biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek...

7
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 273 (29245) 8 dekabr 2019-cu il, bazar Regionlarda iş yerlərinin yaradıl- masında önəmli rol oynayan sahibkar- lığın inkişafı daim diqqət mərkəzində saxlanılır. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xüsusi dəstəyi nəticəsində Qəbələ, Abşeron, Füzuli, Sumqayıt, Şəki və Şamaxıda KOB mərkəzləri fəaliyyətə başlayıb. Yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə keçirilən satınalmalarda iştirakı təmin edilib. Eyni zamanda, cari ilin birinci yarısında 510 sahibkarlıq subyek- tinin ümumi dəyəri 177,8 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 48,2 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 43,6 faizi regionların payına düşüb. Həmçinin iqtisadiyyata yerli və xarici maliyyə resurslarının cəlb edilməsi üçün investisiya təşviqi mexanizminin üstünlüklərindən yarar- lanılıb. Təkcə cari ilin 6 ayı ərzində 44 sahibkarlıq subyektinə 50 investi- siya təşviqi sənədi təqdim olunub. Bütün bunlar qeyri-neft sek- torunun davamlı inkişafının təmin edilməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə öz müsbət təsirini göstərib. Aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırıb. Bu gün ölkə üzrə 33 rayonu əhatə edən 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər gö- rülür. Hazırda 22 aqropark fəaliyyət göstərir. İlin sonunadək 11 aqropar- kın fəaliyyətə başlaması gözlənilir. Qeyd edək ki, bu layihələrin icrası ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulma- sı ilə nəticələnəcək. Həmçinin bu layihələrin icrası sayəsində bölgələrdə 4 mindən çox yeni iş yeri yaradılacaq. Bölgələrdə sosial infrastruktu- run müasirləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, IV Dövlət proqramı- nın icrasının birinci ilinin yarısında bölgələrdə 160 kilometr içməli su, 84,8 kilometr kanalizasiya, 719,9 kilometr qaz, 2627 kilometr yeni elektrik verilişi xətləri çəkilib, 246,06 kilometr qaz xətti əsaslı təmir olunub, 88876 qaz sayğacı quraşdırılıb və ya yenisi ilə əvəzlənib. Son illər yol-nəqliyyat infrastruk- turunun yaxşılaşdırılması, o cümlədən kənd yollarının tikintisi istiqamətində də əhəmiyyətli işlər görülüb, yüz minlərlə sakinin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çı- xış imkanları yaxşılaşdırılıb. Belə ki, ölkə üzrə təkcə bu il 226 kilometrdən çox respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, 33,62 kilometrdən çox dəmir yolu xətti çəkilib və yenidən qurulub, 9 yeni körpü, keçid və yol qovşaqları inşa edilib. Sürətlə müasirləşməni, tikinti- quruculuq tədbirlərinin aparılmasını Şamaxının timsalında da aydın görə bilərik. Prezident İlham Əliyev rayona səfəri çərçivəsində Bakı-Şa- maxı-Yevlax magistral avtomobil yolunun rayon ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra istifadəyə verilməsi, “ASAN Həyat” komplek- sinin açılışı mərasimlərində iştirak edib, zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən 44 mənzilli yaşayış binasında yaradılan şəraitlə, habelə Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub, eyni zamanda, təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib. Dövlətimizin başçısı “ASAN Həyat” kompleksinin açılışı mərasimində çıxış edərək bu xidmətin hazırda nəinki respublikamızda, hətta xarici ölkələrdə də böyük rəğbətlə qarşılandığını bildirib. Vurğulayıb ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir: “Bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində bö- yük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olub- dur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrup- siya, rüşvətxorluq xidmət sektoru- nun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir”. Yeri gəlmişkən, xatırladaq ki, Şamaxıda istifadəyə verilən “ASAN Həyat” kompleksinin tikintisinə 2018- ci ilin iyun ayında başlanılıb. Komp- leks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiy- yatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. Burada belə bir statistikanı da diqqətə çatdıraq ki, indiyədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. Cari ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı isə 99,4 faiz təşkil edib. Ölkə rəhbəri çıxışında “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirərək, bu qurumun hazır- da öz coğrafiyasını genişləndirdiyini də vurğulayıb: “Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açıla- caqdır. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, “ASAN qatar” da fəaliyyət göstərir”. (ardı 2-ci səhifədə) Dövlət idarəçiliyinin təkmilləşdirilməsi Prezident İlham Əliyevin 2019- cu il yanvarın 14-də imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı islahatların böyük əhəmiyyət kəsb etdiyini, ölkənin bütün sahələrində inkişafa nail olunduğunu bir daha təsdiqlədi. Həmin fərman Azərbaycanda dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşı- yır. Həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm də bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasın- da böyük rol oynadığı artıq özünü büruzə verir. 2018-ci ilin prezident seçkilərindən sonra Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində proqram xarakterli çıxışı zamanı anonsunu verdiyi struktur, inkişafa xidmət edən isla- hatlar artıq həyata keçirilməkdədir. Dövlətimizin başçısı islahatlara alternativ olmadığını bildirərkən, andiçmə mərasimində yeni iqtisadi model haqqındakı fikirlərini xatır- ladaraq deyib ki, əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatların, o cümlədən kadr islahatlarının bu məqsədi daşıdığını bildirən ölkə rəhbəri növbəti illərdə ciddi islahatların aparılacağını diqqətə çatdırıb və bunun vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşacağı- na əminliyini ifadə edib. İslahatlar ili Bu ilin əvvəlində imzalanan həmin fərman qarşıya ciddi vəzifələr qoydu. Təsadüfi deyil ki, 2019- cu il həm də islahatlar ili adlandırılır. Bu ilin əvvəlindən start götürən konkret sahələr üzrə qar- şıda duran vəzifələrin həlli üçün çevik, məqsədyönlü və səmərəli fəaliyyətlə bağlı reallaşdırılmalı olan islahatlar daha geniş vüsət aldı. Əldə olunan böyük nailiyyətlər Azərbaycan dövlətçiliyinin inkişafında, vətəndaşların rifahında, iqtisadi tərəqqinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb etdi. Bununla yanaşı, Azərbaycanın qarşısına daim irəliləyiş məqsədini qoyan dövlət olduğu təsdiqləndi. Bütün bunlar idarəetmə sahəsində yeni islahatların həyata keçirilməsi zərurətini yaratdı. İslahatları öz səmərəsini vergi və gömrük sahələrində daha aydın büruzə verdi. Gömrük və vergi orqanlarının cari ilin doqquz ayı ərzində büdcəyə nəzərdə tutulduğundan əlavə 700 milyon manat- dan çox vəsait daxil etmələri bu reallığın nümunəsidir. Uğurlar təkcə bununla bitmir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsinin qeydiyyata alın- ması da islahatların nəticəsidir. Əvvəllər yüz minlərlə insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar müxtəlif yollarla əlavə pul alır və bu qazanclarını vergidən gizlədirdilər. Bu da iqtisadiyyatın inkişa- fına mənfi təsir edirdi. Digər cəhətdən isə bu, gələcəkdə pensiyaya çıxacaq in- sanların alacaqları məbləğin qənaətbəxş olmamasına da öz təsirini göstərir. Bu baxımdan, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə həmin iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini kölgə iqtisadiyyatından xilas etdi. Ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikası- nın İqtisadiyyat Nazirliyinin strukturu- na daxil edilməsi iqtisadi inkişafımızı sürətləndirmək tapşırıqlarının icrasının effektivliyini daha yaxşı təmin edəcək. Dövlət başçısı islahatların anonsunu bu ilin əvvəllərində –Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vermişdi. Demişdi ki, indi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib: “Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olun- mur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib”. Dövlət başçısının bu yanaşması milli dövlətçiliyi və idarəetməni daha da təkmilləşdirmək, dövrün tələblərinə uyğun daha çevik və səmərəli vəziyyətə gətirməkdən ibarətdir. Bu islahatlar demokratik idarəetmənin əsas qayəsini təşkil edir və idarəetmədə şəffaflığı, yığ- camlığı özündə əks etdirir. Bu dəyişiklik, eyni zamanda, idarəetmədə çalışan bü- tün kadrlardan məsuliyyətli, dəqiq və fəal olmağı prioritet vəzifə kimi qarşıya qoyur. İnqilabi addımlar Ölkədə sosial sahədə aparılan inqilabi islahatlar barədə danışarkən, ilk növbədə, Prezident İlham Əliyevin 25 fev- ral 2019-cu il tarixdə imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamını xatırlatmaq istərdik. 14 bənddən ibarət olan həmin sərəncamda aztəminatlı ailələrin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılması öz əksini tapıb. Sosial sahədə aparılan digər islahatlar Azərbaycanda dövlətin sosial siyasətinin əhalinin güzəranının daha da yaxşılaşdırılmasına yönəldiyini təsdiqləyir. Son illər dünyada baş verən maliyyə sıxıntıları bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, res- publikamızda bu sahədə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 18-də yeni sosi- al islahatlar paketini təqdim edib. İslahat- lar paketində minimum əməkhaqqının, habelə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, dövlət qulluqçuları- nın, hərbi və hüquq-mühafizə orqanla- rında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması nəzərdə tutulub. (ardı 2-ci səhifədə) Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk Prezident İlham ƏLİYEV: Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir. Bu gün paytaxt Bakı ilə bərabər, respublikamızın bölgələri də sürətlə müasirləşir, tikinti-quruculuq, abad- lıq işləri yeni vüsət alır, IV dövlət regional proqramının icrası istiqamətində mühüm addımlar atılır. Xatırladaq ki, indiyədək regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramlarının icrası sayəsində 2004-cü ildən bu ilin ötən dövrü ərzində 2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət proqramının icrası he- sabına cari ilin birinci yarısında 92 min yeni iş yeri açılıb. İslahatlar inkişafımızın rəhnidir A zərbaycan demokratik dövlət quruculuğunun daha da inki- şaf etdirilməsi yolunda inamla irəliləyir. Bu irəliləyiş ölkəmizi dünyanın inkişaf etmiş dövlətlərinin layiqli üzvlərindən birinə çevirməkdədir. Dövlətimizin başçısı ölkəmizin daha yüksək nailiyyətlər qazanması yolunda islahatları prioritet vəzifə kimi qarşıya qoyub. Ölkə başçısı çıxışlarının birində bildirmişdir ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.

Upload: others

Post on 31-Jan-2020

34 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek OPT.pdf · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 273 (29245) 8 dekabr 2019-cu il, bazar

Regionlarda iş yerlərinin yaradıl-masında önəmli rol oynayan sahibkar-lığın inkişafı daim diqqət mərkəzində saxlanılır. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xüsusi dəstəyi nəticəsində Qəbələ, Abşeron, Füzuli, Sumqayıt, Şəki və Şamaxıda KOB mərkəzləri fəaliyyətə başlayıb. Yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə keçirilən satınalmalarda iştirakı təmin

edilib. Eyni zamanda, cari ilin birinci yarısında 510 sahibkarlıq subyek-tinin ümumi dəyəri 177,8 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 48,2 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 43,6 faizi regionların payına düşüb. Həmçinin iqtisadiyyata yerli və xarici maliyyə resurslarının cəlb edilməsi üçün investisiya təşviqi mexanizminin üstünlüklərindən yarar-lanılıb. Təkcə cari ilin 6 ayı ərzində 44 sahibkarlıq subyektinə 50 investi-

siya təşviqi sənədi təqdim olunub. Bütün bunlar qeyri-neft sek-

torunun davamlı inkişafının təmin edilməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə öz müsbət təsirini göstərib. Aqrar sektor yeni inkişaf mərhələsinə daxil olub. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırıb.

Bu gün ölkə üzrə 33 rayonu əhatə edən 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər gö-rülür. Hazırda 22 aqropark fəaliyyət göstərir. İlin sonunadək 11 aqropar-kın fəaliyyətə başlaması gözlənilir. Qeyd edək ki, bu layihələrin icrası ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulma-sı ilə nəticələnəcək. Həmçinin bu layihələrin icrası sayəsində bölgələrdə 4 mindən çox yeni iş yeri yaradılacaq.

Bölgələrdə sosial infrastruktu-run müasirləşdirilməsi də diqqət

mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, IV Dövlət proqramı-nın icrasının birinci ilinin yarısında bölgələrdə 160 kilometr içməli su, 84,8 kilometr kanalizasiya, 719,9 kilometr qaz, 2627 kilometr yeni elektrik verilişi xətləri çəkilib, 246,06 kilometr qaz xətti əsaslı təmir olunub, 88876 qaz sayğacı quraşdırılıb və ya yenisi ilə əvəzlənib.

Son illər yol-nəqliyyat infrastruk-turunun yaxşılaşdırılması, o cümlədən kənd yollarının tikintisi istiqamətində də əhəmiyyətli işlər görülüb, yüz minlərlə sakinin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çı-xış imkanları yaxşılaşdırılıb. Belə ki, ölkə üzrə təkcə bu il 226 kilometrdən çox respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, 33,62 kilometrdən çox dəmir yolu xətti çəkilib və yenidən qurulub, 9 yeni körpü, keçid və yol qovşaqları inşa edilib.

Sürətlə müasirləşməni, tikinti-quruculuq tədbirlərinin aparılmasını Şamaxının timsalında da aydın görə

bilərik. Prezident İlham Əliyev rayona səfəri çərçivəsində Bakı-Şa-maxı-Yevlax magistral avtomobil yolunun rayon ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra istifadəyə verilməsi, “ASAN Həyat” komplek-sinin açılışı mərasimlərində iştirak edib, zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən 44 mənzilli yaşayış binasında yaradılan şəraitlə, habelə Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub, eyni zamanda, təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib.

Dövlətimizin başçısı “ASAN Həyat” kompleksinin açılışı mərasimində çıxış edərək bu xidmətin hazırda nəinki respublikamızda, hətta xarici ölkələrdə də böyük rəğbətlə qarşılandığını bildirib. Vurğulayıb ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir: “Bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində bö-yük dəyişikliklərə gətirib çıxarıb.

Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olub-dur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrup-siya, rüşvətxorluq xidmət sektoru-nun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir”.

Yeri gəlmişkən, xatırladaq ki, Şamaxıda istifadəyə verilən “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. Komp-leks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiy-yatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Burada belə bir statistikanı da diqqətə çatdıraq ki, indiyədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35

milyona yaxındır. Cari ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı isə 99,4 faiz təşkil edib.

Ölkə rəhbəri çıxışında “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirərək, bu qurumun hazır-da öz coğrafiyasını genişləndirdiyini də vurğulayıb: “Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açıla-caqdır. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, “ASAN qatar” da fəaliyyət göstərir”.

(ardı 2-ci səhifədə)

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi

Prezident İlham Əliyevin 2019- cu il yanvarın 14-də imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı islahatların böyük əhəmiyyət kəsb etdiyini, ölkənin bütün sahələrində inkişafa nail olunduğunu bir daha təsdiqlədi. Həmin fərman Azərbaycanda dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşı-yır. Həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm də bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasın-da böyük rol oynadığı artıq özünü büruzə verir.

2018-ci ilin prezident seçkilərindən sonra Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində proqram xarakterli çıxışı zamanı anonsunu verdiyi struktur, inkişafa xidmət edən isla-hatlar artıq həyata keçirilməkdədir. Dövlətimizin başçısı islahatlara alternativ olmadığını bildirərkən, andiçmə mərasimində yeni iqtisadi model haqqındakı fikirlərini xatır-ladaraq deyib ki, əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatların, o cümlədən kadr islahatlarının bu məqsədi daşıdığını bildirən ölkə rəhbəri növbəti illərdə ciddi islahatların aparılacağını diqqətə çatdırıb və bunun vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşacağı-na əminliyini ifadə edib.

İslahatlar iliBu ilin əvvəlində imzalanan həmin

fərman qarşıya ciddi vəzifələr qoydu. Təsadüfi deyil ki, 2019- cu il həm də islahatlar ili adlandırılır. Bu ilin əvvəlindən start götürən konkret sahələr üzrə qar-şıda duran vəzifələrin həlli üçün çevik, məqsədyönlü və səmərəli fəaliyyətlə bağlı reallaşdırılmalı olan islahatlar daha geniş

vüsət aldı. Əldə olunan böyük nailiyyətlər Azərbaycan dövlətçiliyinin inkişafında, vətəndaşların rifahında, iqtisadi tərəqqinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb etdi. Bununla yanaşı, Azərbaycanın qarşısına daim irəliləyiş məqsədini qoyan dövlət olduğu təsdiqləndi. Bütün bunlar idarəetmə sahəsində yeni islahatların həyata keçirilməsi zərurətini yaratdı.

