sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · fikrət Əlİyev, pedaqogika...

40
1 Azərbaycan Respublikası ODLAR YURDU UNİVERSİTETİ Sillabusların hazırlanması üzrə tövsiyələr Metodiki vəsait Bakı - 2015

Upload: others

Post on 28-Mar-2021

14 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

1

Azərbaycan Respublikası

ODLAR YURDU UNİVERSİTETİ

Sillabusların hazırlanması üzrə tövsiyələr

Metodiki vəsait

Bakı - 2015

Page 2: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

2

Bu metodiki vəsait Odlar Yurdu Universitetinin Redaksiya Şurasının qərarı ilə nəşr olunur

OYU-nun Redaksiya Şurası:

Əhməd VƏLİYEV (sədr, prof., f.-r.e.d.), Samir VƏLİYEV (prof., h.e.d.), Tərlan ABDULLAYEV (prof., t.e.d.), Munir VƏLİYEV (prof., i.e.f.d.), Novruz ZEYNALOV (prof., f.r.e.n.), Heydər QƏMBƏROV (prof., h.e.n.), Ələkbər Mehdiyev (prof., f.r.e.n.), Eyvaz HÜSEYNOV, Ruslan SƏDİRXANOV (prof., f.r.e.d.)

Tərtibçi redaktor: Ruslan SƏDİRXANOV, prof., f.r.e.d. Mətn üzrə redaktorlar: Novruz ZEYNALOV, prof., f.r.e.n. Eyvaz HÜSEYNOV Texniki dəstək qrupu: Rəbiyyə PAŞAZADƏ

Rəyçilər: Xəzər Universiteti: Məhəmməd NURİYEV, birinci prorektor, professor, texnika elmləri doktoru Lyudmila SOTOVA, Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu: Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV, İncəsənət, texnologiya, mülki müdafiə və fiziki tərbiyə kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Azad ƏHMƏDOV, Xarici dillər kafedrasının müdiri

Page 3: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

3

Təklif edilən metodiki tövsiyələr Avropa, ABŞ və Qazaxstan ali məktəblərinin təcrübəsi əsasında Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnkişaf Departamenti ilə Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən birgə hazırlanmış və uyğunlaşdırılmışdır.

Sillabusların hazırlanması üzrə tövsiyələr

Xülasə

Metodiki tövsiyələr sillabusların hazırlanma texnologiyasını, kredit sistemi üzrə təhsilə dair qlossarini, sillabus strukturunu, onun hər bir hissəsinin hazırlanması üzrə ümumi metodiki göstərişləri özündə əks etdirir. Vəsait tədris olunan fənlərin sillabuslarının tərtib olunma formatını standartlaşdırmaq məqsədi ilə universitet müəllimləri üçün hazırlanmışdır.

Page 4: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

4

MÜNDƏRİCAT 1. Qlossari ........................................................................... 5

2. Ümumi xarakterli metodiki tövsiyələr .......................... 15

2.1. Müəllimin/tədris edənin, soyadı, elmi dərəcəsi (əgər varsa), elmi ad (əgər varsa); tutduğu vəzifə, əlaqə məlumatı; elmi maraqları ................................................

15

2.2. Tədris olunan fənnin (modulun) adı, kodu və onun öyrənilməsinə ayırılmış kreditlərin miqdarı ...................

16

2.3.

Fənnin tədris olunma vaxtı və yeri ...............................

17

2.4. Tədris olunan fənnin prerekvizitləri və postrekvizitləri 17

2.5. Tədris olunan fənnin xarakteristikası ............................ 18

2.5.1. Tədris fənninin təyinatı ................................................... 18

2.5.2. Fənnin öyrənilməsinin məqsədi ......................................... 19

2.5.3. Fənni öyrənməyin məqsəd və hədəfləri ............................. 19

2.5.4. Tədris olunan fənninin məzmunu .................................... 19

2.5.5. Fənnin öyrənilməsi planı ................................................... 20

2.6. Məşğələlərin forması ......................................................... 22

2.7. Ədəbiyyatın siyahısı .......................................................... 26

2.7.1. Məcburi/əsas ədəbiyyat ....................................................... 26

2.7.2. Əlavə ədəbiyyat ................................................................... 26

2.8. Təhsilin nəticələrinə nəzarət və qiymətləndirmə ............ 27

2.9. Tədris olunan fənnin siyasəti ............................................ 31

İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR ........................... 32

ƏLAVƏ: sillabusun tərtib olunma variantı .................... 33

Page 5: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

5

1. QLOSSARİ

tələbə/bakalavriant termini - bakalavriat pilləsində təhsil alan şəxs deməkdir; magistrant termini magistraturada pilləsində təhsil alan şəxs və doktorant termini doktoranturada pilləsində təhsil alan şəxs mənasında işlənir; akademik dərəcə - yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri əsasında müvafiq təhsil proqramlarını mənimsəmiş təhsilalana təhsil müəssisəsinin verdiyi dərəcədir; akademik dövr - təhsil müəssisəsinin müstəqil şəkildə semestr formasında təyin etdiyi təlim müddətidir (dövrüdür); akademik mobillik - təhsilalanların və ya müəllimlərin təhsil almaq, müəllimlərin digər təhsil müəssisələrində tədris işi ilə və ya tədqiqat işləri aparmaq məqsədi ilə müəyyən akademik dövr, yəni semestr və ya tədris ili ərzində digər ali təhsil müəssisəsinə (istər ölkə daxilində və ya xaricdə) yerdəyişməsidir; akademik saat - dərs məşğələlərinin (auditoriya işi) bütün növləri üzrə cədvəl və ya ayrıca təsdiq edilmiş qrafiklə təhsilalanın təhsil verənlə birgə işlədiyi (ünsiyyətdə olduğu) vaxtdır; Bir akademik saat 45 dəqiqədir;

Page 6: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

6

akademik sərbəstlik - təhsil prosesinin subyektlərinə, seçilmiş fənlər üzrə təhsilin məzmununu müstəqil təyin etmək üçün, təlimin əlavə növləri və tələbələrin, professor-müəllim heyətinin (təhsil verənlərin) yaradıcı inkişafı üçün imkanların yaradılması məqsədilə təhsil fəaliyyətinin təşkili və təlimdə innovativ texnologiyaların və metodların tətbiq edilməsi üçün verilmiş səlahiyyətlər toplusudur; akademik təqvim - tədris ili ərzində qeyri iş günləri (tətil və bayramlar) göstərilməklə, tədris və yoxlama tədbirlərinin, peşə təcrübələrinin keçirilmə təqvimidir; aktiv paylama materialları (APM) - mövzunun yaradıcı və uğurla mənimsənilməsi üçün təhsilalanı həvəsləndirmək məqsədilə dərslərdə paylanılan illustrasiyalı əyani materiallardır; aralıq yoxlama - bir tədris fənninin bölməsinin (modulunun) başa çatması ilə əlaqədar təhsilalanın əldə etdiyi mənimsəmə səviyyəsinin yoxlanılması deməkdir; Avropa Kredit Transferi (köçürülməsi) və Toplanması Sistemi (AKTTS) - hər hansı təhsil proqramının (fənlər, kurslar, modullar) məqsədinə çatmaq üçün tələb olunan tələbə iş yükünə və bir akademik il ərzində əyani şöbə tələbəsinin iş yükünün 60 kredit təşkil etməsi prinsipinə əsaslanan tələbə-yönümlü kredit sistemidir.

