azӘrbaycan generallari · 2016. 10. 19. · xan,1 mәmmәdәli mirzә, Әbdülsәmәd mirzә vә...

167
Azәrbaycanın görkәmli adamları ġӘMĠSTAN NӘZĠRLĠ AZӘRBAYCAN GENERALLARI BAKI GӘNCLĠK 1991

Upload: others

Post on 07-Feb-2021

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • Azәrbaycanın görkәmli adamları

    ġӘMĠSTAN NӘZĠRLĠ

    AZӘRBAYCAN

    GENERALLARI

    BAKI

    GӘNCLĠK

    1991

  • Rәyçi: Azәrbaycan SSR Elmlәr Akademiyasının müxbir

    üzvü Qaraş Mәdәtov

    Redaktoru: Tahirә Muxtarova

    Nәzirli ġ.Ә.

    N 50 Azәrbaycan generalları. B.; Gәnclik, 1991, 208 sәh.

    Yazıçı-jurnalist Şәmistan Nәzirlinin oxuculara tәqdim olunan ―Azәrbaycan

    generalları‖ kitabı uzun illәr aparılan axtarışların vә gәrgin zәhmәtin bәhrәsidir.

    Tarixi sәnәdlәrin şahidliyi ilә yazılan bu әsәrdә indiyәdәk adı heç yerdә

    çәkilmәyәn inqilabdan әvvәlki general oğullarımızın әvәzsiz xidmәtlәri qәlәmә

    alınıb. Kitabda ilk dәfә ötәn әsrdә döyüşkәnliyi ilә ad-san qazanmış Kәngәrli,

    Qazax, Gәncә, Qarabağ vә Borçalı süvari alaylarının, hәmçinin Sovet dövründә

    fәaliyyәt göstәrәn azәrbaycanlı generalların qәhrәmanlığından söhbәt açılır.

    Azәrbaycan Demokratik Hökumәtinin hәrb tarixinә parlaq sәhifәlәr yazmış

    S.Mehmandarovun, Ә.Şıxlinskinin, İ.Vәkilovun, İ.Usubovun misilsiz

    xidmәtlәrindәn bәhs olunur.

  • ÖN SÖZ

    Mәnim dә әlimdәn, bu gәlir ancaq,

    Sәni keçmişinlә elәyim tanış.

    Başuca yaşamaq istәsәn әgәr,

    Bax, gör babaların necә yaşamış.

    Bulud Qaraçorlu Sәhәnd

    GӘNC OXUCU! XIX әsrin ortalarından bәri Azәrbaycan hәrb tarixinin bir

    hissәsini özündә әks etdirәn ―Azәrbaycan generalları” kitabı sәnin üçün yazılıb. Burda ulu sәrkәrdәlәrimiz Cavanşirin, Babәkin, Koroğlunun, Şah İsmayıl Xәtainin,

    Sәttarxan vә Bağır xanın döyüş әnәnәlәrini davam etdirәn, silahını paslanmağa

    qoymayan general oğullarımızın hәyat yolu ilk dәfә toplu halında sәnә tәqdim

    olunur.

    Hәlә qәdimdәn Azәrbaycanda elә nәsillәr, elә qәbilәlәr olub ki, onlar öz

    döyüşkәnliyi ilә tәkcә Qafqazda yox, hәtta Avropada da tanınıblar. Naxçıvanda

    Kәngәrlilәr, Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinski vә Vәkilovlar, Borçalıda

    Yadigarovlar, Şәkidә Çәlәbilәr, Gәncәdә Cavadxanlar, Qarabağda Cavanşirlәr,

    Lәnkәranda Talışinskilәr vә başqaları kimi el qeyrәti çәkәn, ana torpağın, başı

    üstünü tәhlükә alanda birlәşib ayağa qalxan, onun hәr qarışı uğrunda canlarından

    keçәn oğullar yetişib.

    Tarixi sәnәdlәr şahiddir ki, onların arasında yüksәk rütbәli hәrbçilәr -

    generallar da olub. O vaxtkı tarixi şәraitә görә, onların bәzilәri hәrbçi kimi,

    döyüşkәn igid kimi ad - san qazansalar da yüksәk hәrbi rütbә ala bilmәmişlәr. Bu

    isә çarizmin qatı müstәmlәkәçilik siyasәtindәn vә türkdilli xalqlara

    inamsızlığından irәli gәlirdi.

    Qafqaz Әlahiddә Ordusunun komandanı general-feldmarşal İ.F.Paskeviç

    1826-cı ildә Peterburqa göndәrdiyi raportda birinci vә üçüncü Azәrbaycan

    alaylarının igidliyini, döyüşlәrdә qeyri-adi şimşәk sürәtilә fәrqlәnәn Qarabağ vә

    Qazax suvarilәrinin mәrdliyinә valeh olduğunu qeyd edirdi.

    ―Onlar bütün döyüşlәrdә çox böyük cәsarәtlә vuruşurlar. Hücumlarda isә

    irәlidә gedirlәr... bayraqların, topların vә әsirlәrin çoxunu onlar zәbt etmişlәr‖.

    Azәrbaycan alaylarının igid döyüşçülәri yerli xanların, bәylәrin

    övladlarından tәşkil olunmuşdu. 1829-cu ildә torpağımızı yadellilәrdәn qoruyan

    dörd süvari alayı yaradılmışdı. Birinci alay qarabağlardan, ikinci alay

    şirvanlılardan vә şәkililәrdәn, üçüncü alay Gәncә, Qazax, Şәmşәddin vә

    borçalılardan dördüncü alay isә İrәvan azәrbaycanlılarından vә naxçıvanlılardan

    tәşkil olunmuşdu. Naxçıvandakı, qәdim, Kәngәrli qәbilәsinin igidlәrindәn isә

    xüsusi-beşinci alay yaradılmışdı. Onlar öz döyüşkәnliyi ilә daha çox fәrqlәnirdilәr.

    ―Kavkaz‖ qәzeti 1890-cı il 6 noyabr tarixli nömrәsnndә bu barәdә yazırdı:

  • ―Döyüşkәnliyi ilә bütün Qafqazda mәhşur olan Kәngәrlilәr Zaqafqaziya

    sakinlәrindәn geri qalmaq istәmәzdilәr. Onlar ağa vә bәylәrinin rәhbәrliyi ilә

    xüsusi süvari dәstәlәri tәşkil edib, bütün döyüşlәrdә bizim qoşunlarla çiyin-çiyinә

    mәrdliklә vuruşdular‖.

    Yeri gәlmişkәn, 1913-cü ildә çap olunmuş ―Qafqaz hәrbi-tarix muzeyinin

    sorğu kitabı‖ndakı bir qeyd igid Kәngәrlilәrin tәkcә Qafqazda deyil, bütün Şәrqdә

    şöhrәt tapmasından xәbәr verir:

    ―Kәngәrli süvarilәrinin bayrağı yaşıl olub. Әfsanәyә görә ilk Naxçıvan xanı

    xәlifә Murad özünün Kәngәrli qәbilәsi ilә Әrәbistandan köçüb gәlmişdir. Bu qәbilә

    Araz çayının sahilinә gәlәrәk Naxçıvanda xanlığın әsasını qoymuşdur. Kәngәrli

    suvarilәri bütün Şәrqdә cәsurluğu ilә şöhrәt qazanmışdılar. Onlar döyüşә girәrәk

    ölümә nifrәt әlamәti olaraq atlarının boynuna qırmızı kaporlar taxardılar ki,

    düşmәn tәrәfindәn tez gözә çarpsınlar‖

    Başqa bir mәnbә isә Kәngәrlilәrin Әrәbistandan gәlmәsini inkar edir. Rus

    tarixçisi Viktor Qriqoryev Sankt-Peterburqda çap etdirdiyi ―Naxçıvan әyalәtinin

    statistik tәsviri‖ kitabında yazır ki, Kәngәrli tayfaları Türkiyә әrazisindәki

    Diyarbәkirdәn Naxçıvana gәliblәr. Onlar doqquz yüz iyirmi ev olublar. Kәngәrlilәr

    döyüşkәn, işgüzar, uzun müddәt aclığa dözәn adamlardılar, hәrbçidirlәr.

    Qonaqpәrvәr, dostluqda möhkәm, lakin çox mәğrur vә qürurludurlar.

    Hәlә 1806-10-cu illәrdә Zaqafqaziya Rusiya ilә birlәşәndә Qarabağ hakimi

    İbrahimxәlil xana general-leytenant, oğlu Mәmmәdhәsәn ağaya, Mehdiqulu xana

    vә Cәfәrqulu ağaya isә general-mayor rütbәsi verilmişdir. Şәki hakimi Cәfәrqulu

    xan Şәkinski dә general-leytenant idi. Bunlar xanlıqlara başçılıq edәn әsil-nәcabәtli

    şәxsiyyәtlәr idi.. Çar üsul-idarәsi yerli hakimlәrә ona görә ali rütbә vermişdi ki,

    mәhz onların vasitәsilә yerli әhalini özlәrinә tabe etsinlәr.

    Gәnc oxucu, әgәr sәn akademik M.V.Neçkinanın ―Qriboyedov vә

    dekabristlәr‖ kitabını mütaliә etsәn, onun iki yüz qırx dördüncü sәhifәsinә diqqәt

    yetir. Orada oxuyacaqsan ki, qarabağlı Rüstәm bәy Fransa imperatoru Napoleon

    Bonapartın şәxsi yavәrlәrindәn biri olub. Napoleonla birgә İspaniya, Misir

    yürüşlәrindә iştirak edib. Qeyri-adi igidliyinә görә Vaqram döyüşlәrindә şәxsәn

    imperatorun özü onu Fransanın ali hәrbi Legion ordeni ilә tәltif edib.

    Napoleon Bonapart Moskvaya hücum edәndә qarabağlı Rüstәm bәy әsir alınıb. Az

    sonra Qarabağa qayıdıb. Sonralar onu general Aleksey Yermolov Qafqaz

    canşinliyindә öz yanına işә dәvәt edib. Ömrünün axırına kimi general Yermolovun

    yanında işlәyib.

    Bizә belә gәlir ki, Rüstәm bәyin әn aşağı rütbәsi polkovnik olub. Fransa

    imperatoru Napoleonun şәxsi yavәri kimi mәsul vәzifә daşıyan, general Aleksey

    Yermolov kimi iliyinә qәdәr hәrbçi olan adamın dәvәti ilә canişinliyә hәrbi işә

    cәlb edilәn Rüstәm bәyin aşağı rütbәsi ola bilmәzdi.

    Bu, Azәrbaycan hәrb tarixindә açılmamış maraqlı sәhifәlәrdәn biridir.

    Görәsәn, igid azәrbaycanlı bәyi yüz yetmiş il bundan әvvәl Avropaya hansı

    yollarla gedib çıxıb? Bu igid eloğlumuzun müәmmalı, indiydәk namәlum hәrbi

    hәyatı nә vaxt öyrәnilәcәk? Axı, Napoleon kimi sәrkәrdә hәr yoldan ötәnә belә bir

    fәxri ordeni vermәzdi.

  • Vaxtilә onlar necә yaşamışlarsa, bu gün bizim borcumuz onları elә dә

    xatırlamaqdır. Hәyatın qәribә çalın-çarpaz cığırları var. Bu cığırlar yola qovuşana

    qәdәr min bir çәtinliklәrdәn keçir. Hәr oğul bu çәtin cığırlardan keçib hamar yola

    çıxa bilmir. Biz bu yola çıxıb xalqımızın inkişafı uğrunda sidq-ürәklә çalışanları,

    torpağımızın hәr qarışı uğrunda can qoyanları alqışlayırıq.

    Bir sәrkәrdә oğlumuzun açılmamış hәyat sәhifәsinә mәn qәdim Gәncәdәki

    İmamzadә mәscidinin hәyәtindә rast gәldim. Mәzarın mәrmәr başdaşında

    solmaqda olan yazını oxuyanda unudulmuş igidin xatirәsi qәlbimi göynәtdi. Orda

    yazılmışdı: ―İkinci Qafqaz istehkamçı, batalyonunun komandiri polkovnik İlyas

    bәy Ağalarov. Tәvәllüdü: yeddi iyun 1860-cı il. On sәkkiz mart 1913-cu ildә hәlak

    olub‖. İllәrin tufanı mәrmәr qәbir daşından onun sonuncu izini dә silib aparır.

    ―Hәr bir insanın içәrisindә onunla birgә doğulan vә ölәn kainat var. Hәr bir

    başdaşı altında bütöv bir dunya tarixi yatır‖.

    Qax rayonundakı mәrkәzi qәbiristanlıqda general Hәsәn xanın başdaşındakı

    yazıları oxuyarkәn Henrix Heynenin bu müdrik sözlәrini xatırladım.

    General-mayor Hәsәn xan burda dәfn olunub. Kimdi Hәsәn xan, daha hansı

    döyüşlәrdә iştirak edib, hansı xidmәtlәrinә görә general-mayor rütbәsinә layiq

    görülüb? Qәbir daşındakı qısaca yazıdan başqa yerli әhali dә heç nә bilmir. Tәәssüf

    ki, biz ―başdaşı altındakı bütöv bir dünya tarixindәn‖ bu günә kimi xәbәrsizik.

    Bakıda İçәrişәhәrdәki Mirzә Şәfi küçәsindә bir ağbirçәk ana yaşayır. Gövhәr

    xanım Usubova ömrünün sәksәn ilini çoxdan arxada qoyub. Onunla tez-tez

    görüşurәm. Hәr dәfә dә inqilabdan әvvәl yaşayıb-yaratmış, xalqımıza misilsiz

    xidmәt göstәrәn ziyalı babaları haqqında iftixarla söhbәt açır:

    - Mәnim әmilәrim, dayım, babalarım tәkcә hәkim, müәllim, din xadimi

    olmayıblar. Onların arasında hәrbçi dә olub, - deyir Gövhәr xanım. 1858-ci ildә

    poruçik Paşa ağa Әmiraslan ağa oğlunun adına verilmiş bir sәnәdin әslini mәnә

    bağışlayır.

