bextiyartuncay.files.wordpress.com · web view... üzləri şərqə tərəf basdırılmışdılar....

7
Bəxtiyar Tuncay Maday (Midiya) kurqanları Midiya tarixi və mədəniyyətindən söz açan bütün müəlliflər mütləq Təpə-Sialkdan da söz açmış, onun II dəmir dövrünə aid təbəqələrindən tapılmış keramika nümunələrini Midiya dövrü keramikası kimi təqdim etmişlər (Дандамаев М. А., Луконин В. Г., 1980, c. 36-37). Eyni sözləri Xurvin və Mərlikdən tapılan sənət nümunələri barədə də söyləmək olar. Həmin müəlliflər bu abidələrin təkcə yaşayış məskəni deyil, həm də məzarlıqlardan ibarət olduğunu xatırlatmağı da unutmamış, lakin məzarlıqlardakı kurqanların üstündən sükutla keçmişlər. Madam ki, həmin abidələr Midiya ilə birbaşa bağlıdır, deməli, sözügedən kurqanlar da bilavasitə midiyalılara aiddir. Yəni midiyalılar da digər türk xalqları kimi ölülərini kurqanda dəfn etmişlər. Təpə-Sialk IV-dən tapılmış keramika qalıqları 4 qrupa bölünür: tipik, qara, qırmızı və üzəri təsvirli qablar. Tipik qablar aşkar edilmiş keramika nümunələrinin 19 %- ini təşkil edir və V dövr qablarına çox bənzəyirlər. Qara 1

Upload: vuongnhi

Post on 14-Apr-2018

221 views

Category:

Documents


3 download

TRANSCRIPT

Page 1: bextiyartuncay.files.wordpress.com · Web view... üzləri şərqə tərəf basdırılmışdılar. Qəbirlər xüsusi memarlıq quruluşuna sahib deyildilər (Камбахш Фард,

Bəxtiyar Tuncay

Maday (Midiya) kurqanları

Midiya tarixi və mədəniyyətindən söz açan bütün müəlliflər mütləq Təpə-Sialkdan da söz açmış, onun II dəmir dövrünə aid təbəqələrindən tapılmış keramika nümunələrini Midiya dövrü keramikası kimi təqdim etmişlər (Дандамаев М. А., Луконин В. Г., 1980, c. 36-37). Eyni sözləri Xurvin və Mərlikdən tapılan sənət nümunələri barədə də söyləmək olar. Həmin müəlliflər bu abidələrin təkcə yaşayış məskəni deyil, həm də məzarlıqlardan ibarət olduğunu xatırlatmağı da unutmamış, lakin məzarlıqlardakı kurqanların üstündən sükutla keçmişlər. Madam ki, həmin abidələr Midiya ilə birbaşa bağlıdır, deməli, sözügedən kurqanlar da bilavasitə midiyalılara aiddir. Yəni midiyalılar da digər türk xalqları kimi ölülərini kurqanda dəfn etmişlər.

Təpə-Sialk IV-dən tapılmış keramika qalıqları 4 qrupa bölünür: tipik, qara, qırmızı və üzəri təsvirli qablar. Tipik qablar aşkar edilmiş keramika nümunələrinin 19 %-ini təşkil edir və V dövr qablarına çox bənzəyirlər. Qara rəngli keramika 24 %, qırmızı rəngli keramika 17 %, tipik qırmızı 6 %, naxışlı keramika isə 34 % təşkil edir.

Alimlər arasında Təpə-Sialk A və B-nin hansı dövrə aid olduğu uzun müddət müzakirə obyekti olmuşdur. A. Qrişmanın fikrincə, A məzarlığı e.ə. XII-XI əsrlərə, B məzarlığı isə e.ə. X-VIII əsrlərə aiddir. İ. Medvedskaya da onun fikri ilə razılaşır B məzarlığını bu ərazilərə Qafqazdan köçdüyünü və irandilli olduqlarını hesab etdiyi kimmerlər və skiflər ilə əlaqələndirir (Медведская И., 2004, c. 29).

