azƏrbaycan respublİkasi tƏhsİl nazİrlİyİatu.edu.az/user_data/files/reklam fealiyyeti...

24
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ Мarketinq kafedrası Bakalavr hazırlığı üçün «REKLAM FƏALİYYƏTİ» kursunun TƏDRİS ПРОГРАМЫ İxtisas ИИ 050408 «Маркетинг» ЭЯНЪЯ– 2012

Upload: ngocong

Post on 13-Jun-2019

237 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ

Мarketinq kafedrası

Bakalavr hazırlığı üçün

«REKLAM FƏALİYYƏTİ»

kursunun

TƏDRİS ПРОГРАМЫ

İxtisas ИИ 050408 – «Маркетинг»

ЭЯНЪЯ– 2012

Page 2: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

2

Page 3: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

3

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ

Мarketinq kafedrası

Bakalavr hazırlığı üçün

«REKLAM FƏALİYYƏTİ»

kursunun

TƏDRİS ПРОГРАМЫ

İxtisas ИИ 050408 – «Маркетинг»

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

“ 27 ” 02 2013-cü il tarixli iclasının

336 saylı əmri ilə təsdiq edilmişdir.

ЭЯНЪЯ– 2012

Page 4: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

4

Тяртиб едян:

i.f.d., dosent Mehdiyev Xasay Musa oğlu

Ряй верянляр:

AzTU-nunMenecment кафедрасынын досенти,

и.f.d. Maarif Şərif oğlu Qarayev

ADAU-nun Aqrar biznesin təşkili və

idarəedilməsi кафедрасынын досенти, и.f.d.

Etibar Əsgər oğlu İmamverdiyev

Elmi redaktor:

AzTU-nun Marketinq kafedrasının müdiri,

dosent, i.f.d. Nüşabə Aslan qızı Hacıyeva

Page 5: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

5

İ Z A H A T V Ə R Ə Q İ

İqtisadi müstəqillik qazandıqdan sonra Azərbaycan

Respublikası bazar iqtisadiyyatına doğru istiqamət götürmüşdür.

Bu onunla əlaqədardır ki, bazar münasibətləri insanlarda

özlərinin malik olduqları imkanların reallaşdırılması, əmək və

təsərrüfat fəallıqlarının yüksəldilməsi üçün güclü stimul yaradır,

elmi-texniki tərəqqini sürətləndirir, maddi, əmək və maliyyə

resurslarından səmərəli istifadə olunmasını, iqtisadiyyatda

sahələr arasında tarazlıq yaradılmasını təmin edir, resursları

cəmiyyətdə daha çox ehtiyac olan əmtəə və xidmətlərin

istehsalına yönəldir, daha çox səmərə verən istehsal

texnologiyalarının işlənib hazırlanması və tətbiq olunmasına

şərait yaradır, çeviklik, dəyişən şəraitə yüksək uyğunlaşma

qabiliyyəti formalaşdırır. Belə şəraitdə müəssisələrin bazara

daxil olması və rəqabətə davam gətirməsi reklam fəaliyyətinin

səmərəli təşkilindən çox asılıdır. Reklam fəaliyyəti marketinqin

tərkib hissəsi olub müəssisələrin rəqabət üstünlüyünün təmin

edilməsində, satış həcminin artırılmasında güclü bir vasitədir.

Rəqabət mühitinin kəskinləşməsi, əmtəələrin çeşidinin daima

təzələnməsi, texniki cəhətdən mürəkkəb konstruksiyalı məmu-

latların, mədəni-məişət və təsərrüfat təyinatlı məhsulların

çoxalması reklam fəaliyyətinin rolu və əhəmiyyətini daha da

artırır. Əmtəələrin istehlak xassələri və istifadə üsulları

haqqında əhaliyə vaxtında və hərtərəfli informasiya verilməsi

reklamın mühüm vəzifələridir.

Reklama ideyaları, məhsulun və ya xidmətin xüsusiyyət-

lərini istehlakçıların tələb və ehtiyaclarının dilinə çevirməyə

çalışan kommunikasiya forması kimi baxmaq olar. Kommini-

kativliyin yüksək səviyyədə olması müəssisənin bazarda baş

Page 6: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

6

verən dəyişikliklərə vaxtında reaksiya verilməsinə və tələbatı

stimullaşdırmaq üzrə müəyyən tədbirlərin görülməsinə,

reklamın vasitəsilə təbliğatın köməyi ilə satış bazarına mümkün

qədər təsir göstərilməsinə imkan verir.

Bütün bunlar əsas tutularaq kursun müasir tələblərə cavab

verən tədris proqramının hazırlanması olduqca vacib və

aktualdır.

