laboratorĠya ĠġĠ № 1aztu.edu.az/azp/curriculum/masin_his/az/down/mh_ve_kee... ·...
TRANSCRIPT
AZƏRBAYCAN TEXNĠKĠ UNĠVERSĠTETĠ
MAġINLARIN KONSTRUKSĠYAEDĠLMƏSĠ KAFEDRASI
MAġIN HĠSSƏLƏRĠ və KEƏ fənnindən
LABORATORĠYA ĠġĠ № 1
DĠġLĠ ÇARXLARIN KONSTRUKSĠYALARI VƏ HƏNDƏSĠ
ÖLÇÜLƏRĠ
QRUP:
TƏLƏBƏ:
MÜƏLLİM:
BAKI -2019
LABORATORĠYA ĠġĠ № 1
MÖVZU:DĠġLĠ ÇARXLARIN KONSTRUKSĠYALARI VƏ HƏNDƏSĠ ÖLÇÜLƏRĠ
.
İŞİN MƏQSƏDİ:
1.Dişli çarxların konstruksiyaları ilə tanış olmaq, onların həndəsi parametrlərinin tapılmasını
öyrənmək .
2.Dişli çarxların hazırlanması,materialları və termiki emalı .
haqqında ümumi bilikləri mənimsəmək, yağlanması üsulları
haqqında ümumi məlumat əldə etmək .
ALƏT VƏ AVADANLIQLAR:
1. Xətkeş
2. Transportir
3. Müxtəlif dişli çarxlar
ÜMUMĠ MƏLUMAT
Dişli çarx ötürməsi - dişli ilişmə vasitəsi ilə momentləri və fırlanma tezliklərini dəyişdirməklə
hərəkəti ötürən və ya bir hərəkət növünü başqasına çevirən mexanizmə deyilir. Ötürmə əsasən
aparan və aparılan dişli çarxlardan ibarət olur. Adətən aparan dişli çarx aparılan dişli çarxa
nisbətən həndəsi ölçülərinə görə kiçik olur. Belə mexanizmlər fırlanma tezliyini azaldır, burucu
momenti isə artırır. Lakin praktikada bəzən əks hala da təsadüf edilir. Bu zaman aparan dişli
çarx böyük dişli çarx olur, nəticədə mexanizmin fırlanma tezliyini artırır, momenti isə azaldır.
Dişli çarxlar aşağıdakı növlərə bölünürlər :
1. Çarxın həndəsi formasına görə;
(silindirik və konusvari dişli çarxlar)
2. Dişin çarxın oxuna nəzərən yerləşməsinə görə:
(düz, çəp, qoşa və dairəvi dişli çarxlar)
Dişli çarxların oturduqları valların oxlarının fəzada yerləşməsinə görə ötürmə paralel, kəsişən və
çarpaz vallar arasında ötürmələrə ayrılır.
Paralel vallar arasında hərəkətin ötürülməsi silindrik düz, çəp və qoşa dişli çarxlarla, kəsişən
oxlar arasında hərəkət konusvarı dişli çarx ötürməsi, oxları çarpazlaşan vallar arasında isə sonsuz
vint, dişli-vintvari və hipoid ötürmələri vasitəsilə həyata keçirilir.
Fırlanma hərəkətini irəliləmə hərəkətinə və əksinə çevirmək üçün silindrik dişli çarxdan və
tamasadan istifadə edilir.
Dişli çarx, üzərində dişlər kəsilmiş çənbərdən, topdan və onları birləşdirən diskdən ibarətdir.
Düz dişli çarxlar o qədər də yüksək olmayan və orta sürətlərdə, dişlər çox bərk olduqda açıq
ötürmələrdə, həmçinin sürətləri dəyişdirmək üçün dişli çarxları oxboyu hərəkət etdirmək lazım
gəldikdə, məsələn sürət qutularında, geniş işlədilir. Çəp dişli çarxları isə məsuliyyətli ötürmələr
üçün, orta və yüksək sürətlərdə tətbiq edirlər. Onlarm tətbiq sahələri getdikcə genişlənir. Çəp və
dairəvi dişlərin istifadə olunmasında əsas məqsəd ilişmə xəttinin böyüdülməsi hesabına
möhkəmliyin artırılmasıdır. Bu cür dişli çarxlarda səs azalır və ötürmə səlis işləyir.
Yastıqlara oxboyu qüvvə ötürməsi çəp və dairəvi dişli çarxların əsas mənfı cəhətidir, qoşa
dişli çarxlar isə yastıqlara oxboyu qüvvə ötürmür və xüsusən ağır yüklərdə tətbiq edilir.
Xarici diametri valm diametrindən çox böyük olmayan dişli çarxlar çox vaxt val ilə birlikdə
bütöv hazırlanır (reduktorlarda olanda). Birpilləli reduktorlarda tətbiq olunan dişli çarxlar əsasən
hər iki tərəfə çıxmış toplu şəkildə hazırlanır.
Val-dişli çarxın hazırlanması, ayrı-ayrılıqda valın və dişli çarxın hazırlanmasından ucuz başa
gəldiyi üçün kiçik ölçülü dişli çarxların valla birlikdə hazırlanmas məsləhət görülür. Bunun üçün
dişin dibi ilə işgil yuvası arasındakı x məsafəsi (şəkil 1) silindrik dişli çarxlarda x˂2,5m, konus
dişli çarxlarda x˂1,6me şərtini ödəməlidir. Əks halda dişli çarxlar ayrıca konstruksiya olunur
(şəkil 2).
Şəkil 1.
Reduktorun aparılan dişli çarxlarının konstruktiv ölçüləri aşağıdakı kimi təyin olunur:
topun uzunluğu 22 )5,12,1( çt dl
topun diametri 22 6,1 çt dd
Şəkil 2.
Diskin qalınlığı silindrik dişli çarxlarda 23,0 bc , konik çarxlarda c=(0,1...0,17) Re
Sağanağın haşiyəsinin ölçüsü mf )7,06,0(
Sağanağın qalınlığı S= (2,5...4)m.
Sonsuz vint çarxlarının (şəkil 2,c) əsas həndəsi ölçüləri aşağıdakı düsturlarla təyin olunur.
Dişli sağanağın qalınlığı S1 = 2m
burada m - ilişmənin moduludur.
Mərkəzin sağanağının qalınlığı S0 = 1,3S1
Diskin qalınlığı C = (1,2...1,3)S0
Mərkəzin çiyinliyinin eni 215,0 bh
burada b2 sonsuz vint çarxının enidir.
Mərkəzin çiyinliyinin hündürlüyü ht 8,0
Dişli sağanağın haşiyəsinin ölçüsü mt 5,0
Dişli sağanaqda haşiyə 45f
bucaq altında açılır.
Topun yan səthlərindəki iti uclar mm ölçülü haşiyə ilə kütləşdirilir.
SĠLĠNDRĠK DĠġLĠ ÇARXLARIN ƏSAS PARAMETRLƏRĠ
Silindrik dişli çarxların dişlərinin profili əsasən evolvent əyrisidir. Evolvent ilişməsində
isə əsas parametr modul hesab edilir.
z
dpm
(1.1)
Burada p -dişin addım; d-dişli çarxın bölgü çevrəsinin diametri. z-isə dişlərin sayıdır.
