baŞdaŞi Əhvalati - media.turuz.com · nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl...

99
SALATIN ƏHMƏDLİ BAŞDAŞI ƏHVALATI Bakı – 2014 Salatın Əhmədli ~ Başdaşı əhvalatı~ 2 Redaktorlar: Aygün Sultanlı Korrektor: Şəhanə Şükür Dizayn: Şəmsiyyə Əliyeva Salatın Əhmədli. BAŞDAŞI ƏHVALATI. Bakı. B-Print. 2014. 200səh. ISBN 978-9952-440-03-5 © S.Əhmədli, 2014

Upload: others

Post on 14-Oct-2019

14 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

SALATIN ƏHMƏDLİ

BAŞDAŞI

ƏHVALATI

Bakı – 2014

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

2

Redaktorlar:

Aygün Sultanlı

Korrektor:

Şəhanə Şükür

Dizayn:

Şəmsiyyə Əliyeva

Salatın Əhmədli. BAŞDAŞI ƏHVALATI.

Bakı. B-Print. 2014. 200səh.

ISBN 978-9952-440-03-5

© S.Əhmədli, 2014

Page 2: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

3

ÖN SÖZ

Hörmətli alimlərimizdən birinə belə bir sual verir-lər ki, “Azərbaycanda kimi bütün zamanların şairi hesab etmək olar?”. O da haqlı olaraq bildirir ki, “Bütün za-manların ən böyük şairinin kim olduğunu soruşmaq yan-lışdır. Bütün şairlərin öz yeri var. Bütün şairlər zama-nında cəmiyyətin mənəviyyatına töhfələr veriblər”. Bu fikri nasirlərimizə, daramaturqlarımıza da şamil etmək olar.

Mətbu orqanlarda, nüfuzlu qəzet və jurnallarda çap olunan bədii əsərlər, kitablar onların müəlliflərinin uğur-lu yaradıcılığından xəbər verir. Bütövlükdə bu əsərlərin zəngin ideya, bədii tutumu haqqında tənqidçilər az danı-şır, nədənsə susurlar... zamana ehtiyacımız var. Tənqid-çilərimiz yazıçı və şairlərimizin, görkəmli şəxsiyyətlə-rin yubileylərinə, kitablarının təqdimatına həsr olunan təqdimat və yığıncaqlarda çox maraqlı, orijinal, dəyərli, düşündürücü çıxışları ilə yadda qalır. Onların çıxışların-da ədəbiyyatımızın inkişafına xeyir verən çox mətləblər işıqlandırılır. Ona görə də tənqidimizin işıqlı sabahına ümidimiz artır.

Ədəbi-tənqid oxucu ürəyinə əsərləri ilə yol tapan sənət adamlarımızın yaradıcılığına diqqət və qayğı ilə

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

4

yanaşmalıdır. Belə ədəbiyyat adamlarından biri yazıçı, publisist Salatın Əhmədlidir. Orijinal yaradıcılıq üslubu ilə seçilən Salatın xanım haqqında geniş məlumat ver-məyə ehtiyac yoxdur, çünki o, ədəbiyyat, mətbuat alə-mində öz dəyərli əsərləri ilə yetərincə tanınır. Onun oxuculara təqdim etdiyi “Başdaşı əhvalatı” kitabında toplanan hekayələrində əsas mövzu ermənilərin xalqı-mızın Qarabağda, xüsusilə Xocalıda, ətraf rayonlarda başına gətirilən faciələrdir.

Bu bir faktdır ki, erməni şovinizmi ilk növbədə öz xalqına xəyanət etmişdir, ona xoşbəxtlik gətirməmişdir. Daşnaksutyun partiyasının liderlərindən biri olan Hov-hannes Kaçaznuninin bir flkri ilə razılaşmaq olar ki, bu partiya “keçmişin bir artığıdır, orqanizmin ehtiyac duy-madığı lazımsız bir orqandır”. Lakin bu “lazımsız or-qan” öz xalqını öz geosiyasi maraqlarını həyata keçir-mək istəyənlərin əlində alətə çevirdi. “Böyük Ermənis-tan” xüliyasına qərq olmuş xəstə təxəyyüllu erməni mil-lətçiləri Sovet imperiyası diz üstündə oturanda yenidən “dənizdən dənizə birləşmiş və müstəqil Ermənistan uğ-runda” mübarizə aparır, türk-Azərbaycan torpaqları he-sabına “Sovet Ermənistanı”, “Türkiyə Ermənistanı” uğ-runda çirkin siyasətlərini davam etdirirlər.

S.Q.Pirumyan “Daşnaki za rubejom” kitabında ya-zır ki, “doğrudan da, Qara dənizdən Aralıq dənizinə, Qa-rabağ dağlarından Ərəb səhralarına qədər olan tor-paq-larda neçə-neçə milyon türkün və digər erməni olmayan

Page 3: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

5

xalqların arasında bircə nəfər erməni yoxsa, Ermənistan dövləti yaratmaq kimi başqa gülünc ideya ola bilərmi?”. Baxmayaraq ki, bu partiyanın içində bu gülünc ideyalara qarşı çıxırdılar, amma onları doğma torpaqlarımıza bəslədikləri azğın nəfis birləşdirirdi. Və o azğın nəfis Xocalı qətliamı da törətdi. Erməni yırtıcıları öz əlaltıları vasitəsilə xalqımızın qanını tökdülər — XX əsrin ən böyük faciəsini törətdilər, Xocalını yerlə yeksan etdilər, görünməmiş vəhşilikləri ilə bir daha tarixin qara səhifəsinə düşdülər.

Dünyaya yazıq, köməksiz bir xalq kimi özünü “sırı-yanlar”, türkləri, azəriləri dünyaya “vəhşi, qaniçən” bir xalq kimi tanıtmağa çalışanlar bu dəfə dünya xalqlarını aldada bilmədilər. Düşmənin iç üzünü ifşa edən qalın-qalın faktlarla dolu kitablar yazıldı və bu gün də yazılır. Xalqımızın əli qələmli, tarixi gerçəklikləri öz gözləri ilə görən ziyalıları bu kitablar vasitəsi ilə Qara-bağda, Bakı-da, Azərbaycanın işğal olunmuş ərazilərin-də erməni faşistlərinin törətdikləri qatı cinayətləri dün-yaya bəyan etdilər. Öz çirkin siyasətlərini həyata keçir-mək, Azərbay-can torpaqlarını işğal edib, torpaqları-mızda yer adlarını dəyişdirib erməni adları ilə əvəz et-mək üçün, torpağını vermək istəməyən dinc xalqı məhv etmək siyasətini həyata keçirmək üçün əsrin əvvəllərin-dəki siyasətlərindən indi daha qəddarcasına istifadə et-məyə çalışdılar. Dünya xalqlarını çaşdırmaq üçün hər çür yalançı informasiyalar yaysalar da, məhz ziyalıla-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

6

rımızın, dövlətimizin gərgin fəaliyyəti sayəsində dünya xalqları Azərbaycanda baş verən hadisələrə hüquqi, ədalətli qərarını verdi; Ermənistan işğalçı bir dövlət kimi tanındı. Qəsb etiyi Azərbaycan ərazisindən çıxması üçün BMT-nin dəfələrlə qəbul etdiyi qətnamələrdə onun işğalçı əməli pislənilir, torpaqlarımızı boşaltması tələb olunur.

Ermənistan hər vəchlə yalançı informasiyalarla dün-yanın başını qatmaq niyyətində olsa da, düşmənin iç üzünün açılmasında S.Əhmədlinin “Başdaşı əhvalatı” kimi yüzlərlə real, tarixi məxəzlərə söykənərək yazılan kitablar mühüm rol oynayır. O kitabların müəllifləri ara-sında hörmətli yazıçımız S.Əhmədlinin müxtəlif illərdə qələmə aldığı, erməni işğalçılarının törətdiyi faciələri özündə əks etdirən hekayələri də vardır. Ermənilərin Xocalı camaatının, ümumilikdə qanına susadığı xalqımı-zın başına açdığı fəlakətlərdən bəhs edən bu hekayələri həyəcansız oxumaq olmur. Bu vəhşiliklər bir əsrdən çoxdur ki, davam edir.

Birinci Dünya müharibəsi dövründə Atlanta döv-lətləri Osmanlı torpaqlarını da öz aralarında bölüş-dürmək üçün müqavilə bağlamışdı. “Dardanel boğa-zında ingilis-fransız eskadrası türk donanmasına zərbə-lər endirərkən, 1915-ci ilin martında müttəfiqlər tərəfin-dən Rusiyaya belə bir teleqram göndərilmişdi ki, İstan-bulun Rusiyaya verilməsinə Fransa və İngiltərə etiraz et-mir. Aprelin 26-da Londonda daha bir razılaşma olmuş-

Page 4: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

7

du ki, Antalya və onun ətraf rayonları İtaliyaya verilə-cək, məhz buna görə də İtaliya Atlanta tərəfindən mü-haribəyə girdi. İngilislər Məkkənin əmiri Şərif Hüseynlə də anlaşmışdılar ki, ərəblər də Osmanlıya qarşı döyüş-məlidir. Ona da indiki Səudiyyə Ərəbistanı ərazisini, Su-riya və İraqı vəd etmişdilər.

Bütün sadalanan planların, gizli razılaşmaların heç biri baş tutmadı. Rusiyada 1917-ci ilin fevralında, daha sonra oktyabrda baş verən inqilablar bütün müqavilələri pozdu. 3 mart 1918-ci ildə Brest-Litovskda müqavilə bağlandı. Rusiya müharibədən çıxdı. Şərqi Anadoludan da qoşunlarını çıxardı. Amma rus ordusu öz silahlarını onun tərkibində Türkiyəyə qarşı vuruşan ermənilərə ver-di. Ermənilər Şərqi Anadoluda, daha sonra isə Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı əsl soyqırımına başladılar... Sözdə özlərini yazıq, köməksiz adlandıran, əməldə insanlığa sığmayan cinayətlər törədən, erməni xislətindən yararlanmaqla türk-Azərbaycan xalqına qarşı gizli, açıq müharibə aparan erməni şovinizminin iç sifət-lərinə bələd olan Avropa ziyalıları vaxtaşırı öz əsərlə-rində onların xəyanətkarlığından bəhs edirdilər. Avro-panın imperialist qüvvələrinin ermənilərdən istifadə et-məklə türk dünyasını zəiflətməyə çalışdığını dünya xalq-larının mütərəqqi qüvvələri çox yaxşı görürdülər.

Fransız tarixçisi Pyer Loti Fransanın türklərə qarşı I Dünya Müharibəsindən sonra o dövrdəki hərəkətlərini “mədəni bir xalqa yaraşmayan barbarlıq” adlandırmış-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

8

dı. Ermənilərin törətdikləri qətliamlardan da kitabında bəhs edir, ermənilərlə bağlı belə bir hadisəni də qələmə alır: “Konsulluğa fransız vətəndaşı olan bir çox erməni sığınıbmış. Onlara qucaq açmış fransız konsulu nə baş verdiyini öyrənmək üçün küçəyə çıxarkən arxasından iki dəfə atəş açmışlar, xoşbəxtlikdən güllə ona dəyməmiş-di. Konsul arxaya dönüb baxanda görür ki, ona atəş açan sığınacaq verdiyi ermənidir. Onu həbs edirlər, sorğula-ma zamanı cavabı bu olmuşdur: “Bəli, mən atəş açdım, bu ölümü türklərin üstünə yıxmaq üçün etdim, fikirləş-dim ki, fransızları türklərə qarşı qaldırmaq üçün konsu-lun öldürülməsindən yaxşı fakt ola bilməz...”.

Əlbəttə, ermənilərin namərdlikləri, xain əməlləri haqqında belə məlumatlar bizim üçün yenilik deyil. Ta-rix boyu biz onların belə əməllərinin şahidi olmuşuq. S.Əhmədlinin kitabinda “Başdaşı əhvalatı” hekayəsin-dəki Arsaq onlardan geri qalmır. O, bir yerdə böyümüş Sabirin, onun timsalında azərbaycanlıların duz-çörəyə sədaqətindən, dostluqda vəfasından, etibarından istifadə edir. “Sabirin maşınını qəbir daşları sexinə sürməyi tapşırdı. Burada qara, yaxud ağ mərmərdən baş daş-ları hazırlanırdı. Sabir elə maşından düşən kimi sol tərəfdə qoyulmuş iri baş daşını gördü. Üstündə keşiş paltarında, əlində uzun xaç tutmuş Arsaqın atası Ha-yes Hovsesyanın şəkli vardı. Doğum tarixi də yazıl-mışdı. Hələ doğum tarixindən sonra tire də qoyul-muşdu. Boş yer Hayes Hovsesyanın ölməyini gözlə-yəcəkdi. Daşı

Page 5: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

9

Şuşikəndə apardılar. Həyətdə, evin qa-bağında, yumşaq ot topasının üstünə atdılar. Bir il sonra Hayes Hovsesyan dünyasını dəyişdi. Şuşadan, Xankənddən, ətraf kəndlərdən onun yas mərasimində iştirak edənlərin sayı-hesabı yox idi. Hətta mollalar da təşrif buyurmuşdular. Əlbəttə, Hayes Hovsesyan da məşhur idi. Vilayətdə hörmətli adam kimi tanı-nırdı. Arsaqın da nüfuzu çox böyük idi. Üstəlik də böyük idarənin müdiri olasan. Axın-axın adamlar gəlirdilər. Hətta eşidəndə ki, Hayes Hovsesyan özü qabaqcadan baş daşı hazırlatdırıb — özü də bir il əvvəl-dən, buna da təəccüb edənlər çox oldu. Ayrı vaxt mollalar deyərdilər ki, bu, günahdır. Ancaq indi da-şın ölümdən qabaq hazırlanmasına Hayesin müdrik-liyi, uzaqgörənliyi kimi baxırdılar. Mərasim təntənəli keçdi. Çıxış edənlər Hayes Hovsesyana rəhmət oxuyur, onun ağlından, böyüklüyündən danışırdılar. Səksən ildən yuxarı ömür yaşasa da, «hələ azdır, dünyadan tez getdi»,-dedilər. Qalan ömrünü də oğluna-Arsaqa və nəvələrinə arzuladılar”.

Bu hadisədən az sonra Arsaq Sabirə Yerevana köç-düklərini bildirir. Bir müddət sonra Arsaq yenidən peyda olur. Sabiri tapır:

“— Hə, Sabircan, səninlə Şuşikəndə gedəcəyik. Yadındadır, axı bizim orada evimiz vardı. Atamın qəb-ri…

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

10

— Hə, hə, əlbəttə, hamısı yadımdadır. Özü də hər dəfə yolum düşəndə evə də, həyət-bacaya da baxı-ram. Deyəsən, sizin qohumlarınız olan ermənilər ya-şayırlar.

— Bilirsən, Sabircan, kişi o vaxt rəhmətə gedəndə mənə demişdi ki, birdən Yerevana köçərsən... Axı bilirsən də orada da atamın böyük dostları vardı. Er-mənistanın böyük keşişi atamla canbir idi. Orada mə-nə böyük vəzifə təklif elədilər. Mən də ona görə köçüb Yerevana getdim. Nazirlikdə işləyirəm. Sözü-mün qabağına söz deyən yoxdur. Mərkəzi Komitənin katibləri ilə oturub-dururam. Hələ üstəlik onların işi məndən keçir. Nə problemləri olsa mənə deyirlər, mən həll edirəm… Hə, qardaş, o vaxt atam vəsiyyət elədi ki, birdən Yerevana köçəsi olsam, onun baş-daşını da aparım. Rəmzi də olsa, onun üçün bir qəbir tikim.

Sabir dostunun Yerevanda böyük vəzifədə işlə-məsindən məmnun oldu, sevindi:

- Çox yaxşı, sən də apar də… -Bilirsən, mən indi başdaşını aparmağa gəlmi-şəm.

Sabircan, hər adama söz demək olmur. - Kimə istəyirsən, deyək. - Yox, başqasına niyə deyirik ki? Elə sən apar.

Qazancı da sənin olsun. - Lap qazanc məsələsi olmasa da apararam. Mə-

nim gözüm üstə. Ancaq sənəd-filan işi necə olsun? - Ara, bayaqdan sizinkilər demiş, bir quranlıq söz

danışmışam, yenə deyirsən sənəd-filan necə olsun? Ara,

Page 6: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

11

burdan Yerevana qədər bir kimsə bizə bir söz deyə bilməz. Hamısına özüm cavabdehəm.

Dostunun bu cür inamlı danışığından sonra Sabi-rin daha başqa sözü qalmadı.

- Mən hazır. - Hə, indi gərək kənddən özünə yaxın olan beş-on

cavan çağıraq, daşı maşına yükləsinlər. Sən qocaq kişisən, mən səni tanıyıram. Bir azdan sonra burdan çıxsaq lap elə arxayın gedə-gedə sabah günorta üstü, uzağı axşamtərəfi Yerevandayıq.

Sabir bayaq yemək vaxtı Arsaqın içki içməmə-yinin səbəbini indi başa düşdü. Yoxsa özü də içərdi, Sabiri də içirərdi.

…Yolu yaxşı getdilər. Hər dəfə yol milisinin «sax-la» işarələrinin cavabını Arsaq verirdi. Deyə, gülə, zarafatlaşa-zarafatlaşa, hələ bir-iki saat da yolda ya-tıb dincələndən sonra arın-arxayın Yerevana çatdılar.

Mənzərəli bir yerdə Arsaqın mülkü vardı. -Ara, şəhərdə mənim bilirsən, necə evlərim var?!

Ancaq bura mənzərəsinə görə mənə Şuşanı xatırladır, Şuşikəndə oxşayır. Şəhərdə yaşamaqdan elə də xo-şum gəlmir. Stepanakert kimi gözəl şəhərdə mən darıxırdım. Bilirsən də, o şəhər sizin keçmiş xanların kəndi olub. Oralarda at saxlayırmışlar.

Sabir: -Hə, düzdür, elə oranın əvvəlki adı Xan-kəndi olub, - dedi.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

12

- Doğrudur,-Arsaq etiraz eləmədi…- Hə, indi qal-dı maşının banını qaldırmaq. Qaldır daşı at yerə.

Sabir elə bildi ki, Arsaq Yerevanın yaxınlığına ça-taçatda restoranda içdiyi arağın təsirilə belə deyir. Ona görə etiraz elədi.

-O daşı yerə o cür atmaq olar? Birdən daş sınar, atanın da ruhu inciyər axı.

- Ara, ay musurman, a tork, atamın ruhu daşda neyləyir? O göydə olar, o da olsa… Sən maşının banı-nı qaldır.

Sabir əlacsız qalıb maşının banını qaldırdı. Daş sürüşüb həyətin ortasına düşdü. Arsaqın oğlanları burada idi. Böyük oğluna üz tutdu:

- Kumpulu bura gətir, - dedi. Arsaqın böyük oğlu ağır, daşsındıran aləti-kum-

pulu gətirdi. Arsaq Sabirə: - Götür o kumpulu, vur bu daşa. - Arsaq, mən başdaşını necə sındırım? – Sabir bir

qədər təəccüblə, bir az da inamsız Arsaqın üzünə bax-dı. - Niyə sındırmırsan ki, adam deyil ki, daşdır da. Sabir kumpulu göyə qaldırdı. Daşa vurmaq üçün

qüvvəsini topladı. Ancaq əli gəlmədi. Kumpulu daşın böyrünə atıb kənara çəkildi:

- Mən başdaşını sındıra bilmərəm. Arsaq hırıldadı, böyük oğluna işarə elədi: -Vur daşı. İki-üç zərbədən sonra daş paralandı.

Page 7: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

13

Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın ortasından axıb torpağın üstünə töküldü. Onun bayaqdan bəri-dəfinəni görəndən bəri bərəlmiş gözləri, açılmış ağzı qəribə bir görkəm almışdı. Bütün bunların nə demək olduğunu hələ anlaya bilmirdi”.

Arsaq, onun atası bütün ömrü boyu belə yalan, saxta işlərlə məşğul olub. Əliəyri, arxalı köpək Arsaq Loti Piyerrenin hardasa bir meyvənin içindəki və onu gəmirən qurdlara bənzətdiyi ermənilərdən biri idi.

“-Ara, gic musurman, a tork, bu sərvətlər hamısı sizindir. Bu dəfinənin hamısını atam toplayıb. Doğru-dur, mən də az verməmişəm. Bu, erməni kilsəsinin nə-zarəti altındadır. Vaxt gələcək, hamısı lazım olacaq.

Sabir məəttəl qalmışdı. Amma özünü saxlaya bil-mədi:

- Nəyə lazım olacaq?-Soruşdu. - Necə nəyə lazım olacaq? Ara, başına çarə qıl. Biz

Qarabağı Yerevana birləşdirəcəyik deyib,-qəhqə-hə çəkdi.

Sabirin onun danışığından ağlı bir şey kəsmədi. “Böyük Sovetlər İttifaqına nə olub ki, Arsaq burada torpaq bölür?”

Bəli, ana yurdumuz başda erməni kilsələri olmaqla rus, fransız, ingilis... əli ilə qəlpə-qəlpə qopardılıb. Bu gün dünyanın sülhsevər xalqlarından olan ingilis, fran-sız, rus gənci ədalət naminə babalarının səhvlərini təkrar

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

14

etməməli, həqiqəti müdafiə etməli, Xocalı soyqırımının günahkarlarının layiqli cəzasını alması üçün insanları-mıza dəstək olmalıdırlar. Bunun üçün isə onlara əsl hə-qiqəti çatdırmaq lazımdır. “Başdaşı əhvalatı” kimi kitab-ların bu işdə rolu böyükdür. Hər bir azərbaycanlı yazı-çısı, şairi, publisisti əsl həqiqətin dünyaya çatdırılması, erməni quyusuna su tökənlərin tanınması üçün imkan-larından istifadə etməlidir.

Burada Xocalının yerlə yeksan edilməsi, meşələrə, düzlərə tökülən insanlara verilən işgəncələr, torpağına bağlı ananın zirzəmidə məzarının qazılması (“Zirzəmidə qazılan ana məzarı”) insanda qəzəb, düşmənə nifrət, in-tiqam hissini artırır. Ərşadın ana faciəsi sinəsinə calın-çarpaz dağ çəksə də dərdini büruzə verməməsi, əsir gö-türülmüş Xocalı camaatını düşmən caynağından qurtar-maq üçün göstərdiyi igidlik, talanmış evləri qarət edən iki erməni qadınla, erməni Samvelə qarşı humanist hə-rəkəti, iki xalqı bir-birinə qarşı qoyan imperialist qüv-vələrə qarşı nifrət doğuran məqamlar yazıçı tərəfindən ustalıqla qələmə alınır.

Salatın Əhmədlinin “Başdaşı əhvalatı” kitabında toplanan əsərləri zamanında yazılan, əsl həqiqətləri əks etdirən dəyərli əsərlərdir, Xocalı faciəsinin dünya xalq-larına çatdırılması sahəsində ictimai-siyasi əhəmiyyətli hadisədir. Bu kitabdakı hekayələrin məzmunu erməni-lərin murdar əməllərini əks etdirir. Burada qlobal aləmdə-ictimai-siyasi həyatda baş verən neqativ halların

Page 8: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

15

insan mənəviyyatına vurduğu zərbələr, xalqlar arasına səpilən düşmənçilik toxumunun törətdiyi faciələr, impe-riyaların istehsal etdikləri silahlarının satışına açdığı yol, bu yolda itirilmiş insani keyfiyyətlər bədii şüuru düşün-dürən obyektiv həqiqətlərdir.

Qarabağ mücadiləsi davam edir. Azərbaycan xalqı öz ağlı, idrakı, fəaliyyəti ilə açılmayan qapıları açmağa, həlli vacib məsələləri sülh yolu ilə həll etməyə üstünlük verir. Bu yolda əzmlə çalışır. Eyni zamanda qüdrətli Or-dusunu da yaradıb.

Qarabağ bəşəriyyətin üzləşdiyi qlobal problemlə-rindən biridir. Dünyanın bütün sülhsevər qüvvələri bir-ləşib odlu ocaqları söndürməli, gələcək nəsillərin dinc həyatını təmin etməlidir. Bu dinc həyatın təməli bütün dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə, qonşuluq şəraitində yaşamaları ilə, dinc şəraitdə qarşı-lıqlı ictimai, siyasi, mədəni əlaqələrin inkişafı ilə şərtlə-nir. Hüquqları pozulan hər bir xalq dünya xalqlarının dəstəyini görərsə, Ermənistan kimi işğalçı dövlətlərin əl-qolu bağlanar. Ermənistanın işğalçı dövət kimi, Azər-baycan ərazisində törətdiyi cinayətlərdən bütün bəşəriy-yət xəbərdar olmalıdır ki, onun iç üzünü tanısınlar. Bu-nun üçün isə yazıçılarımız, tarixçilərimiz üzərinə düşən böyük məsuliyyəti duyurlar, onların törətdikləri qanlı hadisələri qələmə alır, dünya ictimaiyyətinə çatdırırlar.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

16

Salatın Əhmədlinin “Başdaşı əhvalatı” kitabındakı hekayələrin əksəriyyətinin məzmunu ermənilərin murdar əməllərini, zalımlığını, vəhşiliyini əks etdirir.

Bu hekayələri oxuyan hər kəs erməni yırtıcılarının əməllərindən bir daha xəbərdar olacaq. Bu kitab başqa dillərə tərcümə olunmalı, dünya oxucularına çatdırılma-lıdır.

Gülxani Pənah

Şairə, ədəbiyyatşünas

Page 9: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

17

«SAÇLARINI NİYƏ KƏSDİRMİSƏN?..»

Yazın ilk günləri idi, havanın soyuğu çəkil-

məmişdi. Şimaldan əsən soyuq külək adamın iliyinə işləyirdi. Yaz günəşinin soyuq küləklərdən keçib bizə çatan ilıq şüaları da bu soyuğun təsirini azalda bilmirdi. Üzü şimala tərəf olan dağların başındakı qar hələ də əriyib qurtarmamış-dı. Nəinki əriyib qurtarmamışdı, hələ təzəlikcə üstünə qar da yağmışdı. Əslində, havanı isinməyə qoymayan elə dağların başındakı qarın göndərdiyi soyuq idi. Doq-quzuncu sinfin şagirdlərinə tapşırmışdım ki, ayın ikisin-də Şəhidlər xiyabanının qarşısına yığışsınlar. Kəlbəcərin işğalının anım günü şəhidlərin məzarını ziyarət edəcək-dik. Şəhidlər xiyabanına yaxın avtobusdan düşəndə kiçik meydan-çanın bir tərəfinə toplaşmış şagirdlərimi gör-düm. Gö-zəyarı baxdım, hamı burada idi. Nərgiz, Qərən-fil, Lalə, Kamil, İsa…Yusiflə Nübarə görmədim. Uşaq-larla görüşüb:

- Hamı gəlibmi? Bəs kim gəlməyib? – deyə soruşdum.

- Yusiflə Nübar gəlməyib, onlar da indilərdə gəl-məlidirlər, - uşaqlar cavab verdilər.

Mən şagirdlərimin hamısını ətrafımda görəndə çox sevindim. Beş ildir ki, onların sinif rəhbəriyəm. Gözlə-rimin qabağında böyüyürlər. İndiyəcən elə də bir fərq

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

18

hiss eləmirdim. Mənim üçün onlar beşinci sinifdə qəbul elədiyim balaca uşaqlardır. Amma yox, deyəsən, bu il özlərini bir qədər qəribə aparırlar. Oğlanların bığ yeri tərləyib. Qızlar da çiçəyi çırtlamış çəmən kimi gözəl-liklərilə göz oxşayırlar. Özləri də bir qədər utancaq olublar.

Bilirəm ki, bu yeniyetmələrin indiki çağları çox romantik olur. Həm də elə həssasdırlar ki, bir balaca ögeylik görsələr, bulud kimi tutulurlar. Amma mənimlə çox asanlıqla ünsiyyət qururlar. Hansının bir nigarançı-lığı olsa, bir qədər çəkinə-çəkinə mənə yaxınlaşır, fikir-lərini bölüşürlər. Vaxtım olanda onların evlərinə də ge-dirəm. Valideynlərilə, xüsusilə, qızların anaları, oğlan-ların atalarıyla görüşür, uşaqlarla bağlı problemləri mü-zakirə edirəm. Müəllim yoldaşlarımın bəzilərinə mənim belə münasibətim qəribə gəlir:

- Sən uşaqlara çox can yandırırsan. Onların yolunda dəridən-qabıqdan çıxırsan, - deyənlər də olur.

- Bəs necə, onlar da mənim övladlarımdır. Mən onlarla fəxr edirəm.

- Məktəbi bitirincədir, hərəsi bir tərəfə gedəcək. Elə dağılışacaqlar ki, heç izlərini, tozlarını da gör-məyəcək-sən. Bəlkə, yolda qarşılaşsan, salam verməyəni də tapı-lacaq..

- Onların sağlığını istəyirik. İstəyirik ki, ağıllı uşaqlar kimi böyüsünlər, Vətənin layiqli övladları olsun-

Page 10: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

19

lar, yaxşı soraqları gəlsin. Mənə elə bircə bu lazımdır. Mənim onlara can yandırmaq istəyim içimdən gəlir.

Əlbəttə, belə söhbətlər elə də təsiredici deyil. Şa-girdlərimi görən kimi hər şey yadımdan çıxır, onları ömür bağımın gülləri hesab edirəm. Mənim bağımın, bağçamın çiçəkləri, gülləri onlardır. Tez-tez evimə gə-lirlər, dərslərinə yardımçı oluram, çətinlik çəkənlərə isti-qamət verirəm. Beləcə, günlərim, müəllimlik həyatım məni yaşadır.

...Şagirdlərimin arasında fərq qoymasam da, hər dəfə Yusifi görəndə gənclik xatirələrim baş qaldırırdı. Kədərqarışıq ovqatla elə uşaqların indiki yaşında oldu-ğum günlərimi xatırlayıram...

Balaca kəndimiz, dağın döşünə söykənmiş evlər, kəndarası cığırlar və kəndin aşağı ətəyində, yastanada yerləşən məktəbimiz gözlərimin önünə gəlir. Səkkizinci sinfi kəndimizdəki həmin məktəbdə bitirdim. Sinif yol-daşlarımın bəziləri rayon mərkəzinə oxumağa getdi, bə-ziləri də şəhərdəki qohumlarının yanında təhsillərini da-vam etdirəcəkdilər. Mən də Şəfiqə də qəsəbədəki-evi-mizdən bir qədər aşağıda yerləşən, dəmiryol stansiya-sının yanındakı məktəbdə oxumalı olduq. Onu da deyim ki, Şəfiqə ilə bir partada oturmuşduq. Bu məktəbdə də pəncərə tərəfdə birinci cərgədə ikimiz bir əyləşdik. On gündən sonra ağsaçlı sinif rəhbərimiz-Valeh müəllim uşaqları partalarda bir qız-bir oğlan olmaqla oturmağı məsləhət gördü. Şəfiqə ilə mənə baxıb dedi:

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

20

- Deyəsən, siz çox mehribansınız, ikiniz elə bir partada əyləşin.

- Çox sağ olun, müəllim,-Şəfiqə həyəcanını giz-lədə bilməyib dilləndi. Açıq-aşkar görünürdü ki, müəlli-min bizi ayırmadığına çox sevinmişdi. Elə mən də həyə-canlanmışdım. Axı Şəfiqə mənim çox yaxın rəfiqəm idi. Birinci sinifdən eyni partada əyləşmişdik. Səkkizinci sinfi qurtarana qədər mən sinif nümayəndəsi, o da «tə-mizkom» olmuşdu. Uşaqların əllərinin təmizliyinə, dırnaqlarına ciddi nəzarət edirdi. Hətta oğlanların saçı-nın uzanmasına da yol vermirdi. Çantasında həmişə yod, qayçı, bint olardı. Saçı uzun oğlanları hərdən cəza-landırmağı da vardı. Özü də bunu elə edərdi heç kim in-ciməzdi. Səhəri gün görərdin ki, hamı qaydada dərsə gəlib. Forma, qalstuk… bütün bunlar da öz yerində. İndi biz qəsəbədə oxumalı idik. Gəncliyin gətirdiyi hava bizi tutmuşdu. Xüsusilə, oğlanlar qazan kimi qaynayırdılar. Hərəsi bir qızı gözaltı eləmişdi. Hiss edirdim ki, oğlanlar mənə biganə deyillər. Xüsusilə, məndən bir sinif yuxarı oxuyan Yusif. O, məktəbi bir il tez bitirdi. Həmin il ali məktəbə qəbul oluna bilmədi. Ancaq hiss olunurdu ki, qürurunu pozmayır, özünə inamlıdır.

Bir gün məktəbə gəldi. Bizim sinfin şagirdləri ilə çox mehriban idi.

- Hərbi xidmətə gedirəm, - dedi. Şəfiqə də tez:

Page 11: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

21

- Yəqin bizə məktub yazmağı unutmazsan, - deyib onu altdan yuxarı süzdü.

- Əlbəttə, məktub yazacağam. - Kimin adına yazacaqsan? - Daha onu deməzlər. Yusif başqa uşaqlarla, Şəfiqə ilə əl verib görüşdü.

Mənə yaxınlaşanda əlimi uzatmadım. Ancaq o, başını mənə tərəf yaxınlaşdırıb: -Bax ha, məni gözlə, saçlarını da kəsdirmə,-dedi. Tez də dönüb sinifdən çıxdı.

Mən Yusifi sevmirdim. Ona qarşı məndə sevgi hissləri yox idi. Ancaq buna baxmayaraq, hiss elədim ki, yanaqlarım od tutub yanır. Canımda bir istilik vardı. Elə bilirdim ki, hamı mənə baxır. Yaxşı ki, bu hal tez keç-di...

Biz də orta məktəbi bitirdik. Çoxları kimi mən də Bakıya gəldim, sənədlərimi Azərbaycan Dövlət Univer-sitetinə verdim. Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirdim. Şəfiqə isə Tibb Universitetinə getdi. Mən birinci il ali məktəbə qəbul olundum. Amma Şəfiqə qəbul oluna bilmədi. Və sənədlərini tibb məktəbinə ver-di. Sonra da qruplarından bir oğlanla evləndi. Həmin gənc sonralar Tibb Universitetini də bitirib hərbi həkim olmuşdu. Mən sonra uzun müddət Şəfiqəni görmədim…

Qarabağ müharibəsi başladı, aləm bir-birinə qarış-dı. Tanışlar, dostlar bir-birindən ayrı düşdü, yaxınlar, doğmalar dağılışdı. Çox ağır bir həyat başlamışdı. Qara

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

22

xəbərlər, ağır xəbərlər bir-birinin arxasınca qarabaqara insanları izləyirdi.

Qarabuğdayı, hündür boylu, qalın, qara bığlı, ağır yaralanmış bir gənci əməliyyat otağına gətirmişdilər. Hərbi səhra hospitalında bir gərginlik vardı. Ağır yara-lıları vertolyotla daşıyıb gətirirdilər. Hərbçilərlə müha-fizə olunan hospitalın ətrafında adam əlindən yer yox idi. İnsanlar qaynaşırdı. Yaralısının arxasınca gələn, itki-nini axtaran, canını təzə tapşıran övladlarının ölüm xə-bərindən vay-şivən qoparanlar… bir sözlə, bu mənzərəni bir dəfə görən adamın heç vaxt yadından çıxmayacaq üzüntülü günlər…

Savalan həkim əməliyyat stolunda onu gözləyən yaralıya yaxınlaşdı. Güllə sinəsini parçalamış, ağ ciyə-rini də zədələmişdi. Savalan həkim hiss elədi ki, gənci xilas etmək mümkün olmayacaq. Ancaq əlindən gələni əsirgəməməyə çalışırdı. Ağrıkəsici iynələr vuruldu. Für-sətdən istifadə edib ondan bir neçə kəlmə söz soruşdu. Bəlkə də, Savalan həkim yaralını ona görə danışdırırdı ki, ölüm qorxusunu ondan uzaqlaşdırsın:

– Sən haralısan? - Kürün yuxarısından, meşəətəyi kənddənəm. Əsli-

miz həmin kənddən olub, sonra dəmiryolu qırağındakı qəsəbəyə köçmüşük. Mən də həmin qəsəbədə doğulmu-şam.

- Nə yaxşı, biz həmyerliyik ki, mən də həmin qəsə-bədənəm.

Page 12: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

23

Yaralı xırıltılı danışırdı. Ağrıkəsici iynələrdən son-ra bir qədər özünü yaxşı hiss edirdi. Başını qaldırıb Sa-valan həkimə diqqətlə baxdı:

- Yox, mən səni həmin qəsəbədə görməmişəm, - qətiyyətlə dedi.

