azərbaycan dili, 8-ci sinif

163

Upload: lamdan

Post on 02-Feb-2017

860 views

Category:

Documents


23 download

TRANSCRIPT

8

8

DƏRSLİK

9 789952 242829

ISBN 978-9952-24-282-9

AZƏRBAYCAN DİLİ 8

dərslik layihəsi (sınaq nəşri)

Rafiq İsmayılov Dilrüba CəfərovaAynur RüstəmovaHidayət AllahverdiSahibə Məmmədova

Bakı – 2016

Rafiq İsmayılov Dilrüba CəfərovaAynur RüstəmovaHidayət AllahverdiSahibə Məmmədova

AZƏRBAYCAN DİLİ 8-ci sinif. Dərslik layihəsi (sınaq nəşri).Bakı: “Altun kitab”, 2016. 160 səh.

Redaktorlar: Elxan NəcəfovArzu Quliyeva

Bədii tərtibat: Rəşad Nəbiyev

Korrektor: Aqşin Məsimov

Dərsliklə bağlı rəy, irad və təkliflərin [email protected] elektron ünvanagöndərilməsi xahiş olunur. Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!

Yazıçı və şairlərin dərslikdə istifadə olunan bəzi əsərləri dərslik müəl lifləri tərə findənmüvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır.

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansıhis səsini yenidən çap etdirmək, elektron informa siya vasitələri ilə yaymaq qanunaziddir.

ISBN 978-9952-24-282-9

© ALTUN KİTAB MMC – 2016

5

MÜNDƏRİCAT

MÖVZULAR səhifə

1-ci bölmə. Kamilliyə doğru

İnsan xarakteriKeçilənlərin təkrarı

10-14

Yuxu Sintaktik əlaqələr: tabesizlik və tabelilik əlaqələriTabelilik əlaqələri: uzlaşma, idarə, yanaşma

15-19

Dünyagörüşünü necə genişləndirməliSöz birləşməsiSöz, söz birləşməsi və cümlə

20-24

İnsan beyni Söz birləşməsinin əsas və asılı tərəfi

25-29

Sürətli oxuSöz birləşmələrinin növləri

30-33

Ümumiləşdirici təkrar 34

2-ci bölmə. İnformasiya və kommunikasiya

Qəzetİsmi birləşmələr

36-40

“Əkinçi”nin taleyiMürəkkəb adlar

41-44

Radio və televiziyaMürəkkəb adların yazılışıAbreviaturalar

45-50

6

MÖVZULAR səhifəSosial şəbəkələrFeili birləşmələr

51-54

ReklamSöz birləşmələrinin cümlədə rolu

55-59

Ümumiləşdirici təkrar 60

3-cü bölmə. Fərd və cəmiyyət

Piza qülləsiCümlənin ikincidərəcəli üzvləri

62-65

Məmurun ölümüTamamlıq Mübtəda, yoxsa tamamlıq?

66-70

Mirzə SəfərZərflik

71-76

Sonuncu düymTəyin

77-81

Yaxşı və pisSintaktik təhlil

82-85

Ümumiləşdirici təkrar 86

4-cü bölmə. İxtiralar və kəşflər

Evrika!Həmcins üzvlü cümlələr

88-92

7

MÖVZULAR səhifəQələmin tarixi Həmcins üzvlərdə ümumiləşdirici sözlər

93-96

Ölçü vahidləri Həmcins üzvlərdə ixtisarlar

97-100

İşıqforu kim ixtira edib Xəbərin həmcins mübtədalarla uzlaşması

101-104

Telefon 105-107

Ümumiləşdirici təkrar 108

5-ci bölmə. Dəyərlər

Qədim türklərdə qurd totemiCümlə üzvlərinin əlavəsi

110-114

İstehkamın alınmasıQrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərXitab

115-119

Bir kömbə çörəkAra sözlər

120-123

Buynuzlu ana maralÜzvlənməyən cümlələr

124-128

Bəs zınqırovu kim asacaq? 129-131

Ümumiləşdirici təkrar 132

8

MÖVZULAR səhifə

6-cı bölmə. Təbiət

“Qırmızı kitab”Müxtəsər və geniş cümlələr 134-137

ZəlzələlərBaş üzvlərin iştirakına görə sadə cümlənin növləri 138-142

Canlıların sirli davranışlarıMüəyyən şəxsli cümlələr 143-147

Zəfəran qızıldan qiymətlidir?Xəbər əsasında formalaşan sadə cümlələr 148-151

Dağ yolu. YollarAdlıq cümlə 152-154

Ümumiləşdirici təkrar 155

SÖZLÜK 156-160

İNSAN XARAKTERİ

Bir müəllim dərsə başlayan kimilövhəyə böyük “1” rəqəmi yazır.

– Baxın, – deyir, – bu, xarakterdir.Həyatda sahib ola biləcəyiniz əndəyərli şeydir…

Sonra “1”-in yanına sıfır qoyur:– Bu, bacarıqdır. Xarakteriniz var -

sa, bacarıqlara yiyələnməklə şəxsiy -yətinizi onqat zənginləşdirə bilərsiniz.

Sonra bir sıfır da yazır:– Bu, təcrübədir. Xarakteriniz və

bacarığınız varsa, təcrübə qazan-maqla gücünüzü daha onqat artıra bilərsiniz.

Sıfırlar beləcə uzanıb gedir – istedad… intizam… Nəhayət, müəllim əlinə silgini alıb ən başdakı “1”-i silir. Yerdə çoxlu sı -

fırlar qalır. Müəllim sözünü belə bitirir:– Xarakteriniz yoxdursa, o birilərin heç bir əhəmiyyəti yoxdur.

* * *Xarakter düşüncə və ruhun vəhdətidir, başqa sözlə, insanın özünüifadə

tərzidir. O, insanın həyata baxışında, davranışında, ətra fın dakılaramünasibətində özünü büruzə verir və hər bir fərdin cəmiyyətdə yerinimüəyyənləşdirir. Bura insanın xarici təsirlərə davamlılığı, mənəviprinsiplərə sadiqliyi, ictimai proseslərə marağı, insanlara təsir gü cü və s.daxildir. Göründüyü kimi, xarakteri bir çox amillər müəyyən ləş di rir, odur kihər bir insanın xarakteri fərdidir və onu başqalarından fərqləndirir.

Xarakterli insan cəmiyyətdə hörmət və nüfuza malik olur. Ona etimadgöstərirlər, fikri ilə hesablaşırlar. Çünki belə insan gözlənilməz hadisələrqarşısında özünü itirmir, daim problemləri həll etməyə hazır olur.

* * *Xarakteriniz aldığınız təhsil və həyat təcrübəsi ilə daim dəyişir,

zənginləşir. Bu prosesi nəzarətdə saxlaya, idarə edə bilsəniz, daha

1. Sıfırları – şəxsiyyəti zənginləşdirən xüsusiyyətləri davametdirin və həyatdan nümunələr gətirməklə sonuncu cümlənişərh edin.

2. Oxuduğunuz hissəyə əsasən insan xarakterini səciyyə lən -dirən əsas xüsusiyyətləri sadalayın və şərh edin.

I BÖLMƏ10

KAMİLLİYƏ DOĞRU 11

möhkəm xarakterə malik ola bilərsiniz. Özünüzdə çatışmazlıqlar görür -sünüzsə, onları aradan qaldırmaq haqqında düşünün. “Mən belə doğul -muşam, dəyişə bilmərəm” kimi səhv düşüncələrdən uzaq olun.

Ətrafınızda çoxlarının hörmət etdiyi, o cümlədən sizin üçün nüfuz sa -hibi olan insanlara diqqət yetirin. Hansı xüsusiyyətlər hesabına onlar cə -miyyətdə sayılıb-seçilirlər? Bu xüsusiyyətlərdən hansılar sizdə yoxdur? Bucəhətlərə malik olmaq üçün nə etmək lazımdır? Unutmayın: xarakterinizidəyişmək, daha güclü etmək üçün bəzən bir az cəhd göstərmək, iradənümayiş etdirmək kifayətdir.

* * *Yəqin ki, həyatda oxşamaq istədiyiniz, ideal kimi qəbul etdiyiniz insanlar

var. Bunlar tarixi şəxsiyyətlər və ya ta nıdığınız müasir insanlar ola bilər.Müəyyən yaşa qədər həyatınızın hər döv ründə bir ideal seçə bilər siniz.Bu çox yaxşı haldır, çünki örnək seç di yiniz bir modelin olması sizə ilhamverir, məqsədinizi və malik olmaq istədiyiniz xarakteri daha real təsəvvüretməyə imkan yaradır.

Lakin idealınızın bütün xüsusiyyətlərini özünüzdə əks etdirməyətələsməyin. Dərindən düşünsəniz, görəcəksiniz ki, siz həmin şəxsi bir vəya iki xüsusiyyətinə görə ideal seçmisiniz. Əslində isə, onun elə xü su siy -yətləri var ki, heç də qəbul edilməli deyil. Bir sözlə, çalışın, şəxsləri yox,keyfiyyətləri ideal seçəsiniz.

* * *Hadisələr qarşısında əyilməmək, sarsılmamaq, insanlara təsir gücünə

malik olmaq, onları öz arxasınca apara bilmək lider xarakterinə xas olanxü susiyyətlərdir. Belə bir xa rakterə sahib olmaq istəyirsinizsə, intellektual,fiziki və ruhi cəhətdən güclü olmalısınız.

Davranışınızda, danışığınızda, hərəkətlərinizdə ardıcıllıq olmalıdır. Bugün birini tərifləyib sabah onu pis ləməyin. Birinə qarşı obyektiv, digərinəqarşı subyektiv olmayın. Güclülər qarşısında meh riban, zəiflər qarşısındaəzazil olmaqdan çəkinin. Düşüncə və davranışında ziddiyyət olan insanaətrafdakıların güvən məsi və hörmət bəsləməsi qeyri-mümkündür.

Aylin Atmacanın “Xarakteri necə inkişaf etdirməli” kitabından

3. Son abzasdakı suallara cavab verin.

4. Hazırda özünüzə ideal seçdiyiniz adam varmı? Nə üçün məhz o?

5. Sonuncu hissədə əsas fikri açıqlayan açar sözü seçin.

Düşün və cavab ver

6. Mətnin hissələrini adlandırın. Onların mətndəki ardıcıllığına mü -nasibət bildirin. Siz bu ardıcıllığı necə dəyişmək istərdiniz?

7. Aşağıdakı parçaları mətnin hansı hissələrinə aid etmək olar?

A. Bəzi insanların təbiətində ətrafdakıları özünə tabe etmək xü su -siyyəti var. Müəyyən bir müddətdə belələrini lider kimi qəbul edir lər.Lakin bu təbii keyfiyyətin arxasında ağıl, bacarıq, mənəvi də yərlərdayanmırsa, belələrinin liderliyi uzun çəkmir.

B. Sizin də gözlənilməz hadisələr qarşısında hərəkətləriniz bir mə -nalı və ardıcıl olsun. Belə davranış ha mıya xarakte ri nizin for ma laş -mış oldu ğu nu göstərəcək.

C. Bəzi yaşlı adamlar haqqında deyirlər: “Yeddisində nə idisə, yet -mişində də odur”. Elə yaşayın ki, gələcəkdə sizin haqqınızda bu ifa də -ni işlətməsinlər.

D. Tarixdə ad qoymuş güclü xarakterlərin həyat hekayələrini in cə -lə yin. Lakin onların gözəl xasiyyətlərini təqlid etməyə çalışmayın, çün -ki bu, ətrafdakılarda gülüş doğura bilər.

Yazı

8. Hər yarımbaşlıqdakı fikirləri düşüncələriniz və həyatda gördük lə -rinizlə əlaqələndirərək esse yazın.

Dil qaydaları

9. Bura xıl mış durğu işarələrini bərpa etməklə cümlələri dəftərinizəköçürün.

1. Təəssüf ki bəzən gec dərk etdiyimiz həqiqətlər uğursuzluğa səbəbolur.

2. Bax məsələ də elə bundadır. Əslində cəmiyyət özü dəyişir. 3. “De görüm, yenə nə eləmisən? Bununla üçüncü dəfədir ki səndən

şikayət gəlir...” (İ.Şıxlı)4. Sözsüz ki iş vaxtında təhvil veriləcəkdir.

5. Ax namərd! Əlimdən dövləti yaxşı aldın. Vay gəldilər... Yoxgələn yoxdur. A kişi insafdırmı ki belə xoşbəxtliyi əldənverəsən? Qarışığa salıb hamısını öldürrəm... Uf nə bədbəxtoldum... Hə gəlir. Qoy gəlsin...

(N.Nərimanov)

12 I BÖLMƏ

10. Verilmiş cümlələrdə hansı köməkçi nitq hissələri vardır?

11. İdi, imiş, isə hissəcikləri ilə işlənən sözləri müəyyən edin, tapşı -rıq ları yerinə yetirin.

Biri var imiş, biri yox imiş, uzaq keçmişdə qəddar bir padşah varimiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım birqayaya qoyarmışlar. Kim şahın qərarına etiraz edər disə şah onucəzalandırarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insansümüyü görərdin. Bu açıq qə bi ristanlıq insan ətinə dadanmış quşlarınməskəni idi.

(“Ağıllı qoca” nağılından)

• Qalın hərflərlə verilmiş sözlərdə“-mış4”ın funksiyasını izah edin.• Altından xətt çəkilmiş feillərdə “-sa2”nın rolunu izah edin.• Mətndə buraxılmış vergülləri bərpa edin, fikrinizi əsaslandırın.

12. Orfoqrafik və qrammatik səhvləri düzəltməklə mətni köçürün.

Ağxalatlı bir qız yenicə düşmüş cığırnan sahilə yaxınnaşdı. Qa ran -nıxda kimi isə axtardı. Sahildə heç kəsi görmədiydə öz-özünədüşündü: “Axı o mənə söz vermişdi, niyə getdi?” Sonra da köksünüötürərəy asdadan pıçıldadı: “Eh, yəgin, mən çox ləngi dim”. “Hm,əlbətdə, günah məndə oldu”. Əlində tutduğu üçkünç mək tubu ağxalatının döş cibinə qoydu və könülsüz addımlarnan sahildənuzağlaşdı. (İ.Şıxlı)

Əlbəttə, mən sizə demişdim də.A.B.C.

Bir modal söz, bir bağlayıcıBir modal söz, bir ədatBir nida, bir ədat

Axı bu işi təkcə sən bilirdin.A.B.C.

Bir ədatBir bağlayıcı, bir ədatİki ədat

Müəllim dedi ki, mükafatıyalnız Əhməd alacaq.

A.B.C.

Bir bağlayıcı, bir ədatBir bağlayıcıİki bağlayıcı

Mən də sənin kimi olmadımmı?A.B.C.

Bir bağlayıcı, bir qoşmaBir bağlayıcı, bir ədat, bir qoşmaBir ədat, bir qoşma

Məgər sənin üçün bu qədəröyüdün təsiri olmadımı?

A.B.C.

Bir ədat, bir modal sözİki ədat, bir qoşmaBir ədat, bir qoşma

13KAMİLLİYƏ DOĞRU

14 I BÖLMƏ

13. Rəqəmlərlə işarələnmiş feilləri aşağıdakı kimi qruplaşdırın.Məchul növdədir: Qayıdış növdədir: Qarşılıq-birgəlik növdədir: İcbar növdədir: Məlum növdədir:

1. Təbrizdə güman gedən1 bir çox yerlər axtarıldı2. Nəhayət, bucinayət çarın sabiq nökəri Molla Əzizin boynunda qaldı və onun Ru -siyanın hansı tərəfinə göndərildiyi3 məlum olmadı. (M.S.Ordubadi)

2. Cənab konsul hər gün məni çağırtdırır4, gizlin əllərin aşkaraçıxarılmasını5 və Təbrizdəki inqilab təşkilatının ifşa və həbs et di -rilməsini6 tələb edirdi. (M.S.Ordubadi)

3. Sakitcə görüşdük7. Baxışdıq8. Elə də qocalmamışdı9. Bir az gö -zünün qıraqları qırışmışdı10. Əvvəlki gözəlliyi nura çevril miş di11: nurtökülürdü12 üzündən. İndi mənə fəxrlə baxırdı. Mən də ona əyil -məyən13 bir dağ kimi … (S.Tərtərli)

14. Mətni oxuyun. Təsriflənməyən feilləri seçin və aşağıdakı tapşırıq -la rı yerinə yetirin.

Beş dəqiqədən sonra havaya dalbadal iki fişəng atıldı. Yüzlərləqızarmış güllə qatarlaşaraq havada axın elədi və qara tökülüb söndü.Taqqıltılar yarğanlarda əks-səda verdi...

Mahmud konserv qutularını götürüb sürünməyə başladı. Ley-tenant tikanlı məftilin yanına qədər onu gözü ilə ötürdü. Aralığasükut çökdü. (İ.Şıxlı)

1. Feili bağlamaları feilin təsriflənən formasına çevirib cümlə lə ridəftərinizə yazın.

2. II abzasda “k”-”y” və “q”- “ğ” əvəzlənməsi baş vermiş sözlərimüəyyənləşdirin.

3. Feili sifət şəkilçisini uyğun gələn digər feili sifət şəkilçisi ilə əvəzedin.

15. Altından xətt çəkilmiş sözlərdən biri təsriflənməyən feil deyil.

Fikirləşmə, görən kimdir

Qapı vaxtsız döyüləndə.

Ya ünvan axtaran fikir,

Ya ayrılıq, ya da qəmdi

Qapı vaxtsız döyüləndə. (R.İsmayıllı)

YUXUYuxu haqqında elm çox qədim tarixə

malikdir. Era mız dan əv vəlki dövrə aidhind epos larında, yunan filosoflarınınəsər lərində yuxunun xüsusiy yət ləri vəoptimal uzunluğu barədə ən müxtəliffikirlər var. Məsələn, Qədim Romadadeyir di lər ki, “yeni yet məyə altısaatlıq yu -xu da kifayət edər, tənbələ yeddi saatverin, amma heç kimi səkkiz saat yat -mağa qoymayın”.

Bu sahədə tədqiqatlar son 30 ildə daha da çoxalıb. Onlardan ən iri -miqyaslılarını nəzərdən keçirək:

Naqoya Universitetinin (Yaponiya) alimləri XX əsrin son onilliyindəapardıqları tədqiqat nəticəsində müəyyən ediblər ki, gündə 6,5-7,5 saatyatan adamlar daha uzunömürlü olurlar. Gün ərzində 4,4 saatdan azyatanların ömrü onlardan 1,6 dəfə, 9,5 saatdan çox yatanların ömrü isə1,8 dəfə qısa olub. Tədqiqata 110 min adam cəlb olunmuşdu.

London Universitet Kollecinin mütəxəssisləri 20 ilə yaxın müəyyənfasilələrlə 5431 ofis işçisinin səhhətini izləyiblər. 2011-ci ildə başa çatmıştədqiqatın nəticələri göstərir ki, gündə yeddi saatdan az və ya çox yatmaqinsanların sağlamlığına mənfi təsir göstərir, əqli fəaliyyətini zəiflədir.

2004-cü ildə Kaliforniya Universiteti insan yuxusu ilə bağlı öz araş dır -ma larının nəticələrini elan etdi. Bir milyondan artıq adamın iştirakı ilə altıil ərzində keçirilən tədqiqat göstərib ki, gündə səkkiz saatdan az yataninsanların ömrü daha uzun olur.

Beləliklə, araşdırmalar göstərir ki, insanın optimal yuxu müddəti gündə... saatdır.

Bəs onda bir çox tarixi şəxsiyyətlərin öz həyat təcrübələrinə əsas la -naraq yuxu haqqında dedikləri necə olsun? Fransa imperatoru Napoleonhesab edirdi ki, yuxu üçün dahilərə dörd, adi adamlara altı, ağılsızlarasəkkiz saat gərəkdir. Lakin dahi alman alimi Albert Eynşteyn gündə 11 saatyatırdı. O deyirdi: “Mən ömrümün üçdəbir hissəsini yuxuda keçirmişəm vəbu heç də onun ən pis hissəsi olmayıb”. İtalyan rəssamı və ixtiraçısıLeonardo da Vinçinin həyatının yarısı yuxuda keçib. Fransız filosofu Pas -kal günün çoxunu başını balışdan qaldırmayıb və s. və i.a.

1. Sonuncu cümlədə nöqtələrin yerinə hansı say yazılmalıdır?

15KAMİLLİYƏ DOĞRU

Yeddi saat orta norma kimi götürülsə də, hər bir insanın orqanizmi fər -didir. Məgər gündə cəmi beş saat yatan, amma özünü gümrah hiss edənadama rast gəlməmisiniz? Elə insanlar da var ki, uzun müddət gərgin iş -lə yib yorulduqdan sonra yarım saat yatmaqla yenidən fəal iş rejiminəqayıdırlar.

Bütün bunları nəzərə alaraq fərdi yuxu normanızı özünüz müəy yən ləş -dir mə yə çalışın. Bir həftə hər gecə yatdığınız və səhər oyandığınız vaxtıqeydə alın. Özünüzü hansı halda daha gümrah hiss etdiyinizə diqqət ye-tirin və bu kiçik eksperimentin nəticəsinə uyğun olaraq rejiminizi seçin.

Yuxunun uzunluğu bir sıra daxili (psixoloji vəziyyət, yorğunluq dərəcəsi)və xarici (mövsüm, yerdəyişmə, havanın oksigenlə zənginliyi) faktorlardanda asılıdır. İnsan yaşlaşdıqca yuxusu qısalır: adətən, körpələr gündə 12-16,gənclər 6-8, qocalar 4-6 saat yatırlar. Yazda və yayda gecələr kimi insanyuxusu da qısalır.

Lazım olduğundan çox və ya az yatmaq insanın fiziki, əqli və psixolojivəziyyətinə mənfi təsir göstərir. Məsələn, yuxusuzluq orqanizmdə artıqçəkiyə, yaddaşın, immunitetin və reaksiyanın zəifləməsinə, streslərə gətiribçıxara bilər. Çox yatmaq isə depressiyaya, bədbinliyə, əzginliyə səbəb olur.

İnsanın həyat tərzi onun yuxu rejiminə böyük təsir göstərir. Sağlam vəpsixoloji cəhətdən rahat insan yatağa girəndən sonra orta hesabla yeddidəqiqəyə yu xu ya gedir və gecə 15-35 dəfə oyanır, amma çox vaxt bunuhiss etmir. İşgüzar, məqsədyönlü insanlar səhər yuxudan oyanıb gözləriniaçanda yataqda çox ləngimirlər. Onlar həmin gün üçün planlaşdırılmış işlərhaq qın da düşünür və gümrah əhvali-ruhiyyə ilə aktiv fəaliyyətə tələsirlər.Məq sədsiz yaşayan tənbəllərə isə elə gəlir ki, hələ kifayət qədəryatmayıblar.

Fərdi yuxu rejiminizi müəyyənləşdirdikdən sonra ona əməl etməyəçalışın. Gecə yuxuya gedərkən pozitiv şeylər haqqında düşünün ki, səhərgümrah durasınız. Səhər gözünüz açılanda “Bir az da yatsam, dünyadağılmaz”, – deyə düşünməyin, “Həyat gözəldir, qoy qalxım, onu bir az dagözəlləşdirim”, – deyə ucadan səslənin.

Rafiq Ələkbəroğlu

Söz ehtiyatı4. Kontekstə görə “optimal”, “faktor” və “pozitiv” söz lə rinin mənasını

müəy yən ləşdirin.

2. Albert Eynşteynlə bağlı deyilənlərdə hansı ziddiyyət var?

3. Onun özü haqqında dediklərini şərh edin.

16 I BÖLMƏ

Düşün və cavab ver5. Hansı fikir mətnin məzmununa uyğun deyil?

A) Kaliforniya Universiteti 1998-ci ildə insan yuxusu ilə bağlıaraşdırmalara başladı.

B) London Universitet Kollecinin 1991-ci ildə başladığı araş dır -ma nı ən irimiqyaslı tədqiqat hesab etmək olar.

C) 1990-1999-cu illərdə yapon alimləri on minlərlə adam üzərindətədqiqat aparmışlar.

Dil qaydaları6. Sözlərin düzgün ardıcıllığını bərpa etməklə cümlələri oxuyun.

1. Bir çox insanlar aciz qalırlar problemlər qarşısında, problemlə -ri n həllini tapa bilmirlər, hətta çıxış yolu asan olsa belə.

2. Sizin yaşlarda, əsasən, vaxtın böyük hissəsi yoldaşlarınızlasöhbət etməkdə keçir.

3. Siz əvvəlcə özünüzü ətrafınızdakıların dəyişilməsini gözləmə -dən dəyişməyə çalışın.

4. Dostunu bağışlaya bilmirsən səni incidən bir söz söylədi deyə?

7. Mətndə göy rənglə verilmiş cümləni düzgün intonasiya ilə oxuyun.

• Cümlədəki sözlərə sual verin. Sadalama intonasiyası ilə oxu du -ğu nuz sözlərin oxşar xüsusiy yət lərini müəyyən edin.

8. Çəhrayı rənglə verilmiş sözlər arasındakı sintaktik əlaqəninnövünü (tabelilik, yoxsa tabesizlik) müəyyənləşdirin. 1. O, süfrəni, stəkan-nəlbəkini yığışdıranda da Şamxalın sözləri qu -

lağından getmədi. (İ.Şıxlı)2. Usta hər işin yerini biləndir.3. Baxdı mənə yana-yana, sevə-sevə. (N.Həsənzadə)5. Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar.

Cümlə üzvləri, eləcə də söz birləşməsindəki sözlər arasında qram-matik bağlılıq olur. Buna sintaktik əlaqələr deyilir. Sintaktik əlaqələriki cür olur: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.

Tabesizlik əlaqəsində tərəflər bərabərhüquqlu olur: Dairə, kvadratvə trapesiya müstəvi fiqurlardır.

Tabelilik əlaqəsində tərəflərdən biri digərinin tələbi ilə müəyyənqrammatik formada işlənir: evə qayıdanda, dağın zirvəsi.

Yadda saxla! SİNTAKTİK ƏLAQƏLƏR: TABESİZLİK VƏ TABELİLİK ƏLAQƏLƏRİ

17KAMİLLİYƏ DOĞRU

18 I BÖLMƏ

9. Cümlələrdə altından xətt çəkilmiş sözlə sintaktik cəhətdən əla qə -lənən sözləri göstərin.1. Mən səliqəli xətlə yazılmış bu məktubu bir daha oxudum. 2. Mavi səmada haçaquyruq qaranquşlar süzürdü. 3. Ağacların arasından keçib köşkə tərəf getdilər. 4. Yuxarı başda uzun mizin ətrafında beş-altı stul qoyulmuşdu.5. Şəhərə gələndə bizə də baş çəkərsən. 6. Mən o günü yaxşı xatırlayıram.

*10. Test-debat. “Bulaq suyu” birləşməsinin tərəfləri arasında hansısintaktik əlaqə(lər) var? Qaydalardan çıxış edərək cavabınızıəsaslandırın.

A) uzlaşma əlaqəsiB) idarə əlaqəsiC) yanaşma əlaqəsiD) həm uzlaşma, həm də idarə əlaqəsi

Tabelilik əlaqəsinin üç növü var: 1. Uzlaşma əlaqəsi – tərəflərdən birinin digər tərəflə şəxsə və

kəmiyyətə görə uyğun laş ması: Buta badamabənzər naxışdır (uyğunlaşan tərəf). Yerin yeganə təbii peyki (uyğunlaşan tərəf) Aydır. 2. İdarə əlaqəsi – tərəflərdən birinin digər tərəfin tələbi ilə

ismin müəyyən hallarında (adlıq haldan başqa) işlənməsi: Teymur kitabı oxudu. Müəllim bu cavabdan razı qalmadı.

3. Yanaşma əlaqəsi – tərəflərdən birinin heç bir qrammatikşəkilçi qəbul etmədən digər tərəflə bağlanması:

dəyirmi masa; irəli getmək; hər şagird; 5-ci səhifə;Axşam oxudum. Çox gəzdik.

Yadda saxla! TABELİLİK ƏLAQƏLƏRİ:UZLAŞMA, İDARƏ, YANAŞMA

Elə söz birləşmələri var ki,tərəfləri arasında həm uzlaş ma,həm də idarə əlaqəsi olur:

əsgərin şücaəti

uzlaşma əlaqəsi

idarə əlaqəsi

11. Nöqtələrin yerinə uyğun gələn şəkilçiləri əlavə edin. Bu şəkilçilərihansı sözün tələbi ilə artırdığınızı müəyyənləşdirin.

1. Bir müddət mən Ədiləni küçə... görəndə utandığımdan qaçıbgizlənirdim ki, mən... görən olmasın. (Elçin)

2. Faytonçu müştərisi... səsini eşidib geri döndü, üfüqə doğruəyilən günəş... göstərdi. (İ.Şıxlı)

3. Atasının cəbhə... qara xəbəri gələndə o... ürəyi eynilə belədöyünmüşdü. (Y. Səmədoğlu)

4. Qadın ağ, qəşəng, təmiz əlləri ilə çörəy... parça-parça qopardıbçini boşqab... yığdı. (Əbülhəsən)

5. Murad stəkan..., nəlbəki... stolun üstünə qoydu, köksünü ötürübsoyuq, laqeyd nəzərlərlə öz yarımçıq səhifəsi... baxdı. (İ.Hüseynov)

12. Eyni rənglə verilmiş sözlər arasındakı sintaktik əlaqənin növü nümüəyyənləşdirin.

1. Karvan qəsəbə meydanının günçıxanında yerləşən karvan sa -ranın önündə dayandı. (Ə.Cəfərzadə)

2. Sənin şair həmkarların məni şeirlə kifayət qədər doyurmuşlar.(İ.Əfəndiyev)

3. Siz mənim azad olmağıma çox çalışıbsınız. (C.Cabbarlı)4. O, səhəngi götürüb, bulağa getdi. (İ.Şıxlı)5. Faytona qoşulmuş o qoşa atın ikisi də başını aşağı salıb din cə -

lirdi. (Elçin)

13. Verilmiş cümlədə tabelilik əlaqəsinin hansı növünə rast gəlinmir?Arıq oğlan asta-asta, qırıq-qırıq danışırdı.

14. Verilmiş cümlədəki sözlər arasında tabelilik əlaqəsinin növünümüəyyənləşdirin (U – uzlaşma; İ – idarə; Y – yanaşma).

Təbrizin kərpic evləri yenə qalın dumanın qoynunda uyu muş du.U İ Y

Təbrizin evləri

kərpic evlər

qalın duman

dumanın qoynu

yenə uyu muş du

qoynunda uyu muş du

Təbrizin kərpic evləri uyumuşdu

19KAMİLLİYƏ DOĞRU

DÜNYAGÖRÜŞÜNÜ NECƏGENİŞLƏNDİRMƏLİ

İnsanın ətraf aləm, bə şə riyyəthaq qın da təsəv vürləri onun dün yag ö - rü şünü forma laşdırır. Müxtəlif za man -lar da insanlar fərqli dün ya gö rü şünəmalik ol muş lar. Qədim dövrlərdədünyanın dərk edilməsində dini ba -xış lar üstünlük təşkil edirdi; təbi ə tinsirlərini anlamayan in san lar əsatirlər,totemlər yaradırdılar. Müa sir dövrü -müzdə isə insanların dün yagörüşüelmi bi liklər əsa sında inkişaf etdirilir.

İnsanın dünyagörüşü həyatın bü -tün mərhələlərində dəyişir, zən gin -ləşir. Bunun üçün, sadəcə, öy rən mək,çalışmaq, təcrübə toplamaq lazımdır. Çünki müasir həyat bu inkişafın sü -rətli olmasını tələb edir. Zəmanə ilə ayaqlaşmaq, cəmiyyətdə özünəlayiqyer tutmaq üçün durmadan yeni texnologiyalarla tanış olmaq, yeni dilləröyrənmək, seçdiyin ixtisası daha dərindən mənimsəmək lazım gəlir.

* * *Məktəbdə keçilən fənlər sizə həyatda lazım olan ilkin bilikləri verir, ba -

carıqlar formalaşdırır. Məktəbi bitirərkən dünyagörüşünüzün hansı sə viy -yədə olması həmin biliklərə nə dərəcədə yiyələnməyinizdən asılıdır.Əl bəttə, sizin texniki və ya humanitar fənlərə daha çox həvəsiniz ola bilərvə həmin fən ləri daha dərindən mənimsəyə bilərsiniz. Lakin digər fənlərəetinasız yanaşmağınız dünyagörüşünüzün natamam olmasına gətiribçıxara bilər.

Ola bilər ki, təsviri incəsənət, musiqi və ya idman sahəsində xüsusiistedada maliksiniz. Düşünürsünüz ki, bu istedad sizə həyatda yüksəkmövqe qazanmağa imkan verəcək. Lakin nəzərə almalısınız ki, istedadyonulmamış ağacdır. Ona lazımi görkəm vermək üçün çox çalışmaq,öyrənmək lazım gəlir. Dünya şöhrətli rəssam Mikelancelo deyirdi: “İnsanlar

1. Hər hansı bir təbiət hadisəsinin elmi izahını verin və bu haqdabildiyiniz əsatiri danışın.

20 I BÖLMƏ

mənim necə məşəqqətlə çalışdığımı görsələr, istedadlı olmağıma şübhəilə yanaşarlar”.

HaşiyəZəngin iş adamlarından biri dünya şöhrətli rəssamı evinə çağırıb öz port -

retini ona sifariş edir. Rəssam sifarişi qəbul edib həmin dəqiqə işə baş layır.Üç saatdan sonra portret hazır olur. İş adamı öz portretini çox bəyənir və bu işinqiymətini soruşur. Rəssam işinin müqabilində bir milyon dollar is təyir. Sahib -kar təəccüblənir:

– Usta, üç saat üçün bir milyon çox deyilmi? – Üç saat üçün yox, cənab, otuz il və üç saat üçün, – deyə rəssam ca vab

verir.

* * *Dünyagörüşü mədəni səviyyənin əsas göstəricilərindən biridir. Yüksək

mədəni səviyyə isə həyatda vacib olan keyfiyyətdir. Öz işini dərindən bilənpeşəkarlara cəmiyyətdə hamı hörmət edir. Lakin onlar digər sa hə lərdə dəbilik və bacarıqlarını nümayiş etdirdikdə bu hörmət pərəstişə çev rilir. Mə -sələn, Albert Eynşteyn skripkada gözəl çalır, xeyriyyə konsertləri verirdi.Çox güman ki, o, skripkada Paqanini kimi çala bilmirdi. Lakin insanlar onuhey ranlıqla dinləyirdilər. Çünki səhnədəki Eynşteyn idi. Nisbilik nə zə riy -yəsini kəşf etmiş dahi fizik Albert Eynşteyn.

Deyirlər, insan nə qədər dil bilirsə, o qədər şəxsiyyətdir. Hər yeni diliöyrəndikcə böyük bir bilik və mədəniyyət xəzinəsinə qapı açılır. İnsan hə -min dildə yazılmış elmi və bədii əsərləri orijinalda oxuyub öyrənmək imkanıəldə edir. Bundan başqa, onun sosial fəallığı da artır: yeni dostlar qazanır,sərbəst şəkildə səyahət edə bilir, ünsiyyətdə tərcüməçiyə ehtiyacı olmurvə s.

Hər bir insanın nitqi, istər yazılı olsun, istərsə də şifahi, onun dün ya gö -rüşünü və intellektini əks etdirir. Xüsusilə müəyyən mövzu ilə bağlı mətnləridinləyərkən və ya oxuyarkən müəllifin dünyagörüşü haqqında aşağıdakımeyarlar əsasında fikir yürütmək olar:

– fikirlərin sadə və anlaşıqlı şəkildə ifadəsi;– istifadə edilən leksikanın zənginliyi;– atalar sözləri və aforizmlərdən yerli-yerində istifadə edilməsi;– fikirlərin sübuta yetirilməsi üçün tarixi faktlara, maraqlı hadisələrə

müraciət.

3. Rəssamın cavabını şərh edin.

2. Mikelancelonun sözlərini şərh edin.

21KAMİLLİYƏ DOĞRU

Bütün bunlara nail olmaq üçün daim öyrənmək, öyrəndiklərindən nəticəçıxarmaq lazımdır. Mustafa Kamal Atatürk demişdir: “Mədəni olmaq oxu -maq, anlamaq, məna çıxarmaq deməkdir”.

Rafiq Ələkbəroğlu

Söz ehtiyatı

4. Kontekstə görə “əsatir”, “totem”, “intellekt” söz lə rinin mənasınımüəyyənləşdirin.

Düşün və cavab ver

5. Mətnin sonunda verilmiş meyarlar əsasında mətn müəllifinin dün -yagörüşü və intellektual səviyyəsi haqqında fikir yürüdün.

6. Qruplarla iş. Siz aşağıda sadalanan elm sahələrindən heç biri üzrəmütəxəssis deyilsiniz.

1. Anatomiya üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?2. Fizika üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?3. Tarix üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?4. Botanika üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?

Dil qaydaları

7. Mətndə göy rənglə verilmiş ifadələrdən biri aşağıdakı xüsusiyyət -lə rin hamısına malikdir.

• İki müstəqil mənalı sözün birləşməsindən ibarətdir.• Tərkibindəki sözlərdən hər biri ayrılıqda suala cavab verir.• Birinci söz ikinci sözün mənasını konkretləşdirir.

Söz birləşməsi leksik mənası olan iki və daha artıq sözün mənavə qrammatik cəhətdən birləşməsindən əmələ gəlir: sehrli aləm,dəniz suyu, Qarabağın dağları, göyləri seyr etmək, zəmanə iləayaqlaşan, şəhərə gedəndə.

Leksik mənası olmayan sözlər – köməkçi nitq hissələri və kö -mək çi feillər (etmək, olmaq, bilmək) söz birləşməsi yarada bilmir:evə tə rəf, çox böyük, cəlb etmək, nail olmaq, yaza bilmək.

Yadda saxla! SÖZ BİRLƏŞMƏSİ

22 I BÖLMƏ

8. Verilmiş sözləri leksik və qrammatik cəhətdən əlaqələndirib sözbirləşmələri yaradın.

9. Söz birləşmələrini seçib yazın.

ağsaqqal nəsihəti, acı söz, səhərə qədər, yaxşı yaşayan, sözünqüdrəti, sənin üçün, gözəlliyin sirri, həyatı sevmək, meşəbəyi,

kömək etmək, tanış olmaq, meşə gavalısı, el gücü, soyuq münasibət, şəhərlərarası, işləri bitirəndə

10. Altından xətt çəkilmiş söz və ifadələrə diqqət yetirin. Onların sözbir ləş məsi, yoxsa mürəkkəb söz olduğunu müəyyənləşdirin. Fik -ri nizi əsaslan dırın.

1. Günəbaxan bitkisinin tumlarından əlavə, köklərinin də müali -cə vi əhəmiyyəti var.

2. Günə baxan insanlar maraqlı bir təbiət hadisəsinin – gün tutul -ma sının şahidi oldular.

3. İstisu Azərbaycanın təbii sərvətlərindən biridir.4. Birinci dəfə idi ki, bulaqdan isti suyun qaynadığının şahidi olur-

dum.5. Bu yerlərdə kəklik, sığırçın, turac, sarıköynək və s. quşlara rast

gəlmək olur. 6. Sarı köynək Solmaza çox yaraşırdı.

su hadisəsədaqət qatardurna meşəelmi andtəbiət hövzəqalın balıqçay əsər

Söz birləşməsi də söz kimi əşya və ya hadisələri adlandırır. Lakinsözlə müqayisədə söz birləşməsi daha konkret anlayış ifadə edir:

ağac – alma ağacı, hündür ağac;oxumaq – mahnı oxumaq, kitab oxumaq.

Söz və söz birləşməsindən fərqli olaraq cümlə bitmiş fikir ifadəedir. Cümlədə intonasiya bitkinliyi olur:

Kəndlilər yaylaqdan arana qayıdanda – söz birləşməsiKəndlilər yaylaqdan arana qayıtdılar – cümləCümlə bir sözdən də ibarət ola bilər: Soyuqdur.

Yadda saxla! SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

23KAMİLLİYƏ DOĞRU

11. Nümunələri cədvəl üzrə qruplaşdırın və seçiminizi əsaslandırın.

təbiət oyanır, hamı üçün, dərsdən sonra, beşaçılan, ağacdələn, göy guruldayır, mənim arzum, dağa sarı, dünəndən bəri, havanın sərinliyi, şad olmaq, atılır-düşür, yaxşı oxuyur,

soyuqlar düşdükcə, nəvə həsrəti, əmrə əsasən, atı suvarır,təmiz ad, qadağan etmək, istedadlı şagirddir, kəmənd atmaq

12. Dördündən biri fərqlidir.

A) başısoyuq B) qara maşın C) atıb-tutmaq D) hörmət etməkA) söhbət bitdi B) üçrəngli bayraq C) sözün qüdrəti D) tamaşanın sonuA) ən gözəl B) vətən həsrəti C) vətən üçün D) tətildən əvvəlA) şad olmaq B) tələffüz etmək C) soruşa bilmək D) səhəri gözləmək

13. Söz birləşmələrini cümlə şəklinə salın. Onları müqayisə etməkləxüsusiyyətlərini açıqlayın.

Nümunə: Ağsaqqal sözə başlayanda – Ağsaqqal sözə başladı.

qəlbləri isidən sevgi, mənim doğma diyarım Azərbaycan, dövlət himnini oxumaq, yeni işə başlayarkən, məktub yazan,

hikmətli sözlər, soyuqlar düşəndə

14. Verilmiş sözlər hansı bənddəki sözlə birləşib cümlə yarada bilər?

Yağış Günəş İstiA) yağanda A) boylananda A) havalarB) səsi B) kimi B) düşər-düşməzC) damcısı C) ulduz dur C) düşəndəD) haqqında D) qürub edərkən D) oldu E) yağdı E) şüası E) çörək

*15. Şeirdəki söz birləşmələrini seçib yazın. Onların tərkib hissələriarasındakı sintaktik əlaqəni müəyyənləşdirin.

Dil açanda ilk dəfə “ana” söyləyirik biz,“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

(B.Vahabzadə)

Mürəkkəb söz Qoşmalı sözlər Söz birləşmələri Cümlələr

24 I BÖLMƏ

İNSAN BEYNİSon vaxtlara qədər geniş yayılmış bir

fikir var idi ki, insan öz beyninin yalnız10%-dən istifadə edir. Qalan 90% isədaim “mürgüləyir”. Fikir sa hibləri bu qə -naətlə sanki be y inin möhtə şəm liyinisübut etmiş olur dular: “Baxın, 10%-lətəbiətə mey dan oxuyan insan bu həddiaşa bilsə, nələr edə bilər”. Hətta de yir -dilər ki, 10% həddini aşa bilən hindyoqları havada uça, suyun üzündə gəzəbilirlər.

Bəs bu əfsanə necə yaranıb?XIX əsrin sonları–XX əsrin əvvəllərində alimlər beyinin ayrı-ayrı şö bə -

lərinin funksiyalarını başa düşməyəndə belə qənaətə gəldilər ki, həmin or -qanlar “yuxudadır”. Məşhur amerikalı psixoloq Uilyam Ceyms 1906-cı ildəqə ləmə aldığı “Kişi enerjisi” məqaləsində yazırdı: “Biz yarıyuxulu və ziy yət -dəyik… Mümkün əqli və fiziki imkanlarımızın yalnız kiçik hissə sin dən is -tifadə edə bilirik”. Bu sitat sonralar (1936-cı ildə) Deyl Karneginin “Dost larınecə qazanmalı və insanlara necə təsir etməli” kitabına yazılmış girişdəbelə xatırlandı: “Harvard Universitetinin professoru Uilyam Ceyms bildirirdiki, adi insan özünün gizli əqli imkanlarının yalnız 10 faizindən istifadə edir”.Karneginin kitabı az bir zamanda böyük populyarlıq qazandı və beləliklə,Ceymsdən gətirilən sitat da bütün dünyada məşhurlaşdı.

Lakin müasir elm 10% haqqında əfsanəni puç edib və beyinin hər birhissəsinin öz funksiyası olduğunu sübuta yetirib, yəni beyində “bikar” hissətapmayıb. Alimlər müasir tibbi avadanlıqlar vasitəsilə apardıqları təd -qiqatlar nəticəsində bu qənaətə gəliblər ki, insan beyninin bütün şöbələridaim fəaldır. Kanadalı alim Barri Beyerşteyn isə “Ağıl haqqında miflər”(1999) əsərində bunu təsdiq edən elmi dəlillər gətirir:

“Əvvəla, əgər beyinin cəmi 10%-dən istifadə edilirsə, yerdə qalan “ya -rarsız” zonaların zədələnməsi beyinin fəaliyyətinə təsir göstərməli deyil.Lakin beyin zədələrini araşdırarkən məlum olub ki, təsirsiz ötüşən zə dəyoxdur. İkincisi, insan beyni vahid kütlə şəklində deyil; o, ayrıca funk si ya -

1. Oxuduğunuz hissəni 2-3 cümlə ilə ümumiləşdirin. 2. Mətn müəl lifinin bu məsələ ilə bağlı mövqeyi necədir? 3. Sizcə, müəllif öz möv qeyini necə sübut edəcək?

25KAMİLLİYƏ DOĞRU

la rı olan şöbələrə bölünür. Bu şöbələrin öyrənilməsinə onilliklər sərf edilibvə indiyədək funksiyası olmayan sahə müəyyən edilməyib”.

* * *Belə düşünmək olar ki, beyni daha böyük və ağır olan canlının əqli

imkanları da böyükdür. Bu mifi ilk dəfə Aristotel dağıdıb. O bildirib ki, can -lının intellekt səviyyəsi onun beyninin böyüklüyü ilə deyil, beyin çə kisininhəmin canlının ümumi ağırlığına nisbəti ilə ölçülür. Doğrudan da, dünyadaən böyük canlılardan olan balinanın 7,8 kiloqram ağırlığında beyninin hərqramı bədənin 5 kiloqram ağırlığında hissəsini idarə edir. İnsan beyninin1 qramı isə bədənin cəmi 50 qramına “cavabdehdir”.

Lakin Aristotel bir səhvə yol verib. Eramızdan əvvəl 350-ci ildə qələməaldığı “Heyvanların hissələri haqqında” əsərində o yazırdı: “Bütün can lı -ların arasında öz çəkisi ilə müqayisədə ən böyük beyin insan beynidir”.Aristotelin vaxtında kiçik heyvanların və həşəratların beynini tədqiq etməküçün xüsusi avadanlıq yox idi. Əgər olsa idi, böyük alim bu göstəriciyəgörə birinciliyi qarışqaya verərdi. Təsəvvür edin: insanın təxminən 1500qramlıq beyni onun bədən çəkisinin 2%-ni təşkil edir, qarışqanın 3 mil -liqramlıq beyni isə bu həşəratın çəkisinin 6%-ni təşkil edir. Ona çatmaqüçün insanın beyni indikindən azı ... dəfə böyük olmalı idi.