Addım dedikdə, iki qonşu dişin profillərinin eyni adlı nöqtələri arasında, bölgü çevrəsi üzrə
ölçülən qövs məsafəsi başa düşülür.
Modul standartlaşdırılmışdır .
Cədvəl 1.1. İlişmə modulunun standart qiymətləri
I sıra 1; 1,25; 2; 2,5; 3; 4; 6; 8; 10; 12; 16; 20
II sıra 1,375; 1,75; 2,25; 2,75; 3,5; 4,5; 7; 9; 11; 14; 18; 22
DiĢin hündürlüyü:
h = 2,25m (1.2)
DiĢli çarxların diametrləri:
1.bölgü çevrəsinin diametri:
cos
zmd
(1.3)
2. xarici çevrənin diametri:
da =d + 2m (1.4)
3.daxili çevrəsinin diametri:
df=d-2,5m (1.5)
Burada - β- dişin çəplik bucağıdır; düz dişli çarxlar üçün β = 0; çəp dişli çarxlar üçün
β = 8....22°; qoşadişli çarxlar üçün isə β = 25...45°. Dişli çarxların profillərinin ilişmə bucağı
α = 20°-dir.
2f
LABORATORĠYA ĠġĠNĠN YERĠNƏ YETĠRĠLMƏSĠ
Hesablama iĢləri:
Dişlərin sayı – z=
Dişin uzunluğu – l= mm;
Valın diametri – dv= mm;
Dişli çarxın eni – b= mm;
Dişin hündürlüyü – h= mm;
Dişin çəplik bucağı - l
barccos
İlişmə modulu – 25.2
hm
Standarta görə m= mm qəbul edirik.
Bölgü diametri –
cos
zmd
Daxili diametri – mdd f 5.2
Xarici diametri – mdda 2
Sağanağın qalınlığı – S=(2,5...4)m=
S= mm qəbul edirik.
Diskin qalınlığı – bC )4.0...35.0(
C= mm qəbul edirik.
Topun diametri – vt dd 6,1
Topun uzunluğu – vt dl )5.1...2,1(
tl mm qəbul edirik.
ÖLÇMƏ VƏ HESABLAMA İŞLƏRİNİN NƏTİCƏLƏRİ
Verilmiş dişli çarxın eskizi:
Diş
ləri
n s
ayı
Diş
li ç
arxın
eni Diametrlər
Diş
in h
ündürl
üyü
İliş
mə
modulu
Çəp
lik b
uca
ğı
Çən
bər
in q
alın
lığı
Dis
kin
qal
ınlığı
Topun d
iam
etri
Topun u
zunlu
ğu
Bölg
ü
Xar
ici
Dax
ili
z b d da df h m β S C dt lt
Verilmiş dişli çarxın eskizini çəkməli.
AZƏRBAYCAN TEXNĠKĠ UNĠVERSĠTETĠ
MAġINLARIN KONSTRUKSĠYAEDĠLMƏSĠ KAFEDRASI
MAġIN HĠSSƏLƏRĠ və KEƏ fənnindən
LABORATORĠYA ĠġĠ № 2
DĠġLĠ ÇARX REDUKTORLARININ KONSTRUKSĠYALARI. ĠKĠPĠLLƏLĠ
SĠLĠNDRĠK DĠġLĠ ÇARX REDUKTORUNUN SÖKÜLMƏSĠ VƏ YIĞILMASI, ƏSAS PARAMETRLƏRĠNĠN TƏYĠNĠ
QRUP:
TƏLƏBƏ:
MÜƏLLİM:
BAKI -2019
LABORATORĠYA ĠġĠ № 2
MÖVZU: DĠġLĠ ÇARX REDUKTORLARININ KONSTRUKSĠYALARI. ĠKĠPĠLLƏLĠ
SĠLĠNDRĠK DĠġLĠ ÇARX REDUKTORUNUN SÖKÜLMƏSĠ VƏ YIĞILMASI, ƏSAS
PARAMETRLƏRĠNĠN TƏYĠNĠ
ĠġĠN MƏQSƏDĠ:
1.Reduktorların konstruksiyaları,tətbiq sahələri,həndəsi və texniki parametrləri ilə tanış olmaq.
2.Reduktorların iş prinsipi,dişli çarxların və yastıq düyümlərinin
yağlanması üsulları haqqında ümumi məlumat əldə etmək . .
ALƏT VƏ AVADANLIQLAR:
4. Reduktor
5. Qayka açarları
6. Xətkeş
7. Transportir
8. Ştangepərgar
ÜMUMİ NƏZƏRİ MƏLUMAT:
Ayrıca aqreqat şəklində hazırlanaraq fırlanma tezliyini və bucaq sürətini azaltmaq,burucu
momenti isə artırmaq funksiyasını daşıyan mexanizmlərə reduktor deyilir.
Reduktorlar bölünür:
1. Ötürmənin növünə görə:
a) Silindrik dişli çarx reduktorları;
b) Konusvari dişli çarx reduktorları ;
c) Sonsuz vint reduktorları;
d) Konusvari-silindrik çarx reduktorları;
e) Dişli çarx-sonsuz vint reduktorları.
2. Pillələrin sayına görə:
a) Birpilləli reduktorlar;
b) İkipilləli reduktorlar;
c) Üçpilləli reduktorlar və s.
3. DiĢlərin növünə görə:
a) Silindrik dişli çarx reduktorları;
b) Konusvari dişli çarx reduktorları.
4. Reduktorun vallarınm fəzada yerləĢməsinə görə:
a) Üfüqi reduktorlar;
b) Şaquli redukorlar.
5. Kinematik sxemin xüsusiyyətinə görə:
a) Tuş oxlu;
b) Qoşalaşmış və s.
Reduktor hərəkətverici mexanizmlə icraedici mexanizm arasında yerləşib,mühərrikin texniki
parametrlərini icraedici mexanizmin tələbinə uyğun dəyişdirən ötürücü mexanizmdir.
Reduktorlar xüsusi yükqaldırıcı nəqledici və fasiləsiz nəqliyyat maşınlarında,metallurgiya və
kimya maşınqayırma sənayesində, gəmiqayırma və s. sahələrdə geniş tətbiq olunur.
Reduktorları xarakterizə edən əsas texniki parametri ötürmə ədədidir.
2
1
2
1
1
2
1
2
n
n
d
d
z
zu (2.1)
Burada z1 və z2 uyğun olaraq aparan və aparılan dişli çarxların dişlərinin sayı, d1 və d2 uyğun
olaraq həmin dişli çarxların bölgü çevrələrinin diametrləri, n1 və n2 uyğun olaraq həmin valların
fırlanma tezlikləri, ῳ1 və ῳ2 - bucaq sürətləridir.