İslahatları öz səmərəsini vergi və

gömrük sahələrində daha aydın büruzə verdi. Gömrük və vergi orqanlarının cari ilin doqquz ayı ərzində büdcəyə nəzərdə tutulduğundan əlavə 700 milyon manat-dan çox vəsait daxil etmələri bu reallığın nümunəsidir. Uğurlar təkcə bununla bitmir. Bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsinin qeydiyyata alın-ması da islahatların nəticəsidir. Əvvəllər yüz minlərlə insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi. Onlar müxtəlif yollarla

əlavə pul alır və bu qazanclarını vergidən gizlədirdilər. Bu da iqtisadiyyatın inkişa-fına mənfi təsir edirdi. Digər cəhətdən isə bu, gələcəkdə pensiyaya çıxacaq in-sanların alacaqları məbləğin qənaətbəxş olmamasına da öz təsirini göstərir. Bu baxımdan, 100 mindən çox iş yerinin rəsmiləşdirilməsi ilə həmin iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini kölgə iqtisadiyyatından xilas etdi.

Ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının

Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikası-nın İqtisadiyyat Nazirliyinin strukturu-na daxil edilməsi iqtisadi inkişafımızı sürətləndirmək tapşırıqlarının icrasının effektivliyini daha yaxşı təmin edəcək. Dövlət başçısı islahatların anonsunu bu ilin əvvəllərində –Nazirlər Kabinetinin

2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vermişdi. Demişdi ki, indi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib: “Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olun-mur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib”.

Dövlət başçısının bu yanaşması milli dövlətçiliyi və idarəetməni daha da təkmilləşdirmək, dövrün tələblərinə uyğun daha çevik və səmərəli vəziyyətə gətirməkdən ibarətdir. Bu islahatlar demokratik idarəetmənin əsas qayəsini təşkil edir və idarəetmədə şəffaflığı, yığ-camlığı özündə əks etdirir. Bu dəyişiklik, eyni zamanda, idarəetmədə çalışan bü-tün kadrlardan məsuliyyətli, dəqiq və fəal olmağı prioritet vəzifə kimi qarşıya qoyur.

İnqilabi addımlar Ölkədə sosial sahədə aparılan

inqilabi islahatlar barədə danışarkən, ilk növbədə, Prezident İlham Əliyevin 25 fev-ral 2019-cu il tarixdə imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamını xatırlatmaq istərdik. 14 bənddən ibarət olan həmin sərəncamda aztəminatlı ailələrin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılması öz əksini tapıb. Sosial sahədə aparılan digər islahatlar Azərbaycanda dövlətin sosial siyasətinin əhalinin güzəranının daha da yaxşılaşdırılmasına yönəldiyini təsdiqləyir. Son illər dünyada baş verən maliyyə sıxıntıları bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, res-publikamızda bu sahədə qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 18-də yeni sosi-al islahatlar paketini təqdim edib. İslahat-lar paketində minimum əməkhaqqının, habelə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, dövlət qulluqçuları-nın, hərbi və hüquq-mühafizə orqanla-rında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması nəzərdə tutulub.

(ardı 2-ci səhifədə)

Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Prezident İlham ƏLİYEV:

Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir.

Bu gün paytaxt Bakı ilə bərabər, respublikamızın bölgələri də sürətlə müasirləşir, tikinti-quruculuq, abad-lıq işləri yeni vüsət alır, IV dövlət regional proqramının icrası istiqamətində mühüm addımlar atılır. Xatırladaq ki, indiyədək regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramlarının icrası sayəsində 2004-cü ildən bu ilin ötən dövrü ərzində 2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət proqramının icrası he-sabına cari ilin birinci yarısında 92 min yeni iş yeri açılıb.

İslahatlar inkişafımızın rəhnidirAzərbaycan demokratik dövlət quruculuğunun daha da inki-

şaf etdirilməsi yolunda inamla irəliləyir. Bu irəliləyiş ölkəmizi dünyanın inkişaf etmiş dövlətlərinin layiqli üzvlərindən birinə

çevirməkdədir. Dövlətimizin başçısı ölkəmizin daha yüksək nailiyyətlər qazanması yolunda islahatları prioritet vəzifə kimi qarşıya qoyub. Ölkə başçısı çıxışlarının birində bildirmişdir ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.

Page 2: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek OPT.pdf · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ

Heç kəsə sirr deyil ki, ulu öndər 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri öncəsi seçki-qabağı təbliğat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Fikrimizi faktlar və arqumentlərlə əsaslandıraq.

Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sent-yabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalı-lar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda ulu öndər Prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı mürəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin siyasi oyunbazlıqla məşğul olmaması və ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi.

Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji stereotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu. Ulu öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an belə yaddan çıxarmaq olmaz. “Ağı ağ, qaranı qara” yazmaq lazımdır. Ümummilli lider xüsusi olaraq vur-ğuladı ki, 1920-ci ildən başlayaraq müstəqililik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçib. Azərbaycanda boyük elm, mədəniyyət yaranıb. Bu dövrü tarixdən silmək olarmı? Şübhəsiz, bu dövrün çox qaranlıq səhifələri də var – 20-ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması: “Bunlar həqiqətdir. Eyni zaman-da, o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqti-sadiyyatını yaratmışdır. Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respub-likası müstəqil dövlət kimi yaşaya bilərdimi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizim üçün Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağa-yev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da...Tarixi təhrif edənlər xalqa xəyanət edirlər. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz”.

Həmin çıxışında Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə tulla-dığı sınıq gəmi ilə müqayisə etdi: “Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi təxminən belə vəziyyətdədir.”

Gənclər qarşısında çıxışında isə ulu öndər ölkənin təhsil və gənclər siyasəti sahəsində həllini gözləyən olduqca mürəkkəb problemlərə diqqəti cəlb etdi və bu istiqamətlərdə konseptual yanaşmalarını ortaya qoydu. İlk növbədə onu vurğuladı ki, milli nihilizm mövqeyindən birdəfəlik imtina etmək lazımdır. Sovet ideologiyasını haqlı ola-raq özümüzdən uzaqlaşdırsaq da, ancaq sovet təhsil sistemində bir çox müsbət cəhətlərin olduğunun

üstündən xətt çəkə bilmərik. Biz savadlı, təhsilli millətə çevrilmişik. Elmdə və mədəniyyətdə böyük uğurlara imza atmışıq. Bundan sonranı düşünmək lazımdır. İndi necə irəliləyək? Təkcə texnikumla-rı kolleclərə, məktəbləri liseylərə, institutları universitetlərə və akade-miyalara çevirməklə işləri düzəltmək olmaz.

Ulu öndər hər zaman olduğu kimi, təkcə problemləri qabart-mır, eyni zamanda, onların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Boyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyi-ni vurğulayır və bu sahədə hələ sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi.

Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev oktyabrın 1-də res-publikada yaşayan azsaylı xalqların nümayəndələri ilə gorüşdü. Bu görüşün ölkəmizdə ictimai-siya-si sabitliyin təminatı baxımından mühüm əhəmiyyəti var idi. “Xalq Cəbhəsi-Müsavat” cütlüyünün antimilli siyasəti sayəsində ölkə ərazisində yaşayan xalqlar arasında birlik və harmoniya deyil, təfriqə və toqquşma meyilləri güclənmişdi. Xüsusən, azsaylı xalqlara süni şəkildə belə bir ideya təlqin olunurdu ki, siz Azərbaycanın köklü xalqla-rı deyilsiniz, ikinci “sort” xalqlar statusundasınız. Əslində, bu yarıtmaz və xəyanətkar siyasətin müəllifləri ölkənin bütövlüyü və suverenliyi əleyhinə ən qorxulu ssenarilərin formalaşmasına rəvac verir və dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş olurdular. Bu acı reallıqlar fonunda ulu öndər Heydər Əliyev məlum görüşdə xüsusi olaraq vurğu-ladı ki, prezident seçiləcəyi təqdirdə, o, respublikanın keçmiş rəhbərliyinin milli siyasətdə buraxdığı ciddi po-zuntuların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcəkdir. Azərbaycanda yaşayan bütün xalqlar siyasi əqidəsindən, millətindən, dinindən asılı olmayaraq bərabər hüquq və imkanlara malik olacaqlar.

Ulu öndərin cəmiyyət tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Xalq Cəbhəsinin əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri ilə barışa bilmir, əvvəlcə referendu-mu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstremist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Nə bu sui-qəsd addımı, nə də sonra-lar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə digər cəhdlər nəticə verdi.

Ulu öndər 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu.

Təbii ki, fitri istedadı və iti fəhmi hesabına ölkəmizin pers-pektiv müstəqilliyini proqnoz-laşdıran Heydər Əliyev suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi və xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini də görməyə bilməzdi. Bu baxım-dan, ümummilli liderin hələ sovet dövründə respublikamız üçün milli hərbi kadrların hazırlanması sahəsində atdığı uzaqgörən ad-dımların ölkəmizin Ermənistanın

təcavüzünə məruz qaldığı zamanda necə misilsiz əhəmiyyət daşıdığının bir daha şahidi olduq.

Bu, bir həqiqətdir ki, Sovet dövlətində bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə əsaslanırdı. Rəsmi Moskva milli respublikalarda, xüsusilə müsəlman dövlətlərində milli hərbi kadrların hazırlanması yönündə cəhdləri, bir qayda olaraq, qısqanclıqla qarşılayır və buna mane olurdu. Müttəfiq respublikalarda hərbi tədris məktəbləri əsasən Rusi-ya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.

“Bunları görəndə, düşünür-düm ki, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublika-sıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunu-ruq?” – Bu sözləri Heydər Əliyev 2003-cü il aprelin 21-də, Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illik yubiley təntənəsində çıxış edərkən demişdi.

Ulu öndər 1973-cü ildə böyük səylər nəticəsində belə bir məktəbin yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. Ancaq onların tam əksəriyyəti inşaat batalyonlarında xidmət keçirdi. Hərbi hissələrdə azərbaycanlı zabitləri isə, necə deyərlər, barmaqla saymaq olardı. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradıl-masına rəsmi Moskva laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Bakıya təşrif buyuran çeşidli komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını “əsaslandırmağa” çalışırdılar. Amma Heydər Əliyev bu cəhdlərin qarşısını qətiyyətlə almağı bacardı.

Həmin vaxtdan 20 il ötdü və Heydər Əliyevin yaratdığı hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, general-larıdır.

Beləliklə, Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addım-ları atmağa nail oldu. 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası, əslində, real suverenliyinə 1993-cü ilin ikinci yarısından sonra nail oldu. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verdi. Bununla da Azərbaycanda milli intibah dövrü-nün ikinci mərhəsi (1993-2003-cü illər) başlandı. Bu dövr ulu öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə

görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən plan-ları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı.

Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin

1969-1982-ci illərdə həyata keçir-diyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi. Prezident İlham Əliyevin Sum-qayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq və sovet mətbuatında məsələ qaldırmış-lar. Artıq Dağlıq Qarabağda sepa-ratçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Bu hadisələr

də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.

Bundan savayı, AXC-Müsavat cütlüyünün mövcud şəraitə adek-vat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı

dövlət səviyyəsində hər cür yardım-dan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulmaq təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aram-sız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüsey-nova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü.

Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışın-dan sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayla-rında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezi-dent Heydər Əliyevlə xalqın sarsıl-maz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin düha-sı olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Lin-kolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə, ölkə miqyasında 600 mindən artıq itki verilməsinə bax-mayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerika-lılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimizcə, ameri-kalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparmala-rının motivi gün kimi aydındır. Hər ikisi öz xalqları və dövlətlərinin xilaskarıdır.

Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunul-mazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxparti-yalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qa-nunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sis-temi, yeni məhkəmə korpusu yara-dıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan əfv edildi və böyük sayda məhkum bağışlandı, mətbuatda senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.

Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümum-milli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramla-rın həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanı-mının rəhbərlik etdiyi təşkilatın

genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və ge-niş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanım Əliyevanın qazandı-ğı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva 2018-ci ilin fevralın 28-də Rusiyanın nüfuzlu “Rossi-ya-24” kanalına müsahibəsində bu xüsusda haqlı olaraq vurğulayır: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadı-nı doğrultmalıyam.”

Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin vəfatının 16-cı ildönümünü onun

siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək anır. Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni tam xarakterizə edən ifadələrdir. Sözün həqiqi mənasında, son 16 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürmüş-dür. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin ol-maması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ökləmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabit-liyimiz təhlükəsizliymizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalıqı və onun hakimiyyətlə olan mono-lit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlı-dır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə, onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diqtəsi altında deyil, məhz öz xal-qının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir. Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünya-da müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olmuşdur. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün qeyd etdiyi kim, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalmışdır. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır.

Dövlətin xarici siyasətinin onun daxili siyasətinin davamı olması da mütləq əksəriyyətin inandı-ğı həqiqətlərdəndir. Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin 16 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir.

Elman NƏSİROV, Yeni Azərbaycan Partiyası

Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi

elmlər doktoru, professor

8 dekabr 2019-cu il, bazar 3

HEYDƏR ƏLİYEV ideyaları əbədiyaşardır

U lu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan bö-yük azərbaycanlıdır. Bu unikal xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur.

Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. O, Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. 1992-ci ildə bir müxalifət partiyası kimi yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq, bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə uni-kaldır. Bu reallıq fonunda dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində tarixi qələbəsinin 26-cı ildönümü ilə bağlı həmin uğur strategiyasının bəzi məqamlarını və onu doğuran amilləri qədirbilən oxucularımızla bölüşmək istərdik.

Page 3: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek OPT.pdf · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, öz xalqına son-suz sevgisi və misilsiz xidmətləri ilə çoxminillik dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider statusu qazanmış Heydər Əliyevin əbədiyyətə qovuşma-sından 16 il keçir. Ötən illər ulu öndərin ideya və əməllərinin həmişəyaşarlığını qəti surətdə təsdiq etməklə yanaşı, bu bənzərsiz soydaşımızın və əbədi lideri-mizin əməllərdə, amallarda və xatirələrdə davam edən ölməzliyini də bütün dünya-ya nümayiş etdirmişdir.

Ulu öndərin hərtərəfli inkişafalarına daim qayğı göstərdiyi və gələcəklərinə böyük ümid bəslədiyi o zamankı uşaq və gənclər nəsli bu gün onun ölməz ideyalarına sədaqətlərini əməli işlərə çevirməklə müstəqil dövlətimizin quru-cularının ön sıralarındadırlar. Ümummilli liderin formalaşdırdığı müstəqil dövlətin uşaq və gənclər siyasəti müstəqillik illərində ölkəmizdə nəsillərin bir-birini ahəngdar surətdə əvəzləməsi prosesinin lokomotivinə çevrilmişdir.

Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində dövlət gənclər siyasəti onun Azərbaycana rəhbərliyinin hər iki dövründə üstün yer tutmuşdur. Böyük rəhbər yaxşı bilirdi ki, gənclərin hərtərəfli hazırlığı Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafı üçün zəruri amillərdəndir. Müdrik şəxsiyyət gəncliyi böyük qüvvə hesab edirdi və deyirdi ki, “gənclər bizim gələcəyimizdir”.

Xalqımızın böyük oğlu Azərbaycana rəhbərliyinin hər iki dövründə yeni nəslin sağlam və bilikli böyüməsi, həyatda özünə layiqli yer tutması üçün uzaqgörən, sistemli, ardıcıl tədbirlər işləyib hazırlamış, bu işi daim diqqət mərkəzində saxlamışdır. Hələ sovet dövründə respublikanın birinci rəhbəri olaraq, Heydər Əliyev daim gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırmışdır. Ulu öndər müstəsna bir uzaqgörənliklə sovet imperiyasının süqut edəcəyini, Azərbaycanın yaxın gələcəkdə müstəqillik qazanacağını duyub-dərk etməklə, öz ölkəsini və onun yeni nəsillərini suverenlik epoxasının məsul tələblərinə cavab verməyə hazır-lamışdır.

Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gənclərin sağlam və savadlı böyüməsi, mükəmməl ixtisas təhsili almaları üçün mümkün olan bütün işləri yüksək səviyyədə həyata keçirmişdir. Onun ən bilikli və yüksək bacarıqlı gəncləri keçmiş SSRİ-nin tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərməsi hələ o illərdə Azərbaycana yeni intellek-tual səviyyə, həyata üstün baxışlar və geniş dünyagörüşü dəyərləri gətirmişdir.

