azaz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində azərbaycanın sosial- iqtisadi...

538

Upload: others

Post on 09-Feb-2020

23 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61
Page 2: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Az Ə61

İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi

inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər

Ə 61 Əli Qənbərəli oğlu Əlirzayev.

İslahatlar vo sürətlənmə strategiyası şəraitində

Azərbaycanın sosial-iqtisadi inkişaf problemləri: təcrübə,

meyllər və perspektiv istiqamətlər.

Bakı, «Adiloğlu» nəşriyyatı - 2005, 538 səh.

Kitab monoqrafik tədqiqat nəticəsi olub, müəllifin 35 illik elmi

axtarışlar, qanunvericilik sahəsində topladığı təcrübənin ümumiləşmiş

ifadəsidir. Kitabda Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti, onun

meylləri, dinamikası və əsas inkişaf istiqamətlərinin konseptual əsasları

təhlil olunub, sürətlənmə strategiyası baxımından keyfiyyətcə yeni tələblərə

uyğun mexanizmlər və idarəetmə üsulları verilir.

Kitabın yazılmasında bazar iqtisadiyyatına transformasiya olan

ölkələrin inkişaf meyllərinin, qloballaşmanın sos ial-iqtisadi problemlərinin

Azərbaycanda səmərəli və maraqların tarazlığı baxımından həllinin inkişaf

strategiyası əsaslandırılır.

Kitab əhatə dairəsi, tədqiqatın dərinliyi və aktuallığı baxımından

əhəmiyyətlidir, ondan elmi-tədqiqat, tədris və idarəetmə məqsədlərində

istifadə edilə bilər.

^ 0612235251 ® 121-2005

I Ə.Əlirzayev

Page 3: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

MUNDƏRICAT

GİRtŞ ................................................................................................................................ 6 BÖLMƏ I: SOSİAL-İQTİSADİ İNKİŞAFIN METODOLOJİ

ƏSASLARI ..................................................................................................................... 11

FƏStLI: SOSİAL İNKİŞAFIN İQTİSADİ ƏSASLARI .................... 11

Azərbaycanın sosial inkişafının nəzəri-metodoloji və təşkilati əsasları ........................................................................................................... 11 Sosial inkişafın təşkilinin metodoloji prinsipləri və

xüsusiyyətləri ................................................................................................ 22

Sosial inkişafın qanunvericilik baztısı ........................................................ 27

FƏSİL li: SOSİAL İNKİŞAFIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ

PROQNOZLAŞDIRILMASI METODİKASI ....................................... 33

Gəlirlərin ölçülməsi və aspektlərinin qiymətləndirilməsi .......................... 33

İstehlakın qiymətləndirilməsi və proqnozlaşdırılması .............................. 40

FƏSİL III: İNFL YASİYA. QİYMƏT VƏ İŞSİZLİYİN SOSİAL-İQTİSADİ İNKİŞAFDA QİYMƏTLƏNDİRİLMƏSİ ........ 45

İnflyasiya və qiymət amili sosial-iqtisadi mkişafda nəzərə

alınırmı? ........................................................................................................ 45

Müasir iqtisadiyyatın inkişafı və işsizlik ..................................................... 64

FƏSİL IV: SOSİAL İNKİŞAFIN TƏDQİQİ METODLARININ

TƏKMİLLƏŞDİRİLMƏSİ ...................................................................... 72

Həyat səviyyəsinin tədqiqində balans metodunun tətbiqi ......................... 72

İqtisadi artımın sosial proqnozların nəticələrinə təsiri ............................. 77

BÖLMƏ II: SOSİAL-İQTİSADİ İNKİŞAFIN ƏSAS

İSTİQAMƏTLƏRİ VƏ İDARƏ OLUNMASININ BAZAR

İQTİSADİYYATI ŞƏRAİTİNDƏ XÜSUSİYYƏTLƏRİ ........................................... 82 FƏSİLİ. SOSİAL İQTİSADİ İNKİŞAFIN İDARƏ EDİLMƏSİNİN NƏZƏRİ VƏ METODOLOJİ ASPEKTLƏRİ. ...... 82

Sosial sahələrin iqtisadiyyatı və idarə olunmasının əsas mahiyyəti, meylləri, bölmələri ..................................................................... 82 Sosial sahələrin idarə olunmasının metodoloji əsasları və prinsipləri ...................................................................................................... 84 Sosial sahələrin planlaşdırılması və idarə olunmasının metodoloji əsaslan ......................................................................................... 91 Sosial sahələrin tənzimlənməsinin qanunvericilik bazası.......................... 99

FƏSİL II: ƏH A LİNİN HƏ YA T SƏ VİYYƏSİ VƏ HƏ YA T TƏRZİNİN FORMALAŞMASI SAHƏLƏRİNİN İDARƏ OLUNMASI ............................................................................................ 102

Əhalinin həyat səviyyəsi və onun tənzimlənməsinin sosial-iqtisadi problemləri ........................................................................ 102

3-

Page 4: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Səhiyyolinin iqtisadiyyatı və idarə olunması ........................................... 109

Təhsilin iqtisadiyyatı və idarə olunması .................................................. 115

Əhaliyə mənzil-kommunal xidmətinin iqtisadiyyatı və idarə

olunması ..................................................................................................... 120

Sosial müdafiə problemləri və onun iqtisadi maliyyə əsasları ............... 121

Sosial sığorta problemləri ......................................................................... 123

Azərbaycanda turizmin inkişafı və idarə olunması ................................ 125

BÖLMƏ III: YAŞAYIŞ MİNİMUMU VƏ ONUN TƏNZİMLƏNMƏSİ MƏSƏLƏLƏRİ ...................................................................... 139

FƏSİL I: ƏHALİNİN HƏYAT SƏVİYYƏSİ VƏ YAŞA YIŞ MİNİMUMUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFİN SÜRƏTLƏNMƏSİNDƏ YERİ VƏ ROLU ........................................ 139

Əhalinin həyat səviyyəsi və yoxsulluğun mahiyyəti .................................139 Gəlirlərin proqnozunun əhalinin həyat səviyyəsinin ödənilməsində meyar kimi istifadəsi .........................................................143

FƏSİL H: YAŞAYIŞ MİNİMUMUNUN

PROQNOZLAŞDIRILMASI ÜSULLARI ......................................... 149

Yoxsulluğun ləğvi proqramı ......................................................................149

Sosial tədbirlərin proqnozlaşdırılması ..................................................... 156

BÖLMƏ IV: SOSİAL SAHƏLƏRİN MENECMENTİ ...........................................163

FƏSİL I. MENECMENT FƏALİYYƏTİNİN SOSİAL

SAHƏDƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ ................................................ 163

Sosial siyasətin reallaşmasında menecment funksiyası ...........................163

Sosial idarəetmənin məqsəd və vəzifələri ..................................................176

Sosial idarəetmənin qanunvericilik bazası ...............................................182

FƏSİL II: SOSİAL MENECMENTİN AMİLLƏRİ ........................ i89

Əsas maliyyə-büdcə amili ...........................................................................189

Sosial proqnozların idarəetmədə istifadəsi ...............................................193

Bələdiyyələrin (özünüidarəetmənin) regionun sosial inkişafında rolu ...........................................................................................196

BÖLMƏ V: SOSİAL-İQTİSADİ İNKİŞAF VƏ MALİYYƏ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ ...............................................................208

FƏSİL I: MALİYYƏ SİYASƏTİ VƏ MALİYYƏ

POTENSİALI ........................................................................................... 208

Maliyyə resursları və onların dəyişmə dinamikası ..................................208

Qeyri-dövlət maliyyə potensialının mövcud .............................................215

vəziyyəti və dinamikası ...............................................................................215

Qeyri-dövlət sektorunda maliyyə resurslarının istifadəsi və onlara nəzarətin təkmilləşdirilməsi istiqamətləri .....................................224 Maliyyə siyasətinin təkmilləşdirilməsinə dair tövsiyyələr .......................233

-4-

Page 5: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSİL II: SOSİAL İQTİSADİ İNKİŞAFIN MALlYYƏ

ƏSASLARI ............................................................................................... 238

Sosial yönlü inkişafın maliyyə əsasları ...................................................... 238

Büdcə sisteminin sosial tənzimləmə mexanizmləri .................................. 243

Azərbaycan Respublikasında büdcə siyasətinin əsas istiqamətləri ................................................................................................ 253

FƏSİL III: MALlYYƏ SİYASƏTİNİN ƏSAS

İSTİQAMƏTLƏRİ .................................................................................. 257

Maliyyə siyasətinin sosial mahiyyəti ......................................................... 257

Dövlət büdcəsinin sosial-iqtisadi rolu ....................................................... 261

Büdcə siyasətinin inkişafı və iqtisadi idarəetmənin mexanizmi .............. 271

BÖLMƏ VI; SAHİBKARLIĞIN SOSİAL ASPEKTLƏRİ ..................................... 283

FƏSİL I: SAHİBKARLIQ FƏALİYYƏTİNİN

SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ .................................................... 283

Sahibkarlığın növləri və subyektləri ......................................................... 292

Sahibkarlığın inkişafının Azərbaycanda əsas istiqamətləri .................... 302

Sahibkarlığın dinamikası və sosial meylləri ............................................. 306

FƏSİL II: SAHİBKARLIĞIN SOSİAL NƏTİCƏLƏRİ .................. 311

Sahibkarlığın idarə edilməsinin sosial- iqtisadi nəticələri ....................... 311

Sahibkarlığın strukturunun səmərəliliyi .................................................. 314

BÖLMƏ VII: VERGİ SİSTEMİNİN SÖSİAL CƏHƏTLƏRİ ................................ 318

FƏSİL I: VERGİ SİSTEMİNİN SOSİAL-İQTİSADİ

MAHİYYƏTİ ............................................................................................ 318

Vergi sisteminin sosial-iqtisadi mahiyyəti ................................................ 318

Sosial müdafiə tədbirləri və vergi gəlirləri sistemi ................................... 329

FƏSİL II: VERGİ SİSTEMİNİN TƏNZİMLƏMƏ EUNKSİYASI ........................................................................................... 334

Dövlət büdcəsinin gəlirlərinin təkmilləşdirilməsində vergi

sistemi .......................................................................................................... 334

Xərclərin tənzimlənməsində vergilər ........................................................ 339

Vergi qoymanın təkmilləşdirmə istiqamətləri .......................................... 343

BÖLMƏ VIII: REGİONAL İNKİŞAFIN BAZAR MÜNASİBƏTLƏRİ

ŞƏRAİTİNDƏ SÜRƏTLƏNMƏSİNİN ƏSAS

İSTİQAMƏTLƏRİ ..................................................................................................... 357 FƏSİL I: REGİONA L SOS İ A L-İQ TİSA Dİ İN KİŞ A FIN NƏZƏRİ- METODOLOJİ ƏSASLARI. .............................................. 357

Regional sosial-iqtisadi inkişafın mahiyyəti və formalaşması xüsusiyyətləri............................................................................................... 357 Regionun sosial-iqtisadi inkişafının təşkili və idarə edilməsinin əsasları, prinsipləri ................................................................. 364

Page 6: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regionların iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi .....................................................................................374

FƏSİL II: REGİONAL İNKİŞAFIN DİNAMİKASI VƏ STRUKTUR TƏHLİLİ ................................................................... 376

Regional inkişafın göstəricilər sistemi, inkişaf meylləri

və təhlili metodikası .................................................................................... 376

Regional bazarın inkişafının əsas amilləri ................................................ 387

Regional bazarın iqtisadi və sosial inkişafla əlaqəsinin təhlili metodikası ........................................................................................ 397

BÖLMƏ IX: SOSİAL-İQTİSADİ İNKİŞAF VƏ

SAHİBKARLIĞIN REGİONAL PROBLEMLƏRİ ......................................... 405

FƏSİL I: SAİİİBKARLİĞINİNKİŞAFINİN

SOSİAL-İQTİSADİ VƏ METODOLOJİ PROBLEMLƏRİ ............ 405

Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində inkişafının nəzəri

metodoloji aspektləri .................................................................................. 405

Sahibkarlığın sahə xüsusiyyətləri .............................................................. 423

Sahibkarlığın formalaşmasının dinamikası, meylləri və ......................... 437

regional aspektləri ...................................................................................... 437

FƏSİL II. SAHİBKARLIĞIN İNKİŞAFININ REGİONAL

PROBLEMLƏRİ. .................................................................................... 450

Regionun kompleks sosial-iqtisadi inkişafında

sahibkarlığın rolu ....................................................................................... 450

Regional resurslar və sahibkarlığın inkişafı............................................. 468

Sahibkarlığın inkişafının regionlarda təşkilinin

hüquqi-təşkilati təminatı və idarəetmə problemləri ................................ 478

FƏSİL Hi. SAHİBKARLIĞIN İNKİŞAFININ ƏSAS

İSTİQAMƏTLƏRİ. ................................................................................. 494

Sahibkarlığın inkişafında dövlətin rolu və əsas vəzifələri ....................... 494

Regional sosial-iqtisadi inkişafın sürətləndirilməsi ................................. 504

və sahibkarlığın inkişafı ............................................................................. 504

Sahibkarlığın perspektivləri, kənd yerlərinin sosial-iqtisadi inkişafı və

təşkilati tədbirləri ....................................................................................... 513

NƏTİCƏ ...................................................................................................................... 523

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI ..................................................... 532

-6-

Page 7: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

GİRİŞ

Sosial-iqtisadi inkişafın sürətlənməsi müasir Azərbaycan

iqtisadiyyatının əsas meyar və prinsiplər sistemi olmaqla, onun bütün

sahə, ərazi, texnoloji və resurs problemlərinin həlli üçün aparıcı prioritet

vəzifədir. Sosial-iqtisadi inkişaf konsepsiyasının reallaşması mövcud

imkanların artırılması mühitində baş verdiyi və onun əsas nəticəsi

olmaqla yanaşı iqtisadi potensialın daha da artırılması və rifah

problemlərinin həlli mexanizmidir. Ona görə də məhz sosial-iqtisadi

inkişafın resurs potensialının möhkəmlənməsi, onun mexanizmlərinin

təkmilləşməsi və həmçinin aparıcı sahələrin və sosial amillərin təsirinin

qiymətləndirilməsi tədqiqat obyekti kimi çoxsahəli, aktual və praktiki

cəhətdən əhəmiyyətli sahədir.

Sosial-iqtisadi inkişaf çərçivəsində problemləri üç əsas

istiqamətdə öyrənmək və təkliflər vermək nəzərdə tutulur.

Birinci əsas istiqamət sosial-iqtisadi inkişafın əsas mahiyyəti,

metodoloji prinsipləri və formalaşmış qanunauyğunluqları öyrənmək;

ikinci istiqamət sosial problemlərin daha qabarıq öyrənilməsi ilə onun

iqtisadi və sosial inkişafda rolunun qiymətləndirilməsi və uyğun təhlil

və proqnozların verilməsi; üçüncü istiqamət sosial-iqtisadi inkişafın

mexanizmlərinin təkmilləşdirilməsi, onların səmərəli variantlarının

sosial effekt baxımından qiymətləndirilməsindən ibarətdir.

Sosial-iqtisadi inkişaf problemləri ayrı-ayrı sahə, ərazi və

funksional fəaliyyət formalarının təşkili və idarə edilməsinin əsas

istiqamətləri ilə ölçülür. Ona görə də kitabda sahibkarlıq fəaliyyəti,

regional inkişaf, sosial müdafiə tədbirləri, həyat səviyyəsi, yoxsulluğun

ləğvi, turizmin inkişafı, səhiyyə, təhsil və sosial sığorta sferalarının

sosial-iqtisadi mahiyyəti, əsas funksional vəzifələrin bazar iqtisadiyyatı

şəraitində tənzimlənməsinin respublika xüsusiyyətləri, problemləri və

perspektiv meylləri aşkarlanır.

Sosial-iqtisadi inkişafın qarşısını alan sosial nəticələrinin əsas

istiqamətləri öyrənilir. Belə ki, müəyyən inkişaf mərhələ

7

Page 8: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sində inflyasiya, işsizlik, yoxsulluq və minimal yaşayış səviyyəsinin

sosial-iqtisadi inkişafda yeri və effekti ölçülməlidir. Sosial-iqtisadi

inkişafın meyar və göstəricilər sisteminin seçilməsi, onun təhlil və

proqnoz metodlarının əsaslandırılması, keçid dövrünü yaşayan

ölkələrdə sosial-iqtisadi inkişafın əsas cəhətlərini Azərbaycan şəraitində

reallaşması və yaxud Azərbaycanın iqtisadi transformasiya modelinin

inteqrasiya və qloballaşma şəraitində əsaslandırılmasının

nəzəri-metodoloji aspektləri tədqiqat obyekti və sferası kimi müəllif

tərəfindən qoyulur və tədqiq olunur.

Monoqrafik tədqiqat obyekti kimi sosial inkişafın maliyyə,

iqtisadi və təşkilati aspektləri, resurs potensialı və inteqrasiya

amillərinin istifadəsi, idarə edilməsi prinsipləri və metodları

verilməlidir. Sosial-iqtisadi inkişafın xarakterik cəhəti və ürəkciyi olan

insanın tələbatının ödənilməsi, tələbatın formalaşması və inkişafını

sosial-iqtisadi amillərin yaşayış minimumunun tətbiqi baxımından

öyrənilir. Əhalinin həyat səviyyəsi, sosial-iqtisadi inkişafın effekti kimi

yaşayış minimumunun istifadə mexanizmi, onun tədqiqi metodikası və

proqnozlaşdırılması müasir iqtisad elminin mühüm tərəfidir. Bu

baxımdan yaşayış minimumunun bazar tipli modeli verilir. İlk dəfə

olaraq Azərbaycan iqtisad elmində inflyasiya problemi qoyulur. Onun

sosial-iqtisadi nəticələri, tənzimlənmə mexanizmləri və hədləri iqtisadi

artım, işsizlik, həmçinin maliyyə, pul-kredit siyasəti baxımından tədqiq

olunur.

Sosial-iqtisadi inkişaf dinamik proses kimi öyrənilməlidir, onun

mövcud meylləri, xüsusiyyətləri və perspektiv amilləri, inteqral effekti

və sosial faydalılıq meyarlarından asılı olaraq idarə olunur. Ona görə də

sosial inkişaf menecment sahəsi kimi idarə edilmə prizmasından tədqiq

olunur. Sistemlik, komp- lekslik, iera və faydalılıq nəzəriyyələri sosial

sahələrin idarə edilməsində alət sistemi və proqnozlaşdırma

texnologiyası kimi tətbiq olunmaqla, metodologiyanın özünün yeni

yanaşma yolları əsaslandırılır.

Page 9: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Azərbaycanın iqtisadiyyatının keçid dövrü, onun mərhələləri,

stabillik və dinamik inkişafın ilkin şərtləri və əsas idarəetmə-təşkilatı

aspektləri respublikada qloballaşan prinsiplər və milli maraqlara uyğun

çevik iqtisadi siyasətin, onun təşkilati- metodiki əsaslarının, iqtisadi

inkişafda idarəetmə təcrübəsinin rolu və şəxsiyyətin çevik idarə etmə

təcrübəsi verilməklə perspektiv inkişafın əsas istiqamətləri verilir.

Monoqrafik tədqiqat kimi iqtisadi inkişafın əsas mexanizmi olan

maliyyə potensialı, onun formalaşma mənbələri, istifadə mexanizmi və

təkmilləşdirmə istiqamətləri verilir, maliyyə-büdcə sistemi, onun

iqtisadi inkişafda rolu, əsas istiqamətləri və proqnozlaşdırılmasmm

prinsipləri və mexanizmləri açılır.

Vergi sisteminin sosial-iqtisadi mahiyyəti, onun iqtisadi və sosial

inkişafa təsiri və vergi sisteminin müasir tələblər baxımından

təkmilləşmə istiqamətləri verilir. Regional inkişaf sosial-iqtisadi

inkişafın ərazi bölümü olmaqla, kompleks təhlil olunur, region inkişafın

büdcə, maliyyə və resurs potensialının iqtisadi dövriyyə cəlb

edilməsinin problemləri qoyulur və həlli yolları verilir.

Regionun inkişafında sahibkarlığın anatomiyası, onun sahə, ərazi

və təşkilati-funksional aspektləri, iri komplekslər, kənd və şəhər ərazi

bölgüsü prinsipində, həmçinin aqrar və sənayə komplekslərində təhlil

olunur.

Kitabın əsasları və onun nəzəri-metodoloji prinsipləri müəllifin

qırx ilə yaxın bir dövrdə Azərbaycanın və Rusiyanın aparıcı

institutlarında topladığı elmi potensialın, sonrakı illərdə isə dövlət

quruculuğu sferasında, Azərbaycan Respublikasının Milli Məclisinin

iqtisadi qanunvericilik bazasının yaradılmasında fəal iştirakı və

təcrübəsi nəticəsində topladığı nəzəri, praktiki və təşkilati biliklərin

məcmuu təşkil edir. Kitab ümumiləşmiş elmi dünya görüşünün və işlək

iqtisadiyyatın idarə edilməsinin əsas problemlərini əhatə etdiyi üçün

elmi işçilər, iqtisadi-idarəetmə ilə məşğul olan nazirliklər, sahibkarlar və

dövlət orqanları üçün faydalıdır.

Page 10: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Kitabın V bölməsi «Sosial-iqtisadi inkişaf və maliyyə siyasətinin

əsas istiqamətləri» Azərbaycan Dövlət İqtisad Universitetinin magistri

Əlirzayev Emin Əli oğlu tərəfindən yazılmışdır. Kitabın kompyuterdə

yığılmasında rəhbərlik etdiyim kafedarmm magistri Babayeva Nigər

Hüseyn qızma öz minnətdarlığımı bildirirəm.

Kitabda baxılan bəzi məsələlər problem və qoyuluş xarakter

daşıyır, onların sonrakı tədqiqatı üçün ideya verilir, müəllif aspirantlar

və elmi işçilər ilə əməkdaşlıq etməyi özünə şərəf sayır.

-10-

Page 11: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BOLMƏ I: SOSIAL-IQTISADI İNKİŞAFIN

METODOLOJİ ƏSASLARI

FƏSİL I: SOSİAL İNKİŞAFIN İQTİSADİ ƏSASLARI

Azərbaycanın sosial inkişafının nəzəri-metodoloji və

təşkilati əsasları

Sosial iqtisadi inkişafın keçid dövrünün konseptual əsasları və

prinsipləri perspektiv qloballaşan inkişaf meylləri ilə daxili iqtisadi

imkanların və xüsusiyyətlərin vəhdətini təmin etmək metodologiyasına

uyğun işlənib. Azərbaycan Respublikasının XX əsrdə iqtisadi, sosial və

mənəvi dəyərlərinin formalaşması dinamikasını, onların

qanunauyğunluqlarını və meyllərini təhlil edib, səbəb-nəticə əlaqələrini

qiymətləndirmək irəli sürülən strateji və taktiki ssenariyalar əsasında

mövcud reallıqlar, perspektiv keyfiyyət dəyişmələrinə nail olmaqdır.

Azərbaycan Respublikasının keçid dövrünün transformasiya modeli

məhz bu aspektdə olmalıdır. Zəngin iqtisadi resurs potensialım,

formalaşmış meylləri mərhələ-mərhələ inkişaf etdirməklə, bazar tipli

idarəetmə strukturuna sahibkarlıq və təşəbbüskarlıq zəminində rəqabət

qabiliyyətli, qloballaşan dünyavi iqtisadi sistem yaratmaq aparıcı

məqsəddir. Bu məqsədin reallaşması üçün aparılan islahatların ana xətti,

strukturu və mexanizmi Azərbaycanın iqtisadi və sosial inkişafının

tarixilik, millilik və dünyavi standartlarına uyğun keyfiyyət dəyişmələri

yolu ilə baş vermişdir. Azərbaycan Respublikasının konseptual inkişaf

istiqamətlərinin meyar, göstərici və əsas istiqamətləri 1993-cü ildən

başlayaraq formalaşıb, inkişaf edib və təcrübə ilə zənginləşib. Bu

konsepsiyanın əsas aspektləri, fikirimizcə, aşağıdakılardır:

- planlı təsərrüfat sistemindən fərqli olaraq bazar iqtisadiyyatına

transformasiyanın iqtisadi əsaslarını, təşkilatı-idarəetmə strukturunun

bazar tipli mexanizmlərini, mərhələlərini, ardıcıllığını, nəzəri və

metodoloji prinsiplərini vermək;

11

Page 12: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- islahat proqramını sürətləndirməklə dövlətin iqtisadi siyasətini,

onun rolunu, mexanizmlərini elmi əsaslarla işləyib hazırlamaq və uyğun

proqnozlar verib, tətbiq etmək;

- qloballaşan dünya iqtisadiyyatı sistemində özünün daxili

resurslarına istinad etməklə, ölkənin maraqlarnı qorumaqla inteqrasiya

sistemində intensiv iştirak edib, iqtisadi müstəqilliyin və iqtisadi

təhlükəsizliyin maddi-maliyyə bazasını yaratmaq;

- ölkənin iqtisadi inkişafının makrosabitliyini təmin edib, ölkədə

transformasiya dövrü üçün baş verən sosial-iqtisadi gərginlikləri aradan

qaldırıb, bazar tipli strukturları yaratmaqla dünya ölkələrinin və iqtisadi

qurumların iqtisadi maraqlarını eəlb etməklə, respublikada iqtisadi

artıma və əhalinin rifahının yaxşılaşdırılmasına, artan tələbatın

ödənilməsinə tədricən şərait yaratmaq;

- ölkənin formalaşan iqtisadi potensialım iqtisadi dövriyyəyə cəlb

etmək üçün bütün resurs imkanlarının leqallaşmasma şərait yaratmaqla,

daxili maliyyə resursları, xarici investorları cəlb etməklə sahibkarlığı

inkişaf etdirib, bazar tələbatına uyğun rəqabət mühitinin,

təşəbbüskarlığın və özünü idarəetmənin, özünü maliyyələşdirmənin

hüquqi, iqtisadi, təşkilatı normalarını yaratmaq və daima dövlət

himayəçiliyi yolu ilə bu meylləri inkişaf etdirmək;

- Azərbaycanda sosialyönlü siyasətin bazar iqtisadiyyatı

şəraitində əsas istiqamətlərini əsaslandırmaq, onun reallaşmasının

yollarını seçmək və respublikada bu istiqamətə uyğun olaraq islahatlar

proqramının özünəməxsus mexanizmlərini elmi əsaslarla düşünüb

proqnozunu vermək və sosial müdafiə problemlərinin həllində

beynəlxalq səviyyəli iqtisadi qurumlarla razılaşdırılmış qərar qəbulunu

təmin etmək;

- Azərbaycanda iqtisadi təhlükəsizlik konsepsiyası əsasında daxili

bazarın qorunması, tələb və təklifin tarazlığında yerli sahibkarlığın

rolunun yüksəldilməsi, ixrac və idxalda müsbət saldodun təmin

edilməsi, əhalinin məşğulluğu və miqrasiya məqsədi ilə həyata keçirilən

tədbirlərin əsaslandırılması və reallaşmasına nəzarət edilməsi;

12

Page 13: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Azərbaycan iqtisadiyyatının inkişafında «sosial gərginliyin»,

«sosial yükün» obyektiv səbəblərini, onların perspektiv dəyişmə

inkişafını, demoqrafik dəyişmələri, təbii artım, qaçqın və köçkünlük

reallığını, işsizlik, miqrasiya problemlərinin həlli yollarını araşdırıb

respublikanın və dövlətin iqtisadi rolunda və ayrı-ayrı dövlət

proqramlarında bu istiqamətdə real qərarlar və mexanizmlər tətbiq

etmək;

- mövcud reallıqla perspektiv inkişafın vəhdətini və daha intensiv

inkişaf məqsədlərini təmin etmək üçün ölkənin bugünkü təbii

sərvətlərinin istifadəsində əldə olunan iqtisadi effektin perspektiv

nəsillər üçün və ölkənin müdafiə məqsədləri üçün saxlanılmasının

zəruriliyini «xüsusi fondlar» və ehtiyatlar ilə təmin etmək;

- ölkənin daxilində resurs potensialının səmərəlilik istifadəsi

variantlarını təmin edən təsərrüfat formalarının təşkilinə ilkin şərait

yaratmaq, onların fəaliyyətini stimullaşdıran maliyyə, maddi və kadr

himayəsini həyata keçirmək və haqsız rəqabətə şərait yaradan

imkanların məhdudlaşdırılmasmda qarant olmaq;

- ölkə daxilində idarəetmə strukturunun bazar tipli ierar- xiyasmı

yaratmaq, funksional idarəetmə məqsədlərinin üstünlüyünü təmin edən

təşkilatı qrup yaratmaq və onun iera funksiyasında iqtisadi idarəetmə

mexanizmlərinin prioritetliyini təmin etmək ;

- sosial yönlü siyasətin əsas istiqamətlərini, Azərbaycanın milli,

mənəvi və demoqrafik xüsusiyyətlərini nəzərə almaqla əsaslandırıb

məşğulluq səviyyəsinin artırılması, həyat səviyyəsinin yüksəldilməsi və

yoxsulluğun azaldılması ilə yanaşı orta təminatlı ailələrin ümumi

əhalinin sayında xüsusi çəkisinin artması yollarına və iqtisadi tədbirlərin

elmi əsaslarına proqnozlar vermək;

- maliyyə-kredit, pul-kredit siyasətində əhalinin mənafeyini

qorumaq, daha çox fəal iqtisadi dövriyyəyə qoşulmaq üçün dövlətin

təminat səviyyəsini möhkəmlətmək və inflyasiyanın sosial- iqtisadi

nəticələrini qiymətləndirməklə ümumi artım və sosial müdafiə

tədbirlərini tənzimləmək;

13

Page 14: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- sosial və iqtisadi inkişafın regionlarda üstünlüyünün maddi,

maliyyə və stimullaşdırma mexanizmlərini region siyasətinin

təkmilləşdirilməsi ilə reallaşdırmaq, regionlarda resursların kompleks

istifadəsi və iş yerlərinin artırılması ilə əhalinin regionlarda

məskunlaşması, əhalinin rifahının yüksəldilməsi və gənclərin təhsilinin

və mənəvi dəyərlərinin kənddə inkişafı üçün şəraiti təmin etmək.

Sosial-iqtisadi inkişafın konseptual əsasları proqmatik xarakteri,

miqyası və həlli yolları, bazar iqtisadiyyatına keçid şəraitində

Azərbaycan Respublikasının coğrafi mövqeyini, onun məhsuldar

qüvvələrinin inkişaf dinamikasını və əhalisinin həyat fəaliyyəti

xüsusiyyətlərini nəzərə almaqla tarixilik, dünyavilik və milli

aspektlərin, region və qlobal maraqların uzlaşması prizmasından həll

edilir.

Bu baxımdan sosial proqnozlar və onun aparıcı həlqə kimi qəbul

edilməsi vacibdir.

Sosial proqnozlar iqtisadi və sosial inkişafın uzunmüddətli inkişaf

meyllərini və qanunauyğunluqlarını müəyyən edir. Proqnozların elmi

əsasları onların reallığı və onlar arasında iqtisadi idarəetmə metodlarının

və sistemlərinin hazırlanması metodologiyasının tərkib hissəsidir.

Sosial-iqtisadi proqnozların metodoloji aspektlərini, məqsədli proqram

və resursların imkanları əhatə edir.

Sosial proqnozlar planqabağı tədqiqat işi olub, ayrı-ayrı sahələrin

və ölkə iqtisadiyyatının aparıcı problemlərinin həllinə yönəlir. Sosial

proqnozların əsas istiqamətlərini ümumi daxili məhsul, milli gəlir,

istehlak fondu, sosial müdafiə problemləri əmək haqqı, sahələrin inkişaf

dinamikası təşkil edir. Sosial- iqtisadi proqnozların əsas

metodologiyasını təkrar istehsal və tələbatın ödənilməsi təşkil edir.

Tələbat sistemi istehsal və isteh- salyönlü tələbat olub, ayrı-ayrı

sahələrin inkişafını tənzimləyir. Sosial proqnozların bir sıra metodları

bazar iqtisadiyyatının tələblərinə uyğun işlənib hazırlanır. Belə ki,

normativləşmə, standart inkişaf meylləri, əhalinin alıcılıq qabiliyyəti və

digər aspektlər strateji planlaşma obyektidir («Sosial sahə»lərin qeyri-

-14-

Page 15: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

müəyyənlik və məhdud göstəricilər ilə proqnozunu tələb edir). Bu nəzəri

problemlər baxımından sosial proqnozların tətbiqi və tədqiqi mühüm

əhəmiyyət kəsb edir. Proqnozlaşdırma ərazi və sahə prinsiplərinə uyğun

aparılır. Nəzəri və praktiki məsələlərin vəhdəti səbəb nəticə əlaqələrinin

effektli təşkilinə əsaslanır. Sosial proqnozlar ümumi və differensial

prinsiplərə uyğun aparılır, hər sahənin spesifikasını nəzərə alır. Sosial

proqnozlar uzun müddətli müşahidə, perspektiv inkişafın mövcud

imkanlarının fəal dəyişdirilməsi ilə əlaqələndirildikdə daha səmərəli

idarəetmə alətinə çevrilir. Məhz müasir transformasiya modeli Prezident

İlham Əliyev tərəfindən sürətlənmə kontekstində verilməklə onun

vacibliyi perspektiv inkişafın təminatına çevrilir.

Daxili bazarın qorunması və əhalinin istehlakmm kəmiyyət və

keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə bölgü, stimullaşdırma və

əmək haqqı sistemində ədalət prinsipləri əsasında, əhali qruplarının

təminat səviyyəsini nəzərə almaqla sosial müdafiə məqsədi üçün

aparılan sosial siyasət həyata keçirilir. Sosial iqtisadi inkişafın

konsepsiyası, qloballaşan dünya iqtisadi sistemində əlaqələrin

təkmilləşdirilməsi, mənafelərin uzlaşması, iqtisadi müstəqillik və

dinamik inkişafın qərarlaşması və əhalinin mənəvi dəyərlərinin daha da

möhkəmlənməsi meyarları baxımından həyata keçirilir. Ölkənin iqtisadi

potensialı, sosial və mənəvi dəyərləri dünya standartlarına uyğun olaraq

daxili dəyişmə meyllərinin ali meyarlar baxımından idarə olunması

prinsiplərinə əsaslanır. Ən mütərəqqi dəyişmələrin seçilməsi, onların

sosial iqtisadi nəticələrinin qiymətləndirilməsi yolu ilə ölkə prezidenti

iqtisadi və sosial inkişafın strateji istiqamətlərini müəyyən edir. Bu

strateji məqsədlər, onların resurs təminatı və resurslarının istifadəsinin

hüquqi, təşkilatı və idarəetmə mexanizmləri, zəngin təcrübəyə,

proqramatik ağıla və riskli qərar qəbuluna əsaslanır. Məhz təbii

karbohidrogenlərin istifadəsinin perspektiv inkişaf

layihələri,coğrafı-təbii resursların beynəlxalq iqtisadiyyat dövriyyəsinə

cəlb edilməsi, Azərbaycanın əhalisinin intellektual səviyyəsinin

qorunub saxlanması, perespektivdə əhalinin güzəranı və əsaslı vəsait

üçün bu günlərdə tədbirlər

15-

Page 16: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

görülməsi məhz Azərbaycanın iqtisadi təhlükəsizliyinin strateji

tədbirlərini əhatə edir. Azərbaycan Respublikasının strateji məqsədləri

onun sistem və kompleks təminatı ilə reallaşma metodologiyasına

əsaslanır. Məqsədli proqram və resurs təminatı arasında uzlaşmış əmək

bölğüsü, vəzifələr və uyğun səlahiyyətlərin optimal variantı Dövlət

quruculuğunda və qərar qəbulunda ahəngdarlıq, sistemli və səmərəlilik

prinsipləri ilə reallaşır. Respublikada idarəetmə quruluşunun

təkmilləşdirilməsinin konseptual əsasları məhz qərar qəbulunda

əməlilik, vəzifə bölgüsündə sistemlilik və demokratik prinsiplərin

reallaşması baxımından həll olunur.

Sosial iqtisadi inkişaf konsepsiyasının əsasını uzun müddət planlı

təsərrüfat sistemində formalaşmış potensialın 1986-1991-ci illərdən

ilbəil azalmış tempinin və 1991-1993-cü illərdə tənəzzülə uğramış

iqtisadiyyatın bazar tipli iqtisadi inkişaf konsepsiyasına uyğun köklü

dəyişməsi ideologiyasına uyğun dövlət iqtisadi siyasəti təşkil edir.

Azərbaycan iqtisadiyyatında 1970-1982-ci illərdə formalaşmış iqtisadi

artım tempi ayrı-ayrı aparıcı sahələrin keçmiş SSRİ İttifaq səviyyəsində

aparıcı rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin dinamik

inkişafı, sosial dəyişmələrinə üstünlük verilməsi təcrübəsi, formalaşmış

iqtisadi- sosial potensialın bazar münasibətləri şəraitində

transformasiyası köklü elmi əsaslarla qurulmuş islahatlar yolu ilə baş

vermişdir. Azərbaycan iqtisadiyyatının 1970-1982-ci illərdə Məcmuu

İctimai Məhsulu 2,32 dəfə. Milli Gəlir İstehsalı 2,3 dəfə, xalq

təsərrüfatının bütün sahələri üzrə əsas istehsal fondları 2,2 dəfə, bütün

sənaye məhsulları 2,5 dəfə, kənd təsərrüfatı məhsulları 2,25 dəfə, əsaslı

vəsait qoyuluşu 1,86 dəfə, adam başına real gəlirlər 2,5 dəfə artmışdır.

1970-ci illərdə və 1980-ci illərin əvvəllərində, Heydər Əliyevin

Azərbaycana rəhbərlik etdiyi dövrdə, ölkə iqtisadiyyatından əldə edilən

yüksək nailiyyətlər 80-cı illərin ikinci yarısından başlayaraq tədricən

itirilmişdir. 1989-cu ildən isə illik istehsal həcmi, iqtisadi artım və əsaslı

kapital qoyuluşu ilbəil aşağı düşməyə başlamışdır. İqtisadiyyatın

tənəzzül dövrü olan 1991-

- 16

Page 17: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

1993-cü illərdə iqtisadi fəallığın, istehsal və investisiyanın qoyuluşunun

azalması, əhalinin rifahının kəskin pisləşməsi, bəzi məhsulların qıtlığı,

infilyasiyanm 1600-1800% olması, respublikada iqtisadi qruplaşmaların

inhisarı, siyasi mafioz qrupların iqtisadiyyata rəhbərlik etməsi və

özlərinin xeyrinə «islahatlar» aparması mənzərəsi formalaşmışdır.

İqtisadi hüquqi islahatların elmi, maddi və hüquqi təşkilati bazası

olmadan, əsaslandırılmış konsepsiyaya istinad edilməsi ölkə

iqtisadiyyatında başlanan azalma templərinin, dağıdıcı və aclıqla əvəz

olunan meyllərə gətirib çıxarmışdır. Dövlətin iqtisadi rolu, onun

tənzimləmə fuknsiyası tamlığı ilə itirilmiş, əvəzində siyasi mafioz

qrupların və fərdlərin diqqəti ilə idarə olunan hərcməcilik

metodologiyasına uyğun həyata keçirilib.

Belə ki, respublikanın 1993-cü ildən ÜDM-nun həcmi həmin

göstəricinin 1998-ci ildəki səviyyəsini və faizini təşkil etmişdir.

1988-1993-cü illərdə istehsal olunan ümumi məhsulun həcmində kənd

təsərrüfatı məhsullarının həcmi 30%-dən 17%-ə enmişdir. Bu da daxili

istehsalın payının azalmasına, ölkədə kənd təsərrüfatının dağılması və

əhalinin güzaranmm pisləşməsi ilə nəticələnmişdir.

Azərbaycan Respublikasında 1986-cı illərdən başlanan azalma

templəri 1991-1993-cü illərdə daha kəskin xarakter almışdır.

İqtisadiyyatın tənəzzülü 90-cı illərin əvvəlindən başlayıb 1993-cü

ildən həyata keçirilən tədbirlərə baxmayaraq, ətalətə uyğun olaraq

1994-cü ilə qədər davam edir. 1992-1994-cü illərdə Milli Gəlir 50%

azalmış, 1994-cü ildə inflyasiya ən yuxarı zirvəyə qalxmış və büdcə

gəliri 1993-cü ildə ÜDM-un 14,4 %-ni təşkil etmişdir. Əhalinin

istehlakmm strukturunda əldə olunan mütərəqqi dəyişmələr

1991-1993-cü illərdə yoxsulluq ilə nəticələnib. Əgər 1970-1990-cı

illərdə əhalinin istehlakında xidmət xərcləri 30%-ə qədər təşkil

edirdisə, 1988-1993-cü illərdə bu xərclər 10%-ə qədər enmişdir.

Respublikanın iqtisadiyyatında baş verən tənzimləmə meylləri,

infilyasiyanm artması, əhalinin alıcılıq qabiliyyətinin azalmasına,

onların əmanətlərinin alıcılıq qabihyyətiiMn-4fcH4fməsi^^^

17

Page 18: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və əhalinin az təminatlı qruplarının maddi vəziyyətinin kəskin

pisləşməsinə səbəb olmuşdur. Məhz bu meyllər iqtisadi və sosial

gərginliyin aradan qaldırılmasını, 1993-cü ildən mövcud vəziyyəti və

onun fəal dəyişdirilməsi proqnozuna uyğun aparılmağı tələb edir.

1993-cü ildə iqtisadiyyatın bütün sahələrində tənəzzül olub, bəzi

ərzaq məhsullarının qıtlığı, inflyasiyanın ən yüksək səviyyəsi,

iqtisadiyyatın bütün sahələrində özbaşnahq, reketçilik, mənimsəmə və

ölkənin ən strateji əmlakının xaricə daşınması, xaricdən isə əvəzində

saqqız və digər əmtəələrin gətirilib Rusiyaya və digər ölkələrə

daşınması kütləvi məşğuliyyət növünə çevrildi. İqtisadiyyatın ayrı-ayrı

sahələrinin təsərrüfat dövriyyəsindən çıxması, xarici dövlətlərin

istehlakçı müəssisələrinin Azərbaycanın əlaqəli müəssisələri ilə

əlaqəsinin kəsilməsi, Azərbaycanın daxilində ayrı-ayrı strateji

müəssisələrin iş qüvvəsinin dövlətin əmlakının xırdalaşdırılması,

satılması, sonradan isə özgələşdirilməsi ən yüksək pilləyə qalxmışdır.

Bu isə əmək prosesində formalaşmış sahələrarası proporsiyalarm

pozulmasına, əmtəə və xidmət bazarının itirilməsinə və nəhayət,

təsərrüfat əlaqələrinin qırılmasına gətirib çıxarmışdır. Bu şəraitdə

formalaşan iqtisadi təşəkkül və idarəetmə orqanlarının başçıları «dağıt,

sonra təzədən qur» prinsipi ilə əsassız çağırışlarla, ölkənin əhalisinin

iqtisadi baxışlarını yalnış istiqamətə çevirdilər.

Onlar başa düşmədilər ki, iqtisadiyyat çox əlamətli, hər təsirlərə

məruz qalan şaxəli nəticəyə səbəb olan, inkişaf edən bioloji

orqanizimdir. Onu təkamül yolu ilə dəyişdirməklə radikal məqsədlər

üçün yeniləşdirmək metodologiyası vacibdir. Əhalinin iqtisadi

stimullarını pozmaqla, arxayınçılıq və ələbaxımhhq ideyaları ilə

iqtisadiyyatı bazar tipli münasibətlərə çevirmək qeyri-mümkündür.

1993-cü ildən 1995-ci ilə qədər bütün sahələrdə mübarizə

dövrüdür. Müstəqilliyin, iqtisadi sərbəstliyin, daxili çevriliş cəhdləri ilə

yanaşı iqtisadi və sosial inkişafın aparıcı istiqamətlərində köklü

islahatlar proqramları hazırlandı. Ən aparıcı strateji məqsəd ölkənin

formalaşmış iqtisadi potensialım qoruyub

18

Page 19: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

saxlamaq və onun yeni iqtisadi sistemə transformasiyanı təşkil etmək

üçün, daxili imkanların və xarici investisiyanın cəlb edilməsi ilə struktur

siyasətin aparıcı həlqələrini inkişaf etdirmək olmuşdur. İqtisadi artımın

sosial iqtisadi nəticələrini, onun daxili sabitliyini, möhkəm

maddi-texniki bazasını və əhalinin məşğulluğunda rolunu

qiymətləndirməklə neft strategiyasının əsas istiqamətlərini, kənd

təsərrüfatının tamamilə yeniləş- dirilməsi, qeyri-istehsal sahələrinin

tezliklə özəlləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, ixracatın

stimullaşdırılması, sosialyönlü siyasətinin öncül vəzifə kimi

strategiyasının hazırlanması, daxili bazarın qorunması və istehlakçıların

həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə dövlətin himayəçilik

siyasətinin formalaşdırılması sahəsində ciddi struktur islahatlar

başlandı. Struktur islahatlarının metodoloji prinsiplərini, 1970-ci illərin

əvvəlindən formalaşan sənaye, kənd təsərrüfatı, həyat səviyyəsində olan

dinamik inkişaf qanunauyğunluqları və həmin meyllərin bazar

münasibətləri şəraitində uyğun tənzimlənməsi təşkil edir.

1970-1985-ci illərdə aparılan struktur siyasət intensiv inkişaf

konsepsiyasına əsaslandığı üçün, Azərbaycan iqtisadiyyatı o vaxtkı

SSRİ iqtisadiyyatında ən yüksək artım göstəricilərinə əmək

məhsuldarlığının 2,1 dəfə, mənfəətin 3,3 dəfə, kənd təsərrüfatı

məhsulunun 1,8 dəfə artmasına səbəb olmuşdur. Məhz struktur

siyasətində prioritetlik 1993-2001-ci illərdə rəqabət və təşəbbüskarlıq,

stimullaşdırmaq zəminində həll edilir. 1993-2001-ci illər islahatlar

proqramlarının hazırlanması və bunların reallaşmasının elmi-metodiki,

təşkilati, hüquqi əsaslarının vahid sistemi ilə baş verir. Məhz konseptual

əsaslar struktur siyasəti və formalaşan dinamikasının

qanunauyğunluqlarını əks etdirir. Bu baxımdan 1994-cü ildən

respublikada 1000-dən artıq qanunlar, islahatlar proqramı hazırlanıb

tətbiq edilib.

İqtisadi və sosial inkişafın ən aparıcı istiqaməti, bütün sahələrin

inkişaf amili və həyat səviyyəsinin akkumulyatoru olan ÜDM-un

artımına onun istehsal strukturunun və istehlak

19

Page 20: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

məqsədlərinin dayanıqlığına daxil olunub. Belə ki, ÜDM-un artım tempi

1996-cı ildə 1,3%, 1997-ci ildə 5,8%, 1998-ci ildə 10%, 1999-cu ildə

7,4%, 2000-ci ildə 11,1%, 2003- cü ildə 11%-ə yaxın təmin olunub.

Ümumi Daxili Məhsulun tərkibində, onun sahə və ərazi quruluşunda

mülkiyyət formalarına görə istehsal quruluşunda, dövlət büdcəsinin

formalaşdırılmasmda roluna görə keyfiyyət və səmərəli dəyişmələr,

bazar iqtisadiyyatına uyğun nisbətlər və əhali rifahını təmin edən bölgü

mexanizmləri öz nəticəsini tapıb. ÜDM-un istehsal strukturunun 1/5

təmin edən sənayenin artım tempi 1997-ci ildə 0,3%, 1998-ci ildə 2,2 %,

1999-cu ildə 3,6 %, 2000-ci ildə 6,9% təşkil edib. İstehsal təyinatlı

tədbirlərin tətbiqi nəticəsində istehsal sahələrinin ÜDM-da xüsusi çəkisi

46,3% -dən 49,1%-ə yüksəlib, qeyri-istehsal sahələrinin ÜDM-da

xüsusi çəkisi 47,5 %-dən 44,6%-ə enib, ÜDM-da özəl sektorun payı

66%-ə qədər artıb. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında özəl

sektorun payı 40%, dövlət sektorun payı isə 60% təşkil edib. Struktur

islahatların ən aparıcı həlqəsi ölkənin təbii resurs potensialına uyğun

kapital qoyuluşunun istifadəsidir. Bütün mənbələr hesabına ölkə

iqtisadiyyatına kapital qoyuluşu 4,2 trilyon manat təşkil edir, onun

tərkibində neft sektoru ilə yanaşı digər sahələrin payı 50%- ə yaxın

olmuşdur.

Struktur islahatlar Azərbaycanda iqtisadi artımın səmərəliliyinin

artırılması, region və sahə strukturlarının tarazlığının təmin olunması,

qloballaşan iqtisadi sistemdə respublikanın mövqelərinin artması və

əhalinin həyat səviyyəsinin tərkibində keyfiyyət dəyişmələrinin baş

verməsi məqsədi ilə aparılır. Struktur dəyişmələr öz xarakteri etibarı ilə

dinamik inkişaf meyllərinə malik olub fəal siyasət və məhsuldar

qüvvələrin səmərəli təşkili formaları ilə mümkün olur. Azərbaycan

Respublikasında resurs potensialının istehsala cəlb olunması, əhalinin

maksimal məşğuliyyətinin təmin olunması və ölkənin ixracatda rolunun

artırılması məqsədi ilə struktur dəyişmələrin nəticələri qiymətləndirilir.

Struktur dəyişmələrin özünəməxsus modeli 1993-cü ildən bazar tipli

xüsusiyyətlərə əsaslanır.

-20-

Page 21: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Struktur siyasətin əsasını idxal, ixrac, daxili istehsal, ərazi və sahələrin

prioritetliyi təşkil edir.

Azərbaycan Respublikasının məhsuldar qüvvələrinin quruluşu,

təbii sərvətlər, hasilat və emal sənayesi tələbatı, sosial inkişaf

meyllərindəki prioritetlilik struktur siyasətin 1993-cü ildən əsas

meyarını təşkil edir. Azərbaycan Respublikasında ixracyönlü struktur

islahatlar, istehsal sahələrinin əsas istiqamətini, dövlətin həmin sahələrə

himayəçihk siyasətini və respublikada səmərəli istehsal fəaliyyətini

formalaşdırır.

İslahatların hər bir sahə və funksional təyinatı istehsalın həcminin

artması, onun ixracat və istehlak strukturunda rolunun yüksəldilməsi,

həm sahələr, həm də bütövlükdə iqtisadiyyat üzrə müsbət ixrac və idxal

saldosuna nail olunması, milli valyutanın dövriyyəyə cəlb olunmasına

təsiri və əhalinin sosial tələbatının ödənilməsinə istiqamətləndirilməsi

əsas götürülməlidir. Struktur siyasətin əsas istiqamətləri iqtisadi

sistemin xarakterindən asılı olmayaraq səmərəlilik inteqral baxımından

qiymətləndirilməsi metodologiyası məhz H.Əliyev siyasətinin bazar

iqtisadiyyatı şəraitində köklü prinsiplərinə və reallıqlarına əsaslanır.

Öncə əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən və yerli

resurslara əsaslanan bu sahələr prioritet sahələrdir. O cümlədən, aparıcı

sahələr olan neft hasilatı, onun məhsullarının emalı, kənd təsərrüfatı

sahələrinin inkişafı, yerli tələbata yönəldilən sahələrin üstünlüyü,

struktur siyasətin reallaşmasının əsas göstəriciləridir. Sahibkarlığın

strukturunun təkmilləşdirilməsi bazarının qorunması tədbirləri ilə

həyata keçirilir. Dövlətin 1993-2001-ci illərdə bazar tələbatına və

ixracat yönümlü tədbirlərin nəticəsində bir sıra sahələrin, o cümlədən,

kənd təsərrüfatı məhsullarının ÜDM- da xüsusi çəkisi və ixracatda payı

artmaq meyllərinə malikdir. Sahibkarlıq strukturunda əməktutumlu

sahələrin üstünlüyü, yerli tələbata uyğun ixtisaslaşma və yerli resurslara

əsaslanan fəaliyyət dairələrinin hüquqi və fiziki şəxslərin artımına

yönəlmiş siyasət ölkədə məşğulluğun inkişafına şərait yaradır.

1993-cü ildən sahibkarlığın strukturunda həm kəmiyyət, həm də

keyfiyyət baxımından ciddi dəyişikliklər başlandı. Belə

21 -

Page 22: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ki, 2000-ci ildə ÜDM-də özəl sektorun payı 62%, məşğulluqda 63,7%,

vergi mədaxilində 43,6%-ə çatmışdır.

Özəl sektorun inkişafını kəmiyyət baxımından xarakterizə edən

göstəricilərdən biri də kiçik müəssisələr olub, 1991-2003-cii illərdə 60

dəfə artıb, 19063-ə çatmışdır. Hər min nəfərə düşən kiçik firmaların sayı

1996-2003-cü illərdə 3 dəfəyə qədər artmışdır.

Struktur dəyişmələr həmçinin sosial sahələrin yüksək artım tempi

ilə, o cümlədən pullu və pulsuz xidmətlərin nisbətinin dəyişməsində və

istehlak strukturunda xidmətin payının artmasında özünü təzahür edir.

Sosial inkişafın təşkilinin metodoloji prinsipləri və

xüsusiyyətləri

Azərbaycan iqtisadiyyatının inkişaf meylləri, sosial xüsusiyyətləri

milli, mədəni səviyyəsi özünəməxsus uyğunluqlar tempini

formalaşdırıraq keçid şəraitinin dinamikasını, amillərini və idarəetmə

mexanizmlərini yaradır. Bu aspektləri nəzərə alan ölkə prezidenti

möhtərəm H.Əliyev 30 illik fəaliyyəti dövründə iqtisadi-sosial

idarəetmənin əsas prinsipləri və onun metodologiyasını, iqtisadi

potensialı düzgün qiymətləndirib, onlardan səmərəli istifadə etmək

yollarını bilərək, iqtisadi artım və sosial inkişaf konsepsiyasını irəli

sürür və həyata keçirir.

Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçid

şəraitinin səmərəli təşkili, onun iqtisadi və sosial effekti aparılan dövlət

siyasətinin əsas istiqamətləri, dövlətin proteksionist siyasəti, onun

konseptual inkişaf strategiyası və yolları ilə müəyyən olunur.

Məhz sosial-iqtisadi islahatların rolu, iqtisadi artım, ölkə

iqtisadiyyatının təhlükəsizlik konsepsiyası və əhalinin həyat səviyyəsi

istiqamətlərində əldə edilən nəticələr baxımından qiymətləndirilir.

İqtisadi islahatlar ilkin növbədə mövcud iqtisadi-sosial sistemin

transformasiyasının yuxarıda göstərilən

-22-

Page 23: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

konseptual inkişafda rolu baxımından qiymətləndirilir və elmi əsaslarla

işlənib hazırlanır.

Sosial-iqtisadi islahatlar - nəzəri-metodoloji və praktiki

prinsiplərin, dünya ölkələrinə inteqrasiya və formalaşmış potensialdan

varislik və mütərəqqi struktur dəyişmələr həyata keçirməklə sosialyönlü

iqtisadi tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Sosial-iqtisadi islahatların makroiqtisadi səviyyədə effekti 1996-cı

ildən bəri sabitləşmə, iqtisadi artım templəri sahə və ərazi

proporsiyalarmda mütərəqqi dəyişmələr, sosial sahədə aparılan tədbirlər

və ölkə iqtisadiyyatının struktur dəyişməsi üçün xarici və daxili

imkanlar hesabına qoyulan investisiyalar, ixrac və idxal investisiyaları

və köklü islahatlar ilə səciyyələnir. Azərbaycan iqtisadiyyatının

potensialı özünəməxsus mənbələr, faktorlar və meyllərin qarşılıqlı

əlaqəsi, bir-birini əvəz etməsi xüsusiyyətləri kəsb etməsi üçün, onun

islahatlar proqramı çevik, varianth və radikal olmalıdır.

Azərbaycan elminin təşkilatçısı kimi iqtisadçıların belə geniş

formulu da Azərbaycan iqtisadi və sosial potensialını qiymətləndirir,

onlardan dstifadənin mühüm prinsiplərini və istiqamətlərini aşağıdakı

kimi əsaslandırardım.

1. Formalaşmış sənaye potensialının perspektivi iri həcmli

investisiya tələb edən və son məhsul istehsalında təyinatını

dəyişən.

2. Tamamilə yeni mülkiyyət münasibətlərinə və təsərrüfatçılıq

formalarına əsaslanan kənd təsərrüfatından istifadə.

3. Təbii resurslar və onların istifadəsi üçün təşkilati-iqtisadi

strukturalarm və bazarların mövcudluğu.

4. Neft və neft məhsullarının hasilatı, emalı, daşınması və idxalı,

ixracı, istehsalı.

5. Respublika üçün ən mühüm ehtiyat olan və perspektiv inkişaf

istiqaməti olaraq ön plana keçirilməsi vacib olan sosial və

iqtisadi infrastruktur səmərəliliyinin perspektivi.

Page 24: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

6. Əlverişli demoqrafik situasiya və əmək resurslarının, onların

tələbatdan artıq dinamikası.

7. Respublikanın əhalisinin intelektual potensialının, o cümlədən

iqtisadi potensialın amili olaraq «sahibkarlıq qabiliyyəti» və

ona meylin yüksək olması.

8. Respublikanın əlverişli coğrafi-siyasi vəziyyəti və tranzit

əlaqələrin mərkəzində öz resurslarından istifadə perspektivinin

daha səmərəli olması.

Bu və digər qrup sosial-iqtisadi potensialın amilləri respublikada

islahatların sahə quruluşu, onun fəaliyyət dairəsini və idarəetmə

mexanizmlərinin hazırlanmasının elmi əsaslarını doğurur.

Respublikanın iqtisadi potensialı nəzərə alaraq və ölkənin strateji

inkişaf istiqamətlərini müəyyən edərək, aşağıdakı problemlərin həlli

proqramları, yollarının əsaslandırılması bugünkü real iqtisadi amilin

vəzifəsi və iqtisadi-sosial idarəetmə strukturlarının meyarları olmalıdır.

Azərbaycan iqtisadiyyatının sosialyönümlü inkişaf konsepsiyası

və strukturu, sosial amilin iqtisadi sistemə transformasiyasında aparıcı

mövqeyi və zəruriliyi, onun təsir gücünün daha intensiv olması ilə

müəyyən olunur.

Respublikada sosial göstəricilər iqtisadi artımın həm nəticəsi, həm

də iqtisadi artıma təsir edən amil kimi baxılmalıdır. Belə ki, ümumi

daxili məhsulun artımı, ölkədə sosialyönümlü tədbirlər: maddi rifah,

sosial sahələrin maliyyələşdirilməsi, ölkənin təhlükəsizliyinin

qorunması və aztəminatlı əhalinin sosial müdafiəsi üçün vəsait

mənbəyidir. 1996-cı ildən fərqli olaraq 2003-cü ildə Ümumi Daxili

Məhsulun 1,6%-dən 10%-ə yüksəlməsi əmək haqqının, pensiyanın və

sosial sahələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin 20-30%

artırılmasına səbəb olmuşdur. Sosial tədbirlərin nəticəsi artımın

stimullaşdırılmasma təsir edir. Ona görə də sosial tədbirlər iqtisadi

artımın amili kimi təsir gücündən asılı olaraq ölkədə əvvəllər

formalaşmış qalıq və passiv yanaşma metodologiyasından fərqli olaraq

aktiv siyasət obyekti kimi tədqiq olunmalıdır.

24-

Page 25: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial sahələr öz ləsir dairəsinə, müddətinə və makroiqtisadi

effektinə görə mürəkkəb və geniş problem olduğu üçün onun tədqiqat

metodologiyası ölkə iqtisadiyyatının təkrar istehsal konsepsiyası və hər

bir sosial sahənin konkret məqsəd və vəzifələri baxımından

öyrənilməlidir. İlkin növbədə sosial inkişaf həyat səviyyəsi, həyat tərzi,

əmək haqqı, sosial müdafiə, sosial sığorta problemlərinin həlli ilə

bağlıdır. Təcrübə göstərir ki, mövcud şəraitdə sosial problemlər iqtisadi

proseslər ilə səbəb və nəticə əlaqələri aspektində tədqiq olunmalıdır. O

cümlədən, aparılan iqtisadi islahatların effekti ölçülməlidir. Belə ki,

inflyasiya və işsizlik problemləri struktur dəyişmələr və işsizliklə sıx

əlaqədar öyrənilməlidir.

Aparılan iqtisadi islahatların sosial effekti iqtisadi artımda rolu,

işsizlik probleminin həlli ilə istehsal bazarında əməyin tələbatın

öyrənilməsi dərəcəsində təsiri ilə müəyyən olunur. Belə ki, tədqiqatlar

göstərir ki, bazar iqtisadiyyatına keçidlə yanaşı sosial gərginlik

problemlərinin həlli aparılan tədbirlərin zəruriliyini doğurur. Sosial

tədbirləri aşağıdakı istiqamətləri bölmək olar: həyat səviyyəsinin

yüksəlməsi və istehlak bazarının tələbata uyğun təşkili; əmək haqqı

sisteminin təkmilləşdirilməsi, onun tələbatın ödənilməsində aparıcı

rolunun təminatı və stimullaşdırıcı funksiyasının mexanizminin yeni

şəraitdə tətbiqi: əmək haqqı və digər gəlirlər arasında optimal nisbətlərin

tapılması; sosial təminat, sosial müdafiə tədbirlərinin elmi əsaslarının

işlənməsi, elm, təhsil, mədəniyyət sahələrinin sosial aspektlərinin tətbiqi

və idarə edilməsinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi;

əhalinin büdcəsinin formalaşması ilə dövlət, büdcə xərcləri arasında

qarşılıqlı uzlaşmanın təşkili və onların tərkibində əhali xərclərinin

prioritet istiqamətlərinin nəzərə alınması; vergi sistemində əhalinin

istehlak və gəlirlərinin artırılması məqsədi ilə stimullar yaratmaq

mexanizmlərinin vergitutma mexanizmində tətbiqi.

Əlbəttə, bu problemlərin həlli ayrılıqda hər biri xüsusi problem

olub, təşkilati-idarəetmə strukturası və özünəməxsus qanunverici bazası, metodik aktlar və normativ prinsiplərə uyğun

-25-

Page 26: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tənzimlənib və idarə olunur. Məhz keçid dövrünün ilkin şəraitində

sosialyönümlü tədbirlərin prioritet olmasına dövlət prinsipləri

prizmasından baxılır. Bu məqsədlə respublika prezidentinin

sosialyönümlü siyasəti nətieəsində büdcə xərclərinin strukturunda

«sosial yükün» xüsusi çəkisi 53%-ə qədər təşkil edir. Son illərdə

pensiyaların işlənməsinin yeni metodikası, onun həcminin artırılmasına

və differensiasiyasmm elmi əsaslarla təşkilinə gətirib çıxarır. Orta aylıq

əmək haqqı ilə pensiyanın sosial sığorta tədbirlərinin təkmilləşdirilməsi

istiqamətləri mütərəqqi addımlardır.

Sosialyönlü siyasət həmçinin ölkənin idxal-ixrac siyasətinin

investisiya və sahibkarlığın inkişaf strategiyasında öz əksini tapır. Son

illərdə iqtisadiyyatın liberallaşması istehlak bazarında malların

dövriyyəsinin artmasına, adambaşına düşən mal və xidmət istehlakmm

artmasına gətirib çıxarır. Sahibkarlığın inkişafı ilə istehlak bazarında və

tələbatın ödənilməsində xüsusi istehsal payının artması aparılan iqtisadi

siyasətin sosial effektinin təzahürüdür.

2003-cü ildə xüsusi sektorda istehsal olunan məhsul ÜDM- Lin

73%-i təşkil etməsi, xüsusi sektorda işləyənlərin sayının artması,

iqtisadi resursların xüsusi təsərrüfat dövriyyəsinə cəlb edilməsi

respublika iqtisadiyyatının perspektiv istiqamətlərini təşkil edir.

Fikrimizcə, perspektivdə Azərbaycanın resurslarının tarixi və

müştərək istifadəsi, respublika mənafeyinə uyğun olaraq təşkili ölkədə

qeyri-istehsal sahədə məşğul olanların xüsusi təşkilini artırmalıdır.

Artıq sosial infrastrukturanm təsərrüfat obyektinə çevrilməsi yolları

axtarılmalıdır.

Təsərrüfatçıhğm sosial aspektləri hər bir müəssisə daxili,

sahibkarlıq fəaliyyətində daha səmərəli istehsal idarəetmə mexanizmləri

vasitəsilə həyata keçirilməlidir. Perspektivdə sahibkarlıq fəaliyyəti

inkişaf etdikcə bir sıra sosial yüklərin yüngülləşdirilməsi dövlət

səviyyəsində sahibkarların vəzifələrinə çevrilməlidir.

26

Page 27: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial inkişafın qanunvericilik bazası

i

Sosial idarəetmənin sistemli qanunları mövcud olmalıdır. Bu

qanunlar sosial sahələrin ayrı-ayrı sistemlərini, yaxud kompleks sahənin

inkişaf istiqamətlərini müəyən etməlidir.

Sosial-iqtisadi inkişaf qanunları sosial sahələrin sosial daxili

münasibətlərinin tənzimlənməsinin hüquqi, iqtisadi təşkilati əsasını

təmin edir. Sosial sahələrin menecmenti məhz hüquqi və iqtisadi

qanunların tələblərinə uyğun olaraq öz işini qurur.

Sosial qanunlar iqtisadi qanunlar sistemində fəaliyyət göstərir. Hər

bir iqtisadi prosesin sosial tərəfi mövcud olduğu üçün, onlar qarşılıqlı

fəaliyyət göstərirlər. Sosial qanunlar sisteminə aşağıdakı qanunvericinik

bazası daxildir:

- Sağlamlıq haqqında qanun;

- Tibbi sığorta haqqında qanun;

- Mədəniyyət haqqında qanun;

- Tarixi abidələrin bərpası və qorunması haqqında qanun;

- Elm və incəsənət sahələri haqqında qanun.

- Əhalinin həyat səviyyəsini və sosial inkişafını müəyyən edən

iqtisadi-sosial qanunlar aşağıdakılardır:

- əhalinin istehlak büdcəsi haqqında qanun;

- gömrük məcəlləsi;

- vergilər haqqında qanunlar;

- dövlət büdcəsi haqqında qanun;

- ətraf mühitin qorunması haqqında qanun;

- məşğulluq haqqında qanunlar.

Sosial inkişafın qanunvericilik bazasını mövcud iqtisadi- sosial

vəziyyəti və onun yaxşılaşdırılmasına yönəldilən tədbirlər çoxluğu

təşkil etməlidir. Bu baxımdan iqtisadi qanunlar sistemi reallıq,

komplekslilik, əməli olmalıdır. İqtisadi və sosial qanunlar sistemi

qrupun etibarı ilə məqsəd, vəzifə, səlahiyyətlər, hüquqlar məcumu və

mexanizmlərin məcumu, onlasyı vahid sistemi kimi formalaşması

baxımından təşkil olunur.

İqtisadi sistemin bazar münasibətlərinə uyğun transformasiyası

idarəetmə nəzəriyyəsində və praktikasında yeni metodoloji

-27-

Page 28: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və təşkilatı prinsiplər tələb edir. Bu baxımdan iqtisadi və sosial

problemlər çox variantlı nəzəri mülahizələr əsasında inkişaf

etdirilməlidir. Bazar iqtisadiyyatı tələb və təklif qanunları əsasında

dəyişir və inkişaf edir. Menecment idarəçilik elmi olub, müəssisələrin

inkişafını tənzim etmək üçün istifadə olunur. Sahibkarlığın inkişafı yeni

xüsusiyyətlərə malik olan səriştəli kadrların hazılanmasmı, işgüzarlığı,

təşəbbüskarlığı, risketmə qabiliyyətlilə seçilən adamların cəlb

olunmasını tələb edir.

Menecment elmi öz nəzəri və metodoloji tərəfləri bazasında

inkişaf edir. Onun əsas mahiyyəti məqsədyönlü fəaliyyətin təşkili və

idarə olunmasıdır. Menecment elmi sahə, ərazi və firmaların idarə

edilməsi təcrübəsinə əsaslanır.

Nəzəri və elmi menecmentin əsas vəzifələri müasir idarəetmə

baxımından müəssisə imkanlarından maksimum istifadə etməklə

ölkənin dünya bazar sistemində rolunu artırmaqdan ibarətdir. O

cümlədən yeni metodlar və sistemlər tətbiq etməklə müəssisənin böhran

qabiliyyətli xüsusiyyətlərini artırmaqdan ibarətdir. Müəssisə

idarəçiliyində menecmentin əsas vəzifələri daim tələbata uyğun olaraq

təkmilləşir. Belə ki, istehsal həcmi genişləndikcə, onun keyfiyyətinin

yaxşılaşdırılması yolları axtarılır.

Bazar iqtisadiyyatı şəraitində menecmentin nəzəri problemləri

daha çox əhəmiyyət kəsb edir. Belə ki, iqtisadi fəaliyyətin səmərəliliyi,

onun meyar və göstəriciləri aparıcı sahələrin inkişafı müəyyən edilir.

Menecment praktiki olaraq yeni sahələr üzrə genişlənir. İstehsal, sosial

və pul-kredit sahələri üzrə menecment vəzifələri artır.

Yaşayış minimumunun tənzimlənməsinin qanunvericilik bazası

Qanunun məqsədi. Bu qanun Azərbaycan Respublikasında

minimum yaşayış səviyyəsini tənzimləmək, əhalinin gəlirlərinin və

sosial müdafiənin, dövlət tədbirlərinin hüquqi-təşkilatı və tətbiqinin

əsaslarını müəyyənləşdirir. Əsas anlayışlar:

28-

Page 29: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bu qanunun məqsədlərini həyata keçirmək üçün aşağıdakı

anlayışlardan istifadə olunur.

- Yaşayış minimumu - əhalinin elmi əsaslarla hesablanmış

normalara uyğun fizioloji tələbatını təmin etmək, onun özünün və ailə

üzvlərinin minimum maddi nemətlər və xidmət tələbatını ödəmək üçün

zəruri olan maddi nemətlər, xidmət növlərinin məcmusudur.

- İstehlak səbəti minimum yaşayış səviyyəsini təmin edən istehlak

məhsullarını və xidmətin cari qiymətlərdə dəyəri və məcburi ödənişlərin

məcmusudur.

- Əhalinin sosial demoqrafik və təminat səviyyəsinə görə

qruplaşması, onun yaşayış minimumunda differensiyası, yaxud

qütbləşməsini müəyyən edir. Bu qütbləşmə gəlirlər, məşğuliyyət, sosial

vəziyyət üzrə təsnifləşdirilir.

- Ailə - qanunvericiliklə müəyyən olunmuş gəlir və istehlak, büdcə

və təsərrüfatçıhqda birgə fəaliyyətinin cəmiyyətdə daşıyıcısıdır.

- Ailə gəlirləri ailə üzvlərinin mülkiyyət və təsərrüfat

formalarından asılı olmayaraq birgə istehlak üçün istifadə olunan ayrı-

ayrı ailə üzvlərinin bütün gəlir formalarının məcmusudur.

- Az təminatlı ailələr minimum yaşayış səviyyəsində və ondan

aşağı yaşayan ailələrdir.

Adam başına düşən gəlir ailədə və yaxud ayrı-ayrı sosial- iqtisadi

qruplarla məcmusu və yaxud pul gəlirlərinin adam başına düşən

səviyyəsidir.

- Sosial müavinətlər az təminatlı ailələrin və ailə üzvlərinin

yaşayış minimumu səviyyəsinə çatdırılması məqsədi ilə müxtəlif

formada və ünvanlı təyinatlı yardımlardır.

- Minimum əmək haqqı yaşayış minimumuna ardıcıl olaraq

yaxınlaşmaqla işçilərin minimum tələbatını ödəyən, onun özünün və

ailəsinin fiziki təkrar istehsalını təmin edən, iqtisadiyyatın inkişafı ilə

əməyin xarakterini və onun differensiyasma uyğun ödənilən haqqdır.

Yaşayış minimumunun istifadə dairəsi. Yaşayış minimumu aşağıdakı məqsədlər üçün istifadə olunur:

-29-

Page 30: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Əhalinin az təminatlı təbəqələrinə sosial müdafiə məqsədləri ilə

ünvanlı müavinətlann əsaslandırılması və tətbiqi.

- Sosial siyasətin və sosial proqramların formalaşması və həyata

keçirilməsi məqsədi ilə əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi

və yüksəldilməsi tədbirlərinin və əsas mənbələrinin

proqnozlaşdırılması.

- Vergiyə cəlb olunmayan gəlirlərin və məcburi ödənişlərin

minimal səviyyəsinin müəyyən edilməsi.

- İstehlak mallarının və xidmətlərin qiymətlərinin artması baş

verdikdə, əhalinin gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi və

yaşayış səviyyəsinin aşağı düşməsinin kompensasiya mexanizmlərinin

hazırlanması.

- Əhali gəlirlərinin differensiyasmda baş verən dəyişmələrin

qiymətləndirilməsi, dövlət büdcəsinin, sosial müdafiə fondunun və

maliyyə proqnozlarının verilməsi.

Yaşayış minimumunun tətbiqində minimum istehlak səbətinin

formalaşdırılması və tətbiqinə tələblər;

- Minimum istehlak səbəti müvafiq icra hakimiyyəti tərəfindən

həmkarlar ittifaqının iştirakı ilə elmi əsaslarla hesablanmış normativlərə

və minimal tələbat səviyyəsinin ödənilməsinə təminat prinsipləri

əsasında adam başına, yaxud ailə hesabında formalaşdırılır.

- Minimum istehlak səbəti sosial-iqtisadi qrupların və ayrı- ayrı

regionların iqtisadi-sosial inkişaf səviyyəsinin dinamikasını nəzərə

almaqla, istehsal və istehlak strukturunda baş verən tələbatın

ödənilməsinin konkret formasını, məhsul və xidmətin çeşidini nəzərə

alaraq aşağıdakı şəraitdə formalaşdırılır.

- Müvafiq icra orqanı tərəfindən uyğun metodika ilə hesablanmış

fizioloji normalara uyğun və respublikada həmin normaları təmin edən

konkret ərzaq məhsullarının təklifinin dəyişmə meyllərini və

ehtiyatlarını nəzərə alaraq minimum istehlak göstəricilərini müəyyən

etmək.

- Orta ölçülü ailə, yaxud ayrı sosial-iqtisadi qruplar üçün elmi

normativlərə uyğun qeyri-ərzaq mədəni-məişət, tibbi və sanitariya

təyinatlı əşyaların minimumu məcmusu.

-30-

Page 31: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Xidmətlərin və mülkiyyətin formasından asılı olmayaraq

minimum yaşayış səviyyəsinə uyğun adam başına düşən normalar

hesabında bütün maliyyə mənbələri üzrə çəkilən xərclər.

- Ailənin minimum istehlak büdcəsinin dayanıqlı inkişafı, sonrakı

təkanı və bədbəxt hadisələrin xərclərini ödəmək üçün yığım və ehtiyat

fondunun adam başına, yaxud ailə hesabında həcmi.

- İstehlak səbətinin marketinq və istehlak seqmentləri üzrə tərkibi

müvafiq icra hakimiyyəti tərəfindən hər maliyyə ilində dövlət

büdcəsinin tərtibi və təsdiqi ilə yanaşı baxılır, əsaslandırılır və büdcə

paketi ilə Milli Məclis tərəfindən təsdiq olunur.

- Minimum istehlak səbəti sosial-iqtisadi qruplar, regionun

əhalisinin tələbat dinamikasını, onun coğrafi, iqtisadi, demoqrafik və

istehlak davranışı xüsusiyyətlərini nəzərə alaraq ayrı- ayrı regionlar üzrə

tərtib olunur.

Yaşayış minimumunun hesablanması, yenidən baxılması və

təsdiqi.

- Yaşayış minimumu minimum istehlak səbətinə uyğun olan

ərzaq, qeyri-ərzaq, xidmət və yığım vəsaitlərinin bazar qiymətləri ilə

hesablanmış dəyərlə, məcburi ödəmələr üçün çəkilən xərcləri nəzərə

almaqla müvafiq icra hakimiyyəti tərəfindən hesablanır.

Yaşayış minimumu bazar qiymətlərində istehlak səbətini təmin

edən gəlirlərlə qiymətləndirilir. Yaşayış minimumu dəyər, natural və

ayrı-ayrı sosial-iqtisadi qruplar, regionlar üzrə hesablanır.

- Əhali üzrə yaşayış minimumu büdcə ili ərzində tərtib olunur və

təsdiq olunur:

Büdcə paketinin təsdiqi və onun yerinə yetirilməsi müzakirəsində

qanunvericiklə təsdiq olunur:

- Ölkə və ayrı-ayrı sosial-iqtisadi qruplar üzrə yaşayış minimumu

yoxsulluğun həddini və təminat üzrə mövcud vəziyyəti müəyyən edir və

müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunmaqla, rəsmi dövlət

nəşrlərində dərc olunur.

- Yaşayış minimumu ■ ilə yoxsulluğun həddi arasında nisbətin dinamikası müvafiq icra hakimiyyəti tərəfindən tədbirlər

-31 -

Page 32: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

proqramının işlənməsi və onun icrasına nəzarətin nəticələri ildə 2 dəfə

Milli Məclisdə büdcə qanunvericiliyə uyğun ayrı-ayrı proqnozlarda öz

təsdiqini tapır.

Minimum əmək haqqının, pensiyaların minimum məbləğinin,

müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin

müəyyənləşdirilməsi zamanı minimum yaşayış səviyyəsinin nəzərə

alınması.

- Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu minimum əmək

haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin

və digər sosial ödənişlərin müəyyən edilməsinin əsasını təşkil edir.

- Azərbaycan Respublikasında minimum əmək haqqı,

pensiyaların və pensiyaların üzərinə əlavə olunan müavinətlərin ümumi

məbləğinin minimum həddi ölkə üzrə yaşayış minimumu səviyyəsinə

yaxmlaşdırıhr. Ölkə üzrə minimum əmək haqqının, pensiyaların və

pensiyalara əlavə olunan müavinətlərin ümumi məbləğinin minimum

həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və

Milli Məclis tərəfindən büdcə müzakirəsində təsdiq olunur.

Aztəminatlı əhali təbəqələrinə ünvanlı dövlət sosial yardımı

göstərilməsi zamanı minimum yaşayış səviyyəsinin nəzərə alınması.

- Azərbaycan Respublikasında əhalinin aztəminatlı təbəqələri

ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirlər.

- Əhalinin əsas sosial-demoqrafik və sosial-iqtisadi qrupları üzrə

təsdiq olunmuş yaşayış minimumu ünvanlı dövlət sosial yardımının

təyin edilməsinin əsasını təşkil edir.

- Ünvanlı dövlət sosial yardımının məbləği iqtisadi imkanları

nəzərə almaqla yaşayış minimumuna uyğunlaşdırılır, büdcə tərəfindən

istifadə olunur və büdcə müzakirəsində Milli Məclis tərəfindən təsdiq

olunur.

Yaşayış minimumu haqqında qanunvericiliyin pozulmasına görə

məsuliyyət.

Yaşayış minimumu haqqında qanunvericiliyin pozulmasında

günahkar olan şəxslər mövcud qanunvericiliklə müəyyən olunmuş

qaydada məsuliyyət daşıyırlar.

32

Page 33: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSİL II: SOSİAL İNKİŞAFIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ

PROQNOZLAŞDIRILMASI METODİKASI

Gdlirlərin ölçülməsi və aspektlərinin qiymətləndirilməsi

Obyektlərin fəaliyyət xüsusiyyətlərini, onların məqsəd və

vəzifələrini özündə əks etdirir. Bu baxımdan dövlətin, müəssisənin,

sahibkarın və ayrı-ayrı şəxslərin gəlirləri mövcuddur. Bu gəlirlərin

arasında nisbət, artım tempi, iqtisadi və sosial sistemə mövcud olan

bölgü və yenidən bölgü münasibətləri şəraitində formalaşır. Dövlətin

gəlirləri ayrı-ayrı sahələrin gəlirlərindən ibarətdir, onların məcmusudur.

Dövlətin gəlirlərinin əsas göstəricisini, mənbəyini il ərzində istehsal

olunmuş istehsal vasitələrinin və istehlak şeylərinin həcmi, onların

qiyməti təşkil edir. Bu məhsulların reallaşması nəticəsində ümumi daxili

məhsul formalaşır və ümumi daxili məhsulun dəyərindən istehsal

vasitələri və material məsrəflərinin dəyəri çıxıldıqda milli gəlir

formalaşır. Milli gəlir cəmiyyətin istehsal və istehlak tələbatını ödəyən

həyat səviyyəsini formalaşdıran sintetik ümumiləşmiş gəlir

göstəricisidir. Milli gəlirin artırılması istehlak və sosial təyinatlı

tədbirlərin həyata keçməsinə şərait yaradır. Region iqtisadiyyatında açıq

iqtisadi mühit olduğuna görə, yəni idxal və ixrac prosesi mühüm rol

oynadığına görə, hər bir dövlətin iqtisadi və sosial inkişafı istehsal

olunmuş milli gəlirdən daha çox istifadə olunmuş milli gəlirlərlə ifadəsi

müəyyən olunur. İstehsal olunmuş məhsulun bir hissəsi ixrac prosesi

vasitəsilə xarici ölkələrlə istehlak olunur. Xarici ölkələrdə istehlak

olunan məhsullar isə idxal yolu ilə respublikanın istehsal və istehlak

tələbatını ödəyir. Beləliklə, real inkişafı təmin edən istehlak səviyyəsi,

milli gəlir, onun istifadəsi, idxal və ixracın saldosu ilə müəyyən olunur.

Əgər hər bir iqtisadi dövlətə müsbət saldo xarakterikdirsə, onda

respublikadan aparılan məhsulların miqdarı gətirilən və istehlak

səviyyəsi istehsal səviyyəsindən aşağı olur. Tərsinə olduqda isə

respublika daxilində istifadə olunan milli gəlir, yəni istehlak səviyyəsi

istehsaldan yuxarı olur. Qeyd

-33-

Page 34: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

edək ki, milli gəlirin artımı, onun strukturu, həcmi istehsalın həcmini

ödəyir, həm də əhalinin tələbatına uyğun olur. Ona görə də hər hansı bir

sahənin genişlənməsi milli gəlirin sahə üzrə bölgüsündən asılıdır. Belə

ki, üstünlüyü artırmaq məqsədilə sahələrə daha çox kapital qoyuluşu

sərf olunur və bu sahələrin milli gəlirin yaradılmasında rolunu nəzərə

alaraq həmin sahələrin inkişafına lazım olan vəsaitin daha çox olması

vacibdir.

Təhlil göstərir ki, müxtəlif dövlətlərdə milli gəlirin

formalaşmasında ayrı-ayrı sahələrin rolu müxtəlifdir. Azərbaycanda

milli gəlirin yaranmasının əsas mənbəyi sənaye və kənd təsərrüfatı

sahələridir. Məntiqi olaraq demək olar ki, bu sahələrin inkişafı üçün

daha çox vəsait ayrılmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, milli gəlirin

bölgüsü və yenidən bölgüsü nəticəsində hər bir iqtisadi subyektin

alıcılıq qabiliyyəti formalaşır. Milli gəlirin əsas bölgüsü istehsalın

genişlənməsi və istehlakm ödənilməsi üçün istifadə olunur. Lakin

fondun istehsal və qeyri-istehsal sahələrinin genişləndirilməsi üçün

istifadə olunan xərcləri özündə əks etdirir. Aydındır ki, bu xərclər həmin

sahələrdə işləyənlərin əmək haqqı xərclərinə, sosial müdafiə xərclərinə

və istehsal vasitələrin, xammalın alınmasına sərf olunur. Milli gəlirin bir

hissəsi isə əhalinin istehlak tələbatını ödəmək üçün əməyin kəmiyyət və

keyfiyyətinə uyğun olaraq bölünür, şəxsi istehlak fondu və əhalinin

alıcılıq qabiliyyəti formalaşır. Göstərilən gəlir formaları makroiqtisadi

səviyyədə iqtisadi və sosial inkişafın templərini, proporsiyalarmı

tənzimləmək üçün istifadə olunur. Milli gəlirin bölgüsündə əhalinin

payını müəyyən edən gəlir səviyyəsi nominal gəlirlər adlanır. Nominal

gəlirlər sahibkarın və əhalinin xərclərini ödəmək üçün ilkin bölgü yolu

ilə əldə olunan gəlirlərdir. Nominal gəlirlərin yenidən bölgüsü maliyyə,

kredit, bank, qiymət sisteminin bölgüsü prosesində rolu ilə baş verir.

Belə ki, dövlət nominal gəlirlərdən vergi vasitəsilə özünün ümumi

cəmiyyətin tələbatını ödəmək üçün yenidən özünə qaytarır, qiymət və

maliyyə vasitəsilə iqtisadi subyekt kimi yenidən bölgüdə iştirak edir.

Dövlətin əhali, müəssisələrlə əhali qrupları arasında nominal gəlirlərin bir subyektdən başqa subyektə axını

-34-

Page 35: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

baş verir. Beləliklə, potensial imkanları olan subyektlərin real alıcılıq

qabiliyyəti və tələbatı məhdudlaşır.

Beləliklə, real gəlirlər nominal gəlirlərdən kəmiyyətcə struktur

baxımından fərqlidir. Real gəlirlərin dəyişməsinə təsir edən nominal

amillər nominal gəlirlərin dəyişməsinə başqa müstəvidə təsir edir.

Məsələn, əgər vergilərin artması istehsalçıların alıcılıq qabiliyyətini

azaldırsa, dövlətin büdcə vəsaitini çoxaldır, kapital qoyuluşu

imkanlarını artırır. Real gəlirlərin formalaşmasının əsas mənbəyi

nominal gəlirlər, yaxud onların həcmi və məhsuldarlığıdır. Nominal

gəlirlər və real gəlirlər arasında fərqlər məhsulun reallaşması

prosesindən də asılıdır. Real gəlirlər öz strukturu və dinamikası ilə həyat

səviyyəsinin ümumiləşmiş göstəricisidir. Nominal və real gəlirlər

arasında nisbət iqtisadi tənzimləmə sistemində istehsal, bölgü və

istehlakı əlaqələrin tarazlı inkişafı üçün əhəmiyyətlidir.

Əhalinin gəlirlərinin formalaşma mənbələrinə görə aşağıdakı

təsnifata bölmək olar:

1. Dövlət müəssisələrindən, xüsusi sahibkarlıqdan, müxtəlif

mülkiyyətdən asılı olmayaraq təşkilatdan əməyə görə verilən haqq da

daxildir. Müasir şəraitdə dövlət mülkiyyəti ilə yanaşı digər mülkiyyət

formalarının meydana gəlməsi bu mənbəyin rolunu gəlirlərin

formasında azaldır. Xarici firmalarda işləyənlərin sayı artdığına görə

ümumi həcmcə bunların xüsusi çəkisi artır. Əmək haqqı formasında

gəlirlər natural və dəyərlə ifadə olunur. Tədqiqatlar göstərir ki, şəxsi,

xüsusi əmlak gəlirləri artdıqca gəlirlərin natural forması bu mənbələrdən

daha çox artır.

2. Formalaşma mənbələrinə görə əhalinin tələbatını ödəmək üçün

müvafiq mərkəzləşdirilmiş fondların, ayrı-ayrı müəssisələrin,

sahibkarların vəsaitləri hesabına ictimai istehlak sosial müdafiə, sosial

inkişaf və digər fondlar yaradılır. Bu fondlar əhalinin istehsalda və

xidmətlə məşğul olmayan iş qabiliyyətli hissəsinin tələbatını ödəmək

üçün istifadə olunur. İctimai istehlak fondları natural və dəyər

formasında xərclərə görə bölünür. İctimai istehlak fondlarının pul

gəlirlərinin formalaşmasında

35

Page 36: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

maliyyə imkanları böyük rol oynayır. Bu fondların bir hissəsi natural

formada kapital qoyuluşu şəklində qeyri-istehsal sahələrini təmin edən

vəsaitlərdir. Əhalinin pullu təhsil, səhiyyə və digər pulsuz obyektlər

üzrə öz istehlak tələbatını ödədikdə, o fərdi xərclərdən azad pulun və

beləliklə də dövlət hesabına həmin xərclər ödənildiyinə görə bu xərclər

əhalinin gəlirləri kateqoriyasına daxildir. Qeyd edək ki, bu fondların

maliyyələşdirmə mənbələri müxtəlif təşkilatlar, müəssisələr və

dövlətdir. Mərkəzləşdirilmiş fondlar hesabına aztəminatlı ailələrinin

həyat səviyyəsinin formalaşması problemi həll olunur. Müəssisələrin

hesabına onun daxilində sosial tədbirlərin həyata keçirilməsi üçün

vəsaitlərə ayrılır. Sosial inkişafın həyat tərzini formalaşdıran mənbə

kimi sahibkarlığın rolu artır. İctimai istehlak fondları struktur etibarilə

deyilənləri nəzərə alsaq, pullu və pulsuz olaraq xidmət şəklində

bölünür. Pullu şəkildə gəlirlərin bölgüsü zamanı əhali kontingenti, onun

strukturası əsas götürülür. Yəni pensiyaçılar, təqaüdçilərin sayı, yardım

alanlar və s. Pulsuz xidmətlərin istehlakında isə bu xidmətlərdən istifadə

edən istehsal kontingentlərin payı formalaşır. Məsələn, əgər əhalinin

tərkibində təhsil alanların sayı artırsa, yaxud xəstələnmə səviyyəsi

yuxarıdırsa, onda uyğun olaraq əhalinin belə qruplarının pulsuz

xidmətlərdən istifadəsi payı artır.

3. Əhali gəlirlərinin formalaşması maliyyə-kredit sistemi

mexanizminin təkrar bölgü prosesində rolu ilə həyata keçirilir. Belə ki,

ayrı-ayrı subyektlər, dövlət, sahibkarlar, şirkətlər öz pul vəsaitlərini

kredit resursları kimi istifadə etdikdə müəyyən dövrdən sonra faiz

şəklində əlavə vəsait mənimsəyirlər. (Cədvəl 1.2.1.)

36-

Page 37: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl 1.2.1.

Əhalinin pul gəlirləri və xərcləri (mlrd.manat)

Gəlirlər və xərclər 1995 2000 2002 2003 2004

gözlənilən

Gəlirlər 1602,7 1758,8 21220,3 249000 275000 Mallara və

xidmətlərə çəkilən

xərclər 6378,9 17347,2 21015,4 239000 263300

Bu zaman həmin vəsait onun həcmlərində təcəssüm tapdığına görə

gəlirin mənbəyindən biri kimi baxılır. Uyğun olaraq bu gəlirlər hesabına

subyekt öz istehlakmm bir hissəsini ödəyir. Aydındır ki, gəlirlər

bütövlükdə yaradılan milli gəlirin tamamilə yenidən bölgü vasitəsilə

reallaşır, yəni birinci gəlirlər bir qrupdan başqa qrupa mal ya kredit

sistemi gəlirlərin formalaşmasında istiqrazlar, banklar vasitəsilə təsir

edir.

Əhalinin gəlirlərinin bazar iqtisadiyyatı şəraitində daha surətlə

artan mənbəyi rolunu şəxsi təsərrüfat, sahibkarlıq, xüsusi təsərrüfat,

icarədarhq təşkil edir. Fərdi fəaliyyət nəticəsində əhali, onun müəyyən

hissəsi daha çox öz şəxsi tələbatını və pul gəlirləri əldə etmək üçün təşkil

etdiyi maddi və mənəvi nemətlərin bir hissəsini natural formada istehlak

edir, digər hissəsini isə bazarda satır, pul gəlirini əldə edir. Xarakter

etibarilə bu gəlirlər əməyə görə alının gəlirlərdir. Lakin formalaşma

mənbələrinə görə uyğun olaraq mülkiyyətdə onun formasından və

fəaliyyət dairəsindən asılıdır. Ola bilər ki, sahibkar əmtəə istehsal edir,

xidmət göstərir, məsləhət verir və s.

Cədvəl 1.2.2.

İqtisadiyyatın sahələri üzrə orta nominal əmək haqqı

(min manat)

Sahələr 1995 1998 2000 2002 İqtisadiyyat, o cümlədən 62,5 168,4 271,6 315,2 Sənaye 95,6 277,1 300,3 392,0 Kənd təsərrüfatı 35,5 44,0 64,9 90,0 Tikinti 98,9 441,6 416,7 545,1 Təhsil 46,4 132,2 156,1 169,1

-37

Page 38: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəldən göründüyü kimi, iqtisadiyyat inkişaf etdikcə əmək

haqqı bütün sahələrdə artır. Ancaq differensiya sahələr və regionlar

'üzrə saxlanılır. Sahə differensiyası rifah səviyyəsini müəyyən edir.

Əhalinin sosial müdafiəsi məqsədi ilə əmək haqqı və gəlirlərin

artırılmasında transfert gəlirlər artırılır. Adam başına düşən istehlak

səviyyəsinin normativlərə çatdırılması və yoxsulluq probleminin ləğvi

prioritet istiqamətlərdir.

Əhali gəlirləri sosial iqtisadi inkişafın nəticələri və onların əsas

amilidir. Əmək haqqı və əhalinin gəlirləri artırılmaqla son məhsulu

artırmaq mümkündür.

Müasir şəraitdə bazar iqtisadiyyatı formalaşdıqda bu dediyimiz

mənbə daha da dərinləşir, inkişaf edir və kompleks xarakter daşıyır.

Gəlirlərin formalaşmasında fərdi təsərrüfatı olan gəlirlər artır və

istehlakm strukturunda onun payı inkişaf edir.

Əhalinin gəlirlərinin istehlaka uyğunlaşdırılması üçün biz ona

tələbatı ödəmə mənbəyi kimi, alıcılıq qabiliyyəti kimi baxırıq, ona görə

də nə vaxtsa yığılıb qalmış pul vəsaitini, qızılın satılması nəticəsində,

əmlakın satılması nəticəsində əldə olunan vəsaitə gəlir kimi baxırıq.

Ona görə də əhalinin gəlir və istehlakım uyğunlaşdırmaqla məhz satılan

əmlakda, yaxud yığılan puldan olan artımı nəzərə almaqla gəlir və

istehlak balansı tərtib edilir.

Cədvəl 1.2.3.

Əhalinin gəlirləri

Gəlirlər Ölçü vahidi 1996 1997 1998 2002 Əmək haqqı Mlrd.manat 1628 2450 3000 21700 Xüsusi çəkisi % 12,1 20,4 20,9 17,1 Sosial ödəmələr Mlrd.manat 794 994 1165 17000 Xüsusi çəkisi % 8,3 8,3 8,1 8,3

Əhalinin sahibkarlıq

fəaliyyətində,- k/t

məhsulları satışından

maliyyə gələn gəlirlər

Mlrd.manat 7104 8533 10185 13370

Xüsusi çəkisi % 74,6 71,3 71,0 74,6

-38

Page 39: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əhalinin xərcləri və istehlakı

Xərclər və

əmanətlər Ölçü

vahidi 1996 1997 1998 . 2002

Mal alınması və

xidmətlərin

ödənilməsi Mlrd.man 8123 10144 11280 17300

Xüsusi çəkisi % 88,6 85,7 84,1 80,1 Məcburi ödəmələr və

üzvlük haqqı Mlrd.man 276 245 420 960

Xüsusi çəkisi % 3 2,9 2,9 3,0

Əmanətlərin artımı

dəyişməz əmlak,

qiymətli kağızlar

Mlrd.man. 776 1345 1550 4601

Xüsusi çəkisi % 8,1 11,4 1,2 1,5

Əhali gəlirləri bölgü və yenidən bölgü, həmçinin respublikanın

ümumi islahatlar və istehlak üçün bazar qiymətlərinin dəyişmə

dinamikasından asılıdır. Adambaşına düşən gəlir onun alıcılıq

qabiliyyətini müəyyənləşdirir. Ayrı-ayrı ölkələrdə yaşayış minimumu

üçün zəruri olan gəlirlər müxtəlif olur. O cümlədən, ev təsərrüfatı, bazar

qiymətləri, vergi, səhiyyə, təhsil səviyyəsi, onun məcmuu gəlirlərini

müəyyən edir. Gəlirlərin tənzimlənməsi aşağıdakı sxem ilə mümkündür.

Sxem 1.2.1. Yaşayış minimumu və gəlirlər dinamikası.

-39-

Page 40: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Gəlirlərin tənzimlənməsi üçün ÜDM-un artımı, neft gəlirləri,

vergi və natural gəlirlərin artırılması yolları axtarılır.

İstehlakm qiymətləndirilməsi və proqnozlaşdırılması

Ayrı-ayrı maddi nemətlərin bütövlükdə istehlak həcmində xüsusi

çəkisinə istehlakm strukturası deyilir. İstehlak normaları elmi əsaslar

üzərində hazırlanmış, fizioloji tələbatı ödəyən maddi nemətlərin və

xidmətlərin tutduğu yer və onların həcmi ilə müəyyən olunur. İstehlak

strukturası dinamik prosesdir. Onun struktura təhlili bir sıra metodoloji

baxımdan aparılır:

1. İstehlakm formalaşması mənbələri strukturuna görə.

2. Ayrı-ayrı istehlak təyinatına görə qruplaşan əmtəə, xidmət

növlərinə görə.

3. İstehlakm faydahğma görə strukturu.

İstehlakm struktur təhlili ərzaq, qeyri-ərzaq, xidmət növləri üzrə

ayrı-ayrı sahələrin məhsullarının istehlak həcmində xüsusi çəkisinə görə

aparılır. Bu baxımdan istehlakm sahə quruluşu formalaşır.

İstehlakm strukturasmı təhlil etmək üçün mütləq və nisbi

göstəricilərdən istifadə olunur. Mütləq göstəricilər hər bir istehlak

mənbəliyinin və istehlak formalarının natura ilə bütün istehlak

həcmində xüsusi çəkisi ilə müəyyən edilir. Nisbi göstəricilərlə isə

ayrı-ayrı istehlak nemətlərinin dəyərinin bütövlükdə istehlak həcmi ilə

xüsusi çəkisi müəyyən edilir və faizlə ifadə olunur. İstehlak

strukturunun dəyişməsi səbəb və nəticə əlaqələri ilə məzmun

baxımından təhlil olunur, qyimətləndirilir. Struk- turanm dəyişməsi

amilləri çoxluq təşkil etdiyi üçün bu amillərin təsir gücü dərəcəsinə görə

qruplaşdırılması vacibdir. İstehlak strukturasmm təhlili onu

formalaşdıran mənbələrin strukturası ilə tarazlaşdıqda balans forması

meydana çıxır. Əhalinin gəlirlə xərcləri arasında struktur tarazlığı

müəyyən edən gəlir və xərclər balansı hesablanır. İstehlakm balans

təhlili onun təhlili idarə olunmasını və tənzimlənməsinin tədbirlərini

hazırlamağa şərait yaradır. Balans metodologiyası istehlakm

öyrənilməsi və planlaş-

40

Page 41: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dırılmasında öz praktiki nəticələrini verir, bir sıra balanslar hazırlanır,

onların əsasında hesabatlar aparılır və proqnozlar verilir.

İstehlak balansları xalq təsərrüfatı səviyyəsində də ayrı-ayrı əhali

qrupları səviyyəsində qurulur. Belə balanslara uyğun olaraq icmal

balansları və differensial balanslar deyilir. Differensial istehlak

balansları istehlak dəyişilməsinin əhali qrupları üzrə xarakteristikalarını

hesablamağa imkan verir. Belə balansların öz əsas şərtləri var: gəlirlərin

formalaşması mənbələri balansı, xərclərin və istehlakm formalaşması

balansı. Belə balansların həm nəzəri, həm də praktiki əhəmiyyəti vardır.

Nəzəri əhəmiyyətin istehlak strukturasmı bütövlükdə iqtisad

nəzəriyyəsində tələb və təklif nəzəriyyəsində öyrənməyə imkan yaradır.

Praktiki əhəmiyyət isə əhalinin, onun az təminatlı hissəsinin müxtəlif

variantlarda tədbirlər hazırlamağa kömək edir. Ona görə də. İqtisadi

İnkişaf Nazirliyi tərəfindən yuxarıdakı balanslar işlənilir, real həyat

səviyyəsi qiymətləndirir, minimum əmək haqqını tənzim etmək üçün

balanslar yaradılır.

İstehlak strukturası mürəkkəb iqtisadi, sosial, obyektiv və

subyektiv dinamik proseslərlə bağlı olduğu üçün onun bir mənalı tədqiqi

ola bilsin ki, real nəticələrdən fərqlənsin. Bu halların qarşısını almaq

üçün istehlakı sistem və kompleks əlaqələri baxımından mürəkkəb

sistem kimi işləmək lazımdır. İqtisadi riyazi təhlil üsulunda istehlakm

strukturasmm faydahhğı nəzəriyyəsi meydana çıxır. İqtisadi

ədəbiyyatda belə funksiyaya faydahhğm məqsədli funksiyası da deyilir.

Bu funksiyanın optimallaşdırılması elə istehlak nemətlərinin yığımına

keçməyi tələb edir ki, bu nemətlər hesabına maksimum faydalılıq effekti

alınır.

/ / X / —> max, X > 0 X - maddi mənəvi nemətlər yığımıdır. İ/x/ faydalılıq funksiyası

iqtisadi riyazi təhlil istehlakm indeksasiyasmı gəlirlərlə istehlak

arasında əlaqəni qiymətləndirmək, analitik ifadələr işləmək üçün

istifadə olunur. Bu məqsədlə reqressiya və korrelyasiya təhlilindən istifadə olunur.

-41

Page 42: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

y = aixı+a2X2+...anXn

X - gəlirlər, y - istehlak riyazi təhlil tələb və təklifin qarşılıqlı

təhlili, qarşılıqlı tarazlıq şərtlərini ifadə etmək üçün tətbiq olunur.

Riyazi təhlil həmçinin həyat səviyyəsinin yüksəldilməsində, istehlakm

yaxşılaşmasında onların effektliyinin isbat olunması üçün də tətbiq

olunur.

Azərbaycan Respublikası əhalisinin məşğuliyyəti, istehsal

strukturası, onun xarici iqtisadi əlaqələri ərazidə tələb və təklifin

formalaşmasının həlledici amilləridir. Əhali həm istehlak amilidir, həm

də istehsal artımı respublikada öz tempinə görə son 30 ildə keçmiş SSRİ

tərkibində Orta Asiya respublikalarının artım tempinə uyğun olmuşdur.

Əgər iqtisadi regionları əhalinin artım tempinə görə tiplərə bölsək,

Azərbaycan əhalisinin artımı əlverişli olan rayonlar sırasına daxildir. Bu

baxımdan əmək ehtiyatları səviyyəsi iş yerləri səviyyəsinə nisbətən

yuxarı olmuşdur. Əmək ehtiyatları istehsalın strukturuna və xarici

təsərrüfat əlaqələrinin pozulmasına görə artıqlıq təşkil edir. Buna görə

də əmək qabiliyyətli əhalinin işlə təminatı kəskin xarakter daşıyır. Son

məlumatlara görə Azərbaycan iqtisadiyyatının əsas sosial- iqtisadi

inkişaf göstəriciləri olan milli məhsul, milli gəlir, sənaye məhsulunun

miqları, xalq istehlakı mallarının miqdarı artmışdır. Baxmayaraq ki,

əhalinin son 5 ildə illik artımı surətlə azalır: istehsal həcminin azalması

tempi əhalinin azalma tempini ötür. Əhalinin istehlakmm

formalaşmasının mühüm ünsürü olan gəlirlər, respublikada mövcud

bölgü sistemi ilə və gəlirlərin səviyyəsi ilə xarakterizə olunur. Vaxtı ilə

Azərbaycan adambaşına istehlak səviyyəsinə görə bütün

respublikalardan geri qadırdı. Çoxları bu halı Azərbaycanda

işləməyənlərin sayının çox olması və ailələrin tərkibində uşaqların çox

olması ilə izah edirdilər. Odur ki, istehlakdan qabaq əhalinin gəlirlərinin

adambaşına düşən səviyyəsi, o cümlədən eyni sahələrin müqayisəsində

orta əmək haqqı səviyyəsi istehlak səviyyəsinə görə dünya ölkələri

arasında 67-ci yerdə dayanırdı, İstehlakm strukturasmda isə

özünəməxsus meylləri var. O cümlədən, kənd əhalisinin istehlakmm dinamikası ilə şəhər əhalisinin ayrı-ayrı sosial qrup-

-42-

Page 43: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

larinin istehlakının dinamikası arasında ciddi fərqlər formalaşır. Bu

fərqləri yuxarıda dediyimiz kimi əhalinin həyat tərzindən, onun tarixi,

etnik, tələbat sistemindən asılı olaraq formalaşır. Son illərdə bəzi

məhsulların qıtlığı istehlakm quruluşunda bunu əvəz edən başqa

məhsulların əldə olunmasına gətirir. Bu da formalaşan

qanunauyğunluqların əldə olunmasına gətirir və formalaşan

qanuqauyğunluqları ciddi dəyişir. 60-cı illərdən 90-cı illərədək əhali

istehlakının strukturu dünya standartlarında olan strukturuna az da olsa

yaxınlaşırdı.

Azərbaycan əhalisinin istehlakım müəyyən edən əsas amillərdən

biri də açıq iqtisadiyyat şəraitində və xarici iqtisadi əlaqələrin

liberallaşması şəraitində respublikaya gətirilən mal, xidmət idxalı və

ixracıdır. İdxal və ixracın iki əsas yolu var. Birinci dövlət tərəfindən

tənzimlənən dövlətlərarası mübadilə ilə istehlak şeyləri və onun

bölgüsünü təyin edir, ikinci yolu isə əhalinin sahibkarların xarici

ölkələrin respublikada fəaliyyət göstərən ticarət mərkəzləri hesabına baş

verir. Ərazi baxımından və istehlakm idarə olunması nöqteyi-nəzərindən

xarici iqtisadi əlaqələrin forma və mənbələri onların istehlak fondunun

formalaşmasında rolu müəyyən olunmalıdır. İqtisadi ədəbiyyatda bu

əmtəələr və xidmətlərə miqrasiya olunan əmtəə və xidmətlər deyilir.

Miqrasiya problemi respublika ərazisində tələb və təklifin

tarazlaşmasmı, pul dövriyyəsinin əmtəə dövriyyəsi ilə uzlaşmasını

müəyyən edir. Qeyd edək ki, respublikadan aparılan və gətirilən

əmtəələrin xidmət balansı fərqi miqrasiya saldosu adlanır və

respublikada istehsalla istehlak arasında tarazlığı tədris etməklə istifadə

olunur. Azərbaycan üçün əmtəə istehsalı və ixrac-idxal arasında

nisbətlərin təhlili, bəzi əmtəələrin ixrac, digərlərini isə idxal xarakterli

olduğunu sübut edir. Beləliklə, respublika istehsalın əmtəə təklifinin

formalaşmasının ancaq 60%-ni təşkil etmişdir. İstehlakm Azərbaycanda

formalaşmasının və inkişafının təhlili göstərir ki, daha çox qeyri-ərzaq

məhsullarına olan tələbat daha dinamik və çevik inkişaf edir. Çünki

Azərbaycan Respublikası öz iqtisadi təbiəti etibarilə aqrar sənaye

respublikasıdır. Əhalinin məşğuliyyəti kənd təsərrüfatı ilə

-43-

Page 44: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bağlıdır. Bu baxımdan əhalinin istehlakının bu məhsullara tələbatının

xarici amillərdən təsiri azdır. Ona görə də istehlakm inkişafı

baxımından bazar iqtisadiyyatı şəraiti Azərbaycanda əlverişli olardı.

Azərbaycanın kəndlərində tələbat və istehlak strukturası burada yaşayan

əhalinin sosial vəziyyətindən, məşğuliyyətindən, əhalinin gəlirlərindən

və ailənin tərkibindən çox az asılıdır. Respublika əhalisinin kənd

yerlərində hər nəfərə düşən işləməyən uşaqların sayı 4-5 nəfərdir. Bəzi

məhsulların istehlakma gəlirlərin artımına da uşaqların sayı təsir edir.

Bu qanunauyğunluq 10-17 yaşadək uşaqların yaratdığı məhsulların

hesabına baş verir. Bir faktı göstərək: 70-80-ci illərdə Azərbaycanda

kənd təsərrüfatının istehsalında əmək məhsuldarlığı bütün

respublikalardan yüksək olmuşdur. Bu fakt yuxarıda dediyimiz uşaq

əməyinin istifadəsi hesabına baş vermişdir.

-44-

Page 45: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSIL III: İNFLYASİYA, QİYMƏT VƏ İŞSİZLİYİN SOSİAL-

İQTİSADİ İNKİŞAFDA QİYMƏTLƏNDİRİLMƏSİ

İnflyasiya və qiymət amili sosial-iqtisadi inkişafda

nəzərə alınırmı?

İqtisadi və sosial inkişafın mövcud vəziyyəti, onun səmərəli təşkili

son nəticədə inflyasiya səviyyəsində və əhalinin maddi rifahının

dəyişməsində özünün təsirini göstərir. İnflyasiyanın azaldılması,

dayanıqlı və etibarlı iqtisadi inkişaf üçün risk səviyyəsini azaldır.

Gözlənilən nəticələrin spektri qərar qəbul edən subyekt üçün daha şəffaf

görünür. İnflyasiya yaratmayan amillər vasitəsi ilə pul-kredit siyasətini

tənzimləmək daha əməli fəaliyyətə çevrilir.

Müasir açıq iqtisadiyyat, dünya inteqrasiyasına meyllilik

şəraitində, təbii ki, inflyasiya amilinin təsirindən qaçmaq qeyri-

mümkündür. Digər tərəfdən, iqtisadiyyatda inkişaf üçün daha fəal xərc

strukturuna meyllilik üstünlük təşkil edir. Büdcə kəsirinin rolu məhz

xərc strukturunda perspektiv inkişafa səbəb olan xərclərin artırılması

məqsədi ilə risklər edilir.

İqtisadiyyatda avans edilmiş kapitalın qazanılması gözlənilən

kapitala nisbətən artmasının proqnozu müəyyən inflyasiya nəticələrinə

gətirib çıxarır. İnflyasiyanın iqtisadi inkişaf üçün imkanları artırmaq,

xərcləri artırmaqla tələb və təklif meyllərinə və qanunauyğunluqlarına

təsir etmək mümkündür. Əgər hər hansı inkişaf üçün əlavə kapital

vacibdirsə, onun əldə edilməsi üçün borc zəruriyyəti yaranırsa və borcun

qaytaniması üçün iqtisadi artım baş verirsə, bu son nəticədə inkişafın

ümumi dinamikasına təsir edir.

Digər halda emissiya yolu ilə emissiya gəlirləri əldə edib, əhalinin

və hüquqi şəxslərin ehtiyatlarını, yaxud onların əmanətlərinin alıcılıq

qabiliyyətinə gətirib çıxarırsa, bu son nəticədə ümumi inkişafın sosial

aspektini azaldır, qütbləşmə dərəeəsini dərinləşdirir. Əhali və hüquqi

şəxslərin yığım stimulunu azaldır. Əldə olunan pul gəlirləri daha tez

iqtisadi dövriyyəyə, yaxud maddiləşmiş kapitala çevrilir ki, bu da son nəticədə inflyasiyanın

■45

Page 46: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

artım tempini yüksəldir. Ona görə də inflyasiyanın baş verməsində

hipotezlərin və praktiki iqtisadi addımların nəticəsini qiymətləndirmək

vacibdir. İnflyasiya və qiymət arasında əlaqə vahid medalın iki üzü kimi

çıxış edir. Qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin məcmusu

tələbatının maddi-əşya məcmusunu azaldır, əhalinin pula olan

ehtiyaclarını artırır, əmanətlərin xərclənməsinə səbəb olur. Yığılmış

vəsait qiymətdən düşür və əhalinin qütbləşmə dərəcəsi əmanət

prinsipindən uzaqlaşmaqla daha çox miqdarda xarakterlərin

funksiyasına çevrilir. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin

tənzimlənməsi inzibati yolla deyil, mövcud tələb və təklif

qanunauyğunluqlarını icra edib, baş verən proqnoz göstəricilərinin

qiymətləndirilməsi yolu ilə, iqtisadi mühit ilə vəhdət yaratmaqdan ibarət

olmalıdır.

Azərbaycan iqtisadiyyatında 1990-cı illərdən bəri inflyasiya

meyllərinin təhlili, onun nəticələri aralıq təcrübə və səhvlərdən ümumi

nəticəyə gəlməyə imkan verir. Əgər 1991-1994-cü illərdə inflyasiyanın

dərəcəsi 1600%-ə qalxmışdırsa, bu artıq əmtəə qıtlığı, alıcılıq

qabiliyyətinin aşağı olması hesabına natural əmtəə-kredit yolu və barter

üsulu ilə xarici mübadilə və yerli bazara təsir etmək nəticəsində baş

vermişdir. Pulun qıtlığı və onun bəzi biznismenlərin əlində olması

nəticəsində inflyasiya səviyyəsindən qazanc əldə etmək məqsədi

qütbləşmə dərəcəsini daha da dərinləşdirdi.

Makroiqtisadi tarazlıq və yüksək artım iqtisadiyyatda sabitləşmə

və inflyasiyanın praktiki yolu kimi keçid dövrü ölkələrində öz

əhəmiyyətli rolunu oynadı. Məhz pul-kredit siyasətində və bölgü

sistemində müəyyən tələblər və emissiyanın cilovlanması inflyasiyanın

aşağı düşməsinə və 1996-cı ildən 2003-cü ilə qədər daima azalmağa,

yaxud sabitləşməyə gətirib çıxarmışdır.

2003-cü ildən respublika iqtisadiyyatında inflyasiyanın artımı

müşahidə olunur və bunun bəzi mülahizələrdə səmərəliliyi

əsaslandırılır. Bir sıra iqtisadçılar inkişaf mövqeyindən çıxış edərək

inflyasiyanın artırılmasını yeni iş yerləri, yeni kapitalın iqtisadiyyata

cəlb edilməsinə stimul yaratmaq amili kimi baxmaqla, onun artmasının hipotezini verirlər.

-46

Page 47: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Digər iqtisadçı qruplar inflyasiyanın artımının həddlərini

proqnozlaşdırmaqla, onun elastikli tənzimlənməsini daha üstün hesab

edirlər. Biz məhz ikinci qrup iqtisadçılardan olmaqla inflyasiyanın

hələ ki, azad rəqabət və antiinhisar tədbirlərinin tam fəaliyyətini

nəzərə almaqla bir nəzəriyyənin təbliğatçısı və müəllifiyik. Hesab

edirik ki, inflyasiya nəticəsində əldə olunan artımın həcmi, onun

başqa mümkün variantlardan fərcjli olaraq sonrakı multiplikasiya

səmərəsinə gətirib çıxarmaq dərəcəsi ilə ölçülməlidir.

İnflyasiyanın həddi, onun iqtisadi inkişafa təsirinin effekti ilə

tənzimlənməlidir. Belə ki, inflyasiyanın yaranması, onun sonrakı

artımına səbəb olur. İnflyasiya mühitində istehsalçı öz məhsullarının

qiymətini qaldırmaqla vəziyyətdən çıxmaq istəyir. Bu zaman

istehsalçılar alıcı kimi, məhsulların maya dəyərinin də artırılması ilə

üzləşirlər. Nəticədə qalxan qiymətin nəticəsi iqtisadi sistemin bütün

mərhələləri üzrə paylanır. Bu prosesdə ancaq aztəminatlı ailələr və

dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə işləyənlərin əmək

haqqlarının fəal alıcılıq qabiliyyəti azalır. Dövlət inflyasiya şəraitində

indeksasiya aparırsa, onun borc və bitməmiş istehsala ayrılan vəsaitləri

investisiyaların artırılmasına gedir. Qiymətlərin qalxması nəticəsində

dövlətin əldə etdiyi gəlirlər (əgər düzgün şəraitdə baş verirsə) artır. Bu

artım hesabına əhalinin əmək haqqı və transfert xərcləri artırılır. Ona

görə də qiymətin dəyişməsi prosesi bazar iqtisadiyyatı qanunları ilə baş

verirsə, dövlətin başlıca vəzifəsi onun sosial- iqtisadi nəticələrinin

proqnozunu verməklə himayəçilik və bölgü sistemini

təkmilləşdirməkdən ibarətdir.

İnflyasiya amili həmçinin «gizli», yaxud uçota alınmayan gəlirlər

və xərclər hesabına da baş verir. Keçid dövlətlərində heç də gəlirlər və

xərclər, istehsal və istehlak arasında miqdar və struktura baxımından

mütləq tarazlıq və balans mövcud olmur. Təbii ki, gəlirlərin yenidən

bölgüsü və natural istehlak hesabına qütbləşmənin yumşalması baş verir.

Ona görə də inflyasiya prosesində ayrı-ayrı sahələrin və sosial-iqtisadi

qrupların düş

-47

Page 48: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

düyü iqtisadi və sosial vəziyyətin dinamikasını qiymətləndirmək

vacibdir.

Rüşvət artırsa, onun təsiri qiymətdə özünü göstərir. Belə ki, rüşvət

alan şəxsin istehlak davranışı dəyişir, onun xərc strukturunda daha

bahalı və yaxud yeni xərclər yaranır. Bu da əmtəə və xidmət bazarında

alıcılıq qabiliyyətini və dövriyyədə olan pulun miqdarını artırır. Rüşvət

verən hüquqi və fiziki şəxs onun təkrar qaytarılması üçün istehsal

olunmuş məhsulun maya dəyərini artırır, bunun nəticəsində əmək haqqı

xərcləri əmək bazarında təklifin tələbdən yuxarı olması şəraitindən

istifadə etməklə azalır. Bu da bütövlükdə bir qrup əhalinin alıcılıq

qabiliyyətini azaldır. Əmək haqqının və pensiya gəlirlərinin

indeksasiyası olmadığı şəraitdə bir qrup əhalinin rifahı pisləşir.

Qiymətin dəyişməsinin bir sıra obyektiv və subyektiv səbəbləri olduğu

üçün həmin səbəblərin tənzimlənməsi iqtisadi mexa- nizmlər vasitəsi ilə

baş verdikdə, müsbət meyllər və sosial müdafiə tədbirləri səmərəli təşkil

olunmuş olur.

Obyektiv səbəbləri müxtəlif qrup amillərə bölmək olar. İlkin

növbədə monitar siyasət və maliyyə-kredit siyasəti, həmçinin

beynəlxalq səviyyəli qiymət dəyişmələri, kredit faizi və xarici

valyutanın respublikanın iqtisadi dövriyyəsində rolu ilə səciyyələnir.

Belə ki, ölkədə buraxılan pulun miqdarı, nəqdsiz və nəqd

haqq-hesabların olması, pulun dövriyyədən çıxması amilləri, pul tələbi

və təklifi arasında tarazlığın qorunması ilə inflyasiyaya təsir edir.

İiknci qrup amillər xarici valyutanın respublikada xüsusi çəkisi,

onun əməliyyatlar üzrə nüfuz dərəcəsi və idxal-ixrac nisbətlərində rolu

ilə özünün təsirini formalaşdırır. Hesablamalar göstərir ki, neftin

qiymətinin artması dünyada həyata keçirilən terrorizmə qarşı mübarizə

tədbirləri, soyuq müharibə halları çoxlu pul vəsaitinin dövriyyə

buraxılmasına, bu da idxal edən ölkələrdə daha çox qiymətin

qalxmasına və həmin ölkələrin əhalisinin həyat səviyyəsinin nisbi

pisləşməsinə gətirib çıxarır.

Neft ixracatı nəticəsində əldə edilən gəlirlər idxal məhsullarının

qiymətində özünün artımı ilə təzahür olunur.

-48-

Page 49: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Dollarlaşma səviyyəsi çox olan ölkələrdə məhz valyutanın emissiyası

hesabına gəlirlərin bir hissəsinin valyuta emissiya edən ölklərə

axmasına səbəb olur. Dollarlaşma səviyyəsi milli valyutanın dövriyyə

surətini azaldır. O da respublikada bank fəaliyyətindən, kredit,

əmtəə-pul münasibətlərindən gələn gəlirlərin uçotunu və ümumi milli

məhsulun həqiqi kütləsini azaltmış olur.

Üçüncü amil olaraq inflyasiyanın səbəblərindən biri vergi

siyasətinin və vergi mexanizmlərinin düzgün əsaslandırılmamasıdır.

Tədqiqatın nəzəri və praktiki nəticələri göstərir ki, vergilərin qiymətə

təsir edən növləri dövlət büdcəsini doldurmaq niyyəti ilə prioritet

istiqamət kəsb etdikdə, onun sosial nəticələri qiymətin artmasında öz

əksini tapır. Belə ki, Azərbaycanda vergi gəlirlərinin strukturu və

formalaşma mənbəələrinin dinamikasında əlavə dəyər vergisinin və

aksiz vergisinin artması son nəticədə qiymətlərin artmasına səbəb olur.

Hesablamalar göstərir ki, 2003-cü ildə əlavə dəyər vergisinin gəlir

vergiləri tərkibində xüsusi çəkisi 33%-ə qədər qalxmışdır. Bu da öz

növbəsində əlavə dəyər vergisi ödəcilərinin istehsal və satış üçün

istehsal etdiyi əmtəələrin və xidmətlərin maya dəyərinin artmlmasma

gətirib çıxarır. Qiymətin dəyişməsindən gələn əlavə dəyər vergisi

hesabına formalaşan gəlir maya dəyərində oturmaqla qiymətə təsir edir.

Dördüncü amil olaraq keçid dövrünü yaşayan ölkələrin

iqtisadiyyatında baş verən inhisar siyasəti və antiinhisar tədbirlərinin

arasında kompensasiya effektinin təsirindən formalaşan meyllərdir.

Müşahidələr və nəzəri ümumiləşdirmə olaraq bazar iqtisadiyyatı

şəraitində inhisarçıhğm formalaşması və onun korrupsiya elementi

olaraq fəaliyyət dairəsinin iqtisadi əsasını kommersiya mənfəəti təşkil

edir. İnhisarçılıq mövcud idarəetmə quruluşu, beynəlxalq maliyyə və

sənaye korporasiyalarının ittifaqı, həmçinin inkişaf etmiş ölkələrin

üstəlik mənfəət əldə etməsi cəhdləri, razılaşma amilləri və təsirləri ilə

reallaşır.

İnhisarçıhğm yaranması, inkişafı və sosial-iqtisadi nəticələri

müəyyən hipotezlər və proqnozlara əsasən qiymətləndirilir və

antiinhisar tədbirləri həyata keçirilir.

-49

Page 50: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inhisarçılıq təbii inkişaf prosesində baş verirsə, iri transmilli

kompaniyalara qarşı xırda və primitiv texnoloji proseslərə əsaslanan

fəaliyyət dairəsi iqtisadi səmərə baxımından mümkün olmadıqda, onda

inhisarçılıq qiymətlərinin formalaşması baş verir. Bunun müqabilində

xırda biznesi dəstəkləyən dövlət himayəsi yolu və rəqabət mühitli yeni

istehsal sahələrinin yaranması, xarici kapitala stimul yaratmaq, dünya

bazarına çıxa bilən iri korporasiyaların ölkəyə gətirilməsi səmərəli

təşkilati- idarəetmə metodologiyasıdır. Amma iri inhisarların bazar

qiymətlərini aşağı salmaq əvəzinə bazarda hər hansı çeşiddə olan

məhsulların istehsalının məhdudlaşdırılması və subyektiv təsirlərlə

idxala təsir edib, bazara həmin malların buraxılmaması, fıkrimizcə,

inhisarçıhğm «zorakılıq» formasıdır. İnhisarçılıq və korrupsiya

bir-birini tamamlayan iqtisadi proseslərdir. Məhz bazarın istehlak

seqmentinin 70%-dən çoxunu ələ almaq, daha çox qiymətin

formalaşmasında xərclərin bahalaşmasına şərait yaratmaqla kiçik və

orta biznes fəaliyyətinin rentabellik səviyyəsini aşağı salmaq və

sənaye-maliyyə korporasiyalarının təsərrüfat əlaqələrini ələ almaq

korrupsiyasız mümkün deyildir.

Müasir şəraitdə keçid dövrü yaşayan ölkələrin maliyyə bazarında

olan korrupsiya və monetar metodlarla inhisarçılıq sənaye-ticarət və

kredit metodları ilə baş verir. Çirkli pulların dövlətə axması, yaxud onun

dövriyyədən çıxıb, dünya banklarında saxlanılması ölkədə tədricən

inkişafın daxili imkanlar sferası dairəsinin kiçilməsinə gətirib çıxarır.

Azərbaycan Respublikası hər hansı əmtəə və xidmət bazarının

inkişafı, onun məhsullarına tələbin geniş inkişafı ilə yanaşı, iqtisadi və

maliyyə imkanlarının kimin əlində olması ilə müəyyənləşir. Bu gün

biznes fəaliyyətində xalis biznesmenlərlə yanaşı imkanı olan dövlət

məmurları da iştirak edir. Təbii ki, dövlət məmurlarının kredit vermək,

maliyyə qoymaq imkanları digər sahibkarlara nisbətən yüksək olur. Hər

bir biznes fəaliyyəti güzəştli imkanlara, üstəlik qayğıya malik olduqda,

onun inhisar olması üçün iqtisadi əsas yaranır. O daha tez və ucuz, əlavə

xərclər çəkmədən üstünlüyə sahib olur ki, bu da onun bazarda

50

Page 51: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bəzi məhsulların ucuz qiymətdə satılmasına gətirib çıxarır. Digər

sahibkar hər bir xərci daha baha qiymətlərlə təmin etdiyinə görə

inhisarlar qarşısında müflisləşir. Ona görə də bəzi inhisar qiymətlərinin

aşağı düşməsi halı müflisləşmənin və yeni inhisar- çıhğm

iqtisadi-təşkilati əsasıdır. Bəzi inhisarlar müvəqqəti olaraq özünün

ehtiyatları, yaxud kredit və borcları hesabına (bu kredit və borclara əlavə

rüşvət verilmədiyi üçün) ucuz qiymətdə məhsul və xidmət göstərməklə,

digər normal bazar qiymətlərində xidmət göstərən sahibkara nisbətən öz

məhsulunu ucuz satmaqla onun iqtisadi səmərəliliyini aşağı salır, bu da

həmin sahibkarların aradan çıxmasına səbəb olur.

Azərbaycanın daxili bazarında inflyasiyanın yaranmasının əsas

səbəblərindən biri məhz inhisarçıların qiymətə təsiri və onun nəticəsində

inhisar fəaliyyəti və digər qiymətlərə təsiri ilə reallaşır.

Bu gün tikinti kapitalında kredit resursları daha çox istifadə

olunursa və kreditin verilməsində bankların rolu və onun bir başa tikinti

ilə məşğul olması, təbii ki, qiymətlərin aşağı düşməməsi və verilən

kreditin alıcılıq qabiliyyətinə təsir etməklə tikinti məhsullarını əldə

etmək üçün digər subyektlərin də istehsal məhsulunun qiymətinin

artması ilə baş verir.

Qiymətlərin dəyişməsi ayrı-ayrı məhsulların qiymətləri arasındakı

nisbətin dəyişməsindən xeyli asılıdır. Əgər neft və enerji məhsullarının

qiyməti artırsa, onun ətaləti bütün fəaliyyət növlərində öz əksini tapır.

Enerji məhsulları istehsalın və xidmətin dəyər tərkibində aparıcı həlqə

olduğu üçün məhsulların son qiymətinə təsir edir və bahalaşmanın aşağı

düşməsi mümkün olmur. Digər tərəfdən istehlakçılar bahalaşmış bazara

çatmaq üçün öz istehsal və xidmət fəaliyyətinin qiymətlərini artırmağa

can atırlar. Dövlət isə öz mülkiyyətində olan fəaliyyət növlərinin bazar

iqtisadiyyatı şəraitində xərclərini ödəmək üçün transfert xərclərini və

büdcə xərclərini artırmağa məcbur olur. Bu da bazarda məcmuu tələbi

artırır, qiymətin qalxmış səviyyəsində tarazlıq təmin olunmuş olur.

51-

Page 52: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qiymət amili ayrı-ayrı mülkiyyət formasından və fəaliyyət

növündən asılı olmayaraq məcbuu tələb və təklifin tarazlaşması, sahə

mənfəətinin bölgüsü və yenidən bölgüsü üçün əhəmiyyət kəsb edir.

Kapitalın və investisiyanın əsas istiqamətləri mənfəət norması ilə

müəyyənləşir. Bazar tipli inkişaf dinamikasında kapitalın axını daha

çox mənfəət gətirən sahələrə və fəaliyyətinə uyğun olaraq istifadə

olunur. Bazarın tələb və təklifi arasında fərq çox olarsa, onda kapitalın

həmin sahəyə tələblə uyğun dinamikası baş verir. Əksinə təklif tələbdən

çox olarsa kapitalın həmin sahəyə axınında azalma sürəti baş verir.

ATi >ATəki

AKap -^ATi

ATi <ATəki AKap ^ATj

burada, ATi- i məhsuluna olan tələbat; ATək- təklif

AKap - kapital qoyuluşu artımı;

ATj - j məhsula olan tələbat.

Mənfəətin sahələr üzrə həcmi, ona kapitalın axınım stimullaşdırır.

Hər bir respublikada keçid dövrünün xüsusiyyətləri və mənfəət

gətirmək şansı, onun həcmi xarici və daxili investisiyanı stimullaşdırır.

Belə ki, inflyasiyanın yuxarı olması şəraitində uzunmüddətli kredit və

investisiyaların riski azalır. Daha çox sosial sfera və xidmət sahələrinə

investisiya axını baş verir. Azərbaycan Respublikasında bazar tələbatı

investisiya gəlirlərini formalaşdırır. Cari bazar seqmentləri

investisiyanın strukturunu müəyyən edir.

Dayanıqlı və aşağı inflyasiya səviyyəsi investisiyanın riskini

artırır, çünki investisiya vəsaitlərinin qiymətdən düşməsinə az təsir edir.

Nə qədər layihə müddəti yuxarı olursa və inflyasiya səviyyəsi yüksək

olursa, bir o qədər investisiyanın təşviqi üçün iqtisadi əsas zəif formalaşır.

-52-

Page 53: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inflyasiya səviyyəsi ilə təkrar istehsal problemləri və sosial-

iqtisadi inkişafın struktur siyasəti arasında əlaqələrin təhlili nəzəri və

strateji planlaşma üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün strateji

planlaşma dayanıqlı inkişafın mühüm həlqəsi olsa da, onun həlli üçün

maddi və maliyyə bazasının yaradılması zəif inkişaf edir. Əgər xarici

layihələrin və Azərbaycana qoyulan investisiyanın neft sektorundan

başqa digər sahələrə axını tez mənfəət əldə edən sahələr üzrə formalaşır.

İnflyasiyanın layihə güclərinin reallaşmasında mənfi təsiri, onun maddi

və texnoloji quruluşu təmin edən avadanlıqların və xammal

materialların bahalaşması və yaxud yeni keyfiyyətli marketinq

strukturunun formalaşması ilə müəyyən resursların çatışmamazhğma

səbəb olur. İnflyasiyanın qarşısını alan əsas təşkilati-iqtisadi strukturunu

geniş texnoloji quruluşa malik olan elmi-texniki proqnozların işlənməsi

təşkil edir. Elmi-texniki potensial iqtisadi sosial inkişafın təkrar istehsal

strukturunda iqtisadi artımı təmin edən amillərin daha üstün artması ilə

mümkündür. Bu gün Azərbaycan iqtisadiyyatının sahə quruluşunda

sənaye potensialının əsas hissəsini neft sektoru təşkil edir. Əgər ümumi

daxili məhsulun formalaşmasında neft sektorunun payını

neytrallaşdırsaq, digər sahələrin xüsusi çəkisi ÜDM-da 6-7% təşkil

edəcək, bu da dayanıqlı inkişaf meyllərinin tam təminatı ola bilməz.

Əgər investisiyaların sahə strukturunu təhlil edib, onun təyin edici

sahələr üzrə strukturuna baxsaq, neft sənayesindən başqa digər sahələrə

kapital qoyuluşunun miqdarı, həmin sahələrin bazarının idxaldan azad

olmasına tam təminat vermir. İnflyasiya prosesində dayanıqlı siyasət,

istehsal güclərinin quruluşu və onun ixracat yönlü strategiyası ilə

mümkündür. Qloballaşma şəraitində inkişaf etmiş dövlətlərin

bazarlarını bölüşdürmək, strateji avadanlıqların ixrac bazarında yer

tutmaq və dollar bazarına uyğun texnologiyalar və layihələr ixrac etmək

dünya bazarında baş verən proseslərin, yoxsul və inkişaf etməkdə olan

ölkələrə ixrac olunması deməkdir. Ayrı-ayrı dövlətlərin ərazisində avro,

yaxud ABŞ dollarının miqdarının dəyişməsi, həmin ölkənin xarici

emissiya tədbirlərindən və dünyada pulun alıcılıq qabiliy

53-

Page 54: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

yətinin aşağı düşməsi yaxud qalxması təsirindən asılı olaraq

formalaşdırır. Ölkələrin dünya iqtisadi dövriyyəsində rolunu və xüsusi

çəkisini həmin ölkələrin iqtisadi və sosial fəaliyyətində xarici

valyutaların nisbətlərinin dəyişməsi ilə əlaqədə tədqiqi vacibdir. Təbii

ki, xarici valyutanın ölkə iqtisadiyyatının bütün sahələrinə nüfuz etməsi,

onun daxilində baş verən milli hesabatların düzgün olmamasına, əmtəə

və pul münasibətlərinin düzgün uçotu və nəzarəti prinsiplərinin

pozulmasına gətirib çıxarır.

Dollarlaşma səviyyəsi respublikaya gətirilən dolların hesabına və

respublika iqtisadiyyatında pul məkanının ixracat, yaxud idxal etdiyi

məhsulların xüsusi çəkisinə görə formalaşır. Milli pulun dollarla və

yaxud avro ilə məzənnəsinin dərəcəsi haqq- hesabların və ödəmələrin

hesablanmasına gətirib çıxarır. Əhali arasında haqq hesablar və iri

istehlak şeyləri, daşınmaz əmlakın alqı-satqısı və digər üstəlik ödəmələr

hesaba alınmayan uçotlar, dollar, yaxud avro ilə hesablanır. Bu da milli

hesabların ümumi həcmini, onun uçotu və vergi-maliyyə hesablarının

təhrif olunmuş səviyyəsini formalaşdırır.

Azərbaycan iqtisadiyyatında inflyasiyanın artması və qiymətlərin

dəyişməsində uçota alınmayan gəlirlər və istehlak səviyyəsi mühüm yer

tutur. Ona görə də respublikada istehlakm düzgün qiymətləndirilməsi,

onun daxilində istehsal və bölgü həcmi ilə deyil, həmçinin respublikaya

gətirilən pul kütləsinin və həmçinin uçota alınmayan, ancaq istehlakda

öz əksini tapan gəlirlərin, yaxud daxil olan vəsaitin həcmini nəzərə

almaqla daha çox adekvat təsvir yaranır.

İnflyasiyanın qarşısını almaq tədbirləri və onun tənzimlənməsi

nəzəri və praktiki müzakirə və tədqiqat obyektidir. Bəzi ədəbiyyatlarda

inflyasiyanı əmələ gətirən tədbirlərin qarşısını almaq üçün «dondurma»,

yaxud «sərt pul-kredit siyasəti», əmək haqqı və gəlirlərin yüksək

artımının ləngidilməsi və bir sıra tədbirlərin hazırlanması əsas kimi

qəbul olunur.

İqtisadi artım inkişafın maddi və maliyyə əsasıdır. Tələbatın

artması və ödənilməsi arasında imkanların tarazlaşması iqtisadi

-54-

Page 55: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

artıma təsir edir və əgər bu artımlar bir-birinə uyğun elastiklik əmsalı ilə

tənzimlənirsə, onda inflyasiya səviyyəsində qiymətlərin dəyişməsi

baxımından artım baş verirsə də, tələbatın ödənilməsi dərəcəsində

yaxınlaşma həmin artımdan yüksək olur. Bu hal, fıkrimizcə, mütərəqqi

tənzimləmə siyasəti olmaqla, süni dayandırma, yaxud «dondurma»

siyasətinə səmərəli yanaşma prinsipidir. Belə halda əhalinin rifahında

dəyişmələr müsbət meyllərlə baş verir. Ümumi həyat indeksi vahiddən

yuxarı olur. Təbii ki, «dondurma» metodu ilə inflyasiya amilindən

qaçmaq ola bilsin ki, qapalı iqtisadiyyat və sosializm şəraitində səmərə

verirdi. Müasir iqtisadi əlaqələr, dünya sistemində qiymətin dəyişməsi,

dünya iqtisadi birliklərinin. Beynəlxalq Valyuta Fondunun (BVF) və

dünya bankının transformasiya modelinə daxil olan tədbirləri, təbii ki,

inflyasiyanın ancaq təsirini demokratik prinsiplərə və bazar tipli

dəyişmələrə uyğun aparılmasını tələb edir.

Əmək haqqı və gəlirlərlə inflyasiya arasında düz və əks əlaqə

problemləri məhz tənzimləmənin metodoloji amillərini meydana atır.

Əmək haqqının artımı iki əsas amillə tənzimlənir: əməyin nəticələrinin

bazar tələbatı baxımından faydalı olması, onun dayanıqlı inkişaf üçün

gəlir gətirmək, məsrəfləri və geniş istehsalı təmin etmək səyi; digər

tərəfdən əmək bazarında iş qüvvəsinə olan tələbatla iş qüvvəsinin təklifi

arasında nisbətin iş qüvvəsinin üstün olması ilə təzahürü forması. Əmək

haqqının aşağı salınması meyli iş qüvvəsinin minimum istehlak büdcəsi

baxımından təminatını nəzərə almaqla məhdudlaşır. İnflyasiya baş

verdikdə əmək haqqına olan ehtiyatlar artır. Çünki iş qüvvəsinin təkrar

istehsalı üçün məcmuu istehlak məhsullarının həcmi azalmış olur. Onun

strukturunda deformasiya ancaq zəruri ərzaq və sağlamlıqla bağlı

məhsulların ödənilməsi üçün çəkilən xərclər istiqamətində inkişaf edir.

İstehlak balansında əmtəələr və xidmətlər arasında disproporsiyalar

meydana çıxır ki, bu da həyat səviyyəsinin və həyat indeksinin

kəmiyyətinin aşağı düşməsinə səbəb olur. İnflyasiyanın ayrı-ayrı

məhsulların qiymətlərinin yüksəldilməsi hesabına baş verməsi, həmin

-55

Page 56: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əmtəələrin istehlak seqmentləri üzrə bölgüsündə nisbətlərin

dəyişməsinə səbəb olur. Belə şəraitdə əmək haqqının artması artıq baş

vermiş inflyasiya şəraitində tələbatın ödənilmə dərəcəsi aşağı olan

əmtəələr və xidmət üzrə reallaşmasına gətirib çıxaracaqsa, həmin

əmtəələrin istehsalının az olması, bazarda əmtəə və xidmət təklifində

istehlak seqmenti kimi onların payının artan tələbata uyğun olmaması

qiymətlərin artmasına və inflyasiyanın dərinləşməsinə gətirib çıxara

bilir. İnflyasiya pul sferasında baş versədə, onun nüfuz dairəsi iqtisadi

artım, rəqabət, dayanıqlı inkişaf və həmçinin əhalinin həyat

səviyyəsinin nisbi və mütləq pisləşməsi, yoxsulluq həddi, onun ləğvi

üçün alternativ qərar qəbullarının seçilməsi üçün zəruriyyət yaradır.

Klassik formada inflyasiya pulun miqdarının ona bərabər olan əmtəə və

xidmətlərin mövcud qiymətlərdə olması ilə səciyyələnir. İ.Fişerin

tənliyinə görə

MV=PQ

tənliyi pul nəzəriyyəsinin miqdar konsepsiyası kimi indiki bazar

ölkələrində öz əhəmiyyətini saxlayır. Yuxarıdakı tənlikdə M -

dövriyyədə olan pulun miqdarı, V - pulun dövriyyə sürəti, P - orta

qiymət səviyyəsiuyğun əmtəələr üzrə, Q - əmtəələrin miqdarı olmaqla

qiymətin dəyişməsi ilə zəruri olan pul miqdarının dəyişməsini

xarakterizə edir. Müasir iqtisadi sistemin keyfiyyətcə dəyişməsi

inflyasiyanın miqdar qiymətləndirilməsi üçün, dövriyyə sürətinin faiz

normasının və orta tədiyyə vəsaitlərinin müxtəlif likvidlik dərəcəsini

nəzərə almaqla baş verməlidir.