İkipilləli reduktorların ötürrnə ədədi ayrı-ayrı pillələrin ötürmə ədədlərinin hasilinə bərabərdir:
21 uuu (2.2)
Burada u1 və u2 - itigedişli və yavaşgedişli pillələrin ötürmə ədədidir.Kiçik ötümə ədədlərində
ikipilləli reduktorlarda tətbiq edilir.(şək. 2.1,a).Bu reduktorların ötürmə ədədini 6,3-də böyük
götürmək məsləhət görülmür.Ötürmə ədədi böyüdükcə ötürücü mexanizmin həndəsi ölçüləri və
deməli həm də kütləsi böyüyür. Müasir dövrdə əsasən ikipilləli reduktorlara rast gəlinir.Bu
reduktorların ötürmə ədədi 6.3...40(50) həddində dəyişir.İkipilləli silindrik dişli çarx
reduktorlarında iti və yavaş gedişli pillələrin aparılan dişli çarxlarının yağa eyni səviyyədə
batması üçün hər iki pillələrin aparılan dişli çarxların diametrlərinin bərabər olması
məqsədəuyğundur.Burada uyğun olaraq
u1 = (0.75...1)3 2u olmalıdır
Reduktorların valları əsasən diyirlənmə sürtünməsi yastıqlarında oturdulur. Çox gedişli
ötürmələrdə və bəzən də çox ağır reduktorlarda sürüşmə sürtünməsi yastıqları tətbiq edilir.
Hər dayaqda adətən bir diyirlənmə sürtünməsi yastığı qurulur.Kiçik və orta yüklərdə kürəcikli
yastıqlar,orta və böyük yüklərdə isə diyircəkli yastıqlar tətbiq edilir.
Əgər yastıqlararası məsafə 600-700 mm-dən artıq deyilsə yastıqlar "ayrıca" adlandırılan daha
sadə tip ilə yerinə quraşdırılır.Dayaqlararası məsafə böyük olduqda temperatur deformasiyalarına
görə belə qurma məqsədi ilə qurma məqsədə uyğun deyil.Bu halda valın birinci dayağı oxboyu
qüvvələri qəbul edir,ikinci dayağı isə ”üzən" tipli qurulur. Ağır reduktorlarda bəzən hər dayağa
iki yastıq qoymaq lazım gəlir.
Qoşadişli çarx reduktorlarında ötürmə vallarında birinci "üzən" tip üzrə, adətən, silindrik
diyircəkliyastıqlarda qurulur ki,bu da valın ox istiqamətində
özüqurulan olması və qoşa dişlərin hər yarım dişinə eyni miqdarda yükün düşməsini təmin edir.
HESABĠ ASILILIQLAR:
İkipilləli silindrik dişli çarx reduktorunu sökdükdən sonra parametrlər təyin edirlər.
İtigedişli pilləyə uyğun pametrlərin indeksində aparan element üçün 1.aparılan üçün isə 2 və
yavaşgedişli pillə üçün isə uyğun olaraq 3 və 4 qeyd etməklə əvvəlcə bütün dişli çarxların
dişlərinin sayı:
Mərkəzlərararası məsafə,dişi çarxlann eni və çəplik bucağı;
Dişin çəplik bucağını transportir vasitəsi ilə ölçmək və ya dişin uzunluğunu dişli çarxın eninə
bölməklə bu bucağın radiusunu tapmaq olar.
Aşağıdakı parametrlər hesablanır:
1. Otürmə ədədi:
İtigedişli pillə üçün - 1
2
z
zu (2.3)
Yavaşgedişli pillə üçün - 3
4
z
zu (2.4)
Ötürmə ədədini bu qiyməti standarta görə cədvəl 2.1 - dən dəqiqləşdirilir.Adətən birinci sıraya
üstünlük verilir.
Cədvəl 2.1
І sıra 1 12.5 1.6 2.0 2.5 3.15 4.0 5.0 6.3
8.0
ІІІ sıra 1.25 1.4 1.8 2.25 2.8 3.55 4.5 5.6 7.1 9.0
TƏCRÜBƏNĠN PROTOKOLU
1. Hesablama işləri:
Ölçülmüş parametrlər:
a) Mərkəzlərarası məsafə - awi= mm ; awy= mm
Dişlərin sayı – z1= ; z2= ; z3= ; z4=
Dişli çarxların eni – b1= mm ; b2= mm; b3= mm; b4= mm
Dişlərin uzunluqları – l1= mm ; l2= mm ; l3= mm ; l4= mm Dişlərin çəplik
bucaqlarını təqribi hesablayaq:
2
2arccosl
bi
Ötürmə ədədləri - 1
2
z
zui
3
4
z
zu y
Ümumi ötürmə ədədi - yi uuu
İlişmə modulları – itigedişli pillədə
21
cos2
zz
am iwi
ni
Standart əsasında mni= mm qəbul edirik.
Yavaşgedişli pillədə
43
c o s2
zz
am
ywy
ny
Standart əsasında mny= mm qəbul edirik.
Dişlərin çəplik bucaqlarını dəqiqləşdirək:
wi
ni
ia
zzm
2
)(arccos 21
wy
ny
ya
zzm
2
)(arccos
43
Dişli çarxların mərkəzlərarası məsafəyə görə en əmsalları:
wi
baia
b2
wy
baya
b4
4
4arccosl
by
Dişli çarxların diametrləri:
i
ni zmd
cos
1
1
i
ni zmd
cos
2
2
y
ny zmd
cos
3
3
y
ny zmd
cos
4
4
nifi mdd 5.21
nif mdd 5.222
nyf mdd 5.233
nyf mdd 5.244
nia mdd 211
nia mdd 222
nya mdd 233
nya mdd 244
2. Verilmiş dişli çarx reduktorunun eskizi:
AZƏRBAYCAN TEXNĠKĠ UNĠVERSĠTETĠ
MAġINLARIN KONSTRUKSĠYAEDĠLMƏSĠ KAFEDRASI
MAġIN HĠSSƏLƏRĠ və KEƏ fənnindən
LABORATORĠYA ĠġĠ № 3
QAYIġ ÖTÜRMƏSĠNĠN HƏNDƏSĠ ÖLÇÜLƏRĠNĠN TƏYĠNĠ
QRUP:
TƏLƏBƏ:
MÜƏLLİM:
BAKI -2019
LABORATORĠYA ĠġĠ № 3
MÖVZU: QAYIġ ÖTÜRMƏSĠNĠN HƏNDƏSĠ ÖLÇÜLƏRĠNĠN TƏYĠNĠ
İşin məqsədi:
1.Qayış ötürməsi, onun təyinatı, konstruksiyası, növləri və tətbiq sahələri ilə tanışlıq.
2.Qayış ötürməsi təşkil edən detalların konstruksiyaları və materialları haqqında məlumat əldə
etmək.
3.Sadə qayış ötürməsinin əsas həndəsi parametrlərini təyin etmək.
Alət və avadanlıqlar
1.Qayış ötürməsi 2.Xətkeş 3.Ştangenpərgar
NƏZƏRİ MƏLUMAT
Mexaniki enerjini, fırlanma momentini, bucaq surətini bir valdan digərinə onların qiymət
və istiqaməti dəyişdirmədən və ya dəyişdirməklə sürtünmə qüvvələri sayəsində ötürən
mexanizmə qayış ötürməsi deyilir. Qayış ötürməsi 2 və ya daha çox qasnaqdan və bu qasnaqları
tarımlaşdırılaraq əhatə edən qayışdan ibarətdir. (şək. 1). Bundan başqa qayışda tələb olunan
gərilmə qüvvəsi yaratmaq və qayışın qasnagı əhatə bucağını artırmaq üçün ötürmənin
konstruksiyalarında əksərən tarımlıq qurğuları da nəzərdə tutulur.
