fİkrİmdƏn keÇƏnlƏranl.az/el/kitab/2018/03/cd/2013-951.pdf · mÜƏllİfİn İlk kİtabi....

64
MAŞTAĞA ZİYALI QADINLAR MƏCLİSİNİN “YAZIÇI ÖMRÜ” SİLSİLƏSİNDƏN XANIM MEHDİXANLI FİKRİMDƏN KEÇƏNLƏR BAKI-2013

Upload: others

Post on 20-Feb-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

MAŞTAĞA ZİYALI QADINLAR MƏCLİSİNİN “YAZIÇI ÖMRÜ” SİLSİLƏSİNDƏN

XANIM MEHDİXANLI

FİKRİMDƏN KEÇƏNLƏR

BAKI-2013

Page 2: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

2

Toplayıb tərtib edən və ön söz müəllifi:

SONA XƏYAL

Redaktor: Ülviyyə Bahir

Xanım Mehdixanlı. “Fikrimdən keçənlər”. Bakı, “MBM”, 2013, 64 səh.

Maştağa Ziyalı Qadınlar Məclisinin “Yazıçı öm-rü” silsiləsindən olan ikinci kitabında Xanım Mehdi-xanlının yazıçılarla bağlı müxtəlif vaxtlarda dövri mətbuatda çap olunmuş məqalələri toplanmışdır. Bu, müəllifin oxucularla ilk görüşüdür.

ISBN 978-9952-29-046-9

© Xanım Mehdixanlı Bakı, “MBM”

Page 3: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

3

MÜƏLLİFİN İLK KİTABI

Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki mədəniyyət evində tibb kursuna gəlirdi. Savadlı müdavimlərim-dən biri idi. Həm tibbi yaxşı öyrənirdi, həm də ədəbi söhbətləri çox sevirdi. O zaman yenicə çapdan çıx-mış ilk kitabımı ona bağışlamışdım.

Sonralar heç görüşmədik. İyirmi ildən sonra məni axtardığını eşitdim. Görüşdük. Çox sevindim. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini biti-rib, 17 saylı Bakı peşə liseyində baş kitabxanaçı və-zifəsində çalışdığını dedi. Məni axtarmağının səbəbi-ni soruşanda, nəsə yazmaq istədiyini bildirdi və mən-dən məsləhət istədi.

Növbəti görüşümüzdə isə artıq Xanım mənə heka-yə və məqalələrini gətirdi. Məqalələri məni daha çox tutdu. Bir-birinin ardınca qəzetlərdə dərc etdirdim. Onları bir kitab şəklində toplamağın vaxtı çatdığını bildirəndə Xanım dedi: “Mən kitabımın çap olunma-ğını istərdim. Amma Məşhədə ziyarətə də getmək is-təyirəm. Bilmirəm hansını əvvələ salım”. O zaman dedim ki: “Sən ziyarətə get, mən sənə hədiyyə kimi kitabını çap etdirərəm. Amma getməmişdən bir qə-dər əvvəl mənə xəbər elə”.

Page 4: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

4

Xanım zəng vurub ziyarətdən qayıtdıqlarını de-yəndə, ona verdiyim sözü xatırladım və elə həmin gün kitabı nəşrə hazırladım. Bu kitab Maştağa Ziyalı Qadınlar Məclisinin “Yazıçı ömrü” silsiləsindən ikinci nəşridir. Tərtibə uyğun olaraq üç bölümdən ibarətdir.

“Dünya, niyə tələsdin” bölümündə Xanım Mehdi-xanlının klassik əsərlərdəkı qəhrəman qadın obrazla-rından söz açan “Adın şərəflidir sənin, ey qadın”, gö-zəl lirik və satirik şeirlər müəllifi, əsərləri ilə şöhrət qazanan Səməd Mənsurun yaradıcılığından bəhs edən “Böyük Sabirin davamçısı”, görkəmli Azərbay-can şairi Şəhriyarın yaradıcılığından danışan “Hey-dərbaba, yolum səndən kəc oldu..”, xalq şairi S. Rüs-təmin yaradıcılığını əhatə edən geniş həcmli “Süley-man Rüstəm yaradıcılığına bir nəzər” və oxucuları xalq şairi Cabir Novruzun yaradıcılığı ilə tanış edən “Mənə Nəsimi taleyi gərək” adlı məqalələr yer alır. Bu məqalələrdə mərhum şairlərin əsərlərini təhlilə çəkən müəllif əsərlərin qəhrəmanlarının səciyyəvi cəhətlərini açıb oxuculara göstərməyə çalışmışdır.

Kitabın “Dünya, hələ tələsmə” adlı ikinci bölü-mündə xalq yazıçısı Anarın yaradıcılığına gücgü tu-tan “Xalqın Anarı”, xalq yazıçısı Söhrab Tahirin o taylı-bu taylı yaradıcılığından bəhs edən “Öləndə kə-fənim ikiqat olsun”, xalq şairi Fikrət Qocanın dərin məzmunlu şeirlərinin təhlilini verən “Yaxşı ki, dün-yada yaşayıram mən” və gənc yazıçı Varisin “So-nuncu ölən ümidlərdir” adlı kitabından danışan “Ay-

Page 5: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

5

rılıq var, sonu şirin vüsaldır” adlı məqalələr toplan-mışdır. İstər məşhur yazıçıların, istərsə də gənc yazı-çının əsərindən danışan müəllif əsərlərə peşəkar tən-qidçi kimi yanaşmış və hərənin öz qiymətini vermə-yə çalışmışdır. Hiss olunur ki, Xanım Mehdixanlı haqqında söz açmaq istədiyi yazıçıların əsərlərini diqqətlə oxumuş, düşünmüş, fikirlərini götür-qoy et-dikdən sonra əlinə qələm götürüb əsərləri layiqincə dəyərləndirmək istəmişdir.

Kitabın sonuncu “Tədbirlərdən” adlı bölümündə üç yazı verilmişdir. “Əlili-Əlisiz günlər” adlı yazıda uşaq yazıçısı Əli Səmədli haqqında məqalələr toplu-sunun təqdimat mərasimindən, “Balaş Azəroğlu-90” adlı yazıda xalq şairi Balaş Azəroğlunun 90 illik yu-bileyi və “Balaşlı-Balaşsız günlər” kitabının təqdi-matı tədbirindən, “Üç kitabın təqdimatı” adlı yazıda isə 17 saylı liseyin müəllimlərinin kitablarının təqdi-matından söz açılır.

Xanım Mehdixanlı ziyarətə gedəndə mənə xəbər vermədi ki, kitabı çapa hazırlayım. İndi bu dar ma-calda kitabı tələsik hazırlayıb, ondan xəbərsiz çapa verirəm. Kitabda gedən səhvlər üçün ondan və oxu-culardan üzr istəyirəm.

SONA XƏYAL AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Azərbaycan Yazıçılar Birliyinin “İRS” komissiyasının sədri

Page 6: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

6

DÜNYA, NİYƏ TƏLƏSDİN

ADIN ŞƏRƏFLİDİR SƏNİN, EY QADIN

Ta qədim zamanlardan istər Şərqdə, istərsə Qərb-

də qadının cəmiyyətdə rolu mübahisə obyekti olmuş-dur. Müəyyən vasitələrlə qadını cəmiyyətdən təcrid etməyə, yalnız ev üçün xidmətçi səviyyəsinə endir-məyə, yüksək fəzilətlərdən məhrum, naqis bir məx-luq kimi tanıtmağa çalışmışlar. Orta əsrlərdə bu hal Avropa ölkələri üçün səciyyəvi olsa da, şərqlilərin qadına kölə münasibətini önə çəkmişlər. Lakin tari-xən şərq qadını, xüsüsən türk qadını cəmiyyətdə sö-zünü deyən, hətta lazım gələrsə, at minib düşmənlə döyüşən varlıq olmuşdur.

Xalqımızın qadına humanist münasibəti həm şifa-hi, həm də yazılı ədəbiyyatımızda öz əksini tapır. Bu münasibət ilk eposumuz olan “Kitabi-Dədəm Qor-qud”da ön plandadır. “Dədə Qorqud” dastanında qa-dın ailənin, bir elin aparıcı qüvvəsi kimi xarekterizə olunur. Namusunu düşməndən qoruyan Burla xatun, sevgisi üçün mübarizə aparan Selcan xatun, ilk sev-gisinə sadiq olan Banu Çiçək qədim türk qadınlarının ümumiləşmiş obrazlarıdır. XVII əsrə məxsus qəhrə-manlıq dastanı olan “Koroğlu” dastanında qadınlar

Page 7: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

7

qəhrəman qadın səviyyəsinə yüksəlir. Hər qolda təs-vir olunan igidin yanında cəsarətli mərd qadını olur.

XII əsr Azərbaycan intibah mədəniyyətinin gör-kəmli mütəfəkkiri Nizami Gəncəvi ilk dəfə yazılı ədəbiyyata müsbət qadın obrazları gətirmişdir. Bu obrazlardan birincisi “Xosrov və Şirin” poemasında Şirin obrazıdır. Şair Şirininin təkcə xarici gözəliyini deyil, daxili gözəliyini də ön plana çəkməyə çalışır. Şirin kimdir? Azərbaycan hökmdarı Məhinbanunun varisi, ağıllı, vəfalı qadın. Sasani şahı Xosrovu sev-sə də, namusunu hər şeydən uca tutaraq “Olsam ola-cağam bir halal arvad” deyən Şirin evlənəndən sonra Sasani hökmdarına ağıllı məsləhətlər verir. Onun heç də zəkası ilə kişilərdən geri qalmadığının şahidi olu-ruq. Dahi şair hələ bir çox ölkələrdə qadına cansız əşya kimi baxılan zamanda Şirinin ağlının Sasani şa-hının ağlından üstün olduğunu vurğulayır. Bu poe-mada şair Məhinbanu kimi, ölkəsini ədalətlə idarə edən, ağıllı Şirinin tərbiyəsində mühüm rol oynayan qadın obrazı yaratmışdır.

Sonuncu poeması “İsgəndərnamə”də şair böyük fateh İsgəndərlə qarşı-qarşıya Bərdə hakimi Nüşabə-ni qoyur. Ağlı, mərdiliyi ilə cahan hökmdarına mey-dan oxuyan qadın!

Erkək tinətliyəm, olsam da qadın, Hər işi bəllidir mənə dünyanın.

Page 8: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

8

“Düşünsən bir az, aslanın erkəyi dişisi olmaz” de-yərək, tədbirli hərəkət edən, siyasət işlədən qadın İs-kəndərlə sülh bağlamağa nail olur. Böyük fateh, öl-kəsini güclü fatehin işğalından xilas etmək üçün çalı-şan incə qadının bu uzaqgörənliyinə heyran qalır:

Eşq olsun bu fikri sağlam qadına Mərdliyin yolunu göstərir mana, -

deyir.

Qadın obrazları içərisində “Sirlər xəzinəsi”ndə sadə kəniz Fitnə cəsurluğu ilə şahı belə onunla razı-laşmağa məcbur edir. Hər kişinin belə gücü çatma-yan öküzü boynunda pilləkənlərlə qaldıran qadın məşqlə hər bir işi bacarmağın mümkünlüyünü subut edir.

Qadına humanist münasibət sonrakı əsrlərdə də həm şifahi, həm də yazılı ədəbiyyatda öz əksini tapır. Artıq XX əsrdə qəhrəman qadın obrazlarını ziyalı qadın obrazları əvəz edir. Ədəbiyyatmızda ilk faciə olan “Müsibəti-Fəxrəddin”də ziyalı qadın Səadət xa-nım obrazı yeni əsrin ziyalı qadın obrazlarının qaran-quşu sayıla bilər.

20-ci illərdən, yeni rejimin qurulması ilə ədəbiy-yatda yeni tipli qəhrəmanlar yaranır. Sovet drama-turgiyasının banisi olan Cəfər Cabbarlı qəhrəmanla-rının əksəriyyəti yeni düşüncəli qadınlardır. Drama-turq Azərbaycan qadınlarını Sevil kimi cəmiyyətdə özünə layiq yer tutan cəsarətli görmək istəyir.

Page 9: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

9

Sovet dövründə bir çox müsbət qadın obrazları yaradılmışdır ki, bu obrazlar içərisində Səməd Vur-ğunun “Aygün” poemasında Aygün obrazını xüsüsi vurğulamaq istərdim. Aygün kimdir? Həm ailəsini, həm də karyerasını ucaldan müasir Azərbaycan qadı-nı! Əmirxanın xudpəsəndliyinə cavab olaraq:

Ucalıb göylərə dəysə də başım, Bir sən olacaqsan könül sirdaşım. –

deyən Aygün, şöhrətin zirvəsinə çatsa da ilk sevgisi-nə sadiq qalır. Sonda sədaqəti və məhəbbəti ilə Əmirxanı xudpəsəndlikdən uzaqlaşdırır. Aygün sə-daqətli qadın, qayğıkeş ana, həm də istedadlı sənət-kar kimi ucalır. Böyük şair qadının həm ailəsində, həm də cəmiyyətdə layiqli yer tuta bilməsini bu ob-razla sübut edir. Humanist şair deyir:

Sıyrılıb çıxmasa qadın mətbəxdən, Nə azad ana var, nə azad vətən.

