hacı qara powerpoint
DESCRIPTION
Hacı qara powerpointTRANSCRIPT
İsmayıllı şəhəri İ. Həsənov adına 1 saylı
tam orta məktəbin müəllimi Məhərrəmova Mehriban
VIII sinif
Məqsəd:
1.Əsərin mövzusu, ideyasını müəyyənləşdirir, müstəqil münasibət bildirir.
2.Əsərin məzmununa fərqli münasibət bildirir, mövqeyini şərh edir.
3.Söylənilən fikirlərə müstəqil münasibət bildirir.
4.Obrazların xarakterindəki başlıca xüsusiyyətləri əsərdən seçdiyi nümunələrlə
aydınlaşdırır.
5. Problemə fərqli mövqedən yanaşılır.
Dərsin tipi:
İnduktiv, bədii əsərin öyrənilməsi
İş forması:
Fərdi iş, bütün siniflə birgə iş
Metod və priyomlar:
Debat, rollu oyun, müzakirə, sual-cavab
Təchizat:
Dərklik, kompyuter, Pover point proqramında hazırlanmış slaydlar, “Hacı
Qara” filmindən parça
Fənlərarası inteqrasiya:
Azərbaycan tarixi,Azərbaycan dili, İnsan və cəmiyyət, Azərbaycan
Respublikasının Konstitusiyası fənni
Nə vaxtsa sizi aldadıb hər hansı bir
işi görməyə məcbur edən olubmu?
Bəs siz özünüz kimisə
aldatmısınızmı?
Keçirdiyiniz hissləri yadınıza salın!
Gəlin 160- il əvvələ qayıdaq
Bu zaman hansı hadisələrin baş verdiyini
ən yaxşı haradan öyrənə bilərik?
Mövzu xəsislikdir
İdeyası -- xəsisliyin, acgözlüyün
tənqididir.
Bu əsərlə də milli teatrın əsası
qoyuldu.1873-cü ildə
Söhbət hansı əsərdən gedir?
1852-ci- ildə yazılıb. Komediya
janrındadır.
Hekayəti-mərdi xəsis və ya
Hacı Qara
Müəllifi M.F. Axundzadədir
5.Hekayəti-mərdi xəsis və ya Hacı Qara (1852)
Hacı Qara
XƏSİS
QORXAQ
TAMAHKAR
ACGÖZ
KOMİK
Heydər bəy
DRAMATİK
Qayğıkeş ana Tükəz
1. Mövzu xəsislikdir.
2. İdeyası -- xəsisliyin, acgözlüyün tənqididir.
3. Bu əsərlə də milli teatrın əsası qoyuldu.
Əsərdən nəyi öyrənə bilərik?
İndi gəlin görək yazıçı
burada ancaq xəsisliyimi
tənqid edir? Yoxsa daha
böyük ideyaları verməyə
çalışır?
Bilirik
Əməksevər, çalışqan insanlar heç vaxt heç kimə möhtac olmurlar.
Çəkdikləri zəhmətin bəhrəsi insana sevinc bəxş edir.
Elə insanlar da var ki, zəhmət çəkmədən firavan yaşamaq istəyirlər.
Heydər bəy toyunu edib gəlinini
gətirmək üçün ona pul lazımdır.
Pulu hansı yollarla əldə etmək olar?
Savadlı olmaq,elmlə
məşğul olmaq,dövlət
idarələrində
çalışmaq
Ağılın gücü
Qolun gücü,fiziki gücƏyri yollarla
Qaçaqmalçılıq,
oğurluq,
quldurluq,
yolkəsmə.
Əkin-biçinlə məşğul
olmaq, bağ
becərmək,alış-verişlə
məşğul olmaq.
Görək Heydər bəy hansı yolu seçir?
Bu yolun sonu hara aparır?
Qazamata
Cinayət: Murovun adamları Kərəməlini
qaçaqmalı ilə tuturlar
Yüzbaşı və onun yasavulları Heydər
bəydən şikayət edirlər ki, onların üstünə
tüfəng və qılınc çəkiblər
Faktla bağlı cinayət işi açılir. Keçirilmiş
istintaq əməliyyatı nəticəsində məlum
olur...