Şəkil 1. Qayış ötürməsinin ümumi sxemi
Mexaniki intiqallarda qayış ötürməsi adətən yavaşıdıcı ötürmələr kimi tətbiq olunur. Qayış
ötürməsi 50kvt-a qədər güclərdə və 40-50m/s-ə qədər çevrəvi surətlərdə yaxşı işləyir. Ötürmə
ədədinin maksimum qiyməti tarımlıq diyircəyi olmayan ötürmələrdə Umax=5...6, tarımlıq
diyircəyi olan ötürmələrdə isə Umax=6...10 götürülür.
Qayış ötürmələri elektirik mühərriki intiqallarında, avtomobil və traktorlarda, kənd təsərrüfatı
maşınlarında və digər maşınlarda geniş tətbiq edilir.
Ötürmənin üstünlükləri: a) konstruksiya sadədir; b) hərəkəti böyük məsafələrə ötürə bilir; c)
səlis və səssiz işləyir; d) böyük fırlanma sürətlərində işləyir; e) maya dəyəri ucuzdur; f) qoruyucu
xüsusiyyətə malikdir və s.
Ötürmənin çatışmamazlıqları: a) qasnaqların həndəsi ölçüləri böyük alınır; b) vallara və
dayaqlara böyük qüvvələr təsir edir; c) iş prosesində elastiki sürüşmə yaranır; d) qayış yağdan
qorunmalıdır; e) çox itisurətli ötürmələrdə uzunömürlülüyü azdır; f) ötürmə ədədi qeyri sabitdir.
Qayış ötürməsinin işləməsi üçün ən vacib şərtlərdən biri onun tarımlığıdır. Ötürmənin normal
işini təmin etmək üçün bütün istismar müddətində qayışın tarımlığı saxlanılmalıdır. Bu aşağıdakı
üsullardan hər hansı biri ilə həyata keçirilir. a) qayış əvvəlcədən elastiklik həddində dartıb,
sonradan ucların tikməklə; b) qasnaqlardan birinin yerini dəyişməklə; c) xüsusi tarımlıq
diyircəyinin yerinə dıyişməklə; d) tarımlığı avtomatik saxlayan yüklü və ya yaylı diyircəklə; e)
tarımlığı yükləmədə asılı olaraq nizamlayan avtomatik quruluşlarla.
En kəsiyinin formasına görə qayışlar aşağıdakı növlərə bölünürlər:
1.Düzbucaqlı profilli yastı qayışlar (şəkil 2, a);
2.Trapesiya profilli pazvari qayışlar (şəkil 2, b);
3. Daxili səthində qayışın uzunluğu boyunca pozvari çıxıntıları olan sonsuz üsulu yastı çoxpazlı
qayışlar (şəkil 2, c);
4. Dairəvi profilli girdə qayışlar (şəkil 2, d);
5.Daxili səthində xüsusi profilli dişləri olan dişli qayışlar (şəkil 2, e)
Qayışlar dəyişkən yüklərin təsirinə qarşı yüksək möhkəmliyə, qasnaqla kontakt görüşmə
səthində böyük sürtünmə əmsalına və yeyilməyə qarşı yüksək davamlığa malik olmalıdırlar.
Yastı qayışlar lent şəklində buraxılır, top halında sarınaraq saxlanılır. Qayış ötürməsi üçün lazım
olan uzunluqda yastı qayış kəsilir və onun ucları bir-birinə tikilir və yaxud yapışqanla
birləşdirilir. Yastı qayışlar dəridən və ya sintetik materiallardan hazırlanır. Bu qayışlar sərt
vibrasiya tələbləri qoyulmuş maşınlarda, məsələn, yüksək dəqiqlikli dəzgahlar da geniş tətbiq
edilir.
Şəkil 2. Qayışın növləri
Dairəvi qayışlar dəridən, kaprondan və s. hazırlanır və kiçik gücə malik maşınlarda, məsələn,
tikiş və məişət maşınlarında, stolüstü dəzgahlarda və s. tətbiq edilir.
Pazvari qayışlar digər qayışlarla müqayisədə daha çox istifadə olunur. Bu qayışlarla ötürmənin
həndəsi ölçüləri yastı qayış örtürmələrinə nisbətən kiçik alınır; eyni zamanda fırlanma hərəkətini
bir neçə qola ötürə bilir. Pazvari qayışları adətən 3qatdan ibarət hazırlayırlar. Qayışın dartılmaya
işləyən yükgötürən kord qatının altında və üstündə rezinləşmiş parçadan ibarət qat çəkilir.
Normal və ensiz en kəsikli kord parçalı və kord məftilli qayışlar geniş sürətdə tətbiq olunur.
Kord məftilli qayışlar böyük elastikliyə malikdir və kiçik diametrli qasnaqlardan daha çox
istifadə olunur. Pazvari qayışlarda pazlıq bucağı 40O-dir, onlar standartlaşdırılmışdır.
Çoxpazlı qayışlar son vaxtlar daha çox tətbiq edilir. Qayışın əsas yükgötürmə qatı kimyəvi
liflərdən hazırlanır. Bu qayışlar yastı qayışların elastiklik və pazvari qayışların qasnaqla yüksək
ilişmə qüvvəsinə malik olma xüsusiyyətlərini özündə cəmləşdirir. Qayışda məsləhət görülən
qabırğaların sayı 2....20, buraxıla bilən sayı isə 50-yə qədər ola bilər.
Qasnaqlar. Qasnaqları çuqundan (CЧ 10, 15), poladdan (25, 15), yüngül ərintilərdən, plastik
kütlələrdən və ağac materiallarından hazırlayırlar. Qasnağın qayış oturan hissəsinə sağanaq, vala
geydirilən hissəsinə isə top deyilir. Sağanaqla top disklə və ya dəndənələrlə əlaqaləndirilir.
Aparan qasnağın diametri kiçik olduğundan çox vaxt onu disk şəklində hazırlayırlar.
QayıĢ ötürməsinin həndəsi parametrləri:
Qayış ötürməsinin ötürmə ədədi:
U=
(1)
Burada D1-aparan, D2-isə aparılan qasnaqların diametrləri, ε=0,01...0,02 sürüşmə əmsalı.
Mərkəzlərarası məsafənin minumum və maksimum qiymətləri:
amin=0.55 (D1+ D2)+h; amax= 2(D1+ D2) (2)
Burada h-qayışın en kəsiyinin hündürlüyüdür.
Qayışın nisbi uzunluğu
L=2a+
(D1+D2)+
(3)
Qayışın uzunluğu standartlaşdırılmışdır. Aşağıda qayışın uzunluğunun standart qiymətləri
verilmişdir: 400, 425, 450, 475, 500, 530, 560, 630, 670, 710, 750, 800, 850, 900, 950, 1000,
1060, 1120, 1320, 1400, 1500, 1600, 1700, 1800, 2000, 2240, 2500, 2800, 3150, 4000, 4500,
5000 mm.