Cəmiyyətdə əsl vətəndaş yetişdirmək üçün savad-lı, azad düşüncəli qadınların olması vacibdir. Ədə-biyyat hər bir xalqın milli dəyərini, düşüncəsini əks etdirir. Mənzum dramaturgiyamızın banisi Hüseyn Cavidin qadına münasibətini əks etdirən sözləri bü-tün bəşəriyyət üçün himn kimi səslənə bilər:

Qadın gülərsə bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

Page 10: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

10

BÖYÜK SABIRIN DAVAMÇISI XX əsrin əvvəlləri Azərbaycan tarixinin ictimai-

siyasi tarixi hadisələrlə zəngin dövrüdür. Azərbaycan sivil bir dövlət kimi dünyada baş verən hadisələrdən kənarda qala bilməzdi. Bu keşməkeşli zamanda xalqı maarifləndirmək, dövlətçilik ənənələrini dirçəltmək, dünyaya inteqerasiyasını təşkil etmək üçün o dövr zi-yalılarının üzərinə böyük məsuliyyət düşür. Bunu sözlə, ədəbiyyatla həyata keçirmək üçün ziyalılar mətbuatdan genış istifadə etməyə başlayırlar. Ələl-xüsus, satirik ədəbiyyatın bu sahədə rolu əvəzsizdir.

Azərbaycan satirik mətbuatının əsası “Molla Nəs-rəddin”jurnalı ilə qoyulmuş, ədəbiyyatda Mollanəs-rəddinçilər adlı ədəbi cərəyanın nümayəndələri de-mək olar ki, bir ordu qədər xalqa xidmət etmişlər. ”Molla Nəsrəddin”in təsiri ilə sonra “Arı”, ”Zənbur”, ”Tuti” kimi satirik jurnallar nəşr olunmağa başla-mışdır.

Məni bu məqaləni yazmağa sövq edən səbəb isə bu yaxınlarda Səməd Mənsurun “Seçilmiş əsərləri” adlı kitabı əldə etməyim oldu. Səməd Mənsur adlı bir ziyalı haqqında bu zamana qədər məlumatım olmadı-ğıma təəsüfləndim. Yəqin əsas səbəb az təqdim olun-masıdır. Hələ orta məktəbdə oxuyanda M.Ə.Sabirin davamçılarının Əliqulu Qəmkusar, Əli Nəzmi oldu-

Page 11: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

11

ğu tədris olunsa da, nədənsə Səməd Mənsur kimi sa-tirikin adı çəkilməyib. Halbuki, belə ziyalının yaradı-cılığı mütləq xalqa çatdırılmalı, təbliğ olunmalı, hət-ta orta məktəb dərsliklərinə də salınmalıdır.

Səməd Mənsur yaradıcılığından söhbət açmazdan əvvəl onun həyatına qısaca nəzər salaq. Səməd Hacı Əhməd oğlu Kazımov (Səməd Mənsur) 1879-cu ildə Bakıda anadan olmuşdur. Xüsusi təhsil görməsə də öz fitri istedadı və şəxsı mütaliəsi sayəsində savadını artırmış, Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin iştirakçısı olmuş, burada Mirzə Əb-dülxaliq, Mikayıl Seydi, Buzovnalı Azər, Əliabbas Müznib, Əliağa Vahid kimi şairlərlə şeirləşmələrin-də “Mənsur”ləqəbinə layiq görülmüşdür.

Səməd Mənsurun 1917-1920-ci illərdə özünəməx-sus mətbəəsi olsa da sağlığında kitabı nəşr olunma-mışdır. 1981-1987-ci illərdə Cəfər Rəmzi İsmayılza-də çapa hazırladığı “Deyilən söz yadigardır” adlı şeir toplularında şairin ondan artıq lirik və satirik şe-irlərini oxuculara təqdim etmişdir. Şairin şeirləri da-ha sonra “Molla Nəsrəddinçi şairlər” adlı antologiya-da və Məmməd Nurinin nəşrə hazırladığı “Azərbay-can qəzəlləri” toplusunda çap olunmuşdur. 1992-ci ildə xalq yazıçısı Anar “Ədəbiyyat”qəzetində Səməd Mənsuru dəyərli şair kimi təqdim etmiş və 3 şeirini çap etdirmişdir. Səməd Mənsurun şeirləri ilk dəfə ki-tab şəklində də xalq yazıçısı Anarın tərtibində “Həp-si rəngdir” adı altında nəşr olunmuşdur.

Page 12: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

12

Səməd Mənsurun şeirlərini vaxtilə Əliabbas Müz-nib toplamış və ona kiçik bir ön söz də yazmışdır. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan həmin əlyazmanı Sona Xəyal əski əlifbadan çevirmiş və Mustafa Mailoğlu ilə bir-likdə nəşrə hazırlamış, kitab 2004-cü ildə “Birinin bayramı, birinin matəmi” adı ilə nəşr olunmuşdur. Sona Xəyal kitaba yazdığı ön sözdə müəllifin həyat və yaradıcılığı haqqında məlumat vermişdir.

Filologiya elmləri doktoru Nazif Ələkbərli Sə-məd Mənsurun həyat və yaradıcılığını araşdırmış və haqqında monoqrafiya yazmışdır ki, burada onu tək-cə şair kimi deyil, həm də dəyərli publisist, drama-turq və teatr xadimi kimi təqdim etmişdir.

2006-cı ildə Əliheydər Hüseynovun vaxtilə çapa hazırladığı şeirlər kitabı Abbas Abdullayev və Təra-nə Hüseynovanın təqdimatı ilə “Seçilmiş əsərlər” adı ilə nəşr olunmuşdur.

2008-ci ildə Sona Xəyal ön sözlə birlikdə Səməd Mənsurun Əsərlər”ini nəşr etdirmişdir. Burada Sə-məd Mənsurun “İqbal”, “Bəsirət”, “Tuti”, “Şeypur”, “Molla Nəsrəddin” və s. dövri mətbuat orqanlarında çap olunmuş şeirləri toplanmışdır.

Səməd Mənsur yaradıcılğını 3 dövrə bölmək olar: birinci dövr 1918-ci ilə qədər, ikicinci dövr 1918-1920-ci illər və 1920-1926-cı illər. 1927-ci ildə Sə-məd Mənsur vəfat etmişdir.

Şair yaradıcılığında həm lirika, həm də satiradan ustalıqla istifadə etmiş, hələlik bizə məlum olan 6

Page 13: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

13

pyesi, felyeton və məqalələri vardır. Onu lirikada dahi Füzuli, satirada böyük Sabirin davamçısı adlan-dırmaq olar. Onun “Söz”qəzəli Füzulinin eyniadlı qəzəlinə nəzirədir. Füzulinin “Pənbeyi daği-cinun iç-rə nihandır bədənim” qəzəlini təxmis etmişdir.

Qəzəlləri nə qədər ürəyəyatımlı olsa da, onun sati-ralarına xüsusi diqqət etmək istərdim. Bildiyimiz ki-mi, satira dünya ədəbiyyatında hələ qədimdən cə-miyyətdə olan eybəcərlikləri çılpaqlığı ilə göstərmək baxımından güclü silahdır. Cəmiyyətdəki hadisələrə münasibət baxımından satiranın rolu əvəzsizdir. Sə-məd Mənsurun satiraları daha kəskin, ironiya baxı-mından daha güclüdür. O, satiralarında demək olar ki, bütün cəmiyyətdəki nöqsanları qılınc kimi kəskin qələmi ilə ifşa etmişdir. Özü də çox zaman bunu ob-razların dili ilə böyük ustalıqla vermişdir.

Satiralarında Sabir dəsti-xətti aydın görünür. Onun “Gözəl oğlanlarıq” adlı satirası Sabirin “İnteli-gentik, gəzərik naz ilə”, ”Məslək satıram” adlı satira-sı Sabirin “Ay alan, “Məmləkəti-rey” satıram”, “İn-şaallah” satirası Sabirin “Bir məclisdə on iki kişinin söhbəti” kimi əsərlərinin təsiri ilə yazıldığı aydın görünür.

”İnşaallah”satirasında 9 obrazın: alçaq təbəqə, xırda tüccar, cavanlar, milyonçular, molla, inteligent, ricali-hökümət, aktyor və əhli-qələmin hər birinin di-li ilə mənsub olduqları zümrə tənqid olunur.

Əhli-qələm deyir ki:

Page 14: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

14

Hələlik bir soyuq evdə yataram ac-yalavac, Bilirəm qəmlərimə etməyəcək kimsə əlac. Ölərəm, sonra adım söylənər, inşallah! Şairin “Bir mömünün avropalıya xitabı” adlı sati-

rasında Sabirin “Dindirir əsr bizi, dinməyiriz” satira-sının məzmun oxşarlığını görürük. Səməd Mənsuru da Sabir kimi narahat edən xalqının Avropadan geri qalmasıdır. Xalqının təhsilə olan biganəliyi bir ziyalı kimi onu çox narahat edir.

Ay avropalı! Tut sərü saman sənin olsun, Hörmət sənin, izzət də sənin, şan sənin olsun. Elmə, hünərə səy qıl, üryran sənin olsun, Sərvətdə ucal, aləmi-imkan sənin olsun. Elm üzrə ticarət elə, milyan sənin olsun, Bir bit yuvası, köhnəcə yorğan mənə bəsdir. Cənnət quşuyam, yatmağa küllxən mənə bəsdir. Səməd Mənsur satiralarını 1918-ci ilə qədər “Tu-

ti”jurnalında Kəndli, Kənarçı, Pompuşalı imzaları ilə dərc etdirmişdir. 1918-ci ildə özünün təsis etdiyi “Şeypur” jurnalı altı ay fəaliyyət göstərmiş, burada Pompuşalı (Bülbüləli) imzası ilə şeir, məqalə və fel-yetonları nəşr edilmişdir. 1926-cı ildə əsərləri ”Molla Nəsrəddin” jurnalında da nəşr olunmuşdur.

1920-ci ildən sonra yazdığı şeirlərində sovet reji-minin çatışmamazlıqları da öz obrazlı əksini tapır. Xüsusən, “İki aşığın dəyişməsi” satirası maraq doğu-

Page 15: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

15

rur. Burada qoca və cavan aşığın sual-cavab şəklində dialoquna nəzər yetirək:

Qoca aşıq deyir: cavan aşıq deyir: O nədir ki, surətləri soldurur? O ÇEKAdır surətləri soldurur. O nədir ki, cibişdanı doldurur? O rüşvətdir cibişdanı doldurur. O nədir ki, toyuqları güldürür? Təriflərdir toyuqları güldürür. Buna cavab verən aşıq var olsun! Söz soran aşığa Allah yar olsun! Səməd Mənsurun satiralarının bir çoxu elə bil ki,

90-100 il bundan əvvəl deyil elə indinin özündə ya-zılıb. Demək bir əsr keçməsinə baxmayaraq, cəmiy-yətdə hələ də Səməd Mənsur satirasının prototipləri vardır. Yalnız qıyafələri, həyat şəraitləri dəyişib, vəs-salam. Onun “Cavan həkimlər”, ”Bakılı”, ”Bulvar qəhrəmanları”, ”Çarşablı qadınlar” adlı satiralarına nəzər yetirsək bunu görərik. ”Cavan həkimlər” sati-rasındakı tənqid hədəfi olan həkimlər savadsız, rüş-vət sayəsində həkim olan bəzi müasir həkimləri xa-tırladır:

Ey xatiri möhnətli, günü qarə həkimlər, Bulvarda və bağda gəzən avarə həkimlər.

Page 16: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

16

Kəndlərdə edər xəstə yatan hər gecə fəryad, Hər gün ana qoynunda ölər bir neçə övlad. Gənc doxdur əgər istəsə də etməyə imdad, Lakin necə yapsın bunu biçarə həkimlər. El dərdü qəmindən cigəri parə həkimlər?! Səməd Mənsur dramaturgiyada da qələmini sına-

mış, hələlik bizə məlum olan 6 pyesi vardır: “Maa-rif”, ”Dərviş”, ”Cinayət”, ”Rəzalət səbəbləri”, ”Mü-kafat”, ”Aktyor”. Bunlardan ikisi “Dərviş” və “Maa-rif” komediya, qalanları faciədir.

Bir pərdəli “Maarif” komediyasının əsas ideyası təhsilin təbliğidir. Burada təhsil tərəfdarı olan Qur-ban adlı fəhlə oğlu Rəsulu və qızı Zibanı oxutmaq is-təyir, amma anası və həyat yoldaşı bunun əleyhinə-dir. Burada şeytan, cadu, cin, həmzad kimi mistik obraazlar onlara qarşı isə maarif qoyulur.

“Rəzalət səbəbləri” üç şəkildən ibarətdir. Burada İran xanlarının apardığı soyğunçuluq nəticəsində kəndlilərin çəkdikləri müsibətlər, ailələrinin dağıl-ması, diyar-diyar didərgin düşməsi göstərilir. Əsərin finalında bir dərvişin monoloqunda bu rəzalətin sə-bəbi kimi istibdad göstərliir.

“Mükafat” və “Aktyor” pyeslərini aktyor Sidqi Ruhullaya yadigar yazmışdır. Hər ikisinin məzmun eyniliyi birinin digərini tamamlayan əsər olduğunu bildirir. Bu faciədə cəmiyyətdə aktyorlara olan la-qeyd münasibət göstərilir.