Müasir iqtisadi inkişaf mərhələsində inflyasiya ilə işsizlik

səviyyəsi arasında düz və əks əlaqələrin qiymətləndirilməsi və onların

nəzəri və praktiki tənzimləmə aspektlərinin işlənməsi metodologiyası

ilə bağlıdır. İnflyasiyanın hər hansı əmtəə və xidmət üzrə tələb və təklif

arasında uyğunsuzluyun pozulması hesabına baş verməsi həmin

məhsulu istehsal edən sahibkarın istehsal etdiyi məhsulun qiymətinin

aşağı düşməsinə və müəssisənin bağlanmasına gətirib çıxarır. Bu sahədə

işsizlik yaranır. Ona görə də istehsalın çeşidi, keyfiyyəti və iş yerlərinin

-56-

Page 57: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

saxlanılması üçün istehsal həcmi, onun çeşidi və buraxacaq məhsullar

üzrə strukturu formalaşdırılır.

Müasir inflyasiya alıcılıq qabiliyyəti ilə əmtəə və xidmət bazarı

arasında tarazlığı təmin etmək məqsədi ilə dövriyyədə pul kütləsinin və

onun dövriyyə surətini tənzimləyən sosial-iqtisadi və təşkilati

tədbirlərin, həmçinin beynəlxalq səviyyəli maliyyə tədbirlərinin, idxal

və ixracat təsirlərini nəzərə almaqla tənzimlənən prosesdir.

İnflyasiya prosesi çox amilli bir proses olduğu üçün, onun idarə

olunması və sosial-iqtisadi inkişafda nəticələrinin taraz- laşdırılması

üçün inflyasiyanın təzahür formalarının və növlərini proqnozlaşdırmaq,

meyar və göstəricilərini seçməklə qiymətləndirmək, habelə idarəetmədə

nəzərə almaq vacibdir. İqtisadi ədəbiyyatlarda müxtəlif forma və

növlərə görə inflyasiya tədbirlərinin təsnifatı və xarakteri öyrənilir:

- sürüşən inflyasiya tədricən artan kiçik, orta templə dəyişən və

adətən metod və keyfiyyətin dəyişməsi ilə xarakterik olan və formalaşan

inflyasiyadır;

- qəflətən qalxan inflyasiya xarakter etibarı ilə sıçrayışla dəyişən

iki və üç rəqəmli kəmiyyətlə səciyyələnən və iqtisadi inkişafın artım

tempi, yaxud tənzimlənmə tədbirləri ilə formalaşan inflyasiya

prosesidir;

- ifrat inflyasiya qiymətin kəskin dəyişməsi ilə daha çox iqtisadi

dayanıqlıq və tarazlı inkişaf üçün qorxulu olan hər ayda 50%-dan yuxarı

olan və istehsal güclərinin istifadə əmsalının kəskin düşməsi işsizliyin

artması ilə səciyyələnən prosesdir.

İnflyasiyanın forması, onun növü ayrı-ayrı resurs və təyinatının

məqsədindən asılı olaraq dəyişə bilir. İnflyasiya ayrı-ayrı məhsullar və

yaxud xidmətlər üzrə onların qiymətlərinin dəyişmə dinamikası ilə

ölçülür. Ərzaq məhsullarının qiymətin qalxması, həmin məhsulları

istehlak edənlərin xərclərinin artmasına səbəb olur. Bu daha çox yoxsul

təbəqələrin həyat səviyyəsinin nisbi pisləşməsinə səbəb olur. Yaxud

turizmin inkişafı və onun xidmətinə olan tələbatın artması daha çox

yuxarı gəlirli əhalinin həyat səviyyəsinin dəyişməsinə səbəb olur. Ona

görə də

57-

Page 58: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

gəlirlərin dəyişməsi ilə inflyasiya arasında tarazlılıq indeksiasiya yolu

ilə tənzimlənir. Əhalinin alıcılıq qabiliyyətini saxmalaq və hər hansı

məhsulun qiymətinin dəyişməsi ilə digər məhsullara tələbatın artması ilə

qiymətlərin artması müasir bazar iqtisadiyyatı şəraitində makretinq

strukturunun təkmilləşdirilməsi və istehlak strukturunda qiymət

dəyişməsinə uyğun olan istehlak davranışı modeli ilə təsvir olunur.

Məlum Fişer tənliyinə uyğun olaraq hər hansı Li məhsulunun Apı -

qiymət dəyişməsi digər kj - məhsulunun Äkj - artımına səbəb olur. Əgər

bu dəyişmə həm də ümumi gəlirlərin dəyişməməsi halında baş verirsə,

onda istehlak strukturunda kj - məhsullarının həcmi artır, onun istehsalı

ilə istehlakı arasında nisbətləri dəyişməklə məcmuu tələblə təklif

arasında tarazlığı dəyişir və sosial-iqtisadi inkişafın yeni istiqamətlərini

formalaşdırır. İflyasiyanm səviyyəsini tənzimləmək üçün, yuxarıda

deyildiyi kimi, nəqd və nəqdsiz haqq hesablar, əmtəə və xidmətin kredit

yolu ilə istifadəsi, borcların uçotu və faiz dərəcəsinin «görünən» və

«görünməyən təsirlər» ucbatından dəyişməsi meylləri təsir edir.

Qiymətin dəyişməsi hesabına alıcılıq qabiliyyətinin dəyişməsi

alıcı üçün istehlak davranışı modeli ilə təsvir olunur. Əhalinin həyat

səviyyəsinin öyrənilməsində və bazarın tələb- təklif qanunlarına uyğun

tənzimlənilməsində Pareto tədqiqinin böyük əhəmiyyət verdi. Bazarda

qiymət dəyişməsi istehlakçıya faydalı variant seçməyə imkan verir.

Faydalılıq hər bir istehlakçı üçün müəyyən təyin olunmuş amillər və

göstəricilərlə səciyyələnir. Təbii ki, hətta gəlir səviyyəsi eyni olan əhali

qruplarında faydalılıq, onun istehlak davranışı, adət etdiyi həyat tərzi,

yaxud ailə üzvlərinin hər birinin fərdi istehlak parametrləri ilə

müəyyənləşir. İki və daha çox əmtəə və xidmət növünün seçilməsi hər

bir istehlakçı üçün «fərqsiz əyri» müstəvisində, yaxud ondan kənarda

axtarılır.

Reallıqda hər bir alıcı tipi üçün xarakterik əmtəə və xidmət növü

və çeşidi mövcuddur. Həmin çeşidin və növün uyğun qiymətlərlə seçim

qabiliyyətinin formalaşmasına təsir edir. Əgər bu gün «mersedes»,

yaxud «kompyüter»-in qiymətinin dəyişməsi

-58-

Page 59: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

baş verirsə, onda bu əhalinin bir qrup «oliqarxiyanın» seçiminə təsir edə

bilər. Çox əhali üçün bu qiymətin dəyişməsi «faydalılıq» funksiyası

baxımından «effekt» vermir. «Effekt», bizim fıkri- mizcə, bazar

qiymətlərinin dəyişməsi, yaxud hər hansı yeni isteh- lak seqmentinin

bazara daxil olması zamanı alıcılıq reaksiyası və yaxud onun üçün seçim

dərəcəsinə təsir etmək qabiliyyəti kimi nəzərdə tutulur.

Ona görə də aparılan bütün tədbirlərin alıcıların əsas kütləsinə

reaksiya dərəcəsi ilə qiymətləndirilməsi vacibdir.

İnflyasiyanın tənzimlənməsi onu yaradan səbəblərin qarşısının

inzibati metodla deyil, iqtisadi və sosial transformasiya prinsipləri və

metodları ilə mümkündür. Bu baxımdan obyektiv səbəbləri, antiinhisar,

indeksləşdirmə, yoxsulluğun ləğvi qütbləş- mədə sosial müdafiə

tədbirlərinin dövlət təminatı və idxal-ixrac proseslərində inhisarçılığm

qarşısını alan tədbirlərin əsaslandırılması və tətbiqi ilə reallaşmalıdır.

İnflyasiyanın bazar iqtisadiyyatı şəraitində çevik mexa- nizmlər

vasitəsi ilə tənzimlənməsi vacibdir. Bu yanaşma onun əmələ gəlməsi

xarakterinə və məzmununa uyğun metodlar və mexanizmlər tətbiqi ilə

mümkündür. İqtisadi ədəbiyyatlarda inflyasiya yaradan səbəblərin

qruplaşdırılması onlara təsirin xarakterini nəzərə almaqla aparılanda

fayda effekti yüksək olur. Onun effekti inflyasiya yaradan və onun

nəticələrini neytrallaşdıran üsullar vasitəsi ilə baş verir. Aşağıdakı əmələ

gəlmə üsullarına görə inflyasiya növlərini ayırmaq olar:

- inhisar qiymətlər hesabına əmələ gələn inzibati yollarla

tənzimlənən qiymətlər hesabına;

- istehsal xərclərinin yeni texnologiya tətbiqi və əmək

məsrəflərinin artması və transmilli kompaniyaların rəqabət mühiti

şəraitində istehsal seqmentinin təkmilləşməsi nəticəsində digər

sahələrdə də xərclərin artması;

- tələbatın təklif üzərində artmasına səbəb olan həyat səviyyəsinin

artması, yaxud gəlirlərin dəyişməsi ilə tələb əyrisinin daha çox bahalı

məhsullar üzrə dəyişməsi. Tələb əyrisinin bir seqmentdən digər

seqmentə keçməsi, həmin məhsulların doyma

59

Page 60: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

nöqtəsində qiymətlərin sabitləşməsinə, sonradan onun azalmasına səbəb

olur;

- təklifin tələbdən çox olması, istehsal xərclərinin artması

nəticəsində həmin məhsullara alıcılıq qabiliyyəti azalır;

- idxal inflyasiya, ölkəyə əlavə valyutanın gətirilməsi və idxal

olunan məhsulların qiymətinin artması;

- kredit inflyasiyası, həddən çox kredit resurslarının dövriyyə

buraxılması və pul kütləsinin əmtəə və xidmət təklifindən çox

olmasıdır.

İnflyasiyanın açıq və təziqlə azaldılmış tipləri. Hər bir ölkədə

sosial-iqtisadi inkişafın motivindən və iqtisadiyyatda dövlətin

himayəçilik, həmçinin sosial müdafiə tədbirlərinin tətbiqi dərəcəsindən

asılıdır. Təzyiqlə azaldılmış qiymətlər dövlətin qiymətə və gəlirlərə

təsiri, əmək haqqının dondurulması, pulun miqdarının

formalaşdırılması, yaxud total-inzibati təsirlə baş verir.

Təbii ki, təzyiqə məruz qalmış inflyasiya bazar iqtisadiyyatı

mexanizmlərinin təhrif olunmasına gətirib çıxara bilər. Ona görə də

təziqin dərinliyi, əhatə dairəsi və müddəti, onun əsas sahələr üzrə

diffrensiyası müəyyən edilməlidir. Təzyiqlə inflyasiyanın

tənzimlənməsi bir istehsalçı və istehlakçının digərinə nisbətən əlverişli

şəraitdə olmasına imkan verilməməsidir. Düzgün aparılmayan

tənzimləmə siyasəti kölgəli iqtisadiyyata axının artmasına, qıtlıq, yaxud

istehsalın genişlənməsinə əngəllər və həmçinin pul kütləsinin evlərdə

saxlanılması, yaxud başqa ölkələrin bankında saxlanılmasına gətirib

çıxarır ki, bu da respublikada sahibkarlığın inkişafı və pulun qıtlığına

səbəb olur. Təzyiqli inflyasiya məhsul və xidmətin arasında qıtlığın

yaranmasına gətirib çıxarmamalıdır.

İnflyasiyanın dəyişməsi real iqtisadiyyatda alıcılıq qabiliyyətinin

artmasına, tələbatın inflyasiyası, xərclərin artması ilə təklifin

inflyasiyası ilə nəticələnir. Açıq inflyasiya prosesi istehlakçının

inflyasiya gözləməsinə adaptasiya mexanizmini yaradır. İstehlakçı

qiymətin qalxmasına möhkəm inanaraq öz yığımını azaldır, cari tələbatı qovaraq, əmtəə və xidmətin sonrakı bahalanmasma səbəb olur.

-60-

Page 61: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Yığımın azalması kredit resurslarının ümumi həcmini azaldır,

kapital qoyuluşlarını və istehsal həcmi ilə təklifi azaldır. Ticarətçilər

qiymətin dəyişməsini ümid edərək satışı azaltmaqla, cari təklifi

azaldırlar. Gözləmə adaptasiyası öz təbiəti etibari ilə mikroiqtisadi

həyatın ayrı-ayrı bazar seqmentləri üzrə baş verir.

Açıq inflyasiyanın digər mexanizmi məsrəflərin inflyasiyaçı ilə

bağlı olub, xərc və qiymət arasında əlaqəsi ilə müəyyənləşir. Xərclərin

artması qiymətin artmasına gətirir, sonradan əmək haqqı xərclərini

artırır. Xidmət və sosial infrastruktur xərclərinin artması, vergilərin və

ödəmələrin artması növbəti qiymətin artmasına və uyğun olaraq

məsrəflərin artmasına səbəb olur.

Bu nəzəri təhlildən belə nəticəyə gəlmək olar ki, bu gün

sahibkarlığın inkişafında idxala məhdudiyyət daxili istehsal hesabına

bazarda təklifin təmin olunmasına üstünlük verilməsi, daxili bazarda

xərclərin strukturunu tənzimləmədən qiymətlərin artmasına gətirib

çıxaracaq. Respublikada sahibkarlığın inkişafı baha xərclər hesabına baş

verirsə, onda qiymətlərin artması ehtimalı daha güclüdür. Respublikada

taxıl məhsullarının, ət məhsullarının və tikinti məhsullarının

qiymətlərinin artmasının səbəblərindən biri də məhz onların istehsalı

üçün lazım olan enerji, nəqliyyat xərclərinin artması ilə izah olunur. Bu

xərclər işsizlik mühitində əmək haqqı xərclərinin aşağı salınması

meylləri ilə tənzimlənərək, yoxsulluq həddinin dövlət transfert gəlirləri

ilə müdafiəsi, xərclərin aşağı salınmasının fiziki halını müəyyənləşdirir.

Xərc strukturunun aşağı salınması yolu məcburi inzibati idarəetmə

yolu ilə deyil, elmi-texniki tərəqqi, davamlı inkişaf və daha məhsuldar

texnoloji layihələr hesabına baş verir. Ona görə də qiymətin

dəyişməsində transmilli şirkətlərlə xırda sahibkarlar arasında

münasibətlər irilərinin diktəsi ilə baş verir. Regionlarda enerji

resurslarının, təbii sərvətlərin istifadəsinə kapitalın daha çox sərfi, onun

məhsullarının qiymətlərində xərc strukturunun xüsusi çəkisini artırır.

Məhz qiymətlə xərc strukturu arasında region və sahələr üzrə fərqlər,

rəqabətin dərinləşməsinə gətirir ki, bu da təbii inhisar prosesini yaradır.

61 -

Page 62: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inflyasiya səviyyəsi və iqtisadi inkişaf arasında əlaqə, onun

stimullardırma təsiri haqqında iqtisadçıların və praktiki işçilərin

müəyyən mülahizələri mövcuddur. Bəzi fikirlərə görə inflyasiyanın

3-4% dəyişmə meyli istehsalı stimullaşdırır. Amma bizim flkrimizcə,

istənilən inflyasiya səviyyəsi nəzərə alınmazsa, onun inkişafa pis

təsirləri ola bilər:

- əmək haqqı gəlirlərinin istehlak olunan məhsullarda təsvirini

azaldır. Bu da əmək haqqının artırılmasına stimulu azaldır;

- dövlətin əmək haqqını yüksəldilməsinə, əlavə güzəştlər və

subsidiya verilməsinə təzyiqlərini artırır;

- real alıcılıq qabiliyyəti azalır ki, bu da gizli pulun artmasına

gətirib çıxarır;

- əhalinin yığımı qiymətdən düşür;

- sahibkarlıqda daha çox baha məhsulların istehsalına stimul artır,

bəzi ucuz məhsullar istehsalı azalır. İstehlakm sosial- demoqrafık

mənzərəsi pozulur. İstehlakm seqmentlərinin tarazlığı pozudur;

- qiymətin məzmunu itir;

- inflyasiya iqtisadi əlaqələrin, tarazlı inkişafın dinamikasını

pozur, ayrı-ayrı sahələr və ərazilər, təsərrüfat subyektləri arasında

əlaqələri pozur;

- ayrı-ayrı əmtəələr və xidmətlər üzrə qiymət dəyişmələrinin

pozulması, mənfəət normasının, əmək haqqının diffrensiyasmı pozur, iş

qüvvəsinə sahə və ərazi miqrasiyası baş verir, pulun ölkədər axıb xarici

banklarda saxlanılmasına, yaxud zəruri olmayan əşyaların alınmasına

və saxlanılmasına stimul artır.

Antiinflyasiya siyasəti məhz inflyasiyanın səviyyəsini, onun

sosial-iqtisadi nəticələrini tənzimləmək üçün büdcə siyasəti, vergi,

pul-kredit proqramları, stabilləşdirmə proqramları və radikal islahatlar

proqramlarının təşkili və idarə olunması ardıcıllığı metodikası və tətbiqi

məsələləridir.

Antiinflyasiya tədbirləri miqyasından, sərbəstlik təsirlərindən və

icra mexanizmlərindən asılı.,olaraq təsnifatlaşdırıhr, sistemləşdirilir və həyata keçirilir. Ortodaksal variant bazar

-62

Page 63: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

münasibətlərinə daha üstün yer verilməsi ilə tənzimlənir. Sərbəst

qiymətlər və ticarət əlaqələri, milli valyutanın sürüşən kursunun tətbiqi,

dövlətin daimi himayə etməsinin yumşaldılması, istehsal və gəlirlər

arasında nisbətlərin tənzimlənməsi əhatə olunur.

Netrodoskal variant dövlətin fəal surətdə iqtisadi proseslərə

qarışması ilə mümkündür. Əmək haqqının qiymətinin müvəqqəti

doldurulması, vergilərin azalması, əhalinin yığımının cəlb edilməsi,

bazar infrastrukturunun artması xarici əlaqələrin və valyutanın

tənzimlənməsi tədbirlərini əhatə edir. İnflyasiyanın qarşısının alınması

mütləq mənada inkişaf baxımından müəyyən sosial-iqtisadi nəticələrə

gətirib çıxara bilər. Mərkəzləşdirilmiş resurs potensialının olması

maliyyə-kredit siyasətinin mərkəzi banklar tərəfindən tənzimlənməsi və

həmçinin xarici valyutanın respublikaya axını, yaxud qapalı iqtisadiyyat

meyllərinin dəstəklənməsi yolları ilə mümkünlük meydana çıxır.

Müasir Azərbaycan Respublikasında sürətlənmə konsepsiyası və

əhalinin rifahının yüksəldilməsi yüksək artım meyllərinin və tələbatın

ödənilməsi imkanlarının artırılmasını tələb edir. Bu məqsədlə

inflyasiyanın optimal həddi, onun istehsal həcminə və gəlirlərin

artmasına təsiri məhz inflyasiya ilə iqtisadi artım arasında elastiklik

əmsalı ilə ölçülür.

Təhlil obyekti olaraq və proqnozlaşdırma məqsədi ilə işsizliyin və

inflyasiyanın arasındakı əlaqələr mühüm nəzəri və praktiki aspektlər

kəsb edir. Orta aylıq əmək haqqının artımı ilə işsizlik səviyyəsinin

artımı arasında ziddiyyətlər mövcuddur. Tarixi olaraq bu asılılıq Filips

əyrisi kimi iafdə olunur. Filips əyrisinin iqtisadi intepretasiyası, onu

ifadə edir ki, ölkə işsizlik və inflyasiya arasında nisbətləri tənzimləmək

üçün alternativ nəticələr qarşısında qalır. Əgər aparılan siyasətin

məqsədində işsizliyin səviyyəsini azaltmaq durursa «pullu ödəmə» artır,

bu da inflyasiyam artırır və əksinə, inflyasiyanın artım səviyyəsini

azaltmaqdan söhbət gedirsə, bu işsizliyin artırılmaması yolu ilə

mümkün deyil.

Eyni vaxtla işsizliyin və inflyasiyanın artması prosesi baş verə

bilər. M.Fridmen və E.Falle bu prosesləri adaptasiya

-63-

Page 64: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

gözləmələri nəzəriyyəsi ilə əsaslandırırlar. Belə ki, gözlənilən inflyasiya

haqqında iqtisadi subyektlər keçmiş təcrübəyə istinad edirlər, İnflyasiya

gözləmələrini iqtisadi subyektlər öz istehsalında nəzərə almaq

imkanlarına malik olmadıqda, onun gözlənilən səviyyəsi, faktiki

səviyyədən aşağı ola bilər. Bu da istehsalın genişlənməsinə və

məşğulluğun artmasında özünü büruzə verir. Uzun müddətli iqtisadi

siyasətdə dövlətin stabilləşmə tədbirləri nəticəsində iqtisadi subyektlər

yeni inflyasiya prosesinə adaptasiya olunur. İstehsal genişlənir və

istehsal xərcləri artır, istehsalın genişlənməsi baş verir.

Nəticədə belə fikri təsdiq etmək olar ki, işsizlik səviyyəsi uzun

müddətli procjnozlarda qiymətin dəyişməsinə elastik deyildir.

Müasir iqtisadiyyatın inkişafı və işsizlik

İşsizlik əmək bazarında tələb və təklifin pozulmasının

təzahürüdür. İqtisadi ədəbiyyatlarda işsizlik funksional, mövsümi,

struktur, tsiklik, institutsional olmaqla, xarakteri, sosial-iqtisadi

nəticələri, iqtisadi dayanıqlıq və tarazlı inkişaf meyllərinə müxtəlif

istiqamətlərdən təsir edir. İşsizliyin xarakteri, onun açıq, gizli və yaxud

durğun olmaqla iqtisadi inkişafda müxtəlif istiqamətlərdən təsir gücü ilə

müşahidə olunur.

İşsizliyin düzgün ölçülməsi, yeni iş yerlərinin açılması, pensiya

islahatları, sosial müdafiə məqsədləri, müavinət sistemi və istehsalın

davamlı inkişafı, nəhayət, regionların sosial-iqtisadi inkişafı üçün əsas

baza və nəzəri-metodoloji prinsipləri formalaşdırır. Ümumi işsizlik

səviyyəsi işsizlərin iqtisadi cəhətdən fəal əhaliyə olan nisbəti ilə ölçülür.

işsizlik səviyyəsi = T bütün işsizlərin sayı

iqtisadi fəal əhalinin sayı xl00%

Məşğuliyyətin klassik nəzəriyyəsinə uyğun olaraq əmək bazarında

rəqabət mühiti şəraitində işsizliyin olması əmək

-64-

Page 65: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

haqqını aşağı salmaqla çoxlu iş qüvvəsi tələb etməklə, tələb və təklif

arasında tarazlıq yaratmağa gətirib çıxarır.

C.M.Keynsə görə əməyə tələbat əməyin dəyəri və nemətlərə

səmərəli tələbatla ölçülür. Səmərəli tələbat isə məcmuu tələbatın

artmasına uyğun iş qüvvəsi cəlb etməklə sahibkarların maksimum gəlir

əldə etməsi ilə ölçülür. Tələbatın səmərəsi aşağı düşdükdə istehsalçı

istehsal həcmini və məşğulluğu, ev təsərrüfatı istehsalını azaldır.

Keynsin əsas nəticəsi gözlənilən işsizliyin səviyyəsinin

iqtisadiyyata zəruri xərclərin olmaması ilə səmərəli tələbatın azalmasını

yaradır. «Neoklassik sintez» nəzəriyyəsi müasir bazar iqtisadiyyatında

klassik və Keyns ideyalarının sintezi yanaşması ilə baş verir. Belə ki,

iqtisadi artımın azalması şəraitində tam işsizliyin ləğvi mümkün deyil.

Dövlət tənzimlənməsi yolu ilə klassik modelin tələbləri ödənilir, milli

iqtisadiyyatda ayrı-ayrı optimal tənzimləmə rejimi yaranır. Kapital artır,

məcmuu tələb səmərəli olur. İstehsal həcmi və onun dəyəri, o cümlədən

xərclərin əmək haqqı məsrəfləri artır.

Neoklassik sintez qısa müddətdə Keyns modelinin uzun müddətdə

klassik metodunun düzgünlüyünü özündə birləşdirir.

Monitarist yanaşma işsizliyin deformasiyaya çevik olmayan, əmək

bazarının bir cins olmaması ilə izah olunur. Mahiyyətcə müxtəlif

təsnifata bölünən bazarlar region, sahə və peşə bir haldan digər hala

çevik olaraq keçə bilməz. Həmçinin əmək haqqının yaşayış minimumu

ilə tənzimlənilməsi nəzəriyyəsi müəyyən məhdudiyyətlər yaradır.

Azərbaycan Respublikasında transformasiya prosesi olaraq əmək

bazannda formalaşmış işsizlik səviyyəsi və onun xarakteri, nəzəri və

praktiki tədbirlərin məcmusunu, onların mexanizmini açıb göstərir.

1988-1995-ci illərdə iqtisadiyyatın inkişafında azalma templəri və əsaslı

kapitalın iqtisadiyyata qoyuluşu, məcmuu tələbatın aşağı düşməsi və

əhalinin alıcılıq qabiliyyətində durğunluq nemətlərin istehsalını

azalmaqla işsizliyə gətirib çıxanrdı. İşsizlik icmal və mikrosəviyyəli

deformasiyaya, həmçinin peşə və struktur uyğunsuzluğuna gətirib

çıxanimışdır. Makroiqtisadi tarazlığın və

-65-

Page 66: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dayanıqlığın pozulması məcmuu tələb və məcmuu təklifin bazar

strukturu olan əmək bazarının tarazlığını pozmaqla, əmək haqqı

sisteminin və onun difTrensiyasmı pozmuşdur. Regionlarda əmək

haqqının ödənilməsi imkanları azalmış və respublika daxili miq-

rasiyamn güclənməsi nəticəsində tələbatın səmərəliliyi deformasiyaya

uğramışdır. Bazar iqtisadiyyatı şəraitində bütün əmək qabiliyyətli

insanların əmək prosesində iştirakı, normal fəaliyyət üçün müəyyən

ehtiyatlann olmasım tələb edir.

İstehsalın və sosial-iqtisadi inkişafın zəruriliyi işsizliyin olması və

iqtisadi inkişafla bağlı olan ehtiyatların olması ilə ölçülür. Ona görə də

əgər ehtiyat olmazsa təbii artım mümkün ola bilməz. M.Fridman

işsizliyin təbii səviyyəsini artımla bağlayır. Əgər ÜDM-un artımı

işsizliyin artımına uyğun gəlirsə ona bu meyllər normal inkişafı təmin

edir. Əgər ÜDM-un artımında əl əməyindən istifadə azalması ehtimalı

baş verərsə, işsizliyin nisbi paylanması baş verirsə bu işsizliyi artırır və

onun istifadəsi üçün yeni struktur dəyişmələri baş verir. İşsizliyin

azalması mövcud sosial siyasətdə baş verən normativ dəyişmələr və

təminat səviyyələridir. Sosial sığorta, pensiya təminatı, əmək haqqının

artımında baş verən stimullar məşğulluğun artmasına və ailənin təmin

olunmasına stimul yaradılır.

Bazar iqtisadiyyatı şəraitində işsizlik ayrı-ayrı sahə və yaxud

mülkiyyət formasında qeydiyyatda olmayanlarla ölçülürsə, onda onun

həqiqi kəmiyyəti artırılmış olur. İşsizlik maddi nemətlərin istehlakı ilə

ölçülür. Fəaliyyət sferasından asılı olmayaraq tələbatın ödənilməsi üçün

müəyyən nemət və xidmət əldə olunursa bu artıq işsiz sayıla bilməz.

Amma bu fəaliyyətin uçotu, onun müddəti və təminat səviyyəsi dövlət

tərəfindən həyata keçirilə, sosial təminatlar ilə ölçülməlidir.

İşsizliyin təbii səviyyəsi potensial ÜDM-un imkanları ilə

uyğunlaşır. ÜDM-un artımı, işsizliyin təmin olunması üçün maddi və

maliyyə təminatı funksiyasını oynayır, işsizliyin iqtisadi və sosial

nəticələri ilə ifadə olunur.

İşsizliyin artımı iqtisadi artımın azalmasına potensial imkanların

genişlənməsinə mənfi təsir edir. Amerika iqtisadçısı

-66

Page 67: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

A. Oukın hesablamalarına görə işsizliyin səviyyəsini dəyişməz

saxlamaq üçün ÜDM-un real artımı 2,7-3% olmalıdır. Hər iki bənd

ÜDM-un artımı işsizlik səviyyəsini 1% aşağı salır. Əksinə ÜDM-un

artımının hər faiz azalması (üç faizlə müqayisədə) işsizliyin səviyyəsini

bir faiz bəndi azaldır.

Tsiklik işsizlik həyat səviyyəsinin aşağı düşməsinə, əhalinin

gəlirlərinin azalması və muzdlu işçilərin əməyinə verilən haqqın aşağı

düşməsinə, işini itirənlərə yardımın artması, yığım və alıcılıq

qabiliyyətini azaltmaqla iqtisadiyyatın sonrakı inkişafını dayandırır. İş

yerinin itirilməsi sosial zərbə kimi mənəvi inkişafın zəifləməsinə, bəzi

kateqoriyaların, o cümlədən gənclərin həyat tərzinin dəyişməsinə və

insanın ictimai rolunun deformasiyasına səbəb olur.

Bununla yanaşı «neoklassik» istiqamət nümayətdələri müntəzəm

işsizliyin müəyyən «pozitiv» rolunun olduğunu iddia edirlər. Belə ki, bu

halda mobil işsizlik «ehtiyatı» formalaşır, bu da işsizliyin genişlənməsi

üçün resursların olmasına, həmkarlar təşkilatlarının əmək haqqının

yüksəldilməsi uğrunda mübarizələrin azalmasına, inflyasiyanın əmək

haqqıya görə artması amilinin işləməməsinə, məşğul olanların əmək

motivlərinin güclənməsi və işçilərin iş yerlərinin itirməməsinə təminat

səviyyəsini və əməyə stimulu gücləndirir.

İşsizlik səviyyəsi ilə inflyasiya arasında əlaqə bir-birinin əksinə

olub, inflyasiyanın azalması işsizliyin artımına səbəb ola bilər.

İnflyasiya artırsa əmək haqqının azalmasına cəhd edilir, bu da yeni iş

yerlərinin açılmasına, yaxud əmək haqqının artımına mənfi təsir edir.

İşsizlik səviyyəsinin azaldılması tədbirləri müxtəlif baxışlar və praktiki

vəziyyətdən asılı olaraq formalaşır.

Keyns konsepsiyasından yanaşsaq işsizliyə cəmiyyətdə məc- muu

xərclərin azaldılması nəticəsi kimi baxmaq olar. Ona görə də strateji

xarakterli kompleks tədbirlər bazar çeşidinin genişlənməsi və məcmuu

investisiya tələbinin artırılmasına istehlak tələbinin nəticəsi kimi baxılır.

Keyns onu da nəzərdən qaçırmırdı ki, bunun üçün büdcə defısiti

də baş verməlidir. Bu da dövlət borclarını artırır, əlavə

67-

Page 68: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

pul emissiyasına səbəb olur və nəhayət, inflyasiyaya gətirib çıxarır.

Müasir şəraitdə işsizliyin ləğvi proqramı çərçivəsində Azərbaycan

Respublikasında atılan addımlar defısitsiz büdcə layihələri haqqında

mülahizələrin səhv olduğunu sübut edir. Respublikada büdcə

gəlirlərinin artımı, onun xərcləri üzərində işsizliyin ləğvi üçün geniş

istehsal konsepsiyasına uyğun tədbirləri əsaslandırmağa imkan verir.

Respublikada işsizliyin yaranması bazar tələbatı ilə bağlı deyildir.

Tələbatın ödənilməsində istehsalın rolunun azalması idxalın daha üstün

artması ilə bağlıdır. Açıq bazar iqtisadiyyatı şəraitində işsizliyin

yaranmasının əsas səbəblərindən biri də məhz beynəlxalq bazarın və

iqtisadi inkişafın yerli istehsalla müqayisədə əlverişli şəraitə malik

olması, istehsal çeşidinin yerli istehsala nisbətən səmərəli istehlak

davranışına malik olması ilə səciyyələnir. Ona görə də Azərbaycan

şəraitində iş yerlərinin açılmasının strateji xətti məhz yerli istehsalın

bazar tələbatına uyğun məhsul və xidmət istehsalını daha əlverişli bazar

tələbatına uyğun tənzimlənməsidir.

Məşğulluğun bazar iqtisadiyyatı şəraitində modeli, məhz daha çox

bazara çıxarılan məhsulların tələbatı ilə ölçülür. Beləliklə, işsizliyin

Azərbaycan şəraitində həllinin əsas amili olaraq, əmək qabiliyyətli əhali

ilə yanaşı, istehlak üçün zəruri olan məhsullara tələbat, yəni alıcılıq

qabiliyyətin və ixracat yönlü məhsulların artırılması nəzərdə tutulur.

Alıcılıq qabiliyyəti isə təbii ki, istehsal həcminin və uyğun olaraq

gəlirlərin artması ilə müəyyənləşir.

Respublikada sosial müdafiə tədbirləri iş yerləri və əmək haqqı

gəlirləri ilə müəyyən olduğu üçün, onun artırılması məşğulluğa stimul

yaradır. Ona görə də dövlətin sosial müdafiə tədbirləri, müavinət

sistemindəki əsas yanaşmalar iş yerlərinə və məşğulluğa can atmağı

formalaşdırır, psixoloji və təminat sistemini yaradır.

Neoklassik istiqamət olaraq işsizlik səviyyəsini aşağı salmağın

tərəfdarları, vergiləri azaltmaqla gəlirlərin artırılması və sahibkarların

yığımının artırılmasını xüsusi investisiyanın, real

-68-

Page 69: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əmək haqqının və əmək təklifinin axtarılmasını nəzərdə tuturlar.

Verginin mütərəqqi formasından qaçmaq, sahibkarın gəlirləri hesabına

istehsalın genişlənməsini və onun səmərəsinin yüksəldilməsini artırır.

Təbii ki, vergilərin azalması dövlət büdcəsinin artımının azalmasına

gətirib çıxarır, büdcə defısitini azaltmaq üçün dövlət aparatına çəkilən

xərcləri azaltmaq, subsidiya və sosial proqramlar üçün xərcləri

azaltmağa gətirib çıxarır.

Monitarist baxışlar iqtisadi azalma şəraitində dövlət büdcəsinin

yükünün götürülməsini iddia edirlər, dövlət büdcəsinin defısitini

azaltmaq və pul vahidinin «sağlamlığını» təklif edirlər. Bazar səmərəsiz

iqtisadi vahidləri təmizləyir. Bu halda faiz dərəcəsi artır və müflisləşmə

sürətlənir. Bu mühitdən çıxan şirkətlər öz sağlamlığını bərpa edir və iş

qüvvəsinə tələbatını artırır.

Məşğuliyyətin tənzimlənməsinin müasir konseptual nəzəriyyələr,

qısamüddətli dövr üçün dövlət tənzimlənməsini inkar etmir.

İqtisadiyyatın tam məşğuliyyət səviyyəsinin yaxşılaşması üçün dövlət

əmək bazarının institutsional infrastrukturların inkişafına, əmək və

qlobal əmək resurslarına təsir etməklə işsizliyin aşağı salınmasına təsir

edir.

Azərbaycanda işsizliyin makroiqtisadi tarazlıq və inkişafla, bazar

münasibətləri ilə sıx əlaqəsi mövcuddur. Azərbaycanda işsizlik tsiklik

xarakter daşımır. Onun böhranı transformasiya ilə bağlıdır.

Azərbaycanda 1988-2005-ci illər istehsalın artımının azalması

işsizliyin də artmasına səbəb oldu. Təsərrüfat əlaqələri qırıldı, bazar

iqtisadiyyatı şəraitində Azərbaycanın xarici ölkələrdə bazarları itirildi,

bu da istehsalın dayanması və iş yerlərinin itirilməsini, onun

strukturunda tələb və təklifin dəyişməsi ilə əmək haqqının azalması və

həyat səviyyəsinin pisləşməsi ilə nəticələndi. İqtisadiyyatda məşğul olan

əmək qabiliyyətli şəxslər 1991-2002-ci illərdə 3732,0 min nəfərdən

2002-ci ildə 3726,5 nəfərə enmişdir. Belə ki, ÜDM-un artımı

1995-2000-ci illərdə 2,9 dəfə olduğu halda məşğul əhalinin 0,1%

azalması sübut edir ki, respublikada işsizlik və artım arasında daha çox monitar siyasətin reallaşması baş verir.

69-

Page 70: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Respublikada işsizliyin qeydiyyatı ilə faktiki işləyənlər arasında

mövcud fərqlər vardır. Belə ki, fərdi məşğul olanlar öz tələbatını

ödəmək üçün müəyyən nemətlər istehsal etməklə və xidmətlər

göstərməklə ehtiyaclarını ödəsələr də, məcmuu məhsulun artımında

sahələr üzrə iştirak etmirlər. Beləliklə, istehlak balansında onların

natural tələbatının ödənilməsi dərəcəsi fərdi iş fəaliyyətinin effekti kimi

qəbul edilə bilər.

Azərbaycanda işsizliyin region xarakteri daha kəskin özünü ifadə

edir. Belə ki, regionlarda iş yerlərinin olmaması, onun məhsullarının

bazarı ilə deyil, sosial infrastrukturun inkişaf etməsi ilə səciyyələnir. Bu

gün sahibkarlığın inkişafının regionlarda daha sürətlə artmasına

yönəldilən strateji addımlar məhz işsizliyin aradan qaldırılması və

əhalinin rifahının yüksəldilməsi meyllərini tənzimləyir. Regionlarda iş

yerlərinin təminatı torpaq islahatları ilə tam reallaşmış olur. Torpaq

islahatı nəticəsində kənddə yenidən hər bir əhali öz ərzaq tələbatı və

yaxud satış üçün fərdi istehsalla məşğul ola bilər. Bu da onların

məşğulluğunu üçün əsas yaradır.

Azərbaycanda işsizliyin nəticələri olaraq əhalinin rifahı

problemləri və miqrasiyanın kəskinləşməsi meylləri baş verir. Təbii ki,

dünya inteqrasiyası prosesində əmək qabiliyyətli əhalinin miqrasiyası

təbii proses olmaqla inteqrasiya və əməkdaşlıq forması kimi daha geniş

yayılmışdır. Şətri yanaşma müstəvisindən bir çox siyasətçilər, yaxud

milli burjuaziya nümayəndələri bu prosesi normal olmayan iqtisadi

inkişaf kimi əsaslandırmağa çalışırlar.

Biz liberal baxışlar mövqeyindən azad rəqabət və inkişaf üçün iş

qüvvəsinin miqrasiyasını normal hal kimi qiymətləndiririk. Birincisi,

sosial gərginlik və tarazlıq artsa da, daha yüksək qazanc əldə etmək

iqtisadi əhəmiyyət kəsb edir. Amma əhalinin başqa ölkələrə axıb

getməsi və məskunlaşması təbii artımı, ailə problemlərini gərginləşdirir.

Kənd yerlərində nigah- dan kənarda qalan gənclərin sayı artır. Əhalinin

miqrasiyası baxımından əldə olunan qazancların respublikaya axını

fərdi təsərrüfatı genişləndirir, respublikaya gətirilən valyutanı artırır.

70-

Page 71: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

respublikada ev təsərrüfatının inkişafı üçün əlavə maliyyə mənbəyi

rolunu oynayır.

İşsizliyin azaldılması həmçinin sosial müavinət sistemi ilə də

bağlıdır. Bəzi hallarda sosial pensiya almaq, yaxud, müavi- nətlarla

yaşamaq əmək fəaliyyətindən üstün tutula bilər. Təbii ki, iş yerlərinin

mülkiyyət münasibətlərindən və təsərrüfat fəaliyyəti formasından asılı

olmayaraq əsas məqsədi, onun həyat səviyyəsi və ehtiyacları üçün tələb

olunan maddi və mənəvi nemətləri istehsal etmək olmalıdır.

Respublikada sosial müavinət sistemi, işsizliyin obyektiv

səbəbləri ucbatından yaranmasında müavinətlərin verilməsi

təkmilləşdikcə, dövlətin himayəsi gücləndikcə, işsizliyin yaranmasında

fərdi üstünlük davranışda yarana bilər.

-71-

Page 72: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSIL IV: SOSIAL İNKİŞAFIN TƏDQİQİ METODLARININ

TƏKMİLLƏŞDİRİLMƏSİ

Həyat səviyyəsinin tədqiqində balans metodunun tətbiqi

Əhalinin sosial vəziyyəti onun gəlirləri, xərcləri və dövlətin

əhalinin həyat səviyyəsinə təsiri ilə tənzimlənir. Bu aspektləri müxtəlif

yanaşma metodları və qiymətləndirmə parametrləri ilə reallaşdırmaq

mümkündür. Əhalinin istehlakım proqnozlaşdırmaq üçün balans

metodundan istifadə olunur. Əhali isteh- lakmm strukturunun hər biri

müvafiq sahələrin inkişaf səviyyəsindən asılı olaraq formalaşır.

İstehlak qabiliyyəti əmtəə-pul münasibətləri şəraitində, əhalinin

pul gəlirlərinin və qiymət sisteminin formalaşması ilə yanaşı həm də

ərazinin istehlak şeyləri ilə təmin edilməsindən və tələbatın

formalaşması xüsusiyyətlərindən çox asılıdır. İstehlakm idarə

edilməsində sosial normaların tərtibi və bu normalara uyğun olaraq

idarə funksiyasının seçilməsi məqsədəuyğundur.

Tələbat və istehlakm idarə edilməsi dedikdə, onların formalaşma

dinamikasını və qanunauyğunluqlarını məqsədəuyğun yönəltmək başa

düşülür. Tələbat və istehlak öz xarakteri etibarilə bir sıra qarşılıqlı

əlaqədə olan iqtisadi və sosial faktların təsiri ilə formalaşmasına görə,

onun mərkəzləşdirilmiş idarə edilməsi kompleks tədbirlər və sistemlər

vasitəsi ilə həyata keçirilə bilər. İdarəetmə məqsədi ilə ilkin növbədə

idarəetmə meyarı tətbiq olunmalıdır. İdarəetmə meyarı həyat səviyyəsi

və tələbatın ödənilməsi dərəcəsi kimi ifadə olunur. Qeyd edək ki, müasir

bazar iqtisadiyyatı şəraitində istehlakm forması və inkişafı tələb və

təklif qanunu əsasında baş verir. Ona görə də idarəetmə obyekti kimi

tələbatın özünün ölçülməsi, onun qiymətləndirilməsi və ona təsir sistemi

mexanizmlər olaraq formalaşır.

İdarəetmə məqsədi ilə istehlak təhlil olunur. Ayrı-ayrı mənbələr və

ayrı-ayrı maddi nemətlər, xidmətlər üzrə əhalinin faktiki istehlakı

onların dünya ölkələri ilə müqayisədə mövcud vəziyyəti

qiymətləndirilir və istehlakm formalaşmasında ərzağın, qeyri- ərzağın,

xidmətlərin rolu qanunauyğun şəkildə sübut olunur.

-72

Page 73: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əgər istehlakın ayrı-ayrı maddi nemətlər və xidmətlər üzrə bir əmtəə

çoxluğundan başqa əmtəə çoxluğuna keçməsi halları müşahidə

olunursa, bu halları yaradan faktların tapılması onların təsir gücünü

qiymətləndirir.

Sonradan formalaşmış qanunauyğunluğun iqtisadi və sosial effekti

ölçülür və nəticələri qiymətləndirilir. Beləliklə, idarəetmə sistemi bir

sıra ardıcıllıqla bir-birini tamamlayan tədbirlərin məc- muu kimi çıxış

edir.

Əlbəttə, tələbatın idarə edilməsi bir o qədər də operativ həll olunan

məsələ deyildir. Onun bir sıra obyektiv zərurət üzündən formalannı

nəzərə alaraq şəraiti qiymətləndirmək lazımdır. Lakin istehlak ilə

bütövlükdə, iqtisadi sosial sistemdə aparılan siyasətin nəticəsidir,

reallaşma mexanizmidir. Ona görə də istər tələbata, istərsə də

iqtisadiyyata həyat tərzi və sosial inkişafa istehlak prizması ilə təsir edir.

İstehlakın idarə olunması məqsədilə struktur tədqiqatlara ehtiyac

duyulur. Hər bir istehlak, istehlaka tələbat baxımından, ümumi imkanlar

baxımından konkret yanaşmaq lazımdır. Onda istehlakın idarə edilməsi

tənzimləmə obyekti kimi təsvir oluna bilər. İstehlakın idarə edilməsində

bazar iqtisadiyyatı üçün tətbiq oluna bilən meyar zaman-zaman hər bir

istehlak növünə əhali tərəfindən verilən «üstünlük» prinsipinə

«prioritet» əhəmiyyət kəsb edir. Müasir şəraitdə «prioritet»

istiqamətlərin foraıalaşması hər bir dövlətin daxili xüsusiyyətləri ilə

bağlıdır. Ona görə də əgər biz insanları istehlak davranışına görə

kəndlərə, sonra qruplara bölsək, onda istehlakçıların məlız istehlakın

xarakterinə görə paylanmasına nail olurıq. Bu məqsədlə istehlak

davranışı, istehlak vektorlan ilə müəyyən olunur. İstehlak vektorunda

hər bir istehlak məhsulunun bu və ya digər əhali qrupu üçün xüsusi

çəkisi qiymətləndirir və bu xüsusi çəkini meyar qəbul edərək, əhalini

tiplərə bölmək olar. Başqa bir baxımdan idarəetmə prosesinə dinamik

nöqteyi nəzərindən yanaşmaq lazımdır. Bu halda ideal model düşünmək

olar. İdeal model formalaşmış cəmiyyətin istehlak strukturunun

transfomıasiyasım nəzərə almaqla tərtib olunur. Bu modelə hər bir

istehlaka təsir edən amilin dəyişməsi xarakterindən asılı olaraq istehlakın dəiyşməsinin xarakterinə görə eyni qruplar

73

Page 74: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

müəyyən olunur və bu qruplar istehlak davramşım izah edən və

əhalinin bu davranışa görə paylanmanı müəyyən edir. Sadə halda

ayrı-aynhqda hər bir faktorun dinamik dəyişməsini istehlakm

strukturunda bu və ya digər konkret istehlak məhsulunun

dəyişməsinə təsiri qiymətləndirilir. Bu təsirin qiymətləndirilməsinə

görə həmin istehlak məhsulları qruplaşdmhr. Sonra bu əmtəələrin

bütövlükdə həcmindəki xüsusi çəkisi tapılır və beləliklə, biz bütün

əmtəə və istehlakım 10% qəbul etsək və qrupların sayını P - ilə işarə

etsək, hər qrupa düşən əmtəələrin miqdarını i -ilə işarə etsək, onda ^P, =100%

I

Praktiki hesablamada biz istehlakm konkret növünü -gəlir-

lərdən asılılığını elastik əmsalı ilə ifadə edib, bir neçə il üçün

hesablamalar aparmışıq. ö.

K,= ə, Kx - elastiklik əmsalıdır, j - istehlakm i - gəlir qrupunda dəyişmə

dinamikasını xarakterizə edir. Yəni gəlirin 1% dəyişməsi, j - istehlakm

neçə faiz dəyişməsini göstərir. Sonra tapılmış elastiklik əmsalını

intervala görə qruplar tapılır, hər qrupda qruplara uyğun olaraq yerləşən

əmətəələrin və xidmətlərin sayı Kxj çoxluğundan seçilir. Sonra Kxj

çoxluğu istehlakda xüsusi çəkisi tapılır. Beləliklə, Puasson paylanması

tapılır. Tapılmış qanunauyğunluqlar və paylanma əmsalları mövcud

şəraitdə istehlaka təsir edən amillərin və şərtlərin əsaslanması üçün

əhəmiyyət kəsb edir. Əlbəttə, bu araşdırmalar idarəetmə üçün tövsiyyə

xarakteri daşıyır. Birbaşa istehlakm səviyyəsini və onun strukturunu

qərar qəbulu ilə təmin etmək mümkün deyildir. Lakin istehlakm

formalaşmasına təsir edən amillərin təsir gücünü bilərək, onların

istehlak əyrilərində yerlərini, dəyişmə meylini qiymətləndirməklə

şəraitə təsir etmək olar. Qeyd edək ki, istehlakm idarə olunması

mərkəzləşmiş və inzibati üsullarla yox, iqtisadi metodlarla həll olunur.

O cümlədən nemətlərin təklifinin təşkili, idarə olunması yolları ilə bu və

ya digər inkişafı və yerləşməsi miqdarı, xidmət və sosial infrastrukturun

inkişafı ümumi

74-

Page 75: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əhalinin həyat səviyyəsinin yüksəlməsi tədbirləri ilə reallaşır və ona görə

də hər bir konkret istehlaka fərdi baxmaq lazımdır, indiki şəraitdə

marketinq planlaşmadan daha çox perspektiv tələbat baxımından

yanaşma ilə müəyyən olunur. Bəzi idarəediçi şəxslər marketinq idarə

edilməsinə ancaq mübadilə prosesində olan tədbirlər kimi baxırlar.

Əslində marketinq idarə edilməsi təkcə mübadilə yox, istehsal və

bölgüdə, həmçinin istehlakda olan tədbirlər çoxluğudur.

Bazar iqtisadiyyatı şəraitində tələbat sistemi tələb və təklif

qanunauyğunluqları əsasında formalaşır. Tələbatın tədqiqi ona təsir edən

bazar elementləri kompleksində axtarılır. Bazar iqtisadiyyatı formaca

istehlakm da strukturunda müəyyən dayanıqlı qanunauyğunluqları

meydana gəlir. Tələbat və istehlak öyrənildiyi zaman ayrı-ayrı konkret

maddi nemət və xidmətlər istehlakı- nm dinamikası təhlil olunur. Bu

məqsədlə indeksləşmə metodundan istifadə olunur. İstehlakm

tədqiqində hər bir konkret əmtəənin və xidmətin istehlakı ödəmək

qabiliyyəti nəzərə alınır. Bütün əmtəələrin və xidmətlərin istehlakında

müəyyən bir minimal və maksimal hədd mövcuddur. Bu hədlər

daxilində istehlakm dəyişməsi meyli müəyyən olunur. "Bu hədlərə 2

yanaşma baxımından qiymət vermək olar:

1. Minimal həddi difısit qıtlıq şəraitində olan «son faydalıq» kimi

qiymətləndirilir.

2. Maksimal həddi isə istehlakm doymuş «son faydahhğı» adlanır.

Ona görə də 1-ci hədd son faydalılıq həddi kimi insanların fizioloji

tələbatını ödəmək üçün lazım olan maddi və mənəvi nemətlərin çoxluğu

ilə müəyyən olunr. 2-ci son hədd isə tələb və təklifin tarazlaşması

şəraitində və fizioloji təlabatm maksimal ödənilməsi şəraitində həll

olunur.

Bu iki qiymət istehlakm planlaşmasının və idarə olunmasının

meyar göstəricilərini təşkil edir. İqtisadi əbədiyyatlarda minimum

«istehlak səbəti» deyilən sistem göstəricilərindən istifadə olunur.

Minimum istehlak səbəti minimum gəlirlər səviyyəsində lazım olan

minimum istehlak şeylərinin məcmusu ilə müəyyən olunur.

-75-

Page 76: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əlbəttə, bu «istehlak səbəti»nin formalaşması istehlak bazarının doyma

səviyyəsindən, əhalinin əldə edilmiş həyat səviyyəsindən, əhalinin bu və

ya digər əmtəənin seçmə qabiliyyətindən asılıdır. Onun hazırlanması hər

bir tədqiqatçının və real şəraitin xüsusiyyətlərini nəzərə alır, dinamik

olaraq dəyişir. İstehlak səbətinin bazar iqtisadiyyatı şəraitində

əhəmiyyəti dövlətin sosial şəraitini tənzimləməkdən ötrü istifadə

olunmasıdır. Məsələn, sosial müdafiə, təqaüd, pulsuz xidmətlər və s.

minimum istehlak büdcəsinə uyğun olaraq işlənib hazırlanır.

İstehlakm bazar iqtisadiyyatı şəraitində strateji planlardan fərqli

olaraq daha çox operativ planlaşma zamanı hər bir xidmət növü və

əmətəə bazar tələbatı baxımından qiymətləndirilirdi. Marketinq planları

məhsulun istehsalı, keyfiyyəti və satışı problemləri ilə bütövlükdə həll

olunur. Ona görə də hər bir sahibkar öz fəaliyyətini tənzim etmək üçün

nə istehsal edəcəyini, necə istehsal edəcəyini və harada onu

reallaşdırdığını nəzərə alaraq istehsalı təşkil edir. Marketinq planı əmtəə

və xidmətin çeşidi, keyfiyyəti ilə müəyyən olunur. Keyfiyyətli məhsul

istehlakmm tələbatı baxımından və onun gəlirləri çərçivəsindən

planlaşması onda onların reallaşması prosesi surətlə gedir. Ona görə də

hər bir istehsalçı istehlakçının qabiliyyətini nəzərə alır. İstehlak bazarı

öyrənilir, dinamikası qiymətləndirilir. Fiziki keyfiyyət baxımından

hansı əmtəələrə və xidmətlərə ehtiyacların olduğu müəyyən olunur.

Sonra isə istehsal strukturu istehlakla tarazlaşdınhr. Əlbəttə, istehsalın

ritmik istehsaldan asılı olaraq dəyişdirilməsi ani bir proses deyil, radikal

struktur dəyərləri ilə bağlıdır və müəyyən səviyyədə kapital qoyuluşu

tələb edir. Buna görə də istehsal istehlak prosesi düz və əks əlaqə ilə,

istehlakçı ilə istehsalçı arasında münasibət formasında idarə olunur.

Belə idarəçilikdə marketinq tədqiqatları əhəmiyyətlidir. Bu tədqiqatın

əsasını bazarda əmtəənin və xidmətin mal dövriyyəsini, onun

strukturunu, satış alış prosesini tənzimləmək, idarə etmək mexanizmləri

başa düşülür. Marketinq planları əməli planlardır. İstehlakçının qərar

qəbulu və tənzimləmə məqsədi ilə ifadə olunur. Bazar iqtisadiyyatı

formaca istehlakm dayanıqlığını və

-76-

Page 77: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ənənəvi strukturlar meydana gəlir. Ona görə də bazar iqtisadiyyatı

normal bazar münasibətləri şəraitində əhalinin alıcılıq qabiliyyətini

normal hal kimi götürmək olar və istehlak səbətinin ayrı-ayrı sosial

qruplar üçün etalon, nümunəvi xarakterini vermək olar. Sonra isə

cəmiyyətin əsas funksiyası kimi normal hallardan fərqlənən situasiyaları

idarə etmək olar. Ona görə də indiki yoxsulluq probleminə tələb təklifin

tarazlaşması şəraitində nominal resept vermək lazımdır. Lakin başqa

dövlətlərlə müqayisədə istehlakm strukturunda baş verən fərqlərin

məzmununu təhlil etməklə, səbəblərini izah etməklə perspektiv

qanunauyğunluqlar demək olar. Bazar münasibətləri formaca

qiymətlərin, büdcənin, tələb və təklifin tam bütöv funksiyası zamanı

fəaliyyət göstərir və bu mexanizmlər iqtisadi-sosial proporsiyalarm

taraz- laşmasma şərait yaradır. Bazar iqtisadiyyatı şəraitində işsizlik,

inflyasiya prosesləri təbii haldır. Lakin bu proseslərin hədlərini

müəyyən edib, onların vasitəsi ilə bütövlükdə iqtisadiyyatı idarə etmək

olar. Ona görə də istehlak və tələbat bütün iqtisadiyyatın sferalarında

atılan addamlarm effektli, səmərəli mexanizmi baxımından

qiymətləndirilir. Bu isə iqtisadçı-idarəedici kadrların qərar qəbulu

həllində istehsalçının mənafeyi baxımından qiymətləndirmə

qabiliyyətinin formalaşması deməkdir. Beləliklə, istehlak bütün iqtisadi

siyasətin son nəticəsi olmaqla idarəetmə proseslərində aparıcı meyar və

göstəricilər sistemidir.

İqtisadi artımın sosial proqnozların nəticələrinə təsiri

Struktur dəyişmələrin və iqtisadi artımın zəruri şərtini

investisiyaların həcminin artırılması və onun səmərəliliyinin

yüksəldilməsi təşkil edir.

Respublikada iqtisadi və siyasi sabitliyə nail olunduğundan daha

çox xarici investorlar respublikamıza maraq göstərirlər. Büdcə zərfinin

2005-ci ilə proqnozlarına dair materiallarına əsasən aparılan təhlil xarici investisiyaların azalmasını, daxili investisiyaların artmasını göstərir.

77-

Page 78: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl I.IV. 1.

2005-2008-ci illərdə Azərbaycan Respublikasının iqtisadiyyatına

yönəldiləcək investisiyaların proqnozu

ölçü 2002-ci il 2003-cü 2004-cü il 2005 -ci il 2006-cı il 2007-ci il 2008-ci il vahidi hesabat il hesabat KÖzlənibn Droanoz proqnoz proqnoz proqnoz Bütün maliyyə mənbələri

Mlrd. man.

12621,1 20462,0 22503,4 22914,2 21392,8 20848,0 20500,0

hesabına investisiyalar

Mln. dol.

2596,6 4166,7 4578,5 4652,6 4321,8 4190,6 4100,0

Artım sürəti % 173,5 162,1 110,0 101,8 93,4 97,5 98,3

1.Daxili Mlrd. man.

2730,2 4387,5 5320,6 7000,0 8800,0 10500,0 12000,0 investisiyalar Mln.

dol. 561,7 893,4 1082,5' 1421,3 1777,8 2110,6 2400,0

Artım sürəti % 124,7 160,7 121,3 131,6 125,7 119,3 114,3 Ondan:

Büdcə vəsaiti Mlrd. man. 204,9 491,6 455,0 982,0 1470,6 1670,9 1673,7

hesabına Mln. dol. 42,2 100,1 92,6 199,4 297,1 335,9 334,7

Artım sürəti % 191,5 239,9 92,6 215,8 149,8 113,6 100,2 Əhalinin şəxsi Mlrd.

man. 434,6 574,2 700,0 880,0 1100,0 1350,0 1600,0

vəsaiti hesabına

Mln. dol. 89,4 116,9 142,4 178,7 222,2 271,4 320,0

Artım sürəti % 154,0 132,1 121,9 125,7 125,0 122,7 118,5 Müəssisə və təşkilatların

Mlrd. man.

2090,7 3321,7 4165,6 5138,0 6229,4 7479,1 8726,3

öz vəsaiti hesabına

Mln. dol. 430,1 676,4 847,5 1043,2 1258,5 1503,3 1745,3

Artım sürəti % 116,2 158,9 125,4 123,3 121,2 120,1 116,7

2. Xarici Mlrd. man. 9891,0 16074,5 17182,8 15914,2 12592,8 10348,0 8500,0

investisiyalar Mln. dol. 2034,9 3273,3 3496,0 3231,3 2544,0 2080,0 1700,0

Artım sürəti % 194,5 181,0 106,9 92,6 79,1 82,2 82,1 0 cümlədən

Layihə kreditləri

Mln. dol. 223 213 240 260 280 290 300

Birbaşa investisiyalar

Mln. dol. 1811,9 3060,3 3256 2971,3 2264 1790 1400

0 cümlədən

Neft, qaz sektorları üzrə

Mln. dol. 1693,0 2810,2 3000,0 2800,0 2080,0 1570,0 1100,0

Xarici yə birgə müəssisələr üzrə

Mln. dol. 118,9 250,1 256,0 171,3 184,0 220,0 300,0

-78

Page 79: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəldən göründüyü kimi, investisiyanın artım tempi davam

edir. Bu vəsaitin 72%-i istehsal sferasına yönəldilmişdir. İnvestisiyanın

strukturunda keyfiyyət dəyişmələri baş verməlidir. İnvestisiya daha çox

templə artmalı və effektli sahələrə yönəlməlidir. Bazar iqtisadiyyatı

şəraitində investisiyanın effekti kimi o sahələr nəzərdə tutulur ki, onun

ixracat balansının struktur dəyişməsinə təkan verir.

2007-ci ildə xarici investisiyanın həcmi 2050,8 milyon dollar,

ümumi investisiya qoyuluşunun həcmi isə 2863,7 milyard dollar təşkil

edəcəkdir. Azərbaycan Beynəlxalq Əməliyyatlar Şirkəti (neft sənayesi)

xətti ilə iqtisadiyyata yönəldilən investisiyanın həcmi 758 milyon dollär

olacaqdır ki, bu da bütün investisiyanın 70%-ni təşkil edəcəkdir.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin he-

sablatlarma görə neft-kimya sənayesinin tam modernləşdiril- məsinə

(yeniləşdirilməsinə) 800-900 milyon dollar vəsait tələb olunur. Bu

sahənin yalnız Bakı-Sumqayıt müəssisələri arasında bir sıra yeni istehsal

sahələrinin yaradılması və həmin müəssisələrin tam bərpası üçün əlavə

olaraq 600-700 milyon dollar; qara metallurgiyanın tam bərpası və

yenidən qurulmasına 600- 700 milyon dollar; maşınqayırma

kompleksinin o cümlədən cihazlarına və neft-kimya sənayesi üçün

avadanlıq istehsalı və onların yenidən qurulmasına 500-550 milyon

dollar; respublikanın tikinti materiallarına olan ehtiyacını ödəmək və

tikinti materialları sənayesinin inkişafına 450-500 milyon dollar vəsait

tələb olunur. Beləliklə, respublika xalq təsərrüfatının əsas sahələrinin

struktur dəyişmələrinə onların yenidən qurulması və inkişaf

etdirilməsinə 5-6 milyard ABŞ dolları tələb olunur.

Dövlət qiymətli kağızlarına, xarici valyutaya, fond bazarında alver

o qədər də perspektivli deyildir. Ona görə də onun xüsusi çəkisi bütün

yığımda azalmalı, daha çox iqtisadi artıma səbəb olan sahələr inkişaf

etdirilməlidir.

Azərbaycan Respublikasında maliyyələşdirmənin əsas

mənbələrinin müəssisələrin amortizasiya fondu müqavilə gəlirlərindən

ayrılan vəsait və əhalinin yığımı hesabına ayrılan vəsait

-79-

Page 80: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təşkil edir. Amortizasiya fondları müəssisələrin fəaliyyətinin dayanması

ilə bağlı olaraq çox cuzi hissə təşkil edir. Əgər 1998-ci ildən etibarən

canlanma dövrü başlansa, bu mənbə hesabına kapital qoyuluşunun

4%-nin, yəni 10100,0 milyard manat amortizasiya ayırmaları təşkil

etməlidir ki, bu da dövlət büdcəsi xərclərinə nisbətən 90%-ə qədərdir.

İnsanların investisiya potensialı 2-3 % də ola bilər, bu da 15

milyon dollara qədərdir. Dövlət büdcəsi və yerli büdcələr hesabına

maliyyələşdirmə bütün kapital qoyuluşunun 4%-ni təşkil edə bilər.

Beləliklə, kapital qoyuluşunun 75-78% xarici investisiyanın hesabına

baş verməlidir. Azərbaycan üçün kapital qoyuluşunun istifadə əmsalının

20-30% yüksəltmək vacibdir. Sonrakı dövrdə xarici kapitalın xüsusi

çəkisinin 20%-ə, daxili imkanlar hesabına investisiyanın 80%-ə

qaldırılması vacibdir. İnvestisiyanın effektliyi hər pul vahidinə uyğun

olaraq gəlir əldə edilməklə ölçülür. Gəlirsiz kapital qoyuluşu problemini

minimuma endirmək vacibdir.

İnvestisiya siyasitinin əsas istiqamətləri aşağıdakılardır:

1. Yığıma stimul yaradıb investisiya üçün mühüm şərait

yaradılması. Bu istiqamətdə inflyasiyanın aşağı düşməsi və insti-

tutsional dəyişiklik etmək lazımdır. Sahibkarlıq inkişaf etdirilməli,

onların hüquqları qorunmalıdır. Bu istiqamətdə vergi sistemi

investisiyaya stimul yaratmalıdır. Müəssisələr amortizasiya fondunu

sürətləndirməklə, onun normalarını artırmaqla vergi vermədən daha çox

investisiya ayırmalarına vəsait sərf edir.

Kapital bazarını inkişaf etdirməklə müəssisələrin qiymətli

kağızlar bazarının, kapital təklifi ilə layihə təklifləri arasında effektli

vasitəçilər və mexanizmlər institutlarının yaradılması vacibdir.

2. İnvestisiyanın səmərəliliyini artıraraq, tədbirlər həyata

keçirməklə, xüsusi investisiyanı genişləndirmək, xüsusi investisiyaları

vergi siyasətinin yumşaldılması ilə tənzim etmək olar.

3. Dövlət investisiyasının ümumi investisiya qoyuluşunda xüsusi

çəkisini artırmaq perspektivdə iqtisadiyyatın struktur

80

Page 81: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dəyişməsində dövlətin rolunu artıracaq və dövlət yığımı prosesi prioritet

istiqamətlərdə reallaşacaq.

Dövlət sosial sahələrin inkişafına və ayrı-ayrı sahibkarların bu

sahələrin inkişafı üçün kapital qoyuluşuna, onların payından asılı olaraq

güzəştli kredit verməli və qarant rolunu oynamalıdır.

Deyilən konseptual müddəaları nəzərə alaraq tədiyyə balansı

aşağıdakı meylləri kəsb edir (Cədvəl I.IV.2).

Cədvəl I. IV. 2.

Ümumi daxili məhsulun istifadə strukturu

1996 1997 1998 1999 2000 2003 2004 gözlənilən

Ümumi daxili məhsul 100 100 100 100 100 100 100

Son istehlak xərcləri 80 80 79,5 79,0 78 75 75

O cümlədən

Ev təsərrüfatı 60 61 60,3 60,1 60,0 55 55,1

İstehlak xərcləri 20 19 18,8 18,9 19,0 20 20,0

Dövlət orqanlarının

xərcləri, yığım 18 18,2 18,4 18,5 19,0 22 22,6

İxrac 2,0 2,1 2,3 2,4 2,5 3,0 3,22,9

Ümumi daxili məhsulun istifadə strukturunda hələ ki, istehlak

xərcləri xüsusi kəsir əmsalına görə yuxarıdır. İstehlak həddi doyma

halına çatdıqda investisiya payı artacaq.

81-

Page 82: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BÖLMƏ II: SOSİAL-İQTtSADİ İNKİŞAFIN ƏSAS

İSTİQAMƏTLƏRİ VƏ İDARƏ OLUNMASININ BAZAR

İQTİSADİYYATI ŞƏRAİTİNDƏ XÜSUSİYYƏTLƏRİ

FƏSIL I. SOSIAL IQTISADI İNKİŞAFIN IDARƏ EDİLMƏSİNİN

NƏZƏRİ VƏ METODOLOJİ ASPEKTLƏRİ

Sosial sahələrin iqtisadiyyatı və idarə olunmasının əsas

mahiyyəti, meylləri, bölmələri

Sosial sahələr insanın həyat fəaliyyəti, həyat səviyyəsi, onun

tələbatının ödənilməsinə yönəldilən müəyyən maliyyə əsasları və

hüquqi statusa malik olan fəaliyyət dairəsidir. Sosial sfera əhatə

dairəsinə görə istehsal, bölgü, istehlak əlaqəsini və son nəticələrdə bu

sahələrin insanın formalaşmasına, onun maddi və mənəvi ehtiyaclara

təsirini öyrənən elmi əsaslara söykənən sahədir. Əsas vəzifəsi isə

cəmiyyətin inkişafı, insanın cəmiyyətdəki rolu, onun maddi və mənəvi

tələbatı, sosial münasibətlərin, o cümlədən sahələrin fəaliyyətini

öyrənməkdən ibarətdir.

Sosial sahələr xidmət sferasını daha çox əhatə edir, həm də sosial

amil olan insanın özünün təsərrüfatçılıq, istehsalçı, istehlakçı və ya

idarəetmə funksiyalarını özündə birləşdirir. Ona görə də sosial

idarəetmənin predmeti reallığı, mövcud vəziyyəti öyrənmək, arzu

olunan səviyyəni əldə etmək üçün idarəetmə funksiyasını həyata

keçirməkdir. Bu idarəetməni cəmiyyətdə tələbat, resurs, proqnoz, idarə sxemi vasitəsi ilə həyata keçirmək olar.

Tələbat Resurs Proqnoz İdarə

Sosial-İqtisadi inkişaf bazar iqtisadiyyatı şəraitində, xüsusən

keçid dövründə özünəməxsus xüsusiyyət kəsb edir. Sosial ehtiyaclar hər

bir respublikada keçid dövrünün xarakteri, iqtisadiyyatın inkişaf səviyyəsi, demoqrafik vəziyyət, təbii artım,

-82-

Page 83: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

coğrafi, iqtisadi mühit, beynəlxalq inteqrasiya əlaqələri, dünyavi

proseslər prizmasından həll olunur. Əhalinin sayı, məşğuliyyəti, maddi

təminat səviyyəsi, yoxsulluq həddi, gəlirləri, xərcləri sosial

problemlərdir. Dünya səviyyəsində gəlirlər, ümumi daxili məhsul, tələb,

təklif, onların tarazlaşması, inflyasiya səviyyəsi, məşğulluq mübahisəli

tədqiqat obyektidir.

Ölkədə maddi və mənəvi nemətlərin məcmusu, ümumi daxili

məhsulun artım sürəti, adambaşına düşən ümumi daxili məhsul,

inflyasiyanın minimum həddi, bazarda əmtəə və xidmətin alıcılıq

qabiliyyətinə uyğunluğu makroiqtisadi sosial problemlərdir. Onların

həlli yolları, idarəetmə müxtəlif ölkələrdə islahatlar proqramı

çərçivəsində həyata keçirilir. Sosial islahatlar məhz sosial sferanın

transformasiyası, yerləşmə modelidir, bu islahatların əsas məqsədi,

mexanizmi, metodu bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da

iqtisadiyyat sahəsi, quruluşu, onların istifadəsinin səmərəli təşkili və

bölgü, istehlak sferasının yeniləşməsi ilə bağlıdır. Konkret olaraq sosial

sahələrə bunlar aiddir: demoqrafiya və əhali, səhiyyə sahəsi, təhsil,

mədəniyyət, elm sahələri, xidmət sferası, məişət xidməti, sosial sferanın

xidmət sahələri, ekoloji mühit, sosial maliyyə aspektləri, sosial sığorta,

sosial müdafiə, qaçqınlıq, köçkünlüyin iqtisadi problemləri, ölkələrin

ərzaq təhlükəsizliyi və əhalinin həyat səviyyəsi. Bu bölmələrin hər biri

sosial fəaliyyətin iqtisadi təşkilati və idarəetmə əsaslarını

müəyyənləşdirir. Sosial sferanın iqtisadiyyatda rolu, yaxud

iqtisadiyyatın sosial sferaya təsiri əlaqələrinin vəhdətini öyrənməkdir.

Sosial sferaya fəal iqtisadi artımın tərkib hissəsi kimi baxırıq. Belə

ki, sübut olunmuşdur ki, insan nə qədər maddi, mənəvi təmin olunarsa,

onun maddi dəyərlərdə rolu daha çox olur. Sosial sferaya ayrılan

vəsaitlər ölkədə olan nemətlərin qalıq hissəsi kimi yox, fəal sahə kimi

baxılması ilə müəyyənləşir. Sosial sfera indi bir sıra göstəricilərlə

iqtisadi artımda özünün inkişaf meyllərini göstərir. Özəlləşdirmə,

istehsalatda sərbəstlik, təşəbbüskarlıq, sosial potensialın istifadəsinin

imkanlarını, effektini artırır. Məsələn, ümumi daxili məhsulun

Azərbaycanda 71%,

83-

Page 84: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sənayenin 50%, kənd təsərrüfatının 98%-i özəl sektorun hesabına baş

verdiyinə görə məşğulluğun formaları dəyişir. Torpaqların əhaliyə

paylanması iş yerləri kimi kəndin sosial atmosferasmı formalaşdırır,

onların məşğulluğunu, gəlirlərini, istehlakım, imkanlarını dəyişdirir.

Əgər 10 il əvvəl Azərbaycanda qeyri- istehsal sahələrinin ümumi daxili

məhsulda payı 8-10% idisə, indi 45-50%-dir. Beləliklə, xidmət tələbatı,

onun iqtisadiyyatda, cəmiyyətdə rolu artır, bu da sosial sferanın

zəruriliyini, əsas cəhətlərini formalaşdırır, inkişaf etdirir.

İqtisadiyyat inkişaf etdikcə insanın rifahı üçün lazım olan

vəsaitlərin, resursların iqtisadi artımı baş verir. Beləliklə, perspektivdə -

sosial mütəxəssislər bütün iqtisadiyyat sahələrində makroiqtisadi

problemlərin həlli üçün kadr potensialını təşkil edir.

Sosial sahələrin idarə olunmasının metodoloji əsasları

və prinsipləri

Sosial sahələr idarəetmə obyekti baxımından mənəvi və maddi

tələbatın ödənilməsinə yönəldilib, onun əsas məqsədi iqtisadi və sosial

inkişafla yanaşı bu tələbatı təmin edən şəraiti yaratmaq və onların

konkret formaları, strukturu, mənimsəmə mexanizmlərini

təkmilləşdirməkdən ibarətdir. Sosial tələbat bir sıra mövcud və

perspektiv formalaşa bilən münasibətlərdən asılıdır. Müxtəlif iqtisadi

quruluşlarda, iqtisadi inkişaf səviyyəsi özünəməxsus xüsusiyyətlər kəsb

edir. Ona görə də idarəetmə baxımından bu xüsusiyyətlər nəzərə alınır,

konkret idarəetmə mexanizmlərində, normalarda öz təsvirini tapır. Belə

ki, ümumi daxili məhsul artdıqca dövlət və əhali gəlirlərinin artması,

pensiya islahatlarının həyata keçirilməsi, sosial müdafiə fondunun

təşkili, səhiyyə, mədəniyyət, elmin inkişafına şərait yaradılması

idarəetmənin əsas istiqamətləridir. Sosial idarəetmə məqsədi ilə

makroiqtisadi meyarlar və mikroiqtisadi yollar, problemlər qoyulur.

Makroiqtisadi səviyyədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, onların məcmuu tələbatının ödənilməsi, məşğul

-84-

Page 85: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

luğunun təminatı, mikrosəviyyədə isə ayrı-ayrı regionlarda və

sosial-iqtisadi qruplar üzrə hər konkret tələbat növü üçün yollar

axtarılmasından ibarətdir.

İdarəetmənin funksional əsası üç əsas istiqamətdə reallaşır:

şəraitin yaradılması; idarəetmə subyektlərinin və məqsədlərinin

seçilməsi, əsaslandırılması; idarəetmə mexanizmlərinin tətbiqi və ardıcıl

olaraq təkmilləşdirilməsi.

Sosial idarəetmənin funksional sxemini aşağıdakı kimi təsvir

etmək olar.

Sxem. Sosial idarəetmənin funksional sxemi.

Sxemdən göründüyü kimi, maddi rifah ali meyar kimi qəbul

olunur. Hər bir cəmiyyətdə bütün fəaliyyətin son nəticəsi iqtisadi

maraqların qorunması, onların güzaranının ardıcıl olaraq tələbatlarına

uyğun dəyişməsini təmin edən göstəricilərlə idarə olunur. Azərbaycan

Respublikasında da mövcud reallıqlar şəraitində mühüm islahatlar və

bazar iqtisadiyyatının formalaşması mühitində əhalinin rifahı idarəetmə

prosesinin əsas məqsədidir. Uyğun olaraq konkret formada ərzaq

tələbatı, qeyri-ərzaq, xidmət və s. sosial və mənəvi dəyərlər tələbatı ödəmək üçün idarəetmə sistemi formalaşır.

85-

Page 86: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Belə ki, ərzaq tələbatı təmin olunmalıdır: xarici ölkədən gələn idxal və

daxili inkişafın, həm də kənd təsərrüfatının, emal sənayesinin, ayrı-ayrı

regionlarda tələbata uyğun inkişafı hesabına. Bu problemlərin həlli üçün

bir sıra təşkilati iqtisadi tədbirlər meydana çıxır. Maliyyə resursları

toplanır, kreditlər verilir, bazar müəyyənləşir, bazarın tələbatına uyğun

istehsal həcmi, onun strukturu və istehsal olunmuş məhsulun istehsal

xarakteristikaları formalaşır. Bu cür təsvir həm də qeyri-ərzaq və xidmət

sahələri üçün də lazımdır. Beləliklə, idarəetmədə məqsədlərdən

başlayıb, sahələrə və konkret əmtəə, xidmət, resurs idarəetməsinə

keçmək olar. Məntiqi olaraq bu ifadəni belə sxemdə ifadə etmək olar:

idarəetmə metodologiyasına gəldikdə isə sosial sahələr kompleks

sistemli idarəetmə obyektidir. Sistem baxmundan makro və

mikroiqtisadi ərazi, sahə, iqtisadi-təşkilati amillərin və proseslərin üzvi

sürətdə qarşılıqlı əlaqədə məcmusu nəzərdə tutulur. Sistem yanaşma

metodologiyası bütün imkanlar və məqsədlərin ən əlverişli, optimal

variantını tapmaq üçün tətbiq olunan optimal yoldur. Sistem yaratmaq

.təşkilati problemdir. İqtisadi sistemin sahə, ərazi strukturu və onlann

idarə olunmasının subyekti olan müvafiq icra orqanı və uyğun

mexanizmlər sisteminin təzahürüdür.

Sistem sadə, mürəkkəb, funksional, çevik, idarəetmə

məqsədlərinə uyğun təsnifatlaşdırılmış təşkilati strukturdur. Belə ki,

sosial sistem dedikdə, bunun sahələri, sosial məqsədləri, maliyyə

resursları, iş qüvvəsi, əmək haqqı, pensiyalar, müəyyən təchizatlar,

təchizatlara uyğun idarələr, normativ aktlar, qanunvericilik bazası

daxildir. İdarəetmənin nəzəri əsasını iqtisadi qanunlar, normativ

sənədlər və icra mexanizmi olan Nazirlər Kabineti tərəfindən hər hansı bir prosesi tənzimləmək üçün istifadə olunan

86

Page 87: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

konkret normativ aktlar və normalar, Milli Məclis tərəfindən qəbul

olunmuş qanunlar, məcəllələr təşkil edir.

Normativ aktlar digər sahələrdən fərqli olaraq daha çox emp- rik

normalara əsaslamr. Məsələn, səhiyyənin, təhsilin, mədəniyyətin,

mənzil təminatının hər birinin planlaşdırılmasmda, inkişafında

müqayisəli təhlil və proqnoz üçün normativ göstəricilərdən istifadə

olunur. Adambaşına düşən səhiyyə və mənzil təminatı, ekoloji mühit,

bəzi məhsulların, xidmətlərin hər regionda, cəmiyyətdə, ailədə istehsal

və istehlak normaları müəyyənləşir. Bu normalar metodoloji yanaşma

xüsusiyyətidir. Bu normalar çevik dəyişir, bütün bir sıra yeni tərəqqi,

texnologiyalar dünya ölkələrində baş verən inkişafın, yoxsulluğun,

qloballaşmanın və sairə problemlərin nəticəsi olaraq formalaşıb, inkişaf

edir. Ona görə də normativlər tənzimlənəndirlər. Onun əsas idarəetmə

orqanı dövlətdir və müvafiq icra orqanları - Azərbaycan Respublikası

Milli Məclisi sosial sferanın ayrı-ayrı sahələri üzrə qanunlar tərtib edir,

hər bir qanun layihəsində əhali ilə bağlı olan, onun tələbatını ödəyən,

hüquqlarını qoruyan, vəzifələrini müəyyənləşdirən ayrı-ayn qlobal

maddələr işləyib hazırlayır. Bu qanunların icrası Nazirlər Kabineti və

müvafiq nazirlikdə hüquqi və fiziki şəxs olan şirkətlərdə, hər bir ailədə

uyğun mexanizmlər yolu ilə icra olunur. Sosial sahələrin resurs təminatı

dövlət büdcəsi, əhali büdcəsi, bir sıra sahibkarların, müəssisələrin

büdcəsi və respublikada fəaliyyət göstərən xarici şirkətlərin, birgə

müəssisələrin büdcəsi, maliyyə resursları təşkil edir. Buna görə də sosial

sahələrin idarə edilməsinə kompleks yanaşdıqda, resurs təminatını kadr

potensialını və həmçinin təşkilati idarəetmə təcrübəsini, spesifikasını

bilməklə proqnozlar tərtib olunur. Sonra isə həmin proqnozların həyata

keçməsinin konkret mexanizmi müəyyənləşir.

Sosial sahələrin idarə olunmasının əsas məqsədi əhalinin xidmətə

olan tələbatını, onun maddi və mənəvi ehtiyacları üçün lazım olan sahə

strukturunu yaratmaqdır. Bu sahələrin bazar iqtisadiyyatı şəraitində

mülkiyyət formaları, təsərrüfat obyektləri, əlaqələri, təşkilati quruluşu

dəyişilir. Baxmayaraq ki, bu sahələr norma və normativlərə uyğun

planlaşdırılır, idarə olunur.

87

Page 88: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

amma xidmətin keyfiyyəti, həmin sahələrə ayrılan vəsaitlərdən və

həmçinin xidmətlərin özünün idarə olunmasından asılıdır. Sosial sahələr

mülkiyyət münasibətlərindən asılı olaraq dövlət, bələdiyyə, özəl

sektorlara bölünür. Dövlət sferasında maliyyə əsasları və kadr potensialı

dövlət xərcləri hesabına maliyyələşir. Qeyri- dövlət sektorunda xüsusi

vəsaitlərin, fiziki və hüquqi şəxslərin maliyyə, əmlakı hesabına

maliyyələşir. Sosial sahələrin təşkilati quruluşu, funksional təyinatına

görə formalaşır. Elə sahələr var ki, bu sahələr kompleks xidmət

vəzifələrini həyata keçirdiyinə görə təsərrüfat əlaqələri bir-biri ilə bağlı

olan sahələrin məcmuu yığımı kimi formalaşır. O cümlədən, təhsilin,

səhiyyənin, ətraf mühitin qorunması, məişət xidməti sahələri bir

tərəfdən əhalinin tələbatını nəzərə alır, digər tərəfdən isə bu sahələrdə

lazım olan maddi və mənəvi kadr resurslarını nəzərdə tutur.

Sosial sahələr ərazi və sahə metodlarına uyğun inkişaf etdirilir,

yerləşdirilir. Ərazi üzrə regionda, şəhərlərdə və kəndlərdə sosial

obyektlərin tikintisi, onların istehsal gücləri, xidmətetmə qabiliyyəti

nəzərə alınır. Respublikanın iqtisadi və inzibati ərazi bölgələrində

yaşayan əhalinin sayı, onların məşğuliyyəti, həyat səviyyəsi, maddi və

mənəvi nemətlərlə təminat səviyyəsi bu sahələrin inkişafını

formalaşdırır.

Əhali nə qədər sıx olsa, alıcılıq qabiliyyəti nə qədər çox olsa, bir o

qədər sosial sahələrə ehtiyac duyulur.

Sxem. Sosial tələbatın amilləri.

-88-

Page 89: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əhalinin təbii artımı, onun yaş quruluşu əmək qabiliyyəti və

müavinət alanların sayı və s. kontingentlər sosial təlabatm əsas amilidir.

Əhalinin təbii atımı dünya təcrübəsində bəzi ölkələrdə daha intensiv,

bəzi ölkələrdə daha aşağı templə müşahidə olunur. Respublikamızda

əhalinin təbii artımı 20 il əvvəl 10000 nəfərə 18- 20 nəfər idisə, indi

10-12 nəfərdir.

Təbii artım əmək ehtiyatlamı fonnalaşdınr. İstehlakçıların mütləq

sayını, işçi qüvvəsini, gəncləri, qocalan formalaşdırır. Hər bir

kontingentin özünəməxsus istehlak davranışı, xidmətlərə olan tələbatı

dəyişir. Məhz idarəetmə məsələsi bu dəyişiklikləri nəzərə almaqla

konkret sahələri inkişaf etdirir. Həmçinin sosial tələbat kimi iş yerlərinə

ehtiyac formalaşır. İş yerləri, əmək haqqı, gəlirlər, məşğuliyyət ölkənin

iqtisadi, mənəvi-məişət dəyərlərinin formalaşma mənbəyidir. Ona görə

də əhalinin sosial müdafiəsi bütün dünya ölkələrində prioritet istiqamət

olaraq iş yerlərinin açılmasını nəzərdə tutur. İş yerləri iş qüvvəsinə

nisbətən çox olduqda bir sıra yerlərdə respublika daxili miqrasiya və ya

xarici ölkələrə getmə dayanır. Bu da ərazidə bir sıra istehsal,

qeyri-istehsal sahələrinin inkişafına gətirib çıxarır, daha çox

maddi-xidmət sahələrini inkişaf etdirməklə ÜDM-u artırır. Başqa

ölkələrin respublika əhalisinin gəlir, dövriyyədə olan pulun miqdarı

çoxalır, valyuta ehtiyatı artır. Yaxud əhalinin iş qüvvəsinin bir hissəsinin

başqa respublikada işləməsi, respublikaya pul gətirməsi, xarici

şirkətlərin respublikada xidmət sahələrində, ictimai iaşə, otellər,

firmalar, yollar, tranzit stansiyaları artdıqca, respublikanın ümumi

gəlirləri artır.

Sosial sfera hər bir ölkədə həyat səviyyəsinin real vəziyyəti,

perspektivi ilə ölçülür. Həyat səviyyəsi nə qədər yüksək olsa bir o qədər

ehtiyaclar artır. Tədqiqatlar göstərir ki, yaşayış səviyyəsi yüksək olan

regionlarda onun bir göstəricisi olan, xidmətlərin xüsusi çəkisi çox olur.

Məsələn, hər bir ailənin gəliri çox olduqca onun maddi nemətlərdən

başqa xidmət sferasına da tələbatı artır, məzuniyyət vaxtını daha çox

mənəvi və mədəni tələbatı ödəmək üçün istifadə edir. İnsanlar nə qədər

çox yüksək həyat səviyyəsində yaşasalar, bir o qədər təhsilə,

mədəniyyətə, turizmin inkişafına və digər fəaliyyət dairələrinə

ehtiyacları artır.

-89-

Page 90: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial tələbat və həyat səviyyəsi, yoxsulluğun ləğvi idarəetmənin

meyar və göstəricilər sistemidir. İqtisadiyyatın respublikada

səmərəliliyi, onun təşkili bu göstəricilərlə ifadə olunur. Ona görə də

2002-ci ildə Azərbaycan Respublikasında bir sıra xarici ölkələrin

maliyyə qurumlarına, BMT-nin İnkişaf Proqramına uyğun olaraq

«İqtisadi İnkişaf Proqramı» tərtib olunmuşdur. Proqramın əsas məqsəd

yoxsulluğun ləğvi üçün dövlətin, özəl sektorun, xarici ölkələrin

maliyyə, maddi-təşkilati dəstəyini təmin etmək, yoxsulluğun həddini

aşağı salmaqdır. Bu məqsədlə məşğuliyyət, yeni iş yerləri açmaq, iş

qüvvəsi ilə iş yerləri arasında nisbətləri maksimum yaxınlaşdırmaqdır.

Məşğuliyyət sahələri tarixən istehsal və xidmət sferalarına uyğun olaraq

əhalinin daxili ehtiyaclarını ödəmək və xarici ölkələrə mal, xidmətlər

ixrac etmək üçün inkişaf etdirilir. Məşğuliyyət növü, onun forması,

əhali gəlirlərinin və əmək haqqının səviyyəsi, onun diffrensiyasım

müəyyənləşdirir. Daha çox əmək tutumlu sahələrdə iş qüvvəsinə ehtiyac

çoxdur. Əməyin kəmiyyəti və keyfiyyətinə uyğun olaraq bazar

münasibətləri şəraitində yüksək əmək haqqı verilir. Stimul yarandıqca

bu sahədən digər sahəyə axın başlayır. Ehtiyac artdıqca əmək haqqı çox

olan sahəyə axın baş verir. Bu da gəlirlərin, həyat səviyyəsinin

formalaşmasını, əhalinin qütbləşməsini formalaşdırır. Az, orta, yüksək

təminatlı ailələr formalaşır. Məşğuliyyətin təşkilini bazar diktə edir. Hər

hansı məhsula, xidmətə ehtiyac varsa, həmin məhsulun istehsalı iqtisadi

cəhətdən əlverişlidir, uyğun olaraq kapital da həmin sahəyə axır.

Məsələn, investisiyanın iqtisadi quruluşu xarici investisiyanın 70-80%

neft sektorunda cəmləşməsinə səbəb olur. Həm də bu sektorda əmək

haqqı və gəlirlər digər sahələrə nisbətən yüksəkdir. Bazarın tələbatına

uyğun olaraq əhalinin alıcılıq qabiliyyəti formalaşır. Nə qədər yüksək

səviyyəli təminat olsa bir o qədər xidmətə olan ehtiyac da artacaq.

Məşğuliyyətin planlaşdırılması və idarə olunması əsas sahə və ərazi

strukturuna bölünür;

Sahə strukturunda iqtisadi sahələr (sənaye, kənd təsərrüfatı, rabitə

və s.) nəzərdə tutulur və uyğun olaraq bu sahələrin idarəolunma orqanları formalaşır, təsərrüfat formaları meydana çıxır.

90-

Page 91: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Ərazilər üzrə isə ayrı-ayrı kompleks funksional struktur, xidmət

sferası, ərazi birlikləri yaranır. Məsələn, respublikanın zonalar üzrə

iqtisadi, regionlar üzrə və ya bir neçə regiona xidmət edən ərazi

orqanları yaradılır.

Hər iki strukturun yeganə məqsədi əhalinin rifahını

yaxşılaşdırmaq, regionda məskunlaşdırmaqdır. Bu obyekt sahibkarlıq

hüquqları, idarəetmə orqanları, maraqlar, bazar iqtisadiyyatı tipinə

uyğun formaea, məzmunca və təşəbbüskarlıq məqsədi ilə liberal, azad

rəqabət şəraitinə uyğunlaşmalıdır.

Sosial sahələrin planlaşdırılması və idarə olunmasının

metodoloji əsasları

Sosial sahələr tələbatın əsas formaları, istiqamətləri və ödənilməsi

üsullarını nəzərə almaqla inkişaf etdirilir. Tələbat isə müxtəlif şəraitdə

konkret resursların həcmində və strukturunda müəyyən normalarla idarə

olunur. Belə normalar maddi, mənəvi, sosial normativlərə bölünür.

İnsanın fizioloji tələbatı, onun yaşayışı və inkişafı üçün zəruri olan

maddi və mənəvi nemətlərin məcmuusu ilə ölçülür. İqtisadiyyat inkişaf

etdikcə, bəzi maddi tələbatlar ödənildikcə yeni tələbatlara ehtiyac

duyulur. Buna görə də hər müddət üçün imkan dəyişsə də vahid ölçü

aləti olaraq normativlər formaca konkret əmtəə və xidmət növü üzrə

dəyişir, formalaşır. Amma kilokolori, yağlar, zülallar adambaşına düşən

ildə lazım olan fizioloji normalarda ölçülür.

Normativ yanaşma əhalinin sayından, onun tələbat normalarından,

konkret iqtisadi göstəricilərin əhalinin sayına görə lazım olan

normativlərin səviyyəsi ilə ölçülür. Bu normativlər dinamik dəyişir, həm

də iqtisadi amillərlə bağlıdır, azad seçim və imkanlarla ölçülür. Digər

tərəfdən dünya ölkələri səviyyəsinə çatmaq üçün, ya da dünya ölkələri

ilə inteqrasiya prosesində müəyyən standartlar baxımından yanaşmanın

nəticəsində formalaşır. Normativ planlaşdırma həm ərazi, həm sahə, həm də ümumi iqtisadi göstəricilərlə müəyyən olunur.

-91 -

Page 92: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Məsələn, sosial sahə kimi ÜDM-un adambaşına düşən miqdarı, ya da

dövlət gəlirlərinin əhalinin sayma olan miqdarı və ya hər bir kəsə düşən

xəstəxanaların ümumi sayı və sairə.

ÜDM

əhali DC

əhali ■a.

xəstəxanaların sayı

10000 • = a.

Sosial sahələrin planlaşması, onun ayrı-ayrı sahələrinin, fəaliyyət

növlərinin ərazilərdə, şəhər və kəndlərdə yerləşməsi, inkişafı və

funksional təyinatına görə, tələbata görə inkişafı deməkdir. Marketinq

tədqiqi istehlak strukturuna uyğun olaraq xidmətlərin növünün, istehlak

dəyərinin, keyfiyyətinin təkmilləşməsi deməkdir. Marketinq quruluşu

bazar tələbatı deməkdir. Bazar tələbatı isə əhalinin və istehsalın xidmət

sferasını, əhalinin gəlirlərini və xidmətin tələb, təklifləri, onlar

arasındakı nisbələri ilə müəyyənləşir. Hər bir istehlakm formalaşma

mənbələri, ixtisas amilləri və inkişaf dinamikası mövcuddur. Sosial

xidmət sahələrinin marketinq strukturu, həmin xidmətin neçəyə başa

gəldiyini, bu xidmətə sərf olunan canlı əmək və material xərclərini, son

nəticədə ayrı-ayrı xidmət növlərinin iqtisadi və sosial səmərəsini

nəzərdə tutur.

Sosial sahələr xarakter etibarilə marketinq məqsədləri güdmür,

lakin onun inkişaf üçün müəyyən vəsaitlər tələb olunur. Həmçinin

marketinq strukturu əhalinin alıcılıq qabiliyyəti ilə müəyyən olunur.

Əhalinin gəlirləri çox olduqda daha keyfiyyətli, daha baha xidmətlərə

ehtiyac duyulur. Bu da xidmət sahələrinin yeniləşməsini tələb edir. Ona

görə də hər bir xidmət sferasında fəaliyyət göstərən sahibkarlar davamlı

inkişaf üçün təkmilləşdirilmiş yeni texnologiyalar, üsullar tətbiq

etməklə daha ucuz başa gələn keyfiyyətli, alıcısı çox olan xidmət

növlərinin artırılmasına can atır. Planlaşdırma təcrübəsi göstərir ki, eyni

sosial sahənin müxtəlif regionlarda istehlakçının iqtisadi və sosial

vəziyyətini nəzərə almaqla xidmət sferasının çeşidini və növünü

planlaşdırır. Məsələn, yoxsulluq səviyyəsi yuxarı olan ərazilərdə tam pullu xidmət, yaxud yuxarı qiymətlər tətbiq etmək düzgün deyil.

-92-

Page 93: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Xidmətin növü, onun marketinq quruluşu, dəyəri, əhalinin maddi

təminatı, gəlir səviyyəsi və sosial-iqtisadi peşə sənəti ilə uyğunlaşır.

Kənd təsərrüfatı ilə məşğul olan sahələrdə tikinti, məişət tələbatı çox

olan yerlərdə uyğun olaraq ticarət obyektləri bu sahələrə xidmət növü,

emal sənayesi daha çox inkişaf etdirilir. Kitabxanaların, maarif

şöbələrin, mədəniyyət müəssisələrin ümumi sayı, onların xidmət gücü

təbii ki, əhalinin mədəni səviyyəsi, onların bu sahələrdən istifadə etmək

qabiliyyətindən asılıdır. Hər bir ailənin tərkibi, onların məşğuliyyəti,

təhsil səviyyəsi, dünyagörüşü, maddi vəziyyəti yuxarıda saydığımız

sosial-mədəni sahələrin növünü, keyfiyyətini müəyyənləşdirir. Məntiqi

olaraq bu ardıcıllıq aşağıdakı sxem ilə reallaşır.

Sosial-iqtisadi quruluş;

İstehlakçı;

Sosial tələbat;

Marketinq

Ardıcıllıqdan göründüyü kimi, makroiqtisadi səviyyədə

sosial-iqtisadi tərkibi, cəmiyyətin müəyyən təyin edici parametrləri

formalaşır: əhalinin təbii atımı, təhsil, səhiyyə, mədəniyyət və

iqtisadiyyat. Bu vəziyyət bölgü və yenidən bölgü vasitəsi ilə, gəlirlərin,

həyat səviyyəsi, istehlakçıların xarakteristikalarını müəyyənləşdirir.

Çünki müxtəlif peşələrin, təhsil, mədəniyyətin seçim qabiliyyətinə

malik olan sosial kontingent qrupları var və hər bir insanın istehlakçı

kimi özünün davranışı, mədəniyyəti mövcuddur. Yəni marketinq

tədqiqinə çatmaq üçün ilk növbədə istehlakçılar müəyyən tiplərə,

xarakterinə görə qruplara bölünür. Məsələn, iqtisadi vəziyyətinə görə az,

orta, yuxarı təminatlı, peşə əməyinə görə, müxtəlif müvəqqəti

baxışlarına görə bölmək olar. Ən çox yaşamaq üçün lazım olan və bazar iqtisadiyyatında

-93-

Page 94: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təyinedici amil kimi gəlirlərin səviyyəsinə görə paylanma, qütbləşmə

əsas rol oynayır.

^ABE RH

İstehlakçıların xarakteristikası, onların maddi, sosial vəziyyətinin

birbaşa idarə olunmasına, strateji planlaşdırmadan fərqli olaraq

marketinq planlaşmasına gətirib çıxarır.

Sosial sahələrin planlaşması ayrı-ayrı regionların, kənd əhalisinin

tələbatını nəzərə almaqla bəzi, sahələrin inkişafı və ərazi üzrə

yerləşməsi müəyyən olunur. Daha çox peşəkar, keyfiyyətli xidmətlər

təklif etmək üçün sosial sahələrdə funksional təyinatına görə

ixtisaslaşma baş verir. Belə ki, ixtisas səviyyəsi nə qədər yüksək olsa,

əhalinin sayma görə, məskunlaşma səviyyəsi və iqtisadi durumuna görə

sosial sahələrin tələbatı formalaşır. Hər bir ərazidə minimal istehlak

normaları var. Bu normaların tərkibində maddi nemətlərlə yanaşı

xidmət normaları da var. Xidmətin mülkiyyətin formasından asılı olaraq

təşkili bu sahələrin tələbatından, onların bazar iqtisadiyyatı şəraitində

maliyyə imkanlarından, kadr potensialından asılıdır. Hər bir ərazidə

pullu, yəni əhalinin ödəmələri yolu ilə, digər tərəfdən isə dövlət büdcəsi

hesabına maliyyələşir. Sosial sahələr ərazi üzrə inkişaf etdikcə

kommersiya mənfəəti, gəlirləri aparıcı rol oynayır. Çünki eyni xidmətə

olan tələbat bu xidmətləri təşkil edən müxtəlif təsərrüfat formalarının

əmələ gəlməsinə səbəb olur. Təbii ki, rəqabət mühiti

-94

Page 95: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bu mənfəətsiz müəssisələrin aradan çıxmasına səbəb olur. Həmin

müəssisələrin davamlı inkişafı üçün rəqabət mühitini pozmadan istehsal

proqramları, xidmət növü, keyfiyyət üzrə fəaliyyət proqramları

hazırlanır. Bəzən hər bir ərazidə müəyyən bir xidmət sahəsinin

olmaması həmin ərazidən əhalinin miqrasiyasına səbəb olur.

Ərazilərdə xidmət sahələri, funksional, təşkilati-iqtisadi

quruluşuna görə təsnifatlaşdırıhr. Bu sahə də kompleks formada bir-biri

ilə bağlı inkişaf etdirilir. Məsələn, səhiyyə tələbatını ödəmək üçün

səhiyyə kompleksi yaradılır.

Sxem. Səhiyyənin idarə edilməsi.

Səhiyyə təlabatı hər 1000 nəfərə düşən göstəricilərdə

müəyyənləşdirilir. Həmin göstəricilərə uyğun olaraq lazım olan maddi

resurslar, preparatlar, səhiyyə obyektləri, sahələri (m^) və s. müəyyən

olunur. Hər hansı tələbat bu formula ilə hesablanır:

T = -=r-.M n

burada, N - əhalinin sayı;

n - hər 1000 nəfərə düşən normativ göstəricilər;

M - maddi resurslara tələbat normativləri.

Beləliklə, kadr potensialı, təşkilati quruluşu normativ yanaşma ilə

planlaşdırılır. Hər hansı ərazidə yaşayış səviyyəsi, məşğuliyyət,

xəstələnmə, ölüm səviyyəsi müxtəlif olsa, ayrı-ayrı sosial xidmətlərə

eyni tələbat olmur. Tələbatın özü bilavasitə

-95-

Page 96: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

maddi resursların xarakteri ilə ödənilir. Belə ki, enerji, istehlak,

informasiya, ərzaq, tibbi dərmanlar, mədəni tələbat hər biri öz

xüsusiyyətinə görə fərqlənir. Buna görə də resursların bölgüsündə ancaq

iqtisadi effekt arxasınca qaçmaq düzgün deyil. Çünki minimal istehlak

normaları hər tərəfli ödənilir, resurslar bir-birini əvəz edir, tarazlı inkişaf

üçün bu resursun inkişafı digər resursun qıtlığına səbəb olmamalıdır.

Məsələn, kənd təsərrüfatda yerləşən istilik enerjisinin elektrik enerjisi

ilə əvəz olunması bu sahənin inkişafında müəyyən məhdudiyyət,

limitlərin olmasına gətirib çıxarır. Ona görə də sosial sahələr 2 əsas

normativ yanaşma baxımından həll olunur:

I - Fizioloji normalar;

II - Maddi, kadr potensialı imkanları.

Fizioloji normalar hər hansı bir son hədd prinsipinə görə əsaslanır.

Yəni doyma nöqtəsi məhduddur. II norma ETT inkişaf etdikcə

yeniləşmək, modelləşmək mümkündür. Çünki rəqabət mühiti sosial

sahələrin tələbata uyğun yerləşməsini tələb edir. Beləliklə, sosial

sahələrin ərazi inkişafında II amil aparıcı rol oynayır. Kadrlardan

düzgün istifadə, onların hazırlanması, bir sıra iqtisadi amillərin düzgün

təşkili və idarə olunmasında öz əksini tapır. Belə ki, idarəetmə

mexanizmi olaraq kadrların yeni peşə potensialının inkişafı üçün onların

əmək haqqı, yaşayış şəraiti, peşə profilində lazım olan təchizat sistemi,

ən əlverişli böyük şəhərlərdə təmərküzləşməsi regionun ərazilərin

əhalisinin şəhərlərə miqrasiyasına səbəb olur. Regionda sosial şərait və

kadrların orada işləməsi, maddi resurslara, kadr potensialı arasında

əlaqə «+» olmalıdır. Bu kimi problemlər təşkil olunmanın səmərəsi ilə

ölçülür. Müasir şəraitdə regionlarda mülkiyyət münasibətləri

çərçivəsində təşkilati, idarəetmə orqanları mövcuddur. Belə ki, dövlət,

bələdiyyələr, əhalinin yaratdığı ictimai təşkilatlar mövcuddur. Sosial

sahələr dövlətin yox, bələdiyyələrin funksiyalarıdır. Bələdiyyə

idarəçiliyi özünüidarəetmə prinsiplərinə əsaslanır.

Dövlət büdcəsinin xərc hissəsini investisiya xarakterli, əmək

haqqı, xərcləri, sosial müdafiə fondu, daxili və xarici borcların

-96

Page 97: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qaytarılması, kredit resurslar üçün istifadə olunan xərclər, ehtiyat

fonduna ayırmalar, fəvqəladə hallar üçün lazım olan xərclərə ayrılır. Bu

xərclər çərçivəsində təhsil xərcləri büdcənin 22%-ni təşkil edir. O

cümlədən, səhiyyə, elm, sosial təminat, sosial müdafiə xərcləri

iqtisadiyyat inkişaf etdikcə artır. Sosial sahələrin maliyyə əsaslarını,

həmçinin müəssisələrin, sahibkarların xüsusi vəsaiti təşkil edir. Belə ki,

müəssisədə işləyənlərin əlavə əmək haqqını, sosial obyektlərin

tikilməsi, həmin müəssisələrin gəlirləri hesabına ayırmalar yolu ilə

təşkil olunur. Bir sıra sosial sahələr sahibkarlıq fəaliyyəti kimi

kommersiya fəaliyyəti ilə məşğul olurlar. Rəqabət mühiti şəraitində öz

dözümlülüyünü artırmaq üçün və işçilərin əmək haqqını tənzimləmək

üçün xüsusi vəsaitin bu sahələrdə istifadəsi planlaşdırılır. Sosial sahələr

həmçinin bələdiyyələr hesabına maliyyələşdirilir. Bələdiyyələrin əsas

maliyyə mənbələri dövlət büdcəsindən dotasiya şəklində ayırmalar,

subsidiyalar və öz əmlakından istifadə etməklə əldə olunmuş gəlirlər

hesabına fəaliyyətini davam etdirirlər. 2003-cü ilin dövlət büdcəsində

bələdiyyələrə 25 mlrd, manat vəsait ayrılıb. Bələdiyyələr fiziki

şəxslərdən torpaq vergisi və əmlak vergisini öz maliyyə məqsədləri

üçün istifadə edir. Bələdiyyə müəssisələrində vergi qanunvericiliyinə

uyğun olaraq vergi xidmətləri onun gəlirlərinin əsas mənbəyidir. Daha

bir mənbə əhalinin xüsusi vəsaitləri hesabına formalaşır. Belə ki,

səhiyyədə, təhsildə, özəl mülkiyyət xidməti orqanlarının təşkili və

idarəolunmasmm maliyyə əsasını əhalinin xüsusi vəsaitləri təşkil edir.

Əhalinin pul gəlirləri ilə xərcləri arasındakı fərq onun yığım üçün

istifadə olunan vəsaitləri təşkil edir. Bu vəsaitlər əhalinin bir sıra

tələbatını ödəmək üçün sonrakı illərdə xərclər kimi formalaşır. Ona görə

də ərazilərdə əhalinin xərc strukturu, onun alıcılıq qabiliyyətlərini

müəyyən edir. Hər bir ərazidə region bazarının maliyyə resursları həmin

regiona daxil olan və iqtisadi dövriyyədə iştirak edən pul kütləsi ilə

müəyyən olunur.

p(miqdan) — p(emissiyası) -f- j(investisiya) -)- 0(əmanətlər)

97

Page 98: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inkişaf xarici və daxili investisiya hesabına formalaşır. Xarici

investisiyalar sosial sahələrin ərazidə inkişafı və gəlir gətirməsinə

əsaslanır. Uzunmüddətli kreditlər və yaxud birbaşa təyinatına uyğun

müəssisə tikilməsi üçün investisiyalar qoyulur. Məsələn, əhaliyə xidmət

sahələri, mənzil kommunal tikintisi, mədəniyyət sahələri bu səhmdar

cəmiyyətləri xarici investisiya hesabına tikilən sahələrdir, obyektlərdir.

Həmçinin, kredit almaq yolu ilə də bu sahələrin inkişafı mümkündür.

Kreditlər uzun və qısa müddətli olur, müəyyən faizlə qaytarılır və biznes

proqramına uyğun istifadə olunur. Kreditlər bank vasitəsi ilə verilir.

Bəzi sahələr var ki, onların maliyyələşməsi üçün birdəfəlik yığımdan

istifadə edilir. Məsələn, körpü salmaq, kənd və şəhərin meliorasiya

təminatı üçün əhali vəsaitlər yığır.

Bütövlüklə maliyyə resursları büdcə sistemini təşkil edir və belə

təsvir olunur:

Büdcə sistemi tarazlı pul-kredit, gəlir və xərclər arasında

balanslaşdırılmış siyasətin hüququ və təşkilati əsasıdır. Büdcə sistemi

haqqında qanun, büdcənin tərtibi və təsdiqi, ona nəzarətin hüquqi bazasıdır.

98-

Page 99: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial sahələrin tənzimlənməsinin qanunvericilik bazası

Qanunlar sistemi mövcud reallığın məqsədəuyğun fəal dəyiş-

irilmə sistemidir. Qanunlar obyektinə, məqsədinə və reallaşma

mexanizminə görə müxtəlif olur. Qanunların sosial məzmunu əhalinin

rifahı, sosial müdafiəsi, pensiya təminatı və ayrı-ayrı kateqoriyalı

insanların sosial müdafiəsini tənzimləəkdən ibarətdir. Uyğun olaraq

qanunların obyektinə uyğun mexanizmlər formalaşır. Bu mexanizmlər

hüquqi baza, təşkilati, iqtisadi əsas olaraq tənzimləmə funksiyasını

həyata keçirir. Qanunların tərtibatı, təsdiqi və icrası, uyğun idarəetmə

orqanları vasitəsi ilə həyata keçirilir. Milli Məclis qanunların tərtibi və

təsdiqini təşkil edir. Prezident fərmanı ilə qanunların icrası qaydaları və

normativ hüquqi icra mexanizmi formalaşır. Müvafiq icra orqanları

ərazilər, sahələr həmin qanunların reallaşmasına cavab verərək

nəzarətetmə, tənzimləmə və sosial sahələrin qanunlarına bölünür.

Qanunlardan əvvəl siyasət formalaşır. Siyasətin reallaşmasının hüquqi

bazasını qanunlar təşkil edir. Belə ki, gənclər, bədən tərbiyəsi, idman,

pensiya təminatı, istehlakçıların hüquqlarının qorunması, ərzaq

bazarının təşkili və idarə olunması, teatr, kino haqda qanunlar,

şəhərsalma, səhiyyə qanunları, bəzi xəstəliklərin müalicəsi haqda

qanunlar, təhsil qanunları, ekoloji tarazlıq və sairə qanunlar son 10 ildə

müstqətil Azərbaycanın qanunlar sistemində əsas istiqamət olaraq

formalaşır.

İqtisadi və sosial qanunlar real vəziyyəti yenidən təşkil etmək

üçün düşünülür, onlar obyektiv qanunlardır. Qanunların tərtibi dünya

ölkələrində olan inkişaf meyllərinə uyğun spesifik xüsusiyyətləri nəzərə

almaqla işlənib hazırlanır. Qanunların texnologiyasında təşəbbüskar

kimi ölkə prezidenti, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi,

Milli Məclisin uyğun komissiyaları çıxış edir. Belə ki, həmin problemlər

qoyulur, onun məqsədi, mexanizmləri seçilir, sonra isə tənzimləmənin

əsas müddəaları işlənib hazırlanır. Sosial qanunlar həm iqtisadi, həm

maliyyə, həm də təşkilati əsaslara uyğunlaşır və belə bir sxemlə

müəyyənləşir.

-99-

Page 100: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial sahələr qanunvericilik obyekti olaraq sosial siyasətin

reallaşmasının hüquqi əsasıdır. Sosial qanunlar Milli Məclisin Sosial

Siyasət Komissiyası tərəfindən işlənib hazırlanır, parlament tərəfindən

təsdiq olunur. Sosial qanunlar sahələr üzrə həm də insanın həyat

səviyyəsi ilə bağlı olan vəzifələri həyata keçirir. Sosial qanunların

obyektləri sosial problemlərdir. Onun mexanizmləri həyat səviyyəsini

yüksəltmək, gənclərin inkişafım təmin etmək, sosial mühiti

yaxşılaşdırmaq, əhalinin və aztəminatlı kateqoriyaların hüquqlanm və

onların vəzifələrini müəyyənləşdirmək, bu insanlann perspektiv gələcək

inkişafına hüquqi baza yaratmaqdan ibarətdir. Bu sxem həm də sosial

sahələr üçün də xarakterikdir. Sosial qanunların spesifik xüsusiyyətləri

odur ki, onlar daha da dövlətin himayəçilik siyasəti ilə inkişaf edir,

dövlətin mexanizmləri, ümumbüdcəsi, sosial təminatlar, maddi və

təşkilati yardımlar, əhalinin mənafeyini qorulması tədbirləridir. Sosial

obyektlər dövlət tənzimlənməsinin obyektləridir. Onun əsas resursları

dövlətin mülkiyyətində olan resurslarla təmin olunub və konstitusiya

hüquqlanna uyğun olaraq hər bir şəxsin pulsuz ehtiyaclarını ödəmək

vəzifəsini həyata keçirir. Sosial qanunlar sistemlidir. Çərçivə qanunları

və o qanunlardan ayrılan qanunlar var. Məsələn, mədəniyyət haqda

qanun çərçivə qanunudur. Mədəni və mədəni dəyərlərin qorunması,

inkişafı, yerləşməsi, funksiyası hüquqi və təşkilati-iqtisadi bazasını müəyyənləşdirir. Bu qanunlardan çıxan

100-

Page 101: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

digər qanunlar törəmədir. Məsələn, tarixi abidələrin qorunması, təkrar

inkişafı, muzeylər, kinolar haqda qanunlar.

Sosial-mədəni sahələrin qanunları dinamik olaraq dəyişir, baş

verən iqtisadi və sosial dəyişmələrin nəzərə alınması ilə təkmilləşir,

uyğun olaraq mexanizmlər sistemi ilə reallaşır. Qanunların

təkmilləşməsi istiqamətləri konseptual inkişaf baxımından

müəyyənləşir. Belə ki, sosial təminat sosial müdafiə məqsədləri üçün

lazım olan maddələr, qaydalar, öz mahiyyəti ilə qanunlarda öz əksini

tapır. İqtisadi inkişaf baş verdikcə əhalinin rifahı ayn-ayrı sosial

qrupların təminatı, sosial müdafiəsi, inkişafı üçün zəruri olan sosial

mühitin yaradılması öz ifadəsini tapır. Belə ki, pensiya islahatlan, sosial

müdafiə, gənclərin hərtərəfli sosial inkişafı, az təminatlı ailələrin

ehtiyacının ödənmə dinamizmi, mütərəqqi yolları iqtisadi artımla yanaşı

yüksəlməsi mexanizmlərdə öz əksini tapır. Qanunlar sistemi bir-biri ilə

əlaqəli olan hüquqi, iqtisadi, sosial qanunların üzvi sürətdə bağlılığı,

ardıcıllığı və tənzimləmə vəzifələrinə görə düzülüşü ardıcıllığı

deməkdir. Ona görə də qanunlar sistemi mahiyyətcə iqtisadi və sosial

sistemin ümumi və konkret aspektlərini birləş.dirir. Sosial-mədəni

qanunlar ümumi qanunlara və konkret xüsusi qanunlara, mexanizmlərə

normativ aktlara və icraedici orqanlara bölünür və aşağıdakı sxemlə

reallaşır.

- 101 -

Page 102: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSIL II: ƏHALININ HƏYAT SƏVIYYƏSI VƏ HƏYAT

TƏRZİNİN FORMALAŞMASI SAHƏLƏRİNİN İDARƏ

OLUNMASI

Əhalinin həyat səviyyəsi və onun tənzimlənməsinin

sosial-iqtisadi problemləri

Əhalinin həyat səviyyəsi mahiyyətcə insanların maddi və mənəvi

tələbatını ödəmək üçün lazım olan maddi və mənəvi nemətlərin

məcmusu ilə müəyyənləşir. Həyat səviyyəsi istehlak olunan ərzaq,

qeyri-ərzaq, xidmət və sosial məhsulların, ümumi həcmi və adambaşına

düşən səviy5'əsi ilə ölçülür. Həyat səviyyəsini qiymətləndirmək üçün 2

əsas meyardan istifadə olunur: 1. Tələbat, onun ödənmə dərəcəsi; 2. İstehlak səviyyəsi, onun quruluşu. Həyat səviyyəsi mürəkkəb sosial-iqtisadi kateqoriya olduğundan

və formalaşma dinamikasında müxtəlif amillər olduğundan onun ölçülməsi və idarə olunması kompleks göstəricilərlə ifadə olunur. Bu göstəricilər makro və mikrosəviyyəli parametrlərlə ölçülür. Makrosəviyyədə maddi rifah və ya həyat səviyyəsi iqtisadi artımla, yəni ÜDM, onun artım sürəti, adambaşına düşən səviyyəsi, ÜDM-un istehsal və istehlak bölgüsü ilə ölçülür. Mikrosəviyyədə isə həyat səviyyəsi istehlak olunan konkret maddi və mənəvi nemətlərin həcmi və ya strukturu ilə müəyyənləşir. Məsələn, ailə ya fərdin istehlak quruluşunda ərzaq, qeyri-ərzaq, xidmət növlərinin, nemətlərin ümumi həcmi və adambaşına düşən səviyyəsi ilə ölçülür.

Həyat səviyyəsi maddi, mənəvi, sosial və hərtərəfli inkişafı üçün lazım olan mühitin təsiri ilə formalaşır. Həyat səviyyəsində insan amili, onun dünya görüşü, davranışı, yaşayış səviyyəsi, intellektual dərəcəsi, əldə etdiyi, cəmiyyətdə yaratlığı fayda ilə ölçülür. Həyat səviyyəsinin əsas göstəricilərindən biri də yoxsulluq həddidir. O, təkcə maddi nemətlər, gəlirlərlə yox, həm də təhsil, uşaq tərbiyəsi müəssisələrinin faydasını nəzərə almaqla dövlət proqramı sənədi kimi qeydə alınır. Onun reallaşmasına təkcə yerli orqanlar deyil, müəyyən dünya standartlarına uyğun tələblər və təkliflər əsasında baxılır. Belə ki, Azərbaycanda 2002-

- 102

Page 103: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ci ilin oktyabrında «Yoxsulluğun ləğvi və inkişafı» proqramı qəbul

edilib, hazırda da reallaşmaqdadır. Həyat səviyyəsi ümumi, xüsusi,

konkret yanaşma ilə öyrənilir, tədqiq olunur, proqnozlaşdırılır. Belə ki,

ayrı-ayrı regionlarda, ayrı-ayrı sosial-iqtisadi qruplarda onların istehlakı,

gəlirləri, xərcləri, sərbəst vaxtları balans şəklində baxılır, təhlil olunur.

Ona görə də, həyat səviyyəsinin öyrənilmə metodikası ümumi inteqral

konkret yanaşma göstəricilərinin vəhdəti formasında həyata keçirilir.

Sonradan differensial yanaşma formalaşır. Differensial yanaşma

dedikdə, onun yaratdığı amilləri qiymətləndirmək başa düşülür.

Məsələn, təhsilin, peşənin xarakterinin həyat səviyyəsinə təsiri. Həyat

səviyyəsinin diffrensiyası daha çox ümumi göstərici olan gəlirlərin

differensiyası və differensial əmsalı ilə ölçülür:

G minimum

G“"' = Lr "“ ' '

Tələbat insanın maddi və mənəvi nemətlərə olan ehtiyaclarını

müəyyənləşdirir. Tələbat daima dəyişir, iqtisadi inkişafın və əhalinin

maddi təminatı ilə uyğun olaraq yeni kəmiyyət və keyfiyyət dəyişməsinə

məruz qalır. Tələbat konkret ödənmə dərəcəsi ilə ölçülür. Belə ki,

tələbatın ödənilməsi digər tələbat növləri ilə kompensasiya olunur. Ona

görə də biz tələbat sistemindən danışırıq. Hər hansı tələbat növünün

konkret forması digər konkret formaya təsir edir, onun artımında özünü

göstərir. Məsələn, ərzaq tələbatı hər bir fərdin imkanlarından asılı olaraq

ya ət, çörək məhsulları, ya da bitki məhsulları ilə bir-birini əvəz edə bilir.

Tələbatın sistem halında təsviri respublikada əmtəə xidmətlərinin təklifi,

tələbinin proqnozları üsulları ilə idarə olunur.

Tələbatın formalaşmasının əsas aparıcı amilinin seçilməsi konkret

vəziyyətdən asılıdır. Tələbatın amillərinə dair müxtəlif təsnifatlaşdırma,

qruplaşma mövcuddur:

1. Demoqrafik, təbii artım, əhali amili;

2. İqtisadi vəziyyət, inkişaf amili;

3. Təbii coğrafi şərait;

4. Xarici-iqtisadi əlaqələr, əməkdaşlıq, idxal, ixrac; 5. Sosial müdafiə, əhali gəlirləri, əmtəə təklifi.

103

Page 104: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bu amillərin hər biri konkret tələbat üçün xarakterikdir, regionlar

üzrə fərqlənir, həm də perspektiv tənzimləmə obyekti olaraq idarə

olunur. Demoqrafik vəziyyət və təbii artım əhalinin məşğuliyyəti, yaşı,

cinsi, həmçinin uşaqların sayından asılı olaraq tələbatın ilkin

məhdudiyyəti, yəni gəlirlərin və onun ödənilməsində konkret

əmtəələrin, xidmətlərin növü ilə müəyyənləşir. Hər bir nəfərə düşən

normativ ərzaq və qeyri-ərzaq məhsullarını hesablamaqla cəmiyyətdə

normal yaşayış üçün lazım olan maddi nemətlərin natural və dəyər

kəmiyyəti ilə müəyyənləşir. Bu normativlər də dəyişir, amma hər bir

dövr üçün analitik informasiya və müqayisəli təhlil üçün hesablama

aparmağa imkan yaradır. Məsələn, ət və ət məhsullarına olan tələbatı

müəyyənləşdirmək üçün bütün əhalinin sayını, zəruri olan fizioloji

tələbatı ödəmək üçün lazım olan yağ, karbohidratların hesabında

adambaşına düşən ət məhsullarının kiloqramla ifadəsinə normalara

vurmaqla hesablanır. Əgər ət məhsulları istehlakı üçün gəlirlər kifayət

deyilsə, minimum səviyyəsində başqa məhsullara ehtiyac yaranır

(kartof, çörək və s.).

Ti = N n N- əhali;

n - məhsulun miqdarı; i -

məhsul, xidmət;

T- tələbat.

Tələbatın formalaşmasının iqtisadi amili makrosəviyyədə

gəlirlərlə, mikrosəviyyədə hər bir fərdin, ailənin pul gəlirləri və xərcləri

ilə ifadə olunur. Pul gəlirləri nominal olaraq əhalinin alıcılıq

qabiliyyətini müəyyənləşdirir. Tələbatın reallaşmasında davranış

seçimi, yəni istehlak qabiliyyəti formalaşır. Sabit qiymətlərdə nominal

gəlirlərin artması real istehlakm artmasına səbəb olur, nominal gəlirlər

real gəlirlərə çevrilir, istehlak olunmuş maddi və mənəvi nemətlərin

strukturu müəyyənləşir. Gəlirlərin artması iqtisadiyyatın inkişafı ilə

bağlıdır. Sahibkarlığın inkişafı, ÜDM-un artımı, əhalinin məşğuliyyəti,

əmək haqqı, dövlət büdcəsinin artımı, transfert gəlirləri dəyişir. Əhalinin gəlirlərinin

- 104-

Page 105: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

formalaşması əhalinin strukturu, məşğuliyyəti ilə bağlıdır və iqtisadi

ədəbiyyatda gəlirlərin paylanma dinamikası normal paylanma qanunu

ilə tənzimlənir.

Əhali gəlirlərini formalaşma mənbələrinə görə nominal, real,

natural, pul gəlirlərinə bölünür. Müasir şəraitdə dövlət büdcəsindən

sosial müdafiə üçün verilən transfert və sahibkarlıqdan gələn gəlirlər

formalaşır. Nominal gəlirlər əhalinin bütün mənbələrdən il ərzində əldə

etdiyi natural və ya pul şəklində gəlirlərdir. Bu gəlirlər miqdarca

hesablanır. Hər bir ailədə fərdin gəlirləri hesablanır, istifadə olunur. Bu

gəlirlərin həcmi, miqdarı istehlakçının əmtəə və xidmətlər bazarında

möcvud qiymətlərlə alıcılıq qabiliyyətini müəyyənləşdirir. Real gəlirlər

istehlak olunmuş maddi və mənəvi nemətlərin həcmi ilə müəyyənləşir.

Qiymətlər dəyişdikcə, bir sıra məcburi ödəmələr artdıqca real gəlirlərin

nominal gəlirlərdən fərqi formalaşır. Real gəlirlər həyat səviyyəsini,

istehlak qabiliyyətini müəyyənləşdirir. Müasir şəraitdə özəl sektorun

çoxalması fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti natural

gəlirlərin artmasına səbəb olur. Torpaq üzərində mülkiyyət formalaşır,

bunun vasitəsi ilə təsərrüfatçı kənd təsərrüfatı məhsullarına olan

tələbatını ödəyə bilər. Bu natural göstəricilər alıcılıq qabiliyyətini

azaldır, tələbatın ödənilməsinə təsir edir. Nə qədər natural gəlirlər çox

olsa bir o qədər pul, əmtəə vasitəsi ilə reallaşan istehlak tələbatının

həcmi azalır. Gəlirlərin formalaşması region və peşə, sahə differensiyası

əsasında baş verir. Gəlirlərin strukturunda mövcud olan statistikada

proqnoz göstəricilərində bu mənbələrdən istifadə olunur.

Respublikada 2003-2005-ci illər üzrə Yoxsulluğun ləğvi proqramı

və İqtisadi inkişaf proqramı tərtib olunmuşdur. Bu proqramda gəlirlərin

göstəricisi və istehlak strukturu yoxsulluğun həddinin meyarı kimi qəbul

olunur. Adambaşına düşən 120 min manat gəlir səviyyəsi yoxsulluq

həddi kimi götürülür. Bu həddə yaşayanların sayı bütün əhalinin 49%-ni

təşkil edir. Dünya ölkələrində hər bir ölkənin iqtisadi vəziyyətindən asılı

olaraq yoxsulluq həddini təmin edən gəlir göstəriciləri tətbiq olunur. Belə ki, bəzi ölkələrdə adambaşına düşən gündəlik

- 105

Page 106: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

gəlirlər 1 ABŞ dolları, digərlərində 2 ABŞ dolları qəbul olunur.

Gəlirlərin və xərclərin tarazlı iqtisadi tənzimlənməsi balans üsulları ilə

ifadə olunur. Belə ki, xərclər strukturunda ərzağın payı 70-80%-ə kimi

dəyişir, bəzi qruplarda 50% təşkil edir. Yoxsulluq proqramında əlverişli

faiz 60-dır. Ərzaq ehtiyacları ödəndikdə qeyri-ərzaq, xidmət xərcləri

artır. Təhlil göstərir ki, gəlirlərin artması ilə daha üstün artım tempi

xidmət xərclərinə aiddir.

Həyat səviyyəsinin formalaşması və yüksəlməsi istiqamətində

sosial infrastrukturlar, onların istehsal gücləri il ərzində xidmət

göstərmək qabiliyyəti və hər 1000 nəfərə ya da adambaşına düşən

səviyyəsi mühüm rol oynayır. Sosial infrastrukturlar əhalinin sosial

tələbatını ödəmək üçün ərazi üzrə yerləşdirilir, inkişaf etdirilir. Onlar

həmçinin kommersiya fəaliyyətini də təmin edir. Onun hüquqi və fiziki

şəxslərə mənsub olması sahibkarlığın obyekti olaraq davamlı inkişaf

məqsədi ilə inkişaf etdirilir. Sosial infrastruktur sahələrə görə kənd,

şəhər yerlərində əhalinin sayı, onların məşğulluq səviyyəsi, əhalinin

gəlirləri və rifahı ilə ölçülür. Mənzil-kommunal təsərrüfatı, məişət

xidməti, ticarət, ictimai iaşə, yollar, təhsil müəssisələri və s. əhali ilə

bağlı olan sahələr sosial infrastrukturdur. Sosial infrastruktur əhalinin

tələbatının ödənilməsində tələb, təklif qanunu ilə tənzimlənir. Potensial

imkan olaraq sosial infrastrukturun inkişaf etdirilməsi normativ

göstərici kimi əhalinin hər 10000 nəfəri hesabında planlaşdırılır.

Əhalinin hər nəfərinə düşən mənzil təminatı, mənzil tikintisi, enerji

ehtiyatlarından istifadə, su, qaz, işıq və s. İs- tehlak elementləri sosial

infrastrukturun məhsulları kimi formalaşırlar. Təbii ki, bu xidmətlər

istehsal, istifadə, idarə olunma mərhələlərinə ayrılırlar, ona görə də

sosial infrastrukturlar hər bir regionda funksional təyinatına görə

sahələrə bölünürlər. Mülkiyyət münasibətləri şəraitində özünün sahibini

tapır (fərdi, xüsusi, dövlət, bələdiyyə) və gəlir gətirmək məqsədi ilə

idarə olunur. Bu sahələrin hər birinin inkişafı tələbatın ödənilməsinə

şərait yaradır, onların məhsul və xidmətlərin qiymətlərinin aşağı

düşməsi, əhalinin xərclərinin aşağı düşməsinə səbəb olur, onun digər

ehtiyaclar üçün pul vəsaitinin artmasına səbəb olur.

106

Page 107: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Beləliklə, əhalinin xərclərinin strukturu daha mütərəqqi inkişaf

edir. Bu sahələrin bazar tipli inkişaf istiqamətləri ümumi prinsiplərə,

yəni təşəbbüskarlıq, antiinhisarçıhq, gəlir gətirmək, davamlılıq

prinsiplərinə uyğun idarə olunur. Sosial infrastrukturların bir çox

sahələri bütövlükdə özəl sektoru təşkil edir. O cümlədən, ticarət, ictimai

iaşə, mənzil-kommunal və s. sahələrin özəlləşdirilməsi ilə yanaşı

infrastruktur obyektlərində işləyənlərin sayı artır, ölkə iqtisadiyyatında,

ÜDM-da onun xüsusi çəkisi artır. Belə ki, ÜDM-da sosial infrastruktur

sahələrin payı 45- 50% kimi dəyişir. O cümlədən, xidmət sahələrində

məşğul olanların sayı 60% olub. Beləliklə, sosial infrastrukturların hər

bir xidmət üzrə təşkili və idarə olunması problemi ortaya çıxır. Bu

sahələrin ərazi üzrə düzgün yerləşməsi, onların göstəriciləri, xidmətlərin

kəmiyyət və keyfiyyətinin yaxşılaşması, alıcılıq qabiliyyətinə uyğun

olaraq məhsul və xidmətlərin ucuz və keyfiyyətli başa gəlməsi, hər bir

regionda bu sahələrin təminat səviyyəsinin optimal ölçüyə çatdırılması

məqsədləri idarəetmənin əsas vəzifəsidir. Bu məqsədlərə nail olmaq

üçün dövlətin sosial siyasəti, mexanizmləri (maliyyə, vergi, lizinq,

sahibkarlığa dəstək və s.) formalaşır. Sosial infrastruktur inkişaf etdikcə,

xidmətlərin növü artdıqca, əhalinin istehlak tələbatı üçün seçimi

genişlənir, onun gəlirlərinin düzgün xərclənməsi baş verir.

Həyat səviyyəsinin sinonimi olan yoxsulluq, onun ləğvi müasir

şəraitdə beynəlxalq səviyyəli proqnozlar və tədbirlər çoxluğuna tabedir.

«Yoxsulluğun ləğvi Proqramı»na uyğun olaraq az təminatlı əhalinin

sayının minimuma endirilməsi, mütləq və ifrat yoxsulluğun 3 dəfə

azaldılması nəzərdə tutulub.

Yoxsulluq səviyyəsi beynəlxalq standartlarda adambaşına düşən

gəlirlərin səviyyəsi ilə ölçülür. Yoxsulluğun həddi gəlirlərin və

istehlakm tərkibində ərzaq payı ilə müəyyənləşir. Bu proqrama görə

yoxsulluq həddi üçün adambaşına gəlir səviyyəsi 120 min manat,

istehlakm strukturunda ərzağın payının 67% olması qəbul olunub.

Azərbaycanda əhalinin 49%-i yoxsul hesab olunur, onların da

17%-i ifrat yoxsuldurlar. Yoxsulluğun ləğvi iqtisadi inkişafla

- 107

Page 108: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tarazlı həll olunur. Bu məqsədlə ayrı-ayrı iqtisadi, təşkilati, maliyyə

tədbirləri hazırlanır, bu da proqram kimi qəbul olunur.

Yoxsulluğun kriteriyası təkcə maddi tələbatla deyil, həm də bir

sıra sosial sahələrin inkişafı ilə bağlıdır. Belə ki, hər nəfərə düşən sosial

obyektlərin sayı, onların təchizatı yoxsulluq həddini müəyyən edir.

Yoxsulluğun ləğvi maddi, maliyyə, təşkilati amillərlə bağlıdır. Yeni iş

yerlərinin açılması, əmək haqqı, dövlət büdcəsindən gələn gəlirlərin

artırılması yoxsulluğun maddi əsasıdır. Dövlət büdcəsinin rolu, onun

pensiya, sosial müdafiə, müavinətlər, sosial təminatlar ayırmaları ilə

müəyyənləşir. Yeni iş yerlərinin açılması həm cari, həm də perspektiv

inkişaf məqsədi ilə daha səmərəli yoldur.

Bazar iqtisadiyyatı təşəkkül tapdıqca, dövlət və qeyri-dövlət

sahələri arasında nisbət dəyişir. Özəlləşmə proqramı reallaşır,

liberalizasiya faizi artır və iqtisadi göstəricilərin özəl sektorda xüsusi

çəkisi dəyişir. ÜDM-un artımında özəl sektorun payı 73- 75%, kənd

təsərrüfatında 98%, pərakəndə əmtəə dövriyyəsində 99%, sənayedə 54,

tikintidə 95% təşkil edir.

Özəl sektorun rolunun artması əhalinin iş yerləri ilə təmin

olunmasında, əmək haqqının xüsusi çəkisində müşahidə olunur.

2003-cü ilin statistikasına görə, iqtisadiyyat üzrə əmək haqqı 550 min

manatdırsa, özəl sektorda 800 min manatdır. Özəl sektor sosial müdafiə

fonduna ayırmalar ödəyir. Sosial müdafiə fondunun büdcəsi 3

trilyondur. Onun 870 min manatı məcburi sosial sığorta vasitəsi ilə

yığılıb, bu da dövlət və qeyri-dövlət sektorundan tutulmalar vasitəsi ilə

baş verir.

Azərbaycanda torpaq islahatının radikalhğma görə ən radikal

özəlləşdirmə aparır. Əhaliyə xüsusi mülkiyyətə verilən torpaq sahələri

əhalinin məşğuliyyətinə təsir edir. Ona görə də Məşğulluq Qanununda

torpaq payı almış hər bir fərd məşğul hesab olunur. Bu da işsizlərin

potensial sayının azaldılması deməkdir. Ona görə məşğulluq idarəsində

işləməyənlərin sayı 50 mindir.

Özəl sektor hər bir respublikada özünəməxsus sahə quruluşuna

malikdir. Bütövlükdə kiçik sahibkarlıq, biznes fəaliyyəti

- 108-

Page 109: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sosial əhəmiyyət kəsb etdiyindən onun səmərəliliyi məhz sosial- iqtisadi

effektlə ölçülür. Bu effektlər kompleksdir, iş yerləri, sosial ayırmalar

gösəriciləri ilə xarakterizə olunur. Təhlil nəticəsində demək olar ki, bu

gün Azərbaycan iqtisadiyyatında bu göstəricilərin maksimal həlli üçün

hələ ki, bütün ehtiyatlar istifadə olunmur.

Özəl sektorun vergi payı, qeyri-dövlət sektoruna nisbətən aşağıdır.

Özəl sektor sosial müdafiə fondunun formalaşmasında bütün potensialı

ilə iştirak etmir, uçot-hesabat gizlədilir, əmək haqqı və gəlirlər vergidən

qaçmaq üçün aşağı salınır. Bu da dövlət büdcəsinin gəlirlərinin,

ÜDM-un hesabının təhlilinə səbəb olur. Ona görə də bir sıra beynəlxalq

səviyyəli qurumlar - Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı,

Beynəlxalq Dünya Ticarətinin bəzi standartları ilə müəyyən

uyğunsuzluq yaranır.

Sosial sfera özü özəlləşir, xidmətin 90-95% özəl sektorda fəaliyyət

göstərir. Bəzi sahələr (təhsil, səhiyyə) nisbətən özəlləşdirilir. Formaca

özəl sektor inkişaf edir, fərdi, kollektiv, müştərək, xarici şirkətlər

yaradılır. Kiçik biznesin sosial sahədə səmərəsi onun daha çox əməli

fəaliyyəti ilə və əhalinin istehlakında xüsusi çəkisinin artımı ilə

müəyyənləşir. Özəlləşdirmə sahibkarlığın inkişaf qanunları ilə

tənzimlənir, normativ hüquqi aktlarla idarə olunur.

Səhmdar cəmiyyətlər, kooperativlər, holdinqlər birləşib ittifaqlar

yaradır və onlar öz imkanlarından səmərəli istifadəyə çalışırlar. Rəqabət

mühiti davamlı inkişaf, marketinq planlaşması, menecment xidmətləri

bu sahələrin müasir bazar şəraitində iqtisadi idarəetmə metodlarıdır.

Səhiyyətinin iqtisadiyyatı V3 idarə olunması

Səhiyyə sferası əhalinin sağlamlığını qorumaq, onun əmək və

ömür müddətini uzatmaq, rifah və inkişafının təminatı kimi vəzifələri

yerinə yetirir. Səhiyyə fəaliyyəti ölkə iqtisadiyyatının iqtisadi və sosial

əsası olub, məqsəd və vəzifələrinə uyğun olaraq

- 109

Page 110: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ayrı-ayrı regionlarda inkişaf xüsusiyyətlərinə malikdir. Səhiyyənin

inkişaf dinamikası təbii artıma təsir gücü ilə ölçülür. Belə ki, ölümün

azalması, əmək qabiliyyətinin azaldılması, uşaq ölümü, pensiyaçıların

və qocaların sağlamlığının, həyat fəaliyyətinin davam etdirilməsi

problemləri səhiyyə sferasının səmərəli fəaliyyəti ilə bağlıdır.

Səhiyyə sahəsi bazar iqtisadiyyatına uyğun olaraq müəyyən bazar

tipli transformasiyalara məruz qalır. Onun maddi-texniki bazası, kadr

potensialı, səhiyyə xidmətlərinin təşkili, maliyyə əsasları bir sıra yeni

tipli xüsusiyyətlər kəsb edir. Səhiyyənin müasir şəraitdə rolu

yoxsulluğun ləğvi ilə də bağlıdır. Dünya səviyyəli tədqiqatlar göstərir

ki, səhiyyə yüksək səviyyədə olduqda, həyat səviyyəsi də yüksək olur.

Bu birbaşa, dolayı iqtisadi artıma təsir edir, iqtisadi artımdan asılı olaraq

özü də inkişaf edir. Nə qədər ÜDM-da, onun artımında səhiyyənin rolu

artırsa, bir o qədər sosial və iqtisadi inkişafın göstəricilərində səhiyyənin

dinamizmi təmin olunur. Səhiyyənin inkişafı hər bir regionda,

şəhərlərdə, kənddə xəstələnmə səviyyəsi və resurs təminatı ilə bağlıdır.

Ənənəvi hesablamalara görə səhiyyəni inkişaf etdirmək üçün əhalinin

hər 1000 nəfərinə düşən xəstəxanalar, ambulatoriyalar, poliklinikalar,

təcili yardım aktiv idarələri nəzərdə tutulur. Səhiyyənin iqtisadi

potensialı onun məqsədlərinə çatmaq üçün istifadə etdiyi maliyyə və

maddi, kadr potensialını nəzərdə tutur. Səhiyyənin Azərbaycan

iqtisadiyyatında, sosial inkişafda rolu onun potensialı ilə ölçülür.

Səhiyyə işçilərinin sayı, onların yüksək ixtisaslı kadrlarının

hazırlanması, elmi-texniki tərəqqi nailiyyətlərinin tətbiqi, əhalinin

səhiyyə sferasına olan ehtiyaclarının ödənilməsinin təşkili, bu sahələrin

planlaşdırılması və idarə edilməsi ilə mümkündür. Səhiyyənin

maliyyələşdirilməsi vəzifələri və əsas mənbələri çox əhəmiyyətlidir.

Konstitusiya hüquqlarına görə Azərbaycanda səhiyyə pulsuzdur

və hər bir vətəndaşın səhiyyə xidmətindən istifadə hüququ var. Lakin

bəzi funksional və ya rəqabət mühiti şəraiti

-110-

Page 111: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

yaratmaq üçün səhiyyədə sahibkarlıq, qeyri-dövlət sektorunun

formalaşması və inkişafı da mövcuddur.

Mülkiyyət münasibətlərinin təşkilati idarəetmə formaları,

təsərrüfatçıhğm təşkili və idarə olunmasında özünün spesifik

xüsusiyyətləri var. Səhiyyənin maddi əsası, onun quruluşu həm ərazi,

həm də funksional diaqnostika quruluşu, həmçinin təkrar istehsalın

dinamikası, kadr potensialı digər xidmət sahələrindən fərqlidir.

Səhiyyənin keyfiyyəti insanın ömür müddətinin artırılması,

profilaktik xəstələnmənin qarşısının alınması təbii artımın azaldılması,

son nəticədə təsərrüfat fəaliyyəti kimi kommersiya mənbəyi rolunu

oynaya bilər.

Dünya ölkələrinin səhiyyə praktikası göstərir ki, inkişaf etmiş

səhiyyə səviyyəsinə görə əlavə gəlirlər əldə edib iqtisadi artımı təmin

etmək mümkündür.