Mövzumuz baxımından Tehranın şimalında, Əlbürz dağ silsiləsi bölgəsində 1969-1970-ci illərdə aparılan tikinti işləri zamanı aşkar edilmiş Qeytəriyyə məzarlığı da mühüm əhəmiyyət kəsb edir. Bu məzarlıqda qazıntıları S. Kəmbəxş Fərd

1

Page 2: bextiyartuncay.files.wordpress.com · Web view... üzləri şərqə tərəf basdırılmışdılar. Qəbirlər xüsusi memarlıq quruluşuna sahib deyildilər (Камбахш Фард,

aparmışdır. O burada, təqribən 500 kv m-lik ərazidə üst örtükləri tikinti texnikası tərəfindən tamamilə, qəbir kameraları ya tamamilə, ya da qismən dağıdılmış 350 kurqan tipli qəbir aşkar etmişdir. Onlar I və II dəmir dövrlərinə, başqa sözlə, e.ə. XIII-X və X-VIII əsrlərə aid edilmişlər (Камбахш Фард, 1991, c. 4). Arxeoloqun təsvirinə görə, oval formalı bu qəbirlərdə ölülər sol böyrü üstündə, üzləri şərqə tərəf basdırılmışdılar. Qəbirlər xüsusi memarlıq quruluşuna sahib deyildilər (Камбахш Фард, 1991, c. 12).

Mərlik kurqanının planı (İ. Nigahban)

Burada da ölülər müxtəlif əşyalarla birlikdə dəfn edilmişlər. Qəbirlərdən üst-üstə 2500 arxeoloji material çıxmışdır. Ərazidə eyni zamanda e.ə. XII-X əsrlərə aid yaşayış məskənin qalıqları da aşkar edilmişdir (Камбахш Фард, 1991, c. 12).

Qeytəriyyədən tapılmış keramika nümunələrini 13 qrupa bölürlər:1. Lüləsiz boğazlı kiçik qablar;2. Çaydan formalı, silindrik lüləli qablar;3. Sadə gövdəli, qulplu və qulpsuz qablar;4. Ayaqlı, kürəşəkilli, sadə vazalar;5. Geniş boğazlı, ayaqlı, kürə formalı kasalar;6. Ayaqlı qablar;7. Küp və küpələr;8. Tək qulplu küplər;9. Ayaqlı kasalar;10. Qısa ayaqlı, kənara meyilli ağızlı, geniş qablar;

2

Page 3: bextiyartuncay.files.wordpress.com · Web view... üzləri şərqə tərəf basdırılmışdılar. Qəbirlər xüsusi memarlıq quruluşuna sahib deyildilər (Камбахш Фард,

11.Uzun ayaqlı qoşa qablar;12. Qulplu kasalar;13. Məcməyi və boşqablar (Дандамаев М. А., Луконин В. Г., 1980, c. 37).).Kurqan tipli qəbirlərin aşkar edildiyi daha bir məzarlıq Tehranın 80 km şimal-

qərbində yerləşən Xurvin məzarlığıdır. Burada qazıntılar 1950-ci ildə Hakimi və Rodun başçılıq etdikləri İran arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Arxeoloqlar çoxtəbəqəli Xurvin kurqanına şərq tərəfdən üç lağım atmış və burada 6 qəbir aşkar etmişdilər (Тилаи Х., 1994, c. 68). Onlardan sonra eyni abidəni tədqiq etmiş L. Vanderbeq də eyni yolla getmiş abidənin mərkəzinə doğru üç lazım atmış və daha 14 qəbir aşkar etmişdir. Qəbirlərdən çıxan əşyalar əvvəlcə e.ə. 1300-900-cu illərə aid edilsə də, sonradan e.ə. IX əsrin üzərində durmaq qərara alınmışdır (Медведская И., 2004, c. 30).

Mərlik kurqanının qəbirlərindən biri

Təpə-Sialk B-də aşkar edilmiş kurqan tipli qəbirlərin bənzərinə Qum şəhərinin yaxınlığında yerləşən, son tunc-erkən dəmir dövrünə aid edilən Səram məzarlığında da rast gəlinmişdir . Buradakı qəbirlər, onların memarlıq özəllikləri, ölülərin vəziyyəti, dəfn adətləri, eləcə də qəbirlərdən çıxan metal və keramik əşyalar daha yaxşı təsvir edilmişdir (Бухранипур Х., 2005, с. 18).

