fərahim sadıqov azƏrbaycan dİlİ vƏlib.bbu.edu.az/files/book/1025.pdf · sintaktik semantika...

219
0 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fərahim Sadıqov AZƏRBAYCAN DİLİ NİTQ MƏDƏNİYYƏTİ (Dərs vəsaiti) Bakı Biznes Universitetinin 30.01.2017 - ci il tarixli 06 saylı əmri ilə təsdiq edilmişdir. Bakı – 2017

Upload: others

Post on 24-Jan-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

0

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL

NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

Fərahim Sadıqov

AZƏRBAYCAN DİLİ VƏ

NİTQ MƏDƏNİYYƏTİ

(Dərs vəsaiti)

Bakı Biznes Universitetinin

30.01.2017 - ci il tarixli

06 saylı əmri ilə təsdiq

edilmişdir.

Bakı – 2017

1

Dərs vəsaiti Bakı Biznes Universitetinin 01 dekabr

2016-cı il tarixli Elmi Metodiki Şurasının 03 saylı qə-

rarı ilə təsdiq edilmişdir.

Elmi redaktor: Qəzənfər Kazımov, filologiya üzrə elmlər doktoru,professor

Rəyçilər : Nizaməddin Şəmsizadə, filologiya üzrə elmlər doktoru, professor

Sabir Əmirxanov,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

İlqar Hüseynov,

kulturologiya elmlər doktoru, professor

Fidan Əbdürrəhmanova,

filologiya üzrə fəlsəfə doktoru,

F.B.Sadıqov, “Azərbaycan dili və nitq mədəniyyə-

ti” dərs vəsaiti, Bakı Biznes Universitetinin nəşri, Bakı,

2017, 218 səh.

2

GİRİŞ

Ali məktəblərin bakalavr pilləsində tədris olunan “Azərbaycan dili və nitq mədəniyyəti” fənni gələcək mü-təxəssislərin həyata hazırlanması üçün çox mühüm əhə-miyyət kəsb edir. Azərbaycanda təhsil alan, xüsusilə ali təhsilə yiyələnən hər kəs Azərbaycan dilinin həm yazılı, həm də şifahi nitqinə yüksək səviyyədə yiyələnməlidir. Bunun üçün, hər şeydən öncə, söz yaradıcılığının nəzəri-praktik əsaslarını mənimsəməklə cümlə qurmaq, fikir söy-ləmək, mühakimə yürütmək, müqayisələr aparmaq, ümu-miləşdirmə etmək qabiliyyətinə malik olur. Sözləri yerin-də işlətmək, səsin tonunu sözün ahənginə uyğunlaşdırmaq və bütün bunların vasitəsilə məntiqli cümlə qurmaq vacib-dir. Bu zaman sözün cümlə ilə əlaqəsinə nail olmaq əsas şərtdir.

Sözlər və cümlələr arasında əlaqə, sözlərin və cümlə-lərin birləşməsi, ümumiləşmiş şəkildə desək, bağlılıq mə-sələsi sintaksisin əsas məsələsidir. Sözlər arasında əlaqə, bağlılıq nəticəsində iki cür sintaktik vahid yaranır: söz birləşmələri və cümlələr. Cümlələr arasında əlaqə və bağ-lılıq nəticəsində mürəkkəb cümlələr və sintaktik bütövlər (mətn) əmələ gəlir. Ona görə də sintantik vahidlər dedik-də söz birləşməsi, sadə cümlə, mürəkkəb cümlə və sintak-tik bütövlər nəzərdə tutulur. Bunlar sintaksisin tədqiq və öyrənmə obyektidir. Bunlarla yanaşı, sintaktik əlaqələr, sintaktik semantika anlayışları da elmi sintaksisin əsas an-layışlarındandır (40, səh. 3).

Düzgün cümlə qurmadan düzgün fikir söyləmək qeyri-mümkündür. Çünki cümlə ünsiyyət yaradır. Ona gö-rə əbəs yerə demirlər ki, düzgün qurulan cümlə ünsiyyətin rəhnidir.

3

Ədəbi dil normalarına uyğun cümlə qurmağın ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, qarşıdakılar təqdim olunan cümlənin dəyərini, məntiqi mahiyyətini başa düş-sün, yəni natiqin kütlə qarşısındakı çıxışını, onun kütlə ilə əlaqəsini təmin etmiş olsun. Natiqin belə çıxışı ünsiyyət kommunikativliyi yaradır.

Cümlə ünsiyyətin ilk və əsas vahididir. Cümlə fikrin formalaşması, ifadəsi, başqasına ötürülməsi üçün əsas va-sitə olduğundan özünün çoxaspektliliyi ilə səciyyələnir. Struktur, semantik və kommunikativ aspektlər cümlədə bir-biri ilə qarşılıqlı əlaqə və münasibətdə olur. Kommini-kativ aspekt cümlə strukturunda çox mühim yer tutur və məhz kommunikasiya ehtiyacı cümlənin semantika və qu-ruluşunu müəyyənləşdirir. Ona görə də cümlə problemi sintaksisin mərkəzində durur (40, səh. 4). Məhz ona görə də Azərbaycan dili və nitq mədəniyyəti fənni üzrə məşğə-lələrdə daha çox praktik nitq vərdişləri üzrə iş aparılması-na ehtiyac duyulur. Belə praktik işlər tələbələri ən zəruri nitq vahidləri ilə tanış edir.

Gələcək mütəxəssislərə belə ünsiyyət vahidlərinin öyrədilməsinin çox mühüm əhəmiyyəti vardır. İstər müha-zirələrdə, istərsə də məşğələlərdə (seminarlarda) sözlərin kommunikativ ünsürlərini xırdalıqlarına qədər şərh etmək lazımdır. Belə olan təqdirdə tələbələr sözlərin cümlədəki ümumi fikrə uyğun olmasının sirrini öyrənəcəklər.

Sözlər (inglis dilində statement, rus dilində выска-зывание) müəyyən fikir ifadə edən ünsiyyət vahididir. Sözlər əksərən cümlədə uyğun gəlsə də, bəzən cümlə çər-çivəsindən kənara çıxır, dil sisteminn müstəqil vahidi sa-yılır və aşağı səviyyənin vahidi olan cümlədən fərqləndi-rilir. Bir cümlə komminikativ funksiyasından asılı olaraq bir neçə söyləmin ifadəsinə xidmət edə bilər. Məs: İndi ağaclar yaşıldır – cümləsi məntiqi vurğunun həmin cümlə-

4

dəki yerindən asılı olaraq söyləmin üç cür təzahürünə sə-bəb ola bilər. Bunu söz sırasının inversiyası ilə də etmək mümkündür: Ağaclar indi yaşıldır. İndi ağaclar yaşıldır. Ağaclar yaşıldır indi. (40, səh. 5).

Deməli, danışanın sintaktik yanaşmasının əhəmiyyəti həm də odur ki, aktual üzvlənməni tətbiq edə bilir. Bu za-man danışan, çıxış edən, söhbət eyləyənin danışığının mətnini, sintaktik məcraya yönəltməsi çox faydalıdır.

Tələbələrə, yəni gələcək mütəxəssislərə cümlə qur-mağın sirlərini aşılayarkən onlara, ilk növbədə, öyrətmək lazımdır ki, dildə səviyyə iyerarxiyasının ən yüksək vahi-di cümlə deyil, mətndir. Yəni danışığın mətni düzgün müəyyənləşdirilərsə, cümlələrin ardıcıllığı, bütövlüyü, ifa-dəliliyi, sadəliyi, estetikliyi asanlıqla təmin edilər.

Mətn müəyyən məqsəd ümumiliyi əsasında birləşən və sintaktik-semantik bütöv yaradan cümlələr birliyidir. Cümlələr müvafiq qəlibdə nizamlanır və xüsusi intonasiya ilə konkret bir mikrotema ətrafında qruplaşaraq sintaktik bütövləri əmələ gətirir (40, səh. 6). Belə bütövlər yazılı nitqin məntiqi mahiyyətini yüksəldir. Ona görə də proq-ram materiallarında, dərsliklərdə, dərs vəsaitlərində bu məsələlərə yer ayırmaq çox faydalıdır.

Təqdim olunan dərs vəsaitində bu məsələlər geniş həllini tapır.

Müasir dövrdə hərtərəfli inkişaf etmiş insanların tər-biyə olunmasına ehtiyac Azərbaycan dili və nitq mədəniy-yətinin tədrisinin də vacibliyini qarşıya qoyur. Azərbay-can dili hazırda dövlətimizin dilidir, ictimai ünsiyyət vasi-təsidir. Hər cür dəftərxana işləri, rəsmi və dövlət sənədləri, radio və televiziya verilişləri və s. bu dildə aparılır, tərtib olunur. Belə bir şəraitdə Azərbaycan dili və nitq mədəniy-yəti üzrə dərs vəsaitlərinin hazırlanması mühüm əhəmiy-yət kəsb edir. Məhz bu ehtiyacın ödənilməsi istiqamətin-

5

də Bakı Biznes Universitetində tərtib olunaraq hazırlanan “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərs vəsaitində həm Azərbaycan dili, həm də nitq mədəniyyətindən olan mövzular elmi ardıcıllıqla, xronoloji qayda gözlənilməklə verilmişdir. Dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyətinin mövzusu, məqsədi, vəzifələri, metodları, əhəmiyyəti, inkişaf mərhələlərindən bəhs edilir. Həmçinin nitqin və natiqliyin növləri, formaları, qanunları, məntiqi təfəkkürün nitq mədəniyyətində əhəmiyyəti ardıcıllıqla verilmişdir. Dərs vəsaitində həmçinin mədəni nitqin başlıca tələbləri, ifadəli nitqin mühüm vasitələri, ədəbi dildə normalar, qaydalar, mədəni nitqdə üslublar, nitq prosesində materialın auditoriyaya çatdırılması, mədəni nitqdə obrazlılıq, etik normalara əməl edilməsi, natiq əməyinin vacib xüsusiyyətləri, yeni texnologiyadan nitq prosesində istifadə haqqında şərhlər verilmişdir. Vəsaitdə “Nitq mədəniyyətinin inkişafında bədən dilinin rolu”, “Danışıq mədəniyyəti”, “İqtisadçılar üçün nitq mədəniy-yəti meyarları”, “Nitq mədəniyyətinin inkişafında bədii yaradıçılıq nümunələrinin yeri, rolu və əhəmiyyəti” adlı mövzular nitq mədəniyyətinin inkişafı baxımından müs-təsna əhəmiyyətə malikdir.

Kitaba “Nitq mədəniyyətində sözün yeri və tərbiyəvi əhəmiyyəti” başlığı altında daxil edilən yazı dosent Ayaz Qasımovla, “Şifahi nitq mədəniyyəti və onu qorumağın zəruriliyi” başlığı altında daxil edilən yazı isə Qorxmaz Abdulla ilə birgə hazırlanmışdır.

Sabir Əmirxanov, pedaqogika üzrə fəlsəfə

doktoru, professor.

6

AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ FƏNNİNİN MÖVZUSU, PREDMENTİ, MƏQSƏD

VƏ VƏZİFƏLƏRİ

Azərbaycan Respublikasının ali təhsil müəssisələrin-də “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin tədri-sinin əsas məqsədi gələcək mütəxəssisləri, əsasən, yazılı və şifahi nitq mədəniyyətinə yiyələndirməkdən ibarətdir. Bunun üçün həm yazılı nitqin, həm də şifahi nitqin inki-şafına mühüm təsir göstərən fonetik hadisələrin, sözün leksik-semantik mənasının spesifik xüsusiyyətlərinin, morfologiya və sintaksislə bağlı olan bir sıra qanunauy-ğunluqların da öyrənilməsi vacib hesab olunur. Bu zaman Azərbaycan dilinin tarixi qrammatika sahəsi üzrə müvafiq biliklərin əldə edilməsinə də zərurət yaranır.

Məlum olduğu kimi, Azərbaycan dili genoloji təsni-fata əsasən qədim türk dilləri ailəsinin oğuz dil qrupuna daxildir. Hansı ki, bu oğuz dil ailəsinə daxil olan dillərin bir-biri ilə həm əlaqəsi, həm genetik məzmuna görə yaxın-lığı və həm də qohumluğu ictimai hadisə hesab olunur. Türk dilləri ailəsinə daxil olan demək olar ki, əksər dillə-rin bir qismi mənşəyinə görə yaxınlıq, doğmalıq və hətta eyniyyət təşkil edir. Məhz ona görə də həmin dillərin bir-birinə yaxınlığını, qohumluğunu fonetik, leksik, qramma-tik quruluşlarının oxşarlığı, söz köklərinə şəkilçilərin qo-şulma qaydaları, qrammatik formaları, sözlərin ümumiliyi leksik-semantik və sintaktik xüsusiyyətləri ilə müəyyən-ləşdirmək mümkündür. Bu xüsusda Azərbaycan dilinin fo-netik, leksik və qrammatik strukturlarında türk, türkmən və qaqauz dillərinin xüsusiyyətlərinə oxşarlığı və yaxınlığı başqa türk dillərinə nisbətən daha çoxdur. Qeyd etmək la-zımdır ki, qədim türdilli xalqların əldə olan ən qədim yazı örnəkləri V-IX yüzilliklərə aid edilən “Orxon-Yenisey” abidələri hesab olunur. Məhz bu baxımdan “Orxon-Yeni-

7

sey” abidələri Skandinaviya mənşəli run (runi) əlifbasına bənzədiyi üçün onlara türk run (runi) yazıları, eləcə də qə-dim türk abidələri də deyirlər.

Qeyd etmək vacibdir ki, “Orxon-Yenisey” abidələri ilə qarşılıqlı müqayisə yalnız fonoloji, leksik-semantik, eləcə də qrammatik təkamülü izləmək üçün nəzərdə tutula bilməz. Çünki bu tarixi abidədə söz sənətinin tarixini öy-rənməyə imkan verən cəhətlər çoxdur., “Orxan-Yunisey” abidələrində linqivistik və poetik hadisələrin vəhdəti var-dır. Məhz sistemli şəkildə tətbiq olunan linqvopoetik təh-lil “Orxon-Yenisey” abidələri ilə konkret abidələrin, epos-ların qarşılıqlı üzvi əlaqəsini, bədii sözün genetik təcrübə-sini aşkarlaya bilər.

Qədim türk dastanlarındakı, o cümlədən “Alp Ər Tonqa”, “Oğuz xaqan”, “Köç”, “Kitabi-Dədə Qorqud” “Manas”, “Alpamış”, “Koblandı Batır” və b. kimi dastan-lardakı poetik fikirlər “Orxon-Yenisey” abidələrindəki poetik fikirlərlə bir növ oxşarlıq təşkil edir.

Türk dastanlarının hər birində istər fonetik hadisələr-lə, istər ayrı-ayrı qrammatik qanunauyğunluqlarla uzlaşan dil hadisələrindəki oxşarlıq onların eyni kökdən olduğu-nu sübut edir. “Orxon-Yenisey”, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Maday Qara”, “Oğuz xaqan”, “Muğan xan” kimi qədim türk dastanlarında bu oxşarlıqları görmək olar. “Gül Tığın ” abidəsində “doqquz Oğuz” “budunun”, “busavını” “esit”, “katıxtı tınla” kimi anlayışların assimil-yasiyaya uğramadan, lakin cüzi dəyişikliklə dövrümüzə gəlməsi o deməkdir ki, qədim türk dillərinin oxşarlıqları onların fərqlərindən çoxdur. “Tonyukuk Anıtı” abidəsin-də bunları aydın görərik:

Tonyukuk Anıtı: “Tonyukuk anıtı dört cepheli, iki dikilitaş halindedir. Yazılar, diğer taşlara göre daha silik durumdadır. Tonyukuk, Bilge Kağan'ın babası İlteriş Ka-ğan'ın amcası Kapgan Kağan'ın ve Bilge Kağan'ın baş bili-

8

cisi, yani başveziri idi. Bu anıtı ihtiyarlık devrinde kendisi diktirmiştir ve yazılar da kendisine aittir. Taşlarda Göktürk-lerin Çin esaretinden nasıl kurtulduğu, kurtuluş savaşının nasıl yapıldığı ve Tonyukuk'un neler yaptığı anlatılır. Bi-rinci yazıt 243 cm; ikinci yazıt ise 217 cm yüksekliğinde-dir. Birinci yazıtta 35, ikinci yazıtta 27 satır Göktürk harfli türkçe metin bulunmaktadır. Tonyukuk yazıtlarını okumak için buraya tıklayınız”.

Göründüyü kimi, bu mətndə dövrümüzə qədər gəlib çıxan sözlər dastanın digər türkdilli xalqların milli kolori-ti, sosial mühiti, əxlaqi normaları arasında da yaxınlığın, doğmalığın olduğunu göstərir.

Dil ünsiyyət vasitəsi olub onun həm də predmetidir. Dil ilə nitq arasında linqvistik münasibət vardır. Hansı ki, bu münasibəti duymadan, qavramadan, düzgün qiymətlən-dirmədən mədəni nitqə nail olmaq olmaz.

Dil və nitq arasındakı münasibəti linqvistik baxım-dan ilk dəfə düzgün qiymətləndirən İsveçrə linqvisti Fer-dinand de Sössür (XIX əsrin axırları) olmuşdur. O yazır: “Dil fəaliyyətinin öyrənilməsi iki hissəyə ayrılır: onlardan biri əsas olmaqla predmeti dildir, yəni mahiyyətcə icti-maidir və fərddən asılı deyil..., digəri ikinci dərəcəli ol-maqla predmeti nitq mədəniyyətinin fərdi cəhətidir, yəni danışıq da daxıl olmaqla nitqdir”. (48, səh. 384)

Deməli, ünsiyyətin, yəni ünsiyyət fəaliyyətinin bi-rinci predmeti dildirsə, mahiyyətcə ondan sonra ikinci də-rəcəli hesab olunan nitq mədəniyyətidir. Göründüyü kimi, nitq mədəniyyətinin spesifik və fərdi cəhətləri olan danı-şıq mədəniyyəti, nitq mədəniyyəti də dilin predmeti rolu-nu oynayır.

Biz dili ictimayi hadisə, kollektivin, bütövlükdə xal-qın malı hesab ediriksə, deməli, dil faktları ilə nitq faktla-rı arasında oxşarlıqlarla yanaşı, fərqlər də mövcuddur.

9

F.Sössür dil ilə qarşılıqlı əlaqədə olduğunu, onlar-dan birinin digəri üçün şərt olduğunu, tarixən nitq faktları-nın həmişə dili qabaqladığını bildiridi. O, cox haqlı olaraq, dilin kollektivin malı, ictimai hadisə olduğunu, cəmiyyət-dən kənarda olmadığını, onun strukturunda məcburi işa-rələrin olduğunu qeyd edir. O bildirir ki, nitq insanların bir-biri ilə ünsiyyət prosesində dilin fərdi şəkildə (və ya qrup şəklində) meydana çıxan ayrıca aktıdır (və ya bir sıra vərdişlərdir).

Dil və nitq eyni hadisənin bir-biri ilə sıx əlaqədə olan iki aspektidir. Nitq anlayışına yalnız şifahi və yazılı nitq deyil, həm də geniş mənada, daxili nitq, yəni dil vasi-tələrinin köməyi ilə təfəkkür prosesi daxildir. N.N Kita-yey haqlı olaraq göstərir ki, daxili nitq prosesində nitqin hərəkəti və eşitmə analizatorları arasında qarşılıqlı əlaqə olur. Ona görə də mahiyyət etibarilə daxili nitq yalnız kə-nardan müşahidə edən üçün səssizdir, fikirləşənin özü üçün “daxili” səslənmə qalır, hərəki analizatorlar tamami-lə tormozlaşdıqda belə, yenə də o, həmin sözləri eşidir. (48, səh. 384)

Azərbaycan dilində həm düzgün danışmağın, həm də düzgün yazmağın əhəmiyyəti böyükdür. Düzgün danışma-ğın məhsulu mədəni şifahi nitq hesab olunur. Düzgün yaz-mağın məhsulu isə yazılı nitqin mədəniyyəti hesab olunur. Şifahi nitqin düzgünlüyü danışandan savayı, dinləyəni də məftun edir. Yazılı nitqin gözəl forması, estetik düzülüşü və mənalı məzmunu bədii zövqü inkişaf etdirir.

Nitq inkişafına dair əsərlərdə, adətən, onun düzgün-lüyü məsələsi mərkəzi yer tutur. Nitqin düzgünlüyündən yalnız o vaxt danışmaq olar ki, dil normaları (fonetik, or-foepik, leksik, söz yaradıcılığı, semantik, qrammatik, üs-lubi və s.) pozulmasın. B.N Qolovin normanı nitq davra-nışının zəruri, lakin yoxsul tənzimçisi hesab edir. Çünki yazılı nitqin tam yaxşı olması üçün yalnız normaları göz-

10

ləmək azdır. Onun fikrincə, “... nitq ola bilər ki, tam düz-gün olsun, başqa sözlə, dil normalarını pozmasın, lakin çətinlik çəkmədən başa düşməyə imkan verməsin. O, məntiqi cəhətdən qeyri-dəqiq və ziddiyyətli, lakin düzgün ola bilər. Elə buna görə də Puşkin və Belinski, L.Tolstoy və Qorki gözəl anlayırdılar ki, düzgün danışmaq və yaz-maq hələ yaxşı danışmaq və yazmaq demək deyil” (48, səh. 386)

Azərbaycan ədəbiyyatının Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Əssar Təbri-zi, Saib Təbrizi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Cəlil kimi klassiklərimiz də, şüb-həsiz, belə düşünmüşlər. Onların əsərlərində “Sözün də su kimi lətafəti var”, “Xalqa ağzın sirrini hər dəm qılır izhar söz” kimi sözün qüdrətindən, gözəlliyindən - bir sözlə, dərin məna hasil etməsindən, doğru sözün hikmətindən bəhs edən müdrik kəlamlar vardır. Şifahi ünsiyyətə, sözə böyük qiymət verən Çernişevski “Söz sərkərdədir” demiş-dir.

Danışıq zamanı qarşıda duran vəzifədən asılı olaraq nitqin şifahi və yazılı formaları insanlarla bilavasitə ünsiy-yəti (dərsdə, mühazirədə, yığıncaqda çıxış zamanı, dialo-qu, müsahibəni, mübahisəni və s.) nəzərdə tutur. Şifahi nitq insanların konkret həyat şəraitində bir-biri ilə dilin vasitəsilə canlı ünsiyyət prosesidir. Deməli, şifahi nitq, əsasən, qarşı-qarşıya gedən bir prosesdir. Onun üçün danı-şanın və dinlyənin, soruşanın və cavab verənin olması vacibdir. Şifahi nitq tələb edir ki, dinləyən onu danışıq prosesində başa düşsün. Şifahi nitq avtomatik yaranır və təbii şəraitdə gedir. Bu zaman düşünməyə, araşdırmağa vaxt qalmır. Yazılı nitq isə ünsiyyətə cəlb olunanların işti-rakını tələb etmir, çünki nitqin bu formasının kimə aid ol-duğunu müəyyənləşdirmək də çətindir. Yazılı nitq prose-

11

sində fikirləşmək, götür-qoy etmək üçün imkan olur. Şifa-hi nitq təsadüfdən təsadüfə, yazılı nitq isə həmişə monolo-jidir (48, səh. 390).

Yazılı nitqin bütün nəzəri və praktik mahiyyətini də-rindən mənimsəyən iqtisadiyyatçılar, Bakı Biznes Univer-sitetinin müvafiq ixtisaslarını bitirən gələcək mütəxəssis-lər gözəl xəttə, ərizə, təqdimat, arayış, təliqə, müqavilə, müraciət, tezis, məqalə, məruzə, mühazirə, çıxış, elmi məqalə, monoqrafiya, dissertasiya və s mətnləri yazmağa qadir olduqları kimi, şifahi nitqin metodikasına yiyələ-nənlər şifahi müraciət, spontan nitq,kütlə qarşısında çıxış-lar, məruzələr, bəyanatlar və bu kimi şifahi nitq mədəniy-yəti nümunələrini monoloq, dioloq, radio-televiziya çıxış-ları vasitəsilə təqdim edə bilərlər.

Azərbaycan dili nitq mədəniyyəti fənninin ali məq-sədi, sadalanan amillər hesab olunursa, bu ali məqsəddən doğan vəzifələr aşağıdakılar hesab olunur;

- Tələbələrə Azərbaycan dili və nitq mədəniyyəti fənninin əhəmiyyəti barədə zəruri-praktik biliklər vermək;

- Dilin ünsiyyət vasitəsi olmasını aydınlaşdırmaq; - Yazının meydana gəlməsini öyrətmək; - Tarixi qrammatikanın mərhələləri barədə təəssü-

rat yaratmaq; - Nitq mədəniyyətinin metodları, inkişaf mərhələ-

ləri barədə məlumat vermək; - Natiqliyin növləri, formaları, məntiq qanunları

barədə informasiya vermək; - Məntiqi təfəkkürün nitq mədəniyyətindəki rolunu

aydınlaşdırmaq; - Mədəni nitqə verilən başlıca tələbləri şərh etmək; - ədəbi dil normaları, üslubları, obrazlılığı, etik-es-

tetik xüsusiyyətləri barədə məlumat vermək və s.

12

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ

Böyük öndər, ümumilli lider Heydər Əliyevin örnək

xarakterli nitqləri, çıxışları, məruzələri Azərbaycan dilinin

şifahi nitqinin düzgün, dəqiq, ifadəli danışıq normalarını

bütünlüklə özündə ehtiva etmişdir. Onun nitqini siyasi na-

tiqliklə məhdudlaşdırmaq olmaz. Çünki onun natiqliyi

həm akademik natiqliyin, həm siyasi natiqliyin, həm inzi-

bati-idarəetmə natiqliyin, həm də bədii natiqliyin bütün

çalarlarını özündə əks etdirirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əli-

yevin Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyatı,bütövlük-

də mənəvi həyatı barədə müxtəlif mülahizələri yalnız dü-

nən, bu gün üçün deyil, sabah üçün də həmin sahələr üzrə

mütəxəssislərin müraciət edəcəyi, faydalanacağı metodo-

loji-ideoloji əhəmiyyətə malik fikirlərdir. Buna görə hə-

min mülahizələrin sistemə salınıb öyrənilməsinə, elmi-

professional baxımdan şərh edilib dəyərləndirilməsinə,

Azərbaycan dilinin dövlət dili kimi təhlilinə böyük ehtiyac

vardır (49, səh. 8).

Onun aforizimlərindən hər birinə diqqət etsək, orada

ictimai, siyasi, iqqtisadi, fəlsəfi ideyaların məcmusunu

görmək olar. “Ağıl olan yerdə zora ehtiyac yoxdur”, “Xalq

dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, “Böyük si-

yasəti kiçik hislərə, xırda mənfəətlərə bağlamaq olmaz”,

“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” de-

yən Heydər Əliyev bu sözləri heç də aforizm kimi təqdim

etməmişdir. O, bu fikirləri öz yerində işlətməklə xalqa,

millətə, ictimai mühitə həm də bir tövsiyə , öyüd, nəsihət,

məsləhət və istiqamət vermək məqsədi ilə söyləmişdir.

13

Sonradan mütəxəssislər bu fikirləri toplayaraq aforizm

şəklinə salmışlar.

Müasir dünyanın siyasi xadimləri, dövlət qurucuları,

yaxud ölkə başçıları arasında çox az şəxsiyyətlər tapmaq

mümkündür ki, mənsub olduğu xalqın elmi , mədəniyyəti,

ədəbiyyatı ilə bu qədər ardıcıl, məhsuldar və səriştəli bir

şəkildə məşğul olsun. H.Əliyev həyatının siyasi fəaliyyət-

də olduğu, əsas hissəsini Azərbaycanın rəhbərliyinə sərf

etdiyi otuz ilə yaxın bir dövrdə Azərbaycan mədəniyyəti-

nin inkişafında, elm və incəsənət xadimlərinin yaradıcılı-

ğının çiçəklənməsində əvəzsiz rol oynamaqla yanaşı, bir

nəzəriyyəçi-mütəfəkkir kimi də çıxış etmış, heç zaman el-

mi dərəcəsini, fəlsəfi məzmununu itirməyərək fikirlər söy-

ləmişdir. Həmin fikirlərin müəyyən hissəsi H.Əliyevin

mənsub olduğu xalqın və uzun zaman rəhbərlik etdiyi, bu

gün də çox böyük peşəkarlıqla idarə edib möhkəmləndir-

diyi dövlətin dili- Azərbaycan dili haqqındadır (49, səh.

8-9).

Heydər Əliyev “Hər bir xalqın milli mənsubiyyəti,

onun qurur mənbəyidir...” deməklə öz milli mənsubiyyəti-

nə görə azərbaycanlı olması ilə rəğmən fəxr etdiyini diq-

qətə çəkir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edi-

rəm ki, mən azərbaycanlıyam” deyən Heydər Əliyev mən-

sub olduğu xalqın, dövlətin ən ali atributlarını daha yük-

səklərə qaldırır. Sanki demək istəyir ki, bu xalqın, dövlətin

ən uca atributlarından əzəli, birincisi onun ana dilidir.

Ana dilinə dərin rəğbətini, ehtiramını bildirən böyük ön-

dər bu dilin saflığı uğrunda daim mübarizə aparmışdır.

H.Əliyevin Azərbaycan dili haqqındakı fikirlərini,

mülahizə və qeydlərini, heç şübhəsiz, bu sahədə dövlət sə-

viyyəli əməli fəaliyyətindən kənarda təsəvvür etmək

14

mümkün deyil – böyük mütəfəkkir – dövlət xadimi Azər-

baycan dilinin bir dövlət dili kimi mövqeyinin yüksəldil-

məsinə çalışmaqla yanaşı, həmin məsələnin həllinin elmi-

nəzəri prinsipləri, yolları barədə də düşünmüş və düşün-

məkdədir. O, ana dilinin mənşəyinin, tarixi inkişafının,

bugünkü funksional xüsusiyyətlərinin araşdırılması işinə

həmişə diqqət vermiş, Azərbaycan dilçilərinin bu sahələr-

də intensiv çalışması üçün dövlət rəhbəri kimi əlindən gə-

ləni əsirgəməmişdir (49, səh. 9).

İttifaq dövründə dövlət dilinin Azərbaycan dili oldu-

ğuna baxmayaraq, bir sıra dövlət adamlarının xalqa əcnə-

bi dildə müraciət etmələri, bir qisim ziyalı korpusunun,

bəzi ailələrin rus dilində danışmağa üstünlük vermələri

Azərbaycan dilinin inkişafına, onun möhtəşəmliyinə köl-

gə salırdı. 1969-cu ildə ölkə rəhbərliyinə gələn Heydər

Əliyev, ilk növbədə, Azərbaycan dilinin saflığı ilə siyasi

iradə nümayiş etdirdi və elm, mədəniyyət, incəsənət

adamları ilə görüşə üstünlük verdi.

Azərbaycan elminin, mədəniyyətinin yüksəlişi üçün

ən müxtəlif yollar arayıb-axtaran, ədəbiyyat, incəsənət xa-

dimləri ilə müxtəlif münasibətlərlə tez-tez görüşən respub-

lika rəhbəri elə ilk illərdən subut etdi ki, Azərbaycana öz

iş üslubuna görə əvvəlkilərdən əsaslı şəkildə fərqlənən

birinci katib gəlmişdir. Nəinki yaşlı, hətta orta nəslin də

yadındadır ki, H.Əliyevin fəaliyyəti ilk illərdə zahirən heç

bir müqavimət doğurmasa da, köhnə iş üsuluna öyrənmiş

bir sıra pedant, yuxarıdan əmr gözləyən rəhbər işçilərdə, o

cümlədən sxolast elm-mədəniyyət “xadim”lərində müəy-

yən etiraz doğururdu. Lakin respublikanın rəhbəri işə özü-

nəməxsus novatorluqla yanaşı, elə bir yüksək peşəkarlıq,

15

səriştə və inamla başlamışdı ki, ona müqavimət göstərmək

tamamilə səmərəsiz idi (49, səh. 11).

Dövlət rəhbəri kimi ilk dəfə olaraq ana dilimizin

saflığı uğrunda mübarizəyə qoşulan Nəriman Nərimanov

da həm çıxışlarında, həm də əsərlərində milli dilin korlan-

masına, onun orfoqrafik və orfoepik normalarının pozul-

ması halına qarşı yorulmadan mübarizə aparmağı həmişə

tövsiyə edirdi. Heydər Əliyev də hakimiyyətə gəldiyi ilk

illərdən başlayaraq məhz bu yolu tutdu.

1970-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Uni-

versitetinin 50 illiyi münasibətilə keçirilən təntənəli yığın-

cağa gəlmiş H. Əliyev burada ana dilində çıxış etdi. Təbii

ki, bunda məqsəd Azərbaycan dilinin yüksək elmi-peda-

qoji səviyyədə təbliği idi. Nəriman Nərimanov ənənələrini

davam və inkişaf etdirən respublika rəhbəri ana dilinin

təbliği işinin məhz məktəbdən, bu iş üçün xüsusilə əlveriş-

li olan elmi-pedaqoji sahədən başlayırdı. Eyni zamanda

məhz həmin illərdə (söhbət 70-ci illərdən gedir) respubli-

kanın rayonlarını, təsərrüfatlarını gəzib kənd əməkçiləri

ilə görüşən H.Əliyev xalqla öz dilində (Azərbaycan dilin-

də, həm də xalqa anlaşıqlı olan bir üslubda) danışır, nəticə

etibarilə, dövlətlə xalq arasında o zamana qədər mövcud

olmuş maneləri aradan qaldırmağa çalışır, buna tez bir za-

manda nail olurdu. (49, səh. 13-15).

Məlum olduğu kimi, Sovet İttifaqı dövründə vətəni-

miz SSRİ, paytaxtımız isə Moskva hesab olunurdu. Ölkə-

nin isə ali qanunvericilik orqanı SSRİ-nin Konstitusiyası

sayılırdı. Lakin müttəfiq respublikaların hər birinin milli

konstitusiyaları da var idi. Lakin milli konstitusiyaların

milliləşməsi problem olaraq qalırdı. Hətta müttəfiq res-

16

publikaların konstitusiyalarında dövlət dilinin milli dil

kimi qəbul edilməsi çətin məsələ idi.

Müşahidələr göstərir ki, H.Əliyevin Azərbaycan dili

ilə əlaqədar düşüncələri 70-ci illərdə onun respublikaya

rəhbərliyinin ilk on illiyi dövründə aşağıdakı amillərin tə-

siri ilə təşəkkül tapıb formalaşmışdır:

a) 50-ci illərdən bəri Azərbaycanı həm daxildən,

həm də xaricdən ən müxtəlif mövqelərdən müşahidə et-

miş, ölkənin sovetlər birliyində ictimai-siyasi yerinin nə-

dən ibarət olduğunu, Moskvanın müxtəlif müttəfiq res-

publikalarda, o cümlədən Azərbaycanda yürütdüyü siya-

sətin mahiyyətini, nəticələrini, həmin siyasətə qarşı ən zəif

etirazları belə çox yaxşı görür, hiss edirdi. Və sadəcə gör-

mək, hiss etməklə kifayətlənmir, çevik ağlı, zəngin anali-

tik təfəkkürü ilə təhlil edib belə bir nəticəyə gəlirdi ki,

Azərbaycan dilinin və bu dildə danışan xalqın böyük po-

tensialı, mövcudolma, yaşayıb-inkişafetmə, dünya mədə-

niyyətinə müəyyən töhfələr vermə imkanı vardır, nə bu di-

li, nə də bu xalqı məhv etmək, başqa bir dil, başqa bir xalq

içərisində ərimək mümkün deyil. H. Əliyev bütün mürək-

kəbliyi ilə dərk edirdi ki, Moskva ruslaşdırma siyasəti yü-

rüdür, lakin bu qeyri-humanist, antibəşəri, bayağı siyasət

müxtəlif yollarla pərdələnir, bir sıra SSRİ dilləri kimi

Azərbaycan dili də dövlətçilikdən, inzibati-idarə sistemin-

dən, elmdən, mədəniyyətdən, maarifdən sıxışdırılır, yalnız

məişət dili səviyyəsinə endirilir... Və bu mənfur siyasət

xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi

(49, səh. 15-17).

Ona görə də Azərbaycan xalqının iradəsinə inanan

Heydər Əliyev həm SSRİ-nin ali qanunu olan SSRİ-nin

Konstitusiyasında, həm Azərbaycan Respublikasının ali

17

qanununda, yəni Azərbaycan Respublikasının Konstitusi-

yasında hər bir respublikanın dövlət dilinin, o cümlədən

Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan di-

li olmasının təsbit edilməsinə nail oldu.

Əlbəttə, Azərbaycan ziyalılarının heç də hamısı ana

dilini eyni fəallıqda müdafiə etmirdi. Hətta irəlidə daha

geniş bəhs edəcəyimiz kimi, 70-ci illərin ikinci yarısında

Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırla-

narkən respublika rəhbəri özü yaradıcı ittifaqlara xəbər

göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-

də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi

maddə salınmasını tələb etsinlər. Yalnız bu xəbər-işarədən

sonra yaradıcılıq ittifaqları hərəkətə gəlmiş və Moskvanın

müqavimətini qırmaq mümkün olmuşdu... Bununla belə,

əsl Azərbaycan ziyalısının mövqeyi (dolayısı ilə Azərbay-

can xalqının iradəsi) H.Əliyevə məlum idi ( 49, səh. 19-21

). Ona görə də Heydər Əliyev Sovet İttifaqının ən ziddi-

yətli dövründə Azərbaycanın ən ali qanunvericilik sənə-

dində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması-

na nail olmuşdur. Heydər Əliyevin nitqlərinin çoxunda,

yəni böyük əksəriyyətində dilin məxəzlərini, dil tarixini

zənginləşdirən aforizmlər vardır. Onlardan birinə müra-

ciət etməklə fikrimizi daha aydın açıqlamış olarıq: “Öz

ana dilini bilməyən adamlar şikəst adamlardır” – deyən

Heydər Əliyev öz ana dilinə biganə qalanları şikəst

adamlar hesab edir. Doğrudan da, Azərbaycan dilini danı-

şa bilməyən adamları görəndə nədənsə həmin adamlara

nifrətlə baxmaq istəyirəm. Yəni həmin adamlara istər-istə-

məz dərindən nifrət bəsləyirəm. Bəzən Azərbaycanda ya-

şayan qeyri millətlərin Azərbaycan dilində şirin ləhcə ilə

danışdığını görəndə adam nədənsə fərəhlənir. Akademik

18

Mehdi Mehdizadənin akademik işlədiyi dövrdə nazirlikdə

rus mənşəli və rus dilli şöbəsinin müdiri Petya adı ilə

məşhur olan bir məmur işləyirdi. Hər kəsə özünü Petya ki-

mi təqdim edən bu sadə, təvazökar şöbə müdiri heç kəsə

ona əvvəl salam verməyə qoymazdı. Yəni həmişə birinci

Petya salam verərdi. Özü də ona rus dilində “zdrastvuyte”

deyə salam verənə Azərbaycan dilində “salam” deyə ca-

vab verər və Azərbaycan dilində şirin ləhcə ilə hal-əhval

tutardı. Petyanı nəinki maarif nazirliyində sevirdilər, hətta

onu bütün ümumtəhsil məktəblərinin pedaqoji kollektivi

çox sevirdi. Ona görə ki, Petyanın doğulduğu ölkənin ilk

dövlət atributu olan ana dilinə böyük sevgisi, ehtiramı ona

hörmət qazandırmışdır.

Bəzən öz milli dilini bilməyən insanlar milli-mənəvi

dəyərlərdən uzaq düşərək manqurtlaşırlar. Belələrini tən-

qid atəşinə tutan şairlər, yazıçılar yüzlərlə poetik nümunə-

lər yaratdılar. Lakin Heydər Əliyev bir cümlə ilə belələri-

ni mənəviyyatsız adlandıraraq deyir: “İnsan mənəviyyatı

üçün yaşamalıdır. Mənəviyatını qoruyan, yaşadan insan

əbədi olacaqdır”. Ulu öndər hər bir xalqın milliliyini, mil-

li-mənəvi dəyərlərini, milli şüurunu inkişaf etdirən, forma-

laşdıran və nəhayət, təkmilləşdirən bir amil olduğunu id-

dia edərək belə demişdir: “Hər bir xalqın milliliyini, mə-

nəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”,

“Dil bir aləmdir” - deyən Heydər Əliyev çıxışlarının birin-

də “ Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,

şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir” demişdir.

Dağıstanın böyük şairi Rəsul Həmzətov “Mənim Dağısta-

nım” adlı məşhur əsərində göstərir ki, yolum İtaliyaya

düşmüşdü. Orada bir dağıstanlı rəssamın qalereyasında iş-

tirak edərkən onunla xeyli söhbət etdik. Dağıstana dönən-

19

də həmin rəssamın anası bir dəstə adamla bizim aula gəldi.

O, oğlu ilə görüşümüzü eşidib qohum-əqrəbası ilə mənim

təəssüratlarımı dinləməyə gəlmişdi. Rəssamın anası mə-

nim qarşımda dayanaraq, heç kəsi otağa daxil olmağa ica-

zə verməyərək dedi: “Şair, mənim oğlum sizinlə öz ana

dilində danışdı”?! Dedim ki, ay ana, o, yarım əsrdir İtali-

yada yaşayır. O, mənimlə italiya dilində danışdı. Rəssamın

anası çevrilərək adamlarına dedi: - “ Geri dönün, aulumu-

za gedək, öz ana dilini unudan oğul mənim oğlum deyil”.

Rəsul Həmzətovun, görkəmli şairin belə yazılar yaz-

ması onun doğma avar dilinə məhəbbətinin nəticəsidir.

Hər bir elm, mədəniyyət, incəsənət xadiminin öz ana dilini

təbliğ etməsi onun bənzərsiz xidməti hesab olunur. Ulu

öndər Heydər Əliyev də belə deyərdi: “Hər bir xalq öz dili

ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək

və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qa-

baqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti

nəticəsində mümkündür”.

20

FONETİKA, FONETİK NORMALARIN VƏ

MƏDƏNİ NİTQİN İNKİŞAFINDA ROLU

“Əlifba” sözü əslində 1,2,3 səs və hərfi özündə ehti-

va edir. Əlifbanın yaranmasına dair bir çox rəvayətlər var.

Finikiya əlifbası ilk əlifba kimi qeydə alınıb. Ərəb əlifba-

sının ilk iki hərfi – “əlif” və “bey” hesab olunur. Rus dilin-

də «Azbuka»nın, yəni kiril əlifbasının ilk iki hərfi – “az”,

buki olduğu üçün “Azbuka” kimi qəbul edib. Avropa dil-

lərində «Alfavit», yəni yunan əlifbasının ilk iki hərfi – “al-

fa”, “beta” əlifba anlayışını özündə ehtiva edir. Türk xalq-

larının ilk əlifbası «Orxon – Yenisey» əlifbası əsasında ya-

radılıb. Danışıq səsləri və onların əmələ gəlməsinin fizio-

loji əsaslarını da əlifba öyrənir. Danışıq səsləri və onların

növləri, dilin vəziyyətinə, yaxud arxa və ön hissəsində de-

yilməsinə görə – qalın və incə saitlər əlifbada xüsusi təs-

nifata əsaslanır. Əlifbanı öyrənən fonetika ağız boşluğu-

nun vəziyyəti, yaxud dilin üst damağa doğru qalxması və

alt çənənin nisbətən aşağı enməsinə görə – qapalı saitlər,

açıq saitlər; dodaqların vəziyyətinə görə – dodaqlanan və

dodaqlanmayan saitlər; bəzi saitlərin uzun tələffüzü, sa-

mitlərin tələffüzü, onların akustik vəziyyəti də fonetika da

öyrənilir. Kar-cingiltili samitlər, kar qarşılığı olmayan sa-

mitlər, cingiltili qarşılığı olmayan samitlər fonetikada öy-

rənilir, istisnalar da var. Məsələn, K səsinin 3 formada k

(kitab), kı (k

ılub), x

ı (məx

ıtub) tələffüzü var. Qoşasamitli

sözlərin yazılışı və tələffüzü: qoşa – tt; qoşa – kk; qoşa –

pp; qoşa –qq; qoşa – yy. Sonu eynicinsli qoşa samitlə

bitən söz köklərinin yazılışı. Məsələn: xətt – xətdə, sirr –

sirli, həzz – həzdən və s. Sözlərin sonunda cingiltili samit-

lərin yazılışı və tələffüzü. Azərbaycan dilindəki 14 cingil-

21

tili samitdən 7-si tələffüz zamanı söz sonunda karlaşa bi-

lir. Sonu q və k ilə bitən çoxhecalı sözlərin yazılışı və tə-

ləffüzü də həmçinin.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan dili-

nin fonetikası onun ən qədim bölmə və sahələrindəndir.

“Əlifba” sözünün mənası iki ərəb hərfinin birləşmə-

sindən yaranan , bir xalqın dilində işlədilən, ənənəvi qay-

dada düzülən qrafik işarələrin məcmusudur.

İlk əlifba olan finikiya əlifbasından (e.ə. II-IV minil-

liklərdə Suriya və Fələstin ərazilərində mövcud olan xalq)

sonralar arami, yəhudi və Suriya əlifbaları törəmişdir.

Arami əlifbasından isə pəhləvi, ərəb, qədim türk (uyğur),

monqol, hind əlifbalarının törəndiyi ehtimal olunur. Fini-

kiya əlifbasından yunan əlifbası, yunan əlifbasından isə bir

sıra əlifbalar, o cümlədən etrusk, latın, qot, slavyan

əlifbaları yaranmışdır.

1708-ci ildə rus çarı I Pyotrun təşəbbüsü ilə yaradı-

lan kiril (əlifbanın əsasını qoyan dilçinin adı Kiril olmuş-

dur) əlifbası əsasında rus əlifbası yaradılmışdır. Hansı ki,

həmin əlifba 1918-ci ildə sadələşdirilmiş və təkimlləşdiri-

lərək istifadə olunmuşdur.`

Azərbaycanda ilk əlifba qədim Alban dövləti tərəfin-

dən tətbiq edilən əlifba hesab olunur. Lakin VII əsrdə ərəb

işğalından sonra Azərbaycan-Alban əlifbası ərəb əlifbası

ilə əvəz olunmuşdur. Bu əlifba 1929-cu ilə qədər işlənmiş-

dir. 1929-cu ildə, yəni sovetlər dövründə ərəb qrafikalı

əlifba latın qrafikalı əlifba ilə əvəz edilmişdir. Bu əlifba

isə 1939-cu ildə kiril əlifbası ilə əvəz edilmişdir. 1992-ci

ildə əlifbamız yenidən latın qrafikalı əlifba olmuşdur.

22

Qədim Romada yaranan əlifba da qədim əlifba hesab

olunur. Eramızın I əsrində yaranan bu əlifba hərflərə, səs-

lərə, hecalara əsaslanan yeni tipli əlifba hesab olunur.

1574-cü ildə İvan Fyodrovic, 1864-cü ilə isə

K.D.Uşinski yeni əlifba yaratmışlar.

Azərbaycanda M.F.Axundov, A.Çernyayevski, R.Əfə-

ndiyev, M.Mahmudbəyov, Y.Kərimov, M.Mehdizadə əlif-

ba müəllifləri hesab olunurlar. Əlifba həm də ədəbi dilin

ilk mənbəyi və nümunəsi kimi özünü göstərir. “Aves-

ta”dan sonra Azərbaycan xalqının ədəbi dilinin ikinci

mənbəyi olan “Kitabi-Dədə Qorqud” haqqında da eyni

sözləri demək olar.

Dil onu yaradan və yaşadanlara xidmət edən ünsiy-

yət vasitəsi olduğu üçün onun qayda-qanunları da həmin

dildə danışanların inkişafı ilə əlaqədar olaraq eyni surətdə

dəyişir və təkmilləşir.

Ədəbi dil normalarının müəyyənləşdirilməsində isti-

fadə olunan meyarın əsasları, şərtləri aydınlaşmış olur ki,

bunlar, əsasən, aşağıdakılardır: dürüstlük, düzgünlük, də-

qiqlik, asanlıq, sadəlik, vahidlik, eynilik, sabitlik, ahəng-

darlıq, səlislik, fəsihlik, davamlılıq və digər bədii zövq

amilləri. Məhz buna görə də belə xüsusiyyətləri ilə şərtlə-

nən normalar əsasında qurulmuş ədəbi dil pozulmaz sayı-

lır və onun pozulmasına da yol verilmir (28, səh. 5).

Azərbaycan ədəbi dilinin göstərilən meyar və şərtləri

(dürüstlük, düzgünlük, dəqiqlik, asanlıq, sadəlik, vahidlik,

eynilik, bitkinlik, ahəngdarlıq, səlislik, fəsihlik və davam-

lılıq) şifahi xalq yaradıcılığı nümunələrində, klassik yazar-

ların əsərlərində, bütövlükdə bədii yaradıcılıq nümunələ-

rində özünü daha bariz şəkildə göstərir.

23

Azərbaycan ədəbi dili rəsmi dövlət dilidir. Azərbay-

can ədəbi dilinin belə bir yüksək hüquqa malik olması

onun şifahi qolunun qurultay, konfrans, məruzə, mühazirə

dili kimi də tam halda formalaşmasına imkan yaratmışdır.

Beləliklə də, müasir Azərbaycan ədəbi dili təlim-təhsil

ocaqlarında təhsil vasitəsinin və təlim-təhsil fənlərinin

əsası olmuşdur. Müasir Azərbaycan ədəbi dili bütün üslub

qolları üzrə şaxələnərək hərtərəfli inkişaf etmiş dillərdən-

dir (28, səh. 6).

Azərbaycan Respublikasının Konstitusiyasında və

Azərbaycan Respublikasının Təhsil Qanununda Azərbay-

can dilinin dövlət dili olması, bütün direktiv sənədlərin bu

dildə olması rəsmi qaydada təsbit olunmuşdur.

Hazırda Azərbaycan dilində minlərlə elmi, texniki,

siyasi və bədii kitablar, yüzdən çox qəzet və məcmuə nəşr

olunur. Kino ekranlarından, teatr səhnələrindən, qurultay

salonlarından, ali məktəblərdən, elmi-tədqiqat institutla-

rından, idmançı şərqilərindən, konsert salonlarından, mu-

ğam məclislərindən, gənclərin nəğmələrindən Azərbaycan

dilinin hər gün, hər saat məğrur, şaqraq və dərin məzmun-

lu avazı eşidilir, məntiqi məzmunu duyulur. Azərbaycan

dili bir sıra radiostansiyalarda, televiziya kanallarında, so-

sial şəbəkələrdə veriliş hüququna malik bir dil kimi dün-

yada səslənir.

İndi Azərbaycan ədəbi dilində dünya elm və sənət

xəzinəsinin ən qiymətli əsərlərini oxumaq mümkündür.

Azərbaycan xalqının hər bir oğlu, qızı dünya elm və ədə-

biyyat klassiklərindən: Aristoteli, Firdovsini, Nizamini,

Homeri, Şekspiri, Puşkini, Tolstoyu, Darvini və başqaları-

nı öz ana dilində oxuya bilir (28, səh. 6).

24

Azərbaycan poeziyasının klassikləri Qətran Təbrizi-

nin, Nizami Gəncəvinin Azərbaycan dilində olan bir sıra

əsərləri bizə gəlib çatmasa da, Nəsiminin, Füzulinin, Seyid

Əzimin, Cəlil Məmmədquluzadənin, M.F.Axundovun,

Q.B.Zakirin, A.A.Bakıxanovun, Abbas Səhhətin, Ü.Hacı-

bəylinin, Səməd Vurğunun əsərlərində ədəbi dilin gözəl-

liklərini görmək olar.

Müasir Azərbaycan ədəbi dili çox tərəqqi və inkişaf

etmiş dillər sırasındadır. Azərbaycan ədəbi dilində yalnız

bədii əsərlər deyil, elmin, texnikanın, fəlsəfi və ictimai dü-

şüncələrin ən son nailiyyətlərindən bəhs edən çoxcildli,

dərin məzmunlu əsərlər də yazılmış, yazılır və yazılacaqdır.

Burada belə bir faktı da qeyd etmək lazımdır ki,

Azərbaycan dili keçən əsrlərdə də, ümumən, Orta Asiya-

da, xüsusən Qafqazda yaşayan müxtəlifdilli xalqlar arasın-

da ümumi anlaşma vasitəsi olmuş, hətta Qafqazın bir sıra

xalqlarından olan aşıqlar, ozanlar, əsasən, öz qoşmalarını

Azərbaycan dilində söyləmişlər. Son zamanlarda aparılmış

tədqiqat nəticəsində məlum olmuşdur ki, XVI-XVIII

əsrlərdə yaşayıb-yaratmış 35 erməni aşığı azərbaycanca

qoşmalar düzəldib el arasında oxumuşdur (28, səh. 6).

Deməli, müasir Azərbaycan ədəbi dili həm də bütün

Qafqaz xalqlarının hər birinin anlaya bildiyi və bu dildə

yazıb-yaratmaq dili kimi təşəkkül tapmışdır.

Azərbaycan dilinin Qafqazda və Orta Asiyada xalq-

lar arasında anlaşma vasitəsi kimi geniş dairədə istifadə

olunduğunu XIX əsrin məşhur sənətkarları: Lermontov,

Marlinski, Lazarev, Budaqov dəfələrlə qeyd etmişlər. Hət-

ta Lermontov Azərbaycanın dilinin Qafqazda, ümumiyyət-

lə, Asiyada gəzib-dolaşmaq üçün ən əlverişli bir anlaşma

25

vasitəsi olduğunu, o zaman Avropada çox işlənilən fransız

dili kimi mahiyyət daşıdığını xüsusi qeyd etmişdir.

Beləliklə, aydın olur ki, müasir Azərbaycan ədəbi di-

linin tarixi kökləri vardır. Buna görə də müasir Azərbay-

can ədəbi dilindən düzgün istifadə etmək üçün onun qay-

da-qanunlarının əsaslarını dəqiq bilmək və onun normala-

rının pozulması səbəbləri haqqında ümumi təsəvvürə ma-

lik olmaq hər bir azərbaycanlının müqəddəs borcudur.

Müasir Azərbaycan ədəbi dili dedikdə, əsasən, müasir

dövrdə yüksək səviyyəli, hərtərəfli inkişaf etmiş və bütün

sahələr üzrə hər cür anlayışı ifadə etmək imkanları olan

Azərbaycan ədəbi dili nəzərdə tutulur (28, səh. 6-7).

Müasir Azərbaycan ədəbi dilinin bir sıra şöbə və sa-

hələri vardır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,

Azərbaycan xalqının mövcud olduğu vaxtdan etibarən ya-

ranan ədəbi dil rəsmi bir xalqın ilk milli atributlarından

ilkini hesab olunur.

Azərbaycan dili Azərbaycanda və bir sıra qonşu öl-

kələrdə əsrlərdən bəri yaşayan azərbaycanlılara ünsiyyət

vasitəsi kimi xidmət edən ana dilidir. Azərbaycan dili türk

dilləri ailəsinin oğuz qrupuna mənsub olmaqla bu qrup da-

xilində mərkəzi mövqe tutan və geniş nüfuz dairəsinə ma-

lik olan bir dildir. Həm də bu qrupa mənsub dillər arasında

ən əvvəl, yəni, təqribən, VII-IX əsrlər arasında ümumxalq

dili halında formalaşmışdır (28, səh. 5).

Azərbaycan xalqının ilk yazılı abidələrindən biri

olan “Avesta” əsərində milli ana dilinin spesifik xüsusiy-

yətləri özünü göstərir. Müasir Azərbaycan ədəbi dili

fənninin əsas şöbələri aşağıdakılardır: fonetika, orfoepiya,

orfoqrafiya, leksikologiya və frazeologiya, morfologiya,

sintaksis və başqaları.

26

1) Fonetikada müasir Azərbaycan ədəbi dilinin fo-

nemlər sistemindən, fonetik qanunlarından, fonetik hadisə

və parçalarından bəhs olunur.

2) Orfoepiyada müasir Azərbaycan ədəbi dilinin tə-

ləffüz normalarından, qayda və qanunlarından bəhs olu-

nur.

3) Orfoqrafiyada müasir Azərbaycan ədəbi dilində

düzgün yazı qaydalarından bəhs olunur.

4) Lekfikologiyada müasir Azərbaycan ədəbi dilinin

lüğət tərkibindən, sözlərin leksik və qrammatik mənaların-

dan bəhs edilir.

5) frazeologiyada müasir Azərbaycan dilindəki

frazeoloji ifadələrin tiplərindən və məna növlərindən bəhs

olunur.

6) Morfologiyada sözlərin dəyişilməsindən və qram-

matik kateqoriyanın morfoloji əlamətlərindən bəhs olunur.

7) Sintaksisdə söz birləşmələrindən, cümlələrdən

bəhs olunur.

Bunlardan başqa, bu və ya digər əsas bəhslərlə əlaqə-

dar olaraq müasir Azərbaycan yazısından, əlifbasından,

durğu işarələrindən və leksikoqrafiyasından da məlumat

verilir.

Beləliklə, aydın olur ki, Müasir Azərbaycan ədəbi di-

li adlanan fənn düzgün danışmaq, düzgün yazmaq, düzgün

oxumaq və deyiləni, yazılanı düzgün başa düşmək üçün ən

mühüm anlaşma vasitəsi olan dilin normalarını, qayda-qa-

nunlarını əsaslı surətdə tədqiq və təlim edən bir fəndir (28,

səh. 7).

Bu sistemlərin isə hər biri ilə əlaqədar verilən ən zə-

ruri bilik, bacarıqlar nitq mədəniyyətinin inkişafında müs-

təsna rol oynayır.

27

Fonetikanın mövzusu dilin səs sistemindən bəhs edir.

Bu sistemə sait və samit səslərin yaranma qanunauyğun-

luqları və qayda-qanunları daxildir. Fonetika dilçiliyin ilk

bölməsidir. Bu bölmədə dilin səs tərkibindən, səs qanunla-

rından, daha ümumiləşmiş halda desək, dilin səs sistemin-

dən bəhs olunur.

Ümumi və xüsusi dilçilik olduğu kimi, onun bir böl-

məsini təşkil edən fonetika da ümumi fonetika və xüsusi

fonetik olmaq üzrə iki yerə bölünür.

Səslərin ümumi akustik və fizioloji cəhətləri, səslərin

təsnifində tətbiq olunan ümumi prinsiplər, eləcə də vurğu,

heca, intonasiya, səs, fonem, səs sistemi, səslərin dəyişmə-

si, əvəzlənməsi kimi bir sıra məsələlərin nəzəri əsasları

ümumi fonetikanın mövzusunu təşkil edir. Xüsusi foneti-

kada isə bu məsələlər ayrıca olaraq bu və ya digər konkret

bir dil əsasında tədqiq olunur və həmin dilin özünə xas

olan cəhətləri aydınlaşdırılır, hətta məxsusi qanunlar

müəyyənləşdirilir. Ümumi fonetikada ümumiləşdirilmiş

halda verilmiş bir sıra qanunlar, təsnifat bu və ya digər di-

lin materialları əsasındakı nümunələrlə xüsusi fonetikada

bir qədər də dəqiqləşdirilir (28, səh. 8).