Page 7: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

7

Avropada hər hansı tam həcmli təhsil proqramının tələbə iş yükü əksər hallarda adi davamiyyət müddəti olan təhsil proqramları üçün (yəni yay tətilləri olan) təqribən 1500 saatdan - 1800 saatadək təşkil edir. Kreditlər rəsmi tədris planı əsasında bölüşdürülür; bilik - faktların, elmi ideyaların, anlayışların, prinsiplər və qaydaların, konsepsiyaların və nəzəriyyələrin anlaşılması, yadda saxlanılması və yenidən ifadə edilə bilməsidir; bacarıq - praktikada bilikləri tətbiq etməyin üsullarını bilmək deməkdir; fənnin tədris proqramı (SİLLABUS) - öyrənilən fənnin təsvirini, məqsəd və vəzifələrini, onun qısa məzmununu, mövzuları və onların öyrənilmə müddətini, tələbələrin əldə etməli olduğu bilik və bacarıqları, müstəqil iş üçün tapşırıqları, məsləhət saatlarını, təhsilalanların biliklərinin yoxlanılma cədvəlini, müəllimin tələblərini, təhsilalanın biliklərinin qiymətləndirilmə meyarlarını və ədəbiyyatın siyahısını özündə əks etdirən proqramıdır; formal nöqteyi-nəzərdən sillabus müəllim və tələbə arasında imzalanan “müqavilədir” və o, mütləq icra edilməlidir; bu “müqavilədə” tədris olunan fənnin strukturunun və prosesinin əsas elementləri (tərkib hissələri), o cümlədən bu prosesin reallaşdırılmasının müvafiq şərtləri və öhdəlikləri tam göstərilməlidir;

Page 8: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

8

fənnin təsviri - tədris olunan fənnin məqsədlərini, vəzifələri və məzmununu yığcam şəkildə (yəni 5-8 cümlə ilə) əhatə etməlidir; fərdi tədris planı - ümumi tədris planı və seçmə fənlər kataloqunun əsasında məsləhətçinin köməyi ilə təhsilalan tərəfindən hər bir tədris ili üçün müstəqil tərtib olunan plandır; ikidiplomlu təhsil - iki eyniqüvvəli diplom və ya bir əsas və ikinci əlavə diplomun alınması məqsədilə iki tədris planı (təhsil proqramları) üzrə paralel təhsil almaq imkanıdır; işçi tədris planı – ixtisasın tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərinin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir; kompetensiya - fənnin mənimsənilməsi nəticəsində əldə olunan bilik, bacarıq və vərdişlərin praktiki tətbiqidir. Ümumi kompetensiyalar bilik üzərində əsaslanmış müasir cəmiyyətdə peşəkar və şəxsi sahədə özünü uğurla reallaşdırmaq üçün lazım olan şəxsi, metodiki və sosial kompetensiyalardır. Fənn kompetensiyaları fənn bacarıqlarının mənimsənilməsini təmin edən nəzəri, praktiki və/və ya eksperimental biliklər və bacarıqlar deməkdir;

Page 9: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

9

təhsil krediti - təhsilalanın/müəllimin tədris işinin həcmini müəyyənləşdirmək üçün ümumi ölçü vahididir. O, müəyyən təlim nəticələrini əldə etmək üçün tələb olunan vaxt baxımından tələbənin iş yükünü ölçmək üçün istifadə olunan “ölçü vahidi”-dir. Təhsil krediti işçi heyətə və tələbələrə zaman baxımından ölçülən təlim nəticələrinə nail olmaq və müvafiq iş yükü üzərində əsaslanan biliyin həcmini və səviyyəsini qiymətləndirməyə imkan verir. Təhsil krediti eyni zamanda xüsusi səviyyədə nəzərdə tutulmuş təlim nəticələrinə iş-əsaslı öyrənmə və ya əvvəlki tədris və ya kurs işi vasitəsilə təsdiqlənmiş bilik səviyyəsinə nail olmanın tanınması kimi də təqdim edilə bilər. Təhsil müəssisəsi tərəfindən bəzi hallarda kreditin təhsil proqramının bir hissəsi kimi tanınması üçün onun müəyyən müddət ərzində təltif edilməsi tələbinin irəli sürülməsinə baxmayaraq, yığıldıqdan sonra, kredit adətən itirilə bilməz. Kreditlərin müəyyən müddətdən sonra itirilməsi halına bilik və vərdişlərin sürətlə dəyişdiyi fənn sahələrində, məsələn, informatika, tibb və s. rast gəlinə bilər; modul - tədris olunan fənn (kurs) və ya fənlərin (kursların) hissələrinin məcmusudur. Proqramın ümumi strukturunda bu məcmunun hissələri bir-biri

Page 10: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

10

ilə məntiqi surətdə qarşılıqlı əlaqəli və bütövlükdə proqramın məqsəd və vəzifələrinə uyğun olmalıdır. Hər modula müvafiq kreditlərin müəyyən edilmiş sayı, modul üzrə təklif olunan bilik və ya bacarıqlara yiyələnməyə nəzarət uyğun gəlməlidir. Modullardan istifadə müxtəlif fənlərin yanaşmalarını özündə birləşdirməli olan fənlərarası proqramlar üçün səmərəlidir. Bu fənlərə uyğun olaraq müvafiq modullar yaradılır. Misal üçün, magistraturada, proqramın baza hissəsini dəyişməz saxlayıb yalnız modulları dəyişərək müxtəlif ixtisaslaşmalar yaratmaq mümkündür; müəllimin rəhbərliyi altında təhsilalanın müstəqil işi (MRATMİ) - təsdiq edilmiş cədvələ əsasən müəllimin rəhbərliyi altında təhsilalanın auditoriyadankənar işi deməkdir; təhsilalanın kateqoriyasından asılı olaraq, o, aşağıdakılara bölünür:

müəllimin rəhbərliyi altında tələbənin müstəqil işi - MRATMİ, müəllimin rəhbərliyi altında magistrantın müstəqil işi (MRAMMİ) və müəllimin rəhbərliyi altında doktorantın müstəqil işi (MRADMİ); postrekvizit fənn - hər hansı fənnin postrekvizit fənni elə bir fəndir ki, onun tədrisi üçün sözügedən fənnin mənimsənilməsi başa çatdıqdan sonra əldən olunan biliklər, bacarıqlar və vərdişlərdən istifadə olunur;

