılarından düzəldilmiş qalın döşənəkdə
saxladıqda əldə edirlər.
Gübrələməyə görə adətən yarıçürümüş peyindən istifadə edirlər, bunu üç ildən
bir, qışda, erkən yazda yaxud payızda, ot biçiləndən sonra bütün sahə boyu bərabər
miqdarda paylamaq lazımdır; səthə 20-40 ton peyin verməklə biçənək və otlaqların
məhsuldarlığını 50% və daha çox artırmaq olur.
Hal-hazırda heyvanların müasir komplekslərdə və sənaye tipli fermalarda
saxlama texnologiyası zamanı nazik döşənəkdən (bir baş üçün sutkada 0,5-1kq
küləş ya taxta kəpəyi) istifadə edilir, yaxud heç istifadə edilmir, bu da yarımduru
və ya duru peyinin yığılmasına gətirib çıxarır. Bunun tərkibində ifrazatlar, döşənək
və az miqdarda su olur. Otlaq və biçənəkləri duru (maye) peyinlə gübrələmək
onların məhsuldarlığını artırır, bu, mineral gübrələri tam əvəz edir. Bu gübrəni
torpağa hər il verirlər: biçənəklərdə yazda yaxud payızda, otlaqlarda isə otların
vegetasiya dövrü qurtarandan sonra payızda, bir hektara 360 ton hesabı ilə yaxud
hissə-hissə, hər otarmadan sonra 50-70 ton hesabı ilə verirlər.
Peyin şirəsi - ən qiymətli üzvi gübrələrdən biridir. O, bir hektara 10-15 ton
miqdarında verilir. Qatı olduqda onu su ilə 1:2 və 1:3 nisbətində duruldurlar. Su ilə
yuyub aparma tətbiq olunan təsərrüfatlarda peyin şirəsi duruldulmur.
10-15 ton peyin şirəsinə 2-3 sentner superfosfat əlavə etməklə, bütün növ
çəmənliklər üçün tam dəyərli gübrə alırlar. Peyin şirəsi ANJ-2 markalı şirəçiləyən
maşınlarla verilir, bunlar olmadıqda gübrəni bərabər vermək üçün uyğunlaşdırılmış
çəlləkdən istifadə edirlər.
Peyin şirəsi, nəcis məhlulları və ya yağış suları otlaqlara erkən yazda, bitkilər
yenicə böyüməyə başlayan zaman , birinci və ikinci otarmadan sonra , yaxud
payızda verilməlidir. Gübrə verildikdən 15-20 gün sonra qaramalı otarmağa
başlamaq olar. Bəzən ilk otluğu ot üçün biçirlər. Biçənəklərə gübrələri erkən yazda
və ya biçindən sonra vermək münasibdir.
Peyin şirəsini hər il vermək məsləhət görülür.
Kompostlar – (torflu-peyinli, torflu-şirəli, torflu-nəcisli, fosforit unu, əhəng,
ağac külü ilə) biçənək və otlaqların məhsuldarlığını xeyli artırır. Verilmə miqdarı
və müddətləri peyin üçün qeyd olunan qaydada müəyyənləşdirilir; rütubətli havada
vermək daha yaxşıdır.
TMAG-ın əsas tərkib hissəsi yaxşı çürümüş torfdur. Onları müxtəlif qatılıqda
buraxırlar, torpağa verilmə dozası 1 hektara 5-20 tondur.
Mineral gübrələrdən otlaq və biçənəklərdə azot, fosfor və kalium gübrələrindən
istifadə edirlər.
Bərk azot gübrələrindən ammonyak şorası, ammonyak sulfatı, natrium və
kalsium şorası, sidik cövhəri, maye gübrələrdən isə susuz ammonyak, ammonyak
suyu və maye ammonium şorasından istifadə edirlər.
Ammonyak şorasının tərkibində 34-35% azot var, bunun yarısı uzun müddət
ərzində və ləng təsir edir, digər yarısı isə hərəkətli, tez həzm olan nitrat
formasındadır.
Ammonyak sulfatında torpağa yaxşı hopan və yuyulmayan 20-21% azot vardır.
Turşulaşdırma xassələrinə görə bu gübrəni küllü torpaqlara əhənglə birlikdə
vermək lazımdır.
Natrium şorasında 15,5-16,4%, kalsium şorasında isə 17,5% azot vardır. Onlar
yüksək hərəkətli olub suda asan həll olurlar, torpağa yaxşı hopurlar və bitkilər
tərəfindən tez mənimsənilirlər.
Sidik cövhəri ən qatı gübrədir, onun tərkibində 45-46% azot vardır. Bir çox
hallarda onun effektliyi ammonyak şorasının effektliyindən aşağı olur ki, bu da
cövhərlə səthi gübrələnmə zamanı qaz halında olan ammonyak formasında azot
itkisinin 30-50%-ə çatması ilə əlaqədardır.
Susuz ammonyakda 82% azot vardır və otlara təsirinə görə o, ammonyak şorası
və sidik cövhərinə yaxındır. Torpaqda o 10-15 sm-dən uzağa yayılmır və otlar
tərəfindən effektiv istifadə olunur, çünki otlar ən çox təxminən 15 sm radiusda olan
gübrələrdən yaxşı istifadə edə bilirlər. Bu gübrəni yazda ya payızda bir dəfəyə
ULP-8 qurğusu olan ABA-0,5M ya da ABA-0,5 markalı maşınların köməyi ilə
verirlər.
Ammonyak suyunda 20-21% azot vardır. Onu hermetik çənlərdə yaxud
sisternalarda saxlayır və daşıyırlar, çünki ammonyak mayedən asanlıqla
buxarlanır.
Plav ammonyak şorası və sidik cövhərinin su məhluludur. Ammonyak suyundan
fərqli olaraq tərkibində sərbəst ammonyak olmadığına görə onu səthi gübrələmə
üçün istifadə etmək olar.
Fosfor gübrələrindən superfosfat, tomasşlak və fosforit unundan istifadə edirlər.
Ən çox superfosfatdan istifadə edilir. Bu, fizioloji cəhətdən turş gübrədir, onu
bütün torpaqlara, o cümlədən turş torpaqlara da vermək olar, çünki o torpağı
turşulaşdırmır. Lakin turş torpaqları əvvəlcədən əhəngləyib sonra superfosfat
vermək daha effektivdir. Sadə superfosfatda14-21%, ikiqat superfosfatda isə 40-
50% mənimsənilən P2O5 vardır.
Tomas şlak və fosforit unu qələvi gübrələrdir. Onlar turş küllü torpaqlarda,
həmçinin qələvidə yuyulmuş qara torpaqlarda maksimum effekt verirlər. Tomas
şlakda 14% P2O5 və çoxlu əhəng, fosforit ununda 20-29% P2O5 vardır.
Kalium gübrələrində ən çox xlorlu kalium, kalium duzu və silvinitdən istifadə
olunur. Kalium gübrələri düzən, bataqlıq və nəmliyi müvəqqəti artmış subasmaz
çəmənliklərdə daha effektlidir. Kalium çatışmadıqda taxıl otları paxlalıları
sıxışdırır. Kalium gübrələri bitkidə karbohidratların toplanmasına səbəb olur,
deməli, çoxillik bitki örtüyünün qışa davamlılığını artırır. Həmin gübrələr yaxşı
həll olur və azot gübrələrinə nisbətən uzunmüddətli (2-3 il) təsiri ilə fərqlənir.
Onları payızda vermək daha yaxşıdır.
Otlaq və biçənəklərdə tərkibində iki və ya üç qida elementləri olan bərk və
maye kompleks gübrələr tətbiq olunur. Bərk gübrələrə karboammofoska (tərkibndə
sidik cövhəri, ammofos və xlorlu kalium), nitroammofoska (ammonyak şorası,
ammofos və xlorlu kalium) və nitrofoska (ammonyak şorası, sadə qranullaşdırılmış
superfosfat və xlorlu kalium) aiddir.
Maye kompleks gübrələrə (MKG) 9-9-9, 3,5-10-10 və 10-34-0 markalı gübrələr
aiddir. Bu gübrələrin tərkibində azotun uçucu formaları olmadığına görə onları
səthi üsulla, yüksək istehsal qabiliyyətli gen ağızlı aqreqatlar vasitəsilə torpağa
vermək olar.
Əhəng ilə gübrələməni turş torpaqların neytrallaşması üçün, gips materiallarını
isə şoran torpaqları münbitləşdirmək üçün istifadə edirlər.
Turş torpaqlar faydalı torpaq mikroorqanizmlərinin həyat fəaliyyətinə mənfi
təsir etdiyindən bitkinin qidalanması, deməli, çəmən otlarının inkişafı da kəskin
surətdə pozulur. Torpağı əhənglə gübrələmə bitki örtüyünü yaxşılaşdırır, az
keyfiyyətli bitkiləri (çəmənlicə, cil, qatırquyruğu və s.) sıxışdırır və paxlalı, eləcə
də qiymətli taxıl otlarının miqdarını artırır.
Otlaq və biçənəklərin turşuluq dərəcəsini aqrokimyəvi laboratoriyalarda təyin
edir, analizin nəticələrini torpaq xəritələrinə köçürürlər.
Əhəng ilin istənilən vaxtı verilə bilər. Həmin tədbirin effektivliyi və özünü
doğrulda bilməsi əhəngin verilmə üsulundan asılıdır.
Əhəngin səthə verilməsindən məhsul 4-5 il ərzində 20-25%, torpağı şumlamada
isə 100% artır. Bu onunla izah olunur ki, otlaq və biçənəkləri əhənglə üzdən
gübrələdikdə torpağın turşuluq dərəcəsi, xüsusən sıx çimli torpaqlarda, ağır
neytrallaşır və reaksiya yalnız 5 sm dərinlikdə dəyişir. Odur ki, təbii yem
mənbələrində əhəngi diskli mala və ya frezlə paxlalı və taxıl otlarının əlavə səpini
ilə eyni vaxtda vermək lazımdır.
Əhəngli gübrələrdən üyüdülmüş əhəng daşı, dolomit unu, tabaşir, şist külü,
əhəng tufu, sement tozundan istifadə edirlər. Gübrənin dozasını onun tərkibində
olan kalsium-karbonatın miqdarı ilə müəyyənləşdirirlər.
Şoran otlaq və biçənəklərin gipsləşdirilməsi üçün gips, fosfogips, metallurgiya
sənayesinin şlaklarından istifadə edirlər. Torpağın şoranlıq dərəcəsində asılı olaraq
gipsin verilmə dozası 1 hektara 2-8 sentnerdir.
Otlaq və biçənəklərin gübrələnmə sistemi. Bütün növ otlaq və biçənəklərin
gübrələnmə sistemində əsas rol fosfor-kalium gübrələri ilə uyğunlaşdırılmış azot
gübrələrinə məxsusdur. Otluq tərkibində paxlalı və taxıl otlarının çox olduğu otlaq
və biçənəklərə birinci növbədə fosfor-kalium gübrələri verilir, çünki bu otluqlar
azot o qədər də vacib deyil. Azot gübrələri taxıl otlar olan otluqlara daha çox
lazımdır.
Tətbiq olunan gübrələrin yüksək iqtisadi effektinə, bu maddələrin torpaqdakı
miqdarını, otlaq-biçənək otlarının bioloji tələblərini və otluqdan istifadə xarakterini
nəzərə almaqla, azot, fosfor və kaliumun qarşılıqlı optimal nisbətini düzgün
seçməklə nail olmaq olar.
Biçənəklərə azot gübrələrini az dozalarda yazda bir dəfəyə verirlər; böyük
dozalarla veriləndə yarısını yazda, ikinci yarısını isə birinci biçindən sonra verirlər.
Azot gübrələrinin hissə-hissə verilməsi (yazda və hər otarmadan əvvəl) meşə
zonasının, meşə-çöl zonasının şimal rayonlarında tətbiq olunur; bu zaman 1
hektara 60-80 kq-dan çox olmayaraq , biçənəklərə isə 120 kq gübrə verilməlidir.
Quraq rayonlarda azot gübrələrini payızda, limanlarda – yaz subasmasından əvvəl
verirlər.
Fosfor gübrələrini hər il bir dəfə erkən yazda, birinci biçimdən sonra, həmçinin
payızda verirlər.
Kalium gübrələri, azot gübrələrindən fərqli olaraq, daha uzun müddət sonradan
təsir etmə xassəsinə malik olduqlarına görə onları mövsüm ərzində 1-2 dəfə
vermək olar: yazda və payızda.
Çirkab suların tətbiqi. Hal-hazırda çəmən-otlaq təsərrüfatında çirkab sulardan
daha geniş istifadə olunur. Bunlar, sənaye, kənd təsərrüfatı və kommunal
təsərrüfatı tullantıları, həmçinin heyvandarlıq kompleksləri və fermalarının axar
sularıdır.
Suvarma üçün istifadə olunan axar sular aqromeliorasiya və sanitar-gigiyenik
tələblərə cavab verməlidirlər. Otlaq və biçənəklərə verilməmişdən əvvəl onlar
bioloji təmizlənmə stansiyalarında təmizlənməli və biogen maddələrdən
zərərsizləşdirilməlidirlər. Onlardan həm suvarma, həm də gübrələnmə məqsədləri
üçün istifadə etmək olar. Bir sıra elmi idarələrin və qabaqcıl təsərrüfatların
təcrübəsi göstərir ki, çirkab sulardan ən çox çoxillik bitkilər bəhrələnir, çünki onlar
çirkab sulardakı qida maddələrindən başqa bitkilərə nisbətən daha yaxşı istifadə
edə bilirlər.
Çirkab sular azotla zəngin olub fosfor və digər elementlərlə kasıb olduğuna
görə onlardan istifadə zamanı torpağa əlavə mineral gübrələr vermək lazımdır. Bu,
yem sahələrinin məhsuldarlığını 3-5 dəfə artırır.
Mikrogübrələr və bakterial preparatlar. Bitkilərin normal boyatması və
inkişafı üçün makroelementlərdən (azot, fosfor, kalium) başqa həm də mikroele -
mentlər vacibdir. Bunlardan ən əhəmiyyətliləri bor, mis, manqan, molibden, sink
və kobaltdır. Torpaqda mikroelement çatışmamazlığı nəinki bitkilərdə boyatmanı
və inkişafı zəiflədir, həm də yemin keyfiyyətini aşağı salır. Bu da öz növbəsində
süd və ət məhsuldarlığını aşağı salır, heyvanlarda nəsilartırma qabiliyyətini
zəiflədir.
Bor gübrələrini əsasən karbonat və çimli-küllü torpaqlarda əhənglənmə ilə
birlikdə tətbiq etdikdə güclü təsir göstərir. Bu gübrələrdən bor turşusu, boraks, bor
superfosfatı, bornodatolit və bor-maqnezium gübrələri istifadə olunur.
Misi taxıl otları ilə zəngin otluqlu, qurudulmuş torf-bataqlıq, çimli və mexaniki
cəhətdən yüngül torpaqlara verirlər. Mis gübrə qismində mis kuporosu (göy daş)
və pirit yanığı qalıqlarından istifadə olunur. Pirit yanığı qalıqlarının sonradan təsiri
hətta verildikdən 7-10 il sonra da davam edir.
Manqan gübrələrini karbonatlı qara torpaqlarda, boz torpaqlarda və çimli-küllü
torpaqlarda əhənglənmədən sonra tətbiq etmək yaxşı nəticə verir, çünki kalsium
manqanı daha az hərəkətli formalara çevirərək onun mənimsənilməsini ləngidir.
Bu gübrələrdən manqanlı superfosfat, manqan şlakı və manqan sulfatından istifadə
edilir.
Molibden gübrələrindən molibden turşusunun ammonyak və natrium duzların-
dan turş, neytral və karbonat torpaqlarda istifadə etməklə yaxşı nəticələr əldə
etmək olar.
Sink gübrələrindən sink-sulfatından və tərkibində sink olan sənaye tullantı-
larından istifadə edirlər. Kobalt gübrələrindən kobalt-sulfatdan, Yeni Zelandiyada
isə kobalt xloridindən istifadə edirlər.
Bakterial preparatları torpağa torpaq mikroorqanizmlərinin həyat fəaliyyətini
yüksəltmək üçün verirlər. Nəticədə bitkilər üçün asan mənimsənilən qida
maddələri toplandığı, torpağın strukturu yaxşılaşdığı, üzvi və mineral gübrələrdən
istifadə əmsalı yüksəldiyi üçün bitkinin boy və inkişafı sürətlənir, məhsuldarlıq
yüksəlir. Təsərrüfatda nitragin, azotbakterin, fosforbakterin və AMB kimi bakterial
preparatlardan istifadə olunur.
Nitraginin tərkibində paxlalı bitkilərlə simbiozda olub atmosfer azotunu
fiksasiya edən və bununla bitkinin azotla qidalanmasını təmin edən kök
bakteriyaları var. Onu nəzərdə tutulmuş paxlalı bitkinin toxumları ilə birgə verirlər.
Quru nitraginin istifadəsi toxumların tozlandırılması prosesini mexanikləşdirməyə
imkan verir. Bu məqsədlə toxum tozlandırılması üçün istifadə olunan hər hansı bir
maşını tətbiq etmək olar. Tozlandırmanı səpin günü edirlər.