- Eşitməmisən, deyirlər ki, «arvadın haralı, sən də oralı». Mənim həyat yoldaşım həmin meşəətəyi kənd-dəndir. Özü də orta məktəbi qəsəbədə oxuyub.

- Adı nədir?-Yaralı gənc diqqətlə həkimin göz-lərinə baxıb soruşdu.

- Şəfiqədir. - Hə, hə, tanıdım, yadıma gəldi. Onunla bir qız da

oxuyurdu,-Güldəstə adlı bir qız. Yoldaşınızdan soruş-sanız tanıyacaq. Deyərsiniz ki, Yusif son günlərini, son anlarını mənimlə danışdı. Burada mənim bir döyüşçü dostum da var, adı Vaqifdir. Həkim, ondan müğayat olarsınız.

Bundan sonra Yusif daha heç nə deyə bilmədi. …Həmin gün Yusif elə əməliyyat stolunda canını

tapşırdı. Qohumları gəlmişdilər. Şəhidin cənazəsini Ba-kıya-Şəhidlər xiyabanına yola saldılar. Nisbətən yüngül yaralı, elə Yusiflə birgə gətirilmiş gəncin əhvalı yaxşı-laşırdı. Savalan ondan Yusif haqqında soruşanda Vaqi-fin gözləri doldu:

- Həkim, bilirsən, o necə igid bir oğlan idi? Birinci dəfə Kəlbəcərin işğalı vaxtı ermənilərə qan uddurmuş-du...

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

24

…Yusiflə birgə ikisi qalmışdı. Bir qədər hündürdə mövqe tutmuşdular. Yusif yüngül pulemyotla döyüşür-dü, Vaqif isə snayper idi. Ermənilər qəflətən bir dəstə dinc sakinin qarşısını kəsdilər. Yusif hündürdən qışqırdı:

- Ey, əclaflar, dinc sakinlərlə işiniz olmasın, bura-xın onları.

Ermənilər Yusifgil tərəfə atəş açdılar. Güllələrdən biri Vaqifin sağ qoluna dəydi. İndi o, atəş aça bilmirdi. Yusif yastı qayanın arxasında idi. Ermənilərdən hər kəs Yusifin açdığı atəşlə yerə sərilə bilərdi. Və həqiqətən ermənilərdən biri adamlardan aralanıb daldalanmaq istədi. Qayanın arxasına keçər-keçməz Yusifin gülləsi onu yerə sərdi. Bundan sonra ermənilər atəşi dayandır-dılar…

- Hə, Vaqif, indi növbə sənindir. Vaqif birtəhər qolunu sarıyıb qanını kəsmişdi.

«On-lar qorxularından atəş açmayacaqlar, sən də düş, qoşul adamlara». Sonra Yusif üzünü ermənilərə tutub:

– Hə, əclaflar, bax sizə deyirəm a, heç kimlə işiniz olmasın, mən də silahı yerə qoyuram, qoyun adamlar çı-xıb getsinlər. Ancaq bundan sonra özümü sizə təslim edərəm.

Ermənilər silahlarını yerə qoydular. Ancaq onların komandirləri Yusifə yaltaqlandı:

- Ara, mən də qarabağlıyam. Masab haqqı, bir güllə atmayacağıq. Sən də silahı yerə qoy, adamlarınız

Page 13: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

25

da çı-xıb getsinlər. Bir az geciksən, bizimkilər gələ-cəklər, heç kim buradan çıxa bilməyəcək.

Onsuz da bu təklifi əvvəlcə elə Yusif özü vermişdi. Adamlar tamam uzaqlaşandan sonra Yusif qayanın

arxasından çıxır. Ermənilər onu hər tərəfdən mühasirəyə alırlar. Və birdən Yusif özünü yarğanın başından dərəyə atır. Divarboyu sürüşə-sürüşə dərənin dibinə düşür. Üz-gözü cızılsa da, səhəri gün o dərələrdən keçib erməni vəhşilərinin əlindən qurtulur.

Növbəti dəfə, Murovun arxasındakı döyüşdə Yusi-fin bəxti gətirmədi. Erməni qumbaraatanı omların dalda-landığı yerə atəş açdı, mərmilər ətrafa dağıldı. Vaqif nisbətən yüngül yaralansa da, Yusif üçün bu, son döyüş oldu.

…Sonralar Şəfiqə çətinliklə də olsa, bu əhvalatı mənə danışdı. Çox mütəəssir oldum. Yusifin xəyalı bir an da yadımdan çıxmırdı.

Hərdən şagirdlərimdən adlarının mənasını və kim tərəfindən qoyulduğunu soruşuram. Şagirdim Yusifdən də bir dəfə soruşmuşam. Yusifgil əslən kəlbəcərlidirlər. O, düşmən əlindən canlarını qurtarıb gəlmiş ailədə do-ğulub.

Yusif dedi: - Müəllim, mənim anamgili xilas edən bir qəh-

rəman olub, adı Yusif imiş, sonralar mən anadan olanda anam həmin qəhrəman oğlanın adını mənə verib.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

26

Yusiflə Nübar da də bir dəstə qərənfillə gəldi. Gə-tirdiyim gülləri uşaqların arasında payladım. Onlar da gül almışdılar. Əbədi məşəlin önünə iri bir əklil qoyduq. Sonra da digər şəhidlərin məzarlarının üzərinə gül qoy-duq. Yusifə gətirdiyi qərənfilləri saxlamasını tapşırmış-dım. Şəfiqə mənə demişdi ki, məşəldən yuxarı üçüncü cərgədəki beşinci məzar Yusifindir. Günəş çıxanda bi-rinci onun məzarının üstünə düşür.

Qara mərmərdən qarabuğdayı, hündür boylu Yusif həyatsevər gözlərilə ziyarətçilərinə baxırdı.

- Hə, Yusif, gülləri bu məzarın üzərinə qoy. Adını daşıdığın qəhrəman odur,-dedim və əlimdəki cüt qərən-fili mən də onun məzarının üstünə qoydum. Gözlərim dolmuşdu.

Hamı sakit-sakit məzara baxırdı. Yusif gülləri sinə daşının üstünə, başdaşının qabağına qoydu. Mən özümü günahkar hiss edirdim. Qara mərmərin üzərinə həkk edilmiş Yusifin mənə məzəmmətlə baxan gözlərindən sanki bu sualı oxudum: «Saçlarını niyə kəsdirmisən?..»

Page 14: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

27

BAŞDAŞI ƏHVALATI

Sabir yükünü özüboşaldan «Zil» maşınının sürü-

cüsü idi. Xankəndidən Şuşaya tikinti materialları daşı-yırdı. Onun daşıdığı yük sement, kubik daşı, qum olur-du. Həftədə bir dəfə şəhərdəki sifarişçilərinə də daş, qum, ya sement gətirir, aldığı puldan iş icraçısının da haqqını ödəyir, özünə də dolanışıq üçün kifayət qədər məbləğ qalırdı. Hər dəfə pulları sayıb arvadı Gülzara ve-rəndə uşaqlıq dostu Arsaqın atası Hayes Hovsesyana rəhmət oxuyurdu.

Bunun da bir tarixçəsi vardı. Şuşada Hayesin oğlu Arsaqla bir məktəbdə oxumuşdu. Özü də qonşu idilər. Məktəbə bir gedib-gəlirdilər. Arsaqın anası Varsenik Sabirin xətrini çox istəyirdi. Arsaq üçün nəsə alanda Sa-biri də yaddan çıxarmırdı. Sabirgil böyük ailə idi. Atası dünyadan vaxtsız köçmüşdü. İstər-istəməz kasıbçılıq onun əyin-başından görünürdü. İnsafən, Varsenik də Sa-bir üçün aldıqlarını ona elə verirdi ki, bunu digər qo-num-qonşular hiss eləmirdilər. Həmişə də deyirdi ki, din ayrı olsa da, elə qardaşsınız.

İllər keçdi, onlar orta məktəbi bitirdilər. Sabir peşə məktəbində oxuyub qaynaqçı oldu. Arsaq isə sənədlərini ali məktəbə verib mühəndis diplomu aldı. Hər yerdə onun həm dilli-dilavər olmağı, həm də Azərbaycan dilini yaxşı bilməyi karına gəlirdi. Axı ali məktəbi Bakıda İn-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

28

şaat İnstitutunda oxumuşdu. Bir-iki il keçməmiş onu Xankəndinin nəhəng tikinti idarələrindən birinə əvvəlcə baş mühəndis, bir il sonra isə müdir təyin elədilər. Sabir də həmin tikintidə qaynaqçı idi. İş yerində, səhər-axşam Arsaqla tez-tez rastlaşırdı. Arsaq onunla yenə mehriban görüşür, anasını, qardaşlarını soruşur, vaxtaşırı uşaqlıq dostlarından xəbər tuturdu.

Bir gün Arsaq onu yanına çağırdı: - Ara, Sabircan, sən nə vaxtacan qaynaqçı işləyə-

cəksən? - Yoldaş Hovsesyan, bu da mənim sənətimdir. Pis

deyil, dolanışıq üçün yaxşıdır. - Bilirəm, dolanışıq üçün yaxşı olar. Amma bir gün

xatası çıxar, səni yarı yolda qoyar. - Neyləyim, özgə nə iş görəsiyəm, - Sabir cavab

verdi. Onun cavabında bir ümidsizlik vardı. - Sürücülük işini bacararsan? - Bacararam, ancaq sürücülük sənədim yoxdur. - Yaxşı, hələlik bizim qarajda çilingər işlə, adını da

sürücülük məktəbinə yazdır, sonrasına baxarıq. Sabir sürücülük peşəsinə yaxşı bələd idi. Elə Arsa-

qın tapşırığı ilə sürücülük vəsiqəsi aldı. Arsaq da onu öz maşınına sürücü götürdü.

…Beləcə on il Arsaqın müdir işlədiyi idarənin mü-dir maşınının sürücüsü oldu. Sabirlə Arsaqın demək olar ki, hər günü bir yerdə keçdi.

Page 15: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

29

- Ara, musurman, gün keçir, özünə ev-eşik qurmu-san?

- Torpaq sahəm var, ev tikmək istəyirəm, hələ ki, mümkün olmur.

- Bəs niyə mümkün olmur? - Dolanışığımız sənin sayəndə yaxşı olsa da,

hələlik ev tikə bilmirəm. Sabir çoxdan evlənmişdi, üç övladı böyüyürdü. - Ara, bu tikinti, bu malın hamısı bizim əlimizdə

deyil, bəs niyə demirsən? Uşaqlıq dostu olsalar da, Sabir abrını gözləyən

adam idi. Axı onsuz da Arsaq hər ay maaşı qədər də ona əlavə pul verirdi. İndi Sabirin Arsaqa deyəcəyi yox idi. Və Arsaq da bunu başa düşdü. Tezliklə Sabir doğma Şu-şada özünə yurd-yuva qurdu. Arsaqın atası Hayes Hov-sesyan Xankəndidə elə sovet dövründə tikilmiş kilsədə Allaha qulluq edirdi, başqa sözlə, keşiş idi. Bir gün Ar-saq Sabiri yenə yanına çağırdı.

- Səninlə Şuşikəndə gedəcəyik. Şuşikənd Şuşadan bir qədər aşağı, mənzərəli bir

yerdə idi. Kənddə qəbiristanlığın yanında dayandılar. Kəndin kənarındakı evlərlə qəbiristanlığın arasındakı boş yerdə Arsaq maşından düşüb Sabirə əli ilə işarə elədi:

- Bax, görürsən bu kəndi. Bura bizim dədə-baba kəndimizdir. Biz buradan Şuşaya köçmüşük, Şuşadan da Xankəndiyə. Amma atam istəyir ki, bu kənddə, elə

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

30

qəbiristanlığa yaxın bir yerdə ev tikək. Necə bilirsən, Sabircan?

Həyat tərzinə, vəzifəsinə və imkanlarına görə çox-dan Sabirdən ayrılmış Arsaqın səmimi söhbəti Sabirə çox xoş gəlirdi. Dostunun onunla davranışı qəlbini qü-rurlandırırdı. Arsaq həmişə zarafatla ona “ay musur-man”, Sabir də ona “ay erməni” deyə müraciət edərdi. Həmişə zarafatyana söhbətləri olurdu.

- Ara, Sabir, san turkların ən yaxşısısan. Sabir də ona cavab verirdi: - Sən də ermənilərin. - Ara, san belə dözümlü, təmkinlisən. Nə desəm, nə

buyursam, heç birinə otqaz eləmirsən. - Mənim adımın mənası səbirli olmaqdır. O da Al-

lahın adlarından biridir. Bəs sənin adının mənası nədir? - Ara, bilmirəm, bu turklar deyirlər ki, bu söz bi-

zimdir. Özü də bu Qarabağın keçmiş adıdır. Sabir güldü. - Arsaqcan, bəlkə, elə sən də türksən? - Ara, yox, işləri korladın. - Axı niyə korladım? - Sabircan, nə olsun ki, addır da, qoyublar. İndi bir

addan ötəri milliyyətimi dəyişəsi deyiləm ki? Sabir dostunun xətrinə dəyəcəyini düşündü: - Yox, yox, Allah eləməsin, mən də bir söz demi-

rəm. İndi dostlar Hayes Hovsesyanın-Qarabağ keşişinin

arzusunu yerinə yetirmək üçün münasib torpaq sahəsi

Page 16: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

31

seçməli idilər. Arsaq Sabirə kəndin kənarından üzü qəbi-ristana tərəf baxan yeri göstərdi:

- Bax, evi burdan tikəcəyik. - Axı üzü qəbiristana baxır? - Ara, ay musurman, qəbiristana baxanda nə olar?

Atam butun ömrünü Allaha qulluq edib. İndi də belə is-təyir. İstəyir ki, övladları buraya gələndə elə balkondan onun qəbrinə baxsınlar.

Arsaqın inamlı danışığı Sabiri razı saldı. Düşündü ki, yəqin ki, elə belə olar. Qoca erməni bir gün dünya-dan köçəcəyini düşünüb bu qərara gəlib.

Beləcə, Şuşikənddə ikimərtəbəli, böyük, geniş ey-vanlı bir ev tikildi.

Bir gün yenə Arsaq maşını qəbir daşları sexinə sür-məyi tapşırdı. Burada qara, yaxud ağ mərmərdən baş daşları hazırlanırdı. Sabir maşından düşən kimi sol tərəfdə qoyulmuş iri baş daşını gördü. Üstündə Arsaqın atasının-keşiş paltarında, əlində uzun xaç tutmuş Hayes Hovsesyanın şəkli vardı. Doğum tarixi də yazılmışdı. Hələ doğum tarixindən sonra tire də qoyulmuşdu. Boş yer Hayes Hovsesyanın ölməyini gözləyəcəkdi.

Daşı Şuşikəndə apardılar. Həyətdə, evin qabağında, yumşaq ot topasının üstünə atdılar. Bir il sonra Hayes Hovsesyan dünyasını dəyişdi. Şuşadan, Xankəndidən, ətraf kəndlərdən onun yas mərasimində iştirak edənlərin sayı-hesabı yox idi. Hətta mollalar da təşrif buyurmuş-dular. Əlbəttə, Hayes Hovsesyan da məşhur idi. Vilayət-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

32

də hörmətli adam kimi tanınırdı. Arsaqın da nüfuzu çox böyük idi. Üstəlik də böyük idarənin müdiri olasan. Axın-axın adamlar gəlirdilər. Hətta eşidəndə ki, Hayes Hovsesyan özü qabaqcadan baş daşı hazırlatdırıb-özü də bir il əvvəldən, buna da təəccüb edənlər çox oldu. Ayrı vaxt mollalar deyərdilər ki, bu, günahdır. Ancaq indi daşın ölümdən qabaq hazırlanmasına Hayesin müdrikli-yi, uzaqgörənliyi kimi baxırdılar. Mərasim təntənəli keçdi. Çıxış edənlər Hayes Hovsesyana rəhmət oxuyur, onun ağlından, böyüklüyündən danışırdılar. Səksən il-dən yuxarı ömür yaşasa da, «hələ azdır, dünyadan tez getdi»,-dedilər. Qalan ömrünü də oğluna-Arsaqa və nə-vələrinə arzuladılar.

Bir gün Sabir eşitdiyi xəbərdən qüssələndi. Özü də Arsaqdan:

- Hə, Sabircan, biz ailəliklə Yerevana köçürük. Mən də iş yerimi dəyişib oldum. Dünyaya etibar yox-dur. Məndən sonra səni idarədən çıxararlar. Dolanışığın çətinləşər. Gəl sənə bizim avtobazaya tikinti üçün gətiri-lən təzə «Zil» maşınlardan birini verim. Özün üçün işlə-yərsən. Buradakılara da tapşıracağam sənə dəyib-dolaş-masınlar. Prokror, milis rəisi-hamısı bizimkilərdi. Uzaq-dan-uzağa olsa da gözüm üstündə olacaq. Sənə dəyib-dolaşan olmayacaq.

Uşaqlıq dostundan ayrılmaq Sabir üçün çətin idi. Arsaqın ona belə qayğı ilə yanaşmasından da çox təsir-ləndi. Hələ kövrəldi də.

Page 17: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

33

Arsaq ailəsi ilə Yerevana köçdü. Sabir hələ köhnəl-məmiş «Zil» maşını ilə ailəsini dolandırır, uşaqlarını böyüdürdü.

Iki il keçdi. Sabir bazadan təzəcə yük vurub çıx-mışdı. Hələ, bəlkə, yüz metr də aralanmamışdı. Yolun kənarında dayanmış adamı tanıdı. Gözlərinə inanmadı. Bu, Arsaq idi. Tez maşını saxlayıb düşdü. Qucaqlaşıb görüşdülər. İkisinin də gözləri doldu.

- Ara, Sabircan, sən məni də ağladacaqsan. Daha qocalırıq. Dunya dəyişir. Görürəm, elə sən də saçı-saq-qalı ağartmağa başlamısan.

- Hə, doğru deyirsən. Az qala heç səni də tanıma-mışdım. Sən də çox dəyişmisən.-Sabir dostunu bir də qucaqladı,- Hə, indi mən qayıdıram bazaya.

- Niyə, bəs maşının yüklüdür axı.-Arsaq maşını göstərib etiraz elədi,- yox, yox qayıtma, yükü yerinə çat-dır.

- Arsaqcan, axı ayıbdır, sən Yerevandan bura gələ-sən, bizim evə getməyək?

- Yox, Sabircan, evə getməyə vaxt yoxdur. Elə səni görmək istədim. Həm də bir az… Arsaq sözünün geri-sini saxladı.

- Hə, hə. De, nə sözün var.-Sabir sevindi ki, dostu-nun ona bir işi düşüb, bəlkə, nəsə bir kömək lazımdır. Heç olmasa bir az əl yetirər, dostu da razı qalar, özü də.

- Hə, Sabircan, səninlə Şuşikəndə gedəcəyik. Ya-dındadır, axı bizim orada evimiz vardı. Atamın qəbri…

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

34

- Hə, hə, əlbəttə, hamısı yadımdadır. Özü də hər də-fə yolum düşəndə evə də, həyət-bacaya da baxıram. De-yəsən, sizin qohumlarınız olan ermənilər yaşayırlar.

- Hə, elədir, orada yaşayanlar mənim xalam uşaq-larıdır. Anam Varsenikin bacısı uşaqları.

- Həyət-bacaya pis baxmırlar.-Sabir dostunu ev sarıdan nigarançılıqda qoymaq istəmədi.-Yolum düşən-də atanın da qəbrini ziyarət edirəm. Onlar da məni qo-naq eləməmiş buraxmırlar.

- Hə, indi yükü hara aparırdın? - Elə bu yaxına,-Xankəndinin yaxınlığındakı

tikintiyə. - Gedək yükü boşalt, sonra bir Şuşikəndə qalxaq. Onlar birgə maşına əyləşdilər. Yükü boşaldıb Şuşi-

kəndə gəldilər. Arsaq qonşuları ilə görüşdü. Axşamüstü elə həyətdəcə Qarabağın yay sərinliyində çay içdilər. Sonra stol arxasında Sabirlə üzbəüz qalanda Arsaq dedi:

- Hə, indi sənə bir söz deyəcəyəm. - De, Arsaqcan, nə sözün var, de. – Bilirsən, Sabircan, kişi o vaxt rəhmətə gedəndə

mənə demişdi ki, birdən Yerevana köçərsən... Axı bilir-sən də, orada da atamın vəzifəli dostları çoxdur. Ermə-nistanın böyük keşişi atamla canbir qəlbdə idi. Orada mənə böyük vəzifə təklif elədilər. Mən də ona görə kö-çüb Yerevana getdim. Nazirlikdə işləyirəm. Sözümün qabağına söz deyən yoxdur. Mərkəzi Komitənin katib-ləri ilə oturub-dururam. Hələ üstəlik onların işi məndən

Page 18: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

35

keçir. Nə problemləri olsa, mənə deyirlər, mən həll edi-rəm… Hə, qardaş, o vaxt atam vəsiyyət elədi ki, birdən Yerevana köçəsi olsam, onun baş daşını da aparım. Rəmzi də olsa, onun üçün bir qəbir tikim.

Sabir dostunun Yerevanda böyük vəzifədə işləmə-sindən çox məmnun oldu, sevindi:

- Çox yaxşı, sən də apar da… - Bilirsən, mən indi başdaşını aparmağa gəlmişəm.

Sabircan, hər adama söz demək olmur. - Kimə istəyirsən deyək. - Yox, başqasına niyə deyirik ki? Elə sən apar. Qa-

zancı da sənin olsun. - Lap qazanc məsələsi olmasa da apararam. Mənim

gözüm üstə. Ancaq sənəd-filan işi necə olsun? - Ara, bayaqdan sizinkilər demiş, bir quranlıq söz

danışmışam, yenə deyirsən sənəd-filan necə olsun? Ara, burdan Yerevana qadar bir kimsə bizə bir söz deyə bil-məz. Hamısına özüm cavabdehəm.

Dostunun bu cür inamlı danışığından sonra Sabirin deməyə sözü qalmadı.

- Mən hazır. - Hə, indi gərək kənddən beş-on cavan çağıraq,

daşı maşına yükləsinlər. Sən qocaq kişisən, mən səni tanıyı-ram. İki saata işlərimizi qurtarıb burdan çıxsaq arxayın sabah günorta üstü, uzağı axşamtərəfi Yerevan-dayıq.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

36

Sabir bayaq yemək vaxtı Arsaqın içki içməməyinin səbəbini indi başa düşdü. Yoxsa özü də içərdi, Sabiri də içirərdi.

…Yolu yaxşı getdilər. Hər dəfə yol milisinin «sax-la» işarələrinin cavabını Arsaq verirdi. Deyə, gülə, zarafatlaşa-zarafatlaşa, hələ bir-iki saat da yolda yatıb dincələndən sonra arın-arxayın Yerevana çatdılar.

Mənzərəli bir yerdə Arsaqın mülkü vardı. -Ara, şəhərdə mənim bilirsən, necə evlərim var.

Ancaq bura mənzərəsinə görə mənə Şuşanı xatırladır, Şuşikəndə oxşayır. Şəhərdə yaşamaqdan elə də xoşum gəlmir. Stepanakert kimi gözəl şəhərdə mən darıxırdım. Bilirsən də, o şəhər də sizin keçmiş xanların kəndi olub. Oralarda at saxlayırmışlar.

Sabir: - Hə, düzdür, elə oranın əvvəlki adı Xankəndi olub,

- dedi. - Doğrudur,-Arsaq etiraz eləmədi… Hə, indi qaldı

maşının banını qaldırmaq. Qaldır daşı at yerə. Sabir elə bildi ki, Arsaq Yerevanın yaxınlığına ça-

taçatda restoranda içdiyi arağın təsirilə belə deyir. Ona görə etiraz elədi.

-O daşı yerə o cür atmaq olar? Birdən daş sınar, atanın da ruhu inciyər axı.

- Ara, gic musurman, a turk, atamın ruhu daşda neyləyir? O göydə olar, o da olsa… Sən maşının banını qaldır.

Page 19: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

37

Sabir təəccüb içində sükanın arxasına keçdi, maşı-nın banını qaldırdı. Daş sürüşüb həyətin ortasına düşdü.

Arsaqın oğlanları da buradaydılar. Sabirlə də meh-riban görüşmüşdülər. Arsaq böyük oğluna üz tutdu:

- Kumpulu bura gətir, - dedi. Arsaqın böyük oğlu ağır, daşsındıran aləti-kumpu-

lu gətirdi. Arsaq Sabirə: - Götür o kumpulu, vur bu daşa. - Arsaq, mən başdaşını necə sındırım?-Sabir bir qə-

dər təəccüblə, bir az da inamsız Arsaqın üzünə baxdı. - Niyə sındırmırsan ki, adam deyil ki, daşdır da. Sabir kumpulu göyə qaldırdı. Daşa vurmaq üçün

qüvvəsini topladı. Ancaq əli gəlmədi. Kumpulu daşın böyrünə atıb kənara çəkildi:

- Mən başdaşını sındıra bilmərəm. Arsaq böyük oğluna işarə elədi:-Vur daşı. Beş-altı zərbədən sonra daş paralandı. Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl

üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əşya-ları daşın ortasından axıb töküldü. Sabirin heyrətdən gözləri bərələ qaldı. Arsaq qızıl onluqlardan ikisini gö-türüb Sabirə verdi.

- Ara, bu, sənin haqqındır. Özünün halal zəhmət haqqın. Bu beş dənəsini də sizin gic musurmanlarda bir halallıq məsəli var, ona görə verirəm.

Sabirin bayaqdan bəri-dəfinəni görəndən bəri bərəl-miş gözləri, açılmış ağzı üzünə qəribə bir görkəm

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

38

ver-mişdi. Bütün bunların nə demək olduğunu hələ anlaya bilmirdi. Qızıl onluqları Arsaq Sabirin cibinə tökdü.

- Hə, indi gedək evə, istirahətə. Həqiqətən Arsaqın çox dəbdəbəli evi vardı. Sabir istəməsə də Arsaqın tələbi ilə hamamda yu-

yundu, paltarını dəyişdi. Ona təzə kostyum, ayaqqabı gətirtdi.

- Hə, Sabircan, bax gör özünü tanıyırsan? Sabir utanır, bir qədər də xəcalət çəkirdi. - Hə, indi keçək süfrəyə. Gecəni də burda qalacaq-

san. Sabah gedərsən. Bir-iki qədəhdən sonra Arsaq lap qızışdı: -Ara, gic musurman, a turk, bu sərvətlər hamısı siz-

indir. Bu dəfinənin hamısını atam toplayıb. Doğrudur, mən də az verməmişəm. Bu, erməni kilsəsinin nəzarəti altındadır. Vaxt gələcək, hamısı lazım olacaq.

Sabir məəttəl qalmışdı. Amma özünü saxlaya bil-mədi:

- Nəyə lazım olacaq?-Soruşdu. - Necə nəyə lazım olacaq? Ara, başına çarə qıl. Biz

Qarabağı Yerevana birləşdirəcəyik-Arzaq qəhqəhə çək-di.

Onun danışığından Sabirin ağlı bir şey kəsmədi. “Bu boyda Sovetlər İttifaqına nə olub ki, Arsaq burada torpaq bölür?” Gecəni ilan vuran yatdı, Sabir yatmadı. Ağlına qara-qura fikirlər gəlirdi. Səhər açılırdı. Heç nə

Page 20: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

39

olmayıbmış kimi, səhər yuxudan oyandılar. Sabirin gözündə Arsaq yenə əvvəlki kimi mehriban, onun uşaqlıq dostu, təmiz ürəkli oğlan idi. Arsaq gülərüzlə Sabiri yola saldı. Ayrılmazdan əvvəl zarafatla yavaşca onu itələdi:

-Ara, Sabircan, axşam içki məni bir az tutmuşdu, arvad deyir sarsaqlamışam... Ağlına başqa şey gəlməsin, orda-burda da artıq-əskik söz danışma. Danışan da de-yilsən, bilirəm.

- Arxayın ol, Arsaq, biz ki, bir-birimizi tanıyırıq,-bəlkə də, Sabir bu sözləri artıq axşamdan canına hop-muş, hələ də onu tərk etməmiş qorxu hissindən irəli gə-lən bir həyəcanla dedi.

Ayrıldılar… Sabir evlərinə döndü. İki həftə sonra idarə rəisinin əmriylə “Zil” maşını Sabirin əlindən al-dılar. Sabir yenə də əvvəlki kimi tikintidə fəhlə işləməyə davam etdi. “Zil” maşın yoxa çıxdı. Sonralar Sabir Arsa-qın o maşını Yerevana apardığını eşitdi...

Sabir uzun illər bu hadisəni unutmadı. Arsaqı da bu illər ərzində görmədi. Qarabağda hadisələr gərginləşən-də, müharibə alovu ətrafı cənginə alanda Sabirin həm-yerliləri arasında döyüşlərdə yaralanmış Həsən yaxın dost bildikləri Arsaqın erməni dəstələrinə komandirlik etdiyini, əsir götürdükləri adamlarımızı özümüzünkülərə pulla satdığını Sabirə söyləyəndə onun xəbəri yox idi ki, on il əvvəl Sabirin ürəyinə xal düşmüşdü. Dost, qardaş deyə-deyə Arsaq onun maşınında Şuşadan Şuşanı almaq

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

40

üçün silah-sursatın pulunu aparmışdı. Onunla da Sabirin yurdunu işğal eləmişdi. Sabir uşaqlıq yoldaşı Arsaqın gülümsər, mehriban bildiyi baxışlarını göz önünə gətirir, hər dəfə “ay musurman” deyərək, Sabirin zarafat kimi qəbul etdiyi sözlərini xatırlayır, içini qeyrət hissi yandı-rırdı. Sabir Arsaqı görmək istəyirdi, son dəfə onunla üz-üzə gəlmək istəyirdi, ürəyində uşaqlıq dostuna deyiləsi sözlər vardı...

Tale onları bir də görüşdürdü. Sabir və bir neçə şuşalılar Şuşa uğrunda döyüşlərdə erməni dəstələri tərə-findən mühasirəyə alındı. Onların sağ qalanlarını Xan-kəndiyə gətirdilər. Sabir də onların arasında idi. Hə-yətin ortasında əli bağlı azərbaycanlıları döyürdülər, iş-gəncə verirdilər. Azərbaycanlı əsgərlərimizdən Aydın uca səslə onlara söyürdü. Bu zaman pəncərədən açılan güllə onu susdurdu. Sabir başını qaldırıb pəncərəyə tərəf baxdı. Gözlərinə inanmadı, Arsaqı gördü. Sonra pəncərə bağlandı. Sabir onları döyən ermənilərdən birinə başçı-larını görmək istədiyini bildirəndə erməni əli bağlı Sa-biri təpiklə vurub arxası üstə yıxdı. Sabir var gücüylə bağırdı, onu söydü. Bu zaman yenə pəncərə açıldı. Ona tuşlanan silahlı Arsaqı gördü:

-Arsaq! Arsaq növbəti qurbanının özünə tuşlanmış qəzəbli

baxışlarını gördü, diqqətlə baxdı, Sabiri tanıdı.

Page 21: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

41

Həyətə düşdü, Sabirə yaxınlaşanda Arsaqın ona di-kilmiş cüt yırtıcı baxışlarını gördü. Arsaq qəhqəhə çək-di:

-Ara, Sabircan, bu sənsən?-onun qarşısında çöməl-di, istehzayla,-bu gününü görməyəydik.

Sabir ağız dolusu onun üzünə tüpürdü: -Namərdlər! Üz-gözü tüpürcəyə bulaşmış Arsaq qolu ilə üzünü

sildi. Sabir nifrət dolu gözlərini ona dikmişdi. O gözlər-də Arsaq özünə tanış olan səmimiyyəti deyil, nifrəti gö-rəndə ayağa qalxdı, Sabirdən bir qədər aralandı, binaya tərəf getdi, birdən ayaq saxladı, geri döndü, erməni si-lahlılarına:

-Hamısını güllələyin,-barmağını Sabirə tərəf tuşladı,-bu yetimi yaxşıca kötəkləyin, bir gözünü çıxar-dın, öldürməyin, satın, pulumu gətirin. Onun mənə bor-cu var. Beş il maşınımla pul qazanıb, dədəsinin malı ki-mi xərcləyib. Türk küçüyü borcumu verməlidir.

...Arsaqın istədiyi böyük məbləğdə pulu verib bir gözü tökülmüş Sabiri əsirlikdən qurtardılar. Sabir Bakı-da ailəsilə birgə daldalandığı yataqxanaların birində Şu-şa işğal olunan ilin tamamında-mayın 8-də vəfat etdi. Əzizlərinin Sabirdən son dəfə eşitdikləri bu sözlər oldu: “Düşmən ocaq başındaymış”.

ZİRZƏMİDƏ QAZILAN MƏZAR

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

42

Gecənin sərt, qarlı havası Ərşadın iliyinə işləyirdi.

Çox çətinliklə də olsa evlərinin həndəvərinə qədər sürünə-sürünə gəlib çıxa bilmişdi. Meşədə rastlaşdığı meyitlərin içində anasının cəsədini tapa bilməyən Ərşad tam əmin olmuşdu ki, murdar ermənilər onu girov götür-müş olacaqlar.

Meşədə, düzlərdə gördüyü dəhşətli mənzərələri ya-dına saldıqca, artıq yaxınlığında olduğu evlərinin tüstü-ləndiyini gördükcə sümüklərinə qədər sızıldayan bədə-ninin ağrısını qəzəbindən unudan Ərşad anasını qoyub getdiyi kimi tapmayacağına əmin olsa da, həyətlərinə, yanan evlərinə girmək fikrində qətiyyətli idi.

Xocalının işğalından iki gün əvvəl işlə bağlı mühüm sənədləri Bakıya nazirliyə aparmalı oldu. Anası arxasın-ca su atdı, oğluna yaxşı yol arzuladı. Səhər tezdən Bakı-ya yola düşən Ərşad axşam eşitdyi xəbərdən özünə gələ bilmədi. Qardaşı Mehdi ilə gecə ikən evdən çıxdılar... Ağdamda gördüklərinə, eşitdik-lərinə qardaşı Mehdinin ürəyi dözmədi. Xəstəxanaya yerləşdirdiyi Mehdiyə söz verdi ki, harada olsa anasını tapacaq. Əvvəlcə Ağdamın Gülablı kəndinə-xalası Güləsərgilə getdi. Orada yox idi. Xalası üz-gözünü cırım-cırım eləmişdi. Ərşadı sağ görəndə şivən qopardı:

-Ox, evin yıxılsın, düşmən. Nə yaxşı, ay bala, nə yaxşı sağ qalmısan.

Page 22: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

43

Onun Xocalıdan iki gün əvvəl çıxdığını biləndə arvad yumruqlarını dizlərinə çırpıb, o ki var ağladı. Səsi-nə qonşular da yığışdı... Taqətdən düşmüş Güləsər xala yerdə çöməldi. Ərşad yubana bilməzdi. Tələm-tələsik xudahafizləşib həyətdən çıxdı. Qərargaha gəldi. Allah-verdini çox axtardı, tapmadı, dedilər ermənilərlə danışı-ğa gedib, əsirləri geri almağa çalışırlar.

Ərşad vaxt itirə bilməzdi. Qərargahın qarşısında özü kimi qıvraq bir hərbiçiyə yanaşdı. Onu qırağa çəkdi:

-Gəl paltarımızı dəyişək. Ayaqqablarımızı da. Hərbiçi onun üzündəki iztirabdan hər şeyi başa

düş-dü: -Verməyinə verərəm, amma nə mənası? İki gündə

hər yeri ələk-vələk eləmişik. Sağ qalan yoxdur. Qaça bi-lən qaçıb, öldürdüklərini öldürüblər, qalanlarını da apa-rıblar. Xocalıya girmək qeyri-mümkündür. Ermənilər nəzarəti ələ alıb. Çətin...

Ərşad onun sözünü ağzında qoydu: -Vaxt daralır. Keçək bir yerə,-əynindəki paltarlara

işarə elədi. Hərbiçi onun arxasınca getdi. Ərşad bu paltara öyrəşmişdi. Şəhərə getdiyi üçün

kostyum, kurtka geyinmişdi... Indi o yandırılan, talan edilən evlərindən iki yüz

metr aralı Əliş kişigilin bağının yanında kolluqda uzanıb ehtiyatla ətrafa baxırdı. Sakitlikdən qulaq batırdı. O, qaranlıq düşməsini gözləməyə məcbur idi...