Azərbaycan müstəqillik qazandıq-dan bir müddət sonra ölkədə yaranmış hakimiyyətsizlik, özbaşınalıq, anarxiya və xaos bütün sahələrdə olduğu kimi, gəncliyin də həyatına çox ağır təsir göstərmişdir. Lakin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbindən sonra müstəqil ölkənin rəhbərliyinə qayıdışı ilə gəncliyin də həyat və mübarizəsində əsaslı dönüş yaratmışdır. Xalqın xilas-kar oğlu ölkə rəhbərliyinə qayıtdığı ilk gündən gəncliyin istək və arzularına,

rastlaşdıqları çətinliklərə müdrikliklə diqqət yetirmiş, müstəqil ölkənin gənclər siyasətinin əsaslarını qoymuşdur. Bununla da 1993-cü ildən etibarən gənc nəsillə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndərimiz böyüməkdə olan nəslə qayğı göstərərək onların bilik və baca-rıqlı nümayəndələrini əməli quruculuq və elmi-mədəni yaradıcılıq sahələrində, müxtəlif pilləli idarəetmə işlərində önə çəkmişdir. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli isla-hatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə addımlar atılmasını təmin etmişdir.

Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratmış və onları vahid azərbaycançılıq ideologiya-sı ətrafında daha da sıx birləşdirmişdir. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 26 iyul 1994- cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu öndər nazirliyin qarşı-sında ölkənin sosial-iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun olaraq gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin de-mokratik inkişafı tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin qüvvə və bacarıqlarının səmərəli şəkildə istifadə olunması və s. kimi vəzifələr qoymuşdur. 1994-cü ildən başlaya-raq bu istiqamətdə ayrı-ayrı dövlət proqramları həyata keçirilmiş, onların müxtəlif sahələrdə reallaşması, mühüm vəzifələrin gənclərə həvalə edilməsi prosesi sürətlənmişdir.

Ulu öndər hesab edirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız sa-vadlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənclərdən asılıdır. Artıq gəncliyin yüksəliş yolu müəyyənləşdirilmiş, tərəqqisi üçün hüquqi baza yara-dılmışdı. 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda şəxsən iştirak etmiş, dövlət gənclər siyasətinin prioritetlərini elan etmiş Prezident Heydər Əliyev bu məclisin birinci ildönümü münasibətilə keçirilən tədbirdə gənclərə müraciətində bildirirmişdi: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin-gənclərimizin bütün hü-quqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaq-dır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”

Ulu öndər 1997-ci ildə imzaladlğı

sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü elan edilmişdir. Artıq 22 ildən çoxdur ki, ölkəmizdə bu gün böyük təntənə ilə qeyd edilir. Gənclərin II Foru-mu, həmçinin sonrakı dövrdə imzalan-mış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar, gənclərin problemlərinin həllinə yönəlmiş, onların hərtərəfli inki-şafını təmin etmişdir. Məhz ulu öndərin yaratdığı siyasi-hüquqi və əxlaqi əsaslar üzərində ölkəmizdə gənclərin yaşlı nəsillə, cəmiyyət və dövlət strukturları ilə çoxtərəfli dialoqu yaranmışdır. Nəticədə, gəncliyin özünə inamı artmış, onlar dövlətin ictimai-siyasi həyatında iştiraka cəlb olunmağa başlamışlar.

Gənclərin ilk növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhun-da tərbiyə edilməsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir. Böyük dövlət və siyasət xadimi vurğulayır-dı: “Azərbaycanın dövlət müstəqilliyi

daimidir, əbədidir, dönməzdir, sarsılmaz-dır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

Ulu öndər Heydər Əliyevin yaratdığı təməl əsasında qurulmuş dövlət gənclər siyasəti 2003-cü ildən onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilərək ardıcıl surətdə davam etdirilir. Ötən müddət ərzində bu istiqamətdə atıl-mış addımlar, görülmüş işlər bunun əyani sübutudur. Bu baxımdan Azərbaycan Gənclər Gününün 10 illiyi münasibətilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi olduqca əlamətdar ol-muşdur. Bundan başqa, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş silsilə dövlət proqramları və digər mü-hüm sənədlər ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində dövlət siyasətinin prioritet yönlərini gerçəkləşdirməyə xidmət edir.

Prezident İlham Əliyev ölkə əhalisinin 2,8 milyon nəfərini, yəni 28,1 faizini təşkil edən gənclərin problemləri ilə daim ma-raqlanır, onlarla görüşlər keçirir, gənclərin hərtərəfli inkişafına, ölkənin ictimai-si-yasi, sosial-mədəni həyatında onların rolunun artırılmasına xüsusi diqqət yetirir, gənclərin dövlət işlərinə irəli çəkilməsinə xüsusi önəm verir. Pezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Yaşayıb fəaliyyət göstərdiyim Füzuli rayonunda da gənclər həyatın bütün sahələrində ön mövqelərdədir. Onlar-dan biri kimi mən də, Dövlət İdarəçilik Akademiyasında qiyabi təhsil almaqla yanaşı, Qayıdış-7 köçkün qəsəbəsində icra nümayəndəsi kimi məsul işə irəli çəkilmişəm. Biz gənclər rayon rəhbərliyinin bu diqqətini və etimadını ulu öndərin gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsi hesab edirik.

Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılma-sını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezi-denti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Birmənalı şəkildə qəbul etmək olar ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını, məhz ümummilli lider qoymuşdur. Ulu öndər Heydər Əliyevin əsaslarını yaratdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti yeni nəslin öz bilik və bacarıqlarının, po-tensialının səmərəli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Əhməd QULAMZADƏ, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

“Oqonyok” jurnalının 1992-ci ilin aprel nömrəsi. Səhifədəki şəkildən bir oğlanın nəzərləri bizə zillənib. Qolunu saqqallı erməni silahlısı çəkib, bunu jurnalistlərin diqqətindən yayındırmağa çalışır. Əlində Azərbaycan bayrağını basıb bağrına. O bayraq ki, 70 ildən sonra yenidən başımızın üzərində ucalıb müstəqil Azərbaycanın istiqlalını dünyaya bəyan etdi. O bayraq ki, onun kölgəsində gənclər bu istiqlalı qoruyacaqlarına and içdi. Natiq Qasımovun fotokameraya zillənmiş qürurlu baxışları, sanki, bu andı təsdiq edən əbədi bir möhür oldu: Vətənə sevgi və sədaqət möhürü…

Bu gün Natiq Qasımov başda olmaqla, Vətənimizin müstəqilliyi və ərazi bü-tövlüyü uğrunda həyatını qurban vermiş qəhrəmanlarımızın örnək dolu həyatı hər bir Azərbaycan gəncinin qəlbində qürurla xatırlanır. Müstəqil dövlətimiz siyasi və iqtisadi baxımdan gücləndikcə, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artdıqca, gənclərimizin dövlətçiliyimizin gələcəyinə inamı da artmaqdadır. Dövlətin sabahı-nın əsas dayağı olan gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi hər zaman vacib olub və bu gün də dövlət siyasətinin tərkib hissəsi kimi prioritet məsələlərdəndir.

“El bilir ki, sən mənimsən”Təsadüfi deyil ki, ulu öndər Heydər

Əliyevin hələ sovet dövründə Azərbaycan gənclərini müxtəlif nüfuzlu ali məktəblərə təhsil ardınca göndərməsi, eləcə də hərbi kadrların məhz Azərbaycanda hazırlanması üçün C.Naxçıvanski adına hərbi məktəbi ya-ratması onun milli təəssübkeşliyindən, xal-qımızın inkişafında gənclərimizin hərtərəfli kadr kimi görmək istəyindən irəli gəlirdi. Əlbəttə, bu uzaqgörən siyasət öz bəhrəsini verdi. Ermənistanın hərbi təcavüzü baş-layan illərdə həmin gənclər , xüsusilə də Leninqradda, Lvovda, Moskvada və digər şəhərlərdə hərbi təhsil almış zabitlər Vətənə gələrək onun müdafiəsində dayandılar. Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətimizin gənclər siyasəti formalaşdırıldı, çox mühüm işlər görüldü. Hətta Gənclər Gününün təsis edilməsi də məhz ulu öndərin Azərbaycan gəncliyinə bəxş etdiyi milli bayram oldu. Ulu öndərin böyük sevgi və məhəbbətlə hər kəsin önündə Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini həyəcanla deməsi bu gün də ehtiramla xatırlanır. Bu gün Pre-zident İlham Əliyevin gənclər siyasəti də məhz bu ənənələr üzərində qurulmaqla, çağdaş dövrümüz üçün bilikli, vətənpərvər gənclər ordusunun formalaşmasına xidmət edir.

Ədəbiyyatın gücü böyükdür Həmsöhbətim Dünya Gənc Türk Yazar-

lar Birliyinin sədri, Prezident təqaüdçüsü İntiqam Yaşar bildirir ki, bugünkü gənclərimiz xoşbəxtdir, çünki müstəqil, inkişaf edən və dünyada öz sözünü deyən Azərbaycan dövlətinin vətəndaşlarıdır: “Biz fəxr edirik ki, keçən il böyük fəxrlə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. O dövrdə Vətənə məhəbbətlə, xalqına böyük sevgi ilə xidmət etmiş gənc ziyalılarımızın vətənpərvərliyi, Azərbaycana bağlılığı, bayraq sevgisi bu-günkü gənclik üçün də örnəkdir.”

Gənclərin vətənpərvərlik tərbiyəsində ədəbiyyatın, sözün gücünü yüksək qiymətləndirən gənc yazar hesab edir ki, bu gün istər klassik, istərsə də çağdaş ədəbiyyatımızda Vətən sevgisini, doğuldu-ğun torpağı qorumaq hissini, eləcə də milli mənlik şüurunun formalaşmasını tərənnüm edən gözəl ədəbi nümunələr var. “Ancaq bu-nunla kifayətlənmək olmaz. Hesab edirəm ki, hərbi vətənpərvərlik ruhunu, milli mənlik şüurunu formalaşdıran yeni şeirlər, hekayələr, tarixi romanlar yazılmalı, daim gənclərə təqdim edilməlidir.”

DGTYB sədri hesab edir ki, gənclərimizin vətənpərvərlik hisslərinin

tərbiyəsi, onların milli amallar ruhunda tərbiyə alması, cəmiyyətimiz üçün la-yiqli vətəndaş kimi yetişməsi olduqca aktual məsələdir: “ Gənclər hər zaman dövlətimizin diqqətindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev istər səngərdə xidmət edən əsgər və zabitlərlə görüşlərində, istərsə də vətəndaş cəmiyyətinin fəal gəncləri ilə söhbətlərində hər zaman onlara vətənpərvər olmağı, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağı, bu dəyərləri qoruyub-yaşatmağı dövlətimizə və vətənimizə milli duyğularla bağlı olmağı tövsiyə edir.”

Aprel rəşadəti 2016-cı ilin aprel ayı. “Dördgünlük

müharibə” kimi tarixə düşmüş Aprel döyüşlərində səngərdə Vətənin keşiyində duran Azərbaycan əsgəri öz rəşadətini göstərdi. İşğalçı qüvvələrin təxribatlarının qarşısının alınması və onların hücumlarının dəf edilməsində qəhrəmancasına döyüşmüş Azərbaycan gəncləri—zabit və əsgər heyəti son ana qədər mübarizə apardı: yarala-nan da oldu, şəhidlik zirvəsinə ucalan da. Ancaq üçrəngli Azərbaycan bayrağı bizim həsrətlə boylandığımız Lələtəpəyə sancıl-dı. Aprel rəşadəti ilə dost da, düşmən də Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun, milli mənlik şüurunun ən yüksək səviyyəsinin şahidi oldu. Bu gün işğaldan azad edilmiş Lələtpədə, Cocaq Mərcanlıda dalğalanan bayrağımız, Aprel şəhidlərimizin şərəfinə ucaldılmış abidə istər məktəblilər, istərsə də tələbə gənclər tərəfindən böyük sayğı ilə ziyarət edilir.

“Azərbaycan gəncləri vətənpərvər olmalıdır”

Bu il fevralın 1-də Gənclər Günü münasibəti ilə keçirilmiş respublika top-lantısında mən də iştirak edirdim. Maraqlı anlarla yadda qalan tarixi görüşdə səslənən fikirlər Azərbaycan gənclərinin dövlətçilik və milli amallar uğrunda sıx birləşdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin proqram xarakterli nitqində daha çox gənclərin milli duyğulara köklənməsi və vətənpərvər olması əsas prioritet kimi vurğulanırdı. “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”. Bu da təsadüfi deyil. Çünki indiki yüksək dünyagörüşlü və savadlı gəncin dövlətini, tarixini, millətini sevməsi əsas şərtdir ki, o, Vətəninə yüksək səviyyədə xidmət edə bilsin.

Qarabağ qazisi, baş leytenant Kamil Musəvinin həmin respublika toplantısında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qarşı-sında təsirli çıxışı vətənpərvər Azərbaycan gəncliyinin bir nümunəsi sayıla bilər: “Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir. Biz gənclərin üzərinə çox bö-yük işlər düşür. Bu işlərdən biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc

vətənpərvər olmalıdır. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayan-maq deyil. Hər bir insanın öz sahəsində Vətəninə, xalqına vicdanla xidmət etməyi o insanın vətənpərvərliyidir”.

Gənclər təşkilatları da vətənpərvərliyə böyük yer ayırır

Bu gün vətəndaş cəmiyyətinin fəal hissəsi olan gənclər təşkilatlarının həyata keçirdikləri layihələr arasında milli dövlətçilik və vətənpərvərlik duyğularının inkişaf etdirilməsi əsas prioritet təşkil edir. Təkcə bu il həyata keçirilmiş layihələrdən “İrəli” İctimai Birliyinin “Marş irəli” layihəsini, eləcə də “Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsini nümunə gətirmək olar. Hər iki layihədə fəal iştirak etmiş gənclər öz bilik və bacarıqlarını sınamaqla, istər bilikləri, istərsə də fiziki hazırlıqları ilə Vətəni təmsil və müdafiə etməyə hər an hazır olduqlarını isbat etdilər. Bu cür önəmli tədbirlərin gənclərdə yüksək milli ruh ya-ratması, sözsüz ki, onların gələcəkdə layiqli bir vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır.

Aprel döyüşlərinin iştirakçısı gene-ral-mayor Mais Bərxudarovun gənclərlə görüşündə onların vətənpərvərlik ru-hunun yüksək olması üçün tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirməsi və onlara öz tövsiyələrini verməsi bu gün hər bir gəncimizi istər cəbhədə, istərsə də virtual olaraq, informasiya müharibəsində fəallığa səsləyir: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissi-dir. Hər bir əsgər, zabit, döyüşçü, gənc vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə birləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumu-zu möhkəmləndirə bilər və hər an qələbəyə hazır ola bilər.”

Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda da gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məsələsi xüsusi yer tutur. Proqrama əsasən, Gənclər və İdman Nazirliyi və gənclər siyasəti ilə məşğul olan digər qurumlar mütəmadi olaraq, gənclərin milli mənlik şüuru və vətənpərvərlik tərbiyəsi ilə bağlı layihələr həyata keçirirlər. Bir sözlə, hər kəs bu işə öz töhfəsini verməyə çalışır.

...Uzun axtarışlardan sonra internet re-surslarından tapdığım “Oqonyok” jurnalın-dakı şəklə bir daha nəzər salıram. Üçrəngli bayrağı qoynuna sıxan Natiq Qasımov sanki həmin fotodan bugünkü gəncliyə boylanır: Gözlərindəki sevgi, qürur və Vətənə sədaqət hissi ilə...

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

8 dekabr 2019-cu il, bazar4Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli

gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.

Heydər ƏLIYEV Ümummilli lider

Azərbaycan gəncləri müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşıb

Gənclər ölkəmizi gələcəyə inamla aparacaq

Gənclərdə vətənpərvərlik çox güclü ol-malıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savad-lı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının Prezidenti

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnfor-masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr – Dün-ya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

Page 4: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek OPT.pdf · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ

8 dekabr 2019-cu il, bazar 5Bu gün yaxşı xatırlayırıq

ki, 20 Yanvar faciəsindən sonra Azərbaycanın ağrılarını dünyaya çatdıran ulu öndər Heydər Əliyev oldu. Amma o zaman Azərbaycan rəhbərliyində təmsil olunanlar ağızlarına su alıb susmuş, heç kəs bu faciəni qınamamış, öz etiraz səsini ucaltmamışdı. Bu barədə Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində dedi: “Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha ulu öndərin xalqa nə qədər bağlı olduğunu göstərir”.

Ölkəmizin müstəqilliyə gedən yolu da, təbii ki, Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev də qətiyyətlə bildirib ki, əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir.