Bu proqramın məqsədi reklam fəaliyyətinin ali məktəb

tələbələri tərəfindən kompleks şəkildə öyrənilməsini təmin

etməkdir.

“Reklam fəaliyyəti” fənninin tədrisi prosesində reklam

fəaliyyətinin mahiyyəti, məzmunu, vəzifələri, funksiyaları,

subyektləri, reklamın yaranma tarixi, inkişafı və sosial-psixoloji

əsasları, reklam fəaliyyətinin hüquqi tənzimləınməsi, reklam

vasitələrinin təsnifatı və tətbiqi, reklam elanlarının və

mətnlərinin işlənib hazırlanması, reklam fəaliyyətinin idarə

olunması, əmtəə nişanları, reklam fəaliyyətinin səmərəliliyi və

s. məsələlər məntiqi ardıcıllıqla öyrənilir.

Tədris proqramının məzmunu və quruluşu reklam

fəaliyyətinin əsasları ilə bilavasitə bağlı olan və yuxarıda qeyd

edilən məsələlərin qarşılıqlı əlaqələri və asılılığı nəzərə

alınmaqla verilmişdir.

“Reklam fəaliyyəti” fənninin proqramı 90 saat həcmində

nəzərdə tutulur ki, bunun da 45 saatını mühazirə, 45 saatını isə

seminar məşğələləri təşkil edir.

Page 7: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

7

Mövzu 1. Kursun predmeti və vəzifələri

Reklam fəaliyyəti anlayışı. Reklamın əsas əlamətləri.

Reklamın mahiyyəti və vəzifələri. Reklamı xarakterizə edən

xüsusiyyətlər. Reklamın təsirlilik xüsusiyyəti. Reklam fəaliy-

yəti qarşısında duran məqsədlər. Reklamın əsas funksiyaları.

Reklamın miqyası və xarakteristikası. Reklamın məzmunu və

ona olan müxtəlif yanaşmalar. Reklam – istehsal və istehlakçı

arasında əlaqələndirici həlqə kimi. Reklam prosesi və onun

tərkib hissələri. Reklamın növləri. Reklamın növləri içərisində

ticarət reklamının aparıcı yer tutması. Reklamın rolu.

Kursun nəzəri və metoloji əsasları. Dialektik metod kursun

metodoloji əsası kimi. Kursun predmeti. Kursun digər fənnlərlə

(ticarətin iqtisadiyyatı, menecment, marketinq, kommersiya işi,

biznesin iqtisadiyyatı, sahibkarlığın əsasları, estetika, psixo-

logiya, incəsənət və s.) qarşılıqlı əlaqəsi.

Mövzu 2. Reklamın yaranma tarixi və inkişafı

Reklamın meydana gəlməsi və tarixi inkişaf meyli. Qədim

dünya dövlətlərində reklam. İlk reklam müraciətləri. Antik

reklama xas olan üsullar və vasitələr. Carçılar və onların

vəzifələri. Antik dövrdə şifahi reklam. Yazılı mətn formasında

reklamın əmələ gəlməsi. Şərq mədəniyyətində reklam yazıları.

Kitab nəşrinin yaranması ilə reklamın inkişafında yeni

mərhələnin inkişafı.

Qərbi Avropada və ABŞ-da reklamın inkişafı. Qutenburq

tərəfindən ilk çap dəzgahının kəşfi. İlk çap olunmuş reklam

elanı. İlk reklam elanlarında bu və ya digər əmtəələr və onların

mövcudluğu haqqında xəbər verilməsi. Avropada çap reklamı-

nın əsasının qoyulması. Amerikada reklam elanları üzrə ixtisas-

Page 8: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

8

laşan qazetlər. Amerika reklamının çiçəklənməsində

B.Franklinin rolu. B.Franklin tərəfindən təsis edilmiş

“Qazet”də reklam elanlarının verilməsi.

Fotoqrafiya yaranandan sonra reklam mətnlərinin

fotoşəkillərlə (illüstrasiyalarla) tamamlanması.

Teleqrafın kəşfi ilə regoinların qapalılığının aradan

qaldırılması. Reklam qeyri-qiymət rəqabət metodlarından birinə

çevrilməsi. Ondan iqtisadi məqsədlərlə yanaşı siyasi və ideoloji

cəhətdən insanlara təsir vasitəsi kimi istifadə olunması.

Reklamla geniş şöbə və nümayəndəlikləri olan xüsusi

firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-

larının, nəşriyyatların, iri müəssisələrin reklam şöbələrinin və

başqalarının məşğul olması.