Azotobakterini qeyri-paxlalı bitkilərin toxumlarının tozlandırılması üçün tətbiq
edirlər. Onun təsiredici faktoru atmosfer azotunu fiksasiya edən, bioloji aktiv
maddələr istehsal edən, həmçinin bitkilərin bəzi göbələk və bakterial infeksiyalarla
xəstələnməsinin qarşısını alan azotobakterdir. Sənaye aqar, torpaq və quru
azotobakterin istehsal edir. Toxumları səpin günü tozlandırırlar.
Fosforbakterinin tərkibində fosfor-üzvi fosfatları parçalayaraq bitkinin fosforla
qidalanmasını yaxşılaşdıran fosfor bakteriyaları var.
AMB – tərkibində müxtəlif mikroorqanizmlər olan kompleks bakterial
preparatdır. Onu bilavasitə çimli-küllü torpaqlara verirlər.
Cədvəl 7. Otun keyfiyyətinin xarakteristikası
Göstərici
Otəkmə paxlalı
otlardanəkmə taxıl otlardan
əkmə paxlalı otlardan
Təbii biçənəklərdən
SiniflərI II III I II III I II III I II III
Paxlalilarin miqdarı (%-lə), az olmayaraq 90 75 60 - - - 50 35 20 - - -Taxıl və paxlalıların miqdarı (%-lə), az
olmayaraq- - - 90 75 60 - - - 80 60 40
Zəhərli və zərərli bitkilərin miqdarı (%-lə), çox olmayaraq
- - - - - - - - - 0,5 1,0 1,0
Suyun miqdarı (%-lə), çox olmayaraq 17 17 17 17 17 17 17 17 17 17 17 17Xam proteinin miqdarı (%-lə), az
olmayaraq14 10 8 10 8 6 11 9 7 9 7 5
Karotinin miqdarı (mq/kq-la), az olmayaraq
30 20 15 20 15 10 25 20 15 20 15 10
Sellülozun miqdarı (%-lə), çox olmayaraq 27 29 31 28 30 33 27 29 32 28 30 33Mineral qatışığının miqdarı (%-lə), çox
olmayaraq
0,3 0,5 1,0 0,3 0,5 1,0 0,3 0,5 1,0 0,3 0,5 1,0
Mühazirə № 14 : “Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması”
Mühazirənin planı
1. Mədəni texniki tədbirlər.
2. Su rejiminin yaxşılaşdırılması.
3. Su rejiminin nizamlanması.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 410 s.
6. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
7. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
8. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
9. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
10. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
11. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
12. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
13. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
14. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
15. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
16. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
17. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
18. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması
Respublikamızda təbii yem sahələri geniş əraziləri tutmaqla az yem verirlər. Bu,
az məhsuldarlıqla əlaqədardır.
Təbii yem sahələrinin aşağı məhsuldarlığı onların pis meliorasiya vəziyyəti, pis
torpaqları, sərt iqlim şəraiti (düzənliklər, səhralar, yarımsəhralar), otluğun qeyri-kafi
botanik tərkibi, otluğa lazım olan qulluğun olmaması, həmçinin onun qeyri-rasional
istifadəsi ilə əlaqədardır. Bununla yanaşı, elmi tədqiqatlar və qabaqcıl təsərrüfatların
təcrübəsi göstərir ki, təbii yem sahələrinə düzgün qulluq etməklə onların
məhsuldarlığını 3-5 dəfə yüksəltmək mümkündür.
Təbii yem sahələrinə səthi və əsaslı yaxşılaşdırma tətbiq etməklə yüksək
məhsuldar biçənək və örüşlər yaratmaq olar.
Səthi yaxşılaşdırma dedikdə, təbii çimi pozmadan, dağıtmadan, təbii otluğun boy
atma və inkişafı üçün daha yaxşı şərtlərin yaradılması, örüş və biçənəklərdə
məhsuldarlığı yüksəldən, onları mədəni vəziyyətdə saxlayan tədbirlərin həyata
keçirilməsi başa düşülür. Səthi yaxşılaşdırma, otluğunun tərkibində 35-45%-dən az
olmayaraq qiymətli yem otları olan, kollaşma dərəcəsi 25%-dən çox olmayan və
kəsəkləşmə dərəcəsi 20%-dən az olan yem sahələrində aparılır. Səthi yaxşılaşdırmanı,
qeyri-sıx çimli və kifayət dərəcədə struktur, yaxşı aerasiya olunan, tərkibində az da
olsa qiymətli kökümsov gövdəli və seyrəkkollu taxıl və paxlalı otlar olan otlaq və
biçənəklərdə aparırlar.
Səthi yaxşılaşdırma işlərinə: 1)ən sadə mədəni-texniki işlər (alaq otları ilə
mübarizə, kolluqlardan və ağaclardan təmizləmə, kəsəklərin kəsilməsi, zibildən, çör-
çöpdən, daşlardan təmizləmə) və bunların nəticəsində faydalı sahənin genişlənməsi;
2) su rejiminin yaxşılaşdırılması və nizamlanması (bataqlaşmış çəmənlikləri
qurutmaq, liman suvarma və buzlaqlardan istifadə); 3) qida rejiminin
yaxşılaşdırılması (gübrələrin verilməsi); 4) biçənəklərin çimi və otluğuna qulluq
işləri (malalama, diskləmə, frezerçəkmə, alaqlarla mübarizə, çəmənliyə ot toxumu
səpmək və s.) aiddir.
125
Təbii yem sahələrində görülən mədəni texniki işlər
Kollara və ağaclara qarşı mübarizə. Təbii çəmən və otlaqları tez-tez kolluqlar
basır ki, bunun da nəticəsində mənbəyin yararlı sahəsi azalır, bundan başqa otluğa
qulluq və yığımı mexanikləşdirmə işi çətinləşir. Qulluq və düzgün istifadə olmadıqda
otlaqlarda sel sularından sonra çökək sahələri daş, ağac və kötük qırıqları örtür, bəzi
sahələrdə isə qarışqa yuvaları hesabına xırda komalar əmələ gəlir. Belə sahələri
mədəniləşdirmək üçün qarışqa yuvalarını qreyder çəkməklə dağıtmaq, daş və zibili
sahədən daşıyıb kənara çıxarmaq lazımdır.
Kollaşmış otlaq və biçənəklərin əsas sahələri meşə və meşə-çöl zonalarında,
bəzən düzənlik çaylarının vadilərində yerləşir. Kollarla mübarizə aparan zaman əsas
tələbat, təzədən artmağının qarşısını almaq üçün, ağac və kolların təkcə yerüstü deyil,
həm də yeraltı hissələrini mümkün qədər tam təmizləməkdir.
Hal-hazırda çəmənlikləri ağac və kollardan təmizləmək üçün mexaniki və
kimyəvi-mexaniki (kompleks) üsullardan istifadə edirlər.
Mexaniki üsul kolkəsən və buldozerlərin köməyi ilə təmizləmə və kötüklərin
çıxarılmasından ibarətdir. Kolkəsən və buldozerlər vasitəsilə təmizləmə və eyni
zamanda dırmıqlamanı qışda, donmuş torpaq üzərində aparırlar. Əgər otlağın 20%-
dən çox sahəsi kollarla örtülərsə, kolkəsən D-174A, D-174B, bataqlıq sahələrdə isə
KNB-2,7, K-3,2 markalı maşınlardan istifadə edirlər. Kolun diametri 20 sm-dək ola
bilər. Daha iri diametrli (25 sm-dək) kolları kəsmək üçün MTP-43X markalı
maşından istifadə edirlər. Kolları və xırda ağacları 12-20 sm hündürlükdə kəsirlər.
Kolkəsənlər saatda 0,5-1 hektar sahənin kolunu kəsir. Kəsilmiş kolları və ağacları o
saat K-3 markalı kol dırmıqları vasitəsi ilə komalayırlar. Kəskin mikrorelyefli və
böyük miqdarda kötüklər olan sahələrdə buldozerlər tətbiq olunur.
Kəsilmiş kol və ağacları yaz-yay aylarında, onlar yaxşı quruduqdan sonra
yandırırlar. Külü sahəyə bərabər miqdarda buldozerlər, qreyderlər yaxud relsli
şaxmala vaitəsi ilə yayırlar.
Kötükləri yayda çıxarırlar. Kötüyün və onun köklərinin çıxarılması üçün asma D-
210A, D-210B kötükçıxaran maşınlardan istifadə edilir. Belə maşınla 8 saata
126
yoğunluğu 30-60 sm olan 200 kötük çıxarmaq olar. Bu maşınlar S-80 və ya DT-75
markalı traktorlara bərkidilir. İri kötüklər K-1A və KR-6 markalı maşınlar vasitəsilə
çıxarılır. Kollar və kötüklər çömçəsi olan mexaniki yükləyicilərlə traktor lafetlərinə
yüklənib daşınırlar. Sahəyə ağır mala (rels) çəkilir. Bu zaman torpaqdakı daşlar
çıxarılır və torpaq 15 sm dərinliyində yumşaldılır.
Hündürlüyü 1-2 sm olan kollar kol-bataqlıq kotanları ilə şumlanır. Çıxarılmış
kötüklər yandırılır.
Ağac və kolları kimyəvi yollarla da məhv edirlər. Bunun üçün herbisidlərdən
(2,4-D-nin amin duzu və butil efiri) istifadə edirlər. Bu işləri erkən yaz, yay və payız
aylarında quru havada aerozol generatorlar yaxud kənd təsərrüfatı aviasiyası
vasitəsilə həyata keçirirlər. Bitkilərin tam məhv edilməsi üçün çiləməni iki dəfə
aparırlar.
2,4- D preparatının natrium duzunun məhlulu ilə çiləmə apardıqda ağac və kol
bitkilərinin yerüstü hissələri və kökləri məhv olur. 2,4 D-nin butil efiri (boz yağlı
mayedir) çiləndikdə yarpağa keçir və bir neçə saatdan sonra yarpaqlar qırılır, 1-2
həftədən sonra isə quruyub tökülürlər. Sonra 1 il müddətinə gövdə, kökləri quruyub
məhv olur.
Kolluqlar quru havada, axşam və ya səhərlər, tam yarpaqlanma dövründə
çilənməlidir ki, onun səmərəsi yüksək olsun. Tozağacı və söyüd ağaclarına qarşı 2,4
D-nin natrium duzu daha yaxşı səmərə verir. Lakin dərmanlamadan sonra yağış
yağsa, dərmanı yuyub dərmanlamanın səmərəsini azaldır. 2,4 D-nin butil efiri yağışla
yuyulmur. 200 litr suya 3,5 kq 2,4 D-nin natrium duzu qarışdırılıb 1 hektara
çilənməsi yaxşı nəticə verir. Butil efirinin 3,5 kq-ı 100 litr suya qarışdırılıb
çilənməlidir. Çiləmə təyyarə, yaxud traktor çiləmələri ilə aparılır.
Lakin herbisidlər paxlalı otlara ziyandır, odur ki, herbisidlərlə paxlalı bitkilərlə
kasıb otluqları işləmək lazımdır.
Kolluq yem sahələrini, herbisidlərlə təsir etdikdən sonra, qurumuş ağac və kolları
2-3 il sonra buldozerlərin, kötükçıxaran-yığıcı maşınların, yolbasan maşınların, ağır
kötükçıxaran zəncirlərin, enli traktor dırmıqlarının köməyi ilə yığırlar.
127
Çay vadilərində, qobuların yamaclarında və qumlu torpaqlarda yerləşən yem
sahələrinin kolluqlardan və ağaclıqlardan təmizlənməsinə bir qədər ehtiyatla
yanaşmaq lazımdır. Su və külək eroziyası qorxusu olan kolların bir qismini qırmayıb
2,4 m enində meşə zolağı kimi saxlamaq, həmçinin söyüd, qarağac, ardıc, saksaul,
itburnu, yovşan, şoran bitkilər, yulğun və s. bitkiləri lent üsulu ilə əkmək məsləhət
görülür.
Ağac-kol zolaqları qarın qorunması və daha yaxşı paylanmasına, mikroiqlimin
yaxşılaşmasına kömək edir, bu səbəbdən təbii yem sahələrinin məhsuldarlığı 3-5 dəfə
artır. Cənubi Qazaxıstan və Orta Asiya səhralarında otlaqları defolyasyadan qorumaq
üçün saksaul əkilmiş meşə zolaqlarından geniş istifadə edirlər. Dağ otlaqlarını su
eroziyasından qorumaq üçün ardıc, fıstıq və badam meşələri əkir və bərpa edirlər.
Kalmıkda qumları möhkəmlətmək üçün qum yulafı əkinlərindən istifadə edirlər;
bu bitki nəinki qumları bərkidir, həm də onun himayəsi altında yem sahələri yerli növ
otlarla örtülür. Artıq üçüncü-dördüncü ildə belə yem sahələrini həm biçənək, həm
otlaq kimi istifadə etmək olar.
Torpaq komalarının ləğv edilməsi. Təbii yem sahələrində olan komalar
mənşəyinə görə qumotu, mamır, kötük, qaya, buz, torpaqqazan, qarışqa, heyvan
mənşəli olur. Onların hündürlüyü 25-40 sm və daha çox, diametri 50-60 sm olur.
Otun mexanikləşdirilmiş yığımına mane olan qumotu (cil) komaları, otlağın
sıxkollu inkişaf mərhələsində və sahə bataqlaşanda əmələ gəlir. Onları mexaniki və
kimyəvi üsullarla ləğv edirlər. Kiçik komaları ağır disk malaları (BDNT-2,2 və s.) ilə,
orta və böyük komaları isə frezlə (FBN-2,0) becərmə yaxud MPQ-1,7 maşını ilə ləğv
edirlər.
Komalaşmış subasar çəmənliklərdə komaları 1 hektar sahəyə 20-30 kq təsir
maddəsi dozasında dalaponla təsir etməklə kimyəvi yolla da ləğv edirlər. Kimyəvi
işləmə ilində komalar 2 dəfə yumşalır, bir ildən sonra isə komalar bütünlüklə ləğv
olur. Dalapon təkcə komaları deyil, həm də otluğun tərkibindəki cilotunu məhv
edərək biçənəklərin məhsuldarlığını artırır.
Torpaqda yuva qazan siçanlar, mişovullar, köstəbəklər, tülkülər, qarışqaların
fəaliyyəti nəticəsində əmələ gələn komalar, mal-qaranı nəmli torpaqda həddindən
128
artıq çox otardıqda əmələ gələn çökəkliklər çəmənliyin 25-35%-ni örtürsə, əsaslı
yaxşılaşdırma işləri aparılmalıdır. Komaları BPŞ-3,1 və BLŞ-2,3 markalı şleyf və
şarnir çəmən malaları ilə, relsli şaxmalalar ilə hamarlayıb ağır yolbasan maşınlarla
düzləyirlər. Çox bərk komaları iki dəfə frezlə becərirlər. Çökəklikləri əvvəlcə
diskləyirlər, sonra isə malalayıb yolbasanlarla düzləyirlər.
Zibildən, ağac budaqlarından və daşlardan təmizləmə. Sel suları basmış sahələrə
gətirilən daş, xəzəl, ağac budaqları və kötüklər su çəkildikdən sonra maşınlara və ya
traktor lafetlərinə yüklənib çəmənlikdən çıxarılmalıdır. Əks təqdirdə zibilli sahələrdə
otlar normal inkişaf edə bilmir və təbii yem sahələrinin səmərəli istifadə sahəsi azalır.
Bunun üçün adi və relsli malalardan, kol dırmıqlarından istifadə edirlər. Zibil və
budaqları yerində yandırırlar, yaxud sahədən çıxarıb sonra yandırırlar.
Çəmənlikdə yarğanlar, çökəkliklər əmələ gəlibsə torpağın səthində planlaşdırma
işləri aparmaq lazımdır. Buna görə D-159 markalı buldozerlərlə, D-183 markalı
skreperlərlə (traktorun qabağındakı kəsən qreyderlə) hündür yerlərin torpağını qazıb
çökəklikləri doldurmaq və düzən sahə əldə etmək lazımdır. Sonra səthi kəsilmiş və
torpaqla doldurulmuş sahələrə ot toxumları səpmək lazımdır (15-34 kq/hek ot toxumu
qarışığı).
Su rejiminin yaxşılaşdırılması və nizamlanması
Çəmən otları inkişaf və böyümələri üçün suya böyük tələbat göstərirlər. 1 ton
quru yem məhsulunun hasil olması üçün torpağın səthindən buxarlanma və
transpirasiya nəticəsində (cəmi su istifadəsi) 400-dən 1200 m3-ə qədər və daha çox su
məsrəf olur.
Suyun həm çatışmazlığı, həm artıqlığı, həmçinin yeraltı suların səviyyəsinin
torpağın səthinə yaxınlığı otlaqların məhsuldarlığına mənfi təsir göstərir. Otlaq
bitkiləri, qumlu torpaqlarda 2,5-3% nəmlik olanda, gillə qarışıq torpaqlarda 10-12%,
gilli torpaqlarda isə 14-18% nəmlik olanda quruyurlar. Nəmlik dərəcəsinin artıq
olması su və hava rejimlərinin pisləşməsinə, bu da öz növbəsində otluğun tərkibindən
qiymətli kökümsovgövdəli və seyrəkkollu otların itməsi və onların cilotu, çox
129
hallarda isə zərərli və zəhərli bitkilərlə əvəz olunmasına gətirib çıxarır. İldə 500-700
mm yağmur düşən zonalarda suyun azaldılmasına yönəldilən tədbirlər görülməlidir.
