İdman fİzİologİyasindan mƏŞĞƏlƏ kursu dƏrs vƏsaİtİ › el › kitab › 2020 › 03 ›...

50
Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ Bakı - 2016

Upload: others

Post on 27-Jun-2020

11 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D.

İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU

DƏRS VƏSAİTİ

Bakı - 2016

Page 2: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

2

Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D.

İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU

DƏRS VƏSAİTİ

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının

Tədris metodiki şurasının 19 may 2016 – cı il tarixli 3 nömrəli

protokolu ilə təsdiq edilmişdir.

Bakı - 2016

Page 3: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

3

M Ə Ş Ğ Ə L Ə № 1

I – M ö v z u :

Maksimal şiddətli anaerob dövri iş zamanı olan fizioloji dəyişikliklər

I I – N ə z ə r i h i s s ə :

Maksimal şiddətli yüklənmələr idmançıların hüdud fiziki imkanlarının təzahür

olunması ilə xarakterizə olunur. Onun baş verməsi üçün skelet əzələlərinin enerji təminatının

maksimal səfərbərliyi zəruridir ki, bu da sırf anaerob proseslərlə əlaqədardır. Buraya 10-15

saniyə çərçivəsində olan intensiv işlər: 25, 50 metr üzmə, 60, 100 metr qaçış və s. bu kimi

fəaliyyət aiddir. İş bütövlükdə praktik olaraq, fosfogen enerji mənbəyi (ATF və KrF) hesabı-

na və müəyyən qədər anaerob qlikoliz sayəsində icra edilir.

Prosesin qısa müddətli olmasına görə vegetativ sistemin işə girişməsinə imkan olmur.

Lokomotor göstəricilərə əsasən (startdan sonra yüksək temp və addımların uzunluğunun

artırılması) yalnız əzələ sisteminin tam olaraq işə girişməsini qeyd etmək olar.

İşin icra müddətinin qısa olması ilə əlaqədar olaraq, cari zaman orqanizmdə baş verən

funksional dəyişikliklər bir o qədər çox olmur. Həm də nəzərə almaq lazımdır ki, onlardan

bəziləri finişdən sonra artır.

Maksimal şiddətli işlər qan və sidiyin tərkibinin cüzi dəyişikliklərinə səbəb olur.

Depolardakı qanın ümumi dövriyyəyə daxil edilməsi səbəbindən hemoqlobinin səviyyəsinin

qısa müddətli artımı müşahidə oluna bilər. Qlükozanın cüzi artımı startqabağı vəziyyətin

böyük emosional fonu ilə əlaqədardır. Həmçinin sidikdə zülal izinin aşkarlanması labüddür.

Finişdən sonra ÜVS 150-170 vurğu/dəq, sistolik arterial təzyiq isə 150-180 mm c.s.-na

kimi yüksələ bilər.

İş zamanı tənəffüs az artır, lakin işdən dərhal sonra böyük oksigen borcuna görə

əhəmiyyətli dərəcədə yüksəlir. Belə ki, finişdən sonra ağciyər ventilyasiyası 40 l/dəq və daha

çox ola bilər.

Maksimal şiddətli iş qurtardıqdan sonra, yüksək oksigen tələbatına görə ürək-damar

və tənəffüs sistemi funksiyaları müəyyən müddət ərzində gərginliyini saxlayır və yalnız 30 –

40 dəqiqədən sonra normaya qayıtmış olur. Bu zaman kəsiyində bir çox digər funksiyalar və

proseslərin əsas bərpası yekunlaşır.

Maksimal şiddətli anaerob dövrü iş zamanı yorulma prosesinin əsas mexanizmlərinə

MSS-də, icraedici sinir-əzələ aparatında baş verən proseslər və əsas enerji mənbəyi olan

fosfogenlərin tükənməsi aiddir.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, AT ölçülməsi üçün tanometr

I V – T ə c r ü b i h i s s ə :

1. Tələbələr sırasından 2-3 üzərində təcrübə aparılacaq şəxs seçilir, digər tələbələr isə

tədqiqatçı qısmində (ÜVS 10 saniyə ərzində, arterial təzyiq (AT), tənəffüsün sıxlığı (TS) 30

saniyədə) iş apara bilər. Bir tələbə isə xronometraj qeydlərinə nəzarət edir.

2. Sakitlik zamanı orqanizmin funksional vəziyyəti tədqiq edilir.

3. Üzərində təcrübə aparılan şəxslər stadionda 100 metr qaçış və ya laboratoriya

şəraitində 20 saniyə ərzində yerində sürətli qaçış yerinə yetirə bilər. İş zamanı addımların

sayı da hesablanır.

4. İş qurtardıqdan dərhal sonra və 30 dəqiqəlik bərpa dövründə ilk 10 – 30 saniyə

ərzində sadalanan göstəricilər müəyyənləşdirilir.

Page 4: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

4

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış nəticələr təcrübənin 1 №li cədvəlinə yazılır, təhlil və müzakirə edilir.

Üzərində təcrübə aparılan şəxslərin sakitlik zamanı ürək vurğularının sayı (ÜVS), işi hansı

intensivliklə icra etmələri və tam olaraq neçənci dəqiqədə bərpa olunmalarına xüsusi diqqət

yetirmək lazımdır. Bütün göstəricilərin tam olaraq, nə zaman bərpa olunması da ayrıca qeyd

edilir. Nəticələrin təhlilindən sonra maksimal şiddətli anaerob dövri hərəkətlərin fizioloji

xarakteristikası haqqında nəzəri məlumatlara istinad edərək, alınmış rəqəmləri

aydınlaşdırmalı və qısa xülasə verilməlidir.

Cədvəl №1 – Maksimal intensivlikli fiziki yüklərin icrası zamanı və bərpa dövründə idmançı orqanizmindəki

fizioloji dəyişikliklər

Vəziyyət

ÜVS

vurğu/dəq

10 san

Addımların

sayı

AT

sistolik

mm c.s.

AT

diastolik

mm c.s.

TS

30 saniyə

ərzində

Sakitlik

İş (20 san

qaçış)

Bərpa:

1 dəq

2 dəq

3 dəq

5 dəq

7 dəq

10 dəq

15 dəq

20 dəq

25 dəq

30 dəq

Page 5: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

5

M Ə Ş Ğ Ə L Ə № 2

I – M ö v z u :

Maksimala yaxın şiddətli aerob dövri işin orqanizmin funksiyalarına təsiri

I I – N ə z ə r i h i s s ə :

Maksimala yaxın şiddətli aerob dövri yüklənmə zamanı (davametmə müddəti 30 dəq

qədər) bütün hallarda işə girişmə tam olaraq yekunlaşır, bir çox göstəricilər zəruri səviyyədə

stabilləşir və finişə qədər demək olar ki, o formada saxlanılır. Bu işlərə 5.000 m və 10.000 m

məsafəyə qaçış, 1.500 m məsafəyə üzmə və s. aiddir.

İşə girişmədən sonra ÜVS 190 – 220 vurğu/dəq, qanın dəqiqəlik həcmi 30 – 35 l/dəq

civarında, ağciyər ventilyasiyası (AV) isə 140 – 180 l/dəq təşkil edir. Enerji mənbəyi kimi

əsasən karbohidratlar, başlıca olaraq əzələ qlikogeni, yağlar və az miqdarda da qanın

qlükozasından istifadə olunur.

Ürək-damar və tənəffüs sisteminin funksional imkanları hüdud və ona yaxın səviyyədə

fəaliyyət göstərir. Baxmayaraq ki, bu kimi işlərdə oksigen sərfiyyatı 5-6 l/dəq kimi yüksəlir,

yenə də oksigen tələbatı bu göstəriciləri üstələyir və nəticədə tədricən oksigen borcunun

yığılması baş verir. Ürək-damar və tənəffüs sistemi göstəriciləri nisbətən çox da böyük

olmayan oksigen borcu (oksigen tələbatının 10 – 15 %-i səviyyəsində) stabilləşməsi,

“yalançı” sabit hal kimi qeyd olunur. Maksimala yaxın şiddətli aerob dövri iş zamanı aerob

proseslərin xüsusi çəkisinin artması ilə əlaqədar olaraq, maksimal şiddətli işlərlə müqayisədə

idmançı qanında daha az dəyişikliklər müşahidə edilir. Süd turşusunun həcmi 18-22 mmol/l-ə

çatır, pH isə 7.1 – 7.0 hüdudlarında dəyişir.

İş qurtardıqdan sonra qan dövranı və tənəffüs orqanlarının fəaliyyəti uzun müddət

yüksək səviyyədə saxlanılır. Oksigen borcunun ləğv olunması və homeostazın bərpa

edilməsindən ötrü 5-6 saatdan az olmayan vaxt tələb olunur. Bu kimi işlərdə yorulmanın əsas

mexanizmlərinə işləyən əzələlərdə və qaraciyərdə qlikogenin tükənməsi və ürək əzələsinin

(miokardın) iş qabiliyyətinin azalması aiddir.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, arterial təzyiqin ölçülməsi üçün tanometr, quru spirometr, termometr

I V – T ə c r ü b i h i s s ə :

Üzərində təcrübə aparılacaq şəxslərin uzaq məsafəyə qaçış üzrə ixtisaslaşan

atletlərdən seçilməsi daha məqsədəuyğundur. Tədqiqatı beş tələbə aparır. Birinci nəbzi

yoxlayır, ikinci arterial təzyiqi təyin edir, üçüncü tənəffüsün sıxlığını qeyd edir, dördüncü

qanın dəqiqəlik həcmini hesablayır, beşinci bədən temperaturunu ölçür və tədqiqatın ümumi

gedişini nəzarətdə saxlayır. Sakitlik zamanı bütün ölçmələr aparıldıqdan sonra, üzərində

təcrübə aparılan şəxs yüksək startla ÜVS-nin 140 – 160 vurğu/dəq hədləri çərçivəsində ya

yerində, ya da idman zalında 15 dəq müddətində qaçır. Sonuncu dəqiqədə qaçışı bir qədər də

sürətləndirir. Qaçış bitdikdən dərhal sonra bədən temperaturunu yoxlamaqla, eyni zamanda

ÜVS, TS, AT və tənəffüsün dəqiqəlik həcmi müəyyənləşdirilir. 10 dəqiqəlik istirahətdən

sonra eyni göstəricilər yenidən tədqiq olunur. SH və QDH aşağıdakı düsturla hesablanır:

SH = 100 + 0.5 • NT – 0.6 • ATdiast – 0.6 • Y

Burada SH – sistolik həcm (ml), NT – nəbz təzyiqi (mm.c.s.), ATdiast – diastolik

arterial təzyiq (mm.c.s.), Y – yaş (illərlə).

Page 6: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

6

QDH = SH • ÜVS

Əgər laboratoriya portativ qeydedici cihazlarla təchiz olunmuşsa, ÜVS, AT müəyyən

etməklə yanaşı, sakitlik zamanı, yükdən və 10 dəq fasilədən sonra EKQ, qanın oksigenlə

doyma dərəcəsini də qeyd etmək təqdirəlayiqdir. Hemodinamikanın çox vacib göstəricilə-

rindən olan üzərində təcrübə aparılan şəxslərdə qanın periferik müqavimətinin hesablanması,

əlalxüsus uzunmüddətli işlər zamanı çox maraq doğurur və aşağıdakı formul ilə tapılır:

Periferik müqavimət = Porta / QDH

Burada Porta – orta təzyiq, mm.c.s.

Kompyuterlə təchiz edilmiş pulsometr və qazanalizatorun olduğu halda, funksiyaların

tədricən səfərbər olunmaqla, fizioloji hədlərə çatmasını müşahidə etmək, xüsusi olaraq maraq

doğurur.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış nəticələr 2 №li cədvələ yazılmaqla, təhlil və müzakirə edilir.

Cədvəl №2 – Maksimala yaxın şiddətli aerob dövri işlərin icrasından sonra orqanizmdə baş verən funksional dəyişikliklər

Təc

rüb

ə

şəra

iti

ÜV

S

vu

rğu

/dəq

AT

sis

t. v

ə

dia

st.

Bəd

ən

tem

per

atu

ru,

dər

əcə

TS

, d

öv

r

TD

H,

l/d

əq

SH

, m

l

QD

H,

l/d

əq

Qan

ın

per

ifer

ik

qav

imət

i

Sakitlik

zamanı

Fiziki

yüklənmə

10 dəq

fasilədən

sonra

Orqanizmin sistemlərində baş verən bu dəyişikliklərin müxtəlifliyi – heteroxronluğunu

və tədqiq olunan göstəricilərin bərpa dinamikasını maksimal şiddətli anaerob dövri işdə

alınmış göstəricilərlə müqayisə etmək, onları aydın fərqləndirmək üçün zəmin yarada bilər.

Sonda ümumi məlumatların qısa xülasəsi verilməlidir.

Page 7: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

7

M Ə Ş Ğ Ə L Ə № 3

I – M ö v z u :

Startqabağı vəziyyətə xas olan fizioloji proseslərin tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Sistematik məşq prosesində idmançı orqanizmində bir-biri ilə sıx əlaqədar olan

müxtəlif funksional vəziyyətlər təzahür olunur ki, bunlar da əsas etibarilə aşağıdakılardan

ibarətdir: startqabağı dəyişikliklər, qızışma, girişmə, iş, yorulma və bərpa ilə əlaqədar

dəyişikliklər.

İnsanın hərəki fəaliyyətinin əsasını təşkil edən funksional vəziyyətin tənzimində

müxtəlif psixoloji, sinir və humoral mexanizmlər iştirak edir: tələbat, fəaliyyətin əsas

mənbələri; motivlər, tələbatın ödənilməsinə olan səbəblər; emosiyalar, qüvvətləndirici

fəaliyyət; özünü ələ alma və öz imkanlarını səfərbər etmə; hipofiz, böyrəküstü vəzin

hormonlarının sintezi ilə əlaqədar olan hormonal təsirlər və s.

Startqabağı reaksiyaların forma və dərəcəsi bir sıra faktorlardan asılıdır. Yüksək

məşqlilik start ərəfəsində orqanizmə təsir edə biləcək müxtəlif qıcıqlandırıcılara qarşı sinir

sisteminin davamlılığını artırır. Bundan əlavə, yarışda təkrar iştirak özünün və rəqibin

imkanlarını düzgün qiymətləndirməyə imkan verir. Sinir sisteminin tipi də startqabağı

reaksiyalara əhəmiyyətli dərəcədə təsir göstərir. Tormozlanma prosesləri üstünlük təşkil edən

müvazinətsiz tiplər startqabağı reaksiyaları adətən gözəçarpan həyəcanla keçirirlər.

Startqabağı reaksiyaları start ərəfəsində emosiyaları tənzimləmək yolu ilə də

nizamlamaq olar. Növbəti yarış fəaliyyətinə qədər istirahət günləri və saatlarının düzgün

təşkili də zəruri əhəmiyyət kəsb edir. Bu zamanlar yüksək işgüzarlığı qoruyub saxlamaqdan

ötrü, digər fəaliyyət növləri ilə də məşğul olmaq olar. Start öncəsi yarış məkanında uzun

müddət qalmaq da mənfi təsir göstərə bilər.

Startqabağı reaksiyaların tənziminin zəruri vasitələrindən biri də qızışdırıcı

hərəkətlərdir. Əgər startqabağı vəziyyətdə tormozlanma prosesləri üstünlük təşkil edirsə, bu

halda qızışdırıcı hərəkətlər tormozlanmanı azalda və ya tam olaraq aradan qaldıra bilər.

Oyanma prosesləri üstün olduğu halda, qızışdırıcı hərəkətlər, hərəki zonada oyanma

proseslərini artırmaqla, onun digər mərkəzlərdə zəifləməsini təmin etmiş olur ki, bununla da

MSS-də oyanma və tormozlanma prosesləri arasında optimal nisbət bərpa olunur.

Startdan bir qədər öncə edilən masaj hərəki aparat və dəri reseptorlarından afferent

impulslar axınının şiddətlənməsinə səbəb olmaqla, startqabağı reaksiyaları nizamlaya bilər.

Masaj həmçinin qızışdırıcı hərəkətlər kimi də təsir edir. Start öncəsi dərindən tənəffüsün təsir

mexanizmi də təxminən bu cürdür.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, nəbzin ölçülməsi üçün pulsotaxometr

I V – T ə c r ü b i h i s s ə :

Tələbələrdən biri qaçış zamanı addımların miqdarı və ÜVS-nin sayılmasının

başlanma, eləcə də bitirilmə komandalarını vermək üçün seçilir. Yarış cütlərinə bölünmüş

üzərində təcrübə aparılan şəxslərdə fiziki yüklənmənin izahından öncə ÜVS 10 saniyə

ərzində hesablanmaqla, nisbi stabil hüdudları qeyd edilir.

Bundan sonra yerində qaçış şərtləri ətraflı izah olunur. İzah zamanı müvafiq cütlər

üzrə iştirakçıların maksimal addım atması və rəqibə qalib gəlməyə çalışması xüsusi olaraq

vurğulanmalıdır. Üzərində təcrübə aparılan şəxslər bir-birinə ciddi nəzarət etməli və

Page 8: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

8

hərəkətin daha yüksək tempi uğrunda mübarizə aparmalıdırlar. Hər bir cütdə daha çox addım

icra edən şəxslər qalib elan edilir. Mütləq şərtlərdən biri də qaçış zamanı dizlərin maksimal

şəkildə yuxarı qaldırılması hesab olunur.

Bu izah zamanı qeydiyyatçılar xəbərdarlığa əsasən 2-3 dəfə 10 saniyə ərzində ÜVS-ni

hesablayır və nəticə barədə məlumat verirlər.

Təlimat bitdikdən və sonuncu ÜVS yoxlanıldıqdan sonra üzərində təcrübə aparılan

şəxslərə 1 dəqiqə ərzində növbəti xəbərdarlıq vermək lazımdır: “Starta 1 dəqiqə qalır!”,

“Starta 30 saniyə qalır!”, “Starta hazır olun!”.

Qeydiyyatçılar hər bir bu xəbərdarlıqdan sonra 10 saniyədə ÜVS-ni qeyd edib, bu

barədə məlumat verirlər. Qaçış şərtlərinin izahı və startın yaxınlaşması barədə olan

xəbərdarlıqlar coşqun və energetik şəkildə verilməlidir. Üzərində təcrübə aparılan şəxslərin

emosional vəziyyətinə güclü təsir göstərməkdən ötrü yuxarıda qeyd olunan xəbərdarlıqlar iki

dəfə təkrar edilir.

İşdən əvvəlki yekun ÜVS hesablandıqdan sonra “Başla!” komandası verilir və

üzərində təcrübə aparılan şəxs 10 saniyə ərzində yerində sürətli qaçış icra edir. Nəzarətçilər

müvafiq zaman kəsiyində hər bir şəxs tərəfindən atılan addımları hesablayır və qeydiyyatçıya

xəbər verir. 10 saniyəlik sürətli qaçışdan sonra üzərində təcrübə aparılan şəxslər asta qaçış

yerinə yetirir və nəhayət ÜVS-nin tam bərpa anına kimi istirahət edirlər.

Təcrübənin davamından ötrü qaçışda ən yaxşı nəticə göstərmiş 2-3 tələbə seçilir.