Reklam agentliklərinin yaranması. ABŞ-da ilk reklam

agenti və iri reklam agentliklərinin fəaliyyətə başlaması. Rek-

lam agentliyinin əsasını təşkil edən şöbələr: yaradıcı şöbə,

reklam vasitələri şöbəsi, tədqiqat şöbəsi və kommersiya şöbəsi.

Firmalarda reklam agentliklərinin xidmətlərindən istifadə

olunması. ABŞ-da reklam vasitələrinə, o cümlədən qazet və

jurnal reklamına çəkilən xərclər.

Reklam agentliklərinin beynəlxalq şəbəkəsinin yaradılması

reklam biznesinin inkişaf xüsusiyyətlərindən biri kimi. Dünya

bazarlarında Amerika reklam agentliklərinin aparıcı rolu. Son

illərdə reklamda baş verən dəyişikliklər.

Azərbaycanda reklamın inkişafı.

Mövzu 3. Reklamın sosial-psixoloji əsasları

İnsanların davranışı və ətrafındakı informasiyaya münasi-

bəti. Reklam informasiyası qıcıqlandırıcılar kompleksi kimi.

Page 9: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

9

Cəmiyyətdə reklamın rolu. Reklamın dərk edilməsi və

təsiri prosesi. Reklam – insanların idarə edilməsi metodu kimi.

Təlqinetmə və inandırma metodları. Diqqətin cəlb edilməsi

reklamın istehlakçıya psixoloji təsirinin mühüm mərhələsi kimi.

Reklam – istehlakçılarda sərbəst seçim vasitəsi kimi.

Reklam – istehlakçını məlumatlandırma vasitəsi kimi. Rekla-

mın bazara yeni mallar və xidmətlərin çıxarılmasında və

tələbatın formalaşmasında rolu.

Reklamın istehlakçıya psixoloji təsir mexanizminin sxemi.

Psixoloji təsirin gücünə görə reklamın əsas növləri və onların

xarakteristikası. İstehlakçının marağına reklam kampaniyasının

təsiri və davranış motivləri.

Diqqətin mühüm xüsusiyyəti və onun reklam qəbulunun

xarakterinə təsiri. Reklama diqqətin cəlb edilməsi. Reklamın

qəbul edilməsi zamanı onun həcminin əsas yer tutması. Diqqət

obyekti. Reklamdan istifadə zamanı yeniliyin insan tərəfindən

qəbulunun bəzi xüsusiyyətləri.

Reklama qeyri-ixtiyari diqqət. Reklam qıcıqlandırıcılarının

insanın hiss orqanlarına intensiv təsir etməsi. Qeyri-ixtiyari

diqqətin iradi diqqətə keçməsi üçün istifadə edilən üsullar.

Reklamın istehlakçının davranışına və psixologiyasına

təsiri. Tələbin formalaşmasında reklam istiqamətverici vasitə

kimi. Motivləşdirmə - əmtəə alqısının məqsədəuyğunluğunun

əsası kimi. Motivləşdirmə prosesində adətlərin, vərdişlərin,

təsəvvürlərin, istehlakçıların zövqlərinin mühüm rol oynaması.

İlkin və təkrar motivlər. İlkin motivlərin insanın əmtəə və

xidmətlərə olan tələbatı ilə əlaqəsi. Alqının motivləşdirilməsi.

İstehlak motivləri. Reklamın potensial istehlakçıların formalaş-

masına təsiri.

Page 10: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

10

Mövzu 4. Marketinq kommunikasiyalarının əsas

vasitələri

Marketinq kommunikasiyaları sistemi anlayışı və onun

marketinq kompleksində rolu. Marketinq kommunikasiyasının

məqsədləri. Reklam – kommunikasiya forması kimi. Marketinq

kommunikasiya sistemində reklamın rolu. Reklamın informativ

və kommunikativ funksiyası. Tələbin sadəcə formalaşması

deyil, seçilmiş istehlakçı qrupu içərisində onun idarə edilməsi

müasir reklamın fərqləndirici əlaməti kimi. Konkret bazar

vəziyyəti ilə müəyyən edilən məqsədlərdən asılı olaraq rekla-

mın əsas vəzifələri. Reklamın iqtisadi, ictimai və maariflən-

dirici rolu.

Marketinq kommunikasiyasının digər əsas vasitələri:

kommunikasiya təbliğatı, satışın stimullaşdırılması, şəxsi satış.

İstehlakçıların kommersiya təbliğatı vasitələri ilə geniş əhatə

olunması səbəbləri. Kommersiya təbliğatının öz məqsədlərinə

nail olunması üçün istifadə etdiyi vasitə və üsullar. Marketinq

kommunikasiyanın mühüm növü kimi kommersiya təbliğatının

əsas cəhətləri.