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

44

Ətrafda ağ qaradan seçilməyəndə bağı keçib evlə-rinə tərəf süründü. Yanmış millər qapqara qaralmışdı, evlərinin qarşısındakı dirək yana əyilmişdi. Qaranlıqda nənəsinin zivədəki paltarlarını gördü, kövrəldi, yaş bo-ğazına tıxandı:

-Hardasan, ana? Başına dönüm ana, hardasan?... Xəyal onu çox uzaqlara aparmışdı. Bütün uşaqlığı,

gəncliyi bu məhəllədə keçib. Ermənilərlə münasibətlər də birdən-birə gərginləşdi. Birdən-birə hələ dünənə kimi onların ayaqqabılarını yamayan, paltarlarını tikən, qapı-larında boğaz otaran ermənilər “Qarabağ bizimdir”, de-dilər. Ərşad, onun yaşıdları bu söhbətlərə o qədər də mə-həl qoymadılar. “Qarabağ bizimdir”- deməklə Qarabağı çiyinlərinə alıb aparası deyildilər ki?! Kim onların dədə-baba torpağına sahib çıxmağa ürək edərdi? Ermənilərdə o cəsarət ola bilməzdi. Amma o cəsarəti onlara verənlər tapıldı. “Arxalı köpək qurd basar” deyərlər. Xocalı ca-maatı o köpəklərin itilənmiş dişlərinə tuş gəldi...

Ətrafa baxdıqca, baş verənləri göz önünə gətirdik-cə Ərşadın gözlərinə qan sızırdı, qeyrət, qəzəb, intiqam hissi onu didib parçalayırdı...

Ətrafa tam sakitlik çökmüşdü, yavaşca yerindən qalxdı, səssiz addımlarla həyətlərinə doğru addımladı, həyətin dağıdılmış qapısından içəri girdi, evə sarı getdi, içəri girdi. Qaranlıq idi. Hərbiçi oğlandan götürdüyü fa-narı yandıra bilməzdi. Lap yaxınlıqdan arabir maşın səsi gəlirdi. Ehtiyatlı olmalı idi. Onsuz da son vaxtlar qaran-

Page 23: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

45

lıqda oturub-durmağa öyrəşmişdilər. Otağın qapısı yerdə idi. Hiss olunurdu ki, içəridə heç nə qalmayıb. Daşın-mışdı. Anasının qapı ağzına saldığı, həmişə ayağını ox-şayan xalça da yox idi. Ərşad bunu hiss etdi.

-Ana, haradasan? - yarıaçıq ağzına dolan soyuq hava boğazını qovuşdurdu. Səsi xırıldadı.

Ayağına nəsə ilişdi, əyildi, əli ilə yoxladı, mütəkkə idi. Anası peçin yanına atardı onu, Ərşad ona dirsəklən-məyi çox sevərdi. Mütəkkə sanki onun bütün yorğunlu-ğunu yada saldı. Taqətsiz halda yerdə oturdu, mütəkkəni özünə tərəf çəkdi, dirsəkləndi, ürək parçalayan, dəhşətli mənzərə idi. Göz gözü görməyən soyuq otaqda yanmış divarlar üstünə gəlirdi. Ərşad gözlərini qapadı... nə qə-dər qaldığını bilmədi. Birdən qulağına qəribə səslər gəl-di. Bu səslər aşağıdan, zirzəmidən gəlirdi. Ərşad dik-sindi. Zirzəmidə kim ola bilər? Ərşad qımıldanmadan dayandı, zirzəmidən gələn səsə qulaq kəsildi.

-Yox, bu, ola bilməz. O düşündüklərinə inana bilmədi. Bizimkilər, ora...

birdən yerindən dik atıldi: –Bunlar... Ərşad sakitcə yenidən yerə uzandı, sağ qulağını dö-

şəməyə dirədi, diqqət kəsildi. Səs yox idi: “Məni qara basıb. Heç kim yoxdur”.

Yenidən mütəkkəni özünə tərəf çəkib uzandı. Er-mə-nilərlə ara qarışanda ehtiyat un, ərzaq qoymaq üçün ana-sının məsləhəti ilə Ərşad yataq otağının altında

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

46

zirzəmi qazdırdı. Eni dörd, uzunluğu üç metr olan zirzəmiyə yağ, un kisələri qoymuşdular. Yeganə giriş və çıxış ora-dan idi. Ərşad fikrə getdi. Səhər toranlığında əmisi oğlu Həmidin evinə də baş çəkmək qərarına gəldi, gözlərini qapadı.

Səhərə yaxın qulağına gələn səsdən dik atıldi. Çöldə iki sahibsiz it boğuşurdu. Birdən qəfil güllə səsi gəldi, itin biri zingildədi, susdu, sonra qarışıq səslər eşidildi. Ərşad sürünə-sürünə yanmış, şüşələri çilik-çillk olmuş pəncərəyə sarı getdi, ehmalca başını qaldırıb səs gələn tərəfə baxdı. İkl erməni arvadı, bir orta yaşlı əli silahlı erməni kişi idi. Əllərində boxçalar vardı. Hiss olunurdu ki, qarət olunmuş evləri gəzırlər. Onlar evin qabağında dayananda Ərşadın qulağına yenə səslər gəldi. Bu səs içəridən gəlirdi, boğuq səslər idi. Ərşad bir an bilmədi neyləsin. Ermənilər içəri girsəydilər onu görə bilərdilər. Bir tərəfdən də zirzəmidən gələn səslər...

Erməni kişi qapının astanasında dayandı: -Arsen, gəl baxaq,-ermənicə qadınlardan birini səs-

lədi. O da ermənicə bildirdi ki, yanmış evdə nə tapacaq-

lar. Ərşad onları üzdən tanımasa da, başa düşdü ki,

bun-lar dağılmış evləri talayırlar. Ərşadın qan beyninə vurdu. Amma özünü ələ aldı. Erməni o biri otağa girəndə o ya-vaşca küncdəki yanmış kitab şkafının

Page 24: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

47

arxasına keçdi. Həyəcan içində idi; kaş zirzəmidəkilər susaydılar...

Erməni təkrar qadınları səslədi: -Bura gəlin. Erməni qadınlar içəri girəndə Ərşad silahı hazır

tut-du. Çünki erməni silahlı idi. Onlar yataq otağına keçdi-lər. Elə bu zaman zirzəmidən səslər gəldi, açıq-aydın səslər eşidilirdi, uşaq ağlayırdı. Erməni qışqırdı:

-Kim var orda? Səs kəsildi. Ərşad əmin oldu ki, zirzəmidə adamlar

var, özününkülərdir. Anasından qeyri burda kim ola bi-lərdi ki?

Ərşad fikirləşənə qədər erməni kişinin qışqırığına erməni arvadlardan biri qapıya sarı qaçdı, ayağı ilişib yıxıldı, zarıdı. O biri qadin ona tərəf getdi. Erməninin si-lahının tətiyinin səsı gəldi. Sonra Ərşad hiss elədi ki, o, zirzəminin qapısını qaldırdı. Ordan açıq-aydın qadin-uşaq səsi gəlirdi.

Erməni azərbaycanca: -Çıxın, türk köpəyuşağı. Gör harada gizləniblər?! Erməni qadın erməni kişinin yanına qaçdı: -Samvel, dəymə, gedək burdan. Samvel güldü: -Nə? Aparacam bunları, satacam. Arvad hirsləndi: -Türklər sənin dərini soyarlar. Bizi bu işə qarışdır-

ma.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

48

Erməni ona qışqırdı, onlar savaşan anda Ərşad bir göz qırpımında arxadan onlara yaxınlaşıb kişini itələdi, yerə yıxdı, silahı aldı, erməni qadın yerində quruyub qaldı, qəfildən də yıxıldı, özündən getdi.

Samvel zirzəminin qarşısında dizi üstə çökmüşdü. Ərşad onu kənara itələdi, qəzəblə:

-Səsiniz çıxsa gəbərdəcəm sizi. Onun səsinə zirzəmidən qonşusu Tələtin səkkiz

yaşlı oğlu Vüsal boylandı. Ərşadı, yerə yıxılmış qadını, dizi üstə çökmüş ermənini görüb özünü Ərşadın üstünə atdı:

-Ərşad əmi, ay Ərşad əmi, - uşaq hönkürdü. Tələtin arvadı Zöhrə qucağında körpə qızı zirzəmi-

dən qorxu içində ətrafa boylandı, Ərşadı görüb ah çəkdi. Onlar zirzəmidən çıxdılar. Qapının ağzına ilişib yıxılmış erməni arvadı zarıyırdı. Ərşad onu da sürüyüb erməni kişinin yanına gətirdi. Erməni arvadının dizindən qan axırdı, kişini qarğıyıb söyürdü...

Ərşad onlara susmağı əmr etdi. Qadın susdu, erməni Samvel qorxusundan şalvarını batırmışdı. Ərşad kinli bir istehzayla:

-Kişiliyin budur? Hələ bir bunları aparıb satmaq eş-qində idin.

Samvelin dili qapanmışdı. Ərşad Zöhrəyə onların əl-lərini bağlamağı əmr etdi. Zöhrə uşağa bükdüyü mələ-fəni cırıb onların əllərini bağladı. Ayağı yaralı erməni arvadı Ərşada yalvarırdı ki, onları buraxsın.

Page 25: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

49

Tələtin oğlu Ərşada sığınmışdı. Ərşad Zöhrədən anasını soruşdu. Zöhrənin donuq gözlərini görəndə sua-lını bir də təkrar etdi:

-Çöllərə, düzlərə tökülənlərimizdən artıq deyilik. Hanı anam? Girov apardılar?

-Ərşad əmi, nə yaxşı gəldin. Bizi qurtarmağa gəldin? Anam deyirdi, mütləq gələcəksən. Nənə də deyirdi.-Vü-sal dil boğaza qoymurdu.

-Hanı anam? – Ərşad bir də Zöhrəyə baxdı. Zöhrə hıçqırdı, çox çətinliklə də olsa zirzəmini göstərdi. Ərşad dlksindi.

-Axşam... havası çatmırdı. Qonum-qonşuda ayağı yer tutan evini tərk etdi. Tələt gəlib çıxmadı. Tapşırmış-dı ki, Gövhər xalanı tək qoymayaq. Bir şey olsa onu da özümüzlə aparaq. Qonşular da gəldi, Gövhər xala ipə-sapa yatmadı, evimdə ölərəm, amma çıxmaram dedi. O getmədi, mən də uşaqları götürüb yanına yığışdım. Gecə mərmi, tank səsindən, haray-qışqırıqdan qulaq tutulanda Gövhər xala bizə zirzəmidə gizlənməyi məsləhət gördü. Üç gündür buradayıq. Onu qoyub gedə bilməzdim. O əmin idi ki, zirzəmidə bir müddət qala bilərik, gizlənə-rik. “O vaxtacan Tələt də, Ərşad da gələr”-deyirdi.

Ərşad cəld zirzəmiyə yaxınlaşdı. Qaranlıqda anasını üzünə örpəyi salınmış halda un kisəsinə söykənmiş gör-dü. Samvel qorxudan sapsarı saraldı. Onları sağ buraxacağına artıq inamını itirib, yalvarmağa başladı:

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

50

-Bizim günahımız yoxdu. Mən, mənn.. öldürmə-dim... mən...

Zöhrə özünü saxlaya bilmədi, var gücüylə ona bir təpik vurdu:

-Sus. Kişi susdu. Ərşad əlindəki silahı yerə qoyanda

Zöh-rə uşağı yerə buraxıb silahı götürdü. Ərşad zirzəmiyə endi. Anasının cəsədini oradan götürüb döşəməyə qoy-du. Erməni Samvel arvadın taxtaya dönmüş cəsədini görüb ağappaq ağardı. Ərşad zirzəmidən çıxdı, anasını qucağına aldı, evin yuxarı hissəsinə apardı, üzünü açdı, sürüşüb yanına düşmüş ağ nazik hörüklərini əlinə alıb üzünə apardı, qoxladı, gözündən bir damla belə yaş çıxmadı, ağlaya bilmirdi, zəif, arıq anasının başını dizləri-nin üstünə qoydu, əbədi yumulmuş gözlərinə baxıb pı-çıltı ilə:

-Ana, sən nə xoşbəxt insansan. Sən xoşbəxtsən, val-lah, xoşbəxtsən,-sanki zorla gülümsədi,-mən dəli ol-mamışam. Vallah oğlun düz deyir. Sən çöllərdə, düzlər-də özün yaşda güllələnmiş, baltalanmış, əl-ayağı sarınıb öldürülmüş, heyvanlar parçalamış ellilərini-xocalılıları görsəydin, onda bilərdin ki, niyə sənə xoşbəxt insan deyirəm.-Səsinə ara verdi:-hələ bir də iki qat xoşbəxtsən ki, o törədilən vəhşilikləri gözlərinlə görmədin, şahidi olmadın, belə köçdün dünyadan... öz evində, öz ocağının qırağında... Can ana, can. Bağışla məni ki, vaxtında da-dına çatammadım. Son nəfəsində burada olsam da...- ba-

Page 26: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

51

şını buladı, yanıqlı bir səslə,-qurbanın olum, ana, məni bağışla,-dedi, səsi qırıldı...

Ehmalca anasının üzündən öpdü, yerindən qalxdı, bir də zirzəmiyə endi. Sonra erməninin əllərini açıb onu zirzəmiyə itələdi. Oradakı un kisələrini çiyninə alıb çı-xartmağı əmr etdi. Samvel kisələri çıxartdı.

Ərşad qıraqdakı kürəyi ona göstərdi: -Götür onu, bir qəbir qazaq. Samvel kirimişcə beli götürdü... Ərşad erməni ar-

vadlarına baxdı, sonra əli silahlı Zöhrəyə baxdı. Gözləri ilə “diqqətli ol”-dedi, otaqdan çıxdı, az keçmədi bir ved-rə su ilə geri döndü. Zöhrə hər şeyi anladı. Silahı yerə qoyub o biri otağa keçdi. Tüstüdən saralmış bir mələfə ilə geri döndü. Ərşad onun baxışları altında ananın cə-sədini yerdən götürdü, bir də sinəsinə basdı, zala ke-çirdi. Zöhrə onu uşaqların yanına göndərib Gövhər xala-nı soyundurdu, soyuq su ilə ağlaya-ağlaya cəsədini yu-du, qüsl elədi. Sonra yanında oturub həzin-həzin ağı de-di, ağladı. Erməni arvadlar da ağlayırdı. Ərşadın qəhər boğazına çökmüşdü. Qəbir hazır oldu. Samvel Ərşada anasının cəsəsdini torpağa qoymağa kömək etmək istə-sə də Ərşad qoymadı. Ərşad özü anasını dəfn etdi.

Uşaq acından ağlayırdı. Zöhrə xalatının cibindən əskiyə bükülmüş bir parça çörək çıxartdı, kəsdi, yarısını ona verdi. Uşaq çörəyi gözünə təpdi. Hava soyuq və çiskinli idi. Ərşad Zöhrəyə uşaqları bükməyi tapşırdı.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

52

Zöhrə uşaqları geyindirdi, Ərşad Samvelə tərəf baxdı, arvadları göstərdi:

-Aç onların qollarını. Samvel onların qollarını açdı. Zöhrə ayağı yaralan-

mış qadının yarasını mələfə çırığı ilə sarımışdı. Ərşad onu yerdən qaldırdı. Samvelə: -Meşəyə qədər bizə yardım edəcəksiniz. Bizi sat-

sanız özünüzdən küsün. Onlar həyətə düşdülər. Ərşad ayağı yaralı erməni

qadının çox çətin yeridiyini görüb ayaq saxladı. Samve-lə tərəf baxdı, qadını göstərdi:

-Nəyindir? -Qonşumdur. O da bizim arvaddı,-evdə olanda

Sam-veli söyüb-qarğıyan qadını göstərdi. Ərşad ayağı yaralı qadına tərəf çevrildi: -O, meşəyə qədər yaralı ayaqla gedə bilməz. Qadın sapsarı saraldı, birdən yalvarmağa başladı: -Öldürmə məni. Ərşad: -Sən burada qal. Onları gözlə. Samvelin arvadı qorxa-qorxa irəli yeridi: -Mən də qalım. Söz verirəm, sizin haraya

getdiyiniz barədə bir kimə heç nə demərik, Samvel qayıdana kimi burada gözləyərik,-qadını göstərdi-Onun evdə üç yetimi var. Nayomniklər ərini güllələdi. Onlara araq vermədiyi-nə görə. Başına iş gələr, tək qalsa...

Page 27: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

53

Ərşad Samvelin silahını çiynindən çıxardanda arva-dın ödü ağzına gəldi. Dizi üstə çökdü:

-Öldürmə məni. Ərşad dinməzcə Samvelin silahını yerə atdı: -Qalın. Qış günüdür. Heyvan-zad gələr üstünüzə.

Özünüzü qoruyun. Samvelə tərəf çevrildi: -Getdik. Zöhrə Samvelin arvadına tərəf getdi. Gözlərinə

bax-dı: -Bizi ələ versəniz ikinizi də ölmüş bilin.-Ətrafı

gös-tərdi-burada ağacların da qulağı, gözü var. Samvelin arvadı and-aman elədi. Onlar bir neçə addım getmişdilər ki, Samvelin

arva-dı qaça-qaça onlara yaxınlaşdı. Ərşada: -Sən ki, belə mərdsən, sənə bir sirr açım.-O

Samvelə baxdı, üzündə qorxu ilə bahəm cəsarət də vardı:

-Buradan bir az aralı, köhnə taxta sexində sizin-kiləri yığıblar, biz bayaq gördük, qapısı qıfıllıdır, ağlaşırdılar, onları da xilas edə bilərsən. Meşəyə çatanda yolun kəna-rındadır.

Ərşad Samvelin üzünə baxdı... Samvel qabağa düşdü. Meşənin kənarındakı taxta sexi çoxdan idi ki,

fəaliyyətini dayandırmışdı. Ərşad ora çatanda Samvelə dedi:

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

54

-Get, yoxla. Gör orada gözətçi varmı? Ayrı flkrə düşsən, özün bil, arvadın gedəcək. Onların yerini siz ni-şan vermisiniz. Mən bilirəm ki, siz bədbəxtlər heç nəyə qadir deyilsiniz. Nayomniklər, rus əsgərləri sizi bizdən betər çalıb-capır.

Samvel irəli getdi, o, sexin ətrafında xeyli vurnuxdu. Qayıdıb orada adamların olduğunu, amma nəzarətsiz ol-duğunu bildirdi. Ərşad Zöhrəni və uşaqları burada qo-yub onunla sexə tərəf getdi. Samvel qapının qıfılını qır-maqda Ərşada kömək etdi. Sexin içindəki xocalılıların çoxu Ərşadı tanıyırdı. Ərşad onların meşəyə tərəf qaç-malarını, Samvelə isə geri qayıtmasını əmr etdi. Hələ heç nəyi yetərincə dərk etməyən ac, soyuqdan zəifləmiş insanlar qurtulduqlarını görüb, canlarını dişlərinə tutub, var gücləri ilə Ərşadın göstərdiyi səmtə doğru qaçırdılar. Aclıq, soyuq bir çoxunu elə vəziyyətə salmışdı ki, üzlə-rində həyat əlaməti yox idi.

Ərşad otuza qədər insana bir-birinə kömək etməyi, onun arxasınca gəlməyi əmr etdi. Ərşad onları düşmən caynağından sağ-salamat qurtarmaq üçün uzun, amma təhlükəsiz yolu seçdi. Bu yerləri əlinin içi kimi tanıyan Ərşad Tələtin uşaqları üçün, gözlərinin altı qapqara qa-ralmış Zöhrə üçün, bir sözlə, bu günahsız insanlar üçün narahatlıq keçirirdi.

... Əsgərlərimiz ayaqları şişmiş, yarımcan, tüfəngin qundağını arxasınca sürüyən Zöhrəyə, kürəyində Tələtin

Page 28: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

55

üç yaşlı qızı, qucağında əldən düşüb ağır yuxuya getmiş Vüsalı bağrına basmış Ərşada, sürünə-sürünə də olsa dəstədən geri qalmamağa çalışan xocalılılara yaxın-laşanda qaş qaralırdı...

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

56

KÖRPƏ SƏSİ, ANA NƏFƏSİ

Səriyyə Şəhidlər Xiyabanına çatanda gözlərinə

inanmadı. Məktəblilər, tələbələr, əsgərlər, çoxlu sayda yüksək rütbəli zabitlər Elayın məzarını elə dövrəyə al-mışdılar ki, ana Elayın yadigarı balaca Turqayla bu səfi pozub irəli keçməyə cəsarət eləmədi...

Məzarın önündə hərbi qaravulda duran əsgərləri görən ananın yadına ötən günlər düşdü...

...Əsgərlər bir-birini əvəz edirdi. Bir qədər kənarda, toplaşmış ata-analar, qohumlar, andiçmə mərasimində iştirak edən əsgərlərin yaxınları, doğmaları bu mərasimə dörd gözlə baxırdılar. Hər kəs özünə doğma olan adı eşidən kimi boylanırdı, kimisi «o mənim oğlumdur», bir başqası «mənim qardaşımdır», kimisi də «bacım oğlu-dur» deyirdi...

- Elay Aman oğlu. Səriyyə ana bayaqdan bu adı gözləyirdi. Yaşa dol-

muş, amma xanım-xatınlığı elə ilk baxışdanca diqqəti çəkən qadının həyəcanı göz qabağında idi. Özündən asılı olmadan bir neçə addım irəli yeridi, içindən qanadlanıb andiçməyə dəvət olunan əsgərin yanına uçmaq keçdi. Onun bu hərəkəti ətrafindakıların nəzərindən qaçmadı, gülənlər də oldu.

Cavan bir ata öz oğlunun Elaydan əvvəl andiçmə-sini izləmişdi. Hətta onun yanındakılar, elə Səriyyə də

Page 29: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

57

bu gənc atanın oğluna necə qürurla baxdığını müşahidə eləmişdilər. Hələ onu təbrik də etmişdilər.

- Oğlunla birgə böyüyürsən ki, - demişdilər. İndi həmin gənc ata sanki Səriyyə ananın bayaqkı

xoş diləklərinin əvəzini qaytarmaq üçün ərkyana qabağa gəldi.

– Bilirəm, ay ana, nəvə şirin olar. Ona görə belə həyəcanlanırsan. Maşallah, boy-buxunlu oğuldu, Vətənə layiq əsgər olacaq. Görürsən, necə dil-dil ötür.

Elay Vətənə sadiq olacağına and içirdi. Cavan ata andın mətninə işarə elədi:

- Elə bil ki, o sözlər elə onun üçün yazılıb. Səriyyə ana sakitləşdi, başı ilə razılığını bildirdi.

Bir az geriyə çəkildi. Cavan bir qadın irəli yeriyib onun sol tərəfində dayanmışdı. Bu, həmin cavan atanın həyat yoldaşı idi-Gülarə. Bəli, o da oğlunun andiçmə mərasi-mində iştirak edirdi. Gülarə bayaqdan bəri gözünü Sə-riyyəyə zilləmişdi. Axır ki, dilləndi:

- Ay ana, deyəsən axı mən səni tanıyıram, elə bil hardasa görmüşəm.

…On səkkiz il bundan əvvəlin söhbəti idi. Qonşu otaqda bir körpə zarıyırdı. Doğum evində uşaqların çı-ğırtısına, ağlamağına sanki öyrəşiblər. Kimsə bu səs-küydən həyəcanlanmır, hər kəs öz işi ilə məşğul olurdu. Hərçənd ki, elə çox da çığırtı, qışqırıq olmurdu. Sadəcə elə körpələr var ki, ümumi qrafikə tabe olmaq istəmir. Sanki «ağlamayana süd verən yoxdur» hökmünü bu

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

58

uşaqar doğulan gündən bilirlər. Ona görə də haray-qış-qırıq salaraq, onlara çatacaq paylarını alırlar. Yaxud da bu payı almayınca kirimirdilər. Amma bir körpənin səsi tamam fərqli idi. O, ağlamırdı. Sanki zarıltısı ilə yal-varırdı «Verin mənim anamı. Axı mənim yanımdakı bu körpəni ağlayan kimi götürüb apardınız. Sonra xumar-lana-xumarlana qaytarıb öz yerinə qoydunuz. Gör necə yatıb!? O biriləri də onun kimi… Axı nə üçün mənə ya-xınlaşan yoxdur? Axı niyə məni də bir ana öz sinəsinə sıxmır? Nəyə görə elə gözümü açan kimi bu dünya mənə qənim kəsilib?»

Anaya bu barədə heç nə demirdilər. O körpənin za-rıltısına da, qeyri-adi ağlayışına da bu qeyri-adi mənaları verən yaşlı tibb bacısı idi. Həkim tapşırmışdı. Elə ilk müayinədən keçən kimi uşağın dünyaya problemli gəl-diyini bilmiş və çıxış yolu kimi də onu anaya göstərmə-məyi qərara almışdılar. Bunu hamıya deyə bilməsələr də, hər halda Şəfiqə xanıma demişdilər. Hər necə olsa da, bu sahədə hamıdan çox təcrübəsi vardı. Səriyyə ilə tanışlığı öz yerində, bir az da qohumluğu var idi. Müna-sibət üçün bu da kifayət edərdi. Hər halda o, yaxınlaşar, Səriyyəyə təskinlik verə bilərdi. Vəziyyətin necə oldu-ğuna inandırardı onu. Hər halda həkimlər konsiliumdan sonra qərara almışdılar ki, uşağa ana südü vermək ol-maz. Yaşamaq ehtimalı azdır. Şəfiqə bunları bilirdi. Və bütün bunları bilə-bilə Səriyyəyə yaxınlaşmaq çətin idi. Onunla eyni gündə doğum evinə gətirilmiş Gülarə

Page 30: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

59

Səriyyə ilə eyni palatada idi. Gülarə gənc olsa da, artıq Şəfiqə ona ana və uşaq barədə məlumat vermişdi.

…Səriyyənin qırx üç yaşı vardı. İlk övladı dünyaya gələndən sonra daha başqa övladı olmamışdı. Yeganə oğlunu qayğı ilə, sevgi ilə böyütmüşdü. İki il əvvəl ev-ləndirmiş, hətta iki nəvəsi də var idi. İndi kənardan ba-xan onu xoşbəxt bir nənə kimi görürdü. Amma onun kimsəyə demədiyi bir ağrısı bütün varlığını inlədirdi. Bütün bu illər ərzində arzulamışdı ki, yenə bir övladı doğulsun, yenə dünyaya bir uşaq gətirsin. Analığın şirin əzablarını yaşamaq xoşbəxtliyini bir də görsün. Analıq duyğuları onun qəlbində şahə qalxır, sanki sinəsini, ürəyini söküb dağıdırdı. Qəlbində əziz bildiyi müqəd-dəslərə yalvarır, Tanrıya dualar edirdi. Təki, o, yenə ana olaydı. Hərdən oğlunun körpəliyi yadına düşürdü. Onu necə sinəsinə sıxırdı, ilahi!?

Südlə dolu döşlərini körpənin dodaqlarına yaxın-laşdıran kimi, onun ağzını necə gəzdirdiyni, sonra da ana döşünü marça-marçla əmdiyni yadına salırdı. Bütün bunlar ananın yaşadığı hisslərin bəxtəvərliyidir və dünyanın heç bir nemətilə əvəz oluna bilməz. Səriyyə bu hissi təzədən yaşamaq istəyirdi. Necə xoşbəxt olardı; oğlu üçün bir qardaş və ya bir bacı dünyaya gələrdi…

Nəvəsini dünyanın əvəzolunmaz bir neməti kimi qarşıladı. Gəlini yuxuya gedəndə astaca nəvəsinə yaxın-laşır, onu qucağına götürürdü. Saatlarla çağanı saxla-maq, ovundurmaq onun üçün könül xoşluğu idi. Və elə

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

60

bu anlarda özünü təzədən bir ana kimi təsəvvür edirdi. Hətta nəvəsi ağlayanda, gəlini toya, qohum, qonşu məc-lisinə gedəndə uşağı ovundurmaq bəzən çətin olurdu. Nənə nəvəsini sakitləşdirmək üçün öz döşünü verirdi. Bəlkə də, bu istəkdən, bəlkə də illər boyu Səriyyənin içində həsrətlə yol gözləyən analıq hissinin gücündən idi. Onun döşlərinə süd gəlmişdi. Və beləcə, bir gün o, halının dəyişdiyini hiss elədi. İyirmi il bundan əvvəl ilk övladı bətninə düşəndə, hamiləliyin ilk günlərində keçir-diyi hissləri yaşadı. Bir neçə günə şübhələr ötdü. Bəli, o, ana olacaqdı, nəhayət, Tanrı onun dualarını eşitmişdi. Və ona ikinci dəfə ana olmaq qisməti-bəxti vermişdi. Onun nəzərində yaşamağın dəyəri, mənası elə bu hiss idi. Bu müqəddəs analıq hissi. Uşaq doğmaq, övlad dün-yaya gətirmək, onun körpəliyinin nazını çəkmək, sonra da boyunu sevmək… bütün bunlar bir ana üçün dün-yanın bütün varından, dövlətindən yüksək idi.

Səriyyəgilin dolanışığı pis deyildi. Həyat yoldaşı biznes adamı idi. Yay aylarında işdən, gücdən ayrılır, istirahətlərini doğma kəndlərində keçirərdilər. Orada da hər cür şərait, imkan vardı. Ancaq qohumları, doğmaları hiss edirdilər ki, Səriyyə həmişə kədər içindədir, həmişə fikirdədir. Deyib-gülən qadınların arasında onun üzü-nün, gözünün kədər buludu dağılmazdı. Və indi birdən-birə hər şey dəyişmişdi. Yaxınları, rəfiqələri, tanış qa-dınlar az qala onu tanıya bilmirdilər. Onsuz da gözəl olan çöhrəsi bir az da işıqlanmışdı. Sanki daxilindən gə-

Page 31: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

61

lən bir nur gözlərindən dünyaya axır, sönməz bir işıq, bitib-tükənməz şöləli bir halə onun ətrafını nura bələ-mişdi. Gözəlliyinin üstünə neçə qat gözəllik gəlmişdi. Dilinin şirinliyi, səsinin məlahəti, yerişi-duruşu aralıdan diqqəti çəkirdi. Hiss olunurdu ki, bütün bunlar analıq duyğusunun bəxtəvərlik nişanələri idi.

Beləcə, doqquz ayın xoşbəxtliyi ötüb-keçdi. Ana-nın saydığı günlərin sonu çatdı. Və o, beləcə doğuş ağrı-ları ilə buraya gətirildi. O yerə ki, burada övladı ilə üz-bəüz görüşəcəkdi.

…Bəs niyə uşağı ona vermirdilər? Axı nə ol-muşdu? Səbəbi nə idi? Hələlik heç nə deməsələr də onunla eyni palatadakı gənc ananın-Gülarənin səssiz, lal baxışları, yaxından və yaxşı tanıdığı Şəfiqənin nigaran nəzərləri, narahat görkəmi elə bil ki, pis bir xəbər eşidə-cəyini anaya diktə eləyirdi. Xəbər isə deyilmirdi. Daha iki gün də keçdi. Amma ana bu iki günü iki il qədər əzabla yaşadı. Axır ki, yerindən qalxdı, körpələrin ota-ğına yeridi. Dil boğaza qoymayan, zarıyan körpənin onun olduğunu elə ilk baxışdanca anladı. Daha doğrusu, o, bunu qeyri-adi analıq hissilə duymuşdu. Birbaşa uş-ağın üstünə yeridi. Şəfiqə özünü yetirib onu dayandır-maq istədi:

- Ay qız, Səriyyə, dayan. - Hə, nə var, uşağı nə üçün mənim yanıma gətir-

mir-siniz?

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

62

- Həkim icazə vermir.-Şəfiqə dediyi sözlərdən sanki özü diksindi.

- Nəyə görə? - Bilirsən, - Şəfiqə özünü ələ aldı, əlini Səriyyənin

saçlarına çəkdi, yazıq-yazıq onun düz gözlərinin içinə baxdı. Bəlkə də, ancaq özünə məlum olan bir əzab ağrı-sıyla,-olmaz, uşaq xəstədir. Onun yaşamaq şansı yoxdur. Sən onu əmizdirməklə əzablarının vaxtını uzadırsan. Bu, sənin üçün də əzab deməkdir, körpə üçün də,-dedi.

Səriyyə artıq uşağı götürmüşdü. Uşağın gözlərinə baxdı. Göy gözlər dəniz kimi dərin bir ümid yolu… indi bütün bunların sonu yox idi. Doqquz ay ərzində yaşadığı sevgilər, sevinclər… həyat yoldaşı ilə birgə boyunu se-vib, yolunu gözlədiyi körpənin taleyinə bu bəd qismət haradan yazılmışdı? Axı səbəbi nə idi? Bunu heç cür başa düşə bilmirdi.

Şəfiqə ilə birgə palatadan çıxdı. Elə indicə sakitləş-miş uşaq təzədən zarımağa başladı. Deyəsən, bu dəfə anasını elə birbaşa qınayırdı: «Haraya gedirsən, ay ana? Axı sən mənim anamsan. Sən mənim yolumu iyirmi iki il gözləmisən. Necə arzulayırdın ki, oğluna qardaş, ya bir bacı dünyaya gəlsin. Mən də gəldim. Bəlkə məni ta-nımadın, bəlkə, məni duymadın? Bəlkə, hiss etmədin ki, dünyaya gəlişini səbirsizliklə gözlədiyin, elə öz bətnində sığallya-sığallaya böyütdüyün oğlunu gərək elə o saatca tanıyaydın axı?...». Səriyyə donub yerində qaldı.

Page 32: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

63

Bu sözləri Səriyyə eşidirdi. Külli-aləm yığılıb gəl-səydi və ona desəydilər ki, uşaq belə şeyləri bilməz və deməz, o, kimsəyə inanmazdı. Hətta o and içərdi ki, mən öz övladımın səsini də eşidir, bu dediyi sözləri də ay-dınca başa düşürəm.

Geri dönmək, balasını qucağına götürüb sinəsinə basmaq hissi onu alov kimi qarsıdı. Şəfiqə bunu duyub onu geri dönməyə qoymadı:

-Rəngin ağappaqdır, yatağına dön, özünə gələndə qayıdıb baş çəkərsən. İstəsələr də, sənin qucağına bu və-ziyyətdə körpə verməzlər. Ayaq üstdə dura bilmirsən.

Bu gün də beləcə ağır keçdi, hər dəqiqəsi bir ilə bərabər oldu. Qəhər ananın boğazına yığılmışdı. Yaş gi-lələnib gözlərinə dolmuşdu. Bütöv bir gün ərzində heç nə yemir, heç nə istəmirdi. Əlləri südlə dolmuş döşlərin-də-körpəsini istəyən döşlərində qalmışdı.

Şəfiqənin arabir otağa gəlib ona verdiyi təskinlik, dediyi sözlər, qayğısı da bir nəticə vermirdi.

Duyğuları keyləşmiş ana ağlayırdı. Gecəni kirpiklə-rini belə qırpmadan açdı. Səhər birdən nə düşündüsə, ayağa durdu, qəti addımlarla körpələrin yatdığı palataya getdi. Yan-yana düzülmüş çarpayılarda mışıl-mışıl yatan körpə fidanlara bir də baxdı. Öz körpəsini axtarmadı, çünki hansı olduğunu yaxşı bilirdi. Sadəcə ona görə di-gər körpələrə baxırdı ki, öz övladının nə ilə onlardan fərqləndiyini görsün. Yox, Tanrı körpələrin üzünə ba-xanda qəzəb qılıncı sınar.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

64

Daha kimsəyə baxmadı. Qəti hərəkətlə uşağı quca-ğına götürdü. Tibb bacılarının, elə onun yanında eyni palatada olan Gülarənin, başqalarının sözləri, nəsihətləri nəticə vermədi. O, heç kimin sözünü eşitmədi. Elə ayaq üstəcə uşağı sinəsinə sıxdı. Bir anlığa nə düşündüsə, uşağı özündən aralayıb onun gözlərinə baxdı. Elə bil ki, ayrılığın vahiməsi uşağı təzədən bürüdü. Təzədən qor-xulu bir hiss uşağı çulğamışdı və o yenidən zarımağa başladı. Dodaqlarının qıraqlarına köpüklər yığılmışdı. Səriyyə yaxasını çəkib sağ əli ilə sol döşünü çıxardı. Uşağı döşünə yaxınlaşdırdı. Həmin anda çağanın çöhrə-sində bir dəyişiklik duydu. Elə bil, uşağın üzünə bir işıq düşdü, bir nur çöhrəsinə yayıldı, bir günəş doğdu. Uşaq öz dodaqlarına bənzər ana döşünün ucu ilə təmasda də-yişmişdi. Bir-iki sortuq süd-ana südü uşağın ağzında, damağında və eləcə də ananın daxili aləmində qəribə hisslər yaratdı. Ana və övlad beləcə bir-birinə qovuşdu. Uşaq həvəslə, istəklə əmirdi. Və əmdikcə ananın da ruhu ağrılardan, əzablardan xilas olurdu. Ana indi dünyanın bəxtəvəri idi. Onun varlığından xoşbəxtlik yağırdı. Elə bil ki, o, yerdə deyil, ulduzların arasında idi. Ulduzlara qarışmış, elə ulduzlar kimi işığa bələnmişdi.