    Sәnәddә göstәrilir ki, 1856-cı il avqustun iyirmi altısında imperator II

    Aleksandr müsәlman süvari alayının döyüşçüsü Paşa ağa Әmiraslan ağa oğluna

    poruçik rütbәsi verilmәsi şәxsәn özü imzalamışdır. Bu fakt ona görә qeyri-adidir

    ki, milyonlarla әsgәr vә zabit heyәti içәrisindә eloğlumuz öz qәhrәmanlığı ilә necә

    seçilirdisә, ona verilәn rütbәni imperiyanın birinci şәxsi - imperator II Aleksandr

    imzalamışdır.

    İnqilabdan әvvәl Tiflisdә ―Kavkazskiy kalendar‖ adlı illik bir mәcmuә çap

    olunurdu. Onun sәhifәlәrindә o dövrün görkәmli ziyalılarının, hәrbçilәrin ünvanı

    vә rütbәsi göstәrilirdi. 1873-74 cü illәrin ―Kalendar‖ında Qafqaz Әlahiddә

    Ordusunda xidmәt edәn müxtәlif rütbәli oğullarımızın da adları çәkilir.

    Әksәriyyәtinin adına ilk dәfә rast gәldiyimiz üçün onları sizә tәqdim edirik.

    General-mayor Yusif bәy Hәsәn bәy oğlu Ağalarov, Nikolay Nikolayeviç Ağayev

    (şuşalı general Fәrәc bәy Ağayev), İsrafil bәy Yadigarov, Cәfәr ağa Şәmşәddin ağa

    oğlu, polkovnik Ağa xan Şirvanlı, İsmayıl xan İsgәndәr xan oğlu Xoyski, Hәsәn

    xan Mirzәağa bәy oğlu, Sәlim bәy Yusif bәy oğlu, Hәsәn ağa Cәfәrqulu ağa oğlu

    Bakıxanov, Әhmәd ağa Cәfәrqulu ağa oqlu Bakıxanov, Cavad xan Şirvanlı, Mirzә

    İbrahim bәy, Kәlbalı xan Ehsan xan oğlu, Rәşid xan Mehdili, mayor Mirzә

    Xudadat bәy Vәkilov, kazak leyb-qvardiyasının kornetlәri Şahrux Mirzә, Xanbaba

  • xan,1 Mәmmәdәli Mirzә, Әbdülsәmәd Mirzә vә Nәsrulla Mirzә. (Bәhmәn Mirzә

    Qacarın oğlanlarıdır. Onun yeddi oğlu rus ordusunda xidmәt etmişdir).

    Xalqımızın tarixi nә qәdәr zәngin olsa da, lakin hәlә dә qaranlıq sәhifәlәr

    çoxdur. Bu ―qaranlıqlar‖a işıq salmağın, hәr şeyi olduğu kimi yazmağın vaxtı

    çoxdan çatıb. Axı, bugünkü tarix, dünәnkinin üzәrindә dayanır vә tәbiidir ki,

    dunәnki ―qaranlıqlar‖ bu gün açılmasa sabah daha yeni ―qaranlıqlar‖a körpü

    olacaq.

    Otuzuncu illәrin tuthatutları, qansızlıqları bizi elә vahimәyә salıb ki, ilan

    vuran ala çatıdan qorxan kimi, türk kәlmәsindәn qorxmuşuq. Dil vә din

    qardaşlarımıza arxa çevirmişik, ona görә ki, milli bütövluyümüz olmayıb. Әsrlәrin,

    illәrin dolanbaclarında görkәmli oğullarımızı itirә-itirә gәlmişik. Azәrbaycan

    Rusiyaya birlәşdirildikdәn sonra türklәrә dostluğumuzu, qardaşlığımızı danmışıq.

    Hәtta iş o yerә çatıb ki, mәcburәn dәdә-baba familimizi dә dәyişmişik. Sәbәbi dә o

    olub ki, ad-famillәrimiz türk ad-famillәrinә oxşayır. Pasportlarımızda ―milliyyәti‖

    sözünün qarşısında ―türk‖ yazılardı. Sonra bu kiminsә xoşuna gәlmәdi. Yuxarıdan

    gәlәn hansısa gizli tapşırığa әsasәn pasportlarımız dәyişdirildi.

    ... Bütün bunlara baxmayaraq nә yaxşı ki, Türkiyә ilә Azәrbaycanı bir-birinә

    bağlayan qan birliyi qırılmadı.

    ... Klassik şairimiz S.Ә.Şirvaninin ―Tәzxirә‖sindә ―Osman bәy vә Ömәrbәy‖

    adlı kiçik bir fәsil var. Şair burda iki şirvanlı, qardaşın igidlikdә, sәrkәrdәlikdә

    tayı-bәrabәri olmadığını iftixarla yazır:

    ―Osman bәy şәhri Şamaxının xanzadәlәrindәndir. Qardaşı Ömәr bәy ilә o

    cәnab dövlәti-әliyyeyi-Rusiyyәdә sahibmәnsәb vә sahibvәzifә kimsәnәlәrdәn

    olmuşlar. Onlar kimi әhlikәmal vә sahibcәmal vә sahibzövq kimsәnәlәr daireyi-

    Şirvanә gәlmәmişdir. Hәr ikisinin tәbi olmağı mәşhurdur vә zikrixeyr ilә adları hәr

    dildә mәzxurdur. Cәnab Ömәr bәyi qayәtdә xoşәhval vә xoşmәzaq deyirlәr.

    ... Әlhәq bu iki qardaş kimi, yeganә daireyi-cahana gәlmәmişdir. Tarixi

    hicrәtin... dә vә tarixi mәsihiyyәnin... sәnәsindә Sultan - Rumun Fransa imdadıyla

    Rusiyyә ilә davaları olduqda Ömәr bәy lәşkәri-Rusda sәrlәşkәr idi. Lәşkәri-rus

    mülki-Karsda olan zamanlar Ömәr bәy dövlәti-Rusiyyәdәn rugәrdan (incik düşәn,

    üz döndәrәn - Ş.N.) olub, әsgәri-Rumә mülhәqq oldu. Dövlәti-Rum Ömәr bәy

    mәzkuru hәman öz mәnsәbi vә nişanı ilә qәbul edir vә mәvacib qәrar qılıb,

    özlәrinә sәrәsgәr etmşidir. Әlan mәaliki-Rumda ―Yaranan Ömәr paşa‖ ismiylә

    mәşhurdur.

    Ömәr bәy fәrar edәndәn sonra dövlәti-Rusiyyә Osman bәyi tutub Sibirә

    göndәrmişdi. Cәnab Osman bәy dә Sibirdәn fәrar edib, İstambulda qardaşına

    mülhәqq olmuşdur. Әlan Osman bәy dölәti - Rumda sahibmәvacib

    kimsәnәlәrdәndir. Vә Qustәntәniyyәdә mәrtәbeyi-muhәndislik ilә mәşhurdur.

    Amma Ömәr bәyin mәrtәbәsi Osman bәydәn әladır‖.

    Burda adamın yadına müdrik babalarımızdan qalmış bir hikmәt düşür:

    ―Ağıllı adamların vücudu saf qızıl kimidir, hara getsәlәr, qiymәtlәri bilinәr‖.

    1 Xanbaba xan M.F.Axundovun qızı Nisә xanımın hәyat yoldaşı idi. (- Ş.N.).

  • * * *

    Hәr bir xalq özünün tarixi abidәlәri, görkәmli şәxsiyyәtlәri ilә ölmәzdir.

    Onlar millәtin vә xalqın qәdimliyindәn, qәhrәmanlığından soraq verir. Fәxrlә

    demәk olar ki, tarixi şәxsiyyәtlәrdә xalqımızın bәxti gәtirib. Xüsusilә,

    qәhrәmanlarımız vә şairlәrimiz qibtә edilәcәk dәrәcәdә çoxdur. Başqa millәtin,

    başqa xalqın tarixi şәxsiyyәtini özününkülәşdirmәk üçün heç kәsin qapısına

    getmәmişik vә heç bir millәtin oğlunu öz adımıza çıxmaq iddiasında da deyilik.

    Bizdә Vәkilov familiyası hәr yerdә fәxrlә çәkilir. Çünki bu familiya sevimli

    şairimiz Sәmәd Vurğuna mәxsusdur. Hәlә ötәn әsrin әvvәlәrindә bu familiyanı

    daşıyan görkәmli şair, dövlәt xadimi, hәrbçilәr olub. Onlardan biri dә Krım

    muharibәsinin (1853-55-ci illәr) qәhrәmanı kapitan Mәnsur ağa Vәkilov idi. 1855-

    ci il sentyabrın 12-dә Qafqaz Әlahiddә Ordusu komandanın verdiyi әmrdә

    oxuyuruq:

    ―Üçüncü süvari-musәlman (Azәrbaycan - Ş.N.) alayındakı qazaxlılardan

    ibarәt sotniyanın komandiri, kapitan Mәnsur ağa Vәkilova ―İgidliyә görә‖ vә üstü

    yazılı dördüncü dәrәcәli ―Müqәddәs Anna ordeni‖, Qazax - bәy polusotniyasından

    olan milis praporşiki Mir Mirzә Mәhәmmәd Şәrif oğluna podporuçik rütbәsi,

    Borçalı bәy polusotniyasının vәkili Mәmmәdşah bәy Ağasultanova gümüş temlyak

    gәzdirmәk hüququ vә yunker rutbәsi, Qazax bәy polusotniyasından Mustafa ağa

    Eyyub ağa oğluna ―İgidliyә görә‖ vә üstü yazılı gümüş medal, Qazax

    sotniyasından Mustafa ağa Mirzәli ağa oğlu Vәkilova gumuş temlyak gәzdirmәk

    hüququnda yunkerlik rutbәsi verilsin‖ (Bax. ―Kavkaz‖ qәzeti, № 85, 24 sentyabr

    1855-çi il).

    Professor Satur Arayan özünün 1978-çi ildә nәşr etdirdiyi ―Ermәni xalqının

    tarixi taleyindә Rusiyanın rolu‖ monoqrafiyasında (sәh. 210-211-dә) kapitan

    Mәnsur ağa Vәkilovu oxucuya ermәni ―Martiros Vekilev‖ kimi tәqdim edir. Hәlә

    1826-cı ildә Şamxor vә Gәncә, Lori-Pәnbәk rayonunda, Dilican dәrәsindәki

    döyüşlәrdә Qazax süvari dәstәsinin iranlılara qarşı göstәrdiyi qәhrәmanlıqlar

    xalqımıza yaxşı mәlumdur. Raport vә әmrlәrdә kapitan Mәnsur ağa Vәkilovdan

    danışılanda ―M.Vekilov‖ yazılırdı. Görünür professor Ağayanın әlinә girәvә dә

    buradan düşüb. Yuxarıda gәtirilәn sitat da onun әsassız olduğunu sübut edir.

    Әgәr professor Ağayan Alahiddә Qafqaz korpusunun baş komandanı general

    N.N.Muravyovun ―Kavkaz‖ qәzetindә dәrc olunmuş әmrini oxusaydı, görәrdi ki,

    genaral N.N.Muravyov kapitan Mәnsur ağa Vәkilovun başçılıq etdiyi Qazax süvari

    dәstәsinin hәrbi әmәliyyatlardakı qәhrәmanlığını bir neçә dәfә neçә yüksәk

    qiymәtlәndirir. Yәqin ki, oxuyub, amma onu Mәnsur ağa Vәkilovun

    qәhrәmanlığından çox ad-familiyasını dәyişdirib ―Martiros Vekilev‖, bәzәn dә

    ―Vәkilyan‖ elәmәk düşündürüb. Bu isә ermәni xәstәliyinә tutulanlardan birinin

    xalqımıza qarşı növbәti ―hücumlarından‖dır.

    Borçalının Tәkli kәndindәki nüfuzlu Yadigarovlar nәsli dә adlı-sanlı

    generallar vә hәrbçilәr yetişdirib. Tәәssüf ki, bizim qәflәt yuxusuna

    getmәyimizdәn istifadә edәn ermәnilәr onları öz adlarına çıxaraq ―Ediqaryan‖,

    gürcülәr isә ―Ediqaraşvili‖ kimi yazırlar.

  • Diqqәtlә axtarsaq belә faktlardan lap çox tapmaq olar.

    * * *

    Generallarımız tәkcә hәrb sahәsindә deyil, xalqın maariflәnmәsi sahәsindә

    dә fәal iştirak etmişlәr. 1849-cu ildә Şamaxıda mәktәb açmağa cәhd edәn yerli

    әhalinin kömәyinә general İsmayıl bәy Qutqaşınlı, kapitan Şirәli bәy, poruçik

    Mehdi bәy gәlmişdilәr. Bu xeyirxah işdә hәrbçi oğullarımız maddi cәhәtdәn

    maarifçilәrә yaxından kömәk etmişlәr. 1883-cü ildә Lәnkәran mәktәbinә mebel

    әldә etmәk üçün polkovnik Miribrahim xan Talışinski iki yüz üç manat mәblәğindә

    ianә vermişdir. Naxçıvanda general Ehsan xan Kәngәrlinin oğlu kapitan İsmayıl

    xan vә general Kәlbalı xan dәdә-baba mülkünü pulsuz istifadә üçün mәktәbә

    vermişlәr.

    General-leytenant İsmayıl xan 1896-cı ildә Naxçıvandakı ―Tәrbiyә‖

    mәktәbinin hәyәtindә öz hesabına hovuz vә fәvvarә düzәltdirmişdir.

    Belә hәrbçi oğullarımızın hәyatına gur işıq tutan mәşhur әdәbiyyatşünasımız

    Firidun bәy Köçәrli qazaxlı şair Mustafa ağa Nasirin (1824-1883) әsil-

    nәcabәtindәn danışanda yazır:

    ―Mustafa ağanın padәri - valları podpolkovnik Hәsәn ağadır ki, o da

    nәcabәtü şücaәtdә mәşhur namdar vә öz әsrindә sahibi-hökumәtü iqtidar bir bәy

    imiş. Cümlә övladü әnsabı cәddibüzürgüvarları Qiyas bәy nisbәtlә

    ―Qiyasbәyzadәlәr‖ demәklә beynәlәnam müştәhir vә bәnamdırlar.