Satışın stimullaşdırılması – marketinq kommunikasiya

forması kimi. Satışın stimullaşdırılmasında reklamın rolu.

Məqsədli auditoriya tipindən asılı olaraq satışın stimullaşdırıl-

masının əsas vəzifə və üsulları. ”Seylz promouşi” və onun

istehlakçıya yönəldilmiş üsulları. Qiymətdən edilən güzəşt.

Kuponlar. Satış praktikasında maddi formada verilən mükafat-

lar. Vasitəçilərin stimullaşdırılması və onun geniş yayılmış

üsulları.

Şəxsi satış və onun rolu. Şəxsi satışın kommunikasiya

xüsusiyyətləri. Təşkilati cəhətdən şəxsi satışın formaları.

Page 11: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

11

Mövzu 5. Reklam fəaliyyətinin hüquqi tənzimlənməsi

“Reklam fəaliyyəti haqqında” Azərbaycan Respublikasının

qanunu. Reklam fəaliyyətinin təşkilində və idarə edilməsində

bu qanunun rolu. Qanunun tətbiq sahələri. Reklam fəaliyyətinin

subyektləri. Reklama olan ümumi tələblər. Haqsız reklam.

Qeyri-dəqiq və qeyri-etik reklam. Gizli reklam.

Əmtəə, iş və xidmət bazarında reklam fəaliyyətinin hüquqi

tənzimlənməsinin əsas normaları. Dövrü mətbuatda reklamın

xüsusiyyətləri. Müxtəlif əmtəə növlərinin reklamının xüsusiy-

yətləri. Sosial reklam. Reklam materiallarının saxlanma müd-

dətləri.

Reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi. Əks

reklam və haqsız reklama görə məsuliyyət. Qanunun pozul-

masına görə məsuliyyət. Lazımsız reklama görə reklam prosesi

iştirakçılarının məsuliyyəti. Reklam praktikasının kodeksi.

Mövzu 6. Reklam vasitələrinin təsnifatı

Reklam vasitələri təsnifatının əsas əlamətləri. Reklam

vasitələrinin köməyi ilə potensial alıcılara təsir edilməsi,

onların müəyyən hərəkətlərə sövq edilməsi. Reklam vasitələ-

rinin reklam xəbərlərinin daşıyıcılarından fərqi. Reklam vasitə-

lərinin həm reklam, həm də qeyri-reklam elementlərinə malik

olması. Reklam xəbərlərinin reklam elementlərinə aid olması.

Qeyri-reklam elementləri – reklam elementlərinin maddi-texni-

ki daşıyıcıları kimi. Sponsordan, kommunikasiya subyektindən

asılı olmasına görə reklam vasitələri. İnsanın hiss (duyğu)

orqanlarına təsir üsuluna görə reklam vasitələri. Texniki əlamət

üzrə reklam vasitələri. Tətbiq edilmə yerinə görə reklam vasi-

Page 12: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

12

tələri. Ünvan sahiblərinə (ünvançıya) təsirinin xarakterinə görə

reklam vasitələri, ərazi əhatəsinə görə reklam vasitələri və s.

Bütün reklam vasitələrinin 3 qrupa ayrılması: nümayiş

reklam vasitələri, təsvir-şifahi reklam vasitələri, nümayiş və

təsviri əlaqələndirən reklam vasitələri.

Reklam vasitələrinin elementləri. Mətn və təsvir – reklam

xəbərlərinin əsas elementləri kimi. Reklam mətni – əksər

reklam vasitələrinin ayrılmaz hissəsi kimi. Reklam mətninə

olan mühüm tələblər. Mətnlərin informasiya, xatırlayıcı, nüfuz-

edici və inandırıcı xarakteri. Reklam mətnlərinin tərtib edilməsi

və onlarda əsas yeri reklam olunan obyekti bütünlüklə əhatə

edən başlığın tutması. Reklamda xüsusi yer tutan təsvirin

mətnin təsirinin gücləndirilməsinə kömək etməsi və ya onu

əvəz etməsi. Reklam xəbərlərində təsvir vasitələri kimi foto-

şəkillərdən, rəsmlərdən, diapozitivlərdən, audio-vizual, kino və

teletəsvirlərdən istifadə edilməsi.