Bütün bitkilər suya eyni dərəcədə tələbkar deyildir. Üçyarpaq, çöl noxudu, çəmən
taxıl bitkiləri, pişikquyruğu, tülküquyruğu, daraqotu, qılçıqsız tonqalotu, rayqras
(mezofitlər) su ilə təchiz olunmağa orta tələbkarlıq göstərir. Yovşan,
kökümsovgövdəsiz ayrıq, dəvətikanı, saksaul, səhra və yarımsəhranın başqa bitkiləri
(kserofitlər), həmçinin yonca, daraqotunun müxtəlif növləri, çöl topalı, sudan otu,
xaşa, kalış su çatışmazlığına uyğunlaşmışdır və quraq rayonlarda inkişaf edir. Bu
qrup bitkilər, adətən, yaxşı inkişaf etmiş və torpağın dərinliyinə işləyən kök sisteminə
və ensiz yarpaqlı xarakterik yerüstü hissəyə malikdir; yerüstü hissə bəzən mum
təbəqəsi və ya sıx tük örtüyü ilə örtülmüş olur. Cil, qamış, şəkər qamışı (hiqrofitlər)
kimi bitkilər artıq nəmlikli çəmənliklərdə inkişaf edir; onlar yem kimi az
əhəmiyyətlidir.
Normal su rejiminin yaradılması həmişə çəmənlik və otlaqların bitki örtüyünün
növ tərkibinin yaxşılaşdırılmasına, təbii yem mənbələrinin məhsuldarlığının
yüksəldilməsinə səbəb olur.
Su rejiminin yaxşılaşdırılması və nizamlanması bataqlaşmış çəmənliklərdə
toplanmış səthi suları qırağa çəkmə, quraq rayonlarda isə liman suvarma və qarı
sahədə saxlayan tədbirləri həyata keçirmək yolu ilə aparılır.
Meşə zonalarının normal və müvəqqəti artıq nəmli olan quru dərələrinin ağır
mexaniki tərkibli torpaqlarında qar sularının və atmosfer yağıntılarının durğunluğu
olur. Belə suların qırağa çıxarılması üçün erkən yaz yaxud payız vaxtı, artıq
nəmlənmiş yerlər yaxşı nəzərə çarpanda, dayaz (18-22 sm) şırımlar (qanovlar) açırlar.
Bu qanovları kənd təsərrüfatı işləri üçün yararsız olan, aşağı yerlərə açırlar ki, ot
biçimini mexanikləşdirməyə mane olmasın. Bataqlaşmış yem mənbələrində örtülü
drenajdan istifadə daha münasibdir, çünki o, ot biçimini mexanikləşdirməyə mane
olmur.
Çəmənliklərin suvarılması. Yem sahələrinin məhsuldarlığının artırılmasının
əsas şərti onların suvarılmasıdır, hansı ki, nəinki quraq zonalarda (çöllər, yarımsəhra
və səhralar), həmçinin meşə və meşə-çöl zonalarında effektivdir. Səthi yaxşılaşdırma
130
zamanı süni suvarmanın aşağıdakı növlərindən istifadə edirlər: çiləmə üsulu ilə
suvarma, suya basdırma üsulu ilə suvarma, torpaqaltı üsul, liman suvarma üsulu və s.
Əsas istifadə edilən suvarma üsulu çiləmə üsuludur. Çiləməni, DDA-100M,
DKŞ-64, “Voljanka”, “Freqat”, DDN-70, DDN-100 və s. tipli çiləyici maşınların
köməyi ilə aparırlar.
Təcrübə göstərmişdir ki, xırdaçimli taxıl çöllərinin çiləmə üsulu ilə suvarılması
otluğun daha yaxşı inkişafına, mal-qara otarıldıqdan sonra otluğun daha yaxşı
uzanmasına, otlaq kütləsinin məhsuldarlığının, əla yem keyfiyyətini saxlamaq şərtilə,
1 hektardan 25-30 sentnerədək yüksəldilməsinə imkan verir.
Çiləmə limanlarda da suvarmanın effektiv üsuludur. Bu, suvarma suyunun
məsarifini azaltmaqla, otlaq və biçənəkləri suya basdırmadan yüksək məhsul
götürməyə imkan verir. Qiymətli liman taxıl bitkilərinin inkişafı üçün optimal şərait
yaranır, suya böyük tələbatı olan alaq bitkiləri isə inkişaf etmir.
Respublikanın yarımsəhra zonalarında ən çox müvəqqəti suya basdırma
üsulundan istifadə edirlər. Bu zaman sel və çay suları ilə gətirilən lil və çürüntülər
torpağı qida maddələri ilə zənginləşdirir. Suvarılan sahəyə suyu açıq kanallar,
qanovlar yaxud elastik boru kəmərləri ilə PMP-1 markalı suvarma maşını və suvarma
aqreqatı vasitəsilə verirlər. Yüksək suvarma normaları ilə (1 hektara 800-1200 m3 )
suya basdırma üsulu zamanı torpaqda müəyyən su ehtiyatı toplanır, uzun müddət
torpağın optimal nəmliyi qorunur. Bu üsulla suvarma zamanı yem sahələrinin yüksək
keyfiyyətli planlaşdırılması tələb olunur.
Yarımsəhra və quru çöl zonalarında liman suvarma üsulu geniş tətbiq olunan
üsullardandır. Elmi nailiyyətlər və təcrübə sübut etmişdir ki, liman suvarması zamanı
təbii yem sahələrinin məhsuldarlığı 5-10 dəfə artır, bu fonda ot səpiləndə, mədəni-
texniki işlər görüləndə, gübrələr veriləndə isə məhsuldarlıq 20 dəfə və daha çox artır.
Liman suvarması üçün müvəqqəti su basımına dözümlü, otluqda daraqotu,
tülküquyruğu, qılçıqsız tonqalotu üstünlük təşkil edən sahələr ayırmaq lazımdır.
Liman suvarması üçün enişli yamaclarda düzlənmiş sahələr seçib suyu (yaz,
yaxud yağış suyu) burada saxlayaraq sahə üzrə bir bərabərdə paylayırlar. Limanları,
su toplanan səmtləri məhdudlaşdıran torpaq komaları vasitəsilə yaradırlar. Onları, bir
131
kilometrə 1-2 m qədər enişi olan sahələrdə, bir-birindən 200-400 m aralı məsafədə
yerləşdirirlər.
Torpaq şəraitindən və çəmənliyin növündən asılı olaraq suya basdırmanın optimal
müddəti 5 gündən 25 günə kimi ola bilər. Daha uzun müddətli suvarma bataqlaşma,
şoranlaşma proseslərini tezləşdirir, limanların meliorasiya vəziyyətini və otluğun
botanik tərkibini pisləşdirir.
Dik yamaclarda limanların periferik (qıraq) sahələri sudan çox tez azad
olduğundan lazım olan dərinliyə (1,5-2 m) qədər islana bilmir, buna görə torpağın
bitkiköklü qatı su ilə tam təmin olmur. Bu çatışmamazlığı aradan qaldırmaq üçün
limanın qıraq sahələrində yarıqlar açırlar. Hər il daşqından qabaq xüsusi yarıqaçanla
dərinliyi 25-40 sm, eni 3 sm, aralarındakı məsafə 2 m olmaqla yarıqlar açırlar. Bu,
suyun torpağa hopmasını az qala 2 dəfə sürətləndirir. Yarıqlanmaya edilən xərclər
əlavə məhsul əldə edildiyinə görə bir ilə ödənilir.
Dağ rayonlarında təbii otlaq və biçənəkləri suvarmaq üçün iti axınlı dağ
çaylarının və bulaqlarının suyundan istifadə edirlər. Bunun üçün daşlardan yaxud
sipərlərdən alçaq bəndlər tikirlər və bu bəndlərdən suyu dayaz (20-30 sm) qanovlarla
çəmənliklərə yönəldirlər.
Şərqi Sibir və Zabaykalye çöl çəmənliklərini xırda çayların və bulaqların suyu
hesabına düzəldilmiş buzlaqlardan istifadə etməklə suvarırlar. Bu məqsədlə payızda
bulaqdan suyun çıxması üçün yer təmizlənir və suyu buzlaq yaradılacaq yerə
istiqamətləndirmək üçün kiçik qanovlar qazılır. Qışda buz üzərində qanovlar açır və
onlara su buraxırlar.
Buzlaq üçün xırda çay və ya bulaqdan istifadə etdikdə qışda gölməçələr
düzəldilir; bu məqsədlə payalar basdırılır və onların araları paya, budaq, küləş və
daşla doldurulur. Sonra gölməçənin yuxarısından deşik açırlar və su qanovla buzlaq
yerinə axır. Yazda buz əridikdə su, suvarma qanovları ilə biçənək mənbələrinə
istiqamətlənir.
Qarı sahədə saxlayan tədbirlər. Meşə-çöl, çöl və yarımsəhra zonalarında su
ehtiyatı toplamaq üçün qarı sahədə saxlayan tədbirlər görmək əlverişlidir. Bu, yem
sahələrinin məhsuldarlığını 2-2,5 dəfə artırır, həmçinin bitkiləri donvurmadan
132
qoruyur. Qarı saxlamaq üçün qar örtüyünün qalınlığı 8-10 sm olduqda otlaqlarda
qarğıdalı, günəbaxan gövdələrindən və ya küləşdən çəpər düzəldirlər. Qar örtüyünün
qalınlığı az olduqda hər 5-6 m-dən bir qar topaları düzəldirlər.
133
Mövzu № 15 : Təbii yem sahələrinin inventarizasiyası və pasportlaşdırılması
Mühazirənin planı:
1. Təbii yem sahələrinin yaxşılaşdırılması 2. Təbii yem sahələrinin keyfiyyətinin qiymətləndirilməsi3. Təbii yem sahələrinin inventarizasiyası 4. Təbii yem sahələrinin pasportlaşdırılması
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
134
TƏBİİ YEM SAHƏLƏRİNİN İNVENTARİZASİYASI VƏ
PASPORTLAŞDIRILMASI
Yem sahələrinin yaxşılaşdırılması və onların səmərəli istifadəsi üçün keyfiyyətli
qiymətləndirilməsi inventarizasiya adlanır. İnventarizasiya aqronom, zootexnik,
meliorator və təsərrüfatın başqa mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.
Yem sahələrinin inventarizasiyasında kənd təsərrüfatı yerlərinin yer quruluşu və
torpaq planlarından istifadə olunur. Yoxlama zamanı qeyd olunur:
1) Xəritədə konturun nömrəsi
2) Yem sahəsinin tipi
3) Sahəsi
4) Yaşayış məntəqəsindən, fermadan, suvatdan məsafəsi
5) Relyefi
6) Rütubətliliyi
7) Torpağı
8) Bitki örtüyü
9) Quru kütlənin məhsuldarlığı, s/ha
10) İstifadəsi
11) Vəziyyəti
12) Yaxşılaşdırılmadan sonra istifadə üçün nəzərdə tutulan tədbirlər.
Bütün bu göstəricilər inventarizasiya cədvəlində qeyd olunur. Konturların
nömrələnməsində yer quruluşu xəritələrində verilən nömrələrdən istifadə olunur. Bir
yer quruluşu konturuna fərqli otlaq və biçənəkləri daxil etdikdə, onu hissələrə
bölürlər və hər bir kontura eyni nömrə yazılır, ancaq hərf əlavə edilir.
135
Yem sahələrinin adlarını rütubətliliyin xarakterinə, torpağın zənginliyinə və
şoranlığına, otlağın diqressiyasına (Latın dilində digressio sözü tullantı, itki
deməkdir. Diqressiya - daxili və xarici səbəblərdən otlağın vəziyyətinin pisləşməsi
kimi başa düşülməlidir) və s. əlamətlərə əsaslanaraq verirlər.
Yem sahələrinin ölçülərini torpaq hesabaalma sənədlərinin rəsmi məlumat-
larından götürürlər.
Yaşayış məntəqəsindən, fermadan, suvatdan məsafəsini kilometrin dörddə bir
hissəsinə kimi dəqiqlik ilə verilir. Relyefin bu kimi elementləri qeyd edilir: təpələr,
düzənlik, yamaclar, dərələr, subasar sahələr.
Rütubətliliyin şəraitinin təsvirində rütubətliyin mənbəyini, torpaq sularının
səviyyəsini, rütubətliyin dərəcəsini göstərirlər. Subasar sahələr və limanlar üçün
subasmanın vaxtını və müddətini qeyd edirlər. Torpağın təsvirində onun tipini və
qranulometrik tərkibini, həmçinin onun ana süxurlarını qeyd edirlər.
Bitki örtüyünün təsvirində otluğun sıxlığını, faizini, üstünlük təşkil edən və
xarakterik növlərini, həmçinin zəhərli və zərərli bitkiləri qeyd edirlər.
Yem sahələrinin məhsuldarlığı çalınma metodu ilə (hər yem sahəsinin tipinə görə
5-10 ədəd 10 m2-lik nümunə sahəsini biçib və ya 1-2 ha sahənin biçib və quru otun
çəkilməsi) təyin edilir. Yaşıl otun kütləsini quru kütləyə çevirməsi üçün müxtəlif tip
yem sahələri üçün təxmini quruma əmsalı istifadə olunur.
Otlaqların məhsuldarlığını çalınma metodundan başqa zootexniki üsulla da təyin
etmək olar.
Bu otlaqların istifadəsindən, tipindən (otlaq və ya biçənək), çalımın vaxtından,
otlağın istifadə üsulundan, mal-qaranın növündən və sayından, 1 ha torpağın və küz
sahəsinin yüklənməsindən xarakterizə olunur.
Otlaqların vəziyyətinin yoxlanmasında torpağın kələ-kötürlük dərəcəsini, mamır
qatının mövcudluğunu, daşlılığını, kolluğunu, şoranlaşmasını, bataqlaşmasını,
yeyilməyən, zərərli və zəhərli bitkilərdən zibillənməsini, səthinin vəziyyətini və
səmərəsiz istifadəsi nəticəsində dəyişilməsini nəzərə alırlar.
Otlaqların səmərəli istifadəsi üçün otarmanın küz sistemini, mal-qaranın otlaqda
yüklənməsinin normallaşdırılmasını, torpağın vəziyyətinə görə otarılma müddətinin
136
tənzimlənməsini, otluğun xüsusiyyətlərini, alaq, zərərli və zəhərli bitkilərin
mövcudluğunu dərindən öyrənirlər.
İnventarizasiyadan başqa yem sahələrdə pasportlaşdırma tədbirini də həyata
keçirirlər. Parsportlaşdırma daha müfəssəl kəmiyyət-keyfiyyət uçotu ilə ətraflı
inventarizasiyadan, torpaq planında olan hər bir sahənin (konturun) xarakteristika-
sından ibarətdir.
Tək təbii yaxşılaşdırılmamış və yaxşılaşdırılmış otlaq və biçənəklər yox, həm də
ki yem sahələri kimi istifadəyə yararlı olan torpaqlar (məsələn, az qiymətli meşələr,
kolluqlar, bataqlıqlar, yarğanlar) və ikinci dərəcəli otlaq və biçənəklər
pasportlaşdırılır. Bütün məlumatlar pasportda qeyd olunur və bunun əsasında yem
sahələrinin yaxşılaşdırılması və səmərəli istifadəsi tədbirləri işlənib hazırlanır.
137
Mövzu № 16: TOXUM QARIŞIQLARI VƏ OTLARIN SƏPİLMƏSİ
PLAN
1. Toxum qarşıqlarının və otlarının təmiz səpilməsinin müqayisəli
qiymətləndirilməsi
2. Toxum qarşıqlarının tipləri
3. Otun seçilməsi və toxum qarşığının tərkibi
4. Səpin normaları və toxum qarşıqlarında müxtəlif bioloji qruplarının nisbətləri
5. Otların səpilməsi
6. Toxum qarşıqlarının səpilməsinin üsulları və texnikası
7. Diyirlənmə
138
Toxum qarişiqlari və otlarin səpilməsi
Toxum qarışıqlarının və otların təmiz səpilməsinin müqayisəli qiymət-
ləndirilməsti. Elmi-tədqiqat müəssisələrinin sınaqları və qabaqçıl müəsissələrin
təcrübələri göstərirlər ki, toxum qarışıqları otların təmiz səpilməsinə baxanda
məhsuldarlığına görə (1,5-2,5 dəfə), maya dəyərinə görə (1,2-1,8 dəfə) danılmaz
üstünlük təşkil edir.