Bundan sonra mərkəzləarası məsafə dəqiqləşdirilir:
8
8222
12
2
1212 DDDDLDDLa
(4)
Qayışın aparan qasnağı əhatə bucağı:
α=180°
·57,3° (5)
Nəzəri məlumatları mənimsədikdən sonra tələbə verilmiş qayış ötürməsi üzərində təcrübə işini
yerinə yetirir.
ĠĢin ardıcıllığı.
1. Xətkeş və ya ştangenpərgarın köməyilə aparan və aparılan qasnaqların diametrlərini ölçməli.
2. Faktiki mərkəzlərarası məsafəni xətkeş vasitəsilə ölçüb təyin etməli
3. Qayış ötürməsinin ötürmə ədədini (1) düsturu ilə hesablamalı.
4. Verilmiş qayış ötürməsi üçün mərkəzlərarası məsafənin minumum və maksimum qiymətlərini
(2) düsturlarından istifadə edərək təyin etməli.
5. (3) düsturu ilə qayışın nisbi uzunluğunu hesablamalı və onu standartdan dəqiqləşdirməli.
6. Mərkəzlərarası məsafənin (4) düsturunun köməyi ilə təyin edib, təcrübi yolla ölçülən və
hesablama yolu ilə təyin edilən minumum və maksimum qiymətləri ilə müqayisə etməli.
7. Qayışın aparan qasnağı əhatə bucağını (5) düsturu ilə hesablamalı.
QayıĢ ötürməsinin həndəsi parametrlərinin təyini
1.Ümumi nəzəri məlumatın mənimsənilməsi:
2.Ölçmə və hesablama işləri:
Qasnaqların diametrləri: D1= mm; D2= mm;
Mərkəzlərarası məsafə: af= mm;
Qayışın en kəsiyinin hündürlüyü: h= mm; ε=0,01;
Ötürmə ədədi U=
=
Minumum və maksimum mərkəzlərarası məsafələr:
amin=0,55(D1+D2)+h=
amax=2(D1+D2)=
Qayışın nisbi zunluğu:
L= 2a+
(D1+D2)+
=
Qayışın standart uzunluğu: Ls= mm
Qayışın aparan qasnağı əhatə bucağı
α=180°-
·57,3°=
Hesabi mərkəzlərarası məsafə
8
8222
12
2
1212 DDDDLDDLa
=
3.Ölçmə və hesablama işlərinin nəticələri
№ Parametrlər İşarəsi Qiyməti
Giriş parametrləri
1 Aparan qasnağın diametri D1
2 Aparılan qasnağın diametri D2
3 Faktiki mərkəzlərarası məsafə af
Çıxış parametrləri
1 Ötürmə ədədi U
2 Minumum mərkəzlərarası amin
3 Maksimum mərkəzlərarası amax
4 Qayışın nisbi uzunluğu L
5 Qayışın standart uzunluğu Lst
6 Hesabi mərkəzlərarası məsafə an
7 Qayışın aparan qasnağın əhatə bucağı
4.Qayış ötürməsinin sxemi:
AZƏRBAYCAN TEXNĠKĠ UNĠVERSĠTETĠ
MAġINLARIN KONSTRUKSĠYAEDĠLMƏSĠ KAFEDRASI
MAġIN HĠSSƏLƏRĠ və KEƏ fənnindən
LABORATORĠYA ĠġĠ № 4
ZƏNCĠR ÖTÜRMƏSĠNĠN HƏNDƏSĠ PARAMETRLƏRĠNĠN
TƏYĠNĠ
QRUP:
TƏLƏBƏ:
MÜƏLLİM:
BAKI -2019
LABORATORĠYA ĠġĠ № 4
MÖVZU: ZƏNCĠR ÖTÜRMƏSĠNĠN HƏNDƏSĠ PARAMETRLƏRĠNĠN TƏYĠNĠ
Mexaniki enerjini iki və daha çox vallar arasında bu valların üzərində yerləşdirilmiş
ulduzcuqların dişləri ilə ilişmədə olan zəncir adlanan sonsuz uclu elastik elementin köməyi ilə
ilişmə qüvvələri sayəsində ötürən mexanizmə zəncir ötürməsi deyilir.
Zəncir ötürməsinin kinematik sxemi
Sadə zəncir ötürməsi aparan (1) və aparılan (2) ulduzcuqlardan və onlarla ilişmədə olan
zəncirdən (3) ibarətdir. Bunlardan başqa zəncir ötürməsinin konstruksiyalarında tarımlıq və
yağlama qurğuları, mühafizə çəpərləri və s. ola bilər.
Bəzən bir neçə aparan ulduzcuğu olan zəncir ötürmələrinə də rast gəlinir.
Zəncir ötürmələri nəqliyyat maşınlarında (motosiklet, velosiped və s.), kənd təsərrüfatı və
poliqrafiya maşınlarında, yükqaldıran nəqledici maşınlarda və s. geniş tətbiq edilir.
Ötürmənin ötürdüyü güc 100 kVt-a, mərkəzlərarası məsafəsi isə 8 m–ə qədər ola bilər.
Sürəti 2 m/s-dən kiçik olan yavaşgedişli ötürmələrdə ötürmə ədədi 7…15, 2…6m/s olan
ortasürətlərdə 3…6 və sürəti 6…15 m/s olan itigedişli öturmələrdə ötürmə ədədi 3-ə qədər olur.
Zəncir ötürməsinin üfüqi vallar arasında işləməsi məqsədə uyğundur, lakin ulduzcuğun
mərkəzi xəttinin üfüqlə 750…800 -yə qədər maililiyinə icazə verilə bilər.
Ötürmənin üstünlükləri: a) f. i. ə. yüksəkdir; b) sürüşməsiz işləyir; c) həndəsi ölçüləri
elastik əlaqəli digər ötürmələrə nisbətən kiçikdir; d) geniş diapazonlu mərkəzlərarası məsafələrdə
işlədilir; e) böyük başlanğıc gərilmə qüvvəsi tələb etmədiyindən vallara və dayaqlara çox kiçik
qüvvələrlə təsir edir; f) zənciri asanlıqla dəyişdirmək olur; g) eyni vaxtda bir neçə ulduzcuga
hərəkəti ötürmək mümkündür və s.
Ötürmənin mənfi cəhətləri: a) zəncirin oynaqları mayesiz sürtünmə mühitində
işlədiyindən onların yeyilməyə məruz qalması labüddür; b) pazvari qayış ötürməsinə nisbətən
valların daha dəqiq qurulmasını, daha mürəkkəb yağlama və nizamlama şərtləri tələb edir; c)
ötürmələrin daha çox yağ vannasında qurulması tələb olunur; d) əsasən ulduzcuqların dişlərinin
sayı az olduqda zəncirin hərəkət sürəti sabit olmadığından ulduzcuqlar qeyri-müntəzəm fırlanır
və s.