Page 11: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

11

prerekvizit fənn - tədris olunan fənnin mənimsənilməsi üçün zəruri olan bilikləri, bacarıq və vərdişləri özündə əks etdirən fənlərdir; Registratorun ofisi (təhsilalanın-geydiyyat şöbəsi) - təhsilalanın tədris nailiyyətlərinin bütün tarixçəsinin qeydiyyatı ilə məşğul olan və onun biliklərinin yoxlanılmasının bütün növlərinin təşkilini və onun akademik reytinqinin hesablanmasını təmin edən bir strukturdur; seçmə fənlər - ümumi təhsil proqramı və təyin edilmiş kreditlər çərçivəsində məcburi fənlərə əlavə olaraq tələbə tərəfindən seçilən fənlərdir. O, tələbənin ixtisaslaşmasını gücləndirmək məqsədi daşıyır; tədris fənninə (proqramına) yazılma (qoşulma) - təhsilalanların tədris fənlərinə öncədən yazılma prosedurudur; tədris nailiyyətlərinin bal və hərflə qiymətləndirilməsi - beynəlxalq praktikada qəbul olunmuş rəqəmli ekvivalenti olan və təhsilalanların reytinqini müəyyənləşdirməyə imkan verən bir sistemdir; tədris planı - tədris olunan fənlərin siyahısını və həcmini, onların öyrənilmə ardıcıllığını və yoxlamanın formalarını tənzimləyən sənəddir; təhsilalanın akademik reytinqi - tələbələrin fənlər üzrə aralıq qiymətləndirmənin

Page 12: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

12

(attestasiyasının) nəticələri əsasında tərtib olunmuş tədris proqramını mənimsəməsi səviyyəsinin kəmiyyət göstəricisidir; təhsilalanın müstəqil işi (TMİ) - müstəqil öyrənilmə üçün ayırılmış, tədris-metodiki ədəbiyyat və tövsiyələrlə təmin edilmiş, testlər, yoxlama işləri, kollokviumlar, referatlar, inşalar və hesabatlar formasında görülən işdir; təhsilalanların kateqoriyasından asılı olaraq, o, tələbənin müstəqil işinə (TMİ), magistrantın müstəqil işinə (MMİ) və doktorantın müstəqil işinə (DMİ) bölünür; T/BMİ-nin bütün həcmi təhsilalandan gündəlik müstəqil iş görülməsini tələb edən tapşırıqlarla təsdiq edilir; təhsilalanların aralıq qiymətləndirilməsi - fənnin tədrisi prosesində onun bir hissəsinin və ya hamısının təhsilalan tərəfindən mənimsənilməsinin keyfiyyətini qiymətləndirmək məqsədilə imtahan sessiyası ərzində həyata keçirilən prosedurdur; təhsilalanların mənimsəmə prosesinə cari nəzarət - akademik dövr (müddət) ərzində auditoriya və auditoriyadankənar məşğələlərdə müəllim tərəfindən tədris proqramına uyğun olaraq aparılan, təhsilalanın biliklərinin sistematik yoxlanılması deməkdir; təhsilalanların tədris nailiyyətləri - tədris prosesində təhsilalan tərəfindən əldə olunan və şəxsiyyətin inkişaf səviyyəsini əks etdirən biliklər,

Page 13: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

13

bacarıqlar, vərdişlər və kompetensiyalar (səriştələr) deməkdir; təhsilalanların tədris nailiyyətlərinə nəzarət - təhsilalanın tədrisdəki nailiyyətlərinə nəzarət ali təhsil müəssisəsi tərəfindən müstəqil müəyyənləşdirilən, yoxlama (cari, aralıq və yekun) və qiymətləndirmənin (attestasiyanın) müxtəlif formalarının köməyi ilə təhsilalanın biliklərinin səviyyəsinin yoxlanılmasıdır; təhsilalanların yekun qiymətləndirillməsi (attestasiyası) - dövlətin təhsil standartlarında nəzərdə tutulan tədris fənlərinin mənimsənilməsi həcmini müəyyənləşdirmək məqsədilə həyata keçirilən prosedurdur; təlimin kredit texnologiyası - təhsilalanın və müəllimin tədris işinin həcmini müəyyənləşdirmək üçün vahidləşdirilmiş ölçü vahidi kimi kreditdən istifadə edərək, təhsilalan tərəfindən fənlərin öyrənilməsi ardıcıllığını seçmək və müstəqil planlaşdırmaq əsasında təlim (təhsil) deməkdir; transkript - kreditlərin və qiymətlərin göstərilməsi şərti ilə təhsilin müvafiq dövrü üçün mənimsənilmiş fənlərin siyahısını özündə əks etdirən sənəddir; tyutor - hər hansı konkret bir fənnin mənimsənilməsi üzrə tələbənin akademik məsləhətçisi rolunda çıxış edən müəllimdir;

Page 14: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

14

vərdiş - çoxsaylı təkrarlamalar nəticəsində avtomatlaşdırılmış səviyyəyə çatdırılmış bacarıqlardır; yaradıcılıq - fəaliyyəti yeni biliklərin, bacarıqların, vərdişlərin və münasibətlərin yaradılması prosesidir; yekun yoxlama - aralıq qiymətləndirmə (attestasiya) dövründə imtahan formasında keçirilən və tədris fənni proqramının təhsilalan tərəfindən mənimsənilməsinin keyfiyyətini qiymətləndirmək məqsədilə keçirilən, təhsilalanın tədrisdəki nailiyyətlərinin yoxlanılması deməkdir. Əgər fənn bir neçə akademik dövr ərzində öyrənilirsə, onda yekun yoxlama həmin akademik dövr ərzində öyrənilmiş hissələr üzrə aparıla bilər.