Ümumiyyətlə desək, səs haqqında elmi yaradanlar

onların növlərini də yaratmağa təşəbbüs göstərmişlər. Be-

ləliklə, dünyanın aparıcı dilçilərinin gəldikləri ümumi fi-

kirləri Azərbaycan alimi Əbdüləzəl Dəmirçizadə sistemə

salmağa müvəffəq olmuşdur. O yazır:

Dilin səs vahidləri əməli və nəzəri məqsədlərlə müx-

təlif cəhətlərdən, müxtəlif istiqamətdə tədqiq olunur, belə-

liklə də, fonetikanın müxtəlif bəhsləri və müxtəlif növləri

formalaşır. Bu baxımdan fonetikanın aşağıdakı növlərini

xüsusi qeyd etməyi lazım bilirik.

28

1. Təsviri fonetika. Bu və ya digər konkret bir dilin

müasir səviyyədə malik olduğu səs tərkibini, səs qanunla-

rını və müəyyən şəraitdən asılı olaraq yaranan fonetik də-

yişmələrin qanunauyğunluğunu aydınlaşdırmaq, təsbit et-

mək və bunlardan əməli nəticələr çıxarmaq təsviri foneti-

kanın mövzusunu və məqsədini təşkil edir. Belə nəticələr

isə dil təlimi işini faydalı və səmərəli qurmaqda, əlifbanı

təkmilləşdirməkdə, orfoqrafiya qaydalarını elmi-nəzəri

əsaslar üzrə dəqiqləşdirməkdə, təkmilləşdirməkdə, orfo-

epiya əsaslarını müəyyənləşdirməkdə mütəxəssisləri və elə-

cə də dil müəllimlərini nəzəri cəhətdən silahlandırır.

Əlbəttə ,təsviri fonetikanın bir sıra nəticələri foneti-

kanın digər növləri üçün də faydalı ola bilər. Bu nəticələr

– dilin musiqi, xüsusən müğənni işi ilə əlaqədar bəzi mə-

sələlərini də aydınlaşdırmaq üçün istifadə oluna bilər (28,

səh. 8-9).

Ə.Dəmirçizadə burada müğənni deyəndə müğənnilə-

rin, xanəndələrin vokal imkanlarını nəzərdə tutur. Vokal-

çılar mahnını və muğamı oxuyanda, yaxud zümzümə

edəndə səsləri düzgün təsvir etməsələr, nə mahnının, nə də

muğamın vokal imkanlarını düzgün müəyyənləşdirə bil-

məzlər. Ona görə də təsviri fonetikanın öyərnilməsi zəruri

hesab olunur.

2. Tarixi fonetika. Hər hansı bir dövrün inkişaf tari-

xi boyu müəyyən dilin səs tərkibində, fonetik qanun və

qaydalarında baş vermiş dəyişmələri öyrənib həmin dilin

fonetik sisteminin inkişaf tarixini müəyyənləşdirmək tarixi

fonetikanın mövzu və məqsədini təşkil edir.

Tarixi fonetikada səs tərkibinin təkmilləşməsi,

müəyyən səsin və ya fonetik qanunun tədricən geniş dairə-

29

də işləkolma prosesi, yeni bir səsin törəmə, digər bir səsin

yoxolma prosesi tədqiq olunur.

Tarixi fonetika təsviri fonetikadan tədqiq obyektinə

və mənbəyinə görə də fərqlənir. Təsviri fonetikada müasir

ədəbi dilə, canlı danışığa və nəhayət, canlı şivələrə əsasən

nəticələr çıxarılır, daha doğrusu, təsviri fonetikada hazırkı

dövrdə səslənən, eşidilən dil tədqiq olunur. Burada təbii

(qulaqla) eşitmədən başqa, alətlər vasitəsi ilə də tədqiqat

aparılır və nəticələr əldə edilir (28, səh. 9).

Yeri gəlmişkən demək lazımdır ki, qulaqla eşitmə

alətləri, musiqi alətləri vatisəilə yaranan səslərin tədqiqinə

də diqqət yetirilməsi vacib hesab olunur. Telefonlar, dikta-

fonlar, kompüter texnologiyası, musiqi alətləri, o cümlə-

dən faemilər, ionikalar,sintizatorlar, fortopianolar, röyal-

lar, yeni tipli zərb alətləri tərəfindən yaranan səslərin də

fonetik imkanları öyrənilnməlidir.

3. Təcrübi, yaxud eksperimental fonetika daha

çox təsviri fonetikadır. Lakin burada müxtəlif alətlər vasi-

təsilə səsin məxrəci, səsin uzanma, qısalma dərəcəsi və

sairə, xüsusən müasir fizika, texnika imkanları – maşınları

əsasında laboratoriyada tədqiq olunur (28, səh. 10).

Burada bir məsələni qeyd etmək lazımdır. Professor

Əbdüləzəl Dəmriçizadə uzaqgörənlik nümayiş etdirərək

gələcəkdə elmi-texniki tərəqqinin son nailiyyətlərindən

yaranan texnologiyalar vasitəsilə səsin yeni imkanlarının

tədqiq olunmasına işarə edir. Doğrudan da, XXI əsrin istər

sivilizasiya, istər qloballaşdırma, istərsə də sinergetik

dövrləri üçün xarakterik olan fonetik imkanlar mövcud-

dur. Bu imkanların isə tədqiq olunmasına ehtiyac duyulur.

4. Fizioloji fonetika - əslində fonetikanın əsas tədqi-

qat obyekti olan səslərin yaranmasında fəaliyyət göstərən

30

bədən üzvlərinin tələffüz prosesindəki vəziyyətinin tədqiqi

ilə bağlı bir sahədir və həm təsviri, həm də tarixi fonetika-

da bu cəhətlər nəzərə alınır (28, səh. 10).

XX əsrin 50-60cı illərində professor Ə.Dəmirçizadə

fonetikanın əsas tədqiqat obyekti olan səslərin yaranma-

sında fəaliyyət göstərən bədən üzvlərinin tələffüz prose-

sindəki vəziyyətini ətraflı tədqiq edərək bunları müəllifi

olduğu “Fonetika” (ali məktəblərin filologiya fakültələri-

nin tələbləri üçün nəzərdə tutulmuşdur) dərsliyində şərh

etmişdir. Uzun illərdən bəri ali məktəb tələbləri tərəfindən

mütaliə edilən bu əvəzsiz dərslik bu gün də sevilə-sevilə

oxunur.

Tarixi fonetikada vəziyyət başqa cürdür. Burada,

əsasən, yazılı abidələr və qohum dillər fonetik cəhətdən

tədqiq edilsə də, müasir dil, onun müxtəlif şivələri, müxtə-

lif üslub növləri də tədqiqat obyekti ola bilər. Bu tədqiqat-

da isə müqayisəli tarixi üsul tətbiq olunur. Deməli, tarixi

fonetika öz tədqiqat üsuluna görə də təsviri fonetikadan

fərqlənir.

Bütün bunlara baxmayaraq, həm təsviri, həm tarixi

fonetika bir-birini tamamlayır və əslində təsviri fonetika

da tarixi fonetikanın bir hissəsini təşkil edir. Çünki tarixi

inkişaf nöqteyi-nəzərindən müasir dilin fonetik sistemi in-

kişaf tarixində müəyyən mərhələnin fonetik sistemindən

başqa bir şey deyildir (28, səh. 9).

Heca nitqin fonetik parçası hesab olunur. Azərbay-

can ədəbi dilinin fonetik bölməsində isə fonetika özünə

xüsusi yer tutur. Nitqin fonetik parçası, sözün hissəsi və

fonetik bir vahid olma baxımından hecanın hərtərəfli öyrə-

nilməsi həm nəzəri, həm də əməli əhəmiyyətə malikdir.

31

Nitqin fonetik parçalarından bəhs edərkən nəzərdən

keçirilən cümlələrin ibarə, qitə və heca kimi fonetik parça-

lara ayrılmasından belə bir nəticə çıxarıla bilər ki, heca fo-

netik axının kiçik bir parçası olsa da, bir sıra xüsusiyyətlə-

rinə görə çox mühüm nitq vahididir və nitqin fonetik zən-

cirində ən çox yer tutan həlqəcikdir. Belə həlqəciyin par-

çaları da var və bu parçaların tələffüsündə zərbə, fasilə

yox dərəcəsində olur, buna görə də belə fonetik parçalar

bir zərbə ilə qovuşaraq heca halında formalaşır. Belə həl-

qəcik, yəni heca ya bircə səsdən, ya da bir neçə səs qovuş-

masından ibarət olur. Bu baxımdan ana və traktor sözlərini

təhlil edək. Bu sözlərdən birincisi (a-na) iki hecaya bölü-

nür, birinci heca a səsindən ibarətdir, ikinci heca (na) isə

iki səsin – n və a səslərinin qovuşması ilə formalaşmışdır.

İkinci söz (trak-tor) iki hecaya bölünür, birinci heca t, r, a,

k kimi dörd səsin (trak) qovuşması ilə, ikinci t, o, r kimi

üç səsin (tor) halında qovuşması ilə formalaşmışdır (28,

səh. 81-82)

Bu nümunələri diqqətlə və hərtərəfli nəzərdən keçir-

dikdən sonra belə nəticəyə gəlmək olur ki, hecanın tərki-

bində hecanı formalaşdıran səsləri nitq axınının fonetik

parçası halında birləşdirən, güclənmədən və zəifləşmədən

uzana bilən, qısala bilən bir səs hecanın əsasını təşkil edir

ki, belə səs, ümumiyyətlə, hca düzəldən səs adlanır (28,

səh. 82)

Deməli, sözdə necə sait səs varsa, bir o qədər də

heca vardır. Ən çox hecalı sözlər, əsasən, alınma sözlər və

belə sözlərdən düzələn sözlərdir. Məsələn: Siz internasio-

nallaşdırılmışlardansınızmı? Burada in-ter-na-si-o-nal-

laş-dı-rıl-mış-lar-dan-sı-nız-mı kimi hecaların hər birində

32

bir sait səs var. Yəni verilən sözdə 15 sait səs varsa,

deməli, 15 heca var.

Fonetika bölməsi hecaların növlərini də öyrənir.

Müxtəlif müəlliflər hecaların mövlərini təsnif etmişlər. Bu

təsnifatların içərisində Ə.Dəmirçizadənin təsnifatı daha

yaxşı təsir bağışlayır.

Hecanın növləri. Heca düzəldən səsin, yəni saitin

mövqeyinə və saitlə qovuşan samitlərin yerinə görə heca-

lar müxtəlif növlərdə olur. Azərbaycan dilindəki hecalar

fonetik tərkibinə görə əsasən saf heca və qovuşuq hesa ol-

maq üzrə iki qrupa bölünür.

1. Təkcə bir saitdən ibarət olan hecaya saf heca deyi-

lir. Məsələn, ata sözündəki birinci (a-ta) təkcə bir saitdən

ibarətdir.

Azərbaycan ədəbi dilində saf heca, əsasən, sözün ba-

şında ola bilir.

2. Sait və samit birləşməsindən düzələn hecaya qo-

vuşuq heca deyilir. Məsələn, oğlan sözündki birinci heca

(oğ) bir saitlə bir samitin birləşməsindən, ikinci heca (lan)

isə bir samit, bir sait, bir samit olmaq üzrə bir saitlə iki sa-

mitin birləşməsindən düzəlmiş qovuşuq hecalardır.

Azərbaycan ədəbi dilində qovuşuq hecalar sözün hər

yerində ola bilir.

Azərbaycan dilindəki qovuşuq hecaların müxtəlif

növləri vardır ki, bunlar sait və samitin mövqeyinə görə

iki qrupa bölünür:

1) Saitin mövqeyinə görə. Qovuşuq hecalar heca

düzəldən səsin, yəni saitin mövqeyinə görə iki növ olur:

örtüsüz heca, açıq heca.

33

Saitlə başlanan hecaya örtüsüz heca deyilir. Məsələn,

alma sözündəki birinci heca (al-ma) a saiti ilə başlanır, l

samiti ilə bitir.

Saitlə bitən hecaya açıq heca deyilir. Məsələn alma

sözündəki ikinci heca (al-ma) m samiti ilə başlanır, a saiti

ilə bitir (28, səh. 83)

2) Samitin mövqeyinə görə. Qovuşuq hecalar heca

düzəltməyən səslərin, yəni samitlərin mövqeyinə görə üç

növ olur: örtülü heca, qapalı heca, ötrülü-qapalı heca.

Samitlə başlanan hecaya örtülü heca deyilir. Məsə-

lən, baba sözünü təşkil edən (ba-ba) hecaları b samiti ilə

başlanan örtülü hecalardır.

Samitlə bitən hecaya qapalı heca deyilir. Məsələn,

almaq sözünü təşkil edən (al-maq) hecalarından birincisi l

samiti ilə, ikincisi isə q samiti ilə bitən qapalı hecalardır.

Samitlə başlanıb samitlə bitən hecaya örtülü-qapalı

heca deyilir. Məsələn, yaz-maq sözündəki hecalardan bi-

rincisi y samiti ilə başlanır və z samiti ilə bitir (yaz), ikinci

isə m samiti lə başlanır, q samiti ilə bitir (maq), örtülü-qa-

palı hecalardır.

Səsin fizioloji mexanizmi elədir ki, səsin avazlanma-

sı nitq axınının səslənməsindən asılı olaraq mənanı yara-

dır. Yəni səslənmənin hansı çalarlıqda qurulmasından asılı

olaraq məna yaranır. Deməli, sözü vurğu və avazla de-

məklə məna yaranır (28, səh, 83).

Vurğu. Danışıq prosesində nitq axını parçaları müx-

təlif fonetik çalarlıqda tələffüz olunur və buna görə də nitq

axını dalğalı axına bənzəyir. Ümumiyyətlə, bir hecanın

tərkibində o qədər də güclü və aydın tələffüz olunmayan,

heca düzəltməyən səslərə nisbətən hecadüzəldən bir səs

aydın və güclü tələffüz olunaraq fərqləndiyi kimi, çoxhe-

34

calı ayrı-ayrı sözlərdə bir heca, cümlədə isə bir söz digər-

lərindən uca və ya güclü bir tərzdə tələffüz olunması ilə də

fərqlənir. Digər hecalar və ya sözlər isə ucadan və güclü

tələffüz olunan heca və yaxud söz ətrafına toplanır. Məsələn:

Hecalarda: gəl-mə, söy-lə-mə, a-ğac-lar və s.

Sözlərdə: Bu kitabı kim yazdı? Mən yazdım. Bu gün

məktəbə getdim, kitab oxudum, yazı yazdım (28, səh.

123).

Sözlərdəki hecalardan və cümlələrdəki sözlərdən bi-

rinin daha güclü və ucadan tələffüz edilməsinə vurğu de-

yilir.

Nitq axınındakı müxtəlif fonetik boyaların məqamın-

dan, istiqamətindən, məqsəd və şəraitindən asılı olaraq

vurğunun müxtəlif növləri yaranır ki, bunlardan xüsusən

aşağıdakı növləri ədəbi dildə daha geniş dairədə işlənir:

heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu (28, səh. 123).

Ə.Dəmirçizadə vurğuları növlərinə görə təsnif edər-

kən sərbəst vurğu, sabit vurğu kimi növləri də təsnif və

şərh etmişdir. Onun təsnifatında birinci yeri heca vurğusu

tutur. Ə.Dəmirçizadənin təsnifatına istinad edərək heca

vurğusu, sərbəst vurğu və sabit vurğu barədə məlumat verək.

Heca vurğusu. Tonun artması və ya gücünün çoxal-

ması ilə sözdə heca düzəldən hissənin fonetik boyasındakı

dəyişiklik heca vurğusu adlanır. Heca vurğusu ilə tələffüz

olunan hecaya isə vurğulu heca deyilir.

Heca vurğusu, əsasən, sözün də ölçüsüdür, çünki hər

bir sözdə ancaq bir əsas heca vurğusu olur. Buna görə də

nitq axınında neçə əsas heca vurğusu varsa, o qədər də

əsas nitq hissəsi halında işlənilən söz vardır, demək olar.

35

Vurğulu hecanı müxtəlif çalarlıqda tələffüz etmək

olur. Elə buna görə də heca vurğusu müxtəlif təzahürlərə

malikdir.

Bəzən bir hecanı təşkil edən sait digər hecaları təşkil

edən saitlərdən daha güclü və daha gərgin məxrəcdə tələf-

füz edildiyinə görə həmin sait ilə formalaşan heca da bü-

tövlükdə güclü tələffüz olunur ki, belə vurğu güclü vurğu

(dinamik vurğu) adlanır (28, səh. 124).

Bəzən avazın – tonun yuxarı dərəcəyə qaldırılması

nəticəsində bir heca digərinə nisbətən yüksək avazla tələf-

füz olunur ki, belə vurğu avazlı vurğu (tonik vurğu) adlanır.

Azərbaycan dilində ən çox güclü vurğu işlənir. Lakin

bəzi hallarda, xüsusən hiss-həyəcan ifadəsi üçün avazlı

vurğudan da istifadə olunur.

Ümumiyyətlə, vurğulu hecanın yerinə və mənalılıq

xüsusiyyətinə görə dünya dillərinin əksəriyyətində heca

vurğusunun iki əsas növdə olduğu müəyyənləşdirilmişdir:

sərbəst vurğu, sabit vurğu.

Heca vurğusundan fərqli olaraq sərbəst vurğu daha

çox çoxhecalı sözlərdə müşahidə olunur (28, səh. 124).

Sərbəst vurğu. Sərbəst vurğu dildə olan çoxhecalı

sözlərin tərkibində müxtəlif mövqedəki bu və ya digər he-

ca üzərinə düşən vurğuya deyilir. Bu baxımdan rus dili nü-

munəvi bir dil sayılır.

“Rus dilində vurğu müxtəlif mənalı, yaxud sərbəst-

dir, yəni vurğunun yeri sabitləşdirilməmiş, sözün müəyyən

bir hecasına (baş və ya son hecasına), yaxud sözün müəy-

yən hissəsinə (əsasa və ya şəkilçiyə) təhkim olunmamış-

dır; o sözün hər hansı bir hecasına və ya müxtəlif morfolo-

ji hissəsi üzərinə düşə bilər. Bunu aşağıdakı misallarda

müşahidə etmək olar.

36

Столик, девочка, вывел, мороженное, береза, спа-

ла, делами, беловатый, молоко…

Rus dilində vurğunun müxtəlif məkanlı olması mü-

hüm fono-semantik və morfoloji vasitədir. Buna görə də

vurğu sözlərin sövti qabığına görə, mənaca, formaca fərq-

ləndirməyə xidmət edir: зàмок – замóк, мýка – мукá,

хлóпок – хлопóк, пáры – пары’, плàчу – плачý, мóю –

мою’ və s.

Bir neçə söz, xüsusən alınma sözlər müstəsna olmaq

şərti ilə demək olar ki, Azərbaycan dilində belə sərbəst

vurğu yoxdur (28, səh. 124).

Sabit vurğu adından məlum olduğu kimi, sözün mə-

nasını sabitləşdirməyə xidmət edir. Dildəki sözlərin tərki-

bində müəyyən mövqedə olan hecalara daimi təhkim edil-

miş vurğuya sabut vurğu deyilir. Belə vurğu dünya dilləri-

nin çoxunda vardır. Bəzisində vurğu sözlərin baş hecasın-

da olur (fin, eston, latış dillərində), bəzisində vurğu sözlər-

in sonuncu hecasından əvvəlki hecada olur (gürcü, polyak

dilində), bəzisində isə vurğu sözlərin son hecasında olur

(fransız dilində, türk dilləri ailəsinə mənsub dillərdə).

Türk dilləri ailəsindən olan Azərbaycan dilində də

heca vurğusu sabitdir, çünki heca vurğusunun əsas möv-

qeyi, yəni təhkim olunduğu məqam sözün sonuncu hecası-

dır. Bunu aşağıdakı misallarda müşahidə etmək olar: atá,

oğúl, yaşayĩş, tələbə’, tələbələrĩn və s.

Azərbaycan dilindəki sabit vurğu sözün tərkibindəki

hecaların məkanına, yəni sonuncu heca məkanına təhkim

olunan vurğudur və buna görə də keçici sabit vurğudur.

Bu isə Azərbaycan dilinin təbiəti quruluş sistemi ilə əlaqə-

dar bir xüsusiyyətdir. Məlum olduğu üzrə, Azərbaycan dili

iltisaqi quruluşlu dillərdəndir, buna görə də sözlərin morfo-

37

loji dəyişməsində şəkilçilər sözlərin sonuna bitişdirilir, be-

ləliklə də, sözlərin sonunda hecalar artmış olur. Belə də-

yişmənin nəticəsində sözün kökündəki sonuncu heca öz

mövqeyini dəyişir, sözün orta hecası olur. Belə halda vur-

ğu da öz mövqeyini dəyişir, sözün sonundakı hecaya ke-

çir. Buna görə də Azərbaycan dilindəki heca vurğusu son

hecaya təhkim olunması baxımından sabit, sözün şəkilçi-

ləşmə yolu ilə dəyişməsi nəticəsində öz əvvəlki mövqe-

yindən sonrakı hecaya keçməsi baxımından keçici vurğu

sayılır (28, səh. 125).

Heca vurğusunun keçiciliyini aşağıdakı nümunələrdə

yoxlayaq: atá – atalar – atalarĩn, salám – salamláş – salam-

laşmáq və s.

Bundan başqa, durğu (fasilə) da vardır. Vurğu və

onun işarələri sözün və cümlənin məna çalarını tənzimlə-

yir. Məslən:

- Ana vətən çağırır;

- Ana, vətən çağırır.

Fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, Azərbay-

can ədəbi dilinin fonetika bölməsi əlifbanı, səsləri, hərflə-

ri, danışıq üzvlərini, danışıq səslərini, hecanı, vurğunu və

ahəng qanununu öyrənməklə yanaşı, bütün bunların yeni-

ləşməsinin tədqiq edilməsini də özündə ehtiva edir.

38

FONETİK HADİSƏLƏR

Fonetik hadisələr danışanın, söhbət edənin, nitq söy-

ləyənin bir çox hallarda sait və samit səslərin tələffüzü za-

manı qüsurlara yol verməsi nəinki sözlərin deyiliş qayda-

sını pozur, hətta dediyi cümlənin üslubunun pozulmasına

səbəb olur. Bu qüsurların isə baş verməsinin əsas səbəbi

fonetik hadisələr haqqında təsəvvürün az olmasıdır.

Fonetik hadisələr səslərin söz tərkibində bir-biri ilə

əlaqə və münasibətləri əsasında baş verir. Səslərin birinin

digərinə təsiri başlıca olaraq nitqin tələblərinə müvafiq qa-

nunauyğunluqlar əsasında baş verir.

Söz tərkibindəki səslərin bir-birinə təsiri nəticəsində

baş verən fonetik hadisələr baçlıca olaraq aşağıdakılardan

ibarətdir; 1) assimilyasiya; 2) dissimilyasiya; 3) geminat;

4) samitlərin fonetik tarazlığı; 5) alliterasiya; 6) assonans;

7) yerdəyişmə; 8) səsartımı; 9) səsdüşümü (50, səh. 173).

Fonetik hadisələrdən biri kimi assimilyasiyanın elmi-

metodik quruluşunu bilmədən, yaxud dissimilyasiya hadi-

səsini dərindən mənimsəmədən, eləcə də geminat hadisə-

sini öyrənmədən, xüsusilə samitlərin fonetik tarazlığını

izləmədən alliterasiya, assonans, yerdəyişmə, səsartırmı və

səsdüşümü hadisələrini də izləmək, onlara riayət etmək işi

çətindir.

“Assimilyasiya” sözü mənşəcə latın dilinə məxsus-

dur. Mənası “uyuşma” (uyğunlaşma) deməkdir.

Assimilyasiya hadisəsi bir başa nitq prosesi ilə bağlı-

dır. Nitq daim öz ifadəsində meydana çıxan çətinliklərin

asanlaşmasına meyillidir. Ona görə də dil strukturu üçün

məqbul olan, ancaq nitqə ağırlaşdırıcı təsir göstərən samit

39

yanaşmaları tələffüz prosesində dəyişdirilir, daha asan de-

yiliş variantı ilə əvəzlənir (50, səh. 173).

Bir samitin digər samitlə qarşılaşması prosesi dil

üçün, xüsusilə nitq üçün, tələffüz üçün ağırlaşma yaratsa

da, adi hal hesab olunur. Məsələn: qarlar-qarrar, bazarlar-

bazarrar, kəmərlər-kəmərrər, alırlar-alıllar, görürlər-görül-

lər, qızlar-qızdar, gözlər-gözdər, adlı-addı, dadlı-daddı,

qazlar-qazdar, odlu-oddu, söyüdlü-söyüddü, südlü-sütdü,

səslər-səsdər, dərslər-dərsdər, hirsli-hirsdi, oğlanlar-oğlan-

nar, qoyunlar-qoyunnar, qanlı-qannı və s.

Dil strukturuna məxsus samit yanaşmaları daha çox

sözün kök və şəkilçi hüdudunda müşahidə edilir.

Dil strukturuna görə samitlə bitən söz kökünə saitlə,

həm də samitlə başlayan şəkilçi qoşula bilər. Bu mövqedə

samit yanaşmaları dil strukturu üçün tam qanunauyğunluq

kimi qəbul edilir və norma hesab olunur. Lakin nitqə görə

belə yanaşmalarda səslərin müəyyən qismi asanlıqla deyi-

lə bilmir. Odur ki, nitq özü üçün daha asan olan yolu seçir

və yeni bir lokal səciyyəli norma yaradır. Lakin lokal nor-

malar yazıda sabitliyin pozulmasına gətirib çıxarır. Bu da

dildən praktik istifadə prosesində pərakəndəlik yaradır.

Odur ki, assimilyasiya hadisəsi prinsipcə nitq fəaliyyəti ilə

bağlı olsa da, dilin daxili strukturunu və eyni zamanda da,

yazı normalarını pozur. Ona görə də assimilyasiyanın baş

vermə səbəbləri nitqin təsiri ilə ölçülürsə, nəticələri dil

strukturuna məxsus normaların dəyişdirilməsi kimi nəzərə

alınmalıdır (50, səh.173-174).

Çox hallarda şəkilçi sabitliyinin qorunması üçün yazı

zamanı ənənəvi yazı prinsipinin norma kimi götürülməsi

qanunauyğun hal kimi qorunur.

40

Həm də yazıda söz kökünün, yəni hər hansı bir cüm-

lədəki söz kökünün sabitliyinin qorunması üçün ümuni tə-

ləffüz norması saxlanılmalıdır.

Ümumiyyətlə desək, tərkibində hər hansı bir samitin

iştirak etdiyi söz assimlativ vəziyyətə düşə bilər. Sözün

kök və şəkilçi mövqeyində sonor, cingiltili, növlu sonor,

cingiltili kipləşən-sonor, kar-novlu-sonor, kar novlu-kiplə-

şən sonor, kar novlu-kar kipləşən və s. tipli samitlər bir-bi-

ri ilə qarşılaşır. Nitqə görə, asan deyiliş tərzi lokal tələffüz

şəraitində müşahidə edilir. Assimilyativ şəraitdə samit

qarşılaşmaları, başlıca olaraq aşağıdakılardan ibarətdir;

1) tərkibində i samiti iştirak edən yanaşmalar.

L samiti şəkilçi tərkibində fəal işləndiyinə görə söz

sonundakı müxtəlif xarakterli samit səslərlə qarşılaşır. Hə-

min qarşılaşmalarda nitqə görə asanlıq hansı samitin tələf-

füzü ilə təmin olunursa, digər samit ya onun tələffüzünə

çevrilir, ya da tələffüzcə asan olan başqa bir səslə əvəzlə-

nir. Belə assimilyativ təsirləri aşağıdakı kimi nümünələrdə

müşahidə etmək olar.:

Rl. Samitlərin rl tipli qarşılaşmasında r-dən sonar l

tələffüzü çətinlik yaratdığından qarşılaşan samitlər rr tələf-

füzünə keçir: qarlar-qarrar, bazarlar-bazarrar, kəmərlər-kə-

mərrər və s. (50, səh. 174).

2) tərkibində t səsi iştirak edən yanaşmalarda da mə-

dəni nitq assimilyativ vəziyyətə düşə bilər. Burada digər

samitlərin iştirak etdiyi yanaşmalarda da buna bənzər di-

gər halları müşahidə etmək mümkündür.

Tərkibində z-s və z-ç samitləri iştirak edən yanaşma-

larda z-s samitlərinin də qarşılaşması prosesində assimil-

yativ hadisə baş verir. Məsələn: yazsın-yassın, qazsın-qas-

sın, dözsün-dössün və s.

41

Dissimilyasiya prinsipcə assimilyasiyanın əksidir.

“Dissimilyasiya” sözünün özü mənşəcə latın dilinə məx-

susdur. Mənası “fərqlənmə” (fərqləşmə) ayrılma demək-

dir. Assimilyasiyadan fərqli olaraq söz tərkibində səslər

nitqə görə bir-birinə yaxınlaşmaq və uyğunlaşmaq əvəzi-

nə bir-birindən fərqlənir. Dissimilyasiya hadisəsində söz

tərkibindəki yaxın mövqedə qarşılaşan samit səslər yox,

bir-birindən aralı mövqedəki eyni samit səslər fərqlənir.

Bu hadisə təkcə milli mənşəli sözlərdə yox, həm də alınma

sözlərdə müşahidə edilir.

Söz tərkibində səs fərqlənməsi əsas etibarilə aşağı-

dakı samitlərin hüdudunda müşahidə edilir:

P-L: saral-sarar, qaral-qarar, qurtar-qurtal, zərər-zə-

rəl, zərgər-zərgəl.

N-L: nacalnik-ləcənnik, nərdivan-lərdivan və s.

Dissimilyasiya hadisəsi qohum dillərin müqayisə-

sində də müşahidə edilir: zərər (Azərb), zarar (türk), zelel

(türkm); qaralma (Azərb), karamaq (türk); saralma

(Azərb), sararmaq (türk, qaq); murder (Azərb), mindar

(qaq); rüzgar (Azərb), lüzgar (qaq).

Dissimilyasiya hadisəsi Azərbaycan dilində lokal

xarakter daşıyır. Odur ki, yazıda ənənəvi prinsipə riayət

olunmasına üstünlük verilir (43, səh. 178-179).

Bəzən tərkibində m və n samiti iştirak edən yanaş-

malarda da qarşılaşmalar assimilyativ vəziyyət yarada bi-

lər. Belə hallar isə mədəni nitqin təqdimatı zamanı daha

çox hiss olunur. Ona görə natiqin mədəni nitqi zamanı ça-

lışmaq lazımdır ki, göstərilən normalar gözlənilsin. Hətta

qoşa samitli sözlərin ifadəsi zamanı da ehtiyatlı olmaq la-

zımdır.

42

“Germinat” sözü mənşəcə yunan dilinə məxsuusdur.

Mənası “qoşalaşma” deməkdir. Samitlərin qoşalaşması

sözün kök-şəkilçi hüdudunda baş verir.

Yəni sözün kökünün sonu hansı samitlə bitirsə, şə-

kilçinin əvvəli də eyni samitlə başlayır. Geminat barədə

dilçilikdə müxtəlif fikir və mülahizələr mövcuddur (50,

səh.179).

Türkiyə türkcəsində qoşa samitli sözlərin həm yazılı-

şında, həm də deyilişində müxtəliflik, bəzən də ziddiyət-

lər özünü göstərir. Bir çox hallarda qoşa samitli sözlərin

bir qismi ifadə edilərkən samitin birinin daha yumşaq ifa-

dəsi diqqəti çəkir. Nəticədə “doqquz” sözü dokkuz, “sək-

kiz” sözü səkiz, “yeddi” sözü yedi kimi nəzərə çarpır. Bu-

rada istər Azərbaycan, istərsə də Türkiyə türkcəsində səs-

lərin bir hecalılıqdan ikihecalılığa doğru inkişafı prosesi

baş verir.

Türk dillərində, o cümlədən Azərbaycan dilində səs-

lərin birhecalılıqdan ikihecalılığa doğru inkişafında ən

əsas və təsiredici amil informasiyavericiliyin getdikcə ar-

taraq intensivləşməsindən ibarətdir. Artıq ictimai həyat-

dakı sosial hadisələrlə əlaqədar dilin informasiya poten-

sialı genişləndikcə birhecalı köklərin həmin informasiya-

nı ifadə etmək imkanları azalmağa başlayır. Odur ki, hə-

min mərhələdə birhecalı sözlərin yaranması prosesi zəif-

ləyir və öz dövrünü başa çatdırır. Beləliklə, dildə yeni in-

formasiyaları ifadə etmək üçün yeni vasitələr yaranması

ehtimalı zəruriləşir. Buna görə də, məsələn, köksözlülük

dövründə yeni söz yaradıcılığı hesabına baş verirdisə,

sonrakı mərhələdə bu proses “söz üstəgəl söz modelləri”

ilə əvəz olunmağa başlayır. Həmin prosesi əks etdirən və

bu günümüzə qədər gəlib çatan nümunələr mütəxəssislə-

43

rin diqqətindən yayınmamışdır. İlkin dövrdə sematik cə-

hətdən bərabərhüqüqlu vahidlərin əsasında yaranan ana-

litik söz formaları mözcud tətqiqatlarda birhecalılığın

inkişafı üzrə formalaşan, disillabik (ikihecalı) və ya izo-

morfik ( bərabərhüquqlu tərkiblərin birləşməsi) modellər

kimi təqdim edilir (50, səh. 179-180).

Azərbaycan dilindən fərqli olaraq Türkiyə türkcəsin-

də ikihecalı və ya bərabərhüquqlu tərkiblərin birləşməsi

prosesi geniş şəkildə tədqiq olunur. Müasir dilçilikdə iki-

hecalılıq disibillabiklik, bərabərhüquqlu tərkiblərin birləş-

məsi isə izomorfiklik kimi göstərilir. Bu mənada nitq mə-

dəniyyəti mütəxəssisləri disibillabikliyi və izomorfikliyi

müasir modellər kimi təqdim etməklə onların elmi-meto-

dik imkanları barədə yeni ideyalar irəli sürürlər.

Türk dillərinin müasir quruluşu göstərir ki, disilla-

bik və ya izomorfik modellərə əsaslanan analitizm bu dil-

lərin inkişafında keçici olmuşdur.

Türk dillərində disillabik modellərin özünəməxsus

əlamətləri vardır. Bu modellərin formalaşmasında anali-

tizmin tələbləri aparıcı olsa da, onların sonrakı inkişafında

aqlutinasiya meyli güclənmişdir. Başqa sözlə, türk dillə-

rindəki disillabik modellərdə informasiyavericiliyin rüşe-

yimləri inkişaf etməyə başlamışdır (50, səh. 180).

Bütün bunlara rəğmən mədəni nitqin inkişafını təmin

etmək məqsədi ilə türk dillərinin müasir quruluşunun ana-

litizminin keçici xarakteri nəzərə alınmalıdır. Çünki bu

dillərin disillabik və ya izomorfik modellərə əsaslanan

analitizm mövqeyi bu dillərin inkişafında keçici olduğu

üçün mühüm əhəmiyyət kəsb edir. Bu keçici xarakteri nə-

zərə almağın isə əhəmiyyəti daha böyükdür. Ona görə ki,

44

belə yanaşma dilin saflığlını qorumaqla yanaşı, mədəni

nitqi də zənginləşdirir.

İzomorfik modellər üzrə disillabizmin izlərini türk

dillərinin müasir dövrünə qədər gəlib çıxan qoşa samit

tərkibli sözlərdə müşahidə etmək mümkündür. Belə söz-

lərdə əlamət budur ki, birinci birhecadakı tərkib hansı sa-

mitlə bitirsə, ikinci birhecalı samit də eyni samitlə başla-

nır. Bu qaydanın ikinci tərkibdəki sonuncu səsə aidiyyatı

yoxdur. Disillabik modellərin ilkin strukturuna aid möv-

cud izlərə görə birinci və ya ikinci tərkibin müstəqil söz

kimi bərpası müəyyən çətinliklərlə bağlıdır. Belə model-

lərdəki tərkib hissələrin müstəqil söz kimi bərpası bəzən

dilin öz daxili imkanlarından da kənara çıxa bilər. Çünki

söhbət həmin modellərin analitik quruluşundan gedirsə,

bərpa əməliyyatında da mümkün olan halda analitik dillər-

dəki oxşar modellərlə müqayisələrə ehtiyac hiss olunur

(50, səh. 180).

Çünki belə müqayisələr əgər bir tərəfdən dilin saflı-

ğını təmin edirsə, ikinci bir tərəfdən natiqin nitqinin zən-

ginləşməsini təmin edir. Deməli, natiq hansı mövzudan

danışırsa danışsın, onun haqqında danışılan müqayisələrə

varması onun natiqlik məharətinin və bu sahədəki tədqi-

qatçılıq qabiliyyətinin güclü olması diqqəti cəlb edəcək-

dir.

Bəzi tədqiqatlarda bu məsələyə ehtiyatla da olsa to-

xunulur. Məsələn, G.Y.Kornilov anqır, kıçqır, kıykır, baqır

kimi sözləri təhlil edərkən onların ikinci tərkibinin tarixən

müstəqil sözlərdən ibarət olduğunu ehtimal edir. Bu o de-

məkdir ki, birinci tərkib analitizmə görə affiksal funksiyalı

olmuşdur. Türk dillərinin sonrakı sintetikləşmə mərhələ-

sində söz kökü sonu şəkilçiləşmə üçün əlverişli möv-

45

qeyə çevrildiyindən ikinci tərkib özünün söz mənasını itir-

mişdir. Belə bir proses birinci tərkibdə də baş verdiyi

üçün rekonstruksiyada problem yaradır. Odur ki, movcud

modellərin təhlili üçün analitik söz yaradıcılığına aid xü-

susiyyətləri nəzərə almaqla analitik dillərin müvafiq mate-

riallarınadan müqayisə vasitəsi kimi istifadə etməyə zəru-

rət yaranır (50, səh. 181).

Bütün bunlara rəğmən qeyd etmək vacibdir ki, türk

dillərində izomorofizmin təsir imkanlarını, yəni əsas izlə-

rini saxlamış disillabik modellərdən nitq mədəniyyəti

prosesində ehtiyatla davranmaq lazımdır. Yəni nitq prose-

sində disillabik modellərə müraciət edərkən onların məna

çalarlarının izahını da vermək vacibdir. Tutaq ki, natiq de-

yir: türk demişkən assi, yəni qaynar həyat hamıya lazımdır.

Türk dillərində ilkin izomorofizmin izlərini saxlamış

disillabik modellərə dair aşağıdakı kimi nümunələri misal

göstərmək olar; çaqqal, yeddi, doqquz, saqqız (Azərb), as-

sı(qaynar), çilli (ilıq), kattı (bərk), qarrı (qoca), arrıq

(arıq), ıssı (isti), aççı (acı), ullu (böyük), qiççi (kiçik), itti

(iti), koççak (qoçaq, türkm), sukkar (kar) (çuvaş), bıyyıq

(bığ), eyyi (yaxşı, türk), ikki (iki), tokkuz (doqquz), uttiz

(otuz, özb.) (43, səh. 181).

46

ƏDƏBİ DİLİN NORMALARINI QORUMAĞIN

ZƏRURİLİYİ

Azərbaycan dili mövcud olduğu zamandan başlaya-

raq onun ədəbi dil normaları olmuşdur. Zaman, məkan

daxilində həmin normalar funksiyasını itirmiş, yeniləri ilə

əvəz olunmuşdur.

Hazırda müasir Azərbaycan ədbi dili estetik-bədii

cəhətdən musiqili dil olmaqla daha mükəmməl, daha ay-

dın nəzərə çarpan, səslənmə dinamikası, lirikliyi, həzinli-

yi ilə dinləyicini razı salan, bir çox hallarda heyran edən

dil kimi tanınır. Müasir Azərbaycan ədəbi dilinin normala-

rı əsrlər və min illər boyu tarixi təkamül yolu ilə inkişaf

etmiş, formalaşmış və təkmilləşmişdir.

Professor İslam Qəribli göstərir ki, müasir Azərbay-

can ədəbi dili mükəmməl, sabit normalara malikdir. Hə-

min normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu

normalar dialekt, şivə və xalq dilindəki qeyri-normalılıq

(normativlik) ədəbi dilin əhatəliliyindən, sabitliyindən və

dilin daxili quruluşunu əks etdirməsindən ibarətdir (36,

səh. 355).

Azərbaycan dilinin daxili quruluşu deyəndə onun fo-

netikası və leksikası ilə yanaşı,həm də bütövlükdə qram-

matikası nəzərdə tutulur. Ona görə də Azərbaycan ədəbi

dilinin normalarını təhlilə cəlb edəndə, ilk növbədə, onun

fonetik tərkibini təhlil etmək lazım gəlir. Yəni sözü təşkil

edən səslərin və hərflərin tərkibini müasir dövrün tələblə-

rinə müvafiq olan bir tərzdə təhlil etmək tövsiyə olunur.

Dilin daxili quruluşunu onun fonetikası, leksikası

(lüğət tərkibi) və qrammatikası təşkil edir. Müasir dili-

47

mizin normaları da buna uyğundur. Bunlar aşağı-

dakılardır:

1. Fonetik norma.

2. Leksik, yaxud leksik-semnatik norma.

3. Qrammatik norma.

1) Fonetik norma. Söz ümumixalq dilində müxtəlif

variantlarda işlənsə də, ədəbi dildə ancaq bir cür yazılır və

tələffüz olunur.

Sözün ədəbi dildəki tələfüz qaydası orfoepik, yazılış

qaydası isə orfoqrafik norma adlanır. Orfoepik norma or-

foepiya lüğətlərində, orfoqrafik norma isə orfoqrafiya lü-

ğətlərində əks olunur. (36, səh, 355).

Bəzən azsaylı xalqların nümayəndələri Azərbaycan

ədəbi dilinin orfoepik normalarını pozurlar. Əksər hallar-

da dilçilər bunu istisnalar kimi qəbul edirlər. Unutmaq ol-

maz ki, Azərbaycan dili Azərbaycan Respublikasının

Konstitusiyasında müvafiq maddələrlə dövlət dili kimi təs-

bit olunduğu üçün dövlətin bütün vətəndaşları dövlət di-

rektivinin tələblərini gözləməlidirlər. Yəni bu zaman heç

bir istisnalara yol verilməsini məqsədəmüvafiq hesab et-

mirik.

Orfoqrafik və orfoepik normalar dilimizin fonetik və

qrammatik normaları əsasında formalaşır. İltisaqilik Azər-

baycan ədəbi dilində bir şərt kimi, əsasən, gözlənilir. Söz-

lər ahəng qanununa tabe olur, şəkilçilər sözlərin sonuna

qoşulur, cümlə qrammatik kateqoriyalarla qurulur və s.

Həm orfoepik, həm də orfoqrafik normalar dilin fo-

netik quruluşu, xüsusilə onun xarakterik əlaməti olan

ahəng qanunu ilə müəyyən edilir (36, səh. 355).

Ona görə də danışıq zamanı ahəng qanununu poz-

maq olmaz. Fonetik normaları istər danışıq zamanı, istər-

48

sə də yazı zamanı pozmaq qəti ola bilməz. Fonetik norma-

nı pozanlar, əlbəttə ki, qarşıdakılar tərəfindən məzəmmət

olunurlar. Yazı zamanı normaları pozanların yazıları isə

qüsurlu, nöqsanlı yazılar hesab olunur. Hər iki halda fo-

netik normaların pozulması zamanı bu normalar pozanla-

rın savadsızlığı kimi qiymətləndirilir.

Fonetik normaya əməl olunması, yəni sözün düzgün

tələfüz və yazılışı şəxsin savadlılığının və ədəbi dili mə-

nimsəməsinin ən mühüm göstəricisidir.

Fonetik norma iki şəkildə: düzgün tələfüz (orfoepik)

və düzgün yazılış (orfoqrafik) formasında təzahür edir.

Məs: oğlannar-oğlanlar, kədərri-kədərli, maraxlı-maraqlı,

demakratiya-demokratiya, zəyif-zəif, babıya-babaya, na-

tik-natiq, kitap-kitab, məllim-müəllim; meşə-meşə, xən-

cər-xəncər, kölgə-kölgə, keçmiş-keçmiş və s. Göründüyü

kimi, sözlərin bəziləri yazıldığı kimi, bəziləri də yazıldı-

ğından fərqli tələffüz olunur. Bunların hər hansı birinə

əməl edilməməsi fonetik normanın pozulması hesab olu-

nur (36, səh. 356).

Fonetik normalarla yanaşı, leksik normaların da göz-

lənilməsi vacib hesab olunur. Bəzi hallarda bir qisim

adamlar həm danışanda, həm də yazanda alınma sözlərə,

yəni əcnəbi sözlərə daha çox yol verirlər. Bəziləri yerli-

yersiz “tak şto”, “znaçit”, “şofer”, “kasturkə”, “istəkan”

kimi sözləri gündə hədsiz dərəcədə işlətməklə, hər şey-

dən əvvəl, leksik normaları pozmuş olurlar.

Dünyanın əksər dillərində olduğu kimi, Azərbaycan

dilində də leksik normanın keyfiyyətini milli sözlər müəy-

yən edir. Alınma sözlərin forma və məzmunca milliləş-

məsi/, dilin fonetik, leksik və qrammatik normalara tabe

olması həmin leksik mühitdə gedir. Leksik norma hər bir

49

şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerin-

də işlətməyi tələb edir (36, səh. 356).

Bəzi hallarda iki adamın mübahisəsi zamanı daha

çox əcnəbi sözlərə istinad olunan söyüşlər, təhqiramiz söz-

lər eşidirik. Belə adamların əxlaqi normaları pozmaları bir

yana qalsın, Azərbaycan ədəbi dilinin, nitq mədəniyyəti-

nin də normalarını pozmuş olurlar. İstər danışıqda, istərsə

də yazıda söz yerində işlənməyəndə, yəni leksik normalar

gözlənilməyəndə, şübhəsiz, cümlənin üslubi cəhətdən qu-

surlu olması ortaya çıxır.

Söz öz yerində işlənmirsə, demək, fikir düzgün ifa-

də olunmur və nitq mədəniyyətinin tələbi pozulur. Məs:

Qardaşım topu mənə tulladı – Qardaşım topu mənə atdı.

Onun yüksək səsi var – Onun zil səsi var və s. Nümunələ-

rin birincisində leksik normanın tələbi pozulmuş, ikincisi-

də isə normaya əməl edilmişdir (36, səh. 356).

Bəzən biri-biri ilə söhbət edənlər hər hansı bədii

əsərlərin, kinofilmlərin, serialların personajlarının

kəlmələrindən, jarqonlarından, loru, yaxud kobud

sözlərindən istifadə edirlər. Bu, əlbəttə ki, yol verilməzdir.

Bəzi hallarda jarqonlardan istifadə edənlərə də rast

gəlmək olur. Belələri ədəbi dilin leksik normalarını kobud

şəkildə pozmaqla yanaşı, nitq mədəniyyətinin də tələbləri-

ni pozmuş olurlar.

Ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə yer

verilmir. Leksik norma funksional üslublara görə fərqlə-

nir. Bədii üslubda obrazlı sözlər, ifadələr işləndiyi halda,

elmi üslub üçün bu, xarakterik deyil, yəni elmi üslubda

daha çox terminlərdən istifadə olunur (36, səh. 356).

İstər yazanda, istər danışanda ədəbi dilin fonetik nor-

maları ilə yanaşı, leksik normalarını pozanlar, şübhəsiz,

50

qrammatik normları da pozmuş olurlar. Yəni danışanlar

bəzən cümlələr arasında əlaqə yarada bilmirlər. Nəticədə

nitqin və ya yazının üslubu pozulur. Beləliklə, danışıqdakı

estetik-bədii zövq elemetləri itir. Yazının isə bütün gözəl-

liyi pozulur.

Qrammatik norma sözlər və cümlələr arasındakı əla-

qələrin nitqdə düzgün qurulmasını tələb edir. Qramatik

normalar dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:

Morfoloji norma:

a) miqdar saylarından sonra gələn isimlər təkdə işlə-

dilir: məs: on qələm, yüz uşaq və s. İstisnalıq: bədii ədə-

biyyatda – lirikada bu hal pozula bilər.

b) adlara əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha

sonra hal, ondan sonra isə xəbərlik şəkilçisi artirilir. Məs:

şagird-lər-imiz-in-dir; qohum-lar-ınız-dan-am və s.

c) fel köklərinə əvvəl təsirlik, sonra növ, daha sonra

şəkil, ondan sonra isə şəxs-xəbər əlaməti (şəkilçisi) artırı-

lır. Məs: gül-dür-ül-məli-dir; yaz-ış-aq və s.

ç) mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərə-

cədə isə kəmiyyətə görə uzlaşır. Məs: Mən şagird-əm; On-

lar getdi-lər və s.

d) cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha

sonra xəbər gəlir; təyin izah etdiyi cümlə üzvündən əvvəl,

zərflik isə, əsasən, xəbərdən əvvəl işlənir. Məs: Həsən ta-

rixi filmlərə həvəslə baxırdı (36, səh. 357). Şifahi nitqdə

isə bu, pozula bilər.

Bütün yazılı mənbələrdə rast gəldiyimiz belə halların

ədəbi dilə kölgə salması kimi dəyərləndirilir. Azərbaycan

xalqının ilk yazılı mənbələrindən biri olan “Kitabi-Dədə

Qorqud” dastanlarında 2721 (iki min yeddi yüz iyirmi bir)

söz var. Onlardan yalnız 559-u (beş yüz əlli doqquzu)

51

alınma sözlərdir. Həmin sözlərə rast gələn hər hansı bir

oxucu sanki diksinmiş kimi dayanır. Həmin sözlərin məna

çalarlarını düşünməyə başlayır.

Fonetik norma sözü düzgün yazmağı və tələffüz et-

məyi, leksik norma söz və ifadənin mənasından düzgün is-

tifadə etməyi, qrammatik norma isə sözlərin nitqdə düz-

gün əlaqələndirilməsi və cümlələrin düzgün qurulmasını

tələb edir.

Beləliklə, ədəbi dilin normaları müəyyən tarixi mər-

hələdə bir sistem olaraq fəaliyyət göstərir. Normalar bir

sistem olsa da, onların müstəqilliyi də vardır. Ədəbi dilin

normalarına əməl etmək nitq mədəniyyətinin ən mühüm

şərtidir. Bu normalar qrammatika kitablarında, dərslik və

lüğətlərdə əksini tapır (36, səh. 357).

Hətta klassik mənbələrdən götürülən sözün cümlədə

işlənilməsinə diqqət etmək lazımdır. Tutaq ki, “ Dədə

Qorqud” dastanlarından götürdüyümüz sözü, fikri cümlə-

də işlədiriksə, deməli, biz həmin sözü özəlləşdirmiş olu-

ruq. Bütün dünya xalqlarının dillərində özəlləşmə meyillə-

ri olduğu kimi, bizim dilimizin tərkibində də özəlləşmə

meyilləri müşahidə olunur.

Müasir Azərbaycan dilinin tərkibində 60-cı illərdən

(XX əsr) başlayaraq özəlləşmə meyilləri müşahidə olunur.

Özəlləşmə üç yolla gedir: 1) Hər hansı söz ustasının

qədim mənbələrdən, xalq dilindən söz götürməsi, yaxud

mövcud oxşarlıq əsasında söz yaratması yolu ilə; 2) Cə-

miyyətin özündə müəyyən hadisə ilə bağlı yeni sözlərin

yaranması yolu ilə; 3) Türk dillərinin təsiri ilə (36, səh.

357).

Türk dillərinin təsirindən danışarkən deməliyik ki,

müstəqillik qazandığımız dövrdən etibarən dilimizdə türk

52

sözlərinin təsiri daha çox hiss edilir. Qəribədir ki, türk dil-

ləri içərisində Türkiyə türkcəsinin təsirini daha çox duyu-

ruq. Türküstanda yaşayan türkdilli xalqların isə dillərinin

təsirini çox az hiss edirik. Doğrudur, Sovetlər İttifaqi döv-

ründə Türküstana sürgün edilən azərbaycanlıların törəmə-

ləri orada daha çox, daha sıx, daha kompakt yaşayıblar.

Lakin sovetlər dövründə həmin türk dilli xalqlarla ünsiy-

yətin rus dilində saxlanılması səbəbindən bu təsiri hiss et-

mək olmaz.

Dilimizdə sözlərin türkləşdirilməsi prosesi əvvəllər

də olmuş, bu gün də işlətdiyimiz bir sıra sözlər (qurultay,

bildiriş, görüntü, başqan, seçki, ildönümü və s.) belə ya-

ranmışdır. Son zamanlarda da qeyri-türk mənşəli qarşılıq-

ları ilə paralel işlənən bir sıra sözlər, leksik vahidlər yaran-

mışdır. Məs: əyləc (tormoz), dönüm (mərhələ), dürlü

(müxtəlif), qaynaq (mənbə), çağdaş (müasir), yüzillik

(əsr), durum (vəziyyət), özəlləşmə (xüsusiləşmə) və s.

Bu sözlər qeyri-türk mənşəli qarşılıqları ilə paralel

işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Xalqımız müstəqillik qazanandan sonra Azərbaycan

dilində özəlləşmə prosesi üçün geniş imkanlar, ictimai-si-

yasi mühit yaranmışdır (36, səh. 358).

Yeri gəlmişkən demək lazımdır ki, nitq normaları

dilçiliyin kateqoriyaları kimi tarixillik səciyyəsi də daşıyır.

Yəni tarixən yaranan nitq normaları müxtəlif zaman kəsi-

yində bəzən dəyişir, bəzən isə arxaikləşə bilir. İstər əski

əlifba, istər kiril əlifbası və istərsə də latın əlifbası dövrlə-

rində dilimizdə belə dəyişikliklər müşahidə olunmuşdur.

Norma tarixi kateqoriyadır və zaman keçdikcə dəyi-

şikliklərə uğraya bilir. Nitq normalarının tarixiliyi ədəbi

dilin inkişafının təkmilləşməsinin nəticəsidir. Məs: 30-cu

53

illərə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır

nun (N1) adlı bir səs var idi və bu səs xüsusi hərflə göstə-

rilirdi. Hazırda bu səs fonetik normativliyini itirmişdir (36,

səh. 358).

İndi də Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türk-

mənistanda yaşayan azərbaycanlıların istər danışıqlarında,

istərsə də yazılarında deyilənləri daha çox hiss etmək olur.

Çar Rusiyasının işğalından sonrakı illərdə işlədilən

sözlərlə yanaşı Sovet İttifaqı dövründə daha çox populyar

olan sözlər işlənilirdisə, müstəqillik qazandığımız illər ər-

zində dilimizə yeni sözlər daxil olmuşdur.

Bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən so-

sializm, kolxoz, sovxoz, partkom və s. sözlər fəal nitq pro-

sesindən yavaş-yavaş çıxmaqda, dilə yeni-yeni sözlər gəl-

məkdədir.

Ədəbi dilin normalarında həmişə sabitlik olur, ancaq

bu sabitlik nisbidir. Bu sabitlik, yəni məna dəyişkənliyi

leksik normada özünü daha çox büruzə verir ki, bu da bəzi

sözlərin ya tamamilə işlənməməsi, ya da işlənmə

dairəsinin məhdudlaşması və dilin lüğət fonduna yeni söz-

lərin daxil olması ilə bağlıdır. Fonetik və qrammatik nor-

malar daha sabitdir və dəyişmələr bu normalarda daha

ləng gedir (36, səh. 358).

Ona görə də ədəbi dilimizin normalarını qorumaqla

dilimizin də gözəlliyini, üslub şirinliyini də qorumuş

oluruq.

54

NİTQ MƏDƏNİYYƏTİNDƏ ƏDƏBİ DİLİN ROLU

VƏ YERİ

Bütün dünya xalqlarının ədəbi dili vardır. Hind-Av-

ropa, İran, Slavyan, Baltik, German, Roman, Kelt, Yunan,

Alban, Hett, Toxar, Sami, Hami, Qafqaz, Fin-Uqar, Somo-

yəd, Türk dilləri, Monqol, Tunqus-Mancur, Çin-Tibet,

Dravid, Adaman, Maday-Poloneriya, Avstraliya-Asiya,

Melenaziya, Papua, Sudan, Bantu, Paleoasiya, Uzaq Şərq,

Amerika hinduları kimi dil qruplarına məxsus xalqlarının

hamısının ədəbi dili vardır. Tələb olunan bütün qramma-

tik, yəni həm orfoqrafik, həm də orfoepik qaydalara əməl

etməklə yazı və danışıq dili ünsiyyətə xidmət edən dil ki-

mi ədəbi dil adlanır.

Azərbaycan xalqının da ünsiyyət dili onun ədəbi dili-

dir. Bu dildə Şimali və Cənubi Azərbaycanda yaşayan 50

milyondan artıq azəri türkü danışır. Bundan başqa, ABŞ-

da, Avropada, Afrikada, Avstraliyada, xüsusilə Türkiyədə

və Rusiyada 20 milyona qədər azərbaycanlı, yəni azəri

türkü yaşayır. Deməli, bütün dünyada 70 milyona qədər

azərbaycanlı öz ədəbi dilində danışır.

Ədəbi dil nitq normaları əsasında yaranır, inkişaf

edir, formalaşır və təkmilləşir. Deməli, inkişaf edərək

formalaşmış və tarixi dövrlər ərzində təkmilləşmiş, stabil

qaydalara və müvafiq dil qanunlarına tabe olan, ünsiyyətə

xidmət edən dil ədəbi dil kimi tarixdə qalır.

Tarixən müəyyənləşmiş, möhkəm qayda-qanunlara

tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə

xidmət edən nitq forması dilçilikdə ədəbi dil adlanır. Bu

dil xalq dilinin fonetik, leksik və qramatik normaları

(morfoloji, sintaktik) əsasında fəaliyyət göstərən, cilalan-

55

mış formasıdır. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur

və ondan fərqlənir. Ədəbi dil hamının başa düşüb ünsiyyət

qurduğu, dialekt isə əhatə dairəsi nisbətən məhdud olan,

regional xüsusiyyətlərə malik dildir (36, səh. 354). Bu dil-

lərdə danışan azsaylı xalqlar, etniklər yalnız danışıq zama-

nı ədəbi dil normalarını pozurlar. Onlar hər hansı məktub,

müraciət, inşa, esse, bədii yaradıcılıq nümunələrini yazan-

da ədəbi dil normalarını gözləyirlər. Nitq normalarını göz-

ləyənlər içərisində ziyalılıq, mediya səviyyəsində olanlar

istisnalıq təşkil edir. Ədəbi dil qeyd etdiyimiz kimi, nitq

normaları əsasında inkişaf edərək estetik-bədii zövqə uy-

ğun olan, şirin, həzin, ürəyəyatımlı, eşıdəni qane edən bir

dildir.