…Bəlkə də, elmin tam dərk edə bilmədiyi bir mə-sələni analıq hissi-ana südü həll eləmişdi. Uşaq gündən-günə gül kimi açılırdı. On günün tamamında ana uşağını da götürüb evinə gəldi.

Page 33: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

65

Xəstəxanadan körpəsi qucağında evə yollananda həkimlər heyrət içində idilər. Əlbəttə, sonralar həkimlər bu hadisəni müxtəlif cür yozdu. İlkin diaqnozun düzgün-lüyünə şübhə etməsələr də, uşağın bu bəladan xilasının səbəbini başqa heç nədə yox, elə ana südündə gördülər. Çox az-az körpələr həkimlərin nəzərdə tutduğu bəladan xilas ola bilirdi. Və onun biri də Səriyyənin övladının payına düşmüşdü.

- …Səriyyə xala, bu, sənsən? Mən Gülarəyəm. Ya-dında qalıb, eyni palatada?.. Bəs bu uşaq? Nəvəndir?

Onlar qucaqlaşdılar. Sevinc dolu göz yaşları bir-birinə qarışdı.

- Yox, bu, mənim oğlum Elaydır. Həmin uşaq. Yadındadır?

- Hə, hə, yadımdadır. Nə yaxşı, Tanrıya şükür. …Elay Aman oğlu andın son sözlərini də təntənə

ilə başa vurdu. Keçib cərgədə qürurla dayandı. Ana oğ-luna elə baxırdı ki, sanki onu elə indicə, ilk dəfədir ki, görürdü.

Şəfiqənin özü dediyi kimi “Tanrı payı” olan Elayı dəfələrlə kəşfiyyata göndərildi. Hərbi tapşırıqları müvəf-fəqiyyətlə yerinə yetirib dəfələrlə komandanlığın təşək-kürlərinə layiq görüldü. Əsgəri xidməti başa çatanda ge-ri dönmədi, torpaqlarımız azad olmayınca hərbi paltarını soyunmayacağına and içdi. Torpaq-vətən yolunda gös-tərdiyi igidliklərə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Elayın onu döv-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

66

rəyə alan zabitlərin, əsgərlərin arasından mərmər daşın-dan boylanan gözləri yenə də anasını axtarırdı...

TƏNDİR YARASI Adamlar uzun dəhlizdə cərgə ilə dayanmışdılar.

Açıq qapıdan geniş kabinet demək olar ki, tam görünür-dü. Komissiyanın sədri tələsmədən, asta-asta, bir-bir sənədlərə baxır, komissiya üzvlərinin rəylərini soruşur, etiraz olmayanda əlinin altındakı siyahıda qarşısındakı adamın adını tapıb nəsə qeyd edirdi. Sonra da sənədləri qaytarıb sahibinə verir, yenidən qapının astanasında da-yananlara tərəf:

- Kimin növbəsidir, gəlsin,-deyə hündürdən səslə-nirdi.

Bir-iki nəfər də keçdi. Qapıda dayanıb növbəyə nə-zarət edən gənc orta yaşlarına çatar-çatmazlığı güclə se-zilən, amma ilk baxışdan vaxtından əvvəl qocaldığı gö-rünən qadının narahatlığını bayaqdan hiss eləmişdi. Qa-dın hərdən divara söykənir, bir qədər dayanandan sonra görünür, özünü rahat hiss etmədiyindən növbədən kəna-

Page 34: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

67

ra çıxır, pəncərənin taxtasına dirsəklənib dayanırdı. Bir qədər də yeriyəndə ayağını çəkirdi. Elə bil ki, pəncələri üstə yeriyirdi. Gəncin ürəyindən keçirdi ki, onu növbə-dən kənar buraxsın. Amma adamların narazılıq edəcə-yindən ehtiyatlanırdı. Bu vaxt lap arxa cərgədə, təzəcə gəlmiş yaşlı bir kişi həmin qadına yaxınlaşdı. Yəqin ki, elə aralıdan görüb, tanımışdı.

- A bala, a qızım, sən Solmaz deyilsənmi? Yuxarı Tülü kəndindən Yavərin qızı. Deyəsən, dədən bir-iki il bundan əvvəl rəhmətə gedib,-elədirmi?

Qadın başını qaldırıb kişiyə baxdı. O kişi də ona tanış gəldi.

- Hə, əmi, doğrudur, mən Yavər kişinin qızıyam. Bəs, elə bil bir qədər axsayırsan. Nə olub?

- Heç, ay əmi, təndir yarasıdı. - A bala, burada təndir var? Təndir qaldı Tülüdə,

Xocalıda… Birdən kişi irəli yeriyib növbəyə nəzarət edən oğla-

na güclə seziləcək, əsəbqarışıq bir səslə dedi: - Bu əlil qadını niyə növbədə saxlayırsan? Bəlkə də, kişi heç təpinmək qəsdi ilə demirdi. Bu-

nunla növbəyə dayananlara xəbərdarlıq edirdi, yəni ki, heç kim səsini çıxarmasın.

Həmin gənc işarə ilə Solmazı içəri dəvət etdi. Sə-nədləri əlində içəri keçən Solmaz nə qədər özünü tox tutsa da, axsamağını gizlədə bilmədi. Özü də deyəsən, axsamağından utanır, bunu bir qədər ört-basdır etmək

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

68

üçün ayaqlarını yerə möhkəm basmağa çalışırdı. Onda da yerişi lap kobud alınırdı.

Ona əyləşmək üçün stul təklif elədilər. Oturmadı, elə stulun söykənəcəyindən yapışıb ayaq üstə durdu.

- Sənədlərini ver,-komissiya üzvlərindən biri əlini uzatdı.

- Xocalı, Tülü kəndi. Solmaz Yavər qızı. İkinci qrup əlil.

-A bacı, əlilliyinin səbəbi nədir? Növbədənkənar ev alma hüququn var-yox, biz bunu aydınlaşdırmalıyıq.

Solmaz qırışmış arıq əlləri ilə yapışdığı stulun söy-kənəcəyini bir az da bərk sıxdı. Gözlərində yaş gilələndi. Komissiya sədri hiss elədi ki, sualı yerinə düşməyib. - Xocalıda Tülü kəndi vardı?-Deyəsən, bu sualla bir qədər əhvalı dəyişmək istədi.

Yenə komissiya üzvlərindən biri izahat verdi: - Bəli, Xocalıda elə demək olar ki, Xocalıya bitişik

meşəliyin içində belə bir kənd vardı. İyirmi-otuz ev olardı. Ermənilər Xocalıdan qabaq Qaradağlını, Meşə-lini yandırıb talan edəndə o kəndi də dağıtdılar. Camaatı da həlak oldu.

Görünür, danışan komissiya üzvü yerli nümayən-də-liyi təmsil edirdi. Ona görə də məlumatlı idi:

- Bu bacının da anasını, bir qardaşını elə kəndi ta-lan edəndə öldürmüşdülər.

Komissiya üzvünün belə sakit, təmkinlə danışmağı Solmazın əhvalını dəyişdi. Hiss elədi ki, əlləri qıc olur.

Page 35: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

69

Yapışdığı stulun söykənəcəyi az qala qopub əlində qa-lacaqdı. Başında bir uğultu hiss elədi. Onsuz da solğun olan rəngi bir az da avazıdı…

…Tülü Xocalıdan yuxarı meşə içi kənddi. Aşağı tərəfindən qıjıltı ilə çay axırdı, bir yanı sıldırım idi. Digər tərəfi yarğan, ara-sıra qayalıqlar. Kənddə heç on ev də olmazdı. Bu kəndin baş tərpədənləri gecələr düş-mənin gələ biləcəyi tərəflərdə növbə çəkirdilər.

Doğrudur, tez-tez Xocalıdan ürəksıxıcı gəlirdi. Elə növbə ilə kənd adamları da Xocalıya enir, çatışmayan şeyləri alıb gətirir, beləcə, bir-birindən vahiməli gələn günləri sayırdılar. Hərdən də yuxarıdan Xocalı aeropor-tuna enən vertolyotlara baxıb qürurlanırdılar:

-Bizimkilər gəlib-gedir, bu boyda şəhəri yiyəsiz qoymayacaqlar ki? Xocalını əldən verməsələr, Tülüyə yaxın düşən olmaz...

Bunlar ömürlərini-günlərini Tülüdə yaşayan, burda doğulub-böyüyən adamların yeganə təskinliyi, dinc sabaha bəslədikləri ümidləri idi. Bəli, insan hərdən quru sözlə istəyini dilə gətirəndə də təskinlik tapa bilir. Amma ümidsizlikdən uzaq ola da bilmir. Elə bil ki, ümidsizlik ümidin inamını, özü də sonuncu inamını qır-maq üçün hər dəqiqə onların ürəklərinin qapısını dö-yürdü. İçəridən gələn cavab da elə o təskinlikverici söz-ləri idi. Amma bir gün…

Günün günorta çağı qəfil atışma başladı. Növbə çəkən tülülülərin bir-birini haylaması kəndə haray-həşir

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

70

saldı. Bəli, ermənilər gözlənilmədən kəndə soxulmuş-dular. Onsuz da az qüvvə ilə müdafiə olunan Tülü təpə-dən dırnağa silahlanmış düşmənin qabağında dayana bil-məzdi.

…Zümrüd təndiri bir az əvvəl yığışdırmışdı. Tən-dirin içəri divarları soyumuşdu. Axırıncı kündəni təndi-rin dibində, ortalığa yığdığı közün üstündə bişirmişdi. Yavər kəndin yuxarı başında bir az daldanacaq, bir az da elə səngər məqsədilə qayanın bir tərəfində qurduğu qalağın arxasında dayanmışdı. Saqqallıların birdən-birə yaxınlıqda peyda olması onu çox da təəccübləndirmədi. İlk atəşi də elə Yavər atdı. Doğrudur, nişan alıb atmadı. Demək olar ki, havaya atdı. Yavər cəsarətli adam idi. Özünün də əlli yaşı olar-olmazdı. Gəncliyini bu meşələr-də keçirmişdi. Əlindəki qoşalüləsi ilə meşənin dərin yerlərinəcən gedər, axtardığı ovu tapmasa, vurmasa geri qayıtmazdı. İki oğlunu, bir qızını Zümrüdlə birgə böyüt-müşdü. Böyütmüşdü deyəndə ki, uşaqların ayaqları elə indi-indi, təzəcə yer tuturdu. Bircə Salman hələ ki, onunla ova gedə bilirdi. Balaca Kamalı bir neçə gün əvvəl şəhərdə yaşayan bacısı aparmışdı. Solmazın on beş-on altı yaşı olardı. Əslində, bacısı Solmazı aparmaq istəyirdi, amma Solmaz getməmişdi-anasını qoyub get-məmişdi. Axır ki, arvad naəlac qalıb Kamalı tovlayıb aparmışdı. Beləcə, beş-altı yaşlı Kamal bu hay-küyün içindən elə iki-üç gün əvvəl çıxıb getmişdi.

Page 36: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

71

Ermənilər Yavərin gülləsindən səksənib daldalan-dılar. Ancaq atışma davam edirdi. Yavər başa düşdü ki, bu həna o hənadan deyil. Aşağı tərəflərdən də atışma səsi gəlirdi. Salman Tülünün aşağı yanında idi, yarğan tərəfdə. Əslində, Salmanı buraya atası göndərmişdi. Zənn eləyirdilər ki, uçurum tərəfdən ermənilər qalxa bil-məzlər. Düzünə qalsa, ermənilər də bu yerlərdə yaşayan adamlar idi. Onlar da buraları yaxşı tanıyırdılar. Çayın o tayında, meşəarası kəndlərin birində yaşayan erməni-lərin başçısı Aşot hücum planını özü qurmuşdu: «Ara, mən bu türk tayfasını yaxşı tanıyıram. Onlar gecə qarovulunda möhkəm olurlar. Biz onların üstünə gecə hücuma keçəcəyik. Özü də bir dəstə, yuxarıdan-onların gözlədiyi tərəfdən. Əsas dəstə çayın uçurum tərəfindən qalxacaq. Biriniz çayın bu tayından yarğanın qaşını gül-ləyə tutun, harda olsalar cavab verəcəklər. Qalanlarınız güllə tutmayan yerdən dırmaşın».

Salman yarğanın qaşından çayaşağı baxırdı. Birdən güllə səsi eşitdi. Çayın qırağında o tay erməni kəndindən olan və demək olar ki, Salmanla bir yerdə böyümüş Jo-ranı tanıdı. Jora Aşotun oğlu idi. Jora da deyəsən, Sal-manı görmüşdü. Çünki düz onun dayandığı yeri gülləyə tuturdu. Vəziyyət ağırlaşırdı. Salman Joranı nişan aldı. Eyni vaxtda iki güllə açıldı. Birinə o tayda Jora yıxıldı, digəri də Salmanı yıxdı. Aşot onun başının üstə dayan-mışdı:

- Ara, köpayoğlu, sən mənim oğlumu vurdun?

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

72

Salman yaralı olsa da, birtəhər geri çevrildi. Aşot da, digər saqqallılar da onu əhatəyə almışdılar:

- Ara, Salman, tork kopayoğlu, sənə demədikmi vaxtında şələ-şüləni yığışdırıb get, qanını bizdən uzaq elə… Ara, demirdik ki, fürsət düşən kimi hamınızın qanını içəcəyik? Ara, demirdimmi Allahın sizə verdiyini gözünüzdən töküb, əlinizdən alacağıq. Gülürdünüz, inanmırdınız. Qulağınız kəsilməyincə ağlınız başınıza gəlmir, köpəyuşağı, qanınızı içəcəyik. Görəcəksiniz qoynunuzda necə ilan balası bəsləyibsiniz.

Aşot yanındakı saqqallılardan birinə Salmanı gös-tərib: «Bunun işinə axıracan baxın,-dedi və cəld digər saqqallılarla yuxarı-Salmangilin həyətinə yüyürdü.

Aşotdan qabaq da iki nəfər Zümrüdgilin həyətinə çatmışdı. Zümrüd qapının ortasında ayaq üstə dayan-mışdı. Bir əlini qabağa uzadıb qışqıra-qışqıra nəsə dey-irdi. Deyəsən, dediklərini heç özü eşitmirdi: «Burnu-nuzdan gəlsin bu qapıda yedikləriniz. Evimizin, həyəti-mizin qapısını yaxşı tanıyırdınız, ona görə bu həyətə cəsarətlə girmisiniz?». Sol qolu yanında qalmışdı. Dur-duğu yerdə qanı şoralanıb axırdı. Ayağının altında enli taxta parçası vardı. Meşə ağaclarından düzəldilmiş taxta qapalağı həmişə təndirin ağzına qoyurdu. İndi də elə həmin qapalağın üstündə dayanmışdı. Qan elə qapalağın üstünə süzülürdü. Ara-bərədən axan qandan başqa, ağa-yının altında da bir gölməçə yaranmışdı.

Page 37: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

73

- Türk qanğıcı,-Samvel silahı üzünə qaldırdı. Lüləni Zümrüdün sinəsinə dayadı.-Kəs səsini! Yavərin dizdən aşağı iki ayağını da kəsib qoltuğuna verəcəm. Qoy alçaq özü olsun, dizi üstə yerisin. Bir ay bundan qa-baq meşədə rastlaşmışdıq. Ona dedim ki, yır-yığış elə, buralardan get. O da mənə hədə-qorxu gəldi: «Sənin ki-mi alçağın sözü ilə yerimi, yurdumu atıb gedən de-yiləm». İndi qoy özü görsün ki, alçaq kimdir?

- A Samvel, boyun çinarcan olsa da, sən alçaqsan. –Zümrüd iki addımlığında dayanmış Samvelin üzünə lomba ilə tüpürdü.

Güllə açıldı və Zümrüd elə qapalağın üstünəcə yı-xıldı. Ermənilər qəfil gəldikləri kimi, qəfil də çəkildilər. Samvelin səsi uzaqlaşırdı.

- Ara, tez olun, Xocalı tərəfdən gələn olar. Alipin (Əlifin) dəstələri yəqin ki, bu atışmanı eşidib.

Əllərinə keçəni, mal-davarı yığıb apardılar. Kəndə ölü sükutu çökmüşdü. Ara-sıra meşəyə qaçmış qadın-uşaq geri qayıdırdı. Yavər üzü aşağı, öz həyətinə yüyürdü. Onun səngərlənib qabağını saxladığı ermənilər çəkilib getmişdilər. Əvvəlcə həyətə dönmədi. Salmanın dayandığı tərəfə yüyürdü. Salman uçurumun qaşında yox idi. Alacalanmış gözlərilə Salmanın dayandığı yerə baxanda oğlunun necə qol-bud edildiyini, parça-parça doğrandığını gördü. Bəs Zümrüd, bəs Solmaz?.. Dəli ki-mi havalanıb qapıya cumdu. Zümrüd qapalağın üstün-də həyat işığı çoxdan sönmüş, bərəlmiş gözlərilə səmaya

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

74

baxırdı.-Bəs qız necə olub? Bir anlığa Yavər ağlına gə-ləndən dəhşətə gəldi: «Qızı ermənilər aparıb!». Silahı çevirib lüləsini başına sarı tutdu. Birdən ona elə gəldi ki, qapalağın altından közdə qızaran ət iyisi gəlir. Cəsəd-qarışıq qapalağı təndirin üstündən qırağa çəkdi. Solmaz bayılmış vəziyyətdə təndirin küncünə qısılmışdı.

Görünür, vahimədən və həm də elə təndirin içində-ki közdə yanan ayaqlarının ağrısının şiddətindən huşunu itirmişdi. Qızın qollarından tutub təndirdən çıxardı.

Rahat nəfəs aldı. Silahını haraya atdığı da yadına düşmürdü. Xocalı aeroportundan Əlifin kömək üçün göndərdiyi adamlar yaralıları topladılar, ölənləri bir yerə yığıb kəndin qırağında yan-yana düzdülər.

Solmaz da ayılmışdı, amma zarıyırdı. Yavərə baxan elə bilərdi ki, arvadı öldürülən,

cavan oğlu yağı əlində doğram-doğram olan o deyil. Yavər qızının düşmən əlinə düşməməyinə sevinirdi.

…Tülüdə həkim-zad olmazdı. Bu kənddə hamının işinə Tavad qarı yarıyırdı. Elə indi də o, qızın ayağını təmizləyib yardım dərmanları içərisindən məlhəm tapıb ayaqlarına çəkdi.

Kimsə astadan dilləndi: - Yavərin sevinməyinə bax. Tavad qarı başı aşağı qızın başını qolu üstündə tu-

tub dayandığı yerdəncə: - Bala, bu, qiyamət sevincəyidi.

Page 38: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

75

…Solmazı komissiya otağında bir tərəfdə qoyul-muş divanın üstünə uzatmışdılar. Həkim çağırılmış, ona yardım göstərilmişdi.

- Ay bacı, özünə gəl, -bu, bayaqkı komissiya üzv-ünün sözü idi. Solmazın baxdığını görüb əlavə elədi:

- Sizə ev verirlər. Niyə belə əsəbiləşirsən? -Yox, əsəbiləşmirəm,-Solmaz indi özünə gəlmişdi. Daha komissiya üzvlərinə də baxmırdı. Amma do-

daqlarının altında nəsə pıçıldayırdı. Diqqətlə dinləyən olsaydı açıq-aydın onun sözlərini eşidərdilər:

- Mənə öz evimi, öz Tülümü verin... - Mənə öz evimi, öz Tülümü verin... - Tülünü verin, Xocalını verin!... - Tülünü verin, Xocalını verin!...

GÜL ÖPÜŞÜ

Çoxdanın söhbətidir, onda hələ köhnə əsrin qurtar-mağına on il qalırdı. Mən də institutun üçüncü kursunda oxuyurdum. Zamanın çox qarışıq vaxtı idi. Köhnə quru-luşu dağıtmaq istəyənlər olduğu kimi, saxlamağa çalı-şanlar da az deyildi. Azadlıq meydanı qaynar qazana bənzəyirdi. İndi o vaxtdan xeyli keçəndən sonra da mən bu fikirdəyəm ki, əsas güc bizim tələbələrin üzərinə

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

76

düşürdü. Ümumiyyətlə, tələbə əhli gənclikdən gələn bir coşğunluqla, qızğınlıqla hərəkata qoşulmuşdu. Hələ həyatın ağrı-acıları ilə, qayğıları ilə yüklənməmiş düşün-cəmizə yığdığımız mübarizlik, ixtisasımıza görə sava-dımız, biliyimiz bizim üçün silah idi. Doğrusunu deyim ki, İyirmi Yanvardan sonrakı bir il ərzində biz böyük imperiyaya qarşı nifrətimizi və qəzəbimizi gizlətmirdik. Hərçənd ki, bəzi müəllimlərimiz hələ də partiya tarixini öyrətmək inadından dönməmişdi. Amma elə müəllimlə-rimiz də vardı ki, qiymət kitabçalarımızı dəhlizdə yığıb hər kəsə özünün müşahidəsinə, təsəvvürünə görə qiymə-tini yazır, sonra da:-Gedin, yaxamızı bu imperiyadan qurtarın,-deyirdi.

Laçınla mən bir qrupda oxuyurduq. Yataqxanada bir otaqda qalırdıq. Bilmirəm, bəlkə, ailə həyatımızdan gələn dolanışıq, imkan, təbəqə yaxınlığı, ya nə idi, hər halda bizi bir-birimizə bağlayan tellər çox güclü idi. Yataqxanaya getmədiyimiz günləri meydanda bir yerdə keçirirdik. Qışdan çıxsaq da hələ soyuq Bakının dənizə əsən, ya da elə dənizdən əsən küləyi sümüklərimizi sızıldadırdı. Kürək-kürəyə söykənib bu nəhəng insan dənizinin içində bədənimizin hərarəti ilə bir-birimizi qoruyurduq.

Neçə il idi ki, Laçın deyirdi ki, səni bizim dağlara qonaq aparacam. Mən də ona təklif etmişdim, bizim tə-rəflərə gedək. Amma o, inadından dönməmişdi və bi-rinci mənim razılığımı almağa nail olmuşdu. Axır ki,

Page 39: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

77

həmin yazağzı Laçıngilin rayonuna, rayondan da daha yuxarıda, dağlarda yerləşən kəndlərinə getməli olduq. Bakı-Mincivan qatarı ilə Əkərə stansiyasınacan gedib, oradan da avtobusla Laçıngilin rayonuna yola düşdük. Bir-iki saatdan sonra biz artıq rayon mərkəzində idik. Rayon mərkəzinə çatanda Laçın atasına gəlişimizi xəbər verdi. Mən təkid eləsəm də ki, qoy bilməsinlər, qəfləti gedək, Laçın razılaşmamışdı.

Dolama yollar... dağların belinə kəmər kimi do-lanan yollar indi də gözlərimin qabağındadır. Aşağıdan baxanda mənə elə gəlirdi ki, bu dağların zirvəsinə doğru az qala pillə-pillə qalxan yollar haradasa qırılacaq və biz yarı yolda qalacağıq. Laçın tez-tez əlini uzadıb aşağını göstərirdi:

- Bir bax, hələ bayaqdan bəri yol gəlirik. Cəmi-cümlətanı dörd dolama yol keçmişik.

Həqiqətən də adama elə gəlirdi ki, əlini uzatsan da-ğın dibinə çatar. İnsanlar dağları yollarla fəth edirlər. Əvvəlcə yolun əzab-əziyyətinə qatlaşır, yolu çəkir, çək-dikləri yolla zirvələrə qalxır və oradan da üzü aşağı qü-rurla baxırlar.

Elə bilirəm ki, insan də belədir. Harada, necə qırı-lacağını düşünmədən, inadla, inamla ömürlərinin zirvələ-rinə doğru gedirlər. Bu yolu ağılla keçənlər özlərindən sonra gələcək nəsillər üçün sağlam dəyərlər qoyurlar.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

78

Laçının atası orta yaşına çatmış qıvraq bir kişi idi. Mən onu elə aralıdan görən kimi tanıdım. Və mənə elə gəldi ki, o, Laçının yaşca bir az böyümüş şəklidir. Rayon mərkəzindən bizi gətirən «UAZ» maşınının (o vaxt dağ kəndlərinə belə maşınlar taksi kimi işləyirdi) pulunu Laçın verdi. Evə çatana qədər çəkiləcək xərci Laçın hələ Bakıdan hesablamışdı. «UAZ»-ın pulunu ve-rəndə gördüm ki, Bakıdan rayon mərkəzinə qədər gəl-diyimiz puldan rayon mərkəzindən kəndə qədər olan məsafənin pulu daha çoxdur. Təəccüblə baxdığımı görən Laçın güldü:

- Bəs necə, elə bilirsən dağlarda yaşamaq asandır? - Yox, demirəm ki, asandır. Amma, burada bir uy-

ğunsuzluq var. - Uyğunsuzluq olmasaydı daha köhnə hökuməti ni-

yə yıxmağa çalışırdıq. Yetmiş il ərzində bu məsələni so-vet hökuməti həll edə bilməyib,-Laçın lap bişmiş siyasətçi kimi cavab verdi.

Atasının bizə yaxınlaşdığını görüb söhbətimizi ya-rımçıq kəsdik. O, əvvəlcə mənimlə görüşdü. Çox isti, lap elə doğma balası kimi məni qucaqladı:

- Xoş gəlmisən, ay bala. Sən də Laçının qardaşı-san. Bax bizim bu dağlar sənə peşkəşdir,- dedi. Sonra da Laçınla görüşdü.

Dönüb yoldan bir qədər yuxarıda bulağın başında dayanmış, bizdən bir az böyük olan cavanlara işarə elədi. Nə dediyini başa düşməsəm də, bizə yolu göstərdi:

Page 40: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

79

- Qalxın yuxarı gəlin. Bulağın başına yığışan, bizi qarşılamaq üçün gəl-

miş adamlar Laçınla məni araya aldılar. Mənimlə mehri-banlıqla görüşəndən sonra onlardan biri zarafatla məni göstərib dedi:.

- Dostun nə yaxşı ilin-günün bu çağında bu tə-rəflərə gələ bilib?- Bilmirsiniz, güllə altındayıq?

Başqa birisi yenə Laçına söz atdı: - Gərək qonağını göz bəbəyin kimi qoruyasan,

sağ-salamat Bakıya qaytarasan. Bakılı hara, bu dağlar hara? Gözlə ha, qayalardan ayağı sürüşməsin.

Mən özüm də şəhərli olmadığımı onlara söylədim. - Düzü, mən kənd uşağı olsam da aran yerində bö-

yümüşəm. Yerimiz düzəngahlıqdır. Muğan ellərində-nəm,-həm də etiraf etdim,-Düz deyirsiniz, mən belə dağ-lar görməmişəm.

Elə bəri başdan sərt qayalara, başı buludlarda itən sıldırım dağlara tərəf baxıb heyrətimi gizlətmədim.

Quzuluq tükü üstündə olan bir toğlunu lap mənim yanıma çəkdilər. Laçının atası qolunu çirmələdi. Bıçağı toğlunun başına çəkəndə aralanmaq istəsəm də, Laçın məni buraxmadı.

- Ə, burda dur, toğlunu sənin ayağına kəsirlər, mə-nim yox.

Bir qədər sıxılsam, çəkinsəm də Laçınla münasibə-timizdən irəli gələn cəsarətimlə onu cavabsız qoyma-dım:

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

80

- Düz deyirsən, hər dəfə sənin gəlişinə bir toğlu kəssələr onda bu dağlarda qoyun-quzu qalmaz.

Bu sözə hamı gülüşdü. Bulağa endik, bulaq başında qızlar qab-qacağı suya

çəkir, bulaqdan bir qədər yuxarıda, yaşıl çəmənli yasta-nada süfrə salırdılar. Laçın onları bir-bir göstərirdi:

- Anamı gördün, bayaq səninlə görüşdü. Bu, ba-cımdır, adı Bənövşədir. O da bibim qızı Lalədir. Orta məktəbin axırıncı sinfindədirlər.

Laçınla atası bir qədər qarabəniz, mis rənginə çal-salar da Bənövşə çox göyçək, dürüst və qamətli bir qız idi. Deyərdim ki, anasına çəkib. Amma bir ailənin öv-ladı olduqları elə kənardanca diqqəti çəkirdi. Lalənin isə yanaqları dağ laləsi kimi közərirdi. Kürəyinin arxasına atdığı saçları qoşa hörüyə yığılmışdı. Hələ o vaxtacan kənddə dəbdə olduğundan saçlarını başının ortasından ayırmışdı. Elə bil başının ortasından bir cığır keçirdi. Amma yanlarından saçının gödək hissəsi alnında və ya-naqlarının yanında qıvrılıb cığa yaratmışdı. Bu da ona ayrıca bir gözəllik verirdi.

Biz bulağa yaxınlaşanda qızlar əl saxlayıb kənara çəkildilər. Lalə:

-Xoş gəlmisiniz,-dedi. İlahi, qızın bir-birinə yapışmış dodaqları açılanda

elə bil ki, qönçəsi çat vermiş qızılgül idi, gözümü ox-şadı. Hələ o vaxtdan illər keçsə də, onun «xoş gəlmisi-

Page 41: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

81

niz» sözlərini dediyi zaman aldığı görkəm gözümün qabağındadır.

Turşsuyun üstündə gün əyilənəcən qaldıq. Arada Laçınla mən meşə dolayısı ilə gəzintiyə çıxdıq. Ancaq Lalə elə bil ki, gözlərimin qabağında idi. Haraya gedir-dimsə onu görürdüm. Bu, nə idi? Hansı hiss idi birdən-birə məni çulğamışdı?

- Qızlar orta məktəbin axırıncı sinfində oxuyurlar. Bu il ali məktəbə sənəd verəcəklər,- deyə Laçın dilləndi:

- Gələn il üçün gərək qızlara indidən ev axtaraq. Laçın deyəsən doğrudan-doğruya elə indidən qay-

ğılanırdı. Zarafat deyil, biz üçüncü kursu bitirirdik. Hələ bir il oxuyacaqdıq. Lalənin ali məktəbə qəbulu mümkün olsaydı, o vaxt dediyimiz kimi, tələbə yoldaşı olacaqdıq.

Beş gün dağlarda Laçıngilin qonağı oldum. Laçının anasının tələbi ilə biz hər gün yuxudan tez dururduq. Sə-hərin gözü açılmamış Səlimə xala biz yatan otağa daxil olur, Laçını haylayırdı:

-Dur, səhər-səhər ayağınız çöl-çəmənin şehinə dəy-sin, bir bulağa enin, üzünüzə dağ suyu vurun.

Biz nə qədər tez qalxsaq da Bənövşəni də, Laləni də bizdən tez oyanmış görürdük. Onlar çəpər qonşusu idilər.

Tüstülənən samovar, həyətdəki ağacın altındakı stolun üstünə düzülmüş qaymaq, bal, pendir bizi gözlə-yirdi. Biz süfrə başına keçənə qədər heç kim stola yaxın-laşmırdı. Ağ süfrə dəsmalı yeməklərin üstündən götürül-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

82

mürdü. Yeməkdən sonra ailə üzvlərinin hərəsi bir işin dalınca gedirdi. Az müddət də olsa, qızlarla birgə qalır-dıq. Mənə elə gəlirdi ki, bir qədər hürkək olan Lalə artıq qəlbimdə yanan alovlardan xəbərdardı. Dərslərinə dair verdiyim suallara da üzünü yana tutub cavab verirdi. Bu zaman onun qırmızı yanağının bir az da allandığını hiss edirdim. Qəlbimdə bir işıq alovlanmışdı. Nədənsə mənə elə gəlirdi ki, Lalə elə bu il ali məktəbə qəbul olunacaq. Və mən də artıq ruhumu ovsunlamış hisslərimi, duyğu-larımı ona Bakıda aça biləcəyəm.

Yola düşmək vaxtı gəldi. Onunla necə görüşüb ay-rıla-cağımı bilmirdim. Laçıngilin yaxşı bağ-bağçası var-dı. Dəmir tor çəkilmiş çəpərin içəri üzündə cərgə ilə ağ-qırmızı qızılgüllər əkilmişdi. Laçın məni güllərin yanına apardı:

- Gəl bu güllərdən bir neçəsin dərib özümüzlə Ba-kıya aparaq. Bizə inanmayacaqlar, ancaq qoy inansınlar. Bunlar soyuğa davamlı sortlardır. Atam aşağılardan gətirib əkib. Bir bizim həyətimizdədir, bir də bibimgilin həyətində.

Laçın bir neçə gülü saplağı uzun olmaqla qayçıladı. Qönçələr yarımaçılmış vəziyyətdə idi. Gülləri mən gö-türdüm. Bu vaxt Lalə də öz həyətlərindən bir neçə qızıl-gül qönçəsi gətirdi. Mən əlimi ona uzatdım. Bu, vida görüşü idi. Ancaq gələcəyə ümidli görüş. Lalə dərdiyi gülləri mənə verdi. Onları qucağımda tutduğum güllərin üstünə qoydum. Bir anlığa mənə elə gəldi ki, güllər

Page 42: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

83

hərarətlə öpüşdülər. Sevgi ilə qucaqlaşdılar. Sanki dağ-ların o üzündən gələn mərmi və top səsləri də güllərin öpüşü zamanı susdu. Dünya-aləm sükuta qərq oldu.

Hərdən gözümlə Lalənin verdiyi gülləri oxşamaq istəyirdim. Lap bir-birindən ayırıb baxmaq istəyirdim. Elə bil ki, güllər canlı idi, bir-birinə sarmaşmışdı, ayrıl-maq istəmirdilər.

Biz Bakıya qayıtdıq. Yaxın günlərdə öz rayonu-muza gedən kimi anama hər şeyi danışacaqdım. Elə hey məni danlayıb deyirdilər ki, nə oldu, yaşın keçir, insti-tutu qurtarmağına az qalıb, bir qız seçmədin? Mən də deyirdim ki, siz nə hayda, dünya nə hayda? Görmür-sünüz dunya dağılır? Onda bilmirdim ki, sevgi bu dünya zəlzələlərinin hamısından güclüdür.

Mitinqlərdə də, odlu-alovlu mübahisələrdə də Lalə həmişə yanımda idi. Onun mənə dikilmiş nəzərlərini hər yerdə üzərimdə hiss edirdim. Baxışlarının söylədikləri mənim üçün dünyanın ən pozulmaz qanunu, yaddaş ki-tabı idi.

On beş gün keçmiş bəd xəbər ürəyimi param-parça etdi; Rayon işğal olunub. Laçın həmin gün dərsə gəlmə-mişdi. Mitinqdə də görmədim. Yataqxanaya qaçdım, orada da yox idi.

Özümə yer tapa bilmirdim. Hələ heç nə bilməsəm də, ürəyimdə bəxtimi lənətləyirdim. Kim inanır-inanmır, özü bilər, mənə elə gəlirdi ki, pis bir xəbər eşidəcəyəm.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

84

Laçın bir həftədən sonra qayıtdı. Üz-gözünü tük basmışdı. Onu institutun dəhlizində görən kimi üstünə yüyürdüm. Məni görəndə hönkür-hönkür ağladı.

- Danış, nə var, nə yox? - Onun çiyinlərindən tutub silkələdim.

Handan-hana, boğula-boğula, güclə bunları deyə bildi:

- Kəndin qız-gəlinlərini yük maşınlarına yığıb bir qədər qabaqca yola salıblar. Erməni quldurları maşının kənddən çıxdığını görüb. Dolamadan keçəndə qrad mər-misi ilə vurublar. Partlayışdan sonra sağ qalan olmayıb.

Dilim qurumuşdu, dodaqlarım tərpənmirdi. Güc-bəla ilə Laçının başını əllərimlə tutub gözlərinə baxdım. “Lalə də”, demək istəyirdim. Ancaq deyə bilmirdim. Laçın başını yavaşca tərpətdi. Bildim ki, o, mənim nəyi soruşacağıma cavab verir...