Reklam vasitələrinin məzmununda rəngin mühüm yeri və

əhəmiyyəti. Rənglərin insanın hissiyyatına, əhvalına, məluma-

tın səmərəli mənimsənilməsinə xüsusi təsir etməsi. İsti və

soyuq rənglər. Rənglərin aktiv və passiv olması. Rənglərin əsas

və əlavə rənglərə bölünməsi. Reklam vasitələrində işıq və səsin

rolu. Şriftlər.

Reklam vasitələrinin seçilməsi. Reklam tədbirlərinin məq-

sədləri və onların müxtəlifliyi. Firmanın imicini formalaşdıran

reklam məqsədləri. Stimullaşdırıcı reklama aid olan məqsədlər.

Mövzu 7. Reklam vasitələri və onların tətbiqi

Dövrü mətbuatda reklam və ona çap edilən ən müxtəlif

reklam materiallarının daxil edilməsi. Mətbuatda reklamın

Page 13: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

13

spesifik cəhətləri, üstünlükləri və çatışmamazlıqları. Reklam

elanları. Məqalələr və digər icmal-reklam xarakterli elanlar.

Dövrü mətbuatın çap vasitələri. Qazetlər və jurnallar, on-

larda verilən reklamın xarakteristikası. Reklam müraciətinin

təqdim olunma meyarı. Qazet reklamının xüsusiyyətləri. Qazet-

lərin strukturu: çıxışın tezliyi, həcmi və tirajı.

Çap reklamı. Reklam – kataloq nəşri: kataloq, prospekt.

Reklam – kataloq nəşri: buklet, plakat, vərəq. Yeni il reklam –

hədiyyə nəşrləri.

Audiovizual reklam. Reklam kinofilmləri. Videofilmlər və

slayd-filmlər.

Radio və telereklam onların üstünlükləri. Radioreklam və

onun xüsusiyyətləri. Mağazadan kənar və mağaza daxili

radioreklam. Radioreklamın ən çox yayılmış növləri: radioelan,

radiorolik, müxtəlif radiojurnal və reklam radioreportajlar.

Televiziya reklamı və onun növləri. Televiziya reklamının

xarakteristikası.

Sərgi və yarmarkalar. Reklam suvenirləri. Birbaşa poçt

reklamı. Xarici reklam. Pablik rileyşnz tədbirləri. Kompüter-

ləşdirilmiş reklam.

Mövzu 8. Reklam elanlarının və mətnlərinin işlənib

hazırlanması

Reklam mətnləri və onların tərtib edilməsinin əsas

prinsipləri. Mətn – elanın şifahi hissəsidir. Mətnlərin reklamın

əsas ideyasını və fikrini ifadə etməsi. Reklam mətnlərinin əsas

ideyalarınıln işlənib hazırlanması. Reklam mətnlərinin tərtibi

zamanı əmtəənin alınması haqqında qərar qəbul edilməsində

alıcının rəhbər tutduğu sövqedici motivlərin nəzərə alınmasının

zəruriliyi. Reklam mətnlərinin tərtibində insan tələbatlarının

Page 14: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

14

təsnifatının rolu. Maslouya görə insan tələbatlarının təsnifatı.

Reklam mətnlərinin tərtibində sövqedici motivlər. Reklam

mətnlərinin işlənib hazırlanmasında reklam edilən əmtəə və

xidmətlərə olan mühüm tələblərin nəzərə alınmasının zəruriliyi.

Xarici reklam təcrübəsinin yaxşı reklam yaratmağa kömək

edən bəzi qaydalarının tətbiqinin zəruri olması: mövqeyin

müəyyən edilməsi, yaxşı yaradılmış reklamın ümidverici olma-

sı, reklamın orijinal, təzə ideyaya əsaslanması, əmtəə mar-

kasının imici, yenilik, aşkarlıq və s.

Reklam elanlarının bədii tərtibatı. Reklam elanlarının

şəkilli, illüstrasiyalı verilməsinin tətbiq üsulları: ştrixlərlə çəkil-

miş şəkil, fotoqrafiya, ton verilmiş ştrixlərlə çəkilmiş şəkil,

linoqravyur texnikasında şəkil və s. Rəngli illüstrasiyaların bir

neçə rəngin kombinasiyasından ibarət olması.

Şriftlərdən istifadə edilməsi. Əsas şrift qrupları. Çap

üsulları. Ofset çap üsulu və s. İllüstrasiyaların və şriftlərin

effektivliyinin çap üsulundan daha çox asılılığı.

Reklam yayım vasitələrinin seçilməsinin zəruriliyi və

əhəmiyyəti. Əsas reklam yayım vasitələrinin üstünlükləri və

çatışmazlıqları.

