nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · nəzakət Əliyeva 2 elmi redaktor: - x əlil yusĠflĠ...

236
NƏZAKƏT ƏLĠYEVA MİRZƏ ŞƏFİ ŞƏRQ QƏRB ARAŞDIRMALARINDA GƏNCƏ – 2013

Upload: others

Post on 25-May-2020

14 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

NƏZAKƏT ƏLĠYEVA

MİRZƏ ŞƏFİ

ŞƏRQ QƏRB

ARAŞDIRMALARINDA

GƏNCƏ – 2013

Page 2: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

2

Elmi redaktor: - Xəlil YUSĠFLĠ

Filologiya elmləri doktoru,

əməkdar elm xadimi, professor

Ön sözün

müəllifi:

- Sədnik PAġAYEV

Filologiya elmləri doktoru,

əməkdar müəllim, professor

Rəyçilər: - Nəzmiyə AXUNDOVA

Filologiya elmləri namizədi,

dosent

- Afaq YUSĠFLĠ

Filologiya üzrə fəlsəfə doktoru

Kitab görkəmli Azərbaycan şair və mütəfəkkiri

Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik

yubileyinə həsr olunur.

ĠJBN 5 – 8066 – 1638 – 4

1401000000

655 (07) – 2004

«ELM » nəĢriyyatı.

Page 3: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

3

Ön söz Qədim və zəngin mədəni irsə malik olan Gəncə

şəhəri dünyaya ümumbəşəri dəyərlərin yaranmasında

müstəsna xidmətləri olan sənətkarlar vermişdir.

Onlardan biri də şair-filosof Mirzə Şəfi Vazehdir. XIX

əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi

Mirzə Şəfi Vazeh lirik-fəlsəfi, ictimai məzmunlu

aşiqanə qəzəlləri ilə bütün Şərq və Qərbə səs salmış,

“Divani-Hikmət” ədəbi məclisi ilə XIX əsr klassik

sənətkarları bir araya toplamış böyük bir ədəbi

cərəyanın yaranmasına və təşəkkül tapmasına səbəb

olmuşdur. Özünün həzin və məlahətli səsi ilə qəzəl və

rübailəri oxuyar, dinləyənləri feyziyab edərmiş

(“Şərqdə min bir gün” F.Bodenştedt).

Kərbəlayi Sadığın nəsil şəcərəsinin

davamçılarından olan müəllif oxuculara təqdim etdiyi

bu monoqrafiyada orijinal tədqiqlər və araşdırmalar

verir. Almaniyada M.Ş.Vazeh haqqında nəşr olunmuş

romanın mükəmməl tərcüməsi verilir. Fridrix

Bodenştedtin yazdığı bu romanın 113 il əvvəlki nəşri

əldə olunmuş və əsas yerləri tərcümə edilərək

monoqrafiyaya əlavə edilir. Fridrix Bodenştedtin

yazdığı “Şərqdə min bir gün” romanı Hermann

Ammon tərəfindən yenidən işlənmiş və təqribən 1900-

cü ildə Berlində Alman Ədəbiyyatı Həvəskarları

Cəmiyyətinin Nəşriyyatında çap edilmişdir. Romanın

XX fəslindən sonra səyahətlər və erməni həyatından

bəhs edilir. Odur ki, M.Ş.Vazehlə bağlı fəsillər

Page 4: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

4

Azərbaycan dilinə tərcümə edilərək monoqrafiyaya

daxil edilmişdir.

Monoqrafiyada coğrafi məkan olan Gəncə

mühiti, bu mühitin yetişdirdiyi ədəbi məclis və

cərəyanlar əhatəli və geniş təhlil edilir. Monoqrafiya

işlənərkən Azərbaycanın tanınmış alimlərinin ədəbi-

ictimai fikirləri mühüm yer tutur. Müxtəlif müəlliflər

tərəfindən və müxtəlif səpkidə yazılan yazılar

M.Ş.Vazeh əsərlərinin yüksək humanist məzmunu və

sənətkarlıq xüsusiyyətləri haqqında söylənən fikirlər,

verilən qiymətlər bir-birinə uyğun gəlir. Müəllif

M.Ş.Vazehin tədqiqatlarında Şərq ilə Qərbin

arasındakı fərqi izah etmiş, sənətkarın keçdiyi həyat

yoluna ümumi sevgi ilə yanaşmışdır. Gəncə torpağında

ədəbiyyatımızın klassik nümunələrini yaradan

M.Ş.Vazehin özündən sonra gələn nəsil səcərəsi

haqqında bir neçə faktı söyləmək istəyirəm. Kitabdakı

hadisələr zaman etibarilə iki əsrə yaxın bir dövrü əhatə

edir. Təbiidir ki, bu böyük zaman məsafəsi mənəvi-

əxlaqi dəyərləri zəngin olan şəxsiyyətərin yaranmasına

gətirib çıxarmışdır. Əliyevlər nəslində 40 nəfərə yaxın

dövlət və elm ocaqlarında çalışan, adını tarixə həkk

edən şəxsiyyətlər yetişmişdir. Bu elm və dövlət

adamlarının Gəncə torpağına bağlılığı, mütərəqqi

fikirlərin cəmiyyətdə yayılması üçün göstərdikləri

səylər danılmaz faktdır. Zəngin Azərbaycan

ədəbiyyatını 45 il zamanında ləyaqətlə təmsil edən, bu

xəzinədən götürülən hər misraya, hər sözə gözəl ahəng

qatan, natiqlik qabiliyyətini tələbələrinə aşılayan,

ləyaqətli insan Nəzakət Əliyevanın yazdığı

Page 5: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

5

monoqrafiya ədəbiyyatı sevərlər üçün qiymətli

vəsaitdir.

Monoqrafiyada XIX əsr Azərbaycan

ədəbiyyatında Mirzə Şəfi Vazeh poeziyasının

özünəməxsus nümunələri, tariximizin mühüm və ciddi

mərhələləri əks olunur. Canlı insan obrazları, taleləri

Mirzə Şəfiyə nəsib olmayan ailə səadəti və bəzi

cəhətlər geniş təhlil olunur.

Bu əsəri oxuyarkən qeyri-ixtiyari olaraq bu nəslə

mənsub olan insanların bir neçəsini xatırlayıram.

Xüsusilə Azərbaycan təhsil sistemində yorulmaz və

cəfakeş insan, XX əsr Azərbaycan ali təhsil və elmini

40 il layiqli surətdə idarə edən Mehdi Əliyev.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə

Bölməsinin sədri, əməkdar elm xadimi, güclü

təşkilatçılıq qabiliyyəti olan əsl vətəndaş, akademik

Fuad Əliyevin monoqrafiyada yer alması əsəri daha

da samballı etmişdir.

Monoqrafiyada XIX əsrin ədəbiyyatı, bu dövrün

şəxsiyyətlərinin Mirzə Şəfi Vazehlə yaxın əlaqələri

verilmişdir.

Böyük şair, filosof, çox savadlı müəllim XIX əsr

ədəbiyyatımızın yaradıcılarından biri, qərb aləmində

işıq saçan M.Ş.Vazehin əsərləri ədəbiyyatın qızıl

fonduna düşmüşdür. Monoqrafiya Ali məktəblər üçün

və dərs vəsaiti kimi ədəbiyyatşünaslığın xəzinəsini

zənginləşdirəcək.

Filologiya elmləri doktoru, əməkdar müəllim,

Professor Sədnik Paşa Pirsultanlı.

Page 6: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

6

Şəkil1. Əməkdar elm xadimi, akademik Fuad

Yusif oğlu Əliyev və Gəncə Dövlət Universitetinin

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri,

dosent Nəzakət Yusif qızı Əliyeva.

Page 7: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

7

MİRZƏ ŞƏFİ VAZEHİN HƏYATI

(1794-1852) Mirzə Şəfi 1794-cü ildə Gəncədə anadan

olmuşdur.

Mirzə Şəfinin atası Kərbəlayı Sadıq 1804-cü ilə

qədər Gəncə xanının baş memarı olmuşdur. 1804-cü

ildə Sisyanovun komandanlıq etdiyi çar ordusu Gəncə

şəhərini işğal etdikdən sonra Gəncə xanlığına son

qoyuldu. Bu xanın tikinti işləri ilə məşğul olan

Kərbəlayı Sadığı yeganə və son gəlir mənbəyindən

məhrum etdi, onun maddi vəziyyətinə ciddi təsir

göstərdi.

Kərbəlayı Sadığın iki oğlu var idi. Böyük

oğlunun adı Əbdül Əli, kiçiyinin isə Şəfi idi. Atası

Əbdül Əlini öz sənətini davam etdirmək üçün

şagirdliyə vermiş, Şəfini isə gələcəkdə ruhani rütbəsi

almaq məqsədi ilə Gəncə mədrəsəsinə qoymuşdur.

Şəfi mədrəsədə ərəb, fars dillərini və şəriət

elmlərini öyrənməklə bərabər, o vaxtlar geniş yayılmış

olan Şərq poeziyası nümunələri ilə də tanış olur. Şəfi

hüsnxət dərslərinə də xüsusi maraq göstərir.

Şəfi hələ mədrsədə oxuduğu zaman atası vəfat

edir. Dövrünün mədəni adamlarından olan Hacı

Abdullanın Təbrizdən Gəncəyə qayıtması və gənc

Şəfini öz himayəsi altına alması gələcək şairin

inkişafına mühüm təsir göstərir.

Gəncənin molla və axundları Hacı Abdullaya

düşmən münasibət bəsləyirdilər. Təlim aldığı mollalara

qarşı çox soyuq və etinasız olan gənc Şəfi, onu

himayəsinə götürən Hacı Abdullaya dərin məhəbbət

Page 8: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

8

göstərirdi. Hacı Abdulla isə gələcək mütəfəkkir və

şairdə elm və mədəniyyətə böyük həvəs oyadırdı.

Bütün bunlar mollaların diqqətini cəlb etməyə

bilməzdi. Şəfi, nəhayət, bir gün gözünü açıb özünü

mədrəsədən kənarda gördü.

Hacı Abdullanın məsləhəti ilə Şəfi məğlub olmuş

Cavad xanın qızı Püstə xanımın yanında binagüzarlıq

və yazı-pozu işlərini idarə etmək üçün qulluğa

götürülür. Bu zamandan Şəfi Mirzə Şəfi deyə tanınır.

1826-cı ildə İranla Rusiya arasında müharibə

başlayır. İranlılar Gəncəni işğal edirlər. Cavad xanın

oğlu Uğurlu xanın itaətinə verilən Gəncə şəhərində

onlar ancaq 3 ay qala bilirlər. İranılıların Şəmkir

altında məğlubiyyəti və Gəncədən sıxışdırılıb

çıxarılmasından sonra Uğurlu xan bacısı Püstə xanımı

da götürüb İrana qaçır, beləliklə, Mirzə Şəfi yenidən

mədrəsəyə qayıdır, hücrələrin birində müxtəlif

kitabların üzünü köçürməklə məşğul olur ki, birtəhər

güzəran keçirsin. Mirzə Şəfinin vəziyyəti ona bu vaxta

qədər köməklik edən Hacı Abdullanın 1831-ci ildə

vəfat etməsi ilə daha da çətinləşir. Onsuz da az gəlir

gətirən gözəl dəsti-xətti tezliklə ona gərəksiz olur.

İranda artıq litoqrafiyadan istifadə olunduğu üçün

kitabları əl ilə köçürməyə daha ehtiyac qalmırdı. Mirzə

Şəfi ərəb və fars dillərindən fərdi dərs verməklə

dolanmağa məcbur olur.

Otuzuncu illərin əvvəllərində Mirzə Şəfi gənc

Mirzə Fətəli Axundov ilə tanış olur və ona öz

görüşləri ilə ciddi, xeyirxah təsir göstərir. Özünün

mənəvi həyatında böyük təbəddülat yaradan bu

Page 9: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

9

həyacanlı görüşləri haqqında Mirzə Fətəli Axundov

ətraflı bəhs etmişdir.

Böyük mütəfəkkir öz tərcümeyi-halında yazır:

“Gəncə məscidinin hücrələrindən birində bu vilayət

əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı. Bu adam

növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox

yaxşı yazırdı. Bu həmən Mirzə Şəfidir ki, Almanya

məmləkətində onun həyatı və farsca şerlərə malik

olduğu fəziləti haqqında məlumat yazılıbdır. Mən

atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına

gedib nəstəlik yazısının məşqini edirdim. Belə ki, get-

gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və

ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən

soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədi

nədir? ” cavab verdim ki, ruhani olmaq istəyirəm.

Dedi: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq

istəyirsən?.” Təəccüb və heyrət etdim ki, bu nə sözdür.

Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz

həyatını bu qaraguruhun içərisində puç etmə, başqa bir

məşğuliyyət qəbul et1.”

Onun ruhaniliyə nifrət etməsinin səbəbini

soruşduqda, o günə qədər mənim üçün örtülü qalan

mətləbləri açmağa başladı. Atalığımın Həccdən

qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi -

irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından

qəflət pərdəsini qaldırdi2. ” 1

1 Azərbaycan EA yanında Respublika Əlyazmaları fondu inv. 490 (“Биография

Колонел Мирза Фатали Ахундзаде”)

2. M.Ş.Vazeh. Nəğmələr, Bakı, Şərq-Qərb, 2004

Page 10: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

10

Göründüyü kimi məhz Mirzə Şəfinin təsiri ilə

M.F.Axundov ruhani olmaq məqsədindən imtina etmiş

və 1832-ci ildə Nuxa (Şəki) qəza məktəbinə daxil

olmuşdur.

1840-cı ildə M.F.Axundov Tiflis qəza

məktəbində Şərq dilləri üzrə müəllim işləyirdi. Həmin

il o bu vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini

məsləhət görmüşdü. Qəza məktəbinin Azərbaycan dili

müəllimi vəzifəsini tutmaq üçün xüsusi imtahan

verdikdən sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilmiş,

uzun zaman Tiflisdə yaşamışdır.

Mirzə Şəfi qəza məktəbində işləməklə yanaşı,

fərdi dərs verməklə də məşğul idi. Artıq Gəncə molla

və ruhanilərinin hücumundan uzaq olan şair burada

dövrünün qabaqcıl adamları ilə daha yaxından tanış

olmaq imkanı əldə edir.O, Axundov, Bakıxanov,

Budaqov və başqaları ilə yaxın dostluq əlaqəsinə girir.

Mirzə Şəfi Alman səyyahı, Rus və Şərq poeziyasının

tərcüməçisi Fridrix Bodenştedtlə də Tiflisdə

görüşmüdür.

Bodentştedt Tiflisdə ikən Azərbaycan və fars

dillərini öyrənməyə başlamışdı. Mirzə Şəfi ona dərs

deyirdi.Mirzə Şəfi dərs zamanı ona Firdovsi, Xəyyam,

Sədi, Hafiz və Füzulinin şerlərindən oxuyar, daha çox

öz şerlərini yazdırardı.

Bodenştedt yazırdı: “Həftədə üç dəfə dərs

keçirdik, dərsdə həmçinin Mirzə Şəfinin digər

tələbələri iştirak edirdilər. Axırda “Divan” başlanırdı.

Page 11: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

11

Mirzə Şəfi öz nəğmələrini oxuyur və bizə izah edirdi.

Həmin nəğmələrin çox böyük bir hissəsi demək olar ki,

mənim gözlərimin önündə yaranmışdı.1 ”

Bir dəfə “Divani -hikmətdə”n2 sonra bağda Mirzə

Şəfi ilə gəzməyə çıxan Bodenştedt onun bədahətən şeir

söyləməsinə öz təəccübünü bildirib deyir: “Ey mənim

müdrik müəllimim, necə olur ki, sən öz nəğmələrini bu

qədər tez qoşursan?” Mirzə Şəfi oradaca topladığı

güllərdən bir dəstə bağlayıb Bodenştedtə verir və

deyir: “Budur, bax, bu gül dəstəsini mən bir an içində

düzəltdim. Halbuki bu güllər bir anda əmələ gəlib

açılmamışdır, mənim şeirlərim də bunun kimi ”3

Bodenştedt yazır ki, mən səyahətdən qayıtdıqdan

sonra Mirzə Şəfi özünün şeirlər külliyatını mənə

bağışladı. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən

bəhs edərək bunu da göstərir ki, həmin dəftərlər şairin

tatar (Azərbaycan) və fars dillərində yazdığı

nəğmələrdən ibarət idi.4

XX əsr rus və Azərbaycan ədəbiyyatşünaslığında

müəyyən edilmişdir ki, Almaniyada Bodenştedt

tərəfindən “Mirzə Şəfi nəğmələri ” və “Mirzə Şəfi

irsindən” adlı kitablarda dərc edilən və XIX əsrin 70-ci

illərində Mirzə Şəfinin ölümündən sonra Bodenştedtin

öz adına çıxmaq istədiyi şeirlərin demək olar ki, tam

əksəriyyəti Mirzə Şəfiyə məxsusdur. Qeyd etmək

lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana

1. Taused und ein Tag im Orient. V., 1850 2. Mirzə Şəfinin Tiflisdə təşkil etdiyi əbədi məclis. 3. Tausend und Ein Tag Orient V., 1850, səh. 273 4. Aus dem Nachlasse Mirsa Schaffys, Berlin, 1875, səh. 206

Page 12: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

12

çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai –

fəlsəfi fikirlərinin öyrənilməsi ədəbiyyatşünaslardan

Ə.Ə.Seyidzadə, S.Mümtaz, E.Enikolopov,

proffessorlarımızdan M.Rəfili, F.Qasımzadə,

H.Hüseynov, M.Qasımov və akademik A. Makovel-

skinin xüsusi xidmətləri olmuşdur.

“Mirzə Şəfi nəğmələri”nin Almaniyada ilk çapı

böyük müvəffəqiyyətlə qarşılanmışdır. İlk dəfə 1851-

ci ildə nəşr edilən həmin şeirlərin 1893-cü il 145-ci,

1924-cü ildə isə 170-ci nəşri çapdan çıxmışdı. İndiyə

qədər həmin kitab 300 dəfədən artıq təkrar nəşr

edilmişdir.

“Mirzə Şəfi nəğmələri” fransız, ingilis, italyan,

isveç, holland, danimarka, ispan, portuqal, rus, çex,

macar, yəhudi və s. dillərdə dəfələrlə çap olunub geniş

yayılmışdır. Buradan da Bodenştedtin özünü bu

şeirlərin tərcüməçisi kimi deyil, müəllifi kimi qələmə

verməsinin səbəbi aydındır.

Bodenştedt 1847-ci ildə Tiflisi tərk edir. Bundan

1 il sonra, yəni 1848-ci ildə Mirzə Şəfi də Tiflisdən

köçüb Gəncəyə gəlir. O burada qəza məktəbində

Azərbaycan dili müəllimi vəzifəsində işləyir. Lakin

Mirzə Şəfi iki ildən sonra yenidən Tiflisə qayıdır,

Tiflis gimnaziyasında Azərbaycan və fars dillərində

dərs deyir. Ölümündən bir az əvvəl Mirzə Şəfi həmin

gimnaziyanın müəllimi İ.İ.Qriqoryevlə birlikdə

Azərbaycan dilini öyrənənlər üçün dərslik yazıb

hazırlamışdır. Artıq söz sərrafının alnında durna

qatarlarının kölgəsi yer eləmişdir.

Page 13: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

13

Mirzə Şəfi 1852-ci ildə vəfat etmişdir. O,

professor M.Rəfilinin yazdığı kimi, “...tənha,

unudulmuş, soyulub talan edilmiş bir halda vəfat etdi.

Lakin onun bəzi şeirləri xalqın hafizəsində, həmçinin

əlyazmaları şəklində qalaraq, Avropa dillərinə tərcümə

edilərək şairə dünya şöhrəti qazandırdı”.

Mirzə Şəfinin ədəbi yaradıcılığını, onun ictimai –

siyasi və fəlsəfi görüşlərindən ayrı təsəvvür etmək

olmaz. Şairin ictimai – fəlsəfi görüşlərinin onun bədii

yaradıcılığında nə qədər kəskin ifadə olunduğunu

təsəvvür etmək üçün əldə olan iki misralı orijinal bir

şeirini misal çəkmək kifayətdir. Bu şeirdə şairin din

xadimlərinin iç üzünü böyük bir məharətlə, cəsarətlə

açıb ifşa etməsinə heyran qalmamaq olmur. O üzünü

mollalara tutub deyir:

Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb qonaq gedin pərvərdigarə!

Mirzə Şəfinin vaxtilə ədəbiyyatşünas Salman

Mümtaz tərəfindən əldə edilən orijinal şeirlərinin əsas

hissəsini məhəbbət lirikası təşkil edir. Mirzə Şəfinin

əldə olan qəzəl, müxəmməs və rübailəri onun nə qədər

zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada

malik olduğunu göstərir. Bu şeirlər klassik poeziyanın

ən gözəl nümunələri hesab oluna bilər. Lakin bunlar

şairin məhəbbət lirikası, dil və üslub xüsusiyyətlərinin

bəzi mühüm cəhətləri haqqında müəyyən təsəvvür

yaratmağa kömək etsə də, ümumi dünyagörüşü, ictimai

- siyasi və fəlsəfi əqidəsini aydınlaşdırmaq üçün elə

Page 14: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

14

zəngin məlumat vermir. Buna görə də həmin

məsələləri aydınlaşdırmaq məqsədilə “Mirzə Şəfi

nəğmələri” və xüsusən “Mirzə Şəfi irsindən” adlı

kitablara müraciət etmək lazımdır. Bodenştedtin

tərcümə zamanı şairin şeirlərini bəzən forma və ya

məzmun cəhətdən nə qədər təhrif etmiş olduğunu

nəzərdə tutsaq belə, biz bu şeirlərə müraciət etməli

olacağıq. Mirzə Şəfinin müəlliflik hüququnu sonralar

inkar edən Bodenştedt, özü də boynuna alırdı ki, həmin

şeirlərdə şərh edilən fikirlər bütünlüklə Mirzə Şəfiyə

məxsusdur1.5

Mirzə Şəfinin bu əsərlərində feodal quruluşun

mənfi cəhətlərinin kəskin tənqidi mühüm yer tutur. O

öz əsrinin bir çox demokratik ruhlu mütəfəkkir şairləri

kimi bu tənqidi əxlaq və etika mövqeyindən edir.

Xoşbəxtliyə can atmaq təşəbbüsü – Mirzə Şəfi

şeirlərində irəli sürülən etik fikirlərin əsas amilidir.

Şairin diqqət mərkəzində duran yalnız insandır – bütün

iztirab və sevinci, xoşbəxtlik və bədbəxtliyi, məhəbbət

və nifrəti ilə birlikdə götürülən insan. Xoşbəxtlik

uzaqda deyil. Lakin onu görmək, əldə etmək lazımdır!

Dindar fırıldaqçılar isə, var qüvvələri ilə buna

maneçilik törədir. Çünki onlar yaxşı bilirlər ki,

xoşbəxtliyə çatan kəs onların məscidinə ayaq basmaz.

Şair göstərir ki, xalqın böyük bir kütləsi savadsızdır.

Buna görə də, onların gözünü açmaq lazımdır. Xalq

1 Aus dem Nachlase Mirza Schaffys, Nene siederbuch mit prolog

und erldnterndem Nachtrag von Fridrich Bodenstedt, Berlin. 1881.

səh 218

Page 15: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

15

ancaq öz bədbəxtliyini dərk etdikdən sonra

bədbəxtlikdən xilas olmaq uğrunda mübarizə apara

bilər. Mirzə Şəfiyə görə, bu sahədə əsas vasitə xalqı

maarifləndirməkdir. Bu işdə Mirzə Şəfi poeziyanın

roluna böyük qiymət verir.

Mirzə Şəfi poeziyanın ictimai rolunu unudan,

qulağı oxşayan boş məzmunsuz qafiyəpərdazlıqla

məşğul olan, ömrü boyu güldən, bülbüldən, hicran və

vüsaldan, günəşdən və aydan, cənnət və cəhənnəmdən

“mızıldayan” şairləri lağa qoyur:

Sizin tutduğunuz bu yol asandır,

Fəqət axmaqlarçün “ürəkaçandır”.

Şeiriniz ürəyi gətirməz cuşa,

Qanan kəslər üçün bəladır başa!

Mirzə Şəfi şeirlərində insanı həyatdan zövq

almağa çağırır. Lakin bu onun əxlaqi görüşlərinin

yeganə məğzini təşkil etmir. Şair özünün maarifçilik

ideyalarında insanı mənən, ruhən təmizləyən

məhsuldar əməyin roluna da böyük əhəmiyyət verir.

Mirzə Şəfi əməyə, əsasən, əxlaqi bir kateqoriya kimi

baxır.

Məhəbbətə himn, onun şeirlərində əməyə himnlə

ahəngdar bir şəkildə səslənir. Şair insan əməyinə

müraciət edərək deyir:

Ey bəşərin xilasına edilən kömək,

Ey göylərin ilk töhfəsi sevimli əmək!

Sənə xidmət edənlərə təsəllisən sən,

Page 16: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

16

Müdriklərin ilk arzusu, ilk istəyisən.

Ancaq nadan çətin işdən qaçar asana,

Məhv olardım dirənmədən min yol əsana!

Ey göylərin ilk vergisi !... İnsan ki, sənə

Daim sadiq qalasıyam gedincə sinə1.6

“Başa bəla gətirən həqiqətdən ürək sevindirən

yalan min dəfə yaxşıdır2”7 – deyən Bodenştedtdən

fərqli olaraq Mirzə Şəfi öz şeirlərində həqiqət və

doğruluğun tərəfində durur. Lakin o bunu da bilir ki,

həqiqət ocaq kimidir, onu hər yerdə yandırmaq olmaz.

Bununla yanaşı deyir ki, həqiqəti müdafiə etmək çətin

olsa da, onu müdafiə etmək lazımdır:

Qoy sən həqiqəti söyləyən zaman,

Qopsun min təhlükə, qopsun min tufan.

Gəl baxma bunlara, ey Mirzə Şəfi,

Uca tut daima arı, şərəfi!

Həqiqəti danışan adamın and içməyə ehtiyacı

yoxdur.

Mirzə Şəfiyə görə, həqiqəti ifadə etməyin ən

yaxşı yolu şeirdir. Şeirlə həqiqət, həqiqətlə şeir

qardaşdır:

Qəlbimin, ruhumun qanadıyla mən,

Çıxdım aydınlığa zülmət gecədə.

Gördüm şeriyyətdə həqiqətimi,

Tapdım həqiqətdə şeriyyətimi.

1 Qəbir

2.F.Bodenstedt. “Aus Morgenland und Adeudland “, Leipzig.1882.

səh. 51

Page 17: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

17

Qadın azadlığı məsələsi Mirzə Şəfi poeziyasında

xüsusi yer tutur. Şair deyir ki, Şərq gözəlinin qara

çadra altında gizlənən üzündən çadranı atması lazımdır

ki, bəşəriyyət həyatın ən gözəl nemətlərinin birindən

məhrum olmasın. Bu cəhətdən “Tulla çadranı” şeiri

xarakterikdir.

Tulla gəl çadranı... görünsün üzün,

Gül də gizlədərmi de, bağda özün?

Səni qadir Allah, ey incə çiçək,

Yaratmış dünyaya verməkçin bəzək.

De, bunca lətafət, bunca məlahət,

Solsun dar qəfəsdə neçin, nəhayət?!

Şair yoxsulluğa dünyada ən böyük, hətta ölümdən

də dəhşətli bir hadisə kimi baxır. Yoxsulluq, ehtiyac

Mirzə Şəfiyə görə, ən ağıllı adamın belə qürurunu

sındırır; onu elə adamlara tabe edir ki, onların

qarşısında boyun əyməkdənsə, ölüm yaxşıdır. Ehtiyac

şeriyyətin düşmənidir. Şair “yoxsulluq” və

“bədbəxtlik” haqqında danışsa da, onlardan

qurtarmağın yolunu müdriklikdə, ağılda, insanın

möhkəm iradə və mənəvi yüksəkliyində görür. Şair

bəzən öz oxucusuna təsəlli verir. Ruhdan düşməməyə,

gözəl gələcəyə ümid bəsləməyə çağırır. O deyir ki, elə

bir varlıq yoxdur ki, əzabdan azad olsun. Lakin hər

gecənin bir gündüzü var! Hər şeyi ürəyinə salma, çünki

hər şey dəyişir.

Mirzə Şəfinin şeirlərində dini xurafata qarşı

mübarizə ideyası mühüm yer tutur. Şair göstərir ki,

insan bir dəfə dünyaya gəldiyi və onun iki həyatı

olmadığı üçün, o biri dünyaya ümid bəsləməməli, yer

Page 18: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

18

üzündə xoşbəxt olmağa çalışmalıdır. Cənnəti bu

dünyada axtarmaq lazımdır, xoşbəxtlik göylərdə

deyildir.... O bu barədə çoxlu qısa kəlamlar, aforizmlər

yazır. Şairin qənaətinə görə, bu cür şeirlər xalqa

asanlıqla çatır, onların qəlbinə tez təsir edir və çox

yaşayır. Mirzə Şəfinin hətta ayrı–ayrı din formalarının

mahiyyətini eyniləşdirilməsi belə onun düşmənləri

olan mollaların xüsusi nifrətinə səbəb olurdu.

Mirzə Şəfinin bədii yaradıcılığı, onun əsərlərində

irəli sürdüyü ictimai-fəlsəfi ideyalar xalqımızın mədə-

niyyət tarixində xüsusi yer tutur. Şairin yaşadığı

dövrdə həmin ideyalar bütün köhnə cəmiyyətə, onun

həyat tərzi və geri qalmış görüşlərinə qarşı

çevrilmişdi.1 O dövrdə köhnə cəmiyyətə, islam dini və şəriət

qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə

bilərdi. Buna görə Mirzə Şəfi müəyyən mənada tək idi.

Lakin onun hər halda M.F.Axundov kimi bir ardıcılı da

var idi.

Mirzə Şəfi öz ədəbi fəaliyyəti ilə Azərbaycanda

bütün sonrakı ictimai fikrin inkişafına verdiyi güclü

təkanın nəticələrini görə bilmədi. Lakin onun ideyaları

getdikcə yayıldı. M.F.Axundov, H.B.Zərdabi,

S.Ə.Şirvani, M.Ə.Sabir və başqa ədib, mütəfəkkirləri-

miz tərəfindən davam və inkişaf etdirildi.

Yaradıcı insanların, elm adamlarının tərcümeyi-

halı yalnız onların deyil, bütövlükdə mənsub olduqları

xalqın mədəni-siyasi həyatı ilə şərtlənir; t ərcümeyi-

_________________________

1. Bax. A.A., «Mirza Şafi ili Bodenştedt», İzdatelğstvo AQU, Baku, 1940

Page 19: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

19

halda hər şey–nöqtə, vergül də düz olmalıdır. Bu

deyilənlər əsasında Gəncə müdriki Mirzə Şəfi Vazehin

həyatını nəzərdən keçirmək maariflənmiş ağıl

sahiblərinin vəzifəsidir. Onu da deyək ki, Vazehin

həyatı XX əsrdə daha çox araşdırılmış, az və çox

dərəcədə öyrənilmişdir. Buna baxmayaraq, yenə də

diqqətdən yayınan bir - birinə zidd fikirlər örtülü

qalmışdır. Almaniyalı Fridrix Bodenştedt ziddiyət

yaradan kiçik faktları mürəkkəbləşdirmişdir. Sovet

məkanında tədqiqatçılar gəncəli şairin irsinin ona

məxsus olduğunu müəyyənləşdirərkən hissə qapanıb

onu plagiatr adlandırmışlar... Kiçik faktların birində

isə deyilir ki, Gəncənin işğalından xeyli sonra Mirzə

Şəfi Vazeh Cavad xanın qızı Püstəbəyimlə birlikdə

İrana getməmişdir. A.A.Bakıxanov yazır: “Üçkilsə

(Eçmiədzin) yaxınlığında Qırxbulaq adlı yerdə ruslar

Abbas Mirzəni məğlub etdi. Bu zaman sədri - əzəm

Mirzə Şəfi İrəvan qalasına gedib Məmmədxanı

cürbəcür nəsihətlərlə İran dövlətinə tərəfdar etdi ”1.

Bu zaman onun 32-33 yaşı var idi. Bu kiçik fakt

sayılsa da, Vazehin həyatına işıq salır: ermənilərin

satqınlığı ilə 1826 – cı ilin sonlarında İrəvana gələn rus

qoşunlarına qarşı Cavad xanın böyük oğlu Uğurlu ağa

qəhrəmancasına vuruşurdu və bu çar əsgərlərini

qorxuya salmışdı. Onu bu mübarizədən çəkindirməyə

çalışan Qriboyedov “Uğurlu ağa, zərərin yarısından

qayıtmaq xeyirli olar”1 – deyə yazmışdır.

Bir neçə ədəbi - tədqiqat əsərlərində

Ə.Ə.Səidzadə yazır ki: “Mirzə Şəfi gah Mirzə

Məhəmməd Şəfi, gah da Mirzə Əhməd Şəfi” deyiminə

Page 20: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

20

rast gəlirik. Bu da məlumdur ki, Mirzə Şəfi ilk

əsərlərində özünü “Mühəmməd Şəfi də

adlandırmışdır”. Başqa bir mənbədən isə məlum olur

ki, Mirzə Şəfi ata-babası tərəfdən Mühəmməddir, əslən

gəncəlidir.

Mübahisə doğurmayan bir fakt da ondan ibarətdir

ki, Vazehin atası Kərbəlayi Sadıq Cavad xan sarayında

sayılıb – seçilən bənna (memar) idi və onun böyük

oğlu Əbdüləli (Əli) atasının yolu ilə getmiş, kiçik oğlu

Şəfi oxuyub – yazmağa meyl etdiyinə görə dindar ata

onu Şah Abbas məscidində mədrəsəyə vermişdir.

Deyilənə görə onun müəllimi dini elmləri mükəmməl

bilən, “Qurani – Kərim”i bəlağətlə əzbər oxuyan

Molla Hüseyn Pişnamaz (1783-1859) balaca Şəfini

açıq fikirli olduğuna görə danlar, suallarını cavabsız

qoyar, amma cəza verməzdi. O, cəzanı uşağı qorxudub

kütləşdirən əməl sayırdı. Lakin sinifdə müəllimlə

şagird arasındakı mübahisə Şəfinin mədrəsədən qaçma-

sını tezləşdirmişdir. A.Barje yazır ki,: “Gəncə

mədrəsəsinin ruhaniləri gənc Şəfinin fikrindəki

dəyişikliyi gördükdə ona dərs verməkdən imtina

etdilər.

... Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrətin

... oyanması bununla bağlıdır ...”1

Mədrəsədən çıxdıqdan sonra məscid küncündə xəttatlıq

edən Şəfi Hacı Abdulla ilə rastlaşır. Hacı Abdulla onun

açıqfikirli olduğunu bildikdə himayəsinə götürür. 1823

– 1824 – cü ildə Gəncəyə gələn, soykökü dərinliyi

_______________________ 1.A.S.Qriboedov. «Qore ot uma», Pisğma i zapiski. Baku, 1989, str. 250

Page 21: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

21

ilə Nizami yurduna bağlı olan tacir Hacı.

1. Abdulla (...-1831) uzun müddət İranda yaşamış

və Bağdadda ingilis işğalına qarşı azadlıq istəyən

heyrəndiş dərvişlərin aksiyasına qoşulmuşdur. Hacı

Abdulla bunu özünün əsas əqidəsi saymış və bir sufi

kimi müəllimi Seyid Əttara sadiq qalmışdır. Hacı

Abdulla Mirzə Şəfinin həyatında xüsusi rol oynamış

vəfatı zamanı varidatının müəyyən bir hissəsinin ona

verilməsini də vəsiyyət etmişdir. Bir məlumata görə

Hacı Abdulla Mirzə Şəfini Cavad xanın qızı

Püstəxanımın yanında onun var –dövlətini siyahıya

alan vəzifəyə təyin olunmasına kömək etmiş və buna

görə ona “Mirzə” adı verilmişdir. “Mirzə” adı ilə

A.Berje səhvə yol vermişdir: O, “Mirzə”ni xan qızının

“məktub daşıyan”ı, poçtalyon kimi izah etmişdir.

A.Berje “Mirzə”nin mənasını başa düşməmişdi ...

Mirzə Şəfinin şəxsi həyatı barədə elə bir sənəd

bilmirik. Onun vəfatından sonra vəsiyyətnaməsi də

olmayıb. Tiflis gimnaziyasının kiçik müəllimi Mirzə

Şəfi subay olmuşdur. Aradan bir il keçdikdən sonra,

təsadüfən gəncəli Seyid Nisə Seyid Yəhya qızı Mirzə

Şəfinin öldüyünü eşidir və Qafqaz təhsil naziri

Uvarova ərizə göndərir. Vazehin arvadı olduğunu və

buna görə ona təqaüd verilməsinə razılıq istəyir. Seyid

Nisənin bu ərizəsi Gəncə şəriət məhkəməsinə

göndərilir. 12 oktyabr 1853-cü ildə ərizəyə belə bir

cavab alınmışdır: “Tiflis gimnaziyasının müəllimi,

mərhum Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazehin ____________________________________________________

1.A.A.Bakıxanov “Gülüstani-İrəm”. Bakı, 1951, səh.193

Page 22: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

22

Gəncə şəriət məhkəməsində nəinki kəbini, heç siğəsi

də olmayıb...” (səh.21)

Göründüyü kimi Seyid Nisə Seyid Yəhya qızı

Vazehin arvadı olmayıb. Lakin çar dövründə vəfat

edən müəllimlər ailəsinə yüksək məbləğdə təqaüd

verildiyinə görə Seyid Nisə şəriət məhkəməsinin

yazdıqları ilə razılaşmamış, tələbindən geri

çəkilməmiş, 1859-cu ildə hökumətdən birdəfəlik min

manat təqaüd almışdır.

Page 23: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

23

SALMAN MÜMTAZ MİRZƏ ŞƏFİ

VAZEH HAQQINDA (S.Mümtaz toplayıb dəftərinə saldığı şeirlərin heç

biri şairin avtoqrafiyasında olmayıb. M.M.Naci və

M.N.Nasirin əlyazmalarından götürülmüşdür). XVII

əsrin birinci yarısında Azərbaycan türklərini

avropalılara tanıdan və onların nəzər-diqqətlərini

Azərbaycan ədəbiyyatına cəlb etməyə müvəffəq olan

ədib və şairlərimizin ən görkəmlisi məşhur Mirzə

Şəfıdir. Və Mirzə Şəfinin də bütün Avropa bilxassə

Almaniyada şöhrət kəsb etməsinə səbəb olanların

birincisi Mirzə Şəfınin öz şagirdi Fridrix fon

Bodeniştedtdir. Bu zat Almaniyanın Hannover adlı

şəhərində doğulmuş bir alman şairidir ki, Miladi 1844-

də Qafqaziya canişini general Neydelqardtın təklifinə

görə Qafqaziyaya gələrək Tiflisdəki uçitelski instituta

müəllim təyin edilmişdir.

V 1844 q. po priqlaşenie po kafkasskoqo

namestnika, qenerala Neytqardta, on pribıl doljnost

uçitele Tiflisskoqo Uçitelslcoqo instituta.

(Brokqauz efron tom. 7 s. 212).

Elə bu tarixdən etibarən Bodenşted Mirzə Şəfı ilə

görüşmüş və Mirzə Şəfini də həmin instituta müəllim

təyin etdirmişdir. Mirzə Şəfi müəllimlik vəzifəsini ifa

edərkən həm gənc müəllimlərə, həm də xüsusi olaraq

Bodenşdetə dərs vermişdir. Bodenşdet türk və fars

dillərini Mirzə Şəfidən öyrənmişdir. Mirzə Şəfinin

həmin institut müəllimlərindən Qriqoryev familiyalı bir

zat ilə bərabər rus və türk dillərində yazdıqları

Page 24: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

24

müştərək bir dərs kitabı da vardır ki, Təbriz şəhərində

daş basması ilə basılmışdır.

Nədənsə Bodenşdetin bir müddət Qafqaziyaya və

xüsusən Tiflisdə iqamət etməsi bəzi müstəşərq və

müvərrixləri mütərəddit buraxmışdır. Bunların bir

qismi Mirzə Şəfini Hannoverli bir nemsə hesab edərək,

eyni zamanda da, Gəncəli bir türkü rədd edirdilər.

Digər bir qismi isə onu iranlı bir fars və yaxud mühüm

bir sima sanmadadırlar. Hannoverlini rədd edənlər

Mirzə Şəfı ilə Bodenşdeti, hər ikisini bir şəxs və bir

sima kimi düşünməkdədirlər.

Əz cümlə:

«Kak izvestno Mirza ne persa turok iz Qandje ili

vernee nemeç iz Qannovera (İst İsl. A.Möller tom I.

str.140

Azərbaycan ədəbiyyatından bəhs edərkən

professor Krımski də Mirzə Şəfi haqqında aşağıdakı

sətirləri yazır:

«Odno iz imen, Mirza Şafi Elizavetpolskiy,

Çrezvıçayno populerizovano v Qermanii Bodenşde-

tom» (İstorie Turçii i Literaturı A.Krımskoqo. tom 1

str.

Brokqauz Yefronda Qamus Əlaminin 8-ci

cildində Bodenşdetin fəzilətlərindən bəhs etdiyi sırada

Mirzə Şəfi kitabını 123 dəfə təbi və nəşr edildiyini

söyləyərək elə bu sözlər ilə məsələni bitirir:

«Svoim neobiknovennım uspexom pesni obezanı

masterstvu yazıka, çisto vostoçnomu koloritu i

dobroduşnomu ömoru Mnimaqo avtora, kotoriy bıl

uçitelem Bodenşdeta po persidskomu yazıku».

Page 25: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

25

(Brokqauz Yefron tom 7. str. 212).

Şübhə və tərəddüdlərə qarşı bu sətirləri

qaralamaqda məqsədimiz azərbaycanlı Mirzə Şəfıni

meydana çıxarmaqdır. Təqribən 12 il bundan əqdəm

Gəncə şəhərində gördüyümüz bir yazma (cünk)

içərisində Mirzə Şəfi şeirlərinin bir neçə parçasına

təsadüf etdik. O cünk məşhur Mirzə Mehdi Nacı

təxəllüsün topladığı bir məcmuədir. Orada görünən

Mirzə Şəfı əsərlərinin əhəmiyyətlərindən dolayı klişə

etdirərək və klişələri mətnləri ilə bərabər bu kitabçaya

köçürməyə qərar verdik. O əsərlər Mirzə Şəfi

məsələsinə böyük yardım edərək bir çox məlumat

vermədədirlər ki, xülasəsi bunlardır:

1. Mirzə Şəfi məvhum deyil, sənətkar bir azəri

şairidir.

2. İrqən türkdür.

3. Hannoverli yox Gəncəlidir.

4. Atasının adı Sadıqdır.

5. Təxəllüsü Vazehdir.

6. Şeyx İbrahim (Naseh) və Mirzə Mehdi (Naci)

ilə müasir, həm də rəfiqdir.

7. Bir müddət Tiflisdə də yaşamışdır.

8. Mirzə Şəfı türkcə söylədiyi kimi, farsca da

şeirlər söyləyirmiş.

İndi bu məlumat üzərinə Mirzə Fətəli Axundovu

təbliğ etməsilə bərabər Qriqoryev ilə yazdığı kitabda

izafə edilirsə, artıq məsələ bitmiş olur. Mirzə Fətəli öz

əlilə yazdığı tərcümeyi – halında Mirzə Şəfidən azacıq

bəhs edərək onun Almaniyada məşhur olduğunu

Page 26: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

26

söyləyir. Brokqauz Efronda Mirzə Şəfi qəzəllərinin

Berlin şəhərində (123) mərtəbə təb və nəşr edildiyini

qeyd edir. Eyni əsər, eyni səhifənin əlimizə keçən

mətbu digər bir nüxsədən isə daha həqiqi məlumat əldə

edilə bilir. 167 dəfə basılan bu kitab nemsə dilində

olaraq 106 səhifədən ibarətdir. Mirzə Şəfinin aşiqanə

qəzəlləri və müqəddimədən başqa 101 parça şeir də

vardır. Kitab elə bu səliqə ilə nəşr edilmişdir.

Bodenşdet tərəfindən nəzmlə yazılan müqəddəmə

13 səhifədən ibarətdir və aşağıdakı hissələrə bölünür:

1. 1 -ci hissə-Züleyxaya aid şeirlər- 15 parça.

2. 2-ci hissə - Şikayət – 13 parça.

3. 3-cü hissə - Şərab ilə işrət – 7 parça.

4. 4-cü hissə - həkimanə qəzəllər – 33 parça.

5. 5-ci hissə-Tiflis və digər şeirlər – 23 parça.

Naşiri: R.F.Diqqer

Tirajı: 267 mindən 269 minə qədər

Məhəl təbii: Berlin şəhəri.

Mirzə Şəfi barəsində (1920) nisan tarixdə çıxan

«Qurtuluş» məcmuəsində kiçik bir məqalə yazaraq təb

etdirmişdir. Və Mirzə Şəfini iranlı İddia edən Firidun

bəy Köçərlinskiyə də Azaqbəyli (bəlkə Qazaqbəyli-

N.Ə.) Abdulla bəyin şəhadəti ilə o məqaləni oxuyub

yanıldığını da açıqcasına söyləmişdim. Ümidvaram ki,

Türkoloji qurultayı Azərbaycanın ən namdar ədib və

şairlərindən bulunan Mirzə Şəfini bizə daha yeni və

daha ətraflı tanıtmaq iltifatında bulunacaqdır.

Salman Mümtaz – Bakı: 31 yanvar 1926.

Page 27: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

27

SÜSƏNİ

(Müxəmməs)

Ey nazəkət çəməni içrə xuraman, Süsəni,

Xubluq kişvərinin təxtinə sultan, Süsəni.

Sidqinin yayı qaşının Sədəqəsi, qurban Süsəni,

Bir baxışla yaraşır kim, ala yüz can, Süsəni.

Belə getsə, tez olur dillərə dastan, Süsəni.

Hərəkatü rəvişin qddı səhi-sərvini pəst,

Sünbülə türreyi – zülfün şikəni verdi şikəst,

Laləni dağa salıb ruyin, edib badəpərəst,

Ey könül, qaş-göz aradə nə gəzirsən belə məst?

Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?

Ey mələk Əbryüzün güldümü, ya bəri-tamam,

Kim ki, ruyindən olur məst, ona badə haram,

Pərdəsiz cilvələnib, nazilə ver qəddə qiyam,

Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xuram,

Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.

Bu qədü qamətinə ətləsü xara yaraşır,

Qaşların guşəsinə qətlimə ima yaraşır,

Edə gər zində ləbin ləfzi məsiha, yaraşır,

Səni hər kim ki, sevər başına sevda yaraşır,

Ola sərgəştəvü divanəvü heyran, Süsəni.

Gün ki, hər gün ki, çıxar dərgahinə səcdəedər,

Sərv rəftara gəlir, qılsa qədin bağa güzər,

Qönçə gər ağzın ilə qarşı dura, boynun əyər,

Küfri-zülfün yetişib bir yerə kim, ey kafər,

Desələr Vazehə, böhtandı, müsəlman, Süsəni.

Page 28: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

28

xxx xxx

Eyki həm hücreyi mayi vərəq zəhd bəşəvi,

Və yeki sabit qədəmi ğeyr rə eşq məpəvi.

Əz mən ğəmzədə cüz eşq rəx yar mipərs,

Ba mən dil şədə ciiz söhbət dildar məkəvi.

Ta əz an dəmki hürrim dil mən xəlvət ost

Faş binəm riix o kərnigarəm bir həmə səvi

Çərx sərgiştə nə anəst münqəş bəncom.

Bəlkə əndər tələbəş mandə firu cərqə bəxavi

Ruz gəlgüştü bahar əstü tamaşeyi tərb

Xiz ta xeymə bəzən bamii və ney bir ləbm cəvi

Vazeh əzxak sər ard bə nisəm dər dust

Kəşteyi eşq bəii zəndə təvan kəlit bəbəvi.

xxx xxx

Hər zaman kan qəd bala zə nəzər meygüzərd

Və çeha bir dil və bir dideyi tər meygüzərd Mənəm ey

Şeyx zə nəzarə məkən gəz rüx düst

To çe dani ki çe bir əhl bəsər meygüzərd

Ey ki bir mən güzəri məhv küne əz xəvişəm Həmçu

xurşid ki bir dövr qəmərd meygüzərd

To ki çəndin bəkeşi da mən əz əftadeyi eşq

Dəst kutahş minnət ki bəkəmər meygüzərd

Koteyi Vazeh əz an ruhimə şirin aməd

Bəz bakeş süxən əz ləl şəkər meygüzərd

Page 29: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

29

xxx xxx

Şahid xər ki nəşin zülf zərəx kirdbad

Nur həqiqət pədid əz zülmat məcaz

Dideyi bə didar dust dəst dir ağuş yar

Eşq əz an su niyaz hüsn əzan suyn niyaz

Sədr hürrim qəbul dər xur hər xam nist

Pəs bənəşin şəlü var səbəkt əz sözü saz

Türbət Mahmud raruz cəza in nədast

Hacət firdos nist kişteyi tiğ ayaz

Min Kəlam Mirzə Şəfi Gəncəyi.

Eyki həmhücreyi mayi vərəq zəhd bəşəvi.

MUŞAİRƏ

Vazeh

Səbzpuş olmuş qədin rüxsari-atəşgünilə,

Museyi-İmranə guya, tur şəklin göstərir,*

Naci

Tığın almış dəstinə al çeşmi-cəlladın sənin,

Canə qəsd etmək dilər, məxmur şəklin göstərir.

Cismi-zarımdan çıxar hicrin əlindən nalələr,

Böylə bir təndir tənim, zənbur şəklin göstərir.

Xətti-rüxsarın edib tarac hüsnün mülkünü,

Bir xərabə şəhr içində mur şəklin göstərir.

Şeyx

Göz sirişki mərdüminin nüqtəsin bərbad edib,

Aqibət bir gün olur kim, gur şəklin göstərir.

Page 30: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

30

Tilbə könlüm tellər ilə sarılıb, teldir səbəb,

Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərir.

Kəhrüba dik (kəhrüba tək) rəngi-zərdim sanmağay

bihudə kim,

Dərdi-eşqə uğramış, rəncur şəklin göstərir.

Naseh

Dinü dil nəqdin nisar etmişsə Naseh, tanq imas,

Bir mühəqqər töhfə ilə mur şəklin göstərir.

MİRZƏ MƏHƏMMƏD HƏSƏN

İllər ilə mütəssil gər olsa bir kimsə ərəbə

Bir qarı düşsə əlinə hur şəklin göstərir.

(Bu beyt Salman Mumtazın 1926-cı ildə çap

etdirdiyi «M.Ş.Vazeh» dəftərində yoxdur).

QƏZƏL

Nə qədər kir fələgin sabitü və səyyarəsi var,

Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Dəgil əflakda kövkəb görünən çərxi- bülənd

Oluban didə sərapa sənə nəzərəsi var.

Page 31: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

31

Ruzigarı qara, daim gecəsi tar keçər

Hər kimin eşqdə bir yarı - sitəmkarəsi var.

Necə qan cuşa gəlib eyləməsin ahu fəqan

Könlümün dideyi - giryan kimi fəvvarəsi var.

Ol qəzəldir ki, bu Vazeh, dedi bir dərd əhli

Zahirən lalə otağında qonaq - qarəsi var.

1. Bu qəzəli Şəki şairlərindən Mirzə Nəsrulla (Nasir

təxəllüsün əlyazmaları arasında (səh.26)

tapılmışdır. - «Mümtaz»

2. Vazehin bu qəzəli (Vidadi) tərəfmdən tənzir

edilmişdir. (Firudun bəy Köçərli müqtəsim əsəri

köçürərkən kimin olduğunu dərk edə bilməmişdir).

Qan tökər xəstə Vidadi ki demişdir Vazeh.

Könlümün dideyi-giryan kimi fəvvarəsi var.

Azərbaycan materialları,cild 4. s. 16.