    Mustafa ağa Dağıstan davasında çox sәdaqәt vә hünәrlәr göstәrib çin almışdı

    vә iki il Varşavada qalıb rus vә firәng dillәrini kifayәtincә öyrәnmşidi. Lakin necә

    ki, dәfәat ilә tәçrübә olunubdur, Mustafa ağanın hünәr vә sәdaqәtlәri dövlәt

    nәzәrindә qәdrü-qiymәtsiz qalıb vә hәtta onun haqqında aşkarәn әdalәtsizlik vüqua

    gәlmәyә görә, Mustafa ağa öz vәtәninә müraciәt edib vә üzlәtü fәrağәt guşәsini

    ixtiyar qılıb, vaxtlarını ibadәtdә vә tәhsili-ülumu maarifdә keçiribdir.‖

    Xalqımızın taleyindә müәyyәn xidmәtlәri olmuş general oğullarımızın

    haqqını dana bilmәrik. Kimә daha çox xidmәt etmәlәrindәn asılı olmayaraq bu

    generallar, bu hәrbçilәr bizim xalqın, oğullarıdır. Mövcud tarixi şәraiti, inamı,

    hәrbi andı yada salmaqla biz onları haradasa buraxdıqları sәhvә görә

    bağışlamalıyıq. Tariximizin zәnginliyi naminә güzәştә getmәk borcumuzdur.

    Bunların arasında elәlәri dә olub ki, adını, atasının adını dәyişsә belә (bunlar

    cәmisi iki nәfәrdir - şuşalı Fәrәc bәy Ağayev vә bakılı Heybәt Heybәtov)

    xalqımıza xidmәtdә dönük çıxmayıblar. Bunların haqqında ruslar ona görә

    yazmırlar ki, Azәrbaycan xalqının oğludurlar. Biz dә yazmırıq ki, ―dönük‖

    çıxıblar. Bәs onda necә olsun? Bu general oğullarımızın hәyat yolu öyrәnilmәsin?

    Bax, elә burda xalq yazıçımız İsmayıl Şıxlının sözlәrin xatırlamamaq olmur.

    ―Hәr fәrdin bioqrafiyası olduğu kimi, hәr nәslin dә özünә mәxsus

    bioqrafiyası var. Bu bioqrafiyalar müxtәlif şәraitdәn, müxtәlif tarixi dövrlәrdәn

    keçdiyi üçün müxtәlifdir. İnsanların taleyi olduğu kimi, nәsillәrin dә taleyi var. Bu

    talelәri sonradan pislәmәk, yaxud dәyişdirmәk olmaz. Onların üstündәn xәtt dә

    çәkmәk olmaz. Onları necә varsa, elәcә dә qәbul etmәk lazımdır. Әgәr sonradan

  • gәlәnlәr özlәrindәn әvvәlkilәri inkar etsәlәr, onu yoxa çıxartmağa çalışsalar, tarixin

    mәrhәlәlәrindә bir boşluq әmәlә gәlir‖ (―Bakı‖ qәzeti, 29 sentyabr 1987-ci il).

    Siz bu kitabda hәr bir azәrbaycanlı generalın başqa tәltifatlarla yanaşı

    Müqәddәs Anna ordeni ilә tәltif olunduğuna mütlәq rast gәlәcәksiniz. Şübhәsiz ki,

    tәәccüb edәcәksiniz. Bunun da sәbәbi var. 1815-ci ildә tәsis olunmuş bu ordenlә

    rus ordusunda ilk dәfә qәhrәmanlıq göstәrәn qeyri-xristianlar tәltif olunurdu. Bu da

    müsәlmanlara inamsızlığın birforması idi.

    Rus-yapon müharibәsi hәlә yenicә başlayanda batareya komandiri kapitan

    Әliağa Şıxlinski göstәrdiyi rәşadәtә görә Peterburq Georgi Dumasının qәrarına

    әsasәn dördüncü dәrәcәli Müqәddәs Anna ordeni ilә tәltif edilir. Lakin tәkcә

    Şıxlinskinin özü yox, hәtta onun rus zabit dostları vә komandiri belә bir tәltifatın

    Şıxlinski kimi cәsur zabitә verilmәsini tәhqir hesab edirlәr. Haqsızlığa bax ki,

    Şıxlinskinin tabeliyindә olanlar belә ondan yüksәk ordenlә tәltif olunmuşdular.

    ―Yaponların böyük bir hüçumu dәf edildikdәn sonra, bir neçә gün sakitlik

    oldu. Qәrb cәbhәsinin rәisi, briqada komandiri polkovnik Vladimir Aleksandroviç

    İrman şәrq cәbhәsi ilә tanış olmaq üçün yanımıza gәldi. Bir qәdәr bizimlә bir yerdә

    olduqdan sonra, birdәn gözü papağımdakı Anna qırmızı qotazına vә ―İgidliyә

    görә‖ sözlәri yazılmış dördüncü dәrәcәli ―Müqәddәs Anna‖ ordeninә sataşdı. Bu

    orden kiçik döyüş mükafatı idi.

    Vladimir Aleksandroviç dedi:

    - Lap xәcalәt çәkmәlidir. Әliağa kimi igid bir zabiti bu vaxta qәdәr başqa bir

    şeylә mükafatlandırmamışıq. Halbuki, qala komendantı özü onu tәltif edә bilәrdi.

    - Sonra polkovnik İrman ayağa qalxdı vә mәni qucaqlayaraq әlavә etdi:

    - Belә adamı tәltif etmәk nә qәdәr xoşdur.

    Türkiyә ilә müharibәdә Anna xaçı alan bir kapitan, bundan pәrt olaraq, onu

    itin boynundan asmışdı‖2

    Gәnc oxucu, bizim keçmiş generallarımızın taleyi müxtәlif arxiv

    sәnәdlәrindә, Rusiyanın ayrı-ayrı şәhәr arxivlәrindә toz basa-basa yatıb qalır. Vaxt

    gәlәcәk, onların döyüş yolu yazılmış sәnәdlәr çürüyüb mәhv olacaq, itib-batacaq.

    Onda gәlәcәk nәslә onların şan-şöhrәtindәn, Vәtәnә, xalqa xidmәtlәrindәn heç nә

    gedib çatmayacaq. Onların izi belә qalmayanda, o nәsil bizi lәnәtlәyәcәk vә gәlәn

    yeni nәsil bunu bağışlamayaçaq. Mәhz ona görә dә xidmәtlәri xalqımıza hәlә -

    yaxşı, mәlum olmayan şöhrәtli generallarımızın, hәrbçilәrimizin tozlu qovluqlarına

    әl uzadıb onları açmalı, yazmalıyıq. Yazmalıyıq ki, Azәrbaycanımızın hәrb

    tarixindәki qaranlıq sәhifәlәr üzә çıxsın.

    Әziz oxucu! Bir vacib mәsәlәni dә nәzәrinizә çatdırmaq istәrdim. Әgәr sәn

    bu kitabda ―müzәffәr Sovet Ordusu‖, ―azadlıq gәtirәn Qızıl Ordu‖, ―xilaskar rus

    ordusu‖ kimi ifadә vә sözlәrә rast gәlsәn bil ki, bunlar ayrı-ayrı kitablardan vә

    arxiv sәnәdlәrindәn götürülmüş sitatlardandır. O ki qaldı rus ordusunun,

    ümumiyyәtlә sovet ordusunun ―müzәffәr yürüşünә‖ vә son vaxtlar ona qarşı azalan

    inam hissinә, qoy buna milyonlarla xalqın taleyi ilә oynayan tәk-tәk adamlar,

    xalqların azadlıq uğrunda mübarizәsini silah gücünә yatızdıranlar, bir sözlә,

    2 Ә.Şıxlinski ―Xatirәlәrim‖, Bakı, 1984-cü il, sәh. 69—70).

  • ordunu xalqa qarşı qaldıranlar cavab versinlәr. Tarix qarşısında, insanlıq

    qarşısında!

    Hәr bir generalın hәyat yolu ilә bağlı sәnәdlәrlә işlәyәndә böyuk qazax

    yazıçısı Muxtar Auezovun bir cümlәsini istәr-istәmәz xatırlayıram:

    ―Gecikmiş yolçu çoxdan ötüb keçәn karvanın tәrk etdiyi ocaq külü içindәn

    közәrәn bir kömür parçası taparaq, onu ehtiyat vә qayğı ilә üflәyib, öz nәfәsilә od

    әmәlә gәtirdiyi kimi, mәn dә bu xatirәlәrә ehtiyat vә qayğı ilә yanaşmalı olurdum‖.

    Bu cümlә qarşıma çıxan çәtinliklәri sanki unutdururdu. Mәn daha böyük

    hәvәslә, mәsuliyyәtlә onların ömür yolunu öyrәnmәk istәyirdim. Buna nә dәrәcәdә

    nail olmuşam, harda sәhvlәrim, büdrәmәlәrim olubsa, onlar sizinlә görüşdә üzә

    çıxacaq. Çәkdiyim zәhmәtә dә siz qiymәt verәcәksiniz.

    Uzun illәrlә apardığım axtarışlardan sonra müәyyәn etmişәm ki, inqilabdan

    әvvәl vә sonra sәksәndәn çox generalımız olub. Hәlәlik onların bir neçәsi haqqında

    yazılarımı sizә tәqdim edirәm.

    TARĠXDӘ AD QOYUB

    QӘHRӘMANLARIM

    Azәrbaycan xalqının hәr sahәdә böyük

    nümayәndәlәri var. Ordu sıralarında,

    hәrbi alәmdә bizim böyük mütәxәssislәrimiz

    - generallarımız çox olmalıdır... Xalqımız

    üçün hәrbi dühalar yetirin! Bu da yalnız uzun

    müddәtordu sıralarında xidmәt etmәklә vә

    hәrbi elmlәrә sahib olmaqla mümkün

    olacaqdır!

    Sәmәd Vurğun

    GENERAL NAXÇIVANSKĠLӘR

    KӘLBALI XAN NAXÇIVANSKĠ

    Nә Azәrbaycan, nә dә rus hәrb tarixi general-mayor Kәlbalı xan

    Naxçıvanskinin anadan olduğu ili saxlamayıb. Ümid verәn arxivlәrdә, inqilabdan

    әvvәlki hәrbi-tarixi mәnbәlәrdә nә qәdәr axtardıqsa, onun tәvәllüdünü dәqiqlәşdirә

    bilmәdik. İnqilabdan әvvәlki әdәbiyyatlarda general Kәlbalı xan Naxçıvanskinin

    bir neçә yerdә sәthi dә olsa, adı çәkilir vә hәrbi fәaliyyәti qeyd olunur.

  • Kәlbalı xan, Naxçıvanın sonuncu hakimi Ehsan xanın oğludur. Zaqafqaziya

    Rusiya ilә birlәşәndәn sonra generallıq rütbәsi alan Ehsan xan, 1828-ci il fevralın

    onunda Rusiya ilә İran arasında Türkmәnçay sülh müqavilәsini imzalayanlardan

    biri olmuşdur. O, burada İrәvan vә Naxçıvan xanlığının, Ordubad dairәsinin

    sәlahiyyәtli nümayәdәsi kimi iştirak etmişdi.

    Hәrbi tarixçilәr V.Potto, İ.Zinovyev, general V.Zubov, İ.Paskeviç vә yazıçı

    A.Qriboyedovun yol qeydlәrindәn mәlum olur ki, rus-İran müharibәsi zamanı

    Ehsan xan on min nәfәrlik naxçıvanlılardan vә ruslardan ibarәt olan qoşuna

    başçılıq etmişdir. Bu müharibәdә ad-san qazanan general Ehsan xan sonralar Krım

    müharibәsindә dә şücaәtlә vuruşmuş, ali hәrbi ordenlәrlә tәltif olunmuşdur.

    Görkәmli sәrkәrdә kimi Ehsan xanın adı Kremlin Georgi salonunda qızıl hәrflәrlә

    yazılmışdır.

    Tarix öz sәhifәlәrindә bir maraqlı faktı da saxlayıb: Aleksandr Qriboyedov

    vә Abbasqulu ağa Bakıxanov İrana gedәndә Ehsan xanın Xandikindәki evindә

    qonaq olmuşlar. Bu barәdә A.Qriboyedovun ―İrәvan yürüşü‖ yol qeydlәrindә

    maraqlı sәtirlәr var:

    ―Sübh tezdәn oyandıq: bәrk isti idi. Abbasqulu ağa nәql elәdi ki,

    Yelizavetpol döyüşü şair Nizaminin mәqbәrәsi yanında baş verib.

    Naxçıvandan sәkkiz mil aralıda dayanmışıq. Araz kәnarından Abbasabadın

    geniş mәnzәrәsi açılır. Şimal-şәrqdәn Qarabağ dağlarının, Naxçıvan düzәnliyinin

    möcüzәli gözәlliyi açılır. Arazın arxası Yaylandağla vә ona oxşar iki başqa dağla

    әhatә olunub. Qәrbә doğru baxanda isә Ağrıdağı ucalır. Naxçıvan özü isә Qarabar

    dağlarının davamı olan düzәngahda yerlәşir.

    Naxçıvana daxil oluruq. Xan evinin qüllәsi mәnim otağımın pәncәrәsindәn

    daha aydın görünür‖.

    1826-cı ildә Fәtәli şahın vәliәhdi Abbas Mirzә altmış minlik qoşunla Arazı

    keçib Azәrbaycana hücum etdi. Bu vaxt Ehsan xan Abbasabad qarnizonunun rәisi

    idi. Ehsan xanın, qalanı iranlılara tәslim etmәk istәmәdiyini görәn Abbas Mirzә şah

    qoşununun qırx minini İrәvan vә Naxçıvana yeridir. Hәmin döyüşlәrin şahidi olan

    mәşhur tarixçi Mirzә Adıgözәlbәy yazırdı:

    ―O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Orada

    olduğumu bilib yanıma qasid göndәrdi. O, mәnә xәbәr verdi: ―Knyaza (komandan

    İ.F.Paskeviç nәzәrdә tutulur.-Ş.N.) bildirin ki, bu tәrәfә hәrәkәt etsin.‖

    ―Qafqaz hәrbi-tarix muzeyi‖nin 1913-cü ildә nәşr etdiyi altı yüz otuz bir

    nömrәli ―Soraq kitabçası‖nda general Kәlbalı xan Naxçıvanskinin mәşhur xan

    nәslindәn olduğu qeyd olunur. O, on dörd yaşında ikәn Peterburqdakı zadәgan

    balalarına mәxsus paj korpusuna daxil olur. Әla oxuyan Kәlbalı xana mәktәbdә

    tam tәhsil almaq qismәt olmur. Qәfil xәstәlәndiyinә görә vәtәni Naxçıvana qayıdır.