Toxum qar;şıqlarının daha yüksək məhsuldarlığının səbəbi, otların təmiz
səpilməsinə nisbətən, ondan ibarətdir ki, toxum qarışığı qida maddələrini, günəş
enerjisini və suyu bütünlükdə istifadə edə bilir. Toxum qarışığının üstünlüyü həm
də ondadır ki, paxlalılar nəinki torpağı azotla zənginləşdirirlər, hətta dənli
bitkilərdə azotun miqdarının yuksəlməsinə təsir edirlər. Dənli-paxlalı otların
yaşıl kütləsi və quru otunun tərkibində daha çox protein, mikroelementlər,
vitaminlər vardır ki, nəinki dənli bitkilərin tərkibində. Buna görə də,
heyvandarlıq məhsullarının keyfiyyəti malqaraya dənli –paxlalı bitkilərin
yedirilməsində daha yüksək olur, nəinki ancaq dənli bitkilərin istifadəsində.
Toxum qarışıqların tipləri. Toxum qarışıqları mürəkkəbliliyinə, üsuluna,
istifadəsinin uzun çəkməsinə, növ tərkibinə görə ayırd edilirlər.
Mürəkkəbliyinə görə toxum qarışıqları sadə (2-3 növ), yarımmürəkkəb (4-6
növ) və mürəkkəb (6 növdən artıq) olurlar.
Böyük ekonomik verən sadə toxum qarışıqların istifadəsində ən böyük
təcrübəyə ABŞ, Kanada, İngiltərə, Rumıniyada əldə olunmuşdur. ABŞ və
Kanadada ən çox 1-2 paxlalı və 1-2 dənli bitkilərin toxum qarışığından istifadə
olunur.
İstifadə üsuluna görə biçənək, otlaq, biçənək-otlaqlı, istifadəsinin uzun
çəkməsinə görə – qısamüddətli (2-3 il), ortamüddətli (4-6 il), uzunmuddətli (7-10
il) toxum qarışıqlarını ayırd edirlər.
Qısamüddətli toxum qarışıqlarını növbəli əkin sistemində istifadə edirlər.
139
Ortamüddətli toxum qarışığını yem və biçənək-otlaqlı növbəli əkinlərdə
istifadə edirlər.
Uzunmüddətli toxum qarışığı ancaq su və külək eroziyasına uğramış,
növbəli əkin olmayan torpaqlarda, səhralarda, subasar və liman otlaqlarda
istifadə olunur.
Növ tərkibinə görə toxum qarışıqlarını dənli, dənli-paxlalı, dənli-
müxtəlifotlu, dənli-paxlalı-müxtəlifotlu və müxtəlifotlu kimi ayırd edirlər.
Ən çox yayılanı isə dənli-paxlalı toxum qarışıqları olur. Bozqır zonasında
səpin üçün dənli-müxtəlifotlu, dənli-paxlalı-müxtəlifotlu, yarımsəhra zonasında
isə həm də müxtəlifotlu toxum qarışığından istifadə edirlər (ərküdə, kamforosma,
şoran ot).
Otun seçilməsi və toxum qarışığının tərkibi. Toxum qarışığının tərkibinə
otları seçərkən onlar ekoloji və bioloji xüsusiyyətlərinə görə çəmən salınan
sahənin şəraitinə uyğun olmalıdır.
Tundra və meşə-tundra zonalarında səpilmiş biçənək yaratması üçün çəmən
tülküquyruğundan və yerli çəmən qırtıcından istifadə edirlər.
Meşə zonasında toxum qarışığına dənlilərdən: tonqalotu, pişikquyruğu,
çəmən qırtıcı, paxlalırdan: qırmızı və ağ yonca, qarayonca əlavə edilir.
Bozqır zonanın subasar otlaqların əsaslı yaxşılaşdırılmasında toxum
qarışığının tərkibinə daxil edirlər: tonqalotu, kökümsovsuz ayrıqotu, çəmən
yulafı, çəmən tülküquyruğu, bülbülotu, qarayonca, ağ və sarı xəşəmbül.
Otluğun qısamüddətli istifadəsində onun tərkibinə 2-3 növ birillik və ya
ortaömürlü olan otları daxil edirlər. Uzunmuddətli istifadədə komponentləri 5-6
növə qədər artırırla, toxum qarışığına çoxillik kökümsovlu taxılkimiləri daxil
edirlər.
Səpin normaları və toxum qarışıqlarında müxtəlif bioloji qrupların
nisbətləri. Səpin normaları torpağın mədəniləşdirilməsindən və aqrotexnikanın
səviyyəsindən asılıdır. Torpaqlar nə qədər az mədəniləşdirilib, o qədər səpin
norması artır. Zəif mədəniləşdirilmiş torpaqlarda səpin normasını 25-50%-a
qədər artırırlar.
140
Müxtəlif təsərrüfat istifadəsində toxum qarışığının tərtib edilməsi zamanı
müəyyən faiz nisbətilə müxtəlif bioloji qruplara aid olan otları daxil etmək
tövsiyə olunur.
Polşada, Belçikada, Avstriyada toxum qarışığına 8-15 növə qədər ot toxumu
daxil edilir. Onların səpinini yüksək normalarnan həyata keçirilər (40-50 kq 1 ha-
ya). Fransada, Hollandiyada, İngiltərədə daha sadə toxum qarışıqlarından daha az
səpin normaları ilə tətbiq edirlər.
Otların səpilməsi. Toxum qarışığının ən yaxşı müddəti – yaz vaxtıdır, taxıl
bitkilərin faraş yazlıq səpinindən qabaq. Ancaq dənli toxum qarışığını yay və
payız aylarındada səpmək olar ki, buda otların normal payız kollanmasına
zəmanət verir.
Toxum qarışıqlarının səpilməsinin üsulları və texnikası. Səpilmiş
biçənək və otlaqların yaradılmasında çoxillik otları həm örtüklü, həm də örtüksüz
üsullarından istifadə olunur.
Örtüksüz səpinlər ən çox torfluqlarda, limanlarda, subasar otlaqlarda
yayılmışdır. Bu səpinləri yay-payız mövsümlərində həyata keçirilər. Örtüksüz
toxum qarışığı səpinlər şoran torpaqların istifadəsində tətbiq edirlər.
Erkən yazda toxum qarışığının səpilməsi zamanı örtüklü üsulundan istifadə
edirlər. Baxmayaraq ki, örtüklü bitkilər cücərtiləri kölgəliyir, torpaqdan qida
maddələri və suyu mənimsəyir, çoxillik otların boy və inkişafını ləngidir. Bu üsul
otlaq salma ilində yaşıl kutlənin alınmasını və otlağın zibillənməsinin azalmasını
təmin edir.
Diyirlənmə. Vacib üsullardan biri də səpinqabağı və səpinsonrası
diyirlənmədir. Torpağın səthinin hamarlayıb və suyu torpağın alt təbəqələrindən
çəkib, bu üsulda toxumlar bərabər olaraq torpaqlanırlar və cücərməyə
başlayırlar.Kifayət qədər rütubətli olan rayonlarda torpağı hamar katoklardan
diyirləyirlər, quraqlıq rayonlarda isə – halqalı katoklarla, yüngül və torflu-bataqlı
torpaqlarda – ağır sudolan, ağır torpaqda isə – yüngül katokları istifadə edirlər.
141
Mövzu № 17: YEM BİTKİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏS
PLAN
1. Bitkilərin kimyəvi tərkibi ilə qidalılığının qiymətləndirilməsi
2. Yemlərin ümumi qidalılığının qiymətləndirilməsi
3. Yeyilmə
142
YEM BİTKİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Yem bitkilərinin əhəmiyyəti onların qidalılığından, yeyilməsindən və həzm
olunmasından təyin edilir.
Bitkilərin kimyəvi tərkibi ilə qidalılığının qiymətləndirilməsi. Yemin key-
fiyyətinin qiymətləndirilməsinin ən yayılmış üsulundan biri də onun kimyəvi
tərkibinin təyin edilməsidir. Bitkilərin kimyəvi tərkibinin analizlərinin keçirilməsi
zamanı əvvəlcə suyun və quru maddənin miqdarını təyin edirlər (üzvi və qeyri üzvü
mineral maddələri). Üzvi maddənin tərkibinə azotlu birləşmələr (zülallar və amidlər),
azotsuz birləşmələr (yağlar, karbohidratlar, üzvi turşular) və bioloji aktiv maddələr
(vitaminlər, fermentlər) daxildir.
Yüksək qidalılığının göstəricisinin biri də xam proteindi ki, tərkibindəki zülalın
daxilində amin turşuları, amidlər, zülalsız azotlu birləşmələr vardır. Ən çox protein
gicitkankimilərdə, kələmkimilərdə (20,4%) və paxlalılarda (18,4%) çiçəkləmə
fazasında (22,1% mütləq quru çəki) olur. Ali bitkilərin arasında ən axırıncı yeri
proteinin miqdarı ilə Mürəkkəbçiçəklilər (11,2%) və Taxılkimilər tutur.
Proteinin miqdarı muxtəlif növlərdə olduğu kimi, elecə də müxtəlif orqanlarda,
eləcə də yarpaqlarda, hamaşçiçəklərdə , gövdələrdə bərabər olmur.
Vegetasiya fazalarına görə əhəmiyyətli dəyişikliklər müşahidə olunur: ilk
fazalarından sonrakı fazalarda proteinin miqdarı 1,5-3 dəfə azalır. Yemlərdə proteinin
miqdarının dəyişməsi bitmə şəraitindən (iqlim, torpaq, gübrə) tədarükündən və
saxlanılmasından asılıdır. Şimaldan cənuba, dağ şəraitində isə dağların ətəklərindən
təpələrinə doğru getdikdə otlarda proteinin miqdarı çoxalır.
Yemlərdə proteinin tərkibində olan amin turşularına indiki zəmanədə böyük
diqqət verilir. Amin turşularının miqdarı heyvanların zulali qidalanmasında rol
oynayır. Xüsusi əhəmiyyət əvəzolunmaz amin turşularına (valin, leysin, histidin,
metionin, lizin, triptofan, fenilalanin, arqinin) verilir ki, onlar heyvanlar tərəfindən
sintez olunmur və onların miqdarı sabit olmalıdır.
143
Quru maddədə azotsuz birləşmələrin miqdarı daha çoxdu, nəinki azotlu. Onların
tərkibində yağlar, sellüloza və azotsuz ekstavktiv maddələr (üzvi turşular,
karbohidratlar) mövcuddur.
Yemlərdəki yağlar metabolik proseslərdə bilavasitə iştirak edir və ehtiyat
maddəsi kimi toplana bilirlər. Yağlar enerji mənbəyidir, enerjinin toplanması onlarda
2,5 dəfə çoxdur, nəinki başqa üzvi maddələrdə. Protoplazmatik yağda A, D, E,K
vitaminləri həll olunur ki, sonradan onlar mübadilə prosesinə daxil olunur. Otlaq və
biçənək bitkiləri quru maddədə yağın bir qədər az miqdarı ilə fərqlənirlər. Müxtəlif
fəsilələrdə o 2,2 -9,8% arasında dəyişilir. Onların içərisində tozağacıkimilər və
söyüdkimilər seçilir ki, bunların yarpaqlarında 6,5 və 5,3% müvafiq olaraq yağ var,
gicitkankimilərdə – 4,9%, mürəkkəbçiçəklilərdə isə 4,3%. Taxılkimilərdə,
paxlalılarda və cilkimilərdə isə yağın miqdarı bərabər olur və 3% təşkil edir.
Bitkilərin kimyəvi tərkibinə torpaq–iqlim şəraitləri böyük təsir göstərirlər.
Münbit torpaqlarda yetişən bitkilər münasib temperatur və rütubətlilik şəraitlərində
daha çox qidalılıqları ilə fərqlənirlər.
Yemlərin ümumi qidalılığının qiymətləndirilməsi. Mübadilə prosesində heç
də heyvanın orqanizminə daxil olan bütün maddələr iştirak etmir. Orta hesabla
heyvanlar tərəfindən 60-70% quru maddələr həzm olunur, qalan hissəsi isə
orqanizmdən mübadilə maddələri şəkilində xaric olunurlar. Həzm olunma dərəcəsi
bitkilərin növündən, vegetasiya fazasından, bitmə şəraitindən və başqa faktorlardan
asılıdır.Yemin yekun faydalı təsiri onun ümumi qidalılıq göstəricisidir. Ümumi
qidalılığın ölçü vahidi bizim ölkədə yem vahididir – 1 kq yulafın və ya 0,6 kq
nişastanın qidalılığı miqdarındadır.
Proteinin ən qiymətli hissəsi zülallar təşkil edir ki, başqa üzvi maddələri ilə əvəz
oluna bilməzlər. Yemlərdə zülalın miqdarı və ya proteinin həzm olunması onların
yüksək qidalılıq göstəriciləridir. Zülal maddələrinin çatışmamazlığında yemlərin
israfı müşahidə olunur. Həzm olunan proteinin yüksək miqdarından kələmkimilər,
cilkimilər fərqlənirlər.
Yeyilmə. Müxtəlif bitkilərin ilkin təxmini yem qiyməti onların yeyilməsi ilə
təyin edilir. Yeyilmə 5 ballıq sistemi ilə qiymətləndirilir: 5 – əla yeyilən bitkilər, 4 –
144
yaxşı yeyilən bitkilər, 3 – kafi yeyilən bitkilər, 2 – yalnız birinci qrup bitkilərin
çatışmamazlığında yeyilən, 1 – az yeyilən, 0 - yeyilməyən.
Bitkilərin yeyilməsi bir çox amillərdən asılıdır: morfoloji xüsusiyyətlərindən,
kimyəvi tərkibdən, təbii-iqlim şəraitindən və coğrafi zonadan, vegetasiya
fazalarından, otlaqların istifadəsi sistemindən, heyvanların növündən, yaşından və
vəziyyətindən və s. Yeyilməyən və ya kafi yeyilən bitkilərin bir sıra qoruyucu
orqanları var: tikanlar, çıxıntılar, sərt gövdələr, qılçıqlar, qalındərili yarpaqlar, tük
örtüyü.
Tərkibində alkaloid, qlikozid, saponin, aşı maddələr, müxtəlif turşular, efir
yağlar olan (acı dad və kəskin iy əmələ gətirirlər) bitkilər pis yeyilir və ya heç
yeyilmir. Bitkilərin yeyilməsinə həm də onlarda çoxlu miqdarda düzların olması təsir
göstərir. Belə ki, şirəli şoran otunun tərkibində olan böyük miqdarda zərərli duzlar
olduğuna görə şaxta düşənə kimi yeyilmir. Aşağı temperatur hüceyrələri və
toxumaları dağıdır və onların tərkibində olan duzlar yağışlar vasitəsi ilə asanlıqla
yuyulur və bitkilər yeyilməyə başlayır.
Yem bitkilərinin əksəriyyəti vegetasiyanın erkən fazasında ən yaxşı yeyilir.
Otlaqların düzgün istifadəsi zamanı bitkilərin yeyilmə əmsalı artır. Sərbəst və ya
sistemsiz otarılma ilə müqayisədə küz otarılmanın böyük üstünlükləri vardır. Bir çox
otlaqda yeyilməyən bitkilər quru ot şəklində çox yaxşı yeyilir.
Bitkilərin yeyilməsi həm də heyvanların növündən asılıdır. Qaramal yumşaq və
şirəli taxılkimilər, paxlalılar, cilkimilər, gicitkankimilər, qarabaşakkimilər
fəsilələrindən olan bitkilərə üstünlük verir. Onlar kərəvüzkimilər fəsiləsindən olan
bitkiləri pis yeyirlər. Atlar üçün quru, nisbətən sərt və ətirli taxılkimilər, paxlalılar,
cilkimilər, mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilər ən yaxşı yem ola bilər.
Qoyun və keçilər quru taxılkimilərə, paxlalılara, cilkimilərə, mürəkkəbçiçəklilərə
üstünlük verirlər, onlar həvəslə sərt otları və ağac, kolluqların budaqlarını da
yeyirlər. Dəvələr isə başqa heyvanlardan fərqli olaraq taxılkimiləri pis yeyirlər, eyni
zamanda isə həvəslə sərt iyli və tikanlı bitkilər n qidalanırlar. Tox heyvanlar yaxşı
bitkiləri seçirlər, ac isə - həm yaxşı, həm də ki kafi yeyilən bitkilər ilə qidalana
bilirlər.
145
Mühazirə № 18: “Kökümeyvəli bitkilərlə tanışlıq”
Mühazirə planı
1.Yemlik kökümeyvəli bitkilər haqqında ümumi məlumat.2.Yem çuğunduru:a) təsərrüfat əhəmiyyəti;b) aqrotexnikası.3.Yemlik yerkökü:a) təsərrüfat əhəmiyyəti;b) aqrotexnikası.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991. 2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971. 3. Əliyev S. C. , Aslanov A. Ə. Şəkər çuğunduru., Bakı, 1991, 36 s. 4. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980. 5. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s. 6. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 410 s. 7. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s. 8. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973, 368 s. 9. Masterova V. P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978,214 s. 10. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s. 11. Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984. 12. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975. 13. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982. 14. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.15. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с. 16. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с. 17. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с. 18. Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с. 19. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», М:, Агропромиздат,
1986, 255 с.
146
Yemlik kökümeyvəli bitkilər
Yemlik meyvəköklülər ilə, demək olar ki, bütün kənd təsərrüfatı heyvanlarını
yemləyirlər. Həmin bitkiləri tarla, əksərən də yem növbəli əkinlərində becərirlər.