(Çünk) -də (Mirzə Şəfı) şeirlərilə əlaqədar olan

digər (3) qəzəl. Səh.26.

QƏZƏL

Mətləi hüsnünün gözəl kim nurşəklin göstərir,

Oda urar afaqə şirin şurşəklən göstərir.

Göstərir aşıb qovqayi qiyamət hər zaman,

Bərqe altdan gül üzü məstur şəklin göstərir.

İbtida eşqinin ədibi öyrədir dərs cünun,

Dar sər məşqin çəlcər mənsur şəklin göstərir.

Xəncər müjkan əlində məst şəhla gözlərinin,

Mey içib bədməst olan məxmıır şəlclin göstərir.

Gül yanaqın iizrə çin-çin ol çəlipa tellərinin,

Page 32: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

32

Aftab üzrə təb dicur şəklin göstərir.

Qamətinin tubi və cənnətdən verir nam və nişan,

Mumyanın bil bağında mur şəklin göstərir.

Əhl ürfani edər səbhayi vəhdətdən xarab

Zahid zahir pərəstə dövr şəklin göstərir.

Nuş nişanın vəsl hicranın məzaq canda,

Cəm olmuş bir yerə zənbur şəkilin göstərir.

Gah mey ki cam meyxarə, gahi meyfirut,

Gah nəql mey kəhn ənkur şəklin göstərir.

Ki ölü kəni tir gəzir ləl məsih asa və gah,

Bi kəs və bi xaniman rəncur şəklin göstərir. Göstərir

cəmhur şəklin surətinin göz kusidə, Surətinin göz

kusidə cəmhur şəklin göstərir. (Fazili) istər qıla eşqində

rüsvay cahan, Xanimanı qarət olmuş ürşəklin göstərir.

QƏZƏL

Müxləs

Dərd eşqinin mərd sahib zor şəklin göstərir,

Ki hülaku kahicə1 (1) Timıır şəklin göstərir.

Yanmağa məcbur edən bilməm nədir pərvanəyi,

Var isə nar əhl eşqə nur şəklin göstərir.

Sərdə atəş dildə dud və əşk (yəm) dudidə çərx,

Cism aşiq surta (vapor) şəklin göstərir.

Böylə deyirlər miilk məhviyyətdə rəsm dövləti,

Kim Süleyman cah olursa mur şəklin göstərir.

Page 33: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

33

Hər kəsə halınca vardır bir məcligah eşq,

Bisitun Fərhada Kuh turşəklin göstərir.

Qeyrət ərbab eşqə afərin, səd afərin,

Daima məhzun ikən Məsrur şəklin göstərir.

Bənzər ərbab riyanın halı ol kaşanayə,

İç üzü viran dişi məmur şəklin göstərir.

Neşəyi zatimidir çeşmində canının əcəb,

Hər nəkhidə aşiqə məxmur şəklin göstərir.

Bir pəri rüxsarə çarpıldı ki1 (Müxləs) əlaman

Surətə insan əmma şəklin göstərir.

QƏZƏL

Gözlərinin kim aşiqə məxmur şəklin göstərir,

Əhl füqərə mərdum məğrur şəklin göstərir.

Qamətinin yadilə çəkdim bəski ah atəşin,

Xatirəm nar şəcərdən tur şəklin göstərir.

Kuy canandan cida eşqlər əhvalin desəm,

Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.

Nişan meyxarə bais bulduqun buldum günün,

Bu pərivəş cam ara məstur şəklin göstərir.

Qamət üzrə tar kusidən asılmış həqqə var?

Dil ünal həq söyləsə Mənsur şəklin göstərir.

Asimanda kövkəbsəd olsa(Əsəd)1(1) yerdədir

Bu səbəbdən yer savadi nur şəklin göstərir.

________________________________

1. (Müxləs təxəllüslü Əhəd paşa, min iki yüz altmış üç tarix hicridə Kürdstan valisi

ikən Amid şəhərində vəfat etmişdir. «Mümtaz»(bunlar 27-ci səhifədə təkrarlanmışdır).

Page 34: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

34

xxx xxx

Bülbülün bağrı yanıq, nəğməsi nalan bu gecə,

Doldurub bağçaları, bağları hicran bu gecə.

Çöl yatıb, çay uyuyub bir əbədi nəğmə ilə,

Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə. Bütün

aləm yuxuda, təkcə məhəbbətdir oyaq, Ona aydm

görünür hər tərəf, hər yan bu gecə.

Unudub dərdi-qəmi gör nə yatıb insanlar,

Yenə bülbül oxuyur onlara dastan bu gecə.

xxx xxx

XX əsrin 60-cı illərində Nizami adına Ədəbiyyat

İnstitutunun elmi işçilərindən filologiya elmlər doktoru

Həmid Məmmədzadə Gürcüstan SSR Elmlər

Akademiyası yanında K.Kekelidze adına əlyazmaları

institutunda başqa bir mövzu ətrafında axtarışlar

apararkən təsadüfən Mirzə Şəfi Vazehin farsca iki

beytini və aşağıdakı bu iki qəzəlinə rast gəlmişdir.

_______________________

1. (Müxləs) təxəlliis Əsəd paşa, (min iki yüz altmış üç) tarix hicridə Kürdstan

(valisi ikən (Amid) şəhərində vəfat etmişdir. «Mümtaz»

2. Bu qəzəiin qailı bizə məlum deyildir. Ehtimal ki, bu da Əsəd paşanın olsun.

«Mümtaz».

Page 35: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

35

QƏZƏL

Gəl ey canım ki, hicrimdə dodağa çatdı bu canım,

Dodağın qoy dodağıma, özün al canı, cananım.

Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:

Gözüm ağlar, özüm yannam, inan ey çeşmi- məstanım.

Xoşam, qəmlə scvinc tutsa əgər dünyanı hər yandan,

Nə onla, nə bununlayam, mənim eşq oldu ürfanım.

Tacım ah, göz yaşım təxt, leşkərim dərddir, qəmimi

ölkəm,

Mən eşqə sultan olsam da,sənin eşqindi sultanım.

Fənayə uğrasam da bil, fəqət məhv olmaram,canam,

Bu müşkül hikməti özgə təbibdən sorma loğmanım.

O şirin ləlidən şəhdi, şəkər hərgah nəsib olsa Mələklər

nuşi-can söylər, mənə göylərdən, ey xanə

Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,

Mən öylə xəstəyəm ancaq, sənin vəslindi dərmanım.

Kim eşqin dərdinə yansa, o nalə eyləyər həm dəm,

Mən öylə gizli yannam ki, nə naləm var, nə əfqanım.

O mişkin zülflərin şövqü,o ay tək çöhrənin mehri

Gecəylə gündüzü almış əlimdən mahı -təbanım.

O yarın zülfü ruyindən sən ümid gözləmə,

Vazeh, tutarsan çiyni-maçini, əlində vardır imkanın.

xxx xxx

Xoş olsun ol könül, eşqə məkandır,

Var olsun ol fikir, eşqə həyandır.

Susuz çeşməyə bənzər ol ürək kim

Page 36: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

36

Nə eşqin dərdini, nə qəm duyandır.

Bax, öyrən gör necə pərvanə, bülbül

Olublar eşq şeydası, zamandır.

Məhəbbət əhlinə bu kafidir kim,

Öz eşqiylə o rüsvayi-cahandır.

Məhəbbət mürqi, cövlan etsə harda,

O eşq ovlar, xəbərdar ol, amandır.

İki dünyanı verrəm, sən baxanda,

Mənə eşqin bu sövdası əyandır.

Necə Vazeh, əsiri olmayım mən,

Bu eşqin qarşısında Qaf yalandır.

H.Məmmədzadə həmin fondda Vazehin bu lirik

poemasını da tapmışdır.

MƏKTUBUN İNTİZARINDA

Məhəbbət bağının sərvi- rəvani,

Məlahət bağının tazə fidanı,

Uca boylular içrə fəxr - dövran,

Şikəstə qəlblərə munisü - dərman

Zamanın ən seçilmiş nöcəvani,

Gözəllərin gözəli, mehribani,

Şəfəqdə, mehridə göylərdə bir ay,

Vəfada, əhdidə yoxdur sənə tay.

Xoşəndamsan, xoşiqbal, xoşəməlsən,

Zəmanə görməmiş nazlı gözəlsən.

İlahi, sən uzaq et bədnəzərdən,

Yanında bəd nəzər düşsün kəsərdən.

Səni allah görüm ki, hifz qılsın,

Page 37: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

37

Könül aynan həmişə aydm olsun.

Kamınca gərdişə gəlsin bu dövran,

Sənə sağlıq dilər qəlb ol xudadan.

Deyirəm, dost ayağına dəyən daş,

Ona yox, sinəmə dəysin mənim kaş,

Əbədi ömür qıl sən bu cahanda,

Həyatım olmasın sənsiz bir an da.

O tazə qönçə tək ətrin var olsun,

Başında daima sövdalar olsun,

Məhəbbət şərtinin itmamı yetdi,

Bizim ərzi-halın əyyamı çatdı.

Bizə qafıl olubsan, bu nədəndir?

Cövrə mayil olubsan, bu nədəndir?

Fərağında gözüm qanla dolubdur.

Biri qulzüm1, biri Ceyhun olubdur.

Bütün kirpiklərin xəncərsayağı

Tökər qəlbim qanın üzüm aşağı.

Dövrəm Dəclə olub gözün yaşından,

Oturmuş qan içində min-min insan.

Ürək göylər kimi əfğana gəlcək,

Gözümdən yaş axar gürşad yağış tək.

Mənim göz yaşlarım, himmət edin siz,

Yarın məskəninə axıb gedin siz.

Ayağına düşüb nazlı nigarın

Yetirin ərzini bu biqərarın.

Ürəyim parçalanmış qəm əlindən,

Məgər zülfü əsir sübhün yerindən?

Hardan bir qafilə gəlsə, qərarsız

Sürrünnəm mən, sürrünnəm ixtiyarsız

Bu xəstə qəlbimin ahi, nəvası

Page 38: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

38

Olar ol qafilənin zəng sədası.

Arayar, varmı yarın bir nişanı,

Arayar ol yeni yetmə cəvanı.

Nə ümmid, nə cavab tapmaz sualı.

Suallar dəf qılmaz bu məlalı.

Niyə didəm dolar həsrət yaşıyla?

İlahi, kimsəni salma bu hala!

Haray, ey çərx, əlindən, nə edərsən?!

Bu könlümü hər an dərdlə didərsən.

Mənə min dərdi verdin, yoxdu dərman,

Bir anlıq vəsl üçün bu qədri hicran?

Neçə min sinəyə dağlar çəkibsən,

Usanmazsan məgər bu coridən sən?

Nə olardı, məhəbbət olmayaydı!

Olurdu kaş bu möhnət olmayaydı!

Üzünü görməyə yox əldə imkan,

Nə də gül dərmədim vəslin bağından.

Nə bir kəs var ki, həməsrarım olsun,

Nə bir kəs var mənim qəmxarım olsun.

Kimə deyim ilahi, vəsfı-halım?

Kimə deyim bu dərdim, bu məlalım?

Bu əsrara ilahi, kimdi mərhəm?

De kimdə var bu qədri dərdilə, qəm,

Ki, ona söyləyim dərdimi bir dəm?

Alım ondan bu dərdə bəlkə məlhəm.

Ey ənbər qoxulu sübhün küləyi,

Xəbər gətir, sevindir bu ürəyi.

Sən ey, aşiqlərin dərdinə məhrəm,

________________________

1 Qırmızı dəniz.

Page 39: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

39

Möhnətkeş insana ən yaxşı həmdəm,

Tutulsa qönçə tək bir qəlb kədərdən,

Sən onu gül kimi xəndan edərsən.

Nə olar ki, olub məhrəmi - əsrar

Bizim də dərdimizdən ol xəbərdar.

Danışım mən yarımın firqətindən,

Xəbər verim cəfavu - möhnətindən.

Mənim bu halıma rəhm eyləyib sən,

Tükənməz dərdimə imdad edəsən.

Gedib sən yanına ol zülmkarın

Yetir peymanını aşiqi -zarın.

Onun vüsalına yetən zamanda

Tələsmə halımı şərhü-bəyanda.

Amandır, xatirinə dəymə birdən,

Bəlkə də rəmzi var, gizlindi səndən.

Əvvəlcə başına dolan onun sən,

Mənim əvəzimdə öp gözlərindən.

Yetir bu ərzimi qəlb ovlayana,

Kədərli qəlblərə məlhəm qoyana.

Dəmadəm, ləhzə-ləhzə, sən müdam de,

Ona məndən dua söylə, səlam de.

Əgər lütf eyləyib halım sorarsa,

Bu idbar olmuş iqbalım sorarsa,

Nə gecəm var, nə də bir gündüzüm var,

Nə bir iş görməyə yox mən girdar.

Qərarım ol şəkər gövtarım idi,

Mədarım ol gözəl rəftarım idi.

O sözlərdən ürəkdə dərd qalmış,

O rəftardan məni tufanlar almış.

Ürəkdə qəm, bu canımda soyuq tər

Page 40: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

40

Həyat baxçamda da Əsir küləklər.

Haray, mənim bahar fəslim nə soldu?

Həyat çeşməm daha görünməz oldu.

İnan, sənsiz elə yannam, yaxıllam,

Mənim tək görməmiş təşnə bu əyyam.

Əgər sevdam başımda qalsa böylə,

Ümidim yoxdu vəslə heç səninlə.

Dönüb bəxtim,gecəm bil,gündüz olmaz.

Səhər doğsa qəmimdən heç nə qalmaz.

Kimin xoş bəxti var gülsün, sevinsin,

Ona taleh yar olmuş, qoy öyünsün.

Qarabəxtin halın hardan bilər o?

Sitəmdən, hicrdən bilməz xəbər o.

Günəş cəmallıda rəhm olsa hərgah

Günəşə həsrətlə mən çəkmərəm ah.

Axı, səndən uzaqdı bu kədər-qəm,

Ürək darda, ciyər qan, gözlərim nəm.

Könül doymuş inan ki, qəm, kədərdən,

Qaçaram vəhşi-tək, cinsi-bəşərdən,

Elə bil Məcnunam sevdayi-leyli

Ürəkdə səhrayə artırdı meyli.

Göründü bir qasid, yox-yox o candı,

Bu xəstə qəlbimə ruhi-rəvandı.

Məni şad eylədi, o verdi namə,

Nə namə, ətridə misli şəmamə.

Dolunca dağu-səhra, mişkilə mən-

Dedim ahu köbəyi gəldi Çindən

Başımdan əqlimi aldı bir anda,

Dəyişdi halimi bu xəstə canda.

Açarkən naməni getdi kədər, dəm,

Page 41: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

41

Kəramət qapısı açıldı ol qəm,

Bu namə dilrüba, o yardan idi,

O munis sevgilim dildardan idi.

Gah öpdüm, gah da qəlbim üstə qoydum

Mənə sevinc gətirmişiydi, duydum.

Fəqət birdən halım oldu pərişan

O xəttə baxmağım deyiidi asan.

Təəccüb eyləyirdim iqbahmdan,

Mənə namə gəlib mişkin xalımdan.

Baxanda naməyə halım duruldu,

Ürək də namənin ətri ilə doldu.

İlahi, bu necə xoş saət idi?

Bu ki, bir əvəzsiz səadət idi.

Məgər bu dövranın rəyi dolandı,

Yatam bəxdim məgər birdən oyandı?

Nə oldu cövri - çərx, ol zülmü-dövran

O zülümündən məgər oldu peşiman?

Oxudum naməsin gülüzlü yarın

İşindən halı oldum ol nigarın.

O namə çox şəfəqqətlə yazılmış,

Necə lütfü-məhəbbətlə yazılmış.

Yazıb «Ey hicranın bəndində dustaq,

Hicrana səbir ilə dözərlər ancaq,

Qoy, üzüm dönməsin cövri fəraqdan

Hicrimdə əl üzmə sən iştiyaqdan.

Hələ əskilməmiş mehrin yanımda,

Sevdan başımdadır, zövqiin canımda.

Səni unutmaram, fikrim bu olmuş

Nə vaxt ollam o yarımla həmağuş.

Bütün eşq əhlinə bu bir məramdır

Page 42: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

42

Naümmidlik məşuqlara haramdır...».

Gəl ey saqi, gətir bir cami-gülgün,

Ürəkdə pas tutan dərdimi silsin.

Şükür olsun ki, bəxtim də yar oldu,

Nə xoş əyyam, nə xoş rüzigar oldu!

Gəl ey Vazeh məcazi-eşqidən sən

Həqiqət tap, onunla yüksələrsən.

Bu iki qəzəl və «Məktubun intizarında» lirik

poema yuxarıda dediyimiz kimi Tibilisidə Kekelidze

adına Əlyazmalar İnstitutunda P- 107 (137) şifri ilə

qeyd olunan bir cüngün içərisindədir. Həbib

Məmmədzadənin verdiyi məlumata görə, «Şeir

məcmuəsi» adlanan bu cünk Mirzə Şəfi hələ Gəncədə

ikən 1821-ci ildə onun öz xətti ilə yazılmışdır. Mirzə

Şəfinin bu vaxta qədər məlum olmayan «Məktubun

intizarında» lirik poeması və farsca şeirləri Balaş

Azəroğlu tərəfindən azərbaycancaya tərcümə edilərək

«Azərbaycan» jurnalında H.Məmmədzadənin məqaləsi

ilə birlikdə dərc edilmişdir. Heç şübhəsiz, bu tapıntının

Mirzə Şəfi Vazeh yaradıcılığının işıqlandırılmasında

müəyyən elmi əhəmiyyəti vardır. Bu şeirlər öz əsas

ruhu və motivləri etibarı ilə Mirzə Şəfi irsinin bundan

əvvəl tapılan orijinalları ilə həmahəngdir. Üslub,

təşbeh, istiarə və s. bədii təsvir vasitələri cəhətdən bu

şeirlər bir-birinə çox oxşayır. Hər ikisində məhəbbət

əsas yer tutur. Tapılan iki beytdən birincisində deyilir

ki, badi-səba «dildarın olduğu» yerdən əsdiyi üçün

onun Çin səhrası kimi geniş olan «könül evini»

hərəkətə gətirmiş, ürəyi çırpınmağa başlamışdır. İkinci

Page 43: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

43

beytdə isə «hicran zəhərindən ölümünü gözləyən aşiqə

artıq heç bir dərman fayda verməyəcəkdir» sözləri

ifadə olunur. Beləliklə, beytlərdən birində həqiqi aşiq

və nikbin göründüyü halda, digərində bədbin və

şikayətçidir. Eyni halı şairin farsca qəzəllərində də

görürük. Romantik aşiq olan şairin qəlbində sevinc və

kədər birləşmişdir. Şair məhəbbət yolunda nə qədər

iztirab çəkib qəmlənirsə, vüsal ümidi ilə bir o qədər

ruhlanıb şadlanır:

Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:

Gözüm ağlar, özüm yannam, inan, ey çeşmi-

məstanım.

Xoşam, qəmlə scvinc tutsa əgər dünyanı hər

yandan,

Nə onla, nə bununlayam, mənim eşq oldu

Ürfanım.

Tacım ah, göz yaşım Təxt, ləşkərim

dərddir,qəmim ölkəm,

Mən eşqə sultan olsam da, sənin eşqindi sultanım.

İkinci qəzəlində şair eşqi dünya nemətlərinin ən

yüksəyi hesab edir; eşqin dərd və qəmini duymayan

ürəyi «susuz çeşməyə» bənzədir və eşqin əsiri olduğu

üçün özünü xoşbəxt sayır.

Hər iki qəzəl məzmun dolğunluğu və lirizmi ilə

seçilir. Ümumiyyətlə, düşünərək mənalı və ürəkdən

yazmaq Mirzə Şəfi qəzəllərinin əsas xüsusiyyətlərini

təşkil edir. Bu cəhətdən onun qəzəlləri Füzuli şerinin

ruhunu xatırladır.

Page 44: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

44

Mirzə Şəfinin şeirlərində həm coşğun hiss, həm

də dərin fikir vardır. Onun şeirlərini oxuyarkən

qarşımızda ürək çırpıntısı ilə yazan lirik bir şairi, həm

də dərin düşünən bir mütəfəkkiri görürük.

Mirzə Şəfinin yeni tapılan əsərləri içərisində

poemasının xüsusi əhəmiyyəti vardır. Əlyazmasında

poemanın başlığı yaxşı oxuna bilinmədiyi üçün onun

adı məzmununa uyğun olaraq «Məktubun intizarında»

adlandırılmışdır. 168 misradan ibarət olan bu poema

fars dilində, məsnəvi şəklində yazılmışdır. Poema

özünün orijinallığı ilə seçilir, məzmunu və ruhu etibarı

ilə XIX əsrdə və ondan qabaq yazılan aşiqanə

poemalardan əsaslı surətdə fərqlənir. Poema həcminin

kiçikliyi, məzmununun avtobioqrafik mahiyyətdə

olması ilə Əndəlib Qaracadağinin «Leyli və Məcnun»

poeması ilə birləşsə də, məzmununa və üslub

xüsusiyyətlərinə görə ondan ayrılır. Şair öz poemasını

sevgilisinin tərifi ilə başlayır. Onun sevgilisi «zamanın

ən seçilmiş növcavanı, «gözəllərin gözəli», «vəfada,

əhdində tayı» olmayan, «xoşiqbal», «xoşəməl» və

«mehriban» bir gözəldir. Gözəlin tərifındən sonra şair

allaha müraciət edərək yalvarır ki, onun sevgilisini

«bədnəzərdən» uzaq etsin, dünyanın bəlalarından

saxlasın, ona cansağlığı və əbədi ömür versin. Bundan

sonra hicran dərdinə dözə bilməyən aşiq dövrana qarşı

üsyana keçərək, gah məşuqəsinin cövrü sitəmindən,

gah da öz taleyindən acı-acı şikayətlənir:

Mənim göz yaşlarıma, hümmət edin siz,

Yarın məskəninə axıb gedin siz.

Page 45: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

45

Hardan bir qafilə gəlsə, qərarsız,

Sürünnəm mən, sürünnəm ixtiyarsız.

Bu xəstə qəlbimin ahi, nəvası,

Olar ol qafilənin zəng sədası.

Haray, ey çərx, əlindən, nə edərsən?

Bu könlümü hər an dərdlə didərsən.

Mənə min dərdi verdin, yoxdu dərman?

Bir anlıq vəsl üçün bu qədri hicran?

Neçə min dərdi verdin, yoxdu dərman?

Bir anlıq vəsl üçün bu qədri hicran?

Neçə min sinəyə dağlar çəkibsən, Usanmazsan

məgər bu cövrdən sən?

Haray, mənim bahar fəslim nə oldu?

Həyat çeşməm daha görünməz oldu.

İnan, sənsiz elə yannam, yaxıllam,

Mənim tək görməmiş təşnə bu əyyam.

Poemanın ayrı-ayrı hissələrindən gətirilən və

aşiqin könül arzularını ifadə edən həmin misralarda nə

qədər dərin və odlu bir lirika vardır. Bu yandırıcı lirika

poemanın bütün misralarında özünü hiss

etdirməkdədir. Bu nöqteyi-nəzərdən əsərin lirik poema

adlandırılması çox doğrudur. Poemadan göründüyü

kimi, aşiq sevgilisinin cövründən və bəxtinin

dönməsindən nə qədər şikayət edirsə də, eşqində

naümid olmur. Şairin fikrincə, «naümidlik məşuqlara

haramdır...».

Eşqində naümid olmayan aşiq səba yelinə

müraciət idərək xahiş edir ki, «aşiqi-zarın» əhvalını

yarına xəbər versin və ona desin ki: «O gedəndən sonra

onun baharı xəzanə dönüb, təşnəli adam yana-yana su

Page 46: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

46

dalınca qaçdığı kimi, o da onu yana-yana axtarır,

fəraqına dözə bilmir». Aşiq ayrılıq dərdinə tab gətirə

bilməyib Məcnun kimi səhraya qaçmaq istədiyi zaman

qasid ona sevgilisindən məktub gətirir. Sevgilisindən

gələn məktub bərk həyəcan keçirən aşiqi sakit və aram

edir, kədərini şadlığa çevirir. Məşuqə məktubunda öz

aşiqini məhəbbətində dözümlü və səbrli olmağa çağırır.

Poema aşiqin saqiyə müraciəti və ürəyindən qəm

pasını silmək üçün ondan «camu-gülgün»ü istəməsi ilə

tamam olur. Beləliklə, Mirzə Şəfi Vazehin yeni tapılan

farsca iki qəzəli və «Məktubun intizarında» poeması

onun lirik şair olduğunu bir daha təsdiq edir.

Tərcümə şəklində bizə gəlib çıxan şeirlərinin də

böyük bir əksəriyyəti onu lirik şair kimi tanıtmaqdadır.

Saf, təmiz məhəbbətin tərənnümü bu lirik şeirlərin əsas

məzmununu təşkil edir. Eşqi və gözəli hər şeydən uca

tutan şair farsca qəzəllərindən birində deyir: «Ey eşqdə

sabit qədəm olan! Eşqdən başqa ayrı yolla getmə.

Məndən qəmzəsindən əzab çəkdiyim yarın üzündən

başqa bir şey soruşma. Mənə ürəyi sınıqlı dildarın

söhbətindən başqa ayrı bir söhbət eləmə! Mənim

ürəyimin məhrəmi və sirri ancaq odur».1 Onun əzabları

mənə zəmzəm suyu içirdir.

Şairin bu kitabçaya daxil edilmiş farsca

qəzəllərində panteist görüşlər hiss olunmaqdadır.

Məhəbbəti və gözəli tərənnüm edərkən Mirzə Şəfi

bəzən mücərrədliyə qapılıb panteist şairlər kimi «hüsn-

mütləq»dən daşınır. Lakin bu hal keçicidir, Mirzə Şəfi

üçün səciyyəvi deyildir.

Page 47: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

47

Mirzə Şəfinin əldə olan əsərləri içərisində onun

azərbaycanca «Süsəni» rədifli müxəmməsi və farsca

nəsr və nəzmlə yazdığı aşiqanə məktubu xüsusilə

diqqəti cəlb edir.

Hər iki əsər Susanna adlı bir xaçpərəst qızına həsr

edilmişdir. «Süsəni» rədifli müxəmməsində şair gözəl

qızın parlaq romantik təsvrini verərək onu bütün dünya

gözəllərindən üstün tutur və ona olan dərin

məhəbbətini dini etiqada qarşı qoyur:

Gün ki, hər gün ki, çıxar dərgəhinə səcdə edər,

Sərv rəftarə gəlir, qılsa qədin bağə güzər.

Qönçə gər ağzın ilə qarşı dura, boynun əyər,

Küfri-zülfün yetişib bir yerə kim, ey kafər,

Desələr Vazehə, böhtandı, müsəlman, Süsəni .1

Nikbin və şux ruhu ilə bu müxəmməs Vaqifin

eyni ruhda yazılmış müxəmməslərini xatırladır.

Şairin Susannaya həsr etdiyi ikinci şeir yuxarıda

adı çəkilən aşiqanə məktubudur. Fars dilində yazılan

bu məktubun içində, «Quran»dan gətirilən tək-tək

ayələr, azərbaycanca cümlələr, tərkiblər vardır. Şairin

ürəyindən qopan bu lirik, mənalı şeir parçaları onun

xristian qızına olan atəşin məhəbbətini ifadə edir.

Məktub Susannanın ərə verilməsindən sonra,

onun həqiqi aşiqi olan şairdə doğan hicran möhnətinin

təsviri ilə başlanır və bu əsas motiv məktubun bütün

hissələrində axıra qədər davam etdirilir.

_________________________

1. Mirzə Şəfı Vazeh. Bakı,«Kommunist»qəzeli naşriyyatı,1926, səh.12.

Page 48: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

48

Məktubda farsca gedən kiçik şeir parçaları

müəllifin lirik, mənalı beytlərindən ibarətdir. Burada

«əhli-dərd»in daxili aləmi, onun məhəbbətindəki

uğursuzluğu, məşuqəsindən gileyi, ayrılıqdan

şikayətləri məcazi ifadələrlə təsvir edilmişdir.

Məktubda bir neçə bədii, mənalı təşbehə (gözdən

tökülən yaşın səfərə çıxanın ardınca atılan suya,

ayrılığın gecəyə, vüsalın gündüzə oxşadılması),

cinaslara (məni eşqin oduna yandırdın, çünki gördün

yan durdun) və s. məcazi ifadə vasitələrinə rast gəlirik.

Ey nəzakət çəməni içrə xuraman, Süsəni,

Xubluq kişvərinin təxtinə sultan, Süsəni.1

mətləsi ilə başlanan müxəmməsində demək olar ki,

bütün misraları məcazi ifadələrdən, təbii təşbeh və

istiarələrdən ibarətdir.

Hərəkatü-rəvişin qıldı səhi-sərvini pəst,

Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,

Laiəni dağə salıb ruyin edib badəpərəst

Ey könül, qaş-goz aradə nə gəzirsən belə məst?

Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?

1 Mirzə Şəfı Vazch. Bakı, «Kommunist» qozeti nəşriyyaiı, 1926. səh. 20.

2 Yenə orada, «Kommunist» qəzeti (1926).

Page 49: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

49

AVROPADA MĠRZƏ ġƏFĠ VAZEHĠ FRĠDRĠX

BODENġTEDT TANITMIġDIR

Tarixi özümüz yaradırıq, çox vaxt yazan

başqaları olur.

FRĠDRĠX BODENġTEDT

Page 50: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

50

İstirahət günü idi: Günəş bir adam boyu

qalxmışdı. Mirzə Şəfi də sübhdən oyanmışdı. Evinin

qarşısındakı balaca bağçada gəzir, ağaclara qulluq edir,

əlindəki bellə güllərin dibini yumşaldırdı. Əhvalı xoş

görünürdii. Bağçada on-dan başqa heç kim yox idi. O,

tənhalığa öyrən-mişdi. Sərv ağacına daha çox diqqət

yetirirdi. Başı o qədər qarışmışdı ki, küçə qapısının

açıldığını hiss etmədi. Gələn almaniyalı Fridrix

Bodenştedt idi. O, bir gün əvvəl Mirzə Şəfinin yanına

gəlməyə razılıq alıb ünvanını götürmüşdü. Mirzə Şəfi

hənirti duyub arxaya baxanda Fridrixi gördü. O Şəfiyə

yaxınlaşıb salam verib kefini soruşdu.

- Kefim yaxşıdır, adətim belədir, həmişə gün

çırtanda yuxudan qalxıram. Bu məndə vərdişə

çevrilibdir. Kişi erkən qalxmalıdır...

- Böyük ustad, bunların hamısı xoşdur. Özünüzün

səhhətinizə fikir verin.

-Allahın işinə heç kəs qarışa bilməz. Onun özü

bilən yaxşıdır. Bir də ki, a Fridrix ömrüm harada

qırılar-qırılsın. Ağlayanım da olmayacaq.

-Ustad, elə demə, sən böyük adamsan. Dünən

mənə verdiyin şeirləri gecə oxuduqdan sonra dedim -

İlahi, sənə çox şükür! Şərqin Hafizi Qafqazda

dirilibdir. Sənin şeirlərində həyat qaynayır, məhəbbətə

tutulmuş insan Allaha qovuşmağa can atır.

Şeirlərindəki ilahilik sənin şəxsiyyət olmağının

təsdiqidir. Bəs, bu ağaca niyə bu qədər diqqətlə

baxırsan, axı, o meyvəsizdir...

- Elə ona görə vurulmuşam, - deyə Şəfi

gülümsədi.

Page 51: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

51

-Meyvəsiz ağacamı?

- Bəli, çünki mənimlə bu ağac arasında fərq

yoxdur. Taleyimə belə yazılıbdır. Taledən qaçmaq

olmaz. Yenə də Allah bilən yaxşıdır. Bu nə ağacdır

tanıyırsanmı?

Fridrix çiyinlərini çəkdi.

-Buna Sərv deyirlər.

-Sərv olsun, bəs, niyə buna belə şövqlə baxırsan?

-Sərv-azadlıq ağacıdır. Şərq şerində bu ağac

gözəlin qamətilə qiyas edilir. Budaqları qoesentrik

deyil, heliosentrikdir-göyə baxır, yüksəkliyə can atır.

Mən də azadlıq aşiqiyəm...

Mən xeyli fikirləşdim. İlahi, ustadım nə dərin

təfəkkür sahibidir.

-Fridrix, nə yaxşı gəldin. Bu gün tək qalmaq

istəmirəm. Dünya təkliyi sevmir. Allah da tək adama

baxmır, işini düzəltmir.

O, deyəsən axırıncı sözü başa düşmədi. Necə yəni

Allah da tək adamı sevmir. Ustad nə demək istəyir,

nəzərdə nəyi tutur? – deyə fikirləşdi. Nəhayət,

utancaqlığı kənara atıb soruşdu:

-Ey müdrik, ey Şərqin məhəbbət rəmzi, axırıncı

söz Allaha asilik deyilmi?...Allah təkliyi sevmir?

-Necə ola bilər özü tək olan təkliyi sevməsin?

O gülümsədi, başını yuxarı qaldırdı, papağını

götürüb əlinin içi ilə başının tərini sildi. Gözlərini

ənginliklərə zillədi. «Allaha qovuşmağa can atıram,

məni dindirmə» - dedi.

Mən daha üz vurmadım, daxili aləmimə qapılıb

qaldım. Tənhalıqdan darıxdım. Başımı çiynimə qoyan

Page 52: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

52

Sərv ağacının saçlarını tumarlamaqla vaxtımı öldürmək

istədim. O mənim sərvi kobudluqla tumarladığımı

görüb həyəcanlandı.

-Ehtiyatlı ol! «Qızın» qəlbini sındırarsan, o, çox

kövrəkdir, canlıdır, eşidir. Görmürsən, başını göylərə

necə şax qaldırıbdı? O, Allahın dərgahına can atır. Pak

olmaq üçün saçlarını səhər nəsiminə daratmışdır.

Həyatda ən çox sevdiyim bu ağac paklıq və gözəllik

rəmzidir. Meyvəli ağaclarda paklıq yoxdur, çünki

onlara çoxlu napak əllər toxunur. İndi deyərsən ki,

«barsız ağacı kəsərlər». Baxır hansı ağacı.

Mən onunla mübahisəyə girməyi özümün

məğlubiyyətim bildiyim üçün əvvəlki fikrimi ortaya

atdım.

-Allah təkliyi sevmir?

-Bəli, sevmir.

-Tək adam nəsil vermir. Allah isə dünyanı insan

üçün yaratmışdır. Allah təkliyin tərəfdarı olsaydı, baba

Adəm ilə Həvva nənəni cənnətdən qoşa çıxarmazdı,

dünyanı su basanda Nuh peyğəmbər gəmiyə canlıları

cüt götürməzdi.

-Bəs, şeytan? - deyə Bibliyadan yadımda qalan

bir əhvalatı ortaya atdım. O buna bənd imiş kimi

şeytana lənət oxudu. Bibliyadakı əhvalatı belə xatırladı:

-Böyük Allah yaratdıqlarını şeytana uyduqlarına

görə cənnətdən qovduqdan sonra, İblisin oğlu Xənnas

onlara nökər göndərildi. Xənnas ulu babamızla, ulu

nənəmizə qulluq edirmiş. Lakin onları lap təngə

gətirmişdi. Yer üzünün ilk ər-arvadı qərara gəlirlər ki,

Xənnası da özləri ilə birlikdə dərya kənarına aparsınlar

Page 53: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

53

və orada onu suya atsınlar, onlar fikirləşdiklərini yerinə

yetirdilər. Şad-xürrəm evə qayıdanda Xənnasın onları

qarşıladığını görüb dilxor oldular. İkinci dəfə tonqal

yandırıb Xənnası oda atdılar. Yenə də canları

qurtarmadı. Nəticədə, belə qərara gəldilər ki, onu

böyük bir qazana basıb, bişirib yesinlər. Fikirləşdikləri

kimi etdilər. İndi İblis insanın ürəyində yox,

qanındadır. Özü də, o qan İblisin oğlu Xənnasın

qanıdır.

Mən bu sualımla müəllimimin müdrikliyini

bilmək istəyirdim. Axı, o, bir müsəlman kimi Bibliyanı

bilməyə bilərdi. Ustadımın bu izahı məni daxilən sıxdı.

O, sözünü belə bir şəkildə ümumiləşdirdi.

Adəmlə Həvva Xənnası yedilər ki, canları

dincəlsin, övladlarını isə bəlaya saldılar. Beləcə zaman

keçdi, bir ata və bir anadan dünyaya gələnlər bir-birinə

düşmən kəsildi. Bax, bəşər övladının başına gətirilən

bütün müsibətlər valideynlərlə bağlıdır...

Mən nəfəsimi çəkmədən ona qulaq asırdım. O

birdən dayandı, dərindən nəfəs aldı, hiss etdim,

yorulubdur, oturmağa yer axtarır. Çarhovuzun yanına

gəlib, söyüd ağacının altında salınan xalının üstündə

oturdu və mənə də yanında yer göstərdi. Ortaya

pürrəng çay gətirildi. Bu böyük iltifat idi. Müəllimlə

nimdaş bir xalının üstündə bardaş qurub oturdum.

Müəllimim dedi ki, bardaş qurub oturmaq, insanın qara

ciyərinin uzanmasına imkan vermir.

Müəllimimdən xahiş etdim ki, yeni yazdığı

şeirlərdən birini oxusun. O, sözümü sındırmadı:

Page 54: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

54

Cəhalət içində olmuşdum sərsəm,

Qocalıb getmişdim ürəyimdə qəm.

Gümrah, cavan etdi yenidən məni,

Bir mey, bir məhəbbət, bir də ki, nəğmə.

Mey iç Mirzə Şəfi, dayanma gəl boş,

Ol meylə, sevdayla, nəğməylə sərxoş.

Fridrix bu şeiri dərhal qiymətləndirə bilmədi.

Lakin sonralar öz müəllimi haqqında belə yazmışdı:

“Qəlbimdə əbədi yaşayan hikmətli sözləri, şirin

nəğmələri ilə qadın və qızlarımızın dilində əbədiləşmiş,

adı bütün Avropada iftixarla çəkilən Gəncəli söz

ustadım Mirzə Şəfi. Sən bu gün xatirimdə yenidən

canlanırsan. Sanki biz çay süfrəsi ətrafında əyləşib,

sizin gözəl nəğmələrinizi dinləyirik. İnsanlara sevinc,

özünə əbədi şöhrət gətirmək üçün mənə bəxş etdiyin bu

tər çiçəklərdən Sizə gözəl bir çələng hördüm, qarşıma

tökmüş olduğunuz bu zümrüd daşları sapa düzüb zərif

bir boyunbağı düzəltdim, ey mənim söz ustadım”1.

1 Şərqdə min bir gün. Berlin, 1851, səh. 168. (Akif Bayramovdan götürülübdür)

Page 55: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

55

NEYLƏYİRSƏN YAŞI SƏN...

Sevgiyə hədd qoymaq düzü günahdır,

Cahilin hər işi, sözü günahdır

Eşqi günah saymaq özü günahdır

Kim deyir eşqimdə günahkaram mən.

Bəxtiyar Vahabzadə

Sentyabr ayı idi. Mirzə Şəfi Tiflisdə gimnaziyada

dərs deyirdi. Axşamlar Kür sahilində gəzinir, dünya

işlərini xəyalından keçirir, gəlib-gedənlərə baxırdı.

Neftlə doldurulmuş fanarların sarı işıqları yanmaqda

idi. Yanından qırx yaşlarında bir qadın keçdi, şair

heyranlıqla onun arxasınca baxdı, tanımadı. Təsadüfən

geriyə qanrılan qadın onun arxasınca baxanı gördü,

geri qayıtdı. O, şairə yaxınlaşıb dedi:

- Sən kimsən?

- Qəribəm, Tiflisə təzə gəlmişəm.

-Haradan?

- Gəncədən.

-Hə... Nə haqla arxamca baxırsan?

-Gözəlin arxasınca baxarlar. Allah səni gözəl

yaradıb ki, mənim kimi yazıqlar arxanca baxıb qovrul-

sunlar. Axı, Allah səni gözəl yaradıb təkcə özün üçün

yox, hamı üçün yaradıb... «Gözələ baxmaq savabdır»

sözlərini eşidibsənmi? Bəs, sənin adın nədir?

-Susanna.

Şəfi susdu.

- Nə fikirləşirsən?

- Ad tanışdır.

Page 56: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

56

-Ad-ada oxşayar, özünü çox yorma.

-Doğru buyurursan, xanım. Lakin bu adla

əlaqədar macəralarım olubdur.

Qadın cavab verib özünü tanıtmadı. Aradan xeyli

vaxt keçmişdi...

- Bəs, sənin adın nədir?

- Şəfi.

-Yaxşı səslənir, dilim tutur «Şafi»...

Bu gözlənilməz tanışlıqdan sonra Susanna ilə Şəfi

arasında vaxtilə Gəncədə əsası qoyulan sevgi əhvalatı

yenidən təkrarlandı. Bir neçə görüşdən sonra araları

dəyir. Şəfinin gündüzü qaranlığa döndü. Gecələr

gözünə yuxu qonmadı. Gec tapıb tez itirdiyi

məhəbbətini yenə də tapa bilmir. «Susanna» şeirini

yazır. Bir həftə içərisində bu şeir şeytanbazar

dəllallarının, gentuman kintoların dilinin əzbərinə

dönür. Şerin sorağı Susannaya çatır. Əsəbləşib özündən

çıxan Susanna gimnaziyaya gəlir. Şəfini çağırtdırır,

məktəbin qabağındakı bağa yön alırlar. Qadın

gözlənilmədən hücuma keçir.

-Məni niyə rüsvay edibsən, ey şair?

-Sən kimsən, ey mələk?

- Susannayam.

-Lap gözəl, çox pakizə. Susanna vaxtı ilə sən

mənim saatlarımı şirinləşdirir və bununla qəlbimdə elə

bir atəş yandırıbsan ki, bu atəş səhrada yanan atəşə

bənzər. Bu məhəbbətdir. Bütün dünya yuxuda olarkən,

bütün ətraf sakit ikən məhəbbət oyaqdır. Bu oyaq

məhəbbət indi səni tapıb, taleyin üzümə gülüb. İndi gəl

fəvvarənin yanındakı skamyanın üstündə oturaq və ilk

Page 57: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

57

məhəbbətimizdə saçlarına sığal verə bilməmişəm. İndi

çəmidir yan-yana oturaq məşşatəliyimlə səni gözəllər-

gözəli eləyim. Sənin kimi gözəlin məşşatəsi olmaq

mənə xoşdur. Çoxdandır barmaqlarım yanaqlarının

həsrətini çəkir. Buxağındakı xala baxmaq, ona

toxunmaq mənə behişt qapısını bağışlar. Neçə müddət

idi Tiflisi gəzib dolanırdım. Səni tapa bilmədiyim üçün

bu şeiri yazdım. Axı, şairin qəmxarı şeiridir. Şeir şairin

dərdçəkənidir. Hara göndərirsən gedir. Allaha min

şükür, arzuma çatdım.

-Nəyə çatdın?

-Arzuma.

-Arzun nədir?

-Arzum səni görmək.

-Hə, məni gördün, sonra?

-Sonrasını deməzlər. Sən mənə borclusan.

-Nə borcluyam?

-Gəncliyimi qaytar özümə.

-Tökülən şey dolmaz, şair. Belə borcu ancaq

Allah qaytara bilər.

-Amin! Kaş dediklərin doğru çıxaydı. Onda səni

sevməzdim.

-Həqiqi sözündür?

-Əlbəttə, həqiqi sözümdür.

Susanna tutuldu, az qalmışdı cin atına minsin. Nə

düşündüsə dedi:

-Daha nə borcluyam sənə?

-Borcun çoxdur. Səni bütün Tiflisdə tanıdıb

məşhurlaşdırmışam.

-Axı, dedin ki, cavan olsam, səni sevmərəm?

Page 58: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

58

-Hələ ki, cavan deyiləm, deməli, sevirəm. Ya

köhnə dostluğu təzələ, ya da səni yenidən dilə-dişə

salacağam, onda bilərsən necə «dəlləyəm».

Qadın qımışdı. Əlini Şəfinin çiyninə qoydu.

Başını irəli uzadıb dedi:

-Başın ağarıb, ağlının ağarmasına da söz ola

bilməz.

Şəfi buna bənd imiş kimi aşağıdakı misraları

pıçıldadı:

Ağlımla qəlbimin özgə yolu var,

Hər biri bir yolda puç edər məni.

Birisi sevdadan uzaqlaşdırar,

O biri sevdaya tuş edər məni.

Ağlım gecə-gündüz yazıq qəlbimi,

Daima danlayar, daima söyər,

Qəlbimsə sevdaya bir həris kimi,

Daima istəyər, daima sevər.

O, şeiri tamamlayıb Susannanın üzünə baxdı.

Yadına neçə il qabaq Daruran çayı sahilində çinar

ağacının altındakı ilk görüşünü saldı. Onda Susannanın

on altı, Şəfinin iyirmi yaşı vardı. Cavad xan nəsli

perikdirilmişdi. Gəncənin də adı dəyişdirilib

Yelizavetpol qoyulmuşdur. Yerli sakinlər Yelizavetpol

demədiklərinə görə cərimələnirdilər.

Susanna yenidən sözə başladı, əvvəlki fıkrinin

üstünə qayıdıb dedi:

-Görürsən, deyəndə ki, sənin ağlın ağarıbdır,

mənə inanmırsan. Etiraf etmək əvəzinə yenidən

Page 59: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

59

başlayıbsan səni sevirəm, deməyə. Əgər ağlın

ağarmasaydı, yazdığın şeiri küçələrdə gəzən dərvişlərə

verib oxutdurmazdın. Daha məni axtarma, qocalıbsan,

başının tükləri də ağarıbdır.

-Bəli, doğru deyirsən:

Vaxt var idi güclü, cavan qolumla,

Səni bərk-bərk qucaqlayıb öpərdim.

Gənclik getdi, köhnə eşqin. oduyla,

Vurur qəlbim indiyədək...nə dərdim.

Mənim həyat üzüyümün qaşısan !

O üzüyün bəzəyi sən, daşı sən,

İnan bütün nəğmələrim sənindir,

Ürəyə bax, neyləyirsən, yaşı sən !

O üzüyün bəzəyi sən, daşı sən,

İnan bütün nəğmələrim sənindir,

Ürəyə bax, neyləyirsən, yaşı sən!

Belə söyləyirlər ki, “Susanna” şeirin birinci

beytinə etiraz etmiş və «sən sirr saxlamadığına görədir

ki, uzun müddət gözünə görünmədim. Barı elə elə ki,

heç olmasa, bu şeir özgələrinin əlinə düşməsin, yoxsa

tamam biabır ollam».

Şəfi mehribanlıqla dedi:

-Ey mənim mələyim, Süsənim. Gəncədəki ilk

görüşümüz yadındadımı? Bəlkə atan səni Tiflisə də ərə

verib... O, qara keşiş olub bizi bir-birimizdən ayırdı.

Yaxşı ki, ayırdı... Amma ilk məhəbbət unudulmur.

Məhəbbət-milli ayrı-seçkilik bilmir. Hər millətin

şəriəti,adət-ənənəsi, milli qeyrəti var. Lakin məhəbbət

Page 60: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

60

bunları qəbul etmir.

Məhəbbət atəşdir şair demişkən:

«Xoş o qəmə ki, ürəkdə atəş gizlədir,

Xoş o ürəyə ki, onda od yuva salmış ola»

-Bu sözləri ikimizə də aid etsəm inciməzsən ki?

-Əlbəttə, incimərəm.

Susanna gülümsədi.

-Bəs bu sözlər kimindir? Özünümü yazıbsan?

-Yox! Hind hökmdarı Əkbər Şahın «Şairlər Şahı»

adlandırdığı, Nizami «Xəmsə»sinə bənzər beş dastan

yazan Əbül Feyzi (Feyzi Hindi)-nindir.1 O, 1547-ci ildə

doğulub və 1595-ci ildə vəfat etmişdir. Şeirin orijinalı

isə belədir:

-Bununla məni sevdiyinə peşiman olduğunumu

deyirsən?

-Nə bilim nəticəni özün çıxart. Məhəbbət atəşdir,

ürəkdə yuva salıb...

Susannanın yanaqlarında bir damcı göz yaşı

donub qaldı...

Belə deyirlər ki, həmin göz yaşı torpağa qarışıb

görünməz oldu. «Susanna» şeiri isə iki yüz ildir kon-

sert salonlarını bəzəyir, milyonlarla insanın ürəyini

oxşayır... «Ürəyə bax...» şeiri də həqiqi məhəbbətin

rəmzi kimi bir çox şairin mövzusuna dönüb, müxtəlif

formalı əsərlər yaranıbdır. Onlardan biri belədir:

1.“Xoş an qəmi ke bedelha nəhan gönəd atəş,

Xoş an deli ke dər u asiyan gönəd atəş”.

Page 61: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

61

Sənin atəşli çöhrəndən iki xislət doğub məndən:

Gözüm atlar, özüm yannam, inan, ey çeşmi-

məstanım.

Xoşam, qəmlə sevinc tutsa əgər dünyanı hər

yandan,

Nə onla, nə bununlayam, mənim eşq oldu

ürfanım,

Tacım ah, göz yaşım təxt, ləşgərim dərddir,

qəmim ölkəm,

Mən eşqə sultan olsam da, sənin eşqindi

sultanım.

NÖHBİKƏ

Ailə qeydiyyatını rəsmiləşdirən sənədlərin heç

birində, eləcə də tarixin səhifələrində Mirzə Şəfi

Vazehin hər hansı qız və qadınla kəbinə girdiyini

təsdiqləyən yazılı heç bir şey yoxdur. Lakin onun

məhəbbətinə aid söz-söhbət düz iki yüz ilə yaxındır ki,

yaşayır. Bəzi ədiblərimiz öz gözəl romanlarında

xeyirxahlıq edib onu evləndiriblər də. Elə vəziyyət

yaradıblar ki, Şəfi qız da qaçırıb. Görkəmli alim

professor Mikayıl Rəfili isə mühazirəsində (1952)

deyirdi ki, «Şəfi dünyasını məhəbbətinə qovuşmadan

tərk etmişdir...».

O, «Züleyxa» şeirini Şeyx Şamilin qohumu

İbrahim xanın qızı Nohbikəyə həsr etmişdir. Xan, qızı

ilə birlikdə Gəncəyə gəlib Cavad xanın qızı Püstə

Bəyimin qonağı olmuş, Mirzə Şəfi də Nohbikəni orada

görüb “Züleyxa” şeirini yazmışdır. Nohbikənin

Page 62: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

62

gözəlliyi «Yusif və Züleyxa» dastanındakı Züleyxanı

xatırladırdı:

Hüsn idi Yusifi eyləyən şöhreyi - cahan,

Eşq idi artıran o Züleyxa məhəbbətin,

Hüsn ilə eşq olmasa, hasil nə dəhrdən,

Bieşq kimsə anlamayıb sirri-xilqətin.

xxx xxx

xxx

Dünyaya nikbin bir gözlə baxan, həyatın

nemətlərini ancaq bu dünyada axtaran Vazeh nə

ınövhum Behişti arzulayır, nə də cəhənnəm qəmini

çəkir. "cəhənnəm, cənnət, huri, mələk, qılman onun

nəzərində ancaq əfsanədir. Behişt üçün Allaha ibadət

edən -müfti və dindarları o, «riyakar», məscidi

«viranə», orada minbər üstündə avam camaata vəz

oxuyan müfti və vaizləri isə fırıldaqçı adlandırır;

meyxanəni məscidə, Kəbəyə qarşı qoyur. Əslində bu

meyxanə şərab içilən yer deyil, Allahın yaratdığı

insanın mənəvi aləmidir ki, orada Allaha itaət əsas yer

tutur. M.Ş.Vazeh heç bir şeirində yaradandan əlini

üzmür. Allah böyükdür, hər şeyi görən və

bağışlayandır. Yalanı müfti və vaizləri müqəddəs

məscidlərdə görmək istəmir. Cəhənnəm xofu ilə

cənnətə bilet satan müfti haqqında deyir:

Xəsisliklə vurub ömrünü başa,

O dünyada cənnət axtarır nadan.