Page 17: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

17

Səməd Mənsurun bunlardan əlavə felyeton və mə-qalələri də vardır ki, ”Tuti”, ”Şeypur” jurnalında Tuti, Ağa Tuti, Şeypur, Kənarçı Pompuşalı imzaları ilə nəşr etdirilmişdir. “Ziyalılarımız” başlığı ilə yaz-dığı felyetonlarının qəhrəmanları Əliağa Muradbəy-liev və Hüseynqulu Daşdəmiroviçdir ki, müəllif on-ların simasında öz ana dilini bəyənməyən, xalqına xor baxan ziyalıların ümumiləşdirilmiş obrazlarını yaratmışdır.

Səməd Mənsurun məqalələrində dövrün ictimai-siyasi hadisələrinə fəal ziyalı münasibəti əks olunub. O, bu hadisələrə çox zaman bir uzaqgörən politoloq kimi münasibət bəsləyir. O “Barışırlar”, ”Nə var, nə yox?” adlı məqalələrində Vilsonun ikiüzlü siyasətini ifşa edir. Məqaləyə nəzər yetirək: “Zalım oğlu Vil-son müharibənin əvvəlindən yatdı, yatdı, sonda oya-nıb camatın qulağına bilmirəm nə oxudusa, hamı is-panka azarı kimi barışmaq azarına tutuldu”.

Onun “Bir gün” məqaləsində Azərbaycan və Er-mənistan məsələsinə toxunulur. Məqalə “Şeypur”da dərc olunub. Məqalədə yazır: “İnsan ki, həyasız oldu heç nə, həyasız adamdan nə desən baş verər... Bu hə-yasızlardan biri Ermənistan hökümətinin baş koman-danı Andronik kirvədir ki, yenə Qarabağda baş qal-dırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan höküməti də gözlərini yumub, əlilə işarə eləyir. Er-mənistan hökümətinin nə tövr siyasət yeritdiyini tə-yin etmək artıqdır”.

Page 18: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

18

Ümumiyyətlə, Səməd Mənsur istər musavat, istər-sə də sovet dövründə bitərəf olmuşdur. Onun həyat amalı xalqı maarifləndirmək idi. ”Övladıma vəsiy-yətlərim” məqaləsi millətin bütün övladlarına vəsiy-yət kimi səslənir. Övladlarına hər zaman vicdanlı, namuslu, sədaqətli olmağı tövsiyyə edir.

Düşünürəm ki, Səməd Mənsur irsini bir məqalə ilə təhlil etmək mümkün deyildir. İstərdim böyük Sabir demişkən, düzü-düz, əyrini-əyri yazan satirikimiz olan Səməd Mənsur irsi bundan sonra geniş təbliğ olunsun və xalqa çatdırılsın.

Page 19: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

19

HEYDƏRBABA YOLUM SƏNDƏN KƏC OLDU....

Məhəmmədhüseyn Şəhriyar – taylı-bu taylı Azər-

baycanın XX əsrdə yetişdirmiş oldugu görkəmli sə-nətkar! Təkcə Azərbaycanın deyil, İran ədəbiyyatına gözəl töhfələr vermiş ustad. O həm Azərbaycan, həm də fars dilində Şərq ədəbiyyatına gözəl nümunə ola biləcək əsərlər yaratmış, klassik ədəbiyyatın bütün janrlarından məharətlə istifadə etmişdir. Onun qəzəl-ləri Hafiz Şirazidən sonra 600 il ərzində İranda liri-kanın ən yüksək zirvəsi hesab edilir. Şair əruz vəz-nindən başqa heca vəznindən böyük məharətlə istifa-də edərək anadilli poeziyamızı sadə xəlqi çalarlarla zənginləşdirmişdir. Onun fars dillində yazdıgı əsərlər Yaxın Şərqdə məhşur olsa da, bizim üçün ana dilində yazdıqları daha qiymətlidir. Ustad doğma dili ilə öyünür. Bunu O “Türkün dili”adlı şeirində aydın ifa-də edir:

Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz! Şairin yaradıcılığında, M.Ə.Sabir, S.Ə.Şirvani,

Nizami Gəncəvi poeziyasının təsiri çox böyükdür. Onun ”Gecə xumarı” qəzəli N.Gəncəvinin ”Gecə

Page 20: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

20

xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəlinə çox ox-şayır. İndi də muğam ifaçılarının sevə-sevə ifa etdik-ləri, S.Ə.Şirvanin

“Getmə tərsa balası, mən də sənə sayə gəlim, Damənindən yapışıb mən də kəlisayə gəlim.

qəzəlinə nəzirə olan

Getmə tərsa balası, mən də sənə sayə gəlim. Əl qatanda sənə məşşatə, təmaşayə gəlim.

qəzəlini göstərmək olar. M.Ə.Sabiri inqilab şairi kimi sevən sənətkar onun

satiraları ilə səsləşən bir neçə şeir yazmışdır. M.Ə.Sabirin:

Ey dərbədər gəzib ürəyi qan olan cocuq! Bir löqmə nan üçün gözü giryan olan cocuq!

satirası ilə səsləşən Şəhriyarın “Yetim” şeirini göstərmək olar.

Öz yurdunda sən nələr çəkdin, nələr, ey yetim! Ayaqyalın, başaçıq, sən dərbədər, ey yetim! Şair ömrünün sonuna kimi Şimali Azərbaycana

gəlmək, Bakıda olmaq arzusu ilə yaşasa da təəssüf ki, bu ona qismət olmur. Lakin ürəyi burada bizlərlə

Page 21: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

21

olan şair tez-tez həmkarları ilə məktublaşır. Onun xalq şairi Süleyman Rüstəmə, Məmməd Rahimə ün-vanladığı şeirlərində bu həsrət daha aydın görünür. Onun “Qardaşım Süleyman Rüstəmə” şeirinin son bəndində həsrət belə ifadə edilir:

Qardaşların gözündən öp, Bəxtiyarın üzündən öp, Səmədin də sözündən öp, Mən də təkəm, sizə qurban. Tək canım hamıvuza qurban! Şairin vətən sevgisi ayrı-aylıqda “Səhəndim”,

“Təbrizim”, “Ərdəbilim” şeirlərində əksini tapsa da, “Azərbaycan” şeirində bu motiv daha qabarıq veril-mişdir. Şeir fars dilində yazılsa da (tərcümə edən F.Sadıq) o taylı-bu taylı Azərbaycana səslənən bir xalqın İran imperiyasına etirazıdır:

İgidlərin İran üçün şəhid olub, əvəzində Dərd almısan, qəm almısan sən İrandan Azərbaycan? Azərbaycana xitab edərək: Övladların nə vaxtadək tərki-vətən olacaqdır? Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

Page 22: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

22

Lakin Məhəmmədhüseyn Şəhriyar deyiləndə ilk əvvəl hər bir azərbaycanlının yadına “Heydərbabaya salam” poeması düşür. Hər bir sənətkarın möhürünü vurduğu şah əsəri vardır. Şəhriyarın onu bütün xalqa sevdirən, yaddaşlarda əbədi yaşadan əsəri anadilli poeziyamızda özünəməxsus yer tutan “Heydərbaba-ya salam!” poemasıdır.

Poemanın adını “Heydərbabaya salam!” qoymaq-da şairin məqsədi nə idi? Təbriz yaxınlığında Hey-dərbaba dağına müraciətin bir neçə səbəbi var. Bura-da dağ o taylı-bu taylı Azərbaycanın simvolik obra-zıdır. Dünya ədəbiyyatında vətən həsrəti əsasən quş-lara, çaylara müraciətlə ifadə olunsa da, şair məhz dağa müraciət edir. Birincisi dağ əbədidir və əsrlər boyu olanlara, xalqın zorakılığla ayrılmasına, qardaş həsrətinə canlı şahiddir. Həm də dağ ucadır, deməli, o taylı-bu taylı vətənin seyrçisidir. Həmişə ədəbiy-yatda canlılara xitab olsa da, şair məhz dağa, yəni simvollaşdırdığı Azərbaycana salamla müraciət edir.

Sənətkarın poemanı 47 yaşında, ömrünün payız çağında yazması təsadüfi deyildir. İnsan məhz bu dö-nəmdə ömrünün əvvəlinə, saf uşağlıq illərinə dön-mək arzusu ilə yaşayır. Şair illərlə Tehranda yaşasa da, bütün İranda məhşurlaşsa da, böyüdüyü kəndi, həmyerlilərini unutmur. Poemanın qəhrəmanları sadə kənd sakinləri, şairin uşaqlıq dostları, həmyerliləri-dir. Dünya ədəbiyyatında bu cür ensiklopedik əsər nadir hallarda yazılır. Poemanı oxuyan hər bir oxu-cuya elə gəlir ki, poemada adı çəkilən obrazlar onun

Page 23: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

23

şəxsən tanıdığı insanlardır. Əsəri oxunaqlı edən sadə dildə yazılmasıdır. Poemanın ikinci hissəsində icti-mai motivlər də əksini tapır:

Heydərbaba, səni vətən bilmişdim, Vətən deyib, baş götürüb gəlmişdim. Səni görüb göz yaşını silmişdim, Halbuki, lap qəmli qürbət səndəymiş, Qara zindan, acı şərbət səndəymiş. Bütün yaradıcılığını demirəm, təkcə “Heydərba-

baya salam“ poeması ilə ürəklərdə özünə hələ sağlı-ğında abidə ucaldan ustad! Zaman nə qədər dəyişsə də, nə qədər bu xalq yaşayır, sən də ürəklərdə yaşa-yacaqsan! Heydərbaba dağı kimi əbədiyyət qazana-caqsan!

Heydərbaba, sənin könlün şad olsun, Dünya varkən ağzın dolu dad olsun. Səndən keçən tanış olsun, yad olsun, Deynən, mənim şair oğlum Şəhriyar, Bir ömürdür, qəm üstünə qəm qalar!

Page 24: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

24

SÜLEYMAN RÜSTƏM YARADICILIĞINA BİR NƏZƏR

Çoxəsrlik poeziya tariximizdə XX əsrin xüsusi ye-

ri vardır. Çünki XX əsr tariximizin hadisələrlə dolu keşməkeşli dövrüdür. 23 ay fəaliyyət göstərən ADC, Cümhiriyyətin suqutundan sonra yaranan Sovet Azərbaycanı, əsrin sonunda müstəqil Azərbaycanın yaranması, bütün bu proseslər ədəbiyyatdan da yan keçməmişdir. XX əsrin 70 illik bir dövrü sovet döv-rünü əhatə edir. Məhz bu dövrdə ədəbiyyata gələn şair və yazıçılar sovet ideologiyasını əks etdirməyə məcbur olsalar da, qədim tarixi olan Azərbaycan ədəbiyyatına gözəl töhfələr verməyə nail olmuşlar. Sovetin ilk illərində ədəbiyyata gələn gənclər qarşı-sında belə çətin sınaq qoyulmuşdu.

20-ci illərdə poeziyamıza qədəm qoyan onlarla gənc şairlər arasında Səməd Vurğun, Rəsul Rza, Sü-leyman Rüstəm kimi gənclər sonralar demək olar ki, Azərbaycan ədəbiyyatı tarixinə ölməz sənətkar kimi daxil olmuşlar.

Süleyman Rüstəm də ədəbiyyata 20-ci illərdə gəl-mişdi. Mətbuatda ilk şeiri 1923-cü ildə nəşr olun-muşdur. Təxminən dörd illik fəaliyyətini əks etdirən “Ələmdən nəşəyə” adlı şeir kitabı 1927-ci ildə nəşr olunmuşdur. Şairin ilk dram əsəri – “Çimnaz xanım

Page 25: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

25

yuxudadır” birpərdəli komediyası 1923-cü ildə o za-manlar “Tənqid-Təbliğ” teatrında tamaşaya qoyul-muşdur. Sonralar şair ədəbiyyata gəlişini belə xatır-layır: ”Səhnəmizin görkəmli simalarından biri sayı-lan Mirzağa Əliyev o vaxtlar bizim məhəllədə yaşa-yırdı. Qayğıkeş, səmimi bir adam idi. Bir həftə ge-cəni gündüzə qatıb işlədim. ”Çimnaz xanım yuxuda-dır” adlı bir pərdəli ikişəkilli komediya yazdım. Onu böyük qorxu, ehtiyat və utancaqlıq hissi ilə Mirzağa əmiyə verdim. O, əsəri götürdü, məni ata mehribanlı-ğı ilə yola saldı. Günlər ötdü... Bir dəfə afişaların bi-rində gözümə belə yazı sataşdı: ”Çimnaz xanım yu-xudadır”. Yazanı N.Nərimanov adına texnikumun tə-ləbəsi Süleyman Rüstəmzadə”. Sevincim yerə-göyə sığmadı... O vaxtlar şeirə də maraq göstərirdim. ”Unudulmuş gənc” şeirimin “Maarif və mədəniyyət” jurnalında çap olunduğunu gördüm. Bununla qarşım-da yeni sənət yolu açıldı”...

Süleyman Rüstəm yaradıcılığı rəngarəngdir. O, onlarla poemanın, bir neçə dram əsərinin müəllifidir. Süleyman Rüstəmin xalq qəhrəmanı Qaçaq Nəbiyə həsr etdiyi eyniadlı dramının motivləri əsasında Azərbaycankinofilm studiyası “Qanlı zəmi” adlı bə-dii film çəkmişdir. Kolxozçuların həyatından bəhs edən üç pərdəli “Durna” adlı musiqili komediyası Azərbaycan Dövlət Musiqili Komediya teatrında də-fələrlə tamaşaya qoyulmuşdur. Bundan başqa onun modalar atelyesində baş verən hadisələrdən bəhs

Page 26: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

26

edən dörd pərdəli “Gəldi-gedər” adlı komediyası da vardır.