Yarımşəkərli çuğundur və yem çuğunduru, yemlik yerkökü xüsusi əhəmiyyətə
malikdir. Onlar asan mənimsənilən qida maddələri ilə zəngindir, tərkibində kompleks
bioloji katalizatorlar vardır ki, bunlar da südlük qaramalın (xüsusən, silos tipli
yemləmədə) məhsuldarlığını artırır.
Yemlik meyvəköklülərin zəngin növ və sort tərkibi onları, demək olar ki, bütün
təbii-iqtisadi zonalarda becərməyə və yüksək məhsul götürməyə imkan verir.
Əksər meyvəköklülərin tağı da yem kimi böyük əhəmiyyətə malikdir. Şəkər,
yarımşəkərli və yem çuğunduru tağını həm yaşıl yem, həm də silos üçün istifadə
edirlər. Yerkökünün tağından vitaminli un hazırlanır, həmçinin yaşıl vitaminli yem
kimi istifadə olunur.
Əksər meyvəköklülərin tağ məhsulu kök məhsulunun 50-65%-ni təşkil edir. Bu, o
deməkdir ki, hər hektardan 200-300 s məhsuldarlıqda 105 s-dən 180 s-ə qədər
qiymətli yaşıl yem almaq olar.
Tağın dəyəri yalnız onun yığımına, daşınmasına və saxlanılmasına sərf olunan
xərclə ölçülür. Bu, ən ucuz və nisbətən qiymətli yemdir. 1 s çuğundur tağında orta
hesabla 1,5 kq həzm olunan zülal və 23 yem vahidi vardır. Tağın tərkibində şəkərlər,
yağlar, kalsium, fosfor və vitaminlər olur. Çuğundur tağı karbohidratlarla zəngin
olduğundan, yaxşı siloslanır. Tağları ikinci biçim paxlalı otlarla və ya xırdalanmış
noxud küləşi ilə birgə silosladıqda xüsusən qiymətli yem alınır. Tağ, qarğıdalı və
digər komponentlərlə, - vələmir və arpa küləşi, püfə, eləcə də samanla birgə istifadə
oluna bilər.
Son illərdə tağın axım üsulu ilə yığılma texnologiyası işlənib hazırlanmışdır ki,
bu da təsərrüfatlarda müvəffəqiyyətlə tətbiq olunur. Həmin texnologiyada eyni
vaxtda həm kökü, həm də tağı yığırlar. Tağları çuğunduryığan aqreqata qoşulmuş
nəqliyyat arabasına boşaldırlar. Bu üsul tağın çirklənmə dərəcəsini və itkini xeyli
azaltmağa, həm də əməyə qənaət etməyə imkan verir.
147
Meyvəköklülər
Meyvəköklülərin yem əhəmiyyəti bitkinin növ və sortundan, torpaq və becərmə
aqrotexnikasından, saxlama müddəti və saxlanma şəraitindən, hazırlanmasından və
yemləmə üsulundan asılıdır.
Meyvəköklülər öz bioloji xüsusiyyətlərinə görə istər torpağa, istərsə də iqlimə
müxtəlif tələbat göstərir. Məsələn, şalğam və yem turpu kifayət qədər rütubətli
rayonlarda – Sibirin şimal-qərb və şimal-şərq rayonlarında, Belorusda, Pribaltikada,
qaratorpaq olmayan zonada yaxşı inkişaf edir. Yer kələmi və yerkökü müasir
aqrotexnika şəraitində Uzaq Şimal rayonları istisna olmaqla, bütün zonalarda
becərilir.
Kökümeyvəli bitkilər qrupuna çuğundur – beta; yerkökü – daucus carota;
(Apiaceae - kərəviz fəs. селдрейные) şalğam – brassica napus L. ssp. rapifera
Metzger); turneps (yemlik şalğam) brassica rapa L. ssp. rapifera Metzger), yem
turpu – (Raphanus sativus L. ssp. hybernus Alef. ) və sair cins və növlər daxildir.
Bu bitkilər botaniki cəhətdən müxtəlif olmalarına baxmayaraq, eyni bioloji xassəyə
malik olmaqla birillik və çoxillikdirlər. Lakin mədəni formalarının bitkiləri tam
inkişafını iki ildə başa çatdırır.
Səpilmiş toxumdan vegetasiyanın birinci ili yoğunlaşmış ətli kök, kökün başcıq
hissəsində yarpaqlar, yarpaq qoltuqlarında isə yatmış tumurcuqlar əmələ gəlir.
Ömrünün ikinci ili tumurcuqlar inkişaf edərək gövdə tipli zoğ əmələ gətirirlər ki,
bunlar da meyvə verir. Beləliklə, səpindən yeni toxum alınana kimi iki il keçir.
Bəzi hallarda bitkilərin müəyyən qədəri hələ kökmeyvəsinin tam inkişaf etmədiyi
və lazımi qədər ehtiyat qida maddələri toplamadığı hallarda birinci ili gövdələşmə,
hətta meyvə vermə fazasını da keçir.
Belə qüvvəli inkişaf cavan bitkilərin yarovizasiya mərhələsinin sürətlə keçməsinə
səbəb olan alçaq temperaturun təsirindən irəli gəlir. Buna gövdələşmə deyilir.
Gövdələşmə kökmeyvəsinin tez oduncaqlaşmasına və şəkərinin azalmasına səbəb
olduğu üçün normal vəziyyət hesab edilmir.
148
Yem çuğunduru
Çuğundur ikillik bitki kimi birinci il iri mozaikalı (rozetli) yarpaqlarla meyvəkök,
ikinci il isə toxum əmələ gətirir.
Qidalılıq dəyərinə görə yem çuğunduru şəkər çuğundurundan və kartofdan xeyli
geri qalır. Onun tərkibində orta hesabla 12%-ə yaxın yaxşı həzm olunan quru maddə
vardır.
Sarı Ekkendorf, Barres, İdeal və başqa sortlar ən geniş yayılmışdır. Düzgün
aqrotexnikada sarı Ekkendorf sortu hər hektardan 1000-1300 s-ə qədər şirəli və zərif
lətli iri kök verir.
Barres – konus formalı kökə malik yüksək məhsuldar sortdur. Yerə yatımlılıq
dərəcəsi yaxşıdır. Dərin şum horizontlu torpaqlarda daha yaxşı inkişaf edir.
Yem çuğunduru əkinlərini başlıca olaraq yemlik fermayanı növbəli əkinlərdə,
subasar yerlərdə və münbit sahələrdə, sahələr fermaya yaxın olduqda isə tarla növbəli
əkinlərində şumlanmış əkin yerinə yerləşdirmək lazımdır. Yem çuğundurunu
dirriklərdə və çətənəlikdə də yetişdirirlər.
Yem çuğunduru əkiləcək torpağı 25-35 sm dərinliyə şumlayırlar. Bu bitki
torpağın yaz becərməsinə də çox tələbkardır. Nəmliyi saxlamaq üçün dondurma
şumunu malalayırlar. Əgər torpaq qış müddətində bərkimiş olarsa, onu laydırı
çıxarılmış kotanla 15-18 sm dərinliyə kultivasiya edirlər. Bundan sonra fosfor-kalium
gübrələrinin normasının (normanın birinci yarısı payızda dondurma şumu altına
verilir) yarısını verib bir və ya iki kultivasiya çəkirlər.
Yem çuğunduru torpaqdan böyük miqdar qida maddələri mənimsəyir. Yüksək
məhsul almaq üçün torpağa üzvi və mineral gübrələr verilməlidir. Qara torpaqlarda
peyinin orta norması hər hektara 20-25 t müəyyənləşdirilir; küllü, gillicə və qumsal
torpaqlara 30-40 t peyin, torflu-peyinli və torflu-nəcisli kompostlar verirlər.
Qaratorpaq rayonlarda torpağa azot və fosfor gübrələri verirlər, azot-fosfor və
kalium gübrələri isə daha yaxşı nəticə verir. Mədəniləşdirilmiş torflu torpaqlara
yalnız normadan 1,5-2 dəfə artıq miqdarda superfosfat və kalium, bir hektar küllü,
qumsal və gillicə torpaqlara isə azot gübrələri (60 kq-a qədər təsiredici maddə), 2-4 s
superfosfat və 2-3 s kalium-xlorid vermək olar.
149
Üzvi gübrələri payızda və ya səpinqabağı kultivasiyada vermək daha əlverişlidir.
Eyni vaxtda yazda 0,5 s şora və 1,0-1,5 s dənəvər superfosfat verirlər.
Turş torpaqları (hər hektara 2-3 t əhəng) əhənglə gübrələyirlər. Payızdan etibarən
meyvəköklülər əkilən sahələrin hər hektarına 5-6 s fosforit unu verirlər. Birinci və
ikinci kultivasiya ilə borlu-datolit gübrələrinin verilməsi faydalıdır, çünki onlar
meyvəköklülərin yerə yatımlılıq dərəcəsini artırır. Mineral torpaqların hər hektarına
5-6 ildən bir 1-2 s-ə qədər borlu datolit gübrəsi və ya 50-100 kq maqnezium-borat,
torflu torpaqlara isə 5 s-ə qədər pirit yanığı qalığı və ya 20-25 kq mis-sulfat
verilməlidir.
Yem çuğunduru səpinlərini hər yerdə faraş dənli bitkilərdən sonra aparmaq
lazımdır. Gec səpinlər məhsuldarlığı kəskin surətdə aşağı salır.
Məftil qurdları ilə mübarizə məqsədilə toxum səpindən qabaq heksaxloranla (1s
toxuma 4-5 kq) tozlandırılır. Toxumları göbələk xəstəliklərindən qorumaq üçün
qranozanla (1 t toxuma 4-5 kq) işləmək lazımdır.
Çuğundur toxumlarını cərgə araları 60 və 70 sm olmaqla enli cərgəli üsulla SON-
2,8A punktirli və ya cərgəli tərəvəz toxumu səpən maşınla müəyyən olunmuş
basdırılma dərinliyinə səpirlər. Səpin norması 20-25 kq-dır. Toxumun basdırılma
dərinliyi torpağın vəziyyətindən, hava şəraitindən və başqa amillərdən asılıdır;
yüngül torpaqlarda, adətən, 3-4 sm, ağır gilli torpaqlarda isə 2-3 sm dərinliyə
basdırırlar.
Səpində toxumların bərk nəmli yuvalara basdırılmasına və torpağın nazik nəmli
layı ilə örtülməsinə nəzarət olunmalıdır.
Səpindən 5-6 gün sonra, çıxışlara qədər, torpağın qaysağını dağıtmaq üçün birinci
malalama aparırlar. İkinci dəfə torpağı, cücərtilər yer səthinə çıxandan sonra BS-2
dişli və ya ZBP-0,6 cərgəarası alaq edən yüngül malalarla diaqonal boyu, yaxud
cərgələrin eninə malalayırlar.
Alaq otlarını məhv etmək və torpağın hava rejimini yaxşılaşdırmaq məqsədilə
cərgə aralarında birtərəfli pəncəli-ülgüclü KRN-3,5, MBN-2,8 traktor kultivatorları,
həmçinin KRN-2,8M universal cərgəarası şumlayan maşınları ilə birinci yüngül
150
yumşaltma aparırlar. Birinci cərgəarası becərmə cərgələrin hər iki tərəfindən 8-10 sm
qoruyucu zolaq saxlamaqla 4-5 sm dərinliyə aparılır.
Çuğundurun iri olması üçün cücərtiləri birinci cüt əsil yarpaq əmələ gəldikdə
seyrəldirlər. Cərgədə bitkilər bir-birindən 18-20 sm aralı saxlanmalıdır. Seyrəltmə əl
və ya PPS-6 markalı pəncəli-ülgüclü traktor seyrəldiciləri vasitəsilə qısa müddətdə
aparılır. Seyrəltməni gecikdirdikdə məhsuldarlıq kəskin surətdə aşağı düşür.
Çuğundur əkinlərinə sonrakı qulluq cərgə aralarını becərmədən və yemləmədəm
ibarətdir. İki dəfə cərgəarası becərmə ilə hər hektara 1,5 s ammonium şorası, 1-2 s
superfosfat, 1 s kalium-xlorid, 15 t durulaşdırılmış peyin şirəsi verdikdə yarpaq
rozetlərinin güclü inkişafı, cərgələrin tez qapanması və kökün yüksək məhsuldarlığı
təmin olunur.
Çuğundur sentyabrın axırında və ya oktyabrın əvvəlində, lakin mütləq şaxtalar
düşənə qədər yığılmalıdır. Yaşıl kütləsini çuğundurun yığımına 2-3 gün qalmış KİR-
1,5, KİK-1,4 rotorlu otbiçən maşını, əl və ya tağyığan maşın ilə biçirlər. Biçilmiş və
doğranmış yaşıl kütləni siloslayırlar.
Kök və yarpaqları çirkləndirməmək üçün çuğunduru quru havada kartofqazan
maşınla, əl ilə və ya çərçivəsinə gavahın tipli qazan kürəklər bərkidilmiş
kultivatorlarla yığmaq lazımdır.
Saxlamaq üçün quru və sağlam köklər ayrılmalıdır. Onları, adətən, tığlarda, az
hallarda isə xüsusi anbarlarda saxlayırlar. Tığ üçün heyvandarlıq fermaları
yaxınlığında, əkinlər fermadan uzaq olduqda isə sahənin özündə, lakin yola yaxın,
nisbətən hündür yer seçilməlidir. Tığ üçün ayrılmış yerdə buldozer və ya əllə 0,5 m
dərinlikdə, 1,5-2 m enində (uzunluğu çuğundurun miqdarına görə müəyyənləşdirilir)
çala qazırlar. Tığda temperaturu tənzimləmək üçün aşağıdan ventilyasiya düzəldirlər.
Çalanın mərkəzində, onun uzunu boyu 25 sm enində və 30 sm dərinliyində qanov
qazırlar ki, bunun da qurtaracaqları çaladan 1-1,5 m kənara çıxır. Qanovu üstdən paya
və ya şam ağacı budaqları ilə örtürlər. Meyvəköklüləri çalaya iki tərəfə maili üst
formasında 1-2 m hündürlükdə yığırlar. Kökləri 30 sm-ə qədər qalınlıqda küləş layı
ilə örtür və bunun üstünə torpaq tökürlər (20 sm). Tığın baş tərəfini, çuğundur
isinməsin deyə, şaxtalar düşənə qədər torpaqla örtmürlər, şiddətli şaxtalar başladıqda
151
(-10 – 150 C)tığı bütünlüklə 50 sm qalınlıqda torpaqla örtür və ventilyasiya boruları
qoyurlar. Çuğunduru saxlamaq üçün ən yaxşı temperatur 1-30 C-dir; temperaturu 00
C-yə qədər endikdə tığı dərhal küləşlə isitmək lazımdır.
Yemlik yerkökü
Xüsusilə kənd təsərrüfatı heyvanlarının cavanları və quşlar üçün qiymətli şirəli
yemdir. O, torpağa tələbkar deyil, lakin qumsal yerlərdə daha yaxşı inkişaf edir.
Yerkökünün daha qiymətli qırmızı sortlarının 1 kq-da 110-120 mq karotin olur.
Şantane 2461, Qeranda, ağ Zelenoqolov, yem Loberixsk, qırmızı Sibir və s.
yerkökünün ən geniş yayılmış sortlarıdır. Asanlıqla alınan hibrid toxumları hər
hektardan 25-30% artıq kök məhsulu götürməyə və bununla da hibrid toxumlarını
istehsalat səpinlərində geniş miqyasda tətbiq etməyə imkan verir. Səpin üçün yüngül,
dərin becərmə aparılmış torpaqlar ayrılmalıdır.
Yerkökü toxumlarını ən erkən müddətlərdə, torpaq səpinə hazır olan kimi
səpirlər. Bəzi rayonların tozlaşmayan torpaqlarında və şiddətli yaz şaxtaları
olmadıqda yerkökünün cüzi don vurmuş torpaqlara qış qabağı səpinlərindən yaxşı
nəticələr alınır. Səpin müddəti elə seçilməlidir ki, toxumlar şaxtalar düşənə qədər boy
ata bilməsin. Bu cür əkinlər faraş və yüksək kök məhsulu əldə etməyə imkan verir.
Yerkökünü, lentlər arası 50-60, cərgələr arası isə 12-15 sm və ya da cərgələr arası
45 sm olmaqla ikixətli lentli üsulla bir hektara 4-5 kq toxum hesabı ilə 1-2 sm
dərinliyə əkirlər. Səpin üçün SON-2,8A traktorlu dən-tərəvəz toxumsəpənlərdən
istifadə olunur.
Yerkökü əkilən sahələrə əlavə olaraq tez cücərən çovdar və vələmir toxumları
səpirlər ki, cərgələr erkən cərgəarası becərmə aparmaq üçün aydın seçilsin.
Alaq otları ilə mübarizə məqsədilə kök əkinləri herbisidlər, traktor nefti,
duruldulmamış dizel yanacağı, kalsium-sianamid və başqa preparatlarla işlənməlidir.