Page 15: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

15

2. Ümumi xarakterli metodiki tövsiyələr

Tədris olunan fənlərinin sillabuslarının hazırlanması üzrə metodiki tövsiyələr təhsilin kredit sistemi üzrə tədris prosesinin təşkilolunma qaydalarının nəzərə alınması ilə verilmişdir. Sillabusların hazırlanması üzrə müəllimlərə metodiki köməyin göstərilməsi məqsədi ilə, hər bir struktur komponentini müşayiət edən təfsilatlı metodiki tövsiyələr təklif olunur. Sillabusun hər bir struktur elementi ardıcıl surətdə aşağıda təqdim oluna bilər. 2.1. Müəllimin/tədris edənin adı, soyadı, elmi dərəcəsi (əgər varsa), elmi ad (əgər varsa); tutduğu vəzifə, əlaqə məlumatı; elmi maraqları Sillabusun bu struktur hissəsini yazarkən, müəllimin fərdi cəhətləri və peşəkar keyfiyyətləri barədə təəssürat yaradan, müəllim haqqında yuxarıda qeyd olunmuş məlumata istinad edilməsi tövsiyə olunur. Bəzi hallarda sillabusa (məsələn, magistrantlar və doktorantlar üçün sillabus, yaradıcı (incəsənət) və dil fənləri və sairə ilə bağlı fənlər üzrə sillabuslara) müəllim haqqında, onun magistrantlara və doktorantlara rəhbərlik etməsi barədə, xarici dili bilmələri və digər mühüm məlumatlar da əlavə oluna bilər.

Page 16: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

16

Qeyd: Müəllim haqqında məlumatın ümumi həcmi səhifənin ¼ hissəsindən çox olmamalıdır.

2.2. Tədris olunan fənnin (modulun) adı, kodu və onun öyrənilməsinə ayırılmış kreditlərin sayı Tədris olunan fənninin adı sillabusa daxil edilməlidir. İşçi tədris planındakı hər bir tədris fənninin təkrarlanmayan adı olmalıdır. Bədən tərbiyəsi və dil fənləri istisna təşkil edə bilər. Tədris olunan fənninin kodu qəbul edilmiş vahid kodlaşdırma sisteminə uyğun olaraq işçi tədris planında müəyyənləşdirilir. Kodlaşdırma işçi tədris planının hər bir fənninə hərf (latın əlifbasının 2-4 baş hərfləri) və rəqəm (üç- və ya dördrəqəmli, birinci rəqəm təhsilin alındığı ili göstərmək şərtilə) şəklində simvollarla ifadə olunmuş müvafiq kodun verilməsini nəzərdə tutur. Məsələn, ümumtəhsil fənləri olan Azərbaycan tarixi (1-ci tədris ilində öyrənilir), fəlsəfə (2-ci tədris ilində öyrənilir), informatika (1-ci tədris ilində öyrənilir), ekologiya (3-cü tədris ilində öyrənilir), rus dili (1-ci tədris ilində öyrənilir) işçi tədris planında aşağıdakı qaydada kodlaşdırıla bilər: AT 1101, FL 2102, INF 1103, EKO 3104, RD 1105. Kreditlərin sayı işçi tədris planlarına əsasən göstərilir.

Page 17: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

17

2.3. Fənnin tədris olunma vaxtı və yeri Fənnin tədris olunma vaxtı və yeri (mühazirə zalının, auditoriyanın, laboratoriyanın və iş nömrəsi) təsdiqlənmiş dərs cədvəlinə uyğun olaraq müəyyənləşdirilir. Auditoriya məşğələləri (mühazirələr, seminar (praktiki) məşğələlər və sairə) icbari qaydada cədvələ salınır. Müstəqil iş auditoriyadankənar iş hesab olunur, cədvəl üzrə aparılır və mütləq sillabusa daxil edilir. 2.4. Tədris olunan fənnin prerekvizitləri və postrekvizitləri Prerekvizitlər öyrənilən fənnin mənimsənilməsi üçün zəruri olan bilikləri, bacarıq və vərdişləri özündə əks etdirən fənlər deməkdir. Tövsiyə olunur ki, sözügedən fənnin öyrənilməsinə giriş (başlanğıc) olan fənlər göstərilməklə yanaşı, təklif olunan fənnin mənimsənilməsini xeyli dərəcədə asanlaşdıran mövzuların adları, konkret biliklər və bacarıqlar imkan daxilində sadalansın. Postrekvizitlər, onların öyrənilməsi üçün sözügedən fənnin öyrənilməsi başa çatdıqdan sonra əldə olunan biliklər, bacarıqlar və vərdişlərin zəruri olduğu fənlərdir.

Page 18: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

18

2.5. Tədris olunan fənnin xarakteristikası Tədris olunan fənninin xarakteristikasına aşağıdakılar daxildir: fənnin təyinatının kompetensiya terminləri ilə

təsvir edilmiş tərifi; fənnin öyrənilməsinin məqsəd və vəzifələri; qısa məzmunu; fənnin tədris planı.

2.5.1. Tədris fənninin təyinatı Tədris fənninin təyinatının müəyyənləşdirilməsi gələcək mütəxəssislərin peşəkar hazırlığının strukturunda onun yerinin müəyyənləşdirilməsi deməkdir. Sillabusda aşağıdakı suallara aydın və dolğun şəkildə cavab vermək lazımdır: Bu və ya digər ixtisas üzrə təhsil alarkən bu

fənni nə üçün öyrənmək vacibdir? Bu fənnin məzmununu mənimsədikdən sonra

təhsilalan hansı kompetensiyalara (biliklər, vərdişlər və onların praktiki tətbiqi) yiyələnəcəkdir?

Tədris olunan fənnin təyinatını konkret və aydın müəyyənləşdirmək tövsiyə olunur.

Page 19: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

19

2.5.2. Fənnin öyrənilməsinin məqsədi Təlimin məqsədi aşağıdakılar deməkdir: 1) təhsilalanların tədris fəaliyyətinin planlaşdırılmış nəticəsi; 2) tədris prosesinin qarşısında duran məsələlər və yerdə qalan komponentlərinin hamısı; 3) Bu fənn nəyin formalaşdırılmasını nəzərdə tutur? Təhsilin (təlimin) məqsədi elə ifadə olunmalıdır ki, ona nail olmanın səviyyəsini ölçmək mümkün olsun. 2.5.3. Fənni öyrənməyin məqsəd və hədəfləri Məqsəd və hədəflər tədris proqramına uyğun olaraq tərtib olunur. Məqsəd və hədəfləri diaqnostik formatda ifadə etmək lazımdır. Diaqnostik qoyulmuş məqsəd və hədəflər mücərrəd hərəkətləri deyil, təhsilalanın konkret nəticələrini təsvir etməlidir (bilmək..., anlamaq..., tətbiq etmək... və sairə).