1.Hacı Qara icazəsiz , heç bir sənədi
olmadan sərhədi keçərək qaçaqmalı
gətirmiş və bununla da qanunu pozmuşdur.
2.Əgər vaxtında yetişməsə idilər, erməniləri
öldürəcəkdi.
3.Bu işdə tək olmayıb, bir qrup şəklində
olublar.
Heydər bəy: Ohan həqiqətdə yalan danışır. Ondan
ötrü ki, biz hamı altı adam idik, qaçaq mal gətirdik. Dörd
yükümüz var idi, ermənilərə rast gəlib qorxudub qovduq,
çıxıb gəldik. Ermənilərin soyulmağından bizim xəbərimiz
yoxdur.
Naçalnik: Heydər bəy, pasportsuz sərhəddən o
taya keçib, qaçaq mal gətirib qaravulların üstünə tüfəng
çəkibsiniz, qanuna görə sizi dustaq edib Qalaya
aparmalıyam.
Sona xanım dilindən kağız verib Heydər bəyi zamına
götürür. Heydər bəy də söz verir ki, Dağıstanda padşahın
qoşunlarına qarşı vuruşsun.
Bu 19-cu əsrin ortalarında Azərbaycanda
mövcud olan məhkəmə idi.
Heydər bəy: Naçalnik, ermənilərin tamam danışdıqları böhtandır.
Naçalnik: Tatar tayfası tamam yalançı olur. Sən də o cümlədən, sözünüzə
etibar eyləmək müşküldür.
MƏHKƏMƏ
Heydər bəy, bəs niyə utanmadın dedin ki, Ohan yalan danışır?
Kərəməlini mal ilə tuturlar.
Dindirmə
İttihamçı: Sən kim ilə və nə zaman qaçaq mala
getmişdin?
Müttəhim Kərəməli: Heç vaxt
İttihamçı: Səni yükün üstündə tutublar necə
dana bilərsən?
Kərəməli: Mənim o yükdən xəbərim yoxdur.
İttihamçı: Sən at üstündə deyildin?
Kərəməli: Bəli
İttihamçı: Yükü atın üstünə kim qoyub?
Kərəməli: Mənim xəbərim yoxdur.
İttihamçı: Doğrusun de
Cinayət
XXI Əsrin əvvəlində MƏHKƏMƏ
Heydər bəy vəziyyəti belə görüb deyir:
-- Qulluğunuzda çox-çox müqəssirəm, amma
təqsirimi boynuma götürürəm. Hacı Qaranı mən
iki yoldaşım ilə qaçaq malı gətirməyə
aparmışdım. Tutulan onun nökəridir. Erməniləri
də malının qorxusundan yolda əyləmişdi.
İttihamçı:
-- Mətləb məlum oldu. Yoldaşların kim idi?
Heydər bəy:
-- Əsgər bəy,Səfər bəy
Onları çağırın
Məhkəmə
Müttəhim Hacı Qaranın məhkəməsi
Hakim: Müttəhim Hacı Qara, səni qaçaqmalçılığa vadar edən səbəb
nə idi?
Hacı Qara: Yüz manat ziyan eləmişdim. Alış-verişim yaxşı getmirdi.
Heç kəs malın üzünə baxmırdı. Beş yüz manat nəqd pul vermişdim,
mayam da əlimə gəlməmişdi. Deyirlər qızılbaş rus malı al sat, o da
satılmır.
Hakim: Yoldaşların kim idi?
Hacı Qara: Heydər bəy, Səfər bəy, Əsgər bəy
Hakim: Başqa kimlər var idi?
Hacı Qara: Oğlum Bədəl, nökərim Kərəməli
Hakim: Onlarla getməyə niyə razılıq verdin?
Hacı Qara: Əvvəl razı deyildim,sonra razılıq verdim.
Hakim: Niyə razı oldun?
Hacı Qara: Çünki yüz qızıla 5 qızıl fayda götürəcəkdim.
Hakim: Erməniləri niyə əyləmişdin?
Hacı Qara: Başına dönüm, onlar məni əyləmişdilər.
Şahidlər: Qurbanın olaq yalan deyir, o, bizi soymaq istəyirdi.
Hacı Qaranın vəkili:
Hacı Qaranı bu işə Heydər bəy məcbur edir.