Onlara yarışmanın final mərhələsi üçün seçildikləri çatdırılır və yenə də yerində 10 saniyəlik

qaçış zamanı əvvəlki bütün təlimatlara əməl etmək izah olunur. Təlimat zamanı onlarda 1-2

dəfə 10 saniyə ərzində ÜVS müəyyənləşdirilir. Bundan sonra əvvəlki qayda ilə xəbərdarlıq

verilir: “Starta 1 dəqiqə qalır!”, “Starta 30 saniyə qalır!”, “Starta hazır olun!”. Bütün bu

xəbərdarlıqlar 2 dəfə təkrar olunur. Nəbzi yoxlayanlar əvvəlki qayda ilə 10 saniyə ərzində

ÜVS-ni təyin edirlər. Nəbz hər bir xəbərdarlıqdan sonra sayılır. Bütün bu qeydiyyatları

bitirdikdə, üzərində təcrübə aparılan şəxslər 10 saniyə ərzində qaçış icra edir və sonra ürək-

damar sisteminin fəaliyyətinin tədricən azalmasından ötrü zəif tempə keçirlər.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Bütün göstəricilər 3 №li təcrübə cədvəlinə yazılır, təhlil və müzakirə edilir. Bərpa

dövründə olan ürək vurğularının sayı yalnız 1-ci fiziki yüklənmədən sonra yoxlanılır.

Startqabağı vəziyyətdə daha çox həyəcan müşahidə edilən və eləcə də az həyəcanla təzahür

olunan idmançıların iş qabiliyyəti və işdən sonrakı nəbzinin bərpa dinamikası xüsusi olaraq

diqqətdə saxlanılmalıdır. Təcrübəyə əsasən məşqliliklə startqabağı vəziyyətdə baş verə

biləcək həyəcan arasındakı qarşılıqlı əlaqə izah edilməlidir. Bütün bunlar ümumiləşdirilib,

lokanik xülasə yazılmalıdır.

Cədvəl №3 – Startqabağı vəziyyət üçün səciyyəvi olan fizioloji

proseslərin tədqiqi

Üzə

rin

təcr

üb

ə

apar

ılan

şəx

slər

Təl

imat

dan

əv

vəl

Təl

imat

zam

anı

ÜVS 10 saniyə ərzində

Xəbərdarlıqdan sonra Bərpa dövrü, dəq

“Sta

rta

1

dəq

iqə

qal

mış

“Sta

rta

30

san

iyə

qal

mış

“Sta

rta

haz

ır!”

1 3 5 7 9 11

1.

2.

3.

4.

Page 9: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

9

M Ə Ş Ğ Ə L Ə № 4

I – M ö v z u :

Qızışma hərəkətləri üçün səciyyəvi olan fizioloji proseslərin tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Qızışma hərəkətləri – yarışlarda iştirakdan və ya təlim-məşqlərin əsas hissəsindən

əvvəl icra edilən hərəkətlərdir. Qızışma hərəkətləri startqabağı vəziyyətin optimallaşdırıl-

masını, işə girişmə proseslərinin sürətlənməsini təmin edir, fiziki iş qabiliyyətini artırır. Onun

müsbət təsirlərinin əsas mexanizmləri aşağıdakılardır:

• Böyük yarımkürələr qabığının sensor və motor sinir mərkəzlərinin, eləcə də

vegetativ sinir mərkəzlərinin oyanıcıqlığının artırılması, həmçinin daxili sekresiya vəzilərinin

fəaliyyətinin şiddətlənməsi. Startqabağı tapşırıqların icrası zamanı funksiyaların optimal

tənzimi prosesləri sürətləndirmək üçün şərait yaradır;

• Oksigen nəqledici sistemin fəaliyyətinin şiddətlənməsi; ağciyər ventilyasiyasının

artması, oksigenin alveollardan qana diffuziyasının sürətlənməsi, arterial təzyiq, ürək

vurğularının sayının və ürək atmasının yüksəlməsi, ağciyərlər, ürək və skelet əzələlərində

kapilyar şəbəkəsinin genişlənməsi. Bütün bu dəyişikliklər oksigenin nəqlolunma sürətinin

artmasına gətirib çıxarır ki, bununla da işə girişmə dövründə oksigen çatışmazlığı azalır,

“Ölüm nöqtəsinin” təzahür olunmasının qarşısı alınır və “ikinci tənəffüsün” baş vermə

imkanları artır;

• Dəri qanaxını şiddətlənir və əsas fəaliyyət öncəsi kəskin ola biləcək tər ifrazı az

olur (temperatur tənziminə müsbət təsir) ki, bu da istilikverməni yüngülləşdirir və bədənin

həddən artıq qızmasının qarşısını alır;

• Bədən temperaturu və xüsusən işləyən əzələlərin temperaturu yüksəlir ki, bununla

da əzələlərin elastikliyinin, yığılma və boşalma sürətinin artımı təmin olunur.

Ümumi və xüsusi qızışma hərəkətləri ayırd edilir. Ümumi qızışma hərəkətləri müxtəlif

təmrinlərdən təşkil oluna bilər ki, onun da icrasının əsas məqsədi – bədən temperaturunun

yüksəldilməsi, MSS-in oyanıcıqlığı, oksigen nəqledici sistemin funksiyalarının güclənməsi,

maddələr mübadiləsinin artımını təmin etməkdir. Xüsusi qızışma hərəkətləri öz

xüsusiyyətlərinə görə növbəti işə kifayət qədər yaxın olmalı, bu zaman əsas təmrinlərin

icrasında iştirak edən bədənin eyni sistem və orqanları fəal olmalıdır. Qızışma hərəkətlərinin

bu hissəsində mürəkkəb koordinasiyalı təmrinlər də istifadə olunur ki, MSS-in zəruri

“tənzimini” həyata keçirə bilsin.

Qızışma hərəkətlərinin müddəti və intensivliyinə, bu hərəkətlərlə əsas fəaliyyət

arasındakı fasilə intervalına bir sıra faktorlar təsir edir: qarşıda duran təmrinlərin xüsusiy-

yətləri, ətraf mühit şəraiti (temperatur, havanın rütubətliyi və s.), fərdi xüsusiyyətlər və

emosional vəziyyət. Optimal fasilə 15 dəqiqədən çox çəkməməlidir, çünki bu müddət ərzində

hələ də qızışma hərəkətlərinin iz effekti qalır. 45 dəqiqəlik fasilə müddətində qızışma

hərəkətlərinin effekti itir: əzələlərin temperaturu qızışmadan öncəki səviyyəyə qayıdır.

Uzun sürməyən sürət-qüvvə yönümlü təmrinlərin icrasına qızışma hərəkətləri

gözəçarpan müsbət təsirlərini göstərir. Qızışma hərəkətləri əzələ qüvvəsinə əhəmiyyətli

dərəcədə təsir göstərmir, lakin nəticələri yüksəldir (məsələn, yüngül atletikada atmalar).

Uzun məsafələrə qaçışa nisbətən, orta və qısa məsafələrə qaçış öncəsi olan qızışma

hərəkətləri daha təsirli xarakterə malikdir. Havanın yüksək temperaturu şəraitində uzun

məsafələrə qaçış öncəsi olan qızışma hərəkətlərin temperatur tənziminə mənfi təsirləri

müəyyən olunmuşdur. Bu halda qızışma hərəkətlərinin müddəti kifayət qədər qısaldılır.

Page 10: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

10

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

pulsotaxometr, tanometr, spirometr, dinamometr, step-pilləkən, veloerqometr,

saniyəölçən

I V – T ə c r ü b i h i s s ə :

Sakitlik vaxtı üzərində təcrübə aparılan şəxsin ürək vurğularının sayı və tənəffüsün

sıxlığı – 10 saniyə ərzində, arterial qan təzyiqi, ağciyərlərin hava tutumu, yuxarı ətrafların

əzələ qüvvəsi təyin edilir.

Tədqiq olunan göstəricilər sakitlik vaxtı müəyyən olunduqdan sonra üzərində təcrübə

aparılan şəxsə 10 dəqiqə müddətində ümumi qızışma hərəkətləri, sonra 3-5 dəqiqəlik fasilə

və daha sonra 15 dəqiqəlik xüsusi qızışma hərəkətləri yerinə yetirmək tapşırılır. Ümumi

qızışma hərəkətləri icra etmək üçün step-pilləkən və ya veloerqometrdən istifadə etmək olar.

Hərəkətlər ümumi və xüsusi qızışmanın müddəti və xarakterinə, ixtisaslaşmaya, idmançının

məşqlilik səviyyəsinə, cinsə, yaşa, qarşıda duran işin xüsusiyyətinə və s. uyğun olaraq seçilir.

Ümumi qızışmadan sonra istirahət dövrünün 1, 3, 5-ci, xüsusi qızışmadan sonra isə 1, 5, 10

və 15-ci dəqiqələrində tədqiq olunan göstəricilərin bərpa dinamikası öyrənilir və həmin

şəxsdə qızışmaya qarşı orqanizmin reaksiyası müəyyənləşdirilir.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış nəticələr 4 №li təcrübə cədvəlinə yazılır, təhlil və müzakirə edilir. Ümumi və

xüsusi qızışmanın effektivliyini, orqanizmin bu işə qarşı reaksiyasını xarakterizə etmək

lazımdır.

Cədvəl №4 – Ümumi və xüsusi qızışmanın fizioloji səciyyəsi

Sınaq vaxtı

Tədqiq olunan göstəricilər

ÜVS

10 san

TS 10

san

AQT

mm c.s.

AHT

ml

ƏQ

kq

Sakitlik vaxtı

Ümumi qızışmadan sonra:

1-ci dəqiqə

3-cü dəqiqə

5-ci dəqiqə

Xüsusi qızışmadan sonra:

1-ci dəqiqə

5-ci dəqiqə

10-cu dəqiqə

15-ci dəqiqə

Həmçinin ümumi və xüsusi qızışmada seçilmiş hərəkətlərdən sonra iz effektinin

neçənci bərpa dəqiqəsinə kimi qalmasına xüsusi fikir vermək lazımdır. Nəticələrin

təhlilindən sonra qızışma hərəkətlərinin fizioloji xarakteristikası haqqında olan nəzəri məlu-

matlara istinad edərək, alınmış rəqəmləri müqayisə etməklə, qısa xülasə verilməlidir.

Page 11: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

11

M Ə Ş Ğ Ə L Ə № 5

I – M ö v z u :

Passiv və aktiv istirahət zamanı bərpanın təyini

I I – N ə z ə r i h i s s ə :

Fiziki yüklənmələrdən sonra müxtəlif fizioloji funksiyalar fərqli zaman kəsiklərində

bərpa olunurlar. ÜVS-nin bərpa dinamikası orqanizmdə maddələr mübadiləsinin səviyyəsini

əks etdirməklə yanaşı, əlalxüsus oksidləşmə proseslərinin dərəcəsini də təcəssüm etdirir.

Bərpa dövründə ürək təqəllüsünün tezliyinin müəyyən olunması idman praktikasında geniş

istifadə olunur. Bu, yüklənmələr arası optimal fasilə intervalının tətbiq olunmasına imkan

verir.

İş qabiliyyətinin bərpa müddəti, o cümlədən təkrar yüklər arasında olan fasilə intervalı

həmin şəxsin məşqlilik səviyyəsindən, yaşından və emosional vəziyyətindən bilavasitə

asılıdır.

Bərpa proseslərini sürətləndirmək məqsədilə müxtəlif vasitə və metodlardan istifadə

etmək olar. Bu üsullardan biri də aktiv istirahət hesab olunur. O, idmançının bir fəaliyyət

növünü digərilə əvəzləməsilə əlaqədardır.

İş qabiliyyətinin bərpasından ötrü olan aktiv istirahətin əhəmiyyəti ilk dəfə

İ.M.Seçenov tərəfindən qeyd edilmişdir. Onun təcrübələr sxemi şəkil №1-də təqdim

olunmuşdur. Belə müəyyən edilmişdir ki, əzələ işi zamanı olan yorulma orqanizmin tam

sakitliyi zamanı deyil (şəkil №1 A), digər əzələ işi zamanı (şəkil №1 B) daha tez bərpa

olunur.

Lakin aktiv istirahət hər zaman işğüzarlığa olan müsbət təsiri ilə xarakterizə olunmur.

O, yüngül işlərdən (bu zaman bərpa çox tez baş verir), eləcə də həddən artıq yorucu işlərdən

sonra effekt vermir.

Şəkil №1 – Aktiv və passiv istirahət zamanı işgüzarlığın bərpası (İ.M.Seçenova görə): Sağ1 – sağ əllə iş; Sağ2 –

eyni əllə passiv (A) və aktiv (B) istirahətdən sonra olan təkrar iş; Sol – sağ əlin istirahəti zamanı sol əllə icra olunan iş.

Aktiv istirahətdən ötrü tətbiq olunan təmrinlərin həmin şəxs üçün spesifikliyi ilə

yanaşı, konkret müəyyən olunmuş bir struktura malik olması vacibdir. Məsələn, sürətli

qaçışın icrasından sonra fasilə müddətində qantellərlə olan iş aktiv istirahət baxımından

orqanizmə qeyri-effektiv olacaqdır. Bu halda idman yerişi və ya yüngül qaçış daha yüksək

nəticə verə bilər. Aktiv istirahət zamanı əzələlərin boşaldılmasına yönəldilmiş hərəkətlər

daha səmərəli ola bilər.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, əl dinamometri, istinad dinamometri

Page 12: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

12

I V – T ə c r ü b i h i s s ə :

Əl dinamometri ilə təcrübə iki tələbə üzərində aparılır. Üzərində təcrübə aparılan

şəxslərdə oturaq vəziyyətində qüvvənin kəskin azalması anına kimi nəfəsvermə anında

ardıcıl bir neçə dəfə (adətən 6-8 dəfə) dinamometrin maksimal sıxmaları qeydə alınır. Sonra

5 dəqiqə istirahət verilir və bu gedişat eyni miqdar və ardıcıllıqla təkrarlanır. Daha sonra

verilən 5 dəqiqəlik istirahət müddətində zəif tempdə bədən və ətraflar üçün gimnastik

hərəkətlər, əzələləri boşaldıcı hərəkətlər icra edilir. Tədqiqat təkrarlanır və nəticələr qeyd

edilir. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, əl dinamometrində bədən çəkisinin

70%-i həcmində göstərilən nəticə, yüksək göstərici kimi hesab olunur.

İstinad dinamometri olduğu halda analoji təcrübə təkrar oluna bilər, lakin bu halda

cəhdlərin miqdarı bir qədər azaldılmalıdır (3-4 dəfə). Görülmüş iş aktiv və passiv istirahətdən

sonra yenidən icra olunmalı və qeydiyyat aparılmalıdır.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış nəticələr 5 №li cədvələ əlavə olunur, təhlil və müzakirə edilir.

Cədvəl №5 – Aktiv və passiv istirahətin bərpa proseslərinə təsiri

Üzərində təcrübə

aparılan şəxslər

Dinamometr göstəriciləri

İlkin

göstəricilər

5 dəq passiv

istirahətdən

sonra

5 dəq aktiv

istirahətdən

sonra

1.

2.

3.

4.

Passiv və aktiv istirahətdən sonra olan göstəricilər müqayisə olunmalı, aktiv istirahətin

bərpa proseslərinə nə kimi təsir göstərməsinin nəticələri qeyd olunmalıdır. Sonda bütün

məlumatlar ümumiləşdirilib, qısa xülasə verilməlidir.

Page 13: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

13

M Ə Ş Ğ Ə L Ə № 6

I – M ö v z u :

Harvard step testinə əsasən bərpa proseslərinin sürətinin qiymətləndirilməsi

I I – N ə z ə r i h i s s ə :

Bu metod 1942-ci ildə Harvard Universitetinin yorulma laboratoriyasında

hazırlanmışdır. Harvard step-testinin köməkliyi ilə dozalaşdırılmış əzələ işindən sonra olan

bərpa prosesləri qiymətləndirilir.

Şəkil №2 – Harvard step testi üçün zəruri olan ləvazimatlar:

1. Hündürlüyü tənzimlənən pillə; 2. Saniyəölçən; 3. Metronom

Step-test (step-addım; test-yoxlama, sınaq) daha əvvəllər məlum olan funksional

sınaqlardan həm yükün icra xüsusiyyətinə görə, həm də testləşdirilmiş nəticələrin qeydiyyat

formasına görə fərqlənir. Təcrübəni aparmaq üçün müvafiq hündürlüklü pillə, saniyəölçən və

metronom tələb olunur (şəkil №2).

Pillənin hündürlüyü və testin icra müddəti cinsdən, yaşdan və üzərində təcrübə

aparılan şəxsin fiziki inkişafından bilavasitə asılıdır (cədvəl №6).

Təcrübədə icra olunan qalxıb-enmənin bir dövrü 4 hərəki komponentdən təşkil

olunmuşdur:

1. Tədqiqat obyekti 1 ayaqla pilləyə qalxır;

2. İkinci ayağı da pilləyə qaldırmaqla, tam vertikal vəziyyətdə olur;

3. Hərəkətə başladığı ayağı döşəməyə endirir;

4. Tədqiqat obyekti digər ayağını da döşəməyə endirir.

Cədvəl №6 – Harvard step-testinin keçirilməsindən ötrü olan pillənin hündürlüyü və icra müddəti (V.L.Karpman

həmmüəlliflərlə, 1988)

Tədqiqat qrupu

Pillənin

hündürlüyü

(sm)

İşin icra

müddəti

(dəq)

Kişilər (18 yaşdan yuxarı)

Qadınlar (18 yaşdan yuxarı)

Oğlanlar (bədən səthinin sahəsi

1.85 m2-dan çox olan 12-18 yaşlı)

Oğlanlar (bədən səthinin sahəsi

1.85 m2-dan az olan 12-18 yaşlı)

Qızlar (12-18 yaş)

Oğlanlar və qızlar (8-11 yaş)

Oğlanlar və qızlar (8 yaşadək)

50

43

50

45

40

35

35

5

5

4

4

4

3

2

Qalxıb-enmə zamanı əllər adi yeriş vaxtı olduğu tək hərəkətləri icra edir. Testin icrası

zamanı hərəkətə başlayan ayağın dəyişdirilməsi testin nəticələrinə xələl gətirmir. Pilləyə

qalxma və enmə hərəkətlərini daha dəqiq icra etməkdən ötrü metronomdan istifadə olunur ki,

Page 14: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

14

onun da tezliyi 120 vurğu/dəq həddində quraşdırılır. Bu halda hər bir hərəkət elementi

metronomun 1 səsinə bərabər olacaqdır.

Harvard step-testinin icrası zamanı adətən aşağıdakı səhvlərə daha çox yol verilir:

• Ritmin düzgünlüyünə riayyət olunmaması;

• Pillədə diz oynağının tam açılmaması;

• Hərəkətin yarıbükülü formada icrası;

• Döşəməyə pəncə ilə düşüb-qalxmaq.

Bu kimi halların baş verməməsindən ötrü, tədqiqat obyekti əvvəlcədən

məlumatlandırılmalıdır.