    Bir müddәt müalicә olunduqdan sonra yenidәn hәrbi işә sәfәrbәr edilir. 1849-cu

    ildә könüllü olaraq Dağıstan yürüşündә iştirak edir. Gergebel döyüşlәrindә

    göstәrdiyi igidliyә görә üçüncü dәrәcәli müqәddәs Stanislav ordeni ilә tәltif olunur

    vә zabit rütbәsinә layiq görülür.

    1853-cü ildә Krım müharibәsi başlananda yerli bәylәrdәn ibarәt süvari alayı

    tәşkil edir. Bir il sonra, iyunun 19-da Kәlbalı xan Naxçıvanski Çınqıl döyüşündә

    fәrqlәndiyinә görә dördüncü dәrәcәli müqәddәs Georgi ordeni ilә tәltif olunur.

  • Hәmin il iyulun otuzunda rus ordusunun general-leytenantı, İrәvan süvari

    polkunun rәisi Vrangel Qafqaz ordusunun baş komandanına mәlumat göndәrmişdi.

    General tәkcә Kәlbalı xan haqqında deyil, hәmçinin döyüşdә igidliklә vuruşan

    oğullarımız barәdә fәxrlә yazırdı:

    ―Qoşunlarımızın hәdsiz igidliyi barәdә әlahәzrәt cәnabınızın qarşısında

    tәkrarәn şәhadәt vermәyi özümә borc bilirәm ki, zabit vә әsgәrlәr döyüşә hәvәslә

    gedirlәr: yüngül yaralananlar cәbhәni tәrk etmir, ağır yaralılar isә döyüş

    meydanında qalırdılar. Tibb işçilәri elә oradaca onlara yardım göstәrirdilәr. 18 iyul

    tarixli ilk mәlumatımda adları çәkilәn kapitan İsmayıl xandan (Kәlbalı xanın

    qardaşıdır - Ş.N). vә podporuçik Kәlbalı xandan başqa müsәlmanlardan ibarәt bәy

    drujinasından praporşiklәr Әlixan vә Paşa xanın, dörd nömrәli müsәlman

    (Azәrbaycan) polkundan kapitan Hüseyn Sultanın adlarını da çәkmәliyәm. İsmayıl

    xanla Kәlbalı xan hücum zamanı öz hissәlәrinin önündә gedәrәk igidlik nümunәsi

    göstәrirdilәr.

    ...Yanımda volonter3 işlәyәn Xancan xan Mәmmәdqulu oğlunu da hәmçinin

    müәyyәn göstәrişlәrlә döyüşә göndәrirdim... Onlar yaralanır, ancaq döyüş

    meydanını tәrk etmirdilәr‖.

    1855-ci ildә imperator II Aleksandrın tacqoyma mәrasimi günü Kәlbalı xan

    leyb-qvardiya qusar polkuna komandir tәyin olunur. Bundan sonra Qafqaz

    canişinliyinin sәrәncamında xidmәt edir. Müxtәlif batalyon vә polkların komandiri

    olur. Nizami ordudakı nümunәvi xidmәtinә vә әla komandirlik fәaliyyәtinә görә

    1874-cü ildә general-mayor kimi yüksәk rütbәyә layiq görülür.

    1877-78-ci illәrdә rus-türk müharibәsindә general Kәlbalı nur. Bütün

    döyüşlәrdә şücaәtlә vuruşan, azәrbaycanlılardan ibarәt İrәvan süvari briqadasının

    komandiri Kәlbalı xan hәrbi әmәliyyatlarda böyük şücaәt göstәrmişdir. Bu

    müharibәdә onun qәhrәmanlığı brilyantla bәzәdilmiş qılıncla vә müqәddәs Georgi

    ordeni ilә qeyd edilmişdir. General-mayor Kәlbalı xan Ehsan oğlu Naxçıvanski

    1883-cü ildә vәfat etmişdir.

    Sәnәdlәri araşdırarkәn mәlum oldu ki, Ehsan xan oğluna Kәlbalı xanın adını

    qoymuşdur. Ona görә dә mәnbәlәrdә iki Kәlbalı xan adına rast gәldik. Baba

    Kәlbalı xan Naxçıvanski haqqında Azәrbaycan Sovet Ensiklopediyasının yeddinci

    cildindә qısa da olsa mәlumat verilir.

    ―Kәlbalı xan Naxçıvanski (? - 1823, Tәbriz) - Naxçıvan xanı. Rusiyadan hәrbi

    yardım istәdiyi üçün altı il Tehranda hәbsdә saxlanmış, gözünün biri

    çıxartdırılmışdı. Fәtәli şah hakimiyyәt başına gәldikdәn sonra İrәvan xanlığında

    yaşamışdır. Abbas Mirzә tәrәfindәn Naxçıvana vali tәyin olunan Naxçıvanski İran

    hökumәtinә xidmәt etmәk istәmәdiyindәn Mәkkәyә ziyarәt bәhanәsilә, yerinә oğlu

    Ehsan xanı tәyin edib hakimiyyәtdәn uzaqlaşmışdı‖.

    Bir maraqlı faktı da oxucuların nәzәrinә çatdırmaq istәrdim: XIX әsrin

    ortalarında Naxçıvanda ―Qönçeyi-Ülfәt‖ adlı әdәbi mәclis fәaliyyәt göstәrirdi. Bu

    mәclisә, o vaxtlar Naxçıvan şәhәr rәisinin müavini işlәyәn mәşhur gürcü şairi

    Nikolaz Barataşvili dә tez-tez gәlәrdi. O, burada on sәkkiz yaşlı Qönçәbәyim adlı

    çox istedadlı bir qızla tanış olub dostlaşır. Lirik qoşmaları ilә bu gün Azәrbaycan

    3 Fәdai, könüllü әsgәr

  • әdәbiyyatında yaşayan hәmin Qönçәbәyim general-mayor Kәlbalı xan

    Naxçıvanskinin bacısıdır.

    Nikolaz Barataşvili, Maiko Orbelianiyә yazdığı mәktubunda Qönçәbәyimlә

    tanışlığını belә tәsvir edir: ―İndi Naxçıvanda yeni bir şer var. Bu, on sәkkiz yaşlı

    Qönçәbәyimin şerlәridir. Xan qızıdır. Olduqca gözәl vә vüqarlı görkәmi var.

    Tәsәvvür edin, gözәllikdә lap Orlovun arvadına oxşayır. Әrindәn çox yanıqlıdır.

    İndi әrindәn ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın on iki yaşı olanda zorla әrә

    veriblәr. Onların әhvalatı bir romandır. Şerlәrindә öz halına ağlayır. Yazılarından

    birindә deyir ki, mәnim gözәl bağçam, istәyirәm gәlib sәnin fәvvarәn vә güllәrinlә

    söhbәt edәm. Ancaq qorxuram әrim orada olsun.

    Bu şeri tәrcümә edib göndәrәcәm. Mәnә belә gәlir ki, Sәttar bu mahnını

    bilir. Yenә bir mahnı var. Çox xoşagәlәndir. Belә düşünürәm ki, bunu Cәfәr dә

    bilir, Sәttar da. Onlara rast gәlәndә deyәrsәn ki, bu mahnıları oxusunlar‖.

    Ey mәnim mәzar çiçәkli bağçam,

    Gülüstan qoynunda fәvvarә vuran.

    Sularla hәmsöhbәt olmaq istәrәm,

    Qorxuram ki, әrim çıxa o yandan.

    Gözәl vә fitri istedada malik olan Qönçәbәyim 1837-ci il martın on beşindә

    atası Ehsan xanın Naxçıvanda açdığı qәza mәktәbindә oxumuşdur. İki yüzә qәdәr

    azәrbaycanlı uşağın tәhsil aldığı bu mәktәbin hamisi, әvvәlcә general-mayor Ehsan

    xanın özü, sonralar isә onun iki oğlu-kapitan İsmayıl xan vә general-mayor Kәlbalı

    xan olmuşlar. Bu vәtәnpәrvәr, ziyalı oğullar ata-baba mülkünü on iki il müddәtinә

    mәktәb üçün pulsuz istifadәyә vermәklә yanaşı, hәr il Naxçıvan qәza mәktәbinin

    nәfinә gümüş pulla iki yüz manat ianә dә hәdiyyә etmişlәr.

    Tәәssüf ki, ailә sәadәtindә Qönçәbәyimin bәxti üzünә gülmәmişdir. Onu

    1844-cü ildә sevmәdiyi Şamil xana әrә vermişlәr. Ömrünü sәrxoşluqla keçirәn

    Şamil xana könül vermәmiş, ondan boşanmışdır. Könül verib sevdiyi, lakin qovuşa

    bilmәdiyi mayor İbrahim xanın hәsrәtilә yaşamışdır.

    Bizә sәk rәqiblәr deyirlәr asi4,

    Mövlayә bağladıq yәni ixlası,

    Mәn Bәyimәm İbrahimin butası,

    Gizlin deyil aşkarә, de gәlsin.

    Fәrәhlәndirici haldır ki, tәkcә naxçıvanskilәr nәsli Azәrbaycan hәrb tarixinә

    beş general bәxş etmişdir. Nәvә Kәlbalı xanın oğlu Hüseyn xan Naxçıvanski dә

    general-leytenant olmuşdur. O, rus ordusunda tam artilleriya generalı rütbәsinәcәn

    yüksәlmişdir.

    4 A s i - üsyan edәn, itaәt etmәyәn.

  • HÜSEYN XAN NAXÇIVANSKĠ

    Hüseyn xana qәdәr bu nәsildә üç general olmuşdur. - Ehsan xan, Kәlbalı xan

    vә İsmayıl xan. Sonuncu haqqında әlimizdә çox az mәlumat var. O, 1819-cu ildә

    anadan olub, 1908-ci ildә sәksәn doqquz yaşında doğma vәtәni Naxçıvanda vәfat

    edib. Kәngәrli tayfasındandır.

    Onun haqqında daha bir qısa mәlumata hәrbi Sovet Ensiklopediyasının

    birinci cildindә rast gәldik. Orada yazılır ki, Bәyazid şәhәri 1877-78-ci illәrdә rus

    qoşunları tәrәfindәn mühasirәyә alınanda, iyirmi üç gün ağır döyüşlәr getdi. Bu

    döyüşlәrә rәhbәrliyi polkovnik İsmayıl xan Naxçıvanski edirdi. Onun kömәkçilәri

    kapitan Ştokviç vә poruçik Tomaşevski idi.

    Ordudan general-leytenant rütbәsindә tәrxis olunan İsmayıl xan Ehsan xan

    oğlu Naxçıvanski vәtәnindә quruculuq, abadlıq işlәri ilә mәşğul olmuşdur. O,

    Naxçıvan şәhәrinә su çәkdirmiş, kәhrizlәr qazdırmış vә bu gün tarixi abidә kimi

    qorunan günbәzli hamamı tikdirmişdir. Oğlu Әman xana mәşhur şairә Xurşidbanu

    Natәvanın qızı Xanbikә xanımı alıb Qarabağ xanlığı ilә qohum olmuşdur.

    Bizdә olan bu qısa mәlumatlardan burda ona görә istifadә etdik ki, bәzi

    tәdqiqatçılar Hüseyn xanla İsmayıl xanı qarışıq salırlar. Bu sәhv ordan irәli gәlir

    ki, bir çox mәnbәlәrdә hәr ikisinin adı ―Xan Naxçıvanski‖ yazılır. Zadәgan

    nәslindәn olduqlarına görә sağlıqlarında da onlara hörmәt әlamәti olaraq ―xan‖

    deyә müraciәt edirmişlәr. Hәtta Әliağa Şıxlinski ―Xatirәlәrim‖in yüz әlli beşinci

    sәhifәsindә Hüseyn xanın birinci dünya müharibәsindәki fәaliyyәtindәn danışanda

    yazır: ―General Xan Naxçıvanskinin komandası altında olan bizim süvarilәrimiz

    alman süvarilәrini darmadağın etmişdilәr‖.

    İsmayıl xan Hüseyn xanın doğma әmisidir. Rus ordusunda әvәzedilmәz

    xidmәtlәri olan Hüseyn xana, sonralar Cәmşid xan Naxçıvanskiyә hәrb sәnәti,

    yüksәk sәrkәrdәlik bacarığı irsәn keçmişdir.

    Hüseyn xan Kәlbalı xan oğlu Naxçıvanskini müasirlәri sәrt, nüfuzlu bir

    general kimi tәsvir edirlәr. İlk dәfә mәn onun şәklinә 1916-cı ildә çap olunmuş

    ―Niva‖ jurnalının yeddinci nömrәsindә rast gәldim.

    Rus-yapon vә birinci dünya müharibәsindәki fәaliyyәtini müxtәlif arxiv

    sәnәdlәrindәn öyrәndim. İlk gәncliyi vә tәhsil illәri haqqında isә Naxçıvanda

    yaşayan tarix elmlәri namizәdi İbrahim Bağırov mәlumat verdi.

    İbrahim müәllimin mәlumatına görә general Hüseyn xan Naxçıvanski 1863-

    cü il iyunun iyirmi sәkkizindә anadan olub. Atası on beş yaşlı Hüseyn xanı

    Peterburqdakı Paj korpusu mәktәbinә oxumağa göndәrir. O vaxtlar Peterburqda

    çoxlu naxçıvanlı ziyalı yaşayırdı. Onların arasında xan nәslindәn olanlar çoxluq

    tәşkil edirdilәr. İmperatorun şәxsi himayәsindә olan korpus mәktәbini Hüseyn xan

    1881-ci ildә әla qiymәtlәrlә bitirir. Çarın xüsusi süvari qoşununda xidmәt edәn

    kornet Naxçıvanski beş il keçmәmiş podporuçik rütbәsi ilә tәltif olunur.