Traktor neftini 1 hektara 300-400 l miqdarında, çıxışlara 2-3 gün qalmış və
çıxışlardan sonra 2-3 əsil yarpaq fazasında quru havada tətbiq edirlər. Cücərtiləri
şehdən və ya yağışdan sonra çiləmək olmaz, əks halda bitki yana bilər. Səpinə qulluq
bir və iki dəfə cərgəarası becərmədən və yemləmədən ibarətdir. Yerkökünü payızın
152
axırında şaxtalar düşənə qədər əl ilə, çuğundur çıxardıb yığan maşınla və digər
maşınlarla yığırlar. Tağı qiymətli vitaminli yem kimi siloslamada istifadə edirlər.
Üst-üstə (qalaqla) yığıb saxladıqda yerkökü tez xarab olur. Odur ki, onu
anbarlarda bir-birindən 1-2 sm məsafədə cərgələrlə yığır və cüzi miqdarda nəmli qum
səpirlər. İri donuzçuluq və quşçuluq təsərrüfatlarında yerkökünü əksərən təmiz halda
və ya paxlalı otların xorası ilə qarışıqda siloslayırlar. Siloslanmış halda o karotini
uzun müddət saxlayır və heyvanlar tərəfindən iştaha ilə yeyilir.
Yemlik meyvəköklülərin toxumlarının becərilməsi
Yemlik meyvəköklülərin, xüsusilə də onların hibridlərinin toxumlarını, adətən,
xüsusi toxumçuluq təsərrüfatlarında becərirlər. Buna baxmayaraq, lazım gəldikdə
istənilən təsərrüfatlarda toxum almaq olar. Bu məqsədlə payızda, istehsalat
əkinlərində və ya toxumluq sahələrində becərilmiş daha yaxşı kökləri (ana bitkilər)
seçir və anbarlara yığırlar. Yazda ana bitkiləri basdırır (əkir) və toxum alırlar.
Basdırmaq üçün torpağı, eynilə yemlik meyvəköklüləri birinci il yetişdirmədə
olduğu kimi becərirlər.
Mineral gübrələri dərin şum altına, lakin azot və fosfor gübrələrinin bir hissəsini
basdırma zamanı yuvalara verirlər.
Meyvəköklüləri ən erkən müddətdə cərgə araları çuğundur üçün 70x70 və ya
80x80 sm, yerkökü üçün 70x70 sm olmaqla basdırırlar. Hər hektara 18-20 min kök
basdırılmalıdır.
Becərməni asanlaşdırmaq məqsədilə sahələrdə basdırmadan qabaq markerlə
uzununa və köndələninə şırımlar açırlar. Basdırılmış köklərin başcığı torpağın səthi
səviyyəsində olmalıdır; onları torpaqla örtmək, köklərin ətrafında isə torpağı
bərkitmək lazımdır. Əkinə qulluq cərgəarası yumşaltmadan, eləcə də hər bir
basdırılmış kolun ətrafında torpağın yumşaldılmasından ibarətdir.
Çuğundur, yem turpu və yerkökü basdırılan sahələrdə tez-tez mənənə müşahidə
olunur. Onunla mübarizə məqsədilə anabadustla (5%) tozlandırma, göy sabun (10 litr
suya 300-400 q) məhlulu və ya 10 litr suya 40 qr. sabun əlavə olunmuş anabazin-
sulfatla (0,1%) çiləmə aparılmalıdır.
153
Müxtəlif növ meyvəköklülər, vəzərək və ya yabanı yerkökü arasında çarpaz
tozlanmanın qarşısını almaq üçün toxumlar çiçəkləyənə qədər 300 m dövrədə mərzlər
və talalar biçmək lazımdır. Öz aralarında tozlana bilən meyvəköklülərin əkinləri açıq
yerlərdə bir-birindən 2 km, meşə ilə örtülü yerlərdə isə 600 m məsafədə
yerləşdirilməlidir. Toxumluq bitkilərin gövdəsini yerə yatmaqdan qorumaq məqsədilə
onları payalara bağlayırlar. Hər 10-15 gündən bir şaxların başcığı 1-1,5 sm kəsilib
atılmalıdır. Yerkökündə çətirlərin bir hissəsini kəsirlər.
Toxumluq əkinlər eyni vaxtda yetişmədiyindən onları bir neçə üsulla yığırlar.
Yetişmiş gövdələri kəsir, dərzlərə bağlayır və qurudurlar. Sonra dərzləri adi
taxıldöyən maşınlarda (barabanın dövr etmə, yaxud fırlanma sayı azaldılır) döyürlər.
Yerkökünün çətirlərini xüsusi və ya taxıldöyən maşınlarda döyürlər. Taxıldöyən
maşınlarda döyülmüş toxumlar sürtgəcdən keçirilir. Nəhayət, yerkökü toxumlarını
taxıl sovuran və çeşidləyən maşınlarda təmizləyirlər. Saxlama üçün ayrılmış
çuğundur toxumlarının nəmliyi 14%-ə qədər, cücərmə qabiliyyəti isə 80% olmalıdır.
Həmin göstəricilər yerkökü üçün müvafiq olaraq 10-12 və 70% olmalıdır.
Üzərinə nəm torpaq tökülmüş anaclıqları anbarlarda saxlayırlar.
154
Mühazirə № 19 : ÇƏMƏN VƏ BİÇƏNƏKLƏRİN YEM OTLARI VƏ
ONLARIN YEMLİK DƏYƏRİ
Mühazirənin planı
1. Çəmən və biçənək sahələrinin ot örtüyü
2. Çəmən və biçənək otlarının yemlik dəyəri
3. Çox yayılan taxıl və paxlalı otların yem istehsalında əhəmiyyəti
İstifadə olunan ədəbiyyat
1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991. 2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971. 3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980. 4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s. 5.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973, 368 s. 6.Masterova V. P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978,214 s. 7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s. 8.Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984. 9.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975. 10.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982. 11.Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.12.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с. 13.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с. 14.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с. 15.Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с. 16.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», М:, Агропромиздат, 1986, 255 с.
155
ÇƏMƏN VƏ BİÇƏNƏKLƏRİN YEM OTLARI VƏ ONLARIN YEMLİK DƏYƏRİ
Təbii yem mənbələri – biçənək və otlaqlar ölkənin müxtəlif zonalarında çox böyük
torpaq sahələrini əhatə edir. Azərbaycanda da yem balansının 30-35%-i təbii yem
sahələrinin payına düşür. Respublikamızda qışda mal-qara otarılması üçün istifadə
edilən 2 milyon hektar çöl otlaqları vardır. Yay otlaqları və biçənək sahələri isə 0,5
milyon hektardır. Ümumi sahəsi 2,5 milyon hektardan artıq olan təbii otlaq və
biçənəklərdə ot örtüyü çox müxtəlifdir. Hətta kiçik sahələrdə belə müxtəlif ailələrə
mənsub olan 30-40 növə təsadüf edilir. Bu bitkiləri botaniki tərkiblərinə, yem
dəyərliliyinə və bir sıra digər xüsusiyyətlərinə görə dörd qrupa bölmək olar: 1-taxıl
otları, 2-paxlalı otlar, 3-cil ailəsinin otalır (turş otlar), 4-müxtəlif otlar (müxtəlif
ailələrdən olan otlar).
Müxtəlif otlar qrupuna aid olan bitkilərin yemlik dəyəri eyni olmur. İstehsalat
şəraitində paxlalı bitkilərin yemlik dəyərini yüksək, taxıl otlarını nisbətən az dəyərli,
cil və müxtəlif otlar qrupunun yemlik dəyərini isə orta və alçaq keyfiyyətli kimi
qiymətləndirirlər. Lakin təsərrüfat nöqteyi-nəzərincə otların dəyərinə yuxarıdakı
qaydada qiymət vermək əsassızdır. Çünki həm cil, həm də müxtəlif otlar qrupunun
elə bitkiləri vardır ki, onlar yemlik dəyərinə görə taxıl, bəzən də paxlalı otlardan da
üstün olurlar. Eyni ailənin tərkibində elə otlara rast gəlinir ki, yemlik dəyəri çox aşağı
olur. Bəzən də onlar yem üçün zərərli olurlar. Müxtəlif otlar qrupunda belə otlara
daha çox rast gəlmək olur. Çünki müxtəlif otlar qrupuna çoxlu ail əvə növlər daxildir.
N.T.Andreyev (1966) göstərir ki, indiyə qədər 4730 növdən artıq bitkilərin yemlik
dəyəri öyrənilmişdir. Taxıl otlar qrupu biçənək və otlaqların bitki örtüyündə ən
böyük əhəmiyyətə malikdir. Onlar çox vaxt otlaq və çəmənliklərin ümumi ot
məhsulunun 80-90%-ni təşkil edir. Taxıl fəsiləsinə aid olan otların 506 növünün
yemlik dəyəri öyrənilmiş və onlara xarakteristika verilmişdir. Öyrənilmiş otlar taxıl
fəsiləsi ümumi otların 51%-ni təşkil edir.
Paxlalı otların 565 növünün (ümumi paxlalı ot növlərinin 31%-i qədəri) yemlik
dəyəri öyrənilmişdir. Cil fəsiləsinə aid olan 192 növün (cil fəsiləsinə aid növlərin
36%-i) yemlik dəyəri öyrənilmişdir. Mürəkkəbçiçəklilərə aid olan növlərin isə 583
156
növünün (onlar 22% təşkil edir) yemlik dəyəri öyrənilmişdir. Həmin məlumatların
təhlili göstərir ki, (cədvəl 1) taxıl otlarının 90%-i, paxlalı otların 91%-i, cil fəsiləsinin
öyrənilən növlərinin 67%-i, mürəkkəbçiçəklilərin 54%-i yaxşı yemlik keyfiyyətinə
malikdirlər. Fəsilələr arasında yem keyfiyyətinə görə birinci yeri paxlalı, ikinci yeri
taxıl fəsiləsinin növləri tutur.
Cədvəl 1.
Ailələr üzrə çəmən və biçənək otlarının yemlik dəyəri
Təsərrüfat
əhəmiyyətinə görə
nömrəsi
AilələrÖyrənilən növlərin miqdarı
Faizlə Yem bitkisi kimi istifadə
edilməsi məsləhət
görülüb (%-lə)
Əla, orta və kafi
dərəcədə yeyilənlər
Zəhərli və
zərərli
1 Taxıl 506 90 5 342 Paxlalı 565 92 5 423 Mürəkkəbçiçəklilər 574 54 9 54 Cil 192 67 1 55 Unlucalılar 183 72 3 276 Xaççiçəklilər 161 64 37 147 180 49 14 118 Gülçiçəklilər 150 68 8 29 Qarabaşaqkimilər 106 64 37 1410 Qərənfil 122 60 11 311 Dodaqçiçəklilər 160 17 10 012 73 27 16 113 Söyüdkimilər 72 91 2 014 29 58 0 015 120 40 16 016 11 82 81 017 Qıcıtikan 7 72 0 4318 129 47 26 019 Qaymaqçiçəklilər 226 41 52 020 30 14 97 7
Taxıl otları. Qırtıckimilər fəsiləsinə (Poaceae) aid olan otların 3500-dən çox növləri
vardır. Azərbaycanda 317 növü yayılmışdır. Taxıl otları bəzi ərazilərdə, xüsusilə də
157
səhralarda daha çox yayılaraq yemçilikdə mühüm rol oynayır. Azərbaycan
Respublikasının müxtəlif torpaq-iqlim şəraitində də taxıl otları geniş yayılmışdır.
Azərbaycanın təbii yem sahələrinin zonaları üzrə təbii örüş və biçənək məhsulunun
25%-i taxıl otlarının payına düşür.
Dağ çəmənliklərində və meşəliklərdə səhra zonalarına nisbətən taxıl otları bir qədər
az yayılsa da burada da onların yem əhəmiyyəti böyükdür. Çay vadilərində və düzən
sahələrdə ot örtüyünün 50%-dən çoxu taxıl otlarının payına düşür. Əksər taxıl otları
heyvanlar tərəfindən yaxşı yeyilir. Taxıl otlarının çox az növləri (10%-ə qədəri)
heyvanlar tərəfindən yeyilmir və ya pis yeyilir. Taxıl otlarının 5%-ə qədəri zərərli və
ya zəhərli sayılır.
Tərkiblərində olan Sulu karbonların miqdarına görə onlar başqa növ ot bitkilərindən
üstündür.
Çiçəkləmə fazasında yığılmış quru otunda (mütləq quru maddənin miqdarına görə)
orta hesabla 7,2% protein, 2,6% həzm olunan zülal, 2,9% yağ, 52,9% azotsuz
ekstraktiv maddələr, 100 kq-da (nəmliyi 15% olmaqla) 45-50 yem vahidi vardır.
Taxıl otları bioloji cəhətcə birillik və ya çoxillikdirlər. Onlar yemlik keyfiyyətlərinə
görə paxlalı bitkilərdən geri qalsalar da bir sıra qiymətli xüsusiyyətlərə malikdirlər.
158
Mühazirə № 20: “Zərərli və zəhərli bitkilər”
Mühazirə planı
1. Zərərli bitkilər:
a) heyvanlara mexaniki zədə vuran bitkilər;
b) südün və ətin keyfiyyətini aşağı salan bitkilər;
c) yunun keyfiyyətini aşağı salan bitkilər.
2. Zəhərli bitkilər:
a) zəhərli bitkilərin mənsub olduğu sistematik qruplar;
b) bu bitkilərin tərkibindəki zəhərli maddələr;
c) zəhərli bitkilərin, ən çox zədələdiyi orqan və sistemlərdən asılı olaraq, bölündüyü qruplar.
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.
2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.
3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.
4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.
5. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 410 s.
6. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.
7. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.
8. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.
9. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.
10. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.
11. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.
12. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.
13. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.
14. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.
15. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.
16. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.
17. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.
18. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.
159
Zərərli və zəhərli bitkilər
Zərərli bitkilər
Təbii otlaq və biçənəklərdə, tərkibində zəhərli maddələr olmayan, lakin
heyvanlara müxtəlif zədə, travma vuran, onların həyati vacib orqanlarında hər hansı
bir xəstəlik yaradan, heyvan mənşəli məhsulların keyfiyyətini və məhsuldarlığını
aşağı salan zərərli bitkilər olur. Mexaniki zədələri həm bitkilərin iti tikanları olan
yaşıl hissələri, həm də iti tikanları, çıxıntıları, tükcükləri və qılçıqları olan yetişmiş
meyvə və toxumları yetirir. Onlar ağız boşluğunu, burun-udlağı (gənziyi), mədə-
bağırsaq yolunu, gözləri, dərini, dırnaqarası sahəni, yelini və başqa orqanları
yaralayaraq, iltihab prosesləri əmələ gətirir.
Zədələri (travmaları) taxıllar, astralılar fəsilələrindən olan bitkilər vururlar. Selin,
ceyranotu (tüklü ağotu), boş yulafca, arpa (soğancıqlı, dovşan və yabanı) kimi bitkilər
qılçıqlı dənmeyvələrə malikdirlər; bu dənmeyvələr ağızın, burunun selikli qişalarını
zədələyir, dırnaqarası sahələrə yeriyib, axsamalar əmələ gətirir, gözə düşərək korluğa
gətirib çıxarır; döş və qarın boşluğunun divarlarını deşirlər. Ağız boşluğunun selikli
qişasını həmçinin qılçıqlı sünbülünün ətrafında olan iti qılçıqlar, qılçıqlı qanqalın
qabalaşmış yarpaqlarının bərk tikanları, peyğəmbərçiçəyi və qanqalın tikanlı
səbətləri, şoranlıq çayqırağı bitkisinin vaxtı ötmüş otu, yapışqanlı qoşmanın və
sürünən lövbərciyin meyvələrinin iti tikanları zədələyirlər.
Xüsusi qrupa qalın, sıx tüklərlə örtülü meyvə və hamaşçiçəkləri olan bitkilər
daxildir. Mədəyə düşdükdə, onlar həzm olunmur, fitobezoar adlanan və qidanın həzm
borusu ilə hərəkətinə mane olan bərk şarvari törəmələr əmələ gətirirlər. Bağırsaqdakı
qidanın hərəkətsizliyi nəticəsində heyvanlar bir qayda olaraq tələf olurlar. Belə
bitkilərə bodyak (qanqal), əkin yoncası, qılçıqlı, güləbətin, tüklücə aiddir.
Kələmlilər, astralılar, zanbaqlılar, qaymaqçiçəklilər, çuğundurlular,
dodaqçiçəklilər, qarabaşaq, südləyənlər və başqa fəsilələrdən olan bəzi bitkilər nəinki
süd sağımını, həmçinin südün keyfiyyətini aşağı salır. Bu bitkilərin tərkibində heyvan
orqanizmində həzm olunan zaman allil-xardal yaxud efir yağları qoparan qlükozidlər
160
var. Onlar südün nəinki orqanoleptik (qoxu, rəng, dad), həmçinin fiziki-kimyəvi
xassələrini (turşuluq, yağlılıq) dəyişir.