Zəncirləri əsasən iki qrupa ayırırlar:
Ötürücü zəncirlər–mexaniki enerjini bir valdan digərinə ötürmək üçün istifadə edilir;
Dartma zəncirləri–yükləri qaldırmaq, onları asmaq, endirmək, həmçinin yükləri çəkmək
üçün yükqaldıran nəqledici maşın və avadanlıqlarda, habelə nəqliyyat maşınlarında tətbiq edilir.
Ötürücü zəncirlər diyircəkli, oymaqlı və dişli zəncirlərə bölünürlər. Bu zəncirlərin əsas
xarakter cəhətləri dinamiki yükləri azaltmaq üçün onların kiçik addımlı olmaları və yeyilməyə
davamlı oynaqlarının olmasıdır.
Zəncirlərin əsas həndəsi xarakteristikaları onların addımı və eni, əsas qüvvə
xarakteristikası isə qırıcı qüvvədir. Zəncirlər standartlaşdırılmışdır. Beynəlxalq standarta görə
zəncirlərin addımı 25,4 mm-ə (1 düyməyə) bölünəndir.
Bircərgəli diyircəkli intiqal zəncirlərinin standart addımları:
8; 9,525; 12,7; 15,875; 19,05; 25,4; 31,75; 38,1; 44,45; 50,8
Diyircəkli zəncirlər daxili bəndləri oymağa, xarici bəndləri isə oxa preslənmiş iki
lövhədən ibarət hazırlanır. Diyircəklər zəncirlə ulduzcuq arasındakı sürüşmə sürtünməsini
diyirlənmə sürtünməsi ilə əvəz edərək ulduzcuqların dişlərinin yeyilməsini azaldır. Lövhələri
dartılmaya işləyən bərabərmüqavimətli tirlərə oxşar formada hazırlayırlar. Zəncirin ucları
birləşdirici bəndlər vasitəsilə, adətən, şplintlə birləşdirilir. Bəndlərinin sayı tək olan zəncirin
uclarını birləşdirmək üçün xüsusi keçid bəndlərindən istifadə olunur. Lakin bu bəndlər bir az zəif
olduğuna görə, həmişə cüt saylı bəndli zəncirlərdən istifadə etməyə çalışırlar.
Çoxsıralı diyircəkli zəncirlər çox böyük yüklərdə və sürətlərdə istifadə edilir. Uzunbəndli
diyircəkli zəncirlər adi diyircəkli zəncirlərdən xeyli yüngül və ucuzdur, bu da onların
addımlarının iki dəfə böyük olması ilə əlaqədardır. Bu zəncirlər kiçik sürətlərdə daha çox tətbiq
edilir.
Diyircəklərin oymaqlarla əvəz edilməsi oynaqlı zəncirlərin dəyərini ucuzlaşdırır, zəncirin
kütləsini və ölçüsünü azaldır. Bu zəncirləri yalnız 9,25 mm–lik bəndli hazırlayırlar. Onlar əsasən
motosikletlərdə və avtomobillərin paylayıcı valının intiqallarında tətbiq edilir.
Dişli zəncirləri hər birinin iki dişi olan lövhələr dəstindən yığmaqla hazırlayırlar. İşləmə
zamanı zəncirin dişləri arasındakı çökəyə ulduzcuğun dişləri, ulduzcuğun dişləri arasındakı
çökəyə isə zəncirin dişləri girir. Ulduzcuğun dişləri trapesiya profillidir. Lövhələrin dişləri isə
bir–birinə nəzərən 600 bucaq təşkil edir. Zəncirin yana sürüşərək ulduzcuqlardan düşməsinin
qarşısını almaq üçün dişli zəncirləri fasonlu kəsintiləri olmayan daxili və ya yan yönəldici
lövhələrlə istiqamətləndirirlər. Daxili istiqamətləndirici lövhələr ulduzcuqlarda xüsusi novun
açılmasını tələb edir. Yüksək sürətlərdə az səslə işləməsi, lövhələrin sayının çoxluğu ilə əlaqədar
etibarlığının yüksək olması dişli zəncirlərin üstünlükləri, hazırlanmasının mürəkkəbliyi, maya
dəyərinin yüksək, kütləsinin ağır olması isə bu zəncirlərin işlədilməsini məhdudlaştıran əsas
nöqsanlarıdır.
Zəncirlərin əsas növləri şəkildə göstərilmişdir. Burada: a) dairəvi bəndli yük zənciri; b)
lövhəli oynaqlı yük zənciri; c) oymaqlı dartı zənciri; d) birsıralı diyircəkli ötürücü zəncir; e)
ikisıralı diyircəkli ötürücü zəncir; f) əyri lövhəli ötürücü zəncir; g) oymaqlı ötürücü zəncir; h)
daxili yönəldici lövhəli dişli ötürücü zənciri; i) yan yönəldici lövhəli dişli ötürücü zənciri; c)
fasonlu qarmaqşəkilli ötürücü zənciri; l) fasonlu bəndli oymaqlı dartı zənciridir.
Oymaqlı və diyircəkli zəncirlərin lövhələrini ortakarbonlu və yaxud legirlənmiş
poladlardan hazırlayırlar. Bərkliyi 40…50 HRC olan 40, 50, 40X, 40XH, 30XH3A markalı
poladlara üstünlük verilir.
Dişli zəncirlərin lövhələri əsasən polad 50 materialından düzəldilir. Oynaqların detalları,
oxları, oymaqları və içlikləri sementlənən 15, 20, 15X, 20X, 12XH3, 20XH3A, 20X2H4A,
30XH3A markalı poladlardan hazırlayıb, 55…65 HRC bərkliyə qədər tablayırlar.
Diyircəkli zəncirlərin ulduzcuqlarının profilləri stndartlaşdırılmışdır. Ulduzcuqların
hazırlanması üçün əsasən 45, 40Х, 50Г2, 35ХГСА, 40ХН markalı karbonlu və ya legirlənmiş,
səthi 45…60 HRC bərkliyə qədər tablanmış poladlardan istifadə edilir. Yeyilməyə qarşı
sürtünmə ziddi və yüksək möhkəmlikli çuqunlar da ulduzcuq hazırlanmasında zəruri olan
hallarda tətbiq edilir. Səlis və səssiz işləmə tələb olunduqda ulduzcuqları plastik kütlələrdən də
hazırlayırlar. Bu ulduzcuqlarla işlədikdə zəncirin işləmə müddəti xeyli artır.
Kiçik diametrli ulduzcuqları bütöv hazırlayırlar. Böyük diametrli ulduzcuqları isə
dəndənəli diskli şəkildə hazırlayırlar, bəzən isə top və disk hissəsini ayrılıqda hazırlayıb,
sonradan müxtəlif üsullarla birləşdirirlər. Bu isə ulduzcuğun dişləri yeyildikdə diskin
dəyişdirilməsinə imkan verir.