Özünün borcu olsa da, belə fikri yox idi, Əsgər bəy
onun zəif nöqtələrindən istifadə edərək, bu işə razı
salır. Ermənilərə gəldikdə isə Hacı Qara onlara heç
nə etməyib, ancaq qorxuzub.Hacı Qara bir ailə
başçısı kimi də o qədər də pis adam deyil, əgər pis
olsaydı, arvadı Tükəz onun üçün narahat
olmazdı.Onun bağışlanmağını xahiş etməzdi.Heydər
bəy bu işdə Hacı Qaranın heç bir günahının
olmadığını, bütün günahların özündə olduğunu
deyir. Bundan başqa Hacı Qara işlədiyi 15 il
müddətində padşah gömrüyünə hər il 50 tümən
xeyir verib vergini vaxtında ödəyib. Bütün bünları
nəzərə alaraq Hacı Qaranın cəzasının yüngül
olmasını xahiş edirəm.
Hakim: Heydər bəy, sən nəsihətə qulaq asmayıb yenə
yaman yola düşdün
Heydər bəy: Naçalnik, sən mənə buyurmuşdun ki, öğurluğa
quldurluğa getmə.Əğər mən sənin sözündən çıxmışam,
mənim yerim Sibirdir.
Hakim: Bəli çıxıbsan! On gün bundan irəli Arazdan bir
az yuxarı Əylis ermənilərini soyub, ipəklərini alıbsınız. İş
aşkar olubdur. Yaxşısı odur ki, cəzan yüngül olmaq üçün
boynuna götür, yoldaşlarını nişan ver.
Heydər bəy: Naçalnik,buyurursan ki, bu iş aşkar olubdur.
Amma mən bir adamı soymamışam. Əgər bir adam mənim
üzümə durub bu sözü üzümə desə, qanımı sənə halal edirəm.
Hakim: Yaxşı o erməniləri bura çağırın.Ohan yüzbaşı
bu idimi sizə rast gələn?
Şikayətçi: Bəli başına dönüm. İyirmi yaraqlı idilər.
Bizdən ötüb gedib Əylis ermənilərini soyublar.
Hakim: Həmişəki kimi yalan danışırsınız! Onlar beş
nəfər olublar.
Heydər bəyin məhkəməsi
Heydər bəyin vəkili:
Heydər bəyin cinayəti etiraf etməsi,
düzgünlüyü, bir daha belə əməllər
etməyəcəyinə söz verməsi, mərdliyi,
əvvəllər heç bir cinayət əməlinin
olmaması, günahını ordu sıralarında
düşmənə qarşı vuruşmaqla yuyacağına
söz verməyini nəzərə alaraq işinin
yüngülləşməsini xahiş edirəm.
Azərbaycan Respublikası Cinayət Məcəlləsi
Maddə 206 Qaçaqmalçılıq
206.1 Narkotik vasitələrin, strateji əhəmiyyətli xammalın,
arxeoloji sərvətlərin, əşyaların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi ilə 3 ildən 7ilə qədər
azadlıqdan məhrum edilir.
318.Azərbaycan Respublikası Dövlət sərhəddini qanunsuz
keçdikdə
318.1 Azərbaycan Respublikası dövlət sərhəddini sənədsiz
keçdikdə cərimə və 2 ilədək azadlıqdan məhrum edilir.
318.2 Bu məcəllənin 318.1 maddəsində nəzərdə tutulmuş
əməllər qabaqcaadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən həyata keçirilərsə,5 il azadlıqdan məhrum
edilir.
Məhkəmənin hökmü
Məhkəmənin sədri: Azərbaycan
Respublikasının dövlət sərhədlərini qanunsuz
olaraq pozduğuna, qaçaqmalçılıqla məşğul
olduqlarına görə, hərəkətlərində cinayət əməlləri
aşkar edilərək Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 318.1 maddəsini əsas götürərək həbs
qəti imkan tədbiri seçilərək Heydər bəy 2 il
azadlıqdan məhrumetmə, Hacı Qara haqqında həbs
qəti imkan tədbiri seçilməklə 2 il azadlıqdan
məhrumetmə ilə cəzalandırılsın.
Debat:
Hacı Qara həqiqətən xəsis
idi, yoxsa düşdüyü mühit
onu bu vəziyyətə salmışdı?