Səhiyyə göstərdiyimiz konseptual inkişaf xüsusiyyətlərinə malik

olduğundan onun təşkili və idarə olunması da spesifik xüsusiyyətlər kəsb

edir. Səhiyyə kompleks sistemli strateji əhəmiyyət kəsb etdiyindən onun

idarə olunması tələbat sistemi ilə ölçülür. Səhiyyədə tələbatı hesablamaq

nisbətən çətin olsa da, onun iqtisadiyyatla, əmək şəraiti ilə, əhalinin

rifahı, bütünlükdə bazarın, ailənin təminatı ilə bağlıdır. Tədqiqatlar

göstərir ki, həyat səviyyəsi aşağı olan kontingentlərin xəstəlik və ölüm

səviyyəsi yüksəkdir. Beləliklə, səhiyyə xalis təsərrüfat sahəsi olmaqla

bütünlükdə ölkə iqtisadiyyatının, onun inkişafının nəticələri kimi çıxış

edir.

Səhiyyənin planlaşdırılması əhalinin çoxalması, xəstəlik

səviyyəsinin qiymətləndirilməsi yolu ilə ayrılan vəsaitlərin, maddi

texniki bazasının təminatı ilə ölçülür. Hər 1000 nəfərə düşən

çarpayıların sayı, səhiyyə sistemində işləyən həkim, tibbi işçiləri, hər

xəstəyə düşən maddi-texniki bazanın, dərmanların, çarpayıların təminatı

planlaşdırılır. Səhiyyə makroiqtisadi səviyyə kimi ölkənin

iqtisadiyyatında ayrılan vəsaitin həcmi ilə, xüsusi vəsaitlər və əhalidən

pullu xidmətlər vasitəsi ilə alınan maliyyə imkanları üzrə inkişaf

etdirilir. Səhiyyə kadrları ali təhsil

- 111 -

Page 112: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və müxtəlif klinikalarda təhsilini davam etdirməklə Azərbaycanda və

xaricdə hazırlanır. Səhiyyənin texniki bazası dünya standartlarına uyğun

yeni texnologiyaların tətbiqi, lazer, diaqnostika və digər sahələr üçün

lazım olan avadanlıqların alınması ilə inkişaf etdirilir. Bu amillər

bütövlükdə səhiyyənin təşkili və idarə olunmasının əsas tərkibidir.

Dövlət minimal səhiyyə xidmətlərini həyata keçirməlidir, əhaliyə

təminat verməlidir. O cümlədən, yoxsul ailələrin, qocaların səhiyyə

tələbatı dövlət təminatı prinsipi əsasında həyata keçirilməlidir.

Səhiyyənin makroiqtisadi planlaşdırılması ayrı-ayrı səhiyyə

ocaqlarının regionlarda, kənd, şəhər ərazisində yerləşməsi və inkişafı

deməkdir. Bu sahədə əhalinin sayı, ətraf mühitin çirklənməsi,

demoqrafik tərkib, mineral sular, kurort üçün lazım olan təbii

ehtiyatların olması əsas götürülür.

Səhiyyə sahəsi ölkə iqtisadiyyatının və sosial inkişafın əsas tərkib

hissəsi olub, əhalinin sağlamlığını qorumaq, mühafizə etmək və

təsərrüfat fəaliyyəti kimi müstəqil maliyyə, kadr potensialı olan,

ixtisaslı kadrların məşğuliyyəti və səhiyyətinin inkişafı üçün xidmət

göstərən bir sahədir. Bunun planlaşdırılması və idarə olunmasının

əsasını səhiyyə tələbatı sistemi təşkil edir. Bu tələbat müxtəlif

regionlarda iqtisadiyyatın sahə quruluşu, məşğuliyyət, demoqrafik

tərkib, təbii iqlimlə bağlıdır. İstənilən regionda insanların yaşayış

səviyyəsi, təbii artım səviyyəsi,, müxtəlif ekoloji problemlər səhiyyənin

inkişafının əsas istiqamətlərini və inkişaf meyllərinin dinamikasını

müəyyənləşdirir. Amma müxtəlif amillərə baxmayaraq səhiyyənin

planlaşdırılması normativ yanaşmaya uyğun olaraq normativ

göstəricilərlə təhlil olunur, proqnozlaşdırılır. Belə ki, əsas göstəricilər

olan 1000 nəfərə düşən səhiyyə müəssisələrinin sayı, onların xarakteri,

hər xəstəyə düşən təminat səviyyəsi, maddi- texniki baza, kadr

potensialı, adambaşına düşən həkimlərin, tibb bacılarının sayı, aptek,

təcili yardım, profilaktik yardım mərkəzləri səhiyyənin əsas plan

göstəriciləridir. Bu göstəricilər mütləq və nisbi mənada ümumi artımla

struktura kimi

- 112-

Page 113: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

müqayisəli təhlillə işlənib hazırlanır. Hər bir səhiyyə orqanının idarə

olunması müntəzəm təhlil olunaraq idarəetmə məqsədi ilə dəyişir.

Səhiyyə sahəsi 2 istiqamətdə planlaşdırılır: səhiyyə xidmətlərinin

xarakterinə görə bu xidmətlərin ardıcıllığı və profilaktik məqsədinə

uyğun olaraq stasionar və ambulator poliklinikalar istiqamətləri.

Stasionar formada səhiyyə xidməti il ərzində xəstəxana rejimində

yatan, müalicə olunan xəstələrin ümumi sayı və onların tam müalicə

kursu şəraitində lazım olan xidmətlərin, məsrəflərin miqdarı ilə

məhdudlaşır. Belə ki, potensial stasionar tutumu xəstəxanaların il

ərzində müalicə edə bildiyi xəstələrin maksimal sayı ilə müəyyənləşir.

burada, ÜXS - ümumi xəstələrin sayı;

Xg - bir xəstəyə çəkilən günlərin sayı;

Q - istehsal gücü.

Hesablamalar göstərir ki, stasionar tələbat bir sıra real amillərdən

asılıdır. Məsələn, indiki şəraitdə büdcədən səhiyyəyə ayrılan vəsaitin

70-80%-nin istifadə olunmasının əsas səbəbini xəstə çarpayılarının tam

istifadə olunmaması ilə izah edildi. Bu da onu göstərir ki, potensial

tələbat olduğu halda və vəsaitlərin ayrıldığına baxmayaraq tələbatın

ödənilməsi imkanları məhduddur. Səbəbi pullu xidmətlər, dərman

çatışmamazhğı, səhiyyə müəssisələrində şəraitin olmaması, əhalinin

xidmətlər üçün əlavə xərclər çəkməsidir.

Digər sahə olan ambulatoriya şəraiti gün ərzində bu müəssisələrə

müraciət edən xəstələrin ümumi sayı ilə müəyyənləşir. Hər 2 formada

olan səhiyyə ocaqları, ayrı-ayrı regionlarda əhalinin iş şəraiti,

məşğulluğu, yaşı, cinsi quruluşu, ekoloji tarazlıqdan asılı olaraq

planlaşdırılır.

Səhiyyənin planlaşdırılmasmm özünün daxili sahə kimi optimal

həcmi və strukturu müəyyənləşir. Bu o deməkdir ki, ali təhsilli

həkimlərin sayma uyğun olaraq texniki təminat, tibb bacısı xidməti də inkişaf etdirilməlidir. Bəzən həkimlərin sayı, ya

- 113-

Page 114: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

da həkimin gördüyü işin tibb bacısı ilə əvəz olunması və əksinə

səhiyyənin keyfiyyətini aşağı salır. Buna görS də normativ daxili

səhiyyə göstəricilərindən istifadə olunur. Belə ki, bir xəstəyə düşən

həkim xidmətlərinin iş vaxtı, tibb bacılarının iş vaxtı, avadanlıqları,

dərmanlar və s. planlaşdırılır. Səhiyyə bazar iqtisadiyyatı şəraitində öz

daxili maliyyə imkanlarını nəzərə alır, fəaliyyətini genişləndirir. Pullu

və pulsuz xidmətlər inkişaf edir. Mülkiyyət münasibətləri dəyişir.

Səhiyyə xidməti hüquqi baxımdan konstitusiyaya görə pulsuzdur.

Səhiyyənin təşkili və idarə olunması səhiyyə tələbatını nəzərə

almaqla həyata keçirilir. Səhiyyənin ərazi üzrə yerləşməsi regionlarda

sənayenin, kənd təsərrüfatının, digər istehsal sahələrinin

xüsusiyyətlərini nəzərə alaraq həyata keçirilir. Bazar iqtisadiyyatı

şəraitində səhiyyənin inkişafı, maliyyə, kadr potensialı ilə bağlıdır. Belə

ki, səhiyyəyə qoyulan investisiya, işçilərin əmək haqqı, maddi-texniki

baza, səhiyyə xidmətlərinin keyfiyyətini müəyyənləşdirir. Ona görə də

səhiyyədə 2 metodoloji prinsip əsas götürülür;

1. Səhiyyənin pulsuz, dövlət hesabına maliyyələşməsi

mənbələri;

2. Sahibkarlıq fəaliyyəti kimi ayrı-ayrı şirkətlərin, müəssisələrin

yaradılması və maliyyələşməsi hesabına inkişaf.

Hər iki halda səhiyyə xidməti, səhiyyəyə ehtiyacı olan insanların,

hüquqları, konstitusiya normativləri əsasında tənzimlənir. Rəqabət

mühiti şəraitində səhiyyədə təşəbbüskarlıq, keyfiyyət, kommersiya

mənfəəti də güdülür. Lakin hər halda səhiyyə xidmətlərinin müəyyən

metodiki və normativ bazası dövlətin himayəsi və nəzarəti altında baş

verir. Müalicə metodları tətbiq olunan baza, fəaliyyət növü, istiqaməti,

texniki xidmət və ya reabilitasiya metodları qanunvericiliklə

tənzimlənir. Dövlət orqanları səhiyyə xidmətinin növünə, fəaliyyətinə,

onun vətəndaşlara göstərdiyi xidmətə görə qiymət verir və ona lisenziya

verir. Lisenziya əhalinin mənafeyi baxımından qiymətləndirilir,

vacibliyi öyrənilir və onun fəaliyyətinə icazə verir. Səhiyyənin təşkili və

idarə olunmasının perspektiv istiqamətləri, maliyyə

114-

Page 115: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əsaslan ölkə iqtisadiyyatında baş verən dəyişmələrlə bağlıdır və uyğun

olaraq tarazlaşdırılır.

Təhsilin iqtisadiyyatı və idarə olunması

Təhsil sahəsi mahiyyətcə iqtisadi əsaslarla formalaşır, sosial

mənəvi tələbatın, intellektual mülkiyyətin inkişafını təmin edən sahə

kimi fəaliyyət göstərir. Təhsil xidmət fəaliyyəti olsa da o, mahiyyətcə

iqtisadi sosial amil olub, maddi nemətlərin istehsalına birbaşa və

dolayısı ilə təsir edir, əhalinin rifahı üçün şərait yaradır. Təhsil

beynəlxalq səviyyədə insanın inkişaf indeksinin göstəricisidir. Təhsil

insan kapitalıdır. Təcrübə göstərir ki, elm, təhsil nə qədər inkişaf etsə,

onun iqtisadi effekti, kapital yığımı funksiyası, inteqrasiya prosesində

rolu daha çox artır. İxtisaslı kadrlar hazırlamaqla dünya əmək bazarında

daha çox yer tutmaq olur və ayrı-ayrı ölkələrin iqtisadiyyatına nüfuz

etmək mümkün olur. Belə ki, yüksək ixtisaslı kadrlar ayrı-ayrı ölkələrdə

ETT-nin yeni terminlərinin tətbiqi üçün fəaliyyətdə iştirak edir, öz

ölkəsinə patent və ya ödəmələr şəklində gəlir verir. Təhsilin cəmiyyətdə

və iqtisadiyyatda rolu ÜDM-da, təhsildə insanların əmək haqqısında

özünü göstərir. Təhsil ixtisaslı kadrlara olan tələbatı ödəməyə deyil, həm

də hər bir şəxsin dünyagörüşünün və fərdi mənəvi tələbatının artmasına

xidmət edir.

Təhsil prosesi müəyyən müddət ərzində biliklərin mənimsənilməsi

və onların istifadəsi dövrünü əhatə edir. Ona görə də sistem halında

təhsil məktəbə qədər, ibtidai, məcburi ümumi, ali təhsil sistemlərinə

bölünür. Hər bir mərhələdə müəyyən məqsədlər, maddi baza və tədris

metodiki təminat səviyyəsi formalaşır. Uyğun olaraq hər bir mərhələnin

özünün obyekti, subyekti və fəaliyyətinin idarə mexanizmləri var. Təhsil

hər bir vətəndaşa şamildir, müəyyən biliklərin alınması zəruridir, qalan

hissə isə formalaşmış müəssisələrdə və ya yaradılan mərkəzlərdə

vətəndaşların seçimi ilə təlim-tərbiyə prosesidir. Belə ki, məcburi təhsil

formaları imkanların, əlavə xərclər və kapital hesabına baş

115

Page 116: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

verə bilər. Bu xərclər sahibkarlıq baxımından təhsilin mülkiyyət

münasibətlərini yaradılır. Dövlət və qeyri-dövlət sektorunda kadrlara

olan tələbat müəyyən dövlət standartlarına uyğun olmalıdır və o vahid

metodika əsasında inkişaf etdirilir. Vahid metodika dövlət standartlarına

uyğun tədris təlimatının keçirilməsi deməkdir. Yəni mühazirələr,

kitablar fərqli olsalar da, son nəticədə onların tətbiqi eyni olmalıdır. Ona

görə də fundamental elmlər bütün ölkələrdə eynidir. Lakin həmin

elmlərin tədrisində əyani vəsaitlər, laboratoriyalar, texnologiyalar daha

yüksək olduğundan onlarda təhsilin keyfiyyəti də yüksəkdir.

Təhsilin formaları dedikdə, məktəbəqədər, ibtidai, ah təhsil;

mülkiyyət formasına görə dövlət, qeyri-dövlət; təşkilati formalarına

görə evdə, məktəblərdə, institutlarda, gimnaziyalarda təhsil nəzərdə

tutulur.

Hər bir formaca fərqli təhsil müəssisələrində uyğun məqsədə nail

olmaq üçün fəaliyyət mexanizmləri, formaları yaradılır. Məktəbə qədər

təhsil sistemində əsas məqsəd həm ailə başçılarının işlə təminatı, həm də

uşaqların tərbiyəsi ilə məşğulluq nəzərdə tutulur. Bu təhsil

müəssisələrində planlaşdırma məktəbəqədər yaşda olan uşaqların

ümumi sayından, onların ailələrinin məşğuliyyətindən, yaşayış

səviyyəsindən asılı olaraq idarə olunur. Təbii artımdan asılı olaraq

tələbat müəyyənləşir, lakin real təminat səviyyəsi məktəbəqədər uşaq

müəssisələrindən istifadə əmsalı ilə ölçülür. Həyat səviyyəsi bazar

iqtisadiyyatı şəraitində bu müəssisələrin inkişafına təsir edir.

Aztəminatlı, zəruri ərzaq və qeyri-ərzaq məhsullarına tələbatını ödəyə

bilməyən ailələr öz övladlarını ev şəraitində böyüməsini iqtisadi

cəhətdən daha səmərəli hesab edirlər. Məktəbəqədər uşaq müəssisələri

müəyyən zavodlarda təşkil olunan müəssisələrin sayı ilə ölçülür.

Məktəb təhsili ümumi təhsil pilləsi olaraq məcburi təhsil və tam

hissəsinə bölünür: I-IX sinif məcburi, IX-XI attestat almaq şərti ilə tam

orta təhsil hesab olunur.

Məcburi təhsil cəmiyyətdə yaşamaq, işləmək imkanlarına nail

olmaq üçün zəruri hesab olunur və hər bir dövlətin əsas

- 116-

Page 117: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

vəzifələrindən biri olmaqla inkişafın aparıcı astanası kimi qəbul oluna

bilər. Lakin sonrakı inkişaf tam təhsillə bağlıdır. Orta təhsil ümumi

biliklərə yiyələnmək, cəmiyyətdə baş verən hadisələri mənimsəmək,

sonrakı peşəsini seçmək üçün zəruri sayılır.

Təhsil obyektlərini ümumi təhsil məktəbləri, litseylər, peşə sənəti

verməkdə ixtisaslaşmış məktəblərdir. Bu məktəblərin yerləşməsi,

inkişafı məktəbyaşh uşaqların sayından, onların regionlar üzrə

yerləşməsindən asılıdır. Müəyyən normativlərə uyğun olaraq şagirdlərin

hər nəfərinə düşən məktəb sinifləri, onun maddi-texniki bazası,

müəllimlərin sayı, maliyyə resursları müəyyənləşdirilir. Məktəblərin

idarə olunması elmin, texnikanın fundamental elm sahələrinin nəzəri və

ilkin biliklərin, təlim- tərbiyənin tədrisi ilə bağlıdır. Məkbətlərin

planlaşdırılmasmda nəzarət funksiyası attestasiya sistemi ilə həyata

keçirilir. Sinif- dən-sinfə keçmə əmsalı nəzərə alınmaqla, biliklərin

qiymətləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılması,

idarə olunması reallaşır.

Ümumi təhsil müəssisələrində hər şagirdə düşən xərc və onun

maddi-texniki bazası əsas götürülür. Orta məktəb təhsilində iqtisadi əsas

olaraq büdcədən ayrılan vəsaitlərdən istifadə olunur.

Dövlət və qeyri-dövlət tədris müəssisələrində tədris metodikası

eyni olmalıdır. Hər məktəbi qurtaran şagirdlər, məzunlar eyni standart

qarşısında, seçimin müəyyənləşdirmək üçün müxtəlif biliklərə, lakin

eyni tədrisə malik olmalıdırlar.

Təhsilin III əsas pilləsi ali təhsildir. Ali təhsil 2 əsas meyar üzrə

inkişaf edir:

1. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslı kadrlara olan

tələbatı təmin etmək;

2. Hər bir insanın intellektual mülkiyyətin inkişafını, səviyyəsini

formalaşdırmaq, onun həyat fəaliyyətində davranışının, qabiliyyətinin

yüksəldilməsi məqsədi ilə.

Ali təhsil müəssisələri ümumi təhsil alan şagirdlərin hər il

buraxılışını nəzərə alaraq öz planlarını tərtib edir. Hər bir ali

- 117-

Page 118: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təhsil müəssisələrinin istehsal gücü onun maddi texniki bazası, kadr potensialı, tədris metodiki təminatı ilə ölçülür. Ali təhsil sistemində müəyyən ixtisaslar müəyyənləşir, bunlara uyğun tələbə qəbulu keçirilir. Ali təhsil sistemində nəzarət funksiyası hər bir dövlətin özündə xüsusi metodlarla həyata keçirilir. Ali təhsil sisteminin müasir şəraitdə yeniləşməsi, transformasiyası dünya standartlarına uyğun yüksək ixtisaslı kadr hazırlamaqdan ibarətdir. Ali təhsil obyektləri universitetlər və institutlarda ali təhsildə 2 əsas mərhələ var:

1. Bakalavr; 2. Magistr. I-də müəyyən bir peşəyönümlü mütəxəssis bilikləri, vərdişləri

öyrənilir. 2-də isə ən yüksək səviyyəli təhsil mərhələsi kimi idarəetmə və təhsil müəssisəsinin özündə müəllim kimi fəaliyyət göstərmək üçün biliklər verir. Sonrakı mərhələləri aspirant və doktoranthqdan ibarətdir. Doktoranthq bir elmin nəzəri, metodoloji aspektlərini tədqiq etmək üçün yaradıldı.

Ali təhsil müəssisələrinin idarə elilməsi rektor, prorektor, elmi şuralar təşkil edir. Təhsilin mövcud vəziyyəti, təhsil müəssisələrinin elmi kadr potensialı, texniki bazası, metodiki əyani bazası ilə ölçülür. Təhsilin keyfiyyəti və onun standartlara uyğunluğu beynəlxalq səviyyəli diplomların və kadrların hazırlanmasına stimul yaratma və meyar kimi tətbiq olunmaqla nəticələnir.

Təhsilin idarə olunması Təhsil Nazirliyi və təhsilin bazasında duran rektorluq ilə həyata keçirilir. Təhsilin attestasiyası, ona nəzarətin vş idarə olunmasının əsas mexanizmidir. Attestasiya qaydaları vahid standartlara uyğun fundamental biliklərə yiyələnmək məqsədi ilə, həm də hər bir ali məktəbin spesifik xüsusiyyətlərindən asılı olaraq xüsusi proqramlar, ixtisas fənləri, praktiki biliklər öyrədilir.

Təhsilin transformasiya (yeniləşməsi) modeli standart, beynəlxalq səviyyəyə uyğunlaşdığı kimi, onu milli-mənəvi dünyagörüşü və respublikanın iqtisadi-təbii sərvətlərini öyrənmək, tədqiq etmək qabiliyyətini mənimsəməkdir.

Təhsil dünya standartlarına uyğun olsa, onun kadrları bütün ölkələrdə mütəxəssis kimi qəbul olunar. Təhsilin dünya

-118-

Page 119: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təcrübəsinə uyğun təşkili, həmin təcrübədən istifadə yollarını

müəyyənləşdirir. Planlaşdırma hər bir ölkədə daxili faktorlar nəzərə

almaqla yanaşı, həm də ölkə iqtisadiyyatının, onun dünyada mövqeyini

daha da möhkəmlətmək, gəlir gətirmək, onun müstəqil dövlət

səlahiyyətlərini, atributlarını qorumaq üçün istifadə olunur.

Maliyyənin əsas mənbəyini dövlət büdcəsi təşkil edir.

Maliyyələşmə mənbəyinə görə təhsil obyekti dövlət, özəl, yaxud hər

hansı bir konkret sahənin ünvanlı maliyyəşən institutlara bölünür.

Vahid idarəçilik təhsildə eyni metodiki təyinatı təşkil edir. Sahə

idarəçiliyi isə həmin sahənin maddi texniki bazasından və imkanlardan

istifadə etməklə o sahələr üçün kadr hazırlayır.

Təhsilin maliyyələşməsi onun inkişafının maddi-texniki bazasını

yaradır. Təhsilin təşkilində qanunvericilik bazası əsas götürülür. Təhsil

qanunu 1992-ci ildə qəbul olunub. Lakin hal- hazırda Milli Məclisdə

Təhsil Qanunun dəyişdirilməsi, yeni qanunun qəbulu üçün müzakirələr

gedir. Bir müddətdən sonra yeni qanun I oxunuşdan keçib, ikinci oxunuş

və onun qəbulu 2004-cü ildə gözlənilir.

Təhsilin idarə olunmasının normativ bazasını müxtəlif fərmanlar,

qərarlar, metodiki şuraların iclası, elmi konfranslar ilə həyata keçirilir.

Təhsilin idarə olunmasının struktur quruluşu belədir:

Təhsil Nazirliyi, regionlar, institutular, məktəbəqədər uşaq

bağçaları.

Hər bir bölmə digəri üçün başa yaradır. Planlaşdırmada qarşılıqlı

əlaqələr, öhdəliklər, təminatlar təşkil edilir. Təhsilin idarə olunmasında

tələbə qəbulu ayrıca struktur formadır. Tələbə qəbulu planları Təhsil

Nazirliyi ilə razılaşdırılır, İqtisadi İnkişaf Nazirliyi tələbatı

müəyyənləşdirir. Təhsil Nazirliyi isə təhsil alma prosesini təşkil edir.

Təhsildə normativlər, standartlar Azərbaycan əhalisinin adambaşına

düşən normativlər ilə müqayisəli təhlil olunur, reallıqlar

qiymətləndirilir, uyğun proqnozlar tərtib və təsdiq olunur.

- 119-

Page 120: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əhaliyə mənzil-kommunal xidmətinin iqtisadiyyatı və

idarə olunması

Mənzil-kommunal təsərrüfatı əhalinin yaşamaq tələbatını, onun

sağlamlığını, həyat fəaliyyətini təmin edən sosial və iqtisadi amillərlə

bağlı olan, ailənin, cəmiyyətin həyat səviyyəsini və yaşayışını təmin

edən sahədir. Əhalinin mənzilə olan tələbatını və mənzilə bağlı xidmət

sferasını özündə əks etdirən kompleks, iqtisadi və sosial sahədir.

Mənzilə tələbatın ödənilməsinin müxtəlif formaları, təsərrüfat

xüsusiyyətləri və əhalinin mənzil hüquqlarının geniş ödənilməsi yolları

bütövlükdə bu sahənin inkişafının əsas meyddəridir. Əhalinin mənzilə

olan tələbatı və təminat səviyyəsi ölkə iqtisadiyyatının ümumi iqtisadi

göstəriciləri, bölgü prinsipləri və əhalinin alıcılıq qabiliyyəti ilə

müəyyənləşir. Belə ki, mənzil fondu məcmu imkanlar və cəmiyyətdə

ayrı-ayrı xüsusi sahibkarların əlində cəmləşir.

Mənzil təminatı dövlətin sosial təminat, minimal tələbat sisteminə

daxil olduğu kimi, liberal alqı-satqı yolu ilə də təminata geniş yer verilir.

Dövlət qanunvericiliklə hər bir vətəndaşın mənzillə təmin edilmə

hüququnu, onun fərdi tikinti və ya kooperativ mülkiyyəti formasında

mənzillə təmin olunmasını təmin edir. Bununla yanaşı mənzil şəraiti

kimi formalaşan infrastruktur, həmçinin hər bir vətəndaşın, ailənin

büdcəsi və gəlirləri çərçivəsində genişlənə bilir. Nə qədər fərdiləşmiş

xüsusiyyətlər olsa da mənzil tikintisi, tikinti problemi, kompleks,

sistemli şəhərsalma, arxitektura, tarixi abidələrin qorunması, memarlıq

ənənələrinin qorunması, milli xüsusiyyətlərin saxlanılması ilə inkişaf

etdirilir.

Mənzil sosial obyektlərin və sosial infrastrukturların, su, enerji,

kommunikasiya, kanalizasiya və digər xidmətlərin bütöv, tam, optimal

ölçüdə təminatı, birləşməsi mənzil kommunal təsərrüfatı xidmətinin

keyfiyyət göstəricisidir.

Mənzil təminatı investisiya ilə əlaqədar sahədir. Bu isə öz

növbəsində mənzil tikintisi, onun bölgüsü ilə bağlıdır. Mənzil

- 120-

Page 121: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tikintisində sahibkar-sifarişçi, icarədar və mənzil sahibləri olur. Hər bir

subyektin maliyyə imkanları, vəsaiti mənzil biznesini təşkil edir.

Həmçinin xarici və yerli sahibkarlar mövcuddur. Mənzil tikintisi mənzil

bazarı ilə müəyyənləşir, onun əsas meyarı alıcılıq qabiliyyətidir. Alıcılıq

qabiliyyəti ərazidə yerli əhalinin tələbatı ilə ölçülür.

Mənzil tikintisini təmin etmək üçün dövlət mərkəzləşdirilmiş

vəsaitləri investisiya kimi qoyur. Sahibkarların xüsusi vəsaitləri biznes

üçün istifadə olunur. Xarici firmaların həm biznes fəaliyyəti, həm də öz

obyektlərinin sosial infrastruktur tələbatını ödəmək üçün lazım olan

tikintiyə yönəldilən vəsaitlərini özündə birləşdirir. Son illərdə

respublikamızda əhalinin xüsusi vəsaitləri mənzil tikintisinə yönəldilən

investisiya mənbəyi kimi daha geniş vüsət tapır və bu xüsusiyyətdə

çoxlu biznesmenlər, sifarişçilər podrat-təşkilatlar əmələ gətirir. Ucuz

işçi qüvvəsi, təbii resurslardan istifadə, iqlim və s. resurslardan istifadə

mənzil tikintisinin dinamikasını təmin edir. ÜDM-un istehsal həcmində

son 5 ildə (1998-2003) mənzil tikintisinin xüsusi çəkisi 15-10% olub.

Bu isə öz növbəsində kənd təsərrüfatının ÜDM-da xüsusi çəkisinə

bərabər deməkdir. Mənzil tikintinin dinamikası onun kompleks

inkişafını təmin edən xidmət infrastrukturunun artmasına təsir edir.

Əgər yüksək tikinti dinamikasına uyğun, ona ekvivalent kommunal

xidmət sferasının artımı baş verməzsə, struktur dəyişiklikləri olmazsa,

onda sosial gərginlik arta bilər. İnkişaf birtərəfli olduğundan kompleks

inkişaf sosial cəhətdən təmin olunmaya bilər. Bunlar mənzil təsərrüfatı

xidmətinin formalaşma prinsipləridir.

Sosial müdafiə problemləri və onun iqtisadi maliyyə əsaslan

Sosial müdafiə əhalinin aztəminatlı və sağlamlığı imkan verməyən

qrupların maddi və mənəvi tələbatını ödəmək üçün dövlətin həyata

keçirdiyi tədbirlərin, iqtisadi və sosial mexa- nizmlərin tətbiqidir. Sosial

müdafiə kontingenti - əhalinin demoqrafik tərkibi, pensiyaçıların sayı, azyaşlı uşaqların ümumi

- 121-

Page 122: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sayı və onun təminatı səviyyəsi, respublikamız üçün xarakterik olan

qaçqın və köçkünlərdir. Sosial müdafiə dövlətin sosial siyasətinin tərkib

hissəsidir. Ona görə də respublikada islahatlarla yanaşı sosial qayğılar,

müavinətlər vahid bir formada SMF-da birləşir. Sosial təminatlar

çoxuşaqh ailələrin adambaşına düşən gəlir səviyyəsini qaldırmaq üçün

müavinətlərin tətbiq olunmasına gətirib çıxarır. Bu müavinətlarm

səviyyəsi əhalinin, o cümlədən aztəminatlı ailələrin gəlir səviyyəsinin

müəyyən səviyyəyə qalxmasına və onların yaşayış səviyyəsinin yaşayış

minimumuna çatdırılması məqsədini güdür. Respublikada

makrosəviyyədə yoxsulluq həddi sosial müdafiənin strateji

istiqamətlərini müəyyənləşdirir. ÜDM-un adambaşına düşən səviyyəsi

islahatlarla yanaşı artaraq son ildə 850-869 dollara kimi qalxsa da,

dünya ölkələri ilə müqayisədə tam tələbatı ödəmir. Özəlləşdirmə

rəqabət mühiti, işçi qüvvəsinə olan tələbatın ödənilməsində müəyyən

tələbin, seçimin olması əhali arasında iqtisadi cəhətdən qütbləşməni

artırır, bu da öz növbəsində sosial müdafiə problemlərini daha üstün

formalaşdırır.

Sosial müdafiə onun fondu ilə müəyyənləşdirilir, bu fond dövlət

büdcəsindən kənarda formalaşır. Hər il bu fondun gəlirləri və xərcləri

Milli Məclis tərəfindən təsdiq olunur.

Fondun gəlirlərinin tərkib hissəsini dövlət büdcəsindən ayrılan

transfert gəlirlər və müəssisələrdən, sahibkarlardan, fiziki şəxslərdən

tutulan, faiz dərəcəsinə görə yığılan vəsaitlər təşkil edir. Hal-hazırda

hüquqi və fiziki şəxslər öz əmək haqqı fondlarının 30%-ni SMF-na

keçirməlidirlər. Təbii ki, vergidən qaçma halları məqsədi ilə əmək haqqı

fondunu aşağı salmağa, əmək haqqında gizli cədvəllər verməklə

SMF-nun ümumi yığımını aşağı salmağa səbəb olur.

Sosial Müdafiə Fondunun xərcləri uyğun olaraq pensiyaçılara,

müavinətlara, çoxuşaqh ailələrə müavinətlər, qaçqınlara təminat və

yardımlara, SMF-nun təşkili və idarə olunmasına çəkilən xərclərə

ayrılır.

Pensiya təminatı yaşayış minimumu, yığılan büdcə və pensiya

fondu ilə müəyyənləşir, həmçinin sosial pensiya və əmək

122

Page 123: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

pensiyası arasındakı fərqlər tənzimləmə obyektidir. Sosial pensiya

dövlətin təminatıdır, o sosial öhdəliklər və sosial sığorta ilə formalaşır.

Əmək pensiyaları isə əmək haqqı fonduna uyğun müəyyənləşir. Əmək

pensiyası sosial pensiyadan çox olduqda, bu fərq əməyə stimul yaradır.

Müavinətlər gəlir səviyyəsi ilə ölçülür. Əgər adambaşına düşən

gəlir səviyyəsi ailədə yaşayış minimumumdan və ya yoxsulluq

həddindən aşağıdırsa, onda həmin ailədə yaşayan az yaşlı uşaqlara

müavinətlar verilir. Dövlət büdcəsindən sosial təminat və sosial

müavinət büdcənin gəlirləri artdıqca büdcə ilində artır.

Bilirik ki, Azərbaycanda SSRİ-dən qalmış natural şəkildə büdcə

ödəmələri mövcud idi. Aztəminatlı ailələrə enerji, nəqliyyat və s. xərclər

dövlət büdcəsi hesabına ödənilirdi. Bu da dövlət büdcəsi vəsaitlərindən

sui-istifadəyə səbəb olurdu. Məhz 2000-ci ildə bu fərqlər ləğv edildi. Bu

xərcləri təmin edən pul vəsaitləri hər bir fərdin özünə verilməklə onun

aşkarlığı və şəffaflığı artırıldı. Kompensasiya siyasəti hər bir müavinətin

ünvanlı və məqsədli olmasını, aşkarlığı və maliyyə sistemində nəzarətin

təşkili və idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Sosial sığorta problemləri

Sığorta institutu bazar iqtisadiyyatı şəraitində əhalinin və onun

əmlakının, habelə təhlükəsizliyinin itirilməsi nəticəsində müdafiəsi

üçün maliyyə təminatı rolunu oynayır. Müasir şəraitdə sığorta hadisəsi

baş verdiyi halda onun bərpası üçün lazım olan maliyyə resurslarını

səfərbər etmək üçün sığortalama fəaliyyəti geniş tətbiq olunur.

Sosial sığorta subyekti olaraq əhali və onun əmlakı, sığorta

təşkilatçıları, hüquqi aspektdə desək, sığortalanlar və sığorta təşkilatlan

təşkil edir. Bazar münasibətləri şəraitində sığorta təşkilatları mülkiyyət

münasibətlərinə görə fərqlənir. Hüquqi şəxs kimi lisenziya almış və

müəyyən nizamnamə kapitalı olan təşkilat sığorta fəaliyyəti ilə məşğul

olan bilər.

- 123-

Page 124: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Müasir şəraitdə sosial sığorta fəaliyyəti sahələr üzrə, həmçinin

ayrı-ayrı fəaliyyət növləri üzrə ixtisaslaşır. Belə ki, səhiyyə, əmlak;

şəxsi həyatın sığortalanması, ayrı-ayrı işçilərin sosial sığortası üzrə

qanunlar tərtib olunub.

Sosial sığorta məcburi və könüllü olaraq təşkil olunur. Məcburi

sığorta fəaliyyəti öz əmlakının və üçüncü şəxsə dəyən zərəri

kompensasiya etmək üçün məsuliyyətin sığortalanması sferalarını əhatə

edir. Belə ki, hər hansı fəaliyyətin məcburi olaraq sığorta dövriyyəsinə

cəlb edilməsi, məhz üçüncü şəxsin əmlakına, yaxud sağlamlığına dəyən

zərəri sığortalamaq üçün istifadə olunur. Sığorta hadisəsi

qanunvericiliklə tənzimlənir. Sığorta haqqı sığortaçı ilə sığortalı şəxs

arasında sığorta hadisəsi baş verdikdə dəyən zərəri ödəmək üçün alınan

məbləğin maliyyə əsasını təşkil edir.

Sığorta sosial müdafiə məqsədi üçün birdəfəlik zəruri

ödənilməsində mühüm maliyyə ehtiyatı rolunu öynayır. Ona görə də

sığorta təşkilatları yaranır, daha çox sığorta bazarında rəqabət mühitli və

etibarlı sığortaçılar mənfəət əldə edir. Sosial sığorta əhalinin

gəlirlərinin, xərclərinin formalaşmasında maliyyə mənbəyi kimi rol

oynayır. Hər bir müəssisə və təşkilatlarla sosial ödəmələr kimi məcburi

sığorta ayırmaları və əhalinin gəlirlərindən ödəmələr çıxılır. Təbii ki,

sığortalamadan gələn gəlirlər sığorta hadisəsi kimi baş verdikdə, dəyən

zərərin ödənilməsi məbləği dəyən zərərin xarakteri və onun dərəcəsi ilə

sığorta ödəmələri şəklində ödənilir. Məhz sığorta məbləğinin miqdarı

sığorta bazarında sığortaçıların sayından, sığortaya cəlb olunan əmlak

və dəyərin məbləğindən, həmçinin sığorta hadisəsi baş verdikdə

sığortalanana verilən haqqdan asılı olaraq formalaşır.

Məcburi sığorta obyektlərinin sığorta ödənişləri müəyyən büdcə

vasitəsilə ödənilir. Belə ki, səhiyyə sığortasında məcburi sığorta büdcə

vasitəsi ilə maliyyələşdirilir. Pulsuz səhiyyə xidmətinə ehtiyacı olan

əhali kontingetinə sığorta hadisəsi zamanı tibb xidmətinin müəyyən

səviyyədə olan hissəsi büdcə vasitəsi ilə ödənilir. Könüllü sığorta ilə

əlavə müalicə almaq üçün sığortalanma məbləği ilə ölçülür, ailənin gəlir mənbəyinə çevrilir.

- 124-

Page 125: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sığorta ödəmələri dövlət gəlirlərinin, sığorta təşkilatlarının və

sığortalanan obyektlərin gəlirlərinin formalaşma mənbələridir. Bu

subyektlər arasında yaranan münasibətlər sığorta münasibətləri olmaqla

baza tələbi və təklifi arasında qanunauyğunluqla tənzimlənir. Belə ki,

sığorta bazarında sığorta obyekti olaraq mövcud insan və maddi

potensial, həmçinin sığorta maliyyəsinin imkanları arasında tarazlıq rol

oynayır. Sığorta bazarı vasitəsilə bütövlükdə maddi nemətlərin və

xidmətlərin ehtiyaclarını ödəmək üçün əlavə imkanlar yaranır. Bir qrup

insanın yaxud əmlakın hesabına digər qrup insanların, yaxud əmlakın

təkrar istehsalı, qorunması mümkün olur. Zərər çəkən insanların

ehtiyaclarını ödəmək üçün toplanmış vəsait pul halında fond kimi

istifadə və idarə olunur. Kredit resursu, yaxud dövlət büdcəsinin

formalaşması mənbəyi rolunu oynayır.

Sığorta fəaliyyəti sığorta təşkilinin səmərəsindən xeyli asılıdır.

Sığorta təşkilatlarının səmərsi onun özünün davamlı inkişafı və əhatə

dairəsi üçün əlavə üstünlüklər yaradır. Bu baxımdan sığorta

təşkilatlatmm seçilməsi və sığorta müqavilələrinin bağlanması hər bir

sığorta şirkətinin səmərəli fəaliyyəti, onun riskləri və ödəmə faizi ilə

bağlıdır. Sığorta şirkətləri mülkiyyət formasından asılı olmayaraq

rəqabət mühiti şəraitində dövlət tərəfindən lisenziya almalı və onun

fəaliyyətinə müəyyən maliyyə məhdudiyyətləri qoyulmalıdır.

Azərbaycanda turizmin inkişafı və idarə olunması

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra dünya

dövlətləri bir-birinin ardınca respublikamızı tanımağa başladılar.

Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyev neft müqavilələrini

bağladıqca ölkəmizə işgüzar turistlərin gəlməsinə daha da çox səbəb

yarandı. Respublikamız dünya miqyasında tanınan, seçilən ölkə olsa da

təşkil olunmuş turizmin və səyyəhətlərin tarixi ötən əsrin 20-ci illərinin

axırlarında başlanır. Həmin dövrdə ölkəmizdə «proletar turizm və

ekskursiyalar cəmiyyəti» adlanan Ümimittifaq təşkilatın Bakı şöbəsi işə

başlayır.

- 125-

Page 126: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bu şöbənin yaradılmasında məqsəd fəhlə-kəndli kütlələri arasında

turizm və ekskursiya işlərini inkişaf etdirməklə bərabər onun siyasi

rəhbərliyini gücləndirmək idi. 1929-cu ildə Bakıda Ümumittifaq

«İnturist» Səhmdar Cəmiyyətinin Bakı şöbəsi fəaliyyətə başlayır. Bu

şöbə ancaq xaricdən gələn qonaqları qəbul etməklə məşğul olurdu.

SSRİ-nin Mərkəzi İcraiyyə Komitəsinin 7 aprel 1936-ci il tarixli

qərarına əsasən ölkədə turizm-ekskursiya işi Ümumittifaq Həmkarlar

İttifaqının Mərkəzi Şurası (ÜHİMŞ) tabeçiliyinə verildi. Bununla

əlaqədar «Proletar Turizm və Ekskursiyalar cəmiyyəti» ləğv edildi və

ÜHİTS - sistemində Turist-Ekskursiya idarəsi fəaliyyətə başladı. Bu

dəyişikliklərlə əlaqədar 1936-cı ildə Ekskursiya Cəmiyyətinin Bakı

şöbəsinin yerinə Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ)

Turizm və Ekskursiyalar idarəsi yaradıldı. Onun tabeliyinə Bakıda turist

bazası, Hacı- kənddə «Turist evi» və Göy gölün sahilikdəki turist

düşərgəsi verilir. Qeyd etmək lazımdır ki, Turizm və Ekskursiyalar

idarəsi 1962-ci ildən Turizm üzrə Azərbaycan Respublikası Şurası,

1969-cu ildən isə Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika

Şurası adlandırıldı. O vaxtdan turizmə və səyahətlərinə olan maraq

cəmiyyət üzvlərinin öz mədəni tələbatını, fəal iştirak etmək səylərini

ödəmək, asudə vaxtlarından faydalı istifadə etmək, ətraf mühiti dərk

etmək, müxtəlif insanlarla ünsiyyətdə olmaq sahəsində tamamilə

qanunauyğun arzu olub. Sonrakı onilliklərdə respublikada

trizni-ekskursiya işində mütərəqqi dəyişikliklər və yeniliklər baş

vermişdir. Yəni turizmin maddi bazası ildən-ilə genişlənmiş,

zəhmətkeşlərin istirahətinin təşkilində yeni xidmət formaları - turist

qatarları, çay gəmiləri. Xəzərdə Kobotaj gəmiçilik və s. yaranmışdır.

1962-ci ildə Bakıda turist klubu, 1963-cü ildə Nabranda «Xəzər» turist

bazası, 1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə, Sumqayıtda,

Naftalanda və Bakman Mərdəkan qəsəbəsində Səyahət Şurası yaradıldı.

1970-cı ildə Zaqatalada, 1972-ci ildə Şuşada, l975-ci ildə Qəbələdə və

Xaçmaz rayonunun Nabran bölgəsində «Dostluq» turist bazaları, elə

həmin il Bakıda «Qarabağ» turist mehmanxanası

126-

Page 127: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istifadəyə verildi. Bir qədər əvvəl isə Xankəndində (1971) və

Mingəçevirdə (1972) Şəhər-Ekskursiya Büroları açıldı. Bu illərdə daxili

turizm ilə yanaşı xarici turizmin genişləndirilməsinə də fikir verilirdi.

Xarici turizmin maddi-texniki bazasını genişləndirmək məqsədi ilə

1973-cü ildə Bakıda Azərbaycan Respublikasında ən böyük

mehmanxana kompleksi olan 1042 yerli «Azərbaycan» mehmanxanası

istifadəyə verildi. 1978-ci ildə «İnturist» səhmdar cəmiyyətinin

tabeliyinə 200 yerlik komfortlu «Moskva» mehmanxanası da əlavə

edildi.

Xarici ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatları ilə turist

mübadiləsini genişləndirmək məqsədilə 1972-ci ildə Bakıda «Sputnik»

adlanan beynəlxalq gənclər turizm bürosu yaradıldı. Bir müddətdən

sonra Bakının Zuqulba qəsəbəsindəki əsası 1961- ci ildə qoyulmuş

«Gənclik» düşərgəsi, «Sputnik» gənclər təşkilatına verilmiş və düşərgə

modernləşdirilərək Beynəlxalq Gənclər Turizm mərkəzinə çevrilir.

Xarici turistlərin qəbulu üçün 1978-ci ildə Şəki şəhərində XVII əsrə aid

Karvansarada yenidənqurma işləri aparılır və o, 100 yerlik turist

kompleksinə çevrilir.

Bütün bunlar öz növbəsində Azərbaycanda xarici turizmin

genişlənməsinə təkan verdi və respublikamızın ərazisindən keçən

beynəlxalq turist marşrutlarının sayını artırtı. Yeri gəlmişkən xatırladaq

ki, 1986-cı ildə Bakıda 948 yerlik rahat «Abşeron» turist mehmanxanası

istifadəyə verilməklə yanaşı Nabran zona- smdakı «Xəzər» və

«Dostluq» turist müəssisələrinin maddi-texniki bazası genişlənir və

möhkəmlənir.

1980-cı ildən başlayaraq Azərbaycan turizmin şöhrəti, əks- sədası

ildən-ilə genişlənir və bu sahə respublika əhalisinin məişətinə möhkəm

daxil olur. O vxtdan respublikanın turist-ekskursiya təşkilatları keçmiş

SSRİ-nin 170-dən çox şəhərinin müvafiq təşkilatları ilə əlaqə saxlayırdı

ki, bu da öz növbəsində səyyahət- lərin marşrutlarına və ekskursiyaların

mövzusunun genişlənməsinə səbəb olurdu. Həmkarlar İttifaqlarının

xətti ilə Azərbaycana gələn xarici turistlərə keyfiyyətli xidmət

göstərmək üçün Bakı Xarici Turizm Bürosu (Bakinturbüro) yaradıldı.

Xatırladak ki, 1987-ci ildə yalnız bu büronun xətti ilə dünyanın 20-dən

artıq

- 127-

Page 128: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ölkəsindən 150 turist qrupu Azərbaycanda olmuşdur. Həmin turistlərin

Azərbaycanda nə qədər vəsait gətirdikləri dəqiq məlum olmamışdır.

Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə,

Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987-ci ildə nail

olmuşdu. Həmin il respublikaya xarici ölkələrdən 50 min, SSRİ- nin

müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir.

Turizm-Ekskursiya Bürolarının təşkil etdikləri ekskursiyalarda isə

2,5 milyon nəfərdən artıq adam iştirak etmişdir. Elə həmin il

Azərbaycan Respublikası vətəndaşlarının 10 min nəfəri xarici ölkələrdə,

300 min nəfərə yaxmı isə SSRİ ərazisində turist səfərlərində olmuşdur.

1985-1986-cı illərdə Naxçıvan, Gəncə Xankəndi, Sumqayıt, Mingəçevir

şəhərlərində yaradılmış turist idman klublarının işi xeyli fəallaşıb. Qeyd

edək ki, 1987-ci ildə respublika da 1800-dən artıq turist bölməsi

yaradılmışdır. Həmin bölmələrdə 124 mindən artıq adam məşğul

olurdu. Yalnız 1987-ci ildə istirahət günü marşrutları ilə respublika

daxilində özfəaliyyət turizmi xətti ilə səfərlərdə 375 min nəfər iştirak

etmişdir. 1988-ci ildə dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafında

baş verən hadisələr nəticəsində Azərbaycana yerli və xarici turistlərin

axını xeyli azalmış, Xankəndi, Şuşa, Sumqayıt, sonra ilə Bakıda föv-

qaladə vəziyyətin tətbiqi, əslində respublikanın bu regionlarında bir sıra

turist təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb oldu.

Erməni ekstremistlərinin azərbaycanlılara qarşı həyata keçirdikləri

düşmənçilik siyasəti, Azərbaycana yüzminlərlə qaçqının gəlməsi ilə

nəticələndi. Respublika hökümətinin qərarı ilə 1988-ci ilin dekabrından

Ermənistandan qovulmuş soydaşlarımızın respublikanın turist

bazalarında və sanatoriya-kurort müəssisələrində yerləşdirilməsinə

başlandı.

Azərbaycanda 1988-ci və 1989-cu illərdəki hadisələrin ictimai-

siyasi mühitə mənfi təsirinə baxmayaraq respublika Turizm-

Ekskursiyalar təşkilatlan sadiq SSRİ-nin Turizm-Ekskursiya Təşkilatlan

ilə əvvəllər mövcud olmuş qarşılıqlı əlverişli əlaqələrin saxlanılması

üçün böyük səy göstərsələr də, bütünlükdə Cənubi

- 128-

Page 129: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qafqaz regionunda, o cümlədən Azərbaycanda vəziyyətin qeyri- sadiq

olması turizm sahəsinə də mənfi təsir göstərmişdir. 1990-cı ilin birinci

rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən Ümumittifaq və

beynəlxalq turist marşrutları ləğv olundu.

Mürəkkəb ictimai-siyasi şəraitdə dərin maliyyə və iqtisadi

çətinliklərə qalmış respublikamızın turist-ekskursiya təşkilatları böhran

vəziyyətindən çıxmaq üçün imkanlar axtarır, yerli əhaliyə göstərilən

turist-ekskursiya xidmətinin genişləndirilməsinə yönəldilmiş tədbirlər

həyata keçirirlər. Heç kəsə gizli deyil ki, turizm dünya iqtisadiyyatının

dinamik inkişaf edən sahələrindən biridir. İnkişafın yüksək sürəti böyük

həcmdə valyuta gəlirləri, iqtisadiyyatın başqa sahələrinə də təsir

göstərdiyindən son nəticədə (beynəlxalq miqyasda) turizm sənayesi

ildən-ilə genişlənir.

Azərbaycan Respublikasına turist kimi gəlmək istəyənlərin,

həmçinin onun hüdudlarından kənara çıxmaq istəyənlərin sayının

ildən-ilə artmasına baxmayaraq, beynəlxalq aləmdə Azərbaycan turizmi

hələ də istənilən səviyyədə uğurlar əldə etməyib.

Respublikamızın zəngin ehtiyatları, nadir bioloji müxtəlifliyi,

əlverişli iqlimi, 600 km turizm üçün yararlı olan dəniz sahillərinə

baxmayaraq, nə qədər qəribə görünsə də, dünya ölkələri arasında ən

kiçik dövlətlərin qəbul etdiyindən də az turist qəbul edir. Bildiyimiz

kimi, hər bir ölkə üçün iqtisadi cəhətdən sərfəli sahə gəlmə turizm hesab

olunur. Gəlmə turizm 1988-ci ilədək dövlətimiz üçün müəyyən qədər

intensiv inkişaf edən sahə olmuşdur.

Qeyd etməliyik ki, respublikamız öz müstəqilliyini əldə etdikdən

sonra turizmlə məşğul olmaq istəyən təşkilatların sayı artmağa başladı.

2002-ci ilin əvvəli üçün Azərbaycan Respublikasında beynəlxalq turizm

fəaliyyəti ilə məşğul olmaq hüququna malik olan təşkilatların sayı 40-a

yaxındır.

Respublikanın turizmin inkişafı sahəsində qarşısında duran

mühüm məqsədlərdən biri də kadrların hazırlanması və

ixtisaslaşmasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar

1997- ci il tarixli 4 saylı qərarı ilə ölkəmizdə ali və orta ixtisas

- 129-

Page 130: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təsnifatında turizm sənayesinə bilavasitə aidiyyatı olan aşağıdakı

ixtisaslar müəyyən edilmişdir:

Ali təhsil (bakalavr dərəcəsi)

- «Turizm və sosial-mədəni servis xidməti» ixtisası - T - 300100

- «Turizm, sanatoriya-kurort komplekslərində servis və tibb

xidmətinin təşkili» ixtisası - T - 300200;

- «Turizm, sanatoriya-kurort komplekslərində təbii və qeyri-

ənənəvi vasitələrlə bərpa işi» ixtisası - T - 300300;

- «Standartlaşdırma və setrifıkasiya» ixtisası -■ T - 310100;

- «İaşə məhsulları texnologiyası» ixtisası - T - 271100;

- «Menecment» ixtisası - İİ - 020200;

- «Marketinq» ixtisası - İİ - 020300.

Orta ixtisas (kiçik menecerlər)

- «Turizm və onun təşkili» ixtisası - T - 300101;

- «Turizm və mehmanxana təsərrüfatı» ixtisası - T - 300102;

- «Mehmanxana işi və onun təşkili» ixtisası - T - 300103;

- «Əhaliyə iaşə xidmətinin təşkili» ixtisası - T - 300104;

- «Əhaliyə servis xidmətinin təşkili» ixtisası - T - 300105;

- «Mehmanxana və turist komplekslərində iaşə xidmətinin

təşkili» ixtisası T - 300201;

- «Sanatoriya-kurort komplekslərində iaşə xidmətinin təşkili»

ixtisası - T- 300202;

- «Mehmanxana, turizm və sanatoriya-kurort komplekslərində

sevris xidmətinin təşkili» - T - 300203;

- «Turizm, sanatoriya-kurort komplekslərində tibbi xidmətin

təşkili» ixtisası - T - 300204;

- «Turizm, sanatoriya-kurort komplekslərində təbii və qeyri-

ənənəvi vasitələrlə sosial bərpa işi» ixtisası - T- 300301;

- «Reklam işi» ixtisası - T - 330401.

Bu sahədə Bakı Dövlət Universitetinin «Coğrafiya» fakültəsində

və Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehsal və xidmət

sahələrinin iqtisadiyyatı» fakültəsində Turizm ixtisası üzrə tədrisə

başlayıblar. 2003-cü ildə Bakı Dövlət Universitetində, 2004-cü ildə isə

Azərbaycan Dövlət İqtisad Universite

130-

Page 131: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tində bu kadrların ilk buraxılışı olacaqdır. Əgər özünümaliy- yələşdirmə,

tam təsərrüfat hesabı şəraitində pul-kredit münasibətləri, iqtisadiyyat

məsələlərini yaxşı bilən mütəxəssis kadrlar yetişdirilərsə, bu sahə öz

məqsədlərinə yaxın gələcəkdə nail ola biləcəkdir. Təhsil

müəssisələrində kadrların hazırlanması üçün turizmi əhatə edən

ədəbiyyatlar bir çox müəlliflər tərəfindən istifadəyə verilib.

Azərbaycanda turizm sənayesini inkişaf etdirilməsi üçün rəhbər kadrlar,

istehsalı idarə edə bilən yüksək səviyyəli kommersantlar, menecerlər

tələb olunur. Turizm sahəsində fəaliyyət göstərən bir sıra rəhbər işçilərin

bu sahədə səriştəsizliyi onların nəzəri və praktiki cəhətdən zəif hazırlıqlı

olması Azərbaycanda turizm sənayesinin inkişafında özünü

göstərməkdədir. Belə xoşacəlməz vəziyyətin əsas səbəbi Azərbaycanda

turizm sənayesi üçün mehmanxana, turist bazaları və kempinq rəhbərləri

hazırlayan tədris müəssisələrinin əvvəllər olmamasıdır. Qərbi Avropa

ölkələrində sənaye şirkətlərinin, korporasiyaların rəhbərlərini xüsusi

dövlət və özəl müəssisələri hazırlayır. Məsələn, İtaliyada turist şirkətinin

rəhbəri mütləq xüsusi diploma malik olmalı və Avropa dövlətləri

dillərindən ən- azı iki-üçünü bilməlidir.

Respublikamızda turizm iqtisadiyyatı xüsusi sahibkarlar

tərəfindən ilk və tez mənimsənilən sahələrdən biri olmuşdur. Amma bu

«istirahət maşınını» əvvəlki tək tam təminatı dövriyyəyə buraxmaq

mümkün olmamışdır. Xüsusi biznes öncə get turizmini (digər ölkələrə

turist göndərmək) mənimsəməyə başladı. Belə ki, getmə turizmi ilə

məşğul olmaq gəlmə turizmindən (digər ölkələrdən turist qəbulu) daha

sadə və sərfəlidir. Təəssüflər ki, nadir və zəngin turizm ehtiyatlarına

malik olan Azərbaycan kimi bir ölkə öz potensial imkanlarından hələ də

zəif istifadə edir. Dünya İqtisadi Birliyinin bir çox aparıcı ölkələri ilə

dünya bazarında ortaq kimi çıxış edən Azərbaycan turizm sahəsində

imkanlarını hələ nümayiş etdirə bilməmişdir. Respublikamızın turizm

sahəsində yaranmış problemləri nəzərə alaraq, Azərbaycan

Respublikasının Prezidentinin 18 aprel 2001- ci il tarixli, 464 saylı

fərmanı ilə Gənclər və İdman Nazirliyi,

- 131 -

Page 132: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Gənclər, İdman və Turizm Nazirliyinə çevrildi. Yeni nazirlik, turizm

sahəsində yaranmış vəziyyətdən çıxış yolları aramağa Azərbaycanın

ümumdünya turizm bazarına inteqrasiyası və beynəlxalq əməkdaşlığın

inkişafı sahəsində fəal iş görməyə başlamışdır. 6 iyul 2001-ci ildə

ictimai birlik olan Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqının

(ATSİİ) yaradılması, Azərbaycanda yüksək effektli turizm sahəsinin

yaranmasına və inkişafına kömək etməlidir. Respublikanın bütün

ərazisində turizmin inkişafı, turizm xidmətlərindən istifadə edənlərin

hüquqlarının qorunması, güzəştli vergitutmanm tətbiqinə və turizm

sahəsində normativ-hüquqi aktların nizamlanmasına yardım

göstərilməsi, turizm sistemi işçilərinin ixtisaslarının artırılması üçün

kursların və seminarların təşkili, beynəlxalq turizm məhsulunun

çıxarılması üçün respublikanın turist firmalarına praktiki köməklik

göstərilməsi, milli turizm xidməti istehsalçılarının hüquqlarının

müdafiəsi, Azərbaycanın beynəlxalq turizm üçün maraqlı bir ölkə kimi

imicinin yüksəldilməsi, yeni yaradılmış ATSİİ-nin qarşısına qoyduğu

əsas məqsədlərdir. Azərbaycan Respublikasında 2002-2005-ci illər

üçün turizmin inkişafı üçün proqram hazırlandı. Bu proqramın icra planı

uyğun vəzifələri və icraçıları, icra müddətini müəyyən edir.

Respublikamızda «Böyük İpək yolu» beynəlxalq layihəsinin

reallaşdırılmasma da böyük ümid bəslənilir. Ümumdünya Ticarət

Təşkilatının UNESKO ilə əməkdaşlığı sayəsində bərpa edilən «Böyük

İpək yolu» turist transkontinental marşrutuna Azərbaycan da daxil

edilmişdir. İqtisadi nəqliyyat və turizm baxımından bu yolun bərpasının

böyük əhəmiyyəti vardır.

Azərbaycan qədim mədəniyyət mərkəzidir. Ölkəmizin ərazisində

6 mindən artıq təbiət, arxeologiya, memarlıq və mədəniyyət abidələri

aşkar edilmiş və dövlət tərəfindən mühafizə olunur. Onlardan bir çoxu

bizim eradan öncəyə aiddir. Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş

ölkəmizin ərazisində olan və dövlət mühafizəsinə götürülmüş daşınmaz

tarix və mədəniyyət

- 132-

Page 133: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

abidələri əhəmiyytinə görə dünya, ölkə və yerli dərəcələrə bölünür.

Bunlardan 21-i dünya əhəmiyyətli memarlıq, 44-ü isə arxeoloji

abidələrdir. Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf

Assosiasiyası arasında «Mədəni irsin mühafizəsi» layihəsinin

reallaşdırılması üzrə müqavilə imzalanmışdır. Həmin müqaviləyə

əsasən Şirvanşahlar Sarayı (Bakı), Mömünə xatun türbəsi (Naxçıvan),

Qoşa minarə (Naxçıvan, Qaradağlar kəndi). Şəki Xan Sarayı və digər

abidələrdə təmir və bərpa işləri aparılmışdır. Layihə müəllifləri bu

abidələrin yerləşdikləri ərazilərdə turizm infrastrukturunun

yaradılmasını, mövcud marşrutların bərpasını və yenilərinin təşkilini

nəzərdə tuturlar.

Hazırda turizm sahəsində yeni iş formalarının axtarışı davam edir.

Xatırladaq ki, turizmin müasir normativ-hüquqi bazasının formalaşması

üzrə işlərə başlanılmışdır. 2001-ci ilin sentyabr ayının 25-də Cənubi

Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turist

Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu

beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə öz növbəsində

respublikamıza turizm fəaliyyəti üzrə tövsiyyələr və praktiki köməklik

edilməsinə imkan yaradmaqdadır.

Azərbaycanda turizmin inkişafı yolunda ardıcıl tədbirlərin

görüldüyü son illərdə ölkəmiz bu işlərin tərkib hissəsi olan beynəlxalq

sərgilərdə də fəal təmsil olunmaqda davam edir. 2003-cü ildə dünyanın

ən böyük turizm sərgilərinin hamısında Gənclər, İdman və Turizm

Nazirliyi ilə bərabər ölkəmizin aparıcı turizm şirkətləri iştirak etmişlər.

2004-cü ildə bu adət ənənənin davam etdirilməsi həyata keçirilir.

Belə ki, martın 12-dən Almaniyanın Berlin şəhərində keçirilmiş

sərgidə ölkəmiz 50 kvadrat metrlik stendlə təmsil olunmuşdur.

Rusiyanın paytaxtı Moskva şəhərində martın 24- dən 27-dək keçirilmiş

MİTT beynəlxalq turizm sərgisində isə ilk dəfə olaraq MDB ölkələri

üçün xüsusi pavilyon açılıb və Azərbaycan həmin pavilyonda 49 kvadrat

metrlik stendlə iştirak etmişdir. Bu firmalar tərəfindən təmir-bərpa

işlərinə 9,5 milyon ABŞ dolları məbləğində pul xərclənmişdir.

133

Page 134: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Son illərdə yeni-yeni otellərin tikilib istifadəyə verilməsi göz

önümündədir. Bunlardan biri də Türkiyənin «Ferko» firmasının köməyi

ilə yüksək dərəcəli «Qrand otel Auropa» mehmanxanasıdır. Yuxarıda

qeyd edilənlərdən əlavə Bakıda «Redisson SAS plaza», «Park Hyatt»,

«Krasent-Biç», «Oazis», «İrşad», «Old siti», «İçəri şəhər» və digər

otellərin tikildiyini göstərmək kifayətdir. Bu otellər turistlərin qəbulu

üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bir qədər əvvəl paytaxtda əylənmək və «bəh- bəhlə»

istirahət etmək istəyənlər üçün təmtəraqlı Bakı Əyləncə Mərkəzi tikilib

istifadəyə verilmişdir. Burada böyük üzgüçülük hovuzu (şəlalə, cakuzi,

sürətli sualtı axını var), respublikada yeganə boıılinq-klub (avadanlıq

«AMF» ingilis şirkəti tərəfindən istehsal edilmişdir), trenajor zalı,

mağazalar (dünyanın məhşur firmalarının malları satılır), sauna, türk

hamamı, restoran, kafe və barlar fəaliyyət göstərir.

Gənclər, İdman və Turizm Nazirliyinin yaradılmasından sonra

nazirlik digər sahələrdə olduğu kimi, turizmin informasiya və təbliğatı

sahəsində də uğurlu addımlar ara vermədən atmaqdadır. Ölkəmizin

turizm ehtiyatları haqda geniş məlumatların üzə çıxarılaraq təbliğ

olunması üçün artıq yuxarıda qeyd edilən kimi, bir çox işlər

görülməkdədir, Azərbaycanın təbiəti, mədəniyyəti, turizm ehtiyatları,

musiqisi, mətbəxi və ümumiyyətlə ölkəmiz barədə tam genişliyi ilə

məlumatlar əks olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanı tam

genişliyi ilə təbliğ edən belə disk ölkəmizdə ilk dəfədir ki, hazırlanır.

Bununla yanaşı, həmin diskin «Tourizm in Azerbaijan» adlı Web

sahəfəsi də yaradılmışdır. Azərbaycan barədə dünyanın istənilən

yerindən istədiyi məlumatı almaq istəyən hər kəs nazirliyin ünvanında

(www.mys.gov.az) yerləşdirilən bu məlumatlardan yararlana bilər.

Nazirlik tərəfindən yüksək səviyyədə hazırlanmış disk təkcə ölkə

turizminin deyil, ümumiyyətlə, ölkəmizin ümumi təbliği üçün mühüm

əhəmiyyətə malikdir.

Sevindirici haldır ki, üçüncü dəfə keçirilmiş Bakı beynəlxalq

turizm sərgisi də artıq tədricən dünyanın böyük sərgilərindən

134

Page 135: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

birinə çevrilməkdədir. Bu ilin aprelin 8-dən 1 O-dək İdman Konsert

Kompleksində təşkil olunmuş Bakı sərgisi dünya turizm ictimayyətinin

daha çox diqqət mərkəzində olmuşdur. Azərbaycanın təbliğ

olunmasında böyük əhəmiyyət kəsb edən sərgilərdə «Vahid - S»,

«İmprotex-Travel», «Qrand Otel Europe» və başqa şirkət və otellər

Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə aktiv iştirak edəcəklərini

bildirirlər. Bu addımı alqışlamaqda bərabər, digər şirkətlərin diqqətinə

çatdırılıb ki, hələ ki, gec deyil, turizmin inkişafı üçün bütün əlverişli

imkanlardan istifadə etmək lazımdır. Azərbaycanın fəal turizm

şirkətlərinə qoşulmaq beynəlxalq sərgilərdə ölkəmizin turizm

potensialının təbliğində iştirak etmək üçün tezliklə Gənclər, İdman və

Turizm Nazirliyinin Turizm şöbəsinə müraciət edib, əlaqələri yaratmaq

çox əlverişli olardı. Bunlar həm də gəlir əldə edib öz təşkilatlarını

beynəlxalq aləmdə tanıtmaq fürsəti qazanacaqlar.

Qeyd etmək istərdik ki, son illərdə ölkə Prezidenti cənab İlham

Əliyevin səyi nəticəsində Azərbaycanda turizmin inkişafında müsbət

irəliləyişlər baş verir. Avrasiya nəqliyyat dəhlizində Bakının əlverişli

mövqedə yerləşməsi, imzalanmış beynəlxalq neft müqavilələri, son

zamanlar əcnəbi işgüzar adamların ölkəyə gəlişinin artmasına səbəb

olmuşdur. Dünyanın onlarla iri şirkətləri öz kommersiya və sənaye

fəaliyyətlərini Azərbaycan iqtisadiyyatında tətbiq etmək istəyirlər.

Ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi, investisiyaların artımını

stimullaşdırır. Həmin investisiyalardan otellərin, işgüzar mərkəzlərin,

yaşayış evlərinin, turizm obyektlərinin tikintisində istifadə olunur.

Xarici şirkətlərin köməkliyi ilə Bakıda yenidən qurulan ilk

obyektlərdən biri «Naxçıvan» mehmanxanası olmuşdur. Türkiyə firması

«Remko əmlakın» və ABŞ firması «Hyatt İnterneşnl»m investisiyaları

hesabına «Naxçıvan» mehmanxanası modernləş- dirilərək «Naxçıvan -

Hyatt Recensi» beş ulduzlu otelinə çevrildi.

2001-ci ildən «Azerbaijan Review» jurnalı və «Turizm

yenilikləri» qəzeti nəşr edilməyə başlanılmışdır. Həmin ilin dekabrın

sonlarında Bakıda turizmin qarşısında duran problemləri araşdıran 1-ci

Ümumrespublika Konfransı keçirilmişdir. Bütün

135-

Page 136: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

görülmüş bu işlər Azərbaycan Respublikasında turizmin inkişafına

təkan verə biləcək amillərdəndir.

Qeyd etmək istərdik ki, ölkəmizə turist kimi gələnlərin çox hissəsi

MDB ölkələrindən gələnlər təşkil edir. 2000-ci ildə bu turistlərin sayı

346,5 min, 2003-cü ildə isə 391,2 min nəfərə çatmışdır.

Azərbaycana gələn turistlərin sayı 1997-ci ildən bəri dinamik

sürətdə artırsa, onlara göstərilən xidmətlərin həcminin azalması

tendensiyası hiss olunur. Belə ki, 1997-ci ildə gəlmə turizmdən daxil

olmalar 162 milyon, 2000-ci ildə isə bu rəqəm təqribən

2,6 dəfə azalaraq 63 milyon ABŞ dolları həcmində olmuşdur.

2003-cü il oktyabrın sonunda Çin Xalq Respublikasının paytaxtı

Pekində Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 15-ci

sessiyasında bu təşkilatın xüsusi statusla Birləşmiş Millətlər

Təşkilatının strukturuna daxil olması barədə qərar qəbul edilmişdir.

Bununla da ÜTT-nin BMT-nin xüsusi statuslu üzvünə çevrilməsi barədə

qərar qəbul olunaraq qüvvəyə minmişdir. Bu barədə həmin qərarla bağlı

Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri Əbülfəz

Qarayevə məktubunda bir daha məlumat verən ÜTT baş katibi

Françesko Frangialli bu addımı dünya turizm ictimayyəti üçün vacib və

əlamətdar hadisə olduğunu vurğulayıb.

Son illərdə beynəlxalq turizmin yüksək sürətlə inkişafı mühaşidə

olunur. Turizmdən əldə edilən valyutanın miqdarı da daim artır.

Məsələn, 1939-cu ildə dünya üzrə xarici turizmdən 1 milyard, 1950-ci

ildə 2,1 milyard, 1971-ci ildə 19,9 milyard manat, 2000-ci ildə 500

milyard, 2003-cü ildə isə 550 milyard dollara yaxın gəlir əldə etmişdir.

İnkişaf sürətinə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyir.

Hazırda o, yaratdığı gəlirə görə neft və neft məhsulları ticarəti və

avtomobil satışından sonra 3-cü yeri tutur.

Ölkəmizə gəlmə olaraq bölgələrdə turizm informasiya mərkəzləri

yaradılır. 2004-cü ildən ölkəmizin paytaxtında və 7 əyalət şəhərində

yaradılan bu mərkəzlər ölkədə turizmin inkişafına xidmət edəcəkdir.

136-

Page 137: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə

daxili turizmin səmərəli inkişafının təmin olunması üçün Birləşmiş

Millətlər Təşkilatın Azərbaycan Respublikası Gənclər, İdman və

Turizm Nazirliyinə institutsional yardım göstərəcək. Bu məqsədlə

hazırlanmış xüsusi layihə 2004-cü il ərzində həyata keçiriləcək. Bu

layihə çərçivəsində bir çox tədbirlərin reallaşması il ərzində davam

edəcək. Bakı şəhərində turizm informasiya mərkəzinin və ölkəmizin

turizm potensialı yüksək olan 7 bölgəsində onun nümayəndəliklərinin

açılması yönündə ilkin addımlar atılmışdır. Həmin nümayəndəliklər

Şəki, Şamaxı, Quba, Xaçmaz, Naxçıvan, Lənkəran və Gəncə

şəhərlərində fəaliyyət göstərəcək. Bu məqsədlə həmin şəhərlərdə

mərkəzlər üçün müvafiq yerlər də müəyyənləşdirilib. Bundan başqa

Gənclər, İdman və Turizm Nazirliyi və turizmlə bağlı digər maraqlı

strukturların işçiləri üçün xüsusi təlimlərin keçirilməsi də nəzərdə

tutulur. Layihəyə görə həmçinin aztəminatlı ailələrdən olan gənclərin

turizm fəaliyyəti sahəsində təhsili üzrə qeyri-kommersiya xarakterli

xüsusi təlim kursları da təşkil ediləcəkdir. Turizm məkanlarından

istifadə etməklə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması

və yox- sulluğa qarşı səmərəli mübarizə aparılması məqsədini daşıyan

bu vacib layihəni Azərbaycan höküməti və BMT birlikdə

maliyyələşdirəcəklər.

2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səsini

qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlhan Əliyev

bu vəzifəyə seçilməzdən öncə əhalinin rifah halının yüksəldilməsini öz

diqqət mərkəzində saxlamışdır. İlham Əliyev hələ Milli Olimpiya

Komitəsinin Prezidenti seçildikdən sonra idmana qayğı göstərməyə

başladı. Respublikamızın bölgələrində bir-birindən möhtəşəm Olimpiya

İdman Kompleksləri tikilməyə başladı. Bundan əlavə bir-birinin ardınca

respublikamızın paytaxtında beynəlxalq yarışlar keçirilməyə başladı. Bu

yarışları izləmək üçün ölkəmizə minlərlə azadkeş turist axını başladı.

Milli Olimpiya Komitəsi yaranandan bəzi Azərbaycan idmançıları

dünyanın bütün beynəlxalq turnirlərində iştirak

- 137-

Page 138: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

edib, daha da çox uğur qazanmağa başladılar. Bunun üçün isə sözsüz ki,

əsas mənbə dövlətin sosial-iqtisadi inkişafıdır. Azərbaycan

Respublikasının Prezidentinin «Azərbaycan Respublikasında

sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» 24 noyabr

2003-cü il tarixli fərmanı ölkə iqtisadiyyatının gələcək inkişafı yolunda

mühüm addımların atılması sevindirici haldır. Bu fərmanda

Azərbaycanda turizmin inkişafı və onun imkanlarından ölkədə

sosial-iqtisadi inkişafa nail olunması üçün səmərəli istifadə olunması da

nəzərdə tutulub. Bu isə turizmin dövlət rəhbərimizin diqqət mərkəzində

olduğunu bir daha göstərir. 24 noyabr 2003-cü il tarixli fərmanın

müvafiq bəndi ilə əlaqədar Gənclər, İdman və Turizm Nazirliyi

tərəfindən bir çox tədbirlər həyata keçirilməkdədir.

- 138-

Page 139: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BÖLMƏ III: YAŞAYIŞ MİNİMUMU VƏ ONUN

TƏNZİMLƏNMƏSİ MƏSƏLƏLƏRİ

FƏSİL I: ƏHALİNİN HƏYAT SƏVİYYƏSİ VƏ YAŞAYIŞ

MİNİMUMUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFIN

SÜRƏTLƏNMƏSİNDƏ YERİ VƏ ROLU

Əhalinin həyat səviyyəsi və yoxsulluğun mahiyyəti

Əhalinin həyat səviyyəsinin makroiqtisadi tənzimlənməsi, dövlət

tədbirlərinin səmərəli təşkili ilə ölçülür.

Həyat səviyyəsi istehlak olunan maddi və mənəvi nemətlərin

məcmuu və tələbatının ödənilməsi dərəcəsi ilə ölçülür. Hər bir ölkədə

iqtisadi və sosial inkişafın dinamikası, onun həyat səviyyəsi üçün ayrılan

vəsaiti, həmin ölkədə rifah probleminin həlli üçün maddi əsas yaradır.

Əhalinin həyat səviyyəsi makrosəviy- yədə və mikrosəviyyədə təhlil

olunur. Belə ki, ümumi daxili məhsulun artımı, onun adam başına düşən

səviyyəsi, gəlirlər və istehlak həcmi əhali rifahının əsas göstəricilərini

əhatə edir.

Əhalinin həyat səviyyəsi minimum istehlak büdcəsinin həcmi və

həmin büdcədə yaşayanların sayı ilə ölçülür. Hesablamalar göstərir ki,

qütbləşmə dərəcəsi maksimal və minimal həyat səviyyəsinə malik olan

əhali qruplarının və ailələrin sayları arasında nisbətlə müəyyənləşir.

Adam başına düşən istehlak səviyyəsinin normativ səviyyə olan nisbəti

tələbatın ödənilmə dərəcəsi kimi qəbul olunur. Minimum yaşayış

səviyyəsində yaşayan əhali yoxsulluq səviyyəsinin yüksəldilməsi

tədbirlərini əhatə edir.

Minimum yaşayış səviyyəsində yaşayanların ümumi sayının

azaldırılması ölkənin sosial-iqtisadi idarəetmə məqsədidir.

Yoxsulluq sosial-iqtisadi problem olmaqla bütün ölkələrin inkişaf

səviyyəsindən, ictimai-siyasi vəziyyətindən və aparılan islahatların

effektliyindən asılı olaraq formaşır və həll olunur.

Yoxsulluq islahatlar şəraitində yeni meyarlar, göstəricilər və həlli

yolları kəsb etməklə idarəetmə obyektinə, iqtisadi mün

139

Page 140: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

asibətlər sisteminə və dövlətin siyasətinin aparıcı istiqamətinə təsir edən

amillər kimi çıxış edir.

Yoxsulluq beynəlxalq səviyyədə müxtəlif iqtisadi idarəetmə

qurumları tərəfindən ayrı-ayrı ölkələrin timsalında öyrənilir. Onun

formalaşmasına səbəb olan iqtisadi-sosial sistemin xüsusiyyətləri

müəyyən olunur və beynəlxalq səviyyəli tədbirlər həyata keçirilməsinə

zəmin yaradılır.

Azərbaycanın yoxsulluq problemi, ərazilərin zəbt olunması,

iqtisadi potensialın tam istifadə olunmaması və bir sıra iqtisadi

islahatların effektinin az olması ilə formalaşır. Yoxsulluq probleminin

mövcudluğu, onun dinamikası və meyli respublika iqtisadi və sosial

inkişaf modelinin tərkib hissəsidir. Yoxsulluq əhalinin adambaşına

düşən gəlir səviyyəsi, istehlak həcmi, onun strukturu, işsizlik səviyyəsi

və həyat tərzi göstəriciləri ilə müəyyən olunur.

Yoxsulluğun tədqiqi vahid göstəricilərlə yox, sistem göstəriciləri

ilə həyata keçirməlidir. Yoxsulluq makroiqtisadi səviyyədə adam başına

düşən ÜDM və büdcə gəlirləri, istehlak olunan maddi və mənəvi

nemətlərin məcmtıu və həmçinin işsizlik səviyyəsi ilə ölçülür. Struktur

təhlil isə yoxsulluğun keyfiyyət göstəricisi olub, tələbatın

ödənilməsində marketinq tətbiqinə yönəldilir. Bu baxımdan əhalinin

demoqrafik tərkibi, istehlakı kimi onun təsnifatı daxilində istehlak

strukturu tətbiq olunur.

Yoxsulluq problemi iqtisadi və sosial inkişafın keyfiyyət

göstəricisi olmaqla, idarəetmə meyarı olaraq ölkənin məşğulluq,

investisiya, idxal və ixrac siyasətinə və konkret tədbirlərinin

əsaslandırılmasına xidmət edir. Dünya bankının Şərqi Avropa, keçmiş

SSRİ ölkələri arasında yoxsulluq probleminə dair apardığı tədqiqatların

təhlili və bizim özümüzün bu sahədə işlərimizin nəticəsi respublikada

yoxsulluğun azalmasının makroiqtisadi tədbirlərinin aşağıdakı

istiqamətlərini tövsiyyə edir:

1. Ölkə iqtisadiyyatının artım tempini gücləndirməklə büdcə

sistemində, büdcə-vergi sistemində və pul-kredit siyasətində əhalinin

maddi rifahının yüksəlməsinə təsir edən amillərin prioritetliyinin təmin

olunması.

- 140-

Page 141: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

2. Yoxsulluq problemində orta burjuaziyanın formalaşmasına

stimul yaradan tədbirlərin həyata keçirilməsi.

3. Əhalinin iqtisadi potensialının və təminat səviyyəsinə görə

fərqli insanların imkanlarının iqtisadi dövriyyəyə cəlb olunmasına şərait

yaradılması.

4. Pensiya, əhaliyə sosial yardım və birdəfəlik müavinətlərlə

yanaşı yeni iş yerlərinin açılmasına, əmək haqqının stimullaşdırıcı

rolunun artırılmasına səbəb olan tədbirlərin həyata keçirilməsi.

5. Sahibkarlığın inkişafına stimul yaradılması dövlətin

sahibkarlığın inkişafında büdcə və vergi siyasətinin stimullaşdırma

funksiyasına üstünlük verilməsi.

Yoxsulluq probleminin tədqiqinin metodikası və qiymətləndirmə

üsulları təkmilləşdirilmişdir. Bu məqsədlə respublikada ailə büdcəsinin

sorğusu aparılmışdır. Əhalinin istehlakında uçota alınmayan gəlirlərin

rolu qiymətləndirilmişdir. İstehlak strukturunda dövlət, özəl və ayrı-ayrı

fiziki şəxslərin rolu qiymətləndirilmişdir. Bundan sonra əhalinin

gəlirləri, onun istehlakı ilə tarazlaşdırmaqla mövcud mənbələr müəyyən

edilməli və onların aşkar edilməsinə şərait yaradan iqtisadi idarəetmə

mexanizmləri əsaslandırılıb, tətbiq olunmalıdır. Ölkə iqtisadiyyatında

istehlak sferasına, onun tarazlığına, tələb və təklifə, işsizliyə və real

tələbata təsir edən iqtisadi mexanizmlər tətbiq olunmalıdır.

Yoxsulluq və rifah problemləri bir-birini tamamlayan, ümumi və

fərqli cəhətləri birləşdirməklə iqtisadi və sosial idarəetmə mexanizminin

tərkib hissəsidir. Bazar iqtisadiyyatı şəraitində yoxsulluq səviyyəsi və

onun azaldılması problemləri islahatların səmərəsi kimi qəbul oluna

bilir. Hər hansı islahatların iqtisadi səmərəsi olduğu kimi onun sosial

effekti, yeni iş yerləri və əməyin ödənilməsinin dəyişmə formaları

mövcud olur.

Əhalinin həyat səviyyəsinin kompleks göstəriciləri iqtisadi inkişaf

və istehsal bölgü münasibətləri ilə tənzimlənir. Azərbaycan

Respublikasında həyat səviyyəsinin yüksəldilməsi üçün yeni iş

yerlərinin açılması, əmək haqqının orta aylıq səviyyəsinin

yüksəldilməsi, pensiya və müavinətlər sisteminin

141-

Page 142: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təkmilləşdirilməsi əsas götürülür. Yoxsulluğun formalaşmasına və

inkişafına ayrı-ayrı amillər təsir edir. İslahatların məqsədi güclü struktur

siyasətlə bağlı olsa da, müəyyən sosial problemlərin dərinləşməsi ilə

uzlaşır. Bazarı olmayan sahələr üzrə islahatlar gedirsə, onda onun

davamlı inkişafı dayanır. Ona görə də ilkin anlayış və proses olaraq ölkə

iqtisadiyyatında hər bir islahatın sosial nəticəsi qiymətləndirilməli və

əksinə olaraq sosial tədbirlərin iqtisadi artıma təsiri qiymətləndirilir.

Respublikada sosial-iqtisadi inkişafın ümumi göstəriciləri, onun

dinamikası, iqtisadi sabitlik və tarazlı inkişafı təmin etdiyi kimi dövlət

büdcəsinin gəlirləri, xərcləri və həmçinin sosial müdafiə tədbirlərini

əsaslandırır. Ona görə də statistik materialların dinamikası həyat

səviyyəsi və minimum yaşayış üçün lazım olan mənbəələrin artmasını

təmin edir.

Cədvəl III. 1.1.

Azərbaycanda əsas sosial-iqtisadi göstəricilər

Göstəricilər 1995 2000 2002

Əhalinin sayı, mln nəfər 7726,2 8081,0 8202,5

Əhalinin pul gəlirləri, mlrd.manat 9525,7 17556,8 21220,3

Ümumi daxili məhsul, mlrd.manat 10669,0 23590,5 29602,0 Dövlət büdcəsinin gəlirləri, mlrd.manat 1584,7 3573,2 4551,2

Təyin olunmuş aylıq pensiyaların orta məbləği, min manat

25540 71984 88493

Xarici ticarət dövriyyəsi, mln ABŞ dolları 1304,8 2917,3 3839,1

Məcmuu pul kütləsi (ilin sonuna), mlrd, manat

957,6 1661,1 2025,8

Cədvəldən göründüyü kimi, ÜDM-un artımı ilə əhali gəlirləri dövlət

büdcəsi orta aylıq pensiya təminatı, pulun kütləsi

142

Page 143: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

artır ki, bu da əmtəə-pul və alqı-satqı prosesinin sürətlənməsi üçün ilkin

şərait yaradır.

Xarici və iqtisadi əlaqələrin strukturunun saldosunun müsbət

meyli əhali üçün yerli sahibkarlığın inkişafında artımı göstərir. Bazarda

yerli məhsula olan tələbat artır, idxal azalmaqla gəlirlərin artımı təmin

olunur, yaşayış üçün istehsal imkanları daha prioritet istiqamətlər kimi

qəbul olunur.

Yaşayış minimumunun meyar olaraq qəbul edilməsi respublikada

yoxsulluq həddində olan əhalinin sayını müəyyən etməyə imkan verir.

2003-2005-ci illər yoxsulluğun azaldılması və inkişaf proqramının əsas

vəzifələrinə görə yoxsulluq həddi adambaşına 120000 manat

məbləğində müəyyən edilir.

Yoxsulluğun ifrat göstərieisi adam başına 70 min manatla ölçülür.

Təbii ki, bazar münasibətlərinin dəyişməsi bu rəqəmlərin daha da aşağı

düşməsinə səbəb ola bilər. Yaşayış minimumu ayrı-ayrı gəlir və

istehlakm tənzimlənməsinə əsas verir. Pensiya gəlirləri, əmək haqqı və

müavinətlər uyğun olaraq yaşayış minimumuna görə proqnozlaşdırılır.

İki əsas istehlak büdcəsi müəyyənləşdirilir: minimal istehlak və faktiki

gəlir və istehlak büdcəsi. Sosial-iqtisadi qruplar və ayrı-ayrı ailələr üzrə

büdcə tərtib olunur.

Gəlirlərin proqnozunun əhalinin həyat səviyyəsinin

ödənilməsində meyar kimi istifadəsi

Real gəlirlər istehlak davranışının mahiyyətinin formalaşmış

istehlak strukturasmı xarakterizə edir. İstehlak davranışı əhalinin

müxtəlif sosial-iqtisadi qruplarının, kənd və şəhər əhalisinin istehsal

prosesində qəbul etdiyi qərarların nəticəsidir. Ona görə istehlak

davranışı daha çox əhalinin istehlak prosesində bu və ya digər maddi

nemətlərə, pullu və pulsuz xidmətlərə, bir-birini əvəz edən istehlak

əşyalarına üstünlük verilməsi dinamikasıdır.

İstehlak davranışı yaxud reallaşmış xərclərin uzun illər boyu

tədqiqi onun qanunauyğunluqlarının müəyyən edilməsi.

143

Page 144: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bütövlükdə əhali istehlakının meyllərini müəyyən etməyə imkan verir və

bu meyllərin tədqiqi yolu ilə regionda tələblə təklif arasında tarazlığı

təmin edən dövlət tədbirləri tarazlamağa imkan yaradır. Bu baxımdan

istehlak davranışına dinamik proses kimi baxılır. Ona tələbat, bölgü,

mübadilə və əhalinin istehlak qabiliyyətinin qarşılıqlı əlaqəsinin nəticəsi

kimi baxırıq və təhlil etmək üçün də bu əlaqələrin qiymətləndirilməsinin

metodikasını işləyirik. İstehlak davranışına faktorlar, amillər prinsipinə

uyğun olaraq, bir sıra iqtisadi əlaqə, sosial ərazi, xarici iqtisadi əlaqələr

amilləri təsir edir. İstehlak davranışının formalaşmasına təsir edən

amillərin və bu amillərin qiymətləndirilməsi istehlakm proqnozuna və

onun idarə olunmasına xidmət edir. İstehlak davranışı istehlak vektoru

ilə müəyyən olunur. Yəni bütövlükdə sabit xərclər vektoru, II isə

gəlirlərin artması ilə uyğun olaraq artan istehlak şeyləri nəzərdə tutulur.

İstehlak davranışı və onun amilləri arasındakı əlaqəni aşağıdakı asılılıqla

ifadə etmək olar. Fərz edək ki, Xı, X2, X3, ........... Xn müxtəlfı sosial

iqtisadi əlamətləri xarakterizə edir. Yı, Y 2, Y 3 . . . . Y n olaraq istehlakm hər

bir faktorlardan asılılığını xarakterizə edən dəyişənin parametrləridir.

Onda p = y/x perspektivdə istehlak davranışı strukturasmda baş verə

bilən dəyişmənin ehtimalını qiymətləndirən əmsallar ola bilər. Əlbəttə,

deyilən məsələlər istehlak davranışının çoxüzlü faza sistemində yaradan

çoxsahəli faktorların təsiri ilə formalaşmasını xarakterizə edir. Sadə

hallarda əhalinin istehlak davranışı bir neçə il ardıcıllıqla müqayisə

olunur və bu müddətdə istehlakm daxili strukturasmm hər bir

elementinin dəyişməsinin xüsusi çəki əmsalı tapılır və bu əmsalı x/t/

zamandan asılılığı trert formasında y=a+d(t) proqnozlaşdırılır.

İstehlak davranışı kompleks amillərin qarşılıqlı əlaqəsində

formalaşır. Əslində pul münasibətləri şəratində və bazar iqtisadiyyatının

müxtəlif mərhələlərində onun inkişaf səviyyələri, istehlak davranışı

özünəməxsus ümumi prinsipləri və qanunauyğunluqları əks etdirir. Belə

ki, tələbat və təklifin tarazlaşması üçün istehlak davranışının ən əlverişli,

optimal strukturasmı

144-

Page 145: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

xarakterizə edir və bu struktura bütün respublikanın əhali qrupları və

ərazisində ideal nominal struktura kimi qəbul edilə bilər.

Aydındır ki, real şəraitdə tələb və təklif taraz deyil, hər bir mal və

xidmət üçün tələb və təklifin tarazlığı eyni səviyyədə ödənilmir. Ona

görə də istehlak davranışının tədqiqi tələbin təklifdən yuxarı olması

şəraitdə: tələbin təklifdən aşağı olması halında və əhalinin tələblə təklif

arasında sinxron artım, yaxud azalma meylləri mövcud olduqda, istehlak

davranışı tədqiq olunmalıdır.

Qeyd edək ki, bu halların hər birində qiymətlərin dəyişməsi təsiri

nəzərə alınmalıdır. Belə ki, tələb təklifdən aşağı olduqda istehlak

davranışında meyl bütün əlaqələr üzrə bərabər arta bilər. Tələb təklifdən

yuxarı olduqda isə istehlak davranışından meyl ən çox tapılmayan

malların hesabına azalmaya və təklif də xüsusi çəkisi çox olan mallar

hesabında dəyişir. Ona görə də istehlak davranışı tələb və təklifin

arasındakı fərqlərin parametrlərini, vektorlarını bilərək idarəetmə

mexanizmi kimi istehlak davranışı strukturasmda təsir edən idarəetmə

mexanizmi əsasında işlənilir. Bu prosesin texnologiyası mürəkkəbdir:

lakin quruluşu indiki şəraitdə yeni istiqamətdir. İstehlak davranışının

dinamikasını qiymətləndirmək və uyğun meyllərin əsasında tövsiyyələr

hazırlamaq üçün müxtəlif metodlarından istifadə olunur. İlkin anda

istehlak davranışında dəyişmə dinamikası eyni olan əmtəə və xidmət

qruplarının təsnifləşdirilməsi metodikası işlənilir. Tədqiqatlar göstərir

ki, bu baxımdan ərzaq, qeyri-ərzaq xidmətləri eyni prinsiplərdə

qiymətləndirilir. Metod kimi indeksləşmə seçilir. Hər bir amilin, gəlirin,

qiymətin, qıtlıq səviyyəsinin, tələblə təklifin tarazlıq səviyyəsi təsiri

qiymətləndirilir.

Qiymət iqtisadi mexanizm kimi istehsal və istehlakm tarazlığını,

onların dinamikasını və artım surətlərini müəyyən edir. Qiymətlə

istehlak arasında əlaqə birmənalıdır. Əgər hər hansı məhsula qiymət

artırsa, bu istehsalçı üçün əlavə uduş deməkdir və istehsalçı çox həvəslə

qiymətin yuxarı olan

- 145-

Page 146: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

məhsulun istehsalını artırır. Bu zaman əlavə kapital qoyuluşuna ehtiyac

olur və əlavə resurslar tələb olunur. Proses o vaxta qədər davam edir ki,

bazarda bu əmtəələrin təklifi tələbatla tarazlaşır. Qiymət müəyyən

həddə çatır. Sonrakı prosesdə istehsalın artımı qiymətin aşağı düşməsinə

səbəb olur. Bazarda həmin əmtəənin təklifi tələbatdan çox olur.

Beləliklə, qiymətin tələb və təklifə təsiri bazar iqtisadiyyatı şəraitində

formalaşır. Bu qanunauyğunluğu dərk edən, işində tətbiq edən 2

subyekti olur; alıcı-satıcı, istehsalçı-istehlakçı özünə uyğun olaraq

mənfəət əldə edir, yaxud zərər çəkir. Qiymətlə tələb təklif və istehlak

arasında birbaşa əlaqə var. Bu əlaqələr tələb qanununun mahiyyətində,

onun dinamikasında baş verir. Tələb qanunu aşağıdakı formada ifadə

olunur. Hər hansı əmtəəyə olan tələb, həmin əmtəənin mövcudluq

şəraitində və həmin əmtəənin tələbatın ödənilməsində rolunun olması

şəraitində qiymətin artması ilə tələb azalır, qiymətin azalması ilə tələb

artır. Tələb təklifin müəyyən norma həddləri şəraitində Pı qiymətinə

uyğun olaraq qı tələbi mövcuddursa, P2 qiymətinə uyğun olaraq g2

tələbi mövcuddur.

Bu qanun qeyd edək ki, son hədlər prinsipi əsasında formalaşır.

Qiymətin çox aşağı olması həmin məhsulun təklifinin o qədər çox

olmasına gətirir ki, alıcı bu əmtəə ilə təmin olunur. Bu əmtəə ilə

qiymətin sonrakı dəyişməsi istehlaka təsir etmir. İstehlakm dəyişməsi

ilə qiymətin dəyişməsi arasındakı münasibət belə ifadə olunur; AC/ \U - istehlak — xl00% ^Q [Q - qiymət

Qiymətin 1% dəyişməsinin neçə faiz istehlak səviyyəsinə səbəb

olunduğu göstərilir. Əgər qiymət indeksi hər hansı i əmtəəsi üzrə

vahiddən kiçikdirsə tı< 1 bu indeksi qiymətin 1% artımı şəraitində

istehlakm 1%-dən aşağı düşməsini göstərir. Qiymət indeksi vaxta görə

və ayrı-ayrı əmtəələrin müqayisəli nisbətlərinə görə də müəyyən olunur.

Məsələn, xı=Qı/Qo 2 müddətdə qiymətin dəyişməsini göstərir. Əgər əmtəə təklifi uyğun dövrlərdə ao,aı olarsa, onda qiymət indeksi

h ~ ■

- 146

Page 147: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

X, = QıQı ödöo

şəkildə ifadə olunur.

Qiymət indeksinin bazar iqtisadiyyatı şəraitində mütəmadi olaraq

təhlili və proqnozu əhalinin həyat səviyyəsini tənzim etmək üçün

istifadə olunur. Bu halda iqtisadi qanun olaraq gəlirlərin indeksasiyası

Milli Məclis tərəfindən hazırlanmalıdır.

Əhalinin adam başına düşən ÜDM-un həcmi, əhalinin pul

gəlirləri, xərcləri, orta aylıq əmək haqqı və əhaliyə göstərilən pullu

xidmətlərin həcmi hökümət tərəfindən aşağıdakı cədvəldə göründüyü

kimi proqnozlaşdırılır.

Cədvəl III. 1.2.

Ölçü vahidi

2002 hesabat

2003 gözlənilən

2004 proqnoz

2005 proqnoz

2006 proqnoz

2007 proqnoz

Adam başına Min manat 3715,9 4190,6 4562,7 5281,2

6567,1

7534,2

dü.şən ÜDM- un həcmi ABŞ

dolları 764,5 846,6 917,1 1058,4 1313,4

1477,2

Əhalinin pul gəlirləri

Milyard manat 21220,3 24900,0 27500,0 30500,0 33800,0 37500,0

Əhalinin xərcləri

Milyard manat 21015,4 23900,0 26330 29000 31950 35600

Orla ayhq əmək haqqı

Min manat 315,2 443,0 525,2 626,1 757,2 908,6

Əhahyə göstərilən pullu xidmətlərin həcmi

Milyard manat 2659,

0 2831,8 3030,1 3242,2 3485,3

3757,2

Bazar iqtisadiyyatı şəraitində qiymətlər liberal qiymətlərdir. Lakin

qiymətlərin inhisar qiymətlərinə çevrilməsinin qarşısını almaq üçün

dövlət tənzimlənməsi vacibdir. Bu məqsədlə qiymət komissiyası bəzi ən

vacib, zəruri məhsulların qiymət üzərində nəzarət əlaqəsi ilə dövlət

səviyyəsində güzəştlərdən, müavinətlərdən istifadə edilə bilər. Bəzi

istehsal sahələri öz məhsullarının qiymətini onun maya dəyərindən aşağı

saldıqda, onlar gəlirsiz fəaliyyət göstərirlər.

- 147-

Page 148: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Hər hansı əmtəə, yaxud xidmətə zəruri ehtiyac olduğu halda onun

qiymətinin nisbətən yuxarı olması istehlakçının başqa əmtəəyə üz

tutmasına səbəb olur. Beləliklə, qiymət dinamikası əmtəə və xidmətlərin

bir-birini əvəz etməsinə gətirir. Bu da son nəticədə istehlak sferasında

əhalinin davranış qabiliyyəti, onun pul gəliri, ailə tərkibi, təminat

səviyyəsi və həyat tərzi ilə bağlıdır.

- 148-

Page 149: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSİL II: YAŞA YIŞ MİNİMUMUNUN

PROQNOZLAŞDIRILMASI ÜSULLARI

Yoxsulluğun ləğvi proqramı

Azərbaycanda yoxsulluğun azaldılması yollarını

müəyyənləşdirmək üçün yoxsul əhalinin iştirakı ilə bir sıra araşdırmalar

aparılmışdır. Yoxsulluğun azaldılması üxrə stratejiya sənədinin

hazırlanması prosesinin^ bir hissəsi kimi, ölkənin bir neçə rayonunda

yoxsul əhali və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər

keçirilmişdir. Bu görüşlər zamanı əldə edilən nəticələr yoxsulluğun

müxtəlif aspektləri haqqında tam təsəvvürün formalaşmasına kömək

etmişdir.

Müstəqilliyin qazanıldığı son 13 il ərzində (1990-2003-cü illərdə)

ölkə əhalisinin sayı 7131,9 milyon nəfərdən 8202,5 milyon nəfərə, o

cümlədən, şəhər əhalisinin sayı artaraq 3847,3 milyon nəfərdən 4154,3

milyon nəfərə, kənd əhalisinin sayı isə artaraq 3284,6 milyon nəfərdən

4048,2 milyon nəfərə çatmışdır. Hazırda respublika əhalisinin 50,7%-i

şəhər yerlərində, 49,3%-i kənd yerlərində yaşayır. Əhalinin 50,9%-ni

qadınlar, 49,1%-ni kişilər təşkil edirlər.

Qeyd olunduğu kimi, əhalinin təxminən 12%-ni qaçqın və

məcburi köçkünlər təşkil edirlər ki, onların da əksəriyyəti hələ də

normal həyat və sanitariya şəraiti olmayan müvəqqəti yaşayış yerlərində

məskunlaşmışlar.

2002-ci ilin məlumatlarına əsasən, əhalinin 4740,6 min nəfəri

əmək qabiliyyətli yaşda, 2,469,000 nəfəri əmək qabiliyyətli yaşdan

aşağı, 930,000 nəfərə yaxmı isə pensiya yaşmdadır. Son 13 ildə ölkədə

əhalinin qocalması baş vermişdir. Belə ki, yaşı əmək qabiliyyətli yaşdan

aşağı olan əhalinin sayı azalmış, yaşı əmək qabiliyyətli yaşda olan

əhalinin sayı isə artmışdır.

1990-2003-cü illər ərzində əhalinin doğum və təbii artım səviyyəsi

azalmış, körpə və ana ölümünün səviyyəsi ilə artmışdır. Əhalinin illik

artım səviyyəsi 1985-ci ildəki- 1,7%-dən 1997-ci ildə 0,4%-ə qədər azalmışdır. Eyni zamanda, nigahlarm sayı azalmış.

- 149-

Page 150: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

nigahsız doğulan körpələrin sayı isə artmışdır. 1990-2003-cü illər

ərzində miqrasiya balansı mənfi olmuşdur. Bu əsasən, əmək qabiliyyətli

yaşda olan əhalinin xarici ölkələrə miqrasiyasının nəticəsi hesab edilə

bilər. Bütövlükdə, ölkədə demoqrafik vəziyyət əhalinin təbii artımının

aşağı düşməsi ilə xarakterizə olunur.

2001-ci ildə DSK yeni ETM-i aparmışdır. Yoxsulluq

səviyyələrinin təhlili həmin sorğunun aparıldığı ilk ildə əldə edilmiş

məlumatlara əsaslanır. Burada, rifah göstəricisi kimi, adambaşına düşən

istehlak xərclərinin həcmi götürülmüş və iki növ yoxsulluq həddindən

istifadə olunmuşdur. Birinci hədd mütləq yoxsulluq həddi olmaqla

adambaşına aylıq 120,000 AZM (25,8 ABD^) təşkil edir. Bu hədd

cündəlik 2,200 kilokalori qida qəbulunu təmin edən minimum ərzaq

istehlakı səbətinin dəyərinə əsaslanır. Minimum istehlak səbətində

ərzağın çəkisi 70% həcmində götürülmüşdür. Bu, ETM-də əldə edilən

nəticələrə uyğun olaraq, ev təsərrüfatlarının istehlak xərclərinin

strukturundakı ərzağın mövcud xüsusi çəkisinə uyğundur. Bu yoxsulluq

həddindən istifadə edərkən, 2001-ci ildə, bütün ölkə üçün yoxsulluq

səviyyəsinin 49% təşkil etdiyi müəyyən edilmişdir (cədvəl Ш.2.1.).

Cədvəl III.2. L

Əhali kateqoriyaları üzrə yoxsulluq səviyyələri (fərdlər)

Əhali

kateqoriyaları

(fərdlər)

Yoxsulluq səviyyəsi, mütləq

yoxsulluq həddi (120000 manat

və ya 25,0 ABŞ dolları)

Yoxsulluq səviyyəsi, nisbi

yoxsulluq həddi (72000 və

ya 15,5 ABŞ dolları) Ümumi əhali 49% 17%

Şəhər 55% 20% O cümlədən

Böyük şəhər 54% 18%

Kiçik şəhər 55% 24%

Kənd 42% 13%

Naxçıvan MR 45% 8%

- 150

Page 151: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Abşeron-Quba 58% 25%

Muğan-Solyan 51% 20% Gonco-Qazax 50% 16%

Şoki-Zakatala 49% 27% Lənkaran-Astara 45% 8%

Şirvan 38% 14% Qarabağ-Mil 54% 21%

Bakı 49% 13%

Kişi 48% 16% Qadın 50% 17%

0-15 yaş 52% 18%

16-29 yaş 50% 17% 30-39 yaş 50% 18%

40-49 yaş 48% 15%

50-59 yaş 45% 14% 60-dan yuxarı yaş 44% 15%

Yoxsulluğun ikinci həddi nisbi həddir və adambaşına orta istehlak

xərclərinin səviyyəsinin 60%-i həddində müəyyən edilmişdir. Bu da,

2001-ci il üçün 72,000 AZM (15,5 ABD) təşkil etmişdir. Bu həddən

istifadə edərkən yoxsulluq həddinin 17% olduğu müəyyənləşdirilmişdir.

İkinci yoxsulluq həddindən ölkədə ən yoxsul təbəqənin səviyyəsini

müəyyən etmək üçün istifadə oluna bilər.

Ölkədə yoxsul əhali və yoxsulluqla bağlı təsəvvürün yaradılması

üçün yeni ETM məlumatlarından istifadə olunmuşdur. Burada hər iki

yoxsulluq həddi üçün «dəyişməz» olan nəticələr barədə məlumat

verilmişdir. Yoxsul əhalinin sayı müxtəlif yoxsulluq hədlərinə görə

dəyişsə də, onun xarakteristikası olduğu kimi qalır. Əsas nəticələr 2.1. və

2.2.№-li cədvəllərdə ümumiləşdirilir. Sorğu məlumatlarından aşağıdakı

nəticələr əldə olunmuşdur.

- 151

Page 152: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl III. 2.2.

Ailə və ailə başçısına görə yoxsulluq səviyyələri

Yoxsulluq səviyyəsi Yoxsulluq səviyyəsi

Mütləq yoxsulluq həddi Nisbi yoxsulluq həddi (120,000 AZM və ya (72,000 AZM və ya

25,8 ABD) 15,5 ABD) Ali təhsil 42% 12%

Orta təhsil 51% 18%

Orta təhsildən aşağı 54% 20%

Uşaqsız ailələr 38% 12%

1 uşaqlı ailələr 49% 15%

2 uşaqlı ailələr 51% 18%

3 uşaqlı ailələr 55% 19%

4 və ya ondan çox

uşağı olan ailələr 63% 25%

Ailə başçısının yaşı

18-29 yaş 38% 11%

30-39 yaş 46% 15%

40-49 yaş 49% 15%

50-59 yaş 48% 15%

60-dan yuxarı yaş 53% 20%

Tənhalar

2 üzvü olan ailələr 8% 1%

3 üzvü olan ailələr 18% 4% 4 üzvü olan ailələr 30% 5%

5 üzvü olan ailələr 42% 12%

6 və ya ondan çox 50% 16% üzvü olan ailələr 61% 23%

Ailə başçısı qaçqın 55% 20% olduqda

Ailə başçısı məcburi 63% 26% köçkün olduqda

Başçısı kişi olan ailələr 49% 17% Başlıçı qadın olan ailələr 49% 17%

- 152-

Page 153: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Kənd yerlərində yaşayan ailələrə nisbətən şəhərdə yaşayan

ailələrdə yoxsulluq riski daha yüksəkdir (yoxsulluq səviyyəsi şəhərlərdə

55%, kənd yerlərində isə 42%-dir və yoxsulların 60%-i şəhərlərlə

yaşayır). Böyük şəhərlərə nisbətən kiçik şəhərlərdə yoxsulluq səviyyəsi

bir az çoxdur (58% və 54%). Bakıda yoxsulluğun səviyyəsi ölkə üzrə

olan orta göstəriciyə uyğundur, lakin digər şəhər yerlərində olan

göstəricilərdən aşağıdır (49%). Bununla belə, yoxsul əhalinin böyük

əksəriyyəti, yəni, onun təxminən dörddə bir hissəsi, əsasən Bakıda

məskunlaşmışdır.

- Ailə üzvlərinin sayı nə qədər çox olarsa, yoxsulluq riski də bir o

qədər yüksək olar. Altı nəfərdən artıq üzvü olan ailələrlə (yoxsulluğun

səviyyəsi 61%) müqayisədə tənha və ya iki üzvü olan ailələrdə

yoxsulluq riski çox aşağıdır (yoxsulluğun səviyyəsi 8-18%). Ailələrdə

iki uşağın olması yoxsulluq ehtimalına güclü təsir göstərmir, üçdən çox

uşağa malik ailələrdə isə bu risk yüksəkdir. Uşaqsız ailələrdə isə,

yoxsulluğun səviyyəsi ölkə üzrə orta göstəricidən aşağıdır (38%).

- 1-15 yaşlı uşaqlar arasında yoxsulluq riski 60 yaşdan yuxarı

olanlar arasında yoxsulluq riskindən daha yüksəkdir (müvafiq olaraq

52%, 44%).

- gender faktoru adambaşına düşən istehlak xərcləri baxımından

yoxsulluq riskinə təsir göstərmir. Qadın və kişilər arasında yoxsulluq

ehtimalı, demək olar ki, eynidir (müvafiq olaraq 50%, 48%). Ailədə

qadının və ya kişinin başçı olması ailənin yoxsul ehtimalına təmir etmir,

yəni qadının başçı olduğu ailələrdə yoxsulluq ehtimalı heç də kişinin

başçı olduğu ailələrə nisbətən yüksək deyildir (ikisi də 49%).

- ailə başçısı ali təhsilli olan ailələrdə yoxsulluq səviyyəsi nisbətən

az olur. Yoxsulluq səviyyəsi belə ailələrdə 42%, ailə başçısının təhsil

səviyyəsi orta təhsildən aşağı olan ailələrdə isə 54% təşkil edir.

Tənzimləmə obyektinə əsasən, kənd əhalisinə nisbətən şəhər

əhalisi arasında yoxsulluq səviyyəsi xeyli yüksəkdir. Belə ki, 120,000

AZM (25,8 ABD) mütləq yoxsulluq həddinə əsasən.

153-

Page 154: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

yoxsulluq səviyyəsi şəhər yerlərində 55%, kənd yerlərində isə 42%

təşkil edir.

Kiçik şəhərlərdə yoxsulluq riskinin daha yüksək olması yoxsulluq

riskindən qorunmaq üçün torpaqdan istifadənin və fərdi istehsalın

mühüm şərt olduğunu meydana çıxarır. Kənd əhalisi istehlak etdikləri

məhsulları öz fərdi təsərrüfatlarından, yəni əkin sahələrindən və ya

saxladıqları mal-qaradan əldə etdiklərinə görə, yoxsulluq riskindən

nisbətən yaxşı qorunmuş olurlar. Pul xərclərinin strukturu bir daha

göstərir ki, kənd ailələrinə nisbətən şəhər ailələri ərzağa daha çox pul

sərf edirlər. Aşağıdakı III.3.3. cədvəlində göstərilir ki, şəhər ailələrinin

adambaşına orta aylıq pul xərcləri 143,912 AZM (30,9 ABD), ərzaq

xərcləri isə 86,368 AZM (18,5 ABD), kənd ailələrinin orta aylıq pul

xərcləri 95,344 AZM (20,5 ABD), ərzaq xərcləri isə 53,981 AZM (11,6

ABD) təşkil edir.

Cədvəl II 1.2.3.

Şəhər və kənd üzrə istehlak xərcləri (adambaşına aylıq

manatla)

Şəhər Kənd Ümumi istehlak xərcləri 143912 95344

Ərzaq 86368 53984

Alkoqol və tütün 4142 4066

Geyim 5298 4715 Kommunal xərclər 7009 7805

Məişət xidməti xərcləri 9669 2253

Səhiyyə 3568 2210

Nəqliyyat 7479 5441 Rabitə 2270 1298

İstirahət və mədəniyyət 3631 3536

Təhsil 2201 1462

İctimai iaşə 7632 4942

Qarışıq mallar və xidmətlər 7846 3637

154-

Page 155: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qeyd olunduğu kimi, yoxsulluq yalnız monetar göstəricilər ilə

deyil, həmçinin, zəruri mallar və xidmətləri əldə etmək imkanı ilə

müəyyən edilir. Regional müzakirələr və aparılar sorğular göstərdi ki,

kənd əhalisi, hətta pul xərcləmək istəsə belə, əsas sanitariya və səhiyyə

xidmətlərindən istifadə imkanlarına malik deyildir. Belə xidmətlərdən

istifadə olunmaması sorğuya cavab verənlərin yalnız bir qismi

tərəfindən həmin xidmətlərin qiymətləri ilə əlaqələndirilsə də, bu əsasən

infrastrukturun bərbad vəziyyətdə olması və təmir işlərinin

aparılmaması ucbatından həmin xidmətlərin aşağı səviyyəyə düşməsi ilə

izah olunur.

Yaşayış səviyyəsində regional fərqlər onun tənzimlənməsini

əsaslandırır. Yaşayış səviyyəsinə görə, regionlar arasındakı fərqlər, hər

şeydər əvvəl, neft və qaz sənayesində baş verən iqtisadi artım və Bakı və

Bakı ətrafı ərazilərdə cəmləşmiş müvafiq xidmət sahələrinin inkişafı

nəticəsində yaranmışdır. Amma bu Bakı əhalisinin ölkənin digər

regionlarındakı əhaliyə nisbətən daha yaxşı yaşaması demək deyildir.

Bakıda varlı və yoxsul əhali kateqoriyalarının geniş diapazonu vardır.

DSK 9 iqtisadi regiondan istifadə edir: Naxçıvan, Abşeron,

Muğan-Salyan, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan,

Qarabağ-Mil və Bakı şəhəri. ETM-dən əldə edilən məlumatlar yaşayış

səviyyələrində regional fərqlərin tam mənzərəsini vermək üçün hələ

kifayət deyildir. Amma sorğunun nəticələrinə əsasən, ümumi

mənzərədən aydın olur ki, yoxsulluq Abşeron, Qarabağ-Mil və

Şəki-Zaqatala zonalarında nisbətən yüksək səviyyədədir. Bakıda

yoxsulluq təhlükəsi orta səviyyədən nə yüksək, nə də aşağıdır (49%),

Naxçıvan, Lənkəran-Astara və Şirvanda vəziyyət nisbətən yaxşıdır.

Naxçıvan ölkənin digər ərazisindən ayrı düşdüyü və Ermənistanla

münaqişəyə görə blokadada olduğu üçün müəyyən çətinliklərlə üzləşir.

Amma, bunanla yanaşı, Naxçıvan İran və Türkiyə ilə həmsərhəd

olduğuna görə, həmin ölkələr ilə sərhədyanı ticarətdən faydalana bilir.

Kiçik miqyaslı soğrular göstərir ki, Bakıdan və Abşeron

yarımadasından kənarda enerji təchizatı nisbətən az etibarlıdır.

- 155

Page 156: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qeyd olunan ərazilərdə elektrik enerjisi gün ərzində yalnız bir neçə saat

verilir. Bu da əhalinin yaşayış səviyyəsinə birbaşa və dolayı yolla təsir

göstərir. Belə ki, məhdud elektrik enerjisi təminatı regionlarda

sahibkarlığın inkişafına maneyəçilik törədir.

ETM, hələ ki, yaşayış səviyyələrində regional fərqləri aydın verə

bilmir. Amma, eyni zamanda, yoxsulluğun bütün ölkə üzrə mövcud

olduğu müşahidə edilir. Bakı və Abşeron yarımadasının infrastruktur və

xidmətlər baxımından digər regionlara nisbətən üstün inkişaf etdiyi

müşahidə olunsa da, yoxsul təbəqənin geniş hissəsi burada yaşayır.

Sosial tədbirlərin proqnozlaşdırılması

Qeyd olunduğu kimi, son illərdə iqtisadi artımın tempi

artmaqdadır. Lakin vətəndaşların həyat səviyyəsi hələlik arzu olunan

səviyyədə deyildir. Gəlirlərin bölgüsündə qeyri-bərabərliyin artması,

Bakı və ölkənin digər regionları arasındakı yaşayış səviyyəsində

fərqlərin dərinləşməsi öz həllini gözləyən problem- lərdərdir.

İqtisadi siyasətdə başlıca istiqamət geniş əhali qruplarının gəlir

gətirən fəaliyyətlə məşğul olmaq imkanının təmin edilməsi olduğu

halda, sosial siyasətdə əsas məqsəd sosial siyasət tədbirləri vasitəsilə

gəlirlərin yenidən bölgüsünün ədalətli şəkildə aparılmasının təmin

edilməsidir. Əgər birinci istiqamət iqtisadiyyatda struktur

dəyişikliklərinin aparılmasını, qeyri-neft sektorunun və regionların

iqtisadi inkişafını təmin etməklə özəl sektorun daha da

həvəsləndirilməsini nəzərdə tutursa, ikinci istiqamət geniş və iqtisadi

baxımdan səmərəli sosial müdafiə sisteminin yaradılmasını tələb edir.

Azərbaycanda mövcud sosial təminat əsasən sosial sığorta və

sosial yardım təminatından ibarətdir. Mövcud sosial təminat sisteminin

əsasları Azərbaycana Sovet dövründən miras qalmışdır. 1997-ci ildən

etibarən bu sistemdə müəyyən dəyişikliklər edilsə də, həm sosial

yardım, həm də sosial sığorta sahələrində əsaslı islahatlar

aparılmamışdır. Beləliklə, sosial təminat sistemi

156

Page 157: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

köklü şəkildə dəyişmiş olan sosial-iqtisadi mühitə lazımınca

uyğunlaşmamışdır.

Sosial təminat tədbirləri əsas etibari ilə sosial sığorta və sosial

yardım növlü tədbirlərə ayrılır. Sosial sığorta haqları xüsusi sosial hallar

zamanı fərqlərin yoxsulluq təhlükəsindən müdafiə olunmasına

istiqamətləndirilmişdir (məsələn, qocalıq, əlillik və işsizlik). Pensiya

təminatı işləyən əhali (o cümlədən, işəgötürənlər) tərəfindən ödənilmiş

sosial sığorta haqları hesabına müəyyənləşdirilir. Pensiyanın miqdarının

sosial sığorta ödəmələrinin müddəti ilə əlaqəli olması nəzərdə tutulur.

İşsizlik müavinətləri isə müəssisə tərəfindən ayrılan müvafiq

ödəmələrin hesabına həyata keçirilir. Sosial yardım müavinətləri dövlət

büdcəsi hesabına maliyyələşdirilir. Yoxsul əhalinin minimum istehlak

səviyyəsini təmin edə bilmək üçün vəsaitlərin yenidən bölüşdürülməsi

tələb olunur. Azərbaycanda əsas problemlərdən biri ondan ibarətdir ki,

artıq bu iki sosial təminat növü arasında, xüsusilə, yaşa görə pensiyalar

baxımından aydın bölgü yoxdur. Bunun səbəbi odur ki, sosial sığorta

haqlarının ödənilməsi hesabına maliyyələşdirilən pensiyaların məbləği

ödəmələrin miqdarına uyğun gəlmir və pensiyaçılara verilən müxtəlif

əlavə yardımlar dövlət büdcəsi hesabına həyata keçirilir.

Sosial yardım sistemində isə vəsaitlərin ehtiyacdan çox əhali

kateqoriyalarına əsaslanan bölgüsü qalmaqda davam edir. Nəticədə,

sosial yardımın ünvanhhq prinsipi təmin olunmur, mövcud resurslar

daha az sayda yoxsul əhali qruplarına zəruri olan yardımı göstərmək

əvəzinə, geniş əhali kütlələrini əhatə edir. İndiyə kimi yoxsulluğun və

ehtiyacların araşdırılması üçün lazım olan heç bir məlumat bazası, sorğu

məlumatları və yoxsulluq həddi üzrə göstəricilər olmamışdır, belə ki,

əhalinin ən həssas təbəqələrinin müəyyən edilməsi üçün ehtiyacların

öyrənilməsi üzrə səmərəli mexanizm mövcud deyildir. Digər bir

problem sosial yardım müavinətlərinin çoxsaylı olması ilə əlaqədar

onların tətbiqində meydana çıxan mürəkkəbliklə bağlıdır.

Hökümət sağlam bazar şəraitini təmin etmək məqsədilə enerji

sektorunda islahatlar həyata keçirmək, dolayı və aşkar

157

Page 158: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

subsidiyaları ləğv etmək niyyətindədir. Lakin bu enerji haqlarının

nəzərə çarpacaq dərəcədə artmasına gətirib çıxaracaq və bir çox ailələr

artırılmış haqları ödəyə bilməyəcək. Buna görə də, yeni sosial yardım

proqramının hazırlanması və enerji sektorunun islahatı ilə paralel

şəkildə həyata keçirilməsi zəruridir. Həmin yeni proqramda sosial

yardım əsasən aztəminatlı ailələrə ünvanlanmalıdır.

Digər bir problem - ödəmələrin toplanması, eləcə də müavinət və

xidmətlərin təmin edilməsi ilə müxtəlif təşkilatlar məşğul olduğuna görə

- həm sosial sığorta, həm də sosial yardım müavinətlərinin

qeyri-səmərəli şəkildə idarə olunmasından ibarətdir.

Sosial sığorta üzrə aparılacaq islahatların əsas məqsədləri

aşağıdakılardan ibarətdir:

- vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına

nail olunması;

- pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə

uyğunlaşdırmaqla əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun

artırılması;

- pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin

tam yığılmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi;

- pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə

onun səmərəliliyinin artırılması;

- sosial sığorta haqları ilə pensiya məbləğləri arasındakı əlaqənin

uyğunlaşdırılması.

Azərbaycan Respublikasının Prezidenti 17 iyul 2001-ci ildə

«Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiya»smı təsdiq

etmişdir. Konsepsiyada hər bir iştirakçının ödədiyi məcburi dövlət

sosial haqqının məbləğinə uyğun pensiyanın təyin olunması nəzərdə

tutulur. Bu məcburi pensiya sığortası ilə sosial yardım müavinətlərinin

funksiyalarını bir-birindən ayırır. Sosial yardım sistemi işlədikləri

müddət ərzində sosial sığorta pensiyası almaq hüququ əldə edə

bilməyən vətəndaşların müdafiəsini təmin etmək məqsədi daşıyır.

Sonrakı mərhələdə sosial sığortada

- 158

Page 159: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

könüllü iştiraka əsaslanan özəl pensiya sisteminin yaradılması və

inkişafı nəzərdə tutulur.

Konsepsiyada pensiya islahatını həyata keçirmək üçün hökümətin

yerinə yetirməli olduğu tədbirlər müəyyənləşdirilmişdir:

1. Yeni sosial sığorta sisteminin qurulması;

2. Pensiya sisteminin səmərəli idarə olunmasının və pensiyaların

çatdırılmasının effektli təşkilinin təmin edilməsi;

3. Fərdi uçot sisteminə əsaslanan avtomatlaşdırılmış sosial sığorta

və pensiya sisteminin qurulması.

Pensiya sistemində islahat aparılarkən, proqnozlaşdırma

modellərindən istifadə olunması və onun tətbiqi əhəmiyyətli rol

oynayacaqdır. Bu əhalinin demoqrafik tərkibi, iqtisadi inkişaf, rəsmi

əmək bazarının ölçüsü, sosial sığorta haqlarının faizi və buna uyğun

olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə müxtəlif

ssenarilərin modellərini hazırlamağa imkan verəcəkdir. Məcburi dövlət

sosial sığorta haqlarının ödənilməsinə əsaslanan pensiya sistemi üzrə

təkmilləşdirilmiş qanunvericilik pensiya yaşını (peşələrlə bağlı

imtiyazların tədricən ləğv edilməsini, qadınlar və kişilər üçün pensiya

yaşının mərhələlər üzrə bərabərləşdirilməsini), məcburi sosial sığorta

haqqının ödənilməsi müddətini (minimal müddətin artırılmasını),

işəgötürənlər və işçilər tərəfimdən ödəniləcək sosial sığorta

ödəmələrinin payını (bu payın tədricən bərabərləşdirilməsini), pensiya

məbləğinin hesablanmasını (nəzərə alınmış illərin sayı və istinad edilmiş

əmək haqqı) və mümkün indeksasiyanı müəyyən edəcəkdir. Sosial

pensiyalar və sosial sığorta haqlarına əsaslanmayan pensiyalar dövlət

büdcəsi hesabına həyata keçiriləcəkdir.

Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra

orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılmasını, fərdi

uçotun işlənilməsini və həyata keçirilməsini, pensiyaların təmin

edilməsini və ödənilməsinə nəzarəti, gəlirlərin və pensiya xərclərinin

səviyyələrində dəyişikliklər haqqında statistik məlumatların yığılması

ilə bağlı işləri həyata keçirəcəkdir.

Sosial sığorta sistemində həyata keçirilməsi nəzərdə tutulmuş

islahatların ən çox vəsait tələb edən hissəsi fərdi uçotlara

- 159-

Page 160: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əsaslanan pensiyaların və sosial sığorta sahəsində idarəetmənin

avtomatlaşdırılmış sisteminin yaradılması və həyata keçirilməsidir. Bu

sahədə böyük sərmayələr tələb olunur. Hökümət artıq Azərbaycanda

fərdi uçotun həyata keçirilməsinə imkan verəcək qanunvericilik

hazırlamış və AB MDBTY Proqramının köməyi ilə bəzi hazırlıq işləri

yerinə yetirilmişdir. Fərdi uçot sisteminin tətbiq olunması

planlaşdırılmalıdır və bu, informasiya texnologiyası baxımından olan

ehtiyaclara aiddir. İnformasiya texnologiyası planı zəruri avadanlıq və

proqram təminatım, məlumat göstəricilərinin idarə olunması

metodlarını və maliyyə mənbələrini müəyyən edəcək. Nümunə model

ofisə əsaslanaraq, hökümət yeni, tam avtomatlaşdırılmış inzibati sistem

üçün ehtiyacların öyrənilməsini planlaşdırır. Amma arzu olunan

sistemin yaradılması və həyata keçirilməsi üçün hökümətə əlavə yardım

olacaqdır. Fərdi uçotların saxlanılmasına və idarə olunmasına imkan

verən inzibati sistem haqlarının ödənişi üçün stimullar yaratmaqla, onu

maliyyə cəhətdən daha davamlı etməklə, müavinətlərin formuluna

yenidən baxıla bilər.

Sosial yardım xidmətləri üzrə hökümətin əsas vəzifəsi ün-

vanhhğm səmərəliliyini artıran, ən yoxsul və zəif qruplara kömək edən

və yeni dövlət kommunal siyasətlərinin təsirini qısa vaxt ərzində

yüngülləşdirən səmərəli təhlükəsizlik strategiyasını müəyyən etməkdir.

Sosial yardım sistemində islahatların əsas məqsədləri aşağıdakılardır:

1. Sosial müavinətlərin ünvanhhğmm, səmərəliliyinin və effektli

olmasının təmin edilməsi;

2. Sosial yardım sisteminin inkişaf edən bazar şəraitinə uy-

ğunlaşdırılması, idarə olunması və inzibatçılığı təkmilləşdirməklə, onun

səmərəliliyinin artırılması.

Hökümət sosial yardım sisteminin islahatı sahəsində artıq

müəyyən işləri həyata keçirmişdir. Belə ki, AB MDBTY proqramının

köməyilə bu sahədə nəzərdə tutulan bir sıra tədbirlərin sınaqdan

keçirilməsi üçün pilot layihə hazırlanmışdır. Daha təkmil ünvanlı sosial

yardım sisteminin yaradılması üçün aşağıdakı altı fəaliyyət istiqaməti

müəyyən edilmişdir:

160

Page 161: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

1. Səmərəli inzibati strukturun yaradılması; 2. Ünvanlı sosial yardım siyasəti üçün zəruri olan hüquqi bazanın

yaradılması; 3. Sosial Yardım Strategiyası Sənədinin hazırlanması; 4. Daha yoxsul və həssas əhali qruplarının müəyyən edilməsi

üçün ünvanhhq mexanizmlərinin hazırlanması; 5. Kommunal xərclərin ağır təsirinə qarşı yoxsul əhali üçün

uyğun kompensasiya sisteminin yaradılması; 6. Sosial yardım siyasətinin işlənib hazırlanması və həyata

keçirilməsi üçün monitorinq və qiymətləndirmə sisteminin yaradılması. Qeyd olunan bütün istiqamətlər eyni prioritetə malikdir və demək

olar ki, onların eyni vaxtda həyata keçirilməsi nəzərdə tutulur. Sosial yardım islahatlarının həyata keçirilməsində əsas məqsəd

subsidiyaların və kiçik müavinətlərin ləğv olunması və onların yoxsul ailələrə ünvanlanmış sosial yardım müavinətləri ilə əvəz edilməsidir. Sosial yardım müavinətlərinin sığorta tipli müavinətlərdən ayrılması üçün onun yalnız dövlət büdcəsindən maliyyəlləşdirilməsi nəzərdə tutulur. Strateji sənədin hazırlanması təkmilləşdirilmiş sosial yardım sisteminin hazırlanmasında birinci addımdır və sosial yardım siyasətinin ümumi məqsədlərini əhatə edir. Belə ki, hər şeydən əvvəl, sosial yardım sisteminin səmərəliliyini dəyərləndirməyə imkan verəcək monitorinq göstəriciləri müəyyən edilməlidir. Nəticədə ünvanlanmış müavinətlərin təkmilləşdirilmiş siyahısı olacaqdır. Gözlənilən dəyərləndirmə və sosial büdcənin müəyyən edilməsi üsulları yeni müavinətlərin məbləğini və xərclərini müəyyənləşdirməyə kömək etməklə, müavinətlər üçün müəyyənləşdirmə qaydalarını tətbiq edəcəkdir. Dövlət büdcəsinin məhdudluğunu nəzərə alaraq, yeni sosial yardım müavinətləri (məbləği və müəyyənləşdirmə qaydaları) gələcəkdə hökümətin maliyyə imkanlarına əsaslanacaqdır.

Sosial müdafiə sektorunun islahatı üçün müəyyən olunmuş əsas siyasət və prioritetlərindən biri sosial yardım müavinətlərinin ünvanhhğmı təkmilləşdirməkdən ibarətdir. Mövcud vəsaitlərin məhdudluğu səmərəli təhlükəsizlik şəbəkəsi siyasətini təmin etmək

- 161

Page 162: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

üçün daha yaxşı ünvanlılıq və əhalinin ən yoxsul və zəif qruplarına çatmağı tələb edir. Adam başına düşən gəlirin hədlərini müəyyən etmək üçün yoxsulluq haqqında daha dəqiq məlumat lazımdır. Əgər məqsəd ailədə adambaşına düşən gəliri müəyyən səviyyəyə çatdırmaqdadırsa, onda bu səviyyə maliyyə məhdudiyyətlərini nəzərə almaqla müəyyən olunmalıdır. Hazırda bunun üzərində iş aparılır, gələcəkdə bu iş daha da inkişaf etdiriləcəkdir. Sosial yardımın digər prinsipi inzibati sadəlikdir: müavinət üçün ərizə vemıək və müavinəti almaq hüququnun qiymətləndirilməsi mümkün qədər sadə və şəffaf olmalıdır. Müavinət hüququnun kimlərə verilməsini müəyyənləşdimıək üçün yeni sistem hazırlanmalı və tətbiq olunmalıdır. Bu sistemə görə ünvanlılıq bundan sonra «kateqoriyalar» əsasında müəyyən edilməməlidir. Məşğulluğun qeyri-rəsmi sektorda genişlənməsinə baxmayaraq, orada daxilolmaların və rəsmi gəlirin müəyyənləşdirilməsi çox çətindir. Bu baxımdan, ehtiyacların öyrənilməsindən istifadə etməklə alternativ təqribi yanaşmaların hazırlanması və aparılması vacib hesab edilir.

Bu sənədin son bölmələrində qısa və orta müddətə həyata keçiriləcək tədbirlərin müəyyən edildiyinə baxmayaraq, dövlət kommunal xidmətlər sektorunda nəzərdə tutulmuş islahatların təsirini yüngülləşdirmək üçün qısamüddətli strategiyanın hazırlanması planlaşdırılır. Enerji sektoru öz müştərilərinin ödənişlərinin səviyyəsini təkmilləşdimıək və daha real qiymət səviyyəsini əks etdirmək məqsədilə gələcəkdə enerji qiymətlərini tədricən artırmağı nəzərdə tutur. Ödənişlərlə bağlı məcburiyyətin artırılması yoxsullara daha çox təsir edəcəkdir. Enerji qiymətlərinin artırılması isə, onların yaşayış səviyyələrinə və digər əsas tələbat mallarının istehlakı üçün lazım olan gəlirə daha ciddi təsir göstərəcəkdir. Ona görə də hökümət kommunal xidmətlərlə bağlı güzəştlərin ləğv edilməsini kompensasiya edəcək müavinətlərin ayrılması üçün ilkin şərtləri müəyyənləşdirən araşdımıanın həyata keçirilməsinə təşəbbüs göstərir. Nəticələr təklif olunacaq yardım növü, həmçinin faydalanacaq ünvanlanmış qrupla bağlı təkliflərlə birlikdə siyasət sənədində öz əksini tapacaqdır. Kompensasiya yalnız müvəqqəti köməkdir və yuxarıda göstərildiyi kimi, onun digər sosial müavinətlərlə birlikdə yenidən baxılması nəzərdə tutulur.

- 162-

Page 163: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BÖLMƏ IV: SOSİAL SAHƏLƏRİN MENECMENTİ

FƏSİL /. MENECMENT FƏALİYYƏTİNİN SOSİAL SAHƏDƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ

Sosial siyasətin reallaşmasında menecment funksiyası

Sosial inkişafın və yoxsulluğun ləğvi üçün yaşayış minimumu,

onun əsas meyar və göstəriciləri mühüm rol oynayır. Əhalinin həyat

səviyyəsi yoxsulluğun həddi və onun maddi-əşya strukturu, yəni

əhalinin istehlakı ilə müəyyənləşir.

Minimum istehlak büdcəsi fizioloji tələbat üçün zəruri olan maddi

və mənəvi nemətlər çoxluğu ilə müəyyənləşir. Ona görə də yaşayış

minimumunun hesablanması, onun iqtisadi inkişafla əhalinin həyat

səviyyəsi və yoxsulluğun ləğvi üçün istifadəsi metodoloji və metodiki

tədbirlər və üsullar tələb edir.

Yaşayış minimumunun mahiyyəti, onun istifadəsi, həyat səviyyəsi

və sosial müdafiə məqsədləri üçün əhəmiyyətlidir.

Bu baxımdan yaşayış minimumunun mahiyyətini, tədqiqi, onun

tərtibi və proqnozunun metodikası, həmçinin istifadəsi planlaşma və

proqnozlaşdırma üçün istifadəsi məsələlərinə baxılır.

Yaşayış minimumu qanununun əsas prinsipləri yaşayış minimumu

və əmək haqqı, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi

istiqamətləri verilir.

Yaşayış minimumunun-dövlət sosial siyasətində rolunu nəzərə

almaqla tərtibi və istifadəsi mexanizmləri verilir.

Həyat səviyyəsinin qütbləşmə səviyyəsi ümumi inkişafı ləngidir.

Dövlətin əsas vəzifəsi elmi və obyektiv əsaslarla formalaşmış

qütbləşməni tənzimləməklə ümumi inkişaf üçün şərait yaratmaqdır.

Ədalətli sosial-iqtisadi inkişaf qütbləşmədə inhi- sarçıhğı və

bürokratçıhğı, korrupsiyanı və rüşvət amillərini sıfıra endirmək, azad

rəqabət, təşəbbüskarlıq və şəffaf gəlirləri yaratmağa imkan verən

stimullar yaratmaqdan ibarətdir. Yaşayış səviyyəsi iki əsas müstəvidə

öyrənilməlidir: orta təminat səviyyəsi

- 163-

Page 164: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və az təminatlı sosial qruplar üzrə. Cəmiyyətdə az təminatlılıq təbii

proses olmaqla onun həddini azaltmaq və əhalinin o həddə düşməsinin

qarşısını almağa təminat verən mexanizmlərini yaratmaqdan ibarətdir.

Yaşayış səviyyəsi üçün orta təminat səviyyəsi iqtisadi sabitliyin və

dinamizmin ilkin şərtidir.

Sosial sahələrin idarə edilməsi kommersiya fəaliyyəti olmaqla

yanaşı az təminatlı ailələrin sosial tələbatının ödənilməsi vəzifələrini

yerinə yetirir. Ona görə də menecment baxımından sosial sahələrdə

məqsəd əhalinin rifahının yüksəldilməsi, qeyri- dövlət və dövlət

sektorunda idarəçilik prinsiplərinin təkmilləşdirilməsi əsas götürülür.

Sosial müdafiə məqsədi ilə idarəçilik funksiyası ünvanlı, məqsədli

və resurs baxımından tarazlılıq prinsipi ilə həyata keçirilir. Hər bir

sahənin özünün xarakteri və idarəçilik xüsusiyyətləri mövcuddur. Belə

ki, istehlak modeli əsasında sosial sahələr funksional və təminat prinsipi

əsasında qurulur.

Bazar iqtisadiyyatına keçid istehlak sferasının formalaşmasına və

onun dinamikasına təsir edir. Yeni istehlak strukturası meydana gəlir.

Əhalinin tələbatının ödənilmə dərəcəsi də dif- ferensiasiya daha da

gərinləşir.

Əhali istehlakına iqtisadi, sosial və təşkilati tədbirlər təsir edir.

Onun foiTnalaşması, demoqrafik milli xüsusiyyətlər ərazi quruluşu ilə

müəyyən olunur. Bu amillərin kompleks təhlili, gəlirlərlə istehlak

arasında əlaqənin öyrənilməsi, onun proqnozunun elmi əsasını verir.

İstehlak dinamikası və strukturu büdcə kimi fonnalaşır. Əhali büdcəsi

onun istehlakmm təmin edən dövlət büdcəsinin bölünüb istifadəsi

formasında meydana çıxır. Əhali büdcəsinə təsir edən daxili iqtisadi

sistemdir. Qiymət, vergi, mal təklifi əhali büdcəsinin reallaşmasına təsir

edir. Əhalinin istehlak etdiyi maddi və mənəvi nemətlərin miqdarını

artırır.

Bu tədbirləri nəzərə almaqla menecment funksiyası əhali

istehlakmm sahə quruluşunun, onun marketinq qruluşunun

təkmilləşdirilməsi, yeni sahələrin meydana gəlməsi üçün yollar

axtarmaqla proqnozlar verməklə həyata keçirilir.

- 164-

Page 165: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Menecment funksiyası, sosial sahədə tənzimləmə və idarəetmə

elementi kimi təsvir olunur. Sosial sahələri təhlil etməklə idarəetmə

metodlarının təkmilləşdirilməsi mexanizmləri verilir.

Sosial siyasət keçid dövründə Azərbaycan iqtisadiyyatının inkişaf

konsepsiyasının tərkibi olub, əhalinin rifahı və onun tələbatının

ödənilməsi mənbələrinin tənzimlənməsinə və idarə olunmasına yönəlir.

Sosial inkişaf hər bir iqtisadi tədbirin effekti, sosial təminatın, iqtisadi

artım konsepsiyasının amili kimi baxılır. Sosial inkişaf, sosial

problemlər, sosial tədbirlər və proqramlar sosial siyasətin əsas dominantı

olub, respublikanın iqtisadi inkişafı, onun mövcud islahalar şəraitində

tələbatının ödənilməsi və sosial müdafiəsinin konkret yolları ilə reallaşır.

Respublikanın iqtisadi inkişafının sosial nəticələri əhalinin həyat

səviyyəsinin yüksəldilməsində, yeni iş yerlərinin açılması və sosial

ehtiyacların konkret ödənilməsi yolları ilə müəyyən olunur. Sosial

tədbirlər mikrosəviyyədə tələbatın ödənilməsi imkanları, onların

amilləri və təşkilati- idarəetmə tədbirlərin məcmusu kimi formalaşır.

Mikroiqtisadi sosial araşdırmalar sosial siyasətin reallaşma obyektləri

üzrə və sosial idarəetmə orqanlarının strukturu, həmçinin ərazi, sahə və

özünü idarəetmə metodlarının sistemi ilə təmin olunur. Sosial siyasətin

hüquqi bazası mövcud qanunvericiliklə hər bir iqtisadi qanunun sosial

nəticələrini tənzimləməklə idarə olunur. Sosial sahələrin tənzimlənməsi,

iqtisadi, təşkilati və hüquqi əsasların təminatı ilə həll olunur.

Sosial inkişaf, həmçinin bazar iqtisadiyyatı şəraitində xüsusi

vəsaitlər, yerli (bələdiyyə) büdcələri və əhalinin vəsaitləri hesabına da

təmin olunur. Dövlət büdcəsinin sosial yönlüyü onun xərclərindəki

sosial sahələrə ayrılan vəsaitlə müəyyən olunur.

Sosial sahələrin tənzimlənməsi iqtisadi qanunlar sistemi ilə

müəyyən olunur. Ölkə Milli Məclisi son 10 ildə islahatların hüquqi

əsasını yaratmaqla bazar iqtisadiyyatı və dünya federasiyasına daxil

olmaq üçün kompleks qanunlar sistemi yaratmışdır. Ölkə prezidentinin

təşəbbüsü ilə Milli Məclisə təqdim olunan qanun layihələrində ölkənin

iqtisadi və sosial

- 165-

Page 166: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təhlükəsizliyini, müstəqilliyi yeni milli bazar strukturlarının

formalaşması üçün tövsiyyələr və konkret qanun layihələri təqdim

olunur. Qanunlarda vəzifə və funksiyalarına görə istehsal, bölgü,

mübadilə və istehlak münasibətlərin, hüquqi və fiziki şəxslərin rifahı,

əmək şəraiti, sosial müdafiə tədbirləri və reallaşma mexanizmləri əks

olunur. Sosial qanunlar həmçinin hüquqi münasibətlərin nəticəsi və

maddi əsası kimi ədalət prinsiplərini tənzimləmək üçün istifadə olunur.