İndi də hərdən tələbə yoldaşlarımla görüşüb keçmiş xatirələri yada salırıq. Söhbət işğaldan düşəndə yadıma Lalə, onun qucağında böyüdüyü dağlar düşür, ürəyim-dən qara qanlar axır.

Bağçamızda çoxlu qızılgül kolları əkmişəm. Hər-dən yarıaçılmış qönçələrdən yığıb iki əlimlə üzümə, gö-zümə sürtürəm.

Güllərin «öpüşü» isə heç yadımdan çıxmır.

GÜNAHMI, SAVABMI?...

Page 43: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

85

II Dünya müharibəsinin qızğın çağları idi. Balaca

bir kənddə, balaca bir evdə ana-bala baş-başa verib do-lanırdı. Evin başıpapaqlısı qanlı-qadalı müharibədə canı bahasına vuruşurdu. Böyük Vətən adlandırılan Ru-siya torpaqları uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Sağ qalmaq, müharibədən salamat qayıtmaq hər kəsə nəsib olmurdu.

Müharibədən gələn qara xəbərlər kənddə demək olar ki, bütün qapıları döyürdü. Ana-bala gözlərində qorxu, həsrət gecəni gündüzə qatır, biri ər yolu, o biri ata yolu gözləyirdilər. Yaşamaq lazım idi. Yaşamaq üçün çörək tapmaq lazım idi. Çörək tapmaq üçün çalış-maq, durub-dayanmadan, dincəlmədən, yatmadan işlə-mək, yenə də işləmək lazım idi. Bu, müharibə illərinin yazılmamış qanunlarından idi. Kişilər cəbhədə idilər. Kolxozun bütün işləri arvadların, uşaqların, qocaların in-cə, zərif və zəif çiyinlərində bərqərar olmuşdu.

Ana-bala da o birilər kimi işləyir, müharibədə vu-ruşan əsərlər üçün yavanlıq, pal-paltar göndərirdilər.

Balaca Yunusun anası gecə-gündüz kolxoz tarla-larında işləsə də, o, məktəbindən bir gün də olsa qalmır, dərslərini əla oxuyurdu. Anası Güləbatın «staxanovçu» idi, qoçaq idi, kolxozun hər işində birinci idi. Odur ki, onun əməkgünü həmişə bol olurdu, evindən taxıl əksik olmurdu. Ana vaxt tapan kimi evinə qaçır, sac asıb xam-ralı bişirirdi. Axırda isə oğlunun xoşladığı xamralı çörə-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

86

yindən dərin cama doğrayır, içinə nehrə yağı qatıb isti çörəkdə əzir və oğluna döyməc düzəldirdi. Oğlu döyməc dürməyini ləzzətlə dişləyib yoldaşlarının yanına qaçırdı. Atalar düz deyib: Uşaq atadan yox, anadan yetim qalar. Balaca Yunus atasız olduğunu hiss etməzdi. Anası ona həm ata, həm ana idi. Anası evdə qalanda o, özünü çox bəxtəvər sanır, gecə onun isti qucağına sığınaraq şirin yuxuya gedirdi. Yuxuda dadlı-duzlu, rəngli yuxular gö-rürdü. Gördüyü yuxularının hamısı bir sonluqla qurta-rırdı: onu anasından zorla ayırıb göylərə aparırlar. O, göydə xeyli qanad çalır, aşağılara, anasının yanına qayıt-maq istəyir, ancaq ona imkan vermirlər. Hər dəfə də yuxunun təsirindən hövlanak oyanır, gördüyü yuxusunu anasına danışır, cavab üçün gözlərini onun ağzına dikir-di. Anası ona təskinlik verib deyirdi: “Nə gözəl yuxu görübsən, dərdin alım. Sən oxuyacaqsan, böyük adam olacaqsan. Yuxuda gəzdiyin göylər o deməkdir ki, sən vəzifə sahibi olacaqsan, yuxarılarda oturacaqsan. Ona görə də dərslərini yaxşı oxumalısan“. Ana oğlunun göz-lərindən öpür, onu sinəsinə çəkib başını tumarlayır, göz-ləri isə ixtiyarsız yol çəkirdi.

Yunus sevincək yerindən qalxar, səhər çayını-çörəyini yeyər, yoldaşlarına qoşulub məktəbə tələsərdi. İllər beləcə bir-birini qovurdu. Yunis məktəbi bitirib əsgəri xidmətə yola düşdü. Fikirləşdi ki, əsgəri xidmə-tini başa vurduqdan sonra sənədlərini hazırlayıb univer-

Page 44: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

87

sitetin riyaziyyat fakültəsinə verər. Axı, o, məktəbin ən güclü riyaziyyatçı şagirdi idi.

Üç illik əsgəri xidmət başa çatdı. Yunus doğma kəndinə qayıtdı. Bir az dincəlməyi qərara aldı. Onsuz da bu il universitetə gedə bilməyəcək. Hələlik işləyər, yay-da qəbul üçün Bakıya gedər.

O, kənddə işə düzəldi. Səhərlər yuxudan durub sə-hər yeməyi yeyər, anasının günorta üçün düzəltdiyi box-çasını da götürüb işə gedərdi. Yaman sürücülük həvə-sində idi. Maaşı ancaq velosiped almağa çatırdı. Özü üçün bir velosiped də almışdı. Hər gün «ceyran» adlan-dırdığı velosipedinə oturub kəndin kənarında yerləşən iş yerinə gedirdi.

Yolu kəndin ortasından keçirdi. Bir dəfə gözü qonşu həyətdə, tut ağacının altında salınmış palazın üs-tündə oturub kitab oxuyan qıza sataşdı. Bu hal bir neçə dəfə təkrar olundu. Qonşu qızın adını da öyrənmişdi-Sona. Sona orta məktəbdə oxuyurdu. Yunus ona vurul-muşdu, gecəsi-gündüzü yox idi. Oxumaq, qəbul imta-hanlarına hazırlaşmaq da yaddan çıxmışdı. Onun yerinə Sona ilə danışmaq, kəlmə kəsmək istəyindən əl çəkə bilmirdi. Sevgisini ona bildirəndə Sona oxumaq istəyini dedi. Yunusun sevgisi o qədər çılğın idi ki, sevdiyi qızın istəyi ilə hesablaşmadı. Vaxtsız gəlmiş sevgi onu da, Sonanı da ali təhsil almağa qoymadı.

…Toylarının onuncu ildönümündə beşinci uşaqları doğuldu. Böyük arzularla, ümidlərlə yaşayan gənc oğlan

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

88

və gənc qız həyat burulğanında çabalamağa başladılar; beş uşağı saxlamaq üçün hər işə getdilər. Çalışdılar, durmadan işlədilər, uşaqları böyütdülər. Oxuyub müəl-lim olmaq arzuları həmişəlik olaraq ürəklərinin dərinlik-lərinə gömüldü.

1988-ci il hadisələri başladı. Mənfur qonşularımız olan ermənilərin xəstə təxəyyüllərindəki dənizdən-dəni-zə olan torpaqları Ermənistana qatmaqla «Böyük Ermə-nistan» yaratmaq arzuları yenidən baş qaldırdı. Keçmiş sovet məkanını nümayiş, tətil dalğaları bürüdü. SSRİ təməlindən laxladı. SSRİ-nin tərkibindəki respublikalar azadlıq, müstəqillik uğrunda mübarizəyə başladı. Sovet imperiyasına son qoyuldu. Hər yerdə nizamsızlıq, anar-xiya hökm sürürdü. Ölkə xaos içində idi. 70 il davam edən Sovet imperiyasının Zaqafqaziyada yerləşən ən bö-yük hərbi bazası yüksək hərbi rütbəli zabitlər tərəfindən satılmağa başlandı. Ən çox silah-sursat ermənilərə satıl-dı-özü də yüksək məbləğlərə. Öz işlərini ört-basdır etmək istəyən hərbiçi generallar talan edilib satılmış si-lah bazasını partlatmaq qərarına gəldilər. Qəddar hərbi-çilərin bu əməli sayəsində bir çox kəndlər zərər çəkdi. İnsanlar maddi zərərdən çox, mənəvi zərbəyə sinə gər-məli oldular. Neçə ailə gözüyaşlı qaldı. Çoxlu sayda in-san məhv oldu. Evlər uçdu, həyətlər dağıldı. Adamlar arasına qorxu, vahimə düşdü. Hamı qaçıb canını qurtar-mağa çalışırdı. Bazadan «uçan» raket başlıqları yerə dü-

Page 45: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

89

şərək partlayırdı. Bunun nəticəsində nə qədər insan şi-kəst oldu.

…Ölənlərdən biri də Yunusun böyük oğlu, ilk nü-barı, 39 yaşlı İsa idi. İsa nənə-babasının sevimli nəvəsi idi. Məktəb illəri müəllimlərinin, böyüyəndən sonra kən-din sevimlisi oldu. İsa kəndin hər işinə yarayırdı. Ha-mının qardaşı, oğlu idi. İsanın ölümü kəndin faciəsi idi. Hamı ona yas saxladı.

Yunusun ürəyinin telləri qırıldı, yandı, külə döndü, beli ikiqat əyildi, üz-gözünü saqqal basdı. Oğlunun faciəli ölümü onun ömrünü, həyatını on il geri atdı. O gündən ağır xəstəliyə düçar oldu. Oğlunun ətrini nəvə-lərindən almaqla kədərini ovutmaq istədi. Bu, o istək, o murad olmadı. Dərdini içinə saldı, təkbaşına çəkdi, heç kimə demədən, heç kimə şikayətlənmədən. Dərd onun içini ac yalquzaq kimi diddi, dağıtdı, sonra yatağa saldı.

…Ahıl yaşlı oğlu qapıdan çıxıb harasa getmək istə-yəndə ana arxadan onu çağırır, geri dönməsi üçün ona yalvarırdı. Oğul məcbur olub geri qayıdırdı. Ana onu danlayırdı:

- Ay bala, əynini qalın elə, görmürsən, şaxta adamı kəsir, soyuqlayarsan axı?!

- Ana, əynim qalındır, üşümürəm. - Yox, üstən də paltonu gey, canın isti olsun. Oğul istəməsə də, ananın sözünü yerə salmır, kost-

yumunun üstündən bir şey geyinib çıxır. Nəvələri ana-balanın söhbətini eşidib gülüşürlər:

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

90

- Ata, sən bizə deyirsən əyninizi geyinin, ana da sə-nə. Nə qəribədir?!

- Qəribə heç nə yoxdur, a qızım. Siz mənim uşa-ğımsınız, mən də onun.

Bəzən elə olurdu ki, yemək zamanı ana qabağın-dakı yeməyin yararlı tikələrini oğlunun boşqabına qo-yurdu. Oğlu etiraz eləsə də ananın qəlbini sındırmır, onun verdiyi tikələri yeyirdi. Ana cibində gizlətdiyi kon-feti də saxlayıb ona verirdi.

Ana elə zənn edirdi ki, oğlu hələ də balaca, dəcəl Yunusdur.

Ana Yunusunun üstündə əsirdi... …Ana iki il idi ki, yatağa düşmüşdü. Özü yataq

xəstəsi ola-ola özündən beş yüz kilometr uzaqda yaşa-yan oğluna xəyalən yalvarıb-yaxarır, ondan sağalıb aya-ğa durmağını xahiş edir. Ana xəstə oğluna gah bayatı deyir, gah tırınqı çalır, onu ovundurmaq istəyirdi. Oğlu isə onu eşitmirdi. Ancaq fikri-xəyalı yetmiş il bir yerdə, bir damın altında yaşadığı anasının yanında idi. Ananın bu il yüz yaşı tamam olurdu. Bu münasibətlə Azərbay-can Televiziyasının birinci kanalı uzunömürlülər silsilə-sindən televiziya filmi çəkmişdi. İki ilin hicranını yaşa-yan oğul anasını televiziya ekranında görmüş, özünü saxlaya bilməyib ağlamışdı. Veriliş bitəndən sonra üzü-nü yanında oturmuş arvadına tutub demişdi: «Anama bir şey olsa, özümü öldürərəm».

Page 46: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

91

...Ana yataqda oğluna dua edir, Allahdan ona can sağlığı diləyir: «Ay Allah, sən ona rəhm et, ona qıyma, mənim cənazəm onun çiynində getsin. Oğluma bir şey olsa məni də öldür. Ancaq elə et ki, mən ondan qabaq ölüm, oğul dağını görməyim».

Ağzı dualı ananın öz dərdi yadından çıxıb, oğul dərdi çəkirdi. Yuxuda olanda belə, oğlu Yunusla danışır-dı. Yuxudan duranda evini-eşiyini, oğlunu istəyirdi. Hərdən də belə bir bayatı çağırırdı:

Arım var, arxanam var, Gorum var, gorxanam var. Öləydim öz evimdə, Barım var, barxanam var. Ana baladan xəbərsiz, bala anadan xəbərsiz ikisi də

göz görə-görə əriyirdi. Onların yetmiş illik birgə keçən həyat telləri iki il idi ki, qırılmışdı. Onların ana-bala mə-həbbəti dönüb dost-musaib, bacı-qardaş, həmyaşıd, həmfikir məhəbbətinə çevrilmişdi. Onların məhəbbəti ilahi eşq kimi göylərə yüksəlmişdi. Hər ikisi bu məhəb-bətin oduna yanır, şam kimi əriyirdi.

Oğul can üstədir, onun oğul-uşaqları, bacısı onun başının üstünü kəsdirub durmuşdular. Xısın-xısın, kiri-mişcə ağlayırdılar. Ananın isə oğlundan xəbəri yox idi. Bilmirdi ki, həyatının bəzəyi, mənası olan oğlu ağır, ge-dər-gəlməz yoldadır. Qohumların hamısı buradadır, bir-cə sevimli anasından başqa. Ananı aldadıb kəndə get-mişdilər, guya qohum toyuna gedirlər. Ananın heç ağlı-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

92

na da gəlməz ki, sevimli oğlu gözlərini bu dünyaya əbə-di yummaq üzrədir.

… Ana gecədən xeyli keçmiş yuxuya getdi. Yuxu-sunu qarışdırdı, qəribə yuxu gördü. Yuxunu o qədər ay-dın görmüşdü ki, onun təsirindən hövlanak ayıldı, gözlərini dolandırıb pəncərədən çölə baxdı. Hələ qaran-lıq idi, səhərin açılmasına xeyli vardı. Yanındakı çarpa-yıda yatan Nərgizə tərəf boylandı. Onun qalxmasını göz-ləyə bilməyib onu səslədi. Səsə Nərgiz oyandı və ayağa qalxıb ananın yanına gəldi, soruşdu:

- Hə, ana, nə istəyirsən, nə olub? Ana qırıq-qırıq cavab verdi: - Heç... yuxuda Yunusu gördüm. Əyninə ağ par-

çadan kostyum geyinmişdi. Gördüm ki, anası ölmüş top oynayır. Axı, sən bəlkə də bilmirsən, anası kor qalmış futbol oynamağı xoşlayırdı. İndə də gördüm futbol oy-nayır, top gəldi, mənim üzümə dəydi, üzümdə partladı. Buna da o, bərkdən güldü. Nənəsi ölmüş İsa da kənarda durub atasının oynuna tamaşa edirdi. O, əyninə təptəzə kostyum geyinmiş, başına qulaqlı papaq qoymuşdu. Mə-lul-müşkül kənarda dayanıb atasını gözləyirdi. Onun atasına zillənmiş gözləri yol çəkirdi. Elə bu dəmdə qon-şu Abbas (Allah ona rəhmət eləsin!) gəlib çıxdı və Yu-nusa üzünü tutub bərkdən dedi:

- Ay Yunus, gəl çıx da. Bayaqdan səni gözləyirik axı. Çıxaq gedək, işimiz-gücümüz töküldü qaldı.

Ana fikrini toplayıb yenidən dilləndi:

Page 47: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

93

- Mən Yunusun qolundan tutmaq istəyəndə yuxu-dan ayıldım... Allah xeyrə calasın, bu nə yuxu idi, mən gördüm. Tez səhər açılsaydı, bir kəndlə danışardın, gö-rək nə var, nə yox? Yunus nə təhərdir?

Nərgiz yaşarmış gözlərini silib «yaxşı» dedi. Oğul isə anadan xəbərsiz can verirdi. Artıq molla

da gəlmişdi. Dəfn mərasiminə hazırlıq gedirdi. Qəbris-tanlıqda qəbir yeri müəyyən olunmuşdu. Ana oğlunun həsrətlə yol çəkən gözlərini görmürdü. Oğlunun gözləri yarıyumulu idi. Kəndin ağsaqqallarından biri məsləhət gördü ki, ananın şəklini oğlunun sinəsi üstünə qoysun-lar. Ananın şəklini sinəsi üstündə hiss edən oğul əbədi olaraq gözlərini bu dünyaya yumdu. Axşam saat beş idi.

…Ana axşamçağı yatağında mürgüləmişdi. Yuxu-dan səksəkəli oyandı. Ətrafına baxıb döyükdü. Bir anlıq gördüyü yuxudanmı, xəstəlikdənmi nədənsə halı pozul-du. Urəyi sancdı, qulaqları güyüldədi. Bir xeyli susub durdu. Yenidən uzandı, bu dəfə üzünü divara tərəf çevirdi. O, axşam yeməyindən imtina etdi.

Ananın qızı, nəvələri oğlunun yeddisini verib qa-yıtmışdılar. Ana onları görən kimi yerindən dikəldi, ni-garan baxışlarla onları süzdü, oğlunu xəbər aldı. Qızlar ananı aldadaraq «oğlun lap yaxşıdır», dedilər. Ana oğlundan daha çox xəbər tutmaq istədi: «Danışa bilirmi, yeriyə bilirmi?» Qızlar boğazlarına tıxanmış qəhəri güc-bəla ilə udaraq «hər şey yaxşıdır» dedilər. Ana inandı. Toyu xəbər aldı:

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

94

-Toy necə keçdi? Kimlər iştirak edirdi? -Hamı- deyə qızlardan biri dilləndi. Onlar yalan danışmırdılar. Bütün qohum-əq-rəba

ilə görüşmüşdülər. Ən ucqar yerdə yaşayan qohumlar da yasa gəlmişdi. İllərlə bir-birini görə bilməyən qohumlar yasda görüşürdülər. Qohumların görüşməsinə ana ürək-dən sevindi. Həmişə dediyi sözləri təkrar etdi:

-Qohumun pisinə də, yaxşısına da qurban olum. Bir-birinizə gedin, gəlin, yoxlayın, bir-birinizi unutma-yın.

Ana «toyun» yaxşı keçməsinə sevinsə də həmin gündən halı dəyişdi. Yeməyi azaldı, iştahası kəsildi. Hər gün qızına, nəvələrinə deyirdi ki, kəndə zəng çalın, hal-əhval tutun, yuxumu qarışdırmışam.

Bir gün qızı çaşaraq anaya dedi ki, zəng etdim, Yu-nusla danışdım, sənə salam göndərdi. Ana yerindən di-kəldi:

- Necə, nə dedin? Yunus danışır, dili açılıb? Qız bilmədi nə desin. Yalanını ört-basdır etməyə

çalışdı: - Belə də, bir təhər başa düşdüm ki, səni soruşur. Qız sözünü qurtarar-qurtarmaz otaqdan çıxmağa

çalışdı. Anası onu çağırsa da, özünü eşitməzliyə qoyub geri dönmədi. Seyvanda taxtın üstündə oturdu, dizlərini qucaqladı, kövrəldi: “Zavallı ana, haradan biləsən ki, istəkli övladının ölümünün bu gün bir ayı tamam olur. Ayağına tikan batanda dözmürdün, bu acı xəbərə heç

Page 48: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

95

dözməzsən. Bu bəd xəbəri sənə necə verim. O da beləy-di. O da heç vaxt sənin pis xəbərinə dözməzdi”... Keçən günləri yada saldı...

...Ana təzəcə yatağa düşmüşdü. Oğlu ananın yıxılıb yatağa düşdüyünü eşitdi, hönkürüb ağladı. Axşamı birtəhər gözlədi, Bakıya gedən qatara bilet alıb anasının yanına tələsdi. Evə qalxan pilləkənləri zorla qalxdı, xəs-təlik öz işini görürdü. Qapını bacısı açdı.

- Anama nə olub, niyə yıxıldı? Bacı dillənmədi, kənara çəkilib qardaşına yol verdi.

Oğul birbaşa ananın yanına gəldi, yatağının yanında diz üstə çökdü, əyilib onu qucaqladı. Ana-bala bir-birilərini duz kimi yalamağa başladılar. Oğul anasının bu yatışına dözəmmirdi. Gözünün yaşını tökürdü. Ana heç vaxt xəstələnməzdi. Özü demişkən “Nikolay” yağı“ yemişdi. Dağda-bağda gəzib dolanmışdı. Yediyi-içdiyi saf, təmiz və təzə olurdu. Ürəyi, həkimlərin dediyinə görə cavan qız uşağının ürəyi kimi idi. Daxili orqanları sağlam idi. Xəstəlik nə olduğunu bilməzdi. Uşaqlarına həmişə de-yirdi:

-Sağlamlıqda özümə oxşayın. Ananın qızı bir tərəfdə boynunu büküb ana-balanın

həsrətli görüşünə tamaşa edirdi. Qız ürəkdağlayan bu mənzərədən ixtiyarsız axan göz yaşlarını belə silmirdi.

Oğul ağlayır, ananı öpüşlərə qərq edirdi. Ana xa-siyyətcə həlim olsa da, çox dözümlü və təmkinli idi. Içində bahar buludu kimi dolsa da, gözləri heç nəmçi-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

96

məmişdi də. Oğluna ürək-dirək verir, onu səbirli olmağa çağırırdı:

- Yunus, ağlama, ağlamaq olmaz. Kişi ağlamaz, ki-şi mərd olar, dözümlü olar. Mən həyatın hər üzünü gör-müşəm. Bu da mənim axırıncı müsibətimdir. Özünü ələ al. De görüm, özün necəsən? Həkimlər nə deyir? Uşaq-lar dərmanını vaxtlı-vaxtında alırlarmı?

Oğul ananı eşitsə də ona cavab verə bilmir. Hön-kür-hönkür ağlayırdı. Ana ona gah öyüd-nəsihət verir, alnından öpür, gah da onu ovundurmağa çalışırdı.

Nərgiz bunları yada saldıqca içində göyür-göyür göynəyirdi...

Bu vüsal onların axırıncı vüsalı oldu. Bu görüşdən iki il sonra onlar əbədi ayrılsalar da, o biri dünyada yeni-dən qovuşdular.

…Ananın halı gah yaxşılaşırdı, gah da pisləşirdi. Oğlunun həyatdan getməsinin üç ayına az qalmışdı. Ana hey «Yunus, Yunus» deyə pıçıldayırdı. Birdən onun bə-dənini soyuq tər basdı. Puçur-puçur tər dənələri yana-ğından boğazına doğru axmağa başladı. Bir anın içində gözlərinin altı qançır bağladı. Dodaqları gömgöy göyər-di. Gözlərini geniş açıb ətrafına baxdı, xırıldamağa baş-ladı. Gözləri az qala hədəqəsindən çıxacaqdı. Tez-tez başını sağa-sola döndərərək gözlərilə kimisə axtarırdı. Bir az keçmiş əlləri də hərəkətə gəldi. Sanki sinəsində kimsə oturmuşdu. Əllərini sinəsinə tərəf uzadıb elə bil kimisə qovmaq istəyirdi. Hərəkət etdiyindən bədəni tər

Page 49: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

97

suya batmışdı. Qızı, nəvələri ətrafında idi. Qızı yavaşca soruşdu:

- Ana, niyə belə edirsən? Nə istəyirsən, kimi istə-yirsən?

Qızın məqsədi vardı. Bilmək istəyirdi görsün, ana-nın sevimli oğlunun ölümü ona ayan olubmu? Ana isə cavab vermir, canıyla (ya Əzrayılla?) əlləşir, xırıldayır, əl-qol atır. Qızı sualını tez-tez, ancaq, yavaşcadan tək-rarlayırdı. Nəvələr nənənin bu halına dözmədilər, bərk-dən ağlaşdılar. Onların ata yaraları hələ qaysaq bağla-mamışdı. Ən çox da onları yandıran atalarının ölümün-dən nənənin bixəbər olması idi.

Nəvələrin qışqırıq səsindən ana deyikdi, baxışları bir nöqtəyə ilişib qaldı, xırıltısı kəsildi. Gözlərini yavaş-yavaş ağlaşan nəvələrinə çevirdi. Dili tutulmuşdu, danı-şa bilmirdi. Nəvələr yavaşca ananın qulağına tərəf əyilib soruşdu:

- Ana, kimi istəyirsən? Olmaya Yunusu istəyirsən? Ana başını buladı. Dili dolaşa-dolaşa güclə eşidi-

ləcək səslə inildədi: - İsamı, Musamı... Musa onun kiçik oğlu idi. O, idmançı idi, çoxlu

sayda diplomları var idi. Güləş üzrə usta adını almışdı. Onu tanıyanlar ona Musa pəhləvan deyirdilər. Cavan yaşlarında-ömrünün iyirmi beşinci baharında məşq za-manı aldığı zədədən dünyasını dəyişmişdi. İndi ana se-vimli oğlu Yunusu yox, İsanı-Musanı istəyirdi.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

98

Ananın təntiməsindən, ölümlə mübarizəsindən bir saata yaxın vaxt keçdi, gözlənilmədən sakitləşdi. Ana həyata qayıtmış, üzünün rəngi özünə gəlmiş, yanaqları allanmışdı. Axşama yaxın yemək istədi. Bu dəfə o, hə-mişəkindən fərqli olaraq çox yedi. Qızını, kürəkənini və nəvələrini yanına çağırıb öyüd-nəsihət verdi:

- Mən bu gün ölməliydim. Yuxumu da görmüş-düm. Yuxuda gördüm ki, qaynım bizə gəlib, tez yanına getdim: “Nə yaxşı gəldin, məni də apar”. O, etiraz edib dedi ki, gəlməyinə gəlmişəm, bu dəfə Yunusu aparacam, sonra da səni. Ancaq, səni, hazırlaş, bir azdan gəlib apa-racağam. Bunu deyib getdi. Mən gedirdim, siz qoymadı-nız. Onlar göylərdən gəlmişdi, qolumdan tutub aparır-dılar. Siz qara-qışqırıq saldınız, onlar da getdilər.

Ana uşaqları ilə bir xeyli danışdı-vəsiyyətini edir-miş. Gecəni çox rahat yatdı. Xəstə düşəndən belə yatdığı olmamışdı. Yəqin gündüz çox çabaladığından yorğun düşmüşdü.

Səhər tezdən Nərgiz ananın səsinə yuxudan oyandı. - Ay bala, ay Nərgiz, bu nə vaxtın yatmağıdır, dur

mənə çaydan-çörəkdən ver, acmışam. Nərgiz tez ayağa qalxıb saata baxdı-yeddi idi. O,

ananı yedizdirdi. Ana yerinə uzandı, onu möhkəm yuxu tutdu, üç saata yaxın sakitcə yatdı. Birdən onu sanki kimsə tərpədib oyatdı. Qızını və Nərgizi yanına çağırdı. Güclə eşidiləcək səslə onlara dedi:

- Oturun, sakitcə mənə qulaq asın.

Page 50: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

99

Qızlar dinməz-söyləməz ananın sözlərinə əməl etdilər.

Ana gözlərini dolandırıb qızların üzündə saxladı: - Mən bu gün öləcəyəm. Onlar yenə gəlmişdilər,

gecə yuxuda mənə dedilər. Məni diqqətlə dinləyin. Dü-nənki kimi çığır-bağır salmayın, onunla mənə yaxşılıq yox, pislik edirsiniz, məni ölməyə qoymayırsınız, canbəsər edirsiniz. Sizdən bircə xahişim var; məni ağla-mayın. Mən günümü görüb, dövranımı sürmüşəm. Mən yaşda meşədə heç palıd ağacı da yoxdur. Məni deyə-gülə aparıb balalarımın yanında basdırarsınız. Bircə ba-yatı çağırın, deyin ki, İsa-Musa yaralı anam lay-lay. Eh-sanıma da ətnən halva verin.

Ana nə yesə iştahla yeyərdi, yaxşı xörəklər, özü demişkən “yağlı-buğlu“ yeməkləri sevərdi. Qapısına gə-ləni, yoldan ötəni yedizdirməmiş buraxmazdı. Hər ada-mın da yeməyini, səliqəsini bəyənməzdi.

Ana sözlərinə bir az ara verib dedi: - İndi durun hazırlaşın, ancaq məni buraxmayın,

tez-tez yoxlayın. Qızım, mənə bir stəkan soyuq su ver, ürəyim yandı.

Nərgiz göz yaşlarını silərək soyuducudan su gətir-di. Ana onu axıracan içdi.

- İndi də məni böyrüüstə döndərin. Qızlar onun istəyini yerinə yetirdilər. Ana əllərini qoşalaşdırıb yastığın üstə qoydu,

üzünü əllərinə söykədi və dərin yuxuya getdi. Dodaqla-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

100

rından bir kəlmə söz çıxdı: “İsamın-Musamın yanına gedirəm“. Yarım saatdan sonra ananın nəfəsi kəsildi. Necə yatmışdısa eləcə də canını tapşırdı. Quş kimi uçdu ana. Üzündə sual dolu bir ifadə əmələ gəlmişdi.

Nə yaxşı ki, nəvəsi, indi evin ağsaqqalı olacaq Zöhrab nənəsini yoxlamaq üçün Bakıya gəlmişdi. Onun içəri girməyilə ananın canını tapşırmağı bir oldu. Ana sanki oğlunun gəldiyini hiss etdi, arxayınlıqla əbədi dünyaya, əzizlərinin yanına köçdü.

Yunus həmişə deyirdi: -Məni öləndə anamın qəbrinin aşağısında bas-

dırın, qəbrimi elə qazın ki, anamdan uzaq düşməyim. Ana deyirdi ki, qəbrimi elə qazın ki, oğluma ya-

nımda yer olsun. Hər ikisinin istəyi yerinə yetmişdi. Oğul ananın ayaqları altında əbədi yatırdı. Pey-

ğəmbərimiz Məhəmməd (ə.s) deyib: «Cənnət anaların ayağı altındadır».

Ana ilə oğlu bir-birinə belə möhkəm tellərlə ana-övlad məhəbbətiylə yanaşı müharibənin vurduğu ağrılar, acılar bağladı. Yunus uşaq yaşlarında müharibənin ağır yükünü çiyinlərinə götürdü, gəlin anasıyla birlikdə ye-tim qalmış bacı-qardaşlarını böyütdü, anasının qeyrət dağarcığı oldu, uşaq ömrü yaşamadı. O zaman gözünü açıb ətrafina baxmaq ona nəsib oldu ki, kişisiz qalmış evin kişisidir, dərk elədi ki, anası onun həm uşaqlıq dos-tu, həm cavanlıq dostu, həm də anasıdır, həm də bala-

Page 51: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

101

larının nənəsidir-həyatının mənasıdır. Ona görə də ömrü boyu üstündə əsdi. Ölüm ayağında da yanında əbədi ol-masını istədi...

Heç kim bilmədi ki, qanlı-qadalı müharibələrə nif-rət Yunusun ürəyində, qəlbində kök atdı. Çünki müha-ribə onun kimi çox uşaqları yetim qoydu, çiyinlərinə ağır yük verdi, dul qalmış ana, sahibsiz qalmış bacı qey-rətini çəkməyə məcbur etdi. Yunus o uşaqlardan oldu ki, müharibə onu əyə bilmədi. Qəlbində nifrət bəslədiyi mü-haribənin acığına Yunus dağ ürəkli anasına sağlığında olduğu kimi, öləndən sonra da hayan olmağı borc bildi.

Başqalarına da ananı öldürə biləcək xəbəri deməyi qadağan etmiş Nərgiz anadan istəkli oğlunun ölümünü gizlətdiyi üçün vicdan əzabı çəkirdi. Anlaya bilmirdi ki, “günah” və yaxud “savab” bildiyi bu yalanla onlara necə böyük yaxşılıq edib...

BİR ÇANAQ UN

- Anan ölsün, ay bala, anan kar olaydı, bu xəbəri

eşitməyəydi. Axı sən qanlı-qadalı müharibənin ağzından sağ-salamat sovuşub gəldin, düşmənlərə can vermədin. Bəs bu nə iş idi başımıza gətirdin? Bu bəla hardan gəldi bizə, kimin nəzərinə gəldik?

Ana bu kəlmələri hey təkrar edir, gözünün yaşını leysan kimi tökürdü.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

102

Zərnişan ananın oğlu müharibəyə zabit kimi get-mişdi. Qarabağ uğrunda müharibə başlayanda Rusiya-dan geri döndü. Azərbaycan ordusunda xidmətə başla-dı. Pis xəbər tez yayılırmış. Onun başına gələn faciə tez-liklə kəndə də çatdı. Əmrah qəzaya düşüb, xəstəxanada yatır, ayağının birini də itirib.

Xəbər anaya daha tez çatdı. Ana bu xəbərdən sar-sılıb başına-gözünə döydü. Bir az ağlayıb Bakıya-oğlu-nun yanına getmək üçün hazırlıq görməyə başladı. Yır-yığış elədi, hazırlaşıb Bakıya gedən qatara mindi. Ku-peyə keçib bir küncə qısıldı. Balasının taleyini yadına salıb yenidən ağlamağa başladı. Başını qaldıranda bir qadının səbrlə, diqqətlə ona baxdığını gördü. Bir xeyli müddət dinib danışmadılar. Qadın ananın sakitləşdiyini görüb dilləndi:

- Ay bacı, bayaqdan sənə fikir verirəm, elə hey öz-özünə danışıb ağlayırsan. De görüm, dərdin nədir? Niyə ağlayırsan? Bu qədər göz yaşı tökməkmi olar, bir aram ol, sakitləş, danış görək, hardan gəlib-hara gedir-sən?

Zərnişan ana «Anan ölsün, ay bala» deyə-deyə dərdini danışmağa başladı:

- Ay bacı, dərdim böyükdür, oğlum hərbi xidmət-dəydi, qəzaya düşüb, xəstəxanada yatır, deyilənə görə, bir ayağı da yoxdur.

Bunu deyib ana bərkdən hönkürdü. Qadın uzun-uzadı anaya nəzər saldı. Üzündə acı təbəssüm qarışıq bir təəssüf hissi yarandı. Qəlbində bir-birinə əks fikirlər

Page 52: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

103

mübarizə aparmağa başladı. İndi qadın nə edəcəyini bilmir, anaya öz başına gələnləri danışıb təskinlikmi ver-sin, yoxsa sadəcə susmaqla dərddən büzüşüb yumağa dönmüş ananın dərdinə şərikmi çıxsın?

Ananın yanıqlı səsi qadının ürəyini köz-köz etdi, bir ana kimi onun dərdlərini öz dərdi bildi. Susmağı özü-nə rəva görmədi. Çətin olsa da, başına gələnləri danış-maq qərarına gəldi. Onun üçün fərqi yox idi ki, ana onun etdiyi hərəkəti necə qəbul edəcək; pismi, yaxşımı? O illəri xatırlamaq çox ağır idi, buna baxmayaraq danış-mağa başladı:

-Mən indi sənə başıma gələni danışacam… Qadının səsi titrədi, söhbətini yarımçıq kəsdi. Hiss

olunurdu ki, boğazına yığılmış qəhəri udmağa çalı-şır. Nəmli gözlərini qadının üzünə dikmişdi...

Nəhayət, özündə təpər tapıb sakitləşdi. Gözləri yol çəkdi...

… Müharibə vaxtı idi, hər yerdə aclıq hökm sü-rürdü. Qışın oğlan çağıydı, çöldə qar dizə çıxırdı. Çölə-bayıra çıxan kimi ayaz, şaxta adamın qədəmlərini don-dururdu. Evdə sobaya qoymağa odun, çörək bişirməyə bir ovuc un tapılmırdı. Uşaqlar acından ağlaşırdı. Evin başıpapaqlısı müharibəyə getmişdi. Nəsibə evdə həm ki-şi, həm arvad idi. Səhərlər uşaqları evdə tək-tənha, baş-sız qoyub kolxozun işinə gedirdi. Axşam olanda uşaq-ların yanına qayıtmaq istəmirdi; xəcalət çəkirdi. Ac uşaqlar ananın əllərinə baxır, əli boş görüb ağlaşırdılar.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

104

Deyilənə görə, Nəsibə cavanlığında çox gözəl olub. Qibtə ediləcək qədər gözəl imiş. Ərini də çox se-virmiş, gözlərini gecə-gündüz ərinin getdiyi yollara dikib müharibənin qurtaracağı günü səbirsizliklə gözlə-yirmiş. Beş balanı başına yığıb birtəhər dolanırmış. Lap nağıllardakı kimi.