1.Zəncir ötürməsinin sxemi:
2.Ölçmə və hesablama işləri:
Aparan ulduzcuğun dişlərinin sayı, ədəd – z1=
Aparılan ulduzcuğun dişlərinin sayı, ədəd – z2=
Zəncirin ölçülmüş addımı, mm – pn=
Zəncirin standart üzrə addımı, mm – p=
Zəncirin bəndlərinin sayı, ədəd – n=
Faktiki mərkəzlərarası məsafə, mm – af=
Hesablama işləri:
Ötürmə ədədi:
Zəncirin addımla ifadə olunmuş uzunluğu (bəndlərinin sayı):
=
,22
22
1221
a
pzzzz
p
al p
Hesabi mərkəzlərarası məsafə:
=
Aparan ulduzcuğun başlanğıc və xarici çevrəsinin diametri:
Aparılan ulduzcuğun başlanğıc və xarici çevrəsinin diametri:
3.Ölçmə və hesablama işlərinin nəticələri:
2
12
2
2121
28
224
zzzzl
zzl
pa pp
AZƏRBAYCAN TEXNĠKĠ UNĠVERSĠTETĠ
MAġINLARIN KONSTRUKSĠYAEDĠLMƏSĠ KAFEDRASI
MAġIN HĠSSƏLƏRĠ və KEƏ fənnindən
LABORATORĠYA ĠġĠ № 5
DĠYĠRLƏNMƏ SÜRTÜNMƏSĠ YASTIQLARININ
KONSTRUKSĠYALARI
QRUP:
TƏLƏBƏ:
MÜƏLLİM:
BAKI -2019
LABORATORĠYA ĠġĠ № 5
MÖVZU:DĠYĠRLƏNMƏ SÜRTÜNMƏSĠ YASTIQLARININ KONSTRUKSĠYALARI
ĠġĠN MƏQSƏDĠ:
Diyirlənmə sürtünməsi yastıqlarının konstruksiyaları, növləri və seriyaları ilə tanışlıq.
Diyirlənmə sürtünməsi yastıqlarının tətbiq sahələri, funksiyası və vəzifələrinin öyrənilməsi.
Diyirlənmə sürtünməsi yastıqlarının seçilməsi və hesablanması üsulları ilə tanışlıq.
Diyirlənmı sürtünməsi yastıqlarının elementlərinin hazırlandığı materiallarla tanışlıq.
ALƏT VƏ AVADANLIQLAR
1.Müxtəlif növ diyirlənmə yastıqları
2.Xətkeş
3.Ştangenpərgar
ÜMUMĠ NƏZƏRĠ MƏLUMAT
Diyirlənmə yastıqları vallar üçün dayaq rolu oynayırlar və onların sərbəst fırlanma
hərəkəti etməsinə imkan yaradırlar. Diyirlənmə yastıqlarının tətbiqi sürüşmə sürtünməsini
diyirlənmə sürtünməsi ilə əvəz etməyə imkan yaratmışdır. Bu yastıqlar valların üzərində
yerləşmiş detallardan vallara təsir edən qüvvələri qəbul edir və gövdəyə ötürür.
Diyirlənmə yastıqları aşağıdakı detallardan ibarətdir (şəkil 1). 1-xarici həlqə; 2-daxili
həlqə; 3-diyirlənmə elementi; 4-seperator. Xarici həlqənin daxili, daxili həlqənin isə xarici
səthində diyirlənmə elementlərinin hərəkəti üçün qaçış yolu nəzərdə tutulmuşdur. Seperatorun
vəzifəsi diyirlənmə elementlərini bir-birindən ayırmaqla onları bərabər məsafədə saxlamaq və
omların fırlanma hərəkətinə istiqamət verməkdir.
Şəkil 1. Diyirlənmə yastığının elementləri
Bir və ya iki həlqə olmaya da bilər. Bəzən radial ölçüləri kiçiltmək məqsədi ilə daxili həlqə
olmur və diyirlənmə elementi bilavasitə valın üzərində diyirlənir.Bəzən də diyirlənmə
sürtünməsi yastığı sadəcə diyircəklər dəsti şəklində hazırlanır və bu diyircəklər valın və
gövdənin səthi üzrə diyirlənərək yastıq rolunu oynayır.
Diyirlənmə sütünməsi yastıqları beynəlxalq miqyasda standartlaşddırılmışdır.Onların
istehsalı ilə xüsusi ixtisaslaşdırılmış zavodlar məşğul olur. Dünyada illik istehsalı milyonlarla
ədəd olan diyirlənmə sürtünməsi yastıqlarının ölçüləri çox geniş diapazonda dəyişir.
Sürüşmə sürtünməsi yastıqlarına nisbətən diyirlənmə sürtünməsi yastıqlarının aşağıdakı
üstünlükləri vardır:
1)Sürtünmə qüvvələri momenti və istilik əmələgəlməsi azdır, işəsalma momenti kiçikdir.
2)Xidmət etmə tələbləri azdır, az yağ sərf edir.
3)Yastığın en vahidinə böyük yükgötürmə qabiliyyəti düşür.
4)Əlvan materialların işlədilməsi zəruri deyildir.
5)Yüksək dərəcədə standartlaşdırılmışdır, qarşılıqlı əvəz olunur.
Diyirlənmə sürtünməsi yastıqlarının nöqsanları:
● Kontakt gərginlikləri böyükdür.
● Kiçikseriyalı istehsalatda xüsusi konstruksiyalı yastıqlar çox baha başa gəlir.
● Radial ölçüləri böyükdür.
Diyirlənmə elementlərinin formasına görə diyirlənmə sürtünməsi yastıqları iki yerə bölünür:
Kürəcikli (şəkil 1, a) və diyircəkli (şəkil 1, b).
Diyircəklər də öz növbəsində aşağıdakı formada olurlar: qısa və ya uzun silindrik,
dolaqlı, konusvari, çəlləkvari, konusvari cəlləkvari və iynəvari diyircəkli. (şəkil 2).
Şəkil 2. Diyirlənmə elementlərinin növləri
Qəbul etdikləri qüvvələrin təsir istiqamətinə görə yastıqlar aşağıdakı siniflərə bölünürlər:
1. Radial yastıqlar – yalnız radial qüvvələri qəbul edirlər və ya əsasən radial yüklər üçün təyin
edildiyi halda hər hansı oxboyu yükləri də qəbul edə bilirlər.
2. Radial - dayaq dayaq yastıqları –kombinə edilmiş böyük radial və kiçik oxboyu qüvvələri
qəbul etmək üçündür.
3. Dayaq yastıqları – ancaq oxboyu qüvvələri qəbul edirlər
4. Dayaq–radial yastıqları – böyük oxboyu və kiçik radial yükləri qəbul edirlər
Özüqurulma qabiliyyətinə görə yastıqlar iki yerə bölünürlər:
1. Özüqurulmayan yastıqlar – sferik yastıqlardan başqa bütün yastıqlar
2. Özüqurulan yatıqlar - sferik yastıqlar.
Həndəsi ölçülərinə görə diyirlənmə sürtünməsi yastıqları ölçü seriyalarına bölünürlər:
● radial ölçülərinə görə - çox yüngül (iki seriya), xüsuilə yüngül (iki seriya), yüngül orta ağır
(cəmi yeddi seriya) seriyalara
● en ölçülərinə görə - dar normal enli və xüsusiilə enli seriyalar.