Əmək şəraiti, əmək haqqı, sosial təminat, gəlir vergisi, sosial sığorta,

dövlət büdcəsinin proqnozu və istehlak səbəti, ailə məcəlləsi və ailə

büdcəsi, minimum yaşayış səviyyəsi və ayrı-ayrı sosial sahələrin, təhsil,

mədəniyyət və səhiyyənin, ekoloji mühitinin tənzimlənməsi qanunları

sosial inkişafın qanunvericilik bazasıdır. Bu qanunlar sosial inkişafın

konsepsiya, metodologisi və proqnozlaşdırılması zamanı dövlət, əhali

və sahibkarlıq münasibətlərini tənzimləyir. Sosial sahələrin

tənzimlənməsi dövlətin sosial siyasətinin və iqtisadiyyatın əsas

istiqamətləri üzrə həyata keçirilir. Əhalinin həyat səviyyəsi istehsal,

bölgü, mübadilə və istehlak mərhələlərinə təsir edən tədbirlər məcmusu,

effekti ilə müəyyən olunur.

Sosial sahələrin tənzimlənməsi iqtisadi qanunlar sistemi ilə

müəyyən olunur. O cümlədən, sahələr, ərazi və funksional qanunlar

sisteminin daxili sosial aspektləri və ümumi prinsipləri mövcuddur.

Yerli gəlirlərin formalaşması prinsiplərinin aşağıdakı

istiqamətlərdə təkmilləşdirilməsi məqsədə uyğundur;

1. Yeni büdcənin gəlirləri bələdiyyə mülkiyyətinə daxil olan

əmlakdan və fəaliyyətindən tutulan vergilər və rüsumlar, müxtəlif

subyektlərdən ödəmələr hesabına formalaşır.

2. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan

dotasiyalar və subvensiyalar bələdiyyə büdcəsinin kəsirini ödəmək

mənbəyi kimi istifadə olunur.

3. Yerli büdcənin xərclərinin bələdiyyə orqanlarında saxlanılması,

sosial müdafiə, ərazi və sosial-iqtisadi inkişaf proqramlarının

maliyyələşdirilməsi üçün bələdiyyə orqanları tərəfindən gəlirləri nəzərə alaraq müəyyən olunur.

166

Page 167: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

4. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün dövlət

orqanlarından ayrılan vəsait maliyyə balanslarında, gəlir xərclərində

ayrıca şərh olunur.

5. Dövlət büdcəsindən dotasiyaların son həddi adam başına düşən

dövlət büdcəsi xərcləri səviyyəsindən yuxarı olmayaraq

proqramlaşdırılır.

Ümumi Daxili Məhsulun sahə strukturu, onun istehlak strukturu,

dinamikası büdcə gəlirlərinin mənbələrini və xərclərin istiqamətlərini

müəyyən edir.

Dövlət büdcəsinin formalaşması Ümumi Daxili Məhsulun

bölgüsü və yenidən bölgüsü mexanizmləri ilə reallaşır. Təbii ki, bu

mexanizmlərin əsaslandırılması prinsipləri və kəmiyyəti dövlət

büdcəsinin həcmini, onun artımını və strukturunu formalaşdırır. İlk

növbədə, ÜDM-un hansı hissəsinin məhz dövlət büdcəsi vasitəsilə

yenidən bölgüsünü təmin etmək, yaxud dövləti bəzi yüklərdən azad

etməklə liberal iqtisadi strategiyanın inkişaf etdirilməsi problemləri

qanunvericilikdə nəzərə alınır. Birinci problem müəssisə və

sahibkarların məhsulunun özündə qalan hissəsi ilə təmin olunur. İkinci

problem müəssisə və əhalidən tutulan vergi və ödənişlər dövlətin büdcə

vəsaitini müəyyən edir. Hər iki istiqamətin effekti ölkə iqtisadiyyatının

iqtisadi addımında olan rolu ilə ölçülməlidir. Beli ki, bölgü və yenidən

bölgü və ya digər sahəyə üstünlük verilməsi son nəticədə istehlak effekti

ilə ölçülərsə, istehlak effektinin hesablanmasında, istehlakm

formalaşmasında büdcə vəsaitinin və xüsusi vəsaitlərin rolunun olması

ilə təhlil oluna bilər. Azərbaycan Respublikasının maliyyə balansını

1998-ci il səviyyəsində 2,3 milyon manatı dövlət büdcəsinin gəlirlərinə

yazmaq olar. Müəssisə və təşkilatların özünün maliyyələşdirilməsi,

onun amortizasiya siyasətinin mənfəətin istifadəsində sərbəstliyini

artırır. Beləliklə, builki strateji inkişaf dinamikasında vergi siyasətini

yumşaldan ümumi təhlükəsizlik xərcləri və dövlət himayəsində olan

istiqamətləri azaltmağa, müəssisə və təşkilatların resurslarını artırmaq,

yaxud əksinə inkişaf meyli tapılmalıdır.

167

Page 168: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Büdcə təhlili, onun iqtisadi artımla yanaşı aparılmasını və bu məqsədlə büdcə təsnifatı ilə sahə funksiyasının iqtisadi artım təsnifatı arasında sistemli, kompleks formada aparılmalıdır. Büdcə gəlirlərinin təhlilinin artımı ÜDM-un artımı, gəlirlərin sahə quruluşu, mülkiyyət üzrə formalaşma dinamikası və bazar tipli sosial təyinatlı, məqsədli və vergi gəlirləri üzrə aparılır. Konseptual baxımdan dövlət büdcəsinin son həddinin əsaslandırılması və onun təminatı üçün mexanizmlər sistemi qarşılıqlı əlaqədə tədqiq olunur. Fikrimizcə, ölkəmizdəki problemlərin həlli prizmasından büdcə təhlili və proqnozu aparılmalıdır.

1. İnvestisiya və iqtisadi artım, büdcə siyasəti və vergi arasında o məntiqi təhlil və dəyişmə meyllərinin bir-birinə təsiri qiymətləndirilir.

2. Sahibkarlıq və vergi arasında təsir və əks təsir effekti qiymətləndirilməli və uyğun olaraq vergi siyasəti formalaşmalıdır.

3. İdxal və ixrac siyasətinin dinamikası, onun vergi yığımına və daxili istehsala təsirinin qiymətləndirilməsi və gömrük siyasəti normalaşmahdır.

4. Sosial siyasət və büdcə, vergi, pul, kredit siyasəti arasında tarazlılıq və əhalinin yaşayış təminatının istiqamətləri müəyyən edilməlidir.

5. Dövlət büdcəsinin quruluşunda sahələr və neft amilinin rolu, onun daxili tələbat və xarici satılma problemlərində istifadə olunan əsaslı iqtisadi tədbirlərin proqnozu verilməlidir.

6. Ölkənin maliyyə-kredit siyasətinin əsas istiqamətlərinə uyğun olaraq qiymətli kağızlar, özəlləşdirmə, pul və valyuta ehtiyatlarının tənzimlənməsi siyasəti əsaslanmalıdır.

Vergi qanunları sahibkarlığın inkişafına stimul yaradır. Əhali gəlirləri maddi təminat və istehlakm formalaşmasının əsas

amili olub dövlət büdcəsinin istifadəsi və digər xüsusi vəsaitlərin bölgüsü hesabına formalaşır. Ona görə də gəlirlərin tənzimlənməsi ayrı-ayrı mənbələrin, əhalinin ümumi gəlirlərinin formalaşmasında rolu ilə qiymələndirilməlidir. Əhali gəlirlərinin tənzimlənməsi nominal və real gəlirlərin formalaşmasına və dinamikasına təsir edən tədbirlərin bazar iqtisadiyyatı tələbinə

168

Page 169: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

uyğunluğu, gəlir, qimyət, istehlak arasında nisbətlərin tənzimlənməsi ilə müəyyən olunur.

Gəlirlərin deklarasiyası əhalinin təminat səviyyəsinə uyğun olaraq gəlirlərin formalaşma dinamikasına, qanunauyğunluqlarına və gəlirlərin artırılması meyllərini aşkar etməyə yönəldiyi kimi əhali gəlirlərini qiymətləndirmək üçün aşağıdakı gəlir formalarını ölçmək vacibdir. Bu metod dövlərin bölgü və yenidən bölgü siyasətini formalaşdırmağa əsas verir.

MəcmuLi gəlirlər il ərzində bütün mənbələr hesabına əhalinin büdcəsində

və istehlakında sərf olunan pul, natural formada gəlirlərdir.

Pul gəlirləri il ərzində əhalinin və onun ayrı-ayrı kateqoriyalarının pul formasında əldə etdiyi gəlirlərdir.

Natural gəlirlər il ərzində əhalinin şəxsi təsərrüfatından, ictimai və kollektiv təsərrüfatdan və digər mənbələrdən əldə etdiyi natural istehlak şeylərinin məcmusudur.

Əhali xərcləri istehlak, yığım, tərpənməz əmlak yaratmaq, dövlət, ayrı-ayrı hüquqi və fiziki şəxslərlə ödəmələr, vergilər yardımlar üçün istifadə olunan vəsaitlərdir. Əhali yığımı gəlirlərin əmanət banklarında, evdə saxladıqları hissəsidir. Əhalinin alıcılıq qabiliyyəti pul gəlirləri ilə məhdudlaşan əmtəə və xidmət çoxluğudur. Qiymət indeksi əmtəə və xidmətlərin qiymətinin dəyişmə dinamikasıdır. İndekslər, dövrə və hər hansı etalon əmtəə və xidmətə görə hesablanır.

İstehlakm quruluşu məcmu istehlakm formalaşmış mənbələrinə, forma və təşkilati quruluşuna görə strukturunu müəyyən edir.

Hüquqi və fiziki şəxslərin gəlirləri il ərzində istehsalat və xidmət hesablarına əldə olunmalıdır. Əldə olunan məcmu məhsulun bazar qiymətlərinə uyğun olaraq qiymətləndirilməsi dəyərindən maddi məsrəflərin çıxıldığından sonra əldə olunan hissəsi ilə məhdudlaşır.

Gəlirlərin deklorasiyası xərclərin iqtisadi əsasını müəyyən edir. Gəlirlərin və istehlakm kəmiyyəti, strukturu və tarazlığı nəzarət prinsipini gücləndirir. Əhalinin gəlirlərin vergiyə cəlb olunmasında həyata keçirilən tədbirlər bazar tipli vergilərin.

- 169-

Page 170: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

vergi gəlirlərinin strukturunda xüsusi çəkisinin artmasına səbəb olur.

Digər tərəfdən az təminatlı əhalinin gəlirlərinin vergiyə cəlb olunan

həddi yüksəldikdə onların həyat səviyyəsinin aşağı düşmə meyli azalır.

«Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi» haqqında

Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr

edilməsi barədə tətbiq olunan vergi şkalası aşağıdakı kimidir.

Cədvəl IV. 1.1.

Vergi tutulan aylıq gəlirlin məbləği Vergi məbləği

150000 manatadək Vergi tutulmur

150000 manatdan 300000 manatadək 150000 manatdan çox olan məbləğin 14

faizi

300000-dən çox olduqda

399000 manat +3000000 manatdan çox

olan məbləğin 35%-i

Cədvəl IV. 1.2.

Vergi tutulan aylıq gəlirlin məbləği Vergi məbləği

1800000 manatadək Vergi tutulmur

1800001 manatdan 36000000

manatadək

1800001 manatdan çox olan

məbləğin 14 faizi

36000000manatdan olduqda

4788000 manat +36000000

manatdan çox olan məbləğin

35%-i

Sosial sahələrin inkişafının maliyyə əsasının dövlət büdcəsi,

bələdiyyə büdcəsi və əhalinin özünün vəsaiti hesabına formalaşması ailə

büdcəsi təşkil edir. Ona görə də büdcə sisteminin təkmilləşdirilməsi, əhalinin istehlakı və sahibkarlıq haqqında

170-

Page 171: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qanunlar birbaşa, dolayısı yolla əhalinin istehlakı və sahibkarlıq

haqqında qanunların, sosial inkişafın maliyyə əsasını təşkil edir.

Bələdiyyə maliyyəsi əsasları haqqında qanun bələdiyyələrə verilmiş

sosial kreditlərin, bankların hesabına xərclərin və daxili borcların

azalması hesabına sosial xərclər və sosial müdafiə xərcləri artırılır.

Vergi yükünün azaldılması, o cümlədən mənfəət, əlavə dəyər, aksiz

vergilərinin azalması, vergiyə cəlb olunan bazanın genişləndirilməsi

hesabına vergi gəlirlərinin təmin olunması meyli gözlənilir.

Sosial məsələlər Azərbaycan üçün daha da öndə duran inkişaf

strategiyası olub, respublikanın daxili imkanlarını, əhalinin sosial

vəziyyətini və inkişaf strategiyasını nəzərə alaraq əsas aşağıdakı

vəzifələri əhatə edir:

- əhalinin əmək, istirahət, sosial müdafiə, məhsul, sağlamlığının

qorunması, mədəniyyət və mənzil təminatı sahəsində konstitusiya

hüquqlarına qarantiya verilməsi;

- Azərbaycan əhalisinin 90%-nin həyat səviyyəsinin aşağı

göstəricilərə malik olduğunu nəzərə alaraq hər il artan templə onların

yaşayış səviyyəsinin və həyat şəraitinin yaxşılaşdırılmasının intensiv

orta meyllərini təmin etmək;

- yüksək işsizlik səviyyəsi və iş yerlərinin işçi qüvvəsinin artımına

zidd olaraq azalması meyllərini dayandırmaqla, dayanıqlı, effektli iş

yerləri ilə əhalinin tələbatını ödəmək;

- əhalinin əmlakının və yığımının xüsusi sahibkarların varidatının

yığıma sərf olunmasına stimul yaratmaq üçün zəmanət mexanizmləri

yaratmaq və sosial qanunverici normativ aktları artırmaq;

- bazar iqtisadiyyatının sosial nəticələrini nəzərə alaraq sosial

inkişafın prioritet istiqamətlərini qiymətləndirib, büdcənin sosial

məqsədlər üçün xərclərinin düzgün bölgüsünə və onun islahatlarına

yönəldilməsini sürətləndirmək;

- sosial infrastrukturun kəmiyyət və keyfiyyət dəyişmələrinin

bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılması və əhalinin tələbatının

ödənilməsi dərəcəsində rolunun artırılması;

- 171 -

Page 172: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- əhali istehlakınm həcmi və strukturunun inkişaf etmiş dövlətlər səviyyəsinə və milli xüsusiyyətləri nəzərə alaraq optimal istehlak davranışı modelinə uyğun tənzim olunması;

- əhalinin az təminatlı hissəsinin sosial müdafiəsi və yaşayış minimumu səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin müntəzəm olaraq iqtisadi islahatlar kontekstində istifadə olunması;

- Azərbaycan üçün xarakterik olan sinfin yaranması tədbirlərinin hazırlanması;

- gəlirlərin səviyyəsində və əhalinin həyat səviyyəsində əmək gəlirlərinin xüsusi çəkisinin artım tempi qərarlaşmalıdır. Əmək gəlirlərinin artması əmək aktivliyini artırır və istehsalın artımına səbəb olur;

- gəlirlərin bölgüsündə ədalət prinsipləri təmin olunmalıdır. Əhalinin gəlirlərinin mənbələri üzərində vergi nəzarəti təmin olunmaqla yenidən bölgü və əhalinin real istehlakı üzərində dövlət mexanizmi effektlə təmin olunmalıdır. Gəlirlər və xərclər arasında uyğunluq istehlak ilə əmlak arasında formalaşmış daxili əlaqəni tənzim etmək üçün istifadə oluna bilər;

- əmək prosesindən sahibkarlıq və fərdi gəlirlərin, sosial proqramların, az təminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə, büdcədən maliyyələşdirilən sahələrin inkişafına yönəldilməsinə stimul yaradılması;

- yaşayış minimumunun əhali gəlirləri və istehlakı sistemindən istifadəsi üçün qanunvericilik bazası möhkəmlənməlidir. Yaşayış minimumunun hesablanması metodikası təkmilləşməli, istehlak strukturunun təkmilləşdirilməsi, xərclərin tənzimlənməsində yaşayış minimumundan istifadə mexanizmi göstərilməlidir.

Əmək haqqının differensasiya sistemi büdcə təşkilatlarında vahid tarif sistemi əsasında əməyin xarakterini, onun klasi- fikasiya səviyyəsini və cəmiyyət üçün faydahhğmı stimullaşdırmaq məqsədi ilə tənzimlənməlidir. Büdcədən maliyyələşdirilən əmək haqqı sistemi, istehlak məhsullarının qiymətlərinin dəyişməsi və dövlət sektorunda əmək haqqının artım tempini nəzərə alaraq təkmilləşdirilməlidir. Bu büdcədən maliyyələşən sahələrinin iqtisadi sistemdə rəqabət qabiliyyətini artırır.

172-

Page 173: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

özəlləşdirmə prosesi və rəqabət nəticəsində müəssisələrin

müflisləşməsi və yenidən qurulması şəraitində baş verə bilən daimi

işsizliyin qarşısının alınması, Azərbaycanın daxili resurslarının isifadə

perspektivini nəzərə alaraq yeni iş yerlərinin, fərdi istehsal fəaliyyətinin

və ev təsərrüfatının məqsədəuyğunluğunu nəzərə alıb, təşkilati-iqtisadi,

maliyyə-investisiya tədbirləri həyata keçirməklə tam məşğulluğun

həllini təmin edir.

İqtisadiyyatın struktur dəyişmələri əmək ehtiyatlarının strukturu

və ixtisaslı kadrların istifadəsi baxımından işlənməlidir. İş yerlərinin

təşkili və məşğuliyyət məsələsinin yerli idarəetmə orqanları tərəfindən

tənzim olunması məqsədə uyğundur.

Yüksək ixtisaslı kadrların respublikadan axını və respublikaya

gələn iş adamlarının fəaliyyətinin tənzimlənilməsində respublikanın

dövlət mənafeliyini təmin edən maliyyə-vergi tədbirləri işlənməlidir.

Pensiya təminatı sahəsində əhalinin bu kontingentinin həyat

səviyyəsinə zəmanət prinsipləri qanunvericilik əsasında

möhkəmlənməlidir. Dövlət pensiya sistemi əhalinin yaşayış səviyyəsi

standartları və büdcə imkanlarını nəzərə alaraq tənzim olunmalıdır.

Pensiya sistemi təkmilləşdirilməli və pensiyaçıların həyat tərzi yaşayış

minimumu standartları səviyyəsində təyin olunmalıdır. Pensiyaların

minimum səviyyəsi yaşayış minimumu üçün lazım olan istehlak şeyləri

ilə müəyyən olunub və hər il uyğun olaraq indeksləşdirilməlidir.

Pensiyanın verilməsində yuxarı həddin aradan götürülməsi,

pensiyanın əmək haqqı ilə birbaşa asılılığını xarakterizə edir və

pensiyanın stimul yaratmaq funksiyasını reallaşdırır. Pensiyanın

təşkilində pensiya fondunun əsas mənbələrinin müəyyən edilməsi

vacibdir.

Səhiyyə sahəsində siyasətin əsas vəzifəsi əhaliyə tibbi yardımın

həyat fəaliyyətinin, sanitariya-epidemioloji şəraitinin yaradılmasını

əhatə edir:

- Səhiyyə sahəsində siyasətin əsas vəzifələrinin reallaşması bir sıra

təşkilati-iqtisadi, sosial-maliyyə və texniki tədbirlərin həyata keçirilməsi

ilə bağlıdır;

173

Page 174: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Səhiyyə xidmətinin əhali tələbatına uyğun inkişafı və

yerləşdirilməsi, səhiyyənin daxili struktur əlaqələrinin optimal təşkili və

idarə olunması. O cümlədən ilkin səhiyyə yardımı və sonrakı səhiyyə

xidməti növləri arasında optimal əlaqə formalarının təşkili;

- Əhalinin səhiyyə yardımına olan hüquqlarının qorunmasını

təmin edən qanunverici aktların işlənməsi;

- Səhiyyədə profilaktik və bərpa tədbirlərinin ön plana keçirilməsi

ilə yanaşı, xəstələnmə və ölüm səviyyəsinin aşağı salınmasına nail

olmaq üçün tədbirlərin həyata keçirilməsi;

- Səhiyyənin maddi, maliyyə imkanlarının effektli istifadəsi

yollarının axtarılması, rəqabətqabiliyyətli mühit yaratmaqla insanların

maddi vəziyyətindən, xəstələnmə dərəcəsindən asılı olaraq seçmə

qabiliyyəti yaratmaq vacibdir. Səhiyyənin daxilində əmək haqqı

səviyyəsi və tibbi dərmanlarla təminat, dövlət təminatı ilə qeyri-dövlət

müəssisələri arasında sağlam rəqabətin təşkili tədbirlərini həyata keçirir.

Mənzil təminatı sosial tələbatın ödənilməsinin mühüm

mənbəyidir.

Mənzil tikintisi, bölgüsü və istifadəsinin iqtisadi və sosial

problemləri bu sahənin inkişafının siyasətidir. Bu istiqamətdə

aşağıdakılar inkişaf etdirilir:

Mənzil fondunun tərkibində xüsusi mənzil üstün olaraq artır,

mənzil bazarında xüsusi mənzillərin ilkin kapital olaraq sonrakı mənzil

şəraitinin yaxşılaşdırılması üçün istifadə edilməsi.

Mənzil xidməti sahələrinin sahibkarların xərcləri hesabına

differensial qiymətlər bazasında inkişaf etdirib, az təminatlı ailələrin

mənzil təminatını qorumaqla, mənzil haqqının normativ baza əsasında

təyin edilməsi vacibdir.

Mənzil tikintisini inkişaf etdirmək üçün uzunmüddətli illik kredit

verilməsi şəraitini təkmilləşdirmək xüsusi əhəmiyyət kəsb edir. Mənzil

tikintisi üçün əlavə torpaq ayrılması və mənzil tikintisi ilə məşğul olan

sahibkarlar üçün investisiya, layihə və texniki təminat problemlərini,

dövlət stimulları vasitəsi ilə tənzim etmək vacibdir.

174-

Page 175: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Mənzil tikintisi və istismarı üçün müəssisə və təşkilatların

vəsaitlərini, maliyyə və bank strukturlarının kapitalını, dövlət və xarici

investorların vəsaitini istifadə etmək lazımdır.

Mənzil tikintisində mütərəqqi texnologiyadan istifadə etməklə

effektli layihə və keyfiyyətli material, xammal hesabına iqtisadi

cəhətdən əlverişli və sosial tələbata uyğun layihələr tətbiq etmək.

Mənzil-kommunal sferasında islahatlar sosial islahatların tərkib

hissəsi olub, sosial siyasətin bir istiqamətidir. Mənzil- kommunal

xidmətində gəlirsiz işləmək üçün mənzil-kommunal sahənin

fəaliyyətində yerli və respublika büdeəsinin rolunu azaldıb,

istehlakçıların hesabına maliyyələşdirmə prinsipinə keçmək, istehsal

güzəştlərindən uzaqlaşıb, aztəminatı ailələrin təminatı tədbirlərini

işləmək vaeibdir.

Mənzil-kommunal sahəsinin tənzimlənməsi üçün dövlət aşağıdakı

tədbirləri həyata keçirməlidir;

- aztəminatlı ailələrin kommunal xidmətində güzəştlər bilavasitə

ünvanına görə təkmilləşməlidir. Minimum normalardan artıq mənzil

təminatı, mütərəqqi artan ödəmə haqqı ilə tənzim olunmalıdır;

- mənzil kommunal təsərrüfatı sistemində sahibkar, icarə- dar,

tikinti və istehlakçılar arasında müqavilə əsasında dövlət standartlarına

uyğun təminatlı xidmət və konkurs seçmə metodlarına keçmək lazımdır;

- mənzil idarəetmə orqanlarında özünün idarətmə sisteminə

keçmək daha səmərəlidir.

Sosial sferanın əsas tərəfi əhalinin istehlak strukturunun

tənzimlənməsidir. İstehlakm yaxşılaşdırılması tədbirləri bazar

iqtisadiyyatı şəraitində mal təklifi və tələbatın formalaşması amilləridir.

Mal təklifinin həcmi və strukturunun yaxşılaşdırılması üçün ucuz daxili

istehsalın artırılması və idxal ilə istehsal arasında yerli istehsalı

stimullaşdıran mexanizmlər tətbiq olunmalıdır.

Əhali istehlakmm struktur siyasəti əhalinin alıcılıq qabiliyyətinin

artması, əmtəə və xidmət bazarının təşkili və demoqrafik

- 175-

Page 176: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

amillərin təsiri ilə formalaşır. Azərbaycanda aztəminatlı ailələrin xüsusi

çəkisi yüksək təminatlı ailələrin xüsusi çəkisindən 9 dəfə çoxdur.

Yüksək təminatlı ailələrin istehlak və həyat tərzi dünyanın inkişaf etmiş

ölkələrinin həyat tərzi ilə müqayisədə xeyli aşağıdır. Əgər əhalinin

istehlakında 70-80% ərzaq, 20% qeyri-ərzaq və cuzi hissə xidmət təşkil

edirsə, bu artım yüksək həyat səviyyəsi deyildir. Bu baxımdan əhali

istehlakım hər bir əmtəə və xidmətin istehlakmm gəlirlərindən asılı

olaraq dəyişməsi qanunauyğunluğuna görə əhalini tiplərə bölmək

vacibdir.

Bu müddəalar baxımından orta sinfin Azərbaycanda maddi

əsasının formalaşması meylləri yaranır, orta sinfin, orta təminatlı

əhalinin yaşayış tərzinin yaxşılaşdırılması yollarını müəyyən etməyə

imkan verir. Sosial inkişafın mühüm tərəfi dövlətin qarant prinsipləridir.

Dövlətin zəmanət istiqamətlərindən biri əmanətçilərin

əmanətlərinin qorunması tədbirləridir. Dövlət əmanətin indeks-

ləşdirilməsi və onun alıcılıq qabiliyyətinin uyğun faiz normasını və

manatın alıcılıq qabiliyyətini nəzərə alaraq qaytarılmasını təmin

etməlidir.

Azərbaycanda dövlət əmanət banklarında saxlanılan vəsaitinin

indeksasiya və uzunmüddətli əmanətə keçirilməsi üçün qanun qəbul

edilərək həyata keçirilməlidir.

Sosial idaroetmdnin məqsəd və vəzifələri

İdarəetmənin əsas vəzifəsi obyektini sahə, ərazi, sosial sferanın

məqsədəuyğun fəaliyyət göstərməyə məcbur etməkdir. Ona görə də

idarəetmənin əsasını bu sahənin xüsusiyyəti və bu sahələri tənzim etmək

üçün lazını olan mexanizmlər təşkil edilir. İqtisadiyyat və sosial inkişaf

qarşılıqlı əlaqədə vahid məqsədə yönəlmiş sistemdir. Bu sistemin

forması, məqsədi və vəzifəsi uyğun təşkilati quruluş yaradır.

İdarəetmənin təşkilat quruluşu dedikdə məqsədəuyğun fəaliyyətə nail olmaq üçün təsərrüfat əlaqələrinin istehsal

- 176

Page 177: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

proseslərini tabelik və cavabdehlik funksiyalarının həyata keçirilməsini

təşkil etmək nəzərdə tutulur. Təsərrüfat quruluşuna obyektiv və

subyektiv faktorlar daxildir. İqtisadiyyatın təşkili və təsərrüftçıhq

fəaliyyətinin, istehsal olunmuş məhsulun bölgüsünü və istehsalın

kəsilməz ritnıi olaraq təkrarını nəzərdə tutur. Təşkilati quruluş tabelik

prinsipləri əsasında formalaşır. Ərazi idarəetmə quruluşunda

iqtisadiyyatın yüksək səviyyəli idarəetmə orqanları özündən aşağı

səviyyəli idarə orqanlarına uyğun mexanizmlər vəsitəsi ilə təsir edir.

Yuxarı orqanlarda qəbul olunan qərarlar aşağı orqanlarda yerinə

yetirilir. İdarəetmənin təşkili quruluşunun iqtisadi ədəbiyyatda 2 modeli

mövcuddur.

1. Təsviri model.

2. Normalaşmış model.

Təsviri model vəziyyətin təhlili və onun təsviri ilə əlaqələndirilir.

Bir sözlə təşkilat quruluşunun maddi strukturası, onun fəaliyyət dairəsi,

mexanizmləri konkret göstəricilərlə səciyyələnir. Təsviri modeldə

mövcud quruluşun dəyişmə istiqamətləri, onun fəaliyyət göstəricilərinin

dinamikası və perspektivdə tutacağı mövqeyi qiymətləndirir.

Normalaşmış modellər təşkilat quruluşunun yenidən qurulması

üçün istifadə olunur. Normalaşmış modellərə arzuolu- nan məqsədlər və

onların texniki, iqtisadi, sosial göstəriciləri daxildir. Normalaşmış

modellərlə təsviri modellər arasında əks əlaqə və idarəetmə mexanizmi

istifadə olunur. Bu iki model bir- birilə əlaqədə olur, təşkilat

quruluşunun layihələndirilməsini təşkil edir.

İdarəetmənin təşkilində istifadə olunan metodlar, mexanizmlər,

texniki sistemlər idarəetmənin texnologiyasını əhatə edir. Təşkilat

prinsipləri tarixi, məqsədəuyğunluq və varislik əsasında olmalıdır. Yəni

sosial-iqtisadi sistemin müasir məqsədini təhlil edildikdə və yeni

mexanizm yaradıldıqda, bu mexanizmin təsiri uzun illər boyu

formalaşmış sosial-iqtisadi strategiyanın iqtisadi potensialından istifadə

yolları, həmçinin idarəetmə təcrübəsini nəzərə almalıdır. Bununla

yanaşı, təşkilat quruluşu tədricən yeni keyfiyyətlərə malik olmalıdır. Bu

yeni

177-

Page 178: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

keyfiyyətlər köhnə vəziyyətlər arasında uzlaşma aşağıdakı ardıcıllıqla

həyata keçirilir.

1. Təsərrüfat sisteminin çatışmayan cəhətlərinin tərəfinin təhlili

və onu aşkar edən göstəricilər vasitəsilə təsviri modelin formalaşması.

2. Sistemin qane edici cəhətlərin seçilməsi və bu cəhətləri isbat

edən müsbət məlumatın yığılıb təhlil edilməsi.

3. Qarşıda duran problemin formalaşması və bu problemi

doğuran alt sistemlərin təsviri.

4. Əks əlaqə yolu ilə sistemin normal vəziyyətinin uzlaşma

halına qiymət verib və bu çatışmamazhğı aradan qaldıran mexanizmlər

aradan qaldırılmalıdır.

5. Sistemin müxtəlif halları və alt sistemləri arasında vahid

məqsədə nail olmaq üçün əlaqələri təşkil edir.

6. Səbəb və nəticə əlaqəsinin qiymətləndirib yuxarıda adları

çəkilən bütün əməliyyatları əlaqələndirib idarə funksiyalarını yaratmaq.

İdarəetmə strukturasmm təşkilində əmək, əmək haqqı, əmək

bölgüsü və bunlara uyğun olaraq sənədləşmə mexanizmləri mühüm yer

tutur. Bu mexanizmlər 3 istiqamətdə təşkil olunur.

1. Əmək vərdişlərinin və əlaqələrinin formalaşması və

qərarlaşması.

2. Fəaliyyət dairəsində əlaqələrin təşkili.

3. Təşkilat quruluşunun formalaşması.

İdarəetmə sistemində idarəedici orqan və idarəedici şəxs müxtəlif

sənədləşmə işləri ilə məşğul olmalıdır. Bu sənədlər forma, məzmun və

idarəetmə funksiyalarına görə qruplaşmalıdır. Formalar dedikdə

məruzələr, təkliflər, hesabatlar başa düşülür. Təşkilat baxımına isə

konfranslar, sessiyalar, elmi formlar daxildir.

Təşkilat quruluşunun layihələşdirilməsi aşağıdakı ardıcıllıqla

həyata keçirilir.

1. Əməyin xarakterini müəyyən etmək, əqli, fiziki əməyi

ayırmaq və onu təşkil etmək.

178

Page 179: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

2. Vəzifə bölgüsünü təşkil etmək və ona cavabdeh səlahiyyəti

vermək.

3. İdarəetmənin bütün səviyyələrində idarə olunan şəxs

tərəfindən uyğun məlumatları təşkil etmək və bu məlumatlarla idarə

olunan obyektin tanışlığını yaratmaq, bu məlumatlarla işləməyə

buraxılış təşkil etmək və icazə vermək.

a) səmərəliliyi təşkil etmək;

b) stimullar yaratmaq.

İqtisdiyyatm idarə edilməsi meyarı həyat səviyyəsinin

yüksəldilməsinin və şəxsiyyətin inkişafının təmin olunması məqsəd

kimi formalaşdırılır. Meyar obyektinin fəaliyyətinin ən səmərəli və

əlverişli variantını tapmağa istiqamətləndirilən məqsəd kimi qəbul

olunmalıdır. Bu səmərəli variantın həlli istehsal fəaliyyətinin idarəetmə

funksiyasının dəyişilməsinə və onun uyğun mexanizminin

hazırlanmasına səbəb olur. Sistemin fəaliyyəti «ekzaqenno» sistemin

daxili parametrləri və xarici təsirlərlə müəyyən olunur.

Sistem üzvi surətdə bir-birinə bağlı olan qarşılıqlı vahid məqsədə

yönəldilmiş fəaliyyətin məcmusudur. İdarəetməni sxematik olaraq

aşağıdakı kimi ifadə etmək olur.

İqtisadi sistemlərin idarəetmə funksiyasından asılı olaraq

özünəməxsus təsnifatı mövcuddur. Son illərdə sistemin mürəkkəbliyi onların mütəhərrikliyi və çevikliyi alındığı üçün çevik

179-

Page 180: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sistemlər daha çox inkişaf edir. Belə ki, idarəetmə obyektində avtomatik

kompyüter idarə sistemləri daha çox tətbiq olunur və yeni metodlardan

istifadə olunur. İdarəetmənin əsasını yuxarıda adı çəkdiyimiz

obyektlərin xüsusiyyətləri və bu obyektlərin tərkibində olan ünsürlərin

birləşmə xarakteri çox mühüm əhəmiyyət kəsb etmişdir.

İdarəetmənin əsasını məlumat informasiyası təşkil edir.

İnformasiyanın reallığı, onun işlənməsi idarəetmənin və onun

sisteminin tərkibi hissəsidir. İqtisadi məlumatlar iqtisadi obyektin

fəaliyyətini təhlil etməyə imkan yaradır. Hər bir iqtisadi obyektin

göstəricilər sistemi ilə müəyyən olunmasına görə həmin sistemin

seçilməsi və əsaslandırılması uyğun infomıasiya sistemini təşkil edir.

Planlaşma və proqnozlaşma müddətindən asılı olaraq məlumatların

işlənməsinin özünəməxsus tələbi yaranır. İdarəetmədə əks rabitə, əlaqə,

nəzarət və tənzimləmə funksiyası əsas yer tutur. Əks əlaqə faktiki cari

iqtisadi dəyişmələrdə məqsəd arasındakı fərqi aradan qaldırmaq üçün

istifadə olunur.

y=f(X|, X2, ..., Xn)+ 'F (x) İdarəetmə sistemləri onu təşkil edən elementlərin fəaliyyəti

xüsusiyyətlərini əks etdirir, sistem əmələ gətirdikdə özünəməxsus yeni

keyfiyyət kəsb edir və fəaliyyətə çevrilir. İqtisadi ədəbiyyatda buna

sistemin «enerjetliyi» deyilir. Bu xüsusiyyətlər sistem əmələgətirmədə

mühüm prinsipidir, yeni sistemlərin yaradılması üçün vacib şərtdir.

İdarəetmənin dövriyyəsi, idarəetmə obyektinin təhlili,

proqnozlaşması, idarəetmə mexanizmləri və istifadə olunan təsir

parametrləri idarəetmə sisteminə daxildir. İdarəetmə obyektinin müasir

vəziyyətini təhlil etmək üçün nə qədər çox informasiya əldə olunubsa,

buna uyğun hazırlanan idarəetmə sistemi bir o qədər texniki və məlumat

imkanlarından istifadə edir.

İdarəetmənin dövriyyəsinə idarəetmə fuknsiyası da daxildir.

Ümumi şəkildə idarəetmə funksiyası qabaqcadan arzu olunan həddə nail

olmaq üçün şüurlu fəaliyyət funksiyasıdır. Bu funksiyanın müxtəlifliyinlən asılı olaraq, o idarəetmə dövriyyəsinə daxildir.

180-

Page 181: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sadəcə olaraq bunu müəssisə timsalında şərh edək. Müəssisənin

funksiyası, onun istehsal məhsulunun həcmini artırmaq, məhsulun

növünü dövlət və bazar standartlarına uyğun yerinə yetirmək üçün

məhsul vahidinə çəkilən məsrəflərin minimuma endirilməsi təşkil edir.

Belə funksiyanı həyata keçirən idarəetmə sistemidir. Məhsul vahidinin

maya dəyərinin aşağı salınması yollarını əmək məhsuldarlığına təsir

edən amillər əhatə etməlidir. Bu vəzifə bir-birindən asılı, qarşılıqlı

əlaqədə bağlı sistem halında fəaliyyət göstərdiyinə görə idarəetmə

dövriyyəsi əks əlaqədə olan dövriyyə sistemidir.

İdarəetmə obyektinin gələcək parametrlərini bilmək üçün

proqnozlaşdırma üsulundan istifadə olunur. Proqnozlaşdırma üsulları

aktiv və passiv proqnozlara bölünür. Aktiv proqnozlar idarəetmə

obyektinin müasir halını dəyişib, məqsədəuyğun şəkilə salmaq

deməkdir.

Proqnozlaşdırma metodlar sistemi proqnozlara, analitik

proqnozlara, normativ oyunlar metoduna, delfı metodlarına bölünür.

Passiv proqozlar iqtisadi obyektlərin formalaşmış vəziyyətini

təkrar olaraq, sistemin halını dəyişmədən istifadə olunan proqnozlardır.

Passiv proqnozlar iqtisadi obyektlərdə dinamik inkişaf xətti olaraq,

idarəetmə sistemində oyunlar metodları ilə ekspertlərin təcrübəsinə

əsaslanaraq alternativ təsərrüfat fəaliyyətinin və bundan əldə olunan

xeyirlərin əsasında həyata keçirilir. Oyunlar metodu təsərrüfat

müstəqilliyi şəraitində menecer təsərrüfatında, ticarət əlaqələrində

istifadə olunur. Bu metodda məqsəd kimi hər bir oyunçunun fəaliyyəti ümumi

- 181-

Page 182: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

məqsəd funksiyalarına uyğun olaraq reallaşır. Məqsəd funksiyalarına

daha yaxın proqnoz qəbul edən oyunçu daha çox xeyir əldə edir.

Proqnozları real qanunauyğunluqdan fərqlənən həddi proqnoz səhvləri

əhatə edir. Bu səhvlərin aşağı salınması yolları idarəetmə funksiyalarına

daxildir. Sadəcə olaraq təsir gücünü belə ifadə etmək olar.

Proqnoz planlardan fərqlidir. Proqnozlar variantlardır, arzuolunan

hallardır, planlar isə reallaşması zəruri olan prosesdir. Planlar

proqnozların köməyi ilə işlənir və idarəetmə mexanizminə daxil olur.

Proqnozlar və planlar stoxastik və təyin 'olunmuş formada olur.

Stoxastik idarəetmədə ehtimal nəzəriyyədən istifadə olunur.

İdarəetmə mexanizminin dəyişmə ıntervah dedikdə, iqtisadi

obyektin eksperimental və perspektiv halı başa düşülür. Statistik halda

f(x,...x,ı) invervalda təyin olunur. Bu terminləşmiş asılılıq formasıdır.

Sosial idarəetmənin qanunvericilik bazası

Qanunvericilik kontekstində hər bir sahənin, yaxud iqtisadi

münasibətlərin sosial effekti nəzərə alınır. Sosial effekt müxtəlif meyar

və göstəricilər sistemi ilə müəyyən oluna bilər. İlkin növbədə işsizlik

problemi tələbatın ödənilməsi, daxili bazarın qorunması və sahibkarlığın

iqtisadi-sosial effekti kimi qanunların məqsəd və vəzifəsini müəyyən

edir, onun konseptual əsaslarını formalaşdırır.

Sosial-iqtisadi inkişafın qanunvericilik bazası beynəlxalq

konvensiyalar və milli qanunlar sistemi ilə təmin edilir. Qanunvericilik

təcrübəsində beynəlxalq təcrübə, keçid dövrü yaşayan ölkələrin

qanunları və yerli xüsusiyyətlərə əsaslanan sosial-iqtisadi inkişafın sahə,

ərazi və funksional vəzifələrini müəyyən edən qanunlar sistemi ilə

müəyyənləşir. Qanunvericilikdə ümumi konseptual inkişafı təmin edən

mexanizmlər sistemi nəzərdə tutulur. Qanunlar reallığı tənzimləyən və adi məqsədə nail olmaq üçün zəruri olan təşkilati-hüquqi və

182

Page 183: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

normativ mexanizmlər sistemini nəzərdə tutur. Qanunvericilik

sistenilik, kompleks və icra mexanizmləri ilə səlahiyyətlər arasında

tarazlılıq, adekvat fəal hüquqi baza yaratmaqla nəticələnir.

Qanunvericilikdə məcəllələr meylləri daha geniş sürətlə inkişaf edir.

Sosial-iqtisadi qanunların mühüm aspektini formalaşmanın

meylləri, qanunauyğunluqları və dinamika ilə hər bir əlverişli hal

arasında mexanizmlərin hüququ, nəzəri və metodoloji prinsipləri

yaratmaqdan ibarət olmalıdır.

Qanunvericilik bazasının reallığı öz konstruktiv qərar qəbuluna

çevrilməsi məqsədilə iqtisadi və sosial qanunların reallaşması

mexanizmini nəzərə ahqmaqla işlənməlidir. Qanunvericiliyin vəzifəsi

sosial və iqtisadi qanunlarda məqsəd, vəzifə mexanizmlərin

uyğunluqlarının məxsusluğunu izah etməkdir:

1. Qanunlar daha çox sahə mənafeyini əhatə edir.

2. Qanunların kompleks qarhşıqh əlaqədə olunması və gerçəkliyin

real surətdə dəyişdirilməsi mexanizmlərində əks olunur.

3. Qanunların işlənməsində respublikanın sosial və iqtisadi

inkişafının əsas istiqamətləri və mənafelər sisteminin uzlaşması

problemi tam nəzərə alınır.

Qanunların təsnifatı, onların əhatə dairəsi, reallaşma

mexanizmləri spesifik olsalar da, iqtisadi qanunların ümumi prinsipləri

olmalıdır. Bu ümumi prinsiplər iqtisadi və sosial siyasətin reallaşması

mexanizmlərini əks etdirməlidir. İndiki şəraitdə qarşıya qoyulan

problemlər baxımından bir sıra ümumi prinsiplərin şəraitini diqqətinizə

cəlb etmək istərdim:

1. Dövlətin sosial-iqtisadi inkişaf konsepsiyası ilə ümumi

konsepsiyası ayrı-ayrı proseslərə və sahələrdə bu konsepsiyanın

prizması baxımından yanaşma.

2. İlkin növbədə ən aparıcı problemlər: həyat səviyyəsinin

yaxşılaşdırılması, tələbatın düzəlməsi, iqtisadi artım, iqtisadi

təhlükəsizliyin konsepsiyası qanunlarda işlənməli.

- 183-

Page 184: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

3. Bu konseptual məqsədlərə nail olmaq üçün mövcud sistemin

konstruktiv dəyişdirilməsinin strategiyası, o cümlədən ölkələrin

iqtisadi-sosial islahatlarının aspektləri və onların anatomiyası.

4. İqtisadi və sosial obyektlərin xüsusiyyətlərinə uyğun olaraq

subyektlərin fəaliyyətinin hüquqi-iqtisadi və təşkilati vəzifə

səlahiyyətlərinin tənzimlənməsi, o cümlədən, dövlətin rolu, onun

praktikası, siyasəti, fiziki və hüquqi şəxslərin dairələri, onların

tənzimlənməsi.

5. Konstruktiv işlək və effektli islahatlar proqramının hazırlanması

və iqtisadi-sosial mexanizmlərinin çevik, real və normativ aktlarının

hazırhnması.

6. Hər bir aparılan tədbirlərin effektliyinin müəyyən edilməsi və

təkmilləşdirmə istiqamətlərinin əsaslandırılması.

Göstərilən ümumi prinsiplər aşağıdakı qanunlarda konkret

formalaşdırır:

1. Əhalinin istehlak səviyyəsinin tənzimlənməsi, bazarın

qorunması tədbirlərinin həyata keçirilməsi.

2. Əmək haqqı sistemində tarazlığın və dinamizmin, qütbləşmənin

təmin olunması.

3. Sığorta sisteminin tənzimlənməsi.

4. Pensiya islahatları və pensiya təminatının təkmilləşməsi.

5. İdxal və ixrac strukturunun bazar və daxili istehsal artımına

uyğun tənzimlənməsi.

6. Büdcə qanununun tərtibi, təsdiqi və reallaşmasına nəzarət.

7. Vergi qanununun əsas istiqamətlərinin hər maliyyə ilində

təkmilləşdirilməsi.

Respublikada iqtisadi və sosial inkişaf iqtisadi qanunlar sistemi ilə

tənzim olunur. İqtisadi qanunlar sistemi obyektiv inkişaf meyllərini və

tənzimləmə funksiyasını həyata keçirir. İqtisadi qanunlar məqsəd,

vəzifə, hüquq və səlahiyyətlər toplusudur. Hər bir iqtisadi və sosial

qanun effekt baxımından qiymətləndirilir. Belə ki, fnövcud meyllər

təhlil olunur, meyllər seçilir, sonra isə qərar qəbulu işlənir. İqtisadi qanunların

184-

Page 185: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qərarlaşma mexanizmləri və məlumat mənbələri mövcud olmalıdır.

Qanunlar sistem halında birləşir. Ümumi məqsədə uyğun olaraq vəzifə

bölgüsü xüsusi qanunlarla tənzimlənir. Qanunlar sisteminin təşkili

kompleks tədbirlərin həlli ilə qanunların işlənməsinin əsas

prinsipləridir. Qanunların işlənməsi və təsdiqi Azərbaycan

Respublikasının Milli Məclisi tərəfindən baş verir. Onun reallaşması

müvafiq icra orqanları tərəfindən real həyata keçirilir.

İqtisadi qanunların sosial nəticələri və həmin qanunların

məzmununa tənzimlənmə funksiyalarını daxil etməklə baş verir. Belə

ki, obyektiv reallığı tənzimləmək və məqsədə nail olmağın hüquqi

bazası yaranır. Qanunlar sistemini aşağıdakı kimi tətbiq etmək olar:

İqtisadi qanunlara sahə və ərazi qanunları daxildir. Sahə qanunları

iqtisadi sahələrin hüquqi, iqtisadi təşkilati əsaslarını və münasibətlərin

tənzimlənməsini əhatə edir. Ərazi qanunları bələdiyyə və ərazi

idarəetmə prinsiplərini əhatə edir. Mülkiyyət münasibətləri, təsərrüfat

formaları, iqtisadi-sosial qanunlarının tənzimlənməsi və mənafelər

sistemi iqtisadi qanunların məqsədini və reallaşma nəticələrini əhatə

edir. Bazar iqtisadiyyatı şəraitində dövlət, bələdiyyə və xüsusi

mülkiyyət formaları iqtisadi qanunların əsasını təşkil edir.

Mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi üçün özəlləşdirmə

siyasətini həyata keçirən qanunlar mövcud olmalıdır. Bu istiqamətdə

özəlləşdirmə proqramı, sahibkarlıq haqqında, kiçik sahibkarlığa kömək

və cəmiyyətlər haqqında qanunlar işlənib hazırlanır. Sosial-iqtisadi

tənzimləmə təsərrüfat fəaliyyətinin mexanizmləri sferasında da həyata

keçirilir. Xüsusi olaraq Vergilər haqqında Qanun, Gömrük məcəlləsi,

Dövlət büdcəsi. Sığorta

185

Page 186: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

haqqında, Maliyyə, kredit, bank, qiymətli kağızlar haqqında qanunlar

işlənib.

Qanunvericilik daim inkişaf edən bir sistemdir. Qanunlar ilə real

proseslər arasında ziddiyyətlər baş verirsə və buna səbəb qanunlarda

olan boşluqlardırsa, onda qanunların təkmilləşdirilməsi zəruriyyəti

meydana çıxır. Müvafiq icra orqanları Milli Məclis qarşısında mövcud

qanunlara dəyişiklik edilməsi üçün təşəbbüslə çıxış edir. Əgər qanun

daha çox ahəngdarlıq, əməli idarəetmə səlahiyyətləri tələb edirsə, onda

onun icra mexanizmlərinin işlənməsi və təsdiqi müvafiq icra

orqanlarına qanunvericiliklə verilir. Fərman, yaxud normativ hüquqi

bazanın çevik və reallığı qanunların effektini artırır.

Xalis sosial qanunlar isə əhalinin həyat səviyyəsinin

tənzimlənməsi, əmək haqqı, sosial təminat və qeyri-istehsal sahələrinin

tənzimləməsi qanunları daxildir. Əhalinin sağlamlığı, əhalinin istehlak

büdcəsi, təhsil, elm və bədən tərbiyəsi, idman qanunları sosial sahə

qanunları sisteminə daxildir. Qanunlar sistemi Milli Məclisin xüsusi

komissiyalarında hazırlanır və Milli Məclisdə təsdiq olunur.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hakimiyyət

bölgüsündə qanunlar Milli Məclis, icra mexanizmi isə Nazirlər Kabineti

tərəfindən hazırlanır.

İqtisadi və sosial qanunlar sistemi konseptual hissədən, hüquq və

vəzifədərdən, icra mexanizmlərindən və bölmələrindən ibarət olur.

Ümumi tələblərlə yanaşı konkret şərtlər və tələblər hər konkret

dövr üçün və qanunlar üçün tətbiq olunur. İqtisadi-sosial qanunların

konseptual hissəsi əsas anlayışlar və obyektlər, subyektlər haqqında

təsəvvür yaradır. Qanunların hüquq və vəzifələri ilə icra orqanlarının,

obyektlərin, subyektlərin vəzifə bölgüsündə hüquqları və vəzifə

səlahiyyətlərini əhatə edir. Qanunların icra mexanizmi qiymət, təşkilati

quruluş, qeydiyyat qaydası, nizamlama səlahiyyətlərini və tənzimləmə

mexanizmlərini əhatə edir. Qanunların reallaşmasında şərtlər,

məhdudiyyətlər, prinsiplər və öhdəliklər müəyyən edilir.

- 186-

Page 187: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qanunların tətbiqi, müzakirəsi və icrası prosesində əks rabitə

xüsusi rol oynayır. Əgər bu mərhələlər arasında ötürmə və vəzifə

bölgüsü düzgün təşkil olunmursa, son nəticədə iqtisadi qanunların elmi

bazası və təşkili mexanizmləri təkmilləşdirilməlidir.

Qanunlar ümumi və spesifik qanunlara bölünür. Qanunların əhatə

dairəsi və dərinliyi real meyllərin qiymətləndirilməsi metodikası ilə və

təhlil dəyərliyi ilə müəyyən olunur. Təhlil mexanizmləri cari və

perspektiv dövrlərin xüsusiyyətlərini nəzərə alır. Qanunlar proqmatik

meylləri əhatə edir. Statistik və dinamik prinsiplərin vəhdətini özündə

əks etdirir. Qanunların işləmə mexanizmi icra orqanları əsasında

hazırlanan normativlərlə həll olunur. Qanunların metodiki təminatı

aşağıdakı ardıcıllıqla baş verir:

Sxem. Qanunvericiyilin funksional modeli.

Qanunlar sistemi müxtəlif aspektlərdən təhlil olunub,

təkmilləşdirmə istiqamətləri verilə bilər. Qanunvericilik həmişə

təkmilləşmə meyllərinə məruz qalır. İqtisadi sistem formalaşdıqca

təşkilati-iqtisadi strukturda islahatlar daha çox aqreqativ qanunların

rolunu artırır. Belə ki. Əmək Məcəlləsi sosial-iqtisadi proseslərin və

təsərrüfat fəaliyyətinin hüquqi bazası üçün universal funksiyaları yerinə

yetirir. Səhmdar cəmiyyətləri, lizinq fəaliyyəti haqqında qanunların

Əmək Məcəlləsinə keçirilməsi, bizim fıkrimizcə, düzgün hesab

edilməsə də, Azərbaycanın qanunvericilik praktikasında bunu da əsaslandırmaq mümkün

- 187-

Page 188: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

oldu. İqtisadi islahatların dərinləşməsi baş verdikcə lizinq fəaliyyəti

daha səmərəli fəaliyyət və təşkilati-iqtisadi üsul olmaqla istehsalın

inkişafına stimul yaradacaq. Qiymətli kağızlar, səhmdar cəmiyyətləri və

maliyyə bazarında qiymətli kağızların inkişafı nəticəsində təsərrüfat

dövriyyəsində obyektlər və subyektlərin münasibətlərini tənzimləyən

xüsusi qanunlar da əhəmiyyət kəsb edir.

188-

Page 189: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSIL II: SOSIAL MENECMENTİN AMİLLƏRİ

Əsas maliyyə-büdcə amili

Ölkənin maliyyə-büdcə siyasəti çoxistiqamətli və geniş bir

prosesdir. Xüsusən, maliyyə-büdcə siyasətinin sosial istiqamətləri hər

bir ölkənin əhalisinin həyat səviyyəsi, onun maddi və mənəvi

nemətlərdən istifadə edə bilməsi dərəcəsi, dövlətin sosial müdafiə

sistemində xüsusilə böyük əhəmiyyət daşıyır.

Aydındır ki, dövlətin iqtisadi siyasətinin bir qolu - maliyyə- büdcə

siyasəti -ölkə ərazisində yaşayan əhalinin rifahının yüksəlməsinə xidmət

etməlidir. Burdan belə nəticə çıxarmaq olar ki, Azərbaycan

Respublikası yeni iqtisadi sistemə, bazar iqtisadiyyatına keçərkən,

mühüm bir faktor respublikanın iqtisadiyyatının sosial yönümlü

olub-olmaması həll edilməlidir. Hesab edirəm ki, Azərbaycan

Respublikası sosial istiqamətli bazar iqtisadiyyatı quruculuğu istiqaməti

götürməlidir. Sosial istiqamətli bazar iqtisadiyyatının əsas atributları

olan rəqabət, sosial ədalətin qorunması və müxtəlif sosial qrupların

sosial əməkdaşlığı prinsipləri əldə rəhbər tutulmalıdır.

Azərbaycan Respublikasımın Dövlət büdcəsi haqqında danışarkən

onu qeyd etməliyik ki, ölkənin ən böyük sosial proqramı olan Dövlət

Büdcəsi reallıqlara uyğun və elmi əsaslara malik olmalıdır. Dövlət

büdcəsinin mədaxilinin əsas hissəsini verən vergilərin sosial

əhəmiyyətinə diqqət yetirilməli və bu maliyyə alətlərindən mümkün

qədər səmərəli istifadə olunmalıdır. Vergiqoymada sosial ədalət

prinsiplərinin pozulmasının qarşısını almaq və vergiləri sosial

nizamlayıcı kimi istifadəsini gücləndirmək lazımdır.

Buradan biz dövlət büdcəsinin xərclərini müəyyənləşdirərkən

məsrəflərin həyati əhəmiyyətliyini nəzərə alaraq, onların məbləğinin

müəyyənləşdirilməsinin vacibliyi fikrinə gəlirik.

Biz makroiqtisadi sabitliyi poza biləcək informasiya və s. bu kimi

təzahürlərin qarşısını almaq üçün düzgün vergi-büdcə siyasətinin

aparılmasının əhəmiyyətinin necə yüksək olduğu

- 189

Page 190: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

nəticəsinə gəlirik. Dövlət iqtisadi böhran şəraitində düzgün, ardıcıl,

məqsədyönlü maliyyə-büdcə siyasəti aparmaqla əhalinin az təminatlı

təbəqələrinin müdafiəsini təşkil edə bilər.

Ümumi iqtisadi konyukturanm, təbii olaraq, sosial sferanın

qorunması üçün aşağıdakı istiqamətlərin seçilməsi məqsədəuyğundur.

1. İqtisadiyyatın bütün sahələrində ciddi əngəllərdən qurtarmaq

üçün dövlət nəzarətinin gücləndirilməsi;

2. Rəqabətin (rəqabət mühitinin) qorunması;

3. Sosial ədalət prinsiplərinin qorunması;

4. Dövlətin sosial sferaya qayğısının gücləndirilməsi və Dövlət

büdcəsindən sosial sferaya ayırmaların düzgün istifadəsinə nəzarət

edilməsi;

5. Cəmiyyətin sosial qrupları arasında sosial əməkdaşlığı

gücləndirmək üçün xüsusi təşkilat və institutların işinin səmərə-

ləşdirilməsi;

6. Sosial sferaya dövlət və xarici investisiyaların axınının

gücləndirilməsi;

7. Milli və regional sosial inkişaf proqramlarının hazırlanması;

8. İqtisadi islahatlara təkan verilməsi.

Sosial sfera həf bir dövlətdə hər zaman onun diqqət mərkəzində

olmalıdır. Təhsil, səhiyyə, elm, mədəniyyət və s. Sahələrin inkişaf

etməsi üçün bu sahələrə dövlət qayğısı yüksək olmalıdır.

Bu sferalarda islahatlar aparmaqla, onların maddi-texniki

təchizatının gücləndirilməsi, yüksək ixtisaslı kadrlarla təmin olunması

və onların müasir tələblərə cavab verə biləcək səviyyəyə gətirilməsi

prioritet məqsəd kimi qarşıya qoyulmalıdır.

Dövlət elmə olan qayğısını artırmalıdır, çünki bu sahə dövlətin

inkişaf səviyyəsinin göstəricisidir.

Elmə dövlət qayğısı aşağıdakı istiqamətlərdə aparılmalıdır:

- elmə, elmi tədqiqatlara ayrılan vəsaitlər artırılmalıdır;

- yüksək ixtisaslı kadrların (elmi potensialın) axının qarşısını

almaq üçün xüsusi tədbirlər sistemi hazırlamaq lazımdır; - gəlirlərin, ixtiraların dövlət tərəfindən alınmasının təşkili.

190

Page 191: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Respublikamızın vətəndaşlarının sağlamlığının qeydinə qalan

səhiyyə sistemində islahatlar aşağıdakı kimi olmalıdır;

- pullu səhiyyə sisteminə keçidin təşkili, lakin pulsuz səhiyyə

xidmətinin saxlanması;

- tibbi sığortanın inkişaf etdirilməsi;

- səhiyyə işçilərinin əmək haqlarının yüksəldilməsinə nail

olunması.

Sosial müdafiə və sosial təminatın islahatlarının əsas istiqamətləri:

- sosial təminatın yeni sisteminin yaradılması;

- sosial köməkliyin ünvanhhğı;

- bazar mexanizmi əsasında sosial sektorun inkişafı;

- sosial müdafiədə yeni metod və prinsiplərdən geniş istifadə;

- ölkə vətəndaşlarına minimal ümumi təminatların verilməsi

və s.

Təhsil sistemində islahatların əsas istiqamətləri:

- təhsil sistemində dövlət və özəl təhsil müəssisələri arasında

rəqabətin gücləndirilməsi;

- əhalinin az təminatlı təbəqələrinin təhsil alma hüququnun

qorunması;

- təhsilin səviyyəsinin beynəlxalq ölçülərə çatdırılması;

- dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin daha da artırılması

və təhsil işçilərinə müəyyən kommunal güzəştlərin verilməsi və s.

Sosial menecmentin əsas mexanizmi gəlirlər, əmək haqqı, büdcə

ayırmaları, transfert gəlirlər, əmək haqqı sistemi maliyyə- büdcə

siyasətinin əsas istiqamətləri olmaqla sosial inkişafın maliyyə əsasını

təşkil edir.

Əmək haqqının idarə edilməsi, onun iqtisadi artıma və tələbata

uyğun tənzimlənməsi yolu ilə baş verir. Orta aylıq əmək haqqı ilə

minimal əmək haqqı səviyyəsini tənzimləmək üçün onun differensial

sahə və ərazi quruluşu tapılır. Dinamikada iqtisadiyyat inkişaf etdikcə

minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə qaldırılması

üçün zəruri olan resurslar tapılır.

- 191

Page 192: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əmək haqqı gəlirləri dövlət büdcəsindən maliyyələşdirilən

təşkilatlarda özünün xüsusi çəkisinə görə üstün yer tuturdu. Əmək haqqı

gəlirləri, təbii ki, əməyin kəmiyyət və keyfiyyətinə, həm də işləyən

müəssisələrin ümumi prinsiplərə görə bölünən mənfəətindən asılıdır.

Bazar tipli inkişaf strukturu hər bir müəssisənin rəqabət mühiti

şəraitində özünün stimullaşdırma prinsiplərini tətbiq etməyə imkan

verir. Əmək haqqı sistemi; orta aylıq əmək haqqı, minimum əmək haqqı,

əmək haqqının sahə və ərazi differensiyası ilə təhlil olunur. Bazar

iqtisadiyyatı şəraitində orta aylıq əmək haqqı ümumi iqtisadi artımla,

yəni ÜDM və onun sahə strukturu, mülkiyyət formalarına uyğun

müəyyənləşir. Belə ki, sahənin bazar tələbatına uyğun məhsul

potensialı, onun ixraeat strukturunda rolu artdıqca, təbii ki, gəliri də artır

və əmək haqqının dinamikası formalaşır.

Cədvəl IV. 2.1.

Orta aylıq nominal əmək haqqı (min manat)

SAHƏLƏR 1999 2000 2001

Dövlət Qeyri- dövlət Dövlət

Qeyri- dövlət Dövlət

Qeyri- dövlət

İqtisadiyyat üzrə, cəmi 165,9 411,7 192,4 418,7 197,7 510,5

Kənd təsərrüfatı 60,2 77,9 72,3 64,9 77,5 68,0 Tikinti 377 806,8 362,9 647,9 368,4 703,8 Təhsil 123,7 207,3 155,2 258,9 164,0 366,8 Səhiyyə və sosial müdafiə 50,6 247,7 71,2 371,8 76,1 22,2

Dövlət idarəetməsi və müdafiə, məchuri sosial təminat

181,7 - 194,5 - 223,4 -

Elektrik enerjisi və su təchizatı 2222,6 91,96 269,5 110,9 316,9 455

Mülkiyyət münasibətindən asılı olaraq orta aylıq əmək haqqının

yuxarı olması, təbii ki, stimul yaradır ki, sahibkarlıq inkişaf etsin. Amma

rəqabət mühitinin düzgün şəraiti əmək

192

Page 193: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

haqqının əmək qabiliyyətli insanlarla əmək bazarında iş qüvvəsinə olan

tələbat arasında nisbətlə ölçülməsinə əsas yaradır. Bu və ya digər

problemlər əmək haqqının idarə olunmasında əsas olaraq qəbul edilir.

Sosial proqnozların idarəetmədə istifadəsi

Sosial sahələrin tənzimlənməsinin əsas məqsədi əhali tələbatına

uyğun maddi və mənəvi nemətlər istehsalını təşkil etməkdir.

Tənzimləmə xarakteri, məzmunu və mexanizmləri obyektiv olub,

iqtisadi və sosial sistemin daha əlverişli hala gətirilməsini təşkil edir.

Sosial sahələrin insanın hərtərəfli inkişafına yönəlir və onun daxili

problemlərini həll etmək üçün istiqamətlənir. Sosial sahələrin

tənzimlənməsinin meyar və göstəriciləri, təşkilati quruluşu, tənzimləmə

sisteminin metodlarını və idarəetmə mexanizmini yaradır. Sosial

idarəetmənin təşkili üçün maddi nemətlərə, sosial obyektlərə, mənəvi

dəyərlərə və istehlak normalarına uyğun tənzimləmə siyasəti aparmaq

olar. Tələbat və istehlak idarəetmə obyekti kimi iqtisadi amillərə və

nəticələrə malikdir. Tələbat və istehlak məzmun etibarilə bütün iqtisadi

sahələrin son nəticəsi və məqsədi kimi formalaşır. İdarəetmənin

məqsədi dedikdə maddi və mənəvi nemətlərin istehsalının

maksimumlaş- dırılması və keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.

Ona görə də xarici ədəbiyyatlarda istehlakm elementlərinin prioriteti

əsas götürülür. Tələbat və istehlakm idarə olunmasında fıkri- mizcə,

birinci mərhələ istehlakm ümumi səviyyətinin maksimum həddə

çatdırılması nəzərdə tutulmalıdır. İkinci mərhələdə isə onun

strukturunda daha çox üstünlük təşkil edən «prioritet» istiqamətlər

olmalıdır. Ölkələr tərəfindən istehlakm idarə edilməsində meyar olaraq

tələbatın öyrənilməsi səviyyəsinin maksimum- laşdırılması nəzərdə

tutulub. Ona görə də bu iki meyarı onlara təsir edən amillərin funksiyası

kimi təsvir etmək olar və bu amillərin hər birinin dəyişməsinin

idarəetmə məqsədində roluna görə qiymətləndirmək olar. Bu cür

yanaşma qradyed adlanır. İstehlakm idarə olunmasında ətraf mühitin dəyişilməsinin idarə

193

Page 194: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

olunması əsas yer tutur. Beləliklə, istehlakın idarəsi iki mərhələdən

ibarətdir;

Birinci mərhələ, istehlakın formalaşmasının şəraiti, mühiti idarə

olunur, tənzimlənir.

İkinci mərhələdə istehlak özü idarə olunur, istehlakın özünün idarə

olunması formalaşmış qanunauyğunluqların təhlili və onun

perspektivinin necə dəyişmə hipotezinə uyğun həll olunur. Bu məqsədlə

statistik və dinamik halların kompromis variantı tapılmalıdır. Statistik

hallar mövcud şəraitdə, mühitdə formalaşmış istehlak strukturasmı

xarakterizə edir. Dinamik vəziyyət isə arzu olunan ideal səviyyədə

formalaşmış strukturam müəyyən edir. Kompromis vəziyyəti isə bu iki

hal arasında ən yaxşı ardıcıl həyata keçirilən mümkün halları müəyyən

edir. İdarəedici subyekt bu iki hədd arasında iqtisadi və sosial

mexanizmləri işə salır. Bu mexanizmlərə aşağıdakılar aiddir: qiymət,

büdcə, güzəştli müavinətlər və istehlak bazarı.

Qiymət mexanizmi bazar iqtisadiyyatı şəraitində tam planlı

təsərrüfatın əleyhinədir. Lakin istehlaka təsir etmək üçün bəzi

qiymətlərin sosial təminat və istehlakın minimum həddindən aşağı

düşməsi xarakterinə uyğun tənzimlənməsi vacibdir.

Bu zaman ola bilsin ki, qiymətin dəyişməsi bir sıra sahələrin və

təsərrüfat fəaliyyətinin stimuluna ziyan versin. Lakin bu anda dövlətin

yenidən bölgü funksiyası və büdcəsi vasitəsilə kompensasiya

mexanizmi işləməlidir.

Dövlət bəzi sahələrin məhsullarının qiymətini artırmaqla istehlaka

təsir edən məhsulların qiymətlərini azalda bilər. Qiymət həmçinin

istehlak strukturunun formalaşmasına təsir edir. İstehlakın idarə

edilməsində qiymət amilinin təsirini ölçmək üçün qiymət indeksindən

istifadə olunur. Bəzi məhsulların qiymətinin artması əhali büdcəsi

daxilindən kənara çıxdıqda daha ucuz məhsullara tələbat artır və uyğun

olaraq istehlak baha əmtəə və qiymətlər üzrə inkişaf etdirilir.

Əhalinin istehlak büdcəsinə gəlirlər və onların strukturu təsir edir.

Əhali gəlirlərinin artım tempi ilə istehlak arasında asılılıq elastiklik əmsalı ilə müəyyən olunur.

- 194

Page 195: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

K = AX.

___ ı_

Y Burada, kc - elastiklik əmsalı;

Xi - istehlakın məhsullar üzrə artımı;

Y - gəlirin artımı.

İstehlak büdcəsinin formalaşması əhalinin demoqrafik

strukturunun, onun ərazi üzrə yerləşməsi və gəlirləri ilə müəyyən

olunduğu üçün onun tədqiqatına müxtəlif prizmadan yanaşmaq olar:

makrosəviyyədən və mikrosəviyyədən.

Makroiqtisadi mühit istehlakı əmələ gətirən tələb təklif, əhali və

bölgü sistemini təşkil edir. Makroiqtisadi mühit əmtəəni, xidməti, təklifi

və ehtiyacları ödəmək üçün şərait yaradır. Makroiqtisadi mühit dövlət

səviyyəsində region miqyasında tənzimlənmə mexanizmlərinə malikdir.

Makroqitisadi mühitin tənzimlənməsi üçün istehsalı və gəlirləri

artırmaq, xarici ölkələrlə iqtisadi əlaqələri genişləndirib, mal təklifini

tənzimləmək daxildir.

Mikroiqtisadi mühitə isə əhalinin həyat səviyyəsinin bilavasitə

dinamikası, xidmətə, bu və ya digər əmtəəyə üstünlük verməsi aiddir.

Bu üstünlük həmin əhali qrupunun istehlak davranışıdır. İstehlak

davranışı bir sıra iqtisadi, sosial, psixoloji motivlər əsasında qurulur.

Bəzi əbədiyyatlarda buna istehlak mədəniyyəti də deyilir. Belə ki, gəlir

səviyyəsindən asılı olaraq bu və ya digər istehlak növünə üstünlük

yaranır. Beləliklə, fərdi istehlak vektoru formalaşır. Əgər bir əhalinin bu

vektorların tipinə görə təzədən qruplara ayırsaq, onda istehlak

davranışına görə əhalinin qruplaşması, paylanması modeli meydana

gəlir. Tədqiqatlar göstərir ki, istehlak şeylərinin tələbatın ödənilmə-

sindəki roluna görə pilləvari düzsək, onda istehlak davranışının struktur

modeli alınır. Hesablamalar göstərir ki, az təminatlı ailələrdə birinci

dərəcəli tələbatı ərzaq məhsulları təşkil edir. Ərzağın daxili strukturunu

isə qiymətçə aşağı olan məhsullar təşkil edir. Orta təminatlı və yuxarı

təminatlı ailələrdə isə xüsusi çəkisinə görə nisbətən qiymətləri yuxarı

olan əmtəələr çoxluq təşkil edir. Xidmət istehlakı bu qrup əhalidə nisbətən üstünlük

195-

Page 196: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təşkil edir. Ona görə də hər bir istehlak məhsulunun, xidmətin

tələb-təklif əyrisi formalaşır. Tədqiqatlar göstərir ki, əhalinin ailə

tərkibi, məşğuliyyəti, gəlir səviyyəsi ayrılıqda istehlak davranışının

formalaşmasına təsir edir.

Sosial tənzimləmənin əsas vəzifələri və məqsədləri tərtib olunan

müddəalar və mexanizmlər, metodlar ilə həyata keçirilir. Bazar

iqtisadiyyatına uyğun metodların seçilməsi real qanunauyğunluqların

parametrlərini seçib, onun proqnozlaşdırılması ilə baş verir. Proqnoz

aktiv xarakter daşıyır, tədbirlərin kom- pleksliyi, çevikliyi və reallığı ilə

müəyyən olunur. Sosial tənzimləmə aşağıdakı ardıcıllıqla baş verir.

Bəhdiyyəhnn (özünüidarəetmənin) regionun sosial

inkişafında rolu

Yerli inkişaf özünüidarəetmənin əsas funksiyasıdır. Yerli

özünüidarəetmə ərazinin sosial-iqtisadi inkişafını, əhalinin rəyi və yerli

imkanları həll etməklə həyata keçirilir. Özünümaliy- yələşdirmə

prinsipi yerli məqsədlər, yerli imkanlar və idarəetmə funksiyasını

birləşdirir. Yerli əhalinin sosial tələbatını ödəmək və yerli problemlərin

həlli yolları özünüidarəetmənin funksiyasıdır. Bu idarəetmə bütövlükdə

regionun idarəedilməsinin tərkib hissəsidir.

- 196-

Page 197: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bələdiyyə idarəetməsinin əsas vəzifələri;

- yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

- yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq

edilməsi;

- bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun

barəsində sərəncam;

- yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbulu və

icra edilməsi;

- yerli iqtisadi proqramların qəbulu və icra edilməsi;

- yerli ekoloji proqramların qəbulu və icra edilməsi.

Bu məqsədlə bələdiyyələrin daimi və başqa komissiyaları

yaradılır. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə

üzvlərindən ibarətdir. Bələdiyyənin daimi və başqa komissiyalarının

əsas vəzifələri aşağıdakılardır:

- yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə

iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və

başqa materiallar hazırlamaq;

- bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

- seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və

yoxlanılmasına kömək etmək.

Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə iclaslarında təşkil edilir.

197

Page 198: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bələdiyyənin icra orqanı uyğun olaraq yaradılır. Bələdiyyənin icra

aparatı yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial

inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və

digər struktur bölmələrindən ibarət ola bilər. Yerli əhaliyə xidmət,

iqtisadi və sosial proqramları həyata keçirmək üçün yaradılan icra

strukturları rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri işə

birbaşa bələdiyyənin sədri vəzifəyə təyin edir.

Bələdiyyənin icra aparatının strukturu, onun qarşısında duran

vəzifələrdən və maliyyə vəziyyətindən asılı olaraq bələdiyyə icrasının

qərarı ilə təsdiq edilir. Bələdiyyənin icra aparatının səlahiyyətlərinə

aşağıdakılar aiddir:

- bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən

büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması;

- bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi;

- bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi;

- bələdiyyənin qanunlarla müəyyən olunmuş səlahiyyətlərinin

həyata keçirilməsinin təşkili;

- bələdiyyə mülkiyyətini və bələdiyyənin istifadəsinə verilmiş

başqa mülkiyyətin idarə edilməsi;

- bələdiyyə əmlakının texniki invertarizasiyasmm aparılması;

- qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətləri

həyata keçirir.

Bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək,

təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək

məqsədilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını

keçirə bilərlər.

Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.

Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır

və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır. Bələdiyyə

orqanlarının seçkili vəzifəli şəxslərinin səlahiyyətləri onların vəzifəyə

seçildiyi gündən başlanır və yeni vəzifəli şəxslər seçildiyi gün qurtarır.

Bələdiyyə üzvləri, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslər

öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər.

198-

Page 199: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə,

bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinə aşağıdakı imtiyazlar

verilir:

- əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir;

- səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil

edilir.

Bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün

bələdiyyə büdcəsi hesabına iki aylıq əmək haqqı məbləğində pul

təminatı verilir.

Bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni

müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına üç ay

ərzində müavinət alırlar.

Özünüidarəetmənin iqtisadi əsasını təşkil edən bələdiyyə

əmlakının yaranması əsaslarını müəyyən edir.

Bələdiyyə mülkiyyətinə torpaqların verilməsi «Bələdiyyərin

əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının

Qanununa və digər normativ-hüquqi aktlarına uyğun olaraq həyata

keçirilir.

Bələdiyyə əmlakı haqqında qanunvericilik Azərbaycan

Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və Azərbaycan

Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir.

Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır;

- Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq

bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;

- bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan

əmlak;

- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların

bələdiyyələrə könüllü maddi yardım şəklində verdikləri əmlak;

- varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə

olunan əmlak;

- bələdiyyələrə vəsiyyət edilən əmlak.

Dövlət əmlakının bələdiyyələrə verilməsi əsas mənbələrdən

biridir. Müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan və

bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri

199

Page 200: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi

istifadəsində olan obyektlər və digər dövlət əmlakı onların mülkiyyətinə

verilir.

İlk növbədə bələdiyyələrin mülkiyyətinə onların fəaliyyətini

təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilir.

Özəlləşdirilməsi qadağan edilən və ya müvafiq icra hakimiyyəti

orqanlarının qərarı ilə özəlləşdirilən dövlət əmlakı istisna olmaqla

bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların

mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu

əmlakdan istifadə etmək imkanı yarandıqda onların müraciəti əsasında

verilir.

Bələdiyyələrin mülkiyyətinə obyektlərin verilməsi qaydası və

müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bələdiyyə əmlakı ilə əlaqədar yaranan mübahisələr məhkəmə

qaydasında həll edilir.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının

qanununa müvafiq surətdə bələdiyyələrin siyahısı təsdiq edilir.

Bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilir.

Bələdiyyə ərazisinin hüdudları «Torpaq islahatı haqqında»

Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən

torpaq sahələri müvafiq inzibati ərazi vahidinin sahəsinə əlavə

edilməklə müəyyənləşdirilir.

Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu

sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə

verilən torpaq sahələri ilə birlikdə, onların hüquqlarını, torpaq növlərini

və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər.

Sənədlərin hazırlanması və torpaqların sahiblik, habelə onlardan

istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və

torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə

uyğun həyata keçirilir.

200-

Page 201: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin

prinsiplərini, yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə

bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti

orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.

Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında

qanunvericilik bələdiyyərin maliyyəsinin formalaşması və istifadəsi ilə

əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının

Konstitusiyası ilə «Bələdiyyələrin statusu haqqında», «Dövlət büdcəsi

haqqında» «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti

haqqında» Azərbaycan Respublikasının qanunları və digər normativ-

hüquqi aktları ilə tənzimlənir.

Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı,

bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar,

bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.

Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi

özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafeyin respublika

mənafeyi ilə uzlaşması prinisplərinə əsaslanır.

Yerli büdcə bələdiyyənin maliyyə alətidir. Yerli büdcə bələdiyyə

statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq,

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları . ilə

müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün

formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə

büdcəsi olub, dövlət büdcəsinin tərkib hissəsi deyil.

Bələdiyyələrin müvafiq olaraq yerli büdcənin tənzimlənməsi

prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır. Yerli

büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə

müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında

tətbiq olunan büdcə təsnifatından istifadə edilməsidir.

Yerli büdcənin tərtibi aşağıdakı ardıcıllıqla baş verir. Yerli

büdcənin layihələri müəssisələrin cari və perspektiv təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi ilə bələdiyyələrin ərazi sosial-

-201-

Page 202: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

iqtisadi proqnozları və məqsədli-proqramlar əsasında formalaşdırılır.

Bələdiyyələr dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli

büdcə layihəsini tərtib edərkən müvafiq icra hakimiyyəti orqanına

mayın 1-dək lazımi hesabatlar verirlər.

Yerli büdcənin müzakirəsi və təsdiqi onun təşkilidir. Yerli büdcə

layihəsinin müzakirəsi və təsdiqi qaydası bələdiyyənin nizamnaməsi ilə

müəyyən edilir.

Növbəti maliyyə ili üçün dövlət büdcəsində dotasiya nəzərdə

tutulan yerli büdcənin layihəsi cari ilin dekabr ayının 25-dən gec

olmayaraq bələdiyyənin qərarı ilə dəqiqləşdirilə bilər.

Yerli büdcənin icrası onun təşkilinə xidmət edir, bələdiyyələr

dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər istisna olmaqla, yerli

büdcənin icrası prosesində mədaxil və məxaric maddələrində büdcə

təsnifatı üzrə təsdiq edilmiş təhsisat həddində dəyişikliklər apara

bilərlər.

Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli

büdcənin icrası haqqında hesabına əsasən təsdiq edilir və əhaliyə

çatdırırlar.

Yerli büdcə digər ərazi göstəriciləri ilə tarazlaşdırıhr. Əgər

bələdiyyə büdcəsinin icrası prosesində mədaxil mənbələri üzrə daxil

olan vəsait azalarsa və bu kəsrin son həddi aşmasına gətirib çıxararsa,

məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı

müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri

üzrə məxaricin mütənasib surətdə azaldılmasından ibarətdir.

Yerli büdcəyə nəzarət əsasən aşağıdakı istiqamətdə reallaşır.

- yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq

edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu

məqsədlə müstəqil auditorları cəlb etmək hüququna malikdir.

Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə

verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən

istifadəyə həmin orqanlar nəzarət edirlər.

-202

Page 203: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bələdiyyələrin maliyyə-kredit və sığorta təşkilatları mühüm

əhəmiyyətlidir.

Bələdiyyələr öz maliyyəsinin təşkili işini həm müvafiq bələdiyyə

ərazisində, həm də hüdudlarından kənarda fəaliyyət göstərən

Azərbaycan Respublikasının rezidenti olan kredit təşkilatları ilə

qarşılıqlı əlaqədə yerinə yetirirlər.

Bələdiyyələrlə kredit və sığorta təşkilatları arasında qarşılıqlı

münasibətlər müqavilə əsasında həyata keçirilir.

Bələdiyyələrin qanunvericiliklə müəyyən edilmiş qaydada;

özünün hesablaşma və kassa əməliyyatlarının aparılması üçün müvəkkil

bankı seçmək və xəzinədarlığı yaratmaq;

Azərbaycan Respublikasının rezidenti olan banklardan və digər

kredit təşkilatlarından qısamüddətli və uzunmüddətli kreditlər almaq;

Bələdiyyə mülkiyyətində olan obyektlərin, bələdiyyə

qulluqçularının sığortalanması haqqında qərar qəbul etmək hüququ

vardır.

Kredit təşkilatları qarşısında bələdiyyələrin öhdəlikləri üzrə dövlət

məsuliyyət daşımır.

Vergi ödəyicisinin hüquq və vəzifələri vergi qanunvericiyi ilə

tənzimlənir. Vergitutmanm formaları aşağıdakılardır:

- bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə

edilməsinədək tutulması);

- bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən

sonra tutulması);

- bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında,

bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün

təqdim etdiyi tədiyə bildirişilə vergi ödəyicisi tərəfindən verginin

ödənilməsi).

Bələdiyyələrin vergi xidməti orqanları və vergi qanunvericiliyi ilə

tənzimlənən münasibətləri aşağıdakı qruplara bölmək olar.

Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin, rüsumların

və ödənişlərin düzgün hesablanmasına, tam və

203

Page 204: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları

tərəfindən həyata keçirilir.

Bələdiyyələrin vergi xidməti orqanları yerli vergilər, rüsumlar və

dövlət vergi orqanları üçün müəyyən edilmiş hüquq və vəzifələrə

malikdirlər.

Azərbaycan Respublikasında yerli vergilərin, rüsumların və

ödənişlərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi

ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının, habelə vergi

münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı

hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi

qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi

xidməti orqanlarının və vəzifəli şəxslərinin hərəkətlərindən şikayət

edilməsi qaydaları, vergi qanunvericiliyi ilə müəyyən edilir.

Yerli vergilər üzrə vəsaitin alınması və büdcəyə köçürülməsi

qaydaları aşağıdakı ardıcıllıqla həyata keçirilir.

Yerli vergilərin ödənilməsi və vəsaitlərin bələdiyyə büdcəsinə

köçürülməsi vergi ödəyiciləri və bələdiyyələrin vergi agentləri

tərəfindən həyata keçirilir.

Vergi qanunvericiliyinə uyğun olaraq vergini hesablamağa, onu

vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan

şəxsi müəyyən edir.

Vergilərin toplanması və büdcəyə köçürülməsi qaydaları, habelə

bu qaydaların pozulmasına görə vergi ödəyicisinin və vergi agentinin

məsuliyyəti vergi qanunvericiliyi ilə müəyyən edilir.

Vəsaitlərin toplanması və büdcəyə köçürülməsinə nəzarət

bələdiyyələrin vergi xidməti orqanları tərəfindən vergi qanunvericiliyi

ilə həyata keçirilir.

Yerli vergilərə aşağıdakılar aiddir:

- fiziki şəxslərdən və dövlət mülkiyyətində olan müəssisələr

istisna olmaqla bələdiyyə ərazisində yerləşən hüquqi şəxslərdən torpaq

vergisi;

-204-

Page 205: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- fiziki şəxslərdən və dövlət mülkiyyətində olan müəssisələr

istisna olmaqla bələdiyyə ərazisində yerləşən hüquqi şəxslərdən əmlak

vergisi;

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət

vergisi;

- qanunla müəyyən edilən digər əlavə yerli vergilər.

Yerli ödənişlərə aşağıdakılar aiddir:

- bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər

obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün

ödəniş;

- bələdiyyə mülkiyyətin icarəsindən və özəlləşdirilməsindən daxil

olan ödəniş;

- bələdiyyələrin göstərdiyi kommunal sosial-məişət və mərasim

xidmətinə görə ödəniş;

- qanunla müəyyən edilən digər ödənişlər.

Yerli rüsumlara aşağıdakılar aiddir:

- bələdiyyə ərazisində ümumi istifadədə olan yerlərdə,

bələdiyyələr tərəfindən xüsusi ayrılmış sahələrdə, o cümlədən bazar və

yarmarkalarda, stasionar və səyyar ticarətə, ictimai iaşə xidmətinə görə

rüsum;

- bələdiyyə ərazilərində yerləşən sanatoriyalarda, istirahət

evlərində, turist bazalarında, pansionatlarda, koleclərdə, kempinqlərdə

göstərilən xidmətlərə görə kurort rüsumu. Kurort rüsumu bir göndəriş

vərəqəsinin dəyərinin ödənilən vəsaitə görə 0,5%-i həcmində müəyyən

edilir;

- avtomobil dayanacaqları üçün rüsum aylıq gəlirlərin vergi

tutulmayan məbləğindən faizlə aşağıdakı dayanacaqlara tətbiq edilir;

- bələdiyyə ərazilərində marşrut avtobus xətlərinin başlanğıc və

son dayanacaqları üçün gündəlik 1%-dən çox olmamaq şərti ilə;

- inzibati ərazi daxilində hüquqi və fiziki şəxslərə məxsus

ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına

əsasən müəyyən edilmiş yerlərdə daimi və müvəqqəti

205-

Page 206: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bütün növ nəqliyyat vasitələrinin dayanacaqları üçün sutkalıq 1%-dən

çox olmamaq şərti ilə;

- şəhərlərdə binaların ətrafında, meydançalarda, əyləncə

yerlərində, idarə təşkilat və ticarət şəbəkələrinin qarşısında, yolətrafı

zonalarda 30 dəqiqədən artıq dövrə olan dayanacaqlar üçün 0,5%

həcmində müəyyən edilir.

Yerli vergilərin dərəcələri və vergi üzrə güzəştləri aşağıdakı

istiqamətdə qruplaşdırılır.

- yerli vergilərin dərəcələri Azərbaycan Respublikasının vergi

qanunvericiliyində təsdiq edilmiş hədlər nəzərə alınmaqla müəyyən

edilir;

- bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi

ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad

etmək, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə

bilərlər.

Yerli vergilərin, rüsumların və ödənişlərin hesablanması və

ödənilməsi aşağıdakı qaydada reallaşır.

Kurort və mehmanxana rüsumları həmin müəssisələrin

mühasibathğı tərəfindən qeydiyyata düşmüş şəxslərdən tutularaq hər

ayın 1-nə qədər müvafiq bələdiyyələrin hesablaşma hesabına köçürülür;

Bələdiyyələrin əraziləri daxilində avtomobil dayanacaqları üçün

rüsum hər bir ödəyicidən dayanacaq işçiləri tərəfindən qəbz verilərək

nəqd pula alınır, toplanır və bələdiyyə vergi xidməti müfəttişlərinə ayda

bir dəfə təqdim edilir.

Fiziki və hüquqi şəxslərə məxsus əmlakın və torpaqların

alqı-satqısı, qeydiyyatı və yenidən qeydiyyatı əmlak və torpaq

vergilərinin ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra həyata

keçirilir.

Vergi ödəyiciləri əmlak və torpaq vergilərinin ödənilməsi

haqqında sənədi təqdim etdikdən sonra bələdiyyələrin vergi xidməti

orqanları tərəfindən onların bəyannamələri və hesabatları qəbul edilir.

Yerli vergilərin, rüsumların və ödənişlərin yığılmasına, büdcəyə köçürülməsinə, yığılan vergi, rüsum, ödənişlərin və

-206-

Page 207: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

digər vəsaitlərin xərclənməsinə nəzarət bələdiyyələrin müvafiq daimi

komissiyası, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən,

yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif

olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyası tərəfindən

həyata keçirilir.

Yerli vergi, rüsum və ödənişlərin tədiyyəçiləri, vergi agent- ləri,

habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin

pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə,

Azərbaycan Respublikasının İnzibati Xətalar haqqında Məcəlləsi ilə və

Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş

qaydada məsuliyyət daşıyırlar.

207-

Page 208: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BÖLMƏ V: SOSİAL-İQTİSADİ İNKİŞAF VƏ MALİYYƏ

SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

FƏSİL I: MALİYYƏ SİYASƏTİ VƏ MALİYYƏ POTENSİALI

Maliyyə resursları vd onların dəyişmə dinamikası

Maliyyə resursları iqtisadi dövriyyəyə cəlb olunan pul vəsaitinin

həcmi və onun istifadə istiqamətləri ilə müəyyən olunur. Maliyyə

resursları sosial-iqtisadi inkişafın ayrı-ayrı sahələrinin və əhalinin

rifahının yüksəldilməsi üçün toplanan investisiya və yaxud əmək haqqı

və cəmiyyətin digər xərclərini təmin etmək üçün formalaşan və artan pul

vəsaitinin dinamikası ilə müəyyən olunur. Maliyyə potensialı ÜDM-un

artımı ilə ölçülür. Həmçinin bazar iqtisadiyyatı şəraitində maliyyə

resursu kimi xarici ölkələrdən investisiya mənbəyi rolunu oynayan

xarici ölkələrin kapitalı da maliyyə resursu kimi istifadə olunur.

Maliyyə resurslarının artımı ilə yanaşı onun istifadəsinin səmərəli

təşkili, iqtisadi artımın və ehtiyacların maliyyə tələbatını ödəmiş olur.

Maliyyə tələbatı Azərbaycan iqtisadiyyatında baş verən struktur

dəyişikliklərin və əhalinin ehtiyaclarının ödənilməsi üçün zəruri olan

vəsaitlərlə ölçülür.

İstehsal sahələrinin artımı, genişləndirilməsi və islahatların daha

intensiv həyata keçirilməsi üçün struktur dəyişikliklərə əlavə vəsait

tələb olunur. Bu vəsait Azərbaycan iqtisadiyyatında ÜDM-un artımı,

ayrı-ayrı sahələrin istehsal həcminin dəyərinin artımı və əhalinin

gəlirlərinin və istehlakm təmin olunması ehtiyacları ilə ölçülür.

Maliyyə resursları formalaşma mənbələrinə görə dövlət,

qeyri-dövlət və xarici ölkələr hesabına formalaşan mənbələrə bölünür.

Ölkənin iqtisadiyyatının sahə quruluşu xarici kapitalın axınının

istiqamətlərini müəyyən edir. Azərbaycanda neft hasilatı, onun daşınması və emalı, bir sıra xarici ölkələrin

208

Page 209: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

kapitalının respublikaya axınına səbəb olur. Belə ki, investisiya maliyyə

resurslarının istifadəsinin təzahürü kimi çıxış edir.

Maliyyə resursları öz əksini ölkənin toplu maliyyə balansında

tapır. Bu da öz növbəsində onun yaranma mənbələrini müəyyən edir.

Azərbaycanda vergilər və ödəmələr, xarici iqtisadi əlaqələr, qeyri-dövlət

təşkilatlarından alman vergilər maliyyə resurslarının formalaşmasının

əsas mənbəyi rolunu oynayır. Maliyyə resursları, onun gəlir və xərc

strukturu ölkədə maliyyə ehtiyatlarının artırılmasına şərait yaradır.

Tarazlı inkişaf üçün sosial-iqtisadi proqnoz göstəriciləri ilə onun

maliyyə təminatı tarazhşdırıhr. Maliyyə resursları ÜDM və xarici

iqtisadi investisiyaların məbləği ilə müəyyən olunur. ÜDM-un artım

tempi artdıqca, uyğun olaraq dövlət büdcəsi resursları, müəssisə və

təşkilatların resursları da artır. Hesablamalar göstərir ki, ÜDM-un

ümumi həcmi 2002-ci ildə 2001-ci ilə nisbətən 9% artmaqla 20 trilyona

qədər yüksəlmişdir. 2004-cü ildə isə bu rəqəmin 36 trilyona çatacağı

gözlənilir.

Maliyyə resurslarının sahələr üzrə formalaşması həmin sahələrin

mənfəət faizindən asılı olaraq dəyişir. Son məhsul istehsal edən

sahələrin maliyyə resurslarının formalaşmasında rolu daha çoxdur.

ÜDM-un tərkibində sənayenin payı 35%, kənd təsərrüfatının 17,5%,

xidmət sahələrinin 42,5% təşkil etdiyi halda, qeyri-dövlət sektorunun

payı 71%, onun dövlət büdcəsinin reallaşmasında rolu 33%-dir. Dövlət

büdcəsinin formalaşmasının əsas mənbəyi dövlət sektorunun payına

düşür, o cümlədən dövlət sektorunun tərkibində Neft Şirkətinin payı

65%-ə qədərdir. Bütün mənbələr üzrə kapital qoyuluşu resurs potensialı

kimi daha dinamik inkişaf edir. Belə ki, 2002-ci ildə kapital

qoyuluşunun artım sürəti əvvəlki ilə nisbətən 19,5% təşkil etmişdir və

9,3 trilyon manata qədər yüksəlmişdir. Azərbaycanda maliyyə

resurslarının mənbələr üzrə dinamikası aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl V. 1.1-dən göründüyü kimi, 2001-ci ilə nisbətən ümumi

gəlirlərin həcminin 2003-cü ildə 160% artması müşahidə olunur.

Gəlirlərin formalaşmasının əsasını dövlət büdcəsi

-209-

Page 210: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

resursları təşkil edir. Belə ki, 2003-cü ildə dövlət büdcəsi resursları

gəlirlərə nisbətən 40% təşkil edir. Dövlət büdcəsinin resursları dövlət və

qeyri-dövlət müəssisələrindən tutulan vergilər və rüsumlarla formalaşır.

Təhlil göstərir ki, 2002-ci ildə daxili vergilər və rüsumların tərkibində

dövlət sektorunun payı 60%, qeyri-dövlət sektorunun payı isə 40%

təşkil edir. Ərazidə xarici- iqtisadi əməliyyatlardan vergi və rüsumlar

dövlət büdcəsi resurslarına nisbətən 16,1% təşkil edir. Müəssisə və

təşkilatların resursları 2003-cü ildə 6,7 trilyon manat olub, respublikada

maliyyə balansı göstəricisinə nisbətən 39,8% təşkil edir. Sosial Müdafiə

Fondunun gəlirləri maliyyə resurslarının 10%-ni, Neft Fondu isə 9,3%-ni təşkil edir.

Cridvəl V.I.l.

Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı

(mlrd.manat)

Gəlirlər 2001-ci

il hesabat

2002-ci il

hesabat 2003-cü ü gözlənilən

2004<ü il

proqnoz

2005-ci il

proqnoz

2006-ci il

proqnoz

2007-ci il

proqnoz Dövləl büdcəsinin resursları (gəlirləri)

3924,0 4551,0 6185,0 6957,0 7781,0 8878,0 11768,0

0 cümlədən

A.Daxili vergilər və rüsıunlar 2S95,0 3400,0 4162,0 4635,0 5300,0 6200,0 8900,0

a) dövlət sektoru b) qeyri-dövlət sektoru

1765.0 1130.0

2106,7 1293,4

2587.0 1575.0

2802,0 1833,0

2987.0 2313.0

3075.0 3125.0

.3229,0 5671,0

B.Xarici-iqti- sadi əməliyyatlardan vergi və rüsumlar

822,0 921,8 1020,0 1120,0 1220,0 1310,0 1400,0

C.Sair büdcə da.xilobuaları 207,0 229,1 1003,0 1202,0 1261,0 1368,0 1468,0

Müossiso və təşkilatların lÜ- suınlan, cəmi

4074,0 4612,0 5440,0 6650,0 7700,0 8600,0 10100,0

Digər gəlirlər, cəmi 2494,0 3239,5 5075,4 4941,2 5292,4 6281,6 8768,8

210-

Page 211: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

o cümbtlon

Dividenllar, qiymətli kağızlar və öz.əlloşdir- məclən gəlirlər

86.0 107,8 100,0 160,0 90,0 80,0

----------- 1

"0,0

Sosial Müdafiə Foüdumm gəlirləri

1350,0 1657,2 1815,7 1970,5 2005,6 2277,3 2470,9

Neft Foudunun gəlirləri 1058,0 1474,5 1561,1 928,7 1354,4 2544,3 4797,8

Dövlət büdcəsindən edilən subsidiyalar

1598,6 1882,0 1842,4 1380,0 1430,1

Beləliklə, büdcə resurslarının dinamikasında dövlət sektorunun

və qeyri-dövlət sektorunun arasında ciddi fərqlərin olması qeyri-dövlət

sektorunda (65%) mühüm maliyyə ehtiyatlarının olmasını sübut edir.

Makroiqtisadi təhlil göstərir ki, qeyri-dövlət sektoru maliyyə

resurslarının formalaşmasında 71% təşkil etdiyi halda, onun vergi və

rüsumların resurs mənbəyi kimi formalaşmasında rolunun az olması

sahibkarlığın mənfəət və maliyyə resurslarının bölgüsündə və yenidən

bölgüsündə vergi-rüsum mexanizmlərinin təkmilləşdirilməsini tələb

edir. Dövlət müəssisələri vergi yolu ilə maliyyə resurslarının

formalaşmasında, dövlət büdcəsinin formalaşmasında əsas mənbə

olaraq qalır. Belə ki, Dövlət Neft Şirkətinin daxili vergi və rüsumlarda

xüsusi çəkisi 2003-cü ildə 47,7%-ni, dövlət sektorunun vergilər və

rüsumlarının tərkibində isə 78,9% təşkil edir. Digər qalan hissəsi isə

Azərenerji, Rabitə Nazirliyi, Dəmir yolu, AZAL Dövlət Konserni,

Xəzər Dəniz Gəmiçiliyi, Azərqaz Səhmdar Cəmiyyəti, Azərkimya

Dövlət Şirkətinin payına düşür. Resursların formalaşmasında dövlət

sektorunun rolunun yüksəldilməsi problemi həmin sektorda mənfəətin

yüksəldilməsi, vergiyə cəlb olunan maddi resursların və yeni yaradılan

dəyərin düzgün qiymətləndirilməsi, başqa sözlə desək, vergiyə cəlb

olunan vergi bazasının yüksəldilməsi yolları və tədbirlərini təşkil edir.

211

Page 212: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Azərbaycanda maliyyə-vergi siyasətinin dinamik inkişafında əsas

istiqamət və səmərəli inkişaf meyli tədricən vergi yükünün azaldılması

yolu ilə vergiyə cəlb olunan vergi bazasının genişləndirilməsi təşkil

etdiyi üçün bu sahənin ÜDM-un artması, aralaq məhsulun azalması,

ixracat yönümlü məhsulun artması son nəticədə bütün vergi növləri üzrə

maliyyə resurslarının artmasına gətirib çıxarır.

Azərbaycanda xarici iqtisadi əməliyyətlar maliyyə resurslarının

formalaşma mənbəyi olaraq strateji əhəmiyyət kəsb edir. Belə ki,

mülkiyyət münasibətlərindən asılı olaraq dövlət və qeyri-dövlət

sektorlarında istehsal olunan məhsulların ixracı və idxalı yolu ilə

istehsal təyinatlı, yaxud əmtəə xidmət bazarının təşkili prosesində

həmin məhsulların artması, bu yol ilə formalaşan daxili resursların

həcminə, onun respublika daxilində istifadəsinə və yaxud başqa

respublikalara axmasına səbəb olur. Ona görə də müsbət saldo

(idxal-ixrac fərqi) respublikanın ərazisində maliyyə resurslarının

formalaşmasına səbəb olur.

Azərbaycan Respublikası 1990-cı ildən dayanıqlı və tarazlı inkişaf

strategiyasına uyğun inkişaf etdiyinə görə onun tədiyyə balansı müsbət

saldo ilə ifadə olunur. Belə ki, respublikadan müxtəlif ölkələrə

göndərilən məhsulların valyuta gətirməsi, neftin ixracatı respublikada

maliyyə resurslarının mənbəyi kimi çıxış edir.

Cədvəldən göründüyü kimi, xarici iqtisadi əməliyyatlardan vergi

və resurslar bütün rüsumlara nisbətən 24,2% təşkil edir. Xarici iqtisadi

əməliyyatlar dövlət və özəl müəssisə və təşkilatlar vasitəsilə reallaşır.

Respublikada sahibkarlığın inkişafı bir sıra idxal vergilərinin

dövlətlərarası ikiqat vergidən uzaqlaşma yolu ilə bağlanmış sazişləri

həmin şirkətlərin ixracyönlü fəaliyyətini stimullaşdırır və son nəticədə

müəssisə və təşkilatların resurslarının artımına səbəb olur. Müəssisə və

təşkilat resursları ərazidə bütövlükdə əmtəə və mal dövriyyəsini təmin

edir, istehsalın genişləndirilməsi üçün lazım olan amortizasiya ayırmalarını artırır və xalis mənfəət şəklində müəssisənin

212

Page 213: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

genişlənməsinə, onun işçilərinin əmək şəraitinin əmək haqlarının, sosial

müdafiəsinin yüksəldilməsinə yönəldilir.

Amortizasiya ayırmaları müəssisə resurslarının daxili xərcləri

kimi, bütövlükdə cəmiyyətdə resurs potensialı kimi çıxış etsə də o, bazar

iqtisadiyyatı şəraitində ÜDM-un artmasına və xalis gəlirin

formalaşmasına dolayı yolla təsir edir. Belə ki, bu ayırmaların səmərəli

istifadəsi nəticəsində ümumi məhsuldarlıq artır, istehsal həcmi

genişlənir, reallaşan məhsulun miqdarı bütövlükdə istehsal həcmini

artırır, bu da pulun kütləsinin artırmasına şərait yaradır.

Mənfəət müəssisə üçün istehsalın davamlı inkişafının maliyyə

amilidir. Mənfəətdən vergilər ödənildikdən sonra onun qalan hissəsi

yeni iş yerlərinin açılmasına, istehsal güclərinin, işçilərin sosial

ehtiyaclarının ödənilməsinə və yaxud borc və kredit resursu kimi bank

vasitəsilə istifadə olunmasına yönəldilir. Müəssisələrin və təşkilatların

mənfəətindən sosial ödəmələr, sosial sığorta dividentləri verildikdən

sonra qalan resurslar mənfəətin, daxili resursların artmasına

yönəldilməsini həyata keçirilir.

Ölkədə Sosial Müdafiə Fondunun gəlirləri resurs kimi yenidən

bölgü hesabına formalaşır. Belə ki, onun əsas mənbəyi müəssisə və

təşkilatların Sosial Müdafiə Fonduna, əmək haqqı fonduna ayırmalardan

və dövlət büdcəsindən transfert xərcləri formasında ayırmalardan

ibarətdir. Sosial Müdafiə Fondunun dövlət büdcəsindən formalaşan

hissəsi həmin resursların əsas istehlakçıları olan əhalinin yaş quruluşu,

demoqrafik tərkibi və digər əhali kontingentlərindən asılıdır. Neft

Fondunun gəlirləri ölkədə maliyyə resurslarının ehtiyatlarını təmin edir,

onun artan hissəsi ayrı-ayrı iqtisadi sektorların inkişafına və sosial

müdafiə məqsədlərinə xidmət edir. Neft Fondundan 2002-ci və 2003-cü

illərdə dövlət büdcəsi ilə ayrılan vəsait onun gəlirləri və xərclərində öz

əksini tapır, bütövlükdə əmtəə və xidmət dövriyyəsində maliyyə resursu

kimi formalaşır. 2003-cü ildə Neft Fondundan ayırmalar 500 milyard

manat (100 milyon dollar), 2003-cü ildə isə 600 milyard manat (120

milyon dollar) təşkil

213

Page 214: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

edir. Neft Fondunun idarə olunmasından gələn gəlirlər bütövlükdə

ölkənin resurslarının artımına səbəb olur. Maliyyə resursları ölkənin

iqtisadi və sosial inkişafında müxtəlif istiqamətlərdə investisiya, yığım

və istehlak üçün istifadə olunur, Ölkədə istehlak tələbatının ödənilməsi,

borcların silinməsi, xarici borcların qaytarılması və müxtəlif təşkilatlara

üzvlük haqqı kimi istifadə olunur. Belə ki, respublika ərazisində bu

istiqamətlər mülkiyyət və təşkilati formasından asılı olmayaraq məcmu

icmal balansını təşkil edir. Maliyyə resurslarının investisiya yolu ilə

istifadəsi perspektiv inkişafın əsas istiqamətlərini müəyyən edir.

İnvestisiya proqnozu və onun əsas istiqamətləri 2-ci cədvəl öz əksini

tapmışdır.

Cədvəl V.II.2.

İnvestisiya resurslarının proqnozu

Göstəricilər ölçü vahidi

2001-ciü

hesabat 2002-ci ü

hesabat 2003-cü ü

gözləuüən 2004-cü il

proqnoz 2005-cı ü

proqnoz 2006-cı ü

proqnoz

Bütün maliyyə mənbələri

hesabına investisiyalar

Mlrd.man. Mln.

doll. 7273.1 1562.1

12621,2 2596,6

17134,8 3461,6

18405,4 3699,6

15482.7 3102.7

14220.0 2844.0

Artmı sürəti % 110,6 173,5 135,8 107,4 84,1 91,8 1.Daxili investisiyalar Mlrd. man.

Mln. doll. 2188,7

470.1 2730,2 561,7

3500,0 707,1

3550,0 713,6

3600,0 721,4

3850,0 770,0

Artım sürəti % 95,1 124,7 128,2 101.4 101,4 106,9

2.Xarici investisiyalar Mlrd.mau. Mln.

doU. 5084,4 1092,0

9891,0 2034,9

13634,8 2754,5

14855,4 2986,0

11882,7 2381,3

10370,0 2074,0

Artım sürəti % 119,0 194,5 137.8 109.0 80,0 87,3

İnvestisiyanın bütün maliyyə mənbələri üzrə formalaşması və

dinamikası perspektiv inkişafın əsas istiqamətlərini, onun səmərəli

istifadə mexanizmlərini əsaslandırır. 2003-cü ildə investisiyanın həcmi

2001-ci ilə nisbətən 2,4 dəfə artmışdır və 2007-ci ildə bu artımın iki dəfə

artacağı nəzərdə tutulur. İnvestisiya resursları artdıqca investisiya

mənbəyi olaraq daxili imkanların rolu artır və xarici investisiyalara

ehtiyac azalır. Belə ki, daxili investisiyalar 2003-cü ildə 2001-ci ilə

nisbətən 160% artmışdırsa, xarici investisiyaların artımı 2,7 dəfə təşkil

edir. Bunun isə bilavasitə neft layihələrinin inkişafına yönəldilməsi

-214-

Page 215: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

nəzərədə tutulur. Xarici investisiyaların tərkibində neft sektorunun payı

2003-cü ildə 73% təşkil edir. İnvestisiya siyasəti maliyyə resurslarının

mənbələr hesabına və ayrı-ayrı sahələr üzrə prioritetlərini,

istiqamətlərini müəyyən edir. Neft sektoruna qoyulan investisiyalar neft

gəlirlərini artırır, bu yeni iş yerlərinin açılmasına kömək edir, bu da öz

növbəsində qeyri-neft sektorunun, kənd təsərrüfatının və xidmət

sahələrinin inkişafı üçün maliyyə mənbəyi yaradır. Xarici investisiyalar

respublikada investisiyanın təşviqi, onun qorunması və iqtisadiyyatın

stabil inkişafı ilə əlaqəli tənzimlənir və idarə olunur. İnvestisiyaların

təşviqi, qorunması və ayrı-ayrı kontraktlarda investisiya riskini nəzərə

alaraq onun pay bölgüsündə stimullaşdırma mexanizmlərinin tətbiqi,

investisiya mühitinin maliyyə nəzarətinin formalaşması və inkişafı

istiqamətləridir.

Qeyri-dövlət maliyyə potensialının mövcud

vəziyyəti və dinamikası

Maliyyə potensialı dedikdə ayrı-ayrı obyektlərin, sahələrin və

əhalinin sosial inkişafını, həyat səviyyəsini təmin etmək üçün mövcud

pul vəsaitləri, ehtiyatlar, fondlar və kredit resursları nəzərdə tutulur.

Potensial olaraq bu resurslar inkişafın maliyyə əsasını, onun

dinamikasını, artım sürətini ayrı-ayrı funksional təyinatına görə istifadə

olunan pul, kapital, imkanlarını nəzərdə tutur.

Potensial olaraq onun formalaşması cari ildə istehsal olunan, xalis

gəlirlər, ehtiyatlar və xarici ölkələrdən alınan kreditlər və ölkəyə

gətirilən, qoyulan investisiyalar təşkil edir.

Maliyyə potensialını mülkiyyət münasibətlərinə görə dövlət,

qeyri-dövlət potensialına məqsədli fondlar, xüsusi vəs^aitlər, müxtəlif

ianələr və xarici-daxili investisiyaları birləşdirmək olar. Həmçinin

maliyyə potensialı mülkiyyət münasibətlərinə uyğun olaraq dövlət və

qeyri-dövlət potensialına bölünür. Ayrı-ayrı mülkiyyətlər arasında

istifadə cəhətdən maliyyə potensialı bölünür və yenidən bölünür. Bölgü prinsipində istehsal, bölgü.

-215

Page 216: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

mübadilə və istehlak sferasında maliyyə potensialının dəyişməsi, oıum

ayn-ayrı məqsədlər və subyektlər arasında yenidən bölgüsü baş verir.

Cəmiyyətdə iqtisadi imkanlar onun sahibləri arasında istifadə

dərəcəsinə görə dövriyyəyə cəlb edilməsi baxımından eyni səmərə

gətirmir. Maliyyə tutumlu sahələr reallaşan, bazara çıxarılan

məhsulların miqdarı ilə ölçülür. Bazar iqtisadiyyatı şəraitində maliyyə

subyektləri daha əməli, təşəbbüskarlıq fəaliyyəti göstərməklə maliyyə

sferasında baş verən dəyişmələrə davamlı inkişaf üçün subsidiyalar,

variantlar axtarır. Potensialın düzgün proqnozu dövriyyədə pul, əmtəə,

xidmət sferalarının tarazlığını müəyyən edir. Əgər bu tarazlıq təmin

olunmazsa, pulun alıcılıq qabiliyyətinin azalması, maliyyə resurslarının

səmərəliliyinin aşağı düşməsi prosesi yaranar. Əgər maliyyə resursları

maddi və mənəvi nemətlərin müəyyən qiymətdə kütləsinə uyğun

gəlməzsə, onda qiymətin qalxması, inflyasiya və yaxud pulun qıtlığı baş

verər. Ona görə də maliyyə potensialının strukturu, onun artımı

sosial-iqtisadi inkişafın əsas göstəriciləri ilə tarazhşdınhr. Dövlət

büdcəsində bu tarazlaşma büdcə kəsiri vasitəsilə təmin edilir.

Sahibkarlığın inkişafı, ayrı-ayrı xərclərin artırılması üçün zəruri olan

maliyyə tələbatını istehsal olunan gəlirlərlə ödəmək mümkün olmadıqda

büdcə kəsiri vasitəsilə xarici ölkələrdən kredit almaq, yaxud ölkə

daxilində mövcud potensialın satılması yolu ilə büdcə kəsirinin aradan

qaldırılması nəzərdə tutulur. Maliyyə potensialının müəyyən artan

hissəsi bazarhqtisadiyyatı şəraitində qeyri-dövlət sektorunda formalaşır.

Qeyri-dövlət sektoru maliyyə-kredit siyasətinin reallaşması subyektləri

olaraq dövriyyədə olan maliyyə potensialını artırır, onun istifadəsində

iştirak edir.

Bazar iqtisadiyyatı formalaşdıqca qeyri-dövlət sektorunun rolu

onun büdcə gəlirlərinin formalaşmasında, əhalinin gəlirlərində rolunun

artmasında və ölkə ehtiyatlarının formalaşması ilə reallaşır.

Qeyri-dövlət sektoru sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla

gəlirlərini formalaşdırır və yaxud kredit yolu və borc kapitalı mənimsəməklə, investisiya cəlb etməklə müxtəlif xarici

-216-

Page 217: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və daxili investorlardan cəmiyyətdə maliyyə resurslarının artımını təmin

edir.

Özəlləşdirmə siyasəti, özəlləşdirmədən sonrakı sağlamlaşdırma

tədbirləri özəl sektorun genişlənməsi və həmin sektorun sahə-ərazi

quruluşu maliyyə potensialının uyğun, müvafiq quruluşunu və

dinamikasını yaradır. Özəl sektorun maliyyə potensialı həmin sektorun

əhatə etdiyi bütün maddi sərvətlərin, texnoloji qurğuların və əmək

resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi üçün zəruri olan pul

vəsaiti ilə ölçülür.

Qeyri-dövlət maliyyə potensialını formalaşdıran və inkişaf etdirən

mühiti ölkədə olan məcmuu tələbat sistemi və bütövlükdə

maliyyə-kredit resursları təşkil edir. Dövlətin əsas vəzifəsi bu resursların

tapılmasına şərait yaratmaqdır.

Dövlət büdcə vasitəsilə özəl sektərun, sahibkarlığın inkişafına

stimul yaradır. Belə ki, Sahibkarfğa Kömək Fondu ayrı-ayrı regionların

sosial-iqtisadi inkişafını təmin etmək üçün yerli büdcələrə

(bələdiyyələrə) ayrılan dc tasiyalar, subsidiyalar və dövlət büdcəsi

vasitəsilə verilən kredit ər qeyri-dövlət sektorunun maliyyə potensialının

formalaşması ım əsas mənbəyidir. Bu sektorun maliyyə potensialının

digər mənbəyi isə onun sərəncamında qalan mənfəət, həmin mən: 'əətin

iqtisadi dövriyyədə istifadə olunmasından əldə olunan yer i gəlirlərdir.

Müasir bazar iqtisadiyyatı şərai ində xüsusi vəsaitlər kimi bir sıra

məqsədli proqramların həy.rta keçirilməsində, qeyri- hökümət

təşkilatlarında və qeyri-dö/lət büdcələrində maliyyə potensialı daxili

imkanların daha ləmərəli istifadə edilməsi hesabına və yaxud həmin

xidmət sfurasmm inkişafı ilə dövlət müəssisələrindən, əhalidən və yaxud

şi rkətlərdən alınan ödəmələr hesabına baş verir. Belə ki, qeyri-dö iət

sektoru öz vəsaitlərini kredit resursu kimi istifadə etməklə və yaxud

bank kapitalı formasında saxlayaraq faizlər almı.qla, borc kapitalı kimi

istifadə etməklə resurslarını artırır Özəl sektorun maliyyə potensialı

daxili və xarici borclar hese bina biznes planına uyğun olaraq tərtib

olunur.

-217-

Page 218: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Maliyyə planının əsas məqsədi hər hansı müəssisənin, sahibkarın

bütün xərclərini təmin etməklə bir sıra dövlət qarşısındakı öhdəlikləri

ödəməklə müəssisənin davamlı inkişafını təmin etmək və hər il artan

resurslarla fəaliyyətə başlamaq deməkdir.

Müasir şəraitdə maliyyə resursları bələdiyyə (yerli büdcə),

qeyri-hökümət təşkilatları, büdcədənkənar fondlar və ayrı-ayrı

sahibkarların gəlirləri və xərcləri formasında inkişaf edir. Bu maliyyə

formalarının ümumi və fərqli cəhətləri həmin subyektlərin fəaliyyətinin

məqsədindən, biznes proqramlarından, istehsal və marketinq

strukturundan, həmçinin resursların istifadə yollarından asılı olaraq

formalaşır.

Qeyri-hökümət təşkilatlarının nizamnamə kapitalı həmin

təşkilatın məqsədini həyata keçirmək üçün təşkilatı himayə- ləşdirən

dövlət, şirkət və yaxud kapital şəklində istifadə olunur. Bu kapital

həmin təşkilata üzv olan hökümət, şirkət və fərdlər tərəfindən ödənilir.

Kapitalın maliyyə imkanları maliyyə bazarında məcmuu tələb və

təklifin formalaşmasına təsir edir.

Digər əsas qeyri-dövlət maliyyə potensialı bələdiyyələrin maliyyə

resurslarıdır. Bələdiyyələrin statusu, onun maliyyə imkanları haqqında

qanunlara uyğun olaraq bələdiyyə büdcəsi və onun istifadəsi özünü

maliyyələşdirmə və özünü idarəetmə prinsipləri əsasında həyata

keçirilir. Bələdiyyələrin maliyyə potensialı dövlət tərəfimdən alınan

dotasiyalardan, yerli vergilərdən, yerlərdə hər hansı sosial məqsədlər

üçün həyata keçirilən yığılan rüsumlardan və bələdiyyə mülkiyyətindən

olan əmlakdan istifadə etməklə əldə olunan gəlirlərdən formalaşır.

Müasir şəraitdə bələdiyyələrin maliyyə potensialının, onların özlərinin

tam imkanları hesabına ödənilməsi və dövlət büdcəsindən ayırmaların

azaldılması ilə inkişaf etdirilməsi nəzərdə tutulur.

Bələdiyyə büdcəsinin idarə olunması həmin ərazinin sosial

inkişafına uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

hesabına formalaşır.

Müasir şəraitdə özünüidarəetmə prinsipi olaraq bələdiyyələrin

vergi xidməti, onun idarə edilməsində nəzarətin güclən

-218-

Page 219: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dirilməsi üçün bələdiyyə büdcələrinin tərtibi, təsdiqi və nəzarətində

«Büdcə sistemi haqqında qanun»a uyğun olaraq gəlirlər və xərclərin

icmal balansında təsdiq olunması və onun icrasına nəzarət həyata

keçirilir. Azərbaycan Respublikası Milli Məclisi «Büdcə sistemi

haqqında qanun»u təsdiq etməklə, büdcədənkənar fondların

istifadəsində nəzarət funksiyasını gücləndirmək məqsədilə xəzinədarlıq

sisteminin tətbiqi qaydaları qanunvericiliklə tənzimlənir. Təbii ki, bu

halda yerli bələdiyyə orqanlarının xüsusi razılığı olmaqla gəlirlər və

xəsrc strukturu ayrı-ayrı büdcə təsnifatı ilə uzlaşdırılır, onun üzərində

nəzarət həyata keçirilir.

Bazar iqtisadiyyatının formalaşması və təşəkkülü maliyyə

potensialının, onun subyektləri və təşkilati formaları arasında

mübadiləsinin, əlaqənin yeni formalarını meydana çıxarır. Belə ki,

xidmət sferası inkişaf etdikcə, maliyyə bazarında bazar tipli

mexanizmlər, prinsiplər və onların konkret sahə, ərazi və xidmət

strukturu formalaşır. Maliyyə resurslarının rolu bank sisteminin, lizinq

xidmətinin, qiyməti kağızların, kredit münasibətlərinin daha geniş

istifadəsi baxımından əməli formaları maliyyə potensialının

dinamikasında böyük rol oynayır. Belə ki, nəqdsiz hesablaşmalar,

sənaye-maliyyə korporasiyalarının formalaşması maliyyə resurslarının

dövriyyə sürətini artırır. Bu məqsədlə yeni bazar tipli maliyyə

strukturları meydana çıxır. Daha çox nəqdsiz hesablaşmalar kreditlə,

əmtəə və xidmət istehlakı formaları nəqd pul şəklində ifadə olunmasa da

bütövlükdə potensial güc kimi qiymətləndirilə bilər. Kredit resurslarının

ÜDM-da olan payı artdıqca maliyyə potensialının güclənməsi imkanları

artır. Statistik rəqəmlərə görə bu rəqəm Azərbaycanda 10% təşkil edir.

Bu da öz növbəsində əmtəə-pul münasibətlərinin güclənməsi üçün

ehtiyatlar olduğunu sübut edir.

Əhaliyə sonradan ödənilməsi şərti ilə lizinq xidməti əmtəələrin və

avadanlıqların kredit yolu ilə satılması, ayrı-ayrı sahibkarların bir-birinə

borcların olması, maliyyə bazarında faktiki dövriyyə ilə potensial

dövriyyə arasında nisbətlərin, fərqlərin artmasına gətirib çıxarır. Bu gün

Azərbaycan

-219-

Page 220: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

iqtisadiyyatında daxili borcların olması mülkiyyət münasibətlərində

asılı olmayaraq müəssisə və sahibkarların maliyyə hesabatlarının və

ödəmələrinin çətinləşməsinə səbəb olur ki, bu da bir sıra məcburi

ödənişlərin vaxtında yerinə yetirilməsinə maneçilik edir. Debitor və

kreditor borclarının silinməsi müəssisələrin maliyyə fəaliyyətinin

tənzimlənməsinə, gəlir və xərclərin şəffaflığına səbəb ola bilər.

Müasir şəraitdə maliyyə bazarının formalaşmasında və

qeyri-dövlət sektorunun maliyyə əlaqələrinin, həmçinin əhalinin

maliyyə fəallığını artırmaq məqsədilə qiymətli kağızlar bazarı, birbaşa

investisiyalar, lizinq xidməti, o cümlədən, maliyyə lizinqi və

uzunmüddətli kreditlər mühüm rol oynayır. Sahibkarların inkişafını

təmin etmək üçün onların vəsaitlərinin bir yerə toplanması məqsədilə

kredit ittifaqları yaranır. Kredit ittifaqlarının fəlsəfəsi ondan ibarətdir ki,

hər bir fiziki və hüquqi şəxs öz vəsaitini ümumi məqsəd üçün zəruri olan

xərclərin ödənilməsinə yöənldir. Bu ittifaqın maliyyə potensialı kimi

formalaşması, onun üzvlüyünə daxil olunması və həmin potensialdan

istifadə ittifaqa daxil olan üzvlərin təsərrüfat fəaliyyətinin ehtiyaclarını

ödəmək üçün istifadə olunur.

Lizinq xidməti isə xırda biznes fəaliyyətində və fiziki şəxslərin

maliyyə imkanları olmadıqda onlara təchizat, avadanlıq ehtiyaclarının

natura şəklində təmin edilməsi və yaxud qabaqcadan maliyyə lizinqi

formasında onun xərclərinin ödənilməsi yolu ilə həyata keçirilir.

Maliyyə lizinqi müəyyən məqsədli maliyyə proqramları üçün ayrı-ayrı

resursların qabaqcadan ödənilməsi yolu ilə son məhsuldan tutulmaq

şərtilə verilir.

Sahibkarların maliyyə potensialını formalaşdıran əsas

mənbələrdən biri də qiymətli kağızlar bazarıdır. Belə ki, dividentlərin

alınması üçün sahibkarlıqda iştirak etmək kapital qoymaqla səhm,

qiymətli kağızlar almaq müasir şəraitdə maliyyə resurslarının artırılması

yoludur.

Bu gün bazar iqtisadiyyatı şəraitində mənfəətli müəssisələr,

sahibkarlar gəldikcə gəlir payı almaq məqsədilə ayrı-ayrı pul sahələrini

istehsala cəlb etməklə öz maliyyə resurslarını

-220-

Page 221: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

gücləndirirlər. Bu potensial istifadə istiqamətindən və səmərəsindən asılı

olaraq əlavə maliyyə imkanları yaradır və son nəticədə kapitalın

səmərəliliyini təmin edir, maliyyə potensialı ilə iqtisadi inkişaf və

sahibkarlıq fəaliyyəti arasında əlaqələrə müxtəlif prinsiplərdən baxıla

bilər. Fikrimizcə, aşağıdakı sxemlə bu əlaqəni aça bilərik.

Sxem. Maliyyə resursları ilə sosial-iqtisadi inkişafın tarazlığı.

Sxemdən göründüyü kimi, maliyyə potensialının formalaşması,

dinamikası və istifadə mexanizmləri sosial-iqtisadi inkişafın prioritetləri

ilə uzlaşdırılır. Maliyyə imkanları ilə inkişaf meylləri, prioritetlər

uyğunlaşdırılır və məqsədli proqramların, biznes planının

makrosəviyyəli maliyyə təminatı reallaşdırılır.

Bzara iqtisadiyyatı inkişaf etdikcə qeyri-dövlət maliyyə potensialı

sahibkarların xüsusi vəsaitlərinin və əmanətlərinin maliyyə bazarında və

ehtiyatların təmin olunmasında və habelə

-221-

Page 222: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

investisiya məqsədləri üçün istifadəsində öz əksini tapır. Statistik

rəqəmlər 1996-cı ildən bəri sabitlik və tarazlı inkişafa uyğun olaraq əhali

əmanətlərinin artmasını göstərir. Əhalinin əmanət banklarında

saxladıqları pulun miqdarının 400 milyard manata qədər qalxması

dinamikası və bu tədbirlər üzrə dövlət tərəfindən həyata keçirilən

siyasətin təkmilləşməsi maliyyə potensialının sonrakı inkişafını təmin

edə bilər. Əhalinin maliyyə potensialının formalaşması rolunun artması

onların xüsusi vəsaitlərinin təsərrüfat fəaliyyətinə cəlb edilməsinə şərait

yaradılması ilə bağlıdır. Bu baxımdan əmanətlərin sığortalanması və

düzgün faiz siyasəti əhali resurslarının dövriyyəyə cəlb edilməsinə şərait

yaradır.

Qeyri-dövlət sektorunun inkişaf göstəriciləri onun maliyyə

potensialının və investisiya xərcləri arasında müəyyən edilir.

Qeyri-dövlət sektorunun inkişafı, onun dinamikası aşağıdakı cədvəldə öz

əksini tapır.

Cədvəl V.I.3.

Qeyri-dövlət sektorunun inkişaf göstəriciləri

Ölçü vahidi 2001-ci il

hesabat 2002-ci il

hesabat 2003-cü il

gözlənilən 2004-cü il

proqnoz

Ümumi Daxili Məhsul (ÜDM)

Mlrd.manat 19072,3 21603,3 25148,4 27789,4

Ümumi buraxılış

Mlrd.manat 26664,1 32353,7 41547,3 46645,7

Aralıq istehlak Mlrd.manat 9211,8 12649,8 16399,0 18656,3

Əlavə dəyərin

xüsusi çəkisi

% 71,5 66,8 60,5 60,0

Artrnı sürəti % 113,4 112,5 111,1 110,6

222-

Page 223: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl V.I.4.

Qeyri-dövlət sektorunun investisiya göstəriciləri

Ölçü

vahidi 2001-ci il

hesabat 2002-ci il

hesabat 2003-cü il

gözlənilən 2004<ü il

proqnoz 2005-ci il

proqnoz 200C<i il

proqnoz 2007-ci il

proqnoz BOlün maliyyə mənbələri hesabına

qeyri dövlət investisiyaları Mlrd.man. Mln.

doll. 5322.0 1143.0 10423,4

214-1,0 14470,4 2933.3 15862,4

3188,4 13011,2 2607,5 11765,0

2363,0 12067,2 2366,1

Artım sürəli 9'o 133,8 195,9 138,8 109,6 82,0 90,4 102,6 Ümumi investisiyalarda xüsusi çəkisi % 73,2 82,6 84,5 86,2 84.0 82,7 82,6 0 cümlədən

1 .Daxili qeyri-dövlət investisiyaları Mlrd.man. Mln.

doll. 1131,6 243.0 1616,3

332,5 1890,0 381,8 2201,0

442,4 2376,0 476,2 2695,0

539,0 2938,0 576,1

Artım sürəti % 128,4 142,8 116,9 116,5 108,0 113,4 109,0 Ümumi daxili investisiyalarda xüsusi

çəkisi % 57.7 59.2 54,0 62,0 66,0 70.0 70,8

2.Xarici qeyri-dövlət investisiyaları Mlrd.man. Mln.

doll. 4190,4 8807.1 12580,4 13661,4 10635,2 9070,0 9129,0

Artım sürəti % 130,1 201,3 140,3 108,0 77,6 85,1 98,7 Ümumi xarici investisiyalarda xüsusi

çəkisi % 82.4 89,0 92,3 92,0 89,5 87.5 87,3

Cədvəldən göründüyü kimi, qeyri-dövlət sektorunun inkişafı

bütövlükdə Azərbaycanın inkişafının tempi ilə uyğundur. Belə ki,

ümumi artım tempi hətta, iqtisadiyyat üzrə ÜDM-un artım tempindən

yüksəkdir. ÜDM-da əlavə dəyər vergisinin xüsusi çəkisi azalma

tempinə malikdir. Bu da onun aralıq məhsulunun artmasının daha

yüksək artıma malik olması ilə izah olunur. Qeyri-dövlət sektorunun

ÜDM-da xüsusi çəkisinin proqnozu 2004-cü ildə 75% gözlənilir.

ÜDM-un qeyri-dövlət sektorunda sahələr üzrə strukturu ayrı-ayrı

sahələrin aralıq və son məhsulun xüsusi çəkisi maliyyə potensialının

istifadəsinin texnoloji sxemini və təkrar istehsal sxemini müəyyən edir.

Təkrar istehsal quruluşu investisiyanın qeyri-dövlət sektorunda

formalaşma mənbələri və dinamikası, strukturu ilə səciyyələnir.

İnvestisiyanın bütün mənbələr hesabına qeyri-dövlət sektorunda artım

sürəti 2003-cü ildə 109% təşkil edib. Sonrakı illərdə formalaşan

potensial artım sürətinin sabitləşmə və nisbətən azalma meylini

müəyyənləşdirir. Qeyri-dövlət investisiyaları bütün investisiyanın

həcmində 2003- cü ildə 84% yüksəlmişdir. O cümlədən, daxili

qeyri-dövlət investisiyaların ümumi daxili investisiyalarda xüsusi çəkisi

54%,

223

Page 224: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

xarici qeyri-dövlət investisiyaların ümumi xarici investisiyalarda xüsusi

çəkisi 92% təşkil etmişdir.

Beləliklə, qeyri-dövlət sektorunun maliyyə inkişafının, onun

maliyyə potensialının tədricən, daxili potensial formalaşdıqca daxili

investisiyalar hesabına təmin olunması gözlənilir. Bu baxımdan da

investisiyaların perspektiv inkişafı təmin edən sahələrə yönəldilməsi

strategiyası əsas istiqamət olaraq qalır və inkişaf etdirilir.

Neft strategiyası, onun iqtisadi rolu əhalinin, özəl sektorun

inkişafını təmin edən infrastrukturların formalaşmasına, maliyyə

potensialının maddi əsasının gələcəkdə möhkəmlənməsinə zəmin

yaradır.

Qeyri-dövlət sektorunda maliyyə resurslarının istifadəsi

və onlara nəzarətin təkmilləşdirilməsi istiqamətləri

Qeyri-dövlət sektorunda maliyyə resursları formalaşma

mənbələrinə və istifadə istiqamətlərinə, xarakteri və məzmunuma görə

dövlət sektorundan fərqli, özünəməxsus xüsusiyyətlər kəsb edir. Belə ki,

qeyri-dövlət sektoru maliyyənin təşkili formalarına görə daha çevik

əməli fəaliyyətlər üzrə ixtisaslaşır və bazar rəqabəti şəraitində daha

çevik, ahəngdar maliyyə siyasəti yeritməyə imkan yaradır.

Qeyri-dövlət strukturları maliyyə resurslarının məqsədlərinə görə

təsnifata, qruplara bölünür. Belə ki, sahibkarlıq və mülkiyyət formaları

bələdiyyə maliyyə resursları, özəl müəssisələrin maliyyə resursları,

məqsədli büdcədənkənar fondlar və həmçinin qeyri-hökümət

təşkilatlarının, xarici ölkələrin maliyyə resursları kimi təsərrüfat və

hüquqi təşkilatlar üzrə təsnifatlaşdırıhr.

Qeyri-dövlət sektorunun maliyyə resurslarının istifadəsinin

əsasını həmin obyektlərin, müəssisələrin biznes-planı və inkişafı təmin

edən maliyyə resurslarına ehtiyacı təşkil edir. Hər bir hüquqi şəxs öz

fəaliyyətini qurmaq üçün istehsal xərclərini və istehsal edilən məhsulun bazar tələbatını nəzərə almaqla öz cari

-224

Page 225: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

məsrəflərini və mənfəətini müəyyən edir. Əgər bu mənfəət norması

həmin fəaliyyətin bütün xərclərini ödəməklə onun geniş istehsalına

imkan yaradırsa, o müəssisə istehsal proqramını müəyyənləşdirir.

Qeyri-dövlət sektorunda maliyyə resurslarının istifadəsi təsərrüfat

fəaliyyətinin texnoloji strukturu ilə uzlaşdırılır. Ona görə də maliyyə

resurslarının istifadəsində əsas fondların təzələnməsi, amortizasiya

xərcləri, əmək haqqının cari məsrəfləri və artırılması üçün lazım olan

xərclərlə ölçülür. Bu baxımdan hər bir qeyri-dövlət sektorunun maliyyə

tələbatını aşağıdakı formula ilə ifadə etmək olar:

Mt = Mx + TNx + ƏHx

Burada, Mı - maliyyə tələbatı, Mx - maddi məsrəflər, avadanlıqlar,

xammal xərcləri, TNx - investisiya xərcləri, ƏHx - əmək haqqı

xərcləridir. Bu xərclərin hər biri müəssisənin, sahibkarlığın

istehsal-marketinq strukturu, onların normativ məsrəfləri və təzələnməsi

üçün lazım olan investisiya qoyuluşu, həmçinin yeni iş yerlərinin

açılması, yaxud iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan əmək

haqqı fondunun artırılmasına gedən xərclərdir.

Qeyri-dövlət maliyyə sistemi onun mənfəət norması ilə müəyyən

olunur. Mənfəət norması istehsal olunmuş məhsulun reallaşmasından

sonra qalan hissəsi ilə ölçülür. Bu fərq nə qədər çox olarsa, yuxarıda

göstərilən xərclərin artırılması üçün əlavə vəsait daha çox olur, bu da

sahibkarlar tərəfindən prioritetlər üzrə paylanır, istifadə olunur.

Məhz rəqabət mühiti mənfəət normasının artırılması üçün

sahibkarların yollar axtarmasına stimul yaradır. Əgər bazar

qiymətlərində istehsal olunmuş vahid məhsul istehsalına çəkilən xərcləri

hər hansı qeyri-dövlət müəssisələrində həmin məhsulun istehsalı üçün

orta cəmiyyət xərc normasından aşağı olarsa, onda bazar qiymətində

həmin məhsulun satılması sahibkara əlavə gəlir gətirir. Beləliklə, bazar iqtisadiyyatı şəraitində gəlir əldə etmək

-225-

Page 226: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

marağı maliyyə resurslarının istifadəsin stimul yaradır, onu ayrı- ayrı

texnoloji proseslərə, əmtəə və xidmət istehsalına yönəldir.

Cəmiyyətdə sahələrarası rəqabət maliyyə resurslarının

istifadəsində qeyri-dövlət sektorunda onun istifadəsinin sahə

quruluşunu müəyyən edir. Belə ki, sahibkarlar pul vəsaitini, kapitalı

fermer təsərrüfatına, yaxud biznesə istifadə edirlərsə, onların ümumi

mənfəəti digər sahələrdə xidmət və ya bank sferasından aşağı

olmamalıdır. Əgər belə olmahdırsa, onda bir çox özəl sektorlarda

investisiya həmin sahələrə axır. Bu da son nəticədə bu sahələrin bazarın

məcmuu tələbatında təklifini artırır və nəticədə mənfəət norması aşağı

düşür. Ona görə də mənfəətin bölgüsü və yenidən bölgüsü prosesi

qeyri-dövlət sektorunda azad rəqabət nəticəsində orta mənfəət norması

ətrafında bir sahədən digər sahəyə keçir. Bir sahədə qazanılmış mənfəət

digər sahənin gəlirinin bir hissəsini təşkil edir. Qeyri-dövlət sektoru, o

cümlədən sahibkarlar və xidmət sferasının obyektləri öz mənfəətinin

istifadəsində əldə olunan gəlirlərin artırılmasına səbəb olan, şərait

yaradan fəaliyyət növünə və əmtəə, xidmət, marketinq strukturuna

uyğun maliyyə planını qururlar.

Maliyyənin idarə edilməsi qeyri-dövlət sektorunda, həmçinin

dövlət səviyyəsində aparılan makroiqtisadi maliyyə siyasətindən, habelə

beynəlxalq iqtisadi əlaqələrin, beynəlxalq maliyyə korporasiyaların

respublikanın bazar strukturuna təsirindən xeyri asılıdır. O cümlədən,

makroiqtisadi səviyyədə həyata keçirilən faiz siyasəti, investisiyanın

təşviqi və ayrı-ayrı sahələrə və istehsal növünə tətbiq olunan güzəştlər

dünya ölkələrinin korporativ maliyyə idarəçiliyi, maliyyə dəstəyi

maliyyə bazarında sahibkarlığın və qeyri-dövlət maliyyə resurslarının

müəyyən çərçivədə inkişafına səbəb olur. Belə ki, dövlət

qanunvericiliklə maliyyə-kredit siyasətinin əsas istiqamətlərini, bank

fəaliyyətini və faiz siyasətini formalaşdırır. Hər bir müəssisənin fərdi

fəaliyyəti onun sərəncamında olan maliyyə resurslarının istifadəsi üçün

zəruri yaradılan şəraitdən asılıdır. Belə ki, bərabərlik, müxtəlif

imtiyazların cəlb edilməsi investisiyanın təşviqinə əsas aparıcı

istiqamətlərin seçilməsinin bazar tipli

-226

Page 227: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

modelini yaradır. Ona görə də dövlət kredit resurslarının verilməsində,

onların qaytarılmasında, tələb və təklifi nəzərə almaqla faiz siyasətini

elə formalaşdırır ki, bu faiz normaları bütövlükdə bazarın bahalaşmasına

təsir etməsin və bununla belə inflyasiyanın artımı ayrı-ayrı sahibkarların

və yaxud investisiyanın inflyasiyasına gətirib çıxarmasın.

Antiinhisar fəaliyyəti, haqsız rəqabət, bir sıra güzəştlərin ləğvi

tədbirləri özəl sektorun maliyyə resurslarının dövlət tənzimlənməsinin

əsas istiqamətini müəyyən edir. Qeyri-dövlət maliyyə resursları

cəmiyyətdə bölgü və yenidən bölgü sferasından keçdikdən sonra onun

istifadəsi fərdi xarakter daşıyır, yəni sahibkarların və hüquqi şəxslərin

maliyyə biznes planları ilə müəyyənləşir. Bu mərhələyə qədər hər bir

qeyri-dövlət maliyyə potensialı uyğun dövlət maliyyə-kredit rıçaqları ilə

bölünür və yenidən bölünür. Hər bir müəssisə istehsal etdiyi məhsulun

dəyərini ÜDM şəklində reallaşdırdıqdan sonra aşağıdakı xərclər üzrə

bölgü baş verir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı xərc

strukturları xarakterik əhəmiyyət kəsb edir;

ƏMƏYİN ÖDƏNİLMƏSİ, MALLARIN ALINMASI VƏ

XİDMƏTLƏRİN HAQQININ ÖDƏNİLMƏSİ __________________

Əməyin ödənişi fondu ______________________________________

Ştatda olan işçilərin əmək haqqı ______________________________

Ştatdankənar işçilərin əmək haqqı

Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri

Əməyin ödənişi üzrə nəzərdə tutulan artım

Əmək haqqına üstəlik

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

icbari dövlət sığortası

Malların alınması və xidmətlərin haqqının ödənilməsi _____________

Dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və

materialların alınması_______________________________________

Ezamiyyətlər və xidməti səfərlər, işçilərə kompensasiya ödənişləri

Nəqliyyat xidmətləri haqqının ödənilməsi ______________________

Yanacaq və sürtgü materiallarının alınması

227

Page 228: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sair nəqliyyat xidmətləri haqqının ödənilməsi _________________

Rabitə xidmətləri haqqının ödənilməsi _______________________

Kommunal xidmətləri haqqının ödənilməsi ___________________

Elektrik enerjisi haqqının ödənilməsi ________________________

Su haqqının ödənilməsi __________________________________

İstilik enerjisi haqqının ödənilməsi _________________________

Sair kommunal xidmətləri haqqının ödənilməsi _______________

İnventar və avadanlığın alınması, təmiri xərclərinin ödənilməsi

Sair cari xərclər ________________________________________

ƏSAS FONDLARA ƏSASLI VƏSAİT QOYULUŞU __________

ƏSAS VƏSAİTLƏRİN ALINMASI

Nəqliyyat vasitələrinin alınması

ƏSASLI TƏMIR

İnzibati idarəetmə obyektlərinin əsaslı təmiri ____________________

Yuxarıda göstərilən xərclərin strukturu hər bir qeyri-dövlət

sektorunun daxili xərclərini və digər orqanlara, sahibkarlara olan

xərclərini müəyyənləşdirir. Bu xərclərin qeyri-dövlət maliyyə

resurslarından ödənilməsi müvafiq qanunvericiliyə uyğun olaraq

normativ baza əsasında, yaxud istifadə olunan xərclərin faktiki

ödənilməsinə yönəldilir. Belə ki, əməyin ödənilməsi xərcləri əmək

bazarında tələb və təklifə, istehsal proqramına uyğun olan işi, xidməti

görmək üçün zəruri olan iş qüvvəsinin əmək haqqısına ödənilir. Əmək

haqqı xərcləri qeyri- dövlət müəssisəsinin maliyyə imkanları artdıqca və

əhalinin tələbatının ödənilməsinin zəruri ehtiyaclarını ödəmək üçün

yaşayış vasitələrinin məcmusundan, qiymətindən asılı olaraq dəyişir və

birbaşa müqavilələr yolu ilə əməyin xarakterinə və onun faydahhğma

uyğun olaraq bölüşdürülür.