Ədəbi dilin (nitqin ) tabe olduğu qayda-qanunların

sisteminə ədəbi dilin (nitqin) normaları deyilir. Norma-

müəyyən dövrdə sözün fonetik tərkibi və leksik mənası-

nın, cümlənin qramatik quruluşunun bu və ya digər dil

kollektivində obyektiv (hamı tərəfindən qəbul olunan) şə-

kildə fəaliyyətidir.

Ədəbi dilin iki təzahür forması var: 1) şifahi ədəbi

dil 2) yazılı ədəbi dil (36, səh. 354).

Şifahi ədəbi dilə uşaqlar ailədə yiyələnirlər. Hər bir

ailədə həyata göz açan kimi danışmağa başlayanda öz

valideynlərindən və ətrafdakılardan ədəbi dil normalarının

bir sıra ünsürlərini mənimsəyirlər. Uşaq bağçasına və son-

ra orta ümumtəhsil məktəblərinə gedərkən yazılı ədəbi

dil normalarını mənimsəməyə başlayırlar. Birinci sinifdən

etibarən doqquzuncu sinfə qədərki dövrdə onlar fonetik,

leksik, qrammatik normaları öyrənir və yazı zamanı onla-

ra riayət edirlər. Hətta regional məktəblərdə oxuyan etnik

qrupların uşaqları da yazılı ədəbi dil normalarına müvəf-

56

fəqiyyətlə riayət edirlər. Əslində, şifahi ədəbi dilin əsas

mənbəyi yazılı ədəbi dil hesab olunur. Çünki bağçaya və

məktəbə gedənə qədər şifahi ədəbi dil öyrənən uşaqlar da-

nışıqlarındakı səhvləri bağçaya, məktəbə gedən kimi is-

lah etməyə başlayırlar. Yeri gəlmişkən demək lazımdır ki,

şifahi ədəbi dil çox qədimlərdən, hələ əlifba, yazı meyda-

na çıxmamışdan öncə xalq yaradıcılığının-folklor nümu-

nələrinin dili kimi işlənmiş, dövrümüzdə ədəbi dilin şifahi

forması hesab edilən radio, televiziya dilinin hesabına da-

ha da genişlənmişdir. Şifahi ədəbi dil, əsasən, orfoepik

normalara tabe olub səslənən dildir və nitqlər, çıxışlar,

mühazirələr və s. bura daxildir (36, səh. 354).

Ədəbi dil qəzetlərdə, jurnallarda, almanaxlarda, kon-

frans materiallarında dərc olunan yazılar hesabına təbliğ

olunaraq təkmilləşir. Radio verilişlərində təqdim olunan

bədii əsərlər, məktəblilər üçün ədəbi-dram verilişlərində

ifadə olunan ədəbi dil normaları, folklor nümunələri, “Bu-

laq”, “Dədə Qorqud” kimi radio almanaxları uşaqların

ədəbi dilə yiyələnmələrinə kömək edən amillərdən hesab

olunur. Bundan sonra ədəbi dillə bağlı bütün dövlət tədbir-

ləri ədəbi dilin inkişafına xidmət edən başlıca amillərdən

hesab olunur.

Yazılı ədəbi dilin ilk nümunələri dövlət sənədləri,

dövlət başçılarının məktubları və yazılı ədəbiyyatın nü-

munələri hesab olunur. Mədəni inkişafın yüksəlişi ilə bağlı

olaraq yazılı ədəbi dilin dairəsi də genişlənmişdir. Bu gün

dövlət sənədləri və bədii əsərlərlə yanaşı, qəzet və jurnal-

ların, elmi və publisistik kitabların, reklamların, müxtəlif

məzmunlu plakatların da dili yazılı ədəbi dil hesab olunur.

Bu baxımdan ədəbi dil bütün üslubların sistemidir.Qeyd

etmək lazımdır ki, tarixən başqa üslublarla müqayisədə

57

(bədii, elmi, məişət və publisistik) zəif olan rəsmi üslub

müstəqil dövlətçiliyimizlə bağlı mütləq və məcburi işlən-

məsi ilə şərtlənərək daha da kamilləşmiş və artıq dilimizdə

elmi-kütləvi üslub deyilən bir üslub da formalaşmaqdadır.

Yazılı ədəbi dil, əsasən, orfoqrafik normalara tabe olan,

yazılan dildir (36, səh. 354-355).

Bütün bunlarla yanaşı, danışıqda, nitqdə istisnalar

mövcuddur. Yəni nitq söyləyənin, mühazirə oxuyanın, çı-

xış edənin, söhbət edənin, dialoqda iştirak edənin danışı-

ğında müstəsnalıq təşkil edən sözlərə, ibarələrə, təşbehlə-

rə- bir sözlə, istisnalıq təşkil edən ifadələrə rast gəlmək

mümkündür. “Dostumla bir batman çörək kəsmişəm”,

“Mənə şəbədə edən hələ anasından olmayıb”, “Bizim qon-

şu yaman ilişib” kimi cümlələrdə “batman”, “şəbədə”,

“ilişib” sözləri istinalıq kəsb edir.

Əlbəttə ki, nitq normalarının mövcudluğunu istisna-

larsız təsəvvür etmək mümkün deyil.

Müasir ədəbi dilimizdə istisnalar – qeyri-normativ

hallar, əsasən, normanın tarixi hərəkətinin – təkamülünün

nəticəsi kimi aşağıdakı hallarda meydana çıxır:

1) Artıq öz dövrünü keçirmiş nitq vahidləri bu və ya

digər üslubda “ilişib” qalır. Məs: Onunla görüşmək mahal

məsələdir. Eyzən atası kimi danışırdı və s.

2) Yeni meydana çıxan nitq vahidləri bir müddət

normativləşmir. Məs: Menecerlə arası dəymiş, biznesi tə-

nəzzülə uğramışdı və s. (36, səh. 358-359).

58

NİTQ MƏDƏNİYYƏTİNƏ YİYƏLƏNMƏYİN VACİB ŞƏRTLƏRİ.

Nitq mədəniyyəti ifadəsi bir anlayış olaraq “nitq” və

“mədəniyyət” sözlərinin birləşməsindən yaranmışdır. Bu sözün birinci tərəfindəki “nitq” sözü ünsiyyət prosesi mə-nasında, “mədəniyyət” sözü isə mədəni normaların məc-musu mənasında başa düşülür. Nitq mədəniyyəti ifadəsi mədəni danışıq, mədəni nitq, mədəni ünsiyyət prosesi ki-mi məna çalarlarını özündə ehtiva edir.

Ümümiyyətlə götürdükdə deməliyik ki, nitq mədə-niyyəti dilçilik elminin bir bölməsidir.

Nitq mədəniyyəti dedikdə, hər şeydən əvvəl, filolo-giyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını elmi əsasda öyrənən sahəsi nəzərdə tutulur. Nitq mədəniy-yəti anlayışından bu və ya digər nitq təzahürünün keyfiy-yətini bildirmək üçün istifadə edilir (36, səh. 350).

Artıq dilçilik ədəbiyyatının aparıcı bölmələrindən bi-rinə çevrilən nitq mədəniyyəti gözəl danışmağın, gözəl yazmağın elmi əsaslarını öyrənir. Digər mütəxəssislər ki-mi, iqtisadçılar da nitq mədəniyyətinə yiyələnmək üçün dilin fonetik, orfoepik, orfoqrafik, leksik-semantik və qrammatik qayda-qanunlarını dərindən bilməlidirlər. Bu-rada qrammatik qayda-qanunlardan danışanda, əsasən, morfoloji və sintaktik qayda-qanunların dərindən öyrənil-məsi nəzərdə tutulur. Hər bir dilin sirrini məhz bu yolla öyrənmək mümkündür.

Hər bir dilin fonetik, orfoepik, orfoqrafik, leksik-se-matik və qrammatik (morfoloji və sintaktik) qayda-qanun-ları vardır ki, bunları yaxşı öyrənmədən, şifahi və yazılı dilə tətbiq etmədən nitq mədəniyyətinə yiyələnmək, gözəl danışmaq və gözəl yazmaq mümkün deyil. Bu qayda-qa-nunlar isə tarixi inkişafın, təkamülün nəticəsi, məhsulu

59

olub cəmiyyətin normal ünsiyyətinə xidmət edir (36, səh. 350).

Cəmiyyət üzvləri ünsiyyət prosesində mədəni ünsür-ləri, mədəniyyət elementlərini, nəzakət qaydalarını gözlə-məklə, həmin ünsürləri və qaydaları öyrənib tətbiq etməklə həm də mədəniləşirlər. Ona görə ki, mədəni nitq insanlarda həm də mədəni vərdişlər aşılayır. Məhz bu baxımdan mütəxəssislər haqlı olaraq nitq mədəniyyətini milli mədəniyyətin tərkib hissəsi hesab edirlər.

Hər bir millətin mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir (həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün, birinci növbədə, aşağıdakılar tələb olunur:

a) dilin özünün səmimiliyi, səlisliyi, gözəlliyi, ifadə imkanlarının genişliyi (Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu buna tam imkan verir);

b) həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səmimiliyindən, gözəlliyindən, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi (36, səh. 351).

Göstərilən tələblərin asanlıqla ödənilməsinə isə bir-dən-birə nail olmaq mümkün deyil. Ona görə ki, nitq mədəniyyəti üçün zəruri sayılan bilik, bacarıq və vərdişlə-rə yiyələnmədən göstərilən tələbləri ödəmək çətindir. Çünki məhz bilik, bacarıq və vərdişlər sayəsində nitq mədəniyyəti ilə bağlı qabiliyyətlər üzə çıxır. Həmin qabi-liyyətlər təmrinlər prosesində üzə çıxarılır və vərdiş halına salınmaqla mədəni ünsürlərə çevrilir.

Bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün zəruri şərtlərdən biridir. Uşaq müvafiq fəaliyyət sa-həsi üçün zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, öyrənməyibsə, onun danışıq, musiqi, texniki və rəsm qabi-liyyətləri yaxşı inkişaf edə bilməz. Uşaqların qabiliyyətlə-rini inkişaf etdirmək üçün onların müvafiq bilik, bacarıq

60

və vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir verilməli-dir (17, səh. 423).

Təcrübə və müşahidələr sübut edir ki, danışıq qabiliy-yətləri bir halda irsi keyfiyyət kimi özünü göstərirsə, əksər hallarda mühitin təsiri və təlim-tərbiyə prosesində məqsədyönlü, planlı və mütəşəkkil şəkildə həyata keçiri-lən işin nəticəsində mümkün olur. Yəni müəllimin, tərbi-yəçinin, mütəxəssisin məqsədyönlü, planlı və mütəşəkkil olaraq uşaqların danışıq qabiliyyətlərinin üzə çıxarılması-na pedaqoji-psixoloji cəhətdən düzgün yanaşması vacib hesab olunur. Çünki qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yə-ni bütün başqa şərtlər eyni olduqda bu fəaliyyət üçün zəru-ri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təza-hür edir.

Ona görə də, ilk növbədə, kiçik yaşlarından başlaya-raq uşaqlarda mədəni nitq vərdişlərinin yaradılmasına nail olmaq lazımdır. Başqa sözlə desək, çalışmaq lazımdır ki, uşaqların danışıq qabiliyyətlərinin üzə çıxarılması ilə bağlı məqsədyönlü, planlı və mütəşəkkil iş aparılsın. Psixoloqlar göstərirlər ki, qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəf-fəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasında-kı fərqlərdə ifadə olunur (17, səh. 423).

Deməli, fəaliyyətin müvəffəqiyyəti icrasının şərti olan danışıq qabiliyyətlərini bilik, bacarıq və vərdişlərə yi-yələnmə dinamikasındakı fərqlərlə müəyyənləşdirmək la-zımdır. Çünki uşaqlarda bilik, bacarıq və vərdişlərə yiyə-lənmə dinamikası müxtəlif olur. Müqayisə aparmaq isə vacib sayılır. Müqayisəni elmi-pedaqoji-psixoloji və me-todik cəhətdən düzgün aparmaqla uşaqların bu sahədəki təbii imkanlarını üzə çıxarmaq daha asan olur.

61

Psixologiyaya “təbii imkanlar” anlayışına orqaniz-min anatomik-fizioloji xüsusiyyətləri ilə yanaşı olaraq psi-xofizioloji xassələrini də daxil edir və bu sonuncuları əsas cəhət kimi şərh edirlər. Psixofizioloji xassə dedikdə, hər şeydən əvvəl, fəaliyyətə yiyələnmənin lap ilkin mərhələ-sində uşaqda, bəzən isə müntəzəm surətdə müəyyən fəaliyyətlə məşğul olmayan yaşlılarda özünü göstərən incə rəng- fərqləndirmə həssaslığı, görmə hafizəsi, musiqi eşit-mə həssaslığı və s. kimi xassələr başa düşülür. Belə təbii imkanlar insanda onlara bu və ya digər dərəcədə adekvat olan müəyyən qıcıqlayıcı obyekt ilə təmasda olarkən özü-nü göstərir. Məsələn, musiqi, mənzərə və s.-in qavranıl-ması zamanı müvafiq təbii imkanlara malik olan uşaqlarda yüksək hissi-hərəki həssaslıq və həmin fəaliyyətə meyil aydın təzahür edir (17, səh. 426-427). Bu zaman həmin uşaqlar gördüklərini, eşitdiklərini, müşahidə etdiklərini nitq vasitəsilə ifadə etməyə çalışırlar. Əgər uşaqlar mədəni nitq vərdişlərinə yiyələniblərsə, deməli, onlar gördükləri-ni ifadəli şəkildə şərh edə biləcəklər. Lakin uşaqlar ara-sında elələrinə də rast gəlmək olur ki, onlar təbii imkanları hesabına, yəni istedadları sayəsində müşahidə etdiklərini daha dolğun, estetik-bədii cəhətdən ürəyəyatan, zövqə uy-ğun olan bir şəkildə təqdim edirlər. Belə uşaqların istedad-ları bədii istedad adlanır.

Müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi-nəzəri məsələ deyil-dir. Onun böyük praktik əhəmiyyəti vardır.

İstedad dedikdə qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünə-məxsus birliyi nəzərdə tutulur.

Əgər müşahidəçilik, poetik görmə, surət, hiss və hə-rəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət

62

ehtiyatının zənginliyi və ifadəli dil, söz assosiasiyalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxi-lində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etmə-yə imkan verirsə, bu, ədəbi istedaddır. Eyni sözlər isteda-dın başqa növlərinə də aiddir (17, səh. 431).

Bədii istedada malik olan uşaqlarla məqsədyönlü, planlı və mütəşəkkil olaraq məşğul olduqda onları nitq mədəniyyətinin bütün sirləri ilə tanış etmək mümkün olur. Azərbaycan nitq mədəniyyətinin sirlərinə yaxından bələd olan uşaqlar şirinliyinə, sadəliyinə, ifadəliliyinə, musiqili-liyinə görə zəngin olan ana dilinin bütün gözəlliklərini mənimsəyə bilirlər.

Gələcəkdə bu uşaqlar iqtisadçı olduqdan sonra da öz şirin və rəvan danışıqları ilə diqqəti cəlb edəcəklər.

Musiqililiyin, istənilən fikri ifadə imkanlarının ge-nişliyinə görə seçilən Azərbaycan türkcəsi fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın ən zəngin və in-kişaf etmiş dillərindən biridir. Bu dildə “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. bu kimi dastanlarımız, bayatı, nağıl, nəğmə, layla və s. bu qəbildən olan folklor nümunə-lərimiz, İ.Həsənoğlu, İ.Nəsimi, Q.Burhanəddin, Ş.İ.Xətai, M.Füzuli, M.Ə.Sabir, S.Vurğun, M.Şəhriyar və digər çox-lu sayda dünyaşöhrətli sənətkarlarımızın əsərləri yazılmışdır.

Hər bir vətəndaş, xüsusilə iqtisadçılar öz doğma dili-ni mükəmməl şəkildə bilməyə, onu qorumağa və yaşatma-ğa borcludurlar. Doğma dilini mükəmməl şəkildə bilmə-yəni yüksək mədəniyyətli vətəndaş hesab etmək olmaz. Dilini, tarix və mədəniyyətini bilməyən, ona qayğı ilə ya-naşmayan millət isə tədricən mədəni millətlər sırasından yox olub gedər (36, səh. 352). Ona görə də nitq mədəniy-yətinə yiyələnmək üçün onun həm orfoqrafik, həm də or-foepik normalarına riayət etmək lazım gəlir. Orfoqrafik normalara riayət edənlər gözəl yazı mədəniyyətinə, or-foepik normalara riayət edənlər isə gözəl danışıq mədəniy-

63

yətinə malik olurlar. Hər iki normaya yiyələnmək üçün nitq mədəniyyətinin bir sıra şərtlərinə əməl etmək vacib sayılır. Hansı ki, onlardan biri də nitqin düzgünlüyünə əməl olunması sayılır.

Düzgün nitq o nitq forması və ya təzahürü hesab olunur ki, orada dilin fonetik, qrammatik və leksik və s. qayda-qanunları pozulmasın. Nitqin düzgünlüyü nitq mə-dəniyyətinin birinci şərtidir. Bu zaman məsələ belə qoyu-lur: düzgündür, ya düzgün deyil? Məs: “Qapını vurmaq” düzgün deyil, “qapını döymək” düzgündür (36, səh. 351-352).

Yaxud “Mən hər axşam xörəyimi yeyirəm, içməyimi içirəm, yorğanımı başıma çəkirəm və yatıram” cümləsində nitqin düzgünlüyü pozulduğu üçün həmin cümləni aşağı-dakı ardıcıllıqla demək lazım gəlir. “Mən hər axşam ye-məkdən sonra bir fincan çay içir, sonra yatağıma uzanıb rahatca yatıram”.

Bəzən “tərpətmək” sözünü “dəbərtmək”, cümlədə isə “yerindən dəbərtmək”, “yerindən dəbərtmədim”, “ye-rindən dəbərtmək olmaz” şəklində işlədirlər. Deməli, nit-qin düzgünlüyünə xələl gətirirlər. Belə hallara yol ver-məklə nitqin düzgünlüyü ilə yanaşı, onun estetik-bədii gö-zəlliyi də pozulur.

Nitqin düzgünlüyü, əsasən, fonetik və qrammatik normalarla (düzgün tələffüz, düzgün yazmaq, sözlərin cümlə daxilində düzgün əlaqələndirilməsi və s.) bağlıdır. Bütün danışan və yazan şəxslər, yəni hamı üçün vacib və məcburi şərt olan nitqin düzgünlüyü öz-özlüyündə nə qə-dər mühüm olsa da, nitq mədəniyyəti üçün hələ hər şey demək deyildir. Bu, o deməkdir ki, mədəni, gözəl nitq həm də dəqiq olmalıdır (36, səh. 352).

Nitqin gözəlliyini təmin edən şərtlərdən biri də nitqin dəqiqliyinin gözlənilməsidir. Yəni sözü, ifadəni, cümləni

64

həmişə dəqiq deməklə mədəni nitqin tələblərinə, nitq mə-dəniyyətinin əsas şərtlərinə əməl etmək nəzərdə tutulur.

Nitqin dəqiqliyi bir çox hallarda dilin leksik tərkibi ilə çox bağlı olduğu üçün istər yazanda, istərsə də danışan-da seçilən leksik vahidlərin dəqiqliyinə riayət etmək la-zımdır. Nitqin dəqiqliyi fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini (sözü, ifadəni, cümləni və s.) tapmaq-la müəyyən edilir. Məs: “qış gəlir” düzgündür, ancaq də-qiq deyil. “Qış düşür” həm düzgün, həm də dəqiqdir.

Nitqin dəqiqliyi daha çox dilin leksik tərkibi ilə bağ-lıdır.

Gözəl nitq düzgün, dəqiq olmaqla yanaşı, həm də ifadəli olmalıdır. Nitqin ifadəliliyi dedikdə ən müvafiq, ən uğurlu dil vasitəsini tapıb işlətmək başa düşülür. Qeyd et-mək lazımdır ki, nitqin ifadəliliyini onun dəqiqliyindən fərqləndirmək bir o qədər də asan deyil. Məs: “O, ömrünü boş-boşuna keçirdi” cümləsi həm düzgün, həm də dəqiq-dir, ancaq ifadəli deyil. “O, ömrünü yelə verdi” isə daha ifadəli və gözəldir.

Nitqin düzgünlüyü hamıdan tələb olunur. Nitqin də-qiqliyinə hamı çalışmalı, danışıq və yazısını dəqiq ifadə-lərlə qurmağı bacarmalıdır. Nitqin ifadəliliyi isə, əsasən, söz sənətkarlarına, şair və yazıçılara məxsusdur. Nitqin ifadəliliyi bədii üsluba xas olan başlıca keyfiyyətdir (36, səh. 352).

Bütün bunlara rəğmən deməliyik ki, nitq vərdişlərinə yiyələnməyin ən zəruri şərtlərinə əməl etməklə ən yüksək nitq mədəniyyəti nümunəsi nümayiş etdirmək olar.

Nəticə olaraq deməliyik ki, nitq mədəniyyəti ilə bağ-lı göstərilən şərtlərə əməl etməklə təmiz, rəvan, düzgün, dəqiq və ifadəli nitqə yiyələnmək olar.

65

NİTQ MƏDƏNİYYƏTİNİN ƏSAS

XÜSUSİYYƏTLƏRİ

Müstəqillik qazandığımız hazırkı şəraitdə nitq mədə-

niyyəti artıq müstəqil elm sahəsi kimi formalaşmağa baş-

lamışdır. Hansı ki, bu elm sahəsinin predmetini orfoepik

qaydalara uyğun düzgün və gözəl danışmağa yiyələnmə-

yin, orfoqrafik qaydalara uyğun düzgün və gözəl yazmağa

yiyələnməyin elmi-pedaqoji-metodik sistemi təşkil edir.

Nitq mədəniyyəti ilə bağlı tədqiqat apararaq müxtəlif

monoqrafiyalar, dərslik və dərs vəsaitləri yazıb çap etdirən

müəlliflərin bəziləri müstəqil elm sahəsi olmasına baxma-

yaraq, nitq mədəniyyətinin konkret predmetinin müəyyən-

ləşdirilməməsi fikrini irəli sürürlər. Onların bu fikirlərinə

tənqidi münasibət bildirmək də düzgün deyil. Çünki nitq

mədəniyyəti dilçilik elminin yeni bir praktik sahəsidir.

Nitq mədəniyyətinin konkret predmetini müəyyən-

ləşdirmək (məsələn, fonetika, qrammatika və s. predmeti

kimi) çox çətindir və bu sahə bir növ predmetsiz sahədir.

Çünki burada bu və ya digər dil faktı, hadisəsi yox, üsul-

lar, qayda-qanunlar sistemi öyrənilir.

Nitq mədəniyyəti dilçilik elminin praktik sahəsidir

və filologiya elminin nəzəri göstəriciləri məhz nitq mədə-

niyyətində təcrübi əhəmiyyət qazanır (36, səh. 350-351)

Belə fikir söyləyən müəllifləri qınamaq da əbəsdir.

Çünki dilçilik elminin ailəsinə yeni daxil olan, haqqında

yeni dərslik, dərs vəsaitləri yazılan nitq mədəniyyətini ye-

ni elm sahəsi hesab etmək olar. Lakin bu elm sahəsinin

qayda-qanunları, prinsipləri, tələbləri-bir sözlə, əsas me-

yarları düzgün müəyyənləşdirilməlidir. Yəni yuxarıda nitq

mədəniyyətinin predmetini müəyyənləşdirilərkən müəy-

66

yən ölçülər, elmi meyarlar nəzərə alındığı üçün müvafiq

məna çaları hasil oldusa da, digər ölçüləri nəzərə almaqla

bu elm sahəsinin qayda-qanunlarını, prinsiplərini, öyrədil-

məsi üsullarını, tələblərini müəyyənləşdirmək lazımdır.

Ona görə ki, nitq mədəniyyəti ilə bağlı çap olunan ədəbiy-

yat külliyyatını nəzərdən keçirdikdə bir sıra ziddiyyətlərin

şahidi oluruq.

Bəzi müəlliflər nitq mədəniyyəti ilə bağlı çap etdir-

dikləri dərslik və dərs vəsaitlərində qrammatikanın ayrı-

ayrı bölmələrini nitq mədəniyyəti adı altında öyrənilməsi-

ni irəli sürmüşlər. Bəziləri orta məktəbdə şagirdlərin öy-

rəndikləri qrammatikanın ali məktəbdə təkrar-təkrar öyrə-

nilməsinə rəvac verirlər.

Bəzi müəlliflər nitq mədəniyyətini milli mədəniyyə-

tin tərkib hissəsi adlandırsalar da, bu mədəniyyətin elmi-

metodik, fizioloji, pedaqoji-psixoloji əsaslarını açmırlar.

Bəzi müəlliflər hətta mədəniyyət sözünü “Mədinə”

sözündən yaranmasını iddia etsələr də, onun qnesioloji

mənasını aydınlaşdırılmasından vaz keçirlər.

Onlar nitqin düzgünlüyünü, dəqiqliyini, ifadəliliyini

nitq mədəniyyətinin əsas şərtləri hesab edirlər. Bir qisim

müəlliflər bunları şərtlər yox, nitqə müvəffəqiyyət qazan-

dıran amillər hesab edirlərsə, digər qisim alimlər bunları

nitq mədəniyyətinə verilən tələblər kimi şərh edirlər.

Fikrimizcə, hər şeydən əvvəl, nitq mədəniyyətinin

həm ümumi məsələlərini, həm də xüsusi məsələlərini düz-

gün işləmək və nitq mədəniyyəti ilə bağlı hazırlanması nə-

zərdə tutulan dərsliklərə, dərs vəsaitlərinə, tədris kursla-

rına daxil etmək lazımdır. Nitq mədəniyyətinin ümumi

məsələləri, əlbəttə ki, ictimai xarakter daşıdığı üçün bu

67

məsələləri bir sistem halında hazırlayıb cəmiyyətə təqdim

etmək lazımdır.

Nitq mədəniyyətinin elə məsələləri vardır ki, ümumi

(ictimai) xarakter daşıyır. Bu, o deməkdir ki, nitqin düz-

günlüyü bütövlükdə cəmiyyətdən tələb olunur. Demək, di-

lin qayda-qanunlarına hamı riayət etməlidir. Dilin fonetik

tərkibini, düzgün tələffüz və yazılış formalarını, cümlənin

quruluşunu hamı eyni cür qavrayır. Əgər belə olmasaydı,

dil öz əsas vəzifəsini – ünsiyyət funksiyasını yerinə yetirə

bilməzdi.

Nitq mədəniyyətinin elə məsələləri də vardır ki, bun-

lar xüsusi (fərdi) səciyyəlidir. Bu, o deməkdir ki, hamı ey-

ni cür dəqiq danışıb yazmır, yaxud hamının nitqi gözəl

(ifadəli) deyil. Həm də nitqin gözəlliyi hərədə bir cür təza-

hür edir (36, səh. 352-353).

Təcrübə və müşahidələr göstərir ki, cəmiyyət üzvlə-

rinin hər biri düzgün, gözəl, rəvan danışmaq istəyir. Bu-

nun üçün isə nümunəvi mənbə olmadığına görə onların

danışmağı və yazmağı fərdi xarakter daşıyır. Gündəlik da-

nışıq zamanı müəllim tədris etdiyi fənnin üslubuna uyğun

danışırsa, həkim isə fizioloji üsluba üstünlük verir. Müəllif

öz müvəffəqiyyətini, müğənni səsini, musiqiçi ifasını, akt-

yor sənətini, iqtisadçı mövqeyini tərifləyə-tərifləyə danışır.

Nitq mədəniyyətinin yazılı tərəfinə gəlincə sosial şə-

bəkələrdəki yazıları nəzərdən keçirsək, yazılı nitqimizin

qüsurlarını aydın görmüş olarıq.

Ona görə də nitq mədəniyyətinin həm ümumi həm

də xüsusi məsələləri bölmələri praktik nitq problemi fo-

nunda işlənmək lazım gəlir.

Nitq mədəniyyətinin ümumi və xüsusi məsələləri

birbaşa bir-birinə bağlıdır və bunları, eyni zamanda, həll

68

edən sahibinin nitqi əsl nitq mədəniyyəti nümunəsi hesab

olunur (düzgünlük, dəqiqlik və ifadəlilik) (36, səh. 353).

Bəzən özlərini natiq hesab edən insanlar öz çalışdıq-

ları sahəyə dair terminlərə üstünlük verirlər. Onların həm

yazılarında, xüsusilə məktublarında, təqdimatlarında, iza-

hatlarında, məlumatlarında belə yanaşmalara yol verdiklə-

rinin şahidi oluruq. Unutmaq olmaz ki, danışan, məruzə və

çıxış edən istər öz danışığında, istərsə də yazılı mətnində

nə sözün, nə də cümlənin təqdimatında onların qrammatik

(orfoqrafik, orfoepik) quruluşuna xələl gətirməməlidirlər.

Gözəl nitq sahibi nə sözün dildə müəyyənləşmiş mə-

nasını, nə cümlələrin qrammatik quruluşunu kəskin şəkil-

də dəyişə bilməz. O, sözə yeni məna çalarları qazandırma-

ğı, cümləni adi nitqdə işlətdiyi şəkildə deyil, xüsusi forma-

larda işlətməyi bacarsa belə, nitq mədəniyyətinin ümumi

(ictimai) tələblərini gözləməlidir. Çünki ümumi tələblər

gözlənilməyən nitq fərdi cəhətdən ifadəli olsa da, mədəni

nitq sayılmır. Eyni zamanda ictimai tələblərin gözlənildi-

yi, lakin fərdi (xüsusi) gücü olmayan nitq də yüksək mə-

dəni nitq hesab olunmur (36, səh. 353).

Bəzən həm danışıqda, həm də yazı zamanı arxaik

sözlərdən istifadə olunur. Bu zaman istifadə olunan arxaik

sözün mənası isə açıqlanmır. Bu, ikiqat qüsurdur. Əgər

danışanda və yaxud yazanda arxaik sözdən istifadə edirik-

sə, hökmən həmin sözün məna çalarını açmağa istiqamət

verən bədii təsvir və bədii ifadə vasitələrinə müraciət et-

mək daha yaxşı olar. Əks halda həm dilə, həm nitqə, bü-

tövlükdə nitq mədəniyyətinə xələl gətirmiş oluruq.

Dil – ünsiyyət vasitəsi olub, mücərrəd işarələr siste-

mindən ibarətdir. Hər bir dilin özünəməxsus quruluşu,

69

ifadə imkanları vardır ki, bunun nəticəsində müəyyən ifa-

də formaları və üsullar meydana çıxır.

Nitq – ünsiyyət prosesidir. Nitq bu və ya digər məlu-

matın (informasiyanın) ifadə tələbinə uyğun olaraq dilin

ifadə imkanları əsasında meydana çıxır (1, səh. 353).

Ona görə də istər yazılı nitqdə, istərsə də şifahi nitq-

də ünsiyyət vasitəsi olan dilin gözəlliyinin qorunması, ün-

siyyət vasitəsi olan nitqin mədəni ünsürlərlə zənginləşməsi

uğrunda mübarizə aparmalıyıq. Bu mübarizəyə təkcə dilçi

alimlər, tədqiqatçılar, filoloqlar, müəllimlər yox, ictimaiy-

yətin bütün nümayəndələri qoşulmalıdırlar. Hətta bölgə-

lərdə yaşayanlar da bu problemin həllində yaxından iştirak

etməlidirlər. Ona görə ki, bir sıra bölgələrdə yaşayan az-

saylı xalqların bəzi nümayəndələri hələ də dialekt, şivə

xüsusiyyətlərini saxlamaqdadır. Belə bir şəraitdə isə ən

çox şifahi nitq mədəniyyəti normaları daha çox pozulur.

Yeri gəlmişkən demək lazımdır ki, ölkəmizin həm cənub

bölgəsindən, həm də şimal bölgəsindən çıxan filoloq alim-

lərimiz çoxdur. Lakin hər iki bölgədə yaşayan talışların,

tatların, ləzgilərin bir qismi hələ də Azərbaycan nitq mə-

dəniyyəti normalarına riayət etməkdə çətinlik çəkirlər.

Doğrudur, dünyanın bütün ölkələrində bu problem əsrlər

boyu davam etmiş, bu gün də davam etməkdədir.

Məsələn, dünyanın ən aparıcı dillərindən olan inglis dilin-

də danışan və Böyük Britaniyanın aparıcı xalqlarından

olan irlandlar, şotlandlar, uelslilər özlərinin dövlət dili

olan inglis dilində danışarkən nitq mədəniyyəti normaları-

nı pozurlar. Yaxud Amerikada yaşayan azsaylı xalqların

nümayəndələri danışanda inglis dilinin ədəbi dil normala-

rını pozur və nitq mədəniyyəti tələblərinə uyğun danışmır-

lar. Lakin yazı məqamında onların hər biri orfoqrafiq qay-

70

daları gözləyirlər. Niyə? Ona görə ki, orta ümumtəhsil

məktəblərində orfoqrafik qaydaları ayrıca öyrəndikləri

üçün yazılı nitq mədəniyyəti sahəsində qüsurlara yol ver-

mirlər. Deməli, orta ümumtəhsil məktəblərində nitq prak-

tikası, praktik nitq və bu kimi fənlərin tədris olunması sa-

yəsində bu qüsurları aradan qaldırmaq olar.

Yaxşı hal odur ki, müstəqillik illərində ölkəmizin bü-

tün ali məktəblərində Nitq mədəniyyəti fənninin tədrisi

üçün imkanlar yaradıldı. Bizi narahat edən cəhət odur ki,

nitq mədəniyyəti fənni üçün faydalı sayılan praktik məş-

ğələlərə yer, saat ayrılmadı. Tələbələrə-gələcək ziyalılara

nitq mədəniyyəti ünsürləri aşılayan praktik məşğələlər

üçün nəinki saatlar ayrılmadı, hətta nitq mədəniyyəti üçün

ayrılan saatlar yarıbayarı azaldıldı.

Unutmaq olmaz ki, dil əsasdırsa, nitq ondan törəmə

olan başlıca ünsiyyət prosesidir. Bu prosesdə insanlar ün-

siyyət tapır, əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnir, mədəni

ənənələrin əsasını qoyur, ictimai, iqtisadi, siyasi, psixoloji,

hətta fizioloji inkişafı ünsiyyət prosesində əldə edirlər.

Ünsiyyət prosesində mədəni nitqin gözəlliyinin qorunması

dilin qorunması kimi də dəyərləndirilməlidir.

Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən çox

az dəyişikliklərə uğrayır, nitq isə ona nisbətən dəyişkən-

dir. Məlumdur ki, ulu babalarımızın nitqi (danışıq və yazı-

sı) indi danışdığımız və yazdığımız nitqə oxşar olsa da,

ondan fərqli cəhətlərə də malik olub. Ancaq onların da dili

bizim dilimiz kimi Azərbaycan dili, Azərbaycan türkcəsi

idi (36, səh. 353).

Vaxtilə ulu babalarımız sinc, kus, məzkur, mizraq,

nalbənd, bazubənd, sayaçı, mehtər, çarvadar sözlərini

ümumişlək sözlər kimi işlətsələr də, bu sözlər arxaikləşdi-

71

yi üçün söz leksikonunu tərk etmişlər. Yaxud batman, mis-

qal, arşın, çərək, abbası, şahı, quruş kimi ölçü, çəki və pul

vahidləri arxaikləşdikləri üçün ümumişlək funksiyalarını

itirmişlər.

Lakin nitq fəaliyyəti prosesində onların hər biri yeri-

nə görə işlənərsə, natiq onların hər biri haqqında elə iza-

hat verə bilər ki, dinləyici yeni bilik qazanar, nitqin gözəl-

liyi də artar.

Nitq fəaliyyəti – nitqin təzahürü üçün lazım gələn ic-

timai, psixoloji və fizioloji aktların sistemidir. Ünsiyyət

vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi

mürəkkəb bir hadisədir və onun ictimai, psixoloji və fizio-

loji tərəfləri vardır. Nitq bu göstərilənlərin (ictimai-so-

sioloji, psixoloji, fizioloji) qarşılıqlı əlaqəsi əsasında mey-

dana gəlir və fəaliyyət göstərir, dinləyib anlama, danışıq,

oxu və yazı formasında təzahür edir. Deməli, nitq nitq

fəaliyyətinin məhsuludur (36,səh. 353-354).

Məhz ona görə də nitq fəaliyyəti zamanı danışan, in-

formasiya verən, məruzə edən, çıxış edən, mühazirə söylə-

yən, bir hadisəni təqdim edən şəxsin natiq adlandırılması o

zaman reallaşa bilər ki, həmin şəxsin nitq mədəniyyəti

normalarına tələb olunan qaydada yanaşa bilməsi təmin

olunsun. Məhz belə bir şəraitdə nitq mədəniyyətinin inki-

şafı, formalaşması və təkmilləşməsi baş verə bilər.

72

NATİQLİK SƏNƏTİ

Natiqlik sənəti qədim tarixə malikdir. Belə ki, qə-dim Romada, Yunanıstanda natiqlik sənətini klassik filo-soflar, bədii yaradıcılıqla məşğul olan görkəmli simalar təbliğ etmiş, bu sənətin inkişafı və təşəkkülü sahəsində mühüm xidmətlər göstərmişlər.

Qədim Yunanıstanda mövcud olan “Ritorika” musi-qini, təsviri sənəti və nitq mədəniyyətini ehtiva edən elm və sənət sahələrini özündə birləşdirirdi. Yəni musiqi-nəğ-mə, rəsm əsərləri, tablolar və natiqlik sənəti kimi estetik və bədii zövq sahələrini öz yaradıcılığında birləşdirən filo-soflar ölkədə və ölkədən kənarda görkəmli simalar kimi məşhur olurdular. Doğrudan da, musiqi əsərlərini, rəng-karlığı, natiqlik sənətini bilən insanlar yüksək bədii zövqə malik insanlar kimi təbiətdə, cəmiyyətdə, incəsənətdə, mə-dəni ünsiyyətdə olan gözəllikləri duymaq, qavramaq və qiymətləndirmək bacarıqları ilə ətrafdakıları valeh edən şəxsiyyətlər və görkəmli simalar kimi təqdir olunurdular.

İstər musiqi əsərlərini, istərsə də rəngkarlıq sənətini şərh edən adamlar natiq adamlar kimi diqqəti cəlb etmişlər.

Natiq adamlar aramla, avazla, bədii təsvirlərlə, elmi ümumiləşdirmələrlə cəmiyyət üzvlərini heyran etmişlər.

Nitqi mövcud ədəbi normalara uyğun (düzgün) ol-maqla yanaşı, həm də dəqiq və gözəl (ifadəli) olan adam-lar natiq adlanırlar. Natiqlik müəyyən peşakarlıq tələb edən sənətdir. Bir fəaliyyət sahəsi olaraq natiqlikdən bəhs edən elm sahəsi natiqlik sənəti və ya ritorika adlanır (36, səh. 359).

Ritorika sahəsində nümunə göstərən adamların nitq mədəniyyəti cəmiyyət üzvləri üçün bütün əsrlər boyu ör-nək olmuşdur. Musiqi, rəsm, mədəni nitq vərdişlərinə ma-lik olan adamların söhbətləri, məruzələri, çıxışları daim diqqət mərkəzində olmuşdur.

73

Beləliklə, qədim Şərqdə natiqlik sənəti əsrlər boyu inkişaf edərək formalaşmış və təkmilləşmişdir. Əslində natiqlik sənətini səciyyələndirən bir sıra tələblər mövcuddur.

Natiqlik sənətinin əsas tələbləri aşağıdakılardan iba-rətdir:

1) Düzgün, dəqiq və gözəl (ifadəli) danışmaq; 2) Dinləyicilərin (auditoriyanın) səviyyəsini, xarak-

terini nəzərə almaq, yəni auditoriya üçün anlaşıqlı danış-maq;

3) Nitqin intonasiyasına, ritminə fikir vermək və bu deyilənlərin tələblərinə uyğun bədən, baş, əl-qol hərəkətlə-ri etmək;

4) Mümkün qədər yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq və dinləyiciləri yormamaq;

5) Nitqə (çıxışa, mühazirəyə və s.) əvvəlcədən hazır-laşmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq (36, səh. 359).

Şərqin böyük düha sahibləri Aristotel, İbni-Sina, Bəhmənyar Əl-Azərbaycani, Sədrəddin Sərəxsi, Əbu-Ab-bas Loqərini, Gilani, Fəridəddin Damat, Nizami Gəncəvi, Nəsirəddin Tusi və digər klassik yazarlar natiqlik sənətinə, onun ayrı-ayrı sahələrinə həmişə böyük qiymət vermişlər. Hansı ki, natiqlik sənətinin bu sahələri əsrlər boyu inkişaf edərək formalaşmış və dövrün ictimai, iqtisadi və siyasi tələblərinə uyğun olaraq təkmilləşmişdir.

Natiqliyin aşağıdakı sahələri mövcuddur.: 1) Bədii natiqlik. Buraya, əsasən, sənət adamlarının, şair və yazıçı-ların nitqi daxildir. 2) Akademik natiqlik. Bu natiqliyə elm adalarının, müəllimlərin nitqi daha çox uyğun gəlir. 3) Si-yasi natiqlik. Ölkə başçıları və siyasət adamlarının nitqləri bu natiqliyə aid edilir. 4) İnzibati-idarə natiqliyi. İdarə və təşkilat rəhbərlərinin nitqi bura daxildir. 5) İşgüzar natiq-lik. İşgüzar münasibətlərlə qurulan söhbətlər və yazışma-lar bu nitqə aiddir (36, səh. 359).

74

Natiqlik sənətinin sadalanan növlərini yaradaraq on-ları konkret elm sahəsinə çevirən Şərqin düha sahibləri bu sənətin nəzəri və praktik əsaslarını da müəyyənləşdirmişlər.

Hələ eramızdan əvvəl Şərqdə yaşamış Əflatun kimi məşhur olan Platon, Ərəstun kimi şöhrət tapan Aristotel natiqlik sənətinin elə bir elmi-bədii sistemini yaratmışlar ki, bu sistemi sonralar avropalı klassiklər inkişaf etdirmişlər.

Natiqlik həm bir sənət, həm də bir elm kimi lap qə-dimdən, eramızdan əvvəl formalaşmış, antik dövrün bö-yük şəxsiyyətləri olan Ploton (Əflatun), Aristotel (Ərəs-tun), Demosfen, Siseron kimi dühalar natiqliyin praktikası ilə məşğul olmaqla yanaşı, onun bütöv bir elmi – nəzəri sistemini də yaratmışlar (36, səh. 359).

Azərbaycanin böyük düha sahiblərindən olan Şiha-bəddin Əbülfütuh Yəhya Sührəvərdi (1154-1191) ömrü-nün çoxunu səyahətlərdə keçirmiş, olduğu ölkələrdə və şəhərlərdə disput təşkil etmiş, öz nitqi ilə hamını valeh et-mişdir. Onun işraqilik fəlsəfəsində natiqlik sənətinin fəlsə-fəsi də yer alır. Ondan sonra Nəsirəddin Tusi nitqin gözəl-liyini, hazırcavablığı ən nümunəvi əxlaqi norma kimi də-yərləndirmişdir.

Azərbaycanda tarix boyu Xətib Təbrizi, Nizami Gən-cəvi, İmadəddin Nəsimi, Şah İsmail Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Mə-həmməd Əmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Sultanlı, Şıxəli Qurbanov, Heydər Əliyev, İsmayıl Şıxlı və s. bu kimi görkəmli natiq-lər fəaliyyət göstərmişlər (36, səh. 360).

Natiqlik sənəti ilə bağlı nəzəri və praktik ənənələr əsrlər boyu dövrün tələblərinə müvafiq olaraq aktuallaş-mış, illər keçəndən sonra aktuallığını itirmiş, yeni nitq eti-ketləri yaranmışdır. Azərbaycan klassiklərinin əsərlərində-ki əzizim, yavrum, canım, qanım, sevgilim, sultanım, şa-hım, ömrüm-günüm kimi müraciət formaları öz aktuallığı-

75

nı saxlamaqdadır. Bəzi mimika növləri də mədəni nitqə gözəllik verən mənalı hərəkətlər hesab olunar.

Nitq prosesində üz əzələlərinin mənalı hərəkəti (təəccüb, narazılıq, sevinc və s. emosiyalar) mimika adla-nır. Mimika nitqin anlaşılmasında, sözün ciddi, yaxud ki-nayə, ironiya ilə deyilməsini başa düşməkdə mühüm rol oynayır.

Jestlə mimika mükəmməl nitqdə bir-birini tamamla-yır və vahid psixofizioloji akt kimi çıxış edir. Şıfahi ədəbi dil bunlarsız mümkün deyil. (36, səh 360).

Jestlər, mimikalar bir çox hallarda dinləyiciləri psi-xoloji təsirlərə məruz qoyur. Elə jestlər, mimikalar olur ki, dinləyiciləri coşdurur, mütəəssir edir.

Yeri gəlmişkən hər bir xalqın milli nitq etiketləri on-ların koloritinin tərkib hissəsinə çevrilə bilir. Yəni hər xal-qın təfəkkür və təxəyyül səviyyəsinə uyğun olan nitq eti-ketləri mövcuddur.

Hər xalqın milli təfəkkürünə uyğun olaraq müxtəlif müraciət üsulları vardır ki, bunlara nitq etiketləri, yaxud yarlıqları deyilir. Nitq prosesində bu etiketlərə əməl etmək həm nitq, həm də insanı mədəniyyətin göstəriciləri sayılır (36, səh. 360). Azərbaycan xalqına məxsus olan nitq eti-ketləri böyüyə, ağsaqqala, ağbirçəyə, valideynlərə, qadına, aşıq-məşuqə dost-yoldaşa, rəhbərə müraciət etdikdə əxla-qi-mənəvi normalara, davranış qaydalarına uyğun olan bir tərzdə olmuşdur. Xüsusilə bədii ədəbiyyatda aşiqinə müra-ciətdəki etik normalar həzin, mənalı, təvazökarlığın şiddət forması, sevginin, məhəbbətin həddən artıq səmimiliklə dolu olan bir tərzdə də olur. Məsələn, Şah İsmayıl Xətai 18-19 yaşlarında yazdığı şeirlərində özü şah olduğu halda, sevgilisinə “qızılgül”, “bağı-bustanım”, “sultanım” deyə müraciət edir. Hətta “Sevən ölsünmü, Sultanım, nə der-sən?” deyə müraciət edir.

76

Natiqlik sənətində müraciət etiketləri çox zəngindir. Təəssüf ki, Azərbaycan dilçilik məktəbinin nümayəndələri onların yalnız bir qismini tədqiq edərək sistemə salmışlar.

Müraciət etiketləri. Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “Siz” deyə müraciət olunur. Bu, bizim xalqımızda çox qədim adətdir. Bu qayda bütün müraciət formalarında gözlənilir. Məs: bağışlayın, əyləşin, buyurun, lütfən sözünüzə davam edin və s. Bun-dan başqa, Bəy! Cənab! Qardaş! Dərdin alım! və s. bu ki-mi müraciət formaları da vardır (36, səh. 360).

Maraqlıdır ki, müraciət etiketləri içərisində çox vaxt rəsmi müraciət etiketlərindən daha çox istifadə olunur. Halbuki müraciət etiketlərinin çox zəngin olan regional xüsusiyyətləri vardır. Qadan alım, başına dönüm, qadoy alım, dərdüvi alım, dərdin alım, dərdin alem, qabağında ölüm və sair kimi qeyri-rəsmi müraciət formaları ilə bağlı dialektlərdə, şivələrdə mövcud olan nümunələrə az yer ve-rilir.

Müraciət etiketləri rəsmi (məs: Cənab hakim! və s.) və qeyri-rəsmi (məs: Oğlum! və s.) olmaqla iki yerə ayrılır.

2. Görüşmə etiketləri. Salam! Salam-əleyküm! Xoş gördük! Gün aydın! Axşamınız xeyir! Xoş gəlmisiniz! və s.

3. Ayrılma etiketləri. Xudahafiz! Əlvida! Sağ olun! Allah amanında! Uğur olsun! Yaxşı yol! Xeyrə qənşər ge-din! Uğurlu yol! Görüşənə qədər! və s.

4. Təbrik etiketləri. Təbrik edirəm! Gözünüz aydın! Mübarək olsun! və s. (Hamısının cavabında: Sağ olun!)

5. Alqışlar. Allah kömək olsun! Yastığınız yüngül olsun! Allah rəhmət eləsin! və s.

6. Qarğışlar. Allah öldürsün! Gözün tökülsün! və s. 7. Söyüşlər. Səni yerə soxum! Üzünə tüpürüm! və s.

(36, səh. 360-361). Yeri gəlmişkən demək lazımdır ki, nitq etiketlərinin

istər rəsmi nitq etiketləri, istərsə də qeyri-rəsmi nitq etiket-

77

ləri kimi növləri dövrün, zamanın tələblərinə müvafiq ola-raq arxaikləşir, formasını, məzmununu, ifadə tərzini dəyi-şərək tamam başqa bir formada işlədilir.

Elə nitq etiketləri vardır ki, əsrlər, minilliklər boyu sabit qalır. Elələri də vardır ki, müəyyən dövrdə, mərhələ-də işlənib ünsiyyətdən çıxır. Məsələn, son illərə qədər fəal olan “yoldaş”, “vətəndaş” müraciət formaları artıq qeyri-fəaldır. Halbuki son illərə qədər demək olar ki, işlənməyən “cənab”, “bəy” kimi müraciət etiketləri bu gün geniş ya-yılmışdır.

Nitq etiketlərindən yerli-yerində istifadə olunması ünsiyyətin normal geduşunə, anlaşmaya kömək edir, səmi-mi münasibətlər yaradır (36, səh. 361).

Nitq etiketləri ilə yanaşı, mədəni nitqi səciyyələndi-rən bəzi şərtlər də vardır. Yəni mədəni nitqi bir çox hallar-da əl-qol hərəkətləri, mimika, jestlər, intonasiya element-ləri, ritmik ahəng, emosional dinamika vasitəsilə də təq-dim etmək mümkündür. Belə jestlər, mimikalar dinləyici-lərə müsbət psixoloji təsirlər bəxş edir. Dinləyici üçün xoş əhvali-ruhiyyə yaradır.

Natiqlik sənətinin mühüm şərtlərindən biri əl-qol hə-rəkətlərindən-jestlərdən nitqin ritm və intonasiyasına uy-ğun şəkildə istifadə etməkdir. Jestlər nitqin təsirini artırır, ona emosionallıq verir. Ancaq yersiz əl-qol atmaq məqbul sayılmır. Bu, nitqin təsirini artırmaq əvəzinə, azalda bilər (36, səh. 360). Bəzən jestlərin, mimikaların mənfi təsirinə də məruz qalmaq olur. Çünki natiqin aqressiv jestləri, mi-mika göstərmək imkanları elə mənfi emosialar yaradır ki, dinləyici belə nitqin mənfi təsirinə məruz qalaraq psixolo-ji cəhətdən sarsılır.

Ona görə də natiqlik sənətinin nəzəri və praktik cə-hətdən öyrənilməsi yetişən nəslin mədəni səviyyəsinin yüksəldilməsinə xidmət etməlidir.

78

NİTQ MƏDƏNİYYƏTİNİN İNKİŞAFİNDA BƏDƏN

DİLİNİN ROLU

Nitq mədəniyyəti artıq filologiyanın, daha konkret

desək, filologiyanın ən mühüm tərkib hissələrindən sayı-

lan dilçiliyin bir sahəsidir. Hansı ki, bu sahə mədəni ün-

siyyətin zəruri vasitəsi kimi istifadə qaydalarını öyrənir .

Artıq nitq mədəniyyəti müstəqil elm sahəsi kimi

formalaşma dövrünü keçirir. Bu dövr ərzində nitq mədə-

niyyəti yeni terminlərlə də zənginləşir. Fikrimizcə, bu ter-

minlərdən biri olan “bədən dili” terminini xüsusi qeyd et-

mək lazım gəlir. Bu termin Eldar Kərimovun “Bədən dili

və natiqlik sənəti” kitabında daha mütəssəl şəkildə şərh

olunur.

Eldar Kərimovun “Bədən dili və natiqlik sənəti” ki-

tabı insanlar arasında mədəni ünsiyyət normaları, ikitərəfli

münasibətlər yaratmaq, insanın özünü ifadə edə bilmək,

anlayıb-anlada bilmək kimi neqativ yanaşmaları pozitiv

yanaşmalarla əvəz etməklə bağlı dəyərli tövsiyələr və fay-

dalı məsləhətlərlə zəngin olduğu üçün bu əsərə müraciət

etməyi məsləhət bildik. Ona görə ki, kitabda ilk dəfə ola-

raq natiqlik sənəti ilə bağlı maraqlı ideyalar irəli sürülmüş-

dür. Belə ki, Eldar Kərimov kitabda bədən dili, o cümlə-

dən baş, əl, qol, göz, çənə-bir sözlə, nitqin təqdimatında

iştirak edən bütün əza üzvlərinin funksiyaları ilə bağlı

maraqlı açıqlamalar verir. Maraqlı cəhət odur ki, bütün

bunları müəllif bədən dili vasitəsilə ifadə edilməsinin

əsasları kimi təqdim edir. Eldar Kərimov ünsiyyətin bə-

dən dili vasitəsilə ifadəsini belə göstərir:

Gün ərzində tək söz belə demədən izah etdiyimiz və

haradasa hər sözü, istifadə etdiyimiz hər cümləni şüurlu və

79

yaxud da qeyri-iradi şəkildə simvolik kodlarla mənalandır-

dığımız və insanlarla qurduğumuz ünsiyyət zamanı istifa-

də etdiyimiz bir dilimiz var: o da bədən dilimizdir (20,

səh. 9). Müəllifə görə, bədən dilinin virtual kodlarla ifadə-

si daha mədəni formalardan biridir. Əslində hər bir insan

qarşıdakı insanlarla ünsiyyət quranda həmin ünsiyyəti

onun cinsi, fərdi, əxlaqi və psixoloji əlamətlərinə uyğun

olaraq qurmağa çalışır. Yeniyetmə oğlanın yeniyetmə qız-

larla söhbətə başlaması həm fizioloji, həm psixoloji, həm

də tərbiyəvi baxımdan qeyri-adi bir tərzdə baş verir. Ye-

niyetmə oğlanların həmyaşıd oğlanlarla söhbəti tamamilə

başqa cür olur. Bəlkə, bu söhbətlərin hər birinin gizli kod-

ları var.

İnsanı digər canlılardan ayıran ən mühüm xüsusiyyət

simvolik kodları meydana gətirməsi ilə bərabər, onları mə-

nalandıra bilməsi və müxtəlif ünsiyyət vasitələrindən isti-

fadə edərək istədiklərini, duyğu və düşüncələrini digər in-

sanlara köçürə bilməsidir. Sözsüz, ünsiyyətin ən mühüm

hissəsini təşkil edən vizual kodların istifadəsi ünsiyyətin

tarixi qədər qədimdir (20, səh. 9). İnsanlar, şübhəsiz, bir-

biriləri ilə vizual kodlarla danışarkən müxtəlif vəziyyət-

lərə düşürlər. Bir gənc öz məhəbbətini bir sözlə yox, uzun-

uzadı, bədii təsvir vasitələrindən istifadə etməklə mətləbə

yaxınlaşmaqda çətinlik çəkə-çəkə bildirir. Oğlanın qıza

qəlbinin saf sözünü çatdırmaqda çətinlik çəkməsi onun

əzalarının gərgin vəziyyətə düşməsinə səbəb olur. Onun

gözlərində həyalılıq, sifətində utancaqlıq, əllərini qoyma-

ğa yer tapmaması kimi bədən hərəkətləri diqqəti daha çox

cəlb edir.

İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə bəra-

bər bədən dili vasitəsilə də öz yaşadığı duyğu və coşqunu,

80

sevinc və kədəri əks etdirərək ünsiyyət qurmaqdadırlar.

Müəllimimizlə danışarkən, rəhbərimizin otağında, avtobus

dayanacağında və bir çox digər yerlərdə insanlarla qarşı-

lıqlı ünsiyyətdə olduğumuz hər an adi və yaxud da qeyri-

adi olaraq qarşımızdakı insanlara şifahi olaraq özümüzü

ifadə etməklə yanaşı, bədənimizdən də istifadəı edərək ün-

siyyət qururuq. Fərdlərarasi üz-üzə ünsiyyətdə məkan, səs

tonu, jestlər, mimikalar, bədənimizin duruşu ünsiyyət za-

manı ətrafımızı təyin etməmizdə və anlamanın ortaya qo-

yulmasında hər zaman təsirli olmuşdur (20, səh. 10).

İki adam qarşı-qarşıya dayananda ünsiyyət onların

əsas məqsədlərinə, arzularına, istəklərinə uyğun olaraq qu-

rulur. Bu zaman tərəflərin razılığı, narazılığı, fikirlərin sa-

dalanması, kədərlənməsi, gülməsi, ağlaması, təhqir olun-

ması, qəzəblənməsi, təəssüflənməsi və bu kimi digər hal-

ların baş verməsi zamanı bədən üzvlərinin müxtəlif vəziy-

yətlərə düşməsini müşahidə edirik.

Qarşımızdakı insanların içində olduğu vəziyyəti an-

laya biləcəyimiz və insanlar tərəfindən mədəni fərqliliklə-

rə baxmayaraq , eyni mənaları daşıyan (xoşbəxtlik, qorxu,

hirs, qarışıqlıq və s.) duyğusal məlumatı xaricə ötürməni

təmin edən təməl hərəkətlər olsa da, istifadə edilən bədən

dili baxımından fərqlilik ifadə etməkdədir. Başqa sözlə,

hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi bədən

dili, onun istifadə formaları müxtəlifdir (20, səh. 10).

Elə hərəkət var ki, bir millətin milli koloriti səviyyə-

sinə yüksəlir və digər millətin koloritindən fərqlənir. Mə-

sələn, ağı söyəmək Azərbaycan xalqının milli koloritindən

yaranaraq melodik ahənglə təqdim olunan və spesifik bə-

dən dilinin bənzərsiz elementləri ilə ifadə olunur. Digər

xalqlarda isə başqa cür ifadə olunur. Yaxud Afrikada ya-

81

şayan azsaylı xalqlardan biri doğmalarını itirəndə qulağı-

nın kiçik bir parçasını kəsərək qanadır və bütün günü çox

kədərli bədən dili elementləri nümayiş etdirir.