Heydər Əliyevin siyasi varisi olaraq, Azərbaycan Prezidenti İlham

Əliyev də daim xalq-iqtidar birliyinin qorunmasını təmin edib. Xalqın qayğı və ehtiyaclarının həlli daim dövlət başçısının prioritet hesab etdiyi məsələ olub. Məhz buna görədir ki, bu gün İlham Əliyev ictimaiyyət arasında böyük nüfuza malikdir. Səbəb aydındır: Prezident daim xalqın arasındadır, mütəmadi olaraq bu və

ya digər şəhər və rayona səfərlər edir, yeni istehsal müəssisələrinin, o cümlədən iş yerlərinin açılışına qatılır. Yaxud Bakıda və regionlarda məcburi köçkün vətəndaşlarımız üçün inşa edilmiş yeni çoxmərtəbəli binaları, digər yaşayış komplekslərini açır. Şəhid ailələri ilə görüşərək onların problemlərini həll edir. Haradasa zəlzələ və ya başqa təbii fəlakət baş verirsə, Prezident dərhal oraya gedir, problemlərin aradan qaldırılması üçün öz köməyini göstərir.

2019-cu ilin əvvəlindən isə ölkə əhalisinin rifahını yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə iki böyük sosial paket təqdim edildi, bu sahədə əsl inqilabi

addımlar atıldı. Əgər ilin əvvəlində minimum əmək haqqı Azərbaycanda 130 manatdan 180 manata qaldılmışdısa, sentyabrın 1-dən 250 manata çatdırıldı.

Şübhəsiz ki, Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamı da bu qəbildən olan əvvəlki sərəncamlar kimi, əhali tərəfindən

razılıqla qarşılandı. Şübhəsiz ki, Prezidentin atdığı addımlar bir məqsəd daşıyırdı -- ölkə əhalisinin rifahının yaxşılaşdırılması. Bu qərarlarla Prezident İlham Əliyev hər bir vətəndaşa qayğı və diqqətin dövlətimizin əsas prioritetlərindən olduğunu bir daha təsdiq etdi. Təsadüfi deyildir ki, dövlət başçımızın birinci islahatlar paketi, iqtisadçıların hesablamalarına görə, 3 milyon insanı əhatə etmişdisə, ikinci paket 2 milyona qədər vətəndaşımıza şamil olundu.

Bu iki sanballı sosial islahatlar paketi əsasında əhalinin ən müxtəlif qruplarının sosial müavinətləri, pensiyaları, əməkhaqları artırıldı.

Ölkə başçısının “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli, 992 nömrəli sərəncamın icrası ilə əlaqədar” fərman da elə bu məqsədlərə xidmət edirdi. Fərman əlilliyi olan şəxslərin müavinətlərinin əhəmiyyətli dərəcədə artırılmasını

nəzərdə tuturdu. İlin əvvəllərində Azərbaycan Respublikası Prezidentinin müharibə veteranları üçün təqaüdünün aylıq məbləği 55 manatdan 80 manata çatdırıldı.

Bütövlükdə, 2019-cu il, Prezidentin təbiri ilə desək, sosial islahatlar ili kimi tarixə düşdü. İlin

əvvəlindən bəri təkcə minimum əmək haqqı 120 manat qalxdı. Təhsil və tibb işçilərinin, başqa sahələrdə çalışanların məvacibində əhəmiyyətli artım oldu. Bütün bunlar son nəticədə insanlarımızın yaxşı yaşamasını təmin edir. Prezident İlham Əliyevin ardıcıl və davamlı şəkildə həyata keçirdiyi islahatların məqsədi də elə xalqımızın

yaxşı yaşamasını təmin etməkdir. Bu istiqamətdə bütün mümkün siyasi və iqtisadi alətlərdən istifadə olunur.

Son vaxtlar isə genişmiqyaslı kadr islahatlarına start verilib, hakimiyyətdə gəncləşmə, müasirləşmə siyasəti uğurla həyata keçirilir. Prezident Administrasiyasında,

Nazirlər Kabinetində struktur islahatları aparıldı. Milli Məclisin yenilənməsi istiqamətində addımlar atılır. Bütün bunlar əhalidə böyük razılıq doğurur. Get-gedə xalq-iqtidar birliyi də möhkəmlənir. Prezidentin bütün seçkilərdə müvəffəqiyyət əldə edərək yüksək səs çoxluğu qazanması da, şübhəsiz ki, bununla bağlıdır. Prezident İlham Əliyev məhz buna görə deyib: “Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar da, yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy

sorğuları bunu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür”.

Dövlət başçısı yeni gənc kadrları vəzifəyə təyin edərkən onlara da xalqla sıx ünsiyyətdə olmağı, vətəndaşları narahat edən məsələləri dərhal həll

etməyi, bacarmadıqda yuxarı orqanlara məlumat verməyi tövsiyə edir. Qəti şəkildə tapşırır ki, ölkədə bütün xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Prezident ictimai nəzarətin gücləndirilməsini tələb edir. Bildirir ki, özü də tez-tez rayonlara gedir, problemləri xalqın dilindən eşidir. Rəhbər vəzifələrə yeni təyin olunan gənclərdən də tələb edir ki, bütün problemlər həll edilməlidir. Ona görə də heç kəs problemləri malalamağa, ört-basdır etməyə çalışmasın.

Bu addımlarla Prezident İlham Əliyev xalqın böyük dəstəyini qazanır, bütün opponentləri üzərində qələbə çalır. Son nəticədə xalq-iqtidar birliyi Azərbaycanda sarsılmaz gücə çevrilir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması prioritet təşkil edir

Dövlət başçısının cari ilin başlanğı-cından ötən müddətdə vətəndaşların sosial problemlərinin həlli ilə bağlı qəbul etdiyi qərarlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutudur. Bu gün respublika iqtisadiyyatının real duru-mu və ölkənin maliyyə vəziyyəti dövlətimizə heç bir çətinlik çəkilmədən insanlarımızın əməkhaqlarını və təqaüdlərini birdən-birə 30-40 faiz, özü də ardıcıl şəkildə artırmağa imkan verir.

Gələn ilin Dövlət büdcəsini də birmənalı şəkildə sosial büdcə adlandırmaq olar. Bir büdcədə ki, növbəti il üçün sosial müdafiə və sosial təminat xərcləri 31 faizdən çox artırsa, deməli, o büdcə sosial büdcədir.

Dekabr ayının 2- də ölkə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola salmağa hazırlaşdığımız ilin sosial islahatlar zərfinə yeni bir sərəncam da əlavə etdi. “Əhalinin sosial müdafiəsinin yaxşılaş-dırılmasına dair əlavə tədbirlər haqqında” bu sərəncamı əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahı-nın yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində dövlətimizin son illər atdığı önəmli addımların davamı kimi dəyərləndirilməlidir.

Bu gün Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısı yüksək səviyyədə həyata keçiri-lir. Bu kateqoriyaya aid insanların sosial müdafiəsini gücləndirmək üçün dövlət onların sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunma-sını yüksək səviyyədə təşkil edir. Təbi ki, atılan belə adımlar sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlarda dövlətindən tam məmnunluq hissi yaradır. Bu insan-lar hər addımda dövlətin onların yanında olduğunu görə bilirlər. Yeri gəlmişkən, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımıza Birinci vitse- prezident Mehriban xanım Əliyevanın göstərdiyi qayğı və diqqəti də ayrıca qeyd etmək lazımdır. Birinci vitse- prezidentin sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara nə qədər bö-yük qayğı ilə yanaşdığının dəfələrlə şahidi olmuşuq. Bu sahəyə qayğı Mehriban xanım Əliyevanın humanitar sferadakı fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Son illərdə Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan insan-

ların sosial müdafiəsini gücləndirmək istiqamətində çox işlər görülüb. Bölgələrdə bərpa-müalicə şəbəkələri genişləndirilib, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin yüksək səviyyədə qurulması məqsədilə yeni uşaq bərpa mərkəzləri yaradılıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi bir sosial dövlətin davamlı qayğılarından biridir. Azərbaycan bu gün artıq sosial dövlət olduğunu bütün dünya-ya göstərə bilib. Son bir ildə Azərbaycan Prezidentinin vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarların demək olar ki, bənzərinə dünyanın heç bir ölkəsində rast gəlinməyib. Prezidentin bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar pake-ti nəticəsində minimum əməkhaqqı mart ayının 1-dən 40 faizədək artırılaraq 180 manata, əmək pensiyalarının minimum məbləği isə 38 faiz artırılaraq 160 manata çatdırılmışdı. Ümumilikdə, cari ilin birinci rübündə reallaşdırılan və 3 milyona yaxın insanı əhatə edən bu sosial zərfin illik xərci 1,9 milyard manat təşkil edir.

Dövlət başçısı tərəfindən cari ilin iyun ayının 18-də təsdiqlənən ikinci sosial zərfdə ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 250 manata, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyab-rın 1-dən 200 manata çatdırılması təmin edilib.

Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi və bu məqsədlə bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchiz edilməsi üçün im-zaladığı sərəncamla Dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manat əlavə vəsait ayrılıb.

Bu, bir daha onu göstərir ki, bütün kate-qoriyalardan olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi bundan sonra da dövlətimizin daim diqqət mərkəzində olacaq.

Fikrət YUSİFOV, iqtisad elmləri doktoru, professor

Azərbaycanda xalq-iqtidar birliyinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər istər sovet dönəmində,

istərsə də müstəqillik dövründə daim xalqın yanında olub. Onun məşhur ifadələrindən biri belə idi: “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”. Xalqa xidmət onun başlıca missiyası idi.

Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, qısa bir zaman ərzində bu islahatlar özünü doğruldub, ölkəmizin gələcək dina-mik və davamlı inkişafını, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasını şərtləndirib.

Xatırladım ki, görülən tədbirlər, atılan bütün addımlar konkret proqra-ma, gələcəyə hesablanan strategiyaya əsaslanaraq reallaşdırılır. Prezident İlham Əliyev 2018-ci ilin prezident seçkilərindən son-ra Milli Məclisdə andiçmə mərasimində çıxışı zama-nı islahatların anonsunu vermişdi.

Xalqımız da ha-zırda gerçəkləşdirilən islahatları yüksək qiymətləndirir, yeniləşməni, müasirləşdirməni inkişa-fa xidmət edən mühüm amil kimi dəyərləndirir. Çünki insanlar islahatla-rın nəticəsini görür. Bu islahatların əsas məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının, dövlətlə vətəndaş arasında təmasların daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

İslahatların sistemli xarakter daşıması, qarşı-ya çıxan yeni çağırışlar,

cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahat-ların dərinləşdirilməsini, parlamentin yenilənməsini zəruri edib. Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən YAP siyasi şurası tərəfindən Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici hakimiyyət sfe-rasını da əhatə etməsinin, qanunverici orqanın yenilənməsinin zəruriliyi baxımından bu addımın atılması zəruri sayılıb.

Milli Məclis də, öz növbəsində, bu məsələ ilə əlaqədar müvafiq

qərar qəbul edib və par-lamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə barədə dövlət başçısına müraciət ün-vanlayıb. Prezident İlham Əliyev də “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konsti-tusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsi isə Milli Məclisin buraxılmasının Konstitusi-yaya uyğun olması barədə qərar qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan Respublika-sının beşinci çağırış Milli

Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə 5 dekabr 2019-cu il tarixli sərəncam imzalayıb.

Parlamentə növbədənkənar seçkilərin uğurla yekunlaşacağına

əminliyimi ifadə edirəm. Bu inam möhtərəm Preziden-tin həyata keçirdiyi uğurlu siyasətin heç bir alternativi olmadığı qənaətimdən irəli gəlir. Ümumiyyətlə, xalqımızın xöşbəxtliyi, firavan gələcəyi, torpaqla-rımızın düşməndən azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin olunması yalnız dövlət başçımızın uğurla həyata keçirdiyi siyasətin və hazırda gerçəkləşdirilən islahatların nəticəsində mümkündür. Ona görə yeniləşən və uğurla inkişaf

edən Azərbaycanda parla-ment seçkilərinin keçirilməsi də ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq.

Füzuli HACIYEV, tarix üzrə fəlsəfə doktoru

Konstruktiv müxalifət partiyaları növbədənkənar parlament seçkilərində iştirak edəcəklər

Ötən seçkilərdə parlamentdə yer almış partiyalardan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qarşıdakı seçkilərdə də iştirak edəcəklərini bəyan edib: “Mən özüm də namizədliyimi irəli sürəcəyəm. Eyni dairədən parla-ment seçkilərində mübarizə apara-cağam”.

Demokratik İslahatlar Parti-yasının sədri Asim Mollazadə isə partiyanın hər zaman seçkilərdə iş-tirak etdiyini xatırladıb: “Ancaq mən hadisələri qabaqlamaq istəmirəm. Partiya bu məsələni müzakirə edəcək, bununla bağlı qərar qəbul ediləcək. Bundan sonra ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

Konstruktiv müxalifət cəbhəsini təmsil edən digər partiyalardan da

bu cür bəyanatlar səslənməkdədir. Bununla belə qeyd etməliyik

ki, bəzi partiyalar üçün “seçkiləri boykot edirik” deyərək hay-küy salmaq bir şakərə çevrilib. Bir sıra müxalif təşkilatlar ötən parlament seçkilərində də bu cür hərəkət etmiş, sanki bununla xaricdəki

“dayı”larından kömək ummuşdular. Amma faydası olmamışdı. İndi də eyni çağırışlar səslənir. Əslində, müxalif qüvvələrin heç seçkiləri boykot etmək imkanları belə yoxdur. Çünki onlar elə böyük bir elektorata malik deyillər ki, boykot qərarları ilə seçkinin nəticələrinə təsir edə

bilsinlər. Bu gün hamıya aydındır ki, xalq müxalifətə inanmır, onu dəstəkləmir. Azərbaycan seçicisi müxalifəti təmsil edən ayrı-ayrı şəxslərin, eləcə də partiyaların yalan vədlərinə inanmır və ona səs vermək istəmir.

Müxalifət düşərgəsi hazırda yalnız bir şeyə can atır: seçkiləri gözdən salsınlar, ölkədə qeyri-demokratik mühit olduğu barədə yalanlar püskürsünlər və səslərini xaricdəki Azərbaycanı sevməyən qüvvələrə yetirsinlər. Bütün bu fəaliyyət isə son nəticədə yeni qrantların ayrılmasına gətirib çı-xarsın. Təəssüf ki, bizim müxalifət indiyədək yalnız bu qrantlar üçün mübarizə aparıb.

“Xalq qəzeti”

Dekabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisin buraxılması haqqında sərəncam imzalamasından və növbədənkənar parlament

seçkilərinin 2020-ci ilin 9 fevralına təyin olunmasından son-ra ölkədə faktiki olaraq yeni seçkilərə hazırlıq məsələsinə start verilib. Bir sıra partiyalar parlament seçkilərinə qatıl-maq niyyətlərini elan ediblər.

Son 16 ildə Azərbaycanda sosial sahədə aparılan uğurlu siyasət müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Hökumətin daxili siyasətində ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsi prioritet təşkil edib. Bunu cari ilin ötən dövrü ərzində sözügedən istiqamətdə atılan addımlar bir daha da təsdiqləyir. Aydın görürük ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqları-dır, onun rifahıdır” deyən ölkə Prezidenti cənab İlham Əliyev üçün vətəndaşların sosial məsələlərinin həlli bir qayda olaraq ön sırada yer alır.

Bütün uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan işlərin yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkə həyatının bütün sahələrində sistemli, ardıcıl islahatlar aparılır. Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmədə gerçəkləşdirilən struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin alternativi yoxdur

Page 5: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek OPT.pdf · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ

İmaməddin Zəkiyev orta məktəbi bitirərək bir il rayon qəzeti redaksiyasında çapçı işlədikdən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olunmuş və ali təhsilini 1963-cü ildə bitirmişdi. ADU-da və Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində) dərs deyə-deyə АМЕА Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor Əziz Mirəhmədovun elmi rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində çalışmışdır. “Sovet kəndi”, “Vışka” qəzetlərində, “Aprel çiçəkləri” (1960), “Uğur olsun” (1961), “Gənc qələmlər” (1967) ədəbi almanaxlarında şeirləri işıq üzü görmüşdür.