Testin bəzi üstün cəhətlərindən biri də odur ki, iş müddətinin 5 dəqiqə olmasına

baxmayaraq, əgər tədqiqat obyekti işi həmin müddətdən tez dayandırmaq məcburiyyətində

olarsa, bu halda da işgüzarlığı qiymətləndirmək mümkündür. Əgər tədqiqat obyekti qalxıb-

enmə hərəkətlərinin icrası zamanı yorulma səbəbindən göstərilmiş ritmdən geri qalarsa, bu

halda isə testin saxlanılması məqsədəuyğundur.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, step-pilləkən, metronom, pulsotaxometr

I V – T ə c r ü b i h i s s ə :

Müxtəlif ixtisaslı tələbələr tədqiqat obyekti qismində seçilir. Onlar 5 dəqiqə arzində 30

dəfə/dəq sürəti ilə pillədə növbə ilə qalxıb-enmə hərəkətləri yerinə yetirirlər. Fiziki

yüklənmədən sonra oturaq vəziyyətində istirahət olunmalıdır. Bu zaman 2-ci dəqiqədən

başlamaq şərti ilə 3 dəfə 30 saniyəlik zaman kəsiklərilə ÜVS qeyd olunur (bərpa dövrünün

60 – 90-ci, 120 – 150-ci, 180 – 210-cu saniyələrində). Bütün bu 3 hesablama toplanır və 2-yə

vurulur. Testin nəticələri şərti vahidlərlə Harvard Step Testi İndeksi (HSTİ) kimi əks

olunmaqla, aşağıdakı düstürla hesablanır:

𝐻𝑆𝑇İ =𝑡 ∗ 100

(𝑓2 + 𝑓3 + 𝑓4) ∗ 2

Burada, t – fiziki yüklənmənin icra müddəti (san), f2, f3, f4 isə 2-ci, 3-cü, 4-cü bərpa

dəqiqələrinin ilk 30 saniyəsindəki ÜVS-dir.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

HSTİ-nin həddi gərgin fiziki yüklənmədən sonra bərpa proseslərinin sürətini

xarakterizə edir və müvafiq şkalaya uyğun qiymətləndirilir (cədvəl №7).

Cədvəl №7 – Harvard step testinin nəticələrinin qiymətləndirilməsi

(V.L. Karpman həmmüəlliflərlə, 1988)

HSTİ (şərti vahidlərlə) Fiziki işgüzarlığın

qiymətləndirilməsi

55-dən aşağı

56 – 64

65 – 79

80 – 89

90-dan yuxarı

«Aşağı»

«Kafi»

«Orta»

«Yaxşı»

«Əla»

Step-testdən sonar ÜVS nə qədər tez bərpa olunarsa, f2, f3, f4 göstəriciləri də bir o

qədər az olacaqdır və bunun da nəticəsində HSTİ yüksək alınacaqdır. Təcrübədə alınmış

nəticələr barədə qısa xülasənin yazılması zəruridir.

Page 15: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

15

M Ə Ş Ğ Ə L Ə № 7

I – M ö v z u :

Novakki testinə əsasən orqanizmin funksional hazırlıq səviyyəsinin tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Bu test Ali Təhsil Müəssisələrinin tələbələrinin funksional hazırlığının

yoxlanılmasından ötrü geniş şəkildə istifadə edilə bilər. Onun aparılması üçün

veloerqometrdən istifadə olunur. Testin əsas mahiyyəti müxtəlif çəki dərəcələrində fərqli iş

şiddətləri (vt/kq) tətbiq etməklə, müəyyən zaman kəsiyində yükü icra etmək qabiliyyəti ilə

əlaqədardır. Başqa sözlə desək, burada yüklənmələrə fərdi yanaşılır. 3 №li şəkildə

yüklənmələrin sxemi göstərilmişdir: yük çəkiyə müvafiq formada 1 vt/kq-dan başlayır, hər 2

dəqiqədən sonra 1 vt/kq artırılır. İş tam imtina anına kimi yerinə yetirilir. Bu zaman oksigen

sərfiyyatı OMS-yə yaxın və ya onunla bərabər olur, ÜVS də öz maksimal imkanlarına

yüksəlir.

Yüklərin seçilməsi zamanı yalnız çəki deyil, eləcə də yaş, idman növü, məşqlilik

dərəcəsi xüsusi diqqətdə saxlanılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)

tövsiyələrinə əsasən, idmanla məşğul olmayan sağlam şəxslərin yoxlanılması zamanı ilk yük

25vt, növbəti isə müvafiq olaraq 50, 75, 100vt hədlərində verilməlidir. Yəni tədqiqat

obyektinin funksional imkanlarından asılı olaraq, ilk yükün 1/3 vt/kq və ya 1/2 vt/kq

hüdudlarında tətbiq etmək olar.

Şəkil №3 – Novakki testi (W – şiddət, t – zaman)

ÜST-nın göstərişlərinə əsasən qeyri-idmançılarla aparılan test zamanı ÜVS-nin 175 –

180 vurğu/dəq civarında olduğu an dayandırılması məqsədəuyğundur. Test tam imtina anına

kimi icra olunduğundan orqanizmdə bəzi arzuolunmaz subyektiv əlamətlər təzahür oluna

bilər ki, bunlara da baş gicəllənmə, təngnəfəslik, ürək bulanması, ümumi yorğunluq, süstlük

və s. aid edilə bilər. Bütün bunların baş verməməsindən ötrü yüklərin seçimi xüsusi diqqətlə

həyata keçirilməli və məşqliliyi aşağı olanlara ağır yüklərin verilməsi yolverilməz hal kimi

qeyd edilməlidir.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, pulsotaxometr, veloerqometr, elektron tərəzi.

I V – T ə c r ü b i h i s s ə :

Page 16: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

16

Tələbələr sırasından dözümlülük və sürət-qüvvə yönümlü idman növləri üzrə

ixtisaslaşmış nisbətən yüksək məşqlilik dərəcəsinə malik olanlarının seçilməsi məqsədə-

uyğundur. Tədqiqat obyektlərinin ilk öncə elektron tərəzidə bədən çəkiləri müəyyənləşdirilir.

Yükün verilmə prinsipi aşağıdakı kimidir: Əgər idmançının məşqlilik dərəcəsi yüksəkdirsə

və bədən çəkisi 60kq qeydə alınıbsa, bu halda ən yüksək yük kimi ilk 2 dəqiqəlik iş (50

dövr/dəq tezliyindən aşağı olmamaq şərtilə, veloerqometrdə pedalların hərlədilməsi) 60vt

həddində müəyyənləşdirilir. Bu gedişlə 4-cü və 5-ci pillələrdə işin şiddəti müvafiq olaraq 240

– 300 vt təşkil edə bilər.

Cədvəl №8 – Novakki testinin parametrləri

Yükün

şiddəti

vt/kq

Hər pillədə

olan işin

müddəti (dəq)

Testin nəticələrinin qiymətləndirilməsi

2

3

3

4

4

5

6

1

1

2

1

2

1-2

1

Qeyri-idmançıların aşağı işgüzarlığı (A)

Qeyri-idmançıların kafi işgüzarlığı (B)

Qeyri-idmançıların normal işgüzarlığı (C)

İdmançıların kafi işgüzarlığı (D)

İdmançıların yaxşı işgüzarlığı (E)

İdmançıların çox yaxşı işgüzarlığı

İdmançıların əla işgüzarlığı

Əgər tədqiqat obyekti qeyri-idmançıdırsa, bu halda ilk yük 1/2 vt/kq, yəni 60 kq

çəkiyə malik şəxslər üçün, 30vt olmalıdır. Əgər yüksək dərəcəli idmançı 100kq bədən

çəkisinə malik olarsa, işə davam gətirdiyi halda 4-cü pillədəki işin şiddəti hətta 400vt-a kimi

artırıla bilər.

Tədqiqat obyektlərində təcrübə zamanı ÜVS-nin dinamikası daima nəzarətdə

saxlanılmalıdır. Ürək-damar və tənəffüs sistemində problemi olanlarla bu testin aparılması

qəti olaraq yolverilməzdir.

Novakki testinə əsasən veloerqometrik iş tam imtina anına kimi yerinə yetirilməlidir.

Orqanizmin funksional hazırlığının daha dəqiq qiymətləndirilməsindən ötrü işin imtina

anının nəinki dəqiqələri, eləcə də saniyələri qeyd edilməlidir.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Test üzrə alınmış göstəricilər 9 №li cədvələ yazılır. Bütün bunlar 8 №li cədvəllə

uyğunlaşdırılmaqla, təhlil və müzakirə edilir. Müvafiq qiymətləndirilmə cədvəlində yalnız

idmançılar deyil, eləcə də qeyri-idmançıların funksional hazırlıqları barədə göstəricilər yer

almışdır. Təcrübəyə əsasən müxtəlif idman növləri ilə məşğul olanların Novakki testinə

dözümlülüyü qeyd edilir, ayrı-ayrı idman növləri ilə məşğul olanlar bərədə qısa məlumatlar

yazılır. Sonda bütün informasiyalar konkretləşdirilməklə, təcrübənin yekun lokanik

xülasəsində öz əksini tapmalıdır.

Cədvəl №9 – Novakki testinə əsasən təcrübi qiymətləndirmə

Üzərində

təcrübə

aparılan

şəxslər

Bədən

çəkisi,

kq

İlk

yükün

şiddəti,

vt

Veloerqometrik

işin davametmə

müddəti

Novakki

testinə əsasən

işgüzarlıq

göstəricisi

1.

2.

3.

4.

Page 17: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

17

M Ə Ş Ğ Ə L Ə № 8

I – M ö v z u :

Görmə analizatorundan istifadə etmədən müvafiq əzələ gərginliyinin icra imkanlarının

tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Hərəki vərdiş – məşq prosesində müvəqqəti əlaqələr mexanizmi əsasında əldə olunan

yeni hərəkət və ya fəaliyyət formasıdır. Orqanizmdəki müxtəlif hərəki vərdişlər ehtiyyatı bir

tərəfdən anadangəlmə, digər tərəfdən isə xüsusi təlim nəticəsində əldə olunan hərəki

vərdişlərdən təşkil olunmuşdur. İnsan kəmiyyət və mürəkkəblik baxımından məhdud olan

hərəki vərdiş ehtiyatları ilə (sorma, udma, göz qırpma, qıcıqlandırıcılara cavab olaraq

ətrafların bükülüb-açılması və s.) anadan olur. Çox mühüm bir xüsusiyyət – sinir sisteminin

plastikliyi irsən ötürülür ki, bunun sayəsində də yüksək səviyyəli məşqlilik, yəni həyat

fəaliyyəti şəraitinin adekvat dəyişikliklərini, hərəkət aktlarının yeni formalarını mənimsəmə

imkanları təmin olunur.

Hər bir hərəki vərdişə çox komponentli sistem kimi baxılır ki, o da hərəki (hərəkət

aktının öz strukturunda təzahür olunur), vegetativ (hərəkətin icrasının vegetativ təminatı ilə

əlaqədardır) və sensor (analizatorların fəaliyyəti ilə əlaqədardır) tərkib hissələrindən

ibarətdir. Fəaliyyət növündən asılı olaraq, onların əhəmiyyətliyi dəyişilir. Məsələn, uzaq

məsafəyə qaçanlar üçün hərəki və vegetativ komponent, gimnast və qılınc oynadanlar üçün

isə sensor komponent daha vacib əhəmiyyət kəsb edir.

Hərəki vərdişlərin formalaşmasının ilkin mərhələlərində analizatorlar zəruri mahiyyət

daşıyırlar ki, bu dövrdə onlar intensiv fəaliyyəti ilə seçilirlər. Lakin hərəki vərdişlərin

avtomatlaşmasının təkmilləşməsilə yanaşı, bəzi analizatorlar bir növ arxa plana keçirlər. Yəni

onların diqqətlə izlənilməsi zəruriliyi olmur. İdmançılar daha mükəmməl avtomatlaşdırılmış

hərəkətləri, belə demək mümkünsə, gözü bağlı da icra edə bilərlər.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

əl və istinad dinamometri

I V – T ə c r ü b i h i s s ə :

Tələbələr sırasından 4 – 5 nəfər üzərində təcrübə aparılacaq şəxs, gərginlik həddini

qeydə alan və təcrübə protokollarını tərtib edən bir tələbə seçilir.

İlk öncə üzərində təcrübə aparılacaq şəxslər növbə ilə maksimal güclə əl

dinamometrini sıxır və ya istinad dinamometrini dartırlar. Sonra həmin tələbələr görmə

analizatorunun müşahidəsi ilə maksimal göstəricinin 25%-ni icra edirlər. Lakin növbəti 3 – 4

cəhdlərində artıq, görmə analizatoru istisna olunduğu halda, yəni bilavasitə müşahidə

aparmadan – gözü bağlı eyni gərginlik göstəricisini icra etməyə çalışırlar. Hər bir cəhdin

nəticəsi üzərində təcrübə aparılan tələbənin verdiyi məlumatdan sonra qeyd edilir.

Daha sonra həmin şəxslər prosesi bilavasitə görmə analizatoru ilə müşahidə etməklə,

maksimal qüvvənin 50%-i həddində dinamometrə guc tətbiq edirlər. Bundan sonra növbəti 3

– 4 cəhddə isə görmə analizatoru istisna olunmaqla, həmin nəticəni təkrar etməyə səy

göstərirlər. Hər bir cəhdin yekun nəticəsi yalnız üzərində təcrübə aparılan şəxsin qəti

məlumatına istinadən qeyd edilməlidir.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Page 18: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

18

Alınmış nəticələr 10 №li cədvələ yazılır, təhlil və müzakirə edilir. Tələbələrin hansı

cəhddə daha dəqiq nəticəyə yaxınlaşmasına, əl yoxsa istinad dinamometrindən daha doğru

göstəricilərə nail olmasına fikir vermək lazımdır. Xətaların yüngül və ya ağır yüklənmələrdən

hansında təzahür olunması da maraq doğuran məqamlardandır. Üzərində təcrübə aparılan

şəxsləri idman növlərinə görə təsnif etmək, yüksək nəticə göstərənləri qruplaşdırmaq

məqsədəuyğundur. Sonda bütün nəticələri ümumiləşdirməklə, işin mahiyyətini əks etdirə

biləcək qısa xülasə verilməlidir.

Cədvəl №10 – Əl (istinad) dinamometrinin göstəricilərinin tədqiqi

Üzərində

təcrübə

aparılan

şəxslər

Maksimal

qüvvənin

25%-i

Qüvvə

göstəriciləri

Maksimal

qüvvənin

50%-i

Qüvvə

göstəriciləri

1-c

i cə

hd

2-c

i cə

hd

3-c

ü c

əhd

1-c

i cə

hd

2-c

i cə

hd

3-c

ü c

əhd

1.

2.

3.

4.

Page 19: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

19

M Ə Ş Ğ Ə L Ə № 9

I – M ö v z u :

Hərəkətlərin zaman parametrlərinin idarə olunma imkanlarının tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Metronomdan istifadə olunmadan hərəkətlərin zaman parametrlərini hiss etmək,

hərəkətləri tapşırılmış vaxta müvafiq icra etmək yüksək səviyyədə təkmilləşmiş hərəki

vərdişlər tələb edir. Dəfələrlə təkrarlama nəticəsində hərəki vərdişlər xeyli adiləşir.

Mürəkkəb hərəki vərdişlərin ayrı-ayrı elementləri, sadə vərdişlər isə bütövlükdə diqqəti

toplamadan belə və ya tam olaraq düşünülmədən avtomatik şəkildə icra oluna bilər.

İstənilən bir hərəkət üçün daha böyük əhəmiyyət kəsb edən hərəki analizatorlardır ki,

onun da “qəbuledici cihazları” – proprioreseptorlar bilavasitə skelet əzələlərində, bağlarda və

oynaqlarda yerləşmişdir. O, sinir mərkəzlərini əzələlərin gərginləşmə və boşalma dərəcəsi

haqqındakı məlumatlarla təmin edir. Bir çox idman təmrinləri zamanı görmə (məsələn,

idman oyunları), eşitmə (məsələn, bədii gimnastika və ya fiqurlu konkisurmə yarışlarında

hərəkətlərin tempi və xarakteri musiqi ilə əlaqəli şəkildə həyata keçirilir), vestibulyar

analizator (zəiflənmiş dayaqlarda icra olunan bütün hərəkətlər) böyük rol oynayır.

Hərəki vərdişlər istənilən idman fəaliyyətində hərəkətlərin düzgün, qənaətli icrasını

təmin etməlidir.

Yüksək dərəcəli idmançılar illərlə qazanılmış təcrübə sayəsində vaxtı düzgün

qiymətləndirə və öz qüvvələrini səmərəli şəkildə bölüşdürə bilirlər. Məsələn: boks idman

növündə yüksək ustalığa malik idmançılar, hətta kənardan məşqçi və digərilərinin

xəbərdarlıq etmədiyi halda raundun sonlarını hiss edir, həmin məqama uyğun mübarizə

aparmağa (xalda geri olduğu halda daha yüksək tempdə vuruşur, əks halda üstün olduğu

məqamda son saniyələr mübarizədən yayınmağa çalışırlar) cəhd göstərirlər.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

veloerqometr, saniyəölçən

I V – T ə c r ü b i h i s s ə :

Tələbələr sırasından 2 – 3 nəfər üzərində təcrübə aparılacaq şəxs, vaxt və hərəkət

sürətinin hər birini qeydə almaqdan ötrü 1 nəfər, eləcə də tədqiqat nəticələrini

protokollaşdırmaqdan ötrü 1 tələbə seçilir.

Təcrübənin birinci hissəsində üzərində təcrübə aparılan tələbələr növbə ilə ayaq üstə,

ayaqlar çiyin bərabərində aralı dayanmalı, asta templə (saniyəölçəndə 10 saniyə ərzində)

vaxtı qeyd edənin birbaşa nəzarəti ilə bədəni yanlara əymə hərəkətini icra edirlər (1 – sağa

əyilmə, 2 – çıxış vəziyyəti, 3 – sola əyilmə, 4 – çıxış vəziyyəti). Daha sonra onların hər biri

eyni bir hərəkəti 3 – 4 cəhd ilə müstəqil formada tapşırılmış zaman çərçivəsində (10 san)

yerinə yetirməlidir. Hər bir cəhdin icra müddəti vaxta nəzarət edən tərəfindən qeyd olunur və

üzərində təcrübə aparılan şəxsə məlumat verilir.

Təcrübənin ikinci hissəsində həmin şəxslər, saniyəölçənə baxmaq şərtilə, sərbəst

formada stabil yüngül tempdə 30 saniyə ərzində veloerqometrdə iş icra etməlidirlər. Bu

zaman onların hər biri həmin zaman kəsiyində hərlədilən pedalların ümumi miqdarını

müstəqil şəkildə hesablayırlar (həmçinin hərəkət sürətinə nəzarət edən tərəfindən də qeydə

alınır). Daha sonra bu şəxslər 2 – 3 təkrar cəhddə saniyəölçənə baxmamaq şərtilə, pedalları

əvvəlki sayda hərlətməli və müvafiq 30 saniyəlik intervalı qoruyub saxlamalıdır. Üzərində

təcrübə aparılan şəxslər işi başladığı andan 30 saniyəlik müddətin keçdiyini hiss etdiyi zaman

Page 20: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

20

sərbəst şəkildə dayana bilər. Hərəkət sürətini qeydə alan şəxs hər bir cəhddə hərlədilən

pedalların sayını, vaxta nəzarət edən isə hər cəhddə işin davametmə müddətini qeyd edir.

Bütün bunlar barədə hər cəhdin sonunda üzərində təcrübə aparılan şəxslərə məlumat

verilməlidir.