Statistik rəqəmlər göstərir ki, əmək haqqının dəyişmə dinamikası

qeyri-dövlət sektorunda dövlət sektoruna nisbətən 1,5 dəfə çoxdur.

Orta aylıq əmək haqqı 2003-cü ildə bütün iqtisadiyyat üzrə

443000 manat təşkil etmiş və artım sürəti 2002-ci ilə nisbətən 140,8% olmuşdur. O cümlədən, qeyri-dövlət sektorunda orta

228

Page 229: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

aylıq əmək haqqının həcmi 727,4 min manata qədər artmış və bu artım

2002-ci ilə nisbətən 125% olmuşdur. Qeyri-dövlət sektorunda əmək

haqqının artması həmin sahədə çalışanların ailə büdcəsinin maliyyə

imkanlarının artmasına səbəb olur. Bu da fərdi ailə gəlirlərinin maliyyə

sistemində yerini və rolunu müəyyənləşdirir.

Bazar münasibətlərində əhalinin maliyyə resursları bilavasitə

məşğulluqdan, fərdi və xüsusi təsərrüfatdan, kredit resurslarından,

həmçinin dövlətin verdiyi transfert gəlirlərindən asılıdır.

Əhali gəlirləri və xərcləri bütövlükdə maliyyə resurslarının

bölgüsü və yenidən bölgüsündə əsas yer tutur. Əhali xərclərinin digər

büdcələrlə təsnifata görə uyğunlaşdırılması maliyyə sisteminin ayrı-ayrı

bölmələri arasında əlaqə yaradır. Əgər ÜDM-un adambaşına düşən

səviyyəsi ildə 85000 dollar təşkil edirsə, bu göstərici makrosəviyyədə

bütövlükdə maliyyə resurslarının imkanlarım müəyyən edir. Əhali

gəlirlərində isə adambaşına düşən gəlirlər bütövlükdə maliyyə

fəaliyyətinin gəlirləri, sahibkarlıqdan gələn gəlirlər bazar iqtisadiyyatı

şəraitində maliyyə resurslarının istifadəsinin maliyyə strukturu ilə

tarazhşması sxemini verir.

Qeyri-dövlət müəssisələrində canlı əmək məsrəflərilə yanaşı

müxtəlif müavinətlər sistemi müəyyən olunur. Belə ki, əməyin

ödənilməsi ilə bağlı ödənilən müavinətlər müxtəlif stimullar yaratmaqla

qeyri-dövlət maliyyə resursları daxili əmək məsrəflərini ifadə edir. Təbii

ki, bölgüdə əməyin xarakterinin differensiasiyası tarif sistemi ilə

müəyyənləşir.

Bazar iqtisadiyyatı şəraitində maliyyə resurslarının

istifadəsində sığorta sistemi və sosial müdafiə fonduna ayırmalar xüsusi

yer tutur. Sığorta sistemi inkişaf etdikcə əhalinin sığorta ayırmaları,

sığorta sistemindən gələn gəlirləri daha əhəmiyyətli, daha ünvanlı

xarakter kəsb edir.

Azərbaycanda maliyyə bazarı ilə yanaşı sığorta bazarı da

formalaşır. Sığorta bazarının məcburi xarakterdə olması müəssisələrin

mülkiyyət formasından asılı olmayaraq gəlirlərin

-229-

Page 230: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bir hissəsinin fonda ödənilməsi yolu ilə müəyyənləşdirir. Digər hissəsi

isə büdcə vəsaitlərinin məcburi sığortası ilə istifadəsinə yönəldilir. İcbari

dövlət sığortası qeyri-dövlət müəssisələrində əmək haqqı fondundan

qanunvericiliyə uyğun olaraq tutulur. Bu zaman təbii ki, əmək haqqı

fondu çox olan müəssisələr öz gəlirlərindən daha çox sığorta ödəmələri

həyata keçirir. Məhz bu ödəmələrin gizlədilməsi üçün qeyri-dövlət

sektorunda əməyin ödənilməsinin qeyri-leqal formaları tətbiq olunur və

yaxud işçilərin sayının azaldılması halları müşahidə olunur.

Sığorta ödəmələri maliyyə fəaliyyətinin genişləndirilməsində daha

da geniş yer tutur. Sığorta ayrı-ayrı sahələr üzrə hadisələrə görə

formalaşdırılır, könüllülük və icbarilik prinsipləri əsasında

qanunvericiliklə həyata keçirilir.

Dövlət sektorunda sığorta ödəmələri leqal büdcə ayırmaları ilə

ödənildiyi halda, qeyri-dövlət sektorunda müəssisələrin, sahibkarların

gəlirləri və xüsusi vəsaitləri hesabına ödənilir.

Qeyri-dövlət sosial müdafiə fondları perspektivdə inkişaf edə

bilər. Hazırki şəraitdə qeyri-dövlət sektorunun sosial müdafiə fondunun

formalaşmasında rolu sosial ödəmələr vasitəsilə həyata keçirilir. Belə ki,

hər müəssisədən pensiyaların, sosial müavinətlərin verilməsi üçün sosial

müdafiə fondu yaradılır və əmək haqqı fondundan bu fonda 27%

məbləğində vəsait köçürülür.

Pensiya islahatları keçirilməsi nəzərdə tutulduğu üçün «Fərdi

pensiya konsepsiyası» irəli sürülür. Respublikada bu konsepsiyanın

2010-cu ilə qədər reallaşması nəzərdə tutulur. Belə ki, bu konsepsiyaya

uyğun olaraq sosial pensiyaçılardan fərqli olan fərdi pensiya məbləğinin

qazanılan əmək haqqının məbləği ilə ölçülməsi nəzərdə tutulur.

Sosial Müdafiə Fondu dövlət, sahibkar, qeyri-dövlət gəlirlərinin

bölgüsü və yenidən bölgüsü hesabına formalaşır, inkişaf edir, onun

istifadəsi nəticəsində maliyyə resurslarının mülkiyyətçisi dəyişir, bu da

istehlak olunan əmtəə və xidmətlərin dəyişməsinə səbəb olur.

230

Page 231: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qeyri-dövlət maliyyə vəsaitləri mərkəzləşdirilmiş şəkildə xarakter

etibarilə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda gəlir kimi

formalaşsa da, büdcədənkənar resurslar kimi istifadə olunur.

«Büdcə sistemi haqqında qanun»a əsasən büdcədənkənar fondlar

icmal büdcəyə daxil olur. Onun istifadəsində xəzinədarlıq nəzarəti

həyata keçirilir. Lakin onun əsas məqsədi həmin təşkilatın ehtiyaclarını

ödəmək üçün istifadə olunur. Həmin vəsaitlərdən vergi tutulur və adətən

gəlir vergisi şəklində büdcəyə yenidən qaytarılır və işləyənlərə əmək

haqqından kənarda və yaxud müəssisənin xərclərini ödəmək üçün

istifadə olunur. Bu büdcədənkənar daxilolmalar onun istehsalçıları

tərəfindən, yaxud xidmət göstərən müəssisələr tərəfimdən istifadə

olunur. 2003-cü ildə büdcədənkənar daxilolmalar 350 milyard manat

təşkil etmiş, 2004-cü ildə onun həcmi 335 milyard manat planlaşdırılır.

Bu da bütövlükdə icmal balansının 3,4%-ni təşkil edir. Dövlət Sosial

Müdafiə Fondunun gəlirləri isə icmal büdcə gəlirlərinin 18,8%-ni təşkil

edir. Perspektiv inkişaf istiqamətlərinin təhlili göstərir ki, Dövlət Sosial

Müdafiə Fondunun gəlirləri və xərcləri daha yüksək templə artacaqdır.

Belə ki, Azərbaycan Respublikasının 2004-2007-ci illər üzrə icmal

bölgü layihəsinə əsasən Sosial Müdafiə Fondu vəsaitlərinin 2004-cü ilə

nisbətən 1,25 dəfə, Neft Fondunun vəsaitlərinin 4,9 dəfə artması

planlaşdırılır. Bu da maliyyə icmal balanslarının tarazlı inkişafı üçün

ayrı-ayrı sahələrə qoyulan investisiya və kredit resurslarının artmasına

səbəb olacaqdır.

Qeyri-dövlət müəssisələri öz maliyyə tələbatının bir hissəsini

xarici ölkələrdən alınan kreditlər, yardımdar və müavinətlər vasitəsilə

təmin edirlər. Son illərdə ayrı-ayrı funksional fəaliyyətlərin və yaxud

beynəlxalq standartlara uyğun struktur dəyişmələrin təşkili və idarə

olunması məqsədi ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İslam

Bankı və digər təşkilatlar təhsilin, səhiyyənin mülkiyyət

münasibətlərindən asılı olmayaraq dəstəklənməsi üçün maliyyə

vəsaitləri ayırırlar. Bu da respublikada yeni iş yerlərinin açılması, əmtəə

və xidmət

231

Page 232: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bazarında alıcılıq qabiliyyətinin artması və pul kütləsinin xarici kapital

hesabına artmasına gətirib çıxaracaq. Azərbaycanın maliyyə imkanları

daxili çərçivədən çıxıb, xarici ölkələrin pul vəsaitləri ilə də formalaşır.

Beləliklə, istehsal, xidmət büdcədən maliyyələşdirilən dövlət

təşkilatları bazar iqtisadiyyatı şəraitində inkişaf etmək üçün özünün

daxili imkanlarını genişləndirməyə təşəbbüs yaratmaq məqsədilə pullu

xidmət göstərirlər. Bu pullu xidmətlərdən gələn maliyyə resurslarının

bir hissəsi də büdcədənkənar əməliyyatlar vasitəsilə reallaşır. Biz bu

əməliyyatları qeyri-dövlət maliyyə əməliyyatları kimi qəbul etdiyimizə

görə, aşağıdakı dəyişmə dinamikasını veririk.

2002-2003-cü illər üzrə dövlət büdcəsindən

təşkilatların büdcədənkənar əməliyyatlarına dair

(milyon manat)

Cədvəl V.I.5.

maliyyələşən

icmal hesabat

Bölmələrin adı 2002-ci ilin

icrası

2003-cü ilin

sonuna

gözlənilən icra

Xərclərin cəmi 230418,1 298336,6

0 cümlədən

Ümumi dövlət xidməti xərcləri 24428,7 15250,3

Ondan;

Elm xərcləri 4678,2 9539,0

Müdafiə xərcləri 7016,2 6470,3

Məhkəmə hakimiyyəti, hüquq

mühafizəsi, təhlükəsizlik orqanlarının və

prokurorluğun saxlanılması xərcləri

70194,3 79372,9

Təhsil xərcləri 94982,9 137247,4

Səhiyyə xərcləri 19635,9 37154,5

232-

Page 233: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial təminat xərcləri 366,2 326,2

Mədəniyyət, incəsənət, kütləvi

informasiya, bədən təriyəsi və din

sahəsində fəaliyyətin xərcləri

2642,3

Kənd təsərrüfatı, meşə təsərrüfatı və

balıqçılıq xərcləri 11151,6 18095,7

Əsas bölmələrə aid edilməyin sair

xərclər - 4419,4

Cədvəldən göründüyü kimi, büdcədənkənar əməliyyatlar 2003-cü

ildə 30% artıb və funksional təyinatına görə daha çox səhiyyə, təhsil

müəssisələrində öz formasını reallaşdırır. Təhsil xərclərində

büdcədənkənar əməliyyatların ümumi xərci bütün xərclərin 46%-ni təşkil

edir, büdcədənkənar fondların perspektivi qanunvericiliklə büdcə

sisteminə daxil edilir və ona nəzarət xəzinədarlıqla hyata keçirilir.

Qeyri-dövlət maliyyə xərcləri hər bir müəssisənin maliyyə

proqramları əsasında formalaşır və inkişaf etdirilir, funksional məqsədli

proqramlar üzrə və iqtisadi göstəricilər üzrə təsnifatlaşdırılır. Maliyyənin

büdcə hissəsi üzərində və onunla əlaqəli təşkilatların gəlir və xərclərinə

Hesablama Palatası nəzarət edir, özəl sektorda, sahibkarlıqda və digər

təşkilatlarda maliyyə nəzarəti qanunvericiliklə «Büdcə sistemi haqqında

şanun»la və audit təşkilatlarının yoxlanılması ilə reallaşır. Maliyyə

bazarı, onun təşkili və idarə olunması Maliyyə Nazirliyi, onun nəzdində

olan xəzinədarlıq, beynəlxalq maliyyə təşkilatları və ayrı-ayrı

nazirliklərin maliyyə şöbələri tərəfindən həyata keçirilir.

Maliyyə siyasətinin təkmilləşdirilməsinə dair

tövsiyyələr

Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının

sosial-iqtisadi inkişafı onun bazar tipli iqtisadi və sosial, elmi- texniki və intellektual potensialının daha sürətlə artımı və bu

233

Page 234: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

artımın sosial-iqtisadi nəticələrini təmin etmək məqsədilə maliyyə

potensialına, onun istifadəsinin səmərəli yollarına ehtiyac doğurur. Bu

məqsədlə Azərbaycan Respublikasının maliyyə siyasətinin əsas

istiqamətləri və onun həlli yolları nəzəri və praktiki əhəmiyyət kəsb

edir. Maliyyə siyasətinin konseptual əsaslarını yaratmaq, onun

mexanizmlərini təkmilləşdirmək, iqtisadi təhlükəsizlik və maddi rifahın

yüksəldilməsinin konseptual nəticələridir. Dövlətin iqtisadi rolu

sahibkarlığın inkişafı və sosial müdafiə tədbirləri maliyyə siyasətinin

davamlığmdan, onun ümumdünya inteqrasiya sistemində mənafelərinin

uzlaşmasından və daxili resursların iqtisadi dövriyyəyə cəlb edilməsi

məqsədindən meydana çıxır. Maliyyə siyasətinin düzgün tərtibi,

işlənməsi, onun səmərəli təşkili pul-kredit, vergi, sosial müdafiə və

təminat mexanizmlərinin əsaslandırılması ilə reallaşır. Maliyyə siyasəti

əhalinin gəlirlərinin, istehlak qabiliyyətinin, əmanətlərinin təminatı yolu

ilə inkişafa stimul yaradır.

Maliyyə siyasətinin konseptual əsaslarını respublikanın

sosial-iqtisadi inkişafı, onun iqtisadi müstəqilliyi, əhalinin tələbatının

ödənilməsi və dövlət gəlirlərinin səmərəli idarə edilməsi istiqamətləri

təşkil edir. Aparıcı həlqə olaraq ölkədə pul və kredit siyasəti, sosial

müdafiə və dövlətin iqtisadiyyata himayəçilik siyasəti formalaşdırılır.

Bütün mənbələr hesabına dövlətin maliyyə imkanları iqtisadiyyatın

tarazlı inkişafına və sosial müdafiə məqsədlərinə yönəldilməklə daha

səmərəli prioritetlər üzərində qurulur. Hər bir ölkənin maliyyə siyasəti

onun resurs potensialı, onlardan istifadə və perspektiv inkişafı təmin

edən effektli mexanizmlər üzərində qurulur. Bu baxımdan maliyyə

siyasətinin əsas prinsipləri sosial-iqtisadi inkişafın bütün strukturunun

və ayrı-ayrı resurslarının tarazlı inkişaf dinamikasını təmin etmək və

həmçinin iqtisadi artıma nail olmaqla şərait yaratmaqdır. Müasir

şəraitdə Azərbaycan Respüblikasmda iqtisadi potensial yüksəldikcə,

onun mülkiyyət formaları və təşkilati-iqtisadi strukturu təkmilləşdikcə

maliyyə siyasətinin səviyyəsinin təkmilləşməsinə ehtiyaclar duyulur.

Bu baxımdan maliyyə siyasətini formalaşdıran və inkişaf etdirən qanunvericilik bazasının

-234-

Page 235: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təkmilləşdirilməsi, optimal ölçülü inflyasiya səviyyəsinin müəyyən

edilməsi, dövlət və qeyri-dövlət sektorunda maliyyə resurslarının daha

səmərəli istifadə yollarının müəyyən edilməsi və proqnozlaşdırılması

aktual problem olaraq tədqiqat obyekti kimi əhəmiyyətlidir. Ölkələ son

1996-2004-c illərdə formalaşmış maliyyə resursları, onların istifadə

mexanizmləri, xarici ölkələrin maliyyə korporasiyalarının

imkanlarından istifadə mexanizmləri və dövlət gəlirlərinin idarə

edilməsinin təkmilləşdirilməsi mexanizmləri maliyyə siyasətinin yeni

tipli inkişaf modellərinin tətbiqinə və konseptual yanaşma

mexanizmlərinin təkmilləşməsinə səbəb olur.

Bu tələblər baxımından tədqiqat obyekti kimi maliyyə potensialı,

onun təşkili perspektivi və istifadəsi meyarlarının seçilməsi, tətbiqi,

metodoloji aspektləri əhəmiyyətlidir.

Maliyyə siyasəti ölkədə sosial-iqtisadi inkişafın, investisiyanın,

pul-kredit siyasətinin və əhalinin sosial müdafiəsini təmin edən dəyər

göstəricilərinin formalaşması, təşkili, idarə olunması və onun

artırılmasının əsas yollarının məcmusunu əhatə edir. Maliyyə resursları

ölkədə sosial-iqtisadi inkişafın ehtiyaclarını və əhali tələbatının

ödənilməsinin artırılmasına yönəldilən pul vəsaitlərinin mənbəyi və

onlardan istifadənin səmərəli yollarını əhatə edir. Maliyyə siyasətinin

səmərəliliyi iqtisadi inkişafın və dövlətin iqtisadi suverenliyinin,

əhalinin rifahının, sabitliyinin təminat dərəcəsi ilə ölçülür.

Maliyyə siyasəti elmi əsaslarla səmərəlilik, sosial-ədalət,

qütbləşmənin azalması, təşəbbüskarlıq, maraq prinsipi əsasında qurulur.

Bu prinsiplərə həyata keçirən iqtisadi və sosial mexa- niznılərə

investisiyanın təşviqi, dövlət büdcəsinin prioritetliyi, antiinhisar

fəaliyyəti gəlirlərinin artırılmasına stimul yaratmaq və sosial təminatı

təmin edən mexanizmlər vasitəsilə reallaşır. Bu mexanizmlərə ÜDM,

onun dəyəri, dövlət büdcəsinin gəlirləri və xərcləri, investisiyanın sahə

və ərazi quruluşu, həmçinin əmək haqqı sistemi, sahibkarlıq gəlirləri

aiddir.

Maliyyə resursları ÜDM artdıqca artır. Onun tərkibində daxili

imkanların xüsusi çəkisi çoxdur. Resurs potensialında neft

235

Page 236: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sahəsi ilə yanaşı digər sahələrin və qeyri-dövlət sahələrinin xüsusi çəkisi

artır. Maliyyə resurslarının formalaşmasında təsərrüfatın təşkili, onun

səmərəliliyi maddi resursların bazar tələbatına uyğun istehsala cəlb

edilməsi fəallığı amil olaraq təsir edir.

Maliyyə siyasətinin təkmilləşdirilməsi istiqamətləri

qanunvericilikdə dövlət maliyyəsinin himayəçilik rolunun üstün artması

ilə təmin olunur. Dövlətin və qeyri-dövlət sektorunun maliyyə

resurslarının artırılması üçün onların bazar tələbatına uyğun məhsul və

xidmət istehsalını stimullaşdıran investisiya, kredit, vergi və sosial

ödəmələr siyasətinin təkmilləşdirilməsi təklif olunur. Qeyri-dövlət

sektorunda vergi yükünü azaltmaqla vergiyə cəlb olunan potensialın

artıması təklif olunur.

Maliyyə siyasətinin təkmilləşməsinin əsas istiqamətlərini ölkədə

sosial-iqtisadi inkişafın dinamikasına, onun strukturuna və dəyişmə

meyllərinə uyğun olaraq zəruri olan pul kütləsinin tapılması və onun

səmərəlilik dərəcəsinin yüksəldilməsi yolları, tədbirləri və normativ

hüquqi bazası təşkil edir. Maliyyə siyasəti iqtisadi inkişafa təkan verən

amil olmaqla dayanıqlı inkişaf, əhalinin rifahı və sərbəst iqtisadi

mühitdə səmərəli iqtisadi maliyyə əlaqələrinin təkmilləşdirilməsi

istiqamətlərini özündə birləşdirir. Bugünkü Azərbaycan iqtisadiyyatı

şəraitində konseptual inkişaf istiqamətlərinin əsas cəhətlərini nəzərə

alaraq aşağıdakı təklifləri tədqiqat nəticəsində vermək olar:

1. Ölkədə olan pul-kredit, sosial müdafiə tədbirləri üçün zəruri

olan təminatlar, inkişaf, bazarın qorunması və əhalinin rifahı üçün zəruri

olan optimal ölçüdə və mənbələr üzrə artan, formalaşan proses kimi

idarə olunur.

2. Əhalinin tələbatının ödənilməsi, onun əmək prosesində təkrar

istehsalı və iş qüvvəsi kimi stimullşadırılması məqsədilə gəlirlərin

artırılması yolları və alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün

inflyasiyanın artması ilə yanaşı ən zəruri ehtiyaclar üçün lazım olan

xərclər arasında tarazlı inkişaf qanunauyğunluğu tənzimlənməlidir;

3. İnvestisiya siyasəti maliyyə siyasətinin əsasında formalaşır,

maliyyə potensialının istifadəsinin prioritet istiqamətlərini

236-

Page 237: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təmin edir, düzgün və optimal kapital qoyuluşu yeni iş yeriərinin

açılmasına, iqtisadi artımın sürətlənməsinə və dövriyyədə olan

vəsaitlərin ümumi həcminin onun sahə və ərazi quruluşunun

təkmilləşməsinə, habelə investisiya ilə istehlak arasında optimal

nisbətlərin təmin olunmasına şərait yaratmalıdır.

4. Maliyyə resurslarının artırılması məqsədilə pula olan ehtiyac

iqtisadi inkişafla bağlı təmin olunmalı, kredit resursları səmərəlk

sahələrə yönəldilməli, kiçik biznes və sahibkarlıq fəaliyyəti üçün şərait

yaradan maliyyə lizinqi, kredit ittifaqları faiz siyasəti yolu ilə

sahibkarlığın və regionların maliyyə şəraiti yüksəldilməlidir.

5. Azərbaycanda olan maliyyə resurslarının iqtisadi dövriyyəyə

cəlb olunması üçün əmanətlərin zəmanəti bütün təsərrüfat formaları

üzrə mənfəətin uçotu və istifadəsinin leqallaşdırılması, respublikadan

pul kütləsinin qarşısının alınması tədbirləri üçün yerli istehsalın

stimullaşdırılmasma şərait yaradılmalıdır.

6. Müasir şəraitdə Azərbaycan Respublikasında regionların

sosial-iqtisadi inkişafının sürətlənməsi konsepsiyası baxımından kiçik

biznes fəaliyyətini stimullaşdıran kreditlərin verilməsi, maliyyə lizinqi,

girov problemlərinin sadələşdirilməsi və bank fəaliyyətinin

təkmilləşdirilməsində korporativ idarəetmə prinsiplərinin və inflyasiya

əmələ gətirməyən mənbələr hesabına büdcə kəsirinin, dotasiyanın,

investisiyaların təşviqi, sahə və ərazilərin təsərrüfat fəaliyyətinin növləri

üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin planlaşdırılması və

istifadəsinə nəzarət gücləndirilməlidir.

7. Xarici ölkələrdən alınan kreditlər, xarici borclar üzərində

nəzarətin gücləndirilməsi məqsədilə yerli mənafeləri təmin edən,

stimullar yaradan mənfəət gəlirləri, pay bölgüsü və borc faizi üzərində

qanunvericiliklə respublikada müvafiq icra orqanlarının və yerli

mənafelərin uzlaşması təmin olunmalıdır.

-237-

Page 238: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSIL II: SOSIAL İQTİSADI İNKİŞAFIN MALİYYƏ

ƏSASLARI

Sosial yönlü inkişafın maliyyə əsaslan

Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti, onun maliyyə

mənbəyi və investisiya məqsədi sosial inkişaf üçün maddi əsas

yaratmaqdan ibarətdir. Hər bir dövlətin sosial-iqtisadi mahiyyəti, onun

struktur siyasəti dövlət büdcəsinin strukturu, büdcədə əks olunan inkişaf

istiqamətləri ilə müəyyənləşir.

Dövlət büdcəsində sosialyönlü istiqamətlər təhsil, səhiyyə,

mədəniyyət və əhalinin rifahı üçün sosial müdafiə tədbirlərini əhatə edir.

Əhalinin rifahı üçün cari və perspektiv xərclər, sosialyönlü istehsal və

xidmət obyektlərinin açılması və onların daha çox kommersiya

fəaliyyəti deyil, tələbatın ödənilməsi istiqamətlərində inkişafı ilə

əlaqəlidir.

Bu məqsədlə dövlət büdcəsinin sosial mahiyyətinin açılması, onun

tərtibi və reallaşmasında sosial tələblərin daha üstün artımının təmin

olunması mühüm əhəmiyyətlidir.

Azərbaycan Respublikası 1994-2003-cü illərdə tarazlı inkişaf və

stabil artım sürətinə malik olan qanunauyğunluqla inkişaf edib.

Planlı təsərrüfat sistemində sənaye, kənd təsərrüfatı, infrastruktura

obyektlərinin kompleks inkişafı respublikanın iqtisadi və sosial

inkişafına bazis nümunə yaratdı. 1990-1993-cü illərdə respublikada

tənəzzül dövrü baş vermişdir. Tənəzzül dövrünün obyektiv əsasları,

vahid xalq təsərrüfatı sistemi kimi formalaşan iqtisadi əlaqələrin

respublikalar arasında pozulması və sahə daxili proporsiyalarm və

tarazlı inkişafın dağılması idi.

İslahatların məqsədi, onun resursları və iqtisadi idarəetmə

mexanizmlərinin yeni prizmadan təkmilləşdirilməsi istiqamətləri

prioritet istiqamətlərdir. 1993-1995-ci illərdə islahatların zəruriliyi,

onların əsas istiqamətləri, aparıcı sahələrin dünya inteqrasiyası və

dünyanın qloballaşan sistemində inkişafının ilkin hüquqi bazası və

təşkili problemləri həll olundu.

-238-

Page 239: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Neft kontraktlarının bağlanması üçün siyasi sabitlik, təminat və tarazlı inkişafa əsaslanan mənafelərin uzlaşması kontekstində şərtlər və prinsiplər hazırlandı.

Respublikada mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyətin idarə edilməsinin formaları bazar münasibətlərinə uyğun transformasiya olundu. Transformasiyada daha çox «шоковая терапия» metodı deyil, təkamül pinsiplərinə uyğun, əhalinin sosial müdafiəsini təmin edən yollar və prinsiplər tətbiq olundu. Bazar münasibətlərinin üstünlüklərini, onun təşəbbüskarlıq və iqtisadi artımın əsas amili və mənbəyi olmasını, dünya ümumiləşdirmə qabiliyyətinə uyğun mahiyyəti verməklə iqtisadi fikirin və iqtisadi inkişafın nəzəri və metodoloji prinsiplərini, onun reallaşma mexanizmlərini yaratdı.

1990-1993-cü illərdə iqtisadi və sosial inkişafın perspektiv istiqamətlərinin maddi, təşkilati və institutsional əsası yaradıldı. Mövcud tənəzzül dövrünü qiymətləndirərək, iqtisadiyyatın inkişafı yolunu sürətli özəlləşdirmə, maddi stimullar əsasında müəssisələrin restruktizasiya və əhalinin sosial müdafiə məsələlərinin həllinin vəhdətdə həll edilməsi strategiyasının əsasını qoydu.

Bazar iqtisadiyyatı şəraitində strateji planlaşdırmanın zəruriliyini, onun effektli nəticələrini qiymətləndirərək neft sektorunun strateji inkişaf xəttini və onun əsas maliyyə mənbələrinin seçilməsi proqramını hazırlandı. Neft sektorunun inkişafı perspektiv sosial iqtisadi inkişafının əsas maddi və maliyyə bazası olması amili, onun hasilatı, ixracatı və emalı üçün istehsal və nəqliyyat güclərindən yaranmasını, beynəlxalq maliyyə yardımları və bir başa investisiya qoyuluşu ilə bu sahənin respublika iqtisadiyyatında rolunun tənzimlənməsi və neftdən gələn gəlirlər hesabına digər sahələrin inkişafının təmin edilməsi strategiyasının konkret reallaşma yolları tapıldı. 1994-cü ildə Əsrin Müqaviləsi adlanan neft kontraktlarında respublikanın mənafeyi, onun sosial-iqtisadi inkişafının əsas istiqamətləri əsas götürüldü.

Neft kontraktlarının bağlanmasında konkret reallaşması metodikasına, onun prinsiplərinə beynəlxalq iqtisadiyyatda menecment səriştəsi və respublika mənafelərinin qorunmasına üstünlük verilməsi öz təzahürünü tapdı.

239-

Page 240: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bu günə qədər Azərbaycan Respublikası Milli Məclisi 23

beynəlxalq səviyyəli, ayrı-ayrı neft quyuları və əraziləri üzrə neftin

hasilatı, pay bölgüsü və onun daşınmasının iqtisadi əsaslarını, hüquqi

bazasını müəyyən edən kontraktlar bağlamışdır. Bu kontraktlarda məhz

respublikanın perspektiv inkişafını təmin edən maraqlar, iştirak payı və

mənfəət gəlirlərinin bölgüsü, stimullar əsasında planlaşdırılır. Belə ki,

investisiya axını üçün stimul yaratmaq məqsədi ilə, investisiya şəraiti

yaradır, iştirakçıların risk dərəcəsini nəzər alaraq maddi-texniki təchizat

və təminat sahəsində güzəştlər tətbiq edilir. İnvestisiyanın təşviqi

tədbirləri, gömrük güzəştləri və sosial müdafiə tədbirləri tətbiq etməklə

xarici investisiyanın axını üçün daha səmərəli şərait yaradılır. Xarici

investisiyanın təşviqinin iqtisadi rolu, iqtisadi sabitlik, təminat və

aşkarlığın respublikada təşkili, qarantı və idarə olunmasında beynəlxalq

standartlara uyğun şərait yaradılmasıdır.

Neft kontraktlarında respublikanın mənafeyi, neft bonusu və əldə

olunan gəlirlərin pay bölgüsü hesabına bir başa istifadəsi respublikanın

mənafelərinə uyğun planlaşdırılır. Gəlirlərin bölgüsündə artan şkala ilə

stimul və maraqlar təmin olunur. Neft gəlirlərinin bölgüsündə payın,

karbohidrogenlərin miqdarından asılı olaraq 50%-dən 85%-ə

planlaşması, regionun maraqlarını və yerli neft təşkilatlarının perspektiv

məqsədlərini və maraqlarını artırır. Neft gəlirlərinin istifadəsi

makroiqtisadi tarazlığın tərkib hissəsidir. Neft gəlirləri perspektiv

inkişafın əsasını yaratmalıdır. Onun sahibi respublikanın bütün sakinləri

və həmçinin gələcək nəslin davamçılarıdır. Ona görə də neft gəlirlərinin

aşkarlığı, onun istifadəsində ictimai nəzarəti təmin edən prinsiplərlə

yanaşıldı. Neft fondunun yaradılması, onun idarə edilməsində

beynəlxalq, dünya maliyyə korporasiyaların və fondların tələblərinin

respublikada xüsusi qaydada tətbiqi H.Əliyevin dünya iqtisadiyyatında

baş verən keyfiyyət dəyişmələrini nəzərə almaqla və onun

reallaşmasının respublika xüsusiyyətlərini yaratmasıdır.

Aparılan iqtisadi siyasət təhlükəsizlik, iqtisadi müstəqillik, yerli

potensialın iqtisadi dövriyyə cəlb edilməsi üçün inteqrasiya amilindən

islahatlar proqramının hazırlanması və onun real

-240-

Page 241: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

laşması mexanizmlərinin daha səmərəli variantının hazırlanmasıdır.

İslahatların konkret mərhələləri, sahə, ərazi quruluşu mövcud iqtisadi

scruktur və məqsədlərə daha tez nail olmaq üçün reallaşır.

İslahatların ilkin əsasını rəqabət mühitini yaratmaq,

təşəbbüskarlığı inkişaf etdirmək və iqtisadi artımın daha səmərəli

variantını hazırlamaqdan ibarət idi. Bu baxımdan dövlət müəssisələrinin

özəlləşdirilməsi, torpaq islahatları, kollektiv təsərrüfatın özəl sektora

çevrilməsinin qaydaları, ardıcıllıqları və metodları həm nəzəri, həm də

praktiki cəhətdən reallaşdı. İslahatlar proqramında prioritetlər daha çox

əhaliyə xidmət, yeyinti və istilik sahələrini tutdu. Məhz bu sahələrin az

investisiya tutum- luğu, əhalinin yığımının istifadəsi üçün çevik sahə

olması, həmin sahələrin islahatlarında sosial-iqtisadi səmərə verdi.

1994-cü ilə qədər davam edən çörək, ərzaq və digər məhsulların bazarda

qıtlığı və inflyasiya səviyyəsinin aşağı düşməsi həll olundu. 1996-cı

ildən stabilləşmə və iqtisadi artım dinamikası islahatlar proqramları

əsasında öz nəticələrini verdi: ÜDM-un artım tempi, əhali gəlirlərinin

artımı, idxal və ixracın müsbət saldosu təmin olundu.

İqtisadi islahatlar strategiyası respublikada sahibkarlığın inkişafı,

onun stimullaşdırılması bazarın qorunmasında sahibkarlığın rolunun

artırılması məqsədilə göndərilir.

Belə ki, sahibkarlıqda inhisarçıhğm qarşısını alan demokratik

şəraitin yaradılması, dövlətin sahibkarlığa kömək proqramlarının

hazırlanması və sahibkarlığın hüquqi-normativ bazasının

təkmilləşdirilməsi tədbirləri həyata keçirildi. Sahibkarlığın inkişafı

ərzaq bazarında yerli istehsalın rolunu artırır. Belə ki, bir sıra vacib ərzaq

məhsullarının bazarı yerli istehsal hesabına yaradılır. O cümlədən, ət və

süd məhsulları, meyvə-tərəvəz, kartof yerli istehsal hesabına təmin

olunur.

Respublika iqtisadiyyatında aparıcı sahələr olan kənd

təsərrüfatının, emal sənayesinin inkişafı həmin sahələrin restrukti-

zasiya proqramları və dövlətin investisiya siyasəti, həmçinin daxili

resursların iqtisadi dövriyyə cəlb edilməsi ilə bağlıdır. Dövlət büdcəsi sosial-iqtisadi inkişafın maliyyə əsası kimi

-241 -

Page 242: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

H.Əliyevin iqtisadi idarəetmə metodologiyasında mühüm tənzimləmə

və nəzarət obyekti kimi formalaşıb və təkmilləşib. Büdcə sisteminin

neft fondu ilə əlaqəsi, büdcədənkənar fondlar və büdcə layihələrində

sosialyönlü siyasəti təmin edən fərmanlar və təşəbbüskar kimi Milli

Məclisə göndərilən qanunlar dövlətçiliyin iqtisadi-idarəetmə

mexanizmlərinin əsasıdır.

Dövlətçilik siyasəti, onun iqtisadi əsasları olan iqtisadi siyasətlə

sosial siyasətin vəhdətli, sosial prioritetlərin əsaslandırılması və sosial

siyasətin dövlət rıçaqlarında maliyyə və təşkilati yerinin orqanizm kimi

təmin edilməsidir. Sosialyönlü siyasət bugünkü istehlak həcmi ilə deyil,

dövlət büdcəsində sosial təminat və sosial müdafiə tədbirlərinin, yaşayış

səviyyəsinin yüksəldilməsi üçün tədbirlərin maliyyə əsaslarının

yaradılması ilə bağlıdır. Bu tələblər baxımından əhalinin rifah

məsələsinə və sosial müdafiə tədbirlərinə istehsal və iqtisadi artımın

aparıcı amili kimi baxılır. Məhz sosialyönlü siyasət 2003-cü ilin axırları

və 2001-cü ilin əvvəllərində verilən fərman və proqramlar əsasında

inkişaf etdirilir, daha çevik və ünvanlı xarakter alır. Bugünkü inkişafın

nəzəri və metodoloji əsasları qoyulub, onun sürətlənmə kontekstindən

reallaşması, çevik siyasət taktikasını reallaşdırır.

Respublikada resursların qiymətləndirilməsi, onun tənzimlənməsi

və təkrar istehsalı aparılan pul-kredit və vergi siyasəti ilə bağlıdır.

Gəlirlərin dinamikası, onun yaradılması və istifadəsi istiqamətləri

sonrakı inkişafın maliyyə əsasını təşkil edir. Dövlət gəlirləri, əhali və

bələdiyyə gəlirlərinin formalaşması və istifadəsi mənbələri arasında

əlaqə ümumi inkişaf meyllərini tənzimləyir. Sahibkarlıq inkişaf etdikcə

dövlət və əhali gəlirlərində gəlirlərin subyektlərdən asılılığı və onun

istifadəsində yeni tələbat sisteminə uyğun struktura formalaşır. Bu

baxımdan əhalinin gəlirlərinin artımı üçün dövlət gəlirlərinin

istifadəsində sosial prioritetlər hər il Milli Məclisə daxil olan büdcə

layihəsində İ.Əliyevin birbaşa təşəbbüsü və onun təhlili ilə müzakirəyə

buraxılır. Son üç ildə Azərbaycan iqtisadiyyatında stabil və tarazlı, inflyasiyasız inkişaf meylləri formalaşır.

-242-

Page 243: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Büdcə sisteminin sosial tənzimləmə mexanizmləri

Hər bir ölkənin bazar sistemi maliyyə idarəetmə mexanizmi kimi

səmərəli struktur siyasəti ilə bağlıdır. Azərbaycan Respublikasının

büdcəsi «Dövlət Büdcəsi haqqında» Qanunla tənzimlənir. Büdcə

tərtibatı iqtisadi və sosial proqnozlara əsaslandırılır, onun gəlirləri

ölkədə Ümumi Daxili Məhsulun artımı və onun strukturu ayrı-ayrı

sahələrin inkişafı meylinə uyğun olaraq, əldə olunan gəlirlər, gəlirlərin

bölgüsü və yenidən bölgüsü, həmçinin bu məqsədlərlə istifadə olunan

vergi sisteminin səmərəli təşkili ilə mümkündür. Büdcə sisteminin əsas

forması, onun mərkəzləşdirilmiş və yerli büdcə gəlirləri və xərclərinə

uyğun təsnifat- laşmasıdır. Həmçinin büdcə təsnifatına görə büdcə

gəlirləri sahə quruluşu, funksional təyinatı, maddi əşya strukturu və

təşkilatı- idarəetmə strukturu ilə formalaşır. Büdcə strukturu təsnifatlaş-

ma prinsiplərinə uyğun olaraq tərtib olunur və proqnozlaşdırılır.

Büdcənin tərtibi, təsdiqi və istifadəsi üçün mərhələlər vaxt amili üzrə

əlaqələndirilir. Onun işlənməsi proqnozu və müzakirəsi zamanı dövlət

mənafeləri, ali məqsədlər, regional inkişaf məqsədləri və imkanlar

arasında əlaqələr əsaslandırılır və uyğunlaşdırılır. Ona görə də büdcə

tərtibatında sistemlilik, tarazlılıq, ardıcıllıq və prioritetlilik, dinamiklik

prinsipləri əsas götürülür.

Dövlət büdcəsinin proqnozu iqtisadi proqnozların dəqiqliyi,

onların elmi əsaslarla işlənməsi və həmçinin fəal struktur siyasəti həyata

keçirmək üçün həyata keçirilir. Büdcə sistminin fəal hissəsi olan Dövlət

Büdcəsi, gəlir və xərclər strukturundan ibarət olub, ölkənin gəlir

siyasətini və xərclər strukturunu formalaşdırır. Dövlət büdcəsinin

formalaşması iqtisadi potensialın artımından, gəlir gətirən sahələrin

imkanlarından, vergitutma normasından asılı olaraq tərtib olunur.

Dövlət büdcəsinin gəlirləri 4,8 trilyon manat təşkil edib, onun 3,6

trilyonu daxili vergilər hesabına formalaşır. O, mülkiyyət

münasibətlərinə qeyri-dövlət sektorunda 1,4 trilyon, dövlət sektorunda

2,2 trilyon manat vergi gəlirləri toplanır. Ölkə gəlirləri 11,5 trilyon

manat təşkil edib, müəssisə və təşkilatların

243

Page 244: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dövlət büdcəsi ilə demək olar ki, eyni olub 4,6 trilyon manatdır.

Mənbələrinə görə dövlət büdcəsinin 3,6 trilyon manatı daxili vergilər,

2,9 trilyonu xarici iqtisadi əlaqələr hesabına yığılan vergilər, 0,2

trilyonu sair gəlirlər hesabına formalaşır. Gəlirlərin formalaşmasında

əsas amil vergilərin təkmilləşdirilməsi, ayrı-ayrı vergi növlərinin

intensivliyi və onların gəlirlərinin formalaşmasında rolu ilə müəyyən

olunur. Əlavə dəyər vergisi 1,6 trilyon manat olub, vergi gəlirlərində və

ümumi daxili məhsulun xalis gəlir payında öz xüsusi çəkisinə görə

böyük yer tutur.

Belə ki, əlavə dəyər vergisi 2002-ci ildə xalis gəlirlərlə

müqayisədə 13,4% təşkil edir. Əgər xalis gəlirlərin təkrar hesab

vasitəsilə formalaşan (dividentlər, qiymətli kağızlar, özəlləşdirmə

fondunun gəlirləri, neft fondu) 2148 mln. manatı çıxsaq, onda əlavə

dəyər vergisinin vergiyə cəlb olunan vergi bazasında xüsusi çəkisi

17,2%-ə yüksəlir. Fikrimizcə, ÜDM-un həcmində xalis gəlirin 17%-in

hesaba alınması, ÜDM-un həqiqi artımını azaldır. Vergi siyasəti məhz

onun struktur istiqamətlərinin ümumi iqtisadi artıma, sahibkarlığa və

perspektiv inkişaf üçün maddi məsrəflərinin texnologiyasının

dinamikasına, meyllərinə təsir edir. Ona görə də vergi siyasəti ciddi

təhlükəyə əsaslanmalıdır.

Azərbaycan Respublikasının iqtisadi və sosial proqnozunun

dinamikası büdcə gəlirləri dinamikasına təsir edir və onun strukturunu

formlaşdırır.

Cədvəl V.II.L

Azərbaycan Respublikasının sosial-iqtisadi proqnoz

göstəriciləri

Ölçü vahidi

2001-ci il

2002-ci il

2004-cü il

proqnoz

Ümumi Daxili Məhsul Mlrd.

manat 23566 26460 28746

Real artım surəti %-lə 111,1 108,5 108,5

ÜDM sahə strukturu, o

cümlədən %-lə 100 100 100

244-

Page 245: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sənaye %-lə 32 34,2 35

Kənd ləsəiTüfalı %-lə 18,1 16,5 17,5

Tikinti %-lə 4,4 4,6 5

Xidmət sahələri %-lə 45,5 44,7 42,5 ÜDM-da dövlət

sektorunun payı %-lə 32,0 31,0 29,0

Qeyri-dövlət sektorunun

payı %-lə 67,8 69,0 71,0

Bütün mənbələr üzrə

kapital qoyuluşu (xarici

investisiyalar daxil

olmaqla)

Mlrd.

manat 6575 769Q 9187

Real artım surəti %-lə 101,6 117 119,5

Büdcə gəlirlərinin formalaşmasında vergiyə cəlb olunan vergi

ödəyicilərinin sayı, vergiyə cəlb olunan ümumi daxili məhsulun dəyəri,

əmlak, torpaq və dövriyyə cəlb olunan resurslar əsas rol oynayır.

Metodiki cəhətdən vergiyə cəlb olunan imkanları artırmaq üçün

istehsalın mənfəətini artırmaq, rentabellik səviyyəsinə yüksəltmək,

həmçinin vergidən qaçma imkanlarını azaltmaq lazımdır. Ona görə də

gəlirlərin ümumiyyətlə dinamikasını onların vergilərlə nisbətlərini,

bölgü və yenidən bölgüdə səmərəliliyi təşkil etməyə imkan verir. Büdcə

gəlirlərinin ÜDM-a nisbəti real göstəricilər üzrə 2000-ci ildə 15,2%,

2001-ci ildə 14,9% olmuş, 2002-ci ildə isə 16,4%-ə yüksəlmişdir. Onu

da qeyd edək ki, büdcə gəlirlərinin ÜDM-a nisbəti 2000, 2001-ci illərdə

17% olmuşdur. Maliyyə resurslarını, onların gəlir və xərc strukturaları

büdcədə olan maliyyə ehtiyatlarının tapılmasına şərait yaradır.

245

Page 246: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl V.II.2.

Azərbaycanın toplu maliyyə balansı

Ölçü vahidi 2001-ci il

2002-ci il

2004-cü il

proqnoz

Dövlət büdcəsinin

resursları (gəlirləri) Mlrd.manat 3572 3939 4780

A. Daxili vergilər və

rüsumlar Mlrd.man 2549 2892 3620

a) dövlət sektoru Mlrd.man 1533 1712 2195

b) qeyri-dövlət sektoru Mlrd.man 1016 1180 1425

B. Xarici iqtisadi

əməliyyatlardan vergi və

rüsumlar Mlrd.man 719,6 810 920

C. Sair büdgə

daxilolmaları Mlrd.man 303,4 217 240

Müəssisə və təşkilatların

resursları, cəmi

Mlrd.man 3102 4074 4578

Digər gəlirlər Mlrd.man 2112 2134 2148 Gəlirlər cəmi Mlrd.man 8787 10147 11506

Maliyyə resurslarının proqnozlaşdırılması iqtisadi artım, vergi

bazasının artırılması və vergi yükünün azaldılması prinsiplərinə uyğun

tərtib olunur. Təbii ki, bu məqsədlə yerli resurslardan istifadə dərəcəsini

artırmaq, daxili imkanlar, əhalinin gəlirlərindən maliyyə mənbəyi kimi

istifadə etmək yollarını tapmaq xüsusi əhəmiyyət kəsb edir. Digər

tərəfdən xarici borcların, kreditlərin, əhalinin əmanətlərinin iqtisadi

dövriyyə cəlb olunması intensivliyini artırmaq yolu ilə həll oluna bilər.

Bu baxımdan inflyasiya yaratmadan, yaxud inflyasiyanın optimal

həddinə qədər xarici maliyyə resurslarından istifadə etmək və daxili

istiqrazlar, qiymətli kağızlar və emissiya arasında nisbətləri tənzimləmək mümkündür. Dövlət büdcəsinin tərtibində xalq

-246-

Page 247: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

strukturu məhz prioritetlər əsasında işlənir. Sosialyönlü tədbirlər, əmək

haqqının artımı, ölkənin təhlükəsizliyinin maliyyə təminatı və borcların

ödənilməsi, habelə perspektiv inkişafı təmin edən investisiya xərcləri

təmin edir. Bu xərclərin iqtisadi və sosial proqnozun əsas istiqamətləri

maliyyə imkanlarını təmin etmək üçün proqnozlaşdırılır. Xərc

strukturunda istehsal xarakterli, istehlak və sosial müdafiə tədbirlərinin

proqnozu, ölkədə istehsalda baş verən struktur dəyişiklikləri

tənzimləmək stimulu baxımından yanaşılır. Büdcə xərclərinin

strukturunda gəlirlərin dəyişmə dinamikası da əsas götürülür. Əgər neft

məhsullarının qiyməti büdcə tərtibindən sonra artırsa, yaxud azalırsa,

onda xərc strukturunda müdafiə olunan xərclərin xüsusi əmsal yayımı

vasitəsilə azaldılması mümkündür. Yaxud əlavə gəlirlər hesabına

xərclərin artırılmasında xüsusi çəki əmsalı, yaxud himayədarlıq aləti

kimi istifadə etmək olar.

Sosial müdafiə, əmək haqqı, təhsil, səhiyyə və digər xərclər

müdafiə olunan xərclər kimi qəbul olunur.

Bu xərclərin bir-birinin proqnozlaşdırılması uyğun sahələrin

fəaliyyət mexanizmini, məsrəflər strukturunu, əhalinin tələbat

səviyyəsini nəzərə almaqla aparılır. Təhsil xərcləri, təhsil islahatlarının

maliyyə əsaslarını müəyyən edir. Təhsilin maddi texniki bazasını

möhkəmlətmək, təhsil işçilərinin əmək haqqısını artırmaq və təhsilin

müasir tələblərə uyğun keyfiyyətini, elmi-metodiki təminatını

yüksəltmək üçün təbii ki, onun yüksək artım tempinin qorunmasıdır və

bir qayda olaraq perspektiv iqtisadi artım və büdcə gəlirləri üçün cəlb

olunan iqtisadi bazanın artmasına şərait yaratmaq üçün bugünkü

prioritetlilik baxımından vacibdir.

Əmək haqqı xərclərinin dinamikası uyğun olaraq iqtisadi artımın

təmin olunması üçün lazım olan canlı əmək məsrəfləri kimi tənzimlənir.

Canlı əmək məsrəfləri tələb və təkliflə tarazlaşır. Orta aylıq əmək

haqqının artım tempinin ÜDM-un artım tempi ilə uzlaşması orta aylıq

əmək haqqının sosial sahələrdə səviyyəsinin istehlak normativlərinə

uyğun artırılması, son nəticədə əmək haqqının sosial mexanizm

funksiyasını, onun stimullaşdırma funksiyası ilə tarazlaşdırır. Əhali

gəlirlərinin

-247

Page 248: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61
Page 249: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əhalinin pul gəlirlərinin formalaşması mənbəyi, onun xərclər

strukturu, maliyyə balansında maddi-əşya strukturunun

proqnozlaşdırılması üçün əsas verir. Belə ki, sosial transfertlər hesabına

gəlirlər sosial müdafiə fondunun formalaşma mənbəyini, məcburi sosial

sığortanın və büdcədən ayrılan vəsaitin nisbətlərini müəyyən edir.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü

il büdcə gəlirləri 1970520,0 manat, xərcləri 1970520,0 manat təşkil edib.

2004-cü ildə Sosial Müdafiə Fondunun gəlirlərində sosial sığorta haqları

1285520,0 manat təşkil edir. Dövlət büdcəsindən ayırmalar (transfertlər)

685000,0 milyon manat təşkil edir. Təşkilat baxımdan sosial müdafiə

xərclərinə pensiya ödənişləri, müavinətlərin ödənilməsi sosial

pensiyaların ödənilməsi, dövlət sosial müdafiə fondunun aparatının və

onun yerli orqanlarının saxlaqması xərcləri, məşğulluq tədbirlərinin

həyata keçirilməsini və idarə aparatının saxlanması xərcləri, əllillərin

sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və idarə aparatının

saxlanması xərclərini özündə birləşdirir. Təbii ki, bu xərclərin hər birinin

özünəməxsus amilləri və məhdudiyyətləri mövcuddur. Azərbaycan

Respublikasının sosial müdafiə fondunun 2004-cü il büdcəsinin əsas

hissəsi pensiyaların ödənilməsi və müavinətlər təşkil edir, 19705200

milyon manatın 1863100,0 milyon manatı bu məqsədlər üçün istifadə

olunub.

Büdcə xərclərinin müdafiə olunan xərclərinin tənzimlənməsində

dövlət yükünün azaldılması strateji məqsəd kimi uzunmüddətli islahatlar

proqramında aparıcı meyl olmalıdır. Belə ki, fərdi pensiya, özəl sığorta,

pensiya təminatı sistemləri, məhz prioritet istiqamətəlr olmalıdır. Büdcə

xərclərinin böyük bir bloku xarici və daxili borclar, həmin borcların

ödənilməsi faizləri və beynəlxalq təşkilatlara verilən ödəmələrdir. Xarici

borclar hakimiyyət zamənəti ilə alınan, kreditlərin qaytarılmasına

xərclənən bir başa alınan borclardır.

Ölkə iqtisadiyyatında xarici borcların hesabına büdcə kəsirinin

ödənilməsi, yaxud borc hesabına kapital qoyuluşunun və kreditlərin

verilməsi yolları ümumi iqtisadi effekt baxımından

-249

Page 250: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qiymətləndirilməlidir. Əlbəttə, büdcə kəsirinin dinamikası, onun büdcə

gəlirlərində və ÜDM-da xüsusi çəkisinin azaldılması ilə müşahidə

olunur. Büdcə kəsiri 2004-cü ildə 315000,0 milyon manat təşkil edib.

ÜDM-a nisbətdə 1,2%, büdcə gəlirlərinə nisbətdə 36% təşkil edir.

Büdcə kəsirinin ödənilməsi aşağıdakı mənbələr hesabına baş

verir: dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 150 mlrd

manat, qısamüddətli dövlət istiqraz vərəqələrinin satışından daxil olan

vəsait 36 mlrd.manat, dövlət daxili uduşlu istiqraz vərəqələrinin

satışından daxil olan vəsaitlər 20 mlrd.manat, cəmi 206 mlrd.manat

daxili maliyyələşdirmə mənbələri hesabına büdcə kəsiri örtürülür, 144

mlrd.manat, yəni 40%-ə qədər isə xarici borclar vasitəsilə örtülür.

Daxili borclar müəssisə və təşkilatlar arasında kreditor və debitor

borcların hesabına formalaşır. Əmtəə-pul mübadiləsinin, istehsal

olunmuş məhsulun satışında daxil olmaların yubadılması və həmçinin

əmtəə-pul mübadiləsinin eyni vaxtda baş verməməsi nəticəsində daxili

borc strukturu formalaşır. Kreditor borcların debitor borclarla

ödənilməsinin optimal metodunu seçməklə borc saldosunu ödəmək

vəzifəsi meydana çıxa bilər. Məhz həmin saldonun sıfıra endirilməsi

nəticəsində bütövlükdə büdcə yükünü sıfıra endirmək olar. Ətbəttə, bu

metod çox dəqiq nəzarət və optimal borc ödəmələri ardıcıllığı və

mərhələləri yolu ilə baş verməlidir. Dövlət büdcəsində borcların

kompensasiya aiqoritmi prioritetlər sistemi ilə seçilir. Təbii ki, qorunan

borclar daha prioritet olmalıdır. Onun proqnozunu müəyyənləşdirməklə

yanaşı, həmin vəsaitin istehlak xarakteri ilə yanaşı müəssisənin dirçəliş

və sağlamlaşdırılmağı baxımından əsaslandırılır.

2004-cü il dövlət büdcəsinin 14-cu maddəsinə görə dövlət

zamanəti ilə investisiya layihələri üzrə xarici kreditlərin həcmi 644829,7

milyon manat müəyyən edilib. Əlbətdə, bu məbləğ ümumi daxili

məhsula nisbətən azdır - 4%-ə yaxındır. Kredit resurslarını dövlət

zəmanəti ilə artırmaq mümkündür, bu da son nəticədə ÜDM-un özünün

artmasına gətirib çıxarar. Kredit yolu ilə borcların silinməsi ola bilsin

səmərəsiz istehsalda inflyasiyanın

250-

Page 251: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

artmasına gətirib çıxarsın, həmçinin kredit bazarında pula tələb və

təklifin nisbətinə təsir etsin. Son nəticədə faiz siyasəti liberallaşdırılır,

rəqabət dərinləşir və inhisarlaşma daha intensiv inkişaf edir. Ona görə

də start vəziyyətinə gətirməklə borcların sonrakı artımına nəzarət

edilməsi daha effektli məqsəd ola bilər. Azərbaycan Respublikasında

daxili dövlət borcunun 200 mlrd, manat, xarici borcların limitinin 955

mlrd, manat proqnozlaşdırılması nəzərdə tutulur.

Dövlət büdcəsinin gəlirlərinin formalaşması mənbələri, vergi

gəlirlərinin əsas formaları xərclər strukturunun formalaşmasına təsir

edir. Mənfəət gətirən sahələrə qoyulan xərclərin artması, təbii ki, vergi

gəlirlərində mənfəət vergisini artırır, əmək haqqı və gəlirin artması fiziki

şəxslərin gəlir vergisini artırır. O cümlədən, bölgü sistemində

vergiyiğma baxımından səmərəli xərc struktur formalaşdırmaq olar.

Ümumi Daxili Məhsulun vergi tutumlu sahə maddi, əşya, xidmət

strukturunun təkmilləşdirilməsi məhz büdcə siyasətinin, onun

strukturunun metodoloji prinsipləridir. Bu baxımdan büdcə və

proqnozların maddi və maliyyə əsaslarını birləşdirən balanslar

tutulmalıdır.

Pul-kredit siyasəti pul kütləsinin miqdarını tənzimləmək üçün

istifadə edilir. Sərt pul-kredit siyasətində inflyasiyanın qarşısını almaq,

bahalı faiz siyasəti yeritməklə dövriyyədə olan pula təsir etmək meylləri

mövcuddur. Pulun miqdarına tələbat, həmçinin iqtisadiyyatın

inkişafının zəifləməsi ilə də baş verə bilər. Bu yol düzgün yol deyil.

İstehsala tələbat pula tələbatı artırır. Pulun nəqd və qeyri-neqd formaları

arasında nisbətlər ehtiyat normalarını tənzimləməklə idarə olunur.

Aşağıdakı cədvəl pul kütləsinin dinamikasını müəyyən edir.

-251 -

Page 252: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl V.II.4.

Pül kütləsinin dinamikası

1998 1999 2000 2001 2002

Geniş pul kütləsi

(mlrd.man) 9576 1204,2 1556,3 1218,5 1404,3

Ötən ilə nisbətən, %-lə 2,38 1,26 1,29 0,78 1,15

Nəqd pul kütləsi

(mlrd.man) 602,4 865,4 1170,5 926 1099,2

Ötən ilə nisbətən artım

tempi 2,18 1,44 1,35 0,79 1,18

Qeyri-nəqd pul kütləsi

(mlrd.man) 355,2 338,8 385,8 292,5 305,1

Ötən ilə nisbətən artun

tempi, dəfə 2,29 0,95 1,128 0,76 1,04

İnflyasiya 412 20 4 -0,8 -8,5

Geniş pul kütləsinin ÜDM-a nisbəti pulun emissiyası, qiymətli

kağızlar və borc tədavülünün tənzimlənməsinə imkan yaradır. Cədvəl V.II.5.

Keçid iqtisadiyyatı ölkələrində geniş pul kütləsinin ÜDM-a

nisbəti (faizlə)

1998 1999 2000 2001 2002

Keçid iqtisadiyyatı ölkələri

(KİO) 53,6 36,1 31,6 26,3 25,7

Keçid iqtisadiyyatına daha çox

irəliləyən ölkələr 75,1 46,7 46,2 46,4 46,7

Keçid iqtisadiyyatına az

irəliliyən ölkələri 87,1 55,7 32,7 25,5 16,8

İqtisad cəhətdən az inkişaf

etmiş ölkələr 93,3 96,8 101,2 103,0 104,5

Sənayecə inkişaf etmiş ölkələr 70,3 69 69,2 67,5 67,8

-252-

Page 253: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Azsrbaycan Respublikasında büdcə siyasətinin əsas

istiqamətləri

2003-cü ilndə büdcə və vergi siyasətini istiqamətləndirən

makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin davam

etdirilməsini, büdcə və vergi siyasətinin iqtisadiyyatın idarə

olunmasmdakı birbaşa iştirakını və təsirinin artırılmasını, çevikliyinin

təmin edilməsini, sahibkarlığın inkişafını, maliyyə intizamının

gücləndirilməsini və şəffaflığının təmin edilməsini, inflyasiyanın

artmasına yol verilməməsini və digər tədbirləri özündə əks etdirir.

Kompleks makroiqtisadi tədbirlər 2003-cü ildən iqtisadi artımın

təmin edilməsində, istehsalın həcminin və qeyri-neft bölməsində

məşğulluğun səviyyəsinin yüksəlməsinə, yoxsulluğun aradan

qaldırılması üçün hazırlanmış dövlət proqramının maliyyə təminatının

artırılmasına, ölkənin regionlarının, əsasən dağ və sərhəd rayonlarının,

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına yönəlmişdir.

Göstərilən tədbirlərin həyata keçirilməsi enyi zamanda

iqtisadiyyatda struktur islahatlarının davamı ilə müşayət olunacaqdır.

Struktur islahatları həmçinin vergi dərəcələrinin aşağı salınması, yığım

əmsalının artırılması və vergiqoyma bazasının genişləndirilməsi

hesabına büdcə gəlirlərinin artırılmasını, büdcə xərclərinin sosial və

investisiya yönümlüyünün təmin edilməsini, kiçik və orta sahibkarlığa

maliyyə dəstəyinin artırılmasını, ölkədə olan qarşılıqlı ödəməmələr

probleminin mərhələlərlə aradan qaldırılmasında yaxından iştirak

etməklə zərərlə işləyən dövlət əhəmiyyətli müəssisə və təşkilatlara

dövlət vəsaitləri hesabına verilən dolayı subsidiyaların büdcə vəsaitləri

ilə əvəz edilməsini, xərclərin şəffaflığının və səmərəli idarə olunmasının

yüksəldilməsini, kommunal və digər züruri xərclər üzrə büdcə

təşkilatlarının tələbatının ödənilməsi və xəzinə öhdəliklərinin tətbiqinin

dərinləşdirilməsi hesabına büdcə təşkilatları tərəfindən yeni borcların

yaradılmasına yol verilməməsini, az təminatlı ailələrin, qaçqın və

məcburi köçkünlərin sosial müdafiəsinin güclən-

- 253 -

Page 254: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dirilməsini, büdcə kəsirinin tədricən azalmasım və onun

maliyyələşdirmə strukturunun təkmilləşdirilməsini təmin edəcəkdir.

2003-cü ildən vergi və büdcə siyasəti sahəsində aşağıdakı

tədbirlərin həyata keçirməyi qarşısına məqsəd qoyub:

Gəlirlər üzrə;

- Ümumi Daxili Məhsulun strukturuna və sahə quruluşuna uyğun

büdcə gəlirlərinin artımına nail olmaq;

- Potensial gəlirlərin büdcəyə təmin olunma əmsalının

əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin etmək;

- Xam neft və neft məhsullarının ölkədaxili qiymətlərini dünya

bazar qiymətlərinə uyğunlaşdırmaqla, onların satışından dövlət

büdcəsinə çatası daxilolmaları artırmaq;

- Qeyri-neft sektorunda büdcə gəlirlərinin yığım əmsalının üstün

artımına nail olmaq;

- Vergi ödəyicilərinin vergi yükünü azaltmaq;

- Dövlət büdcəsinə artıq ödənilmiş vergilərin qaytarılması və ya

gələcək ödənişlərin hesabına aid edilməsi mexanizmini sadələşdirmək;

- Mənfəət vergisinin dərəcəsini aşağı salmaq və onu regionlar və

fəaliyyət növləri üzrə differensiallaşdırmaq;

- Sosial sığorta haqlarının dərəcəsini aşağı salmaq;

- Ölkənin coğrafi mövqeyindən səmərəli istifadə edilməsi

baxımından nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisini azaltmaq,

onun hesablanma qaydasını sadələşdirmək;

- Qısa müddətli əsas fondların geniş təkrar istehsalını təmin etmək

məqsədilə amortizasiya ayırmaları üzrə hesablamaları sadələşdirmək;

- İdxal rüsumu sahəsində spesifik rüsumların tətbiqindən abvalor

rüsumlarının tətbiqinə keçidi davam etdirmək;

- Büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərini büdcəyə

almaq, ləğv etmək və ya dövlət büdcəsinin gəlirlərinə daxil etməklə

onların səmərəli idarə olunmasına nail olmaq;

- Xərclərin investisiya və sosialyönümlüyünü təmin etmək;

254-

Page 255: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və idarəetmə

sisteminin səmərəliliyinin artırılması istiqamətində islahatları davam

etdirmək;

- 2003-2005-ci illərdə Azərbaycan Respublikasının daxili

potensialından və büdcə rusurslarından səmərəli istifadə etməklə,

iqtisadi regionlar üçün xüsusi əhəmiyyət kəsb edən sahələrin inkişafına,

istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac

yönümlü məhsul istehsalının stimullaşdırıl- masma, yerli sahibkarlığın

inkişafı yolu ilə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həyat

səviyyəsinin daha da yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının

dinamik inkişafının təmin edilməsinə kömək etmək;

- Ölkədə yanacaq-energetika sektorunun inkişafı sahəsində

məqsədyönlü tədbirlər həyata keçirmək, qarşılıqlı ödəmələr və bunun

nəticəsi kimi müəssisələr tərəfindən büdcə öhdəliklərinin yerinə

yetirilməməsi probleminin həlli üçün məqsədyönlü işi davam etdirmək,

bu sahədə büdcədən dolayı subsidiya alınması prosesinin qarşısını

almaq və bu prosesin büdcə vasitəsilə tənzimlənməsinə nail olmaq;

- Dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyəti

üzərində ciddi nəzarət mexanizmi təşkil edərək kreditlərin əsasən həmin

təşkilatların vasitələri hesabına qaytarılmasına nail olmaq;

- Büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək

haqlarının mərhələlərlə artmasına nail olmaq, ayrı-ayrı sahələrlə ölkə

üzrə orta aylıq əmək haqları arasındakı fərqin azaldılması istiqamətində

işləri davam etdirmək;

- Sosial siyasətin ardıcıl həyata keçirilməsi məqsədilə yox-

sulluğun mərhələlərlə azaldılmasına, pensiyaların və əlillik

müavinətlərinin artırılmasına nail olmaq və onların ünvanhhğını təmin

edən tədbirlər görmək;

- 2003-cü ildən əhalinin sosial rifahı ilə bağlı olan təhsil, səhiyyə

və digər sahələrdə islahatları sürətləndirmək;

- dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək;

-255-

Page 256: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış

proqramlarının maliyyələşdirilməsində büdcənin rolunu və bu

istiqamətə vəsait qoyuluşunu artırmaq;

- fövqəladə halların nəticələrinin büdcə vəsaiti hesabına aradan

qaldırılmasını təmin etmək;

- büdcə vəsaitlərindən məqsədyönlü və səmərəli istifadə

olunmasını təmin etmək məqsədilə xəzinə nəzarətini gücləndirmək,

büdcə təşkilatlarında borclanma prosesini çevik idarə etmək;

- Dövlət büdcəsi kəsirinin tədricən azaldılması siyasətini davam

etdirmək;

- Büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına

müəyyənləşdirmək;

- Dövlət qiymətli kağızlarının təkrar bazarını yaratmaq;

- Əhalidə olan sərbəst pul vasitələrinin dövriyyəyə daha səmərəli

cəlb edilməsini və dövlətin qiymətli kağızlar bazarında iştirakının

artırılmasını təmin etmək üçün dövlət daxili uduşlu istiqraz

vərəqələrinin buraxılmasını genişləndirmək.

256-

Page 257: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSİL III: MALİYYƏ SİYASƏTİNİN ƏSAS

İSTİQAMƏTLƏRİ

Maliyyə siyasətinin sosial mahiyyəti

Hər bir müstəqil dövlətin milli iqtisadi siyasəti mövcuddur. Dövlət

özünün müstəqil siyasəti ilə milli iqtisadiyyatının gələcəyini müəyyən

edir. Ölkənin müstəqil iqtisadi siyasəti olması üçün onun müstəqilliyi

tam təmin olunmalıdır. Bu vacib və əsas şərtlərdən biridir. Çünki iqtisadi

və siyasi müstəqilliyə nail ola bilməyən dövlət müstəqil iqtisadi siyasət

yürüdə bilməz. 70 il ərzində - planlı və mərkəzdən idarə edilən

iqtisadiyyat dövründə Azərbaycan Respublikasının müstəqil iqtisadi

siyasəti yox idi. Bu isə çoxlu mənfi nəticələrə gətirib çıxarırdı. Belə ki,

mərkəzdən verilən direktiv göstərişlər nə Azərbaycan xalqının

adət-ənənələrin, nə milli psixologiyasına, nə də ərazidə mövcud olan

iqtisadi mühitə tam uyğun gəlmirdi. Bütün bu şərtlər əhatə edilmədikdə

isə müstəqil iqtisadi siyasətdən danışmaq qeyri- mümkündür.

Dövlətin apardığı iqtisadi siyasət hərtərəfli və konseptual əsaslara

malik olmalıdır. Belə bir anlayış mövcuddur ki, siyasət iqtisadiyyatdan

törəyir. Yəni, iqtisadiyyat bazisdirsə, siyasət onun üstqurumunu

formalaşdırır. Dediklərimizdən belə nəticə çıxarmaq olar ki, dövlətin

iqtisadi siyasəti onun daxili və xarici siyasətini müəyyən edir, onun

regionda və dünyada yerini müəyyən edir. Elmi cəhətdən

əsaslandırılmış iqtisadi siyasət yürüdən hər bir dövlət özünün daxili və

xarici siyasətini bu əsaslarda qurur.

Ölkənin siyasəti çox genişdir. Dövlətin iqtisadi siyasəti özündə

maliyyə siyasəti, sosial siyasəti, qiymət siyasəti, kredit siyasəti, valyuta

siyasəti, kadr siyasəti, struktur siyasəti, investisiya siyasəti və s.

birləşdirir.

Dövlətin öz funksiyalarını həyata keçirməsi üçün maliyyə

münasibətlərinin istifadəsinin tədbirlər toplusu maliyyə siyasətini əmələ gətirir.

-257

Page 258: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Maliyyə siyasətinin tərkibi olduqca mürəkkəbdir və bu geniş

tədbirlər kompleksini əhatə edir:

1. Maliyyə siyasətinin ümumi konsepsiyasının işlənməsi, onun

əsas istiqamətlərinin müəyyənləşdirilməsi;

2. Adekvat maliyyə mexanizminin yaradılması;

3. Dövlətin və digər iqtisadi subyektlərin maliyyə fəaliyyətinin

idarə edilməsi.

Maliyyə siyasətinin əsasını strateji istiqamətlər təşkil edir. Strateji

istiqamətlər maliyyə resurslarının istifadəsinin ortamüddətli və

uzunmüddətli perspektivlərini müəyyən edir, iqtisadiyyatı və sosial

sferanı idarə edir. Bununla bərabər olaraq dövlət maliyyə

münasibətlərinin istifadəsinin cari taktiki məqsəd və vəzifələrinin

seçimini həyata keçirir. Bunlar dövlətin maliyyə resurslarının effektiv

istifadəsi, iqtisadi və sosial proseslərin tənzimlənməsi, məhsuldar

qüvvələrin qabaqcadan istiqamətlərinin inkişafının stimullaşdırılması,

iqtisadiyyatın sahələrinin dirçəldilməsi kimi əsas problemləri ilə

əlaqədardır. Bütün bu tədbirlər bir-biri ilə sıx sürətdə qarşılıqlı əlaqədə

və asılılıqdadır. Maliyyə siyasətinin vacib tərkib hissəsi maliyyə

mexanizminin yaradılmasıdır. Bunun köməyi ilə dövlətin maliyyə

sahəsindəki bütün fəaliyyəti həyata keçirilir. Maliyyə mexanizmi dövlət

tərəfindən yaradılmışdır və bu maliyyə münasibətlərinin təşkilinin

metod, növ və formalarının sistemini əmələ gətirir.

Maliyyə mexanizmi bu maliyyənin xarici' təzahürüdür. Maliyyə

mexanizminin elementlərinə maliyyə resurslarının formaları, onların

formalaşması metodları, qanunvericilik norma və normativləri (hansı ki,

dövlətin xərclərinin müəyyənləşdiril- məsində, büdcə sisteminin,

qiymətli kağızlar bazarının və müəs- silərinin məniuyəsində istifadə

olunur) daxildir.

Maliyyə mexanizmi - maliyyə siyasətinin dinamik hissəsidir.

Onun dəyişilməsi cürbəcür taktiki məsələlərin həlli ilə əlaqədar baş

verir, buna görə də maliyyə mexanizmi ölkənin iqtisadiyyatında və

sosial sferasında baş verən bütün dəyişiklərə reaksiya verir. Maliyyə

münasibətləri dövlət tərəfindən müxtəlif cür təşkil edilə bilər. Bu cür münasibət dövlətlə hüquqi şəxslər arasında

-258-

Page 259: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

büdcənin fornıalaşdırılmasında vergi və qeyri-vergi ödəmələrin əsasında

qurula bilər. Bununla belə vergi sistemi birbaşa və dolayı,

ümumdövlətlər və yerli vergiləri özünə daxil edə bilər. Həm də hər bir

vergi xüsusi subyekt, dərəcələr, güzəştlər və digər elementləri (vergi

qanunvericiliyinin inkişafı ilə əlaqədar dəyişən) özünə daxil edə bilər.

Maliyyə mexanizmi direktiv və tənzimləyici ola bilər. Bir qayda

olaraq, direktiv maliyyə mexanizmi elə maliyyə münasibətləri üçün

hazırlanır ki, orada bilavasitə dövlət iştirak edir. Burada vergilər, dövlət

krediti, büdcənin maliyyələşməsi, büdcə prosesinin təşkili, maliyyə

planlaşdırılması daxildir.

Bu vəziyyətdə dövlət maliyyə münasibətlərinin bütün sistemini

bütün incəliklərinə qədər işləyir və öyrənir. Bəzi hallarda direktiv

maliyyə mexanizmi dövlətin bir başa iştirak etmədiyi maliyyə

münasibətlərinin digər növlərinə yayıla bilər. Belə münasibətlər ya

bütün maliyyə siyasətinin həyata keçirilməsi üçün böyük əhəmiyyətə

malikdir, ya da ki, bu münasibətlərin tərəflərindən biri dövlətin agentidir

(dövlət müəssisələrin maliyyəsi).

Tənzimləyici maliyyə mexanizmi bir qədər konkret anlayışdır.

L.A.Dobrozikanm «Финансы, денежное обращение, кредит»

kitabında qeyd etdiyi kimi «Tənzimləyici maliyyə mexanizmi konkret

maliyyə seqmentində əsas «oyun qaydalarını» müəyyən edir» (səh.91).

Maliyyə mexanizminin belə müxtəlifliyi xüsusi müəssisələrdə təsərrüfat

daxili maliyyə münasibətlərinin təşkili üçün xarakterikdir. Bu

vəziyyətdə dövlət müəssisədə vergilərin və digər məcburi ödəmələrin

ödənilməsindən sonra qalan maliyyə resurslarının istifadəsinin ümumi

qaydasını müəyyənləşdirir. Müəssisə isə müstəqil olaraq pul fondlarının

növlərini və onların istifadəsi istiqamətlərini işləyir.

Maliyyənin idarə edilməsi dövlətin maliyyə mexanizminin

məqsədəyönlü istifadə edilməsindən asılıdır. Bu xüsusi təşkilatlar

(orqanlar) tərəfindən həyata keçirilir. İdarəetmə özünə bir sıra

funksional elementləri daxil edir; proqnozlaşdırma, planlaşdırma,

operativ idarəetmə, tənzimləmə və nəzarət. Bütün bu elementlər dövlət

orqanlarının, hüquqi şəxslərin və vətəndaşların

259-

Page 260: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

cari fəaliyyətində maliyyə siyasəti tədbirlərin təmin edilməsinə

lazımdır. Beləliklə maliyyə siyasətinin aşağıdakı vəzifələri var:

1. Maksimal mümkün maliyyə resursları formalaşdırmaq üçün

şərtlərin təmin edilməsi;

2. Maliyyə resurslarının istifadəsinin və bölgüsünün təşkili;

3. Maliyyə metodları ilə iqtisadi və sosial proseslərin

tənzimlənməsinin təşkili;

4. Dəyişən məqsədlərə və strategiyaya görə maliyyə

mexanizminin işlənməsi;

5. Maliyyənin idarə edilməsində effektiv və maksimal iş

sisteminin yaradılması.

Maliyyə siyasəti dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir. Bu

iqtisadi tapşırıqların düzgün yerinə yetirilməsində məqsədlərə xidmət

edir.

Maliyyə siyasətinin işlənməsi çox mürəkkəb və uzun prosesdir.

Maliyyə siyasəti hazırlanarkən dövlətin maliyyə resursları, dövlətin

qarşısında qoyduğu məqsədlər, bütün maliyyə münasibətləri nəzərə

alınmalıdır. Maliyyə siyasətinin işlənməsi ilə Maliyyə Nazirliyi məşğul

olur. Maliyyə Nazirliyi maliyyə siyasətinin bir neçə variantını

hazırlayır. Bundan sonra bütün variantları hökümətə göndərilir.

Hökümət ən yaxşı variantı seçir. Onun bəzi müddəaları parlament

tərəfindən təstiq olunur. Məsələn, Dövlət Büdcəsinin layihəsi müzakirə

edilib, dəyişikliklərlə təsdiq edilməsi. Təsdiq edilmiş maliyyə siyasəti

Maliyyə Nazirliyi tərəfindən icra edilir.

Maliyyə siyasəti təşkil olunarkan aşağıdakı prinsiplərə riayət

edilməlidir.

1. Sərbəstlik prinsipi. Bu prinsipin qorunması əsasdır. Yuxarıda

qeyd etdiyimiz kimi, müstəqil dövlətin müstəqil iqtisadi siyasəti və

uyğun olaraq, müstəqil maliyyə siyasəti olmalıdır.

2. Dövlətin iqtisadiyyatına müdaxiləsi prinsipi. Makroiqtisadi

tənzimləmə aparmaqla maliyyə tədbirlərinin hazırlanması əsasdır.

3. Dövlətin gəlir və xərclərinin balanslaşdırılması, maliyyə ehtiyatlarının yaradılması prinsipi.

260-

Page 261: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Maliyyə siyasətinin əsas istiqamətləri aşağıdakılardır;

1. Maliyyənin idarə olunmasının tam müstəqil və mükəmməl hala

gətirmək.

2. Bütün mülkiyyət formalarının təmin edilməsi.

3. Maliyyə siyasətinin ETT-nin inkişafına yönəldilməsi.

4. Maliyyə-kredit, pul bazarının, fond birjalarının yaradılması üzrə

işlərin aparılması.

5. Hərbi xərclərin azalması, azad sahibkarlığın, kiçik biznesin

inkişafına yönəldilməsi, investisiyaların artırılması və s.

6. Maliyyə siyasətinin sosial siyasətlə uzlaşdırılması, sosial

xərclərin artırılması və s.

Maliyyə siyasətinin hazırlanmasında bütün resurslar -

informasiya, kadr, maliyyə və s. nəzərə alınmalıdır. Maliyyə siyasəti

iqtisadi siyasət kimi elmi cəhətdən əsaslandırılmalıdır. Elmi cəhətdən

əsaslandırılmış maliyyə siyasəti real olur və dövlətə mövcud vəziyyətlə

ayaqlaşma imkanı verir.

Maliyyə siyasətinin əsas ana xəttini fıskal (vergi-büdcə siyasəti)

siyasət təşkil edir. Fiskal siyasət bəzi ədəbiyyatlarda an- titsiklik siyasət

adlanır. Qısaca desək, bu dövlətin gəlir və xərclərini təqdim etməkdir,

iqtisadi artımı təmin etməkdən ibarətdir.

Dövbt büdcəsinin sosial-iqtisadi rolu

Yeni təsərrüfatçılıq şəraitinə keçid dövründə maliyyə

münasibətlərinin rolu və əhəmiyyəti daha da artır. Onu qeyd etməliyik

ki, maliyyə münasibətlərinə lokal səviyyədən yanaşma makroiqtisadi

nəticələr çıxarmağa imkan verməz. Buna görə də biz maliyyə

münasibətlərinə bir sistem kimi yanaşmayıhq. Bildiyimiz kimi, sistem

qarşılıqlı əlaqədə olan vahid məqsədə qulluq edən elementlərin

məcmusudur.

Hər bir dövlətin iqtisadi sistemi daxilində maliyyə sistemi vardır.

Maliyyə sisteminin ümumi sxemi belədir.

261

Page 262: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Müəssisə,

idarə və təşkilatların

maliyyəsi

MALIYYƏ SISTEMI

Dövlət maliyyəsi Sığorta

kommersiya müəssisələri; dövlət büdcəsi sosial sığorta

qeyri/kommersiya idarə və

təşkilatları Büdcədənkənar fondlar şəxsi sığorta

ictimai birliklərin maliyyəsi dövlət krediti sahibkarlıq

risklərinin

_______________________________________________________ sığortası və s.

Maliyyə sistemini təşkil edən elementlər, yəni müəssisə, idarə və

təşkilatların maliyyəsi, dövlət maliyyəsi, sığorta vahid məqsədə -

maliyyə münasibətlərinin formalaşmasına və inkişafına xidmət edir.

Maliyyə münasibətlərinin inkişafı iqtisadi əlaqələrin inkişafına, tələb

və təklifin dolğun ödənilməsinə səbəb olacaqdır.

Maliyyə sisteminin ana xəttini - Dövlətin maliyyəsi təşkil edir.

Dövlət maliyyəsində əsas yer Dövlət büdcəsinə malikdir.

Əvvəlcə «büdcə» sözünün meydana gəlməsini araşdıraq. Bu söz

bütün dillərdə çanta, torba sözündən keçmişdir. Sonralar bu söz

mənasını və formasını dəyişərək «xəzinə» mənasını verir. Onu da qeyd

edək ki, 17-ci əsrə qədər büdcənin funksiyalarını xəzinə yetirirdi.

Büdcəyə qısa tərif versək belə deyə bilərik ki, dövlətin gəlir və

xərclərinin balansıdır. Büdcə dövlətə özünün bütün funksiyalarını

həyata keçirmək üçün bir vasitədir.

Dövlət büdcəsi mərkəzləşdirilmiş pul fondudur. Bu ÜMM- un və

milli gəlirin bölgüsündə çox fəal iştirak edir. Beləliklə, dövlətlə

müəssisələr, təşkilatlar və əhali arasında yaranan münasibətlər büdcə

münasibətləri adlanır.

Dövlət büdcəsi maliyyənin ən mühüm tərkib hissəsi olmaqla çox vacib bir neçə funksiyanı yerinə yetirir. Bu funksiyalar aşağıdakılardır:

262-

Page 263: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

1. Bölgü funksiyası

2. Nəzarət funksiyası.

Dövlət büdcəsi vasitəsilə MG-in bölgüsü həyata keçrilir. Yenidən

bölgünün əsas obyekti xalis gəlirlərdir. Dövlət büdcəsi vergilər və digər

gəlirlər vasitəsilə topladığı vəsaitlərin bölüşdürülməsini təşkil edir.

Adətən dövlət büdcəsinin vasitəsilə ÜDM- un 25-50%-i bölüşdürülür.

Əgər ölkə mərkəzləşdirilmiş plan iqtisadiyyatına malikdirsə bu zaman

ÜDM-un bölüşdürülməsində Dövlət büdcəsinin payı yüksək olur,

əksinə sərbəst bazar iqtisadiyyatı ölkəsidirsə Dövlət büdcəsinin payı

aşağı olur. Məsələn, Azərbaycan Respublikasında 1996-cı ildə ÜDM

9,8 trilyon manat, dövlət büdcəsi isə 2,5 trilyon manat olmuşdur.

Beləliklə, ÜDM-un bölgüsündə dövlət büdcəsinin xüsusi çəkisi 23%

olmuşdur.

Büdcənin ikinci mühüm funksiyası nəzarətdir. Dövlət büdcəsi

özünün mexanizmləri vasitəsilə iqtisadiyyatda baş verən proseslərə

nəzarət edir. Belə ki, büdcə vasitəsilə vergilərin düzgün

bölüşdürülməsinə və toplanmasına, büdcə ayırmalarının düzgün

xərclənməsinə nəzarət edilir. Beləliklə, biz qeyd edə bilərik ki, büdcə

nəzarəti büdcənin hazırlanması, onun elmi əsaslara uyğunlaşdırılması,

büdcənin icrası və onun yerinə yetirilməsi bir qədər məsuliyyətli və

vacib bir prosesdir.

Dövlət büdcəsinin həyata keçirilməsi üçün ən vacib olan

şərtləndən biri bu büdcənin dövlət məclisləri və orqanları tərəfindən

mərkəzləşdirilmiş pul fondu formasında təsdiq edilməsidir. Bu təsdiq

etmə büdcə hüququ kimi meydana çıxır. Büdcə hüququ sadə olmalıdır.

Büdcə hüququ 3 mərhələdən ibarətdir:

1. Vergi hüququ

2. Xərc hüququ

3. İllik büdcənin təsdiq etmə hüququ

Vergi hüququ təsdiqləşdirildikdən sonra - yəni hansı vergilərin

tutulacağı, onların ümumi gəlirlərdə səviyyəsi və miqdarı, bu vergi

növlərinin hər birinin obyekti və subyekti müəyyən edildikdən sonra

büdcənin xərc hüququ təsdiq edilir, bu da xərclərin miqdarı, yəni

xərclərin əlavə edilib-edilməməsini, hər hansı bir

263-

Page 264: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

xərclərin artırıb azalmasınasının qanunlaşdırılmasını nəzərdə tutur.

Sonuncu mərhələ büdcənin illik təsdiq edilməsidir. Burada əsas məsələ

Dövlət Büdcəsinin tarazlığının qorunmasıdır.

Büdcənin qanun olub-olmaması haqqında çoxlu müddəalar

var.

Lakin belə hesab etmək olar ki, büdcə qanundur. Çünki büdcə

parlament tərəfindən təsdiq edilir və onun yerinə yetirilməsi çox

vacibdir.

Büdcə sistemi bütün büdcə münasibətlərinin məcmusunu təşkil

edir. Belə ki, bütün büdcə arasında baş verən büdcə münasibətləri büdcə

sistemini yaradır.

Azərbaycan Respublikasının dövlət büdcəsi sistemi quruluşu

belədir:

1. Azərbaycan Respublikasının Respublika Büdcəsi.

2. Yerli büdcələr

3. Yerli büdcələrə aiddir: şəhər, rayon, kənd və qəsəbə

büdcələri.

Büdcə sistemi çox geniş bir mexanizmdir. Büdcə sisteminin

qurulmasının səviyyəsindən büdcənin səmərəli yerinə yetirməsi asılıdır.

Ümumiyyətlə, bütün ölkələrin büdcə sistemlərinə baxdıqda üç qlobal

büdcə sistemini ayıra bilərik:

1. Ənənəvi büdcə sistemi.

2. Yerinə yetirilən büdcə sistemi.

3. Plan-proqram büdcə sistemi.

Ənənəvi büdcə sistemi ən çox inkişaf etməkdə olan ölkələrdə, ya

da dərin iqtisadi böhran keçirən ölkələrdə tərtib edilir. Bu büdcə

sistemində dövlət xərclərinin təsnifatı xərclərin yönəndiyi obyektlər

üzrə həyata keçirilir. Buna görə də ənənəvi büdcə sisteminə xərc obyekti

büdcəsi deyilir.

Xərc obyektləri müəyyən bir dövlət xidmət sahəsində istifadə

olunan xərclərdir. Xərclərin obyektləri bir çox ölkələrdə bu şəkildə

sadalanır. Fərdi məsrəflər, yol xərcləri, xidməti xərcləri, istehlak

xərcləri, tikinti xərcləri, təmir və yenidənqurma xərcləri, digər ödənişlər

və transfertlər, investisiya mahiyyətlərindən təşkilatlara ayrahn paylar və sərmayə təşkili, trans-

264

Page 265: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

fertlərin və yardımları, maliyyə transfertləri, sosial transfertlər borc

ödənişləri kimi xərc obyektlərindən ibarətdir. Ənənəvi büdcə sistemi

büdcənin yalnız nəzarət funksiyasının yerinə yetirilməsini təmin

etməkdədir.

Yerinə yetirilən iş xidmət büdcəsi adlandırılan bir büdcə

sistemidir. Bu büdcə sistemi 1949-cu ildə ABŞ-da bir şirkət tərəfindən

tərtib edilmişdir. Bu büdcə sistemi ABŞ və Avropanın bir çox inkişaf

etmiş ölkələri tərəfindən istifadə edilmişdir. Hal- hazırda bir çox ölkələr

bu büdcə sistemindən istifadə edirlər. Yüksək inkişaf etmiş ölkələrin

transmilli korporasiyaları öz büdcə sistemini bu əsaslarda qururlar. Bu

büdcə sisteminin mahiyyəti öz növbəsində istehsalçıların iş prosesinə

təsir edəcəkdir. Buna görə də büdcənin icrası bir iş - əmək proqramı

səviyyəsinə malik olur.

Axırıncı qlobal büdcə sistemi plan-proqram büdeə sistemidir. Bu

büdeə sistemi özündən əvvəlki iki büdcə sisteminin bütün tərəflərini

özündə birləşdirməklə yanaşı yeni bir xüsusiyyətə malikdir. Bu büdeə

sistemində biz ənənəvi büdcə sisteminin nəzarət (maliyyə) amili,

icarəedilən büdcə sisteminin xidmət faydahhğı, yəni sərf edilən

vəsaitlərin faydalı sürətdə istifadəsi amili ilə yanaşı mühüm bir amili,

strateji planlaşdırmanı görə bilərik. Yəni göstərilən xidmətlərin

mühümlüyünü müəyyən etmək bu büdeə sisteminin büdcənin bir

planlaşdırma vasitəsi olmasını tələb edir. Bir çox inkişaf etmiş ölkələrin

büdcə sistemi plan-proqram büdcə sistemidir. Büdcə təşkili çox diqqətlə

aparılmalı və bir çox prinsiplər pozulmamalıdır. Bu prinsiplər

aşağıdakılardır:

2. Ümumilik prinsipi.

3. Vahidlik prinsipi.

Ümumilik prinsipi dedikdə, dövlətin bütün gəlir və xərclərinin

ümumilikdə nəzərə alınması başa düşülür. Bu belə izah edilə bilər. Hər

hansı bir gəlir növü hər hansı bir xərc maddəsi üçün nəzərdə tutula

bilməz. Yəni burada ayrıseçkilik aparıla bilməz. Ümumilik prinsipinə

riayət edilməsi büdcə təşkilinin demokratik

-265-

Page 266: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

aparılmasına imkan verir. Dövlət xərcləri müəyyənləşdirilərkən hər bir

sahə öyrənilməli, onun tələbatı müəyyənləşdirilir.

Vahidlik prinsipi isə dövlətin gəlir və xərclərinin ümumi bir

büdcədə toplaşdırmaqdır. Vahidlik prinsipinə görə ölkədə dövlət gəlir

və xərcləri bir nöqtədən proqnozlaşdırılır, planlaşdırılır və

qiymətləndirilir.

Büdcənin təşkil və istifadə edilməsində bu iki əsas prinsipinin tam

gözlənilməsi büdcənin lazımi tələblərə uyğun və fayda verəcək şəkildə

istifadə olunmasında ilkin şərtdir. Büdcənin təşkili prinsipindən

kənarlaşmalar büdcəyə nəzarət edilməsini və istfıadə edilməsini

çətinləşdirir.

Büdcə haqqında danışarkan büdcə kəsiri məsələsinə toxunmadan

keçinmək olmaz. Dövlət büdcəsinin kəsiri hər bir dövlətin qarşılaşdığı

məsələdir. Dövlət büdcəsinin kəsiri büdcə gəlirlərinin xəclərindən az

olması kimi qəbul edilir. Burada qeyd etmək lazımdır ki, əgər büdcənin

gəlirləri onun xərclərindən çox olarsa belə vəziyyət büdcə artıqlığı

adlanır. Bu vəsaitlərdə ya dövlətin daxili və xarici borclarının

ödənilməsinə, ya müəyyən xərclərə, ya dövlətin valyuta ehtiyatlarına,

ya da müəyyən yerli inkişaf proqramlarına yönəldilə bilər.

Dövlət büdcənin kəsirinin yaranmasının bir neçə səbəbləri var. Bu

səbəblər aşağıdakılardı:

1. Müharibə və yaxud iqtisadi böhranlar. Burada biz cəmiyyətdə

baş verən sosial konfliktləri qeyd etməliyik. Məhz baş verən sosial

konfliktlər ölkənin sosial əməkdaşlığının pozulması nəticəsində

meydana çıxır.

2. İqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə vergilərin

azaldılması.

3. Dövlətin xarici və daxili borclarının kritik dərəcədə artması.

4. Siyasi tədbirlərə bağlı tədbirlər və s.

Bu sadalandığımız iqtisadi və sosial səbəblər büdcə kəsirinin

meydana gəlməsinin vasitələri olurlar. Bütün qeyd etdiyimiz səbəbləri

ümumiləşdirsək, onda biz inflyasiya kimi bir iqtisadi

-266-

Page 267: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

fəlakətlə qarşılaşırıq. Dövlət büdcəsinin kəsiri ilə inflyasiya qarşılıqlı

əlaqədardır.

Dövlət büdcəsinin kəsirinin örtülməsinin bir neçə yolu var.

1. Dövlətin xarici mənbələrdən borc alması hesabına.

2. Dövlətin qiymətli kağızlarının açıq maliyyə bazarlarında

satışı hesabına.

3. Mərkəzi bankın kreditləri hesabına.

4. Hərbi xərclərin azalması hesabına.

5. Bütün iqtisadi ehtiyatların üzə çıxarılması, əgər varsa «kölgə»

iqtisadiyyatının sıxışdırılması hesabına. Bu zaman dövlət daha çox

maliyyə vəsaitləri əldə edə bilər.

6. İdarəetmə xərclərinin azaldılması hesabına və s.

Lakin bütün bunlarla yanaşı ən yaxşı üsul istehsal və satışın

həcminin artırılmasıdır. Belə ki, bu yolla daha çox vergi toplanması

təmin ediləcək və məcmu təkliflə məcmu tələb uyğunlaşacaq,

məşğulluq təmin ediləcək, işsizliyin qarşısı alınacaq və nəticədə daha

çox vergilər toplanacaq.

Dövlət büdcəsinin kəsirinin örtürülməsi çox güclü sosial

partlayışa səbəb ola bilər, çünki dövlət büdcəsi bizim respublikamızda

sosial sahənin maliyyələşdirilməsini təmin edir.

Dövlət büdcəsinin öz rolunu yerinə yetirməsi üçün onun gəlirləri

təmin edilməlidir. Dövlət büdcəsinin gəlirlərinin əsas hissəsi vergilərin

üzərinə düşür. Vergilərdən əlavə Dövlət büdcəsinin gəlirlərinin bir

hissəsi dövlətin sərvətlərindən istifadəyə görə alınan gəlirlər, vergiyə

bənzər dövlət gəlirləri, borclanmadan gələn gəlirlər və xəzinənin

imkanlarından istifadə etməklə əldə edilən gəlirlər təşkil edir. Vergilər,

adətən Dövlət büdcəsinin gəlirlərinin 95%-ni təşkil edir.

Vergilərin toplanmasına, hansı vergi növünün tətbiq edilməsinə

nəzarət əhəmiyyətli bir məsələdir.

Vergi sistemi respublika ərazisində toplanan bütün vergi

növlərinin məcmusunu göstərmək üçün istifadə olunur. Azərbaycan

Respublikası ərazisində tətbiq edilən vergilər bunlardır: mənfəətdən

tutulan vergi, gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), aksizlər, torpaq

vergisi, əmlak vergisi və gömrük rüsümü.

-267-

Page 268: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bütün bu sadalanan vergilərin faiz dərəcələri qanunverici orqan

tərəfindən təsdiq edilir. Vergi sisteminin dörd növü var.

1. Proqressiv (mütərəqqi) vergi sistemi.

Bu vergi sisteminin mahiyyəti budur ki, vergi ödəyiciləri

(subyektlər) olan şəxslərin (hüquqi və fiziki) gəlirləri (vergilərin

obyektləri) artdıqca uyğun olaraq vergi dərəcəsi də artır.

2. Reqressiv vergi sistemi.

Bu vergi sistemində isə vergi verənlərin gəlirləri artdıqca, vergi

dərəcələri aşağı düşür. Bu şəxslərin gəlirlərinin artırılmasını

həvəsləndirir.

3. Qarışıq vergi sistemi.

Bu vergi sistemi özündə proqressiv və reqressiv vergi sisteminin

cəhətlərini birləşdirir.

4. Proporsional vergi sistemi.

Bu vergi sistemində vergi dərəcələrinin dəyişməsi gəlirlərin

artıb-azılmasmdan asılı deyildir.

Müasir dövrdə mövcud olan vergilər barədə fikir söyləmək üçün

onların təyinatını bilmək vacibdir. Vergilər 4 qrupa təsnifləşdirilir:

1. Birbaşa və dolayı vergilər.

Birbaşa vergilərə mənfəətdən tutulan vergi, torpaq vergisi və s.,

dolayı vergilərə isə aksizləri, əlavə dəyər vergisini misal gətirə bilərik.

2. Gəlir vergiləri və sərbəst vergi. Gəlir vergilərinə biz

mənfəətdən tutulan vergini, gəlir vergisini, sərbəst vergilərə isə

Azərbaycan Respublikasında tətbiq edilən əmlak vergisini nümunə

gətirə bilərik.

3. Spesifik və uyğun qiymət vergiləri. Bu vergilərə xarici

ticarətdən, bəzi mal və xidmətlərdən tutulan vergilər, gömrük vergilərini

aid etmək olar. Mal və xidmətlərdən tutulan vergilər isə rəsmiləşdirmə

vergiləridir.

4. Şəxsi və qeyri-şəxsi vergilər.

Burada dövlət vergiləri müəyyən edərkən, vergi

mülkiyyətçilərinin şəxsi vəziyyəti, əldə etdiyi gəlirin miqdarı, ailəli

olub- olmamasını nəzərdə tutulur. Beləliklə, vergilər mülkiyyətin şəxsi

-268-

Page 269: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

vəziyyətini nəzərə alırsa şəxsi vergi, şəxsi nəzərə almırsa qeyri- şəxsi

vergi adlanır.

Vergilər haqqında sonda onu deyə bilərik ki, vergilərin bir neçə

vəzifəsi var.

Bu vəzifələrdən ən əhəmiyyətlisi sosial vəzifədir. Sosial vəzifənin

mahiyyəti ondan ibarətdir ki, dövlət vergilər vasitəsilə cəlb etdiyi

vəsaitlərin dövlət büdcəsi vasitəsilə yenidən bölgüsünü təşkil edir.

Vergilərin sosial əhəmiyyəti o zaman yüksək olur ki, vergi dərəcələri

reallığa uyğun qurulur. Bundan başqa vergilərin daha çox gəlirli

əhalidən alıb, sosial ədalət naminə az gəlirli əhali təbəqələrinə verilməsi

sosial vəzifədir.

Dövlət büdcəsi dövlətin özünün bütün funksiyalarını dolğun

yerinə yetirməsi üçün nəzərdə tutulduğundan, dövlət büdcəsinin

gəlirlərinin necə və hansı sahələrə xərclənməsi həmişə diqqət

mərkəzində olmuşdur. Belə ki, iqtisadçılar bütün zamanlarda büdcənin

xərclənməsi məsələsinə çox böyük diqqət yetirmişdirlər. Yəni, əsas

mübahisələr onun üzərindədir ki, bir qism iqtisadçılar əsasən klassiklər,

belə hesab edirlər ki, dövlət öz xərclərini bilməli, nəzərdən keçirməli,

sonra isə buna uyğun gəlirləri cəm- ləşdirilməlidir. Digər qrup

iqtisadçılar belə hesab edir ki, dövlət öz gəlirlərini əvvəlcə müəyyən

etməli və buna görə də xərclərini müəyyənləşdirməlidir. Burada elə bir

prinsipial fərq yoxdur. Belə ki, dövlət özünün maliyyə imkanlarına görə

özünün funksiyalarını yerinə yetirəcəkdir.

Dövlət büdcəsinin xərclərinin artmasının əsas səbəbləri bunlardır:

müharibə, çox cüglü, siyasi kompaniyalar və s. Belə xərclər dövlət

büdcəsinin gərginliyini artırır və büdcə kəsirini böyüdür. Bu xərclərin

artmasının bir mənfi təsiri də dövlətin sosial sahələri

maliyyələşdirilməsində üzə çıxır. Belə istənilməyən xərclər sosial

sferanın maliyyələşdirilməsində «boşluqlar» əmələ gətirir. Dövlət bu

təhlükədən qaçmaq üçün dövlət büdcəsində xüsusi ehtiyat fondu

yaradır. Bu bizim respublika büdcəsində təxminən 5%-zə qədər və ya

ondan bir qədər artıq olur. Misal üçün 2004-cü il Azərbaycan

Respublikasının Dövlət büdcəsində ehtiyat fondunun həcmi 78000000 min manatdır. Aydındır ki,

-269-

Page 270: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

böhranın kifayət qədər böyük olması bu vəsaitlərin azlığını qarşıya

qoyacıqdır.

Büdcə xərclərini təsnifləşdirərkən ilkin olaraq beynəlxalq, milli,

regional xərcləri qeyd etməliyik.

Beynəlxalq xərclər beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin

yerinə yetirilməsinə, kreditlərin və onların faizlərinin qaytarılmasına

sərf edilir.

Ölkənin ümumi iqtisadi və sosial inkişafına sərf edilən vəsait milli

xərclər adlanır.

Regional xərclər dedikdə, əsasən regionların idarə edilməsinə və

inkişaf proqramlarının həyata keçirilməsinə sərf edilən vəsaitlər başa

düşülür.

Təsnifləşdirmə həm də real və transfert xərcləri ayırır.

Real və transfert xərclərin ayrılması ingilis iqtisadçılar Piqou və

Domton tərəfindən irəli sürülmüşdür. Real xərclər dedikdə, dövlətin pul

müqabilində mal və xidmətlər alması başa düşülür. Buna misal olaraq

idarəetmə xərclərini göstərə bilərik. İdarəetmə sahəsində çalışanların

xidməti müqabilində dövlət onlara əmək haqqı verir. Bundan başqa

dövlət bir sıra əmtəələrin alınmasını həyat keçirir və i.a. Bunun

nəticəsində milli gəlirin artımı baş verir. Bunu belə izah etmək olar.

Dövlət yerli istehsalçılardan əmtəə və xidmətləri almaqla ən əvvəl

iqtisadi münasibətləri fəallaşdırır, tələb və təklif mexanizmini işə salır.

İkineisi, bununla da dövlət yeni vergi kanalları əldə etmiş olur. Dövlət

xətti ilə bu mal və xidmətlərin xaricə ixracı baş verir. Yəni yerli rəqabətə

davamlı istehsalçılar meydana gəlir.

Üçüncüsü, real xərclərinO dediyimiz istiqamətlərinin güclənməsi

yerli investisiya qoyuluşlarını gücləndirir.

Transfert xərclər dövlət tərəfindən əvəzsiz olaraq verilir və

satınalma qabiliyyətinin ayrı-ayrı şəxslər və sosial təbəqələr arasında

dəyişdirilməsinə və qüvvətləndirilməsinə gətirib çıxarır. Ümumiyyətlə,

real xərclər dövlətin ümumi funksiyasını həyata keçirərkən əmələ gələn

xərclərdir. Buraya hərbi xərclər, idarəetmə xərcləri, milli təhsil xərcləri

və s. daxildir.

270-

Page 271: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Beləliklə, yekun olaraq onu demək olar ki, dövlət büdcəsinin rolu,

xüsusən də bir iqtisadi sistemdən digərinə keçən ölkələrdə çox

yüksəkdir, çünki bu maliyyə planı vasitəsilə ölkənin cari və perspektiv

sosial problemləri, investisiya qoyuluşu, idarəetmənin

təkmilləşdirilməsi məsələləri, ölkənin müdafiə xərcləri və MG-in

yenidən bölgüsü mərkəzləşdirilmiş və nəzarət edilərək öz həllini tapır.

Büdcə siyasətinin inkişafı və iqtisadi idarəetmənin

mexanizmi

Büdcə siyasəti aparılan struktur siyasətin maliyyə xərclərini və prioritet istiqamətlərinin proqnozuna uyğun olaraq işlənir. Büdcə siyasəti dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyi və sosial müdafiə istiqamətlərini əhatə edir. Həyata keçirilən islahatların xərcləri, onun idarəetmə strukturu və təhlükəsizlik tələbatı büdcə siyasətində daha qabarıq proqnozlaşdırılmalıdır.

Ən mühüm istiqamətlərdən biri büdcə siyasətində Azərbaycan üçün daha əhəmiyyətli olan sosial sahələrin islahatları üçün keçirilən büdcə xərcləridir. Sosial xərclər indi əhalinin kasıblıq həddinin çox olması, bəzi kateqoriyalı işçilər üçün güzəştlərin ləğvi, büdcədən ayrılan əmək haqqının differensasiyasmı, əməyin nüfuzunu və onun perspektiv əhəmiyyətini nəzərə alaraq proqnozlaşdırılır. Sosial müdafiə məsələləri ünvanlı olaraq hər bir kontenqent üzrə aparılır.

Büdcə siyasəti cari və inkişaf büdcəsi kimi strateji əhəmiyyət kəsb edən baza əsasında tərtib olunub. O cümlədən, respublikanın iqtisadi artımda xüsusi çəkisi böyük olan sahələrin maliyyələşdirilməsi üçün üstünlük verilir. Yavaş-yavaş defısit olmayan cari büdcənin formalaşması ilə inkişaf büdcəsi üçün lazım olan maliyyə xərclərinə zəmin yaradılır.

1993-2003-cü illərdə vergi-büdcə siyasəti büdcənin planlaşması və onun istifadəsində məqsədli maliyyə xərclərinin üzərində nəzarət rejiminin reallaşması ilə bağlıdır.

271

Page 272: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Büdcə siyasətinin qanuni bazası, onun dövlət proqramları ilə sıx əlaqəsi, büdcədənkənar fondların yaradılması üçün xəzinədarlığın inkişafı məqsədli xarakter daşımalı, büdcəyə daxilolmada iştirak edən iqtisadi obyektlərin inkişafı onlara ayrılan vəsaitlə tarazlaşır.

Büdcə siyasətinin həyata keçirilməsi üçün Azərbaycan reallığına uyğun olaraq aşağıdakı istiqamətlərin həyata keçirilməsi nəzərdə tutulur:

- büdcə siyasətinin uğurla həyata keçirilməsi üçün bütün tərtib olunan proqnozlar iqtisadi cəhətdən tam əsaslandırılır, büdcə gəlirinin əsas mənbəyi olan vergilərin real yığılma imkanları düzgün qiymətləndirilir;

- büdcənin gəlir və xərclərinin düzgün tarazlaşdırılması, büdcə kəsirinin ümumi milli məhsulunun 3-4%-dən yüksək olmasına yol verilir;

- büdcə kəsirinin örtürülməsində xarici borc mənbələrindən istifadənin artması xüsusi narahatçılıq doğurmalı, büdcə kəsirinin son həddi kimi dövlətin mərkəzi bankdan ala biləcəyi kreditin və qiymətli kağızların satışından əldə edilə bilən gəlirlərin həcmi qəbul edilir;

- büdcə gəlirlərini artırmaq məqsədi ilə daxiolmalarm əksər hissəsini təşkil edən əsas vergi növləri üzrə vergiqoyma bazası maksimal genişləndirilir, vergilərdən yayınmanın bütün kanalları ciddi araşdırılaraq, vergi-gömrük orqanlarının işində ciddi dəyişikliklər edilir;

- büdcə gəlirlərinin artmasına təkan verə biləcək istehsal sahələrinin inkişafına diqqət artırılır, azad sahibkarlığın, özəl mülkiyyətin inkişafına, özəlləşdirmənin və digər iqtisadi islahatların həyata keçirilməsinə dövlət büdcəsindən təchizatlar artırılır;

- müəssisələrin qarşılıqlı və o cümlədən, büdcəyə olan borcların bank kreditləri hesabına ödənilməsi praktikasına son qoyulmalı, həmin müəssisələrə «müflisləşmə» haqqında qanun tələbləri tətbiq edilir;

- dövlət büdcəsinin çətinliklə formalaşdığı indiki şəraitdə qiymətli kağızlar bazarının yaradılması və inkişafı təmin edilir;

-272-

Page 273: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- dövlət büdcəsi xərclərinin azalmasında mənbə kimi hakimiyyət

və idarəetmə strukturu təkmilləşdirilməli, bir-birini təkrar edən, oxşar

idarəetmə orqanları, eyni zamanda orada işləyənlərin sayı eiddi surətdə

ixtisar edilməli, həmin məqsədlərə ayrılan büdeə vəsaitlərinin xüsusi

çəkisi azaldılır;

- büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata,

səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosial yönümlü məqsədlərə

ayrılan vəsaitlər artırılır.

Vergi siyasətinin əsas məqsədi istehsalın səmərəliliyinin artmasına

şərait yaratmaq, struktur yeniləşmə və büdcənin gəlirinin

möhkəmlənməsinə yönəlməlidir. Bu öz növbəsində aşağıdakı

istiqamətlərdə reallaşır;

- Azərbaycan ərazisində onun spesifik xüsusiyyətlərini nəzərə

alaraq vergi növləri yaradılır.

- Respublika və yerli vergi sahələrinin hədləri müəyyənləşdirilir.

- Vergilərin sayının azalması və vergi qoyma qaydalarının

sadələşdirilməsi nəticəsində eyni təyinata və bazaya malik olan vergi

növləri birləşdirilir.

- Vergiqoymada özəl müəssisələrin fəaliyyətinin canlanmasına

şərait yaradılır.

- Vergi obyektlərinin, fiziki və hüquqi şəxslərinin fıskal orqanları

ilə münasibətini tənzimləyən, onların hüquq və vəzifələrinin

prinsiplərinin normativ aktları işlənir.

- Vergi güzəştləri vasitəsilə vergi vermə şəraiti tarazlaşır.

- Vergiqoyma üçün məhsulun maya dəyəri ünsürlərinin,

mənfəətinin, gəlirlərinin, işin və xidmətin həcmi iqtisadi əsaslandırılır.

- Aksizlərin yerli və xarici əmtəələrdə müəyyən edilməsi

qaydaları təkmilləşir.

- Vergi orqanlarının işi təkmilləşdirilir, səlahiyyətlər, vergi

intizamı və hüquq pozuntuları tənzimlənir.

Büdcə siyasətinin formalaşması, beynəlxalq səviyyəli bank

sistemləri və tələbləri ilə uzlaşması nəticəsində onun dinamik artım

tempi təmin olunmuş, inflyasiyanın səviyyəsi 1,8 %-ə enmiş, büdcə kəsiri ilbəil azalaraq 4%-dən aşağı təmin olunmuş

-273-

Page 274: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dur. Azərbaycan iqtisadiyyatında büdcənin tənzimləyici, bölgü və yenidən bölgü funksiyası təmamilə təmin olunmuşdur. Maliyyə, vergi və bank sistemində yaranmış vəziyyətin ağırlığını 1993-eü il noyabrın 19-da maliyyə, vergi, bank sistemi ilə bağlı ümumi respublika müşavirəsində Heydər Əliyev belə qiymətləndirmişdir: «Gündən-günə artan infılyasiyanm, emissiyasının daim davam etməsi maliyyə sistemini ağırlaşdırır. Bu da iqtisadiyyatımızın zəifləməsi ilə əlaqidardır...Maliyyə vəziyyətinin pisləşməsi və istehsalın azalması bir-biri ilə bağlı problemlərdir».'

Maliyyə vəziyyəti inflyasiyanın 1993-1994-cü illərdə 1400- 1600%-ə gətirib çıxarmışdi. Bir sıra qanunsuz banklar meydana çıxmış, əhalinin alıcılıq qabiliyyəti azalmış, gündəlik tələbat məhsullarının qiyməti günbəgün artdığı üçün real gəlirlər aşağı düşmüşdür. 1992-ei ildə əhalinin real pul gəlirləri nominal gös- tərieinin 9,6%-ni, 1994-cü ildən 5,7%-ni təşkil etdiyi halda bu göstərici 1995-ci ildən artaraq 19,6%, 1996-cı ildə 84,0%, 2000-ci ildən qiymət indeksinin 0,4% artması hesabına 99,6-ya qədər yüksəlmişdir. Dövlət büdcəsinin gəlirinin formalaşması dinamikası və xərclərinin strukturunda olan dəyişmələri iqtisadiyyatın prioritet istiqamətləri ilə müəyyənləşdirilir. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında birbaşa vergilərin rolu artır, dolayısı vergilərin xüsusi çəkisi azalır.

Bilavasitə istehsalın artımına stimul yaradan vergi siyasəti tətbiq etmək vergi dərəcələrinin aşağı salınması, vergiyə cəlb olunan vergi bazasının təkmilləşdirilməsi ilə reallaşır.

Artıq dövlət büdcəsinin tətbiqi, təsdiqi və ona nəzarətin sistemli həlli respublikada yerinə yetirilir. Dövlət büdcəsi haqqında qanun, onun icrasına nəzarət hər il vaxtında, oktyabr və may aylarında reallaşır. Əgər dövlət büdcəsinin dinamikasına baxsaq, onun 2000-ci ildə 1993-cü ilə nisbətən dinamikası göstərir ki, 1993-cü ildə gəlirlər 53,6 milyard manat təşkil etdiyi halda, 2001-ci ildə bu rəqəm 3573,2 milyard manata qalxmış, yəni 66,7 dəfə artmışdır. Dövlət büdeəsinin gəlirlərinin artım tempi ÜDM-un artım tempi və strukturunun təkmilləşdirilməsi

' H.Əliyev «Müstəqilliyimiz əbədidir»

274-

Page 275: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ilə uyğunlaşır. Son 1998-2002-ci illərdə dövlət büdcəsinin gəlirlərinin

ÜDM-a nisbəti orta hesabla ildə 17%-ə yüksəlmişdir. 2000-ci ildə isə

dövlət büdcəsi gəlirləri proqnoza qarşı tamamilə yerinə yetirilmişdir.

Azərbaycan Respublikasının 2000-ci il Dövlət Büdcəsinin icrası

№ Göstəricilər faizlə

1. 2. 3.

GƏLİRLƏR 100,0

1. Əhalidən tutulan gəlir vergisi 87,5

2. Mənfəətdən (gəlirlərdən) vergi 144,7

3. Torpaq vergisi 85,6

4. Əmək vergisi 108,8

5. Əlavə dəyər vergisi 106,6

6. Aksiz vergiləri 34,0

7. Mədən vergisi 78,8

8. Kömrük rüsumları 103,0

9. Birdəfəlik rüsüm 55,7

10. Dövlət rüsumu 67,8

11. Patent haqqı 39,9

12. Rüsumlar və vergi olmayan sair gəlirlər 200,0 13. Beynəlxalq avtomobil daşınmalarında «icazə»

sisteminin tətbiqindən daxil olmalar

70,8

14. Dövlət əmlakının icarəyə verilməsində

daxilolmalar

101,3

15. Avropa Birliyinin Azərbaycan Respublikasına

verdiyi qrant

100,4

16. Xarici dövlətlərin hökümətlərinə verilmiş

kreditlər üzrə daxilolmalar 106,2

-275

Page 276: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

17. Pul-şey latoreyaları üzrə daxilolmalar 0,0

18. Banklardan alınan dividentlər 100,1

19. Milli bankın mənfəətindən daxilolmalar 125,0

20. Büdcənin verilmiş kreditlər üzrə faizlərdən

daxilolmalar

286,7

21. Dövlət zəmanəti ilə verilmiş kreditlərdən

daxilolmalar

105,6

22. Məqsədli büdcə fondlarının gəlirləri 130,9

XƏRCLƏR 94,5

1. Azərbaycan Respublikasının Milli Məclisinin

saxlanılması xərcləri

98,7

2. Aəzrbaycan Respublikası İcra Hakimiyyəti

orqanlarının saxlanması

93,4

3. Elm xərcləri 91,7

4. Müdafiə xərcləri 91,7 5. Məhkəmə hakimiyyəti və prokurorluq

orqanlarının saxlanması xərcləri

87,0

6. Təhsil xərcləri 95,4

7. Səhiyyə xərcləri 86,9

8. Sosial müdafiə xərcləri 101,8

9. Sosial təminat xərcləri 2,21

10. Mədəniyyət, incəsənət və kütləvi informasiya

vəsaitləri xərcləri

90,2

11. Bədən tərbiyəsi, idman və gənclər siyasəti

tədbirlərinin xərcləri

93,7

12. Mənzil-kommunal təsərrüfatı xərcləri 96,4 13. Yanacaq və enerji kompleksinə verilmiş

kreditlərin qaytarılması 0,0

14. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və

ovçuluq xərcləri

91,4

276-

Page 277: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

15. Qaytarılan məbləğ çıxıldıqdan sonra sənaye və

tikinti xərclən

114,3

16. Dövlət investisiya xərcləri 89,6

17. Nəqliyyat və rabitə xərcləri 99,6

18. İqtisadi fəaliyyətlə bağlı sair xərclər 22,6

19. Beynəlxalq təşkilatlara üzvlük haqqı 28,8

20. Dövlətin xarici borcları üzrə xərclər 122,9

21. Banklarda hesabat xərcləri 18,0

22. Dövlətin daxili borcunun ödənilməsi ilə bağlı

xərclər

99,0

23. Ehtiyat fondunun xərcləri 95,8 24. Başqa kateqoriyalara aid ödənilməyən ümumi

dövlət xidməti xərcləri

97,5

25. Məqsədli büdcə fondlarının xərcləri 96,5

26. Yeni büdcələrə ayrılan dotasiya 100.0 27.

Naxçıvan MR, respublika tabeli şəhər və

rayonların yeni gəlir və xərclərini tənzimləmək

üçün ayrılan subsidiyalar (yekuna daxil edilmir)

92,7

28. Əsas bölmələrə aid edilməyən sair xərclər 97,4 29. Özəlləşdirilən dövlət müəssisələrinin və ləğv

olunmuş nazirlik, dövlət şirkəti və

konsernlərinin sosial mədəni və məişət

kommunal təyinatlı obyektlərinin saxlanılması

xərcləri

85,5

K Ə S İ R 51,5

Azərbaycan Respublikasının Dövlət Büdcəsinin icrası iqtisadi və

sosial inkişafın əsas istiqamətlərinin proqnozuna uyğun olaraq tərtib olunur.

-277

Page 278: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

2004-cü ildə Azərbaycanın Dövlət Büdcəsinin gəlirləri 6957000,0

milyon manat təşkil edib. 1999-cu ilə nisbətən xeyli artmışdır. Xərcləri

isə 7272000,0 milyon manat təşkil edib ki, bu

da 1999-cu ilə nisbətən ____ çox olmuşdur. ÜDM-un artım tempi

2002-ci ildə 11,3 % artıb 29922,0 milyard manat təşkil etmişdir. Artım

templərində bu yaxınlıq və sinxron uzlaşma respublikada dinamik

inkişaf meyllərinin stabilləşməsi müntəzəm tənzimlənən iqtisadi

siyasətin təzahürüdür.

Son 5 ildə respublikanın ümumiləşmiş iqtisadi və sosial inkişaf

göstəricisi olan, bütün dünya ölkələrində müqayisəli göstəricisi kimi

qəbul olunan ÜDM-un artım tempi 2003-cü ildə

1998- ci ilə nisbətən 2 dəfəyə yaxın (1,96 dəfə) artmışdır. ÜDM-un

strukturu vergi tutumlu sahələrin inkişafı, vergiyə cəlb olunan əmtəə və

xidmət istehsalı fəaliyyətinin genişlənməsi, vergi xidmətinin təşkili,

əhalinin vergi verməyə stimullaşdırılması, iqtisadi idarəetmənin

təkmilləşdirilməsi və aparılan strateji tədbirlərin nəticəsində baş

vermişdir. Dövlət büdcəsi Azərbaycanda aparılan iqtisadi və sosial

tədbirlərin maliyyə əsasını təmin edir. Onun gəlirləri iqtisadi potensialın

istifadə dərəcəsini və əsas mənbələrini müəyyən edir, xərclər strukturu

ilə prioritet istiqamətlərinin həcminin təşkilati iqtisadi tədbirlərinin

maliyyə bazasını müəyyən edir. Aparılan tədqiqatların nəticəsi son

illərdə ölkə prezidentinin strateji məqsədlər üçün həm daxili

iqtisadiyyatı, həm də beynəlxalq səviyyəli iqtisadi əlaqələrdə gördüyü

işlər belə bir nəticəyə gətirir ki, büdcə siyasəti ancaq monitar, fıskal,

prinsiplərlə deyil, həmçinin sosial iqtisadi inkişaf məqsədi baxımından

keçirilməlidir. Bu baxımdan 2004-cü il dövlət büdcəsinin sosial yönlü

siyasət strategiyasının xərc strukturunda prioritetliyi və dövlətçiliyi əsas

götürərək reallaşmışdır.

Pul-kredit siyasətinin əsas məqsədi orta müddətli perspektivdə

manatın dayanıqlığının möhkəmləndirilməsi, onun alıcılıq

qabiliyyətinin yüksəldilməsi, xarici valyutaya nisbətən dönər- liliyinin

artırılması iqtisadiyyatın bütün sahələrində kredit resurslarına olan

tələbatın ödənilməsinə şərait yaradılması və bank sisteminin möhkəmləndirilməsidir.

-278-

Page 279: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

indiki Azərbaycan şəraitində inflyasiyanın mövcud vəziyyəti,

gözlənilən səviyyəsi, iqtisadiyyatda keyfiyyət dəyişmələri və

stabilləşmə templəri pul təklifinin artımına baza yaradaraq real pul

təklifinin tələbatı ilə uyğunlaşdırılır. Pul-kredit siyasətinin əsas

istiqamətlərindən biri borc faizinin azaldılması ilə istehsal sahələrinə

kapital axınını tənzimləməkdən ibarətdir. Maliyyə resurslarının

tapılmasında xarici resurslar ilə daxili maliyyə mənbələri arasında

optimal nisbətin tənzimlənməsi daxili kreditin maliyyə bazarında xüsusi

çəkisini artırır.

Göstərilən məqsəd və vəzifələrə nail olmaq üçün respublikada

hökümət Milli Bank vasitəsilə çevik pul-kredit siyasəti yürütməyi, pul

resurslarına nəzarəti gücləndirməyi, iqtisadi rıçaq- lar vasitəsilə

pul-kredit emissiyasına məhdudlaşdırıcı təsir göstərməyi təmin

etməlidir. Azəbaycanda kredit siyasəti iqtisadiyyatının kredit

resurslarına olan tələbatının ödənilməsinə, lüzumsuz kredit emissiyasına

yol verilməməsinə, kredit dövriyyəsinin köklü olaraq

yaxşılaşdırılmasına yönəldilir. Bazar iqtisadiyyatı münasibətlərinə

keçmiş dövlətlərdə olduğu kimi banklar üçün nəzərdə tutulan

mərkəzləşdirilmiş kreditlərin auksion hərracı vasitəsilə satılması və

tədricən dövlət banklarına da bu qaydada kredit satılması təmin edilir.

Pul-kredit proqramını inflyasiyanın proqnozlaşdırılmış tempinə

uyğunlaşdırmaq üçün dövlət büdcəsi kəsirinin kreditləşmə- sinin

dayandırılması zəruri hesab olunur. İnflyasiyanı şərtləndirən amillərdən

biri olan büdcə kəsirinin emissiyasını mənbələr hesabına, yəni xarici

maliyyə mənbələri, dövlət qiymətli kağızların buraxılması ilə təmin

olmasına ehtiyatla yanaşılır. Büdcənin vaxtında təsdiqinin əhəmiyyəti,

vəzifələri ölkə iqtisadiyyatının və sosial inkişafın ahəngdar, ardıcıl

tənzimlənməsində təcəssüm olunur.

Milli Məclisin büdcə haqqında təklifləri nəzərə alınır, nəticədə

büdcə layihəsi real olur. Büdcənin əsas istiqamətlərinin əsaslandırılması

və uyğun proqnoz rəqəmləri müzakirə olunur. Hər bir proqnoz

göstəricisinin elmi əsası verilməlidir ki, onun yerinə yetirilməsi üçün

təminat olsun. Büdcənin müzakirəsi və

279-

Page 280: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təsdiqində formal tərəfə fikir verilməlidir. Mövcud imkanlar, perspektiv

inkişaf istiqamətləri, aktiv iqtisadi siyasətin yolları və metodları

müzakirə edilməlidir.

Konkret aşağıdakı istiqamətlərdə büdcənin tədqiqi, proqnozu

araşdırılmalıdır. Sosial iqtisadi inkişaf istiqamətləri ilə büdcə gəlirləri və

xərclərinin, maliyyə büdcə proqnozlarının vəhdəti təmin olunur. Belə ki,

sosial iqtisadi proqnozlar elmi prinsiplərə əsaslanır. İqtisadi artım

(ÜDM), sənaye məhsulu, kənd təsərrüfatı məhsullarının istehsalı ilə

proqnozu 2003-cü ilin axırına hesablanır.

Son illərdə iqtisadi artımda özəl sektorun xüsusi çəkisinin artımı

mütərəqqi keyfiyyət dəyişmələri kimi qiymətləndirilir. Əgər özəl

sektorun maliyyə büdcə ilə əlaqəsi, həyat səviyyəsinə təsiri, idxal və

ixracda rolu, əmtəə dövriyyəsində, əmtəə xidmət bazarında rolu

qiymətləndirilmirsə, onun effektliyi haqda heç nə demək olmaz. Kapital

qoyuluşu struktur siyasətin maliyyə əsasıdır. Son üç ildə kapital

qoyuluşunun artım tempi müşahidə olunur. Təhlil göstərir ki, bütün

göstəricilər üzrə ən yuxarı artım nöqtəsi 1997-ci ildə müşayət olunub.

Sonrakı illərdə artım nisbətən aşağı düşür. İnflyasiyanın həcmi onun

proqnozundan çox olur. Bu daxili investisiyalar hesabına deyil, xarici

mənbələr hesabına baş verir.

Dövlətin pul-kredit siyasətinin əsas istiqamətləri dövlət büdcəsi

xərcləri ilə reallaşır. Dövlət büdcəsinin xərclərinin prioritet istiqamətləri

ölkənin sosial-iqtisadi proqnozu ilə uyğunlaşdırılır. Son 10 ildə ölkədə

dövlət büdcəsinin xərclərində formalaşan siyasət xərclərin reallığı,

prioritetliyi və sosialyönlüyü ilə tənzimlənir. Təcrübə göstərir ki, büdcə

kəsirinin azaldılması, sosialyönlü və əmək haqqı xərclərinin birbaşa

ödənilməsi meyli büdcənin xərclərinin tənzimlənməsində əsas

götürülür. Dövlət büdcəsinin təkmilləşdirilməsi ona nəzarət

funksiyasının və inflyasiyanın artırılması ilə təmin olunur.

1993-2003-cü illərdə bank sektorunun köklü dəyişməsi labüddür.

İstehsal həcminin artırılması, neft müqavilələrinin reallaşması struktur

disproporsiyaların

280

Page 281: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

aradan götürülməsi, manatın alıcılıq qabiliyyətinin sabitləşməsi və

sosial həyatda keyfiyyət dəyişmələri bank-kredit sferasının dəyişməsinə

səbəb olmuşdur.

Bank strukturunda rəqabət qabiliyyətli mühitin yaradılması, az

gəlirli bankların aradan çıxmasına, risk dərəcəsi yuxarı olan və kapitalı

çox olan bankların yaranmasına gətirib çıxarır. Bank sferasında daha

çox xarici investisiyaların hesabına aktiv əməliyyat siyasəti yeridilir.

Digər qrup bankların rəqabət bazarında azgəlirli olduqları səbəbindən

qiymətli kağızlar və valyuta əməliyyatlarında rolları azaldıqca aradan

çıxırlar. Ona görə də rəqabət və yenidən bölgü nəticəsində bankların

aradan çıxmasının qarşısını almaq üçün xüsusi maliyyə çətinliyi

diaqnostikasını müəyyən edən və çoxlu təsirlər yolu ilə yenidən təşkil

etmə tədbirləri həyata keçirilir.

1993-2004-ci illərdə bank sistemində tətbiq olunan bank nəzarəti

normaları, bank riski dərəcələrini, bank sisteminin likvid vəziyyəti

planlaşdırılır. Ən vacib tədbirlər kimi bank əməliyyatlarının normativ

bazasının təkmilləşdirilməsi, xüsusi ehtiyat fondlarının yaradılmasında

bankın və krediti olan müəssisə və fiziki şəxslərin arasında münasibətin

tənzimlənməsində kreditin müddətinin stimullaşdırılması tətbiq olunur.

Bu tədbirlərin həyata keçirilməsində əsas mərhələ bank

hesablarının yeni normativlərə uyğun təşkili, bank nəzarəti sisteminin

yeniləşməsi, bankların inhisara çevrilməsinin qarşısını alan

mexanizmlər tətbiq olunur.

Bank işini tənzim edən qanunu baza, institutsional struktur və

idarəetmə tədbirləri aşağıdakı istiqamətlərdə reallaşır:

-əhalinin yığımının banklarda sığortalanmasına və cəlb

olunmasına zəmanət sistemi;

-kredit təşkilatlarının müflisləşməsi və yenidən təşkili üçün

iqtisadi cəhətdən effektli əməliyyatlar aparılması;

-bank və maliyyə bazarı haqqında açıq məlumatların yayıl

ması;

281-

Page 282: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

-kredit təşkilatlarının rəhbər və sahiblərinin təsərrüfat

fəaliyyətinin nəticələrinə görə cavabdehliyinin səmərəli tədbirlərinin

reallaşması;

-bank sisteminin özünün tənzimlənməsi rejimində təşkili və

inkişafı.

Bank işinin strateji təşkili bank hesablarının təhlili, proqnozu və

təşkili üçün lazım olan hüquqi normativ və nəzarət tədbirlərini əhatə

edir. Bank riskinin ehtiyat fondlarının və nəzarətin maliyyə kapitalının

təsərrüfat fəaliyyətindən asılı olaraq proqnozlaşdırılması, bank

məlumatlarının idarə olunması tədbirləri həyata keçmir.

Azərbaycanda tədiyyə sisteminin modernləşdirilməsi pul

vəsaitinin dövriyyə sürətini artıra bilər. Tədiyə sistemi elə qurulmalıdır

ki, lazımı çevikliklə «hesab pəncərəsi» əldə etməklə maliyyə bazarının

müxtəlif seqmentlərinin fəaliyyəti eyni vaxta düşsün ki, bu da öz

növbəsində bank xidmətinin istehlakçısının öz pul vəsaitindən ölkə

daxilində və xarici ölkələrdə effektli istifadə üçün imkan verir.

Tədiyə sisteminin təkmilləşdirilməsi respublikada qeyri-dövlət və

kredit təşkilatları arasında daxili hesabları öz inhisarına çevirir.

-282-

Page 283: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BÖLMƏ VI: SAHİBKARLIĞIN SOSİAL ASPEKTLƏRİ

FƏSİL I: SAHİBKARLIQ FƏALİYYƏTİNİN SOSİAL-

İQTİSADİ ƏHƏMİYYƏTİ

Dövlət mülkiyyətinin özəlləşdirilməsi və sahibkarlığın inkişafı

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının inkişaf yolu,

mövcud meyl və cəhətləri ölkədəki sahibkarlıqda özünəməxsus

xüsusiyyətlər doğurur. Mülkiyyət münasibətlərinin yeni formaları

təsərrüfatçıhğm iqtisadi idarəetmə üsullarının yeni strukturunu

formalaşdırır. Bazar tipli iqtisadi strukturların intensiv inkişafının

zəruriliyi onların təşkilat və idarəetmə sistemində yeni tipli forma və

mexanizmlərinin həm sahə, həm də ərazi strukturlarını yaradır. Bu

baxımdan, təsərrüfat forması olan sahibkarlıq həmçinin struktur forması

kimi də iqtisadi sistemin tərkib hissəsidir. Sahibkarlıq makroiqtisadi

səmərə baxımından niikrosəviyyədə keçirilən struktur siyasəti kimi

formalaşır. Ona görə də bu proses sahibkarlığın inkişafına formal

yanaşmadan fərqli şəkildə, struktur dəyişmələrin keyfiyyət amili və

məzmunu olaraq tədqiq edilir.

Sahibkarlığın inkişafı respublika iqtisadiyyatının inkişaf

konsepsiyasının aparıcı struktur cəhəti olub, yeni istehsal, bölgü və

istehlak münasibətlərinin yaranmasında iqtisadi və təşkilati idarəetmə

mexanizmi rolunu oynayır.

Ona görə də sahibkarlığın tədqiqi metodologiyasına yeni prinsip

və üsullar baxımından yanaşmaq bizim tədqiqatın başlıca cəhətidir.

Sahibkarlığın ərazi, sahə funksiyaları təyinat xüsusiyyətləri kəsb

“etməklə, hər biri ayrı-ayrılıqda tədqiqat obyekti olmaqla yanaşı, onun

bütövlükdə idarəetmə obyekti - təsər- rüfatçıhğı və iqtisadi inkişaf

konsepsiyasını reallaşdırma mexanizmi kimi tşdqiq etməyə böyük

ehtiyacı vardır. Respublikada sahibkarlığın nəzəri, metodoloji, praktiki

və təşkilati cəhətləri bu aspektdən kompleks tədqiq olunmalıdır.

Sahibkarlığın inkişafının Azərbaycan modeli ölkə iqtisadiyyatının

mövcud vəziyyəti, onun perspektiv inkişaf dinamikasını, məhsuldar

qüvvələrin

-283

Page 284: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inkişafını, təkmilləşdirmə aspektlərini əhatə etməklə təşkil olunur.

Respublikamızda sahibkarlığın inkişafı ilə əlaqədar müəyyən işlər

görülüb: zəruri normativ-hüquqi baza yaradılıb, aqrar islahatlar və

özəlləşdirmə aparılır.

Azərbaycanın iqtisadi və sosial inkişafının əsas istiqaməti olaraq

bazar mühitini yaratmaq və rəqabət qabiliyyətli istehsal və xidmət

sahələrini inkişaf etdirmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsini

həyata keçirilir. Əlbəttə, özəlləşdirilmənin mərhələləri, onun ayrı-ayrı

sahələr üzrə intensivliyi, əhatə dairəsi və metodları özəlləşdirmə

məqsədindən xeyli asılıdır. Özəlləşdirmə heç də məqsəd deyil,

özəlləşdirmə sahibkarlığın inkişafı, iqtisadi artım üçün şərait yaradan

təsərrüfat mexanizmidir. Bazar tipli iqtisadiyyatın tələblərinə uyğun

iqtisadi islahatların həyata keçirilməsi üçün radikal tədbirlər məhz

1991-2001-ci ilin ikinci yarısında dərinləşmişdir. Özəlləşdirmə

proqramlarının ilkin addımları 1992-ci ildən Naxçıvan Ali Məclisinin

sədri H.Əliyev tərəfindən, torpaq islahatlarının rentabelsiz kolxoz və

sovxozların ləğv edilməsi təcrübəsi ilə başlanmışdır. Sonradan bu

addımlar Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində öz əksini

tapmışdır. Özəlləşdirmənin labüdlüyünü, islahatlar proqramında yerini

və sosial iqtisadi inkişafda rolunu qiymətləndirən H.Əliyev deyirdi:

«İslahatların əsasını mülkiyyət formasının dəyişdirilməsi təşkil edir.

Respublikada bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçmək üçün

mülkiyyət forması dəyişməlidir, özəlləşdirmə getməlidir». *

Sahibkarlığın inkişafı sosial-iqtisadi inkişafın əsas amilidir.

Sahibkarlıq və sosial-iqtisadi inkişaf arasında əlaqələr dövlət büdcəsi

sahibkarlığa kömək fondu və müəssisə-təşkilatların öz vəsaitləri vasitəsi

ilə stimullaşdırma tədbirləri həyata keçirilir. Cədvəl VI. 1.1.

respublikanın sosial-iqtisadi inkişafında baş verən dinamizm struktur

islahatların səmərəsi özünü göstərir.

' H.Əliyev: «Müstəqilliyimiz əbədidir». C-2,səh.492

-284-

Page 285: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl VI. 1.1.

Azərbaycan Respublikasının əsas sosial-iqtisadi

göstəricilərinin və sahibkarlığın dinamikası (faizlə)

Göstəricilər 1991 1995 1996 1997 1998 1999 2000' 2001 2002 Əhalini sayı 101,5 101,1 101,0 101,0 101,0 100,8 100,8 100,8 100,8 iqtisadi fəal əhalinin sayı 100,9 99,6 102,1 100,4 100,3 100,1 100,1 100,4 100,4 Ümumi daxili məhsul 99,3 88,2 101,3 105,8 110,0 107,4 111,1 109,9 110,6 Sənaye məhsulu 91,1 78,6 93,3 100,3 102,2 103,6 106,9 105,1 103,6 Kənd təsərrüfatı məhsulları 100,3 93,0 103,0 93,9 106,2 107,1 112,1 111,1 106,4 Kapital qoyuluşu 79,2 82,0 2,1 d 139,1 123,0 98,0 103,0 121,0 184,2 Nəqliyyat sektorunda yük

daşınması 89,8 91,1 100,7 116,6 120,0 132,5 121,2 116,9 108,4

Əhalinin pul gəlirləri (dəfə) 2,1 5.5 1,4 1,3 1,2 1,1 1,1 1,1 1,1 Əhalinin pul xərcləri (dəfə) 1,8 6,9 1.4 1.3 1,2 1,1 1,1 1,1 1,1

Orta aylıq noimnal əmək haqqı 163,1 407,6 143,1 158,5 118,9 109,3 120,2 117,3 121,3

İxrac (cari qiymətlərlə) - 97,8 99,1 123,8 77,6 153,4 187,7 132,1 93,7 İdxal (cari qiymətlərlə) - 85,8 143,9 82,7 96,2 135,5 113,1 122,1 116,4 Fəaliyyət göstərən kiçik

müəssisələrin sayı, vahid - 7226 13299 16027 16504 19063 24254 25121 25113

Kiçik müəssisələrdə işçilərin sayı

(min nəfər) - 59,4 86,7 94,9 114,9 83,7 99,8 118,7 125,8

Özəlləşdirmənin məqsədi və əsas mərhələləri sosial ədalət və səmərəli iqtisadi fəaliyyət nəticələrinə yönəlmişdir. 1993-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Milli Məclisi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanun qəbul etmişdir. Lakin özəlləşdirməni həyata keçirən iqtisadi mexanizmlər, öhdəliklər və prinsiplərə uyğun icra mexanizmi yaradılmışdır. Özəlləşdirmədən sonra bəzi müəssisələrin sonrakı fəaliyyəti təşkil olunmamış, özəlləşdirilmiş əmlakın istifadəsinə stimul yaradan mexanizmlər işlənməmişdir.

Özəlləşdirmənin prioritet istiqamətləri, özəlləşdirmənin əhatə etdiyi fəaliyyət dairələri, özəlləşdirmənin ardıcıllığı və özəlləş- dirmədə ədalət prinsiplərini tənzimləyən tədbirlər Nazirlər Kabineti və uyğun nazirliklər tərəfindən nəinki aparılmamış, bəzən hələ ona maneələr də yaradılmışdır. 1995-ci ildən özəlləşdirmənin sürətlənməsi və mülkiyyət münasibətlərində plüyorizmi təmin etmək üçün H.Əliyev tərəfindən 8 mart tarixində «Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirməsi sahəsində

-285-

Page 286: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əməli tədbirlər haqqında» fərman imzaladı. Həmin fərmana uyğun olaraq özəlləşdirmənin proqramlarını əsaslandırmaq, həmin proqramların reallaşmasının təminat mexanizmlərini hazırlamaq məqsədi ilə komissiyalar yaradıldı və özəlləşdirmədə sosial nəticələrin kompensasiyası üçün tədbirlər proqramı hazırlandı.