İ.Zəkiyevin yaradıcılığında elmi mövzularla yanaşı, ədəbi-tənqidi məqalələrə üstünlük təşkil etmişdir. Respublikamızın nüfuzlu ictimai-siyasi və elmi nəşrlərində onun müntəzəm olaraq yazıları çıxmışdır. BDU-nun “Dil və Ədəbiyyat” jurnalında, “Bakı Universitetinin Xəbərləri”ndə, M.F.Axundzadə adına Azərbaycan Dövlət Kitabxanasının “Elmi əsərləri”ndə, Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət dünyası”nda, İstanbul və Egey universitetlərinin dünyaya yayımlanan elmi məcmuələrində, Türkiyədə çıxan “Kültür evreni” beynəlxalq dərgisində, Ukrayna, Qazaxıstan universitetlərinin “Elmi əsərlər”ində və s. nüfuzlu mətbuat orqanlarında yer almış dərin məzmunlu məqalələri ədəbi, elmi ictimaiyyətin və kütləvi oxucuların rəğbətini qazanmışdır.

Klassik və müasir irsdən güclü yaradıcılıq təkanı alan müəllifin hər bir yazısı dilinin sadəliyi, oxucunu öz ardınca aparması və s. məziyyətləri ilə seçilirdi. Oxucu və tədqiqatçıların onun elmi axtarışlarına, yeni tapıntılarına istinad etməsini də həmin məntiqlə izah etmək olar.

İ.Zəkiyevin məqalələrində qədim elm, ədəbiyyat, incəsənət və mədəniyyət beşiklərindən biri olan Azərbaycanın tarixi həqiqətlərinə sədaqət, tədqiqat mərkəzinə çəkdiyi mövzulara elmi-tənqidi baxış və müasir yanaşma ruhu hakimdir. Yazdıqlarını elə ütüləyir ki, orada fikir ixtilaflarına səbəb olan bir yer qalmır. “Klassik irsin tədqiqi” (Ə.Mirəhmədov haqqında), “Üç əsri görmüş qubalı müdrik haqqında ilk kitab”, “Unudulmaz şairin unudulmuş irsi” (beyləqanlı Məsud ibn Namdar haqqında) və s. məqalələrində o, ədəbiyyatşünas alim və ədəbiyyat tənqidçisi kimi çıxış edir. “Təşəbbüs yaxşıdır, amma...” EA-nın nəşr etdiyi ilk “Kitabxana-biblioqrafiya terminləri lüğəti”nin səhvləri haqqında), “Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət”i (Ə.Mirəhmədovun eyni adlı kitabı haqqında), “İlk azəbaycanlı ensiklopediyaçı və nəşri dayandırılmış ilk Azərbaycan Ensiklopediyası” kimi araşdırmalarında, o, lüğətşünasa, leksikoqrafa daha çox bənzəyir. “IV-VII əsrlərin mənəvi mənzərəsinə bir baxış” , “VII-VIII əsrlərdə Azərbaycan kitabına doğma və yad münasibət”, “Azərbaycan kitabı IX-X əsrlərdə”, “İki əsrin üç parlaq siması”, “Kitab sandıqlarının açılmamış sirləri” və s. yazıları onun tanınmış ədəbiyyatşünas və kitabşünas alim olduğunu təsdiqləyən etibarlı zəmanətdir. “70 il qələm və fırça ustaları arasında” (Mövlanə Cəfər Təbrizi haqqında), “Sultan Məhəmmədin ömür kitabından səhifələr”. “Kitablar arasında keçən ömür” (K.Behzad haqqında), altı əsrdən sonra Azərbaycan oxucularına çatdırılan kitab və kitabxana tarixinə dair ilk “Naməlum “Hesabat”ın məlum mətni” və s. araşdırmaları kitab incəsənətinin sirlərinə müəllifin dərindən bələdliyinə şübhə yeri qoymur.

Alimin məqalələrinin bir çoxunda tarixşünaslıq, mətnşünaslıq, azərbaycanşünaslıq metodologiyasından doğan klassik və müasir ənənələrə güclü meyil də özünü açıq büruzə verir.

Yaradıcılığının ən məhsuldar dövrünü yaşayan İmaməddin Zəkiyev hər bir məqalə

və kitabında bizi yeniliklərlə tanış edir. O, vətəndaşlıq fəallığı ilə seçilən, elm, ədəbiyyat, kitab, mədəniyyət ulduzlarının ideya irsininin işığına özünü borclu və minnətdar sayan ziyalıdır. Yazı sənətinə məhəbbət və tələbkarlığını elə ədalətlə bölür ki, bir sahədən digərinə keçəndə söz nəhri nə dayaz görünür, nə bulanıq. Bu mənada, “Vicdan meyar olanda”, “Alim ömrünün mənzərəsi”, “Yaxşılıq”, “Dost haqqında dost sözü”, “Cəfakeş alim” və s. məqalələri də diqqətəlayiq məziyyətləri ilə yadda qalır və onun yaradıcılığında önəmli yer tutur.

“M.F.Axundovun naməlum avtobioqrafları”, “Əkinçi”ni vərəqləyərkən”, “Durğu işarələri tarixindən”, “İlk Azərbaycan kitabı “Avesta”, “M.F.Axundovun ilk milli mətbəə-nəşriyyat açmaq səyləri”, “Azərbaycanda kağız istehsalı tarixindən” (IX əsr), “Qədim Bərdə və Gəncə kitabxanalarının açılmamış səhifələri” (X-XI əsrlər), XIX əsr Azərbaycan ziyalısı “Rizvan Əlikli kimdir?” və s. məqalələri yenilikçilik ruhu ilə yadda qalır.

Bu müxtəsər qeydlərdən boylanan həqiqət, sanki, dil açıb deyir ki, İmaməddin Zəkiyev yazılarında oxucuya mötəbər söz demək bacarığını əsirgəməyən alimdir. Bunun kökündə əsrlərin sınağından qalib çıxmış klassik elm və ədəbiyyat incilərindən, mədəniyyət və incəsənət xadimlərinin əsərlərindən onun qaynar yaradıcılıq bulağı kimi istifadə etməsi, öyrənmək və öyrətmək məharəti durur. Bu məsuliyyəti duyan, dərk edən və qiymətləndirən görkəmli alim məqalələrinin birində çox doğru yazır ki, “Qələm səhv edərsə, əsər yazanda, əsər də gözdən düşər, əsər yazan da”. İmaməddin müəllimin üç minə qədər lakonik deyimlərindən biri olan bu tutarlı fikrə əlavə şərh veməyə lüzum görməsək də, deməliyəm ki, mən son vaxtlar onun yaradıcılığının bəzi özəlliklərini dərk edərkən məhsuldar yaradıcılığa malik bu alimi yenidən kəşf etdim. Belə bir inama kökləndim ki, oxuduqlarına və araşdırdığı mövzulara tənqidi yanaşmaq, insanlarla səmimi münasibət qurmaq və s. ibrətli cəhətlər İmaməddin Zəkiyevin həyat devizidir.

İmaməddin müəllim 80 yaşında da qələminə dinclik verməyən geniş ürəkli alim və pedaqoqdur. O, “SSRİ maarif əlaçısı” adına (1981), “Tədrisdə əla müvəffəqiyyətinə görə döş nişanı”na (1987), “Əmək veteranı” medalına (1988), “Metodist müəllim” (1992), “Qızıl qələm” mükafatı laureatı (2001) adına, “Türk Dünyasının dostluq və qardaşlığının inkişafına xidmətlərinə görə” ödülünə (2011), digər mükafatlara layiq görülmüşdür. Tanınmış alim və yazıçının elmi, ədəbi və publisistik yaradıcılığı (400-ə qədər yazısı və 10 kitabı) haqqında bu yubiley məqaləsində əhatəli söz demək, şübhəsiz, çətin olsa da, mübaliğəsiz demək olar ki, müəllifin “Əsrlərin əks-sədası”, “Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)”, “Heyrət doğuran qeyrət”, “Qonaqkənddən başlanan yol”, “Ömürdən səhifələr” və s. kitabları da düşündürücü, istiqamətləndirici və maarifləndiricidir. Bu mənada, görkəmli alimin yaradıcılıq işi də Vətənə xidmətin ayrılmaz tərkib hissəsidir.

Əməkdar elm xadimi, professor Abuzər Xələfov İ.Zəkiyevin “Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)” doktorluq dissertasiyasına opponent rəyində yazmışdır: “İmaməddin Zəkiyevin Azərbaycan kitabşünaslığına töhfəsini təkcə üç min illik dövrün tarixi mənzərəsini əks etdirən tədqiqatı ilə məhdudlaşdırmaq ən azı ədalətsizlik olardı. Azərbaycanın və xarici ölkələrin nüfuzlu mətbuat orqanlarında dərc olunmuş çoxsaylı məqalələrinin, kitab mədəniyyətinin inkişaf yoluna həsr etdiyi 6 kitabının görkəmli alimlərin, mütəxəssislərin əsərlərində, mətbuat səhifələrində dəfələrlə təqdir edilməsi ona “kitab mədəniyyətimizin görkəmli tədqiqatçısı” kimi dəyər verilməsi ana südü kimi halaldır”.

Akademiklərdən İ.Həbibbəyli, M.Nağısoylu, T.Kərimli, T.Bünyadov, müxbir üzvlərdən Ə.Mirəhmədov, A.Nəbiyev, Əməkdar elm xadimlərindən N.Şəmsizadə, Q.Paşayev, M.Qasımlı, Məhəmməd Füzuli adına Respublika Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru P.Kərimov və başqa alimlər də İ.Zəkiyevin elmi xidmətlərini “fədakar alim əməyinin nəticəsi” kimi qiymətləndirmişlər.

Ömrünün səksəninci ilini yaşayan İmaməddin Zəkiyev yaradıcılıqdan qalmır, səmərəli mütaliəyə vaxt ayırmağı da unutmur. Özü bu barədə belə deyir: “Biliksiz beyin susuz bulaq kimi quruya bilər, beyini bu təhlükədən yalnız mütaliə qoruya bilər”.

Oqtay ƏLIYEV, yazıçı-publisist, naşir

“Dünyada əbədi qalan bir şey var: içində həqiqət yazılmış kitab! Dünyada kitab yaz-maqdan böyük əməl, tükənməz səadət yoxdur. Kitab haqqında kitab yazmaq isə daha böyük xoşbəxtlikdir...”. Bu fikirlər filologiya elmləri doktoru, Əməkdar elm xadimi Nizaməddin Şəmsizadənin on il bundan əvvəl tanınmış yazıçı, alim, filologiya elmləri doktoru İmaməddin Zəkiyevin 70 illik yubileyi münasibəti ilə dərc etdirdiyi “Kitab mədəniyyətimizin fədakar tədqiqatçısı” sərlövhəli məqaləsindəndir. Həmin xoşbəxt Azərbaycan aliminin hazırda 80 yaşı tamam olur.

Alim ömrünün pozulmaz izləri

Gənclik şəhərində olan “Sülh”, “Dostluq”, “Rustavi”, “Çerkassı”, “Kirovakan” adlı küçələr, “Rusiya” kinoteatrı, Xalqlar Dostluğu muzeyi, sülh rəmzi “Göyərçin” abidəsi, 15 sovet respublikasının qardaşlığını əks etdirən “Birlik” monumenti də Sumqayıtı beynəlmiləl bir şəhər kimi xarakterizə edirdi. “Sumqayıtın fəxri vətəndaşı” adına layiq görülmüş 28 nəfərdən üçü – SSRİ kimya sənayesi naziri Leonid Kostandov, inşaatçı Otanes Arutyunyan və şahmatçı Harri Kasparov erməni idi. Amma bütün bunlara baxmayaraq, nankor erməni millətçiləri “Sumqayıtda erməni genosidi!” deyə bağıraraq, bu şəhəri və bütövlükdə Azərbaycanı dün-ya ictimaiyyətinin gözündən salmağa çalışmış və məsələ qaldırmışlar ki, Dağ-lıq Qarabağın Azərbaycanın tərkibində qalması təhlükəlidir, onu Ermənistana birləşdirmək lazımdır.

Statistik məlumatlara görə, 1988-ci ilin yanvarın 1-də Sumqayıtda müxtəlif millətlərdən olan 258200 nəfər yaşa-yırdı ki, onların da 14208 nəfəri erməni idi. Bu ermənilərin bir qismi “Qarabağ” və “Krunk” təşkilatlarına üzvlük haqqı verməkdən imtina edən, bu təşkilatların millətçilik və separatçılıq siyasətlərini qəbul etməyən adamlar idi. Çox güman ki, hadisələrin ssenarisi tutularkən 1961-ci il may ayının 1-də Sumqayıt şəhərində Sov.İKP MK-nın Birinci Katibi N.S.Xruşşovun “şəxsiyyətə pərəstiş siyasəti”nin əleyhinə etiraz nümayişi-nin baş tutduğu da nəzərə alınmışdı. Üstəlik, təşkilatçıların şəhərdə yaran-mış gərgin ekoloji vəziyyətdən, sənaye müəssisələri ilə əhatə edilən ərazidə salınmış “gecəqondu”larda antisanitariya şəraitində yaşamaq məcburiyyətində olan yüzlərlə ailənin narazılığından da “qığılcım” kimi istifadə etmək niyyəti vardı...

Bu gün artıq istintaq materiallarından məlumdur ki, hadisələri törədənlərin ön cərgəsində xüsusi hazırlıq keçmiş təxribat qrupu getmişdir. Hadisələrə təhrik olunmuş yeniyetmələrə, müxtəlif cinayətkar ünsürlərə və yetkinləşməmiş gənclərə spirtli içkilər və narkotik maddələr qəbul etdirərək onları cuşa gətirən, sonra da “Qarabağ bizimdir!”, “Erməniləri qırın!”, “Ardımca!” şüarları ilə “Qarabağ Komitəsi”nə və “Krunk Cəmiyyəti”nə pul verməyən ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirən “kapitan” əvvəllər – 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunaraq üst-üstə 9 il 2 ay 13 gün həbsxanalarda yatmış qatı cani, “Paşa” ləqəbli, 29 yaşlı erməni Eduard Qriqoryan idi. 1988-ci il 27-29 fevral hadisələrinin əvvəlcədən hazırlanmış ssenari üzrə erməni və ermənipərəst qüvvələr tərəfindən törədildiyini sübut edən kifayət qədər faktlar vardır.

Xatırlatmaq yerinə düşər ki, ermənilərin Sumqayıtda bilavasitə özlərinin törətdikləri antierməni iğti-şaşlarından sonra Ermənistandan azərbaycanlıların mütəşəkkil surətdə, zorla, silah gücünə qovulması həyata keçirilməyə başlandı. 1988-ci il noyabr ayının 28-dən dekabrın 7-dək erməni separatçıları və millətçiləri basqın edib azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinin sakinlərini kütləvi surətdə ata-baba yurdaların-dan çıxartdılar. Həmin günlərdə 217 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan 57-si qadın, 5-i körpə uşaq, 18-i isə yeniyetmə olmuşdur. Qırğın Ermənistanın 19 rayonunda və 11 şəhərində törədilmişdir. Kənd rayonları arasında Quqark və Vardenis (Basarkeçər), şəhərlər arasında isə Masis (Zəngibasar) bölgəsində daha çox azərbaycanlı öldürülmüşdür.

Sonrakı mərhələdə isə Dağlıq Qara-bağ münaqişəsi alovlandırılmış, muxtar vilayətə daxil olan 5 və onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən işğala məruz qalmış, 1 milyon soyda-şımız doğma yurd-yuvasından qaçqın düşmüşdür.

Prezident İlham Əliyev Sumqayı-tın 70 illiyinə həsr olunmuş tədbirdəki geniş nitqində o vaxtkı Azərbaycan rəhbərliyinin respublikanı idarə edə bilmədiyinə, xalq ilə hakimiyyət arasında dərin uçurum yarandığına da diqqəti cəlb etmişdir: “Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.

Məlumat üçün xatırladaq ki, Dağlıq Qarabağda əhalinin sayı 30 faizi azərbaycanlılar idi. Dağlıq Qarabağda erməni millətçiləri vilayəti Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırır-dılar. Təəssüf ki, respublikanın o vaxtkı rəhbərliyi bu məsələyə çox biganə yanaşır, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən burax-mışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da kök sala bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Məqsəd aydın idi: Sumqayıtda iğtişaş törədilsin və sonra məsələ qaldırılsın ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz

şəkildə yaşaya bilmədikləri üçün Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir.

Sumqayıt hadisələrindən 31 il keçir. Mənfur qonşularımız millətimizə qarşı məkrli ideoloji təbliğatda bu hadisələrdən də silah kimi istifadə edirlər. Amma ataların bir sözü var ki, haqq nazilsə də, üzülməz. Çoxdan, özü də tutarlı faktlarla əsaslandırılıb ki, Sumqayıt olayları Dağlıq Qaraba-ğın Azərbaycandan qoparılmasına və

keçmiş SSRİ-nin dağılmasına təkan verəcək vasitələrdən biri kimi düşünül-müşdü.