Cədvəl №11 – Görmə analizatoru istisna olunmaqla, müvafiq müddətdə veloerqometrdə iş sürəti və bədənin yanlara

əyilmə zamanının icra nəticələri

Üzərində

təcrübə

aparılan

şəxslər

Tapşırıq

Bədənin yanlara

əyilməsi

Tapşırıq

Veloerqometrik

İcra olunma İcra olunma

1-c

i cə

hd

2-c

i cə

hd

3-c

ü c

əhd

1-c

i cə

hd

2-c

i cə

hd

1.

2.

3.

4.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Təcrübədə iştirak edən tələbələrin hər bir cəhd üzrə göstəriciləri 11 №li cədvəldə

yazılmaqla, təhlil və müzakirə edilir. Ayrı-ayrı şəxslər üzrə görülən işlərin əsasən hansı

cəhddə daha optimal göstəricilərə nail olunmasına fikir vermək lazımdır. Fərqli növlərlə

məşğul olan idmançıların göstəricilərini ümumiləşdirmək, məşqlilik səviyyəsinə görə

nəticələrin təhlilini də diqqətdə saxlamaq gərəkdir. Bütün sadalananları ümumiləşdirib, qısa

xülasə vermək məqsədəuyğun olar.

Page 21: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

21

M Ə Ş Ğ Ə L Ə № 10

I – M ö v z u :

Statik hərəkətlərin icrası zamanı fizioloji dəyişikliklərin tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Tədqiqatlar göstərmişdir ki, statik rejimdə icra olunan qüvvə yüklənmələri dinamik

rejimdəki hərəkətlərlə nisbətən gücün əhəmiyyətli dərəcədə artımına gətirib çıxarmaqla,

effektivliyi yüksəldir.

Qüvvə məşğələləri zamanı əzələlərdə morfoloji dəyişikliklər təzahür olunur ki, onun

da əsas mahiyyəti əsas etibarilə əzələ kütləsinin və əzələnin en kəsiyi sahəsinin böyüməsilə

əlaqədardır. Bu zaman yalnız əzələ deyil, eləcə də birləşdirici toxuma elementlərinin artımı

müşahidə olunur. Hər şeydən öncə hərəki sinir uclarında innervasiya dəyişikliklərinin baş

verməsi də qeyd edilir.

Qüvvənin inkişafı əzələnin kimyəvi tərkibinin dəyişilmələri, o cümlədən miozinin

artımı və ATF fəallığının şiddətlənməsi ilə müşayiət olunur.

Əhəmiyyətli yüklənmələr zamanı statik səyin səciyyəvi xüsusiyyətlərindən biri də işin

icra müddətinin nisbətən aşağı olmasıdır. Bu zaman əzələlərin gərginlik dərəcəsi vacib rol

oynayır. Gərginliyin həddi və statik səyin müddəti arasında müəyyən bağlılıq mövcuddur:

statik səy zamanı müşahidə olunan gərginlik yuxarı olduqca, bu əzələ gərginliyinin

saxlanılma müddəti bir o qədər aşağı olur.

Əlalxüsus məşq etməyən şəxslərdə böyük statik gərginliklər müvafiq fizioloji

göstəricilərin daha gözəçarpan dəyişiklikləri ilə təzahür olunur. Statik səy fenomeni hələ

1920-ci ildə Lindqard tərəfindən öyrənilmişdir (şəkil №4).

Şəkil №4 – Statik səy fenomeni

Statik səy fenomeninin əsas mahiyyəti ondan ibarətdir ki, tənəffüs və qan dövranının

şiddətlənməsi iş zamanından çox, işdən sonra müşayiət edilir. Lindqard belə hesab edir ki,

statik səy zamanı gərginləşmiş əzələlər oraya gələn qan damarlarını sıxırlar. Nəticədə işləyən

əzələlərin qan təchizi azalır. Bununla yanaşı maddələr mübadiləsi məhsullarının (CO2, süd

turşusu) qan dövranına düşə bilməməsi səbəbindən tənəffüs və ürək-qan damar sisteminin

fəaliyyətinə təkan verə bilmirlər. Bütün bunlara görə ağciyər ventilyasiyası və qanın

dəqiqəlik həcmi statik səy zamanı yüksəlir. Statik şiddət bitdikdən sonra isə əzələlərin qan

Page 22: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

22

dövranı bərpa olunur və maddələr mübadiləsi məhsulları əzələlərdən qana keçməklə, tənəffüs

aparatı və ürək-damar sisteminin işini stimullaşdırır (hərəkətə gətirir).

Lakin Vereşagin və onun əməkdaşlarının tədqiqatları göstərmişdir ki, statik səy

fenomeni bu rejimdə işləyən əzələlərin yalnız qan damarlarına olan mexaniki təsirlərilə

şərtləndirilmir, həmçinin təmrinlərin icrası zamanı tənəffüs və qan dövranı funksiyalarını

tənzimləyən mərkəzi mexanizmlərin təzyiq altında olması ilə də əlaqədardır. Əzələlərin statik

gərginliyində böyük yarımkürələr qabığının hərəki zonasında impulslar göndərilməklə,

uzunmüddət daimi oyanma vəziyyətində olurlar. Həmçinin eynivaxtlı mənfi induksiya

mexanizmi əsasında bu oyanma mərkəzi, digər sinir mərkəzləri, o cümlədən toxumaları

oksigenlə təchiz edən sahələrin fəaliyyətinə də təzyiq göstərir. Sonda bu daimi oyanma

yekunlaşdıqda, əzələlər boşalır, tormozlanmış mərkəzlər oyanma vəziyyətinə gəlir ki, bu da

tənəffüs və qan dövranı fəaliyyətinin sürətlənməsinə səbəb olur.

Ümumiyyətlə, imtina anına kimi olan statik iş qabiliyyətini məhdudlaşdıran əsas

yorulma mexanizmləri aşağıdakılardır: maddələr mübadiləsi məhsullarının toplanması, qabıq

sinir mərkəzində hüdudxarici ləngimənin inkişafı, əzələ liflərinin təqəllüs xüsusiyyətlərinin

zəifləməsi.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, nəbzin sayılması üçün pulsotaxometr, arterial təzyiqin ölçülməsi üçün tanometr.

I V – T ə c r ü b i h i s s ə :

Sakitlik vaxtı üzərində təcrübə aparılan şəxslərin oturaq vəziyyətində ürək

vurğularının sayı, arterial təzyiq və tənəffüsün sıxlığı qeyd edilir. Sonra onlar tam imtina

anına kimi statik xarakterli iş icra edir. Bundan ötrü şəraitdən asılı olaraq, müxtəlif hərəkətlər

icra etmək olar. Məsələn, dayaqda bucaq saxlamaq, ayaqlar nisbətən hündürlükdə olmaq

şərtilə jim vəziyyəti almaq, uzanmış vəziyyətdə ayaqları 450 bucaq altında tutmaq, espanderi

70% maksimal qüvvə sərfi ilə sıxmaq, ştanq diskini açılmış qollarda saxlamaq və s.

Sakitlikdə müəyyən edilmiş funksional göstəriciləri, statik səy zamanı, işdən dərhal sonra və

5 dəqiqəlik bərpa dövrünün hər dəqiqəsində müəyyən etmək məqsədəuyğundur.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Təcrübənin nəticələri 12 №li cədvələ yazılır, təhlil və müzakirə edilir.

Cədvəl №12 – Statik xarakterli hərəkətlərin icrası nəticəsində olan funksional dəyişikliklər

Tədqiqat ÜVS

vurğu/dəq

AT

mm. c.s.

TS

tsikl/dəq

Sakitlik zamanı

Statik səy vaxtı

İşdən dərhal sonra

Bərpa:

1-ci dəqiqə

2-ci dəqiqə

3-cü dəqiqə

4-cü dəqiqə

5-ci dəqiqə

Alınmış göstəricilərə əsasən statik səy zamanı və işdən dərhal sonra olan rəqəmlər

arasındakı fərq aşkarlanmalı, nəzəri hissədə göstərilmiş şəkillə müqayisə olunmalıdır.

Orqanizmin neçənci dəriqədə bərpa olunması da xüsusi əhəmiyyət kəsb edir. Ümumi olaraq

sonda, statik işin fizioloji xüsusiyyətləri haqqında qısa xülasə vermək gərəkdir.

Page 23: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

23

M Ə Ş Ğ Ə L Ə № 11

I – M ö v z u :

Astrandın nomoqrammasına əsasən oksigenin maksimal sərfiyyatının təyini

I I – N ə z ə r i h i s s ə :

Oksigenin maksimal sərfiyyatı orqanizmin aerob işgüzarlıq göstəricisi hesab edilir.

Aerob işgüzarlıq – insanın ən ağır işlərin icrası zamanı öz enerji məsrəfini bilavasitə iş

zamanı qəbul olunan oksigenin hesabına icra etmək imkanlarıdır. Xatırlatsaq ki, oksigen

toxumalara qan axını ilə çatdırılır, onda OMS göstəricisinin yalnız tənəffüs sisteminin

funksional imkanlarından deyil, həmçinin qan və qan dövranı sistemindən də asılılığı məlum

olar.

Şəkil №4 – Laboratoriya şəraitində oksigenin

maksimal sərfiyyatının müəyyən olunması

Yüksək idman nəticələrinə nail olmaqdan ötrü OMS-ni 6.0 – 6.5 l/dəq səviyyəsinə

çatdırmaq üçün ağır işlər zamanı ağciyər ventilyasiyası 150 l/dəq-dən az olmamalı, hər 100

ml qan üçün O2 həcmi 22-25 ml, arterial-venoz fərq (AVF) 16-17 ml təşkil etməklə yanaşı,

qan axınının dəqiqəlik həcmi 33-35 litr olmalıdır.

OMS-nin birbaşa üsulla müəyyən olunması laboratoriya şəraitində üzərində təcrübə

aparılan şəxsdə hüdud oksigen sərfiyyatına çatdırıla biləcək yüklərin tətbiqi və

qazanalizatorlardan istifadə ilə həyata keçirilir (şəkil №4). Lakin bu kimi şərait hər bir

idmançı üçün əlçatan deyil.

Məşqçilik təcrübəsində daha sadə üsul olan ürək vurğularının sayına görə işin

intensivliyinin müəyyən olunması məsləhət görülür. Məlumdur ki, ürəyin işinin sürətlənməsi,

demək olar ki, oksigen sərfiyyatının artması ilə paralel şəkildə baş verir.

Ağır fiziki iş icra etmədən də OMS-nin həddi barədə fikir söyləmək üçün metodlar

mövcuddur. Bu məqsədlə üzərində təcrübə aparılan şəxsin çəkisinə uyğun standart iş zamanı

ürək vurğularının sayını müəyyən etmək lazımdır. İşin həddini və ürək vurğularının sayını

bildikdən sonra, oksigenin maksimal sərfiyyatı Astrandın xüsusi nomoqramması vasitəsilə

müəyyən oluna bilər (şəkil №5).

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

veloerqometr, step-pilləkən, pulsotaxometr, tərəzi, saniyəölçən

I V – T ə c r ü b i h i s s ə :

Yük qismində müvafiq şiddətlə veloerqometrdə olan iş və ya dəqiqədə 22.5 tsikl

olmaq şərtilə pilləkəndə qalxıb-enmə hərəkətləri tətbiq olunur. Kişilər üçün pillənin

Page 24: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

24

hündürlüyü 40 sm, qadınlar üçün isə 33 sm olmalıdır. Üzərində təcrübə aparılan şəxs 5 dəq

ərzində işi icra etməlidir. Ürək vurğularının sayı 5-ci dəqiqənin sonlarında müəyyən

olunmalıdır.

Məsələn, 94 kq çəkiyə malik kişilər 1200 kqm/dəq şiddətlə veloerqometrdə olan iş

zamanı ürək vurğularının sayı 166 olmuşdur. 1 №li şkalada 166 göstəricisi ilə 6 №li şkalada

94 kq-a uyğun olan nöqtəni birləşdiririk. Alınmış bu xəttin 3 №li şkala ilə kəsişdiyi nöqtə,

üzərində təcrübə aparılan şəxsin OMS-ni göstərir. Şəkildən göründüyü kimi bu rəqəm 3.6

l/dəq-yə bərabərdir.

Şəkil №5. P.O.Astrandın nomoqramması: 1 – kişilər üçün ürək vurğularının sayı; 2 – qadınlar üçün ürək vurğularının sayı;

3 – oksigenin maksimal sərfiyyatı (OMS); 4 – qadınların bədən çəkisi; 5 – kişilərin bədən çəkisi; 6 – oksigen sərfiyyatı; 7 –

qadınlar üçün veloerqometrdə görülən işin şiddəti (kqm/dəq); 8 – kişilər üçün veloerqometrdə görülən işin şiddəti

(kqm/dəq)

Daha bir nümunə göstərək. 61 kq olan bir şəxsin pillələrdə hərəkəti zamanı 5-ci

dəqiqənin sonlarında ürək vurğularının sayı 156-ya bərabər olmuşdur. Bu halda 4 №li

şkaladan (qadınların çəki göstəricisi) 6 №li şkalaya (iş zamanı olan oksigen sərfiyyatı)

perpendikulyar xətt çəkilir. Birinci halda olduğu kimi, həmçinin ürək vurğularının sayını

göstərən şkala ilə birləşdirmək lazımdır. Qadınların göstəricisini müvafiq olaraq 2 №li

şkaladakı lazımi nöqtə ilə 6 №li şkaladakı nöqtəni birləşdirməklə, OMS-nin 2.4 l/dəq-yə

bərabər olduğunu görmək olar.

Cədvəl №13 – Astrandın nomoqrammasına əsasən OMS-nin təyini

Üzə

rin

təcr

üb

ə

apar

ılan

şəx

slər

Cin

si (

kiş

i, q

adın

)

Bəd

ən ç

əkis

i (k

q)

Vel

oer

qom

etri

k y

ük

ün

şid

dət

i (k

qm

/dəq

)

Vel

oer

qom

etri

ya

ya

step

-tes

tdən

so

nra

ÜV

S (

vu

rğu/d

əq)

İş z

aman

ı ok

sig

en

sərf

iyyat

ı (l

/dəq

)

Ast

ran

dın

no

mo

qra

mm

asın

a

əsas

ən O

MS

1.

2.

3.

4.

Page 25: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

25

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Həm step-test, həm də veloerqometrik yüklənmələri tətbiq etməklə, oksigenin

maksimal sərfiyyatını tapmaq, nəticələri 13 №li cədvələ yazmaqla təhlil və müqayisə etmək

gərəkdir. Laboratoriya şəraitində birbaşa üsulu aparmaq üçün qazanalizator cihaz olduğu

halda, OMS-nin həmin üsulla tapılması və Astrandın nomoqramması üsulu ilə tapılmış

göstəricilərlə uyğunlaşdırılması, nəticələrin etibarlıq dərəcəsini müəyyənləşdirə bilər. Sonda

bütün nəticələri yekunlaşdıraraq, OMS-nin daha səmərəli və rahat üsulla tapılması barədə

qısa xülasə verilməlidir.

Page 26: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

26

M Ə Ş Ğ Ə L Ə № 12

I – M ö v z u :

Teppinq testin icrası zamanı hərəkətlərin maksimal tezliyi və müvafiq zaman

kəsiyində sürət səviyyəsinin tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Fiziki tərbiyə prosesində qarşıya qoyulan əsas məqsədlərdən biri insanın fiziki

keyfiyyətlərinin optimal inkişafını təmin etməkdir. Fiziki keyfiyyət göstəricilərinin nisbi

dəyişilmə dinamikasında “inkişaf” və “tərbiyə” terminlərindən istifadə olunur. “İnkişaf”

termini fiziki keyfiyyətlərin təbii dəyişilmə prosesini xarakterizə edir, lakin “tərbiyə” termini

dedikdə, fiziki keyfiyyət göstəricilərinin artımından ötrü fəal və məqsədyönlü təsirlər nəzərdə

tutulur.

Hər bir insanda hərəki qabiliyyətlər fərqli şəkildə inkişaf edir. Bu imkanların

inkişafının əsasında müxtəlif anadangəlmə (irsi) anatomik-fizioloji əlamətlər dayanır:

• Beyin və sinir sisteminin anatomik-morfoloji göstəriciləri (sinir proseslərinin

xüsusiyyətləri – qüvvəsi, mütəhərrikliyi, müvazinəti, böyük yarımkürələr qabığının fərdi

quruluş variantları, onun ayrı-ayrı sahələrinin funksional yetkinlik dərəcəsi);

• Ürək-damar və tənəffüs sisteminin fizioloji xüsusiyyətləri – oksigenin maksimal

sərfiyyatı, periferik qan dövranı göstəriciləri;

• Bioloji (oksidləşmə, endokrin tənzimləmə, maddələr mübadiləsi, əzələ təqəllüsünün

enerji təminatı xüsusiyyətləri);

• Cismani (bədən və ətrafların uzunluğu, bədən çəkisi, əzələ və yağ toxumasının

kütləsi)

• Psixodinamiki (temperament, psixi vəziyyətin tənzimləmə xüsusiyyətləri);

Sürət qabiliyyəti dedikdə, hərəki fəaliyyətin minimal zaman kəsiyində icrasını təmin

edə bilən funksional xüsusiyyətlər kompleksi nəzərdə tutulur. Sürət imkanlarının təzahür

olunması əsasən aşağıdakı faktorlardan asılıdır:

– Yarımkürələrin hərəki sahəsində sinir proseslərinin mütəhərrikliyi;

– Oyanmanın sinapsdan sinirlərə keçmə sürəti;

– Əzələlərin təqəllüs xüsusiyyətləri (tərkib quruluşu);

- Əzələlərdə kreatinfosfat və qlikogen ehtiyyatı;

– Əzələdaxili və əzələlərarası koordinasiya.

İdman fəaliyyəti zamanı idmançıların sinir-əzələ aparatı üzərinə böyük yük düşür.

İdman məşqləri təsirindən sinir proseslərinin qüvvəsi, mütəhərrikliyi və müvazinəti artmaqla,

yüksək effektivli idman fəaliyyətini təmin etmiş olur.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, A4 ölçülü vərəqlər, karandaşlar

I V – T ə c r ü b i h i s s ə :

Bütün tələbələr kağız vərəqələrdə 10x10 sm ölçüdə 6 ədəd kvadrat çəkirlər. Komanda

verilməklə onlar karandaşla kvadratda 5 saniyə ərzində maksimal sayda nöqtə qoymağa

çalışırlar. Növbəti 5 saniyədə onlar eyni hərəkəti növbəti kvadratda icra edirlər və bu

ardıcıllıqla ümumi 30 saniyə ərzində bütün 6 kvadratda nöqtələr qoyulur. Vaxta nəzarət edən

xronometr qeydlər aparan tələbə hər 5 saniyənin tamamında üzərində təcrübə aparılan

şəxslərə məlumat verir.

Page 27: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

27

Qoyulmuş nöqtələrin miqdarı hesablanır və hər bir kvadrata ayrı ayrılıqda yazılır.

Hesablama zamanı səhvlərə yol verməməkdən ötrü sayılmış nöqtələri bir-biri ilə düz xətlə

birləşdirmək məsləhət görülür (şəkil №6).

Şəkil №6 – Teppinq testin yoxlanılma qaydası

Nöqtələrin cəmi baş beyin qabığının hərəki sahəsinin sinir hüceyrələrinin işgüzarlıq

göstəricisi sayılır və idmançılarda sürət dözümlülüyü keyfiyyətinin göstərilmə imkanlarını

xarakterizə edir. Kvadratdan-kvadrata keçdikcə nöqtələrin miqdarının azalması sinir-əzələ

aparatının funksional dayanıqlığının kifayət dərəcədə olmamasına işarədir.