Mərkəızi İran yaylasının şimal-qərb çöllük hissəsinin arxeoloji kompleksləri içərisində Qəzvin düzənliyinin Zage yüksəkliyində yerləşən Saqzabadın da özünəməxsus yeri var. Ərazidə qazıntı işlərinin əsası 1969-cu ildə qoyulub. Tədqiqatları İ. Nigahbanın başçılıq etdiyi Tehran Universitetinin arxeoloji qrupu aparıb. Araşdırmaların gedişi zamanı (1970-1971) burada e.ə. II minillikdən Əhəməni dövrünə qədər (e.ə. 2500-500) bir çox mədəni təbəqə aşkar edilmişdir (Нигахбан И., 1972, c. 1-11; Тилаи Х., 1994, c. 54). Lakin Nigahbanın yazdığı hesabatdan ərazidəki

3

Page 4: bextiyartuncay.files.wordpress.com · Web view... üzləri şərqə tərəf basdırılmışdılar. Qəbirlər xüsusi memarlıq quruluşuna sahib deyildilər (Камбахш Фард,

məzarlar, onların strukturu və dəfn adətləri barədə müfəssəl məlumat əldə etmək mümkün deyildir.

Kurqan tipli dəfn abidələrinə Şimali Əlburz bölgəsindəki Acbsara, Marian və Tüle-Gilan məzarlıqlarında rast gəlinib. Lakin məlumatlar kifayət deyil. Bilinən odur ki, buradakı kurqanlarda kollektiv dəfn adətinin izlərinə rast gəlinib (Халъатбари М., 2004, c. 138-139).

Mərlikdən tapılan fiqurlar (İ. Nigahban)

Maraqlıdır ki, bütün bu abidələr barədə hesabatlarda həmin abidələrin aid olduğu xalq bölgəyə Qafqazdan köçən köçəri maldar tayfa kimi qeyd edilir və təbii ki, «ari» adlandırılır (Халъатбари М., 2004, c. 185-187).

Mövzumuz baxımından çox təbəqəli Mərlik kurqanının daha böyük əhəmiyyəti var. Kurqanda qazıntı aparan və deyəsən, qazındığının kurqan olduğunu heç başa da düşməyən İ. Nigahbanın yazdığına görə, buradakı qəbirlərdən ən böyüklərinin ölçüləri 5 x 10 m və 5 x 3,5 m olub. Burada qadın və kişilər dəfn edilib. Arxeoloq onları şah qəbirləri adlandırır. Böyük qəbirlərin paralel iki divarının bütöv sal qaya parçalarından, onları birləşdirən digər divarlarının isə kiçik daşlardan qurulduğunu bildirir. Bütün qəbirlərin şərq tərəfdə yerləşdiyini bildirir. Onun sözlərinə görə, qəbir kameralarının qurulmasında istifadə edilmiş daşlar 15 km kənardan gətirilmişdir (Нигахбан И., 1999, c. 29, 34 64).

4

Page 5: bextiyartuncay.files.wordpress.com · Web view... üzləri şərqə tərəf basdırılmışdılar. Qəbirlər xüsusi memarlıq quruluşuna sahib deyildilər (Камбахш Фард,

Qaynaqça

1. Бухранипур Х. Гончарная техника железнего века Теппе-Сарм (Кахк, Кум) на основе раскопок Хусрава Пурбахюанда. Тегеран, 2005.

2. Дандамаев М.А., Луконин В.Г. Культура и экономика древнего Ирана. – М., 1980, c. 37.

3. Камбахш Фард. Взгляд на 3200-летний Тегеран. – Тегеран: Фазо, 1991.4. Медведская И. Иран в железной эпохе I. Пер. Алиакбар Вахдати. –

Тегеран: Организация культурного культурного наследия, 2004.5. Нигахбан И. Двухмесячный отчет о раскопках в районе Сагзабада //

Марлик. № 1, 1972.6. Нигахбан И. Раскопки Марлика. – Т. 1. – Тегеран: Организация

культурного наследия, 1999.7. Тилаи Х. Археологическое изучение трубчатых керамических сосудов и

миграция Арийцев // Археология и история, 9-ый г., 1994.

8. Халъатбари М. Археологические раскопки на древних стоянках Талиша – Маряна и Тандвина. – Тегеран: Организация культурного наследия страны, 2004, c. 138-139.

5