Dramlarından başqa onlarla poemanın müəlifidir. Poemalarının əsas mövzusu cənubdan götürülmüş-dür: ”Yaralarım”, ”Təbrizdə qış”, ”Şairin ölümü”, ”12-ci tüfəng” və s. Poemaların bir hissəsi ikinci dünya müharibəsi mövzusunda qələmə alınmışdır. Misal olaraq, Sevastopol şəhərində döyüşlərdə qəh-rəmancasına həlak olmuş Qafur Məmmədova həsr edilmiş “Qafurun ürəyi” poemasını ,”Partizan Əli”, ”Dönə-dönə xatırlayın” poemalarını göstərmək olar. ”Dönə-dönə”xatırlayın poeması ikinci Dünya müha-ribəsində həlak olanların xatirəsinə yazılsa da, bugünkü gündə Qarabağ uğrunda həlak olan şəhidlə-rimiz üçün də aktualdır. Bu kiçik həcmli poemada şair hər kəsə müraciət edərək vətən uğrunda canın-dan keçənləri nişan, toy mərasimində, bayramlarda xatırlamağı tövsiyyə edir. Çünki keçmişdə olanları, müharibənin insanlara yaşatdığı acıları unutmaq ol-maz .

Süleyman Rüstəm, yaradıcılığında cəmiyyətdə olan çatışmamazlıqlara münasibətini yumor və sati-raları ilə bildirib. Satiralarında qəhrəmanlarını öz dili ilə ifşa etmək S.Rüstəmin özünəməxsus usuludur.

Süleyman Rüstəmin hərtərəfli yaradıcılıq fəaliy-yətinə baxmayaraq, XX əsr Azərbaycan ədəbiyyatına lirik bir şair kimi daxil olmuş, XXI əsrdə də şeirləri dillər əzbəri olan şairlərimizdəndir. Onun poeziya-sında səmimiyyət güclüdür, şeirləri olduqca yadda-

Page 27: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

27

qalan olduğundan elə bir azərbaycanlı yoxdur ki, S.Rüstəm yaradıcılığından bir-iki nümunə əzbər bil-məsin. Hələ məktəbli vaxtlarımızdan onun “Azər-baycana gəlsin” şeiri ilə tanış olan hər azərbaycanlı kiçik yaşlarından Süleyman Rüstəm poeziyasının vurğunu olurdu. Bu kiçik şeir hər azərbaycanlıda qü-rur hissi oyada biləcək əsərdir. Şair ərklə bütün dün-yanı vətəninin seyrinə çağırır, çünki onun vətənində cənnət də, sərvət də, hər cür nemət də, xalqında qo-nağa hörmət, səxavət, qeyrət kimi xüsusiyyətlər də vardır.

Hər azərbaycanlıya Süleyman Rüstəm poeziyasını sevdirən əsərlərdən biri ”Ana və poçtalyon” əsəridir desəm, yanılmaram. Bu poema bugünkü gündə xal-qın orta yaş təbəqəsindən tutmuş gənc nəslə qədər hər bir kəsin əzbər bildiyi tək-tək şeir nümunələrin-dən biridir. Bu şeirin bu qədər sevilməsinə səbəb nə-dir? Əsas səbəb yaddaqalan olmasıdır ki, bu da şeirin dilinin axıcı olmasından irəli gəlir. Şeirdə iki obraz vardır: yeganə övladından nigaran qalan dərdli ana və vəzifə borcunu yerinə yetirən sadə bir poçtalyon. Ananın həsrətini oxucu çox gözəl anlayır; dörd aydır oğlundan məktub almayan ana bunun səbəbini poç-talyondan bilib, onu həyətdən qovur. Həssas qəlbli ana bu hərəkətindən peşman olur. Artıq ananın bir dərdi iki olur: oğul dərdi və poçtalyon dərdi. Ana fikrə düşür: bəlkə o da mənim dərddədir, evini bil-səydim baş çəkərdim ona, deyə düşünür. Şair burada ana qəlbinin incə duyğularını, humanist düşüncəsini

Page 28: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

28

sənətkarlıqla əks etdirir. Artıq ana öz dərdini deyil ona yad olan bir insanın da fikrini çəkir. Həm də dü-şünür ki, poçtalyon həyətdəkilərə məktub gətirəndə, qonşular sevinəndə, ona da ümumi sevincdən pay düşürdü. Ananın böyüklüyünə burada da bir daha şa-hid oluruq. Yeganə övladından dörd ay məktub al-mayan ana qonşuların sevincindən belə təsəlli alır. Bu kiçik əsər ilə S.Rüstəm müharibənin anaların qəl-binə vurduğu yaraların necə dərin olduğunu, lakin bütün bu iztirablara baxmayaraq humanist olduqları-nı yüksək sənətkarlıqla göstərə bilmişdir.

Süleyman Rüstəmi nəğməkar şair də adlandırmaq olar. O, şeirlərinə çoxlu mahnılar bəstələnmiş şairlər-dəndir. Onun sözlərinə yazılmış mahnılar bir çox müğənnilərin repertuarını bəzəmişdir. Misal olaraq “Bəs nə deyim”, ”Çağır”, ” Bəsdir gözəlim”, ”Ax-şamlar”, ”Vəfalı mənəm” və s. mahnıları göstərmək olar.

S.Rüstəm müxtəlif məzmunlu ictimai şeirlər, dramlar, poemalar müəllifi olsa da demək olar ki, Azərbaycan sovet poeziyasında ən çox cənub möv-zusunda şeir yazan şair kimi tanınmışdır. Bu da təsa-düfi deyil, əslən cənublu olan şairin ikinci dünya mü-harıbəsi dövründə bir müddət Təbrizdə yaşaması, iş-ləməsi onun cənublu soydaşlarımızın problemləri ilə yaxından tanış olmasına səbəb olmuşdur. Təbrizdə olduğu müddətdə “Vətən yolunda” qəzetində şeirləri nəşr olunur. S.Rüstəm sonralar cənubdakı xatirələri-nə aid yazılarının birində belə yazır: ”Vətən yolun-

Page 29: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

29

da”qəzetinə mənim adıma tək-tük qəribə imzasız məktublar gəlirdi. Bir məktub müəllifi yazırdı ki, Azərbaycan dilində şeir yazmaq olmaz, bu “Türkə-xər” dildir, şeir yalnız fars dilində yaranar!” Təhqira-miz məktuba mən bu şeirlə cavab verdim:

Mən sənin dilinə dəymirəm, cəllad! Gəl sən də bu ana dilimə dəymə! Sənin də bağın var, gülün var, çəkin, Bağımda əkdiyim gülümə dəymə! Həsədilə baxdın çəmənimə sən, Gör bir nələr etdin vətənimə sən, Yan deyib od vurdun bədənimə sən, Altında atəş var, külümə dəymə! Bəlkə dünyada Təbriz kimi ikinci şəhər, Araz ki-

mi ikinci çay tapmaq olmaz ki, şəninə bu qədər şeir-lər yazılsın, nəğmələr qoşulsun. İki əsrlik tariximizdə ədəbiyyatımıza ikiyə bölünmüş vətən kimi bir nis-gilli mövzu daxil olmuşdur. Bu mövzunun sovet dövründə yaradıcılarından biri də Süleyman Rüstəm olmuşdur. Cənub mövzulu bir çox şeir və poemaların müəllifi olsa da, “Təbrizim “şeiri yüksək sənətkarlıq baxımından yaradıcılığının zirvəsi hesab oluna bilər. Təbrizə xitabla yazılan bu şeirdə bədii sualdan istifa-də edilməklə gözəl məcaz yaradılmışdır. Bu həm for-ma, həm məna və uslub cəhətdən yüksək sənətkarlıq-la yazılmış əsərlərdəndir, həm də olduqca yaddaqa-lan şeirdir. Şeirin yadda qalmasının səbəbi təkcə sa-

Page 30: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

30

də dildə yazılması deyil, həm də hər bir azərbaycan-lıya yaxın olan, ürəyinə toxunan bir mövzuda olma-sıdır. Azərbaycanın qədim və ilk paytaxtlarından olan Təbriz “baxdıqca hüsnünə, doyulmayan” şəhər-lərdəndir. Qüdrətli Səfəvilər dövlətinin paytaxtı olan bu şəhər indi yadellilərin əlində yetim kimi qalıb. Şa-ir bunu Təbrizə xitabla belə ifadə edir:

Nədir o mənalı, dərin baxışlar? Nədir gözlərindən yağan yağışlar? Nədir qəlbindəki payızlar, qışlar? Yetim tək boynunu burma,Təbrizim! Məlul-məlul baxıb durma, Təbrizim! Süleyman Rüstəm cənublu həmkarları ilə məktub-

laşmışdır. Onlardan Səhəndə, Şəhriyara, Cavad He-yətə yazdığı şeirlər də cənub mövzulu şeirlər sırasına aiddir. Onun cənublu söz ustadı Məhəmmədhüseyn Şəhriyara ünvanladığı şeirində bütöv Azərbaycan ideyası əks olunmuşdur:

Kim deyir ki, ünvanımız ayrıdır, Nə adımız, nə sanımız ayrıdır. Ürək birdir, bədən birdir, Şəhriyar, Vətən birdir, vətən birdir, Şəhriyar! Çox təəssüflər olsun ki, Süleyman Rüstəmə də bir

çox həmvətənlərimiz kimi vətəni bütöv görmək nə-sib olmadı. 1991-ci ildə sərhəd dirəklərinin sökülmə-

Page 31: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

31

sinin, az da olsa, həsrətlilərin qovuşmasının şahidi olsaydı, bu hadisələrə gözəl əsərlər həsr edərdi. Sü-leyman Rüstəm məsul vəzifələrdə çalışmış ictimai xadim olsa da, Azərbaycan xalqının yaddaşında gö-zəl lirik bir şair kimi qalmış və əbədiyyət qazanmış-dır. Onun həyatı boyu yaşatdığı arzularını əks etdirən “Yasin əvəzinə”şeiridir ki, xalqına vəsiyyəti kimi səslənir.

...İllər yaman artırır bu yaşımı, Ya tez, ya gec yerə qoysam başımı, Vədinizə əməl edin, nəhayət, Məni Araz sahilinə aparın. İllərdir ki, qəlbimdədir bu həsrət, Məzarımı o torpaqda qazdırın. Göz yaşımdan yaratmışam bu çayı, Məni üzü Təbriz sarı basdırın, Qibləm olsun Arazımın o tayı. Ancaq, yalnız bircə bunu etməyin, Gözlərimin qapağını örtməyin. Üfüqlərdən çəkilərkən sis, duman, Bəlkə bir də qara torpaq altından Vüsal günü qardaşımı görəm mən....

Page 32: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

32

MƏNƏ NƏSİMİ TALEYİ GƏRƏK….

Müasir Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən, XX əsr çagdaş poeziyamızda təkcə mə-həbbət şeirləri ilə deyil, vətənpərvərlik, millətçilik ruhunda qələmə aldığı əsərlərlə görkəmli mövqe tu-tan, humanist düşüncəli şairimiz Cabir Novruz özü-nə Nəsimi taleyi arzulayır. Dövrünün ədalətsizliklə-rini qəbul etmədiyinə görə mübarizəyə qalxan və bu yolda şəhidlik zirvəsinə yüksələn qəhrəman şairin müasirimiz olan həmkarının idealına çevrilməsi sə-bəbsiz deyildir. Cabir Novruz da yaşadığı dövrdəki ədalətsizlikləri qəbul edə bilmir. “Sağlığında qiymət verin insanlara” şeirində insanlara yaltaqlıqdan uzaq olmağı tövsiyyə edən şair yazır:

Sağlığında ifşa edin xəbisləri Satqınlara sağlığında satqın deyin. Tülkü deyin tülkülərə, Aslan deyin aslanlara. Sağlığında qiymət verin insanlara.

Hər bir insana sağlığında layiq olduğu qiymətin verilməsini arzulayan şair, düzün düz, əyrinin əyri yazılmasının tərəfdarıdır. Lakin ömrü boyu düz yaşa-yan şair bu cür yaşamağın çətin olduğunu da yaxşı dərk edir və “Ömrü boyu əlimdə qılınc təmizliyimi

Page 33: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

33

qorudum” deyir.

Düz yaşadın Cabir Novruz. Bu da düzlüyün axırı. Düz yaşamaq yaşamağın Ən çətini, ən ağırı...

Düzlüyün nəticəsi Müşfiq nakamlığı, dərisi soyu-lan Nəsimi dəhşəti kimi olsa da, şair yenə də vüqarla, mərdanə Nəsimi taleyi yaşamaq istəyir.

Yaradıcılığında əsasən vətənpərvərlik mövzusu geniş yer tutur. İkiyə bölünmüş Azərbaycan hələ ke-çən əsrdən bəri ədəbiyyatmızın nisgilli mövzudur. Bir vətənpərvər ziyalı kimi şairin yaradıcılığında iki-yə bölünmüş Vətən dərdi, Araz dərdi öz əksini tapır. Vətən nisgilini ovundurmaq üçün nəvəsini Təbriz adlandıran şairin “Nəvəm Təbrizə”, “Yuxumda o ta-ya keçdim bu gecə” şeirlərində cənub həsrəti daha qabarıq görünür. Lakin vətənini bütöv görmədən dünyadan gedəcəyini düşünən şair vida şeirində həs-rətini belə ifadə edir:

Əlvida ikili xalqım, Əlvida ikili vətən. Səni bircə gün də bütöv görmədim, Nigaran gedirəm səndən, əlvida!