1943-cü ilin qışı sərt gəlir, aclıq evlərə yas gə-tirir. Analar bir gündə üç balasını bir qəbrə qoyanda Nə-sibəni gördükləri dəhşətə salır. Balalarının acından öl-məməsi üçün gecə-gündüz çalışsa da, gündə bircə dəfə də olsa onlara verməyə bir tikə çörək tapmır.

Nəsibə çox götür-qoydan sonra kəndin kənarında yerləşən dəyirmana gedib dəyirmançıdan taxıl biçiminə qədər borc un almaq qərarına gəldi. Dəyirmançı ona diq-ətlə qulaq asdı. Nəsibənin həyadan və utancaqlıqdan pul kimi qızarmış üzünə baxdı. Üzündə iyrənc bir təbəssüm, gözlərində hiyləgər bir ifadə yarandı. Dəyirmançı ona bir çanaq un uzadıb iyrənc səslə dedi:

- Bunun əvəzi bilirsən nədir? Nəsibədən səs çıxmadığını görüb ürəkləndi: - Səndə çoxdan gözüm var. İndi öz ayaqlarınla

gəlib çıxmısan, uşaqların da, özün də heç vaxt ac qalma-yacaqsınız, qarnınız doyacaq, heç bilməyəcəksiniz aclıq nə deməkdir,-səsinə ara verdi, hiyləgər baxışlarını yerə dikdi, Nəsibəyə yazığı gələn bir səslə sözünə davam etdi,-qanlı-qadalı müharibənin də sizə dəxli olmayacaq. Özün də cavan, gözəl gəlinsən, illərini boş yerə itirmə.

Page 53: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

105

Hələ bilmək olmaz, ərin müharibədən sağ-salamat qayı-dıb gələcək, ya yox?

Dəyirmançı sözünü qurtarıb müəmmalı gözlərini Nəsibənin üzünə dikdi, yavaşca biləyindən tutdu. Nəsibə qulaqlarına inanmadı, hirsindən üzü qaraldı, bədənini əsməcə tutdu. Dəyirmançının dəmir kimi bərkimiş bar-maqları Nəsibənin əlini mancanaq kimi sıxmışdı. Nəsibə bir əlindəki una baxdı, bir dəyirmançının iyrənc göz-lərinə. Nə fikirləşdisə, dəyirmançının barmaqlarını zorla öz biləyindən qopardı, əlindəki un doldurulmuş qabı onun üzünə çırpdı. Dəyirmançı gözünə un dolduğundan özünü itirdi...

Nəsibə qapını açaraq çölə çıxdı, qorxu və təlaş içində arxasına belə baxmadan qaçmağa başladı. Evə ne-cə gəldiyindən xəbəri olmadı. İçəri keçəndə qışın sa-zağına baxmayaraq bədənindən tər axdığını hiss etdi. Gözü çılpaq ayağından axan qana sataşdı, qaçanda ayağı daşa toxunmuş, yerə sərilmişdi. Çarpanaq onun ayağını çızmış, qanatmışdı. Bədəninin ağrısını indi-indi hiss et-məyə başladı.

Nəsibə özünü yerə döşənmiş mitilin üstünə atdı. Xısın-xısın ağlamağa başladı… Səssizcə… uşaqlarının eşitməsini istəmirdi. Onlar oyansa idi nə cavab verəcək-di, əliboş, unsuz qayıtmışdı.

O, fikir-xəyal içindəykən duyduğu isti nəfəsdən diksindi, gözlərini açanda başının üstünü kəsdirmiş uşaqlarını gördü. Analarının ağlamaq səsini eşidib onun

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

106

başına yığılmışdılar. Aclıqdan, soyuqdan titrəyən uşaq-larını mitilin altına yığmağa çalışan Nəsibə onların iki gündən bəri çəkdikləri aclıqdan ağarmış, ölgünləşmiş gözlərinə baxa bilməyib hıçqırdı...

Uşaqlar məlul-müşkül boyunlarını burub, ağla-maqdan və aclıqdan şişmiş gözlərini analarının üzünə zilləmişdilər. Heysizlikdən danışa bilmirdilər. Bircə ba-laca oğlu inildəyir, «çörək» deyib sızıldayırdı. Ana on-ları yatırmağa çalışdı, sabah mütləq çörək olacağını de-yib onları dilə tutdu. Böyükləri bir təhər aldada bildi. Körpəsi isə hey zarıyır, yemək istəyirdi. Anasının boy-nuna sarılıb sanki imdad gözləyirdi. Onun göz yaşları ananın boyun-boğazına tökülür, hər damlası bir köz olub bədənin yandırırdı.

Ana nə fikirləşdisə əli ilə körpəsini kənara itələdi, qəti hərəkətlə ayağa qalxdı. Balacasını döşəyin üstünə uzadıb bayır qapını açdı. Cəld həyətdən çıxıb dəyirmana gedən cığıra endi. Axşamdan yağan qar yolu-rizi kəs-mişdi. Bir az bundan qabaq qaça-qaça gəldiyi cığırı qar silmişdi. Nəsibə tələsə-tələsə dəyirmana tərəf addımla-yırdı. Tez-tez getdiyindən kəlağayısı başından sürüşüb düşmüşdü. Heç nə hiss etmədən, heç nə duymadan də-yirmana tərəf qaçırdı. Ürəyi sanki daşlaşmış, hissiyyatı korşalmışdı. Qulağına oğlunun hey «çörək, çörək» de-yən ağlar səsi gəlirdi.

Dəyirmana çatdı. Qapını açıb dəyirmanın kanda-rında dayandı. Dəyirmançı yatmamışdı, dən üyüdürdü.

Page 54: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

107

Növbə çox idi, camaata un çatdırmalı idi. Qapının cırıltı-sını eşidən dəyirmançı başını qaldırıb baxdı. Qapıda Nəsibəni gördükdə çal bığlarının altından görünən do-daqlarında, bicliklə qıyılmış balaca, fil gözü kimi dəyir-mi gözlərində xoşagəlməz bir gülüş doğdu. Arxayınlıqla dedi:

- Mən səni sabah gözləyirdim, amma daha tez gəlmisən, lap yaxşı, tədbirli qadınsan. İndi gecə yarısıdır - gecə qara, cücə qara-heç kəs görməz, nə dil bilər, nə dodaq.

- Balalarım acdır, kömək elə. Səni and verırəm, mənə başqa gözlə baxma. Buraları süpürüm, təmizlə-yim, kisələri yığmağa kömək eləyim, yetər ki, bir çanaq un ver...

Dəyirmançı sınayıcı nəzərlərlə ona baxdı: -Mənə köməkçi lazım deyil. -Ərim qayıdacaq. Mütləq qayıdacaq. Yaxşı, pis

borcundan çıxacaq...- Nəsibə mənalı-mənalı onun üzünə baxdı.

-Birdən qayıtmasa? -Dörd oğul böyüdürəm. Analarının borcunu odə-

yərlər,-Nəsibə içindən gələn sözləri elə bir inandırıcılıq-la dilinə gətirdi ki, dəyirmançı sanki yuxudan ayıldı. Nə-sibənin dumduru, qorxa-qorxa ona dikilən yalvarıcı ba-xışlarını gördü. Dəyirman daşına doğru getdi. Nəsibə gözləyirdi: “Allahım qəlbinə insaf sal. Ac balalarımın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

108

yanına üzü qara dönməyim”. Dəyirmançı kisələri göstər-di:

-Kisələrin yanına tökülənləri yığ. Nəsibə kisələrin yanındakı unu əli ilə dəyirman-

çının verdiyi çanağa yığdı. Çox az idi. Sonra dəyirmançı hər kisədən bir ovuc götürüb çanağa tökdü. Canaq dol-du.

-Apar. Günaşırı gəl. Camaatın ruzusunu oğrayıb sənə verdiyimi bilsələr doğrayarlar məni. Kimsəyə de-mə.

Nəsibə dəyirmançı haqqında eşitdiklərinə inandı-ğına peşiman olduğunu gizlətmədi:

-Bayaqkı hərəkətimə görə bağışla məni. Ölüncə qardaşımsan.

-Millət acdır, hamı bura gəlir. Mənə çıxarılan ada peşiman deyiləm. Oğru olmaqdansa, adım oğraş çıxsa daha yaxşıdır. Gör sənin kimi nə qədər insan gəlir. Onun kisəsindən, bunun kisəsindən nə qədər ovuc-ovuc oğru-luq edim.? Bacı, mənim də qəlbim var.

Gecənin alatoranında bir qadın kölgəsi görünürdi. O, un doldurulmuş torbanı qucağına basıb sürətli addım-larla evə tələsirdi. Nəsibənin uşaqları acından köpük qusmayacaqdı. Onların göz yaşları quruyacaq, həyətdə qaçışıb oynayacaqlar. Şən səsləri həyəti başına götürə-cək.

Nəsibə fikirli halda qaçaraq getdiyindən un üyüt-mək üçün səhər açılmamış növbə tutmaq üçün dəyir-

Page 55: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

109

mana sarı gedən qonşu qadınlara da fikir vermədi. Qa-dınlar şübhə ilə Nəsibəni süzüb pıçıldaşmağa başla-dılar. Nəsibə onların yanından sürətlə keçib getdi.

…İllər keçdi. Müharibədən qayıdan ər arvadını qəbul etmədi. «Şeytanlar» xəbər vermiş, ərini olmuş hadisədən hali etmişdilər. Nəsibə özü də məsələni ərinə söylədi. Kamil kənddən iş axtarmaq bəhanəsi ilə çıxıb getdi, bir daha geri dönmədi. Ailəyə pul-para göndər-mədi. Nəsibə buna da dözdü. Saçının bir tayını ağ hör-dü, birini qara, gecə-gündüz kolxozda işlədi, övladlarını böyütdü, oxutdu, hərəsi bir sənətin sahibi oldu. Böyük oğlanları evləndi, ayrıldı, hərəsi bir ev oldu. Şəhərə köç-dülər. Ana kiçik oğlu ilə kənddə qaldı, kiçik oğlunu ev-ləndirdi, evinə gəlin gətirdi.

Ananın kiçik gəlini qonşunun qızı idi. Gəlinin anası onlar uşaq olanda müharibə dövrünün çətinlik-lərindən, çörək qıtlığından, aclıqdan söhbət açardı. Uzun gecələrin birində o biri qonşu qadın söhbət üçün Səkinə-gilə keçmişdi. Keçmiş günləri yada sala-sala söhbəti gətirib Nəsibənin dəyirmançı ilə olan məcarasına çıxart-ılar. Özləri də hiss etmədən xatırladıqları hadisə balaca Xeyrinin yaddaşına yazıldı. Xeyri böyüdü, Nəsibənin kiçik oğlu ilə əhd-peyman bağladı və bir ildən sonra toyları oldu. Xeyri Nəsibə anagilə gəlin köçdü.

Xeyrinin anası tez-tez qızıgilə gəlirdi, ailənin hər işinə qarışır, Nəsibənin varlığını saya almır, onun şəhər-dəki uşaqlarının yanına köçüb getməsinə çalışır, az qala

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

110

qızının evində böyüklük edirdi. Xeyri anasının sözü ilə oturub-durur, qaynanasına etinasızlıq göstərirdi. Nəsibə-nin səbr kasası dolub-daşırdı. Oğluna şikayətlənəndə o da anasını günahlandırırdı. O, söz-söhbətə son qoymaq qərarına gəldi. Xeyrinin anasına məsələni açdı:

- Səkinə, biz gor qonşusuyuq, qonşu olmaqla bərabər indi biz həm də qohum olmuşuq, qudayıq. Bu qədər saymamazlıq olmaz. Qızını düz yola çəkməkdənsə onu mənim üstümə qaldırırsan. Belə olmaz axı! Sən bilirsən ki, mən o uşaqları nə zülmlə böyütmüşəm. Bir üzüm qız, bir üzüm gəlin…

Səkinə Nəsibənin sözünü bitirməyə qoymadı, güllə kimi açıldı:

- Bilirik, bilirik, sən onları necə böyütmüsən? Sən yox, sənin aşnan o qoca dəyirmançının unu böyütdü sə-nin uşaqlarını. İndi sən mənə dərs verirsən, ay namus-suz? Günah məndədir ki, gül kimi qızımı sənin kimi qaynananın yanında qoyuram. Ayıracam qızımı, oğluna get özün kimisini tap, evləndir.

Nəsibənin qulaqları uğuldadı, eşitdiyi ittiham-lardan, hədə-qorxudan bədəni lərzəyə gəldi. Gəlininin şübhəli və istehzalı baxışlarına dözəmmədi. Qorxdu, bir anlığa elə bildi ki, yer ayrıldı, yerin tərkinə düşdü. Yal-varıcı səslə Səkinəyə dedi:

- Səkinə, yalvarıram sənə, daha danışma, oğlu-mun işdən gələn vaxtıdır, eşidər, biabır olaram. Mən özüm çıxıb gedərəm bu evdən.

Page 56: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

111

Səkinə sevincək oldu, ancaq sevincini biruzə vermədi:

- Bax, bu çox yaxşı qərardı, indi qızımın yeri ra-hat olar, sənin üzünü görməkdən bezmişdi. Sənin haqqın yoxdur nə mənə, nə də qızıma güldən artıq söz deməyə, ay bir çanaq buğdaya namusunu satan ifritə!

Xeyri anasının sözünə qüvvət verərək qaynanası-nın üstünə yeridi:

- Sənin nazını çox çəkdim, daha dözə bilmirəm. Axşamlar ərim gələndə məndən qabaq özünü verirsən qabağa. Səhər tezdən mən duranda görürəm ərimin çayı-çörəyi stolun üstündədir. Qoymursan azad nəfəs alaq, qoymursan ərimə özüm qulluq edəm.

Eşitdiyi ədalətsiz sözlərdən yer-göy ananın başına fırlandı. Bayılmaq dərəcəsinə çatdı. Əl atıb yaxındakı stuldan yapışaraq onun üstünə çökdü. «Ah, etibarsız dünya! Nankor insanlar! Beş balanın sağ qalması üçün atdığım bir addım, şər-böhtan, dedi-qodu məni dul qoydu, övladlarım ac qalmasın, ölməsin deyə yenə tənə-lərə dözüb onları böyütdüm, oxutdum, çörək sahibi elə-dim, bu da axırı!» Ana xeyli hərəkətsiz oturdu. Bir az özünə gələndən sonra ayağa durub otağına keçdi. Paltar-arını yığaraq aşağı, həyətə düşdü. Həyətin o biri başın-dakı keçmiş günlərinin yadigarı olan köhnə daxmasına tərəf addımladı. Qapını açıb boxçasını köhnəlmiş sandı-ğın üstünə atdı. Köhnə palaz salınmış dəmir çarpayıya

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

112

yaxınlaşıb üstünə uzandı. Uzun müddət yata bilmədi, gözləri bir nöqtəyə dikildi.

Səhər Nəsibə oğluna şəhərə qızı Gülzarın yanına köçmək istəyini bildirəndə onun gözündə gördüyü se-vinc sinəsinə bıçaq tiyəsi kimi sancıldı. Məhz bu göz-lərin yaşına-kiçiyi olan Gərayının aclıqdan nalə səsinə dözməyib dəyirmançının yanına qaçdığı qarlı gecəni xatırladı, sinəsindən gələn bir dəhşətli ağrı bütün bədə-nini bürüdü. Nəsibə ayılanda başının üstündəki ağxalat-lıları gördü.

Yoxlamadan sonar Nəsibəyə həkimlər Bakiya-Onkologiya xəstəxanasına getməli olduğunu bildirdilər. Ağ ciyərində şiş vardı. Nəsibə getmək istəmədi. Bu zə-hirmar xəstəlikdən qurtula bilməyəcəyini bildiyindən ömrünün qalan günlərini öz evində keçirmək, öz evində ölmək istəyirdi. Lakin gəlini Xeyrinin “Sənə burda kim baxacaq? Körpə uşağıma baxa bilmirəm, anam kömək edir. Yoxsa səni də boynumuza götürmüşük? Get qızının yanına...” deyəndə əlacsız qalıb yola hazırlaşdı.

Oğlu Gəray onu qatarla Bakıya yola saldı... …Nəsibə başına gələnləri danışıb qurtarmışdı. Bu

dəfə onun gözləri bulağa dönmüşdü. Nəsibə için-için ağlayırdı. Zərnişan ananın göz yaşları qurumuşdu. Eşit-diyi söhbətdən yerində heykəl kimi donub qalmışdı. Nəsibə göz yaşlarını silib gülümsəməyə çalışdı:

- Mənim sözlərimi qəribliyə salma. Həyatda hər cür hadisələrlə, söz-söhbətlərlə qarşılaşmışıq. Yaxşı

Page 57: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

113

adamlar, yaxşı övladlar çoxdur, belə naqis gəlinlər, ana-lar az da olsa var. Deməyimin canı odur ki, bu sözlərim sənə təsəlli olsun, bu cür ağlayıb özünü öldürmə.

Qadınlar hərəsi kupenin bir küncünə çəkilib gözlərini yummuşdular. Biri balasının aldığı yaraların ağrısından göynəyir, biri isə balasından aldığı yaradan için-için sızıldayırdı... Aldıqları ağır zərbə qatarın baş-ağrıdıcı aramsız taqqıltılarını onlara tamamilə unut-durmuşdu...

Nəsibə başına gələn müsibətlərin baisi müharibəyə nifrət yağdırırdı. Gözünün önünə aclıqdan ölən, ölüsünü belə dəfn etməyə gücü çatmayan insanlar gəlir, son be-şiyi Gərayını, uşaqlarını müharibənin odundan, səfalə-tindən salamat qurtarıb, böyüdüb boya-başa çatdırdığı üçün içindən gələn rahatlığa dəyirmançının verdiyi bir qab unu zəhər kimi qatıb xəyalən yeyirdi və yedikcə də boğazına tıxanan acı zəhəri duyurdu... o acı zəhər iç-çalatını dağıda-dağıda müharibəyə, onu törədənlərə lənət yağdırırdı... Gözünə yuxu getməyən Zərnişan bütün gecəni onun pıçıltılarını eşitdikcə onun da dərdini özünə dərd elədi. Bala yaman bəladı, acısı çox ağır olur...

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

114

ƏCƏM COCUQLARI

1918-ci il erməni-müsəlman qırğını idi. Ermənilərə «Daşnaksütyun» təşkilatı əməlli-başlı yaraq-yasaq vermiş, təpədən-dırnağa kimi silahlandırmışdı. Onlar top silahını atlara yükləyərək Qaradağın başına çıxarmış, oradan kəndin ortasını nişan almışdılar. Ermə-nilər «Sarı demi»dən kəndə hücum etdilər. Erməni sər-kərdəsi topçuya «atəş» əmri verdi. Topdan atılan güllə kəndin ortasına düşüb neçə evi dağıtdı. Ağlaşma, arvad-uşaqların çığırtısı kəndi başına götürdü. Kişilər tez at-landılar; arvad-uşağı kənddən çıxarmaq lazım idi. Evlərində gizlətdikləri beşatılan, üçatılan tüfəngləri gö-türdülər. Arvad-uşağı arabalara, ulaqlara mindirərək kəndi tərk etməyə tələsdilər. Kişilər bir təhər onları kənddən çıxardıb gözdən uzaq bir dağın dərəsinə gətir-dilər. Özləri ermənilərin qabağını kəsməkdən ötrü kəndə tərəf döndülər.

…Türk qoşunu kömək üçün atlarını qırmanc-layırdı. Onlar qonşu kəndləri erməni daşnaklarından tə-mizləyə-təmizləyə gəlirdilər. Erməni qaniçənləri türk qoşununun uzaqda olduğunu zənn edərək bu kəndə hü-cum etmək, dinc əhalini qırmaq, kəndin var-yoxunu ta-layıb, sonra da kəndi yandırmaq istəyirdilər.

Türk sərkərdəsi Fətəli xan qoşunu ilə kəndə daxil oldu. Kişilər kəndə varid olmuş Fətəli xanı dövrəyə aldı-lar. Fətəli xan bir göz qırpımında sıçrayıb iri daşın

Page 58: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

115

üstünə çıxdı. Onun hündür boyu daşın üstündə daha əzəmətli göründü. İncə belinə enli, zərli kəmər bağla-dığından beli daha da incələşmiş, sanki üzükdən keçə-cəkdi.

Meydan adamla dolmuşdu. Yaxın kəndlərin cavanları, igid oğlanları da gəlmişdi. Fətəli xan izdiha-ma göz gəzdirib türk ləhcəsilə uca səslə dedi:

- Ay camaat, kəndin ağsaqqallarını çağırın, bura-ya gəlsinlər.

Molla İsmayıl və bir neçə ağsaqqal Fətəli xana yaxınlaşdı. Gözlərini türk sərkərdəsinin gözlərinə dikdi-lər, onun nə deyəcəyini gözlədilər.

Türk sərkərdəsi izdihamı yenidən nəzərdən keçi-rib soruşdu:

- Kəndin qoçaq, qeyrətli oğlanlarından kim var bu-rada?

Molla İsmayıl gözlərini dolandırıb Zülfüqarın üzündə saxladı. Zülfüqar kəndin vurub-tutan, heç kim-dən qorxmayan oğlanlarından idi. O, igid olmaqla bərabər hündürboy, enli kürək, qolu zorlu bir qoçaq idi. Molla İsmayıl Zülfüqara yaxınlaşdı. Onun qolundan ya-pışıb sərkərdənin hüzuruna gətirdi. Sonra da gedib qoçaqlıqda heç də Zülfüqardan geri qalmayan Burcalını, Nəcəfi və Bəndalını gətirdi.

- Paşam, bizim bu oğlanların hər biri bir qoşuna dəyər.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

116

Fətəli xan daşın üstündən yerə atıldı. Oğlanlara yaxınlaşıb ayrı-ayrılıqda hər birinin çiyinlərindən möh-kəm-möhkəm sıxdı, qartal baxışları ilə onları nəzərdən keçirdi. Dəmir kimi bərkimiş əlini onların kürəyinə vu-rub dedi:

- Əcəm cocuqları, sizə yaraq-yasaq verəcəyəm. Gecə çıxırsınız yuxarı, dağlara sarı, gedib Toğlu qaya-sını tutursunuz. Hə, bilirsiniz ki, Toğlu qayası erməni-lərin toplaşdığı kəndin başının üstündədir. O qayadan Səngəri saxlayırsınız. Mən gün çıxana yaxın, tezdən si-zin yanınızda hazır olacam. Di haydı, əcəm cocuqları, durmayın, gedin, hazırlaşın.

Fətəli xan tapşırıqlarını verdikdən sonra gətirib onların hərəsinə içi qumbara, güllə, silah-sursatla dolu olan iki heybə verdi. Qumbaranı işlətməyi bilməyən Zülfüqargilə ondan necə istifadə etməyi öyrətdi. Fətəli xan onu da əlavə etdi ki, qumbaranı lazım olanda işlə-din, boş yerə atmayın.

Axşama yaxın dostlar dağlara tərəf qalxmağa baş-ladılar. Kəndin kənarına çatanda onları maraq bürüdü: görəsən, bu qumbara nə olan şeydir, bir ataq, görək, ne-cə silahdır?

Zülfüqar əlini belinə atdı, qumbaranın birini gö-türüb yaxınlıqdakı çaya atdı. Çaydan qalxan toz-duman qarışıq su zərrəciklərindən, daş qırıntılarından bir anlıq heç nə görünmədi. Onlar əmin oldular ki, bu nədirsə çox güclü şeydir.

Page 59: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

117

Aşağıda dayanıb onları izləyən Fətəli xan bu ha-disəni gördü, əsgərlərindən birini yaxına çağırıb dedi:

- Onlar maraqdan qumbaranı atdılar. Apar onlara bir qumbara ver, özü də tapşır ki, paşa deyir, bir də belə səhvə yol versəniz yerinizdəcə güllələyəcəm.

Əsgər Paşanın əmrini yerinə yetirib onlara dedi: - Bu silah düşməni öldürmək üçündür, vətən tor-

pağını yaralamaq üçün yox, siz onu niyə atdınız? Zülfüqar ötkəm səslə cavab verdi: - Biz bilməliydik ki, o nə olan şeydir? Onun üçün

də atdıq. Əsgər heç nə demədi, gülümsünüb geri qayıtdı.

Zülfüqargil yollarına davam etdilər. Səngərə çatıb səhə-rə qədər erməniləri gözdən qoymadılar. Onların kəndə hücum üçün necə hazırlaşdıqlarının şahidi oldular.

Oyaq qaldıqlarından gecənin bir yarısı aclıq hiss edib heybələrini açdılar. Heybənin biri silahla dolu idi. O biri heybəni açdıqda gözlərinə inanmadılar. Heybənin içi cürbəcür yeməklə dolu idi. Orada, hətta bir şüşə içki də qoyulmuşdu. Onlar böyük daşın dalında aşağı oturub süfrə açdılar. Doyunca yeyib-içəndən sonra növbə ilə yatıb-dincəlmək qərarına gəldilər.

Səhər açılmaq üzrə idi. Ermənilər yuxudan dur-muşdular. Sərkərdələr əsgərlərə tapşırıqlar verirdilər. Hiss olunurdu ki, onlar hücum üçün tam hazırdılar. Aşa-ğıdan-türk qoşunundan isə səs-soraq yox idi. Zülfüqargil

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

118

narahat olmağa başladılar. Nəcəf üzünü Zülfüqara tutub dedi:

- Zülfüqar, birdən türkün qoşunu gəlməz, ermə-nilər bizi burada qırar. Onlar çox, biz az. Ölməyimdən qorxmuram, ucuz ölümdən qorxuram. Bir də ki, mən ölsəm o boyda külfət başsız qalıb acından qırılacaq.

Zülfüqar dostlarına ürək-dirək verdi: - Qorxmayın, türkün paşası mərd olur, harada ol-

sa, gəlib çıxacaqlar. Bir az da keçdi. Gün göylərdə görünməyə başladı.

Dostlar narahat-narahat bir-birilərnin üzünə baxdılar. Zülfüqar onların narahat baxışlarını görüb yenə təskine-dici səslə dedi:

- Bu heç kişilikdən deyil, qoyub qaçmaq namərd-lərin işidir. Biz, nə olur olsun, ermənilərin qabağını sax-lamalıyıq.

Onların qulağına iki dəfə zəng səsi gəldi. Bu, erməni qoşununun hücum işarəsi idi. Üçüncü zəngdən sonra Zülfüqarın iti gözləri yuxarıda ilişib qaldı. Oradan erməni qoşunlarının sel kimi axıb üzü yuxarı daşdan-dığını gördü. Atların ayağı altından çıxan toz-dumandan ətraf görünməz oldu. Zülfüqar yoldaşlarına məsləhət gördü:

- Tüfənglərinizi doldurun, hazır olun, mən nə vaxt «atəş» desəm, onda atarsınız.

Bir güllə məsafəsi qalmış Zülfüqar əmr verdi. On-lar daşın dibində dayanaraq, yuxarıdan atın üstündə sür-

Page 60: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

119

ətlə gələn erməniləri güllə yağışına tutdular. Ermənilər qabaqda heç nə görməsələr də, qarasına atmağa başla-dılar. Zülfüqar yenidən əmr verdi:

- Sağ tərəfdəki Ağ yolu gözdən qoymayın! Ermə-ni qoşunu Ağ yola çatanda qumbaranı atarsınız!

Ağ yol qayanın dibindən keçirdi. Əgər erməni qo-şunu Ağ yolu keçsəydi, Zülfüqargilin vuruşduqları yeri-iri daşlıq ərazini mühasirəyə ala bilərdilər. Erməni-lər Ağ yola yaxınlaşanda Zülfüqar qumbaranın birini var gücü ilə erməni qoşununun içinə atdı. Onların qabaqda gələn dəstəsi qoyun sürüsü kimi yerə yatdı. Ermənilər xeyli itki verərək geri çəkildilər. Nə olduğunu anlayan ermənilər bu dəfə daha sürətlə hücuma keçdilər. Zülfü-qar qumbaranın birini də atdı. O, ermənilərlə döyüşə-döyüşə hərdən Paşa ilə şərtləşdikləri yerə-Qırxbulaq tərəfə baxırdı; türkün ordusu gəlməliydi. Birdən qulaq-ları arxadan kişnərti səsini aldı. Dönüb arxaya baxdı. Qırxbulağın üstündə Türk Paşasının atı iki ayağı üstə şa-hə qalxaraq fınxırırdı, burun pərləri genişlənib yumulur-du.

Paşa birdən elə bir dəli nərə çəkdi ki, Zülfüqar qeyri-ixtiyari yenidən dönüb arxaya baxdı. Gördüyü mənzərədən heyrətə gəldi. Paşa hər iki əlində tutduğu mauzerdən atırdı. Atdığı güllələrin biri də boşa çıxmırdı. Hər atəşə bir erməni atdan aşırdı. Zülfüqar çaşıb qalmış-dı, bilmirdi Paşanın bu igidliyi onun öz qoçaqlığı idi, yoxsa Allahın möcüzəsiydi? Paşa erməniləri dənləyə-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

120

dənləyə erməni qoşununun içinə girdi. Güclü həmlədən özlərini itirmiş ermənilər geri çəkilib qaçmağa başla-dılar. Türkün qoşunu erməniləri qovaraq, onların məs-kunlaşmış olduqları kəndi ələ keçirdi. Ermənilər pərən-pərən düşdülər. Zülfüqar, Nəcəf, Burcalı və Bəndalı türk qoşunu ilə birlikdə döyüşə-döyüşə erməni qoşununu dar-madağın edib, zəfərlə kəndə qayıtdılar.

Kənddə arvad-uşaq yığışıb döyüşən ordunu gözlə-yirdi. Fətəli xan yenə daşın üstünə çıxdı, dostların qo-çaqlığından danışdı. Aşağı enib Zülfüqargili qucaqladı, əllərini yenə də onların kürəyinə vurub dedi:

- Əhsən sizə, əcəm cocuqları. Səngəri yaxşı saxla-dınız. Siz olmasaydınız bəlkə mənim qoşunum belə zə-fər çala bilməzdi.

Dörd dost fəxr və qürurla Fətəli xanın üzünə bax-dı. Zülfüqar ötkəm səslə:

-Birlik olan yerdə dirilik olar, Paşam. Fətəli xan dərindən nəfəs aldı, gözü uzaqlarda bir

nöqtəyə dikildi, gecdən-gec dilləndi: -Düşmənimizi də qorxudan bu birliyimizdir, Əcəm

çocuqları. Bunu unutmayın.

Page 61: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

121

İNİLDƏYƏN TORPAQ

31 Mart – Azərbaycanlıların

soyqırım günüdür

Dünya müharibəsinin başa çatmasından az keç-mişdi. 1918-ci il idi. Balaca bir kənd olan Şahbuz rayo-nunun Güney Qışlağı əldən-ayaqdan uzaqda, dağlar qoynunda gizlənmişdi. Məsafəcə mərkəzdən uzaq olsa da müharibənin quduz yelləri bu kəndə tərəf əsmişdi. Hər yerdə aclıq hökm sürürdü. Bu azmış kimi həmin ilin yazında kəndin əkin yerlərini, taxıl zəmilərini dolu vur-muş, istənilən məhsul götürülməmişdi. Hamı intizar içində, qorxu içində yaşayırdı. Sabah nə cür açılacaqdı, bilinmirdi. Ac uşaqlarını nə cür doyuracaqdılar, bilin-mirdi. Bir tərəfdən də mənfur ermənilərin tez-tez kəndə azğın hücumları, top atəşinə tutmaları əhalini vahimə içində saxlayırdı.

Kəndin başıpapaqlıları ruzu qazanmaq üçün ətraf yerlərə səpələnmişdi. Bəziləri isə ailələrinə, uşaqlarına çörək tapmaq ümidilə Türkiyənin Trabzon şəhərinə get-məyi qərara almışdılar. Kəndin kişiləri dəstə-dəstə olub Batum şəhərinə, oradan da gəmilərə doluşaraq Dərəbi-zana (Trabzona) gedirdilər. Dərəbizanda bir türk paşası-nın ağ bez parça istehsal edən fabriki vardı.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

122

Kənddən bir nəfər oranın sorağını eşitmiş, oraya getmiş və orada işləmək istəyən kəndlilərinə xəbər gön-dərmişdir.

Güney Qışlaq kəndindən oraya işləmək üçün bi-rinci dəfə otuz nəfər gedir. Onlar ismarıc göndərmişdilər ki, burada hər şey yaxşıdır, kim gələ bilərsə, gəlsin.

Kəndin ağsaqqallarından sayılan Ənnağı kişi birin-ci gedənlərdən idi. O, qardaşı Əlini işləmək üçün öz ya-nına çağırdı. Əligil dəstə düzəldib Dərəbizana yollan-dılar.

Onlar gecə-gündüz işləyir, paşa da onların pulunu artıqlaması ilə ödəyirdi. Qayıtmaq məqamı çatanda Ən-nağı qardaşına deyir:

-Qardaş, bu qədər işlədik, pulumuzu da almışıq, çı-xaq gedək, gözü yolda qalanlarımızı sevindirək.

Əli cavab verir: -Qardaş, sən qayıt get, mən qalıb işləyəcəm. Bir az

da pul toplayım, gələndə bu pula uşaqları bir xeyli sax-laya bilərik. Sən indi get, evdəkilərdən muğayat ol. Mən də tezliklə qayıdaram.

Birinci gedən dəstə kəndə qayıtmaq üçün yol hazır-lığı görməyə başladı. Gecəykən yola düşürlər. Kəsə ol-sun deyə yollarını, indi Ermənistan adlanan əzəli Azər-baycan torpaqlarından salmaq istəyirlər. Dəstə gəlib Aleksandropol şəhərinə (sonralar Leninakan şəhəri, in-diki Gümrü) yetişir. Ermənilər dəstəni görür. Bilirlər ki, səfərdən qayıdan azərbaycanlılardır. Onları müsəlman–

Page 62: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

123

türk olduqlarına görə öldürmək qərarına gəlirlər, qabaq-larını kəsib deyirlər:

- Sizi şəhərin böyüyü görmək istəyir. Şəhərin «Qlavası» gizlin əmr vermişdi: «Harada

müsəlman gördünüz, öldürün, məhv edin». Türklərin qa-nına yerikləyən ermənilər Dərəbizandan kəndlərinə qa-yıdan azəri türklərini mühasirəyə alıb, “Qlavanın” otur-duğu idarənin həyətinə gətirirlər. «Qlava» xeyli keçmiş həyətə çıxır, məkrli gözlərilə onları başdan-ayağa süzür, yanındakılarla öz dillərində nə isə danışmağa başlayır.

Dəstədə Badamlı kəndindən Vahab adlı bir kişi də var idi. Badamlı kəndi əslən Azərbaycan kəndi olsa da burada ermənilər də yaşayırdı. İrandan köçürülmüş er-mənilər azəri türklərinin adət-ənənəsini mənimsəmişdi. Hər iki millətin adət-ənənəsi bir-birinə o qədər yaxınlaş-mışdı ki, onları ayırd etmək olmurdu. Kənddə yaşayan azərbaycanlılar ermənilərin, ermənilər də azərbaycanlı-ların dilini təmiz bilirdilər. Ermənilərin yaşadığı məhəllə azərbaycanlıların yaşadığı məhəllədən ayrı olmasına baxmayaraq onlar bir-birinin xeyrində, şərində iştirak edirdilər...

Vahab kişi erməni dilini təmiz bildiyindən erməni-lərin danışığını başa düşür. Başa düşür ki, bir azdan on-ları öldürəcəklər. Bu ölümün qarşısını almağa çalışır, özünü erməni kimi qələmə verib deyir:

-Bizim ermənilər orada azərbaycanlılarla birgə ya-şayırlar, bir bulaqdan su götürürlər, çörək yapanda bir-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

124

birilərinə kömək edirlər, pencər yığmağa bir yerdə ge-dirlər. Əgər siz bunları öldürsəniz, onlar da bizimkiləri öldürərlər.

Vahab kişinin sözləri “Qlava”nı fikrindən döndərir. Onların çıxıb öz vilayətlərinə getməyinə icazə verir. Dəstədə on dörd nəfər var idi.