Südə acı dadı yovşanın müxtəlif növləri, dağ tərxunu, avran, yovşanyarpaqlı
ətirşah, adi kirkazon, üfunətli qatranotu. Südə, bir çox hallarda isə pendirə və yağa da
xoşagəlməz bataqlıq, sarımsaq yaxud turp qoxusu və dadını yarğanotu (quştərəsi), adi
qamış, vəzərək, yabanı turp, xardal, tarla kələmi, soğanın müxtəlif növləri, enli
yarpaq su kərəvizi, dərman çobanyastığı otu verirlər. İnəklər turşəng (quzuqulağı) və
adi dovşan kələmi yedikdə süd turş dad alır və tez çürüyür, belə süddən yağ almaq
çətinləşir.
İnəklər anemon, boyaq otu (qızıl boya), südləyən yedikdə süd çəhrayı yaxud
qırmızı, bataqlıq yaddaşçiçəyi, qatırquyruğu yedikdə göyümtül rəngə boyanır.
Heyvanların ətinə xoşagəlməz dad verən yazlıq yağçiçəyi, bozalaq, üfunətli
qatranotu, heliotrop (günçiçəyi) və s. bitkilərdir.
Bərk yapışan (suvaşqan) toxum və barları olan bitkilər, qoyunların yunlarını
zibilləyərək onun keyfiyyətini aşağı salır. Belə bitkilərə dada bitən tonqalotu,
qarayonca, ağot, qılçıqlı, kifircə, peyğəmbərçiçəyi, lansetvari qanqal, keçi pıtrağı,
üçbarmaq (pişikdili), adi yapışqan, dərman köpəkdili otu aiddir.
Tüklü ağotun (ceyranotunun) iki buğumu olan dənmeyvəsi yağış yağan zaman
açılaraq təkcə yuna deyil, həm də dəri, dərialtı birləşdirici toxuma, əzələlər və daxili
orqanlara sancılır. Ceyranotunun dənmeyvələri ilə çirklənmiş yun və dərilər dəyərini
itirir.
Zəhərli bitkilər
Onları hətta az miqdarda belə yedikdə heyvanlarda naxoşluq yaradan, bir çox
hallarda isə ölümlə nəticələnən zəhərlənmələr əmələ gətirən bitkilər zəhərli hesab
olunur.
Bizim ölkəmizin florasında zəhərli bitkilər, öyrənilmiş bitkilərin 15%-ni təşkil edir.
Zəhərli və zəhərli olduğundan şübhələndiyimiz bitkilərin ən çox miqdarı
161
qaymaqçiçəyi, südləyən, zanbaq, kələm, kərəviz, qərənfil, quş üzümü fəsilələrinə
aiddirlər.
Bitkilərin zəhərliliyi onların tərkibində alkaloidlər, qlükozidlər, saponinlər, üzvi
turşular, efir yağları, aşılayıcı və qatranabənzər maddələr, toksalbuminlər, laktonlar
kimi maddələrin olması ilə əlaqədardır. Bu maddələrin bitkilərdə əmələ gəlməsi və
yığılması və onların toksikliyi torpaq-iqlim şəraitindən və bitkilərin inkişaf
fazasından asılıdır. Təyin edilmişdir ki, qara torpaqlarda bitən bitkilərlə müqayisədə,
şoran torpaqlarda bitən bitkilərin tərkibində daha çox zəhərli maddələr əmələ gəlir.
Quraqlıq və yüksək temperatur şəraitində, sərin, yağmurlu hava ilə müqayisə etdikdə,
daha çox zəhərli maddələr əmələ gəlir.
Bitkilərin əksəriyyətində zəhərli maddələrin maksimumu çiçəkləmə və barvermə
fazalarında toplanır (yaz xoruzgülüsü, qara bəngotu, adi dəli bəng (tatla), dəlicə
buğda, yabanı xardal, çöl laləsi və s.); zəhərli maddələr çiçəklərdə, meyvələrdə və
toxumlarda toplanır. Çiçəkləyəndən və toxumlamadan sonra ən təhlükəli bitkilər
qaramuq otu və adi vəzərəkdir. Bir çox bitkilər bütün vegetasiya dövrü boyu zəhərli
olur.
Zəhərli maddələr bütün bitkidə yaxud onun yalnız başqa-başqa orqanlarında
toplana bilər. Məsələn, dərman sabun otunda, asırqalda zəhərli maddələrin
maksimumu köklərdə və kökümsovlarda, bəngotunda, dəlicə buğdada, qaramuqda,
novruzgülündə - toxumlarda, badamda – meyvələrində, üskükotunda, adi üzərlikdə,
rododendronda – yarpaqlarında toplanır.
Zəhərli bitkilərin əksəriyyətində toksiklik yaşıl kütlədə, quru otda və silosda qalır,
bəzilərində (qaymaqçiçəyi) zəhərlilik qurudulduqda, qatırquyruqlarında isə -
siloslamada kəskin aşağı düşür.
Otlaq şəraitində saxlandıqda zəhərli bitkilərə münasibətdə heyvanlar özünü çox
ehtiyatla aparır. Mədəniləşdirilmiş otlaqlarda heyvanlar nadir hallarda zəhərlənir.
Tapdalanmış otlaqlarda zəhərlənmə ehtimalı artır, çünki yaxşı yem bitkiləri
olmadıqda heyvanlar məcbur olub zəhərli bitkiləri yeyirlər.
162
Toksik maddələrin heyvanlara təsiri onların növündən, yaşından, ümumi
vəziyyətindən və vərdişlərindən asılıdır. Məsələn, xaçgülünü, kəkrəni yedikdə əsasən
atlar zəhərlənir, başqa heyvanlar üçün bu bitkilər təhlükəli deyil. Təyin olunmuşdur
ki, ən çox cavan, həmçinin ac, qüvvədən düşmüş yaxud xəstə heyvanlar zəhərlənir.
Zəhərlənmə təhlükəsi yazda, əsasən də qış vaxtı tövlə şəraitində keyfiyyətsiz
yemləmədən sonra, artır.
Zəhərli maddələr heyvanın müəyyən orqanına yaxud orqanlar sisteminə təsir edir.
Bu təsirin xarakterindən asılı olaraq İ.A.Qusınin (1962) bütün zəhərli bitkiləri
aşağıdakı qruplara ayırmışdır:
1) mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olanlar;
2) mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olanlar və eyni zamanda mədə-
bağırsaq yoluna və ürəyə təsir edənlər;
3) mərkəzi sinir sisteminin zədələnməsinə səbəb olanlar və eyni zamanda mədə-
bağırsaq yoluna, böyrəklərə və ürəyə təsir edənlər;
4) əsasən həzm orqanlarına təsir edənlər;
5) tənəffüs və həzm orqanlarının zədələnməsinə səbəb olanlar;
6) əsasən ürəyə təsir edənlər;
7) əsasən qara ciyərə təsir edənlər;
8) toxuma tənəffüsünə təsir edənlər;
9)qansızmalar əmələ gətirənlər;
10)heyvanların günəş işığına həssaslığını artıranlar;
11) duz zəhərlənmələrinə və mədə-bağırsaq pozuntularına səbəb olanlar.
Mərkəzi sinir sisteminin zədələnməsi oyanma, həmçinin sıxıntı (funksiyaların
zəifləməsi) və ifliclə müşayiət olunur. Oyanma, adi iynəyarpaq (efedra, cır moruq),
ağ və qara bəngotu, adi dəli bəng, Qafqaz xanımotu (beladonna) ilə zəhərləndikdə baş
163
verir. Sıxılma və iflic, dəmrovotu, çöl laləsi, dəlicə buğda və s. ilə zəhərləndikdə baş
verir.
Mərkəzi sinir sisteminin zədələməsi və eyni zamanda mədə-bağırsaq yolunun və
ürəyin zədələnmələri Lobel, qara və daur asırqalı, rus nəfəsotu, novruzgülü, adi
kirkazon, dərman köpəkdili otu, adi üzərlik, tütün yedikdə baş verir.
Mərkəzi sinir sisteminin, ürəyin, həzm orqanlarının və böyrəklərin
zədələnmələrinə ağaclıq, meşə və çəmən anemonu, tavrik yovşanı, adi dağ tərxunu,
açılmış güləbətin, bataqlıq sunərgizi, zəhərli, acı və yandıran qaymaqçiçəyi, Qafqaz
alışanı, rododendron, adi gənəgərçək kimi bitkilər səbəb olur.
Dördüncü qrupa, tərkibində mədə-bağırsaq yolunun selikli qişasını qıcıqlandıran
müxtəlif acı maddələr olan bitkilər aiddir. Belə təsiri adi və Jerar südləyəni, iberiya
günçiçəyi, avran, adi yabanı kətan, birillik və çoxillik qar çiçəyi, adi qaramux otu və
s. kimi bitkilər göstərir.
Tənəffüs və həzm yolu orqanlarının zədələnməsi, tərkibində qlükozidlər və
parçalananda xardal yağı əmələ gətirən bitkiləri yedikdə baş verir. Bu qrupa əsasən
kələm fəsiləsindən olan bitkilər aiddir: çöl xardalı, adi vəzərək, bozalaq, qıfyarpaqlı
acıtərə və s.
Eyni təsiri paxlalılar fəsiləsindən olan dərman çəpişotu (yemlik) də göstərir.
Ürəyin zədələnməsini qırmızı və iriçiçəkli üskükotu, qarğagözü kimi bitkilər
göstərir. Qaraciyərin zədələnməsi mal-qaranın adi və meşə xaçgülünü yeyən zaman
baş verir.
Toxuma tənəffüsünün pozulması, heyvanların, orqanlarında sianid turşusu əmələ
gələn bitkiləri yeyən zaman baş verir. Belə bitkilərə Conson otu, ensizyarpaq
çölnoxudu, su şirintumu, alçaq badam və s. aiddir.
Heyvanları böyük miqdarda xəşəmbüllə yemlədikdə qansızmalar ilə müşayiət
olunan zəhərlənmələr baş verir.
164
Gün işığına hiperhəssalığı, əsasən də ağ rəngli heyvanlarda, adi dazıotu
(qoyunqıran), lövbərcik, tatar qarabaşağı kimi bitkilər yaradır.
Duz ilə zəhərlənmələr və mədə-bağırsaq pozuntuları böyük miqdarda sirkənin
müxtəlif növləri (ziyilli, tatar, nizəvari və s.), bassiya, şoranotu, sarsazan kimi bitkilər
yedikdə baş verir.
165
Mühazirə № 21 : SUVARMA VƏ DƏMİYƏ ŞƏRAİTİNDƏ MƏDƏNİOTLAQLARIN YARADILMASI
Mövzunun planı:
1. Mədəni otlaq yaratmağın texnologiyası
2. Suvarma şəraitində mədəni otlağın yaradılması
3. Dəmyə şəraitində mədəni otlağın yaradılması
4. Təbii-iqtisadi zonalar üzrə ot qarışığının növləri səpin normaları
166
SUVARMA VƏ DƏMİYƏ ŞƏRAİTİNDƏ MƏDƏNİ OTLAQLARIN YARADILMASI
Mədəni otlaqlar yaradarkən əvvəlcə torpaq şəraiti öyrənir və sahədə kol bitkiləri
varsa onlar çıxarılır, daha sonra torpaq şumlanır. Torpağın becərilmə sistemi
sələflərdən və torpaq-iqlim şəraitdən asılıdır. Şum qatı dərin olan aran zonasında
yayılmış torpaqlar 23-25 sm, şum qatı dayaz olan torpaqlar isə (dağətəyi sahələr) 20-
22 sm dərinliyində şumlanır. Ağır mexaniki tərkibli suvarılan torpaqlar şumlandıqdan
sonra payızda (qışqabağı) arata qoyulur. Erkən yazda şum kultivatorla 8-10 sm
dərinliyində becərilib yumşaldılır. Səpinqabağı becərmə zamanı kultivatorla torpağın
üst 5-6 sm-lik qatı yumşaldılır və arxasınca malalanır. Burada məqsəd toxumun
cücərməsi üçün əlverişli şərait yaratmaqdır. Əsasən şum altında hər hektara 5-10 ton
peyin və 2-4 sentner superfosfat verilir. Səpinqabağı becərmədə hər hektara 1-2
sentner ammonium şorası vermək məhsləhətdir
Mədəni otlaqlar yaradarkən çoxillik yem otlarının qarışıqları düzgün
seçilməlidir. Aran suvarma şəraitində yoncanın Azərbaycan – 5, Azərbaycan – 262
sortları, taxıl otlarından isə çəmən yulafı, çobantoppuzu, ayrıqotu, otlaq rayqrası,
tonqalotu yüksək məhsul verirlər. Dağətəyi sahələrdə ot qarışığının müəyyən edərkən
xaşa bitkisini də istifadə etmək məsləhətdir. Suvarılan şəraitdə otlaq salarkən həm
hündürboylu (çobantoppuzu, çəmən yulafı, tonqalotu kimi hündürboylu və həm də
rayqras, ayrıqotu kimi alçaqboylu taxıl otlarının, həm də paxlalı otlardan (yonca və
xaşa) qarışıq müəyyən edib toxumları vaxtında səpmək lazımdır. Yüksək və
keyfiyyətli yem istehsalına nail olmaq üçün çəmən otlarını 2,3 4 və ya 5 növünün
toxumu istənilən nisbətdə qarışdırılıb səpilməlidir. Qarışığın 3-4 növ otdan ibarət
olması da əlverişlidir. Qarışığın düzgün təyin etdikdə onlar daha uzun müddətə ot
örtüyündə qalırlar, buna əməl edildikdə otlağa gübrə vermək, qulluq işlərini həyata
keçirmək, otlaqdan istifadə etmə işlərini nizamlamaq daha asan olar. Ot qarışığının ən
səmərəli səpin müddəti sentyabr-oktyabr aylarıdır. Yaz səpini fevralın 2-ci yarısından
martın yarısına qədər olan müddətə yerinə yetirilməlidir. Payız aratına qoyulmuş ağır
mexaniki gilli torpaqlar erkən malalanmalıdır ki, torpaq səthindən nəmliyin
buxarlanması azalsın və torpağa səpilən ot toxumları vaxtında cücərsin. Ot toxumları
167
səpindən əvvəl laboratoriyada yoxlanılmalı və onların təsərrüfat yararlığı müəyyən
edilməlidir. Qarışığı təşkil edən ot toxumları müxtəlif markalı səpən maşınlarla (SN-
16, SUT-47 və s.) səpirlər.
Təbii iqtisadi zonalar üzrə ot qarışıqlarının növləri və səpin normaları (kq/ha
Muğan-Salyan, Şirvan, Mil-Qarabağ, Abşeron, Naxçıvan).
I qarışıq I qarışıq
Yonca – 10 Yonca – 10
Çobantoppuzu – 8 Çobantoppuzu – 6
Tonqalotu – 10 Çəmənyulafı – 8
Otlaq rayqrası – 10 Tonqalotu – 8
Hər hektardan cəmi – 38 kq Hər hektardan cəmi – 38 kq
III qarışıq
Yonca – 10
Çobantoppuzu – 8
Çəmənyulafı – 10
Tonqalotu – 10
Hər hektardan cəmi – 38 kq
Lənkəran, Şəki-Zaqatala, Gəncə-Qazax, Quba-Xaçmaz
I qarışıq I qarışıq
Yonca – 8 Yonca – 10
Çobantoppuzu – 40 Çobantoppuzu – 6
Çəmənyulafı – 10 Tonqalotu – 8
Çəmən qırtıcı – 10 Otlaq rayqrası – 10
Hər hektardan cəmi – 68 kq Hər hektardan cəmi – 34 kq
168
III qarışıq
Yonca – 8
Üçyarpaq yonca – 6
Çəmənyulafı – 10
Otlaq rayqrası – 12
Hər hektardan cəmi – 36 kq
Mədəni otlaq salmaq üçün təbii otların torpaq-iqlim şəraiti nəzərə alınmalıdır.
Yerli şəraitə uyğun olan yerli ot sortlarından istifadə edilməsinə xüsusi əhəmiyyət
verilməlidir. Ot qarışığını seçərkən onun hansı məqsədlə (biçənək, yoxsa otlaq kimi)
istifadə ediləcəyi də nəzərə alınmalıdır. Ot qarşıqlarının çoxömürlü olması,
məhsuldarlığı, yarpaq və zolaq əmələgətirmə qabiliyyəti, oturmaya davamlılığı
öyrənilməlidir. Otlaq salarkən həm hündür, həm də alçaqboylu otların toxumları
qarışdırılıb səpilir. Belə də hər iki növün qarışığı (məsələn, tonqalotu, çobantoppuzu,
və otlaq rayqrası) birgə səpilib becərildikdə raqras alçaqboylu olduğundan aşağı
mərhələdə tonqalotu və çobantoppuzu isə yüksəkboylu olub üçmərtəbədə yerləşən
məhsul əmələ gətirirlər. Kökümsov-gövdəli taxıl otlarını digər otlarla qarışıq əkdikdə
otlağın ömrü 10 ilədək artıq. Təmiz səpinlərə nisbətən qarışıq otlardan yaradılan
mədəni biçənək və otlaqlar məhsuldarlığı 15%-dən 50%-ə qədər artıq olur. Orta dağ
qurşağında tonqalotu, ayrıqotu, çəmən qırtıcı optimal ot qarışığı hesab edilir.