Şairi ən çox düşündürən mövzu millət, xalq və onun taleyidir. Bu keşməkeşli zamanda xalqı dözüm-lü olmağa, bir amal uğrunda birləşməyə çağıran şair kütləyə “Dönmə millətim” deyə hayqırır:

Page 34: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

34

Müqəddəs, ulu xalqım, Gözümün nuru xalqım, Ən dəhşətli zamandır, Özünü qoru, xalqım! Sonda nikbin notla “Təki millətdə ruh yaşasın!”

şairin xalqına vəsiyyəti kimi səslənir. “Mənim nəslim” şeiri şairin avtobioqrafiyası adla-

na bilər. Bu şeirində şairin sadə bir ailədə dünyaya gəldiyini, uşaq yaşlarında atasını itirdiyini, lakin bu keşməşkeşli həyatda hər bir çətinliyə mərdliklə sinə gərib zəhməti ilə bu məqama çatdıgını öyrənirik. Şa-ir bütün bu əzab-əziyyətlərə baxmayaraq, öz taleyi ilə öyünür. Bu şeirdə bu misralar diqqətimi cəlb edir:

Atam getdi, məni qoydu mənim üçün, Var dövləti elə buydu mənim üçün. Xeyir, şair, atan səni sənin üçün qoysa da, sən tək-

cə özün üçün deyil, xalqın üçün yaşadın, xalqın ol-dun ! Xalqın saglıgında sənə qiymət verdi, indi çox sevdiyin xalqından cismani ayrılsan da, ruhun həmi-şə bizimlədir! Özün demişkən, şeirlərində yaşayır-san:

Əbədi yaşaram mən bu cahanda, Xeyir taparsınız şeirlərimdən. Bir vaxt bu dünyada mən olmayanda, Məni taparsınız şeirlərimdə....

Page 35: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

35

DÜNYA, HƏLƏ TƏLƏSMƏ

XALQIN ANARI

XX yüzillik Azərbaycan mədəniyyətinin çoxcə-hətli inkişaf dövrü, keçmiş tarixi ənənələr üzərində təşəkkül tapıb müasir keşməkeşli dönəmdə belə büdrəməyən bir dövrüdür. XX əsrin əvvəllərində ADC-nin yaranması, 23 aylıq fəaliyyətindən sonra suqutu, Sovet rejiminin qurulması 70 illik rejimin ideologiyası və son iyirmi ildə müstəqil Azərbaycan Respublikasının yaranması, heç şübhəsiz, baş verən dəyişiliklər ədəbiyyatımızda geniş əksini tapmışdır.

Sovet dövründə ədəbiyyatmızda öz dəsti-xətti ilə seçilən ədiblərimiz müstəqillik illərində də ədəbi fəaliyyətlərini daha inamla davam etdirirlər. Belə ədiblərimizdən biri 75 illik yubileyini qeyd etdiyimiz xalq yazıçısı, publisist, kinossenarist Anar müəllim-dir.

“Anar” deyiləndə, gözümün qabağına bir Ana yol gəlir. Bu yol “Keçən ilin son gecəsi”ndən baş alıb,”Otel otağı”na gəlib çıxır. Bu yolda böyük-kiçik yüzlərcə yol və cığır kəsişir. Bu yolu ayaq üstə tə-səvvür edə bilsək, qollu-budaqlı, çoxşaxəli nəhəng bir ağaca bənzəyər. Bir ağac–bir orman! Bu yolu lən-gərli, dolu, uzun bir çaya da oxşatmaq olar. Dağlar-dan, dərələrdən, düzlərdən keçib, dənizə yaxınlaşan-

Page 36: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

36

da neçə-neçə kiçik çaylara bölünən, delta yaradan bir çaya! O çay–Anar olsa, o delta onun əsərləridir. Də-niz də bizik! Oxucular!” Bu sözlərin müəllifi sevimli şairimiz Fikrət Sadığın bu sözlərini şərik olub bir oxucu kimi Anar müəllimin yaradıcılığından bəhrə-lənərək bu məqaləni yazmağa cəsarətlənirəm.

Bu gün tam əminliklə deyə bilərəm ki ən savadsız azərbaycanlı belə Anar müəllimi tanıyır və ehtiram bəsləyir. Səbəbi onun əsl mənada ziyalı olmasında həm də yaradıcılığı ilə hər bir sadə vətəndaşın tanış olmağındadır.

Bildiyimiz kimi kino sənəti XX əsrin ən populyar incəsənət növü olmuşdur. Məhz kinofilmlərlə sənət adamları milyonların evinə daxil olur, populyarlaşır, sevilir. Anar müəllim də Azərbaycanfilmin çəkdiyi bir neçə filmin ssenaristidir.Onun ssenarisi əsasında çəkilmiş iki hissəli “Dədə Qorqud” filmi 80-ci illə-rin ən sevilən filmlərindən olmuş, çoxmilyonlu azər-baycan tamaşaçısı bu filmin sayəsində möhtəşəm türk dünyasına məxsus olan abidəni sevmişdir.

“Gürcü familiyası” əsəri əsasında çəkilmiş “Gün keçdi” filmi Azərbaycan kino tarixində melodrama janrında olan ilk və ən çox sevilən filmdir. Hər bir küçəsində xatirələr olan İçərişəhəri Oqtayla dolaşan Əsmərin nakam və saf məhəbbəti tamaşaçıda senti-mental düyğular oyadır. Hər bir insana yaşadığı və çox zaman nakam olan ilk məhəbbətini xatırladan bu ekran əsəri melodrama janrında çox az, lakin yük-sək sənətkarlıqla çəkilmiş filmlərimizdəndir.

Page 37: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

37

Nakam məhəbbət mövzusuna “Təhminə və Zaur” dramında da müraciət edilmişdir. Azərbaycan Aka-demik Milli Dram Teatında anşlaqla tamaşaya qoyu-lan əsər tezliklə Azərbaycan tamaşaçısının ən çox maraqla baxdığı səhnə əsərinə çevrildi. Müəllif bu mövzuda roman yaradır. 1965-ci ildə yazdığı “Ağ li-man”povestində yaratdığı Təhminə obrazını 1974-1978-ci ildə yazdığı “Beşmərtəbəli evin altıncı mər-təbəsi” romanında inkişaf etdirir. Romanın adı ilk növbədə oxucularda maraq doğurur. Təbii ki, beş-mərtəbəli binanın altıncı mərtəbəsi ola bilməzdi. Mü-əllif də bunu xüsusi vurğulayır altıncı mərtəbə qəhrə-manların reallıqdan uzaq xülyasıdır. Çünki onların sevgisinin qarşısına manelər çıxır, Zaurun anası Zi-vər xanım başda olmaqla ailə, qohumlar hər kəs on-ların əleyhinədir. Qəhrəmanların bu cəmiyyət stan-dartından uzaq, yəni beşinci mərtəbədən kənar altıncı mərtəbəsi də olmalı idi. Lakin bu gerçəklikdə müm-kün deyildir. Romanın sonunda Zaurun iş yoldaşı Məmməd Nəsir belə deyir: “Əgər adamlar başa düş-səydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki”…. Elə realıq da bunda idi, müəllifin oxuculara çatdırmaq istədiyi də budur; hər kəs cəmiyyətin yaratdığı qanun çərçivəsindən kə-narlaşmaq istəsə, altıncı mərtəbə xəyal olaraq qala-caq. 90-cı illərin əvvəllərində romanın əsasında “Təhminə” adlı film çəkilmiş və bu film də Azərbay-can film kinostudiyasının uğurlu filmlərindən olmuş-dur. Film “Təhminə”adlansa da Azərbaycan tamaşa-

Page 38: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

38

çısı “Təhminə və Zaur “adlandırır. Səbəb Zaur rolu-nun ifaçısı olan xalq artisti Fəxrəddin Manafovun ciddi, düşüncəli siması yüksək aktyorluq ifasıdır. Hər filmi sevdirən keyfiyyətlərdən biri də filmə ya-zılmış musiqidir. Rafiq Babayevin ifa etdiyi Emin Sabitoğlunun bəstələdiyi “Əlvida” mahnısının sözlə-ri də Anar müəllimə məxsusdur.

Mən səni izlədim, günah tək izlədim. Hər səhər, hər axşam yolunu gözlədim. Sevginin günah tək izləndiyi zaman qəhrəmanla-

rın xoşbəxtliyi mümkünsüzdür. Anar müəllim cox müxtəlif xarekterli insan obrazları, xarekterlər polit-rası yaradıb. Obrazların psixoloji keyfiyyətlərini aç-maq, onların daxili aləminə daxil olmaq ustalığına malik olması insan psixologiyasına yaxşı bələd ol-masından irəli gəlir. Anar müəllimin yaradıcılığının əsas motivi real insan xarekterləri yaratmaqdır. Biz bunu “Ağ liman”da Nemətin fəlsəfi düşüncələrində, Zaurun Təhminənin ünvanına yazdığı məktubda ay-dın görürük.

Müxtəlif xarekterli obrazlardan biri də “Dantenin yubileyi” povestində yaratdığı istedadsız aktyor Fey-zulla Kəbirlinskidir. Oxucu bu obrazı nə ələ salır, nə də gülür. Sadəcə ona acıyır. Nədən? Çünki sənət vur-ğunu olan, ömrünün qırx ilini buna sərf edən, hətta vaxtilə bu sənətə görə atası tərəfindən rədd edilən Feyzulla, əslində, bu gün də sənətin fədaisi olan, la-kin öz yerini tapa bilməyən aktyorların ümumiləşmiş

Page 39: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

39

obrazıdır. Povestin sonunda həyat yoldaşı ilə Dante-nin yubileyinə gedən və aldadıldığını görən Feyzul-lanı hər zaman acılayan yoldaşı Həcər düşdüyü və-ziyyətdən çıxarmağa çalışır. Həcər obrazı da oxucu-nun rəğbətini qazanır.

Anar müəllimin çoxşaxəli yaradıcılığına bu məh-dud çərçivədə nəzər salmaq mümkün deyildir, lakin onun 2003-cü ildə yazdığı “Ağ qoç,qara qoç” adlı utopik və antiutopik nağıllar adlandırdığı əsəri ədə-biyyatımızda bu janrda yazılmış ilk əsər kimi diqqəti çəkir.

Adından görüldüyü kimi əsər nağılvarı yazılmış və iki hissədən ibarətdir. Əsərin qəhrəmanı Azərbay-can xalq nağıllarının qəhrəmanı olan Məlikməmmə-din adaşı olan jurnalist Məlik Məmmədlidir. Birinci nağıl ağ qoçun işıqlı dünyasında baş verən hadisələr fonunda cərəyan edir. Birinci hissəni oxuyan oxucu yazıçı təxəyyülü vasitəsilə xəyalən gözəl gələcəyə qiyabi səyahət edir. Buradakı hadisələr Bakıda cərə-yan etsə də, lakin bizim tanıdığımız şəhərdən fərqli-dir. Himn səsinə yuxudan duran Məlik Məmmədli bilir ki, indi ölkənin on iki əsas radio-televiziyasında səslənən bu himni Dərbənddən Həmədana, Qazax-dan Qəzvinə kimi milyonlarla insan qururla dinləyir. Bunları oxuyan oxucunun gözlərinin qarşısında bö-yük bütöv Azərbaycan canlanır. Müəllif şəhərin, baş memar kimi, hər bir küçəsini tanıyır, oxucunun nəzə-rində canlandırır. Burada prospekt və xiyabanların azəri türk dünyasının görkəmli xadimlərinin adı ilə adlandırılması müəllifin arzusunun ifadəsidir. Oxu-

Page 40: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

40

cunun gözləri qarşısında əzəmətli türk şəhəri canla-nır və hər bir oxucu o şəhərin sakini olmağı arzula-yır. Şəhərdəki məşhur yeddi bulvar Qaraqoyunlu, Qarabağ, Yeddi gözəl, Araz, Aşıqlar, Füzuli, Xəzər adlanır. Milli baş məqbərədə böyük dörd siyasi xadi-min: M.Ə.Rəsulzadənin Ankaradan, Ə.B.Topçuba-şovun Parisdən, F.Xoyskinin Tiflisdən, N.Nərima-novun isə Moskvadan gətirilmiş nəşləri dəfn olunub. Nəsiminin, Füzulinin, Mirzə Fətəlinin nəşləri də Ba-kıya gətirilib, şəhərin dağlıq hissəsində türbələri ucaldılıb. Hökümət evi “Odlar sarayı” adlanır, dörd qülləsində on altı məşəl yanır. Bu məşəllər Qüzey-Güney Azərbaycanın tarixi xanlıqlarını təmsil edir.

İkinci hissədə oxucu qara qoçun qaranlıq dünya-sında Məlik Məmmədlinin timsalında başına gələn məcaralarla tanış olur. Məlik Məmmədlinin siyasi çəkişmələr nəticəsində doğma şəhərindən, ailəsindən uzaq düşməsi, neçə illik ayrılıqdan sonra üç yerə bö-lünmüş Bakıya gəlişi fonunda hadisələr işıqlandırılır. Şəhəri müəllif simvolik olaraq bayrağın rənginə görə üç yerə bölür. Birinci zona Behişti-badikubə, ikinci zona Bakı kommunası, üçüncü zona Bakü-siti adla-nır.