Əsərdən parça:
Heydər bəy onların yolunu kəsən erməniləri
buraxır,ermənilər gözdən itir
Hacı qara (irəli yeriyib yoldaşlarına) --A kişi,
niyə erməniləri buraxdınız? Niyə qollarını bağlayıb
bu qamışlığa salmadınız?
Heydər bəy – Nədən ötrü Hacı?
Hacı Qara –Ondan ötrü ki, gedib üstümüzə qaçaq
gətirməsinlər.
Hacı qara –Camış alanın nəyinə lazımdır ki, gedib
özünə zəhmət verə , üstümüzə kazak gətirə?
Sən bilmirsən, şəksiz bular camış alan deyillər!
Onların sğzünə necə inanmaq olar? Eşitmədin,
Səfər bəy deyirdi ki, bunların yüz hiyləsi olur?
Həqiqətən də belə olur. Naçalnikə yaltaqlanaraq
Heydər bəygilin onların üzərinə tüfəng və qılınc
çəkdiklərini söyləyirlər.
Heydər bəyin bu vəziyyətə düşməyinin səbəbi nə
idi?
1.1841-ci il 25 aprel tarixli qanuna əsasən
Qazax, Şəmsəddil və Borçalı vilayətlərində
yaşayan ağalar torpaq sahibliyindən və həmin
torpaqları becərən kəndlilər üzərindəki
hüquqlarından məhrum edildilər. 1841-ci il28
may tarixli qanunla Xəzər vilayətinin bəylərinin
də tiyul torpaqları müsadirə olunmalı idi. Bəylər
həmçinin kənd idarəçiliyindən uzaqlaşdırıldı.
Heydər bəy obrazı
Belə olan vəziyyətdə Heydər bəyin
başqa bir çıxış yolu qalmır.
Naçalnik obrazı
Naçalnikin danışığına fikir verin. O, xalqımıza necə
münasibət bəsləyir?
Naçalnik –Tatar tayfası tamam yalançı olur. Sən də o
cümlədən, sözünüzə etibar etmək qeyri-mümkündür.
Heydər bəy: -- Təqsirimi Dağıstanda padşahın
düşmənlərinin qabağında yuyum,-- dedikdə naçalnik
ondan əl çəkir.
Naçalnikin Heydər bəyi zamına verməsinin
əsl səbəbi nə oldu?
Sona xanımın yalvarışları, yoxsa Heydər
bəyin “padşahın düşmənlərinin
qabağında” vuruşmağa hazır olduğunu
bildirməsi?
Qadın obrazları
Tükəz
Ağılli , hazırcavab, cəsarətli,
səmimi,ailəcanlı ,qayğıkeş
ana, yeri gələndə sözünü
deməkdən çəkinməyən
Azərbaycan qadını.
Sona
Ağıllı, ərini sonsuz
məhəbbətlə sevən,
sədaqətli qadın
M.F.Axundzadə işlədiyi müddətdə rus
və ermənilərlə yaxın münasibətdə olub,
onların iç üzünü tanıyıb. Axundzadə
həm də qaçaqmalçılarla mübarizə
üçün sərhəd rayonlarına da ezam
olunub. Buna görə də əsərdə
ermənilərin əsl sifətini açmağa,
xarakterlərini düzgün verməyə nail
olub. Əsərdə həm azərbaycanlıların
ermənilərə, ermənilərin
azərbaycanlılara münasibətinə, həm də
naçalnikin hər iki xalqa münasibətinə
fikir verin. Bunları göstərməklə böyük
yazıçı, qüdrətli sənətkar, ulu babamız
M.F. Axundzadə o əsrdən bu əsrə bizə nəyi başa salmaq
istəyir?
Təsəvvür edək ki,
Azərbaycan bütövdür:Şimali
və Cənubi Azərbaycan deyə iki
yerə bölünməyib.
Heydər bəy və Hacı Qaranın
cinayət əməlinə baxaq. Burada
cinayət əməli varmı?
Heydər bəygil Azərbaycanın bir
hissəsindən o biri hissəsinə
gedib, yəni Ağcabədidən Təbrizə
Deməli, sərhəddi pozmayıblar.