2.5.4. Tədris olunan fənnin məzmunu Tədris olunan fənnin məzmunu uğurlu peşəkar fəaliyyət üçün lazım olan bu və ya digər kompetensiyaların əldə olunmasına imkan verən elmi biliklər, bacarıqlar və vərdişlər sistemi deməkdir. Tədris olunan fənnin məzmununu sillabusda təhsilalan üçün daha cəlbedici və peşəkar hazırlıq baxımından

Page 20: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

20

daha vacib olan mövzuları əks etdirməklə yığcam şəkildə müəyyənləşdirmək tövsiyə olunur. Tədris olunan fənnin məzmununun mənimsənilməsi o yekun nəticə və ya müasir terminologiya qeyd olunan kompetensiyalardır ki, onlar bilavasitə (auditoriya məşğələləri, MRATMİ, MRAMMİ, MRADMİ) və ya dolayısı müəllimlə qarşılıqlı ünsiyyətin (TMİ, fənn üzrə ədəbiyyatla iş, proqram və multimediya vasitələriylə müşayiət və s.) gedişatı zamanı formalaşdırılmalıdır. Ali məktəbin real (faktiki) tədris prosesində təhsilin (təlimin) nəticəsi bunlardan ibarətdir: peşə (ixtisas) çərçivəsində əldə olunan kompetensiyalar (biliklər, bacarıqlar və vərdişlər) və tələbələrin yaradıcılıq fəaliyyətlərinin inkişafı. 2.5.5. Fənnin öyrənilməsi planı Tövsiyə olunur ki, fənnin öyrənilməsi planında mövzular nümunəvi və /və ya işçi tədris proqramının və seçmə fənlər siyahısının (kataloqunun) məzmununa istiqamətlənərək tərtib olunsun. Mövzuların seçmə fənlər siyahısında və sillabusdakı ifadəsi fənnin seçimi zamanı təhsilalanlarda maraq oyatmalı və qarşıda duran tədris-öyrənmə fəaliyyətinə motivasiyalandırmalıdır. Fənnin öyrənilməsi planı elə cədvəl formasında tərtib olunmalıdır ki, orada həftənin nömrəsi, mövzunun adı, təlimin təşkili formaları və bu və ya digər mövzuların

Page 21: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

21

öyrənilməsinə ayrılmış saatların sayı, həmçinin Təhsilalanların Müstəqil İşləri – Tələbənin Mİ, Magistrantın Mİ və ya Doktorantın Mİ üçün verilmiş tapşırıqların qısa siyahısı da göstərilsin. Cədvəl. Fənnin öyrənilmə planı Həftənin sıra sayı

Mövzunun adı

Təlimin təşkili formaları və saatların miqdarı

TMİ üçün (TMİ, MMİ, DMİ) tapşırıqlar

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Page 22: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

22

2.6. Məşğələlərin forması Məşğələlər əsasən fəal/interaktiv və yaradıcı formalarda keçirilməlidir. Bu baxımdan təlimin ən səmərəli təşkil formaları mühazirələr, seminarlar, laboratoriya məşğələləri, işgüzar və simulyasiya oyunları, treninqlər, kompüter və telekommunikasiya texnikasının istifadəsi ilə keçirilən məşğələlər və sairədən ibarətdir. Məşğələlərdə tətbiq edilən tədris metodları təhsilalanların tədris-öyrənmə fəaliyyətinin aktivləşdirilməsi və stimullaşdırılmasına yönəlməlidir. Kredit sistemi üzrə təhsil təhsilalanlarda özünütəhsil qabiliyyətinin inkişaf etdirilməsini tələb edir. Buna görə də, Təhsilalanın Müstəqil İşi tədrisin mühüm təşkil formasına çevrilir. Təhsilalanın müstəqil işi – müstəqil öyrənilmə üçün ayrılmış, tədris-metodiki ədəbiyyatla (tədris-metodiki vəsaitlərlə) və tövsiyələrlə təmin edilmiş mövzular (tapşırıqlar) siyahısı üzrə görülən, testlər, yoxlama işləri, kollokviumlar, referatlar, inşalar, hesabatlar və sairə formasında görülən işdir. Təhsilalanların kateqoriyasından asılı olaraq, Təhsilalanın müstəqil işi tələbənin müstəqil işinə, magistrantın müstəqil işinə, doktorantın müstəqil işinə bölünür.

Page 23: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

23

TMİ-nin effektivliyi bir çox faktorlardan asılıdır: tədris-metodiki təminatın (tədris-metodiki

vəsaitlərin, TMİ üçün tapşırıqlar toplusu və sairə) keyfiyyəti;

təhsilalanların motivasiyası; müstəqil işləyə bilmək bacarığı; informasiya mənbələri – çap mənbələri, internet

və sairə kimi mənbələrlə işləyə bilmək vərdişlərinə yiyələnmə səviyyəsi;

TMİ-nin təşkili və sairə. Qeyd edək ki, “təhsilalanın müstəqil işi” anlayışının pedaqogikada mənaca bir-birinə yaxın olan bir neçə açıqlaması var. Məsələn: O, xüsusi ayrılmış vaxtda qarşıya qoyulmuş

məqsədə nail olmaq üçün təhsilalanın müəllim tərəfindən təşkil edilmiş istənilən fəaliyyətidir: biliklərin axtarışı, onların dərk edilməsi, möhkəmləndirilməsi, bacarıq və vərdişlərin formalaşdırılması və inkişafı, biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi.

O, təhsilalanların planlaşdırılan, müəllimin tapşırığı və metodiki rəhbərliyi ilə, lakin onun bilavasitə iştirakı olmadan həyata keçirilən (yerinə yetirilən) işidir.

Page 24: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

24

Təhsilalanın müstəqil işi üçün aşağıdakıları bilmək lazımdır: onu kim planlaşdırır və təşkil edir – müəllim,

yoxsa təhsilalanın özü; o nəyə istiqamətlənib və hansı məqsədləri

güdür; o harada həyata keçirilir – auditoriyada,

laboratoriyada, kitabxanada, evdə, kompüter sinifində və sairə;

təhsilalanların müstəqillik səviyyəsi nə qədər yüksəkdir.