Bizi cəhənnəmlə qorxudur müfti,

Page 63: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

63

Qorxmaz boş sözlərdən ağıllı insan.

Müftinin nə qədər olsa əfsunu,

Uymaz Mirzə Şəfi ona heç zaman.

xxx xxx

Cənnət qapıları günün birində,

Mömün bəndələrə açılan zaman,

Günahlı, günahsız...hamı yerində,

Gözləyər qəlbində şübhəylə güman.

xxx xxx

Bütün günahkarlar içində tək mən,

Dayanıb dururam qara-qorxusuz.

Cənnət qapısını bu dünyada sən,

Açmısan üzümə, ey nazəndə qız.

xxx xxx

Düzlüklə alçaqlar çarpışan zaman,

Alçaqlar nədənsə qazanır hər an.

Çünki alçaqlarçün ən alçaq işlər,

Alçaqlıq deyildir, hünərdir, hünər.

Page 64: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

64

AZƏRBAYCAN LƏHCƏSİNDƏ TATAR

MÜNTƏXƏBATINA ERMƏNİ XƏYANƏTİ

Azərbaycan xalqının mədəniyyəti tarixində

ədəbiyyat dərsliklərindən söhbət gedərkən tədqiqatçılar

Mirzə Şəfi Vazehlə İvan Qriqoryevin birlikdə tərtib

etdikləri, birincinin ölümündən sonra 1855-ci ildə

Təbrizdə çap olunan 230 səhifəlik «Kitabi türki»

dərsliyinin öz dövrü üçün əhəmiyyətli metodik vəsait

olduğunu qeyd edirlər.

Bu kitab rus dilinə «Tatarskaya xrestomatiya

azerbeydjanskoqo nareçiya» adı ilə tərcümə

olunmuşdur. Pedaqogika tarixində də bu dərslikdən

danışılır. Professor A.Abdullayev bu dərsliyin bədii

materiallarını məzmunlarına görə üç yerə bölür.

İnqilabadək çap olunan ədəbiyyat dərsliklərini tədqiq

edən tanınmış alimlərimizdən, professor Camal

Əhmədov da bu dərsliyin Təbriz nəşrindən danışır. Bu

sahədə geniş tədqiqat aparan Əli Əjdər Səidzadə

«Mirzə Şəfi Vazeh» (1969) adlı kitabında yazır ki,

Qafqazda bu dərsliyin birinci hissəsindən

gimnaziyaların yuxarı, ikinci hissəsindən aşağı

siniflərində və qəza məktəblərində istifadə olunması

nəzərdə tutulmuşdur. Bütün bunlara baxmayaraq,

indiyədək heç bir tədqiqatçı bu «Müntəxəbat”ın necə,

nə cür, nə kimi şəraitdə, necə bir şəkildə, hansı maddi

vəsaitlə, kimin, hansı idarənin hesabına və icazəsi ilə

çap olunması, təkrar nəşrinə göstərilən cəhdin nəticəsiz

qalması barədə məlumat verməmişdir. Bu əziyyət

dərsliyin zəhmətini çəkənlərin qiymətləndirilməməsi

Page 65: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

65

təsirini bağışlayır. Lakin xalq müşaviri Dm.

Kobyakovun redaktorluğu və sədrliyi ilə 1888-ci ildə

Tiflisdə çıxan Qafqaz Arxeologiya Komissiyası

aktlarının 1-ci nömrəsinin 793-cü bəndində (səh. 756-

757) Qafqaz Tədris Dairəsinin müdiri, həqiqi mülki

müşavir baron A.Nikolain general-leytenant Vasili

Osipoviç Bebutovun sorğusuna cavab olaraq

göndərdiyi 4 yanvar 1856-cı il tarixli 8 nömrəli izahlı

raportu bu dərsliyin necə bir çətinliklə nəşr edildiyini,

İ.Qriqoriyevin bu sahədəki fədakarlığını aydınlaşdırır.

Dünənə kimi araşdırıcıların nəzərindən yayınan bu

raportdan aydın olur ki, Qafqaz tədris dairəsinin müdiri

hələ Mirzə Şəfinin sağlığında “Tatarskaya

xrestomatiya...”nın nəşri üçün Qafqazın canişini

general M.S.Voronsova göndərdiyi 2649 nömrəli

təqdimatla müraciət etmiş, o da, 30 iyul 1852-ci il

tarixdə həmin təqdimatın üstünə özünün razılığını

yazmış, dərsliyin çapı üçün dərc ediləcək vəsaitin

haradan götürülməsini də qeyd etmişdir. Bu barədə

baron A.N.Nikolain knyaz V.O.Bebutova göndərdiyi

raportunda yazır ki, «O zaman mənim təqdimatıma və

xahişimə əsasən Qafqazın sabiq canişini (M.S.

Voronsov -S.Ş) Tiflis gimnaziyası müəllimlərindən

Mirzə Şəfi Sadıqovun və İv. Qriqoriyevin Qafqaz

Tədris Dairəsi məktəbləri üçün Azərbaycan ləhcəsində

(nareçya) tərtib etdikləri «Tatarska-ya xrestomatiya...»

kitabının daş basması üsulu ilə çap olunmasına razılıq

vermişdir. Bu dərsliyi çap etdirmək üçün İv.

Qriqoryevə dairənin-mahalın qənaət edib yığdığı

puldan 700 manat məbləğində borc verilmişdir; bu

Page 66: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

66

şərtlə ki, dərslik Xalq Maarif Nazirliyində bəyənilmiş

olsun... Borc alınan pul çap olunmuş müntəxəbat

satıldıqdan sonra qaytarılmalı idi, həm də tədris dairəsi

rəhbərliyinə tapşırılmışdır ki, kitab çapdan çıxdıqdan

sonra bütövlükdə mahalın gimnaziyalarında, eləcə də

qəza məktəblərində istifadə olunmalıdır. Raportdan

aydın olur ki, İv. Qriqoryev dərsliyi əvvəlcə Tiflisdə

çap etdirmək istəmiş, lakin «şikəstə», «nəsx», «təliq»

xətti ilə yazıldığına görə «Müntəxəbat»ın Tiflis

mətbəəsində çox xərc aparacağını nəzərə alan müəllif

onu (Ə.Ə.Səidzadə yazır ki, bir iranlı tacirin

vasitəçiliyi ilə (mənbə göstərilmir və biz də belə bir

mənbəyə rast gəlməmişik - N.Ə.) Təbrizdə çap

etdirmək məcburiyyəti qarşısında qalmışdır. Beləliklə,

«Azərbaycan ləhcəsində müfəssəl müntəxəbat»

«müfəssəl müntəxəbat: iqtibas» adlı iki hissədən ibarət

olan «Azərbaycan ləhcəsində tatar (Azərbaycan- N.Ə.)

Müntəxəbatı» Təbrizdə çox səliqəsiz və savadsız çap

olunmuşdur. Professor Mirzə Kazım bəy və

L.Z.Budaqovun rəyinə görə bunun əsas səbəbi İv.

Qriqoryevin özünün dərsliyin nəşrində iştirak edə

bilməməsi olmuşdur. Ona o zaman icazə verməmişdilər

ki, Təbrizə getsin və kitabın nəşrinə rəhbərlik etsin.

Buna, yəni kitabın nəşrinə rəhbərlik etmək üçün bir

müddət Təbrizdə qalmağa İvan Qriqoryevin pulu yox

idi. Məhz buna görə də sahibsiz qalan sifarişin nəşri

dörd ilə yaxın (1852-1855) bir müddət də heç bir

mətbəə mədəniyyətinə riayət edilməmiş və çox

keyfiyyətsiz çap olunmuşdur. Bunu raportun bu

aşağıdakı sözləri tamamilə təsdiqləyir və yəqin olur ki,

Page 67: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

67

Təbrizdə çap olunan «Müntəxəbat...»ın sətirləri, bəzi

abzasları baş-ayaq, əyri-üyrü basılmış və çoxlu hərfi

səhvə yol verilmişdir. Bunlar təshih edilib qaydaya

salındıqdan, bəzi abzaslardakı sözlərin lüğəti

verildikdən sonra bu dəfə Tiflis mətbəəsində (bəzi

bölmələr- N.Ə.) çap edilmiş və məktəblərdə istifadə

olunması münasib sayılmışdır. Bundan başqa İvan

Qriqoryev «Rus-tatar lüğəti»ni də hazırlamış, çap

etdirmək fikrindədir. Bunun üçün ona yenidən 700

manat borc verilməli və lüğət «Müntəxəbat»a əlavə

edilməlidir ki, bəzi ifadələrin mənasını başa düşmək

çətinlik törətməsin. Həmin dərsliyi İvan Qriqoryev

Qafqaz Tədris Dairəsi məktəblərində hər nüsxəsini 60

qəpiyə satmağı öhdəsinə götürmüşdür. Lakin indi

«Müntəxəbat»a lüğət əlavə edildiyi üçün onun hər bir

nüsxəsinin qiyməti 80 qəpiyə qaldırılmışdır.

Məmnuniyyətlə nəzərinizə çatdırıram ki,

«Tatarskaya xrestomatiya aderbeydjanskoqo

nareçiya»nın bir nüsxəsini Sizə göndərməyi özümə

şərəf bilir və xahiş edirəm bu barədə öz fikrinizi Xalq

Maarif Nazirinə bildirəsiniz və «Müntəxəbat»ın

baxılmasına sərəncam verəsiniz. Bir də onu bildirməyi

özümə şərəf sayıram ki, hal-hazırda tatar dilini

öyrənməkdə İv. Qriqoryevin kitabına («Kniqa dlya

çteniya İv. Qriqoryeva» -səh. 757) oxşar-bənzər başqa

bir vəsaitin yoxluğu, məni məcbur etmişdir ki, Qafqaz

Təhsil Dairəsinin tatar dili keçilən məktəblərində onun

«Kniqa dlya çteniya» sından (Bu raportda «Tatarskaya

xrestomatiya aderbeydjanskoqo nareçiya», həm də

«Kniqa dlya çteniya» kimi yazılmışdır- N.Ə.) istifadə

Page 68: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

68

olunmasını təklif edim. «Bununla əlaqədar olaraq

demək lazımdır ki, o zaman Azərbaycan dilinin

tədrisinə, ədəbiyyatının öyrədilməsinə («Kniqa dlya

çteniya»nın adından da məlum olur ki, buraya toplanan

materiallar,bədii əsərlər olmuş və əgər belə demək

mümkündürsə» bu ilk ədəbi məcmuədir, buna görə də

xüsusi diqqət verildi və bunu Qafqaz Arxeologiya

Komissiyası Aktlarının 1881-ci ildə çıxan 8-ci

cildindəki 1834-cü ilin fevral ayının 8-də Xalq Maarif

Nazirinin gizli müşaviri S.S.Uvarovun göndərdiyi 64

nömrəli məktubun bu sözləri də təsdiqləyir: «Yerli

dilləri, xüsusən, Aderbeydjan dilini yaxşı öyrənən

şagirdlər-rus uşaqları təriflənilsin, məktəbin pedaqoji

şurası lazım bilsə, belə şagirdlər qızıl və gümüş

medallarla təltif edilsinlər» (səh, 99). Bu göstəriş və

tapşırıq hər şeydən əvvəl əyalətlərdə idarəçilik

sistemini nizamlayıb möhkəmləndirməklə bağlı idi və

o illərdə, Azərbaycan dili Qafqaz xalqlarının əsas

ünsiyyət vasitəsi sayılırdı. Yazılan dərsliklər də məhz

bu məqsədə xidmət etmək vəzifəsini daşıyırdı. Rus

məktəblərində Azərbaycan dili və ədəbiyyatının

öyrənilməsinə verilən belə diqqət, göründüyü kimi

siyasi məzmundan xali deyildir. Həqiqi mülki müşavir

baron A.N.Nikolainin raportunda göstərilir ki, Xalq

Maarif Naziri litoqraf üsulu ilə çıxan «Tatarskaya

xrestoınatiya» kitabın özünün xüsusi məktubu ilə

Peterburqa universitetin Şərq dilləri fakültəsinə rəyə

göndərmişdir. Fakültədə baxıb qərar vermişdilər ki,

hazırkı vəziyyətdə bu müntəxəbatı Azərbaycan dilini

və ədəbiyyatını öyrənmək baxımından kafi saymaq

Page 69: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

69

olmaz. Deməli, onun üstündə yenidən «işləmək» lazım

idi, lakin bu zaman Mirzə Şəfi yaşamırdı və bütün

çətinlik İv. Qriqoryevin üzərinə düşürdü, bu sahədə o,

səyini əsirgəmədi, erməni xəbisliyi ilə yazılan qərəzli

«rəyi» təkzib (bu rəy erməni L.Z. Budaqovun təhrikilə

yazılmışdır) etməkdə çaşqınlıq göstərdi, geniş cavab

hazırlayıb baron A.N.Nikolainə təqdim etdi. O da

müəllifin bu cavabını dərsliklə birlikdə baxılmaq üçün

yenidən Peterburqa, universitetin professorlarına

göndərmişdir. Lakin yenə də bu dərsliyə müsbət rəy

verilməmişdir. Bu rəyi knyaz Aleksandr İvanoviç

Baryatinski 1858-ci ildə Qafqaz Maarif Nazirinə

qaytarmışdır. Dərslik bu dəfə də Peterburqa

universitetin «Türk-tatar dili» kafedrasına

göndərilmişdir. Kafedranın üç nəfər professoru

(Raportda adları göstərilmir) o zaman Şərq şöbəsində

Mirzə Kazım bəy, L.Z.Budaqov və V.V.Qriqoryev

işləyirdilər. (Bu dərsliyi L.Z.Budaqov 1844–çü ildə

çap edilmiş dərsliyi öz keyfiyyətinə görə məktəblərdən

çıxartmışdır-N.Ə.) İv.Qriqoryevin“Müntəxabat» ını və

yazdığı izahatı çox «diqqətlə» oxuyub «təhlil etmiş» və

belə nəticəyə gəlmişdilər ki, «Tatarskaya xrestomatiya

Aderbeydjanskoqo nareçiya» Azərbaycan dilini və

ədəbiyyatını öyrənmək üçün hazırlansa da, bu dərsliyin

mətni lüğətlə də heç bir əhəmiyyətə malik vəsait

deyildir» (səh.757). Lakin xəbis erməni L.Z.Budaqov

özü də hiss etmədən gizli müşavir S.S.Uvarova

göndərdiyi bir məktubda isə etiraf etmişdir ki,

M.Ş.Vazeh və İv. Qriqoryevin bu kitabı Qafqaz

məktəblərində ən yaxşı dərslik kimi qəbul olunmuşdur.

Page 70: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

70

Belə bir dərslik Azərbaycan dilini öyrənmək

ermənilərin gəlmə olduqlarını, onların dillərinin heç

kəsə lazım olmadığını təsdiqləyir.

Ümumiyyətlə, bu «Müntəxəbat...» təkmilləşdiril-

miş şəkildə lüğətlə birlikdə professorları «razı sala

bilməsə də», təkrar nəşrinə icazə verilməsə də, hər

halda Təbriz nəşrindən Gəncə, Şuşa, Naxçıvan,

Ordubad, Nuxa, Şamaxı, Cəbrayıl, Kürdəmir, Qazax,

Bakı, İrəvan mahalının azərbaycanlılar yaşayan

Çobankərə1 Qaçaparaq (Xoçaparaq-N.Ə.) Mehmandar,

Xatınarxı, Cəfərabad, Sərvanlar, Böyük Vedi, Qəmərli,

Uluxanlı, Kolanlı, Ağcaqışlaq, Ağhamzalı, Qarğabazar,

Gürcüstanda Məngilis, Borçalı və başqa kənd

məktəblərində istifadə olunurdu.

____________________________ 1. Ehtimala görə Peçeniklərin bir qolu Çoban (Çobanilər) adlanırdı. Cənubi

Qafqazın Rusiya-tərəfindən işğalından sonra bu eldən 200 ailə İrana

köçürülmüşdür. İrəvan əyalətində Böyük Çoban-Qara, Kiçik Çoban-qara

kəndləri Türkiyənin Arazqırağı kəndləridir.

Page 71: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

71

QAFQAZDA MİRZƏ ŞƏFİ

AVROPADA FRİDRİX BODENŞTEDT

Mən aşiqəm bel bağla

Ağ kəmərlə bel bağla

Nə yada sirrini ver

Nə namərdə bel bağla.

Hər şey Mirzə Şəfinin ölümündən sonra başladı.

Əgər 1844-cü ildə F.Bodenştedt “Mən İrəvandan

qayıtdığım zaman Mirzəyə bir para kiçik hədiyyələr

gətirmişdim. O, dostluq xatirəsi olaraq mənə öz əlilə

yazılmış şeirlərindən mürəkkəb dəftərini bağışladı.

“Ağılların açarı” sərlövhəsilə yazılan bu dəftərdə

bizim müəllimin dünyagörüşünü ifadə edən həkimanə

sözlər,” uzun mühakimələr vardı. Bu şeir dəftərçəsinə

o bir müqəddimə də yazmışdır». Müqəddimədə

oxuyuruq:

«... Şagirdim və dostum Bodenştedt əfəndinin

mükkərər rəca və iltimasına görə mən Mirzə Şəfi ona

qəsidə, qəzəl, mürəbbat və məsnəvilərdən ibarət olan

öz məcmuəyi-asarımı hədiyyə edirəm».1

1.Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. (II cild). Bakı, 1944. səh. 41.

Page 72: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

72

Mirzə ġəfi Vazeh

Fridrix BodenĢtedt

Page 73: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

73

Fridrix Bodenştedt bu şeirləri özü ilə Almaniyaya

aparmış və onların bir hissəsini ilk dəfə 1848-ci ildə

Ştutqartda «Şərqdə min bir gün», 1851-ci ildə Berlində

«Mirzə Şəfinin şərqiləri» adı ilə çap etdirmişdir. Nəşr

olunan bu şərqilər az müddət içərisində böyük şöhrət

qazanmış və alman dilindən başqa rus, ingilis, fransız,

italiyan, isveç, holland, norveç, danimarka, polyak, çex

və qədim Yəhudi dilinə də tərcümə edilmişdir. Bu

şöhrət F.Bodenştedti şirnikdirdi və o, 25 il

M.Ş.Vazehin şeirlərinin tərcüməsi olduğunu 1873-cü

ildə birdən-birə inkar etdi, Amerikada tələbələr

qarşısında çıxışında «Yaxşı olar ki, mənə Vazeh

deyəsiniz...» Özünü bu şeirlərin müəllifi elan etdi.

Avropada ikitirəlik yaratdı. 1912-ci ildə fransız

F.Makler Tiflisdəki dostu Sunduqyana (Sandıqçıya)

məktub göndərib Qafqazda Mirzə Şəfi Vazeh adlı

adamı tanıyıb - tanımadığını, şair olduğu barədə

məlumat verməyi xahiş etdi. O, F.Köçərli ilə

görüşmüşdür. Bu xahişin xeyirxahlıq məqsədi

daşıdığını bilən F.Köçərli Vazehin kimliyini

öyrənmək üçün bir çox ziyalı ilə görüşmüş, əldə etdiyi

məlumatları Sunduqyana vermək istəyəndə onun

öldüyünü qəzetdən oxumuşdur... Vazeh məsələsi

yalnız Avropada deyil, Qafqaz ziyalıları arasında da

şübhə doğurmuşdur. Mirzə Şəfinin ölümündən 21 il

sonra başlayan bu inkarçılığı Adolf Berje də

Zaqafqaziya Şeyxülislamı Səlyaniyə istinad edib Mirzə

Şəfinin şairliyini inkar etdi və bununla da

F.Bodenştedtin ədəbi sirqətinə bəraət qazandırdı.

Bundan sonra Rusiyada və Qərbi Avropada Mirzə Şəfi

Page 74: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

74

Vazehin şeirləri unuduldu. Sovet dövründə bu sahədə

Əli Əjdər Seyidzadə, M.Rəfili, Yenikolopov və

başqaları ciddi araşdırmalar apardılar lakin bu

axtarışların hamısında F.Bodenştedt plagiator

adlandırıldı. Akif Bayramov XX əsrin 70-ci illərində

bu məsələni Alman ədəbiyyatşünaslarının

tədqiqatlarını əsas götürüb «Y.Mundek Mirzə Şəfi

haqqında» məqaləsində izah etmişdir. Məqaləni necə

varsa, eləcə də veririk.

Y.MUNDEK MİRZƏ ŞƏFİ HAQQINDA

Mirzə Şəfi irsi 60-70-ci illərdə alman

ədəbiyyatşünaslarının diqqətini ciddi surətdə cəlb

etmişdir. 1971-ci ildə Qərbi Almaniyada, Hamburq

şəhərində Y.Mundekin «Mirzə Şəfi və Fridrix

Bodenşdet Azərbaycan ədəbiyyatşünaslığında» adlı

kitabı çapdan çıxmışdır. Müəllif Almaniyada və Sovet

İttifaqında Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına

aid əsərləri öyrənmiş, sistemləşdirmiş və maraqlı

mülahizələr irəli sürmüşdür.

Başlıca məsələ bundan ibarətdir ki, müasir alman

ədəbiyyatşünasları Mirzə Şəfi Vazehin şəxsiyyətini,

onun şairliyini tərəddüdsüz qəbul edirlər. Fridrix

Bodenştetin məlum plagiatlığı ilə yanaşı, onun Qərb

aləmində Mirzə Şəfini tanıtması xidməti də həmin

tədqiqatlarda mühüm yer tutur.

Y.Mundek əsərinin «Giriş» hissəsində (səh.5-7)

kitabın yazılma səbəblərini izah edir. Müəllif göstərir

ki, 1967-ci ildə Tiflisə səyahət ərəfəsində

Page 75: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

75

F.Bodenştedtin «Şərqdə min bir gün» kitabını ilk dəfə

oxumuşdur Tiflisin məftunedici gözəlliyi ilə bərabər

F.Bodenştedtin xatırladığı «Gecə şərqiləri» də onun

diqqətini cəlb etmişdir. Məhz Tiflisdə Gəncəyə görə

bütün Avropa keçən əsrin II yarısından Mirzə Şəfini

tanımışdır.

Y.Mundek bu qərara gəlir ki, Almaniyaya

qayıtdıqda «Mirzə Şəfi nəğmələri»nin müəllifliyini

öyrənmək məqsədilə axtarışa başlasın. Bu məqsədlə də

alman, rus, Azərbaycan və başqa dillərdəki

materialları öyrənir. O Azərbaycan alimlərinə

minnətdarlığını bildirir ki, Mirzə Şəfiyə aid

ədəbiyyatla onu ətraflı tanış etmişlər. Xüsusilə,

Moskvada Lenin adına kitabxana fondunda zəngin

mənbələrlə tanış olmuşdur. Təəssüf edir ki, Mirzə Şəfi

haqqında Azərbaycan dilində ədəbiyyat yox

dərəcəsindədir. Ə.Səidzadənin, M.Rəfilinin,

İ.Yenikolopovun kitabları rus dilində çıxmışdır.

Y.Mundek bütün ədəbiyyatı nəzərdən keçirib belə bir

rəyə gəlir ki, Azərbaycan ədəbiyyatşünaslığı həmin

problemi – Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını

kifayət qədər tədqiq etməmişdir. O, Ə.Ə.Səidzadənin

1969-cu ildə çıxmış - «Mirzə Şəfi» kitabını bu sahədə

istisna edir.

Y.Mundek alman müəlliflərindən Karl

Zundermeyerin 1930-cu ildə Kildə müdafiə və çap

edilmiş «Fridrix Bodenştedt və Mirzə Şəfinin

nəğmələri» dissertasiya işinin tamamilə birtərəfli

yazıldığını, Almaniya sağ ədəbiyyatşünaslarının əhval-

Page 76: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

76

ruhiyyəsini ifadə etdiyini göstərir. Y.Mundekin əsəri

aşağıdakı problemləri əhatə edir:

I. Mirzə Şəfi alman ədəbiyyatşünaslığında.

Burada aşağıdakı məsələlər işıqlandırılır: Almaniyada

Mirzə Şəfi ilə ilk tanışlıq, Adolf Berjenin Mirzə

Şəfınin həyatı haqqında məqaləsi, H.Burgeşin Mirzə

Şəfinin Tiflis şəhərində olmasına dair verdiyi məhdud

məlumat.

F.Bodenştedtin öz «saxta» məlumatını elan

etməsi.

Mirzə Şəfi istedadının alman tədqiqində

Bodenştedtin əlavə məlumatından sonra keçdiyi yol.

«Mirzə Şəfi nəğmələri»ndən nümunələr.

II. Mirzə Şəfi irsinə Sovet Azərbaycanında

diqqətin artması.

III. Mirzə Şəfi haqqında Azərbaycan ədəbiyyat

tarixçisi Ə.Ə.Səidzadənin son və geniş tədqiqatı.

Ümumən, onun əsərləri haqqında fıkirlər, bu sahədə

fikir ayrılıqları.

Mirzə Şəfi «Divani-hikmət»in banisi kimi.

Mirzə Şəfınin fəlsəfi görüşləri.

Məxəzlər: Alman məxəzləri; Azərbaycan və rus

mənbələri və ikinci dərəcəli ədəbiyyat

Ə.Ə.Səidzadənin tənqidi.

A.Berje tərəfindən verilən Mirzə Şəfi şeirlərinin

mətnləri.

IV. Ümumazərbaycan ədəbiyyatşünaslığında Mirzə

Şəfi haqqında tədqiqatın təkamül yolu.

Birinci bölmədə deyilir ki, hələ bir əsr bundan

Page 77: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

77

əvvəl Azərbaycan şairi Mirzə Şəfinin adı bütün

Avropada yayılmışdır.

Y.Mundek Mirzə Şəfi irsinin öyrənilməsi

tarixindən aşağıdakı maraqlı faktları gətirir:

Türkoloq German Vamberinin «Türk xalqı, onun

etimoloji və etnoqrafik əlaqələri» (Leypsiq, 1885

əsərində Mirzə Şəfi şair kimi xatırladılır.

Misirşünas Henrix Burgen 1860-cı ildə Tiflisdə

Mirzə Şəfi ilə əlaqədar axtarış aparmış («Pruss

səfirliyinin İrandan keçən səyahəti 1860-1861»-

Leypsiqdə 1862-ci ildə çıxmışdır), Mirzə Şəfinin

qəbrini tapmışdır, Mirzə Şəfinin qəbrini tapmaq, ona

abidə qoyulması təklifini irəli sürmək istəmiş, lakin

irsindən bir iz tapmamışdır.

1853-cü ildə «Brokqauz-Yefron ensiklopediya-

sı»nın onuncu nəşrində Mirzə Şəfi adlı gəncəli türk

şairinin «Nəğmələri»nin nəşri qeyd olunur, nəğmələr

təriflənir. Orada göstərilir ki, «Nəğmələr»i

F.Bodenştedt sərbəst şəkildə almancaya tərcümə

etmişdir. Lakin həmin ensiklopediyada Mirzə Şəfinin

Qarabağda doğulması və sağ olması haqqında məlumat

səhvdir. 1852-ci ildə, yəni ensiklopediyanın onuncu

nəşrindən bir il əvvəl Mirzə Şəfi vəfat etmişdi.

1874-cü ildə Bodenştedt «Mirzə Şəfinin

irsindən» adlı kitabındakı giriş və əlavədə Mirzə Şəfini

«şair və böyük alim» kimi qiymətləndirir. O bildirir ki,

kitabdakı bir şeiri «Molla, şərab bitəmizdir...» (bax:

«Şərqdə min bir gün», 1-ci cild, səh.60) orijinaldan

tərcümədir. Qalanlar özü tərəfindən sərbəst tərtib

edilmişdir.

Page 78: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

78

Ə.Ə.Səidzadə isə göstərir ki, həmin misralarla

başlayan şeir Mirzə Şəfiyə deyil, Füzuliyə məxsusdur.

Füzulini yaxşı tanıyan Bodenştedt burada da səhvə yol

vermişdir.

Y.Mundekin fikrincə Mirzə Şəfinin şairlik

istedadı, zövqü və yaradıcılıq işi haqqında dünya

şərqşünaslığında ən müfəssəl məlumat verən

F.Bodenştedtdir. F.Bodenştedt Mirzə Şəfidə özünü

Allaha qarşı qoymaq meyllərini, onun fəlsəfi

müdrikliyini göstərir. Bəs belə olduğu təqdirdə

Azərbaycan şairinin alman dilinə tərcümə olunmuş

əsərlərindəki bəzi dini əlamətlər haradandır?

Y.Mundek qeyd edir ki, «Mirzə Şəfi irsinə» dini ruhu

F.Bodenştedt özü əlavə etmişdir. Onu məşhurlaşdıran

şair, səyyah dramaturq, professor F.Bodenştedt 1849-

1850-ci illərdə dərc etdirdiyi üç cildlik «Şərqdə min

bir gün» əsəri ilə özünə ölməz abidə qoymuşdur.

Bundan sonra naşirlərin təşəbbüsü ilə 1851-ci ildə

«Mirzə Şəfi nəğmələri» kitabı çıxmış və 1881-1922-ci

illərdə həmin kitab 149 dəfə nəşr edilmişdir. 1922-ci

ildən bəri «Nəğmələr» dərc edilmir.

Mirzə Şəfi nəğmələri əsas Avropa dillərinə,

ruscaya, hətta yəhudi dilinə tərcümə olunmuşdur.

Y.Mundek M.Şəfi Vazehin həyatı haqqında Sovet

ensiklopediyasında, A.Berjenin məqaləsində və son

əsərlərdə verilən məlumatı təhlil edir. Y.Mundek daha

sonra bildirir ki, F.Bodenştet nəinki Mirzə Şəfinin

bədii əsərləri, hətta həyatı haqqında da başqa

mənbələrə nisbətən bəzi dəqiq faktları qeyd etmişdir.

Page 79: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

79

1889-cu ildə F.Bodenştet özünün 70 illik

yubileyində (O, 1819-cu ildə Hannover yaxınlığında

Peynedə doğulmuşdur) demişdir ki, «Şərqdə min bir

gün» kitabında öz müəlliminə sadiq qalmışdır. Guya o

öz müdrik müəlliminin yolu ilə gedərək, onun

fikirlərinə sadiq qalaraq çoxlu şeirlər yazmışdır.

Bundan hələ xeyli əvvəl, 1874-cü ildə F.Bodenştedt

«Mirzə Şəfi nəğmələrdə və həqiqətdə» məqaləsində

yazmışdır ki, o, Mirzə Şəfinin bir obraz kimi təcəssüm

etmişdir.

F.Bodenştedtin bu iddiaları doktor Samyel

Conson və şotland şairi Makfersonun böyük etirazına

səbəb oldu. Bu etiraz və mübahisələr Qərbdə geniş

miqyas aldı. Mübahisənin məğzi ondan ibarət idi ki,

Mirzə Şəfi şeirlərini bədii gücünə qiyməti yalnız Göte

kimi «Qərb-Şərq divanı» müəllifi verə bilərdi.

F.Bodenştedtin şairlik istedadının zəifliyi isə çoxdan

məlum idi. Sonralar Almaniyada belə bir vəziyyət

yarandı ki, hətta F.Bodenştedtin özü yazdığı şeir,

dram, novellaların orijinallığına hamı şübhə ilə

yanaşdı.

«XIX əsr alman ədəbiyyatı tarixi» əsərinin

(Berlin, 1899, I nəşr) müəllifi Pixard Meyer

F.Bodenştedti ittiham etməyə məcbur oldu.

1961-ci ildə Ernes Algerin Ştutqartda çap

olunmuş «XIX əsrdə alman ədəbiyyatı» əsərində

F.Bodenştedtin xidməti (Puşkin, Lermontov

şeirlərinin, Xəyyam rübailərinin, Şekspir sonetlərinin

tərcüməsi) yüksək qiymətləndirilsə də, Mirzə Şəfi

irsini kölgədə qoymağa çalışmışdır...

Page 80: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

80

Ulu öndər Heydər Əliyevin “Biz tariximizi,

ədəbiyyatımızı yenidən yazmalıyıq” deməsi

M.Ş.Vazeh yaradıcılığını orijinal şəkildə, yeni tərzdə

işlənməsinə imkan verir. Ədəbi üfüqün sonsuzluğunda

Mirzə Şəfi Vazeh Kərbəlayi Sadıq oğlunun

poeziyasının Avropaya inteqrasiya olunduğu sevinc

doğurur. Aydın olur ki, Şərq təfəkkürü, həmişə Qərb

təfəkkürünü reallığa yönəltmişdir. Dünya

mədəniyyətinin korifeylərinin Mirzə Şəfi Vazehə

heyranlığı da bununla bağlıdır...

MİRZƏ ŞƏFİNİN MAARİFÇİLİYİ

Dövründən, ictimai-sosial və siyasi hadisələrin

mürəkkəbliyindən asılı olmayaraq Azərbaycan

ədəbiyyatında maarifçilik poeziyadan - Nizamidən

başlamış, Nəsimi maarifçiliyi özünü təsdiqləmək üçün

«Ənəlhəq» deyib üsyan etmiş, bu Füzulidə yüksək

zirvəyə çatmış Xətaidə formalaşmış, XIX əsrdə

əvvəlki mütəfəkkirlərdən fərqli olaraq A.A.Bakıxanov

və M.Ş.Vazeh kimi təşəkkül dövrü realist

maarifçilərini yetirmişdir. Bu hər iki şəxsin

maarifçiliyi onların müəllimliyini də özlərində ehtiva

edir...

Maarifçilik, sadəcə olaraq maarifi xalq kütlələri

arasında yaymaqdan ibarət deyildir. Maarifçilik, tarixi

inkişafın müəyyən mərhələlərində yaranan və

müəyyən siniflərin mənafeyinə xidmət edən siyasi və

ictimai bir hərəkatdır.

Page 81: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

81

Maarifçilik, ümumiyyətlə, təhkimçilik

hüququnun və onun iqtisadi, ictimai, hüquq

sahələrində doğurduğu nəticələrin əleyhinə çıxan və bu

ictimai, quruluşun məngənəsində əzilən xalq

kütlələrinin, xüsusilə aşağı təbəqənin hüququnu

müdafiə edən bir hərəkat kimi tarixdə məlumdur.

Əlbəttə, bu hərəkatın məramnaməsində avam kütlələri

maarifləndirmək və bu yolla onlara öz hüququnu başa

salıb onları oyatmaq əsas yer tutur ki, maarifçilik də

bununla əlaqədardır.

1840-cı ildə M.F.Axundov Tiflis qəza

məktəbində tatar (Azərbaycan) dili müəllimliyi

vəzifəsindən istefaya çıxarkən öz yerinə köhnə

müəllimi Mirzə Şəfini məsləhət görmüşdür. 1840-cı il

mayın 3-də Tiflis qəza məktəbinin ştatlı nəzarətçisi

X.Abovyan Zaqafqaziya məktəbləri direktoruna raport

verir; bu raportda tatar dili üzrə azad edilmiş vəzifəni

Elisavetpol müsəlmanlarından Mirzə Şəfi Sadıq

oğlunun tuta biləcəyi tövsiyə edilir. X.Abovyan həmin

raportda Mirzə Şəfini yaxşı bir alim və pedaqoq kimi

səciyyələndirir və məktəbə onun böyük xeyir

verəcəyini xüsusi olaraq qeyd edir. Lakin rəisliyin

sərəncamına görə həmin vəzifəni tutmaq üçün Mirzə

Şəfi imtahan verməli olur. Təşkil edilmiş imtahan

komissiyası Mirzə Şəfinin gözəl biliyə malik olduğunu

etiraf edir. Bütün bunlara baxmayaraq uzun əzab-

əziyyətdən, süründürmədən və 1841-ci il yanvar

ayında Mirə Şəfiyə and içdirdikdən sonra o öz

vəzifəsini ifa etməyə başlamışdır. Mirzə Şəfi,

X.Abovyanın ümid və etimadını tamamilə doğrultdu.

Page 82: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

82

Abovyanın yerinə gəlmiş yeni nəzarətçi Mirzə Şəfi

haqqında belə deyirdi: “Tatar dili sahəsindəki

müvəffəqiyyət lap yaxşıdır; 2-ci və 3-cü sinif şagirdləri

tatar dilində tamam qayda ilə oxuyur və yazırlar; bu

şagirdlər arasında öz fikrini hətta şərh etməyi

bacaranlar da vardır”.

Həmin məktəbdən başqa, Mirzə Şəfi qapalı

xüsusi orta məktəblərdə də dərs deyir və gözəl

müvəffəqiyyətlər qazanırdı. Özünü bilikli hesab edən

bir çox adamlar öz birinciliyini Mirzə Şəfiyə güzəştə

getməyə məcbur olurdu; belə bir vəziyyət istər-istəməz

öz peşə yoldaşları içərisində Mirzə Şəfiyə düşmən

yaradırdı. Mirzə Şəfini görməyə gözü olmayanlardan

biri, özünü “Bağdad müdriki” adlandırmış Mirzə Yusif

Şahnazarov deyilən bir nəfər idi.

Mirzə Şəfi həqiqətən istedadlı alim olmuşdur.

Onu Mirzə Yusif kimi kütbeyinlərlə heç cür müqayisə

etmək olmazdı. Bunu Mirzə Şəfi özü də hiss edirdi. O

özünün şeirlərindən birində yazır: yox, yox, Mirzə Şəfi

belə yaratmır, o belə yaratmır. O, qəlbində isti çeşmə,

döşündə çiçəklənən bağ bəsləyir; onda ulduzlar

səyrişir, ətrafa ətir saçır.

Mirə Şəfi öz vaxtını sadə camaat arasında

keçirməyi sevirdi; lakin bunu o, camaata bənzəmək

üçün deyil, özünün dediyi kimi, “varlığın sirrini

stəkanda tapmaq”dan ötrü edirdi.

Mirzə Şəfi öz şagirdlərinə yanaşmağı bacaran

gözəl pedaqoq olmuşdur. O, olduqca qəşəng xətlə

yazırdı. Bununla yanaşı Mirzə Şəfi öz yazısına

rəngarənglik verir, hərfləri mətnin məzmununa

Page 83: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

83

uyğunlaşdırırdı. Adi şeylər haqqında yazmaq lazım

gəldikdə, Mirzə Şəfi bunu sadə geyimə salır, qəşəng

şeyləri bayramsayağı ifadə edir, qadınlara aid olan

məktubu isə xüsusi incə xətlə yazırdı.

M.F.Axundov Mirzə Şəfiyə yüksək qiymət

vermişdir. O, Mirzə Şəfini böyük müdrik

adlandırmışdır. Mirzə Şəfi Qərbi Avropa ədəbiyyatını

Bakıxanovun və Bodenştedtin vasitəsilə oxumuşdur.

Mirzə Şəfi rus ədəbiyyatına da yaxşı bələd idi.

Mirzə Şəfinin fikirləri ruhaniləri çox narahat

edirdi. Odur ki, onlar Mirzə Şəfini taqsırlandırmaq

üçün bəhanə axtarırdılar. Ruhanilər Mirzə Şəfiyə

böhtan ataraq deyirdilər ki, guya o öz nəğmələri ilə

gəncliyi pozur. Ruhanilər belə nəğmə yazmaqdan

Mirzə Şəfini uzaqlaşdırmağa çalışır, onu açıqdan-açığa

hədələyirdilər. Mirzə Şəfi onlara qarşı olan öz qəzəbini

dönmədən, axıradək bildirirdi. Mirzə Şəfi özü ilə

ruhani və mollalar arasındakı münasibətə dair deyir:

ayı ilə onun təlimçisi necə rəftar edirsə, mənimlə də bu

cür rəftar etmək istəyirlər. Ayının təlimçisi onun dişini

çıxarır və sonradan onu zəncirləyir.

Ruhaniliyin bütün çürüklüyünü və zərərini başa

düşən Mirzə Şəfi dinə qarşı şeirlər yazmaqda davam

edirdi. O yazırdı: şairin şeirlərindən məscid iyi gəlirsə

və o dəhşətlə sızıldayırsa, demək şairin başı boş,

bilikləri isə dumanlıdır.

Mirzə Şəfi təkcə bu şerində deyil, bir sıra digər

şeirlərində də məscidə və ona qulluq göstərənlərə qarşı

hücum edirdi. O özünün “Mirzə Şəfi nəğmə deyir” adlı

şerində yazır: mənimlə bizim müctəhid arasındakı fərq

Page 84: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

84

nədədir? Bizim hər ikimiz xalq qarşısında öyüd-

nəsihətlə ağlımızın yükündən azad olmağa çalışırıq:

mən nəğmə ilə, o-iyrənc ciyilti ilə; onun ürəyi qalın ət

içərisində elə dərin gizlənmişdir ki, heç zaman heç bir

şey onun ürəyindən xaricə çıxmır; mən isə öz ürəyimi

dilimdə gəzdirirəm. O məni gizlində dili ilə dalamağı

sevir, mən isə açıqdan-açığa onu ifşa edirəm; mən

onun qəzəbindən qorxmaqdansa, o mənim istehzamdan

daha çox qorxur.

Mirzə Şəfinin müctəhidə aid olan bu söhbəti

göstərir ki, o, ruhanilərin yaltaq, qorxaq, başı boş

olduğunu cəsarətlə tənqid etmişdir.

Ruhanilərin fitnəsi ilə Mirzə Şəfi Tiflisdən

uzaqlaşdırılır; o, Gəncəyə gəlir, yenidən müəllimlik

edir, şairlərlə durub oturur və “Vazeh” təxəllüsünü

daşıyır.

1850-ci ildə Mirzə Şəfi yenidən Tiflisə qayıdır.

O, 1850-ci il yanvarın 1-dən Tiflis gimnaziyasında

tatar dili üzrə kiçik müəllim vəzifəsinə təyin edilir.

Şairin həyatının bu dövrü onun əsaslı əsəri olan

“Müntəxəbat”la əlamətdardır. Bir dərslik olmaq

etibarilə bu müntəxəbat gimnaziyada tatar dili üçün

hazırlanmışdır. Müasirlərinin rəyinə görə bu kitab

gözəl dərslik olmaqla bərabər, qiymətli elmi əsər imiş;

bu kitab haqqında aşağıda ətraflı danışacağıq.

Mirzə Şəfi 1852-ci il noyabrın 16-da mədə

iltihabından vəfat etmişdir.

Berje Mirzə Şəfi haqqında yazır: “Mirzə Şəfi öz

şəxsi həyatında yüksək əxlaq saflığına və qəlbinin

nadir keyfiyyətlərinə görə onu tanıyanların

Page 85: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

85

məhəbbətini qazanmışdır. Onun qəbri Tiflisdədir və

çoxdan alaq basmışdır”.

Azərbaycan xalqının istedadlı oğlu, bütün varlığı

ilə hər cür istismarçılara, müftəxorlara nifrət etmiş

müdrik alim, müəllim, şair, vətəndaş olan Mirzə Şəfi

öz həyatını belə başa vurmuşdur.

Mirzə Şəfinin nəğmələrində şənlik səslənir, orada

adi həyat öz əksini tapırdı. Onun nəğmələri müxtəlif

mövzuya: ruhaniliyin riyakar əxlaqına qarşı etiraza,

məmurlar dairəsinin əxlaqına rişxənd etməyə, əməyin

mədhinə, dostluq, sevgi, beynəlmiləlçilik, doğruçuluq,

namusluluq və düşüncəliliyə həsr edilirdi.

Rus tərcüməçilərindən biri Mirzə Şəfinin

poeziyasına belə qiymət verir: “Mirzə Şəfinin nəğmə

və fikirləri özünün şairanə, ruhlandırıcı xüsusiyyəti ilə

müvəffəqiyyətə layiq olmuşdur... Onun şerində həyata

gümrah və həyəcanlı bir baxış əks olunmuşdur. Lakin

buradan o nəticə çıxmır ki, müəllif dövrünün

xəstəliklərinə, kölgəli cəhətlərinə qarşı laqeyd

olmuşdur; əksinə, o, bu cəhətləri kifayət qədər başa

düşür və öz poeziyasında onu tərənnüm edir; buna

baxmayaraq onun poeziyasında gümrah və işıqlı bir

ahəng hökm sürür”.

“Mirzə Şəfinin nəğmələri” adlı kitab Bodenştedti

məşhur etmiş və dünyanın demək olar ki, bütün

dillərinə tərcümə olunmuşdur; hətta o, qədim yəhudi

dilinə də tərcümə edilmişdir.

Mirzə Şəfinin yüksək ideyaları ölmədi, bu

ideyalar gələcək nəslin inkişafına təsir göstərdi və

M.F.Axundov kimi mütəfəkkirlər Mirzə Şəfinin

Page 86: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

86

mütərəqqi ideyalarını mənimsəyib, onu daha da inkişaf

etdirdilər.

1. Təlim və tərbiyəyə aid fikirləri

Mirzə Şəfi geniş təhsilin və yüksək əxlaqi

keyfiyyətlərin gənc nəsildə tərbiyə olunmasının

tərəfdarı idi; o özünün müəllimlik təcrübəsində

şagirdlərinə geniş bilik verməyə çalışırdı. Mirzə

Şəfinin müəllim yoldaşlarının öz şagirdlərinin

söylədikləri fikirlər də bunu təsdiq edir. Öz müəllimlik

fəaliyyətində Mirzə Şəfi tədris proqramlarının formal

tələbləri ilə getmir, o, bu tələblər çərçivəsindən kənara

çıxardı. Mirzə Şəfi ancaq formal biliklər verməklə

kifayətlənmir, öz şagirdlərinə lazımi, həyati, təcrübi

vərdişlər aşılayırdı. Gözəl xətlə yazmaq tələbi onun

müəllimlik təcrübəsindəki ən yaxşı cəhətlərdən biri

olmuşdur. O, yaxşı xətlə yazmağı insanın həyatı üçün

vacib vərdiş hesab etməklə yanaşı, onu uşaqda diqqətli,

səliqəli, intizamlı olmaq və s. gözəl əxlaqi keyfiyyətlər

tərbiyə edən amil kimi qiymətləndirirdi.

Məlumdur ki, rus pedaqogikasının ən görkəmli

klassiki olan K.D.Uşinski XIX əsrin ikinci yarısında

gözəl xəttin roluna yüksək qiymət vermişdir. Rus

pedaqogikasının tarixində hüsnxətti, müəllim

seminariyasının tədris planına ilk dəfə Uşinski daxil

etmişdi. Gözəl xətlə yazmaq vərdişi bizim məktəb

üçün indi də öz aktuallığını itirməmişdir. Mirzə Şəfi

özünün müəllimlik təcrübəsində hələ XIX əsrin

Page 87: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

87

əvvəllərində hüsnxəttə olduqca ciddi diqqət etdirmiş və

bununla da dövrünün qabaqcıl pedaqoji fikrinin başlıca

tələblərindən birini qabaqcadan irəli sürmüşdü. Mirzə

Şəfi öz şagirdlərindən gözəl yazmağı tələb edir və özü

bunun ibrətamiz nümunələrini verirdi; onun son

dərəcədə gözəl xətti vardı. Həqiqi bir pedaqoq kimi

Mirzə Şəfi özü təqlid üçün nümunə idi; o nəinki sözlə,

habelə işlə, nəinki yada salmaqla, habelə göstərməklə

öz şagirdlərini tərbiyə edirdi. Mirzə Şəfinin

müasirlərinin etiraf etdiyinə görə gözəl yazmaqda heç

kəs ona çata bilmirdi. Mirzə Şəfi dövrünün

məktəblərində yazı işində tətbiq olunan formal,

mexaniki, mənasız köçürmə və təmrinlərin əleyhinə

idi. O, forma ilə məzmunun bir-birinə uyğun gəlməsini

tələb edirdi. Mirzə Şəfi deyirdi: “Şərqin müdrik

adamları, gözəl fikri həm danışıqda, həm də yazıda

gözəl şəkildə ifadə edilməsinə böyük üstünlük

verirdilər”.

Mirzə Şəfinin xidməti və böyüklüyü ancaq

bundan ibarət deyildir.

Mirzə Şəfi geniş təhsilin tərəfdarı olmuşdur; onun

fikrinə görə bu geniş təhsili necə vermək olardı?

Şagirdləri nəyə və necə öyrətmək lazımdır? Mirzə Şəfi

məsələni belə qoyurdu. O, dini mövhumatın, doğmatik

təlimin əleyhinə idi. Yaxşı dərslik şagirdlərin

müntəzəm olaraq biliklərlə silahlanmasında

müəllimdən sonra müstəsna və həlledici rol oynayır.

Bunu Mirzə Şəfi yaxşı başa düşürdü. Mirzə Şəfi bu

ciddi, olduqca çətin və məsul, lakin tamamilə zəruri və

nəcib olan işə var qüvvəsi ilə girişmişdi. Bizə

Page 88: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

88

məlumdur ki, həm rus, həm də Qərbi Avropa pedaqoji

tarixində Komenski, Uşinski, Tolstoy, Vaxterov,

Bunakov kimi ən böyük pedaqoqlar da bu ciddi məsələ

ilə məşğul olmuşlar; bu pedaqoqları məşhur edən bir

də onların yaratmış olduğu gözəl dərsliklərdir. Mirzə

Şəfi də belə pedaqoq olmuşdur. Müasirləri onun

İ.V.Qriqorevlə birlikdə tərtib etdiyi “Müntəxəbat”ı

əsaslı əsər adlandırmışlar. “Müntəxəbat” həqiqətən

yaxşı əsər olmuşdur; bu əsərin dəyəri nəinki buraya

daxil edilmiş material zənginliyində və metodiki

cəhətdən nizamlı olmasındadır (bu, əlbəttə, dərsliyin

olduqca dəyərli cəhətləridir); bundan əlavə dərsliyin

doğma Azərbaycan dilində tərtibi də xüsusi olaraq

qeyd edilməlidir. “Müntəxəbat” rus, Azərbaycan və

fars ədəbiyyatının ən yaxşı əsərlərinin nümunələrini

canlı və başa düşülən Azərbaycan dilində verir.

M.F.Axundovun dövründə çiçəklənməyə başlayan

Azərbaycan dilindəki yeni ədəbiyyat hələ

Axundovadək inkişaf etməyə başlamışdı.

“Müntəxəbat”ın proqram və məzmunu təxminən

aşağıdakı qaydadadır:

1. Ərəb və fars dillərindən tatar (Azərbaycan)

dilinə tərcümə edilmiş məqalələr:

a) cümlələr şəklində verilmiş öyüd-nəsihət

məzmunlu fikirlər. Həmin cümlələrin rusca tərcüməsi;

b) uşaqların yaş xüsusiyyətlərinə uyğun olan

gülməli kiçik hekayələr-lətifələr;

v) nəsihət məzmunlu təmsillər;

q) Şərq tarixinin ilk dövrlərindən başlayaraq

Məhəmmədə qədər tarixi məlumat;

Page 89: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

89

2. “Qarabağnamə” və “Dərbəndnamə”dən

götürülmüş parçalar.

3. Şeirlər: a) Füzulinin seçilmiş qəsidələri və b)

Füzulinin “Leyli və Məcnun” poemasından parçalar.

“Müntəxəbat”ın ikinci hissəsini əlifba sırası ilə

düzülmüş tatar-rus lüğəti təşkil edir.

Proqramdan göründüyü kimi dərsliyin tərtibində

geniş məsələlər nəzərdə tutulmuşdur. O zamankı

şəraitdə belə bir kitab hazırlamaq və meydana

çıxarmaq olduqca mürəkkəb və çətin iş idi;

Azərbaycan dilində olan orijinal mənbələr tək-tək idi,

terminologiya isə yox idi. Buna görə də müəlliflər

müxtəlif rus və fars mənbələrindən tərcümə etməyə

məcbur olmuşlar. Nəinki tərcümə, habelə tərcümə üçün

materialın seçilməsi özü də çətin iş idi; çünki bunun

üçün həm geniş elmi biliyə, həm də lazımi pedaqoji-

metodiki ustalığa sahib olmaq, materialı seçməyi, onu

dərslik üzrə yerləşdirməyi və şərh etməyi bacarmaq

tələb olunurdu. O zamankı senzorun ciddiliyinə

baxmayaraq, müəlliflər öz dərsliklərində şagirdlərə

mövhumat, xürafat, cəfəngiyyat aşılaya biləcək zərərli

materiallardan böyük ustalıqla yaxalarını qurtara

bilmişlər. Bu dərslikdə şagirdlər üçün zəngin folklor

materialı və tarixə aid kifayət qədər məlumat

verilmişdir. Burada tarixə dair materiallara meyl etmək

təsadüfi deyildir. Xalqın keçmişini öyrənmək, gənc

nəsli keçmişin qəhrəmanlıq nümunələri əsasında

tərbiyə etmək Bakıxanov, Mirzə Şəfi və başqa

maarifpərvərlərin əlində ən güclü silahlardan biri

olmuşdur.