    Sonralar Qafqazda vә Rusiyanın müxtәlif şәhәrlәrindә hәrbi xidmәtdә olan

    Hüseyn xan Naxçıvanski nümunәvi zabit kimi ali orden vә medallara layiq görülür.

    Rus-yapon müharibәsi başlayana qәdәr o, İranın ―Şire-Xorşid‖ ordeninin ikinci vә

    dördüncü dәrәcәsi ilә (bahalı almazla bәzәdilmiş), zabitlәrә mәxsus ―Rumın

  • ulduzu‖ ilә, Avstriyanın ―Dәmir xaç‖, ikinci dәrәcәli ―Stanislav‖, dördüncü

    dәrәcәli ―Muqәddәs Aleksandr‖, ―Müqәddәs Anna‖, Bolqarıstanın ―Döyüş

    xidmәtlәrinә görә‖ ordenlәri ilә tәltif olunur. Nizami orduda sәrkәrdәlik

    qabiliyyәtinә görә, Hüseyn xan 1903-cü il aprelin altısında polkovnik rütbәsi alır.

    İnqilabdan әvvәlki qәzetlәr, müxtәlif arxiv sәnәdlәri öz sәhifәlәrindә Hüseyn

    xan haqqında az da olsa mәlumat verib. Onlarla tanış olanda istәr-istәmәz belә

    qәnaәtә gәlirsәn ki, Әliağa Şıxlinski vә Sәmәd bәy Mehmandarov artilleriya

    sahәsindә hansı zirvәni fәth etmişdisә, Hüseyn xan Naxçıvanski dә süvari

    birlәşmәlәrinә komandanlıqda hәmin zirvәdә dayanırdı.

    1904-cü ildә rus-yapon müharibәsi başlananda Naxçıvanski әksәriyyәti

    qafqazlılardan tәşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi.

    Polkovnik Hüseyn xanın alayı 1905-ci il yanvarın on dördündә Lan-Lun-Qou

    kәndi uğrunda ağır döyüşlәr aparmışdır. Bir neçә gün kәndi ala bilmәyәn

    döyüşçülәr mahir komandirin hәrbi fәndi ilә dan üzü sürәtli hucuma keçәrәk onları

    kәnddәn vurub çıxartmışlar. Bu güclü döyüş sәhnәsi mәşhur rәssam

    Mazurovskinin yağlı boya ilә işlәdiyi rәsmdә әbәdilәşmişdir. Әsәrdә alay

    döyüşçülәrinin qızğın hәmlәsi vә polkovnik Hüseyn xan Naxçıvanskinin obrazı

    ustalıqla işlәnmişdir.

    İgid hәmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı

    göstәrdiyi döyüş mәharәtinә görә üstü yazılı qızıl silah, dördüncü dәrәcәli

    ―Müqәddәs Georgi‖, bantlı ―Müqәddәs Vladimir‖ vә ―İgidliyә görә‖ ordenlәri ilә

    tәltif olunmuşdur.

    Birinci dünya müharibәsinә qәdәr imperatorun xüsusi qoşununda xidmәt

    edәn Hüseyn xan Naxçıvanskiyә 1907-ci il martın otuz birindә general-mayor

    rütbәsi verilmişdir.

    Müasir rus hәrbi tәdqiqatçısı Fyodor Nesterov ―İllәrin әlaqәsi‖ (1984-cü il)

    tarixi-publisistik әsәrindә әlahәzrәtin sadiq generalları sırasında artilleriya generalı

    N.İ.İvanovun, general qraf Kellerin vә general Xan Naxçıvanskinin adlarını fәxrlә

    çәkir. O yazır ki, çar II Nikolay manifestә qol çәkib hakimiyyәtdәn imtina edәndә

    belә, bu әsilzadә generallar әlahәzrәtә teleqramla müraciәt edәrәk bildirdilәr ki, biz

    hәmişә sәnә sadiq qalacağıq. İmperator uzun illәr boyu bu әsilzadә generallara

    inanmaqda zәrrәcә sәhv etmәmişdi.

    Hüseyn xan Naxçıvanski döyüşәn ordu generalı idi. O, bütün rütbә vә

    tәltifatlara mәhz cәbhәlәrdәki xidmәtlәrinә görә layiq görülmüşdü. O, buyruq vә

    mәiyyәt generalı deyildi. Hәrbçilәr daha yaxşı bilirlәr ki, süvari qoşunu üzrә tam

    ali general rütbәsinә çatmaq nә qәdәr böyük istedad vә sәrkәrdәlik bacarığı tәlәb

    edir. Hüseyn xan Rusiyanın o dövrdәki adlı-sanlı generalları ilә birgә işlәyirdi.

    Şöhrәti bütün Rusiyanı dolaşan, A.Brusilov, Y.Barsukov, M.Draqomirov,

    Y.Alekseyev kimi generallar, onun ordu heyәtindәki, müharibәdәki döyüş

    xidmәtlәrini yüksәk qiymәtlәndirirdilәr. Yәqin ki, Hüseyn xan Naxçıvanskinin

    birinci dünya müharibәsindәki xidmәtlәrini Dövlәt mükafatı laureatı, hәrb elmlәri

    doktoru, professor, general-mayor Yevgeni Barsukovun yüksәk

    qiymәtlәndirmәsindәn F.Nesterovun xәbәri olmamış deyil. Müharibәnin ilk iyirmi

    gününü tәsvir edәn Barsukov, general Naxçıvanskinin müvәffәqiyyәtli hücumu

    haqqında yazır:

  • ―Bir döyüşdә Xan Naxçıvanskinin süvarilәri beş batalyonu, iki eskadronu,

    on iki topu İnster çayının o tәrәfinә ataraq, iki top vә dörd qutu mәrmi әlә

    keçirmişdilәr. İnster çayında, Meşken Kraupişken vә Lauqaden yaxınlığındakı

    bәrәlәr tutulmuşdu.

    Naxçıvanski 1914-cü ilin avqustunda Şәrqi Prussiyaya yürüşdә iştirak

    etmişdir. General-leytenant Hüseyn xan rus süvarilәrinin әn yaxşı hissәlәrinә-

    birinci vә ikinci qvardiya süvari diviziyalarına komandanlıq edirdi. Avqustun on

    beşindәn iyirmi birinәdәk mәşhur Qumbien döyüşlәrini qәlәbә ilә başa çatdıran

    Naxçıvanski süvarilәri, hәm dә birinci ordunun kәşfiyyat әmәliyyatını aparmış vә

    döyüşdә onlara kömәk etmişlәr. Az sonra Hüseyn xanın qvardiya süvarilәri

    Kraupişken şәhәri әtrafında, sәkkiz kilometr mәsafәdә özünә müdafiә mövqeyi

    tutmuş almanlarla döyüşә girdi. Bu, hәlledici döyüş idi. Almanlar bir addım belә

    geri çәkilmәk istәmirdilәr. Onlar ilk gündәn hücumu şiddәtlәndirib İnster çayı

    sahillәrini tutmağa çan atırdılar. Düşmәn tәrәf Naxçıvanski süvarilәrinin güclü

    hücumuna tab gәtirmәdi. İlk dәfә süvari qvardiya alayının eskadrolları almanların

    müdafiә xәttini yarıb bir neçә topunu әlә keçirdi... Çoxlu zabit vә әsgәr itkisi verәn

    düşmәn tәlәsik geri çәkildi.

    Sentyabr ayında düşmәn cәhd edirdi ki, iki rus korpusunu birlәşdiyi yerdә

    yaxalasın vә onlara qәfil zәrbә endirsin. Düşmәnin bu niyyәtini hiss edәn general

    Naxçıvanski Qordauen-Nordenberq dәmir yolu boyunca mövqe tutaraq şiddәtli

    döyüşlәri dayandırmadı. Almanların cәbhәni yarmaq cәhdi baş tutmadı.

    Birinci dünya müharibәsi cәbhәlәrindә göstәrdiyi misilsiz qәlәbәlәrә vә

    sәrkәrdәlik mәharәtinә görә, Hüseyn xan Naxçıvanskiyә 1916-cı il yanvarın iyirmi

    üçündә tam süvari qoşun generalı rütbәsi verildi.

    Bir çox ali mükafatlara layiq görülәn vә zabitlәrә mәxsus ―Müqәddәs

    Georgi‖ ordeninin dörd dәrәcәsi ilә tәltif olunan görkәmli hәrbi xadim Hüseyn xan

    Naxçıvanski 1919-cu ildә Petroqradda vәfat etdi. Onun mәzarı Aleksandr Nevski

    monastrının qәbiristanlığındadır.

    CӘMġĠD XAN NAXÇIVANSKĠ

    O, Kәngәrli nәslindәn olan axırıncı generaldır. Onun general babalarının

    hamısı qoca yaşında öz әcәli ilә vәfat edib. Tale Cәmşid xana cәmi qırx üç il ömür

    qismәt elәdi. Onun da iyirmi altı ilini hәrbi fәaliyyәtdә keçirdi. Ömrünün әn qaynar

    çağında otuzuncu illәrin haqsız qurbanlarından biri oldu. Günahı da bu idi ki,

    qardaşı Davud vә Kәlbalı İranda şah qvardiyasında xidmәt edir. Guya Cәmşid xan

    da başçılıq etdiyi ―casus-tәxribatçı dәstәsi‖ ilә onlarla sıx әlaqә saxlayır.

    Azәrbaycanda şura hökumәti yarananda hәr iki qardaş rәsmi şәkildә icazә alıb

    İrana getdilәr. Tezliklә İran ordusunda ad-san qazanıb yüksәk rütbә aldılar. Lakin

    otuzuncu illәrdә şahәnşah Davud vә Kәlbalı qardaşlarına inamı itirdi. Sәbәbi dә

    ondan ibarәt idi ki, onların qardaşı Cәmşid xan Naxçıvanski Qızıl orduda briqada

    komandiridir. Axı vaxtilә onların ata babaları rus qoşunlarını Naxçıvana

    çağırmışdı, İran ordusuna qarşı vuruşmuşdu. Görünür, şahәnşaha bu mәlumat da

    çatdırılıbmış... Ona görә dә şahәnşah onları güllәlәtdirir. Bu tayda, 1938-ci ilin

  • mayında Cәmşid xan hәbs edilib güllәlәnәndә artıq dörd il әvvәl qardaşları İranda

    qәtlә yetirilmişdi. Onda C.Naxçıvanski, Moskvada M.Frunze adına Ali Hәrbi-

    Siyasi Akademiyanın ikinci kurs rәisi kimi yüksәk vәzifәdә işlәyirdi.

    ―Onun dalınca gecә gәldilәr. Axtarış aparmaq üçün şahid gәrәk idi. Dalandar

    şahidlik etmәyә etiraz etdi: ―Kim olsaydı gedәrdim, bircә Naxçıvanskidәn başqa.

    Mәn onun gözünә necә baxaram?‖. Hәbs etmәk barәdә orderlә qara emkada

    gәlәnlәrdәn biri pillәlәri tәlәsik qalxdı. Qapını açan ev sahibәsinә hövlnak dedi:

    ―Lap qiymәtli nәyiniz varsa gizlәyin‖. Qızıl ordunun xan nәsilli briqada komandiri

    Cәmşid Naxçıvanski pula-mala qәtiyyәn tamah salmayan bir insan idi.

    Vidalaşarkәn o, qızı Aliyәnin yuxulu gözlәrindәn öpdü, arvadını bağrına

    basdı: ―Özündәn vә uşaqdan muğayat ol! Mәnim heç bir günahım yoxdur. Tezliklә

    qayıdacağam!..‖ - dedi.

    O, uzun illәr keçәndәn sonra qayıtdı. Qayıtdı ki, xalqın yaddaşında әbәdi

    qalsın‖ (Qriqori Akselrod ―Xan nәsilli briqada komandiri‖. ―Nedelya‖ qәzeti №

    17, 1988-ci il).

    O dövrdә haqsız güllәlәnәn briqada komandiri Cәmşid xan Naxçıvanski,

    diviziya komandiri Qambay Vәzirov, komissar Heydәr Vәzirov, Cabir Әliyev,

    polkovnik Cәlil Әliyev, Seyfulla Mehdiyev, Qalib Vәkilov vә Soltanhәmid

    Paşayevin sәnәdlәri ilә tanış olanda, sağ qalan müasirlәrindәn general-mayor Akim

    Abbasovun, professor Әyyub Әsgәrovun vә onların ailәlәrinin xatirәlәrini

    dinlәyәndә yanıb-yaxılırsan. Adamı yandıran odur ki, bu igid komandirlәrin

    fәaliyyәtindә yeni quruluşa qarşı hardasa zәrrәcә inamsızlıq, sәhv vә büdrәmәlәr

    tapa bilmirsәn. Bәs haqsız qan niyә axıdılıb, onların ailәlәri sürgünlәrdә min bir

    әziyyәti niyә çәkib? Stalinin әshabәlәri - Beriya, Bağırov belә görkәmli hәrbi

    xadimlәrimizi qanlı ―tәmizlәmә‖ maşınında niyә mәhv ediblәr? Suallar, suallar...

    Onlara cavab tapmaq çәtindir.

    Otuzuncu illәrdә bağları doğradılar ki, bәylәr salıb, bәhrәsini yemәk olmaz.

    Evlәri uçurdular ki, xanlardan qalıb. Mәscidlәri bağlayıb allahsızlar ittifaqı

    yaratdılar. Oğulları hәbs edib öldürdülәr ki, nәsli bәy olub, xan olub.

    Bu gün tarix bu sәhvlәri boynuna aldığına görә otuz-qırxıncı illәr dövründә

    vә әllinci illәrin әvvәllәrindә repressiya qurbanlarına bәraәt verir. Onların şәrәfinә

    abidәlәr ucaldır, küçәlәrә, meydanlara onların adı verilir. Nәhayәt, gәnc nәsil gec

    dә olsa görkәmli ata-babalarının xatirәsi önündә mәnәvi borcunu yerinә yetirir.

    Heç bir ―casus-tәxribatçı dәstәsi‖ olmayan (әslindә belә bir dәstә yox idi),

    İrandakı qardaşları ilә heç vaxt mәktublaşmayan Cәmşid xan da, o vaxt çox adi bir

    hala çevrilәn müdhiş cәzanın qurbanı oldu. Günahı isә xan nәslindәn olmağı idi.