TMİ-nin bir hissəsi mütləq müəllimin rəhbərliyi altında icra edilməlidir. Müəllimin rəhbərliyi altında təhsilalanın müstəqil işi – MRATMİ- tədris məşğələlərinin ümumi cədvəlinə daxil olmayan ayrıca qrafik üzrə həyata keçirilir. MRATMİ-yə tədris proqramının ən çətin məsələləri üçün konsultasiyalar, ev tapşırıqlarının yerinə yetirilməsi, kurs və semestr işlərinə nəzarət, hesabatlar və TMİ-nin digər tapşırıqları üzrə məsləhətlər daxildir. TMİ üçün tapşırıqlar müxtəlif ola bilər: dərsliklə, məqalələrlə, sorğu ədəbiyyatıyla,

ilkin mənbələrlə, yəni çap olunmuş materialla

Page 25: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

25

elə iş ki, o, referat, esse, məlumatlar, annotasiyalar, resenziyalar, inşalar və sairə formasında yerinə yetirilir;

məsələlərin həlli və çalışmaların yerinə yetirilməsi, biliklərin və bacarıqların yaradıcı tətbiqi və sairə.

Müəllimlərin diqqətini ona yönəltmək lazımdır ki, TMİ-nin uğuru üçün aşağıdakı şərtlərə riayət edilməsi zəruridir: TMİ üçün tapşırıqların məqsədləri təhsilalanlar

üçün aydın olmalıdır; TMİ üçün tapşırıqlar anlaşılan olmalıdır,

onların icra edilmə alqoritmləri və metodiki tövsiyələri verilməlidir;

Təhsilalanın Müstəqil İşinə nəzarətin formaları, qiymətləndirmə meyarları və təhvil verilmə müddətləri aydın şəkildə müəyyənləşdirilməli, o cümlədən qabaqcadan tələbələrə bildirilməlidir.

TMİ-nin uğurla təşkili üçün təhsilalanların dərsliklər, dərs vəsaitləri və tədris-metodiki vəsaitlərlə təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Page 26: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

26

2.7. Ədəbiyyatın siyahısı Ədəbiyyatın siyahısında məcburi və əlavə öyrənilmə üçün nəzərdə tutulan ədəbiyyatı xüsusi qeyd etmək tövsiyə olunur. 2.7.1. Məcburi/əsas ədəbiyyat (internet resursları daxil olmaqla) Məcburi öyrənilmə üçün nəzərdə tutulmuş ədəbiyyatın siyahısına, müəllimin fikrincə tədris fənninin məzmununu maksimum dərəcədə tam əhatə edən 3-5 əsas dərslikləri və ya dərs vəsaitlərini salmaq lazımdır. Məsləhət olunur ki, məcburi öyrənilmə üçün nəzərdə tutulmuş mənbələr aşağıdakı tələblərə cavab versin: məzmun nümunəvi və ya işçi tədris proqramlarına uyğun olmalıdır; elmin və tədris fənninin müasir tələblərinə uyğun olmalıdır; nəşr illəri yol verilən köhnəlmə müddətlərindən kənara çıxmır və sairə; Əsas ədəbiyyatın adlarının ən çox sayı beşdən artıq olmamalıdır. 2.7.2. Əlavə ədəbiyyat (internet resursları daxil olmaqla) Əlavə ədəbiyyat siyahısına, məcburi ədəbiyyatın məzmununu tamamlayan 3-5 ən əhəmiyyətli mənbələrin adlarını salmaq tövsiyə olunur.

Page 27: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

27

2.8. Təhsilin nəticələrinə nəzarət və qiymətləndirmə Hər bir tədris fənni üzrə təhsilalanın mənimsəmə səviyyəsinə tam nəzarət təhsilalanlara cari nəzarətdən, aralıq və yekun attestasiyadan (imtahandan) ibarətdir. Təhsilalanların mənimsəmə səviyyəsinə cari nəzarət aparılan məşğələlərdə cədvələ uyğun olaraq müəllim tərəfindən təhsilalanların biliklərinin sistematik (mütəmadi) yoxlanılması deməkdir. Beləliklə, təhslalanların mənimsəməsinə cari nəzarət fənni tədris edən müəllim tərəfindən, həmin fənnin öyrənilməsinin gedişatı zamanı həyata keçirilir. Onun məqsədi - nəzəri tədris materialının anlaşılmasının və mənimsənilməsinin, praktiki məsələlərin həlli zamanı nəzəri biliklərdən istifadə edə bilmək bacarığının və sairənin - sistematik (mütəmadi) yoxlanılması deməkdir. Cari yoxlamanın imkanları hədsiz drəcədə böyükdür. Onlara təhsilin motivasiyası, tədris-öyrənmə fəaliyyətinin stimullaşdırılması, təhsilalanlara fərqli yanaşma, təhsilin fərdiləşməsi və sairə daxildir. Ehtiyac olduqda, cari nəzarətin (yoxlamanın) metodları sillabusda konkret müəəyyənləşdirilə bilər. Məsələn: şifahi yoxlama (sorğunun, söhbətin, məruzənin, mətn oxunmasının, verilmiş mövzu üzrə məlumat vermə və sairənin gedişatı zamanı);

Page 28: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

28

yazılı yoxlama (yazılı formada yoxlama işi, yazılı şəkildə inşa, referat, verilmiş mövzu üzrə materialın açıqlanması və sairə); qarışıq formalı yoxlama; təhsilalanın müstəqil işinin prezentasiyası; praktiki yoxlama (praktikumlarda, praktikanın bütün növlərinin gedişatı zamanı görülən işlər); test yoxlaması və sairə. Yekun nəzarət (yoxlama) tələbələr tərəfindən tədris proqramının mənimsənilmə keyfiyyətini qiymətləndirmək məqsədilə təhsilalanların tədris nailiyyətlərinin yoxlanılmasıdır. O, aralıq yoxlama dövründə imtahan formasında keçirilir. Əgər fənn bir neçə akademik dövr (müddət) ərzində öyrənilirsə, onda yekun yoxlama fənnin həmin akademik dövrdə öyrənilən hissəsi üzrə keçirilə bilər. Yekun yoxlamanın məqsədi ümumilikdə tədris fənninin mənimsənilməsini, tədris materialının anlaşılmasını, tədris materialının məzmununu, onun məntiqini və sairəni üzə çıxarmalıdır. Ali məktəbdə yekun yoxlama imtahanların verilməsi formasında həyata keçirilir. Yoxlama mütləq bilik, bacarıq və vərdişlərin qiymətləndirilməsi ilə əlaqədardır. “Biliklərin qiymətləndirilməsi” tələbələrin əldə etdiyi bilik, bacarıq və vərdişlərin tədris proqramında təsvir