ÖzəlləşdiiTnənin əsas məqsədi müəssisənin iqtisadi potensiahmn məhz iqtisadi dövriyyə cəlb edilməsinə şərait yaradan, onun qorunması və artınimasına can atan sahibkarlıq formalan yaratmaqla mümkün olmuşdur. Ona görə də özəlləşdirmənin ilkin dövrlərində bazar tələbatına uyğun olaraq yeni təsərrüfat formalan yaratmaq, xüsusi vəsaitləri cəlb etməklə, xarici investisiya üçün şərait yaratmaqla, özəlləşdirilmiş müəssisələrin və xidmətin inkişafım təşkil etmək aparıcı strateji xətt olmuşdur. Özəlləşdirmənin, sahibkarlığın, iqtisadi artımın stimullaşdmlması və iqtisadi potensiahn istifadəsinin təsərrüfat dövriyyəsinə intensiv cəlb edilməsi üçün lazım olan hüquqi və normativ bazam təmin etmək məqsədi ilə ölkə prezidenti 1996-cı ilin aprelin 8-də «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsinə nəzarətin təmin edilməsi haqqında» sərəncam imzalamışdır. Sərəncamın verilməsi 1995-1998- ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının həyata keçirilməsində, əmlakın ilkin qiymətləndirilməsi, əmlakın özəlləşdirilməsi üçün fonnalann seçilməsi və onun səmərəli təşkilinin tətbiqi məqsədi ilə Azərbaycan Respublikasımn prezidenti yamnda Dövlət Komissiyası yaradılmışdır. Ölkə iqtisadiyyatında liberallaş- dınna, azad rəqabət, antiinhisar və haqsız rəqabət üçün «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət Mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramına» uyğun hüquqi baza, normativ sənədlər və özəlləşdirilmiş təsərrüfat formalanmn fəaliyyətinə kompleks və sistemli şərait, yerli istehsal və xidmət infrastrukturlannm yaradılmasının təşkilati-iqtisadi bazası yaradılmışdır. Kiçik özəlləşdirmənin apaniması, bazar tipli təsərrüfat formalanmn yaradılması, investisiya fondlanmn yaradılması, milli depozit sisteminin təkmilləşdirilməsi, çek hərraclanmn keçirilməsi, resurs, maliyyə-kredit bazar- larımn fəaliyyətini tənzimləyən bir çox normativ sənədlər hazırlandı. Azərbaycanda özəlləşdirmənin gec başlanmasına baxmayaraq, onun təminat sistemi, infrastrukturası intensiv metodlara əsaslanmış və

286

Page 287: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dünya təcrübəsində effektinə görə seçilən nəticəli üsullanndan istifadə

olunmuşdur. ÖzəUəşdiımənin nəticələri özəl müəssisələrin, özəl

fəaliyyətin ümumi iqtisadi artımda rolunu artırmış, onun əhali

məşğuliyyətində, əsas xüsusi çəkisində, ixracat strukturunda, dövlət

gəlirlərinin formalaşmasında rolunu artırmışdır.

1998-ci ilin əvvəllərində kiçik özəlləşdirmə mərhələsi başa çatmış,

13 mindən artıq kiçik müəssisə özəlləşdirilmişdir. 1997-ci il ərzində 870

orta və iri müəssisənin səhmdar cəmiyyətə çevrilməsi haqqında qərar

qəbul edilmişdir. İri sahibkarlıq subyektləri olan kooperativlər islahatlar

dövründə 3 dəfə artib, 1049-a çatmışdır. Özəl sektorun inkişafının

kəmiyyət göstəricisi kiçik müəssisələrin dinamikasıdır. Kiçik

müəssisələrin sayı 1991-2001- ci illərdə daim artaraq 319-dan 2000-ə

qədər çatmışdır. Kiçik müəssisələrin artım dinamikası aşağıdakı kimi

formalaşır.

Cədvəl VI. 1.2.

Kiçik müəssisələrin artım dinamikası

1991

1992 1993 1994 1995 1996 1997 1998 1999 2000 Qeydiyyatdan keçən kiçik müəs. sayt

1690 6490 8337 13427 13621 35414 35024 3826

0 39818 52123

Fəaliyyət göstərən kiçik müəs. Sayı

319 1881 4508 6597 6361 12220 14978 16504 19063 39818

Fəaliyyət əmsalı (faizlə)

18,9 29,0 54,1 49,1 46,7

Qeydiyyatdan keçən kiçik sənaye müəs.sayı

394 1830 2300 2800 2436 3096 3436 3842 3927 -

Fəaliyyət göstərən kiçik müəs.sayı

26 438 788 947 671 1204 1516 1460 1518 -

Fəaliyyət əmsalı (faizlə)

6,7 23,9 17,5 33,8 10,6 38,8 44,1 38,0 38,6 -

Sahibkarlığın kəmiyyət artımı ilə yanaşı, onun rəqabət mühiti

şəraitində fəaliyyət dairəsi, ixtisaslaşma səviyyəsi, iqtisadi və sosial

artım göstəriciləri keyfiyyət dəyişmələrinə məruz qalmışdır.. Milli

sahibkarlıq fəaliyyəti, onun sahə quruluşunun və ərazi strukturunun yerli

resurslara bağlılığı, yerli resurslardan istifadə

-287-

Page 288: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əmsalı yüksəlmişdir. Azərbaycanda sahibkarlığın ənənəvi formalarının

əmtəə və xidmət bazarının formalaşmasında çəkisi artmışdır. Əlbəttə,

sahibkarlığın inkişafı, rəqabət mühitində müəssisənin davamlılığı, onun

inteqrasiyasının və davamlı marketinq planlarının olması və riskinin

maliyyələşdirilməsi imkanlarının olması ilə tənzimlənir.

Son illərdə sahibkarlığın inkişafı üçün lazım olan dövlət

himayəsinin bir sıra tədbirləri həyata keçirilir. O cümlədən, sahibkarlığı

stimullaşdıran maliyyə, vergi, kredit sistemindən məhz onları

stimullaşdıran tənzimləmə mexanizmləri istifadə olunur. Azərbaycan

Respublikasının prezidentinin fərmanları ilə sahibkarlığı inkişaf

etdirmək üçün bəzi fəaliyyət növü ilə məşğul olan sahibkarlara güzəştli

kredit, vergi və məhsullarının dövlətsiz- ləşməsi ilə alınmasına şərait

yaradılır. Dövlət büdcəsinin xərcləri vasitəsidə kiçik sahibkarlıq

fəaliyyəti ilə məşğul olan subyektlərə sahibkarlığa kömək, sosial

müdafiə fondları vasitəsilə məşğulluğun təminatı baxımından yardımlar

edilir.

Göründüyü kimi, son illərdə sahibkarlıq fəaliyyətində əldə edilən

nailiyyətlərə baxmayaraq sahibkarlığın inkişafında bir sıra problemlərin

həlli mövcuddur. Bu problemlərin həllinin bir sıra təşkilatı-iqtisadi

tədbirləri mövcuddur ki, həmin tədbirlərin elmi əsaslarla və səmərəlilik

baxımından qiymətləndirilməsi vacibdir. Bu tədbirlərin mühüm

istiqamətləri iqtisadi idarəetmə strukturunun təkmilləşdirilməsi, əməldik

və çeviklik, idarəetmə strukturlarının yaradılması və sahibkarlığın

problemlərində bazar tələb və təklifinin daha da aparıcı rol oynamasına

şərait yaratmaqdır.

Xırda sahibkarlığın inkişafının regionlar üzrə yerləşməsinə stimul

yaradılmalıdır. O cümlədən, ayrı-ayrı sahələrin sosial və iqtisadi

mexanizmlərinin fəaliyyət dairəsi, vergi siyasəti, maliyyə- kredit, pul

dövriyyəsinin tənzimlənməsi, qiymətli kağızlar, sosial siyasət, regional

siyasət kompleks halda sahibkarlığın inkişafı baxımından

qiymətləndirilib, perspektiv inkişaf mexanizmləri hazırlanır.

Sahibkarlığın inkişafının nəzəri-praktiki problemlərinin respublikada

həlli məhz Azərbaycan iqtisadiyyatında onun rolu nəzərə alınmaqla

aparılır. Beləliklə, sahibkarlığın funksional

288

Page 289: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təyinatına görə istehsal və xidmətin bazar tələblərinə uyğun olaraq

əsaslandırılması, təsərrüfat fəaliyyətinin iqtisadi, hüquqi, təşkilatı

aspektlərinin həlli dövlətin bu məqsədlər üçün strategiyasını hazırlayır.

Sahibkarlığın inkişafına dövlət qayğısının əsas istiqamətləri, dövlətin

maliyyə-kredit və bir sıra güzəştli vergilərin tətbiqi ilə mümkündür. Bu

məqsədlə Dövlət Büdcəsinin tərkibində sahibkarlığa ayrılan vəsaitin

istifadəsi üçün onun icrası arasında əlaqəni tənzimləyən işlək

mexanizmlərin yaradılmasını təkmilləşdirmək lazımdır. Sahibkarlığın

inkişafının mühüm istiqaməti əmtəə və xidmət bazarında onun

qorunması baxımından idxal və ixrac siyasəti həmişə dövlətin

tənzimləmə obyektidir. Bu baxımdan əmtəə bazarından malların

təklifini tələbata uyğunlaşdırmaq məqsədilə dövlətin makroiqtisadi

idxal siyasəti formalaşır. Belə ki, bəzi istehlak məhsullarının

gətirilməsinə qarşı daxili istehsala stimul yaratmaq meyllərinə can atılır.

Son illərdə məhz idxalın azalması və ixracatın üstün artması nəticəsində

respublikada daxili istehsal hesabına əmtəə və xidmət dövriyyəsində

müsbət saldo təyin olunmuşdur.

Cədvəl VI. 1.3.

Azərbaycan Respublikasının 1992-2000-ci illərdə xarici ticarət

əlaqələri (əvvəlki ilə nisbətən, faizlə)

İllər Dövriyyə İdxal İxrac

1992 60,6 50,0 70,0

1993 55,8 66,9 48,8

1994 105,7 123,7 87,9

1995 91,2 85,8 100,1

1996 122,0 143,9 99,1

1997 99,0 82,7 123,8

1998 106,8 135,5 77,3

1999 116,8 96,2 153,3

2000 148,4 113,1 187,8

-289

Page 290: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Məhz son illərdə ixracatın idxala nisbətən üstün artması xidmət

dövriyyəsində müsbət saldo yaratmışdır. Sahibkarlığın inkişafında

idxala üstünlük ancaq o texnologiyaya verilir ki, onlar yerli

sahibkarlığın artmasına şərait yaradır. Sahibkarlığın stimullaşdırılması

həmçinin antiinhisar fəaliyyəti ilə tənzimlənir. Məhz dövlət haqsız

rəqabəti hüquqi əsaslarla tənzimləyir, sahibkarlıq fəaliyyəti ilə dövlət

icra orqanları və yerli özünüidarəetmə orqanları arasında

münasibətlərinin tənzimlənməsi istiqamətlərini formalaşdırır.

Sahibkarlığın inkişafına respublikada yalnız mənfəət, biznes

fəaliyyəti kimi baxılmır, həmçinin sosial iqtisadi inkişafın sosial amili

və yeni iş yerlərinin təşkili, əhalinin məskunlaşmasının nəticəsi kimi

qiymətləndirilir. Təbii ki, respublikada yeni iş yerlərinə tələbatın

ödənilməsi iş qüvvəsinin ekstensiv inkişaf yolu ilə təmin olunur. Bu

meyllər keçid iqtisadiyyatı mərhələsində fəaliyyət göstərən

respublikalar üçün səmərəli formadır və Azərbaycan Respublikasının

təcrübəsi digər MDB respublikaları üçün tətbiq oluna bilər. Ona görə də

Azərbaycanın sahibkarlıq modeli, yerli resursların səmərəli iqtisadi

dövriyyəyə cəlb olunması və yoxsul- luğun azaldılması

metodologiyasına əsaslanır. Sosial obyektlərin üstün artmasına, xidmət

sahələrinin prioritet inkişafına üstünlük verilməsi məhz sahibkarlığın

inkişafının sosial aspektlərini əks etdirir. Sahibkarlığın

tənzimlənməsində son 10 ildə aparılan dövlət tənzimləmə metodları

vergi dərəcələrinin azalması, vergiyə cəlb olunan iqtisadi bazanın

artırılması ilə mümkün olmuşdur. Ölkə iqtisadiyyatında önəmli meyl

olaraq əmək tutumlu sahələrin daha üstün artması, məhz Azərbaycan

Dövlətinin strateji tənzimləmə siyasətidir. Bu siyasət Azərbaycan

Respublikasının əsas makroiqtisadi proqnoz göstəricilərində də öz

əksini tapmışdır.

290

Page 291: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl VI. 1.4.

Azərbaycan Respublikasının əsas makroiqtisadi göstəriciləri

Ölçü vahidi

2001 hesabat

2002 hesabat

2003 hesabat

2004 proqnoz

2005 proqnoz

2006 proqnoz

2007 proqnoz

Malların ixracı və idxalı -

cəmi Mln dol. 3745,0 3832,8 4350,0 4481,6 4882,3 5931,0 6156,8 O cümlədən

İxrac Mln.dol. 2314,0 2167,5 2150,0 2251,6 2832,3 3931,0 4356,8 İdxal Mln.dol. 1431,0 1665,3 2200,0 2230,0 2050.0 2000,0 1800,0

Malların ixrac və idxalmiD

saldosu (+.-} Mln.dol. 883,0 502,2 -50,0 21,6 782,3 1931,0 2556,8

Tədiyə balansı

Cari əməliyyatlar besabı Mln.dol. -51,8 -768,4 -1930,6 -2085,1 -510.2 703,8 1771,6

Mal və xidmətin ixrac və

idxalı, cəmi Mln.dol. 4700,0 5492,6 6710,5 7069,6 6514,8 7505,0 7715,8 Ocümlədən

İxrac Mln.dol. 2604,0 2529,6 2540,5 2661,6 3259,8 4540,0 5075,8 İdxal Mln.dol. 2096,0 2963,0 4170,0 4408,0 3255,0 2965,0 2640,0 İxrac və idxad saldosu {+,-)

Mln.dol. 908,0 -433,4 -1629,5 -1746,4 4,8 1575,0 2435.8

Kiçik biznes fəaliyyəti bankların kredit və investisiya fəaliy-

yətinini tənzimləmək üçün ən üstün sferalardan birinə çevrilmişdir.

Kommersiya banklarının kiçik biznesin maliyyələşdirilməsində

rolunu artırmaq tədbirləri həyata keçirilmişdir. Kommersiya

banklarından savayi kiçik biznesin maliyyələşdirilməsinin xarici

mənbələrindən biri olan vençur investisiyalarına keçmək üçün atılan

addımlardır. Kiçik firmaların arxasında duran iri korporasiyaların və

dövlətin fəaliyyətinə üstünlük verilir. Kiçik firmaların fəaliyyətini

tənzimləmək məqsədi ilə dövlətin məqsədli proqramlar və məqsədli

fondların yaradılması üçün hüquqi baza və təşkilati strukturlar yaradılır.

Məhz iqtisadi idarəetmə strukturunda funksional təyinatına görə

iriləşdirmək siyasəti bu istehsal daxili resursların müxtəlif məqsədlər

üçün istifadəsində və səmərəli təşkilində rol oynayır. İnkişaf etmiş

ölkələrin sahibkarlıq təcrübəsindən istifadə etməklə lizinq krediti,

daşınmaz əmlakın lizinqi kimi yeni strukturların hüquqi bazası, təşkilati quruluşu və metodikası hazırlanmışdır. Kiçik sahibkarlığın maliyyə

291 -

Page 292: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bazasını yaratmaq üçün kiçik sahibkarlar arasında yaradılan kredit

ittifaqları mühüm əhəmiyyət kəsb edir. Sahibkarlığın inkişafına dövlət

köməyi dövlət proqramları vasitəsilə həyata keçirilir. Dövlət proqramı

yolu ilə sahibkarlığa maliyyə yardımı, güzəştli xidmətlər və vergi

tətbiqi, gömrük rüsumları və dövlət rüsümlarmm tədbiqi son nəticədə

sahibkarlığın rəqabət mühü- tində canlanması və özünün dayanıqlı

fəaliyyəti üçün dövlətin qarant olmasını sübut edir. Əlbəttə, sahibkarlıq

iqtisadi və sosial artımının əsas mənbələrindən olduğu üçün, onun

səmərəli təşkili bütövlükdə ölkədə olan istehlak bazarının həcminə,

strukturuna, əhalinin alıcılıq qabiliyyətinə və qiymətinə təsir edir. Məhz

Azərbaycan iqtisadiyyatının sahibkarlıq konsepsiyası bu məqsədlər

üçün yönəldilib.

Sahibkarlığın növləri və subyektləri

Müasir bazar iqtisadiyyatının təcrübəsi sahibkarlıq fəaliyyəti

qarşısında bir neçə məqsədin dayandığını göstərir. İqtisadiyyatın inkişaf

mərhələsindən, səviyyəsindən və həcmindən asılı olmayaraq bu

fəaliyyət qarşısında duran başlıca iqtisadi vəzifə, strateji məqsəd,

həmçinin onun əsas hərəkətverici amili - mənfəət əldə edilməsidir. Bu

da təbiidir, çünki hər bir iqtisadi subyekt öz iqtisadi fəaliyyətində hər

şeydən əvvəl öz şəxsi mənafeyindən, marağından çıxış edir. İqtisadi

fəaliyyət nəticəsində mənfəət əldə edilməsinə göstərilən cəhd, hər

şeydən əvvəl, sahibkarın özünün müəyyən rifah halının təmin edilməsi

zərurətindən doğur, lakin iş bununla bitmir. Sahibkarlıq fəaliyyəti

nəticəsində əldə edilmiş mənfəət az və ya çox ola bilər. Bununla belə

onun həm aşağı, həm də yuxarı səviyyəsinin öz təyinatı, öz rolu və

əhəmiyyəti vardır. İqtisadi fəaliyyətin formasından və ya həcmindən

asılı olmayaraq mənfəətin aşağı səviyyəsi biznes üçün qoruyucu amil

rolunu oynayır, yəni sahibkar özü əldə etmiş mövqeyini qoruyub

saxlamaqa, öz fəaliyyətinin mövcud səviyyəsini təmin etməyə, kapitalın

təkrar istehsalını həyata keçirməyə şərait yaradır. Mənfəətin yüksək səviyyəsi isə sahibkarlıq fəaliyyəti dairəsini

■292-

Page 293: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

daha da genişləndirməyə, kapitalını itirmədən və müflisləşmədən

qorxmayaraq risk etməyə, mürəkkəb bazar konyukturası şəraitində

rəqiblər ilə müvəffəqiyyətlə rəqabət apaiTnağa, biznes sahəsində daha

da möhkəmlənməyə, məhsulun istehsalı və satışı üzrə malik olduğu

payını daha da artırmağa, son nəticədə isə əvvəlkindən daha artıq

səviyyədə mənfəət götürməyə xidmət edir. Bununla belə hər bir dövrdə

iqtisadi fəaliyyət qarşısında duran problemlərdən asılı olaraq,

ümumiyyətlə, mənfəət əldə edib- edilməməsi və yaxud onun aşağı,

yoxsa yuxarı səviyyəsinin əldə edilməsi vəzifəsi arxa və ya ön plana

çəkilə bilər.

Dediklərimizi izah edək. Məlumdur ki, sahibkarlıq fəaliyyəti

qarşısında duran əsas problemlərdən biri satışın və ya göstərilən

xidmətin həcminin artırılmasıdır. Lakin bir sıra hallarda bu vəzifənin

yerinə yetirilməsi mənfəətin artırılması vəzifəsi ilə ziddiyyət təşkil edə

bilər. İş burasındadır ki, satışı artırmaq probleminin ənənəvi həlli

yollarından biri məhsulun qiymətinin aşağı salınmasıdır ki, bu da son

nəticədə mənfəətin həcmini azaldır.

Məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdırılması, xarici

görünüşünün yaxşılaşdıniması, reklam edilməsi və s. məhsulla bağlı

xərcləri artırır və deməli, onun qiymətini də yüksəldir. Bununla belə,

sahibkar həmin məhsula olan tələbi formalaşdırmaq üçün müəyyən

müddət ərzində onu lazım olandan ucuz qiymətə sata və beləliklə də

bilərəkdən öz mənfəətinin həcmini aşağı sala bilər. Bundan əlavə,

qiymətin aşağı salınması hesabına mənfəətin bir hissəsindən müvəqqəti

də olsa imtina edilməsi sahibkarlıq fəaliyyətinin rəqabət qabiliyətinin

yüksəldilməsi, xarici bazarlarda möhkəmlənmək üçün dempinq

siyasətinin həyata keçirilməsi və s. zərurətindən də doğa bilər. Digər bir

halda, müəssisə üçün yüksək mənfəət gətirən, lakin eyni zamanda

məhdud satış bazanna malik olan məhsulla, yüksək tələblə xarakterizə

edilib, müəssisə üçün az mənfəətli olan məhsuldan hansımn istehsalına

üstünlük verilməsi zərurəti də sahibkarlıq fəaliyyəti qarşısında dayanan

cari və ya perspektiv məqsədlərlə müəyyən edilir. Göründüyü kimi,

mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvətini artırmaq istəyi heç

də bütün hallarda sahibkarlıq fəaliyyətinin yekun məqsədi kimi qəbul

edilmir.

-293-

Page 294: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bazar iqisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin bir sıra

foıınaları vardır. Bu formalar müxtəlif meyarlar baxımından

fərqlənirlər ki, onlardan da ən əsasları mülkiyyət və iqtisadi fəaliyyətin

həcmi meyarlarıdır. Belə ki, mülkiyyət meyanna əsasən sahibkarlıq

fəaliyyəti fərdi (xususi), kollektiv və dövlət sahibkarlığı, iqtisadi

fəaliyyətin həcminə görə isə kiçik, orta və iri sahibkarlıq formalarında

mövcud olur. FərqləndiiTnə meyarından asılı olmayaraq sahibkarlığın

bütün formalarının təşkilati - iqtisadi forması kimi müəssisələr çıxış

edirlər. Bu baxımdan, məsələn, fərdi (xususi) sahibkarlığın təşkilati -

iqtisadi forması xüsusi müəssisələr, iri sahibkarh- ğmkı isə iri

müəssisələrdir.

Sahibkarlığın bütün formalan sıx qarşılıqlı əlaqədardırlar və bir-

birlərini tamamlayırlar. Məsələn, adətən fərdi (xususi) sahibkarlıq kiçik

və orta sahiblik formasında, iri sahibkarlıq isə kollektiv və ya dövlət

mülkiyyəti bazasında həyata keçirilir. Sahibkarlığın çoxsaylı

fonnalarımn qarşılıqlı fəaliyyəti son nəticədə bazar sisteminin yüksək

sosial - iqtisadi səmərəsini şərtləndirən əsas səbəblərdəndir.

Sahibkarlıq fəaliyyətinin məzmununa aid olan məsələlərdən biri

onun obyekti və subyektlərinin müəyyən edilməsidir. Ən ümumi

mənada sahibkarlığın obyekti kimi əmtəələr istehsalı, onların satışı və

müxtəlif növ xidmətlər göstərilməsi çıxış edir. Sahibkarlıq fəaliyyətinin

subyektlərinə gəldikdə isə bazar iqtisadiyyatı şəraitində hər kəs özünə

peşə seçməkdə tam iqtisadi azadlıqa malik olduğu üçün hər adamın

sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.

Bazar iqtisadiyyatı şəraitində sahibkarlıqla əlaqədar olan

anlayışlar mövcuddur ki, onlardan ən əsası "biznes" anlayışıdır. Qeyd

etməliyik ki, sahibkarlıq və biznes anlayışlarını birləşdirən bir sıra

aşağıdakı ümumi cəhətlər vardır:

• hər ikisinin reallaşdırılmasınm bazar vasitəsilə baş verməsi;

• onların hər ikisinin bilavasitə məqsədinin mənfəət əldə

edilməsindən ibarət olması;

• şəxsi maddi marağı ödəmək məqsədi ilə əmtəə istehsalı və

yaxud xidmətlər göstərilməsi ilə bağlı olması;

• onların fəaliyyəti üçün zəruri iqtisadi mühitin, hər şeydən əvvəl isə iqtisadi azadlıq şəraitinin tələb olunması və s.

294

Page 295: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bununla belə biznes fəaliyyəti ilə sahibkarlıq fəaliyyəti arasında

bəzi fərqli cəhətlər vardır:

1) Biznes fəaliyyəti tarixi baxımından daha tez, əmtəə istehsalının

meydana çıxması ilə yaranmışdır. Sahibkarlıq fəaliyyətinə gəldikdə isə

o, bazar iqtisadiyyatı şəraitində biznes fəaliyyətinin varlıq forması kimi

çıxış edir.

2) Kapitalizm cəmiyyətində sahibkarlığın məzmunu biznesə

nisbətən daha genişdir, çünki o özünə hər şeydən əvvəl yenilikçilik

axtarışı kimi bir fərqləndirici cəhəti də daxil edir. Gündəlik həyatda

bizneslə məşğul olan hər bir kəs sahibkar adlandırılırsa, sözün əsl

mənasında sahibkarlar iqtisadi davranışı axtarış xarakteri daşıyan

işgüzar insanlardır.

3) Biznes fəaliyyəti əsasən birdəfəlik bir akt kimi sövdələşmənin

reallaşdırılması ilə əlaqədardır. Lakin ondan fərqli olaraq, sahibkarlıq

fəaliyyəti bazar iqtisadiyyatının daimi bir prosesi, həmin cəmiyyətin

müəyyənedici şərti, onun mövcudluğunun və inkişafımn başlıca

hərəkətverici qüvvəsidir.

Ümumiyyətlə demək lazımdır ki, bu iqtisadiyyatın inkişaf

səviyyəsi, sahibkarlıq fəaliyyətinin səviyyəsi, onun üçün yaradılmış

iqtisadi mühitin xarakteri ilə müəyyən olunur. Qərb ölkələrinin müasir

təcrübəsi sübut edir ki, sosial yönümlu bazar iqtisadiyyatımn

yaradılması istiqamətində həmin ölkələrin yüksək nailiyyətləri burada

sahibkarlığın geniş inkişafının nəticəsidir. Buna görə də, bir sıra

hallarda kapitalist iqtisadiyyatım sahibkarlıq iqtisadiyyatı deyə

adlandırırlar.

Sahibkarlıq fəaliyyətinin əsas subyekti kimi sahibkar çıxış edir.

Lakin sahibkar sahibkarlıq fəaliyyətində tək subyekt deyil. Belə ki, o,

hər bir halda özünün kontragenti olan istehlakçı ilə qarşılıqlı olaraq

əməkdaşlıq etməlidir. Bundan əlavə sahibkar həmçinin ona bir sıra

hallarda yardımçı, bəzən isə rəqib ola biləcək dövlətlə də əməkdaşlıq

etməlidir. Deməli, həm istehlakçı və həm də dövlət sahibkarla bərabər

sahibkarlıq fəaliyyətinin sub- yektləridirlər. Subyektlər sırasına,

həmçinin, sahibkarın biznes üzrə şərikləri də daxildirlər.

-295-

Page 296: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sahibkar və istehlakçının qarşılıqlı münasibətlərində sahibkar

aktiv subyekt, istehlakçı isə daha çox passiv rol oynayan tərəf kimi çıxış

edir. Bu tərəflər arasındakı qarşılıqlı münasibətləri analiz etdikdə

məlum olur ki, istehlakçı sahibkarlıq fəaliyyətinin indikatoru rolunu

oynayır. Bu onunla əlaqədardır ki, sahibkarın fəaliyyətinin predmetinin

nə olmasından asılı olmayaraq, bu fəaliyyətin nəticəsi yalnız istehlakçı

tərəfindən müsbət ekspert qiymətləndirməsindən sonra reallaşmağa

hüquq qazanır. Bu cür qiymətləndirmə istehlakçı tərəfindən həyata

keçirilir, bu və ya digər məhsulun əldə edilməsinə hazırlıq kimi çıxış

edir.

Sahibkar öz fəaliyyətini planlaşdıran və təşkil edən zaman

istehlakçının əhval-ruhiyyəsini, arzusunu, maraqlarını, gözlədiyini və

qiymətləndirməsini heç cür inkar edə bilməz.

Bazar iqtisadiyyatı şəraitində sahibkarın istehlakçıya təsir

göstərməsinin yeganə yolu onun istehlakçının maraqlarına uyğun olaraq

hərəkət etməsindən ibarətdir. Lakin bu heç də o demək deyildir ki,

sahibkar istehlakçının çox ciddi şəkildə müəyyən edilmiş maraqlarına

müvafiq olaraq hərəkət etməlidir. Sahibkar özü yeni məhsullar

formalaşdırmaqla istehlakçı tələbini yarada bilər. Məhz bu formada

sahibkarlıq fəaliyyətinin təşkilinin iki üsulu yaranır: birincisi,

istehlakçının maraqlarına və zövqünə uyğun olaraq hərəkət etmək,

ikincisi, istehlakçıya yeni məhsulu almağa bir növ vadar etmək.

Beləliklə, sahibkarın əsas məqsədi istehlakçı toplusunu əldə

etmək və öz uzunmüddətli istehlakçı dairəsini formalaşdırmaqdan

ibarətdir.

Sahibkarın istehlakçıya təsir göstərməkdə istifadə etdiyi əsas

amillər aşağıdakılardan ibarətdir:

• məhsulun yeniliyi və onun istehlakçının tələbatına uyğun

gəlməsi

• keyfiyyət

• qiymət, məhsulun əldə edilməsi imkanı

• məhsulun universallıq dərəcəsi

• xarici görkəm və qablaşdırma

-296-

Page 297: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

• əmtəənin başqa istehsalçıların məhsullarından fərqli olaraq

müsbət xüsusiyyətlərə malik olması və istehlakçının bu fərqi görmək

imkanının mövcudluğu • satışdan sonrakı servisdən yararlanmaq imkanının olması • ümumqəbul olunmuş və ya dövlət standartlarına cavab verməsi

• məhsulun reklamının prestijliyi və cəlb edici olması

Yuxarıda təhlil etdiyimiz məsələlərdən belə bir nəticəyə

gəlmək olar; əgər ictimai istehsal nöqteyi nəzərindən sahibkar ictimai

istehsal prosesində aktiv subyekt rolununu oynayırsa, sahibkarlıq

fəaliyyəti nöqteyi nəzərindən sahibkarlığın özünün məzmunu və

səmərəliliyində əsas aktiv rolu məhz istehlakçı oynayır və sahibkar bu

faktı heç cür inkar edə bilməz.

Sahibkarlıq fəaliyyətinin subyekti kimi dövlətin rolu onun

qarşısına hansı məqsədlər qoymasından və işgüzar sferada yaranan

ictimai şəraitdən, vəziyyətdən asılı olaraq müxtəlif ola bilər. Konkret

hallardan asılı olaraq dövlət;

• sahibkarlığın inkişafı üçün münbit şərait yaratmamaqla və ya

hətta ona qadağalar tətbiq etməklə sahibkarlıq fəaliyyətinin inkişafının

tormozu rolunu;

• sahibkarlığın inkişafına birbaşa təsir göstərmədən və həmçinin,

onun inkişafını əngəlləmədən sanki bir kənar müşahidəçi rolunu;

• sahibkarlıq prosesinə yeni iqtisadi agentlərin cəlb edilməsi üçün

aktiv və daimi axtarış tədbirlərini həyata keçirməklə sahibkarlıq

fəaliyyətinin sürətləndiricisi rolunu oynaya bilər.

Sahibkarlıq fəaliyyətinin sürətləndiricisi kimi dövlətin funksiyası

nədən ibarətdir?

Birincisi, dövlət öz üzərinə təhsil, yəni sahibkar kadrların peşəkar

hazırlığı və təlimi funksiyasını götürür. Bu zaman əsas fakt kimi,

sahibkarlıq fəaliyyətinin müasir şəraitdə həyata keçirilməsinin ən azı

aşağıdakı üç əsas elementin münasibliyi və onların praktik fəaliyyətdə

səmərəli istifadəsi şərtilə mümkün olmasına diqqət yetirilir;

297-

Page 298: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

a) ümumi iqtisadi nəzəriyyə;

b) konkret iqtisadi (sahibkarlıq) biliklər;

c) sahibkrlıqda miqdar (say) metodları, yəni istənilən

planlaşdırılan işə və ya əməliyyata tətbiq edilə bilən sahibkarlıq

hesablamalarının həyata keçirilməsi bacarığının olması, həmçinin hər

hansı işin planlaşdırılması və həyata keçirilməsi zamanı öz

müəssisəsinin hesablarında olan vəsaitlərin hərəkətini nəzərə almaq

bacarığının olması.

İkincisi, dövlət maliyyə münasibətlərində yalnız işgüzar aktiv

sferaya yenicə daxil olmuş sahibkarları dəstəkləyir, onlara köməklik

göstərir. Adətən, bu məqsədlə dövlət tərəfindən sahibkarlara güzəştli

kreditləşmə tədbirlərini nəzərə alan xüsusi yardım proqramları işlənib

hazırlanır. Xüsusi güzəştlər hər hansı sahibkarlıq layihələrinin

reallaşması ilə məşğul olmaq istəyənlərə verilir.

Üçüncüsü, dövlət həmçinin öz üzərinə sahibkarlıq fəaliyyətinin

normal inkişafının təmin edilməsi üçün tələb olunan sahibkarlıq

infrastukturunun yaradılması vəzifəsini götürür. Sahibkarlıq

infrastukturu dedikdə, sahibkarların layihələrin səmərəli reallaşdırılması

üçün zəruri olan və sahibkara xidmət göstərə bilən bütün köməkçi

(sahibkarın layihələrinin əsas təminatı nöqteyi nəzərindən) strukturlar

başa düşülür. Dövlət, adətən, sahibkarı zəruri məlumatlarla (hər şeydən

əvvəl, marketinq məlumatları ilə) təchiz edir, həmçinin, elmi,

elmi-texniki, layihə-kəşfiyyat və digər işlərin aparılması ilə bağlı

məsrəfləri öz üzərinə götürərək, onların nəticələrinin sahibkarlara

əvəzsiz və ya güzəştli əsaslarla təqdim edilməsini təmin edir. Dövlət,

həmçinin, sahibkarların fəaliyyətini yüngülləşdirən hüquq

məsləhətxanalarının və digər şirkətlərin təsis edilməsini həyata keçirir,

əlavə olaraq, sahibkarlıq strukturları üçün lazımi ixtisaslı kadrların

hazırlığı üzrə funksiyanı öz üzərinə götürür.

Sahibkarın ideyalarını həyata keçirən muzdlu işçi də sahibkarlıq

fəaliyyətinin subyektləri qrupuna aiddir. Sahibkarın ideyalarının

səmərəli və keyfiyyətli həyata keçirilməsi məhz ondan asılıdır.

-298-

Page 299: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Məlumdur ki, hər bir iqtisadi subyektin özünün iqtisadi və digər

maraqlan vardır. Sahibkara və muzdlu işçiyə gəldikdə isə onların

planlarının və maraqlarının bir hissəsi üs-üstə düşür, məsələn, gəlir nə

qədər yüksək olarsa əmək haqqı da bir o qədər yüksək olar. Bu

maraqların bir hissəsi isə əks qütblü xarakter daşıyır - sahibkar əməyin

yüksək ödənişinə razı deyil, muzdlu işçi isə, əksinə bunda daha çox

maraqlıdır. Bu cür hallarda tərəflər güzəştli variantın axtarılmasına

məcbur olurlar ki, bu da öz növbəsində sahibkarlıq fəaliyyətinin bu iki

subyekti arasında qarşılıqlı münasibətlərin əsasını təşkil edir.

Bu cür qarşılıqlı münasibətlər çərçivəsində sahibkar öz gündəlik

fəaliyyətində qarşısına çıxan bir sıra problemləri təyin edir və onları

yüksək səmərəli üsullarla həll etməyə çalışır. Bu problemlər hansılardır?

Hər şeydən əvvəl, lazımi peşələr üzrə və tələb olunan səviyyədə

ixtisaslı kadrların toplanması. Bu problem iki mümkün yol ilə həll

olunur:

• bu cür kadrların öz informasiya və maliyyə bazasının əsasında

hazırlanması (lakin, məlum səbəblərdən, bu yol heç də həmişə səmərəli

deyil);

• digər sahibkarlıq və ya istehsal strukturlarında çalışan kadrların

dəvət olunması; Bunun üçün işçilərə daha yaxşı və cəlb edici şəraitin və

şərtlərin yaradılması tələb olunur.

Digər problem kimi işçini sahibkarlıq strukturunun maraqlarına

cəlb etmək zəruriyyətindən ibarətdir. Bu zaman iki əsas formanı

fərqləndirirlər:

• işçini sahibkarlıq fəaliyyətinin istehsal maraqlarına cəlb etmək;

• işçini sahibkarlıq fəaliyyətinin kommersiya maraqlarına cəlb

etmək.

Birinci forma əməyin təşkilinin Avropa sisteminə xarakterikdir,

harada ki, hər bir işçi öz istehsal funksiyalarını bilir və onu özünəməxsus

ustalıq və bacarıqla yerinə yetirir.

İkinci forma əməyin təşkilinin yapon-amerikan sistemində xarakterikdir, harada ki, hər bir işçi nəinki öz istehsal funksiya-

299-

Page 300: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

larinin gərəkli qaydada yerinə yetirilməsilə maraqlanır, həmçinin

sahibkarlıq strukturlarının ümumi fəaliyyətinin nəticələrindən

narahatdır. İşçinin cəlb edilməsinin bu forması, əlbəttə ki, birinciyə

nisbətən səmərəli və sahibkar, həmçinin ictimaiyyətin

nöqteyi-nəzərindən də münasibdir.

İşçinin sahibkarlıq strukturlarının maraqlarına cəlb edilməsi

forması sahibkar tərəfindən istifadə edilən əməyin ödənilməsi

sistemindən asılıdır. Hal-hazırda əməyin ödənilməsinin aşağıdakı

sistemlərini fərqləndirirlər; • möhkəm zəmanətli əmək haqqı; • əlavə olaraq aylıq (hər rüb və ya hər il) mükafatlarla möhkəm

qarantiyah əmək haqqı;

• muzdlu əmək haqqı;

• səmərəlilik əmsalının istifadəsi ilə əmək haqqı;

• muzdlu-mükafath əmək haqqı;

• tarif əmək haqqı;

• iş saatına görə əmək haqqı.

Düzdür, əməyin ödənilməsinin bu forması işçini firmanın yalnız

istehsal maraqlarına (kommersiya maraqlarına yox) cəlb etməyə imkan

verir. Bu halda işçi üçün ən əsası öz funksiyasını yerinə yetirməkdən

ibarətdir, firmanın, müəssisənin fəaliyyətinin ümumi nəticəsi isə onu

maraqlandırmır və onun üçün vacib deyildir.

İşçinin, firmanın kommersiya maraqlarına cəlb edilməsi üçün elə

bir şərait yaratmaq lazımdır ki, işçi eyni zamanda həm öz işinin, daşıdığı

vəzifə üzrə yerinə yetirdiyi əmək fəaliyyətinin və həmçinin kollektivin

fəaliyyətinin nəticələrində maraqlı olsun. İşçinin bu cür ikili marağını

stimullaşdırmaq yalnız bir yolla - əmək haqqının münasib, məqbul

səviyyəsinin müəyyən edilməsi ilə mümkündür.

Təsərrüfatçıhğm müasir şəraitində sahibkar istehsalın, əməyin

bölgüsü nəticəsində formalaşan kifayət qədər dərin ixtisaslaşmış

şəraitində fəaliyyət göstərir. İstənilən sahibkar səmərəli partnyor

əlaqələrinə ehtiyac duyur, cünki yalnız bu halda o, bütöv istehsal

fəaliyyətinin bu və ya digər fraqmentləri

300

Page 301: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

çərçivəsində səmərəli fəaliyyət göstərə bilər. Ən ideal hal o hesab edilir

ki, bütün sahibkarlar ümumi iqtisadi proseslərdən müəyyən qədər izolyə

olunmuş bir əməkdaşlıq şəbəkəsi yaratmış olurlar.

Bazar iqtisadiyyatı şəraitində sahibkardan digər sahibkarlarla

birlikdə fəaliyyət göstərmək və daha çox səmərəli partnyor əlaqələrinin

daimi axtarışını həyata keçirmək tələb olunur. Bu əsasda sahibkar öz

fəaliyyətini yenidən müəyyənləşdirmək, dəqiqləşdirmək və

istiqamətləndirmək imkanına malik olur. Sahibkarlıqda partnyorluq

əlaqələri (real və potensial) çox vacib rol oynayır. Hər bir sahibkar öz

fəaliyyətini planlaşdırarkən və ya öz biznes planını təşkil edərkən

hökmən mümkün partnyorluq əlaqələrini nəzərə alır. Məsələn, siz əgər

mətbəx mebeli istehsal etmək istəyirsinizsə, onda siz təbii ki,

çalışacaqsınız, müəyyən edəsiniz ki, haradan, kimdən və hansı şərtlərlə

(əgər imkan varsa) istehsalın təşkili üçün lazım olan hər bir şeyi (taxta,

digər komponentlər, furniturlar, avadanlıq, maşın və s.) əldə edə

bilərsiniz. Bu cür yanaşma olmadan sahibkarlıq fəaliyyətini heç cür

planlaşdırmaq olmaz.

Partnyorluq əlaqələrinin seçilməsi bir sıra amillərdən asılıdır.

Partnyorluq əlaqələrini aşağıdakı qruplarda birləşdirmək olar.

1. Uzunmüddətli (və ya daimi)

2. Qısamüddətli (və ya müəyyən müddət ərzində)

3. Təsadüfi

Beləliklə, öz fəaliyyətini planlaşdırarkən sahibkar öz

partnyorlarma sahibkarlıq fəaliyyətinin subyektləri kimi baxır, çünki

məhz bu subyektlərlə qarşılıqlı əməkdaşlıq onun öz fəaliyyətinin

səmərəlilik dərəcəsini müəyyən edir.

301

Page 302: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sahibkarlığın inkişafının Azerbaycanda əsas

istiqamətləri

Bazar münasibətlərinə keçid respublika iqtisadiyyatını tənəzzül

vəziyyətindən çıxarmaq və onun sabitləşdirilməsini təmin etmək hər

şeydən əvvəl sənayenin və onun ayrı-ayrı sahələrinin strukturasmm

radikal dəyişdirilməsindən asılıdır. Respublika iqtisadiyyatının malik

olduğu real imkanlar, idxal və ixrac potensialında tələb və təkliflər

nəzərə alınmalıdır. Respublika iqtisadiyyatında köklü struktur

dəyişiklikləri aparılarkən, hasilat sənayesi ilə emaledici sahələr arasında

optimal nisbət gözlənilməsi, ekoloji cəhətdən zərərli məhsul istehsalı

tədricən dayandırılmalı və zərərsiz məhsul istehsalına başlanmalıdır.

- Respublika iqtisadiyyatına investisiya qoyuluşu sahələr- arası

bölüşdürülərkən, bilavasitə xalqın rifahı və gündəlik yaşayışı ilə bağlı

olan sahələrin inkişafına üstünlük verilməlidir.

- Respublika xalq təsərrüfatının çox sahəli olmasını nəzərə alaraq,

burada struktur - investisiya siyasətinin aparıcı meyli, xammal - material

resurslarının ən yeni texnika və texnologiya əsasında emal olunaraq

dünya standartlarına cavab verən yüksək keyfiyyətli, dünya bazarında

rəqabətə tab gətirə bilən son hazır məhsul şəklində ixrac potensialını

artırmağa istiqamətləndirilməlidir.

- İqtisadiyyatın bütün sahələrini tənəzzüldən çıxarmaq, onun

sabitləşdirilməsini təmin etmək üçün azad sahibkarlığın inkişaf

etdirilməsinə rəvac verilməli, istər daxili və istərsə də xarici

investorların öz kapitallarını yeni istehsal sahələrinin yaradılmasına

yönəltmələrinə hər tərəfdən şərait yaradılmalıdır.

- İstehsal strukturunu dəyişdirmək, yəni buraxılan məhsulun son

məhsula çatdırılmasına səyi artırmaq;

- Struktur siyasətinin həyata keçirilməsi mexanizmi resursların

vergi, bank-kredit, valyuta sistemi, birja mexanizmi vasitəsi ilə

tənzimlənməlidir.

- Xarici bazarlara mal çıxaracaq müəssisələrin sayının və ixrac olunacaq məhsulların çeşidinin genişləndirilməsinə nail

-302-

Page 303: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

olmaq, xarici investorları cəlb etməklə müştərək müəssisələr yaratmağa,

onların vəsaiti hesabına yeni texnika və texnologiyanı tətbiq etməklə

istehsal olunan məhsulun rəqabətə davamlılığını yüksəltmək zərurəti ön

plana çəkilməlidir;

- Azərbaycan sənayesində maşınqayırma kompleksinin rolu və

əhəmiyyətini nəzərə alaraq maşınqayırma kompleksində struktur

dəyişikliklər aşağıdakı istiqamətdə aparılmalıdır:

1. İstehsal olunan məhsulun daxili və xarici bazarın tələbatına

uyğun təkmilləşdirilməsi;

2. İstehsal olunan məhsulun tərkibində sosial tələbatın

ödənilməsinə yönəldilmiş, elm tutumlu sahələrin üstün inkişafına və

xüsusilə elektrotexnika, eihazqayırma, elektron, radiotexnika,

dəzgahqayırma və bu kimi sahələrin inkişafına daha çox qayğı

göstərilməlidir;

- Perspektiv inkişaf üçün əsaslı vəsait qoyuluşu, investisiyalar

sahələarası bölüşdürülərkən üstünlük o sahələrə verilməlidir ki, son

məhsula çatdırma meyli əsas götürülsün. Yəni respublikada istehsal

olunan məhsulların xammal kimi deyil, hazır son məhsulu kimi

reallaşdırılmasma istiqamət götürülməlidir;

- Respublikada iqtisadiyyatın böhrandan çıxması üçün neft- qaz

sənayesinin, neftin emalı və neft-kimya sahəsinə investisiyanın

gətirilməsində, xarici firmalarda müştərək müəssisələri, ak- sioner

şirkətlərin yaradılmasına geniş meydan verilməlidir;

- Respublika neft-qaz çıxarma sənayesində struktur dəyişiklikləri

aşağıdakı istiqamətdə getməlidir:

Xarici neft kompaniyaları ilə bağlanan müqavilələrdən alınan

maliyyə resurslarından daha səmərəli istifadə edilməsi məqsədi ilə

Dövlət Neft Fondunun yaradılması vacibdir. Həmin fond

sərəncamçısmın yer təkindən istifadəsinə mülkiyyətçi hüququ

verilməlidir.

Fond iki müstəqil struktura malik olan hissəyə ayrılmalıdır.

Onlardan biri neft-qaz ehtiyatlarının saxlanılması və səmərəli istifadə

edilməsi ilə, o biri isə neftin realizə edilməsindən alınan maliyyə

vasitələrindən rasional istifadə edilməsi ilə məşğul olunmalıdır.

-303

Page 304: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Xarici firmalarla neft-qaz yataqlarının axtarışı və istismarına dair

kontraktlar bağlayarkən hərtərəfli ölçüb- biçilməli, onlarla kontrakt

yalnız indiyə kimi dənizdə və quruda məlum olmayan işlənilməmiş və

axtarış işləri aparılmamış yaratlaq üzrə bağlanılmalı, xarici

investisiyanın başlıca olaraq yeni texnika və texnologiyanın

respublikaya gətirilməsinə yönəldilməsinə üstünlük verilməlidir;

- Sənayenin mövcud istehsal güeləri çərçivəsində əlavə əsaslı

vəsait qoyuluşu sərf etmədən, respublikanın istehlak mallarına və eləcə

də defısit istehsal vasitələrinə olan tələbatını ödəmək üçün zəruri olan

kiçik həcimli kənd təsərrüfat texnikası, tikinti üçün qülləli qaldırıcı

kranlar və s. istehsalı təşkil edilməlidir;

- Kiçik müəssisələrin yaradılmasına geniş meydan verilməlidir.

Bu iki yolla, əvvəla, respublikanın tələbatını ödəmək üçün iri

müəssisələrin kiçik müəssisə kimi filiallarının açılmasına, ikincisi xırda

sahibkarlığa üstünlük verməklə işgüzar adamların öz kapitallarını işə

keçirmələrinə, yəni xırda istehsal sahələri yaratmalarına kömək etmək

zəruridir. Kiçik müəssisələrin yaradılması bir tərəfdən işsizliyin

qarşısını almağa və digər tərəfdən respublikanın zəngin təbii

sərvətlərindən istifadəyə xidmət edər. İri müəssisələrin filiallarının ən

çox respublikanın qərb iqtisadi zonasında yaradılması həmin rayonlarda

işsizliyin azalmasına, yəni iş yerlərinin açılmasına, əhalinin, qaçqınların

məskunlaşmasına kömək edir;

- Müəssisələrə tam sərbəstlik verilməsi, mülkiyyət formasının

hansına keçməyi (ümumi kollektivlərin razılığı ilə), təsərrüfatın

aparılmasının müxtəlif formalarının (icarə, aksioner şirkətləri,

assosiayalar, xarici firmalarla müştərək müəssisə yaratmaq və s.

formaların) tətbiqi, öz məhsullarının dünya bazarında formalaşan

qiymətlərlə və ya barter üsulu ilə mal mübadiləsini təşkil etməyə heç bir

məhdudiyyət qoyulmamalıdır;

- Müəssisələrin öz məhsullarını realizə etmək, əldə olunan gəlirin

bölüşdürülməsi və hansı istiqamətdə istifadə olunması üçün onun öz işi

olmalı, dünya bazarında satdığı məhsuldan gələn valyuta şəxsi sərəncamında olmalıdır ki, həmin valyuta

-304-

Page 305: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

hesabına xarici texnika və texnologiya gətirməyə və istehsalı artırmağa

imkanı olsun.

Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq yeyinti sənayesini

tənəzzüldən çıxarmaq və istehsalı sabitləşdirmək, bu sahənin

problemlərini həll etmək məqsədi ilə aşağıdakı tədbirlərin həyata

keçirilməsi vacib sayılır;

- İstehsalın surətlə aşağı düşməsinin qarşısını almaq məqsədi ilə

təcili olaraq istehsalın maddi-texniki təchizatı əsaslı surətdə yenidən

qurulmalı, birinci növbədə emaledici müəssisələrin kənd təsərrüfatı ilə

əlaqələri müqavilə əsasında yenidən qurulmalı, bu sənaye sahəsinin

xammala olan tələbatı yerli məhsullar hesabına formalaşmalıdır;

- Yeyinti sənayesi müəssisəri özəlləşdirilməli və mülkiyyətin

bütün formalarının istifadə edilməklə mülkiyyətin səhmdar cəmiyyətləri

yaradılması yolu ilə dövlətsizləşdirilməsi prosesi sürətləndirilməlidir;

- Ölkəmizdə valyuta gətirməyə qadir olan yeyinti sənayesinin bir

sıra sahələri üçün xaricdən lazımi avadanlıq, texnika və texnologiyanın

gətirilməsini təmin etmək məqsədi ilə yaradılmaqda olan respublika

fondundan vəsait ayrılmalı, dünya bazarına rəqabət qabiliyyətli məhsul

çıxarmaq üçün xarici firmalarla müştərək müəssisələr yaradılmalıdır;

- Əsas xammal və materialları son məhsul həddinə çatdırmaqla

respublika valyuta gətirməyə qadir olan şərabçılıq, tütünçülük,

meyvə-tərəvəz sahələrini daha da inkişaf etdirməli və hazır məhsulun

həcmi artırılmalıdır;

- İqtisadi artımı yüksəltmək, milli gəlirin həcmini artırmaq üçün

xammal, yanacaq, elektrik enerjisi və s. qənaət edilməsi ehtiyatlarından

səmərəli istifadə edilməsinə ciddi fikir verilməli, xammal tullantılarını

təkrar emal etməklə az tullantıh, tullan- tısız, resurs qoruyucu

texnologiyadan istifadə etməklə maddi məsrəflərə qənaət edilməlidir;

- Sistematik olaraq fiziki və mənəvi cəhətdən alınmış əsas

fondların yeniləri ilə əvəz edilməsinə, istehlak sahələrinin mütərəqqi

texnika və qabaqcıl texnologiya ilə təmin edilməsinə kənd

-305-

Page 306: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təsərrüfatı xammalının emal sahələrində dərindən emal etmək üçün

maddi-texniki bazanın inkişafının sürətləndirilməsinə yönəldilən kapital

qoyuluşunun həcminin artırılması və çevik amortizasiya siyasətinin

həyata keçirilməsi;

- Yeyinti sənayesi sahələrində qablaşdırma materiallarının

çatışmamazhğı ilə əlaqədar olaraq meyvə-tərəvəz konservləri, şərəb və

mineral suların doldurulması üzrə olan problemləri həll etməklə,

çuğundur istehsalını artırmaq və onun emalının təşkili üçün şəkər

zavodlarının tikintisinə başlanmalıdır.

Sahibkarlığın dinamikası və sosial meylləri

Azərbaycan dövlətinin bazar iqtisadiyyatına keçid istiqamətində

apardığı islahatlar içərisində dövlət əmlakının özəlləşdirilməsi prosesi

mühüm yer tutur. Bu proses Azərbaycan Respublikasının

Konstitusiyasında təsbit olunmuş iqtisadiyyatın müxtəlif mülkiyyət

formalarına əsaslanaraq inkişaf etdirilməsi və onun dövlət tərəfindən

dəstəklənməsi prinsiplərinə uyğun olaraq həyata keçirilmişdir.

Lakin o dövrdə ölkədə gedən proseslər, bir tərəfdən Ermənistanın

Azərbaycana təcavüzü və torpaqlarımızın işğalı, digər tərəfdən

hakimiyyət uğrunda silahlı münaqişələr özəlləşdirməyə başlamağa

imkan verməmişdi. Özəlləşdirmənin gecikməsinin digər səbəblərindən

biri də müvafiq qanununun olmasına baxmayaraq, bu prosesi

tənzimləyən dövlət proqramının, vacib normativ-hüquqi sənədlərin

vaxtında hazırlanmaması, özəlləş- dirmədə prioritet istiqamətlərin və

ardıcıllığın müəyyən edilməməsi olmuşdur. Yalnız 1995-ci ilin

martında ölkədə ictimai-siyasi sabitlik təmin edildikdən sonra prezident

Heydər Əliyev tərəfindən imzalanan «Dövlət əmlakının özəlləşdirilməsi

sahəsində əməli tədbirlər haqqında» fərman bu prosesə təkan verdi. Qısa

müddət ərzində 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəl-

ləşdirilməsinin dövlət proqramı və çoxsaylı normativ-hüquqi sənədlər

hazırlanıb qəbul edildi.

306-

Page 307: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Azərbaycan Respublikasının bütün vətəndaşlarına

özəlləşdirmənin başlanğıcında bərabər start şəraiti yaratmaq və əhalinin

özəlləşdirmə prosesində iştirakını həvəsləndirmək məqsədilə onlara

dörd çekdən ibarət olan 7,5 milyona yaxın özəlləşdirmə payı

verilmişdir. Bununla ölkənin bütün əhalisi özəlləşdirmədə pulsuz iştirak

etmək hüququ qazanmışdır.

Əsasən kiçik özəlləşdirməni əhatə edən birinci mərhələdə ticarət,

xidmət, iaşə obyektləri, sənayenin müxtəlif sahələrində, tikintidə,

nəqliyyatda fəaliyyət göstərən yüzlərlə kiçik müəssisə hərraclarda

satılaraq öz sahibini tapmışdır. Eyni zamanda yüngül, yeyinti, taxıl

məhsulları, quşçuluq, mebel, tikinti, ticarət sahələrində,

sanatoriya-kurort və mehmanxana təsərrüfatında minə yaxun orta və iri

müəssisə səhmdar cəmiyyətlərinə çevrilmiş və onların səhmlərinin

özəlləşdirilməsinə başlanmışdır. On iri dövlət müəssisə

(«Bakıelektroqaynaq», «Qaradağ-Sement», «Bakı Mayesiz

Transformatorlar», «Bakı Tütün», «Gəncə-Şərab-2»,

«Dəvəçi-Dəyirman» və s. səhmdar cəmiyyətləri) investisiya

müsabiqələri vasitəsilə satılmışdır. «Azərbaycan Alüminiumu» və

«Bakıelektrikşəbəkə» səhmdar cəmiyyətləri təcrübəli xarici investorlara

uzunmüddətli idarəetməyə verilmişdir.

2000- ci ildə qəbul olunmuş II Dövlət Özəlləşdirmə Proqramı

ölkədə daha geniş miqyaslı özəlləşdirmənin başlanğıcı qoyulmuşdur. Bu

Proqrama uyğun olaraq yanacaq-energetika, metallurgiya,

maşınqayırma, kimya və neft-kimya sənayesində, nəqliyyat və rabitə

sahəsində iri müəssisələr özəlləşdirməyə açıq elan edilmişdi.

Özəlləşdirmənin ikinci mərhələsindən geniş istifadə etməklə, o

cümlədən iri müəssisələrin əsasən investisiya müsabiqələri və fərdi

layihələr üzrə özəlləşdirilməsi yolu ilə ölkəyə daha çox sərmayə cəlb

olunmasını və Azərbaycanın iqtisadi potensialının daha da güclənməsini

təmin etməyə yönəlmişdir.

Beləliklə, 1995-ci ildən başlayaraq bazar iqtisadiyyatına keçid

istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kütləvi

özəlləşdirmənin aparılması ölkədə sahibkarlığın inkişafında mühüm rol

oynamışdır. Sahibkarlığın inkişaf etdirilməsi və onu təmin edən

işgüzarlıq mühitinin və rəqabət mexanizminin for

-307

Page 308: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

malaşması, habelə sahibkarlığa dövlət köməyinin göstərilməsi ilə bağlı

məsələlər Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini

tapmış, azad sahibkarlıq fəaliyyətinin və sağlam rəqabətin inkişafının

hüquqi əsasını təşkil edən və bilavasitə bazar iqtisadiyyatı prinsiplərinə

söykənən vacib qanunlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş

1997-2000-ci illərdə kiçik və orta sahibkarlığa dövlət köməyi Proqramı

Azərbaycanda sahibkarlığın inkişafına güclü təkan verdi. Sahibkarlığın

normativ-hüquqi və təşkilati bazasının yaradılması, həvəsləndirmə

sisteminin formalaşması istiqamətində məqsədyönlü tədbirlər həyata

keçirildi. Bu siyasəti reallaşdırmaq üçün bir sıra zəruri qurumlar, o

cümlədən Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın

İnkişafı Agentliyi, sahibkarlara informasiya, maliyyə və məsləhət

xidmətləri göstərən müxtəlif strukturlar yaradıldı. Belə strukturların

köməyi ilə xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməklə sahibkarlıq

fəaliyyəti ilə məşğul olmaq istəyənlərə məsləhətlər verilmiş, onlara

investisiya layihələrinin hazırlanması qaydaları öyrədilmiş, hazırlanmış

layihələr ekspektizadan keçirilmiş və onlardan iqtisadiyyat üçün ən

əhəmiyyətliləri seçilərək maliyyələşdirilmişdir. Bu məqsədlər üçün

dövlət büdcəsindən 6 milyard manat məbləğində vəsait xərclənmişdir.

Bazar iqtisadiyyatına keçid illərində Azərbaycan Respublikasında

sahibkarların hüquqlarının qorunması məsələsi dövlət siyasəti

səviyyəsinə yüksəldilmişdir. Onların fəaliyyətinə yersiz müdaxilənin və

özəl müəssisələrdə əsassız yoxlamaların qarşısının alınmasına

yönəldilmiş Azərbaycan Respublikası Prezidentinin 1996 və 1999-cu

illərdə qəbul etdiyi fərmanlar sahibkarlığın inkişafına əlverişli şəraitin

yaradhmasmda, onların müxtəlif dövlət orqanları ilə münasibətlərinin

tənzimlənməsində əvəzsiz rol oynamışdır.

Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində

iqtisadiyyatın bütün sahələrində özəl müəssisələrin sayı və ölkədə

məhsul istehsalında onların xüsusi çəkisi əhəmiyyətli dərəcədə

-308-

Page 309: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

artmışdır. Hazırda Azərbaycanda 41 mindən yuxarı özəl müəssisə (cəmi

müəssisələrin 73%-i) fəaliyyət göstərir. Özəl müəssisələrin içərisində

çoxluq təşkil edən kiçik müəssisələrin sayı 33 minə çatmışdır ki, bu da

bazar iqtisadiyyatının formalaşdığı mərhələdə kiçik sahibkarlığın daha

sürətlə inkişafını göstərir.

Azərbaycanda sahibkarlığın inkişafını əks etdirən əsas

göstəricilərdən biri ümumi daxili məhsulda və iqtisadiyyatın ayrı- ayrı

sahələrində özəl bölmənin payıdır.

Aşağıdakı cədvəldə 1995-2000-ci illərdə ölkənin ümumi daxili

məhsulunda özəl bölmənin artım dinamikasını aydın əks etdirir:

Cədvəl VI. 1.5.

Azərbaycan Respublikasının iqtisadiyyatında özəl

bölmənin payı (faizlə)

1995 1996 1997 1998 1999 2000

Ümumi daxili məhsul 30,3 38,0 46,0 59,5 62,0 68,0

Sənaye 5,5 7,5 18,3 26,4 37,3 43,7

Tikinti 79,0 79,0 81,0 80,6 65,9 63,5

Kənd təsərrüfatı 61,4 68,5 85,0 96,5 98,0 99,0

Ticarət və restoranlar 82,4 86,4 91,8 97,1 97,9 98,3

Nəqliyyat və rabitə 4,0 4,5 26,1 50,3 55,3 62,2

Sosial və sair xidmətlər 27,0 27,6 29,1 48,5 53,2 58,7

Gədvəldən göründüyy kimi, əgər 1995-ci ildə ümumi daxili

məhsulda özəl bölmənin payı 30,3%, o cümlədən iqtisadiyyatın aparıcı

sahəsi olan sənayedə 5,5% idisə, 2000-ci ildə bu göstərici müvafiq

olaraq 68% və 43,7% təşkil etmişdir. Həmin illər ərzində nəqliyyatda və

rabitədə özəl bölmənin payı 4%-dən 62,2%-dək (artım 16 dəfə), kənd

təsərrüfatında 61,4%-dən 99%- dək (artım 1,6 dəfə) yüksəlmişdir.

Qeyd olunan kəmiyyət göstəriciləri ilə yanaşı son illər

sahibkarlığın inkişafında bir sıra keyfiyyət dəyişikliklərinə də nail olunmuşdur. Sərt rəqabət mühiti şəraitində işləmə

309

Page 310: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qabiliyyətinin formalaşması, rəqabətə davamlığm artması, xarici iş

adamları ilə iqtisadiyyatın müxtəlif sahələrində birgə işləmək

təcrübəsinin öyrənilməsi və s. bu kimi xüsusiyyətlər Azərbaycan

sahibkarlarının beynəlxalq biznes aləmində mövqeyinin

möhkəmlənməsinə xidmət etmişdir.

Azərbaycan Respublikasının iqtisadiyyatında özəl bölmənin payı

aşağıdakı cədvəldəki kimi proqnozlaşdırılmışdır.

Cədvəl VI. 1.6.

Azərbaycan Respublikasının iqtisadiyyatında özəl bölmənin payı

ölçü vahidi

2001 hesabat

2002 hesabat

2003 hesabat

2004 proqnoz

2005 proqnoz

2006 proqnoz

2007 proqnoz

Ümumi Daxili Məhsul

Milyard manat 26578,0 29922,0 34000,0 37300,0 43500,0 54500,0 63000,0

Sənaye Milyard manat

9998,6 11166,4 12413,3 12493,0 14485,5 21800 26649

Tikin li Milyard

manat 1553,7 2534,4 4405,1 5758,2 7482 7139,

5 5670

Kənd (əsərrüfaU

Milyard manat

3943,0 4195,5 4620,0 5080,3 5655 6431 7308

Ticarət və restoranlar

Milyard manat

1966,2 2226,5 2610,0 2899,9 3306 3924 4599

Nəqliyyat MUyaıd manat

2179,8 2310,7 2548,0 2795,4 3132 3706 4221

Rabitə Milyard

manat 515,0 591,7 671,0 756,3 870 1035,

5 1197

Sosial vəs. xidmətlər

Milyard manat

4329,9 4467,7 4554,0 4862,7 5169,5 6264,0 7356,0

310

Page 311: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSIL II: SAHİBKARLIĞIN SOSIAL NƏTİCƏLƏRİ

Sahibkarlığın idarə edilməsinin sosial- iqtisadi

nəticələri

İdaretmə strukturu idarəetmə sisteminin qurulmasının daxili

formasını əks etdirir. İdarəetmə strukturunun ünsürləri bir-biri ilə üzvü

şəkildə əlaqədar olmaq sayəsində bütöv, vahid bir sistemi - istehsalın

idarə edilməsi sistemini əmələ gətirirlər. Ona görə də struktur ünsürləri

və onların məcmuusu idarəetmə sisteminin atributunu təşkil edir.

İdarəetmə strukturu obyektiv olaraq onun təşkil olunma xarakterini də

müəyyənləşdirir. İdarəetmə strukturu idarəetmə vasitələri,

mərhələlərinin miqdarı, tərkibi, onların qarşılıqlı tabeçiliyi və əlaqəsi ilə

xarakterizə olunur. İdarəetmə strukturu idarəetmədə əmək bölgüsünün

formasıdır. İdarəetmə strukturu bu əmək bölgüsünə müvafiq olaraq

müəyyən funksiyaları differensiallaşdırır. Çünki idarəetmə funksiyaları

avtomatik olaraq həyata keçirilir. Bunun üçün idarə edən sistem təşkil

olunur, idarə edən sistem isə idarə aparatının, idarəetmə orqanının

formalaşması ilə əlaqədardır. Burada ən başlıca məsələlərdən biri

idarəetmənin funksiyası ilə onun strukturu arasındakı düzgün əlaqənin

təmin edilməsi, idarəetmə funksiyalarının ayrı-ayrı bölmələr üzrə

optimal şəkildə bölüşdürülməsidir. Bu prosesin səmərəli həyata

keçirilməsi istər istehsalın, istərsə də idarəetmə sisteminin

səmərəliliyinin artırılmasına mühüm təsir göstərir.

Sahibkarlığın idarəetmə strukturu ierarxiya qaydasında qurulur.

Ona görə də strukturun ünsürləri yuxarı, aşağı və eyni hüquqlu, səviyyəli

bölmələrə ayrılır. Bunlar arasında müəyyən, zəruri əlaqələr mövcuddur.

Bu əlaqələr tipi üfüqi, rəhbərlik, tabeçilik əlaqəsi ilə şaquli eyni huquqlu

ünsürlərin kooperasiya və koordinasiya əlaqələri formasında olur.

Burada üfüqi əlaqə xətti əlaqələrə və funksional əlaqələrə ayrılır ki, bu

da müəyyən funksiyaların icrası ilə əlaqədardır. Üfüqi əlaqə idarəetmə

həcmini, idarəetmə miqyasını, şaquli əlaqə isə idarəetmə prosesində

311-

Page 312: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əlaqədə olan insanlar arasındakı münasibəti və insanların miqdarı ilə

bağlıdır. Bu mənada idarəetmə strukturunun təşkili formaları xətti və

funksional orqanların tərkibi və onlar arasındakı formasıdır.

İdarəetmənin bütün struktur bölmələri təşkilati struktur tipindən

asılı olmayraq aşağıdakı əsas qruplara bölünür:

a) rəhbərlik;

b) sahə bölmələri;

c) funksional struktur bölmə;

ç) köməkçi və xidmətedici struktur bölmə.

Burada struktur bölmələri ilə idarəetmə proseslərin

əlaqələndirilməsi zəruridir. Bu aşağıdakılarla əlaqədarhr:

- idarəetmə orqanının cari fəaliyyətinin təşkili;

- idarə aparatında fəaliyyətin reqlamentləşdirilməsi;

- idarəetmə orqanlarının fəaliyyətində məsuliyyət həddinin

müəyyən edilməsi;

- bütövlükdə idarəetmə orqanlarının fəaliyyətinin təşkili sistemi.

Yuxarıdakılarla yanaşı idarəetmənin səmərəli təşkili həmçinin

idarəetmə proseslərinin təşkilini, idarəetmənin obyekti ilə subyektinin

səmərəli əlaqələndirilməsini, müxtəlif idarəetmə sistemləri arasında

ierarxiya əlaqələrinin təmin edilməsini, ayrı- ayrı idarəçilik işlərinin icra

edilməsi qaydasını, hər hansı bir idarə aparatında müxtəlif struktur

bölmələrin fəaliyyətinin əlaqələndirilməsi məsələlərini də nəzərdə tutur.

Ayrı-ayrı ədəbiyyatlarda müxtəlif ixtisas sahibləri idarəetmə

strukturuna müxtəlif mövqedən yanaşırlar;

- idarəetmə strukturu bir-biri ilə qarşılıqlı əlaqədə olan ünsürlərin

qaydah məcmusu kimi;

- idarəetmə strukturu vahid inzibati ansambl təşkil edən adamlar

və qrup adamlar səlahiyyət və vəzifələrin bölüşdürülməsi forması kimi;

- idarəetmə strukturu dövlət orqanlarının vasitələrə bölünməsi,

həmin orqanların daxili əlaqələri, ayrı-ayrı səlahiyyəti, vəzifə və

hüquqları sistemi kimi.

-312

Page 313: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

idarəetmə strukturundakı əlaqələr formasının xarakteri aşağıdakı

formalarda olur:

- xidmətli formala. Bu əlaqə üfüqi xətt halında aşağı və yuxan

orqanların, vəzifəli şəxslərin əlaqəsi formasında;

- funksional əlaqə formasında. Burada da əlaqə aşağı və yuxarı

orqanların, vəzifəli şəxslərin qarşılıqlı münasibəti halında həyata

keçirilir. Lakin yuxarı orqan xətti əlaqə formasında fərqli olaraq

müəyyən məsləhətlər verir, birbaşa məsələni həll etmir;

- texniki əlaqə. Bu eyni fuknsiyam icra edən ayrı-ayrı işçilər və

vəzifələr arasındakı əlaqə formasıdır.

- informasiya əlaqəsi. Bu əlaqə idarə edən və idarə olunan

sistemlər, sistemdaxili bölmə və vasitələr arasındakı informasiya

formasıdır.

İdarəetmənin ünsürlərinə aşağıdakılar daxildir: əmək kollektivləri,

resurslar, işçi kollektivinin, əmək alətlərinin, işçilərin müəyyən formada

əlaqələndirilməsi; idarəetmə orqanlarının bölmələri, vasitələr.

İdarəedən sistemin əsasını müəyyən edən istehsal və təşkilati

strüktur ilə idarəetmə fəaliyyəti arasında sıx əlaqə vardır. Bunun

əsasında idarə aparatı yaradılır. Buraya mütəxəssislər - müxtəlif

mühəndislər, iqtisadçılar, funksional və xətti işçi qrupları daxildir. Onlar

arasındakı fəaliyyət dairəsi və əlaqələrin optimallaş- dırılması, təşkil

edilməsi idarəetmədə ən başlıca cəhətdir. Burada idarəetmə orqanlarının

bir-birinə tabeliyi xarakteri, idarəetmə funksiyalarının

təmərküzləşdirilməsi və mərkəzləşdirilməsi səviyyəsi, idarəetmə

prinsiplərinə ardıcıl əməl olunması da mühüm əhəmiyyətə malikdir.

Çünki idarəetmə prosesində optimal əlaqə və tabeçilik sisteminin

yaradılmasında yuxarıda göstərilən cəhətlər, şərtlər heç də az

əhəmiyyətli deyildir.

Sahibkarlıqda idarəetmənin ümumi prinsipləri ilə yanaşı onun

qurulmasının konkret prinsipləri də vardır. Bu prinsiplər idarəetmə

strukturunun qanunauyğunluğunu müəyyən etməklə, bəzi hallarda

idarəetmə sisteminin səmərəli fəaliyyətini səciyyələndirən meyarlar

sistemi kimi də özünü göstərir. Həmin prinsiplərlə struktur aimllər

arasında üzvü əlaqə nəzərə alınmalıdır:

313-

Page 314: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

a) idarəetmənin təşkil iti quruluşunun idarə olunan obyektin

məqsəd və xüsusiyyətlərinə uyğunluğu (idarə edən və idarə olunan

sistemlərin dialektik əlaqəsi, idarəetmə orqanlarının fəaliyyətinin təhlili

və s.);

b) idarə aparatının ierarxiya və funksional strukturunun təhlili

(idarəetmə mərhələləri üzrə təsərrüfat qərarlarının operativliyi, icra

edilməsi, idarəetmə mərhələlərinin ixtisar edilməsi, bu mərhələlərin

tərkibi, miqdarı, onlar arasındakı əlaqə formaları və əmək bölgüsü,

səlahiyyətin icrası və s.);

c) idarəetmə aparatının bölmələri arasındakı qarşılıqlı əlaqənin

təhlili (xarici təsir və idarəetmə aparatı, idarə aparatı və idarə obyekti,

idarə aparatında üfüqi və şaquli əlaqələr, bu və ya digər əlaqələrin

kəmiyyətcə təhlili və s.).

Sahibkarlığın strukturunun səmərəliliyi

Müəssisələr öz məzmununa görə əsas etibarilə üç müxtəlif

strukturdan ibarətdir: istehsalat, təşkilat və idarəetmə.

Müəssisələrin istehsalat strukturu təsərrüfatın ixtisaslaşdırılması

ilə əlaqədardır. Onun əsasını ümumi və əmtəə məhsulunun strukturu,

pul gəliri, əkin sahəsinin quruluşu, əmək məsarifı və s. təşkil edir.

İstehsalat strukturunun əsas elementləri onun sahələri hesab edilir.

Beləliklə, istehsalat strukturu əsas, əlavə, köməkçi və yardımçı sahələrin

sayını, tərkibini və onların uyğunlaşdırılmasını əks etdirir.

İstehsalat strukturu təşkilati struktur və idarəetmə strukturuna təsir

edir. Məsələn, taxılçılıq və qoyunçuluq təsərrüfatlar geniş əraziyə

malikdir, istehsal bölmələrinin sayı da çox olur. Lakin quşçuluq fabriki,

istixanalar və s. yığcam yerləşir və onlarda istehsal bölmələrinin sayı da

azdır. Geniş ərazidə yerləşən və çoxlu istehsalat vahidi olan təsərrüfatın

idarə edilməsi dar ixtisaslaşdırılmış təsərrüfatların idarə edilməsinə

nisbətən çətindir.

Kənd təsərrüfatı müəssisələrinin təşkilat strukturu istehsalat

vahidlərinin, bölmələrinin, yardımçı və köməkçi sahələrin qarşılıqlı əlaqəsinə əsaslanır.

-314-

Page 315: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istehsalat strukturundan fərqli olaraq müəssisələr daxili əmək

bölgüsünü əks etdirir. Təşkilat strukturunu müəyyən edən istehsalat

bölmələrinin tərkibi, miqdarı və həcmi müxtəlifdir. İstehsalat

bölmələrinə istehsalat sahəsi, şöbə, ferma, briqada, manqa, təmir

emalatxanası, anbar, yardımçı və köməkçi sahələr, kommunal

təsərrüfatı, uşaq bağçaları və s. aiddir. Həmçinin təsərrüfatların

ərazilərində həmin məhsulları emal edən müəssisələr də istehsalat

bölmələrinə aiddir. Məsələn, üzümün emalı üzrə yardımçı müəssisə,

konserv zavodu, un dəyirmanı və s.

Təşkilat strukturu pilləli olur. İri həcmli geniş ərazidə yerləşən

təsərrüfatlar isə üç pilləli təsərrüfat strukturuna əsaslanır. Bir sıra

təsərrüfatlarda qarışıq təşkilat strukturu olur. Kombinat və digər aqrar

sənaye tipli müəssisələrdə təşkilat strukturu tətbiq edilir.

İdarəetmə strukturu dedikdə, müxtəlif idarəetmə funksiyalarını

yerinə yetirən xidmət sahələrinin və istehsal vahidlərinin tərkibi və

əlaqələri başa düşülür.

İdarətmə strukturu öz əksini idarəetmə sxemində, tabeçilik

sistemində, vəzifə ştatlarında, idarəetmə aparatı işçilərinin yerləş-

dirilməsində və onların funksiyaları arasında hüdud qoyulmasında,

həmçinin idarə aparatı işçilərinin vəzifə təminatında tapır.

Müəssisələrin idarəetmə strukturu idarəetmə pilləsinə, idarəetmə

bölməsinə ayrılır.

İdarəetmə bölməsi idarəetmə strukturuna daxil olan və müəyyən

funksiyanı yerinə yetirən idarəetmə elementləri çoxluğuna deyilir.

Tabeçilik prinsipinə uyğun olaraq idarəetmə pilləsi yuxarı, aşağı, eyni

səviyyəli qruplara bölünür. Bu bölgüyə uyğun olaraq, idarəetmə

bölmələri təşkil edilir.

İdarəetmə pilləsi dedikdə eyni səviyyədə olan ayrı-ayrı bölmələr

nəzərdə tutulur. İdarəetmə strukturunda müəssisənin rəhbəri başda

olmaqla ümumi idarəetmə funksiyalarını yerinə yetirən xidmət sahələri

idarə aparatı hesab olunur. İdarəetmo strukturunun pillələri təşkilat

strukturu pillələrinə əsaslanır.

Sahə idarəetmə strukturunu tətbiq edən hər bir kənd təsərrüfatı

müəssisənin təcrübəsi onun digər növ idarəetmə strukturuna nisbətən

aşağıdakı üstünlüklərini göstərir:

315-

Page 316: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

1. ixtisaslaşdırılmış sexlərin təşkili hesabına müəssisənin təş-

kilati strukturu sadələşir. Yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi

nəticəsində idarəetmənin keyfiyyəti yüksəlir, idarə aparatı işçilərinin

sayı azalır.

2. İşin bütün sahələrində operativ sərəncam verici təsirinin tətbiqi

vahid rəhbərlik prinsipini möhkəmləndirir.

3. İstehsal proseslərinin gedişi zamanı daxili təsərrüfatın

planlaşdırılması, uçot, hesab və nəzarət sadələşir, bir sıra işlərin

mərkəzləşdirilməsi və onların ümumi təsərrüfat səviyyəsində

aparılmasına şərait yaradır.

4. Təsərrüfat rəhbərlərinin və mütəxəssislərin əməyi daha yaxşı

nizamlanır. İstehsal sahələrinin daxili ixtisaslaşması və

təmərküzləşməsi təsərrüfatda eyni vaxtda tətbiq edilmir. Ona görə də

qarışıq idarəetmə strukturunun tətbiqinə gətirib çıxarır ki, burada da

ixtisaslaşdırılmış istehsalat vahidlərinin bilavasitə təsərrüfatın rəhbərinə

tabeçiliyi meydana çıxır.

İdarəetmə strukturunun növünün seçilməsində aşağıdakılar nəzərə

alınmalıdır:

1) İdarəetmə strukturu bütün mərhələlərdə vahid rəhbərliyin

tələblərinin ödəməli və işin aparılmasında məsuliyyət hissi

artırılmalıdır.

2) Dövlət istehsalat müəssisələri haqqında qanunda göstərilir ki,

direktor müəssisənin bütün işlərini təşkil edir və onun fəaliyyətinə tam

məsuliyyət dayışır.

3) Hər bir orqan (şəxs) hüquq, vəzifə və məsuliyyət prinsipinə

riayət edərək dəqiq və operativ qərarlar qəbul edir.

İdarəetmə strukturunda pillələrin sayı nə qədər az olarsa bir o

qədər səmərəlilik yüksək olar. İdarəetmə orqanlarının funksiyaları

arasında dəqiq fərq olmalıdır. Buna müvafiq olaraq bir- biri ilə sıx

əlaqədar olan funksiyaların bir idarəetmə bölməsində birləşməsi

məqsədə uyğun hesab edilir. Bununla da iş prosesi zamanı onların

arasında əlaqələrin minimuma endirilməsinə nail olunur. Xırda

bölmələrin miqdarı nə qədər çox olarsa, rəhbərliyin sayı da bir o qədər

artır və icraçıların sayı azalır, ona görə də rəhbər idarəetmə fəaliyyətində

uyğunluq yaradılmasında

-316-

Page 317: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

çətinlik çəkir. Beləliklə, rəhbərlikdə operativlik azalır, idarəetmə

xərcləri artır. Bir nəfərə tabe olan idarə aparatı işçilərinin sayı 5- 10

nəfərdən artıq olmamalıdır.

Əgər müəssisənin rəhbərinə düşən faktiki yük idarəetmə

normasından çoxdursa, onda onun müavinlərinin sayı bir qədər

nəzərdən keçirilməlidir. Müəssisənin müdiri və onun müavinətlərinin

funksiyası təlimat, əsasnamə, əmr və digər sənədlərdə göstərilməlidir.

Müəssisə direktoruna tabe olan vəzifəli şəxslərin sayının düzgün

müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki onun həddindən

artıq yüklənməsi idarəetmənin keyfiyyətini aşağı sala bilər.

Müəssisə rəhbərinin' istehsalat üzrə müavininə istehsalat

bölmələri və dispetçer xidməti tabedir. Bundar başqa ona əsas

istehsalata operativ rəhbərlik də həvalə edilir. İdarəetmə strukturunda

hər bir bölmənin (şəxsin) kimə tabe olması dəqiq göstərilməlidir. Bir

sıra funksiyaların (planlaşdırma, aqrotexniki, zootexniki, rəhbər

kadrların seçilib yerləşdirilməsi kargüzarhq, istehsalatın təşkilinin

təkmilləşdirilməsi, əmək mühafizəsi texnikası, material texniki təchizat

və məhsulun satışı, mühasibat uçotu, maliyyələşdirmə və s.

mərkəzləşdirilməsi məqsədə uyğundur. Belə uyğunluq idarəetmədə

müasir texniki vasitələrdən səmərəli istifadə edilməsinə, işçilərin

ixtisaslaşdırılmasma və beləliklə, idarəetmənin səmərəliliyinin

yüksəldilməsinə təsir edir.

317

Page 318: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BÖLMƏ VII: VERGİ SİSTEMİNİN SOSİAL CƏHƏTLƏRİ

FƏSİL I: VERGİ SİSTEMİNİN SOSİAL-İQTİSADİ

MAHİYYƏTİ

Vergi sisteminin sosial-iqtisadi mahiyyəti

Sosial-iqtisadi inkişaf və vergi siyasəti bir-birini tamamlayan

iqtisadi proseslərdir. Vergi sistemi bazar iqtisadiyyatı şəraitində iqtisadi

artımın, dövlətin maliyyə-büdcə və əhalinin sosial fəaliyyətinin

tənzimləmə obyektidir. Vergi mexanizminin təkmilləşdirilməsi

iqtisadiyyatın sonrakı inkişafına amil kimi təsir edir. Əhali gəlirləri,

müəssisə və dövlət gəlirlərinin formalaşma mənbəyi vergiyə cəlb

olunan vergi bazası və vergitutma qaydası, onun dərəcəsi və vergi

xidmətinin təkmilləşməsi ilə bağlıdır.

Sosial inkişaf ölkə iqtisadiyyatının inkişafının sosial nəticələrinin,

sosial meyllərinin iqtisadi artıma olan təsirini qiymətləndirməkdən

ibarətdir. Sosial proqnozlar ümumi prinsiplərə əsaslanır, məqsədli və

resurs yanaşma baxımından xüsusiyyətlər kəsb edir.

Məqsədli iqtisadi proqnozlar konsepsiyası proseslərə təsir

etməklə, onun formalaşmış meyllərini məqsədə uyğun dəyişdirməkdən

ibarətdir. Məqsədli proqnozlar tədbirlər çoxluğu olub, iqtisadi

potensialın maksimal və səmərəli istifadəsini təşkil etmək deməkdir.

Məqsədli proqnozlar proqram xarakterli olub, müxtəlif variantlar

keçməklə iqtisadi və sosial effekt verən proqnozlardır.

Sosial sahələrin inkişafının proqnozu sahə və ərazi prinsiplərinə

uyğun aparılır. Ərazinin sosial həyatı insanların həyat şəraitinə təsir

edən bütün infrastrukturalarm inkişafına yönəlir, sahə proqnozları isə

hər hansı xidmət və sosial fəaliyyətinin təşkili və idarə edilməsinə

yönəlməlidir. Sosial proqnozlar aşağıdakı prinsiplərə əsaslanır:

sistemlilik, komplekslik, varianthhq,

tarazlılıq, prioritetlik və effektlilik.

318

Page 319: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial proqnozların metodoloji əsaslarını mövcud qanunlar təşkil

edir. İqtisadi və sosial qanunlar istehlak, bölgü, mübadilə və istehlak

sferasında sosial münasibətləri tənzim etməklə, onların hüquqi-təşkilati

əsaslarını yaradır.

Sosial proqnozlar uzun müddətli və strateji, həmçinin konkret sahə

prinsipləri ilə əsaslanır. Uzun müddətli sosial proqnozlar ölkə

iqtisadiyyatının bütün sahələrini qarşılıqlı əlaqədə birləşdirir. Konkret

proqnozlar marketinq tədqiqinə və proqnozuna əsaslanır. Hər bir sosial

xidmətin perspektivi, onun rolu və təmin olunması yolları əsaslandırılır.

Sosial proqnozların metodoloji əsasını normativləşmə və normativ

göstəricilərin əsaslandırılması təşkil edir. Sosial proqnozlar ümumi

iqtisadi mikro və makrosəviyyədə olmaqla ölkə iqtisadi və sosial

inkişafın tarazlığını təmin edir.

Sosial proqnozların təşkili dövlət postsosialist siyasəti əsasını

təşkil edir.

Cədvəl VILLI.

Əsas sosial iqtisadi göstəricilərin indeksi

(əvvəlki ilə nisbətən, %-lə)

Ölçü vahidi

2001 hesabat

2002 hesabat

2003 hesabat

2004 proqnoz

2005 proqnoz

2006 proqnoz

2007 proqnoz

ümumi Daxili Məhsul

Milyard manat 26578,0 29922,0 34000,0 37300,0 43500,0 54500,0 63000,

0

Sənaye Milyard manat 9998,6 11166,4 12413,3 12493,0 14485,5 21800 26649

Tikinti Milyard manat 1553,7 2534,4 4405,1 5758,2 7482 7139,

5 5670

Kənd ləsərrüfatı

Milyard manat 3943,0 4195,5 4620,0 5080,3 5655 6431 7308

Ticarət və restoranlar

Milyard manat

1966,2 2226,5 2610,0 2899,9 3306 3924 4599

Nəqliyyat Milyard manat 2179,8 2310,7 2548,0 2795,4 3132 3706 4221

Rabitə Milyard manat 515,0 591,7 671,0 756,3 870 1035,

5 1197

Sosial və s. xidmətlər

Milyard manat 4329,9 4467,7 4554,0 4862,7 5169,5 6264,

0 7356,0

-319-

Page 320: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

iqtisadiyyatın inkişafında mülkiyyət formalarının nisbətləri,

iqtisadi artımda onların rolu, təsərrüfat formalarının səmərəli təşkili və

inkişafı, şübhəsiz, ancaq tələb və təklif qanunlarının sərbəst

tənzimlənməsi ilə baş verə bilməz.

Dövlətin tənzimlənmə siyasəti büdcə gəlirləri və xərcləri vasitəsi

ilə, həmçinin vergi mexanizmləri ilə reallaşır.

Büdcə gəlirlərinin formalaşmasının bazasını iqtisadi imkanlar və

əldə olunan gəlirlər (mənfəətlər) təşkil edir. Ölkənin iqtisadi və sosial

inkişaf proqnozu gəlir mənbələrini və iqtisadi artıma olan tələbat

xərclərinin strukturunu, onların prioritetliyini və iqtisadi sosial

səmərəliliyini müəyyən edir. Büdcə gəlirlərinin konseptual əsasını

Ümumi Daxili Məhsulun sahə strukturu və onun istehlak strukturu,

həmçinin iqtisadi potensialın vergiyə cəlb olunan hissəsi - vergi tutumu

ilə müəyyən olunur.

Büdcə gəlirlərinin sahə quruluşu ayrı-ayrı subyektlərin

imkanlarını məhdudlaşdırmaq məqsədi ilə normativ bazaya gətirilmiş

dəyər ölçüsünə və stimullaşdırmaq ideologiyasına xidmət etməlidir.

Vergi gəlirlərinin hər bir növünün büdcə gəlirlərinin

formalaşmasında rolu, həmin verginin dərəcəsi və cəlb olunan bazanın

dəyəri ilə qiymətləndirilir və birinin düzgün müəyyən edilməsinin

iqtisadi əsasları və hədləri daxilində axtarılır. Vergi gəlirlərinin

xarakteri, məqsədi və stimullaşdırıcı rolunu proqnozlaşdırmaqla onların

dərəcəsi əsaslandırılır və təsdiqlənir. Vergi gəlirlərinin artırılması

ÜDM-un yenidən bölgü sferasına cəlb edilməsi deməkdir. Onun

ÜDM-a nisbəti yenidən bölgüdə dövlətin rolunu qiymətləndirir. Belə ki,

vergi gəlirlərinin ÜDM-a olan nisbətinin yüksək olması dolayısı

vergilərin istehlak sferasına yönəldilən vergilərin və gizli iqtisadiyyatın

vergiyə cəlb olunmasının hesabına baş verə bilər.

Azərbaycan Respublikasının 2004-cü ildə dövlət büdcəsi

gəlirlərinin ÜDM-da xüsusi çəkisinin artıb 20%-ə yaxınlaşmasının

proqnozu, ÜDM-un artımından büdcə gəlirlərinin yüksək artımı ilə

təmin olunur. Vergi gəlirlərinin dinamikasında, daha yüksək artım fiziki

şəxslərdən plan gəlir vergisindən gözlənilir. Bu öz

-320-

Page 321: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

növbəsində əhali gəlirlərinin artımı ilə yox, daha çox vergiyə cəlb

olunan gəlirlərin düzgün uçotu, vergi dərəcəsinin azaldılması ilə vergi

bazasının aşkarlığına stimul yaradılması ilə baş verir. Vergiyə cəlb

olunmayan aylıq gəlirin səviyyəsini 150000 manata qaldırılması aylıq

gəlir səviyyəsi 150000 manatdan çox olan məbləğin 14%-i qədər vergi

tutulması, şübhəsiz ki, gəlirin aşkarlığı üçün zəmin yaradacaq.

Vergilərin istehlak sferasında üstün artması son nəticədə qiymətə

təsir edir. Bu da Ümumi Daxili Məhsulun kütləsinin dəyər göstəricisini

artırmış olur. Ümumi Daxili Məhsulun miqdarında istehlak olunan

hissəsini ondan tutulan vergi həcmi ilə nisbəti iqtisadi cəhətdən zəif

inkişaf etmiş ölkələr üçün iqtisadi artıma səbəb ola bilməz. Ona görə də

istehlakı artırıb, uyğun vergisini də artırmaqla ümumi daxili məhsulun

artımını təmin etmək modeli iqtisadiyyatı öz içindən yemək modelinə

gətirib çıxara bilər. Ona görə də istehlak məhsullarına və istehlak

məhsulları istehsal edən sahələrin iqtisadi inkişafı və vergi tətbiqi

differensial prinsiplərə uyğun formalaşmalıdır.

Vergi yığımında ədalət prinsipi və onu stimullaşdırmaq funksiyası

mövcud potensialdan səmərəli istifadə etməyə, yaxud əmlakı və sərvəti

rəqabət mühitinə uyğun olaraq təsərrüfat dövriyyəsinə cəlb etməyə

zəruriyyət yaradır. Ona görə də torpaq və əmlak vergisi əmlak

xarakterini, onun iqtisadi artımda fəallığını və torpağın istifadəsi üçün

vergi məcburiyyətini yaradır. Vergi gəlirlərinin əsas artım meyarı

Ümumi Daxili Məhsulun tərkibində xalis gəlirin artmasına və onun

artım tempi ilə vergi artımı tempi arasında vahiddən böyük elastiklik

əmsalına nail olmağa yönəldilən inkişaf meyli olmalıdır.

Əlbəttə, vergi bazasının müəyyən edilməsi keçid dövründə

yaşayan respublika üçün dinamik xarakter daşımalıdır. Vergiyə cəlb

olunma vahid prinsip olsa da, vergiyə cəlb olunan bazanın bütövlüyü və

yaxud bir hissəsi qanunvericilik əsasında iqtisadi stimula təsir etmək

qabiliyyəti baxımından qiymətləndirilir. Belə ki, Azərbaycan

Respublikasında alternativ qərar qəbulunda təşəbbüskarlıq və xüsusi

iqtisadiyyat hesabına təminat vəzifəsi

321

Page 322: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ödənilə bilərsə, onda dövlətin vəzifələrini bu yüklərdən azad etmək olar.

Belə ki, ixracat vergisindən azad olma istehsala stimul yaradırsa, daxili

tələbat ödənilmədən ixracata can atılırsa və daxili tələbat idxal hesabına

ödənilirsə, bu iki proses nə qədər uzlaşmırsa, ölkə iqtisadiyyatında

islahatların effekti azala bilər.

Belə ki, idxal məhsullarının hesabına daxili bazarın tələbinin

öyrənilməsi, onun məhsulunun qiymətinin aşağı düşməsinə səbəb olur.

Bu da respublikada istehsal olunmuş məhsulların gətirilən məhsullardan

baha olması nəticəsində onun istehsalını azaldır və ixracat olunan

məhsulların miqdarını azaldır. İxracat məbləğini ödəməyən məhsulların

istehsalı dünya qiymətləri ilə müqayisədə yuxarı olduğu üçün dünya

bazarında onların tələbi azalır. Beləliklə, daxili istehsal ifliç vəziyyətinə

düşür.

İxracatyönlü məhsulların ixtisaslaşması səviyyəsi və onun istehsal

sferası dövlət proqramlarına uyğun şəkildə inkişaf etdirilərsə, onun

strateji yeri və dayanıqlı inkişafı təmin oluna bilər. Ölkə iqtisadiyyatının

tarazlı, sistemli tənzimləmə siyasətinin büdcə əsasını dövlət xərcləri,

onun prioritetliyi və strateji məqsədlərin dövlət təminatlı qaranthğı təşkil

edir.

Dövlət büdcəsi dövlətin iqtisadi tarazlığını həyata keçirmək üçün

nəzarət mexanizmi kimi formalaşır. Onun xərclərinin əsas istiqamətini

sosial iqtisadi inkişafın maliyyə tələbatını ödəmək və ayrı-ayrı sahələrin

maliyyə əsasını təmin etmək üçün proqnozlaşdırılır.

Dövlət büdcəsinin xərclərinin effekti sahibkarlığın inkişafı, sosial

və həyat səviyyəsinin yüksəldilməsi ayrı-ayrı strateji sahələrin inkişafını

təmin etməkdə rolu ilə müəyyən olunur. Hər bir dövlətin iqtisadi və

sosial inkişafının potensialı, ehtiyatları və əhalisinin sosial problemləri

uyğun büdcə xərclərinin meyllərini, strukturunu və onun effektini

müəyyən edir. Azərbaycan üçün sosialyönlü siyasət büdcə xərclərində

dövlətin funksional yükünü artırır. Əhalinin sosial müdafiə xərcləri

sosial təminat, təhsil, səhiyyə sahələrinə ayrılan vəsait tələbatın

ödənilmə dərəcəsinin yüksəldilməsi meylindən daha çox istehsalçı

kontingentləri sayının yuxarı olması ilə izah olunmuşdur. Azərbaycan

iqtisadiy

-322-

Page 323: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

yatında strateji məqsəd olaraq resurs potensialının dünya bazarına

çıxarılması üçün onların istifadəsi texnologiyasını təkmilləşdirən və

yeni yerlərinə səbəb olan istiqamətlər daha böyük əhəmiyyət kəsb edir.

İqtisadi inkişafın əsas meyli sahibkarlığın iqtisadi artımda rolunun daha

intensiv artması ilə nəticələnməlidir. Sahibkarlıq iqtisadi potensialın

maddi, əmək və resurs strukturuna uyğun olaraq bazar tələbatına uyğun

formalaşır və inkişaf edir. İdxal strukturu, bazarın marketinq strukturu

və ixrac tələbatı sahibkarların meylinə, onun forma və fəaliyyət

mexanizminə müxtəlif istiqamətdə təsir edir. Azərbaycanda liberal

iqtisadi mühit və yerli istehsalın texnoloji strukturunun dünya

texnologiyasından geri qalması, həmçinin resursların qiymətlərinin

yuxarı olması sahibkarlığın inkişafına mənfi təsir edir. İstehlak

bazarında idxalın rolunun artmasına səbəb olur. Bu baxımdan strateji

məqsədlər üçün sahibkarlığın inkişafının dövlət proqramı tərtib olunur

və bilavasitə dövlət proqramlarının həyata keçirilməsində himayədar

dövlət siyasəti reallaşır. Belə ki, sahibkarlığı stimullaşdırmaq üçün

güzəştli kredit, dövlət siyasəti ilə istehsal məhsulunun bazarına şəriklik,

təşkilati resurs təminatı, kadr hazırlığı tədbirləri həyata keçirilir. Dövlət

sifarişi sahibkarların istehsal məhsulunun reallaşmasına və dövlət ilə

sahibkarlar arasında əmtəə pul münasibətlərinin müxtəlif formalarının

inkişafına şərait yaradır.

Azərbaycanda sahibkarlığın özünəməxsus dinamikası, ərazi üzrə

yerləşməsi və inkişafı xüsusiyyətləri mövcuddur. İlkin növbədə

sahibkarlığın yerli tələbatı ödəmək və mənfəət gətirmək məqsədi ilə

təşkili daxili bazarın strukturunu və yerli resursların istifadəsinə

istiqamətlənməsindən , uzaqlaşma meylləri müşahidə olunur. Yerli

sahibkarlığın sahə strukturu istehsal xarakterlilik- dən uzaqlaşıb,

istehlak və xidmət xarakterliliyi üstünlük təşkil edir. Sahibkarlıq

fəaliyyətinin məqsədi, onun iqtisadi-sosial effekti, qərar qəbulu və

biznes planlaşması rəqabət mühütində həmin fəaliyyəti və səmərəliliyi

artırır. Sahibkarlıq fəaliyyətinin təşkili bazar qanunlarına uyğun inkişaf

edirsə də, ona dövlət proqramları əsasında məqsədyönlü təsir vacib bir

şərt kimi

323

Page 324: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

formalaşır. Sahibkarlığın ərazi strukturu əhalinin artım tempini, onun

məşğuliyyətinin əsas istiqamətlərini və əhali məskunlaşmasının

meyllərini nəzərə almadığı ucbatından respublikadaxili miqrasiya,

əmtəə və əmək bazarının Bakı və Abşeron ətrafında yaranmasına səbəb

olmuşdur. Sahibkarlığın və bazar rəqabətinin təşkili üçün mülkiyyət,

təsərrüfat formalarının yaradılmasında və tənzimlənməsində dövlət

proqramı metodları xüsusi əhəmiyyət kəsb edir. Özəlləşdirmə proqramı

sahibkarlığa maddi, maliyyə köməyi və investisiya proqramları ilə

dövlət siyasətinin iqtisadi əsasım təşkil edir. Özəlləşdirmənin əsas

prinsipləri və istiqamətləri əmlakın istifadəsinin sonrakı səmərəliliyi

meyarına uyğun təşkil olunmalıdır.

Özəlləşdirmə təcrübəsi ziddiyyətlər, forma və mexanizm- lərin,

daha radikal tədbirlərin həyata keçirilməsini tələb edir. Bu məqsədlə

özəlləşdirmə ilə yanaşı səhmlərin və investisiya fondlarının

formalaşmasını da kredit resurslarının və kredit verilməsində bank

nəzarətinin təkmilləşdirilməsinin yeni istiqamətləri formalaşmalıdır.

Torpaqların özəlləşdirilməsi kənd təsərrüfatının inkişafına zəruriyyət

pul vəsaitinə olan tələbatı artırır.

Respublikaların daxili resurslarından istifadənin stimullaş-

dırılması üçün daxili bazırm kənd təsərrüfatı məhsullarına olan

tələbatını ödəmək məqsədi ilə daxili istehsalı artırmaq vacibdir. Bu isə

öz növbəsində dağıdılmış kolxoz və sovxoz əmlakının, özəl əsaslarını

möhkəmlətməyi tələb edir.

Respublikada pul vəsaitinin azlığı onun kredit resursları məqsədi

ilə istifadəsinin təşkili üçün bank nəzarətinin təkmilləşdirilməsi,

kreditin verilməsi şərtlərinin təkmilləşdirilməsi problemlərini meydana

çıxarır. Kredit resurslarının formalaşmasında əhalinin vəsaitinin cəlb

edilməsi pul emissiyası və xarici kreditlər mənbələri hesabına ödəmə

yolları müəyyən edilir. Azərbaycan Respublikasında dövlət

resurslarının formalaşmasında xarici kreditlərin xüsusi çəkisi artır.

Ancaq xarici kreditlərin verilməsi mexanizmində iqtisadi artıma təsir

edən istiqamətlərin və qarant öhdəliyinin təkmilləşdirilməsində

bankların rolu, yaxud birbaşa

-324-

Page 325: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sahibkarlar ilə kredit verənlər arasında əlaqənin tənzimlənməsi xüsusi

problem olaraq qalır.

Kredit resurslarının formalaşmasında əhalinin vəsaitinin cəlb

olunmasının stimullaşdırılması üçün əhalinin vəsaitinə verilən faizin

miqdarının optimal variantı əsaslandırılmalıdır. Əhalinin resurslarının

kredit mənbəyi olmasında rolunu stimullaşdımıaq üçün həmin vəsait

hesabına alman faizin məbləğinin bütün sahələr üzrə biznes

fəaliyyətində məşğul olduqda əldə oluna bilən orta mənfəət nonnasmdan

çox olan şəraitdə mümkündür. Digər tərəfdən kredit vəsaiti olaraq

yığılan pulun ödənilməsinə qarant olmalıdır. Sahibkarlığın inkişafını

stimullaşdıran məqsədli kreditlər verilməsi, əmlakın dəyərinə uyğun

olaraq kredit miqdarının müəyyən edilməsi və sahibkarların vəsaitləri

hesabına kredit resursu kimi hesab olunmasına şərait yaradır.

Respublikada iqtisadiyyatın inkişafının əsas amili olaraq istehlak

bazarının tənzimlənməsi istehlak yönlü və yığmı məqsədi ilə aparılan

tədbirlərin üstünyülü arasında olan nisbətlərin tənzimlənməsi və

sahələrin hər birində aparılmış strateji məqsəd, yaxud istehlak bazarını

doldurmaq üçün atılan addımlar xüsusi əhəmiyyətlidir. Tədqiqatlar və

uzun müddət dinamik inkişaf meylləri bazar tələbinə uyğun marketinq

planları əsasında istehlak sektorunu təmin edən istehsal təşkilinə

yönəldiyinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı üçün bu istiqamətdə

özünəməxsus modelin seçilməsi vacibdir.

Azərbaycan sənayesinin fondlar üzrə strukturu, kənd təsərrüfatının

bazar tələbinə və emal sahəsinin məqsədlərinə uyğun yeniləşməisndə az

fond tutumlu sahələrin inkişafı, əmək tutumlu və dövriyyə surəti çox

olan resursların istifadəsi vacibdir. İndiki Azərbaycan iqtisadiyyatı

əhalinin məşğuliyyəti və orta səviyyəsinə təminat baxımından yeni iş

yerləri tələb edən və əmək tutumlu məhsul istehsalına yönəldilən

fəaliyyətin inkişafına üstünlük verilməlidir. Şübhəsiz ki, formalaşmış

iqtisadi potensialın əhalinin və iş qüvvəsinin səmərəli əlaqələndirilməsi

işçilərin yaşayış səviyyəsi və ondan istifadənin əsas yolları arasında

təşkilati- idarəetmə modeli və proqramı strateji problemlərin həllinə

-325

Page 326: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

gətirib çıxarır. Bu məqsədlə ölkə iqtisadiyyatının bir çərçivə ilə

ixtisaslaşdırılmış və vahid iqtisadi məkan üçün formalaşmış sahə

quruluşunun yenidən bərpası və mövcud texniki quruluşunun, yeni

nou-xau ilə uzlaşması iqtisadi cəhətdən səmərəli ola bilməz. Odur ki,

Azərbaycan iqtisadiyyatı öz potensialından tədricən müştərək formada

dünya ölkələri ilə yaxud onu işlədə bilən dövlət sifarişinə yerli

sahibkarlara vermək yolu ilə həll edə bilər. İndiki maşınqayırma

sənayesi, elektrotexnika, tikinti malları, cihazqayırma və digər material

tutumlu sahələrin saxlanılıb, enerji, istilik və pul qıtlığı şəraitində

dondurulması həmin müəssisələrin texniki avadanlıqların mənəvi

atılması və iş əmək potensialının dağıdılması ilə nəticələnir.

Bu problemləri həll etmək üçün özəlləşdirmənin ikinci mər-

həsində həmin müəssisələrin istifadəsinə yönəldilən taktiki addımlar

atılmalıdır. Respublika iqtisadiyyatında sosialyönümlü siyasət əhalinin

yaş tərkibi, işsizlik, qaçqınlar və aztəminathhq cəhətləri iqtisadi

tənzimləmədə və idarəetmədə differensial bölgü, güzəşt və

qiymətləndirmə metodlarının və xüsusi işlək tədbirlərin əsaslandırılması

ilə əlaqələndirilməlidir. Bu sahədə əmək haqqının stimuf yaratmaq

siyasətinin tənzimlənməsi əmək haqqı ödəmələri ilə gəlir vergiləri və

sosial müdafiə fondlarının sığorta ayırmalarında istifadə olunan

vəsaitlər arasında nisbət, əmək haqqı fondu ilə istehsal məqsədlərinə

yönəldilən vəsaitlərin əlaqələrinin tənzimlənməsi, əmək haqqının

uyğunluğu, onun orta aylıq səviyyəsi və pensiyaların müəyyən edilməsi

problemləri təhlil olunub, proqnoz hesablara verilməlidir. Orta aylıq

əmək haqqı 480000 manat olub, amma pensiya həcminin ondan 3 dəfə

aşağı olması, aylıq pensiyanın həcmi ilə əmək haqqı fondundan sosial

vergilərin ayrılması bir sıra iqtisadi və bölgü prinsiplərinin

təkmilləşdirilməsini tələb edir. Belə ki, əmək haqqı fondu yuxarı olan

müəssisə və sahibkarlar həmin fondun azaldılmasına meyli artır. Əmək

haqqının real həcminin aşağı salınmasına cəhdi artırır. Bu da vergidən

qaçma halını və gizli iqtisadiyyata meyli genişləndirir və real istehlakı

istehdan inkişafım gizlədir. Dövlət büdcəsində sosial müdafiə

xərclərinin artması və sosial müdafiə

-326

Page 327: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

xərclərini tamamilə dövlət tərəfindən kompensasiyası imkanlı

müəssisələrin təşəbbüskarlığını və onların sərbəst stimul yaratmaq

imkanlarını nisbətən məhdudlaşdırır. Əhali gəlirlərinin istifadəsi iqtisadi

islahatların son nəticəsi və onun səmərəli təşkilinin amili kimi

formalaşır. Əhali gəlirləri müxtəlif mənbələrin hesabına ayrı-ayrı

təsərrüfat subyektlərinin bölgüdə rolu və əhalinin özünün qazanmaq

qabiliyyəti hesabına formalaşır. Dövlət məhz şərait yaratmaqla gəlirlərin

formalaşmasına və istehlak bazarına nüfuz etməklə, onun reallaşmasına

təsir edə bilər. Əhali gəlirlərinin xərclər istiqamətində təhlili əhalinin

istehsal-islahlak fəaliyyətinin iqtisadi əsaslarını müəyyən edir. Ancaq

istehlak təyinatlı xərclər üçün qazahlan əhali gəlirləri, iqtisadi artımın

perspektivi üçün səmərəli xərc strukturu ola bilməz. Ancaq müəyyən

fayda almaq üçün əhali istehsalının, o cümlədən ayrı-ayrı istehlak

xərclərinin faydalılıq baxımından iyerarxiyaya bölünməsi və cəmiyyətin

inkişafı üçün mütərəqqi xərc strukturunun formalaşması keyfiyyət

baxımından idarə olunur. Əhali istehlakında xidmət xərclərinin azalması

mədəni maarif xərclərinin artması gəlirlərin artımı ilə tənzim olunmursa,

deməli əhalinin maddi tələbatının ödənilməsi xarakterik cəhətdir.

Əhali istehlakınm formalaşması iqtisadi inkişafın son nəticəsi və

bazar iqtisadiyyatının effektli inkişaf meylləri ilə müəyyən olunur. Mal

və xidmətin təklifi əhalinin pul gəlirləri, istehlak davranışı, əmtəə və

xidmətə olan tələbatın amili olaraq tələbatı formalaşdırır. Azərbaycan

Respublikası iqtisadiyyatının əhali istehlakı ilə bağlı sahələrinin təhlili

daxili bazarın formalaşmasında idxalın xüsusi çəkisinin yuxarı

olduğunu, adam başına istehsalın strukturunda ərzaq istehlakınm xüsusi

çəkisinin xidmət və mənəvi nemətlər istehlakmdan yuxarı olmasını

göstərir. Əhali istehlakınm özünün dinamikası strukturlu formalaşma

mənbəyə və amilləri ilə elastiklik dəyişmə meyllərini, respublika

iqtisadiyyatının makrosəviyyəli tənzimlənməsi mexanizmlərini

formalaşdırır.

Respublika iqtisadiyyatının liberallaşdırılması iş yerlərinin, əmək

ehtiyatlarının artma meylindən aşağı olması və xarici

-327-

Page 328: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

investorların intensiv respublikaya axını, ölkə daxilində pulun miqdarı,

pula tələbat və onun tənzimlənməsi metodlarını əsaslandırır. Respublika

daxilində əmtəə-pul dövriyyəsində dolların vasitəsi ilə reallaşma öz

xüsusi çəkisinə görə üstünlük təşkil edir.

Ölkə iqtisadiyyatında dollarlaşdırma iş qüvvəsinin miqrasiyası,

əvəzində qazancın dollarla respublikaya gətirilməsi və əhali

istehlakında reallaşması, xarici firmaların dollara haqq- hesabların

keçirilməsi və xarici kreditlərin respublikada yuxarı olması ilə izah

olunur.

Xarici dolların respublikada aparıcı olması, onun istehsal və əmtəə

dövriyyəsində resurslarını azaldır, əhalinin məşğuliyyətini azaldır və

milli valyutanın emissiyasına səbəb olan amilləri tormozlaşdırır.

Beləliklə, respublikada xarici şirkətlərin, xarici bankların rolu artır. Bu

disproprsiyalarm makroiqtisadi tənzimlənməsi üçün dolların istehlak

bazarında rolunu azaltmaq və istehsal sferasında rolunu artırmağa

yönəldilən tədbirlər həyata keçirmək zəruridir.

Respublika iqtisadiyyatında aparılan islahatların səmərəliliyi hər

bir sahədə yeni iş yerlərinin açılması, ölkə iqtisadiyyatında iqtisadi

artım və əhalinin həyat səviyyəsi ilə müəyyən olduğunu nəzərə alaraq,

iqtisadi sərbəstlik, təşəbbüskarlıq və ətraf mühitin qorunması

meyarlarına uyğun təşkilati idarəetmə strukturunu planlaşdırmaq

vacibdir. Ölkədə strateji plan proqramları tərtib olunmaqla marketinq

idarə edilməsi, onun sisteminin təşkili vacib metoddur. İdarəetmə

aparatında inzibati idarəetmənin, sahə mənafeyinin idarəetmə

mexanizmlərində demokratik prinsiplərini daha da genişləndirmək əsas

şərtdir. Belə ki, vergiyiğmada əsas vergi orqanlarının bank mənafeyinin,

ərazi mənafeyinin ümumi bir meyarı olan əhali tələbatına xidmət

etməsinin təşkili vacibdir. İqtisadi qanunların işlənməsində ümumi

mənafelər mülkiyyətindən, forma və sahəsindən asılı olmayaraq real

iqtisadi fəaliyyəti, iqtisadi artımı stimullaşdıran real mexanizmləri

tətbiq etmək vacibdir.

328

Page 329: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial müdafiə tədbirləri və vergi gəlirləri sistemi

2004-cü il Dövlət Büdcəsi layihəsində sosial müdafiə xərcləri

1970520,0 milyon manat həcmində təsdiq edilmişdir. Cari ilin təsdiq

edilmiş səviyyəsi ilə müqayisədə artım 78,0 mlrd, manat və yaxud

11,3% nəzərdə tutulmuşdur. Sosial müdafiə xərclərinin əhəmiyyətli

artımı 2003-cü ildə «Sosial sığorta haqqında» Azərbaycan Respublikası

Qanununa sosial sığorta haqqının aşağı düşməsi istiqamətində müvafiq

dəyişikliklərin edilməsi, pensiya və müavinətlərin artırılması üçün 138,0

mlrd, manat vəsait nəzərdə tutulmasından irəli gəlir.

2003-cü il Qanun layihəsində sosial təminat xərcləri 308,3 mlrd,

manat, o cümlədən qaçqınların və məcburi köçkünlərin

məskunlaşdırılması və onlara yardım göstərilməsi ilə bağlı xərclər 266,8

mlrd, manat məbləğində nəzərdə tutulmuşdur. Cari ilin təsdiq edilmiş

səviyyəsi ilə müqayisədə nominal artım 30,6% (o cümlədən qaçqın və

məcburi köçkünlərin məskunlaşdırılması və onlara yardım göstərilməsi

ilə bağlı xərclərin nominal artımı 33,4%) təşkil edəcəkdir. Dövlət

büdcəsi layihəsinə dair izahata uyğun olaraq sosial təminat xərclərində

elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi sahəsində böyük

xidmətləri olan 250 nəfərə Azərbaycan Respublikası Prezidenti

tərəfindən təyin edilmiş fərdi təqaüdlərin ödənilməsi üçün 4,5 mlrd,

manat vəsait nəzərdə tutulmuşdur. Növbəti ildə cari illə müqayisədə

sosial təminat xərclərinin xüsusi çəkisi həm xərclərin ümumi həcminə,

həm də ÜDM-un proqnozlaşdırılan həcminə nisbətən müvafiq olaraq

0,2 bənd artacaqdır.

Sosial təminat xərclərinin Dövlət büdcəsinin mövcud maliyyə

imkanlarına əsaslanması daha təkmil sosial təminat sisteminin

yaradılmasını zəruri edir. Bu isə daha aztəminatlı əhali qruplarının

müəyyən edilməsi üçün ünvanhhq mexanizminin hazırlanması,

kommunal xərclərin təsirini yüngülləşdirən kompensasiya sisteminin

təkmilləşdirilməsi, sosial təminat siyasətinin işlənib- hazırlanması və

həyata keçirilməsi üçün monitorinq və qiymətləndirmə sisteminin

yaradılmasına əsaslanmalıdır.

329

Page 330: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qanun layihəsinin mədəniyyət, incəsənət və kütləvi informasiya

vasitələri xərclərinin, habelə bədən tərbiyəsi və gənclər siyasəti

tədbirləri xərclərinin müvafiq olaraq 66,8% mlrd, manat (32,4%) və

36,8 mlrd, manat (8,5%) artması nəzərdə tutulmuşdur. Mədəniyyət

xərcləri üçün müəyyənləşdirilmiş xərclərin iqtisadi təsnifata uyğun

olaraq əsas maddələr üzrə bölüşdürülməsi «2003-cü ildə mədəniyyətin

inkişafı Proqramı»nda verilmişdir.

«Mənzil-kommunal təsərrüfatı xərcləri» bölməsi üzrə artım cari

ilin təsdiq edilmiş səviyyəsinə nisbətən 30,6 mlrd, manat və yaxud

32,1% proqnozlaşdırılır. Dövlət büdeəsi layihəsinə dair izahata uyğun

olaraq göstərilən xərclərin tərkibində kəndlərdə içməli su təchizatı

obyektlərinin bərpasına 4,3 mlrd, manat vəsait nəzərdə tutulmuşdur.

2003- cü ilin Dövlət büdcəsi layihəsində «Kənd təsərrüfatı, meşə

təsərrüfatı və balıqçılıq xərcləri» bölməsi üzrə maliyyələşməyə 278,96

mlrd, manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, ba da 2002-ci il

Dövlət büdcəsinin müvafiq xərclərinə nisbətən 30,5 mlrd, manat və

yaxud 12,3% çoxdur.

Sənaye və tikinti xərcləri bölməsi üzrə maliyyələşməyə yönəldilən

vəsaitin həcmi 82,0 mlrd, manat məbləğində proqnozlaşdırılmışdır. Cari

ilin təsdiq edilmiş səviyyəsi ilə müqayisədə bu bölmə üzrə yüksək artım

nəzərdə tutulmuşdur (63,8 mlrd, manat və yaxud 350,3%).

Qanun layihəsində Dövlət investisiya xərclərinin 2002-ci il Dövlət

büdcəsi haqqında qanunla təsdiq edilmiş səviyyəyə nisbətən 259,8 mlrd,

manat və yaxud 157,7% artımı proqnozlaşdırılır. Dövlət investisiya

xərclərinin proqnozlaşdırılan həcmi 424,5 mlrd, manat təşkil edəcəkdir.

Cari ilin təsdiq edilmiş səviyyəsi ilə müqayisədə bu xərclərin xüsusi

çəkisinin həm xərclərin ümumi həcminə nisbətən, həm də ÜDM-un

proqnozlaşdırılan səviyyəsinə nisbətən əhəmiyyətli artımı (müvafiq

olaraq 3,4 bənd və 0,7 bənd) nəzərdə tutulmuşdur.

2004- cü ildə ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun

olaraq bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən

investisiyaların həcmi 18405,4 mlrd, manat məbləğin

-330

Page 331: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

də proqnozlaşdırılır. Dövlət büdcəsi haqqında qanun layihəsində

nəzərdə tutulan dövlət investisiya xərcləri investisiyaların ümumi

həcminin yalnız 3,2 %-ni təşkil edir.

«2004-cü il Dövlət büdcəsi haqqında» qanun layihəsində

Nəqliyyat və rabitə xərclərinə 3551,3 mlrd, manat vəsait ayrılması

nəzərdə tutulur ki, bu da 2002-ci illə müqayisədə 649,3 mlrd, manat

çoxdur. Dövlət büdcəsinin layihəsinə dair izahata uyğun olaraq

göstərilən xərclərin tərkibində metronun zərərinin ödənilməsinə, 30,0

mlrd, manat vaqon parkının və avadanlıqların təzələnməsinə, 40,0 mlrd,

manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin mühafizəsi üçün

15,0 mlrd, manat vəsait nəzərdə tutulmuşdur.

Qanun layihəsində Dövlət büdcəsinin funksional təsnifatını

iqtisadi fəaliyyətlə bağlı sair (digər) xərclər bölməsi üzrə təxsi- satlar

64,5 mlrd, manat həcmində nəzərdə tutulur. Cari illə müqayisədə

nominal artım 12,2 mlrd, manat və yaxud 23,4% təşkil edəcəkdir. Bu

bölmə üzrə xərclərin 77,5%-i həmin xərclərdən ibarətdir. Sahibkarlığın

inkişafı ilə bağlı nəzərdə tutulan 50,0 mlrd, manat vəsait Azərbaycan

Respublikası Prezidentinin «Sahibkarlığın inkişafına dövlət himayəsi

sahəsində əlavə tədbirlər haqqında» 10 sentyabr 2002-ci il tarixli

Fərmanın 1-ci bəndinin tələblərindən irəli gəlir və ona uyğundur.

2003-cü il Dövlət büdcəsi haqqında qanun layihəsi uyğun olaraq

Dövlətin xarici borcları üzrə xərclər 121,0 mlrd. Manatdan (2002-ci ilin

təsdiq edilmiş səviyyəsi) 105,7 mlrd, manata kimi aşağı düşmüşdür.

Dövlət büdcəsi layihəsinə dair izahata uyğun olaraq kreditlərin əsasən

dövlət zəmanəti ilə alınmamasını nəzərə alaraq dövlətin xarici

borclarının ödənilməsi üçün 2003- cü il Dövlət büdcəsində 2002-ci ilə

nisbətən 15,4 mlrd, manat və ya 12,7% az vəsait nəzərdə tutulmuşdu.

Dövlət büdcəsinin borc yükünün aşağı düşməsi xarici borcların idarə

edlməsində son illərdə yaranmış müsbət işlərin 2003-cü ildə davam

etdirilməsi və kreditlərin, əsasən kredit alan təşkilatlar tərəfindən öz

vəsaitləri hesabına ödənilməsi ilə əlaqələndirilir.

-331-

Page 332: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri

üzrə gəlir və xərclərinin müvafiq olaraq Dövlət büdcəsi gəlirlərinə daxil

edilməsi və xərclərində nəzərə alınmasında Azərbaycan Respublikası

Prezidentinin «2002-ci il Dövlət büdcəsi haqqında Azərbaycan

Respublikası qanununun tətbiq edilməsi barədə» fərmanı mühüm

əhəmiyyət kəsb etmişdir. Fərmana uyğun olaraq 2002-ci ildən

başlayaraq Dövlət büdcəsinin funksional təsnifatının bəzi bölmələri üzrə

ayrı-ayrı təşkilatların büdcədənkənar vəsaitləri üzrə gəlirlərinin Dövlət

büdcəsinin sair gəlirlərinə daxil edilməsi, xərclərin isə 2002-ci il Dövlət

büdcəsində həmin tədbirlərə nəzərdə tutulmuş vəsait daxilində həyata

keçirilməsi üzrə tapşırıqlar verilmişdir.

«2004-cü il Dövlət büdcəsi haqqında» qanun layihəsində

büdcədən maliyyələşən təşkilatların xüsusi vəsaitləri üzrə daxilolmalar

və xərclərin əks etdirilməsi Dövlət büdcəsinin əhatə dairəsinin

genişləndirilməsi və bu resursların istifadəsində şəffaflığın təmin

edilməsi məqsədini güdür.

«2004-cü il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası

Qanununun layihəsinə dair izahata uyğun olaraq kommunal xərclərinin

ödənilməsi üçün büdcədə 380,8 mlrd, manat və ya 2002-ci ilə nisbətən

119,4 mlrd, manat (45,7%) çox, o cümlədən elektrik enerjisi, qaz və su

haqlarının ödənilməsi üçün müqayisədə 109,1 mlrd, manat və ya 54,3%

çoxdur.

2003-cü il Dövlət büdcəsi layihəsində xərclərin istiqamətləri

hal-hazırda Azərbaycan Respublikasında tətbiq edilən Dövlət

büdcəsinin funksional təsnifatının əsasən bölmə və köməkçi bölmə

səviyyəsində təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət

büdcəsinin funksional təsnifatının paraqrafiarı səviyyəsində, habelə

Dövlət büdcəsinin iqtisadi təsnifatının maddələri səviyyəsində

məlumatların olmaması Dövlət büdcəsi layihəsi xərclərinin istiqamətləri

üzrə dərin təhlillərin aparılmasını, habelə büdcənin icrası prosesində ona

sonrakı nəzarətin həyata keçirilməsini çətinləşdirir.

Dövlət büdcəsinin şəffaflığının təmin edilməsi məqsədləri üçün

Dövlət büdcəsi xərclərinin strukturunun funksional

332-

Page 333: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təsnifatın bölmə, köməkçi bölmə və paraqrafları səviyyəsində, iqtisadi

təsnifatın maddələri səviyyəsində və təşkilati təsnifatı üzrə verilməsi

məqsədə uyğundur. Bu istiqamətdə yeni «Büdcə sistemi haqqında»

Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi mühüm

əhəmiyyət kəsb edəcəkdir.

Dövlət büdcəsi xərclərinin və öhdəliklərinin səmərəliliyinin

qiymətləndirilməsi və şəffaflığının artırılması dövlət vəsaitlərinin

xərclənməsinin rasionalhğı və nəticəliliyini müəyyən edən dəqiq

meyarlara əsaslanmalıdır. Bu isə öz növbəsində Dövlət büdcəsinin

növbəti maliyyə ilində və ortamüddətli perspektivdə tərtibi üzrə dövlət

minimal sosial standartlarına və normativ-metodiki bazaya əsaslanan

vahid büdcə planlaşdırılması sisteminin yaradılması zərurətini irəli

sürür.

«Azərbaycan Respublikasının 2004-cü il Dövlət büdcəsi haqqında

Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə»

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612

saylı Fərmanının 6-cı bəndinin 9-cu yarım- bəndinə əsasən Azərbaycan

Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə büdcədən maliyyəşən

sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından

istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi

məqsədilə bazar iqtisadiyyatı prinsiplərinə uyğun xərc normalarının

hazırlanıb təsdiq edilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə

tapşırılmışdır.

333-

Page 334: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSİL II: VERGİ SİSTEMİNİN TƏNZİMLƏMƏ

FUNKSİYASI

Dövlət büdcəsinin gəlirlərinin təkmilləşdirilməsində

vergi sistemi

Hökümət tərəfindən bəyan edilən Azərbaycan Respublikasının

2004-cü il üçün büdcə və vergi siyasətinin əsas istiqamətlərinə uyğun

olaraq 2004-cü ildə Dövlət büdcəsinin gəlirlərinin formalaşması üzrə

əsasən vergi dərəcələrinin aşağı salınması, yığım əmsalının artırılması

və vergiqoyma bazasının genişləndirilməsi hesabına büdcə gəlirlərinin

artırılmasını nəzərdə tuturdu.

İqtisadiyyatda aparılan struktur islahatlarla təmin edilən digər

tədbirlərlə yanaşı bu sahədə xam neft və neft məhsullarının ölkədaxili

qiymətlərini dünya bazarı qiymətlərinə uyğunlaşdırılmaqda, onların

satışından Dövlət büdcəsinə daxilolmaların artırılması, qeyri-neft

sektorundan büdcə gəlirlərinin yığım əmsalının üstün artımına nail

olunması, işgüzar fəaliyyətin (sahibkarlığın) həvəsləndirilməsi üçün

vergi güzəştlərinin tətbiq edilməsi, mənfəət vergisinin dərəcəsinin aşağı

salınması və onun regionlar və fəaliyyət növləri üzrə fərqləndirilməsi,

vergi və gömrük idarəetməsinin təkmilləşdirilməsi və s. tədbirlərin

reallaşdırılması proqnozlaşdırılır.

Göstərilən tədbirlər Azərbaycan Respublikasının 2004-cü il

Dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə, habelə Azərbaycan

Respublikası Prezidentinin «Azərbaycan Respublikasının

2002- ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi barədə 26 dekabr 2001-ci il tarixli və 10

sentyabr 2002-ei il tarixli «Azərbaycan Respublikasında sahibkarlığın

inkişafına dövlət hamiyəsi sahəsində əlavə tədbirlər haqqında» müvafiq

Fərmanlarında, Azərbaycan Respublikasında 2003-2005-ci illər üçün

yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramında, beynəlxalq maliyyə təşkilatları

-334-

Page 335: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ilə bağlanmış sazişlərdə və digər proqram xarakterli sənədlərdə öz əksini

tapmışdır.

2003- ci ildə Dövlət büdcəsinin gəlirləri 6092,0 mlrd, manat

məbləğində nəzərdə tutulmuşdur ki, bu da ÜDM-un proqnozlaşdırılan

həcminin 18,6%-ni təşkil edəcəkdir. Qeyd etmək lazımdır ki, 2002-ci

ildə ÜDM-da (28797,1 mlrd, manat) Dövlət büdcəsi gəlirlərinin (4662,0

mlrd, manat) payının 16,2% təşkil edəcəyi gözlənilir.

2003-cü il Dövlət büdcəsi layihəsində vergi gəlirləri 4779 mlrd

manat və yaxud ÜDM-un 14,6%-ni təşkil etmişdir ki, bu da

2002- ci ilin səviyyəsi (14,7%) ilə müqayisədə 0,1 bənd aşağıdır. Vergi

gəlirləri gəlirlərin ümumi həcminin 78,4% təşkil edəcəkdir.

2003- cü il Dövlət büdcəsi layihəsində vergi gəlirlərinin nominal

ifadədə həcmi 2002-ci ilin proqnozuna nisbətən 556 mlrd, manat

artmışdır. Dövlət büdcəsinin layihəsinə dair izahata uyğun olaraq vergi

gəlirlərinin nominal ifadədə həcminin artımına təsir edən əsas amil

vergitutma bazasının genişlənməsi və vergilərin orta yığım səviyyəsinin

(əsasən qeyri-neft sektorundan) yüksəlməsi olacaqdır.

2003-cü il Dövlət büdcəsi layihəsinin vergi olmayan gəlirləri

1313,0 mlrd, manat və yaxud ÜDM-un 4,0%-ni təşkil etmişdir ki, bu da

2002-ci ildə müəyyən edilən (1,9%) səviyyədən 2,1 bənd yuxarıdır.

Göstərilən artımı əsasən dövlət büdcəsi layihəsində ilk dəfə olaraq əks

edilməklə Dövlət Neft Fondundan sosial layihələrin

maliyyələşdirilməsinə yönəldilən 500,0 mlrd, manat məbləğində

transfertlərin, habelə dövlət büdcəsindən maliyyələşdirilən idarə və

təşkilatların xüsusi vəsaitləri üzrə 301,4 mlrd. Manat daxilolmaların

büdcə gəlirlərinə aid edilməsi ilə əlaqədardır.

2003-cü il büdcə gəlirlərinin strukturunda Vergilər Nazirliyinin

xətti ilə yığılan gəlirlərin xüsusi çəkisi 66,7%, gömrük orqanları xətti ilə

yığılan gəlirlərin xüsusi çəkisi 16,7%, sair daxilolmalar isə 16,6%

olmuşdu.

Dövlət büdcəsi layihəsində fiziki şəxslərdən gəlir vergisi büdcə

gəlirlərinin 9,5%-ni təşkil etməklə 580 mlrd, manat olmuşdu ki, bu da

2002-ci il dövlət büdcəsi haqqında qanunla

335

Page 336: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

nəzərdə tutulduğundan 50 mlrd, manat çoxdur. 2003-cü il Azərbaycan

Respublikasının Dövlət büdcəsinin layihəsinə dair izahatda bu vergi

növü üzrə gəlirlərin həcminin artımı 2003-cü ildə işçilərin xüsusilə də

büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqlarının

artırılması, habelə neft sazişləri çərçivəsində fəaliyyət göstərən fiziki

şəxslərin sayının artacağı ilə bağlıdır.

Qanun layihəsində hüquqi şəxslərin mənfəət vergisi üzrə 2003-cü

ildə dövlət büdcəsinə daxilolmalar 770,0 mlrd, manat olmuşdur ki, bu da

2002-ci il üçün müəyyən edilmiş məbləğdən

70.0 mlrd, manat və yaxud 10,0% çoxdur. Layihəyə dair izahata uyğun

olaraq mənfəət vergisi üzrə daxilolmaların səviyyəsinə 2003-cü il Vergi

Məcəlləsində nəzərdə tutulan bir sıra dəyişikliklər, müəssisə və

təşkilatların mənfəətinin əvvəlki ilə nisbətən artımı; xanı neft və neft

məhsullarının qiymətlərinin dəyişdirilməsi, neft sazişləri üzrə

podratçılar və subpodradçılar tərəfindən ödənilən vergilərin

proqnozlaşdırılan artımına müsbət təsir göstərmişdir.

Qanun layihəsində əlavə dəyər vergisi üzrə daxilolmalar

1909.0 mlrd, manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da «2002-ci

il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası qanununda təsdiq

olunmuş daxilolma səviyyəsindən 274 mlrd, manat və yaxud 14,4%

bəndi yuxarıdır. Layihəyə dair izahata uyğun olaraq ƏDV üzrə

daxilolmaların artımına ilk növbədə növbəti ildə Ümumi Daxili

Məhsulun və idxalın proqnozlaşdırılan artım səviyyəsi təsir göstərmiş

və ƏDV üzrə proqnozun reallığına zəmin yaratmışdır.

2003-cü ilin dövlət büdcəsi layihəsində mədən vergisinin məbləği

640,0 mlrd, manat nəzərdə tutulmuşdu ki, bu da 2002-ci il büdcəsində

təsdiq edilmiş müvafiq daxilolmalardan 220,0 mlrd, manat və yaxud

52,4% bəndi yuxarıdır. 2004-cü il Azərbaycan Respublikasının dövlət

büdcəsi layihəsinə dair izahata uyğun olaraq bu vergi növü üzrə büdcə

gəlirlərinin əhəmiyyətli artımı ilk növbədə xam neftin respublikadaxili

qiymətlərinin gözlənilən artımı ilə bağlıdır.

336-

Page 337: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

2004- cü ilin dövlət büdcəsi layihəsində gömrük rüsumlarının

290,0 mlrd, manat məbləğindən 300 mlrd, manata kimi artımı

gözlənilir. Daxilolmanın artım səviyyəsi ilk növbədə gömrük ixrac və

idxal rüsumlarının dərəcələrində aparılmış dəyişikliklər və

proqnozlaşdırılan idxalın səviyyəsi və strukturu ilə əlaqələndirilir.

Qanun layihəsində sadələşdirilmiş sistem üzrə vergi proqnozu

125,0 mlrd, manat müəyyən edilmişdir ki, bu da cari ilin təsdiq edilmiş

səviyyəsi ilə müqayisədə 41,0 mlrd, manat çoxdur. Dövlət büdcəsinin

layihəsinə dair izahata uyğun olaraq sadələşdirilmiş sistem üzrə verginin

yüksək artımı növbəti il üçün Azərbaycan Respublikası Vergi

Məcəlləsindən bu vergi üzrə vergitutma bazasının genişlənməsi və vergi

dərəcəsinin artımı istiqamətində nəzərdə tutulan dəyişikliklərlə əlaqədar

dövriyyəsinin aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 mislindən

1250 minlinədək qaldırılması, vergi dərəcəsinin Bakı şəhəri üzrə artımı,

verginin sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə də şamil

edilməsi nəzərdə tutulmuşdur.

Qanun layihəsində vergi olmayan gəlirlərin 2003-cü ildə təsdiq

edilmiş göstəricilərlə müqayisədə 1,4 dəfə artımı nəzərdə tutulur. Artım

əsasən Dövlət Neft Fondundan transfertlər və dövlət büdcəsindən

maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə daxilolmaların

ilk dəfə olaraq gəlirlərin tərkibində əks etdirilməsi hesabına baş

verəcəkdir.

Digər məsələ vergi gəlirlərinin yığım səviyyəsi ilə əlaqədar

əsaslandırılmış hesablamaların təhlil edilməsidir. 2004-cü il Azərbaycan

Respublikasının dövlət büdcəsinin layihəsinə dair izahata və büdcə vergi

siyasətinin əsas istiqamətlərinə uyğun olaraq büdcə gəlirlərinin

proqnozunun artımı vergitutma bazasının genişləndirilməsi ilə yanaşı

yığım səviyysəsinin yüksələcəyi ilə də bağlı olacaqdır. Lakin, ayrı-ayrı

vergi və rüsumlar üzrə 2004-cü ildə gözlənilən və 2005-ci ildə

proqnozlaşdırılan yığım əmsallarının xərcləri barədə konkret

hesablamaların olmaması dövlət büdcəsinə yığım səviyyəsinin

artırılması hesabına əlavə gəlirlərin təmin edilməsi ehtiyatını

qiymətləndirməyə imkan vermir.

-337-

Page 338: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Dövlət büdcəsinin vergi və vergi olmayan gəlirlərinin faktiki

həcmləri və müvafiq il üzrə «Dövlət büdcəsi haqqında» qanımla təsdiq

edilən həcmləri arasında olan kənarlaşmaların son illər ərzində təhlili

onların dərindən əsaslandırılması zərurətini irəli sürür.

Dövlət büdcəsinin gəlir hissəsinin artırılmasının əhəmiyyətli

ehtiyatı kimi büdcəyə olan məcmu vergi borclarının azaldılması üzrə

tədbirlərin həyata keçirilməsidir. Dövlət büdcəsi layihəsinə dair

izahatda bununla əlaqədar tədbirlər açıqlanmamışdır. Lakin qeyd etmək

lazımdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına

görə vergi və tədiyələr üzrə 01.07.2002-ci il tarixə büdcəyə olan

borcların ümumi məbləği 5169,4 mlrd. Manat təşkil etmişdir ki, bu da

2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin 84,9%-i qədərdir.

Büdcə layihəsi ilə təqdim edilən sənədlərdə borcların aşağı

salınmasından proqnozlaşdırılan daxilolmalar, habelə borcların cəlb

edilməsi üzrə müvafiq məlumatların olmaması 2004-cü ildə dövlət

büdcəsinə olan vergi borclarının ödənilməsi hesabına gəlirlərin

artırılması imkanlarının qiymətləndirməsinə imkan vermir.

«Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi

haqqında» Azərbaycan Respublikası Qanununda dövlət əmlakının

icarəyə verilməsindən daxilolmalar 2002-ci il Dövlət büdcəsində təsdiq

edilmiş göstəricilərdən 2,0 milyard manat (20%) çox nəzərdə

tutulmuşdur. Bununla belə, dövlət əmlakının tam inventarizasiya

olunmasının və daşınmaz dövlət əmlakı reyestri sisteminin

yaradılmasının başa çatdırılmaması, dövlət əmlakının icarəyə

verilməsindən Dövlət büdcəsinə daxil olacaq vəsaitin tam həcmdə

yığılmaması müvafiq ödənişlərin büdcə gəlirlərinə daxilolmaları üzrə

ehtiyatların olmasını göstərirdi.

Büdcə gəlirlərinin artırılmasının mühüm istiqamətlərindən biri

olan vergi borclarının və Dövlət büdcəsinə vergi olmayan daxilolmalar

üzrə qalıqların azaldılması üzrə təkliflərin hazırlanması audit və digər

nəzarət tədbirlərinin nəticələrinə əsaslanmalıdır ki, bunların Hesablama

Palatası tərəfindən Dövlət büdcəsinin icrasına sonrakı nəzarət çərçivəsində iş planına əsasən həyata keçirilməsi nəzərdə tutulur.

338

Page 339: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Xarclənn tənzimhnməsindd vergilər

Azərbaycan Respublikasının 2004-cü il üçün büdcə və vergi

siyasətinin əsas istiqamətləri Dövlət büdcəsi layihəsinin xərclərinin

formalaşması üzrə büdcə xərclərinin investisiya və sosial

yönümlüyünün təmin edilməsini, ölkədə olan qarşılıqlı ödə- məmələr

probleminin mərhələlərlə aradan qaldırılmasında yaxından iştirak

etməklə zərərlə işləyən dövlət əhəmiyyətli müəssisə və təşkilatlara

dövlət vəsaitləri hesabına verilən dolayı subsidiyaların büdcə vəsaitləri

ilə əvəz edilməsini, xərclərin şəffaflığının və səmərəli idarə olunmasının

yüksəldilməsini, kommunal və digər zəruri xərclər üzrə büdcə

təşkilatlarının tələbatının ödənilməsi və xəzinə öhdəliklərinin tətbiqinin

dərinləşdirilməsi hesabına büdcə təminatları tərəfindən yeni borcların

yaradılmasına yol verilməməsini, aztəminatlı ailələrin, qaçqın və

məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə

tutur.

Bu sahədə hökümət tərəfindən proqnozlaşdırılan dövlət idarəetmə

strukturunun təkmilləşdirilməsi və idarəetmə sistemində islahatların

davam etdirilməsi, dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə

fəaliyyəti üzərində ciddi nəzarət mexanizmini təşkil edərək kreditlərin

əsasən həmin təşkilatların hesabına qaytarılmasına nail olmaq, sosial

siyasətin ardıcıl həyata keçirilməsi məqsədlə yoxsulluğun mərhələlərlə

azaldılmasına nail olmaq və s. tədbirlər Dövlət büdcəsi xərclərinin

formalaşdırılmasınm əsasını təşkil edəcəyi müəyyənləşdirilmişdir.

«2003-cü ilin Dövlət büdcəsi haqqında» qanun layihəsində Dövlət

büdcəsinin xərclərinin həcmi 6423,0 mlrd, manat məbləğində və yaxud

proqnozlaşdırılmış ÜDM-a nisbətən 19,6% nəzərdə tutulurdu ki, bu da

2002-ci ildə xərclərin gözlənilən səviyyəsindən 33,6%, təsdiq edilmiş

səviyyədən isə 25,2% yaxandır.

2003-cü il Dövlət büdcəsi xərclərinin ümumi həcmində təhsil

xərcləri (18,9%), sosial müdafiə və sosial təminat xərcləri (16,8%),

müdafiə xərcləri (10,6%) əvvəlki illərdə olduğu kimi böyük xüsusi

çəkiyə malik olmaqla, Dövlət büdcəsi xərclərinin

-339-

Page 340: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

demək olar ki, yarısını (46,3%) təşkil etmişdir. Göstərilən xərclərin

2002-ci ilin təsdiq edilmiş göstəricilərlə müqayisədə artımı aşağıdakı

kimi nəzərdə tutulurdu;

- təhsil xərcləri - 12,4%;

- sosial müdafiə və sosial təminat xərcləri - 16,2%;

- müdafiə xərcləri - 12,3%;

2004-cü ildə Dövlət büdcəsi xərclərinin nominal ifadədə daha çox

artımı aşağıdakı bölmələr üzrə nəzərdə tutulur: əsas bölmələrə aid

edilməyən sair xərclər (Dövlət büdcəsindən maliyyələşən təşkilatların

büdcədənkənar vəsaitləri üzrə xərclərin layihədə əks etdirilməsi ilə

əlaqədar); başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti

xərcləri üzrə; sənaye və tikinti xərcləri üzrə; dövlət investisiya xərcləri

üzrə; elm xərcləri üzrə; mədəniyyət, incəsənət və kütləvi informasiya

vasitələri xərcləri üzrə; nəqliyyat və rabitə xərcləri üzrə; sosial təminat

xərcləri üzrə (o cümlədən qaçqınların və məcburi köçkünlərin

məskunlaşdırılması və onlara yardım göstərilməsi ilə bağlı xərclər).

Dövlət büdcəsi layihəsi xərclərinin strukturunda təhsil xərcləri,

sosial müdafiə və sosial təminat xərcləri, müdafiə xərcləri əvvəlki

illərdə olduğu kimi xərclərin iri istiqamətləri kimi nəzərdə tutulur. Bu

xərclərin 2003-cü illə müqayisədə xüsusi çəkisinin ÜDM-a nisbətən

demək olar ki, dəyişməz qalacağı, xərclərin ümumi həcmində isə

nisbətən aşağı düşəcəyi proqnozlaşdırılır.

Bununla belə 2004-cü ildə 2003-cü illə müqayisədə mədəniyyət,

incəsənət və kütləvi informasiya vasitələri xərclərinin; sənaye və tikinti

xərclərinin; dövlət investisiya xərclərinin; nəqliyyat və rabitə

xərclərinin; iqtisadi fəaliyyətlə bağlı sair xərclərin tərkibində

sahibkarlığın inkişafı ilə bağlı xərclərin; əsas bölmələrə aid edilməyən

sair xərclərin həm ÜDM-a nisbətən, həm də büdcə xərclərinin ümumi

həcmində xüsusi çəkisinin artımı nəzərdə tutulmuşdur.

«2004-cü il Dövlət büdcəsi haqqında» qanun layihəsinə uyğun

olaraq Elm xərcləri 101,4 mlrd, manat təşkil edəcəkdir. Cari ilin təsdiq

edilmiş edilmiş səviyyəsi ilə müqayisədə Dövlət büdcəsindən elmə

çəkilən xərclərin artımı 11,8 mlrd, manat

340-

Page 341: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

nəzərdə tutulur. 2003-cü ilin səviyyəsi ilə müqayisədə elm xərclərinin

xüsusi çəkisi Dövlət büdcəsi xərclərinin ümumi həcmində 0,2 bənd və

ÜDM-a nisbətdə 0,1 bənd artaraq müvafiq olaraq 1,4% və 0,3% təşkil

edəcəkdir.

«2004-cü ildə elmin inkişafı Proqramı»nm müvafiq

maliyyələşdirmə isiqamətlərinə uyğun olaraq elm xərclərinin 63,5 mlrd,

manatı elm sahəsində çalışan işçilərin əməyinin və əmək haqqına üstəlik

xərclərin ödənişinə, 30,5 mlrd, manatı elmin maddi-texniki bazasının

möhkəmləndirilməsinə və digər cari ödənişlərə, 7,4 mlrd, manatı isə

əsaslı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir. 2002-ci illə

müqayisədə elm sahəsində çalışan işçilərin əməyinin və əmək haqlarına

üstəlik xərclərinin artımı cari elmi xərclərinin artımının 71,9%-ni təmin

etmişdir.

Xərclərin strukturunda əmək haqqı xərclərinin üstünlük təşkil

etməsi elm xərclərinin elm və elmi-tədqiqat siyasətinin sosial yönümlü

bazasının möhkəmləndirilməsinə yönəldiliyini göstərir.

«2004-cü ilin Dövlət büdcəsi layihəsi»ndə Müdafiə xərcləri

32799482 min manat təsdiq edilib. Cari ilin təsdiq edilmiş səviyyəsi ilə

müqayisədə milli müdafiəyə çəkilən xərcləri nominal ifadədə 12,3%

artacaqdır. Qanun layihəsinə dair izahata uyğun olaraq «Müdafiə

xərclərində Dövlət Neft Şirkətindən dəyəri sonradan ödənilmək şərti ilə

Müdafiə Nazirliyinə verilən yanacaq, sürtkü materiallarının 2003-cü

ildən dəyərinin büdcədən ödənilməsi üçün 50,0 mlrd, manat vəsait

nəzərdə tutulmuşdur.

Təhsil xərcləri 2002-ci il təsdiq edilmiş səviyyəsi ilə müqayisədə

134,0 mlrd, manat və yaxud 12,4% artmaqla 1216,3 mlrd, manat təşkil

edəcəkdir. Bütövlükdə təhsil xərcləri əvvəlki illərdə olduğu kimi

büdcənin ümumi xərclərinin strukturunda ən yüksək xüsusi çəkiyə malik

olacaqdır (18,9%). Lakin cari ilin təsdiq edilmiş səviyyəsi ilə

müqayisədə 2,2 bənd, ÜDM həcminə nisbətdə xüsusi çəkisi isə

3,8%-dən 3,7%-dək aşağı düşəcəkdir.

2004-cü ildə Dövlət büdcəsi haqqında qanun layihəsində təhsil

xərcləri 1497694538 min manat təsdiq edilib.

2003-cü ildə təhsilin maliyyələşdirilməsi istiqamətlərinə uyğun

olaraq təhsil üzrə ümumi xərclərin 9.72,1 mlrd, manatı və ya

-341-

Page 342: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

79,9%-i təhsil sahəsində çalışan pedaqoji və digər işçilərin əməyinin və

əmək haqqına üstəlik xərclərinin ödənilməsinə, 222,6 mlrd, manatı və

ya 18,3%-i təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi,

sistemin tədris, elmi-metodiki və informasiya təminatının inkişafına və

digər cari ödənişlərə, 21,6 mlrd, manatı və ya 1,8%-i isə əsaslı xərclərin

maliyyələşdirilməsinə yönəlmişdir.

Dövlət büdcəsi layihəsində təhsil xərclərinin funksional

təsnifatının paraqrafları səviyyəsində təqdim edilməməsi nəticəsində

məktəbəqədər uşaq müəssisələri, ibtidai, əsas və orta ixtisas təhsili

müəssisələri, ali təhsil müəssisələri üzrə ayrı-ayrılıqda maliyyələşmə

səviyyəsi və onun cari illə müqayisəsini aparmaq mümkün olmamışdır.

2004-cü ildə Dövlət büdcəsi haqqında qanun layihəsində səhiyyə

xərcləri 350812931 min manat təsdiq edilib.

2003-cü ilin Dövlət büdcəsi haqqında qanun layihəsində Səhiyyə

xərclərinin cari ilin təsdiq edilmiş səviyyəsi ilə müqayisədə 30,8 mlrd

manat və yaxud 11,4% artırılması nəzərdə tutulmuşdu. «2003-cü ildə

səhiyyənin inkişafı Proqramı»nm maliyyələşdirmə istiqamətlərinə

uyğun olaraq nəzərdə tutulan 300,9 mlrd, manat vəsaitin 148,1 mlrd,

manatı və ya 49,2%-i səhiyyə sahəsində çalışan işçilərin əməyinin və

əmək haqqına üstəlik xəsclərin ödənişinə, 135,4 mlrd manatı və ya

45%-i sistemin dərman, sarğı ləvazimatı, tibbi avadanlıq və digər

təminatının inkişafına, 17,4 mlrd, manatı və ya 5,8%-i isə əsaslı

xərclərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Artım həcmlərində

2002-cı ilin səhiyyə sahəsində çalışan işçilərin əməyinin ödənişi ilə

bağlı xərclərin artımı (4,3%); səhiyyənin maddi-texniki bazasının

möhkəmləndirilməsi, sistemin dərman, sarğı ləvazimatı, tibbi avadanlıq

və digər təminatı üzrə (75,5%) artımlar, habelə əsaslı xərclərin

əhəmiyyətli artımı (60%) nəzərə alınmışdır. Bununla belə səhiyyə

xərclərini büdcə xərclərinin ümumi həcmində xüsusi çəkisinin 2002-ci

ilin səviyyəsi ilə müqayisədə 0,6 bənd aşağı düşəcəyi, ÜDM-un

həcminə nisbətdə isə dəyişməyərək 0,9% təşkil edəcəyi

proqnozlaşdırılır.

342-

Page 343: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Vergi qoymanın təkmilbşdirnw istiqaımthri

Dünya təcrübəsi göstərir ki, vergi tənzimlənməsi pul-kredit

tənzimlənməsi ilə birgə müşayət olunaraq aparıldıqda bazar

iqtisadiyyatının idarə edilməsində ən səmərəli formaya çevrilir. Vergilər

- müasir sivil cəmiyyətlər üçün dövlətin gəlirlərinin əsas mənbəyidir.

Vergi formasının mahiyyəti ondan ibarətdir ki, müstəqil təsərrüfat

subyektlərinin gəlirlərinin bir qismi, həm də əvvəlcədən qanunla

müəyyən və təsdiq olunmuş hissəsi dövlətin xeyrinə tutulur. Tədiyələrin

qanunuliyi və leqalhğı, tədiyəçinin təsərrüfat müstəqilliyi - vergi

sisteminin əlamətləridir.

Vergi mexanizmi - vergiyə cəlb etmənin idarə edilməsinin

təşkilati-hüquqi, norma və üsulları məcmusudur. Dövlət vergi

qanunvericiliyi əsasında öz vergi mexanizminə hüquqi forma verir və

onu nizamlayır.

Vergi sistemi - özündə vergilərin məcmusunu - dövlət hakimiyyəti

orqanlarının vergi nizamnaməsi sahəsində səlahiyyətlərini, vergilərin

hesablaşması metodlarını, həmçinin vergi nəzarətini əhatə edir. İqtisadi

cəhətdən inkişaf etmiş istənilən dövlət iqtisadiyyata və öz gəlirlərinin

formalaşmasında təsir vasitəsi kimi vergilərin bütöv məcmusundan

istifadə edir. Vergi sistemi mürəkkəb, daim təkamül edən sosial qurum

olmaqla həm iqtisadiyyatın inkişafı, həm də dövlətin inkişafı ilə

bağlıdır.

Qərb ölkələrində XX əsrdə vergi sisteminin təkamülü həm iqtisadi

prosesləri (rəsmi hesablama malik təsərrüfatların korporativ formada

təşkilinin inkişafı banklar, səhmdar eəmiyyətlər və s. cəmiyyətlərin rifah

halının yüksəlməsi, mülkiyyətlər və s. kapital əlamətçilərin dairəsinin

genişlənməsi və s.), həm də siyasi prosesləri (hüquqi, demokratik

dövlətin inkişafı) özündə əks etdirir.

Vergilər bir qayda olaraq vergi ödəyicisinin gəlirlərdən tutulur və

o cəmiyyətin kapitalına toxunmamalıdır, yoxsa normal təkrar istehsal

baş verə bilməz. Vergi sisteminin düzgün fəaliyyət göstərməsi üçün

birinci şərt - vergilərin mənbəyinin (bazasının) düzgün müəyyən

edilməsidir.

-343

Page 344: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Vergiqoyma mexanizminin əsas məqsədlərinə nail olmaq üçün

vergilərin özünün müəyyən meyarlara və prinsiplərə əsaslanması və ona

uyğun olması vacibdir. Bunlara aşağıdakılar aid oluna bilər:

A) vergilərin ədalətliliyi;

Vergilər ayrı-ayrı şəxslər arasında ədalətlə və düşünülmüş

formada bölüşdürülməlidir. Ədalətlilik prinsipi tələb edir ki, əksəriyyət

tərəfdən ədalətli və ağlabatan şəkildə qəbul edilən ümumi və obyektiv

qaydalara uyğun olaraq müəyyən edilsin. Nail olmaq lazımdır ki,

vergilərin həcmi hər hansı səhnə arxası sövdələşmələrin nəticəsində

deyil, məhz bu qaydalarda müəyyən edilsin. Ədalətlilik tələb edir ki,

dövlətin xidməti, himayə və müdafiəsindən istifadə edən hər bir hüquqi

və fiziki şəxs vergi ödəməlidir. Bu prinsip vergiqoymanm

əsaslandırılması üçün geniş baza rolunu oynayır. Dövlət yalnız həmin

ölkənin vətəndaşlıq və rezident olan şəxsdən, yəni həmin statusdan

istifadə edərək müəyyən fayda (qazanc) əldə edən şəxsdən vergi

tutmalıdır. Qazancdan vergi tutulması ancaq o əhali qrupu üçün özünü

doğruldur ki, onlar digərlərinə müəssər olmayan güzəştlərdən istifadə

etsin, yaxud cəmiyyəti əlavə xərclərə salsın.

«Tədiyə qabiliyyətinə malik olmaq» - ədalətlilik prinsipinin ən

mühüm əlamətlərindən sayılır. Buna uyğun olaraq vergi ödəmək üçün

eyni imkanlara malik olan insanlar ölçüsünə görə bərabər vergi

ödəməlidir, yaxud fərqli imkanlara malik olan insanlar düşünülmüş

şəkildə fərqlənmiş vergi ödəməlidir. Vergi ödəmək qabiliyyətinə malik

olmaq ayrı-ayrı şəxslərin gəlirlərin, var-dövləti, istehlak etdikləri

mallarının həcmi ilə ölçülən iqtisadi imkanları ilə bağlıdır. Əlbəttə, bu

iqtisadi imkanların içərisində üstündük daha çox gəlirlərə verilir. Eyni

zamanda himayədə olanların sayı, digər şəxsi xüsusiyyətlər də iqtisadi

tələbatların həcminə və təbii ki, vergi ödəmə qabiliyyətinə təsir edir.

Hazırda dünyada belə bir nəzəriyyə üstünlük təşkil edir ki, güya

vergi qabiliyyəti gəlir və ya istehlak səviyyəsindən daha sürətli templə

ayrılır. Buna görə də vergiqoyma mütərəqqi dərəcələrlə həyata

keçirilməlidir. Yəni gəlirlər artdıqca onun daha çox hissəsi

-344-

Page 345: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

vergiyə cəlb olunmalıdır. Mütərəqqi vergiqoymanın əsaslandırılmasında

geniş yayılan daha üç arqumenti də göstənnək olar: a) səhiyyə, sosial

təminat, iqtisadi səmərəlilik standartlarını qorumaq naminə müəyyən

minimal həyat səviyyəsinin saxlanılmasını təmin etmək lazımdır; b)

gəlirlərin müəyyən hissəsinin vergi kimi tutulması yüksək gəlirli

şəxslərə daha ağrısız təsir edir; c) iqtisadi cəhətdən qeyri-bərabərliyinin

miqyasının aşağı salınması siyasi və etik baxımından da özünü

doğruldur. Göstərilən arqumentlərin üstünlüyü və nöqsanları üzərində

mütəxəssislər arasında uzun müddətdir ki, mübahisələr davam

etməkdədir.

B) iqtisadi səmərəlilik.

Vergiqoyma istehsalat imkanlarını pisləşdirmək, stimulları

zəiflətmək və resursların yerləşdirilməsi prosesinin təhrif etməklə

iqtisadi səmərəliliyə zərər vura bilər, yaxud hərtərəfli ölçülüb biçilmiş

vergiqoyma şərtləri arzu olunan iqtisadi fəaliyyət növlərinin inkişafına

stimullar yarada bilər. Vergiqoyma işçilərin sağlamlığı və fiziki

qüvvəsinin saxlaması üçün zəruri olan istehlakm minimal həcminə

mənfi təsir göstərərkən istehsal imkanlarını da pisləşdirəcəkdir. Bu

təhlükə xüsusən kasıb ölkələrdə və iqtisadi böhranın uzun müddət

davam etdiyi Azərbaycan kimi ölkələrdə böyükdür. Buna görə də istər

iqtisadi, istərsə də humanizm baxımından aşağı gəlirli şəxslərin

gəlirlərinə vergi qoyulması mümkün qədər saxlanmalıdır.

Vergiqoyma yığımın həcmini azalda və kapitalın formalaşma

prosesini ləngidə bilər. Bunu əsas tuturaq bəzən iqtisadçılar vergi

ağırlığının əsasən yüksək gəlirli şəxslərin üzərinə qoyulmasının

məqsədəuyğunluğunu şübhə altına salmaq istəyərlər. Müşahidələr

göstərir ki, bazar iqtisadiyyatına keçid mərhələsində olan ölkələrin

əksəriyyətində əldə edilən yüksək gəlirlərin əksər hissəsi istehsala deyil,

cah-cəlal və dəb-dəbəyə xərclənir.

Vergi sistemini işləyib-hazırlayarkən vergiqoymanın iqtisadi

stimullara təsiri diqqətlə öyrənilməli və nəzərə alınmalıdır. Belə təsir

əsasən əvəzləmə effekti və gəlir effekti adlanan iki formada olur.

Əvəzləmə effekti əmək, yığım, investisiya qoyulma, yenilik tətbiq etmə

və digər istehsal fəaliyyəti növləri ilə məşğul olun

-345-

Page 346: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

duqda alınan qazanc səviyyəsi nisbi azalmalıdır. Bu effekt göstərilən

fəaliyyət növlərinin hər cür stimulu öldürə bilər və mütərəqqi

vergiqoyma şəraitində özünü daha sərt göstərir. Gəlir effekti vergi

ödəməsi nəticəsində gəlirlərin həcminin azalmasıdır. Əksər vaxtlarda bu

effekt vergi ödəyicisinin malik olduğu həyat tərzini saxlamaq və onu

yüksəltmək məqsədilə daha çox işləməyə həvəsləndirir. Belə gəlir

effekti investisiya və digər iqtisadi fəaliyyət növlərində də özünü

göstərə bilər. Beləliklə, əvəzləmə effekti və gəlir effekti mütərəqqi

şkalanm vergi ödəyicisinə göstərdiyi təsirləri müəyyən mənada

tarazlayır.

Vergiqoyma iqtisadi fəaliyyətin bu və ya digər arzu olunan

növünü stimullaşdırmaq, yaxud əksinə ona mane olmaq yolu ilə iqtisadi

səmərəliliyi artıra bilər. Məsələn, idxaldan vergitutma uzun illərdir ki,

milli istehsalı xarici rəqabətdən qorumaq üçün vasitə kimi istifadə

edilir. Bu halda vergiqoyma resursların yerləşdirilməsinə təsir etmək

məqsədi güdür. Başqa sözlə, yüksək qadağa rüsumları büdcəyə gəlir

gətirmir, lakin ölkə daxilində istehsal himayə edilir. Son dövrlərdə

inkişaf etmiş ölkələrdə sosial gərginliklə bağlı olan fəaliyyət

növlərindən vergitutmaya diqqət daha da artır. Məsələn, hava və su

hövzələrini çirkləndi- rən müəssisə və proseslər, həmçinin yolların və

körpülərin sıradan çıxmasına səbəb olan nəqliyyat vasitələri vergiyə

cəlb olunur. Eyni zamanda xarici investisiyaların artmasına, məşğulluq

və ixracın yüksəlməsinə vergi güzəştləri və s. müəyyən etməklə əlavə

stimul yaradılır.

V) idarəedilənlilik.

Tam və bərabər həcmdə tutulmayan vergilər büdcəyə

gözlənildiyindən az gəlir gətirə bilər və praktikada əvvəlcədən nəzərdə

tutulduğundan daha az ədalətli və iqtisadi cəhətdən daha az səmərəli ola

bilər. Bir qayda olaraq istehsal və satışdan dolayı vergilərin tutulması,

gəlir və əmlakdan birbaşa vergi tutulmasından daha asan başa gəlir.

Əksər hallarda milli istehsala və satışa gömrük rüsümları tətbiq etmək

vergiqoyma tətbiqindən asılı olur. Bəzi ölkələrdə olduğu kimi

respublikamızda da ehtiyac olmadan vergiqoyma prosesi və proseduru

böyük sayda vergi

346

Page 347: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

növləri təyin etmək, onların ödənilməsinin mürəkkəb və dolaşıq

qaydalarını müəyyən etmək yolu ilə ağırlaşdırılmışdır. Halbuki bu

qaydalar büdcəyə daxil olan vergilərin artmasında elə bir mühüm rol

oynamamışdır.

Burada inzibati idarəedənçilik və sosial ədalət iqtisadi

səmərəliliklərlə bağlı məqsədlərə çatmaq arasında tarazlıq yaratması

müstəsna əhəmiyyətə malikdir. Hər hansı bir ölkədə uğur qazanan

tədbirin bizim respublikamızda uğur qazanacağına ümid bəsləmək

yersizdir. İnkişaf etmiş ölkələrdə vergi xidməti güclü şəbəkəyə, böyük

təcrübəyə malikdir. Eyni zamanda vergi ödəyi- cilərinin öz öhdəliklərini

könüllü yerinə yetirmək mədəniyyəti və ənənələri də belə uğurlarda az

rol oynayır.

Q) vergi daxilolmalarının məhsuldarlığı və elastikliyi;

Makroiqtisadi baxımdan vergi sisteminə bütövlükdə baxılmalı və

tətbiq edilən bütün vergi növlərinin dövlət büdcəsinin gəlirlərinə təsiri

nəzərə alınmalıdır. Vergi sisteminin qiymətləndirilməsi üçün birinci

kriteriya - vergi daxilolmalarının məhsuldarlığıdır. Burada xüsusi qeyd

etmək lazımdır ki, dövlətin iqtisadi resursların şəxsi istifadələrinin

əlindən alınaraq nizamlı şəkildə hökümətə verilməsini təmin edən

sistemə ehtiyac vardır. Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri

idarəsi son illərdə eyni iqtisadi inkişaf səviyyəsinə malik olan ölkələr

üçün vergi daxilolmaları ilə Ümumi Daxili Məhsulun nisbətinin

(əmsalının) uyğunluğunu müəyyən edən metodologiyaya uyğun işləyib

hazırlamışdır.

Dövlət büdcəsinin xərclərinin milli gəlirlə müqayisədə daha

sürətlə artması haqqında vergi daxilolmalarının yüksək elastikliyi ilə

fərqlənən vergi sistemindən istifadə etmək məqsədəuyğundur. Yəni

burada vergi daxilolmaları yeni vergilər müəyyən edilmədən və ya

mövcüd vergi dərəcələri yüksəldilmədən milli ölkələrin artım

tempindən sürətlə artırılır.

Vergilərin elastikliyinə aşağıdakı amillər təsir edir:

a) inkişaf edən iqtisadi sektora vergi qoyulması; b) gəlirə və

mənfəətə vergi qoyulması; c) mütərəqqi vergi dərəcələrinin müəyyən

edilməsi; d) gəlir həcminin dəyişməsindən asılı olaraq tələbatına yüksək

elastiklik əsas olan istehlak mallarına vergi

347

Page 348: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qoyulması; d) spesifik vergi dərəcələrinin deyil, daha çox advalar vergi

dərəcələrinin müəyyən edilməsi.

Elastiklik iqtisadi artım baxımdan da əhəmiyyətlidir. İqtisadi artım

çox vaxt hökümətdən sosial-iqtisadi infrastrukturun və onun istismarına

xərclərin daimi artmasını tələb edir və bu zaman paralel olaraq dövlət,

gəlirlərinin artımı təmin edilmədikdə belə büdcənin formalaşması ya

xarici maliyyələşdirmə mənbələrindən, ya da inflyasiyanı sürətləndirən

daxili maliyyələşdirmə mənbələrindən asılı olur. Eyni zamanda qeyd

etmək lazımdır ki, elastik vergi sistemi uzaq perspektivdə vergi

daxilolmalarının Ümumi Milli Məhsula görə xüsusi çəkisinin optimal

həcmini xeyli qabaqlaya bilər. Qərb tədqiqatçısı Kolin Klarka görə vergi

daxilolmalarının Ümumi Daxili Məhsula görə 25%-ik nisbəti mütləq

son hədd hesab edilməlidir və bu həddi aşan ölkə özü üçün müəyyən

problemlər yaradacaqdır. Lakin burada bir məsələni də nəzərə almaq

lazımdır ki, hökümət yüksək vergilər hesabına formalaşan büdcəni daha

çox hansı sahələrə - səhiyyə, təhsil, elm və s., yoxsa digər problemlərin

həllinə sərf edir.

Vergiləri müxtəlif əlamətlərinə görə müxtəlif qruplara, tutma

obyektinə və istehsal (xidmət) prosesindəki roluna görə - ümumi və

xüsusi vergilərə; verginin istifadəsinə sərəncam verən orqanlara görə -

respublika və yerli vergilərə bölmək olar. Birbaşa vergilər onu ödəməni

alan fiziki və hüquqi şəxslərin gəlir (əmək haqqı, mənfəət, faiz,

divident) və əmlakına (torpaq, mülk, qiymətli kağızlar, minik vasitələri)

görə müəyyən edilir və vergi- tutmanın daha erkən forması olmaqla,

yeni dəyərin bölüşdürülməsi mərhələsində baş verir və dövlət gəlirin bir

hissəsinə hüququnu, onun yarandığı onda bildirir. Dolayı vergilər

əsasən uzun müddət istifadə edilən malların, alkoqollu içkilərin, tütün

məhsullarının, yüngül minik maşınlarının, zinət əşyaların və s.

qiymətində reallaşdırılır və faktiki olaraq o istehlak vergisidir. Buna

görə də doyalı vergilərin ağırlığı daha çox həmin növ məhsulları alan

əhali qrupunun üzərinə düşür. Bir qayda olaraq bu qruplar əhalinin

nisbətən yüksək təminatlı hissəsidir. Digər tərəfdən doyalı vergilər öz

xarakterinə və nəticələrinə görə bir

-348

Page 349: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

başa vergilərdən fərqlənir, belə ki, dolayı vergilərin tutulmasında

müəyyən anonimlik təyin olunur; reallaşma və ödəniş vaxtı praktiki

olaraq üst-üstə düşür; qıtlıq olmayan vaxt malların seçilməsi hüququ

istehlakçının öz üzərinə düşür.

Respublikada vergilər mərkəzi idarəetmə orqanları, yerli vergilər

ilə uyğun inzibati ərazinin idarəetmə orqanları tərəfindən təyinatı üzrə

istifadə edilir. Ümumi vergilər ünvansız olur və dövlətin vahid

xəzinəsinə daxil edilir, bir qayda olaraq ümum- dövlət tədbirlərinə

istifadə edilir. Məsələn, dövlət sosial sığortasının vəsaitləri praktiki

olaraq bütün dövlətlərdə, o cümlədən bizim respublikamızda da ancaq

sosial təminat və sosial sığorta məqsədlərinə istifadə edilir.

Respublikamızda tətbiq olunan müxtəlif vergi növlərinin təsnifatı 2.1-ci

sxemdə verilmişdir.

Sxem 2.1.

Azərbaycan Respublikasında vergi növlərinin təsnifatı

Azərbaycan Respublikası Dünyanın öngül ölkələri

1. Birbaşa vergilər A) Gəlirlərdən

1. Müəssisə və təşkilatların mənfəətindən

vergi 1. Vətəndaşlardan (fiziki şəxslərdən) fərdi

gəlir vergisi.

2. Xarici hüquqi şəxslərin və vətəndaşların

iştirakı ilə yaradılmış birgə müəssisələrin

mənfəətindən vergi

2. Kooperativ müəssisələrin (təşkilatların)

mənfəətindən vergi

3. Xarici hüquqi şəxslərin mənfəətindən

vergi 3. Kapitalın artmıma (bazar dəyərinə)

vergi

4. İstehlak kooperasiyası təşkilatlarının

mənfəətindən vergi.

5. İctimai təşkilatların mənfəətindən vergi

6. Kooperativ təşkilatların mənfəətindən

vergi

7. Əmək haqqından tutulan gəlir vergisi.

349

Page 350: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

8. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan

vətəndaşların gəlir vergisi

9. Kazino və videosalonların gəlirlərindən

vergi

B. Mülkiyyətə (əmlaka)

1. Torpaq vergisi 1. Daşınmaz əmlaka vergi

2. Əmlak vergisi 2. Əmlak vergisi

3. Meşə gəliri 3. Hədiyyə və mirasa vergi

V. Vergi daxilolmaları və rüsumlar

1. Rüsum və qeyri-vergi ödəmələri 1, Sosial sığorta üzrə, işsizliyə görə sığorta

da daxil olmaqla ödənclər: özəl sektorlan;

dövlət sektorlarından

2. Birdəfəlik rüsüm 2. Dövlət gömrüyü və yerli rüsumlar

3. Dövlət gömrüyü

4. Mal-material dəyərlərinin yenidən

qiymətləndirilməsindən daxilohnalar

5. Təbii sərvətlərdən istifadəyə görə haqq

6. Mədən vergisi

7. Sair daxilolmalar

II. Dolayı vergilər

A. Mal və xidmətlərə

1. Əlavə dəyər vergisi 1. Malların satışına və xidmətlərə vergi: A) satışa vergi; B) əlavə dəyər vergisi

2. Aksizlər 2. Aksizlər

3. İxracat vergisi 3. Fiskal inhisar

4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan

vətəndaşlardan alınan lisenziya haqqı

4. Gömrük rüsümu

5. İxracat vergisi 6. İstehlak vergisi

350

Page 351: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inkişaf etmiş ölkələrdə vergi sisteminin tarixi təkamülü həm birbaşa, həm də dolayı vergilərin inkişafında, eyni zamanda onlar arasında nisbətdə müəyyən qanunauyğunluqların olduğunu göstərir. Birbaşa vergilərin içərisində tarixi təkamül gedişində birinci yerə gəlir vergisi çıxmışdır. Gəlir vergisinin ümumi daxilolmalarda yüksək rolu həm iqtisadiyyatın, həm də vətəndaşların vergi mədəniyyətinin yüksək inkişaf səviyyəsini göstərir.

Cəmiyyətin üzvlərinin yetkin hüquqi şüuruna ancaq demokratiya şəraitində nail olmaq mümkündür, belə ki, burada dövlət vergi ödiyiciləri vətəndaşlardan təcrid olunmuş aparat kimi çıxış etmir, əksinə o bütövlükdə vətəndaş cəmiyyətinə tabedir. Müəssisələrdən vergi tutmaq onlarda səhmdar təşkilat formasının geniş yayılması ilə əlaqədar daha da asanlaşır, belə səhmdarların seçdikləri rəhbərliklər vaxtaşırı rəsmi hesabatlar tələb edərək, bu işə yardım etmiş olurlar. Birbaşa vergiqoymanın digər formaları (əmlaka verilən vergilər) müəyyən rol oynasalar da, onlar ikinci dərəcəli əhəmiyyətə malikdirlər. Vergi növlərinin çoxluğu, vergi dərəcələri kifayət qədər sabit olduğu tətdirdə tədiyyəçinin vergi ödəmə qabiliyyətini dəqiq əks etdirir.

Vergi sistemi, onun müxtəlifliyi təsərrüfat fəaliyyətinin tipindən (subyektindən) və onların təşkilindən asılıdır. İstənilən halda bir-birindən təkcə təsərrüfat fəaliyyətinin üsulunda deyil, həm də vergi tənzimlənməsinin xüsusiyyətlərindən asılı olaraq 3 sektora ayrılır: dövlət sektoru, kommersiya sektoru, maliyyə sektoru. Dövlət sektorunda vergi tənzimlənməsinin öz xüsusiyyətləri vardır. Belə ki, mənfəətli təşkilatlar üçün büdcəyə mənfəətdən (gəlirdən) vergi, əksinə zərərlə işləyən müəssisələr üçün dotasiyalar nəzərdə tutulur. Belə qaydalar bizim respublikada da 1990-cı ilə qədər nəzərdə tutulurdu və buna o vaxt bəraət qazandırmaq olardı. İnkişaf etmiş ölkələrdə dövlət sektoru əksərən qeyri-mənfəətli təşkilatlar kimi fəaliyyət göstərir və bu tədiyələrin (dotasiyaların) formalaşması işini bir qədər asanlaşdırır. Çünki onların dövlət büdcəsinə gəlirləri o qədər əhəmiyyətli olmur. Dövlət kapitalının iştirakı ilə işləyən müəssisələrə bir qayda olaraq kommersiya sektoru müəssisələri üçün istifadə edilən vergi tənzimlənməsi qaydası tətbiq edilir.

-351

Page 352: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

özəl kommersiya sektoru müxtəlif növ müəssisə və təşkilatları

birləşdirir və onları aşağıdakı tiplərə ayırır: tək sahibkarlar, yoldaşlıqlar,

məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar şirkətlər.

Dövlətdə istənilən idarəetmə sxemi müəyyən iyerarxiya sisteminə

malik olduğuna görə, həmin müxtəlif tədiyələr'arasında hüquq və

vəzifələrin, başqa sözlə, «səlahiyyətlərin bölgüsü» problemi üzə çıxır.

İstənilən halda hər bir hakimiyyət orqanının öz büdcəsi və xüsusi gəliri

olmalıdır.

Büdcələrin müstəqilliyi şəraitində idarəetmənin iyerarxiv

strukturu üzrə şaquli əlaqələr - büdcə, gəlirlər, vergi siyasəti və büdcə

xərclərinin icrasına nəzarət üzrə səlahiyyətlərin məhdudlaşdırılması,

maliyyə axınlarının müxtəlif səviyyəli büdcələr arasında yenidən

bölüşdürülməsi vasitəsilə təmin edilir. Məsələn, Almaniyada

hakimiyyət orqanları arasında səlahiyyətlərin ayrılması üç kateqoriya: a)

qanunvericilik təşəbbüsü; b) vergi dərəcələrinin müəyyən edilməsi və

gəlirlərin (vergi daxilolmalarının) hakimiyyət səviyyələri arasında

bölüşdürülməsi; c) qanunvericilik aktlarının yerinə yetirilməsini həyata

keçirən hakimiyyət orqanının müəyyən edilməsi üzrə həyata keçirilir.

Dövlət maliyyə sisteminin idarə etməsi təcrübəsində yuxarıda

göstərilən prinsiplər əsasında təhlilindən çıxış etsək bu nəticəyə gəlmək

olar ki, büdcənin hər bir növü özünün gəlir mənbəyinə malik olmalıdır.

Maliyyə vəsaitlərinin hərəkəti daha mobil sayılır və buna görə də

həmin axınlar vergi tənzimlənməsində yuxarı səviyyədə olmalıdır.

Vətəndaşların və hüquqi şəxslərin gəlirinə vergi qoyulması məhz

respublika səlahiyyətində olmalıdır, bu zaman yerli hakimiyyətin

səlahiyyət dairəsi nəzərə alınmalıdır. Malların hərəkəti ilə bağlı

vəsaitlərin dövriyyəsi az mobildir. Buna görə də bu sahədə hakimiyyət

orqanları arasında səlahiyyət bölgüsünü aparmaq mürəkkəb məsələdir.

Material vəsaitinin hərəkəti daha az mobildir.

Bazar iqtisadiyyatına malik ölkələrin büdcə quruluşu və vergi

tənzimlənməsi təcrübəsi birmənalı surətdə göstərir ki, birinci növbədə

respublika yerli hakimiyyət orqanları arasında

-352-

Page 353: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

səlahiyyətlərin dəqiq bölgüsü olmalı, bu zaman vergi tənzimlənməsi

qanunvericiliyi ancaq Respublika Parlamentinin müstəsna

səlahiyyətində olmalıdır: ikincisi, bunun nəticəsi kimi, büdcənin bütün

növləri müstəqil olur və qanunvericilikdə müəyyən edilmiş, bəzi

hallarda bir-birindən asılı olmayaraq gəlir mənbələrinə malik olur.

Üçüncüsü, bir qayda olaraq aşağı büdcələrin vəsaitlərinin ümumdövlət

proqramlarının həll edilməsinə keçirilməsi praktikası yol verilmir.

Sonuncu hala çox az ölkələrdə yol verilir və onların xüsusi çəkisi də çox

əhəmiyyətli deyildir.

Vergi tənzimlənməsi sahəsində hakimiyyət orqanları arasında

səlahiyyətlərin bölüşdürülməsi müxtəlif ölkələrdə federativ quruluşda,

inzibati ərazi Ijölgüsündə müəyyən ənənələrdən asılı olaraq fərqlənir.

Lakin onların hamısını iki tipdə birləşdirmək olar: birinci, federal

hakimiyyət orqanı vergi təşəbbüsündə «aparıcı» əhəmiyyətə malikdir.

Belə yanaşma ABŞ üçün xarakterikdir. Orada konqress hökümətlə

birlikdə fiziki və hüquqi şəxslərə birbaşa vergiqoyma prosesində əsas rol

oynayır. Məsələn, əhalidən və hüquqi şəxslərdən birbaşa vergi

dərəcələri federal hakimiyyət tərəfindən müəyyən edilir və tamamilə

federal büdcəyə daxil olur. Bu zaman yerli hakimiyyət orqanları

müstəqil olaraq vergi dərəcələri müəyyən edə bilərlər, lakin onlar bunu

federal hakimiyyətinin müəyyən etdiyi vergi «mühiti» çərçivəsində

etməlidirlər. İkinci tip hakimiyyət orqanlarının pay iştirakı prinsipidir.

Bu tip Almaniyanın büdcə sistemi üçün xarakterikdir. Burada

səlahiyyətlər bölgüsü çərçivəsində hərə bir hakimiyyət səviyyəsinin

vergələrdə payı əvvəlcədən məlum olur. Məsələn, şirkət tipli təsərrüfat

təşkilatlarının ödədikləri vergilərdə federal büdcəyə - 42,5%, torpaq

büdcəsinə 42,5%, yerli büdcəyə 15,4% bölüşdürülür. Əslində bu prinsip

kontinental Avropanın bir çox ölkələri üçün xarakterikdir. Bu vergi

üsullarının hər ikisinin üstün və çatışmayan cəhətləri vardır. Birinci tip

öz xüsusi vergi siyasətinin müəyyən edilməsidir. Məsələn, gəlir

vergisinin və mənfəət vergisinin dərəcələrinin müəyyən edilməsində

yerli hakimiyyət orqalarma sərbəstlik verir. Eyni zamanda vergi

bazasının qeyri-sabitliyi yüksəlir və yerli orqanların vergi tənzimlənmə

-353-

Page 354: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sində differensiasiya etmə imkanları yaranır. İkinci tip ərazilər üzrə

vergi daxilolmalarının sabitliyi və ahəngdarlığını təmin edir, lakin

müstəqil vergi siyasəti aparmağa məhdudlaşdırır. Yaranan ziddiyyətlər

isə hakimiyyət orqanları arasında müəyyən hazırlaşmalar yolu ilə

dotasiyalar verməklə həll olunur.

Ölkə iqtisadiyyatının büdcə və maliyyə siyasətinin formalaşması

və dinamikası vergi sisteminin əsas istiqamətləri və onun tənzimləmə

funksiyası rolunun yüksəldilməsi ilə bağlıdır. Vergiqoyma, onun yığımı

və ayrı-ayrı vergilərin stimullaşdırma kimi istifadəsi sistem halında

vergi sistemini təşkil edir.

Sosial-iqtisadi inkişafın maliyyə əsasını dövlət büdcəsi, ayrı- ayrı

müəssisələrin xüsusi vəsaitləri və əhalinin pul vəsaitləri təşkil edir.

Vergi siyasəti pul kütləsi, inflyasiya və dövlət büdcəsinin xərclərinin

maliyyə əsasının mexanizmləridir. Maliyyə resurslarının formalaşma

mənbələri onlardan istifadə istiqamətləri və sosial inkişafın imkanlarını

təmin edir. Maliyyə resurslarının əsas mənbəyi dövlət büdcəsi, müəssisə

və fondlar təşkil edir. Dövlət büdcəsinin mədaxilini və xərclərinin

prioritet istiqamətləri maliyyə büdcə siyasətinin əsas reallaşma

istiqamətləri müəyyən edir. Sosial sahələrin fəaliyyətinin dövlət

tənzimlənməsi məqsədi ilə vergi sistemi formalaşır. Dövlət bəzi

vergilərin seçilməsi, onlardan tətbiq etməyə verməyə cəlb olunan vergi

bazasının düzgün qiymətləndirilməsi ilə real iqtisadiyyata təsir edir,

onun əsas meyar və göstəricilərini müəyyən edir.

Vergi sistemində əhalidən tutulan vergilərin dinamikası dərəcələri

sosial inkişafın tənzimləmə siyasətini formalaşdırır.

Sosial inkişafın dövlət tənzimlənməsi üçün mülkiyyət münasibəti,

təsərrüfat formaları, maliyyə imkanları, bələdiyyə və yerli vergiləri,

onun əsas istiqamətlərini müəyyən edir. Sahələrin inkişafı həmin

sahələrin maliyə vəsaiti və həmin sahələrin istehsal-xidmət

fəaliyyətində əldə etdiyi gəlirlə müəyyən olunur. Sosial sahələrin

inkişafı onların mənfəətinin bölgüsü ilə əlaqədardır. Sosial inkişaf

göstəriciləri ilə maliyyə resurslarının arasında dövlət və yerli büdcələrin

tarazlığı əhəngdar inkişaf meyllərini formalaşdırır.

-354-

Page 355: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sosial inkişafın və vergidə onun effektivliyinin təhlili məqsədli

proqramlar ilə həyata keçirilir. Dövlətin sosial sahələrdə əsas rolu

maliyyə-büdcə, vergi, sosial müdafiə siyasəti ilə baş verir. Vergitutma

resursları hesabına dövlətin büdcəsi formalaşır. Güzəştli vergi sistemi

sahibkarlığa kömək məqsədi ilə dövlət investisiya və sosial müdafiə

sistemini yaradır. Dövlətin sosial rolu yeni iş yerləri, pensiya təminatı,

sosial müavinətlərin artımı, vergi tutumu ilə yaxşılaşır.

Fikrimizcə, iş yerlərinin açılması və sosial sahibkarlığa kömək

strateji roldur. Dövlətin sosial inkişafda rolu onun hima- yəçilik

siyasətinin əsas istiqamətlərini formalaşdırmaq üçün vergi sistemində

meylləri artmışdır. Dövlətin iqtisadi rolu artdıqca onun sosial təminat

funksiyası üçün maddi-maliyyə, təşkilati imkanları çoxdur.

Vergi sisteminin təkmilləşdirilməsi aşağıdakı istiqamətlərdə

aparılır:

1. Vergi və vergiyə cəbl olunma anlayışları çox tərəfli ifadə

olunmasına baxmayaraq (əvəzsiz qaydada dövlət xərclərinin

maliyyələşməsi üçün, vergi-cərimə, qanunsuz hərəkətə görə məhkəmə

qanunu, və s.) onun əsas mahiyyəti ölkənin idarə edilməsi xərclərini,

sosial-iqtisadi inkişaf xərclərinin bir hissəsini ödəməkdən ibarətdir.

2. Vergi sistemi bütün iqtisadi formasiyalarda mövcud olmuşdur.

Onun həyata keçirilməsində üç ünsür iştirak edir.

- vergilərin tutulması xarakteri;

- verginin tutulması məqsədi;

- verginin tutulması həcmi.

3. İqtisadi inkişafda tarazlığa nail olmaq üçün vergilər diffe-

rensial olmalıdırlar. Verginin differensiyasmm iqtisadi əsasını uyğun

olaraq dövlətin iqtisadi potensialı, onun bölgüsü prinsipi və əhalinin

imkanları təşkil edir. Verginin iqtisadi inkişafında və əhalinin sosial

təminatında rolu, son nəticədə sahibkarlıqda və əhalidə vergi verməyə

stimul yaradır. Belə ki, hər bir istehsalçı və sahibkar verginin verilməsi

nəticəsində onun sahibkarlığının ümumi problemlərinin həll edilməsi

imkanlarını dərk edib, vergi verməyə könüllü olaraq yanaşırlar.

355-

Page 356: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

4. Vergi yükü bütün vergi ödəyicilərinin qanun qarşısında

məsuliyyətini əhatə etməlidir. Çünki mülkiyyət və təşkilati- hüquqi

formalarından asılı olaraq sahibkarlıq fəaliyyəti üçün əlavə vergilərin

qoyulması qanunla yolverilməzdir. Belə ki, vergilər səlahiyyətli

orqanlar tərəfindən qəbul edilir. Buna görədə vergi ödəyiciləri üzərinə

vergi və rüsümlarm qoyulması dövlət tərəfindən müdafiə edilir.

5. Vergi sisteminin fəaliyyəti müəyyən prinsiplərə əsaslanmalıdır.

Hal- hazırda vergi tutmanın aşağıdakı dörd prinsipi fəaliyyət göstərir:

ədalətlik prinsipi; tarazçıhq prinsipi; vergi ödəyənlərin maraqlarının

nəzərə alınması; vergilərin tutulmasında səmərəliliyə nail olunması.

Bu prinsiplərin hər biri ayrı-ayrı mahiyyət və funksiyalara

malikdir.

İqtisadi inkişafda vergilər müəyyən fəuksiyaları yerinə yetirirlər:

fiskal, bölüşdürücü, tənzimləyəci, nəzarətedici.

Vergi sistemi haqqında düşünmək üçün bir mənalı praktiki çıxış

yolu vergiyə cəlb olunan bazanı artırmaq, vergi dərəcəsini azaltmaq,

vergi gəlirlərini artırmaq və sahibkarlığa stimul yaratmaqdır. Vergi yükü

sahibkarlığın xüsusi vəsaitlərini artırır. Onun qərar qəbulu üçün maliyyə

imkanlarını təmin edir. Amma unutmaq lazım deyil ki, dövlətin maliyyə

imkanları vergi yığımı və dövlət büdcəsinin həcmi ilə inkişaf edir.

Dayanıqlı siyasətdə inkişafın müəyyən həddinə qədər vergi yükü müsbət

meyllərə səbəb olur. Sonrakı vergi yükünün artması onun stimullarını

ləngidir, təşəbbüskarlığı azaldır və inkişafın səmərəsizliyi amilinə

çevrilir. Ona görə də vergi ilə ümumi iqtisadi artım qanunauyğunluqlarla

tənzimlənir. Müasir Avropa və inkişaf etmiş ölkələrdə bu

qanunauyğunluğun texnoloji amili daha geniş inkişaf edib.

Azərbaycanda bu meyllər inkişaf etməlidir.

-356-

Page 357: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BÖLMƏ VIII: REGİONAL İNKİŞAFIN BAZAR

MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ

SÜRƏTLƏNMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

FƏSİL I: REGİONAL SOSİAL-İQTİSADİ İNKİŞAFIN NƏZƏRİ-

METODOLOJİ ƏSASLARI.

Regional sosial-iqtisadi inkişafın mahiyyəti və

formalaşması xüsusiyyətləri

Hər hansı region bazar iqtisadiyyatının ərazi bölməsi olub, coğrafi

mövqeyi, əhalisinin sosial-iqtisadi rolu və məhsuldar qüvvələrin inkişafı

xüsusiyyətlərinə uyğun olaraq inkişaf edir. Regional yanaşma həmin

ərazinin təsnifatından asılı olaraq, sosial-iqtisadi meyarlar baxımından

idarə olunur və dövlət tənzimlənməsinin obyekti olaraq inkişaf etdirilir.

Region qapalı iqtisadiyyatdan fərqli olaraq, giriş və çıxış parametrləri

olan və özünün iqtisadi-sosial parametrlərinə uyğun kompleks sistemli

fəaliyyət göstərən ərazi vahidi kimi iqtisadi əsasları, təkrar istehsal

strukturu, maliyyə və əmək, təbii resursları, onlardan istifadənin

xüsusiyyətlərinə görə ixtisaslaşan təsərrüfatçılıq obyektlərinin

məcmundur.

Bazar iqtisadiyyatı heç də alqı-satqı münasibətləri olmayıb, geniş

mənada istehsal və istehlak münasibətlərini tənzimləyən sistemdir.

Bazar iqtisadiyyatının nəzəri-metodoloji əsasları və onun əsasında keçid

dövrünün xüsusiyyətlərinə tədqiqat obyekti çərçivəsində müxtəlif

aspektlərdən baxmaq olar. Belə ki, bazar iqtisadiyyatının ümumi nəzəri

əsasları və onun regional xüsusiyyətlərinin təhlili və perspektivi spesifik

bir sahə olub, məhz regionun bazar mühitində tələb və təklifin dəyişmə

meyllərini tədqiqi təcrübə baxımından daha əhəmiyyətlidir. Bazarın

təsnifatına dair müxtəlif aspektlərdən baxmaq olar. Onun funksional

təyinatı, sahə və ərazi təsnifatının meyar və göstəricilərinə aid bir sıra

monoqrafik tədqiqatlar və dərsliklər mövcuddur.

357-

Page 358: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bazar iqtisadiyyatı müxtəlif prizmalardan öyrənilə bilər.

Sürətlənmə konsepsiyası obyekti olaraq regionların inkişafı həmin

regionların ərazi, sahə və transformasiya obyekti olaraq dinamikasını

tədqiq etmək vacibdir.

Belə ki, bazar iqtisadiyyatının mahiyyəti və onun əsas

xüsusiyyətləri məhz transformasiya və inkişaf baxımından öyrənilir.

Bazar iqtisadiyyatının sosial-iqtisadi aspektləri məhz onun səmərəli

təsərrüfatçılıq və stimullaşdırma mexanizmi baxımından tədqiq olunur.

Bazar iqtisadiyyatının inkişafı ilə azad rəqabət və sahibkarlığın təşkilati

inkişaf problemləri istiqamətində kiçik sahibkarlığın inkişafı və biznes

fəaliyyətinin təşkili istiqamətləri təşkilati idarəetmə aspektləri

baxımından təhlil olunur.

Bazar iqtisadiyyatının inkişafı ilə beynəlxalq iqtisadi

münasibətlər, tələb-təklif arasındakı nisbətlər bazarın idarə olunmasının

əsas istiqamətləridir.

Regional bazar münasibətlərinin inkişafı region iqtisadiyyatının

səmərəli təşkili fəaliyyətinin son nəticəsi kimi başa düşülür. Məhz

regional bazarın düzgün təşkili istiqamətləri iqtisadiyyatın inkişafının

əsas meyarı kimi qəbul olunduqda, məhsuldar qüvvələrin inkişafı

istiqamətləri müəyyən olunur. Regional bazarın sahə quruluşu tələbat

sistemi ilə müəyyən olunur. Belə ki, bazar tələbatı regionda zəruri olan

əmtəə və xidmətlərin tələbatına çevrilir. Təbii ki, məhz əmtəə və

xidmətlərin istehlak xüsusiyyətləri həmin tələbatın forma və

xüsusiyyətlərini doğurur. Tələbat sisteminin tədqiqi və onun regionun

iqtisadi, demoqrafik və coğrafi mövqeyi ilə bağlılığı nəzəri baxımdan

öyrənilmişdir.

Bazarın tələbat sisteminə uyğun təsnifatı onun funksional

təyinatının istiqamətlərini müəyyən edir. Ona görə də regional bazarın

struktur anlayışı, ona təsir edən amilləri qarşılıqlı forrriada öyrənmək

sistem halında reallaşır. Regional bazarın istehsal, istehlak və

xarici-iqtisadi əlaqələri idxal və ixrac strukturu ilə formalaşır. Ona görə

də istehsalı, idxal və ixracı tənzimləməklə bazar iqtisadiyyatının

istehlak sferasına, yəni tələbatın reallaşması istiqamətlərinə təsir etmək olar. Regional

358-

Page 359: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bazarın mahiyyətini açmaq üçün onun əsas amillərindən olan əhalinin

və onun alıcılıq qabiliyyətinin öyrənilməsi və tədqiqi vacibdir. Əhalinin

alıcılıq qabiliyyəti marketinq strukturu ilə müəyyən olunur.

İstehlakçıların imkanları, sosial tələbat və əhalinin təminat səviyyəsi

əmtəə və xidmət bazarının əsas seqmentləridir. Məhz əmtəə və xidmət

bazarının regional xüsusiyyəti bəzi əmtəələrin istehsalı, idxalı və

əhalinin istehlakında həmin əmtəələrin üstün, prioritet yer tutmasına

imkan yaradır. Əmtəə-xidmət bazarı regional bazarın tərkib hissəsidir.

Amma regional bazar iqtisadiyyatı münasibətləri regional inkişaf

konsepsiyasını, regionun təbii, coğrafi, insan mövqeyini və maliyyə

resurslarını istehsala cəlb etməklə, kompleks inkişaf strategiyası və

iqtisadiyyatın fəza strukturudur. Regional bazar indiki açıq iqtisadiyyat

şəraitində resursların mənbələri və həmin resurslardan istifadənin

təşkilati-iqtisadi formasına görə həm struktur, həm də təsərrüfat obyekti

kimi baxılmalıdır. Bu məqsədlə regionun iqtisadi-sosial inkişaf

meylləri, həmin meyllərin formalaşmasına təsir edən amillər,

determinantlar müəyyən olunur. Fikrimizcə, həmin amilləri sistemli,

ierarxiya halında müəyyənləşdirmək və qarşılıqlı əlaqələrini

tənzimləmək vacibdir.

Regional bazarın funksional təyinatı, maddi-əşya və xidmət üzrə

ixtisaslaşması, həmin bazarın sistemli fəaliyyət dairəsi olduğunu və

vahid mərkəzdən idarə edilməsinin bir sıra aspektlərini doğurur. O

cümlədən, regionun kompleks inkişafı, onun əhalisinin həyat

səviyyəsini yüksəltməkdən, həmin əhalinin məskunlaşmasını təmin

etməkdən və regionun təbii resurslarından məna- feyilərin tarazlığı

baxımından istifadə edilməsindən ibarətdir. Regionun makroiqtisadi

baxımdan inkişafı məqsədi ilə onun bazar strukturunda mövqeyini və

digər regionlarla iqtisadi əlaqələrini, həmçinin respublika ilə vəhdətdə

inkişaf meyllərini təmin etmək yollarının və metodlarının tapılması

məqsədi ilə tədqiqatlar aparılır. Regional bazar bütövlükdə açıq

iqtisadiyyatın tərkib hissəsi olub, əmtəə-xidmət, maliyyə və digər

resurslara təklif və tələbinin formalaşması və istifadəsinə ən əlverişli

yollarının tapılmasını əhatə edir.

-359-

Page 360: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Konseptual baxımdan, regionun iqtisadi inkişafda rolunun

müəyyən edilməsi meyllərinə dinamik dəyişən münasibətlər sistemi

kimi baxılır. İstehsal, idxal və ixrac arasında nisbətlərin dəyişməsinə

əhali istehlakmm və sonradan tələbatının dəyişmə amilləri kimi baxılır.

Təbii ki, bu meyllər hər bir regionda özünü- məxsus xüsusiyyətlər kəsb

edir. Hər şeydən əvvəl regionda tələb və təklifin dinamikası əhali və

coğrafi-siyasi mövqeyidən asılı olaraq formalaşır. Azərbaycan

Respublikasının regional aspektlərdə tədqiqi daha çox məhsuldar

qüvvələrin inkişafı baxımından tədqiq olunmuşdur. Regional inkişafın

nəzəri-metodoloji və praktiki aspektləri həmin regionun resurs

potensialı baxımından təhlil olunmuşdur. Regional inkişafın bazar

münasibətləri sistemində yeni xüsusiyyətlərinin tədqiqi, özünü

idarəetmə və maliyyə qıtlığı şəraitində daxili resurslardan istifadəyə

stimul yaradılması yolunu təkmilləşdirmək istiqamətləri, daxili bazarın

qorunması metodları və xüsusiyyətləri tədqiqat nöqteyi-nəzərindən

yenidir. Regionlar öz daxili resursları və coğrafi mövqeyinə görə

müəyyən qruplara, tiplərə bölünə bilər. Biz bunlardan fərqli olaraq məhz

regionların inkişaf tipinə, onun parametrlərinin formalaşması və ümumi

faydalılıq baxımından rolunun qiymətləndirilməsinin tərəfdarıyıq və

tədqiqatımızmda əsas meyarı və göstəricilər bu məqsəd ətrafında

formahşır. Regional xüsusiyyətlərə region əhalisinin tələbat sistemi,

maddi və mənəvi nemətlərə təklifin formalaşması, əhalinin alıcılıq

qabiliyyətini müəyyən edən gəlirlər və sahibkarlığın hesabına

tələbatının ödənilmə dərəcəsi, həmçinin regionda sosial

infrastrukturanm inkişaf səviyyəsi, idxal və ixracın mal təklifi və

tələbinin formalaşmasında rolu, habelə əhalinin parametrləri daxildir.

Bu aspektlərdə regionun xüsusiyyətlərinin açılması metodoloji

baxımdan həmin regionun inkişafının statistik göstəricilərinin təhlili və

kompleks qiymətləndirilməsi metodologiyası ilə mümkündür.

Metodoloji baxımdan ayrı-ayrı göstəricilər regionun xüsusiyyətlərinin

tərəflərini açsa da, vahid sintetik göstərici və meyar olaraq regionda

əhalinin tələbatının ödənilməsi dərəcəsi və regionun inkişafının bu

tələbatın ödənilməsinə təsiri, yəni faydahhğı əsas yer tutur.

360

Page 361: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regional potensialın formalaşmasının bir tərəfi əhali, onun alıcılıq

qabiliyyəti və istehlakı, digər tərəfi isə həmin istehlakı təmin edən

subyekt və obyektlərin təsərrüfatçılıq fəaliyyətinin və regionun müvafiq

idarəetmə xüsusiyyətlərini təmin edən təşki- lati-idarəetmə strukturudur.

Əhali istehlakınm formalaşmasında regionun iqtisadi imkanları

istehsal sahələrinin daha çox əmək tutumlu olması və uyğun olaraq

gəlirlərin maksimal səviyyəsi və regionda olan pul kütləsinin miqdarı

əsas yer tutur. Təbii ki, gəlirlərin formalaşmasında daxili istehsal

hesabına əmtəə və xidmətlərin təkçə yerli əhaliyə satılmasından gələn

gəlirlər deyil, həmçinin həmin regionun məskunlaşma mərkəzi və dünya

bazar sistemində məkan kimi rolu ilə də müəyyən olunur. Ona görə də

əhali faktoru açıq bazar iqtisadiyyatı şəraitində o qədər də əsas rol

oynamır. Həmin regionun dünyanın qloballaşan bazar sistemində

alqı-satqı və infrastruktur məkanı kimi formalaşmasından asılı olaraq

inkişaf edir. Dünya təcrübəsi göstərir ki, regionun bazar kimi

fəaliyyətində həmin regionun rekrasiya, turizm, bank sistemi, topdan

satış ticarət mərkəzi, tranzit xidmətlər məkanı və beynəlxalq simpozium

və əlaqələrin məkanı kimi formalaşması yeni bir regional statusu

formalaşdırır. Ona görə də bir regional bazara ənənəvi baxışlardan fərqli

olaraq, onların inkişafının yeni istiqamətlərinə potensial qiymətləndirmə

metodologiyasından baxırıq. Bu baxımdan respublikanın regionlarının

bazar tipli inkişafı üçün obyektiv imkanlar mövcuddur. Araşdırmalar və

bir sıra tədqiqatların nəticəsi göstərir ki, Azərbaycan Şərq və Avropa

dəhlizində yerləşdiyinə görə tranzit xidmətlərin mərkəzlərinin

yaradılınası üçün əhəmiyyətlidir. Məhz bazarın bu tipli sahələri

qloballaşan dünya imkanlarının istifadəsi üçün əlverişli coğrafi

mühitdir.

Məhz elmi-texniki tərəqqi və kompyüter sistemi, xidmət

sahələrinin regionda inkişafı həmin regionun işçi qüvvəsi bazarının

keyfiyyətinə təsir edir. Yüksək keyfiyyətli xidmət üçün təhsil sistemi və

əməyin xarakteri, məzmunu dəyişir. Daha çox faydalı əmək yüksək

əmək haqqı ilə ödənilir. Bu da regionda əmək bazarının və uyğun olaraq

əmək fəaliyyəti xidmət sahələrinin

-361 -

Page 362: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inkişafına təsir edir. Xidmət bazarı inkişaf etdikcə əhalinin

məşğuliyyətinin quruluşunda keyfiyyət dəyişmələri baş verir. O

cümlədən, xidmət sahələrində mülkiyyət münasibətlərindən asılı

olmayaraq işləyənlərin xüsusi çəkisi artır. Əhalinin tələbat sistemi,

regionun ərazisində əmtəə və xidmət təklifini formalaşdırır. Regional

bazarın formalaşmasında sosial infrastrukturanm böyük rolu vardır. O

cümlədən, regional alqı-satqı əməliyyatlarının həyata keçirilməsi üçün

lazım olan texniki təminat, nəqliyyat, mehmanxana, ictimai iaşə, bank

sistemi, yük və malların daşınmasına şərait yaradılması, telefon və

rabitə qovşaqlarının müasir tələblər çərçivəsində qaldırılması əsas

göstəricilər sistemidir.

Regionun inkişafı həmin regionun təbii sərvətləri, coğrafi mövqeyi

və respublika iqtisadiyyatında oynadığı rola görə formalaşır. Ona görə

də regional bazar anlayışına, bütövlükdə ölkə iqtisadiyyatının təşkili və

idarə olunmasının məkan strukturu kimi baxılır. Digər tərəfdən, region

özünüidarəetmə obyekti olaraq, orada məskunlaşan əhalinin güzaranmm

təminatı, yerli resursların istehsala cəlb edilməsi yolu ilə tələbat və

təklifin tarazlaşmasmm sosial bölümü kimi baxılır. Regional təhlil və

proqnoz qaralı yox, açıq iqtisadiyyat baxımından təhlil olunur.

Regionun iqtisadiyyatı və onun başqa regionlarla təsərrüfat əlaqələri,

qarşılıqlı müqavilə və əhali miqrasiyası, regionların iqtisadi və sosial

inkişafında müxtəlif nisbətlər və meyllər yaradılır. Regionların bərabər

inkişaf konsepsiyası artıq mümkün deyil. Bazar iqtisadiyyatı regionların

inkişafına bərabər şəriatin yaradılınası ilə reallaşır. Bərabər şərait müasir

zamanda həmin regionlara axıb gələn maliyyə imkanlarına şərait

yaratmaqla həyata keçirilir. Azərbaycanın ərazisində regional

iqtisadiyyatın təşkili və idarə olunması hər bir regionun iqtisadi

imkanlarını nəzərə almaq və həmin regionun dünya bazarına, yaxud

respublikanın vahid regional bazar iqtisadiyyatının formalaşmasında

roluna görə müəyyən olunur.

Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə inkişafı onun bütün

regional və sahə strukturlarında bazar tipli islahatlarının

-362-

Page 363: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

həyata keçirilməsi ilə baş verir. Azərbaycan iqtisadiyyatının bazar

iqtisadiyyatı yolu 1991 ildən müstəqillik şəraitində baş verir. Bu dövrdə

bazar iqtisadiyyatına keçidin ilkin şəraitləri yaradılmışdır. Dövlət

mülkiyyətinin özəlləşdirilməsi, sahibkarlığın inkişafı, xarici-iqtisadi

əlaqələrin liberallaşdırılması, rəqabət və təşəbbüskarlığın ilkin şəraitinin

yaradılması Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasının

makroiqtisadi modelidir.

Bazar iqtisadiyyatının formalaşması, onun təşkili və idarə

olunmasında dövlət aparıcı iqtisadi və sosial sahələr, funksional

təyinatlı fəaliyyətlər üzrə bir sıra himayəçilik və nəzarət prinsiplərini

hazırlamab həyata keçirməklə baş verir. Bu baxımdan regional siyasət

ayrı-ayrı ərazi və ərazilər kompleksinin bazar tipli fəaliyyətinin

tənzimlənilməsi ilə baş verir. Azərbaycan Respublikasında bütün

regionların inkişafı üçün onların maraqlarını təmin edən sosial siyasətin

formalaşması əsas götürülür. Keçid dövrü bütün ölkələrdə müəyyən

sosial gərginliklərlə baş verir. Azərbaycan Respublikasının

regionlarında bu gərginliklər obyektiv və subyektiv səbəblərdən daha

ağırdır.

Azərbaycan Respublikasının coğrafi-siyasi, demoqrafik və resurs

potensialı hər bir regionun bazar münasibətlərinin xüsusiyyətlərini

yaradır. Regional sosial siyasət əhalinin məskunlaşması, həmin əhalinin

rifahına təsir edən amillərdən səmərəli istifadə etməklə, reallaşan

tədbirlər proqramı yolu ilə baş verir.

Regional inkişafın formalaşmasına təsir edən amillərə regionun

coğrafi, iqtisadi və sosial xüsusiyyətləri daxil olub, həmin resursların

istifadə dərəcəsi ilə və təşkili formaları ilə səciyyələnir. Regional inkişaf

açıq iqtisadiyyat şəraitində idxal və ixrac xüsusiyyətləri, həmçinin

region əhalisinin məşğuliyyəti ilə müəyyən olunur. Tədqiqatlar göstərir

ki, idxal və ixracın strukturu regionda bazara birbaşa təsir edən yerli

resurslardan istifadəni formalaşdırır. Yerli resursların istehsalçı üçün

baha qiymətə başa gəlməsi, həmin resurslardan istifadəni ləngidir və

idxala üstünlük verilməsinə stimul yaradır. Bu da idxalatm strukturuna

təsir edir, iş yerlərinin azalmasına və yerli əhalinin, o cümlədən dağ

rayonlarından əhalinin miqrasiyasına səbəb olur, regionda əmtəə-

363-

Page 364: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

xidmət və həmçinin alıcılıq qabiliyyətində nisbətlərin tarazlılığına təsir

edir. Araşdırmalar göstərir ki, region tələbatının ödənilməsi mənbəyi

adekvat olan maddi və mənəvi nemətlərin məcmun anlayışından və

formalaşma prosesindən uzaqlaşır. Regional bazarın strukturunda, onun

dinamikasında pulun, əmtəə və xidmətlərin miqrasiyası baş verir.

Miqrasiyanın qiymətləndirilməsi, onun intensiv dəyişmə istiqamətləri

məhz bazarın perspektiv istiqamətlərdə proqnozlaşdırılmasma imkan

yaradır. Regional sosial-iqtisadi inkişafın meyllərinin formalaşması

xüsusiyyətlərinə əhali gəlirləri və xərclərinin formalaşma mənbələri

təsir edir. Belə ki, hesablamalar göstərir ki, əhalinin gəlirlərinin forma

və mənbəyi, onun əmək, istehlak xarakterli olması regionda istehsal və

istehlak sferasının formalaşmasına təsir edir. Regional bazarın

formalaşması, həmçinin istehlakm xarakteri və əhalinin isehlak

bazarında davranışı ilə müəyyənləşir. İstehlak bazarının milli, mədəni və

marketinq strukturu son nəticədə regionda əmtəə və xidmət bazarının

strukturunu, onun perspektivini müəyyən edir. Bu amillərin kompleks

tədqiqi və hər birinin təsir gücü regional bazarın perspektivini müəyyən

edir.

Regionun sosial-iqtisadi inkişafının tdşkili və idarə

edilməsinin əsasları, prinsipləri

Regional bazar münasibətləri sistemi əhalinin alıcılıq qabiliyyətini

və onun istehlak strukturunun formalaşmasını tənzimləyən

məqsədyönlü fəaliyyət dairəsi olub, tənzimləmə və idarə olunma

obyekti kimi baxılır. Bu baxımdan, fıkrimizcə, regional inkişafın təşkili,

onun alıcılıq qabiliyyətinə uyğun dəyişmə meyllərinə və ayrı-ayrı

elementlərini sistem halında əlaqələndirən tədbirlər sisteminə deyilir.

Təbii ki, regional inkişaf özü təşkilati-idarəetmə aspekti kimi baxılır,

onun səmərəliliyi iqtisadi və sosial effekt baxımından qiymətləndirilir.

Regional inkişafın təşkilinə proqnoz sahəsi kimi baxmaqla, onun

amillərinin dinamikası və dəyişməsini nəzərə alaraq, tələb və təklifin

regionda əsas istiqamətləri müəyyən edilir. Regional

-364-

Page 365: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bazarın təşkilatı quruluşunda hər bir obyektin və subyektin əsas

vəzifələri, əmək bölgüsündə onların təsərrüfat əlaqələri və

fəaliyyətlərinin səmərəli variantı əsaslandırılır. Bazar strukturunun

təşkilində strateji planlaşdırma regionun kompleks inkişafı marağına

əsaslanır. Regionun təsərrüfat obyekti kimi inkişafı məqsədi ilə

marketinq planlaşması əsas götürülür. Marketinqin təşkili bazarın

təşkilinin əsas meyar və göstəricilər sistemidir. Marketinq planlaşması

əhali tələbatını əsas götürərək, onun is- tehlak seqmentlərinin müəyyən

edilməsi və uyğun olaraq istehsal, idxal-ixrac istiqamətləri ilə həmin

istehlakm ödənilməsinin ən əlverişli variantı əsas götürülür. Regionun

məhz daxili tələbata uyğun, marketinq əsaslarla təsnifatı həmin regionun

kompleks inkişafının bazar tipli təşkilati-idarəetmə formasıdır.

Regional bazarın təşkilinin əsas istiqamətlərini həmin regionda

formalaşan və inkişaf edən tələbat sistemi və həmin regionun tranzit

rolundan asılı olaraq, digər regionlarla əlaqəsini təmin edən təsərrüfat

əlaqələri təşkil edir. Regionun iqtisadi strukturları, regionun iş qüvvəsini

və həmçinin regiondan çıxarılan əmtəə və xidmətin miqdarını müəyyən

edir. Məhz regionda bazarın təşkilinin iqtisadi əsaslarını həmin regionda

toplanan pul vəsaitləri və onların istehsala tətbiqi təşkil edir. Regional

inkişafın təşkili həmin regionun inkişafının ən əlverişli variantını təmin

edən hüquqi, iqtisadi və təşkilati tədbirlərin elmi əsaslarla sistemli

tərtibinə və onların kompleks inkişafına deyilir. Sistem baxımından hər

bir iqtisadi, sosial və resurs imkanlarının səmərəli istifadəsini təmin

etməklə, həmin regionun mənafelərinin ümumi respublikanın iqtisadi və

sosial inkişafı baxımından uzlaşmasına yönəldilən fəaliyyət əhatəsinə

deyilir. Bu yanaşma baxımından regional bazar indiki bazar iqtisadiyyatı

şəraitində yerli tələbat və imkanların maddi əşya həcm və strukturundan

uzaqlaşıb, qloballaşan iqtisadi sistemin tələblərinə uyğun inkişaf

dinamikasına nail olmağı özündə birləşdirir, prinsipial şərtləri və

məqsədləri əlaqələndirərək, regional münasibətlərin təşkilinin

funksional əsasını verir.

365-

Page 366: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regional inkişafın prinsipləri metodoloji və təşkilati baxımdan iki

əsas meyar və aparıcı rol oynayır: məqsədli yanaşma və resurslardan

tam və səmərəli istifadə prinsipi. Məqsəd yanaşması aparıcı həlqə olan

əhalinin tələbatını və regiona gətirilən maliyyə resurslarını artırmağa

yönəlir. Məqsədli təşkilat quruluşu həmin regionun ələbaxımhhq

siyasətindən fərqli olaraq, daxili resurslardan istifadənin ən əlverişli

istifadəsi strategiyasını və real mexanizmlərini təmin edir, həmçinin

regionun son faydalılıq priftsipinə uyğun inkişafına stimul yaradır.

Regional inkişafın tənzimlənməsində maksimal effektin təmin

olunmasında ilkin yanaşma nəticələrini qiymətləndirilib, sonrakı

mərhələdə dövlət himayəsinin istiqamətlərini müəyyən edir.

Dövlətin regional inkişafda və onun bazarının formalaşmasında

təsiri bazar iqtisadiyyatı şəraitində iki istiqamətdə baş verir. Ümumi

dövlət prinsiplərinin və dövlət proqramlarının olması ölkə

iqtisadiyyatının və sosial inkişafının bütün sahələrinə təsir etdiyi kimi,

hər bir regionun iqtisadiyyatının formalaşmasına və onun sonrakı

inkişafına təsir edir. Belə ki, dövlət regionun strateji istiqamətlərinə

stimul yaradır, regionda sahibkarlığın inkişafı, maddi-maliyyə və kadr

təminatı, həmçinin subsidiya yolları və sosial yardımlar vasitəsi ilə

regionun tarazlı inkişafına şərait yaradır, regionun əhalisinin

hüquqlarını, onların təsərrüfat, əmək və təminat hüquqlarını təmin edən

aktlar hazırlayır. Digər aspektdə dövlət hər bir regionun özünüidarəetmə

və özünü maliyyələşdirmə prinsiplərinə uyğun inkişafına şərait

yaradaraq bazar subyektləri kimi regionlarla təsərrüfat və maliyyə

əlaqələrinə girib, mənafelərin uzlaşması istiqamətində iştirak edir. Bu

baxımdan regional inkişafın təşkilində dövlətin məhz istehsal sferasına,

sosial infrastrukturuna və regionun təbii sərvətlərinin, ekoloji

tarazlığının qorunması iqtisadi və idarəetmə mexanizmləri vasitələrinin

təsir gücü ilə ölçülür. Regional inkişafın təşkilində dövlətin himayəsi

həmin regionun resurslarından istifadə üçün stimul yaratmaq

mexanizmləri vasitəsi ilə həyata keçirilir.

-366-

Page 367: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bu mexanizmlərin formalaşmasının qanunvericilik bazası və tətbiqi dairəsi, məhz mövcud təşkilati sistemin müxtəlif aspektləridir. Regionun kompleks inkişafı, onun sərvətlərindən istifadəyə stimul yaradılması məhz həmin regionda daxili bazara uyğun istehsala stimul yaratmaqla baş verir. İlkin növbədə həmin regiona investisiyanın cəlb olunmasına şərait yaratmaq və onun istifadəsinə, prioritet istiqamətlərinə regionların maraqları baxımından stimul yaratmaqdan ibarətdir. Bu məqsədlə investisiyanın regionlara, o cümlədən yeni iş yerləri və iqtisadi potensialın iqtisadi dövriyyəyə cəlb olunması məqsədi ilə idarəetmə tədbirləri ən mühüm istiqamətdir.

İnvestisiyanın regionlarda istifadəsi üçün lazım olan resursların regionda yerləşməsi mühüm amil rolunu oynayır. Əlbəttə, bazar mühiti iqtisadi əlaqələrin investisiya axmınında təşkilatı və səmərəlilik baxımından bir sıra problemlər ilə üzləşir.

İqtisadi regionda istehsal xarakterli infrastrukturanın sosial tələbat üçün lazım olan enerji, yanacaq təminatının qıtlığı istehsal olunan məhsulların rentabelliyini azaldır və istehsalın maliyyə dayanıqlığını və onun ahəngdarlığını azaldır. İnvestisiyaların axınına yerli tələbatı təmin edən İran, Türkiyə bazarları və Bakıda əhalinin istehlakı üçün kənd təsərrüfatı məhsullarına əsaslanan sahələrin inkişafı səmərəli ola bilər.

Region bazarının təşkili və idarə olunmasının maliyyə əsasını həmin regionda pul kütləsi ilə istehsal və istehlak məhsullarının miqdarı arasında ekvivalent mübadilə mühitinin formalaşmasına şərait yaratmaqdır. Bu baxımdan əhalinin istehlakı üçün və xarici bazarlara çıxarıla bilən məhsul istehsalına stimul yaradan sahələrə ucuz faizlə dövlət büdcəsi və xüsusi fondlar hesabına makrokredit mühiti yaratmaq yolu ilə mümkündür. Belə ki, yerli resurslara ucuz iş qüvvəsinə, kreditə əsaslanan məhsul istehsalı son nəticədə məhsulun bazar qiymətindən aşağı qiymətlərdə reallaşmasına şərait yaradır.

Regionlarda əmtəə və xidmət bazarlarında qiymət amili həmin regionun məhsulunun satılmasına tələbatı artırır, uyğun olaraq istehlak tələbatı ancaq yerli əhalinin yox, digər regionların tələbatının ödənilməsinə yönəldilir.

-367

Page 368: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Mikrokredit şəraiti məqsədli fəaliyyət üçün verilir. Həmin

məqsədin texniki- iqtisadi parametrləri və sosial-iqtisadi effekti uyğun

olaraq daha stimullaşdırıcı mexanizmlərə əsaslanır. Məhz regionun

daxili imkanları və ölkədə məqsədli inkişaf fondlarının yaradılması bir

sıra maliyyə qurumları hesabına kredit verilməsinin təkmilləşdirilməsi

təşkilatı-idarəetmə mexanizmləridir. Bir sıra Avropa ölkələrinin bazar

iqtisadiyyatına keçid yolunun təcrübəsi indiki regional şərait üçün

metodoloji baza ola bilər. Belə ki, kooperativlər, kredit ittifaqları, birgə

cəmiyyətlər məhz iqtisadi inkişafda regional-təşkilati aspektləridir.

Azərbaycanda kənd təsərrüfatının inkişafı özünəməxsus təsərrüfat

formalarının təşkilinə uyğun inkişaf edir. Aqrar islahatların əsas

məqsədi regionun kənd təsərrüfatı potensialından səmərəli istifadə

eməklə onun ərazisində formalaşan iqtisadi potensialı əlaqəli kompleks

təsərrüfat dövriyyəsinə cəlb etmək və əhalinin rifahını yüksəltməkdən

ibarətdir.

1995-1996-cı illərdə «Aqrar islahatların əsasları», «Sovxoz və

kolxozların islahatı», «Torpaq bazarı», torpaqların xüsusi mülkiyyətə

verilməsi, 870 minə yaxın ailənin torpaq sahibi olmasına və istehlak

bazarında bir sıra kənd təsərrüfatı məhsulları ilə tələbatının

ödənilməsinə ciddi təsir etmişdir. Artıq istehlak bazarında xüsusi

mülkiyyətin rolu daha da güclənir. Bir sıra ərzaq məhsullarına alıcılıq

qabiliyyətinin azalması, həmin məhsulların xüsusi mülkiyyətdə istehsal

olunması hesabına baş verir. Beləliklə, aqrar islahatların aparılması,

emal sənayesinin inkişafı və bir sıra məhsulların istehsalı istehlakm

artmasına səbəb olur.

Bölgələrdə işsizlik şəraitində əhalinin məşğulluğu və onların

tələbatının ödənilməsi yerli istehsalın rolunun artmasına səbəb

olmuşdur. Regional şəraitdə təsərrüfat formalarını təkmilləşdirmək,

dövlətin həmin təsərrüfat tiplərinə bilavasitə təsiri bütövlükdə ölkədə

təşkilati-iqtisadi problemlərin həllinə yönəlir. İndiki maliyyə qıtlığı

xarici investisiyalarla yanaşı, daxili maliyyə resurslarının səmərəli

istifadəsi yollarını axtarmaqla mümkündür. Bu məqsədlə təyinatına

görə mikrokreditlərin, maliyyə lizinqləri metodlarının tətbiq edilməsi

daxili istehsala stimul yaradılır.

-368-

Page 369: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Lizinq əməliyyatlarını tətbiq etməklə, region müəssisələrində

elmi-texniki tərəqqinin yeni istiqamətlərini, nou-xau proqramlarını

həyata keçirmək olar. Belə ki, hər il amortizasiya xərclərini ödəməklə

lizinq əməliyyatları üçün müqavilə bağlamaq olar.‘

Regional inkişafın tədqiqi və proqnozu, sistemli təsviri və

məqsədli proqram xarakterli tədbirlərin tətbiqi ilə mümkündür. Strateji

baxımdan regional tələbat nəzəri-metodoloji yanaşma aspektidir.

Regional tələbatın ödənilməsi şəraiti konkret resurs potensialı və

sahibkarlıq formaları ilə müəyyən edilir. Əgər hər hansı məqsədə

çatmaq üçün əsaslandırılan təsərrüfatçılıq fəaliyyəti ən əlverişlidirsə,

onda region meyarların ödənilməsi baş verir.

Regionun kompleks inkişafı həmin regiona ərazi təsərrüfat

kompleksi kimi baxmaqla həll olunur. Regionun əhalisinin ixracat

tələbatı həmin regionda təsərrüfat fəaliyyətinə və xidmət sahələrinin

inkişafına tələbat yaradır. Hər bir tələbat funksional təyinatına və

regionun resurslarının təkrar istehsalına görə təsnifata bölünür. Heç

təsadüfi deyil ki, regionda həmin resursların olması və onların istifadə

mexnologiyası özünəməxsus bazar marketinqi yaratdığı kimi, onların

istehsal nəticəsində yaratdığı hazır məhsul və xidmətlər digər bazar

seqmentlərini yaradır. Beləliklə, regionda ayrı-ayrı istehsal və istehlak

yönlü əmtəə və xidmətin təsərrüfat əlaqələrinə cəlb edilməsi keyfiyyətcə

yeni bir bazar strukturu yaradır. Ona görə də bazar strukturu anlayışı

inkişaf edən bir kompleks mübadilə və inkişaf meylləri kimi başa

düşülür. Onu statistik bir hal kimi yox, dinamik inkişaf meylləri və yeni

emerjent sistem kimi başa düşülür. Sistemli təsvir baxımından yeni

yaranan obyekt və subyektlərin birləşməsinin ümumi sayı tən olub, hər

birinin reallaşmasında effekt yaradır. Beləliklə, regionda bazarın

təşkilinin iki əsas fəza sistemi mövcud olur: bir tərəfdən müxtəlif

imkanlara malik olan alıcılar, digər tərəfdən müxtəlif funksional

təyinatına uyğun istehlak malları. Hər ikisinin formalaşması ayrılıqda

sosial-iqtisadi parametrlərlə təsvir olunursa da, onların tələbat

sistemində yerləri və tələbatın

‘ Əlirzayev Ə.Q. «Azərbaycanda sahibkarlığın inkişafı problemləri və həlli yolları,

nəzəriyyə və praktika». Bakı, 2001, s. 92.

-369

Page 370: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ödənilməsi dərəcəsinə təsirləri kəmiyyət baxımından yeni seqmentləri

yaradır.

Bazar seqmentlərinin formalaşmasında əhalinin alıcılıq

qabiliyyəti, onların istehlak qabiliyyəti və gəlirləri ilə ölçülür. Əhalinin

gəlirləri iqtisadiyyatın mövcud vəziyyətindən, bölgü sistemindən və

əhalinin özünün məşğuliyyəti və onun yaratdığı əməyin iqtisadi

nəticəsindən asılı olaraq formalaşır. Təcrübə göstərir ki, gəlirlərin

formalaşması, həmçinin region əhalisinin məşğulluğu və həmin

regionda onların iqtisadi effektinin nəticəsindən xeyli asılıdır. Belə ki,

regionda istehsala stimul yaradılması, regionda yeni istehsal və xidmət

sahələrinin inkişafı, habelə regionda əhalinin özünün demoqrafik

tərkibi, təbii olaraq gəlirlərin yeni strukturasmı yaradır. Gəlirlər region

əhalisinin istehlak qabiliyyətini müəyyən edir və bazarın əmtəə və

xidmətlər üzrə seqmentləşməsinə təsir edir. Hər bir seqmentin xüsusi

çəkisi bütövlükdə əmtəə və xidmət bazarında alıcılıq qabiliyyətinə

uyğun formalaşır. Riyazi qoyuluşda istehlak növləri üzrə

seqmentləşməni aşağıdakı kimi təsvir etmək olar.

Burada, i - əhalinin qrupları;

j - əmtəə və xidmət istehlakı;

Xij - əmtəə və xidmətlərin i-ei əhali qrupunda miqdarı,

yaxud xüsusi çəkisi.

Hər bir əhali qrupunun sosial-iqtisadi xarakteristikası həmin

əhalinin istehlak və tələbat sferasında davranışını formalaşdırır.

Tədqiqatlar göstərir ki, istehlak davranışına görə əhali qrupları uyğun

sosial-iqtisadi tipləri formalaşdırır. Hər bir tipin özünün sosial-iqtisadi

amilləri və uyğun istehlak davranışı arasında əlaqə məhz əhali tipinin

dəyişməsi ilə istehlak davranışı arasında əlaqənin korrelyasiya modelini

yaratmaqla təmin olunur.'

' Римашевская H.M. и др. Дифференцированный баланс доходов и

потребления. М., 1978

370-

Page 371: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Region əhalisinin istehlak davranışı həmin regionun əmtəə və

xidmət istehsalı strukturunu, onun dinamikasını formalaşdırır. Beləliklə,

regionda iki əsas vektorial inkişaf dinamikası baş verir və bunlar

bir-birini tamamlayır. Əgər istehlaka son məqsəd kimi baxılırsa, o

regionda əmtəə və xidmət təklifini formalaşmasıdır. Əksinə əmtəə və

xidmət təklifi istehlakm dinamikasını və meyllərini formalaşdırır.

Regionda bazar tələbatı və təklifin təşkilinin əsas prinsipləri

iqtisadi və sosial məqsədlərin təmin edilməsi baxımından tərtib olunur.

Ən aparıcı prinsiplər məqsədidik, sistemlilik, real imkanlardan səmərəli

istifadə etmək, regional maraqların uzlaşması, dünya standartlarına

uyğun islahatlar keçirməklə əməldik və regionun tarazlı inkişafının

təminatıdır. Bu prinsiplər ümumi aspektlər təşkil etdiyi kimi, konkret

reallaşma və qərar qəbulu istiqamətində özünəməxsus xüsusiyyətlər

kəsb edir. Regionun kompleks inkişafı həmin regionun iqtisadi

imkanlarını, onun əhalisinin tələbatının ödənilməsində səmərəli təşkilati

strukturun seçilməsi ilə mümkün olur. Regionda xammal, material və

əmək resurslarının, mülkiyyət formalarının və idarəetmənin kompleks

təşkili ilə mümkün inkişaf variantlarından ən səmərəlisini seçmək

üsulları axtarılır. Kompleks və sistemli inkişafının ancaq daxili istehlak

bazarının tələbatına yönəldilməsi ilə hər bir regionun inkişafını

məhdudlaşdıra bilər. Həmçinin daxili tələbatla yanaşı ixracat və tranzit

məqsədləri üçün xidmət edən sahələrin inkişafına yönəldilməsi daha

prioritet istiqamətlərdir. Sistemlilik həmçinin regionun bazar

tələbatında idxal və daxili istehsal arasında bir-birinə təsir edən əmtəə

və xidmət növlərinin artırılması ilə həyata keçirilir. Regionun geosiyasi

vəziyyəti, onun məhsuldar qüvvələrinin inkişafı və perspektivi, həmin

regionun demoqrafik vəziyyəti və geostrateji əhəmiyyəti kompleks

dövlət tədbirlərinin maliyyə, kredit və güzəştli subsidiyalar sisteminin

tətbiqi ilə mümkün olur. Meyarlar, resurslar və vasitələr sistemi

formalaşır, hüquqlar və vəzifələrin bölgüsü, regionda kompleks

Алирзаев A.Г. «Социально-экономические проблемы развития

Азербайджанского села». Баку, 1988.

371

Page 372: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inkişafın obyekt və subyektlərinin müstəvisini və onların tipini

formalaşdırır. Regional strukturun məhz genetik sistemi və funksional

təyinatı müəyyən olunur. Təbii ki, bu sistem kortəbii yox, tənzimlənən

və məqsədlərə uyğun təkmilləşən, həmçinin tənzimlənən bir işlək

mexanizmlər sisteminə çevrilir. Məqsədyönlü regional bazar siyasəti

tələbatın ödənilməsi ilə yanaşı mənfəət və gəlir gətirmək meyarına

uyğun tənzimlənir. Bu baxımdan regionun vəsaitləri və onların bazar

vasitəsi ilə istifadəsi üzərində uçot, hesabat işi aparılır. Hesablamalar

göstərir ki, hər bir regionun istehlak bazarının formalaşmasında və

dünya bazarına çıxışında aparıcı xammal, məhsul, yaxud insan amili

əsas rol oynayır. Məhz səmərəlilik, bu resursların təbii inhisar kimi

qorunması, səmərəli istifadəsi, həmçinin onların təkrar istehsalını əhatə

edir. Regionların mineral sular ehtiyatı, təbii daşduz yaraqları, gümüş

ehtiyatları, həmçinin iqlim şəraiti aparıcı amil olaraq istehsal-istehlak

sferasını tənzimləmə istiqamətlidir. Regionların geosiyasi və blokada

şəraitində olması həmin regionda bazarın istehsal bazarı çərçivəsində

daha konkret təminatım yaradan prinsiplər əsas götürülməlidir. Bu

baxımdan respublika əhalisinin regionlarda məskunlaşması, yerli

iqtisadi potensialdan düzgün istifadə edilməsi üçün həmin regionun

xammalı və materialı hesabına istehsal olunan məhsulların ixracatına

şərait yaradılmalıdır. Regional inkişaf ixracat yönlü strukturu təmin

etmək üçün kənd təsərrüfatı məhsullarının emalı və yenidən emalı, təbii

resursların hasilatı və ixracatı, həmçinin intellektual mülkiyyətin

istifadəsinə əsaslanan, milli dəyərləri maddiləşdirən əmtəəlik

məhsulların istehsalına yönəlməlidir. Digər tərəfdən sahibkarlıq üçün,

təsərrüfatın yeni formaları üçün azad iqtisadi zonaların, müştərək

istehsal və ticarət zonalarının, sərhədyanı ticarət formalarının və

perspektiv əhəmiyyətli, beynəlxalq xidmət obyektlərinin inkişafı

regional bazarın inkişafının əsas istiqamətləridir.

Regional inkişafın təşkilinin əsas xüsusiyyətlərini həmin regionun

ümumi iqtisadi göstəriciləri ilə əlaqələndirmək prinsiplərinə əsaslanmalıdır. Belə ki, əhalinin gəlirləri və mal-xidmət

372-

Page 373: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təklifi arasındakı nisbət hərnin əhalinin real istehsalını və onların həyat

səviyyəsini müəyyən edir. Ona görə də regionun bazar strukturunu, onun

formalaşma amilləri ilə əlaqəsi və hər bir amilini istehlak bazarına və

tələbatın ödənilməsi dərəcəsinə təsiri qiymətləndirilir.

Azərbaycan regionlarının əsas makroiqtisadi göstəricilərinin

dinamikası, onların inkişaf meyllərini göstərir. Əlbəttə, iqtisadi

sabitləşmədə olan meyllər, həmçinin əhalinin həyat səviyyəsində, onun

istehlak davranışında meyllərin formalaşmasına gətirib çıxarır. İqtisadi

sabitləşmə meylləri regionda istehlak bazarının ümumi meyli və

strukturunda keyfiyyət dəyişmələrinə səbəb olur. Belə ki, istehlak

bazarının strukturunda xidmət və mənəvi nemətlərin xüsusi çəkisi artır.

Gəlirlərin artması ilə yanaşı ərzaq istehlakı sabitləşir, qeyri-ərzaq və

xidmət istehlakı artmağa başlayır, istehlak bazarının strukturunda

xidmət və mənəvi nemətlərin xüsusi çəkisi artmış olur.

Regional inkişafın forma, məzmun və idarəetmə quruluşunun

təkmilləşdirilməsi, təbii ki, dövlətin sosial təminat, əmək haqqı sistemi

və bir sıra büdcə, maliyyə imkanları vasitəsi ilə tənzimləmə və idarəetmə

mexanizmlərindən xeyli asılıdır. Dövlət büdcəsinin xərc strukturunda

əhalinin demoqrafik tərkibi, yaş quruluşu və məşğuliyyətin forma və

məzmununu dəyişmək və inkişaf etdirmək mexanizmləri bilavasitə

regionun perspektiv bazar infrastrukturunu formalaşdırır. Regionun

inkişaf strukturunun formalaşması həmin regionun əhalisinin təminat

səviyyəsinə görə paylanması qanunauyğunluğu təşkil edir, əhalinin

təminat səviyyəsi, həmin regionda məskunlaşma və sosial inkişaf üçün

amil olaraq tənzimlənir. Ona görə də biz tənzimlənən bazarın

tərəfdaşlarıyıq.

-373-

Page 374: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regionların iqtisadi V3 sosial inkişafda rolunun

qiyməthndirilməsi

İqtisadi və sosial inkişafın səmərəliliyi bir sıra meyar və

göstəricilər, həmçinin dinamik inkişaf meylləri baxımından

qiymətləndirilir. Bazar iqtisadiyyatı fəaliyyətinin son nəticəsi olmaqla,

onun səmərəliliyinin yüksəldilməsinə, iqtisadi faydalılı- ğına təsir edir

və onu zəruri şərt kimi qiymətləndirilir. İstehlak bazarı əhalinin,

istehsalın tələbini və alıcılıq qabiliyyətini müəyyən edir. Bu bazar dəyər

baxımından nə qədər çox olarsa, yaxud onun strukturu nə qədər geniş və

əlaqəli olarsa, onda kompleks inkişaf üçün iqtisadi şərait yaranır.

Beləliklə, bazarın formalaşdırılması ümumi iqtisadi konsepsiya və

region əhalisinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün əsas istiqamət

olaraq qəbul olunur. Regional inkişafda ümumi tələb makroiqtisadi

inkişaf göstəricisi olub, istehlak üçün lazım olan, geniş təkrar istehsalı

müəyyən edən, maddi nemətlərin və mənəvi dəyərlərin və xidmətlərin

məcmuu kimi qiymətləndirilir. Ümumi tələb istehsal və ixracatla

balanslaşıb regionda əmtəə və xidmət təklifini formalaşdırır, ümumi

daxili məhsulun artımı ilə yanaşı marketinq strukturuna uyğun genişlənr.

Beləliklə, makroqitisadi artım və tarazlı inkişafın amili və nəticəsi kimi

dəyişir.

Beləliklə, iqtisadi və sosial inkişafda istehlak tələbinə uyğun artım

tempi və onun bölgüsünün texnologiyası hazırlanır. Bu texnologiaynm

əsasında yığım və istehlak üçün stimul yaratmaq mexanizmi oturmalıdır.

ÜDM-un artım tempi məhz bugünkü istehsal-istehlakm həcmi,

əsas fondların təzələnməsi, yeni avadanlıq və texnologiyanın istehsala

tətbiqi və bazar rəqabətinə uyğun əməli dəyişmə meylinə malik olan

çevik idarəetmə və istehsal güclərinin yeniləşməsi əsasında baş verir.

1993-1995-ci illərdə bazar iqtisadiyyatının formalaşması və

inkişafına yönəldilmiş tədbirlər nəticəsində ölkədə ictimai-siyasi

sabitliyin yaranması sayəsində həyata keçirilən iqtisadi islahatlar bir çox regionlarda və sahələrdə makroiqtisadi artım və tarazlı

374-

Page 375: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inkişaf meyllərini təmin etmişdir. Belə ki, ümumi daxili məhsulun artımı

1996-cı ildə 1,3%, 1997-ci ildə 5,8%, 1998-ci ildə 10%, 1999-cu ildə

7,4%, 2000-ci ildə 11,4% olmuşdur.'

Regional bazarın təşkili və idarə olunması həmin ərazidə fərdi

istehsala stimul yaratmaq, əraziyə gətirilən mal və pulun miqdarını

nəzərə almaqla tənzimlənir.

Azərbaycan Respublikasında idxal və ixrac strukturu, onun

sahələrin müəssisələrin fəaliyyətində rolu, həmin müəssisələrin əmtəə

və xidmət bazarında rolunu müəyyənləşdirir. Regionun coğrafı-iqtisadi

rolu və onun nəqliyyat dəhlizində yerləşməsi həmin regionun əmtəə və

xidmət bazarını müəyyənləşdirir. Həmçinin regionun iqtisadi inkişaf

meyllərini saxlamaq üçün dövlətin bütövlükdə regiona ayırdığı

subsidiyalar da əhəmiyyət kəsb edir. Region vergiləri, onun dövlət

büdcəsinə, yerli büdcəyə ayrılmaları və mərkəzləşdirilmiş dövlət

büdcəsindən verilən subsidiyalar həmin regionun əmtəə və xidmət

bazarının maliyyə əsasını təşkil edir. Əlbətdə, subsidiya alan regionlar

həmin vəsaitdən özünün inkişafı üçün istifadə etməlidir.

Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsinin

proqnozunda Azərbaycan Respublikasının mərkəzləşdirilmiş gəlirləri

Naxçıvan Muxtar Respublikasının ərazisində toplanan vergilərin muxtar

respublikada yerli büdcəyə verilməsi ilə formalaşır. Dövlət büdcəsinin

2002-ci ildəki xərclərinə görə Naxçıvan Muxtar Respublikasında 28,5

mlrd, manat gəlirlər, 103,1 mlrd, manat isə xərclər təşkil edir.

Mərkəzləşdirilmiş xərclər 74,6 mlrd manat. Əlbəttə, xərclərin

gəlirlərdən yuxarı olması bütövlükdə regionlar üçün səciyyəvidir. Belə

ki, 2002-ci il büdcəsinə görə Naxçıvan Muxtar Respublikası da daxil

olmaqla, regionlar üzrə ayrılan vəsait onun gəlirlərindən 813 mlrd,

manat çoxdur, 601,7 mlrd, manat gəlirlərə qarşı 1415 mlrd, manat

xərclər təşkil edir. Fikrimizcə, hər bazarın əmtəə, xidmət və maliyyə

resursları ilə mərkəzi əlaqəsini proqnozlaşdırmaq vacibdir.

' Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001.

-375-

Page 376: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSİL II: REGİONAL İNKİŞAFIN DİNAMİKASI VƏ

STRUKTUR TƏHLİLİ

Regional inkişafın göstəricilər sistemi, inkişaf meylləri

və təhlili metodikası

Regional inkişafın mahiyyəti, onun dinamikası və formalaşma

xüsusiyyətlərinin aşkar edilməsi və uyğun təhlil metodikasının tətbiqi,

təbii ki, onun göstəricilər sisteminin əsaslandırılması ilə bağlıdır.

Regional bazar istehsal və xidmət sferasının, əhali istehlakmı təmin edən

mal və xidmət məcmuunun fəza strukturu deyil, məhz əhalinin regionda

həyat fəaliyyətini təmin edən münasibətlər sistemidir. Belə ki, bu

münasibətlər sisteminə məntiqi sürətdə bağlı olan istehsal, bölgü və

mübadilə, son nəticədə istehlak bazarında formalaşan münasibətlər

daxildir. Regional bazar kompleks münasibətlər sistemində inkişaf edib,

struktur dəyişmələrə məruz qaldığı üçün onun təhlili və proqnozu üçün

dövlətin məhz bazara himayəçilik təsiri (pro- teksi) sistem baxımından

tətbiq olunur. Regional bazarın təhlili və proqnozu ilkin növbədə

prioritet problemlərin seçilməsi, uyğun kriteriyalarm tətbiqi və

kompleks tənzimləmə tədbirlərinin həyata keçirilməsi baxımından

yanaşıldığı üçün biz regional bazara funksional təyinat və xalis sahə üzrə

baxırıq. Əhali regionda mövcud resurs imkanlarını və alıcılıq

qabiliyyətinə uyğun olaraq istehlak bazarında faktiki reallaşan bazar

strukturu yaradır. Digər tərəfdən müəyyən tələbata uyğun mövcud

imkanlardan başqa perspektiv normalara uyğun, iqtisadi inkişafın əsas

konturlarını müəyyən edən normativ bazar strukturası mövcud ola bilər.

Məhz regional bazarın bu iki səviyyə əsasında idarə edilməsi regional

bazara potensial məkan kimi, dəyişilə bilən və idarə olunan

iqtisadi-sosial idarəetmənin ərazi subyekti kimi baxılır. Ona görə də biz

fərqli olaraq regional bazara məhz idarəetmə obyekti kimi baxırıq, onun

göstəricilər sisteminin tərtibi və təhlilində idarəetmənin regional

strukturu kimi formalaşdırırıq.

-376-

Page 377: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regional bazarın əsas sintetik göstəricilər sistemi regionda istehsal

və istehlak olunan ümumi daxili məhsulun miqdarı ilə müəyyən olunur,

ümumi daxili məhsulun yaranma mənbələrini, miqdarı və strukturunu,

mal və xidmətlərin həcmi və strukturunu müəyyən edir. O cümlədən,

ümumi daxili məhsulun yaranmasına regionun istehsal və istehlak

strukturu əsas amil olaraq təsir edir. Məhz bu amillərlə ÜDM-un artımı

arasında əlaqənin təhlili strateji planlaşmanın marketinq planlaşması ilə

əlaqəsini və qarşılıqlı təsirini formalaşdırır. Sxematik olaraq aşağıdakı

prinsipial qarşılıqlı əlaqənin tənzimlənməsi məhz regional bazarın idarə

olunma metodları ilə baş verir.

Ümumi Daxili Məhsulun region iqtisadiyyatının sahə və ərazi

quruluşuna, funksional təyinatına görə istifadə strukturu makroiqtisadi

səviyyədə regionun məcmuu tələbat və təklif imkanlarını formalaşdırır.

Məcmuu tələbat, təbii ki, regionda formalaşan iqtisadi imkanlar, o

cümlədən məcmuu gəlirlərin həcmi, forma və mənbələri ilə müəyyən

olunur. Əhalinin demoqrafik tərkibi, onun alıcılıq qabiliyyəti, həmin

regionda mal və əmtəə təklifi regional bazarın formalaşması və

dinamikasının əsas göstəriciləridir. Araşdırmalar göstərir ki, regional

inkişaf konsepsiyası bütövlükdə həmin regionun resurs potensialını nəzərə alaraq, əhalinin mövcud həyat səviyyəsini qiymətlən

-377-

Page 378: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dirməklə normativ tələbat səviyyəsinə yaxınlaşmaq meyllərini əhatə

edir. Məhz Azərbaycan Respublikasının ümumi daxili məhsulunun

artım tempi, onun sahə quruluşu və təkrar istehsal strukturu region

əhalisinin həyat səviyyəsi və həmin regionun kompleks inkişafına şərait

yaradır. Azərbaycan iqtisadiyyatı 1991-2004-ci illərdə müstəqillik

şəraitində iqtisadi artımın təmin edilməsi və dayanıqlı iqtisadi tarazlığın

təmin olunmasının meyar və göstəricilərinə uyğun tənzimləmə

idarəçiliyi ilə inkişaf etdirilib. Respublikadaxili hər bir regionun

problemləri məhz ümumi iqtisadi inkişaf problemlərinin

formalaşmasına və uyğun olaraq dövlət səviyyəli iqtisadi idarəetmə

strukturunun formalaşmasına stimul yaradır. ÜDM-un artım tempi,

onun sahə quruluşu və əhalinin həyat səviyyəsi göstəriciləri

respublikadaxili regionların iqtisadi problemləri ilə ümumi iqtisadi

problemlərin qarşılıqlı əlaqəsini, bölgü və yenidən bölgü, büdcə,

subsidiya və vergilərin formalaşması və dinamikasını müəyyən edir.

Regional bazarın formalaşmasında həmin regionun ərazisindən

kənarda formalaşan və ona təsir edən iqtisadi göstəricilər mühüm rol

oynayır. Xarici təsirlər regiona qoyulan investisiyalar, onların ümumi

həcmi, strukturu və regionlarda ondan istifadə dərəcəsinə təsir edir.

Regionun məhsuldar qüvvələrinin yerləşmə xüsusiyyətləri və təbii

resurslardan istifadənin perspektivi, onun səmərəlilik göstəricisi həmin

regiona kapital axınını artırır. Məhz region bazarının təkmilləşdirilməsi

bu axının miqdarını və onun strukturunu müəyyən edir. Təbii resursların

regionlarda zəngin olması əsas aparıcı amil olsa və bazarın inkişafının

əsas inteqral göstəricisi kimi qəbul edilsə də, investisiya axınına stimul

yaradan investisiyanın təşviqi, güzəştli kreditlər, lizinq xidməti, bəzi

məhsulların sifarişi yolu ilə alınması və emalı region bazarının

qorunması və yerli resurslardan istifadəyə stimul yaradır. Azərbaycan

dövlət büdcəsi respublikadaxili iqtisadi regionların stimullaşdırılması

və onların maliyyə əsasının qorunması üçün yerli büdcələrlə qarşılıqlı

əlaqədə tərtib olunur.

Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında

və istifadəsində regional və respublika vergi və büdcə

378

Page 379: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sistemi aşağıdakı göstəricilərlə səciyyələnir. Məhz bu göstəricilər

sisteminin dövlət büdcəsində yerinin və rolunun təhlili regional bazarın

maliyyə göstəriciləri kimi qəbul olunur. Fikrimizcə, dövlət büdcəsindən

kənarda formalaşan və istifadə olunan iqtisadi və maliyyə resursları

həmin regionda bazar tipli inkişaf üçün mühüm rol oynayır. Ancaq

regionlarda islahatların dərinliyi və effekti, həmin regionun

coğrafı-iqtisadi mövqeyi büdcə-vergi sisteminin regional qarşılıqlı

təsirin müxtəlif kəmiyyət göstəricilərini formalaşdırır.

Yerli istehsal məhsullarının daxili bazarının məhdud olması bir

sıra məhsulların və əmtəələrin istehsalını məhdudlaşdırır, enerji və

istilik resurslarının olmaması, regionda məhsulların istehsal

qiymətlərini artırır. Bu da öz növbəsində idxalata ehtiyacı artırır. Sosial

göstəricilər məhz regional bazarın formalaşması və nəticələrinin

reallaşmasında öz rolunu oynayır. Belə ki, daxili bazarın yerli istehsal

hesabına daha üstün rol oynaması nəticəsində yerli istehsal dayanır və

onun mal və xidmət strukturunda tam deformasiyası baş verir. Təbii

sərvətlərin emalı və ixracatına əsaslanan region sənayesi, kənd

təsərrüfatı məhsullarının emalı, nəqliyyat və digər sahələrdə iş yerlərinin

itirilməsi baş verir. Bu da həmin iş yerlərində işləyənlərin əmək

haqqının azalmasına, gəlirlərinin aşağı düşməsinə və əhalinin alıcılıq

qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

Regional bazarın funksional formalaşma və reallaşma

ardıcıllığının təhlili dinamikasının prinsipial sxemini məhz idarəetmə və

təhlil baxımından aşağıdakı kimi ifadə etmək olar.

-379

Page 380: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sxem. Regional bazar strukturunun formalaşma göstəricilərinin prinsipial sxemi.

Regional bazarın formalaşmasında və bilavasitə alıcılıq

qabiliyyətinə təsir edən amil kimi istehsal həcmi əsas götürülür. İstehsal

həcmi həmçinin idxal və ixracı formalaşdırır. Onun tələbatının

ödənilməsində rolu bilavasitə idxalın və ixracatın dəyişməsinə təsir

edir, əhalinin məşğulluq dərəcəsini azaldır.

Əİ = f(J“ -Jd^)

ƏM= f(J^-ÄƏ)

Burada, Əİ - əhalinin istehlakı;

ƏM - əhalinin məşğulluğu;

J - istehsal səviyyəsi;

Jd - idxal həcmi;

AƏ - əhalinin əvvəlki illərə nisbətən artımı;

a, p, q - uyğun statistik əmsallardır.

-380-

Page 381: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regionda tələbat və istehlakın əsas reallaşan tarazlığı, son nəticədə

əhalinin alıcılıq qabiliyyəti və həyat səviyyəsinin dəyişməsi, məhz

əmtəə və xidmət təklifinin və onların qiymətinin təsiri ilə formalaşır və

inkişaf edir. Bu baxımdan regional bazarın qiymətləndirilməsi zamanı

potensial resurs və həmin resursların maksimal istifadəsi

mümkünlüyünü, həm də faktiki reallaşan tələbat və tədiyyə

qabiliyyətindən asılı olaraq ifadə edilir. Bir bir sıra araşdırmalardan

fərqli olaraq daha çox ikinci aspektin prizmasından fəal bazarın

qiymətləndirilməsinə, onun tənzimlənməsinə üstünlük veririk. İqtisadi

tədqiqatlarda normativ yanaşma baxımından tələbatın ölçülməsi və

onların ödənilməsinə yolların axtarılması artıq özünün müsbət və mənfi

nəticələrini büruzə vermişdir.

Regional bazarın əmtəə və xidmət təklifi üzrə strukturu,

dinamikası və tələbatın ödənilməsində bir əmtəə qrupunun digər əmtəə

qrupunu əvəz etməsi ehtimalı və reallığı regionda real istehlakı və

əhalinin alıcılıq qabiliyyətinin reallaşması istiqamətlərini müəyyən edir.

Əmtəə və xidmət amilinin əsas istehsal strukturu alıcılıq qabiliyyəti,

yaxud əhalinin əmtəə və xidmət təklifinin normal təminat səviyyəsində

seçmə qabiliyyətini, həmçinin idxal vasitəsi ilə gətirilən əmtəə və

xidmətləri təşkil edir. Təbii ki, məhz əmtəə və xidmət təklifi regionda

istehsal sahəsində mülkiyyət münasibətlərindən, mülkiyyətin

formasından, onun təşkilati quruluşundan, həmçinin sahibkarlıq

formalarından asılı olaraq inkişaf edir. Biz sonrakı fəsildə əmtəə və

xidmət bazarının formalaşmasında və inkişafında sahibkarlığın rolunu

tədqiq etdiyimiz üçün, bu fəsildə əsas amil və göstərici olaraq istehsal

strukturunun əmtəə təklifinə təsirinin qiymətləndirilməsi metodikasına

baxırıq. Əgər istehsal strukturunu xy ilə, yəni, j - məhsulun i - istehsal

formasında (mülkiyyət, yaxud təsərrüfat quruluşu) təsvir etmək, yy - j

məhsulunun i - istehlakçısı (əhali və gəlirlərin müxtəlif göstəricilər üzrə

qruplaşdırılması) üzrə səviyyəsi olarsa, onda Xjj -nın yy ilə əlaqəsi

elastiklik əmsalı, yaxud təsir gücü kimi qiymətləndirilir:

-381-

Page 382: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

■X:;

yi,

Burada, Sij - regional əmtəə və xidmət təklifinin (i,j) göstəriciləri

üzrə 1 faiz dəyişməsinə səbəb olan istehsal və əhali qruplarının

göstəriciləri qəbul olunur.

Əmtəə və xidmət təklifinin dəyişmə dinamikası bazar mühitində

və amillərin təsiri və istehsal bölgüsü sistemində baş verən dəyişmələri

nəzərə alır.

Əmtəə və xidmət bazarının formalaşması əhalinin demoqrafik

quruluşu və əhali gəlirlərinin struktur göstəriciləri ilə sıx əlaqədə təhlil

olunmalıdır. Əhali amili və göstəricisi istehlak, istehsal və

subsidiyaların formalaşmasına təsir edir. Belə ki, iş yerlərinin

azaldılınası, özəlləşdirilmiş təsərrüfatların tam gücü ilə işləməməsi əhali

miqrasiyasına və işsizliyin artmasına gətirib çıxarır. Bu da öz

növbəsində bütövlükdə əhalinin alıcılıq qabiliyyətinə və regionda pulun

miqdarına təsir edir. Əhali məşğulluğu göstəricisi nə qədər aşağı

düşürsə, o qədər də ümumi məhsulun artım tempinin, pulun kütləsinin

və əmtəə, xidmət bazarlarının aşağı düşməsinə səbəb olur. Əhali

həmçinin minimal istehlak büdcəsinin az təminathğı və əmtəə bazarında

istehlak seqmentinin formalaşmasına səbəb olur. Belə ki, nə qədər

kasıbçılıq həddi artırsa, bir o qədər əmtəə bazarı məhdudlaşır, onun

istehlak seqmentində qiymətli və keyfiyyətli çeşiddə məhsulların

miqdarı azalır. Tədqiqatlar göstərir ki, regional bazarın istehlak

strukturunun proqnoz göstəriciləri əhalinin demoqrafik tərkibi və artım

tempi ilə yanaşı onların ənənəvi istehlak seqmentlərini nəzərə almaqla

aparılmalıdır. Əmtəə və xidmət bazarı digər bazar strukturlarının

fəaliyyəti və mexanizmləri ilə formalaşır və dinamik dəyişilir. Belə ki,

regionda sənaye, kənd təsərrüfatı, tikinti sahələrinin inkişafı iki əsas

meyar baxımından tənzimlənir. Birinci tənzimləmə istiqaməti həmin

sahələrin perspektiv inkişafı, əhalinin həyat səviyyəsi və təminatı

baxımından, digər tərəfdən isə həmin resursların istifadəsi baxımından

və həmin regionun daxili imkanları çərçivəsində təkrar istehsalın

qorunması mövqeyindən. Təbii ki, hər iki yanaşma göstəricilərinin ümumi və fərqli, nisbi

-382-

Page 383: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və mütləq himayəçilik göstəriciləri mövcuddur. Buna görə də bir sıra

törəmə, nisbi metodlar, ardıcıllıqlar və təsir mexanizmləri tərtib və

tətbiq olunur ki, o da regionun spesifik xüsusiyyətlərini nəzərə alır.

Azərbaycan Respublikasının iqtisadi qanunvericilik təcrübəsi və bazar

islahatlarının həyata keçirilməsi üçün çoxlu qanunlar mövcud olsa da,

məhz regional inkişaf onların təsərrüfat obyekti kimi təkrar istehsalı

üçün qanunların olması vacibdir. Regional bazarın qorunması, onun

idarə edilməsinin təşkilati-iqtisadi tədbirləridir. Məhz Naxçıvan Muxtar

Respublikasının blokada şəraitini, onun statusunu nəzərə alaraq, o

xüsusi bir zona kimi təhlil oluna bilər.

Regional bazarın dünya inteqrasiya sistemində qorunması, həmin

regionun daxili resurslarının istifadəsi məqsədi ilə hazırlanan Dövlət

proqramının mühüm əhəmiyyəti vardır. Bazar iqtisadiyyatına keçid

bütövlükdə müstəqil respublikada hazırlanan normativ sənədlər,

təşkilati-idarəetmə tədbirləri, həmçinin hər bir iqtisadi və inzibati

regionun daxili xüsusiyyətlərini nəzərə almaqla təmin olunur.

Respublika daxili regional bazarın əsas aparıcı və meyar göstəricisi

həmin regionun əhalisi və onların normativ istehlak göstəricilərinə

uyğun yerli istehsalın marketinq quruluşu və idxala olan tələbatı nəzərdə

tutulur. Əhalinin istehlakı marketinq planlaşması və əhalinin alıcılıq

qabiliyyəti ilə müəyyən olunur. Marketinq planlaşmasında adam başına

düşən istehlak səviyyəsini və strukturunu mövcud qiymətlərlə ödəyən

əhali gəlirləri onların formalaşma mənbələri və formaları

müəyyənləşdirir. Əhali gəlirləri hər bir regionda daxili iş yerləri və

sahibkarlığın inkişafı, əhalinin məşğuliyyəti və onların hər birinin fərdi

gəlirləri, həmçinin dövlətin transfert gəlirləri hesabına formalaşır.

Naxçıvan Muxtar Respublikasında əhalinin miqrasiyası bilavasitə iş

yerləri ilə təmin olunmaq üçün baş verən miqrasiyadır. Son illərdə

sosial-iqtisadi göstəricilərin mövcud vəziyyəti və onların orta aylıq

normativ tələbatlardan dəfələrlə aşağı düşməsi məhz əhalinin

miqrasiyasını intensivləşdirir. Təbii artır, hələ ki, mövcud miqrasiyanı

və ölüm-doğum arasındakı fərqi kompensasiya edir.

383

Page 384: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Ayrı-ayrı aparıcı sahələrin adambaşına istehlak səviyyəsi həmin

məhsulların marketinq bazarının formalaşma mənbəyini aşkar edir.

Adambaşına düşən ümumi daxili məhsul bütövlükdə regionun

sosial-iqtisadi inkişafının sintetik göstəricisi olub, həmin regionda

istehlak səviyyəsini, əhalinin həyat səviyyəsinin göstəricisi olmaqla

regionun investisiya mühitinin, imkanlarının, fondların təzələnməsinin

və kredit resurslarının formalaşması mənbələri rolunu oynayır.

1995-2001-ci illərdə adambaşına düşən ümumi daxili məhsulun artımı

yox, azalması müşahidə olunub. Son illərdə artım tempinin yuxarı

olmasına baxmayaraq, onun istifadəsində sənaye və kənd təsərrüfatı

sahələrinin təkrar istehsalı üçün kapital qoyuluşu islahatların həyata

keçirilməsi üçün kifayət deyil. Adambaşına düşən kənd təsərrüfatı

məhsullarının dəyərcə miqdarı 2000-ci ildə 747 min manat, əhalinin pul

gəlirləri isə 521 min manat təşkil edir. Təbii ki, əhalinin gəlirlərinin

adambaşına səviyyəsi respublikada orta aylıq əmək haqqı səviyyəsinə

və illik əhali gəlirlərinin səviyyəsinə nisbətən aşağıdır.

Bazar seqmentlərinin dinamikası yerli faktorlardan fərqli olaraq,

daha çox xarici amillərin və əhalinin istehlak davranışının

transformasiyanın qeyri-müəyyən istiqamətlər hesabına dəyişməsi

nəticəsində baş verir. İqtisadi ədəbiyyatlarda mikro- səviyyədə istehlak

seqmentlərini öyrənmək, onların formalaşması ilə istehsal və əhalinin

istehlak davranışında qanunauyğunluqları müəyyən etmək üçün

müxtəlif metodlardan istifadə olunur. Bizim fıkrimizcə, marketinq

tədqiqi üçün əhalinin istehlak və istehsal tələbatı əsas götürülməlidir.

Kənd təsərrüfatının bazar iqtisadiyyatı şəraitində mövcud

potensialından yerli şəraitə uyğun inkişafı üçün marketinq tədqiqi,

həmin məhsulların bazarına uyğun istehsal proqramların,

texnologiyanın, kübrə və toxum istehsalının, habelə sosial

infrastrukturunun seqmentləri müəyyən edilir. Ona görə də regional

bazar seqmentlərinin inkişafında komplekslik və ixtisaslaşma arasında

optimal münasibətlərin tənzimlənməsi üçün iqtisadi və təşkilati sistem və uyğun mexanizmlər yaradılmalıdır. Regional

-384-

Page 385: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

bazar seqmentləri, təbii ki, respublika və region arasında əlaqələrin

təkmilləşdirilməsi, optimal uzlaşma modelinin seçilməsi və

özünüidarəetmə, özünümaliyyələşdirmə ilə yanaşı, kredit, vergi və

subsidiyalar yolu ilə tənzimləmə mühüm əhəmiyyət kəsb edir. Bu

baxımdan regionda əhalinin tələbatını ödəmək onun istehlak

seqmentinin xüsusi çəkisinə uyğun olan sosial infrastrukturanm bazar

tipli modelinin təkmilləşdirilməsi vacibdir. Sosial tələbat regionda

prioritetlər üzrə formalaşır. Əhalinin ərzağa olan tələbatının ödənilməsi

aşağı səviyyəsində olmasına baxmayaraq, digər xidmət seqmentlərində

tələbatın artımı baş vermir. Ərzaq və ən zəruri ehtiyaclar ödənildikcə,

pullu xidmətlərə, o cümlədən mənəvi nemətlərə, turizm, istirahət,

profilaktika tədbirlərinə vəsait ayrılır. Ona görə də pullu və pulsuz

xidmətlərin təşkili hər bir regionda özünəməxsus mexanizmlər vasitəsilə

tənzimlənir. Respublikada səhiyyə, mədəniyyət, elm, təhsil, məişət və

əhali daşımaları kompleks regional bazarın əsas seqment strukturudur.

Xidmətin keyfiyyətindən, onun təşkili formasından və maliyyələşdirmə

mənbəələrindən asılı olaraq formalaşan sosial seqmentlərin

dinamikasını resurs potensialının və əhalinin imkanlarının nəzərə

alınması ilə planlaşdırılması və tənzimlənilməsi vacibdir. Regional

bazarın sosial seqmentinin dinamikası aşağıdakı kimidir. Əhalinin

sosial-iqtisadi və məşğuliyyət səviyyəsi dəyişdikcə, kənd təsərrüfatının

özəlləşdirilməsində olan struktur dəyişmələr, torpaq islahatının

sosial-iqtisadi nəticələri sosial xidmət və məişət bazarının strukturuna

və dinamikasına köklü təsir edib.

Torpaq islahatlarının metodoloji əsasları 1992-1993-cü illərdə

Naxçıvan Muxtar Respublikasında qoyulmuşdur. Kolxoz və sovxoz

təsərrüfatının özəlləşdirilməsi kənd əhalisinin fərdi təsərrüfatçılıq

fəaliyyətinin maddi əsası olaraq əsaslandırılır. Bu da öz növbəsində

əmtəə və xidmət bazarında özəl sektorun payını artırır. O cümlədən,

qeyri-istehsal sahələrinə olan tələbatın ödənilməsində özəl və

qeyri-dövlət sektorunun payının artması yeni bazar münasibətlərini

formalaşdırır.

385

Page 386: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regional bazarın sosial-iqtisadi nəticələri, yeni iş yerlərinə stimul

yaratmaq, kasıbçılıq həddinin aşağı düşməsi və uyğun olaraq aparıcı

məhsulların qiymətinin aşağı düşməsi meylləri əsas götürülür. Əhalinin

yaşayış səviyyəsinin aşağı düşməsi yeni bazarın formalaşmasına və

istehsalın artım tempinin azalmasına, qiymətlərin aşağı düşməsinə, son

nəticədə ölkədə büdcə resurslarının azalmasına və kredit imkanlarının

azalmasına səbəb olur. Məhz regional bazarın sosial-iqtisadi

göstəriciləri əhalinin istehlak strukturunda xidmət xərclərinin xüsusi

çəkisi və xidmət istehlakmm strukturunda pullu və pulsuz xidmətlərin

payı ilə ölçülür.

Tədqiqatlara uyğun olaraq, xidmət sferası biznes sferası olduğu

kimi və bilavasitə regional bazarın tərkib hissəsi olmaqla blokada

şəraitində və kasıbçılıq həddinin yuxarı səviyyəsində olan regionlara

dövlət sosial müdafiə və transfert xərcləri ayırır. Müasir şəraitdə

regional bazarın formalaşmasında və sosial tələbatın ödənilməsində

yerli büdcələr və əhalinin imkanları hesabına maliyyələşdirilən xüsusi

müəssisələr və fərdi fəaliyyət formalarının rolu daha da artır.

Regional bazarın sosial-iqtisadi strukturunun əhalinin istehlakında

və bazarda əmtəə-xidmət seçiminə görə tiplərə bölünməsi

metodologiyası və tənzimlənilməsi qaydaları idarəetmə üçün vacibdir.

Məhz mövcud reallıqda resursların əvəz edilməsi ehtimalı nə qədər

azalırsa, bir o qədər regional bazarda inhisarçılıq artır, təşəbbüskarlıq

azalır və, nəhayət, regional idarəetmə konturu kortəbii proseslərə

çevrilir. Regionun sosial- iqtisadi bazasına təsir edən potensial

kontingentlər, ənənəvi təbii resurslar və məşğuliyyət növləri uyğun

ixtisaslaşma səviyyəsini və bazarın seqmentləşmə strukturunu yaradır.

Əhalinin sayı, uşaqların yaş tərkibi, təqaüdçülər, ev təsərrüfatları və

onlarda işləyənlərin sayı sosial bazarın əsas göstəricilərini müəyyən

edir.

386

Page 387: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regional bazarın inkişafının əsas amilləri

Regional bazarın inkişafı, onun mövcud potensialının

qiymətləndirilməsi və həmin potensialın ərazinin iqtisadi və sosial

inkişafı üçün istifadə yollarının təmin edilməsində əlverişli istehsal və

təsərrüfat qərarlarının qəbul edilməsini birləşdirir. Beləliklə, bazarın

inkişafını məhz amillərin vacibliyi və faydahhğı baxımından

təsnifatlaşdırmaq mümkündür. Amillər üzrə yanaşma klassik və

mövcud iqtisadi tənzimləmə nəzəriyyəsində əhəmiyyətli yer tutur. Təbii

ki, birbaşa regional bazarın formalaşması ilə bağlı və dolayısı yolla onun

səviyyə və strukturuna təsir edən amillər, həmin amillərin əmtəə və

xidmət təklifinə, tələbatın ödənilmə dərəcəsinə və əhalinin istehlakmm

yaxşılaşmasına təsir etmək qabiliyyəti ilə ölçülməsi, fıkrimizcə,

düzgündür. İdarəetmə baxımından isə amillər ierarxik struktura ilə

təşkilatı quruluşda tutduğu pilləyə görə qiymətləndirilə bilər.

Regional bazarın amillərinə regionda bazarın formalaşması və

regionun əhalisinin məşğuliyyətinin təmin edilməsi meyarı baxımından

yanaşaraq, əsas amil olaraq istehsal, idxal, ixrac və sosial amillər kimi

təsnifatlaşdırmanı təklif edirik. Məhz istehsal amili birbaşa mövcud və

perspektiv bazar təklifinə uyğun struktur dəyişmənin əsas amili kimi

qəbul olunur. İstehsalın həcmi, onun istehlak strukturunda rolu, ixracata

təsiri, əhalinin məşğulluğunda xüsusi çəkisi və sosial təminat üçün

dövlət büdcəsinin formalaşmasında rolu, həmin amillərin üstünlüyünü,

«dominatn» rolunu müəyyən edir. Bu yanaşma həmçinin mövcud

amillərin perspektiv dəyişməsini də nəzərə alır və dövlətin regional

siyasətini formalaşdırır. Regionda istehsal amili həmin regionun təbii

sərvətlərindən, iqtisadi potensialından iş qüvvəsindən istifadə etməyin

maksimal hədlərinə yaxınlaşmağa stimul yaradır. İstehsalın təşkili, onun

bazar tələbatına uyğun yeniləşməsi və yeni istehsal obyektlərinin

tikilməsi və səmərəli təşkili strategiyasını hazırlayır. Təbii ki, regionun

istehsal amilində ancaq istehsal səmərəsi ilə kifayətlənmək yox,

həmçinin sosial effektlə də işsizliyin ləğvi, yoxsulluğun aradan

götürülməsi, sosial sferanın inkişafına yaradılan şərait də qəbul olunmalıdır.

387

Page 388: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regionda istehsal amili bazarın marketinq strukturunu

formalaşdığı kimi bazar tələbatına uyğun olaraq təşkil olunur və inkişaf

etdirilir. İstehsalın sahə quruluşu həm resurs potensialından, həmçinin

tələbatın seqment strukturundan asılı olaraq formahşır. Yerli istehsal

əhalinin istehlak tələbatına və gəlirlərinin formalaşmasına

yönəldildikdə yeni iş yerlərinin açılmasına nail olmaq olar. Fikrimizcə,

məhz bu konseptual yanaşma baxımından istehsalın əsas istiqamətləri

layihələşdirilir. Yerli biznes, həmçinin regiondan kənarda istehsala təsir

edən faktorlardan, o cümlədən, rəqabətə gözümlü, ucuz və keyfiyyətli

idxal imkanlarının almasından asılı olaraq formalaşır. Bu şəraitdə

makroiqtisadi səviyyədə regional siyasətin əsas istiqamətləri olan

idxal-ixrac və hiniayəçilik mexanizmləri yerli istehsalın mənafeyinə və

stimullaşdırılmasma yönəldilir.

İstehsal amili həmçinin sosial tələbatın strukturuna uyğun

ixtisaslaşır və kombinasiya olunur. Respublikada tikinti, quraşdırma,

səhiyyə, təhsil və məişət tələbatı üçün lazım olan xalq istehlakı

mallarının və yarımfabrikatlarm istehsalı həmin regionda əhalinin

məşğulluq səviyyəsində kəskin azalmanın qarşısını ala bilər. Regionda

ixracatyönlü məhsul istehsalı, onun təbii resurslarının istifadəsi və kənd

təsərrüfatı məhsullarının emalı istiqamətlərində inkişaf etdirilməsi, daha

səmərəli sosial-iqtisadi inkişaf nəticələrinə gətirib çıxarar. Regionlarda

strateji məqsəd kimi kənd təsərrüfatının əsas istiqamətləri olan

əkinçilik, heyvandarlıq, meyvəçilik, bostan və tərəvəz istehsalı,

həmçinin onların emalı üçün lazım olan istehsal infrastrukturası inkişaf

etməlidir. İstehsan infrastrukturası, məhz xidmət sahələri kimi

kollektivçilik əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin ittifaqı

formasında onların imkanlarının birləşdirilməsi yolu ilə reallaşa bilər.

İstehsal amilinin bazar strukturunun formalaşmasına uyğun çevik olaraq

təşkili və istehsal proqramlarının tətbiqi məhz həmin sahələrin

marketinq planlaşması ilə həyata keçirilir. Marketinq tədqiqi regionun

daxili resurslarını nəzərə almaqla, xalis məsrəf və effekt meyarı ilə

deyil, həmçinin sosial-iqtisadi effekt ilə ölçülə bilər.

-388-

Page 389: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istehsal olunmuş kənd təsərrüfatı məhsullarının əksər hissəsi yerli

tələbatı ödəmək və bəzi məhsulların yaxın Türkiyəyə barter üsulu ilə

ixracatına yönəlir. Belə ki, şəkər və meyvə-tərəvəzin bir hissəsi Türkiyə

Respublikası ilə şəkər tozu ilə mübadilə olunur. Regionlarda

heyvandarlığın inkişafı, ət-süd məhsullarının istehsalı bu sahədə

sahibkarlığın inkişafına və fiziki şəxslərin məhz süd məhsullarının

emalına yönəldilmiş məşğulluq fəaliyyətini stimullaşdırır.

Heyvandarlığın inkişaf meyli ət, süd məhsullarının həcminin artması,

onun istehlakmm yerli istehsal hesabına ödənilməsi imkanlarını artırır.

Sahibkarlığın inkişaf meyli bir sıra məhsulların ticarət

dövriyyəsində çıxarıb, bilavasitə onların istehlakmm istifadəsinə

yönəldilir. Ona görə də regionda istehlak bazarı dövriyyə xarakterinə

görə təkcə alqı-satqı aktı ilə yox həmçinin bilavasitə natura halında

istehlakı ilə baş verir. Dövriyyədə olan pulun miqdarı qıtlıq şəraitində

məhz natural istehlak bazarının daha da üstün artması baş verir.

Beləliklə, istehsal və istehlak arasında nisbət həmçinin natural əmtəə və

xidmət istehlakım özündə birləşdirir. Bu baxımdan istehsal amilinin

əmtəə və xidmət bazarına təsiri onun bazardan kənarda istehlaka

yönəldilən hissəsinidə əhatə edir. Metodoloji baxımdan biz region

bazarını istehlak ilə yox, istehsalla əlaqələndiririk. İstehsal həmçinin

ixracatı özündə əks etdirir.

Əhalinin pul gəlirlər bir tərəfdən istehsal amilinin effektli təşkili,

məşğulluğun artması və onların alıcılıq qabiliyyətinin formalaşmasına

təsir edirsə, digər tərəfdən alıcılıq qabiliyyətinə xərclərin strukturuna

təsir edir, mal və xidmət tələbatını formalaşdırır. Pul gəlirləri istehsal

olunmuş məhsulun bilavasitə bazara çıxarılıb satılmasından əldə edilən

gəlirlərlə ölçülür və bu gəlir digər məhsulların əldə edilməsi üçün

xərclər strukturuna çevrilir. Əhalinin gəlirləri və xərcləri eyni kəmiyyət

ola bilməz, çünki onun gəlir və xərclərinin bir hissəsi respublikadan

kənarda formalaşa bilir. Amma region əhalisinin yaşayışı baxımından və

bazarın təşkili baxımından bü gəlir və xərcləri təhlil etmək vacibdir.

389-

Page 390: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əhalinin dinamikası, təbii artım səviyyəsi və məşğulluq bilavasitə

regionda istehsal amilinin və istehlak seqmentlərinin daşıyıcısı olub,

tələb və təklifin müxtəlif bazar strukturlarında formalaşmasını təmin

edir. Belə ki, məhz əhalinin məşğulluq səviyyəsi, adambaşına düşən

məhsul istehsalını və onların gəlirlərinin əsas mənbəyi olan əmək

haqqında, büdcə gəlirlərinin formalaşmasına təsir edir. Məşğulluq

problemi özü sosial müdafiə amili olaraq regional bazarın

seqmentləşməsinin əsas amilidir. Belə ki, məşğulluğun müxtəlif

regionlarda həlli yolları konkret inkişaf meyllərindən asılı olub,

həmçinin respublikada olan ümumi iqtisadi vəziyyət və kredit

resurslarından asılı olaraq formalaşır. Regiona kapital axını əmtəə və

xidmət bazarında tələb və təklif, ixracat strukturunun rasional

məşğulluq strategiyasından asılıdır. Sosial müdafiə məqsədi ilə aparılan

dövlət himayəsində məhz məşğulluğun daha üstün artması respublikada

prioritet sahədir.

Əhalinin məşğuliyyət quruluşu bazarın strukturu ilə müəyyən

olunduğu kimi, həmçinin istehlakm əsas, yəni yerli tələbin

formalaşması amilidir. Məhz istehlak seqmentləri, istehsal olunmuş

marketinq strukturu bilavasitə demoqrafik dəyişmələrin və əhalinin

tərkib quruluşu ilə müəyyən olduğu üçün istehlak qabiliyyətini

formalaşdırır. İstehlak davranışı ərazidə fəaliyyət göstərən istehsal,

demoqrafik və idarəetmə xüsusiyyətlərinin qarşılıqlı əlaqəsi kimi

formalaşır. İstehlak, seçmə davranışı məhz istehlak tiplərinə görə

qruplaşan sosial qrupların istehlak bazarında formalaşmış ierarxiya üzrə

istehlak məhsullarının ar- dıeılhğıdır. İstehlak davranışı regionda bazar

strukturunu idarə etmək, əmtəə və xidmət istehsalı ilə yanaşı onların

gətirilməsi üçün tədbirlərin proqnozunun və metodiki əsası ola bilər.

Belə ki, istehlak strukturu əhalinin gəlirlərinə, dövriyyədə olan mal və

xidmət təklifinə, ənənvi fizioloji tələbat strukturuna, istehlak

davranışına təsir edir. İstehlak davranışı, aparılan iqtisadi siyasətin,

bölgü, mübadilə, həmçinin sosial siyasətin və qarşılıqlı əlaqələrin təsiri

nəticəsi kimi formalaşır. İstehlak davranışı əmtəə və xidmət bazarında,

əmtəə və xidmətlərin istehlak qabiliyyəti.

390

Page 391: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

onların bir-birini əvəz etmək xüsusiyyətləri və faydalılığı, həmçinin

həmin məhsulların qiymətləri ilə müəyyənləşir. İstehlak davranışında

mütərəqqi struktur bilavasitə həmin strukturun istehsalın artımına,

sahibkarlığın inkişafına, bazarın strukturunun formalaşmasına təsir edən

amil kimi qəbul olunur. Hər bir ailə, fərd üçün imkanlar daxilində

istehlakda seçmə qabiliyyəti, qərar qəbulu formalaşır. Belə ki,

aztəminatlı və kasıbçılıq həddi yuxarı olan ərazidə istehlak davranışında

xüsusi çəkisinə görə daha üstün yerləri ərzaq məhsulları və bir sıra vacib

qeyri-ərzaq məhsulları təşkil edir. Orta təminatlı səviyyələrdə istehlak

davranışında müəyyən səviyyədə xidmət istehlakı öz yerini tutur. Daha

çox təminatlı ailələrdə istehlakm strukturunda xidmət xeyli və daima

artan meyllər kəsb edir. Beləliklə, istehlak davranışı struktur proses

olub, ərazinin iqtisadi imkanlarından və perspektiv iqtisadi inkişaf

meyllərindən asılıdır. Müasir şəraitdə istehlak davranışının aparıcı

faktoru məhz həmin ərazidə əmtəə və xidmət təklifi və onların

qiymətləri, keyfiyyəti və əhalinin təminat səviyyəsi ilə müəyyən olunur.

Regionda istehlakm dinamikası və onun strukturunda «ierarxiya»

quruluşu bazar seqmentlərinin və marketinq tədqiqinə uyğun olaraq

menecment səyinin perspektiv istiqamətlərini idarə etmək üçün şərait

yaradır. Həmçinin hər bir regionda sahibkarlığın inkişafını və onun

marketinq strukturunun planlaşdırılması və inkişaf üçün dövlətin

resurslarının, bələdiyyə vəsaitlərinin, həmçinin hüquqi şəxslərin

maliyyə resurslarının qruplaşmasına stimul yaradır. Təcrübə göstərir ki,

istehlak tələbatına uyğun ayrı-ayrı subyektlərin istehsal proqramları

əsasında birləşməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, regionda olan

pul vəsaitinin kredit resursları kimi istifadəsi maliyyə imkanlarının

məhz sahibkarlıq üçün istifadəsinə şərait yaradır. Regionun istehlak

qanunauyğunluqları və davranış meylləri uzunmüddətli formalaşan

proses olduğu üçün, onun dəyişməsi üçün radikal tədbirlərin təsir gücü

az müşahidə olunur. Ancaq müəyyən məhsullar və xidmətlər üzrə

müəyyən istehlak səviyyəsinin formalaşmasının maksimal normativlərə

çatdırılması, digər

391

Page 392: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

məhsullar və xidmət istelılakma stimul yaradır. Son illərdə Azərbaycan

əhalisinin istehlakında ərzaq tələbatının ödənilməsi ilə yanaşı xidmət

istehlakmm xüsusi çəkisi artır. Tələbatın ödənilməsi həm şaquli, həm də

üfüqi istiqamətdə inkişaf edir. Ərzaq istehlakında yerli istehsalın

rolunun artması sahibkarlığın istehlak strukturunda xüsusi çəkisinin

artması ilə təmin olunur.

Region iqtisadiyyatının və sosial inkişafın bazarın formalaşması

baxımından müstəqillik şəraitində dinamik və stabil meyllərinin mühüm

istiqamətləri idxal və ixrac siyasəti xüsusi yer tutur. Artıq Azərbaycan

əmtəə-xidmət, ixrac və idxalda müsbət saldo əldə edib, ölkənin valyuta

mənbələrinin və mal təklifinin formalaşmasında yüksək artım tempi

bazarın daxili marketinq strukturunu formalaşdırır. İdxal və ixracın həm

əmtəə və xidmət bazarının amili, həm də nəticəsi kimi baxılması,

makroiqtisadi və mikrosəviyyəli region bazar münasibətlərini

təkmilləşdirir. Belə ki, idxalın və ixracın ümumi daxili məhsulda xüsusi

çəkisi, həmçinin hər hansı məhsul üzrə əmtəə və xidmət təklifinin

formalaşmasında rolu qiymətləndirilir.

Region iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyası və

daxili resurslarının istifadəsi istiqamətləri, ölkədə olan tələbat sistemi və

onun ödənilməsində xarici resursların səmərəliliyi meylləri idxal-ixrac

siyasətinin metodoloji əsaslarının konturunu müəyyən edir. Bu

baxımdan idxal-ixrac siyasətinin formalaşması, iqtisadi maraqlarla

yanaşı sosial mənafelər və sosial inkişaf, iqtisadi təhlükəsizlik və daxili

resursların iqtisadi dövriyyəyə cəlb olunması meyarları baxımından

hazırlanır və tənzimlənir. Regional iqtisadiyyatın inkişafının amili və

nəticəsi olaraq idxal və ixrac dinamikasına, onun strateji istiqamətlərinə

və tənzimlənil- mə mexanizmlərinə yanaşıdır. İdxal və ixrac strukturu

formalaşmış iqtisadi potensialın strukturu, həmçinin perspektiv

dəyişmələrin maddi təminatı, əmtəə və xidmət bazarının marketinq

quruluşunun proqnozuna uyğun təşkilati-idarəetmə mexanizmi kimi

çıxış edir. İdxal və ixrac, iqtisadi artım əmtəə bazarının təklifi və

əhalinin alıcılıq qabiliyyəti və onların iqtisadi davranışının uzlaşması,

tarazlaşması baxımından idarəetmə sistemi

-392-

Page 393: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və mexanizmlərinin səmərəliliyi ilə reallaşa bilər. Məhz praktiki

cəhətdən idxal və ixracın tənzimlənməsində iqtisadi mexanizm- lərin və

təşkilati-nəzarət orqanı olan gömrük işinin təşkili mühüm əhəmiyyət

kəsb edir.

İdxal strukturu istehsal və istehlak tələbatının və daxili istehsalın

tələbatının ödənilməsində rolundan asılı olaraq formalaşır. Təbii ki,

idxalın məhz istehlak xarakterli olması ölkədən valyutanın getməsinə,

ölkə iqtisadiyyatının öz resursları hesabına inkişafının zəifləməsinə və

iqtisadi müstəqilliyin, əmtəə və xidmət bazarının məhz idxaldan asılı

olmasına gətirib çıxarır. Təbii ki, idxalın tərkibində istehsal

vasitələrinin, təkrar istehsal üçün xammalın və respublikaya gələn

əhalinin istehlak və xidmət tələbatının ödənilməsi üçün meyllərin

stimullaşdırılması, ölkə iqtisadiyyatına, onun strukturuna təsir edir.

İxrac yönlü iqtisadiyyat iqtisadi islahatların keyfiyyət meyarı

olmalıdır. Məhz ixrac məhsullarına iqtisadi stimullar mexanizmlərinin

işlənməsi son nəticədə respublikaya investisiyanın artımına, onun

respublikada daxili qiymətin dinamikasına və strukturuna təsir edir.

Daxili qiymətlə ixrac olunan məhsulun arasında son istehlak qiymətinin

artması, xalis məhsulun payını artırır və həmçinin dövlət gəlirlərinin

artım mənbəyinə çevrilir.