Subalp qurşağında Zaqafqaziya xaşası, çəhrayı üçyarpaq yonca, pişik quyruğu,
tonqalotu, çobantoppuzu, çəmənyulafı qarışıqları səpmək olar. Orta dağ və subalp
qurşağında taxıl otları ot toxumları 3:1, xaşa qarışığı olduqda 3:2 nisbətində
götürülür, hər hektara 65-75 kq, xaşasız olduqda 32-38 kq toxum səpilir.
Suvarma şəraiti olan dağətəyi qurşaqda Naxçıvan xaşası, Azərbaycan-5 yonca
sortu, hündür otlaqrayqrası, çobantoppuzu, tonqalotu və çəmənyulafı qarışığı hər
hektardan 9,4 tondan 13,4 tona qədər quru ot verir.
Ot qarışığı 3 və ya 4 olduqda hər hektardan 7-7,5 ton quru ot alınır. Dağətəyi
dəmyə şəraitində soğanaqlı bülbülotu, soğanaqlı arpaotu, enliyarpaq qiyaqotu,
169
Naxçıvan xaşası, Azərbaycan-5 yonca sortu (5 növ qarışıq) hər hektardan 3-3,5 ton
quru ot məhsulu verir. Dağətəyi suvarılan və dəmyə qurşaqda yem otları üzrə hər
hektara səpilən toxum aşağıdakı qədərdir.
Suvarmada Dəmyədə
Naxçıvan xaşası 80 – 10 150-200
Azərbaycan-5yonca sortu 10 – 12 15-18
Tonqalotu 26 – 28 -
Çobantoppuzu 18 – 20 -
Çəmənyulafı 25 – 30 -
Soğanaqlı bülbülotu 22 – 24 28-30
Soğanaqlı arpaotu 18 – 20 30-38
Orta dağ qurşağı Subalp qurşağı
Çobantoppuzu 18 – 20 20-22
Pişikquyruğu 12 – 14 11-12
Tonqalotu 26 - 28 30-35
Çəmənyulafı 30-32 34-36
Otlaq rayqırası 25 – 30 30-35
Zaqafqaziya xaşası 120 - 150 160- 200
Yonca 12-14 13-15
Üçyarpaq yonca 11-12 13-14
Orta dağ qurşağında mayın 1-5-də, subalp qurşağında mayın 25-30-da
səpilməlidir.
Ayrı-ayrı qurşaqlar üçün qarışıq otların səpin norması
Dağətəyi dəmyədə Dağətəyi suvarma
Naxçıvan xaşası – 24 Naxçıvan xaşası – 18 Azərbaycan -5 yoncası – 6 Azərbaycan – 5 yoncası – 8 Soğanaqlı arpa otu – 10 Çobantoppuzu – 6 Soğanaqlı bülbülotu – 10 Tonqal otu – 10 Daraqvari qiyab otu – 10 Çəmən yulafı – 8
170
Cəmi – 60kq Cəmi – 52kq
(xaşasız 32kq) (xaşasız – 36kq)
Orta dağ qurşaqları üçün Subalp qurşaqları üçün
Tonqalotu – 10 Pişikquyruğu – 6 Çobantoppuzu – 8 Çobantoppuzu – 8 Çəmən yulafı – 10 Tonqalotu – 10 Otlaq rayqqrası – 12 Azərbaycan – 262 yoncası – 6 Azərbaycan – 5 yoncası – 8 Otlaq rayqrası – 8 Zaqafqaziya xaşası – 25
Cəmi – 73 Cəmi – 38
Orta dağ və subalp qurşaqlarının rütubəti sahələri üçün ot qarışığı və səpin norması
Pişikquyruğu – 6 Çobantoppuzu – 4 Otlaq rayqrası – 6 Çəmənqırtıcı – 5 Çəhrayı üçyarpaq yonca – 6Ağ üçyarpaq yonca – 5 Cəmi 32kq
Toxum materialı çatmadıqda ot qarışığını azaldıb 2 – 3 qarışıqla kifayətlənmək olar. Yerli şəraitdə toxum tədarüku vacibdir və əlverişlidir 10-20 hektar sahədən alınan toxum 100-200 hektar sahədə mədəni otlaq yaradılmasını təmin edir.
171
Mühazirə № 22 OTUN QURUDULMASI
PLAN
1. Otun tam qurudulması
2. Aktiv havaya vermək üsulu ilə otun tam qurudulması
3. Otun süni qurudulması
İstifadə olunan ədəbiyyat
1. Behbudov H.Ə. “Azərbaycan yemçilik təsərrüfatı”. Bakı, Azərnəşr,19912. Behbudov H.Ə. “Yemçilik”. Bakı, Azərnəşr,19713. Hacıyev V. “Mədəni otlaqlar və biçənəklər” Bakı, Azərnəşr,19804. Masterova V.R., Ananina N.N. “Yem istehsalının əsasları” Bakı, Maarif nəşriyyatı, 1978.5. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.6. Ten A.T. «Кормопроизводство», Mockва, Koloc, 1982.7. Андеев Н.Т. «Луговое и полевое кормопроизводство» Mockва, Koloc, 1984.8. Тюльдков «Практикум по луговому кормопроизводству» Mockва, Агропромиздат, 1986.9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.10. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984. 11. Xəlilova H.M. “Biçənək üzrə laboratoriya məşğələləri” Bakı, “Maarif”, 1973
172
OTUN QURUDULMASI
Yaşıl otun rütubətliyi 50-80% təşkil edir, normalda qurudulmuş otun rütubətliyi 17-18%-dən yuxarı olmamalıdır. Bu cür yemin alınması üçün otdan çoxlu miqdarda su kənar edilməlidir. Bu təbii və ya süni qurutma ilə, ya da aktiv havaya vermık üsulu ilə həyata keçirilir.
Tarla şəraitində təbii qurudulma ən ucuz üsuldur. Bu üsul özünü bozqır yarımsəhra zonalarında doğruldur ki, hansı ki, oralarda ot yığımı zamanı hava adətən çox isti olur və daimi küləklər əsir., onlar da öz növbəsində biçilmiş otun tez qurudulmasına səbəb olur. Lakin, buralarda otun həddindən artıq qurudulması təhlükəsi ortaya çıxır, bununla yanaşı yarpaq və hamaşçiçəklilərin tez quruması nəticəsində tökülüb, nəticədə məhsulun 50% itirilməsi ola bilər.Yarpaq və hamaşçiçəklərlə yanaşı ¾ bəsləyici maddələr itirilir, çünki onlarda 1,5 – 2 dəfə bu maddələr çoxluq təşkil edir, nəinki gövdələrdə.
Havanın əlverişsiz olduğundan meşə və meşə - bozqır zonalarında uzunmüddətli otun qurudulması məhsulun özünün, həm də onun keyfiyyətinin itirilməsinə gətirib çıxarır. Qurudulma zamanı keyfiyyət itkiləriyuyulmaya görə 5-15% , tənəffüzə görə 10-15%, qıcqırtma prosesinə görə 5-10% təşkil edir ki, bu da nəticədə 32-60% olur. Yağışı havada otun qurudulması zamanı yuyulmaya görə də keyfiyyətin itkisi ola bilər, ona görə ki, ölmüş hüceyrələrdən yaöış suyu ilə həll olunana maddələr yuyulub çıxarılır, daha az qiymətli, yemin həzm olunan qabiliyyətini pisləşdirən maddələr isə qalır.
Biçilmədən sonra kəsilmiş otda fotosintez prosesi dayanır,lakin tənəffüs prosesi daha da artır. Tənəffüz prosesi nəticəsində qızğın surətdə karbohidratlar sərf olunur, bunlardan tez həzm olunan fraksiyaları: saxaroza və qlükoza, sonra isə nişasta. Uzun müddətli qurudulnada isə karotin və vitamin B1 itkisi də meydana çıxır. Bununla yanaşı havada otun qurudulması zamanı vitamin D-nin miqdarı yüksəlir, çünki o, ancaq günəş şüalarının təsirindən yaşıl bitkilərdə olan erqosterindən əmələ gəlir.
Tənəffüs prosesi rütubət azalanda 35-40%-dək azalır. Buna görə də bu prosesin daha tez dayandırılması qurutmanın ən vacib məsələlərdən biridir.
Amma tənəffüs prossesi dayananda üzvi maddələrin parçalanması heç də dayanmır və ferment vasitəsi ilə davam edir. Uzunmüddətli qurutmada aminturşular amidlərə qədər parçalanır, bəzi hallarda ammonyaka qədər. Belə hallar ot yemindəki proteinin miqdarının 35%-dək azalmasına, bu da öz növbəsində yemin həzm olunma qabiliyyətinin və bioloji əhəmiyyətinin azalması deməkdir. Quru otda rütubətin 17%-dək azalması nəticəsində ferment oksidləşmə prosesləri dayanır.
Tarla şəraitində otun qurudulmasında bir neçə sürətləndirici üsul tətbiq olunur. Onlardan biri yastılaşdırmadır ki, yarpaq və gövdələrin qeyri bərabərqurumasını aradan qaldırır. Bu üsul ən çox qurutma üçün əlverişli havada paxlalı v’ d’nli-paxlalı
173
otlarda effektivdir.yağışlı havada isə yastılaşdırma nənfi nəticə verə bilər, yastılaşdırılmış otdan qida maddələri daha asan yuyulur.
Otun bərabər və sürətli qurudulmasının təmin olunması üçün həm də qarəşdırılmadan da tətbiq olunur. Qarışdırılma rütubəti 50%-dən az olmayan paxlalı otluqlarda, 40%-dən az olmayan dənli otluqlarda daha effektivdir, əks hallarda isə bitkilərin ən qiymətli hissələrinin itkisi mütləqdir.
Aktiv havaya vermək üçün otun tam qurudulması .Məhsul itkisinin azalmasının və keyfiyyətinin aşağı düşməsinin qarşısını almaq
üçün otun tam qurudulması aktiv isti və ya soyuq havaya vermək üsulu ilə həyata keçirir.
Aktiv havaya vermə üsulu məcburi havaya vermə tətbiqi ilə intensiv havadəyişməyə əsaslandırılmışdır. Ventilyator vasitəsi ilə verilən hava quru otun nəm havasını hopdurur və özü ilə aparır. Bu üsulla otun tam qurudulması anbarlarda, samanlıqlarda, xüsusi binalarda həyata keçirilir.
Tam quruma üçün ayrılmış preslənmiş quru otun rütubətliyi 30-35%-dən çox, səpələnən və xırdalanmış otun isə 35-45%-dən çox olmamalıdır.
Otun tam qurudulmasını xüsusi binalarda və tavaların altında havapaylaşdıran sistem ilə həyata keçirirlər. Tam qurumanı laylar üzrə aparırlar, 1-ci layın qalınlığı 2m-dən çox olmamalıdır. Otun rütubətliyi 25%-dək azalandan sonra üstünə 2-ci və sonra 3-cü layı yığırlar.
Eyni havapaylaşdıran sistem ilə preslənmiş otun tam qurudulmasında da tətbiq edirlər. Preslənmiş quru otun yığmasının hündürlüyü 5m-ni keçməməlidir. Tayların 1-ci layın qalınlığı 1,5m olmalı və onu o vaxta havaya verirlər ki, rütubətliyi 35%-dən 20-25%-dək düşənə qədər. Qurudulmuş layın üstünə növbəti layı yerləşdirib (1,5m) onu havaya verirlər və s. Tam qurumanı sürətləndirmək üçün qalaqqların üst və yan hissələrini brezent və ya polietilen plyonka ilə örtülür.
Əgər ventilyator uzun müddət ərzində keçirilmiş olsa və quru otun temperaturu artması, onda quru ot tam qurumuş hesab olunur.
Otun süni qurudulması. Yüksək keyfiyyətli yemin alınması üçün otun isti hava vasitəsilə süni qurudulmasını tətbiq edirlər. Bu üsul yüksək keyfiyyətli yemin alınmasına imkan verir və 1,5-1,7 dəfə onu artırır.
Otun süni qurudulmasında 2 tip quruducu qurğulardan istifadə olunur: aşağı temperaturlu (90-1500C) və yüksək temperaturlu (500-10000C).
Pnevmobaraban tipli quruducu qurğularında xırdalanmış yaşıl kütlənin quruması 500-10000C dərəcədə havanın vasitəsilə həyata keçirilir. Gövdələrin quruması 10-30 dəqiqədə, yarpaqların isə 25-30 saniyədə davam edir.
Respublikianın zonalarında yığım texnologiyasıpnın öz xüsusiyyətləri vardır, lakin əsas prinsiplər ümumidir.
174
Biçilmiş otda canlı bitkilərdə olduğu kimi, həyat fəaliyyəti bir müddət davam etdiyindən və buna müəyyən miqdar qida maddələri sərf olunduğundan, otu mümkün qədər qısa müddətdə qurutmaq lazımdır.
Qurumuş ota yağış və şeh düşməməli, eləcə də uzun müddət günəş altında qalmamalıdır.
Meşə zonasında və meşə-çöl zonasının şimal rayonlarında otun qurudulması xüsusiyyətləri. Günəşli havada biçilmiş otu 5-6 saat müddətində sərili laylarda qurudurlar. Yüksək məhsuldar çəmənlərdə otu çevirmək lazəmdır. Yarpqların solduğu, lakin oxalanmadığı andan otu tirələrə dırmıqlayırlar ki, burada o, qısa müddətə tam quruyur.
Otun tirələrdə gecə rütubətliənməsinin qarşısını almaq üçün onu dırmıqlayıb ensiz, lakin hündür qotmanlar halında yığmaq lazımdır.
Biçilmiş ot birnci gün kifayət qədər qurumadıqda onu sərili laylarda növbəti günə qədər saxlayırlar.
Qeyri sabit havada ot laylarda bir sutqadan artıq qalmamalıdır. Tirələrdə qurumuş otu dərhal qotmanlara yığmaq lazımdır. Bu halda iri (5-6 m dairədə) sıxlaşdırılmış və yaxşı tamamlanmış qotmanlar yığırlar ki, onlar yağışdan islanmasın. Açıq havada onları sərir və 3-4 saat müddətində tam qurudurlar.
Meş.-çöl, və çöl yarımsəhra zonalarının cənub rayonlarında otun qurudulması. Bu rayonlarda otun çox qurudulmasına yol verilməməlidir, çünki çox qurumuş ot rəngini dəyişir və onda karotin günəş şüalarının təsirindən parçalanır, ot öz ətrini itirir və kövrəkləşir. Odur ki, məhsul az olduqda (hər hektardan 20 sentnerə qədər) otu sərili laylarda saxlamadan seyrək tirələrə yığırlar. Ot bütünlükdə qotmanlarda tam quruyur.
Daha məhsuldar, sıx və şirəli otluğa malik biçənəkəlrdə otu 2-4 saatdan artıq olmamaq şərtilə sərili laylarda qurutmaq lazımdır. Bundan sonra otu tirələrə, daha sonra isə qotmanları ehtiyatla təkrar yığmaqla və onları tədricən böyütməklə tam qurutmaq olar. Taxıl otlarını tirələrdə tam qurutduqdan sonra girdə və uzun tayalar halında yığırlar.
Otu adi üsulla qurutduqda bitkinin ən qidalı hissələri – çiçək qrupları və yarpaqları itir. Həmin itkini aktiv ventilyasiya yolu ilə ot anbarlarında soyuq hava və ya quruducularda qızdırılmış hava ilə süni qurutma tətbiq etməkləazaltmaq olar.
Ölüşkəşmiş ot kütləsini yumşa qlaylarla havapaylayıcılarınüzərin əyığır və yığılmış kütlənin içərisindən ventilyatorla adi və ya azacıq isidilmiş hava buraxılır. Uzun ot tayalarını 4,5-5m enində və ən çoxu 5-6m hündürlüyündə düzəldirlər. 1t otun qurudulmasına sərf olunana elektrik enerji 0,5-1,5man. təşkkil edir.
175
Uzun ot tayasında otun aktiv ventilyasiya ilə qurudulması (şəkil)
Otu qotmanlara yığdıqda və onu uzun taya vurulacaq yerə daşıdıqda əməyə qənaət etmək, həmçinin qurutma prosesində (çevirmə, dırmıqlama) qida maddələrinin itkisini azaltmaq məqsədilə onu bilavasitə tirələrdən presləmək lazəmdır.Tayalara preslənmiş otu daşımaq asan olur, çünki o, saxlanma üçün az (2,-2,5 dəfə) yer tələb edir.
Otun presləndirilməsində əməyə, adi yığıma nisbətən 1,3-1,8 dəfə qənaət olunur, itki 2-3 dəfə azalır: otun qidalılığı yüksəlir.
Taxıl otları və yonca daha yaxşı preslənir. Artıq nəmlikli rayonlarda otu 25 – 30%, quraq rayonlarda isə 30 – 35%rütubətlilikdə presləmək olar.
Qüllə tipli xüsusi anbarlarda qurutma daha effektlidir. Qüllələrin tutumu 100 tona qədər olur. Otu, üzgəcin yerinə quraşdırılmış otboşaldanla boşaldırlar.
Otboşaldanın işçi orqanları otu vertikal kanala yönəldir ki, oradan da ot transportyora, sonra isə axurlara verilir. Xırdalanmış otu tam qurutma, xırdalanmamış otda olduğu kimi, lay-lay aparılır.
176