Teppinq test göstəricilərinə əsasən işə girişmə sürətini və yorulmaya müqavimət

göstərilmə imkanlarını qiymətləndirmək olar. Əgər qrafik çəkib, absis oxu üzərində 5

saniyəlik intervalla 6 işarə, ordinat oxu üzərində isə kvadratlara qoyulmuş nöqtələrin miqdar

göstəricilərini qeyd etsək, bu halda bütün bu göstəriciləri təhlil etmək çox rahat olar.

Qoyulmuş nöqtələrin cəmi çox olduqca, maksimal səviyyəyə çatmaq daha tez baş verir və bu

say nə qədər çox saxlanılarsa, mərkəzi sinir sisteminin xüsusiyyətləri də bir o qədər yüksək

olacaqdır. Ümumiyyətlə hərəkət cəldliyinin orta göstəricisi 5 saniyə ərzində hər bir kvadrata

30 – 35 nöqtənin qoyulmasilə əlaqədardır.

Teppinq testin göstəriciləri tək hərəkət müddətini (THM) müəyyənləşdirməyə imkan

verir ki, bu da sürətin təzahür olunmasının bir forması sayılır. THM tapmaq üçün iş

müddətində nöqtələrin cəmini bilmək lazımdır. Məsələn, 6 kvadratda qoyulmuş nöqtələrin

cəmi 185, iş müddəti isə 30 saniyədir (30000 ms). Bu halda:

THM = 30000 ms / 185 = 162.2

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Kvadratlardakı nöqtələrin dəyişilmə dinamikası və bütün 6 kvadratdakı qeydlərin cəmi

təhlil edilir. Kvadratdan kvadrata keçid zamanı qoyulmuş nöqtələrin artıb və ya azalma

tempini diqqətdə saxlamaq gərəkdir. Qrup üzrə bütün nəticələri ümumiləşdirib, daha rahat

təhlil etməkdən ötrü cədvəl də tərtib etmək olar (cədvəl №14).

Page 28: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

28

Cədvəl №14 – Teppinq testin nəticələri

Üzərində

təcrübə

aparılan

şəxslər

Kvadratlar üzrə qoyulmuş nöqtələrin

sayı

30 saniyə ərzində 6

kvadrat üzrə qoyulmuş

nöqtələrin cəmi

1-c

i k

vad

rat

5 s

an

2-c

i k

vad

rat

5 s

an

3-c

ü k

vad

rat

5 s

an

4-c

ü k

vad

rat

5 s

an

5-c

i k

vad

rat

5 s

an

6-c

ı k

vad

rat

5 s

an

1. 2. 3. 4.

Bir qrupda fərqli idman növləri ilə məşğul olan idmançıların toplaşdığına istinad

etsək, bu halda testə əsasən ayrı-ayrı idmançıların sinir-əzələ aparatının funksional

dayanıqlığı barədə fikir yürütmək və bütün bunları ümumiləşdirib, qısa xülasə vermək

məqsədəuyğun olar.

Page 29: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

29

M Ə Ş Ğ Ə L Ə № 13

I – M ö v z u :

Kuper testinə əsasən aerob dözümlülüyün müəyyən olunması

I I – N ə z ə r i h i s s ə :

Standart fiziki yüklərdən istifadə olunmaqla fiziki iş qabiliyyətinin qiymətləndirilməsi

Kuperin 12 dəqiqəlik testinə əsasən yoxlanıla bilər.

12 dəqiqəlik test stadion şəraitində qaçış və ya yeriş ilə 12 dəqiqə ərzində mümkün

qədər daha çox məsafə qət etməkdən ibarətdir. Üzərində təcrübə aparılan şəxsin yaşını və

sınaq ərzində keçilmiş məsafəni nəzərə almaqla, fiziki hazırlığın qiymətləndirilməsi 15 №li

cədvələ əsasən aparıla bilər.

Cədvəl №15 – Kuperin 12 dəqiqəlik qaçış testinə əsasən fiziki hazırlığın qiymətləndirilməsi

Fiziki hazırlıq Qət edilmiş məsafə (metr)

13-19 yaş 20-29 yaş 30-39 yaş

Kişilər:

Çox aşağı

Aşağı

Kafi

Yaxşı

Çox yaxşı

Əla

2100-dən aşağı

2101 – 2200

2201 – 2500

2501 – 2750

2751 – 3000

3001-dən yuxarı

1950-dən aşağı

1951 – 2100

2101 – 2400

2401 – 2600

2601 – 2800

2801-dən yuxarı

1900-dən aşağı

1901 – 2100

2101 – 2300

2301 – 2500

2501 – 2700

2701-dən yuxarı

Qadınlar:

Çox aşağı

Aşağı

Kafi

Yaxşı

Çox yaxşı

Əla

1600-dən aşağı

1601 – 1900

1901 – 2100

2101 – 2300

2301 – 2400

2401-dən yuxarı

1550-dən aşağı

1551 – 1800

1801 – 1900

1901 – 2100

2101 – 2300

2301-dən yuxarı

1500-dən aşağı

1501 – 1700

1701 – 1900

1901 – 2000

2101 – 2200

2201-dən yuxarı

12 dəqiqə ərzində qət edilmiş məsafəyə istinadən, dolayısı üsulla oksigenin maksimal

sərfiyatını 16 №li cədvələ əsasən müəyyən etmək olar.

Kuperin fiziki işgüzarlığı qiymətləndirməkdən ötrü təklif etdiyi sınaqların üstün

xüsusiyyətlərindən biri də ümumi yekun göstəricilərin üzərində təcrübə aparılan şəxslərin yaş

göstəriciləri ilə əlaqələndirilməsi, eləcə də qız və oğlanlar üçün ayrı-ayrılıqda göstərilməsidir.

Belə ki, müxtəlif yaşlı insanların topladıqları eyni bal fərqli fiziki işgüzarlıq göstəricisi kimi

qiymətləndirilə bilər.

Cədvəl №16 – Qət edilmiş məsafəyə əsasən OMS-nin təyini

Məsafə (metr) VO2 max ml•kq/dəq

1600-dən aşağı

1600 – 1900

2000 – 2400

2500 – 2700

2800-dən yuxarı

25.0-dən aşağı

25.0 – 33.7

33.8 – 42.5

42.6 – 51.5

51.6-dan yuxarı

Ümumiyyətlə, məşhur Amerikalı həkim Kennet Kuper tək qaçış deyil, eləcə də

üzgüçülük və velosiped sürməklə əlaqədar olan testlərini 1968-ci ildə işləyib hazırlamasına

baxmayaraq, onlar indiyə kimi istifadə olunmaqdadır və öz aktuallığını itirməmişdir. Bu

testlərdəki yüklənmələr yalnız əzələ aparatına deyil, eləcə də əzələ fəaliyyətini təmin edən

sistemlərə, hər şeydən öncə ürək-damar və tənəffüs sisteminə əhəmiyyətli dərəcədə təsir

Page 30: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

30

göstərir. Test zamanı yükün icrası qiymətləndirildikdən sonra, dolayısı yolla ürək-damar və

tənəffüs sistemi barədə də fikir yürütmək olar.

Kuper testinin T.A.Yurmiya və E.A.Viru modifikasiyasında işdən sonra bərpa

dövrünün 2-ci, 3-cü və 4-cü dəqiqələrinin ilk 30 saniyəsində ürək vurğularının sayının

müəyyən olunması təklif olunur (cədvəl №17).

Hesablama düsturu isə aşağıdakı kimidir:

𝑖𝑛𝑑𝑒𝑘𝑠 = 𝑘𝑢𝑝𝑒𝑟 𝑡𝑒𝑠𝑡𝑖 (𝑚) 𝑥 100

2 𝑥 (𝑓2 + 𝑓3 + 𝑓4)

Burada f2, f3 və f4 – 2, 3 və 4-cü bərpa dəqiqələrinin ilk 30 saniyəsindəki ÜVS-dir.

Cədvəl №17 – Modifikasiya olunmuş Kuper sınağı indeksinin qiymətləndirilməsi (T.A.Yurmiya və E.A.Viruya

görə)

Qiymətləndirmə Kişilər Qadınlar

«Çox aşağı»

«Aşağı»

«Kafi»

«Yaxşı»

«Əla»

580-dan az

581 – 680

681 – 780

781 – 880

881-dən çox

430-dan az

431 – 510

511 – 590

591 – 670

671-dən çox

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, pulsotaxometr, tanometr

I V – T ə c r ü b i h i s s ə :

Tələbələr arasından müxtəlif hazırlıq səviyyəsinə malik iki oğlan və iki qız seçilir.

Həmin şəxslərin işdən əvvəl sakitlik vəziyyətində ürək vurğularının sayı, tənəffüsün sıxlığı

və arterial qan təzyiqi müəyyən edilir. Sonra üzərində təcrübə aparılan şəxslərə 12 dəqiqə

ərzində stadionun qaçış cığırında mümkün qədər uzaq məsafəyə qaçmaq tapşırılır. Qaçışdan

sonra qət edilmiş məsafə və işdən sonra bərpa dövründə ürək vurğularının sayı müəyyən-

ləşdirilir. Bu göstəricilər düsturda və cədvəldə müvafiq yerlərə qeyd olunmaqla, hesablama

aparılır.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

İlk öncə qət edilmiş məsafə 15 №li cədvəllə uyğunlaşdırılaraq, müvafiq fiziki hazırlıq

göstəricisi qeyd edilir. Bu rəqəmə əsasən, 16 №li cədvəldə dolayısı üsulla OMS tapılır. 2, 3

və 4-cü bərpa dəqiqələrində olan ürək vurğuları və müvafiq düstura əsasən tapılmış Kuper

sınağı indeksi (KSİ) 17 №li cədvəllə uyğunlaşdırılmaqla, fiziki iş qabiliyyəti qeyd edilir.

Bütün yuxarıda sadalananlar 18 №li cədvələ yazılmaqla, nəticələr təhlil edilməli və qısa

xülasə verilməlidir.

Cədvəl №18 – Kuperin 12 dəqiqəlik qaçış testinin nəticələri

Üzərində təcrübə

aparılan şəxslər

Testin

nəticəsi, metr

VO2 max

ml•kq/dəq

Kuper sınağı

indeksi

1.

2.

3.

4.

Page 31: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

31

M Ə Ş Ğ Ə L Ə № 14

I – M ö v z u :

Hipoksiyaya davamlılığa istinadən idmançıların məşqliliyinin təyini

I I – N ə z ə r i h i s s ə :

Aerob işgüzarlıq – insanın ən ağır işlərin icrası zamanı öz enerji məsrəfini bilavasitə iş

zamanı qəbul olunan oksigenin hesabına icra etmək imkanlarıdır. Oksigenin toxumalara qan

axını ilə çatdırıldığını xatırlatsaq, onda oksigenin maksimal sərfiyyatı (OMS) göstəricisinin

yalnız tənəffüs sisteminin funksional imkanlarından deyil, həmçinin qan və qan dövranı

sistemindən də asılılığı məlum olar.

Oksigen çatışmazlığı şəraitində anaerob enerji mənbələri hesabına insanın işləmək

imkanlarına anaerob işgüzarlıq deyilir. Oksigen borcunun maksimal imkanlarını müəyyən

etməklə, anaerob işgüzarlıq barədə fikir yürütmək olar. İdmanla məşğul olmayan şəxslərdə

maksimal oksigen borcu 4 – 7 litri keçmir. Yüksək dərəcəli idmançılarda bu göstərici 20 – 22

litrə çata bilər.

Orqanizmin anaerob işgüzarlığının artırılması vasitələri hələ ətraflı şəkildə

öyrənilməmişdir. Lakin bəzi praktik tövsiyyələr vardır. Məsələn, qaçışçıların anaerob imkan-

larının inkişafından ötrü məşq yüklərinin effektli variantlarından biri də aşağıdakı kimidir:

Məsafə 40 metr; maksimal sürət; fasilə intervalı 7 dəqiqə; təkrarlamanın sayı 3.

Əzələ təqəllüsünü təmin edən, bərpa üçün zəruri olan enerjinin bir hissəsi oksigensiz

də əldə edilə bilər. Lakin bu zaman yaranan mübadilə məhsulları artıq finişdən sonra

oksidləşir. Fiziki iş zamanı yaranmış mübadilə məhsullarının oksidləşməsindən ötrü lazım

olan oksigenin miqdarına oksigen borcu deyilir. Şəkil №7-dən göründüyü kimi, oksigen

borcu özündə oksigen tələbatı ilə iş zamanı olan oksigen sərfiyyatı arasındakı fərqi təcəssüm

etdirir. Oksigen borcu iş zamanı meydana çıxır və ondan sonra bərpa dövrlərində aradan

qaldırılır. İşin müddəti və şiddətindən bilavasitə asılı olaraq, oksigen borcunun aradan

qaldırılmasına bir neçə dəqiqədən 1 saat yarıma qədər vaxt tələb olunur.

Şəkil №7 – Oksigen borcunun yaranması və aradan qaldırılması

Tənəffüsün saxlanılması ilə əlaqədar olan sınaqlar (Ştanqe və Qençi) – orqanizmin

məşqliliyinin səciyyəvi əlamətlərindən biri olan hipoksiyaya davamlılığın sadə tədqiqat

metodları hesab edilir.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, burun sıxıcı

Page 32: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

32

I V – T ə c r ü b i h i s s ə :

Tələbələr arasından tədqiqat obyekti qismində müxtəlif idman ixtisasına və məşqlilik

səviyyəsinə malik bir neçəsi seçilir.

1) 5 dəqiqə sakitlik halında əyləşdikdən sonra, 2 – 3 dəfə dərindən nəfəs alıb-verməli,

sonra isə tam nəfəsalma zamanı tənəffüsü saxlamaq lazımdır. Bu zaman olan nəfəsalma

maksimal imkanların təxminən 2/3-si həcmində olmalıdır. Bu an burunun əllə və ya sıxıcı ilə

tutulması məsləhətdir. Qeydə alınan müddət nəfəsin saxlanılması anından ilk nəfəs

verməyədək olan an çərçivəsində olur (Ştanqe sınağı).

Cədvəl №19 – Ştanqe sınağı nəticələrinin qiymətləndirilməsi

Vəziyyətin

qiymətləndirilməsi

Nəfəs alma zamanı

tənəffüsün saxlanılması (san)

«Əla»

«Yaxşı»

«Kafi»

«Aşağı»

61-dən yuxarı

41 – 60

31 – 40

30-dan aşağı

Nəticələrin qiymətləndirilməsi 19 №li cədvəldə verilmişdir. Qeyd edək ki,

idmançılarda bu göstərici kişilərdə 60 – 120, qadınlarda 40 – 95 saniyəyə kimi yüksələ bilər.

Məşqliliyin yüksəlməsilə yanaşı tənəffüsün saxlanması imkanları da artır. Xəstəliklər və ya

kəskin yorulma zamanı bu müddət 30 – 35 saniyəyə kimi azala bilər.

2) 2 – 3 dəfə dərindən nəfəs alıb-verdikdən sonra, tam şəkildə nəfəs verməli və

tənəffüsü bacardıqca çox saxlamaq gərəkdir. Həmin müddət tənəffüsün saxlanılması anından

onun kəsilməsinədək olan zamanda qeydə alınır (Qençi sınağı).

Nəticələrin qiymətləndirilməsi 20 №li cədvəldə verilmişdir. İdmançılarda yüksək

göstəricilər müşahidə olunur: kişilərdə 50 – 60 saniyə, qadınlarda 30 – 50 saniyə. Məşqliliyi

yüksək olanlarda göstəricilərin artımı labüddür.

Cədvəl №20 – Qençi sınağı nəticələrinin qiymətləndirilməsi

Vəziyyətin

qiymətləndirilməsi

Nəfəs vermə zamanı

tənəffüsün saxlanılması (san)

«Əla»

«Yaxşı»

«Kafi»

«Aşağı»

41-dən yuxarı

31 – 40

26 – 30

25-dən aşağı

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Tədqiqat obyektlərində alınmış bütün göstəricilər 21 №li cədvələ yazılmaqla, müvafiq

şəkildə nəticələr qeyd edilməlidir. Ayrı-ayrı idman növləri ilə məşğul olanlarda Ştanqe və

Qençi sınağına əsasən göstəricilərin fərqlilik dinamikası vurğulanmalıdır. Qadın və kişilərdə,

eləcə də məşqlilik dərəcəsindən asılı olaraq, alınmış rəqəmlər izah edilməli və bütün bunların

yekunu haqqında qısa xülasə yazılmalıdır.

Cədvəl №21 – Tənəffüsün saxlanılması sınağının göstəriciləri

Tədqiqat obyekti Ştanqe sınağı

(san)

Qençi sınağı

(san)

1.

2.

3.

4.

Page 33: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

33

M Ə Ş Ğ Ə L Ə № 15

I – M ö v z u :

Fiziki işlərin təkrar icrası zamanı orqanizmdə baş verən funksional dəyişikliklər

I I – N ə z ə r i h i s s ə :

Hər bir əzələ fəaliyyəti müəyyən müddətdən sonra yorulmaya və müvəqqəti olaraq iş

qabiliyyətinin aşağı düşməsinə səbəb olur. İş qurtardıqdan sonra istirahət vaxtı sərf olunmuş

enerji ehtiyyatlarının bərpası, skelet əzələlərində və orqanizmin daxili mühitində yaranan

zərərli metabolik dəyişikliklərin aradan qaldırılması, oksigen borcunun ləğv edilməsi, skelet

əzələlərinin və MSS-in oyanıcıqlığının artması, iş qabiliyyətinin yüksəlməsi baş verir. İş

qabiliyyətinin bərpa səviyyəsinə görə 3 dövr ayırd edilir: iş qabiliyyətinin azalması, bərpası

və yüksəlməsi. Bu dövrlərin müddəti icra olunan işin xarakterindən (şiddəti, müddəti,

hərəkətlərin quruluşu), yüklər arası istirahətin müddətindən, yoxlanılan şəxsin məşqlilik

dərəcəsindən, yaş və emosional vəziyyətindən asılıdır.

Əgər verilən yük qısa fasilədən sonra təkrar edilərsə, onda yük iş qabiliyyətinin

azalması dövrü ilə üst-üstə düşəcək və ona görə də təkrar işin sayı birinci işə nəzərən az

olacaqdır. Yüklər arasında optimal fasilə intervalı seçdikdə təkrar iş əvvəlki səviyyə ilə bir

vaxta düşəcək və ya iş qabiliyyətinin yüksəlməsi dövrünə uyğun gələcəkdir. Belə ki, iş

qabiliyyətinin azalması dövrü lokal xarakterli işdən sonra təxminən 10 dəqiqə davam edir,

istirahətin 5-ci dəqiqəsində o, 25 – 30%-ə qədər azalır, növbəti 4 – 5 dəqiqədə nisbətən

əvvəlki səviyyəyə uyğun gəlir, ancaq iş qabiliyyətinin yüksəlməsi dövrü 15-ci dəqiqədən

sonra müşahidə olunmağa başlayır.