Nə qədər ki, Heydər Əliyev Mosk-vada yüksək vəzifə tuturdu, ermənilərin adekvat cəhdlərinin qarşısını qətiyyətlə alırdı. Ulu öndər vəzifədən gedəndən sonra Azərbaycan açıq şəkildə hədəfə çevrildi. Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda akademik Abel Aqanbekyan bu fikri çəkinmədən dilə gətirdi:” Mən istərdim ki, respublika-nın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”. Mixail Qorbaçovun əlaltısı olan biri-sinin bu çıxışı 1987-ci ilin noyabrın-da Parisdə nəşr olunan “Humanite” qəzetində dərc ediləndən dərhal sonra separatçı meyllərə yaşıl işıq yandırıldı. Qəzəblənən Azərbaycanı etiraz dalğası, ruhlanan Ermənistanı isə milli ədavət və türkləri deportasiya etmək meyilləri bürüdü. Bədnam “Qarabağ” və “Krunk” təşkilatları tezliklə açıq fəaliyyətə başla-dılar. Azğın qonşular Ermənistanda ya-şayan soydaşlarımıza hədə-qorxu gəlir, onları təhqir edir, əmlaklarını əllərindən alır, dədə-baba yurdlarından qovurdular. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan ra-yonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqın axını Azərbaycana üz tutdu. Fevralın 26-da şair Silva Kaputikyan televiziya ilə erməni xalqına müraciət etdi, Qorbaçovun onları dəstəklədiyini və onun Qarabağla bağlı tarixi “ədalətsizliyi” aradan qaldıracağını söylədi. Beləliklə, hələ də Moskvanın, Kremlin haqqın, ədalətin tərəfində duracağına inamı-nı itirməyən azərbaycanlılar çaşqın halda nəyi isə gözlədikləri bir vaxtda “Böyük Ermənistan” ideoloqları əzəli ssenarilərinin növbəti səhifəsini həyata keçirirdilər. Hadisələrin davamını çox gözləmək lazım gəlmədi. Bir gün sonra məlum Sumqayıt hadisələri törədildi. Şəhərə daxil olan təxribat qrupları əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başladılar. Şəhərin müxtəlif yerlərində adamları başına toplayan me-şin gödəkçəli naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutmalarından danışırdılar. Araqızışdıranların səyləri təsirsiz qalma-dı. Onlar hələ yetkinləşməmiş gəncləri inandırıb cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqa-yıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi. Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 28-29-da təxribatçı erməni dəstələri şəhərin emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açdılar. İki gündə 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sıradan çıxarıldı, 200-dən artıq mənzil talan edildi, 400-

dən çox adam bədən xəsarəti aldı. Qanlı aksiyalarda 26-sı erməni olmaqla 32 nəfər sakin qətlə yetirildi.

Üç gün ərzində şəhərdə sabitliyi bərpa etmək naminə heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan etdilər. Bundan sonra komendant saatı və pasport rejiminin heç bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat

işləməsi üçün lazım imiş. Hadisələrə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı.

Sumqayıt hadisələrinin əsas icraçısı olan Qriqoryanın arxasında dayanan qüvvələrsə onu hər vəchlə cəzadan qurtarmağa çalışırdılar. Təşkilatçılar “Paşa”nın əməllərini gizlədir, qəsdən başqasını başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb edilən “Paşa” erməni lobbisinin və Moskvadakı havadarlarının köməyi ilə Azərbaycandan alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın haqsız tutulduğunu yazırdı. Qatı cinayətkarın cəzası sonradan 9 ilə endirildi. Gözdən pərdə asmaq-dan ötrü həbsə atılan qatil sonradan “xidmət”lərinə görə Ermənistana apa-rılaraq azadlığa buraxıldı və o, indiyə kimi də qazanmış olduğu yüksək imti-yazlardan gen-bol bəhrələnməkdədir.

Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunandan sonra general-leytenant V.Krayev şəhərə komendant təyin edilmişdir. Onun əmri ilə bütün erməni ailələri evlərindən çıxarılaraq şəhər partiya komitəsinin akt zalına, mədəniyyət evlərinə, sanatoriyalara yerləşdirilmişdir. O zaman yüzlərlə sumqayıtlı tutulub milis şöbəsinə aparıl-mış, hüquqazidd şəkildə dindirilmiş və incidilmişdir. Əslində isə azərbaycanlı ailələr bir çox ermənini öz evlərində gizlətməklə “Paşa”nın cinayətkar dəstəsindən qorumuşdu. Şəhərin komendantı Moskvada çap olunan “Pravda” qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində bu barədə demişdi: “Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğma rayonu Şəkiyə aparıb”...

Sumqayıtda “uğur”la həyata keçirilən erməni təxribatından ikicə gün sonra Xankəndində “Sumqayıt genosidi” qurbanlarına abidə ucaldıl-ması təxribatı ermənilərin özlərinin törətməsini sübut edən aşkar faktdır…

Sumqayıt hadisələrini uzun müddət tədqiq etmiş Əməkdar jurnalist Eyruz Məmmədov yazdığı kitablarda tutarlı faktlarla bir daha əsaslandırır ki, SSRİ-nin dağıdılması məhz Dağlıq Qarabağ-dan başlanıb. Əgər süni yolla yaradılan

bu ocaq vaxtında söndürülsə idi, bəlkə heç ittifaq da dağılmazdı. Sumqayıt olayları isə Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.

Bildiyimiz kimi, Sumqayıtda törədilmiş cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə bir neçə il əvvəl Prezident İlham Əliyevin tap-şırığı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu Sumqayıt şəhərində törədilmiş kütləvi ixtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmiş və istintaqın hərtərəfli aparılmasına başlanmışdır. İstintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçilərinin Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir. İstintaq qrupu tərəfindən aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti - Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə mübarizənin “rəsmi

səbəbi” kimi qanlı təxribat olması tam sübuta yetirilmişdir.

Erməni mətbuatı Sumqayıt hadisələri zamanı bir nəfər də ol-sun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirir və bununla da həmin hadisələrin azərbaycanlılar tərəfindən bilavasitə ermənilərin əleyhinə yönəldilmiş hərəkət kimi təqdim etməyə çalışırlar. Onların həmin iddialarına rəğmən, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilmişdir ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istin-taq olunmuş və işin icraatına əsassız olaraq xitam verilmişdir...

Prezident İlham Əliyevin Sumqayıtın 70 illik yubiley tədbirində şəhərin şanlı tarixinin parlaq səhifələri ilə bərabər, məlum hadisələri də xatırlaması əslində gənclərin tarixi həqiqətləri olduğu kimi bilmələri zərurətinə xidmət edir. Qeyd olunan hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl məğzini gizlədərək, Azərbaycan xalqını günahkar qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar.

Həqiqətin üstünə nə qədər çox işıq tutulsa, qaranlıq mətləblərə nə qədər çox aydınlıq gətirilsə, ermənilərin şər və böhtan kampaniyası ifşa edilər. Dünya ictimaiyyəti də kimin haqlı, kimin haqsız olduğunu bir daha yəqin edər.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sumqayıt hadisələri ermənilər tərəfindən təşkil olunmuş təxribat idi

Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi.

Ilham ƏLIYEV Azərbaycan Respublikasının Prezidenti

Dövlətimizin başçısı Sumqayıt hadisələrinin mahiyyətini bir daha açaraq bəyan etmişdir ki, on nəfərə yaxın ermənini öldürən qatil Ermənistan rəhbərliyi tərəfindən ona görə

azadlığa buraxılıb ki, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edilərək ölkəmizə qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və ermənilər əsassız ərazi iddiası qaldıraraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə silahlı müdaxiləyə başlamışlar. Qeyd etmək lazımdır ki, sovet dövründə bütün ölkədə beynəlmiləl şəhər kimi tanınan Sumqayıtı erməni qətllərinin törədildiyi bir məkan kimi təqdim etmək cəhdi əslində inanılmaz və absurd bir hal idi. Həmin hadisələrin törədildiyi 1988-ci il ərəfəsində hələ 40 yaşı tamam olmamış Sumqayıtda 83 millətin nümayəndələri bir ailənin üzvləri kimi yaşayıb işləyir, xalqların sınaqlardan çıxmış dostluğunu daha da gücləndirirdilər.

8 dekabr 2019-cu il, bazar6

Page 6: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek OPT.pdf · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ

8 dekabr 2019-cu il, bazar 7

Füzuli Rayon İcra Hakimiyyətindən aldığımız arayış-lardan yaranan ilkin qənaət bu oldu ki, 2019-cu təsərrüfat ili də Füzuli rayonunda uğurlu nəticələrlə yadda qalacaq. Hələlik əldə olan 3 rüblük və 11 aylıq statistika göstərir ki, rayonda bütün sahələrdə inkişaf, iqtisadi artım qeydə alınmış, qarşıya qoyulmuş məqsədlərə nail olun-muşdur. İlin əvvəlindən rayonun makroiqtisadi göstəriciləri dinamik inkişaf etmiş, ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətin həcmi artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.

Ötən aylarda məhsul istehsalının ümumi həcmi 157,4 milyon manatlı-ğa çatmış, ötən ilə nisbətən 7,3 faiz artıma nail olunmuşdur. Adamba-şına düşən məhsulun həcmi isə 1186,3 manatlıq olmuş, əvvəlki ilə nisbətən 13 faiz artmışdır. Ümumi məhsulun 77,7 milyon manatlığı (49,3 faiz) istehsal, 79,7 milyon manatlığı isə (50,7 faiz) xidmət sahələrinin payına düşür.

Sənayedə 13 milyon manatlıq (ümumi məhsulun 8,3 faizi), kənd təsərrüfatında 87,4 milyon manatlıq (55,5 faiz) məhsul istehsal olun-muş, tikintidə 8,1 milyon manatlıq (5,1 faiz) inşaat-quraşdırma işləri aparılmış, nəqliyyat və rabitədə 800 min manatlıq ( 0,5 faiz), ticarətdə 48,1 milyon manatlıq (30,6 faiz) xidmətlər göstərilmişdir. Ötən illə müqayisədə sənayedə 2 faiz, kənd təsərrüfatında 11,1 faiz, tikintidə 4,2 faiz, nəqliyyatda 1,2 faiz, rabitədə 7,3 faiz, ticarətdə 2,3 faiz artım əldə edilmişdir.

Rayonun aqroiqlim xüsusiyyəti, münbit torpaqları və digər poten-sialı kənd təsərrüfatının inkişafı-na əlverişli şərait yaradır. Bütün bunlara görə Füzuli ölkənin qa-baqcıl aqrar rayonlarından sayılır. Bir sıra əkinçilik məhsullarının

həcminə və məhsuldarlığına görə rayonun göstəriciləri həmişə xüsusi seçilir. Bu il də kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə edilib.

Strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət

yetirilib. Prezident İlham Əliyev respublikada ərzaq bolluğunun yaradılması məqsədilə ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılma-sı tələbinə uyğun olaraq, rayonda son illərdə hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı yaradılmış, 500 hektar sahədə isə toxumçuluq təsərrüfatı təşkil olunmuşdur.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, artıq səkkizinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sıra-sında öz yerini qoruyub saxlayır. Bu mövsümdə ötən ildəkindən 664 ton çox--115 min ton ta-xıl yetişdirilib-toplanmışdır. Hər hektarın məhsuldarlığı respublika səviyyəsindən yüksək--31 sentner olmuşdur. Ümumiyyətlə, son 8 ildə füzulililər 900 min tondan artıq taxıl istehsal etmişlər.

Kənd təsərrüfatının inkişafı ilə bağlı Strateji Yol Xəritəsinə uy-ğun olaraq, 2700 hektar torpaq sahəsində isə müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edən Aqropark təşkil edilmişdir. Rayonda ənənəvi təsərrüfat sahələrindən

olan pambıqçılıq və baramaçılığın inkişafı da diqqət mərkəzindədir.

Füzulinin ərazisinin böyük hissəsinin işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttində yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətini geri qaytarma-ğı və ənənəvi təsərrüfatçılığın bu sahəsində ölkədə ön sırada olmağı hədəfləyən füzulililər bu il də istəklərinə nail olmuşlar. Rayon kümçüləri barama tədarükü ilə bağlı tapşırığı yenə respublikada birinci yerinə yetirərək, 50 min tonadək barama tədarük etmişlər.

Rayonda olarkən öyrəndik ki,

ümummilli lider Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi illərdə baramaçılıq Füzuli rayonunda yüksək inkişaf etmiş və gəlirli sahələrdən olmuşdur. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq Prezident İlham Əliyevin həyata keçirdiyi önəmli tədbirlər nəticəsində 2016-cı ildə yenidən bərpa edilmiş-dir. Həmin il rayonda 3,3 ton, 2017-ci ildə 24,4 ton, keçən il 37,5 ton yaş barama istehsal olunmuşdur. Kümçülər 2017-ci ildə ildə barama istehsalından 230 min manat, ötən il 340 min manat, bu il isə 450 min manat qazanc əldə etmişlər.

Pambıqçılar isə bu mövsümdə rayonun torpaq-iqlim şəraiti imkan verdiyi həcmdə-- 800 hektarda çiyid səpmiş, 1624 ton məhsul hasilə gətirmişlər. Meyvə- tərəvəz isteh-salında da ötən ilin göstəriciləri ar-xada qalmışdır. Əkinçilik sahəsində artım əsasən məhsuldarlığın yüksəldilməsi hesabına əldə edil-mişdir.

Hazırda rayonda iri malın sayı 337 min başı ötmüş, qoyun və keçilər 141 min, ev quşları isə

376 min başa çatmışdır. Bu say artımına uyğun olaraq, heyvan-darlıq məhsulların istehsalı da yüksəlmişdir. İndiyədək ət istehsalı 2,3 min ton, süd 22 min ton, yu-murta 14 milyon ədəd, yun 250 ton olmuşdur.

Sahibkarlığın inkişafına da ciddi fikir verilir. “Azərxalça” ASC-nin Ho-radiz şəhərində yaradılmış filialında toxunan Qarabağın tarixi çeşnili xalçaları Azərbaycan brendi altında artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur. İqtisadi-təsərrüfat fəaliyyətinin inkişaf etdirilməsi ilə ilin əvvəlindən rayon büdcəsinə 3

faiz çox– 4 milyon 429,9 min manat vəsait daxil olmuşdur.

Həyata keçirilmiş tədbirlər nəticəsində rayonun 132,7 min nəfər ümumi əhalisinin 61,2 mininin məşğulluğu təmin edilmiş-dir. Bu il daha 1427 yeni iş yeri qeydə alınmışdır. Əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə əlaqə saxlamaq, onların qayğı və müraciətlərini həll etmək üçün bütün zəruri tədbirlər həyata keçirilir. Vaxtaşırı kəndlərdə və füzulili köçkünlərin məskunlaşdıqları şəhər və rayon-larda təşkil olunan səyyar görüş və qəbullarda səslənən arzu və təkliflərə həssas və operativ

münasibət də problemlərin həllində önəmli rol oynayır.

Yaxın günlərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Babı kəndində keçirilən növbəti səyyar qəbul-görüşü bu baxımdan daha işgüzar keçmiş və faydalı olmuşdur. Həmin görüşdə Azərbaycan Respublikası Pre-zidentinin Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev də iştirak etmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq– mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi fəal müzakirədə hər bir

dövlət məmurunun, vəzifəli şəxsin vətəndaşların problemlərinin həllinə maksimum diqqət və canıyananlıqla yanaşması ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tələbə uy-ğun söhbət getmişdir. Səyyar qəbul-görüşdə aşkarlığa, təşəbbüskarlığa meydan verilmiş və buna müvafiq həssaslıq göstərilmişdir.

Açıq səma altında müzakirədə çıxış edən rayon rəhbəri bu cür görüşlərin dövlət başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini bildirmiş, son dövrdə rayonda sosial sahədə görülən davamlı işlərdən söz açmışdır. O qeyd etmişdir ki, Prezidentin sosial sahə ilə bağlı qərarları, fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin

gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin əsas xəttini təşkil edir.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri müraciət, təklif və şikayətlərin bir qismi rayon baş-çısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə üçün nəzarətə götürülmüşdür. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birin-ci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Yeri gəlmişkən qeyd edək ki, 1993-cü ilin avqust ayında işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il

yanvarında ümummilli lider Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edildikdən sonra Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində ulu öndərin rəhbərliyi ilə dərhal genişmiqyaslı və ümumi bərpa layihələrinə start verilmişdir. Qısa müddətdə erməni vandallarının qarət edib viran qoyduqları ərazilərdə dağıdılmış və yandırılmış infrastruktur yenidən qurulmuş, məcburi köçkünə çev-rilmiş füzulililər hissə-hissə doğma yurdlarına qayıtmışlar.

Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində 2003-cü ildə II Qayıdış, 2007-ci ildə 5 Zobucuq qəsəbəsi, 2016-cı ildə isə sonuncu fin evlərdə ya-

şayan sakinlər üçün 400 evlik yeni qəsəbə salınmışdır. Hazırda həmin qəsəbələrdə 20 mindən artıq məcburi köçkün yaşayır. Ölkə baş-çısının sərəncam və tapşırıqlarına uyğun olaraq rayonun işğaldan azad olunmuş ərazisində məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və digər zəruri məişət ehtiyacları tam ödənilir.

Son 6 ildə Prezident İlham Əliyev 4 dəfə Füzulidə olmuş, rayonun sosial-iqtisadi inkişafı-nın sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncam im-zalamışdır. Ölkə rəhbərinin rayona səfərləri zamanı Horadiz şəhərində yeni tikilmiş bir sıra sosial obyekt, yeni köçkün şəhərcikləri və çox sayda bərpa edlmiş tikili istifadəyə verilmişdir. Son illərdə əksər kom-munikasiya və yollar yenilənmişdir.

Dövlət proqramına uyğun olaraq, rayonun işğaldan azad edilmiş ərazisindəki 39 yaşayış məntəqəsinin hər biri mavi ya-nacaqla təmin olunmuş, ərazidə qazlaşdırma 100 faizə çatdırılmışdır. Son 10 ildə 3 min 860 şagird yerlik 23 məktəb binası tikilmiş, 2 min 180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunmuşdur. Yaşayış məntəqələrində tikinti-quruculuq, abadlıq işləri bu gün də sürətlə davam edir. Heydər Əliyev Fondu-nun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğı və diqqətini respublikanın digər bölgələrində olduğu kimi, füzulililər də daim hiss edirlər. Fond rayonda 4 böyük layihə həyata keçirmişdir.

Füzuli rayonundan belə bir təəssüratla ayrıldıq ki, Prezi-dent İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll olunması, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları rayo-nunda daim diqqət mərkəzində saxlanılır. Dövlətin fəal, ardıcıl dəstəyi ilə aparılmış geniş quruculuq işləri insanların həyat səviyyəsini durmadan yüksəldir, onların sabaha inamını və qurub-yaratmaq əzmini daha da gücləndirir.

Ziyəddin SULTANOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Füzuli: iqtisadi-sosial uğurlar artdıqca ümumi rifah da yüksəlir

Təqvimdə ölkə həyatının bütün sahələrində yeni uğurlar və yüksəlişlə əlamətdar olan daha bir ilin son ayıdır. Digər sahələrdə işlər davam etsə də, kənd təsərrüfatında mövsümi işlər başa çatmışdır. Füzuli rayonuna növbəti səfərimiz də bu mövsümdə əldə edilmiş nailiyyətlərin ümumiləşdirildiyi günlərə təsadüf etdi.

Bakı Universitetinin ilk rektoru olan Əməkdar elm xa-dimi, görkəmli cərrah-anatom, professor Vasili Razumovski həm də Normal anatomi-ya kafedrasının ilk müdiri vəzifəsini yerinə yetirib. O, 1919-cu il noyabrın 20-də Bakı Universitetində “Tibbə və ana-tomiyaya giriş” mövzusunda ilk mühazirə oxuyub. Bununla da Azərbaycanda ali tibb təhsilinin təməli qoyulub. Alim 1920-ci ilin may ayında (bolşeviklər Azərbaycanı işğal etdikdən sonra) vətəni Saratova qayıdıb. Normal anatomiya kafedrasına 1920-1922-ci illərdə müvəqqəti olaraq prozektor Corbəy Uru-sov, 1922-1926-cı illərdə pro-fessor Konstantin Malinovski, 1926-1937-ci illərdə professor Nikolay Anserov rəhbərlik ediblər.

1932-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun ilk rektorlarından olan görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyev göstəriş verib ki, bütün kafedralarda milli dildə dərsliklər yazılsın. Normal anatomiya kafedrasında bu iş kafedranın dosenti Kamil Balakişiyevə tapşırılıb. Alim keçən əsrin 30-cu illərində ilk dəfə türk (Azərbaycan) dilində latın qrafikası ilə dərslik və dərs vəsaitləri yazaraq azərbaycanlı tələbələrin, eləcə də müəllimlərin işini xeyli asanlaşdırıb. 1937-ci ildə K.Ə.Balakişiyev doktorluq dissertasiyası müdafiə etdikdən sonra N.Anserov Moskvaya gedib və 1937-1973-cü illərdə kafedraya Əməkdar elm xadimi, professor Kamil Balakişi-yev rəhbərlik edib. Yalnız bu dövrdən etibarən həm kafedra-da milli kadrların hazırlanma-sına, həm də onun nəzdində fəaliyyət göstərən tədris muzeyinin zənginləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirilib. Yarandığı vaxt cəmi 6 nəfər əməkdaşa malik olan kafedranın işçilərinin sayı K.Balakişiyevin rəhbərliyi dövründə 25 nəfərə, muzey eksponatlarının sayı 300-dən 5 minə çatdırılıb. K.Balakişiyevin rəhbərlik etdiyi kafedrada Əlisəttar Sultanov, Asya Belen-kaya, Məmmədsadıq Abdulla-yev, Gülağa Hacıyev, Məmməd Cahangirov, Rafiq Əsgərov doktorluq, həmçinin Ağa Mehdi Əlizadə, Əli Şuşinski, Rəfi Muğanlinski, Səlim Həsənov, Bikəxanım Əlizadə, Şükufə Rəhimova, Əbusaleh Sala-yev və başqaları tibb elmləri namizədliyi üzrə dissertasiya müdafiə ediblər.

Kafedranın maddi-texniki bazası tədricən genişləndirilib, lakin müxtəlif illərdə onun yeri beş dəfə dəyişdirilib və nəhayət, 1953-cü ildə tikintisi başa çatdırılan və 300 yerlik yüksək akustikalı mühazirə zalına – Anatomik Teatra malik anatomi-ya korpusu istifadəyə verildikdən

sonra kafedra əməkdaşları üçün normal şərait yaradılıb.

Professor K.Balakişiyev 1953-cü ildə Azərbaycan Ana-tom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətini yaradıb və həyatının sonuna qədər onun rəhbəri olub. O, 1948-1959-cu illərdə yazdığı dördcildlik

“İnsanın normal anatomiyası” adlı unikal dərsliklərin, “Anato-miya, histologiya, embriologiya” adlı terminologiya kitabının, Paris Anatomik nomenklaturası əsasında Azərbaycan, latın və rus dillərində yazılmış “Anato-mik nomenklatura” kitabının, muzey haqqında kitabçanın, çoxsaylı dərs vəsaitləri və digər kitabların, 110-a qədər elmi işin müəllifi olub. O, Azərbaycan Respubikası Elmlər Aka-demiyası nəzdindəki Tibbi Terminologiya Komitəsinin sədri, müalicə-profilaktika fakültəsinin dekanı, 17 il ATİ-nin tədris işləri üzrə prorektoru vəzifələrində çalışıb. Kamil müəllimin yetirmələrindən olan B.Əlizadə ATİ-nin partiya komitəsinin katibi, S.Həsənov prorektor, M.Abdullayev dekan və histologiya kafedrasının müdiri, Ş.Rəhimova dekan, İ.Zəkiyev dekan müavini və tələbə qəbulu komissiyasının üzvü, M.Cahangirov Ope-rativ cərrahlıq və topoqrafik anatomiya, eləcə də Patoloji anatomiya kafedralarının müdiri, Ə.Salayev və M.Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiya-sının Anatomiya kafedrasının müdiri vəzifələrində çalışıblar.

1973-1990-cı illərdə kafed-raya Əməkdar ali məktəb işçisi, professor Gülağa Hacıyev

rəhbərlik edib. O, 250 elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi olub, uzun illər Stomatologiya fakültəsinin dekanı vəzifəsində işləyərək, 9 nəfərin (Vaqif Şadlinski, Elmira Ocaqverdizadə, Eldar Qası-mov, Mübariz Allahverdiyev, Zakir Mahmudov, Şöhrət Qası-

mov, Ziya Rəhimov, Ağasəmid İsayev, Misir Bayramov) namizədlik dissertasiyasının elmi rəhbəri olub. E.Qasımov 1990-cı ildə doktorluq disserta-siyası müdafiə etdikdən sonra Histologiya, embriologiya və sitologiya kafedrasına keçib və indiyədək həmin kafedranın müdiri vəzifəsində çalışır.

1990-1995-ci illərdə kafed-raya Əməkdar elm xadimi, pro-fessor Rafiq Əsgərov rəhbərlik edib. O, 250-dən çox elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, muzeyin tarixinə dair kitabların müəllifidir. Alim, həmçinin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedra-sının müdiri, Fəhlə fakültəsinin dekanı, ATU-nun elmi işlər üzrə prorektoru vəzifələrini yerinə yetirib, 10 nəfərin (Elçin Xıdı-rov, Qətibə Abdullayeva, Azər Dəmirov, Gülnarə Kərimzadə və b.) namizədlik dissertasi-yasına elmi rəhbərlik edib. Hazırda kafedrada professor- məsləhətçi vəzifəsində çalışır.

Əməkdar elm xadimi, pro-fessor Məmmədsadıq Abdulla-yev 250 elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin, bir neçə kitabın müəllifi olub. O, 1988-ci ildən ömrünün sonuna qədər İnsan anatomiyası kafed-rasının professoru vəzifəsində çalışıb, bu kafedrada 3 nəfərin (Gülqız Hüseynova, Zərifə

Nəsirova, Anar Abdullayev) namizədlik dissertasiyası işinin elmi rəhbəri olub.

1995-ci ildən indiyə qədər kafedraya Rusiya Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski rəhbərlik edir. Bu dövr kafedranın ikinci funda-

mental inkişaf dövrü adlandırılır. Məhz bu dövrdə kafedrada yeni “Dayaq-hərəkət aparatı muze-yi”, unikal tədris və elm mərkəzi təşkil edilib, auditoriya fondu 4 otaqdan 32-yə, mühazirə zalları 1-dən 3-ə, kafedranın sahəsi 1070 kvadratmetrdən 3500 kvadratmetrə çatdırılıb. Tədris otaqları ən yeni tədris ləvazimatları, kompüterlər, videoların nümayişi üçün televizorlarla təchiz olunub. Kafedraya verilən planşetlər fənnin tədrisinin keyfiyyətinə müsbət təsir göstərir. Kafed-rada həm tələbələr, həm də müəllimlər üçün ayrılıqda iş aparmaq üçün elmi laboratoriya otaqları təşkil edilib. Professor V.Şadlinskinin məsləhətçiliyi ilə 7 elmlər doktoru disser-tasiyası işi (N.Mövsümov, M.Allahverdiyev, A.İsayev, E.Xıdırov, B.Hüseynov, G.Hüseynova, N.Əliyev), 17 tibb elmləri üzrə fəlsəfə doktoru (Arifə Məmmədova, Sədaqət Rüstəmova, Rəna Qafarova, Balakişi Hüseynov, Nailə Əliyeva, İnarə Bayramo-va, Ülviyyə Cəfərova, Təranə Qasımova, Güney Qəniyeva, Nigar Mustafayeva, Təranə Sultanova, Sevda Qarayeva) və başqaları dissertasiya işlərini yerinə yetiriblər. Son 25 ildə bütövlükdə kafedrada 8 elmlər doktoru, 29 tibb elmləri üzrə

fəlsəfə doktoru hazırlanıb. Professor V. Şadlinski 600-ə yaxın elmi əsərin, o cümlədən 12 monoqrafiya, 28 dərslik və dərs vəsaitlərinin, 19 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, onlarca elmi-kütləvi məqalənin müəllifidir. Görkəmli alimin qələmə aldığı “Anatomi-

ya atlası” kitabı Şərq ölkələri tarixində ilk anatomik atlasdır. Alim, həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kita-bının, həmmüəlliflərlə birlikdə Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi orijinal dərsliklərin, rezidentlər üçün rus dilində hazırlanan ilk rəhbərliyin və kafedraya şöhrət gətirən, xalqımızın övladları üçün lazım olan digər qiymətli kitabların müəllifidir.

Professor V.Şadlinski elmi məktəbinin yetirmələrindən olan professor N. Mövsümov uzun müddət Bakı şəhəri 1 nömrəli Tibb kollecinin direktoru vəzifəsində çalışib, 3 nəfərin (Ziyafət Seyidova, Nərminə Cabbarova, Səbinə Şadlinska-ya) tibb elmləri üzrə fəlsəfə dok-torluğu dissertasiyası işlərinin elmi rəhbəri olub. O, 140 elmi işin, 3 monoqrafiya, 15 dərslik və bir neçə dərs vəsaitinin müəllifidir, indi kafedranın pro-fessoru vəzifəsində çalışır.

Hazırda kafedrada 2 nəfər (Səbinə Şadlinskaya və Ramilə Babayeva) tibb elmləri doktoru, 7 nəfər (Hicran Xıdırova, Könül Quliyeva, Səbinə Əliyeva, Əfqanə Kəsəmənli, Şəbnəm Qanbayeva, Kəmalə Babazadə, Nərmin Əfəndiyeva) tibb üzrə fəlsəfə doktoru dissertasiyası üzərində çalışırlar. Dosent Devlət Bəşirova və daha 4

nəfər (Ramilə Babayeva, Nigar Allahverdiyeva, Vüsalə Dadaşova, Zemfira Nadirli) başqa yerlərdə namizədlik dissertasiyası müdafiə ediblər, 1978-ci ildə dosent Nürəddin Xudaverdiyev, 2018-ci ildə isə daha 4 nəfər (dosent Xumar Sadıqova, assistentlərdən

Aynur Məmmədova, Nadir İsayev, baş laborant Haşım Əkbərov) operativ cərrahlıq və topoqrfaik anatomiya kafedra-sından İnsan anatomiyası və tibbi terminologiya kafedrasına keçiriliblər. Bir müddət sonra X. Sadıqova öz xahişi ilə ATU-nun Elmi-Tədqiqat Mərkəzinə keçib. Son ildə kafedraya 2 nəfər gənc (Günay Əmrahlı, İlkin Şahməmmədli) baş laborant vəzifəsinə qəbul edilib.

V.Şadlinskinin səyi nəticəsində son illərdə kafed-ranın beynəlxalq əlaqələri xeyli genişləndirilib. Belə ki, kafedra İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin İnsan anatomiyası kafedrası, Tbilisi Dövlət Tibb Universitetinin ana-tomiya departamenti, Türkiyənin bir çox universitetlərinin tibb fakültələrinin anatomiya kafed-raları, Başqırdıstan, Saratov, Voronej tibb universitetlərinin, Dağıstan Muxtar Respublikası Tibb Universitetinin İnsan ana-tomiyası kafedraları ilə tədris və elm sahələrində sıx inteqrativ əlaqələr saxlayır.

2017-ci ildə kafedra müdi-rinin təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazir-liyinin, eləcə də Azərbaycan Tibb Universiteti rektorluğunun yaxından köməyi ilə kafedranın muzeyi Azərbaycan Respublika-sı Mədəniyyət və Turizm Nazir-liyinin ictimai əsaslarla fəaliyyət

göstərən rəsmi muzeylər reyestrinə daxil edilib. Daim yeniliyə can atan kafedra müdiri 2018-ci ildə Azərbaycan “Ana-tom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin yaradılmasına və təsdiqinə, həmin birliyin nəzdində “Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı”nın təsis edilməsinə nail olub. Bütün bunlar ATU-nun yaradılmasının 90, Tibb fakültəsinin və kafedra-nın təşkilinin 100 illiyi ərəfəsində Azərbaycan Morfoloqlar Elmi

Məktəbinə ərməğan edilən dəyərli töhfələrdəndir.

Kafedranın və mü-zeyin auditoriya fondu-nun möhkəmləndirilməsi, gücləndirilməsi daim prio-ritetlik təşkil edib. 2018-ci ilin iyul-avqust aylarında kafedranın müdiri ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə, elm və təhsil sahələrinə göstərdikləri diqqət və qayğı sayəsində, eləcə də Azərbaycan Respub-likası Səhiyyə Nazirliyinin və ATU-nun rəhbərliyinin yaxın-dan köməyi ilə kafedranın yarızirzəmi halında olan yarar-sız otaqlarını əsaslı surətdə təmir və innovativ inventarlarla təchiz etdirərək, onları gözox-şayan təhsil və elm mərkəzinə çevirib. Bu münasibətlə Azərbaycan Respublikasının Səhiyyə naziri professor Oqtay Şirəliyev və Azərbaycan Tibb Universitetinin rektoru, profes-sor Gəray Gəraybəyli 2019-cu il fevralın 19-da kafedraya gələrək həmin mərkəzin açılışını rəsmiləşdiriblər və kafedranın professor-müəllim heyətini, tələbələri təbrik edərək, xoş arzu və təkliflərini bildiriblər.