Mövzu 9. Mağazalarda reklamın təşkili

Mağazalarda reklam və onun növləri: alıcıları özünə cəlb

edən mağazanın özünün reklamı və onda satılan əmtəələrin rek-

lamı. Mağazanın və onun içərisində olan əmtəənin reklamının

həm mağazanın xaricində, həm də onun daxilində həyata keçi-

rilməsi. Mağazanın xarici reklam vasitələri: plakat və afişaları

olan lövhələr, mağazanın xarici forması, xarici vitrinlər. Mağa-

zanın daxili reklam vasitələri: ticarət zalının interyeri, ticarət

Page 15: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

15

müəssisəsinin daxilində əmtəələrin göstərilməsi, reklam gös-

təriciləri, plakatları, afişaları, mağazada radio ilə reklam və s.

Reklam xəbərlərinin bir neçə tip: informasiya, xatırlayıcı,

nüfuzedici və inandırıcı mətnlərinin olması. Reklam elanlarının

əsas elementlərinin mətn və təsvir olması. Buraya, həmçinin

hərf və rəngin də aid olması. Reklam mətnlərinin üç hissədən:

sərlövhə (başlıq), izahetmə və nəticədən ibarət olması. Cazibə-

darlığına görə sərlövhələrin mühüm komponentləri. Reklam

mətnlərinin işlənib hazırlanmasının əsasını təşkil edən mühüm

prinsiplər.

Şriftlər və onların mətnə özünəməxsus emosional rəng

verməsi. Mətnin qəbul edilməsində mətnin yazıldığı boyanın

rənginin əhəmiyyəti. Reklam vasitələrini təşkil edən elementlər

arasında mətn kimi, təsvirin də mühüm yer tutması.

Mağazanın interyeri – reklam vasitəsi kimi.

Vitrinlər, onların əhəmiyyəti və rolu. Mağazaların funksio-

nal ünsürü kimi vitrinlərin əsas vəzifələri. Əmtəə əlaməti üzrə

vitrinlərin bölünməsi. Tərtibatının xarakterinə görə vitrinlərin

ayrılması. Vitrinlərə olan əsas tələblər. Vitrinlərin tərtibatının

tez-tez dəyişilməsini müəyyən edildiyi səbəblər.

Vitrinlərin quruluşu və avadanlıqları. Vitrinlərin tərtibatı

üçün vitrin inventar və materialları. Vitrin sərgi kompozisiya-

sının işlənib hazırlanması qaydası.

Mövzu 10. Topdansatış və istehsal müəssisələrinin

reklam fəaliyyəti

Topdansatış müəssisələırin reklam fəaliyyəti. Nümayiş

reklam vasitələrinin təşkilində və keçirilməsində topdan müəs-

sisə işçilərinin rolu. Əmtəə nümunələri kolleksiyası. Topdan

Page 16: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

16

yarmarkaların keçirilməsi zamanı əmtəələrin reklam edilmə-

sinin əhəmiyyəti.

Əhaliyə ünvanlanmış reklam informasiyasının yayılması

topdanticarət müəssisələrinin reklam fəaliyyətinin mühüm isti-

qaməti kimi. Əhalinin tələbinə bilavasitə təsir məqsədilə topdan

müəssisələr və təşkilatlar tərəfindən reklam vasitələrindən isti-

fadə edilməsi.

Sənaye müəssisələrinin reklam fəaliyyəti. Reklamlaşdırma-

nın məqsədi və obyektləri. Sənaye müəssisələri tərəfindən

aparılan reklamın əsas məqsədləri. Reklamlaşdırma obyektləri.

Reklam adresatları (ünvançılar). Yeni əmtəələrin sənaye müəs-

sisələri və təşkilatları tərəfindən reklam edilməsi və bu zaman

onların qarşısına qoyulan vəzifələr. Sənaye müəssisələri tərə-

findən keçirilən reklamın xüsusi forması. Əmtəənin qablaşdırıl-

masının reklamda rolu.

Mövzu 11. Əmtəə, iş və xidmət bazarında reklam

fəaliyyətinin təşkili və idarə edilməsi

Reklam agentlikləri, onların rolu və funksiyaları. Reklam

prosesinin realizasiyasında iştirak edən subyektlər. Reklam

verənlərin əsas funksiyaları. Reklam agentliklərinin inkişafını

müəyyən edən səbəblər. Reklam prosesi iştirakçısı kimi reklam

agentliyinin əsas funksiyaları. Reklam agentliyinin tipik təşkilat

sxemi.

Reklam prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin

təşkili. Müəssisənin reklam xidməti və onun təşkilat quruluşu.