Hacı Qaranı heç kəs məcbur edə
bilməz ki, rus malı satsın.
Ermənilər də Azərbaycan
ərazisində heç kimə arxalanıb at
oynada bilməzlər.
Belə olan halda burda heç bir
cinayət əməli olmur.
--Heydər bəyin və Hacı Qaranın bu vəziyyətə düşməyinin səbəbi nə
idi?
--Həmin dövrdə Azərbaycandakı ictimai- siyasi vəziyyət.
--Xalqın övladlarının bir daha belə vəziyyətə düşməməyi üçün nə
etməliyik?
.
160 il ərzində
Qazandıqlarımız İtirdiklərimiz
Müstəqilliyimiz
Azadlığımız
Demokratiya
Müstəqillik əldə etdikdən sonra
ölkənin məhkəmə sistemində köklü
islahatlar aparıldı.
Elmin, texnikanın inkişafı
Savadsızlığın aradan qaldırılması
Beynəlxalq aləmdə tanınmaq...
Azərbaycanın bütövlüyünə nail ola
bilməmişik.
Azərbaycanın 20% torpaqları erməni
işğalı altındadir.
Ermənilər bir neçə dəfə soyqırım
törədərək millətimizin günahsız
qanına bais olub...
Əsərdən çıxan nəticə:
Yazıçı xəsisliyi ifşa edir, lakin burada o zamankı
Azərbaycanın həyatı üçün mühüm olan bir sıra
hadisələrə toxunub.
1.Bəyliyin iflası
2.Xırda ticarətin inkişafı.Tacirlər keyfiyyətsiz də
olsa ancaq rus malı alıb sata bilərdilər.
3. Azərbaycanda vəzifə başında ruslar idi.
4.Erməni yasavulları qorxaq olsalar da, ruslara
arxalanıb at oynadirdılar.
5. Naçalnik bəzən güzəştə getsə də, bu ancaq öz
xeyirləri üçün idi. Xalqın ayağa qalxmaması və
Heydər bəy kimi igid, cəsur oğlanların padşahın
düşmənlərinə qarşı vuruşması üçün.
6.Qadınların yeri gələndə cəsarətli addımlar
atmağı, heç kəsdən qorxmadan sözünü deməyi
bacarmaları,ağilli,hazırcavab vəsəmimi olmaları.
Dərsin sonunda bu qənaətə gəlirik:
İtirilmiş torpaqlarımızı qaytarmalı, qüdrətli və qüvvətli bir
dövlət qurmalıyıq!
Vətənə layiqli övlad olmalıyıq.
Bir olmalıyıq, çünki güc birlikdədir.
Müstəqilliyimizi və dövlətçiliyimizi qoruyub saxlamalıyıq.
Azərbaycanın birliyi və bütövlüyü üçün hər birimiz əlimizdən gələni
əsirgəməməliyik.
Bütün deyilənlərdən sonra bu
nəticəyə gəlmək olar ki,
qəhrəmanları bu vəziyyətə salan
mühit idi. Vətənin yad əllərdə olmağı
idi. Deməli, insanın xoşbəxtliyi vətəni
ilə bağlıdır. Vətənimiz azad olarsa,
biz də azad və xoşbəxt olarıq.
Xoşbəxt olmaq
istəyiriksə, Gəlin Vətənin
bütövlüyü üçün çalışaq!Vətənin
azadlığı, müstəqilliyi üçün çalışaq!
Bunun üçün nə etməliyik!Oxumalıyıq savadlı olmalıyıq. İnsan
ancaq ağlı və savadı ilə ən qüvvətli
düşmənə də qalib gələ bilər.
Qiymətləndirmə
Özünüqiymətləndirmə
vərəqləri
Ev tapşırığı: “Azərbaycanın
gələcəyini necə görmək
istəyirəm” mövzusunda
kiçik bir inşa
M.F.Axundzadənin xatirəsi xalqımız tərəfindən əbədiləşdirilmişdir.
2012-ci il M.F.Axundzadə ili elan olunub.
Resurslar:
Metodiki: M.F.Axundzadə
Əsərləri I cild
Ədəbiyyat VIII sinif
Azərbaycan tarixi X sinif
İnternet: Google.az
Texniki: Kompyuter,
proyektor