    Haqqında söhbәt açdığımız Kәngәrlilәrin xan nәsli Azәrbaycan hәrb tarixinә

    qızıl sәhifәlәr yazmış Cәmşidi 1895-ci il avqustun iyirmi üçündә dünyaya bәxş

    etdi. O, yeddi yaşına çatanda anası Fәrәntac xanımdan Azәrbaycan dilindә

    yazmağı, dayәsi Anna İvanovna Nikolayevnadan isә rus vә fransız dillәrindә

    danışmağı öyrәnmişdi. Sәkkiz yaşlı Cәmşidi rus ordusunun zabiti olan atası Cәfәr

    xan Tiflisdәki yunkerlәr mәktәbinә qoyur. Bir il sonra Qәrbi Ukraynadakı

    Yelizavetqrad (İndiki Kirovqrad şәhәri - Ş.N.) qvardiya mәktәbinә göndәrilir.

    1914-cü ildә podporuçik rütbәsi ilә qvardiya mәktәbini bitirir. Birinci dünya

  • müharibәsi başlananda imperiyanın müsәlman әhalisindәn tәşkil olunmuş tatar

    süvari eskadronunun komandiri tәyin olunur.

    Cәmşid Naxçıvanski hәrbi mәharәti ilә ilk dәfә birinci dünya müharibәsindә

    ad-san qazanmışdı. O, ―Brusilov cәbhәsi‖nin yarılmasında iştirak etmiş.

    ―Müqәddәs Georgi‖ ordeninin dördüncü dәrәcәsi ilә tәltif olunmuşdu. Avstriya vә

    Rumıniya cәbhәlәrindә üç dәfә yaralanan Naxçıvanski igid bir süvari zabiti kimi

    gümüş silahla tәltif edilmiş vә ikinci, üçüncü, dördüncü dәrәcәli Anna, ikinci,

    üçüncü dәrәcәli Stanislav ordenlәri ilә mükafatlandırılmışdır.

    Cәnub-qәrb cәbhәsi dağıldı. Cәmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı

    ilә birgә doğma Azәrbaycana qayıtdı. Füsunkar Qarabağın Şuşa şәhәrindә yerlәşәn

    alay daşnak tör-töküntülәrinә vә daxili düşmәnlәrә qarşı döyüş әmәliyyatlarında

    fәal iştirak etdi.

    Azәrbaycanda Aprel inqilabından bir neçә gün sonra respublika Xalq

    Komissarları Sovetinin sәdri Nәriman Nәrimanov Şuşaya tәcili teleqram göndәrdi.

    O, alay komandiri Cәmşidә tәklif edirdi ki, dәrhal Bakıya qayıtsın vә milli ordu

    hissәlәrinin tәşkilinә başlasın. Onun komandirlik etdiyi süvari polku könüllü olaraq

    sovet ordusu tәrәfinә keçdikdәn sonra Birinci fәhlә-kәndli polku adlandırılaraq XI

    Ordunun tәrkibinә daxil edilir. Cәmşid Naxçıvanskinin özü isә ilk Azәrbaycan

    birlәşmiş komanda mәktәbinin müavini, az sonra isә rәisi tәyin olunur. Ordu

    komandiri kimi ilk günlәrdәn lәyaqәtlә xidmәt edәn C.Naxçıvanskiyә hәmişә

    müsbәt xasiyyәtnamәlәr verilmişdir.

    İstedadlı sәrkәrdәnin sovet hökumәtinә sәdaqәt vә mәhәbbәti, yüksәk hәrbi

    biliyi XI Ordunun komandanı Levandovski, hәrbi İnqilab Şurasının üzvü

    S.Orconikidze, Azәrbaycan hәrbi-Dәniz Xalq Komissarı Әliheydәr Qarayev

    tәrәfindәn yüksәk qiymәtlәndirilmişdir.

    1921-ci il martın on dördündә ordu komandanı Levandovskinin Cәmşid

    Naxçıvanskiyә verdiyi xasiyyәtnamәdә oxuyuruq:

    ―Korpus da daxil olmaqla bütün hissәlәrә operativ, taktiki cәhәtdәn

    komandanlıq etmәyә tam layiqdir... Sakit, tәmkinli, fәal vә tәşәbbüskardır...

    Azәrbaycan MİK-in vә Zaqafqaziya MİK-nin tәrkibinә seçilmişdir. Diviziya

    komandirliyi vәzifәsinә tam uyğundur‖.

    İyirmi birinci il dekabrın on doqquzunda milli diviziya yaratmaq işindәki

    fәallığına görә Naxçıvanskiyә Azәrbaycan hәrbi Dәniz Xalq Komissarlığı tәşәkkür

    elan etmiş vә mükafat olaraq ona gümüş dәstәkli qılınc hәdiyyә verilmişdi. O, yeni

    yaradılan Azәrbaycan dağ-atıcı diviziyasına komandir tәyin olundu.

    General-mayor Akim Abbasov vaxtilә Naxçıvanskinin komandir olduğu

    diviziyada xidmәt edib.

    - Cәmşid Naxçıvanski qәtiyyәtli komandir idi. Onun gözәl cizgili siması,

    sәliqәylә yana ayrılıb daranmış qara saçları vә qalın qaşları altında açıq, aydın

    baxışları indi dә gözümün önündәdir. O, yaraşıqlı qamәti, hәrbçilәrә mәxsus

    dәyanәti ilә müasirlәrindәn seçilirdi. Biz-Cәmşid Naxçıvanskinin diviziyasında

    xidmәt edәnlәr, ondan hәrbi peşәnin sirlәrini öyrәnmiş komandirlәr onu iftixarla

    xatırlayırıq. Biz bu gün dә keçmiş әnәnәlәrә görә onu ―Xan Naxçıvanski‖, döyüş

    tәxәllüsünә görә ―Şamo‖ deyә yad edirik. Xanlar rayonu әrazisindәn iki kilometr

    cәnub-şәrqdә yerlәşәn dağı biz komandirlәr vә qızıl әsgәrlәr, hәmçinin yerli

  • sakinlәr komandirimizә ehtiram әlamәti olaraq ―Xan Naxçıvanski dağı‖

    adlandırırdıq. Cәmşid komandir mәntәqәsini bu dağda qurmuşdu. Buranın relyefi

    elәdir ki, hәmin dağdan әtrafın geniş әrazisi, Azәrbaycan diviziyasının tәlim

    meydançaları aydın görünürdü.

    Cәmşid Naxçıvanski hәrtәrәfli hәrbi mütәxәssis idi. O, siyasi cәhәtdәn

    hazırlıqlı vә inqilab işinә sәdaqәtli zabit idi.

    Mәhz bu yüksәk keyfiyyәtlәrinә görә 1923-cü ildә hәrbi İnqilab Şurasının

    әmri ilә Cәmşid Qızıl Ordunun ali komanda heyәti kursuna dinlәyici qәbul olunur.

    Bu kursu müvәffәqiyyәtlә bitirәn Naxçıvanski 1931-ci ildәn M.V.Frunze adına

    hәrbi Akademiyanın xüsusi qrupunda tәhsilini davam etdirir. Buranıda fәrqlәnmә

    diplomu ilә başa vuran Cәmşid Naxçıvanski xalq müdafiә komissarının әmri ilә

    müәllim saxlanılır.

    Hәmin dövrdә C.Naxçıvanskiyә verilmiş attestasiya sәnәdindә oxuyuruq:

    ―C.Naxçıvanskiyә әvvәllәr verilәn müsbәt rәylәr öz qüvvәsindә saxlanılsın.

    O, hәr cәhәtdәn inkişaf etmişdir. Cәmşid Naxçıvanski hәrbi tәlimlәrdә, operativ

    taktiki әmәliyyatlarda özünü bacarıqlı sәrkәrdә kimi göstәrmişdir.

    C.Naxçıvanskidәn korpus komandiri kimi dә istifadә etmәk olar... O, tәmkinli,

    sakit tәbiәtlidir, tükәnmәz enerjiyә malikdir, tәşәbbüskardır, gözәl inzibatçıdır,

    yaxşı tәşkilatçılıq qabiliyyәti vardır...‖.

    Bu da hәrbi Akademiyanın kurs rәisi vә komissarı, sonralar Sovet İttifaqı

    marşalı Boris Şapoşnikovun hәmin attestasiyanın tәsdiqi barәdә rәyi:

    ―Cәmşid Naxçıvanskinin attestasiyası ilә razıyam, atıcı diviziyasının

    komandiri vәzifәsinә münasibdir‖.

    Vaxtilә süvari qoşunun qızğın pәrәstişkarı olan Cәmşid orduda bu qoşun

    növünә vәtәndaş müharibәsinin tәәssüratı ilә hәddәn artıq qızğın münasibәt

    bәslәyәnlәrin birinci olaraq әleyhinә çıxanlardan idi. O, Akademiyanın

    dinlәyicilәrini köhnәlmiş şablonlardan tezliklә azad olmağa çağırırdı; sübut edirdi

    ki, gәlәcәk müharibәdә cinahların dövrәlәnmәsi üstünlük tәşkil edәcәk; döyüş

    meydanlarında o kәs qalib gәlәcәk ki, müxtәlif qoşun növlәrinin qarşılıqlı

    fәaliyyәtini tәmin edә bilәcәk, döyüşün idarә olunmasına yaradıcı şәkildә

    yanaşmağı öyrәnәcәk. Toxum münbit zәminә düşmüşdü. Lakin bu toxumun

    cücәrmәsi...‖5

    Bәli, nadanlar, şәr vә iftira düşkünlәri bu toxumun cücәrmәsinә imkan

    vermәdilәr. Onun tәrbiyә edib yetişdirdiyi müdavimlәri S.Biryuzov, A.A.Qreçko,

    P.F.Batisti marşal rütbәsinә çatdılar. Özü isә günahsız mәhv edildi. Onun

    fәaliyyәtinә verilәn xasiyyәtnamәlәrlә, rәylәrlә tanış olandan sonra Cәmşid

    Naxçıvanskinin ―xalq düşmәni‖ çıxmasına inanmaq çox çәtindir. Bu ağa qara

    demәk kimi bir yalandır. Ona görә dә polad kimi әyilmәyәn Cәmşidi sındırdılar.

    Lakin o, istintaqda heç bir yalanı boynuna almayıb. Özünün günahsız dostlarını

    satmayıb, nә xalqının, nә dә nüfuzlu nәslinin adını lәkәlәmәyib.

    İllәr keçdi. Başqaları kimi sonralar ona da bәraәt verildi. Vaxtilә haqqında

    ürәk dolusu danışa bilmәdiyimiz bu görkәmli komandir haqqında gәnc nәslә

    5 Akselrod. Göstәrilәn oçerk.

  • mәlumat vermәk üçün imkan yarandı. İndi onun adına Bakıda ixtisaslaşdırılmış

    internat mәktәb vә küçә var. Boya-başa çatdığı Naxçıvanda isә ev muzeyi

    açılmışdır.

    Bakı Dövlәt Universitetinin müәllimi, hüquq elmlәri doktoru, professor

    Әyyub Әsgәrov vaxtilә yetmiş yeddinci Azәrbaycan atıcı diviziyasının sıralarında

    zabit kimi xidmәt edib.

    O, istedadlı sәrkәrdә Cәmşid Naxçıvanskinin son günlәrinin şahidi olub:

    1937-ci ilin payızında Leninqradda keçirdiyim mәzuniyyәtdәn geri

    qayıdırdım. Moskvada hәrbi kursda oxuyan yoldaşlarımla görüşmәk uçün Frunze

    adına akademiyaya getdim. Yaxın dostum vә akademiyanın müdavimi Hacıbaba

    Zeynalovun qonağı oldum. Hәmyerlilәrimiz Cәlil Әliyev, Әhmәdәli Әliyev,

    Bәhram Şıxıyev, Fәrhad Şahbazov vә başqaları ilә dә burada görüşdüm.

    Bir gün Hacıbaba Zeynalovun otağında şama toplaşmışdıq. Bu vaxt

    C.Naxçıvanski otağa girdi. Biz hamımız ayağa qalxıb ehtiramla, rәsmi tәzim

    edәrәk onu salamladıq. Görkәmli sәrkәrdә hәr birimizlә ayrı-ayrılıqda görüşdü.

    Üz-gözündә xoş tәbәssum cilvәlәnirdi... O, 77-ci Azәrbaycan atıcı diviziyasında

    xidmәt etdiyimi bildikdә mәnimlә söhbәtә başladı. Azәrbaycan xalqının hәyatı ilә

    yaxından maraqlandı, diviziyanın siyasi döyüş hazırlığı sahәsindә әldә etdiyi

    uğurlar barәdә yeni mәlumatları çox diqqәtlә dinlәdi vә ürәkdәn sevindi. O,

    Vәtәnin müdafiә qüdrәtini daim möhkәmlәndirmәyin, dövrün tәlәblәrinә uyğun

    olaraq, yüksәk bilikli kadrların hazırlanmasının, xüsusilә yeni texnikaya

    yiyәlәnmәyin vacib olduğunu bildirdi. Sonra: Oğul, bizim xalqımıza yaxşı

    hazırlıqlı kadrlar lazımdır, - dedi. Gedәrkәn hamıya müraciәt edәrәk: - Bu ali

    hәrbi mәktәb-akademiya әsl siz gәnclәrin yeridir, sizin üçündür, әfsus ki, bizim

    nümayәndәlәrimiz burada çox azdır. Üzünü mәnә döndәrib: - Çalışın, qoçaq olun,

    mәn elә sizi dә burada görmәk istәrdim, - deyib xoş arzularla bizdәn ayrıldı.