Hələ keçən əsrin əvvəllərində üçrəngli bayrağın ideyasını verəndə Əlibəy Hüseynzadə məhz xalqını milli türkçülük ənənələrinə sadiq, islamı elmi cəhət-dən dərk edən, müasir dünyaya elmlərlə inteqrasiya etməyi bacaran bir nəslin yetişməsini arzulamışdı. Düzdür, indiki dövrdə bu ideyanı rəhbər tutan gənc-lər vardır, amma məsəl var bir güllə bahar olmaz.

Page 41: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

41

Son dövrlərdə cəmiyyətdə baş verən qütbləşmə ay-dın hiss olunmaqdadır. Bəzi gənclər islam dinini fa-natikcəsinə qəbul edib onun elmi mahiyyətindən uzaqlaşırlar, özlərini cəmiyyətdən təcrid edirlər. Di-gər qrup türkçülük ideologiyasına qapılaraq milli kökdən uzaqlaşıb az qala qurd totoniminə büt kimi sitayişə keçirlər. Əksər şəhər gəncləri isə kosmopolit düşüncə ilə sırf qərbin bütün mənfi əxlaq normalarını təqlid etməyə, müasirliyə yalnız bayağı əyləncələrdə kortəbii şəkildə mənimsəməklə nail olmağa çalışır-lar. Təbii ki, bu bir ziyalı kimi Anar müəllimi nara-hat etməyə bilməzdi. Bu səbəbdən onun utopik nağıl janrından istifadə edərək yazdığı “Ağ qoç, qara qoç”əsəri ideya baxımından müasir dövrümüz üçün olduqca aktual əsərdir.

Bu gün 75 illik yubileyi qeyd olunan Anar müəlli-min çoxşaxəli yaradıcılıq yoluna nəzər salsaq, onun həm yazıçı, həm publisist, həm də kinossenarist ol-maqdan savayı bir ictimai xadim kimi də xalqına et-diyi xidmətləri saymaqla qurtarmaz. Mən bir oxucu kimi Anar müəllimi ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür can sağlığı arzulayıram.

Sözümü Anar müəlimi yaxından tanıyan şairə So-na Xəyalın onun barəsində dediyi sözlərlə bitirmək istərdim: “Xoşbəxt adamdırmı Anar? Yox. Bədbəxt adamdırmı? Yox. Alllah adamıdırmı? Bunu bilmi-rəm. Ancaq tamamilə dəqiq bilirəm ki, ateist alim-dən, fanatik dindardan qat-qat artıq Allah adamıdır. Bax, bu mənada nə ateist, nə də dindar olmasa da, Anar Allah adamıdır”.

Page 42: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

42

ÖLƏNDƏ KƏFƏNİM İKİQAT OLSUN.... Azərbaycanın zorla iki yerə bölünməsi təkcə xal-

qın həyat tərzinə deyil, o cümlədən ədəbiyyatına da təsirsiz olmayıb. Ənənəvi klassik ədəbiyyatmız şi-malda rus, cənubda fars ideologiyasının təsirinə mə-ruz qalmışdır. Bütün bunlara baxmayaraq XX əsrdə cənublu-şimallı şairlərin ədəbi yazışmaları müəyyən dərəcədə ədəbiyyatın əlaqəli inkişafına səbəb olmuş-dur.

Düşünürəm ki, cənubdakı hadisələrin şahidi olan qələm sahibləri olmasaydı, Qüzey Azərbaycanda on-ların səsinə səs verən Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Məm-məd Arazın cənub şeirləri yaranmasaydı, indiki nəs-lin vətəndaşlıq tərbiyəsi yarımçıq olardı. Cənubda doğulan, lakin ömrünü, yaradıcılığının çoxunu şimal-da davam etdirən Mirzə İbrahimov, Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Tudə, Hökümə Bülluri, Söhrab Tahir kimi ədiblər öz şəxsi həyatlarında vətən yanğı-sını yaşadıqlarından yaradıcılıqlarında bunu dolğun əks etdirə bilmişlər.

Xalq şairi Söhrab Tahir dünyanın döyüşkən, inqi-labi poeziyasının, ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında dayanır. Şairin yaradıcılığı

Page 43: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

43

güneyli-qüzeyli Azərbaycanın ədəbi ənələrinin müş-tərək özülü üzərində yüksəlir.

Əslində Söhrab Tahir hərbi sərkərdə olmaq ömrü-nü milli müstəqilliyin qorunmasına sərf etmək istə-yirdi. Bu məqsədlə inqilab rəhbəri Seyid Cəfər Pişə-vəri bir neçə gənclə Söhrab Tahiri SSRİ-yə hərbi məktəbə oxumağa göndərmişdir. Azərbaycan Milli Höküməti irtica nəticəsində boğulanda Söhrab kimi gənclərin də arzusu məhv oldu. Lakin ona hərbi sər-kərdə olmaq qismət olmasa da, o, qələmini süngüyə çevirib ədəbiyyatın, sözün əsgərinə, sərkərdəsinə çevrildi.

Mən iki ölkənin vətəndaşıyam, İki taleyimi gərək yaşayam. –

deyən şair yaradıcılığı boyu yaşamağa məcbur oldu-ğu iki taledən gileylənir. Müxtəlif mövzularda həm nəsr həm də nəzm əsərləri yazsa da, yaradıcılığının əsas qayəsi olan bütöv Azərbaycan ideyasını bütün həyatı boyu davam etdirir. Onun cənub şəhərlərinə xitabla yazdığı “Təbrizim”, ”Ərdəbil”, ”Mərənd” şe-irləri buna misal ola bilər.

Şairi xalqına sevdirən dillər əzbəri olan: İkiyə bölünməkdən elə qorxuram Çöpü də ikiyə bölmərəm daha!.. –

Page 44: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

44

misralarıdır ki, onunla yaradıcılığına möhür vurmuş-dur.

Cənub mövzusu Söhrab Tahirin təkcə şeirlərinin deyil, nəsr əsərlərinin də əsas mövzusudur. O, müx-təlif movzuları əks etdirən bir çox hekayə, roman, povest müəllifidir. Əsərləri həm cənub, həm də şi-maldan bəhs edir.

Bəzi əsərlərinin qəhrəmanları həm cənub, həm də şimaldakı hadisələr fonunda təsvir edilir. Buna misal “Sevgi qurbanı” povestinin qəhrəmanı gənc şair Mə-həmməd obrazını göstərə bilərik. İrandakı hadisələr zamanı Şimali Azərbaycana mühacirət etmək məc-buriyyətində qalan Məhəmməd burada da Sibirə sür-gün edilir. Həyatı boyu həm vətən, həm sevgilisinin, həm də üzünü görmək belə qisməti olmayan övladı-nın həsrəti ilə yaşayır. Əsərin sonunda bəraət alan şa-ir, qoca vaxtında Təbriz həsrətinə son qoysa da, artıq ona həyat yoldaşının qəbrini ziyarət etmək nəsib olur. Ədib gənc şair Məhəmmədin timsalında müha-cir ömrünü yaşayan minlərlə soydaşımızın məşəq-qətli həyatını ümumiləşdirmişdir.

Söhrab Tahir cənubdan bəhs edən “Zəri”, ”Əma-nət”, ”İki müttəhim”, ”Fədai generalı” kimi povestlə-rində də müxtəlif səpkili insan taleləri yaratmışdır.

Söhrab Tahir poeziyasına gəldikdə isə son dərəcə nisgilli olmasının əsas səbəbi gənc yaşlarında doğ-malarından, ələlxüsus, anasından ayrı düşməsidir. Anasına qovuşmağın əlçatmazlığı onun “Yuxu” şei-rində təsirli ifadəsini belə tapır:

Page 45: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

45

Bu gecə yuxuda Anamı görmüşəm. Üzündən öpmüşəm, Gözündən öpmüşəm. Şair “Anamı könlüm istəyir” şeirində də bu ayrılı-

ğa səbəb olanlara etiraz səsini ucaldır: Çək yumşaq məslərini ayağına, Gəl Arazın qırağına. Qoymasalar sən yalvarma, Gəl Vyetnamda biz görüşək, Gəl Almanda biz görüşək. Bizim sərxoş ağaların Ürəyi dar, gözü dardır, Ancaq yadda, əcnəbidə insaf vardır. Müstəqillik əldə etdikdən sonra sərhədlər açılanda

minlərlə həmvətənlər kimi Söhrab Tahirin də hicra-nına son qoyulur. 45 illik ayrılıqdan sonra yaşlı şairlə qoca anasının görüşünə hətta ziyalılar şahidlik edir. Bu görüş münasibətilə şeirlər yazırlar. Bu görüş ana-oğul timsalında güneyli-qüzeyli vətənin vüsal günü idi. Şairin “Anam gəlir” şeirindəki kövrək misralarda bu hicranın böyüklüyünü anlamamaq mümkün deyil:

Bir gəmi ağarır qara baxtımda, Həsrət limanına yan alır gəmi. Necə yazıqlaşıb, necə qocalıb Anamın üzündə ana görkəmi.

Page 46: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

46

Ana hicranına vüsalla son qoyan sənətkar! Allah bütöv Azərbaycan arzunu da gerçəkləşdirsin. Şairin xalqına müraciətlə yazdığı bir çox şeirləri olsa da, la-kin “Öləndə”şeiri bir and kimi səslənir:

Öləndə kəfənim ikiqat olsun, Mən həm o tayınam, həm də bu tayın. Qoy bütün dünyaya belə yayılsın, Öləndən sonra da, birlik harayım.

Page 47: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

47

YAXŞI KI, DÜNYADA YAŞAYIRAM MƏN…. Çağdaş poeziyamızda özünəməxsus dəsti-xətti

olan şairlərimizdən biri də Fikrət Qocadır. Hələ so-vet dönəmində ədəbiyyata gəlsə də, bugünkü müasir dövrümüzdə də orijinal əsərləri ilə çağdaş poeziya-mızı zənginləşdirməkdədir.

Yaradıcılığının ana xəttini sevgi mövzusu təşkil etsə də, ən adi insan duyğularından tutmuş dünyanın qlobal problemlərinə qədər müxtəlif məsələrə toxun-muşdur. Fikrət Qoca insan duyğularının zəngin po-litrasını yarada bilən sənətkarlardandır. O insanı yük-sək qiymətləndirən şairdir. Onun “Yazıq Musa”, ”Xoş gördük”, ”İnsan” şeirləri”ndə və İnsan səviyyə-si” poemasında insana xas olan ali keyfiyyətlər təbliğ olunur. Bəzi insanlarda olan mənfi xüsusiyyətlər, xü-susən yaltaqlıq, yalançılıq, rüşvətxorluq kimi hallar onun “Yalançı Məhəmməd ,”Bağışlanmaz”, Rüşvət-xorlar”, ”Qaranlıq adam” kimi şeirlərində tənqid olu-nur. İnsanlarda görmək istədiyi cəsarət, mərdlik, səbr kimi keyfiyyətlər “Təpər istər”, ”Dözüm ver”, ”Qalx ayağa”, ”Ağlama” şeirlərində əksini tapır. ”Ağlama” şeiri həyatının çətin anlarını yaşayan hər bir insan üçün bir təsəllidir. Bu şeir ilə şair, hər hər hansı problemi ağlamaqla deyil, səbrlə, cəsarətlə həll et-məyin yolunu göstərir.

Page 48: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

48

Ağlamağı bacarırsan bilirəm, Gözlərinin yaşını bir silsənə. Bir yol de ki ağlamıram, gülürəm, Bata bilməz tufan sənə, sel sənə. İnsanlara olan humanist münasibəti qadına olan

münasibətində də əks olunub. O, milli mənsubiyyə-tindən asılı olmayaraq dünyanın bu zərif yaradılışına böyük ehtiramla müraciət edir. Onun “Ərəb qızı”, “Qaraçı qız”, ”Zənci qız”, “Qaçqın gəlin”, ”Diplo-mat arvadı”, ”Yol verin” şeirlərini göstərmək olar. Xüsusən, bu “Qadın“ şeirində gözəl bədii ifadəsini tapır:

Həmişə arzudur, bahardır qadın, Qadın gözəlliyi daşqındı, daşar. Bir nəğmədir qadın, küləkdir qadın, Baharda hər bəndi-bərəni aşar. Yaradıcılığının əsas motivi olan məhəbbət mövzu-

su yaradıcılığının ilk dövrlərindən bu günkü günə qə-dər akyual olmuşdur.”Gizli sevgi” şeirinə nəzər ye-tirsək görərik. Məgər aramızda hər kəsdən, hətta sev-diyi insandan belə gizlətdiyi sevgini yaşadanlar az-mıdır? Bu səbəbdən çoxsaylı oxuculara tanış olan bu hisslər Fikrət Qoca poeziyasının kütlə tərəfindən se-vilməsinə səbəb olmuşdur. “Sənsiz” şeiri də çox se-vilən şeirlərdəndir. Çünki burada təsvir olunan hiss-

Page 49: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

49

lər hamımıza tanışdır. Məgər insan kütləsi arasında özümüzü yalqız hiss etdiyimiz anlar azmı olur?