Lokal iş zamanı vegetativ funksiyalardan ürək vurğularının sayı, tənəffüsün sıxlığı,

arterial qan təzyiqi göstəriciləri istirahət dövrünün 3 – 5-ci dəqiqələrində bərpa olunmasına

baxmayaraq, bu vaxt hələ ki, iş qabiliyyətinin azalması dövrünə uyğun gəlir. Somatik

funksiyalar – oyanıcıqlıq, təqəllüs qabiliyyəti, əzələ tonusunun əvvəlki vəziyyətinə qayıtması

iş qabiliyyətinin bərpası dövrünə, yəni təxminən 10-cu dəqiqəyə təsadüf edir. Buna görə də

ayrıca bir funksiyanın bərpa olunması ilə orqanizmin təkrar işin icrasına hazır olması barədə

fikir söyləmək olmaz.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

pulsotaxometr, tanometr, spirometr, miotonometr, dinamometr, ştanq diskləri,

metronom, saniyəölçən

I V – T ə c r ü b i h i s s ə :

Tələbələr arasından tədqiqat obyekti qismində 3 nəfər seçilir. Sakitlik vaxtı hər 3

şəxsin ürək vurğularının sayı və tənəffüsün sıxlığı – 10 saniyə ərzində, arterial qan təzyiqi,

ağciyərlərin hava tutumu, əzələ tonusu və yuxarı ətrafların əzələ qüvvəsi təyin olunur.

Sakitlik vaxtı bu göstəricilər təyin edildikdən sonra üzərində təcrübə aparılan şəxslərə

yuxarı ətraflara üstünlük vermək şərtilə, uzun sürməyən qızışma hərəkətləri, istirahət və

bundan sonra onların hər birinə növbə ilə 20 kq-lıq ştanq diskləri ilə imtina anına kimi lokal

dinamik iş (dirsək oynağında qolun dəqiqədə 30 dəfə bükülüb-açılması) yerinə yetirmək

tapşırılır. Birinci işdən sonra yüklər arası müvafiq istirahət vaxtında hər bir tədqiqat

obyektində zəruri göstəricilərin bərpası müəyyənləşdirilir. Bundan sonra üzərində təcrübə

aparılan 1-ci şəxsə bu işi 5 dəqiqə, 2-ci şəxsə 10 dəqiqə, 3-cü şəxsə isə 15 dəqiqə istirahətdən

sonra təkrar etmək tapşırılır. Təkrar iş icra olunduqdan sonra istirahətin 1, 3, 5, 10 və 15-ci

dəqiqələrində orqanizmin yükə qarşı reaksiyası və tədqiq olunan göstəricilərin bərpa

Page 34: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

34

dinamikası təyin edilir. Hər 3 şəxsdə 1-ci cə 2-ci işin tam yorulanadək yerinə yetirilmə vaxtı

dəqiq qeydə alınmalıdır.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

İki fiziki yüklənmədən sonra seçilmiş 3 tədqiqat obyektinin hər biri üçün olan

göstəricilər 22 №li cədvələ yazılmaqla, təhlil və müzakirə edilir. Tədqiq olunan göstəricilərin

bərpasının iş qabiliyyətinin dəyişilmə dinamikası ilə qarşılıqlı əlaqədə olmasını xarakterizə

etməklə yanaşı, həm də yüklərarası müxtəlif müddətli fasilə intervalından sonra aşkara

çıxarılmış dəyişiklikləri müqayisə etmək lazımdır. Göstəricilərin təhlilindən sonra

orqanizmin funksiyalarının və iş qabiliyyətinin bərpa qanunauyğunluqları haqqında mülahizə

yürütmək lazımdır. Nəticələrin analizi əsasında üzərində təcrübə aparılan şəxslərdə fizioloji

göstəricilərdə və iş qabiliyyətində müşahidə olunan bərpa müxtəlifliyi – heteroxronluğu

barədə yekun nəticə çıxartmaqla, qısa xülasə verilməlidir.

Cədvəl №22 – Fiziki yüklərin təkrar icrası zamanı funksional göstəricilərin dəyişilmə dinamikası

Sınaq vaxtı

Tədqiq olunan göstəricilər

ÜVS

10 san

TS 10

san

AQT

mm c.s.

AHT

ml

ƏT

mioton

ƏQ

kq

Sakitlik vaxtı

I işdən sonra:

1-ci dəqiqə

3-cü dəqiqə

5-ci dəqiqə

10-cu dəqiqə

15-ci dəqiqə

II işdən sonra:

1-ci dəqiqə

3-cü dəqiqə

5-ci dəqiqə

10-cu dəqiqə

15-ci dəqiqə

Page 35: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

35

M Ə Ş Ğ Ə L Ə № 16

I – M ö v z u :

PWC170 sınağı ilə fiziki iş qabiliyyətinin müəyyənləşdirilməsi

I I – N ə z ə r i h i s s ə :

PWC170 sınağında iş qabiliyyətini qiymətləndirməkdən ötrü ürək vurğularının sıxlığını

dəqiqədə 170-ə çatdıra biləcək əzələ işinin şiddətini müəyyən etmək təklif olunur. Əgər ürək

vurğusunun bu kimi tezliyi artıq yüngül iş zamanı meydana çıxarsa, onda bu, həmin şəxsin

məşqlilik səviyyəsinin aşağı olduğuna bir işarədir. İdmançıların məşqliliyi yüksək olduqca,

ürək vurğularının sıxlığını 170-ə çatdırmaqdan ötrü daha böyük yüklər tələb olunur. 23 №li

cədvəldə ürək vurğularının sıxlığını dəqiqədə 170-ə çatdıra biləcək iş şiddətinin orta

göstəriciləri verilmişdir. Göründüyü kimi idmançılarda bu iş şiddəti qeyri-idmançılara

nisbətən xeyli yüksəkdir.

Cədvəl №23 – İdmançı və qeyri-idmançı şəxslərdə fiziki iş qabiliyyəti göstəriciləri (V.L.Karpman və

digərilərinə görə)

Üzərində təcrübə aparılan

şəxslər

ÜVS-nin 170 vurğu/dəq olduğu

halda işin təxmini şiddəti

(kqm/dəq)

qadınlar kişilər

İdmançılar 780 1520

Qeyri-idmançılar 580 1060

Dəqiqədə 170 vurğu ilə müşahidə olunan işin şiddəti idman ixtisasından da bilavasitə

asılıdır. Məsələn, N.İ.Volkov və digər həmmüəlliflərin göstərdiyinə görə, velosiped

sürənlərdə bu şiddət orta hesabla 1290 kqm/dəq, avarçəkənlərdə 1925 kqm/dəq, orta və uzaq

məsafəyə qaçanlarda isə 1660 kqm/dəq civarındadır. Əgər məşq prosesində ÜVS-nin 170

vurğu/dəq hüdudlarında işin şiddətinin artırılması, məşqliliyin yüksəlməsindən xəbər verir.

Cədvəl №24 – PWC170 sınağına əsasən idmançı və qeyri-idmançı kişilərdə fiziki iş qabiliyyəti göstəriciləri

(V.A.Geseleviçə görə)

İdman növləri

PWC170

Mütləq göstərici

kqm/dəq

Nisbi göstərici

kqm/dəq/kq

Atletika 1700 24.5

Velosiped idmanı 1730 23.0

Basketbol 1625 18.7

Su polosu 1637 19.1

Akademik avarçəkmə 1619 21.2

Müasir beşnövçülük 1594 21.7

İdman yerişi 1580 23.0

Futbol 1580 21.7

Boks 1380 20.2

Tennis 1260 18.4

Suya tullanma 1200 17.7

Ginmastika 1100 15.3

Ağırlıq qaldırma 1150 15.5

Güləş 1370 19.9

Qeyri-idmançılar 1027 15.0

Beynəlxalq miqyasda qəbul olunmuş “physical working capacity” terminin

abbreviaturası kimi təqdim olunan PWC170 sınağında müəyyən bir şəxs üçün seçilmiş

Page 36: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

36

intensivliklə müvafiq verilmiş zaman çərçivəsində fiziki işi icra etmək imkanları qeyd

olunur. Sağlam insanlarda, bu, əsas etibarilə işləyən əzələlərin oksigenlə kifayət qədər təmin

olunması imkanlarından asılıdır. Artıq qeyd olunduğu kimi, bu təminat, qazlar mübadiləsini

tənzimləyən oksigen nəqledici sistemi vasitəsilə həyata keçirilir. Bu sistemin funksional

ehtiyyatları yüksək olduqca, əzələlərə də bir o qədər böyük miqdarda oksigen çatdırıla bilər

ki, bunun da nəticəsi olaraq, idmançı tərəfindən icra olunan işin həcmi artırılacaqdır.

PWC170 testi ilə fiziki iş qabiliyyəti V.L.Karpman və digər həmmüəlliflərin (1974,

1989) modifikasiyasına uyğun olaraq müəyyən olunmasına baxmayaraq, bu testi ilk dəfə

1947-ci ildə T.Sjostrand təklif etmişdir. Bu testə əsasən müxtəlif idman növlərindəki təxmini

orta rəqəmlər 24 №li cədvəldə verilmişdir.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

saniyəölçən, pulsotaxometr, veloerqometr (şək. №4)

I V – T ə c r ü b i h i s s ə :

Bu metodikaya müvafiq olaraq, üzərində təcrübə aparılan şəxsə 5 dəqiqəlik

istirahətdən sonra veloerqometrdə pedalları 60 – 70 dövrə/dəq tezliyi ilə hərlətməklə, iki

pilləli artan şiddətli yükü icra etmək təklif edilir. Yüklər arasında 3 dəqiqəlik fasilə intervalı

olmaqla, hər bir yükün icra müddəti 5 dəqiqədən ibarət olur. Cədvəl №25 – Müxtəlif çəkili və ixtisaslı idmançılarda PWC170-in müəyyən olunmasında məsləhət görülən Ι yükün

şiddəti (M1, kqm/dəq və ya /vt)

Qruplaşdırılmış

idman növləri

Bədən çəkisi (kq)

55-59 60-64 65-69 70-74 75-79 80-84 85<

Qüvvə-sürət və

mürəkkəb

koordinasiyalı

300

/50

400

/67

500

/83

500

/83

500

/83

600

/100

600

/100

Oyun və

təkmübarizlik

idman növləri

300

/50

400

/67

500

/83

600

/100

700

/117

800

/133

800

/133

Sırf dözümlük

yönümlü

500

/83

600

/100

700

/117

800

/133

900

/150

900

/150

1000

/167

Bu testdəki hər bir yükün sonuna yaxın və ondan dərhal sonra ürək təqəllüsünün

sıxlığı (f1 və f2) 15 saniyə ərzində sayılır.

Birinci yükün şiddəti (M1) üzərində təcrübə aparılan şəxsin çəkisinə görə (cədvəl

№25), ikinci yükün şiddəti (M2) isə birinci yükdən sonra olan nəbz göstəricilərinə görə

müvafiq cədvələ əsasən müəyyən olunur (cədvəl №26).

Cədvəl №26 – PWC170-in müəyyən olunmasında məsləhət görülən ΙI yükün şiddəti (M2, kqm/dəq),

(Karpman, 1987)

I yükün

şiddəti

M1

(kqm/dəq

və ya /vt)

II yükün şiddəti – M2 (kqm/dəq və ya /vt)

M1 zamanı ÜVS (vurğu/dəq)

90-99 100-109 110-119 120-129

300/50 1000/167 850/142 700/117 600/100

400/67 1200/200 1000/167 800/133 700/117

500/83 1400/233 1200/200 1000/167 850/142

600/100 1600/267 1400/233 1200/200 1000/167

700/117 1800/300 1600/267 1400/233 1200/200

800/133 1900/317 1700/283 1500/250 1300/217

900/150 2000/333 1800/300 1600/267 1400/233

Page 37: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

37

PWC170 testinə əsasən qiymətləndirilən fiziki iş qabiliyyəti göstəricisi aşağıdakı düstur

ilə müəyyən edilir:

𝑃𝑊𝐶170 = 𝑀1 + (𝑀2 − 𝑀1) ∗170 − 𝑓1

𝑓2 − 𝑓1

Bu cür hesablama ilə alınan və kqm/dəq ilə qeyd olunan PWC170-in mütləq göstərciləri

ilə yanaşı, kqm/dəq/kq vahidləri ilə qeyd olunan PWC170-in üzərində təcrübə aparılan şəxsin

bədən çəkisinin hər 1 kq-na uyğun nisbi göstəriciləri də hesablanır (cədvəl №27).

Cədvəl №27 – Bədən çəkisinin hər 1 kq-na uyğun PWC170-in nisbi göstəricilərinin qiymətləndirilmə prinsipi

(V.L.Karpman, 1987)

Ümumi fiziki iş

qabiliyyəti

PWC170

kqm/dəq/kq

Ümumi fiziki iş

qabiliyyəti

PWC170

kqm/dəq/kq

Aşağı 14 və daha az Yaxşı 19-20

Kafi 15-16 Yüksək 21-22

Orta 17-18 Çox yüksək 23 və daha çox

Bu göstəricilərdən əlavə, aşağıdakı formul ilə OMS-nin mütləq göstəriciləri (ml/dəq

ilə) də müəyyən olunur. Dövri idman növləri ilə məşğul olanlar üçün:

OMS = 2.2 • PWC170 + 1070

Cədvəl №28 – Müxtəlif idman növlərinin nümayəndələrində PWC170 testi ilə fiziki iş qabiliyyətinin

qiymətləndirilməsi

Bədən

çəkisi kq

Fiziki iş qabiliyyətinin qiymətləndirilməsi

Aşağı Kafi Orta Yaxşı Yüksək

Bilavasitə dözümlülüyü məşq etdirən idmançılar

60-69 <1199 1200-1399 1400-1799 1800-1999 >2000

70-79 <1399 1400-1599 1600-1999 2000-2199 >2200

80-89 <1549 1550-1749 1750-2149 2150-2349 >2350

Dözümlülüyü xüsusi olaraq məşq etdirməyən, idman oyun növləri,

təkmübarizliklə məşğul olan idmançılar

69-69 <999 1000-1199 1200-1599 1600-1799 >1800

70-79 <1149 1150-1349 1350-1749 1750-1949 >1950

80-89 <1299 1300-1499 1500-1899 1900-2099 >2100

Sürət-qüvvə və mürəkkəb koordinasiyalı idman növləri ilə

məşğul olanlar

60-69 <699 700-899 900-1299 1300-1499 >1500

70-79 <799 800-999 1000-1399 1400-1599 >1600

80-89 <899 900-1099 1100-1499 1500-1699 >1700

Qüvvə sürət idman növləri ilə məşğul olanlar üçün:

OMS = 1.7 • PWC170 + 1240

Buradan alınmış nəticəni, hər bir üzərində təcrübə aparılan şəxsin bədən çəkisinə

bölməklə, OMS-nin nisbi göstəricilərini də almaq olar.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Müxtəlif idman növləri ilə məşğul olan idmançıların PWC170 testi ilə fiziki iş

qabiliyyətinin qiymətləndirilməsi 28 №li cədvəldə verilmişdir.

Page 38: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

38

M Ə Ş Ğ Ə L Ə № 17

I – M ö v z u :

Sakitlik zamanı olan funksional göstəricilərə əsasən orqanizmin məşqlilik səviyyəsinin

tədqiqi

I I – N ə z ə r i h i s s ə :

İdmançı orqanizminin bir çox sistemlərinin funksional vəziyyəti və bəzi quruluş

xüsusiyyətləri eyni yaşlı qeyri-idmançılardan fərqlənir. Orqanizmin yüksək fiziki iş

qabiliyyətini təmin etməklə baş verən dəyişiklikləri məşqlilik göstəriciləri də adlandırırlar.

Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin ürək-damar və tənəffüs sistemi

vəziyyətini xarakterizə edən əsas göstəricilər ÜVS, AT və AHT-dir. Ən etibarlı ÜVS göstəri-

cilərinə səhər tezdən ac qarına aparılmış yoxlama zamanı nail olmaq olar. Orta yaşlı

şəxslərdə ÜVS sakitlik zamanı 60 – 80 vurğu/dəq təşkil edir. Dözümlülük yönümlü

idmançılarda bu göstərici 50 vurğu/dəq və daha aşağı ola bilər (idman bradikardiyası). Fiziki

iş zamanı idmançılarda ÜVS-nin 200 vurğu/dəq və daha çox olması mümkündür. Yaşlı

insanlarda AHT orta hesabla 3 – 5 litr təşkil edir. 155 sm-dən başlanmaqla, hər 5 sm boy

artımına görə AHT göstəricisi təxminən 300 ml artır. Kişilərdə bu göstərici qadınlardan

təxminən 15% çoxdur. 11 – 12 yaşlı məktəblilərdə AHT 2 litr, 4 yaşlı uşaqlarda 1 litr,

yenidoğulanlarda isə 150 ml həddində olur.

Məşhur idmançıların AHT-sı 9 litrə çata bilər. AHT bir çox faktorlardan, əlalxüsus

bədən çəkisindən asılı olduğu üçün, müqayisəli təhlil nisbi AHT-yə görə aparıla bilər:

AHTnisbi (ml/kq) = AHT, ml / bədən çəkisi, kq

Yüksək dərəcəli idmançılarda AHTnisbi 80 ml/kq və daha yüksək ola bilər.

Tənəffüsün həcmini (TH) yoxlamaq üçün adi sakit nəfəsalmaqdan sonra spirometrə

sakit nəfəs vermək lazımdır. Ölçməni ardıcıl 3 dəfə aparmaqla, orta göstəricini qeyd etmək

məsləhətdir. TH yaşlı insanlarda 400 – 500 ml, 11 – 12 yaşlı uşaqlarda təxminən 200 ml,

yeni doğulmuşlarda isə 20 – 30 ml olur. Məşhur idmançılarda bu göstərici 800 ml və yuxarı

ola bilər.

Nəfəsvermənin ehtiyyat həcmini yoxlamaq üçün adi nəfəs vermədən sonra spirometrə

maksimal dərindən nəfəs vermək və bu göstəricini qeyd etmək lazımdır. 11 – 12 yaşlılarda

bu 800 ml, yaşlı insanlarda 1500 ml, idmançılarda isə kifayət qədər çox olur.

Nəfəsalmanın ehtiyyat həcmini müəyyənləşdirmək üçün yüxarıdakı göstəricilərdən

istifadə etmək olar. Bunun üçün AHT-dən TH ilə nəfəsvermənin ehtiyyat həcminin cəmini

çıxmaq lazımdır.

İdman məşğələlərinin təsirindən baş verən adaptasion dəyişikliklər yalnız hərəkət

aparatının aktiv hissələrində - əzələlərdə deyil, eləcə də sümüklər, oynaqlar və vətərlərdə

təzahür oluna bilər. Sümüklər sərtləşir və daha da möhkəm olur. Onlarda kələ-kötür, çıxıntı

formalaşmaqla, əzələlərin daha möhkəm bağlanması və zədələrin törənməsinin qarşısını

almaqdan ötrü zəruri şərait təmin edilir.

Daha əhəmiyyətli dəyişikliklər əzələlərdə baş verir. Skelet əzələlərinin kütləsi və

həcmi yüksəlir (işçi hipertrofiya), qan kapilyarlarının miqdarı çoxalır ki, bunun da

nəticəsində əzələlərə daha çox qida maddələri və oksigen çatdırılır. Əgər məşq etməyən

şəxslərdə 100 əzələ lifinə 46 kapilyar gəlirsə, bu yaxşı məşq etmiş idmançılarda təxminən 98-

ə bərabər olur. Maddələr mübadiləsinin sürətlənməsi sayəsində ayrı-ayrı əzələ liflərinin

həcmi böyüyür, onların səthi qalınlaşır, sarkoplazmanın həcmi genişlənir, miofibrillərin

miqdarı çoxalır və bütün bunların nəticəsində müxtəlif ixtisaslı idmançılarda əzələlərin həcmi

və kütləsi ümumi bədən çəkisinin 44 – 50%-i və daha artığını təşkil edir.