Biz danışmasaq da, bədənimiz danışacaqdır. İnsan

həyatı boyunca hər gün hamı ilə, özü də fərqində olmadan

bədən dilindən istifadə etməklə ünsiyyətdə olur. Bədəni-

miz hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksi-

yalar verir (20, səh. 13)

Gənc ana uşağını bağrına basanda bir cür, təzə ayaq

açanda oğlunun əlindən tutub onu yeridəndə tamam başqa

cür, körpəni yedizdirəndə fərqli, yatızdıranda isə daha

fərqli bədən dili elementi nümayiş etdirir.

Əslində E.Kərimovun “bədən dili” terminindən isti-

fadə etməyin əhəmiyyəti böyükdür. Niyə? Birincisi ona

görə ki, danışıq üzvləri də bədən üzvləri hesab olunur. Üs-

təlik bədənin digər üzvlərinin danışıqda, ünsiyyətdə, mü-

sahibədə, mübahisədə, sorğuda, dialoqda, danlaq prosesin-

də, alqışlamada, qarğış etmədə, rəğbətləndirmədə, cəza-

landırmada, təhqiretmədə, nazlamada elmi-bədii publisis-

tik-bədii yaradıcılıq nümunələrini təqdim etməkdə iştirakı

müxtəlif cür olur. “Bədən dili”ndə ən vacib nöqtə məlu-

mat axınının davamlılığıdır. İki və ya da daha çox adam

bir yerə yığışdığı zaman “bədən dili” hərəkətə keçir. Bu

mesajlar qarşılıqlı olaraq göndərilir və qəbul edilir. Gön-

dərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı insana çat-

maqda və haqqımızda müsbət və ya mənfi qənaət meyda-

na gəlməkdədir. Eyni zamanda biz də qarşıdan davamlı

mesaj alaraq qiymətləndiririk (20, səh. 13). Deməli, bə-

dənimizin istər baş nayihəsi, istərsə də əndam hissəsi, ya-

xud əlləri, qolları danışıq zamanı müvafiq ifadə formaları

ilə danışıqda, yəni ünsiyyətdə iştirak edir. Əgər bədən tər-

82

biyəsi dərslərində bədənin bütün üzvləri səssiz hərəkətlər-

lə fiziki təmrinləri təqdim edirlərsə, ünsiyyət zamanı bə-

dənin demək olar ki, bütün üzvləri özlərinə məxsus ifadə

formaları nümayiş etdirir.

Dilçilərin bəziləri “bədən dili” anlayışı ilə razılaş-

maq istəməyəcəklər. Ona görə ki, fonetika bəhsi ilə tədqi-

qat aparan alimlərin əksəriyyəti “bədən” deyəndə yalnız

insanın başı və əl-ayaqlarından təcrid olunmuş hisəsini

nəzərdə tuturlar. Əlbəttə ki, onların buna haqqı var. Çünki

həm el arasında, həm bədii ədəbiyyatda “Canın, başın ne-

cədir?”, “Canın, başın sağ olsun”, “Başı bədəndən ayır-

mazlar”, “Başını bədənindən ayıraram”, “O başı bədənin-

də necə gəzdirisən?” kimi ifadə tərzləri vardır. Lakin unut-

maq olmaz ki, sabit söz birləşmələri, yəni frazeoloji va-

hidlər, yaxud idomallaşmış sözlər, ibarələr, leksik vahidlər

içərisində sözlərin, söz birləşmələrinin elələri də var ki,

onlar nisbi sinonimlər kimi qəbul edilir. Məsələn, əgər

“uşaq” deyəndə biz kiçikyaşlıları nəzərdə tuturuqsa, bə-

zən ali məktəb tələbələrinə, hətta onlardan yaşlı olanlara

da “uşaqlar” deyə müraciət edirik. Yaxud “Bir stəkan iç-

dim”, “Bir paket ötürdüm”, “Bir qazan yedim” kimi ifadə

tərzlərini cümlələr şəklində işlədəndə nə demək istədiyi-

mizi anlamağa artıq alışmışıqsa, deməli, “bədən dili” anla-

yışını da deməyə alışmalıyıq. Əgər “bədən tərbiyəsi” de-

yəndə başdan-ayağa bütün bədən üzvlərinin tərbiyəsi nə-

zərdə tutulursa, deməli, “bədən dili” deyəndə bütün əza

üzvlərini nəzərdə tuta bilərik.

“Bədən dili”nin ifadə forması olması ilə bağlı qədim

Roma filosofu Siseron “insanın ruhunu, ehtiras və duyğu-

larını bədən hərəkətləri ilə ifadə etdiyini” söyləyərək bu

mövzunun tədqiqatına başlamışdı. O, ilk dəfə olaraq sağ-

83

lam və mükəmməl bir ünsiyyət qurmaq üçün bədən dilinin

və sözlərin birlikdə, paralel istifadəsinin lazım olduğunu

görmüşdü. Bədən dilimizlə duyğu və düşüncələrimizi ifa-

də etmək imkanı tapırıq. Məsələn, yaxamıza taxdığımız

nişanla peşəmizi, başımızı yelləyərək bir fikri təsdiqlədiyi-

mizi, dostumuzun əlini tutaraq onu sevdiyimizi ifadə edə

bilərik. Digər tərəfdən bədən dili ilə şifahi ünsiyyəti dəs-

təkləyib onu qüvvətləndirə bilərik. Kimsə “mən bu adama

inandım” deyirsə, deməli, bu qənaəti bədən dili meydana

gətirmişdir (20, səh. 13-14).

Bəzən insan ilk baxışdan kimisə xoşlayır. Xoşladığı

adamın bütün hərəkətlərini izləməyə başlayır. Yaxud ək-

sinə, bir adam ilk dəfə qarşılaşdığı adamdan xoşlanmır,

onu görmək istəmir. “İti görüm, qurdu görüm, onu görmə-

yim” deyir. Bəzən bir adamın nalayiq hərəkətlərindən qə-

zəblənən ikinci tərəf “İtil, gözlərim səni görməsin”,- deyə

onu təhqir edir. Belə qeyri-adi ünsiyyət formalarının təqdi-

matı, yəni baş verməsi prosesində insanın nəinki görünən

əzaları, hətta görünməyən daxili üzvləri də iştirak edir. Ünsiyyətdə olduğumuz adamlarla əlaqədar düşüncə-

lərimizin meydana gəlməsində bədən dilinin rolu böyük-dür. İlk dəfə qarşılaşdığımız və daha əvvəl heç vaxt danış-madığımız bir adam üçün ya duruşundan xoşlanmadığımı-zı, ya baxışını heç sevmədiyimizi, ya da bir görüşdə ona qanımızın qaynadığını deyə bilərik. “İlk baxışdan vurul-dum”, “Mən onu görən kimi işə yaramaz olduğunu anla-mışdım” və sair ifadələrlə insanlara qiymət verilməsi hər kəsə məlumdur. Bütün bunlar, o adamla sonrakı ünsiyyə-tin təməlini qoyan faktorlardır (20, səh. 14).

Yeri gəlmişkən demək lazımdır ki, bədən dilindən dah çox ifadə edənlər içərisində rəqs edənlər xüsusi yer tu-

84

tur. “Naz eləmə” rəqsi zamanı qızın oğlana naz etməsi yalnız bədən dili ilə ifadə olunur. “Halay” rəqsini iki dəstə oynaya-oynaya, biri-birilərinə deyə-deyə bədən dili hərə-kətlərini ifadə edirlər. “Çobanlar” rəqsini oynayanlar ço-banlara məxsus hərəkətləri bədən dili vasitəsilə ifadə edir-lər. Onların çomaqlarla rəftarı, geydikləri yapıncını çoban-lara məxsus hərəkətlərlə təqdim etmələri, tütək səsi ilə qoyunları otarmaları, qoyunları qurddan hifz etmələri ilə bağlı hərəkətləri, jestləri, mimikaları yalnız bədən dili va-sitəsilə yerinə yetirilir.

Anadangəlmə eşitmək və danışmaq imkanları olma-yanların biri-biriləri və cəmiyyət üzvüləri ilə ünsiyyətini diqqətlə izləsək, onların əzalarının demək olar ki, hamısı-nın ünsiyyət zamanı fəal olduğunu müşahidə etmiş olarıq.

İfadə baxımından bədən dilinin şifahi nitqdən daha güclü olduğu müəyyən edilmişdir. Mikelancelonun belə bir kəlamı vardır: “Ruhun sirri bədənin hərəkətləri ilə orta-ya çıxar”. Qarşımızdakı insanların bədən hərəkətləri, mə-safə saxlaması, toxunuşları və səsdən istifadəsi o adamın bədən dilinin ən vacib elementləridir. Biz bunlara baxıb müəyyən qənaətlər hasil edirik. Oturuşumuz, duruşumuz, mimikalarımız, jestlərimiz çox əhəmiyyətlidir. Bunların hamısı adamın cari əhvalını ifadə edir. Bəzən bir hərəkət min sözü əvəz edir. İstəsək də, istəməsək də üzümüzdə ya-ranan tutqun ifadə, ya da qəzəbimizi göstərən qaş düyün-lənməsi biz deməsək də, nə hiss etdiyimizi bizi müşahidə edənlərə “bağırtı”ilə izah edir (20, səh. 15)

Aktyorlar hər hansı personajın daxili aləmini açmaq üçün təkcə səslə yox, bütün bədən hərəkətləri ilə həmin personajın xarakterini üzə çıxarmağa müvəffəq olurlar.

Abbasmirzə Şərifzadə, Ülvi Rəcəb, Münəvvər Kə-ləntərli, Sona Hacıyeva, Hüseynqulu Sarabski, Barat Şə-

85

kinskaya, Leyla Bədirbəyli, Ələsgər Ələkbərov, Lütfəli Abdullayev, Hacıbaba Bağırov, Nəsibə Zeynalova kimi korifey sənət adamlarının elə hərəkətləri olurdu ki, orada hətta söz aciz qalırdı.

Yaxud pantomimja teatrları aktyorlarının bədən hə-rəkətlərindən doymayanda bizə nəyi isə diqtə edən bu bən-zərsiz hərəkətləri yalnız bədən dili hərəkətləri adlandıra bilərik.

Biz Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinə baxanda əsər haqqında bütün məlumatları balet truppası-nın aktyorlarının hərəkətlərindən, yəni onların bədən dilin-dən qazandığımız təəssüratlar hesabına əldə edirik.

Yaxud Qara Qarayevin “Yeddi gözəl” baletinə tama-şa edəndə sanki böyük Nizamı Gəncəvinin “Yeddi gözəl” poemasının bədən dilinin diqtə etdiyi təəssüratlar hesa-bına əsər haqqında biliklər əldə edirik: özü də zövq ala-ala, istirahət edə-edə. Buradakı bədən dilinin gücünü, qüd-rətini artıran möhtəşəm musiqi elementləri də insanı bir tə-rəfdən valeh edir. Əgər balet oynayanlar yaratdıqları ob-razların daxili aləmini bədən dili ilə aça bilirlərsə, deməli, burada sözə heç bir ehtiyac qalmır. Balet aktyorları oyna-dıqları rolun bütün məziyyətlərini özlərinin düşüncə tərz-lərində idarə edə-edə bunlara nail olurlar. Yeri gəlmişkən demək lazımdır ki, düşüncənin sürəti danışığın sürətindən daha dinamik olur.

Düşüncənin sürəti danışıq nitqini geridə qoyur. Bəli, bunu əminliklə deyə bilərik. Normal nitqin sürəti orta he-sabla dəqiqədə 100-120 sözdür, amma bu müddətdə insan, təxminən, 1000 söz düşünür. Göründüyü kimi, arada fərq böyükdür və sözlərə çevrilə bilməyən düşüncələr bədən dili vasitəsilə xaric olunur. Bədən dilimizlə verdiyimiz mesajlar insanlarla razılığa gəlməyimiz üçün təməl vasitə-

86

sidir. Həm yaxın ətrafımızda, həm ictimai həyatımızda, həm də əcnəbilərlə əlaqəmizdə öncə bədən dilimizdən isti-fadə edirik və onların bədən dilləri ilə dediklərini anlama-ğa çalışırıq (20, səh. 15).

Hüquq-mühafizə işçiləri şübhəli adamları müşahidə edə-edə daha şox düşünürlər. Onların axtardığı adamın fi-zioloji, psixoloji və bioloji xüsusiyyətləri təxəyyüllərini deşə-deşə düşüncələrində haçalanan fikirlər, nəhayət, bir obyektin qarşısında dayanır. Hansı ki, onların axtardığı adam öz bədən dili ilə onlara “bu, mənəm” deyir. Yaxala-nır, istintaqa cəlb olunur.

Liftlərdə qalxıb-enərkən bir-birilərinə çox yaxın da-yanan insanlar baxışlarını bir-birindən qaçırırlar. Utancaq-lıq azalan göz təması ilə müəyyən edilir. Fərdi münasibət-lərə gəldikdə isə sevdiyimiz şəxslərə daha çox baxarıq. Fərdiyyət olaraq xaricə açıq insanlar daxilə qapalı insanla-ra nisbətən müşahidəni daha çox sevərlər (20, səh. 15).

Yaxud futbola azərkeşlik edən adamın, bədən dili ilə voleybola, yaxud basketbola azərkeşlik edən adamın bə-dən dili arasında çox fərqləri görmək olur. Çünki futbola azerkeşlik edən adamın təkcə baxışlarında, sifət çizgilərin-də, mimikasında yox, bütün bədən hərəkətlərində, xüsusilə əllərində və qollarında futbola açıq-aydın sezilən hədsiz sevgini büruzə verən ifadə tərzləri görünür. Fikrimizcə, bu, həmin azərkeşin futbol maçı ilə danışan dilidir, yəni bədən dilidir.

Bəzi valideynlər nadinc, dərslərini yaxşı öyrənmə-yən, nalayiq hərəkətlər edən övladına tərs-tərs baxırlar. Bu tərs baxışlar ona elə təsir edir ki, o, düz yola qayıdır. “Bədən dili”ndən düzgün istifadə etmək çox vacibdir. Bə-dən dili özbaşına “danışmır”, müəyyən qaydalara əsasla-nır. Bu qaydalar, sözsüz, ünsiyyətin kodlarını açmağa kö-

87

mək edir. Göz təmasını nəzərdən keçirək. Bu həm məsafə, həm mövzu, həm də fərdiyyət kimi ünsürlərə bağlıdır. Mi-sallara müraciət edək (20, səh. 15).

Məktəbdə dərslərin başlamasından heç iki ay keçmə-miş bir gün müəllim sinfə girərək “imtahandır” dedi. Məktəbin əlaçı şagirdlərindən biri belə gözlənilməz sınaq-lara da hazır idi. Testlərə bir-bir nəzər salaraq sonuncu suala kimi hamısını cavabladı. Sonuncu sual isə belə idi: “Hər gün sinfi təmizləyən xadimənin adı nədir?” Yəqin ki, bu, bir zarafat idi. Məktəbə erkən gəldiyindən o qadını, bəlkə də, hər gün görürdü. Hündürboy, qara, gur saçları olan və təxminən, əlli yaşlarında birisi idi. Amma adını bilmirdi. Son sualı cavabsız qoyaraq imtahan vərəqini müəllimə verdi. İmtahan başa çatdıqdan sonra şagirdlər-dən biri müəllimdən son sualın nəticəyə təsir edib-etməyə-cəyini soruşdu. “Əlbəttə ki, ona da bal verəcəyəm, - deyə müəllim məsələyə aydınlıq gətirməyə başladı, - işdə həya-tınız boyunca bir çox insanlarla qarşılaşacaqsınız və onla-rın hərəsi bir cür xarakterə malik olacaq. Amma buna bax-mayaraq, onların hamısı sizin diqqətinizə, qayğınıza layiq adamlardır. Bəzən sadəcə gülümsəməyiniz və adi salam verməyiniz lazım olsa belə, bunu onlardan əsirgəməyin”. Şagird bu dərsi ömür boyu yaddan çıxarmadı. Həmin xa-dimənin adını da öyrəndi - Doroti (20, səh. 23).

Başını sağa-sola dayanmadan saatlarla təkrar edən adamın başına müsibət gəldiyi məlum olur. Yaxud canın-da ağrılar olan adam bədən dili vasitəsilə öz ağrılarını bü-ruzə verir. Ona görə çox hallarda baş hərəkətləri vasitəsilə insanlar öz razılıqlarını, istəklərini, arzularını və ya yaxud narazılıqlarını, həsəd, paxıllıq kimi rəzillətlərini ifadə edirlər.

Ən çox istifadə edilən, başın əsas hərəkətlərindən olan təsdiq və ya inkar üçün aşağı-yuxarı və ya sağa-sola

88

hərəkətlərinə təmas etmədən bu bədən dilinin tam qəbul edilməsi qeyri-mümkündür. Təsdiq üçün başı yelləmə hə-rəkəti əksər mədəniyyətlərdə “Bəli” və ya təsdiq mənasını verən müsbət bir hərəkətdir. Anadan gəlmə kar, lal və kor olan insanlar üzərində aparılan araşdırmalarda bu insan-ların da təsdiq məqsədi ilə bu hərəkətdən istifadə etdikləri görünmüşdür. Bu da bu hərəkətin doğuşdan gələ biləcəyi qaydasına gətirib çıxarmışdır (20, səh. 24).

Bir dəfə təyyarədə belə bir hadisəni müşahidə etdik : Qucağında 5-6 aylıq körpə uşağı sakitləşdirməyi bacarma-yan ana gah onu atasına, gah da nənəsinə verirdi. Uşaq isə fasiləsiz ağlayır və başındakı qulaqlı papağı dartışdırır-dı. Birdən qonşu kresloda oturan bir nəfər onlara yaxın-laşdı. Uşağın başındakı papağı çıxardı. Əli ilə uşağın başı-nı tumarlayaraq dedi: “Siz uşağın başını qırxdırmışsız. Ona görə onun başı gicişir. Sizdən isə öz hərəkətləri ilə təkid edir ki, papağı götürün, başım qaşınır”. Valideyinləri başları ilə ona öz minnətdarlıqlarını bildirdilər.

Ümumiyyətlə, “Xeyr” mənasını verən başı yana yel-ləmə hərəkətinin də anadangəlmə və bunun ilk öyrəndiklə-ri hərəkət olduğunu iddia edənlər də vardır. Bunlara görə yeni doğulan körpə kifayət qədər süd içdiyi zaman anası-nın döşünü rədd etmək üçün başını yana çevirir. Eyni şə-kildə qarını doyan kiçik bir uşaq da valideynlərinin onu qaşıqla yedirmə cəhdlərini rədd etmək üçün eyni baş yel-ləmə hərəkətindən istifadə edir (20, səh. 24).

Şərqlilər, türklər, o cümlədən azəri türkləri həmişə təsdiq üçün başlarını aşağı, inkar üçün yuxarı qaldırmaqla öz fikirlərini ifadə edirlər. Böyük Üzeyirbəy Hacıbəylinin “O olmasın, bu olsun” filmində Məşədi İbad həmişə “in-kar” cavabı olaraq başını yuxarı qaldıraraq çiyinlərini çə-kir. Əslində çiyinlərin son dərəcə inkar əlaməti kimi çəkil-

89

məsi səssiz “yox” deməyə bərabərdir. Bəzən insanlar inkar edəcəkləri işi, qəbul etməyəcəkləri təklifləri çiyinlərini çəkməklə ifadə edirlər. Ciddi cavab vermək üçün daha sərt olaraq iki çiyinlərini də çəkirlər.

Eyni zamanda başın aşağı, yuxarı yellənməsi hərəkə-ti fərqli toplumlara görə fərqli mənaları ifadə edir. Şərq toplumlarında (Yaxın Şərq) başın aşağı doğru sallanması təsdiq, yuxarı doğru qalxması isə rədd etməyi ifadə edir. Bununla bərabər, başqa toplumlarda tam tərsinədir. Başın aşağı əyilməsi rədd etməyi, yuxarı qalxması isə təsdiq ifa-dəsini bildirir (20, səh. 25). Bəzən qarşıdakını inkar etmək istəməyən, hörmətini saxladığı adamın sözünü yerə sal-maq istəməyən adam onun təklifinə qarşı başını sağa tərəf əyməklə, alt dodağın büzməklə, qaşlarını qaldırmaqla bitə-rəf olmaq kimi hərəkətlər nümayiş etdirir.

Bəzən insanlar qarşısındakı adamın nəql etdiyi hadi-sənin ona da bərk təsir etdiyini bildirmək üçün başını tez-tez tərpətməklə həmsöhbəti ilə tam razı olduğunu bildirir.

Başqaları ilə ünsiyyət əsnasında gizli olan bir etirazı kəşf etməyin ən asan yolu qarşınızdakı insanın sözləri ilə eyni fikirdə olduğunu söyləyərkən başını yana yelləyib- yelləmədiyinə baxmaqdır. Məsələn, “Nə demək istədiyini anlayıram” və ya “Burada işləmək, həqiqətən, xoşuma gə-lir” və ya da “Bayramdan sonra mütləq birlikdə işləyərik” deyərkən, eyni zamanda, başını yana doğru yelləməklə onu özündən uzaqlaşdırır. Qulağa nə qədər inandırıcı gəlsə də, baş yelləmə hərəkəti mənfi bir rəftarı ortaya qoyduğu-na görə onun dediklərini ciddi qəbul etməyib onu bir az daha sorğulamağınız məsləhətdir (20, səh. 25).

Qarşıdakının sizin söhbətlərinizdən məmnun qaldığı-nı ifadə edən hərəkətlərdə də həm eyniyyət, həm fərqlər, həm də istisnalar ola bilər. Çünki elə adamlar var ki, qarşı-

90

dakı həmsöhbətinin danışdığı hadisənin məzmununa uy-ğun olaraq üz, sifət cizgilərində, mimikasında elə reaksi-yalar olur ki, onlar qarşıdakı həmsöhbəti hətta coşdurur. Çünki dinləyənin hadisəni nəinki başa düşməsi, hətta ha-disənin onu ciddi şəkildə narahat etməsi və onu dəyərlən-dirməsi kimi jestləri olur.

Əgər baş bir yana doğru əyilirsə, bu, adamın maraq-lanmağa başladığı mənasını bildirir. Heyvanlar qədər in-sanların da bir şeylə maraqlanmağa başladıqları zaman başlarını yana əydiklərini ilk fərq edənlərdən biri Charles Darvin olmuşdur. Bir malı satarkən və ya bir çıxış əsasın-da sizi dinləyənlərin bu hərəkəti edib-etmədiklərinə baxın. Başlarını yana əyib əllərini çənəyə apararaq qiymətləndir-mə hərəkətlərini edərək önə əyildiklərini görsəniz, deməli, onlara təsir edə bilmişsiniz (20, səh. 26).

Ümumiyyətlə desək, baş hərəkətləri danışıqda çox mühüm rola malikdir. Başın hərəkətindəki razılıq, narazı-lıq, dəyərləndirmək, dəyərləndirməmək, bəyənmək, bə-yənməmək, rahatdır, narahatdır, yaddır, doğmadır, pisdir, yaxşıdır kimi jestlər natiqin dinləyənləri və ya izləyiciləri özünə cəlb edə bilər. Ona görə natiqin bütün bədən hərə-kətləri ilə təqdim etdiyi jestlər üzərində işləməsi məsləhətdir.

Professional natiqlər və təlimçilər, ümumiyyətlə, da-nışmağa başlamadan əvvəlki dinləyicinin diqqətini cəlb edən şeylər edirlər. Bunun məqsədi dinləyicilərin başlarını yuxarıya qaldırmalarını və diqqətlərini özünə yönəltmələ-rini təmin etməkdir. Natiqin hiyləsi müvəffəqiyyətli olsa, dinləyicilərin bundan sonrakı başın mövqeyi yana əyik olacaq (20, səh. 27).

Əslində belə hərəkətləri hiylə yox, səriştə adlandır-maq yaxşı olardı. Çünki nitq söyləyən natiqlərin baş hərə-kətləri, sifət cizgiləri, əl, qol jestləri dinləyiciyə hər şeyi

91

deyə bilər. Hər hansı dövlət məmuruna təqdim olunan sə-nədə o, ilkin olaraq baş hərəkətləri ilə qiymət verir.

Yaxud imtahan edən müəllimin baş hərəkətlərində və sifət cizgilərindəki razılıq əlamətlərini imtahan verən çox asanlıqla duyur.

Bu hərəkətlər mühasib, vəkil, satış müdiri, bank mü-diri kimi peşələrdə çalışanlara, özlərini etibarlı, bilikli, ya da üstün hiss edən kəslərə xas bir hərəkətdir. O adamın düşüncələrini oxuya bilsəniz, böyük ehtimalla “bütün ca-vablar məndədir”, ya da “bir gün, bəlkə, mənim qədər ağıllı olarsan” və ya hətta “hər şey mənim nəzarətim altın-dadır” kimi bir şey söyləmək olardı. Bu hərəkəti, eyni za-manda, “hər şeyi bilənlər” edir və əksər adamlar bu hərə-kətdən narahat olurlar. Vəkillər öz həmkarları ilə birlikdə olduqları zaman bu hərəkətdən nə qədər məlumatlı olduq-larının bir nümunəsi olaraq tez-tez istifadə edirlər (20, səh. 27-28).

Danışıq zamanı gözlərin sağa, sola, aşağı və ya yu-xarı baxması danışanın danışdığı mövzuya uyğun deyilsə, onun danışığının da qaneedici olması sübhə altına düşə bi-lər. Niyə? Birincisi, dinləyici natiqin ağzından çıxan söz-lərin mənasını onun gözlərində axtarır. Bu zaman dinlə-yənlər nitq söyləyənin gözlərindəki ifadələrin məntiqi mə-nasını axtarmağa, onu duyub qiymətləndirməyə çalışırlar. Elə ilk baxışdan sevənlər də bu sevgini qarşıdakının göz-lərindən duyur və qavrayırlar.

Gözlər qəlbdən sonra eşqin ən önəmli bədən dilidir. Üz mimikalarının çoxu gözlər vasitəsilə meydana gəlir. Gözlər qəlbi və duyğuları ətrafa çatdıran vasitələrdir. Təəccüb, qorxu, sevinc, həyəcan-bütün bu hislər gözlər-dən anlaşıla bilir. “Sən sus, gözlərin danışsın” sözləri göz-lərin çox şey anlatdığını ifadə etmək üçün istifadə edilmiş-

92

dir. Bir-biri ilə danışan insanların ilk hərəkətləri göz-gözə gəlməkdir (20, səh. 30).

Gözlərin həcmi, forması, rəngi də qarşıdakı üçün çox önəmlidir. Ona görə ki, biri qara gözləri, biri ala göz-ləri, digəri mavi gözləri, başqa birisi badamı gözləri xoşla-yır. Şifahi xalq yaradıcılığında, eləcə də klassik ədəbiyyat-da belə yanaşmalara daha çox rast gəlmək olur. Bir xalq bayatısında belə deyilir:

Mən aşiq gözlərinə, Vuruldum sözlərinə, Özüm özünə qurban, Gözlərim gözlərinə.

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi qəzə-linin birində gözəlin üzünün cizgilərindən bəhs edir. Gös-tərir ki, gözəlin qaşları, kirpikləri və gözləri elə cazibədar olur ki, insanın ürəyinə sancılan oxdan da təsirli olur.

Qaşların qövsündə müjganın xədəngin gizlədib, Ey gözü məstanə, qan etmək dilərsən, etməgil. - deyən şair gözəlin kirpiklərini yaydan çıxan oxun

xədənginə bənzədir. Xədəngin sancıldığı ürəkdən qan tö-külməsini mübaliğə edən şair gözlərin, baxışların gücünü təşbeh edir. Deməli, natiqin nitqinin ahəngi, danışığının dürüstlüyü, hadisələrin təsirli olması, mövzunun daha ma-raqla dinlənilməsi üçün səsin melodikliyi, əl-qol hərəkət-lərinin estetikliyi, qaş-göz hərəkətlərinin mövzunun, prob-lemin xarakterinə, motivinə uyğun dinləyicilərə istiqa-mətləndirilməsi mədəni nitqin inkişafını təmin edən ən əsas amillərdən hesab olunur.

93

DANIŞIQ MƏDƏNİYYƏTİ

Hamıya məlumdur ki, insan bütün yaranışların ən

kamilidir. İnsan ona görə kamildir ki, onun tayı-bərabəri olmayan ünsiyyət vasitəsi-dili var. Məşhur Fransa diplo-matı, Napaleon hökümətinin xarici işlər naziri Şarl Moris Taleyranın dillə bağlı bir aforizmi məşhurdur. O demişdir: “Dil, insana öz fikirlərini gizlətmək üçün verilmişdir”. Bö-yük diplomatın bu fikri belə bir atalar sözümüzlə həma-həng səslənir: “Danışmaq gümüşdürsə, danışmamaq qızıl-dır”. Əlbəttə, bütün bunlar o demək deyil ki, həmişə hər yerdə danışığının yerini, ölçüsünü bilir. Şərqin ən böyük dühalarından sayılan Xasə Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” kitabı 20-ci əsrin əvvəllərinə qədər hər bir ailənin masaüstü kitabı olub. Həmin kitabda “Söz demək qaydala-rı haqqında” sərlövhəsi ilə verilmiş yazını azacıq ixtisarla təqdim edirik.

“Çox danışmamalı, başqasının sözünü yarımçıq kəs-məməli, başqasının nəql etdiyi hekayət və ya rəvayəti bi-lirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab vermə-məli, ümumidən edilən sualda camaatı qabaqlayıb, hövl-nak irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbir etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söh-bət edirsə qarışmamalı; ondan gizlədilirsə, gizlin qulaq as-mamalıdır; özləri müraciət etməsələr, söhbətə qoşulmama-lıdır.

Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərk-dən, nə yavaşdan danışmalı, sözünü mülayim səslə demə-lidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah et-məyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışma-

94

lıdır. Yabancı kəlmələr işlətməməli, qondarma ibarələr dü-zəltməməli, deyəcəyi fikri, sözü təkrar etməməlidir, ehti-yac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməli-dir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb gəlməyə ehtiyac yarandıqda onu ob-razlı, məcazi ibarələrlə anlatmamalı, şux və zərif ifadələr-dən qaçmamlı, hər məclisə münasib danışmağı bacarmalı-dır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynat-mamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar.

Yalan-doğru üstündə məclisdə, xüsusən də böyüklər və səfehlərlə höcət etməməlidir. Yalvar-yaxar təsir etmə-yən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibi-nin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir.

Avam, divanə və sərxoş adamların söhbətindən ba-cardıqca uzaq gəzməlidir. Qeybət, böhtan, iftira, yalançı-lıqdan çəkinməli, o xasiyyətli adamlarla ünsiyyət saxlama-malı, az danışmalı, çox eşitməlidir”.

Bir filosofdan soruşdular: “Nə üçün az danışır, çox qulaq asırsan?” Dedi: “Cünki mənə iki quıaq verilib, bir dil. Ona gorə də iki eşidib, bir deməliyəm”.

Göründüyü kimi, yazıldığı vaxtdan, təqribən, 7 əsr yarım keçsə də, “Əxlaqi-Nasiri” bu gün də əhəmiyyətini qətiyyən itirməyib. Lakin bugünkü danışıq mədəniyyəti təkcə böyük filosofun dediklərindən ibarət deyil, bir də Nəsirəddin Tusinin fikirlərini yeri gəldikcə bir qədər də aydınlaşdırmaq, zənnimizcə, yerinə düşərdi.

Əgər kəlmələr aydın, vurğular yerində deyilmirsə, ən məzmunlu və maraqlı söhbət belə çox vaxt itirir. Xüsusən televiziya və radioda çıxış edənlər bu cəhətə xüsusi diqqət yetirməlidirlər. Bəzi diktorlarımız sanki sürətlə danışmaq-da yarışa çıxırlar. Elələri də var ki, mətni və ya elanı əv-vəldən axıradək eyni tərzdə, eyni ahəngdə oxuyurlar. Bi-

95

rinci halda fikri hamı anlaya bilmir, ikinci halda isə dinlə-yici və ya tamaşaçı tez yorulur. Mətni oxumaq və ya da-nışmaq məharətini hər kəs öyrənə bilər, buna görə də dik-torluğa asan peşə kimi baxmaq lazım deyil və hər kəs üzə-rində müntəzəm və yorulmadan işləməlidir.

Bütün dünya Maratı natiq kimi tanıyır. Lakin çox az adam bilir ki, o, bu şöhrəti qazanmaq üçün nələr etmişdir. Marat hələ cavanlıqda danışıq zamanı sol çiynini oynadır-mış. Özü bu nöqsanını bilsə də, onu düzəltməkdə çox çə-tinlik çəkirmiş. Axırda məsələnin çox funksional həllini tapır. Evdə tavandan ucu iti bir xəncər asır və onu çiyni bərabərliyində sallayır. Marat danışmağa başlarkən çiynini atan kimi xəncərin iti ucu onun çiyninə batır. Beləcə bir neçə ay məşq edir və danışıq zamanı çiynini oynatmağı tərgidir.

Danışıqda eyni sözü tez-tez təkrar etməkdən qaçmaq lazımdır. Yerli-yersiz “başa düşdün?” – deyə soruşmaq la-zım deyil. Xüsusilə əsl ziyalı heç vaxt müsahibindən “başa düşdün?” – deyə soruşmamalıdır. Mərhum professor Əli Sultanlı tələbələr qarşısında mühazirə oxuyarkən bir dəfə də olsa, auditoriyadan “başa düşdünüz?” – deyə soruşma-yıb. O, həmişə deyərdi:

- Başa sala bildimmi? Yəqin ki, oxucu incə mətləbi anlamış oldu. Danışıq

zamanı müraciət formalarına xüsusi diqqət yetirmək məs-ləhətdir. Bəzi xalqlarda üç, ingilislərdə bir müraciət for-ması olsa da, dünya xalqlarının əksəriyyəti, o cümlədən azərilər iki cür müraciət formasından istifadə edirlər. Bun-lar tək və cəm halda müraciət formalarıdır. Az tanıdığınız, özünüzdən yaşlı adamlara, şübhəsiz ki, cəm halda “Siz” deyə müraciət etməlisiniz.

Rəsmiyyət tələb olunan yerdə “cənab” sözünü də iş-lətmək yerinə düşür. Bəzən bir-birini qətiyyən tanımayan

96

iki şəxsin metroda və ya avtobusda mübahisələri düşür və guya ki, onlardan biri öz üstünlüyünü nümayiş etdirmək üçün mübahisəyə girdiyi adama “sən” deyir. Bu, həmin adamın ikiqat mədəniyyətsizliyini göstərir. Birincisi, icti-mai yerdə mübahisə edir, ikincisi də ilk dəfə gördüyü ada-ma “sən” deyir. Yalnız həddi-buluğa çatmamış uşaqlar ta-nımaq dərəcəsindən asılı olmayaraq bir-birinə “sən” deyə bilərlər. Böyüklərin də həmin yaş dövrünə qədər onlara “sən” deməsi qəbahət sayılmır. Lakin 16-17 yaşlı gənc oğ-lan və ya qıza “siz” – deyə müraciət etməklə onu məsuliy-yətli olmağa çağırırsınız.

Bir müddət yeni tanışınızla “siz”lə danışdığıınız hal-da, “sən”ə keçməyi arzulayırsınız. Tələsməyin, bunun da yazılmamış qanunları var. “Siz” dən “sən” ə keçmək hü-ququ kişidə yox, qadındadır, tabeçilikdə olanda yox, rəis-dədir, cavanda yox, yaşca böyükdədir.

Adətən, bir-birini az tanıyan və ya yenicə tanış ol-muş adamların söhbəti havaya aid olur. Havaların şıltaqlı-ğından , isti və ya soyuq keçməsindən danışırlar. Söhbətin mövzusunu genişləndirmək də olar. Son günlərdəki televi-ziya və radio verilişlərindən, kinofilmlərdən, kitablardan danışmaq da yerinə düşər.

Elə momentlər var ki, həmin vaxtlarda danışığın mövzüsuna xüsusi diqqət yetirmək lazımdır. Məsələn, xəs-tənin yanında ölümdən, təyyarə, qatar və ya avtomaşında nəqliyyat qəzalarından, süfrə arxasında iştahı poza biləcək məsələlərdən danışmaq qətiyyən lazım deyil. Bu da qəbul olunub ki, qadından yaşını soruşmazlar. Uşaqlar olan yer-də dəhşətli hadisələrdən danışmaq da məsləhət deyil, çün-ki uşaq uzun müddət dəhşətli hadisələri unuda bilmədiyi üçün onun psixikasına mənfi təsir göstərə bilər.

Lətifə və ya məzəli əhvalatları məclisdə danışmaq olar. Lakin bu zaman danışıqda son dərəcə ehtiyatlı olmaq

97

lazımdır, çünki hər lətifə və ya məzəli əhvalatı adam ara-sında danışmaq olmaz. Zarafatı isə elə etmək lazımdır ki, heç kəs ondan inciməsin. Bu zaman bəzi momentləri yad-dan çıxarmaq olmaz. Əvvəla 3-4 nəfərdən çox adam olan yerdə zarafat məsləhət deyil, ikincisi də “zarafat” “zərif” sözü ilə bir söz kökündən əmələ gəlib. Ona görə də zarafat çox zərif və incə olmalı, hec kəsin xətrinə dəyməməlidir. Lakin komplimenti çox adamın olduğu yerdə də demək mümkündür.

Burada da iki məqamı unutmaq olmaz. Kompliment heç kəsdə istehzaya səbəb olmamalı və ikincisi də, yaltaq-lıq kimi başa düşülməməlidir.

Hər bir məclisdə natiqlik qabiliyyəti olan ağıllı mü-sahiblər hörmətlə qarşılanırlar. Əgər istəryirsinizsə, sizə hörmət etsinlər, aydın və qısa danışın, yalandan qaçın. Əgər bircə dəfə yalan danışsanız, ətrafdakıları inandırmaq üçün ikinci bir yalan quraşdırmalısınız. Ondan sonra da yalanlar ayaq açıb gedəcək və hamının yanında etibarınızı itirəcəksiniz. Bir də əgər istəyirsinizsə, sizin haqqınızda yaxşı fikirdə olsunlar, heç vaxt özünüzü tərifləməyin. Nə-hayət, məşhur ingilis filosofu Tomas Hobbsun bir kəlamı-nı yada salmaq pis olmazdı. O demişdir:

- Əgər bir sarsaq öz sarsaqlığını bilir və yersiz danış-mırsa, deməli o, ağıllıdır. Əksinə, bir ağıllı şəxs özünün ağıllı olduğunu iddia edir və yeri gələndə danışmırsa, de-məli o, sarsaqdır.

Danışıq mədəniyyətini tamamlayan daha bir neçə amilə müraciət edək. Məclisdə hamının bir dildə danışma-sı məqsədəuyğun sayılır. Əgər yanınızdakılardan kimsə söhbət etdiyiniz dili bilmirsə, mütləq biriniz ona tərcümə-çilik edin. 3-4 və daha çox adamın iştirak etdiyi məclisdə iki nəfərin pıçıltı ilə danışması mədəniyyətsizlikdir. Əgər

98

onların təklikdə bir-birilərinə deməyə vacib sözləri varsa, 5-10 dəqiqəliyə üzr istəyib məclisdən çıxa bilərlər.

Söhbət edərkən müsahibinizin üzünə baxın, tavana, döşəməyə, yan-yörəyə baxmaq, həmçinin söhbətlə bağlı olmayan işlər görmək ( məsələn, ayaqqabının bağını bağ-lamaq və yaxud güzgüyə baxıb qalstukunu düzəltmək və s.) ədəbsizlik sayılır. Söhbət zamanı əl hərəkətlərindən qaçın, xüsusilə həmsöhbətinizin çiyninə, yaxud əlinə vurmaqdan, düyməsini oynatmaqdan çəkinin. Uzaq məsafədən, məsə-lən, masanın bu başından o başına, küçənin bu tərəfindən o tərəfinə və s. danışmaq çox pisdir. Eləcə də həmsöhbə-tin, necə deyərlər, ağzına girmək də lazım deyil. Nəhayət, qonağı yola salarkən qapı ağzında söhbətə yol verməyin. Əgər yadınıza çox vacib bir məsələ düşmüşsə gözləyin, gedib evinə çatsın və həmin məsələni telefonla aydınlaşdı-rın. Əgər qonaq başqa şəhərdən gəlib və ya onun evində telefon yoxdursa, o zaman üzr istəyib qonağı yenidən ota-ğa dəvət edin və sözünüzü deyin.

Danışıq mədəniyyətindən söz açarkən telefonla ün-siyyət barədə yazmağı da lazım bilirik.

Müasir adamı telefonsuz təsəvvür etmək qeyri-müm-kündür. Lakin gəlin fikirləşək, telefonla danışmağı hamı-mız bacarırıqmı? Təəssüf ki, bu suala həmişə müsbət ca-vab vermək mümkün deyil. Bizim bu sözlərimizə şübhə edənlərdən soruşmaq istərdik: heç iş telefonu ilə kiməsə zəng edib, şəxsi işinizlə əlaqədar danışmısınızmı? Deyə-cəksiniz ki, əlbəttə. Baxın, bunun özü yolverilməzdir. İş telefonu ilə həmin idarənin işləri barədə danışmaq lazım-dır, öz şəxsi işləriniz barədə yox. Siz telefonla öz dostunuz və ya tanışınızla zarafat edərkən, bəzən telefonda lətifə dinləyərkən və ya söyləyərkən sizə söz demək üçün yaxın-laşan adamı heç gözlətmişsinizmi? Bu, mədəniyyətsizlikdir.

99

Bir daha təkrar edirik: iş telefonu ilə iş barədə danış-maq lazımdır. Çox vacib hallarda şəxsi söhbətlərə yer ve-rilə bilər. Bu danışıqlar qısa və lakonik olmalı, 1-2 dəqiqə-dən çox çəkməməlidir.

Ümumiyyətlə, ev telefonlarından fərqli olaraq işdə dəstəyi qaldırarkən idarənin adını demək məsləhətdir. Mə-sələn, “universitet”, “xəstəxana”, “firma”, “aerokassa” və s. İdarə telefonlarının yanında qələm və kağız saxlamaq da vacibdir.

Evdə isə dəstəyi götürüb “Alo” demək kifayətdir. Bu zaman zəng edən adam özünü təqdim etməlidir. Yoxsa bə-ziləri “Alo” cavabını eşidən kimi: “ Kimdir danışan?” – deyə soruşurlar. Bu, yolverilməzdir. Zəng edən şəxs özünü təqdim edəndən sonra “Kiminlə danışıram?” sualını ver-məkdə haqlıdır. Bəli, xüsusi qeyd etmək lazımdır ki, tele-fonla danışmağı bacarmağın özü böyük bir mədəniyyətdir. Təəssüf ki, gündəlik həyatımızda çox vaxt biz bunun əksi-ni görürük. Tipik danışıqlardan birinə diqqət edək.

Ortabab azəri ailəsinin evində telefon zəng çalır. Zəng edən orta yaşlı bir kişidir. Dəstəyi isə evin yeniyet-mə qızı götürür:

Kişi: - Alo, axşamınız xeyir. Qız: - Kimdir danışan? - Alo, mənə Həsən müəllim lazımdır. - Kimdir soruşan? Kişi: - Alo, siz məni tanımırsınız. Həsən müəllimi

çağırın, xahiş edirəm. - Adınız nədir? - Dedim ki, siz məni tanımırsınız. Adım Məmməd-

dir. Həsən müəllim evdədirmi? - Papam evdə yoxdur! … Du…du…du… Hörmətli oxucu, yəqin ki, hər biriniz belə telefon da-

nışığı ilə dəfələrlə rastlaşmısınız. Qızın suala cavab ver-

100

məməsi, zəng edənin adını təkidlə öyrənmək istəməsi göz qabağındadır. Dərindən düşünəndə məlum olur ki, qız ta-nımadığı adamla salamlaşmaq arzusunda deyil, bir də ata-sının kiminlə danişacağını o, mütləq bilməlidirmi? Əlbət-tə, yox.

Halbuki həmin telefon danışığı aşağıdakı şəkildə get-səydi, buna heç bir irad tutulmazdı:

Kişi: - Alo, axşamınız xeyir. Qız: - Axşamınız xeyir. - Mənə Həsən müəllim lazımdır. Evdədirmi? - Xeyr, evdə yoxdur. Gələndə nə deyim? Mən onun

qızıyam. - Çox yaxşı. Xahiş edirəm, deyin ki, iş yoldaşı Məm-

məd zəng etmişdi. İmkanı olsa, mənə zəng etsin. Nömrə-mizi bilir. Bağışlayın, əziyyət verdim. Sağ olun.

- Siz də sağ olun. Bu iki telefon danışığı arasında böyük fərqi görmək

üçün xüsusi məktəb bitirmək lazım deyil, adi mədəniyyıtin olması kifayətdir.

Daha bir xarakterik danışıq. - Alo… - Hə… - Kimdir danışan? - Əli dayı. Sən kimsən? - Bəyəm bu, 32-18 deyil? - Yox, səhv etmisən. Du… du… du… Bu dialoqda hər iki tərəfin mədəniyyətsizliyi göz qa-

bağındadır. Bir – biri ilə salamlaşmamaq, tanış olmayan şəxslərin birinin digərinə “sən” deyə müraciət etməsi, heç birinin dilinə üzrxahlıq bildirən kəlmələrin gəlməməsi mə-gər mədəniyyətsizlik deyilmi?!

Ümumiyyətlə, zəng edən şəxs telefonun o başında kimin olduğunu öyrənmək istəyirsə, əvvəlcə salamlaşıb

101

özünü təqdim etməli, sonra isə müsahibinin kimliyi ilə maraqlanmalıdır. Yalnız bir halda - əgər zəng çalan adam nəyi isə tapşırırsa, onun kimliyini soruşmaq olar. Əslində həmin anda zəng edən şəxs özü-özünü mütləq təqdim et-məlidir. Bu baxımdan kiçik bir dialoqa diqqət yetirək:

- Alo, hər vaxtınız xeyir. - Hər vaxtınız xeyir. - Bağışlayın, bura müəllimlər otağıdır? - Bəli. - Əgər mümkunsə, Ziyafət müəlliməni telefona çağırın. - Ziyafət müəllimə dərsdədir. 10-12 dəqiqiəyə çıxacaq. - Siz ona çatdıra bilərdinizmi ki, əmisi oğluna zəng

etsin? - Əlbəttə, adınız nədir? - Hüseyn. - Arxayın olun, mütləq çatdıracağam. O, sizin telefo-

nunuzun nömrəsini bilir? - Bəli, bilir. - Oldu, başqa sözünüz? - Çox sağ olun. Başqa sözüm yoxdur. - Siz də sağ olun. Du…du…du… Diqqət yetirin, bir – birini tanımayan iki adamın da-

nışığındakı mədəniyyətə və lakonikliyə söz ola bilməz. Hamımız telefonla danışarkən bu cür olmağa çalışmalıyıq.

Telefon danışıqlarının vaxtına da ciddi fikir vermək lazımdır. Xüsusilə şənbə və bazar günləri başqalarının isti-rahətinə mane olmamaq üçün səhər saat 11 – dən tez, ax-şamlar isə saat 10 – dan gec özgə mənzilinə zəng etmək məsləhət deyil. Adi iş günlərində səhər zənglərini bir az qabaq, məsələn, saat 9 – da etmək olar.

Əgər sizin telefonunuz yoxdursa və ya müvəqqəti iş-ləmirsə, qonşunun telefonundan istifadə edə bilərsiniz. La-kin bu zaman özgə telefonunda danışıq işgüzar və lakonik

102

olmalıdır. Qonşunun telefon nömrəsini çox nadir hallarda ən yaxın adamlara, həm də qonşunun razılığı ilə vermək olar.

Bir az əvvəl qeyd etdiyimiz kimi, idarə telefonlarının yanında ağ kağız və qələm saxlamaq məqsədəuyğundur. İş yoldaşınıza nəsə çatdırmağı xahiş edə bilərlər. Bir də əgər idarə telefonlarından başqaları da istifadə edirlərsə, şəxsi söhbətlər aparmaq qətiyyən düz deyil, məcburiyyət qarşı-sında zəng edəndə danışıqların müddəti mümkün qədər az olmalıdır.

Telefon – avtomatlardan istifadə qaydalarına da riayət edilməldir. İdarə telefonları kimi telefon – avtomat-larla da uzun – uzadı danışmaq ədəbsizlikdir. Əvvəla unutmayın ki, sizin danışığınızı növbədə duranlar və ya küçədən keçənlər eşidirlər. İkincisi də, əgər hər hansı sə-bəbdən danışıq uzanırsa, növbədə duranlardan ara – sıra üzr istəyin. Bir də elə edin ki, növbədə duranlar telefon danışığınızdan sizin tələsdiyinizi hiss etsinlər. Nəhayət, əgər zəng etdiyiniz abonent kiminlə danışır və ya telefon cavab vermirsə, yerinizi növbədə olana verin və o, danışıb qurtarandan sonra bir də zəng edin.

- Hə, oxucu, inandınız ki, telefonla danışmağı bacar-maq üçün böyük bir məktəb keçmək lazımdır?

103

AZƏRBAYCAN DİLİNİN NİTQ MƏDƏNİYYƏTİ

VƏ RİTORİKA

Dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərində

gələcək mütəxəssislərə ixtisasları ilə bağlı verilən biliklər,

bacarıqlar, vərdişlər sistemi onları hər hansı bir sahə üçün

kadr kimi hazırlayırsa, bu sistemlə yanaşı onlara nitq mə-

dəniyyəti ünsürləri də aşılanır. Niyə? Birincisi ona görə

ki, hər hansı mütəxəssisin öz peşəsinin səviyyəsini, gördü-

yü və görəcəyi işin məzmununu təqdim etmək üçün onun

mədəni nitqə, mühakimə yürütmək qabiliyyətinə, mülahi-

zə söyləmək imkanlarına, ümumiləşdirmə aparıb sağlam

nəticə çıxara bilmək səriştəsinə yiyələnməsi vacibdir.

İkincisi, yetişdirilən mütəxəssisin gələcəkdə yaxşı peşəkar

işçi olması üçün onun peşə səriştəsi ilə yanaşı, danışıq mə-

dəniyyəti də olmalıdır. Üçüncüsü, sənətindən, peşəsindən,

gördüyü işin növündən asılı olmayaraq hər bir vətəndaşın

normal nitq mədəniyyətinə malik olması çox vacibdir. Bu-

nun üçün ali məktəblərdə gələcək mütəxəssislərə “Nitq

mədəniyyəti”, “Azərbaycan dili və nitq mədəniyyəti” adı

altında fənlərin tədris olunması tövsiyə edilir. Fikrimizcə,

ali məktəb tələbələri öz ana dilinin fonetikası, morfologi-

yası, sintaksisi ilə bağlı biliklərə yiyələnməlidirlər. Bunu

yaxşı hal kimi təqdir etmək lazımdır. Lakin unutmaq ol-

maz ki, tələbələr orta ümumtəhsil məktəblərində, təxmi-

nən, 10-11 il bu problemlərlə mütəmadi məşğul olmuş, ki-

fayət qədər biliklərə yiyələnmiş, praktik vərdişlər qazan-

mışlar. Onlarda nitq mədəniyyətinə, sərbəst danışıq nor-

malarına, ünsiyyət vərdişlərinə, şifahi və yazılı nitqin sir-

lərinə yiyələnmək, mühazirə oxumaq, çıxış etmək, məruzə

ilə çıxış etmək, müsahibələr vermək, şərhlər aparmaq, icti-

104

mai-siyasi olaylar barədə məntiqi mühakimələr söyləmək,

bacarıqları, vərdişləri aşılamaq daha faydalı deyilmi? Tə-

ləbələrə şifahi xalq yaradıcılığı nümunələrindən, xalq hik-

mətlərindən, klassiklərin müdrik kəlamlarından, ictimai-

siyasi xadimlərin mədəni nitqin ifadəliliyi, zənginliyi, də-

qiqliyi, yığcamlığı, münasibliyi üçün seçilmiş sitatlardan

yerli-yerində işlətməyin elmi-pedaqoji-metodik imkan-

larını öyrətmək daha məqsədəmüvafiq olardı. Lakin 30

saatlıq dərs yükü müqabilində Azərbaycan dilinin foneti-

kası, morfologiyası, sintaksisi, leksikologiyası, üslubiyyat

ilə yanaşı, nitq mədəniyyəti ünsürlərinin də öyrədilməsi,

yəqin ki, inadırıcı görünməyə də bilər. Lakin Azərbaycan

dilinin nitq mədəniyyəti ilə “Ritorika”nın öyrədilməsi bu

problemin həllinə daha çox kömək etmiş olar.

Yeri gəlmişkən demək lazımdır ki, ritorika məktəblə-

ri hələ eramızın əvvəllərində mövcud olmuş və yetişən

nəslin nümayəndələrinin natiqlik ustalığına yiyələnmələ-

rini təmin etmişdir. Ritorika məktəbləri keçənlər gözəl

nitqə, incə danışığa, məlahətli məruzə etməyə, hadisələri

şirin dillə təqdim etmə bacarığına malik olmuşlar. Ona

görə də ritorikanın ölkəmizdəki ən yaxşı tədqiqatçı-

larından biri olan Fikrət Şiriyev “Azərbaycan dilinin nitq

mədəniyyəti və ritorikası” adlı dərs vəsaitini hazırlayaraq

ali məktəblər üçün dərs vəsaiti kimi təqdim etmişdir.

Dərs vəsaitində həm nitq mədəniyyəti, həm də ritorika ilə

bağlı kifayət qədər faydalı tövsiyələr vardır.

Maraqlı cəhət odur ki, F.Şiriyev həm klassik, həm

müasir ritorika ilə yanaşı, ünsiyyət ritorikası, işgüzar rito-

rika barədə ətraflı məlumat verir. Tədris vəsaitində şifahi

nitqlə, polemika ilə bağlı da faydalı tövsiyələr verilir. Çı-

xışa hazırlıq, nitqin kompozisiya quruluşu, spondan çıxış

105

etmək, çıxışa hazırlaşmaq, məşq etmək, kağızdan oxumaq,

suallara cavab vermək kimi üsullardan bəhs edən müəllif

bir sıra zəruri vəzifələri də diqqətə çəkir:

Diqqəti cəlbetmə üsulları:

- Müraciət;

- Çıxışın məqsədinin şərhi, məlumat verəcəyinizi

nəzərdə tutduğunuz başlıca məsələlərin xülasəsi;

- Dərdə şərik olma üsulu;

- Vəziyyətin qeyri-adiliyi;

- Auditoriyanın maraqlarına istinad edilməsi;

- İştirakçı olma üsulu;

- Auditoriyaya məlum olmayan hadisələrə müraciət

edilməsi;

- Coğrafi və hava şəraitinə istinad edilməsi;

- Əvvəlki natiqin (natiqlərin) nitqinə (nitqlərinə)

müraciət edilməsi;

- Nüfuzlu insanlara, yaxud auditoriyaya məlum olan

informasiya mənbələrinə istinad edilməsi;

- Öz şəxsiyyətinizə istinad edilməsi;

- Yumoristik ifadələr;

- Auditoriyaya suallar verilməsi (25, səh. 253).

Müəllif bu üsullara istinad etməzdən əvvəl vəzifələri

müəyyənləşdirir. Yəni “mövzuya maraq oyatmaq”, “audi-

toriya ilə əlaqə yaratmaq”, “dinləyicini dinləməyə hazırla-

maq” kimi vəzifələri irəli sürür. Bu vəzifələri yerinə yetir-

mək üçün isə müvafiq üsullardan istifadə etməyi məsləhət

bilir. Maraqlıdır ki, üsul və vəzifələrin ardıcıl sadalanma-

sına heç bir şərh verməyən müəllif onları təsnif etməklə

kifayətlənir. Bizcə, onların hər birinə aşağıdakı şəkildə

şərh verilməsi yaxşı olardı.

Vəzifələr:

106

- İnformasiya vermək;

- Öz nəzər-mövqeyinizi əsaslandırmaq;

- Auditoriyanı inandırmaq;

- Dinləyiciləri konkret hərəkətlərə yönəltmək; (25,

səh 253).

Bu vəzifələrin içərisində öz nəzər-mövqeyinizi əsas-

landırmaq vəzifəsi natiqin ən əsas vəzifələrindən hesab

olunur. Bu vəzifəni indentifik vəzifə də adlandırmaq olar.

Psixologiyada görülən işin özününküləşdirilməsi indenti-

fik yanaşma kimi dəyərləndirilir. Bir peşə sahibi əgər bir

məişət əşyası düzəltməyi, özününküləşdirməyi bacarırsa,

deməli, o, məşhur peşəkar sənətkar ola bilər. İsmayıllı ra-

yonunun Lahıc kəndindəki el sənətkarları içərisində elələri

var ki, onların ata-babaları əsrlər boyu bu sənətlə məşğul

olmuş və bu sənəti öz xələflərinə ötürmüşlər. İsmayıllıda

məişət əşyaları hazırlayan sənətkarların göz oxşayan, este-

tik cəhətdən gözəlliklər mücəssəməsi kimi dəyərləndirilən

qıflar, sinilər, həvəngdəstələr, kuvşinlər, masqurlar, dolça-

lar, çaydanlar, bardaqlar, kuzələr onların intentifik maraq-

larının məhsuludur. İntentifik maraq bütün sənət adamları-

nı, o cümlədən natiqləri, söz xiridarlarını, bədii qiraətçilə-

ri, mədəni nitqlə özününküləşməyə yaxınlaşdırır. Ona görə

də natiqin informasiya verməsi onun öz nöqteyi-nəzərin-

dən elə ifadə olunmalıdır ki, bu, auditoriyanı inandıra bil-

sin. Auditoriyanı inandırdıqdan sonra identifik yanaşma

yolu ilə dinləyiciləri konkret hərəkətlərə yönəltmək olar.

Dinləyiciləri konkret hərəkətlərə yönəltmək üçün isə nati-

qin qarşısında duran bir sıra vəzifələrin öhdəsindən gəl-

məsi vacibdir. Hansı ki, bu vəzifələri F.Şiriyev belə təsnif

edir və hətta o, bu vəzifələrin həllinə yönəldilən metodları

da sadalayır.

107

- Deyilənləri cəmləmək;

- Nitqin mövzusuna marağı artırmaq;

- Söylənənlərin əhəmiyyətini bir daha qeyd etmək;

- Qarşıya vəzifələr qoymaq;

- Bilavasitə hərəkət çağırmaq.

Metodlar:

- Əsas problemlərin (nəticələrin) qısa təkrarı;

- Deyilənlərin ümumiləşdirilməsi;

- Perspektivlərin göstərilməsi;

- İllüstrasiya edilmiş sonluq;

- Şüar (25, səh. 254).