Biz də bugünkü fürsətdən istifadə edərək, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə, həmçinin ötən əsrin

80-ci illərinin əvvəllərində kafedramızın divarları arasın-da I kursun ilk semestrlərində tibb təhsili almış Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkəmizdə səhiyyənin, təhsilin, elmin inkişafına göstərdikləri diqqətə, yaratdıqları əlverişli şəraitə görə dərin minnətdarlığımızı bildirir, səmimi təşəkkürlərimizi yetiririk. Azərbaycan Res-publikası Səhiyyə Nazirliyini və ATU rəhbərliyini kafed-ramızın möhkəm dayağı,

yenilməz arxası hesab edirik və onların bizə göstərdikləri məsuliyyətli və şərəfli etima-dı doğrultmaq üçün bundan sonra da səylərimizi səfərbər edəcəyimizi, Vətənimizə, xalqımıza vicdanla xidmət göstərəcəyimizi əminliklə bəyan edirik.

İnsan anatomiyası və tibbi terminologiya kafedra-sının yaranmasının 100 illiyi münasibətilə bu kafedrada təhsil almış 85 mindən çox həkim kadrları və səhiyyə işçilərini, övladlarını bizə etibar edən xal-qımızı, millətimizi, o cümlədən kafedranın bütün zəhmətkeş əməkdaşlarını, tələbələrimizi, rezidentlərimizi ürəkdən təbrik edir, hamıya yeni nailiyyətlər arzulayırıq. Kafedranın möhkəm təməlini qoyan “klassiklərimizin ruhu şad olsun!” – deyirik.

Vaqif ŞADLİNSKİ, ATU-nun İnsan anatomiyası və

tibbi terminologiya kafedrasının müdiri, REA-nın akademiki,

Azərbaycan AHE Elmi Cəmiyyəti İctimai

Birliyinin sədri, Əməkdar elm xadimi, professor

Mübariz ALLAHVERDİYEV, tibb elmləri doktoru,

professor

Azərbaycan Tibb Universitetinin 100 yaşlı kafedrası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin ali təhsil sisteminin bayraqdarı olan Bakı Dövlət Universitetinin yaran-masının 100 illik yubileyinin bu il noyabrın 26-da dövlət səviyyəsində təntənə ilə qeyd edilməsi bütün təhsil işçiləri kimi, ATU-nun İnsan anatomiyası və tibbi ter-minologiya kafedrasının əməkdaşları tərəfindən də böyük ruh yüksəkliyi ilə qar-şılandı. Bu kafedra Bakı Universiteti və onun Tibb fakültəsinin nəzdində “Normal anatomiya kafedrası” adı altında elə həmin ildə yaradılıb. Sonradan – 1930-cu il may ayının 9-da Bakı Universitetinin (indiki BDU) Tibb fakültəsinin maddi-texniki və professor-müəllim heyətinin intellekt potensialı bazaları əsasında yaradı-lan Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) tərkibində də Normal anatomiya kafedrası öz fəaliyyətini uğurla davam etdirib. Azərbaycan Tibb Universiteti və onun bir sıra kafedraları, o cümlədən Normal anatomiya kafedrası Bakı Dövlət Universitetinin həm bu günü, həm də onun 100 il bundan əvvəlki şərəfli tarixi ilə sıx tellərlə bağlıdır və onunla üzvi vəhdət təşkil edir. 90 yaşlı Azərbaycan Tibb Universitetinin 100 yaşlı kafedralarından olan indi-ki İnsan anatomiyası və tibbi terminologiya kafedrası Vətənimizin hər iki təhsil və elm ocağını özü üçün “Alma mater” sayır, onlarla fəxr edir və qürur duyur.

Page 7: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririkxalqqazeti.com/pdf/xalq 7 dek OPT.pdf · TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ

8 dekabr 2019-cu il, bazar8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 02:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7675

4061

40 qəpik

Hollandiya

Həbsxanalar bağlanır

Hollandiyada cinayətkarların yetərli sayda olmadığı üçün artıq koloniyalar və həbsxanalar bağlanır. Məlumata görə, 2013-cü ildə Hollandiyada 19 həbsxana bağlanıb, çünki ölkədə onları doldurmaq üçün cinayətkarlar yetərli sayda deyil. Cinayətkar qıtlığı problemi o qədər aktualla-şıb ki, 2016-cı ildə Hollandiya həbsxanalarını doldurmaq üçün Norveçdən 240 məhkum da gətirilib.

Məlumatı “Businnes Insider” yayıb.

Meksika

İri neft yatağı aşkar edilibMeksikanın “Pe-

mex” dövlət neft-qaz şirkəti Tabasko ştatı-nın cənub-şərqində 500 milyon barrellik neft yatağı aşkarla-yıb.

Bunu jurnalistlərə açıqlamasında “Pemex”in baş direk-toru Oktavio Romero Oropes deyib. O, bu-

nun 1987-ci ildən indiyə qədər ölkənin cənubunda açılan ən böyük neft yatağı olduğunu bildirib.

Qeyd edək ki, Meksika bundan öncə 1,5 milyard bar-rellik neft yatağı aşkarladığını açıqlamışdı.

Xəbəri “Anadolu” agentliyi yayıb.

Çin

“Tesla”ya subsidiya ayrılacaq

Çin ABŞ-ın “Tesla” şirkətinin Şanxaydakı zavodunda yığılacaq “Tesla Model 3” avtomobillərinin istehsalına subsidiya ayıracaq. Bu barədə Çinin Sənaye Nazirliyi məlumat yayıb. Bildirilir ki, hökumət “Tesla Model 3” elektromobillərini ekoloji cəhətdən faydalı hesab edir. Qeyd edilir ki, ABŞ kompaniyası bu müəssisədə həftədə min avtomobil istehsal etməyi planlaşdırır. Həmin zavod-da “Tesla Model 3” avtomobillərinin ilk partiyası 2020-ci il yanvarın 25-də buraxılacaq.

Xəbəri “Autoua.net” verib.

İngiltərə

Marku Silva istefaya göndərilibİngiltərənin

“Everton” klubu baş məşqçi Marku Silva-nı istefaya göndərib. Buna səbəb ko-mandanın Premyer Liqanın XV turunda “Liverpul”a 2:5 hesabı ilə məğlub olması və 18-ci pilləyə düşməsidir. Bildirilir ki, növbəti

turda “Çelsi” ilə matça komandanı Dunkan Ferqyuson hazırlayacaq. Klubun baş məşqçisinin vəzifəsi müvəqqəti olaraq ona tapşırılıb.

Məlumatı “Sportbox” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Dekabrın 8-də  Bakıda və Abşeron yarımadasında dəyişkən

buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı,bəzi yerlərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış

yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta , gündüz 0-5 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

ABŞ və Koreya Respublikası liderləri arasında telefon danışığı olub

Bəyanatda deyilir: “Liderlər razılaşıblar ki, Ko-reya yarımadasında vəziyyət həddən artıq ağır olaraq qalır. Bunun qarşısını almaq üçün prezidentlər ümümi rəyə gəliblər ki, Birləşmiş Ştatlar və KXDR arasında yarımadanın nüvə silah-larından təmizlənməsi ilə bağlı danışıqlar daimi əsasda davam etdirilməlidir”.

Bundan əlavə, Mun Çje İn və Donald Tramp qeyd ediblər ki, iki Koreya respub-likası arasında da dialoqu davam etdirmək lazımdır. Prezidentlər müvafiq zaman yetişən kimi Şimali Koreya ilə danışıqlar aparmağa

sadiqliklərini ifadə ediblər. Bəyanatda bildirilir ki,

Cənubi Koreya və ABŞ liderləri arasında telefon bağlantısı Donald Trampın təşəbbüsü ilə baş tutub və yarım saat davam edib.

Xatırladaq ki, Tramp və KXDR Dövlət Şurasının sədri Kim Çen In bu ilin iyununda Pxançmuncomda görüş keçirib və yarıma-danın nüvəsizləşdirilməsi haqqında danışıqları işçi qruplar səviyyəsində davam etdirmək barədə razılığa gəliblər. Bundan əvvəl isə onlar bu ilin fevralında Ha-noyda görüşmüşdülər. Ancaq iki dövlət başçısı arasında

Koreya yarımadasında nüvə silahlarının ləğvi ilə bağlı sammit nəticəsiz başa çatmışdı.

Bu il oktyabrın 5-də ABŞ və KXDR nümayəndələri ikitərəfli münasibətləri nor-mallaşdırmaq üçün Stok-holmda bir araya gəlmişdilər. Lakin dialoq alınmamışdı. KXDR nümayəndə heyətinin başçısı Kim Myön Qil Ame-rika tərəfinə öz mövqeyini bir daha nəzərdən keçirməyi təklif etmiş olsa da, ABŞ Dövlət Departamenti görüşün konstruktiv keçdiyi barədə bəyanat yaymışdı.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Suriya münaqişəsinin yalnız siyasi yolla həlli məqbul sayıla bilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Romada keçirilən “Aralıq dənizi dialoqu –MED 2019” adlı sayca 5-ci siyasi forumda çıxış edərək

deyib ki, Suriya münaqişəsinin həlli yalnız siyasi yolla məqbuldur. Bu, münaqişəyə cəlb olunan bütün tərəflər üçün, o cümlədən Bəşər Əsəd rejimi üçün ən optimal yoldur. Məlumatı “Anadolu” agentliyi yayıb.

M.Çavuşoğlu hesab edir ki, Suriyadakı rejim “münaqişənin həlli yalnız si-yasi yolla mümkündür” fikrinə inandırmaq mümkün olsa, problemin çözülməsi tezliklə reallaşar. Nazir sonra qeyd edib ki, Cenevrədə Suriya üzrə Konstitusiya Komitəsinin birinci raundunun nəticələri gözləntiləri doğrultsa da, rəsmi Dəməşqin təmsilçiləri komitənin sonrakı işinə mane olmağa cəhd edirlər.

M.Çavuşoğlu təəssüf hissi ilə bildirib ki, Əsəd qüvvələri və onun tərəfdarları hazırda Suriyanın şimal-qərbindəki təhlükəsizlik zonalarında mülki əhaliyə qarşı təxribatları davam etdirirlər. Nəticədə onlarca günahsız insan həlak olur, on minlərlə adam doğma yaşa-

yış məskənlərini tərk etməyə məcburdur.

Türkiyənin xarici işlər naziri forumdakı çıxışında ölkəsinin mövqeyini bir daha xatırladaraq deyib ki, Anka-ra münaqişənin Suriyanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Təəssüf ki, Türkiyənin beynəlxalq

antiterror koalisiyası üzrə tərəfdaşları YPG/PKK ter-rorçularını dəstəkləməkdə davam edirlər.

M.Çavuşoğlu sonda vurğulayıb ki, Türkiyə İŞİD-lə mübarizəni axıradək davam

etdirmək əzmindədir. Bu radikal qruplaşmadan ən çox zərər çəkən ölkələrdən biri məhz Türkiyədir. Belə ki, Türkiyənin yüzlərlə dinc sa-kini dəhşətli İŞİD terrorunun qurbanı olub.

M.HACIXANLI, “Xalq qəzeti”

Koreya Respublikasının Pre-zidenti Mun Çje İn ABŞ lideri Donald Trampla telefon danışığı zamanı Koreya yarımadasında vəziyyəti müzakirə edib. Prezidentlər ərazinin nüvə silahlarından təmizlənməsi üçün danışıqların davam etdirilməsinin vacibliyini bildiriblər. Bu barədə Cənubi Koreya Preziden-tinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda qeyd edilir. Məlumatı TASS verib.

Qətər Dövləti Səudiyyə Ərəbistanı ilə danışıqlara başlayıb

Qətər Dövlətinin Xari-ci İşlər naziri Məhəmməd bin Əbdürrəhman Sani jurnalistlərə açıqlamasında qeyd edib ki, Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqlar aparılır: “Qətər Dövləti müstəqil siyasət yeridir və onun daxili işi hansısa tərəflə danışıqlar mövzusu olmayacaq. Ümid edirik ki, danışıqlar müsbət nəticə verəcək”, - deyə XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, 2017-ci ildən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətəri terrorizmdə ittiham edərək, onunla əlaqələri tam dayandırıblar.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Anadolu” agent-liyinin yaydığı xəbərə görə, Qətər Dövləti Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası üçün danışıqlara baş-layıb.

OPEC+ ölkələrinin hasilatı daha da azaltmaq barədə qəbul etdikləri qərardan sonra dünya bazarında “qara qızıl”ın qiyməti daha da artmağa başladı. Həftəsonu neftin qiyməti belə oldu: Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,58 faiz artaraq bir bareli 64,36 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,32 faiz artaraq bir bareli 59,20, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,1 faiz artaraq bir bareli 68,9 dollar olub.

Ekspertlər bildiriblər ki, əgər OPEC+ ölkələri hasilatı azaltmasaydılar, neftin qiyməti 40 dollara düşə bilərdi.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Həftəsonu neftin qiyməti

Meksikada partlayışMeksikanın

Puebla şəhərində partlayış olub. “Sol de Mexico” nəşrinin məlumatına görə, partlayış nəticəsində 4 nəfər həlak olub, onlarca adam xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Nəşrin məlumatına görə, həlak olanların sayı arta bilər.

İlkin məlumata görə, partlayışa səbəb pirotexniki avadan-lıqların partlaması olub.

Hazırda hadisə yerində yanğınsöndürənlər, polislər və həkimlər işləyirlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

İraqa qarşı sanksiyalar tətbiq edilə bilər

David Şenker qeyd edib ki, sanksiyalara səbəb ölkədə davam edən etiraz aksiyaları fonunda insan haqlarının pozulmasıdır: “Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İraqda fəaliyyət göstərən və dinc etirazçılara atəş açan, on-larla günahsız dinc etiraz-

çının ölümünə səbəb olan üç ordu rəhbərinin adını sanksiya siyahısına daxil edib”, - deyə o, qeyd edib.

David Şenker, həmçinin bildirib ki, ABŞ hökumətdə olmasından asılı olmaya-raq, insan hüquqlarını po-zan şəxslərə qarşı sanksi-yalar tətbiq etməyə davam edəcək. Onun sözlərinə

görə, insan hüquqları pozularsa və etirazlara şiddətlə cavab verilərsə İraqa qarşı kəskin sanksi-

yalar tətbiq ediləcək.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Da-vid Şenker keçirdiyi brifinqdə

Birləşmiş Ştatların İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirib. Bu barədə RİA “Novosti” məlumat yayıb.

Dünyanın ən gözəl küçələrinin siyahısı hazırlanıb

2019-cu il üçün dünyanın ən gözəl küçələrinin siyahısı hazırlanıb. ABŞ-ın CNN xəbər şəbəkəsi tərəfindən hazırlanmış siyahıda ilk sıralarda müvafiq olaraq Nyu-Yorkun, Londonun, Parisin küçələri yer tutub. Sonrakı sırada isə Yunanıstanın Mikonos adasında yerləşən Matoyanni küçəsi qərarlaşıb.

CNN-nin tərtib etdiyi siya-hıya görə dünyanın ən gözəl küçələri müvafiq olaraq belə göstərilir: Djinli, Çendu, Çin; “Convent Avenue”, Harlem, Nyu-York, ABŞ; Lombard-

strit, San Fransisko, ABŞ; Kaminito, La Boca, Buenos-Ayres, Argentina; Fəlsəfə xiyabanı, Kyoto, Yaponiya; “Flask Walk”, Xempsted, Lon-don, İngiltərə; “Umbrella Sky

Project”, Aqeda, Portuqa-liya; “Blue City”, Codx-pur, Hindistan; Monsoro meydanı, Paris, Fransa; “Hosier Lane”, Melburn, Avstraliya; Neva pros-pekti, Sankt-Peterburq, Rusiya; “The Royal Crescent”, Bat, İngiltərə; Via dey Koronari, Roma, İtaliya; Xerştrasse, Bonn, Almaniya; Matoyanni, Mi-konos, Yunanıstan; “The Dark Hedges”, “Bregagh Road”, Antrim, Şimali İrlandiya.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”