Standart yastıqların hərf və rəqəmlərdən tərtib olunmuş şərti işarələri vardır. Daxili diametri 20
mm-dən 495 mm-ə qədər olan yastıqlar üçün sağdan birinci iki rəqəmi 5-ə vurmaqla alınan
rəqəm yastığın daxili diametrini göstərir. Sağdan üçüncü rəqəm yastığın seriyasını göstərir:
1-xüsusi yüngül; 2-yüngül; 3-orta; 4-ağır; 5-yüngül enli; 6-orta enli.
Sağdan dördüncü rəqəm yastığın növünü bildirir:
0-birsıralı kürəcikli radial; 1-ikisıralı kürəcikli sferik radial; 2-qısa silindrik diyircəkli radial;
3-ikisıralı silindrik diyircəkli sferik radial; 4-uzun silindrik və ya iynəvari diyircəkli radial; 5-
dolaqlı diyircəkli; 6-kürəcikli radial-dayaq; 7-konusvari diyircəkli radial-dayaq; 8-kürəcikli
dayaq; 9-diyircəkli dayaq yastığı.
Şəkil 3.
Şəkil 4-də standart yastıqların əsas növləri əks olunmuşdur.
Şəkil 4. Standart diyirlənmə yastıqlarının əsas növləri
Yastığın işarəsinə daxil edilməyən sağdan beşinci və yaxud beşinci və altıncı rəqəmlər
yastıqların konstruktiv xüsusiyyətlərini, məsələn radial-dayaq yastıqlarında kürəciklərin toxunma
bucağını, xarici həlqədə novcuqların olmasını və s. göstərir.
Sağdan yeddinci rəqəm en üzrə ölçülərin seriyasını göstərir. Lakin yastığın işarəsinə daxil
edilmir.
Yastıqların tətbiq sahələri onların aşağıdakı xassələri ilə müəyyən edilir.
Kürəcikli yastıqlar orta hesabla daha itigedişlidir.Daxili və xarici həlqənin novlu hazırlanması bu
yastıqlara bir və yaxud hər iki istiqamətdə təsir edən kiçik oxboyu yükləri götürməklə bərabər
həm də oxboyu istiqamətdə valın müəyyən vəziyyətdə saxlaması imkanını da təmin edir.
Kürəcikli yastıqlar diyircəkli yastıqlara nisbətən yastıqlar üçün açılmış yuvaların tuş oxlu
olmasına və valların sərtliyinə qarşı daha az tələblər irəli sürürlər.Diyircəkli yastıqların
yükgötürmə qabiliyyəti kürəcikli yastıqlara nisbətən 70-90% yüksəkdir.Lakin itigedişli olmasına
görə kürəcikli yastıqlara yaxın olan diyircəkli yastıqlar oxboyu yükləri qəbul etmirlər.
DĠYĠRLƏNMƏ SÜRTÜNMƏSĠ YASTIQLARININ MATERĠALLARI
Yastığın həlqələri və diyirlənmə elementləri yüksək karbonlu xromlu ШХ15 ШХ6 ШХ9
ШХ15СГ markalı yastıq poladlarından hazırlanır. Bu poladların markasındakı rəqəm faizin
onda bir hissələri ilə xromun miqdarını göstərir.Karbonun orta miqdarı 1...1.1%-dir.
Həmçinin sementlənmiş legirlənmiş 18ХГТ 20Х2Н4А poladları da geniş tətbiq edilir.
Həlqələrin və diyircəklərin bərkliyi (dolaqlı diyircəklərdən başqa) 60...65 HRC,
kürəciklərin bərkliyi isə 62...66 HRC olmalıdır.
Yüksək temperatur şəraitində istiliyə davamlı ЭИЗ47Ш və s. poladları maqnitsizlik tələb
olunduqda isə berilliumlu tunc tətbiq edilir.
Kütləvi yastıqların ştamplanmış seperatorların yumşaq karbonlu poladlardan
hazırlayırlar.Yüksək sürətlərdə ağır seperatorları tunc, bürünc, düraluminium, maqneziumlu
çuqun, metalkeramika, tekstolit, plastikləşdirilmiş ağac materiallarından və poliamidlərdən
hazırlayırlar. Plastik kütlələrdən də yastıq hazırlanmasında istifadə edilməyə başlamışdır.
YASTIĞIN SEÇĠLMƏSĠ
Diyirlənmə sürtünməsi yastığını seçmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:
1. Yastıq oturan yerdə valın diametrini;
2. Yastıq düyümünə təsir edən qüvvələrin qiymət və istiqamətini (radial, oxboyu və ya kombinə
edilmiş)
3. Yükün xarakterini (sabit, dəyişən, titrəyişli, zərbəli)
4. Əhatə mühitinin vəziyyətini (temperatur, nəmlik, tozluq)
5. İstismar şəraitindəm asılı olan xüsusi tələbləri
6. Xidmət müddətini
7. Fırlanma tezliyini və yastıq həlqələrindən hansının fırlandığını və s.
№ Parametrlər
Yastıqlar
1 2 3
1. İşarəsi
2. Xarici diametri – D, mm
3. Daxili diametri – d, mm
4. Eni – B, mm
5. Dinamiki yükgötürmə
qabiliyyəti - C , kN
Ekvivalent yükün təyini.
Ekvivalent yükün təyin edilməsi üçün ölçüsüz əmsalların təyini (hesab edilir ki, yastığa ancaq
radial yük təsir edir):
1. Radial yük əmsalı – x=1,0
2. Daxili həlqə fırlandıqda fırlanma əmsalı – V=1,0
3. Təhlükəsizlik əmsalı – kb=1,2
4. Temperatur əmsalı – kt=1,0
Şərti olaraq yastığa təsir edən radial yükü Fr=12000 N , daxili həlqənin fırlanma tezliyini n=120
dəq-1 qəbul edin.
Ekvivalent yük:
Ömür uzunluğunun təyini.
Yastıq materialının keyfiyyətinin və istismar şəraitinin onun ömür uzunluğuna təsirini
nəzərə alan əmsal – a23
Qeyd: Adi hesablanma şərtlərində bu əmsalın qiyməti sferik kürəcikli yastıqlardan başqa
bütün kürəcikli yastıqlar üçün 0,7 ... 0,8; silindrik diyircəkli və sferik kürəcikli yastıqlar üçün
0,5 ... 0,6; konik diyircəkli yastıqlar üçün 0,6 ... 0,7; sferik diyircəkli yastıqlar üçün 0,3 ... 0,4
götürülə bilər.
Yastığın hesabi uzunömürlülüyünün təyini:
1)
P
rh
E
CL a
R n
6
1 23
10
60
2)
P
rh
E
CL a
R n
6
2 23
10
60
3)
P
rh
E
CL a
R n
6
3 23
10
60
Burada Cr- yastığın dinamiki yükgötürmə qabiliyyəti; Pr-yastıq düyümünə tüsir edən ekvivalent
dinamiki yük; P-üst göstəricisidir. P=3-kürəcikli yastıqlar üçün, p=10/3-diyircəkli yastıqlar
üçün - yastıq hazırlanan materialın keyfiyyətini və istismar şəraitini nəzərə alan əmsallardır.
Yastıqların eskizi: