azərbaycan ordusunun zəfər yürüşü davam edir!xalqqazeti.com/pdf/xalq 28 oct...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 223 (29488) 28 oktyabr 2020-ci il, çərşənbə Azərbaycan Ordusunun zəfər yürüşü davam edir! Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib – Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm, de- yin, yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir. – Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs, məhz Ermənistan tərəfindən pozulub. Hu- manitar mülahizələrə əsaslanan birin- ci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birin- ci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik. İkinci atəşkəsə gəldikdə isə, bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən, təxminən, 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat ca- vab verməyə məcbur olacağıq. – Cənab Prezident, sen- tyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu? – Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmiş- di ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qay- tarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqla- rı Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi – iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. On- lar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər. – Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı ola- caqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruk- tiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır? – Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən, Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şu- rasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qa- rış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlaya- caq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən, Şu- şaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik. – Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən, Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində itti- ham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittiham- lara Siz necə cavab verərsiniz? – Mən bu suala bir neçə dəfə ca- vab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittiham- ları cəmi iki ölkə təqdim edib – Fran- sa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müva- fiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalan- dır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar. – Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə bizim ölkəyə – İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada ərazi mübahisələrinin və ya regional se- paratizmin dinc yolla nizamlanma- sına dair çoxlu uğurlu nümunələr var. Belə nümunələrdən biri bizdə – İtaliyadadır. Bu, Alto-Adice (Zyud- tirol) regionudur. Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həll edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusən ona görə ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi, sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir. – Bəli, mən hesab edirəm ki, İtali- ya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhi- sarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürok- ratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qu- rumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli ola- raq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortaların- da bu cür təkliflər olub. (ardı 2-ci səhifədə) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident! Biz, Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün bərpası və iş- ğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrun- da sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın müm- kün olmadığını iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bizlər də gördük. Gürcüstanda yaşayan soydaşlarımızın qəlbi bu gün Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür. Biz başqa ölkənin vətəndaşı olsaq da, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir çağırışınıza hazırıq. 30 illik həsrətin bitəcəyinə inanı- rıq. Gürcüstandakı soydaşlarımız Sizinlə həmrəydirlər, hər zaman ana Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olma- ğa hazırdırlar. İnşallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır. Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var” ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli müzəffər Ali Baş Komanda- nın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib. İnanırıq ki, Sizin qətiyyətli siyasətiniz uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim qüruru- muz və müqəddəs borcumuzdur. Dualarımız Sizinlədir, müzəffər or- dumuzladır. Qarabağda dalğalanacaq Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə şəfa versin. Şanlı Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər eləsin! Hörmətlə, Hacı Əli Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Hacı Eldəniz Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin əməkdaşı Əxmədov İfrət, Bolnisi rayonunun baş axundu Əhmədov Elsevər, Bolnisi rayonu Dəllər kəndinin axundu Şərifov Sabin, Faxralı kənd məscidinin axundu Əliyev Çingiz, Ağammədli kənd məscidinin axundu Mamedov Mir Əli, Xancıxazdlı kənd məscidinin axundu Quliyev Mahir, Goraxı kənd məscidinin axundu Sadiqov Mübariz, Bəylər kənd məscidinin axundu Hacıyev Fəxrəddin, Marneuli rayonu Təkəli kənd məscidinin axundu Şəmşiyev Tofik, Beytarafçı kəndinin imamı Məmmədov Azər, Qrıxlı kənd məscidinin axundu Gürcüstan, Bolnisi və Marneuli rayonları. Vətəndaşlar Prezidentə yazırlar: Cəbhədə şanlı ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar ün- vanlanmaqda davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. (ardı 2-ci səhifədə)

Upload: others

Post on 13-Feb-2021

10 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

    Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 223 (29488) 28 oktyabr 2020-ci il, çərşənbə

    Azərbaycan Ordusunun zəfər yürüşü davam edir!

    Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

    – Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm, de-yin, yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir.

    – Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs, məhz Ermənistan tərəfindən pozulub. Hu-manitar mülahizələrə əsaslanan birin-ci atəşkəsdən sonra 24 saat ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birin-ci atəşlər nəticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.

    İkinci atəşkəsə gəldikdə isə, bizdə atəşkəsin Ermənistan tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.00-dır. Saat 8-dən, təxminən, 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat ca-vab verməyə məcbur olacağıq.

    – Cənab Prezident, sen-tyabrın axırlarında Sizin hərbi əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu?

    – Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmiş-di ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qay-tarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqla-rı Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün,

    həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi – iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. On-lar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər.

    – Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı ola-caqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruk-tiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır?

    – Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən, Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şu-rasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qa-rış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlaya-caq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən, Şu-şaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik.

    – Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil,

    o cümlədən, Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa göndərilməsində itti-ham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittiham-lara Siz necə cavab verərsiniz?

    – Mən bu suala bir neçə dəfə ca-vab vermişəm, bir də cavab verərəm. Əvvələn, bizə bu cür əsassız ittiham-ları cəmi iki ölkə təqdim edib – Fran-sa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müraciət etmişəm ki, müva-fiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalan-dır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan

    məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar.

    – Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə bizim ölkəyə – İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada ərazi mübahisələrinin və ya regional se-paratizmin dinc yolla nizamlanma-sına dair çoxlu uğurlu nümunələr var. Belə nümunələrdən biri bizdə – İtaliyadadır. Bu, Alto-Adice (Zyud-tirol) regionudur. Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həll edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusən ona görə ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi, sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir.

    – Bəli, mən hesab edirəm ki, İtali-ya münaqişənin nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi. Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin inhi-sarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürok-ratik prosedurlar var və bu gün bizə belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qu-rumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli ola-raq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin ortaların-da bu cür təkliflər olub.

    (ardı 2-ci səhifədə)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Möhtərəm cənab Prezident!Biz, Gürcüstanda yaşayan bir qrup

    azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün bərpası və iş-ğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrun-da sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın müm-kün olmadığını iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bizlər də gördük.

    Gürcüstanda yaşayan soydaşlarımızın qəlbi bu gün Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür. Biz başqa ölkənin vətəndaşı olsaq da, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir çağırışınıza hazırıq. 30 illik həsrətin bitəcəyinə inanı-rıq. Gürcüstandakı soydaşlarımız Sizinlə həmrəydirlər, hər zaman ana Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olma-ğa hazırdırlar. İnşallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır.

    Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var” ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli müzəffər Ali Baş Komanda-nın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib.

    İnanırıq ki, Sizin qətiyyətli siyasətiniz uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi

    bütövlüyünün təmin olunması bizim qüruru-muz və müqəddəs borcumuzdur.

    Dualarımız Sizinlədir, müzəffər or-dumuzladır. Qarabağda dalğalanacaq Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə şəfa versin.

    Şanlı Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər eləsin!

    Hörmətlə, Hacı Əli Əliyev,

    Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli

    nümayəndəsi Hacı Eldəniz Sadıqov,

    Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin əməkdaşı

    Əxmədov İfrət, Bolnisi rayonunun baş axundu

    Əhmədov Elsevər, Bolnisi rayonu Dəllər kəndinin axundu

    Şərifov Sabin, Faxralı kənd məscidinin axundu

    Əliyev Çingiz, Ağammədli kənd məscidinin axundu

    Mamedov Mir Əli, Xancıxazdlı kənd məscidinin axundu

    Quliyev Mahir, Goraxı kənd məscidinin axundu

    Sadiqov Mübariz, Bəylər kənd məscidinin axundu

    Hacıyev Fəxrəddin, Marneuli rayonu Təkəli kənd

    məscidinin axundu Şəmşiyev Tofik,

    Beytarafçı kəndinin imamı Məmmədov Azər,

    Qrıxlı kənd məscidinin axundu Gürcüstan,

    Bolnisi və Marneuli rayonları.

    Vətəndaşlar Prezidentə yazırlar: Cəbhədə şanlı ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz,

    iradəniz hər birimizi qürurlandırır

    Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar ün-vanlanmaqda davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

    (ardı 2-ci səhifədə)

  • 28 oktyabr 2020-ci il, çərşənbə2Prezident İlham Əliyev İtaliyanın Rai-1

    televiziya kanalına müsahibə verib(əvvəli 1-ci səhifədə)

    Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparı-cı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və beynəlxalq hüququ bərpa edirik.

    – Cənab Prezident, ən sonun-cu sual: Bir ildən sonra biz bu münaqişədə hansı səviyyədə ola-cağıq? Münaqişənin həlli olacaq-

    mı? Yoxsa bu, münaqişənin həlli olacaq?

    – Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün xari-ci kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə olu-ram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qara-bağ regionunun, – təkcə Dağlıq Qara-bağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, – gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavan-laşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa, buna nail olmaq mümkündür. Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər

    şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr var. Buna görə də düşünürəm ki, barışıq müm-kündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər belə olsa, biz öz investisiyala-rımızla və ölkənin yenidən qurulması üzrə təcrübəmizlə bu regionu dünya-nın ən firavan regionlarından birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri aradan qaldırıl-malıdır. İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlərboyu yaşadıq-ları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avro-pa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular

    o vaxt çox insanı qətlə yetiriblər. La-kin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideo-loqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqla-rı qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır.

    – Cənab Prezident, çox sağ olun və italyanlar demişkən, bono fortuno.

    – Siz də sağ olun. Təşəkkür edirəm.

    – Xudahafiz.– Xudahafiz.

    Vətəndaşlar Prezidentə yazırlar: Cəbhədə şanlı ordumuzun şücaəti, siyasi arenada

    Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır(əvvəli 1-ci səhifədə)

    Türkiyənin Sakarya vilayətindən Sarıgül Səvzəliyeva yazır: “Çox dəyərli Prezident, hörmətli cənab Ali Baş Komandan, mən əslən Türkiyədənəm, həyat yoldaşım isə Azərbaycandandır. Tarixi çox sevirəm, tarix müəllimiyəm. Universitetdə tarix dərsləri keçərkən Qarabağda yaşanan qətliamları, Xocalı qırğınını göz yaşları ilə oxuyardım. Bu gün isə rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusunun tarixə yazdıqlarını sevinc göz yaş-ları ilə izləyirəm. Azərbaycanın tarixində dönüş yaradacaq fəaliyyətinizi yeni nəsillərə ləyaqətlə öyrədəcəyimdən zərrə qədər şübhəniz olmasın. Qarabağın düşmənlərdən təmizlənməsi uğrunda-kı mübarizənizi cani-könüldən dəstəkləyirik. Çox sevdiyimiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının hər bir sakini kimi lazım olduqda can Azərbaycan üçün canımızı fəda etməyə hazır olduğumuzu bildirmək istəyirəm. Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Allahın köməyi ilə zəfər Azərbaycan Ordusunundur. Rəbbim Sizi və qəhrəman əsgərlərimizi qorusun!”.

    Mersin vilayətindən Atila Mehmet: “Çox hörmətli Prezident, Allahdan Sizə və xalqınıza daimi lütf və mətanət arzulayır, şəhidlərinizə isə rəhmət diləyirəm. Taleyinizdə nə varsa, onu paylaşmaq, qarşılaşdıqlarınız önündə sizlərlə çiyin-çiyinə durmaq istəyirəm. Allah Sizi, bizi və bütün islam dünyasını qorusun, yar və yardımçınız olsun. Bizlərlə xain davranan, oyun oynamağa cəhd edən düşmənlərimiz isə gücün nə olduğunu gördülər. Uca Rəbbimdən tezliklə işğal altında olan torpaq-larınızı azad etmək üçün xalqınıza kömək olmasını arzulayıram. Bir türk olaraq bu mübarizənizdə daim Sizin yanınızda olmaq, “bir millət, iki dövlət” ideya-sına xidmət etmək istəyirəm. Qəlbimlə, ruhumla və dualarımla Sizin yanınızdayam. Sizin yolunuzda, haqqın, ədalətin bərpası yolunda qardaşlarımla bir sırada olmaq, Allah qismət edərsə, şəhidlik zirvəsinə ucalmaq mənim üçün şərəfdir. Artıq ana-larımızın, atalarımızın göz yaşı axıtmasını, övladla-rımızın valideynlərindən məhrum olmasını istəmirik. Allaha əmanət olun!”.

    Bakı şəhər sakini Qələmirzə Masiyev: “Çox hörmətli möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, müstəqil Azərbaycanın vətəndaşı olaraq daim Sizin “Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var” şü-arınıza inandıq. Yalnız bir çox halda səbirsizlik edirdik. Ancaq “nəyi nə vaxt və necə etməyi də” Sizdən yaxşı bilənin olmamasına inanırdıq. Nə yaxşı ki, müstəqil Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu xoşbəxt günləri gördü. Biz dövlətimizlə, liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan sərkərdəmizlə fəxr edirik. Ərazi bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir lider əbədi olaraq xalqımızın rəhbəri, lideri kimi tarixə düşdü. Tam əminəm ki “İlhamla irəli”nin ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xal-qımızı bu nailiyyətlər münasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və zabitlərimizi qo-rusun, bizə zəfərlər nəsib etsin! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”.

    İsmayıllı sakini Rövşən Rüstəmov: “Möhtərəm Prezidentimiz, Sizin rəhbərliyinizlə 30 illik torpaq həsrətinə son qoyulduğuna, şanlı ordumuzun hər gün qazandığı qələbələrə görə Sizə təşəkkür və minnətdarlığımı bildirirəm. Cənab Prezident, mən belə düşünürəm ki, Siz Azərbaycan Res-publikasının Milli Qəhrəmanısınız. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir, hər gün cəbhədə işğaldan azad olunmuş rayon və kəndlərimizdə Azərbaycan bayrağı dalğalandırılır. Əminəm ki, tezliklə bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq, Azərbaycan bayrağı hər bir şəhər və rayonda dalğalandırılacaqdır. Allah Sizi qorusun, kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!”.

    Mingəçevir şəhər sakini Rövşən Zamanov: “Hörmətli Ali Baş Komandan, bütün Azərbaycan xalqı Sizinlədir. Mən bir kəlbəcərli kimi, Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Ali Baş Koman-danımız var. Allah müzəffər ordumuzu qorusun! Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir sərkərdəsiniz. Bütün Azərbaycan xalqı Sizinlədir. İşğal olunmuş torpaqlarımızın, o cümlədən, Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması

    xəbərlərini Sizin dilinizdən eşitdikdə, sevincimizin həddi-hüdudu olmadı. Cənab Prezident, Siz, eyni zamanda, bütün türk dünyasının qəhrəmanısınız! Kəlbəcərdə Sizi qarşılamaq, qonaq etmək ümidi ilə yaşayıram”.

    Gəncə şəhər sakini Xalidə Əsgərova: “Müzəffər Ali Baş Komandan, mən bir şəhid anası kimi Sizin Azərbaycan torpaqlarının, xüsusilə də Füzulinin və Lələtəpə yüksəkliyinin erməni daşnaklarından geri almağınız münasibətilə Sizə təşəkkürümü bildirirəm. Yeganə oğlum, kapitan Zaur İsmayılov 2004-cü ildən Horadiz qəsəbəsindəki hərbi hissədə xidmət edirdi. Gecə-gündüz dincəlmədən əsgərləri ilə birlikdə Lələtəpə yüksəkliyinin geri alınmasına hazırlaşırdı və hər zaman Sizin əmrinizi gözləyirdi. Oğlum Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərləri səngərdən çıxarıb geri qayıdanda ürəyindən vurulmuşdu. Mən öz oğlumla fəxr edirəm. Vətən sağ olsun! Bir ana kimi həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, Qarabağdakı torpaqlarımız geri alınır. Kədərlənirəm ona görə ki, bu günü görmədi, amma əminəm ki, oğlum Zaurun ruhu şaddır. Arzum budur ki, gün o gün olsun ki, bütün torpaqlarımız geri alınsın. Tezliklə, qələbə bizim olsun. Uca Tanrı Sizi qorusun, Azərbaycan xalqına çox görməsin!”.

    Şəkidən Besik Kuribabaşvili yazır: “Müzəffər Ali Baş Komandan, mən 1983-cü ildə Qax rayonu-nun Meşəbaş kəndində anadan olmuşam. Hərbi xidmətimi 2002-ci ildə Füzuli rayonunun Alxanlı kəndində yerləşən hərbi hissədə tank əleyhinə raket qurğusunun baş atıcısı və manqa komandirinin müavini vəzifəsində yerinə yetirmişəm. Sizin məlum fərmanınızı böyük sevinc və fəxr hissi ilə qarşıla-dıq. Vətənimizin işğal altında olan torpaqlarının azad olunması vaxtı, nəhayət gəlib çatdı. Çoxdan gözlədiyimiz an, səbirsizliklə arzuladığımız zəfər yürüşü üçün bizlərə imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, Vətənimin bu ağır, lakin şərəfli zamanında, ürəklərin cəbhə üçün, torpaq üçün döyündüyü bir vaxtda, ha-mının bir nəfər kimi “Qarabağ” deyərək mübarizəyə qalxdığı anda mən də bir Azərbaycan vətəndaşı və azsaylı xalqın nümayəndəsi kimi, Vətən qarşısın-da müqəddəs borcumu yerinə yetirmək istərdim. Cənab Ali Baş Komandan, doğma torpaqlarımızı düşməndən azad etmək üçün, canımdan və son damla qanımdan keçməklə şəhid olmağa hazıram. Şəhidlik zirvəsinə ucalmaq ömürboyu arzusunda olduğum xoşbəxtliyi yaşamaq deməkdir mənim üçün. Ulu öndərimizin layiqli davamçısı kimi Sizə və rəşadətli ordumuza bu şərəfli yolda böyük uğurlar arzulayıram. Vətənə verəcəyim candır. Qarabağ Azərbaycandır!”.

    Laçın sakini Firdovsi Təhməzov: “Hörmətli cənab Prezident, mən 1992-1994-cü illərdə bir qolum olmadan Qarabağ döyüşlərində iştirak etmişəm. Torpaqlarımızın azad edilməsi, otuz ildən bəri narahat qalmış şəhid ruhlarının şad olması, mənfur erməni faşistlərinin öz layiqli cəzasını alma-sı üçün hazırda gedən döyüşlərdə də iştirak etməyə hazıram. Əmrinizdəyəm, müzəffər Ali Baş Koman-dan! Qarabağ Azərbaycandır!”.

    Tərtər sakini Abil Məmmədov: “Möhtərəm cənab Prezident, mən və ailəm Sizin apardığı-nız siyasəti bəyənir və dəstəkləyirik. Vətənimizin ərazi bütövlüyü uğrunda apardığınız bu haqq mübarizəsində Sizə uğurlar və qələbə arzulayırıq. Bu gün hər bir azərbaycanlı öz Ali Baş Komanda-nı və ordusu ilə haqlı olaraq fəxr edir. Uzun illər çəkilən zəhmətin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsini, bəhərini görürük. Cənab Pre-zident, Allah Sizi və əsgərlərimizi qorusun. Qarabağ Azərbaycandır!”.

    Füzuli sakini Elmin Şıxalıyev: “Müzəffər Ali Baş Komandanımız, Siz xalqımızın yenilməz sərkərdəsisiniz. Artıq hər birimizin ürəyində Sizin qəhrəmanlıq abidəniz ucalıb. İnanırıq ki, Vətən müharibəmizdən qələbə ilə çıxacağıq. Füzu-li rayonunun, xüsusilə anadan olduğum Aşağı Seyidəhmədli kəndinin işğaldan azad olunmasına görə Sizə minnətdarlığımı və daim siyasətinizi dəstəklədiyimi bildirirəm. Hər zaman Sizinləyik! Qarabağ Azərbaycandır!”.

    Qubadlı rayonunun ziyalıları Abbas Abba-sov, Edil Eyvazov, Məhəmməd Quliyev, Yaqub Şərifov, Rafiq Yusifoğlu, İlham Şahmuradov, Möhsün Alışov, Fətəli Abdullayev, Aytən Bayra-mova, Rövşən Hümbətəliyev, Mahirə Abdulla, Xankişi Məmmədov, Cabir Quliyev, Mübariz

    Xəlilov, Şakir Alıyev, Hacı Nərimanoğlu, Dağbəyi İsmayılov yazırlar: “Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan, komandanlığınız-la sentyabrın 27-dən başlanan qurtuluş savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir. Bizim üçün Azərbaycanın hər qarış torpağı doğma-dır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdı-ğımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini Sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağın-dan qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır. Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətinizin, güclü təzyiqlərə sinə gərib maneələri dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız Sizədir. Xalqımızın milli qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb. İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı ilə, hərb meydanında savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürur-verici günləri yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Var olun, 100 yaşayın! Al-lah Sizi, ailənizi qorusun, qalib Prezident, müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”.

    Sumqayıt şəhərindən Nanə Babayeva: “Hörmətli cənab Prezident, oktyabrın 26-da xal-qa müraciət edərkən söylədiyiniz nitqlə bir daha xalqımızın prezidenti olduğunuzu sübut etdiniz. Siz hər dəfə deyirsiniz “Biz haqq, ədalət istəyirik!”. Xalq da bu haqq yolunda Sizin arxanızdadır, Sizinlə birlikdədir. Bu işdə Sizin də bütün varlığınızla xalqın yanında olmağınızdan qürur duyuruq. Allah haqq işimizdə bizə, əsgərlərimizə kömək olsun. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

    Ucar sakini Orxan Hüseynov: “Hörmətli Pre-zident, müzəffər Ali Baş Komandan, bu çətin və şərəfli gündə Sizin əmrinizlə əks-hücum əməliyyatı nəticəsində və güclü Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə Sizi ailəmiz və ucarlılar adından səmimi qəlbdən təbrik edirəm. Müzəffər Ali Baş Komandan, Sizin hər dəfə xalqa müraciətinizi səbirsizliklə izləyirik, bilirik ki, bizi sevindirəcəksiniz. Azərbaycanın haqq işində şanlı qələbələrlə yeni tarix yazan müzəffər Ali Baş Komandanımızla daim qürur duyuruq! Biz zəfər çalacağıq! Nə yaxşı ki, bizim prezidentimizsiniz! Biz həmişə Sizinləyik! Qarabağ Azərbaycandır!”.

    Qubadlı sakini Günel Allahverdiyeva: “Möhtərəm cənab Prezident, Siz bu günlərdə Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazırsınız. Cəbhədə şanlı ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır. Mən Qubadlıdan köçkün düşəndə 8 yaşım vardı. Ürəyimizdə müharibənin açdığı yaralarla böyüdük. Amma bu günlərdə torpaqlarımızın azad olunması xəbəri yaralarımıza məlhəm oldu. Qubadlı sakini kimi öz adımdan və bütün qubadlılılar adından Sizə və müzəffər ordumuza dərin minnətdarlığımızı bildirirəm. Qarabağ bizimdir, zəfər bizimlədir!”.

    Qubadlının daha bir sakini Səidə Məhərrəmova: “Müzəffər Ali Baş Komandan, bizə bu qələbə sevinclərini yaşatdığınız üçün minnətdaram. Azərbaycanın üçrəngli bayrağı Şuşada və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq. Azərbaycan xalqı Sizi sevir və Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

    Hikmət Hacıyev: Ermənistanın kasetli bombalardan istifadə etməsi mülki əhali arasında itkinin çox olmasına hesablanıb

    Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 27-də keçirilən brifinqdə bildirib.

    Prezidentin köməkçisi deyib ki, Ermənistan silahlı qüvvələri bu gün Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutub. Onların bu terror aktı nəticəsində biri uşaq olmaqla, dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycan mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Bu da mülki əhali arasında itkinin çox olmasına hesablanıb. Ermənistan Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizdir, ona

    görə də mülki əhalini hədəf seçir. Hikmət Hacıyev qeyd edib ki, bu gün

    Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atıb. Ermənistanın hücumla-rı nəticəsində indiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.

    Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi barədə Azərbaycan tərəfindən beynəlxalq humanitar təşkilatlara da müraciət edilib.

    AZƏRTAC

    Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir və

    bundan sonra da verəcək

    Prezidentin köməkçisi bildirib ki, Azərbaycan birtərəfli qaydada cəsədlərin qaytarılmasına razılıq verdiyi halda, Ermənistan tərəfi buna razılıq verməyib.

    Hikmət Hacıyev vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki insanlara atəş açmır. Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsi cinayət əməlidir. Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir və bundan sonra da verəcək.

    Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ermənistan sərhəd zonala-rında da təxribatlara əl atır. Sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir. Bu da Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata ke-çirsin. Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir.

    Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutmaqda davam edir. Bu, onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.

    Ermənistan tərəfi döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə sahib çıxmaqdan imtina edir. AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 27-də keçirilən brifinqdə deyib.

    XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı açıqlama yayıb

    Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı açıqlama yayıb.

    XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, açıqlamada deyilir: “Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən, azyaşlı uşaq həyatını itirib və arala-rında uşaqlar və qadınlar olmaqla, 13 nəfər ciddi xəsarət alıb. Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq huma-nitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin xarici

    işlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir. Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”.

    Düşmən Bərdəni kasetli raketlərlə atəşə tutub, ölən və yaralananlar var

    Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozmaqda davam edir. Düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə tutub.

    AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müx-biri xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ka-setli raketlərlə atəşə tutulması nəticəsində Cəfərova Ofeliya

    Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı

    həlak olub, 10-dan çox dinc sakin yaralanıb.

    Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.

    Beləliklə, Ermənistan növbəti dəfə məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik göstərir.

  • 28 oktyabr 2020-ci il, çərşənbə 3

    Oktyabrın 26-da Prezident İlham Əliyev xalqa müraciətində sentyab-rın 27-dən indiyədək Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının bir hissəsinin siyahısını diqqətə çatdırıb: “Tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə – 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” yaylım atəşli raket sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri – 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesab-laya bilər. Əməliyyat taktiki raket kompleksləri – “Elbrus”, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avto-mobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik”.

    Xatırladaq ki, bu müddətdə cəbhədə uğurlu hərbi əməliyyatlar aparan silahlı qüvvələrimiz döyüş ruhu, peşəkarlığı ilə diqqət çəkdi. Azərbaycan Ordusu müasir texnoloji döyüş üsullarından istifadə etməklə yeni bir tarixə imza atdı.

    Artıq beynəlxalq aləmdə Azərbaycanın bu müharibədə reallaşdırdığı taktika, hərbi-texniki vasitələr və texnologiyalardan danı-şılır, bütün bunların gələcəkdə dün-ya hərb tarixində xüsusi öyrəniləcəyi bildirilir.

    Bu bir ay ərzində Azərbaycan öz mövqeyini mümkün qədər aydın şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı, haqq savaşı, haqq müharibəsi apardığını bütün dünyaya bəyan etdi, Ermənistanın təcavüzkarlığı qarşılığında əks-həmlə əməliyyatlarına başlamağa

    məcbur olduğunu sübut-dəlillərlə təsdiqlədi.

    Burada bir məqamı xüsusilə vurğulamaq istərdik. Belə ki, bu hadisələr bir daha göstərdi ki, dünyada hələ də tam ədalətli bir sistem qurulmayıb. Müxtəlif ma-raqlar, xüsusilə böyük dövlətlərin mənafe toqquşmaları beynəlxalq münasibətlər sisteminin beynəlxalq hüquqa əsaslanmasına imkan verməyib. Əgər belə olmasaydı, ötən 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistan, necə deyərlər, yerində otuzdurular-dı, düşmən qoşunları ərzilərimizdən geri çəkilməyə məcbur edilərdi. Lakin bütün bunlar olmadı. Əksinə, işğalçı dövlət hər addımda ədalətsiz şəkildə müdafiə edildi, silahlandı-rıldı. Nəhayət, Azərbaycanın səbr kasası daşdı, işğalçının hücum edib yeni torpaqlarımızı tutmaq istəyinə daha dözə bilmədi, əks-həmlə əməliyyatları keçirməyə məcbur oldu.

    Azərbaycan bu gün cəbhədə əldə ediyi qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər

    və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və

    vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

    Bax, elə buna görə də belə bir orduya sahib olan dövlətimizin

    başçısı uzun illər ən yüksək tri-bunalardan daim bildirib ki, əgər münaqişənin həllində sülh danışıqla-rı səmərə verməzsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.

    Ötən illər ərzində Azərbaycan beynəlxalq mövqelərini də gücləndirib, dünyanın ən müxtəlif ölkələri ilə əlaqələrini yüksək səviyyəyə çatdırıb. Bu uğurlu əməkdaşlıq hazırda Ermənistanın havadarlarının Azərbaycana qarşı birləşdiyi məqamda öz müsbət nəticəsini verir, haqq səsimizin beynəlxalq kürsülərdə eşidilməsinə şərait yaradır. Məsələn, 2011-ci ildə Azərbaycanın keçmiş Sovet respublikaları arasında ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, NATO və Avropa İttifaqı ilə üzvlüyə nail olması, Qoşulmama Hərəkatına üzv olduğu doqquz il ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanması bunun bariz ifadəsidir. Bir neçə gün bundan əvvəl BMT Təhlükəsizlik Şura-sında Azərbaycanla bağlı mənfi fikirli sənədin imzalanmasına imkan verilməməsi də bunun bariz

    göstəricisidir. Bax, bütün bunlar deməyə əsas

    verir ki, Azərbaycanın döyüş mey-danında qazandığı qələbələr, həm də bütün ölkələrlə siyasi danışıqlar-da haqlı və prinsipial mövqeyimizi qətiyyətlə qoruyan Prezident İlham Əliyevin müdrik siyasi xadim kimi səmərəli fəaliyyətinin, ötən dövr ərzində Azərbaycanı dünya arena-

    sında layiqincə təmsil etməsinin, xal-qımızın dövlət başçımıza dərin inam və etimadının məntiqi nəticəsidir.

    Dövlətimizin başçısı bunun-la bağlı deyib: “Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən, köçkünlər hesab edirdilər ki, belə diplomatik uğur-lar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qa-nun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz bö-yük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas...”.

    Beləliklə, Azərbaycan Preziden-tinin vurğuladığı kimi, bizim düşmən üzərində möhtəşəm qələbəmiz xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə Azərbaycana sərf edən və ədalətə əsaslanan qərarların, qətnamələrin gerçəkləşdirilməsidir.

    Azərbaycan döyüş əməliyyatları zamanı da haqqa, ədalətə söykənir, beynəlxalq konvensiya-lara əsaslanır. Belə ki, Ermənistan tərəfinin uğursuzluqdan isterika-ya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadın-ları və uşaqları raket və artilleri-ya zərbələri ilə atəşə tutmasına baxmayaraq, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə alır, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırır.

    Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əmliyyatları dəstəkləyib, on minlərlə vətən övladı könüllü şəkildə

    döyüşlərdə iştirak etmək üçün müraciət edib. Bu gün hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordu-muzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni edir.

    Dilindən, dinindən, siyasi və so-sial mənsubiyyətindən asılı olmaya-raq, hər kəs ölkə rəhbərliyini səmimi şəkildə dəstəkləyir və eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözləyir.

    Ermənistan vətəndaşları tərəfindən isə öz silahlı qüvvələrində fərariliyin, özbaşınalığın vüsət aldı-ğını, orduda ərzaq və digər zəruri tələbat növlərinin çatışmazlığını əks etdirən videolar çəkilib sosial şəbəkələrdə paylaşılır. Belə videola-rın birində erməni işğalçısı orudu-dakı vəziyyəti göstərərək bildirir ki, silahları, çəkmələri, paltarları yoxdur. Onlarla rəhbərlikdən heç kim maraq-lanmır. Görüntüdən məlum olur ki, əsgərlər bu vəziyyətlə bağlı kəskin etirazını bildirirlər.

    Onu da qeyd edək ki, bir ay ərzində üç dəfə imzalanan huma-nitar atəşkəs düşmən tərəfindən pozulub. Bununla da işğalçı istər

    cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı ardıcıl olaraq təxribatlar törədib, dinc sakinləri atəş altın-da saxlayıb. Amma Azərbaycan Ordusunun əks-həmləsindən əvvəl “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqların qəsb iddia-sını gizlətməyən primitiv düşüncəli, faşist xislətli Nikol Paşinyan bu gün silahlı qüvvələrimizin güc-qüdrəti qarşısında təslim olmaq, işğalçılıq siyasətini dayandırmaq əvəzinə, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara utanıb-qızarmadan heç bir düşüncəyə, məntiqə əsaslanmayan yalan məlumatlar verməkdə davam edir.

    Cəbhədə döyüşlər getdiyi müddətdə düşmən ağır itkilər verərək, geri çəkilməyə məcbur olsa da, ağır artilleriyadan dinc sakinlərə atəş açmaq, dağıntılar törətmək, in-frastruktura ziyan vurmaq kimi çirkin əməllərindən əl çəkməyib. Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə və digər şəhərlərə qarşı edilən terror nəticəsində çox sayda dinc sakin qətlə yetirilib, yaralanıb, sosial infrastruktur dağıdılıb.

    Gəncədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycanın bu qədim şəhərinə yönələn vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyırdı. Ölənlər və yaralananlar arasında körpələrin olması isə düşmənin faşist xislətinin, insanlığa sığmayan əməllərinin göstəricisi idi.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Bundan başqa, 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yararsız hala düşüb.

    Nəhayət, son vəziyyət barədə. İşğalçı Ermənistanla sentyabrın 27-dən başlayan qanlı müharibənin 30-cu günü də cəbhədə sakit keçməyib. Azərbaycan Ordusu düşmənə tutarlı cavablar verib. Müdafiə Nazirliyinin oktyabrın 26-da yaydığı rəsmi məlumata görə, ordumuz 26 oktyabr saat 08.00-dan qüvvəyə minən humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edib. Lakin Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunan razılaşmanı kobud surətdə pozaraq, Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, həmçinin Tərtər və rayonun kəndlərini, Ağdamın yaşayış məntəqələrini, eləcə də Ermənistan–Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silah-lar, minaatanlar və toplardan atəşə tutub. İşğalçı ölkə bütün bunlarla kifayətlənməyərək, Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən də Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərini atəş altında saxlayıb.

    Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının

    oktyabrın 25-də işğaldan azad edilmiş kəndlərinin adlarını da açıq-layıb. Ali Baş Komandan Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayılın Qov-şudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytu-mas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhərinin yağılardan təmizləndiyini bildirib.

    Oktyabrın 26-da Ali Baş Ko-mandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və bu rayonun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənən hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. Dövlət başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb.

    Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyab-rın 26-sı gün ərzində və 27-ə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlar-dan atəşə tutub. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texni-kası məhv edilib və sıradan çıxarılıb.

    Vaqif BAYRAMOV, “Xalq qəzeti”

    Biz haqlıyıq, biz zəfər çalacağıq!Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi

    davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlərboyu Azərbaycan xalqı bu torpaq-larda yaşayıb, yaradıb, qurub.

    İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

    Azərbaycan Ordusu tarixi ədaləti bərpa edirAzərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayıb. Ötən bir ay ərzində silahlı qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, üç qəsəbə, 150-dən artıq kənd, eləcə də strateji yüksəkliklər düşməndən azad olunub. Bu müddətdə minlərlə canlı qüvvəsi və zirehli texnikası məhv edilən düşmənə dəfələrlə sarsıdıcı zərbələr vurulub və təcavüzkar Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur edilib.

  • 28 oktyabr 2020-ci il, çərşənbə4

    Diqqətli oxucular təsdiq edər ki, cənab İlham Əliyevin məşhur xarici media orqanlarına ardıcıl müsahibələri haqqında mən də, bir çox həmkarım da fikir bildiriblər. Çox şadam ki, bizim gəldiyimiz qənaətlər öz həyati təsdiqini tapır. Başqa ölkələrdən verilən reaksiyalar, sürətlə dəyişən, mülayimləşən beynəlxalq ictimai fikir, hətta, “hazır suallar”la çıxış edən xarici jurnalistlər də həqiqətin alternativsiz üzü ilə tanış olur, öz ilkin mövqelərində yanıldıqlarını görürlər. Bir daha o fikirdəyəm ki, cənab Prezidentin xarici me-dia orqanlarına ard-arda verdiyi müsahibələr ordumuzun uğurla-rının beynəlxalq aləmdə qəbul edilməsində özünəməxsus rol oynayır.

    Növbəti belə müsahibələr nüfuzlu “Nikkei” (Yaponiya) və “Fiqaro” (Fransa) qəzetlərinə verildi. Hər biri başdan-başa öyrənilməyə, öyrədilməyə la-yiq bir “diplomatiya dərsi” olan müsahibələrdən bir neçə məqama diqqət edək:

    – Öncəki satus-kvo artıq möv-cud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır.

    – Müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldıl-masına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən

    etməkdir. – Ermənistanın bu hökuməti ilə

    münaqişənin sülh yolu üzrə nizam-lanması perspektivləri çox uzaq-dır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasız edib.

    – Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olun-muş ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin “Qara-bağ Ermənistandır”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verməsi, Azərbaycana hücumlar, danışıqların aparılmasını mənasız edir.

    – Azərbaycan Ermənistan hökumətinə sübut etdi ki, artıq on-lar bu cəzasız təcavüzkar addımla-rı ata bilməzlər.

    – Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır.

    – Ermənistan hökuməti öz dav-ranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olma-sını istəyirsə, atəşkəsi pozmamlı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.

    – Dağlıq Qarabağda ya-

    şayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq.

    – Bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır.

    – Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Orada heç bir milli azlıq yaşaya bilməz. Onlar bu-günkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar.

    – Ermənistanda ən bö-yük icma olan azərbaycanlılar həmin ərazidən qovulub, azərbaycanlıların bütün tarixi, dini abidələri dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinib. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər.

    – Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları ola-raq onların təhlükəsizliyi təmin ediləcək.

    – Dağlıq Qarabağdakı cinayət-kar xunta kənarlaşdırılandan sonra ermənilər daha yaxşı yaşayacaqlar, digər vətəndaşlar kimi, onlara da bütün sosial və iqtisadi imtiyazlar şamil ediləcək.

    – Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub və hazırda gedən hərbi əməliyyatlarda da bu, aydın görü-nür.

    – Azərbaycan Ermənistan kimi dinc əhaliyə qarşı müharibə apar-mır, yalnız hərbi hədəfləri vurur.

    – Ermənistanın Yaxın Şərqdən

    muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Ermənistanın baş naziri bunu etiraf edib. Həmin döyüşçülərin köklü erməni olması şübhə doğurur və bunu təsdiq edən məlumatlar mövcuddur.

    Əziz oxucular, fikir veribsinizsə, çox uzaq coğrafiya-ları təmsil etsələr də, Azərbaycan Prezidentinə sual verən jurnalistlər, Ermənistan – Azərbaycan elan olunmamış müharibəsinə dair suallarla yanaşı, Gürcüstan, İran, xüsusilə, Türkiyə ilə bağlı sual-lardan əl çəkə bilmirlər. Burada durum elədir ki, necə deyərlər, istənilən “şübhəli sual” belə sual verən tərəfin deyil, cavab verən tərəfin xeyrinə nəticələnir. Yəni Gürcüstanla bağlı sual hər kəsi düşünməyə dəvət edir: Gür-cüstan da bir xristian ölkəsidir və Azərbaycanla, Türkiyə ilə yüksək səviyyəli ölkələrarası münasibətlər, strateji işbirliyi içində inkişaf etməkdədir. Deməli, problem din mənsubiyyətində deyil, Ermənistanın işğalçı, terrorçu, qonşuyayovuşmaz siyasətindədir.

    Bu fikri Azərbaycanın (eləcə də, qardaş Türkiyənin) etnik, dini zənginliyi bir daha təsdiq edir. Hər şey bir yana, Azərbaycanda (və Türkiyədə) on minlərlə erməni bu gün də yaşayır. Təsəvvür edin: Xocalı soyqırımını törədən, Türkiyəni qondarma soyqırımda itti-ham edən bir ölkənin vətəndaşları Azərbaycanda və Türkiyədə yaşayıb, yaşayır və yaşayacaqdır! Bu danılmaz fakt qarşısında dünya erməniliyinin uzun illər anti-türk, anti-müsəlman təbliğatı bir qara qəpiklik olur. “Hər ziyanda bir xeyir var” – deyib atalar. İndi müharibə alovları dinc insanlara çatsa da, evlər dağılsa da, Ermənistanın illərlə qondardığı yalan səltənətinin dağıldığını da görürük, erməni təbliğatının öldüyünü də. Əlbəttə, bizim günahsız insanların qanı yerdə qalmır. Əlbəttə, döyüş meydanında qələbələr qaza-nırıq, lakin vurğuladığımız bu məqamlar da unudulmamamlıdır. Çünki məhz beynəlxalq anti-türk, anti-müsəlman təbliğatı ilə haqq- ədaləti müdafiə edəsi dövlət, qu-

    rum-quruluşlarda şübhələr yarada bilmişdilər.

    Təsəvvür edin, dünyanın bir bəzi ölkələrində anti-müsəlman ritorikası ilə davamlı çıxış edən, özlərini “xristianlığın son qalası” adlandıran Ermənistan İranla danı-şıqlarda başqa maska taxır, sonra işğal bölgəsinə dönür, bir başqa maska taxır və məscidlərə donuz doldurur. Bu mənada, müzəffər Azərbaycan əsgəri ön cəbhədə, səbatlı diplomatlarımız diplomatik-siyasi cəbhədə maska yırtmaqla məşğuldur həm də. Bütün bu kardinal fikir dəyişiklikləri, dünya birliyinin dərin düşüncələrə dalması sahəsində Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin çoxfunk-siyalı titanik çalışmaları dərsliklər mövzusudur, qürur qaynağımız-dır! Prezident yalnız müsahibə vermir, dərs keçir, maarifləndirir, öyrədir. “Yaşa, Prezidentim, yaşa, Millətinlə baş-başa” – “İstiqlal” ordenli Xalq şairi Fikrət Qocanın bu məşhur misraları son günlər dilimizdən düşmür! Qeyd etdik ki, xarici jurnalistlər Gürcüstan, İran

    və Türkiyə ilə bağlı suallar verir. Gürcüstanı dedik. İranın sual dövriyyəsinə daxil olunması da, dövlət sərhədi boyu ərazilərimizin azad edilməsi – yeni gerçəklik yaranması ilə bağlıdır. Unutmayaq ki, işğalçı ölkə güney cəbhəsindəki müharibədə yalnız torpaq, şəxsi heyət və texnika itirmədi, daha başqa itkiləri də oldu və bu, erməni dostlarını pəjmürdə etməkdədir.

    Fransız jurnalistinin Türkiyə ilə bağlı tikanlı sual verməsinin səbəbini hər bir azərbaycanlı başa düşür; belə sualı yapon jurnalis-tinin də verməsi sual yaratma-malıdır. Yaponiyanın Avropadakı ən intensiv ticari-iqtisadi bağları Fransa ilədir. Əlbəttə, biz bir jurna-listin mövqeyini bütün Yaponiyaya şamil etmirik. Qətiyyən! Yaponiya özü başı bəlalar çəkmiş bir Şərq ölkəsidir və bizi anlayanlar orada daha çoxdur.

    Türkiyə ilə bağlı sualların çoxluğu bizi qətiyyən narahat etmir, əksinə, bütün müsahibə boyu Türkiyədən, Türkiyə – Azərbaycan işbirliyindən suallar versələr də qəbulumuzdur.

    Cənab Prezident deyir:– Türkiyə Azərbaycan üçün

    qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur. Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dün-yada mühüm rol oynayır. Türkiyə və Rusiyanın prezidentləri, xarici işlər nazirləri, müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.

    Yazımı cənab Prezidentin yapon jurnalistin sualına verdiyi tarixi cavabla yekunlaşdırmaq istərdim: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. …Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. On-ların müstəqil Ermənistan dövləti var. Əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr, dünyada neçə kiçik Ermənistan olar?”

    Qənirə PAŞAYEVA, Milli Məclisin Mədəniyyət

    komitəsinin sədri

    Azərbaycan həm döyüşdə, həm də informasiya müharibəsində uğurlar əldə edirPrezident İlham Əliyev sentyabrın 27-də ordumuzun əks-hücum əməliyyatına başladığı vaxtdan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını da daim diqqət mərkəzində saxlayıb. Bu məqsədlə, aparıcı telekanallara və informasiya agentliklərinə ardıcıl müsahibələr verib. Bununla da cəbhədə olduğu kimi, bütün siyasi, diplomatik istiqamətlərdə də mühüm uğurlar əldə edilib. Fikrimin təsdiqi olaraq, diqqəti dövlətimizin başçısının “Fox News”a müsahibəsinə yönəltmək istərdim. Əvvəla, onu deyim ki, bu müsahibədə Prezident İlham Əliyev jurnalistin ədalətsiz, məqsədli yanaşma-sına dözümlü münasibət bəsləyib, onun qərəzli suallarını təmkinlə, səbrlə dinləyib və son dərəcə dəmir məntiqlə cavablandırıb. Beləliklə də, Azərbaycan həqiqətlərini dünyaya, beynəlxalq aləmə çatdırmağa nail olub.

    Yeri gəlmişkən, həmin müsahibəni televiziya ilə izləyən hər bir tamaşaçı yəqin ki, “Fox News”un müxbirinin faktiki olaraq erməni lobbisinin güclü təsirində olduğunu hiss edib. Mən bunu deyəndə jurnalistin verdiyi sualların erməni məkrinə, fitnəkarlığına əsaslandığını düşünürəm. Məsələn, müxbirin “On-lar (yəni ermənilər) Gəncəni ona görə bombardman ediblər ki, bu şəhərdə Türkiyənin bir neçə “F-16” qırıcı təyyarəsi var idi və bu təyyarələrdən biri erməni təyyarəsini vurmuşdu. Onlar buna görə Gəncəni bombardman etdiklərini deyirlər…”, yaxud: “Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif

    Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmur-sunuz?” – sualları elə ilk andaca onun erməni mafiyası ilə bağlılığı haqqında təsəvvür yaradır. Şübhəsiz ki, cənab Prezident də bu haqsız mövqeni yaxşı görürdü. Ancaq dövlətimizin başçısı belə bir vəziyyətdə müdriklik, səbir və təmkin nümayiş etdirərək, münaqişə ilə bağlı əsl şəraiti, başqa sözlə, Qarabağ həqiqətlərini beynəlxalq aləmə, eləcə də adı çəkilən televiziya kanalının auditori-yasına çatdırdı.

    Dövlətimizin başçısı oktyabrın 26-da xalqa müraciətində də məhz həmin jurnalisti nəzərdə tutaraq dedi: “Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın, F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu su-alları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir

    ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı ver-mir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır ca-vab verirəm də, susurlar da. Çünki ca-vab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki, proku-rordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danı-şa bilərəm onlarla. Bax, budur reallıq...”.

    Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev belə müdrikliklə dünya ictimaiyyətini Qarabağın, uzun illər davam edən münaqişənin tarixi ilə bağlı ardıcıl şəkildə məlumatlandırır, Azərbaycan həqiqətlərini dünyaya çatdı-rır, haqlı savaş apardığımızı bəyan edir, eyni zamanda, Ermənistanın işğalçılıq siyasəti, onun havadarlarının ədalətsiz mövqeyi haqqında aydın, hərtərəfli fikir formalaşdırır.

    Cəlil BAXŞIYEV, YAP Lerik rayon təşkilatının sədri

    Qərb mediasının erməniyönümlü hekayələri Qarabağ həqiqətini əks etdirmir

    Fərid Şəfiyev daha sonra qeyd edib ki, münaqişənin kökləri Rusiya imperiyası və Sovet İttifaqı dövrünə gedib çıxır və müstəqil Azərbaycan və Ermənistanla əlaqəsi yoxdur: “Tarixən də bu münaqişənin əsas mahiyyəti bəzilərinin iddia etdiyi kimi demokra-tik çatışmazlıq və ya bir qrupun da dediyi kimi dini amillərdən asılı deyil. Münaqişə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirmək mənasını verən “miat-sum” konsepsiyasına əsaslanan ərazi iddiaları nəticəsində baş verib. İki xalq erməni milliyyətçiliyinin alovlanmasın-dan əvvəl birlikdə sülh şəraitində yaşa-yıblar. Erməni ekstremistlər tərəfindən azərbaycanlıların ilk qovulması 1987-ci ilin payızında Qafan şəhərindən başla-yıb”.

    Soydaşımız ABŞ nəşrinin oxucuları-nın nəzərinə onu da çatdırıb ki, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi həmişə olub və hətta 1992-ci ildə Azərbaycan öz torpaqlarını itirdiyi bir vaxtda ABŞ Azərbaycana yardımı qa-dağan edən 907 saylı “Azadlığa dəstək aktı”nı qəbul edib. Müəllifin sözlərinə görə, digər maraqlı məqam odur ki, hökumət və müxalifət olmasından asılı olmayaraq bütün siyasi güclər, nəhayət, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı, məcburi köçkün və qaçqınla-rın öz torpaqlarına qayıdacağı ümidi ilə hərbi əməliyyatlar üçün birləşiblər. Ya-zıda xatırladılır ki, iyulun 14-də Bakıda

    keçirilən yürüş də onu göstərdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən tək siyasi qurumlar deyil, həm də bütün xalqdır.

    Fərid Şəfiyev bildirirb ki, Ermənistana gəldikdə, bu ölkə bütün ötən illər ərzində avtokratiya və korrup-siyadan əziyyət çəkməsinə baxmayaraq buna göz yuman beynəlxalq aləmlə üz-üzədir: “Hətta bu gün də Ermənistanın beynəlxalq hüququ pozması və BMT TŞ-nin münaqişə ilə bağlı 4 məlum qətnaməsini yerinə yetirməməsinə baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən əhəmiyyətli etirazla üzləşmir. Bu, bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin əsl narahatlığı demokrati-yanın olub-olmaması ilə bağlı deyil”.

    Müəllif yazının davamında vur-ğulayıb ki, Ermənistan–Azərbaycan münaqişəsinin demokratiya sahəsində çatışmazlıqlardan qaynaqlandığına dair arqumentdən belə nəticə çıxar-maq olar ki, əgər demokratiya problemi olmasa idi, münaqişə həll olunardı. Müəllifin sözlərinə görə, lakin bu arqu-ment Qərbin demokratik ölkələrində, məsələn, Kanadada Kvebek, Böyük Britaniyada Şotlandiya, İspaniyada Kataloniya və Belçikada Flamand məsələsinə gəldikdə işləmir və bu ölkələrdə irəli demokratiyanın mövcud-luğu bu münaqişələrin başlamasının qarşısını almır.

    Fərid Şəfiyevin yazısı bu sözlərlə bitir: “Qlobal media ekspertlərinin

    mövqeyi Ermənistan–Azərbaycan münaqişəsi və onun səbəblərinə gəldikdə, Qərb mediasının qərəzini üzə çıxarır. Xatırlamaq yerinə düşər ki, sərhədlərin yenidən çəkilməsi Avropa-da iki qlobal müharibəyə səbəb oldu. Davamlı sülhə nail olmaq üçün əsas düstur Azərbaycanın da təklif etdiyi kimi ərazi bütövlüyü və milli azlıqların hüquqlarının müdafiəsindən ibarətdir”.

    Hazırladı: R.TAHİR,

    “Xalq qəzeti”

    Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir

    Yapon “Nikkei”si və fransız “Fiqaro”su – yeni ünvanlarda diplomatiyamızın təntənəsi

    Azərbaycan Prezidentinin yeni, möhtəşəm müsahibələri ilə bağlı münasibət bildirməzdən öncə, nüfuzlu Rusiya nəşri “Nezavisimaya qazeta”nın baş redaktoru, tanınmış jurnalist, ictimai xadim Konstantin Remçukovun fikirlərini paylaşmaq istərdim. Baş redaktor Prezi-dent İlham Əliyevin son müsahibələrini əsas gətirərək, bəzi etiraflar edir: “Son həftə içində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Əvvəlki həftələrdə mənə elə gəlirdi, bu, iki ölkə arasında, Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb. …Bununla da, bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər çəkəcək. O ərazilər ki, Azərbaycan Ermənistan tərəfindən işğal edildiyini bildirir. Daha bir maraqlı məqam isə odur ki, hazırlıq və öncədən toplanmış resurslar ilk baxışda göründüyündən daha çoxdur”.

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin ABŞ-ın nüfuzlu “The National interest” nəşrində “Dağlıq Qarabağ münaqişəsi: “De-mokratiya ilə bağlı iddialar amil hesab edilə bilməz” başlıqlı məqaləsi dərc olu-nub. Politoloq soydaşımız həmin yazıda bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində başlamış son hərbi əməliyyatlarla bağlı bir sıra ekspertlər və qlobal media mənsubları demokratiya ilə bağlı problemləri Ermənistan--Azərbaycan münaqişəsinin yenidən alovlanmasında əsas amil kimi göstərirlər. Lakin müəllifin fikrincə, demokratik çatışmazlıqlarla bağlı iddialar mediada artıq mövcud olan erməniyönümlü hekayələrə uyğundur və bu səbəbdən, həqiqəti əks etdirə bilməz.

  • Azərbaycan Ordusu cəbhədə ardıcıl uğurlar qazandıq-ca, düşmən qüvvələrini məhv etdikcə onlar daha da aqressivləşir və məğlubiyyətlərinin əvəzini dinc şəhərləri raket atəşinə məruz qoymaqla çıxmaq istəyirlər. Gəncəyə olan son hücumlarda uşaqların, yaşlı insanların həlak olması göstərdi ki, olduqca ləyaqətsiz düşmənlə üz-üzəyik. Bu fikirləri Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

    “Lakin separatçı quldurbaşı A.Arutunyan sanki bunlar olma-mış kimi utanmadan Rusiya Pre-zidenti Vladimir Putinə məktub ünvanlayıb. Bir şeyi unudurlar ki, onun kimi quldurların 80-ci illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus əsgərləri və milis işçiləri olmuşdur. 1991-ci ildə azərbaycanlı jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və əsgərləri bunun bariz nümunəsidir”.

    T. Gəncəliyev qeyd edib ki, Ermənistanın işğal edil-miş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalardan kənardır. Çünki A.Arutunyanın məktubunda tari-xi, siyasi və hüquqi faktlar təhrif olunmuşdur: “A.Arutunyanın Qarabağ məliklikləri haqqında

    iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını, məhz Qarabağ xanı, azərbaycanlı İbrahimxəlil xan imzalamışdır. Şuşadan olan məcburi köçkün kimi məni və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü Ermənistanın və qondarma reji-min bu ağ yalanları qəti şəkildə hiddətləndirir. Ermənistan və kri-minal xunta 80-ci illərin sonların-da Xankəndində azərbaycanlılara qarşı qırğınlar törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil omaqla 613 nəfər dinc saki-ni bir gecənin içində amansızcası-na qətlə yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Azərbaycanın Dağ-lıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş rayonlarında, o cümlədən, Azərbaycan xalqının mədəni və mənəvi incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayət əməlləri törədilmişdir. Azərbaycan xalqının Qarabağda

    olan zəngin maddi-mədəni irsi dağıdılmış və talan edilmişdir. Hətta, Şuşadakı tarixi rus provos-lav kilsəsi erməni vandalizmi və talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni kilsəsinə çevrilmişdir”.

    T.Gəncəliyev deyib ki, Moskva artıq Ermənistanın saxta göz yaşlarına inanmır. Arutun-yan bilməldiir ki, onun kimi sepratçı terrorçular 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plavski, Saylau Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq Koçerev, Vladimir Koval-yov kimi yüksək rütbəli zabitlər də qətlə yetirilmişdir. Onlara qətlə yetirdikləri əksəriyyəti etnik rus olan çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini xatırladaq?!”