Page 90: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

90

Müntəxəbata daxil edilmiş materiallar tərbiyə-

edici xarakter daşıyır. Bu materialların məzmunu gənc

nəsli elmə, maarifə, əməyi sevməyə, namuslu olmağa

və doğru danışmağa, ağıllı olmağa, dözümlülüyə,

təvazökar olmağa dəvət edir. “Müntəxəbat”ın “Müdrik

nəsihət və fikirlər” şöbəsində oxucunu elmə çağıran:

“Ağıllı düşmən səfeh dostdan yaxşıdır”, “Alimin

keçirdiyi bir gün avamın bütün həyatından yaxşıdır”,

“Danışana deyil, danışılana fikir ver”, “Ehtirası üstün

gələn məğlub olar”, “Öz biliyini işə sərf etməyən alim,

adamların ən pisidir”, “Alimin silahı onun idrakı və

dilidir, hökmdarın silahı-qılınc və qalxanıdır” kimi

qiymətli sözlər indi də öz qiymətini itirməmişdir.

Belə məzmunlu misallar tərbiyənin digər

məsələlərinə dair də verilir. “Müntəxəbat”a daxil

edilmiş povestlər, hekayələr, lətifələr, parçalar, şeirlər

də tərbiyəvi xarakterdədir.

Dərslikdə əyanilik prinsipi də tərtib edilmişdir.

Məsələn, 49-cu səhidəfə “Şah və meymun” mətninə

dair gözəl şəkil verilmişdir, bu şəkil, mətnin məzmunu

ilə tanış olmadıqda belə onun mahiyyətini başa

düşməyə imkan verir.

Dərsliyin dili sadə və bədii, obrazlı olmaqla

uşaqların yaş və bilik səviyyələrinə uyğundur.

Bundan əlavə Mirzə Şəfi İv. Qriqorevlə birlikdə

“Tatar-rus lüğəti” də tərtib etmişdir. Bu lüğət, təlimin o

zamankı şəraiti üçün olduqca böyük əhəmiyyətə malik

idi.

Mirzə Şəfinin pedaqoji baxışlarına dair verdiyi-

Page 91: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

91

miz qısa məlumat göstərir ki, o, Azərbaycan

məktəbinin inkişafı tarixində görkəmli mövqe tutur.

A.Bakıxanovdan sonra Mirzə Şəfi təlim və

tərbiyə məsələlərini yüksək mərhələyə qaldırmışdır; o,

dinə mövhumata, avamlığa qarşı amansız mübarizə

aparmışdır. Mirzə Şəfi ruhaniliyin ən barışmaz

düşməni olmuşdur.

Mirzə Şəfi pedaqoji işi ürəkdən sevmiş, yaradıcı

bir müəllim kimi işləmiş, özünün səmimi davranışı,

sadə əxlaqı ilə fərqlənmişdi. O, tərtib etdiyi

“Müntəxəbat” ilə Azərbaycan məktəbinə böyük xeyir

vermişdir. Həmin “Müntəxəbat” həm dərslik, həm də

əsaslı elmi-metodiki əsər kimi dövrünün qabaqcıl

tələbləri səviyyəsində durmuşdur.

“Müntəxəbat”da olan material zənginliyi, məna

dərinliyi, dilin sadə və obrazlılığı, mətnlərin

müntəzəm, ardıcıl yerləşdirilməsi və digər

xüsusiyyətlər bu dərsliyi, Rusiya və Qərbi Avropa

pedaqogikası klassiklərinin görkəmli dərslikləri ilə

(Komenskinin “Otkrıtaə dverğ əzıkam», Uşinskinin

«Rodnoe slovo» və s. ilə) müqayisə etmək üçün bizə

əsas verir.

Öz şagirdlərində əməli vərdişlərin, birinci

növbədə gözəl xətlə yazmaq vərdişinin aşılanmasına

dair Mirzə Şəfinin göstərdiyi qayğı, onun müəllimlik

fəaliyyətindəki ən qiymətli cəhətlərdən biridir.

Mirzə Şəfi geniş təhsilin tərəfdarı olmuş və öz

əməli fəaliyyətində də bu tələbi həyata keçirməyə

çalışmışdır.

Mirzə Şəfi tərbiyəedici təlimin tərəfdarı olmuş və

Page 92: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

92

yetişməkdə olan gənc nəsildə yüksək əxlaqi

keyfiyyətlərin tərbiyə olunmasını tələb etmişdir.

Təlim və tərbiyə məsələlərinin yaxşılaşdırılması

sahəsindəki yüksək xidmətlərinə baxmayaraq, Mirzə

Şəfi bu məsələləri M.F.Axundov qədər lazımi

prinsipial səviyyəyə qaldıra bilməmişdi. Bu böyük

vəzifəni yerinə yetirmək Azərbaycanın məşhur

mütəfəkkiri M.F.Axundovun öhdəsinə düşdü.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik

üç inkişaf mərhələsi keçirir: Birincisi ilk təşəkkül

dövrü, ikincisi kamal dövrü, üçüncüsü süqut dövrü...

Birinci mərhələnin, A.A.Bakıxanov, İ.Qutqaşınlı,

M.Ş.Vazeh kimi az-çox realizmə meyl göstərən şair və

yazıçıların simasında meydana çıxır. Bu, 30-40-cı

illəri əhatə edir. A.A.Bakıxanov təşəkkül dövrünün

realist maarifçisi kimi diqqət mərkəzindədir.

Yaradıcılığının birinci dövründə məsnəvi şəklində

yazdığı bir sıra mənzum hekayə və romantik şeirlər,

«Təhzübül əxlaq» və pedaqoji əsəri: «Kitabi-nəsihət»

və «Nəsihətnamə» əsərləri ilə müasirlərinə istiqamət

vermiş:

Dila, əzm eylə bülbül sifət gülzarə, bismillah,

Muradın olsa meyl etmək fəqani- zarə, bismillah.

Müasir Mirzə Şəfi buna belə bir nəzirə yazmışdır:

Gözlərinin kim aşiqə məxmur şəklin göstərər,

Əhli-füqərə mərdum məğrur şəklin göstərər.

Qamətini yadilə çəkdim bəski ah atəşin,

Page 93: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

93

Xatirəm nar şəcərdən tur şəklin göstərir.

İyirmi dörd misradan ibarət qəzəllərində

Füzulinin təsiri daha aydın hiss edilir:

Tacım ah, göz yaşım Təxt, leşkərim dərddir, qəmim

ölkəm,

Mən eşqə sultan olsam da, sənin eşqindir sultanım.

Göz yaşım taxt, ahım tac, dərd qoşun, qəm

məmləkətimdir,

Mən eşqə sultan olsam da, sənin eşqindir

sultanıma sevgilimin kuyunin qədası, eşq mülkünün

sultanıyam, gəl ey canım olan sevgilim! Gəl ki, sənsiz

hicrandan canım o dodağına çatıbdır. Dodağını

dodağım üstə qoy sonra canım al:

Gəl ey canım ki, hicrimdə dodağa çatdı bu canım,

Dodağın qoy dodağıma, özün al can, cananım.

Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:

Gözüm ağlar, özüm yannam, inan ey çeşmi-

məstanım.

Bu qəzəlin məqtə beytində isə oxuyuruq:

O yarın zülfü ruyindən sən ümid gözləmə,

Vazeh tutarsan Çini-Maçini, əlində vardır,

imkanın

Təfsiri belədir: Vazeh o dilbərin zülfündən və

üzündən ümid gözləmə, əgər canımın canı, ürəyimin

qanı hərəkətdən qalmayıb kömək edərsə, Çini-Maçini

Page 94: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

94

tutaram. Əks təqdirdə eşqin əsasında casusluq edən,

onun bədənini hərəkətə gətirən qan yorular, qocalıq üst

gələr, bədən soyuyar, rütubət artar, soyuq rütubət

sümüklərə tökülər, ağrılar başlayar... Bu baş verməsin

deyə, aşiq, məşuq öz canlarının təbibi olmalı,

vücudlarının qədrini bilməlidir. Can bədənin casusu,

qulaqlar xəbərçi olsalar da, hər iki tərəfin eşq və aşiqin

onlara ehtiyacı danılmazdır.

On dörd misralıq qəzəlində eşqsiz insan susuz

quyuya bənzədilir, ürək ölü sayılır, sevən ürəyin və

şəxsin ülviliyindən danışır, imanlı insanı məhəbbətsiz

təsəvvür etmir. Məhəbbəti kamil insansa həyalıdır və

aşiqin əsiri olduğuna görə özünü bəxtiyar sayır və

deyir:

İki dünyanı verrəm sən baxanda

Mənə eşqin bu sövdası əyandır.

Necə Vazeh, əsiri olmayım mən,

Bu eşqin qarşısında Qaf yalandır.

Belə olduqda niyə Vazeh eşqin əsiri olmasın?

Axı, əzəmətli Qaf dağı başını eşqin ayağına qoymaqla

heç bir şey itirmir, məhəbbəti artırır. Vazeh deyir: O

düşüncə var olsun ki, o eşq haqqındadır. Eşq Allahın

insana bəxş etdiyi mənəvi nemətdir. Nizami demişkən:

Eşqsiz olsaydı, xilqətin canı,

Dirilik sarmazdı böyük cahanı.

Bu baxımdan «Məktubun intizarında» lirik

poemasında eşq (aşiq) məktubun intizarını çəkir.

Məktub göndərən və onu həsrətlə gözləyən eşq hər iki

Page 95: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

95

halda insandır. Aşiq və məşuq. Məsnəvi formasında

yazılan bu poema M.Ş.Vazehin indiyədək orijinalı

əlimizdə olmayan «Sədi və Şah», «Teymur» və

«Dərviş» kimi süjetli mənzum əsərlərindən mövzusuna

görə də seçilir. Həmid Məmmədzadə yazır ki, yüz

yetmiş misralıq bu poema Vazehin öz xəttidir... və

həcm etibarı ilə onun yaradıcılığında mühüm yer tutur.

Ədəbiyyat tarixində yuxarıda adlarını çəkdiyimiz

əsərlərə «poema» deyilməsi doğru deyildir, mənzum

hekayə deyilsə daha düzgün olardı.

Bu da məlumdur ki, Mirzə Şəfinin Hannoverli

Bodenşdet tərəfindən tərcümə olunmuş şeirlərinin

birinci hissəsi onun Gəncədə sevdiyi qıza - Züleyxanın

eşqinə aid olan şeirləridir. Vazehin Züleyxa adlı bir

qızı sevməsini yalnız Bodenşdedt deyil, başqa

tədqiqatçılar da təsdiq edirlər. Hətta, İ.K.Yenikolopov

1938-ci ildə Bakıda çap etdirdiyi “Şair Mirzə Şəfi”

kitabında, arxiv sənədlərində Züleyxa haqqında

məlumat olduğunu qeyd edir. Çox güman ki,

«Məktubun intizarında» poeması Züleyxaya həsr

olunmuşdur. Tiflisdə yaşayan şair görünür Gəncədən

Züleyxadan məktub gözləyir, yarının hicrindən

şikayətlənir, onun fəraqından kipriklərinin xəncər olub

ürək qanını gözlərindən axıtdığını, könlündən göy

gurultusu kimi ucalan nalə-əfqandan didələrindən

leysan yağışı kimi yağan damcıları təsvir edir. Dilsiz

yollardan gələn karvanı qarşılamağa tələsir,

sevgilisindən xəbər tutmaq istəyir. Ümidi boşa çıxır.

Həsrətdən kövrəlir qəm-qüssəsi getdikcə artır. Aşiq,

kədərini artıran fələkdən şikayətlənir. Taleyinə qarşı

Page 96: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

96

üsyan edir. «Nə olaydı ki, hec, aşinalıq (məhəbbət)

olmayaydı» - deyir. Nəhayət, aşiq - M.Ş.Vazeh Heyran

xanım Dünbülü kimi səhər mehinə müraciət edir.

Yalvarır ki, görsən, dərdimi deməyə tələsmə, əvvəlcə

başına dolan, onun ala gözlərindən öp... Əgər lütf

eləyib öz aşiqinin əhvalından xəbər tutmaq istəsə, de

ki, nə gecəsi var, nə də gündüzü... Səndən sonra aşiqin

yazı xəzan olub, abi-həyat onun gözündən itibdir,

susuyan adamın su dalınca heyran - heyran baxdığı

kimi, o da yana-yana sevgilisini axtarır. Ağlamaqdan

gözləri kor, qulaqları kar olub... Belə gedərsə, onların

görüşməsi yəqin ki, məhşərə qalar...».

«Məktubun intizarında» poemasında olduğu

kimi, Vazehin lirik şeirlərində də aşiq-məşuq ünsiyyəti

təkrar olunursa, bu yeknəsəklik deyildir. Məhəbbətdə

yeknəsəklik yoxdur. Şair hər dəfə eşqin vüsətində

dayanan məhəbbətə hər dəfə yeni ruh, yeni məna verir

və bunu bacarır. Bu bacarıq Allah vergisidir, ona görə

də sevgi tərənnüm edən parçada aşiqin keçirdiyi

müxtəlif ruhi halları təsvir edəndə hissə qapanmır. O

bilir ki, hisslər həmişə eyni axarla getmir, bu da

şıltaqlıq yaradır. Axı, «Hisslərin şıltaqlığı, məhəbbətin

bədbəxtliyidir» - demişlər.

Xoş olsun ol könül, eşqə məkandır,

Var olsun ol fıkir, eşqə həyandır.

Dideyi bə didar dust dəstdir ağuş yar.

Eşq əz an suniyaz hüsn əzan suyun niyaz

Sədr hürrim qəbui dər xur hər xam nisl.

Page 97: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

97

M.Ş.Vazehin ayrı-ayrı sevgi təranələrində onun

şair xəyalı ilə ürəkdən deyilmiş şirin və mənalı sözlər

həyat simfoniyasıdır. Şair bir sevgi nəğməsində öz

sevgisinə müraciət edib deyir: «Sən mənim saatlarımı

şirinləşdirdin, fəqət tez ötüb keçdin və qəlbimdə elə bir

atəş qoydun ki, bu atəş səhrada yanan atəşə bənzər».

Vazeh bu atəşi «Səhrada yanan atəşə» ona görə

bənzədir ki, onu - səhra atəşini söndürmək mümkün

deyildir.

Eyni sevgi mövzusunda yazılan digər şeirlərində

«Məktubun intizarında» poemasında şair sevgi

haqqında deyir: «Gecə yasəmən öz rahiyadar ətrini

ətrafa səpərkən, ulduzlar parlarkən, bütün dünya

yuxuya dalarkən, bütün ətraf sakitikən məhəbbət

oyaqdır. Məhəbbəti fəlsəfiləşdirənlər məhəbbətin

oyaqlığını görmüş, ya da özlərini dərrakəli göstərmək

məqsədi daşıyırlar. Məhəbbətin fəlsəfəsi insani

hisslərlə bağlıdır, bu da idrakın mahiyyətidir.

Bu da həqiqətdir ki, M.Ş.Vazehin məhəbbətini

tərənnüm edən şeirlərində müasir ictimai həyat öz

əksini tapmışdır və bu şeirlər əsas etibarilə intim

psixoloji baxımdan duyğuları ifadə edir. Lakin bu

şeirlərdə dərin həyat motivləri, məhəbbətin fəlsəfəsi,

insan hisslərinin çarpazlaşması və dünyəviliyin

tərənnümü onları bu dövrdəki antirealist,

maarifçilikdən uzaq qəzəl epiqonçuluğu qəsidə və

mərsiyə ədəbiyyatına qarşı qoyur.

«Məktubun intizarında» poemasından başqa,

toplanılıb kitaba daxil edilən qəzəl və şeirlərin heç

birinin orijinalı olmayıb, Salman Mümtazın dediyi

Page 98: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

98

kimi Mirzə Şəfinin bizə gəlib çatan irsi onun bilavasitə

özü tərəfindən deyil, ya F.Bodenşdedtin alman dilinə

tərcümələri, ya da müasirləri və dostlarının: - Mirzə

Mehdi Naci, Mirzə Nəsrulla Nasirin əlyazmalarından

götürülmüşdür. Hər iki şəxs «Divani hikmət» ədəbi

məclisinin üzvü olmuş və Mirzə Şəfinin «Göstərir»

rədifli bu şeirinə də nəzirə yazmışlar:

Səbzə puş olmuş qədəmin rüxsar- atəşgünülə,

Museyi-İmrana guya tur şəkilin göstərir.

Vazehin yaxın dostlarından olan Fazil xan Şeyda

və Qafqaz sərdarı Voronsovun öz saatını açıb qoluna

bağladığı Şeyx İbrahim Qüdsi də həmin qəzələ nəzirə

yazmışdır

XIX əsr Azərbaycan üçün uğurlu olmadı. Rus

çarı Azərbaycanı tabeliyinə bağladı. Məmur

uşaqlarının oxuması üçün 1830-cu ildə Şuşada, 1831-

ci ildə Nuxada, 1832-ci ildə Bakıda, 1833-cü ildə

Gəncədə, 1837-ci ildə Şamaxı və Naxçıvanda

məktəblər açıldı. Bu məktəblərdə azərbaycanlı

uşaqlarının oxumasına da icazə verildi. Əsas məqsəd

çar özünə sədaqətli, Azərbaycan və rus dilini

mükəmməl bilən tələbələr hazırlamaq idi. Bu siyasət

guya yerli əhalini savadlandırmaq məqsədi daşıyırdı.

Gəncədə açılan məktəb də bu siyasətlə bağlı idi.

M.Ş.Vazeh də burada kolleqrafiyadan dərs deyirdi. Bu

məktəb onun dünyagörüşünü artırır, təlimin yeni

metodlarını öyrədirdi... Onu da deyək ki, M.Ş.Vazeh

ilk pedaqoji fəaliyyətə məscid mədrəsəsindən başlamış

Page 99: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

99

və burada M.F.Axundova dərs demiş, onu yeni

ideyalara maraq göstərməyə yönəltmişdir.

Tiflis gimnaziyasında Azərbaycan dilinə ehtiyac

yarananda M.F.Axundov müəlliminin Gəncədən

Tiflisə çağrılmasını gimnaziya direktoruna məsləhət

görmüş, gimnaziyanın hesabına ona ev kirələmiş və bu

vəsait Maarif müdiri Uvarovun razılığı ilə olmuşdur.

Vazehin pedaqoji fəaliyyətinin ikinci mərhələsi Tiflis

gimnaziyası ilə bağlıdır. O, burada İ.İ.Qriqoryevlə

birlikdə «Kitabi-türkü» adlı dərslik hazırlamışdır,

«Divani-hikmət» ədəb məclisini burada davam

etdirmişdir. O, burada rus ədəbiyyatından Aleksandr

Veltmanın (Şərq poeziyasının mənəvi yetginliyi hiss

olunurdu) şeirlərini xoşladığı üçün onlardan bəzilərini

fars dilinə tərcümə etmişdi. Bu tərcümələrdən yalnız

«Aydın fəcri nə üçün duman bürüdü?» şeirinin

tərcüməsi bizə gəlib çatmışdır.

A.Veltmanın əsərləri ilə onun maraqlanmasının

səbəbi hər ikisinin dünyagörüşü arasındakı yaxınlıq ilə

əlaqədar idi. XIX əsrin 40-cı illərində yaşayan rus şairi

öz şeirlərində demokratik xırda-burjua ziyalılarının

əhvali-ruhiyyəsini tərənnüm edirdi ki, bu da xırda

sənətkar təbəqəsi içərisindən çıxan Mirzə Şəfi Vazehin

ruhuna uyğun gəlirdi.

M.Ş.Vazeh 1820-ci illərdə Gəncədə təşkil etdiyi

«Divani-hikmət» (Hikmət evi) ədəbi məclisini

sonralar Tiflis gimnaziyasında da davam etdirmişdir.

Tiflisdə davam etdirilən «Divani-hikmət»

məclisində iştirak edənlərin əksəriyyəti onun şagirdlər

və yaxın dostları idi. Gəncə məclisindən fərqli olaraq

Page 100: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

100

Tiflisdə təşkil olunan «Divani-hikmət» beynəlmiləlçi

idi. Burada A.A.Bakıxanov, İ.İ.Qriqoryev,

M.F.Axundov, Mirzə Yusif, Vidadi, Ağa İsmayıl

Zəbih, Fazil xan Şeyda, X.Abovyan, F.Bodenştedt,

Mirzə Mehdi Zəbih, İ.İ.Qriqoryev, Q.Rozen,

L.Z.Budaqov kimi tanınmış ziyalılar iştirak edirdilər.

Məclisin (bütövlükdə Azərbaycanda fəaliyyət göstərən

məclislərin hamısında) iştirakçılarının çoxu M.Füzuli

və M.P.Vaqif ədəbi məktəblərinə mənsub olan

dünyagörüşləri yetkin insanlar idi. Onların əksəriyyəti

nəzirə yazsalar da, hər birinin özünəməxsus bədii ifadə

vasitələri, sözü və bədii naxışı olmuşdur. Vaqif ədəbi

məktəbinin nümayəndələri isə, əsasən, qoşma şəklində

yazmağa meyl göstərmişlər.

M.Füzuli ədəbi məktəbinə mənsub olanların

əsərlərində dövrandan şikayət («Fələklər yandı

ahımdan, muradım şəmi yanmazmı») əsas yer tutduğu

halda Vaqif ədəbi məktəbinin nümayəndələri gözəlin

xarici görkəmini-gözünü, qaşını, təsvir edir: «Kür

qırağını seyrangah edən» telli, toqqalı gəlini behişt

hurisi adlandırırdı.

«Divani-hikmət»in üzvlərinin yaradıcılığında

sevgi motivləri ilə bir sırada ictimai motivlər də

güclüdür. İctimai motivlərin güclülüyü Q.Zakirin

«Çıxmadı qurtulaq dərdi-bəladan, gündə bir zaqonu

görən canımız» sözlərini yada salır. Zakir gözəllərin

xaricini deyil, mənəvi aləmini tərənnüm edirdi. Əsl

gözəllik mənəvi aləmdir.

«Divani-hikmət» məclisinin əsas xüsu-

siyyətlərindən biri yaxşı şeir yazmaq uğrunda yarış,

Page 101: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

101

qızğın ədəbi və fəlsəfi mübahisələr gedirdi;

F.Bodenştedt yazır ki, bu mübahisələrin çoxu Mirzə

Şəfi Vazehlə Bakıxanov arasında cərəyan edirdi.

«Divani-hikmət»də ən əvvəl şeir oxunur və sonra

oxunan şeir haqqında mübahisə açılırdı və bu şeirlərə

çox zaman Vazeh qiymət verirdi. Məclisin sədri Mirzə

Şəfi Vazehin özü idi. Almaniyada nəşr olunan

F.Bodenşdetdtin yazdığı romanda M.Ş.Vazehin

məlahətli səsə malik olaması xüsusilə vurğulanır.

“Divani-hikmət” məclisində qəzəllərini məlahətli səslə

oxuması dinləyənləri valeh etdiyi qeyd olunur.

F.Bodenştedin “Şərqdə min bir” romanı Hermann

Ammon tərəfindən yenidən işlənmiş bu roman 1900-

cu ildə Berlində Alman Ədəbiyyatı Həvəskarları

cəmiyyətinin nəşriyyatında çap edilmişdir. Romanda

Mirzə Şəfinin məlahətli səsə malik olduğu qeyd

olunur.

M.Ş.Vazehin həyat və yaradıcılığı Avropa,

Rusiya və Azərbaycan tədqiqatçı-larının diqqətini cəlb

etmiş, müxtəlif ictimai quruluşlarda ayrı-ayrı

tədqiqatçıların onun yaradıcılığına müraciət etdiyini

görürük. Mirzə Şəfi uşaqlara müstəqil düşünmək və

çalışmaq bacarığı verən, yeni dünyəvi elmlərin təlim

üsullarının tərəfdarı idi. Bu məsələni nəzəri cəhətdən

həll etməklə və məscid hücrələrində islahatlar

aparılmasının zəruriliyini söyləməklə kifayətlənməmiş

“Divani-Hikmət” məclisində özünün bir sıra fikirlərini

əməli olaraq həyata keçirmişdir (müasirləri Mirzə

Fətəliyə, A.A.Bakıxanova, F.Bodenştedə təsiri). O,

evində fərdi dərs deməklə məşğul olmuşdur. 1840-cı

Page 102: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

102

ildə M.F.Axundov Tiflis Qəza məktəbində Şərq dilləri

üzrə müəllim işləyirdi. Həmin il bu vəzifədən çıxarkən

öz yerinə müəllimi Mirzə Şəfini məsləhət görmüşdür.

Mirzə Şəfi tərəfindən uşaqların istifadəsinə vermək

üçün hazırlanan Azərbaycan dilini öyrənənlər üçün

dərslik hazırlamış lakin əziyyəti nəticəsiz qalmışdır.

Mirzə Şəfi Azərbaycanda görkəmli

maarifpərvərlərdən biri olmuşdur. O, ağır ictimai

şəraitdə mübariz bir maarifçi kimi çıxış etmiş,

cəmiyyətin inkişafında elmin böyük əhəmiyyətə malik

olduğunu göstərmişdir. O, bütün ömrünü cəfakeş

müəllim peşəsinə həsr etmişdir.

Mirzə Şəfi müəllimin ağır maddi həyat şəraitində

olduğunu görmüş, lakin coğrafi məkanını dəyişməkdən

başqa çarəsi olmamışdır.

XX əsrdə demokratik elmi-pedaqoji fikrin

nümayəndələrindən biri də Mehdi Sadıq oğlu Əliyev

olmuşdur. Mirzə Şəfi Vazeh şəcərəsinə aid olan bu

görkəmli şəxsiyyətin Azərbaycan elminin fikir

inkişafında özünəməxsus yer tutduğunu xalqa

göstərmək bizim vəzifəmizdir.

Page 103: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

103

MEHDĠ ƏLĠYEV: TANINMIġ TƏHSĠL

TƏġKĠLATÇISI, BÖYÜK MÜƏLLĠM

Professor Misir Mərdanov

...Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər...

Bu hikmət dolu müdrik kəlamlar xalq şairi Səməd

Vurğunun dahi Azərbaycan bəstəkarı Üzeyir bəy

Hacıbəylinin vaxtsız ölümünə həsr etdiyi şeirdən bir

parçadır. Dillər əzbəri olan bu kövrək misralarda

əbədiləşən dərin məzmunlu ifadələrin təsiri ilə qanrılıb

yaşadığımız illərin arxasından keçmişə boylananda,

ömür yolunda qarşısına çıxan fərqli insanların nəcib və

xeyirxah əməllərini xatırlayanda, elm, təhsil və

mədəniyyət tarixində əbədi imzasını qoyan,

soydaşlarının könül dünyasında özünə əbədi məskən

salan böyük şəxsiyyətləri bir anlığa göz önünə

gətirəndə istər-istəməz bu dünyadan köçsə də, özündən

sonra xoş xatirələr, əbədiyaşar əməllər və silinməz

izlər qoyan, necə deyərlər, "sevərək yaşayan, sevilərək

ölən" yaxşı insanlar, yaxşıların yaxşıları yada düşür...

Bu bir həqiqətdir ki, ömrün uzun-qısalığından,

ictimai-siyasi mühitin özəlliklərindən asılı olaraq hər

bir fərdin həyatından, ömür yolundan minlərlə, bəlkə

də yüz minlərlə insan keçə bilir. Lakin həmin

insanların arasında yadda qalanlar, daim xoş xatirələrlə

anılanlar, hər zaman ruhuna rəhmət oxunanlar, sözsüz,

az, hətta lap az olur. Çünki yadda qalmaq üçün gərək

Page 104: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

104

Mehdi Əliyev

Page 105: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

105

minlərdən, yüz minlərdən seçiləsən, gərək həmişə, hər

yerdə öz yolun, öz sözün, öz əməlin olsun, gərək

həyatda və insanların qəlbində silinməz izlər qoya

biləsən. Gərək elə ömür yaşayasan ki, sən bu dünyada

olmayanda da yerin görünsün, yoxluğun hiss edilsin və

səni tanıyanlar : qəlbinin dərinliklərindən gələn nisgilli

bir pıçıltı ilə "Nə yaxşı dünyada yaxşı var imiş, yoxsa

qırılardıq yaman əlindən",- deyə bilsinlər...

XX əsr Azərbaycan ali təhsili və elminin

inkişafına layiqli töhfələr vermiş, ölkəmizdə ali təhsilin

qurucularından biri, görkəmli elm və təhsil təşkilatçısı,

tanınmış, elm və maarif xadimi, peşəkar müəllim, saf

və səmimi insan, əsl ziyalı, uca şəxsiyyət,

respublikamızda elm və təhsilin yorulmaz cəfakeşi

Mehdi Əliyevi xatırlayanda bu böyük insanı

tanıyanların, onu sevənlərin, saysız-hesabsız

yetirmələrinin hamısı kimi, mənim də qəlbimin

dərinliklərindən bayaqkı hikmət dolu söz və ifadələr

keçir.

Doğrusu, Mehdi müəllim mənə dərs deməsə də,

ali təhsil aldığım universitetin rektoru kimi, onu hər

zaman ideal müəllim və təhsil təşkilatçısı hesab

etmişəm. Ötən əsrin 60-cı illərində tələbəsi olduğum

Bakı Dövlət Universitetinə qəbul olana qədər yaxın

qohumum, Mehdi müəllimin yetirməsi professor

Niftalı Qocayevdən onun haqqında çox xoş sözlər

eşitmişdim. 1964-cü ildə Universitetə daxil olub,

yataqxanada qalmağa başladım. İstər yataqxanada,

istərsə də universitet auditoriyalarında Mehdi

müəllimin humanizmi, xeyirxahlığı, saflığı, düzlüyü,

Page 106: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

106

nəcibliyi haqqında yuxarı kurs tələbə-seminariyanın

direktoru Cavad bəy Rəfibəyli, Əhməd Cavad

Axundzadə, Mikayıl Rzaquluzadə və digər tanınmış

milli ziyalılardan mükəmməl dərs alaraq təkcə peşəkar

müəllim kimi deyil, həm də milli dəyərlərə sahib çıxan

Azərbaycan vətənpərvəri kimi yetişmişdir. Xatırlatmaq

yerinə düşər ki, Mehdi Əliyevlə yanaşı, həmin

seminariyadan sonralar böyük ədəbiyyatşünas alim

olmuş akademik Həmid Araslı, görkəmli alim-yazıçı,

professor Mir Cəlal Paşayev də məzun olmuşdular...

Seminariyanı bitirdikdən sonra az müddət Gəncə

şəhərində pedaqoji fəaliyyətlə məşğul olan Mehdi

Əliyev ali təhsil almaq arzusu ilə Bakıya yollanır.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı

Dövlət Universitetinin (1922-ci ildən artıq

"Azərbaycan Dövlət Universiteti" adlandırılmağa

başlanmışdı) fizika-riyaziyyat fakültəsinə daxil olmuş,

1930-cu ildə oranı uğurla bitirmişdir. Ali təhsilini

yüksək göstəricilərlə başa vuran Mehdi Əliyev

istedadlı və perspektivli kadr kimi Azərbaycan Dövlət

Pedaqoji İnstitutunda fizika-riyaziyyat fakültəsinə

dekan vəzifəsinə göndərilir. Yeri gəlmişkən, onu da

deməliyik ki, 1930-cu ildə Azərbaycan Dövlət

Universiteti SSRİ-də aparılan ali təhsil islahatlarına

uyğun olaraq 4 instituta parçalanmışdı. Bu ali təhsil

müəssisələrindən biri də Pedaqoji İnstitut idi. Mehdi

Əliyev yenidən təşkil olunmuş Azərbaycan Dövlət

Pedaqoji İnstitutunda 1935-ci ilədək dekan vəzifəsində

uğurla çalışmışdır. O, bu illərdə Pedaqoji İnstitutla

yanaşı, Azərbaycan Tibb İnstitutunda, Azərbaycan

Page 107: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

107

Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye

İnstitutunda mühazirələr oxumuş, milli kadrların

yetişdirilməsinə öz töhfələrini vermişdir. Mehdi Əliyev

Azərbaycan Dövlət Universiteti yenidən bərpa

olunandan (1934) sonra özünün elmi-pedaqoji

fəaliyyətini orada davam etdirmiş, 1935-ci ildən

ömrünün sonunadək bütün elmi-pedaqoji və təşkilati

fəaliyyəti kiçik fasilələrlə doğma Universitetlə bağlı

olmuşdur.

Böyük Vətən müharibəsi (1941) başlananda o

zaman universitetin rektoru olmuş Cəbrayıl Ələsgərov

kimi, fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində

çalışan Mehdi Əliyev də könüllü olaraq cəbhəyə

yollanmış, müharibənin dəhşətlərini öz gözləri ilə

görmüş, ön cəbhədə vuruşmuş, düşmən gülləsinə tuş

gələrək ağır yaralanmış və ordudan tərxis olunduqdan

sonra Universitetdə yenidən elmi-pedaqoji fəaliyyətə

başlamışdır. Belə ki, 1944-cü ildə Universitetin fizika-

riyaziyyat fakültəsinə yenidən dekan seçilən Mehdi

Əliyev müharibənin ağır zərbələrinə məruz qalmış

respublikamızda ali təhsilin yenidən qurulması və

inkişafı yolunda ömrünün sonunadək fədakarcasına

çalışmış, nəticədə Azərbaycanda ali təhsil sisteminin

əsas qurucularından və görkəmli təşkilatçılarından biri

kimi, çağdaş təhsil tariximizə öz əbədi imzasını və

şərəfli ziyalı adını həkk etdirməyə nail olmuşdur.

Mükəmməl və dərin biliyi, hərtərəfli

dünyagörüşü və ziyalılığı, peşəkar müəllim ustalığı,

səmərəli təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi-əxlaqi

keyfıyyətləri, insansevərliyi və vətənpərvərliyi ilə

Page 108: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

108

parlaq və uca şəxsiyyət kimi formalaşan Mehdi Əliyev

1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tədris

işləri üzrə prorektoru kimi məsul vəzifəyə irəli

çəkilmiş, o, bu vəzifədə çalışdığı on il ərzində

respublikamızda ali təhsilin öncülü və bayraqdarı olan

universitetdə tədrisin yüksək səviyyədə təşkili, elmi və

pedaqoji işlərin bir-biri ilə peşəkarlıqla

əlaqələndirilməsi, ölkə üçün yüksəkixtisaslı

mütəxəssislərin yetişdirilməsi sahəsində böyük

uğurlara imza atmış, nəticədə Azərbaycanın elmi-

pedaqoji, təhsil ictimaiyyəti arasında sayılıb-seçilən

şəxsiyyətə, böyük nüfuz sahibinə çevrilmişdir.

Universitetin tələbələri arasında dolaşan söhbətlər

məndə bu fenomenal insana olan əvvəlki hörmət və

ehtiramımı bir qədər də artırdı. Xoşbəxtlikdən tale elə

gətirdi ki, uzun illər o zaman respublikada yeganə olan

universitetdə tədris işləri üzrə prorektor işləmiş,

sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna

rektor təyin olunmuş Mehdi Əliyev mən II kursda

oxuyanda yenidən Bakı Dövlət Universitetinə rektor

kimi qayıtdı. Bundan sonra Mehdi müəllimi daha

yaxından tanımaq imkanı qazandım. Çox keçmədi ki,

Universitet müəllim və tələbələri arasında Mehdi

müəllim haqqında dolaşan miflərin həqiqət və

gerçəklik olduğunu öz gözlərimlə gördüm, öz qəlbimlə

duydum.

Açığını deyim ki, Mehdi müəllimin dünyasını

dəyişməsindən keçən müddətdə onunla yaxın

ünsiyyətdə olmuş insanlarla, görkəmli elm və təhsil

xadimləri ilə olan çoxsaylı söhbətlərdə hamıdan bu uca

Page 109: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

109

Page 110: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

110

şəxsiyyət haqda yalnız xoş sözlər eşitmişəm. Mehdi

müəllim haqqında gördüklərim, eşitdiklərim,

oxuduqlarım və bildiklərim məndə bu görkəmli təhsil

fədaisinə vurğunluğu daha da artırdı, onu ideal bir

ziyalı, təhsil fədaisi kimi qəbul etməyimə əsas verdi...

Doğrudur, bu gün haqq dünyasında uyuyan

Mehdi müəllimi bizdən qırx illik bir zaman kəsiyi

ayırır. Çoxdan idi ki, Mehdi müəllimin ziyalılığa örnək

ola biləcək ömür yoluna yenidən işıq tutmaq, onun

şərəfli ziyalı həyatının enişli-yoxuşlu məqamlarını bir

daha yada salmaq, 65 illik ömrünün 40 ildən çoxunu

yorulmadan, usanmadan Vətənimizdə elmin, təhsilin

inkişafına, milli kadrların yetişdirilməsinə həsr etmiş

bu maarif, təhsil, elm fədaisini müasir gəncliyimizə

yaxından tanıtmaq arzusunda idim. Son illərdə

Azərbaycanın təhsil tarixinə dair araşdırmalarım

zamanı Mehdi Əliyev haqqında əldə etdiyim yeni

faktlar hazırda təhsil ictimaiyyətinin diqqətinə təqdim

olunan bu yazının yaranmasına gətirib çıxartdı...

Mehdi müəllim haqqında böyük məmnuniyyətlə

qələmə aldığım bu kövrək sətirlər az qala yarım əsrə

yaxın bir müddətdə ürəyimin dərinliyində yer almış

ülvi hisslərin təzahürüdür, görkəmli elm və təhsil

xadiminə, tanınmış fizik alimə, ömrünü elm və təhsilin

inkişafı yolunda şam kimi əritmiş böyük Azərbaycan

ziyalısına, ölkəmizdə ali təhsilin qurucularından biri

olan uca şəxsiyyətə olan dərin ehtiramın ifadəsidir, -

desəm mən yalnız həqiqəti etiraf etmiş olardım.

Hörmətli oxucu! Gəlin bu böyük ömür yolunu

birlikdə vərəqləyək.

Page 111: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

111

Mehdi Sadıq oğlu Əliyev 1907-ci il dekabrın 21-

də Azərbaycanın qədim və zəngin mədəniyyət

mərkəzlərindən olan Gəncədə ziyalı ailəsində doğulub.

Əslən qədim Gəncənin əsilzadə ailələsində dünyaya

gələn Mehdi müəllim XIX əsrin sonundan Gəncədə

fəaliyyət göstərməyə başlamış rus-müsəlman (rus-

Azərbaycan) məktəbində və kişi gimnaziyasında

mükəmməl təhsil almışdır.

Mehdi Əliyev 1920-1924-cü illərdə təhsilini ötən

əsrin əvvəllərində Azərbaycanda müəllim kadrları

hazırlayan ilk seminariya kimi yaradılan (1914) və

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)

milliləşdirilən Gəncə Müəllimlər Seminariyasında

davam etdirərək müəllimlik peşəsinə yiyələnmişdir.

Məlumat üçün onu da deməliyəm ki, həmin seminariya

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra

böyük şairimiz Məhəmməd Füzuli adına Gəncə

Müəllimlər Seminariyası (Həmin Seminariyanın 1923-

1927-ci illərdə direktoru Kiyev İmperator

Universitetinin tarix - filologiya fakültəsinin məzunu

(1916) olmuş, Azərbaycanın bir çox ali məktəblərində

müəllim işləmiş, sonralar repressiyaya məruz qalmış

Cavad bəy Rəfibəyli (1890- 1956 olmuşdur)

adlandırılmış, Mehdi Əliyev də həmin təhsil

müəssisəsinin beşinci buraxılışından məzun olmuşdur.

Burada o, 1962-ci ildə Mehdi Əliyevin elm, təhsil və

idarəçilik sahəsindəki zəngin təcrübəsi və yüksək

peşəkarlığı, ən başlıcası isə yüksək mənəviyyatlı

ziyalılığı nəzərə alınaraq respublika rəhbərliyi

tərəfindən Azərbaycanın ən qocaman pedaqoji ali

Page 112: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

112

Page 113: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

113

təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji

İnstitutuna rektor təyin olunmuşdur. 1965-ci ilədək

Mehdi müəllim bu institutda yüksək ixtisaslı ali

pedaqoji kadrların hazırlanmasında, elmi-tədqiqat

işlərinin aparılmasında, institut kollektivi arasında

sağlam mənəvi-əxlaqi iqlimin formalaşmasında əsaslı

dönüşə nail olmuş, respublikanın peşəkar müəllim

kadrlarına olan tələbatının ödənilməsinə sanballı

töhfələr vermişdir. Beləliklə, Mehdi müəllim rektor

kimi ali təhsilin təşkili və qurulması sahəsində bilik və

bacarığını, yüksək təşkilatçılığını, fədakar əməyini,

dərin intellektual səviyyəsini, mənəvi təmizliyini,

idarəçilikdə misilsiz ünsiyyət mədəniyyətini və şəxsi

nüfuzunu Azərbaycanın təhsil ictimaiyyəti və xalqı

qarşısında bir daha ləyaqətlə təsdiqləmiş oldu.

Bütün bu yüksək əxlaqi-mənəvi dəyərlər 1965-ci

ildə Mehdi Əliyevin yenidən Azərbaycan Dövlət

Universitetinə daha yüksək statusda - rektor kimi

qayıdışına səbəb oldu. O, bu məsul və şərəfli vəzifəni

1970-ci il dekabrın 26-na kimi böyük uğur və ləyaqətlə

daşıdı.

Mehdi müəllimin universitetə rəhbərlik etdiyi

həmin illərdə onun fədakar əməyi, yüksək təşkilatçılıq

məharəti və dərin intellekti sayəsində elm və

təhsilimizdə böyük uğurlar qazanıldı. Bu illər doğma

universitetimizin tarixində bir sıra yaddaqalan

hadisələrlə əlamətdar oldu. Belə ki, bu dövrdə

yüksəkixtisaslı kadr hazırlığı və elmi-tədqiqat işləri

sahəsində əsaslı uğurlar qazanılmış, universitetdə bir

sıra elmi istiqamətlər (məsələn, neft kimyası,

Page 114: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

114

fiziologiya, yarımkeçiricilər fizikası və s). üzrə elmi

məktəblər formalaşmış, həmin istiqamətlər üzrə

kafedralar və problem laboratoriyaları yaradılmışdır.

Mehdi müəllimin təşəbbüsü ilə bu illərdə

universitet məzunları arasında xüsusi istedadı ilə

seçilənlərin sistematik olaraq keçmiş Sovetlər

Birliyinin tanınmış elm mərkəzlərinə, universitetlərinə

aspiranturaya və stajirovkaya göndərilməsinə

başlanmışdır. Hazırda universitetdə çalışan tanınmış

professor-müəllim heyətinin böyük əksəriyyəti o

illərdə yetişmiş elmi-pedaqoji kadrlardır. Bu gün

universitetin elmi-pedaqoji kadrları arasında Mehdi

müəllimin qayğılarından bəhrələnən alimlərimiz onu

minnətdarlıq duyğuları ilə xatırlayırlar.

Mehdi Əliyevin rektor olduğu illər Azərbaycanın

çağdaş mədəniyyət və təhsil tarixində Azərbaycan

Dövlət Universitetinin 50 illik tarixi yubileyinin (1969)

keçirilməsi, həmin yubiley tədbirində Azərbaycanın o

zamankı rəhbəri, ümummilli lider Heydər Əliyevin ana

dilində çıxış etməsi, bununla da xalqımızın milli

özünüdərk və oyanışında yeni mərhələnin başlanması

ilə də yaddaşlarda qalıb. Bu tarixi yubileyin

keçirilməsində, təşkilində, universitet tarixinə dair

zamanına görə ən sanballı əsərin (Xəlil Əlimirzəyev.

Azərbaycan Dövlət Universiteti 50 ildə. Bakı: 1969)

yazılmasında ADU-nun rektoru Mehdi Əliyevin də

xüsusi xidmətləri olmuşdur.

Mehdi müəllim Azərbaycanda elm, təhsil

sahəsində görkəmli təşkilatçı olmaqla yanaşı, qırx

ildən artıq ardıcıl olaraq peşəkar müəllimliklə,

Page 115: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

115

pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O,

respublikanın bir sıra ali məktəblərində, həmçinin

Tiflisdəki Zaqafqaziya Dəmir Yolları İnstitutunda

mühazirələr oxumuşdur. Onu tanıyanların,

yetirmələrinin və tələbələrinin söylədiyinə görə, Mehdi

müəllim özünəməxsus qeyri-adi pedaqoji istedada və

ustalığa malik pedaqoq idi. Mehdi müəllim məntiqli,

sistemli, aydın, anlaşıqlı, dərin məzmunlu

mühazirələrini söyləməkdən xüsusi zövq alar,

dinləyicilərin qəlbini sanki ovsunlamağı bacarardı.

Bir məqamı da xüsusi vurğulamaq istərdim. Son

dərəcə səmimi, geniş ürəkli, humanist insan kimi

ziyalılar arasında tanınan və bu gün yaddaşlarda böyük

ziyalı kimi qalan Mehdi Əliyevdən söz düşəndə hamı

etiraf edir ki, insanın yadına ilk olaraq "müəllim" sözü

düşür. Həmkarları ona həmişə "Mehdi müəllim", -

deyə müraciət edərdilər. Mənə elə gəlir ki, "Mehdi

müəllim" ifadəsi daha ürəyəyatan, qəlboxşayandır.

Sanki müəllimlik onun boyuna biçilmişdi. Mehdi

müəllimdə Azərbaycanın köhnə kişilərinə, xüsusən

klassik müəllim-pedaqoqlara xas olan bir ürək

genişliyi, mərdlik, qürur, səmimiyyət və doğmalıq,

ədəb-ərkan, səliqə-sahman, yüksək davranış və

ünsiyyət mədəniyyəti cəmləşmişdi. Açıq etiraf etmək

lazımdır ki, Mehdi Əliyevdən söz düşəndə "Mehdi

müəllim" ifadəsi insan qəlbindən uca dağlardan

süzülüb gələn büllur bulaq suyu kimi dodaqlara axıb

gəlir...

Azərbaycanın iki qocaman ali təhsil müəssisəsinə

uzun illər rəhbərlik etmiş Mehdi Əliyev təhsil

Page 116: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

116

tariximizə təkcə elm- təhsil təşkilatçısı, maarifçi-

pedaqoq kimi deyil, həm də elmdə öz sözünü demiş

nüfuzlu bir alim kimi daxil olub. O, 1933-cü ildə o

dövrün yüksək elmi adlarından sayılan (nəzərə almaq

gərəkdir ki, elə ad alanları o illərdə barmaqla saymaq

olardı) dosent adına layiq görülmüşdür. Sonralar

(1949) o, bərk cisimlər fizikası üzrə namizədlik

dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri

namizədi elmi dərəcəsi almışdır. Mehdi Əliyevin elmi

əsərləri istər respublikanın, istərsə də xarici ölkələrin

nüfuzlu elmi jurnallarında nəşr edilmiş, bir çox

beynəlxalq konfranslarda məruzələri dinlənilmiş,

Azərbaycan elmini və təhsilini ləyaqətlə təmsil

etmişdir.

Mehdi müəllim zəngin irs qoyub getmişdir. Onun

Azərbaycan dilində fizika üzrə dərslik, dərs

vəsaitlərinin hazırlanması, fızika üzrə ana dilində elmi

terminologiyanın tərtibi və unifikasiyası sahəsində

xidmətləri böyükdür. Mehdi müəllim ali məktəb

tələbələri üçün fizikadan zəruri dərslikləri (məs.: A.F.

İoffe "Molekulyar fızika kursu" dərsliyi və s.) rus

dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Eyni

zamanda ana dilində dərslik yaradıcılığına başlamış, ali

məktəblər üçün "Optika" kursundan Azərbaycan

dilində yazılmış ilk dərsliyin həmmüəllifi (prof. Niftalı

Qocayevlə birlikdə) olmuşdur.

Böyük və unudulmaz müəllim, bacarıqlı elm-

təhsil təşkilatçısı, ləyaqətli insan olan Mehdi Əliyevin

həyat və fəaliyyətinin bütün pillələrində ən böyük

amalı Azərbaycanımıza, Vətənimizə, xalqımıza

Page 117: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

117

ləyaqətlə xidmət etmək olmuşdur. O, əsl elm, təhsil,

maarif fədaisi idi. Mehdi müəllim həyatının sonuna

qədər bu amal uğrunda mübarizə aparmış, bacardığı

qədər təhsilimizin, elmimizin, maarifimizin

yüksəlməsinə çalışmışdı.

Mehdi müəllim görkəmli alim-pedaqoq, tanınmış

elm-təhsil təşkilatçısı olmaqla yanaşı, qayğıkeş ailə

başçısı kimi, Vətənə layiq 3 övlad böyüdüb tərbiyə

etmiş, onların yüksək təhsil almasına nail olmuşdur.

Onun böyük oğlu Emin Əliyev fizika-riyaziyyat

elmləri namizədi, Azərbaycan MEA-nın Fizika

İnstitutunun aparıcı elmi işçisidir, Azərbaycan

Respublikasının Dövlət Mükafatı laureatı adına layiq

görülüb. Digər oğlu Tofiq Əliyev ölkənin tanınmış

memarlarından biridir. Qızı Aliyə xanım isə

musiqişünas kimi fəaliyyət göstərir. Mehdi müəllimin

bütün övladları atalarının böyük ziyalı adını hər zaman

ucaltmış, ataları ilə daim fəxr etmişlər...

Azərbaycan elminin, maarifinin, təhsilinin böyük

cəfakeşi, yenilməz fədaisi Mehdi Əliyevin Vətən və

xalq qarşısındakı xidmətləri dövlətimiz tərəfindən hər

zaman yüksək qiymətləndirilmiş, "Azərbaycanın

əməkdar elm xadimi", "Azərbaycanın əməkdar

müəllimi" kimi yüksək fəxri adlara layiq görülmüş,

keçmiş Sovetlər Birliyinin "Qırmızı Əmək Bayrağı"

ordeni, eləcə də bir sıra digər orden və medallarla təltif

olunmuşdur.

Hesab edirəm ki, Mehdi müəllimin ən böyük

mükafatı yetirmələrinin, tələbələrinin, həmkarlarının

ona olan sonsuz hörmət və ehtiramında, ünsiyyətdə

Page 118: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

118

Page 119: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

119

olduğu insanların qəlbində özünə ucaltdığı əbədi

heykəldə axtarmaq daha doğru olardı.

Mehdi müəllim adına layiq insan idi. Ərəb

mənşəli "Mehdi" sözü islamda mifik-dini obrazın

adıdır, anlamı "insanları birliyə, haqqa-ədalətə, irfana,

elmə, nura çağıran" deməkdir. İslamda belə bir inam

var ki, , zaman-zaman islam dinində baş verə biləcək

əyintilərə, ayrılmalara qarşı mübarizə aparacaq və

islamın bütövlüyünü, islami dəyərlərin müqəddəsliyini

qoruyacaq hər dövrün öz Mehdisi olacaqdır... Bu

baxımdan Mehdi müəllim islami inanclarda olduğu

kimi, ömrü boyu insanları elmə, maarifə, elm və maarif

nuruna, haqqa-ədalətə, birliyə səsləmişdir... O insan

xoşbəxtdir ki, adı ilə əməlləri üst-üstə düşür. Mehdi

müəllim belə insanlardan idi.

Bu böyük elm və təhsil fədaisi şərəfli ziyalı

ömrünün 65-ci baharında 1972-ci ilin may ayının 5-də

haqq dünyasına qovuşdu. Bu gün həmin vaxtdan bizi

düz 40 illik bir zaman ayırır. Lakin bu zaman kəsiyi

mehdisevərlərin qəlbində Mehdi müəllimə olan sevgi,

sayqı duyğularını azaltmayıb, əksinə bu böyük

ziyalının tələbələrinin, yetirmələrinin qəlbində

yandırdığı elm, maarif nurunu daha da alovlandırmış,

Azərbaycan elmi və təhsilinin inkişaf yollarını daha da

işıqlandırmışdır. İftixar etməli haldır ki, bu gün Mehdi

müəllimin əziz xatirəsi onu tanıyanların,

yetirmələrinin, həmkarlarının qəlbində, əməllərində

yaşamaqdadır. Mətləb aydınlığı üçün burada Mehdi

Əliyevlə uzun illər birlikdə çalışmış, Azərbaycan

elmində, təhsilində görkəmli yer tutan tanınmış

Page 120: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

120

ziyalılarımızdan bir neçəsinin bu fədakar insan, böyük

müəllim haqda xatirələrindən müəyyən iqtibaslar

gətirmək istərdim:

Akademik Ağamusa Axundovun xatirələrindən:

"... Mehdi müəllim böyük təşkilatçı, yaradıcı

rektor olmaqla yanaşı, böyük şəxsiyyət idi. Onun

şəxsiyyətində prinsipial, tələbkar insanla humanist,

qayğıkeş insan vəhdət təşkil edirdi. Onun şəxsiyyəti

yadımda müdriklik rəmzi kimi qalıb... Gözəl alimin,

bənzərsiz müəllimin, nəhəng təşkilatçı və böyük

şəxsiyyətin əziz xatirəsi onu tanıyanların yaddaşında

və qəlbində əbədi həkk olunaraq qalır...".

Azərbaycan MEA-nın müxbir üzvü, professor

Məsumə Məlikovanın xatirələrindən:

"... Bu gün çoxsaylı mühüm hadisələrlə zəngin

olan illər, zamanlar keçdikdən sonra hər birimizin

cəmiyyətdə, kollektivdə müvafiq mövqe tutduğumuz

bir vaxtda səni vaxtilə əhatə edən, bu dünyanı artıq tərk

etmiş, lakin çoxsaylı insanların həyatında dərin,

silinməz izlər buraxmış şəxslərin fərdi keyfiyyətlərini,

şəxsiyyətlərinin dəyərini xüsusilə aydın dərk edirsən.

Belə şəxsiyyətlər bütöv nəsillərin, ziyalılar

pleyadasının hamiləri missiyasını özlərində daşıyırlar.

Mehdi Sadıxoviç məhz belə insan idi və mənim

xatirimdə beləcə prinsipial, obyektiv, diqqətcil bir

insan, yüksək nüfuzlu bir şəxsiyyət olaraq

qalmışdır...".

Professor Müseyib Müseyibovun xatirələrindən:

"... Hamı onu pak bir insan, təhsili, elmi sevən bir

alim, Universitetimizi, Vətənimiz Azərbaycanı

Page 121: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

121

özündən artıq sevən Vətən oğlu, ağsaqqal hesab

etmişdir. Mehdi müəllim ən yüksək hörmətə və

ehtirama layiq insan idi...".

Professor Faiq Əhmədovun xatirələrindən:

"...Mehdi müəllim haqqında Mehdi müəllim

zirvəsində olan insanlar söhbət edə bilərlər... Mehdi

müəllim çox qayğıkeş müəllim və rəhbər idi... Mehdi

müəllim böyük müəllim, qayğıkeş insan və müdrik

rəhbər kimi həmişə ürəyimizdədir."

Professor Niftalı Qocayevin xatirələrindən:

"... Mehdi müəllim Böyük Vətən müharibəsində

yaralanaraq qayıtdığı gündən ömrünün sonunadək

həyatını təhsilə, tədrisin təşkilinə və elmi kadrların

hazırlanmasına həsr etmişdir. O, təhsil fədaisi idi.." və

s.

Hörmətli oxucu! Mehdi müəllim haqqında bu xoş

xatirələri istənilən qədər artırmaq olardı. Ancaq hesab

edirəm ki, bu deyilənlər Mehdi müəllimin sözün, geniş

mənasında, uca şəxsiyyət və müdrik ziyalı olduğunu

bir daha təsdiqləyir. Azərbaycan ziyalılığını təmsil

edən bu böyük insana qiymət verərkən onun hansı

partiyanın üzvü olduğunu, hansı böyük vəzifələrdə

işlədiyini yox, yalnız həqiqi insanlığını və şəxsiyyətini

göz önünə gətirmək gərəkdir. Bu mənada Mehdi

müəllim böyük Azərbaycan ziyalısı, ziyalılar arasında

böyük nüfuzu olan uca şəxsiyyət idi...

Bir neçə kəlmə də Mehdi müəllimlə bağlı

gördüyüm və eşitdiyim hadisələrdən söz açmaq

istəyirəm. Yuxarıda dediyim kimi, mən tələbə olanda

Mehdi müəllim Universitetə rektor təyin edilmişdi.

Page 122: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

122

Mehdi müəllim ortaboylu, irisifətli, eynəkli, xoşsifət,

ciddi görkəmli bir insan idi. Universitet dəhlizində onu

görən tələbə və müəllimlər hörmət və ehtiramla ona

yol verər, baş əyib salamlaşardılar. Mehdi müəllim çox

böyük nüfuz sahibi idi. Universitetdə hamı onu

sevənlər də, onu istəməyənlər də onun nüfuzu

qarşısında, necə deyərlər, muma dönərdilər. Çünki o,

sözünün ağası olan şəxsiyyət idi, müdrik qərarlar verər,

haqqı-ədaləti heç zaman pozmazdı. Mən Mehdi

müəllimi rektor vəzifəsindən ayrılıb kafedrada dosent

kimi çalışdığı illərdə də (1971-1972) çox görmüşəm. O

dövrdə də hamı ona ehtiramla yanaşar, hörmətlə

salamlaşar, yol göstərərdilər. Mehdi müəllim

mənəviyyatca saf, büllur kimi təmiz müəllim idi. O, bir

ədalət mücəssəməsi idi. Saflıq, təmizlik, sadəlik,

prinsipiallıq, xeyirxahlıq, müdriklik Mehdi müəllimi

həmkarlarına, tələbələrinə, yetirmələrinə, bütövlükdə

insanlara sevdirən üstün keyfiyyətlər idi... Onu da

deməliyəm ki, Mehdi müəllimim mənim taleyimdə də

izləri qalıb. Ali təhsil haqqında diplomumda bu böyük

müəllimin rektor kimi imzası var. Ali məktəbi

bitirəndən sonra Gəncə Dövlət Pedaqoji İnstitutuna işə

göndərilməyimdə, Universitetin aspiranturasına qəbul

olmağımda da Mehdi müəllimin xidmətləri

unudulmazdır...

Mehdi müəllim haqqında bu yazını Həzrəti

Məhəmməd Peyğəmbərin belə bir müdrik kəlamı ilə

bitirmək istəyirəm: " Yaxşılığa öyrəşmiş və alim şəxs

insanlann ən yaxşısıdır.". Doğrudan da, Mehdi müəllim

yaxşıların yaxşısı, xeyirxahların xeyirxahı idi.

Page 123: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

123

İnanıram ki, bu böyük müəllimin əziz xatirəsi onu

tanıyanların, tələbələrinin, yetirmələrinin qəlbində

əbədi yaşayacaqdır. Neçə ki, Bakı Dövlət

Universitetinin şanlı tarixi var, Mehdi Əliyev də həmin

tarixin bir səhifəsi kimi hər zaman xoş xatirələrlə

anılacaqdır.

Ruhu şad olsun! ...

FRİDRİX BODENŞTEDTİN

“ŞƏRQDƏ MİN BİR GÜN”

ROMANININ

ÖN SÖZÜ

Bir çox nəğməkarlardan, o cümlədən 1918-ci ildə

Hötenin fars nəğməkarı Hafiz haqqında sırf insan

fəlsəfəsindən bəhs edən Qərb-Şərq divanı nəşr

edildikdən sonra Hannoverdə anadan olmuş Fridrix fon

Bodenştedin üstünlüyü uzun illər Şərqdə yaşayaraq

hələ bu gün də poeziya dolu Qafqazın adət - ənənələri

ilə şəxsən tanış olması idi (1843-1845). Bu illərin

poetik məğlubiyyəti şairin baş əsəri “Şərqdə min və bir

gün” ilə gəldi. Bu əsər 1850-ci ildə nəşr edildi və bir

çox nəşriyyatlara göndərildi. Əlbəttə, poetik məğlu-

biyyət. Çünki nəsr əsərində Bodenştedin Rusiyanın

Qafqazdakı valisi general Naythart tərəfindən Tiflis

tərbiyə institutunun rəhbəri təyin edilməsi haqqında

heç nə öyrənə bilmirik. Həm də Bodenşted bu xəlqi-

tarixi səyahət təsviri romanında əsas obraz deyildir. Bu

əsərin qəhrəmanı Tiflisdə Bodenştedin tatar dili

müəllimi Gəncə ülaməsi, Şərq şöhrətpərəstliyindən

uzaq olmayan, öz ruhlandırılmış şagirdlərinə güllü-

Page 124: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

124

çiçəkli Şərq üsul vasitələrindən, öz taleyindən

nəğmələr vəsf edərək oxuyan, onu dinləyənlərin istəni-

lən mövzuda verdikləri suallara fars qəzəlinin ən çətin

formasında onları susdurmağa vadar edən Mirzə

Şəfidir. Mirzənin nəğmələrini onun hekayələri,

əhvalatları ilə birgə oxuyanda, o tamam bir başqa

ahənglə səslənir, sanki güllərin öz təbii doğma

torpağından qabığı soyularaq, qurudularaq və heç bir

əlaqəsi olmadan pöhrələnib qalması onun geniş

yayılmış “Mirzə Şəfi nəğmələri” şeir toplusunda öz

əksini tapmışdır. Beləliklə, Bodenşted aşkarcasına

Mirzə Şəfinin nəğmələrini özününküləşdirərək, öz iç

üzünü etiraf edərək, öz şairlik şöhrətinə böyük zərər

gətirdi və nasirlərinin sıxışdırmalarından lirik incilər

boyunbağısını sındırdı. Həmçinin digər cəhətdən bu

şeir toplusu onun məhvinə gətirib çıxardı. Onun

sonrakı əsərləri oxucu kütlələri tərəfindən Mirzənin

nümunəsində qiymətləndirildi və öz məqsədinə

çatmadı. Yalnız rus dilində və Şekspirin sonetlərindən

çevirmələri ilə uğur qazandı. Bu tərcümələr o zaman

Münhendə sevilən “Şairlər professorluğu”nda dərc

edildi. Bunları isə Bavariya şahı Maks öz sevimli

insanlarına səxavətlə paylayırdı, əvvəlcə slavyan

dilində olanları, sonra isə ingilis ədəbiyyatının

tərcümələrini Bodenştedin şairlər şahı Maksla keçirdiyi

bu Münhen illəri (1854-dən 1866-cı illərə kimi) onun

həyatının ən xoşbəxt illəri idi. Sonralar biz Otto

Frayher fon Foldern Dorfun “Qoca Münhenlinin

rəhmdil qiybətləri”ndən şairin öz həyat yoldaşı Matilda

ilə olan xoş həyat tərzindən və münasibətlərindən

Page 125: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

125

məlumat alırıq. Bodenşted öz dostları Qaybel və

Döninqlə tez-tez görüşər və hər görüşdə biri o birinə

qafiyə deyərək gözəl şeirlər düzəldirdilər. Ancaq təəs-

süf ki, bunlardan heç biri bizə gəlib çatmayıb. Bodenş-

ted həyatının son illərini xəstəlik içərisində, daima pul

sarıdan korluq çəkərək keçirmiş və 18 aprel 1892-ci

ildə Viespadendə vəfat etmişdir. “Şərqdə min və bir

gün” əsəri çox ehtiyatla yenidən işlənmiş və nəhayət,

zamanı keçmiş bəzi etno-qrafik hissələr əsərdən

çıxarılmış və poetik sahələrə daha çox yer verilmişdir.

BİRİNCİ FƏSIL:

“ŞƏRQDƏ MİN BİR GÜN”

Qafqaz üzərindən Tiflisə

Arxamızda səhra, qarşımızda isə Qafqaz dağı

ucalır. Onun parlayan zirvəsinə baxan gözlər durulur,

qəlblər çırpınır. Oradan, o yerdə ki, çox şaxələnmiş

Kuban öz lilli dalğalarını Xəzər dənizinin atəşgahlarına

qədər axıdır, diş-diş və çat-çat olmuş hündür dalğalar

hasarı keçir və o, Asiyanı Avropadan ayırır.

Dağların ayağında bitən saf və sağlam bitki

aləmi, sıx yaşıllıq sanki enli bir kəmər kimi onun yan-

yörəsini basmış, orada nəhəng qaya silsilələrinin

üzərinə dırmaşmış çəmənliklər dalğaların çılpaq

gözəlliklərinə qədər yuxarı qalxmışdır. Bunlardan lap

yüksəkdə isə qəribə rənglər çalarlığında bərq vuran

təbəqələr sol tərəfə Kazbexi sağ tərəfdə isə Elbrusu

göstərirdilər və onların hər ikisindən eyni məsafədə

Page 126: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

126

olan piramida formalı Pasmumta öz ağ qarlı başı ilə

mavi səmaya dirənmişdi.

Heç bir Avropa dağı səhradan gələn səyyaha,

ümumilikdə, Qafqazın üstün olan gözəl mənzərələrini

bəxş edə bilməzdi.

Səma boz buludlarla örtülür, sıx duman görməni

çətinləşdirir, sonra bir anda buludlar dağılır, duman

çəkilir və dağ öz möhtəşəmliyi ilə yerində dayanır.

Beləliklə, mən II Yekaterinanın şərəfinə salınmış

Yekaterinoqrada gəldim. Bizi buraya gətirən yol

Rusiyadan keçərək iki qola ayrılırdı; bunlardan biri

Xəzər dənizinə, digəri isə göylərə yüksələn Qafqazdan

keçərək Gürcüstanın mərkəzinə aparırdı. Biz sonuncu

yolu seçdik, bu yol Terek çayı boyunca keçərək, böyük

və kiçik Qabardağı ayıraraq bizi Vladiqafqazın yorucu

döngələri ilə dağın arxasına aparırdı. Biz Kazbek

kəndinə yollandıq. Yolumuz gah güclü yağmış qar

kütləsilə, gah da qalaqlanmış qranit və ya daşlarla, ya

da yüklənmiş dəvələrlə irəliləyən karvanla kəsilirdi.

Kazbek kəndi (gürcülər onu Stepan Tsminda

adlandırırlar) dağın ətəyində yerləşir. Sarsdan Stepan

Tsmindaya qədər olan çətin yolu mən piyada gəldim və

əziyyətli səyahətdən yorğun və əzgin halda axşam

kəndə çatdım. Boğanaqlı otaqlarda çox dözə bilmədim.

Qısa istirahətdən sonra yenidən bayıra təmiz havaya

tələsdim və kəskin soyuğa baxmayaraq, gecənin

yarısını azad səma altında keçirdim, aydın ay işığında

gözlərim önündəki əzəmətli surətlərə baxmaqdan

doymurdum.

Page 127: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

127

Səhradan dağlara qəfil gəlişim, günün möhtəşəm

təəssüratları, qeyri-iradi üzə çıxan tarixi xatirələr; indi

qoca, məşhur Qafqazın ortasında olmaq fikri, bəziləri

onu insan övladının beşiyi, digərlərini isə hasar

adlandırdığı Mərkəzi Asiyadan Avropanın üzərinə

yüksələn bu dağlar – bunlar hamısı, məni elə

həyəcanlandırmışdı ki, mən ətrafımdakı yeni dünyanı

ikiqat canlı dərk edirdim.

Mənim qarşımda öz dəhşətli gözəlliyi ilə nəhəng

Kazbek ucalırldı, çoxlu mahnılar vəsf edilmiş əfsanəvi

dağ, onun zirvələrində periodik olaraq altı və ya yeddi

ildən qalaqlanmış qar və buz kütlələri qorxunc

lavinalara səbəb olur və insanlara kəndlərə fəlakət

gətirirdi. İki dənizdən sonra o öz qollarını geniş açır,

dünyanın iki hissəsinə onun uzaqgörən gözləri nəzər

salır; buradakı ölkələr Osetiya, Kisti, Qalqay sanki bu

dağların ayağına hörülüb. Bu gözəl gecənin mənə

etdiyi təsirləri, sətir-sətir öz gündəliyində əks

etdirmişəm.

İKİNCİ FƏSİL:

Gəncənin müdrik adamı – Mirzə Şəfi

Yeni canişinlə Gürcüstana gəlmiş bəzi Moskvalı

dostlar mənim qədim Kür şəhərinə gəlişimi şən

ziyafətlə qeyd etməyi qərara aldılar. Gürcü həyatının

ləzzətini mənə qabaqcadan dadmaq üçün lövhədə hər

şey Asiya adətlərinə görə sıralanmışdı.

Rəngli paltarı gənc gürcülər yeməkləri

paylayırdılar; bir qamətli erməni gümüş suyuna

çəkilmiş nəhəng kəl buynuzlarına alov saçan, qan kimi

Page 128: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

128

qırmızı Kaxet şərabı doldururdu; başında piramida

formalı papağı, əynində mavi cübbəli, hiyləgər sifətli

fars müğənnisi mavi barmaq ucu ilə çengir (simli alət)

çalır və Hafizin ən sevilən qəsidələrindən oxuyurdu.

Təəccüblü gözlərimlə hara baxırdımsa, orada

heyrətlər və yeniliklər aşkar edirdim. Mən uşaqlıqdan

oxuduğum və arzu etdiyim min bir gecə nağıllarında

sanki həqiqətən yaşayırdım. Gah yemək yeyilir, gah

söhbətlər aparılır –mahnı, rəqs, gülüş və ən əsası hamı

sərxoş olurdu.

Müğənni Şirazın mahnılarının sevimli tonları elə

qəribə tərzdə səsləndirilirdi ki, adamı məst edirdi.

Qırmızı Kaxet şərabı artıq qonaqların sifətində əks

olunurdu. Onun atəşi mənə də təsir etdi, səyahətlərdən

yorulmuş bədənim rahatlıq tələb edirdi. 14 gündən bəri

idi ki, mən çarpayı üzü görməmişdim. Nəmli-şehli

gecələri gah arabalarda, gah nimdaş xalçaların

üstündə, gah da kasıb dağ komalarında keçirmişdim.

Yorğun gözlərim yumulur açılır və nəhayət, mən

yuxunun təzyiqinə tab gətirə bilməyib və öz otağımı

axtarmaq üçün ziyafəti tərk etdim.

Mən oyananda şərabın güclü təsirini ən çox

başımda deyil, ayaqlarımda hiss etdim, çünki Kaxet

şərabının belə xüsusiyyəti var idi ki, o başda deyil,

bədənin aşağı ətrafında nadir ağırlıq yaradırdı. Bəzi

cənabların dostcasına müdaxiləsi olmasaydı, Tiflisin

döşəməsiz, itlərlə dolu küçələri ilə gəzib heç vaxt

mənzilimə çata bilməyəcəkdim.

Ay işıqlı, gözəl ətirli bir gecə idi, belə bir

əsrarəngiz gecə yalnız Gürcüstan səmasında görünə

Page 129: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

129

bilərdi, ay elə işıq saçırdı ki, onun parıltısı sirlərlə dolu,

incə bir örtüklü mülayim günəş işığıdır. Sərin gecədə

bu uzun gəzinti məni bir qədər gümrahlaşdırdı;

səmadakı çox cazibəli parıltısı olan ulduzlar, uzaqda

isə yarım ay formasında olan Kazbekin zirvəsi ucalırdı,

nağılvarı gözəlliyi olan şəhər büsbütün sanki mənim

ayaqlarımın altında idi və buradan Kürün parlayan

dalğaları aydın görünürdü. Güclü bir hiss pəncərəmdən

görünən bu xoş mənzərədən ayrılmağa qoymurdu.

Mənim otağımdan çıxan qapı yuxarıya-evin dövrəsinə

fırlanan bir qalereyaya aparırdı və mən gördüm ki, bu

qalereya hələ tam hazır deyildi, yerə kərənlər və

taxtalar düzülmüşdü. Çox böyük həyəcanla mən bu

qalereyaya gedən qapını açdım və həmin anda

beynimdə Puşkinin bu qafiyələri səsləndi: (hərfi

mənada)

Gürcüstan təpələrinə gecə qaranlığı çökəndə

Araquanın dalğaları mənim qarşımda köpüklənir.

Mən bayıra çıxdım; ayağımı taxtanın üstünə

qoyanda, zərbədən yerə yıxıldım, qışqırtı, bağırtı və ən

nəhayət, qan içində həyətdə bayılıb qaldım…

Həyatım bahasına başa gələn bu hadisənin

gerisini gündəliyimə daxil etmədim, çünki bu mənə

ikiqat əzab verərdi. Sizin bilməyiniz üçün bu kifayət

edər ki, bədənimin çox hissəsi dəhşətli yaralanmışdı,

bu isə ağrıdıcı müalicə və qayğıkeş qulluq tələb edirdi.

Bu vaxt mən kitablar və oxu ilə başımı qatırdım.

Page 130: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

130

Hər şeydən əvvəl bunu qeyd etmək istərdim ki,

mənə tatar dilini öyrətmək üçün müəllim lazım idi,

çünki Qafqaz ölkələrində lazımi dili mümkün qədər tez

öyrənmək istəyirdim.

Təsadüf mənim seçimimə kömək etdi, yazı

müəllimim Mirzə Şəfi (Gəncə alimi, ülaməsi) dediyi

kimi, o bütün adamlardan savadlı və müdrik idi.

Əslində, o özünü yerli təvazökarlığı ilə yalnız

Şərqin ilk ülaməsi adlandırırdı; onun fikrincə Qərbin,

yəni Avropanın övladları hələ zülmət və inamsızlıq

içərisində yaşayırlar, o, həmçinin özü üçün belə

fikirləşirdi ki, o, müdrikliyinə və savadına görə

hamımızı ötüb keçmişdir. O, belə ümidlə yaşayırdı ki,

çalışqanlığının, maarifçiliyinin və müdrikliyinin

sayəsində təkcə Şərqdə deyil, həm də Qərbdə uzun

müddət diqqət mərkəzində olacaq. Onun dediyinə görə

mən onun beşinci şagirdiyəm. Bu ondan irəli gəlirdi ki,

Mirzə Şəfi elminin hikmətinə Tiflisdə tələbat çox idi.

O, sözlərinə belə davam etdi: «Mənim dörd sələfim, öz

ölkələrinə, məni Avropaya qayıtdıqdan sonra Şərq

təhsilini bütün qüvvələri ilə öz kadrları arasında

yaymağa söz vermişlər. Mənə isə xüsusi bir ümidlə

yanaşırdı, yəqin ki, mənim hər dərs üçün verdiyim

gümüş pula görə; nəyi və necə öyrəndiyim üçün bu

Gəncə ülaməsinin qeyri-adi yüksək qiyməti var.

Həmişə olduğu kimi ən anlaşılmayanı budur ki, bu

müqəddəs dilləri başa düşməyərək biz özümüzü alim

və ya ülamə adlandırırıq və bu adla bütün dünyanı

gəzirik. Bu müqəddəs dilləri öyrənmək üçün onu

müəllim seçməkdə mən uğurlu seçim etmişdim. Bu

Page 131: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

131

uğurlu seçimi o mənə əyani surətdə bildirirdi. «Mən,

Mirzə Şəfi, dedi - o Şərqin ilk alimiyəm, mən şagirdim

kimi isə, ikinci sənsən! Sən məni düz başa düşməlisən.

Mənim Ömər Əfəndi adında bir dostum var, o ölkənin

alimləri içərisində doğrudan da üçüncüyə layiq

olmayan çox ağıllı bir adamdır. Əgər mən həyatda

olmasaydım və Ömər əfəndi sənin müəllimin olsaydı,

onda birinci sən də onun şagirdi kimi ikinci

olacaqdın».

Fikirlərini bu cür izah etdikdən sonra Mirzə Şəfi

şəhadət barmağını alnına söykəyib hiyləgər baxışla

mənə baxdı, mən isə dinməz halda başımı yırğalamaqla

razılığımı bildirdim.

Mirzə Şəfinin dərslərinə görə paxıllığını çəkən

rəqib alimlər içərisində Bağdadlı tanınmış Mirzə Yusifi

göstərmək olardı. O, Bağdadda ərəb dilində təhsil

aldığına görə özünü oralı hesab edirdi, o, özünü Mirzə

Şəfidən çox dərin bilikli kimi qələmə verir və hətta bir

dəfə söhbət edərkən elm adamları arasında onu

«eşşək» adlandırdı. «Bu adam heç vaxt səliqəli yaza

bilmir – deyə Yusif mənim hörmətli Mirzəmin

məzəmmətləyirdi - mahnı oxumağı isə heç bacarmır.

İndi mən səndən soruşuram: Elm yazısız nədir?

Alimlik nəğməsiz nəyə lazımdır? Mirzə Şəfi mənim

qarşımda nəyə qadirdir?».

Bu anda o, xüsusilə, onun Yusif adının

gözəlliyindən və onun həzrət adı kimi bir çox şairlər

tərəfindən tərənnüm edilməsini qulaqbatırıcı danışıq

qabiliyyəti ilə aravermədən deyərək sübut etməyə

çalışırdı ki, adlar boş yerə səslənmir, onların gözəlliyi

Page 132: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

132

və böyüklüyü mənalarında ifadə olunur və bu adların

gələcək daşıyıcısı bunlardan az və ya çoxunu özündə

təcəssüm etdirir. Misal üçün əgər o, Mirzədəki insanlar

qarşısında ismətdən və bakirəlikdən müdrik və həsrətə

çevrilmiş Yusif ola bilsəydi…

O, mənə öz əlalığını daha yeni sübutlarla isbat

etməyə hazırlaşanda, ön otağın çəkələklə döyülməsi

mənim möhtərəm müəllimimin gəlişindən xəbər verdi.

Bu ölkənin adətinə görə o, çəkələklərini qapının

önündə çıxararaq otağa təmiz və əlvan corablarla daxil

oldu.

O, mənim qonağımın gəlişinin səbəblərini

araşdıran kimi görünürdü, çünki o, qəfildən tam sıxılıb

utanmış Yusifi başdan-ayağa qədər nifrətlə süzərək öz

hisslərini ifadə etmək istəyəndə mən onun sözlərini

kəsdim: «Mirzə Şəfi, Gəncəli alim, mənim qulaqlarım

nələr eşitdi» Sən özün nə yaza bilirsən, nə də mahnı

oxuya bilirsən, bundan belə məni öyrətmək istəyirsən;

Sən elm adamları arasında eşşəyin birisən- Bağdadlı

alim Mirzə Yusif belə deyir!».

Mirzə Şəfinin sifətindəki narazılıq getdikcə tam

rişxənd ifadəsinə çevrildi: o əllərini bir-birinə vurmağa

başladı, onun qulluqçusu bu işarəyə görə ona adətən

təzə qəlyan gətirirdi, ancaq bu dəfə Mirzə Şəfi qalın

pəncəli çəkələklərini tələb etdi. O, onlardan birini

götürüb rəhmsizcəsinə Bağdadlı ülaməni elə vurdu ki,

o, əbəs yerə yalvarıcı hərəkətlərlə və sözlərlə cəzasını

yüngülləşdirməyə çalışırdı. Mirzə Şəfi qəddarlaşmışdı.

«Necə, sən mənim kimi alim olmaq istəyirsən? Sən bu

fikirdəsən ki, mən mahnı oxuya bilmirəm? Gözlə, mən

Page 133: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

133

bu saat sənə musiqi çalaram! Mən yazmağı da

bacarmıram? Bu saat dərinin üstündə yazaram,

görərsən!». Bu sözlərdən sonra onun başına zərbə

dəydi. Bağdadlı ülamə Gəncə ülaməsinin zərbələrindən

fəryad qoparıb zingildəyərək özünü ön otaqdan

pilləkənlərə tərəf atdı.

Mənim gözlədiyimdən artıq sakit halda Mirzə

Şəfi qələbə çaldığı alimlik döyüşündən geri qayıtdı.

Məni nəsihətlədi ki, heç vaxt Yusif və onun kimi

yalançı müəllimlərə qulaq asmayım, ancaq onun

rəhbərliyi altında sadiqcəsinə səbirlə gözləyim.

«Belələri sizə hələ çox rast gələcək» - deyə o davam

etdi; «ancaq sən özünü onlardan döndərməlisən, çünki

sən onlardan müdriksən. Şair necə demişdir, kim

üzündən oxuya bilmir, deməli o böyük vəzir olmaq

istəyir. Bu insanlar nə kitab, nə də mahnı oxumağı

bacarırlar. Onların tamahkarlığı müdrikliklərindən

daha böyükdür. Onlar heç vaxt öyrənmək üçün deyil,

ancaq qarət etmək üçün gəlirlər. İştahları dişlərinin

altındadır.

Bu anda o ağ dişlərini mənə göstərdi və hündür

papağını yan tərəfə qoydu, o, adətən başı təzə

qırxıldıqda belə edirdi, çünki ona elə gəlirdi bu halda

onun qarşısında dayanmaq mümkün deyil, bu bütün

qadınlarda ona məhəbbət, kişilərdə isə rəğbət

oyadacaq.

Mən onun zəif damarını tapmışdım, hər dəfə o

mənə təzə qırxılmış başını göstərəndə, mən ona tərəf

deyirdim: «Sən necə də gözəlsən, Mirzə Şəfi!».

Page 134: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

134

Bu axşamkı sərt başmaq döyüşünə baxmayaraq,

o bir qədər kefi açıq görünürdü, çünki o bizim

tanışlığımızdan bəri ilk dəfə idi ki, mənimlə çaxır

içmək istəyirdi, bunu o həmişə halbuki rədd edirdi, çox

böyük vicdanlılığa görə deyil, o qorxurdu ki, mən

Avropada insanlara bu haqda söyləyərək, onun

müəllim şöhrətini və müdrikliyini zədələməyə bilərəm.

Ancaq o, hislərin təsirinə çox müqavimət göstərə

bilmədi; o bir badə şərab içdi, sonra ikincini, üçüncünü

və şərab onun dilini elə açdı ki, o, çox söhbətcil və

sadəlövh görünürdü. «Hafiz nə deyir?», deyə o,

gülümsəyən baxışla qışqırdı: «Şerin hərfi tərcüməsi»

Şərab ülamələr içkisidir,

Bütün möminlərin müdriki.

Çünki çoxlu mərhum ruhlar onun ətrafında gəzib

fırlanırlar. «Əslində-deyə o davam etdi –çaxırın ləzzəti

axmaq xalq üçün maneə, əngəl ola bilər. Biz

filosoflar Quranın qayğısına qalmışıqmı? Bizim xalqın

müdrikləri və müğənniləri şərabı mədh etmişlər – biz

onların sözlərini korlamalıyıq?» öz fəlsəfəsinin

dünəndən deyil, çoxdan yarandığını mənə sübut etmək

üçün o, belə bir mahnı oxudu; onun dediyinə görə on il

bundan əvvəl şərabı çox sevən mömin bir mollanı evə

göndərmişdi: (hərfi tərcümə).

«Molla, şərab safdır

Günahkarı isə söyülməlidir-

Mənim sözümü məzəmmət etmək istəsən,

Bunun içində həqiqəti görərsən.

Page 135: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

135

İbadət deyil məni,

Məscidə aparan

Sərxoş olduğum üçün

Mən yolumu azdım!».

Badənin ardınca badə, mahnının ardınca mahnı;

birdən Mirzənin baxışları tutuldu; o, fikirlərə daldı və

tutqun halda uzaqlara gözünü zillədi. O, bir an beləcə

oturdu və mən onun dinməz baxışlarına mane olmağa

cəsarət etmədim. O ağzımı açanda çox gözəl tonla

səslənən sözlər eşitdim:

«Məni məhəbbətin ağrısı əydi!

Sorun məndən: kim üçün?

Məndə yalnız ayrılığın acısı qaldı

Sorun məndən: kimdən?

Mən onun sözlərini kəsdim: «Mirzə Şəfi, sən

vurulmusan?»

O başını qəmli halda yırğalayaraq mənə baxdı,

sonra isə səhv etmirəmsə, Hafizin mahnısını oxudu:

(hərfi tərcümə).

«Sonu bilinməyən qəmli məhəbbət cığırına

girsən,

Qarşısı alınmayan ölümdə öz təsəllini taparsan».

O mahnını sona qədər oxudu, sonra mənə tərəf

çevrilib dedi:

«Xeyr, mən vurulmamışam, ancaq bir dəfə heç

kəsin sevə bilmədiyi qədər sevmişdim!».

Siz fikirləşə bilərsiniz ki, mən möhtərəm

Mirzənin məhəbbət sirrini öyrənmək üçün dəridən-

qabıqdan çıxıram. Biz gecə yarıya qədər birgə oturduq,

Page 136: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

136

getdikcə artan maraqdan mənim qulaqlarım onun

ağzına tikilmişdi.

ÜÇÜNCÜ FƏSİL:

Mirzə Şəfi Vazehin məhəbbət hekayəsi

Gəncə ülaməsinin ilk məhəbbəti «Mən Züleyxanı

ilk dəfə görəndən bəri, -deyə Mirzə Şəfi öz hekayəsinə

başladı, - artıq on bir il ötüb, Gəncə xanı İbrahim xanın

qızı.

Onun gözəlliyi haqqında sənə nə deyə bilərəm?

Onun gecə qaranlığı qədər qara, həm də eyni zamanda

bütün səma ulduzları kimi parıldayan gözlərindənmi,

zərifliyindənmi, yoxsa sevimli əllərindənmi, aşağıya

burulmuş əbədiyyət kimi uzun ipək saçlarındanmı,

Hafizin qızıl güllərinin ətrindən xoş ətirli ağzındanmı

danışım!?

Nə qədər desəm də, sən başa düşməyəcəksən,

çünki insan onun qüvvəsindən kənar olan şeyləri

qavramağı bacarmır.

Artıq altı ay idi ki, mən hər gün onu gözlərimlə

izləyirdim, gündüzlər uşaqlıq rəfiqələri ilə evin

damında oturanda, axşamlar isə öz kənizlərini

qarşısında ay işığında rəqs etdirəndə. Mən onunla heç

bir kəlmə də danışmamışdım və hələ bilmirdim ki, o

mənə nəzər yetiribmi. Mən ona yaxınlaşmağa necə

cəsarət edə bilərdim? Necə ki, insan günəşə yaxınlaşa

bilər? Ancaq onun sifətinin parıltısından zövq ala bilər.

Gündüzlər mən həmişə çox böyük ehtiyyatla

hərəkət edirdim. Çünki artıq İbrahim xan mənim onun

qızına məhəbbətli baxışlarımı hiss etmişdi, mənim

Page 137: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

137

həyatım korlana bilərdi. Axşamlar isə mən arxayın

olurdum, çünki saat 8-dən sonra İbrahim xan onun

otağının astanasına keçmirdi. Ondan sonra mənim

nəğmələrimin alovlu sətirləri hər şeyi sındırırdı; gah

Hafizin, gah da Caminin qəzəlləri.

Ah, sərin külək, öz yerində əs,

hansı ki, sənə məlumdur-

Və o şirin sözü etiraf et.

hansı ki, sənə məlumdur!

Cavabı qalsın, çünki o məni

Ağrıdacaq,

Ancaq o məni xilas edəcək,

Gəl və izhar et,

Nəyi bilirsən!

Adətən mən öz nəğmələrimi oxuyurdum. Mirzə

Şəfiyə borc alınmış bəzək nə gərəkdir? Kimin səsi

mənim səsimdən, kimin nəğmələri mənimkindən gözəl

səslənir?

Nəhayət ki, xanımın nəzərlərinin mənə tərəf

yönəldiyini gördüm. İbrahim xan Sərdarın ordusunda

Moskva düşmənlərinə qarşı mübarizə aparmaq üçün

Tiflisə getmişdi. İndi mən sərbəst baxa bilir və

eşidirdim, mənim səsim və sifətim Züleyxanın

nəzərindən kənarda qala bilməzdi.

Axşamın qaranlığında əbəs yerə iki saat

səbirsizliklə gözləyərək və mahnı oxuyaraq pusquda

durdum. İbrahimin damında qadınlardan heç kəs gözə

dəymirdi, öz otağıma qayıtmaq istəyəndə, üzü ağ

örtüklə örtülmüş, sakit addımlarla gələn bir surət

Page 138: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

138

qarşımda dayandı və bu sözləri dedi: «Ardımca gəl,

Mirzə Şəfi və mən getdiyim yerə diqqət yetir.»

Ürəyim titrəyişli gözləmə ilə çırpındı. «Başım

üstə!»- ağlım özümə gələn kimi bir qədər aralı ehtiyatlı

addımlarla bu ağ örtüklünü izlədim. Biz

addımladığımız bu yeganə döngənin sağında dağa

qalxan cığır vardı. Biz bu tərəfə döndük. Tapdığımız

balaca gizli yer bizi insanların marağından qoruyurdu.

Mənim ürəyim bu kənizi kimin göndərdiyini deyirdi».

«Mən güman etdim ki», - deyə, - mən Mirzənin

sözünü kəsdim, bu anda yenə boğazını şərabla

isladırdı, «mən güman etdim ki, onu Züleyxa

göndərmişdir».

O mənim fikrimlə razı olmayan kimi görünürdü.

«Günəş özü yerə enə bilərmi? – deyə başladı, o -

Züleyxa özü məni yanına yuxarı çağırmadan necə tək

qala bilər? Başlanğıc olmadan son gələ bilərmi və ya

günəş çıxmadan gündüz ola bilərmi?».

O bir badə şərabı içəri ötürüb öz hekayəsinə

davam etdi:

«O, mənim sirli yol yoldaşım sükutun möhrünü

vurdu. Mən Fatiməyəm- dedi o Züleyxanın etibarlı

adamı. Mənim sahibəm sizə rəğbətlə baxır. Sənin

səsinin ahəngi onun qulaqlarını şad edir və

mahnılarının mənası isə ürəyini riqqətə gətirir. Mən

sənin yanına ağamın xəbəri olmadan öz istəyimlə

gəlmişəm və istərdim ki, mənim sözlərimdən təsəlli

tapasan, çünki mənim sənə rəğbətim var və sənin ona

olan məhəbbətindən əzab çəkməyin məni incidir».

Page 139: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

139

Züleyxa öz yazıq kənizinin beləcə qaçmasına

qulaq yumdu? - deyə mən sevincdən və xoşbəxtlikdən

yırğalanaraq qışqırdım.

«Allah min! Allah bir! Minlərin Allahı birdir!

Onun böyüklüyü onun xeyirxahlığındadır və onun

yolları çox gözəldir! Mən nə etmişəm ki, o öz

mərhəmət fırtınasını Züleyxanın əli ilə mənim başıma

tökür və mahnılarının mənbəsini gözəlliklər dənizinə

qərq edir?». «Sən yaxşı edirsən ki, - dedi, - Fatimə, -

Allahın mərhəmətini və mənim hökmdarımın

gözəlliyini vəsf edirsən. O, gözəllik üzüyünün ən

qiymətli qaşıdır, xoşbəxtlik çələnginlə bir mirvaridir.

Onun utancaqlığı, həyası və günahsızlığı gözəlliyindən

böyük olsaydı, çoxdan öz iltifatı haqqında sənə işarə

verərdi. Həm də o, onu incə məhəbbətlə sevən

atasından qorxur, çünki atası heç vaxt ona yazıq bir

Mirzəyə könül verməyə icazə verməz. Avarlı Əhməd

xan indi İbrahim xanla Moskva ordusuna nəzarət

etməyə gedib, onun çoxdan Züleyxada gözü də var və

atası bu hərbi yürüşdən qayıdan kimi qızını ona

verəcək. Ona görə biz çalışmalıyıq ki, Əhməd xan

qayıtmamışdan siz məhəbbətiniz arzu olunan məqsədə

yönəlsin. Sabah axşam münəccim adamları minarədən

ibadətə səsləyəndə, sən evin bağının yanında

görsənərsən, mən Züleyxanın baxışlarının sənə tərəf

yönəltməyə çalışaram, sən onun xoşuna gələn

mahnılardan birini oxusan, yəqin ki, qönçəyə sahib ola

bilərsən».

Fatimə beləcə çox danışdı: «Mən ən vacibini sənə

dedim». Mən üstümdə qiymətli nəyim vardısa, saatımı,

Page 140: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

140

pul kisəmi ona bağışladım və hətta sağ yanağındakı

qara ləkənin getməsi üçün ona tilsim, dua yazacağıma

söz verdim. Biz sonrakı görüşlərdə anlaşmaq ümidi ilə

ayrıldıq».

Mirzə Şəfi öz hekayəsini dərindən köks

ötürməklə dayandırdı və yeni doldurulmuş badəni

götürdü. Mən onun hekayəsinin bəzi qaranlıq anlarını

aydınlaşdırmaq üçün bu kiçik fasilədən istifadə etdim.

«Sənin bu sözlərinin mənası nə deməkdir, yəni

narazılığın tikanlı, qönçə ilə bağlı məna, Fatimənin

dediyi kimi, sən yəqin ki, onun ola bilərsən?».

«Sən o qədər təcrübəsizsən ki, bilmirsən

məhəbbət nə ifadə edir?-deyə o, canıyananlıqla sözə

başladı – gənc qadın heç bir kəlmə kəsmədiyi kişi ilə

olmamışdan əvvəl öz hisslərini necə ifadə etməlidir?».

Bu anda Mirzə mənə öyrətdiklərinin hamısını

qafiyə ilə necə deyirdisə, fikirlərini belə izah etdi.

Tikan inkar etməyə bir işarədir.

Qəzəb və narazılığı –

Bunun üçün o birləşməyə çalışır

Tikanla işarəni mənə çatdırır.

Həm də qızıl gülün qönçəsini atır,

Gənc xanım mənə işarə üçün.

O deməkdir, talelər üçün əlverişlidir,

Yalnız sadiq fikirlə, səbirlə gözləməyim!.

«Başa düşürəm», - dedim mən, «əhvalatının

gerisini söylə».

Page 141: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

141

«Ertəsi gün axşam» - deyə Mirzə yenə söhbətinə

başladı,

- «Mənim vaxtım az idi. Mən bütün günü elə bir

məhəbbət mahnısı yazmışdım ki, heç bir qadın onun

qarşısında dayana bilməzdi. Mən öz nailiyyətimə əmin

olmaq üçün bu mahnını, bəlkə, iyirmi dəfə öz-özümə

oxudum. Sonra isə başımı qayçı ilə tər-təmiz

qırxdırdım və hamama getdim. Axşam çox sakit və

gözəl idi. Mənim dayandığım bağın yanında Züleyxanı

çox aydın görürdüm; o, Fatimə ilə damda yalnız idi və

örtüyümü bir qədər arxaya atmışdı bu isə onun

iltifatına işarə idi. Mən bir qədər cəsarətlənib tər-təmiz

qayçılanmış, ağ başımı gənc xanıma göstərmək üçün

papağımı bir qədər arxaya boynumun dalına itələdim.

Başa düşə bilirsənmi, bu qadın ürəyimə necə təsir edir?

Ah, o vaxt mənim başım bundan çox ağ idi, artıq o

vaxtdan bəri on il keçib!». O, ürək ağrısı ilə danışırdı

və öz söhbətinə geri qayıtmaq istəyəndə mən onun

sözünü kəsdim. «Gənc xanımların ürəyini fəth etmək

üçün sənin başın elə indi də kifayət qədər ağdır. Bir də

sən mənə o yazdığın məhəbbət mahnısını oxumağın və

onun Züleyxaya necə təsir etməsi haqqında

danışmadın».

«Mən mahnını, - dedi Mirzə iki qat badam içinə

büküb dama tulladım. Sonra isə onu oxumağa

başladım: (Hərfi tərcümə).

Sərvboylu, gözləri ceyran

Sərv qamətin və gözlərinin parıltısı edir heyran.

Küləyin Şiraz çöllərindən gətirdiyi xoşətir

Page 142: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

142

Dağların xoş mehi sənin ağzında itir

Hafizin bizə oxuduğu bütün xoşnəğmələr nədir ki,

Sənin ağzından çıxan bir sözün yanında

Qızıl gülün çiçək piyaləsini bülbüllər qurtumla içir.

Sənin qızıl gül dodaqların və ağzın məst edir,

Günəş, ay və göydəki bütün ulduzlar

Uzaqdaqdan yalnız sənin üçün parlayır, sayrışır

Mən özüm, ürəyim və mahnımın avazı

Sənin gözəlliyinin əsiri, sənin gözəlliyinin vəsfi».

«Allah necə də gözəldir», -deyə, -mən qışqırdım.

«Mirzə Şəfi, sənin sözlərin ruhlar ölkəsinin pərilərin

mahnıları kimi şirin səslənir; Sənin qarşında Hafiz kim

olur ki»? Bir damla okeana qarşı nədir ki?».

«Bu yalnız, başlanğıc, hazırlıq», dedi gəncəli

alim, «əslində məhəbbət qafiyələri indi gəlir:» (hərfi)

Utancaq və sadiq bir məna ilə

Məhəbbət ibadətgahına yaxınam.

Mən bu mahnını sənə göndərirəm

Xoşətirli, bu sual gübünü!

Ya sevinclə, ya da hirslə onu

Bəxş et, ürəyimə ölüm ya da həyat

Qızıl gülü, qönçəsini ya da tikanı at

Sənin açılmanı gözləyirəm səbirsizliklə

«Bəs Züleyxa nə etdi?»

«O, gülümsəyərək mənə aşağıya qönçə atdı və

mən ilk dəfə onun gözəl sifətini bütün gözəlliyi ilə

gördüm!».

Necə demişdi Füzuli!

Page 143: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

143

«Sənin yanına gəlmək üçün, həyatım, mən

həyatımı verdim,

Rəhm elə, çünki yalnız sənin üçün mən həyata

gəldim».

«Mənim üçün də belə olmuşdu. Züleyxanın məni

sevdiyini biləndən sonra, köhnə xəyallarla dolu

həyatım sona çatdı və mənim üçün yeni, əsl həyat

başlandı. Kim öz məhəbbətini vüsalına çatmaq üçün

saatları sayır, kim onun şərəfinə nəğmələr oxuyur, kim

onu görmək üçün addımlar atır. Mənim üçün

xoşbəxtlik günəşi doğmuşdu; bütün əvvəlki maneələr

həyatın iltifatı ilə aradan qalxmışdı. Hətta mənim

məhəbbətim Gəncədə də dildən-ağızdan düşmədi;

mənim bütün tanışlarım mənə qulluq göstərməyə

başladılar, bəziləri mənə olan dostluq münasibətindən,

bəziləri isə İbrahim xana olan nifrətindən.

Züleyxanın mənə qızıl gül qönçəsi bağışladığı o

xoşbəxt günlərdən altı həftəyə yaxın vaxt keçmişdi və

birdən mənim bu xoşbəxtlik ümmanımı təhlükəli

buludlar qaraltdı.

İbrahim xan qızının adaxlısı Əhmədxanla qoşun

düşərgəsindən geri qayıtdı.

Xəbər məni elə qorxutdu və mən ayıldım.

Dəhşətdən sanki qartal qanadları taxıb ümidlər dağına

qalxdım. Mən hiss edirdim ki, taleyimin hökmü

yaxınlaşır və bu mənə cəsarət verirdi. Bir şeyi

fikirləşirdim ki, məni həyata bağlayanı itirsəm, onda

yazıq Mirzənin bu dünyada təsəllisi qalmayacaq, onun

Page 144: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

144

üçün mən hər şeyi elə ölçüb-biçməliyəm ki, mən

qazanım.

Əhməd xan bir dəstə atlısını kəbin hədiyyəsi

gətirmək üçün Avariyanın paytaxtı Xunsaqa

göndərmişdi, sonra isə o öz seçdiyini vətəninə

aparacaqdı.

Gəncədə hər iki şanlı xanın qayıtma şərəfinə

bayramlar və döyüş oyunları keçirilməyə başladı.

Züleyxanın arzusu ilə xanəndələr bayramı da

keçirilməli idi. Ölkənin bütün xanəndələri buraya dəvət

olundu və hər kəs xanımın şəninə mahnı oxumağa

hazırlaşırdı. Bilirsən ki, belə bayramlarda qalib gələn

yüksək mükafatlandırılırdı və digər bütün xanəndələrin

simli alətdəki çalğısını sındırmaq hüququ qazanırdı.

Mən əvvəlcədən bilirdim ki, hamıya qalib

gələcək, çünki məni ruhlandıran mənbə onların heç

birində yox idi. Qızıl gül açmayan yerdə bülbül necə

cəh-cəh vurar? Məhəbbət olmayan yerdə necə mahnı

oxumaq olar? Mənim fikirlərimə görə mahnı bayramı

mənim taleyimin dönüş günü olacaqdı. Mən öz sirrimə

bir ermənini də cəlb etmişdim, sən bu haykların necə

bic-hiyləgər olduğunu bilirsən?! O Şirvan ölkəsində

Şamaxıya karvan aparmalı idi və mənə, bir də mənim

Züleyxama bir dəvə hazırlamalı, paltarlarımızı

dəyişərək bizi gizli aparmalı idi, kaş mənim planlarım

uğurla həyata keçəydi.

Fatma ilə artıq hər şey vədələşdirilmişdi, o

qiymətli əşyaları qablaşdırmış və ermənini razı

salmalıydı, çünki mahnı bayramı bizim qaçış günümüz

idi.

Page 145: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

145

Gecə yarı mən kimsəsiz bir yerdə Fatmanı

gözləməli idim; sonra isə fikirləşdiyimiz küçənin

sonuna yaxınlaşıb orada gəlib-keçən karvanı gözləməli

idik.

Nəhs gün başlandı. Artıq nə vaxtdan bəri idi ki,

mən özümü öz otağımda yad kimi hiss edirdim, gah

rəngi qaçmış yanaqlarıma baxır, gah divara, gah da

tünd rənglənmiş döşəməyə saatlarla zillənib qalırdım.

Mənim üçün dəqiqə günə, gün isə ilə bərabər gəlirdi.

Nahar vaxtı şad bir xəbər gəldi; erməni Akim gəlib

xəbər verdi ki, İbrahimxan öz qonağı ilə çölə getmişdir

və onun silah gəzdirən adamları hamısı xan izləmələri

idi. Bu dəmdə isə qadınlar müğənnilərin mahnı

yarışmasına baxıb əylənmək istəyirdilər. Bir görsəydin,

evin damları xanımlar və qızlarla necə dolurdu. Bütün

nəzərlər mahnı bayramı keçiriləcək Züleyxanın evinin

qarşısına dikilmişdi.

Çox böyük bir xalça yerə salınmışdı, onun hər iki

tərəfində saz və çenqir çalanlar üçün yer düzəldilmiş,

xanəndələr isə növbə ilə öz səslərinin ahəngini hər

tərəfə yaymalı idilər. Gəncənin ən gözəl ağalarından

biri əlində gümüşü boşqabla orada durmalı və növbə

ilə gəlib oturan və qalxan xanəndələrə verməli idi.

«Boşqab onun nəyinə lazım idi ki, ay Mirzə?».

«Sən də nə sual verirsən? Xanəndəyə boşqab nə

üçün lazım ola bilər, bəlkə sifətinin ifadəsini gizlətmək

üçünmü? Yaxud, o oxuyanda, məhəbbətdən ürəyi

deşiləndə və yanaqları avazıyanda, o öz simasını

gözəlliyin gözləri qarşısında göstərə bilərmi? Dövrədə

iyirmi xanəndə var idi və biri o birinin ardınca çıxış

Page 146: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

146

edirdi; mən ən gənc olduğum üçün sonuncu idim. Əgər

sən məndən soruşsaydın onlar nə oxudular, mən heç nə

söyləyə bilməzdim. Ancaq mən oxumağa başlayanda

sözlərimin ahəngindən ürəyim lərzəyə gəlirdi. Eşit,

mən nə oxudum:

Nə mavi səma çadırındakı məlaikələr

Nə ətirli gül tarlasındakı qızıl güllər

Hətta əbədi günəş işığı belə,

Müqayisə edilməz mənim Züleyxamla!

Çünki məlaikələrin sinəsində məhəbbət yoxdur

Qızılı güllərin isə tikanları çoxdur,

Və günəş isə öz işığını gecədən gizlədir.

Buna görə onlar heç biri Züleyxa ilə eyni deyil.

Bütün dünyanı gəzib axtarsan,

Züleyxanın simasına bənzər tapılmaz.

Gözəl, tikansız, əbədi sevdi şəfəqi ilə dolu

Ancaq onun özünə bənzər olar.

Mahnı sona çatanda mənim ayağımın altına qızıl

gül atıldı. Mən bayramın qalibi çıxdım!... Ürəyimin

belə nəşəli anında mən ancaq Züleyxa və özüm haqda

fikirləşirdim. Mən evə qaçdım ki, yol tədarüklərini

edim və o qədər xoşbəxt idim ki, xanəndələrin

yarışmasını alt-üst etməyimi də unutdum».

Burada Mirzə uzun müddət fasilə etdi, özünə təzə

çubuq (tənbəki) gətizdirdi və sonra gözlərini bir

nöqtəyə zilləyib oturdu, sanki köhnə xatirələr onu

ağuşuna almışdı. O belə yarım saat tutqun və susmuş

Page 147: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

147

halda oturaraq çubuğunu sümürürdü, onun başı tüstü

dumanına qərq olmuşdu.

Nəhayət, o ayağa qalxdı və öz-özünə

anlaşılmayan misralar donquldandı və getməyə

hazırlaşdı. Mən çox çalışdım ki, onu saxlayım və mənə

əhvalatın gerisini söyləsin. Yalnız çoxlu xahişlər və hər

növ suallarla mən bu hekayənin sonunu öyrəndim.

Onun mənə söylədiklərini olduğu kimi çatdırıram.

«Yola düşmə gecəyarı baş verməli idi. Qaçmaq üçün

lazımi əşyalar erməninin nəzarətində idi. Züleyxa öz

yataq otağını Fatimə ilə bölmüşdü və bu da öz hamamı

ilə digər qadınların otaqlarından ayrı yerləşirdi.

Fatimə söz vermişdi ki, məni müəyyən saatda

gizlicə sevdilimin otağına aparsın. Mən bu taleyin

yazdığı gedişə hazırlaşanda məni çox qəribə bir qorxu

bürüdü, ürəyim bərk döyünür və bədənimin bütün

hissələri əsirdi.

«Mirzə Şəfi» - deyə mən öz-özümə dedim, «sən

bu cür cəsarətli başlanğıca necə curət etdin? Sən

günahlı addımlarınla əl-Siratın ayrılmış körpüsünü

keçib cənnətə daxil olmaq istəyirsən? Axı, bütün

kainatın müdrikliyi Züleyxanın gözəlliyi qarşısında heç

nədir!» Beləcə danışa-danışa Fatimənin mənə sifariş

verdiyi yerə gəlib çatdım.

«Tələs Mİrzə, - dedi - o, «və məni təqib et; artıq

mənim xanımım yataq otağında oturub gözləyir».

Mən Fatiməni yellənən addımları ilə izlədim və

biz nəzərə çaprmadan gözəllik mirvarisinin seyvanına,

Züleyxanın otağına çatdıq. O utancaq halda oturmuş və

bədəninin gənc üzvlərini ağ çadraya bürümüşdü. Mən

Page 148: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

148

bu füsunkar gənc xanımın qarşısında acizanə halda

duranda, dilim ağzımda dolaşdı.

«İndi təəccüblənmək vaxtı deyil» - dedi ağıllı

Fatimə, «Biz getməyə tələsməliyik ki, evin

xidmətçiləri bizi görməsinlər. Sən mənim

hökmdarımın əlindən tut və xahiş et ki, sənin

addımlarını Allahtəala hansı tərəfə yönəldirsə, o da

səni izləsin».

«Mən o dediyi kimi etdim. Züleyxanın əlindən

tutanda, o bərkdən qışqıraraq geri çəkildi. Yenə ağıllı

Fatimə sözə başladı: «Kimin günəşin işığına şübhəsi

var? Kimin qızıl gülün ətrinə şübhəsi var? Sənin

bakirəliyinə kim şübhə edə bilər? Buna görə məhəbbət

savaşını dayandır, şirin sahibəni, ah-naləsiz. Allah səni

hara göndərirsə, ora get!».

Burada mən Mirzə Şəfi öz hekayəsinə davam

etməmiş, bayaq yuxarıda dediyi sözlərə aydınlıq

gətirmək istədim. Qafqaz müsəlmanları arasında belə

bir adət vardır ki, nişanlı qızı, əgər valideynləri razı

deyilsə, öz nişanlısı güclə qaçırmalıdır. Bu zaman qız

nə qədər çox müqavimət göstərsə, vuruşsa, qışqırsa, bu

o qədər çox onun bakirəliyinə, həyasına işarə edir. İndi

bu vacib yayınmadan geri dönək və Mirzə Şəfiyə öz

qaçış hekayəsini bitirməsini eşidək. «Uzun müddət

yalvar-yaxardan sonra ağıllı Fatimə mənim Züleyxamı

sakitləşdirdi. Mənim necə gizli gəldiyim kimi qorxa-

qorxa, tərəddüdlə Züleyxa məni izlədi və biz bayıra

çıxdıq. Orada mən onu Fatimənin ixtiyarına verdim və

özüm bir qədər aralı onları izlədim. Xoşbəxt halda mən

ilk dəfə Fatimə ilə görüşdüyüm ensiz dağ cığırına gəlib

Page 149: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

149

çatdıq. Ata evinin astanasından uzaqlaşmaq ağrısı

sevgilimin qəlbində bir ağrı yaratdı. Biz əmin idik, biz

xoşbəxt idik! O gecənin artıq batmaqda olan ayın

ardınca çıxan günəş heç vaxt mənim həyatıma belə işıq

saçmamışdı!

Günün başlanması ilə biz ötüb keçən karvana

qoşulduq, ancaq yolda Fatimə bizi çox təəccübləndirdi.

O sahibəsinin ayağına düşərək etiraf etdi ki, o bizim

himayəçini, Akimi, ermənini sevir Züleyxa əvvəlcə

çox hirsləndi ki, necə ola bilər Əlinin qızı bu dinsizə

meyllənib, sonra bir təhər sakitləşdi, çünki Akimlə

Fatimənin münasibəti bizim təhlükəsizliyimiz üçün

girov idi. Bizim təhlükəmiz onun üçün də təhlükə

demək idi, ona görə o, bizi qorumağın qayğısına

qalırdı. Hər iki qadın özlərini çadraya elə bükmüşdülər

ki, heç kəs onları tanıya bilməzdi. Mən də öz-özümü

və geyimimi tanımaz hala salmışdım və Bakı xalça

tacirinə oxşayırdım. Biz yavaş-yavaş küçə boyunca

keçərək Kurakşayskaya tərəf gedirdik.

Birinci gün üçün Akim ehtiyatlılıq ölçüsünü

götürmüşdü, hər iki qadın karvandan aralı yoldan

kənardakı cığırla gedirdilər; Züleyxa uzunqulağın

üstündə, erməni ilə Fatimə isə onun ardınca piyada

gedirdilər. Əgər biz ehtiyatlı tərpənməsəydik, məhv

olardıq, çünki bir neçə saatdan sonra atlı dəstəsi

çaparaq gəldi, mən onların başçısı Əhməd xanı

tanıdım. Xoşbəxtlikdən o mənə heç vaxt Gəncədə

diqqət yetirməmişdi və mən bu paltarda onda heç bir

şübhə oyada bilməzdim. O çevik gözləri ilə karvanı

nəzərdən keçirdi, bir az dayandıqdan sonra yoluna

Page 150: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

150

davam etdi. Yoxsulluq çox cansıxıcıdır, - ancaq o,

zaman dözülməz olur ki, biz tapdığımız və yenidən

itirdiyimiz xəzinəni bütün dibinə qədər ölçməliyik.

Bunun nə xeyri vardır ki, cənnətin bağları ilə

gəzirsən və bu yalnız cəhənnəmə keçid olur!

«Sən çox müdrik danışırsan, Mirzə?», deyə mən

onun sözünü kəsdim, «ancaq bu müdrik kəlamların

məhəbbət hekayəsində nə yeri var? Hafiz necə deyir:

«Məhəbbət danışan yerdə, ağıl susmalıdır!» Ancaq

mənim sözlərim ona təsir etmədi və mən heç bir vəchlə

bu söhbətcil Mirzəyə hekayənin sonunu danışdıra

bilmədim. «Məni rahat burax», dedi, - o, «sənin bu

sözlərin nəyə yarar! Əgər bədbəxtlik baş verirsə, onun

qarşısını almaq olmaz».

Beləcə, o, mənə gecən xeyir demədən otağı tərk

etdi. Mən isə sizin maraqlarınızı çox oyatdığım üçün

bu hörmətli müəllimimin hekayəsini ordan-burdan

eşitdiklərimlə sizə çatdırıram.

Üçüncü gün səyahətçilər çox dəhşətli bir leysana

düşdülər. Elə bir güclü, uzun müddətli yağış selinə.

Xoşbəxtlikdənmi, ya bədbəxtlikdənmi yaxınlıqda bir

kənd var idi, karvanbaşı heyvanları bir tərəfə ötürdü və

Mirzə Şəfi ilə Akim öz sevgililəri üçün bir tatar

komasında sığınacaq tapdılar.

Kişilərin müşayiəti ilə kəndə daxil olan qadınlar,

yolun kənarında belə bir söhbət eşitdilər. «Bax Səlim,

bu bakılı tacir Akim deyilmi? Aman Allah! Özüdür ki,

var! O nə vaxtdan bəri xalçalar əvəzinə qadınlarla alver

edir? Bir bax, hər ikisi də sərv boylu hurilərə

bənzəyir».

Page 151: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

151

«And içərəm ki, o birisi Akimdir», - deyə o biri

həmsöhbət dilləndi, «ancaq biz karvanın yanından

keçəndə nə o, nə də bu iki qadın karvanda deyildilər».

«Sən də lap Qəzvinli (İranda şəhər) kimi

danışdın. O, karvanla yanaşı, ya da onun ardınca gedə

bilməzdi? Atalar necə demişlər: İki rusun bir farsla, iki

farsın bir erməni ilə alveri bərabər olur. Allah mənim

başıma işıq saldı və mənim gözlərim açıldı, indi mən

bütün hadisələrin gedişini açıqlayaram. İndi isə tez

Əhməd xanın yanına gedək və onun hirsini sevincə

döndərək. Danışanlar Əhməd xanın nökərləri idi, onlar

yağışdan da əvvəl axtarışlar edirdilər. Yarım saatdan

sonra Züleyxa Fatimə ilə birlikdə onları təqib edənlərin

hakimiyyəti altında idilər. Mən buradakı kədərli

səhnələrin hamısını açıqlamıram. Yalnız bircə bunu

deyə bilərəm ki, bu mənim o qədər ürəyimi ağrıtdı və

mən susa bilmədim. Hər iki qadınla mümkün olan

bütün incəliklərlə rəftar edildi, onlar öz ağrılarını

ürəklərində çəkdilər, ancaq Gəncənin müdrik adamı,

məhəbbət, şərab və qızıl gül tərənnümçüsü Mirzə Şəfi

isə ürəyində bitib-tükənməyən ağrıdan başqa Əhməd

xanın sərt əmri ilə digər rüsvayçı acını yaşamalı oldu.

Onun Züleyxanın otağına, yəni xoşbəxtliyin

zirvəsinə aparan ayaqlarının altı….

DÖRDÜNCÜ FƏSİL:

Müdriklik məktəbi

Mirzə Şəfi öz məhəbbət sirrini mənə açdıqda,

sanki, Tiflis bağları kimi onun ürəyi mənim qarşımda

açıq idi. Onun daha öz tərəfdarından heç bir gizli sirri

Page 152: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

152

yox idi və bütün qəbul etdiyi fikirləri mənimlə

məsləhətləşirdi. Bu, əlbəttə, belədir ki, illərlə birgə

yaşamaqdan daha çox, bir neçə saat ərzində etibarlı,

səmimi xəbərlər iki yad adamı bir-birinə daha çox

yaxınlaşdırır. Mən Mirzəni onun hekayəsinin dərin

ağrılı sonluğundan və rüsvayçı xatirələrindən

qurtarmağa çalışırdım. Başlanğıcda o çox tərəddüd

edirdi ki, görəsən, onun hekayəsinin kölgəli tərəfləri

mənim yanımda onun ləyaqətinə zərər gətirməyib ki?

Ancaq o tezliklə özünü əmin etdi ki, mənim diqqətim

altında onun hekayəsinin ümumi təəssüratlarında, o

uduzmayıb, ancaq udub.

Onun həyatının günəşi batmışdı və onun üçün

yalnız xatirələrinin ay işığı qalmışdı. Mən bilirdim ki,

mən kədərli olanda itkilərdən danışmaq ona xoş

gəlirdi, xüsusilə uzun qış axşamlarında bayırda külək

uğuldayanda.

Mən çox vaxt çalışırdım ki, söhbəti Züleyxanın

üzərinə yönəldim; onun adı mənim üçün də böyük

məna kəsb edirdi, çünki Mirzə Şəfinin ona həsr etdiyi

nəğmələrin hamısında qızıl güllər, nəğmə çələngi idi.

Onun - bu Gəncə müdrikinin ilk məhəbbəti olduğunu

mən onun hekayəsinin yazıları ilə təsdiq edirəm.

Deyilənə görə, o heç vaxt başqa qadınlarla yaxın

münasibət saxlamırdı, ancaq onu görən qadınlar onun

birinci baxışından ona vurulurdular. Ancaq o, yer

üzündə Züleyxadan başqa heç bir qadın gözəlliyinə

baxa bilmirdi. Bu sadə şərtə görə o qadın cinsi ilə heç

bir münasibət qura bilmirdi.

Page 153: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

153

Bütün qadın sehrləri, xoş əməlləri Züleyxa ilə

haqq-hesab, kölgəli tərəflər isə dünyanın digər

qadınları ilə haqq-hesab çəkməli oldu. O daha sevə

bilmədi, lakin biganə də qala bilməzdi. Buna görə o

qərara aldı ki, heç bir qadına ağrı verməyə tövbə etsin.

O, özünün yaxşı vərdişlərini heç dəyişməmişdi;

onun başı təzə düşmüş qar kimi ağ idi, saqqalı isə,

özünün dediyi kimi Salomonun saqqalı kimi həmişə

ətirli və burulmuş idi, dırnaqları isə Gürcüstanın

səması kimi mavi boyanmışdı.

Onun piramida formalı papağı o ən azı belə

güman edirdi – vurulmuş ürəklərin əsil ov toru idi. O

hər hansı bir evin balkonunda və ya eyvanında duran

zaman, gördüyü qadınlara ağappaq başının bir hissəsini

göstərər və qələbəyə əmin baxışlarla yuxarı baxardı.

Sonra isə papağını geri öz yerinə itələyərək intiqam

hissləri ilə dolu yoluna davam edir və qürurla əmin idi

ki, kimisə yenidən fəth elədi. O fikirləşmirdi ki, bu

fəthlərdən heç bir xeyir yoxdur, o yalnız nə qədər

mümkünsə çoxlu qurbanlar etmək istəyirdi. Onu heç

qayğılandırmırdı ki, gənc xanımlar onun başına

baxanda qızarırdılar, yoxsa onun gözlərinin alovundan

od tutub yanırdılar.

Qış ərzində Mirzə Şəfi şagird hesabına varlandı.

İki nəfər səyahətçi K. və R. Almaniyadan gəlmişdi, biri

təbii-tarixi, digəri isə linqivistik və antikvar təhsil

almaq istəyirdi.

Eyni həvəs və səyahət məqsədləri tezliklə artıq

şərq dilləri üzrə əhəmiyyətli bilik kəsb etmiş R. ilə

məni dostlaşdırdı. Səhər saatlarında biz öyrənir və

Page 154: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

154

birlikdə şəhəri, onun ətrafını gəzib dolaşırdıq, axşamlar

isə o, mənim həftədə üç dəfə keçiriləcək dərs

bölmələrini, yaxud Mirzə Şəfinin öz dərslərini belə

adlandırdığı kimi «Müdriklik dərsi»ni bölüşdürürdü.

Müdriklik dərsinə hərdən bir başqa tatar və fars dilini

çox və ya az bilən dostlar da baş çəkirdilər. Onda

Mirzə Şəfinin rəhbərliyi ilə əsil “Divani hikmət” təşkil

edilirdi. Gəncəli alim sözə başlayır, mahnı oxuyur və

sonra əgər bu mahnını özü yazmışdısa, onu izah edir,

özünə aid şöhrətlə başlayır və bitirirdi. Onun nəğmələri

ərəb sözləri ilə dolu idi və çox vaxt biz onların

mənasını başa düşmürdük, ona görə o, özü onları bizə

izah edirdi. «Çox zərif bir sözdür» - deyirdi. O ancaq

izahatını nadir halda açıqlayırdı.

Nəğmə oxunub sona çatanda, bizlərdən hər kəs

növbə ilə ya müdrik kəlamlar, ya da fikirlər olmayanda

bir əhvalat, ya hekayə söyləməli idi. Onu da etiraf

edim ki, burada fikirlərin və ifadələrin orijinallığına

çox fikir verilmirdi. Yalnız bizim etdiyimiz səhvlər

orijinal sayılırdı. Mirzə Şəfi hər kəlamında deyirdi ki, o

müdrikdir yoxsa müdrik deyil. Bəzən bizim beynimizə

düşən qəfil fikirləri ona deyən kimi, o onları bir neçə

dəqiqədə qafiyəyə düzürdü. Mirzə Şəfinin

pərəstişkarları onun nəğmələrinə qulaq asmaqdan

doymurdular.

Sərv boylu, qara qıvrım saçlı gürcü qızına aşiq

olmuş iranlı gənc turist Mirzə Şəfinin böyük

pərəstişkarı idi və o, Gəncə aliminin cəld şeir

qoşmağına heyran idi.

Page 155: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

155

«Mirzə Şəfi», - dedi o, «qərbin bütün xanəndələri

sənin yanında heç nədirlər! Gecə lampası günəşin

qarşısında, toz zərrəsi isə səhra qarşısında heç nədir!».

Mən çox bilmək istərdim ki, çox sərt mühakimə

yürüdən bu alim qərb haqqında nə bilir və hər cür

sualla mən onun bu barədə bildiklərini öyrənməyə

çalışdım. İndi mən sizə bu araşdırmanın nəticələrini

çatdıraram:

Qərbə getmək üçün Qara dənizdən keçib ən azı

Moskvaya çatmaq lazımdır. Qərbin övladlarının

çadırlarda, yoxsa qaya komalarında və yaxud onların

dəvə, fil, at yoxsa uzunqulaq mindiklərini dəqiq bilmir.

Ancaq o bir şeyi dəqiq bilirdi ki, onlar üç böyük

tayfaya bölünürlər; nemes-almanlar; digər tayfa ingilis-

və sonuncu firəng fransızlar tayfası.

Mənim bildiyim – bu üç tayfa bir-birindən nə ilə

fərqlənir sualına mən belə məlumat aldım; nemeslər dil

bilənlərdir, ingilislər isə gözəl mahud-, bunu deyəndə

Mirzə öz kaftanını göstərdi, - və dünyada ən yaxşı

ülgüc hazırladıqlarını qeyd etdi. Firənglərdən isə o

yalnız bunu bilirdi ki, onlar çox gülməyi, lağ-lağı

danışmağı sevirlər və yaxşı ətir iyi verirlər. Gəncə

aliminin qərb etnoqrafiyası təmiz təcrübi xarakterli idi.

Onun tanıdığı bütün alman tanışları müqəddəs dillər

öyrənirdilər, fransızlardan isə onun nəzərinə çarpan

yalnız bəzi saray ustaları və parik düzəldənlər var idi,

ingilisləri isə bütün Asiyada məşhur fabrikantları ilə

tanıyır və Allahın mərhəməti ilə onlar müdrik, şərqə

paltarlar tikirdilər ki, onları bütün əzaları örtülsün,

onların iti ülgücləri isə onların başını təmizləsin.

Page 156: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

156

İngilis ülgüclərindən Mirzə xüsusi bir həyəcanla

danışırdı, çünki, o həyatının ən gözəl illərində bir

kazakın məsləhəti ilə bunlardan bir neçəsini əldə

etmişdi.

Gəncəli alim bu ülgüclərdən birinin əhvalatını

bizə danışanda, mənimlə bir otaqda qalan pərəstişkar

turist, Mirzəni təəccübləndirmək üçün öz otağına getdi.

O əlində bir cüt qığılcım parıltılı, gözəl və iti ülgüclə

geri qayıtdı. Onları alimin gözünün qabağına tutaraq

soruşdu: «Bunlar sənin xoşuna gəlir?».

«Çox! – Aman Allah».

«Onları məndən yadigar kimi götür. Qoy sənin

əqlin bu tiyə kimi iti, sənin başın isə bu üglüc kimi

parıldasın!».

Mirzə Şəfi bu hədiyyəni məmnunluqla aldı. O

ülgücü cibinə qoydu və getmək istədi;

Xudahafizləşəndə o, mənim qarşımdakı ingilis

qayçısına nəzər saldı.

«Qayçı da mənim xoşuma gəlir», - dedi o.

«Bu məni çox sevindirir», cavab verdim mən və

ona xeyirli gecə arzuladım. «Axşamınız xeyir olsun!».

BEŞİNCİ FƏSİL:

Müdriklik məktəbi

(Davamı)

«Mirzə Şəfi, – deyə mən biz yenidən müdriklik

divanında toplaşanda sözə başladım - əgər mən sənə

söyləsəm ki, Qərbin müdrikləri siz onları necə axmaq

hesab edirsinizsə onlar da sizi elə axmaq hesab edirlər,

nə cavab verərsən?».

Page 157: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

157

«Mən təəccüblənməkdən başqa nə edə bilmərəm»

- dedi. O - Əgər siz mənim mühakiməmi təkrar

edirsinizsə, mən sizdən hansı bir yenilik öyrənə

bilərəm?». O özünə təzə çubuq gətirdi və bir an fikrə

dalaraq tüstülədi, sonra bizdən qələmdanı hazırlamağı

xahiş etdi və oxumağa başladı.

«Mirzə Şəfi – deyə mən onun sözünü kəsdim –

ağıllı başlanğıc üçün sənin müdriklik kəlamlarını

qərblilərə paltar kimi geydirsəydik, onlar bizə dəlillər

güzgüsü kimi baxardılar və bu gənc xanımlar və

qadınlar üçün əyləncə olardı!».

«Qadınlar hər yerdə ağıllıdırlar, - dedi,- mənim

hörmətli müəllimim – onların hakimiyyəti çox

böyükdür. Kiçik qadın barmaqları ən böyük inam

imarətlərini belə ağzı üstə çevirir və gənc xanımlar isə

kilsənin ən qədim nizamnamələrini rüsvayçılıqla sona

çatdırırlar».

«Ancaq sən mənim verdiyim suala cavab

vermədin, ay Mirzə!» «Sən müdrikcəsinə danışırsan».

Mənim sözlərimin cücərtisi sənin simanda qafiyəyə

çevrildi. Sən yaz, mən isə oxuyacağam!. O bir neçə

gözəl mahnılar oxudu və mən onların bir hissəsini

almancaya çevirdim.

«Mirzə Şəfi, – dedim, - mən və bir anlıq alimin

bir stəkan çaxır içməsindən və təzə çubuğunu

çəkməsindən istifadə etdim. – Gənc xanımların qəlbi

sənin mahnılarının şirin əzəmətində riqqətə gələcək,

ancaq bizim xalqın alimləri sənə qarşı qısqanclıqla

deyəcəklər; sənin fikirlərində və dünyagörüşündə

Page 158: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

158

müxtəliflik yoxdur. Sənin nəğmələrin yalnız bir şeyə -

şəraba, məhəbbətə və qızıl güllərə həsr edilmişdir».

Heç mənə tərəf baxmadan və cavab vermədən

Mirzə Şəfi bir an qatı tüstü buludlarına büründü, sonra

sakitcə bir neçə qədəh şərab içərək öz nəğməsini

oxudu.

ALTINCI FƏSİL:

Gəzintilər, uzaqgörənliklər və möcüzələr

Mənim mənzilim müqəddəs David dağının

ətəyində yerləşirdi. Burada ortasından daşlı çıxıntı ilə

yüksələn qədim bir kilsə var idi və onun müqəddəs

qoruyucusu bu dağa öz adını vermişdir.

Qədim zamanlardan bəri bu kilsə müqəddəs

Davidin möcüzəli qüvvələri ilə məşhurdur. Hər hansı

bir qadın və ya gənc qız kilsənin ətrafında üç dövrə

vurarkən, hər dəfə bir daşı onun bayır divarına heç bir

yapışdırıcı və palçıqdan istifadə etmədən divara

yapışdırarsa, onun ürəyindəki arzuları həyata keçəcək,

yalnız onda əgər onun günahsız arzuları, fikirləri ilə

rüsvay edilməyibsə.

Əgər gənc bir qız öz ərinin saf məhəbbəti üçün

alışıb yanırsa, onların dualarını müqəddəs David yalnız

o zaman eşidir ki, buna elə bir xüsusi səbəb olmasın.

Əfsanələr bu kilsənin möcüzəli qüvvəsinə inanan

gənc qızların həqiqi ər tapmalarından və qadınların

övlad payı ilə xeyir-dualanmalarından danışırlar.

Xüsusilə, bu böyük müqəddəsin doğum və ölüm

günü olan cümə axşamı, onun möcüzəli qüvvəsi daha

Page 159: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

159

çox təzahür edir. Həmin gün məbədin dövrəsində çoxlu

daşlar olur və bu daşlar palçıqsız onun böyük

divarlarına yapışdırılmalıdır.

Bu daşlar natəmiz əllərə dəyməsin deyə kilsənin

xidmətçiləri tərəfindən çox canıyananlıqla toplanaraq

möminlərə müqəddəs Davidin böyük xeyir – duasının

əvəzində kiçik bir pula verilir. Buna görə hər cümə

günlərində Tiflisin qadın və gənc qızları bayram

paltarında müqəddəs David dağına ziyarətə gəlirdilər

və hər kəs Gürcüstanın ucaboylu qızlarının,

gözəlliklərinin çiçəklənən bu vaxtında onları belə

topalanmış görərsə, yerdəki möcüzələrə inam

yoxdursa, onun üçün yaxşı olardı ki, qoca bir zənci

qadının boğazından asılıb ən dərin yerə, Didibeh

vadisinə diyirlənsin !

Hətta xristian olmayan üləma Mirzə Şəfi belə

müqəddəs Davidin möcüzəli qüvvəsini qiymətləndirir,

belə ki, o, ölümündən sonra belə gözəl xanımları canlı

həyata qaytarır.

Bütün dünyada – deyə Mirzə mənimlə evin

damında və ya eyvanında ruhlanmış halda qəlyan

çəkərkən, yanımızdan rəğbət dolu baxışlarla ötüb

keçən möminləri seyr edə-edə dedi: - Dünyanın

harasında gözlər belə sevimli tosqun baldırları görə

bilər və harada çılpaq ayaqlar burdakı kimi görünə

bilər?

Yəqin bu qədim dini bir adətdir ki, xüsusilə,

gözəl ayaqları olan sahibələr vicdanı qüvvədə

saxlamaq ki, duaçılar ziyarətdən əvvəl öz corab və

ayaqqabılarını soyunaraq, müqəddəs Davidin kilsəsinə

Page 160: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

160

ayaqyalın yuxarı dırmaşırlar. Başlarına taca bənzər

bəzək taxırlar ki, onun da arxasından uzun, hörülmüş

saçların büstündən ağ örpək sallanır.

Gürcü xalqının bir çox qadınları hələ də çadrada

gəzirlər, bu, qar kimi ağ, bütün bədənlərini örtən

bürüncəkdir, ancaq bəzi gözəllər bunu elə ustalıqla

edirlər ki, onların bütün surəti, hətta onun içində də

seçilir. Ziyarət zamanı kiçik kilsəyə gedən yol gözəllik

qurşağı kimi dağın gövdəsinə dolanır.

Şəhər öz sarayları, gümbəzləri, qala və yeraltı

komaları ilə, sıx kölgəli hər cür meyvələr, şaftalı, əncir,

nar, tut, üzüm tənəkləri, heyva bitən bağları ilə sanki

bizim ayağımızın altında idi. Uzaqdan ilanvari qaçışla

axaraq şəhəri tərk edən Kür çayı yaşıla bürünmüş

təpələrin arxasında itirdi və bizim başımız üzərində

qalın buludlu Gürcüstan səması qübbəyə bənzəyirdi.

Biz David dağına qalxaraq, diqqətlə onun

ayağında pillə-pillə bir-birinin üzərində tikilən

komaları, kiçik yonulmamış daşlardan tikilən

pəncərəsiz və hər cür xaricdən və daxildən olan

bəzəklərini nəzərdən keçirir və təəccüblə bir-

birimizdən soruşurduq: “Bu o balıq qulaqlarımıdır ki,

onun içində gürcü gözəlliyinin inciləri gizlənib?”

Bu komalara işıq yuxarıdan yastı damların

açılması ilə düşürdü və pis hava olduqda, bu açılan

yerlər bağlı qalanda, içəridə gecə qaranlığı hökm

sürürdü. Biz komaları çətinliklə yuxarı qalxanda

qorxaq itlər hürürdülər, lakin ən böyük təhlükə səhv

addımda hər hansı gürcü ailəsinin çağırılmamış qonaq

kimi üstünə yıxılmaq idi. Biz təmiz bir döngəyə çatdıq,

Page 161: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

161

o isə bizi boş cığırla Tiflis gimnaziyası yerləşən yerə

apardı və bu bizə ölkənin mağara adamlarının

avropalıları necə sakin etmələrini xatırlatdı. Aleksandr

və gimnaziya meydanını ayıran küçə Tiflisin əsas

küçələrindən biri sayılır. Qori şəhəri tərəfdən gələn

yolda darvazanın solunda Tiflisin qalereyaya bənzər

evlərinin gözəl mənzərəsi açılır. Sağ tərəf isə bizi

şəhərin daxilinə aparır. Burada yaxın məsafədə

gimnaziya ilə maili istiqamətdə yerləşən çox köhnə

Tision kilsəsi bizim diqqətimizi cəlb etdi: onun sağında

isə Qafqaz valisinin pillə-pillə tikilmiş sarayı gözəl

Asiya cah-cəlalı ilə parıldayan, ancaq avropalı əlinin

səliqəsi ilə salınmış bağ görünürdü. Bu saray

Gürcüstan şahının köhnə Rostom tərəfindən tikilmiş

qalasının qırıntılarından tikilmişdir.

Bir neçə addım irəli getdikdən sonra biz Erivan

meydanına, Tiflisin mərkəzi nöqtəsinə çatdıq. Burada

Avropa Asiya ilə birləşir. Rusların böyük, tam müasir

tipli tac evləri ilə üzbəüz ermənilərin yastı damlı,

qalereyaya bənzər evləri və ordan birbaşa yarısı yerin

altında olan gürcü, fars və tatar komaları dayanmışdı.

Meydanda çadralı gürcü qadınları ilə yanaşı, rus

məmur qadınları da gəzişirdilər. Araratdan atla gələn

vəhşi kürdün yanında Don kazakı da var idi, Moskvalı

boz pencəklilərə tərəf imerçili, osetin və ləzgilər,

cırılmış paltarlı “yükdaşıyanlar” sıxlaşırdılar. Biz

boğaza tərəf addımladıq, uzun, əyri, döşəməsiz küçələr

bizi qılınc və tüfəng düzəldənlər, dəmirçi, dərzi –

qısası, bütün sənətlərin nümayəndələri öz açıq

emalatxanalarında işlədiyi yerə aparırdılar. Burada

Page 162: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

162

məşhur Qafqaz xəncərlərini, papaqlarını, barıt

qablarını, kəmərləri, yaylıqları, çərkəziləri ucuz almaq

mümkün idi.

Bu canlı küçələr bizi Tiflisin ən səs-küylü

bazarlarından olan erməni bazarına və hündür, böyük,

özünün çoxlu otaqları, dükanları, qalereya və anbarları

ilə kiçik bir şəhər olan karvansaraya aparırdı. Burada

Şərqin dəyərli malları, şallar, ipək parçalar, xalçalar və

s. yığılmış geniş otaqlarda səhərdən axşama qədər

insan sıxlığı, dillərin qarışması, sifətlərin və geyimlərin

müxtəlifliyi, eynilə Almaniyanın canlı yarmarka

şəhərində olduğu kimi, canlanma hökm sürürdü.

Kişilər arasında biz onların çoxunun ucaboylu,

güclü və gözəl sifətləri olduğunu gördük. Bizim

karvansarayda bazarın yanında qarşılaşdığımız gürcü

və erməni qadınları müqəddəs David dağını ziyarətə

gələn gözəl möminələrdən fərqli olaraq, tam tərsinə,

çox çirkin idilər. Çünki bazarda və yarmarkada yalnız

yaşlı qadınları görmək olardı (Tiflisdə yaşı 30-u keçən

qadınlar artıq qoca sayılır) və öz gəncliklərində belə

xoşagələn və yüksək dəyəri olan bu gürcü qadınlarının

qocalığı öz çirkinliyi ilə qorxuncdur. Onların belə tez

çevrilməsi onlara qarşı soyuq münasibət yaradır, ancaq

bizdə, yüksək təhsillilərdə, çirkin və qoca qadınlarla

səmimi və xoş rəftar edilir. Ümumiyyətlə, belə

çirkinlik adətən yaşlı gürcü qadınlarında olduğu kimi,

bizdə nadir müstəsnalıqdır. Biz böyük karvansarayı

tərk etdik, yüklərlə dolu dəvə karvanı ilə Kür çayının

iki yerə ayırdığı şəhəri bir –biri ilə birləşdirən körpüyə

tərəf yönəldik və “Sand” deyilən yerə çatdıq (yeni

Page 163: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

163

Avlabar şəhərinin bir hissəsi) və burada biz alman

əhalisinin ortasında idik.

Burada köçəri şvablar (alman tayfası) yaşayırdı,

bura Tiflisin alman koloniyası və Kür çayının şəhərin o

biri tayından ayırdığı hissəsi idi.

Erməni bazarının və fars karvansarayının

basabasından, Şərqin sərvətlərinin daşınmasından –

yorğun sifətli, bir qədər zərif və günəşdən yanmış

sifətli insanlar, yüklənmiş dəvələr və qatırlar

dünyasından sanki biz başqa bir dünyaya düşdük,

qarşımızda şvabların həyatının bir hissəsi canlandı:

onların danışıqları, evləri, müştükləri və köynəklərinin

qolları və s.

Bu enlikürəkli, dəmir yumruqlu Nekar

arqonavtları (mifik qəhrəmanlar) dənizlərdən üzərək,

Bosforla Qara dənizə və Kolxid meşələrindən keçərək,

Kürün bu məhsuldar sahillərinə gəlmiş və üzüm

bağları yetişdirirlər; indi biz günün uzun gəzintisindən

bir saatlıq dincəlmək istəyirdik.

Sağda, kiçik qəribə bir yerdən dama girişi olan

bir evdə çox vicdanlı Zalsman, Tiflisin sand sakini

yaşayırdı. İçəri daxil olarkən başını aşağı əyməliydin,

yoxsa o alçaq qapının dirəyinə dəyəcəkdi. Sağda

bilyard otağı var idi, burada rus zabitləri oynayır və səs

– küy salırdılar. Solda isə sakit kiçik bir otağı cənab

Zalsman hər hansı bir vaxtda gələn öz alman

həmyerliləri üçün hazırlamışdı və buraya rusların və

asiyalıların girişi yox idi. Biz oraya yönəldik.

Balacaboylu, otel qarsonu bizim qarşımıza çıxdı:

- “Salam, köhnə dost, cənab Zalsman nə edir?

Page 164: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

164

- İçəridə yoxdur!”

- “Onda xanım Zalsmanı çağır və de bizə kaxet

şərabı gətirsin”

Kaxet şərabı qan kimi qırmızı idi və bayram

günlərində içilirdi.

Sanden mehmanxana sahibinin arvadı ağ önlüklü

xanım Zalsman içəri daxil olan kimi əlini önlüyünə

silərək bizə uzatdı və səmimi xoş gəldin etdi.

Başqalarından fərqli olaraq xanım Zalsman Tiflisdə ən

yaxşı omlet bişirəndir. O bununla təkcə qonşuluqda

deyil, həm də Qafqaza gələn alman səyahətçiləri

arasında məşhur idi. Gələn qonaqlar ona müraciət

edəndə, o öz omlet bişirməyi ilə lovğalanırdı.

Mavi bir otaqda mavi süfrə salınmış stol var idi.

Bizim məclisimiz burada keçəcəkdi. Ucuz kaxet

şərabından sonra bahalı şampan gəldi, çünki bu

Tiflisdə olan Avropa adəti idi, yeməyi şampanla

başlamaq və bu adəti burada hər kəs yerinə yetirməli

idi.

Tiflisə gələn hər alman səyahətçisi Sandda

Zalsmanın məclisində iştirak edəndə kaxet şərabı və

şampanla elə nəşələnirdilər ki, aylı gecədə öz

qışlaqlarına qayıdanda göydə ay onlara sanki parlayan

omlet ulduzlar isə parlayan qədəhlər kimi görünür.

O biri axşam biz nəşəli istirahətdən sonra David

dağına ziyarətə getdik, nəhayət, Sandi tərk etməklə

şəhərin içərisinə qayıtdıq.

İşıqlı səmada heç bir dənə də bulud yox idi;

ancaq havada elə bir istilik vardı ki, elə bil Gürcüstanın

günəşi, həm də işıqlı aya öz alovlarını ötürmüşdü.

Page 165: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

165

Küçələr tamamilə boş idi, bazar və emalatxanalar bağlı

idi. Yalnız bir sərxoş əsgər o tərəf bu tərəfə yırğalana –

yırğalana ağ çadralı bir gürcü qadının arxasınca

düşmüşdü. Biz küçənin soluna keçdik, burada başı

gümbəzli, isti kükürd suyu hamamları vardır ki, Tiflis

ona öz mövcudluğu və adı ilə minnətdardır, kəsə yolla

Erivan meydanına qayıtdıq. Burada evin damlarında

uzun əsrarəngiz paltarlarda sehrli baxışlarla şən, gözəl

qadın surətləri görünürdü. Ətrafa yayılmış

balalaykanın səsi gecənin qaranlığında gürcü

gözəllərinin birgə nəğmələrinə qarışmışdı.

Ancaq biz onları çox seyr edə bilmirdik, çünki

onlar yad baxışlar hiss edən kimi gözdən itirdilər.

Bir dəfə mən dayandım və qulaq asdım, mən

yerimdən tərpənib gedə bilmədim, sanki yer ayağımı

qandallamışdı. Qulaqlarım gözəl ahəngli kişi səsini

eşitdi..... mən bu səsi tanıdım, - mən o nəğməni

tanıdım, - mən səni tanıdım, Mirzə Şəfi, Gəncə

üləması....

Mən hələ də sənin sarı çəkələkli, qırmızı tumanlı,

məxmər koftalı, görünən çadralı gözəlini görürəm və

utancaqlıqla boz evin damında dayanıb sənin yayılan

səsinin tonlarına qulaq asdığını təsəvvür edirəm.

Sən elə güman edirsən ki, yalnız döngədə evin

kölgəsində özünü gizlətmisən və görünməzsən. Ancaq

mən heç vaxt sənin simanı unutmaram ey qadın, ey

qadın! Əllərini gah ürəyinin üstündə çarpazlayır, gah

da yarım aya bənzəyən qulaqlarının üstündə saxlayır,

sanki füsunkar bir varlıq üçün dua edirsən!

Harada qaldı Züleyxa və onun sadiq kənizi?

Page 166: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

166

Ancaq belə gözəl axşam üçün onlar möcüzə

deyildilər.

Mən Erivan meydanını tərk etmək istəyəndə,

yoldaşlarımdan biri mənə onun mənzilində bir saatlıq

yoldaşlıq etməyimi xahiş etdi.

Mən bu otağı tutmuşam ki, - deyə inamla başladı

– üzbəüz knyaginyanı.... o gözəl bir varlıqdır. Artıq üç

aydır ki, mən onu müntəzəm olaraq David dağına

ziyarətə gedəndə izləyirəm. Mənim meylimin qeyri –

adi davamlılığı onun ürəyini riqqətə gətirib və o öz

gürcü utancaqlığının böyük bir hissəsini kənara

qoymuşdur. O özünü evin damında oturarkən örtüksüz

göstərir, mənim ona axşamlar gizlicə atdığım gül

dəstələrini götürür və bu sirri özünün iki rəfiqəsinə

söylədiyi hiss olunur, çünki hər üçü yuxarıda saatlarla

oturur və söhbətlər edirlər, mənim açıq pəncərədən

onlara tərəf baxışlarımdan qaçmırlar.

Xoşbəxtlik bizi izləyirdi, çünki mən tanışımla

otağa daxil olanda gənc knyaginya yenə o iki rəfiqəsi

ilə damda oturmuşdu.

Biz onları daha yaxşı görmək və özümüzü hiss

etdirməmək üçün otağın işığını yandırmadıq. Ay

işığında hər üç sevimli sima sanki müqəddəs bir parıltı

kimi ayaqlarını çarpazlayaraq oturmuşdu. O iki

rəfiqələr ağ çadraya bürünmüşdülər və bunun altında

od qırmızı rəngində qırışlı tumanları bilinirdi. Gənc

knyaginyanın geydiyi mavi ipəkdən şalvar və tünd

sarafan onun gənc bədəninin əzalarını örtmüşdü. Biz

bir saatdan çox oturduq və onları seyt etdik, ancaq

birdən hər üçü yerindən dik hoppandı və damın

Page 167: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

167

ətrafında dalaşmağa başladılar. Onlardan biri dayanıb

durdu, o sanki bizi görmüşdü, çünki bir an pusquda

durmuş kimi ətrafa baxdı, geri döndü yəqin ki, onlara

icazə vermək üçün; ancaq bir bax! Həmin anda gənc

knyaginya da dayandı, ancaq bizi axtarmaq üçün yox,

xeyr, o əyilir və havasını dəyişir.... və əllə axtarırdı.

Bu kiçik bir hadisə məni dərin düşüncələrə qərq

etdi və mən əhvalatımı necə bitirməyi, yəni bir

tərəfdən poetik ixtisarı, digər tərəfdən nəsr həqiqətini

gizlətməyi lazım bildim. Mən yalnız hiss etdim ki, evə

qayıdanda özümdən asılı olmayaraq Hötenin bu

misraları yadıma düşdü:

Biri vardı, biri yoxdu,

Bir şah var idi və s. və s.

Gəzintilər, perspektivlər və möcüzələr. Mənim

mənzilim müqəddəs David dağının ətəyində yerləşirdi

və onun yüksəkliyinin otrasındakı sıldırımın üstündə

qədim bir kilsə var idi; onun müqəddəs qoruyucusunun

adını bu dağa vermişdilər. Əsrlərdən bəri bu müqəddəs

David kilsəsi öz möcüzəli qüvvəsinə görə məşhur oldu.

Əgər gənc qızlar və qadınlar kilsəni üç dəfə dövrə

vurduqda hər dəfə bir daşı heç bir yapışdırıcının

köməyi olmadan dairədəki divara yapışdırmaq

müyəssər olarsa, onda onun ürəyindəki arzular həyata

keçəcək.

Əfsanədə deyildiyi kimi bir çox gənc qızlar bu

kilsənin möcüzəli qüvvəsinə inandıqları üçün

həqiqətən özlərinə ər tapmışlar.

Page 168: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

168

Xüsusilə, cümə axşamlarında, yəni o böyük

müqəddəs şəxsin doğulduğu və öldüyü gün bu qəribə

hökmranlıq möcüzə yaradır. Xristian olmayan Gəncəli

alim Mirzə Şəfi müqəddəs Davidin möcüzəli gücünü

tərifləyirdi, hansı ki, hələ ölümündən sonra da zərif,

gözəl qadınları hərəkətə gətirir.

Şəhərin bütün sarayları, kümbəzləri, qalaları və

yeraltı komaları bizim ayağımızın altında idi. Kölgəli

bağları və bizim doğma meyvə bağlarımızdakı şaftalı,

əncir, nar, tut, üzüm tənəkləri hamısı üstü dolu və

yetişmiş idi.

Canlı küçələr bizi əvvəl oradakı erməni bazarına,

sonra burdan keçərək səsli-küylü Tiflis bazarına və çox

böyük olan karvansaraya yəni çoxlu mağazaları,

qalereyaları, kabinələri, anbarları ilə bir balaca

şəhərciyə bənzəyən yerə gətirib çıxardı. Burada şərqin

qiymətli istehsalları, yəni şallar, ipək parçalar,

xalçalar və s. var idi.

Biz karvansarayı tərk etdik və şəhərin hər iki

hissəsinə aid olan körpünün üstündən hər tərəfi seyr

etdik.

DOQQUZUNCU FƏSİL:

Müdriklik məktəbi

Biz yenidən Tiflisdəyik və Mirzə Şəfinin

müdriklik divanında dövrə vurub oturmuşuq. O bizim

Hayklar (Ermənistan) ölkəsindən geri qaytarmağımıza

dərindən köks ötürərək, uzun ayrılıqdan sonra bizi

yenidən görməyinə çox sevindi. Dəsrlərimizin

gedişinin əvvəlki adi qaydasına düşməsi bir neçə həftə

Page 169: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

169

çəkdi, çünki o qədər soruşulmalı, söylənməli və izah

olunmalı şeylər var idi ki.

Biz səyahətimiz zamanı topladığımız yazıları

aydınlaşdırdıq və Obovian kor Barden keşişoğlunun

tatar nəğmələrindən kiçik bir toplu- məcmuə

yaratmışdı.

Bizim Mirzə Şəfi üçün Yerevan bazarından

aldığımız bir neçə kiçik hədiyyələrin üstünə onun

dəftərin üstündə yazdığı «Müdriklik açarı» sözlərini

başlıq yazdıq, bununla müəllimimizin bütün

düynagörüşünü, onun qısa kəlamlarını və uzun elmi

məruzələrini nəzərə alırdıq. Bu dəftəri onun iştirakı ilə

oxumağa başlamazdan əvvəl, biz ona səyahətimizin

qısa təsvirini verməli idik söhbətin o yerində ki, biz

erməni kənd qadınlarının natəmiz qışlaq

piramidalarının tikintisində necə iştirak etdiklərindən

danışanda Mirzə Şəfinin sifətinə qaranlıq çökdü və o

bildirdi ki, öz arvadlarını belə yerlərdə işlədən kişilər

üçün bu piramidalar rüsvayçılıq abidəsidir.

«Eyib olsun onlara!»-deyə öz fikirlərini bitirdi və

bununla demək istəyirdik ki, kişilər həmişə və hər

yerdə zəiflərin və gözəl cinsin nöqsanlarında özləri

günahkardırlar.

«Günəş işığı olmasa» - qışqırdı o – «qızıl gül

necə açıla bilər? Bənövşə duzlu torpaqda necə

çiçəkləyə bilər? Bir bax, qadınlar güllərə bənzəyirlər,

onlara nə qədər çox qayğı göstərib qorusan, onlar o

qədər gözəl və ətrli olurlar. Kişilər gözəllik bağının

keşikçisi olmalıdırlar; onları güllərin gözəl ətrinə

sevinməli, ancaq öz qabalıqları ilə onları məhv

Page 170: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

170

etməməlidirlər. Necə ki, güllərin cərgəsindən alaq

otları təmizlənirsə, eləcə də qadınları bütün

pisliklərdən və yamanlıqlardan uzaqlaşdırmaq

lazımdır».

«Qızıl gülü ayaqlasan, onun tikanları sənə

batacaq; ancaq ona məhəbbət və qayğıkeşliklə qulluq

etsən, o çiçəkləyəcək və daha da ətirli olacaq!

Qadını könüllü olaraq qula çevirsən, o özü sənin

qarşında baş əyəcək və minnətdarlıq dolu məhəbbətlə

öz ağasına baxdığı kimi sənə baxacaq; ancaq əgər

qadını zorla qula, kənizə çevirsən, o məkr və hiylə ilə

sənin üzərində öz hakimiyyətini quracaq. Çünki

məhəbbət xəzinəsi ziddiyyətlər xəzinəsidir»- deyə

müdrik qeyd etdi. O bir qədər çaxır içdi, özünə təzə

tənbəki gətizdirdi və sonra başqa şeylər haqqında

danışdı. Mən onun sözünü kəsdim və dedim: «Ay

Mirzə Şəfi, sənin sözlərin elə sevimli səslənir, mən də

həvəslə Quranın gözəliklərini oxuyuram və ona görə

sənin öyrətdiyin kimi qadınlara münasibət

bəsləyirəm».

«Sənin xahişin müdriklə nəfəsdir» cavab verdi.

Mirzə - Ona görə mənim qulaqlarım sənin

ixtiyarındadır. Qadınlarla nə qədər çox məşğul olsan,

onları o qədər yaxından tanıya bilərsən, daha çox sevə

bilərsən və əsil məhəbbət öz əksini onda tapır; yüksək

məhəbbət yüksək müdriklik deməkdir.

Qadınlardan yüksək dünyada nə var? Cənnətin

hurilərinin şən xəyalları Yerin bu gözəl gerçəklikləri

qarşısında nədir?

Page 171: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

171

Rumeli xalqından xəbər alsan: dünyada ən

yüksək nədir? Onlar cavab verəcəklər: Sultan! Bu

sualla farslara müraciət etsən, onlar cavab verəcəklər;

Şah! Çünki sünnilər Yer kürəsində sultanı, şiələr isə

şahı Allahın kölgəsi hesab edirlər. Ancaq gerçəkliyin

yanında şüa nədir? Kölgə varlıq qarşısında nədir? Mən

sənə doğrudan deyirəm: qadınlar Yerdə Allahın

varlıqlarıdır! Onlar həyatın özəyi, zərifliyin, gözəlliyin

sütunu, xoşbəxtlik tacında ən qiymətli daşdırlar. Bu

gözəllərdən birinin əlini öpmək ən dadlı xörəkdən

alınan ləzzətdən də dadlıdır…».

«Ancaq, ay Mirzə, bu əllər erməni kənd

sahiblərinin əllərindən təmiz olmalıdır!».

«Sən cəfəngiyyat danışırsan, çünki bu qadınların

təbiətində ən gözəl şeydir ki, ağıllı kişi onlardan hər

cürə istifadə edə bilər. Qadınların pis əməlləri kişilərin

səhv davranışından başlayır. Əgər bir qadın buna adət

edir ki, həmişə onun əlini öpsünlər, onda o həmişə əlini

təmiz saxlayacaq; ya da kimsə onun ayağını öpsə, o

həmişə ayağının qayğısına qalacaq, bir qadın

səliqəsilə».

Mən öz müəllimimi bu axşamkı kimi belə

ruhlanmış heç görməmişdim. O, qadınların şərəfinə

danışmağı bitirmirdi. Onun əvvəlki qəmgin siması

nəşəli bir ifadə və razılıqla əvəz olunmuşdu. Mənə elə

gəlirdi ki, o yenidən sevməyə hazırlaşır. Dərs arası

fasilələrdə mahnılar səslənirdi, hər arzusunu, izahatını

bir cüt şerlə ifadə edirdi.

O, əlini bir şüşə şəraba atdı, lakin şüşə boş idi,

«şərab gətir deyə o qışqırdı- Necə demişdi Hafiz!».

Page 172: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

172

«Mirzə Şəfi,- deyə mən onun sözünü kəsdim. – Sən

başından ayağına qədər vurulmusan, boynuna al, mən

bunu sənin bütün varlığında hiss edirəm!».

«Sən haqlısan, - gülümsəyərək dedi o, «bütün

dünya mənə yenə çəhrayı işıqda görünür! Necə

demişdi Hafiz». Mən yenə onun sözünü kəsdim». Ay

Mirzə, sən niyə öz nəğmələrini oxumursan? Hafizin

gözəl nəğmələrini mən həmişə oxuya bilərəm, ancaq

mən nə qədər sənin yanındayam sənin səsini eşitmək

istəyirəm». O razılıqla başını yırğaladı və xahiş etdi ki,

qələmdanı hazırlayım və oxumağa başladı:

Bir yüksək məqsədə can atırıq biz,

Sənin kimi mən də belə.

Özümüzü əsirliyə atırıq biz.

Sənin kimi mən də belə

Səni öz qəlbimdə gizlədərəm –

Sən məni özünkündə

Ayrıca ya da birgə, belə yaşayırıq biz

Sənin kimi mən də belə.

«Sən hələ yazmırsan?» - deyə o, qəfildən sözünü

kəsdi.

«Əlbəttə yazıram, axı sən mənə demisən!».

«Ancaq belə cəfəngiyyat yazmamalısan. Mən

özümü bir az toparlamaq istədim; axı adam kiməsə

vurulanda yaxşı şeirləri qoşmaq çətin deyil».

Page 173: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

173

ONUNCU FƏSİL:

Axalsix paşalığında gəzinti Güclü öd kisəsi ağrıları və qızdırması məni yayın

əvvəlində xəstəxanaya saldı, quru-isti havası olan

Tiflisin həkimləri onun burada müalicəsi olmadığını

təkid edirdilər, buna mən uzun müddətə paytaxtı tərk

edib güclü dağ havasında müalicəmi axtarmalı idim.

Mirzə Şəfi mənim xəstəliyimin pisləşməsinin

səbəbini qəbul etdiyim dərmanlarda görür və mənə

məsləhət görürdü ki, dağlardakı bağlara baş çəkib,

mədəmi tut ağacının meyvələri ilə doldurum və bu

ləzzət mənim xəstəliyim aparacaq. Sololaki dağı

şəhərin ən gözəl yerində yerləşir, onun geniş çiyinləri

üzərində qədim Narikalın xarabalıqlarının qalıqları

yerləşir və burada uzun bir hasar Sohah taxtı sarayını

birləşdirir, və gürcüstanda zalım fars şahlarının

hökmranlığını xatırladır. Mirzə Şəfi ilə mən bağa çatan

kimi bir az dincəldik, sonra onun köməyi ilə mən tut

ağacına çıxdım və əmin idim ki, onun meyvələri məni

sağaldacaq. Mən bu zəif bədənimlə ağaca çatmaq

istəmirdim, ancaq Gəncəli alim sözündə durdu ki, mən

onun meyvələrini öz əlimlə dərib yemləyəm. Ancaq bu

müalicə mənə kömək etmədi və mənim xəstəliyim lap

pisləşdi. Mən Priyutinada müalicə üçün yerləşdirildim.

ON BİRİNCİ FƏSİL:

Müdriklər yarısı

Axalşıx paşalığı Paskyeviç tərəfindən zəbt

olunduqdan sonra oradakı türk sakinləri paytaxtı tərk

etdilər və Anadoluya tərəf köçdülər ki, rusların

Page 174: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

174

hakimiyyəti altında qalmasınlar. Erməni mühacirləri

türk köçkünlərini iki böyük hissəyə böldü, onlardan bir

hissəsi ağ çarın hökmranlığındakı xristianların tərəfinə

keçdilər.

Axalsixdə qalan türklərin kiçik bir hissəsi

tanınmış yazı alimi Ömər əfəndi tərəfində qaldılar,

onlar Adigion kəndinin yaxınlığında rusların

hökmranlığının vəkalətində yaşayırdılar.

Əgər diqqətli oxucu xatırlayırsa Mirzə şəfi ilə

tanışlığın başlanğıcında Ömər əfəndinin müdrikliyi-nin

şöhrəti haqqında hörmətli Mirzənin Şərqin müdrikləri

üçün söylədiyi yaxşı fikirlər məlum idi.

Onun müdriklik məktəbi Bakıda Xəzər dənizinin

sahilində yaşayan Abbasqulu xanın şöhrətlənməsi üçün

və yaxud Ömər əfəndinin Adigionun bülbül və qızıl

gülünü tərənnüm etdiyi üçün heç bir zərər verməmişdi.

Tiflisin yazı alimləri isə hörmətdən salınmışdı,

çünki onlar özlərini Mirzə Şəfidən daha çox irəlidə

hesab edirdilər, çünki burada fikir rəqabətə daha yaxın

idi. Mən bir dəfə Gəncəli alimdən soruşdum ki, o öz

əsasları ilə onlarla dostluq münasibətlərində birləşə

bilərmi; həm sünnilərin, həm də şiələrin sektasında – o

mənə belə cavab verdi:

«Cəfəngiyyat danışırsan, ey tələbə! Kilsənin

sektalarının və bölünməsinin mənə nə dəxli var? Hər

qoyun sürüsünün öz çobanı, hər icmanın öz möcüzəsi

olmalıdır; hər kəs öz işini bacardığı qədər görür, çünki

yaşamaq istəyir. Müdriklər ən çox dəlilərə tərəf

yönəlməli, nəinki dəlilər müdriklərə doğru, çünki

dəlilər çoxdur, müdriklər az. Tacir öz malını tərifləyir

Page 175: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

175

və insanlar bundan öz tələbatına görə alanı alırlar; mala

cənnətin sularla dolu bağlarını tərifləyir, insanlar isə

buna öz tələbatına görə inanırlar». «Əgər tacir öz

mallarını pisləsəydi, o, dilənçiyə çevrilər və bütün

alıcılarını itirərdi. Müştərilər isə çılpaq gəzəsi deyillər,

ona görə başqa tacirin mallarını alacaqlar».

Əgər molla desəydi ki, mənim öyrətdiklərim

səhvdir, onda dəlilər onu daşlayar və onun yerinə

başqasını qoyardılar. Yalnız sonra həqiqət insanlar

arasında yolunu tapır; yalnız sonra və sonra toxum

buğdası cücərir və məhsul verir».

«Ancaq heç vaxt işığı söndürmək lazım deyil,

çünki günəş gecə işıq saçmır. Vicdan susmamalıdır,

çünki o vicdansızlığın bahasına yaşayır. Sədi necə

demişdi; «gözəl səma işığından şikayət etmək

lazımdırmı? Çünki yarasalar günəş işığına

dözmürlər!».

Mirzə Şəfi bizim Ömər əfəndinin yanında

olmadığımızın ilk aylarında yazırdı: “İndi Tiflisdə

Qərbin bir alimi müdriklik dərsi alır, sonra isə o Ömər

əfəndinin müdrikliyinin kəlamlarını tədqiq etmək üçün

onu ziyarət edəcəkdir. Mənim burada olmağım

Adigion aliminə çoxdan məlum idi, lakin bir –birimizi

uzaqdan görmüşdük, ancaq belə bir sözünü eşitmişdim

ki, guya Qərbin alimləri burada yaradıcılıq etmək üçün

gəliblər.

Mən Axalsixdə olanda eşitmişdim ki, Ömər

əfəndi bir neçə həftədir ki, şəhəri tərk edib

Adigiondakı yay evinə köçmüşdür.

Page 176: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

176

Mən Paşalıqda gəzərkən ona xəbər göndərdim ki,

tezliklə görüşək. Ondan belə bir cavab gəldi ki, onun

evinin astanasına mənim ayaqlarım dəydikdə, xoşbəxt

olacaq.

Adigionın çirkli döngələrindən keçərək, saysız-

hesabsız itlərin hürməsinə baxmayaraq, qaranlıq

qarışanda biz sağ-salamat Ömər əfəndinin evinə çatdıq.

Evin damı və balkonu adamlarla dolu idi, xanəndələr

öz mahnıları ilə bizi salamladılar, gecənin qaranlığına

baxmayaraq biz balkonda oturduq, bizə

arasıkəsilmədən meyvələr, müxtəlif cürə südlü

xörəklər və s. gətirirdilər.

Ertəsi gün mənimlə gələn zabit yoluna davam

etdi, Yusif və qohumları Axalsixə geri qayıtdı, mən

Georgi ilə Ömər əfəndinin yanında yalnız qaldım.

Onun oxuduğu nəğmələr əsasən, şərabın

şöhrətindən bəhs edirdi. Mən isə Mirzə Şəfidən

öyrəndiyim bütün mahnıları və kəlamları söyləməli

idim. Adigion alimi buna qarşı öz nəğmələrindən

oxudu. Mən bunların içində çoxlu cəsarət və öz

hisslərimi aşkar etdim, ancaq Mirzə Şəfi nəğmələrində

olan orijinallıq və yenilik onda yox idi.

Biz birgə Mirzə Şəfiyə məktublar yazdıq; mən

ziyarətin sevincini və ondan ayrıldıqdan sonra

xatirələrimi onunla bölüşmək istəyirdim.

Biz Ömər əfəndi ilə qarşılıqlı olaraq bir-birimizin

xəttini təriflədik, çünki gözəl xətlə yazıya Şərqdə çox

böyük dəyər verilir və bu müdrikliyin, alimliyin əsas

tərkibi hesab edilir. Ona görə də bir yazı alimi o

birindən sübut üçün onun yazı məharətini göstərməyi

Page 177: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

177

tələb edir, əgər o sınaqdan pis çıxarsa onda onu ələ

salırlar.

«Sən yaxşı edirsən ki, öz müəllimini tərifləyirsən,

ancaq alimlik tamam başqa şeylə qiymətləndirilir.

Daşların içində ağac əkmək olmaz, dəlinin başı ilə alim

olmaq olmaz».

Onun bu sözlərinə mən Bibliyadan bir sitat

gətirdim: «Kimə nə isə verilibsə, ona həmişə verilir,

kimdəsə yoxdursa, onun alanı əlindən «alınır».

O başını razılıqla tərpətdi, mən sözümə davam

etdim: «Məhsuldar torpaqda ala kolu da yaxşı inkişaf

edir. Ancaq meyvə alaq otundan çox olarsa, bu böyük

qulluqun və mübarizənin nəticəsidir. Eynilə belə

xüsusiyyət insanlarda da olur. Təmizlik nə deməkdir?

Natəmizliyə qarşı mübarizə; yaxşılıq nə deməkdir?

Pisliyə qarşı mübarizə deməli hər şey yaxşı şeyin pis

tərəfi də var və mübarizə nə qədər davamlı olarsa,

insanın dəyəri də o qədər böyük olar, çünki bu

mübarizədə onun qüvvəsi azalmır, əksinə

möhkəmlənir».

Ömər əfəndi bir müddət susdu və fikrə getdi,

sonra üzünü mənə tərəf çevirib dedi: «Mən bilmək

istərdim, bizim ikimizdən kim daha müdrikdir?».

Onun bu sualına mən gülməkdən özümü zorla

saxladım və cavab verdim: «Bu nə sualdır? Bir toz

dənəsi qiymətli qaşların yanında nədir? Səninlə

müqayisədə mən nəyəm?».

Mənim cavabıma o gülümsədi, ancaq kimin daha

müdrik olmağını aydınlaşdırmağı təkid etdi. Bunun

üçün o iki eyni kağız parçası gətirdi və dedi: «götür

Page 178: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

178

yaz, sən öz dilində, mən də öz dilimdə». Tezliklə yazıb

qurtardım, ancaq o hələ vərəqinin yarısında idi. «Sən

yazıb qurtardın?» - deyə Ömər əfəndi soruşdu. «Bəli,

qurtardım». O alıb mənim şeirimi oxudu. Mənim onun

qonaqpərvərliyini tərifləməyim xoşuna gəldi. Ən

nəhayət, o müdriklik mübarizəsinə belə qiymət verdi:

«Sən öz qəlbində, mən də öz qəbiləmdə müdrikəm!».

O mənim əlimi möhkəm sıxdı və evə getdi. Bir azdan

geri qayıtdı, onun əlində bir kitab var idi: «Bunu sənə

məndən yadigar verirəm, çünki sənə ən layiqli bunu

bildim. Burada mənim, atamın və babamın şeirləri var.

Onu götür və müdriklik mübarizəsinin mükafatı kimi

özündə saxla!».

ON İKİNCİ FƏSİL:

Tiflis yayın sonunda

Müdriklik məktəbinə qayıdış

Avqust ayının ortaları idi, ancaq Tiflisdə

dözülməz isti var idi. Mən Mirzə Şəfinin yanına

qayıtdım. Havaların isti olmasına baxmayaraq, o

müdriklik məktəbini yenidən açdı.

Diqqətli oxucu xatırlayırsa, mən Ermənistandan

qayıdanda Mirzə Şəfi mənə özünün nəğmələr

toplusunu «Müdrikliyin açarı» bağışladı. Toplu Mirzə

Şəfinin ön sözü ilə başlayır və kağız üzərinə

köçürülmüş şeirləri ilə davam edirdi.

Bu Gəncə aliminin mahnı bayramlarında və

yarışlarında oxuduğu nəğmələr gürcülərin və tatarların

dilindən düşmürdü. Onun bir çox nəğmələri özünü tərif

ilə başlayır və qurtarırdı. Mirzə Şəfinin bir çox

Page 179: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

179

şeirlərinin formasını və məzmununu dəyişmədən

tərcümə edərək oxucularıma təqdim edirəm.

ON ÜÇÜNCÜ FƏSİL:

Mirzə Şəfi tənqidçi kimi

Həm məşq, həm də Gəncə aliminin Qərbin

müğənniləri qarşısında şöhrətini artırmaq üçün

nəğmələri alman və ingilis dilindən tatar dilinə tərcümə

etməyə dəfələrlə cəhd etdim. Bu cəhdlər mənim üçün

çox vacib idi. Mən burada dilin üstünlüklərinin

özümdə necə böyüdüyünü yaxşı görürəm.

Mirzə Şəfi çox gözəl tələffüzə, səs ahənginə və

forma bitkinliyinə malikdir. Mən onun bir çox

şeirlərində, həm mənalı, həm də məzmunlu

olmayanlarda, orijinalın dil gözəlliyini nəzərə

çarpdırdım. Tərcümə olunmuş şeirlərdə onun şəkil və

fikirlər haqqında qeydləri məni təkcə düşündürmək

deyil, həm də bir əyani vasitə kimi şərq aləminin

hisslər aləminə nəzər salmağa da imkan verirdi.

Alman lirikasında çox böyük rol oynayan hədsiz-

hesabsız sentimentallıq çox vaxt bizim nəslin

cırlaşmasına, məhvinə və zəifləməsinə gətirib çıxardığı

halda, bu, Şərq şairlərinə tamamilə yad və anlaşılmaz

bir şeydir. Bunlar həmişə real, anlaşılan məqsədlərə

can atırlar. Bu məqsədə çatmaq üçün yeri və göyü

hərəkətə gətirirlər. Aypara onlar üçün qızıl nala çevrilir

və onlar bununla sevimli qəhrəmanlarının atını

nallayırlar. Ulduzlar onlar üçün qızıl mismara çevrilir

və onlar bununla səmanı mismarlayırlar ki, o yerə

düşməsin. Sərv və sidr ağaclarını balaca meşədə əkirlər

Page 180: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

180

ki, qamətli qızlar xatırlansın. Sevənlərin gözləri

günəşdir və bu bütün möminləri oda sitayiş etdirir.

Günəş özü parlayan liradır (musiqi aləti) və onun

şüaları qızıl simlərdir ki, bu da Şərqin sevimli

akkordlarını məhəbbətin qüdrəti üçün tütəkdə

səsləndirir…

İndi isə mənim müdriklik məktəbindəki

dəftərlərimdən birini əlimizə götürərək və Mirzə

Şəfinin Qərbin poeziyası haqqında qərarını misallarla

əyaniləşdirək. Heyne və Hötedən tərcümə etdiyim

kiçik şeirlər ona xüsusilə başqa cür çatdı. Şillerin

şeirlərinin gözəlliyini ona çatdırmaq lap çətin oldu.

Ancaq belə bir fikir söylədi ki, bu şeirlərdən hər birinin

özəyi var və bu dil baxımından çətinlik yaradır. Belə

çətinliklər üzə çıxanda Tiflis gimnaziyasında fars dili

müəllimi işləyən dostumuz erməni H.Budaqova

müraciət etmək olar. Budaqov həm alman, ingilis və

fransız dilini çox yaxşı bilir və nəğmələri bu dillərdən

şərq dillərinə tərcümə etmək ona böyük sevinc gətirir.

Belə çalışmalardan aydın oldu ki, nə qədər zəngin

ruhlu insanlar xarici poeziyadan həzz almaqdan

məhrumdurlar.

Belə ki, biz bir gün Heynenin ulduzlar haqqında

şeirini tərcümə etmək istədik. Budaqov şeirdəki

istehzanı büs-bütün başa düşdü, ancaq biz bütün

qüvvəmizlə çalışsaq da, Mirzə Şəfiyə anlada bilmədik,

çünki nə tatar dilində, nə də fars dilində «Filoloq»

sözünün ifadəsini tapa bilmədik. Biz bu sözü «Dilbilir»

kimi tərcümə etdik. Axı Mirzə Şəfi özü Dilbilir idi və

Page 181: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

181

bu Gəncə alimi bununla başqa dildə olan ulduzların

dilini necə başa düşsün.

Tomas Moorun və Lord Bayronun bəzi

nəğmələrini o yaxşı başa düşdü və bu onu çox

sevindirdi. T.Volfenin bir gözəl şeiri ona çox böyük

təsir göstərdi.

ON BEŞİNCİ FƏSİL:

Tiflisdə tatar mənzili

Tatar və fars yazı alimlərinin görüşlərində və

baxışlarında tanınan Mirzə Şəfi, Tiflisin «yaxşı

cəmiyyət» adlanan cəmiyyətinə məlum deyildi. Bu

«Yaxşı cəmiyyət» əsasən hərbiçilərdən, yüksək vəzifəli

şəxslərdən və kiçik bir qrup alman, fransız və ispan

adlarından ibarət idi. Buraya saysız-hesabsız gürcü

şahzadələri və knyazları da baş çəkirdilər.

Böyük ziyafətlərdə, ballarda və buna bənzər

bayramlarda çox güclü Asiya elementi özünü biruzə

verirdi. Burada, əsasən, dəbdəbəli paltarlarda və

qiymətli qaşlarla bəzədilmiş silahlarla qırğız,

türkəmən, kabardin, abxaz, guriyalı, xanlar, sultanlar

və müxtəlif tatar və çərkəz mənşəli knyazları görmək

olardı.

Mən müqəddəs David dağının ayağında

yaşayırdım. Çox bərk istilər və quraqlıq olanda burada

belə adət var idi ki, yazıq gürcü qadınları qapılara

düşərək sədəqə toplayır və sonra bunu Allahı sevənlərə

verərək xahiş edirlər ki, o öz mərhəmətini əsirgəməsin

və yerə yağış göndərsin. Bu məqsədlə onlar ziyarətə

Page 182: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

182

gedirlər və əllərində xaçlar, müqəddəslərin şəkilləri və

s. ilə açıq havada əkinlər üçün xeyir-dua verərək

qurbanlar da göndərirlər. Sədəqə toplanması təntənəsi

hər gün davam təkrarlanır, o vaxta qədər səma bu

duaları eşidir və Yerə yağış göndərir.

Mən Mirzə Şəfini tapıb, ondan axşam keçiriləcək

dəsrləri başqa günə keçirməyi xahiş etmək istəyirdim.

Biz onun mənzilinə daxil olanda o, ayaqlarının

üstü örtülmüş halda divanda uzanmış və qəlyan

çəkirdi. Bizi görən kimi o ayağa qalxdı və «Xoş

gəldiniz!» dedi.

Biz otaqda gənc bir oğlanı da gördük və onun

kimliyini soruşduq. Mirzə Şəfi dedi: «Kasıb bir

qohumudur. Atasının ölümündən sonra mən onu bu

evə gətirmişəm və ona müdriklik dərsi öyrədirəm.

Ancaq o dindarlığa daha çox meyl edir və müctəhid

olmaq istəyir».

Mirzə Şəfinin bu söhbəti zamanı gənc əlində

şərab badələri ilə içəri daxil oldu. Mirzə Şəfi badəni

onun əlindən alıb dedi: «Get öz dəftərini gətir, bu həftə

nə yazdıqlarını oxuyaq».

Gənc öz dəftərini gətirdi və oradakı başlıqları

oxuduq:

«Rusların Yerevana gəlişinin tərif şeri» və o birisi

isə «Qarabağ tatarlarının böyük rus padişahına, Yerin

böyük hökmranına duası».

Birinci dəftər tatar dilində, ikinci dəftər isə ərəb

dilində, fars şeirləri ilə qarışıq halda yazılmışdı.

«Ey mənim müdrik müəllimim, mən Sizin

kitabxananıza çox böyük maraqla baxmaq istərdim!

Page 183: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

183

Yəqin səndə mömin tərif nəğmələrindən və dualardan

fərqli olaraq başqa kitablar var».

«Əslində – dedi o, - mən kitablarımı hər kəsə

göstərmirəm». Sonra o, mənə kiçik, ancaq çox qiymətli

və onun ədəbi yaradıcılığının zənginliyini açıqlayan

poetik və fəlsəfi məzmunlu ərəb və fars dilində olan

əlyazmalarını göstərdi. Mən sualımı səsləndirə də

bilmədim: Ey müdrik insan bu necə mümkündür ki,

sən hər gün şərq poeziyasının ən gözəl güllərini

ətrafına səpirsən, sanki yazın güllərinin ən gözəl yeri

kimi və mənbə az olan yerdə sən necə yarada

bilirsən?». «Mənbənin həcmi məhduddur, ancaq

məzmunu böyükdür. Ən yaxşı şairlərin yazdıqları

yaxşı şeyləri mən əzbər bilirəm və nəyisə unutsam, onu

yenidən öyrənirəm. Pis şairlərdən mən heç nə

oxumuram, onların əsərləri nəyimə lazımdır? Mən nə

qədər çox zəngin elmli olsam, bir o qədər kasıb

kitablarım olacaq. Nə qədər çox yoxlayıramsa, o qədər

çox lazımsız, artıq şeylər tapıram. Ən yaxşısı odur ki,

yaxşı kitabı yüz dəfə oxuyasan, nəinki pis kitabı bir

dəfə. Nə qədər çox kitab varsa, o qədər çox qarışıqlıq!

Mən başqasının şeirini oxuduqdan sonra heç vaxt yaxşı

şeir yaza bilmirəm, çünki o mənə mane olur. Mən

yalnız gözəl gözlərdən, sevimli əl və ayaqlardan, ətirli

çiçəklərdən, yaxşı çaxırdan və təmiz yaz havasından

məst olanda gözəl şeirlər yazıram. Bunlar hamısı

yaratmaq üçün bir mənbədir. (Bu sözləri deyəndə alim

bir qədər şərab içdi, birini də mən ona hədiyyə etdim,

onu içən kimi o sözünə davam etdi). Kiçik gül bağı

mənə daha çox ətir bəxş edir, nəinki böyük səhranın

Page 184: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

184

vahələri və ağır yüklənmiş karvanları. Qızın al

yanağından aldığım ilhamı bütün yad şairlər mənə verə

bilməzlər. Kiçik günahsız uşaq mənim üçün daha

hörmətli və mömündir, nəinki ən uzun moizə. Mənim

bir badə şərabdan aldığım ləzzəti, nə Sufinin, nə də

filosofların əsərləri mənə bəxş edə bilməz»… O özünə

təzə çubuq dolduranda mən saata baxdım:

«Biz getməliyik – dedim mən, - bizə mahnı

oxumamış, ayrılmayaq. Mən sənin gözəl səsinin ahəngi

ilə yola düşmək istərdim. Ancaq mənim üçün çox

maraqlıdır ki, sən qafiyə, şəkil və fikirləri belə tez necə

birləşdirirsən? Sənin mahnıların üçün sənə heç bir

hazırlıq lazım deyil?».

Bizim keçib getdiyimiz bağ yazın əlvan paltarını

geymişdi. Mirzə Şəfi əlini uzadaraq bir neçə koldan

güllər dərib gözəl dəsdə düzəltdi və onu mənə uzadıb

dedi: «Bir bax, bu güldəstəsi bir göz qırpımında

güzəldi, ancaq bunun üçün güllər bir anda bitmədilər.

Bax, mənim nəğmələrim də belədir!».

ON ALTINCI FƏSİL:

Mirzə Şəfinin kitab çapına olan şəxsi

fikirləri və hüsnxət yazısına olan göstərişləri O vaxtlar Tiflisdə mənə məşhur daniya şərqşünası

Vesterqaarth baş çəkdi, o uzun illər idi Hindistanda idi,

indi isə vətənə dönərkən İrandan yolunu salaraq

buradakı mixi yazıların surətini götürmək istəyirdi.

Şərqin ədəbi xəzinəsi ilə zəngin yüklənmiş bu adam öz

yükünü yüngülləşdirmək üçün Kəlküttədə çap olunmuş

bir neçə fars kitabını mənə verdi və mən bunu Mirzə

Page 185: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

185

Şəfinin rəhbərliyi ilə öz toplantımızda oxudum. Mənim

müəllimimi kitabı nəzərdən keçirdikdən sonra, onu

kənara tullamasına mən heç də az təəccüblənmədim və

o məndən həmişəlik xahiş etdi ki, bir də belə

basmaklarla, yəni çaplarla məni narahat etməsin.

Mirzənin hirsi soyuyana qədər gözlədim və

bunun səbəbini soruşdum. O dedi ki, kitabların

məzmunu deyil, onların vəziyyəti onu əsəbiləşdirir;

«Kitab yazılmalıdır, çap edilməli deyil», - o israr etdi.

«Ancaq nə üçün – dedim mən, - Mirzə Şəfi, sən

çap olunmaya nifrət edirsən? Sənin xəttinin gözəlliyini

itir və hər halda bu şairlərin və alimlərin əsərlərinin

daha tez, külli halda və daima yayılmasına kömək edir,

xalqın xeyrinə və öz şöhrətinin artmasına xidmət edir».

Mirzə Şəfi çubuğunu üfürdü, başım yırğaladı və

cavab vermədi. Mənim ona kitab çapı incəsənətini

əyani göstərmək cəhdlərim əbəs idi. Yalnız bir şüşə

şərab içdikdən sonra bu fikirlərini əsaslandırmağa

başladı. Elə görünürdü ki, sanki o əvvəllər heç vaxt bu

haqda əsaslı düşünməyib və öz etirazları və səbəbləri

ilə bunu dərk etməyə hazır deyil.

Yazılmış kitabdan çap olunmuş kitabın daha tez

və ümumi yayılmasını əlbəttə o, inkar edə bilməzdi,

lakin onun gətirəcəyi hər hansı yüksək faydaya da

əmin deyildi. O mənə bir çox zəngin, adamların öz var-

dövlətlərini kitablara və müdriklik xəzinəsinə deyil,

tamam başqa məqsədlərə israf etdiklərini misal gətirdi,

atalar sözündə deyildiyi kimi; müdriklər xəzinənin

dəyərini qiymətləndirirlər, ancaq varlılar müdrikliyin

dəyərini yox.

Page 186: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

186

Bir kasıb alim öz biliklərini çoxaltmaq üçün

başqalarının kitablarını ya üzündən köçürür, ya da öz

sifətinin təri ilə əldə edir və bundan böyük imkanlı

fayda əldə edir.

Məgər kitab nəşri incəsənəti bir çox əvvəl

yaşamış alimləri üzə çıxardıb? Çap olunmuş kitabların

bazara gətirilməsi İran və qonşu ölkələrin tənəzzülə

getməsi deyilmi? Firdovsi, Sədi və Hafizin kitab çapı

ilə insanların beyninə və qəlbinə yol tapmağa

ehtiyacları var idi?

Bütün bu etirazlarını Mirzə Şəfi saatlarla etiraf

etdi, lakin kitab çapına olan nifrətinin əsas səbəblərini

axırda açıqladı. Yalnız ifadədolu xətlə şair öz fikrini

oxucuya aydın çatdıra bilər. Daha yaxşı olar ki, şair

nəğmələrini heç yazmasın, onu xalqla özü oxuyaraq

çatdırsın və bu onu bütün anlaşıqsızlıqlardan qoruyar.

Mirzə Şəfi öz nəğməsi ilə dərsi sona çatdırdı,

ancaq mən bu fəsli bununla bitirmək istəməzdim və

onu qeyd etmək istərdim ki, bütün vəziyyətlərdə bu

mədəni-tarixi diqqətəlayiqlik əldə etmişdir.

Baxmayaraq ki, kitab nəşri incəsənətindən 400 il

keçmişdir, bu günə qədər o nə İranda, nə də Türkiyədə

özünə giriş yolu tapmamışdır. Ondan yalnız bəzi dövlət

işi məqsədlərində, yaxud bəzi alimlərin öz şöhrətini

artırmaq üçün bir neçə az oxunulan qəzetlərdə istifadə

edilirdi. Belə izahat vermək olar ki, məsələn, Parisdə,

Vyanada, Leypsiqdə və qitənin digər ədəbi mərkəzi

yerlərində fars kitabları daha çox nəşr edilirdi, nəinki

İranın özündə.

Page 187: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

187

ON SƏKKİZİNCİ FƏSİL:

Gəncə aliminin ikinci və sonuncu məhəbbəti

Mirzə Şəfi nəğmələrinin yekunu

Məhəbbət həmişə ilğım olur

Mənim müdrik müəllimimin əhvali ruhiyyəsi

yaxşı olanda söhbət əsnasında onun nəğməsindəki

Hafizə haqqında soruşanda o, söhbətdən uzaqlaşırdı.

Bir təsadüf olmasaydı, mən bu tapmacanın açarını

uzun müddət tapa bilməyəcəkdim.

Bir gün mən gəzintidən adətən olduğundan gec

qayıdanda Mirzə Şəfinin müdriklik divanında məni

gözlədiyimi gördüm. Vaxt keçsin deyə o qələmdanı

əlinə götürüb stolun üstündəki bir parça kağıza şeirlər

yazırdı. Mən özümü görməməzliyə vurub açıq qalmış

yan otağa paltarımı dəyişmək üçün keçəndə o, Hafizin

bir nəğməsini oxudu.

«Ey gözəl, qoy küləklər sənin ətrini

Hafizin qəbri üstünə gətirsin!

Onun sakit məzarından

Minlərlə gözəl güllər göyərsin!»

- Bu gün nədən başlayacağıq, ay Mirzə Şəfi- deyə

mən soruşdum və onunla birlikdə şərab içdim. O

barmağı ilə çubuğuna vurdu və cavab verdi:

- Kağız və qələm götür, mən sənə bu gün

Füzulinin qəzəllərindən oxuyacam.

O oxudu və mən yazdım:

Sənin yanına gəlmək üçün mənim həyatım,

mən həyatımı verdim,

Mərhəmətli ol, çünki yalnız səninlə

mən həyata gəldim!

Page 188: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

188

Bir damla su kimi okeana axmışam,

Yazıq Füzuli, mən sənin yanına gəlirəm

şirin həyat kimi!»

- Qəzəlin mənası mənim xoşuma gəldi, - dedim, -

mən, ancaq son sətir də Füzulinin adının yerinə səninki

olsaydı, daha yaxşı olardı.

- Sən mənim nəğmələrimə qulaq asmaq

istəyirsən? Mən sənin üçün oxuyuram.

«Sənin nəğmələrini mən həmişə həvəslə

dinləyirəm, ancaq mənim sözlərimin başqa mənası var.

Mən deyirəm ki, bu sözlərin mənası sənə çox uyğun

gəlir».

Mirzə Şəfi heyrətlə mənə baxdı. «Ey ulamə, sən

mənə hirslənmə!- dedim mən, - çünki mən maraqdan

sənin şerlərinə baxdım. Məni buna vadar edən sənə

qarşı səmimiliyim və dostluğumdur. Mən bilirəm ki,

sən vurulmusan, sən özün bunu mənə demisən. Atalar

dediyi kimi, «Müşk ilə məhəbbət gizlədilə bilməz».

Sən özün mənə dedin ki, bu məhəbbət adi

məhəbbətlərdən deyil. Sevənlərin təbiətinə görə onlar

çox şən və fərəhli olurlar. Ancaq sən isə qəmginsən,

Mirzə Şəfi, bu məni çox narahat edir. Mən sənin

dərdinin səbəbini bilmək istərdim və bəlkə, sənə

kömək edə bilərəm».

Mirzə Şəfi bir anlıq fikrə getdi, sonra çubuğundan

dərin bir qullab çəkib tüstülərə qərq oldu, yenə bir neçə

badə şərabı içəri ötürüb dedi: «Al bu kağızı da oxu və

əgər dinləmək istəyirsənsə, mən ürəyimdəkiləri sənə

söyləyərəm».

Page 189: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

189

Mən kağızı alıb tələsik oxudum. Orada Hafizəyə

həsr edilmiş nəğmələri gördüm.

«Bilirsən – deyə Mirzə şəfi öz hekayəsinə

başladı- Hafizənin atası əvvəldən mənə ciddi bir izahat

verdi, o mənim məhəbbətim haqqında heç eşitmək də

istəmədi və mənim nə vaxt ailə saxlamaq imkanım

olduğu halda bu barədə danışa biləcəyimi dedi».

«Mən sənə neçə dəfə demişəm, – deyə mən

alimin sözünü kəsdim, – əgər sən mənim məsləhətimə

qulaq asıb gimnaziyada tatar dili müəllimi işinə

keçsəydin, sən məqsədinə tez çatardın».

«Əgər belə olsaydı, hər şey yaxşı olardı. Ancaq

hələ heç nə alınmır!».

«Bu sənin öz günahındır. Mən bir neçə gün

bundan qabaq direktor Kulşinski ilə danışdım və onun

ağzından eşitdim ki, əgər sən istəsən, bütün çətinliklər

aradan qalxar».

«Məgər mən nə bacarıramsa etmədim? Xahişli

yazıları səninlə göndərmədim? İndi isə xalçanın

üstündə oturub bütün günü cavab gözləyirəm».

«Bəs sənə müəyyən cavab gəlmədi?».

«Cavablar kifayət qədərdi. Ancaq heç biri ürək

açan deyil. Nəhayət mənə böyük bir məktub gəldi və

mən bunu təyin olunmağımın təsdiqi zənn etdim və tez

vasitəçinin yanına gedib evlənmə işinə başlamasını

dedim. Bu yazı Hafizənin atasına göstərmək üçün ən

yaxşı zəmanət idi. Ancaq iki gündən sonra o mənim

yanıma gəlib acı sözlərlə məni təhqir etdi»:

«Bu nə demək idi?».

Page 190: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

190

«Rus dilini az bilən Hafizənin atası sonrakı

danışıqlardan qabaq bu yazını müftinin yanına aparır

və bu kağızın ancaq mülk vəziyyəti haqqında olan

fetva, yəni rəydən ibarət olduğunu öyrənir və cavab isə

rədd cavabı olur».

«Hafizənin atası – deyə Mirzə Şəfi davam etdi –

rus dilindən edilmiş tərcüməni təəccüblə mənə verdi.

Direktor Kulşinski gələn cümə axşamı, nahardan sonra

saat 5-də mənim gimnaziyaya gəlməyimi və tatar

dilindən imtahan verməyimi tələb edirdi». Bu anda

Gəncə alimi bir az dayandı və atəşini söndürmək üçün

stəkanı başına çəkdi. Söylədiyi əhvalat onun

xatirələrini sanki bir daha canlandırdı. Xüsusilə onun

gedib gimnaziyada imtahan verməsi tələbi qəlbini çox

ağrıtdı. Şərqin birinci alimi, öz soy-kökünün fəxri,

gözəllik xəzinəsinin hökmdarı, şeir aləminin mirvarisi

Mirzə Şəfi öz doğma dilindən imtahan verməli idi!

Mən onun hirsdən sifətinin necə qızardığını

gördüm. Mən onun yaralarına məlhəm çəkmək üçün

dedim: «Heç günəşdən soruşurlarmı ki, o işıq saçır və

ya gizli gül ətir saçır? Yaxud Mirzə Şəfi kimi müdrik

insanın elmini yoxlamaq düzdürmü?».

«Sən mənə Hafizə haqqında nəğmə oxu, onda

əhvali-ruhiyyən yaxşılaşar. Hekayənin ardını bir badə

şərabdan sonra söyləyərsən».

Mənim bu sözlərim ona xoş təsir etdi. O,

mənimlə «Allahverdi» şərabından içdi və sonra

oxumağa başladı. Mən onun şerini təriflədim. Mənim

məsləhətimin ona yaxşı təsirindən sevinərək dedim: -

Görürsən Mirzə Şəfi, sən nə xoşbəxt adamsan! Sənin

Page 191: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

191

məhəbbətinə olan fikrin səni fərəhləndirir. Məgər

Nəşhəbi öz nəğməsində haqlı oxumurmu ki, məhəbbət

yer üzündə ən gözəl şeydir, burada bəy də, dərviş də

eynidir?-

«Ancaq Nəşhəbi həm də demişdir – dedi Mirzə

Şəfi – pulsuz insan hörmətsiz, nüfuzsuzdur, pulsuz ev

səhradır? Mən məhəbbətimi səhra evə gətirməliyəm.

Əvvəllər bu haqda heç fikirləşmirdim, indi isə bu fikir

məni qəmgin edir».

«Şikayətini kənara at- dedim mən – ay Mirzə

Şəfi! Hər şey yaxşılığa doğru gedəcək. Bu kiçik səfeh

rus kağızlarına fikir vermə. Sən öz azadlığını Hafizəyə

olan məhəbbətinə qurban verirsənsə, onda sözünə

sadiq qalmalısan! Mən elə bir əsaslı səbəb görmürəm

ki, sən nə üçün gimnaziyada yer ala bilməyəsən…».

«Ancaq imtahan!».

«Bu çox pisdir ki, onlar sənin elminə şübhə

edirlər. Moskvada belə qanun var ki, dövlət qulluğuna

girən hər müəllim imtahan verməlidir, çünki burada

səfehlər daha çoxdur, nəinki müdriklər! Bu qanun

qüvvədədir, ancaq sənin kimilərinə müstəsnalıq

etməlidirlər».

«Onlar müstəsnalığı ancaq elələrinə edirlər ki,

yalan və riyakarlıqla dolu əsərlər yazsınlar, məsələn

Mirzə Abul Qasım, Qarabağlı Hadi. Ancaq ilanlar hər

yerdə sürünürlər!».

Mən müxtəlif cür suallarla bu alimin hekayəsinin

sonunu öyrənmək istədim.

«Mən bilmək istərdim- başladım sözə – sən necə

oldu ki, Hafizəni gördün, onu sevdin və seçdin».

Page 192: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

192

«Bu çox sadə baş verdi. Sən özün mənim

mənzilimə gedib gəlmisən, küçələrə, səkilərə yaxşı

bələdsən. Ay işığında evlərin damında görünən qızlar

söhbətlərə, nəğmələrə qulaq asırdılar. Bu küçələr mənə

gənclik məhəbbətini xatırladırdı, Züleyxanın gözəl

siması gözlərim önündə canlanırdı. Ertəsi gün evə

gedərkən bir evin damında Züleyxaya bənzər gözəl

qamətli bir qız gördüm. O mənə tərəf baxırdı. Mən

onun gözəlliyindən sehrlənib yerimdə dondum. Qız

bunu hiss edən kimi gözdən itdi. Başımda və ürəyimdə

bir ağırlıqla evə çatıb yatağa uzandım. Bütün gecə

rahatlıq tapa bilmədim. Gözümə yuxu gedən kimi

Züleyxanı yuxuda görürdüm. Ancaq tezliklə onun

surəti döngədəki evin damındakı gözəl qızla əvəz

olunurdu. Ertəsi gün evə qayıdanda yenə həminki kimi

etdim və o gecə daha narahat yatdım. Səhəri gün mən

öz-özümə dedim: “Mirzə Şəfi, sən öz qəlbini örtüklə

bürüyüb gizlətmək istəyirsən? Axı sən vurulmusan!

Hardasa yanan bir evi söndürməyə tələssən, sən özün

alovlara qərq olarsan. Ürəklə bu tam əksinədir. Onu

söndürməyə su lazım deyil. Əgər ürək alovlanırsa, onu

müalicə etmək lazımdır. Çox günlər keçdi. Dördüncü

günün sonunda mən evin damında gözəl qızı

görməyimə çox xoşbəxt oldum. Mən evlə üzbəüz elə

dayandım ki, o gözəl simanı tam görüm. Xoşbəxtliyin

bir anı əbədiyyətə, əbədiyyət isə bir ana çevrilir. Mən

bilmədim ki, nə qədər vaxt dayanıb o gözəli seyr

etdim. O sanki yuxu xəyalı kimi qarşımda durdu və

sonra yox oldu. Qısa bir vaxtdan sonar - deyə Mirzə

Şəfi davam etdi - mən ona nəğmə oxumaq üçün

Page 193: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

193

əlverişli fürsət tapdım. Mahnı yarıya çatanda o biri

evlərin damlarında çoxlu qadınlar göründü. Mənim

gözəlim qorxmuş halda mənə getməyə işarə verdi. Mən

buna əməl etdim, ancaq getməmişdən onun ayaqlarına

gül atdım.

Ertəsi gün axşam mən yenə onu həmin saatda

orada gördüm. O üzü örtülmüş halda damda

dayanmışdı. Mən yavaşca evin yanından keçəndə,

birdən yaşlı bir qadın mənə yaxınlaşıb dedi: «Mirzə

Şəfi, məni uzaqdan izlə!». O mənim adımı bilirdi,

əlbəttə, bu mənim gözəlimin elçisi idi. Mən onu sakitcə

izlədim. Bir azdan kiçik və yalnız bir komanın yanına

çatdıq. O içəri keçdi və mənə də əl edib çağırdı. İçəridə

on-on iki yaşlı qızlar oturub əl işləri görürdülər. Qadın

onları bayıra təmiz hava almağa göndərdi. Mən bu

qoca qadınla tək qaldım.

«Mirzə Şəfi, - deyə o sözə başladı- əgər mən sənə

yaxşı xəbər versəm, sən mənə nə verərsən? Sənin

taleyin mənim sözümdən asılıdır.“Mən nəyim varsa,

ona verdim və başqa şeylər edəcəyimə vəd verdim. O

mənə bu gənc xanımın (onun adı Hafizə idi) salamını

və diqqətini çatdırdı. Bir də onu dedi ki, Hafizənin

atası qoca pulgir bir tacirdir, bir çox elçiləri rədd

etmişdir. Çünki o çox böyük kəbin (başlıq) pulu

istəyirdi.

Sonrakı dəfə görüşəndə mən qoca qadınla bir

plan qurdum. Bizim planımıza görə mən qadın paltarı

geyinib və lazımı şeyləri götürməliydim. Ertəsi gün

axşam mən paltarımı dəyişmiş halda Hafizənin evinin

qarşısında iki dəfə vurulmuş kişilərdən danışdım…».

Page 194: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

194

«Bəs sənin saqqalın səni ələ vermirdi?».

«Mən türk qadınları kimi üzümü yaylıqla tamam

örtmüşdüm, yalnız gözlərim görünürdü. Yaylığın

üstündən örpək və bütün bədənimi isə ağ çadra ilə

örtmüşdüm. Bu yolla mən hər axşam Hafizə ilə rahat

söhbət elə bilirdim. Mənim mahnılarım və görüşlərim

onun mənə olan məhəbbətini artırırdı və biz birlikdə

unudulmaz vaxtlar keçirirdik, o vaxta qədər ki,

Hafizənin anası bizim sirrimizi öyrəndi. O mənim

Hafizə ilə söhbət edərkən səs ahəngimdən

şübhələnərək aşkar etdi. Qorxmuş Hafizə heç nəyi

inkar edə bilmədi. Qızının göz yaşları, mənə olan

qızğın məhəbbəti və ən nəhayət, mənim şeirlərim onun

ana ürəyini tərpətdi. Mənim şerlərimi oxuduqdan sonra

onun nifrəti dostluğa çevrildi. İndi mən bir elçi tapıb,

onun atasının yanına göndərməli idim. Qocanın nə

mənim fikirlərimə və şeirlərimə heç marağı da yox idi.

Toy isə mən kəbin (başlıq) pulunu verəndən sonra baş

tutacaqdı».

Bu qədər Mirzə Şəfi. Mən qısa müddətdə Tiflisi

tərk etməli oldum. Mən bu Gəncə aliminə arzularının

həyata keçməsini dilədim.

Konstantinopolda mən ondan qısa bir məktub

aldım. O yazırdı ki, gimnaziyada deyil, bir qarnizon

məktəbində yaxşı bir iş almışdır, başqa mənbələrdən

öyrəndim ki, o, öz borcunu böyük vicdanla yerinə

yetirir. Bir az bundan sonra mən başqa məktub aldım

və Mirzə Şəfinin öz xoşbəxtliyinə çatmağına az

qalmışdı. Hafizənin atası öd kisəsinin qızdırmasından

vəfat etmişdi. Anasının isə onların birləşməsinə heç bir

Page 195: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

195

etirazı yox idi. Ancaq onun atasının yazdığı adi

vəsiyyətnamə vaxtın bir qədər də uzanmasını tələb

edirdi. Bu arada alim öz çalışqanlığı və qənaətcilliyi ilə

xeyli pul toplaya bildi. Bu pula o nişanlısına hədiyyə

və toy xərclərini hazırladı.

Mən mehriban oxucularıma bu hekayənin

sonunun yaxınlaşdığını və toyun özü haqqında aldığım

məlumatlardan qısaca şərh verirəm:

Matəm vaxtından səkkiz gün sonra Mirzə Şəfi öz

qoca qohumunu Hafizənin anasının yanına göndərdi və

nişan gününü müəyyənləşdirdi. Bu günü farslar şirini-

xuran, yəni şirniyyatların yeyilməsi adlandırırlar, çünki

nişanlı oğlan qızın evində nişana toplaşmış valideynləri

və qohumları şirin peçenye, qənd və mürəbbəyə qonaq

etməli idi. Qadınlar otağın ortasında kişilərdən aralı

otururlar və məcməyidə çoxlu şirniyyatlar stolun

üstünə qoyulur. Kişilər və qadınlar uzun müddət

ayaqlarının üstü örtülmüş halda oturur və elə

görünürlər ki, birinin o birinin mövcudluğundan xəbəri

yoxdur, xeyli sonra bir-birlərini salamlayır və birgə

musiqidən həzz alırlar. Belə yerlərdə ən çox işlənən

musiqi alətləri bunlardır; saz, çəngir, qaval və nağara;

bunların birlikdə səslənməsindən həqiqətən (avropalı

üçün) ürək-və qulaqyırtan səslər əmələ gəlir ki, bu da

farslar və tatarlar üçün ən əyləncəli bir konsertdir.

İnsanların zövqlərinin ilk təsir və vərdişləri o qədər

güclü olur ki, vətənlərindən uzaqlara və Peterburqa

köçmüş gənc asiyalılar öz vətənlərinə geri qayıdanda

öz rəqslərini qaval və nağara ilə dinləməkdən

doymurlar.

Page 196: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

196

Nişan günü qadınlar oğlan evinə toplaşırlar ki, qız

üçün alınmış hədiyyələri, yəni qızıl üzük, bahalı

parçalar, şal, ayaqqabı, sabun, xına, sürmə və s.

görsünlər. Oğlanın qohumlarından biri nişanlanan qızı

otağın ortasına gətirir, onun başına örpək salır və nişan

üzüyünü onun barmağına taxır. Bundan sonra

bayramsayağı təbriklər, salamlar çatdırılır və üç

gündən sonra qız evi eynilə oğlan gətirən

hədiyyələrdən onlara göndərir. Bunlar əsasən, əl ilə

işlənmiş naxışlardan, kostyum tikdirmək üçün alınmış

parçadan və hər cürə tualet əşyalarından ibarət olur.

Toy tədarükləri adətən böyük vaxt tələb edir,

nişanlılar öz toy paltarlarını hazırlayırlar, ən mühüm

akt isə nişanlı qızın evinə çox adamların gəlib-getməsi,

məsləhət verən qadın toplantısı olur. Bu arada isə

nişanlı oğlan demək olar ki, hər gün qız evinə

məhəbbət əlaməti olaraq hər hansı bir hədiyyə, yəni bir

səbət meyvə və ya kiçik bəzək şeyi, ya gül dəstəsi,

nəhayət, yağlı bir qoçun bud ya da bel hissəsini

göndərir, o bununla nişanlısının anasının yanında

hörmət qazanmaq istəyir.

Bu ölkənin adət-ənənəsinə görə bəylə gəlin

toydan qabaq bir-birilərini görməməlidirlər. Şərqdə

cinslər arasında cazibə qüvvəsi Qərbdə olduğundan

daha böyükdür; Şərqin qoca müdriki söylədiyi kimi,

Yer üzündə yalnız iki adam yaşayırdı, onlardan biri

qadın, digəri isə kişi idi. Qısa vaxtdan sonra onlar

qarşılaşırlar, elə bil ki, onları ölkələr və dənizlər

ayırırdı…

Page 197: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

197

Nəhayət, toy günü təyin edilir, bəy gəlinin

evindəki qonaqlara ziyafət verir.

Toy sazişində yalnız dəvət edilmiş qohumlar və

tanışlar iştirak edirlər. Bu formal hüquqi bir

müqavilədir, burada əgər ər arvadın heç bir günahı

olmadan ondan ayrılırsa, onda müəyyən məbləği

ödəməlidir. Gəlindən nigah müqaviləsinin şərtləri ilə

razı olduğunu üç dəfə xəbər alırlar. Üçüncü sualdan

sonra o öz cavabını verir və bunu mollaya deyirlər,

bundan sonra isə molla təsdiq etmə möhrünü kağızın

üstünə basır. Bir çox ailələrdə mollanı Quranın bəzi

yerlərini oxumaq üçün dəvət edirlər, bu isə köhnə

adətlər və mərasimlərlə bağlıdır.

Nigah müqaviləsi bağlandıqdan sonra gəlini

qadın qonaqların müşayəti ilə hamama göndərirlər və

oradan da hər hansı bir qohumunun evinə. Evlənmə

günündə gəlini çox dəbdəbəli gedişlə, musiqi və səs-

küylə gələcək mənzilinə gətirirlər, burada isə onun

sahibi, əri hamamdan sonra bəzənərək, hər əlində

şamla onu qarşılayır və yataq otağına aparır. Burada

şamları iki içi düyü ilə doldurulmuş fincana qoyurlar.

Bəy gəlinin üz duvağını götürür, bir fincan su gətirib

onun ayaqlarını yuyur və sonra bu suyu bu pak otağın

dörd küncünə çiləyir. Sonra dualar oxunur; bir cüt

qadın gəlinlə bəyin əllərini birləşdirir, onları Allahın və

Peyğəmbərin qorumasını diləyərək rəzə ilə bağlanmış

qapı arxasında taleyin öhdəsinə buraxırlar…

Page 198: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

198

ON DOQQUZUNCU FƏSİL:

Şərqdə qadınlar

“Bəs Şərqdə bir qadının taleyi neçədir?” – deyə

mən bəzi səmimi qadın oxucularından eşidirəm və bu

suala bacardığım qədər cavab verməyə çalışıram.

Ürəkləri arzu etdiklərinin hamısını öz ərlərində

tapan, az imtiyazlı qadınların bəxti və onların əyləncə,

kef üçün istəkləri evlərinin hasarından bayıra çıxmır.

Qaydaya görə Şərqdə qadınların kişilərə nisbətən

tutduğu mövqe, bir qulun, kənizin öz ağasına, sahibinə

olan mövqeyindən heç də yaxşı deyil.

Kişi qadını onun valideynlərindən müəyyən

qiymətlə alır və istədiyi vaxtda müəyyən qiymətlə

boşayır, baxmayaraq ki, onun uşaqları özü ilə aparmaq

hüququ yoxdur.