Lakin canlının əqli səviyyəsini ölçmək üçünbu amildən başqa, iki vacib göstərici də var.

Bunlardan biri beyindəki neyronların sa yı -dır. Tədqiqatlar göstərir ki, insan bey nin dəkiqırışlar çox mürəkkəb bir kompleksdir. Bukompleks neyron adlandırılan on milyardlarlahüceyrədən ibarət olub bütün bədəni idarəedən bir mərkəzdir.

İkinci amil isə bu neyronlar arasında olanəlaqələrdir. Beyin ölçülərindən asılı olmaya raqneyronlar arasındakı əlaqə intellektin inkişa -fına xidmət edir. Beyinə nə qədər çox infor-masiya daxil olursa, neyronlar arasındakıəla qə nin səviyyəsi də bir o qədər artır. Bu əla -qə zəiflədikcə intellekt də məhdudlaşır.

4. Oxuduğunuz sonuncu cümlədə nöqtələrin yerinə hansı sayuyğun gəlir?

5. Beyin və bədən nisbəti haqqındakı fikirlərə inansaq, insan qə -dər ağıllı olması üçün balina beyninin çəkisi neçə kiloqramolma lıdır?

26 I BÖLMƏ

Son araşdırmalar göstərir ki, insanbeynində 86 milyard neyron var.

İnsan beyni iki yarımkürədən ibarətdir. Sol yarımkürə məntiq, dəqiqdüşünmə sistemindən ibarətdir, sağ yarımkürə isə daha çox yaradıcı tə -fək kürlə əlaqəlidir.

Alimlərin apardığı araşdır ma lar sübut edib ki, beyinin hər iki yarım -kürəsindən birgə istifadə vacibdir. Bu halda beyinin yarım kürələrindən biridigərini aktivləşdirir. Tarixin yaddaşında dahi kimi qalan insanların əksə -riyyətində həm məntiqi, həm də yaradıcı təfəkkür güclü inkişaf etmişdi.

Arif Əliyevin “Tarixi yanlışlıqlar: insan və təbiət” kitabından

Söz ehtiyatı

6. “Əfsanə” və “mif” sözlərinin həqiqi və məcazi mənalarını izah edin.

Yazı

7. Mətndəki elmi fikirləri ümumiləşdirin. Nəticələrə öz fikirlərinizidə əlavə etməklə mətnə sonluq yazın.

8. İnsan beyninin cəmi 10%-nin fəal olması haqqında “əfsanə” iləbağlı cədvəlləri doldurun.

9. Verilmiş cədvəldən istifadə etməklə müxtəlif canlıların intellektəmsalını müəyyənləşdirin və bunu əks etdirən diaqram qurun.

“Əfsanə”nin yaranması

Sitat Müəllif Mənbə Tarix

“Əfsanə”nin puç olması

Sitat Müəllif Mənbə Tarix

QrupBeyinin orta

çəkisi, qramlaBədənin orta

çəkisi, kiloqramlaBeyindəki neyronların

sayı (milyard)

İnsan 1500 75 86

Delfin 1600 250 90

Fil 4800 4500 23

Şimpanze 420 60 7

27KAMİLLİYƏ DOĞRU

Dil qaydaları

10. Mətndə göy rənglə verilmiş birləşmələrin tərkibindəki hansı sözəsas mənanı ifadə edir? Hansı söz bu mənanı dəqiqləşdirir?

11. Verilmiş sözlərə asılı tərəf artırmaqla söz birləşmələri düzəldin.

... nemətlər, ... görmək, ... xanəndə, ... qovuşmadan, ... yazıçı,... gözəlliyi, ... düşünən, ... inanmayanda, ... övladları

12. Sözləri leksik və qrammatik cəhətdən uyğunlaşdıraraq mürəkkəbsöz birləşmələri yaradın.

dağlar söz oxuyandadostum yaxşı soruşmaqatadan igid kitabİçərişəhər qarlı oğullarVətən maraqlı zirvələrdərsi dar küçələr

Nümunə: dostumun maraqlı kitabı

13. Söz birləşmələrinin tərəflərinin ifadə vasitələrini göstərin.yaş artdıqca, onun ağlı, sonuncu məktub, xeyirxah əməl,

onun həyatı, səhər açılanda, dünyanı seyr etmək, uşaqlardan biri, təravətli üz, ilin başlanğıcı, sözə başlayan

Söz birləşmələri quruluşca sadə və mürəkkəb olur.Sadə söz birləşmələri: sinif otağı, gələcək üçün çalışan.Mürəkkəb söz birləşmələri: dağların sərin havası, axşam şəhər -

dən qayıdanda.Tərkibindəki sözlərin sayından asılı olmayaraq söz birləş mə -

lərinin iki tərəfi olur: əsas (II tərəf) və asılı (I tərəf); məsələn: uşaq(asılı) bağçası (əsas), məsələnin həlli (asılı) yolu (əsas), dağ yoluna(asılı) çıxanda (əsas).

Yadda saxla! SÖZ BİRLƏŞMƏSİNİN ƏSAS VƏ ASILI TƏRƏFİ

Söz birləşməsi I tərəfin ifadə vasitəsi II tərəfin ifadə vasitəsi

dağ havası isim isim

28 I BÖLMƏ

14. Mürəkkəb söz birləşmələrini seçib dəftərinizə yazın.

Şair Nizaminin gözəl vətəniQoynunda bəsləyib böyütdü səni.Oxşadı alnını ulduzlu göylər,Açdı qucağını gülüzlü səhər.Bir yanda Xaçbulaq, bir yanda Qoşqar,Bizim dünyagörmüş o qoca dağlar,Kəpəzin, Göygölün təmiz havası,Qayalar döşündə qartal yuvası,O dağlar mülkünün min çoban səsi,Kəhriz başındakı çinar kölgəsiSənin qismətinə düşdü əzəldən.

(S.Vurğun)

15. Oxuyun. Fərqləndirilmiş hissədə söz birləşmələrini müəyyən edibcədvəli doldurun.

Astaranın girəcəyində, yolun sağında ağsaçlı qoca bir kişinin, so -lunda isə övladları müharibədə həlak olmuş ağbirçək ananın böyükportreti və şəklin kənarında iri hərflərlə onların ürək sözləri ya zıl -mışdır.

Ananın sözləri: “Ey yoldan ötən, ayaq saxla, ağbirçək ananınsözlərinə qulaq as: qədəm basdığın bu torpaq sənin doğma vətənindir.Bu yurd sənin qeyrətindir... Vətən sənin fəxrindir... Onu sev, onasədaqətli ol!”

Atanın sözləri: “Torpaqda izi olmayanın süfrədə üzü olmaz”.(B.Vahabzadə)

16. Söz mücrüsü. Verilmiş ifadələrin köməyi ilə vətənpərvərlik möv -zu sun da esse yazın.

Başımızın üstünü alan qara buludlar, tarıxə qayıdış, mübarizəyəçağırmaq, vətənin harayı, ən təsirli misralar, şairin alovlu nitqi,

babalarımızın şanlı zəfər yolu, keçmişi yada salmaq, Azərbaycanınsərhədləri, böyük və vahid Azərbaycan, qeyrət dərsi, parçalanmış

vətənin naləsi, vətənin səsinə səs vermək

Söz birləşməsi Quruluşca növü Asılı tərəf Əsas tərəf

yoldan ötən sadə yoldan ötən

29KAMİLLİYƏ DOĞRU

SÜRƏTLİ OXUOxucuları iki hissəyə ayırıram:xatırlamaq üçün oxuyanlar və

unutmaq üçün oxuyanlar.V.Filips

İnsanın çalışqanlığı və iradəsi onunüçün böyük uğurlara yol açır. Lakinbəzən zaman azlığı bizə bir çox işlərigörməyə imkan vermir. İnsan vaxt qa -zanmaq üçün müəyyən işləri avto mat laşdırmağa nail olmuşdur. La kin eləişlər var ki, onu bizim əvəzimizə heç bir maşın yerinə yetirə bilməz; mə -sələn, oxu mağı və öyrənməyi. Məqsədyönlü, intellektual insan bütün mrüboyu nə isə oxuyur, öyrənir. Bəzən oxumaq istədiyimiz kitablarınsiyahısına ba xır və düşünürük: “Aman Allah! Bunları oxumağa nə qədərvaxt lazımdır?!”

Bəs nə etməli? Oxumanı və qavramanı sürətləndirmək mümkün dür -mü? Bu suallar uzun müddət mütəxəssisləri düşündürmüşdür.

* * *İnsanların 95%-i çox yavaş oxuyur – dəqiqədə 200-250 söz. Bu o

deməkdir ki, onlar 1 səhifəni oxumağa 1,5-2 dəqiqə vaxt sərf edirlər. Lakinbir çox dahilər sürətli oxu vərdişinə malik olublar. Məsələn, Napoleonunoxu sürəti dəqiqədə 2000 söz təşkil edirdi. Fransız yazıçısı Balzak yarımsaata 200 səhifə oxuyurdu (təqribən dəqiqədə 7 səhifə – 3000 söz).

Hazırda bir çox şəhərlərdə sürətli oxu kursları fəaliyyət göstərir ki, bu-rada xüsusi məşqlər hesabına oxu texnikası inkişaf etdirilir. Bu texnikayayiyələnmək davamlı məşq və böyük zəhmət tələb etsə də, hətta mək təb -lilərin nail ola biləcəyi bir işdir. Məsələn, sürətli oxu üzrə Ginnes rekordube lə kurslardan birini bitirmiş Moskva məktəblisi Svetlana Arxipovaya məx -susdur. O, bir dəqiqəyə 60 000 işarədən ibarət mətni (təqribən 30 səhifə –12 000 söz!) oxumuş və onu tam qavradığını sübuta yetirmişdir.

Kiyev məktəblisi Yevgeniya Alekseyenko isə 20 münsifin iki gün ər zin -də tanış olduğu kitabı onların gözü qarşısında bir neçə dəqiqəyə oxumuş,sonra isə onun məzmununu bütün təfərrüatı ilə bir neçə saat nəql etmişdir.

* * *Bəziləri düşünür ki, oxunulan materialın mənimsənilməsi üçün aramla,

yavaş oxumaq lazımdır. Lakin sübut edilmişdir ki, sürətlə oxuyan insan-larda qavrama daha yüksək olur. Səbəbi isə sadədir. Əgər biz bir səhifəni

30 I BÖLMƏ

oxumağa 2 dəqiqə vaxt sərf ediriksə, beynimizə bunu qavramağa bir neçəsaniyə kifayət edir. Boş qalan vaxt ərzində beyin gərəksiz fikirlərlə məşğulolduğundan diqqətimiz yayınır. Deməli, oxu sürəti ilə qavrama sürəti eyni -ləş sə, mətn daha yaxşı mənimsənilər.

Nəzərə almaq lazımdır ki, oxu zamanı gözlə qəbul edilən informasiyabeyin vasitəsilə “emal olunur”. İstənilən yazılı mətn müəyyən informasiyada şıyan qrafik vahidlərdən – hərflərdən, sözlərdən, cümlələrdən, abzas -lar dan və s.-dən ibarətdir. Oxunun sürəti hansı həcmdə qrafik vahidibirdəfəyə qavramaqdan asılıdır. Məktəbdə oxumağa başlayarkən beyinəvvəlcə hərfləri tanımağa vaxt sərf edir, ona görə də oxu sürəti çox aşağıolur. Müəyyən vaxt keçdikdən sonra hərflərin tanınması mexaniki prosesəçevrilir; gözlər artıq sözü bütöv şəkildə görür və vahid işarə kimi beyinəötürür. Beləliklə, oxu prosesi sürətlənir. İndi təsəvvür edin, cümləni, abzasıbir vahid kimi ani olaraq qavraya bilsəniz, oxu sürətiniz nə qədər arta bilər.

* * *Hərflərlə ifadə olunan sözlər qrafik simvollardan başqa bir şey deyil.

Əsas məsələ onların ifadə etdiyi anlayışlardır. Söz-simvolla söz-anlayışıneyniləşdirilməsi, yəni gözlə görülən sözün tanınması prosesi beyində başverir. Şüurlu oxunun, qavrama prosesinin mahiyyəti də məhz bundanibarətdir.

Qavrama iki halda baş tutmur: ya beyin söz-simvolu tanımır, yəni ... ,ya da ona (sözə) “məhəl qoymur”, başqa sözlə, ... .

Birinci səbəb söz ehtiyatı ilə bağlıdır. Dilin lüğət ehtiyatında on minlərləsöz var. Zəngin söz ehtiyatına malik olmadan sürətli oxuya nail olmaqmümkün deyil. Bunun üçün isə, sadəcə, çox mütaliə etmək, bədii və elmi-kütləvi əsərlər oxumaq və bu zaman tanış olmayan hər bir sözün mənasınıaraşdırmaq lazımdır. Ona görə də oxu bacarığının inkişafı insanın həyatıboyu baş verən prosesdir.

Qavramanı zəiflədən ikinci səbəb oxu zamanı diqqətin yayınmasıdır.Bunun üçün oxumağa başlamazdan əvvəl kitaba köklənmək, oxununməqsədini, mövzu ilə bağlı sualları müəyyənləşdirmək lazımdır. Siz bü tünbaşqa fikirləri kənara atmalı, oxumaq üçün elə yer seçməlisiniz ki, diqqə -tinizi yayındıracaq bir şey olmasın.

1. Aşağıdakı ifadələr sonuncu cümlədəki hansı boşluqlara uyğungəlir?A) Beyin sözü müvafiq anlayışla eyniləşdirə bilmir.B) İnsanın diqqəti oxuduğu mətn üzərində cəmlənmir.C) İnsanın fikri yayınır.D) İnsan sözün mənasını bilmir.

31KAMİLLİYƏ DOĞRU

Sürətli oxu anadangəlmə istedad deyil, hər bir insanın iradəsi və zəh -mət keşliyi hesabına əldə edə biləcəyi bacarıqdır. Amerikalı Sin Adam mək -təbdə oxuyarkən orta səviyyəli şagird olub. Hətta görmə qabiliy yətin dəqüsurlar olub. Sonradan Sin həkimlərin təyin etdiyi məşğələlər hesabınagözlərinin görmə bucağını genişləndirə bilib. 1982-ci ildən eti barən intensivmütaliə etməklə oxu sürətini artırmaqla məşğul olub. 2003-cü ildə o, oxusü rə tini dəqiqədə 3850 sözə çatdıra bilib.

Bir sözlə, demək olar ki, hamı sürətli oxuya nail ola bilər. Lakin bununüçün xeyli əmək sərf etmək, uzun müddət məşq etmək lazımdır. Unut ma -yın ki, uğur əldə edə bilməyənlərin 90%-i məğlub olmayıb, sadəcə, nə ti -cədən əl üzüb. Uğurun əsas mənbəyi isə öyrənməkdir.

Aynur Xanlarqızı

Düşün və cavab ver

4. Mətnin növündən (elmi-kütləvi əsər, bədii əsər, tozsorandan isti fa -də haqqında təlimat və s.) asılı olaraq oxunun məqsədini müəyyənedin.

Yazı

5. Sualları cavablandırın və cavablarınızı mətnin məzmununa uyğunardıcıllıqla yazın.– Şüurlu oxu (oxuyub-qavrama) nə deməkdir?– İnsanlar sürətli oxu üzrə hansı nailiyyətlər qazanıblar?– Oxu sürətini artırmaqda robotlar bizə yardım edə bilərmi?– Oxuyarkən qavramanı zəiflədən hansı amillərdir?– Sürətli oxu nəyə lazımdır?– Sürətli oxuya nail olmaq üçün nə etmək lazımdır? – Qavramanı zəiflədən amilləri aradan qaldırmaq üçün nə etmək

lazımdır?– Oxu prosesində gözlə beyinin funksiyaları nədən ibarətdir? – Mətnin mənimsənilməsinin səmərəliliyini artırmaq üçün oxu sü -

rə ti neçə dəfə artmalıdır?

2. Sizcə, nəyə görə 1-ci sinifdə oxuyub-yazmağı öyrənməyə cəmibir neçə ay kifayət edir, lakin sürətli oxuya nail olmaq üçünillərlə vaxt lazımdır?

3. Oxuduğunuz sonuncu hissədən əldə etdiyiniz məlumatlarıümumiləşdirin və cümləni tamamlayın:“Sürətli oxumaq üçün: 1) ..., 2) ... lazımdır”.

32 I BÖLMƏ

Dil qaydaları

6. Mətndə göy rənglə verilmiş söz birləşmələrini əsas tərəfin ifadəvasitəsinə görə qruplaşdırın.

7. Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələrini qruplaşdırın.

insan qocaldıqca, həyatı sevən, qaranlıq yollar, xəyallargerçəkləşəndə, arzuların qanadlarında uçmaq, şəhərdə yaşayan,

yağışın zümzüməli səsi, gözəgörünməyən qüvvə, uşaqların körpəsi,şagirdlərdən ikisi, sevincdən gözləri yaşarmaq, yolun sağı

8. Mətni oxuyun. Altından xətt çəkilmiş mürəkkəb söz birləşmə lə -rinin tərkibindəki birləşmələri seçin.Nümunə: Quba rayonunun bir-birinə bənzəməyən kənd ləri

XINALIQQuba rayonunun bir-birinə bənzəməyən kənd ləri çoxdur. Xına lığa

avqust ayının axırlarında getmişdik ki, maşınla kəndə qalxa bilək. Bukəndə bir neçə yolla getmək olar. Ən yaxınını seçirik. Qədim Albaniyatorpağının bir parçası kimi yaşayan Alpan kəndinin yanından keçirik...Neçə saatdır, qalxırıq, amma yoxuş hələ bitməyib. Bakının bürkülühavasından sonra adam bu sərinliyə valeh olur.

Kəklikotunun gözəl ətri maşına dolur. Yolun qırağından – otlarınarasın dan pırıltı ilə kəkliklər, bildirçinlər qalxır...

(S.Rəhimov)

Əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasından asılıolaraq söz birləşmələri iki cür olur: ismi və feili birləşmələr.

İsmi birləşmələr: xalqın tarixi, gözəllər gözəli, maraqlı fikir.Feili birləşmələr: işləri təqdim etmək, kəndə yol çəkəndə, irəliyə

addımlayan.

Yadda saxla! SÖZ BİRLƏŞMƏLƏRİNİN NÖVLƏRİ

Feili birləşmələr İsmi birləşmələr

Söz birləşmələri sadə mürəkkəb ismi feili

Quba rayonu + +

bir-birinə bənzəməyən + +

Quba rayonunun kənd ləri + +

33KAMİLLİYƏ DOĞRU

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR

1. Xarakterin formalaşdırılmasında və dünyagörüşünün genişlən di -rilməsində ən vacib hesab etdiyiniz amilləri sadalayın.

2. Mütaliəyə daha çox vaxt ayırmaq üçün nə etmək lazımdır: yuxuyaayrılmış vaxtı azaltmaq, yoxsa oxu sürətini ar tı r maq? Cavabınızıəsaslandırın.

3. Yalnız söz birləşmələrindən ibarət olan cərgələri müəyyən edin.

1. Təbiətdən ilham alanda, torpağın qeydinə qal, dünyaya yenidəngəlmək

2. Səhərə qədər düşündü, tarixin qızıl səhifələri3. Azad olandan sonra, ulu dağlar, göyün yeddinci qatı4. Dağ yaylaqlarına gedən yol, qısa ömür tarixi, səbəbsiz göz yaşları5. Xanəndənin zənguləsi, vətəni qoru, həyətin hündür hasarı6. Zəngin sərvətləri olan torpaq, Kəpəz dağına tərəf boylananda,

solğun bəniz

4. Şeir parçasındakı söz birləşməsini müəyyənləşdirin. Asılı tərəfinifadə vasitəsinə görə fərqlənən birləşməni müəyyən edin.

Nəğmələr yaşadır not sətirindəNəğməkar yaranan insan oğlunu.Fəzada dünyalar axtarırıq biz,Beş xətdə kəşf edib tapan var onu!

(Ş.Əkbərzadə)

5. Təsriflənməyən feilləri təsriflənən feillə əvəz edib dəftərinizəyazın, yaranmış fərqi izah edin.

Vətənə sədaqətlə xidmət etmək, sözü düşünüb danışanda, azadlıq uğrunda vuruşan, səbirlə məqsədə doğru irəliləmək,

böyüklərin fikrinə hörmətlə yanaşaraq

6. Verilmiş söz qruplarından istifadə etməklə əvvəl söz birləşmələri,sonra isə cümlələr düzəldin.

dağ, sürü, otlamaq; gözəl, yay, gecə; qəfildən, dolu, yağmaq; soyuq, su, iç

34 I BÖLMƏ

QƏZET

Bu gün insanları informasiya ilə təmin edənqəzet, jurnal, radio, televi ziya, internet kimikütləvi informasiya vasitələri (KİV) cəmiyyətininki şa fın da, onun maariflən mə sin də böyük roloynayır. Hər bir dövrün mət buatı həm də onunaynasıdır.

Dünyada ən “qocaman” kütləvi in forma siyavasitəsi qəzetdir. İlk qəzet nə vaxt, ha rada,hansı məqsədlə yara nıb? Bu sa hədə araşdır -ma aparmış alimlərin möv qe yi müx təlifdir.

Ən geniş yayılmış versiyalardan biri budur ki, ilk qəzet bizim eradan əv -vəl I əsrin ortalarında Romada yaranıb. Bu, gil və ya taxta lövhələr üzə -rində əl ilə yazılmış “Günün hadisələrı” adlı “mətbu orqan” idi. Bu lövhələriictimai yerlərdən asır, hətta dövlət məmurlarının evlərinə çatdırırdılar.Adından da göründüyü kimi, “Günün hadisələri” gündəlik “nəşr” idi.

Digər versiyaya görə, 1300 il əvvəl Çində ksiloqrafiya üsulu ilə çapolunmuş “Paytaxt yenilikləri” adlı dövri nəşr dünyada ilk qəzet hesab olu -nur. Həmin dövrdə Çində qəzet nəşri üçün zəruri şərait yetişmişdi: kağızistehsalı və bəsit də olsa, çap üsulu ixtira olunmuşdu. Bundan əlavə,mərkəzləşdirilmiş dövlətdə fərman və sərəncamların ucqar vilayətlərə tezbir zamanda təhrif olunmadan çatdırılması vacib idi.

* * *Təxminən 1550-ci ildə geniş ticarət hesabına çiçəklənən Venesiyada

son xəbərlər çap olunduğu vərəqələr yayılmağa başladı. Onlar balaca vəçox ucuz idi. O dövrdə İtaliyada ən kiçik pul vahidi qazetta idi. Xəbərvərəqələrinin bir nüsxəsini bir qazettaya almaq olardı. Tezliklə buvərəqələri də belə adlandırmağa başladılar. 1631-ci ildə Parisdə çıxanqəzet isə artıq rəsmi olaraq bu adı daşıyırdı: “La Gazette”. “La Gazette”tarixdə ilk qəzet idi ki, orada ödə nişli reklam və elanlar yerləşdirilirdi. Bəlkədə, məhz bu nəşr “qəzet” sözü nün bir çox dillərə daxil olmasına rəvacverdi.

1. Altından xətt çəkilmiş cümlədəki fikri genişləndirin və şərh edin.

2. VII sinifdə öyrəndiklərinizə əsasən ksiloqrafiya sözünün mə na -sını izah edin və bu çap üsulu haqqında bildiklərinizi söyləyin.

36 II BÖLMƏ

* * *Ölkəmizdə qəzetçiliyin tarixi o qədər də qədimlərə söykənmir. Lakin bu-

rada da Azərbaycan, bir çox sahələrdə olduğu kimi, müsəlman Şərqindəbirinciliyə imza atdı. 1875-ci il iyulun 22-də “Əkinçi” qə zetinin işıq üzügörməsi ilə Azərbaycanda ilk milli mətbu orqanın əsası qoyuldu. Buqəzetin təsisçisi və redaktoru görkəmli mütəfəkkir Həsən bəy Zərdabi idi.

Əhalinin böyük hissəsinin savadsız olduğu bir dövrdə qəzet buraxmağaqərar vermiş Həsən bəy Zərdabi ilk gündən “Əkinçi” vasitəsilə ən başlıcavəzifəsini – xalqı maarifləndirməyi öz qarşısında məqsəd qoydu. Bu cə fa -keş insan dövrünün görkəmli ziyalılarını qəzet ətrafında toplaya bildi.Həsən bəy Zərdabi “Əkinçi”nin səhifələrində milli oyanış, milli birlikməsələlərinə geniş yer verirdi. Məhz buna görə də çar hökuməti iki il sonraqəzeti bağlatdırdı. Qəzetin sonuncu sayı 1877-ci ilin sentyabrında çıxdı....

XIX əsrin sonlarından etibarən Azərbaycanda bir-birinin ardınca qə -zetlər, jurnallar nəşr olunmağa başladı. XX əsrin əvvəllərində isə Azər bay -can mətbuatı milli şüurun oyan masında, milli ideologiyanın for ma laş ma sındaçox böyük rol oynadı. Bu isə 1918-ci ildə Azərbaycan Xalq Cüm huriy yə -tinin yaradılmasına gətirib çıxardı.

* * *Beləliklə, demək olar ki, hər bir cəmiyyətdə ictimai fikrin formalaş ma -

sın da KİV-in, o cümlədən mətbuatın rolu çox böyükdür. Məhz buna görədə bəzən onu “dördüncü hakimiyyət” adlandırırlar.

İnternetin kütləvi informasiya vasitəsi kimi sürətlə inkişaf etdiyi birvaxtda qəzetlər hələ də informasiya bazarında öz mövqeyini saxlamaq -da dır. Bu gün dünya oxucusu yüzlərlə qəzet vasitəsilə çox müxtəlif və rən -garəng informasiya almaq imkanına malikdir. Müasir oxucunun maraqdairə si müxtəlif olduğuna görə həmin marağı ödəyən qəzetlər də rən ga -rəngdir.

İnformasiyanın bol və müxtəlif olduğu bir dövrdə oxucu mətbuatda eynihadisə ilə bağlı müxtəlif şərhlərlə qarşılaşır. Belə bir şəraitdə ölkədə və

3. İlk qəzetlə bağlı təqdim olunan versiyalardan hansına üstün-lük verirsiniz?

4. Sizcə, nəyə görə mətndə Venesiyanın iqtisadi yüksəlişi vur -ğulanır?

5. Altından xətt çəkilmiş cümlədəki fikri genişləndirin və şərh edin.6. Sizcə, “Əkinçi” adının hansı simvolik mənası var idi?

37İNFORMASİYA VƏ KOMMUNİKASİYA

dünyada baş verənlərdən düzgün nəticə çıxarmaq oxucudan tənqidi tə -fək kür tələb edir. Faktları analiz etmək üçün oxucu bir neçə informasiyavasitəsinə müraciət etməli, fakt haqqında obyektiv məlumatı jurnalistşərhindən ayırmağı bacarmalıdır.

Hidayət Fehruzoğlu

Şüurlu oxu

7. Mətnin sonuncu hissəsində öz əksini tapmayan fikir hansıdır?A. İnformasiya bolluğu şəraitində yaxşı oxucu tənqidi təfəkkürə

malik olmalıdır.

B. KİV əsas reklam daşıyıcısı kimi iqtisadiyyatın inkişafında böyükrol oynayır.

C. Bu gün informasiya bazarında mətbu orqanlarla İnternetrəqabət aparır.

D. KİV ictimaiyyətə təsiri baxımından cəmiyyətdə böyük roloynayır.

8. Aşağıdakı cümlələri mətnin hansı hissələrinə əlavə etmək olar?A. Bu gün dünyada cəmiyyətə təsir göstərmək üçün böyük gücə

malik olan iri media şirkətləri mövcuddur.

B. XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycanda “Kaspi”,“Bakinskiye izvestiya”,“Ziya”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”ki mi qəzet və jurnallar çap olunurdu.

C. Qay Yuli Sezarın tələbi ilə senatın iclasları, xarici dövlət rəh bər -ləri ilə yazışmalar haqqında qısa hesabatlar və döyüşbölgələrindən gələn məlumatlar da xəbərlərə daxil edilirdi.

D. Bu qəzetin nüfuzu o qədər böyük idi ki, orada hətta Fransa kralıXIII Lüdovikin və kardinal Rişelyenin məqalələri dərc olu -nurdu.

Yazı9. Qəzet işi ilə bağlı aşağıdakı terminlərin mənalarını araşdırın və

müxtəlif mənbələrdən istifadə etməklə müasir qəzetlər haqqındakiçik mətn yazın.

media, manşet, reportaj, press-reliz, nekroloq,rubrika, köşə yazısı, oçerk

38 II BÖLMƏ

Araşdırma

10. Ölkəmizdə çıxan bir neçə qəzetin adını, yaranma tarixini,naşirini, yaydığı xəbərin xarakterini, əsas oxucu auditoriyasınımüəyyən edin.

Dil qaydaları11. Göy rənglə verilmiş söz birləşmələrinə daxil olan sözlərin qram-

matik əlamətlərini göstərin.

12. İsmi birləşmələri sxem üzrə qruplaşdırın.elmi prinsiplər, mədəniyyət ocağı, təbiətin sirləri, yaxşı kitab,

ən qiymətli əsər, gözəllik aşiqi, riyazi biliklər, müharibə meydanı, biliyin səviyyəsi, çinar kölgəsi,

məktəb həyəti, ad günü, məntiqi təfəkkür, evin divarı

1, 2 – söz birləşməsinin tərəfləriT0 – şəkilçisiz tərəfTm – mənsubiyyət şəkilçisi qəbul etmiş tərəfTy – yiyəlik hal şəkilçisi qəbul etmiş tərəf

13. Verilmiş söz birləşmələrini sxem üzrə qruplaşdırın.birinci sıra, o bina, xeyli adam, lirik şair, alovlu nitq, döyünən

ürək, daş ürək, gümüş qab, belə cəsarət, təmiz ad, yadlaşaninsanlar, sevimli peşə, qərib ölkə, həmin şəhər, bu məsələ,

dəmir darvaza, yeddi gün

Bəzi ismi birləşmələrin formalaşmasında heç bir qrammatik şə -kilçi iştirak etmir; məsələn: yabanı bitki, beş dəftər, bu il. BunlaraI növ təyini söz birləşmələri deyilir.

Elə ismi birləşmələr də var ki, birinci tərəfi yiyəlik halda olur,ikinci tərəfi isə mən subiyyət şəkilçisi qəbul edir. Bu cür ismibirləşmələr 1-ci tərəf qeyri-müəyyən yiyəlik halda olduqda (kitabsəhifəsi) II növ təyini söz birləşməsi, müəyyən yiyəlik haldaolduqda isə (kitabın səhifəsi) III növ təyini söz birləşməsi adlanır.

Yadda saxla! İSMİ BİRLƏŞMƏLƏR

1T0 + 2T0

I növ təyini söz birləşməsi1T0 + 2Tm

II növ təyini söz birləşməsi1Ty + 2Tm

III növ təyini söz birləşməsi

isim+isim sifət+isim əvəzlik+isim say+isim feili sifət+isim

39İNFORMASİYA VƏ KOMMUNİKASİYA

14. Hər sxemə uyğun 5 söz birləşməsi düzəldin. Onlardan birini cüm -lədə işlədin.

1T0 + 2T0 –1T0 + 2Tm –1Ty + 2Tm –

15. Xüsusiyyətlərin hansı söz birləşməsinə aid olduğunu müəyyənedin.

A) rəfdəki kitabB) vətən həsrətiC) onun qələmiD) uşaqların ikisiE) bizim küçəmiz

Hansı birləşmədə: • tərəflər arasına söz daxil etmək olmur? A B C D E• mənsubiyyət şəkilçisini ixtisar etmək olar? A B C D E• şəxs əvəzliyinin yerinə isim işlətmək olar? A B C D E• birinci tərəf çıxışlıq hal şəkilçisi qəbul edə bilər? A B C D E• tərəflərindən heç biri qrammatik şəkilçi qəbul etməyib? A B C D E• hər iki tərəf eyni zamanda cəmlənə bilər? A B C D E

16. Məntiqi ardıcıllığı davam etdirin.

A) soyuq hava, belə cavab, ...B) el adəti, dövlət nişanı, ...C) kitabın səhifəsi, günəşin şüası, ...D) uşaqlardan biri, bildiklərindən çoxu, ...

17. Nümunəyə baxaraq cədvəli doldurun.

40 II BÖLMƏ

Söz birləşməsi sintaktik əlaqənin növü söz birləşməsinin növü

seysmik dalğalar yanaşma I növ t.s.b.

sahil zonası

əsərin xülasəsi

sənin yaddaşın

ikinci dəstə

telefon nömrəsi

subtropik iqlim

“ƏKİNÇİ”NİNTALEYİ

Yazıçı-publisist Qılman İlkin1

özü nün “Bakı və bakılılar” kitabında2

“Əkin çi” qəzetini3 nəşr edərkən Həsənbəy Zər dabinin4 qarşılaşdığı çətin -liklər ba rədə ətraflı yazır:

“O dövrdə Azərbaycan dilindəqə zet çıxarmaq çox çətin idi. Həsənbə yin özünün yazdığı kimi, “pul yox,ya zıçı-yoldaş yox, çapxana yox,hürufat yox. Dövlət tərəfindən icazəalmaq da ki bir böyük bəladır”.

Bu işdə Həsən bəyə o zaman Bakının general-qubernatoru olan Sta -ro selski yaxından kömək etdi. Staroselski rus dvoryanlarından olsa da,arvadı gürcü olduğu üçün Qafqaz əhlinə qarşı çox səmimi idi. O bilirdi ki,çar hökuməti müsəlman ölkələrində qəzet nəşrinə çox ehtiyatla yanaşır.Ona görə də Həsən bəyə məsləhət bildi ki, çıxaracağı qəzetin adını“Əkinçi” qoysun. Hökumətin icazə verməsi üçün bu, düşünülmüş addımidi. Guya “Əkinçi” siyasət məsələlərinə qarışmayacaq, ancaq əkin vəəkinçilikdən danışacaqdır.

Uzun müddət düşünüb-daşınandan sonra Həsən bəy 1875-ci ilin iyunayında hürufat almaq üçün İstanbula gedir. Hürufatı alıb qayıdandan sonraəlahiddə bir çapxana almaq lazım gəlir. Həsən bəyin isə buna gücü çatmır.Staroselski yenə də ona kömək əlini uzadır. O, Həsən bəyin İstanbuldangətirdiyi hürufatı quberniya idarəsinin çapxanası üçün satın alır və qəzetinbu mətbəədə çapına icazə verir. Bununla da qubernator Həsən bəyi çətinvəziyyətdən çıxarır. Beləliklə, 1875-ci ilin 22 iyulunda quberniya idarəsininmətbəəsində “Əkinçi”nin birinci nömrəsi çapdan çıxır...

Abunəçilərin sayı 400 nəfərə çatmış və qəzetin ətrafında yazıçılarınsayı artmışdı. Staroselski özünü qəzetin senzoru təyin etmişdi. O, işdənçıxandan sonra onun müavini qəzetin senzoru oldu. Əlbəttə, Sta ro -selski nin işdən getməsi, Həsən bəyin özünün dediyi kimi, onun üçünbədbəxtlik idi. Çünki Staroselski gedəndən sonra qəzetin düşmənləri yer-yerdən hücuma keçib qəzeti bağlatdırmağa çalışdılar. O biri tərəfdənqəzetdə siyasi xəbərlərə icazə verilmədiyindən abunəçilərin də narazılığıartırdı. Qəzet barədə donoslar yazılmağa başladı. Bu barədə Həsən bəyözü belə yazırdı:

41İNFORMASİYA VƏ KOMMUNİKASİYA

42 II BÖLMƏ

“Gündə məndən və “Əkinçi”dən donoslar göndərirdilər. Jandarm tə -rəfdən üstümə qarovulçular qoyuldu... Bununla belə, mən qəzeti vaxtındaçıxarırdım. Elə ki Dağıstanda şuluqlar başlandı, “Əkinçi”nin günü dəxi qaraoldu. Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan gön dərmişdi,vermişdim düzülməyə. Məqalədə bir dərviş bazarda dükanların qaba -ğında qəsidələr oxuyub onları elm, təhsil etməyə çağırırdı. Senzor qolçəkib çap olunmağa icazə vermişdi. Qəzet çap olunub paylanandan sonraqubernatorun hökmünə görə, o nömrəni bağlayıb məni istədilər. Gedibgördüm ki, mənim Minasovum (mətbəədə işləyən erməni mürəttibi – Q.İ.)oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyrimənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyrinömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Məngedəndən sonra qubernator özü bir nömrə çıxarıb payladı. Nömrə mənimadımla çıxmışdı. Mən təvəqqe elədim ki, mənim adımdan qəzetçıxarmasınlar”.

1877-ci ildə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu.Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda,“Əkinçi”yə müharibə barədə bir kəlmə də çap etməyə icazə verilmədi.Həsən bəy bu barədə yazırdı: “Deyil ki, müharibənin gedişi, hətta mü ha ri -bə zamanı Rusiya içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı,Moskvada soyuqdan sərçələrin donub ölməsini də qəzetə yazmağa mü -saidə etməmişdilər. Senzorun fikrincə, bunu müsəlmanlar “Ruslara Allahınqəzəbi keçmişdir” deyə izah edərlər...”

Həmin günlərdə Dağıstanda iğtişaş başladı... Bütün Qafqazda üsyanınbaşlayacağından qorxuya düşən çar hökuməti “Əkinçi”nin də bu işdəböyük rol oynayacağını düşünüb qəzeti bağlatdırdı.

“Əkinçi”dən bir il sonra fəaliyyətə başlamış rusdilli “Bakinskiye izves -tiya” qəzetinin 1878-ci il 29 noyabr tarixli nömrəsində belə bir elan veril mişdi:“Real məktəbinin* keçmiş müəllimi Həsən bəy Məlikov 20 no yabr dan iste -

2. Sizcə, nəyə görə “Əkinçi”yə rus-türk müharibəsi haqqındayazmağa qadağa qoyulmuşdu?

1. Azərbaycan dilində çıxan qəzetdə erməni əməkdaşın iş lə mə -sini mətnin əvvəlində verilmiş hansı məlumatın köməyi iləizah etmək mümkündür?

*Real məktəb (gimnaziya) – çar Rusiyasında təbii və riyazi təmayüllü fənlərə və canlı dillərəüstünlük verilən orta təhsil müəssisəsi

faya çıxaraq xüsusi müəssisələrdə işlər müdiri, kontorçu, müəllim və bukimi vəzifələrdə işləmək üçün yer axtarır...”

Həsən bəy Zərdabinin “Əkinçi”dən sonrakı həyatı da çox ağır keç -mişdir. 16 il Zərdabda qaldıqdan sonra iflic xəstəliyinə tutularaq Bakıyaqayıdır. Yeni qəzetlərdə mühərrirliklə məşğul olur. “Kaspi” qəzeti səhifələ -rində öz məqalələri ilə müntəzəm iştirak edir.

1907-ci ilin 28 noyabrında Həsən bəy Zərdabi gözlərini əbədi yumur.Onun dəfni zamanı natiqlərdən biri demişdi: “Həsən bəy Bakıya ac gəldi,ac da getdi”.

Qılman İlkinin “Bakı və bakılılar” kitabından

Söz ehtiyatı3. “Hürufat”, “dvoryan”, “əlahiddə”, “donos”, “qarovulçu”, “mürəttib”,

“tə vəqqe”, “vaqe olmaq”, “müsaidə”, “iğtişaş”, “kontorçu”, “iflic”,“mü hər rir” sözlərinin mənasını müəyyənləşdirin və müasir dildəqarşılığını göstərin.

Dil qaydaları4. Mətndə göy rənglə verilmiş söz birləşmələrini aşağıdakı başlıqlarla

uyğunlaşdırın.

– Ad və soyad bildirən söz birləşmələri:– Qəzet, jurnal, kitab, küçə, okean, dəniz və s. adları bildirən söz

birləşmələri:

5. Dördündən biri fərqlidir.

A) günbatan B) Məmmədxan C) Çin Respublikası D) GöyçayA) Novruz bayramı B) “Mozalan” jurnalı C) Abbasəli D) Daş dövrüA) Xəzər dənizi B) Kür çayı C) Savalan dağı D) Göygöl

Bir çox dövlət, təşkilat, bayram, əsər və s. adları söz bir ləş mə -lə ri ilə ifadə olunur: Azərbaycan Respublikası, AzərbaycanRespub li kasının Dövlət Himni, Azərbaycan Respublikası Xariciİşlər Na zirliyi, Birləşmiş Millətlər Təşkilatı, Novruz bayramı,Milli Dirçəliş Günü, “Tərəqqi” medalı və s. Bunlara mürəkkəbadlar deyilir.

Yadda saxla! MÜRƏKKƏB ADLAR

43İNFORMASİYA VƏ KOMMUNİKASİYA

6. Mətndən mürəkkəb adları və mürəkkəb xüsusi isimləri seçib cədvəlüzrə qruplaşdırın.

1. Qədim şəhərlərimizdən olan Dərbəndə, Şimali Qafqaza, ordan daMoskvaya uzanır bu yol... Astara yolu Təbrizə can atdığı kimi, bu yolda Dərbəndə tələsir. Ceyranbatan gölü, Bakının balaca qardaşı Sum -qayıt arxada qalır. Solda Böyük Qafqazın son “dalğaları”, sağda isəmavi Xəzər!

(S.Rəhimov)

2. Girdmançay Azərbaycanda yerləşən çoxsulu çaylardan hesab olu - nur. Babadağdan başlayan bu çay İsmayıllıdan, Ağsudan keçir. ÇayAzər baycan ərazisində yaranmış Girdman dövlətinin adını yaşadır.Ra yo nun təbiətinə xüsusi gözəllik verən bu çay bəzən müəyyən prob -lemlər də yaradır.

7. Mürəkkəb adları verilmiş başlıqlar üzrə qruplaşdırın.

Azərbaycan Respublikası, Azərbaycan Respublikasının Prezidenti,Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı, Qur-

ban bayramı, Ramazan bayramı, Bakı Şəhər İcra Hakimiyyəti,Azərbaycan Respublikasının Baş Naziri, Dostluq meydanı,

Abşeron yarımadası, Nizami Gəncəvi, M.Ə.Sabir adına Bakı Dövlət Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Bayrağı,

“İstiqlal” ordeni, Abbasqulu ağa Bakıxanov, “Azərbaycan” qəzeti,Azərbaycan Respublikasının Əməkdar müəllimi, Dağüstü park,

“Azərbaycan Bayrağı” ordeni, “Leyli və Məcnun” poeması

1. Dövlət, dövlət rəmzlərinin adları: 2. Yüksək dövlət vəzifələrinin adları: 3. İdarə, müəssisə və təşkilatların adı: 4. Ad, soyad, təxəllüs: 5. Tarixi hadisə, dövr, sülalə, bayram, abidə və s. adları: 6. Tərkibində okean, park, xiyaban, küçə, dəniz və s. söz olanlar: 7. Əsər, qəzet, jurnal, orden, medal adları: 8. Fəxri adlar:

Mürəkkəb ad Mürəkkəb xüsusi isim

44 II BÖLMƏ

45İNFORMASİYA VƏ KOMMUNİKASİYA

RADİO VƏ TELEVİZİYAUzun müddət insanlar dünyada baş ve rən -

lər haqqında qəzet vasi tə silə, yəni xə bər lərioxumaqla məlu mat alırdılar. Lakin XIX əs rinson la rında radionun ixtirası dinlə məklə infor -ma siya almaq imkanı yaratdı.

1888-ci ildə alman alimi Henrix Hers təcrübədə sübut etdi ki, elektro-maqnit sahəsi də işıq kimi dalğalar şəklində yayılır. O öz laborato ri ya sın -da elektrik qığılcımından yayılan dal ğa ların müəyyən məsafədə qoyulmuşməftil halqa (vibrator) tərəfindən qə bul olunduğunu nümayiş etdirdi.

Elektromaqnit dalğalarının kəşfi alimləri simdən vəkabeldən istifadə etmədən uzaq məsafəyə məlumatötürülməsi sa həsində axtarışlara sövq etdi. Beləliklə,radionun ixtirasına yol açıldı.

Radionun ixtirası iki alimin adı ilə bağlıdır: AleksandrPo pov (Rusiya) və Qul yelmo Markoni (İtaliya). Hər ikialim təxminən eyni vaxt da radio dal ğaların köməyi iləbir nöqtədən digərinə məlumat gön dər mə yə nail oldu.Lakin Markoni Po povu bir addım qabaqladı.

1895-ci il may ayının 7-də rus mühəndisi ya rat dığıradiorabitə (məftilsiz rabitə) sistemini elmi ictimaiyyətqarşısında nü mayiş etdirdi. Popov öz ixtirasını “ildırımqeydə alan ci haz” kimi təqdim etdi. Çı xı şının sonundao dedi ki, bu cihaz tək mil ləşdirilsə, ondan siqnallarınelektrik dalğaları va sitəsilə ötürül mə si üçün istifadəetmək olar. Bir il sonra Popov de diyini sübuta yetirdi.Am ma 1895-ci ilin yazında italyan ix tiraçısı Mar koniartıq öz radio qurğusu ilə 2,4 km mə safəyə Morze koduilə siqnal ötürməyə nail ol muşdu. 1896-cı ilin iyunundaMar koni ixtirasını patent ləşdirdi.

1898-ci ilin yanvarında radio ilk dəfə praktikadatətbiq edildi. O zaman qar çovğunu teleqraf xət lərini qır -mışdı və Böyük Britaniyada şəhərlər ara sında əlaqəkəsilmişdi. Belə bir şəraitdə Mar koni Uels* jurnalist lə -rinin məlumatını radioötürücü ilə yaydı.

1. Sizcə, bu təcrübə zamanı məftil halqada (vibratorda) nə baş verir?

Aleksandr Popov(1859-1906)

Qulyelmo Markoni(1874-1937)

*Uels – Böyük Britaniya Krallığına daxil olan tarixi və inzibati ərazi

Öz ixtirasını daha da təkmilləşdirən Markoni İngiltərədən Fransaya 50km-lik məsafədə Morze Kodu ilə məlumat göndərməyə nail oldu. Son-radan o, Atlantik okeanı üzərindən radiosiqnal göndərdi. Bununla da ABŞvə Böyük Britaniya arasında rəsmi rabitə quruldu. Kral VIII Eduard vəprezident Teo dor Ruzvelt radioqramlarla bir-birini salamladılar.

Bu hadisədən beş il sonra kanadalı alim Recinald Fessenden ilk dəfəradio ilə insan səsinin verilməsinə nail oldu. Daha sonra Markoninin şirkətiAvropadan Amerikaya radioteleqrafla xəbər göndərmək istəyən bütün in-sanlar üçün ilk radioteleqraf stansiyası açdı.

Ayrı-ayrı məntəqələr arasında simsiz rabitə sistemi kimi yaranan radiobir müddətdən sonra mühüm xəbərləri geniş kütlələrə çatdırmaq üçünəsas informasiya vasitələrindən birinə çevrildi.

1926-cı il noyabrın 6-da radio Azərbaycana da gəldi. Paytaxt kü çə lərivə meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!”sözləri eşidildi.

* * *Beləliklə, insanlar artıq radio vasitəsilə səsli informasiya qəbul edir, mu -

siqi dinləyirdilər. Lakin insan zəkası ən əlçatmaz xəyalları belə reallaş dı -ra bilir. Alimlər indi də au dio vizual informasiya, yəni te levi ziya haqqındadüşünürdülər.

Radio kimi televiziyanın da ixtirasıuzun illərin araş dır maları nəticəsindəbaş verdi və burada bir çox ixti ra çı -ların payı vardır. Lakin onların ara sın -da alman mühəndisi Paul Nipkovunadını xüsusi qeyd etmək lazımdır.1884-cü ildə 24 yaşlı Nipkov üzərindəspiralvarı yollar və deşiklər olan birdisk ixtira et di. Bu disk hər hansı cis-min qar şı sında fırlan dıq da de şik lər -

2. Adları çəkilən dövlət başçılarının hansı ölkələrə rəhbərlik et-diyini sonuncu abzasa əsasən müəyyənləşdirin.

3. Radionun inkişaf tarixini cədvəl şəklində təqdim edin.

4. Sizcə, nəyə görə mətndə Böyük Britaniya ilə ABŞ arasındaradiorabitənin yaradılması xüsusi ola raq vur ğu lanır?

46 II BÖLMƏ

İlk mexaniki televizor

dən keçən gö rün tü lər birləşib cismin tam gö rüntüsünü yaradır və onubaşqa diskə ötü rürdü. Bu, televiziyanın ixtira sında mühüm bir addım idi.Lakin ide yalar tari xinin öz qə ribəlikləri var. Demək olar, 40 il ərzində heçkim Nipko vun ix ti rasına maraq gös tərmədi. O özü də ix ti rasını tək mil ləş -dirib gö rün tünü ötü rən ci haz yaratmağa təşəbbüs göst ər mə di.

Yalnız 1926-cı ildə şotlandiyalı ixtiraçı Con Börd Nipkovun diskindən is -tifadə et məklə ilk dəfə olaraq insanın təsvirini te leviziya vasitəsilə əldə etdi.Hə min ilin so nunda Börd öz ixtirasını ictimaiyyətə açıqladı. Onun şirkətiilk mexaniki tele vi zorların istehsalına başladı.

Tezliklə Böyük Britaniyanın BBC (bi-bi-si) radioyayımı korporasiyasıtelevi ziya yayımına başladı. 30-cu illərin sonunda Böyük Britaniyada artıq20.000 televizor var idi.

İlk dövrlərdə bir çox məşhur alimlər və iş adamları radio və televiziyayaskeptik yanaşırdılar. Hələ 1897-ci ildə london fiziklər cəmiyyətinin prezi-denti, Kelvin temperatur şkalasının ixtiraçısı Uilyam Tomson (lord Kelvin)deyirdi ki, radionun gələcəyi yoxdur. Ondan 20 il sonra şirkətlərdən birinəradioqurğuların istehsalını təklif edəndə şirkət rəhbəri belə demişdi: “Bunaqilsiz musiqili qutu heç bir kommersiya dəyərinə malik ola bilməz. Axıfərdi qaydada məhz ona ünvanlanmamış məlumata görə kim pul verər?”Mağazalarda ilk televizorlar peyda olanda isə zəngin iş adamlarından biridemişdi: “Televiziya bazarda altı ay da dözməyəcək, çünki adamlar həraxşam gözlərini taxta yeşiyə dikməkdən tez bezəcəklər”.

Lakin insanların operativ informasiyaya olan marağı elektron KİV üçünhəyata vəsiqə verdi. Radio və televiziya az bir zamanda böyük bir inkişafyolu keçdi: rəngli televizorlar meydana çıxdı, xəbərlər hadisə yerindən can -lı yayımlanmağa başladı, radio və televiziya qurğuları xeyli yığcam laş dı,bir sıra kanallar peyk, daha sonra internet vasitəsilə yayımlandı...

Bu gün informasiya məkanında radio və televiziyanın öz yeri var. Səsvə görüntü bu iki informasiya vasitəsinin yaydığı məlumatları daha etibarlıedir. Canlı yayım isə elektron KİV-ə interaktivlik amili gətirir.

Əkbər Qocayevin “İxtiralar və kəşflər” kitabının materialları əsasında işlənmişdir.

5. Oxuduğunuz sonuncu abzasdakı cümlələr arasındakı səbəb-nəticə əlaqəsini şərh edin.

6. Operativ informasiya dedikdə nə başa düşürsünüz?

47İNFORMASİYA VƏ KOMMUNİKASİYA

Söz ehtiyatı

7. “Vibrator”, “kabel”, “radioqram”, “reproduktor”, “skeptik”, “lord”,“ope rativ” və “interaktivlik” sözlərinin mənalarını izah edin.

Yazı8. Mətnin sonuncu abzasındakı fikirləri izah edin və genişləndirin.

Dil qaydaları9. Mətndə qırmızı rənglə verilmiş mürəkkəb adların yazılışında yol

ve ril miş səhvləri müəyyənləşdirin.

10. Nöqtələrin yerinə əlamətdar günlərin adını yazın.

Nümunə: 26 İyun – Silahlı Qüvvələr Günü

1. 8 Mart – ...2. 28 May – ... 3. 1 İyun – ... 4. 1 Avqust – ...5. 15 Sentyabr – ...6. 18 Sentyabr – ... 7. 18 Oktyabr – ...8. 9 Noyabr – ...

Mürəkkəb adlar yazılışına görə iki hissəyə bölünür:1. Bütün sözləri böyük hərflə başlayan mürəkkəb adlar: Bir ləş -

miş Ərəb Əmirlikləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi,Azər baycan Respublikasının Dövlət Gerbi, Məhəmməd Füzuli, Si -lahlı Qüvvələr Günü və s.

2. Birinci sözü böyük hərflə başlayan mürəkkəb adlar: Bakı şə -hə ri, Çaldıran döyüşü, Qurban bayramı, Azadlıq prospekti, “Yeddigözəl” poeması, Atlantik okeanı və s.

Qeyd 1. Tarixi gün bildirən mürəkkəb adlar sözlə ya zıldıqda birincisözü, rəqəmlə yazıldıqda ikinci sözü böyük hərflə başlayır: İyirmi yan-var – 20 Yanvar.

Qeyd 2. Birinci sözü böyük hərflə başlayan bəzi mürəkkəb adlarafərqləndirici söz əlavə olunduqda onun da ilk hərfi böyük yazılır: Pa-leolit dövrü – Orta Paleolit dövrü.

Yadda saxla! MÜRƏKKƏB ADLARIN YAZILIŞI

48 II BÖLMƏ

11. Düzgün yazılış qaydalarına əməl etməklə mürəkkəb adları aşa ğı -dakı kimi qruplaşdırın.

sakit okean, beynəlxalq qadınlar günü, yeddiillik müharibə, alt paleloit dövrü, Bakı şəhər icra

hakimiyyəti, Azərbaycan respublikasının nazirlər kabineti, respublika günü, Kür-araz ovalığı, böyük vətən müharibəsi,

yeni il bayramı

12. Mürəkkəb adları seçin, yazılışında yol verilmiş səhvləri düzəldin.

1. Respublika günü, Azərbaycan xal qı nın milli qurtuluş günü,Azər bay can Respubli ka sının Silahlı qüv vələri günü, Azərbaycan Res -pub li kasının Dövlət bayrağı günü, Dünya azərbaycan lı larınınhəmrəyliyi gü nü, Novruz Bayramı, Qurban Bay ramı və RamazanBayramı gün ləri qeyri-iş günü hesab edilir.

2. Rusiyada 1917-ci il fevral hadisələrindən sonra Xiyabani vəonun dostları Azərbaycan Demokrat partiyasının konfransını ça -ğırırlar. 1917-ci il aprelin 9-dan çıxan “Təcəddüd” Qəzeti Xiyabaniningur səsli mübarizə tribunasına çevrildi.

(S.Rüstəmxanlı)

3. Mən Füzuli Rayonunda coğrafiya müəllimi idim. Orda da yazmışolduğum “Kənddən Məktublar” adlı hekayələr məcmuəmi gətirib Ya -zıçılar ittifaqında nəsrə baxan yazıçımız Əbülhəsənə təqdim etdim. Omənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkməyə baxıb dedi:

– Əzizim, coğrafiya müəllimi hara, yazıçılıq hara?On gündən sonra isə mənim hekayələrim onun sayəsində Azər bay -

can Dövlət nəşriyyatında “Kənddən Məktublar” adı ilə çapa verildi. (İ.Əfəndiyev)

*13. “BBC” [bibisi] abreviaturasının ixtisar olunmamış formasını vəonun tər ki bindəki sözlərin mənasını araşdırın.

Bütün sözlərin ilk hərfi böyükyazılanlar

Birinci sözün ilk hərfi böyükyazılanlar

49İNFORMASİYA VƏ KOMMUNİKASİYA

14. Mürəkkəb adları ixtisarlar şəklində yazın.

Azərbaycan Respublikası, Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan Dövlət Nəşriyyatı, Azərbaycan

Daxili İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası,

Avropa Şurası Parlament Assambleyası, Azərbaycan Xalq Cümhuriyyəti

15. Mürəkkəb adları abreviatura şəklində yazmaqla cümlələri köçü rün.

1. Daxili İşlər Nazirliyi cinayətkarlığa qarşı mübari zəni güclən di r -mişdir.

2. Bu gün Bakı Dövlət Universitetində alimlərlə tələbələrin görüşüke çirildi.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yeni layihələrinmüzakirəsi keçirildi.

4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti əməkdaşlarınınbir çoxuna fəxri adlar verilmişdir.

5. Beynəlxalq Qırmızı Xaç Komitəsinin çoxillik fəaliyyəti nəticə -sin də yüzlərlə insan doğmalarına qovuşmuşdur.

16. İxtisarlarda şəkilçinin əlavə edilməsində yol verilmiş səhvləri dü -zəltməklə köçürün.

1. ADA-na yeni kadrların dəvət edilməsi gözlənilir.2. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranan BDU-nin 95

yaşı tamam olur.3. Avqustun 27-də TQDK-sında ali məktəblərə qəbul imtahanlarının

nə ti cələrinə həsr olunmuş növbəti mətbuat konfransı keçirildi. 4. KİV-lərin reklam fəaliyyətini tənzimləmək məqsədilə yeni qa nun

layihəsi hazırlanır.5. İyunun 5-də AŞPA-sının növbəti sessiyası öz işinə başladı.

Mürəkkəb adlar bir çox hallarda ixtisar oluna bilir: Bakı DövlətUniversiteti – BDU, Xarici İşlər Nazirliyi – XİN, Milli Məclis –MM. Belə ixtisarlar abreviatura adlanır. Abreviaturalara şəkilçilərəlavə edilərkən onların tələffüz forması nəzərə alınır: MMC-yə[ememceyə], DİN-ə [dinə].

Yadda saxla! ABREVİATURALAR

50 II BÖLMƏ

Ta qədim zamanlardan insanlarbir-biri ilə əlaqə yaratmaq, vacib xə -bərləri pay laş maq üçün müxtəlif va -sitələrdən istifadə et mişlər. Uzaqmə safələrə məktub aparan göyər -çinlərdən baş la yan, teleqraf və tele -fon la davam edən bu yol hazırdainternet mərhələsinə çatıb. İKT-ninvə in ter netin sürətli inkişafı insan -ların bir-biri ilə ünsiyyət qur ma sınıasan laşdırdı. So sial şəbə kə lər bu -

nun ən bariz nümu nəsidir. Sosial şəbəkə insanların internet məkanında yaratdığı virtual icmadır.

Əlbəttə, insanların internet vasitəsilə əlaqəsi daha öncədən var idi. Mə -sələn, elektron ünvan (e-mail [imeil]), skayp və ya MSN kimi internet proq -ram la rının köməyi ilə uzaqda olan tanışlarla əlaqə yaratmaq mümkün idi.Sosial şəbəkələrin yaranması bu işi asanlaşdırdı və daha cəlbedici for-mata saldı.

Ən geniş yayılmış sosial şəbəkələrdən olan Feysbuk 2004-cü ildə ABŞ-ınHarvard Universitetinin tələbəsi Mark Zukkerberq tərəfindən ya ra dıl mışdır.Əvvəlcə tələbələrin universitet daxilində bir-biri ilə əlaqəsi üçün nəzərdətutulan bu sayta çox qısa zamanda Amerikanın digər univer si tet lərinintələbələri də qoşuldular. Cəmi bir il sonra isə feysbuk üzvlərinin sayı 5 mi-lyonu keçdi.

Feysbukla paralel onlarla bu tip sosial şəbəkələr yaranmağa başladı.Mayspeys, tvitter, Rusiyada odnoklassniki, vkontakte adlı sosial şəbə kə -lər də xeyli populyarlaşdı. Bu şəbəkələrin hər biri müxtəlif məqsədlərəxidmət edir. Məsələn, tvitter sosial şəbəkəsində istifadəçilər müxtəlif möv -zular üzrə diskussiya aparır və öz fikirlərini bölüşürlər.

Bundan əlavə, instaqram, vatsap adlı proqramlar da insanların ən çoxistifadə etdiyi şəbəkələrdəndir. Belə ki, “Bu an nə ilə məşğulsan, şəkliniçək və yüklə” prinsipi ilə yaradılmış instaqram proqramı insanların ən çoxşəkil paylaşdığı virtual aləmdir. Vatsap isə artıq hər kəsin telefonunda varvə telefonda nömrəsi olan insanlarla daha rahat əlaqə yaratmaq – onlaramesaj, şəkil və video göndərmək imkanları verir.

Onu da qeyd etmək lazımdır ki, bir sıra sosial şəbəkə yaradıcıları dün -yanın maliyyə nəhənglərinə çevrilmişlər. Məsələn, feysbukun yara dı cısı

1. Bu sosial şəbəkələrdən hansıların üzvüsünüz? Seçiminizi izahedin.

51İNFORMASİYA VƏ KOMMUNİKASİYA

olan Mark Zukkerberq instaqramı 1 milyard, vatsapı isə 19 milyard dol laraalaraq kütləvi istifadəçisi olan bu proqramları da öz nəzarəti altına almışdır.Tvitterdə isə atılan hər 50 tvitə (mesaja, statusa) görə şirkət 1 dollarqazanır. Nəzərə alsaq ki, burada hər gün 500 milyondan artıq tvit yazılır,Tvitterin günlük gəlirini hesablamaq o qədər də çətin deyil.

İnsanları sosial şəbəkələrə bağlayan nədir? Sosial şəbəkələr vasitə silə bir çox işlər görmək olur: dostlarını tap,

şəkillər və videolar paylaş, şərh lər yaz, münasibət bildir və daha nələr,nələr... Əlbəttə, çoxdan görmədiyin dostları tapmaq, onlarla ünsiyyətdəolmaq çox yax şı dır. Lakin insanlar internetlə əlaqə yaratmağa o qədər alu -də olurlar ki, nəinki uzaqda, hətta ən yaxında olan insanlarla belə so sialşə bə kələr vasitəsilə ünsiyyət qururlar. Bununla da sosial şə bə kə lərin on -ları asosiallığa apardığının fərqinə varmırlar. Araşdır ma lara görə, so sialşə bəkədə çox vaxt keçirən insanlar canlı ünsiyyətdə in sanın gö zünə baxıbdanışma qabiliyyətini itirirlər. Psixoloqlar isə de yirlər ki, həyatda uğursuzolan, özünə dost tapmayan insanlar sosial şə bə kə lər dən istifadəyə dahaçox vaxt ayırırlar.

Son zamanlar bir çox qabaqcıl ölkələrdə sosial şəbəkələr dən tədrisresurslarını paylaşmaq məqsədilə geniş istifadə edilir. Bir sıra insanlarkönüllü olaraq öz vaxtlarını, təcrübə və biliklərini sosial şəbəkələrdə infor-masiya mü badiləsinə sərf edirlər. Sosial şəbəkələrə bu yöndən yanaşsaq,görərik ki, əslində, bunlar çox nəhəng bir informasiya resursudur. Şagirdlərdə bilməlidirlər ki, “XXI əsrin şəbəkəsi” adlanan sosial şəbəkələrdən, ilknöv bədə, faydalı bilik və məlumat bazası kimi istifadə etmək lazımdır.

Məsələn, dil öyrənmək istəyənlərə kömək məqsədilə sosial şəbəkə ləryaradılmışdır. Bu saytlarda qeydiyyatdan keçmiş istifadəçi müxtəlif dildaşıyıcıları olan insanlarla tanış olur və öz ana dilini onlara öy rət mə yinmüqabilində onlardan yeni dil öyrənir. Bu şəbəkələr müxtəlif dil lər də danışanmilyonlarla internet istifadəçisini bir araya gətirir və on lara bir-birinin diliniöyrənməyə imkan yaradır.

Ümumiyyətlə, bilmək lazımdır ki, internetdən istifadənin müsbət vəmən fi tərəfləri vardır. Sadəcə olaraq bu virtual dünyanın təklif etdiyi faydalıməqamlardan mümkün qədər çox istifadə etmək, mənfi təsir lər dən uzaq -laş maq lazımdır.

Tural İsmayılovNailə Rüstəmova

2. Şəbəkələrin adı və məqsədi arasında məntiqi əlaqə yaradın. Da - ha sonra mənbələrdən əldə etdiyiniz məlumatla müqayisə edin.

52 II BÖLMƏ

Söz ehtiyatı

3. “Virtual”, “format”, “asosiallıq” sözlərinin mənasını kontekstə görəizah edin.

Araşdırma

4. İmeyl, skayp, MSN, vatsap və feysbukun xüsusiyyətlərini araşdır -maqla aşağıdakı cədvəli tamamlayın.

Dil qaydaları

5. Mətndə göy rənglə verilmiş söz birləşmələrinin əsas tərəfinin feilinhansı forması və növü ilə ifadə olunduğunu müəyyən edin.

6. Verilmiş feili birləşmələri əsas tərəfin ifadə vasitəsinə görə qrup -laşdırıb yazın.

gözəlliyi görə bilən, adının təmizliyini qorumaq, yaşadığı yeri təmiz saxlamaq, geri dönmədən, kəndə çatar-çatmaz, hər günügözəlləşdirən, daim yüksəlmək, həsrətlə gözlədiyim, yarımçıq

öyrənmək, həqiqət üzə çıxdıqda, sözünü deyə-deyə

Sosial şəbəkə saytları Proqramın imkanları

Feysbuk

.............

Feili birləşmələrin ikinci tərəfi feilin təsriflənməyən formalarıilə ifadə olunur: kitab oxumaq (məsdər), kitab oxuyan (feili sifət),kitab oxuyarkən (feili bağlama).

Feili birləşmələr cümlə daxilində məsdər tərkibi, feili sifət tər -ki bi və feili bağlama tərkibi adlanır.

Tərkiblər bütövlükdə bir cümlə üzvü vəzifəsində çıxış edir:Mübtəda: Dünən eşitdikləri (nə?) Sabiri çox təəccübləndirdi. Xəbər: Mənim məqsədim həyatda şərəflə yaşamaqdır (nədir?).

Yadda saxla! FEİLİ BİRLƏŞMƏLƏR

Əsas tərəfi

məsdərlə ifadə olunanlar

feili sifətlə ifadə olunanlar

feili bağlama ilə ifadə olunanlar

53İNFORMASİYA VƏ KOMMUNİKASİYA

7. Asılı tərəfin funksiyasına görə verilmiş birləşmələri qruplaşdırın.

həyəcansız danışmaq, mən baxanda, dəfələrlə demək, şəhərdəyaşamaq, kitabı oxumaq, sən məşğul olduqca, uşaq

oynayarkən, sərgini nümayiş etdirmək, kəndə getmək, xeyli gəzmək, ucadan gülmək

8. Verilmiş sözlərin köməyi ilə bir ismi, bir feili birləşmə yaradın.

Nümunə: açılan – üzümüzə açılan, açılan pəncərədüşünmək, təəccüblənən, sürgün edilmiş, razılaşmaq

9. Verilmiş sözlərə təsriflənməyən feillər artırıb feili birləşmələrdüzəldin.

Nümunə: sevməkhəyatı anlamayan

dərk edəndə

məsələni xaricdə şəhərdən

həyəcanla bağçada axşam

10. Feilləri və birləşmələri aşağıdakı kimi qruplaşdırın.

danışa bilmək, adı dildən-dilə gəzmək, başqasının nəzarətinəkeçdikdə, şad olmaq, əldən düşmək, gözləri yol çəkəndə, tanış

edən, bir-birini əvəz etmək, ağlı başına gəlmək, heyran olmaq, bel bağlamaq, qulaq asan, gözəlliyi duyarkən,

dil boğaza qoymayan, tənəffüs elan edən, ayaqlaşa bilmək, həyatla mücadilə etmək

Hərəkətinsubyektini

bildirir

Hərəkətinobyektini

bildirir

Hərəkətinyerini bildirir

Hərəkətinkəmiyyətini

bildirir

Hərəkətintərzinibildirir

Feili birləşmə Mürəkkəb feil Frazeoloji birləşmə

54 II BÖLMƏ

REKLAM

Müasir dövrdə hər addımda – küçədəgə zərkən, qəzet və ya jurnal oxuyarkən,televizora baxarkən, radionu dinlə yər -kən, internetə daxil olarkən reklam ça -ğırışları ilə qarşılaşırıq. Hamısında daoxşar ifadələrə rast gəlirik: “Ən key fiy -yətli...”, “Ən ucuz...”, “Ən faydalı...”. Ar tıqbu ça ğırışlara adət etmişik; çox zamanonlara əhəmiyyət vermirik, bəzən həttaəsə bi ləşirik də. Hər hansı televiziyakanalında reklam baş layanda pultun düy -məsini basıb başqa kanala çeviririk. Lakin bundan əvvəl reklam çağı -rışından bir neçə söz, cümlə eşidirik, məhsulun emblemi ni, loqotipinigörürük və bu bizim beynimizə həkk olunur.

Təsəvvür edin ki, evə tozsoran və ya kondisioner almaq istəyirsiniz.Mağazada vitrin qarşısında dayanıb bir-birindən gözəl məişət cihaz larına,onların markasına baxırsınız. Hansını alacaqsınız? Əlbəttə, çox məşhurmarkadan olanını. Satıcı cidd-cəhdlə başqa bir markanı tərifləyə bilər.Lakin siz ona fikir verməyəcəksiniz, çünki seçdiyiniz markanın rek lamınıdəfələrlə görmüsünüz. “Bu cür məşhur marka pis ola bilməz”, – deyədüşünürsünüz.

İnsanlar nə isə satmağa başladıqları andan reklamla məşğul olmuş -lar. Dövrümüzə gəlib çatmış ən qədim reklam çağırışlarından biri Qə -dim Misir şəhəri olan Memfis yaxınlığındakı qayada həkk olunmuş dur:“Mən, Krit adasından olan Rinos, ilahların hökmü ilə yuxu yozuram”.

“Reklam” sözü latınca reclamare sözündən olub “qışqırmaq” demək -dir. Çox güman ki, bu anlayış bazarda, küçədə qışqırmaqla öz malınıtərifləyən tacirlərin fəaliyyəti ilə bağlı olmuşdur. Bu baxımdan keçənəsrin əvvəllərində Bakı küçələrində tez-tez eşidilən “Arşın mal alan”sədası əsl reklam çağırışı idi.

* * *Reklam işində bir-biri ilə əməkdaşlıq edən üç tərəf vardır: reklam

olu nan, reklamı hazırlayan və reklamı yayan.

1. Birinci iki abzasdan reklam haqqında hansı nəticələrə gəlməkolar?

55İNFORMASİYA VƏ KOMMUNİKASİYA

Reklam olunan tərəf öz məhsullarının tanınmasında və daha çoxsatılmasında maraqlıdır. Hazırda dünya bazarında hər bir məhsul nö -vün dən onlarla, yüzlərlə şirkətin istehsal etdiyi mallar satılır. Bu qədərrəqabət olan yerdə hər bir şirkət öz markasını daha çox tanıtmağa ça -lışır və bunun üçün böyük miqdarda vəsait yatırır. Hər il dünyada rek -la ma yüz milyardlarla pul xərclənir. Təkcə ABŞ-da 2012-ci ildə 36 şirkətrek lama 1-5 milyard arasında pul xərcləmişdir.

Reklam işində ikinci tərəf reklam agentliyidir. Hər bir şirkət qoyduğuvəsait müqabilində reklam kampaniyasının daha səmərəli olmasınaçalışır və bu işi peşəkarlara həvalə edir. Ona görə də müasir dövrdə rek -lam hazırlığı müstəqil peşə növünə çevrilmişdir. Reklam agentliyi rek -lamın şüarını, mətnini, ssenarisini, reklam çağırışının dizaynını ha zır layır.Onlar bu işə rəssam, dizayner, aktyor, yazıçı, psixoloq dəvət edirlər.Reklam çağırışı hazır olduqdan sonra agentlik onu müxtəlif küt lə vi in-formasiya vasitələrində (KİV) yerləşdirir.

KİV (qəzet, jurnal, radio, televiziya, internet) reklam işinin üçüncü tə rə -fidir. Məhz onların vasitəsilə reklam çağırışı geniş alıcı kütləsinə çat dı rılır.Reklama yatırılan vəsaitin əksəriyyəti də KİV-ə – reklam da şı yıcısınaçatır. Belə ki, qəzet və jurnallar reklam sahəsinin hər kvad rat san ti met -rinə, radio və televiziya isə reklam vaxtının hər saniyəsinə görə pul alır.Lakin təyin olunmuş məbləğ müxtəlif olur. Bu, qəzet və ya televiziyaka nalının əhatə etdiyi oxucu və tamaşaçıların sayından asılıdır.

* * *Reklam çağırışlarının əksəriyyətində üç suala cavab var: kim? (şirkət

və ya şəxs), nə? (mal, məhsul, xidmət), harada? (malın satıldığı yer).Bu cür reklama əmtəə reklamı deyilir. Malın tez və çox satılması üçünrek lam çağırışında bu üç məlumatın hər biri öz əksini tapmalıdır. Lakinimic reklam növü də var ki, burada şirkət, sadəcə, öz markasınıtanıtmağa çalışır. Belə reklam növündən daha çox böyük şirkətləristifadə edir. İste dad lı, yaradıcı rejissorlar tərəfindən hazırlanan vəməşhur insanların iştirak etdiyi bu cür reklam kliplərini izləmək bəzənçox maraqlı olur. Söz süz ki, bu reklam çağırışları çox baha başa gəlir.Dünya şöhrətli id mançının və ya müğənninin reklam klipində iştirakınagörə aldığı qonorar milyon dollarlarla ölçülür.

Azərbaycanda da, bütün dünyada olduğu kimi, reklam fəaliyyəti qa -nun vericiliklə tənzimlənir. İnsan sağ lamlığı və mənəviyyatı üçün zərərliməhsul və xidmətlərin reklamı yol verilməzdir. Məsələn, qanuna əsasən,

2. Reklam işinin 4-cü tərəfinə nəyi (kimi) aid etmək olar? Bu tə -rəf haqqında nə deyə bilərsiniz?

56 II BÖLMƏ

siqaretin və spirtli içkilərin rek lamı ciddi şəkildə məhdudlaşdırılır. Uşaq -lar üçün nəzərdə tutulmuş verilişlərdə isə reklam qadağandır.

Belə bir fikir var ki, şirkətlər satılmayan keyfiyyətsiz mallarını reklamedir. Bu, düzgün fikir deyil, çünki belə malın reklamına pul yatırmaqağıl sızlıqdır, onsuz da onun keyfiyyətsizliyi tez bir zamanda üzə çı xa -caq və reklama qoyulan xərc batacaq.

Hər bir KİV öz dövrünün aynası olduğu kimi, reklam da iqtisadiyyatıngüzgüsüdür.

Murad Kərimov və Rafiq İsmayılovun“Mətbuatda reklam” kitabının materialları əsasında

Söz ehtiyatı

3. “Loqotip”, “marka”, “kampaniya” sözlərinin mənasını kontekstə görəizah edin.

Araşdırma

4. Layihə tapşırığı (qruplarla iş)

1-ci qrup televiziya və radioda, 2-ci qrup internet saytlarında rek -lam la bağlı araşdırma aparır:

– informasiya daşıyıcılarının reklam qiymətini öyrənmək;– gün ərzində gedən reklamların monitorinqini aparmaq;– KİV-in təqribi reklam gəlirini müəyyən etmək;– obrazlılıq baxımından ən maraqlı reklam çarxlarını müəy yən -

ləşdirmək və təhlil etmək.

3-cü qrup: Azərbaycan mediasında daha çox nə reklam olunur?

4-cü qrup: Azərbaycan Respublikasının “Reklam haqqında” qanunubarədə məruzə hazırlamaq və qanunu müzakirə etmək.

Dil qaydaları

5. Mətndə göy rənglə verilmiş cümləyə istinadən aşağıdakı suallara ca -vab verən söz və söz birləşmələrini müəyyənləşdirin. Hansı söz bir -ləş mə si nin tərəflərinin ayrılıqda suala cavab verdiyini müəyyənedin.

Nədə? ______________________Hansı?______________________Nə?________________________Nədir?______________________

57İNFORMASİYA VƏ KOMMUNİKASİYA

6. Cümlələrdəki söz birləşmələrini seçib sualını müəyyən edin.

Nümunə: Bədahətən şeir söyləmək şairdən böyük ustalıq tələb edir.

1. Bu dəfə yolumuz Naxçıvanın rayonlarınadır.2. Dağların üstündən yaşıl vadilərə baxanda təbiətin möcüzələrinə

heyran qalırsan.3. İnsan həqiqətə ancaq ideyaları mənimsəməklə çatır.4. Ağıl və məntiqlə düşünməyi bacaran insan da arabir mənasız

işlərə baş qoşur. (A.Frans)

7. Cümlələrin qrammatik əsasını tapın və ifadə vasitəsini göstərin.(Mübtədanın altından bir, xəbərin altından iki xətt çəkilir.)

1. O dövrdə Azərbaycanın görkəmli alim və şairləri Şirvanşahlarsarayına toplaşmışdılar.

2. Övladın ən müqəddəs borcu valideynin qayğısına qalmaqdır.3. Hər bir xalqın mərasim folklorunun bəzəyi onun bayramlarıdır.4. Xalqın yüksək mənəvi dəyərləri bayramlarda öz əksini tap mış dır.5. Daim əylənmək insanı ən ağır işdən də çox yorur. 6. Sərvət müdrikin qulu, axmağın ağasıdır.

Feili birləşmələr və asılı tərəfi yiyəlik halda işlənən ismi bir -ləşmələr bütövlükdə cümlənin bir üzvü olur.

Bildiyini başqalarına öyrətmək (nə?) savabdır.Dərman bitkiləri (nə?) təbiətin bizə verdiyi nemətdir.Həyat dünyanın ən mürəkkəb məktəbidır (nədir?). Digər ismi birləşmələrin tərəfləri, əsasən, müxtəlif cümlə üzv -

lə ri rolunda çıxış edir.Dəri (hansı?) çanta (nə?) əlimdən yerə düşdü.Belə birləşmələr bütövlükdə bir anlayış ifadə edəndə tərəflər bir

cümlə üzvü olur.Bu gün imtahanın nəticələri açıqlanacaq.

Yadda saxla! SÖZ BİRLƏŞMƏLƏRİNİN CÜMLƏDƏ ROLU

Söz birləşmələri Sualı

Bədahətən şeir söyləmək Nə?

58 II BÖLMƏ

8. Uyğunluğu müəyyən edin.

A. Ən böyük məharət lazımi məqamda dayanmağı bacarmaqdır.B. Şirvanşahlar elm, incəsənət və poeziyaya hamilik edirdilər.C. Ananın öz baş örtüyünü yerə atmasını Azərbaycanda sülhə

çağırış kimi dəyərləndirmişlər.D. Mühakimə qabiliyyəti hadisələrin düzgün təhlilinə kömək edir. E. Muğam qüdrətli möcüzəsi ilə bir çox xalqların ruhuna hopub.

Cümlədə:1. Söz birləşməsi ilə ifadə olunmuş cümlə üzvü yoxdur. A B C D E2. Mübtəda ismi birləşmə ilə ifadə olunub. A B C D E3. Xəbər frazeoloji birləşmə ilə ifadə olunub. A B C D E 4. Nəyi? sualına cavab verən söz birləşməsi var. A B C D E5. Xəbər feili birləşmə ilə ifadə olunub. A B C D E

*9. Altından xətt çəkilmiş hansı söz birləşməsi xəbərlə bağlı deyil?

1. Çingiz Aytmatov dünya şöhrəti qazanmış əsərlərində xalqın millipsixologiyasını əks etdirmişdir.

2. Xalçaların incə naxışlarını nəzərdən keçirdikcə onun qəlbindəqəribə duyğular baş qaldırdı.

3. Dostların qiymətini onların sayı azaldıqca daha yaxşı bilirsən. 4. İnsan öz fikirlərini yalnız söz ehtiyatı zəngin olduqda aydın

ifadə edə bilər.

10. Söz birləşmələrini cümlədə mübtəda və xəbər vəzifəsində işlədin.

Nümunə: ozünə kənardan baxa bilməkÖzünə kənardan baxa bilmək aqil adamların xüsusiy yətidir.İnsanda gözəl xüsusiyyətlərdən biri də özünə kənardan baxa bil -məkdir.

hikmət xəzinəsi, millətin taleyi, dərindən düşünən, atalar sözləri, uzun danışmaq

11. Cümlələrdəki ismi və feili birləşmələri tapın. Cümlə daxilindəhansı suala cavab verdiyini müəyyənləşdirin.

1. Dahi şəxslər mühitini öz qəlbində gəzdirir.2. Müdriklik həyat elmini öyrənməkdir.3. Şöhrət dalğaları yüngül adamları tez yerindən oynadır.4. Zirvəyə gedən yol insan qəlbindən keçir. 5. Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır.

59İNFORMASİYA VƏ KOMMUNİKASİYA

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR

1. Azərbaycan dilində nəşr edilən ilk qəzet və onun redaktoru haq -qında nə öyrəndiniz?

2. İnformasiya mənbəyi kimi qəzet, radio və televiziyanın hər birininüstün cəhətlərini göstərin.

3. Verilmiş feili birləşmələri əsas tərəflərinin ifadə vasitəsinə görəqruplaşdırıb yazın. Birləşmələrin üçünü cümlədə işlədin.

gözəlliyi görə bilən, insan adını qoruyanda, yaşadığı yeri abadlaşdırmaq, geri dönmədən, kəndə çatar-çatmaz, həyatı

mənalı edən, daim yüksəlmək, həsrətlə gözlədiyim, yarı-yarımçıqöyrənmək, yenilik qəbul edildikdə, sözünü deyə-deyə

Məsdərlə ifadə olunan: Feili sifətlə ifadə olunan: Feili bağlama ilə ifadə olunan:

4. Aşağıdakı mənalara uyğun gələn mürəkkəb adları düzgün yazılışqaydalarına əməl etməklə yazın.

Azərbaycanın məşhur milli bayramı –Azərbaycan universitetlərindən birinin adı –Azərbaycanın tərkib hissəsi olan muxtar respublikanın rəsmi adı –Azərbaycanda səhiyyəyə rəhbərlik edən nazirliyin adı –Müəllimlərə verilən fəxri ad –Azərbaycan jurnalistlərinin peşə bayramı –

5. Mürəkkəb adları ixtisarlar şəklində yazmaqla köçürün. Onlardansonra şəkilçilərin yazılış qaydasına əməl edin.

1. Azərbaycan Ali Hərbi Məktəbinin məzunları hərbi təlimlərdə özpeşəkarlıqlarını nümayiş etdirdilər.

2. Litva dövləti Avropa Birliyinə daxil oldu.

3. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına gələn tama -şa çıların sayı ildən-ilə artır.

4. Bu il Azərbaycan Dövlət İqtisad Universitetinə yüksək ballaqəbul olan tələbələrin sayının artımı müşahidə edilir.

5. Mingəçevir Su Elektrik Stansiyası Kür çayının üzərində yerləşir.

60 II BÖLMƏ

PİZA QÜLLƏSİ

Mən “Amra” restoranının yuxarımə r tə bəsində, tent altında oturubətrafı seyr edir dim. Burada yayınqızmarında da sərin meһ əsir, qül -lədən suya tullanan uşaqların şənsəsləri, suyun şap pıltısı adamınəsəb lərini sakit ləş dirir, körfəzdəküləkdən əyi lən yelkənli qayıqlarınsuyun ayna sinəsini yaran mailiuçuşu göz ox şayır. Öz mailliyi iləməşһur olan Piza qülləsi, yəqin ki,bu uçuşa һə səd aparardı.

Yeri gəlmişkən, Piza qülləsi һaq -qında. Mən һər dəfə onu jurnallardavə ya һə vəs kar şəkillərində görəndəözümdən ası lı ol ma yaraq əsəbilə -şirəm. Həm də nədənsə əsəbiləşdiyimi gizlətməli oluram. Özüm bu cür al-bomlar saxlamıram və һeç vaxt da bu qülləni çəkmək imkanım olmayıb.Onu һər dəfə bu və ya digər şəkildə başqaları göstərib, mən də һəmişətəşəkkür əlaməti olaraq bu qüllənin əcaib əyriliyinə təəccüblənməliolmuşam.

Axı nə qədər əyri durmaq olar, bunun bir axırı olmalıdır, ya yox?! Mənbelə düşünürəm: çox da sən Piza qülləsisən, ya birdəfəlik yıxıl, ya da dü -zəl! Axı bu əbədi əyrilik – əyri ürəklərin, əyri ideyaların davam lı lığına gö - zəl nümunədir.

Hərdən gecələr məni qara basır və tez-tez bir yuxu görürəm. Görürəmki, məni İtaliyaya gətiriblər və elə bir yerə bağlayıblar ki, oradan gecə-gündüz Piza qülləsini seyr etməli oluram. Qüllənin mənasız əyriliyi mənicin atına mindirir və fikirləşəndə ki nə qədər sağam, o yıxılmayacaq, məndurduqca duracaq, һirsimdən az qala bağrım çatlayır.

Hərdən bu vaһiməli yuxuda bir italiyalı da peyda olur və onun gəlişi va -һiməni daһa da artırır. O, gündə üç dəfə spagetti gətirir və Piza qülləsininqarşısını tutaraq məni yedizdirir. Ancaq eyni zamanda o mənə Avropa

1. Sizcə, nəyə görə müəllif Piza qülləsini görəndə əsəbiləşirdi?

62 III BÖLMƏ

kom munizmindən müһazirə oxuyur. Onun müһazirəsindən özümü o qədərnaqolay һiss edirəm ki, az qalıram qışqırım:

– Amiqo*, çəkil, sən Allaһ, Piza qülləsi bundan yaxşıdır.Yuxuda mən italyanca əla danışıram, ancaq susuram, çünki bu əsra -

rən giz spagetti çox dadlı şey imiş və mən guya һər dəfə özümə söz veri -rəm:

– Bax bir loğma da yeyim, sonra ağzımdan çıxanı ona deyəcəyəm.Di gəl, mən ona һeç nə demirəm, çünki növbəti loğmadan imtina etmə -

yə iradəm çatmır və buna görə də özümü bir az da alçalmış һiss edirəm,amma bu һəqarət һeç iştaһamı pozmur, əksinə, daһa da gücləndirir.

Qərəz, mən müһazirəçimə sonuncu makarona qədər qulaq asmalı olu-ram. Sonra isə, sonuncu loğmadan sonra olan-qalan vicdanım yol vermirki, düşündüyümü ona deyim. Heç olmasa, axırıncı loğmadan imtina edəbilsəydim, deyərdim. İntəһası, neyləyim, alınmır. Vicdan da yaxşı şeydiraxı, bircə loğmadan keçə bilmirsənsə, nə danışasan?!

Budur, o çıxıb gedir və yenə də gözlərim önündə əyri qüllə peyda olur. Bir fikir mənə raһatlıq vermir: bəlkə, Piza qülləsinin əyriliyi bir işa rədir –

һəyatımızın Allaһın iradəsindən dönmə bucağını təyin edir. Ya xud yazıqPiza qülləsi düz dayanır, əyri dayanan yerdir, o da bizim mənfur əməl lə -rimizdən əyilib...

Fazil İskəndərin “Sandro əmi və qul Həzrət” əsərindən parça

Söz ehtiyatı

2. “Tent” və “spagetti” sözlərinin mənasını müəyyənləşdirin.

Düşün və cavab ver

3. Piza qülləsi müəllifdə nə ilə assosiasiya olunur?

4. Müəllif obrazı haqqında nə deyə bilərsiniz? Fikirlərinizi əsərdən si-tatlar gətirməklə əsaslandırın.

5. Müəllifin Piza qülləsi haqqında düşüncə və mühakimələri hansıabzaslarda əks olunub?

6. “Tənqid etmək istədiyindən pay alma” hökmü hansı hissəyə uy ğun -dur?

63FƏRD VƏ CƏMİYYƏT

*Amiqo – ital. dost

Yazı

7. Verilmiş mövzulardan birini seçin. Onu Piza qülləsi və oxuduğunuzəsərlə əlaqələndirərək 10-12 cümlədən ibarət esse yazın.

A. Əyilmək hələ yıxılmaq demək deyil. İnsan nə qədər əyilsə də,yıxılmamalıdır.

B. Hər bir şəxs anadan qüsurlu doğula bilər. Lakin bu insan birçoxlarının qibtə etdiyi şəxsiyyətə çevrilə bilər.

C. Düzlüklə yanaşı, əyrilik bəşəriyyətin ayrılmaz xüsusiyyətidir.Əyrilik olmalıdır ki, düzlüyə qiymət verilsin.

Dil qaydaları

8. Mətndə altından xətt çəkilmiş cümlədə qrammatik əsası saxlamaqladigər üzvləri ixtisar edin. Cümlədəki fikirdə baş vermiş dəyişikliyiizah edin.

9. Suallara cavab verməklə cümlələri genişləndirin.

1. Şah İsmayıl (harada?) anadan olmuşdur.

2. Xristofor Kolumb Amerikanı (nə zaman?) kəşf etmişdir.

3. Tazıya “tut” deyir, (nəyə?) “qaç”. (Atalar sözü)4. (hansı?) peşmançılıq fayda verməz. (Atalar sözü)5. Hacı Çələbi xan (kim ilə?) mübarizə aparmışdır.

6. İsaak Nyuton (nəyi?) kəşf etmişdir.

7. Bayatı (neçə?) misradan ibarətdir.

Cümlədə mübtəda və xəbər vasitəsilə ifadə olunan əsas məlumatikincidərəcəli üzvlər vasitəsilə genişləndirilir.

Böyük (hansı?) qardaşım axşam (nə vaxt?) şəhərə (haraya?) atamla(kim ilə?) gedəcək.

Cümlənin II dərəcəli üzvləri bunlardır: tamamlıq, təyin, zərflik.Tamamlıq: Yenidən dostunu (kimi?) heyranlıqla süzdü.Təyin: Birdən göy üzündə qara (necə?) buludlar oynaşmağa

başladı.Zərflik: Güllə səsi eşidən Cahandar ağa təpəyə (haraya?) qalxdı.

(İ.Şıxlı)

Yadda saxla! CÜMLƏNİN İKİNCİDƏRƏCƏLİ ÜZVLƏRİ

_ _ _ _ _

~~~~

~~~~~~~

64 III BÖLMƏ

10. Verilmiş söz və söz birləşmələrindən istifadə etməklə atalar sözlə -ri ni bərpa edib sualını qarşısında yazmaqla köçürün.

Nümunə: Su ... axar. – Su səmtinə (haraya?) axar.acıqlı, el atan, bizim başımız, abadlıq, çox istədiyi,

təzə, qışda, meyvəsiz, buz

1. Yayda kölgədə yatan ... qar üstdə yatar.2. ... başda ağıl olmaz. 3. ... daşa güc çatmaz.4. Dəlləkliyi ... öyrənir.5. Pişik balasını ... yeyər.6. ... bardağın suyu şirin olar.7. ... ağaca daş atmazlar.8. ... gün əridər, insanı xəcalət. 9. Bayquş xarabalığı ... dəyişməz.

11. Verilmiş cümlələrdə ikincidərəcəli üzvləri tapın və onların aidolduğu cümlə üzvlərini müəyyənləşdirin.

Nümunə: Susuz qalmış zəmilər həsrətlə yağışı gözləyirdi.

həsrətlə (necə?) g gözləyirdiyağışı (nəyi?) g gözləyirdi susuz qalmış (hansı?) g zəmilər

1. Sahibə xanım gözəl Təbriz xalçalarına heyranlıqla baxırdı.

2. Coşqun dalğalar sahilə hücum çəkirdi.

3. Mən doğma kəndimizi tez-tez yada salıram.

4. Vətən uğrunda şəhid olmuş qəhrəmanlar heç vaxt unudulmur lar.

12. Altından xətt çəkilmiş ikincidərəcəli üzvlərə uyğun gələn xüsu -siyyətləri müəyyənləşdirin.

1. Bu yerlərin meşələrində qocaman palıd ağaclarına tez-tez rastgəlmək olurdu. (İ.Əfəndiyev)

2. Topa-topa bir tərəfə yığılmış qar artıq öz gözəlliyini və parıltısınıitirmişdi.

3. Külək neçə illik ağacı bir anda kökündən qoparıb yola yıxdı.

A. Mübtədaya aid olub onu müxtəlif cəhətdən izah edir, hansı?sualına cavab verir.

B. Xəbərlə əlaqəlidir, hərəkətin yerini bildirir, harada? sualınacavab olur.

C. İsmin təsirlik halı ilə ifadə olunub, hərəkətin obyektini bildirir.

65FƏRD VƏ CƏMİYYƏT

MƏMURUN ÖLÜMÜ

Bir gün axşam kiçik məmur İvan Dmitriç Çervyakov teatr zalının ikincisırasındakı kresloda oturub durbin ilə operaya baxır və özünü son dərəcəxoşbəxt hiss edirdi. Lakin birdən...

Hekayələrdə “lakin birdən” ifadə si nə tez-tez təsadüf olunur. Müəllifləriqı namaq olmaz: həyat gözlənil mə z hadisələrlə doludur!

Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi bir anlıq kəsil -di... O, durbini gözündən uzaqlaşdırıb əyildi və... asqırdı. Asqırmaq heçki mə heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis rəisləri də, hətta məxfimüşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, cib dəs -malı ilə ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-etmədiyini bilmək üçün ətrafına baxdı. Lakin bu zaman ona utanc gətirənbir səhnənin şahidi oldu: qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyiilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çerv -ya kov qocanı tanıdı; o, yollar idarəsində işləyən general Brizjalov idi.

Çervyakov düşündü: “Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənimrəisim olmasa da, hər halda, yaxşı olmadı. Üzr istəmək lazımdır”.

Çervyakov öskürdü və özünü qabağa verib generalın qulağına pıçıldadı:– Bağışlayın, zati-aliləri, asqıranda üstünüzə sıçrayıb... qəfildən oldu...– Eybi yoxdur, eybi yoxdur...– Allah eşqinə bağışlayın. Mən

bunu... bilə-bilə eləmədim!– Eh, oturun yerinizdə, xa -

hiş edirəm! Qoyun qulaq asaq!Çervyakov pərt olub məna -

sız bir halda gülümsədi və səh -nəyə tamaşa etməyə baş ladı. Otamaşa edirdi, an caq əvvəlkihəzzi duymurdu. Çox narahat idi.Tənəffüsdə Brizjalova ya xınlaşdıvə onunla yanaşı gedə-gedə as-tadan dedi:

– Zati-aliləri, mən asqıranda sizinüstünüzə sıçradı... Bağış layın... Axımən...

1. Əsər qəhrəmanının soyadının mənasından (çervyak – soxulcan)çıxış edərək xarakteri haqqında proqnoz verməyə çalışın.

66 III BÖLMƏ

– Ah, bəsdir də... Mən bunu unutmuşam, sizsə yenə də bu barədə da -nışırsınız, – dedi. Bunu söylə yər kən onun alt dodağı əsəbi halda səyriyirdi.

Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: “Unudubdur,ancaq üzündən zəhrimar yağır, heç danışmaq da istəmir. Onu başa sal -ma lıyam ki, mən bunu bilə-bilə eləməmişəm, bu, təbiətin qanunudur, yox -sa elə güman edər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belədü şünməsə də, sonra bu cür düşünə bilər!”

Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına da nışdı.Onun fikrincə, arvadı bu ha disəyə çox ağılsızcasına ya naş dı; o, əvvəl qorx -du, lakin Brizja lovun başqa idarənin rəisi olduğunu bil dik dən sonra sakitləşdi.

Ertəsi gün Çervyakov təzə mundirini geydi, üzünü qırxdırdı və Briz-jalovun yanına getdi… Generalın qəbul otağına girəndə orada çoxlu adamgördü. General gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfər -dən nə üçün gəldiyini soruşduqdan sonra Çervyakova da baxdı.

– Zati-aliləri, dünən, əgər yadınızdadırsa, opera teatrında, – deyə kiçikmə mur izahat verməyə başladı, – mən asqırdım və... sizin üstünüzə sıç -radı... Bağış...

– Xataya düşmədik?! Heç dəxli var?! – General növbəti adama mü -raciət etdi. – Sizə nə lazımdır?

Çervyakovun rəngi ağardı: “Heç danışmaq istəmir! De məli, acığı tutub...Yox, bu məsələni belə qoymaq olmaz... Mən ona izah etməliyəm...”

General axırıncı adamla söhbəti qurtardıqdan sonra içəri otağa keçməkistəyirdi ki, Çerv ya kov onun ardınca gedərək mızıldandı:

– Zati-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət edirəmsə, bunuməhz peşmançılığımı bildirmək üzündən edirəm!.. Özünüz bilirsiniz ki,mən bunu bilə-bilə etməmişəm!

General ağlamsınmış kimi üz-gözünü qırışdıraraq əlini yellədi:– Cənab, siz məni ələ salırsınız?! – deyərək içəri girdi.Çervyakov ürəyində düşündü: “Ələ salmaq nədir? Burada heç bir ələ

salmaq-filan yoxdur! Özü generaldır, ancaq başa düşmür! İş ki belə oldu,mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəyəm! Qoy cəhənnəmolsun! Ona məktub yazacağam, amma yanına getməyəcəyəm! Vallah,getməyəcəyəm!”

Çervyakov evə gedərkən belə düşünürdü. Amma o, generala məktubyazmadı. Uzun-uzadı fikirləşsə də, məktubu necə yazmaq haqqında heçbir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu.

General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən Çervyakovbelə dedi:

– Zati-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuzkimi, sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin üstünüzü bu -ladığım üçün üzr istəməyə gəlmişdim, sizi ələ salmaq mənim heç ağlımada gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi?

67FƏRD VƏ CƏMİYYƏT

General qəzəbindən göyərərək titrəyirdi. O, birdən:– Rədd ol buradan! – deyə çığırdı.Dəhşətdən yerində donub-qalmış Çervyakov pıçıltı ilə soruşdu:– Nə?General ayağını yerə vuraraq təkrar etdi:– Rədd ol buradan!Çervyakovun elə bil ürəyi qopdu. O heç bir şey görmədi. Heç bir şey

eşitmədi, yavaş-yavaş qapıya tərəf getdi və küçəyə çıxıb səndələyə-sən -dələyə yeridi... Evə necə gəldiyini özü də hiss etmədi. Mundirini çıxar -madan divanda uzandı və... öldü.

Anton ÇexovTərcümə edəni: Qılman İlkin

Söz ehtiyatı

2. “Zati-aliləri”, “səyrimək”, “mundir” sözlərinin mənasını kontekstəgörə izah edin.

Düşün və cavab ver

3. Məmuru və generalı xarakterizə edin. Məmurun ölümünə səbəb nəoldu? Onun ölümündə generalı günahlandırmaq olarmı? Fikriniziəsaslandırın. Əsərdən çıxan əxlaqi nəticəni ifadə etməyə çalışın.

4. Çervyakovun arvadı haqqında nə deyə bilərsiniz?

Dil qaydaları

5. Mətndə göy rənglə verilmiş cümlələrdə ismin müxtəlif hallarındaişlənən sözlərin sualını və halını müəyyən edib yazın.

Tamamlıq cümlədə xəbərlə bağlı olub hərəkətin obyektini bil di -rir, əşya məzmunu ifadə edir və kimi? nəyi? haranı? nə? kimə?nəyə? və s. suallarından birinə cavab verir.

Çalışqan adam intellektini (nəyi?) artıra bilər.Ancaq Güləsərin yaşarmış gözlərini (nəyi?) xatırladı. (İ.Şıxlı)Bir sıra hallarda tamamlıq qoşmalı söz və söz birləşmələri ilə

ifadə olunur. Bu zaman kim ilə? nə ilə? kim üçün? nə üçün? və s.suallarından birinə cavab verir.

Nisbilik nəzəriyyəsi Albert Eynşteynin adı ilə (nə ilə?) bağlıdır.Uşaq üçün (kim üçün?) kitab aldıq.

Yadda saxla! TAMAMLIQ

_ _ _ _ _ _ _

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

_ _ _ _ _ _

68 III BÖLMƏ

6. Sualların yerinə tamamlıqlar artırıb cümlələri tamamlayın.

özü, qanun, şəhidlərin qanı, çoxları, hər şey, çox danışmağı

1. O dövlət yaxşıdır ki, danışanlardan daha çox (nəyə?) qulaqasırlar. (Xilon)

2. Ən pis hökmdar odur ki, (kimə?) hökm edə bilmir. (M.Porsi)3. Azadlıq ağacı (nə ilə?) suvarılır. (R.Born)4. Az bilən (nəyi?) xoşlayır. (T.Fuller)5. Çoxlarını qorxudan adam (kimdən?) qorxmalıdır. (S.Publili)6. Düşmənlə münasibətdə (nəyə?) icazə verilir. (Xilon)

7. Cümlələrdəki tamamlıqları müəyyən edin və aşağıdakı suallaracavab verin.

1. Gedəni saxlamazlar. 2. Hikmət bizim haqqımızda onunla danışmışdı. 3. Hökumət əlaçı tələbələrə yüksək təqaüd verir.4. Kitabda gözəl illüstrasiyalar var. 5. Uğur yaranan ani sükutdan istifadə etdi. 6. Tələbə internetdən səmərəli istifadə etməlidir. 7. Qonaqlar Bakını maraqla seyr etdilər.8. Kənd əhli daha çox bağçılıqla məşğul olurdu. 9. Samir görüş haqqında bir söz deməmişdi. 10. Arzunun sözləri mənə çox qəribə gəlirdi.

7.1. Tamamlıqlar ismin hansı hallarında olan sözlərlə ifadə olunur?*7.2. İsmin hansı hallarında olan sözlər müstəqil şəkildə tamamlıq

vəzifəsində çıxış edə bilmir?

*8. Tamamlıqları tapıb ifadə vasitələrini göstərin.

1. Balını ye, arısını soruşma. 2. Qurd ilə dost ol, çomağı əlindən yerə qoyma. 3. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. 4. Yetənə yetir, yetməyənə daş atır. 5. Yüz acını yeyirlər bir şirinin xatirinə.6. Cahilin ibadətindən alimin yuxusu yaxşıdır.7. Atana necə baxarsan, övladın da sənə elə baxar. 8. Oynamaq bacarmır, deyir, yerim dardır. 9. Mən otağın bir küncündə oturub qəmli halda pəncərəyə baxan

oğlanı tanıdım.10. Sabahın üçün çalış, amma dünənini unutma.

69FƏRD VƏ CƏMİYYƏT

Dil qaydaları

9. Mətndə göy rənglə verilmiş cümlədə altından xətt çəkilmiş sözlərinsintaktik vəzifəsini müəyyən edin.

10. Göy rənglə verilmiş sözlərin mübtəda və ya tamamlıq olduğunumüəy yən edin. Fikrinizi əsaslandırın.

1. Sona xalça satırdı.2. Əkinçilər həsrətlə yağış gözləyirdilər.3. İclasda hər kəs söz istəyirdi. 4. Yosunlar fotosintez prosesinin “tullantısı” kimi, altı dəfə çox

oksigen istehsal edir.5. Alay səbirsizliklə hücum əmri gözləyirdi. 6. Vaxtilə ingilislər kartofu becərənlər üçün xüsusi medal təsis

etmişdilər.7. Şah İsmayıl Sultan Səlimə məktub göndərdi.

11. Uyğunluğu müəyyən edin.

A. Təsirlik haldadır, cümlədə tamamlıq vəzifəsindədir. B. Mənsubiyyət şəkilçilidir, cümlədə mübtəda vəzifəsindədir. C. Mənsubiyyət və hal şəkilçisi qəbul edib, tamamlıq vəzifə sin də dir.

1. Sözü hələ də dillərdə dastandır, çünki vaxtında və məqamındasöylənmişdir.

2. Ayna özünü görə bilsə idi, başqalarına baxmazdı.

3. Biz işığı görmürük, işıq qaranlıqda bizə yardımçı olur.

4. Elm təcrübələrini təbiətin öz üzərində sınaqdan keçirir.

5. Sərvət insanı aşağı çəkir, yaradıcılıq isə onu ucaldır.

6. Ürəyi hər zaman xalq üçün döyünüb, ona görə də daima yaşayır.

Tamamlıq qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözləifadə edildikdə formaca mübtədaya bənzəyir. Məsələn:

Toğrul (mübtəda) ev (tamamlıq) aldı. Lakin yadda saxlamaq lazımdır ki, mübtəda hərəkət və ya hök-

mün subyektini ifadə etdiyi halda, ta mamlıq, adətən, obyektbildirir və bir çox hallarda tə sir lik hal şəkilçisi qəbul edə bilir.

Şagird (subyekt) kitabxanadan kitab (obyekt) aldı. – Şagird(kim?) kitabxanadan kitabı (nəyi?) aldı.

Yadda saxla! MÜBTƏDA, YOXSA TAMAMLIQ?

70 III BÖLMƏ

MİRZƏ SƏFƏR

Mirzə Səfərlə biz tanış olan da onunyaşı qırx beşlə əllinin ara sında idi. Özüdə qəza dəftər xa nasında qul luq edərdi.Dəf tər xa na da Mir zə nin hör mətini göz -lər dilər. Çünki sair mir zə lər hər gələn -dən bir ab bası, altı şahı rüşvət alardı,amma Mirzə öz maaşına kifayət edibbir qəpik də ol sun rüşvət al mazdı. Dün -yada yal taq lıq nə ol duğunu bil məzdi.

Bir dəfə bir nəfər şəxs dəftərxa na yagəlib katibdən əri zəsini so ruşur, katibcavab verir ki, kağı zın Mirzə Sə fər dədir,üzünü köçürər, aparar san. Şəxs Mirzə -yə tərəf gəlir:

– Mirzə, mənim kağızımı, mümkünsə, yaz, aparım.– Dayan, bu saat yazaram, əlimdə özgə iş var.– Bilirsiniz, mən Həsən ağanın qohumuyam.Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı.– Doğrudan, Həsən ağanın qohumusan?– Doğrudan.– Sən Allah, Həsən ağanın qohumusan?– Vallah, doğru deyirəm.– Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?– Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.– Bəs elə isə, gəl min mənim boynuma. Neyləyim, Həsən ağanın qo-

humusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.

...Bir dəfə nə üstə isə naçalnikin Mirzə Səfərə qəzəbi tutub dedi:– Səfər! Papağını götür, buradan get!Mirzə Səfər qalxıb naçalnikin sifətinə şax baxdı.– Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda

papağımı qoyub getməyəcəyəm.

1. Bu dialoq Mirzə Səfərin xarakterinin hansı xüsusiy yət lə -rin dən xəbər verir?

71FƏRD VƏ CƏMİYYƏT

Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun təqs i rin dənkeçsin. Mirzə Səfərin isə sifətində yalvarmaq nişanəsi yox idi. Mir zə nin tə -miz qulluqçu olmağına qiymət qoyurdular. Ona görə vəzifəsində sax ladılar.

* * *Mirzə Səfərin iki oğlu edadiyyə* məktəbinin beşinci sinfində oxuyurdu.

Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan xeyriyyə cə miy -yəti onun uşaqlarını dərs pulundan azad etmişdi.

Bir gün uşaqları məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu il -dən onları məktəb pulundan azad etməyəcəklər, pul verməsələr, hər iki -sini məktəbdən xaric edəcəkİər.

Sabahı gün Mirzə məktəb müdirinin yanına getdi. Müdir uşaqların yax -şı oxuduğunu, onların məktəbdən çıxarılmalarına çox əfsus etdiyini bil dir -di. Məsləhət gördü ki, gedib Həsən ağa ilə görüşsün. İş onun əlindədir.

Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanınqulağına çatıb, o da qeyzlənib, xeyriyyə cəmiyyətinin iclasında deyib ki,Mir zə Səfərin uşaqlarını öz xərci ilə oxutmağa imkanı var, qoy təhsil xər -cini ödəsin.

Mirzə Səfər məyus evə qayıtdı. İştahsız nahar yeyib yatmaq istədi, yu -xusu gəlmədi. Durub libasını geyinib getdi dostu usta Zeynalın dükanına.

Usta Zeynal onun kefsizliyinin səbəbini xəbər aldı. Əvvəl Mirzə heç nədemək istəmədi. Sonra ustanın təkid etdiyini görüb dedi:

– Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə de -yib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. Mənimmədaxilimi bilirsən. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdənçıxarılsa, mən vərəmləyib öləcəyəm.

Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhətgördü. Mirzə Səfər bir neçə dəqiqə usta Zeynalın üzünə baxdı, birdənayağa qalxıb dedi:

– Usta Zeynal, bu nə təklifdir, mənə edirsən? Mən, Mirzə Səfər gedimHəsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, amma

4. Nə üçün Mirzə Səfər əvvəlcə kefsizliyinin səbəbini dostunademək istəmirdi?

2. Mirzə Səfərin son sözlərinin arxasında, əslində, hansı fikir durur?3. Mirzə Səfər haqqında “təmiz qulluqçu” dedikdə müəllif nəyi

nəzərdə tutur?

72 III BÖLMƏ

*Edadiyyə – XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan orta məktəb

gedib Həsən ağa kimi adama yalvar-maram. Qoy uşaqları qovsunlar.

Usta Zeynal bunu eşitdikdə dedi:– Mirzə, mən səni sınayırdım. İndi

görürəm ki, sən ağır günündə də ge -dib heç kəsin ayağına yıxıl maz san.Gəl mən sənin uşaqlarının təhsilhaq qına şərik olum. İldə səksənmanat sənin üçün ağır yükdür. Ammaqırx manat döy-sındır düzəldərsən.

Mirzə Səfər usta Zeynalın boy-nunu qucaqlayıb üzündən öpdü...

Mirzə Səfərin oğlanları ikisi də birildə məktəbi tamam etdi.

* * *Bir gün Mirzə Səfər Ras ta ba zar dan ötərkən qulağına səs gəldi. Dö nüb

gördü ki, onu səsləyən Həsən ağa dır, tacir Hacı Qulunun düka nın da otu-rub oradan əl edir.

Mirzə Səfər Həsən ağaya tərəf getdi. Həsən ağa bir az söhbətdən son -ra Mirzənin uşaqlarına ali təhsil vermək arzusunda olduğunu görüb dedi:

– A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən ney lə -yirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Sənə varlılarla tarazıyagir mək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat!

Mirzə bu sözlərin cavabında dedi:– Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim

yadımdan çıxmır.Mirzə Səfərin eyhamını başa düşən Həsən ağanın rəngi dəyişdi, qə -

zəbləndi. Bunu görən Mirzə:– Ovqatınız təlx olmasın, ağa. Nə vaxt qapınıza çörəyə gəlsəm, bu

sözləri deyərsiniz. Ancaq uşaqlarımın gələcəyinin fikrini özümçəkəcəyəm, – deyib mü rəx xəs oldu.

* * *

...Mirzə Səfər ölüm bəstərində idi. Oğlanları onun keşiyində dayanmış -dı lar. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı.

Mirzə gözlərini açdı, oğlanlarını yanına çağırdı.

5. Mətndə “Mirzə Səfərin eyhamı” dedikdə nə nəzərdə tutulur?6. Göy rənglə verilmiş cümlədə hansı söz dırnaq içində yazıla

bilər?

73FƏRD VƏ CƏMİYYƏT

– Balalarım, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam.Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama yaltaqlıq eləməmişəm,sizə mənim vəsiyyətim: ac qalsanız da, Həsən ağa kimi adamlara gedibyalvarmayın. Onuntək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dola -nır sınızsa, həmişə uğur sizi tapar. Mən gedirəm. Sizə ikinci vəsiyyətim: buusta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq ondaeti bar gördüm.

Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu.

Əbdürrəhimbəy Haqverdiyevin eyniadlı hekayəsi əsasında işlənmişdir.

Söz ehtiyatı

7. Lüğətdən istifadə edərək “qəza”, “şax”, “əfsus etmək”, “qeyz lən -mək”, “mə da xil”, “eyham”, “təlx olmaq”, “mürəxxəs”, “bəs tər”,“mə ram” söz lə ri nin mə na sını aydınlaşdırın.

8. “Maaşına kifayət etmək”, “döy-sındır düzəltmək” və “varlılarlatarazıya gir mək” ifadələrini necə başa düşürsünüz? Onları hansıifadələrlə əvəz etmək olar?

Düşün və cavab ver

9. Mətndəki məlumatlardan istifadə etməklə sillogizm qurun və eda -diyyə məktəbində təhsilin neçə il davam etməsini müəyyənləşdirin.

10. Debat: 1. Mirzə Səfər oğlanlarının xətrinə Həsən ağa ilə dil tapmağa ça lış -

malı idi.2. Oğlanları təhsillərini davam etdirə bilməsə də, Mirzə Səfər Həsən

ağaya yalvarmalı deyildi.

Dil qaydaları11. Mətndə altından xətt çəkilmiş söz və ya söz birləşmələrindən

hansı:•hərəkətin miqdarını bildirir?•hərəkətin zamanını bildirir?•hərəkətin tərzini bildirir?•hərəkətin yerini bildirir?

74 III BÖLMƏ

12. Altından xətt çəkilmiş zərfliklərin sualını və ifadə vasitəsini müəy -yən edin.

1. Sözü ürəksiz demə ki, ağızdan tökülər, gərəksiz demə ki, eşidənlərgülər.

2. Bulud nəm çəkəndə ürək qəm çəkər.3. Cavanlıqda işləsəniz, qocalıqda rahat yaşayarsınız.4. Dənizçinin məharəti fırtınalı dənizdə məlum olar. 5. Vaxtın ötüb-keçməsi üçün deyil, öyrənmək üçün oxumalısan.

13. Cümlələrdən zərflikləri tapıb məna növünü müəyyən ləş dirin.

1. Uzaqdan baxana döyüş asan görünər.2. İlk coğrafi təsəvvürlər qədim Şərqdə yaranmışdı.3. Paxıl olduğu üçün bütün gözəlliklərə kordur.4. Yuxarıda – böyük çadırın qabağında bir ocaq hələ də közərirdi.5. Böyük məqsədlərə çatmaq üçün kiçik istəklərdən imtina etməyi

bacarmaq lazımdır.6. Kasıblıqdan əziyyət çəkəndə Pablo Pikasso çəkdiyi şəkilləri

yandırıb isinirdi.7. Şərikli qazan gec qaynayar.8. Yuxarıda yeri yoxdur, aşağıda özü oturmur.9. Söyləmədiyimin əzabını heç zaman çəkməmişəm. (Ksenokart)10. O mənə dəfələrlə demişdi.

Zərflik cümlədə xəbərlə bağlı olub hərəkətin icrasını müxtəlif cə -hətdən izah edir. Bu da zərfliyin məna növlərini yaradır: tərz, zaman,yer, səbəb, məqsəd, kəmiyyət və ya dərəcə. Zərflik necə? nə cür?haraya? harada? haradan? nə vaxt? nə zaman? nə qədər? nə dərəcədə?niyə? nə üçün? nə səbəbə? nə məqsədlə? sual larından birinə cavabverir.

Qatar ağır-ağır (necə?) yerindən tərpəndi.

Bir neçə gün əvvəl (nə zaman?) buraya (haraya?) gəlmişdi. Bu məsələdə səninlə tamamilə (nə dərəcədə?) şərikəm.İcazəsiz getdiyin üçün (nə üçün? nə səbəbə?) izahat yazmalısan.

Yeni eksponata baxmaq üçün (nə üçün? nə məqsədlə?) camaatmuzeyin qabağında növbəyə düzülmüşdü.

Yadda saxla! ZƏRFLİK

~~~~~~~~~

~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~

~~~~~~~~~

~~~~~~~~~~~~~~~~~~~~~~~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

75FƏRD VƏ CƏMİYYƏT

76 III BÖLMƏ

14. Zərflikləri cümlədən çıxarın. Hər iki variantı müqayisə edin.1. Səhərdən başlayan yağış axşama doğru kəsdi.2. Nəhayət, karvan mənzilbaşına gəlib çatdı.3. Yağışdan əvvəl qaranquşlar aşağıdan uçurlar.4. Bütün günü işləməkdən ana yorulub əldən düşmüşdü.5. Xalqın məhəbbətini cəfakeşliklə qazanmaq olar.6. Uşaqlarını oxutmaq üçün hər əzaba qatlaşmağa hazır idi.7. Bu barədə ona dəfələrlə xəbərdarlıq etmişəm.

15. Verilmiş sözləri uyğun gələn cümləyə əlavə edin və aid olduğu üzvügöstərin.

qəfəsdə, yana-yana, yavaş-yavaş, Azərbaycan meşələrində, sürünə-sürünə

1. ... yaşamasan, ana-ana yaşatmazlar. 2. Həyat nəfəsli bülbül ... ola bilməz. 3. Axşamayaxın həyətdəki quşların səsi ... kəsilməyə başladı. 4. Dəmirağaca ... rast gəlinir.5. Şərəflə ölmək ... yaşamaqdan yaxşıdır.

16. Nümunəyə uyğun olaraq dəftərinizdə cədvəl çəkin, mətndən zərf -lik ləri seçib cədvəli doldurun.

Payızın son ayında Xudafərin körpüsündən keçən Sultan Yaqubunqəflə-qatırı Beyləqana tərəf yol almışdı. Qabaqda sultanın mühafizədəstəsinin geyimli-kecimli bığıburma süvariləri gedirdi. Aralıqda Sul-tan Yaqub atını yorğa yerişlə sürürdü. Onlardan arxada zər parçalarlabəzənən kəcavədə Qarabağ gözəlini oturtmuşdular. Səlcuqə Şahbəyimxatun da ayrı bir kəcavədə gedirdi. O, oğlunu bu toy fikrindən daşın -dır maq üçün çox çalışmışdı.

Haramı düzünə elatlar yaylaqdan təzə qayıtmışdılar. Yağışlardansonra bu düzəndə ot cücərmiş, xırda, ağ çiçəklər açmışdı. Alaçıqlarınyanında körpə, qumral quzular oynaşır, göz işlədikcə uzanan düzdəsürülər otlayırdı. Toyun günü ölkənin bütün əyalətlərinə xəbər ve ril -mişdi. Şənliklər düzəltmək üçün məmurlar qapı-qapı gəzib şallaq gü -cünə muştuluq vergisi yığırdılar.

(F.Kərimzadə)

Zərflik Sualı Məna növü İzah etdiyi cümlə üzvü

Beyləqana tərəf haraya? yer yol almışdı (xəbər)

77FƏRD VƏ CƏMİYYƏT

SONUNCU DÜYM*

(ixtisarla)

Külək kiçik “Oster” təyyarəsiniamansızcasına silkələyirdi, ammaDevi canını dişinə tutub səsini çı -xarmırdı, atılıb-düşən cihazlara,kompasa təşvişlə baxırdı. Ata sı nın:“Qorxursan?” – sualına oğlan astavə utancaq səslə: “Bir azca”, –deyə cavab verdi. Ben sərt birtərzdə oğluna:

– Təyyarəni yerə endirməyi öy -rənmək istəyirsənsə, düz otur! –deyə əmr etdi. – Enmə zamanı yerə qədər məsafə altı düym ol ma lıdır. Nəaz, nə çox, düz altı düym! Bir az yüksəkdən uçsan, enmə zamanı təyyarəyerə çırpılıb zədələnə bilər, çox aşağıdan uçsan, kələ-kötürə düşüb çevriləbilər. Hər şey sonuncu düymdən asılıdır.

Bu da sonuncu düym! Ben mühərriki söndürdü, ayağını əyləcə basdıvə təyyarə dayandı.

Köpəkbalığı körfəzi adlanan bu sularda, doğrudan da, akulalar çoxolurdu. Ben buraya elə bu yırtıcı balıqlara görə gəlirdi. O, telekompani ya -nın sifarişi ilə sualtı çəkilişlər aparırdı. Köpəkbalıqları haqqında hər çə ki -lişə görə yaxşı pul qazanırdı...

Devi ətrafa göz gəzdirdi. Qarşıda mavi sulardan, arxada isə göz işlə -dik cə uzanan qumlu təpəciklərdən başqa heç nə yox idi. Uşağı birdənqorxu bürüdü: atasına bir şey olsa, onun halı necə olacaq? Devi yavaşsəslə soruşdu:

– Ata, bizim burada olduğumuzu kimsə bilir?– Heç kəs. – Bəs bizi tapa bilərlər?– Yox. Quru ilə buraya yol yoxdur. Təyyarədən bizim balaca maşını

çətin ki görsünlər. – Əli ilə dənizi göstərdi. – Oradan da heç kəs gəlməz,riflərə görə...

Devinin qorxduğunu görən Ben uşağı sakitləşdirdi:– Qorxma, hər şey yaxşı olacaq. Mən suyun altında yarım saatdan az

qalacağam.Kürəyində akvalanq, bir əlində kamera, digərində isə təzə kəsilmiş at

*Düym – numerativ söz kimi: 2,54 santimetrə bərabər uzunluq ölçüsü

bu du suya girən Ben əti məftillə rifə möhkəm bağladı ki, akulalar onu asan -lıqla qopara bilməsinlər, özü isə təhlükəsiz yerə çəkilib gözləməyə başladı.

Akulalar qan iyini hiss edən kimi gəldilər. Qabaqda pələng-akula gəlirdi. Ben hər şeyi çəkə bildi: akulaların ətə yaxınlaşmalarını, ağızlarını açma -

larını, dişləri ilə əti parçalamalarını... Birdən pələng-akulanın onun üstünəgəldiyini gördü. Akula azca böyrü üstə çevrildi və Ben onun hücumahazırlaşdığını başa düşdü. Yalnız indi gördü ki, əlləri və sinəsi ətin qanınabulaşıb. Bu, bağışlanmaz səhlənkarlıq idi. Amma indi özünü danlamaqmənasız idi. Ben kamera ilə akuladan qorunmağa çalışdı. Lakin artıq gecidi. Yırtıcı dişlərini Benin qoluna sancdı. Sonra o biri qolundan yapışdı. Qor - xu və ağrıdan Ben əllərini yelləməyə başladı: su qana boyandı. Ben artıqheç nə görmürdü, ancaq başa düşürdü ki, akula yenidən hücuma ke çə -cək. Elə həmin an yırtıcının dişlərini ayaqlarında hiss etdi. Var gücünütoplayaraq ayaqları ilə akulanı itələdi və suyun üstünə çıxdı.

Ben özünə gələndə başı üstündə oğlunu, onun dəhşət dolu gözlərinigördü. Ben əllərinə baxdı. Sağ əli, demək olar ki, üzülmüşdü. Sol əli vəayaq ları isə didik-didik idi, həm də durmadan qanayırdı. Ben başa düşürdüki, nə isə etməlidir. O ölsə, uşaq tamamilə tək qalacaq. Bu qızmar səhradauşağı vaxtında tapa bilməyəcəklər, bəlkə də, heç tapmayacaqlar.

– Devi, mənim köynəyimi cır, sağ əlimi sarı, sol əlimi yaralardan yuxarımöhkəm bağla ki, qan dayansın.

Çox qan itirdiyindən və ağrıdan Benin tez-tez huşu gedirdi. Özünün vəuşağın xilas olması üçün yeganə çıxış yolu Devini müstəqil düşün mə yəvə hərəkətə məcbur etmək idi.

– Oğlum, mən hər şeyi sənə deyəcəyəm, sən isə başa düşməyə çalış.Çünki hər şeyi özün etməli olacaqsan. Sənin üstünə qışqırsam, incimə,yaxşı? İndi isə iri məhrəbanı yerə sər, mən özümü onun üstünə salaramvə biz birtəhər təyyarənin yanına gedərik.

Devi kədərlə:– Mən səni təyyarəyə qaldıra bilmərəm, – dedi.– Eh, – deyə Ben mümkün qədər yumşaq danışmağa çalışdı. – Özü nü

sınamadan heç vaxt nəyə qadir olduğunu öyrənə bilməzsən.– Sən təyyarəni necə sürəcəksən? Əlini tərpədə bilmirsən. Heç gö zü -

nü də aça bilmirsən, – deyə Devi soruşdu.– Sən bu barədə düşünmə. Mən gözüyumulu da uça bilərəm. Təy yarəni

isə dizlərimlə idarə edərəm. Sən durma, məni apar. Təyyarəyə qədər yolu uzun müddətə qət etdilər.

1. Altından xətt çəkilmiş cümlələrə görə əsərin qəhrəmanlarıhaq qında fikirlərinizi söyləyin.

2. He kayənin davamını proqnozlaşdırın.

78 III BÖLMƏ

– İndi təyyarənin qapısının qabağına daş yığ. Məni onların üstü ilə qal -dırıb təyyarəyə mindirə bilərsən.

Devi mərcan qırıqlarını təyyarənin sol qapısının qabağına, pilotunoturduğu yerə yığmağa başladı.

– Ora yox, – deyə Ben ehtiyatla dilləndi. – O biri qapının qabağına yığ.Bu tərəfdən çıxmağıma sükan mane olar.

Devi atasına şübhə ilə baxdı, amma göstərişinə əməl etdi.– İndi məhrəbanı belimə sarı, təyyarəyə çıx və məni dart.Ben artıq öləcəyinə, demək olar ki, şübhə etmirdi. Amma təyyarəni

idarə etməyi uşağa göstərmək lazım idi. Bu istək ona dəhşətli ağrıya dö -zərək təyyarəyə çıxmağa qüvvə verdi.

– Qayışları möhkəm bağla. Mənə kömək edəcəksən. Dediklərimədiqqətlə qulaq as, Devi. Ayağını pedalın üstünə qoy. Yaxşı. Afərin! Mə nimyanımdakı qara açarı çevir. Əla. İndi bax o düyməni bas, mühərrik i ş lə -yəndə isə qazın dəstəyini bir az da çək. Dayan! Ayağını sol pedalın üs tü -nə qoy və təyyarəni küləyə qarşı çevir.

Oğluna göstərişlər verərkən Ben yalnız bir şey haqqında düşünürdü: bircəhuşunu itirməsin, indi oğlunun həyatı bundan asılı idi. Hələlik Devi hər şeyidüzgün edirdi. Onlar artıq havaya qalxmışdılar. Devi var gücü ilə qışqırdı:

– Hara uçmalıyam? Niyə mənə istiqaməti demirsən? O gərək hər şeyi oğluna starta qədər başa salaydı, axı indi Devi onu

çə tin eşidəcəkdi. Var gücü ilə qışqırdı:– Sahilboyu uç! – Sonra öz-özünə danışırmış kimi səsini yavaşıtdı. –

Afərin, Devi, hər şey yaxşıdır, istiqaməti dəyişmə. Daha heç nə etməklazım deyil, qoy maşın özü öz işini görsün. Hər şey yaxşı olacaq, Devi...Sən öhdəsindən gələcəksən...

Ben sanki dərin bir uçuruma yıxıldı. O, huşunu itirdi...Atasının yavaş-yavaş özünə gəldiyini görən Devi: – Biz, demək olar ki, çatmışıq, – dedi. – Aerodrom görünür.– Aerodromu gözdən itirmə! – deyə Ben var gücü ilə qışqırdı və dü şün -

dü: “Allah xətrinə, Devi, indi sən mənim dediklərimin hamısını eşit məlisən”.Həlledici an çatmışdı. Təyyarəni havada idarə etmək elə də çətin de -

yildi, amma yerə endirmək – bax bu, doğrudan da, mürəkkəb məsə lə idi!Ben var gücünü toplayıb dikəldi və pəncərədən baxdı. Yer yaxın la şırdı.– Afərin! – deyə o qışqırdı. – Mühərriki söndür! Dəstəyi qabağa ver!

İn di sola doğru endir! Yaxşı! Hər şey qaydasındadır, Devi. Sən bacara-caqsan.

Təyyarənin yerə enməsinə bir dəqiqə qalırdı.– Altı düym! – deyə Ben qışqırırdı.

79FƏRD VƏ CƏMİYYƏT

Ağrıdan və gərginlikdən onun sanki dili şişmişdi, gözlərindən yaş axır dı.Ben bilirdi ki, sonuncu düym yaxınlaşır və indi hər şey Devidən asılıdır...

Onları yerdən ayıran sonuncu düymdə Ben artıq nə danışa, nə qış qırabilirdi. Onu dəhşət bürümüşdü. O, “Vaxtdır! Vaxtdır!” demək is tə yir di,amma dinə bilmirdi. Son ölüm-dirim anında o, təyyarənin bur nunun azcaqalx dığını hiss etdi, hələ tam sönməmiş mühərrikin səsini eşitdi. Nəhayət,təy yarənin təkərləri yerə toxundu. Bu, sonuncu düym idi. Kü lək təyyarəniye rində fırlatdı, o, yerdə dövrə vurdu, sonra dayandı və ət rafa dərin bir sü -kut çökdü...

Ceyms Oldric Tərcümə edəni: Dilrüba Cəfərova

Söz ehtiyatı3.“Rif” və “akvalanq” sözlərinin mənasını müəyyənləşdirin.

Düşün və cavab ver4. Hekayənin başlığını necə izah edərdiniz? “Sonuncu düym” ifadə -

si nin hansı rəmzi mənası ola bilər?

5. Mətnin uyğun gələn hissələrinə Devinin hiss və həyəcanını, dü şün -cələrini ifadə edən bədii parçalar əlavə edin.

Yazı6. Mətndə fərqləndirilmiş cümləni başlıq kimi seçərək bu möv zu da

kiçik esse yazın.

Dil qaydaları7. Mətndə göy rənglə verilmiş sözlərin sualını və aid olduğu nitq his -

sə sini müəyyən edin.

Təyin cümlədə əşya bildirən üzvə aid olur və onu müxtəlifcəhətdən izah edir.

Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? sual la rın -dan birinə cavab olur.

Uzaqdakı (hansı?) kənd evinin pəncərə şüşələri qürub şəfəqin -dən parıldayırdı.

Qonaqları ikinci (neçənci? hansı?) mərtəbəyə dəvət etdilər.Tərtəmiz yuyulmuş (hansı?) döşəmədən taxta iyi gəlirdi.

Yadda saxla! TƏYİN

~~~~~~~~~~

~~~~~~

~~~~~~~~~~~~~~~~~~~~

80 III BÖLMƏ

8. Təyinləri tapın, sualını, ifadə vasitəsini və aid olduğu üzvü müəy -yənləşdirin. 1. Hərbi işdə təsadüflər böyük rol oynayır.2. Keçən günə gün çatmaz, calasan günü günə. 3. Özünü “Tanrı qulu” adlandıran Əmir Teymur bir çox dövlətləri

diz çökdürə bildi.4. Gözlərindən süzülən yaşları duymurdu. (Ə.Cəfərzadə)5. Yağışdan sonra yeddi rəngə çalan göyqurşağı təbiətin möcü zə lə -

rindən biridir.6. Ramin bu kənddən heç yerə getməyəcək. 7. Mərmər meydanın ortasında fəvvarəli hovuzlar hamının diq qə -

tini cəlb etdi.8. Bu dil əcdadlarımızın bizə miras qoyduğu qiymətli xəzinədir.9. Şəhərin hər tərəfindən görünən binaya yaxınlaşdıq.

*10.Qədim şəhərin varlığından yalnız bu uçuq divarlar qalmışdı.

9. Nöqtələrin yerinə uyğun gələn sözləri əlavə edin, onların cümlə də -ki rolunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.

yaxşı, iti, sakit, xeyli

1. ... igidin adını eşit, üzünü görmə. Braziliyada yaşayan insanlarbumeranqın nə olduğunu ... bilirlər.

2. Araz çayı ... axır. ... bıçaq əlimi kəsdi. 3. Xaliq .... oğlandır. Tərtər çayı yay aylarında həmişəkindən fərqli

olaraq ... axır.4. Dünən iclasda ... danışdılar. Görülməmiş ... iş qalmışdı.

10. Verilmiş söz birləşmələrini uyğun gələn cümlələrə əlavə edin. Sua -lı nı müəyyənləşdirin və cümlədəki rolunu izah edin.

Nümunə: Qərənfillər sanki gəlib-gedənləri salamlayırdı. – Boy-boya vermiş qərənfillər sanki gəlib-gedənləri salamlayırdı.

böyük gücə malik olan, illərin zəhmətindən qırışmış,istisi yeri-göyü əridən, əsrlərin sınağından çıxmış,

soyuqdan büzüşmüş

1. Gümüş nənə ... barmaqlarını ağarmış saçlarına çəkdi.2. ... sərçələr bu ağacdan o ağaca hoppanır, özlərinə yem axtarır -

dı lar.3. ... atalar sözləri bu gün də öz dəyərini itirməmişdir.4. ... tornado hər il dünyanın müxtəlif yerlərində dağıntılar

törədir.5. ... günəş Böyük Səhranı yanan kürəyə döndərir.

81FƏRD VƏ CƏMİYYƏT

YAXŞI VƏ PİS (rəvayət)

Sakit bir yay axşamı Leonardo da Vinçi Floren -siyadakı emalat xa nasının bir küncünə çəkilib “Ma -don na qayalıqda” əsərinin son ştrixlərini çəkirdi.Birdən qa pı döyüldü. Rəs sam dalğın haldaye rin dən qalxaraq qapıya sarı getdi. Leo -nardo onun emalatxanasına gəl mişadamı tanı y ırdı. Bu, hersoq Sfort sa -nın nökəri idi. Leonardo da Vinçi her-soqun rəsm sifarişlərini dəfələrləyerinə yetirmişdi.

Hersoqun yeni sifarişi vardı. Oistəyirdi ki, Leonardo İsa Məsihinçarmıxa çəkilməzdən əvvəl həvariləri ilə birlikdə təşkil etdiyi şam yeməyinitəsvir etsin. Özü də bu sənət əsərinin kətan üzərində deyil, Milandakı kilsədivarında təsvir olunmasını istəyirdi.

Leonardo yaxşı bilirdi ki, bu mövzuya bir çox rəssamlar tərəfindənmüraciət edilib. O anlayırdı ki, tarixin yaddaşına həkk olunacaq bir əsəryaratmaq istəyirsə, bütün gücünü və istedadını səfərbər etməlidir.

Leonardo da Vinçi rəsm əsərində təsvir olunacaq İsa Məsih və onunon iki həvarisi üçün natura axtarmağa başladı. O, on bir həvariyə uy ğungələn naturaları tezliklə tapdı. Lakin bu rəsm əsərinin iki əsas obrazı vardı– İsa Məsih və Yəhuda, başqa sözlə, Yaxşı və Pis. Bu iki obrazın təsviriüçün natura tapmaq asan deyildi. Çünki birinci üçün üzü nurlu, xoştəəssürat yaradan bir insan, Yəhudanın təsviri üçün isə üzündən məkr,hiyləgərlik yağan biri lazım idi.

Leonardo da Vinçi “Son şam yeməyi” freskasını kilsə yeməkxanasınındivarında çəkirdi. Bu əsnada o, qonşu otaqdan gələn xor səsini eşitdi.Fırçasını yerə qoyub bir anlıq xoru dinləmək istədi. Qapının kandarındaniçəri boylandıqda kilsə xorunda ifa edən bir gənclə qarşılaşdı. Sevincdənrəssamın ürəyi döyündü. O istədiyini tapmışdı. Bu gəncdə əsl İsa Məsihsiması var idi.

Rəssam gənci yanına çağırdı. Ona baxaraq bir neçə eskiz çəkdi.Tezliklə kilsə divarında təsvir olunmuş rəsmdə İsa Məsih obrazı da özyerini tutdu. Lakin Yəhudanı canlandıracaq obraz hələ də tapılmamışdı.

1. Sizcə, nə üçün mətndə “yaxşı” və “pis” sözləri böyük hərfləyazılıb?

82 III BÖLMƏ

Leonardo da Vinçinin sifariş aldığı gündən artıq üç il ötürdü. Rəsməsərində Yəhuda obrazının olmamağı onu yarımçıq edirdi. Bir tərəfdənhersoq, digər tərəfdən kilsənin kardinalı hər gün rəssamı tələsdirirdilər.

Leonardo şəhərin küçələrini gəzəndə də, bir yeməkxanada oturubnahar edəndə də insanların sifətlərinə baxır, ona lazım olan obrazı ax ta -rırdı. Bir gün o, küçədə uzanıb qalmış sərxoş bir adam gördü. Hiss olu -nur du ki, bu adamın yaşı çox olmasa da, dərdləri onu vaxtından tez qo caldıb.Sifəti əyyaşlıq, xudbinlik ifadə edirdi. Leonardo başa düşdü ki, şəhərdəbun dan yaxşı Yəhuda obrazı tapa bilməyəcək. Elə ona görə də kö mək -çilərini çağırıb sərxoşu kilsəyə apartdırdı.

Leonardo da Vinçi hələ də sərxoş vəziyyətindən ayılmamış, simasındagünah, imansızlıq əks olunan bu adamın surətini Yəhuda obrazında təsviretdi. Rəssam işini bitirmək üzrə idi. Bu vaxt sərxoş yavaş-yavaş özünəgəlməyə başladı. O nə baş verdiyini dərk edəndə təəccüb və hüzn dolubir səslə dedi:

– Mən bu rəsmi əvvəllər də görmüşəm. – Nə vaxt? – Leonardo ondan soruşdu.– Bu vəziyyətə düşməmişdən xeyli əvvəl. O zaman mən kilsə xorunda

oxuyurdum. Siz mənə baxıb bu rəsmdəki İsanı təsvir etmişdiniz...Əslində, yaxşı və pisin siması eynidir... Onlar arasındakı fərq insanın

keçdiyi həyat yolundan asılıdır.

Söz ehtiyatı

2. Lüğətdən istifadə edərək “Madonna”, “ştrix”, “çarmıx”, “həvari”,“natura”, “məkr”, “freska”, “es kiz”, “kardinal” sözlə ri nin mə na sınıay dın laşdırın.

3. Mətnin son abzasında verilən fikirlərə münasibətinizi bildirin.

83FƏRD VƏ CƏMİYYƏT

4. Doğru, yoxsa yanlış:1. “Son şam yeməyi” Leonardo da Vinçinin dini mövzuda çəkdiyi ilk

əsər idi.2. Hersoq Sfortsa incəsənət həvəskarı idi.3. Leonardo da Vinçinin hersoqdan aldığı sifariş incəsənətdə ta -

mamilə yeni mövzuya həsr edilmişdi. 4. Leonardo da Vinçinin çəkəcəyi rəsm əsəri Milandakı kilsə ye mək -

xanasının divarından asılacaqdı.5. Da Vinçi öz əsərində əvvəlcə on bir həvarinin obrazını çəkdi.6. Da Vinçi Yəhuda obrazı üçün naturanı Florensiyada tapdı.

Düşün və cavab ver5. Aşağıdakı atalar sözlərini şərh edin, hansının mətnin ideyasına uy -

ğun gəldiyini müəyyənləşdirin. Mətnin son abzasında ve ri lən fi kir -lərə münasibət bildirin.

“İgid odur, atdan düşə, atlana,İgid odur, hər əzaba qatlana”.

“Ağ gün adamı ağardar, qara gün qaraldar”. “İgid ölər, əyilməz”.“Mərdi qova-qova namərd eləməzlər”.

Araşdırma6. Leonardo da Vinçi, İtaliyanın Florensiya və Milan şəhərləri haq qın -

da məlumat toplayıb təqdimat hazırlayın.

Dil qaydaları7. Mətndə göy rənglə verilmiş cümlədə cümlə üzvlərini, sualını və

ifadə vasitələrini müəyyən edib yazın.

Cümlənin sintaktik təhlili zamanı müəyyən ardıcıllığa riayətetmək lazımdır. Bu zaman əvvəlcə xəbər müəyyənləşdirilir.Xəbərdən sual verməklə mübtəda, daha sonra xəbərə aid olan ikin -cidə rəcəli üzvlər (tamamlıq, zərflik) tapılır. Təyinə izah etdiyicümlə üzvü vasitəsilə sual verilir.

Sintaktik təhlil zamanı cümlə üzvlərinə verilən suala sintaktiksual deyilir.

Yadda saxla! SİNTAKTİK TƏHLİL

84 III BÖLMƏ

8. Aşağıdakı cümlələri sintaktik təhlil edin və hər cümlə üçün nümu -nəyə uyğun olaraq cədvəl qurun.

1. Bağlamaları tələsik yerbəyer elədik. 2. Sərçələr acgözlüklə körpə tumurcuqları dimdikləyirdi. 3. Mən orada təcrübə aparmaq üçün bağ salmışdım.

Nümunə: Narın yağış onun qara, gödək saqqalına qırov kimi hop muş du. (F.Kərimzadə)

9. Verilmiş sxemə uyğun cümlələr yazın.

10. Cümlələri sintaktik təhlil edin.

Nümunə: Fikir də (nə?) ancaq münbit (necə?) mühitdə (harada?) cücərir (nə edir?).

1. Dağlar çiçəklərdən don geyinmişdi.2. Dünəndən başlayan yağış xeyli davam etdi. 3. Firuzə pəncərəni açanda böyük bir ağacın budaqları özünü içəri

saldı.4. Yaz və payız aylarında bu meşənin üzərinə süd kimi ağ duman

çökür.5. Arabir seyrəkləşən buludların arasından görünən ay ətrafı

işıqlandırırdı.

Söz və ya sözbirləşməsi

Sualı Cümlə üzvüAid olduğucümlə üzvü

İfadə vasitəsi

hopmuşdu nə etmişdi? xəbər mübtəda feil

yağış nə? mübtəda – isimonun qara,

gödək saqqalına nəyə? tamamlıq xəbər ismi birləşmə

qırov kimi necə?tərzi-hərəkət

zərfliyixəbər qoşmalı söz

narın necə? təyin mübtəda sifət

~~~~~~~ __________ _ _ _ _ _ _ .

~~~~~~~ __________ ~~~~~~~ _ _ _ _ _ _ .

__________ _ _ _ _ _ _ ~~~~~~~ .

~~~~~~ ~~~~~~~~~

85FƏRD VƏ CƏMİYYƏT

1.

2.

3.

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR

1. Bölmədəki mətnlərin hər birindən özünüz üçün çıxardığınız nəticə -ni ifadə edin.

2. Xoşunuza gələn qəhrəmanların hansı xüsusiyyətlərinin sizdəolmasını istərdiniz?

3. Səhər, gecə, gün sözlərini cümlədə həm zərflik, həm də tamamlıqrolunda işlədib yazın.

4. Cümlə üzvlərini cədvəl üzrə qruplaşdırıb yazın.1. Böyük həyət adamla dolub-boşalırdı.2. Bu görüşü bütün təfərrüatı ilə yoldaşlarıma danışırdım.3. Oxucu hər hansı bir əsərdən yeni bir şey öyrənmək istəyir.4. Qədim insanlar daşdan müxtəlif alətlər düzəldirdilər.5. Memarlıq nişanələri bizə tarixdən xəbər gətirir.

5. Nöqtələrin yerinə təyinlər artırın və təyinin aid olduğu üzvümüəyyən edin.

1. ... ləpələr qızılı rəngə çalan qumları öz ağuşuna alırdı.2. İnsan ömrü ... bir kitabdır.3. Qoca əkdiyi ... çinarlara bir də baxdı, sanki onlarla vidalaşmaq

istəyirdi.4. Bu ... şəhərdə özünü tənha və yalqız hiss edirdi, çünki doğ ma la -

rın dan ayrı düşmüşdü. 5. ... Niaqara şəlaləsi də Viktoriyanın yanında gücsüz görünürdü.

6. Oxuyun. Mürəkkəb adların cümlədə hansı üzv vəzifəsində çıxış et-diyini müəyyənləşdirin.

1. Ölkəmizə gələn rəsmi qonaqlar Şəhidlər xiyabanın ziyarətetdilər.

2. Bu gün Xəzər dənizi çirklənmə təhlükəsi ilə üz-üzə qalıb.3. Azərbaycan xalqı da Beynəlxalq Qadınlar Gününü hər il təntə -

nə li şəkildə qeyd edir.4. Ömrü boyu sülh uğrunda mübarizə aparmış insanlardan biri də

Albert Eynşteyn idi.

Mübtədaİfadə

vasitəsiXəbər

İfadəvasitəsi

Təyinİfadə

vasitəsiTamamlıq

İfadəvasitəsi

Zərflikİfadə

vasitəsi

86 III BÖLMƏ

IV BÖLMƏ88

EVRİKA!(tarixi rəvayət)

Arximed e.ə. 287-ci ildə Yuna nıs -tanın Sirakuz şəhərində anadan ol -muş dur. Onun atası Sirakuzhökm darının saray astronomu idi.Qə dim yunan alimlərinin çoxu kimiArxi med də dün yanın ən böyük mə -dəni mər kəzlərindən sayılan İs -gəndəriyyə şəhərində təhsilalmışdı. Misir hökm darları Yunanıs -ta nın ən yaxşı alimlərini və mü təfək -kir lərini İsgəndəriyyəyə toplamış,burada dünyanın ən böyükkitabxanasını ya ratmışdılar. İsgən -də riyyədə təhsi lini başa vurduqdansonra Arximed Sirakuza qayıdaraq atasının işini davam etdirmişdi. O,riyaziyyat və fizikanın müxtəlif sahə lə rini əhatə edən bir sıra elmi əsərləryazmış, elmi kəşflər etmiş, bir çox dahiyanə ixtiralara imza atmışdı.

Qədim Sirakuz şəhərinin hakimi Hieron Arximedin uzaq qohumu idi.Ədalətli Hieron Arximedlə söhbət etməyi çox xoşlayırdı. O hər bir işdəböyük alimdən məsləhət alırdı.

Bir gün Hieron mahir bir zərgəri yanına çağırıb ona qızıl külçəsi verdivə bu qızıldan tac düzəltməyi əmr etdi.

Bir müddətdən sonra zərgər düzəltdiyi tacla gəlib çıxdı. Tac, doğrudanda, çox gözəl idi. Sirakuz hakimi zərgərin işindən çox razı qaldı, ona ənamverib yola saldı. Lakin xəbərçilər Hierona çatdırdılar ki, zərgər qızılın birhis səsini oğurlayıb, onun yerinə gümüş qatıb. Hieron əmr etdi ki, tacı tə -rə zidə çəksinlər. Tacın çəkisi hökmdarın zərgərə verdiyi qızılın çəkisinəbə rabər idi. Lakin Hieronun məsləhətçiləri dedilər ki, bu hələ tacın təmizqı zıldan olduğunu sübut etmir.

Hieron Arximedi yanına çağırdı. Ona əhvalatı danışdı və bu məsələninhəllini tapmaqda məsləhət istədi. Arximed hökmdardan bir gün möhlət aldı.

Bütün günü fikirli-fikirli şəhəri gəzib-dolaşan Arximedin ağlına heç nəgəlmədi. Axşam o, hamama gedib vanna qəbul etmək istədi. Vanna ağzınakimi su ilə dolu idi. Arximed vannaya girən kimi suyun bir hissəsi daşıb yerətöküldü. Tökülən suya baxa-baxa Arximed fikirləşdi ki, görəsən, özü ağır -

İXTİRA VƏ KƏŞFLƏR 89

lıqda bir daşı vannaya salsaydı, nə qədər su tökülərdi. Elə bu yerdə tacməsələsi onun yadına düşdü. Alim yeni bir kəşf etdiyini anladı: deməli,suya salınmış hər bir əşya öz həcmi qədər suyu sıxışdırıb çıxarır. Əş ya -ların çəkisi eyni ola bilər, lakin hansının həcmi artıqdırsa, o da daha çoxsu yu sıxışdıracaq. Arximed “Evrika!” deyə elə qışqırdı ki, hamamdakılardedilər, görəsən, bu adam vannada nə tapıb. Alim vannadan sıçrayıb tez-tələsik əynini geyindi və kəşfini təcrübədən keçirmək üçün evinə qaçdı.

Artıq Arximed tacın təmiz qızıldan olub-olmadığını yoxlamağın üsulunutapmışdı. Ertəsi gün Arximed Hieronun yanına gəlib məsələnin həllinitapdığını ona söylədi. O, çəkisi tacın çəkisinə bərabər olan qızıl külçə ha -zırlayır və hökmdarın hüzuruna yollanır. Hamının gözü qarşısında Arximedtacı və külçəni növbə ilə içərisində su olan qaba salaraq hər dəfə suyunnə qədər qalxdığını qeyd edir. Su müxtəlif səviyyələrə qalxır. Bir şey başadüşməyən hökmdar səbirsizliklə soruşur:

– Nə oldu? Tacım təmiz qızıldandırmı?– Xeyr, əlahəzrət!– Nədən bildin?– Möhtərəm Hieron, qabdakı suyun səviyyəsi onun içinə salınmış əş -

ya nın həcmi qədər qalxır. Əgər eyni çəkidə olan iki əşya eyni metaldandü zəldilibsə, formalarından asılı olmayaraq bu əşyalar suyu eyni səviy -yədə qaldıracaq. Çünki onların həcmi eyni olmalıdır. Özün gördün ki, taceyni ağırlıqda olan təmiz qızıldan daha çox suyu yuxarı qaldırdı. Bu odeməkdir ki, tacla qızılın həcmi eyni deyil. Deməli, tacın tərkibində başqayüngül metal var. Bu da gümüş ola bilər. Eyni çəkini saxlamaq üçün zərgərdəyişdirdiyi qızıla nisbətən daha çox gümüşdən istifadə edib. Ona görədə tacın çəkisi eyni qalsa da, həcmi artıb.

Bunu eşidən Hieron qəzəbindən əsib-coşdu və fırıldaqçı zərgəri yanınaçağırtdırdı...

Arximed isə evinə qayıdıb öz axtarışlarına davam etdi. O bilirdi ki,böyük bir kəşfin astanasındadır. Doğrudan da, bu hadisədən sonra Arxi -med indiyə kimi heç bir alimin tapmadığı bir sualın cavabını tapdı: nəyəgö r ə bəzi cisimlər suda batır, digərləri isə batmır? Məsələn, kiçik bir daşparçasını suya atan kimi dibinə gedir, lakin ondan yüz dəfə ağır ağacgövdəsi suda batmır. Arximed müəyyən etdi ki, suya düşən istənilən cisməitələyici qüvvə təsir edir. Bu qüvvə həmin cismin sıxışdırdığı suyun çə -

1. Abzasın son cümlələrinə istinadən “evrika” sözünün yu nan dilin -də mənasını izah edin.

2. Misallar gətirməklə altından xətt çəkilmiş cümlələrdəki fikriisbat edin.

kisinə bərabər olur. Əgər cisim sıxışdırdığı sudan ağırdırsa, o batır. Yox,əgər sıxışdırılmış su ağırdırsa, onda cisim suda üzür.

Beləliklə, Arximed fizikanın mühüm qanunlarından biri olan “mayeyəbatırılmış cismə onun sıxışdırıb çıxardığı mayenin çəkisi qədər itələyiciqüvvənin təsir etməsi” haqda qanununu kəşf etdi.

Düşün və cavab ver

3. Mətnin məzmununa görə başlıqların ardıcıllığını müəyyən edin.• Təsadüfdən doğan kəşf• Arximedin aldığı tapşırıq• Arximed haqqında məlumat• Fırıldaqçı zərgərin aqibəti• Kəşfdən doğan elmi nəticələr• Arximedin hökmdara cavabı

Araşdırma

4. “Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən tərpədim” ifadəsininetimologiyasını araşdırın.

Dil qaydaları

5. Göy rənglə verilmiş cümlə ilə bağlı tapşırıqları yerinə yetirin.1. Cümləni sintaktik təhlil edin.2. Eyni suala cavab verən və sadalanan cümlə üzvlərini müəyyən edin.

Cümlənin həmcins üzvləri:– eyni cümlə üzvü ilə bağlı olur; – eyni suala cavab verir; – qrammatik cəhətdən bərabərhüquqlu olur. Cümlənin bütün üzvləri həmcins ola bilir.əvvəllər çiyin-çiyinə söykənən binələr, daxmalar, damlar indi

bir-birindən xeyli aralı düşmüşdü. Bu mənzərədən insanın ruhu sevinir, qanadlanırdı. Qırmızı, sarı, ağ çiçəklər yaşıl otların arasında göz oxşayırdı.Həmcins üzvlər bir-biri ilə sadalama intonasiyası, və ya bağ la yı -

cılar vasitəsilə bağlanır. Həmcins üzvlər arasında vergül qoyulur.

Yadda saxla! HəMCİNS ÜZVLÜ CÜMLəLəR

90 IV BÖLMƏ

6. Verilmiş cümlələri sintaktik təhlil edin. Hansı cümlə üzvlərininhəmcins olduğunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.

Nümunə: Gecəyə bir sıra şair (kim?), yazıçı (kim?) və alimlər (kim?)

dəvət olunmuşdu.

1. Bu dostluq uşaqlarda qibtə, bəzən isə acıq, ədavət doğururdu.2. Deyilənə görə, dünya malından bir sandığı, bir dəst yorğan-

döşəyi və yekə bir kürkü var idi. (İ.Şıxlı)3. Bəzən tarixi əsərlər o qədər qəliz yazılır ki, onları mütaliə edən -

lər nə oxuya, nə də öyrənə bilirlər. (B.Vahabzadə)4. Məncə, topaldıqaç oyunu uşaqlıqdan yadımızda qalan çilingağac,

dirədöymə, gizlənqaç kimi oyunlardan daha qədimdir.5. Folklor antologiyasında nağıllar, dastanlar, bayatılar, qoşmalar

müxtəlif fəsillərdə qruplaşdırılıb. 6. Bu otlardan dağ ətəklərində, çay kənarlarında çox görmüşəm.

7. Nöqtələrin yerinə söz və ya söz birləşmələri əlavə etməklə həmcinsüzvlü cümlələr qurun.

1. Dumanlı, ... havada da quşlar öz nəğməsini oxumağa davamedirdilər.

2. Zirvəsi qarlı, ... dağlar gəlib-gedəni salamlayır.3. Ehtiyacı olana əl tutmaq, ... insana hər zaman başucalığı gətirir.4. Rəşid ucaboylu, ... , ... oğlan idi.5. Mənim insanlarda sevmədiyim əsas xüsusiyyətlər xudbinlik, ... .6. Bu eldə sənətə, ... böyük hörmət var.7. Ocaqdan qalxan tüstü daxmanı bürümüş, ... .

*8. Cümlələrdən birində həmcins üzvlər verilməmişdir. Cavabı əsas -lan dırın.

A. Maestro Niyazi həm ana dilini, həm də rus dilini incəliklərinəqədər bilirdi.

B. Sərin hava otların iyini, sünbüllərin qoxusunu xırmana gətirir di.(M.İbrahimov)

C. Mahnı qədər insanları bir-birinə birləşdirən, onları bir-birinədoğmalaşdıran ikinci bir sənət növü tanımıram.

D. Uşaqlar, qadınlar, qocalar – hər kəs sübh tezdən şəhər meydanı -na toplaşmışdı.

E. Könlümün sevgili məhbubu mənimVətənimdir, Vətənimdir, Vətənim. ( A.Səhhət)

~~~~~~~ ~~~~~~~____ ______ _______

91İXTİRA VƏ KƏŞFLƏR

9. Buraxılmış durğu işarələrini artırmaqla cümlələri dəftərinizə kö -çü rün. Həmcins üzvləri bağlayan vasitələri müəyyənləşdirin.

1. Müəllim şagirdlərinin xarakterini möhkəmlətməli dünyagö rü -şü nü inkişaf etdirməli ləyaqətli vətəndaşlar yetişdirməlidir.

2. O, doğma yurdun hər daşını hər binasını hər küçəsini sevgi dolubir ürəklə mənə tanıtmaq istəyirdi.

3. Vətənin igid övladları xalqın düşünən beyninə görən gözünəvuran qoluna çevrilirlər.

4. əslində, öyünmək lovğalanmaq heç kəsə yaraşan xüsusiyyətdeyil.

5. Şiddətli külək ağacları da kolları da əymişdi.

10. Həmcins üzvləri və onların aid olduğu cümlə üzvünü müəyyənləş -dirin.

1. O hamını narahat edən məsələlərdən yazmağı, problemləri qa -bart mağı qarşısına məqsəd qoymuşdu.

2. İri, qara gözləri təəccübdən geniş açılmışdı.3. O çox səlis, rəvan və şirin danışığa malik idi.4. Bu ad dillər dastanıdır, ürəklərin bayrağıdır,

Gündüzlərin günə şidir, gecələrin çırağıdır. (S.Vurğun)5. Yeni nəşr olunan hərbi qəzet nəinki ordu sıralarında, yerli əhali

ara sında da oxunmağa başlanmışdı.6. Uşaq kimi çox inanma

Bu dünyanın səfasına, sarayların vəfasına.(S.Vurğun)

11. Cümlələrin məzmunundan çıxış edərək həmcins üzvlər arasındauyğun bağlayıcılar işlədin.

həm, həm də; nə, nə də; ya, ya da; gah, gah da

1. Dərd dəniz suyu kimidir; ... içilir, ... kiçilir.2. Artıq aş ... qarın ağrıdar, ... baş.3. Dairənin ... əvvəli olar, ... axırı.4. Qəti fikir bildirmir; ... nala vurur, ... mıxa.5. Qanacaqsız ... qanar, ... qandırar.6. İgid ... tər altda, ... yer altda.7. ... yoğurdum, ... yapdım, hazırca kökə tapdım.8. Bir əli ilə ... dağlayır, ... yağlayır.

92 IV BÖLMƏ

QƏLƏMİN TARİXİ

1960-cı illərin sonlarınadək Azər bay can -da bütün şagirdlər özləri ilə mək təbə dəmirucluqlu qələm və mü rək kəbqabı aparardılar.Dərs vaxtı çoxlarının əlləri, paltarı mü rək -kəbə bulaşardı. Evə qayı danda bəzən çan -tanı açıb görərdin ki, mürəkkəb dəftərini,ki tabını, albomunu – çantanın için də kiləri əl -d ən çıxarıb. Çoxları bu na görə müəl lim vəva lideynləri tərəfindən tənbeh edilərdi.

Sonra mürəkkəbini içində saxlayan, yal -nız yazanda iz salan qələmlər geniş yayıldı. Daha özünlə xüsusi qab gəz -dirmirdin, üst-başın, dəftər-ki ta bın da təmiz olurdu. Bəs bu gözəl ideyata rixdə ilk dəfə kimin ağlına gəlib, onu kim həyata keçirib?

Mənbələrin əksəriyyətində həmin adamın amerikalı sığorta agenti LuisEdson Vaterman olduğu bildirilir. Deyilənlərə görə, 1883-cü ildə Luis birvarlı müştərini əmlakını sığorta etdirməyin vacibliyinə inandıra bilir.Əlbəttə, agent buna çox sevinir, çünki sövdələşmədən yaxşı mükafatalacaqmış. Amma Vaterman müqaviləni imzalayanda ehtiyatsızlıq edir,sənədə mü rəkkəb ləkəsi düşür. O qaçıb müqaviləni dəyişənə qədərərköyün və höv sələsiz müştəri çıxıb gedir.

Bundan sonra Vaterman mürəkkəbə batırmadan yazan və ləkə salma -yan qələm ixtira etmək fikrinə düşür. O, ensiz, uzun balon düzəldib onumürəkkəblə doldurur və qələmin içərisində yerləşdirir. Balonun altındakıkiçik deşikdən qələmin dəmir ucluğuna gedən “kapilyar”larla az-az mürək -kəb süzülür və kağız üzərində iz buraxırdı.

Vaterman öz ixtirasını patentləşdirir, “təhlükəsiz mürəkkəbli qələm lərin”istehsalı üzrə dünyada ilk emalatxana açır və daha sonra onu fabrikə çe-virir. “Özüyazan” mürəkkəbli qələmlər Ka nadada, Avropada da yayıl mağabaşlayır. “Vaterman” məşhur ti carət brendlərindən birinə çevrilir.

Bunlar hamısı doğrudur. Amma Vaterman mürəkkəbli qələmin ilk ixtira -çısı olmayıb və bunu sübut edən tarixi faktlar var.

Tədqiqatçılar e.ə. XIV əsrdə Misir hökmdarı olmuş Tutanxamonun sər -dabəsində tapdıqları ucuiti qurğuşun borucuğun məhz belə qələm ol -duğunu güman edirlər. Onların fikrincə, borucuğun içində tünd mayedəisladılmış qamış lifləri var imiş. Yazı zamanı maye liflərdən süzülür və pa-

1. əmlakı sığorta etdirmək nə deməkdir?

93İXTİRA VƏ KƏŞFLƏR

Luis Edson Vaterman (1837-1901)

pirusun üstündə iz buraxırmış. Lakin bu, fərziyyədir. Əlimizdə olan tək zib -olunmaz sənəd isə Fatimilər sülaləsinin saray tarixçisi əl-Təmiminin (X əsr)qələmə aldığı qeydlərdir. Fatimilər özlərini Məhəmməd peyğəm bə rin nəs -lindən hesab edirdilər, hərçənd tarixçilər arasında bu, mübahisə möv zu -sudur. Əl-Təmiminin nəql etdiyi aşağıdakı əhvalatı isə heç kim şübhəaltına almır:

“Xəlifə dedi: “Biz istəyirik, elə bir qələm düzəldilsin ki, yazı zamanı onuheç bir qaba salmaq lazım gəlməsin, mürəkkəbi içərisində olsun. Adamonu mürəkkəblə doldurub istədiyi qədər yaza bilsin. Yazan onu paltarınınqolunda, ya istədiyi yerdə gəzdirsin və ora ləkə düşməsin, ondan bir damcımürəkkəb kənara çıxmasın. Yalnız yazı yazanda o qələmdən mü rəkkəbaxsın. Biz şübhə etmirik ki, indiyədək belə bir şey yaradıl ma yıb…” Mənheyrətləndim: “Belə şey mümkündürmü?” O cavab verdi: “Allahın izni olsa,mümkündür”.

Daha sonra əl-Təmimi bildirir ki, usta bir neçə gündən sonra xəlifəninistədiyi qələmi düzəldib gətirir. “İçinə mürəkkəb dolduranda qələm, doğ -rudan da, yazırdı. Onu başıaşağı tutanda, yana əyəndə mürəkkəb axıbgetmirdi. Qələm içərisindəki mayeni yalnız hər hansı xeyirli məqsədlə xü-susi olaraq boşaldanda axıdırdı… Toxunduğu heç nəyə ziyan gətirmirdi,onu tutan adamın əlini, paltarını bulaşdırmırdı. Hər dəfə yazanda qələmibatırmaq üçün mürəkkəbqabı axtarmaq lazım gəlmirdi, çünki mürəkkəbonun öz içindəki qabda gizlədilmişdi…”

Xəlifə Lidinillahın qələmləri qalmasa da, bu təsvirdən söhbətin məhzözüyazan mürəkkəbli qələmdən getdiyi tamamilə aydındır. Avropada isəbelə qələm haqqında ilk məlumata 1636-cı ildə alman ixtiraçısı DanielŞventerin qeydlərində rast gəlinir. İngiltərə monarxı II Çarlzın (1630-1685)dövrünə aid mənbələrdə “üç gümüş özüyazan mürəkkəbli qələm” ifadəsiyer alır və s. Lakin həmin ixtiraların praktik əhəmiyyəti dərk edilmir və onlarbir-birinin ardınca unudulur. Yalnız nyu-yorklu sığorta agenti Luis Vatermanərəblərdən 9 əsr sonra ixtira etdiyi mürəkkəbli qələmin nə dərəcədə dəyərlialət olduğuna bütün bəşəriyyəti inandıra bilir və itirdiyi bir müştərininəvəzinə milyonlarla alıcı qazanır. XX əsrin ilk ilində onun təsis etdiyişirkətin satış həcmi artıq ayda 30 min qələm təşkil edirdi.

Arif Əliyevin “Tarixi yanlışlıqlar: ixtiralar və kəşflər” kitabından

Söz ehtiyatı

2. “Sığorta, “kapilyar”, “brend” sözlərinin mənasını kontekstə görəizah edin.

94 IV BÖLMƏ

Dil qaydaları

3. Mətndə göy rənglə verilmiş cümlədə sadalanan üzvlərdən hansıhərəkətin ob yek tini bildirən əşyaların hamısına aiddir: a) dəftər,b) kitab, c) albom, d) çan ta nın içindəkilər.

4. Ümumiləşdirici sözləri həmcins üzvlərlə birlikdə seçib yazın. Dur -ğu işarələrinin işlənmə qaydalarını şərh edin.

1. Bir anda pəncərə, qapı, divar, tavan – bütün ev sanki başınadolandı.

2. Tələbələr ustadın ifa etdiyi Azərbaycan muğamlarını: “Segah”ı,“Şur”u, “Çahargah”ı diqqətlə dinləyirdilər.

3. Qadın, uşaq, qoca – hər kəs yalnız özünə lazım olanı götürürdü.

4. Müsabiqədə ritmik muğamlar, məsələn: “Arazbarı”, “Heyratı”,“Os mani” də ifa edilirdi.

5. Məşhur sirk ustaları Parisdə, Berlində, Londonda – bir sözlə,Avropanın bir çox paytaxt şəhərlərində uğurla çıxış etdilər.

5. Cümlələrdə durğu işarələrini bərpa edin və köçürün.

1. Biz Türkiyənin bir çox şəhərlərində Ankarada İstanbulda İz mir -də Trabzonda olduq.

2. Azərbaycanın bir çox ziyalı oğulları ə.Cavad M.Müşfiq H.Cavidrep ressiya qurbanı olublar.

3. Şəhərlərdə kəndlərdə bir sözlə hər yerdə abadlıq işləri aparılır.

4. Şəhərin səs-küyündən sonra bulaqların zümzüməsi quşların səsitəbiətin nəfəsi hər şey insanı ruhən sakitləşdirirdi.

5. İnsandan hər yerdə istər bu dünyada istər o dünyada yalnızhəqiqəti söyləmək tələb olunur.

Ümumiləşdirici sözlər həmcins üzvlərin hamısına aid olub onlarıümumiləşdirir.

Ümumiləşdirici söz həmcins cümlə üzvlərindən əvvəl gəldikdəondan sonra iki nöqtə, sonra gəldikdə ondan əvvəl tire işarəsiqoyulur:

Bütün yaxın ətrafı: dağları, meşələri ağappaq qar örtmüşdü.Bu hasarın dibində dəmir parçası, taxta qırıntısı, karton – hər

şey görmək olardı.

Yadda saxla! HəMCİNS ÜZVLəRDə ÜMUMİLəŞDİRİCİ SÖZLəR

95İXTİRA VƏ KƏŞFLƏR

6. Nöqtələrin yerinə ümu miləşdirici söz və ifadələr əlavə edib yazın.Həmcins üzvlərlə ümumiləşdirici sözlər arasında müvafiq durğuişarələrini bərpa edin.

bütün Qarabağ, sürünənlər, bütün məhsulu, hər bir kiçikdetal, bütün eksponatlar, dövlət rəmzləri

1. Qəfil başlayan dolu bir anda ... meyvəni tərəvəzi yerləyeksan et -mişdi.

2. Divardan asılmış yarımkürələr xəritəsi küncdəki qlobus pən cə -rənin qabağına yığılmış kitablar dəftərlər ... ona keçmiş günlərixatırladırdı.

3. Kəlbəcər, Şuşa, Ağdam, Xocalı ... hələ də öz qəhrəman xilas kar -larını gözləyir.

4. Rəf boyu düzülmüş saxsı qablar, divara vurulmuş xalçalar,qılınc dəstləri ... keçmişlə bu gün arasında körpü rolunu oynayır.

5. ... ilanlar, koramallar yumurta qoymaqla nəsil artırırlar.

6. Dərsliyin üz qabığında gerb, bayraq, himn, bir sözlə ... əksolunmuşdur.

7. Durğu işarələrini bərpa edib köçürün. Cədvəl üzrə qruplaşdırın.

1. Novruz bayramında qohumlar qonşular hamı bir-birinin evinəqonaq gedir.

2. O zaman ayın işığı ağacların kölgəsi suların şırıltısı hər şeybizim gənc qəlbimizi məchul şirin bir intizarla döyündürürdü.

(İ.əfəndiyev)

3. Bir çox bitkilər məsələn qantəpər kəklikotu itburnu həm də müa -licəvi bitkilər hesab edilir.

4. Həyatının xoş məqamlarını narahat axtarışlarını hər şeyi xa tır -layır, ağır düşüncələrə dalırdı.

Ümumiləşdirici söz Həmcins üzvlər Cümlədə vəzifəsi Aid olduğu üzv

96 IV BÖLMƏ

ÖLÇÜ VAHİDLƏRİ

Qədimdə hər xalq öz ölçüvahid lə rin dən istifadə edirdi.Mə sələn, Azər bay can da arşın(təxminən 75 sm), ağac (6 km)kimi uzunluq ölçü vahid lə rin -dən, misqal (4,25 q), gir vənkə(400 q) kimi çəki va hid lə rin -dən is ti fa də olu nur du. Milliölçü va hid lə rinin çox luğu bey -nəl xalq əla qə lər də, xüsusiləelmdə və tic a rətdə böyük prob -lem lər ya radırdı.

Müasir dövrdə əksər dünya ölkələrinin istifadə etdiyi ölçü vahidləri met -rik sistemə əsaslanır. Bu sistemin yaşı o qədər də çox deyil. 1795-ci ildəFran sanın Milli Məclisi metri əsas ölçü vahidi kimi qəbul etdi. Alimlərin tək -lifi ilə Yer meridianının şimal qütbündən ekvatora qədər olan məsafə si ninon milyonda bir hissəsi 1 metr hesab olundu. Lakin metrin beynəlxalq ölçüvahidinə çevrilməsi təxminən 100 il çəkdi.

Beləliklə, uzunluq ölçü vahidlərində beynəlxalq standart yarandı. İndinövbə çəki vahidlərinin idi. Bunun üçün alimlər çox sadə bir üsul seçdilər.Onlar 1 kubmetr çəni su ilə doldurdular və bu su kütləsinin milyonda birhissəsini 1 qram kimi qəbul etdilər.

Metrik sistem onluq say sisteminə əsaslanır. Bu gün istifadə etdiyimizbir çox ölçü vahidləri qram, metr kimi baza vahidlərinin on, yüz, min və s.dəfə artırılmasından və ya azaldılmasından yaranmışdır. Bu halda həminbaza vahidlərinin adının qarşısına müxtəlif sözönləri artırılır:

1. Oxuduğunuz hissədən çıxış edərək Yer kürəsinin meridianınıvə 1 kubmetr suyun çəkisini hesablayın.

Dəfə çox Sözönü İxtisar

forması Nümunə

101 deka da dal (dekalitr) = 10 l (litr)

103 kilo k km (kilometr) = 1000 m (metr)

106 meqa M Mh (meqahers) = 1000000 h (hers)

109 giqa G Gb (giqabayt) = 1000000000 b (bayt)

1012 tera T TV (teravolt) = 1000000000000 v (volt)

97İXTİRA VƏ KƏŞFLƏR

* * *Dilçilik və mizandarlıq baxımından ən maraqlı tarixçəsi olan ölçü va hid -

lərindən biri litrdir.Bir çox ölçü vahidləri onları ixtira etmiş alimlərin adı ilə bağlıdır; mə sə -

lən: vatt (Ceyms Vatt), hers (Henrix Hers), paskal (Blez Paskal) və s. Dil çi -likdə buna xüsusi ismin ümumiləşməsi (ümumi ismə çevrilməsi) deyilir.

Bəs litri kim ixtira edib?Bu suala təkcə sorğu-məlumat kitablarında, internet-viktorinalarda de -

yil, məktəblilər üçün rəsmi bilik yarışlarında da rast gələ bilərsiniz. Həttahəmin şəxsin adını – Klod Emil Jan-Batist Litri bilənlərin mükafat landırıl -ma sı halları da az olmayıb.

Sizə bir sirr açaq: bu adda ixtiraçı yoxdur.Ölçü vahidi kimi litr bir kubdesimetr mayenin həcminə bərabərdir və

1793-cü ildə Fransa Respublikasının parlamenti tərəfindən qəbul edilib.O dövrdə fransızlar çox şeyi dəyişirdilər, o cümlədən ölçü vahidlərini də“milliləşdirirdilər”. “Litr” sözünü isə onlar əcdadlarından götürmüşdülər.Qədim Fransada “litron”larla toz və ya maye halında olan cisimləri öl çür -dülər. “Litron” isə yunan sözü “litra”dan yaranmışdı. Antik Yunanıstanınbəzi koloniyalarında litra gümüş pul vahidi, digərlərində eyni zamanda həmdə ölçü vahidi idi.

1879-cu ildə Beynəlxalq Ölçü və Çəkilər Komitəsi litr üçün rəsmi simvolmüəyyənləşdirdi: latın hərfi “l” (kiçiklə). Lakin çox zaman adamlar bu sim -volu oxunuşda 1 rəqəmi ilə səhv salırdılar. Məsələn, 20l – “iyirmi litr” ifa -dəsini “iki yüz bir” kimi başa düşürdülər. Bir sıra təşkilatlar, xüsusilə tibbcəmiyyətləri həmin simvolun böyük “L” hərfi ilə əvəzlənməsini təklif edir di.Beynəlxalq Komitə buna razılıq vermirdi. Mövcud qaydalara görə, yal nızalimin adından yaranmış ölçü vahidlərini böyük hərflə yazmaq olardı.

Kanadanın Vaterloo universitetinin fizika kafedrasının əməkdaşı KennetVulner problemin həllinin orijinal üsulunu tapdı. O, Klod Emil Jan-BatistLitr adlı ixtiraçı-alimin mifik obrazını yaratdı. 1978-ci ildə universitetin“Chem13 News” jurnalında dərc olunmuş məqalədə cənab Litrin ətraflıtərcümeyi-halı da verilmişdi. Onun 1716-1778-ci illərdə yaşadığı, çaxır şü -şələrinin istehsalı ilə məşğul olduğu, sifarişlə laboratoriya qabları, o cüm -lədən üstündə ölçü şkalası olan şüşə silindrlər də hazırladığı bildirilirdi.Guya Litr 1763-cü ildə mayelərin həcmini müəyyənləşdirmək üçün yeniüsul və vahid təklif edib, ölümündən xeyli keçəndən sonra bu təklifi Fran -sanın yeni parlamenti dəyərləndirib və həmin vahidə onun adını verib.

Vulnerin zarafatını çoxları ciddi qəbul etdi. Beynəlxalq Kimya Birliyinin

2. Xüsusi isimlərin ümumiləşməsinə aid misallar göstərin.

98 IV BÖLMƏ

(IUPAC) “Chemistry International” jurnalı məqaləni növbəti sayında yer -ləşdirdi. Doğrudur, jurnal səhvə yol verdiyi üçün sonradan oxucu la rındanüzr istədi. Amma artıq gec idi. Əfsanə dünya mətbuatının səhifə lə rinə yoltapmışdı. Bəzi müəlliflər hətta Litrin bioqrafiyasına aid yeni detallar “tapıbüzə çıxarır”, onun dahi İsveç alimi Anders Selsi ilə dostluq etdi yin dən,“standart maye” kimi civəni seçdiyindən və s.-dən yazırdılar.

Cəmi bir il sonra, 1979-cu ildə keçirilmiş XVI baş konfransında Bey nəl -xalq Ölçü və Çəkilər Komitəsi icazə verdi ki, litrin işarəsi kimi, istisna qay -dasında, kiçik “l” hərfi ilə yanaşı, böyük “L” hərfindən də istifadə olunsun.Bu, cənab Litrin mövcud olduğuna inananların mövqeyini bir az da möh -kəmləndirdi.

Rafiq Ələkbəroğlu

Düşün və cavab ver

3. Kennet Vulnerin öz məqaləsini mifik alimin ölümünün 200-cü il -dönümü münasibətilə yazdığını sübut etmək üçün sillogizm qurun.

Araşdırma

4. “Metr”, “qram”, “mizandarlıq” sözlərinin etimologiyasını araşdırın.

Dil qaydaları

5. Göy rənglə verilmiş cümləni sintaktik təhlil edin və aşağıdakı tapşırıq -ları yerinə yetirin.∗ Həmcins üzvləri müəyyən edin. ∗ Onları forma xüsusiyyətlərinə görə müqayisə edin. ∗ Həmcins üzvlərin birində ixtisar olunan hissəciyi sonuncunun

kö mə yi ilə müəyyən edin.

Həmcins üzvlərdə bəzi təkrar olunan qrammatik şəkilçi və his -sə ciklər: cəm və hal şəkilçiləri, şəxs sonluqları, idi, imiş hissə cik -lə ri və onların şəkilçiləşmiş variantları, bir sıra qoşmalar so nun cudasaxlanılmaqla ixtisar edilir.

Yamacdakı qarağac (--) və çinarlar əzəmətlə ucalırdı. Fincan (--), dolça (--) və stəkanları su ilə doldurdu. Üzeyir Hacıbəyli musiqi bəstələməklə yanaşı, bir çox publisistik

əsərlər yazmış (--), dərslik və lüğət tərtib etmişdir. Bir az sərinləmək (--) və dincəlmək üçün ağacın dibində uzandı.

Yadda saxla! HəMCİNS ÜZVLəRDə İXTİSARLAR

99İXTİRA VƏ KƏŞFLƏR

6. Oxuyun. Həmcins üzvlərdə təkrarlanmış şəkilçi və hissəcikləri qay-daya uyğun olaraq ixtisar edin və dəftərinizə yazın.

1. Halal tikənin şirinliyi haqqında, xeyirin şər üzərində qələbəsihaqqında çox oxumuşuq, çox eşitmişik.

2. İnsan öz səbri ilə və dözümü ilə istənilən çətinliyə qalib gələ bilər. 3. Şeir bir ürəyin döyüntüsüdür, bir ruhun həyəcanıdır və göz yaşıdır.4. Cəfər həmin pöhrələrə sevə-sevə qulluq edirdi, onları qoruyurdu.5. Sanki onun gözlərindəki hüznü və kədəri görmürdü.

7. Həmcins üzvlərdə ixtisar edilmiş qoşma, şəkilçi və hissəciklərimüəyyənləşdirin.

1. O hər səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxımgülləri iyləyər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.

2. Novruz bayramını Azərbaycanla yanaşı, əfqanıstan, Pakistan,İran və Türkiyədə də əziz bayram kimi qeyd edirlər.

3. Biz bu günü düşünür, sabahı unuduruq.4. İnsanı geyiminə görə qarşılayar, ağlına görə yola salarlar.5. Mühazirəçi demokratiya və insan hüquqları haqqında maraqlı

fikirlər söylədi. 6. Gədəbəyə gələn turistlər Daşbulağın suyundan fincan və stə kan -

lara doldurur, qurtum-qurtum içirdilər.

8. Atalar sözlərində ixtisar edilmiş şəkilçiləri bərpa edib kö çürün.

1. Araz aşığındandır, Kür topuğundan.2. Baş yoldaşı azdır, aş yoldaşı çox.3. Qeyrət və namusu qeyrət və namusdan danışanda axtarma.4. Səbir və təmkinlə bütün qapıları açmaq olar.5. Elm cahil və nadanlara qonaq getməz.

9. Hansı cümlədə qoşma ixtisar edilmişdir?A) Yazıçı və publisistlərimizin terrorizmə qarşı çıxışlarına mət -

buat və televi zi yada son vaxtlar tez-tez eşidirik.B) Layla və nazlamalarımızdakı səmimiliyi, şirinliyi heç nə əvəz

edə bilməz.C) Bunu hamıya deyəcək, xəbər verəcəkdinsə, niyə sirri açma ya ca -

ğına and içmişdin?D) Atası və nənəsi ilə nə qədər maraqlı vaxt keçirsə də, yenə ana -

sını istəyir.

100 IV BÖLMƏ

İŞIQFORU KİM İXTİRA EDİB

Hər il avqust ayının 5-i Beynəlxalq İşıq -for Günü kimi qeyd edilir. Sərgilər, viktori-nalar, müxtəlif aksiyalar, simpozium vəkon franslar keçirilir. Hər yerdə amerikalıixtiraçı Ceyms Hoqun xatirəsi yad olunur.1914-cü il avqustun 5-də ABŞ-ın Kliv lendşəhərinin 105-ci küçəsi ilə Evklid pros pek -tinin kəsişməsində onun dörd işıqforu qu -raşdırılmışdı, məhz həmin tarix işıqforun adgünü sayılır.

Yol hərəkəti qaydalarını tənzimləmək üçün rəngli işıqlardan qədim za-manlarda da istifadə olunub. E.ə. XVIII əsrdə Babilistan çarı Hammurapisaraya gedən yolun həmişə açıq saxlanılmasına dair sə rəncam vermişdi.O vaxt avtomobil yox idi, amma arabalar bəzən tıxac yaradırdı. Xüsusitəlim görmüş qul hər əlində bir quru balqabaq yol ay rıcında dururdu.Balqabaqların içinə yanacaq və rəngli minerallar doldurub fitil keçirirdilər.Qul biri qırmızı, digəri yaşıl alovla yanan bal qabaqları yuxarı qaldırıb aşağısalmaqla keçidi arabalar üçün açıb-bağlayırdı.

Tarixdə ilk mexaniki işıqfor isə 1868-ci il dekabrın 10-da Londonda par-lament binasının qarşısında qoyulub. Onu dəmiryol semaforları üzrə mütə -xəssis Con Nayt ixtira edib. Bu qurğunun əllə idarə olunan iki qanadı varidi. Qanadların üfüqi vəziyyəti nəqliyyat vasitələrinə “dur”, 45 dərəcə aşağısalınmış vəziyyəti “ehtiyatlı ol” əmri verirdi. Qaranlıq düşəndə qanadlargörünmürdü, ona görə də dirəyin başındakı fırlanan qaz fənəri işə salınır,növbə ilə qırmızı və yaşıl rəngli linzaları işıqlandırırdı. Üç həftədən sonrafənər partladı və onu idarə edən polis yaralandı. Naytın işıqforu küçədəngötürüldü.

1912-ci ildə ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində, İkinci Cənubküçəsi ilə Baş küçənin kəsişməsində dünyada ilk dəfə elektrik işıqforuquraşdırıldı. Onu bu ərazinin polis bölməsinin rəhbəri Lester Vayer yolhərəkətinə nəzarət edən əməkdaşlarının işini yüngülləşdirmək üçün ixtiraetmişdi. Vayer sarı rəngli taxta qutuda qırmızı və yaşıl lampalar yerləşdiribonun hər tərəfindən iki deşik açmışdı. Elektrik generatorundan lampalaracərəyan verilirdi. İşıqfor yol kəsişməsindəki dairədə hündür postamentin

101İXTİRA VƏ KƏŞFLƏR

üstünə qoyulmuşdu. İlk vaxtlar nə sürücülər, nə də piyadalar bu qutuyaəhəmiyyət verirdi.., onu “Vayerin göz vuran quş damı” adlandırırdılar.Vayer həvəsdən düşmür, şəhər hakimiyyətini icad etdiyi qurğunun böyükgələcəyinə inandırmaq istəyirdi.

Ceyms Hoqun yaratdığı elektrik işıqforunu isə Ohayo şta tının rəhbərliyidərhal dəyərləndirdi və tezliklə onun küçələrdə qu raş dırılmasına qərarverdi. Hoqun işıqforunun da iki rəngi var idi: qırmızı və yaşıl. İşıqfora öy -rəşməmiş sürücülərin diqqətini cəlb etmək üçün o, rəngini dəyişəndə həmdə bərkdən səs çıxarırdı.

Beləliklə, bizə bəlli olan məlumatlara istinadən tarixdə ilk “... işıqforun”müəl lifi çar Hammurapinin, ... işıqforun ixtiraçısı Con Naytın, ... işıqforununixtiraçısı isə Lester Vayerin olduğunu deyə bilərik. Lakin onların hamı sın -dan fərqli olaraq Ceyms Hoq həm də kəşfini patentləşdirməyin qayğısınaqalmışdı, 1918-ci ilin yanvarında onu qeydiyyatdan keçirmişdi, bununlada birinciliyi öz adına rəsmiləşdirmişdi.

İndi bizə çox sadə görünən işıqforların təkmilləşdirilməsi prosesi uzunmüddət davam etdirilib. 1920-ci ildə ABŞ-da ilk üçrəngli işıqforlar peydaoldu. 1923-cü ildə isə amerikalı mühəndis Qarret Morqan orijinalkonstruksiyalı və yol hərəkəti təhlükəsizliyini təmin etmək baxımındandaha mükəmməl işıqfor ixtira etdi. Onun patentində qeyd olunurdu ki,Morqanın qurğusunun və zi fəsi “yol kəsişməsində keçid ardıcıllığınınsürücülərin iradəsindən ası lılığını aradan qaldırmaqdır”. Bu ifadə avtomo-bil həvəskarları arasında məş hur bir məsəlin yaranmasına səbəb oldu:“Allah sürücüləri yaratdı, Qarret isə onları bərabərhüquqlu etdi”.

1952-ci ildə Nyu-Yorkda piyadalar üçün ilk işıqfor qoyuldu. Buna qədərişıqforlar yalnız avtomobillərin hərəkətini tənzimləyirdi, piyadalarsa yoluharada və necə gəldi keçirdilər. 1963-cü ildə Kanadanın Toronto şəhərindəkompüter sistemli işıqforlar quruldu. “Ağıllı işıqforlar” erası başlandı.

Avropada ilk elektrik işıqforu 1922-ci ildə Parisdə quraşdırılıb. 1930-cuildə keçmiş SSRİ-də ilk işıqfor Leninqradda, sonra Moskvada, ardınca digərrespublikaların paytaxtlarında qoyulub.

1. Bütün dövrlərin işıqforları üçün eyni olan nə idi?2. Aşağıdakı abzasın birinci cümləsində nöqtələrin yerinə müva -

fiq olaraq “elektrik”, “canlı”, “mexa ni ki” sözlərini işlədin.

3. Bəzi ölkələrdə işıqforun rəngləri müəyyən səs siqnalları iləmüşayiət olunur. Sizcə, bunun səbəbi nədir?

102 IV BÖLMƏ

Uzun illər Azərbaycan dilində “işıqfor” sözü olmayıb, ona, Rusiyada ol -duğu kimi, “svetofor” deyiblər. “İşıqfor” ifadəsini isə ilk dəfə Rəsul Rzaişlədib. “Çeşid-çeşid insanlar” şeirində (1958) o yazırdı:

“Heç olmasa, işıqforunqırmızısı, sarısı var,yaşılı var.Qırmızıda dayanırsan.Sarı yandı –gözləyirsən, bir anlığa yubanırsan.Yaşıl yandı – yol açılır...Bu zalımın "hə"si yoxdur.Qəzəbindən dil tutulur.Nə fikrinə işıq düşür,nə yazmağa qol açılır…”

Arif AslanoğluSöz ehtiyatı

4. “Aksiya”, “simpozium”, “semafor” sözlərinin mənasını kontekstəgörə izah edin.

Araşdırma

5. İşıqforun inkişaf tarixini cədvəl şəklində təqdim edin.

Dil qaydaları

6. Göy rənglə verilmiş cümlədə nöqtələrin yerinə uyğun şəkilçi artırıbyazın. Bu prosesi həmin cümlənin aşağıdakı variantları üzərindəapa rın. Şəkilçilərdəki dəyişikliyə səbəb olan məqamı izah edin.

İlk vaxtlar nə sürücülər, nə piyadalar, nə də mən bu qutuya əhə -miyyət verirdi...İlk vaxtlar nə sürücülər, nə piyadalar, nə də sən bu qutuya əhə miy -yət verirdi...

7. Bərabərlikləri davam etdirin. Mən+sən=biz Mən və sən sabahın yaradıcılarıyıq.Sən+o=siz Sən və o, vətənə sədaqət andı içməlisiniz.Xaliq+Fidan=onlar Xaliq və Fidan da bu aksiyaya qoşuldular.

Mən+o=? Mən+Adil=? Mən+sən+o=?Sən+Adil=? Onlar+sən=? Sən+biz=?O+müəllim= ? O+sən= ? Onlar+biz=?

103İXTİRA VƏ KƏŞFLƏR

Bərabərliklərdən aldığınız cavaba istinad edərək xəbərin həmcinsmübtədalarla uzlaşma qaydalarını izah edin. Mən və Adil hər gün dənizə gedirik.Sən, o və mən eyni qanı daşıyırıq. Mən və o hər dəqiqənin hökmünü bilməliyik.Bu xalqın dərdinə biz və siz şərik olmalıyıq.Onlar və biz tüfeyli həyata “yox” deyirik.Gün gələcək, siz və onlar bu ağrıları unudacaqsınız.Sən və onlar səhvinizi etiraf etməyi bacarmalısınız.Yaxşı ki, sən və Həsən həyatın nəbzini tuta bilirsiniz.Soyuqlar və istilər bir-birini əvəz etməyə başladı.

Nəticə:Həmcins mübtədalardan biri I şəxs əvəzliyi olduqda xəbər ... şəxs

şəkilçisini qəbul edir. I şəxs əvəzliyinin iştirak etmədiyi həmcins mübtədalar içərisində

II şəxs əvəzliyi olduqda xəbər ... şəxs şəkilçisini qəbul edir.Həmcins mübtədalar içərisində I və II şəxs əvəzlikləri iştirak

etmədiyi halda, xəbər ... şəxs şəkilçisini qəbul edir.

8. Nöqtələrin yerinə uyğun gələn şəxs şəkilçilərini artırmaqla cümlələriköçürün.1. Koroğlu və dəlilər Eyvazı azad etməyə tələsir... .

2. Mən və sən hər zaman haqqı müdafiə etməli... .

3. Şah və vəzir təğyiri-libas olub sarayı tərk etdi... .

4. Səngərdə dayanan əsgərlər və biz bu döyüşün nə qədər əhəmiy -yətli olduğunu dərk edirdi... .

5. O zaman siz və sizin tərəfdarlarınız haqqı müdafiə etməkdənqorxurdu... .

9. Səhvləri düzəldib köçürün.1. Siz və digər uşaqlar öz səhvinizi başa düşməli, üzr istəmək üçün

sabahı gözləməməlidirlər.

2. Süfrədəki boşqablar, çəngəl-bıçaqlar, stəkanlar tərtəmiz yuyul -muş dular.

3. İndi mən, dəniz, bir də qüruba enən günəş üz-üzə dayanmışdım.

4. Ağacın nəinki yarpaqları, hətta budaqları da yerə tökül müş dü lər.

5. Biz də, siz də həyatda uğur qazanmaq üçün çox çalışmısınız.

104 IV BÖLMƏ

TELEFON

XIX əsrin ortalarında Almani ya -nın Frankfurt şəhərində Filip Reysadlı bir riyaziyyat müəllimi yaşa yır -dı. Elmi ye ni lik lərlə ciddi maraq la -nan Reys əmin idi ki, səsi elektrikna qilləri vasitəsilə uzağa ötürməkmüm kün dür. Bu məqsədlə o, na qil -lə birləşdirilmiş mikrofon və səs güc -ləndirici dinamikdən iba rət aparat yaratdı. 1860-cı ildə 26 yaşlı gənc müəl lim“telefon” adlandırdığı bu apa rat vasitəsilə səsi 100 metr məsafəyə ötürəbildi. Lakin Reysin ixtirası elmi icti maiyyət tərəfindən skeptik qar şı landı.Mətbuatda bu barədə yarıistehzalı, yarıciddi yazılar dərc olundu. Jurnallar -dan biri hətta həmin aparatı “oyuncaq” adlandırdı.

Lakin Filip Reys inadından dönmürdü. O, 15-20 ədəd “telefon” hazırladıvə onlardan bir neçəsini satmağa nail oldu. Həmin nümunələrdən biri tə -sa düfən Aleksandr Qraham Bell adlı bir alimin əlinə düşdü.

Şotland əsilli amerikalı olan Bell həm də biznesmen idi. Reysin aparatıilə tanış olan kimi o başa düşdü ki, əlində zəngin bir xəzinə var. Bunun üçünsadəcə olaraq telefonu elmi aparatdan geniş istehlakçı dairəsinin istifadəedə biləcəyi praktik aparata çevirmək lazımdır. O, Reysin ix ti ra sından ya -rarlanaraq uzaq məntəqələrlə səs əlaqəsi üçün yeni cihaz – əsl te lefon ix-tira etdi və 1876-cı ildə bu ixtiranı patentləşdirdi. Bellin telefonun dadanışmaq və qulaq asmaq üçün ayrı-ayrı dəstəklər var idi. Yalnız sonralarbu iki funk siya bir dəstəkdə birləşdirildi. Ümumiyyətlə, telefon ixtiraedildikdən sonra 20 il ərzində bu aparatın təkmilləşdirilməsi üzrə 3000-dən çox ixtiraya patent verildi.

1879-cu ildə Bell məşhur “Vestern Yunion” şirkəti ilə birgə “Bell Labs”firması yaratdı. Əsrin sonuna yaxın bu firma ABŞ-da 1,5 mln telefon apa -ra tı quraşdırmış və ölkənin ən zəngin şirkətlərindən birinə çevrilmişdi.

O dövrdə güclü neft-sənaye mərkəzlərindən birinə çevrilən Bakıda daçox sürətlə telefon rabitəsinin tətbiqinə başlanıldı. 1880-ci ilin dekabrındaBakıda ilk telefon xətti çəkildi. Bu xətt neft şirkətləri arasında rabitəni təminedirdi. Bir il sonra “Nobel Qardaşları Cəmiyyəti”nin idarəsi ilə sədrin evinibir ləş di rən 6 kilometrlik telefon xətti istismara verildi.

1883-cü ildə isə Bakıda, indiki 28 May küçəsində 40 istifadəçisi olanmərkəzləşmiş kommutasiya sistemli şəbəkə – telefon stansiyası yaradıldı.O vaxta qədər həmin küçənin adı Vokzalnaya idi, çünki bu küçə Bakı vağ -zalına aparırdı. Ondan ayrılan bir qol isə Qaraşəhərdə (indiki Nobel pros -

105İXTİRA VƏ KƏŞFLƏR

pekti) yerləşən neft mədənlərinə gedib çıxırdı. Telefon stansiyasından mə -dənlərə qədər telefon dirəkləri basdırıldı və beləliklə, şəhərlə neft mə dən -ləri arasında telefon rabitəsi quruldu. Bundan sonra Vokzalnaya küçəsiTe lefonnaya adlandırıldı.

* * *

Yuxarıda biz sizə bu yaxınlara qədər telefonun ixtirası ilə bağlı ən genişyayılmış versiyanı təqdim etdik. Doğrudan da, bir çox ensiklopediyalardatelefonun Aleksandr Qraham Bell tərəfindən ixtira edildiyi göstərilir. Lakinbu, həqiqətin hamısı deyil. Belə ki, 2002-ci il iyunun 11-də ABŞ Konqresite lefonun florensiyalı mexanik Antonio Meuççi tərəfindən ixtira olunduğunutəsdiqləyən 269 nömrəli qətnamə qəbul etdi. Sən demə, 150 il əvvəl qüd -rətli rəqibləri bu haqqı Meuççinin əlindən almışdılar. Çünki florensiyalı ix -ti raçı kasıb idi, ingilis dilini yaxşı bilmirdi və kifayət qədər işgüzar deyildi.

Florensiyada ailəsinin dolanışığını təmin edə bilməyən Antonio 1837-ciildə ailəsi ilə Kubaya köçmüş, teatrda səhnə mexaniki kimi işləməyəbaşlamışdı. O hətta teatr üçün elektrik generatoru da düzəltmişdi. TədricənMeuççi zəif elektrik cərəyanının insan orqanizminə gümrahlaşdırıcı təsirgöstərdiyinə diqqət yetirdi və bu fenomenlə ciddi maraqlanmağa başladı.Sonra isə kiçik müalicə müəssisəsi açdı. Bir dəfə möcüzə baş verdi. Xəs -tə nin dodaqlarına yapışdırılmış naqilə cərəyan vermək üçün qonşu otağageneratorun yanına keçən Meuççi cihazda onun səsini eşitdi. Beləliklə,Meuççi maraqlı bir hadisənin şahidi oldu: sən demə, elektrik cərəyanı səsiməsafəyə ötürməyə qadirmiş!

1850-ci ildə Antonio Nyu-Yorka getdi. Uzun illər çalışdı və nəhayət, is -tə yinə nail oldu. 1860-cı ildə sonuncu puluna qəzetlərdən birində “naqilləqa çan səs aparatı” – telektrofon icad etdiyi barədə elan verdi. Elanı oxuyan“Vestern Yunion” teleqraf kompaniyasının rəhbərliyi Meuççiyə əmək daşlıqtəklif etdi və kiçik məbləğ müqabilində çertyojlar da daxil olmaqla aparatınbütün sənədlərini ondan aldı.

Bir müddətdən sonra Meuççi ixtirasına ilkin (müvəqqəti) patent almaqüçün ərizə verdi və gözləməyə başladı. Lakin “Vestern Yunion”da ona sə -nədlərin itirildiyini deyir, get-gələ salırdılar. Meuççi ümidini itirmirdi. Yalnız1876-cı ildə Amerika qəzetlərində “Vestern Yunion”un patronajı altındaişləyən Aleksandr Bell adlı bir mühəndisin “danışan teleqraf”, ma hiy yət eti -barilə telefon ixtira etdiyi haqda xəbərləri görəndə o al da dıl dı ğını başadüşdü.

1. Oxuduğunuz hissəni elə dəyişin ki, Bakıda telefonun tarixi iləbağlı məlumat mətnin giriş hissəsi olsun.

2. Bu tarixi faktla bağlı ABŞ Konqresinə münasibətinizi bildirin.

106 IV BÖLMƏ

Artıq Meuççinin nəhəng kompaniyaya qarşı məhkəmədə vuruşmaqdanbaşqa yolu qalmırdı. Amma prosesi sürətləndirmək üçün lazımi qədərvəsait tapa bilmirdi. Nəhayət, 11 ildən sonra o, məhkəmənin əli ilə patentini“Vestern Yunion”un arxivlərindən çıxarmağa müvəffəq oldu. Amma vaxtıötdüyündən florensiyalı ixtiraçı ondan istifadə edə bilmədi. Dünyada ənböyük kəşflərdən birinə imza atmış şəxs 1889-cu ildə 81 yaşında ömrünüsəfalət içində başa vurdu.

Dilrüba NurəddinqızıSöz ehtiyatı

3. “Kommutasiya”, “fenomen”, “patronaj” sözlərinin mə na sı nı kontekstəgörə izah edin.

Düşün və cavab ver

4. Telefonun ixtirası haqqındakı versiyaların ümumi cəhəti nədir? Mətn -dən çıxış edərək A.Bellə münasibətinizi bildirin.

Dil qaydaları

5. Həmcins üzvləri seçin, cümlədə vəzifəsini müəyyən edin.

1. İndi bir fikir verin tarix nə deyir, görün bəzi üzdəniraq “alim lər”,“akademiklər”, “yazıçılar ” nə deyir. (B.Vahabzadə)

2. Bütün bunlar oğuz babalarımızın yüksək mənəviyyatından,gözəllik duyğusundan və incə zövqündən xəbər verir.

3. Babək uzun əsrlər bu torpaqda yaşamış, sümükləri bu torpağaqarışmış dədə-babasının müqəddəs məzarını, ruhunu və şərəfinigəlmələrdən müdafiə etmişdi.

4. Təbiətin saflığı qanımıza, ruhumuza hopmuş, özümüzü saflaş -dı rıb gözəlləşdirmişdir.

5. Dədə Qorqud dastanlarında oğuz bəylərinin mənəvi dünyası ilətanış olduqca babalarımızın böyüklüyünə, mərdliyinə və tə miz -liyinə təəccüb qalırsan. (B.Vahabzadə)

6. Mötərizədəki feillərdən istifadə etməklə cümlələri tamamlayın. Xəbə -rin mübtəda ilə kəmiyyətə görə uzlaşması qaydalarına əməl edin.

1. İndi uşaqlar da, böyüklər də “müharibə” sözünün dəhşətini yaxşı... (anlamaq).

2. Şəffaf bulaqlar, sıx meşələr indi bir xatirəyə ... (çevrilmək). 3. İllər, onilliklər bir-birini ... (əvəz etmək).4. Siçanlar və digər gəmiricilər məhsula hər il olduğu kimi bu il də

çox ... (ziyan vurmaq).5. İlxılar və sürülər yaylağa ... (səpələnmək).

107İXTİRA VƏ KƏŞFLƏR

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR

1. Bölmədəki mətnlərin hansında: * kəşfin tarixi verilir?* ixtiranın tarixi verilir?* ixtiranın inkişaf tarixi izlənilir?* ixtiranın əsl müəllifinin kim olduğu araşdırılır?* ixtira ilə bağlı tarixi yanlışlıq açıqlanır?

2. Uyğunlaşdırın.

1. Artıq heç vaxt nə bu gün, nə on il sonra, nə də yüz il sonra əqidə -mi dəyişməyəcəyəm.

2. Babamın dediyinə görə, yaxşı atlar belə bu qayaları aşa bilmir,üstündə dırnaq tökürdülər.

3. İndi onlar: uşaqlar da, müəllimlər də həyəcan içində idi.4. Duman qatları uzanır və açıq səmada əriyib yox olurdu.5. Qara şinelli kişi hələ də yağışın altında dayanmışdı.

A. Həmcins mübtədalar və xəbər arasında kəmiyyətcə uzlaşmapozulmuşdur.

B. Ümumiləşdirici sözdən sonra durğu işarəsi qoyulmamışdır.C. Həmcins üzvlərin birində idi hissəciyi ixtisar olunmuşdur.D. Həmcins xəbərləri həm təkdə, həm də cəmdə işlətsək, kəmiy yət -

cə uzlaşma pozulmayacaq.E. Həmcins üzvlər işlənməyib.

3. Buraxılmış durğu işarələrini artırmaqla köçürün. Həmcins üzvləribağlayan vasitələri müəyyənləşdirin.

1. Ananın xəyallara dalmış baxışları alnındakı qırışları illərinəzabından xəbər verirdi.

2. Uğur əsəbiləşir eyni zamanda iti baxışların zəhmindən sıxılırdı.3. Gecədən başlayan külək uğuldayır qarşısına keçəni vurub

yıxırdı.4. O, həmişə Anarla görüşdükləri yerə gəlib orada bir az dayanar

sonra da qayıdıb gedərdi.5. Mən bu gün bütün istilalara müharibələrə qırğınlara əsirliyə

köləliyə üsyan bayrağı qaldırıram. (C.Cabbarlı)6. Neçə-neçə qol-qanad Qumrovçayın sularına gurluq vermişdi

haylı-haraylı eləmişdi nəticədə onu heybətli bir çaya döndər miş di.(ə.Məmmədxanlı)

108 IV BÖLMƏ

QƏDİM TÜRKLƏRDƏQURD TOTEMİ

Qurd obrazı bir çox xalqların mifolo gi -ya sında var. Əsatirlərdə Roma dövlətininquru cu ları olan Romul və Rem qar daş -larının körpə ikən ana qurd tərəfindənxilas olunduğu gös tərilir. Herodotun qə -ləmə aldığı əfsanədə isə İran-fars (Əhə -mənilər) dövlətinin yaradıcısı II Kirin körpəvaxtı qurd ailəsinə düşdüyü və oradaboya-başa çatdığı bildirilir. Lakin türk lər -dən fərqli olaraq bu xalqların heç birindəqurd obrazı totemə – sitayiş obyektinə çevrilməyib.

Qədim türk əsatirinə görə, Göytürk xaqanlığında cəmiyyətin elitasısayılan Aşina nəsli Bozqurd adlanan qurddan törəmişdi. Bu əsatirlərdəBozqurd obrazı türk xalqlarının xilaskarı, yolgöstərəni kimi qələmə verilir.Göytürklərin bayrağında qurd başı əks olunmuşdu.

Türk folklorunda “qurd”, “bozqurd” sözlərinə tez-tez rast gəlmək olar:"Qurdun üzü mübarəkdir”, “Qara başım qurban olsun, qurdum, sənə”,“Qurddan qurd tö rəyər” və s. Türk xal qlarından biri olan başqırdların adıda elə “qurd” sözündən götü rül müşdür: “baş qurd”.

Tədqiqatlar göstərir ki, qədimdə hər bir xalq öz idealına uyğun totemseçmişdir. Bəs nəyə görə məhz qurd obrazı türk xalqlarında totem səviy -yə sinə yüksəlmişdir?

* * *

İtlə eyni növdən olsa da, qurdu əhliləşdirmək mümkün deyil. Türklərdəbelə bir məsəl var ki, qurdu evdə saxlamaqla ev heyvanı olmaz. O, insanladost olar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz. Çünkiməğrur qurd yemək üçün sahibinə yaltaqlanmaqdansa, azadlıqda acındanölməyi üstün tutur. O özünü geniş çöllərdə, meşədə sərbəst hiss edir. Qur-dun azadlıqsevər canlı olduğunu onun daha bir xüsusiyyəti sübut edir:tələyə düşən qurd öz pəncəsini dişləri ilə didib-kəsərək canını tələdənqurtarır.

Savaş zamanı qurdlar yarımçevrə şəklində sıralanaraq hücuma keçirvə bir göz qırpımında şikarı və ya düşməni mühasirəyə alırlar. Onlar dəstəilə düşmən üzərinə atılarkən “olum, ya ölüm” prinsipi ilə hərəkət edir, heçvaxt geri çəkilmirlər. “Qurd ürəyi yeyib” məsəli də buradan yaranıb.

110 V BÖLMƏ

Qurd öz ailəsinə sadiqdir və onun yolunda canını qurban verməyə hazır -dır. O, yeganə heyvandır ki, dişi tayını dəhşətli dərəcədə qısqanır və daimonun qayğısına qalır. Ana qurd da ovda və ya düşmənlə mübarizədə erkəkqurddan geri qalmır. Xüsusilə balalarına qarşı təhlükə hiss edəndə o,aslanla da döyüşə çıxmaqdan çəkinmir.

Maraqlıdır ki, qurdlar qoyun sürüsünə hücum edərkən balası yanındaolan heyvana yaxın durmurlar. Hər bir qurd sürüdən yalnız bir heyvanıtələf edər, bunun da yarısını özü yeyər, o biri yarısını isə ailəsinə və yaqurd dəstəsinin yaşlı və xəstə üzvlərinə aparar.

Qurd sürüsünün öz qanunları var. Heç bir qurd bu qanunları pozmaz,sürü başçısının əmrindən çıxmaz. Başçının özü belə sürü qanunlarınatabe olur. Əgər hər hansı bir qurd sürünün qanun la rını pozarsa, dərhalsürüdən qovular və tənha qalar. Tənha qurdlara yal quzaq deyilir. Onlarqurd qanunlarına tabe olmadıqlarına görə çox təhlükəlidirlər.

Bozqurd totemi, adətən, hündür qaya üzərində üzünü göyə tutub ulayanqurd kimi təsvir olunur. Bununla da qədim türklər qurdun Tanrı ilə bağlılığınıəks etdirmək istəmişlər. Əcdadlarımızın fikrincə, üzünü Tanrıya tutub göz -lərini yumaraq ulayan qurd, bir növ, “daxilən saflaşır” və “Tanrıya məx susolduğunu” göstərir.

Beləliklə, qədim türklərin qurdları yüksək dəyərləndirmələri əbəs deyil.

* * *Qədim türk cəmiyyətinin özünəməxsus quruluşu var idi. Ölkə xaqan

tərəfindən idarə olunsa da, xalqı təmsil edən məclisin rolu böyük idi. Türk -lər qanuna tu ra deyirdilər. Xaqan da daxil olmaqla hər kəs turaya riayət et -məli idi.

Türklərdə kişi ailə başçısı sayılsa da, qadına böyük ehtiram göstərilirdi.Türk qadınları həm ailədə, həm də ictimai həyatda böyük rol oynayırdılar.Onlar kişilərlə çiyin-çiyinə döyüşlərdə iştirak edirdilər.

Köçəri həyat sürən türklər üçün azadlıq hər şeydən əziz idi. Hər bir türkcəmiyyətin azad üzvü sayılır, məclisdə öz sözünü deyə bilir, döyüşə “yaqələbə, ya ölüm” şüarı ilə gedirdi. Qadın döyüşçünün düşmənə əsir düş -məsi bütövlükdə türk cəmiyyəti üçün həqarət sayılırdı.

Dünya döyüş sənəti tarixində Turan və ya aypara taktikası adlananhücum üsulu dəfələrlə türklərə sayca daha çox olan düşmən üzərindəqələbə qazandırmışdır. Düşmənlər türk əsgərlərini qurda bənzədirdilər.Türklər də bu bənzətməni həvəslə qəbul edirdilər. Lakin onlar heç vaxt

1. Bu hissədəki hər abzası müvafiq əxlaqi dəyəri ifadə edən sözləadlandırın.

2. Qurdla bağlı deyilənlərdən hansılar sizə inandırıcı görünmədi?

111DƏYƏRLƏR

boş yerə qan tökməzdilər. Döyüşdən qabaq düşmənə sülh təklifi göndərər,qalib gəldikdə ona aman verər, əsirləri öldürməzdilər. Miladdan öncə 202-ciildə Mete xaqanla Çin imperatorunun döyüşü də bunu sübut edir.

Qədim türklər Göy-Tanrıya səcdə edirdilər. Onların fikrincə, qurd yerdəTanrıya ən yaxın olan, onunla ünsiyyətə girə bilən yeganə varlıqdır.

Bütün bu kimi xüsusiyyətlərə görə türklər azadlıqlarının timsalı olaraqBozqurdu özlərinə simvol seçmişlər. Məhz buna görə Bozqurd türk hür -riy yətinin, türk yenilməzliyinin rəmzidir.

İnternet materialları əsasında işləyəni: Rafiq Ələkbəroğlu

Söz ehtiyatı

4. “Elita” sözünün mənasını kontekstə görə izah edin.

Düşün və cavab ver

5. Mətni yazmaqda müəllifin məqsədi nə olmuşdur?A) Qurdların təbiəti və davranışı haqqında məlumat verməkB) “Totem” anlayışını izah etməkC) Qurdun türklər tərəfindən totem seçilməsinin təsadüfi olma dı -

ğını əsaslandırmaqD) Türk xalqlarını birləşdirən mental xüsusiyyətlər haqqında m ə -

lumat vermək

6. “Turan taktikası” haqqında əlavə məlumat toplayın.

7. Mətndəki məlumatlardan çıxış edərək qurd təbiəti ilə qədim türkxarakteri arasında paralellər aparın və aşağıdakı cədvəli nümunəyəuyğun olaraq doldurun.

3. VI sinifdə keçdiyiniz “Mete xaqan” mətnini xatırlayaraq həmindöyüşü təsvir edin.

Xüsusiyyət Qurd təbiətində Türk xarakterində

Nəciblik

Balası yanında olan evheyvanına hücum etmir.

Əldə etdiyi şikarın birhissəsini sürünün xəstə

və qoca üzvlərinə aparır.

Döyüşlərdə boş yerə qantökmür. Qalib gəldiyidüşmənə aman verir.

112 V BÖLMƏ

Dil qaydaları

8. Mətndə göy və qırmızı rənglərlə verilmiş söz və ifadənin qramma -tik xüsusiyyətlərini sadalayın, müqayisə edin.Qırmızı rənglə verilmiş ifadəni çıxarmaqla cümləni oxuyun, fərqiizah edin.

9. Uyğunluğu müəyyən edin.

A. Mübtədanın əlavəsi D. Zərfliyin əlavəsiB. Xəbərin əlavəsi E. Təyinin əlavəsiC. Tamamlığın əlavəsi

1. Ələsgər Ələkbərov – o görkəmli səhnə xadimi hamının sevimlisi idi.2. Bu hadisə keçmişdə – Qaçaq Kərəmin at oynatdığı zaman baş

vermişdi.3. Kamandar – pinəçi Abdullanın oğlu da bu xəbəri eşidib bəxtini

sınamaq istədi.4. Hindlilər bizi – Azərbaycandan gələn nümayəndələri sevinclə

qarşıladılar.5. Qapını döyən xanın öz kəndlisidir – İtqapan kəndinin əhli Nov -

ruzəlidir. (C.Məmmədquluzadə)6. Tariximizin yadigarları – daş kitabələr bizə çox şey deyir.7. Vətən – ana torpaq niyə insana bu qədər əziz olur?8. İdmançılarımızı gözlənildiyindən artıq – yüzlərlə pərəstişkar

hava limanında qarşıladı.

Cümlədə özündən əvvəlki üzvün mənasını izah edən, konkretləş -dirən sözə və ya söz birləşməsinə əlavə deyilir.

İranın sonuncu inqilabı da bu şəhərdən – Təbrizdən başladı. O, Fərhadla Əhmədi götürüb kəşfiyyata – düşmən mövqeləri haq -

qında dəqiq məlumat toplamağa getdi.Əlavə, aid olduğu üzvdən sonra gəlir, onun qrammatik xüsusiy -

yə tini daşıyır və həmin üzvdən yazıda, əsasən, tire işa rə si ilə, şifahinitqdə fasilə, intonasiya ilə ayrılır.

Əlavələrlə aid olduğu üzv arasında yəni bağlayıcısı işləndikdəvergül işarəsindən istifadə edilir.

Yuxarıda, yəni başının üzərində səma buluddan yorğan açmışdı.I və II şəxs əvəzliyi ilə ifadə olunan mübtədanın da əlavəsi ola

bilər. Belə cümlələrdə xəbər mübtə danın əlavəsi ilə uzlaşmır. Biz, VIII sinif şagirdləri inşa müsabiqəsində fəal iştirak etdik.

Yadda saxla! CÜMLƏ ÜZVLƏRİNİN ƏLAVƏSİ

113DƏYƏRLƏR

10. Cümlələri sintaktik təhlil edin. Əlavələri seçib aşağıdakı kimiqrup laşdırın.

1. Ağbirçək ananın – o müqəddəs qəhrəman qadının önündə hamı -mız baş əydik.

2. Zaur bu şəhərə – ölkənin paytaxtına ilk dəfə gələndə həyəcandanözünü itirmişdi.

3. Həyətdəki maşında – qara mersedesdə oturan bu kişi kəndin təzəicra nümayəndəsi idi.

4. Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccüb -ləndi. (İ.Hüseynov)

5. Mən bu dəyərli kitabı həmin oğlana – bilik yarışmasının qalibinəverməyi qərara aldım.

Feili sifət tərkibinin asılı tərəfinin əlavəsidir:

İsmi birləşmənin asılı tərəfinin əlavəsidir:

Feili bağlama tərkibinin asılı tərəfinin əlavəsidir:

Məsdər tərkibinin asılı tərəfinin əlavəsidir:

11. Durğu işarələrini artırmaqla cümlələri köçürün.

1. Zəhra bu il doktoranturanın III yəni sonuncu kursunda oxuyur.

2. “Qapını açın mənəm Fərhaddır”, – deyə kimsə pıçıldadı.

3. Sahildən uzaqda qara qayalar neft daşları görünərdi.

4. Biz Gəncəyə Nizaminin uyuduğu torpağa qədəm qoyduq.

5. Neftin “qara qızıl”ın dəyəri, əsasən, məhsulun tərkibinin nəqədər qatqısız ol ma sından asılıdır.

12. Cümlələri sintaktik təhlil edin.

1. Göytəpə kəndinin ucqarında – xır yolunun üst tərəfində üçotaqlıbir bina var. (İ.Şıxlı)

2. Bir dəfə Əhməd Cahandar ağanın evinin bərabərində – Kürünya xası boyu uzanan çəmənlikdə gəzişirdi. (İ.Şıxlı)

3. Heç kim Hüseynli ilə – yeni bələdiyyə sədri ilə bu barədə da -nışmaq istəmirdi.

4. Axşamçağı – günəş təzə-təzə qüruba enəndə həyətimizdəki quş -ların səsi kəsilməyə başladı.

5. Şəhərin qərb hissəsində – Malakan kəndi adlanan küçədə yan-yana beşmərtəbəli iki ev yerləşmişdi. (A.Şaiq)

114 V BÖLMƏ

İSTEHKAMINALINMASI

Mən təyin olunduğum alaya av -qust ayında, gecə vaxtı gəlib çat dım.Pol kov nik məni kəşfiy yatdan yenicəqa yıt mış bölük komandirinə təqdimetdi. Bu kapitan hündürboy lu, qa ra -buğdayı, eybəcər sifətli bir adam idi.Deyi lənə görə, mü ha ribə başla yandakö nüllü silaha sarı lan lar dan olmuş,çiynindəki poqonu döyüş mey da nın -da qazan mışdı. Onun nazik, xırıltılısəsi nəhəng bədəni ilə qətiyyənuyuş murdu. Dö yüş lər dən birində boğazının bir tə rə fin dən dəyib o biritərəfindən çıxan güllə onun səsini bu hala salmışdı.

Hərbi məktəbi qurtardığımı biləndə sifətinin ifadəsi dəyişdi.– Hə... Mənim leytenantım dünən şəhid oldu, – deyib hissediləcək bir

sərtliklə üzünü döndərdi.

Duydum ki, mənim həmin leytenantı əvəz edə biləcəyimə əmin deyil.Təhsilli zabitlərin döyüş bacarığına könüllülərin çox vaxt şübhə ilə yanaş -dıq larını eşitmişdim. Dilimin ucuna gələn kobud bir sözü güclə uddum.

Bizim düşərgə ilə üzbəüz yerləşən Şayaq istehkamının arxasında na rın -cı ay doğmuşdu. Onun böyüklüyü məni heyrətə gətirdi. Yanımda dayananyaşlı əsgər ayın rənginə diqqət çəkərək dedi:

– Gör nə qırmızıdır! Bu o deməkdir ki, istehkam bizə baha başa gələ cək!Əsgərin bu falçılığı məni təşvişə saldı. Qayanın üstündə uzandım, an -

caq ilan vuran yatdı, mən yata bilmədim. Qalxdım və bir müddət ayın işı -ğında silueti görünən Şayaq istehkamına tamaşa etdim: “Deməli, mənimilk döyüşüm bu istehkam uğrunda olacaq”. Ziyarət dağından əsən sazaqiliyimə işləyəndə gəlib əsgərlərlə bir yerdə tonqalın yanında uzandım.Ətrafda olan bu qədər adamın içərisində bir nəfər də yaxınım yox idi.Əgər yaralansa idim, nə baş verəcəyini təsəvvürümə gətirə bilmirdim.Ürəyim döyünür, tez-tez şəhərdəki tanışlarım gözümün önündəngəlib-keçir, bu an onlardan, heç olmasa, bircəciyinin yanımda olmasınıarzulayırdım. Axır ki, yorğunluq öz işini gördü. Sübh tezdən qalxmaişarəsi veriləndə mən daş kimi yatmışdım.

1. Kapitanın üz ifadəsinin dəyişməsinə səbəb nə idi?

115DƏYƏRLƏR

Sıraya düzüldük, adlar oxundu, sonra avtomatları baş-başa çatdıq.Saat üçə yaxın isə gizir xüsusi əmrlə gəldi: “Bu gün Şayaq alınmalıdır!”Si lah la rımızı yenidən götürməli olduq, hər kəs öz yerini tutdu.

Qayalıqdan aşağıda üzü Şayaq tərəfə dayanmış qrad qurğusunundüşmən üzərinə açdığı sıx atəş Şayaq istehkamını qatı tüstü-duman içindəgörünməz etdi. Bir qədər sonra düşmən artilleriyası cavab atəşi açdı. Otuzaddımlıq məsafədə partlayan qumbaranın zərbindən qoluma sıçrayan toz-torpağı çırpıb əsl cəngavər görkəmi ilə gülümsədim. Bu zaman yanımdadayanmış kapitan mənə elə mənalı baxdı ki... Açığı, mən istəmirdim ki,kimsə qorxduğumu ağlına gətirsin. Əslində, heç qorxmurdum da. İlkdöyüşdən qabaq bu sakitliyim özümü valeh etmişdi və kefim də elə kökidi ki, Bakıda, Dənizkənarı bulvarda Şayaq istehkamının alınması barədənecə həvəslə danışacağımı düşünürdüm.

Bir az sonra atılan minomyot mərmisinin iri bir qəlpəsi papağımı başım -dan aldı və yaxınlıqdakı əsgərə dəyib öldürdü. Kapitan bunu görüb dedi:

– Sizi təbrik edirəm, leytenant, məncə, sizə daha ölüm yoxdur və buaxşam bölüyə siz komandanlıq edəcəksiniz.

Mənim sual dolu baxışlarımı görüb sözünə davam etdi:– Əlimin içi kimi bilirəm ki, indi mənim növbəm çatıbdır.Hərbi xidmətdə təzə adam olduğum üçün öz fikirlərimi hələ heç kimlə

bölüşmür, hislərimi heç kimə etibar edə bilmirdim. Buna görə də onunmüəmmalı sözlərini soyuqqanlılıq və təmkinlə qarşıladım.

Yarım saatdan sonra düşmən atəşi nəzərəçarpacaq dərəcədə zəiflədivə biz sığındığımız yerdən çıxıb istehkama doğru hücuma keçdik. Lakinqayanın arxasından çıxan kimi gülləbarana düşdük. Güllələrin vıyıltısıməni vahimələndirirdi. Buna baxmayaraq bu vıyıltıya alışmış, onu adi səskimi qarşılayan əsgərlərin zarafatlarına qoşulurdum.

Biz düşməni qabağımıza qatıb sürətlə irəliləyirdik. Tez bir zamandagəlib istehkamın hüdudlarına çatdıq.

– Hə, bax indi əsl oyun başlayacaq! Axşamın xeyir!..Dəhşətli gurultu, atəş, onun ardınca isə qışqırıq səsləri kapitanın son

söz lərini eşitməyə mane oldu. Papağını süngünün başına keçirən kapitan

2. Kapitan mənalı baxışları ilə leytenanta nə demək is təyirdi?

3. Sizcə, kapitanın “falçılığı” nəyə əsaslanırdı?

4. Ölümlə üzbəüz dayanan əsgərlərin zarafatlaşmalarını nə iləəlaqələndirirsiniz?

116 V BÖLMƏ

barını hamıdan qabaq keçib istehkama atıldı, onun ardınca isə sağ qa lan -ların hamısı irəli cumdu. Əsgərlər həmişəkindən daha bərk: “Qa-ra-bağ!” –deyə qışqıraraq əlbəyaxa döyüşə atıldılar. Daha sonra nə baş ver diyiniyaxşı xatırlaya bilmirəm. Bizimkilərin “Qələbə!” hayqırtısı ətrafa ya yılandamən özümü sağ-salamat görüb sevinməkdən çox, təəccüblən dim.

Bütün bölükdən cəmi-cümlətanı, mənim özüm də daxil olmaqla altı nəfərqalmışdı. Hamı daş hasarın yanında uzanmış yaralı kapitanın ət ra fı na yı -ğışmışdı. Mən də ora yaxınlaşdım. Kapitanın üz-gözü qan içində idi, ha ra -dan yaralandığını təyin etmək olmurdu. Bu vəziyyətdə onun verdiyi sualməni təəccübləndirdi:

– Təzə gələn leytenant hanı? – Mən buradayam, komandir, – cəld dilləndim.Kapitan dedi: – Hə, dostum, komandanlığı qəbul et. Sən başçı təyin olunursan. İsteh -

ka mın müdafiəsini təcili möhkəmləndirin. Polkovnikə müraciət et ki, köməkgöndərsin.

Ondan soruşdum: – Kapitan, siz ağır yaralanmısınız?– Ağır? – o, acı-acı gülümsündü. – Mən ölürəm, əzizim, amma eyib et -

məz, istehkamı ki aldıq!Mən komandirimin qarşısında diz çökdüm. Bu an kapitan, çavuş, əs gər -

lər mənə ən yaxın adamlar idi. Şəhərdəki dost-tanışlarımdan da yaxın...

Prosper Merimenin “İstehkamın alınması”hekayəsinin motivləri əsasında

işləyəni: Hidayət Fehruzoğlu

Düşün və cavab ver

5. Mətndə qalın hərflərlə verilmiş hissəni son abzasla tutuşdurun.Ley tenantın ətrafındakılara münasibətinin dəyişmə səbəbini izahedin.

Dil qaydaları

6. Altından xətt çəkilmiş cümləni sintaktik təhlil edin, heç bir sintak-tik suala cavab verməyən və cümlə üzvləri ilə bağlı olmayan sözüvə ya söz birləşməsini müəyyən edin.

117DƏYƏRLƏR

8. Cümlələri sintaktik təhlil edin. Cümlə üzvləri ilə bağlı olmayan söz -ləri müəyyənləşdirin.

1. Deməli, bu gün parta arxasında əyləşən balalarımız varislərimizdir.2. Qızım, hər gecənin bir gündüzü var. (S.Vurğun)3. Beləliklə, Vətənin taleyi vətəndaşların ha mı sından asılıdır. 4. Can nənə, bir nağıl de... (Ə.Cəmil)

Dil qaydaları

9. Mətndə göy rənglə verilmiş cümlələri intonasiya ilə oxuyun, mü ra -ciət bildirən sözləri və müraciət obyektini müəy yən edin.

Cümlədə baş və ikincidərəcəli üzvlərdən başqa, elə söz və söz bir -ləş mələri də olur ki, onlar qrammatik cəhətdən cümlənin heç birüzvü ilə bağlı olmur və özləri də heç bir cümlə üzvü vəzifəsindəçıxış etmir. Belə sözlər cümlənin məzmunu ilə ya bütövlükdə, yada qismən bağlı olur.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! (C.Cabbarlı)Deyəsən, Eldar bu sözləri eşitmədi. Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər

bunlardır: 1) xitab; 2) ara sözlər.

Yadda saxla! QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ BAĞLI OLMAYAN SÖZLƏR

Cümlədə müraciət olunanı bildirən sözlərə və birləşmələrə xitabdeyilir.

Bir gedəydim dağ-dərələr uzunu, Oxuyaydım: “Çoban, qaytarquzunu”. (Şəhriyar)

Sülhə gəlin, ey insanlar, Yoxsa dünya məhv olar. (N.Gəncəli)Qaranlıq gecədə səni gözləyib, Durmaqdan yoruldum, ey dan ul-

duzu! (C.Cabbarlı)Xitab ismin adlıq halında olur və bu cəhətdən mübtədaya oxşayır.

Lakin nəzərə almaq lazımdır ki, xitab:1) müraciət intonasiyası ilə deyilir;2) qrammatik cəhətdən xəbərlə bağlı olmur;3) cümlə üzvlərindən vergüllə ayrılır.Sən uçan xalça nağılını eşitmisənmi, dostum (xitab)?Vətən oğlu (xitab), keşiyində durduğun bu torpaq sənə babala -

rın dan qalıb.

Yadda saxla! XİTAB

118 V BÖLMƏ

10. Cümlələrdəki xitabları tapın və aşağıdakı suallara cavab verin.

1. Qeyrətimiz, namusumuz var, bəy, dözərik. (F.Kərimzadə)2. Sənin tayların heç evlənməyib, ay oğul. (S.Rüstəm)3. Gözəl dost, mən səni yalqız qoyub gəlmədim. (R.Rza)4. Şahım! Qarabağın şeyxidir gələn. (S.Vurğun)5. Eli tutub səsin yenə,

Ey bəxtəvər ana bülbül! (R.Rza)6. Lalələr açarkən ilk bahar çağı,

Mən sənin yanına gələrəm, qar daş. (S.Rüstəm)7. Dayan, ey külək!

Ağlama, ey tufan, çaxma, ey şimşək,Alışdı mum kimi, söndü varlığım. (S.Vurğun)

• İşlənmə yerindən asılı olaraq xitablarda durğu işarələrinin işlənməqaydalarını izah edin.

• Verilmiş cümlələrdə hansı xitablar cansız əşyalara aiddir?• Hansı cümlələrdə söz birləşməsi ilə ifadə olunan xitablar işlən -

mişdir?

11. Xitabları tapın, buraxılmış durğu işarələrini bərpa edin.

1. Nə zalım üzün var ay qoca dünya.Zülmün ərşə çıxdı, say qoca dünya.Tutdun fəqirlərə vay qoca dünya.Keçdi düşmənlərə körpəm ay Nəbi,Hardasan, hardasan, hay-haray Nəbi. (S.Rüstəm)

2. – Dəniz olmaq istəyirəm ay ana,Öz sinəmi göylər üçün açaram...– Yox ay bala,Anan qurban boyuna!Dəniz olsan, səni necə qucaram?– Zirvə olmaq istəyirəm ay ana,Ucalardan hər an səni araram...– Yox ay bala,Anan qurban boyuna!Necə onda saçlarını dararam?– Nəğmə olmaq istəyirəm ay ana...Mən səslənim, batma dərdə, qəmə sən...– Ol ay bala,Anan qurban boyuna!Sən onsuz da mənə sonsuz nəğməsən... (N.Xəzri)

119DƏYƏRLƏR

BİR KÖMBƏ ÇÖRƏK

Dərsdən təzəcə gəlmişdim. Ev pal -tarımı geyindim. Yuyundum. Yemək süf -rəsi hazır la dım. Elə “bismillah” elə yirdimki, qapı dö yüldü. Qonşu otaqdakı xaricitələbələr dən biri idi. Bizim otaqda yaşa -yan həm yerlisini soru şur du. Gördü ki,yoxdur. Qayıtmaq istəyəndə mən onusüfrəyə dəvət etdim. De di ki, toxam,ancaq hiss elədim ki, çö rəkdən gözünüçək mir. Fikirləşdim ki, aclığı var, sadəcə,deməyə utanır. Yenə ürəklə təkid elədim.Və o əyləşib çörəkdən bir tikə qopardı,loğmanı çeynəyə-çeynəyə fikrə getdi. Nə düşündüyünü soruş dum. Dedi:

– Sənin çörəyin yadıma bir əhvalatı saldı. O, bir az susub söhbətə başladı:– Biz balaca bir kənddə yaşayırdıq. Müharibə vaxtı idi. Bir dəfə düşmən

bombası kəndin yarısını dağıtdı. Bizim evimiz də dağılan yerdə idi. Ata-anam, bacı-qardaşlarım – hamısı öldü.

Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi o vaxt mən evdə yox idim. 14-15yaşım var idi. Qonşuluqda yaşayan bir oğlanla – o da artıq mənim kimikimsəsiz idi – kəndi tərk etdik. Deyirdilər ki, şəhərdə iş tapmaq, dolanmaqnisbətən asandır. Biz də gəlib bir şəhərə çıxdıq. Amma şəhər bizi çox pisqarşıladı. Üç gün ac-susuz küçələrdə sərgərdan qaldıq. Bizə nə çörəkverən oldu, nə də iş tapmaq üçün bir yol göstərən. Bu üç gündə şəhərinbütün döngələrini, mağaza və restoranlarını əzbərləmişdik. Elə vəziyyətdəidik ki, bir parça çörək üçün pis əməllərdən də çəkinəsi deyildik.

O özünə bəraət qazandırmaq üçün düşdükləri vəziyyəti mənə təfərrüatıilə çatdırmağa çalışırdı. Gördüm ki, on beş il qabaqkı hadisəni xatırladıqcaonu xəcalət təri basır. Bəlkə də, bəd əməlini etiraf edib yüngülləşməkistəyirdi.

Ona kömək etmək istədim. Şairimizin bir misrasını ona tərcümə etdim:“Ehtiyac qul eylər qəhrəmanı da”.

2. Bu misraya münasibət bildirin. “Ac ol, kişi ol” atalar sözü iləmüqayisə edin.

1. Sizcə, nə üçün tələbə sağ qalmasının xoşbəxtlik, yoxsa bəd -bəxtlik olduğunu bilmədiyini söyləyir?

120 V BÖLMƏ

O, sevinclə üzümə baxdı, gözləri işıqlandı. Tərini sildi, dərindən nəfəsalıb sözünə davam etdi:

– Axşam vaxtı mərkəzi küçələrdən biri ilə gedirdik. Yenicə şər qarışır,evlərdə işıqlar bir-bir yanmağa başlayırdı. Bir binanın qarşısından keçəndəikimiz də qeyri-ixtiyari dayandıq. Yerimək istədik, yeriyə bilmədik. İkincimərtəbənin açıq pəncərələrindən səs-küylə birlikdə xörək ətri küçəyəaxırdı. Dostum mənə baxdı, mən ona. Görəsən, ora getsək, qapını döy -sək, nə olar? Dünəndən bəri bir neçə qapını döyüb “payımızı” almışdıq.Am ma artıq dözmək mümkün deyildi. Son iki gündə beynimizdə gəz -dirdiyimiz planı həyata keçirməli idik. Növbəti tindəki ərzaq mağazasınınqarşısında ayaq saxladıq. Mən mağazaya daxil oldum. Çörəyin ətri mənibihuş eləmişdi. Hamısını yeyərdim, doymazdım. Ancaq bircə kömbə gö -türdüm. Elə bil qollarıma güc gəldi. Bu, yemək ümidindən doğan güc idi.Köm bəni bir əlimlə bağrıma basıb qapıya yönəldim. O biri əlimlə cibimisilkələyirdim, guya pul çıxardırdım. Beləcə, qapıya çatdım. Qapının ağ zın -da gözləyən dostum çörəyi əlimdən qapdı. Sürətlə o biri küçəyə cumdu.O, qurduğumuz plan üzrə hərəkət edirdi, danışdığımız yerə qədər qaçmalıvə orda məni gözləməli idi. Yel kimi uçurdu. Heç elə bil dilinə üç gün çörəkdəyməyən bu deyildi. Əslində, biz gözlədiyimiz təhlükə baş vermədi, nə -dən sə heç bizi qovan olmadı, gözlədiyimiz hay-haray düşmədi. Ona görədə mən arxayın-arxayın qaçırdım... Ancaq dostumun xəbəri yox idi. Obilmirdi ki, bizi qovan yoxdur. Elə bilirdi ki, dalınca bir ordu gəlir. Bu ordu-dan xilas olmaq üçün qaçırdı. Dovşan kimi qaçırdı, pələng kimi qaçırdı.Heç yana, heç nəyə baxmadan qaçırdı. Birdən dəhşətli bir şey oldu...

Müsahibimin səsi, əlləri titrəyirdi. Sanki o dəhşəti bir də yaşayırdı. – Dostum bayaqdan qaçdıqca yol qaydalarına fikir vermirdi. Mənəvi

qaydanı pozandan sonra yol qaydasını pozmağa nə var ki, qardaş?O, quş kimi uçur, maşınların arasından elə sivişirdi ki, elə bil ilan qıvrılıb ke - çirdi. Birdən bir maşın ondan tez tərpəndi və... Sonra baş verənləri dumaniçində xatırlayıram. Bir yardım maşını gəldi. Heç indi də bilmirəm, o, tibbmaşını idi, yoxsa polis maşını. Orada ağ geyimli adamlar da var idi, polisformasında olanlar da. Onun meyitini maşına qoydular. Məni də ora itə lə -dilər. Maşının tutqun pəncərəsindən gördüm ki, səkinin kölgəsində tutqunşə kildə bir şey ağarır. O bizim qaçırdığımız çörək idi... Heç kəsin diqqətinicəlb etmirdi. Təsəvvür edirsənmi, qardaş, ağ, ətirli, yumşaq, sənin bu çö -rə yin kimi bir kömbə çörək asfalt üstündə, səkinin kölgəsində düşüb-qal -mışdı. Qatil çörək... Dostumu məndən alan, məni polisə verən çörək...

3. Qalın hərflərlə verilmiş cümləni şərh edin.

121DƏYƏRLƏR

O, qəddini düzəltdi, gülümsəmək istədi, ancaq bacarmadı.Mən bayaqdan ağzımda qalan tikəni uddum. Hər şey stolun üstünə

qoyulduğu kimi qalmışdı, iştaham tamam çəkilmişdi. Oğlanın danışdığıəhvalat məni tutmuşdu. Uzun müddət onun təsirindən çıxa bilmədim. Öz-özümə düşünürdüm: görəsən, kimdir günahkar? Oğurluq edənmi, yoxsainsanı buna məcbur edən şəraitmi?..

İsmayıl Hacıyev

4. Debat. Müəllifin sonuncu fikrinə münasibət bildirin.

Dil qaydaları

5. Mətndə göy rənglə verilmiş sözü əvvəl cə “əlbəttə”, sonra “məncə”sözü ilə əvəz edib yazın. Cümlənin məz mu nun da baş vermişdəyişikliyi izah edin.

6. Cümlələrin birində ara söz işlənməmişdir. (Durğu işarələri bu ra -xıl mışdır.)

A. Vaqif Mustafazadə sənətini vaxtında dəyərləndirə bilmədiyiməgörə içimdə baş qaldıran təəssüf hissi məni bu barədə düşünməyəməcbur edir. (B.Vahabzadə)

B. Heç kimlə dostluq etməyən adam sözsüz ki dostluğun nə ol -duğunu bilməz.

C. Doğrusu sən belə danışanda mən özümü pis hiss edirəm.(İ.Əfəndiyev)

D. Çox təəssüf ki biz bir çox həqiqətləri ətrafdakılara başa sala bil -mirik.

E. Biz azad olmaq üçün ilk növbədə qanunun qulu olmalıyıq. (Siseron)

Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir, söz(modal söz), söz birləşməsi və ya cümlə şəklində olur.

Söz şəklində: Məclisin belə qurtaracağını, şübhəsiz ki, heç kimgözləmirdi.

Söz birləşməsi şəklində: Sözün düzü, məclisin belə qurtaracağınıheç kəs gözləmirdi.

Cümlə şəklində: Qəribədir, niyə onlar bu fikirlə tezcə razılaşdılar?

Yadda saxla! ARA SÖZLƏR

122 V BÖLMƏ

7. Verilmiş cümlələrdən ara sözləri seçin və dəftərinizə yazın.

1. Xoşbəxtlik gözəl nemətdir, ancaq, heyif ki, insan onun qədrinihəmin anları yaşayandan çox sonra bilir.

2. Bu kəlamlar həyat müşahidəsindən, şəxsi baxışdan doğanda,mənim fikrimcə, onların təsiri daha güclü olur.

3. Bilirsən, Vidadi, sözün doğrusu,Olmaq istəmirəm vicdan oğrusu. (S.Vurğun)

4. Vətənim verdi mənə nanü-nəmək,Vətəni, məncə, unutmaq nə demək?! (A.Səhhət)

5. Şairdir, görünür, düz ilqarı var,Nə gözəl, nə şirin kəlamları var. (S.Vurğun)

6. Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,Aldanma ki, şair sözü, əlbəttə, yalandır. (M.Füzuli)

7. Özüm də bilmirəm çatışmır nəyim,Deyəsən, təkliyə qaçır ürəyim. (M.Yaqub)

8. Ara sözləri müəyyənləşdirin və durğu işarələrini bərpa edin.

...Bir sözlə Vaqif Mustafazadə bizim musiqi dilimizi caz musiqisiilə sintez elədi. Bəlkə də bu sintez olmadan muğamlarımız başqa xalq -ların ürəyinə yol tapa bilməzdi. Məncə V.Mustafazadənin xalqımızqar şısında ən böyük xidməti məhz bundan ibarətdir.

Vaqif haqqında yazanların demək olar ki əksəriyyəti onu “həzin pi-anoçu” adlandırırdı.

Bu lirika və həzinlik heç şübhəsiz onun söykəndiyi muğam tor pa -ğından gəlir. Bəs mənimlə bir şəhərdə yaşayan, dəlisi olduğum mu ğa -matla nəfəs alan bu sənətkarın böyüklüyünü görəsən özü sağ ikən dərketməməyimin səbəbi nə imiş?! Niyə o zaman mən onun sevib alışanürəyinə xoş bir sözlə də olsa, su çiləməmişəm? İndi buna he yifsilənsəmdə el demişkən daldan atılan daş topuğa dəyər.

Düşündükcə adamı heyrət götürür. Qərbin ən müasir, ən modernjanrı olan cazı Şərqin muğam fəryadı ilə calaq etmək, ritm ilə həzinliyibirləşdirmək məncə çox böyük düşüncə və ustalıq tələb edir. Nəhayətmusiqi aləmində xalqlar arasında bir-birini anlamaq körpüsünü salanda bizim Vaqif oldu.

(B.Vahabzadə)

9. Qruplarla iş. “Televiziya verilişləri, məncə, vaxt oğrularından ənböyüyüdür” mövzusunda söhbət aparın. Nitqinizdə ara sözlərdənistifadə edin.

123DƏYƏRLƏR

BUYNUZLU ANAMARAL

I hissəBu hadisə çoxdan, lap çoxdan

olmuşdur. O zamanlar böyük və so -yuq Enesay çayının sahilində bir qır -ğız qəbiləsi yaşayırdı. İndi həmin çayYenisey adlanır.

Qırğız qəbiləsinin başçısı vəfat etmişdi. Qəbilə öz qoca başçısını dəfnedirdi. Xain düşmən belə bir gündə gözlənilmədən yasa batmış qırğızlarıəhatəyə aldı. Cəsur qırğız qəbiləsini birdəfəlik yer üzündən yox etməküçün yağının əlinə fürsət düşmüşdü.

Qırğızlardan kimsə atına minməyə, əlinə silah götürməyə macal tap -ma dı. Çoxu qılıncdan keçirildi, nizədən yayınaraq qurtulmaq üçün özləriniçaya atanlar Enesayın dalğalarında boğuldu. Bu qəfil hücumdan heç kimqaçıb canını qurtara bilmədi. Lakin geri dönən düşmən meşədən qayıdaniki uşağı – oğlan və qızı görmədi. Bu uşaqlar hələ səhər tezdən ya xın -lıqdakı meşəyə qaçmışdılar.

Geri qayıdan uşaqlar gördükləri mənzərədən dəhşətə gəldilər. Hər tərəfyandırılmış, dağıdılmışdı. Bir nəfər də sağ adam qalmamışdı.

Yetim qalan zavallılar başqa bir tayfaya sığınmaq üçün yola düzəldilər.Üç gün yol gedəndən sonra bir dağa çatıb dayandılar. Birdən baxıb gör -dülər ki, aşağıda – enli çəmənlikdə bir dəstə adam şadyanalıq edir. Səndemə, bu, qırğızları qılıncdan keçirən düşmən tayfası idi: qələbələrinibayram edirdi.

Uşaqlar yaxınlaşanda düşmənlər onların danışığından kim olduqlarınıduydular. Səs-küy qalxdı. Axırda uşaqları xanın yanına apardılar. Xan on -ları görüb çox qəzəbləndi, bir axsaq qarını çağırıb əmr etdi ki, uşaqlarıapa rıb sıldırım qayanın başından aşağı atsın.

Qarı əmrə tabe oldu, oğlanla qızın əlindən tutub oradan uzaqlaşdı.Uşaqları Enesayın sahilindəki ən hündür sıldırıma qaldırdı.

Qızla oğlan hönkürüb ağlayırdılar. – Qucaqlaşın, uşaqlar, – qarı dedi. – Son dəfə vidalaşın. Bağışlayın

mə ni. Görünür, taleyiniz belədir.Qarı elə bu sözləri demişdi ki, birdən yaxınlıqda bir səs eşitdi:

1. “Yenisey” sözünün etimo lo gi -ya sı haqqında fikir yürüdün.

124 V BÖLMƏ

– Dayan, ey müdrik qadın, günahsız uşaqları məhv eləmə.Qarı dönüb arxasına baxdı və dəhşətə gəldi, qarşısında buynuzlu bir

maral – Ana maral durmuşdu. Dişi maral süd kimi ağappaq idi, qarnınındərisi isə boz rəngə çalırdı.

– Ana maral, sən nə istəyirsən?– Uşaqları burax. Yalvarıram sənə, onları mənə ver.– Neyləyirsən bunları, Ana maral? – Axsaq qarı güldü. – Axı onlar insan

balalarıdır. Onlar da böyüyüb maral balalarını öldürəcəklər.– Onlar böyüyəndə mənim balalarımı öldürməzlər, – Ana maral cavab

verdi. – Mən onlara ana olacağam, onlar da mənə bala. Onlar öz bacı vəqardaşlarını öldürərlərmi?

Qarı düşünüb dedi:– Yaxşı, əgər belədirsə, qərar sənindir. Bu yetimləri öz diyarına apar.

Ancaq əgər onlar bir vaxt sənin yaxşılığına xəyanətlə cavab versələr, bunagörə məni yox, özünü günahlandır.

Ana maral axsaq qarıya təşəkkür etdi. Oğlanla qıza isə dedi:– İndi mən sizin ananızam, siz də mənim balalarımsınız. Oğlanla qız sevindiklərindən tez Buynuzlu Ana maralın arxasınca qaç -

dılar. Buynuzlu Ana maral uşaqları İssık-Gölə gətirib çatdırdı. – Bura sizin yeni vətəninizdir! – Ana maral dedi. – Daha burda yaşaya -

caq sınız, yer şumlayacaq, balıq tutacaq, mal-qara saxlayacaqsınız. Qoygələcək nəsillər sizin ana dilinizi unutmasın, onlar da bu dildə şirin-şirindanışıb oxusunlar. Əsl insan necə yaşamalıdırsa, elə də yaşayın. Mən isəsonsuza qədər sizinlə və sizin övladlarınızın övladları ilə birlikdə ola ca ğam...

Bax beləcə, qırğız qəbiləsinin sonuncu yadigarları olan oğlanla qızmüqəddəs İssık-Göldə özlərinə əbədi vətən tapdılar.

II hissə

Zaman tez ötüb-keçdi. Oğlan güclü bir igid, qız isə gözəl bir xanım oldu.Onlar evləndilər.

Ailədə ilk körpə doğulanda Ana maral uşağa beşik gətirdi. Beşiyinbaşında gümüş zınqırov vardı. Bu günə kimi o zınqırov İssık-Göl sakin lə -ri nin beşiklərində səslənir. İlk övladı Buynuzlu Ana maralın şərəfinə Bu -qubay* adlandırdılar.

Buqubay böyüdü, qıpçaq qəbiləsindən gözəl bir qızla evləndi və Buqusoyu artmağa, çoxalmağa başladı. İssık-Göldəki Buqu soyu böyük və

2. Xəritədə qırğızların əvvəl yaşadıqları təqribi yeri və indikiərazilərini göstərin.

125DƏYƏRLƏR

*Buqu – qırğız və bir çox türk şivələrində maral deməkdir. Bay isə bəy anlamına gəlir.

güclü bir soy oldu. Bu soydan törəyənlər Buynuzlu Ana maralı müqəddəsvarlıq kimi tanıdılar.

Bu ənənə adlı-sanlı, zəngin bir buqulu ölənə qədər davam edirdi. Onunminlərlə qoyunu, atı vardı, ətrafdakı bütün insanlar onun sürülərini otarançobanlara, ilxılarını bəsləyən ilxıçılara çevrilmişdi. Övladları ona çox böyükvə təntənəli yas verdilər. Dünyanın hər tərəfindən adlı-sanlı adamlarçağırdılar. Yasa gələnlər üçün İssık-Gölün sahilində minlərlə alaçıq qu-ruldu.

Yas mərasimi günlərlə davam elədi, sanki bayram keçirirdilər. Varlınınlovğa oğulları istəyirdilər ki, hamı onların haqqında danışsın, şöhrətləri həryana yayılsın. Qərara gəldilər ki, atalarının məzarının başında maralbuynuzları qoysunlar ki, bu məzar sahibinin Buynuzlu Ana maral nəslindənolduğu bilinsin. Keçmişdə insanlar deyirdilər ki, var-dövlət xudpəsəndlikyaradır, xudpəsəndlik isə – ağılsızlıq.

Yaşlılar buna etiraz etsələr də, varlının oğulları inadlarından dönmədilər.Dedilər və elədilər! Ovçuları meşəyə yolladılar, onlar bir ağ maralı öldür -dülər və buynuzlarını kəsdilər.

Hər şey elə bundan sonra başlandı... Buynuzlu Ana maral nəslinin ba -şına böyük bəla gəldi. Hər kəs bəyaz maralları ovlamağa girişdi. Hər bu -qulu öz əcdadının məzarında maral buynuzları qoymağı özünə borc bildi.Sonra maral buynuzlarının alveri başlandı. Buynuzlu Ana maralın nəs lin -dən elə adamlar peyda oldu ki, maral ovlamağı özlərinə peşə etdilər. Pulolan yerdə mərhəmətə, gözəlliyə yer yoxdur.

Bundan sonra İssık-Göl meşələrində maralların qara günləri başladı.Dağlar maralsız qaldı. Elə bir nəsil gəldi ki, ömründə bircə dəfə də olsunmaral görmədi.

Bəs Buynuzlu Ana maral necə oldu?O, insanlardan küsdü, yaman incidi. Deyirlər ki, artıq marallara ovçu-

lardan və güllələrdən aman olmayanda, marallar barmaqla sayılandaBuy nuzlu Ana maral ən yüksək dağın zirvəsinə qalxıb İssık-Göl ilə vi -da laşdı və son övladlarını böyük keçiddən keçirib başqa diyara, baş qadağlara apardı.

Ç.Aytmatovun “Ağ gəmi” əsərindən

3. Sonuncu cümlədəki fikri izah edin.

4. Abzasın sonuncu cümləsindəki fikrə münasibət bildirin. Fik -rin düzgünlüyünə arqument və əks-arqument gətirin.

126 V BÖLMƏ

Düşün və cavab ver

5. Sizcə, bu hadisədən sonra həmin insanların taleyi necə olacaq?

6. Əsərdən çıxan əxlaqi nəticəni şərh edin.

Dil qaydaları

7. Göy rənglə verilmiş cümlədə qarının fikrini cümlədəki sözlərdənyalnız biri ilə ifadə edin. Həmin sözə sual verin. Nəticəni müzakirəedin.

8. Üzvlənməyən cümlələrin altından xətt çəkin. 1. – Yenə bir başqa xəbər varmı?

– Bizim qonşu Kərim...– Aaa...– Bəli, hə... hə...– O nə edib, de görüm.– “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur. (M.Ə.Sabir)

2. – Dəniz bu gün əvvəlki günlərdən daha çox dalğalıdır?– Yox.– Onda balıqçılar ova gedəcəklər?– Əlbəttə. – Bəs sən getməyəcəksən?– Yox.

3. – Bu sözün mənasını bilirsən? – Əlbəttə.

4. – Qardaşından tez-tez məktub alırsan? – Bəli.

5. – Yəqin, sizi soyuq qarşılayıblar? – Əsla.

Dilimizdə elə cümlələr var ki, onları cümlə üzvlərinə görə təhliletmək qeyri-mümkündür. Ədat, modal sözlər, nida və xitabvasitəsilə formalaşan bu cümlələr üzvlənməyən cümlələr adlanır.Belə cümlələr, adətən, dialoqlarda işlədilir:

1. – Sən qoymayacaqsan, mən tək qalım?– Əlbəttə, ana.

2. – Anan, yəqin, evdədir.– Bəli.

Yadda saxla! ÜZVLƏNMƏYƏN CÜMLƏLƏR

127DƏYƏRLƏR

9. Buraxılmış durğu işarələrini bərpa etməklə cümlələri köçürün.

1. Bir neçə dəqiqə keçdi. Yolçu yenə dilləndi:– Məgər madam Tenardyenin qulluqçusu yoxdur?– Yox cənab.– Elə tək sənsən?– Bəli cənab.Yenə susdular. Sonra Kozetta dedi:– Onun iki balaca qızı da var… Polina və Zelma.– Bəs bu qızlar nə edirlər?– Ah! – deyə Kozetta səsləndi. – Onların gözəl gəlincikləri, cür -

bəcür parıldayan oyuncaqları var. Onlar oynayır, əylənirlər.– Elə bütün günü?– Bəli – deyə Kozetta yenidən ah çəkdi.

2. – Demək bu sizin uşağınız deyil? – deyə soruşdu.– Yox cənab Allah eləməsin! Bu bir yoxsul qızdır. Bir az sərsəm

kimidir. Altı aydır ki, vətəninə məktub ya zı rıq, cavabvermirlər. Görünür anası ölmüşdür.

Yolçu:– Belə... – dedi və yenə fikrə daldı.Meyxanaçı qarı isə əlavə etdi:– Görünür çox “yaxşı” ana imiş ki, öz uşağını atıb gedib. (V. Hüqo)

10. Üzvlənməyən cümlələri aşağıdakı qaydada qruplaşdırın.

A. Təsdiq bildirən üzvlənməyən cümlələr:B. İnkar bildirən üzvlənməyən cümlələr:C. Emosionallıq ifadə edən üzvlənməyən cümlələr:D. Sual ifadə edən üzvlənməyən cümlələr:

1. Yox, yox! Bu dünya özü tələlərlə dolu bir labirintdir.2. – Girovları qaytara bilmədik. – Təəssüf.3. – Sizin bugünkü iclasdan xəbəriniz var? – Necə məgər?4. – Siz bu gəncin uğurlarına inanırsınız? – Əlbəttə.5. – Sizin kənddə də qış sərt keçirmi? – Əsla.6. – Dünən Bakıya yağış yağdı. – Yox a?7. – Xan Şuşinskini dinləmisiniz? – Əlbəttə, necə məgər?8. – Kəndinizi xatırlayırsan? – Eh!

128 V BÖLMƏ

BƏS ZINQIROVUKİM ASACAQ?

(ixtisarla)

Neçə gün idi ki, Bozdağın ətə -yin də, düzənliyin ortasındakı tənhaçi narın kölgəsində böyük müşavirəge dirdi. Buraya dünyanın hər yerin -dən sürü-sürü siçan toplanmışdı.Onlar öz yığıncaqlarına siçovulları,kəsəyənləri də dəvət etmişdilər...La kin başqa gəmiricilər bu top lantıyagəlməkdən boyun qa çır mış dılar.De mişdilər ki, bizə də yib -toxunanyoxdur, orada nə işimiz var, dur du -ğumuz yerdə başımızı niyə qalma -qala salırıq ki... Toplaşanlar, əsa sən,ev siçanları idilər.

Onların dərdi böyük idi: kimisi gö zünün ağı-qarası yeganə oğlunuitirmiş, kimisinin əri əldən getmişdi. Burada atadan, anadan yetim qalancavanlar da vardı. Hamısının ürəyi yaralı, dərdi böyük idi.

Yığıncağı uzunbığlı, yaşlı bir siçan açdı:– Mənim əzizlərim, ulu əcdadlarımızın yazıq törəmələri, hamınıza mə -

lumdur, niyə bura yığışmışıq. Əgər belə getsə, yaxın gələcəkdə kö kü müztamam kəsilə bilər. Artıq buna dözmək olmaz, bıçaq sümüyə dayanıb. Bu-raya toplaşmaqda məqsədimiz birləşmək və ümumi düş mə nə qarşı əlbirolub tədbir tökməkdir.

Siçan danışığına ara verdi. Əyləşənləri süzdü və gördü ki, hamının ya -ralı yerinə toxunub, ürəyindən xəbər verib. Onu dinləyənlərin qəzəb dəngöz ləri qızıb. Bu saat ölümə də göndərsən, gedərlər. Sevindi, həmcinslə -ri nin qeyrət damarına toxuna bildiyinə görə qürurlandı.

Yığışanların arasından biri qabağa çıxdı, gəlib düz başçının yanındadayandı. Əvvəlcə tükü tökülmüş belini, qarnını qaşıdı, elə bil nə günə düş -düyünü camaata göstərirdi, sonra dal ayaqları üstünə qalxıb burnunu,bığını oynatdı.

1. Sizcə, bu müşavirədə hansı məsələ müzakirə olunurdu? Nəüçün digər gəmiricilər müşavirəyə gəlməkdən boyun qaçır -mışdılar?

129DƏYƏRLƏR

– Mən anayam, – deyə sözə başladı. – Amma bala üzünə həsrət qal -mışam. Onları nə zillətlə böyüdürəm, boya-başa çatdıranda əlimdən alır -lar. Bu pişiklər sinəmizə dağ çəkir, ahımız-ünümüz göyə qalxır, am ma nəsəsimizi eşidən var, nə köməyimizə çatan. İkicə gün bundan qa baq sonbe -şiyimi gözümün qabağında yedilər.

Siçan səsini kəsib hıçqırdı. Onun çiyinləri qalxıb-endi. Əlləri ilə üzünütutsa da, hönkürtüsünü saxlaya bilmədi. Sədr də qəhərləndi, gözünügəzdirəndə gördü ki, oturanların çoxunun əlində dəsmal var.

Ana siçan özünü toxtadıb sözünə davam etdi:– O gün balamla gəzirdim. Birdən haradansa peyda olan pələng kimi

bir pişik üstümüzə atıldı, balama elə bir pəncə ilişdirdi ki, tifil yumaq kimigöyə qalxıb yerə dəydi. Qışqırtısını eşitdim, məni çağırırdı. İstədim özümüqabağa atım, balamı bu əjdahanın əlindən alım, amma pişiyin üstüməyeridiyini görüb qaçdım, özümü yuvaya güclə saldım. Ordan baxanda... –Siçan yenidən qəhərləndi, yaş boğdu onu. – Pişik birdəfə lik öldürsə, yaxşıidi, balamın da canı qurtarardı, mənim də. Amma elə eləmədi. Yazıq tifilləoynamağa başladı. Onu buraxdı, sonra yenə tutdu. Bax beləcə, gözümünqabağında oynatdı, oynatdı, sonra da boğub yedi.

Ona qulaq asanlar qəzəbləndilər.– Buna dözmək olmaz!– Pişiklərə ölüm!– Onların kökünü kəsmək lazımdır!– Yox olsun pişiklər!Hamı ayağa qalxdı. Siçanların ağsaqqalı təşvişə düşdü, qorxdu ki, bu

saat yürüş edib aləmi bir-birinə qatarlar. Ara yerdə nahaq qanlar axar, əl -lə rindən də bir şey gəlməz. İzdihamı sakitləşdirmək istədi:

– Mənim əzizlərim, pişiyə hücum çəkib onu öldürmək bizim işimiz deyil,ağlınızı başınıza yığın, ona gücümüz çatmaz. Ara yerdə qırğına ge dər si niz.

– Olsun. Belə yaşamaqdansa, ölmək yaxşıdır, – bir cavan siçan hay -qırdı.

– Səbir elə, oğul, acıqlı başda ağıl olmaz.– Bəs nə edək, ağsaqqal? Əl-ayağımızı boş qoyub oturaq?Hamı fikrə getdi. Bu dəfə ön cərgədə oturan yaşlılardan biri ayağa

qalxdı, müdriklərə xas təmkinlə dilləndi:– Bizim pişiyə gücümüz çatmaz. Hamımızı bir-bir qırar. Amma bunun

başqa çarəsi var. Biz pişiyin boynuna zınqırov asmalıyıq.

2. Ana siçanın çıxışı sizdə hansı təəssüratlar, assosiasiyalar do -ğur du? Pişiyə qarşı münasibətdə hansı hislər keçirdiniz?

130 V BÖLMƏ

Uğultu başladı. Hamı təşviş içində pıçıldaşırdı. Yaşlı siçan fikrini ay -dınlaşdırdı:

– Bəli, bəli. Biz pişiyin boğazına zınqırov asmalıyıq. O yaxınlaşandazın qırov səsindən bilək ki, pişik gəlir. Dərhal qaçıb gizlənək. Bizim çıxışyolumuz ancaq budur.

Ortalığa yenidən sükut çökdü. Birdən yuxudan ayılmış kimi hamı ayağaqalxıb əl çaldı. Ağsaqqal isə bu mənzərəni kənardan izləyir və bığaltımənalı-mənalı gülümsəyirdi.

Bəli, təklif bəyənildi. Haradansa qəşəng bir zınqırov da gətirdilər. Zın -qırov elə cingildəyirdi ki, əgər onu pişiyin boynundan assalar, lap uzaqdansəsi eşidiləcək və hamı vaxtında qaçıb gizlənə biləcəkdi.

Sədr ayağa qalxdı. Zınqırovu başının üstünə qaldırıb cingildətdi:– Mənim əzizlərim, axır ki, məsləhətləşdik və dərdimizə çarə tapdıq.

Hamınız razılaşdınız ki, pişiyin boynundan zınqırov asaq. İndi deyin gö -rüm, bu zınqırovu pişiyin boynundan kim asacaq?

Heç kimdən səs çıxmadı. Elə bil bir az bundan əvvəl coşan onlardeyildilər.

Başçı zınqırovu cingildədib bir də soruşdu:– Hə, nə oldu, niyə dinmirsiniz? Kim istəyirsə, qabağa çıxsın.Siçanlar əvvəlcə bir-birinin üzünə baxdılar. Sonra bir-birini dümsük lə -

dilər. Hər kəs öz qonşusunu qabağa itələmək istədi. Hamı dartındı. Qa -baq da oturanlar dönüb ehtiyatla geri baxdılar və gördülər ki, heç kəsqalmayıb, bir-bir sivişib aradan çıxıblar. Ön cərgədəkilər təşvişə düşdülərvə birdən ayağa durub qaçanların dalınca Bozdağın ətəyindəki çöllüyədoğru yüyürdülər. Əlində zınqırov, meydanda tək qalan başçının səsieşidildi:

– Bəs bu zınqırovu kim asacaq, kim?!İsmayıl Şıxlı

Düşün və cavab ver

4. “Bəs zınqırovu kim asacaq” ifadəsi bəzən məsəl kimi işlədilir. Sizcə,bu məsəli hansı məqamlarda işlədirlər?

Yazı

5. Təmsildəki obrazları insan obrazları ilə əvəz etməklə eyni mövzudahekayə yazın.

3. Sizcə, ağsaqqal nə üçün gülümsəyirdi?

131DƏYƏRLƏR

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR

1. Bölmədəki hansı mətn daha çox xoşunuza gəldi? Seçiminizi izahedin.

2. “Keçmişinə daş atanın gələcəyinə güllə atarlar” aforizmi hansımətndən çıxan nəticəyə uyğun gəlir?

3. Durğu işarələrini bərpa edib cümlələri köçürün.

1. Biz bu xalqın nümayəndələri haqq səsimizi qaldırmağı bacar -malıyıq.

2. Nəğmə dolu bir ürəyəm,Torpağına baş əyərəm ey Vətən. (R.Abdullayev)

3. Görəsən bənövşə baharın bu gözəl qızı niyə belə tez solur? 4. Gələcək bizə Azərbaycanın mərd igidlərinə daha böyük uğurlar

vəd edir.5. Bu əsərdə tariximizin qanlı səhifələri yadelli işğalçıların

torpaqlarımızı işğal etdiyi dövrlər öz əksini tapmışdır. 6. Bəs biz indiki nəsillər nə deyirik?

4. Fərqləndirilmiş ifadələrin üzvlənməyən cümlə və ya ara sözolduğunu müəy yənləşdirin.

1. – Bilirsən, bu nə mahnı idi, Zaur? – Yox. (Anar)2. – Bilirsən, mənim ulduzum zarafat xoşlamır? – Doğrudan? (Elçin)3. Doğrudanmı, siz bu sərgidə ilk dəfədir iştirak edirsiniz?4. Bəlkə, onun da oğlu qanlı döyüşlərdədir? (S.Rüstəm)5. – Uzaq bir adada olmaq istərdinmi? – Bəlkə də.

5. Nöqtələrin yerinə əlavələr artırıb cümlələri genişləndirin. Əla və nincümlə üzvünə, yoxsa söz birləşməsinin tərəfinə aid olduğunumüəy yən ləşdirin.

1. Bir azdan bizi xaricə – ... göndərəcəklər.2. Usta Mürsəl Aqşinə – ... həddindən artıq güvənirdi.3. Səmanın – ... ürəyində tutduğu arzuların sərhədi yox idi.4. Ana içəri – ... daxil olanda qarşılaşdığı mənzərə onu çaşdırdı.5. Döyüşçülər vətənə – ... sədaqət andı içmək üçün respublikanın

hər yerindən axışıb gəlirdilər.

132 V BÖLMƏ

“QIRMIZI KİTAB”: YAZANLAR VƏYAZDIRANLAR

Qədim Mayya rəvayətində deyilir: “İnsanın həmişə qəmgin olması me şədəki

heyvanları narahat edirdi. Bir gün bütün hey-vanlar kötük üstündə kədərli halda oturaraqəlləri ilə dizini qucaqlamış insanın ətrafınatoplaşdılar. İnsan onlara dünyanın bütün sir -lə rini bilmək istədiyini, amma bunları ba car -madığını söylədi. Heyvanlar insana kömək etmək qərarına gəldilər.

Qartal dedi: − Qoy sənin gözlərin mənimki kimi iti olsun.Aslan ona öz gücündən, bəbir cəldliyindən, tülkü hiyləgərliyindən, ilan

müdrikliyindən pay verdi.İnsan istədiklərini alandan sonra getdi. Bayquş onun arxasınca ba xan

meşə əhlinə narahatlığını bildirdi:− İnsan istədiklərini əldə etdi. İndi o hər şeyə qadirdir. Ancaq nədənsə

bu mə ni qorxudur. Mən insanın daxilində qara dəlik gördüm. Heç nə ilədoldurula bilinməyəcək dərin bir dəlik... Məncə, insan bundan sonra dahər şeyi əldə etməyə çalışacaq və təbiət: “Mənim sənə verə biləcəyim birşey qalmadı”, – deyənədək bu davam edəcək”.

* * *Planetimizin inkişaf tarixinin müxtəlif dövrlərində bəzi heyvan növlərinin

yoxa çıxması iqlim amilləri, heyvanlar arasında bioloji mübarizə və bir sırabaşqa səbəblərlə izah olunur. Bu amillər arasında insanın təbiətə mü da xi -l əsini də nəzərdən qaçırmaq olmaz. İbtidai icma dövründən başlayan ov çu -luq – insan müdaxiləsi sayəsində biosferin dəyişilməsi bir sıra hey vanlarınnəslinin kəsilməsinə gətirib çıxardı.

Hazırda insan öz inkişafının elə bir mərhələsindədir ki, təbiətə qlo baltəsir edə bilir. Sözsüz ki, bəşəriyyət yaşamaq üçün təbiətdən bəhrələn -mə lidir. Lakin bu, təbiətin, canlı aləmin məhvinə gətirib çı xar mamalıdır. Axıtəbiətlə insan qarşılıqlı əlaqədədir və ətraf aləmi qorumaqla insan, əslində,

1. Bayquş niyə narahat oldu? Onun sözlərini şərh edin.2. Sizcə, mətndə hansı mövzuya toxunulacaq?

134 VI BÖLMƏ

öz gələcəyini qorumuş olur. XX əsrin ortalarında bu məsələlər haqqındadüşünən ziyalı insanlar təbiəti qorumaq istiqamətində ciddi işlər görməyəbaşladılar.

1948-ci ildə yaranan və 82 ölkənin təmsil olunduğu Beynəlxalq TəbiətiQoruma Birliyi (BTQB) canlı təbiətin qorunması ilə bağlı hərəkata başçılıqetdi. Real məhvolma təhlükəsi olan növləri təyin etmək, onların təsnifatınıvermək, bu növlər haqda məlumat toplamaq və onların məh vinə səbəbolan başlıca faktorları tapmaq lazım idi. Komissiyanın qarşısına qoyduğuəsas məqsəd bu və ya digər səbəblər ucbatından məhv olma təhlükəsiqarşısında olan heyvanların izahlı siyahısını hazır lamaq idi. Komissiyanınsədri Piter Skot siyahını “Qırmızı kitab” (Red Data Book) adlandırmağıtəklif etdi. Qısa desək, “Qırmızı kitab” – məhvolma təhlükəsi altında olannadir heyvan, bitki və göbələk növləri haqqında kitabdır.

“Qırmızı kitab” ilk dəfə 1963-cü ildə kiçik tirajla işıq üzü gördü.

* * *Respublikamızın flora və faunası ilə bağlı “Qırmızı kitab” isə 1989-cu

ildə nəşr olunmuşdur. Azərbaycanın “Qırmızı kitab”ında nadir və nəslikəsilmək təhlükəsində olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyətihaqqında geniş məlumat verilir. O, Azərbaycan Respublikasının bütünərazisində, o cümlədən Xəzər dənizinin ölkəmizə mənsub olan sektorundaheyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirlərihaqqında məlumatları özündə əks etdirir.

“Qırmızı kitab”a fauna və flora növləri iki kateqoriya üzrə daxil edilmiş -dir: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqo riyaya birsıra mənfi amillərin təsiri nəticəsində sayı əhəmiyyətli dərə cə də azalan vəböhran səviyyəsinə çatan növlər daxildir. Alimlər öy rənmişlər ki, Azər -baycanda son əsrlərdə 150-dən çox vəhşi hey vanın və quşun nəsli ta -mamilə kəsilmişdir. Hazırda 11 məməli, 5 sürünən, 21 həşərat növü məhvolmaq təhlükəsi altındadır. Bitki və heyvanların “Qırmızı kitab”a düşməsionların sayının azalmasının qarşısını xeyli alsa da, ta mamilə aradanqaldırmadı. Qaldıra da bilməzdi. Nə qədər ki təbiətin də yərini bilməyə cə -yik, nə qədər ki qəlbimizin səsini boğub nəfsimizin qulu olaca ğıq, özəlimizlə özümüzə qəbir qazacağıq.

3. BTQB haqqında əldə etdiyiniz məlumatları cədvəl formasınasalın və təqdim edin.

4. Sonuncu cümləni necə başa düşürsünüz?

135TƏBİƏT

* * *Belə deyirlər ki, el arasında “ovu sevən şair” kimi ad qazanmış Səməd

Vurğun bir gün dostları ilə ovda olarkən qarşı la rına çıxan ceyranın gözəlliyişairi necə məftun edirsə, heyvanı nişan alan dos tunu atəş açmağa qoy-mur. Bundan sonra məşhur “Ceyran” şeirini yazır və digər ovçuları bu gö -zəl liyə qıymamağa çağırır:

Ovçu, insaf elə, keçmə bu düzdən,O çöllər qızını ayırma bizdən.Qoyma, ağrı keçə ürəyimizdən,Qıyma, öz qanına boyana ceyran.Nə gözəl yaraşır Muğana ceyran.

Azərbaycanda ovçuluq və əkinçilik qədim məşğuliyyətlərdən olmuşdur.Lakin babalarımız “günah” və “haram” anlayışlarını əsas tutaraq hey van -ların nə silvermə vaxtı ov etməzdilər, kürütökmə vaxtı balığa tor atmazdılar,bar verən ağacı kəsməzdilər. Təəssüf ki, bu gün bir çoxları tə biətidüşünməyərək onu istismar edir, brakonyerliklə məşğul olur.

Bundan əlavə, müasir dövrdə biz təbiətə təkcə tüfənglə, torla deyil,zavod və fab rik lərin çirkabı, maşınların tüstüsü və s. ilə də zərbə vururuq.Bunun qarşısını almaqdan ötrü isə hər bir insanın özü üçün yazdığı“Qırmızı kitab”ı olmalıdır.

Afaq Məmmədhüseyn

Söz ehtiyatı

5. “Mayya”, “biosfer”, “nəfs”, “brakonyerlik” sözlərinin mə nalarınıaraş dırın.

Düşün və cavab ver

6. Mətnin hissələrini adlandırın və müqayisə edin. Hansı hissələr dahaçox informasiya verir?

Yazı

7. Mətndən çıxış edərək “Təbiəti necə mühafizə edək” mövzusundaesse yazın.

Dil qaydaları

8. Mətndə göy rənglə verilmiş cümlələri sintaktik təhlil edin. Aşa ğı -dakı kimi qruplaşdırın.• Yalnız baş üzvlərdən ibarət olan cümlələr:• İkincidərəcəli üzvlərin iştirak etdiyi cümlələr:

136 VI BÖLMƏ

9. Cümlələrin müxtəsər və ya geniş olduğunu müəyyən edin.

1. Həmin gündən o dağlar ağ dumanı, ağ qayaları ilə yaddaşıma həkkolunub.

2. Qışın oğlan çağı idi.3. Soyuqdan tir-tir əsən küçüyə Səmədin ürəyi yandı.4. Onun dedikləri hamının diqqətini cəlb etdi. 5. Xınalıq Qafqazın ən hündür dağ kəndlərindən biridir.6. Vətən uğrunda ölüm həyatın davamıdır.

10. Verilmiş söz və ifadələrdən istifadə etməklə müxtəsər cümlələrigenişləndirib mətni dəftərinizə yazın. Hər iki mətni müqayisəedin. Fərqi müəyyənləşdirin.

ürkmüş; yenidən; ayrılığa; mavigözlü; dəlisov; sahilə; onun yolunu səbirsizliklə gözləyən;

sevginin böyüklüyündən; dəlicəsinə vurğunu olduğu

(Necə?) Xəzər... (Necə?) dalğalar... Ləpələr (haraya?) can atır.Sahil (hansı?) ləpələrin yolunu gözləyir. Ləpələr (nədən?) qorxur.(Hansı?) ləpələr geri çəkilir. (Nəyə?) dözmür. (Hansı?) sahilinvüsalına can atır. (Nə zaman?) qayıdır. Qaç-qov oyunu davam edir.

11. Müxtəsər cümlələri genişləndirin. Əlavə etdiyiniz cümlə üzvləriniyazın.

1. Bahar gəldi. 2. Soyuqdur.3. Ömür keçdi.4. Tamaşa başlandı.5. Araz çayı daşdı.

Cümlədə əsas fikir baş üzvlərlə çatdırılır. Yalnız baş üzvlərin iş -tirakı ilə yaranan cümlələr müx tə sər cümlələr adlanır; məsələn:

Dağın başı buludlar yuvası, dumanlar məskənidir. Hava soyuqdur.İstirahət günüdür.

İkincidərəcəli üzvlərin də iştirak etdiyi cümlələr isə geniş cüm -lələrdir; məsələn:

Gecə düşərgənin ətrafında tonqallar qalandı. Bizim üçün Təbriz dənayrılmaq çox ağır idi.

Yadda saxla! MÜXTƏSƏR VƏ GENİŞ CÜMLƏLƏR

________

_________

_________

_________

_____

137TƏBİƏT

ZƏLZƏLƏLƏR

Biz təbii fəlakətlərin hökm sür dü yübir planetdə yaşayırıq. Zəlzələlər, vul -kanlar, sürüşmələr, qasırğalar, qumfır tınaları, sunamilər, daha nə lər, nə -lər... Elm və texnika nə qədər inkişafetsə də, hər il on minlərlə in sanın hə -yatına son qoyan bu fə la kətləri proq -noz laş dır maq da və onla rın qar şısınıalmaqda acizdir.

Zəlzələ təbii fəlakətlər içində ən məhvedicisidir. Yerin səthi fasiləsiz olaraqseysmik təkanların təsirinə məruz qalır. İl ərzində 100 mindən çox zəlzələolur. Başqa sözlə, hər 5 dəqiqədən bir yeraltı təkan baş verir. Əksər yeraltıtəkanlar zəifdir, onlar insanlar tərəfindən hiss olunmur, yalnız həssas cihaz -larla qeyd olunur. Lakin hər il onlarla zəlzələ dağıdıcı qüvvəyə çatır.

Hesablamalara görə, XX yüzillikdə vulkan püskürmələri nəticəsində 100min insan tələf olmuşsa, zəlzələ bundan 25 dəfə çox insan həyatı apar -mışdır. Təkcə 1923-cü il Tokio zəlzələsində 140 min, 1948-ci ildə baş verənAşqabat zəlzələsi zamanı 100 mindən çox insanın həlak olduğu söylənilir.

Zəlzələlərin gətirdiyi ziyan təkcə qurbanların sayı ilə ölçülmür. Dağıdıcızəlzələlər zamanı Yer səthinin relyefi dəyişir, dərin çatlar, yeni təpəliklərvə çökəkliklər yaranır, çayların istiqaməti dəyişir, insan əli ilə yaradılmışqurğular, tikililər dağılır.

* * *

Seysmik təkanların gücünü təyin etmək üçün xüsusi beynəlxalq şkalaişlənib hazırlanmışdır. Bu şkala 12 hissəyə, yəni bala ayrılmışdır. 6 baldanyuxarı zəlzələlər güclü, ondan aşağı isə zəif zəlzələlər hesab olunur.

Bu şkalanı 1902-ci ildə italyan ruhanisi və geoloqu Cüzeppe Merkalitəklif etmişdi. Ona görə də əvvəllər həmin şkala Merkali şkalası adlanırdı.Lakin zəlzələnin gücünü (balını) təyin etmək üçün Merkalinin təklif etdiyimeyarlar elmi göstəricilərə əsaslanmırdı. Məsələn, zəlzələnin insanlararasında nə dərəcədə çaxnaşma doğurması, onların evdən bayıra çıx ma -ğa macal tapıb-tapmaması və ya dağıntıların çoxluğu əsas götürülürdü.

1935-ci ildə ABŞ alimi Çarlz Rixter 12 ballıq şkala əsasında zəlzələningücünü ölçmək üçün dəqiq sistem və cihaz yaratdı. Yeraltı təkanların gü -cünü göstərən bu cihaz seysmoqraf adlanır. Bu cihazın işləmə prin si pi nəgörə, məsələn, 3 bal 4 baldan 10 dəfə, 5 baldan isə 100 dəfə az gücə malik -dir. Ona görə də seysmoqraf Yer titrəyişlərini böyük dəqiqliklə qeydə almaq

138 VI BÖLMƏ

imkanına malikdir. Bundan sonra zəlzələnin gücünü göstərən 12 ballıqşkala Rixter şkalası adlandırılmağa başladı.

Çarlz Rixter zəlzələ zonalarında inşaat standartlarının yaradılmasınanail olmuşdu. Məhz onun fəaliyyəti nəticəsində bu və ya digər tikilinin zəl -zə ləyə davamlılığını göstərən meyarlar yarandı.

* * *Zəlzələlər yaranma səbəblərinə görə meteorit, vulkanik və tektonik olur.

Meteorit zəlzələlər göy cisimlərinin Yer səthinə düşməsi ilə əlaqədardır.Bu çox nadir hadisədir, çünki meteoritlər Yer səthinə çatana kimi at mos -fer də parçalanır və böyük dağıntıya səbəb olmur. Vulkanik zəlzələlər tez-tez baş verir. Onlar bəzən böyük gücə malik olsa da, bu zəlzələlərin da ğıdıcıdalğaları uzağa yayılmır, çünki onların seysmik ocaqları çox da də rin de -yil. Daha geniş yayılmış və ən güclü zəlzələlər tektonik zəl zə lə lərdir.

Dərin tektonik qüvvələrin təsiri nəticəsində yeraltı süxurların laylarıdefor masiyaya uğrayır və müəyyən məqamda qırılır. Məhz bu anda anitəkan və ya təkanlar ardıcıllığı yaranır. Sınma nöqtəsində, yəni zəlzələninfo ku sun da ayrılan enerji dalğalarla laydan-laya ötürülərək Yer səthinə çatırvə ora da dağıntı yaradır. Enerji dalğasının Yer səthinə çatdığı nöqtə zəl -zə lənin epi sentri adlanır. Ən böyük dağıntı burada baş verir. Lakin yeraltıtəka nın gücündən asılı olaraq zəlzələ epi sentrdən 100 km uzaq da da hissoluna bilər.

Zəlzələ ilə bağlı fiziki hadisələri alimlər Yer səthində müşahidə edir vəöyrənirlər. Zəlzələyə gətirib çıxaran amillər isə Yer təkinin bir neçə on kilo-metr dərinliyində – hipo sentrdə baş verir. İnsan və onun yaratdığı tex -nika bu dərinliklərə nüfuz edə bilmir. Ona görə də seysmologiya elmi hələbir çox suallara cavab tapmamışdır.

* * *

Alimlər zəlzələnin ilin fəsilləri (qışa nisbətən daha çox yayda), sutkanınvaxtı (gündüzə nisbətən daha çox gecə və ya səhər), dəniz və okeanlarınsahillərində qabarma-çəkilmələrlə əlaqəsi olduğunu müşahidə etmişlər.Məlum olmuşdur ki, seysmik hadisələrin Ayın fazaları ilə bağlılığı var. Baş -qa sözlə, Ayın qravitasiya təsiri ilə yaranan qabarma-çəkilmə qüvvələri Yerkürəsinin dərinliklərində baş verən proseslərə nüfuz edir. Məhz onlar başverəcək təkanları müəyyənləşdirir.

Digər tədqiqatçıların fikrincə, Yerin seysmik aktivliyinə Günəş sistemin -dəki planetlər də təsir edir. Alimlər Yerin seysmik aktivliyinin günəş şüalan -ma sının aktivliyi ilə əlaqəsi olduğunu iddia edirlər.

Beləliklə, seysmoloqlar zəlzələnin səbəblərini, bu hadisənin xüsusiy -yət lərini kifayət qədər öyrənmişlər. Zəlzələ zamanı dağıntının az olması

1. Sizcə, seysmologiyada cavabı tapılmayan suallar hansılardır?

139TƏBİƏT

üçün müxtəlif inşaat konstruksiyalarından istifadə edilir. Məsələn, sondövrdə seysmik aktivliyi ilə seçilən Yaponiyada bir çox binalar rezin plitələrüzərində tikilir ki, bu da yeraltı təkan zamanı binanın amortizasiyasınakömək edir.

Bununla belə, zəlzələnin proqnozlaşdırılması sahəsində seysmoloqlarböyük nəticə əldə edə bilməmişlər. Qəribədir ki, indiyə kimi də insanlaryalnız heyvanların davranışlarını müşahidə etməklə bir neçə dəqiqə sonrazəlzələnin baş verəcəyini proqnozlaşdıra bilirlər.

Şahin Əhmədovun “Təbii fəlakətlər” kitabından

Söz ehtiyatı

2. “Tektonik”, “deformasiya”, “fokus”, “qra vi tasiya” və “amortizasiya”sözlərinin mənasını izah edin.

3. “Seysmik”, “seysmologiya” və “seysmoqraf” sözlərinin etimolo gi ya -sı nı araşdırın.

Düşün və cavab ver

4. Hansı fikir doğrudur?A) Ötən əsrdə zəlzələlər 2,5 milyon insan həyatına son qoymuşdur.B) Yerin təkində zəlzələyə səbəb olan dəyişikliklər göy cisimlərinin

hərəkətinə də təsir etmişdir.C) Çarlz Rixter italyan aliminin ixtirasını təkmilləşdirərək seysmo-

qraf yaratmışdır.

5. Mətnin ayrılmış bitkin hissələrini adlandırın.

6. Şəkildə zəlzələnin hipo sentrini və epi sentrini göstərin.

140 VI BÖLMƏ

7. Cədvəli doldurun.

8. Aşağıdakı abzasları mətnin hansı hissələrinə əlavə etmək olar?

A. Ən ümumi şəkildə belə zəlzələlərin mahiyyətini sadə təcrübə iləaşağıdakı kimi izah etmək olar: nazik şüşə lövhəciyi əysək,əyilmə o vaxta kimi davam edəcəkdir ki, tətbiq olunan qüvvəşüşənin plastik deformasiya həddini aşsın; bu zaman lövhəciksınacaq. Təqribən buna oxşar hadisə Yerin təkində baş verir.

B. Müşahidələr nəticəsində müəyyən edilmişdir ki, güclü zəlzələlərAy Yerdən ən yaxın məsafədə olan vaxt baş verir. Ay Yer və Gü -nəşlə eyni xətt üzərində yerləşəndə, yəni Günəş və Ay tutulmalarızamanı onların qravitasiya qüvvəsi ən yük sək nöqtəsinə çatır.

C. Buruq quyuqazması vasitəsilə uzağı 8-9 kilometr dərinliyə çat-maq olur. Güclü zəlzələlərin hipo sentrləri isə 10-50 kilometr də -rinlikdə, bəzən isə daha dərində yerləşir. Buna görə hipo sentrdəbaş verən hadisələr müəmmalı olaraq qalır.

Yazı9. Mətndən əldə etdiyiniz elmi nəticələr əsasında yazı yazın.

Dil qaydaları

10. Göy rənglə verilmiş cümlələri sintaktik təhlil edin və müəy yən -ləşdirin. Cümlələrdən hansı:

• baş üzvlərdən hər ikisinin iştirakı ilə yaranmışdır?• baş üzvlərdən yalnız biri əsasında yaranmışdır?

Seysmologiya elmiNəyə nail olmuşdur? Nəyə nail ola bilməmişdir?

Baş üzvlərin iştirakına görə sadə cümlənin iki növü var: 1) baş üzvlərin hər ikisinin iştirakı ilə formalaşan cümlələr: Birdən qapı açıldı. Dünəndən bəri əsən külək sakitləşdi. 2) baş üzvlərdən yalnız birinin iştirakı ilə formalaşan cümlələr:– xəbər əsasında formalaşan: Mənim ondan xoşum gəlir. – mübtəda əsasında formalaşan: Qarabağ ... Şuşa... İbrahim xanın

sarayı... (S.Vurğun)

BAŞ ÜZVLƏRİN İŞTİRAKINA GÖRƏ SADƏ CÜMLƏNİN NÖVLƏRİ

141TƏBİƏT

11. Cümlələri sintaktik təhlil edin, baş üzvlərin hər ikisi əsasındaformalaşan cümlələri seçin.

1. Payızın ilk günləri idi. 2. Bir çox qaynaqlar hələ eradan çox-çox əvvəllər Azərbaycan

torpağında türkdilli qəbilələrin yaşadığını xəbər verir.3. Həlledici hücum üçün əsl məqamdır.4. İki atlı dağlardan enib Ərdəbilə tərəf gedirdi. 5. Qaranlıq... Qorxunc vıyıltı səsi…6. Sara xatun heyranlıqla ona baxırdı.7. Günün batabat zamanı idi.

12. Cümlələri təhlil edin, baş üzvlərdən hər ikisinin iştirak etdiyicümlələrin müxtəsər və ya geniş olduğunu müəyyən edin.

1. Bir neçə gün Göygöldə istirahət etdik.2. Ədəbiyyatın vəzifəsi bizə düşünməyi, duymağı, həyat haqqında

mühakimə yürütməyi öyrətməkdir.3. Qaxa dincəlməyə gələnlər dağların seyrinə dalmışdılar. 4. Qədimdə adi əl əməyi ilə möcüzələr yaradılırdı.5. Kəndin yuxarı hissəsi yaşıllıq içərisindədir.

13. Cümlələri təhlil edin. Xəbər əsasında formalaşan müxtəsər cümlə -ni müəyyən edin.

A. Yayın qızmar vaxtı idi.B. Dağlara dünyanın hər yerində, hətta okeanların dibində də rast

gəlinir.C. Nahardan sonra çoxlarını yuxu tutdu. D. Məhkəmədə cəmiyyətdə səs-küy yaratmış qalmaqallı bir işə

baxılırdı.

14. Uyğunluğu müəyyən edin.

1. Şəhərə gəldiyimizin ilk günü idi. 2. Səhərdən gözləri yol çəkirdi.3. İnsanlar çox vaxt hər deyilənə inanırlar. 4. İnsanın ən böyük sərvəti onun elmidir.

A. Baş üzvlərin hər ikisinin iştirak etdiyi müxtəsər cümləB. Baş üzvlərin hər ikisinin iştirak etdiyi geniş cümləC. Xəbər əsasında formalaşan müxtəsər cümləD. Xəbər əsasında formalaşan geniş cümlə

142 VI BÖLMƏ

CANLILARIN SİRLİ DAVRANIŞLARITəbiət çox zəngin və rəngarəngdir. Bu zənginlik özü ilə bağlı xeyli

deyimlərin yaranmasına da təkan verir. Deyimlər dil dən-dilə gəzir. Çoxzaman onlarda hə qiqət yükünün nə qədər olmasının fər qinə varmırıq.

Yəqin ki, klassik ədəbiyyat nümunə lə rin də pərvanənin şama aşiq ol -ması haq qında poetik ifadələrə rast gəlmisiniz. Bəs öküzün qırmızı rəng -dən qəzəblənməsi haqqında eşitmisinizmi? El arasında “Dəvəquşu kimibaşını qumda gizlədib, gerisindən xəbəri yoxdur” deyimi necə? Doğ ru -danmı, bu deyimlərin real əsası var?

Pərvanə niyə özünü oda vurub yandırır?Nə baхırsan оğrun-оğrun,

Mənə biganələr kimi.Durum dоlanım başına,Şama pərvanələr kimi.

Xəstə Qasım

Şərq poeziyasında pərvanə obrazı eşq, mə həb -bət fədakarı kimi qələmə verilir. Doğrudanmı, pər -vanə özünü eşq naminə oda vurub yandırır?

Əslində, pərvanə uçuşunu işıq mənbəyinə görəidarə edir. Alimlər müəyyən etmişlər ki, pərvanəuçuş zamanı həmişə işıq mənbəyinə paralel hə -rəkət edir, yəni uçarkən işıqla özü arasında eyni məsafə saxlayır. Günəşvə Ay Yerdən çox uzaq olduğundan onların işığına paralel uçmaq elə düzxətt üzrə hərəkət etmək deməkdir. Amma pərvanələr gecə vaxtı ocaq,lampa, yaxud yanan şam kimi parlaq işıq mənbəyinə rast gələndə çaşırlar.Necə deyərlər, koordinasiya nöqtəsini səhv salırlar.

Ocağa paralel uçmaq mümkün olma dı ğından pərvanə dairə üzrə onunət ra fında fırlanır. O elə trayektoriya ilə uç mağa çalışır ki, işıq həmişə eynitərəfdə, eyni məsafədə qalsın. Lakin ocaq Ay kimi hər tərəfə sabit işıqsaçmır, lampanın işığı isə şüa kimi deyil, dal ğavarı yayılır. Nəticədəpərvanəyə elə gəlir ki, məsafə tez-tez dəyişir. “Xəta”nı aradan qaldırmaqüçün pərvanə dairəni daraldır. Alov güclü işıq mənbəyi kimi onu çaşdırırvə tələyə salır. Pərvanə istə mə dən oda düşüb yanır.

Bu mənada şamı daha “hiyləgər və məkrli ovçu” hesab etmək olar.Azacıq hava axınından onun alovunun istiqa mə ti və gücü dəyişir. Yüksəkob raz lı lığı ilə se çil ən Şərq poeziyası isə bu hadisədən pər va nəni şamınaşiqinə çevirən ilahi eşq mən zə rəsi yaradır.

1. Bəs şam özü bədii ədəbiyyatda obraz kimi necə çıxış edir?

143TƏBİƏT

Dəvəquşu başını quma soxur?“Dəvəquşu kimi başını quma so -

xub” – özü nü görməzliyə vurmaqla təh -lükədən ya yınacaqlarına ümid edənsadəlövh insanlar haqqında söylənən buməsəli çox eşitmiş olarsınız.

Bu ağıllı və məğrur quşu QədimRoma tarixçisi Qay Plini “şərləyib” vəaləmdə biabır edib. Əsərlərinin birin də

Plini dəvəquşular haqqında qəribə şeylər yazıb. Guya bu quş təhlükəgörəndə başını quma, ya kola soxub gizlənir; balaları tez çıxsın deyənəhəng yumurtalarını iti baxışları ilə dəlir. Hər ikisi əfsanədir. Amma bun-lardan birincisi qələm əhlinin o qədər xoşuna gəlib ki, heç kim ömründədəvəquşunun başını quma soxduğunu görməsə də, bir çoxları əsərlərindəbu ifadəni işlədib.

Dəvəquşu heç vaxt başını quma soxmur. O, düşmən qarşısında o qə -dər də aciz deyil. Bu quşun çox iti gözləri, 2,5 metrə çatan boyu var. Odurki o, təhlükəni uzaqdan görür. Sürətli qaçışı, güclü pəncəsi olan də vəquşularçox ehtiyatlıdırlar: yatanda da növbə ilə yatırlar.

Dəvəquşunun başını quma soxması barədə əfsanənin uzunömürlü -lüyünün bir səbəbi də ondadır ki, bu quş, həqiqətən, tez-tez başını aşağıəyir. Amma gizlənmək üçün yox, qum yemək, xırda daş udmaq üçün. Buqum və daş mədəsindəki yeməyi xırdalamaq və rahat həzm etməkdə onakömək edir. Yaşlı dəvəquşunun mədəsində bəzən yarım kiloqramdan çoxdaş olur.

Qırmızı rəng öküzü qəzəbləndirir? Matador al-qırmızı parçanı yana tutub əlində əsdirən kimi öküz qəzəb -

dən ağzı kö pük lənə-köpüklənə onun üstünə şığıyır. Buynuzları ilə parçanıdeşmək istəyir. Tamaşaçılar vəcdə gəlirlər. Onlar elə bilirlər ki, öküzü özün -dən çı xa ran parçanın rəngidir.

Əslində isə öküz üçün rəngin fərqi yoxdur. Öküz rəng seçə bilmir, yalnızaqressiv hərəkətləri ilə onu əsəbiləşdirən matadoru təhlükə sayır. Düz dəedir. Axı matadorun məqsədi öküzü ta qətdən sa lıb qılıncı ilə heyvanın boy-nunu deş məkdir. Lakin öküz qır mızı parçanı çaş dırıcı hədəf yox, düş mə -ninin “vuran əli” hesab edə rək hücuma keçir. Televiziya ka nal larındanbirinin 2007-ci ildə lentə aldığı bir eksperiment də bunu sü but edir. Öküzünqarşısında qır mızı, ağ və mavi paltarlı insan fi qur ları qoyurlar. Öküz “adam -

2. “Dəvəquşu kimi başını quma soxub” məsəlinin işləndiyiməqama dair həyatdan misallar gətirin.

144 VI BÖLMƏ

ların” üçü nə də hücum edir, sonuncuzərbəni isə qırmızı paltarlı “düşmən”alır.

Öküzlərin qırmızı rəngi sevmədiyibarədə yanlış fikrə ilk dəfə ingilis dra-maturqu Con Lilinin 1580-ci ildəqələmə aldığı bir əsərdə rast gəlinir.Lili adamları xəbərdar edir: "Filinqarşısına çıxan insan parlaq rənglipaltar geyə bilmədiyi kimi, öküzünqarşısına çıxan insan da qırmızı pal-tar geyə bilməz".

Ağ ayı gizlənmək üçün qara burnunu ovcu ilə örtür? Çox maraqlı və gülməli fərziyyədir. Nədənsə insanlar bu fərziyyəyə

inanırlar. Cizgi filmi çəkən rejissorlar bu detalı tez-tez fraqmentə çevirirlər.

İnanc o qədər geniş yayılıb ki, alimlər də şübhəyə düşüblər. Bir sıratədqiqatçılar ov edən Arktika ayılarını izləməyə başlayıblar. Kanadalı alimYan Stirlinq də assistentləri ilə bərabər müşahidə borusu götürərək buz -la rın ara sında məntəqə qurub. Uzun müddət gizlindən ayıların dav ra nışınagöz qoyan müşahidəçilər ba lıq və suiti ovlamaq üçün saatlarla pus qudada yanan ayıların burunlarını örtdü yü nü bir dəfə də görməyiblər. Hə qiqətən,bir pəncəsi burnunda, üç ayağı üs tündə yemək axtara-axtara uzun məsafəqət edən ayını təsəv vürə gə tirmək çətindir.

Stirlinq deyir: “Ağ ayılar əksər hallarda buzun kənarında suya tərəf əyi -lib saatlarla tərpənmədən pəncə lərinə balıq keçməsini gözləyirlər. Belə ovüsulunda burun, ümumiy yətlə, faktorrolunu oynamır”.

Ağ ayının bədənində yeganə qaraləkə – burnu onun bədəninin istiliksisteminin mərkəzidir. Günəş çıxandaməhz bu mərkəzi qızdırır. Odur kizooparkda bəzən Arktika ayı sı nınburnunu tut ma sı nı onun ova hazır -laş ması ilə deyil, istidən təntiməsi iləizah etmək daha məntiqəuyğundur.

Arif Aslanoğlu

3. Belə epizodlara hansı filmlərdə rast gəlmisiniz?

145TƏBİƏT

Söz ehtiyatı

4. “Koordinasiya”, “trayektoriya” və “matador” sözlərinin mənasınıizah edin.

Düşün və cavab ver

5. Oxuduğunuz hissələrdən aldığınız məlumatlara əsasən suallarıcavablandıraraq cədvəli dol du run.

6. Mətnin məzmununa uyğun fərqli başlıq düşünün.

Dil qaydaları

7. Mətndə göy rənglə verilmiş cümlələri sintaktik təhlil edərək fərqlixüsusiyyətlərini göstərin.

Suallar YaranmasıƏks-

arqument Əsaslandırma

Pərvanələr niyə özlərinioda vurub yandırırlar?

Dəvəquşu niyə başınıquma soxur?

Qırmızı rəng öküzü niyə qəzəbləndirir?

Ağ ayı gizlənmək üçünqara burnunu ovcu iləörtür?

Baş üzvlərin hər ikisinin iştirakı ilə formalaşan cümlələrmüəyyən şəxsli cümlələr adlanır:

Həyat davam edir. Xalq gələcəyə ümidlə baxır.

Bəzən belə cümlələrdə mübtəda iştirak etməsə də, subyektkonkret olduğuna görə onun bərpası mümkün olur; məsələn:

(Biz) İşlərimizi bitirib istirahət edəcəyik.(Mən) Qarabağda yaşayanda Sultanbud meşəsinə gedirdim.

Yadda saxla! MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏR

146 VI BÖLMƏ

8. Cümlələri sintaktik təhlil edin, mübtədası buraxılmış müəyyənşəxsli cüm lələri müəyyənləşdirin.

1. İndi də sizin əleyhinizə material toplayır. (M.İbrahimov)2. Xəzər dənizində suitiyə az təsadüf edilir. 3. Həmişə Kəpəz dağının aşağısında olan Maralgölü görmək istə -

mi şəm.4. İndi Antarktidada buzların əriməsi səbəbini araşdırırıq.5. At öləndə itin bayramıdır.

9. Cümlələri sintaktik təhlil edin, müəyyən şəxsli cümlələrin müx -təsər, yoxsa geniş ol du ğu nu müəyyənləşdirin.

1. Biz geri qayıdanda qonaqlar artıq getmişdilər.2. Tərlanın son sözləri onun qulağından getmirdi. 3. Bu işin ona qəsdən tapşırıldığını bilirdi. 4. Dənizin sərin küləyi sahildəki insanlara xoş gəlirdi .5. Atamın zəhmli baxışları üzümə dikildi.

10. Müəyyən şəxsli cümləni seçin.

A. Bütün günü gözləri yol çəkirdi.B. Dünyanın ən uzun və sanki ən son gecəsi idi.C. Bütün gülləri bir-bir qoxladım, iyini qəlbimə çəkdim.D. Novruzun axırıncı çərşənbəsi idi. E. Ay işığı, bulaq başı, göy çəmən,

Bir dünyamız, bir sən özün, bir də mən. (S.Vurğun)

11. Cədvəli dəftərinizdə çəkin və cümlələrin sıra nömrəsini müvafiqxanada qeyd edin.

1. Mən şəhəri gəzir, babalarımızın izlərini axtarırdım. 2. Qırx birinci ilin qışı... Şaxtalı bir gecə…3. At öləndə itin bayramıdır. 4. Gecdir… Səhərə az qalıb…5. Getmək vaxtıdır. 6. Hər üç əsgər bir-birinin arxasınca sıraya düzülüb geri dönür.7. O dərin şeiriyyətə, düzü, heyran qalmışam. (Ə.Cavad)8. Ax, necə kef çəkməli əyyam idi... (M.Ə.Sabir)

Mübtədalı müəyyənşəxsli cümlələr

Mübtədasız müəyyənşəxsli cümlələr

Xəbər əsasındaformalaşan cümlələr

147TƏBİƏT

ZƏFƏRAN QIZILDANQİYMƏTLİDİR?

Zəfərandan söz düşəndə “ən”, “çox” söz -ləri tez-tez işlədilir. Yəqin ki, onun qızıldanqiymətli ədviy yat olduğunu eşitmisiniz.

Zəfəran, həqiqətən, çox dəyərli bitkidir, la -kin onun qızıldan qiymətli olması barədə de -yilənləri yalnız məcazi mənada qəbul etməkmümkündür. Belə ki, zəfəranın 1 qramı qızılınkından 4-5 dəfə ucuzdur.

Zəfərandan təkcə kulinariyada istifadə olunmur. Bu təbii dərman bitkisipsixi pozuntulardan tutmuş ürək xəstəliklərinə qədər bir çox mərəzlərinmüalicəsində olduqca səmərəlidir. c

Bütün dünyada ildə cəmi 300 ton zəfəran istehsal olunur. Bircə kiloqramməhsul almaq üçün 140 minədək zəfəran çiçəyi toplamaq, hər birininləçəklərini aralayıb ortasındakı üç qırmızımtıl teli çıxarmaq lazımdır. Həmdə zəfəran qulluq sevən bitkidir. Üç ildən bir onun soğanaqlarını qazıbçıxarmaq, təmizləmək və yenidən ək mək məsləhətdir.

Bu bitkinin vətəni İran, Kiçik Asiya və Hindistan hesab edilir. Hələ şumersivilizasiyasına aid mənbələrdə zəfəranın adı çəkilir. Amma Avropada daonu qədim zamanlardan becərirlər. c Rəvayətə görə, Makedoniyalı İsgən -dər saç larına parıltı vermək üçün onları zəfəran məhlulu ilə yuyurmuş.

Orta əsrlərdə Almaniyada zəfəranı bənzər bitkilərlə qarışdırıb satanlaraölüm hökmü kəsilərmiş. Hətta bəzi cinayətkarların saxta malları ilə birgədiri-diri basdırılması halları da olub. c

İngiltərənin Esseks qraflığında Saffron-Valden şəhəri var (saffron – in-gilis dilində zəfəran deməkdir). Bura bir zamanlar Böyük Britaniyanın“zəfəran paytaxtı” imiş. c

İspaniya və Yunanıstanda zəfəran istehsalı xüsusilə geniş yayılıb. İspanzəfəranı bu gün də dünyada ən bahalı zəfərandır.

Əvvəllər zəfəran çayı da çox içilirdi. İlk baxışdan adama elə gəlir ki, bubahalıqda bitkini “suya atmaq” böyük bədxərclikdir. Amma nəzərə almaqlazımdır ki, 100 litr zəfəran çayı dəmləmək üçün bu bitkinin bir qramıkifayət edir. Zəfəran çayı insanın sağlamlığını möhkəmlədir, əhvali-ruhiyyəsini yaxşılaşdırır. Lakin çay, qəhvə, kakao geniş yayıldıqdan sonrazəfəran su yuna ehtiyac azaldı.

1. Azərbaycan mətbəxində zəfərandan necə istifadə edilir?

148 VI BÖLMƏ

Zəfəran Azərbaycanda da qədim vaxtlardan becərilir. XVIII əsrdə Bakışəhərinin gerbində yüklü dəvə, yükün üs tün də isə çiçək açmış zəfərantəsvir edilirdi. 1927-ci ildə Abşeronda (Bil gəh) zəfəran sovxozu yaradıldı.Bu, SSRİ-də zəfəran yetişdirən ilk və yeganə sovxoz idi. 1990-cı ildəölkədə siyasi və iqtisadi hərc-mərclik dövründə sovxoz dağıldı.

Rafiq Ələkbəroğlu

Söz ehtiyatı2. Kontekstə görə “mərəz” və “sivilizasiya” sözlərinin mənasını müəy -

yənləşdirin.

Düşün və cavab ver3. Mətndə hansı suala cavab yoxdur?

A) Zəfəranın vətəni haradır? B) Zəfərandan hansı sahələrdə istifadə olunur?C) “Zəfəran” sözünün mənşəyi hansı dillə bağlıdır?D) Zəfəran niyə bahadır?

4. Aşağıdakı cümlə mətndəki hansı boşluğa uyğun gəlir?Egey dənizində yerləşən Santorini ada sında e.ə. XVI əsrdə zəfərançiçəklərinin yığılmasını təsvir edən freskanın qalıqları durur.

Yazı5. Zəfəran haqqında təsviri xarakterli mətn yazın.

Dil qaydaları

6. Mətndə göy rənglə verilmiş cümlələri sintaktik təhlil edin, hər ikicümlə üçün ortaq olan cəhəti müəyyənləşdirin.

Qeyri-müəyyən şəxsli cümlələr hərəkətin qeyri-müəyyən şəxsəaid olduğunu bildirir; məsələn: Deyilənə görə, məktəbi bu ilistifadəyə verəcəklər. Bu cümlələrdə çox zaman elə bil (ki), sanki,deyəsən, guya ki və s. modal sözlərdən istifadə olunur: Sankidünyanı ona verdilər.

Ümumi şəxsli cümlələr hərəkət və hökmün hamıya aid olduğunubildirir; məsələn: Palaza bürün, ellə sürün. Cücəni payızda sayarlar.

Şəxssiz cümlələrin mübtədasını təsəvvür etmək mümkün olmur;məsələn: Qışın şaxtalı günü idi. Sənə yazığım gəlir.

Yadda saxla! XƏBƏR ƏSASINDA FORMALAŞAN CÜMLƏLƏR

149TƏBİƏT

7. Boş xanalarda müvafiq cümlələrin sıra nömrələrini yazın vəsətirlər arasında uyğunluğu müəyyən edin.1. Gecədən xeyli keçmişdi.2. Tovuz quşunu tükünə görə kəsərlər.3. Bir az dincəlib yolumuza davam etdik.4. Elə bil dağın başına ağ kəlağayı atmışdılar.

8. Cümlələrin xəbərini cədvəlin müvafiq sütununda qeyd edin.

1. Qorxudan canıma üşütmə düşdü.2. İşin qızğın vaxtı idi.3. Əsgərləri cəbhə bölgəsinə göndərdilər.4. Almadığın heyvanın noxtasından yapışma.

9. Cümlələrin növünü və xəbər vəzifəsində olan feilin qrammatikmənasını müəyyənləşdirin. Qaydaları tamamlayın.1. Bu dəfə müdriklərin söz xəzinəsinə müraciət edildi.2. Qədimdə coğrafiya, astronomiya elmlərini də öyrənirmişlər.3. Doğma kəndi yada düşəndə Səmədin burnunun ucu göynəyirdi.4. Son zamanlar cəbhədə sakitlik idi.5. İslamda elmə, biliyə yüksək qiymət verirlər.

Hərəkəti icra edən qeyri-mü -əyyəndir. C ümumi şəxsli cümlə

Mübtəda iştirak etməsə də,onu bərpa etmək mümkündür. D şəxssiz cümlə

Xəbər İfadə vasitəsi Şəxs

• Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri ... şəxsin cəmindəolur.

• Şəxssiz cümlənin xəbəri ... şəxsin təkində olan şəxssiz feillər,adlar və frazeoloji birləşmələrlə ifadə olunur.

Qayda:

müəyyən şəxsli cümləAHərəkət və hökm eyni zaman -da hamıya aiddir.

qeyri-müəyyən şəxsli cümləBMübtədanın təsəvvür edil məsiqeyri-mümkündür.

150 VI BÖLMƏ

10. Verilmiş feillərdən istifadə etməklə atalar sözlərini və ümumişəxsli cümlələrlə bağlı qaydanı tamamlayın.

qovmaq, yüyürmək, dalaşmaq, yumaq1. Qanı qan ilə .......... .2. Gəmiyə minib gəmiçi ilə ......... .3. Uşağı buyur, dalınca ......... .4. Yalançını evinəcən ............ .

11. Dördündən biri fərqlidir.1. Sənubərin körpə aslan balalarına yazığı gəldi.2. Sözün düzünü zarafatla deyərlər.3. Onun Xuramandan gözü su içmirdi.4. Tələffüz qaydalarının pozulması hallarına tez-tez rast gəlinir.

12. Cümlələrin uyğun gəldiyi xanaları (koordinatları) müəyyənləş -dirin.

1. Kiçik çillənin axırları idi.

2. İçəridə kimsə həyəcanla danışırdı.

3. Soyuq bir qış gecəsi idi.

4. Sanki eşitmirdilər.

5. Bəy verən atın dişinə baxmazlar.

6. Elə bil onu silkələyib oyatdılar.

7. Onun istəyi övladlarının yanına getmək idi.

8. Böyüyün bir sözünü iki eləmə.

Ümumi şəxsli cümlələrin xəbəri ... şəxsin təkində (əmr şəkli)və ya ... şəxsin cəmində (qeyri-qəti gələcək zaman) olur.

Qayda:

Sadə cümlənin növləriA B

müxtəsər cümlə geniş cümlə

1 müəyyən şəxsli cümlə

2 qeyri-müəyyən şəxsli cümlə

3 ümumi şəxsli cümlə

4 şəxssiz cümlə

151TƏBİƏT

152 VI BÖLMƏ

Kölgəsi buz – sərin ağaclar,dərələr, yamaclar.Yamyaşıl sarmaşıqdolanıb belinəpalıdın, vələsin.Buludlar asılıb qayadan;elə bil deyirlər:yolçular, tələsin!Şıltağı çox olurburda dağ yolunun.Əyilib bükülür,yoxuşa dırmanır dağ yolu.Enişə tökülür,bir asma körpüdən adlayır.Gah kinolent olur,qıvrılır, açılır.Gah ilansayağıdikəlir, boylanır dağ yolu.Gah gedir, qayaya dirənir.Ayrılır bir neçə qol olur.Döngədə elə bil ləngiyir,bir anlıq dayanır dağ yolu.Gah düşür dumana,itirir yolunu.Dumandan çıxandaelə bil yuxudan oyanır dağ yolu.Hey gedir ağara-ağara.Bir yanı sıldırım,bir yanı mağara.Bu yolun ipiylə bağlanır dağ, aran.Ətəkdən başlayıbdağların qoynuna yol alırdağ yolu.Gecəli-gündüzlüGah dolur dopdolu,gah tamam boşalır dağ yolu.Yuxarı baxırsan,

buludlar, qayalardayanıb qolboyun.Təkərlər dartınır,motorlar tövşüyür yolboyu.Yolların sinəsitəkərlə daranıb.Nə qədər milyon ilyaşı var dağların.Bu yollar bizimlə bir əsrdəyaranıb;iş yolu, güc yolu.İpək bir qurşaqlabağlayıb yaylağı, aranı.İnsanlar günlərə bağlayır günləri,aylara bağlayır ayları.Qüdrətli maşınlarBir “dəmir diş” kimigəmirir layları,Qaldırır dağlara yolları.İnsanlar dağlaragör nələr gətirir,İnsansız bu yerlərbir kədər gətirir.

Rəsul Rza

DAĞ YOLU

YOLLARAyaqla torpağın öpüşməsindənDoğulub böyüyür yollar həyatda.Tapdana-tapdana min illər boyuYollar ömür sürür ayaqlar altda.

Gəlimli-gedimli yol nəsillərinÖlməz abidəsi, əmanətidir.Tapdanmaq insanın şərəfsizliyi,Tapdanmaq yolların ləyaqətidir.

İnsan qədəminə tamarzı qalmaqYolların bağrına çəkilən dağdır.Dünyada ayaqlar altda yaşamaqBircə yollar üçün alçalmamaqdır!

Şahmar Əkbərzadə

Söz ehtiyatı

1. “Dağ yolu” şeirində məcazi mənada işlənmiş ifadələri seçib izah edin.

Düşün və cavab ver

2. Yollar haqqında şeirləri mətnin xarakteri baxımından müqayisə edin.

3. “Yollar” şeirində yolların yaranması və ömür sürməsi ilə bağlıfikirlərə münasibət bildirin.

Dil qaydaları

4. Mətndə göy rənglə verilmiş cümləyə aid fikri müəyyənləşdirin.Seçiminizi əsaslandırın. A. Həmcins üzvlü cüttərkibli cümlə dir.B. Həmcins üzvlü təktərkibli cümlədir.

Mübtəda əsasında formalaşan sadə cümlələrdə əşyanın adıçəkilir, lakin haqqında heç bir məlumat və ya hökm verilmir:

Soltan bəyin malikanəsi. Gülçöhrənin otağı. (Ü.Hacıbəyli)Payızın son ayı. Hər yanda qırov, qar. Qapı tərəfdə bir dolab.

Yanında bir əlağacı. (S.S.Axundov)

Yadda saxla! ADLIQ CÜMLƏ

153TƏBİƏT

5. Adlıq cümlələri seçib yazın.

Göyə boylanmaq və dünyanın o tərəfini görmək üçün gərək boyunçatsın. “Boy atmaq”, böyümək və sonsuzluğa qovuşmaq.

Göylərdən baxanda Yer işıqlı bir nöqtə kimi görünür. Həm də özüközərməyən, közərənlərin işığına möhtac olan bir nöqtə. Bu işığı Yerəinsanlar gətirməlidirlər. Allah-taala göylərin işığını Yerə ancaq tək-tək insanların – göyə yüksələ bilənlərin sayəsində və onların əli iləçatdırır...

An və əbədiyyət! Fiziki zamana sığmayan mənəvi məqam! Keçmişivə gələcəyi ehtiva edən indi!

(Ə.Turxan)

6. Cümlələri təhlil edin. Adlıq cümlələrin müxtəsər və ya geniş oldu -ğunu müəyyənləşdirin.

1. Ruh təkcə bu dünyanın deyil, “o dünyanın” da daşıyıcısıdır.Gələ cəkdə sakini olacağımız dünyanın daşıyıcısı! (Ə.Turxan)

2. Şuşa. Təbiətin bəzəkli gəlini. Kim deyərdi ki, bir gün bizlərdənuzaq düşəcək. Ayrılıqdan don geyəcək, kədərdən çələng taxacaq.

3. Ayrılıq... Hər zamankı kədər qapımız. Ancaq bu nəğmə beləqəmli bitməyəcək. Açılacaq o qapı. (S.Tahir)

4. Qaranlıq. İşığın əli çatmayan sirli dünya.

7. Cümlələri sintaktik təhlil edin. Adlıq cümlələrdə mübtədanın ifadəvasitəsini göstərin.

1. Tərtər. İllərdən bəri düşmənlə üz-üzə dayanan qəhrəman şəhər.Məğrur-məğrur qonaqlarına “xoş gəldin!” deyir.

2. İndi yolumuz Qəbələyədir. Ağaclarla hasarlanmış uzun yol.İstirahətin əsl məkanı.

3. Ana! Cənnəti ayaqları altında saxlayan qadın! Şam kimi əritdiyiömrü ilə həyata işıq bəxş edən müqəddəs!

4. Şuşa qalası... Cıdır düzü... Xəzinə qayası... Daha o yanda isəTopxana meşəsi görünür. (İ.Əfəndiyev)

154 VI BÖLMƏ

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR

1. Bölmədəki “Qırmızı kitab”: yazanlar və yazdıranlar”, “Zəfəranqızıldan qiymətlidir?”, “Zəl zələ” mətnlərinin sizdə yaratdığı hissiifadə edin, qoyulan mə sələlərlə əlaqədar fikir və arzularınızıbildirin.

2. Şeir parçalarında cümlə üzvləri ilə bağlı olmayan söz və sözbirləşmələrini seçin.

1. Bəlkə, bu yerlərə bir də gəlmədim;Duman, salamat qal, dağ, salamat qal! (M.Araz)

2. – Vaqif, ey sərvərim, ey tacidarım!– Nə var, nə deyirsən, vəfalı yarım?! (S.Vurğun)

3. Ana, mənə mahnı oxu,Göydə ulduzlar da yatsın.Ana, mənə bir layla çal,Ay da yuvarlanıb batsın.

(N.Rəfibəyli)

3. Cümlələrin qrammatik əsasını müəyyən edin.

1. Küsənin payını birinci yeyərlər.2. Möhtəşəm Buxaranın qapılarını açdılar. (F.Kərimzadə)3. Evinə gələn düşməndən heyif çıxmazlar.4. Yazın təzə gələn vaxtları idi. (Elçin) 5. Balaşın evi. Köhnə qayda ilə döşənmiş bir ev. (C.Cabbarlı)6. Məslək. Amal. Əsl insanın yol yoldaşı. (B.Vahabzadə)

4. Cümlələri sintaktik təhlil edin. Baş üzvlərin iştirakına görə qrup -laş dırın.A. Mübtəda əsasında formalaşanlarB. Xəbər əsasında formalaşanlar

1. IV əsr... Volqaboyu çölləri... Qərbə doğru yürüş edən hunlar...2. Yaxşı iş görmədilər, yazığın qəlbini sındırdılar. (C.Cabbarlı)3. Cırcıramaların səs-səsə verdiyi yay gecələrindən biri idi.4. Sözün düzünü üzə deyərlər.5. Qız qalası... Dünyanın daha bir möcüzəsi...6. Böyüyün üzünə ağ olmazlar.

155TƏBİƏT

SÖZLÜK

Aksiya is. [lat.] – ictimaiyyətin diqqətini cəlb etmək üçün keçirilən kütləvi tədbir.

Akvalanq is. [ing.] – su altında nəfəsalma qurğusu.

Amortizasiya is. [fr.] – xüsusi mexanizmlərin köməyi ilə avtomobil, təy yarə vəs.-də zərbə və təkan təsirinin azaldılması.

Asosiallıq – ictimaiyyətdən, sosial fəaliyyətdən uzaqlaşma.

Bəstər is. [fars.] – arx. yataq, yorğan-döşək.

Biosfer is. [yun.] – coğ. Yer kürəsində canlı orqanizmlərin mövcud olduğu sahə.

Brakonyerlik is. [fr.] – icazəsiz ovetmə, balıqtutma; ovçuluq və balıqçılıqqanunlarını pozma.

Brend is. [ing.] – şirkətin, mal və əmtəənin ticarət markası, adı.

Çarmıx is. [fars.] – müqəssirin əllərini və ayaqlarını bağlamaq üçün istifadə ediləncəza aləti.

Deformasiya is. [lat.] – bir şeyin şəklinin və ya həcminin dəyişməsi; pozulma.

Donos is. [rus.] – birisi haqqında hökumət idarələrinə və ya onunnümayəndələrinə gizli olaraq verilən məlumat, xəbər.

Dvoryan is. [rus.] – 1917-ci il inqilabından əvvəl Rusiyada mülkə darl ar dan,onların nəslindən və xüsusi xidməti olan məmurlardan ibarət im tiyazlı zümrəyəmənsub adam; zadəgan.

Elita is. [fr.] – cəmiyyətin yüksək təbəqəsi.

Eskiz is. [fr.] – rəsmin və ya onun bir hissəsinin ilk qaralaması.

Eyham is. [ər.] – ikimənalı, üstüörtülü söz və ya ifadə; işarə.

Əfsanə is. [fars.] – 1) şifahi xalq ədəbiyyatının epik janrlarından biri; 2) məc. boşsöhbət, uydurma.

Əfsus etmək [fars.] – heyifsilənmək, təəssüflənmək.

Əlahiddə sif. [ər.] – ayrıca, xüsusi.

Əsatir is. [ər.] – ilahlar, əfsanəvi qəhrəmanlar haqqında qədim əfsanələr; mif.

Faktor is. [lat.] – hər hansı prosesin, hadisənin gedişini şərtləndirən məqam, fakt;amil.

Fenomen is. [yun.] – müstəsna hadisə, qeyri-adi fakt; nadir şəxsiyyət.

Fokus is. [lat.] – məc. bir şeyin (işığın, mexaniki gücün və s.) toplandığı yer;mərkəz.

156 SÖZLÜK

Format is. [fr.] – hər hansı layihənin təşkili və təqdimatı üsulları.

Freska is. [it.] – yaş suvaq üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış.

Həvari is. [ər.] – xristian dini rəvayətinə görə, İsa peyğəmbərin “İncil”in eh -kamlarını yaymaqla vəzifələnmiş 12 əshabəsinə – şagirdinə verilən ad; apos-tol.

Hürufat is. [ər.] – hərflər, şriftlər.

İflic is. [ər.] – orqanizmin hər hansı bir hissəsini və ya üzvünü normal fəaliyyətdənsaxlayan xəstəlik.

İğtişaş is. [ər.] – qarışıqlıq, hərc-mərclik.

İntellekt is. [lat.] – ağıl, düşüncə; bilik məcmusu; əqli səviyyə.

İnteraktivlik – fəaliyyətin qarşılıqlı əlaqə üzərində qurulması. İnteraktiv ve riliş(proqram) – canlı yayım zamanı aparıcı və tamaşaçı (dinlə yi cilərin) arasındadialoqla müşayiət olunan teleradio verilişi.

Kabel is. [holl.] – elektrik enerjisini, səs siqnallarını nəql etmək üçün üstü hermetikörtülü məftil.

Kampaniya is. [fr.] – hər hansı vacib ictimai-siyasi və ya iqtisadi problemin həllinənail olmaq üçün keçirilən silsilə tədbirlər.

Kapilyar is. [lat.] – ən kiçik, incə qan damarı.

Kardinal is. [lat.] – katolik kilsəsində Roma papasından sonra ali dini rütbə.

Kəsəyən is. – qabaq dişləri yaxşı inkişaf etmiş, gəmiricilər dəstəsindən çölsiçanı.

Kommutasiya is. [lat.] – müəyyən məsələnin həlli üçün hesablayıcı maşınınköklənməsi, sazlanması, qurulması.

Kontorçu is. – arx. idarə əməkdaşı, idarədə işləyən adam.

Koordinasiya is. [alm.] – ümumi məqsədə xidmət edən hə rə kət lərin əlaqə lən -dirilməsi.

Qarovulçu is. – keşikçi, gözətçi.

Qeyzlənmək feil – hiddətlənmək, qəzəblənmək, bərk acığı tutmaq.

Qəza is. – tarix. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyükinzi bati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzi-bati-ərazi vahidi.

Qram is. [fr.] – metrik ölçü sisteminin çəki vahidi (1 kubsantimetr suyun çəkisinəbərabərdir).

Qravitasiya is. [lat.] – istənilən materiya növləri, o cümlədən səma ci sim ləriarasında qarşılıqlı əlaqə və təsir; obyektlərin bir-birini cəzb etməsi, cazibə.

Loqotip is. [ing.] – hər hansı şirkətin, ticarət-sənaye birliyinin, kompa ni yanın tamvə ya qısaldılmış adını əks etdirən orijinal qrafik görüntü (yazı).

157

Lord is. [ing.] – İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu tituludaşıyan şəxs.

Madonna is. [ital.] – katoliklərdə İsanın anası sayılan Məryəmə verilən ad, habeləonun heykəli və ya şəkli.

Marka is. [alm.] – malların, məmulatların hazırlanma yerini, keyfiyyətini və s.-nigöstərən işarə, damğa.

Matador is. [isp.] – İspaniyada və Latın Amerikasının bəzi ölkələrində: buğadöyüşündə buğaya qılıncla son zərbəni vuran baş döyüş çü, toreador.

Mədaxil is. [ər.] – ticarət-sənaye müəssisəsi və ya şəxsin müəyyən dövr ərzindəiqtisadi fəaliyyətdən əldə etdiyi gəlir.

Məkr is. [ər.] – hiylə, biclik, kələk.

Məram is. [ər.] – istək, arzu, dilək, tələb; məqsəd, niyyət.

Metr is. [yun.] – metrik ölçü sistemində yüz santimetrə bərabər uzunluq.

Mif is. [yun.] – Yer üzündə həyatın yaranışı, təbiət hadisələri, əfsanəviqəhrəmanlar və ilahlar haqqında qədim xalq rəvayətləri; əsatir.

Mühərrir is. [ər.] – jurnalist; müəllif, yazar; redaktor.

Mundir is. [fr.] – hərbi və ya mülki rəsmi geyim.

Mürəttib is. [ər.] – arx. mətbəədə hərf düzən işçi; düzücü.

Mürəxxəs sif. [ər.] – rüsxət verilmiş, izin almış, azad edilmiş; azad, izinli, rüsxətli.

Müsaidə is. [ər.] – izin, icazə, rüsxət.

Natura is. [lat.] – üzündən şəkli çəkilən təbii, canlı nümunə, yaxud şəklini çəkməküçün rəssamın qabağında duran adam.

Nəfs is. [ər.] – tamah, tamahkarlıq.

Operativ sif. [lat.] – çevik, təcili, sürətli (hərəkət, əməliyyat və s.).

Optimal sif. [lat.] – səmərəlilik baxımından ən əlverişli.

Patronaj is. [fr.] – himayədarlıq, qəyyumluq.

Pozitiv [lat.] – məc. müsbət emosiya yaradan, xoşagələn.

Radioqram is. [lat.] – radioteleqraf vasitəsilə verilən məlumat.

Reproduktor is. [lat.] – tex. radio verilişlərini ucadan səsləndirən cihaz, aparat;səs ucaldan.

Rif is. [ing.] – dənizin sahilə yaxın yerlərində su altında qalan və ya suyun üzərinəqalxan ensiz zolaq (daş, qum və ya mərcan tərkibli olur).

Rupor is. [holl.] – 1) səsin gücləndirilməsi üçün istifadə olunan konus formalıcihaz; 2) məc. təbliğat vasitəsi, təbliğat aparan, hansısa ideya və ten den -siyanın ifadəçisi.

158 SÖZLÜK

Semafor is. [yun.] – yolun açıq və ya bağlı olduğunu maşinistə bildirmək üçündəmir yollarındakı işıq siqnalı qurğusu.

Səyrimək feil – hirsdən, acıqdan və s. hislərdən əsmək, titrəmək (üz əzələlərihaqqında deyilir).

Seysmik sif [yun.] – zəlzələ ilə əlaqədar olan, zəlzələyə aid olan.

Seysmologiya is. [yun.] – geologiyanın Yer qabığının titrəyişindən bəhs edənşöbəsi.

Seysmoqraf is. [yun.] – Yer qabığının titrəyişini avtomatik qeydə alan cihaz.

Sığorta is. – təbii fəlakət və ya bədbəxt hadisə nəticəsində dəymiş zərərin xüsusitəşkilat tərəfindən ödənilməsi.

Simpozium is. [lat.] – hər hansı elmi məsələyə dair toplantı.

Sivilizasiya is. [lat.] – cəmiy yə tin intellektə, sosial ədalətə, mədəni dəyər lərə vəmüəy yən tex nologiyaya əsaslanan tarixi inkişaf mər hələsi.

Skeptik is. [yun.] – hər şeydən şübhələnən adam, hər şeyə şübhə ilə baxanadam.

Spagetti is. [ital.] – nazik, uzun italyan makaronu.

Ştrix is. [alm.] – cizgi.

Tektonik sif. [yun.] – Yer qabığının hərəkətinə və deformasiyasına aid olan, onunnəticəsi olan.

Təlx olmaq sif. [fars.] – kefi pozulmaq.

Tent is. [ing.] – günəş və yağışdan qorunmaq üçün parusin örtük.

Təvəqqe is. [ər.] – xahiş, dilək.

Totem is. [ing.] – bir çox ibtidai tayfa və qəbilələrin si ta yiş etdiyi və nəslin əcdadıvə ya xilaskarı saydığı heyvan (bəzən də bitki, əşya və ya təbiət hadisəsi).

Trayektoriya is. [lat.] – hərəkət edən hər hansı bir nöqtə və ya cismin fəzadacızdığı xətt.

Vaqe olmaq is. [ər.] – üz vermək, əmələ gəlmək, baş vermək, meydana çıxmaq.

Vibrator is. [lat.] – elektromaqnit dalğalarının təsiri nəticəsində titrəyiş əmələgətirən qurğu.

Virtual sif. [lat.] – xəyali; fiziki baxımdan reallıqda mövcud olmayan, lakinmüəyyən şəraitdə meydana çıxa bilən.

Zati-aliləri is. [ər.] – arx. yüksəkrütbəli şəxslərə müraciət etdikdə və ya onlarınhaqqında danışdıqda hörmət məqamında işlənən ifadə.

159

Rafiq İsmayılovDilrüba CəfərovaAynur RüstəmovaHidayət Allahverdi

Sahibə Məmmədova

AZƏRBAYCAN DİLİ8

dərslik layihəsi (sınaq nəşri)

Bakı, “Altun kitab”, 2016

Няшриййатын цнваны:АЗ1130, Бакы, Я.Нахчывани кцчяси, 15А

Телефон: (+99412) 562 69 86; 562 69 88www.altunkitab.az

Каьыз форматы 70х1001/16.Офсет чапы. Офсет каьызы. Физики чап вяряги 10.

Тираж 300.

8

8

DƏRSLİK

9 789952 242829

ISBN 978-9952-24-282-9