Page 39: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

39

İdman məşqinin təsirlərindən enerji mənbələri ehtiyatları – kreatinfosfat, qlikogen,

hüceyrədaxili lipidlər artır, ferment sistemin aktivliyi, bufer sistemlərinin həcmi yüksəlir və

s. Əzələlərdə təzahür olunan morfoloji və metabolik dəyişikliklər əsas funksional

dəyişikliklərdən hesab edilir. Hipertrofiya sayəsində, məsələn futbolçuların əzələ qüvvəsi

belə yüksəlir: baldırın açıcı əzələləri 100-dən 200 kq-a, bükücü əzələləri isə 50-dən 80 kq və

daha da artıq göstəriciyə malik ola bilər.

Məşq etmiş şəxslərin əzələləri daha həssas və funksional baxımdan mütəhərrik olurlar

ki, bu da hərəki reaksiya müddəti və tək hərəkət sürətində özünü göstərir. Əgər məşq

etməmiş şəxslərdə hərəki reaksiya sürəti 300 ms təşkil edirsə, bu, idmançılarda 210 – 155 ms

və daha aşağı ola bilər.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

Quru spirometr, saniyəölçən, tanometr, qanda hemoqlobinin səviyyəsini yoxlamaq

üçün reaktiv dəsti, oksihemometr, elektromiotonometr, xronaksimetr, qazanalizator

I V – T ə c r ü b i h i s s ə :

Hər qrupda 2 – 3 tələbə olmaqla, 2 qrup təşkil edilir. I qrupda yüksək dərəcəli

idmançılar, II-də isə idman nəticələri çox aşağı olanlar və ya idmanla məşğul olmayanlar

yerləşdirilir.

Təcrübə ərzində aşağıdakı göstəricilər müəyyənləşdirilir:

• ÜVS (1 dəq ərzində);

• TS (1 dəq ərzində);

• ATsist, ATdias və nəbz təzyiqi;

• Qanda hemoqlobinin miqdarı;

• Ətrafların və bədənin bəzi əzələlərinin tonusu (elektromiotonometriya);

• İşıq siqnallarına və ya analoji kompyuter metodikasından istifadə etməklə, hərəki

reaksiyaların latend dövrü;

• Oksihemometrik nəzarətlə eyni anda nəfəsalma və nəfəsvermə zamanı tənəffüsün

saxlanılması;

• AHT və onun tərkib hissələrinin həcmi (şəkil №8-ə uyğun sxem tərtib etmək);

• Ağciyərlərin maksimal ventilyasiyası (qazanalizatorla);

Şəkil №8 – Tənəffüs dövrləri və ağciyərlərin həcmi

Page 40: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

40

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış göstəricilər 29 №li cədvələ yazılır, təhlil və müzakirə edilir. Bu tədqiq olunan

göstəricilərin bir-biri ilə əlaqəli şəkildə təzahür edilən dəyişilmə dinamikasına xüsusi fikir

vermək lazımdır. Təcrübəyə əsasən cədvəldə qeyd olunan müvafiq rəqəmləri nəzəri

bölmədəki nəticələrlə müqayisə etməli, idmançı və qeyri-idmançı orqanizmində müşahidə

olunan funksional fərqliliklər barədə lokanik xülasə yazılmalıdır.

Cədvəl №29 – Sakitlik zamanı məşqliliyin qiymətləndirilməsindən ötrü tədqiq olunan funksional göstəricilər

Tədqiqat

obyekti

Tədqiq olunan göstəricilər

ÜV

S (

vu

rğu

/dəq

)

TS

(d

öv

r/d

əq)

AT

(m

m.

c.s.

)

Hb

(q

/lit

r)

AH

T,

litr

TH

, m

l

Nəf

əsal

man

ın

ehti

yat

həc

mi,

ml

Nəf

əsv

erm

ənın

ehti

yat

həc

mi,

ml

AV

(li

tr/d

əq)

Tən

əffü

sün s

axla

-

nıl

ma

dd

əti,

san

Hər

əki

reak

siy

anın

late

nt

vrü

, m

s

1.

2.

3.

4.

Page 41: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

41

M Ə Ş Ğ Ə L Ə № 18

I – M ö v z u :

Rufye sınağına əsasən ürək-damar sisteminin funksional vəziyyətinin təyini

I I – N ə z ə r i h i s s ə :

Ürək-damar sisteminin funksional vəziyyətinin monitorinqi hər şeydən öncə mürəkkəb

metodların (elektrokardioqrafiya, polikardioqrafiya, exokardioqrafiya və s.) istifadəsi ilə

əlaqədardır ki, bunlar da adətən idmançılar üzərində ciddi tibbi-bioloji nəzarət aparılan

zaman tətbiq olunur. Sağlamlaşdırıcı idmanda tədqiqat aparılan zamanı dozalaşdırılmış fiziki

yüklər və pulsometriyadan istifadə ürək-damar sisteminin funksional vəziyyətinin müəyyən-

ləşdirilməsindən ötrü daha etibarlı və informativ metod hesab olunur.

ÜVS-nin tədqiqi müxtəlif yollarla aparıla bilər. Ən sadə və daha geniş yayılmış metod

– palpator üsuldur. Bu zaman barmaqları müvafiq arteriyanın (mil, yuxu və ya gicgah)

səthinə qoymaqla, 1 dəqiqə ərzində damar divarlarının titrəyiş miqdarı hesablanır. Təcrübi

işlərdə ÜVS 10, 15, 20 və 30 saniyə ərzində yoxlanılmaqla, aidiyyatı üzrə 6, 4, 3 və 2-yə

vurulur, dəqiqəlik nəbz müəyyən edilir. Sayılma müddətinin ixtisarı ÜVS-nin

müəyyənləşdirilməsində bəzi xətalara (yalnışlıqlara) gətirib çıxara bilər, belə ki, əgər

bilavasitə işin icrası zamanı ÜVS hüdudları barədə məlumat tələb olunursa, bu halda işdən

sonra ÜVS-nin 10 və ya 15 saniyə müddətində sayılması məsləhət görülür. Çünki işdən sonra

intensiv bərpa prosesləri getdiyindən, 30 saniyə və ya 1 dəqiqə ərzində olan hesablama işçi

ÜVS barədə etibarlı məlumat verməyə də bilər. Əgər bərpanı müəyyən etmək tələb olunarsa,

o halda ixtisarlarla deyil, ÜVS-nin tam yoxlanılması məqsədəuyğundur. Çünki işdən sonrakı

bərpa dinamikası fərqli şəkildə təcəssüm olunur.

ÜVS göstəricisi orqanizmin aparıcı vegetativ sistemlərinin vəziyyəti, mübadilə

proseslərinin səviyyəsi, emosional vəziyyət barədə dolayısı yolla məlumat verir. Fiziki

yüklənmələrdən sonra bərpa olmamaq, ifrat məşqlilik mütləq şəkildə bu göstəricidə öz əksini

tapır.

Cədvəl №30 – Müxtəlif yaşlı şəxslərdə ÜVS-nin mümkün olan hüdud və maksimal (test zamanı yolverilməz)

göstəriciləri, vurğu/dəq

YAŞ

ÜVS 1 dəqiqədə

Mümkün olan hüdud Maksimal

Kişilər Qadınlar Kişilər Qadınlar

20 – 29 161 167 195 198

30 – 39 156 160 187 189

40 – 49 152 154 178 179

50 – 59 145 145 170 171

60 və yuxarı 140 142 162 163

Əgər sağlamlaşdırıcı məqsədli fiziki hərəkətlərlə məşğul olma prosesində, səhərlər

ÜVS-nin tədricən azalması müşahidə edilərsə, buna fiziki yüklənmələrə orqanizmin

uyğunlaşmasının müsbət göstəricisi kimi baxılmaqla, tədricən məşqliliyin yüksəlməsi kimi

qiymətləndirilə bilər. ÜVS-nin bir qədər stabilləşməsi məşqliliyin artımının dayanmasından

xəbər verir, lakin tədricən ÜVS-nin yüksəlməsi isə tətbiq olunan fiziki yüklərin məşğul

olanın funksional imkanları ilə uyğunsuzluğu ilə əlaqədardır.

Əgər sağlamlaşdırıcı təmrinlərlə yaşlı insanlar məşğul olarsa, fiziki yüklənmələrin

təsirlərinə olan adaptasiya prosesinin optimallaşdırılmasından ötrü 30 №li cədvəldəki

Page 42: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

42

göstəricilərə istinad etməklə, müxtəlif yaşlı şəxslərdə hüdud və maksimal nəbz göstəricilərini

tapmaq olar.

Məşqçi pulsometriyanın köməkliyi ilə Rufye testindən istifadə etməklə, fiziki

yüklənmələrə qarşı orqanizmdə gedən adaptasiya prosesləri barədə məlumat ala bilər.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

Nəbzin sayılması üçün pulsotaxometr, saniyəölçən

I V – T ə c r ü b i h i s s ə :

Tələbələr arasından müxtəlif idman növü və məşqlilik səviyyəsinə malik bir neçəsi

seçilir və ardıcıl şəkildə Rufye testini icra edirlər.

5 dəqiqə ərzində sakitlik halında oturduqdan sonra 15 saniyə ərzində nəbz sayılır (P1),

bundan sonra 45 saniyə ərzində 30 dəfə oturub-durma hərəkətləri icra olunur. Hərəkətlərdən

dərhal sonra bərpa dövrünün 1-ci dəqiqəsinin ilk 15 saniyəsində (P2) və son 15 saniyəsində

(P3) nəbz sayılır. Nəticələr Rufye indeksinə əsasən qiymətləndirilir ki, bu da aşağıdakı düstür

ilə hesablanır:

𝑅𝑢𝑓𝑦𝑒 𝑖𝑛𝑑𝑒𝑘𝑠𝑖 =4𝑥(𝑃1 + 𝑃2 + 𝑃3) − 200

10

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış göstəricilər 31 №li təcrübə cədvəlinə yazılmaqla, Rufye indeksi

müəyyənləşdirilir, təhlil və müzakirə edilir.

Cədvəl №31 – Rufye indeksi göstəriciləri

Üzərində təcrübə

aparılan şəxslər P1 P2 P3

Rufye

indeksi

1.

2.

3.

4.

Cədvəldən alınmış yekun nəticələrə əsasən hər bir təcrübədə iştirak edən şəxsin

göstəriciləri 32 №li cədvəllə uyğunlaşdırılmaqla, həmin şəxslər üçün fiziki yüklənmələrə

olan adaptasiya göstəriciləri ayrı-ayrılıqda qiymətləndirilir. Həmçinin onların ürəyinin

funksional ehtiyyatları barədə də məlumat vermək olar.

Cədvəl №32 – Rufye indeksinin qiymətləndirilməsi

Rufye indeksi

göstəriciləri

Ürəyin funksional

ehtiyyatları

0 və aşağı “Atletik” ürək

0.1 – 5.0

5.1 – 10.0

Normal səviyyəli ürək:

Çox yaxşı

Yaxşı

10.1 – 15.0

15.1 – 20.0

Ürək çatışmazlığı:

Orta dərəcəli

Yüksək dərəcəli

Aparılmış təcrübənin nəticələri yekunda təhlil olunmaqla, qısa xülasə yazılmalıdır.

Page 43: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

43

M Ə Ş Ğ Ə L Ə № 19

I – M ö v z u :

Gənclərin fiziki inkişaf səviyyəsi və funksional yaşının müəyyən olunması

I I – N ə z ə r i h i s s ə :

Ontogenez – yumurta hüceyrənin mayalanması anından həyatın sona çatmasına qədər

olan zamanı əhatə edən orqanizmin fərdi inkişaf dövrüdür. Ontogenezdə iki nisbi müstəqil

mərhələ fərqləndirilir: prenetal (yumurta hüceyrənin mayalanması anından uşağın anadan

olma dövrünə kimi) və postnatal (anadan olandan təbii formada həyatın başa çatmasına

qədər). Ontogenez prosesində orqanizmin böyümə və inkişafı baş verir ki, bu da əsas

etibarilə 18 – 22 yaşda yekunlaşır.

Uşaqların böyümə və inkişaf dövründə fiziki tərbiyə vasitələrindən düzgün istifadə, bu

prosesi bir qədər də stimullaşdıra bilər. Belə ki, fiziki hazırlıq 1.5 – 2 aylıq uşaqlarda massaj,

passiv və aktiv hərəkətlərin tətbiqi ilə başlanıla bilər. Bu kimi müvafiq proseslərin həyatın

sonuna kimi davam etdirilməsi məqsədəuyğun olar.

Ümumiyyətlə, postnatal mərhələdə insan orqanizminin ən sürətli inkişaf dövrü anadan

olandan 1 yaşadək dövrü əhatə edir. Toxuma və orqanların növbəti daha gözəçarpan inkişaf

mərhələsi isə cinsi yetişkənlikdə müşahidə edilir ki, bu da təxminən 12 – 15 yaş hüdudlarında

olur.

35 yaşa qədər orqan və sistemlərin morfofunksional göstəricilərinin nisbi stabilliyi

müşahidə edilir, sonralar isə tədricən mənfiyə doğru dəyişikliklər müşahidə edilir. 35 yaşdan

sonra müvafiq olaraq çeviklik, cəldlik, qüvvə və daha sonra dözümlülük zəifləyir. Zehni

fəaliyyətin səmərəliyi, məntiqi düşünmə qabiliyyəti, bağ aparatının elastikliyi və davamlılığı,

oynaqların mütəhərrikliyi azalır, sümüklərin kövrəkliyi artır, onurğa elementlərinin sümük-

ləşməsi baş verir.

Fiziki hərəkətlər hərəki fəaliyyəti təkmilləşdirmək və funksional imkanları artırmaqla

yanaşı, insan həyatının bütün dövrləri üçün çox zəruridir. Uşaq və yeniyetməlik yaşlarında

onlar orqanizmin hərtərəfli inkişafını təmin edir. Yaş artdıqca morfofunksional vəziyyəti

daha da təkmilləşdirməklə, ümumi işgüzarlığı artırır. Ahıl yaşlarında bu sadalananlarla

yanaşı, yaşlaşma ilə əlaqədar təzahür oluna biləcək bir sıra arzuolunmaz fizioloji

dəyişikliklərin qarşısını kifayət qədər almış olur.

Fiziki inkişafın ümumi səviyyəsinin qiymətləndirməklə, uşaqları 3 qrupa bölmək olar:

1) Akseleratlar – daha tez cinsi yetişkənlik, sürətli inkişafla səciyyələndirilən uşaqlar;

2) Mediantlar – orta səviyyəli fiziki inkişafla xarakterizə olunurlar;

3) Reterdantlar – fiziki inkişaf və orqanizmin yetkinliyində geri qalan uşaqlar.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

Boy ölçən, bədən çəkisini yoxlamaq üçün tərəzi, saniyəölçən, quru spirometr

I V – T ə c r ü b i h i s s ə :

Tələbələr arasından müxtəlif idman ixtisaslı bir neçəsi seçilir. Onların hər birində

antropometrik göstəricilər, ürək-damar və tənəffüs sistemi göstəriciləri müəyyənləşdirilir:

boy (B), çəki (Ç), sakitlik halında ürək vurğularının sayı (ÜVSs), 20 dəfə oturub-durduqdan

sonra ürək vurğularının sayı (ÜVSyük), ağciyərlərin hava tutumu (AHT), nəfəsalma zamanı

tənəffüsün saxlanılması (TSna), nəfəsvermə zamanı tənəffüsün saxlanılması (TSnv).

Bütün üzərində təcrübə aparılan şəxslərin alınmış göstəricilərinə əsasən aşağıdakı kimi

hesablamalar aparılır:

Page 44: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

44

1. Fiziki inkişaf səviyyəsi (FİS) bu formul ilə hesablanır:

FİS=(BF/BL+ÇF/ÇL+ÜVSsL/ÜVSsF+ÜVSyükL/ÜVSyükF+

+TSnaF/TSnaL+TSnvF/TSnvL+AHTF/AHTL)/n

Burada, F – faktiki göstəricilər, L – lazımi göstəricilər, n – düsturdakı göstəricilərin

sayıdır. Əgər FİS yekunda 1-ə bərabər olarsa, bu halda fiziki inkişaf tempi normal hesab

edilir, 1.1-dən yuxarı olması inkişafın sürətlənməsi, 0.9-dan az olması isə zəifləməsindən

xəbər verir.

AHT-nin orta göstəricilərini Lyudviqin formulu ilə hesablamaq olar:

AHTkişilər = 40 • boy (sm) + 30 • çəki (kq) – 4400

AHTqadınlar = 40 • boy (sm) + 10 • çəki (kq) – 3800

2. Funksional yaş (FY) bu formul ilə tapılır:

FY = FİS • TY

Burada, FİS – fiziki inkişaf səviyyəsi, TY – təqvim yaşıdır.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Gənclərin fizioloji göstəricilərini ayrı-ayrılıqda təhlil etməkdən ötrü 33 №li cədvəldəki

ümumi orta göstəricilərdən istifadə etmək lazımdır.

Bütün nəticələri yekunlaşdırdıqdan sonra, yeniyetmə və gənclərin təsnifat üzrə olan

müvafiq 3 qrupdan (akselerant, mediant, reterdant) daha çox hansına məxsus olduğunu qeyd

etmək lazımdır. Müxtəlif idman növləri üzrə ixtisaslaşan gənclərin də fiziki inkişaf

səviyyəsinin fərqliliyi də sonda vurğulanmalıdır. Təcrübə müddətindəki qeydləri

ümumiləşdirib, yekun nəticələri təhlil etdikdən sonra hər yaşa uyğun, eləcə də hər idman

növünə məxsus təzahür oluna biləcək təxmini fiziki inkişafın orta göstəriciləri barədə qısa

xülasə verilməlidir.