Page 29: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

29

olunmuş etalon (standart) göstəricilərlə müqayisəsi prosesidir. “Qiymətləndirmənin məqsədi” təhsilalanların mənimsəmə səviyyəsini müəyyənləşdirmək, tədris-öyrənmə fəaliyyətini stimullaşdırmaq və istiqamətləndirməkdir. Qiymətləndirməyə dair əsas tələblər bunlardır: obyektivlik, aşkarlıq və aydınlıq, səmərəlilik, hərtərəflilik, əhəmiyyətlilik və etibarlılıq. “Yoxlanılmanın bütün növləri üzrə təhsilalanların tədris nailiyyətlərinin qiymətləndirilməsi”, yəni mənimsəmə səviyyəsinə tam nəzarət - cari, aralıq və yekun imtahanı vasitəsilə - bal-hərf reytinq sistemi üzrə həyata keçirilir. Cədvəl. Təhsilalanların tədris nailiyyətlərinin, dördballıq sistem üzrə rəqəmli ekvivalentinə uyğun gələn qiymətləndirmənin hərfi sistemi

hərfi sistem üzrə qiymət

rəqəmli ekvivalent

% faiz tərkibi

ənənəvi sistem üzrə qiymət

А 3,64 - 4,00 91-100 əla В 3,24 - 3,60 81-90 çox yaxşı С 2,84 – 3,20 71-80 yaxşı D 2.44 - 2,80 61-70 kafi E 2,04 – 2.40 51-60 qənaətbəxş F 0 - 2,00 0-50 qeyri-kafi

Fənnin öyrənilməsi başa çatdıqdan sonra yekun qiymət qoyularkən aşağıdakı müddəaların nəzərə alınması tövsiyə olunur:

Page 30: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

30

“Əla” qiymət “A” hərfi ilə işarə olunur və proqram materialının sistemli, tam, dəqiq və möhkəm mənimsənilməsinə görə verilir. Bu halda, səhvlərə və qeyri-dəqiqliyə yol verilmir. “Çox yaxşı” “B” hərfi ilə işarə olunur və proqram materialını 81% - 90% səviyyəsində mənimsəmiş və əhəmiyyətsiz səhvlər və qeyri-dəqiqliyə yol vermiş təhsilalanın biliyinə verilir. “Yaxşı” “C” hərfi ilə işarə olunur və proqram materialını 71% - 80% səviyyəsində mənimsəmiş və cavablarda ayrı-ayrı boşluqlar (nöqsanlar) olan cavablara verilir. “Kafi” “D” hərfi ilə işarə olunur və proqram materialını 61% - 70% səviyyəsində mənimsəmiş və cavablarda bir sıra boşluqlar (nöqsanlar) və qeyri-dəqiqliyə olan cavablara verilir. “Qənaətbəxş” “E” hərfi ilə işarə olunur və proqram materialını 51% - 60% səviyyəsində mənimsəmiş, ciddi boşluqlar (nöqsanlar) və qeyri-dəqiqlikləri olan, lakin təhsilin davam etdirilməsi üçün maneə yaratmayan cavablara verilir. “Qeyri-kafi” “F” hərfi ilə işarə olunur və proqram materialını 0 – 50% səviyyəsində mənimsəmiş, proqram materialında ciddi boşluqları olan və kobud səhvlərə yol vermiş, təhsilin davam etdirilməsinə maneəçilik yaradan cavablara verilir.

Page 31: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

31

2.9. Tədris olunan fənnin siyasəti Tədris olunan fənnin siyasəti bu və ya digər fənnin öyrənilməsi zamanı müəllimin təhsilalana qarşı irəli sürdüyü tələblər sistemi ilə müəyyən edilir. Tələblər dərslərə davamiyyətə (dərs buraxmaların, gecikmələrin və sairənin yolverilməzliyi); dərsdə davranış qaydaları (fəal iştirak, tədris işinin zəruri minimum həddinin yerinə yetirilməsi, mobil telefonların söndürülməsi və sairə); həvəsləndirmə və töhmətləndirmə (ballar nəyə görə verilə və çıxıla bilər və sairə) məsələlərinə aid ola bilər.

Page 32: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

32

İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR 1. “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət

təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “26 aprel 2011-ci il tarixli, 656 nömrəli əmri ilə təsdiq edilmişdir.

2. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmişdir.

3. Tədris prosesi kredit sistemi ilə təşkil olunmuş orta ixtisas təhsili müəssisələrində fənlər üzrə sillabusların hazırlanmasına dair tövsiyələr. Azərbaycan Respublikası, Təhsil Nazirliyi. http://www.slideserve.com/shad-pickett/giri

4. Sadirkhanov, R., Squarzoni, A. “Bolonya prosesində istifadə edilən termin və anlayışların izahlı LÜĞƏTİ” , University of Genoa - OdlarYurdu Universiteti, Bakı, 2014, 112 səh. http://www.oyu.edu.az/uploads/files/Bolonya-lugeti.pdf

5. "TƏHSİL HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU, 2009-cu il. http://edu.gov.az/view.php?lang=az&menu=72&id=302

Page 33: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

33

ƏLAVƏ: sillabusun tərtib olunma variantı Aşağıdakı sillabusun tərtib olunma variantı Xəzər universiteti tərəfindən təqdim edilmişdir.

Xəzər Universiteti İqtisadiyyat və menecment departamenti

MGT 465 Strateji menecment fənninin SİLLABUSU

Fənni tədris edən müəllim: Prof. Məhəmməd Nuriyev, t.e.d

E-mail: [email protected] Tel.: +994 12 421 79 16 (248)

Elmi maraqları: Sistemli analiz və modelləşdirmə; təşkilati

davranış

Kreditlərin sayı: 6 AKTS

Tədris semestri: 2015/2016-cı tədris ilinin payız semestri

Tədris dili: İngilis

Məsləhət saatları: hər çərşənbə axşamı, saat 15:00

Prerekvizitlər: MGT310 Menecment və təşkilatçılıq

Postrekvizitlər: tələb olunmur

Tədris olunan fənnin xarakteristikası

Fənnin məqsədi:

“Strateji menecment” fənninin tədrisinin əsas məqsədi tələbələrdə strateji idarəetmənin əsas anlayışları, metodları və üsulları haqqında tam təsəvvür formalaşdırmaq, onlarda strateji baxış yaratmaq, idarəetmə düşüncəsi ilə təchiz etmək və

Page 34: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

34

onların müxtəlif biznes sahələrində idarəetmə fəaliyyətinə keçidinə dəstək olmaqdır.

Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar: Ümumi kompetensiyaları:

Təşkilati-idarəetmə qərarlarını tapa bilmək, təşəbbüskarlıq göstərərək sərbəst şəkildə optimal qərarlar qəbul etmək və onların məsuliyyətini öz üzərinə gotürməyə hazır olmaq;

Müstəqil işləməyi, məsuliyyət almağı, təşəbbüs göstərməyi, vaxtı səmərəli idarə etməyi bacarmaq;

Kollektivdə öz həmkarları ilə birgə işləmək.