Şərqdə bizdə olduğu kimi heç bir ictimai əyləncə

və kef yerləri yoxdur. Teatrlar, operalar, konsertlər,

açıq gəzintilər, ballar, axşam əyləncələri, əyləncə

səyahətləri və bu səpkidə əyləncə və rahatlıqlar onlar

üçün çox yad və naməlum bir şeylərdir, yalnız gözəl və

rahat evdarlıqdan başqa.

Bu qadınların yalnız yeganə ümumi görüş yeri

hamamdır. Burada onlar günlərinin çox vaxtını

keçirirlər, hər kəs özünə çənə yoldaşı tapıb, üst geyim

və bəzək əşyalarını göstərməyə can atır, çünki

hərəmxanadan başqa heç bir yerdə buradakı kimi öz

cazibədarlıqlarını, zinət əşyalarını açıb göstərməyə və

dillərnin yüyənini buraxmaq fürsətinə malik olmurlar.

Onlar yarı bürünmüş halda xalçaların üstündə uzanır,

kiçik fincanlarda qara qəhvəni saatlarla hortuldarak içir

Page 199: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

199

və arabir çubuq və qəlyan çəkirdilər. Onların

çubuqlarının, paltarlarının və digər zinət əşyalarının

bahalılığı, nəhayət, kənizlərinin sayı onların bir –

birilərinin arasında ölçü meyarıdır; kim kimlə çəkişə

və ya barışa, kim kimlə dost və ya düşmən ola bilər,

tərifləyə və ya abrını tökə bilər, heyran qalar ya da

paxıllığını çəkə bilər. Bu deyilənlər, əlbəttə, yalnız o

qadınlara aiddir ki, onların ərləri zəngin və varlı

olsunlar. Tamamilə kasıb qadınları, yəni hansıların ki

nə qulları, nə də kənizləri var, ev işlərini özləri yerinə

yetirirlər, onları yalnız bizim ölkədəki kasıb qadınlarla

müqayisə etmək olar, yalnız iqlimlə bağlı

müxtəliflikləri xəbər verənlər istisna olmaqla

yoxsulluğun aqibəti hər yanda çox bənzərdir, eynidir.

Gəlin, Şərq ölkəsində əlverişli şəraitdə yaşayan

qadının vəziyyətinə düzgün diqqət yetirək. Sanki gül

açan qönçəyə baxan kimi.

Qızlıq həyatı burada çox qısa olur. 12 yaşından

sonra gənc qızlar artıq həddi –buluğa çatmış sayılır. Və

onların sifəti insanların gözü qarşısında bürünür.

Haradadır ki, o gözəl sifət ki, ona həvəslə baxmasınlar?

Xoşa gəlmək istəyi təbii və insana xas olan bir şeydir.

Və kiminsə yoluna qeyri – təbii maneələr qoyulursa,

onda təbiət özü onun qayğısına qalır ki, yəni o buna

naz etməsin. Ancaq Şərqdə qızlar bu cür qeyri –təbii

maneələrə hər addımda rast gəlirlər və onlar

aşikarlıqda etmək istədiklərini vətənlərinin adət -

ənənələri qadağan etdiyi üçün bunları gizli və ya hiylə

ilə əldə etməyə məcbur olurlar. Beləliklə, burada əsl

qadın səxavəti inkişaf edə bilməz və bunun üçün nələr

Page 200: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

200

saxlanılıbsa insan təbiətinə müqavimət göstərir, yalnız

ondan qalan kiçik azad parçalar xoş əməl kimi tanınır

və məşq edilir, qadağan olunmuş qorxu isə ən çox

aldadır və dünya kimi qocalmış təcrübədir.

Buna görə də Şərqdə qadın səxavəti, xoş əməli

hərəmxana dustaqxanasından kənara çıxa bilmir və

burada qadınların iztirabları heç bir sərhəd tanımır.

Gənc qız ata evində sanki istixanada böyüyən bir gül

kimi böyüyür və oranı yalnız ərə gedəndə tərk edir.

Sanki bir dustaqxananı o biri ilə dəyişməyə gedir. O,

yazmağı – oxumağı, nəğmə ifa etməyi və hər cür qadın

işlərini görməyi öyrənmişdir. Ancaq bununla heç də öz

həyatını gözəlləşdirə bilmir, çünki onun şüur və

təsəvvür qüvvəsi nə qədər çox oyanarsa, o qədər də

alçaldıcı və çarəsiz vəziyyətlərdən xəbərdar olar.

Quranı oxumaq ona heç bir təsəlli verməyəcək,

çünki peyğəmbərin vədləri, daimi cəza və mükafatları

yalnız kişilərə aid edilmişdir: onun ölkəsinin şairlərinin

əsərləri ancaq ağanı nəşələndirə bilər, ancaq can atmaq

lazım deyil ki, bu əsərlərdə təsvir edilən xoşbəxtlik

mövcud münasibətlərdə olsun, çünki fars lirikasının

yaranması ilə mövcud olanların məzxərəyə qoyulması

və aradan qaldırılması başlandı və buna görə nəğmə

mənbələri təzə və canlı yayılmağa başladı, çünki onlar

öz yüksəkliklərindən aşağıya doğru dindarların

dönmüş nizamnamələrinin və adətlərinin üzərindən

keçərək, onları sındırmış və öz zarafatlarının köpüyü

ilə islatmışlar. Hafizin nəsihət etdiyi sevgi xoşbəxtliyi

bu gün öz sevgilisini yalnız Mirzə Şəfidə tapır. Belə

ruhlar Şərqdə çox nadirdir. Burada bir qızın öz əlini

Page 201: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

201

həqiqətən sevdiyi adama verməsi çox müstəsna

hallardan biridir. Qaydaya görə, valideynlər qızlarının

talelərinə qərar verirlər və adaxlının seçilməsində onun

yaxşı xüsusiyyətlərinə, bədəninin, ruhunun və ürəyinin

xasiyyətinin yaxşı olmasına üstünlük vermək əvəzinə,

onun nüfuzlu vəziyyəti, rütbəsi və ya var – dövləti əsas

götürülür. Belə fikirləşəndə 12 yaşından 15 yaşına

qədər tər çiçək kimi gözəl qızları 60 və ya 70 yaşlı

kişilərə ərə vermək, hansıların ki, üzünü görməyiblər

və onlardan qabaq ikisini və ya üçünü öz ehtiraslarına

qurban veriblər, dəhşətə gəlmək olur.

Kişilərin nəzarəti altında onlar bir məhbus kimi

buxovlanır və qorunur, hərəmxana həyatında bir tərzli

həyatını yalnız onda xoşbəxt sayır ki, əgər dalaşqan,

paxıl və acıdil günülərindən üstün olaraq, ərinin

sevimli yeganə arvadı olarsa, əks təqdirdə onun

buradakı həyatı cəhənnəmə çevrilir. Buradakı adi bir

halı misal üçün götürəndə belə fikirləşmək olur ki, bir

hərəmxana gözəli Cənubun alovunda 1 ay ərzində

çəkdiyi iztirabları möhtərəm Şimal xanımları bunu

bütün həyatı boyu çəkdiklərinə bərabər olur, belə

qənaətə gəlmək olur ki, Şərqin hərəmxanaları

intriqaların, fitnə-fəsad və əxlaqsızlığın hörümçək

torudur, ona görə ki, burada qadın cinsinin tərbiyə

olunması üçün onların ruhunun formalaşması və

ürəklərinin nəcibləşdirilməsi üçün heç nə edilmir,

çünki qızlar öz gəncliklərindən, pozğun və

vəhşiləşdirilən nümunələr görürlər və ona görə də

onlar həyat xoşbəxtliklərini parıldayan dəbdəbələrdə

Page 202: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

202

və xam hisslərinin laxlayıb çökməsində axtarmağa adət

edirlər.

Lakin bunların arasında çox gözəl, istedadlı

uyğun təbiətli bütün əlaqə və münasibətlərdə əsl

xanımlar yetişdirmək olardı, əgər onlar öz hüquqlarını

qorumaq üçün yol tapa bilsəydilər, bu isə mümkün

olmayan bir şey deyil. Mən yenə təkrar edirəm:

Qaydaya görə Şərqdə qadınların mövqeyi (buna

German məfhumunda qadın ləyaqəti deyilir) azad

deyildir və əxlaqsızdır, çünki çoxarvadlılıq uşaqlara

nəcib təsir və tərbiyə vermək haqqında heç

fikirləşməyib, beləliklə, hərəmxanalar bütün

bədbəxtliklərin mənbəyidir və islam xalqları əsrlərdir

buna düçar olublar və bu onların məhv olmasına gətirib

çıxara bilər. Müstəsna olaraq, bəzi sağlam Qafqaz

icmalarını götürmək olar, çünki onlar Məhəmmədin

yalnız adını daşıyır və çoxarvadlılıqdan uzaqdırlar,

korlanmış nəsillərlə yaxınlıq etmirlər, necə ki, bundan

İranda, Türkiyədə hər il minlərlə insanlar qurban

gedirlər.

Şərqdə qadınların qul mövqeyinə baxmayaraq,

necə ki mən sizə həqiqəti yuxarıda tam çılpaqlığı ilə

təsvir etməyə çalışdım, bəzən elə gözəl və ağıllı

qadınlar onu sevən axmaq ərlərini tam ram edərək onu

idarə edirlər, bir çox qadınlar isə öz mövqelərinin

təhqir olunmasını hiss etmədən, fürsət tapan kimi

Avropa həyatı ilə tanış olur, həqiqi baxışla və açıqca

avropalı bacılarla görüşür, açıq üzlə küçələrlə gəzir və

başqalarının ərləri ilə danışır və dostluq edir.

Page 203: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

203

Xoşuna gələn bir kişi ilə gizli görüşmək və onun

xoşuna gələnləri etməyə icazə vermək, bu bir fars və

ya türk qadınının vicdanını çox narahat etmir, lakin

açıqcasına küçədə bir kişi ilə etinasızcasına söhbət

etmək, ya danışmaq böyük cinayətdir.

Bu ondan irəli gəlir ki, qəbul olunmuş hisslər,

ədəb, ləyaqət və hökmlər həmişə bizim doğma

ətrafımızda təsir və vərdişlərdən yaranır. Bundan tam

əmin olmaq üçün nə İrana, nə də Türkiyəyə getmək

lazımdır. Elə buradaca zülmkarlıq modasının ildən –

ilə yeni formaya keçməsi və yeni düzgün olmayan

məfhumların yaranmasını görmək kifayət edir; misal

üçün ən çox eşidilənlər: “Bunu etmək olmaz, bunu

geyinmək olmaz, bu sənə yaraşmır və s.” Bütün bu

deyilən qeyri-düzgünlüklərdən başqa Şərqin bəzi

xoşagələn adətlərindən də danışmaq lazımdır. Məsələn,

qadınlar yalnız öz ərləri üçün bəzənməli və yalnız onun

qarşısında üzünü açmalıdır, baxmayaraq ki, o evdən

başqa hər yerdə üzü örtülü və görkəmli paltarda

gəzməlidir.

Bizdə isə bu məlum olduğu kimi tam tərsinədir:

qadınlar evdə özlərinə çox az fikir verirlər, yalnız

qonaq gələndə və ya qonaq gedəndə yuyunur, bəzənir,

bir sözlə öz gözəllik və cazibədarlığını, yaxşı

geyimlərini başqa kişilərin xoşuna gəlmək üçün edirlər

və kişilər də eyni zamanda arvadlarının bir gözəl varlıq

kimi başqa kişilərə görünməyinə fəxr və razılıqla

baxırlar.

Şərqlilər isə bunu haqq və adətə uyğun hesab

edirlər ki, arvadını ciddi qorumaq, onun gözəlliyinin

Page 204: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

204

başqa kişilərin ürəyini riqqətə gətirməyə imkan

verməmək lazımdır. Ona görə onlar gəzməyə gedəndə

gözəl ayaqlarını mümkün qədər uzunboğaz

çəkmələrdə, incə boyunlarını isə geniş paltarlarda

gizlətməlidirlər, onun baxdığına heç kəs nəzər sala

bilməz, hətta gözlərinə belə! Ancaq evdə istədiyi gözəl

və rahat çəkələklərdə gəzə bilər, necə ki (bu bizdə

nadir bir şeydir) bədənini səliqəli yuyub, yağlamalı,

qulluq etməli və geyinməlidir. Bu da bizdə qayda

deyil.

Bu adətlərin yaxşı cəhətləri yalnız onda qəbul

edilə bilər ki, çoxarvadlılıq aradan götürülsün, təkrar

qeyd edildiyi kimi çünki o bütün bədbəxtliklərin

mənbəyidir və düzgün ailə həyatına qovuşmağa imkan

vermir və bununla ölkənin ən yaxşı və davamlı əsasları

başlanır.

Məşhur tatar komediya şairi M.F.Axundov öz

qəhrəmanlarının dili ilə sərbəstcəsinə demişdir: Bizdə

hökm sürən “çoxarvadlılıq”, fransızlardakı “çox

ərlilik”dən heç də geri qalmır. “Çoxarvadlılıq” o

deməkdir ki, bir kişiyə bir arvad kifayət deyil, “çox

ərlilik” isə o deməkdir ki, bir qadına bir kişi bəs eləmir.

Birinci ənənə bizdə hökmranlıq edir, sonuncu isə

Parisdə”....

Bunların içində bir həqiqət var ki, onu (Parisin

sərhədlərindən kənarda da) inkar etmək olmaz. Ancaq

onu əlavə etmək olar ki, bizdəki “çoxərlilik” necə olur-

olsun icazə verilməyən, qanuna zidd və cəzaya

məhkum bir şeydir, bunun əksinə, Şərqdə bu dinə, adət

-ənənələrə əsaslanır və buna görə məhvedici nəticələri

Page 205: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

205

davam edir, çünki heç bir qanun onu qorxutmur və

cəzalandırmır.

Ancaq bu o demək deyil ki, Şərq qadınları “çox

ərlilik”lə məşğul olmaq istəməzdilər, onlarda buna

həvəs və istedad yüksək dərəcədə mövcuddur, ancaq

bir şey çatmır o da – fürsət! Hər hansı bir təklif olsa da,

ondan istifadə etmək çətindir. Həm də qadınlar onların

kişilərlə əlaqəsinə onların yolunda duran çətinlikləri

aradan qaldırmaq üçün heç bir vasitə axtarmırlar,

onları gözləyən təhlükələrə baxmayaraq, “güllərin dili”

ilə, dərvişlərin və başqa nökərlərin köməyi ilə bəziləri

bu gizli əlaqəni yarada bilirlər və bununla qadağan

edilmiş hərəmxananın ləklərində bitən məhəbbət

gülləri beləcə dərilir.

Beləliklə, həyat sevincləri Şərq qadınları üçün

çox cüzi, az bəxş edilmişdir. Adətən onların çiçək açan

vaxtında, otuz yaş da buna daxil olmaqla bu Asiyalı

xanımları artıq nə gözəlliklərə heyran olmur, nə də

gözəlliyi kəşf etməyə can atmırlar. Sifət solğunlaşır,

xasiyyət acılaşır, səs elə kobudlaşır ki, həmin anda

bütün insani ifadələr yoxa çıxır.

Page 206: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

206

TƏRCÜMƏÇĠNĠN QEYDLƏRĠ

Fridrix Bodenştetin “Şərqdə min bir gün” romanı

Hermann Ammon tərəfindən yenidən işlənmişdir. Bu

roman təqribən 1900-cü ildə Berlində Alman

Ədəbiyyatı Həvəskarları Cəmiyyətinin nəşriyyatında

çap edilmişdir. Roman 34 fəsildən ibarətdir. 18 fəsil

Mirzə Şəfi və onun nəğmələrinə həsr edilmişdir. 20-ci

fəsildən başlayaraq, əsasən Tiflis, Qara dəniz, Qori,

Kutaisi, Abxaziyaya dəniz səyahəti, Suxum-Kala,

Pitsunda, Qaqra, Qara dənizin şərq sahilləri, rus döyüş

gəmisi “Moquçi” ilə dəniz səyahəti, çərkəz ölkələri

haqqında ruslarla çərkəzlərin, əsasən, Baraxoviçə əsir

düşmüş çərkəz qadınlarından bəhs edilmişdir.

Romanda 7-ci və 8-ci fəsillər (səhifə 48-dən 89-a

qədər) Ermənistana səyahət, onların adətləri və

toyundan bəhs edildiyi üçün müəllif bu fəsillərin

tərcüməsini məsləhət bilmədi.

Tərcümə etdi: Alman dili kafedrasının müdiri,

b/m Ofelya Surxay qızı Müslümova.

Page 207: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

207

ORİJİNAL ŞEİRLƏRİ

Page 208: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

208

AZƏRBAYCANCA ġEĠRLƏR

Qəzəl Nə qədər kim, fələyin sabitü səyyarəsi var,

Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən çərxi-bülənd

Oluban didə, sərapa sənə nəzzarəsi var.

Ruzigari qara, daim gecəsi tar keçir,

Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?

Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,

Zahirən lalə otağında qonaq-qarəsi var.

Müxəmməs

Ey nəzakət çəməni içrə xuraman Süsəni,

Xublıq kişvərinin təxtinə sultan Süsəni,

Sədəğin yayı qaşın sədqəsi qurban Süsəni,

Bir baxışla yaraşur kim, ala yüz can Süsəni,

Belə getsə, tez olur dillərə dasdan, Süsəni.

Hərəkatü rəvişin qıldı səhi sərvini pəst,

Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,

Laləni dağa salıb ruyin, edib badəpərəst,

Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst,

Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni.

Ey mələk, əbr yüzün gündümü, ya bədri-tamam?

Kim ki, ruyindən olur məst, ona badə həram,

Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,

Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram,

Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.

Page 209: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

209

Bu qədü qamətinə ətləsü xara yaraşur,

Qaşların guşəsinə qətlimə eyma yaraşur,

Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur,

Səni, hər kim ki, sevər, başına sevda yaraşur,

Ola sərgəştəvü divanəvü heyran, Süsəni.

Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər,

Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,

Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər,

Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,

Desələr Vazehə böhtandı, müsəlman, Süsəni!

Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb, qonaq gedin pərvərdigarə.

Hicran qəminin badeyi-gülgündür əlacı

Vazeh, danışırlar bunu meyxanələr içrə.

MİRZƏ ŞƏFİ VAZEHLƏ NACİ VƏ NASEHİN

MÜŞAİRƏSİ

Vazeh

Səbzpuş olmuş qədin ruxsari-atəşgunilə,

Musiyi-İmranə guya, Tur şəklin göstərür.

Naci

Tiğin almış dəstinə, ol çeşmi-cəladın sənin,

Canə qəsd etmək dilər, məxmur şəklin göstərür.

Çismi-zarımdan çıxar hicrin əlindən nalələr,

Böylə bir təndir tənim, tənbur şəklin göstərür.

Page 210: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

210

Xətti-rüxsarın edib tarac hüsnün mülkünü,

Bir xərabə şərh içində mur şəklin göstərür.

Naseh

Göz sirişgi mərdüməknin nöqtəsin bərbad edib,

Aqibət bir gün olur kim, kur şəklin göstərür

Tilbə könlüm tillər ilə asılub, tildir səbəb,

Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərür.

Kəhraba dik rəngi-zərdim sanmağay bihudə kim,

Dərdi-eşqə uğramış, rəncur şəklin göstərür.

Dinu dil nəqdini isar etsə Naseh, tang imas,

Bir mühəqqər töhfə ilə mur şəklin göstərür.

Farsca Ģeirlər

Qəzəl

Hər zaman kan qədd-o bala be nəzər miqozərəd.

Vəh, çeha bər del-o bər dideye-tər miqozərəd!

Mənəm, ey şeyx, ze nəzzare məkon, kəz roxe dust

To çe dani ke, çe bər əhle bəsər miqozərəd!

Ey ke, bər mən qozəri, məhv koni əz xişəm,

Həm ço xorşid ke, bər dovre qəmər miqozərəd!

To ke, çəndin bekeşi damən əz oftadeye-eşq,

Dəste kutahe mənət, key, bekəmər miqozərəd?

Qofteye Vazeh əz an ru həme şirin aməd,

Bezəbanəş soxən əz ləl-o şəkər miqozərd.

Page 211: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

211

(Sətri tərcümə) O qəddü qamət xəyalımdan keçərkən,

Ah, könlümdən və yaşlı gözlərimdən nələr keçər!

Ey şeyx, yarın üzünə baxmağı mənə qadağan

etmə,

Bəsirət əhlinin nəzərindən nələr keçdiyini sən nə

bilirsən?

Günəş ayın yanından ötərkən onu yox etdiyi kimi,

Sən də mənim yanımdan ötüb keçərkən, varlığımı

məhv edirsən.

Bunca ki, sən ətəklərini yıxılmış aşiqindən çəkib

uzaqlaşırsan,

Mənim qısa əllərim sənin kəmərindən bəs necə

tuta biləcək?!

Vazehin şeiri ona görə bu qədər şirin oldu ki,

O sənin ləlü şəkərindən söhbət açdı.

Qəzəl

Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy,

Vey ke, sabetqədəmi, ğeyrə rəhe eşq məpuy.

əz məne ğəmzəde coz eşqe roxe yar məpors,

ba məne dolşode coz sohbəte deldar məquy.

Ta əz an dəm ke, hərime dele mən xəlvəte ust,

Faş binəm roxe u, gər negərəm bər həme suy.

Çərx sərgəşte nə anəst monəqqəş benecum,

Bəlke əndər tələbəş mande fru ğərqə be xun.

Ruze qolgəşt, bahar əst-o, təmaşa-vo tərəb,

Xiz, ta xeymə bezən ba mej-o ney bər ləbe cuy.

Vazeh əz xar sər arəd be nəsime dəre dust,

Page 212: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

212

Koştehe-eşq bəle, zende təvan gəşt be buy!

(Sətri tərcümə)

Sən ey bizimlə həmnişin olan, zahidlik dəftərini

suya at,

Sən ey sabitqədəm dost, eşq yolundan qeyri bir

yol tutma!

Bu qəmli aşiqdən yar məhəbbətindən qeyri bir

şey soruşma!

Bu zavallı aşiqlə, dildar söhbətindən qeyri bir

şey danışma!

O zamadan ki, mənim könül otağım onun

xəlvətgahı olmuş,

Hər tərəfə baxıram, ancaq onun şəklini görürəm.

Bu sərgərdan fələk ulduzlarla bəzənmiş kimi

görünməsin.

Bəlkə o da, bir aşiqdir, yar həsrətilə qan-yaş

tökür!

Gül çağı, bahar vaxtı, tamaşa və şadlıq

zamanıdır.

Qalx, çay kənarında mey məclisi qur, ney çal!

Vazeh yar qapısından gələn nəsimi duyunca

torpaqdan baş qaldırar.

Bəli, eşq ilə həlak olan məşuq ətrilə həyat tapar.

Qəzəl

Şahede xərgəhneşin zolf ze rox kərd baz,

Nure həqiqət pədid əz zolemate məcaz.

Dide bedidare dust, dəst dər ağuşe yar,

Eşq əz an su niyaz, hosn əz an suy naz.

Page 213: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

213

Sədre hərime qəbul dər xore hər xam nist

Pəs benişin, şəmvar sər bekəş əz suz-o saz.

Torbəte Məhmud ra ruze cəza in nedast:

“Hacəte ferdos nist koşteye tiğe Əyaz”

Vazehe avare ra bange cərəs, - sovte zağ,

Paye tələb dər bemand, mənzele məqsəd deraz.

(Sətri tərcümə)

Çadırda oturan gözəl saçlarını üzündən yığdı,

Məcaz zülmətindən həqiqət nuru parladı.

Göz dost gözündə, əl yar qoynunda qərar tutdu.

Eşq bir tərəfdən, hüsn o biri tərəfdən nazü-niyaza

başladılar.

Onun qəbul otağına yol tapmaq hər xam adamın

işi deyil,

Indi ki, belədir, otur, şam kimi alış, yan və döz.

Mahmud türbətindən cəza günü bu nida qopar:

“Əyaz qılıncı ilə ölmişə cənnət nə lazım?”

İstək kəhəri yarı yolda, məqsəd mənzili uzaqlarda

qaldı.

Indi qarğa sədaları avarə Vazeh üçün cərəs

sədaları yerini tutubdur.

Ta key del on delaram zin del rəmide darəd,

Vəz dustane bidel, del arəmidə darəd?

(Sətri tərcümə)

Havaxta qədər o gözəl könlünü məndən ürkmüş

saxlayacaq,

Havaxta qədər o, sevən aşiqinə laqeyd qalacaq?!

Page 214: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

214

Rübai

Gər mərdi ze ma zəni darəd dust,

Yarist neku-bo eybəş nə nekust.

Əmma, ze çe ruy çon zəni mərdi xast,

Dər çeşmə cahan pəlid-o bəd siyreyi ust.

(Sətri tərcümə)

Bizlərdən bir kişi bir qadını sevsə,

O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq

yaxşı görünməz

Bəs nə üçün qadın bir kişini sevsə,

Dünyanın gözünə xar və pozğun görünər?!

Rübai

Can – o tənə mən fədaye yek buseye yar,

Amal-o xəyale mən, bər u bad nesar.

Aşeq mənəm-o be eşqe u dər ğəm-o dərd,

Şeyda mənəm-o be hecre u zar-o nezar.

(Sətri tərcümə)

Mənim canım və qəlbim yarın bir busəsinə fəda,

Mənim arzu və amalım ona fəda olsun.

Mən aşiqəm, onun eşqilə qəmə, dərdə düşmüşəm,

Mən şeyda bülbüləm, onun hicrilə belə ağlar

olmuşam.

Rübai

Ləb bər ləbe yar bordənəş, vəh, çe xoş əst!

Page 215: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

215

Cam əz peye cam xordənəş, vəh, çe xoş əst!

Ziba sənəmi, poste ləbi, şirin quy,

Əndər bəre xod foşordənəş, vəh, çe xoş əst!

(Sətri tərcümə)

Yarla dodaq-dodağa durmaq, ah nə xoşdur!

Onunla qədəh ardınca qədəh doldurmaq, ah, nə

xoşdur!

Püstə dodaqlı, şirin sözlü, gözəl bir sənəmi

Alıb ağuşa sıxmaq, ah, nə xoşdur!

Həsb-hal

Məhe nosəfərəm!

Rəfti ze nəzər, dide ze del əşk rəvan kərd, Rəsmist

peye nosəfəran ab feşan kərd.

Vəlleyli iza yəğşa! Həlake aşeq şəbe fəraq əst,

Vənnəhari iza təcəlla! Sərmayeye omr ruze vesal.

(Sətri tərcümə)

Hicran gecəsin möhnətini gər görə kafir.

Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.

Gər zahidi-xüdbin bilə zövqini vüsalın,

Cənnət tələbindən nə bulur ğeyri nidamət!

Vedaye dustan rəsmist qədim və ətvare yaran

xolqist kərim,pəs əz çe cəhət an mobəddəl be laf şod

və in motəğəyyer be xelaf.

Page 216: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

216

Ey şohreye şəhr, əz çe şodi şəhr-beşəhri?

Kəl bədri iza sirtə fəsirtə kəhilali.

Dur əz to əgər dide çenin xune cegər rixt

Ma tünzürü qəd vəchəkə illa bexeyali.

Kodam xake rah betəqbile gərde ləl səməndət sər

be çərxe bərinəst və kodamin sərmənzel ze nəsime

torreye meşginət rəşge səhraye Çin.

Dər xaneye zin celvekonan, ərdəbəcuyan,

Hər ca ke, bedin şəkl-o şəmayel bexorami,

Əz rəşg şəvəd çərxe bərin həlqebequşət.

Vəz eçz nəhəd rəh be cəbin dağe ğolami.

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən

könüldən gedər. Madam ki, gözdəydin, gözdə idin.

Indi ki, gözdən getdin, könüldəsən.

Göz ağlar kim, səni görməz, könül xüd səndən

ayrılmaz,

Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?

Hər ca ke, eşraqate qəlbist, çe doa, çe salam və

anca ke bəride məhəbbətəst çe qased, çe pəyam?

Sədre hərəme vəsle to ra rahe səba ku?

Yaraye qozəştən nəkonəd peyke xəyaləm.

Tərkibi-vücudum iqtiyazi-vüsali-mehrinlədir və

ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə.

Məni eşqin oduna yandırdın,

Çünki gördün yanıram, yan durdun.

Baz ay, baz ay, ke, bi to dide ra nur nist və del ra

sürur ney.

Nə çareye xənde, nə məcale qoftar,

Nə zəhreye neşəst, nə yaraye rəftar,

Nə qodrəte səbr, nə qovvəte ah,

Page 217: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

217

Can dər kəf-o çeşm bər rah.

Baz ay, baz ay, xorşide tələtət benəma, pərde əz

cəmal beqoşa, məclese hərifan biyara. Çe caye qətən

əydihin?

Dəst əz toronc əcəb nist nəşenaxtən boridən,

Dər tare hər kəməndət səd sərboride dari!

(Tərcümə)

Həsb-Hal

Yeni səfərə çıxan ayım!

Sən mənim nəzərlərimdən uzaqlaşarkən, gözlərim

bağrımdan yaş axıtdı.

Bu bir rəsmidir, qaydadır, səfərə çıxanların

dalınca su səpərlər.

Ah, o zaman ki, gecə zülmət çökür! Aşiqin həlakı

bu ayrılıq gecəsindədir. Ah, o zaman ki, gündüz

cilvələnir! Ömür səadəti bu vüsal gündüzündədir.

Hicran gecəsin möhnətini gər görə kafir,

Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.

Gər zahidi xudbin bilə zövqini vüsalın.

Cənnət tələbidən nə bulur qeyri-indamət?

Dostların ayrılıq zamanı bir-birilə vidalaşması bir

rəsmdir qədim, məşuq ətvari bir adətdir kərim. Bəs nə

üçün o laf oldu, bu xilaf?

Ey şəhərin məşhur gözəli, nə üçün şəhərdən şəhərə

üz tutdun.

O bədirlənmiş ay kimi dolanıb (uzaqlaşıb) hilalə

Page 218: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

218

döndün?

Səndən uzağa düşəndən bəri göz beləcə ciyər qanı

axıdır.

Sənin üzünü doğrudan da, xəyaldan başqa qeyri

yerdə görmək olmazmış!

Hansı yolun torpağı sənin al kəhərinin ayaq tozu

sayəsində uca fələyə qalxmışdır, hansı yol ayrıcına

müşk qoxuyan tellərinin ətri üçün Çin səhrası paxıllıq

etməyə başlamışdır?

Sən yəhər üstündə bu cilvələnən gözəlliyin, bu

vüqarınla,

Bu şəklü şəmayillə haraya ayaq qoysan,

Uca fələk həsədindən sənin qulağı sırğalı qulamın

olar,

Yer isə, itaətindən öz alnına nökərçilik damğası

vurar.

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən

könüldən gedər. Madam ki, gözdəydin, gözdə idin.

Indi ki, gözdən getdin, könüldəsən.

Göz ağlar kim, səni görməz, könül xüd səndən

ayrılmaz,

Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?

Orda ki, könül aydınlığı var, nə dua, nə səlam,

Orda ki, məhəbbət peyki var, nə qasid, nə pəyam!

Page 219: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

219

Sənin vəsl otağına səba necə yol tapa bilər ki,

Oraya keçmək üçün mənim xəyal qasidim belə,

acizdir!

Tərkibi-vücudum iqtizayi-vüsali-mehrinlədir və

ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə.

Məni eşqin oduna yandırdın,

Çünki gördün yanıram, yan durdun.

Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə

sürur var.

Nə gülməyə bir həvəsim, nə söhbətə meylim

Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış.

Nə səbr etmək qüdrətim, nə ah çəkmək qüvvətim var

Canım dodağımda, gözüm yollardadır.

Qayıt, qayıt öz günəş camalını göstər, üzündəki

pərdəni at, aşiqlər məclisini ziynətləndir. Nə əlini

kəsmək yeridir?

Əllə turuncu bir-birindən seçməyib, kəsmək

təəccüblü bir şey deyil,

Sənin kəməndinin hər bir telində yüz başıkəsilmiş

qərar tutmuşdur.

Page 220: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

220

QEYDLƏR VƏ ĠZAHLAR

Səh 41. İbn Yəmin Əmir Fəxrəddin Mahmud-

XIII əsr şairlərindəndir. Yaxın Şərq poeziyasında qitə

ustadı kimi tanınır. İbn Yəminin atası Azərbaycan

Elxanilər sülaləsinə mənsub dövlət xadimi və görkəmli

türk sərkərdəsi olmuşdur. O, Elxanilər tərəfindən

Nişapura dövlət vəzifəsinə göndərilmiş, Fəxrəddin

Mahmud da burada anadan olub, böyümüşdür.

Səh. 53. Mirzə Hacı Ağası – Fətəli şahdan sonra

hakimiyyət başına keçmiş Məhəmməd şahın (1830-cu

illər) sədr-əzəmi-baş naziri olmuşdur. Hacı Ağası İran

tarixində ən qəddar və müstəbid dövlət başçılarından

olmuşdur. Rus səyyahı Beryozin onu “İran Rişelyesi”

adlandırmışdır. Mirzə Şəfinin almanca əsərləri

içərisində ona yazılmış bir neçə şeri var.

Səh. 59. Qəzəli ilk dəfə 1926-cı ildə Səlman

Mümtaz nəşr etdirmişdir. (Bax: Səlman Mümtaz

“Mirzə Şəfi Vazeh”, Bakı, 1926. Azərbaycan Elmlər

Akademiyası yanında Respublika Əlyazmaları Fondu,

inv № 18814).

Şairin kitabda 87, 88, 94, 96, 98-ci səhifələrində

verilən:

“Nə qədər kim, fələyin sabitü səyyarəsi var”,

“Ey nəzakət çəməni içrə xuraman Süsəni”,

“Hər zəman kan qədde bala ze nəzər miqozərəd”,

Page 221: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

221

“Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy”,

“Şahede xərgəhneşin zolf ze rox kərd baz”,

-mətləli şeirləri Naci və Nasehlə müşairəsi və

“Həsb-hal” bu mənbədən götürülmüşdür. Həmin

əsərlər mətndə hər yerdə (*) işarəsi ilə göstərilmişdir.

Səh. 60. Sədəğin yayı qaşın sədqəsi qurban

Süsəni.

Fikrimizcə şeirdə-gözə tuşlanan ox mənasında

olan “sədağ” sözü burada ahəng incəliyi xatirinə

“sədəğ” kimi işlənilmiş və əlyazmasında katib xətası

olaraq, ğeyn “ğ” ilə deyil qaf “q” ilə yazılmışdır.

XVIII əsr şairlərindən Ağa Məsih Şirvaninin:

“Dila, etmə təvəqqö, rastguluq qanda qalmışdır,

Qərinə özgədir, onlar keçən dövranda qalmışdır”.

mətnlə ilə başlanan müxəmməsində də, “sədağ” sözü

yuxarıda dediyimiz mənada işlənilmiş və fikrimizi

təsdiq edə bilər:

Sədağ oxu kimi kəctəbilər tutmuş nəzərgahi

Olar kim, doğrudur, əyri qılınc tək yanda

qalmışdır.

Vazeh yuxarıda göstərilən misrada çox əyri olan

sədağ yayının öz əyriliyini bir sədəqə olaraq gözəlin

qaşlarından aldığını söyləyir. Bunun ona bir sədəqə,

qurbanlıq verildiyini deyir.

Page 222: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

222

Səh. 61. Edə gər zində ləbin ləfzi Məsiha,

yaraşur.

Məsih, yaxud Məsiha İsa peyğəmbərin ləqəbidir.

Ləfzi Məsiha İsanın ləfzi-sözü deməkdir. Dini rəvayətə

görə İsa guya öz nəfəsi və sözü ilə ölünü dirildirmiş.

Bu misrada şair gözəlin şirin danışığı ilə

Məsihanın özünü belə, dirildə biləcəyini söyləyir.

Səh. 61. Şeir ilk dəfə 1929-cu ildə Ə.Ə.Seyidzadə

tərəfindən nəşr edilmişdir (Bax: Ə.Ə.Seyidzadə.

“Gəncəli böyük mütəfəkkir və şair Mirzə Şəfi Vazeh”.

Gəncə, 1929).

Şair kitabda 90, 100-cü səhifələrdə verilən:

“Min ev yıxıb, tikirsiniz bir boş minarə”,

“Ta key del on delaram zin del rəmide darəd”,

misralari ilə başlanan iki şeri və farsca rübailəri

həmin kitabçadan alınmışdır. Bu şeirlər mətndə hər

yerdə (**) işarəsilə göstərilmişdir.

Səh. 61. Zənnimizcə, misra yazıdan yazıya

keçdikcə təhrif olunmuşdur. Şeri:

“Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb, yetmək üçün pərvərdigarə”

-şəklində islah etmək bəlkə məqbul göründü.

Page 223: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

223

Səh. 61. Şeir ilk dəfə çap olunur. Həmin

misraların Mirzə Şəfi Vazehin olduğunu təxmin edirik.

Səh. 62. Səbzpuş olmuş qədin rüxsari-atəşgünilə,

Musiyi-İmranə guya, Tur şəklin göstərür.

Musa peyğəmbərin (İmran ləqəbidir) Tur dağında

Allahla danışığı haqqındakı hədisə işarədir. Bu hədisə -

dini rəvayətə görə, guya həmin danışıq zamanı Allah

Musaya od şəklində görünmüşdür.

Vazeh şeirdə gözələ müraciətlə göstərir ki, sənin

boyun od saçan yanaqlarının şövqündən al-yaşıl rəngə

bürünmüşdür. Sənə baxan aşiqə şəklin Musayə Tur

dağında görünən odu xatırladır.

Səh. 63. Tilbə könlüm tillər ilə asılub, tildir

səbəb,

Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərür.

Mənsur Həllac məşhur sufilərdən olmuşdur.

İslam dini və şəriətin ehkamlarını təftiş etmək

ittihamilə 918-919-cu illərdə Bağdadda Xəlifə

Müqtədirbillah tərəfindən dara çəkilmişdir.

Öldürülərkən o, dar ağacı altında məğrur dayanmış,

tövbə etmək istəməmişdir. Buna görə də, zaman

keçdikcə Mənsur Həllac obrazı Şərq poeziyasında

məslək və əqidəyə sədaqətin rəmzi kimi verilmişdir.

Beytdə dar ağacından asılmış Mənsurla eşq,

sevda ucundan gözəlin incə tellərindən asılmış dəli,

aşuftə bir könül müqayisə edilmişdir. Birinci məslək və

Page 224: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

224

əqidədə nə qədər fədakar və dönməzdirsə, ikinci də

(aşiq) məhəbbət və dostluqda eləcə fədakar və

sabitqədəmdir.

Qeyd: Müşairə A.Bakıxanovun “Göstərür” rədifli

şeri əsasında aparılmışdır:

Gözlərin kim, aşiqə məxmur şəklin göstərür,

Əhli-fəqrə mərdümi-məğrur şəklin göstərür.

Səh. 69. Mahmud türbətindən cəza günü bu nida

qopar:

Əyaz qılıncı ilə ölmüşə cənnət nə lazım?

Burada Sultan Mahmud Qəznəvi (969-1030) ilə

onun yaxın və sadiq dostu Əyaz arasında olan dostluğa

işarə olunur. Əyaz öz ağıl və zəkası, həmçinin Sultan

Mahmuda olan məhəbbət və səmimiyyəti ilə

başqalarından seçilmişdir. Hətta onların arasında olan

bu səmimiyyət və məhəbbət zərbül-məsələ çevrilmiş,

dostluq və sədaqət nümunəsi kimi göstərilmişdir.

Şairlər bu barədə “Mahmud və Əyaz” adında çoxlu

mənzumələr yazmışlar.

Vazeh bu məsələni xatırlamaqla dostluq və

məhəbbəti tərənnüm etmək istəmişdir: Əyaz tiğilə-dost

qılıncı ilə öldürülənə cənnət nə lazımdır? Belə bir ölüm

ən böyük xoşbəxtlik deyilmi?

Səh. 77. “Bəlleyli iza yəğşa!... Vənnəhari iza

təcəlla! –Quranda ayədir (tərcüməsi göstərilən

Page 225: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

225

səhifədədir). Şair burada ayrılıq və vüsal çağlarını

vermək üçün həmin ayədən istifadə etmişdir.

Səh. 80. “Qətən əydihin”-quranda surədir

(tərcüməsi göstərilən səhifədədir). Bu surədə Yusif və

Züleyxa hekayəsi verilmişdir. Dini rəvayətə görə Yusif

Züleyxanı görmək üçün onun otağına daxil olanda,

Züleyxa qızlarla oturub turunc kəsirmiş. Yusifin

fövqəladə gözəlliyi qarşısında heyran qalan Züleyxa və

qızlar turunc əvəzinə, ixtiyarsız olaraq, əllərini

kəsmişlər...

Burada isə, ifadə müstəqim mənada işlənmiş,

sonra rəvayətlə əlaqələndirilmişdir.

Səh. 80. Əllə turuncu bir-birindən seçməyib,

kəsmək təəccüblü bir şey deyil,

Sənin kəməndinin hər bir telində yüz başıkəsilmiş

qərar tutmuşdur.

“Beytin mənası “Yusif və Züleyxa” haqqında

rəvayətdə verilmişdir, bax.səh.121-122).

Page 226: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

226

LÜĞƏT

A

Abi-həyat-dirilik suyu

B

Badə-şərab

Baxqan kəsə (özbəkcə)-baxan adam

Bədri-tamam – bütöv ay, on dörd gecəlik ay

(məc.gözəl üz)

Bərq-ildırım, işıq

Bəsirət əhli gözüaçıq adam

Bülənd-uca, yüksək

Ç

Çeşm – göz

D

Dəmət-gül dəstəsi

Dərgah - astana

Dəst - əl

Didə-göz

E Eyma-işarə (qaş-gözlə)

Ə

Əbr-bulud

Ədəm-heçlik, yoxluq

Əflak-fələklər

Ətvar-qalıq, naz-qəmzə

Page 227: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

227

F

Fəraq –ayrılıq

Filməsəl –məsələn (burada-sanki, elə bil ki)

G

Giryan – ağlar

Gülgün – al, qırmızı

H

Həmnişin-bir yerdə oturub duran, yoldaş, dost

Hərəkatu rəviş-davranış

Həsb-hal – hal-əhval

X

Xilaf - əksinə, tərsinə

Xislət – insan təbiəti

Xoşnud - razı qalmaq, sevinmək

Xubluq - gözəllik, yaxşılıq

Xud - özü

Xuram – nazlı- nazlı yerimək

Ġ İbn – oğul

İqtiza-icab, mümkünlük, zərurət

İsar-malını səxavətlə vermək, qurban etmək

K

Kərim-mərhəmətli, səxavətli (burada, bəyənilmiş)

Kişvər – ölkə

Kövkəb – ulduz

Kur-kor

Page 228: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

228

Q

Qitə - şeir forması

L

Laf-yalan

Ləb-dodaq

Ləfz-söz, danışıq

M

Mehr-məhəbbət

Mədh-tərif

Məxmur-xumarlanmış

Məniyyət-müşayiət edənlər

Mətlə-şerin ilk misrası

Miknət-var, dövlət

Mur-qarışqa

Mühəqqər-həqir, zəif, aciz

Müşairə-şeirləşmə

N

Ney-tütək

Nəzzarə-tamaşa

P

Peyda-olmaq, görünmək, tapılmaq

Pəmbə-pambıq

Pəyyam-məktub, sifariş

Puş (puşak)-geyim

Page 229: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

229

R

Rastguluq-doğruluq, doğru danışmaq

Rəncur-xəstə, naxoş

Ruxsar-üz, yanaq

Ruj-üz

S

Sabitqədəm-səbatlı, dönməz, möhkəm adam

Sanmağay (özbəkcə)-sanmayın

Sarban-sarvan

Səbz-yaşıl

Səhi-qəd-uca boy, düz qamət

Sərapa-başdan-ayağa

Sərgəştə-avara, sərgərdən

Sirişk-göz yaşı

Sitəmkar-zülmkar

ġ

Şəmayil-surət, camal

T

Tanq-imas (özbəkcə) –eyb olmaz

Tar-qaranlıq

Tarac-qarət, talan

Təmas-toxunmaq

Tən-bədən, can

Tənbur-çalğı aləti

Tiğ-qılınc

Tilbə könlüm (özbəkcə) – dəli könlüm

Türbə-qəbir, məzar

Page 230: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

230

Türfə-qəribə

Türreyi - zülf-hörük, saçın qatları

Ü

Ürfan-elm, bilik

V

Vəhm-qorxu

Vəsf-tərif

Z

Zar –ağlar

Zərd-sarı

Zində-diri

Page 231: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

231

ƏDƏBĠYYAT

1. Die Lieder des Mirza Schaffy. Berlin. 1851.

(Mirzə Şəfinin almanca nəğmələri).

2. Aus dem Nachlasse Mirza Schaffy. Berlin, 1875.

(Mirzə Şəfinin irsindən).

3. F.Bodenştedt. Taysend ind in. Tad im Orient

Berlin, 1850.

4. Pesni Mirzı Şafi v perevode u Gyferta. Moskva,

1930.

5. Mirzə Şəfi Vazeh. “Nəğmələr”. Uşaqgəncnəşr.

Bakı, 1961. (A.Aslanovun almancadan

tərcümələri).

6. Mirzə Şəfi Vazeh. “Kommunist” qəzeti nəşriyyatı

7. Ə.Ə.Səidzadə.Mirzə Şəfi Vazeh. Bakı, 1929.

8. A.A.Seidzade. Mirza Şafi Vazex. Baku, 1969.

9. U.K.Enikolopov. “Poet Mirza Şafi”. Baku, 1969.

10. M.Rafili. “Mirza Şafi v mirovoy literature”.

Azerneşr, Baku, 1958.

11. S.Mümtaz. Mirzə Şəfi. Bakı, 1926.

12. F.Qasımzadə. “XIX əsr Azərbaycan ədəbiyyatı

tarixi”. Bakı, 1956.

13. Tiflis, Kekelidze adına Əlyazmaları İnstitutu

Fondu P – 107 – 137.

14. Tiflis Dövlət Tarix Arxivi, fond 19, vahid saxlama

qovluğu 172, siyahı 1.

15. S.Şükürov. “XIX və XX əsrlər Azərbaycan

ədəbiyyatına aid tədqiqlər”. Bakı, 2002.

16. S.Şükürov. “Gəncəli Vazehin nağılı”. Bakı, 1998.

17. “Mirzə” (povest). İrəvan. 1932.

Page 232: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

232

18. Əlisa Nicat. “Nəğməyə dönmüş ömür”. Bakı,

1980.

19. Akif Bayramov. “Mirzə Şəfinin ədəbi irsi”. Bakı,

1980.

20. B. Markov. Navstreçi. SAB. 1878.

21. L.N.Tolstoy. Polno. Sob. Soçi. L-M. 1934.

22. A.Aslanov. “M.Ş.Vazeh. Nəğmələr”. Şərq-Qərb,

Bakı, 2004.

23. Z.Oruc. “M.Ş.Vazeh. Nəğmələr”. Bakı, 2004.

24. Rafili M. Sabuxi: Süenariy. – Lit. Azerbaydjan,

1941, № 4,s. 18-49.

O drujbe i vliyanii Mirza Şafi Vazexa na

M.F.Axundova.

25. Xazri N. Pyedestal bez pamyanika:

/Poema v proze/. Per. s azerb. S.Mamedzade. –

Drujba narodov, 1983, № 11, s. 86-130.

26. Xalil Zeynal. Çitaya Mirza Şafi Vazexa: Stixi \

Per. V. Zayüeva. – Lit. Azerbaydjan, 1978, № 8, s.

108-116.

27. Allaxverdiev M. Novaya jizn pota: \ O spektakle

«Mirza Şafi Vazex» v Azerb. qos. akad. dram.

teatre im. M.Azizbekova po odnoimyonnoy pyese

Nabi Xazri \.

Bakin. rab, 1982, 22 iölə.

28. Baqirov Q. «Ya k svetu şyol … »: /Spektakl /

Azerb. qos. akad. dram. teatra im. M.Azizbekova

«Mirza Şafi» po odnoimyonnoy pyese Nabi Xazri

/. Baku, 1982, 1 may.

Page 233: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

233

MÜNDƏRİCAT

Ön söz ............................................................. 3

M.Ş.Vazehin həyatı.......................................... 7

Salman Mümtaz Mirzə Şəfi Vazeh

haqqında ............................................................

23

Süsəni (Müxəmməs)....................................... 27

Muşairə........................................................... 29

Mirzə Məhəmməd Həsən................................ 30

Qəzəl............................................................... 30

Qəzəl............................................................... 31

Qəzəl (Müxləs)................................................... 32

Qəzəl............................................................... 33

Qəzəl............................................................... 35

Məktubun intizarında...................................... 36

Avropada Mirzə Şəfi Vazehi

Fridrix Bodenştedt tanıtmışdır.......................

49

Neyləyirsən yaşı sən........................................ 55

Nöhbikə.......................................................... 61

Azərbaycan ləhcəsində tatar

müntəxəbatına erməni xəyanəti.......................

64

Qafqazda Mirzə Şəfi

Avropada Fridrix Bodenştedt.........................

71

Y.Mundek Mirzə Şəfi haqqında........................ 74

Mirzə Şəfinin maarifçiliyi................................. 80

Mehdi Əliyev:

Tanınmış təhsil təşkilatçısı, böyük müəllim.

professor Misir Mərdanov................................

103

Fridrix Bodenştedtin “Şərqdə min

bir gün”romanının ön sözü................................

123

Page 234: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

234

Şərqdə min bir gün

Birinci fəsil

Qafqaz üzərindən Tiflisə....................................

125

İkinci fəsil

Gəncənin müdrik adamı – Mirzə Şəfi................

127

Üçüncü fəsil

Mirzə Şəfi Vazehin məhəbbət hekayəsi.............

136

Dördüncü fəsil

Müdriklik məktəbi...............................................

151

Beşinci fəsil

Müdriklik məktəbi (davamı)...............................

156

Altıncı fəsil

Gəzintilər, uzaqgörənliklər və möcüzələr..........

158

Doqquzuncu fəsil

Müdriklik məktəbi.............................................

168

Onuncu fəsil

Axalsix paşalığında gəzinti................................

173

On birinci fəsil

Müdriklər yarışı..................................................

173

On ikinci fəsil

Tiflis yayın sonunda

Müdriklər məktəbinə qayıdış.............................

178

On üçüncü fəsil

Mirzə Şəfi tənqidçi kimi.....................................

179

On beşinci fəsil

Tiflisdə tatar mənzili...........................................

181

On altıncı fəsil

Mirzə Şəfinin kitab çapına oln şəxsi fikirləri

və hüsnxət yazısına olan göstərişləri.................

184

Page 235: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında

235

On səkkizinci fəsil

Gəncə aliminin ikinci və sonuncu məhəbbəti

Mirzə Şəfi nəğmələrinin yekunu

Məhəbbət həmişə ilğım olur..............................

187

On doqquzuncu fəsil

Şərqdə qadınlar...................................................

198

Tərcüməçinin qeydləri........................................ 206

Orijinal şeirləri................................................... 207

Azərbaycanca şeirlər........................................... 208

Mirzə Şəfi Vazehlə Nci və Nasehin müşairəsi... 209

Farsca şeirlər..................................................... 210

Qeydlər və izahlar.............................................. 220

Lüğət .................................................................. 226

Ədəbiyyat............................................................ 231

Page 236: nuhun.netnuhun.net/pdf/serqqerb.pdf · Nəzakət Əliyeva 2 Elmi redaktor: - X əlil YUSĠFLĠ Filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Ön sözün müəllifi:-

Nəzakət Əliyeva

236

Nəzakət Əliyeva.

“Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında”.

Gəncə, 236 səh. 2013

Texniki redaktor: Fərhad MİRZƏYEV

Kompüter yığımı: Günay İSMAYILOVA

Kompüter dizayneri: Nailə MİRZƏYEVA

Yığılmağa verilmiĢdir: 01.05.2013

Çapa imzalanmıĢdır: 07.05.2013

Kağızın formatı: 60x90, 1/16

Uçot nəĢr vərəqi: 14,8

Tirajı: 200

AMEA Gəncə Bölməsi,

H.Əliyev prospekti 153.