Sadalananlar içərisində nitqin mövzusuna marağın

artırılması bir vəzifə kimi bütün natiqlərin qarşısında du-

rur. Yəni mövzuya marağı artıran faktlara, tarixi hadisələ-

rə, folklorun kamal dünyasına, etnopedaqoji materiallara,

klassik örnəklərə istinad etməklə bu vəzifənin öhdəsindən

gəlmək olar. Tutaq ki mövzunun şərhi zamanı ona olan

marağı artırmaq üçün tarixi bir fakta müraciət etmək fay-

dalı olar. Və yaxud vətənpərvərlik, igidlik, qoçaqlıq və

qəhrəmanlıq mövzusunu şərh edən natiq belə bir haşiyə

çıxmaqla mövzuya olan marağı artıra bilər. Natiq deyir:

“Burada yadıma bir tarixi fakt düşür. Dünyanın ən qədim

xalqlarından biri olan İtaliya eramızdan əvvəl həmişə qon-

şu dövlət olan Korpogen dövlətindən ehtiyat edib. Korpe-

genin igid oğlu tarixdə bənzərsiz qəhrəmanlar kimi şöhrət

tapan Honnibal öz ata-babaları kimi Romanı məğlub edib,

oranı almaq istəyib. Uzun illərin müharibələri ona qələbə

qazandırsa da, Honnibal Romanı işğal edə bilməyib. So-

nuncu müharibədə məğlub olan Honnibal ölkədən qaçaraq

Türkiyədə gizlənib. Lakin romalılar onun qorxusunu daim

hiss edirlər. Onun yaşaması romalıları narahat edir. Nəha-

108

yət, 19 il sonra onun Türkiyənin cənubunda gizləndiyi öy-

rənilir. Onu tutmağa gələnlərə intihar etməklə cavab verən

Hannibal deyir: “Vətən üçün, millət üçün vuruşanlar daim

öz canlarını vətən uğrunda qurban verməyə hazır olur və

bundan qurur duyurlar. İndi mən daha qururluyam”.

Bəzən tələbələr ekspromt(spontan) çıxış etməkdən

çəkinirlər. Niyə? Birincisi ona görə ki, özlərini buna hazır

hesab etmirlər. Ən əsası ona görə ki, spontan nitqin ma-

hiyyətini bilmir. Ona görə də, ilk növbədə, tələbələrə

ekspromt (spontan) nitq vərdişləri aşılamağın yollarını

öyrətmək lazım gəlir. F.Şiriyevin fikrincə, bu işə aşağıdakı

kimi yanaşmaq lazım gəlir.

Ekspromt (spontan) çıxış etmək bacarığının inkişaf

etdirilməsi zəruridir. Ekspromt (hazırlıqsız) çıxış etməyi

öyrənmək üçün aşağıdakı çalışmaların tətbiq edilməsi

məqsədəuyğundur:

Mövzuların adlarını ayrı-ayrı kartoçkalara yazın,

onları bir yerə toplayın və istənilən birini çıxarın (25,

səh. 254).

Belə məqsədlər tələbələri spontan çıxış etməyə nəin-

ki hazırlayar, hətta onları bu işə alışdıra bilər.

Seminar məşğələsində, yaxud konfranslarda spontan

çıxışa dəvət olunan tələbə əvvəlcə çaşıb qalır, utanır. Son-

ra mövzu ilə bağlı haradan başlayıb haradan qurtaracağını

bilmir. Ona görə aşağıdakı məsləhətlərə əməl edin:

Mövzunu haqqında danışa biləcəyiniz qədər daral-

dın (heç nəyi qeyd etməyin. Bu çalışmanın bütün mərhələ-

lərini fikrinizdə yerinə yetirin). Auditoriyanı nəzərə alın

(25, səh. 254).

109

Tələbələrin belə məsləhətlərə məhəl qoymaları, ilk

növbədə, onların psixoloji durumlarının tənzimlənməsini

təmin edəcək.

Psixoloji cəhətdən özünü cəmləyən tələbələr belə

məqamlarda tribunaya yaxınlaşana qədər öz fikirlərini

cəmləşdirə bilərlər. Tövsiyə belədir:

Danışmaq istədiyiniz məsələnin əsas fikrini və

bəndlərini ətraflı düşünün (25, səh. 254).

Bir çox hallarda tələbələrin əksəriyyəti iclaslarda

mövzu ilə bağlı çıxış etməyə can atır. Lakin öz niyyətləri-

ni bildirdikdən sonra yekun olaraq nə deyəcəklərini bil-

mirlər. Burada tələbənin, yəni çıxışçının qorxmasına heç

bir lüzum yoxdur. Tövsiyə belədir:

Yekunun necə olacağına qərar verin – dinləyicilərə

nəyi çatdırmaq istərdiniz, yaxud nitqi bitirərkən nə etmək

istəyirsiniz? (25, səh. 254).

Bunları təyin etdikdən sonra danışmağa başlamaq

asandır. Asandır o mənada ki, danışmağa başlayarkən tə-

yin etdiyiniz məqamları düşüncə tərzinizdə məşq etdirin.

Yəni ani olaraq, əsasən, hansı məsələdən başlamağa qərar

verin.

Dinləyicilərə nə barədə danışacağınızı müəyyənləş-

dirməyə imkan verəcək əsas məsələdən başlayın (25, səh.

254).

Ekspromt danışığın, ekspromt çıxışın zamanı həcmi

çıxışçının özündən asılıdır. Adətən hər hansı əsərin, bədii

yaradıcılıq nümunəsinin, dissertasiyanın, tədqiqat əsərləri-

nin müzakirəsi zamanı ekspromt çıxış etmək üçün şərait

yaranmış olur. Yaranmış vəziyyəti düzgün qiymətləndi-

rənlər ekspromt çıxış üçün ekspromt xarakterli plan da ha-

zırlaya bilərlər.

110

Fikrinizdə hazırlıq nitqin hazırlanması üçün tövsiyə edilən bəndlər üzrə olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, ekspromt çıxışlar zamanı vaxt daha az olar. Hazırlıq və giriş nitqi 15 saniyədən çox vaxt olmamalıdır. Müvafiq təcrübə əldə etdikdən sonra siz onu 5 saniyəyə qədər azal-da bilərsiniz. (25, səh, 254).

Elmi-texniki tərəqqinin son nailiyyətlərindən biri olan mobil telefonlar hər kəsin cibində olduğu üçün hər bir ekspromt xarakterli çıxış edənlər öz çıxışlarını mobil telefonlarının yaddaşına köçürə bilərlər. Çıxışa hazır olan kimi belə hazırlıqları da görmək olar.

Hazır olduğunuzu hiss etdikdə ucadan danışmağa başlayın, danışdıqlarınızı diktofona yazmaq yaxşı olardı (25, səh. 254).

Mobil telefona, yaxud maqnitafona yazdığınız çıxışı-nıza dəfələrlə qulaq asdıqdan sonra nöqsanlarınızın ara-dan qaldırılması yolları barədə düşünməyə başlaya-caqsınız. Bunun üçün çıxışınızı təhlil etməyi hökmən planlaşdırmağınız lazım gəlir. Çıxışınızın təhlili zamanı aşağıdakı suallara cavab verməyiniz tövsiyə olunur:

Siz mövzudan kənara çıxmamışsınız ki?

Fikrinizdə tutduğunuz bəndləri işıqlandırmışsınız-mı?

Nəticə qüvvətli idimi? (25, səh. 254). İclasda ekspromton çıxış etmək istəyəndə diqqətli ol-

maq lazımdır. Yəni sizə yaxın olmayan məsələnin müzaki-rə olunduğu iclasda çıxış etməyə cəhd göstərməyin nə mənası, nə əhəmiyyəti var. Belə çıxışlar çox zaman “yer-siz çıxışlar kimi dəyərləndirilir. Belə çıxışlar şıxış edəni nüfuzdan salır.”

İclasda çıxış edən zaman “şey”, “zad”, “demək olar ki”, “nə təhər deyim”, “nədi o” kimi şablon ifadələrdən is-tifadə etmək çıxışçının nüfuzuna, səviyyəsinə mənfi təsir

111

etmiş olur. Çıxış zamanı “... mənasız sözlərdən, mövzudan kənara çıxmaqdan, üzrxahlıq etməkdən çəkinin, təəccüb-lənməyin, öz qüvvə və imkanlarınızı lazımınca qiymət-ləndirməmək kimi artıq hərəkətlər etməyin.

Dediklərinizi dəqiq yekunlaşdırın, yaxud sadəcə da-nışığınızı bitirin (Belə bir ifadə var: “Qalxın, fikrinizi tu-tarlı söyləyin, sonra susun”. Bu, yaxşı məsləhətdir. Ona əməl edin”) (25, səh. 255).

Yeri gəlmişkən demək lazımdır ki, məruzə ilə çıxış etməyin qaydasını, pedaqoji-psixoloji əsaslarını öyrənmə-yin də əhəmiyyəti böyükdür.

Məruzə ilə çıxış etmək üçün məruzəni hazırlamağın planı əvvəlcədən planlaşdırılmalıdır. Məruzə hazırlanan-dan sonra onu dəfələrlə oxumağın faydası çoxdur. Birin-cisi ona görə ki, məruzə mətninin indentifik qavranılması baş verir. İkincisi, məruzəçinin şifahi nitq normalarına əməl etməsi üçün əyani şərait yaranmış olur. Üçüncücü, məruzəçi bütün tələbələrə cavab verən nitq vərdişlərinə yi-yələnmiş olur. Burada başqa tələblər də var.

- Məruzə aydın və səliqəli şəkildə çap edilməlidir. Onu görməyiniz asan olan sriftlə, iki interval ara ilə çap edin. Abzaslar arasında üç interval məsafə qoyun.

- Xüsusi əhəmiyyət verdiyiniz söz və cümlələrin al-tından xətt çəkin (məruzənin səhifələrinin kənarlarında nitqin daha ifadəli çatdırılmasına yardım edəcək qeydlər edin).

- Dramatik fasilə etmək istərkən bəndlərin yanında “fasilə” sözü yazın (25, səh. 256).

- Əgər məruzənizin ideal bir səviyyədə çıxmasını is-təyirsinizsə, bu zaman daha ciddi məşq rejimi və ciddi məşq modeli hazırlamalıyıq.

Bunun üçün məruzənin general məşqinə qədər məşq etmək faydalıdır. Sonuncu məşq prosesini isə videokasetə

112

yazmaq məsləhətdir. Əgər belə olarsa, siz məruzənizin ideal səviyyədə hazır olmasına əmin ola bilərsiniz. Məşq-dən sonra, şübhəsiz, suallar da yarana bilər.

Videokasetə çəkilmiş məşqə baxarkən özünü yoxla-maq üçün suallar:

- Səsim canlı və maraqlı səslənirdimi? - Mən təbii və ciddi görünürdümmü? - Fikirlər sakit və məntiqi səslənirdimi? - Əsas hissəni daha çox qabartmaq mümkün idimi? - Nitqin məqsədinə nail olundumu? - Jestlər sərbəst yerində idimi? - Tərzim, jestlərim və səsimlə əsəbiliyimi dinləyici-

lərə ötürmədim ki? (25, səh. 258). Belə sualların düzgün cavabları tapıldıqdan, onlara

münasib cavablar verildikdən sonra sizin məruzənizin ideal olacağı barədə fikir söyləmək olar.

113

NİTQ MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA BƏDİİ

YARADICILIQ NÜMUNƏLƏRİNDƏN

İSTİFADƏNİN YERİ, ROLU VƏ TƏRBİYƏVİ

ƏHƏMİYYƏTİ

Doğma dilimizin qloballaşma şəraitində günün tələb-

lərinə uyğun olaraq istifadə olunması mədəni nitqin inki-

şafında mühüm cəhətlərdən hesab olunur. Ona görə ki,hər

bir adamın, xüsusilə hər bir ziyalının nitq mədəniyyətinə

yiyələnməsi üçün bu cəhətlərə diqqət yetirilməsi çox zə-

ruridir. Bu zərurətdən irəli gələn bütün amilləri nəzərə

alaraq yetişən nəslin nümayəndələrinə normal danışmağı,

müstəqil fikir deməyi, canlı sözün gücü ilə mühakimə yü-

rütməyi, mülahizə söyləməyi, müqayisəli etməyi, ümumi-

ləşdirmə aparmağı və sonda sağlam nəticə çıxarmağı öy-

rətmək çox faydalıdır. Unutmaq olmaz ki, 23 may 2012-

ci il tarixli bir drektiv sənəddə bu zərurətin faydalılığı sü-

rülür. Göstərilən tarixdə Azərbaycan Respublikasının Pre-

zidenti möhtərəm İlham Əliyev Cənablarının imzaladığı

sərəncam “Azərbaycan dilinin qloballaşma şəraitində za-

manın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin

inkişafına dair” adlanır. Bu sərəncama uyğun olaraq hör-

mətli Prezidentimiz İlham Əliyev Cənabları 9 aprel 2013-

cü il tarixdə bu barədə Dövlət Proqramını imzaladı. Sə-

rəncamda və Dövlət Proqramında Azərbaycan dilinin nitq

mədəniyyətini inkişaf etdirməyin zəruriliyini tövsiyə edən

dövlət başçısı bu sahədə çalışan mütəxəssislər qarşısında

da mühüm və deyərdik ki, təxirəsalınmaz vəzifələr qoydu.

Bu vəzifələrin müvəffəqiyyətlə həlli istiqamətində irəli

doğru atılan addımlardan biri nitq mədəniyyətinə dair

dərsliklərin, dərs vəsaitlərinin hazırlanması və yeni əsər-

114

lərin yaranmasıdır. Hansı ki, bu əsərlərin hər birində mə-

dəni nitqin inkişafına istiqamət verən, kömək edən elmi

ideyaların olması çox faydalıdır.

Bu gün ali məktəbdə oxuyan hər bir gəncin gələcək-

də hansı sahədə çalışmasından asılı olmayaraq mədəni

nitqə malik olması, ətrafı ilə normal ünsiyyət saxlaması

üçün nümunəvi danışığa, aydın nitqə malik olması vacib-

dir. Kollektiv qarşısında, iclaslarda, radio dalğalarında ,

konfranslarda və sair bu kimi digər kütləvi tədbirlərdə çı-

xış eyməyi öyrənmək üçün ali məktəb tələbələrinin bir sıra

bacarıq və vərdişlərə yiyələnmələri zəruridir. Bunun üçün

isə onlara zamanın tələbinə uyğun biliklərin verilməsi çox

faydalıdır.

Məlum olduğu kimi, bu gün muğamlar, mahnılar

insanların məişətinə daxil olan milli dəyərlər kimi ən zən-

gin bədii yardıcılıq nümunələri hesab olunur. Dövlətimi-

zin dəyər verdiyi bu bədii yaradıcılıq nümunələri nəinki

yetiçən nəslin nümayəndələrinin, hətta bütün xalq kütlələ-

rinin estetik-bədii tərbiyəsini formalaşdırmaqla yanaşı,

onların elmi dünyagörüşünü və intelektual səviyyəsini

inkişaf etdirir, formalaşdırır və təkmilləşdirir. Ona görə

ali məktəb tələbələrinə nitq mədəniyyəti ilə bağlı bilik,

bacarıq və vərdişlər sistemi verərkən mahnıların və mu-

ğamların nəzəri-praktik tərəfləri ilə onların tanış etdiril-

məsinə nail olmaq lazımdır. Yəni tələbələrə mədəni nitq

vərdişlərinin aşılanması işində mahnı və muğam nümunə-

lərindən istifadəni unutmaq olmaz. Onu da unutmaq olmaz

ki, mahnı və muğamların melodiya tərəfi ilə tələbələrin

bədii zövqlərini, təxəyyül səviyyələrini formalaşdırmaq

olursa, söz tərəfi isə tələbələrin Azərbaycan dilinin foneti-

115

kası, morfologiyası, sintaksisi, üslubiyyatı, texnologiyası

sahəsindəki biliklərini yüksəltmiş olur.

Pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsu-

dov haqlı olaraq hər hansı bir şəraitdə ana dilinin tədrisi

zamanı bədii yaradıcılıq nümunələrindən, xüsusilə mahnı-

lardan istifadənin əhəmiyyətindən bəhs edərək yazır:

“Ana dilinin şirinlik və həzinliyi, gözəllik və zəngin-

liyini özündə yaşadan incilərimizdən biri də xalq mahnıla-

rıdır. Sözlərin şirinliyi, saflığı, təbiiliyi ilə ürək oxşayan

xalq mahnıları həzinliyi, həlimliyi ilə insanı ovsunlayır.

Ana dilimizin saf mayasından yoğurulmuş gözəlliyi ilə in-

sanı heyran edir.

Bu heyranedici mətnlərin sözlərindən və musiqisin-

dən Azərbaycan dili dərslərində geniş şəkildə istifadə et-

mək imkanları çoxdur. Məsələn, fonetikanın tədrisində

səslərin əmələ gəlməsi, onların formalaşdırılmasında danı-

şıq üzvlərinin rolu, səslərin uzun və qısa tələffüzü, vurğu,

səsin ahəngi, tonu, danışıq səslərinin digər səslərlə oxşar

və fərqli əlamətləri öyrədilərkən xalq mahnılarından geniş

istifadə etmək imkanları vardır. Belə ki, fonetika üzrə bi-

liklərin möhkəmləndirilməsi zamanı üzərində iş aparılacaq

xalq mahnılarından biri ustad müğənninin ifasında səslən-

dirilir” (21, səh. 108). Səslənən mahnıların melodiyasını

dinləyən, zövq alan, estetik dünyagörüşü qazanan tələbə-

lərə mahnıların söz tərəfi ilə bağlı fonetik normalar ba-

xımından tapşırıqların verilməsi çox faydalıdır. Niyə? Bi-

rincisi ona görə ki, tələbələr oxunan mahnıdakı sözlərin

mahnı vasitəsilə səslənməsi qaydalarını şifahi nitq zama-

nı səslənmə qaydaları ilə müqayisə etməyi öyrənirlər. Bu

xüsusda E. Maqsudov tələbələrə aşağıdakı tapşırığın veril-

məsini tövsiyə edir:

116

“Səslənəcək xalq mahnısında saitləri uzun tələffüz

edilən sözləri yazın, nəqarətdə hər misrada neçə heca ol-

duğunu müəyyənləşdirin. Tələffüzü yazılışından fərqlənən

sözləri qeyd edin, qoşadodaq samitlərin işləndiyi sözlər-

dən bir neçəsini yazın və s.

Bu tipli çalışmalar öyrənilmiş dil hadisəsini nəzəri

baxımdan möhkəmlətməklə bərabər, onun təcrübədə tətbi-

qinə xidmət edir, öyrənənləri düşündürür, diqqətli, həssas

olmağa, dil qayda – qanunlarını xalq mahnılarımızın üzə-

rində canlı müşahidələr aparmaqla öyrənməyə alışdırır. Bu

cür iş növü şagirdlərə təkcə dil hadisələrini öyrənmək ba-

xımından deyil, milli köklərimizə, mədəniyyətimizə, mə-

nəviyyatımıza, xalqımıza. vətənimizə məhəbbət hisləri

aşılamaq yönümündən də olduqca faydalıdır” (21, səh.

108-109).

Fikrimizcə, bu yönümdə aparılan işlərin əhəmiyyəti

daha çoxdur. Çünki torpaqlarımızın 20 faizinin işğal olun-

duğu hazırkı şəraitdə yetişən nəslin nümayəndələrinə daha

çox vətənpərvərlik elementlərinin aşılanması vacibdir. Bir

qədər də dəqiq ifadə etsək deməliyik ki, təxminən, 200 il

müddətində ermənilər torpaqlarımızı mütəmadi olaraq

qəsb etsə də, biz bu barədə heç bir təbliğat aparmamışıq.

Nəticədə Vətən torpağını yad nəzərlərdən qorumağın va-

cibliyini, acgöz erməni cəlladlarının bizdən daim torpaq

qoparmaq kimi iyrənc siyasət yürütmələrini dərsliklərə,

dərs vəsaitlərinə gətirməmişik. Sonda yetişən nəslin nü-

mayəndələri Azərbaycanın qədim dilbər güşələrindən biri

olan İrəvan mahalı barədə heç bir informasiyaya malik ol-

murlar. Onu da unutmaq olmaz ki, “Dədə Qorqud” dastan-

larında adı çəkilən 22 türk tayfasının hər birinin adına

uyğun İrəvan mahalında yurd yerlərinin adları vardır.

117

Maraqlı cəhət odur ki, Azərbaycanın yurd yerlərinin

adı ilə bağlı mahnı və rəqslər var. Yerəvan, Zəngəzur,

Dərələyəz, Göyçə, Tovuzqala, Oğuztəpə, Ağbaba ilə bağlı

mahnı və rəqslərimiz, aşıq havalarımız unudulmuşdur. Bu

gün Azərbaycan aşıqlarının ifa etdikləri “Göyçəgül”

Azərbaycan incəsənəti tarixinin bənzərsiz mədəniyyəti

nümunəsidir. Vaxtilə Arpa çayı ilə bağlı aşıqların, mu-

ğənnilərin dilindən düşməyən mahnıların böyük

əksəriyyəti unudulmuşdur. Yeri gəlmişkən qeyd edək ki,

Qərbi Azərbaycanın ən böyük mahalı olan Ağbabanın 77

kəndinin 60-na Rusiya - Türkiyə müharibəsindən

qovulmuş ermənilər köçürülmüşdür.

Çalışma. Verilmiş Azərbaycan xalq mahnılarının

adlarını əlifba sırası ilə yazın.

“Tello”, “Qoy gülüm gəlsin”, “Evləri var xana – xa-

na “, “Nəbi”, “Qalalı”, “Anacan”, “Üç telli durna”, “Qara

tellər”, “Qubanın ağ alması”, “Ay Laçın”, “ Gör nə məla-

hətlisən”, “Ay qız, kimin qızısan?, “ “Pəri”, “Küçələrə su

səpmişəm”, “Noleydi”, “Qaragilə”, “ Ağ üzündə xalın”, “

Qara qaşın vəsməsi”, “Gülə - gülə”, “Sudan gələn sürməli

qız”, “Bağçada güllər”, “ Uca dağlar başında”, “Ay bəri

bax”, “ Şuşanın dağları” (21, səh. 109). Göstərilən xalq

mahnılarının adlarını əlifba sırası ilə düzməyə cəhd göstə-

rən tələbələrin həmin mahnıların söz mətnləri ilə bağlı

fikirlərini öyrənməkdə onlara çox şey verə bilər. Mahnı-

lardakı bədii təsvir vasitələri barədə fikir söyləyən tələbə-

lər həmin fikirləri “esse” şəklində də yaza bilərlər. Başqa

bir çalışmada səsləndirilən mahnıların sözlərindəki samit-

lərlə bağlı fikir ola bilər.

118

Çalışma . Kar samitlə başlayan Azərbaycan xalq

mahnılarının adları qarşısında cingiltili samitlərlə başla-

yan xalq mahnılarının adlarını yazın.

“ Pəri” –

“ Küçələrə su səpmişəm” –

“ Çal oyna” –

“ Tello” – (21, səh. 109).

Professor Elbəyi Maqsudovun bu modeli nitq mədə-

niyyətinin tədrisində ona görə məqsədəuyğun hesab olu-

nur ki, bədii yaradıcılıq nümunəsinin estetik tərbiyə, və-

tənpərvərlik, əxlaq tərbiyəsi ilə bağlı olan tərbiyəvi təsir-

ləri fonetik normaları öyrənməyə nəinki təhrik etmir, hət-

ta onları bu normaları, qaydaları öyrənməyə intihasız bir

sevgi ilə, oynaq, bədii hislərlə , estetik zövq aşılayan duy-

ğularla istiqamətləndirir. Bu çalışma zamanı da bədii təs-

vir və ifadə vasitəsi ilə bağlı işlər aparmaq məsləhətdir.

Belə işlər zamanı çalışmaq lazımdır ki, tələbələr orta

məktəbdə keçdikləri bilikləri zənginləşdirsinlər. Yəni

onlar sinonimlərin leksik sinonimlər, sintaktik sinonimlər,

antonimlərin kontekstual antonimlər kimi növləri üzərində

iş aparsınlar.

Professor Elbəyi Maqsudovun mövcud modelinə is-

tinad etməklə dinlənilən mahnıların söz mətnlərindəki

nitq hissələri ilə bağlı növlərindən də nitq mədəniyyəti

məşğələlərində istifadə etmək olar. Aşağıdakı çalışmanı

bu baxımdan məqbul hesab etmək olar.

Çalışma.“Qaragilə” xalq mahnısının aşağıdakı bənd-

lərinin sözlərini nitq hissələrinə görə qruplaşdırıb yazın.

Gəlmişəm otağına oyadam səni,

Qaragilə, oyadam səni,

Nə gözəl xəlq eyləyib yaradan səni,

119

Qaragilə, yaradan səni,

Götürüb mən qaçaram aradan səni,

Qara gilə, aradan səni

nəqarət:

Qızılgül əsdi,

Səbrimi kəsdi,

Sil gözün yaşın,

Qaragilə,

Ağlama, bəsdi (21, səh. 109-110).

Belə çalışmaları slayt şəklində hazırlamaq məsləhət

görülür. Göstərilən çalışmaların slaytları hazırlanarkən

onların audial variantını da təqdim etmək olar. Bu za-

man həm vizual, həm də audial variantların mühazirələrə

də tətbiq edilməsi fayda verər. Aşağıdakı başqa bir çalış-

maya diqqət edək:

Çalışma. “ Apardı sellər Saranı” Azərbaycan xalq

mahnısından seçilmiş aşağıdakı misralarda felləri indiki

zamanda işlətməklə cümlələri köçürün.

( Mətndəki sözləri quruluşuna görə fəqrləndirib ayrı-

ayrı sıralarda yazın, tələffüzü yazılışından fərqlənən sözlə-

ri göstərin).

Arpa çayı aşdı – daşdı,

Sel saranı aldı, qaçdı,

Ala gözlü, qələm qaşlı,

Apardı sellər Saranı.

Bir alagözlü balanı.

Gedin deyin Xançobana

Gəlməsin bu il Muğana.

Muğan batıb nahaq qana (21, səh. 110).

Seminar məşğələsində hər hansı xalq mahnısını səs-

ləndirməklə mahnının söz mətnindəki nitq hissələri ilə ya-

120

naşı, durğu işarələrini tapmağı tələbələrə tapşırmaqla on-

ların əsas və köməkçi nitq hissələri haqqındakı biliklərini

zənginləşdirmək və şifahi nitq prosesində onlardan istifa-

də etməyin yollarını öyrətmək olar. Bu xususda professor

E.S.Maqsudov yazır:

“Ay bəri bax” xalq mahnısını dinləyən şagirdlər

müəyyənləşdirirlər ki, mətndəki səni, məni, hər sözləri

əvəzlik; pəncərə, daş, göz, mil, gül, oğlan, yol, qız, dil

sözləri isim; gəlir, bax, versələr, açılıb, yoldan eylər, bağ-

lama, gedirəm, ağlama, bel bağlama sözləri isə feildir.

Müəyyənləşdirilmiş sözlər üzərində həm şifahi, həm

də yazılı şəkildə məqsəddən asılı olaraq müxtılif işlər apa-

rılması faydalıdır. Xalq mahnılarından hər bir dərsdə müx-

təlif məqsədlərlə istifadə edilməsi mümkündür. Məsələn,

durğu işarələri ilə bağlı öyrənilmişlərin yoxlanılması və

möhkəmləndirilməsi məqsədi ilə bir nümunəyə də diqqət

yetirək. “ Şuşanın dağları” mahnısını diqqətlə dinləyib nə-

qarət və bəndlərdən birini dəftərinizə yazmağa çalışın, la-

zım olan yerlərdə müvafiq durğu işarələrini qoyun ( şa-

girdlərə verilən varinatda durğu işarələri buraxılır). Ay qız, bu nə qaş – göz, bu nə bel? Ölürəm dərdindən onu bil. Danışmasan da, bala, barı gül. Şuşanın hər yanda vardır sorağı, Tərifə layiqdir İsa bulağı, Dağları, bağları, qızlar oylağı (21, səh. 111-112).

Seminar məşğələsində başqa bir çalışma vasitəsilə

yazılı nitq prosesində durğu işarələrinə riayət etməyin

praktik həllinə aşağıdakı şəkildə nail olmaq olar.

121

Buraxılmış durğu işarələrinin işləndiyi məqamlar

göstərilməklə bərabər, onların işlənmə səbəbləri də söru-

şulur, elmi şəkildə şərh edilir. Öyrəncilərdən aşağıdakı

suallara cavab almaq, onları düşündürmək üçün müsahibə-

lər də təşkil edilir:

1. “Şuşanın dağları” mahnısının musiqinisini yadda

saxlaya bildinizmi?

2. Bu mahnı oxunanda hansı hisləri keçirirsiniz?

3. Mahnının birinci bəndində ( öyrədilən dil hadisə-

sinə uyğun olaraq) sifətləri və onların aid olduğu sözləri (

qırmızı koftalı, yaşıl tumanlı) göstərə bilərsinizmi?

4. Şuşa ilə bağlı hansı xüsusi isimləri sadalaya bilər-

siniz?

Əsirlikdə olan doğma torpaqlarımızı, anamız Şuşanı

nigarançılıqdan qurtarmaq üçün biz nə edə bilərik? (21,

səh. 112).

Professor E.Maqsudovun layihəsinə istinad etməklə

yuxarıdakı çalışmanın da slayt formasını hazırlamaq tövsi-

yə olunur. Bu zaman mahnının audial formasını təsviri sə-

nət nümunələri ilə birgə təqdim etmək mühüm əhəmiyyət

kəsb edir.

Həm slaytlarda, həm də təsviri sənət nümunələrində

Şüsanın dağlarının nümayiş etdirilməsi fonunda təhlillə-

rin aparılması xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə

desək, professor Elbəyi Mahmudovun modelinə istinaq

etməklə həm nitq mədəniyyəti normaları, həm də ana dili-

nin fonetik və morfoloji imkanları mahnılardan istifadə

edilməklə daha yaxşı öyrədilə bilər. E.Maqsudovun fikrin-

cə, Azərbaycan dili dərslərində xalq mahnılarından istifa-

dənin əhəmiyyəti əvəzsizdir. Bu əhəmiyyət və bəzi təklif-

ləri tezis şəklində aşağıdakı kimi göstərmək olar:

122

Şagirdlər və ya tələbələr dil hadisələrini xalq

ədəbiyyatı nümunələri üzərində müşahidə edirlər.

Xalq mahnılarımızı dinləyir, onların mətni, musiqisi

və ifaçısı ilə yaxından tanış olurlar;

Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinski, Rəşid

Behbudov, Hacıbaba Hüseynov, Qədir Rüstəmov, Alim

Qasımov və başqa bu kimi ölməz sənətkarların əvəzsiz,

sirli – sehrli səsləri ilə “ qidalanırlar”.

ç) Yabançı musiqilər və son dövrlərdə yaranmış bir

qisim sönük, zəif məntiqsiz və mənasız “mahnılarla” dərin

mənalı, milli – xalq mahnılarımızı müqayisə edib müəy-

yən nəticə çıxarmağı bacarırlar;

Ana dilimizə, xalq mahnılarımıza, mədəniyyətimizə,

milli musiqi folklorumuza, Vətənimizə böyük məhəbbət

hissi aşılanır;

Mənəvi sərvətimiz unudulmaqdan, başqaları tərəfin-

dən mənimsənilməkdən xilas edilir;

ə) Xalq mahnılarımız, milli musiqimiz, mədəniyyəti-

miz, dilimiz qorunur, yadda qalır, gələcək nəsillərə çatdırılır;

Ana dilimizin şəffaflığının təmsilçisi olan xalq mah-

nılarımız nəzarətsiz, unudulmuş qalmır, bayağılaşdırılmış,

bəsitləşdirilmiş mətn variantından uzaq olur;

q) Gənc nəslin milli, bəşəri mədəniyyətini tanıyıb

onun qoruyucusu, təəssübkeşi və müdafiəçisi ruhunda bö-

yüyüb tərbiyə olunur;

ğ) Tədrisdə xalq mahnılarından istifadə ana dilimizi

öz kökləri, qaynaqları ilə bağlı şəkildə öyrənməyə xidmət

edir.

Qrammatik iş aparılması məqsədi ilə dərsdə şagird-

lər mahnıları özləri də oxuya bilərlər. Bu, dərsin maraqlılı-

ğını və canlı olmasını daha da artırar.

123

Bizcə, yeni hazırlanacaq dərsliklərdə xalq mahnıları

mətnlərindən istifadə ilə bağlı çalışmaların verilməsi də

faydalı olar (21, səh. 112-113).

Göründüyü kimi, nitq mədəniyyətinin inkişafında

mahnılardan istifadənin əhəmiyyəti böyükdür.

Ümumiyyətlə desək, bədii yaradıcılıq nümunələrinin

hər biri nitq mədəniyyətinin inkişafında mühüm rol oyna-

yır. Ona görə də istər orta məktəblərdə, istərsə də ali mək-

təblərdə yeri gəldikcə sistematik olaraq bədii yaradıcılıq

nümunələrini təhlilə cəlb etmək vacibdir.

Azərbaycan dili və nitq mədəniyyəti fənninin tədrisi

zamanı sadədən mürəkkəb prinsipi əsasında əvvəlcə ədə-

bi-bədii janrlar (ağılar, laylalar, atalar sözləri, məsəllər,

bayatılar, aşıq şeirinin növləri, qəzəl, qəsidə, hekayə, no-

vella, povest, roman, oçerk və s.) haqqında məlumat ver-

mək lazımdır.

Sonra bədii əsərlərin dili barədə informasiya vermək

faydalıdır. Bu zaman bədii təsvir və ifadə vasitələri, sö-

zün həqiqi və məcazi mənaları, epitetlər, metaforalar, me-

tonimiyalar, bədii dilin tərkibi (arxaizmlər, neologizmlər,

varvarizmlər, vulqar sözlər, jarqonlar və s.) barədə məlu-

mat vermək yaxşı olar.

Bədii əsərin ideyası, məzmunu. Tip, xarakter, sürət;

bədii əsərin quruluşu – kompozisiya, süjet, fabula, proloq,

epiloq ekspozisiya, razvyazka, zavyazka, kulminasiya:

nəzm və nəsr (qafiyə, beyt, bənd, şerin vəznləri, poetik

növlər və sair) bu kimi mədəni nitqin inkişafı üçün səciy-

yəvi olan materiallardan istifadə etmək vacibdir.

Məşğələlərdə bayatı, qoşma, novella, gəraylıı, hərbə-

zorba, divani, qəzəl, qəsidə, deyişmə, dodaqdəyməz, dil-

tərpənməz, yanıltmac, çaşdırma, təkbeyt, üçlük, dördlük,

124

beşlik, altılıq, mürəbbe, müəşşər, müstəzad, tərkibbənd,

tərcibənd və bu kimi bədii yaradıcılıq nümunələrində

parçaları səsləndirmək. Bu zaman jest, mimika, əl- qol,

bədən hərəkətləri, artistizm, səsin tonu ilə bağlı praktik

vərdişlər aşılamaq.

Məşğələlərdə yanıltmacların praktik ifadəsini göstər-

mək: ağ balqabaq, boz balqabaq; mollanı əmmamələməli-

mi, əmmamələməməlimi; aşbaz Abbas aş asmış, asmışsa

da az asmış; siz mollanəsrəddinləşdirilmişlərdənsinizmi,

yoxsa Cəlil Məmmədquluzadələşdirilmişlərdənsiniz; aş-

baz Abbas bozbaş asır, o başda, bu başda; aşbaz Abbas, bu

necə basmatasaşdır, mənə bir basmatasaşs, bu necə bas-

mataşasdır?

Çaşdırmaların da praktik şəkildə səsləndirilməsi

vacibdir:

Bağa girdim.

Mən də, mən də...

Ağaca çıxdım.

Mən də, mən də...

Alma yedim.

Mən də, mən də...

İtlər gəldi.

Mən də, mən də...

Yaman hürdülər.

Mən də, mən də...

Bəd itlərdi.

Mən də, mən də...

125

NİTQ VƏ TƏFƏKKÜR

Nitq təfəkkürün məhsulu olduğu üçün nitq mədəniy-

yəti probleminin öyrənilməsi prosesində bu məsələnin psi-

xoloji əsaslarını da öyrənmək lazımdır. Ona görə ki, insan

hər hansı bir yeni ideyanın, qanunauyğunluğun, hadisə-

nin, xassənin, əlamətin- bir sözlə, bütün bu kimi yenilik-

lərin kəşfinə yönəldilmiş, lakin sosial cəhətdən şərtlənən

və nitq ilə ayrılmaz şəkildə bağlı olan psixi prosesə ma-

likdir. Hansı ki, bu psixi proses vasitəsilə insan ünsiyyət

tapır. Bu ünsiyyətin yaranma mənbəyi olan təfəkkür apa-

ratı onun şifahi və yazılı formalarnı tənzimləməyə xidmət

edir.

Təfəkkürün inkişafı bir problem olaraq həmuşə öz

aktuallığı ilə diqqəti cəlb edir. Ona görə hər dünyaya gələn

uşağın təfəkkür tərzini inkişaf etdirib formalaşdırmadan

onu münasib ruhda tərbiyə etmək, ona normal təhsil ver-

mək və onu cəmiyyətin nümunəvi üzvü kimi yetişdirmək

mümkün deyil.

Hələ Sovetlər dövründə uşaqların təfəkkürünün inki-

şaf etdirilməsi daim ön plana çəkilmişdir. Lakin kiçikyaşlı

məktəblilərin təfəkkür tərzi, idrak fəallığı sovet ideologi-

yasının, sosialist yanaşma tərzinin və kommunist dünya-

görüşünün prinsip və tələblərin əhatəsindən kənara çıxarıl-

mamaqla formalaşdırılması tövsiyə edilirdi. Bu da uşaqla-

rın təfəkkürünün birtərəfli inkişaf etdirilməsinə gətirib çı-

xarırdı.

Müstəqillik qazandığımız hazırkı şəraitdə isə kiçik-

yaşlı məktəblilərin psixoloji cəhətdən inkişaf etdirilməsı

onların təfəkkürünün formalaşdırılması məsələləri, bir

126

sıra direktiv sənədlərdə irəli sürülməsi təqdirəlayiq hal ki-

mi dəyərləndirilməlidir.

Ölkəmizdə böyük uğurla həyata keçirilən Təhsil İsla-

hatına dair bütün direktiv sənədlərdə yeniləşən məktəbə

yeni ideyalar, yeniləşən təlim prosesinə yeni konsepsiyalar

təklif olunur və bütün bunlar isə yeni pedaqoji təfəkkürün

formalaşdırılması üçün ən zəruri hal kimi təqdir olunur.

Təsadüfi deyil ki, Təhsil İslahatına dair sənədlərin hər biri

yüksək təfəkkürə malik şəxsiyyətlərin yetişdirilməsini tə-

ləb edir.

Təhsil İslahatı bütün təhsil işçiləri, təhsil sahəsində

fəaliyyət göstərən müəllimlər qarşısında mühüm vəzifələr

qoyur. Hər bir təhsil işçisində yeni pedaqoji təfəkkür for-

malaşdırmadan bu vəzifələrin təcrübədə reallaşmasından

danışmaq olmaz. Proqramda qeyd edilən “Demokratikləş-

dirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma,

fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq

təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun tə-

lim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca

vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsasla-

nan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyi-

nə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil

sistemiin yaradılması kimi vəzifələr yeni konseptual ma-

hiyyət daşımaqla ölkəmizdə avtoritar təhsil sistemindən

qətiyyətlə imtina edilməsini, demokratiya prinsiplərinə

əsaslanan mütərəqqi təhsil sisteminin qurulmasının obyek-

tiv qanunauyğunluğunu təsbit etmişdir” (23, səh. 331).

Bütün bunların yüksək sonluqla nəticələnməsi üçün

Azərbaycan Respublikasının Təhsil Nazirliyi aparatında

yeni islahat proqramı da hazırlanmışdır. Bu o demək idi

ki, hələ XXI əsrin astanasında Azərbaycan hökuməti yeni

127

əsrə, yeni pedaqoji təfəkkürə malik olan yeni insanlarla

qədəm qoymaq istəyir. Ona görə də ötən əsrin sonlarında,

bir qədər də dəqiq desək, Respublika Təhsil Nazirliyinin 9

avqust 1999-cu il tarixli, 639 № əmrinə əlavə edilmiş

“Tövsiyələr” də təhsilin humanistləşdirilməsi, diferensial-

laşdırılması, fərdiləşdirilməsi, uşaq hüquqlarının qorunma-

sı ideyalarının həyata keçirilməsi zərurəti elmi-nəzəri cə-

hətdən əsaslandırılmış, Bakı müəllimlərinin son üç ildə əl-

də etdikləri müsbət təcrübə əks etdirilmişdir (23, səh. 331-

332). Burada uşaqların hüquqlarının qorunması ideyasının

fonunda uşaqlara həm də psixoloji cəhətdən düzgün yana-

şılması nəzərdə tutulur. Çünki islahat proqramında yeni

pedaqoji təfəkkürün inkişafını zəruri edən bir çox məqam-

lar vardır. Hansı ki, demokratik ideyalar üzərində qurulan,

müstəqil dövlət quruculuğunun prinsiplərinə əsaslanan

müddəalar əsasında hazırlanan həmin proqram yeni insa-

nın hansı pedaqoji təfəkkürə yiyələnməsini özündə əks et-

dirir.

“Azərbaycan Respublikasının təhsil sahəsində islahat

proqramı” müstəqil Azərbaycanın təhsil quruculuğunda

müstəsna tarixi əhəmiyyətə malikdir. Beləki, təhsil islahatı

XXI əsrə qədəm qoyan gənc nəslin, eyni zamanda, cəmiy-

yətin və dövlətin inkişafına xidmət edəcək strateji istiqa-

mətləri açıqlamış, bu sahədə görüləcək cari və perspektiv

işləri müəyyənləşdirmişdir (23, səh. 331).

Həmin istiqamətlərdən biri yetişən nəslin nitq mədə-

niyyətinə yiyələndirilməsindən ibarətdir. Mədəni nitqin

inkişafında təfəkkürün rolu böyük olduğu üçün onun el-

mi, nəzəri və praktik mahiyyətinin də aydınlaşdırılması la-

zım gəlir. Mədəni nitq hadisələrindən ibarət olan tərəflər

psixi proseslərin də məhsulu hesab olunur. Yəni nitq hadi-

128

sələri əvvəlcə duyulur, qavranılır, sonra hafizədə saxlanı-

lır, daha sonra təfəkkür (bəzi hallarda təxəyyül) süzgəcin-

dən keçirilir. Beləliklə, məntiqi mahiyyət kəsb edir. Ona

görə nitq həm də məntiqi təfəkkürün məhsulu hesab olu-

nur. Bu məhsul insanlar arasında ünsiyyət yaradır. Ona

görə deyirlər ki, nitq ünsiyyət vasitəsidir. Lakin bu ünsiy-

yət insanlar arasında mədəni əlaqələrin, əxlaq normaları-

nın, mənəvi keyfiyyətlərin tənzimlənməsində xüsusi rol

oynayır. Hansı ki, bütün bunlar insanlar arasında mədəni

davranışın yaranmasını təmin edir.

Mədəni danışığa, yazılı nitqə demək olar ki, hamı

nail olmaq istəyir. Lakin bir sıra hallarda yazılı nitq nor-

maları ciddi şəkildə pozulur. Başlıca səbəb isə bəzi mütə-

xəssislərin mədəni nitq normalarını yaxşı bilməmələridir.

Çox vaxt müəssisə rəhbərləri orfoqrafik normalarla orfo-

epik normalar arasında fərq qoymurlar. Nəticədə bir sıra

elanların, trafaretlərin, tanışlıq lövhələrinin, reklam mətn-

lərinin hazırlanması zamanı belə elmi səhvlərə yol verilir.

Qəribədir ki, orta ümumtəhsil məktəblərində belə qaydala-

rın yetişən nəslin nümayəndələrinə öyrədilməsinə bax-

mayaraq, orta ümumtəhsil məktəblərində öz əksini tapan

belə lövhələrdə səhvlərə rast gəlmək olur.

Acınacaqlı hal odur ki, hələ də bəzi orta ümumtəhsil

məktəblərinin girəcəyindəki “Xoş gəlmisiniz” cümləsi

qalmaqdadır. Belə lövhələri tərtib edənlər bilməlidirlər ki,

yazılı ədəbi nitq normalarının tələblərinə müvafiq olaraq

“Xoş gəlmişsiniz” cümləsindəki “gəlmişsiniz” sözünün

kökü “gəl” sözüdür, yəni “gəl” feilidir. “Gəl” feilinə qoşu-

lan “miş” şəkilçisi nəqli keçmişin şəkilçisi, “siniz” isə

şəxs şəkilçisidir. Bu sözün “gəlmisiniz” şəklində yazılma-

sına yol vermək olmaz.

129

Göründüyü kimi, nitqin düzgünlüyü onun elmiliyin-

dən doğur. Bu elmiliyi isə xalq təsərrüfatının bütün sahə-

lərində, sosial mühitdə, məişətdə qorumaq vacibdir. Sosial

mühitimizin aynası hesab olunan televizor ekranlarında

mədəni nitqin təmizliyini qorumaq isə daha çox vacibdir.

Çünki televiziya verilişləri insanların məişətinə artıq daxil

olmuşdur. Televiziyanın bütün verilişlərində dilin saflığını

qorumalıyıq.

Televiziya tədbirlərində bu gün aktual olan muğam-

larla bağlı verilişlərdir. Biz muğamlarla bağlı olan veriliş-

lərdə dilin saflığını qorumalıyıq.

Nitq mədəniyyətinin inkişafında rol oynayan bədii

yaradıcılıq nümunələrindən biri də muğamlardır. Muğam-

ların hər iki tərəfindəki fəlsəfi-məntiqi mahiyyət güclü

vəhdət təşkil edir. Çünki muğamların söz tərəfindəki qə-

zəllər dərin məntiqi mahiyyət kəsb etməklə bənzərsiz fəl-

səfi mahiyyət kəsb edən bədii yaradıcılıq nümunəsidir.

Mədəni nitqin inkişafında muğamların söz tərəfinin rolu

böyük olduğu qədər muğam dəstgahlarının şöbələrinin,

guşələrinin, nəfəslərinin, zəngulələrinin, dəramədlərinin,

müqəddimələrinin, təsniflərinin adlarının, etimoloji məna

çalarlarının şərh edilməsi, muğam terminlərinin aydınlaş-

dırılması mühüm əhəmiyyət kəsb edir. Əgər natiqin nit-

qində, məruzəçinin məruzəsində, mühazirəçinin mühazi-

rəsində, aparıcının çıxışında söhbət milli mənəvi dəyər-

lərdən düşərsə, bu zaman müğamların ən zəngin milli-mə-

nəvi dəyərlərdən olması, onların hər hansı birinin ak-

tuallıq kəsb etməsi, fəlsəfi - məntiqi mahiyyəti, tərbiyəvi

əhəmiyyəti barədə söhbət açılarsa, bu zaman nitqin zən-

ginləşməsi təmin olunmuş olar.

130

Məlum olduğu kimi, muğamlardakı qəzəllərin mənti-

qi mahiyyəti daha güclü, daha qüvvətli olur. Çünki bu qə-

zəllərin müəllifi Nizami Gəncəvi, Seyid Əbulqasim Nəba-

ti, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əlağa Vahid,

Səməd Vurğun və digər görkəmli şairlərdir. Xanəndənin

muğamları ifa edən zaman qəzəldəki sözləri təhrif etməsi,

qırması, əzməsi, sındırması bir tərəfdən sözün estetik gör-

kəminə xələl gətirirsə, digər tərəfdən onun nitq mədəniy-

yəti baxımından tələblərini pozmuş olur. Beləliklə, ifaçı-

nın bu qusurları dinləyicilərə həm də psixoloji təsirini gös-

tərmiş olur. İlk növbədə, belə qüsurlar insan təfəkkürünün

inkişafına mane olur. Burada təfəkkür tərzinin pozulması

təxəyyülə bir başa kölgə salır, yəni təxəyyülün məhsulu-

nun keyfiyyətini azaltmış olur. Nəzərə alsaq ki, bədii yara-

dıcılıq nümunələrinin, əgər belə demək mümkünsə, isteh-

salın təxəyyül tərzi həyata keçir və təfəkkürün dinamik in-

kişafına təkan vermiş olur. Onda deməliyik ki, qəzəllərin

düzgün təqdim olunmaması hər iki psixi prosesə kölgə

salmış olur.

Bunların hamısı bütövlükdə nitq hadisəsi hesab olun-

duğu üçün nitq hadisələrinin hamısı idrak prosesinə xid-

mət etmiş olur. İdrak prosesində nitq hadisələrinin duyul-

ması, qavranılması, hafizədə saxlanılması, təxəyyül və tə-

fəkkür süzgəcindən keçirildikdən sonra peyda olunması

özü də bir konsepsiyadır. Hansı ki, bu konsepsiya psixolo-

giya elminə məxsusdur. Ona görə nitqin qavranılması, ha-

fizədə saxlanılması, təxəyyül və təfəkkür süzgəcindən ke-

çirildikdən sonra ünsiyyət vasitəsinə çevrilməsinin elmi-

psixoloji mahiyyətini də öyrənmək yaxşı olardı.

Söz özü də bir maddi qıcıqlandırıcıdır. Söz də insanı

əhatə edən maddi qıcıqlandırıcı kimi müvafiq reseptorlara

131

təsir edir. Söz də insanın hiss üzvlərinə təsir edir və

şüurda inikas edir. Söz də diqqəti cəlb edir, hafizədə qalır.

Sonra təxəyyül və təfəkkür süzgəcindən keçir.

Bəzən el arasında danışığın, yəni nitqin ağılın məh-

sulu olduğu ilə bağlı fikirlər irəli sürülür. Hətta bəzən ağılı

olmayan adamların kasıb olması ilə bağlı atalar sözlərinə

də rast gəlirik. “Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər”

kimi atalar sözündə ağıllı adamların varlı, ağılsız adamla-

rın yoxsul olması ideyası önə çəkilir. Burada dəryaca

ağlın olması təfəkkür itiliyini özündə ehtiva edə bilməz.

Çünki təfəkkür tərzindən yaransa da, təfəkkür aparatının

komponentləri kimi izah edilə bilər. Ağıl hər adamda var.

Hamı özünü ağıllı hesab edir.

Bir çox adamlar məmnuniyyətlə özərini ağıllı hesab

edirlər. Hətta əgər belə olarsa da, “ağıl nədir”? - sualının

cavabını tapmaq üçün təfəkkür adlandırılan əqli proseslə-

rin digərlərindən fərqini müəyyənləşdirmək lazım gəlir.

Lakin bunu müəyyənləşdirmək heç də göründüyü qədər

sadə deyildir (23, səh. 196).

Bəzi müəlliflər ağılın çoxluğunu təfəkkürün itiliyi ilə

eyniləşdirir, bəziləri isə əqli prosesi təfəkkür prosesindən

fərqləndirirlər. Yeri gəlmişkən burada “əqli proses” anla-

yışının “ağıl prosesi” anlayışı ilə əvəz olunmasını da məq-

sədəuyğun hesab edirik. Yəni bəzi psixoloqlar ağıl prose-

sini təfəkkürdən fərqli bir şəkildə izah edirlər. Professor

R.İ.Əliyev bir sıra əsərlərində ağıl prosesini təfəkkürdən

fərqləndirən əsas amilləri təhlilə cəlb edir. Onun fikrinə

görə, təfəkkür yeni biliklərin öyrənilməsi zamanı meydana

çıxır.

Əqli proseslər təfəkkürdən özünün reproduktivliyi ilə

fərqlənir. Təfəkkür isə sözün birbaşa mənasında məhsul-

132

dardır (U.Ceyms). O, bizim üçün yeni olmaqla yönəlişlilik

və onun dərk olunması qabiliyyətidir. Bu anlayış, əsasən,

təlimdə yeni biliklərin öyrənilməsi zamanı meydana çıxır.

Deməli, təfəkkür cisim və hadisələrin mahiyyəti-

nin, onlar arasındakı əlaqə və asılılıqların ümumiləşdi-

rilmiş və vasitəli inikasından ibarət olan idrak prosesi-

dir (23, səh. 197).

Maraqlıdır ki, həm etnopsixoloqlar, həm də etnope-

daqoqlar təfəkkürün əsasında dərrakəliliyin dayandığını

irəli sürürlər. Fikrimizcə, sözü, fikri, bütovlükdə nitqi tə-

fəkkür istehsal edirsə, ağıl onu tənzimləyir. “Ağıl ağıldan

üstündür”, “Ağıllı insanlar fərasətli olurlar” kimi atalar

sözlərindən də görünür ki, ağılla fərasəti, təfəkkürü eyni-

ləşdirmək olmaz. El arasında dərrakəliyi təfəkkür tərzi ilə

müqayisə etmək daha məqsədəuyğun olardı. El arasında

dərrakəli adamlar məntiqi mühakimələr yürüdür, güclü

mülahizələr aparır, hikmətli sözlər söyləyirlər. Xalq pe-

daqogikasında ağılla dərrakə arasında sərhədin olduğu da

vurğulanır. Bu mənada professor Ə.Həşimov və

F.Sadıqova məxsus olan “Azərbaycan xalq pedaqogikası”

dərsliyində (25, səh. 103) verilən etnopedaqoji nümunələ-

rin birində “ağıl” və “dərrakə” arasında sərhəd qoyulur.

Göstərilir ki, qədim zamanlarda iki qonşu öz ölkələrində

təhsil ocağı olmadığı üçün övadlarını başqa məmləkətə

aparırlar. Bir ildən sonra onları gətirməyə gedəndə molla-

nın yanına girib uşaqlarının səvviyəni öyrənmək istəyirlər.

Molla birinci uşağın ağıllı və dərrakəli olduğunu, ikinci

uşağın isə “ağıllı” olsa da, dərrakəsi olmadığını deyir. Va-

lideyn etiraz edəndə molla dediklərini sübut etmək üçün

uşağı yoxlamalı olur. Bunun üçün həmin uşağa belə bir

sual verir: “Mənim ovucumda bir canlı var. Qaradır, göz-

133

ləri, qıcları, ağzı, quyruğu var. Uşaq cavabında deyir: -

Molla əmi, camış!!! Molla valideynə bildirir ki, sənin öv-

ladın ağıllı olduğu üçün camışın qara olduğunu, ağzının,

qıçlarının, quyruğunun olduğunu yaxşı bilir. Amma dərra-

kəsi çox zəif olduğu üçün camışın insanın ovucuna yerləşə

bilməməsi barədə cəld düşünə bilmir”.

Göründüyü kimi, ağılı olan insana biliklər hazır for-

mada verilmir! Etnopedaqogikada vurğulandığı kimi, dər-

rakə, yəni təfəkkür yeni bilikləri bir növ istehsal edir.

Təfəkkür vacib və ilkin ümumiləşdirmədir. Elə bu

səbəbdən də təfəkkür çoxsaylı informasiyaları təhlil edir,

keçmiş nəsillərin təcrübəsini özündə əsk etdirir. Onun

ikinci əlaməti vasitəli inikasla bağlıdır. Yeni biliklər hazır

formada verilmir, sanki təfəkkür özü onu istehsal edir,

mövcud informasiyanı yoxlayır, təhlil edir (24, səh. 197).

Burada nitq prosesində problemli situasiyaların yara-

dılmasının da əhəmiyyəti böyükdür. Əslində problemli si-

tuasiyaları psixoloqlar, pedaqoqlar, tərbiyəçilər özləri ya-

ratsalar da, bəzən təbii olaraq yaranan situasiyalar problem

barədə tam təəssüratı yarada bilir. Bu zaman fikir yürü-

dənə, nitq söyləyənə qarşıdakı, yəni kiçik məktəbyaşlı

uşaq, məktəbli, tələbə suallar verməklə öz təfəkkür tərzini

fəallaşdırmağa başlayır. Bütün psixoloqların qənaətinə gö-

rə, kiçik uşaqları maraqlandıran problemlə, lap kiçik bir

predmetlə bağlı suallar yağdırmağa başlayırlar.

“Bu nədir?”, “Niyə?”, “Kimin günahıdır?”, “Nə et-

məli?” və s. sual və problemin qoyulması ilə təfəkkür

təzahür edir. Adətən belə sualların qoyulması ilə “problem

situasiya” yaranır və fərd situasiyadan asılı olaraq fikrən

gərginlik keçirir. Psixoloqlar bu hadisəni əqli fəallığın

“stimulu” kimi səciyyələndirirlər. Lakin burada söhbət heç

134

də əqli fəaliyyətin birbaşa stimullaşdırılmasından getmir.

Problemli situasiyanın yaranması ilə inikas və

dərketmənin motivi kimi təfəkkür fəaliyyəti başlayır. Sual,

tapşırıq, problemin həlli ilə bağlı insanın hazır fəaliyyət

resepti və savadı olmadığından dərk edildikdən sonra həl-

li yolları axtarılır (23, səh. 198).

Ona görə fərdin təfəkkürünün inkişafında mühüm rol

oynaya biləcək sualları pedaqoji-psixoloji cəhətdən düz-

gün müəyyənləşdirmək lazım gəlir. Sualı elə qoymaq la-

zımdır ki, fərdlər həmin sualı anlaya bilsinlər, həm də nitq

məhsulları onların anlaq səviyyəsinə uyğun olsun. Dialoq

və ya ünsiyyət zamanı verilən sualın formalaşdırılması və

düzgün qoyulması onun anlama səviyyəsinin yüksək ol-

masını göstərir. Anlamaq, problemi düzgün qoya bilmək

isə onun düzgün həlli üçün müvafiq metodların tapılması-

dır. Sualların yaranması anlama və düşüncənin fəaliyyətə

başlamasının ilkin əlamətidir (S.L.Rubinşteyn). Əgər insa-

na başlanğıcda hər şey aydındırsa, onun üçün heç bir qa-

ranlıq sual və problem qalmırsa, hər şeyin tamamilə aydın

olması fikri fəaliyyətin olmaması və ya zəif olmasının

göstəricisidir. Yalnız müstəqil fikirləşməyi öyrənməyənlər

üçün problem yoxdur. Şübhəsiz, bu, onu göstərir ki, hələ

onun fikri, fəaliyyəti hərəkətsizdir. Elə adamlar vardır ki,

onlar nəinki vaxtı, hətta problemləri belə görmürlər. İnsa-

nın dəf etməli olduğu əqli və situativ çətinlikləri propor-

sional formada bölə bilməsi onun təfəkkürünün səmərəlili-

yinin görtəricisidir (23, səh. 198).

Ona görə bütün fikri əməliyyatları nitq formasında

təqdim edərkən dinləyənin fərdi, cinsi və anlaq səviyyəsi-

nə uyğun olaraq müxtəlif xarakterdə tərtib etmək lazımdır.