    “Azərbaycanlılarla bərabər Qarabağda bu gün bir nəfər rus, slavyan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar. Hazırda Qarabağda yaşayan

    erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi krimi-nal quldurların zülmü altında yaşayır. Xankəndidən seçilmiş deputat kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı müraciətləri bunu açıq şəkildə göstərir. Bu müraciətlə A.Arutunyan qatı Sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir şəhərlərinin ballistik raketlərlə vurulması da bu məqsədə xidmət edir. Lakin Rusiya haqlı olaraq Sorosun ma-rioneti olan Paşinyanın bu kimi hiylələrinə uymadı. Bizim Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Biz 27 sentyabrdan əvvəl də dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə ya-

    şayış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə in-kar etmişdir. Dialoq təklifimiz bu gün – Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da qüvvədədir. Azərbaycan Respub-likasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə birgə yaşayacaq və ölkənin iqtisa-di imkanlarından bəhrələnəcəklər. Ermənistan və A.Arutunyan kimi quldurlar sülh istəyirlərsə, onda işğalçı qoşunlar beynəlxalq hüquqla təsbitlənmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

    Hazırladı: Anar TURAN, Xalq qəzeti”

    ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri, postso-vet məkanı üzrə ekspert Pol Qobl Rusiya medi-asına açıqlamasında Azərbaycanın sərhədyanı bölgələrinə, o cümlədən, cəbhə və sərhəd xəttindən uzaq olan şəhər və bölgələrə edilən hücumların Ermənistan üçün son dərəcə təhlükəli olduğunu vurğulayaraq deyib:

    “İrəvan başa düşməlidir ki, bundan sonra Azərbaycan ikiqat güclə erməni qoşunları-nın işğal olunmuş ərazilərdən çıxarılmasına çalışacaq. Fikrimcə, Ermənistan Moskvanı münaqişəyə müdaxilə etməyə və İrəvana dəstək verməyə məcbur etmək üçün Azərbaycanı cavab tədbirlərinə vadar etməkdən ötrü belə addımlar atır. İrəvan mövqelərinin zəiflədiyini görür və özünümüdafiə məqsədi ilə hər şeyə əl atmağa hazır olaraq “vo-bank” gedir”.

    Pol Oobl daha sonra bildirib ki, hazırda münaqişə tərəfləri

    pilotsuz təyyarələr də daxil olmaqla daha müasir silahlara sahibdirlər: “Azərbaycan ordusu çox yaxşı hazırlaşıb və hər zaman hədəflərinə sponsorlar olmadan təkbaşına çatmağa ha-zırlığını hesablayıb. Ermənistan isə hesab edir ki, Moskva Bakının çox aqressiv hərəkət etməsinə icazə verməyəcək. Taktiki hərəkətlərə gəlincə, Azərbaycan indi Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır, eyni zamanda şimala və cənuba doğru irəliləyir. Və bu, münaqişədə yeni bir dönüşdür”.

    Pol Qobl Azərbaycanın uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirmək fikri ilə razılaş-mayıb:

    “Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq ölkənin müharibədəki uğurunu yal-nız bunlar təmin etmir. Əsas səbəblər Azərbaycan Ordusunun digər silah növlərində, eləcə də zabit və əsgərlərin yüksək döyüş hazırlığı və mübarizə əzmindədir. Artıq Azərbaycan Cənubi Qafqazdakı qüvvələr nisbətini dəyişdirməyin müm-kün olduğunu hiss edir və bu şansı itirmək niyyətində deyil”.

    Hazırladı: T.AYDINOĞLU,

    “Xalq qəzeti”

    28 oktyabr 2020-ci il, çərşənbə 5

    Ancaq arzu edərdim ki, həmin kitabda görkəmli şairimiz Süleyman Rüstəmin ötən əsrin altmışıncı illərində qələmə aldığı “Qarabağ” qəzəlinə də yer ay-rılsın. Çünki həmin qəzəl də elə “Qarabağ şikəstəsi” kimi bütün azərbaycanlıların ürəyindən xəbər verir, ruhunu təzələyir, könlünü oxşayır. İstər doğulub böyüdü-yüm rayonda, istərsə də uzun illər yaşadığım Bakıətrafı qəsəbələrdən birində – harada olsam, hər il ilıq bahar günləri böyük şairin həmin qəzəlindən əzbər bildiyim beytləri zümzümə eləmişəm:

    “Hər bahar fəsli bu könlümdə adın qönçələnir,Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!”

    Doğrudan da, gör ki, haçandır, Qarabağı görmürük? Tanrı şanlı ordumuzu qorusun, müzəffər Ali Baş Komandanımızı hifz eləsin, rəşadətli əsgərlərimizə yardımçı olsun ki, tezliklə Qarabağı görə bilək. Görəcəyik. Özü də tezliklə. Çünki bu gün artıq münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Eyni zamanda, ordumuzun uğurları diplomatik nailiyyətlərimizin tamamlanmasıdır. Yəni zəfər bizimdir.

    Şükürlər olsun ki, Prezident İlham Əliyev 2003-cü ilin payızın-dan etibarən yorulmadan davam etdirdiyi hücum diplomatiyasını bu gün əks-hücum diplomatiyası ilə zənginləşdirir. Sentyabrın 27-dən bəri xalqa müraciətlərini, dünya-nın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələrini, sosial şəbəkədəki qeydlərini başdan-başa torpaqlarımızın işğaldan azad olunmasına həsr etmiş Prezident, əslində. bu fəaliyyəti ilə mükəmməl diplomatik gedişlər

    edir və lazım olan bütün ünvanlara gərəkli mesajlar göndərir.

    Ali Baş Komandanımızın oktyabrın 26-dakı müraciəti, bu baxımdan, daha mükəmməl, qətiyyətli və kəsərli təsir bağış-layırdı. Çünki bəzi ikili standart müəllifləri və ağzının kəsəri olma-yan beynəlxalq təşkilatlar hələ də işğalçını, terrorçunu, qaniçənlər ordusunu dəstəkləyir, özgə torpaq-larında dövlət qurmuş Ermənistanı xilas etməyə çalışırlar. Ona görə də, dövlət başçımız həmin dairələrin hamısına tutarlı mesajlar göndərir.

    Məsələn, dövlət başçımız xatırladır ki, Minsk qrupunun həmsədrləri, elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirlər. Yəni yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız. Yeni reallığı biz yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaş-malıdır: “Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar?”

    Xatırladaq ki, həmin nəticəsiz danışıqlar düşməni daha da harınlaşdırır, azğınlaşdırır və qudurdurdu. Məhz bu hiyləgərlik və fitnəkarlıqların yaratdığı im-kandan bəhrələnən Ermənistan yeni torpaqlar işğal etmək istəyinə düşmüşdü. Azərbaycan Ordusu onlara “dur!” deyəndə, qulaqbur-ması verəndə isə bizə deyirlər ki, yox, münaqişə ancaq sülh yolu

    ilə həll edilməlidir, bunun hərbi variantı yoxdur. Dövlət başçı-mız bu məqamda beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrə üz tutur: “Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki, bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu”.

    İndi məlum olur ki, Ermənistanı Azərbaycan əsgərinin əlindən almağa, işğalçını xilas etməyə çalışanlar təkcə ermənipərəst qüvvələr deyil. Həmin cəbhədə anti-Azərbaycan qüvvələr də, anti-türk ünsürlər də, silah isteh-sal edib satanlar da, beynəlxalq nəzarətdən kənarda qalmış Dağlıq Qarabağ ərazisindən narkoticarət məkanı kimi istifadə edənlər də, bəzi ərəb ölkələrindəki terrorçu təşkilatlara təlim məşq toplantı yeri kimi Xankəndi ətrafını seçənlər də– yəni bütün mənfi xislətli qurumlar və eybəcər birləşmələr toplaşıblar. Bir el məsəlində deyildiyi kimi, hər peyinin öz milçəyi olur. Yəni, işğalçı Ermənistanı dəstəkləyənlər və onu xilas etməyə çalışanlar da elə Ermənistan rəhbərliyi ağlında olar. Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə vuranı xilas etməyə çalışanlar da həmin qanlı faciələrə şərik olduqlarını gizlətmirlər.

    Dövlət başçımız Ermənistanı silahlandırmaqla işğalçıya yeni nəfəs vermək istəyən qüvvələrə də mesaj göndərir: “Bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçı-lıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir, müxtəlif növ silahlar. Bütün siyahı-lar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə

    gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.

    Ancaq dünya təkcə ölkəmizin bədxahlarından və erməniləri bəsləyənlərdən ibarət deyil. Beynəlxalq hüququ dəstəkləyən, ədalətli mövqe ortaya qoyan, sülhə, sabitliyə çalışan, tərəqqiyə, inkişafa can atan dairələr də istənilən qədərdir. Onlar dünya siyasətinin mühüm bir qütbü-nü yaradırlar. Dövlət başçımız

    oktyabrın 26-dakı müraciətində bu məsələyə də toxundu: “Münaqiş