Vaxt gəlib keçir. Dərəbizana işləmək üçün gedən ikinci dəstə də həmin yolnan qayıdası olur. Onları da tu-tub “Qlava”nın yanına gətirirlər. İdarənin həyətinə yığı-şan əsirlər xeyli ayaq üstdə, ac-susuz, yorğun halda “Qlava”nı gözləməyə məhkum edilmişdi. “Qlava” həyə-tə çıxanda onların gözlərində ümid işığı yanır. Elə hesab edirlər ki, şəhərin böyüyü onları yüngül sorğu-sual edib getmələrinə icazə verəcək. “Qlava” azərbaycanlılara üzünü tutub kinli gözlərini onlara dikərək əmr edir:

- Kimin üstündə nəyi varsa, hamısını bir yerə yığ-sın! Sonra da sizə bir iş tapşıracam, onu yerinə yetirən-dən sonra buraxacağam, çıxıb el-obanıza gedərsiniz.

Əsir götürülmüş kişilər bir-birilə baxışdılar, çiyin-lərini çəkib, sakitcə əllərini döş ciblərinə saldılar. Ailə-ləri üçün qazandıqları pulları, aldıqları hədiyyələri kö-nülsüz yaxınlıqdakı ağacın dibinə qoydular. Sonra səbir-sizliklə “Qlava”nın daha nə deyəcəyini gözlədilər. Nə-hayət, “Qlava” dillənir:

- Bu həyətdə iri bir çala qazmalısınız. Çalanı qazıb qurtardıqdan sonra siz azadsınız.

Page 63: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

125

Əsirlər erməninin bu sözlərini eşidib sevindilər, “Allaha şükür” edib cəldliklə işə başladılar. Bəziləri, mane olmasın deyə, hətta, üst paltarlarını da çıxarıb kə-nara atdı.

Əsirlər əzizlərinin yanına tələsirdilər. Onlara sanki bir həvəs, bir güc gəlmişdi. Canı-dildən çalanı qazıb qurtarmağa çalışırdılar. Çala qazılıb dərinləşdi. Əsirlər bellərini düzəldib başlarını qaldırmaq istədikdə qəfildən açılan güllə səslərindən çaşıb qaldılar. Bir-birilərinə baxmağa macal belə tapmayaraq özləri qazdıqları çala-nın içinə yıxıldılar. Yerə yıxılan əsirlər bir-birinin üs-tünə düşərək çabalayırdı. Namərd ermənilərin atdığı güllələrin səsi onların ah-naləsinə qarışmışdı. Əsirlərin bədənində güllələrin açdığı yaradan qan fışqırırdı. Onların gözlərinin dərinliyində “Niyə?” sualı canlan-mışdı. Əsirlər inildəyir, zarıyır, ermənilərdən imdad gözləyirdilər. Ermənilər isə fit çala-çala çaladan çıxarıl-mış ilıq torpaqla əsirlərin hələ canlı, isti bədənlərini örtməyə çalışır, heç nə olmamış kimi sakitcə öz işlərini görürdülər. Onların ürəkləri daşa dönmüş, qulaqları kar olmuş, gözləri kor olmuşdu. İnildəyən canlı insanları nə hiss edir, nə eşidir, nə də onların köməyə çağıran inti-zarlı gözlərini görürdülər. Əsir insanlar bir əlləri ilə yaralarının üstündən basıb axan qanı dayandırmaq, o biri əli ilə üstlərinə yağan torpaqdan özlərini qorumağa çalı-şırdılar. Ancaq onların bu cəhdi əbəs idi. Bir az keçmiş hələ də nəfəs alan insanların üstünə atılan torpaqdan ba-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

126

laca bir təpə yarandı. Bu azmış kimi ermənilər yaxın-lıqdakı daşları da gətirib canlı insanların basırıldığı çala-nın üstünə yığdılar.

Onlar on yeddi nəfər idilər. Canlı, nəfəsi üstündə olan insanlar erməni daşnaklarının törətdikləri vəhşilik-lərin qurbanı oldular. Diri-diri torpağın altına gömül-dülər.

Dəstənin içində Ənnağının kiçik qardaşı Əli də var idi. O, təzəcə nişanlanmışdı. Nişanlı yolu gözləyən qız haradan biləydi ki, onun nişanlısı daha yoxdur, canı üs-tündə ola-ola, diri-diri torpağa basdırılıb.

Vətəninə qayıtmaq istəyən ikinci dəstənin başçısı Soltan kişi xarici görkəmcə özünü erməniyə oxşatmışdı. O, əvvəlki hadisədən xəbərdar idi. Başına qoyduğu kep-ka adətən ermənilərin başlarına qoyduğu papaq kimi qabaq hissəsinin dimdiyinin yuxarısı dik idi. Bığlarını ermənilər kimi lopabığ saxlamışdı. Ermənilər Soltan ki-şini özlərininki bilib ona toxunmamışdılar. Soltan kişi həm də ermənicə yaxşı danışırdı. Ermənilər onu hətta evlərində qonaq saxladı. Axşama qədər birtəhər dözən Soltan kişi gəzmək bəhanəsiylə ev sahibini də götürüb idarənin həyətinə gəldi. Yavaşca üstü torpaqlanmış çala-ya yaxınlaşdı. Diqqətlə qalaqlanmış torpağa baxdı. Gör-düklərindən əti ürpəşdi. Hiss etdi ki, biz-biz durmuş tük-ləri başından papağını qabardır; çalaya tökülən torpaq enib-qalxırdı. Qışqırmaq istədi: “Ay namərdlər, siz nə elədiniz? Bunlar ki, hələ ölməyib, sağdılar, nəfəsləri

Page 64: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

127

gedib-gəlir. Bunu Allah götürərmi?”. Ancaq boğazında qaynayan sözləri dilinə gətirə bilmədi. Bilirdi ki, heç bir xeyri yoxdur, iş-işdən keçib. Bilsələr ki, o da azərbay-canlıdır, dərisini boğazından çıxardardılar. Bu insanlar barəsində məlumatı əzizlərinə çatdırmalı olduğunu anladı. Başını aşağı salıb oradan uzaqlaşdı.

...Onlar on yeddi nəfər idilər. Ermənilər tərəfindən qanına qəltan edilən bu insanlar sakit, dinc, gün-güzəran dalınca getmiş, zəhmətkeş, əli silahsız kənd sakinləri idi. Onlar ailəsini, uşaqlarını dolandırmaq üçün qazanc dalınca gedən fağır kəndlilər idi. Onlar qanlarına qəltan oldular, torpaq altında can verdilər. Günahsız tökülmüş qanları ilə, dillərindəki ah-nalələrilə torpağa qarışdılar. Bu hekayət ermənilərin törətdikləri vəhşiliklərinin sadəcə biri idi. Onların diri-diri basdırıldıqları yer də məlumdur; keçmiş Aleksandropol, indiki Gümrü şəhəri, şəhər rəhbərliyi idarəsinin həyəti.

Qubadakı məzarlıqda çaladan tapılan insan sümük-ləri də erməni vəhşiliyinin növbəti sübutudur. İdarə həyətində basdırılmış insanların nəşi nə vaxtsa Quba məzarlığından çıxan sümüklər kimi tapılıb dünya icti-maiyyətinə çatdırılacağına biz hamımız əminik.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

128

Page 65: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

129

ATA FƏRYADI - Ana, bu gün yəqin çox yoruldun, hə? Səhərdən-

axşama qədər işləmisən. İndi sən bir az otur, dincəl, qalan işləri mən özüm görəcəm.

Nilufər anasına yaxınlaşıb üzündən öpdü. Hər ikisinin gözlərində narahatçılıq oxunurdu. Hiss olunurdu ki, gecələri yaxşı yatmayıblar. Güllü qızının sözlərindən təsirləndi, gözləri yaşardı. Ciyərparasının üzünə, boyu-na, qamətinə nəzər yetirdi, fikirləşdi: «Maşallah, qızım lap böyüyüb, qızlar bulağından su içəndən gözəlləşib, lap ay parçasına oxşayır. Nənələrimiz demişkən, aya deyir sən çıxma, mən çıxacam. Ay da utandığından üzə çıxmır. Nilufəri Günəş görsə o da xəcalətindən daha da qızarar. Nənələrimiz nə gözəl deyib. Tfu, tfu, qızı gözə gətirərəm. Allah bədnəzərdən saxlasın. Allah axırımızı xeyir etsin. Allah bizi bu bədniyyətli qonşularımızın şərindən hifs eləsin».

Güllü ermənilərin azğınlşmasından çox narahat idi. Onların yeni-yeni torpaq iddialarından həyəcan keçirir, gecəsini-gündüzünə qatır. Kənd camaatı ilə birlikdə ayıq-sayıq yatır, ermənilərin hər an kəndə hücum edə-cəklərini bilib səksəkə içində yatıb-dururdu.

Kərəmlə Güllünün üç oğlu və bir qızı var idi. Oğ-lanları atalarına oxşayırdı. Hündürboylu, pəhləvan cüssəli bu igidlər gecə-gündüz kəndə keşik çəkirdilər. Ara-sıra erməni həmlələrinin qarşısını igidliklə alırdılar.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

130

Bakı ilə əlaqə kəsilmişdi. Azərbaycanın ordu hissələri Qarabağın digər ərazilərində gərgin döyüşlər aparırdı. Düşmən xaricdən aldığı canlı və texniki qüvvələrin hesabına bir neçə rayonu və kəndləri işğal etmiş, Şuşaya yetişmişdi. Şuşa bütün Qarabağın, eləcə də ətraf kənd-lərin ümid yeri, dayağı idi. Bütün qüvvələr ora səfərbər olmuşdu. Yaxın kəndlər Allahın, bir də kəndin kişiləri-nin ümidinə qalmışdı.

Kərəm kişi axşam dəstəmaz almaq üçün həyətə çıxdı. Qulağına kəndin aşağısından boğuq səslər gəldi. Qoyun mələşməsi gecənin qaranlığında kəndi bürümüşdü. Kərəm kişi dəstəmaz alıb içəri keçdi. Otağın bir küncündə qoyulmuş canamazını açdı, namazını qıldı. Namaz üstə xeyli dualar etdi. Canamazı yığışdırıb arvadının açdığı süfrənin qırağında əyləşdi. Fikirli-fikirli arvadının süzdüyü çaydan bir udum alıb dedi:

- Çöldəki səs-küydən ağlım bir şey kəsmədi. Deyə-sən ermənilər kəndin heyvanını sürüb apardılar. Allah axırından saxlasın. Deyəsən, bu namərd qonşularımız kəndə bir ziyanlıq verəcəklər.

Arvad həyəcanlanmışdı: - Ay kişi, ağzını bir xeyirliyə aç. Görmürsən, əs-

gərlərimiz Şuşa uğrunda necə mübarizə aparır? İnşallah, ermənilərə divan tutacaqlar, onların heç dırnağı da dəy-məyəcək bizim kəndə. Heç igidlərimiz qoyar ki, murdar erməninin ayağı bu torpaqlara dəysin? Allah kərimdir, Allah bizə kömək olar.

Page 66: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

131

Axşam yeməyini könülsüz yedilər. Növbədən qayı-dan uşaqlar bir az yeyib yenidən keşik çəkdikləri yerə qayıtdılar.

Nilufər tez süfrəni yığışdırdı, qabları yudu. Gəlib atası ilə anasının arasında oturdu. Kərəm kişi qızına baxıb bayaqkı təşvişini gizlətməyə çalışdı, onun ipək saçlarını sığalladı. Səsinə ötkəmlik qatıb dedi:

- Mənim ağıllı qızımın dərsləri necə gedir? Sən heç nəyin fikrini çəkmə, dərslərinlə məşğul ol. Səni Bakıya özüm aparacağam. Universitetə qəbul olarsan. Qardaşın da təhsilini yarımçıq qoyub kəndə köməyə gəlib. Kira-yəyə bir ev tutaram, qardaş-bacı bir yerdə qalıb oxuyar-sınız. O səndən, sən də ondan muğayat olarsan.

Kərəm kişi qızını özünə tərəf çəkib üzündən öpdü: - Dur, qızım, gecə keçir, get yat. Ananla mən bir

həyətə çıxaq, görək nə var, nə yox? Nilufər istəməsə də, atasının sözündən çıxmadı.

Çarpayısına uzansa da gözünə xeyli vaxt yuxu getmədi. Nənəsi demişkən, dağı arana, aranı dağa köçürməyə ba-şladı. Necə də xoş günlər idi, rahat, asudə yaşayırdı-lar. Bu xain erməni qonşularının istədiyi nə idi? Bir yerdə sakit yaşayırdılar. Birdən-birə bunlara nə oldu? Niyə torpaq iddiasına düşdülər? Hamıya yaşamaq üçün bir parça torpaq çatır. Torpağı bunlar neyləyəcəklər? Kürəyə alınası deyil ki, götürüb harasa aparasan. Ermə-nilərə kim nə deyirdi ki? Kim idi onlara gözün üstə qaşın var deyən?

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

132

Bu suallar içində çabalayan Nilufəri özü də bilmə-dən yuxu apardı. Səhərin alaqaranlığında o biri otaqdan qardaşlarının qəzəbli danışıqlarını eşidib ayağa qalxdı. Stolun üzərinə atdığı donunu tez başına keçirdi. Ürəyi səksəkə içində o biri otağa keçdi. Bir kənarda büzüşüb qardaşları ilə atasının söhbətinə qulaq asmağa başladı. Anasının üzü avazımışdı. Qardaşları kimi isə söyüb-ya-manlayırdı.

- İmkan vermədilər özümüz gedib döyüşək. Başımı-zın altına yastıq qoya-qoya əlimizdəki silahları da aldılar. Heç narahat olmayın, Şuşa bizimdir, deyə-deyə bizim ağ-zımızı yelə verdilər. Odur bax, ermənilər oturub Şuşa qala-sında. Namusumuz, torpağımız əldən getdi, papağımızı yerə soxdular.

Nilufərin qardaşları pərt vəziyyətdə başlarını aşağı dikib durmuşdular. Bir gecədə sanki qocalmış, qamətləri əyilmişdi.

Nilufər yavaşca onlara yaxınlaşdı, anasından so-ruşdu:

- Ana, nə baş verib? Qardaşlarımın dedikləri doğ-rudurmu? Şuşa doğrudan ermənilərin əlindədir?

Güllü başını tərpədib qəmgin-qəmgin cavab verdi: - Hə, qızım, bizim kürsüdə oturanlarımız xalqı al-

datdı, köməyə gəlmədi. Qarabağ, Şuşa uğrunda döyü-şən övladların çəsədi sevdiyi torpağa qarışdı. Camaat gecəykən Şuşanı tərk edib, üzü aşağı qaçıb. Qaça bilən

Page 67: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

133

qaçıb, qaça bilməyənləri ermənilər güllələrdən keçirib, dağdan aşırıblar.

Nilufərin gözlərində nifrət alovu yandı. Üzünü qar-daşlarına tutub dedi:

- Mənə də silah verin, mən də döyüşəcəyəm. Kən-din keşiyini mən də çəkəcəyəm. Razı olmaram ki, onla-rın murdar ayaqları kənddə iz salsın!

Böyük qardaş dilləndi: - Yox, bacı, bu sənin işin deyil. Sən uşaqsan. On-

larla özümüz bacararıq. Əgər içimizdə xainlər olmasa… «Köməyə gəlirik» deyə-deyə bizi aldadırlar. Başları vəzifə bölgüsünə qarışıb, Qarabağ yaddan çıxıb. Bundan da düşmənlərimiz yaxşıca istifadə edirlər. Özümüzə qal-saydı onların burunlarını çoxdan əzmişdik.

Ailə süfrə başına oturub könülsüz səhər yeməyini yedi. Qardaşlar silahlarını götürüb kənd içinə getdilər. Kərəm kişi də onların dalınca getdi. Nə fikirləşdisə geri dönüb Nilufəri yataq otağına apardı, döşəyi qaldırdı, Ni-lufər silahı gördü. Kərəm kişi:

-Birdən, Allah eləməsin, işdir də,-zorla boğazına tı-xanan kəlməni dilinə gətirdi,-anan da, sən də sağ ələ düşməyin.

Kərəm kişi sürətlə, arxaya baxmadan evdən çıxdı. Kənddə cürbəcür şaiyələr baş alıb gedirdi. Qonşu

rayonların kəndləri bir-bir erməni işğalına məruz qalır, ermənilər mal-heyvanı sürüb aparır, kəndlərə od vurur-dular. Əhalinin vay-şivən səsləri göyə bülənd olurdu.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

134

Kənddə bir xof yaranmışdı. Ordan-burdan xəbər gəlirdi ki, ermənilər filankəsi öldürüb, filankəsin burnunu, bo-ğazını kəsib. Ermənilər tez-tez kəndə xəbər göndərir-dilər: «Tez olun, çıxın, çıxmasanız hamınızı öldürəcə-yik». Kənd əhli əli qoynunda mərkəzdən xəbər gözləyir, kənddən çıxmaq istəmirdi.

Qış gəlib qapının ağzını kəsdirmişdi. Kəndə qaz verilmədiyindən əhali odun yandırmağa məcbur olurdu. Meşəyə odun dalınca gedənlər sanki gedər-gəlməzə yol-lanırdı. Onlardan səs-soraq gəlmirdi, izsiz-tozsuz yoxa çıxırdılar. Ehtiyat edən kənd camaatı evdə nə ki pal-paltar var, hamısını üst-üstə geyinsələr də soyuq iliklə-rinə işləyirdi. Ərzaqları da tükənmişdi.

Kərəm kişinin çay qırağındakı qayanın üstündə atadanqalma köhnə bir dəyirmanları var idi. Həyatın sa-kit zamanlarında Kərəm kişinin böyük oğlu Süleyman dəyirmanı işlədirdi. Onunla erməni dığası Arsen dost idi. Arsen dəyirmanda Süleymanın yanında köməkçi iş-ləyirdi. Hətta, gecələri də çox vaxt bir yerdə keçirirdilər.

Qarabağ münaqişəsi başlayandan sonra dostlar arasında soyuqluq yarandı. Arsen bir gün dostuna dedi:

- Süleyman, bu torpaqlar, Qarabağ ermənilərindir, niyə onları xoşluqla bizə vermirsiniz? Xoşla verməsəniz zorla onu sizdən alacağıq.

Süleymanın elə bil başına bir qazan qaynaq su ələndi. Hirsini zorla boğub dostunu vurmaqdan özünü saxladı:

Page 68: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

135

- Ə, siz nə yaman həyasız adamlarsınız? Nə vaxtdan bu torpaqlar sizin olub? Xankəndindəki heykəli görmüsən? Orada nə yazılıb?-150. Bu bilirsən nə de-məkdir? Bu o deməkdir ki, ermənilərin İrandan Qara-bağa köçürülməsi cəmi 150 ildir. Qandın, yoxsa yenə deyim?

- Ara, məndən deməkdir, sənə xəbərdarlıq elədim. Bu gecə bizimkilər kəndinizi alacaqlar. Sən mənim dos-tum olduğun üçün sənə deyirəm. Bizimkilər bilsələr ki, mən sənə bu sözü demişəm, dərimi boğazımdan çıxa-rarlar. Get, özününkülərə xəbər elə, gecə düşməmiş kənddən çıxın. Yoxsa hamınızı qıracaqlar…

Süleyman bu sözləri çox eşitmişdi. Odur ki, ona inanmayıb kəndin keşiyini çəkmək üçün növbəyə getdi. Gecə yarıdan keçmiş, kənd camaatı gurultuya, şaqqıltıya həyətlərə tökülüşdü. Göydə açılıb şütüyən güllələrin sayı-hesabı yox idi. Kəndin o başından insanların ağlaş-ması, qışqırması, vay-şivən səsləri biri-birinə qarışmışdı. Kərəm kişi işin nə yerdə olduğunu bilmək üçün darva-zadan çıxıb kənd içinə qaçdı. Güllü üstdən geydiyi xala-tın yaxasını düymələdi. İçəri keçmək istəyəndə Nilufəri yanında titrəyərək dayandığını gördü. Onun üzü ay işığında daha da ağarmış kimi görünürdü. Güllü başla-rına gələn faciəni qabaqcadan duymuş kimi qızının qol-undan dartıb içəri aparmaq istədi. Bu zaman güyültü ilə yanından uçuşan güllələri gördü. Özünü Nilufərin üstünə atdı. Bədənilə onu qorumağa çalışdı. Qaranlıqda

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

136

onlara tərəf gələn erməni əsgərlərini görən Nilufər göz-ləri ilə anasını axtardı. Əli anasının qarnından axan ma-yeyə toxundu. Canına bir anlıq istilik axdı. Bu anasının ilıq qanı idi. Belə dəhşətli bir anda sanki qızına dayaq olmaq, onu düşmən güllələrindən qorumaq istəyirdi. Nilufər anasının yanında yerə uzandı. Gecə qaranlığında Nilufəri görməyən azğın ermənilər evə od vurub qonşu həyətə keçdilər.

Nilufər qorxudan və soyuqdan donmuşdu, yerindən tərpənə bilmirdi. Vəhşiləşmiş ermənilər qonşu evlərə də od vurmuşdular. Onlar yavaş-yavaş Nilufərgilin evindən uzaqlaşırdılar. Birdən gecənin qaranlığında bir nəfərin ona tərəf gəldiyini gördü. Onu erməni zənn edərək qa-ranlığın dərinliklərinə çəkilib gizləndi. Qulaqlarına yen-dən şaqqıltı səsi gəldi. Qardaşları idi. Təngənəfəs, sü-rünə-sürünə gəlirdilər. Onları erməni əsgərləri təqib edirdi. Süleymangil həyətə daxil oldular, yanan evə keç-məyə cəhd etdilər. Alov onların üzünü qarsıdı. Onları təqib edən ermənilər qapını kəsmişdilər. Süleyman geri qayıtmaq istəyəndə erməninin biri əlindəki avtomatın süngüsünü Şahinin qarnına yortdu. Süleyman bunu gör-dü, onun köməyinə çatmaq istəyəndə güllə açıldı, qar-daşlar qəfil aldıqları zərbədən yerə yıxıldılar. Erməni-lərin tükürpədici qəhqəhələri Nilufərin gicgahını çəkic kimi döyəclədi. Süleyman Arsenin səsini tanıdı:

- Ara, Süleyman demədim, çıx get buradan? Mənə inanmadın, köpəy oğlu? Al, bu da məndən sənə yadigar!

Page 69: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

137

Arsen əlindəki bıçaqla Süleymanın burnunu üzmək istəyəndə yaralı Süleyman Arsenin boğazından yapışdı, o biri erməninin atdığı güllədən əli boşaldı. Süleyman Arseni öz qanına boyamışdı. Arsen yenidən mırıldandı:

- Ax, türk köpəyoğlu, qanınız necə də şirindi, sizin qanınızı içməyə dəyər!

Qanı görüb daha da vəhşiləşmiş ermənilər Süley-manın o biri qardaşına tərəf döndülər. Erməninin biri o birinə dedi:

- Ara, Vahancan, biri mənim, biri sənin. Kəsək bunların kökünü. Ancaq, yox, qoy onlar it kimi gəbərib, can versinlər. Bu türkləri əziyyətlə öldürmək lazımdır. Onların qulağını kəsmək lazımdır. Bəlkə ürəymiz onda soyuya, Andranikin heyfini bu türklərdən almalıyıq.

Ermənilər hərəsi bir qardaşa yaxınlaşdı. Saçların-dan tutub üzlərinə tüpürdülər. Arsenlə erməni Vahan ciblərindən çıxartdığı bıçaqla onlara tərəf əyiləndə, dal-badal açılan güllə Arseni və Vahanı yerə sərdi... Nilufər əlindəki silahı yerə atdı, əvvəlcə Arsenin, sonar da Va-hanın əlindən bıçağı alıb dəlicəsinə ürəklərinə sapladı...

Gecədən xeyli keçmiş Kərəm kişi evə qayıtdı, hə-yətə girdi, yanmış ot tayasına yaxınlaşdı, vaxtında uşaq-larına kömək edə bilmədiyindən için-için qovrulurdu. Gözündən yaş gəlmirdi. Canlı ikən ayaq üstə ölmüşdü. Gözü ilə gördüyü işgəncə, nər oğullarının can verməsi onun ağlını kütləşdirmişdi. Yerindən tərpənə bilmirdi. Güllünün və oğlanlarının al-qan içində torpağın üstündə

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

138

qalmış cəsədləri kişinin ağlını başından çıxarmışdı. Key-ləşmiş kimi yerindəcə donub qalmışdı, gördükləri ona nağıl kimi gəlirdi.

Dan yeri yavaş-yavaş sökülürdü. Səhərin gəlməsi Kərəm kişinin donunu az da olsa açırdı. Oturduğu yer-dən ayağa qalxıb yavaş-yavaş əzizlərinin yanına gəldi. Arvadının gözləri şaxta vurmuş şüşəyə dönmüşdü. Oğlanları qan gölünə bələnmişdilər. Kərəm kişi meyid-lərə yaxınlaşdı. Kişinin ağlı özünə gəlirdi. Meyidlərin içində bircə Nilufərin meyidi yox idi. Kərəm ayağa qalxdı. Dəli kimi ətrafı fırlanmağa başladı. Yanmaqda olan evə girdi, tüstüdən boğula-boğula otaqları bir-bir gəzdi.

Özünü hövlanak həyətə atdı. Evin həndəvərini do-laşdı, tayanın içini yoxladı, mal damına girdi, çıxdı. Nilufəri heç yerdə tapa bilmədi. Yerə çöməldi. Əllərini və üzünü göyə tutub var səsilə qışqırdı: «Allahım, sənin varlığına inanmıram, bu qədər də zülm olarmı bizə göstərdin? Gülüzlü qızıma necə qıydın, kafirlərin əlinə niyə verdin onu?» Kərəm kişinin ağlına gələn fikir onu dəli edirdi. Bu dəfə o daha bərkdən qışqırıb ağlamağa başladı. Bayaqdan donmuş göz yaşları sel-sularına dönüb çoxdan qırxılmamış saqqalını islatdı: «Allahım, o kafirlər mənim qızımın başına nələr gətirəcəklər?»

Kərəm kişinin qanı damarlarında dondu. Ağlına gələn fikirdən ayaqlarının altından yer qaçdı, dünya ba-şına hərləndi. Dəli bir hayqırtı çəkdi. Səsi kəndi başına

Page 70: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

139

götürmüş ah-fəqan səsinə qarışdı. Ermənilər bu səsi yaxşı ki, ayırd etmədilər. Ata balası üçün nalə çəkirdi, canavar kimi ulayırdı. Ağzı açıq qalmışdı. Qışqırmaq-dan səsi batmışdı. Gözləri göyə zillənmişdi, saçını-saq-qalını isladan göz yaşları üzündə-gözündə donurdu.

Kərəm kişi nə qədər belə qalmışdısa bilmirdi. Qu-laqları güyüldəyir, zarıltısını, iniltisini öz içində hiss edirdi. Onun gülparçasına oxşayan Nilufərini gavurlar güllələyib şaqqalayacaqlar. Ən pisi isə namusuna təca-vüz edəcəklər. Kərəm kişi nələr arzulamırdı? Qızını oxudacaq, el adətilə gəlin köçürdəcəkdi. İndi budur, qızı ermənilərin əlində əsirdir. İstədiklərini onun başına aça-caqlar. Ax, murdar ermənilər! Bircə qızıma dəyməyin. Nər biləkli oğlanlarımı əzabla öldürdünüz. Arvadımın döşlərini kəsdiniz. Bir ailədən dörd nəfər… Bəs deyil-mi? Qızıma dəyməyin!

Kərəm kişi dəli kimi ayağa qalxdı. Gözləri dörd olmuşdu. Təşvişlə həyətdə vurnuxmağa başladı. Baxdığı yerə bir də baxdı. Qızını tapa bilmədi. Diz üstə çöküb bərkdən qışqırdı: «Nilufər!» Birdən zəif və boğuq bir səs eşitdi:

- Burdayam, ata! Qorxma, mən sağam! Kərəm kişi alaqaranlıqda qabağa baxdı. Dizin-dizin

irəli süründü. Qızının səsi qaranlığın dərinliyindən gəlir-di. Nilufər kartof quyusunda idi. Soyuq, şaxta iliyinə işləmiş balasının qolundan tutub birtəhər quyudan çı-xartdı, astadan pıçıldadı:

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

140

- Gəl, qızım, necə ki ermənilər duyuq düşməyib, qaçaq.

O, Nilufərin əlindən bərk-bərk yapışdı. Nilufər onun əlindən çıxıb evin arxasına tərəf getdi. Qayıdanda Nilufəri əlisilahlı gördü. Nilufər Süleymanla Şahinin ya-nında ölmüş Arsenə və Vahana yaxınlaşdı, əyilib nifrətlə üzlərinə baxdı. Sonra qardaşı Süleymana yaxınlaşdı, ba-şındakı örpəyi açıb üzünə saldı, sonar anasının qana bu-laşmış örpəyini açıb Şahinin üzünə saldı. Qayıdıb ana-sının cəsədi yanında oturub üzünü üzünə sürtərək:

-Balaların sənə əmanət, ana,-dedi. -Ölsəm belə dərdim yoxdur,-qisasınızı yerdə qoymadım.

Bir qədər kənarda dayanmış Kərəm eşitdiklərindən donub yerində qalmışdı. Nilufəri-on dörd yaşlı məktəbli qızı qardaşlarının qisasını yerdə qoymamışdı.

Nilufər yerindən qalxdı. Tövlənin qabağındakı be-lin birini götürdü. Kərəm kişi ona baxdı. Hər ikisi bağ-çanın içində yeri qazdılar, köməkləşib ananı, Süleymanı, Şahini-üçünü də bir yerdə torpağa basdırdılar. Yanmış ot tayasından bir az ot götürüb izi itirmək üçün qəbrin üs-tünə tökdülər.

Axşamdan yağan qar öz bəyazlığı ilə hər yanı işıq-landırırdı. Nilufərlə Kərəm göz yaşları içində həyətdən çıxdılar. Arsenlə Vahanın murdar cəsədlərini sahibsiz, ac itlər didişdirirdi...

Ata qızının əlini buraxmadan qarla örtülmüş düzə çıxdı. Qabaqda isə qalın ağaclarla örtülü meşə görü-

Page 71: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

141

nürdü. Bircə ora tez çata bilsəydilər… Gördükləri mənzərələr ata-balanı dəhşətə salmışdı. Çaş-baş qalmış adamlar meşəyə tərəf qaçırdı. Kim hara gəldi qaçırdı, ah-nalə çəkərək vəhşiləşmiş saqqallıların əlindən canını qurtarmağa çalışırdılar. Kərəm kişi qızının əlini burax-madan irəli, meşəyə doğru qaçırdı. Dünəndən yağan qar buz bağlamışdı. Nilufərin ayağı corabsız idi. Buz bağ-lamış qar şüşə kimi onun ayaqlarını cızırdı. Ağ qarın üzərində qızın al-qırmızı qanı cığır salmışdı. Yeyirib-yüyürməkdən ata-balanın nəfəsi təntimişdi. Nilufər da-yanmaq istədi:

- Ata, daha gedə bilmirəm. Ayaqlarım sözümə bax-mır.

- Yox, qızım, səni o gavurlara verə bilmərəm, qaç-malıyıq. Az qalıb, meşəyə girə bilsək, biz azad olarıq. Meşənin o tərəfindəki dağı aşsaq bizimkilərə çatarıq. Gəl, qızım, gəl.

Nilufər bir təhər gücünü topladı. Atası ilə ayaqlaş-malı idi. Birdən qabaqda saqqallılar göründü. Ata qızını qarla örtülmüş iri bir daşın dalına itələdi, özü də macal tapıb gizlənə bildi. Ermənilər insan ovuna çıxmışdılar. Heç kimə aman vermədən, kimini güllədən keçirir, kimini isə əsir alırdı. Səhərin alatoranında onlar daşın dalında gizlənmiş ata-balanı sezmədilər. Nilufərin ürəyi şiddətlə çırpınırdı. Ermənilərin mənfur saqqallı üzlərini yaxından görürdü. Qorxudan az qalırdı bayılsın. Atası

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

142

işarə ilə «sus» deyirdi. Ermənilər donquldana-donquldana onların yaxınlığından ötüb görünməz oldular.

Ata-bala soyuq qarın üzəri ilə sürünə-sürünə me-şəyə girdilər.

Page 72: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

143

QORXU

Soyuq, şaxtalı fevral günlərindən biri idi. Bu gün digər günlərə bənzəmirdi. Bu günün gecəsi gündüzünün üzünə qara doğmuşdu. Karapet və həmyaşıdları səhərə qədər Xocalıdakı qətlyamlardan qorxub, evlərini tərk edib, balalarını xilas etmək üçün meşələrə, düzlərə qaçan xocalılıların ovuna çıxmışdılar. Karapet bir dəstə hərbiçiyə bələdçilik edirdi. Onun bu yerlərə yaxşı bələd olduğunu hərbiçilərə bildirmişdilər. Karapet əvvəlcə elə bilirdi ki, o yerli camaatın buradan çıxıb getməsi, onların buradan qovulması üçün hərbiçilərə yol göstərə-cək. Amma gözünün qarşısında günahsız körpələrin gülləbaran edilməsi, qız-gəlinlərin üst-başının qarət edilməsi, vəhşicəsinə öldürülməsi, qocalara rəhm edil-məməsi, hərbi geyimli azərbaycanlı kişilərin cəsəd-lərinə qarşı belə törədilən vəhşiliklər artıq ona yetərincə əyan idi ki, ona o dünyada belə rahatlıq olmayacaq. O, hərbiçilərin komandiri rus dilli Stepanın gözlərindəki yırtıcılığı gördükcə ölüb dirilir, buradan qaçmaq istəyirdi. Amma qaça bilməzdi. O, vəzifəsini yerinə yetirməli idi, yoxsa onun aqibəti də gözünün qarşısında qanına qəltan edilən xocalı əhlinin aqibəti kimi olacaq. Karapet gözünün qarşısında törədilən dəhşətlərdən, qarət və talanlardan, ölüm səhnələrindən elə bir hala düş-müşdü ki, yeriyə bilmirdi. Stepan və qonşusu Edikin Fransadan gəlmiş bacısı oğlu, dünənə kimi xeyirxah, sə-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

144

mimi, bir qarışqanın belə əzilməsini istəməyən, insan-pərbər, hümanist qəlbli bir insan kimi tanıdığı Albertin gözləri qarşısında törətdiyi vəhşiliklər onu varından yox eləmişdi, qəzəbindən, içindəki nifrətdən ağzından köpük axırdı. O ürəyində uşaqlıq dostu Slavikə, onun atası Keşiş Qriqoriyə lənət yağdırırdı.

Slavik Arzumanyangil nəsillikcə kilsə xidmətçiləri idilər. Keşiş Qriqori oğluna-Slavikə də nəsillərinin ta-rixi haqqında danışmağı xoşlayardı. Karapet və oğlu Slavikin həmyaşıdları dəfələrlə bu söhbətlərin şahidi olmuşdu. Keşiş Qriqori mütləq belə söhbətlərdən son-ra polkovnik Lazarevin xatirəsini sükutla yad edər, haqqında danışdıqlarının yekununda dodağının al-tında nəsə deyər, Slavikə də, onun həmyaşıdları olan erməni gənclərinə də elə gələrdi ki, keşiş dua elyir. İnsanlığın naminə, Vətənin, ölkənin əmin-amanlığı naminə. Amma Karapet diqqətlə qulaq asar və hiss edərdi ki, Slavikin atası ermənilərin ağ günə çıxması üçün çalışanların salamatlığı naminə dualar eləyir.

Keşiş Qriqori erməni gənclərini, əlbəttə, hamısını yox, seçilmiş olanları, oğlu Slavik da daxil olmaqla ayda bir dəfə yanına çağırır, guya onlara müqəddəs kitabdan fəsillər oxuyurdu. Ancaq kitabdan oxudu-ğu fəsilləri tez, tələm-tələsik bitirir, əzabkeş erməni xalqının “tarixindən” onların bilmədiklərini, heç bir kitabdan oxumadıqlarını danışardı. Hərdən də nəsil-şəcərə tarixi ilə bağlı əhvalatlar çözülərdi:

Page 73: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

145

- Hə, balalarım, gərək siz öz tarixinizi yaxşı bilə-siniz. Haradan gəlib, haraya getdiyini bilməyən er-məni gənci öz xalqına xidmət edə bilməz.

Atasının bu sözlərindən sonra Slavik və həmya-şıdları, o cümlədən Karapet dərin fikrə getsələr də çox vaxt mətləbdən elə də baş çıxarmazdılar. Hələ bəzən etiraz da edərdilər.

Karapet bir dəfə Keşiş Qriqori ilə oğlu Slavikin mübahisəsinin şahidi oldu.

- Ata, sən elə danışırsan ki, guya dünyanın üzü-nü su alacaq.

- Bəs əlbəttə, elə də olacaq. Elə deyil ki, oke-anların buzları ərisin, su da qalxsın sizin boğazınıza. Bəs dünya bir-birinə vurulsa, aləm qarışsa necə? Bu, dünyanın üzünü su almaq deyil? Gərək hər şeydən baş çıxarasınız.