Peşə kompetensiyaları: Strateji idarəetmə sahəsində nəzəriyyələri, əhəmiyyətli

faktları və prinsipləri dərindən mənimsəmək; Strateji idarəetmə məqsədləri üçün faydalı

informasiyanı qəbul etmək; araşdırmaq, ümumiləşdirmək və strateji hədəfləri düzgün müəyyən etmək;

Korporativ strategiyasının hazırlanmasını bacarmaq; Strateji təhlil metodlarına sahib olmaq.

Gözlənilən təlim nəticələri:

“Strateji menecment” tədris fənninin sonunda gözlənilən təlim

nəticələri:

Strateji menecmentə dair əsas anlayışlarını dərk etmək; Təşkilatın missiyasını hazırlamaq və qiymətləndirmək,

uzunmüddətli məqsədləri müəyyən etmək; Biznes strategiyaların müxtəlif növlərini izah etmək;

Page 35: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

35

Biznes imkanlarından səmərəli istifadə etmək üçün resurslardan istifadəni planlaşdırmaq;

Liderlik, təşkilati struktur, mədəniyyət və dəyişikliyin idarə olunmasının strateji menecmentdə rolunu qiymətləndirmək;

Strateji planı hazırlamaq və tətbiq etmək; Strateji planın yazılması üçün alternativ startegiyaların

hazırlanması və prioritetləşdirilməsi zamanı zəif və güclü tərəfləri, imkanlar və təhlükələri təhlil etmək;

Seçilmiş strategiyaların təşkilatın məqsəd və missiyalarına təsiri və nailiyyətlərini müəyyən etmək üçün onların nəticələrinin dəyərləndirmək.

Page 36: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

36

Həftənin sıra sayı

Mövzunun adı Təlimin təşkili formaları və saatların miqdarı

TMİ üçün (TMİ, MMİ, DMİ) tapşırıqlar

1 Strateji menecmentin mahiyyəti və məzmunu

Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 2 saat

Verilmiş təşkilatın strategiyası haqqında məlumatın onlayn axtarışı

2 Biznes baxışı və missiyası Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

Verilmiş təşkilatların missiyasının qiymətləndirilməsi

3 Xarici mühitinin qiymətləndirilməsi Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 7 saat

Verilmiş təşkilatın Rəqabətli profili matrisinin hazırlanması

4 Daxili mühitinin qiymətləndirilməsi Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 7 saat

Verilmiş təşkilatın Daxili amillərin qiymətləndirilməsi matrisinin hazırlanması

5 Uzun müddətli məqsədlər. Strategiyaların növləri. Qeyri-kommersiya və hökumət təşkilatlarında strateji idarəetmə.

Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 7 saat

Müxtəlif strategiyaların növlərə görə təsnif edilməsi

6 Strateji təhlil və seçim Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

Verilmiş təşkilatın güclü və zəif tərəfləri, imkan və təhlükələri əks etdirən matrisinin hazırlanması

7 Strategiyaların həyata keçirilməsi və idarəetmə

Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

Balans kartının hazırlanması

Page 37: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

37

8 Müəssisənin təşkilati strukturları, hər birinin müsbət tərəfləri və məhdudiyyətləri

Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 7 saat

Mövcüd təşkilati strukturun təhlil edilməsi

9 Strategiyaların həyata keçirilməsi: marketinq, maliyyə/mühasibat, tədqiqat və inkişaf

Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

Verilmiş təşkilatın maliyyə hesabatının təhlil edilməsi

10 Strateji idarəetmə və informasiya sistemləri

Mühazirə - 4 saat, Məşğələ - 2 saat

11 Strateji baxış, qiymətləndirmə və nəzarət

Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

Verilmiş təşkilatın strategiyanın qiymətləndirilməsinə dair hesabatının hazırlanması

12 Biznes etikası və sosial məsuliyyət Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

İki təşkilatın korporativ sosial məsuliyyət üzrə götürdüyü öhdəliyinin qarşılıqlı müqayisəsi

13 Liderlik və mədəniyyət Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

İki təşkilatın təşkilati mədəniyyətlərin qarşılıqlı müqayisəsi

14 Qlobal/beynəlxalq məsələlər Mühazirə - 4 saat, Məşğələ - 2 saat, TMİ – 6 saat

Müxtəlif ölkələrin mədəniyyətləri arasında fərqin müəyyən edilməsi

15 Praktiki məsələlərinin təhlili və təqdimatı

Məşğələ - 6 saat, TMİ – 12 saat

Praktiki məsələlərinin təhlili

Page 38: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

38

Təlim strategiyası: Dərsdə müxtəlif təlim metod və formalarından (məs. fərdi,

qruplarla iş ) və üsullarından (məs. müzakirə, praktiki məsələlərinin təhlili, beyin həmləsi, təqdimatlar və s.) istifadəsi

nəzərdə tutulur.

Əsas və əlavə ədəbiyyatın siyahısı: Strategic Management: concepts and cases, Fred R.

David, 15th edition, Pearson International Edition, 2014. ISBN 978-1292016894.

Contemporary Strategy Analysis and Cases: Text & Cases Robert M. Grant, 8th Ed, 2012.

Guidelines for preparing case analysis. (www.khazar.org/moodle)

Qiymətləndirmə forması: Aralıq imtahanı: 25 % Yekun imtahanı: 35 % Praktiki məsələlərinin təhlili: 15 % Sorğu-sual və praktiki tapşırıqlar: 25 %

Cəmi: 100 bal İmtahana hazırlaşarkən sillabusda göstərilmiş ədəbiyyatlara, o cümlədən internet mənbələrə müraciət etməklə yanaşı, dərslərdə götürülmüş qeydləri də öyrənmək lazımdır.

Tədris siyasəti və davranış Tədris prosesini daha səmərəli şəkildə qurmaq üçün Universitetinin Moodle onlayn fənn portalından istifadəsi nəzərdə tutulur. Bütün dərs materialları, o cümlədən, sillabus, əlavə oxu materialı, praktiki tapşırıqlar və sorğu-suallar onlayn portala yüklənəcək.

Page 39: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

39

Tələbələr bu kursun onlayn portalı mütəmadi olaraq izləməli, onlayn müzakirələrdə fəal iştirak etməli və hazırladıqlar praktiki tapşırıqları və sorğu-sualları onlayn yerinə yetirməlidirlər.

Page 40: Sillabusların hazırlanması üzrə tövsiyələr · 2015. 6. 16. · Fikrət ƏLİYEV, Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Müslim NƏZƏROV,

40

Ünvan: 45, Koroğlu Rəhimov küç., Bakı AZ1072 Web: www.oyu.edu.az