Sənsiz üşüyürəm büryan istidə, Sənsiz söhbətlərdə yersiz sözəm mən. Bəzən haylı-küylü bir məclisdə də Qəribəm, tənhayam, kimsəsizəm mən. Fikrət Qocanın yaradıcılığında son illərdə tez-tez

müraciət etdiyi mövzulardan biri də tənhalıq, qocalıq kimi mövzulardır. “Tənhalıq”, “Tənha ağac”,”Yaş o yaş deyil”,”İkinci görüş”,”Heyfini al” və s. bu kimi şeirlərdə bunu aydın görmək olar. ”Gecələr məni...” şeirində bu motiv daha qabarıq verilib. Həm də fəlsə-fi düşüncələrdir....

Ən yaşlı adam da gecə uşaqdır, Tənhalar ölümlə vuruşur hər an. Gecələr zülmətə qərq olacaqdır, Tənhalar getsələr əgər dünyadan.... Buna ədəbi tapıntı da demək olar. Qocalıqdan gi-

leyli şeirlərindən “Bir vaxt”, ”Qocalıram “,”Qoca ağaclar” adlı şeirlər oxucunu həm düşündürür, həm də kövrəldir. Xüsusən, “Qoca ağaclar” şeiri.

Sənətkar sadə təbiət hadisəsini ağacın qocalmasını elə təsvir edir ki, oxucu bu zamana qədər əhəmiyyət vermədiyi bu təbii prosesi dərindən dərk edir və qoca ağac timsalında qocalığa acıyır.

Page 50: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

50

Yazıq, ağacların qocasına yazıq... Məhkumdur ölməyə, utanır yaşadığına. Meşəbəyi də qıymır ona, İnsan deyil, özünü qayadan ata, Ağacdan asa. Fikrət Qoca yaradıcılığına kiçik çərçivədə nəzər

salsaq, burada insanpərvərlik, insana humanist mü-nasibətin yer aldığını görürük. Bu həm də bir az fəl-səfi, bir az da kövrək poeziyadır. Onun “Yaxşı ki...” şeiri özünü ifadəsidir.

Yaxşı ki,dünyada yaşayıram mən, Bir insan adını geyib əynimə. Bir insan ömrünü alıb çiynimə, Günlərdən-günlərə daşıyıram mən. Heç mən olmasam da, boş qalmaz yerim, Min Fikrət tapılar tanışa, yada. Mənim öz sevincim, mənim kədərim, Yetim qalacaqdır gözəl dünyada. Lakin mən deyərdim ki, olmasaydınız əgər Azər-

baycan poeziya meydanında Fikrət Qoca səngəri boş qalardı.....

Page 51: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

51

AYRILIQ VAR SONU ŞIRIN VÜSALDIR.... Artıq müstəqilliyimizin 20 yaşı var. Deməli artıq

yeni bir nəsil yetişib. Müasir düşüncəli, köləlik prin-sipindən azad bir gənclik formalaşıb və bu çox se-vindirici haldır. Hələ keçən əsrin əvvəllərində üç rəngli bayrağımızın ideyasını verən görkəmli ziya-lımız Əlibəy Hüseynzadə xalqımızı belə görmək is-təyirdi: müasirləşmək, türkləşmək, islamlaşmaq! Hə-qiqətən, bu gün türkçülüyə söykənən, islamı elmi cə-hətdən anlayıb qəbul edən, müasir dünyaya inteqrasi-yanı bacaran gənclər vardır.

Lakin hər quruluşun yaranması, dağılması prosesi cəmiyyətdə təzadlara səbəb olur. 90-cı illərdə Sovet quruluşunun dağılmasının paralel olaraq müharibə-nin gedişinin, bazar iqtisadiyyatına keçidin, cəmiy-yətdə baş verən təbəqələşmənin ilk növbədə insanla-rın mənəviyyatına böyük təsiri olmuşdur. Məlumdur ki, ədəbiyyat mövcud idelogiyanı əks etdirir. İflasa uğramış Sovet sistemi ilə birlikdə onun idelogiysını əks etdirən bəzi ədəbiyyat da köhnəlmiş ədəbiyyat kimi sıradan çıxır. Artıq ədəbiyyata gələn yazarların üzərinə böyük məsuliyyət düşür. Müharibə gedən dövlətdə vətənpərvərlik ideyasının təbliği, pulun ha-kim olduğu cəmiyyətdə mənəvi iflasın qarşısının alınması, teleməkana yol açan qərb dövlətlərinin se-riallarındakı baş gicəlləndirici komfort həyat bir çox

Примечание [П1]:

Page 52: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

52

insanlarda, xüsusən, gənclərdə asan yolla varlanmaq xülyası yaradır.

Belə bir dönəmdə çağdaş ədəbiyyatmızda zama-nın nəbzini tutan yazarlardan biri də Varisdir. Onun “Sonuncu ölən ümidlərdir” romanı müstəqil Azər-baycanın yüksək tirajla satılan kitabıdır. Böyük oxu-cu kütləsini cəlb edən müəllifin kitab üzərində oxu-culara ünvanladığı müraciətidirmi: “Kitab oxumağın vaxtı yetişdi!” Yoxsa oxucuların gerçəkliyi ədəbiy-yatda görmək istəyi? Bu suallara cavab tapmaq üçün romanı oxuyub bir oxucu kimi münasibətimi bildir-məyi borc bildim.

Əvvəla romanın adı hər bir insanın ehtiyacı oldu-ğu, ən çətin anlarında arzuladığı, onu heç zaman öl-məyə qoymadığı ümidlərdir. Sonsuz ümidlər... Bir deyimi hər birimiz eşitmişik: ümid sonda ölür! Lakin hansı birimiz ümidimizin öldüyünün şahidi olmu-şuq? Deməli, ümid ölmür, çünki ölünün də qiyamət-də dirilmə şansı varsa əgər, biz insanların yaratdığı ümidin ölümsüzlüyü labüddür.

Romanı oxunaqlı edən onun hər bir oxucunun ba-şa düşəcəyi tərzdə sadə dildə yazılması, oxucunu yormamaq üçün fəsillərə bölünməsidir. Hər bir fəsil müəyyən müəllifin şeiri ilə başlayır ki, bu da hər fəs-lin mövzusuna uyğundur.

Romanın qəhrəmanı Nailə adlı gənc və gözəl qız-dır. Əslində, Nailə obrazı müəllifin ideallaşdırdığı müsbət qadın obrazı deyil. Təbii ki, şifahi xalq ədə-biyyatında Burla xatundan başlamış klassik ədəbiy-yatda Nüşabə, Şirin kimi obrazlarla, Sovet ədəbiyya-

Page 53: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

53

tında Aygün, Əfsanə, Nuriyyə kimi qadın qəhrəman-larla müqayisə olunan obraz ola bilməz.

Bəs Nailə kimdir? Gözəlliyini xoşbəxtliyi üçün deyil, öz əleyhinə silah kimi istifadə edən yüzlərlə qızlardan biri. Nəfsinin quluna çevrilən, qatil səviy-yəsinə çatan, sevgisi intiqamla əvəz olunan, mənən məhv olan gənc bir qız! Romanın əvvəlində Nailə Modalar evi açmaq arzusu ilə yaşayan kasıb bir qız-dır. Bu arzusunu gerçekləşdirmək üçün çoxlu miq-darda pul lazımdır. Bu pul 20 yaşlı, kasıb atası tərə-findən atılan qız üçün reallıqda mümkün deyil. O, bunun üçün Abbas Şeyxzadə kimi dırnaqarası ziya-lının çirkin təklifini qəbul edir, özünü başlayan azğın selin qarşısına atır, taleyinin dönəmini dəyişdirir. Nailəni zindana qədər aparan, qatil olmasında yalnız səbəb nəfsidirmi? Əlbəttə, birinci düşməni nəfsi olsa da, ətraf mühitin də insanın şəxsiyyət kimi formalaş-masında taleyində rolu böyükdür. Nailənin ətrafında-kılar kimlərdir? Nailənin taleyində mənfi rol oyna-yan, ilk əvvəl onun ailəsi, xüsusən, atası İftixardır. Müəllif bu adı təsadüfü seçməyib. Adı İftixar olsa da, nə özü nə də ailəsi üçün iftixar olmayan ata! Ət-rafımızda azdırmı İftixar kimi ailəsini taleyin ümidi-nə atıb, başqa millətlərin nümayəndələrində xoşbəxt-lik axtaranlar. İftixar da yüzlərlə belə məsuliyyətsiz ataların ümumiləşmiş obrazıdır. İkinci məsuliyyətli şəxs Nailənin anasıdır ki, ailənin yükünü 20 yaşlı qı-zın çiyinlərinə yükləyərək, orta təhsilli qızın bu qə-dər pulu hansı vasitə ilə qazanması ilə maraqlanmır. Haqlı olaraq, Nailə əsərin sonunda ailəsi ilə görüş-

Page 54: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

54

dən imtina edir və bədbəxtliyində onların da rolunun olduğunu bildirir. Nailəni qatil olmaq dərəcəsinə çat-dıran Abbas Şeyxzadə bəs kimdir? Gənclərə mənəvi ata olmaq əvəzinə, onların düşdüyü çətin viəziyyət-dən öz çirkin məqsədi üçün istifadə edən yüzlərlə dırnaqarası iş adamlarının, üzdəniraq ziyalıların ümümiləşmiş obrazı. Nailə Abbas Şeyxzadəni qətlə yetirməklə oğurlanmış səadətini geri qaytarmasa da, ömrünün ən gözəl 8 ilini zindanda çürütsə də, bir da-ha hər bir cinayətin cəzasız qalmayacağını sübuta ye-tirmək istəyir.

Əsərin ikinci qəhrəmanı İlqar məhəbbətə əyləncə kimi baxan, məqsədli nikah quran tamahkar gənclə-rin tipikləşmiş obrazıdır. Sevgisi üçün mübarizə aparmağa cəsarəti çatmayan, lakin evlənəndən 10 gün sonra həyat yoldaşını atıb qaçan məsuliyyətsiz ərdir. O, təkcə Nailəni bədbəxt etmir, eyni zamanda evləndiyi qızı xoşbəxt etməyi bacarmayan, işsiz, be-kar həyat keçirən ailə başçısıdır. Əsərin sonunda ar-tıq içkiyə qurşanan İlqar mənəvi böhran keçirir. İlqa-rın ailəsi, üç övladı olsa da, özünü hər zaman bəd-bəxt hiss etməsi onun ilk məhəbbətinə olan vəfasızlı-ğının cəzasıdır.

Mənfi obrazlardan biri də qadın dəllalı Rufadır. Bu sirr deyil ki, Rufa kimilər yüzlərlə gənc qızların düşdüyü hər hansı vəziyyətdən istifadə edərək, Nai-lə kimi əxlaqsızlıq çirkabına yuvarlanmasına səbəb olurlar. Nailənin Rufa ilə təsadüfi tanışlığı Nailənin İlqarla ikinci dəfə xoşbəxt olmaq şansının itirməsinə səbəb olur

Page 55: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

55

Nailə və İlqar süjetində digər qadın obrazı Səidə-dir. Səidə ailəli olsa da, əri tərifindən sevilmədiyi üçün özünü xoşbəxt hiss etməyən qadındır. Sadə-lövhlüyündən Nailənin qurduğu intiqam toruna dü-şən, əri tərəfindən faciəli şəkildə qətlə yetirilən, arxa-sınca üç ağlar körpəsi qalan Səidə, əslində, atasının və həyat yoldaşının günahlarının qurbanı olur.

Nailə romanın ikinci hissəsində təsadüf nəticəsin-də varidat sahibi olan, ilk gənclik arzusunu gerçək-ləşdirən, Modalar evinin sahibəsi olan iş qadınıdır. Lakin xoşbəxtdirmi? Əsla! Xoşbəxtlik də zamanında olmayanda elə bil insanlardan intiqam alır. İlğım ki-mi uzaqdan hər kəsi aldadır. Finalda Səidənin ölü-mündən, İlqarın həbsindən sonra Nailənin bu şəhəri tərk etmək qərarına gəldiyini görürük. O, bu şəhərdə İlqarla bağlı xatirələrlə, həm də utanc gətirən keçmi-şi ilə rastlaşmaq istəmir. Əfsus ki, insan hara gedir-getsin, öz-özündən, keçmişindən onu heç bir nəqliy-yat uzaqlaşdıra bilməz. Həm vicdanının səsi, həm də nisgilli xatirələr onu qoymaz.

Əsərin əsas ideyası nəfsə qul olmamaqdır. Dahi fi-losof Sokrat demişkən, Allahlıq edərsən, nəfsi saxla-san. Əsər gənclərdə saf hissləri, sədaqət, etibar kimi xüsüsiyyətləri qorumağı aşılayır. Bir daha subut edir ki, itirilmiş məhəbbəti, səadəti heç bir zaman geri qaytarmaq mümkün deyil. Nailə ilə İlqarın ilk gənc-liklərində etdikləri səhvlər əbədi ayrılığlarına səbəb olur. Burda mərhum xalq yazıçımız Əlibala Hacıza-dənin məşhur əsərinin epiqrafı yada düşür: “Ayrılıq var sonu yoxmuş, ay aman!”....