- Böyük dövlətimiz var, - Slavik yenə söz altında qalmadı. Atasının ciddi görkəm aldığını görüb sözü-nü kəsdi. - Yəni deyirəm ki...

- Sən heç nə demə, sən atanın sözlərinə yaxşı fi-kir ver, onda gözlərin açılar. Bilərsən ki, gəzdiyin yeri bir gün sənin ayağının altından çəkərlər, onda hava-da qalarsan.

Slaviklə birgə Keşişin mouzəsinə qulaq asan gənclər heyrətlə bir-birinin üzünə baxdılar. Slavikin də təəccübdən gözləri böyümüşdü. Nə qədər olmasa da, onlar sovet məktəbində oxuyur, gələcəyi birgə ya-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

146

şayacaq xalqların ailəsində böyüyürdülər. İstər-istə-məz məktəbdəki, ictimai həyatdakı təbliğat onların düşüncəsinə təsir göstərirdi. Axır ki, yenə Slavik cəsa-rətə gəldi.

- Ata, biz buraya göydən gəlmişik? Keşiş Qriqori yenə xaç çəkdi. Yenə dodağının

altında sakit-sakit danışdı. Onun dodaqlarının tərpə-nişindən Slavik hiss edirdi ki, atası Allahdan erməni gənclərinə ağıl istəyir. Sözünün sonunu isə lap elə açıq-aşkar bitirdi: «Allahım, mən sənə ona görə qul-luq edirəm ki, bu bədbəxt erməni balalarının gözlə-rini açasan. Bu yalanlardan onların ruhu azmasın. Doğru yol-bizi böyük Ermənistana aparan yol onlara aydın olsun. Onda mənim dediklərimi daha yaxşı başa düşərlər».

Slavikin yanında əyləşmiş gənclərdən biri həyəcanla dilləndi:

- Sən bizə kömək elə, müqəddəs ata, qoy biz hə-qiqəti bilək.

- Onda gərək məni yaxşı dinləyəsiniz, - Keşiş yenə xaç çəkdi. Onun xasiyyəti idi. Həmişə bir çətin sual qarşısında qalanda xaç çəkir, xeyli dodağının altında nəsə danışır. Bu zaman, əslində, o, düşünmə-yə vaxt qazanırdı. İndi də dodaqaltı danışıqlar bitən-dən sonra sözə başladı:

- Biz Şuşaya yox, əvvəlcə Xocavəndə-Marağaya köçürülmüşük. Ulu babamızı o tayda-Marağada

Page 74: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

147

Təbrizdə, Urmiyada, Van gölü ətrafında yaşayan er-məniləri Lazarev başına yığıb izah eləyir ki, tezliklə buradan çıxıb gedəcəyik. Rus qoşunları çəkiləcək, bundan sonra sizin taleyiniz necə olacaq, heç kim de-yə bilməz. Ulu babam Hovsesyan da böyük xətir-hörmət sahibi olub. Ətrafda yaşayan ermənilər hə-mişə onun yanına məsləhətə gələrmiş. Əvvəlcə baba-mız Hovsesyan köçmək istəməyib. Amma Eçmiədzin-dən onun yanına adamlar gəlib,-deyirlər ki, bəs bilmirsiniz, polkovnik bizim adamdır. Qanı qanımız-dandır. Onun dediklərinə əməl etmək lazımdır. Sizə də Arazın bu tayında, ən yaxşı yerlərdə torpaq sahəsi ayrılacaq, dövlətin himayəsində olacaqsınız. Təsərrü-fat qurana, ev-eşik tikənə qədər atamız Çar sizə hər cür köməklik göstərəcək. Bizim babamıza o taydan gəldiyimiz yerin adı ilə adlandırılan Marağada yaxşı bir yer ayırırlar. Sonralar Şuşanın mühüm siyasi əhə-miyyət kəsb etməsi Çarı da, Eçmiədzindəkiləri də düşündürürdü. Ona görə bizim babamızın yaşayış ye-rini Şuşaya dəyişirlər. Ancaq babamıza tapşırırlar ki, heç nəyə tələsməsinlər. Eçmiədzindən hansı tapşırıq gəlsə, ona da əməl eləsinlər. Beləcə, illər gəlib keçir, babalarımız da bu dünyadan köçür. İndi mənim bor-cumdur ki, sizə bilmədiklərinizi öyrədim.

Karapet bu söhbətlərin canlı şahidi idi. Karapet bilirdi ki, Keşiş Qriqori ildə bir neçə dəfə Eçmiədiznə gedər, guya müqəddəs kilsəni ziyarət üçün səfərə çı-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

148

xardı. Ancaq hər dəfə qayıdandan sonra gəncləri yenə başına yığar, onlarla birgə Qarabağdakı alban abidələrini gəzər, bu abidələrdə olan yazılı daşları, diqqəti çəkən tarixə aid əşyaları toplayıb özünün Allaha xidmət elədiyi kilsəyə gətirərdi.

Bir gün yenə bu məqsədlə Şuşaya yaxın olan Qandzasara getmişdilər.

Hələ də hörgüdə min illik dözümlə dayanan bir neçə yazılı daşı qopardılar. Abidənin ətrafını gəzdi-lər. Qədim işarəli, keşişin özünün də başı çıxmayan yazıları olan saxsı qablar da tapdılar.

Qandzasar dağın döşündə-meşənin arasında, hər tərəfdən dərələrlə ayrılmış hündür bir təpənin üstün-də yerləşirdi. Tikildiyi zamandan bəri üstündən əsrlər keçsə də, dünyanın təbiəti dəfələrlə dəyişsə də öz əzəmətini qoruyub-saxlayırdı. Qədim alban çarlarının və alban ruhunun müqəddəsliyi sanki məbədi dövrə-ləmiş hasarla bu günəcən qorunurdu. Səhər doğan günəşin şüaları altında parıldayan daşlar sanki hərəsi bir dillə danışırdı. Gələnlərə demək istəyirdi ki, bizə toxunmayın. Bu qayalar arasında, bu məbədin divar-ları arasında uyuyan müqəddəs ruhları narahat etmə-yin. Gün gələr, o ruhlar sizi əzaba düçar edər...

Keşiş Qriqori və onun yanındakı gənclər günorta-ya yaxın məbəddən çıxıb geriyə qayıtmaq istəyirdilər.

Gözləmədikləri halda böyük məbədin qarşısında üç nəfər onları qarşıladı. Hər üçü mülki formada idi. Keşiş

Page 75: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

149

Qriqori ortadakı hündürboylu cavanı yaxşı ta-nıyırdı. Polkovnik Yesayev idi. Əslən qarabağlı olan Yesayevlə Şuşada-Təhlükəsizlik Komitəsində görüş-müşdülər...

O vaxt aralarında da sərt bir söhbət olmuşdu... - Müqəddəs ata, dövlətimizin sayəsində dinimizi

qorumaq üçün sənə hər cür şərait yaradılıb. - Çox sağ olun, oğlum, mən heç nədən narazı de-

yiləm. Sənin kimi erməni övladları indi yaxşı vəzi-fələrdə işləyir. Bu da onu göstərir ki, bizim xalqımıza hər cür qayğı var.

- Mən də belə düşünürəm. Ancaq sənin kimi bəzi ermənilər bir qədər özlərini qəribə aparırlar.

- Nə qəribə, canım? Elə sən özün də erməni de-yilsən? Bircə sənin familini düzgün yazmayıblar.

- Necə yazmalıydılar? - Bəli, bəli, mən səni gərək çağıraydım «polkov-nik

Yesayan». - Müqəddəs ata, sən yaxşı bilirsən ki, mən qədim

alban knyazı Yesayi Cəlalın nəslindənəm. - Hər kimin nəslindən olsan da, indi ermənisən. - Hər halda mən səni buraya mənim erməni olub-

olmadığımı müzakirəyə çağırmamışam. - Bəs nəyə çağırmısan? - Səni ona görə çağırmışam ki, bilirəm ki, gənc-ləri

başına yığıb şübhəli söhbətlər edirsən, onların baş-beynini zərərli ideyalarla doldurursan.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

150

- Mən gənclərə müqəddəs kitabdan fəsillər oxu-yuram. İstəyirəm ki, onlar yollarından azmasınlar, ağıllı böyüsünlər.

- Doğrudur, ancaq başqa şeylər də danışırsan. Məqsədin də məlumdur. Hərdən bu dağlara səfərə çıxmağın da olur. Bu, düzdür?

- Mən bizim erməni dağlarını, abidələrini gəzi-rəm, öyrənirəm, bunun nəyi pisdir?

- Amma unutma ki, alban abidələrində nə axtardığını bir gün səndən soruşacaqlar. Bunu bilir-sənmi?

Söhbət beləcə qurtarmışdı. Daha onlar üzbəüz gəlməkdən çəkinirdilər. Əlbəttə, elə ilk növbədə Keşiş Qriqori...

Bu hadisədən bir müddət keçdi. Bir gün yenə onlar qarşılaşdılar... Polkovnik Yesayevi görən Keşiş Qri-qorinin saqqalının altında gizlənmiş sifəti səyirdi. An-caq təmkinini pozmadı. Yenə xaç çəkib dodağının al-tında nəsə danışmağa başladı. İrəliyə addım atıb onu gözləyənlərlə salamlaşdı.

- Hə, oğlum, xoş gördük, - Keşiş əlini polkovnik Yesayevə uzatdı:

- Sizdən nə yaxşı, yoldaş Yesayan. Siz də bizim kimi yəqin bizim gözəl Qarabağ dağlarını gəzməyə çıxmısınız.

- Doğrudur, bizim Qarabağ dağları gözəldir. Gərək həmişə onun gözəlliyini qoruyaq.- Polkovnik əsəblərini

Page 76: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

151

süni bir təbəssümlə cilovlayıb vəziyyəti bəri başdan gərginləşdirmək istəmədi.

- Elədir, elədir, oğlum. Biz gərək bu yerlərin hər qarışının qədrini bilək. Sizin kimi erməni cavanları bu abidələrin tarixini gərək yaxşı bilsin.

- Doğrudur, müqəddəs ata, hər şeyi biləndə in-san yolunu azmır.

- Sağ olun, polkovnik Yesayan. Mən də elə bu gənclərə onu deyirəm də.

- Bilirəm, səninlə bir dəfə söhbət eləmişdik, gə-rək ki, yadından çıxmamış ola.

- Doğrudur, oğlum. Keşiş Qriqori “oğlum” sözünü artıq neçənci dəfə

idi deyirdi. Və özü də hiss olunurdu ki, bununla pol-kovnik Yesayevə yarınmaq, nəzərini yayındırmaq is-təyir. Polkovnik də onun gözlərinin içinə baxırdı. Bə-bəklərinin necə səyridiyini görürdü və bu səyrimələr sanki onun özünün vurnuxmasından xəbər verirdi. Keşiş hiss edirdi ki, deyəsən gözləmədiyi qonaqların gəlişi ciddi məqsəd daşıyır. Hadisənin necə qurtara-cağını dərk eləməsə də, ciddi narahatlıq artıq onun bütün varlığına hakim kəsilmişdi.

Polkovnik Yesayevin ona yaxınlaşdığını görən-də bir anlığa ona elə gəldi ki, onu parçalamağa gələn ac canavarı görür. Vahiməsindən təmkinini itirdi. Bir az geri çəkildi. Ayağı daşa ilişib büdrədi. Papağı ba-şından düşdü. Ətrafında olan erməni gəncləri onu yı-xılmağa

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

152

qoymadılar. Polkovnik Yesayev yaxına gəlib onun qolundan tutdu.

- Bizimlə gedəcəksiniz. Daha başqa söhbət olmadı. Gənclər keşişin pa-

pağını götürdülər. Vilayət mərkəzində məlum təyinatlı idarənin əsas

binasında bir-iki saatlıq söhbətdən sonra gənc-ləri buraxdılar. Keşiş Qriqori ilə də söhbət elə çox uzanmadı. Keşiş Qriqorini də buraxdılar. Onun top-ladığı daşları da Şuşa tarix muzeyinə verdilər.

Bir müddət Keşiş Qriqori səksəkə içərisində yaşa-dı. Ancaq sonralar eşitdiyi xoş xəbər onu çox sevin-dirdi. Polkovnik Yesayevi harasa xarici ölkəyə gön-dərmişdilər. Deyəsən, Əfqanıstana. Daha sonralar Keşiş Qriqori oğlu Slavikə danışmışdı ki, o vaxt Yesa-yevin bəxti gətirdi. Bəs necə, bir var avtomobil qəza-sında öləsən, bir də var sülh missiyasına görə. Əfqa-nıstana daha çox müsəlmanları göndərirdilər. Bu xə-bəri ona Eçmiədzində dedilər. Elə həmin söhbətdə o, daha bir xəbər eşitdi və buna da doyunca güldü. Pol-kovnik Yesayevi Əfqanıstana göndərməmişdən əvvəl Moskvada sünnət eləmişdilər.

Yesayev daha Əfqanıstandan qayıtmadı. Slavik Qarabağda hadisələr kəskinləşəndə Karapeti

və yaxın dostlarını ətrafına toplayıb azərbaycanlılara qarşı vuruşmağa təhrik edəndə baş verənləri yetərincə

Page 77: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

153

dərk etməyən dostlarına atasının söylədiklərini çatdırır-dı:

-Əgər biz azərbaycanlıları burdan qovub çıxarma-saq, gec-tez onlar biz gəlmə erməniləri dədə-baba tor-paqlarından qovub çıxaracaqlar. Bizə kömək edənlər var. Bizim vəzifəmiz bizim üçün vuruşanlara, bizə kömək edənlərə yardımçı olmaqdır. Kim bundan imtina etsə Yesayevin aqibətini unutmasın.

Karapet də eşitdiklərinin qorxusundan, tək anasını və bacısını düşünərək Slavikin dəstəsinə qoşuldu. Kara-pet hər gün oraya gətirilən hərbiçilərə, ordakı ordu əs-gərlərinə sınıq-salxaq Villisində ərzaq, içki daşıyırdı. Anası da hər gün ona kömək etmədiyi üçün qarğış yağ-dırırdı.

İndi o bu dəhşətli gecədə əlində fanar hərbiçilərin qarşısına düşüb bələdçilik etdiyi üçün, günahsız insan-lara rəhm etməyən bu qaniçənlərə, Keşiş Qriqoriyə, Sla-vikə, özünə lənət yağdırırdı. Amma səsini çıxartmadan, ağzından axan köpüyü kürkünün qoluna silə-silə qabağa düşüb gedirdi.

Qulağına gələn səslərə əhəmiyyət verməyən, başı dumanlı halda yeriyən Karapet o zaman ayıldı ki, əli silahlı, pusquda durmuş azərbaycanlıların atdığı atəş nəticəsində yanındakılardan bir neçəsi yerı sərildi. Kara-pet Stepanın və Albertin yerdə uzanmış cansız cəsədini görüb bir an duruxdu və birdən dəlicəsinə gülməyə başladı. Azərbaycanlılar sağ qalan ermənilərin silahla-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

154

rını əllərindən aldılar. Əl-ayaqlarını sarıdılar. Kamil hələ də qəhqəhə çəkən Karapeti Əlifə göstərdi:

-Bunu neyləyək? Əlif gözucu ona tərəf baxdı: -Burax getsin. Karapet birdən susdu, əvvəlcə onlardan bir neçə

addım uzaqlaşmış azərbaycanlıların arxasınca baxdı, sonra ətrafına səpələnmiş ölmüş yaraqlılara, əlləri sarıqlı ermənilərə nəzər saldı, yerindən qalxıb onlara tərəf qaçdı, onun qarşısına keçən əsgərin önündə diz çökdü, dizlərini qucaqladı:

-Məni də özünüzlə-ə-ə-ə götürün. Məni sağ qoy-y-y-y-mayacaqlar,-çevrilib əlləri bağlı erməniləri göstər-di,-onlar məni satacaqlar. Mənim anamı, bacımı Keşiş Qriqori sağ buraxmaz. Yalvarıram...

Əli sarıqlı erməninin sözünü eşidən Karapet çığır-dı:

-Gördünüzmü? Onun dediyini eşitdinizmi? O bayaq o körpəni anasının qucağında qanına qəltan elədi, qadının əlindəki torbanı almaq üçün əlini kəsdi, qız gəlini güllələdi, uf demədi, mənimkilərə heç yanmaz, heç yanmaz-z-z,-Karapet hönkürdü.

Əsgərlər onun söylədiklərinə qulaq asdıqca dəhşətə gəlirdilər. Üzü dağlara tərəf dayanmış Əlif dalbadal atı-lan güllə səsinə geri çevriləndə Kamilin ermənilərə tuş-lanmış silahını gördü...

Page 78: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

155

Azərbaycanlı əsgərlər uzaqda idilər. Karapet hələ də dizi üstə çöküb hönkürür, arabir uca səslə qışqırır, Keşiş Qriqoriyə lənət yağdırırdı...

A N D Qapıbir qonşuda yas düşmüşdü. İçəridən gələn

ağlaşma səsi, eşidilən ağı iliklərə işləyirdi. İndi tez-tez qapılardan ağı səsləri gəlirdi. Qarabağ uğrunda şəhidlər verirdik. Bu gün də qeyrət hissi içində alova çevrilən oğullarımız var ki, Qarabağ itkisinə dözmür, vətən uğ-runda döyüşlərdə canından belə keçməyə hazırdır. Ağ-dərə uğrunda gedən döyüşlərdə can verən Vaqif bu igid-lərdən biri idi.

Ağdərə düzən yerdi, İgidlər gəzən yerdi, Evin yıxılsın, erməni Əlim üzülən yerdi.

Böyük bacı ara vermədən yanıqlı-yanıqlı ağla-yırdı. Qardaşının ölümünə tez-tez bayatı deyir, məc-lisdə oturmuş arvadların göz yaşı tökməsinə səbəb olurdu.

Əzizinəm, qar daşı, Qarlı dağdan qar daşı, Bacıları görüm ki, Ağlamasın qardaşı.

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

156

Yasa gəlmiş qadınların, gəlinlərin, ağbirçəklərin hərəsinin bir dərdi, bir yaralı yeri vardı. Kimisi sakit-cə, kimisi göynəyə-göynəyə ağlayırdı.

Yas yerində ağı deyib ağlamaq dədə-baba adəti-mizdi. Əgər yas yiyəsi və ya başqa birisi ağı deyib ağ-lamırsa, o ölüyə qarşı etinasızlıq, hörmətsizlik hesab olunur. Vaqifin kiçik bacısı Sona daşa dönmüşdü, gözündən bir damcı yaş çıxmırdı, dilindən bir kəlmə ağı-bayatı eşidilmirdi… Bunun şahidi olan yasa gəlmiş qadınlar arasında pıçhapıç düşdü, onlar bir-birinə ba-xırdı, dilləri və gözləri öz işində idi; “bacıya bax da, gözündən bir damcı yaş da çıxmır. Qardaş ölə, bacının gözündən yaş çıxmaya, müsibətdir… Allah adamı belə bacıdan saxlasın”.

Sözlər nə qədər yavaş deyilsə də bacıların qula-ğına çatırdı. Ancaq bacıların hec biri bu deyilənlərə əhəmiyyət verməyib öz işlərində idi; böyük bacı ağla-yıb özünə divan edir, kiçik bacı Sona isə dinməz-söy-ləməz oturmuş, kirimişcə başını aşağı salıb fikrə get-mişdi. Aradabir bulaq kimi qaynayan göz yaşlarını dəs-malının ucu ilə yavaşca silirdi.

Bacılar yanar, ağlar, Günlərin sanar ağlar, Qardaşı ölən bacı Halına yanar ağlar.

... Vaqif bacıların yeganə qardaşı idi. Zahiri qədər daxili də gözəl idi, uşaqla uşaq, böyüklə böyük olan Va-

Page 79: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

157

qif Qarabağ uğrunda döyüşlərə yollandı. Er-məni vandalistlərinin tapdağı altında inildəyən ana vətəni azad etməyi özünə şərəfli borc hesab edirdi. Vaqif Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, peşəkar kəşfiyyatçı kimi tanınmışdı. Onun iti zəkası, böyüklərə məxsus məsləhətləri həmişə özünü doğrul-durdu. Odur ki, dəstənin komandiri də həmişə onun-la hesablaşırdı. Ermənilərə qarşı hansı tərəfdən, necə hücuma keçməyi, hansı manevrlərdən istifadə etməyi yoldaşlarına başa salırdı.

O gün yenə də kəşfiyyata getmişdilər. Dəstədə dörd nəfər idilər. Gecə yatmış ermənilərin içinə girə-rək tapşırığı yerinə yetirmişdilər. Geri qayıdarkən du-yuq düşmüş erməni quldur dəstəsinin onların dalınca gəldiyini gördülər. Azərbaycan ordusunun mübariz bir hissəsi olan bu dəstənin başçısı Vaqif yenə də yoldaş-larının köməyinə çatdı:

-Siz üzüyuxarı gedin, mən onların qabağını sax-layacağam.

Vaqifdə vətən sevgisi çox böyük idi. O, hələ uşaq ikən anası Pakizədən ermənilərin törətdikləri vəhşi-likləri eşitmişdi. Onun kövrək uşaq qəlbi ermənilərə qarşı kinlə dolmuşdu. Anası danışırdı ki, dağın o üzündə yaşayan ermənilər tez-tez azərbaycanlıların yaşadığı kəndə hücum edir, dinc əhalini gülləbaran edir, adamları öldürürdilər. Kəndin kişiləri ermənilərə qarşı əks hücu-ma keçir, kəndi, arvad-uşaqları onların caynağından

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

158

azad edirdilər. Bu döyüşlərdə Pakizənin əmiləri də iştirak ediblər. Qeyri-bərabər döyüşdə ermənilər onları əsir götürüb kənddən çıxmışdılar. Bir neçə gündən sonra isə onların atları dağ başında gö-rünmüş, çöldə heyvan otaran çobanlar atı tanımış-dılar. Atlardan biri Pakizənin əmisi Əbdüləzimin idi. Ermənilər onu öldürüb şaqqalamış, sonra parça-parça edilmiş cəsədini çuvala doldurub ata yükləmişdilər. Çobanlar çuvalın ağzını açanda ətürpəşdirici mənzərə ilə qarşılaşmışdılar. Əbdüləzimin anasının qiyyə çəkə-rək ermənini qarğamaqdan başqa heç nəyə gücü çat-mamışdı. Bütün bunlar balaca Pakizənin yaddaşına həkk olunmuş, yeri gəldikcə bu faciəvi hadisəni öz övladlarına danışırdı. Balaca Vaqif fikrə dalır, gah at minib erməninin üstünə gedir, ermənini atının ayaq-ları altına salır, gah atdan düşüb erməni ilə əlbəyaxa olur, sonda boğazından tutub onu boğurdu.

Vaqifin ürəyinin dərinliklərində yer eləmiş intiqam hissi heç vaxt səngimirdi. İndi Vaqif yoldaş-larına deyəndə ki, siz gedin, mən onların qabağını saxlayacağam, o, özündə on nəfərin gücünü hiss edir-di. Atdığı güllələrin biri də boşa çıxmırdı.

Vaqif yoldaşları ilə sağollaşıb yavaşca qabağa get-di. Sağ tərəfdə bir az bundan qabaq gördüyü xən-dəyin içinə atıldı. Ermənilərin fikrini yoldaşlarından yayındırmaq üçün onlara tərəf bir-iki güllə atdı. Out-rub onların yaxınlaşmasını gözlədi. Yaxın məsafədən neçə

Page 80: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

159

nəfər olduqlarını bildi; 20 nəfər idilər. Vaqif onların da-ha da yaxınlaşmasını gözlədi və əlində hazır vəziyyətdə saxladığı qumbaraları bir-birinin ardınca düşmənlərə tərəf atmağa başladı. Çaş-baş qalmış ermənilər gözləmədikləri həmlədən özlərini itirərək xəndəyi necə gəldi güllə yağışına tutdular. Güllələrdən biri Vaqifin budundan dəydi. O, ayağını tutdu, bildi ki, yarası qan versə ölə bilər. Yerə uzandı. Onu qan aparırdı. Birdən qulaqlarına əks tərəfdən güllə səsləri gəldi. Bu əsl möcüzə idi. Güllə atan Azər-baycan ordusunun əsgərləri idi. Vaqif düşmən güllə-sindən aldığı yaradan çoxlu qan itirdiyinə görə halı qarışmışdı. Gözlərinə duman çökmüş, üzündə isə xəfif bir gülüş yaranmışdı. O, sanki demək istəyirdi: “Mən intiqamımı aldım, ancaq hələ ölmək istəməzdim, vətənim dardadır, ona kişi qeyrətli oğul gərəkdir. Bircə məni tapıb buradan çıxartsaydılar, mən ölməzdim, ermənilərlə hələ davam qabaqdadır». Sonralar Vaqifə demişdilər ki, onun atdığı qumba-ralardan on bir erməni qəsbkarı məhv olmuşdu.

«Aha, deyəsən mənə tərəf kimsə gəlir, kaş bu gələn Azərbaycan əsgəri olaydı. Erməni əlinə düşüb alçalmayaydım. Ancaq, deyəsən mənim gülləm qalmalıdır? Hə, budur, qalıb». Vaqif əlini qan verən ayağından çəkdi. Axırıncı gülləni özünə saxlamışdı. Qərarı qəti idi. Tapançanın tətiyini çəkib hazır da-yanmışdı. Budur, ayaq səsləri yaxınlaşır. Qarşı tərəf-dən atılan güllələrin səsi zəifləmişdi. Vaqif huşunu itirməkdə

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

160

olsa da bunu hiss edirdi. Göz qapaqları ixtiyarsız qapanırdı. Birdən başının üstündə bir nəfərin dayandığını hiss etdi. Zorla gözlərini açdı, əsgərin papağına nəzər saldı. Papağa vurulmuş nişanı görəndə özündən asılı olmayaraq gözləri yumuldu…

Gözlərini bir də xəstəxananın reanimasiya şöbə-sində açdı. Əvvəlcə heç nə başa düşmədi. Harada ol-duğunu dərk edə bilmədi. Buraya necə, kim tərəfin-dən gətirildiyini də bilmədi. Gözlərinin qabağında xırdaca, qara nöqtələr oynaşmağa başladı. Bir az baxdıqdan so-nra baxışları duruldu. Asta-asta gəzib pıçıldaşan həkimləri görməyə çalışdı. Həkimin birinin gözü ona sataşdı. Vaqifin açılmış gözlərini görüb ya-xınlaşdı, ona sarı əyilib:

–Şükür Allaha, ayıldın, anan namaz üstə imiş, bizimkilər vaxtında çatmasa idilər, Allah bilir axırın necə olacaqdı. Səni təbrik edirəm, sənə daha ölüm yox-du, - dedi.

Vaqifin yaraları ağır olsa da getdikcə halı yaxşılaşırdı. İndi ona hər şey nağıl, yuxu kimi gəlirdi. Hər şey xəyalında canlanırdı: yoldaşları ilə kəşfiyyata yollanması, tapşırığı yerinə müvəffəqiyyətlə yetirmə-ləri, ermənilərin izə düşərək onları gülləbaran etmə-ləri, yoldaşlarını uzaqlaşdırıb özü təkbaşına erməni-lərin qabağını saxlaması, yaralanması… hamısı bir kino lenti kimi gözlərinin önündən keçdi.

Page 81: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

161

Vaqif üzərində həkimlərin böyük qayğısını hiss edirdi. O, bir müddət sonra həkimlərə, tibb bacılarına minnətdarlıq edərək xəstəxanadan çıxdı. İgid pəhlə-van kimi boylu, buxunlu Azərbaycan əsgəri evinə əlil arabasında qayıdırdı. Ailə Vaqifin sağ-salamat qayıtmasını bayram edirdi. Ancaq onların bu sevinci uzun sürmədi. Vaqif bədənində ağrı hiss etməyə baş-ladı. Günlər keçdikcə onun halı xarablaşırdı. Erməni gülləsi öz işini görmüşdü, qəsbkarların gülləsi Vaqifin ayağını şikəst etmişdi. Aldığı müalicənin təsiri qısa olurdu.

Vaqif daha ayağa qalxa bilmirdi. Onun dərdin-dən ata-anasının qəddi əyilmişdi. Kiçik bacısı Sona gecə-gündüz onun qulluğunda dayanır, onun hər əzabına, hər sızıltısına «can» deyirdi. Onun əri Qara-bağ vuruş-larında vətən yolunda şəhid olmuşdu, beş ayın gəlini ər evindən geri dönmədi. İndi də budur, qardaş can verir, bacı ikinci bir əzizini şəhid verirdi. Vaqif aldığı yaradan qurtula bilmədi…

…Məclisə yığışan arvadlardan birinin pıçıltı ilə yanındakının qulağına dediyi söz ətrafa səpələndi. Ağlayanların göz yaşı üzündə dondu; Sona ağlamırdı, böyük bacı onu qucaqlayıb nalə çəkirdi:

-Ağla mənim bacım. İçində tüğyan edən göz yaşlarını ürəyinə axıtma. Dilində bitən ağılarını denən. Ər şəhid verdin, ağlamaqdan gözünün yaşımı qurudu,

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

162

indi qardaşa ağlaya bilmirsən? Ərin cənazədə gəldi üstünə, qardaşın əlil arabasında. Ağla, bacım ağla...

Vaqifin qırxı çıxana qədər el-oba Sonanın “daşa dönmüş” ürəyindən danışdı.

Qirxdan bir həftə sonra Sona yoxa çıxdı. Beş ay sonra isə Sonanın sorağı ordudan gəldi. Sona erməni-lərlə döyüşlərdə dəfələrlə ərinin də, qardaşının da intiqa-mını aldı, geri dönmədi, axı, o cəbhəyə gedəndə böyük bacısının yanında and içmişdi ki, Qarabağının intiqamını düşməndə qoymayacaq.

Page 82: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

163

MÜNDƏRİCAT

«Saçlarını niyə kəsdirmisən?..».................18 Başdaşı əhvalatı.........................................29

Zirzəmidə qazılan məzar .........................44

Körpə səsi, ana nəfəsi................................58

Təndir yarası..............................................69

Gül öpüşü...................................................80

Günahmı? Savabmı? .................................91

Bir çanaq un .......................................109

Əcəm çocuqları........................................121

İnildəyən torpaq.......................................129

Ata fəryadı...............................................137

Qorxu.......................................................152

And..........................................................167

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

164

Page 83: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

165

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

166

Page 84: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

167

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

168

Page 85: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

169

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

170

Page 86: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

171

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

172

Page 87: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

173

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

174

Page 88: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

175

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

176

Page 89: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

177

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

178

Page 90: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

179

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

180

Page 91: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

181

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

182

Page 92: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

183

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

184

Page 93: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

185

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

186

Page 94: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

187

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

188

Page 95: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

189

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

190

Page 96: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

191

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

192

Page 97: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

193

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

194

SALATIN ALI QIZI ƏHMƏDOVA (ƏHMƏDLİ)

Salatın Alı qızı Əhmədova 1956-cı ildə Ağstafa rayonu-

nun Poylu qəsəbəsində anadan olmuşdur. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq və biblioq-rafiya fakultəsini bitirib. Azərbaycan Memarlıq və İnşaat Uni-versitetində və Xətai adına kütləvi kitabxanada müxtəlif vəzifə-lərdə çalışıb.

Page 98: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

195

Salatın Əhmədli Azərbaycan Memarlıq və İnşaat Universi-tetinin Azərbaycan dili və pedaqogikası kafedrasının müdiri və dosentidir. Universitetin YAP-nın Qadınlar Şurasının sədridir. Eyni zamanda, «İşıq» qadın jurnalında baş redaktorun müavi-nidir. «Yada düşdü» jurnalının və «Kredo» qəzetinin redaksiya heyətinin, «Turan» Qadınlar Mərkəzinin, «Bura Vətəndir», DAMM-ın Qadın şurası və idarə heyətinin üzvüdür. Dünyanın 30-dan çox ölkəsində olubdur.

«Xalq şairi N.Həsənzadəyə Poylu beşiyindən məktub» (I-II nəşr), «Səfərnamə» (I-II kitab), «Ömrünü Qazaxda yaşayan şair», «Həcc ziyarəti», «Hüseyn Cavidin ev muzeyi», «Sənsiz» (tərtibçi), «Azərbaycan poeziya çələngi» (tərtibçilərindən biri), «Məhsəti». Ensiklopedik toplu (2 müəlliflə), «XIX əsr Azər-baycan ədəbiyyatı. Poeziya» (tərtibçilərdən biri), XIX-XX əsr Azərbaycan ədəbiyyatı. Nəsr (tərtibçilərdən biri), «İncilər» Ensiklopedik toplu (tərtibçilərdən biri), «Bura vətəndir» (iki müəlliflə), «İlqarsız dünya» (iki müəlliflə), «Şairlər vətəni bizim tərəflər» (tərtibçilərdən biri), «Şərəfli ömür yolu» (tərtibçilər-dən biri), «Şama bənzəyən ömür» (tərtibçi), «Şeirimizin Nəri-manı» (iki müəlliflə), «Hər kim yüz il unutmasa» (iki müəlliflə), «Analar köç edəndə», «Yol gedir Naxçıvana», «Bir elatın das-tanı», «Heydər Əliyevin dil siyasəti» (Rəsmi sənədlər) kitabları, «Heydər Əliyevin dil siyasəti» və «Heydər Əliyev və ədəbi-tarixi proses» monoqrafiyaları işıq üzü görmüşdür.

«Heydər Əliyevin dil siyasəti» və «Analar köç edəndə» kitabları türkçəyə uyğunlaşdırılaraq Türkiyədə çap olunub. «Hər kim yüz il unutmasa», «Bir elatın dastanı», «Analar köç edəndə» və «Hekayələr» kitabı əski əlifba ilə İranda Azərbay-can dilində çap olunub. Xeyli sayda elmi və publisistik məqa-lələri xaricdə və respublikanın dövrü mətbuatında çap edil-mişdir. Eyni zamanda xalq şairi N.Həsənzadənin «Poylu-beşi-yim mənim» və F.Ləmanın «Onu zaman seçib» poemasını bədii qiraətlə diskə yazdırmışdır. «Poylu-beşiyim mənim» diski Teh-randa üzü köçürülərək, orada azərbaycanca çap edilən «Xuda-

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

196

fərin» jurnalına əlavə kimi jurnalın abunəçilərinə göndəril-mişdir.

2010-cu ildə «Heydər Əliyevin dil siyasəti» mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adı-nı almışdır. Yaradıcılıq xidmətlərinə görə «Qızıl Qələm», «Cə-fər Cabbarlı», QXC-nin «Əliağa Şıxlinski» və bir sıra İB-in fəxri diplomlarına və mükafatlarına layiq görülmüşdür. Qardaş Türkiyə, İran, Gürcüstan Yazarlar Birliyinin və Almaniyanın Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun fəxri diplom və ödüllərinə layiq görülüb. Ukrayna-Azərbaycan mədəniyyətinin inkişaf etməsində göstərdiyi xidmətlərinə görə Ukraynadakı Azərbaycan konqresinin fəxri fərmanı ilə müka-fatlandırılıb. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının «Ustad sənətkar» və «Azərbaycan bay-rağı» Ali Media mükafatına layiq görülmüşdür.

2014-cü ildə Azərbaycan mədəniyyətinin dünyada tanıdıl-ması və yayılması, gənclərin tolerantlıq və qarşılıqlı hörmət ru-hunda tərbiyə olunmasında göstərdiyi xidmətlərinə görə Kiyev və bütün Ukraynanın Apostol Pravoslav kilsəsinin met-ropoliti tərəfindən «Apostol Andrey Pervozvannıy» ordenin ilə təltif olunmuşdur. AYB-nin və AJB-nin üzvüdür. Rəsul Rza Beynəl-xalq Ədəbi mükafatının laureatıdır. Ədəbiyyatımızın təbliği sa-həsində böyük fəaliyyətinə görə Səməd Vurğun adına mükafata layiq görülmüşdür. «Kitab evi» İB-nin sədridir.

Page 99: BAŞDAŞI ƏHVALATI - media.turuz.com · Nikolay hökumətindən qalan qızıl onluqlar, qızıl üzüklər, qaşları hələ də bərq vuran qiymətli bəzək əş-yaları daşın

Salatın Əhmədli ~ Başdaşı əhvalatı~

197

SALATIN ƏHMƏDLİ

BAŞDAŞI

ƏHVALATI

Çapa imzalanıb 31.10.2014. Kağız formatı 6084 1/16.

Çap vərəqi 12,5.