Reklam prosesində iştirak edən subyektlərin tipləri. Reklam

prosesinin təşkilində reklam verən və reklam agentliklərinin

əsas rol oynaması. Reklamverənlərin və reklam agentlərinin

qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri. Reklam verənlə rek-

Page 17: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

17

lam agentliyi arasında müqavilə və onun əhəmiyyəti. Müqavilə

şərtlərinin icrası zamanı reklam verənin əməl etməli olduğu

əsas qaydalar. Reklam agentliyi ilə reklam yayım subyekti

arasındakı müqavilənin şərtləri.

Müəssisədə reklam işinin planlaşdırılması. Reklam planı-

nın işlənib hazırlanmasında əsas və ikinci dərəcəli məqsədlər.

Reklam tədbirlərinin məqsədinin qısa, orta və uzun müddətli

olması. Müxtəlif ölkələrdə firmaların müxtəlif reklam tədbir-

lərinin planlaşdırılması.

Reklamın planlaşdırılması mərhələləri. Reklam kampa-

niyalarının keçirilməsinin məqsədləri. Reklam kampaniya-

larının müxtəlif əlamətlər üzrə müxtəlifliyi.

Reklam kompaniyalarının keçirilməsinə hazırlıq. Reklam

kompaniyalarının planlaşdırılmasının ardıcıllığı. Reklam kom-

paniyası məsələlərinin həlli prinsipləri.

Mövzu 12. Müəssisədə pablik rileyşnzin təşkili

“Pablik rileyşnz”in anlayışı, mahiyyəti və təkamülü. PR

marketinq kompleksinin beşinci elementi kimi. “PR” və

“pablisiti” anlayışları arasında əlaqə. Pablik rileyşnzin inkişaf

tarixi. PR-in elmin və fəaliyyətin müstəqil növü kimi yaran-

masının XX əsrin əvvəllərinə təsadüf etməsi. İlk iri PR bürosu-

nun 1912-ci ildə Amerika telefon-teleqraf birliyində yaradıl-

ması. 1948-ci ildə ABŞ-da PR cəmiyyətinin yaranması. Pablik

rileyşnzin dünyada geniş yayılması. PR – ictimaiyyətlə əlaqə-

nin müasir konsepsiyasıdır.

PR kompaniyasının mərhələləri. “Pablik rileyşnz”in məq-

sədləri, vəzifələri və funksiyaları. Kütləvi informasiya vasitələri

ilə pablik rileyşnz xidmətinin işi. Pablik rileyşnzin idarə

Page 18: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

18

edilməsinin təşkilati formaları. İctimaiyyətlə əlaqələrin təşkili.

Pablik rileyşnz konsepsiyasının əsas fəaliyyət istiqamətləri.

Mövzu 13. Əmtəə nişanları

Firma üslübü anlayışı, onun tərkib elementləri. Firma

üslübünun məqsədləri. Firma üslübünun dar və geniş mənada

izahı.

Firma üslübünün üstünlükləri.

Firma üslübünün əsas elementləri. Əmtəə nişanı – firma

üslübünün mərkəzi elementi kimi. Əmtəə nişanlarının tipləri.

Firma şrift yazısı (loqotip) və bloku. Firma şüarı və şrift

kompleksi. Digər firma konstantları. Firma üslubu element-

lərinin əsas daşıyıcıları.

Əmtəə nişanları və ona olan mühüm tələblər. Əmtəə

nişanlarının qeydə alınması qaydası.

Mövzu 14. Reklam fəaliyyətinin effektliyi

Səmərəli reklam haqqında anlayış. Reklamın iqtisadi,

psixoloji və sosial səmərəliliyi.

Reklamın səmərəliliyini müəyyən edən amillər. Reklamın

səmərəliliyinin təhlili metodikası. Reklamın istehlaka cəlb etmə

və səmərəlilik göstəriciləri. Reklamın istehlakçılara təsirinin

qiymətləndirilməsinin statistik metodları. Ayrı-ayrı reklam

vasitələrinin səmərəliliyinin müəyyən edilməsi. İnsanın düşün-

cəsinin təsirinə görə iqtisadi və psixoloji səmərəliliyinin fərq-

ləndirilməsi. İqtisadi səmərəliliyin insana təsir edən psixoloji

səmərəlilikdən asılı olması.

Page 19: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

19

Reklam vasitələrinin tətbiq edilməsinin psixoloji səmərə-

liliyi. İstehlakçıya reklamın psixoloji təsirinin effektliyinin

müşahidə, eksperiment, sorğu üsulu ilə müəyyən edilməsi.

Reklamın səmərəliliyinin təmin edilməsi üçün zəruri

iqtisadi şərtlər. Reklamın kommunikativ səmərəliliyi.