    GENERAL FӘRӘC BӘY AĞAYEV

    1958-ci ildә Şamaxıdakı dördsinifli ali ibtidai mәktәbdә yüz qırx dörd nәfәr

    buraxılış imtahanı verirdi. Onlardan otuz iki nәfәri azәrbaycanlı idi. Burada

    zadәgan, ruhani, rәiyyәt silkinә mәxsus uşaqlar tәhsil alırdılar. İmtahan verәnlәr

    arasında uzun illәr çar ordusunda xidmәt edәn praporşik Sәlim bәyin oğlu Hәsәn

    bәy Mәlikov da vardı. Buraxılış imtahanlarını qeyri-adi bir müvәffәqiyyәtlә verәn

    Hәsәn bәy fitri istedadı ilә hamını heyran qoydu. İmtahanda iştirak edәn Qafqaz

    tәhsil dairәsinin müdiri baron Aleksandr Pavloviç Nikolai, Hәsәn bәy Mәlikovun

    padşahlıq hesabına birinci dәrәcәli Tiflis gimnaziyasına qәbul olunmasına

    mәmnuniyyәtlә razılıq verdi.

    Lakin mәktәbin direktoru üzrxahlıq edib:

    - Aleksandr Pavloviç, - dedi, - cәsarәt edib haqqında hüzurunuza tәrif dolu

    tәlәbnamәlәr yazdığım şagird Hәsәn bәy Mәlikov, bax budur. Özünüz onun

    biliyinin şahidi oldunuz.

    - Yadımdadır, sәhv etmirәmsә bir ildә iki dәfә yazmışdınız. - Baron Nikolai

    ani olaraq fikrә gedib, - cәnab direktor, - dedi, - bu cılız müsәlman balası sizin

  • yazdığınız tәriflәrә dә layiqdir. Әlbәttә, bu müvәffәqiyyәtin qazanılmasında sizin

    müәllimlәrin böyük әmәyi var. Mәn onun Tiflis gimnaziyasında oxumasına bütün

    qәlbimlә sevinәrdim. O hәqiqәtәn istedadlı uşaqdır.

    Mәktәb müdiri ona vә mәktәbinә deyilәn tәrifdәn xoşhal olub, barona

    hörmәtlә tәzim etdi.

    - Möhtәrәm Aleksandr Pavloviç, ancaq bir çәtinliyimiz var.

    Nәdi o çәtinlik, nәdәn ibarәtdir?

    - İnişil bu uşağın atası Sәlim bәy vәfat etdi. İndi ailәnin başçısı onun böyük

    qardaşıdır. O da iki ayağını bir başmağa dirәyib deyir ki, qardaşım Hәsәn bәyin

    Tiflisә oxumağa getmәsinә razı deyilәm.

    - Niyә?

    - Deyir ki, uşağı gözümdәn uzağa qoya bilmәrәm. Hәlә çox balacadır.

    - Olarmı o cәnabla özüm söhbәt edәm? Bәlkә, yola gәtirdik.

    - Olar, amma bir mәsәlәni sizә açım...

    Baron şәhadәt barmağını dik tutub zarafatla:

    - Dayan, dayan, yәqin sünnidir, tәrs damarı var. Sәn dә ondan qorxursan, -

    deyib başını bulaya-bulaya: - ay müsәlmanlar, ay müsәlmanlar...

    - Yox, Aleksandr Pavloviç, sünni olmağına sünni deyil, qorxuram, tәrs

    damarı tutar, daha da acığa düşәr, belә istedadlı, uşaq әlimizdәn çıxar. Mәn bir

    fәnd işlәtmişәm. Deyim, qulaq asın. Hәsәn bәyin atasının dayısı general-leytenant

    Fәrәc bәy Ağayev Tiflisdә yaşayır. Yәqin ki, siz dә onu tanıyırsınız. Generalın

    imzası ilә bir xahişnamә hazırlamışam. Guya o, bizim mәktәb müdiriyyәtindәn

    tәvәqqe edir ki, Hәsәn bәyi Tiflis gimnaziyasına oxumağa göndәrәk...

    - Qardaşı yenә dә razılaşmır?

    - Biz hәlә generalın mәktubu barәdә Hәsәn bәyin böyük qardaşına bir söz

    demәmişik. İstәrdik ki, mәktub barәdә ona siz deyәsiniz.

    - Niyә mәhz mәn...

    - Ona görә ki, siz Qafqaz tәhsil dairәsinin hamisisiniz.

    Zaqafqaziya Baş İdarәsi Sovetinin üzvüsünüz, hәm dә hәqiqi mülki müşavirsiniz.

    Sizin - baron Aleksandr Pavloviç Nikolainin sözü daha inandırıcı olar.

    - General-leytenant Fәrәc bәy Ağayev hәzrәtlәrini mәn dә yaxşı tanıyıram.

    Deyirsәn, cәsarәt edib onun adından danışaq? Mәnә belә gәlir ki, bir müsәlman

    ziyalısının artması üçün işlәtdiyimiz fәndә görә cәnab general bizi bağışlar. Amma

    onu da deyim ki, bu fәnd heç dә bәd deyil. Çox mәharәtlә tapılıb. Uşağı xilas

    etmәyin başqa yolu yoxdur. General tәrәfdәn arxayın olun, razılıq mәnim

    boynuma. Bu barәdә Tiflisә qayıdan kimi onun özünә dә mәlumat verәrәm.

    Baron Aleksandr Pavloviç Nikolai Tiflisә qayıdanda Şamaxı mәktәb

    müdirinin işlәtdiyi ―fәnd‖ haqqında generala mәlumat verdi. General bığaltı

    gülümsündü vә mәmnuniyyәtlә qohumu Hәsәn bәy Mәlikovu himayәsinә

    keçirәrәk, Birinci dәrәcәli Tiflis gimnaziyasına qәbul olunmasına kömәk etdi.

    Bәs, general-leytenant Fәrәc bәy Ağayev kimdir? Necә olub ki,

    tәdqiqatçılarımız onun üstündәn sükutla keçiblәr? Hәsәn bәy Zәrdabi kimi

    görkәmli maarifpәrvәri bizә bәxş edәn bu xeyirxah adamın ömür yolu hәyatın

    hansı sınaqlarından çıxıb?

  • General-leytenant Fәrәc bәy Ağayevin haqqında biz ilkin mәlumata

    ―Kavkaz‖ qәzetinin sәkkiz dekabr min sәkkiz yüz doxsan birinci il tarixli

    nömrәsindә vә ―Kavkazski kalendar‖ illik mәcmuәsinin 1873-1874-cü illәrdәki

    nömrәlәrindә rast gәldik. Birinci mәnbәdә haqqında geniş mәlumatla ―Fәrәc bәy‖

    kimi tәqdim olunan eloğlumuz, ikincidә Qafqaz Әlahiddә Ordusunun generalları

    sırasında ―Nikolay Nikolayeviç Ağayev‖ adlandırılır. Ona görә ki, bu yaraşıqlı,

    igid qafqazlı zabitini 1844-cü ildә imperator birinci Nikolay vә onun arvadı

    Mariya Aleksandrovna xaç suyuna çәkib oğulluğa qәbul etmişdilәr.

    Uzun müddәt Peterburqda xidmәt edәn padşahın sevimlisi Fәrәc bәy

    Ağayevә Qafqaza qayıtdıqdan sonra yaxın qohumları belә yaxşı münasibәt

    bәslәmәmişlәr. Hәtta Hәsәn bәy Zәrdabi mәktublarından birindә yazır ki, atam el

    arasında xәcalәt çәkirdi ki, dayısı rus adını qәbul edib. Ona görә dә ondan üz

    döndәrib küsmüşdü. Get-gәlimiz belә yox idi. Ömrünün sonlarında Tiflisdә

    yaşayan generala hamı ―rus Ağayev‖ deyәrmiş. Şübhәsiz ki, sonralar sәhvini başa

    düşәn general vәsiyyәt etmişdir ki, nekroloqunda ad-familiyası Fәrәc bәy Ağayev

    kimi göstәrilsin. Onun bu vәsiyyәtinә әmәl olunur.

    General-leytenant Fәrәc bәy Ağayev füsunkar Qarabağın Şuşa şәhәrindә

    1811-ci ildә adlı-sanlı bәy ailәsindә dünyaya gәlib. İlk hәrbi tәhsilini Tiflis kadet

    korpusunda aldıqdan sonra 1837-ci ildә Qafqaz Әlahiddә Ordusunda müsәlman

    süvari polkunda xidmәtә başlayıb. Xidmәtinin yeddinci ilindә әn yaxşı qvardiya

    rotmistri Fәrәc bәy eskadron komandiri kimi Peterburqa göndәrilir. Peterburqda o,

    birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri

    vәzifәsinә tәyin olunur. Elә burda da o, imperatorun vә onun arvadı Mariya

    Aleksandrovnanın sevimlisi olur.

    Fәrәc bәy Ağayev özünün qeyri-adi hәrbi qabiliyyәti vә igidliyi sayәsindә

    xidmәtinin on ili әrzindә polkovnik rütbәsinә kimi yüksәlir. 1850-ci ilә qәdәr

    Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmәt edәn polkovnik

    F.Ağayev hәmin ili Әlahiddә Qafqaz Ordusunun sәrәncamına göndәrilir.

    1853-cü ildә Krım müharibәsi başlananda polkovnik Fәrәc bәy Ağayev

    Qarabağın azәrbaycanlı igidlәrindәn ibarәt süvari alayı tәşkil edib, özü dә onun

    komandiri olur. Müxtәlif arxiv sәnәdlәri, komandanlığa göndәrilәn raport vә

    mәktublar göstәrir ki, Fәrәc bәyin şuşalılardan ibarәt süvari polku Kürәkdәrә

    uğrunda gedәn döyüşlәrdә altmış minlik korpusa qarşı dönmәz bir iradә ilә

    vuruşmuşdur. 1854-cü ildә osetinlәrdәn tәşkil olunmuş milis alayı da Fәrәc bәyin

    alayına tәhkim edilir. Süvari qoşun dәstәsinin komandiri kimi yüksәk vәzifә

    daşıyan eloğlumuz hәrbi xidmәtinә vә qoşun başçısı kimi göstәrdiyi qәhrәmanlığa

    görә üstündә ―Cәsurluğa görә‖ yazılmış qızıl xәncәrlә, çoxlu hәrbi ordenlәrlә,

    hәmçinin imperator tacı ilә bәzәdilmiş birinci dәrәcәli ―Müqәddәs Anna‖ ordeni vә

    ikinci dәfә birinci dәrәcәli ―Müqәddәs Anna‖ (qılıncla birgә) ordenlәri ilә tәltif

    olunmuşdur.

    1853-56-cı illәrdәki sәrkәrdәlik fәaliyyәtinә görә Fәrәc bәy Ağayev general-

    mayor kimi fәxri rütbәyә layiq görülür.

    Müharibә yenicә başlayanda Fәrәc bәy Ağayevin başçılığı ilә Qarabağ

    Azәrbaycan süvari dәstәsinin tәşkili haqqında Peterburqa mәlumat göndәrәn qraf

    Vorontsov qeyd edirdi ki, polkovnik Fәrәc bәyin sayәsindә könüllü dәstәlәr

  • tezliklә yığıldı. Döyüşçülәr yürüşә mәşhur Qarabağ kәhәrlәrindә vә layiqincә

    silahlanmış halda başladılar.

    Qırx ilә yaxın orduda qüsursuz xidmәt edәn Fәrәc bәy Ağayev 1882-ci ildә

    general-leytenant rütbәsindә istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis

    Xeyriyyә cәmiyyәtindә çalışan general-leytenant Fәrәc bәy Ağayev min sәkkiz yüz

    doxsan birinci il noyabrın iyirmi altısında sәksәn yaşında Tiflisdә vәfat etmişdir.

    GENERAL-LEYTENANT ӘRӘBLĠNSKĠ

    Min doqquz yüz ikinci il, yanvarın üçündә Dәrbәndin qәdim müsәlman

    qәbiristanlığında istefada olan general-leytenant Balakişi Әlibәy oğlu Әrәblinskini

    әsgәri şәrәflә dәfn etdilәr. Bu, Qafqazın müsәlman әhalisindәn Rusiyada ilk ali

    hәrbi tәhsil alan Azәrbaycan oğlu idi.

    Hәmin gün general-leytenantı Dәrbәnd әhalisi vә Abxaz, Samur, Abşeron,

    bir dә Şirvan süvari alayının әsgәrlәri şәrәflә son mәnzilә yola saldılar.

    Tam әlli il rus ordusunda nümunәvi xidmәt edәn general-leytenant Balakişi

    Әrәblinski 1828-ci ildә Zaqatalanın Tala kәndindә anadan olmuşdur. Mahal rәisi

    Әlibәyin ailәsindә böyüyәn Balakişi Peterburqdakı birinci dәrәcәli kadet

    korpusunu 1948-ci ildә müvәffәqiyyәtlә bitirib kornet rütbәsi almışdır. Müxtәlif

    hissәlәrdә qüsursuz xidmәt edәn Әrәblinski çox gәnc yaşlarında, podpolkovnik

    rütbәsindә briqada komandiri kimi mәsul vәzifәyә irәli çәkilmişdir. Sonralar

    diviziya komandiri olan general-leytenant Balakişi Әrәblinski әlli illik xidmәtindә

    o vaxt Rusiyada olan bütün yürüş vә döyüşlәrdә iştirak etmişdir.

    Hәlә 1848-49-cu illәrdә Vilaqoş qalası uğrunda gedәn ağır döyüşlәrdә

    hәmyerlimiz kapitan Әrәblinski dә mәrdliklә vuruşaraq birinci dәrәcәli müqәddәs

    Stanislav ordeni ilә tәltif olunmuşdur.

    Balakişi Әrәblinskinin ikinci böyük yürüşü 1854-cü ildә Rusiyanın Xivә

    xanı ilә apardığı müharibәdә olmuşdur. Bu hәrbi sәfәrdә mayor Әrәblinski general

    Lazerevin ordusunda vuruşurdu.

    Bu illәrdә Qarabağ süvari dәstәsinin tәrkibindә general-leytenant Fәrәc bәy

    Ağayev, Azәrbaycan süvari briqadasında general-mayor İsmayılbәy Qutqaşınlı,

    Mәnsurağa Vәkilov, ikinci süvari Azәrbaycan alayının komandiri, polkovnik

    İsrafilbәy Yadigarov, podpolkovnik Cәfәrağa Әlibәyağa oğlu, general-mayor

    Cәfәrquluağa Bakıxanov, dördüncü İrәvan süvari batalyonunun komandiri mayor

    Ağasıbәy Avşarov (1887-ci ildәn general-mayor olub. - Ş.N.), mayor Firidunbәy

    Vәzirov (1877-78-ci illәr Rusiya-Türkiyә müharibәsindә general-mayor rütbәsi

    alıb. Ş.N.) vә başqa hәmyerlilәrimiz qorxmaz döyüşçü, bacarıqlı komandir kimi

    tanınırdılar.