Page 56: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

56

TƏDBİRLƏRDƏN

“ƏLİLİ-ƏLİSİZ GÜNLƏR” Mayın 30-da Azərbaycan Yazıçılar Birliyinin

“İrs” komissiyası Natəvan klubunda tanınmış uşaq yazıçısı Əli Səmədlinin 80 illik yubileyini keçirdi. Tədbiri giriş sözü ilə xalq şairi Fikrət Qoca açaraq İrs komissiyasının son vaxtlar gördüyü işlərdən; ke-çirdiyi tədbirlərdən və təqdim etdiyi kitablardan söz açdı. Sonra yazıçı dostu Əli Səmədlinin səmimi, saf insan olduğunu, Göyçayda “Arvan” kitabxanasını təşkil etdiyini, hər il orada uşaqlar üçün müsabiqələr keçirdiyini qeyd edərək, onun yaradıcılığına keçid alıb, onunla bağlı məqalələrin toplandığı “Əlili-Əli-siz günlər” adlı kitabı tədbir iştirakçılarına təqdim et-di və yığıncağı aparmağı İrs komissiyasının sədri, ki-tabın tərtibçisi Sona Xəyala həvalə etdi.

Sona Xəyal yazıçının həyat və yaradıcılığı haqqın-da qısa girişdən sonra sözü kitabın redaktoru, Əli Sə-mədlinin qırx illik dostu, şair Alməmməd İsgəndərli-yə verdi. O da Əli Səmədli haqqında keçən günlər-dən söz açdı. Yazıçının yurd təəssübkeşliyindən bəhs edərək, onun Göyçayda gördüyü işlər barəsində mə-lumat verdi. Tədbirdə yazıçı-publisist Xeyrəddin Qo-ca, fəlsəfə elmləri namizədi Əminə Tuncay, şairlər-dən Abbas Abdulla, Oqtay Rza, Nafilə Abuzərli, Di-

Page 57: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

57

lavər Rəşidova, Hacı Loğman, Balayar Sadiq, Mədə-ni-maarif texnikumunun müəllimlərindən Namiq Rə-himov, şöbə müdiri Əbdürrəhman müəllim çıxış edib yazıçı haqqında dəyərli fikirlərini söylədilər. Tarix İnstitutunun doktorantı, yazıçının yaxın qohumu Ay-tac Şirəliyeva yazıçı ilə bağlı xatirələrini danışdı. Bayram Afurcalı yazıçı ilə dostluğundan, xatirələrin-dən bəhs etdi. Bakı Asiya Universitetinin müəllimi Zeynəb İbrahimova yazıçının yaradıcılığını əhatəli şəkildə təhlilə çəkdi. Tədbirin sonunda yazıçının qar-daşı Məhəmmədəli Səmədov tədbirin təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinə və tədbir iştirakçıla-rına dərin təşəkkürünü bildirdi.

Page 58: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

58

BALAŞ AZƏROĞLU – 90 Mayın 17-də Azərbaycan Yazıçılar Birliyinin

“İRS” komissiyası xalq şairi Balaş Azəroğlunun 90 illik yubileyini qeyd etdi. Tədbirdən əvvəl şairin dostları oğlu Arazla birlikdə Fəxri xiyabanda onu zi-yarət edib, ruhuna dualar oxuyub, məzarı üstünə gül dəstəsi qoydular.

Natəvan adına klubda birliyin sədri xalq yazıçısı Anar, katibi xalq şairi Fikrət Qoca, Balaş müəllimlə birliyin məsləhət otağında uzun illər birlikdə çalışan Fikrət Sadıq, şairin bu taylı, o taylı dostları, oğlu Araz, qohumları və oxucuları iştirak edirdilər. Tədbi-rin aparıcısı Fikrət Qoca Balaş Azəroğlunun həyat və yaradıcılığına qısa ekskursiya edib sözü məclis işti-rakçıkarına verdi. Şair Abbas Abdulla Balaş müəl-limlə keçən günləri yada saldı, onun heç zaman unu-dulmayacağını xüsusi vurğuladı.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru Sabir Nəbioğlu geniş mə-ruzə ilə çıxış edərək, Balaş Azəroğlunun həm o tay-da, həm bu tayda Azərbaycan xalqı üçün gördüyü iş-lərdən danışıb, onun əvəzsiz xidmətlərini dəyərlən-dirdi. Mühacir ömrü yaşayan şairin başına gələnlər, çəkdiyi əzab-əziyyətlər, eləcə də o tayda Milli höku-mətin yaradılmasında oynadığı rol, yaradıcılığında

Page 59: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

59

hərtərəfli əks olunan milli-azadlıq hərəkatı haqqında danışdı. Sonra şairin yaradıcılığını əhatəli şəkildə təhlilə çəkən Sabir müəllim məclis iştirakçılarını Ba-laş Azəroğlu yaradıcılığı ilə, Balaş müəllimin yaradı-cılığına çox bələd olmayanları belə bu böyük ədəbi irs ilə yaxından tanış etdi.

Fikrət Qoca Yazıçılar Birliyinin “İRS” komissiya-sının tədbir iştirakçılarına hədiyyə verdiyi “Balaşlı-Balaşsız” günlər kitabını təqdim edərək, onun tərtib-çisi, redaktoru və ön söz müəllifi Sona Xəyala söz verdi. Sona Xəyal kitabın yaranma səbəbini açıqla-yaraq dedi: ”2005-ci ildə Anar müəllimin təklifi ilə “İRS” komissiyasının Yusif Səmədoğlunun yubileyi-nə ithaf edilmiş “Yusifli-Yusifsiz günlər” adlı bir ki-tabı nəşr olunmuşdu. Bu kitabın adını da Anar müəl-lim vermişdi. Sonralar biz bunu bir silsilə kimi da-vam etdirmək qərarına gəldik. “Qabilli-Qabilsiz gün-lər”, “Balaşlı-Balaşsız günlər”, “Əlili-Əlisiz günlər” və c. kitablar nəşr olundu...”

Daha sonra Sona Xəyal Balaş müəllimlə dostlu-ğundan, ata-övlad münasibətindən, daim cənublu soydaşımız Yədulla Kənani ilə, yazıçı dostları ilə birlikdə şairə baş çəkməsindən söz açdı.

Oqtay Rza çıxış edərək, “İRS” komissiyasının son vaxtlarda fəallaşdığını, yubileylər keçirməsini, yeni kitablar təqdim etməsini xüsusi vurğuladı. Balaş Azəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə keçid alan şair onun yaşadığı çətin və keşməkeşli ömür yo-lundan bəhs etdi.

Page 60: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

60

Fəlsəfə doktoru, yazıçı, şair Mahirə Abdulla çıxış edərək, Balaş müəllimlə eyni otaqda oturduğunu, onu gözəl bir insan, ağıllı, mədəni, qayğıkeş bir yol-daş kimi tanıdığını qeyd etdi.

Cənublu qardaşımız, Balaş müəllimin mənəvi oğ-lu Yədulla Kənani şairlə qiyabi tanışlığından, onu görmək həsrətindən, nəhayət, onunla tanış olub dost-laşmasından danışaraq, şairlə bağlı xatirələrini məc-lis iştirakçılarına çatdırdı.

Tədbirdə digər cənublu soydaşlarımız, Balaş Azə-roğlunun şair və alim dostları, o cümlədən Arif Səfa, Əziz Musa, Məmməd Nəcəfzadə, Tariyel Ümüd, Nə-riman Qəhrəmanlı və başqaları çıxış edib xatirələrini iştirakçılarla bölüşdülər.

Tədbirin yekun sözünü xalq yazıçısı Anar söylədi: “Biz bu gün xalq şairi Balaş Azəroğlunun 90 illik yubileyinə toplaşmışıq. Nə yaxşı ki, biz bu yubileyi əliboş qarşılamırıq. Sona Xəyal Balaş müəllim haq-qında yazılmış məqalələri toplayıb bu kitabı nəşr et-dirib. Burada mənim də bir vaxt yazdığım “O taylı-bu taylı Azərbaycanın ağsaqqalı” adlı yazımı da ve-rib. Sona xanıma təşəkkür edirəm...”

Anar müəllim Balaş Azəroğlu ilə Mədinə Gülgü-nün onların ailəvi dostu olduğunu, tez-tez evlərində görüşdüyünü, onunla bağlı çoxlu xatirələri olduğunu və s. qeyd edərək, eyni zamanda bir şair kimi onu sə-ciyyələndirdi.

Sonda xatirə şəkilləri çəkildi.

Page 61: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

61

DƏRSLİKLƏRİN TƏQDİMATI Martın 11-də 17 saylı Bakı Peşə Liseyində liseyin

baş kitabxanaçısı Məlikzadə Xanımın təşəbbüsü ilə liseyin üç əməkdaşının yeni nəşr olunmuş ilk peşə ixtisası təhsili üçün nəzərdə tutulmuş dərsliklərinin təqdimatı keçirilmişdir. Təqdimatı geniş məruzə ilə açan Xanım Məlikzadə liseyin direktoru Qəhrəman Hacıyevin “Təsərüfat fəaliyyətinin təhlili” adlı kita-bının bir dərslik kimi əhəmiyyətindən danışdı, təsər-rüfat fəaliyyətinin təhlilinin növləri, predmeti, ob-yektləri, prinsipləri, vəzifələri, kapital qoyuluşu, əmək məhsuldarlığı haqqında məlumat verdi və son-da kitabın gündən-günə iqtisadiyyatda baş verən qlo-ballaşma şəraitində müəssisələr arası rəqabətin güc-ləndiyi bir vaxtda təkcə iqtisadçı ixtisasına yiyələnən tələbələr üçün deyil, hər bir müəssisə rəhbəri üçün də idarəetmədə qiymətli material olduğunu vurğuladı.

İkinci təqdim olunan kitab liseyin mühasibi Mə-tanət Ağamirzəyevanın “Kalqulyasiya və hesabat” adlı dərsliyidir. Məruzədə bu dərsliyin iqtisadçı kadr-ların hazırlanmasında əvəzsiz rolu olduğunu, dünya ölkələri arasında yaranan iqtisadi əlaqələr, mühasi-bat uçotu, beynəlxalq münasibət vasitələrinə çevril-diyini xüsusi qeyd etdi.

Page 62: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

62

Üçüncü təqdim olunan kitab liseyin praktik psixo-loqu Naidə Hacıyevanın “Etika, peşə etikası və psi-xologiya” adlı ilk peşə ixtisası təhsili üçün nəzərdə tutulan dərslikdir. Məruzəçi etika və psixologiyanın tarixinə qısaca nəzər yetirib, bu gün üçün əhəmiy-yətindən söz açdı, xüsusən, peşə etikasının böyük rolunu vurğuladı. Məruzənin sonunda hər üç müəlli-fi təbrik edib, gələcək işlərində uğurlar arzuladı.

Qəhrəman müəllim həm öz kitabı həm də əmək-daşların kitabları haqqında danışıb müəlifləri təbrik etdi və bir müəssisədən üç əməkdaşın kitabının nəşr olunması ilə qurur duyduğunu bildirdi.

Təqdimatda çıxış edənlər direktor müavini Azad Qədirov, tərbiyə işləri üzrə direktor müavini Əliyar Musayev, dərs hissə müdürü Hidayət Hüseynov, müəllimlərdən Nəsib Hüseynov, Elza Allahverdiye-va və Absalamova Nuranə bu günkü peşə təhsilinə dövlətin xüsusi qayğısının artdığı bir vaxtda təqdim olunan dərsliklərin əhəmiyyətini vurğuladılar və mü-əlliflərin hər üçünü təbrik edib uğurlar arzuladılar.

Page 63: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

63

MÜNDƏRİCAT

DÜNYA, NİYƏ TƏLƏSDİN ............................................ 6 ADIN ŞƏRƏFLİDİR SƏNİN, EY QADIN ............................ 6 BÖYÜK SABİRİN DAVAMÇISI ........................................ 10 HEYDƏRBABA YOLUM SƏNDƏN .................................. 19 KƏC OLDU.... ..................................................................... 19 SÜLEYMAN RÜSTƏM YARADICILIĞINA BİR NƏZƏR ........................................................................ 24 MƏNƏ NƏSİMİ TALEYİ GƏRƏK…. ............................... 32 DÜNYA, HƏLƏ TƏLƏSMƏ ......................................... 35 XALQIN ANARI ............................................................... 35 ÖLƏNDƏ KƏFƏNİM İKİQAT OLSUN.... ....................... 42 YAXŞI Kİ, DÜNYADA YAŞAYIRAM MƏN…. ............... 47 AYRILIQ VAR SONU ŞİRİN VÜSALDIR.... ..................... 51 TƏDBİRLƏRDƏN .......................................................... 56 “ƏLİLİ-ƏLİSİZ GÜNLƏR” ................................................. 56 BALAŞ AZƏROĞLU – 90 .................................................. 58 DƏRSLİKLƏRİN TƏQDİMATI ......................................... 61

Page 64: FİKRİMDƏN KEÇƏNLƏRanl.az/el/Kitab/2018/03/cd/2013-951.pdf · MÜƏLLİFİN İLK KİTABI. Xanım Mehdixanlını çoxdan tanıyıram. İyirmi il əvvəl yaşadığı Zabrat qəsəbəsindəki

64

Xanım Mehdixanlı. “Fikrimdən keçənlər ”. Bakı, “MBM”, 2013, 64 səh.

Нашир: Ъейщун Ялийев Корректор: Ülviyyə Hadiyeva

Дизайнерляр: Ирадя Ящмядова, Флора Ялийева Техники редактор: Цлви Ариф Оператор: Рцбабя Вялийева

______________________________ Йыьылмаьа верилиб: 07.08.2013 Чапа имзаланыб: 29.08.2013

Ш.ч.в. 4, тираж 300 «МБМ» мятбяясиндя чап олунуб.