135

Təcrübə və müşahidələr göstərir ki, bəzi fənn müəl-

limləri fikri əməliyyatların psixologiya ədəbiyyatındakı

növlərini tətbiq etməklə kifayətlənirlər. Unutmaq olmaz

ki, elmi-texniki tərəqqi dövrünün uşaqları üçün daha mü-

tərəqqi forma və növlərdən istifadə etmək lazım gəlir.

Fikri əməliyyatın çoxsaylı növləri də üsul və mexa-

nizmlərinin çoxluğuna səbəb olmuşdur. Onun strukturuna

kompleks məntiqi əməliyyatlar: müqayisə, təhlil, tərkib,

mücərrədləşdirmə, ümumiləşdirmə, konkretləşdirmə və

təsnifat daxildir.

Təfəkkür prosesləri, adətən, ümumi, xüsusi, fərdi

hökmlər və induksiya, deduksiya, təşbeh kimi istidlal for-

masında təzahür edir (23, səh. 199).

Professor Nurəddin Kazımov haqlı olaraq göstərir ki,

hər hansı bir pedaqoji prosesdə qarşıdakına psixoloji cə-

hətdən düzgün yanaşa bilməyən müəllim həmin adamın

təfəkkürünün inkişafı ilə bağlı heç bir təsəvvürə malik ol-

mayacaqdır. N.Kazımova görə, psixoloji inkişaf amilini

nəzərə almayan hər hansı müəllim didaktik materialın əv-

vəlcə duyulub qavranılması, sonra hafizədə saxlanılaraq

təxəyyül və təfəkkür süzgəcindən keçirilməsi prosesini də

izləyə bilməz.

Diqqəti, iradəsi zəif inkişaf etmiş şagird və ya tələbə

təlimdə çətinlik çəkdiyi kimi, ləng düşünən, hadisələrdəki,

cisimlərdəki oxşar və fərqli əlamətləri deməkdə acizlik

göstərən şagird və ya tələbə də təlimdə cəsarətlə irəliləyə

bilmir. Müstəqil dövlətimizə bu gün iradəli adamlar, yara-

dıcı düşünən şəxslər, qurub-yaradan vətəndaşlar lazımdır.

Bu cür keyfiyyətlərə malik olan vətəndaşların yetişdiril-

məsinin möhkəm təməli məhz məktəbdə qoyulur. Belə bir

vəzifənin öhdəsindən gəlmək üçün orta və ali məktəblər

136

dərsliklərində, ümümən təlimdə kifayət qədər imkanlar

var. Bu imkanlardan istifadə etmək üçün müəllimliyə ha-

zırlaşan tələbə düşünmək, fikir yürütmək bacarığının, yəni

təfəkkür bacarığının təzahür formalarının nədən ibarət ol-

duğunu bilməlidir ki, onları öz şagirdlərində formalaşdır-

mağın öhdəsindən gəlmək imkanı qazansın (39, səh. 49).

Göründüyü kimi, hətta böyük pedaqoq təlim-tərbiyə

prosesində psixoloji inkişafa, o cümlədən təfəkkürün inki-

şaf etdirilməsi kimi vacib bir məsələyə daim diqqət yetiril-

məsini zəruri hesab edir. N.Kazımov təfəkkürün inkişafın-

da bənzərsiz rol oynayan fikir söyləməsini nitq mədəniy-

yətinin mühüm vasitəsi hesab edir, nitq mədəniyyətinin in-

kişafında müqayisə üsulunun da üstünlüklərini yada salır.

Doğrudan da, hər hansı bir müqayisəli situasiyada təfək-

kürün inkişafı özünü müxtəlif formalarda göstərmiş olur.

Təfəkkür aşağıdakı formalarda özünü göstərir: hər

hansı məfhumu, hadisəni, cismi təhlil etmək; məfhumlar,

hadisələr, cisimlər arasındakı oxşarlığı və ya fərqi müəy-

yənləşdirmək; məfhumları, hadisələri, cisimləri oxşar əla-

mətinə görə ümumiləşdirmək; məfhumları, hadisələri, ci-

simləri oxşar və fərq əlamətlərinə görə qruplaşdırmaq və

s. (39, səh. 49-50).

Belə təqdirdə isə ali və orta məktəb şagirdlərinin nə-

zəri təfəkkürü daha çox inkişaf etmiş olur. Yeri gəlmişkən

demək lazımdır ki, verilən biliklərin növündən, for-masın-

dan, əlamət və xüsusiyyətlərindən asılı olaraq şagirdlərdə

və tələbələrdə müxtəlif təfəkkür tərzləri inkişaf etmiş

olur. Yəni situasiyadan asılı olaraq onların nəzəri təfəkkü-

rü, bədii-nəzəri təfəkkürü, əyani-obrazlı təfəkkürü, təsviri

təfəkkürü özünü daha çox göstərir. Bundan başqa, para-lo-

137

gik təfəkkür, rabitəsiz təfəkkür, autistik təfəkkür növləri

də mövcuddur.

Nəzəri təfəkkür. Nəzəri təfəkkürə malik olan insan

problemi yalnız əldə olunan məlumatların məntiqi təhlili

yolu ilə həll etməyə cəhd göstərir. Nəzəri təfəkkürün kö-

məkliyi ilə problemin müvəffəqiyyətli həllində əsas amil

əldə olunan informasiyanın tamlığı və etibarlılığından ası-

lıdır. Buna görə də bi çox hallarda deyirlər ki, nəzəriyyəçi

astronomların nəticələrinə inanın. Amma çalışın ki, nəzə-

riyyəçi həkimlərin qəbuluna düşməyəsiniz. Nəzəriyyəçi

pedaqoq, dietoloq və b. tövsiyələrinə inanmayın, hərgah

onların məsləhətini unuda bilmirsinizsə, onda tam qətiy-

yətlə onların dediklərinin əksini edin (23, səh. 199).

Nəzəri təfəkkürlər barədə şagirdvə tələbələrlə bağlı

iş aparan müəllimlər, xüsusilə ali məktəb müəllimləri heç

bir müvəffəqiyyət qazana bilmirlər. Niyə? Birincisi ona

görə ki, onlar təfəkkürün inkişafı ilə bağlı əldə etdikləri

səthi nəzəri məlumatlara istinad etməklə kifayətlənirlər.

Bəzən nəzəriyyəçi iqtisadçılar, sosioloqlar, politoloqlar da

təfəkkürün inkişafı ilə bağlı proqnozlar verirlər.

Nəzəriyyəçi futuroloq, iqtisadçı politoloqların proq-

nozlarına gəldikdə onlara inamsız olmayın, sakitliklə qə-

bul edin. Allahın köməkliyi ilə onlar baş verə bilər. Amma

ola bilsin ki, çox sonralar, hətta siz həyatdan gedəndən

sonra baş versin (23, səh. 199).

Şagirdlərin, yaxud tələbələrin bəzilərinin qavrama

qabiliyyəti, dərketmə səviyyəsi, anlaq tutumu zəif olduqda

sinif müəllimləri valideynlərə həmin uşaqları həkimə gös-

tərməyi məsləhət görürlər. Həkimlər isə sırf psixoloq ol-

madığı üçün sakitləşdirici həblərin qəbul edilməsini tövsi-

yə edirlər. Hətta bəzi həkimlər “psixoloqluq” edərək re-

138

septlər də yazırlar. Onlar unudurlar ki, bəzi müəllimlərin

nəzəri təfəkkürlə bağlı atdıqları səhv addımların nəticə-

sində bütün bunlar baş vermişdir.

Təfəkkürün ikinci növü bədii-nəzəri təfəkkür adla-

nır. Ötən əsrlər təfəkkürün bu növünü şairlər, rəssamlar,

arxitektorlara aid edirlər. Bədii təfəkkür varlığın obrazlı

surətdə əks etdirilməsidir. Bu baxımdan tanınmış artistləri,

müğənniləri, hətta dərziləri də bura aid etmək olar (23,

səh. 200).

Orta məktəb şagirdlərində özünü göstərən bədii tə-

fəkkür və onun məhsulları çox zaman təxəyyüllə və ya tə-

xəyyülün məhsulları ilə qatışdırılır. Unutmaq olmaz ki,

bədii təfəkkürün varlığı obrazlı surətdə əks etdirməsi onu

təxəyyüldən fərqləndirir. Bu zaman bədii-nəzəri təfəkkür

olaraq bu psixi xassənin məhsulu, əsasən, nəzəri problem-

lərin həllinə yönəlmiş olur.

Əyani-obrazlı təfəkkür isə daha çox aviasiya dis-

petçerinə, baxıcılara, cibgirlərə və s. lazım olur.

Həyatda təfəkkürün növləri arasında qəti sərhəd qoy-

maq mümkün deyil. Özünün obyektini düzgün təyin et-

mək üçün cibgirə əyani-obrazlı təfəkkür (yəni diqqətsiz,

fikirli, əzgin və s. şəxsi təyin etmək üçün), işin özünü hə-

yata keçirmək üçün isə əyani-əməli təfəkkür, yəni “ağıllı,

çevik əl” lazımdır. Hər dörd növ təfəkkür sadəcə olaraq

mövcud deyil, adətən, bütün fəaliyyət növləri üçün zəruri-

dir. Amma dar ixtisaslaşdırılmış sahələrdə onlardan biri

dominantlıq təşkil edir (23, səh. 200).

Bundan başqa, tətbiqi psixologiyada istifadə olunan,

başqa sözlə desək, çox təsadüfi hallarda özünü büruzə ve-

rən fərdi psixoloji xüsusiyyətləri daşıyan təfəkkür növləri

də vardır. Yeri gəlmişkən demək lazımdır ki, son zamanlar

139

tətbiqi psixologiya sahəsində aparılan tədqiqatlar göstərir

ki, ağılın dərinliyini, çevikliyini hərtərəfli öyrənmək bir o

qədər də asan deyil.

Müasir dövrdə tətbiqi psixologiyada təfəkkürün fər-

di-psixoloji xüsusiyyətlərinin öyrənilməsinə xüsusi diqqət

yetirilir. Əqli fəaliyyətin tənqidilik və müstəqillik dərəcə-

sinin səmərəliliyini az və ya çox dərəcədə müəyyənləşdir-

mək mümkündür. Bu isə nisbətən neytral və universal

göstəricidir. Ağılın genişliyi, dərinliyi və çevikliyini ob-

yektiv olaraq qiymətləndirmək çətindir. Çünki onların ma-

hiyyətini birmənalı olaraq qiymətləndirmək olmur. Müxtə-

lif şəraitlərdə onlar fərqli şəkildə özünü təzahür etdirir. Öz

peşə fəaliyyəti ilə bağlı yüksək əqli çeviklik göstərən vəkil

bağçılıq və digər həyati işlərdə standart, şablon düşüncə

tərzinə malik ola bilər (23, səh. 200).

Öz peşə fəaliyyəti ilə daha yüksək çeviklik göstərən

pedaqoqlar, tərbiyəçilər tətbiqi psixologiyanın imkanla-

rından istifadə edərək ağılın çevikliyini, dinamikliyini,

səviyyəsini müəyyən çətinliklər hesabına olsa da, müəy-

yən edə bilirlər. Hətta ibtidai sinif şagirdlərində baş verən

təfəkkür pozuntularını sinif müəllimləri daha tez hiss edirlər.

Təfəkkür pozuntularını, onun standartdan, normadan

geri qalmasının dərəcəsinin müəyyənləşdirilməsi, forma

və səviyyəsinin təyin edilməsi daha asandır. Eyfariya za-

manı fikir yüksək əhval, şövq (bəzi adamlarda sərxoşlu-

ğun birinci mərhələsində) əqli proseslərin qeyri-adi yüksə-

liş zəminində baş verir və sanki fikirlər bir-birilərini qa-

baqlamağa çalışır. Fasiləsiz olaraq meydana çıxan fikir,

mühakimə, mülahizələr getdikcə qeyri-ciddi xarakter alır,

bütün şüuru əhatə edir və ətrafdakı insanlara çatdırılır. Be-

140

lə idarəolunmaz, fasiləsiz və qeyri-ixtiyarı fikir axını men-

tizm adlanır (23, səh. 201).

Müəllimlər eyfariya barədə çox vaxt düşünmürlər.

Təcrübə göstərir ki, dərs zamanı, fikir söyləyən, sual verən

və eyfariyaya məruz qalan şagirdlərə fərdi yanaşmaqda

çətinlik çəkən sinif rəhbərləri, ixtisas müəllimləri, hətta

məktəb rəhbərləri uşaqları danlayır, məzəmmət edərək on-

ların psixoloji durumlarını daha da ağırlaşdırırlar. Eyfari-

yadan yaranan mentizm əksi təsviri təfəkkür adlanır.

Mentizmin əksi isə özünü doğrultmayan təsviri tə-

fəkkür adlanır. Bu zaman sanki problemin mahiyyətinin,

əsas tərəflərinin çatdırılması qabiliyyəti itirilir. Təsviri tə-

fəkkürə mübtəla olan şəxslər ciddi-cəhdlə, aramsız olaraq

xırda, aidiyyatı olmayan cəhətlər barədə uzun-uzadı danı-

şırlar (23, səh. 201).

İbtidai sinif müəllimləri və eləcə də digər müəllimlər

təsviri təfəkkür barədə məlumata, təcrübə faktına çox vaxt

digər baxımdan, başqa bir müstəvidən yanaşırlar. Ona gö-

rə sinif müəllimləri hazırlayan fakültələrdə təhsil alan tələ-

bələrə bu xüsusda ayrıca məlumat vermək lazımdır ki, on-

lar praktikada belə hallarla qarşılaşdığı zaman onların qar-

şısında aciz qalmasın.

Tələbə sadalanan təfəkkür formalarının nəinki adları-

nı, həm də ayrılıqda hər birinin mahiyyətini bilməlidir.

Bunsuz o, şagirdlərdə təfəkkürü uğurla formalaşdıra bilməz.

Mövzunun ən vacib cəhətlərindən biri budur ki,

müəllim təfəkkür bacarığını, fikir yürütmək bacarığını şa-

girdlərdə formalaşdırmağın yollarından da xəbərdar olsun.

Faktlara müraciət edək. III sinifdə Azərbaycan dili dərsi-

dir. Mövzu “Sözün tərkibi; kök və şəkilçidir”. Dərsin əsas

məqsədi kökün və şəkilçinin nə demək olduğunu şagirdlə-

141

rə başa salmaqdır. Müəllim lövhədə aşağıdakı sözləri : Ki-

tab, kitabda, kitabdan, kitabsız, kitabla və s. sıra ilə yazır

və şəkilçilərin altından xətt çəkir (23, səh. 50).

Bu zaman müəllim problemli situasiya yaratmaq yo-

lu ilə uşaqları verilən sualın cavabını doğru tapmağa yö-

nəltməyə çalışır. Lakin müəllim uşaqların səhv cavab ve-

rəcəyinə, yəni düzgün cavab verə biləcəyinə əmin olmadı-

ğından özü fəallıq göstərir.

Müəllim lövhəyə yaxınlaşır, yazılmış sözlərdəki də-

yişməyən sözü (kitab) hər dəfə təkrar edir və üzünü şa-

girdlərə tutub deyir:

- Yadınızda saxlayın, sözün dəyişməyən hissəsinə

kök deyilir; sözün dəyişən hissəsi isə şəkilçi adlanır.

Dərsin bu hissəsindən göründüyü kimi, müəllim çalı-

şır ki, ümumiləşdirmə yolu ilə kök və şəkilçi məfhumla-

rını şagirdlərinə öyrətsin (39, səh. 50).

Məktəb təcrübəsində, götürülən bu nümunə ibtidai

sinif şagirdlərinin məntiqi təfəkkürünün inkişafı üçün ör-

nək ola bilər. Ümumiyyətlə desək, təfəkkürün elə növləri

var ki, məktəb təcrübəsində onlara çox nadir hallarda rast

gəlmək mümkündür, yaxud heç rast gəlmək mümkün de-

yil. Subyektiv təfəkkür növünü buna misal gətirmək olar.

Emosional, həyəcanlı vəziyyətdə olan şəxslər bir-biri

ilə əlaqəsi olmayan, tamamilə müxtəlif məsələləri birləşdi-

rir, bir anlayışı digəri ilə qarışdırır. Belə subyektiv təfək-

kür parologik təfəkkür (qadın məntiqi) adlanır (23, səh.

201).

Subyektiv təfəkkür çox vaxt anadangəlmə qüsurları

olan uşaqlarda özünü göstərir. Təcrübə və müşahidələr

göstərir ki bəzi hallarda orta ümumtəhsil məktəblərinə

anadangəlmə qüsurları olan uşaqlar da gəlirlər. Halbuki

142

uşaqlar I sinfə həkim müayinəsindən keçdikdən sonra xü-

susi komissiyanın rəyi əsasında qəbul edilir. Lakin istisna-

lar da olur. Hətta nitqində və təfəkkür tərzində qüsurları

olan uşaqlara ibtidai siniflərdə rast gəlmək olur.

Bəzən təfəkkürdə qəribəliklər özünü göstərir. Mənti-

qi əlaqə pozulur, məna birliyi itir, amma qrammatik qay-

dalar tamamilə yerli-yerində olur. Görürsən ki, birisi tam

ciddi şəkildə sizə nəyi isə izah edir, siz isə işin mahiyyəti-

nin nədən ibarət olduğunu başa düşmürsünüz. Hətta “nati-

qin” özü də öz fikirlərinin mahiyyətini dərk etmir. Təfək-

kürün belə xüsusiyyətləri rabitəsiz təfəkkür adlanır (23,

səh. 201).

Məhz orta ümumtəhsil məktəblərində (tam orta təhsil

məktəblərində - V.D.) belə hallara az da olsa rast gəlmək

olur.

Psixoloqlar belə halları psixoloji steriotiplər adlandı-

rır. Bəzən kiçik məktəbyaşlı uşaqların hər dəfə şablon qə-

rarlar çıxarmağa meyilli olduqlarını müşahidə etmək

mümkündür.

Adətən şablon qərarlar, nəticələr çıxarmaq, gözlənil-

məz vəziyyətlərdən müstəqil çıxmaq və orijinal qərarlar

qəbul etmək fikrini psixoloqlar təfəkkürün funksional ri-

gidliyi adlandırırlar. Təfəkkürün belə xüsusiyyəti toplan-

mış təcrübəni asılılıq və sonradan onun məhdudluğu və

təkrarlanması səbəbindən təfəkkürün stereotipinə çevril-

məsi ilə bağlıdır. Əksinə, fantaziyanın hədsiz sərbəstliyi,

əqli proseslərin subyektiv, bir istiqamətli inkişafı onu real

həyatdan xeyli uzaqlaşdırır. (23, səh. 201).

Belə təfəkkür tərzinə malik uşaqlara az da olsa rast

gəlmək mümkündür. Bəzən həmin uşaqlarda təfəkkürün

funksional rigidliyi onları fantastik filmlərə baxmağa, şi-

143

şirdilmiş hadisələrə qulaq asmağa təhrik edir. Belə

uşaqlarda şəxsi hislərə qapılmaq halları müşahidə olunur.

Belə hislərə qapılan uşaqların isə bir qismi real həyatla

əlaqəni azaldır. Onlar başqaları ilə ünsiyyətə demək olar

ki, maraq göstərmirlər.

Psixi proseslərin dərinliyini əks etdirən uyduruluş

fantastik aləm bəzi adamlarda tədricən təfəkkürü şərtləndi-

rən amilə çevrilir. Bu hadisəyə autistik təfəkkür deyilir.

Autizm şəxsi hislərə elə dərindən aludə olmaqdır ki, real-

lıq hissi itir, onunla əlaqə kəsilir, ətrafdakılarla ünsiyyətə

maraq azalır. Autistik təfəkkür arzuların xəyalən “reallaş-

masıdır”; gəlinciklə oynayan qız xoşbəxt ana, tankla oyna-

yan oğlan general olur. Xəyalən xoşbəxt günlər yaşanılır.

Yuxuda isə ən gizli arzular “həyata keçir”. Əlbəttə, autis-

tik təfəkkür real həyata təsir etmək imkanında deyil, yəni

o, yalnız qeyri-məhsuldar fantaziyadır. Qeyd etmək lazım-

dır ki, təfəkkür yalnız xarici aləm haqqında informasiyala-

rı təhlil etmir, eyni zamanda, o subyektin özü barədə mə-

lumatları təhlil edir. Autistik təfəkkür “psixi reallığı”, mo-

tivləri, arzuları, meyli, emosional reaksiyanı və onların ha-

mısının kompleks şəkildə təsiri ilə insanın psixi vəziyyəti-

ni əks etdirir (23, səh. 202).

Belə təfəkkürə malik olan uşaqların fantaziyası dina-

mik təsirə malik olmur. Yəni onların fantastik yanaşmala-

rı, şişirdilmiş rəqəmlərlə kimləri isə valeh etmək gücünə

malik olmur.

Mədəni nitqin inkişafında şagird və tələbələrin

diqqət və qabiliyyətlərinin inkişaf etdirilməsinin də

əhəmiyyəti böyükdür. Diqqətli olmadan fikri izah eləmək

çox çətindir. Ona görə pedaqoji prosesdə öyrənənlərə

144

diqqətli olmağın psixoloji əsaslarını da öyrənmək

vacibdir.

Gələcək mütəxəssislərə hər hansı bir elmi ideyanı sü-

buta yetirmək üçün diqqətli olmağın psixoloji əsaslarını

onlara öyrətməyin elmi, pedaqoji, psixoloji və metodik

imkanlarını müəyyənləşdirmək gərəkdir. Elmi ideyanı sü-

buta yetirmək üçün müqayisə aparmağı öyrənmək vacib-

dir. Elmi faktların müqayisəsi imkan verir ki, onları ümu-

miləşdirib sağlam nəticə söyləyəsən. Bu zaman tələbələr-

də sağlam fikir söyləmək qabiliyyəti yaranır. Yaranan qa-

biliyyət istedada çevrilir. Beləliklə, natiqlik məharəti yara-

nır. Mədəni nitqin imkanlarından bəhrələnməklə natiqlik

peşəsinə yiyələnmək olur. Qabiliyyətli nitq söyləməyə alı-

şanlarda isə gözəl danışmaq məharəti yaranır. Belə məha-

rət səsin tonundan, jestlərdən, mimikalardan yerli-yerində

istifadə etmək istedadına çevrilir. Bütün bunları psixoloq-

lar əməli fəaliyyətin modern forması hesab edirlər.

İnsanlar tarixi inkişafın gedişində qarşılarına çıxan

məsələləri əvvəlcə əməli fəaliyyət planında həll etmişlər.

Yalnız sonradan bu əməli fəaliyyətdən nəzəri fəaliyyət

ayrılmışdır. Məsələn, uzaq əcdadımız əvvəllcə torpaq sa-

hələrini əməli surətdə (addımla və s.) ölçməyi öyrənmiş-

dir, sonralar bu əməli fəaliyyət gedişində qazanılmış bilik-

lərə istinad etmişdir. Əməli və nəzəri fəaliyyət biri-biri ilə

ayrılmaz surətdə qarşılıqlı əlaqədədir. “İdeyaların, təsəv-

vürlərin və şüurun hasil edilməsi əvvəlcə bilavasitə insan-

ların maddi fəaliyyətinə... bağlıdır”. Bu göstərir ki, sırf nə-

zəri fəaliyyət yox, məhz əməli fəaliyyət ilkindir (42, səh.

352).

Deməli, əməli fəaliyyət tədricən inkişaf edərək nə-

zəri fəaliyyətin üzə çıxmasına bir növ zəmin yaratmışdır.

145

Buradan belə qənaət hasil olur ki, əməli fəaliyyətin geniş-

lənməsi daha müstəqil olan təfəkkür fəaliyyətini yaratmış-

dır. Təfəkkürün ilkin xarakteristikası məhz belə şərh olun-

malıdır.

Əgər əməli fəaliyyətin genişlənməsi müstəqil təfək-

kür fəaliyyətini yaradırsa, deməli, məntiqi təfəkkür fəaliy-

yəti üçün də geniş imkanlar yaranmış olacaqdır. Əlbəttə

ki, məntiqi təfəkkürün formalaşması üçün zaman tələb

olunur. Bu o deməkdir ki, məntiqi təfəkkürün bünövrəsi

orta məktəbdə qoyulmalıdır. Bunun üçün, ilk növbədə,

mücərrəd təfəkkürü yaratmaq, nitqin inkişafı üçün mücər-

rəd təfəkkür bazası yaratmaq gərəkdir.

Mücərrəd təfəkkür. Əməli və əyani-hissi təcrübə-

nin əsasında məktəbyaşlı uşaqlarda əvvəlcə çox sadə for-

mada təfəkkür, yəni mücərrəd məfhumlar şəklində cərə-

yan edən təfəkkür inkişaf edir. Burada təfəkkür təkcə əmə-

li hərəkətlər şəklində və əyani surətlər (qavrayışlar və tə-

səvvürlər) formasında deyil, birinci növbədə, mücərrəd

məfhum və mühakimələr şəklində özünü göstərir (42, səh.

354). İstər humanitar elmlərlə, istərsə də dəqiq elmlərlə

bağlı uşaqlara verilən informasiyalar onların zehni inkişa-

fında mühüm əhəmiyyət kəsb edir. Riyazi təmrinlər uşaq-

ların təfəkkürünü necə yönəldirsə, tarixi məlumat və ədə-

bi, bədii nümunələr əsasında təqdim edilən poetik yanaş-

malar da onların zehni inkişafını eyni dərəcədə inkişaf et-

dirir.

Məktəblilərin müxtəlif elmlərin (riyaziyyat, fizika,

tarix) əsaslarını mənimsəyərkən məfhumlara yiyələnməsi-

nin onların zehni inkişafında son dərəcə böyük əhəmiyyəti

vardır. Məktəb təlimi zamanı riyazi, coğrafi, fiziki, bioloji

və bir çox başqa məfhumların formalaşması və mənimsə-

146

nilməsi bir sıra tədqiqatların (P.Y.Qalperi, V.V.Davıdov,

Q.S.Kostyuk, N.A.Mençinskaya, R.Q.Natadzen, D.B.El-

koni və başqalarının tədqiqatları) obyektini təşkil edir. Bu

tədqiqatlarda məfhumların uşaqlar tərəfindən məhz hansı

ardıcıllıqla, hansı şəraitdə, məhz hansı əlamətlərin mənim-

sənilməsi müfəssəl şəkildə öyrənilir, məktəb təliminin so-

nunda uşaqlarda müəyyən dərəcədə məhumlar sistemi for-

malaşır. Şagirdlər nəinki ayrı-ayrı məfhumlardan (məsələn

“xüsusi çəki”, “məməlilər”, “tənqidi realizm”), hətta tam

məfhumlar sinfindən və ya sistemindən (məslən: həndəsi

məfhumlar sistemi) bacarıqla istifadə etməyə başlayırlar

(42, səh. 354).

Təcrübə göstərir ki, mücərrəd təfəkkür bəzən hissi

idrakın sərhədlərini aşır. Lakin mücərrəd təfəkkür hissi id-

rakın sərhədlərini keçsə də, heç zaman cisim və hadisələri

duyub, qavrayıb qiymətləndirmə sərhədlərindən uzaqlaş-

mır. Əyanilik şagirdlərdə məfhumların inkişafı prosesində

iki rol oynayır. Bir tərəfdən, əyanilik bu prosesi yüngüləş-

dirir. Uşaq fikrinin ilk inkişaf mərhələlərində əyani, hissi-

konkret materiala əməliyyat aparmaq daha asandır. Məsə-

lən, bir sıra tarixi məfhumlar (“biyar”, “rəncbər”) müvafiq

əyani surətlərin, rəsmlərin, tabloların, bədii ədəbiyyatdan

götürülmüş şəkillərin əsasında daha yaxşı mənimsənilir

(42, səh. 354).

Əyani təfəkkür bir çox hallarda özünü əyani-obrazlı

təfəkkür kimi də göstərir. Əyani-obrazlı təfəkkürə malik

olan uşaqlar öz yaşıdlarından ciddi surətdə fərqlənirlər.

Əgər musiqiyə meyillidirsə o, mürəkkəb melodiyaların

ifasında özünü daha mükəmməl göstərir. Əgər hesablama

marağı güclüdürsə, riyaziyyat məşğələlərində fərqlənir.

147

Təfəkkürün fərdi xüsusiyyətləri. Müxtəlif insanlar-

da təfəkkürün fərdi xüsusiyyətləri, hər şeydən əvvəl, tə-

fəkkür fəaliyyətinin bir-birini qarşılıqlı şəkildə tamamla-

yan müxtəlif növ və formalarının (əyani-obrazlı, əyani-

əməli, mücərrəd təfəkkür) müxtəlif nisbətində təzahür

edir. Təfəkkürün fərdi xüsusiyyətlərinə, eyni zamanda, id-

rak fəaliyyətinin başqa keyfiyyətləri: fikrin müstəqilliyi,

çevikliyi, sürəti də aiddir.

Təfəkkürün müstəqilliyi, hər şeydən əvvəl, yeni

sualı, yeni problemi görmək və onları irəli sürmək, sonra

isə onları öz gücü ilə həll etmək bacarığında təzahür edir.

Təfəkkürün yaradıcı xarakteri aydın şəkildə məhz belə

müstəqillikdə özünü göstərir. (42, səh. 355).

Təfəkkürün çevikliyi onun ən mühüm xarakterik xü-

susiyyətlərindən olduğu kimi, onun motivlərinin də müva-

fiq tələbatlar əsasında irəli gəlməsi təfəkkürün digər xa-

rakterik əlamətlərindəndir. Təfəkkür prosesinin müəyyən

motivlərə söykənməsini müəllim yaxşı bilməlidir. Əgər

bilməsə, onda uşaqların dərk etmə qabiliyyətlərinin hansı

elmi mənbədən qidalanmasını aşkar edə bilməz.

Hər hansı bir fəaliyyət kimi, təhlil və tərkib, ümu-

miyyətlə, təfəkkür fəaliyyəti də həmişə şəxsiyyətin müəy-

yən tələbatlarından irəli gəlir. Tələbat yoxdursa, onun tö-

rədə biləcəyi fəaliyyət də yoxdur. Təfəkkürü və ya hər

hansı başqa bir psixoloji prosesi öyrənərkən psixologiya

elmi məhz hansı tələbat və motivlərin insanı idrak fəaliy-

yətinə sövq etdiyini, hansı konkret şəraitdə onda təhlilə,

tərkibə və s.-yə tələbat əmələ gəldiyini nəzərə alır, onu bu

və ya digər ölçüdə tədqiq edir. (Psixologiyanın əksinə ola-

raq formal məntiq nəinki təfəkkürün hissi idrakla qarşılıqlı

münasibətini, hətta təfəkkür fəaliyyətinin tələbat, motiv və

148

emosiyalarla qarşılıqlı əlaqəsini nəzərə almır). Öz-özlü-

yündə düşünən, fikirləşən “xalis” təfəkkür, fikri proses

deyil, müəyyən qabiliyyətə, hislərə, tələbata malik olan

insandır, fərddir, şəxsiyyətdir (42, səh. 342-343).

Təfəkkür hər bir şəxsiyyətə məxsus olduğu üçün mo-

tivlər də həmin şəxsiyyətə məxsusdur. Hər bir fərd sonra-

lar bir şəxsiyyət olduğu üçün (yəni hələ formalaşmamış

şəxsiyyət-V.D.) onun təfəkkür tərzinin təzahür forması ki-

mi özünü göstərən fəaliyyət motivləri də vardır. Kiçik

məktəbyaşlı uşağın şəxsiyyət motivləri düşdüyü mühitdən

asılı olaraq özünü büruzə verir.

Təfəkkür fəaliyyətinin tələbatla qırılmaz əlaqəsi bir

daha sübut edir ki, hər bir təfəkkür həmişə təbiətlə, cəmiy-

yətlə və başqa insanlarla zəngin qarşılıqlı münasibətdə

olan şəxsiyyətin təfəkkürüdür.

Psixologiyada tədqiq edilən təfəkkür motivləri iki

növ olur: 1) spesifik idrak motivləri və 2) qeyri-spesifik

idrak motivləri. Birinci halda təfəkkür fəaliyyətinin təhrik-

edici, hərəkətverici qüvvəsi elə maraq və motivlərdir ki,

onlarda idrak tələbatı (hər şeyi bilməyə can atmaq və s.)

təzahür edir. İkinci halda təfəkkür sırf idrak maraqlarının

deyil, az-çox xarici təsirlərin nəticəsində baş verir. Məsə-

lən, şagird dərslərini hazırlamağa, verilmiş məsələni həll

etməyə, onlar üzərində düşünməyə özü üçün nə isə yeni

bir şey öyrənmək və ya kəşf etmək arzusunda olduğu üçün

deyil, yalnız böyüklərin tələbini yerinə yetirmək, eyni za-

manda, yoldaşlarından geridə qalmaqdan qorxduğu və s.

üçün başlayır. Lakin təfəkkürün ilk, başlanğıc motivi nə

olursa-olsun, təfəkkür fəaliyyət göstərdikcə sırf idrak mo-

tivləri də fəallaşmağa başlayır. Çox vaxt böyüklər şagirdi

məcbur etdiyi üçün o oturub dərslərini hazırlamalı olur, la-

149

kin şagirddə təlim işi gedişində icra etdiyinə, oxuduğuna,

həll etdiyi məsələyə sırf idrak marağı yaranır.

Beləliklə, insan hər hansı bir tələbatın təsiri altında

düşünməyə başlayır və onun təfəkkür fəaliyyətinin gedi-

şində daha dərin və qüvvətli idrak tələbatı əmələ gəlir və

inkişaf edir (22, səh. 343).

Bir sıra hallarda şagirdlərdə yaradıcılıq motivləri də

özünü göstərir. Bu zaman təlim motivlərinin xarakteri təd-

ricən dəyişir, onlarda yaradıcılıq üçün səciyyəvi cəhətlər

əsas yer tutmağa başlayır. Bundan başqa, nəzərə aımaq la-

zımdır ki, istər idrak, istərsə də sosial motivlər həm kol-

lektivçilik, həm də dar fərdiyyəçilik, hətta eqoist istiqamə-

tə malik ola bilər. Bu o deməkdir ki, şagirdin müəyyən bir

idrak motivinə və sosial motivə malik olması hələ onun

şəxsiyyətini xarakterizə etmək üçün kifayət deyildir, şəx-

siyyətin istiqamətini təhlil etmək üçün motivlərin keyfiy-

yətini aydınlaşdırmaq lazımdır (42, səh. 148).

Təcrübə və müşahidələr göstərir ki, kiçikyaşlı mək-

təblilərdə hər iki motiv üzrə fəaliyyət istiqamətləri özünü

daha tez-tez büruzə verir. Təəssüf ki, ibtidai sinif müəllim-

lərinin bir qismi şagirdlərdə sosial və idrak motivləri üzrə

fəaliyyətin əsas mahiyyətini və bu mahiyyətin əsas istiqa-

mətləri ilə bağlı heç bir nəzəri və praktik hazırlığa malik

olmurlar. Şəxsiyyətin motivləri onun fəaliyyətinin istiqa-

mətini müəyyən edir. Fəaliyyətin konkret xarakteristikası

motivlə deyil, məqsədlə müəyyən olunur. Bir tərəfdən ey-

ni bir motiv zəminində müxtəlif məqsədlər formalaşır. Di-

gər tərəfdən eyni bir məqsəd müxtəlif adamlarda müxtəlif

motvilərlə bağlı olur. Motivlə məqsədin dialektik əlaqəsi

belədir. Lakin bütün hallarda motivin psixoloji funksiyası

eynidir: o, insanı fəaliyyətə təhrik edir və onun fəaliyyəti-

150

nin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət (təhriketmə

və istiqamətləndirmə) bir-biri ilə vəhdət təşkil edir və mo-

tivin əsas funksiyaları kimi meydana çıxır (42, səh. 146).

Fikrimizcə, bəzən fənn müəllimləri öyrənənlərin

fəaliyyətlərinin xarakteristikasını bir çox hallarda konkret

motivlərlə deyil, özlərinin şəxsi məqsədləri, yaxud hər

hansı bir ümumi məqsəd əsasında müəyyənləşdirməyə

cəhd göstərirlər. Əlbəttə ki, onlar səhv etdikləri üçün nə

motivləri, nə də qarşıya qoyduqları məqsədləri hasil ol-

mur. Ona görə ki, onlar tələbatları müəyyən etməyi də

unudurlar. Özü də irsi nöqteyi-nəzərdən mövcud tələbat-

larla yanaşı, maddi tələbatları da unutmaq olmaz.

Genetik baxımdan maddi (təbii) tələbatlar birincidir,

mənəvi və mədəni tələbatlar onların əsasında formalaşır.

Funksional planda da bu cəhət aydın nəzərə çarpır. Mənə-

vi və mədəni tələbatlar maddi tələbatlarla ayrılmaz surətdə

əlaqədardır. Onların, adətən, maddi şeylər (kitab, qəzet, te-

levizor, not kağızı, rənglər və s.) vasitəsilə təmin olunması

da bunu sübut edir. Mənəvi və mədəni tələbatlar da maddi

(təbii) tələbatların formalaşması prosesinə mühüm təsir

göstərir. (42, səh. 142-143).

Bəzən nitq prosesində öyrənənlərdə onları təmin

edən predmetlər onlara xoş gəlir. Belə predmetlər

mücərrəd məfhum kimi onların təcəvvüründə kök salır.

Eyni tələbatlar hər hansı bir predmetlə öz təcəssümünü ta-

pa bilər.

Tələbatlar öz-özlüyündə fəaliyyətin məqsədini,

ümumiyyətlə, xarakterini müəyyən etmir. Bu onunla izah

olunur ki, insanın tələbatlarında onları təmin edəcək pred-

metlər dəqiq yazılmamışdır: Eyni bir tələbat müxtəlif

151

predmetlərlə, müxtəlif üsullarla təmin edilə bilər (42, səh.

145).

Deməli, insanın tələbatları bir neçə cür olmaqla bir

necə xarakterdə olmaqla, bir neçə formada özünü təmin

edə bilər. Prof. Ə.S.Bayramov və prof. Ə.Əəlizadə tərəfin-

dən yazılmış “Psixolgiya” dərliyində bu barədə deyilir: İn-

sanın tələbatları ictimai-şəxsi xarakterə malikdir. Bu, bi-

rincisi, öz ifadəsini onda tapır ki, hətta sanki dar şəxsi xa-

rakter daşıyan (məsələn, qidanın istehlakı ilə bağlı olan)

tələbatların təmin edilməsi üçün ictimai əmək bölgüsünün

nəticələrindən istifadə olunur (çörək stolunun üstündə

buğda dəninin mürəkkəb dəyişikliklərinin yekunu, seleksi-

yaçıların, aqronomların, traktorçuların, kombaynçıların,

elevator işçilərinin, dəyirmançıların, çörəkbişirənlərin, sa-

tıcıların və b. əmək səylərinin əşyalaşmış nəticəsi kimi gə-

lib çıxır). İkincisi, öz tələbatlarını təmin etmək üçün insan

müəyyən ictimai mühitdə tarixən yaranmış vasitə və pri-

yomlardan istifadə edir və müəyyən şəraitə möhtacdır (ət

parçasını yeməkdən ötrü onun, ən azı bizim üçün münasib

olan qaydalarla hazırlanması zəruridir, bizim boşqab, bı-

çaq və çəngələ, bəzi gigiyena tələblərinin gözlənilməsinə

ehtiyac vardır). Nəhayət, üçüncüsü, külli miqdarda insan

tələbatı onu dar şəxsi ehtiyaclarından daha çox cəmiyyə-

tin, insanın mənsub olduğu və birlikdə işlədiyi kollektivin,

qrupun ehtiyaclarını ifadə edir – kollektivin tələbatları

şəxsiyyətin tələbatları xarakterini kəsb edir (42, səh. 110-

111).

Deməli, təfəkkürün fəaliyyətinin tələbatlarla qırılmaz

əlaqəsi vardır. Belə olan təqdirdə təfəkkür təbiətlə, cəmiy-

yətlə zəngin qarşılıqlı münasibətin məhsulu kimi dəyərlən-

dirilir. Bu, o deməkdir ki, belə təfəkkür təbiətlə, cəmiyyət-

152

lə, eləcə də cəmiyyətin üzvləri ilə daim qarşılıqlı və sıx

əlaqədə olan şəxsiyyətin davranışıdır. Əgər kiçikyaşlı

məktəblilər inkişaf etməkdə olan şəxsiyyətlərdirsə, belə

təfəkkür məhz onların da təfəkkürüdür.

Nitq hadisələrini öyrənərkən daha çox məntiqi tə-

fəkkürün gücündən istifadə etmək daha məqsədə uyğun-

dur. Düzgün, sadə, anlaşıqlı, estetik-bədii cəhətdən zöv-

qoxşayan tərzdə danışmaq üçün məntiqi təfəkkürü inkişaf

etdirən didaktik materiallara müraciət etmək faydalıdır.

Bu zaman məntiqi təfəkkürün inkişafını təmin edən təm-

rinləri təlim prosesinə gətirmək lazımdır. Məsələn, heca

ilə bağlı təmrinlər üzərində işləməyin əhəmiyyəti çox bö-

yükdür. Təmrinlər üçün aşağıdakı nitq hadisələrinə müra-

ciət etmık yaxşı olar:

Həmheca sözlər, əsasən, hər iki tərəfi açıq hecalar-

dan ibarət birləşmələrdən əmələ gəlir. Məsələn, bi-bi, kü-

kü, ba-ba, lə - lə və s. həmheca sözlərin bir qismi də bu

qovuşaq hecaların birləşməsi yolu ilə düzəlmişdir. Bu söz-

lər üçün, əsasən, örtülü, qapalı heca formları daha da xa-

rakterikdir (bül – bül, mər – mər, xaş – xaş və s.) Həm də

ehtimal edilir ki, həmheca sözlərin müasir dilimizdə müs-

təqil leksik məna ifadə etməyən hecaları ayrılıqda tarixən

müxtəlif lekik mənalar bildirsələr də, bu gün onlar ilkin

mənalarından uzaqlaşmışdır. “Bülbül” sözündəki bül he-

cası ( sözü) nə orfoqrafiya, nə də izahlı lüğətimizdə yox-

dur. Lakin XI əsrdə yaşamış Mahmud Kaşğarlının “ Dü-

vani – lüğət – it türk” lüğətində “bül” sözünün bir neçə

mənada - ayağında, altında ağlıq olan çəkil at; köhnəlmiş

taxıl mənalarında işləndiyi göstərilib. “Bülbül” sözünün,

bəlkə də “bül” sözünün təkrarından əmələ gəlməsi ehtima-

153

lı var. Bu həmin quşun bədənində, sinəsində ağ və digər

rənglərin olması ilə bağlıdır (21, səh 64)

Təmrinlər üçün seçilən belə didaktik materialları

üçün Mahmud Kaşğarinin, Ə. Orucovun “Azərbaycan dili-

nin izahlı lüğəti”ndəki dil faktarı ilə müqayisələr aparmaq-

la öyrənənlərin məntiqi təfəkkürünü inkişaf etdirmək olar.

Mahmud Kaşğarinin lüğətindəki “bül” sözü ilə izahlı lü-

ğətdəki “bülbülotu” sözünün məntiqə uyğun olan bir tərz-

də müqayisə olunmusı faydalıdır.”

“Azərbaycan dilinin izahlı lüğəti” ndə isə “bülbü-

lotu” sözünün mənası “taxıllar qrupundan olan yem bitkisi

kimi izah edilmişdir ( I cild, s. 336). Bu sözün özünün də

Mahmud Kaşğarlı lüğətindəki “bül” sözünün ikinci məna-

sına köhnəlmiş taxıl, köhnəlmiş hər hansı bir şey; bu kəl-

mə həm söylənişcə, həm də anlamca ərəbcəyə yaxındır (

Ankara, 1992. III nəşr, I cild, s. 335). Onların yaxın olma-

sı yuxarıda deyilən fikri bir daha təsdiqləyir (21, səh. 64).

Belə məntiqi mühakimələr yürütmək linqvistik təfək-

kürün də inkişafını təmin etmiş olur. Mahmud Kaşğarlının

özü haqqında, yəni şəxsi həyatı haqıında maraqlı faktları

buraya daxil etməklə tələblərin həm linqvistik, həm mənti-

qi təfəkkürünü inkişaf etdirmək olar. Fakta diqqət edək.

Əsrimizin 1055-ci ilində Qərbi Qaraxanilər dövlətinin

hökmdarı Yağan Təkinlə Şərqi Qaraxanilər hökmdarı Sü-

leyman Arslan xan arasında müharibə olmuş, Süleyman

xan məğlub olmuşdur. Yağan xan Şərqi Qaraxanilər döv-

lətini də ələ keçirmişdir. O, 18 aylıq hakimiyyətdən sonra

hakimiyyəti Mahmud Kaşğarlının atası Hüseyn Əmir Tə-

kinə könüllü olaraq vermək istəmişdir. Ziyafət zamanı

onun kiçik arvadı şahzadələri zəhərləmiş və hakimiyyətin

oğlu İbrahim xana çatmasına nail olmuşdur. İbrahim xan

154

digər şahzadələri təqib etdiyi üçün Mahmud Kaşğarlı da

vətənini tərk etməyə məcbur olmuşdur.

Faktlar arasında əlaqə yaratmaq üçün Mahmud Kaş-

ğarlının “Divani lüğət-it türk” lüğətindəki uyğun faktları

lüğətin özündən, orijinalından oxuyaraq tələbələrə təqdim

etmək yaxşı olar. Lüğətin Azərbaycan variantından, yəni

tərcümə variantından fakrların təqdim olunması da yaxşı

olar.

M. Kaşğarlının lüğətində ikitərəfli isimlərdən ibarət

olan və ilk baxışda hecalara bənzəyən yüzlərlə söz vardır.

Məsələn: bu – buğ, buxar mənasında; be – koy belıdi – qo-

yun mələdi; bi – böy deyilən böcək; tü – üç mənasında iş-

lənmişdir; 1) tük ( bir tü saç); 2) rəng (tüdeş tonlar) – həm-

rəng paltar, don; 3) at donu ( atınc nə tülüğ) – atın nə don-

dadır, nə rəngdədir; to – bulamanc kimi bişirilən un; ça –

bənzətmə ədatı ( bu anınc ça) – bu onun kimidir; çi – yaş,

nəm; sü - əsgər; şa – qu adı; ka – qab mənasında; ki - əziz-

ləmə mənası bildirir ( ataki) – atacığım ( anaki) – anacı-

ğım; kü – ün, san; la – dialektlərdəki “ bə “ ədatı yerində

işlənir ( ol bardı la ) o getdi bə, ( ol geldi la) – o gəldi bə;

ma – al qırmızı; nü – nə ( M. Kaşğarlı. “Divani – lüğət – it

türk”. Ankara, 1992, III cild, s. 206-2015) (21, səh. 64-

65).

Belə nitq hadisələri ilə bağlı hazırlanan, şagirdlərin

və tələbələrin məntiqi təfəkkürünü inkişaf etdirən faktların

düzgün seçilməsinin əhəmiyyəti böyükdür. Belə ki, nitq

mədəniyyətlərinə yiyələnən tələbələrin elmi dünyagörüşlə-

ri ilə yanaşı, ümümtürk nitq mədəniyyəti abidələrinin dili

haqqında da təsəvvürə malik olurlar.

155

Hər bir xalqın, o cümlədən türk xalqlarınln gələcəyi

onun əsl ümidgahı olan gənc nəslin düzgün, hərtərəfli bö-

yüməsindən çox asılıdır.

Böyüməkdə olan nəslə elmlərin əsasları üzrə dərin

və möhkəm biliklər vermək, həmin bilikləri təcrübədə tət-

biq etmək, vərdişləri və bacarıqları aşılamaq müəllimin

qarşısında duran ən məsul və şərəfli vəzifədir. Şagird və

tələbələrin linqvistik təfəkkürünün formalaşdırılmasında,

şifahi və yazılı nitq bacarıqlarının inkişaf etdirilməsində

digər fənlərin verdiyi imkanlardan maksimum istifadə

edilməsi mühüm rol oynayır (21, səh. 79).

Digər dillərlə yanaşı, digər elmlərlə də nitq mədə-

niyyətinin əlaqələrini yaratmaq çox faydalıdır. Burada psi-

xologiya elminin əlaqəsini daha da inkişaf etdirmək fay-

dalıdır. Psixologiya elmindən bəhrələnməklə mədəni nitq

hadisələrini duymaq, qavramaq, hafizədə saxlamaq, tə-

xəyyül və təfəkkür süzgəcindən keçirmək, ifadə etməklə

nitq mədəniyyətini inkişaf etdirmək mümkündür. Bu za-

man məntiqi təfəkkürün imkanlarından düzgün istifadə et-

məklə mədəni nitqin formalaşmasına nail olmaq olar.

156

NİTQ MƏDƏNİYYƏTİNİN İNKİŞAF

MƏRHƏLƏLƏRİ

Adından göründüyü kimi, nitq mədəniyyəti anlayışı

mədəni danışmaq, mədəni söhbət etmək, gözəl nitq söylə-

mək, söylənilənləri mədəni şəkildə təqdim etmək, danışan-

da ədəb-ərkan normalarını gözləmək, danışığı mənəvi

keyfiyyətlər əsasında qurmaq, nitq söyləyəndə orfoepik

normaları əxlaq normaları ilə vəhdətdə götürmək-bir söz-

lə, nitqin elə bir mədəniyyət modelini yaratmaq lazımdır

ki, dinləyənlər həm zövq alsın, həm düşünsün, həm razı

qalsın, həm də nitqi, danışığı yüksək qiymətləndirsinlər.

Tarixən belə olmuş, şübhəsiz, bundan sonra da belə

olacaq. Çünki tarixi qaynaqlarda dünyanın bütün xalqları

yaxşı danışmağı, mədəni nitqi örnək davranış normasını

tənzimləyən ünsiyyət norması, meyarı, ölçü vahidi hesab

etmişlər.

Tarixi qaynaqlardan məlum olur ki, lap qədim za-

manlardan məzmunlu, obrazlı, aydın, yığcam, təsirli nitqə

malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək

qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olma-

ğın yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqət

mərkəzində olmuşdur (12, səh. 10)

Türk dilli xalqlara məxsus tarixi qaynaqlarda eramız-

dan əvvəl başlayaraq Hun türkləri dünyanın bir çox ölkə-

lərini idarə etmiş və türk dilinin inkişafı üçün əvəzsiz xid-

mətlər göstərmişlər. Hun imperiyaları dövründə, xüsusilə

Şərqi Hun imperiyası dövründə (e.ə. VI-V əsrlər) mədəni

danışığa xüsusi diqqət yetirilmişlər. Məsələn, eramızdan

əvvəl, 209-cu ildə Tunan xanın oğlu Mete atasını və ögey

anasını, bu anadan olan qardaşlarını onunla kobud danış-

157

dıqları üçün öldürmüş və hakimiyyətə keçdikdən sonra

mədəni danışığı və mədəni rəftarı müdafiə etmişdir.

Bu dövrdə ölkədə natiqlər ordusu yetişmişdir.

Miladdan əvvəl qədim Misirdə, Hindistanda, Çində,

Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə gör-

kəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl

nitqin, fəsahətli və bəlağətli danışığın, nitq mədəniyyəti-

nin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir

elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir.

Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizə-

lər, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və s.

ilə bağlı Afina dövlətində natiqlik sənəti inkişaf etməyə,

yüksəlməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını

müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq, onları

öz arxasınca aparmaq məqsədi ilə sözdən, natiqlik sənə-

tindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışır-

dılar (8, səh. 10).

Azərbaycanda qədim bayat tayfalarının şirin danışı-

ğı, poetik fikirləri yığcamhəcmli şeirlərin yaranmasına sə-

bəb oldu. Bayatılar yarandı. Tayfanın adını daşıyan baya-

tılar həmin tayfanın sözə, danışığa, fikir söyləməyə böyük

dəyər verdiyini bir daha sübut edir. Lakin nədənsə mənbə-

lərdə bu barədə informasiyalar heç ürəkaçan deyil. Əksər

mənbələr eramızdan əvvəl yaranan natiqlik məktəblərini

Roma, Yunanıstan və bir sıra digər Avropa ölkələrinə şa-

mil edirlər. Belə mənbələr göstərir ki, eramızdan əvvəl

VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi

Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon,

Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx və b.

kimi görkəmli natiqlər yetirmişdir. Həmin məktəblərdə

dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demos-

158

fen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri,

həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə

natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika”

elmi də yaranır və kamil bir şəkildə inkişaf edir. Dövrün

tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan

əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçi-

rir. Tisiy, İsokrat, Andokid, Hiperid, Esxin, Dinarx, Li-

kurq, Demosfen, Qorki, Koraks, Aristotel və b. həmin

dövrün görkəmli şəxsiyyətləri, alimləri, ən başlıcası isə

natiqləri gözəl danışıq (bəlağət), natiqlik sənəti, bədii nəsr

haqqında elm mənasında işlənən ritorika (rhetorike) e.ə.V

əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada,

e.ə.I əsrdə Romada sistemə düşmüşdür. Aristotel, Siseron,

Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşlar.

Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin

məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, nitq, sözçülük

mənalarında işlənmişdir. Onlar natiqlik sənətini, onun nə-

zəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Qə-

dim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə

qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir

(12, səh. 10-11).

Mənbələrdə qədim yunan mədəniyyəti, xüsusilə na-

tiqlik məktəbləri barədə kifayət qədər materiallar var. Bu

materiallar içərisində böyük filosof və natiqlik məktəbinin

banilərindən biri kimi təqdim olunan Aristotel (Şərqdə

həm də Ərəstu, Ərəstun kimi tanınır) hətta əfsanəvi dövlət

başçısı və sərkərdə İsgəndərin müəllimi kimi də təqdim

olunur. Aristotelin antik dövrün natiqlik sənəti məktəbinin

banisi kimi təqdim olunması da maraqlıdır.

Antik yunan natiqlik sənətinin yaranması və inkişa-

fında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel1 335-ci

159

ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi

əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü

kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslu-bu-

nu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə

izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir: a)

Nitqin tərtibi prinsipi;

b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;

c) Nitqin texnikası, vasitələri və priyomları (8, səh. 11).

Əslində “Ritorika” əsəri böyük bir mədəniyyət mək-

təbi olaraq danışanın nitq məharəti ilə yanaşı, musiqili di-

lə məxsus olmasını da tələb edirdi. Bu keyfiyyətləri daşı-

yanın klassik rəsm sənətindən baş çıxarması da lazım idi.

Bir sözlə, nitq məharətinə malik olanların musiqi və təsvi-

ri sənətə də böyük məhəbbət bəsləmələri vacib sayılırdı.

Çünki Aristotel özü bu ali keyfiyyətləri öz mənəviyyatın-

da məharətlə daşıyırdı.

Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qu-

rulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun

əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin

predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin

beş cəhətini xüsusi qeyd edirdi (12, səh. 11).

Bu cəhətlərin hər biri mədəni nitq üçün yeni üfüqlər

açırdı. Çünki Aristotelə görə, nitq mədəniyyətinin mövzu-

sunun düzgün seçilməsi bu cəhətlərin əsasında durur.

Aristotelə görə, nitq mədəniyyətinin mövzusunun seçilmə-

si onun əsas materialının icad edilməsi kimi dəyərlən-

dirilirdi. İcad edilən nitq materialının aşağıdakı şərtlər

əsasında hazırlanması tələb olunurdu:

1. Materialın icadı və onun hazırlanması.

2. Planın tərtibi. Materialın plan üzrə müvafiq forma-

ya salınması.

160

3. Həmin materialın öyrənilməsi və yadda saxlanıl-

ması.

4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən iş-

lənməsi.

5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), in-

tonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və on-

lara əməl olunması .(12, səh, 12)

Burada icad edilən materialı hazırlayan zaman onun

planının, həmin plan üzrə formasının, həmin forma üzrə

yadda saxlamanın, yadda saxlanılanların şifahi şəkildə,

ədəbi dilin üslubuna uyğun olan bir şəkildə təqdim

olunmasının modeli müəyyənləşdirilməlidir. Bu modelə

orfoqrafiya və orfoepiya qaydalarına düzgün əməl olun-

ması da daxil idi. Çünki bütün bunlar həm şifahi, həm də

yazılı nitq üçün lazım idi.

Aristotel yaxşı nitq üçün materialın düzgün seçilmə-

si, planın tutulması, onun mükəmməl öyrənilməsi, söylə-

mə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik

və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların

özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı

(12, səh. 12).

Yunanıstanda Aristoteles (e.ə-384-322) kimi tanınan

Aristotelin yaratdığı antik nitq mədəniyyəti məktəblərinin

ən ali bir tələbi də var idi. Bu da hər bir yunan vətəndaşı-

nın məhkəmədə alovlu nitq söyləmək məharətinə malik

olması idi. Başqa sözlə desək, hər bir yunanıstanlıdan

məhkəmə natiqliyinə malik olması ciddi şəkildə tələb olu-

nurdu. Məhkəmə danışığı yeni bir danışıq üslubu idi.

Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına

güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları

olmuşdur. Bu qanunlara görə, hər bir afinalı məhkəmədə

161

öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb

əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də

öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli,

sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstərirdilər.

Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyə-

tindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-

olmaması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdi-

rilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədi-

yindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoq-

raflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi

muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti

ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı

həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü mü-

dafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz

dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bun-

lardan Demosfen 1 antik natiqliyin yaranması və inkişa-

fında xüsusi rol oynamışdır. Onun natiqlik sənətinə yiyə-

lənməsi heç də asan yolla olmamışdır (12, səh. 12).

Bir sıra mənbələrdə Demosfenin özünün əvvəllər

pəltək olduğu iddia edilir. Yəni bir sıra səsləri, xüsusilə

“q” və “r” kimi samit səsləri Demosfen qusurlu ifadə

edirmiş. Tez-tesz kəkələyən, danışanda cınaqlarını eybə-

cər vəziyyətə salan, ağzında tüpürcəyi saxlamağı bacarma-

yan Demosfen bütün bunlardan xilas olmağa yollar axta-

rır. Professor Nadir Abdullayev yazır ki, nitq orqanları qü-

surlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, “q”

səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır,

sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə edə

bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında

nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün

tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf et-

162

dirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların

səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər De-

mosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron

onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmir-

sə, o, natiq deyil” (12, səh. 12-13).

“Ritorika”nı daim təbliğ edən Demosfen bu əsərin

faydası haqqında dəyərli fikirlər irəli sürmüşdür. Əgər

Aristotel “Ritorika”nı yaratmaqla nitq mədəniyyətinin mu-

siqi və təsviri incəsənətlə vəhdətini böyük mədəniyyət

amili hesab etmişdisə, Demosfen nitq mədəniyyətinin

növlərinin zənginliyinə, xüsusilə siyasi natiqliyə dair silsi-

lə məqalələr yazmışdır.

Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi.

O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri

və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizə-

lər söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşa-

ğıdakı tələblərə əməl olunmalıdır: 1) Materialın toplanma-

sı. 2) Materialın məqsədəuyğun şəkildə işlədilməsi və şər-

hi. Demosfen (Demosthenes) e.ə. 384-cü ildə Afinada ana-

dan olmuş, 322-ci ildə Kalavriyada vəfat etmişdir. Qədim

yunan natiqi və siyasi xadimi olmuşdur. Demosfenə aid

edilən 61 nitq, 56 çıxış, 6 məktub qalmışdır. Demosfen ilk

nitqində (e.ə.351) II Filippin (Makedoniyalı İsgəndərin

atası) Yunanıstanı tabe etmək siyasətinə Afinanın passiv

münasibətini tənqid etmişdir. O zamandan Demosfen yu-

nanların Makedoniyaya qarşı ittifaqının yaranmasına nail

olmuşdur. Latiya uğrunda gedən döyüşdə yunanların məğ-

lubiyyətindən sonra əsir düşməmək üçün özünü zəhərləyib

öldürmüşdür). Demosfenin yaradıcılığı dünya natiqlik mə-

dəniyyətinin inkişafında mühüm mərhələdir. 14 adda söy-

lənilməsi üçün nəzərdə tutulan planın tərtibi. 3) Nitqin

163

məzmununun öyrənilməsi, mənimsənilməsi. 4) Məzmu-

nun dinləyicilər qarşısında söylənilməsi (12, səh. 13).

Böyük filosof, siyasi xadim, nitq mədəniyyətinin la-

yiqli nümayəndəsi olan Demosfen natiqlik sənəti sahəsin-

də tarixin salnaməsinə qızıl səhifələr yazmışdır. Həmin

qızıl səhifələrdən biri Demosfenin müəllifliyi ilə tanınan

məhkəmə natiqliyi idi. Məhkəmələrdə səlis, aydın, dəqiq,

məntiqli danışığı ilə həm məhkəmə heyətini, həm məhkə-

mə iclasının iştirakçılarını valeh edən Demosfen Afinada

bu gün də xatırlanır.

Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı

idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarla-

rı, müraciət formaları, ritorik sualları və s. ilə dinləyiciləri

cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və

fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa,

düzgün siyasət yeritməyə çağırırdı. Məhz bu keyfiyyətləri-

nə görə, afinalılar böyük ehtiras və inamla danışan De-

mosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinlə-

yirdilər (12, səh. 13).

Bütün bunlar deməyə əsas verir ki, natiqlik sənəti qə-

dim tarixə malikdir. Bu ecazkar sənətin əsası Yunanıstan-

da qoyulsa da, sonradan Avropanın bir çox şəhərlərində

inkişaf etməyə başlamışdır. Beləliklə, Yunan natiqlik

məktəblərindən sonra ən qədim natiqlik məktəblərinin ya-

randığı ölkələrdən biri də İtaliyadır. İtaliyanın Roma şə-

hərində yaranan natiqlik məktəblərinin də maraqlı tarixçə-

si var.

Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkə-

zi qədim Romaya köçür. Roma demokratiyası üçün doğ-

matik deyil, günün tələblərinə cavab verən, canlı fəaliy-

yətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma na-

164

tiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi

(12, səh. 14).

Bizim eradan əvvəl qədim Romada yaranan natiqlik

məktəblərinin bir sıra nümayəndələri vardır. Onlardan biri,

bəlkə də, birincisi hesab olunan eramızdan əvvəl 234-149-

cu illərdə yaşamış Katon hesab olunur. Katondan sonra

eradan əvvəl 163-132 illərdə yaşamış Orakxi, eramızdan

əvvəl 83-30-cu illərdə yaşamış Antoni Mark Roma natiq-

lik məktəbinin ilk nümayəndələri hesab olunurlar. Profes-

sor Nadir Abdullayev yazır ki, qədim dünyanın bu dövləti

natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmiş-

dir. Katon (b.e.ə.234-149), Qrakxi (b.e.ə.163-132), Antoni

Mark (b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktə-

binin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq

kimi, dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, ri-

torika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43)

xüsusilə fərqlənirdi. Siseron natiqlik sənəti ilə bağlı “Na-

tiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”

və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik

sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin

nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu

əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud

məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiq-

ləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti,

onun konkret məsələləri barədə fikir yürüdürdü. Qədim

Roma natiqi, vəkili, yazıçı və siyasi xadimi, Roma res-

publikalarının ideoloqu Siseron Mark Tullii özünün natiq-

lik istedadı sayəsində siyasi mübarizədə müvəffəqiyyət

qazanmışdır. Sulla və Antoni əleyhinə çıxışlar etmiş, kon-

sul olarkən (e.ə.63) Kamilliananın sui-qəsdinin üstünü aç-

mışdı. Siseronun natiqlik idealı dinləyicini maraqlandıran,

165

inandıran və ardınca yönəldə bilən bütün vasitələrə yiyə-

lənməyi nəzərdə tuturdu. Onun məhkəmə və siyasi nitqi,

ritorikaya aid 58, fəlsəfəyə aid 19 traktatı, həmçinin bir

çox məktubu, latın danışıq dilinin abidəsi Romada vətən-

daş müharibələrinə dair mənbə kimi saxlanılır. Siseron

Avqustun təqibləri dövründə həlak olmuşdur. 15 sənətin

fəlsəfəyə münasibəti və s. kimi məsələləri şərh etmiş, özü-

nün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır (12,

səh. 14).

Siseronun yaratdığı traktatlarda da natiqlik sənətinin

sirlərindən söhbət açılır. Siseronun üçüncü traktatı isə sırf

natiqlik sənətinə, bu sənətin spesifik cəhətlərinə, bədii

zövq imkanlarına həsr olunmuşdur.

Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiq-

lik sənəti barədə qiymətli fikirləri, mülahizələri söylənil-

mişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin

ona bəxş etdiyi istedaddır”, “Əgər istedad insanın gözəlli-

yidirsə, bu gözəlliyin rəngi natiqlikdir”, “Ancaq müdrik

adam həqiqi natiq ola bilər, ... kim gözəl danışırsa, o, bü-

tün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna gö-

rə də müdrikdir” (12, səh. 15).

Qədim Roma natiqlik məktəbinin layiqli nümayən-

dəsi olan Siseronun natiqlik sənəti ilə bağlı yazdığı elmi-

metodik ideyalar demək olar ki, qədim Yunan natiqlik

məktəbinin üslubuna çox yaxındır. Ona görə ki, Siseron

Yunan natiqlik məktəblərinin, xüsusilə Demosfenin na-

tiqlik sənətinin üslubu ilə yaxından tanış olmuşdur.

Siseron nitqinin süjet xətti, ifadə tərzi və məqamına

görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırla-

daq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlə-

rində ritorika məktəblərində təbliğ olunan “attika üslu-

166

bu”ndan geniş istifadə olunmuşdur. Siseron eyni sxemlili-

yi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təs-

diq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə

hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri

gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələr-

dən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və

nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir (8,

səh. 15).

Qədim Roma natiqlik məktəblərinin ən layiqli nüma-

yəndələrindən biri də eramızdan əvvəl 472-118-ci illərdə

yaşamış Mark Fabiy Kvintilian olmuşdur. Yeri gəlmişkən

demək lazımdır ki, Kvintilian həm də qədim Roma fəlsə-

fəsinin nümayəndəsi kimi tədqiq edilmişdir. Mark Fabiy

Kvintilian hərtərəfli istedada malik olduğu üçün nitq mə-

dəniyyəti sahəsində də özünü sınayaraq bir sıra uğurlara

imza atmışdır. Professor Nadir Abdullayev yazır :

“Qədim Roma natiqlik məktəbinin nümayəndələrin-

dən biri də Mark Fabiy Kvintilian (42-118) olmuşdur. O,

natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı ritorika

məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsi-

li” adlı 12 kitabdan ibarət əsər yazmışdı. Həmin kitablarda

natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti,

nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yer-

ləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü),

natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər və s.

məsələlər şərh olunmuşdur” (12, səh. 15).

Mark Fabiy Kvintilianın natiqlik sənətini bədii ya-

radıcılıq sənətindən fərqləndirərək şairliyi, yazıçılığı tə-

xəyyülün məhsulu hesab edir. Kvintiliana görə, bədii yara-

dıcılıq qabiliyyətləri fitri olur. Yəni anadangəlmə olaraq

bir fərddən və yaxud şəxsdən digərinə ötürülür. Fitri iste-

167

dadı olmayanlar şair, yazıçı ola bilməz, lakin yaxşı natiq

ola bilirlər.

Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zir-

vəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edir-

di: “Şair doğulurlar, sonra natiq olurlar. Natiqlik sənətinə

isə təlimin köməyi ilə yiyələnmək mümkündür”. Qədim

Romada natiqlik sənətinə böyük maraq göstərilirdi.

Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox

halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandır-

maq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən par-

çaları nümunə kimi verir, ona istinad edirdilər (12, səh. 15).

Natiqlik sənətindən danışarkən Rusiyanın natiqlik

məktəblərinin də adlarını çəkmək lazım gəlir. Orta əsrlərin

son rüblərindən etibarən Rusiyada da natiqlik sənətinə ma-

raqlar və meyillər görünməyə başladı. Yəni XVII əsrdən

etibarən Rusiyada elmin, mədəniyyətin və incəsənətin inti-

bah dövrü başlandı. Bu dövrdən başlayaraq Rusiya natiq-

lik sənəti ilə bağlı məktəblər yaranmağa başladı. Natiqlik

sənətinin tarixi ilə bağlı eyni vəziyyət Rusiyada, eləcə də

Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam

etmişdir. Rusiyada natiqlik sənətinin inkişafı böyük alim,

eyni zamanda, mahir söz ustası M.V.Lomonosovun adı,

fəaliyyəti ilə bağlıdır. O, 1748-ci ildə «Краткое руко-

водство краткоречи» adlı kitab çap etdirmişdir. Bu əsər

“Ritorika”nın əsasında yazılmışdır. Həmin əsərdə müdrik-

lik və hazırcavablıq natiqlik sənəti üçün başlıca məziyyət

kimi qiymətləndirilir. Bu keyfiyyətlərin yaradılmasında

natiqin təbii istedadı, təcrübəsi, dünyagörüşü, elmi-nəzəri

hazırlığı, mütaliəsi vacib şərt kimi irəli sürülür.

M.V.Lomonosova görə, natiq dinləyicinin hissiyyatına

168

təsir etməlidir. Bunun üçün o, natiqliyin təsir göstərmə va-

sitələrindən istifadə etməyi bacarmalıdı. (12, səh. 16).

Qriboyedovun “Ağıldan bəla” əsəri bəzən yazılı, mə-

dəni nitqin mənbəyi hesab olunur. Yeri gəlmişkən demək

lazımdır ki, Qriboyedov siyasi xadim olaraq Rusiyanın

İrandakı səfiri kimi Ərdəbil kitabxanalarının (Hətta bir ki-

tabxananın 20-yə qədər otağının kitablarının hamısını bo-

şaldaraq arabalara yükləmişlər) kitablarını arabalarla

Sank-Peterburqa daşıtdırmışlar. Görünür, həmin əsər də

daşınan kitablardan götürülərək tərcümə etdirilmişdir.

Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşa-

yıb-yaratmış yazıçıların, şairlərin, filosofların, siyasətçilə-

rin, din xadimlərinin, dilçi alimlərin və başqalarının da

fəaliyyəti böyük olmuşdur. Ölkənin böyük şəhərlərində

fəaliyyət göstərən məhkəmələrdə səslənən nitqlər də rus

natiqlik sənətinin bu dövrdə formalaşmasına müsbət təsir

göstərmişdir. XIX əsrin 60-cı illərində Rusiyada məhkəmə

islahatı keçirilir. Bu islahata əsasən, məhkəmə prosesində

iclasçıların iştirakı təmin olunur. Məhkəmə prosesi, bir

növ, demokratikləşdirilir. Oradakı canlı danışıq, obrazlı

söylənilən nitq dövrün məşhur adamlarının diqqətini cəlb

edir. M.E.Saltıkov-Şedrin, F.M.Dostoyevski, A.P.Çexov

və b. tez-tez məhkəmə salonlarına gedər, oradakı çıxışları

dinləyərdilər. (12, səh, 16)

Digər ölkələrdə də natiqlik məktəbləri olmuşdur.

Hansı ki, bu məktəblərin hər birinin nitq mədəniyyətinin

inkişafında, formalaşmasında və təkmilləşməsində müs-

təsna rolu vardır.

169

NİTQ MƏDƏNİYYƏTİNDƏ SÖZÜN YERİ VƏ

TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ

Söz dilin ilk vаhidi və vasitəsidir. Ünsiyyət qurmaq

üçün deyilən fikir sözlərdən və cümlələrdən ibаrət оlur.

Оnа görə də söz sеçimində diqqətli оlmаq vаcibdir. Söz

sərrаflаrı şаirlər, yаzıçılаr, аlimlər, müəllimlər, dаhi şəх-

siyyətlər sözə yüksək qiymət vеrmişlər. Məsələn, görkəm-

li Аzərbаycаn şаiri Rəsul Rzа yаzırdı ki,

Söz çıхıb cеyrаn dаğınа,

dəli könlüm həsrət qаlıb

bir qаfiyə vüsаlınа.

“Yаrаdıcılıq prоsеsində şаir döyüşür, istədiyi sözü,

qаfiyəni və hətta təsbehləri tаpmаq üçün yоrulana qədər

fikirləşir. Söz və ifаdələr qələm sаhibi ilə sanki pələng ki-

mi güləşir… fikirlərini kаğız üzərinə həmişəlik həkk edə-

nə qədər çох böyük mənəvi güc itirir” (7, səh. 48). Yаrаdı-

cı insаnlаrın təbirincə bu hаl “söz tаpmаq əzаbı” аdlаndırılır.

“Yахşı söz də cəvаhir kimidir, hаmı оnu qulаğındаn

аsаr” (Humа Tədrizi).

Dеmək lаzımdır ki, nəzаkətli və ədəbli dаnışıq insаnı

ucаldır, оnun hörmət və nüfuzunun аrtmаsınа zəmin yаrа-

dır. Dаhi şаirimiz Səməd Vurğun dеyirdi:

Nаhаq söz оd vurаr qəlbə, lаkin hаq söz kеçər dаş-

dаn,

Ucuz söz qаn qаrаldаr ki, küsərsən dоstlа sirdаşdаn.

“Söz yаrаsı” аdlı məqаləsində tibb еlmləri dоktоru,

prоfеssоr Y.Kərimоv sözün sаğlаmlıq bахımındаn əhə-

miyyətini qiymətləndirərək göstərir ki,: “Хоş söz, хоş rəf-

tаr sаğlаmlıq üçün ən vаcib dərmаndır. Kоbud söz оrqа-

nizmdə ciddi хəstəliklərin mеydаnа gəlməsinə səbəb оlur.

170

Аrtеriоsklеrоzun, hipеrtоniyаnın, ürək infаrktının əmələ

gəlməsində kоbud söz və təhqirаmiz ifadələr dаnışıqdа in-

fеksiyа, istirаhət və qidаlаnmаnın pоzulmаsı qədər ciddi rоl

оynаyır.

Аntik dövrün böyük mətəffəkiri və lоğmаnı Hippоk-

rаt dеmişdtir ki, təbаbət üç nəhəngin çiynində dаyаnır:

bitki, bıçаq və söz. Lаkin bu sırаdа üçüncü dаhа lаzımdır

və hər yеrdə vаr.

Хаlqımızın bu əsаsdа çохlu аtаlаr sözləri və hikmətli

ifаdələri mövcuddur: “Qılınc yаrаsı sаğаlаr, söz yаrаsı sа-

ğаlmаz”, “Хоş söz könül аçаr, ucuz söz qаn qаrаldаr”,

“Pis söz zəhrimаrdаn аcı оlаr”, “Sözün yахşısı bаldаn şi-

rindir”, “Dаnışаndа еlə dаnış, dеyiləsi söz оlsun”, Dаlа-

şаndа еlə dаlаş, bаrışmаğа üz оlsun” və sаir. Bu kimi hik-

mətli sözlər çox güclü təsir vasitəsinə malikdir.

Dаhi Nizаmi Gəncəvi yаzırdı:

“Sоrdum: “Köhnə qızılmı”, təzə sözmü yахşıdır.

Dеdi: “İnsаn sərrаfı”, söz dünyаnın nахışıdır”.

Göründüyü kimi, Nizami sözü qızıldan da qiymətli

hesab edərək onu dünyanın naxışı kimi dəyərləndirir.

Şаir Ə.Əlibəyli də bu хüsusdа çох gözəl və оbrаzlı

şəkildə bеlə dеmişdir:

Dilin аcılığını

nə diş, nə dоdаq bilər.

Dilin аcılığını

еşidən qulаq bilər.

Bir də bulаnаn ürək,

оd tutub yаnаn ürək.

Nəzаkətli ünsiyyətə vеrilən tələblərin аz və yа çох

dərəcədə hаmı tərəfindən gözlənilməsi, nitqin hər növ təh-

qirаmiz söz, ifаdə və cümlələrdən qоrunmаsı dа, öz növ-

171

bəsində, аdаmlаrın sаğlаmlığı və uzunömürlülüyü üçün

böyük təminаtdır. Хаlqımızın özü ilə yаşıd оlаn аşаğıdаkı

аtаlаr sözləri və hikmətli ifаdələr də bu əsаsdа yаrаnmış-

dır: “Əvvəl düşün, sоnrа dаnış”, “Хоş söz dəmir qapını

аçаr”, “Söz qılıncdan kəsərlidir”.

Göründüyü kimi, hər üç hikmətli ifadənin əsas me-

yarı tərbiyəvi təsirlə ölçülür.

Söz qüdrətlidir, söz müdriklik mücəssəməsidir, sö-

zün mənаsı dərindən-dərindir. Çох hаqlı оlаrаq bir аtаlаr

sözündə dеyilir: “Söz vаr аdаmı dаğа çıхаrаr, çöz vаr dаğ-

dаn еndirər”. Dоğrudаn dа, sözün hikməti böyükdür. Mə-

sələn, “zəhmət оlmаsа”, “lütfən”, “qadan alım” sözləri,

yахud ruslаrdа “пожалуйста”, “будьте добры” və sаir

sözləri ilə mürаciət оlunаndа, аdаm istəməsə də, həmin

хаhişin qаrşısındа yumşаlır və əksər hallаrdа о, хаhişi

yеrinə yеtirir. Еləcə də əksinə, dаnışаrkən sözlərdə vurğu

yеrli-yеrində оlmаlı, müəyyən tеmp gözlənilməlidir ki, dа-

nışаnın fikrini, məzmunu tutmаq, bаşа düşmək mümkün

оlsun. Bəzən еlə оlur ki, dаnışаn tеz-tеz dаnışır, dаnışıq

tеmpi yüksək оlur və fikri tutmаq çətinləşir, bəzən də hеç

mümkün оlmur. Еlə bizim tеlеviziyа kаnаllаrındаkı bəzi

diktоrlаr, аpаrıcılаr kimi. Еlə bil onları qоvаn vаr, bir də-

qiqəyə bunlаrı dаnışmаsа, tufаn qоpаr. Görünür, elə buna

görə böyük Füzuli хəbərdаrlıq еdirmiş kimi yazır:

Еy könül, söz хəzinəsin аçsаn,

Dinləyən şəхsi gözlə, yоrmаyаsаn.

Хаqаni də аrаm-аrаm, sаkit dаnışmаğın tərəfdаrı

оlub:

Аz-аz, təvаzölə dаnış sözünü,

Döşünə döyüb də öymə özünü.

172

Xaqaniyə görə, sözü az söyləmək gərəkdir. Hətta

söylənilən az sözün də dəyəri, qiyməti və hikməti olmalı-

dır. Danışanın danışığı bulаq suyu kimi ахıcı, bаl kimi şi-

rin, musiqi kimi аhəngdаr və dərin məzmunlu оlmаlıdır ki,

həm dinləyiciləri ələ ala biləsən, həm də əfsunlаyаsаn ki,

onlar dinləməkdən həzz аlsınlаr, şüurlаrınа və dаvrаnışlа-

rınа təsir еtsin.

Söz ən kəsərli ünsiyyət vаsitəsidir və еyni zаmаndа,

tərbiyəеdici хüsusiyyətə mаlikdir. Söz əsl həyаt dərsliyidir.

İnsаnlаr аrаsındа ünsiyyətin bаşlıcа vаsitəsi dildir. Səs-

lərin müəyyən mənа vеrən birliyi kimi fоrmаlаşаn sözlər,

söz birləşmələri və cümlələrdən qurulаn dil fikrin bilаvаsitə

gеrçəkliyidir, insаnlаr аrаsındа ən mükəmməl qаrşılıqlı аn-

lаşmа vаsitəsidir.

Bədii söz, оbrаzlı ifаdə və pоеtik cümlələr “söz ustа-

lаrının” dilində qüdrətli idеyа silаhınа, çох mükəmməl olan

inаndırıcı və еtibаrlı tərbiyəvi təsir vаsitəsinə çеvrilir. Ha-

zırkı şəraitdə insаnlаrın еlmi-mədəni, ictimai-siyasi səviy-

yəsi sürətlə аrtır, kütləvi infоrmаsiyа vаsitələri gündən-gü-

nə gеnişlənir, yаzılı və şifаhi ünsiyyətin fоrmаlаrı dа gеt-

gеdə çохаlır. Təhsil аlаnlаrın şüurunа və qəlbinə yоl tаp-

mаq üçün hər bir vаsitədən, о cümlədən hikmətli sözlərdən,

аfоrizmlərdən, müdrik kəlаmlаrdаn istifаdə mühüm yеr tut-

mаlıdır. İndi cаnlı, аçıq və məzmunlu söz dеməyi bаcаrmаq

çох vаcibdir. Gələcəyimiz оlаn (sаyılаn) uşаqlаrı (gəncləri)

əхlаqi prinsiplər əsаsındа tərbiyə еtmək оlduqcа zəruridir.

Bu, о dеməkdir ki, bеlə prinsiplər, yəni mənəvi sаflıq, düz-

günlük, dоğruçuluq, sаdəlik, təvаzökаrlıq, аilədə, işdə və

ictimаi yеrlərdə mеhribаnçılıq, qаyğıkеşlik, uşаqlаrın

(gənclərin) tərbiyəsinə məsuliyyət hissi ilə yаnаşmаq, cə-

miyyətə zidd hаllаrı аrаdаn qаldırmаq, vətənin sərhədlərini

173

qоrumаq, itirilmiş ərаzilərimizi gеri qаytаrmаq işində fəаl

оlmаq, ölkəmizlə bаğlı həqiqətləri dünyа birliyinə çаtdır-

mаq hər kəsin həyаt mövqеyi оlmаlı və əməli fəаliyyətimi-

zin əsаsındа durmаlıdır.

Hər kəs vətənin və хаlqın mənаfеini öz şəхsi mənа-

fеyindən üstün tutmаlıdır. K.Mаrksın ziyаlılаr hаqqındа

söylədiyi bir fikrə diqqət еdək: “Əgər аdаm yаlnız özü

üçün işləyirsə, оnun məşhur аlim, böyük mütəfəkkir, yахşı

şаir оlmаsınа gümаn vаr, аmmа о, hеç bir zаmаn böyük

şəхsiyyət, kаmil insаn sаyılа bilməz”. K.Mаrksın bu fikri

хаlqımızın “Alim оlmаq аsаndır, insаn оlmаq çətin” zərb-

məsəlinə uyğun gəlir. İnsаnlıq humаnist аrzulаrlа, əməl-

lərlə, mükəmməl bilik, nümunəvi əхlаq, еstеtik zövq,

əməyə və əmək аdаmlаrınа еhtirаm, zеhni və fiziki kаmil-

lik və s. ilə ölçülür. Tоlеrаntlıq bizim хаlqımızın qаnınа

hоpmuş bir kеyfiyyətdir. Ölkəmizdə yаşаyаn bütün millət

və хаlqlаr аrаsındа qаrşılıqlı hörmət, dоstluq, bеynəlmiləl-

çilik və həmrəylik ruhumuzun əsаsındа durur və bu vəzifə

bütün tədris müəssisələrimizin qаyğısı оlаrаq möhkəmlən-

məlidir.

Qeyd etdiyimiz kimi, söz– sərrаst sеçilmiş, müdrik-

liklə dоlu, cаnlı, inаndırıcı, kəsərli, оbrаzlı оlduqdа böyük

tərbiyəvi təsir gücünə mаlik оlur. Dilimizin lüğət tərkibi-

nin zənginliyi, söz еhtiyаtının bоlluğu, qrаmmаtik qurulu-

şu, həm mənаca, həm üslubiyyаt cəhətdən аydınlığı, bədi-

iliyi və оbrаzlılığı, pоеtikliyi gеniş imkаnlаr yаrаdır. Dоğ-

mа аnа dilimizin – dövlət dilinin bütün imkаnlаrındаn sə-

mərəli istifаdə еtmək hər bir Аzərbаycаn vətəndаşının mü-

qəddəs bоrcu оlmаlıdır.

Qüdrətli sözlər əsаsındа qurulmuş məntiqi söhbətlər

gözəl nəticələr vеrir. Dəbdəbəli dаnışmаqdаnsа, öz nitqinə

174

bəzək-düzək vеrməkdənsə, sаdə, аydın, yığcаm, məntiqli,

оbrаzlı dаnışmаq dаhа yüksək qiymətləndirilir. Nitqin аnа

dilinin fоnеtik, lеksik, qrаmmаtik, оrfоеpik, üslubi və ədə-

bi tələffüz nоrmаlаrınа uyğun qurulmаsı çох əhəmiyyətli-

dir, qəliz tеrminləri, lüzumsuz аlınmа əcnəbi sözləri kənа-

rа аtmаq lаzımdır.

Хüsusilə nitqin lüzumsuz аlınmа sözlərlə zibillənmə-

si və bаyаğılаşdırılmаsı dözülməzdir.

L.N.Tоlstоy dеyirdi ki, əlimdə iхtiyаr оlsаydı, mənа-

sını bilmədiyi söz və ifаdələri işlədən hər kəsə 100 qаmçı

vurdurаrdım. Dеməli, dеyilən hər sözün mənаsınа fikir

vеrmək lаzımdır.

Ünsiyyətin kаmillik dərəcəsi nitq mədəniyyətidir.

Аnа dilinin söz хəzinəsi üzərində qurulmuş gözəl nitq özü

də bir mədəniyyətdir.

Ziyаlılаr оrdusu nəzаkətli dаnışığı, incə mürаciəti,

еtinаlı hərəkəti və ədəbli dаvrаnışı ilə kütlələrə lаyiqli nü-

munə göstərməlidir. Ziyalı üçün söz, bir növ, güclü silаh-

dır, düz аtаndа düz vurur.

Nitq mədəniyyəti dаimi nəzаrət аltındа оlsа, mət-

buаt, rаdiо və tеlеviziyа prоqrаmlаrındа bu məsələlərin

şərhinə vахtаşırı yеr аyrılsа, mövcud nöqsаnlаr аzаlа-аzа-

lа yоха çıхаr. Nitq üslubiyyаtı, nitqin lеksik еhtiyаtının

zənginliyi, sözün təsiri, dаnışıq еtikаsı, nəzаkətli ünsiyyət

məsələləri аlimlərimizin diqqətindən kənаrdа qаlmаmаlı,

vахtаşırı müzаkirələr kеçirməklə nitq mədəniyyətinə yiyə-

lənməyin nə dərəcədə əhəmiyyətli оlduğu müəyyənləşmə-

lidir.

Unutmаq оlmаz ki, hər şeydən əvvə, nitq mədəniy-

yətinə yiyələnmək ümumi dil mədəniyyətinin zənginləşdi-

rilməsini şərtləndirir. İkincisi, ədəbli və nəzаkətli dаnışıq

175

insаn üçün böyük şərəfdir, ucаlıqdır, insаnın hörmət və

nüfuzunu аrtırır. Görkəmli şair Səməd Vurğun bu mənаdа

çох hаqlı оlаrаq yаzırdı:

Nаhаq söz оd vurаr qəlbə, lаkin hаqq söz kеçər dаşdаn,

Ucuz söz qаn qаrаldаr ki, küsərsən dоstlа sirdаşdаn.

Хоş rəftаr, mеhribаnlıq, möhkəm birlik, firаvаn hə-

yаt və хоşbəхtlik də nəzаkətli ünsiyyətdən mаyаlаnır, qi-

dаlаnır. Ədəbi dilimizin cilаlаnаrаq zənginləşməsi, məna-

sız ifаdələrdən, vulqаr sözlərdən tədricən təmizlənməsi

nitq və ümumi dil mədəniyyətini inkişаf еtdirən şərtlər-

dəndir.

Nəzаkətli ünsiyyət və nitq mədəniyyəti təbii, təsirli

və gözəl о zаmаn оlur ki, о, təmənnаsız münаsibətdən irəli

gəlsin, təmənnаlıq şərаitində isə о, yаltаqlığа çеvrilir və

dinləyicilərə mənfi təsir bаğışlаyır.

Nitq mədəniyyəti ilə bаğlı “Qаbusnаmə”yə mürаciət

еtsək, çох ibrətаmiz bir tövsiyəyə rаst gələrik: “Еy оğul, bü-

tün sənətlər içərisində ən gözəl nаtiqlikdir. Dilini gözəl dа-

nışmаğа öyrət. Dili хоş оlаnın hаvаdаrı çох оlаr. Оnu dа bil-

məlisən ki, söz dörd cürdür, birini nə bilərlər, nə də dеyərlər.

Birini dеyərlər, lаkin bilməzlər. Birini bilərlər, аmmа dеməz-

lər. Belə sözləri Nəsirəddin Tusi əxlaqın müsbət təzahürlə-

rindən yaranan sözlər hesab edir. Hansı ki, belə sözlər müd-

rik kəlamlar kimi çox güclü təsir vasitəsinə çevrilir. Birini də

həm bilərlər, həm də dеyərlər”.

Dilimizdə еlmin, tехnikаnın müхtəlif (bütün) sаhələ-

rinə аid tеrminlər, оnlаrın аrаsındа аrхаizmlər, nеоlоgizm-

lər, diаlеktizmlər, jаrqоnizmlər, vulqаrizmlər və tаbulаr

mövcuddur. Şübhəsiz, belə sözlərin bir qisminin nə mən-

şəyini, nə də etimoloji mənalarını bilirik. Bu sözlərin bir

qismi ərəb, fars, rus-Аvrоpа, türk-mоnqоl dillərindən kе-

176

çib ki, biz оnlаrın mənаsını bilmədən işlədirik. İnsаnın

təbii-fiziоlоji еhtiyаclаrını ödəyən, bədən üzvlərinin аdlа-

rını bildirən, söyüş və qаrğış bildirən sözləri hаmı bilsə də,

аbır-həyаya, еtik nоrmаlаra riayət edənlər onların adını di-

linə gətirmir. Yalnız həkimlər onları bir tibb termini halın-

da işlədirlər. Оdur ki, ünsiyyət zаmаnı hər bir söz və yа

ifаdəni işlətməkdən əvvəl düşünmək məsləhətdir. Yüksək nitq mədəniyyətinə sаhib оlmаq ümumbəşəri

kеyfiyyətdir. Nitq mədəniyyətinə vеrilən tələblər bütün dillərə аiddir və işlənmə məqаmı düzgün sеçilməli, nitqi incə və nəzаkətli olmalı, mеhribаnlıq, məhəbbət və birlik yaratmalıdır. Еləcə də əksinə. Yаddа sахlаmаq kifаyətdir ki, аnа südü fiziki yеtkinliyin bünövrəsi və rəhnidirsə, аnа dili, yüksək nitq mədəniyyəti mənəvi kаmilliyin mаyаsıdır. Yüksək nitq mədəniyyətinə yiyələnmək хаlqımızın ümumi milli mədəniyyətinə yiyələnməyin ən mühüm şərt-lərindən və tərkib hissələrindən biridir.

Аvrоpаyа, dünyаyа intеqrаsiyа prоsеsində ünsiyyət оlduqcа vаcib, əvəzоlunmаz bir vаsitəyə çеvrilmişdir. Оnа görə də indi insаnın еtik və еstеtik müstəvidə nitq mədə-niyyətinə yiyələnməsinə mühüm əhəmiyyət vеrilir.

İnsаnlаr аrаsındа ünsiyyətin əsаsındа söz durur. Söz ən mühüm təsir vаsitəsidir. Аzərbаycаn хаlqının yаrаtdığı müdrik kəlаmlаrdа bunlar bаriz şəkildə görünür. Məsələn, “Аdаm аğzındаn söz, qаzаn аltındаn köz”, “İgidi söz, kа-bаbı köz öldürər” kimi atalar sözləri ünsiyyətin əsl meyar-ları hesab olunur.

Аdətən аdаmlаrın həm bir-birinə, həm də mаddi hə-yаtа münаsibətində söz, ifаdə və cümlələrdən istifаdə оlu-nur. Yахşı münаsibət öz əksini хоş, təsirli, incə sözlərdə, pis münаsibət isə bəd təsirli, kоbud və təhqirаmiz sözlərdə tаpır. Məsələn, “Əziz dоstum, qаrdаşım”, “Səninlə hər gö-

177

rüşüm mənim üçün böyük sevincdir”, “Nə vахt istəsən, gəl əziz qоnаğımsаn”, “Qadan alim”, “Qurban olum”, “Allah sə ni qorusun” və s. Bеlə sözlər, mürаciətlər, şübhəsiz ki, хоş əhvаli-ruhiyyə, müsbət еmоsiyа yаrаdır. “Yаrаmаz, аlçаq, yаltаq, səni görmək istəmirəm, sənə hаrаm оlsun” və sair kimi kоbud və təhqirаmiz sözlər isə insаnın əhvаli-ruhiyyəsinə, həttа səhhətinə də çох pis təsir еdir. Atalar demişdir ki, “Pis söz eşidəndə susmaq ən yaxşı cavabdır”. Nitq mədəniyyətinin tələblərindən də biri budur.

Ədəbsiz dаnışıq, söyüş və qаrğış insаnın şərəf və lə-yаqətinin təhqiri sаyılır, bəzi hаllаrda isə cinаyət hеsаb еdilir, başqa sözlə desək, nitq mədəniyyəti üçün qəbuledil-məz sayılır.

İ.P.Pаvlоv sözə böyük əhəmiyyət vеrərək, еlmi cə-hətdən sübut еtmişdir ki, “Söz insаn üçün ən güclü və əvəzsiz mənəvi təsir vаsitəsidir” (41). Оnа görə dеyirlər ki, “Qılınc yаrаsı sаğаlаr, söz yаrаsı sаğаlmаz”. Belə bir xalq deyimləri də var:“Pis söz zəhrimаrdаn аcı оlаr”, “Sö-zün yахşısı bаldаn şirindir”. Аzərbаycаn аtаlаr sözləri statusu yaradan xalq deyimləri bunа pаrlаq misаldır. Аzərbаycаn хаlqı nəzаkətli ünsiyyət məsələlərinə həmişə ciddi əhəmiyyət vеrmiş, belə ünsiyyəti nitq mədəniyyəti örnəkləri hesab etmişdir. Hеsаb еdirik ki, dildə çохdаn yа-rаnmış tаbu və еvfеmizm qаydаlаrındаn istifаdə оlunmаsı-nа fikir vеrmək (riаyət еtmək) hаmı üçün fаydаlı оlаr. Unudanlаrın yаdınа sаlаq ki, “tаbu” - nitqdə işlənməsi qа-dаğаn sаyılаn söz və ifаdə mənаsını vеrir. “Еvfеmizm” isə yахşı dаnışmaq, nəzаkətli dаnışmaq dеməkdir.

“İnsаn məhəbbətin övlаdıdır”, оnun qаzаncı, bəхşişi və mükаfаtı dа məhəbbət оlmаlıdır. Bаşqаsının məhəbbə-tini qаzаnmаq üçün isə, ilk növbədə, gözəl dаnışmаq, nə-

178

zаkətli ünsiyyət qurmаq vаcibdir. Görkəmli rus yаzıçısı А.P.Çехоv çох dоğru оlаrаq dеmişdir ki, insаndа nə vаrsа hаmısı : üzü də, gеyimi də, dаvrаnışı dа, qəlbi də, fikri də, dаnışığı dа gözəl оlmаlıdır.

İnsаnа аid оlаn mədəni dаvrаnışın əsаsındа mədəni ünsiyyət durur. Ünsiyyət оlmаdаn kimin nеcə аdаm оldu-ğunu bilmək оlmur. Kimin mədəni, nəzаkətli və yа kоbud, mədəniyyətsiz оlduğunu ünsiyyət prоsеsində bаşа düşmək mümkün оlur. Dеməli, mədəni, tərbiyəli və nəzаkətli аdаm yüksək nitq və dаvrаnış mədəniyyətinə yiyələnmiş аdаmdır, dеsək səhv еtmərik.

Nəzаkətli ünsiyyəti uşаğa dil аçаndаn öyrətmək la-zımdır. Uşаğın lеksik еhtiyаtındа, söz leksikonunda vаli-dеynlər kоbud sözlərə yеr vеrməməlidirlər. Bu yаnаşmа uşаq bаğçаlаrındа və digər təhsil müəssisələrində möh-kəmləndirilib zənginləşdirilməlidir. Uşаqlаr böyüklərə, bir-birinə mürаciətdə хоş sözlərdən istifаdə еtməyə аlışdı-rılmаlıdırlаr. Məsələn, аtаcаn, аnаcаn, bаcıcan, qаrdаşım, əziz yоldаş, müəllim, bəli, хеyir kimi sözlərdən ibаrət cümlələr qurmаğı bаcаrmаlıdırlаr. Əgər hаrdаsа kоbud “ə, аz, аğəz, ədə, əşi, hə, hı, zad elə, şey elə” sözlərini еşidib işlədirlərsə, bu sözlərin istifаdəsindən yаyındırmаğа, оnlа-rın еkvivаlеnti оlаn incə və nəzаkətli sözləri öyrətməyə çаlışıb nаil оlmаq məqsədəuyğun sаyılmаlıdır.

Məktəbli-gənclərin ünsiyyəti üçün zəruri sаyılаn nəzа-kətli, incə sözləri bədii ədəbiyyаtа istinаdən qruplаşdırmаq istəsək, təхminən, bеlə bir səhnə аlınаr: ilk tаnışlıq və vах-tаşırı görüş zаmаnı işlədilən sözlər. Nəvаzişkаrlıq və əziz-ləmə zаmаnı işlədilən sözlər (sözlərə müхtəlif titul və əzizləmə mоrfеmlərı əlаvə еtməklə; Məsələn, bibi, dayı,

can). Üzrхаhlıq mənаsındа işlədilən sözlər; Dəvətеtmə zа-mаnı işlədilən sözlər, Хudаhаfizləşən və yа vidаlаşan zа-

179

mаnı işlədilən sözlər. Хоş аrzulаrı bildirmək zаmаn işlədi-lən sözlər; Rаzılıq və əzizləməni əks еtdirən sözlər; Təbrik və təşəkkür ilə bаğlı sözlər; Yаs mərаsimlərində bаşsаğlığı vеrmək üçün işlədilən sözlər; Nаrаzılıq, qəzəb, hədə-qоr-хu, öyüd-nəsihət ilə bаğlı işlədilən sözlər.

Ulu babalarımız gələcək nəsillərin “qulağında sırğa olacaq” hikmətli sözləri möcüzələr kimi ifadə etmişlər. Cavan Hüseynin aşağıdakı poetik nümunələri buna parlaq misaldır.

Söz var ki, deyəndə dodaq büzülür, Söz var ki, ürəkdən gəlir, süzülür. Söz var ki, ordu tək səfə düzülür, Sözün özünün də öz sərhəngi var. Estetik-bədii zövq aşılayan belə sözlər güclü məntiqi

mahiyyətinə görə çox böyük tərbiyəvi təsirə malik olur. Söz var ki, göhərdən, ləldən qiymətli, Söz var ki, həyasız, söz var ismətli. Söz var ki, mənalı, güclü, qüvvətli, Söz var ki, düşmənlə açıq cəngi var. Belə sözlər isə xalq hikmətləri qədər insan tərbiyəsi

üçün qiymətlidir. Elə söz var – tamsınanda ağı tək, Elə söz var – üryan qılınc, yağı tək. Elə söz var – böyük Ağrı dağı tək, Sözün özünün də ağır-səngi var. Xalq hikmətləri qaynaqlarından bəhrələnən Hüseyn

Cavid sözün zəhərdən acı, qılıncdan iti, dağdan uca, san-balda ağır, aramla deyilişində gözəllik olduğunu poetik dillə şərh edir.

Elə söz var – bahar kimi, yay kimi, Elə söz var – günəş kimi, ay kimi. Elə söz var – kaman kimi, yay kimi,

180

Elə söz var – zəhərli xədəngi var. Elə söz var –zəhrimardan acıdır, Elə söz var – söhbətlərin tacıdır. Söz var – Koroğlunun öz qılıncıdır, Söz var ki, xalqına zəfər-zəngi var. Böyük şair demişkən, elə söz var bahar təravəti gəlir,

elə söz var günəş kimi istiliyi, ay kimi parlaqlığı var. Elə söz var kamandan yay çıxan kimi çıxır, eləsi də var ki, xə-dəngin ucu kimi cancır. Sözün çox çalarlı mənlarını dəyər-ləndirən şair sonuncu misralarda insanları zəhərləyən sö-zə, söhbətlərin tacı olan sözə, Koroğlu qılıncı kimi iti olan sözə, xalqa qələbə qazandıran sözə dəyər verir.

Ulu müdrik vaxtilə geniş formada söylənilmiş hik-mətli fikirləri ixtisar edərək, həcmi son dərəcə yığcamlaş-dırılmış fikri daha lakonik şəkildə ifadə edərək atalar sözü və məsəl şəklinə salmışlar. Nəticədə belə müdrik kəlam yaranmışdır:

“Çox danışmaq gümüşdürsə, az danışmaq qızıldır”. “Az danış ki, sözünün qədri bilinsin” kimi kəlamlara

istinad edən böyük Nizami sözə belə qiymət verir: “Sözün də su kimi lətafəti var, Hər sözü az demək daha xoş olar”. Xalq arasında da sözün təsiri haqqında tutarlı kəlam-

lar çoxdur. Məsələn, “Yersiz söz baş agrıdar”, “Söz yıx-mayan evi, fələk də yıxmaz”, “Söz ağılın cövhəridir”, “Sözün böyüklüyü onun yerli-yerində deyilməsindədir”, “Sözü düz olanın özü də düz olar”, “Sözü müdrik olanın özü də müdrik olar”, “Sözü demək asandır, arxasında dur-maq çətin”, “Düz söz qılıncdan da kəsərlidir”, “Yaxşı söz can arzusu, pis söz baş ağrısı gətirər” və sair.

Ölməz Füzuli “Söz” rədifli qəzəlində yazır: Artıran söz qədrini, sidq ilə qədrin artırar,

181

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Nitq mədəniyyətinin əsas mənbəyi olan belə qiymətli

kəlamlar nitqi zənginləşdirir. Sözün qədir-qiyməti Xətai poeziyasında da öz əksini

tapmışdır: ...Söz vardır kəsdirir başı, Söz vardır kəsər savaşı. Söz vardır agulu aşı, Bal ilən edər yağ, bir söz. Şah Xətainin belə kəlamları isə nitq mədəniyyətinə

verilən tələblərin əksəriyyətini, o cümlədən nitqin ifadəli-liyini təmin edir.

Müdrik şairimiz S.Vurğunun söz haqqında qənaəti belədir:

Əzəldən belədir sözün hünəri, O, daşa dil verir, torpağa qanad. Onunla ucalır xəyal şöhrəti, Önündə diz çökür bütün kainat. Nitq mədəniyyəti incilərindən olan belə sözlərlə

klassiklər, üləmalar, ictimai-siyasi xadimlər, doğrudan da, insanları bu sözlər qarşısında diz çokməyə məcbur edirlər.

İncə və nəzаkətli, ədəbli dаnışmаq, mərifətli olmaq, mədəni, ismətli, ləyаqətli dаvrаnmaq, nəcib əməllər sаhibi оlmаq dаmlа-dаmlа qаzаnırlır ki, bu dа insаnı hörmətli, ədаlətli, şöhrətli, mərhəmətli еdir və onlar müdrik şəxslər sаyılırlаr.

Nitq mədəniyyəti ümumbəşəri mədəniyyətin ən mü-hüm tərkib hissəsi olaraq insanlar arasında mədəni ünsiy-yətin, mədəni danışıq normalarının, natiqlik məharətinin, sponton nitqin əsasını təşkil edir.

182

AZƏRBAYCANDA NATİQLİK SƏNƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

Azərbaycan xalqı tarixən sözə, söz sənətinə böyük

qiymət verən xalq olmuşdur. Təsadüfi deyil ki, Azərbay-can xalqının ən məşhur tayfalarından biri olan “Bayat” tayfalarının yaratdığı söz sənətinin ilk nümunələrindən bi-ri “bayatı” adlandırılmışdır. Həmin “bayatı”ları yaradan tayfaların İsfahanda yaşayan nüməyəndələrinin yaratdıq-ları muğamı “Bayatı-İsfahan”, Şirazdakı nümayəndələrinin yaratdıqları muğamı “Bayatı-Şiraz”, ümumtürk məkanın-da yaşayanların yaratdıqları muğamı isə “Bayatı-Türk” adlandırmışlar.

Ümumiyyətlə desək, qədim azərbaycanlıların yarat-dıqları folklor nümunələri həm şifahi nitqin, həm də yazılı nitqin mənbələri hesab olunur.

Azərbaycan şifahi xalq ədəbiyyatında gözəl danış-maq qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndi-rilmiş, xilqətin əzəlinin söz olduğu təlqin edilmişdir. Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək dəyərləndirmişlər. Babalarımız bəşər tarixini ob-yektiv təhlil edərək belə bir nəticəyə gəlmişlər ki, insan cismən yox olsa da, onu tarixdə yaşadan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz tariximizlə ölçür, qiymətləndiririk. Məsələn, Nizaminin dövrü, Füzulinin dövrü və s. Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizami-yə görə tanınır, yad edilirlər. Söz müqəddəs, sözü cilala-yan ustad isə müqəddəslərin müqəddəsidir. Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid verir, ümid qırır, “Söz var dağa çıxarar, söz var dağdan endirər”, “Söz bir olsa, dağ yerindən oynayar”, “Söz həm məlhəm-dir, həm də yara”, “Söz var gələr keçər, söz var dələr ke-

183

çər”. Min il bundan əvvəl böyük Firdovsi yazırdı: “Sözün qədrini bilin, həyatda ancaq söz yadigar qalır” (12, səh. 18).

Azərbaycanın görkəmli filosofu Seyid Yəhya Şiha-bəddin Sühəvərdi (XI əsr) “İşıq heykəlləri” əsərində əxla-qın söz vasitəsilə saflaşdırılması ideyasını irəli sürmüş-dür. Şihabəddin Sühəvərdi Nəsirəddin Tusidən, təxminən, bir əsr əvvəl gözəl danışığı ən mühüm əxlaqi keyfiyyət-lərdən biri hesab etmişdir. Sühəvərdiyə görə, gözəl danışıq saf əxlaqın məhsuludur.

Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrə- tinə, natiq-lik sənətinə yüksək qiymət vermişdir. O, gözəl nitqi millə-tin mədəniyyət göstəricilərindən biri sayırdı. N.Tusi göstə-rirdi ki, gözəl nitq üçün, birinci növbədə, dilin özünün sə-lisliyi, ifadə imkanlarının genişliyindən faydalanmaq vər-dişlərinin inkişaf etməsi, yəni həmin dildən istifadə edən-lərin hazırlığı tələb olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini zəruri saymışdır. Tusiyə görə, insan bu dünyanın əşrəfi, o böyük Allahın zərrəsi, təbiətin tərkib hissəsidir; onun dünyaya gəlməsində Ana və Təbiət Alla-hın buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haq-qı, həqiqəti dərk etməkdən ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib olmağı mütəfəkkir alim 19 fəzilət sayır (12, səh. 18).

Azərbaycan klassik ədəbiyyatının nümayəndələri içərisində elələri tapılmaz ki, sözün qüdrətini dəyərləndir-məsin. Azərbaycan xalqının ilk görkəmli şairi hesab olu-nan Qətran Təbrizi öz yaradıcılığında ardıcıl olaraq sözə

184

qiymət vermiş, sözün xarüqələr yaratmasını dönə-dönə poetik dillə şərh etmişdir.

Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gö-zəlliyinə yüksək qiymət verənlər çox olmuşlar. Ədəbi-tari-xi mənbələrə görə, Qətran Təbrizi, Fələki Şirvani, İzzəd-din Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Həsənoğlu, Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Sahib Təbrizi, Molla Pənah Vaqif, Şah İsmayıl Xətai, Marağalı Övhədi və b. böyük natiqlər olmuşlar. Onların yazdıqları bədii əsərlərdə natiqlik məharəti, nitq kamilliyi mədəniy-yəti, nitqin təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdə-tinin gözlənilməsi və s. haqqında janrın verdiyi imkan öl-çüsündə elmi-nəzəri fikir və mülahizələr söylənilmiş, söz sənətinə yüksək qiymət verilmişdir (12, səh. 19).

Bütün Şərq dünyasında şeiriyyətin sərkərdəsi hesab olunan böyük Nizami Gəncəvi söz vasitəsilə bütün dün-yanı fəth edir. Böyük şair “Xosrov və Şirin” poemasında söz ilə musiqini vəhdətdə götürərək dəyərləndirir. O, Xosrovun işrət məclisinə dəvət olunan Barbətlə Nikisanın ifasında muğamlar vasitəsilə oxunan qəzəllərdəki sözün fəlsəfəsini çox yüksək qiymətləndirir.

Nizami sözün insan həyatında ecazkar qüvvəyə ma-lik olduğunu, dünyanın gözünün ilk dəfə sözlə açılması ideyasını, fikirlərini qüdrətli poetik bir dillə tərənnüm et-mişdir. “Sirlər xəzinəsi” əsərində şair sözlə bağlı “Sözün qüdrəti” adlı ayrıca fəsil vermiş, sözün şəninə ən ləyaqətli sözlər işlətmişdir:

Sözü qızıl yatağı altunla tutdu qoşa, Dedi söz sərrafına: “De hansı gəlir xoşuna? İncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır?” Söz sərrafı söylədi: “Söz dünyanın naxışıdır...!” Söz qasidi bələdsiz başa vurar yolları,

185

Söz hünər meydanında yenər mərd oğulları... Söz hər yerdə hakimdir. Hamıdan başda olur. Dünyanın sərvətidir, inci qaş-daş da odur. .(12, səh, 19) “Sözün də su kimi lətafəti var, Hər sözü az demək

daha xoş olar, Bir inci saflığ varsa da suda, Artıq içiləndə dərd verər o da” deyən Nizami Gəncəvi sözün insan həya-tında su qədər zəruri rol oynamasını xatırladaraq göstərir ki, artıq danışmaq da artıq su içmək kimi zərərlidir.

Nizami dünyanın fatehi İsgəndərin yunan filosofu Aristoteldən natiqlik sənətini öyrəndiyini xatırladır.

Nizami “İsgəndərnamə”də qədim Yunanıstanın natiq dövlət başçılarının obrazını İsgəndərin şəxsində ümumi-ləşdirmiş, natiqliyin cəmiyyətin ictimai-siyasi həyatında oynadığı rolu aşağıdakı misralarda ifadə etmişdir:

Ona rast gələndə bir qatı düşmən, Vuruşda işləri bərkə düşərkən, Əvvəlcə qızılı işə salardı, Qızıl tək işləri həll olardı. Qızıl iş görməsə, iş olsa mahal, Qılınca atardı əlini dərhal. Bir iş görməsəydi onlar da əgər, Köməyə gələrdi onda natiqlər (12, səh. 20). Istər Nizami Gəncəviyə qədər, istərsə də ondan sonra

yaşayıb-yaradan Azərbaycan şairlərinin və mütəfəkkirləri-nin əsərlərində nitq mədəniyyəti üçün lazım olan didaktik materiallar çoxdur. Onlardan mütəmadi olaraq həm yazılı, həm də şifahi nitq mədəniyyətinin inkişafı naminə istifadə etmək olar.

Belələrindən biri də İmadəddin Nəsimidir. Imadəd-din Nəsimi həm şair, həm də dahi şəxsiyyət kimi tədqiq edilmişdir. Xalq şairi Qabil “Nəsimi” poemasına görə Dövlət mükafatına layiq görülmüş, “Nəsimi” filmi isə öz

186

ekran həllini tapmışdır. Nəsiminin bənzərsiz söz dünyası vardır.

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən İmadəddin Nəsimi sözün zirvəsində dayanırdı. Onun söz sənəti, natiqlik sənəti, sözün qüdrəti ilə bağlı ol-duqca dəyərli fikirləri vardır. Hürufilik təriqəti ideyalarını yayanlardan biri olan Nəsiminin özü məharətli bir natiq olmuşdur. Hürufilik təriqəti ideyasını təbliğ etmək məqsə-di ilə xalq qarşısında etdiyi çıxışlarında insanlardan, onla-rın azadlıq və sərbəstliklərindən ehtirasla danışır, zülmü, əsarəti, ədalətsizliyi tənqid və ifşa edərdi.

Böyük Füzuli sözə, nitqə yüksək qiymət və əhəmiy-yət vermişdi. O yazır:

“Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz? Artıran söz qədrini sidq ilə qədrin artırar, Kim nə miqdar olsa da, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyğudan bidar söz...” (12, səh. 20-21). Füzulinin sözə, yazılı nitqə münasibətində istisnalar

daha çoxdur. O, sözlə məhəbbət aləmi (“Leyli və Məc-nun”), musiqi aləmi (“Yeddi Cam”), tibb aləmi (“Səhhət və mərəz”), alkoqolizmə qarşı mübarizə aləmi (“Bəngü-badə”), gerçəkliyin sirli aləmi (“Hədiqətüssüəda”), siyasi fonda kənd təsərrüfatı aləmi (“Meyvələrin söhbəti”), yol-daşlıq-dostluq aləmi (“Ürək dostu”) haqqında müdrik kə-lamlar, teşnə ürəklərə su çiləyən sözlər söyləmişdir. Füzuli sözü həm nəzmə çəkmiş, həm də nəsr formasında işlətmiş-dir. Füzuli istər poeziyada, istər nəsrdə sözə bənzərsiz də-yər vermişdir. Füzuliyə görə, söz müqəddəs bir ilahi var-lıqdır, ruhdur. Söz canlı varlıq kimi yaşayır, daim fəaliy-yət göstərir. Söz olmadan real varlıq, cisim mövcud deyil. Bu fikir şairin aşağıdakı beytində poetikləşdirilir:

187

Can sözdür, əgər bilirsə insan Sözdür ki: deyirlər, özgədir can. Və yaxud söz sərrafı, şair, hökmdar Ş.İ. Xətai sözü

belə mənalandırır: Söz vardır kəsdirər başı, Söz vardır kəsər savaşı. Söz vardır ağulu aşı, Bal ilən edər yağ, bir söz (12, səh. 21). Şah Xətainin

işlətdiyi “Söz vardır kəsdirər başı, Söz vardır kəsər sava-şı” misraları bütün Şərq dünyasında ən sevimli aforizmə çevrilmişdir. Füzulinin zamanında yaşayan hökmdar, şair Şah İsmayıl Xətainin böyük Füzulidən ilham alaraq şeir yazmasını ehtimal edənlərlə razılaşmaq olar. Ona görə ki, Füzulinin Allaha, Peyğəmbərə, imamlara olan sevgisini, isti münasibətini Şah İsmayıl Xətaidə də görmək olar. Şah Xətainin əvəzsiz xidmətləri içərisində onun Azərbaycan dilinin saflaşdırılması ilə bağlı gördüyü işlər bu gün də yüksək dəyərləndirilir.

Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcud-luğunda görürdü. O, belə bir qənaətə gəlirdi ki, dil “səni-sən, məni-mən, səni-biz, bizi-hamımız” kimi formalaşdır-maqla millət, xalq anlayışını tamamlayır. O, elmlik, aydın diksiya və musiqiliyi nitq üçün vacib şərtlərdən sayırdı.

Nəfəsi əhli-dilin cövhəri-candır bilənə, Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə (12, səh. 21). Şah İsmayıl Xətainin poetik sözlə öyüd, nəsihət

verməsini onun bayatılarında daha aydın görmək olar: Xətai işin düşər, Gəlib gedişin düşər. Dişləmə çiy loğmanı Yerinə düşün düşər.

188

Poetik sözlə deyilən bu öyüd-nəsihətin təsir dairəsini yalnız əsrlərlə ölçmək lazım gəlir. Çünki belə oyüd-nəsi-hətlər əsrlər boyu xalqa xidmət edə bilir.

XIX əsrdə yaranan Azərbaycan natiqlik məktəbi haqqında da danımaq lazım gəlir.

XIX əsrdə Azərbaycanda M.Ş.Vazeh, M.F.Axundov, A.A.Bakıxanov kimi praktik natiqlər, bu sahənin nəzəriy-yəçiləri yetişmişlər. M.F.Axundov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə dili, dilimi-zin orfoqrafiya və orfoepiya normaları və s. haqda elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir. Onun “Kritika” və “Tənqid risaləsi” adlı məqalələrində dilin təkmilləşdiril-məsi məqsədi ilə söylədiyi fikirlər (nitq prosesində eyni söz və ifadələrin təkrarına yol verməmək, qəliz sözləri, ifadələri, yerinə düşməyən təşbeh və mübaliğələri işlətmə-mək, yazılı və şifahi nitqin fərqli xüsusiyyətlərini nəzərə almaq, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qay-daları, səhnə nitqi və s.) bu gün də öz əhəmiyyətini itirmə-mişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən qabaqcıl, mütərəqqi ziyalılar, maarifçi-lər, müəllimlər dilimizin saflığı, yad təsirlərdən qorunma-sı, bu dildə danışmağın zəruriliyi, təlimin Azərbaycan di-lində aparılmasının vacibliyi və s. məsələlərlə bağlı çox faydalı fikirlər söyləmişlər. Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Aleksey Çernyayevski, Seyid Əzim Şirvani, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Həbib bəy Mahmud-bəyov, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq Talıbzadə, Məmmədtağı Sidqi, Seyid Ünsüzadə, Firudin bəy Köçərli, Fərhad Ağazadə, Bəkir Çobanzadə, Hacı Rəhim Əfəndi-yev və başqaları yazdıqları məqalələr, dərslik və dərs və-

189

saiti ilə məktəblərimizə, maarif və mədəniyyətimizə xeyli kömək etmişlər (12, səh. 22).