    1853-56-cı illәrdә Krım müharibәsindә dörd süvari alayında mindәn çox

    azәrbaycanlı әsgәr vә zabit vuruşurdu. Onlardan biri dә Balakişi Әrәblinski idi. Bu

    müharibәdә podpolkovnik Әrәblinski göstәrdiyi igidliyә görә üstü yazılı qılınc vә

    müqәddәs Anna ordeni ilә tәltif olunmuşdur.

    Balakişi Әrәblinskinin iştirak etdiyi sonuncu müharibә 1877-1878-ci

    illәrdәki Rusiya-Türkiyә müharibәsi idi. Qısa müddәtli döyüşdә göstәrdiyi qeyri-

  • adi igidliyә vә әvәzsiz komandirlik fәaliyyәtinә görә hәmyerlimiz Balakişi

    Әrәblinski general-mayor rütbәsinә layiq görülmüşdür.

    1896-cı ildә istefaya çıxan general-leytenant Balakişi Әrәblinski Dәrbәndә

    qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tәrәfindәn ona hәdiyyә

    olunan torpaq sahәsinә başçılıq etmişdir. Yerli әhali arasında gözәl insani

    keyfiyyәtlәri ilә hәdsiz hörmәt qazanmış general-leytenant Balakişi Әrәblinskinin

    şәrәfinә adlandırılan Dәrbәnd yaxınlığındakı kәnd vә stansiya indi dә onun adını

    daşıyır.

    1902-ci il 20 yanvar tarixli nömrәsindә ―Kaspi‖ qәzeti general-leytenant

    Balakişi Әrәblinskiyә hәsr etdiyi nekroloqda yazırdı: ―Mәrhum tәbiәtәn humanist

    idi. Rütbәsindәn vә milliyyәtindәn asılı olmayaraq çәtin anlarda hәmişә hamının

    kömәyinә gәlir, hәyatda özünü çox sadә aparırdı. Rәis kimi xidmәti işdә tәlәbkar

    olsa da, әdalәtli idi. Tabeliyindә olanlara qayğı ilә yanaşırdı. Buna görә dә әn aşağı

    rütbәlilәr belә onu ata kimi sevir, hörmәt edirdilәr. Onun diqqәti cәlb edәn

    keyfiyyәtlәrindәn biri dә qonaqpәrvәrliyi idi.

    General-leytenant Balakişi Әrәblinskinin dәfn mәrasimindә iştirak edәnlәrin

    hәdsiz çoxluğu ona olan xalq mәhәbbәtinin әyani tәzahürüdür. Onun evindәn

    qәbiristanlığa qәdәr uzanan yol mәrhuma son borcunu vermәk mәqsәdi ilә tabutu

    müşayiәt edәnlәrlә dolu idi‖.

    General-leytenant Balakişi Әrәblinskinin iştirak etdiyi müharibәlәr haqqında

    indiyәdәk onlarla elmi, bәdii әsәrlәr yazılıb. Ancaq nәdәnsә general Әrәblinskinin

    adı bu müharibәyә aid nә elmi, nә dә bәdii әsәrlәrdә heç olmasa bir dәfә dә

    çәkilmir. Tәdqiqatçı vә tarixçilәrimiz onun haqqında heç bir mәlumat vermәyiblәr.

    İlk dәfә mәnә general Әrәblinski haqqında söhbәt açan Azәrbaycan Dövlәt

    Tarix Muzeyinin elmi işçisi Nәrmin xanım Tahirzadә oldu. Onun nәvәlәrini

    tapmaqda da Nәrmin xanım kömәyimә çatdı.

    Hazırda general-leytenant Әrәblinskinin iki nәvәsi Bakıda yaşayır. Montin

    qәsәbәsindә yaşayan qız nәvәsi Fatma xanım general babası dünyadan köçәndәn

    iki il sonra anadan olub. Fatma xanımın dediyinә görә babasının mәnsub olduğu

    Әrәblәr mәhәllәsi Zaqatalada indi dә durur.

    Fatma xanımda generalın cәmi iki şәkli, bir dә generalın qızı Sona xanım

    Әrәblinskayanın bacısı Nurcahana atasının xәstәliyi vә ölümü haqqında yazdığı

    qısa bir mәktubu saxlanılır.

    ―Noyabrın iyirmisindә sarılıq xәstәliyinә tutuldu, az sonra sağaldı vә

    bәdbәxtlikdәn yenidәn çiban çıxartdı. Dekabrın ikisindә tәşrih edib yaranı kәsdilәr.

    Yaranın yerini qızmar dәmirlә xlorofomsuz dağladılar. Atamız yaşlı olduğuna görә

    xlorofomdan istifadә etmәk olmazdı. Operasiyadan sonra özünü bir qәdәr yaxşı

    hiss etdi. İyirmi gündәn sonra әhvalı birdәn-birә pislәşdi vә keçindi.

    Min doqquz yüz ikinci il yanvarın ikisindә dәfn olundu. Müxtәlif polklardan

    zabitlәr, deputatlar gәlib anamıza başsağlığı verdilәr.

    Evimizin qabağı adamla dolu idi. Sonra matәm musiqisi çalındı. Küçәlәrdә

    adam әlindәn güclә tәrpәnmәk olurdu‖.

    General-leytenant Әrәblinskinin ikinci nәvәsi Hәyat xanım Abdullayevadan

    isә onun çox qısa tәrcümeyi-halını öyrәnә bildim.

  • Bir dәfә Azәrbaycan Dövlәt Tarix Muzeyinin inqilaba qәdәrki sәrgi

    guşәsindә bir portret gördüm. Orda meşin divanda әylәşәn Bakı milyoneri Hacı

    Zeynalabdin Tağıyev öz evindә tәsvir olunmuşdu. H.Z.Tağıyevin başının üstündәn

    isә general-leytenant Balakişi Әrәblinskinin portreti asılmışdı. Bәlәdçi qızdan

    portretdәki generalın kimliyini soruşdum. ―Bilmirәm, tanımıram‖ - dedi. - Bircә

    H.Z.Tağıyevi tanıyıram...

    General Balakişi Әrәblinskinin portreti H.Z.Tağıyevin başı üstündәn

    tәsadüfәn asılmayıb. Onlar qohum idilәr. Generalın kiçik qızı Sona xanım Hacı

    Zeynalabdin Tağıyevin hәyat yoldaşı idi. Manaf Süleymanovun ―Eşitdiklәrim,

    oxuduqlarım, gördüklәrim‖ kitabındakı maraqlı epizod bunu bir daha tәsdiq edir.

    Müәllif yazır ki, Hacı Zeynalabdin öz qızları - Sara vә Leylanı Peterburqa, Smolnı

    qızlar institutuna oxumağa göndәrmәk qәrarına gәlir vә sәnәdlәri ora yollayır. Çox

    keçmir Smolnıdan rәdd cavabı gәlir ki, nә bәy, nә xan vә nә dә zadәgan

    olmadığınız üçün qızlarınızı qәbul edә bilmәrik; bu instituta yalnız qraf, knyaz,

    xan, bәy, әmir qızları qәbul edilir. Hacının arvadı Sona xanım rәsmi sәnәd tәqdim

    edir ki, atası general Balakişi Әrәblinski müharibәdә rәşadәt göstәrib vә Rusiyaya

    sәdaqәtinә görә çar tәrәfindәn qızıl silahla tәltif olunmuşdur; bu qızlar da onun

    nәvәlәridir, bütün imtiyazlardan istifadә etmәk hüquqları var.

    Tağıyevin qızları ana babalarına - general Әrәblinskiyә görә Smolnı qızlar

    institutuna qәbul edilirlәr.

    Hacı Zeynalabdin Tağıyevin qızı Sürәyya xanımın xatirәlәrindәn:

    - Hәlә ötәn әsrin doxsanıncı illәrindә Buxara әmiri Seyid Mir Әbdül Әhәd

    xan hәr il Qafqaza müalicәyә gedәrdi. Onun yolu hәr dәfә Bakıdan keçәr vә gedib

    qayıdanda rәiyyәti ilә bәrabәr bir neçә gün şәhәrimizdә qalar, neft mәdәnlәrinә,

    toxuculuq fabrikinә, ayrı-ayrı zavodlara, Mәrdәkandakı bağbanlıq mәktәbinә,

    Bibiheybәt mәscidinә, teatr vә digәr yerlәrә baş çәkәrdi.

    ... Buxara әmiri hәr dәfә Bakının bir neçә nәfәr yüksәk rütbәli mәnsәb

    sahiblәrinә, milyonçulara vә hәtta adi adamlara belә qızıl vә gümüşdәn birinci vә

    ikinci dәrәcәli Buxara ―Ucalan ulduz‖ ordeni vә digәr Buxara medalları

    bağışlayardı. Atama vә ana babam general-leytenant Әrәblinskiyә dә birinci

    dәrәcәli ―Ucalan ulduz‖ qızıl ordeni vermişdi. Hacıya arxa tәrәfindә xoş sözlәr

    hәkk edilmiş iri, çox qiymәtli bir qızıl saat da bağışlamışdı.

    GENERAL BAKIXANOVLAR

    Bakı xanı Mirzә Mәhәmmәd xan Sanini

    övladlarından neçә nәfәri hәrb xidmәtindә

    olub, hörmәt vә izzәt kәsb etmişlәr. Cümlәsindәn

    mәşhuru vә qabili mәrhum Abbasqulu ağa

    Bakıxanov olubdur. Bu zati-şәrif ağıl vә zәkavәti

    sayәsindә az vaxtın içindә bir ülum vә fünuna

    dara olub, müasirlәri beynindә ad vә san

    qazanmışdı vә Qafqazın hәr yerindә adı

    söylәnirdi. Mәrhum Salikin (Kazım ağa Salik

  • Şıxlinski - Ş.N.) müasiri imiş ki, ona ―diyari-

    nәzmü şerdә padşahlıq‖ lәqәbi vermәklә onu yad

    etmişlәr.

    Biri Qüdsi lәqәb Abbasqulu bәy,

    Diyari-nәzmü şerә padişahdır.

    Firidun bәy Köçәrli

    ġAĠR, ALĠM, GENERAL BAKIXANOV

    Abbasqulu ağa artıq çoxdan rus ordusunda

    xidmәtdәdir vә onu tanıyanların hamısı

    bilir ki, atasının ümidlәri tamamilә

    doğrulmuşdur. İndi o, Avropa mәdәniyyәtinә

    daha yaxından bәlәd olmaq üçün vә

    maraqlandığına görә Rusiyanı sәyahәt

    edir.

    Y.N.Ozeretskovsk dekabrist yazıçı.

    Abbasqulu ağa Bakıxanov general olmuşdurmu? Bu sual çoxlarını

    düşündürür. ―Azәrbaycan gәnclәri‖ndә mәnim ―General Bakıxanovlar‖ adlı

    mәqalәmdәn sonra bu sualla tez-tez mәnә müraciәt edirlәr. Vaxtilә bir tәdqiqatçı

    arxiv materiallarında rast gәldiyi ―General A.Bakıxanov‖u Abbasqulu ağa bilib vә

    bu barәdә mәtbuatda çıxış etmişdi. Sonralar mәlum oldu ki, hәmin general

    Qüdsinin kiçik qardaşı Abdulla ağa Bakıxanovdur. Hәr ikisinin adının baş hәrfi

    ―A‖ ilә başladığına görә tәdqiqatçı onları sәhv salmışdı. Amma Bakıxanovlar

    nәslinin nümayәndәsi Mәmmәdrza Bakıxanov ata-babalarının söhbәtlәrinә istinad

    edәrәk inadla deyirdi ki, Abbasqulu ağa Bakıxanov da general olub. Әldә heç bir

    sәnәd olmadığına vә inqilabdan әvvәlki әdәbiyyatlarda bu barәdә hәlәlik yazılı

    mәnbә tapılmadığına görә bu fikrә inanmaq çәtin idi.

    Lap bu yaxınlarda azәrbaycanlı generallar haqqında tәdqiqat apararkәn

    Azәrbaycan Dövlәt Tarix Muzeyinin kitabxanasından mütaliә üçün bir kitab aldım:

    Arnold Zisserman ‖İyirmi beş il Qafqazda‖. Bir әsrdәn çox rәflәrdә qalan bu

    kitabın vәrәqlәri az qala bir-birinә yapışmışdı. Sәhifәlәrindәn hiss etmәk olurdu ki,

    bu qiymәtli kitab çoxdan istifadәsiz qalıb.

    Kitabın adından göründüyü kimi müәllif düz iyirmi beş il - 1842-ci ildәn

    1867-ci ilә kimi Qafqazda hәrbi xidmәtdә olub. Poruçik kimi xidmәtә başlayan

    A.Zisserman podpolkovnik rütbәsinә qәdәr yüksәlib. Gәncәdә, Qazaxda, Qubada,

    Dәrbәnd vә Teymur Xan-Şurada hәrbi qәrargahda işlәyib. İlisu sultanlığındakı

    komendantlıqda xüsusi işlәr rәisi olub.

    Arnold Zissermanın beşcildlik monumental әsәri 1879-cu ildә Sankt-

    Peterburqda nәfis tәrtibatla çap olunub. Kitabın ikinci cildinin әlli üçüncü

  • sәhifәsindә maraqlı bir fakta rast gәldik. Müәllif yazır: ―... Kiçik bir keçiddәn

    sonra biz Gülüllü kәndindә düşәrgә saldıq. 1842-ci ildә knyaz Arqutinski

    Qazıkumık xanlığını hiddәtlәndirәn, öz dairә rәislәri podpolkovnik Snaksaryovu

    başqa zabitlәrlә birgә әsir tutan dağlıları burada qırmışdı. O vaxtlar hәlә general-

    mayor rütbәli knyaz Arqutinski Samur dәstәsi adlanan vә Cәnubi Dağıstanda hәrbi

    әm