Cədvəl №33 – Fiziki inkişaf göstəricilərinin lazımi (nisbi orta) qiymətləri

Göstəricilər

Cins Yaş qrupları

15 16 17 18 19 20

Boy, sm

Bədən çəkisi, kq

Sakitlik zamanı ÜVS

vurğu/dəq

Yükdən sonra ÜVS

vurğu/dəq

Kişilər

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

Qadınlar

150

156

48

43

84

88

135

120

168

160

54

47

80

85

131

117

171

164

59

60

70

84

120

116

174

166

63

69

75

83

118

115

176

168

67

72

74

80

116

110

179

170

70

76

74

78

112

106

Nəfəsalma zam. tənəf-

füsün saxlanılması, san

Nəfəsvermə zam. tənəf

füsün saxlanılması, san

İstinad əzələ

qüvvəsi, kq

Kişilər

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

Qadınlar

46

46

23

23

70

44

52

47

26

25

90

51

60

48

30

27

103

55

64

49

32

28

108

58

66

50

33

30

115

60

70

51

35

32

119

62

Page 45: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

45

M Ə Ş Ğ Ə L Ə № 20

I – M ö v z u :

Qadınların idman məşqinin xüsusiyyətlərinin tədqiqi

I I – N ə z ə r i h i s s ə :

Qadın orqanizmi bədən quruluşunda olduğu kimi, eləcə də bioloji funksiyalara görə

kişi orqanizmindən fərqlənir. Eyni yaşlı kişilərə nisbətən, qadınlarda fərqli fiziki inkişaf

göstəriciləri müşahidə edilir:

• Əzələ kütləsi qadınlarda ümumi bədən çəkisinin 35%-ni, kişilərdə isə 40 – 45%-ni

təşkil edir;

• Ayrı-ayrı əzələ qruplarının qüvvəsi qadınlarda kişilərə nisbətən 1.5 – 1.8 dəfə aşağı

olur;

• Qadınlarda piy toxuması bədən çəkisinin nisbətən böyük bir hissəsini – 28%-ni

təşkil edir (kişilərdə – 18%);

• Qadınlarda bədən uzun, çiyinlər dar, çanaq sümüyü enli, aşağı və yuxarı ətraflar

qısa olur. Hərəkətlərin mexanizmində vacib rol oynayan ümumi ağırlıq mərkəzi kişilərə

nisbətən bir qədər aşağıda yerləşir. Bədən quruluşunun bu kimi xüsusiyyəti aşağı ətraflarda

dayaqda müvazinət təmrinlərinin icrasını təmin etməyinə baxmayaraq, qaçış sürətini,

tullanmaların hündürlüyünü və s. məhdudlaşdırır;

• Çanağın xüsusi konfiqurasiyası və ölçüləri, daxili orqanların və dölün

mühafizəsindən ötrü çox vacibdir;

• Nisbətən balaca və geniş döş qəfəsi, mükəmməl döş tənəffüsünü təmin edir;

• Budun başlığı və boğazı bədənə nisbətdə demək olar ki, düz bucaq altında yerləşir.

Qadın və kişilərin daxili orqanlarının quruluş və funksiyalarında da fərqliliklər

mövcuddur. Belə ki, qadınlarda ürəyin kütləsi kişilərdən 10 – 15% az olur, ürəyin həcmi

məşq etməyən qadınlarda 580 sm3 təşkil etdiyi halda, məşq etməyən kişilərdə bu göstərici

760 sm3-dək olur. Analoji nisbət idmançı kişi və qadınlarda da müşahidə edilir (müvafiq

olaraq 1125 və 813 sm3 və yuxarı).

Sakitlik zamanı qadınlarda kişilərə nisbətən ürəyin vurğu həcmi 10 – 15 sm3, qanın

dəqiqəlik həcmi isə 0.5 – 0.8 l/dəq aşağı olur. Maksimal fiziki işlərin icrası zamanı

qadınlarda ürək atması kişilərdən əhəmiyyətli dərəcədə az olur. Lakin sakitlik zamanı

qadınlarda ürək vurğularının sayı kişilərlə müqayisədə 10 – 15 vurğu/dəq çox olur. Bütün

bunlar qadınların ürək-damar sisteminin daha aşağı səviyyəli funksional imkanlarından xəbər

verir. Onlarda tənəffüsün sıxlığı çox, dərinliyi isə az olur. Qadınlarda kişilərə nisbətən

ağciyərlərin hava tutumunun 500 – 1500 sm3, oksigenin maksimal sərfiyyatının isə 500 –

1500 ml/dəq aşağı olması qeyd edilir. Qadınlarda tənəffüs döş, kişilərdə qarın tipli müşahidə

olunur.

Cədvəl №34 – Müxtəlif idman növləri ilə məşğul olanlarda PWC170 testinə əsasən (kqm/dəq) ümumi fiziki iş

qabiliyyəti göstəriciləri (Şaxlinə görə, 2001)

İdman növü qadınlar kişilər

Gimnastika, suya tullanma 835 1125

Konkisürmə, xizək yarışı, avarçəkmə 1144 1630

PWC170 testi ilə müəyyən edilən fiziki iş qabiliyyəti qeyri idmançı kişilərdə orta olaraq

1027 kqm/dəq, qadınlarda isə 640 kqm/dəq təşkil edir. İdmançılarda bu testin göstəriciləri

yüksək olur, lakin qadın və kişi idmançılar arasındakı müvafiq fərq qorunub saxlanılır

Page 46: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

46

(cədvəl №34). Fiziki işgüzarlığın müxtəlifliyi, hər şeydən öncə kişi və qadınların fərqli ürək

damar və tənəffüs sistemi imkanları ilə əlaqələndirilir.

Təlim-məşq prosesini planlaşdıran zaman qadın orqanizmindəki menstrual dövr ilə

əlaqədar olaraq, cinsi funksiyalar və digər daxili sekresiya vəzilərinin funksiyalarının

dəyişilməsi nəticəsində yaranan fizioloji prosesləri də nəzərə almaq vacibdir.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

pulsotaxometr, dinamometr, tanometr, spirometr, saniyəölçən

I V – T ə c r ü b i h i s s ə :

Qrupdakı tələbələrdən oğlanlar və qızlar tədqiqat obyekti qismində seçilir. Onların hər

birində sakitlik zamanı ürək vurğularının sayı, tənəffüsün sıxlığı – 10 saniyə ərzində, arterial

qan təzyiqi, ağciyərlərin hava tutumu, yuxarı və aşağı ətrafların əzələ qüvvəsi qüvvəsi təyin

edilir. Sakitlik zamanı olan müxtəliflikləri müəyyən etməkdən ötrü nəticələr 35 №li cədvələ

yerləşdirilir.

Cədvəl №35 – Sakitlik zamanı oğlan və qızların

fizioloji göstəriciləri

Tədqiqat

obyekti

Tədqiq olunan göstəricilər

ÜVS

10 san

TS

10 san

AQT

mm c.s.

AHT

(ml)

ƏQ

(kq)

Oğlanlar

Qızlar

Bundan sonra oğlan və qız orqanizminin fiziki yüklərə reaksiyasını tədqiq etməkdən

ötrü müxtəlif sınaqlar tətbiq oluna bilər. Laboratoriya təchizatından asılı olaraq, PWC170,

Harvard Step Testi və ya Rufye testindən istifadə etməklə, fərqli orqanizmlərin adekvat

reaksiyalarını öyrənmək olar (cədvəl №36). Bu testlər barədə ətraflı məlumatlar ayrı-ayrı

məşğələlər şəklində bu vəsaitdə öz əksini tapmışdır. Müxtəlif fiziki yüklərin tətbiqindən

sonra istirahətin 1, 3, 5, 7, 10-cu dəqiqələrində tədqiq olunan göstəricilərin bərpa xarakterinin

müəyyənləşdirilməsi orqanizm barədə kifayət qədər ətraflı məlumatlardan ötrü zəruridir.

Cədvəl №36 – Fərqli orqanizmlərin müxtəlif sınaq göstəriciləri

Tədqiqat

obyekti

Funksional sınaqlar

PWC170 Harvard Step

Testi Rufye sınağı

Oğlanlar

Qızlar

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Tədqiqat nəticələri hər iki cədvələ əlavə edildikdən sonra, təhlil və müqayisə edilir.

Sakitlik zamanı və dozalaşdırılmış fiziki yüklərdən sonra hər iki orqanizmdə təzahür olunan

fizioloji funksiyaların göstəriciləri şərti etalon rəqəmlərlə müqayisə edilməli və alınmış

nəticələr izah olunmalıdır.

Qadın və kişi orqanizminin fizioloji xüsusiyyətləri haqqındakı ümumi məlumatlara

istinadən, aparılmış tədqiqatda sakitlik vaxtı, eləcə də ayrı-ayrı funksional sınaqların icrası

zamanı alınmış göstəriciləri aydınlaşdırmaq lazımdır. Nəticələrin təhlili və müqayisəsi

əsasında müxtəlif tədqiqat obyektlərinin fizioloji göstəricilərinin dəyişilməsində olan fərqlər

haqqında qısa xülasə verilməlidir.

Page 47: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

47

M Ə Ş Ğ Ə L Ə № 21

I – M ö v z u :

Fərqli xüsusiyyətli fiziki hərəkətlərə verilən təcili reaksiyaların qiymətləndirilməsi

I I – N ə z ə r i h i s s ə :

Adaptasiya – ətraf mühitə və ya orqanizmin özündə baş verən dəyişikliklərə

uyğunlaşma imkanlarıdır. Yaranma mexanizmlərinə görə bu kimi adaptasiyalar ayırd edilir:

– Genotip, sistemlərin fəaliyyətinin anadangəlmə mexanizmlərilə əlaqələndirilməklə,

irsilik, dəyişkənlik, təbii seçmə, mutasiya əsasında təzahür olunan və hər bir canlı orqanizmin

spesifik növü üçün səciyyəvidir.

– Fenotip, fərdi yaşayış müddətində qazanılır və ətraf mühitin müvafiq faktorlarının

nisbi təsirlərilə aşkara çıxır (temperatur, arterial təzyiq, rütubətlilik, fiziki yüklənmələr və s.)

Yaranma müddətinə görə isə təcili (sürətli, yekunlaşmayan) və uzunmüddətli (zəif,

yekunlaşmış) adaptasiya mərhələləri fərqləndirilir.

Təcili adaptasiya – təsir edən qıcıqlandırıcılara qarşı orqanizmin reaksiyasıdır. Onun

həyata keçirilməsi formalaşmış fizioloji mexanizmlərin əsasında baş verir. Adaptasiya

“yerindən” reallaşır və tamamlanmış hesab edilmir. Fiziki hərəkətlərin icrası zamanı

orqanizmin fizioloji reaksiyalarını (ürək vurğularının sayı, tənəffüsün sıxlığı, arterial təzyiq

və digər göstəricilərin yüksəlməsi) təcili adaptasiyaya nümunə kimi göstərmək olar. İş enerji

sərfiyyatı tələb etdiyindən, onun baş verməsindən ötrü vegetativ sistem fəaliyyəti də

şiddətlənir.

Təcili adaptasiyaya çox güclü qıcıqlandırıcıların təsiri nəticəsində təzahür olunan

orqanizmin ümumi gərginlik vəziyyəti kimi də baxıla bilər. “Stress” termini ilk dəfə 1936-cı

ildə Kanadalı tədqiqatçı Qans Selye tərəfindən işlədilmişdir. O, göstərmişdir ki, stress

qıcıqlandırıcılarının təsiri zamanı orqanizmin fəaliyyətinin aktivləşməsi baş verir və

adrenokortikotrop hormonun ifrazı artır. Bu da hər şeydən öncə böyrəküstü vəzin qabıq

maddəsinin fəaliyyətini stimullaşdırır.

Stress reaksiyaları orqanizmdə baş verən ardıcıl dəyişikliklərin cəmi olaraq, Q.Selyeyə

görə, ümumi adaptasion sindrom əmələ gətirir. Onun həyəcan, rezistentlik və tükənmə

mərhələləri vardır. Həyəcan mərhələsinin fizioloji mexanizmləri təcili adaptasiya üçün

səciyyəvi olmaqla, vegetativ funksiyaların maksimal səfərbərliyi ilə müşayiət olunur.

Rezistentlik mərhələsi davamlı vəziyyətin fəal axtarışı ilə xarakterizə edilir və onun

mexanizmləri uzunmüddətli adaptasiyanın əsası sayılır. Qıcıqlandırıcının təsir qüvvəsi

artmaqda davam etdikdə və orqanizmin funksional, metabolik imkanlarını keçdikdə, tükənmə

mərhələsi təzahür oluna bilər ki, bu da adaptasiyanın pozulması və dezadaptasiyaya keçməsi

ilə nəticələnə bilər.

Cədvəl №37 – Dinamik xarakterli fiziki yüklənmələrə verilən təcili fizioloji reaksiyaların qiymətləndirilməsi

Üzərində

təcrübə

aparılan

şəxslər

Sakitlik zamanı Dinamik xarakterli

yükdən sonra

Bərpanın 4-cü

dəqiqəsi

ÜVS TS AT ÜVS TS AT ÜVS TS AT

1.

2.

3.

4.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

Page 48: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

48

saniyəölçən, pulsotaxometr, arterial təzyiqin ölçülməsi üçün tanometr

I V – T ə c r ü b i h i s s ə :

Tələbələrdən dörd nəfər seçilir. Onların hamısında sakitlik zamanı ürək vurğularının

sayı, tənəffüsün sıxlığı və arterial təzyiq müəyyənləşdirilir. Tələbələrdən ikisi 3 dəqiqə

ərzində yerində qaçış icra edir. Yükdən dərhal sonra üzərində təcrübə aparılan şəxslərdə

ÜVS, TS və AT qeyd edilir. Bu göstəricilər həmçinin 4-cü bərpa dəqiqəsində də yoxlanılır.

Digər iki tələbə isə statik xarakterli təmrinlər icra edir. Bu hərəkətlər qismində

mümkün qədər maksimal zaman çərçivəsində dayaqda bucaq saxlamaq, ayaqlar nisbətən

hündür yerdə olmaq şərtilə jim vəziyyətində dayanmaq, ştanq diskini açılmış qollarda

tutmaq, espanderi 70% maksimal qüvvə ilə sıxıb saxlamaq və s. bu yönümdən olan

tapşırıqlar verilə bilər. Yüklənmədən dərhal sonra və eləcə də, 4-cü bərpa dəqiqəsində bütün

yuxarıda qeyd olunan göstəricilər yoxlanılır.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış nəticələr təcrübənin 37 və 38 №li cədvəllərinə yazılmaqla, təhlil və müzakirə

edilir. Göstəricilərə əsasən dinamik və statik xarakterli fiziki yüklənmələrə olan təcili

fizioloji reaksiyaların səciyyəvi xüsusiyyətləri, eləcə də bərpa olunma səviyyəsi izah edilir.

Nəticələrin təhlilindən sonra müxtəlif fiziki hərəkətlərə verilən təcili reaksiyaların qısa

xülasəsini vermək məqsədəuyğundur.

Cədvəl №38 – Statik xarakterli fiziki yüklənmələrə verilən təcili fizioloji reaksiyaların qiymətləndirilməsi

Üzərində

təcrübə

aparılan

şəxslər

Sakitlik zamanı Statik xarakterli

yükdən sonra

Bərpanın 4-cü

dəqiqəsi

ÜVS TS AT ÜVS TS AT ÜVS TS AT

1.

2.

3.

4.

Page 49: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

49

M Ə Ş Ğ Ə L Ə № 22

I – M ö v z u :

İdmançıların adaptasiya potensialı göstəricilərinə əsasən məşq yüklərinə uzunmüddətli

uyğunlaşmanın qiymətləndirilməsi

I I – N ə z ə r i h i s s ə :

Uzunmüddətli adaptasiya faktorların çoxsaylı təsiri nəticəsində, yəni çoxsaylı təcili

adaptasiya səyəsində meydana çıxır. Bu kimi dəyişikliklərin təcricən toplanması nəticəsində

orqanizm yeni adaptasiya keyfiyyəti əldə edir və buna görə də eyni tipli hərəkət artıq daha

qənaətli, effektli icra olunur, eləcə də maksimal işləri isə orqanizm daha yüksək səviyyəli

fəaliyyətlə keçirir.

Orqanizmin fərdi imkanlarına müvafiq şəkildə tətbiq olunan optimal fiziki

yüklənmələr səmərəli adaptasiyaya səbəb olur və idmançı orqanizminin ehtiyat imkanlarının

inkişafına zəmin yaradır. Orqanizmin funksional imkanlarından üstün olan ifrat fiziki

yüklənmələr, qeyri-səmərəli adaptasiyanın inkişafına təkan verməklə, funksional əlaqələrin

pozulmasına, toxumaların distrofik dəyişikliklərinə gətirib çıxara bilər.

Cədvəl №39 – Adaptasiya potensialı göstəricilərinin qiymətləndirilməsi

Adaptasiya

potensialı

göstəriciləri

Adaptasiya

xüsusiyyəti Funksional vəziyyətin səviyyəsi

2.1-dən aşağı Qənaətbəxş Orqanizmin funksional imkanlarının

yüksək və ya kifayət dərəcədə olması

2.11 – 3.2

Adaptasiya

mexanizminin

gərginliyi

Yetərli funksional imkanlar

funksional ehtiyyatlar hesabına təmin

olunur

3.21 – 4.3 Qeyri-

qənaətbəxş

Orqanizmin funksional imkanlarının

azalması

4.31-dən yuxarı Adaptasiya

pozuntusu

Orqanizmin funksional imkanlarının

kəskin enməsi

R.M.Bayevski tərəfindən təklif edilmiş, adaptasiya potensialını qiymətləndirilmə

metodikası insanın fiziki sağlamlığını müəyyənləşdirməyə imkan verir. Adaptasiya

potensialının tapılması üçün arterial təzyiq və ürək vurğularının sayı yoxlanmalıdır. Bu

göstəricinin kəmiyyət qiymətləndirilməsi aşağıdakı düstur ilə həyata keçirilir:

AP = 0.011•ÜVS + 0.014•ATsist + 0.008•ATdias + +0.014•Y + 0.009•Ç – 0.009•B –

0.27

Burada, ÜVS – 1 dəqiqədə olan ürək vurğularının sayı; ATsist və ATdias – arterial

təzyiqinin müvafiq şəkildə sistolik və diastolik göstəriciləri; Y – yaş, illərlə; Ç – bədən

çəkisi, kq; B – boy, sm.

Düstura əsasən alınmış adaptasiya potensialı göstəriciləri, 39 №li cədvələ əsasən

qiymətləndirilir.

I I I – Z ə r u r i l ə v a z i m a t l a r :

pulsotaxometr, arterial təzyiqin ölçülməsi üçün tanometr, saniyəölçən

I V – T ə c r ü b i h i s s ə :

Page 50: İDMAN FİZİOLOGİYASINDAN MƏŞĞƏLƏ KURSU DƏRS VƏSAİTİ › el › Kitab › 2020 › 03 › cd › Ar2016-2626.pdf · 2 Əbiyev Q.Ş., Quliyev Y.N., Yusifov Q.D. İDMAN FİZİOLOGİYASINDAN

50

Tələbələr arasından müxtəlif məşqlilik səviyyəsinə malik bir neçə nəfər seçilir.

Onların hər birində ÜVS, ATsist və ATdias ölçülür. Nəzəri bölmədə göstərilən düstura əsasən

hər bir üzərində təcrübə aparılan şəxsin adaptasiya potensialı müəyyənləşdirilir. Alınmış

nəticələr 40 №li cədvələ əlavə edilir.

Cədvəl №40 – Funksional vəziyyətin səviyyəsinin tədqiqi

Üzərində

təcrübə aparılan

şəxslər

Tədqiq olunan göstəricilər Funksional

vəziyyətin

səviyyəsi ÜVS

vurğu/dəq

ATsist

mm.c.s

ATdias

mm.c.s AP

1.

2.

3.

4.

V – N ə t i c ə l ə r i n m ü z a k i r ə s i :

Alınmış nəticələr 40 №li cədvələ yerləşdirilir və 39 №li cədvəldəki müvafiq

göstəricilərlə müqayisə olunmaqla, funksional vəziyyətin ayrı-ayrı şəxslər üçün olan

səviyyəsi qeyd edilir. Yekun nəticələrə istinadən müxtəlif idman növlərində, eləcə də

müxtəlif idman dərəcəsi və məşqlilik səviyyəsinə malik idmançılarda təzahür olunan

fərqliliklər vurğulanır. Nəticələrin təhlilindən sonra idmançılarda funksional vəziyyətin

səviyyəsi barədə qısa xülasə vermək zəruridir.