Mövzu 15. Beynəlxalq reklam

Beynəlxalq reklam və onun yaranması səbəbləri. Reklamın

tarixi inkişaf mərhələlərində istifadə olunan reklam vasitələri.

Keçirildiyi yerdən asılı olaraq reklamın daxili bazarda reklama

və ixrac (beynəlxalq) reklama ayrılması. Azərbaycanda reklam

bazarı. Xarici bazar üçün göndərilən malların reklamına olan

tələblər. Reklam bazarının inkişafında internetin rolu.

Beynəlxalq reklam, onun xüsusiyyətləri, vəziyyəti və

inkişaf meylləri. Reklamın standartlaşdırılması və uyğunlaş-

dırılması. Beynəlxalq reklam kompaniyasının planlaşdırılması.

Beynəlxalq ticarətin geniləndirilməsində reklamın rolu.

Page 20: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

20

“Reklam fəaliyyəti “ fənni üzrə dərs saatlarının

bölgüsü

Mövzuların adı

Cəmi

O cümlədən

Müh. Məşğ.

1 Fənnin predmeti və vəzifələri 4 2 2

2 Reklamın yaranma tarixi və

inkişafı 4 2 2

3 Reklamın sosial-psixoloji əsas-

ları 4 2 2

4 Marketinq kommunikasiyaları-

nın əsas vasitələri 8 4 4

5 Reklam fəaliyyətinin hüquqi

tənzimlənməsi 4 2 2

6 Reklam vasitələrinin təsnifatı 8 4 4

7 Reklam vasitələrinin təsnifatı 8 4 4

8 Reklam elanlarının və mətn-

lərinin işlənib hazırlanması 8 4 4

9 Mağazalarda reklamın təşkili 8 4 4

10 Topdansatış və istehsal müəs-

sisələrinin reklam fəaliyyəti 4 2 2

11

Əmtəə, iş və xidmət bazarında

reklam fəaliyyətinin təşkili və

idarə edilməsi

8 4 4

12 Müəssisələrdə pablik rileyşn-

zin təşkili 8 4 4

13 Əmtəə nişanları 4 2 2

14 Reklam fəaliyyətinin səmərə-

liliyi 4 2 2

15 Beynəlxalq reklam 6 3 3

Cəmi: 90 45 45

Page 21: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

21

İstifadə olunan ədəbiyyatlar

1. Reklam haqqında Azərbaycan Respublikasının qanunu.

Bakı, 1997

2. Axundov Ş.Ə. Marketinqin əsasları. Dərslik. Bakı: “Əbilov,

Zeynalov və oğulları” nəşriyyatı, 2001

3. Голубков Е.П. Основы маркетинга. Moсква:

«Финпресс» 1999

4. Гольман И.А. Рекламная деятельность: планирование,

технологии, организация. Москва, «Гелла – принт»,

2002

5. Денисон Д., Тоби Л. Учебник по рекламе. Мн.: ИООО

«Современное Слово», 1997

6. İzahlı reklam lüğəti (QLOSSARİ). Tərtibçi T.Ə.Nağıyeva.

Bakı nəşriyyatı, 2004

7. Nəsibov V.N. Reklam menecmenti. Bakı, Azərnəşr, 2010

8. Məmmədov A.T. Marketinqin əsasları. Dərs vəsaiti. Bakı:

“İqtisad Universiteti nəşriyyatı” , 2007

9. Məmmədov X., Mirzəyev S. Marketinqin əsasları. Ali

məktəblər üçün dərslik. Bakı, QAPP-POLİQRAF, 2001

10. Панкратов Ф.Г., Серегина Т.К., Шахурин В.Г..

Рекламная деятельность. Москва, Информационно-

внедренческий центр «Маркетинг», 1998

11. Васильев Г.А., Поляков В.А. Основы рекламы.

Учебное пособие. M,: Вузовский учебник, 2009

12. Панкратов Ф.Г., Баженов Т.Л., Серегина Т.К.,

Шахурин В.Г. Рекламная деятельность. Учебник для

студентов высших учебних заведений, М,,

Издательско-торговая корпорация «Дашков и К», 2003

13. Уткин Э.Ф., Кочеткова Ф.И. Рекламное дело. М.,

Ассоциация авторов и издателей «Тандем», Изд-во

ЭКМОС, 2001

Page 22: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

22

Page 23: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

23

Page 24: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİatu.edu.az/user_data/files/Reklam fealiyyeti proqram.pdf · firma və agentliklərin, habelə sənaye və ticarət kampaniya-larının,

24