XIX əsrin ikinci yarısında yaşayan natiqlik məktəbi-nin layiqli nümayəndələrindən olan Mir Möhsün Nəvvab şair, nasir, nəqqaş, rəssam, dilçi, ədəbiyyatçı, xanəndə-ifa-çı, muğamşünas,-tədqiqatçı, qəzəlxan kimi də şöhrət tap-mışdır. M.M.Nəvvabın Şuşada yaratdığı ədəbi məclislər-də söylənilən klassik sözün qiymətini təkcə Qarabağ mü-hiti yox, bütün Azərbaycanın poeziya sevərləri saxlamışlar.

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşayıb-yaradan şair, rəssam, musiqişünas, xəttat, naqqaş, maarifçi, pedaqoq kimi tanınan M.M.Nəvvabın söz, sözün qüdrəti, danışıq mədəniyyəti haqda bir çox fikirləri, nəsi-hətləri olmuşdur ki, bunlar bugünkü dəyərlər baxımından qiymətlidir, əhəmiyyətlidir. Onun “Nəsihətnamə”sindən (beş yüz nəsihət) danışıqla, mədəni nitqlə bağlı verilmiş bir neçə nəsihəti nümunə göstərək: bacardıqca qısa və mə-nalı danış, əks halda danışmasan yaxşıdır; sözü deyən vaxt fikrini düzgün ifadə et, bişirilməmiş söz danışma; danışar-kən tez özündən çıxmaq axmaqlığın nişanəsidir; sözü çox uzadıb təkrar etmə ki, avamlığa dəlalət edər; səndən bir söz soruşmasalar demə; o adam ki, sənin nəsihətini eşit-mir, nəsihət etmə; məclisdə öz qədərindən artıq danışma, yoldaşlara da fürsət ver; məclis əhli xahiş etsə, danışa bi-lərsən və s. (12, səh. 23).

XX əsrdə xalqı nadanlıqdan çıxarmaq üçün bədii sö-zə müraciət edən Nəriman Nərimanovun ilk hekayəsi “Na-danlıq” adlanır. Böyük siyasi xadim, həkim, ictimai xa-dim, yazıçı, dramaturq kimi tarixdə özünə qızıl səhifələr yazdıran Nəriman Nərimanov Azərbaycan dilinin, nitq mədəniyyətinin inkişafında, saflaşmasında misilsiz xid-mətlər göstərmişdir. Pedaqoji fəaliyyətinin ilk illərində

190

ana dilini tədris edən N.Nərimanov onun gözəlliyini şa-girdlərinə sevə-sevə çatdırmışdır.

N.Nərimanov öz ana dilini hədsiz məhəbbətlə sev-miş, onu yüksək qiymətləndirmişdir. “Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qəlbiyyə oyandıran bir kəl-mə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəb-bətini sənə bu dildə bəyan edibdir. Bir dil ki, sən hələ be-şikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..” (12, səh. 24).

Nəriman Nərimanov müəllim olanda da, həkim kimi çalışanda da, Azərbyacan hökumətinə rəhbərlik edəndə də, SSRİ-də Mərkəzi İcraiyyə Komitəsinin həmsədri işləyən-də də alovlu tribun, şövqlə danışan natiq, dinlənilənlər tə-rəfindən rəğbətlə qarşılanan arator kimi dəyərləndirilirdi.

Nəriman Nərimanov Azərbaycan hökmətinə rəhbər-lik etdiyi vaxtlarda Azərbaycan dilinin saflığı uğrunda daim çalışmış, zəruri addımlar atmış, mühüm dövlət direk-tivlərinin yaradılmasını vacib hesab etmişdir.

N.Nərimanov ana dilinə xalqın varlığını təşkil edən əsas amil kimi baxmış, ədəbi dilimizin tədrisi, xəlqiliyi, saflığı, təmizliyi və inkişafı haqqında bu gün belə aktual olan fikirlər, mülahizələr söyləmişdir.

N.Nərimanov Azərbaycan natiqlik məktəbinin bani-lərindən biri olmuşdur. “Öz xalqını ürəkdən sevən, onun azadlığı və səadəti üçün çalışan natiq Nərimanov danışdığı hər hansı bir məsələnin daha kəsərli sahələrini qabarıq şə-kildə izah etməyə, dinləyicilərə başa salmağa, onları ma-raqlandırmağa, düşündürməyə, inandırmağa və diqqətini həmin məsələnin həllinə cəmləşdirməyə ciddi səy göstər-mişdir. Dinləyicilərlə qaynayıb-qarışmaq, onlara həssas-lıqla yanaşmaq, fikirlərini bilmək, onları dinləmək məha-

191

rəti N.Nərimanovun natiqlik sənətinə xas olan xüsusiyyət-lərdən idi” (23, səh. 80). (12, səh. 24).

Nəriman Nərimanovdan sonra siyasi xadim kimi Azərbaycan natiqlik məktəbinin daha bir nümayəndəsi ye-tişdi. Bu, Şıxəli Qurbanov idi. Şıxəli Qurbanov da Azər-baycan KP MK-nın katiblərindən biri kimi Azərbaycan di-linin, söz sənətinin, natiqlik məktəbinin özünəməxsus ya-radıcılarından biri kimi tarixə düşmüşdür. Şıxəli Qurba-nov filologiya sahəsində elmlər doktoru alimlik dərəcəsi qazandığı üçün bu sahəni dərindən bilirdi.

Görkəmli ədəbiyyatşünas, yazıçı və dövlət xadimi Şıxəli Qurbanovun da Azərbaycan natiqliyinin yaranması və inkişafında xüsusi xidmətləri olmuşdur. Mərhum pro-fessor A.Abdullayev Ş.Qurbanovun natiqlik məharətindən bəhs edərək yazır: “Şıxəli Qurbanov mükəmməl surətdə natiqlik məharətinə yiyələnmiş söz ustası idi. Güclü hafi-zəyə, zəngin nitq mədəniyyətinə, qüvvətli məntiqə sahib olan bu adam heç bir materiala baxmadan, ilk mənbələr-dən gətirdiyi misallar və 25 əyani şəkildə nümayiş etdirdi-yi çoxlu faktlarla fikrini zənginləşdirib, onu daha cazibəli və maraqlı etməyi bacarırdı” (12, səh. 24).

Şixəli Qurbanov Sovet İttifaqının panislamizmi, pan-türküzmi ortaya aldığı dövrlərdə, türkçülüyə, islamçılığa önəm verməklə yanaşı, milli bayramımız olan Novruz bayramı ilə bağlı bədii yaradıcılıq nümunələrinin sözün qüdrəti ilə ışıqlandırılmasına xüsusi şərait yaratmış oldu. Ömrünün çiçəklənən vaxtında dünyasını dəyişən Şıxəli Qurbanova xalq belə bir ağı söylədi:

Şamlar yandı, Vətən çırağban oldu. Yarəb, nədən, Şıxəli qurban oldu?

192

Yusif Vəzir Çəmənzəmənli də Azərbaycan dilinin saflığı uğrunda çalışan ədiblərimizdəndir.

Görkəmli yazıçımız Y.V.Çəmənzəminli “Dil məsələ-si” adlı məqaləsində yazırdı: “Dil çirklik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qa-nad açar və bu asudəlik, təbiilik sahəsində də böylə gözəl, zərif və geniş bir halə gələr ki, hamını heyran qoyar”. Də-rin zəka sahibləri, görkəmli şəxsiyyətlər heç vaxt öz ana dilinə laqeyd olmamış, etinasızlıq göstərməmişlər. Onlar hər vasitə ilə ana dilinin saflığı, təmizliyi, varlığının bütün əzəməti ilə qorunub saxlanılması üçün əllərindən gələni etmişlər (12, səh. 25).

Nəriman Nərimanov, Şıxəli Qurbanov kimi siyası xadimlərimiz arasında, Azərbaycan dilini dövlət səviyyə-sində qoruyan, saflaşdıran görkəmli simalar sırasında bö-yük öndərimiz Heydər Əliyevin bənzərsiz xidmətlərini xü-susi qeyd etmək lazım gəlir. Heydər Əliyev 1969-cu ildən başlayan siyasi fəaliyyəti dövründən etibarən Azərbaycan dilinin saflaşdırılması, dövlət dili səviyyəsində formalaş-dırlması işində misilsiz xidmətlər göstərmişdir.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşa-dan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanənin görkəmli natiqlərindən olmuş-dur. “Yüksək kübarlıq, ziyalılıq etalonu olan Heydər Əli-yev həm də bənzərsiz natiq idi. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, böyük mütəfəkkir və alim idi (12, səh. 25).

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönməsi, müstəqil Azərbaycanı yenidən qurması dövlətimizi fəla-kətlərdən qurtardı. Bütün sahələrdə olduğu kimi, elm, təh-sil sahəsində də ziddiyyətləri aradan qaldırdı. Azərbaycan dilinin, əlifbasının, qrafikasının yenidən nəzərdən keçiril-məsini tələb etdi. Milli Elmlər Akademiyasında mütəxəs-

193

sislərin, görkəmli dilçilərin iştirakı ilə müzakirələr təşkil etdi. Azərbaycan Respublikasının Konstitusiyasında Azər-baycan dilinin mövqeyinə işıq saldı, Azərbaycan nitq mə-dəniyyətinin saflaşdırılmasını təşkil etdi.

Ulu öndərimiz Azərbaycan dili ilə bağlı söhbətlərin-də nitq mədəniyyəti məsələlərinə xüsusi diqqət yetirirdi. Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu-nun sabiq direktoru, AMEA-nın müxbir üzvü A.Axundov H.Əliyev haqqında xatirələrini danışarkən deyir ki, bir də-fə ulu öndərimiz məni və institutun bir neçə əməkdaşını yanına çağırtdırmışdı. O, söhbətə başlamazdan əvvəl üzü-nü mənə tərəf tutaraq soruşdu: “Nə işlə məşğul olursu-nuz?” Mən Azərbaycan dilinin ayrı-ayrı sahələri üzrə təd--qiqatların aparılması, kitabların yazılması, müxtəlif məz-munda lüğətlərin tərtib olunması və s. məsələlər barədə məlumat verdim. Cavabımdan razı qaldı və dedi: “Bunlar öz yerində, bəs nitq mədəniyyəti ilə bağlı nələr etmişsiniz? Siz bu sahəyə daha çox fikir verməlisiniz ki, xalq öz dilin-də sərbəst danışa bilsin” (12, səh. 25).

Heydər Əliyevin əvəzsiz xidmətlərindən bir də Azər-baycan söz sənətinin nümayəndələri, Azərbaycan nitq mə-dəniyyəti məktəblərinin nümayəndələrinin, o cümlədən Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Səməd Vurğun, Süleyman Rəhimov, İlyas Əfəndiyev və digərlərinin yubileylərinin, amma mə-rasimlərinin qeyd olunması ilə bağlı sərəncamlar imzala-masıdır. H.Əliyev Azərbaycan dilini çox sevirdi və bu dil-də danışmağı ilə fəxr edirdi. O, xalqla onun öz dilində da-nışırdı. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqiliyinə heyran qalır, onu din-ləməkdən məmnun olurdular. Ulu öndərin nitqi, həqiqi mənada, yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlə-

194

rin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpardı (12, səh. 25-26).

Heydər Əliyev mütəmadi olaraq teatr tamaşalarına gedər, tamaşadan sonra söz ustalarımız hesab olunan akt-yorlarla görüşər, onların söz sənətinə dəyər verərdi. Mə-lum olduğu kimi, natiqlik məktəbinin ən mühüm ünsürləri olan dialoqlar, monoloqlar teatrda yaranır, inkişaf edir. Heydər Əliyev teatrlara tamaşa etdikdən sonra səhnə ar-xasına gələr, həmin monoloqlara da, dialoqlara da öz şəxsi münsibətini bildirərdi. Hətta həmin aktyorlarla əl tutub gö-rüşər, onları bağrına basardı.

H.Əliyev bir natiq kimi, zəngin söz ehtiyatına malik idi. Danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməz-di. O, nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən, yerində işlədilən ifadəlilik vasitələri – leksik və frazeoloji sinonimlər, antonimlər, ni-damüraciətlər, ritorik suallar və s. onun nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan və-təndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi. Bu dildə, demək olar ki, hamıdan yaxşı da-nışırdı (12, səh. 26).

Bütün bunlar Azərbaycanda çox güclü natiqlik mək-təblərinin olmasını sübut edir.

195

ŞİFAHİ NİTQ MƏDƏNİYYƏTİ VƏ ONU QORUMAĞIN ZƏRURİLİYİ

Nitq ünsiyyət vasitəsidir. Lakin bu ünsiyyət insan-

lar arasında mədəni əlaqələrin, əxlaq normalarının, mənəvi keyfiyyətlərin tənzimlənməsində xüsusi rol oynayır. Hansı ki, bütün bunlar insanlar arasında mədəni davranışın ya-ranmasını təmin edir.

Mədəni danışığa, yazılı nitqə demək olar ki, hamı nail olmaq istəyir. Lakin bir sıra hallarda yazılı nitq nor-maları ciddi şəkildə pozulur. Başlıca səbəb isə bəzi mütə-xəsisslərin mədəni nitq normalarını yaxşı bilməmələridir. Çox vaxt müəssisə rəhbərləri orfoqrafik normalarla orfo-epik normalar arasında fərq qoymurlar. Nəticədə bir sıra elanların, trafaretlərin, tanışlıq lövhələrinin, reklam mətn-lərinin hazırlanması zamanı belə elmi səhvlərə yol verilir. Qəribədir ki, orta ümumitəhsil məktəblərində belə qayda-ları yetişən nəslin nümayəndələrinə öyrədilməsinə baxma-yaraq, hətta orta ümumitəhsil məktəblərində hazırlanan belə lövhələrdə səhvlərə rast gəlmək olar.

Acınacaqlı hal odur ki, hələ də bəzi ümumitəhsil

məktəblərinin üzərində yazılmış “Xoş gəlmişsiniz” lövhə-

lərindən bəziləri “Xoş gəlmisiniz” kimi qalmaqdadır. Belə

lövhələri tərtib edənlər bilməlidir ki, yazılı əbədi nitq nor-

malarının tələblərinə müvafik olaraq “Xoş gəlmişsiniz”

cümləsindəki “gəlmişsiniz” sözünün kökü “gəl” sözüdür.

Yəni “gəl” feilidir. “Gəl” feilinə qoşulan “miş” şəkilçisi

nəqli keçmişin şəkilçisi, “siniz” isə mənsubiyyət şəkilçisi-

dir. Məhz ona görə də bu sözün “gəlmisiniz” şəklində ya-

zilmasına yol vermək olmaz. Unutmaq olmaz ki nitq mə-

dəniyyəti milli mədəniyyətimizin fövqündə dayanır.

196

Gözəl, ifadəli və təsirli nitq əsasən iki tələbə müt-

ləq cavab verməlidir: hər hansı fikri ifadə etmək imkanı-

nın mövcudluğuna, bir də danışanın yüksək hazırlıq səviy-

yəsinə.

Azərbaycan dili fonetik, leksik və qrammatik quru-

luşuna görə dünyanın ən zəngin, musiqili, emosional dillə-

rindənir. Bu dil özünün ahəngdarlığı, saflığı, duruluğu,

səslənməsi, axıcılığı, hər hansı fikri sərrast, dəqiq ifadə et-

mək kimi keyfiyyətləri ilə fərqlənir. Nitq mədəniyyətinin

hamisi, yəni onu qoruyan da, mühafizə edəndə xalqın özü-

dür. Bu baxımdan ünsiyyətə qoşulan hər kəs yaşından, sa-

vadından, əqidəsindən, mövqeyindən, elmi dərəcəsindən,

ixtisasından asılı olmayaraq, nitq mədəniyyətinə dərindən

yiyələnməli, dilin potensial imkanlarını, daxili strukturu-

nu, normalarını bilməlidir.

Ədəbi dilimizin normaları (fonetik, leksik, qram-

matik) bir sistem çəklində birləşsələr də, hərəsinin öz spe-

sifik məqamları, işlənmə arealı vardır.

Biz bütün dövrlərdə, tarixi mərhələlərdə birmənalı

qəbul olunan, fəqət günümüzdə tez-tez pozulmağa məruz

qalan sözlərin ədəbi didəki tələffüz (orfoepik) qaydaların-

dan söz açmaq istəyirik. Ona görə ki, addımbaşı dilimizin

fonetik, leksik, qrammatik normalarının pozulması halları-

na rast gəlirik və acınacaqlısı odur ki, hamımız buna göz

yumuruq. Bir sıra hallarda sözlər düzgün təlləfüz edilmə-

yəndə məna dəqiq anlaşılmır. Şit, bayağı,bəzən də gülməli

deyimlər meydana çıxır. Daha dəqiq desək, dilimizin fo-

netik norması kobudcasına pozulur. Dilçiliyə dair elmi

ədəbiyyatlardan, dərsliklərdən, dərs vəsaitlərindən öyrən-

mişik ki, elə sözlərimiz var onları tələffüz edildiyi kimi

197

yazmaq və ya yazıldığı kimi tələffüz etmək düzgün deyil.

Bəs real vəziyyət necədir?

Biz uzun müddətli müşahidələrimizə əsalanaraq

belə qənaətə gəlmişik ki, bu gün publisistik üslubun şifahi

qolu olan radio və televiziya dili qeyri-qənaətbəxşdir. Bir

qədər də dərinə getsək deməliyik ki, bərbad vəziyyətdədir.

Misal gətirdiyimiz cümlələri teleradio kanallarına çağırı-

lan insanların, qonaqların, texniki işçilərin dilindən de-

yil,adlı – sanlı, ordenli, titullu aktyorların, təcrübəli sənət-

çilərin, alimlərin, mütəxəssislərin, nazirlərin, tanınmış

aparıcı-jurnalistlərin, yazıçıların, müğənnilərin, deputatla-

rın, müəllimlərin, dövlət məmurlarının, mədəniyyət və in-

cəsənət xadimlərinin danışıqlarından, təlləffüz tərzindən

götürmüşük və eşitmişik.

Konkret faktlara keçək.

1. “z” “t” “n” “ş” “ç” və s. şamitlərlə bitən sözlər-

dən sonra “-lar, -lər” cəm şəkilçisi gəldikdə onlar “nar”,

“nər” şəklində təlləfüz olunur. Məsələn, Bizim kimi oğ-

lanları hardan tapa bilərsən. Nə qəşəng saçları var. Belə

verilişlər Azərbaycan televiziyalarında çox gedir. Günəşə

bu qədər yaxınlaşıb qanadlarını yandırmamaq olmaz. At-

lar qeyri-adi məxluqlardı. Qızlardan muğayat olun.

Əməkdaşlar hazırda həmin ünvanda araşdırma ilə məş-

ğuldurlar. Gözlərin aldı məni.

Həmin cümlələrdəki “oğlanları”, “saçları”, “veriliş-

ləri”, “qanadlarını”, “atlar”, “qızlardan”, “əməkdaşlar”,

“gözlərin” sözləri müvafiq olaraq “oğlannarı”, “saşda-

rı”, “verilişdər”, “qanatdarını”, “atdar”, “qızdardan”,

“əməkdaşdar”, gözdərin formasında tələffüz olunmalıdır.

2. Dədə-babalarımız ta qədimdən “ilə, la, lə” bağla-

yıcılarını özündən əvvəl gələn sozlə birlikdə işlədəndə

198

“nan”, “nən” şəklində tələffüz ediblər. Məsələn; Bir bəha-

nə ilə onun otağından çıxdım. Səninlə bir də nə vaxt gö-

rüşmək olar? Atam alış-verişlə məşğuldur. Bəlkə, onunla

mən özüm danışım. “Sirab” sularını İran yolu ilə gətirib-

lər. Bunu tikinti tempinin aşağı düşməsi ilə əlaqələndirdilər.

Kursivlə verilmiş tələffüz tərzi hazırda radio dalğa-

larında və televiziya kanallarında ən çox yol verilən yan-

lışlıqlardandır. Halbuki misallardakı bəhanə ilə - bəhaniy-

nən, səninlə - səniynən, yaxud sənnən , alış – verişlə -

alış-verişnən, onunla – onnan, yol ilə- yoluynan, düşmə-

si ilə - düşməsiynən kimi səslənməlidir.

3. Qaydalara görə “dovşan” , “sonra” , “dovğa” və s.

sözlərdə “o” saiti uzun tələffüz olunur. Eləcə də “kövrək”,

“bənövşə”, “növbə” kimi sözlərin tələffüzündə “n” və “v”

samitləri düşür. Lakin buna da hec vaxt məhəl qoyulmur.

Yenə misallara müraciət edək: “Onların şansı var.” “Sonra

Balkan bəylə danışdım”. “Dovğanı çox bulamaq lazım-

dır”. “Kövrək xatirələr dilə gəldi”. “Heç yerdə görmədim

düz bənövşəni”. “Növbədə çox maraqlı sujetlərimiz var”

cümlələrində diqqətə çəkdiyim sözlər belə tələffüz olun-

malıdır: “oların”, “sora”, “doğanı”, “körək”, “bənöşə-

ni”, “nöbədə”. 4. Tərkibində “əa”, “üa”, “üə” hərf birləşmələri

olan sözlərdə birinci sait deyilmir, ikinci isə bir qədər

uzun tələffüz olunur. Bu qaydaya məhəl qoymayan natiq-

lərin tələffüzü “səadət”, “müalicə”, “müavinlərinin”,

“müəyyən” formasında bayağı, qeyri-azərbaycanca səslə-

nir. Fikir verin: Səadət, saədət, gözlərəm səni. Yeni müa-

licə üsulları çoxdur. Təhsil şöbəsində vaxtaşırı müdir

müavinlərinin seminarları keçirilir. Biz Süleymanı

199

müəyyən qədər eşitdik (“səadət”, “malicə”,

“mavinlərinin”, “məyyən” deyilməlidir).

5. “Əmioğlu”, “bacıoğu”, “əliaçıq”, “Əliağa” kimi

qoşasamitli sözlərdə yanaşı gələn saitlərin birincisi deyil-

mir, ikincisi isə uzun tələffüz olunur.

Bu qayda da mütəmadi olaraq pozulur. Misal üçün,

Bacıoğlu, sən kimlərdənsən? Biz dos-doğma əmioğluyuq.

Əliağa Vahidin qəzəlləri indi də sevilir, oxunur. Həmin

sözləri əmoğlu, bacoğlu, əlaçıq, Əlağa kimi tələffüzün

edilməlidir.

6.Eynicinsli qoşa “yy” samit ilə yazılan bəzi sözlər

bir “y” ilə tələffüz edilməlidir. Məsələn; Bu kitabxana har-

da fəaliyyət göstərir? Azərbaycan ədəbiyyatı çox zəngin-

dir. Bələdiyyələrin səlahiyyəti artmalıdır. Yazıçının bir

şəxsiyyət kimi formalaşmasında mühitin rolu danılmazdır.

Sənə hədiyyəm sevən ürəyimdir. Sadaladığım cümlələrdə

“fəaliyyət”, “ədəbiyyatı”, “bələdiyyələrin”, “şəxsiyyət”,

“hədiyyəm” sozlərinin deyilişi zamanı “y” samitinin ikin-

cisi düşür (faliyət, ədəbiyat)...

7. Dərsliklərdə açıq-aydın yazılıb ki, çoxhecalı söz-

lərin sonunda gələn “qe” hərfi “x” kimi deyiməlidir.

Təəssüf, bu qaydaya da əməl olunmur. Məsələn; “Uşaq-

lar, görün nə deyirəm.” “Aclıqdan başım gicəllənir.”

“Vəzifə maaşları artırılacaq”. “İnamsızlıq problemin

əsas cəhətidir”. “Danışıq dananı qurda verər.” “Sahil sa-

kit, çəkilibdir ayaqlar” cümlələrində “uşaqlar”, “aclıq-

dan”, “artırılacaq”, “inamsızlıq”, “danışıq”, “ayaqlar” söz-

ləri uşaxlar, aclıxdan, artırılacax, inamsızlıx, danışıx,

ayaxlar şəklində səslənməlidir.

8. Qaydaya görə, soz ortasındakı samitdən əvvəl gə-

lən “k” samiti “x” kimi tələffüz edilməlidir. Ancaq radio-

200

televiziya verilişlərində, filmlərdə, tamaşalarda, eləcə də

mahnı mətnlərində bu qəbil sözlər yazıldığı formada tələf-

füz olunur. Yenə misallara müraciət edək: Məktəblərdə

təhsilin səviyyəsi gün-gündən artir. Sevgilim, ürəkdən

bağlıyam sənə. Çörəkdən qiymətli dünyada nə var?

Buyur bu yeməklərdən sən də ye. Ölürəm yatmaqdan

ötəri. Halbuki kursivdə verilmiş sözlər “məxtəplərdə”

“ürəxdən” “çörəxdən” “yeməxlərdən” “yatmaxdan”

şəklində deyilməlidir.

9. Sözün ortasında “ç” samitindən sonra “d” “t” “s”

samitləri gəldikdə həmin səs “ş” şəklində tələffüz olunur.

Lakin orfoepiyanın bu daşlaşmış normasınada məhəl qo-

yulmur. Konkret faktlara diqqət yetirək. Gün keçdi (keşdi

deyilməlidir). Qızım, belə vaxtda poçtalyon (poçtalyon)

işləmək çətindir. Qaçsan (qaşsan) səni öldürəcəm. Üçtelli

(üştelli) durnam..

10. Sonu “a”, “ə” açıq saitlərilə bitən isimlərin yönlük

halda tələffüzü yazılışından fərqlənir. Saitlər tələffüz

zamanı ahəngə uyğun olaraq qapalı saitlə əvəzlənir. Çox

vaxt bilərəkdən, yaxud bilməyərəkdən bu qaydaya da əhə-

miyyət verilmir. Məsələn; Bəlkə, axşam bizim fermaya

gələsiniz (fermiya deyilməlidir). Kişisən tapançaya (ta-

pançıya) əl atma. Bundan nəticəyə (nəticiyə) gəlmək olar

ki... Qəbələyə (Qəbəliyə) caz festivalına getməyə hazırla-

şırlar. Budanmaya (budanmıya) azı 120 manat pul sərf

olunur.

11. Şifahi nitq prosesində “və” bağlayıcısı tək-tək hal-

larda işlədilməlidir. Bu boşluğu doldurmaq üçün pauzadan

– qisa fasilədən istifadə edilir. Lakin televiziya kanal-

larımızda gedən verilişlərdə, dublyajlarda bunun əksini

görürük. Yeri gəldi-gəlmədi “və” dən bərk bərk “yapışır-

201

lar”. Hələ bu az imiş kimi cümlənin əvvəlində belə həmin

bağlayıcını gen-bol işlədirlər. Məsələn; Qəribəsi və təə-

cüblüsü görün nədir. Mən taxta və kəndir gətirməyə gedi-

rəm. Və deyim ki, o beşinci gün gələ bilməyəcək. Sənin

üçün bir az pal-paltar və yemək şeyləri qoymuşam. Və...

öz işimizə başlayırıq.

Biz şifahi nitqimizdə ədəbi dilimizin fonetik norma-

larının pozulmasına dair yalnız nəzərə daha çox çarpan bə-

zi məqamlara aydınlıq gətirdik.

Bir məsələni də təəssüf hissi ilə qeyd etməyə

bilmirik.

Xarici kino-filmləri azərbaycanca səsləndirən məş-

hur aktyorların böyük əksəriyyətinin danışıq tələffüz tərzi

peşəkarlıqdan uzaqdır. Bədii filmlərin dublyajında fəxri

adlar daşıyanm sənətkarlarımızın tələffüz formasına diq-

qət yetirək:

Bağışlayın, bura boşdur? Indi nə ilə məşğulsan? İş-

lərimiz korlanıb. Aclıqdan başım gicəllənir. Bir - iki zər-

bə və biz azadlıqdayıq. Sənə güvəndigim dağlar. Yerin

deşiyində olsam da, məni tapaydın, çatdıraydın. Məni

tapança ilə hədələməyə başladı. Müqəddəs Valentin günü

idi. Ölürəm yatmaqdan ötəri. Siz onunla bir az ehtiatlı

olun. Kömək edin, burdayıq! Düzdür, demişəm. Əvvəl-

axır Nazlı ilə danışmalıyıq. Mən ildən - ilə yaşlanıram.

Nərimanın qızları qızıl kimidir. Yaman acımışam. Mə-

nim cüt göyərçinlərim burdadır ki. Gülər xanım, siz əv-

vəl güclü xarakterə malik bir qız idiniz.... Bunlar necə tə-

ləffüz tərzidir, hansı dildədir?

Faktların sayını “en” qədər artırmaq mümkün-

dür. Şübhəsiz, belə bayağı, pozuq, bərbad nitq tamaşaçılar

tərəfindən qəbul edilmir, narazılıq döğurur, onları

202

əsəbiləşdirir, qulaqlarını deşir, fikrini, diqqətini əsərin

məzmunundan, ümumi mətləbdən yayındırır. Bəs ana dili-

mizin şəhdi-şəkəri, dadı-duzu, gözəlliyi, tamı-ləzzəti, şi-

rinliyi, milli koloriti harda qaldı? Mətnləri kitab tələffüzü

ilə-yazıldığı şəkildə oxumaq, məncə, əsl sənətkarlıqla bir

araya sığmaz. Hələ onu demirəm ki aktyor ağzını açan ki-

mi ləhcəsindən hansı bölgədən olduğu dərhal bilinir (bu,

başqa məqalənin mövzusudur).

Telekanallarimizda hər şeydən, dünyanın hər yer-

indən gen-bol söhbət açılır. Əcnəbi bir müğənninin, pop

ulduzunun ölümündən bəzən həftələrlə yana-yana da-

nışılır, verilişlər gedir. Müasir ədəbi dilimizin normaları,

tələbləri barəsində isə nədənsə nadir hallarda söhbət açılır

(AZTV istisnadır). “Yust For loughs”, “Forsaj”, “Ex no-

fessio”, “mix fight”, “Avto time” kimi mənası anlaşılma-

yan, dilimizə yatmayan rubrikalar meydan sulayır. Milli

mentalitetimizlə bir araya sığmayan qeylü-qaldan, qeybət-

dən, dedi-qodulardan, ara qarışdırmaqdan uzağa gedə

bilməyən biabırçı şoular baş alıb gedir. Unudulmuş, kif

atmış saysız – hesabsız problmlərimiz isə yada düşmür.

Yada düşsə də, ətraflı qabardılmır.

Danışıq dilində intonasiya, vurğu, ayrı-ayrı səslərin

artikulyasiya ilə bağlı ciddi nöqsanlar davam etməkdədir.

Danışıq dilimizin tənzimlənməsi üçün orfoepiya lüğətinin

hazırlanmasına ehtiac var.

Müasir ədəbi dilimizin əsrlər boyu sabitləşmiş, daş-

laşmış, təkmilləşmiş fonetik normalarını qorumaq hər bir

ziyalının vətəndaşlıq borcudur. Ən azı həm də ondan ötrü

ki, bu normativlikdə yaxın və uzaq tarixi keçmişimiz,

zəngin mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, mənə-

viyyatımız, babalarımızın ruhu, nənələriizin nəfəsi yaşayır.

203

Məqalənin elmi yeniliyi. Məqaləndə onun elmi

aktuallığınl, sanbalını, dəyərini özündə ehtiva edən şifahi

nitq mədəniyyətinə yiyələnməyin yolları, sistemi müəy-

yənləşdirilmişdir. Burada bütün dövrlərdə, tarixi mərhələ-

lərdə birmənalı qəbul olunmasına baxmayaraq, dilimizdə

tez-tez pozulmağa məruz qalan sözlərin ədəbi dildəki tə-

ləffüz qaydalarından narahatlıq ifadə edilmişdir. Elmi dil-

çilik sahəsində ilk dəfə olaraq bu problem konkret fakt və

nümunələrlə oxucuların mühakiməsinə çıxarılmışdır. Şifa-

hi nitq prosesində ədəbi dilin normalarına əməl etmək, söz

və ifadələrin dəqiq seçilməsi və düzgün tələffüzü vacib

problem kimi qabardılmışdır.

Məqalənin praktik əhəmiyyəti. Sözləri düzgün tə-

ləffüz etdikdə məna-məntiq dəqiq başa düşülmür, anlaşıl-

mazlıq yaranır-nitqin gözəlliyinə xələl gəlir, ahəngdarlıq

pozulur, şit, bayağı deyimlər alınır. Addımbaşı rast gəli-

nən belə anormal hallara qarşı barışmaz mövqe tutmalıyıq.

Bəzi sözləri yazıldığı şəkildə səsləndirmək qəbahətdir,

yolverilməzdir, nitqin gözəlliyinə emosionallığın qorun-

masına, saflaşdırılmasına ciddi xələl gətirir. Canlı danışıq

dilindən konkret nümunələr gətirilməsi onun elmi-nəzəri

və praktik dəyərini artırır. Yalnız dilçiliklə məşğul olan

mütəxəsislər deyil, müxtəlif vəzifəli şəxslər, sənət – peşə

sahibləri bu tövsiyələrdən faydalana bilərlər.

Danışıq dilində tələffüz, intonasuya, vurğu, sözlərin

artikulyasıiyası məsələləsi ilə əlaqədar ciddi nöqsanlar

mövcuddur. Şifahi nitqimizin ənənəvi normativliyini, tən-

zimlənməsini özündə ehtiva edən orfoepiya lüğətinin işlə-

nib hazırlanmasına, çap olunmasına bu gün ciddi ehtiyac

vardır.

204

Ədəbi dilimizin əsrlər boyu sabitləşmiş, təkmilləşmiş

normalarının qorumaq, yaşından, savadından, mövqeyin-

dən, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq

borcudur. Yalnız belə olduqda milli mədəniyyətimizin tər-

kib hissəsi sayılan şifahi nitqimizi layiqincə yaşada bilə-

rik.

205

İQTİSADÇILAR ÜÇÜN NİTQ MƏDƏNİYYƏTİ

MEYARLARI

Xalq təsərrüfatının bütün sahələrində çalışan mütəxəs-

sislər həm yazılı, həm də şifahi nitq mədəniyyətinə yiyə-

lənməlidirlər. Bu mütəxəssislər içərisində iqtisadçıların,

biznesmenlərin mədəni nitq normalarına yiyələnmələri xü-

susi əhəmiyyət kəsb edir. Cəmiyyət üzvlərinə iqtisadi sə-

mərə ilə bağlı verilən informasiyaların nitq mədəniyyəti

normalarına uyğun olması onların maddi rifah halının yax-

şılaşması ilə yanaşı, mənəvi cəhətdən saflaşmalarını da

təmin etmiş olur. Ona görə də iqtisadçıların nitq mədəniy-

yətinə yiyələnmələri üçün onlara verilən informasiyalarda,

tövsiyələrdə, məsləhətlərdə-bir sözlə, elmi istiqamətlərdə

müəyyən spesifik, xarakterik cəhətlərin olması məsləhət-

dir. Biz həmişə iqtisadçı alim, akademik Ziyad Səmədza-

dənin nitqini dinləyəndə həm əsl Azərbaycan ziyalısının,

həm də əsl iqtisadçi alimin mədəni nitqinin, gözəl danışı-

ğının şahidi oluruq.

Bu baxımdan iqtisadçılar üçün hazırlanacaq nitq mə-

dəniyyəti ilə bağlı nəzəri materiallarda həmin spesifik cə-

hətlərin nəzərə alınmasını diqqət mərkəzində saxlamaq la-

zımdır.

Artıq dilçilik ədəbiyyatının aparıcı bölmələrindən biri-

nə çevrilən nitq mədəniyyəti gözəl danışmağın, gözəl yaz-

mağın elmi əsaslarını öyrənir. Digər mütəxəssislər kimi,

iqtisadçılar da nitq mədəniyyətinə yiyələnmək üçün dilin

fonetik, orfoepik, orfoqrafik, leksik-semantik və qramma-

tik qayda-qanunlarını dərindən bilməlidirlər. Burada

qrammatik qayda-qanunlardan danışanda, əsasən, morfo-

loji və sintaktik qayda-qanunların dərindən öyrənilməsi

206

nəzərdə tutulur. Hər bir dilin sirrini məhz bu yolla öyrən-

mək mümkündür.

Hər bir dilin fonetik, orfoepik, orfoqrafik, leksik-se-

matik və qrammatik (morfoloji və sintaktik) qayda-qanun-

ları vardır ki, bunları yaxşı öyrənmədən, şifahi və yazılı

dilə tətbiq etmədən nitq mədəniyyətinə yiyələnmək, gözəl

danışmaq və gözəl yazmaq mümkün deyil. Bu qayda-qa-

nunlar isə tarixi inkişafın, təkamülün nəticəsi, məhsulu

olub cəmiyyətin normal ünsiyyətinə xidmət edir (36, səh. 350).

Cəmiyyət üzvləri ünsiyyət prosesində mədəni ünsürlə-

ri, mədəniyyət elementlərini, nəzakət qaydalarını gözlə-

məklə, həmin ünsürləri və qaydaları öyrənib tətbiq etmək-

lə həm də mədəniləşirlər. Ona görə ki, mədəni nitq insan-

larda həm də mədəni vərdişlər aşılayır. Məhz bu baxımdan

haqlı olaraq nitq mədəniyyətini milli mədəniyyətin tərkib

hissəsi hesab edirlər.

Millətin mədəniyyətinin göstəricilərindən biri də gözəl

nitqdir. Gözəl nitqə isə birdən-birə nail olmaq mümkün

deyil. Ona görə ki, nitq mədəniyyəti üçün zəruri sayılan

bilik, bacarıq və vərdişlərə yiyələnmədən göstərilən tələb-

ləri ödəmək çətindir. Çünki məhz bilik, bacarıq və

vərdişlər sayəsində nitq mədəniyyəti ilə bağlı qabiliyyət-

lər üzə çıxır. Həmin qabiliyyətlər təmrinlər prosesində üzə

çıxarılır və və vərdiş halına salınmaqla mədəni ünsürlərə

çevrilir.

Bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı

üçün zəruri şərtlərdən biridir. Uşaq müvafiq fəaliyyət sa-

həsi üçün zəruri olan bilik və bacarıqlara yiyələnməyib-

sə... öyrənməyibsə, onun danışıq, musiqi, texniki və rəsm

qabiliyyətləri yaxşı inkişaf edə bilməz. Uşaqların qabiliy-

yətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, ba-

207

carıq və vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir ve-

rilməlidir (17, səh. 423).

Təcrübə və müşahidələr sübut edir ki, danışıq qa-bi-

liyyətləri bir halda irsi keyfiyyət kimi özünü göstərirsə,

əksər hallarda mühitin təsiri və təlim-tərbiyə prosesində

məqsədyönlü, planlı və mütəşəkkil şəkildə həyata keçiri-

lən işin nəticəsində mümkün olur. Yəni müəllimin, tərbi-

yəçinin, mütəxəssisin məqsədyönlü, planlı və mütəşəkkil

olaraq uşaqların danışıq qabiliyyətlərinin üzə çıxarılması-

na pedaqoji-psixoloji cəhətdən düzgün yanaşması vacib

hesab olunur. Çünki qabiliyyətlər bilavasitə bilik, bacarıq

və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yə-

ni bütün başqa şərtlər eyni olduqda bu fəaliyyət üçün zəru-

ri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin nə

qədər tez, dərin, asan və möhkəm icra olunmasında təza-

hür edir.

Ona görə də, ilk növbədə, kiçik yaşlardan başlayaraq

uşaqlarda mədəni nitq vərdişlərinin yaradılmasına nail ol-

maq lazımdır. Başqa sözlə desək, çalışmaq lazımdır ki,

uşaqların danışıq qabiliyyətlərinin üzə çıxarılması ilə bağlı

məqsədyönlü, planlı və mütəşəkkil iş aparılsın. Psixoloq-

lar göstərirlər ki, qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji

xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli

icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik,

bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə

ifadə olunur (17, səh. 423).

Deməli, fəaliyyətin müvəffəqiyyəti icrasının şərti

olan danışıq qabiliyyətlərini bilik, bacarıq və vərdişlərə yi-

yələnmə dinamikasındakı fərqlərlə müəyyənləşdirmək la-

zımdır. Çünki uşaqlarda bilik, bacarıq və vərdişlərə yiyə-

lənmə dinamikası müxtəlif olur. Deməli, müqayisə apar-

208

maq vacib sayılır. Müqayisəni elmi-pedaqoji-psixoloji və

metodik cəhətdən düzgün aparmaqla uşaqların bu sahədə-

ki təbii imkanlarını üzə çıxarmaq daha asan olur.

Psixologiyada “təbii imkanlar” anlayışına orqanizmin

anatomik-fizioloji xüsusiyyətləri ilə yanaşı olaraq psixo-

fizioloji xassələrini də daxil edir və bu xassələri əsas cəhət

kimi şərh edirlər. Psixolofizioloji xassə dedikdə, hər şey-

dən əvvəl, fəaliyyətə yiyələnmənin lap ilkin mərhələsində

uşaqda, bəzən isə müntəzəm surətdə müəyyən fəaliyyətlə

məşğul olmayan yaşlılarda özünü göstərən incə rəng,

fərqləndirmə həssaslığı, görmə hafizəsi, musiqi eşitmə

həssaslığı və s. kimi xassələr başa düşülür. Belə təbii im-

kanlar insan onlara bu və ya digər dərəcədə adekvat olan

müəyyən qıcıqlayıcı obyekt ilə təmasda olarkən özünü

göstərir. Məsələn, musiqi, mənzərə və s.-nin qavranılması

zamanı müvafiq təbii imkanlara malik olan uşaqlarda yük-

sək hissi-hərəki həssaslıq və həmin fəaliyyətə meyil aydın

təzahür edir (17, səh. 426-427). Bu zaman həmin uşaqlar

gördüklərini, eşitdiklərini, müşahidə etdiklərini nitq

vasitəsilə ifadə etməyə çalışırlar. Əgər uşaqlar mədəni nitq

vərdişlərinə yiyələniblərsə, deməli, onlar gördüklərini

ifadəli şəkildə şərh edə biləcəklər. Lakin uşaqlar arasında

elələrinə də rast gəlmək olur ki, onlar təbii imkanları he-

sabına, yəni istedadları sayəsində müşahidə etdiklərini da-

ha dolğun, estetik-bədii cəhətdən ürəyəyatan, zövqə uyğun

olan bir şəkildə təqdim edirlər. Belə uşaqların istedadları

bədii istedad adlanır.

Müasir psixologiyanın aktual problemləri içərisində

istedad problemi xüsusi yer tutur. Bu, hər şeydən əvvəl,

onunla bağlıdır ki, qabiliyyətlərin fəaliyyət prosesində

209

qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi-nəzəri məsələ

deyildir. Onun böyük praktik əhəmiyyəti vardır.

İstedad dedikdə qabiliyyətlərin bir və ya bir neçə

fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan

özünəməsus birliyi nəzərdə tutulur.

Əgər müşahidəçilik, poetik görmə, surət, hiss və hə-

rəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət

ehtiyatının zənginliyi və ifadəli dil, söz assosiasiyalarının

zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxi-

lində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etmə-

yə imkan verirsə, bu, ədəbi istedaddır. Eyni sözlər isteda-

dın başqa növlərinə də aiddir (17, səh. 431).

Bədii istedada malik olan uşaqlarla məqsədyönlü,

planlı və mütəşəkkil olaraq məşğul olduqda onları nitq

mədəniyyətinin bütün sirləri ilə tanış etmək mümkün olur.

Azərbaycan nitq mədəniyyətinin sirlərinə yaxından bələd

olan uşaqlar şirinliyinə, sadəliyinə, ifadəliliyinə, musiqili-

liyinə görə zəngin olan ana dilinin bütün gözəlliklərini

mənimsəyə bilirlər.

Gələcəkdə iqtisadçı olaraq çalışan bu uşaqlar isteh-

sal sahələrində öz şirin və rəvan danışıqları ilə diqqəti cəlb

edəcəklər.

Musiqililiyinə, istənilən fikri ifadə imkanlarının ge-

nişliyinə görə seçilən Azərbaycan türkcəsi fonetik, leksik

və qrammatik quruluşuna görə dünyanın ən zəngin və in-

kişaf etmiş dillərindən biridir.

Hər bir vətəndaş, xüsusilə iqtisadçı öz doğma dilini

mükəmməl şəkildə bilməyə, onu qorumağa və yaşatmağa

borcludur. Doğma dilini mükəmməl şəkildə bilməyəni

yüksək mədəniyyətli vətəndaş hesab etmək olmaz. Dilini,

tarix və mədəniyyətini bilməyən, ona qayğı ilə yanaşma-

210

yan millət isə tədricən mədəni millətlər sırasından yox

olub gedər (36, səh, 352). Ona görə də nitq mədəniyyəti-

nə yiyələnmək üçün onun həm orfoqrafik, həm də orfo-

epik normalarına riayət etmək lazım gəlir. Orfoqrafik nor-

malara riayət edənlər gözəl yazı mədəniyyətinə, orfoepik

normalara riayət edənlər isə gözəl natiqlik mədəniyyətinə

malik olurlar. Hər iki normaya yiyələnmək üçün nitq mə-

dəniyyətinin bir sıra şərtlərinə əməl etmək vacib sayılır.

Hansı ki, onlardan biri də nitqin düzgünlüyünə əməl olun-

ması sayılır.

Düzgün nitq o nitq forması və ya təzahürü hesab olu-

nur ki, orada dilin fonetik, qrammatik və leksik və s. qay-

da-qanunları pozulmasın. Nitqin düzgünlüyü nitq mədə-

niyyətinin birinci şərtidir. Bu zaman məsələ belə qoyulur:

düzgündür, ya düzgün deyil? Məs: “Qapını vurmaq”

düzgün deyil, “qapını döymək” düzgündür (36, səh. 351-352).

Yaxud “Mən hər axşam xörəyimi yeyirəm, içməyimi

içirəm, yorğanımı başıma çəkirəm və yatıram” cümləsində

nitqin düzgünlüyü pozulduğu üçün həmin cümləni aşağı-

dakı ardıcıllıqla demək lazım gəlir. “Mən hər axşam ye-

məkdən sonra bir fincan çay içir, sonra yatağıma uzanıb

rahatca yatıram”.

Bəzən “tərpətmək” sözünü “dəbərtmək”, cümlədə isə

“yerindən dəbərtmək”, “yerindən dəbərtmədim”, “yerin-

dən dəbərtmək olmaz” şəklində işlədirlər. Deməli, nitqin

düzgünlüyünə xələl gətirirlər. Belə hallara yol verməklə

nitqin düzgünlüyü ilə yanaşı, onun estetik-bədii gözəlliyi

də pozulur.

Nitqin düzgünlüyü, əsasən, fonetik və qramatik nor-

malarla (düzgün tələffüz, düzgün yazmaq, sözlərin cümlə

daxilində düzgün əlaqələndirilməsi və s.) bağlıdır. Bütün

211

danışan və yazan şəxslər, yəni hamı üçün vacib və məcbu-

ri şərt olan nitqin düzgünlüyü öz-özlüyündə nə qədər mü-

hüm olsa da, nitq mədəniyyəti üçün hələ hər şey demək

deyildir. Bu, o deməkdir ki, mədəni, gözəl nitq həm də də-

qiq olmalıdır (36, səh. 352).

Nitqin gözəlliyini təmin edən şərtlərdən biri də nitqin

dəqiqliyinin gözlənilməsidir. Yəni sözü, ifadəni, cümləni

həmişə dəqiq deməklə mədəni nitqin tələblərinə, nitq mə-

dəniyyətinin əsas şərtlərinə əməl etmək nəzərdə tutulur.

Nitqin dəqiqliyi bir çox hallarda dilin leksik tərkibi

ilə çox bağlı olduğu üçün istər yazanda, istərsə də danışan-

da seçilən leksik vahidlərin dəqiqliyinə riayət etmək la-

zımdır. Nitqin dəqiqliyi fikrin ifadəsi üçün bilavasitə tələb

olunan dil vasitəsini (sözü, ifadəni, cümləni və s.) tapmaq-

la müəyyən edilir. Məs: “qış gəlir” düzgündür, ancaq də-

qiq deyil. “Qış düşür” həm düzgün, həm də dəqiqdir.

Nitqin dəqiqliyi daha çox dilin leksik tərkibi ilə bağlıdır.

Gözəl nitq düzgün, dəqiq olmaqla yanaşı, həm də ifa-

dəli olmalıdır. Nitqin ifadəliliyi dedikdə ən müvafiq, ən

uğurlu dil vasitəsini tapıb işlətmək başa düşülür. Qeyd et-

mək lazımdır ki, nitqin ifadəliliyini onun dəqiqliyindən

fərqləndirmək bir o qədər də asan deyil. Məs: “O, ömrünü

boş-boşuna keçirdi” cümləsi həm düzgün, həm də dəqiq-

dir, ancaq ifadəli deyil. “O, ömrünü yelə verdi” isə daha

ifadəli və gözəldir.

Nitqin düzgünlüyü hamıdan tələb olunur. Nitqin də-

qiqliyinə hamı çalışmalı, danışıq və yazısını dəqiq ifadə-

lərlə qurmağı bacarmalıdır. Nitqin ifadəliliyi isə, əsasən,

söz sənətkarlarına, şair və yazıçılara məxsusdur. Nitqin

ifadəliliyi bədii üsluba xas olan başlıca keyfiyyətdir (36,

səh. 352).

212

Bütün bunlara rəğmən deməliyik ki, nitq vərdişlərinə

yiyələnməyin ən zəruri şərtlərinə əməl etməklə ən yüksək

nitq mədəniyyəti nümunəsi nümayiş etdirmək olar.

Nəticə olaraq deməliyik ki, nitq mədəniyyəti ilə bağlı

göstərilən şərtlərə əməl etməklə təmiz, rəvan, düzgün, də-

qiq və ifadəli nitqə yiyələnmək olar.

213

İstifadə olunan ədəbiyyat

1. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı, 1998.

2. Azərbaycan ədəbi dili və tarixi. Dörd cilddə I cild, Bakı, Şərq-Qərb (2007).

3. Azərbaycan ədəbi dili və tarixi. Dörd cilddə, II cild, Bakı, Şərq-Qərb (2007).

4. Azərbaycan ədəbi dili və tarixi. Dörd cilddə, III cild, Bakı, Şərq-Qərb (2007).

5. Azərbaycan ədəbi dili və tarixi. Dörd cilddə, IV cild, Bakı, Şərq-Qərb (2007).

6. Abdullayev A.S. Müəllimin nitq mədəniyyəti haqqında. Bakı, “Maarif”, 1966.

7. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı, “Maarif”, 1981.

8. Abdullayev N.Ə. Ədəbi tələffüz təlimin meto-dikası. Bakı, “Maarif”, 1966.

9. Abdullayev N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyəti məsələləri. Bakı, 1998.

10. Abdullayev N.Ə., Məmmədov Z.T. Müəllimin nitq mədəniyyəti məsələləri. Bakı, 2002.

11. Abdullayev N.Ə., Məmmədov Z.T. Orfoqrafi-ya-orfoepiya lüğəti. Bakı, 2004.

12. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2013.

13. Abdullayev N, Xaliqov F. Azərbaycan dili. Bakı, 2006.

14. Adilov M.N. və b. İzahlı dilçilik terminləri. Bakı, “Maarif”, 1989.

15. Adil Babayev. Dilçiliyə giriş. Bakı, “Nurlan”, 2004 – 512 səh.

214

16. Ağayev F.Azərbaycan dilinin intonasiyası. Bakı, 1978.

17. Bayramov Ə.S, Əlizadə Ə.Ə. Psixologiya Bakı, Çınar-Çap Nəşriyyat Poliqrafiya müəssisəsi, 2002.

18. Babayev S.Y. “Naxçıvanda “Kitabi-Dədə Qor-qud” toponimləri”. “XXI əsr Yeni Nəşrlər evi” Bakı, 1999, 224 səh., şəkilli.

19. “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”. II cild (redaktoru akademik Mirzə İbrahimov). Bakı Elm, 1983. 579 səh.

20. Eldar Kərimov. Bədən dili və natiqlik sənəti. Bakı, 2014, 144 səh.

21. Elbəyi Maqsudov. Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri. Metodik vəsait. Bakı, “Elm və təhsil”, 2012, 280 səh.

22. Əjdər Fərzəli Qorqud. “Dədə Qorqud sözü”. Bakı. “Maarif” nəşriyyatı, 1999. 348 səhifə, şə-killi.

23. Əliyev R.İ. Psixologiya (dərs vəsaiti), yenidən işlənmiş II nəşri. Bakı, “Nurlan”, 2008.

24. Əliyev R.İ. Mentalitet, “Elm-Təhsil” nəşriyyatı, 2009, 232 səh.

25. Fikrət Şiriyev. Azərbaycan dilinin nitq mədə-niyyəti və ritorika. Bakı, “NURLAR” Nəşriy-yat-Poliqrafiya Mərkəzi, 2014, 400 səh.

26. Heydər Əliyev dil haqqında və Heydər Əliye-vin dili. Bakı, “Elm”, 1998.

27. İbrahim Bayramov. Qərbi Azərbaycanın topo-nimlər sistemi. Bakı, “Elm”, 2005, 432 s.

28. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I his-sə. Fonetika, orfoepiya, orfoqrafiya. Bakı, “Şərq-Qərb”, 2007.

215

29. Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı, “Şərq-Qərb”, 2007.

30. Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya. Bakı, “Şərq-Qərb”, 2007.

31. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müa-sir Azərbaycan dili. IV hissə. Sintaksis. Mor-fologiya. Bakı, “Şərq-Qərb”, 2007.

32. Əfəndizadə Ə.R. Azərbaycan ədəbi tələffüzü haqqında. “Azərbaycan dili və ədəbiyyat tədri-si” (metodik məqalə toplusu), IV buraxılış, Bakı 1955.

33. Əfəndizadə Ə.R. Tələffüzün müxtəlif üslubla-rı haqqında. “Azərbaycan dili və ədəbiyyat təd-risi” (metodik məqalə toplusu), II buraxılış, Bakı 1966.

34. “Divanü Lügatit-Türkte Türk halk şiiri” S.Sakaoğlu, TDAY 1991.

35. “Divanü-Lügatit-Türkte Türk aruz vezniylə ya-zılmış şiirler” K. Eraslan TDAY 1991.

36. Qəribli İ. Azərbaycan dili (Ümumi orta təhsil, orta ixtisas məktəbləri və abituriyentlər üçün dərs vəsaiti), Bakı, 2006, 387 səh.

37. Sadıqov F.B., Əhmədli F.Ə. Ədəb-ərkan dünya-mız və ya hamıya lazım olan kitab.

38. Sadıqov F.B. Pedaqogika (dərs vəsaiti). Bakı, “Adiloğlu”, 2012.

39. Sadıqov F.B. Nitq mədəniyyətinə yiyələnməyin pedaqoji əsasları. “Pedaqogika” jurnalı, 2015, №1;

40. Sadıqov F.B, Abdulla Q., Şifahi nitq mədəniy-yəti və onu qorumağın zəruriliyi Bakı, “Milli Pedaqogika Məktəbi” jurnalı, 2015 № 1, səh 19.

216

41. Sadıqov F.B, Qasımov A.S.Nitq mədəniyyətin-də sözün yeri və tərbiyəvi əhəmiyyəti. Bakı, “Pedaqogika” jurnalı, 2016 № 2,

42. Pаvlоv İ.P. Əsərləri külliyyаtı. 3-cü cild, Bаkı, 1934.

43. Жигулев А.М. Сила образного слова. М., “Знание”, 1979.

44. Иванова С.Ф. Специфика публичный речи. М., “Знание”, 1978.

45. Инбер В. Вдохновение и мастерство. М., 1961.

46. Kazımov N.M. Pedaqoji ustalığın problemləri (ali məktəblər üçün vəsait) “Bakı, Çaşıoğlu”, 2009.

47. Kazımov Q.Ş. Müasir Azərbaycan dili (ali məktəb üçün dərslik) Bakı, “Ünsiyyət”, nəşriy-yatı, 2000 .

48. Kərimov Y.Ş. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası Bakı, “Maarif”, 1997.

49. Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili Bakı, Təhsil, 1997.

50. Yusifov M.İ. Azərbaycan dili fonetikasının əsasları, Bakı, “Elm və təhsil”, 2012.

51. Ümumi psixologiya (V.İ.Petrovskinin redak-torluğu ilə ).

52. Bakı, “Maarif”, 1983.

217

MÜNDƏRİCAT Giriş .................................................................................2

1. Azərbaycan dili və nitq mədəniyyəti fənninin mövzu-

su, predmenti, məqsəd və vəzifələri.......................... 6

2. Heydər Əliyev və Azərbaycan dili...........................12

3. Fonetika, fonetik normalarin və mədəni nitqin inkişa-

finda rolu..................................................................20

4. Fonetik hadisələr......................................................38

5. Ədəbi dilin normalarını qorumağın zəruriliyi .........46

6. Nitq mədəniyyətində ədəbi dilin rolu və yeri...........54

7. Nitq mədəniyyətinə yiyələnməyin vacib şərtləri......58 8. Nitq mədəniyyətinin əsas xüsusiyyətləri..................65

9. Natiqlik sənəti...........................................................72

10. Nitq mədəniyyətinin inkişafında bədən dilinin

rolu............................................................................78

11. Danışıq mədəniyyəti.................................................93

12. Azərbaycan dilinin nitq mədəniyyəti və ri-

torika.......................................................................103

13. Nitq mədəniyyətinin inkişafında bədii yaradıcılıq

nümunələrindən istifadənin yeri, rolu və tərbiyəvi

əhəmiyyəti..............................................................113

14. Nitq və təfəkkür......................................................125

15. Nitq mədəniyyətinin inkişaf mərhələləri................156

16. Nitq mədəniyyətində sözün yeri və tərbiyəvi əhəmiy-

yəti..........................................................................169

17. Azərbaycanda natiqlik sənətinin inkişaf mərhələlə-

ri..............................................................................182

18. Şifahi nitq mədəniyyəti və onu qorumağın zərurili-

yi.............................................................................195

19. İqtisadçılar üçün nitq mədəniyyəti meyarları ........205

20. İstifadə olunan ədəbiyyat........................................214

218

Fərahim Balakişi oğlu Sadıqov

AZƏRBAYCAN DİLİ VƏ

NİTQ MƏDƏNİYYƏTİ

Dərs vəsaiti.Bakı, 2017.

Redaktor: p.e.n. S.A.Əmirxanov

Texniki redaktor: Ə.N.Bağırov

Kompüter tərtibatçısı: A.B.Hüseynova

Çapa imzalanıb: 17.02.2017

Kağız formatı: 60/84/1/16

Həcmi: 14ç/v

Tiraj:500

“Bakı Biznes Universitetinin nəşriyyatı” Bakı,

H.Zərdabi küç.88a