İdxal-ixrac siyasətinin konseptual əsasları gömrük siyasətinin

idxalın və ixracın tənzimlənməsində gömrük orqanlarının vəzifələrini və

mexanizmlərini müəyyən edir. Belə ki, daxili bazarın və istehlakçıların

hüquqlarının qorunmasında optimal qərar qəbulu məhz elmi

proqnozlara əsaslanan və səmərəli inkişaf baxımından seçilən düzgün

gömrük verimləri və rüsumları ilə tənzimlənir. Bilavasitə gömrük vergi

və ödəmələri, rüsumları ölkədə qiymət siyasəti və həmçinin istehsal

xərcləri və yerli sahibkarlarla xarici investorlar arasında bərabər şəraitin

tənzimlənməsi ilə mümkün olur. İdxal məhsullarının maya dəyərinin

aşağı olması və onların aşağı keyfiyyətdə olmasına baxmayaraq, az

gəlirli ölkədə daha çox alıcılıq qabiliyyətinə malik olması, yerli istehsal

hesabına müvafiq əmtəə və məhsulların reallaşmasına əngəllik törədir.

Bunun tənzimlənməsi üçün dövlət

-393-

Page 394: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qiymət fərqini əmələ gətirilən məhsulların sahibindən müvafiq

ödəmələr formasında almalıdır. Təbii ki, bu istiqamətdə qanunvericilik

bazasının təkmilləşdirilməsi vacibdir.

Makroiqtisadi idxal və ixrac tənzimlənməsi, aparılan iqtisadi

siyasətin nəticələri kimi formalaşır, investisiyaya şərait yaradılması,

bəzi istehsal vasitələri və yeni iş yerlərinin açılması üçün vergi

tutulmaması ixracat yönlü məqsədlər həyata keçirilirsə bu sahələrdə

güzəştli gömrük siyasəti və onun əsas reallaşma mexanizmlərini inkişaf

etdirmək vacibdir.

Makrosəviyyədə istehsal güclərinin artırılması, yeni texnikaya və

yeni istehsal sahələrində idxalat vergisində, ixracat vergisinə bir neçə

vergi təşkili verməklə keçirməsi fıkrimizcə əhəmiyyət kəsb edir.

Bəzi məhsulların respublikaya gətirilməsində differensial

rüsumların qoyulması respublikada həmin məhsulların ucuz başa

gəlməsinə və idxalın azalmasına gətirib çıxarır. O cümlədən müxtəlif

içkilər, keyfiyyətsiz məhsullar və standart olmayan xalq istehlakı

mallarını bu sıraya aid etmək olar. Azərbaycan Respublikası bu

yaxınlarda yodlaşdırılmamış duzların respublikaya gətirilməsi və

istehsalının qadağası haqqında, zob xəstəliklərin qarşısını almaq üçün

qanun layihəsində maddə qəbul etdi. Fik- rimizcə bunun daha səmərəli

variantı həmin məhsullara daha çox gömrük vergisi qoyulması ilə

tənzimlənilməsi daha əhəmiyyətli olar.

Regionun coğrafı-iqtisadi quruluşu, onun bazarının əmtəə və

xidmətinin marketinq quruluşu, həmçinin əhalisinin istehsal amili kimi

istifadəsi həmin regionun daxili bazarında idxal və ixracın strukturunu

formalaşdırır. Tədqiqatlar göstərir ki, region əhalisinin həyat səviyyəsi,

onun sosial tələbatı, əhalisinin istehlak davranışı məhz idxala olan

tələbatı, onun mal strukturunun keyfiyyətinə və marketinq strukturuna

təsir edir. Bu baxımdan regional idarəetmə strukturu, mikroiqtisadi

islahatlar, vergi, büdcə, maliyyə-kredit sahəsində aparılan siyasətin

regional effekti və regional xüsusiyyətləri məhz bazarın təşkili və idarə

olunmasının institutsional amilidir. İdarəetmə amili kimi re

-394-

Page 395: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

gional bazarın təşkili və idarə olunmasında makroiqtisadi qərar qəbulu

və mikrosəviyyəli tədbirlər sistemi halında tətbiq olunur.

İdarəetmə amili makrosəviyyəli dövlət proqramlarını,

qanunvericilik və normativ sənədlərin, həmçinin beynəlxalq səviyyəli

konsensiyalarm, habelə ayrı-ayrı beynəlxalq səviyyəli ma- liyyə-iqtisadi

qruplarının və təşkilatlarının tələbləri ilə müəyyən olunur.

Makrosəviyyəli idarəetmədə aparılan islahatların məqsədi və regional

siyasətin formalaşmasında dövlətin vəzifələri əsas yer tutur.

Bazar iqtisadiyyatı şəraiti və liberal iqtisadi amil məhz dövlətin

vəzifələrini strateji məqsədlərdə cəmləşdirir. Ümumi iqtisadi artım və

region əhalisinin məskunlaşması və həyat səviyyəsinin yüksəldilməsi

meyarına xidmət təşkilati-idarəetmə amili kimi formalaşır.

Mikrosəviyyədə dövlət bəzi məhsulların istehsalı, ixracı və idxalında

təsərrüfatçılıq subyekti və həmçinin idarəetmə mexanizmlərinin

təşkilatçısı kimi çıxış edir. Dövlətin regional siyasəti regionun

məhsuldar qüvvələrini, həmin regionun sosial vəziyyətini

yaxşılaşdırmaq üçün hazırladığı tədbirlər hesabına baş verir. Dövlətin

regional inkişaf konsepsiyası həmin regionda yerli istehsala stimul

yaratmaq və əhalinin yerli məhsullara olan tələbatını ödəməkdən

ibarətdir. Azərbaycan Respublikasında sahibkarlığın ərazi quruluşu,

bəzi məhsulların regionlar üzrə istehsalı və istehlakı bir sıra

disproporsiyaları meydana çıxarır. Belə ki, Abşeron və Bakı zonasında

sahibkarlıqla məşğul olan hüquqi şəxslərin 70%-i yerləşir. Bu da öz

növbəsində əhalinin miqrasiyasına səbəb olur. İş yerlərinin regionlarda

azlığı istehsal məhsullarının mərkəzlərdə istehsalı və sonradan

regionlara daşınmasına səbəb olur. Göstərilən meyllərin idarə olunması

məhz idarəetmə amili kimi dövlətin büdcə siyasətindən, yerli büdcələrin

formalaşması və istifadəsi istiqamətlərindən, həmçinin dövlətin

regionlara tətbiq etdiyi kredit, vergi və sosial yardımların təşkilindən

xeyli asılıdır. İlkin növbədə dövlət büdcəsinin regional strukturu,

gəlirlər və xərclər əsasında nisbət regionda ədalət prinsipini

müəyyənləşdirir. Regionların ələbaxımhq siyasətini məhdudlaşdırmaq

üçün, həmin regionun daxili resurslarından səmərəli

395

Page 396: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istifadə etmək üçün bir sıra tədbirlər sistemi, yaxud regional proqramlar

tərtib edir, həmin regionların özünümaliyyələşdirmə və özünü

idarəetmə prinsiplərinə uyğun hüquqi və normativ bazasını yaradır.

Belə bir hüquqi baza ərazi idarəetmənin təkmilləşdirilməsi üçün

bələdiyyələrin statusu, onların gəlirləri və xərclərinin özünüidarəetmə

prizması baxımından təşkilində dövlətin bilavasitə himayəçiliyi və

qarşılıqlı təsir mexanizmləridir. Dövlət regionun inkişafının məqsəd və

imkanlarına stimul yaratmaq üçün onun gəlirləri və xərcləri arasında

nisbətin tənzimlənməsi üçün sahibkarlığın inkişafına, yerli məhsulun

emalı və ixracatına, habelə yerli tələbat məhsullarının regionda

istehsalına stimul yaratmaq üçün büdcə, vergi və kredit sistemi ilə təsir

edir. Dövlət bir sıra ərazilərin coğrafi və geosiyasi vəziyyətini nəzərə

alaraq, sosial müdafiə sistemi ilə onların əhalisinin məskunlaşmasına və

həyat səviyyəsinin minimum və orta səviyyədə saxlanılmasına təsir

edir. Bu məqsədlə bir sıra yerli əhəmiyyətli və beynəlxalq səviyyəli

proqramların regionlarda tətbiqi üçün ilkin şəraitin yaradılmasına

təminat verir. Belə ki, regionlarda yoxsulluq problemi mühüm

beynəlxalq səviyyəli proqram olub. Dünya Bankının, Beynəlxalq

Valyuta Fondunun struktur islahatlar çərçivəsində hazırladığı

proqramdır. Yoxsul- luğun həddi regionlarda iş yerlərinin itirilməsi,

gəlirlərin azalması ilə əlaqədə öyrənilir. Məhz regionlarda yoxsulluq

həddi, onun riski, bilavasitə region bazarının təşkili, onun marketinq

strukturunun planlaşması üçün əsas amil olaraq təsir edir. Regionların

sosial-iqtisadi strukturu, onun ərazisində yoxsulluğun ləğvi ilə bağlı

aparılan islahatlar müxtəlif xüsusi effekt baxımından qiymətləndirilir.

Regionda sosial müdafiə tədbirləri əhalinin məşğulluğuna və

alıcılıq qabiliyyətinə təsir edir, regionda pulun kütləsini artırır, onun

dövriyyə sürətini artırır. O cümlədən, pul kütləsi, əmtəə və xidmət

həcmi arasında maddi-maliyyə balansı tarazlaşır. Bu da öz növbəsində

tədiyyə balansının təkmilləşdirilməsinə təsir edir.

Dövlətin regional siyasəti həmin regiona qoyulan kapital

qoyuluşu ilə tənzimlənir. Bütün mənbələr hesabına kapital

-396

Page 397: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

qoyuluşunun istifadə edilməsi regionun kompleks iqtisadi və sosial

inkişafının əsas göstəriciləridir. Kapital qoyuluşndan istifadə dinamikası

bilavasitə əmtəə və xidmət, əmək və maliyyə bazarının formalaşmasına

təsir edir.

Məhz regional inkişafda maliyyə, əmək və sosial resursların

qarşılıqlı əlaqəsi və bir-birinin formalaşmasına təsiri ümumi inteqral

effekt kimi ərazi idarə və təşkilinin əsas amilidir.

Regional bazarın iqtisadi və sosial inkişafla əlaqəsinin

təhlili metodikası

Regional bazar anlayışı, onun dinamikası və meyllərin təhlili bazar mühitini təmin edən kompleks şəraitlə vəhdətdə aparılır. Bu da öz növbəsində real bazarın idarə edilməsinə təsir edən tədbirlərin əsaslandırılması və proqnozu üçün əsas verir. Regionun bazar strukturu onun iqtisadi struktur və idarəetmə strukturunun qarşılıqlı əlaqəsində baş verir.

Regional bazarda mal təklifi, onun mənbələrinin araşdırılması ilə aşkar edilir. İdxalın daxili istehsal, dövlət mülkiyyəti və özəl sektorda, ayrı-ayrı məhsulların mal təklifində xüsusi çəkisi və dinamikası bazarın təhlilinin əsas metodiki yanaşmasıdır. Mal təklifi həmçinin əhalinin alıcılıq qabiliyyəti, yəni əhalinin imkanları və bazarın tələbinin strukturu ilə əlaqədə təhlil olunur. Ərazinin tələbat quruluşu və onun ödənilməsi imkanlarının təşkili həmin ərazinin kompleks idarə edilməsinin məqsədi və idarəetmə strukturunda əsas vəzifələrini müəyyən edir. Regionun məcmuu tələbatı və məcmuu təklifinin uzlaşması həmin regionun tarazlı inkişafını müəyyən edir. Müasir açıq iqtisadiyyat şəraitində özünün resursları hesabına tələbatın ödənilməsi prinsipi mümkün olmadığı halda bu əlaqələri məhdudlaşdırır. Ona görə də regionlarda əhalinin alıcılıq qabiliyyətinin maliyyə mənbələri və tələbatın ödənilməsi üçün lazım olan əmtəə və xidmət təklifi respublikadan kənarda formalaşır. Regionun ərazisindən kənarda formalaşan alıcılıq qabiliyyətini və onun məbləğinə uyğun əmtəə və xidmət təklifinin region resurslarının hesabına ödənilməsi ərazinin kopmieks inkişafı baxımından səmərəlilik

397

Page 398: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

deməkdir. Belə ki, regiona müəyyən maliyyə vasitələri daxil olur, həmin maliyyənin istifadəsi regionda təbii resursların istifadəsinə və iş qüvvəsinin, məşğulluğun artırılmasına gətirib çıxarır. Bu hal əhali miqrasiyasının tədricən azalmasına və məşğulluğun artması ilə istehsal olunan məhsul və xidmətin ixracatına səbəb olur. Region iqtisadi inkişafda tamamilə öz tipini və statusunu dəyişib, inteqrasiya tələblərinə uyğun dinamikaya və meyllərə yiyələnir. Azərbaycan iqtisadiyyatında baş verən meyllər, struktur dəyişmələr və dövlətin iqtisadiyyatın idarə olunmasında hima- yəçilik təsirləri, təbii ki, hər bir regionun iqtisadi inkişaf meylləri ilə müəyyən olunduğu kimi, həmin regionun iqtisadi inkişafına şərait yaradır. Ona görə də ümumi göstəricilər ilə, respublikada baş verən iqtisadi artımla regionda formalaşan xüsusiyyətlər təhlil olunur. Belə ki, Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun artım tempinin dəyişməsi, respublikada dövlət gəlirlərinə, yerli büdcələrə verilən dotasiyalara, hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətinə təsir edir.

İqtisadi artım və stabilləşmə dinamikası bütövlükdə makroiqtisadi nisbətlərdə tənzimləndildiyi halda onun sosial-iqtisadi nəticələri region və sahə iqtisadi strukturlarda özünü reallaşdırır. Təbii ki, ümumi daxili məhsulun region üzrə hesablanmasında bir sıra metodiki çətinliklərə malik olduğu üçün ayrı-ayrı sahələrin və məhsulların region əhalisinin və regionun tələbatının ödənilməsində xüsus çəkisini qəbul etmək daha düzgün olar. Azərbaycan Respublikasının idarəetmə strukturu adekvat olub, ancaq özünün sahələrinin istehsal və tələbat strukturunda rolu ilə fərqlənir. Ona görə də təhlil metodikasında bazarın strukturu dedikdə, onun sahə quruluşu və vacib məhsullar üzrə dinamikasının təhlili daha vacibdir. Naxçıvan Muxtar Respublikasında planlı təsərrüfat sistemində istehsalın və gəlirlərin sahə quruluşu bütövlükdə Azərbaycan Respublikasının ümumi göstəricilərinə uyğun inkişaf etdirilirdi. Sənayenin və kənd təsərrüfatı məhsullarının ümumi istehsalda həcmi 98%-ə qədər qalxırdı. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasında sənaye və kənd təsərrüfatının ümumi daxili məhsulda olan xüsusi çəkisi 1998-2003-cü illərdə orta illik hesabla 40-43%-ə qədər təşkil edir.

398-

Page 399: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Təbii ki, bu dəyişmə respublikada bazar strukturuna uyğun olaraq

xidmət və sosial infrastrukturanm daha üstün artması ilə izah oluna bilər.

Mövcud struktur dəyişmə həmçinin mülkiyyət münasibətlərinə uyğun

istehsalın və istehlakm formalaşmasında özəl sektorun rolunu artırır.

Ümumi daxili məhsulun artım tempi və onun sahə quruluşunda və

mülkiyyət formalarından asılı olaraq regionda əmtəə və xidmət

bazarının formalaşmasının əsas xüsusiyyətləri və perspektiv

istiqamətləri formalaşır.

Regionda kapital qoyuluşunun strukturu son illərdə kənd

təsərrüfatı məhsulları istehsalının və tikinti sahəsinin inkişafı ilə

əlaqəlidir. Regionlarda kənd təsərrüfatı məhsullarının istehsalının

başlıca mənbəyi aparılan islahatların nəticəsidir. Kənd təsərrüfatı

islahatlarının radikalhğı və yerli resursların istifadəyə cəlb olunmasında

səmərəli yolların axtarılması və bir sıra aparıcı kənd təsərrüfatı

məhsullarının ixracatı üçün beynəlxalq iqtisadi əlaqələrin

təkmilləşdirilməsi əsas rol oynayır. Regionlarda kənd təsərrüfatı

məhsullarının satılması üçün müqavilələr, habelə şəkər çuğunduru

məhsulunun Türkiyəyə satılıb, əvəzində şəkər tozunun alınması, kənd

təsərrüfatında maldarlıq məhsullarının, o cümlədən, dəri, yun və pendir

istehsalının artımı və ixracatı ilə stimullaşdırma mexanizmi

işləməkdədir. Kənd təsərrüfatının inkişafı Naxçıvanda həm əhalinin

məşğulluğu, həm də yerli tələbat və ixracat üçün ən səmərəli sahədir.

Kənd təsərrüfatı üçün lazım olan meliorasiya tədbirlərinin

vaxtı-vaxtında və səmərəli təşkili müəyyən çətinliklərə gətirib çıxarır.

Bu məqsədlə Dünya inteqrasiya sisteminin faydasından və yoxsulluğa

kömək proqramlarından, həmçinin ayrı-ayrı təbii sərvətlər və resursların

istifadəsinə və biznesinə yönəldilmiş vasitələrdən istifadə mühüm

istiqamətlərdir. Dünya bankının yoxsulluq proqramı məhz Naxçıvanın

dağlıq rayonlarında yaşayan əhalinin məskunlaşması və yeni iş

yerlərinin açılması üçün istifadə olunmalıdır. Bu məqsədlə yoxsulluğun

həddini, yoxsulların yaşayışı üçün lazım olan maddi nemətlərin

özlərinin istehsalına şəraitin yaradılması sosial-iqtisadi inkişaf

baxımından daha faydalıdır. Xırda kreditlər verməklə, yaxud

sahibkarlığa kömək məqsədi ilə güzəştlər

-399

Page 400: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sistemi tətbiq etməklə həmin regionların və yerli istehlak bazarı üçün lazım olan əmtəə və xidmətlərin istehsalını təmin etmək olar.

Region iqtisadiyyatının sosial-iqtisadi inkişafının təhlili metodikası həmin regionun resurslarının kompleks istifadəsi və əhalinin sosial tələbatının ödənilməsi ilə bağlı sahələrin daha prioritet olması ilə mümkündür. Tədqiqatlar göstərir ki, region açıq iqtisadi mühitdə yaşadığı üçün və inteqrasiya prosesləri dərişləndikcə tələbata uyğun bazarın təşkili məhz regionun resurslarının istifadə variantında ancaq iqtisadi mənafeylər yox, həmçinin sosial-iqtisadi mənafeylər üstünlük təşkil etməlidir. Belə ki, Naxçıvan MR-nm əhalisinin tələbatının zəruri hissəsi olan ərzaq tələbatını öz daxili istehsalı üzrə ödənilməsi, fıkri- mizcə, mümkündür və istiqamətdə islahatlar daha da dərinləşməlidir. Ərzaq bazarı, təbii ki, sahibkarlıqla məşğul olan fiziki şəxslərin və hüquqi şəxslərin iqtisadi stimullaşdırılması üsulları ilə təmin olunur.

Ərzaq tələbatından istehsal potensialı tam kifayət edir, bu məqsədlə torpaqdan istifadənin istehsal infrastrukturunun bazar tipli strukturlarını inkişaf etdirmək və dövlətin büdcə, kredit və investisiya mexanizmləri vasitəsilə kənd təsərrüfatının dayanıqlı inkişafı üçün təminat sistemi yaradılmalıdır. Təsərrüfat riski məhz quraqlıq və suyun olmaması ilə bağlıdır. Bugünkü şəraitdə su ehtiyatı regionların tələbatını ödəyir. Ancaq həmin su kütləsini saxlamaq və yay aylarında kənd təsərrüfatı istehsalı üçün lazım olan ahəngdar təchizat problemlərini həll etmək üçün mövcud su ambarlarmm tutum güclərindən tam istifadə etmək daha düzgündür.

Regionların iqtisadi potensialın qiymətləndirilməsi, tədqiqi və proqnozu nəzəri və praktiki baxımdan çox əhəmiyyətlidir. Region iqtisadi potensialın qiymətləndirilməsi həmin potensialın istifadə baxımından əldə olunan sosial-iqtisadi effektlə ölçülür. Mülkiyyət formasından asılı olmayaraq iqtisadi dövriyyəyə cəlb olunan bütün maddi əmək və mənəvi, intellektual resursların iqtisadi artımda və əhalinin tələbatının ödənilməsi dərəcəsində elastikliyi ilə müəyyən olunur. Region iqtisadi potensialının

400

Page 401: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istifadə dərəcəsində prioritetlər məhz hər bir struktur elementin son

faydahhğa təsir gücü ilə müəyyən olunur.

İqtisadi potensialın təkrar istehsalı, onun regionda prioritetliyi

məhz bu artımların xüsusi çəkisi ilə müəyyən olunur. Regionun bazar və

iqtisadi potensialı arasında əlaqənin təhlili metodikası hər bir ərazidə

iqtisadi, sosial və təşkilati tədbirlərin son nəticəsi, yəni faydahhğı ilə

ölçülür. Ərazidə əhalinin sosial ehtiyaclarının ödənilməsində tədbirlərin

rolu effekt meyarı kimi qəbul olunur. Belə ki, ərazidə ət və ət

məhsullarına olan tələbatın ödənilmə dərəcəsini yüksəkdir. Kənd

təsərrüfatı islahatları kənd təsərrüfatının istehsal sferasını, məhsulun

reallaşmasının və daxili bazarda yerli məhsulların tutumluğunu artırır.

Təbii sərvətlərin və coğrafi iqlim şəraitinin iqtisadi dövriyyə cəlb

olunması, həmin regionda işləyənlərin sayını artırır, xidmət istehla- kma

və turizmin inkişafına şərait yaradır.

İstehsal edilmiş sənaye məhsullarının həcmi inflyasiyanın çevik

dəyişməsi ilə əlaqəli olaraq 1991-1995-ci illərdə yüksək sürtələ

artmışdır. Əhalinin sayının bu illərdə artımı 27,7 min nəfər, yəni 7%

olduğu halda sənaye məhsulunun həcminin artımı

2,6 dəfə olmuşdur. 1996-cı ildən başlayaraq sənaye məhsulu 1997-ci

ildə 130,9% olub, sonrakı illərdə uyğun olaraq azalıb 96,2%-ə enmiş,

2000-ci ildə yenidən orta illik artım tempi 3,7% təşkil etmişdir. İşçilərin

sayı 1991-1995-ci ildə azalıb, əvvəlki illərə nisbətən artım tempi

97,4%-dən 83,5%-ə enmişdir. Sonrakı illərdə isə artım tempi 1996-cı

ildə 66,6%-dən 2000-ci ildə 107,2%-ə qalxmışdır. Əgər azalma tempinin

dəyişmə intervah 97,7%-dən 66,6%-ə qədərdisə, yəni 30,8%-dirsə, orta

intervah 66,6%-dən 107,2%-ə qədərdir, 40,6%-dir. Bütövlükdə istehsal

həcmi 10 ildə 10% artım tempi ilə xarakterizə olunur.

Regional bazarın qeyri-ərzaq məhsulları üzrə formalaşması

mənbəyi yerli istehsal, yaxud idxal olunan məhsullar hesabına ödənilir.

Yerli istehsala yönəldilən əmtəə və xidmət təklifi, həmin regionda

məşğulluğun payını artırır. Təbii ki, özəlləşdirmənin əhatə dairəsindən

alıcı olaraq qeyri-ərzaq və xidmət bazarında hüquqi şəxslərin və

sahibkarlıqla məşğul olan fiziki şəxslərin payı artır. Respublikada özəl sektorun ümumi daxili məhsulun və

-401 -

Page 402: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sənaye məhsulunun həcmində xüsusi çəkisinin artması, həmçinin regionlarda baş verən meyllərə və dəyişmə dinamikasına təsir edir. Belə ki, Naxçıvan Muxtar Respublikasında qeyri-ərzaq məhsullarına tələbatı idxal vasitəsi ilə baş verir. Ancaq tikinti məhsullarının istehsalı və o cümlədən, daş, qumm, gəc və kərpic istehsalı tamamilə yerli istehsalın və yerli sahibkarlığın inkişafı ilə baş verir. Məhz yerli təbii resursların istehsal dövriyyəsinə cəlb olunması, həmçinin xidmət sahəsində lazım olan materialların yerli emalı hesabına ödənilməsinə şərait yaradır. Hesablamalar göstərir ki, yerli daş-cmqıl, sement istehsalı hesabına büdcədən maliyyələşdirilən sahələrin tikinti işlərinin həyata keçirilməsi xeyli miqdarda qənaətə səbəb olur, həmçinin əhalinin işlə təmin olunmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikasında ixdal olunan məhsulların xammal şəklində gətirilib, həmin xammalın burada emalı yeni iş yerlərinin açılmasına, yaxud həmin resursların əvəz edilməsi ilə tələbatı ödəyən digər marketinq qurİLişunda məişət və xidmət avadanlıqlarının ödənilməsi ərazidə tələb və təklifin tarazlaşmasmda əhali məşğulluğunun xüsusi çəkisini və onun təsirini formalaşdırır. Belə ki, taxta-şal- ban gətirilib, ondan yerli əhalinin və dövlət müəssisələrinin istehsalı üçün lazını olan pəncərə, qapı, stol, stul və mebelin hazırlanması məhz regionda yerli bazarın strukturunda yerli istehsalın payını artırır. Regionun bazar strukturu həmin regionun tələbatı ilə bağlı olub, əmtəə və xidmət təklifi və əhalinin, hüquqi şəxslərin alıcılıq qabiliyyəti ilə tarazlaşır.

Əhalinin xidmət sahələrinə olan tələbatı, regionda sosial infrastrukturun yerləşməsi, inkişafı və səmərəli təşkili metodlarını və metodikasını hazırlamağı tələb edir. Xidmət sahələri bazar iqtisadiyyatı şəraitində funksional tələbatını ödəmək üçün sahə quruluşuna və region daxili ərazi strukturuna görə formalaşır. Bu formalaşma öz növbəsində bazar strukturunu formalaşdırır. Xidmət bazarının formalaşması həmin xidmətin istifadəsi formalarına və xidmətin təşkili formalarına görə təsnifatlaşdırıhb, qiymətləndirilə bilər. Məhz xidmətin təşkili formaları həmin xidmətin xarakter, məzmun və mülkiyyət formasından, maliyyələşdirmə mənbələrindən asılı olaraq formalaşır. Xidmət bazarı.

-402-

Page 403: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

həmçinin təkrar istehsal baxımından qruplaşdırıla bilər. Xidmət

sahələrinin təşkili sahə və ərazi tələbatına və marketinq planlaşmasına

uyğun təşkil olunur.

Xidmət bazarının formalaşması, meylləri əhalinin xidmətə olan

tələbatı ilə reallaşır, yəni istehlak strukturu ilə müəyyənləşdirilir.

İstehlak davranışı xidmət bazarının regional xüsusiyyətlərini üzə çıxarır.

Belə ki, regionda yaşayan əhalinin yaş quruluşu, onun həyat səviyyəsi,

regionda əhalinin artım tempi, miqrasiya və həmçinin xidmətin milli

dəyərlər baxımından üstünlüyü nəzərə almaqla idarə olunur. Xidmət

biznes fəaliyyəti olmaqla müasir şəraitdə regionun kompleks inkişafının

əsas amilidir. Xidmət həmçinin təşkili formasından asılı olaraq

investisiya qoyuluşu, mənfəət gətirən, büdcə gəlirlərinin və xərclərinin

əsas istiqamətlərini formalaşdırır.

Azərbaycan Respublikasının dünya iqtisadi əmək bölgüsündə yeri

və onun digər ölkələrlə əlaqəsi ayrı-ayrı sahələr üzrə baxılmaqla yanaşı,

həmçinin respublika daxili regionların məhz iqtisadi əlaqələrdə rolu və

xüsusi çəkisi ilə müəyyən olunur. Region bazarı ixracat olunan

məhsullara və idxal olunan əmtəə və xidmətlərə təsir edir, ictimai əmək

bölgüsü baxımından region sosial infrastrukturuna təklif daha çox yerli

əhalinin tələbi ilə formalaşır. Regiona xarici ölkələrin vətəndaşlarının

biznes fəaliyyəti üçün, yaxud turizm və istirahət üçün gəlməsi həmin

regionda xidmət təklifini formalaşdırır. Xidmət təklifimin strukturunda

maliyyələşdirmə mənbəələri dövlət büdcəsi müəssisə və təşkilatların

xüsusi vəsaitləri, əhalinin vəsaitləri hesabına maliyyələşdirmə baş verir.

Dövlət büdcəsi vasitəsi ilə maliyyələşdirmə yolu ilə əhaliyə pulsuz

xidmət göstərilir. Əhalinin vəsaiti hesabına isə bazar qiymətlərinə uyğun

xidmət göstərilir. Regionda əhalinin xidmətə olan tələbatı, əhalinin

istehlak davranışı üstünlüyündən və onların gəlirlərindən asılıdır.

Xidmət bazarın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilən hissəsinin

təşkilati quruluşu həmin xidmət sahələrinin ərazidə istehlakçıların

sayından asılı olaraq normativ göstəricilərə uyğun planlaşdırılır. Təbii

ki, həmin normativ xərclər dövlət büdcəsinin gəlirlərinin həcmi və xidmətin əsas marketinq quruluşuna uyğun əsaslan-

-403-

Page 404: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dirilir. Regionda səhiyyə, təhsil, məkğəbəqədər uşaq müəssisələri,

idman kompleksləri müəyyən normativ göstəricilərə uyğun

planlaşdırılır və inkişaf etdirilir. Bazar iqtisadiyyatı həmin

müəssisələrin əhalinin tələbatına uyğun olaraq biznes məqsədi ilə də

inkişafına şərait yaradır. Təbii ki, regionda əhalinin maliyyəsi hesabına

ödənilən təhsil, səhiyyə xidmətinin dövlət tələblərinə uyğun

tənzimlənməsi yolu ilə reallaşdırılır.

Sosial müdafiə fondlarının yığılmasında regionun iştirakı məcburi

sığorta və sosial vergilər yolu ilə baş verir. Ancaq əhalinin həmin

fondlardan aldığı vəsait həmin sosial qrupların sayı ilə bütün respublika

üçün eyni olan normativlərlə müəyyən olunur. Təbii ki, təhlil

metodikası, sosial fondların alıcılıq qabiliyyətində rolu ilə əsaslandırılır.

İstehsal sferasında və istehlak quruluşunda özünüməxsus əmtəə və

xidmət bazarının təşkili və sosial müdafiə istiqamətlərində proqramlar

tərtib etməyi meydana çıxır. Pensiya islahatları pensiyanın yeni fərdi

ödəmə sisteminə keçilməsi və regionlarda əhalinin məskunlaşması və

dəniz səviyyəsindən 1500-3000 m hündürlüyündə əhalinin

məşğuliyyətini stimullaşdırmaq üçün pensiyaya əlavələr bazarın

kəmiyyətinə və keyfiyyətinə təsir edir.

Regionda əhalinin digər qrupları ilə bazarın formalaşması arasında

olan ələqələrin açılması kənd, şəhər istehlak xüsusiyyətlərinin nəzərə

alınması metodikası regionda marketinq planlaşmasının və istehlak

seqmentlərinin tədqiqinə gətirib çıxarır. Region bazarını istehlak tipinə

və strukturuna görə seqmentlərə bölmək olar və hər seqmentə uyğun

istehlakçıların dəyişmə dinamikasını riyazi paylanma qanunları ilə

təsvir etməklə, proqnoz dövrü üçün seqmentlərin dəyişməsi dinamikası

müəyyən edilə bilər. Region əmtəə və xidmət bazarının təhlili faktorlar

üsülü ilə mümkündür. Ona görə də onun modeli daha çox reqressiya və korrelyasiya tənlikləri ilə ifadə olunur.

404

Page 405: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

BOLMƏ IX: SOSİAL-İQTİSADİ İNKİŞAF VƏ

SAHİBKARLIĞIN REGİONAL PROBLEMLƏRİ

FƏSİL I: SAHİBKARLIĞIN İNKİŞAFININ SOSİAL-İQTİSADİ

VƏ METODOLOJİ PROBLEMLƏRİ

Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində inkişafının

nəzəri metodoloji aspektləri

Sahibkarlıq fəaliyyət dairəsi olmaqla, maddi və mənəvi nemətlər

istehsalına yönəldilən təşkilati idarəetmə obyekti kimi iqtisadi və

sosialyönlü məqsədləri təmin etmək üçün müəyyən maddi və maliyyə

vəsaitlərə sahib olan obyektlərdir. Sahibkarlıq bazar iqtisadiyyatı

şəraitində azad rəqabət və bazar tələbinə uyğun istehsal proqramları və

onların təmin olunması üçün təşki- lati-idarəetmə strukturudur. Bazar

iqtisadiyyatı şəraitində sahibkarlığın inkişafı bazarın tələbat strukturu ilə

müəyyən olunur. Maddi və mənəvi nemətlərin marketinq strukturu onun

istehsalının zəruriliyini müəyyən edir.

Beləliklə, sahibkarlıq fəaliyyətinin zəruriliyini aşağıdakı tələblər

meydana çıxarır:

- respublikanın makroiqtisadi artımını təmin edən maddi və

mənəvi nemətlərin dinamik inkişaf tempi, ona artan tələbatı ödəmək

üçün istehsalı və istifadəsini təşkil edən sahələrin tarazlı inkişaf tələbatı;

- əhalinin məşğulluğunu təmin etmək və əhalinin istehlak

strukturunda yerli məhsulların rolunu artırmaq və yoxsulluğun ləğvinin

əsas amili olan işçi qüvvəsi artımına uyğun yeni iş yerlərinin açılması

arasında tarazlığın təmin edilməsi;

- mal, əmtəə, xidmət bazarının və təklifinin təmin edilməsi, hər

hansı konkret tələbata uyğun alıcılıq qabiliyyətin və tələbin

ödənilməsində fəal və çevik siyasət yeridilməsi, həmçinin əhalinin sosial

qrupları üzrə istehlak tələbatının strukturuna uyğun istehsal strukturunun

təşkili və idarə edilməsi;

- respublikada iqtisadiyyatın və sosial inkişafın tarazlı

dinamikasını təmin etmək məqsədi ilə sahələrarası və istehsal

- 405

Page 406: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

infrastrukturlar arasında müvazinətin qorunması və tarazlı inkişafın

təminatının tələbi;

- respublikanın iqtisadi inkişafında ixracatın xüsusi çəkisinin

artırılması valyuta ehtiyatlarının tələbinə uyğun əmtəə və xidmət

bazarının respublikadan kənarda formalaşması və genişlənməsinə səy

edilməsi sahibkarlığın nəzəri və metodoloji əsasını və konkret

istiqamətlərini müəyyən edir. Konseptual baxımdan Azərbaycanın

iqtisadiyyatının stabil və tarazlı artım dinamikası, sahibkarlıq

fəaliyyətinin ərazi və sahə strukturunu, onun iqtisadi rolunun

güclənməsinə stimul yaradılmasına xidmət edir.

Sahibkarlığa bazar iqtisadiyyatının formalaşması və

dinamikasının ilkin şəraiti kimi baxmaq lazımdır. Bu şəraitin yaradılması

formalaşan iqtisadi sistemin xarakterindən, məzmunundan, iqtisadi

sistemin məqsədindən və məqsədi həyata keçirən resurs təminatından və

onların təşkili metodlarından asılı olaraq regionlaşdınhr və özünəməxsus

xüsusiyyətlər kəsb edir. Bu baxımdan sahibkarlığın dinamikası, ona

dövlətin himayəsi mexanizmləri və idarəedilmə strukturu formallaşır.

Sahibkarlığın inkişafı mülkiyyət münasibətlərinin forma və məzmunu ilə

əlaqədə dəyişir, yeni sahə və ərazi quruluşuna malik olur. Bu baxımdan

sahibkarlığa ümumi iqtisadi inkişaf konsepsiyasının daxili ünsürü və

onun amili, həmçinin iqtisadi artımın istifadəsinin nəticəsi kimi baxılır.

Sahibkarlığın məzmunu geniş iqtisadi, sosial və təşkilati idarəetmə

problemli məqsədi, onun çoxcəhətli tərəfləri, araşdırması və tədqiqində

kompleks yanaşma metodologiyasına əsaslanır. İlkin növbədə

sahibkarlıq makroiqtisadi artım və tənzimləmə obyekti kimi, ümumi

daxili məhsulun, yaxud milli sərvətin təkrar istehsalı kimi təqdim olunur.

Sahibkarlıq fəaliyyətinə, həmçinin müəssisə, yaxud ərazi iqtisadi

inkişafın tərkibi kimi məhsuldar qüvvələrin yerləşməsi və inkişafının

amili və iqtisadi inkişafın nəticəsi kimi baxılır. Sahibkarlığın tədqiqi,

təşkili, planlaşması və idarə olunmasının ümumi metodoloji prinsipləri

sistemlik, komplekslik, səmərəlilik və sosial yönlü

-406-

Page 407: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

siyasət kəsb etməsidir. Hər bir fəaliyyət rəqabət mühitində səmərəli və

davamlı təkrar istehsal dinamikasına malik olmalıdır. Bu isə onun

davamlılığını təmin edən prinsiplərin və idarə etmə metodların olmasını

tələb edir.

Sahibkarlığın planlaşması onu müəssisə fəaliyyəti ilə eyniləşdirir,

bütövlükdə sahibkarlığın ictimai-siyasi və mülkiyyət münasibətləri ilə

formalaşan xüsusiyyətlərini gizlətmiş olur. Ona görə də biz sahibkarlığa

daha geniş ərazi və sahə idarəçiliyinin vəhdətində idarəetmə obyekti

kimi baxırıq. Sahibkarlıq, mülkiyyət münasibətlərindən, onun ölçüsü və

işçilərinin sayma uyğun olaraq müxtəlif təsnifata bölünür. Təbii ki,

sahibkarlığın xüsusiyyətləri, onun tənzimləmə mexanizmləri kiçik və

orta sahibkarlığın marketinq strukturunu və işçilərinin sayı ilə metodoloji

prinsipləri özündə birləşdirir. Kiçik sahibkarlıq subyektləri dedikdə,

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki

şəxslər nəzərdə tutulur. Orta sahibkarlıq isə işçilərin orta sayı (mövsümi

işçilər nəzərə alınmadan) sənaye, nəqliyyat və tikintidə 50 nəfərədək,

kənd təsərrüfatında və elmi-texniki sahədə - 30 nəfərədək, ticarət,

xidmət, informasiya və digər sahələrdə - 25 nəfərədək olan hüquqi

şəxslər nəzərdə tutulur. Sahibkarlığa iqtisadi artım və rəqabət qabiliyyətli

təsərrüfatçılıq, əhalinin işlə təmin olunması məqsədi ilə təşkil olunan

fəaliyyət sferası kimi yanaşma, fikrimizcə, iqtisadi ədəbiyyatda daha

kompleks yanaşma metodologiyası və sahibkarlığa idarəetmə statusu

vermək məqsədi ilə inteqral yanaşma metodologiyasıdır.

Sahibkarlıq fəaliyyəti iqtisadi risklərə bağlı fəaliyyət dairəsi olub,

onun davamhğı və iqtisadi cəhətdən səmərəli təşkili məhz bazarda

marketinq dəyişmələrini və tələbatın dəyişmə meyllərini proqnozlaşdırıb

resursların, istehsal proqramlarının və xidmət sahələrinin əsas istehlak

quruluşu əsaslandırmaqla əlverişli variantlar axtarmağa imkan verir.

Təsərrüfat fəaliyyəti kimi sahibkarlığa gəlir götürmək və mülkiyyəti

axtarmaq məqsədi ilə təşəbbüskarlıq fəaliyyəti kimi baxılır. Sahibkarlıq

idarəetmə obyekti kimi məqsədlər, resurslar, proqnozlar və variantlar

407-

Page 408: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

axtarmaqla təşkili struktura kəsb edir. Sahibkarlığın əsas məqsədi bazar

tələbinə uyğun inkişaf səviyyəli gəlir gətirmək və makrosəviyyəli

məqsəd olan maddi nemətlərin artımını təmin edən kompleks

planlaşdırma və təşkilati struktura kimi qəbul olunur. Onun ilkin şəraiti

Dövlətin Özəlləşdirmə Proqramı əsasında təmin olunur. Dövlət

mülkiyyətinin özəlləşdirilməsi mülkiyyət münasibətlərinin və

sahibkarlıq formalarının metodoloji əsasıdır. Özəlləşdirmənin

1995-1998 və 2000-2003-cü illər proqramı sahibkarlığın inkişafı üçün

qanunverici bazadır.

Sahibkarlığın dinamikası, onun dəyişmə meyli, strukturu,

iqtisadiyyatın və valyuta ehtiyatlarının artım mənbəyi rolu oynayır.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və yoxsulluq probleminin

ləğvi üçün əsas amil olaraq formalaşdırılır. Sahibkarlıq fəaliyyətinin

meyar göstəricilər sistemi tədqiqat obyekti baxımından müxtəlif

yanaşma metodologiya kəsb edir. İstehsal məqsədləri, tələbatın

ödənilməsi, həyat səviyyəsi, işsizlik probleminin ləğvi və valyuta,

maliyyə resurslarının təkrar istehsalı məqsədi ilə sahibkarlığın meyarları

və onun göstəriciləri seçilir.

Sahibkarlığın mövcud vəziyyəti və onun perspektivi iki əsas qrup

göstəricilərdən asılıdır. Birinci qrup göstəricilər sahibkarlığın

formalaşmasının ümumi iqtisadi, resurs imkanları və konseptual

inkişafın əsas istiqamətləri daxildir. Ən aparıcı amil əhalinin və ölkənin

iqtisadi müstəqilliyini təmin edən əsas makroiqtisadi artım templəridir.

Konkret olaraq kənd təsərrüfatı məhsullarına olan istehlak tələbatı,

həmin məhsulların ixracatına və təkrar istehsalına olan ehtiyaclardır.

İkinci qrup göstəricilər yerli ıtammal materialları və əmək

resurslarının ümumi potensialı və onlardan istifadənin alternativ

variantları, yaxud istehsal güclərinin maddi-əşya, təkrar istehsal və

texnoloji quruluşu daxildir. Bu qrup amillər ölkədə elmi- texniki

potensialın qatılmış həddin, iqtisadiyyatın sahə quruluşunu və istehsalın

ixtisaslaşma səviyyəsi, yaxud onun aparıcı ənənəvi forma və idarəetmə

metodlarını əhatə edir.

-408-

Page 409: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istehsal potensialının ən aparıcı tərəfi, bilavasitə istehsalın

artımına, onun səmərəsinə və həmçinin istehsal məhsullarının bazarına

və xidmətin artımına təsir edən amil əhalinin iş qüvvəsi kiçik istifadəsi və

onun intelektual potensialı və iş qüvvəsi kimi qabiliyyətini özündə əks

etdirir.

İş qüvvəsinin sahibkarlıqda rolu, onun istehsalçı kimi istifadəsi

həmçinin istehsalçı kimi alıcılıq qabiliyyəti və son nəticədə istehlak

davranışı təsir edir.

Bu baxımdan istehsal və sahibkarlıq istehsal xarakterli xidmət,

yaxud konkret əmtəə və xidmət növünə görə təsnifatlaşdırıhr. Məhz

sahibkarlığın xarici amili həmin sahibkarlığın ərazi və sahə quruluşunu

müəyyən edir. Səmərəli iqtisadi struktur kimi ərazi sahibkarlığın yerli

resurslara əsaslanan və yerli tələbatı ödəyən sahələrin məqsədli proqram

inkişafını müəyyən edir. Bu baxımdan sahələrin məqsədlərə uyğun

olaraq təsnifatlaşmasmda istehlak xarakterinə və xidmətin növünə görə

sırf sahə təsnifatlaşdirilmasma baxıla bilər. Digər istiqamət kimi

sahibkarlığın özünün konkret idarəetmə obyekti və fəaliyyət dairəsi kimi

funksional vəzifələrini ictimai əmək bölgüsündə dəyişmə meylini və

dinamikasını tənzimləmək və səmərəli təşkili üçün lazım olan

mexanizmləri əks etdirir. Sahibkarlığın inkişafı, onun makroiqtisadi

tənzimləmə metodologiyasından və dövlətin himayəçilik siyasətindən

xeyli asılıdır. Sahibkarlığın iqtisadi inkişafda rolunu tənzimləmək üçün

onun qanunvericilik bazasının yaradılması, sahibkarlığın

stimullaşdırılması üçün maliyyə, vergi, dövlət sifarişi və yaxud

uzunmüddətli kredit və kapital qoyuluşunun səmərəli təşkili və idarə

olunması, amillər sistemi kimi formalaşır.

Ölkə iqtisadiyyatının ali məqsədləri və onun təhlükəsizliyi

makrosəviyyədə öz reallığını tapır. Həmin müəssisələrin təşkili formaları

özünəməxsus idarəetmə strukturunu formalaşdırır. Sahibkarlığın

təsərrüfat forması funksional vəzifəyə, resurs təsnifata və təşkilati

idarəetmə quruluşuna görə bölünür. Bu baxımdan sahibkarlığın

inkişafında ali məqsədlərə lokal

409

Page 410: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

məqsədlərin uzlaşması mənafeləri kimi elmi əsaslarla tərtib olunmuş

metodlar və modellər üzrə həll olunur.

Sahibkarlığın səmərəsi «məsrəf və buraxılış» modelinə uyğun

olaraq, planlı təsərrüfat sistemindən fərqli olaraq bazar tipli göstəricilərlə

reallaşır. Reallaşmış məhsul bazar tələbatına uyğun olaraq hər bir

sahibkarın, yaxud konkret məhsul və xidmət növünün adam başına,

yaxud region üzrə əhalinin tələbatının ödənilməsində xüsusi çəkisi ilə

ölçülür. Təbii ki, bu xüsusi çəkinin azalması başqa əmtəələrin bazara

çıxarılması ilə kompensasiya olunması, yaxud artması onun istehsalçı

nöqteyi nəzərindən səmərəli olması meyarı kimi büruzə verir.

Sahibkarlığın daxili imkanları, onun resurs potensialı və istifadə

yolları, həmin sahibkarlıqdan kənarda baş verən iqtisadi amillər və qəbul

olunan qərarlar ilə formalaşır və inkişaf edir. Sahibkarlığın hüquqi

əsasları-, onun əsas vəzifələri və öhdəlikləri səlahiyyətləri və dövlətin

sahibkarlıq sahəsində aparıcı konseptual siyasəti qanunlar sistemi ilə

təmin olunur. Qanunlar sistemi uyğun olaraq ayrı-ayrı subyektlərin

sahibkarlıq fəaliyyətində vəzifələri, mexanizmləri onları istifadə

qaydaları müəyyən olunur.

«Sahibkarlıq fəaliyyəti haqqında», «Müəssisələr haqqında»,

«Səhmdar cəmiyyəti haqqında» «Məhdud məsuliyyətlər haqqında»,

«Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında», «Kiçik sahibkarlığa

dövlət köməyi haqqında», «Kredit ittifaqları haqqında», «Xarici

investisiyaların qorunması haqqında», «Müflisləşdirmə və iflas

haqqında», «Girov haqqında», «Mühasibat uçotu haqqında». Vergi

Məcəlləsi, Gömrük Məcəlləsi haqqında Azərbaycan Respublikasının

Qanunlar sistemi, sahibkarlığın hüquqi əsaslarını, iqtisadi və təşkilati

idarəetmə metod və qaydaların metodoloji prisnipləri və istifadə

qaydalarını tənzimləyir.

Sahibkarlıq fəaliyyətinin hüquqi statusu qanunvericiliyə uyğun

olaraq məqsəd və vəzifələri, məsuliyyətləri və idarə edilməsi qaydalarını

əhatə edir.

410

Page 411: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə

hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə

özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud ölkələr hüquqi və

ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən tsərrüfat

fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və

xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil

təşəbbüskarlıq fəaliyyətidir.

Sahibkarlıq fəaliyyəti özü-özünü tənzimləyən, ancaq bazar

iqtisadiyyatı qanunları ilə rəqabət mühitində təşəbbüs fəaliyyəti ilə

təkmilləşən fəaliyyət deyildir. Bizim fıkrimizcə, sahibkarlıq həmçinin

tənzimlənən və daima təkmilləşən sistemdir. Məhz bu tənzimləmə

sistemində dövlət siyasəti dövlətin, funksiyası və sahibkarlığın özünün

məsuliyyətləri arasında əlaqələrin qiymətləndirilməsi,

proqnozlaşdırılması tədqiqat baxımından yeni baxışlar tələb edir.

Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu kompleks amillərin

təsiri ilə qiymətləndirilir. Kompleks qiymətləndirmə metodologiyası

ayrı-ayrı amillərin birbaşa son nəticəyə təsiri və bir-biri arasında əlaqə

vasitəsilə multiplikasiya effekti sahibkarlığın amillərinin seçilməsi və

onların tənzimlənməsi üçün sistem yanaşma tətbiq olunur.

Sahibkarlığın formalaşması və təşəkkülünün ilkin şəraiti xarakter

etibarilə tənzimlənən və liberal amillər hesabına baş verir. Ölkənin

iqtisadi artımına uyğun olaraq sahibkarlığa maliyyə və maddi yardım,

investisiya qoyuluşu, kredit vəsaitlərinin ayrılması, ixracatın

stimullaşdırılması vergi normativləri, maddi təminatlar dövlətin

tənzimləmə mexanizmləridir. Təbii ki, hər bir mexanizmin elmi əsasları,

tətbiqi qaydaları, normativləri, tənzimləmə metodikası özünəməxsus

xüsusiyyətlər kəsb edir. Makroiqtisadi tənzimləmə tədbirləri, ölkə

iqtisadi həyatının ümumi inkişaf meylləri, tarazlı inkişaf resurslarının

iqtisadi dövriyyəyə cəlb edilməsi üçün lazım olan mexanizmlərin tərtibi

və təşkili ilə baş verir. Sosial iqtisadi inkişafda sahibkarlığın rolu onun

iqtisadi artımda və sosial müdafiə məqsədlərində xüsusi

411

Page 412: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

çəkisi ilə müəyyən olunur. Azərbaycanın statistik göstəricilərinə görə

sosial-iqtisadi inkişaf dinamikasının tərtibi aşağıdakı kimi ifadə olunur.

Cədvəl IX. I.l

Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu

Göstoricilor 1997 1998 1999 2000 2001 2002

1. 2. 3. 4. 5. 6. 7.

Ümumi Daxili

Məhsul

(mlrd.man) 15791,4 17203,1 18875,4 23590,5 26619,8 29602,0

0 cümlədən

qeyri-dövlət

sektorunun xüsusi

çəkisi, %-lə 46 55 60 69,6 70,7 73

Sənaye

məhsulunun həcmi

(mlrd.man.)

13713,7 12877,6 14412,3 18197,9 18845,0 20097,7

1. 2. 3. 4. 5. 6. 7.

0 cümlədən

qeyri-dövlət

sektorunun xüsusi

çəkisi

18,3 28 33 43,7 47,0 54,8

Kənd təsərrüfatı

məhsullarının

ümumi həcmi

(mlrd.man)

4122,3 4421,7 4730,9 5303,4 5893,7 6352,6

0 cümlədən özəl

sektorun payı

(%-lə)

74,1 90,0 95 99 99,4 99,5

Pərakəndə əmtəə

dövriyyəsi (mlrd,

man)

8485,6 9238,8 9448,1 10599,4 11877,4 13442,3

-412

Page 413: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qeyri-dövlət sektorunda (%-lə)

91,8 97,7 98,1 98,3 98,4 98,5

Bütün maliyyə

mənbələri

hesabına kapital

qoyuluşu (xarici

investisiyalar da

daxil olmaqla),

mlrd.man.

6756 7738 9042 6574,9 7273,1 12621,2

İqtisadiyyatda

məşğul olanların

orta illik sayı, min

nəfər

3694,1 3701,5 3702,8 3704,5 3715,0 3726,5

0 cümlədən

qeyri-dövlət

sektorunda (min

nəfər)

1976,4 1991,3 2360,8 2426,3 2475,0 2534,5

Cədvəldən göründüyü kimi makroiqtisadi artım və sahibkarlığın

qarşılıqlı əlaqəsi dinamik olaraq bütün göstəricilər üzrə müşahidə

olunur. Ümumi Daxil Məhsulun artım tempini qeyri- dövlət sektorunun

istehsal həcmi və əhali məşğulluğundakı rolu müəyyən edir. Digər

tərəfdən Ümumi Daxili Məhsulun artım tempi ayrı sahələrin Kompleks

inkişafı və prioritet sahələrin maliyyə-büdcə və kredit resurslarına olan

tələbatını ödəmək üçün mənbəə rolunu oynayır. Xarici və daxili

investisiyaların artımı, investisiya qoyuluşunda qeyri-neft sektorunun

xüsusi çəkisinin artması nəzəri baxımdan konseptual inkişafın, maliyyə

inkişafının Ümumi Daxili Məhsulun sahə quruluşunun istehsal

xarakterli hesablama və istehlak təyinatlı məqsədləri ödəmək üçün

maddi və maliyyə tələbatına uyğun proqnozlaşdırma əsasında həyata

keçir.

Gəlir-istehsal yanaşması hər sahənin material tutumlu əmək və

maliyyə tutumundan asılı olaraq təkrar istehsal üçün lazım'olan aralıq

məhsula olan tələbatını müəyyən edir. İstehlak

413-

Page 414: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tələbatı isə əhalinin və xidmət istehlakına uyğun iqtisadi artıma olan

tələbatı müəyyən edir. Özəl sektorun iqtisadi artımda rolu həmçinin

xalis məhsulun və ümumi daxili məhsulun sahibkarlıqla əlaqəsini

təmin edən bölgü və yenidən bölgü hesabına baş verir. İnvestisiya və

büdcə siyasəti sahibkarlığın inkişafının konseptual istiqamətlərini

müəyyən edir. Sahibkarlığın stimul- laşdırılması məqsədi ilə Ümumi

Daxili Məhsulun istehsal strukturu ilə onun istifadəsinin istehlak

strukturu arasında əlaqənin və elastiklik dərəcəsinin ölçülməsi

əhəmiyyət kəsb edir. Sahibkarlığın inkişafı ilə investisiya formaları və

mənbələri arasında nisbətlər əsas fondların, texnoloji strukturun məhz

iqtisadi artıma uyğun tarazlı inkişafını tənzimləmək deməkdir.

İnvestisiya artımı ilə yanaşı onun istifadəsinin səmərəli təşkili məhz

sahibkarlığın davamlı inkişafı üçün əsas verir. Ona körə də sahibkar

təkrar istehsal baxımından istehsal etdiyi maddi və mənəvi nemətlərin

artırılması ilə yanaşı onun istehlak və yığımı üçün istifadəsinə də

maraqlı olmalıdır. Beləliklə, sahibkarlıq məhsuldar qüvvələrin ərazi və

bazar tələbatına uyğun dəyişmək üçün ilkin kapital, sonradan isə təkrar'

istehsal strukturunun tələbinə uyğun xalis gəlirlərin bölgüsündə

optimal nisbətlərlə formalaşır. Azərbaycanın statistik göstəricilərinin

əsasında tərtib olunan aşağıdakı cədvəldə investisiyanın mənbələri və

formaca strukturu belə ifadə olunur.

Cədvəl IX. 1.2.

İnvestisiyanın mənbələri və formaca strukturu

İnvestisiyalar Ölçü vahidi

2000 2001 2002 2003 gözlə nilir

2004

proq

noz

2005

proq

noz

Bütün maliyyə

mənbələri

hesabına

investisiya

qoyuluşu

Mlrd. man

6448,9 7272,5 13590,1 17134,8 18405,4 15482,7

Artun surəti %-lə 99,7 112,8 186,9 126,1 103,5 84,1

414

Page 415: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

1. Daxili investisiyalar cəmi

Mlrd. man. Mln.d ollar

2301.4 514,4

2188,6 470,0

2730,2 561,7

3500 707,1

3550,0 713,6

3600,0 721,4

Real artım surəti %-lə 116,5 95,1 124,8 128,2 107,4 101,1

2. Xarici investisiyalar cəmi

Mlrd. man Mln.d ollar

4147,5 927

5083,9 1091,8

10859,9 2234,9

13634,8 2754,5

14855,4 2986,0

1 1882,7

2381,3

Real artım surəti %-lə 92,3 122,6 2,1 tl 125.6 108,9 80,0

Layihə kreditləri

Mln.d ollar

262,9 192,0 223 213,0 240 250

Birbaşa investisiyalar

Mln. dollar

664,1 899,8 2281,9 2541,5 2746 2131,3

Onlardan Neft

sektoru üzrə Mln.d ollar

546,1 820,5 1693,0 2350 2490 I960

investisiya qoyuluşunun mənbəisindən asılı olmayaraq əsas

məqsədi sahibkarlığın sahə strukturunun dəyişməsi ilə asılı olaraq

dinamikası olur. İnvestisiya artımının ümumi tempinə uyğun olaraq

daxili investisiyanın artımı gözlənilir. 2000-ci ildə investisiyanın

artımının əvvəlki ilə nisbətən 1,6% olduğu halda, daxili investisiyanın

artım tempi 16,5%, xarici investisiyaların isə azalma tempinin 4,9%

olması baş vermişdir. Xarici investisiyaların artımında daha xarakterik

cəhət birbaşa investisiyaların artımının yüksək tempi xarakterikdir.

İnvestisiyaların sahə quruluşu respublikada bazar strukturu ilə

müəyyən olunur. Neft sektoru xarici investisiyaların əsas hissəsini

təşkil edir. 2000-ci ildə neft sektoruna kapital qoyuluşu bütövlükdə

xarici investisiyaların 60%-ni təşkil edir. Sonrakı illərdə və proqnoz

dövründə xarici investisiyaların tərkibində neft sektorunun payının

nisbətən azalması, qeyri-neft sektoruna kapital axını ilə izah olunur.

-415-

Page 416: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Respublikada yerli sahibkarlarla xarici sahibkarlar arasında əmək

bölgüsü əmtəə və xidmət bazarında tələbat strukturu, həmçinin ixracatda

həmin sahibkarların rolu ilə müəyyən olunur.

Sahibkarlığın makroiqtisadi problemləri, ümumi iqtisadi

problemlərin tərkib hissəsi kimi formalaşır. Sahibkarlığın

mikrosəviyyədə sahə, ərazi və texnoloji-təşkilati problemləri meydana

çıxır. Hər bir sahə konkret əmtəə və xidmət istehsalı ilə ixtisaslaşaraq

quruluşuna görə təsnifatlaşaraq özünəməxsus problemləri meydana

çıxarır. Azərbaycan iqtisadiyyatının və sosial inkişafının dinamikasında

kənd təsərrüfatı sahəsi aparıcı rol oynayır. Əhalinin ərzaq məhsullarına

olan tələbatını ödəmək və ixracat məqsədi ilə yeni iş yerlərinin açılması

əhalinin məşğulluğunda intensiv rol oynayan aqrar sektorda sahibkarlıq

fəaliyyəti üçün daha səmərəlidir. Aqrar sektorun tənzimlənməsində,

mülkiyyət münasibətləri və radikal islahatlar sahəsində Azərbaycanın

özünəməxsus proqramı mövcuddur. Aqrar sektorun sahibkarlıq

prizmasından bazar tipli modeli məhz Azərbaycanda onun kənd

təsərrüfatı məhsullarına uyğun istehsal potensialının və əhalinin iş

qüvvəsi kimi kənd yerlərində ümumi sayının istifadəsi üçün əlverişli

olması ilə əsaslanır.

Kənd təsərrüfatı potensialının sahibkarlıq məqsədi ilə yeniləşməsi

ilkin növbədə özəlləşdirmə proqramı əsasında həyata keçirilir.

Özəlləşdirmə xüsusiyyətləri kənd təsərrüfatında özünəməxsus xarakter

kəsb edir. İlkin növbədə torpaq üzərində mülkiyyət forması, kənd

təsərrüfatının sahibkarlığın əsas istiqamətlərini müəyyən edir. Torpaq

islahatı kənd təsərüfatmda sahibkarlığın maddi əsasıdır. Torpaq əsas

resurs kimi özəlləşdirmə proqramına uyğun olaraq dövlət mülkiyyətinə,

xüsusi mülkiyyətə və bələdiyyə mülkiyyətinə bölünür. Planlı təsərrüfat

sistemindən fərqli olaraq, torpaq resurslarının istifadəsi onun təkrar

istehsalı, torpağın satışı, icarəsi, qiymətləndirilməsi və torpaq bazarının

təşkili özünəməxsus metodiki xüsusiyyətlər normativlər və qaydalar

tələb edir. «Torpaq bazası haqqında» qanuna uyğun olaraq torpaqların

alınıb satqısı, onun icarə

-416-

Page 417: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

haqları haqqında prinsiplər və qaydalar verilir. Torpaq resurs kimi pulsuz

olaraq kənd əhalisi arasında istifadəyə verilir. O sahibkarlıq fəaliyyətinə

uzun müddətli istifadə üçün icarəyə verilir. Aqrar sektorda sahibkarlıq

fəaliyyətinin digər xüsusiyyəti, onun xidmət sferasının və maliyyə

əsaslarının formalaşmasıdır. Kənd təsərrüfatı bütün regionlarda səmərəli

fəaliyyət dairəsi ola bilməz. Çünki kənd təsərrüfatında resursların, təbii

sərvətlərin, iqlim və təbii şəraitin eyni olmaması əlavə gəlir mənbəi

gətirə bilər. Digər tərəfdən bəzi sahə və regionlarda kənd təsərrüfatının

inkişafı üçün xərclər orta mənfəətin torpaq səviyyəsindən fərqli olaraq

dəfələrlə çox olur. Ona görə də kənd təsərrüfatı sahələri həm regional,

həm də sahə differensasiyasma malik olur. Onda sahibkarlığın mənfəət,

gəlir gətirməsi baxımından bərabər ilkin şəraitə yiyələnməsini

metodologiya baxımından qoymaq düz deyil. Resursların

qiymətləndirilməsi həmin sahədə məşğul olan sahibkarların müxtəlif

mənfəət normasına sahib olmasına gətirib çıxarır. Resursların

qiymətləndirilməsi ilə məşğul olan klassik alimlər hələ planlı təsərrüfat

sistemində məsrəf və son nəticə modelini tətbiq edirdilər. Aqrar sektor

tam özü-özünün resursları və istehlakçısı kimi inkişaf edə bilməz. Bu

sahə digər sahələrlə və həmçinin əhali istehlakı ilə sıx bağlıdır. Aqrar

sektor elmi-texniki tərəqqinin əsas proqnozunun stimullaşdırıcı sahəsi

kimi yeni texnologiyalara və yeni kimyəvi-bioloji resurslara ehtiyacı

doğurur.

Dünya ölkələri arasında rəqabət, ərzaq məhsullarının idxalı, daxili

bazarda kənd təsərrüfatı məhsullarına ehtiyacın ödənilməsində

sahibkarlığın rolunu azaldır. Belə şəraitdə rəqabət mühiti sahələr

arasında kənd təsərrüfatına yönəldilən vəsaitlərin digər sahələrə daha çox

mənfəət gətirən sahələrə yönəldilir. Daxili bazarda əhalinin tələbatının

ödənilməsində kənd təsərrüfatı məhsulları istehsal edən sahələrin

fəaliyyət dairəsinin azalmasına, həmin məhsulların ucuz başa gələn

ölkələrdən gətirilməsinə gətirib çıxarır.

Məhz bu baxımdan kənd təsərrüfatı istehsalı ilə məşğul olan

sahibkarların stimullaşdırılması üçün dövlət büdcəsi.

-417

Page 418: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

büdcədənkənar fondlar, ehtiyat fondları və xarici mənbələr, qrant və

investisiya axını vasitəsilə təşkili və idarə olunması üçün zəruriyyət

yaradır. Ona görə də aqrar sektorun ümumi iqtisadi artımda rolu, onun

iqtisadi artıma təsiri xüsusi effekt kimi qəbul olunur. Kənd təsərrüfatı

sahələri özünümaliyyələşdirmək prinsipi ilə işləyə bilməz. Ona görə də

onun tənzimlənməsində himayəçilik siyasətinin xüsusi proqramları

olmalıdır. Kənd təsərrüfatının məqsədi və əsas sahibkarlıq fəaliyyəti

kimi rolunu yüksəltmək üçün məqsədli kompleks proqramlar metodunun

tətbiqi vacibdir. Bu kompleksin əsas prinsipial sxemi aşağıdakı kimi

təsvir olunur.

Sxem. Sahibkarlığın idarə edilməsinin kompleks proqramı.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi bazar tələbinə uyğun

olan əmtəələrin marketinq tələbinə uyğun olan layihələrin, texnoloji

quruluşun və resurs təminatının planlaşdırılmasma, onların düzgün

istifadəsinə və səmərəli istehsal variantlarının tapılmasına gətirib çıxarır.

Ərzaq tələbatı hər bir ölkənin təhlükəsizliyi, sosial inkişafı və

həyat səviyyəsinin təmin olunmasına gətirib çıxarır. Ərzaq tələbatı

dünya inteqrasiya sistemində və açıq iqtisadiyyat şəraitində əlverişli

inkişaf üçün səy yaratsada, kəndin sosial inkişafı və sahibkarlıq

baxımından çətinliklərlə qarşılaşır. Azərbaycan iqtisadiyyatında kənd

təsərrüfatı sahələrinin bazar islahatları şəraitində bir sıra problemləri

meydana çmır. İlkin

418

Page 419: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

növbədə, idxal məhsullarının artımı, bəzi məhsulların iqtisadi cəhətdən

istehsalının səmərəli olmamasına səbəb olur. Kənd təsərrüfatı

məhsullarının idxalı qiymət baxımından ucuz olsa da, keyfiyyət

baxımından yerli məhsullara nisbətən xeyli aşağıdır. Bazarda əhalinin

alıcılıq qabiliyyətinin müxtəlif gəlirlər səviyyəsi üçün eyni olmaması

istehlak səbətində ucuz məhsulların miqdarını artırır. Kasıb ailələrdə

əhalinin istehlak səbətinin 80%- ni ərzaq məhsulları təşkil edir. Beləliklə,

keyfiyyətsiz məhsulların əmtəə bazarında artmasının sosial

nəticələrindən əsası az təminatlı ailələrin həyat səviyyəsinin pisləşməsi

deməkdir. Bu da fərdi istehsalda kənd təsərrüfatı məhsullarının xərcini

artırır, onun bazarının itirilməsi, müflisləşmə riskini gücləndirir və

istehsalçının marağını azaldır.

Aqrar sektorun özəlləşdirilməsi, kənd təsərrüfatında istehsal

olunan məhsulların 98%-nin özəl sektorun hesabına formalaşması, onun

sahələri arasında tarazlı inkişaf üçün zəruriliyi daha da artırır. Kənd

təsərrüfatında birdəfəlik, yaxud müntəzəm dövlət köməyinin metodoloji

əsası mexanizmlər vasitəsilə reallaşır. Kənd əhalisinin məşğulluğunun

əsas sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Kəndin

sosial inkişafı məhz əhalinin özəl sektorda məşğulluğu və kənd əhalisinin

istehlak səbətində kənd təsərrüfatı mallarının yerlərdə istehsalı hesabına

ödənilməsi imkanları daha üstünlük təşkil edir. Kənddə əhalinin

məşğulluğunun iqtisadi əsasını torpaq payı olan əhalinin məşğul əhali

kimi qəbul edilməsidir.

Məşğulluğun kənd təsərrüfatında ehtiyatı başqa sahələrə nisbətən

daha çoxdur. Çünki fərdi təsərrüfat formasında əhali özünün və

digərlərinin ərzağa olan tələbatını ödəmək üçün fəaliyyət göstərir.

Hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul

olanlara stimul yaratmaq, maliyyə köməyi, kreditlərin verilməsi və

regional vergi siyasətində güzəştlər xüsusi xarakter daşıyır.

Sahibkarlığın sahə quruluşu, onun ərazilər üzrə kompleks

əlaqələri təkmilləşdikcə ərazi idarəetmə və sahə obyekti kimi ümumi

daxili məhsulun artımında rolu artır və region inkişaf

419-

Page 420: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

meyllərinin daxili resurslar hesabına təmin olunması baş verir.

Azərbaycanın statistik göstəriciləri əsasında tərtib olunan aşağıdakı

cədvəldə əsas sosial-iqtisadi göstəricilər və sahibkarlığın dinamikası

göstərilir (cədvəl IX. 1.3.)

Azərbaycanın iqtisadi və sosial göstəricilər sistemində

sahibkarlığın ilkin amili olan əhali və iş qüvvəsinin artımında sabitləşmə

yaxud azalma tempi mövcuddur. Əhalinin artım tempi 1,0% ətrafında, iş

qüvvəsinin artımında 0,2%-ə yaxın dəyişmə baş verir. Bu dəyişmələr

təbii artımın az olması və miqrasiyanın güclənməsi ilə baş verir.

Sənayenin 1996-cı ildə azalma tempi 1997-ci ildən artımla əvəz olunur.

Məhz sənayedə artım tempini 2000-2001-ci illərdə orta illik tempinin

6% olması və sonrakı illərdə bu dinamikanın saxlanması gözlənilir.

Sənaye məhsulunun artım tempi özəl sektorun ümumi daxili məhsulun

artımı ilə uzlaşır. Son 1996-2000-ci illərdə Ümumi Daxili Məhsulun

artım tempi ildə 9% təşkil edib.

Kapital qoyuluşunun artım tempi xətti dəyişmə qanunauyğunluğu

kəsb edir. Bu bilavasitə kapital qoyuluşunun məqsədi və onun istifadəsi

mərhələlərinin texnoloji qurluşundan asılı olaraq formalaşır. Kapital

qoyuluşunun ilkin mərhələsində artım tempi yüksəkdirsə, növbəti il

artım tempi özündən əvvəlki artım tempinə nisbətən geri qalmalıdır.

1996-ci ildə kapital qoyuluşunun artım tempi 2,1 dəfə təşkil etdiyi halda

1997-ci ildə

139,1 % təşkil edir. Sonrakı illərdə artım tempi azalır. Hətta

1999- cu ildə əvvəlki ilə nisbətən azalma sonradan artma meyli

müşahidə olunur. Ona görə də kapital qoyuluşunun sahibkarlıqda rolu

tsiklik xarakter daşıyır, hər hansı proyektlərin və istehsalın iqtisadi

dövriyyəyə cəlb edilməsi üçün ümumi artımda aparıcı həlqə rolunu

oynayır.

-420

Page 421: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ÇədvəlJX.l.S.

Azərbaycan Respublikasııun əsas sosial-iqtisadi göstəricilərinin və sahibkarbğın dinamikası (faizlə)

Göstəricilər 1991 1995 1996 1997 1998 1999 2000 2001 2002

ƏbaJinin sayı (ilin sonana) 101,5 101,1 101,0 101,0 101,0 100,8 100,8 100,8 100,8

İqtisadi fəal əhalinin sayı 100,9 99,6 102,1 100,4 100,3 100,1 100,0 100,4 100,4

Ümumi daxili məhsul 99,3 88,2 101,3 105,8 110,0 107,4 111,1 109,9 110,6

Sənaye məhsulu 91,1 78,6 93,3 100,3 102,2 103,6 106,9 105,1 103,6

Kənd təsərrüü məhsullan 100,3 93,0 103,0 93,9 106,2 107,1 112,1 111,1 106,4

Kapital qoyuluşu 79,2 82,0 2,1 dəfə 139,1 123,0 98,0 103,0 121,0 184,2

Nəqliyyat sektorunda >Tİk daşınması

(boru kəmərləri istisna olmaqla) 89,8 91,1 100,7 116,6 120,0 132,5 121,2 116,9 108,4

Əhalinin pul gəlirləri (dəfə) 2,1 5,5 1,4 1,3 1,2 1,1 1,1 1,1 1,1 Əhalinin pul xərcləri (dəfə) 1,8 6,9 1,4 1,3 1,2 1,1 1,1 1,1 1,1

Orta aylıq nominal əmək haqqı 163,1 407,6 143,1 158,5 118,9 109,3 120,2 117,3 121,3

İxrac (cari qiymətlərlə) - 97,8 99,1 123,8 77,6 153,4 187,7 132,1 93,7

İdxal (cari qiymətlərlə) - 85,8 143,9 82,7 96,2 135,5 113,1 122,1 116,4 Fəaliyyət göstərən kiçik müəssisələrin

sayı, vahid - 7226 13299 16027 16504 9063 24254 25121 25113

Kiçik müəssisələrdə işçilərin sayı (min

nəfər) - 59,4 86,7 94,9 114,9 83,7 99,8 118,7 125,8

4:- to

Page 422: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Məhz aparıcı, yəni prioritet istiqamətlərin tapılması, daha çox

elastiklik dəyişməsinə məruz qalan proseslərin və sahələrin tapılıb,

həmin sahələrə kapital axınını təmin etmək keçid dövründə

stabilləşmənin risk təzyiqi altında təmin olunması üçün dövlət siyasəti

mərhələsinə qalmalıdır.

Kənd təsərrüfatında artım tempi başqa sahələrə nisbətən daha

üstün tempə malikdir. Kənd təsərrüfatında özəlləşdirmə və bazarda yerli

məhsula tələbat kənd təsərrüfatında məşğulluğu təmin edir. Cədvəl

IX.I.3.-dən göründüyü kimi, son illərdə kənd təsərrüfatı məhsullarının

artım tempi ÜDM-un artım tempini üstələyir: 12,1% 2000-ci ildə, 11,1%

2001-ci ildə təşkil edir.

istehsal və xidmət təklifinin artım tempini əhalinin pul gəlirləri,

onların xərcləri və xərc strukturunda ayrı-ayrı istehlak mallarına və

xidmətə olan tələblər təşkil edir. Əhalinin pul gəlirləri ümumi iqtisadi

artımla dinamik olaraq artır. Hətta aparılan radikal tədbirlər hesabına

ayrı-ayrı illərdə onun artımı dəfələrlə müqayisə olunur.

ixracatın artım tempinin idxalın artım tempinə nisbətən üstün

artması respublikada əhali tələbatının yerli istehsal hesabına

ödənilməsinə gətirib çıxarır. İxracatın artım tempinin

2000- ci ildə 187,7%-ə qədər artması, məhz ölkədə neft sektoru ilə

yanaşı qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı sahəsində

sahibkarlığın inkişafı ilə bağlı fındıq, müxtəlif meyvə konservləri, sitrus

bitkilərin və tərəvəzin ixracı; ət, quş və konserv, kolbasa məhsullarının

idxalının azalması ilə izah olunur.

Kiçik müəssisələrin kooperativlərlə birlikdə ümumi sayı 1995-ci

ildə 7226-dan 25121-ə qədər yüksəlmişdir. Əgər sahibkarlıq yaratmadan

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri də bura daxil etsək

Ümumi Daxili Məhsulun sənaye və kənd təsərrüfatı məhsullarının

ümumi artım dinamikasında əhalinin sahibkarlıqla məşğul olanların

sayının artmasına səmərəli təsiri müşahidə olunur. Kiçik müəssisələrdə

işləyənlərin sayı 1995-ci ildə 59,4 mindən 2001-ci ildə 118,7 minə qədər

yüksəlmişdir.

Kiçik sahibkarlığın əsas obyektləri olan kiçik müəssisələr, kooperativlər, xarici müştərək müəssisələr, kəndli fermer təsər

■422-

Page 423: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

rüfatı və birjalar ola bilər. Bazar iqtisadiyyatı inkişaf etdikcə rəqabət

mühiti və bazarın əmtəə və xidmət marketinq quruluşu, həmin təsərrüfat

formalarının təkmilləşdirilməsini və alıcılıq qabiliyyətinə uyğun əmtəə

və xidmət növünü formalaşdırır.

Sahibkarlığın təşkili və idarə edilməsi metodlarına sistemli

yanaşma komplekslilik, məqsədlik, səmərəlilik, tələbata uyğun

marketinq tənzimlənməsi və imperativ proqnozlaşdırma daxildir. Hər bir

sahibkar öz fəaliyyətinin davamlı, əmanətli ilkin şəraitini yaratmaq üçün

onun fəaliyyəti imkanları daxilində onların dəyişmə variantlarına uyğun

qurulmalıdır. Sahibkarlar hər bir təsərrüfat riskində son hədd vəziyyətinə

uyğun dözüm müddətini və yaxud canlanma tsiklini müəyyən etməlidir.

Sistemlik sahibkarlıq fəaliyyətində vəzifə bölgülərini və uyğun

sferaların tarazlı inkişafını təmin etməlidir. Sistemin «emerjetnosti» elmi

texniki tərəqqi, innovasiya dəyişmələrini və bazarın seqmentlərinin

dəyişmə proqnozuna uyğun dəyişmə və ədalətli xarakter alması ilə təmin

olunur.

İqtisadiyyatda sahibkarlıq həmçinin dövlət siyasətinin tərkib

hissəsi olanda tarazlılıq təmin olunur. Ümumi iqtisadi artım tələbinə

uyğun resurs proqramları, maliyyə kredit sistemi, bazarın təşkili və

regional iqtisadi inkişaf, regional sosial təminat sistemi tarazlaşır. Məhz

bu sistemin işləməsi uzun müddətli proqnozlar sisteminin təhlili, aparıcı

problemlərin prioritetliyi şəraitində baş verir.

Sahibkarlığın saha xüsusiyyətləri

Sahibkarlıq fəaliyyətinin regional, sahə və funksional təşkili və

idarə olunma xüsusiyyətləri mövcuddur. Sahə strukturu baxımından

sənaye, kənd təsərrüfatı, tikinti və ticarət sahələrinin, xidmət

infrastrukturlarında fəaliyyət xüsusiyyətləri mövcuddur. Sahə

infrastrukturunun əsas məqsədi imkanları və idarəetmə xüsusiyyətləri

həmin sahədə sahibkarlığın əsas istiqamətlərini və idarəetmə aspektlərini

müəyyənləşdirir.

Aqrar sektor iqtisadi roluna, resurs təminatına və əhali istehlakında roluna görə ümumi cəhətlərlə yanaşı spesifik

•423-

Page 424: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

xüsusiyyətlər kəsb edir. Əsas məqsədi ərzaq tələbatına uyğun

ixtisaslaşan, resurs konsepsiyası təbii sərvətlər və insan amili ilə bağlı

olan və təhlükəsizlik baxımmdm keyfiyyətli məhsul istehsalı tələb edən

sahə kimi sahibkarlıq da özünün tənzimləmə mexanizmi, metodları və

göstəricilər sistemi mövcud olmalıdır.

Kənd təsərrüfatının inkişaf dinamikası, onun islahatlar proqramı,

normativ idarəetmə göstəriciləri, bu sahədə sahibkarlığın metodoloji

prinsiplərini və əsas istiqamətlərini müəyyən edir. İlkin növbədə

əhalinin məşğulluğu və istehlak tələbatı ilə bağlı olduğu kimi

kommersiya fəaliyyəti kimi gəlir gətirmək məqsədi güdür.

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının əsas aparıcı

sahələrindən biri kimi Ümumi Daxili Məhsulun istehsalında və əhalinin

istehlak tələbatının ödənilməsində mühüm rol oynamışdır. Ümumi

Daxili Məhsulun sahə strukturunda kənd təsərrüfatının xüsusi çəkisi

2000-ci ildə 15,9%, 2001-ci ildə 15,8% təşkil etmişdir. Hesablamalara

görə digər sahələrin daha üstün artım tempinin baş verməsi hesabına

onun ÜDM-da 2003-cü ildə xüsusi çəkisi 14,7% təşkil edib. Mütləq

göstəricilərdən isə kənd təsərrüfatı sahəsində real artımın surəti 2000-ci

ildə 12,1%, 2001- ci ildə 11,1%, 2002-ci ildə 7,3%, 2003-cü ildə 7,8%

artması gözlənilir.

Kənd təsərrüfatı məhsulları üzrə qiymət indeksi artıq sabit

qiymətlər kəsb edir. Kənd təsərrüfatında müvafiq dövrdə məşğulluq

səviyyəsinin aşağı düşmə meyli baş verir. Bu da kənd təsərrüfatında

artımın məhz ümumi məhsulun artımında məhsuldarlığın artması

hesabına baş verdiyini sübut edir. Kənd təsərrüfatı, ovçuluq və

meşəçilikdə 2002-ci ildə məşğulluq səviyyəsi 1517,2 min nəfərdən 1480

min nəfərə düşmüşdür.

Kənd təsərrüfatının istehsal həcmində bəzi məhsulların artım

tempinin və bu sahədə məşğul olanların sahibkarlığın fərdi forması ilə

məşğulluğu nəticəsində baş verib. Kənd təsərrüfatı məhsullarının

istehsalının dinamikasını Azərbaycanın statistik göstəriciləri əsasında tərtib olunan aşağıdakı cədvəldə ifadə olunur.

-424-

Page 425: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl IX. 1.4.

1990-2002-ci illərdə Azərbaycan Respublikasında kənd

təsərrüfatı məhsulları istehsalının dinamikası (min ton)

Məhsullar 1990 1995 1995-ciil

1990-cı ilə nisbətən,

%-lə

2000 2000-ci U 1995-ci ilə nisbətən

%-lə

2002

Taxıl 1413,6 921,4 65,2 1540,2 167,2 2195,9 Pambıq 542,9 274,1 50,5 91,5 33,2 80,4 Tütün 52,9 11,7 22,1 17,3 147,9 3,3 Kartof 185,2 155,5 84,0 469,0 301,6 694,9 Tərəvəz 856,2 424,1 49,5 780,8 184,1 974,6 Bostan məhsulları 67,5 41,9 62,1 261,0 622,9 330,3 Meyvə 367,4 324,4 88,3 477,0 147,0 516,8 Üzüm 1196,4 308,7 25,8 76,8 24,9 62,1 Çay 30,7 9,4 30,6 1,1 11,7 1,4 Ət (kəsUmiş çəkidə) 175,5 82,0 46,7 108,7 132,6 124,6 Süd və süd məhsulları 970,4 826,5 85,2 1031,1 124,8 1119,8 Yumurla (min ədəd) 985,3 455,8 46,3 542,6 119,0 561,6 tri buynuzlu malqara (min baş) 1831,6 1681,7 91,8 2021,6 120,2 2178,6 Qoyun və çekilər (min baş) 5418,7 4644,7 85,7 6086,0 131,0 6986,4

Cədvəldən göründüyü kimi, 1990-c illərin əvvəllərində kənd

təsərrüfatı məhsulları üzrə istehsalın azalması müşahidə olunurdusa,

1996-cı illərdən kənd təsərrüfatında və torpaq islahatları nəticəsində

dinamik artım tempi müşahidə olunur. Məhz bu artımın ilkin

təşkilati-təsərrüfat stimulları üzərində qurulan sahibkarlıq fəaliyyətinin

təşkilidir.

İslahatların ilkin illərində kollektiv təsərrüfat formalarını

saxlamaqla fermer təsərrüfatının inkişafı daha üstün istiqamət təşkil

edirdi. Sonrakı inkişaf dinamikası və bazarın kənd təsərrüfatı

məhsullarına ehtiyacı fərdi təsərrüfat və fiziki şəxs kimi sahibkarlıq

fəaliyyəti ilə məşğul olmağın iqtisadi mənfəətini təmin etdi. Bu

istiqamətdə sahibkarlığa kömək və kapital qoyuluşunu qısa müddətli

kreditlərin verilməsi idxal strukturunda kənd təsərrüfatı mallarının

azalması, son nəticədə yerli məhsula tələbatı artırdı. Kənd təsərrüfatında

sahibkarlığın inkişafına dövlət köməyi kompleks proqramın,

makroiqtisadi

-425-

Page 426: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dövlət siyasətini və məqsədli inkişaf fondlarının daha çox kənd

təsərrüfatına üstünlük verməsi ilə aparılan tədbirlərin olmasıdır. 1999-cu

ildə aqrar sektorun kənd təsərrüfatında sahibkarlığın inkişafında dövlət

proqramının qəbulu 81 emal və tədarük müəssisələrinin yenidən

qurulması, kənd təsərrüfatı infrastrukturunun inkişafı, kəndin sosial

problemlərində sahibkarlığın inkişafı üçün mühüm rol oynadı.

Son 3 il ərzində kənd təsərrüfatında fəaliyyət göstərən

müəssisələrin ümumi sayı mütləq qiymətlə azalır, amma onlarda

işləyənlərin ümumi sayı və hər işçiyə düşən orta aylıq əmək haqqı artır.

2001-ci ildə müvafiq olaraq artım tempi daha çox olub. Həmçinin

2000-ci ildə görülən işin miqdarı da 8103 mln. manata qədər artıb. Orta

aylıq əmək haqqının artımında aydın artma dinamikası sahibkarlıqda

əmək məhsuldarlığının artımının olmasının əsas göstəricisidir. Kənd

təsərrüfatında sahibkarlığın artım tempinin azalma tempi ilə əvəz

olunması təbii hal kimi qəbul olunmalı və azalmanın təhlili və

səbəblərinin aşkar edilməsi yolu ilə sahibkarlığın dinamikasında baş

verən keyfiyyət dəyişmələrinə düzgün qiymət vermək olar. Kənd

təsərrüfatı məhsulunun 88%-nin özəl sektor hesabına təmin olunması,

onun daxilində struktur dəyişmələrin son limiti demək deyildir. Kənd

təsərrüfatında nə qədər kiçik müəssisələr əhali tələbatının bazar

iqtisadiyyatı şəraitində əməli və çevik fəaliyyət obyekti olsalar da,

onların açıq bazar iqtisadiyyatı şəraitində kooperativləşməyə ehtiyacları

vardır. Kənd təsərrüfatında sahibkarlıq istehsal baxımından bir-birilə

əlaqədə inkişaf edən sahələrdir. Onun istehsal tsikli istehlakla öz

daxilində tamamlanır. Məhz ərzaq mallarının istehlakı bir-birini əvəz

etdiyi üçün onun istehsal strukturunda çevik siyasət olur. Kənd

təsərrüfatı istehsalı zaman baxımından istehlak təyinatlı olduğu üçün cari

planlaşma və struktur dəyişmə xüsusiyyətlərinə malikdir. Kənd

təsərrüfatında komplekslilik sahə və sahələrarası prizmadan həll olunur.

Bitkiçilik və heyvandarlıq üzrə sahibkarlığı sonuncu isə ət, süd və digər

ərzaq məhsulları üçün ilkin şərait və aparıcı həlqə rolunu oynayır. İstehsalın seqmenti bazarda istehlak seqmenti ilə uz

-426-

Page 427: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

laşır. Hər il alıcılıq qabiliyyətinə uyğun olaraq və şərait tələbatını nəzərə

alaraq istehsal sturkurunda seqmentləşmə baş verir.

Kənd təsərrüfatı istehsalının son məqsədi onun resurslarının

spesifik xüsusiyyətlərini, həmin sahənin daxili imkanlarını və dövlətin

ümumi resurslarına tələbatı formalaşdırır. Dövlət resursları və kənd

təsərrüfatına olan təminatlar həm sahə mənafei, həm də yoxsulluq

probleminin həlli, regionun kompleks inkişafı və əhalinin

məskunlaşması üçün stimullaşdırma tədbirləri kimi formalaşdırılır.

Sahibkarlığın daha çox emal sənayesi və əhali bağlılığı məhz bu

sahənin məqsəd, vəzifə və onun resurslarından istifadə etməyin

ardıcıllığını və qaydalarını tərtib etməyə imkan verir. Bu prinsipial sxem aşağıdakı kimi təsvir olunur (Sxem).

Sxem. Kənd təsərrüfatı istehsalının tənzimləmə amilləri.

•427-

Page 428: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sxemdən göründüyü kimi, dinamik inkişaf kənd təsərrüfatı sahəsində əhali tələbatı, ixracat və emal sənayesi üçün tənzimləmə obyekti olaraq dövlətin siyasəti ilə bağlıdır.

Kənd təsərrüfatı müstəqil və iqtisadiyyatın tərkib hissəsi olduğu üçün onun sərbəst sahələrarası rəqabət və sahədaxili məhsul istehsalında olan bazar rəqabəti bu sahənin səmərəli inkişafını, onun amillərinin perspektivini nəzərə almalıdır.

Kənd təsərrüfatının inkişafının qanunvericilik bazasını «Aqrar islahatların əsasları», «Sovxoz və kolxozların islahatları», «Torpaq islahatı», «Torpaq bazarı» haqqında qanunların əsas müddaaları və tətbiq olunan cari normativlər təşkil edir. Tez bir zamanda torpaq islahatlarının həyata keçirilməsi, onun özəl- ləşdirilməsində torpaqdan istifadə, sahibkarlıq və sosial ədalət prinsiplərinin əsas götürülməsi və özəlləşdirmə mexanizmində tətbiq olunan normativ bölgü, vergi və torpaqdan istifadənin stimullaşdırılması ən radikal və elmi əsaslarla düşünülmüş tədbirlərdir. Məhz Azərbaycanda torpaq islahatı kolxoz və sovxozun öz daimi sahibləri arasında bölgüsü, onun satılıb, borcların verilməsinə, yaxud sosial məqsədlər üçün əhaliyə borcların verilməsi nəticəsində sosial ədalət prinsiplərinin həlli mexanizmi, Azərbaycanda öz xüsusiyyətlərini kəsb etmişdir.

Dövlətin aqrar siyasəti məhz onun konseptual müddəaları və onun mexanizmlərinin bu sahəyə tətbiqi xüsusiyyətləri və reallaşma metodikası ilə təmin olunr. Belə ki, ayrı məhsulların bazar seqmentlərində xüsusi çəkisini artırmaq üçün büdcə krediti hesabına maliyyə köməkliyi, lizinq yardımı, maddi-texniki təchizat, yaxud məhsulun tədarükü və ixracatında eimtutumlu iqtisadi cəhətdən səmərəli tədbirlər işlənib hazırlanır.

Məhsullara tələbat əhalinin sosial və həyat tərzinin dinamikasına uyğun normativ yanaşma üsulları ilə təmin olunur. Məhsulların adam başına düşən normativ istehlak strukturu, onun istehsalına tələbatı doğurur. Eyni məhsul ya yerli istehsal hesabına, yaxud idxal hesabına ödənilir. Yerli istehsal həcmi həmin məhsulun bazarı ilə müqayisədə proqnozlaşdırılır. İdxal hesabına ödənilən tələbatın azalması, yerli istehsal strukturuna və onun həcminə stimul yaradır. Məhsulların istehlak normaları

-428

Page 429: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

fizioloji normalara uyğun olaraq hesablanır. İnsan orqanizminin ən

aparıcı məhsulların istehlak normaları, onun istehsalının səmərəli

variantını hesablamağa imkan verir. Məhsulların adam başına istehsalın

göstəricisi əhalinin və emal sənayesinin tələbatının ödənilmə dərəcəsini

göstərir. Təbii ki, hər bir ölkədə istehlak normaları və texnoloji

quruluşdan asılı olaraq emal sənayesinin tələbatı intensiv amil olaraq

formalaşır.

İslahatlar əsas fondlarının quruluşu ilə bağlıdır. Məsələn, kənd

təsərrüfatının əsas istehsal fondları: binalar, tikililər, qurucu qurğular,

maşın və avadanlıqlar, nəqliyyat vasitələri, işçi və məhsuldar mal-qara,

çoxillik əkmələr daxildir.

Məhz sahibkarlığın təşkilində fəaliyyət dairəsində maddi texniki

təchizatının səviyyəsi onun texniki quruluşuna və sahibkarlıqda xalis

məhsulun bölgüsü və yenidən bölgüsü, elmi-texniki tərəqqinin və əsas

fondların təzələnməsi strategiyasım müəyyən edir. Məhz sahibkarlığın

bazar tələbatına uyğun olaraq istehsal seqmentinin dəyişmə dinamikası,

onun əsas fondlarımn təzələnməsində amortizasiya xərclərinində

investisiyanın inflyasiyası baş verir. Məhz əsas fondların texnoloji

quruluşunun təzələnməsi bazarda istehsal məhsuluna olan tələbatla

müəyyən olunur. Cədvəl IX.1.5.-də kənd təsərrüfatı müəssisələrində əsas

istehsal fondlarının strukturu göstərüib.

Cədvəl IX. 1.5.

Kənd təsərrüfatı müəssisələrində əsas istehsal fondlarının

strukturu (faizlə)

1990 1995 1996 1997 1998 1999 2000 2001 2002 Kəud təsərrüfatı təyinatlı əsas istehsal fondları, cəıni

100 100 100 100 100 100 100 100 100

O cümlədən

Binalar, tikililər, ötürücü qurğular

57,6 44,8 51,5 55,1 53,6 54,0 67,2 80,5 82,9

Maşın və avadanlıqlar

12,1 18,4 19,7 20,5 18,5 19,2 12,5 11,2 9,6

Nəqliyyat vasitələri 4,8 6,4 7,6 7,3 7,6 7,4 6,4 4,2 3,7 İşçi və məhsuldar mal qara 5,3 11,1 1,6 0,7 0,9 0,8 1,4 0,9 1,0

Çoxillik əkdilər 15,6 15,4 15,5 12,3 12,8 12,9 7,3 1,4 1,2 Sair 4,6 3,9 4,1 4,1 6,6 4,9 5,2 1,8 1,6

429

Page 430: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəldən göründüyü kimi kənd təsərrüfatında özəlləşdirmənin

həyata keçirilməsindən sonra binalar, tikililər və qurğuların xüsusi çəkisi

artıb, maşın və avadandlıqlarm xüsusi çəkisi azalıb. Təbii ki, bu

dinamikada fondların texnoloji quruluşunun təzələnməsi üçün ayrılan

vəsaitin azalması və qiymətləndirmə metodikasından asılıdır. Kənd

təsərrüfatı sahibkarlığının əsas xüsusiyyəti, onun məhsullarının istehlak

tələbatı, yaxud ailə büdcəsi ilə sıx əlaqəlidir. Məhz sosial yönlü iqtisadi

siyasət sahibkarlığın inkişafında ərzaq bazarında reallaşan məhsulların

həcmi, keyfiyyəti və onların qiymətləri ilə ifadə olunur.

Ailə büdcəsinin gəlirləri və xərclərinin strukturu bazar tipli

marketinq strukturunu doğurur. Adam başına düşən gəlirlər və xərclər

əhalinin ərzaq məhsullarına olan tələbatı doğurur. Ərzaq tələbatı ən

prioritet tələbat olub, ilkin növbədə əhali gəlirlərinin artmasıə. Onun

ərzaqa olan tələbatının ödənilməsinə doğru yönəlir. Ərzaq istehlakı

adam başına düşən normativlərə uyğun olduğu halda əhali xərcləri digər

qeyri - ərzaq məhsullarına və xidmət sahəsinə yönəlir. Ərzaq istehlakı,

onun əmtəə təklifi ilə bağlıdır. İstehlak seqmentinə uyğun ərzaq

məhsullarının həcmi lazım olan normativlərdən az olduqda onun qıtlığı

və qiymətlərinin qalxması baş verir. Yaxud əhalinin ərzaq istehlakmm

marketinq strukturu əmtəə təklifinə uyğun olmadıqda həmin məhsulları

əvəz edən digər məhsullarla əvəz olunur. Beləliklə, alıcılıq qabiliyyəti

məcmuusıda istehlak büdcəsi formalaşır, bu da ərzaq təklifinin və ərzaq

istehsalına xidmət edən digər sahələrin inkişafını formalaşdırır. Ərzaq

kompleksi, onun sistem təsvirini və xüsusiyyətlərini kəsb edir. Məhz

əhali istehlakmdan bazar tələbatının hesablanması, sonradan əmtəə və

xidmət bazarının seqmentləşməsi və istehsal yönlü təsərrüfat

formalarının və onların istehsal strukturunun proqnozu, aqrar sektorun

kompleks məqsədli və tarazlı təhlili, proqnozu və idarəetmə modelidir.

Bu modelin strukturunun funksional təsviri aşağıdakı kimi formalaşa

bilər.

-430

Page 431: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sxemdən göründüyü kimi kənd təsərrüfatı xalis sahə baxımından

bazar iqtisadiyyatı şəraitində təhlil və idarə olunsa, yanlış nəticələr alınır.

O kompleks sahələrin və onların idarəetmə orqanlarının və

funksiyalarının məcmuu kimi təsvir olunmalıdır. Bu formada yanaşma

məhz aqrar sektorun istehlak bölgü və istehsal bölməsində özünəməxsus

mexanizmlər kəsb edir.

Ev təsərrüfatında pul gəlirləri və xərcləri əmtəə xidmət bazarının,

kənd təsərrüfatı ilə bağlı digər məhsul və xidmətlərin təhlili və proqnozu

üçün amillərin və sosial yanaşmanın metodoloji xüsusiyyətləridir. Məhz

bu cür yanaşma makro və mikro iqtisadi, sahə və sosial yönlü aqrar

siyasətin bu dissertasiyada yeni aspektlərini əhatə edir.

Ev təsərrüfatında pul gəlirlərinin tərkibi və ondan istifadə edilməsi

Azərbaycan statistik göstəriciləri əsasında tərtib olunmuş aşağıdakı

cədvəldə ifadə olunur.

431

Page 432: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl IX. 1.6.

Ev təsərrüfatında pul gəlirlərinin tərkibi və ondan istifadə

edilməsi, %-lə

1990 1995 1996 1997 1998 1999 2000 2001 2002 Gəlirbı 100 100 100 100 100 100 100 100 100 O cümlədən

Əmək gəliıləıi 69,3 35,4 36,5 40,0 39,7 34,9 35,5 39,6 53,8 Sosial tıansfeıtlər 12,7 6,1 6,6 7,7 7,6 7,5 7,8 9,0 11,1 Kənd təsərrüfatı məhsııUanmn,ye- min, mal-qararun satışından gəlir

7,5 16,6 14,6 13,2 14,8

16,7

18,3 33,4 15,4

Digər gəlirlər 10,5 41,9 42,3 39,1 37,9 40,9 38,4 18,0 19,7 Pul xərcləri 100 100 100 100 100 100 100 100 100 o cümlədən

Ərzağa 53,4 76 76,1 77,6 77,1 72,2 66,3 68,3 53,6 Qeyri-ərzaq məlı- suUarımn alınmasına

36,4 17,1 17,1 15,2 16,2 17,5 23,2 7,1 16,9

Alkoqollu içkilər 1,3 0,9 0,8 0,6 0,9 1,1 1,2 2,6 0,6 Xidmətlərə 8,9 6,0 6,0 6,6 5,8 9,2 9,3 22,0 28,9

Cədvəl IX. 1.6.-dən göründüyü kimi ərzaq tələbatı 68,3%

2001- ci ildə təşkil etməklə, onun ÜDM-da xüsusi çəkisi 17% təşkil

edir. Bu da ərzaq bazarında respublika kənd təsərrüfatı istehsalının

idxala nisbətən xüsusi çəkisinin az olması ilə izah olunur. Son üç ildə

1999-2001-ci illərdə kənd təsərrüfatı məhsullarının satışından gələn

gəlirlər 16,7%-dən 33%-ə qədər artır. Əgər istehsal olunmuş kənd

təsərrüfatı məhsullarının natural istehlakı və emal sənayesində istifadəsi

də nəzərə alınsa bu bütövlükdə gəlirlərin formalaşmasında kənd

təsərrüfatının xüsusi çəkisini 2-3 dəfə artırır.

Əhalinin gəlirlərinin məcmuunda pul gəlirlərinin alıcılıq

qabiliyyəti üçün çatışmadığı halda, kənd təsərrüfatı natural formada

istehlakı daha üstünlük təşkil edir. Sahibkarlığın təşkilati iqtisadi

strukturası və idarə etmə xüsusiyyətləri başqa sahələrdən fərqlidir.

İstehsal forması olaraq fermer təsərrüfatı

•432-

Page 433: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

payı bəlli təsərrüfat formaları, lizinq xidməti formaları inkibator,

müştərək müəssisələr, icarə ferması, ən çox geniş tətbiq olunan

formalardır.

Sahələrarası kombinələşdirmə müxtəlif təsərrüfat formalarının

əmək bölgüsünə uyğun olaraq ixtisaslaşma dərinləşdikcə

kombinələşdirməyə ehtiyacı olan təsərrüfat formalarıdır. Belə ki, kənd

təsərrüfatı daha çox inteqrasiyaya ehtiyacı olan sahədir. Məhz bu

inteqrasiya bazar tələbatına uyğun məhsul istehsalında texnoloji

ardıcıllıq, yaxud əmək prosesinin ahəngdarlığının təminatı baxımından

baş verir. İnteqrasiya sahə və sahədaxili xarakter almaqla beynəlxalq

sferada baş verir. Beynəlxalq inteqrasiya forması maliyyə, xidmət və

bazarların bölgüsü, həmçinin təbii resursların istifadəsi xüsusiyyətlərini

nəzərə almaqla aparılmalıdır.

Sahibkarlıq funksional təyinatına uyğun təsnifatlaşdırıhr və

təsərrüfat əlaqələrinin xarakterinə uyğun ixtisaslaşır. Sahibkarlıq

fəaliyyətində hüquqi şəxs olmadan fəaliyyət göstərənlərin xüsusi çəkisi

və artımı daha sürətlə baş verir. Xırda ölçülü təsərrüfatçılıq fəaliyyəti

yerli bazarların həcmi və strukturu ili müəyyənləşir. Yerli bazarlarda

tələbat daha çox yerli əhalinin tələbatına uyğun istehsal və ixracatın

təşkilindən formalaşan tələbat növünə uyğun istehsal zəruriliyi meydana

çıxır.

İstehsal xarakterli xidmət infrastrukturası kəndin əhalisinin

məşğulluğuna səbəb olur. Ona görə də sahibkarlığın ərazi kompleksləri

formasında ixtisaslaşması və kombinələşməsi, eyni ərazidə vahid

məqsədə yönəldilən ayrı-ayrı sahələrin məcmuu kimi başa düşülür.

Sahə və ərazi funksional təyinatlı sahibkarlıq fəaliyyətinin ərazi

tələbatına və ixrac məqsədi üçün ixtisaslaşma dinamikasına meyli daha

mütərəqqi və bazar diqtəsi ilə çevik tənzimlənir. Aqrar sektorun

xüsusiyyətləri, onun istehsal, istehlak və məhsulunun istifadəsinin

xarakteri, həmin sahəyə marağın stimullaşdırılmasma və iqtisadiyyatın

sosial problemlərin həlli üçün özünə məxsus xüsusiyyətlər yaradır.

-433-

Page 434: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Kəndin kompleks inkişafı və əhalinin kənddə rifahının

yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatı ilə məşğul olmaq üçün

dövlətin himayəçilik siyasəti formalaşır. Belə ki, kənd əhalisinin kənd

təsərrüfatı məhsulları ilə istehsalında torpaqdan istifadəsi şəraitində

onun məhsuluna vergi tutulmur. Bu da kənddə torpaqdan istifadəyə

stimul yaradır. Azərbaycan Respublikasında Vergi Məcəlləsinə uyğun

vergilərdən ancaq torpaq vergisi kənd təsərrüfatında tutulur.

Kənd təsərrüfatının inkişafı ayrı-ayrı sahibkarlıq fəaliyyətinin

növü təbii ki, emal sənayesinin gücü, onun alıcılıq qabiliyyəti ilə

müəyyən olunur. Emal sənayesində sahibkarlığın formaları, onun

mülkiyyət formaları, fiziki şəxslər və fermer təsərrüfatları ilə əlaqə

sıxlığı və formaları kənd təsərrüfatı məhsullarına olan tələbatı artırır.

Emal sənayesi bir sıra xarici şirkətlərin, yaxud müştərək müəssisələrin

əlində olduğu halda onun yerli xammaldan istifadəsi problemi meydana

çıxır. Ən çox dünya səviyyəli firmaların Azərbaycanda fəaliyyəti kənd

təsərrüfatı məhsullarının xammalına daha keyfiyyətli məhsul, texniki

standartlara uyğun xammal almasını tələb edirlər.

Keyfiyyətli xammal üçün Azərbaycan kənd təsərrüfatının iqtisadi

və texniki imkanları çox aşağıdır. Belə şəraitdə həmin firmalar ancaq

bazarı ələ alır və özünün ixracat tələbatını və xammal tələbatını xarici

ölkələrin hesabına ödəyirlər.

Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının xammal kimi

satılmasının qarşısını alır.

Kənd təsərrüfatının inkişafı torpağın bioloji keyfiyyəti,

aqrotexniki xidmət və bazarın tələbatı ilə müəyyən olunur. Torpaqların

fərdi təsərrüfat formasında istifadəsi, onun məhsuluna sifarişi olmadıqda

məhsul növünün seçilməsi baxımından dayanıqlı müqavilə ilə müəyyən

olunur. Tütün sahəsində sahibkarlıq fəaliyyəti ilə siqaret istehsal edən

şirkət arasında əlaqənin forma və məzmunu kənd təsərrüfatının

sahibkarlığının problemlərini doğurur.

434-

Page 435: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Siqaret istehsalçısı səhmdar cəmiyyət formasında bazar

iqtisadiyyatı şəraitində bazarı öyrənərək, mənfəət əldə etmək məqsədi ilə

və özünün davamlı inkişafını təmin etmək üçün bazarda öz məhsulunu

saxmalaq məqsədi ilə xammalın keyfiyyətli olmasına, onun dünya

tələblərinə uyğun paramertlərinin təmin olunmasına çalışır.

Azərbaycanın tütünçülük rayonlarında iqlim və təsərrüfat şəraiti

fiziki şəxslərin xüsusi mülkiyyətinə əsaslandığı üçün maddi və maliyyə

təminatı baxımından eyni olmadığı üçün məhsulun keyfiyyəti də eyni

deyildir. Məhz region fərqləri və sahibkarlığın eyni maddi-texniki

bazaya və kapital qoyuluşuna malik olması müxtəlif həcmdə və

keyfiyyətdə məhsul istehsalına gətirib çıxarır.

Siqaret istehsal edən “Evropia tabako Baku” şirkəti onun xammal

tələbatını ödəmək üçün xarici ölkələrdən tütün tədarük edir. Bu da

Azərbaycan tütünçülüyünün inkişafını risk qarşısında qoyur. Bu

problemlərin mövcudluğu bir tərəfdən inhisarçıların yaranmasına, ucuz

qiymətə tütünün alınmasına, yaxud onun tədarükündən bütövlükdə rədd

edilməsinə gətirib çıxarır. Ona görə də respublikada bu cür müəssisələrin

yaradılması rəqabət mühitini təmin etməlidir. İnhisarlar inkişaf etdikdə

onların xarici ölkələrdən xammalın gətirilməsi cəhdləri respublikada

tütünçülüyün inkişafının qarşısını alır.

Fikrimizcə, emal müəssisələrinin təsis edilməsində onun

xammaldan istifadə payı müəyyən edilməlidir. Az keyfiyyətli

xammaldan istehsal olunan siqaretin sayı hər bir yeni müəssisə üçün

kvotalaşmahdır.

Digər istiqamətdə isə emal müəssisəsi ilə istehsalçılar arasında

emal müəssisənin tələbinə uyğun məhsul istehsalı üçün tədbirlər planı

hazırlanmalıdır. Bu tədbirlər planına emal müəssisəsinin özünün

ayrı-ayrı regionlarda texnoloji tələbata uyğun toxumçuluq, biokimyəvi

tədbirlər və mühafizə tədbirləri üçün xüsusi infrastruktur yaradılmalıdır.

Torpaqdan istifadəçilər, emalçılar və siqaret istehsalçıları ayrı-ayrı

mülkiyyətçilər və iqtisadi maraqlara malik olan hüquqi şəxslərdir.

Azərbaycanın mənafeini təmin etmək üçün transmilli kompaniyaların

435

Page 436: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

yerli kənd təsərrüfatına cəlb etmək üçün, yerli resurslardan istifadənin

kvotası, yaxud yerli resursların texnoloji quruluşunu dəyişmək, onun

keyfiyyətinin dəyişməsi üçün lazım olan əlavə kapital qoyuluşunu

nəzərə almaqla kontraktlar və müqavilələr bağlanmalıdır.

Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi

tədbirləri açıq bazar iqtisadiyyatı şəraitində hər bir transmilli

kompaniyalar tərəfindən öhdəlik kimi qəbul edilməsi çətin problemdir.

Bu məqsədlə yerli sahibkarlığa əsaslanan və rəqabət mühitinə şərait

yaradan, yerli xammala əsaslanan emal müəssisələrinin inkişafı vacibdir.

Respublikada emal sənayesinə kapital qoyuluşu, investisiya axını

daha səmərəli olduğu üçün, xarici xammala əsaslanırsa, onun yerli

xammalın keyfiyyətlərinin yüksəldilməsi üçün büdcəyə vəsait

keçirmələri vacibdir.

Yerli sahibkarlığın tənzimlənməsinin digər əsas tərəfi məhz

gömrük siyasəti ilə yerli istehsalı stimullaşdırmaq, yaxud onun azalması

ucbatından baş verən zərəri dövlət büdcəsinə gömrük rüsumları vasitəsi

ilə tənzimləməkdən ibarətdir.

Xarici ölkələrdən gətirilən xammalın üzərinə əlavə rüsumların

qoyulması inhisarçılıq şəraitində baş verməlidir. Çünki bu rüsumların

artması üçün işçi qüvvəsi və inhisarçılıq şəraitində əhalinin alıcılıq

qabiliyyətini azaldacaq, həmçinin maddi rifahını pisləşdirəcək.

İnhisarlar onsuz da xammalın qiymətini öz məhsullarının üzərinə

keçirməklə, qiymətin artması hesabına mənfəətini təmin edəcək. Yerli

xammalın istehsalının azalması məhsulun qıtlığının və siqaret çəkənlərin

xərclərinin artması əhalinin maddi vəziyyətini pisləşdirə bilər.

Beləliklə, kənd təsərrüfatı, aqrar sektor təkcə istehsal yox, emal

və bazar münasibətləri vəhdətində tədqiq olunub, tədbirlər proqramı

hazırlamalıdır. Aqrar sektorun inkişafı yerli resursların istifadəsi üçün

təminat sistemi yaratmalıdır.

436

Page 437: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sahibkarlığın formalaşmasının dinamikası, meylləri və

regional aspektləri

Sahibkarlıq fəaliyyəti mövcud reallıqlar, ali və lokal məqsədlər,

həmçinin kommersiya gəlirləri obyekti olmaqla hər bir bazar

iqtisadiyyatı şəraitində müəyyən meyllər və dəyişmələr kəsb edir.

Mövcud meyllər Azərbaycan iqtisadiyyatının ümumi meylləri, istehsal,

bölgü və istehlak münasibətləri ilə formalaşır. Bazar iqtisadiyyatı

kortəbii proses olmayıb, obyektiv qanunların real həyatda təzahür

formasında çıxış edir. Obyektiv bazar qanunları, onun ayrı-ayrı

sahələrinin hüquqi əsaslarını və meyllərini tənzimləyən qanunverici baza

ilə təmin olunur.

İdeal qanunlar ancaq insan intellektinin müşahidə və təcrübəsi

əsasında baş verən dəyişmələri sistemləşdirib, qipotez təsvir etmək

deməkdir. Real qanunlar isə mövcud reallıqları ideal hala salmaq üçün

lazım olan münasibət sisteminin hüquqi əsaslarını yaratmaq deməkdir.

Ona görə də sahibkarlığın mövcud vəziyyəti, dinamikası, konkret

göstəricilər və dəyişmə parametrləri ilə təsvir olunmaqla həmin prosesin

uzun müddətli müstəvisinə və istiqamətinə təkan vermək deməkdir.

Sahibkarlığın dinamikasının start vəziyyəti mülkiyyət formalarını

yaratmaqla baş verir. Bunun respublikada xüsusi yolu dövlətsizləşdirmə

və özəlləşdirmə proqramının həyata keçirilməsi ilə əlaqədardır.

Kənd təsərrüfatında və aqrar sektorda dövlətsizləşdirmə kolxoz və

sovxozların ləğvi və fermer təsərrüfatlarının yaradılması ilə başladı.

Aqrar sektorun digər sahələri olan emal və infrastrukturun

özəlləşdirilməsi prosesi İqtisadi İnkişaf Nazirliyi tərəfindən

1995-1998-ci illərdə özəlləşdirmə proqramı ilə və 2000-2003-cü illərdə

fəaliyyət göstərən ikinci özəlləşdirmə proqramı ilə həyata keçirilir.

Özəl sektorun formaları dünya təcrübəsində baş verən meylləri və

təşkilati strukturlara uyğun həyata keçirildi.

■437-

Page 438: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Azərbaycanda kənd təsərrüfatında xarici müştərək müəssisələrin

fəaliyyəti və kiçik müəssisələrin formaları çox zəif inkişaf edir. Kiçik

müəssisələrin özəlləşdirilməsinin qeydiyyatına görə ən çox müəssisə

1997 və 1998-ci illərdə yaranmışdır. Belə ki, 1997-ci ildə 43, 1998-ci

ildə 62 müəssisə fəaliyyət göstərməyə başlamişdir. Azərbaycanın kənd

təsərrüfatında fermer təsərrüfatı formasının daha geniş inkişaf

etdirilməsinə üstünlük verilib. Bunu aşağıdakı cədvəlin məlumatlarından

görmək olar

Cədvəl IX. 1.7.

Kəndli (fermer) təsərrüfatının dinamikası

Göstəricilər 2001 2002 2003 Fermer təsərrüfatıum sayı 3248 2604 2589

.Vilə (koUektiv) fızvlərrum sayı, nəfər 14376 11336 10452 Mövcud torpaqlar, hektarla:

Ümumi torpaq sahəsi 62218 23412 20061 Kənd təsərrüfatına yararh torpaq saliəsi 62106 23168 198.32 Onlardan, əkin yeri 32810 17488 16277

Cədvəl IX.1.7-dən göründüyü kimi, ümumi fermer təsərrüfatının

sayı artdıqca onun birləşməsi də baş verir.

Kənd təsərrüfatında fermer təsərrüfatı payı bəlli təsərrüfatlar, kredit

ittifaqları, təsərrüfatda icarədarlıq, hər bir təsərrüfatın məhsul

istehsalında olan oxşarlıq, istehsal və istehlak arasında əlaqələrin forması

və idarəetmə baxımından səmərəlilik meyarları ilə müəyyən olunur.

Kənd təsərrüfatının dinamik inkişafı, onun istehsalının bazar tələbinə

uyğun olaraq əmtəə və xidmət marketinq strukturu ilə formalaşır və

struktur dəyişmələrə məruz qalır. Təsərrüfat fəaliyyətinin səmərəliliyi

həmçinin konkret məhsullar üzrə də planlaşdırılır. Hər bir hüquqi şəxs və

sahibkarlıqla məşğul olan fiziki şəxs istehlak seqmentinə uyğun istehsal

proqramında cari dəyişikliklər edir. Ona görə də ümumi meyllərlə yanaşı

konkret marketinq tədqiqi hər bir təsərrüfatın səyinə stimul yaradır.

-438-

Page 439: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Kənd təsərrüfatı məhsııllarıııın artım dinamikası onun tələbatının

ödənilmə imkanlarını artırır. Məhz tələbatın ödənilmə dərəcəsi cari ildən

sonrakı il üçün istehsal həcminin artımına təsir edir. Beləliklə, konkret

kənd təsərrüfatı məhsuluna olan tələbatın ödənilmə dərəcəsi istehsalın

marketinq quruluşunda elastiklik dərəcəsini müəyyən edir. Bunun riyazi

modelini aşağıdakı kimi təsvir edək.

T ̂ = ^ od

T

T -.100

Burada, xıj

istehsal həcmi; Tj-

faktiki tələbat

- i - növlü istehsal strukturunda j-məhsulunun Y

növlü məhsulun istehlak həcmi yaxud onun

səviyyəsi;

Tj - j - məhsuluna ideal tələbat səviyyəsi;

TVd - j məhsuluna olan tələbatın ödənilmə

dərəcəsi.

I j = I

T = 1

A/c.. - tələbat dərəcəsinin ödənilməsinin j -məhsulundan k

məhsuluna keçmə ehtimalı

İ A k , T ' . = X o d

i= l

Burada, xj - hər hansı i-müəssisəsində məhsulun həcmi tələbatın

ödənilmə dərəcəsi ilə istehsal matrisası arasında dəyişmə meylini və

istehsal sahələrinin bazar tələbinə uyğun dəyişmə elastikliyini

səciyyələndirir.

Kənd təsərrüfatı məhsullarının dinamikası və təhlili, onun son

nəticələrinin effekti ilə vəhdətdə baxıldıqda təşkilati- tədbirlərin

səmərəsi meydana çıxır.

439-

Page 440: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Kənd təsərrüfatı məhsullarının artım tempi göstərir ki, mütləq

artım baş versə də bəzi məhsulların artımı məhz onların istehsalına

çəkilən xərclərin baha olması ilə və bazar qiymətlərinin, məhsulun maya

dəyərindən aşağı olması hesabına istehsal üçün rentabelli deyildir. Ona

görə də məhsulun rentabelliyi, müəssisə rentabelliyindən daha çox

aparıcı meyar kimi sahibkar tərəfindən seçilir və stimul yaradır.

Əhali təsərrüfatında istehsal həcminin artım tempi bütün illərdə

müəssisə formasından xeyli artıqdır. 1996-cı ildən artım tempinin

dinamikası Ümumi Daxili Məhsulun artım dinamikasına uyğundur və

bütövlükdə kənd təsərrüfatı məhsullarının artım tempini

müəyyənləşdirilir. Kənd təsərrüfatı məhsullarının istehsal dinamikası,

onun istehlak dinamikası ilə bəzi məhsullar üzrə fərqlənir. Bu da həmin

fərqlənən məhsulların istehlakında idxalın rolu ilə müəyyən olunur.

Kənd təsərrüfatı məhsullarının idxalı 1980-1995-ci illərdə əhalinin

istehlakında 70% təşkil edirdi.

1996-cı illərdən istehlakm tələbatı yerli istehsalın artımı ilə təmin

olunur. Kənd təsərrüfatı məhsullarının ümumi artımında əsas rolu

məhsuldarlıq və əkin sahələrinin bir məhsul istehsalından digər məhsul

istehsalına keçməsi nəticəsində baş verir. Qiymət dəyişməsinin demək

olar ki, kənd təsərrüfatı məhsullarının artımında rolu yoxdur. Dənli

bitkilərin məhsuldarlığı 2001-ci ildə 1995-ci ilə nisbətən 15,6 sentnerdən

26,5 sentnerə, tütün 14,6 sentnerdən 20,3 sentnerə, kartof 97 sentnerdən

104 sentnerə, bostan məhsulları 73-dən 201 sentnerə, meyvə və

giləmeyvə 31,2-dən 83,1 sentnerə yüksəlmə yolu ilə artım təmin olunur.

Kənd təsərrüfatı bitkilərinin ümumi artım dinamikası tələbatın

ödənilməsinin yerli istehsal mənbəi hesabına baş verməsini və əhalinin

məşğulluğunda bitkiçiliyin rolunu artırır. Azərbaycanın statistik

göstəriciləri əsasında tərtib olunan cədvəl 1.8-də kənd təsərrüfatında

bitkiçilik məhsullarının dinamikası göstərilir.

-440-

Page 441: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl IX. 1.8.

Kənd təsərrüfatında bitkiçilik məhsullarının dinamikası (min ton)

Məhsullar Orta hesabla il

ərzində 1995 2000 2001 2002

Taxıl 1158,4 1146,8 921,4 1540,2 2016,1 2195,9

Pambıq 343,7 140,0 274,1 91,5 83,6 80,4

Tütün 37,4 13,4 11,7 17,3 12,7 3,3

Kartof 158,8 322,7 155,5 469 605,8 694,9

Tərəvəz 551,0 603,9 424,1 780,8 916,4 974,6

Bostan məhsulları 49,1 131,1 41,9 261 290,9 330,3

Meyvə və giləmeyvə 378,7 391,2 324,4 477 497,5 516,8

Çay yarpağı 20,4 1,9 9,4 1,1 1,4 1,4

Üzüm 553,3 150,8 308,7 76,9 68,1 62,1

Kənd təsərrüfatı məhsullarının bitkiçilik üzrə dinamikasında

istehsal həcmi 1990-cı ildə 1995-ci illərə qədər dinamik olaraq azalma

tempinə malik olmuş 1996-cı ildən isə taxıl istehsalında, kartof, meyvə

və giləmeyvə, bostan məhsullarının, tərəvəz istehsalının artımı və

sonrakı beş ildə əvvəlki beş ilə nisbətən uyğun olaraq artımla inkişaf edir.

İstehsal həcminin məhsullar üzrə artımının əsas səbəbi həmin

məhsullarda əhalinin tələbatının ödənilməsində yerli məhsullarının

rolunun artması ilə izah olunur. Kənd təsərrüfatı məhsullarının

satın-alma qiymətləri həmin məhsul istehsal edən sahibkarın bazar

qiymətlərini nəzərə alaraq öz maliyyə marketinq planını hazırlamağa və

çevik idarəetmə siyasəti yeritməklə özünün davamlılığını təmin edir.

Azərbaycanın kənd təsərrüfatı bazarında liberal qiymət siyasəti

mövcuddur. İnhisar qiymətlərin qarşısını almaq üçün Azərbaycan

Respublikasında antiinhisar və təbii inhisarların qiymət tənzimlənməsi

tədbirləri mövcuddur. Qiymətin liberallığı bütün fəaliyyət növlərini orta

mənfəət əldə etməyə gətirib çıxarır. Süni surətdə əmtəə qıtlığı

yaratmaqla və yaxud əmtəə təklifini

441

Page 442: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

onun tələbindən aşağı salmaqla qiymətin qalxmasına səbəb olan

inhisarçılığm qarşısını almaq üçün istehsal rəqabətini, yaxud idxal yolu

ilə istehsalçıların öz məhsullarının maya dəfərini aşağı salmaq yollarının

və yeni nou-xaunun tətbiqi üçün məcburi rıçaqlarm tətbiqi zəruriyyəti

ortayı çıxır.

Kənd təsərrüfatı məhsullarının istehlakı dinamikası, ona tələb və

təklifin tənzimlənməsində istehsal amilləri məhsulun qiymətinin aşağı

düşməsinə və nəticədə sabit, yaxud azalan idxal şəraitində əhalinin

alıcılıq qabiliyyətinin artmasına, sonuncunun isə istehsalın daha da

yüksəlməsinə təsir edir. Kənd təsərrüfatı məhsullarının istehlakçısı üçün

bazar tələbi və onun qiyməti iqtisadi cəhətdən səmərəlidir. Qiymət

bazarında tələb və təklifin nisbətindən asılı olaraq dəyişirsə, onda

istehsalçı o dəyişməyə uyğun əmtəə istehsalında marketinq seqmentini

idarə edir. Statistik rəqəmlər göstərir ki, cədvəldə verilən məhsulların

hansının istehsal həcmi artırsa, onun qiymətinin aşağı düşməsi meyli

müşahidə olunur. Taxıl məhsullarının qiymət indeksi 2001- ci ildə

94%-ə, katrof 96%-ə, tərəvəz 90%-ə, bostan məhsulları 94%-ə, meyvə

və giləmeyvə 49%-ə enmişdir.

Heyvandarlıq məhsullarının dinamikasına təsir edən əsas amillər

əhalinin ət məhsullarına, südə, yumurtaya ehtiyacları, yeyinti

sənayesinin xammal tələbatı və ixracat strukturuna təsir edir.

Hər bir məhsul üzrə heyvandarlıq məhsullarının istehsal və

ixracat balansı, əmtəə və mal dövriyyəsini, bazarın tələbat strukturunun

formalaşması və konkret istehlak strukturunu müəyyən edir. Ona görə də

bazar tendensiyalarını öyrənmək üçün balans metodu kimi kənd

təsərrüfatı məhsulları üzrə istehsal və istehlak balansını təmin edən

amillərin proqnozu təhlil və idarə edilməsi üçün vacib yer tutur. İstehsal

və istehlak arasında yaxınlaşma kənd təsərrüfatı məhsullarının idxalının

azalması və istehsalın artmmm baş verməsi ət və ət məhsulları, taxıl üzrə

baş verir. Taxıl və taxıl məhsullarının ehtiyatları 2001- ci ildə 1995-ci ilə

nisbətən 113 min tondan 332 min tona qədər artmış, idxal isə son üç ildə

1999-2001-ci ildə 731,6 min tondan

■442-

Page 443: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

667, 1 min tona düşmüşdür. Taxılçılıq respublikada sahibkarlıq üçün

mühüm fəaliyyət olub, onun tələb və təklifi arasında tarazlığın

tənzimlənməsi üçün yerli taxılın tədarükü, onun emalı və dövlətin

maliyyə, kredit mexanizmləri vasitəsi ilə stimullaşdırılması tədbirlərinin

əsaslandırılması və proqnozu lazımdır.

Statistik göstəricilərə görə ət və ət məhsullarının istehsalı və

istehlakı aşağıdakı kimi ifadə olunur (cədvəl IX. 1.9).

Cədvəl IX. 1.9.

Ət və ət məhsullarının istehsalı və istehlakı (min ton)

Məhsullar Orta hesabla il əi'zmdə 1995 2000 2001 2002

Taxıl 1158,4 1146,8 921,4 1540,2 2016,1 ! 2195.9

Pambıq 343,7 140,0 274,1 91,5 83,6 80,4

Tütün 37,4 13,4 11,7 17,3 12,7 3,3

Kartof 158,8 322,7 155,5 469 605,8 694,9

'fərəvəz 551,0 603,9 424,1 780,8 916,4 974,6

Bostan məhsulları 49,1 131,1 41,9 261 290,9 330,3

Meyvə və giləmeyvə 378,7 391,2 324,4 477 497,5 516,8

Çay yarpağı 20,4 1,9 9,4 1,1 1,4 1,4

Üzüm 553,3 150,8 308,7 76,9 68,1 62,1

Cədvəldən göründüyü kimi ət və ət məhsullarının istehsalının

artımı onun idxalının azalmasına gətirib çıxarır. 2001-ci ildə istehsal

1995-ci ilə nisbətən 39,1% artıb, idxal isə 23,8% azalıb. Şəxsi istehlak

müvafiq dövrdə 22% artıb. Adambaşına düşən ət istehlakı respublikada

ildə 30 kq təşkil edir. Əlbəttə, bu göstərici rasional normalara nisbətən

azdır.

Amma bir sıra respublikaların göstəriciləri ilə müqayisədə xeyli

yüksəkdir. Əhalinin ət məhsullarına olan tələbatını ödəmək üçün idxal

olunan məhsulun həcmi 1998-cu ildə 2001-ci ilə nisbətən 2, 3 dəfə çox

idi. 2001-ci ildə idxal olunan ət və ət məhsulları istehsal həcminin

21,3%-ni təşkil edir. Sahibkarlığın

-443-

Page 444: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

heyvandarlıq sahəsində inkişafı əhalinin məşğuliyyətini və yeni

təsərrüfat formalarının meydana gəlməsini zəruriləşdirir.

Heyvandarlığın inkişafında fiziki şəxslərin sahibkarlıq fəaliyyəti daha

üstün artma meylinə malikdir. Ailə Kollektiv təsərrüfat formaları

arasında qoyunçuluqda icarədarhq daha geniş yayılıb. Məhsuldar

mal-qaranın dinamikası bütün təsərrüfat dərəcələri üzrə xüsusi

təsərrüfatda olan mal-qaranın sayının artdığını, kolxoz, sovxoz və sair

kənd təsərrüfatı müəssisələrində olan mal- qaranın sayının isə azaldığını

göstərir.

Əgər 1991-ci ildə kənd təsərrüfatı müəssisələrində iribuynuzlu

mal qaranın baş sayı 832,8 min, qoyun və keçilərin baş sayı 2850,1 min,

xüsusi təsərrüfatlarda uyğun olaraq iribuynuzlu mal qara 1998 min baş,

qoyun və keçilər 2568,9 min baş idisə,

2002- ci ildə kənd təsərrüfatı müəssisələrində iribuynuzlu mal qaranın

baş sayı 16,3 min, qoyun və keçilərin baş sayı isə 235,2 min olduğu

halda, xüsusi təsərrüfatlarda, müvafiq olaraq, iribuynuzlu mal qaranın

baş sayı 2081,6 minə, qoyun və keçilərin baş sayı isə 6223,7 minə

çatmışdır.

Mövcud rəqəmlər xüsusi təsərrüfatçıhğm islahatlarının tamamilə

başa çatmaq üzrə olduğunu göstərir. Belə ki, xüsusi təsərrüfatda qara

malın ümumi sayı 1991-2002-ci il ərzində 2,1 dəfə, qoyun və keçilərin

ümumi sayı 2,2 dəfə artmışdır. 1991- 2002-ci illərdə bütün mal-qaranın

növləri üzrə xüsusi təsərrüfatlarda dinamik artım müşahidə olunur.

2002-ci ildə qara malın miqdarı 1995-ci ilə nisbətən 1,4 dəfə, qoyun və

keçilərin sayı isə 2,2 dəfə artmışdır. Heyvandarlığın inkişafında

quşçuluğun artım tempi 1,15 dəfə təşkil edir.

Sahibkarlığın inkişafı aqrar islahatların tərkib hissəsi olmaqla

onun regional problemlərinin müəyyənləşdirilməsi və differensial

yanaşma ilə tədbirlərin hazırlanması sahibkarlığın şaquli idarəetmə

formasından daha çox üfüqi istiqamətdə genişlənməsi baş verir.

Kənd təsərrüfatı məhsullarının regionlarda artımını ancaq şəxsi

istehlak ilə əlaqələndirmək, onun bütün potensialından istifadə etməyə

zəruriyyət yarada bilməz. Azərbaycanın iqtisadi

-444-

Page 445: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və sosial inkişafı meyarı və ümumi konseptual inkişafın meyllərini

dinamik artırmaq məqsədi ilə kənd təsərrüfatı məhsullarının emalı

müəssisələrinin regionlarda yerləşməsi və onların istehsal güclərinin

bərpası əsas amil olaraq qalmaqdadır.

Emal sənayesinin bazar iqtisadiyyatı şəraitində planlı

təsərrüfatdan fərqli olaraq inkişafı amilini kənd təsərrüfatı məhsullarının

artım tempi və əhalinin məşğulluğu deyil, daha çox emal sənayesi

məhsulunun istehlak bazarında rolu və onun idxal üçün istifadəsi əsas yer

tutur.

Emal sənayesi respublikada məlum səbəblərdən mövcud bazar

tələbatına uyğun gəlmir. Ərazinin 20%-nin erməni işğalçıları tərəfindən

tutulması və vahid təsərrüfat əlaqələrinin qırılması, istehsalçı və

istehlakçı arasında təsərrüfat əlaqələrinin pozulmasına, aqrar sektor

daxilində mənfəətin vahid bölgüsü sistemindən fərqli olaraq fərdi

səmərəlilik və maraqlar üzərində qurulması ilə əvəz olunmuşdur.

Müəssisələr arasında haqq- hesabların nəqd əmtəə-pul formasında

inkişafı, xammal və materialların açıq iqtisadi mühitdə seçilməsində

liberallıq və iqtisadi effektin azalmasında məsuliyyət üzərində, dəqiq

uçot və ödəmə prinsiplərinin və metodiki sənədlərin olması, bir çox

əlaqələrin inzibati təşkilati yollar ilə yox, azad iqtisadi münasibətlər ilə

qurulmasına zəruriyyət yaradır. Bu aspektlər təsərrüfatçıhqda fərdi

maraqları stimullaşdıran mexanizmlərin təşkilində differen- sial siyasətin

normativ-hüquqi aktlarının tətbiqində yeni cəhətlər kəsb edir.

Artıq respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün

maliyyə-kredit resurslarında vergi sistemində regionlar üzrə

stimullaşdırma normaları və normativləri tədbiq olunur. Sahibkarlığın

dinamikası respublikada aparılan ümumi iqtisadi inkişaf dinamikasına

uyğun həll olunur.

ÜDM-un artımına təsir etmək, onun bölgüsündə sahibkarlığa

stimul yaratmaq düz və əks əlaqə ilə təmin olunur. Bu meyllər arasında

amillər üzrə dəyişmə meylləri konkret və ümumi effektə gətirib çıxarır.

445-

Page 446: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

A P { m ) = cp(AIJ/JM(m),Al)r(m),AMn(m),AJJE(m),XE(m))

Burada, Ä 3R(t) - sahibkarlığın effektiv artımı;

A ÜDM(t) - ümumi daxili məlisunun artımı

A JQ (t) - iş qüvvəsinin artım tempi

A MP(t) - maliyyə resurslarının artmı tempi;

A DB(t) - dövlət büdeəsinin sahibkarlığa ayrılan vəsaitinin artımı;

XB(t) - xüsusi vəsaitlərin artım tempi.

Bu parametrlərin hər birinin ayrı-ayrı və kompleks təsir gücləri

multiplikasiya effekti şəklində elastiklik əmsalları ilə qiymətləndirilir.

Sahibkarlığın meyllərinin dəyişmə dinamikası kəmiyyət və

keyfiyyət üzrə baş verir. Daha çox struktur dəyişmələr xarakterik

strukturunun təkmilləşməsi və planlaşmada çevik siyasət tətbiqi ilə

mümkündür. Sahibkarlıq nə qədər təyin olunmuş meyllər üzrə inkişaf

edirsə, bir o qədər də risk derəcəsi ilə ölçülür. Riskin hədlərini, onların

səmərəsini ölçmək üçün real formalaşmış dinamikanın statistik və

dinamik qiymətləndirilməsi vacibdir. Dinamik inkişaf meylləri

variantlarla olduqda sahibkarlığın manevr etmək qabiliyyəti artır.

Sahibkarlığın inkişafı problemləri regional yanaşma olmadan

mümkün deyil. Regional aspekt həm makrosəviyyədə respublika şəraiti

və onun ayrı-ayrı respublikadaxili regionlar və mülkiyyət fərqləri üzrə

baxılır.

Regionlar amili ayrı-ayrı ərazilərin və həmin regionun kompleks

inkişafına təsir edən mexanizmlərin xüsusiyyətləri nəzərdə tutulur.

Sahibkarlığın regional xüsusiyyətləri nəzəri və metodiki aspektdə

təhlil olunur və qiymətləndirilir. İlk növbədə sahibkarlığın əsas

istiqamətlərini regionların iqtisadi potensialı, onların təbii iqlim və

iqtisadi şəraiti, əhalisi və demoqrafik xüsusiyyətləri müəyyən edir.

Regionlarda sahibkarlığın inkişafı üçün sosial infrastruktura eyni

deyildir. Enerji təminatı, bazarda şəxsi istehlakm ev təsərrüfatı ilə

bağlılığı hər bir regionda bazar

-446-

Page 447: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tələbatını və ona uyğun sahibkarlıq formasını və marketinq qurluşunu

yaradır.

Daha çox xarakterik sahibkarlıq növü heyvandarlıq,

meyvə-tərəvəz və taxıl istehsalı üzrə regionların təsnifatıdır. Kənd

təsərrüfatı istehsalı üzrə regionların ixtisaslaşması həmin regionlarda

sahibkarlığın əsas istiqaməti və dövlətin tənzimləmə siyasətini

formalaşdırır. Regionlarda heyvandarlıq üzrə inkişaf daha çox dağ

regionlarında və otlaq üçün səmərəli təsərrüfat forması olan taxılçılıq və

yem bitkiləri regionları sərfəlidir. Naxçıvan Muxtar Respublikası, Aran

rayonları, Gədəbəy, Kəlbəcər, Şəmkir, Qazax, Tovuz,. Göranboy

heyvandarlıq və bitkiçilik məhsullarının istehsalı üçün xüsusi resurslara

malik regionlardır.

Ailə təsərrüfatı, fermer, kollektiv təsərrüfat formaları, torpaq

islahatlarının xarakteri, adam başına düşən torpaq sahəsi və onların

istifadəsi dərəcəsi effektli bazar tələbatından asılıdır. Azərbaycan

regionlarında sosial amil olaraq əhalinin artımı, onun iş yerləri ilə təmin

olunması və kapital azlığı mühüm amil olaraq əsas yer tutur. Respublika

daxili təsərrüfat formaları sahibkarlığın inkişafının dinamikasının region

xüsusiyyətlərini formalaşdırır.

Respublikada 1 yanvar 2003-cü il tarixinə 2589 kəndli (fermer)

təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfat forması Naxçıvan Muxtar

Respublikasında 180 ədəd, Beləsuvarda 304 ədəd, Xaçmazda 122,

Səlyanda 277, Hacıqabulda 110, Bərdədə 100 ədəd cəmləşir. Bu rayonlar

bütün respublikada mövcud olan fermer təsərrüfatlarının bütün növlərini

əhatə edir.

Hər bir kənd təsərrüfatı məhsullarının əkin sahəsi və onların

məhsuldarlığının müxtəlifliyi sahibkarlıq fəaliyyəti kimi bərabər

potensialının olmadığını sübut edir. Belə ki, 2002-ci ildə taxılçılığın hər

hektardan məhsuldarlıq Naxçıvan Muxtar Respublikasında 37,3

sentnerə, Ağdamda 32,8 sentnerə, Astarada 52,4 sentnerə, Beyləqanda

32,7 sentnerə, Xaçmazda 31,8 sentnerə, İmişlidə 30 sentnerə. Qazaxda

28,2 sentnerə. Saatlıda 38,6 sentnerə, Sabirabadda 36,2 sentnerə,

Şəmkirdə 45,1 sentnerə qədər yüksəlmişdir ki, bu da 1995-ci ilə nisbətən

3,5 dəfədən 1,5

■447-

Page 448: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dəfəyə qədər artımda xarakterizə olunur. Bu artım bəzi regionlarda

taxılçılığın başqa sahələrin hesabına artımı ilə səciyyələnir. Belə ki,

Astara, Sabirabad, İmişli, Şəmkir rayonlarında çay, pambıq və üzüm

bitkilərini taxıl ilə əvəz olunması hesabına baş verir.

Regionlarda sahibkarlığın inkişafı ət və ət məhsulları bazarının

təşkili və idarə olunması sahələri ilə xaratkerizə olunur. Ət istehsalı bütün

növ təsərrüfatlar üzrə kəsilmiş ət şəklində və onun satışı yolu ilə tələbatın

ödənilməsinin əsas mənbəyi rolunu oynayır. Natural istehsal və satış

üçün ət və ət məhsulları region bazarının perspektiv istiqaməti olaraq,

yerli istehsal hesabına daha intensiv artır. 2002-ci ildə Naxçıvan Multar

Respublikasında 6,9 min ton, Abşeronda 2,7 min ton, Ağdaşda 2,3 min

ton, Ağcəbədidə 4,4 min ton, Beyləqandə 2,3 min ton, Bərdədə

3.1 min ton, Cəlilabatda 4,2 min ton, Dəvəçidə 2,2 min ton, Gədəbəydə

3,1 min ton. Göyçayda 2,8 min ton, Xaçmazda 2,7 min ton, İmişlidə 2,9

min ton, Kürdəmirdə 2,5 min ton. Qaxda

2.7 min ton, Qəbələdə 2,5 min ton. Qobustanda 2,1 min ton, Qubada 3,5

min ton. Qusarda 1,8 min ton. Masallıda 2,3 min ton, Sabirabadda 3,8

min ton, Səlyanda 3,1 min ton, Siyəzəndə

5.8 min ton, Şəkidə 3,1 min ton, Şəmkirdə 2,8 min ton. Tovuzda

2.1 min ton, Yevlaxda 4,2 min ton, Zaqatalada 3,1 min ton. Zərdabda 3,2

min ton ət istehsal olunub. Bu göstəricilər 1995-ci ilin istehsalına

nisbətən 1,2-1,5 dəfə artımla xarakterizə olunur.

Sahibkarlığın regionlar üzrə artım tempi həmçinin regionda bazar

və ixracatla bağlı olaraq ixtisaslaşır və inkişaf edir.

Sahibkarlığın regional xüsusiyyətləri sahə, resurs və tənzimləmə

funksiyasını tələb edir. Bu tənzimləmə dövlət mexanizmləri vasitəsilə ilə

həyata keçirilir. Kredit resurslarının regionlara yönəldilməsi, regionlarda

funksional fəaliyyət növünə görə güzəştlərin, yaxud dotasiya, subsidiya

və sosial müdafiə tədbirləri həmin regionların sosial-iqtisadi inkişafını

daha da stimullaşdırır. «Sosial-iqtisadi inkişafın sürətləndirilməsi

tədbirləri haqqında» ölkə Prezidentinin fərmanı məhz regionların

resurslarının

-448

Page 449: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

iqtisadi dövriyyəyə cəlb etmək üçün xüsusi region proqramlarının

tərtibinə və onun reallaşmasında hər bir idarəetmə orqanının və

mülkiyyət münasibətlərindən asılı olmayan təsərrüfat formalarının

regionlarda inkişafı üçün tədbirlər nəzərdə tutulur.

Sahibkarlığın regionlarda inkişafı həmin regionların

resurslarından istifadə üçün, yeni təsərrüfat formalarının və investisiya

şəraiti üçün əlavə öhdəliklərin və stimullaşdırma mexanizmlərinin

tətbiqi nəzərdə tutulur. Dağ regionlarında əhalinin məskunlaşması və

kəndin sosial inkişafı üçün ayrı-ayrı proqramların tərtibi, onların maliyyə

və maddi əsaslarının proqnozu kompleks inkişaf üçün əhəmiyyət kəsb

edir. Regionlar üçün ümumi yanaşma konsepsiyası və həmçinin hər bir

region üçün konkret tədbirlər tətbiq etmək nəzərdə tutulmalıdır. Ümumi

meyllər regionlarda əhalinin məskunlaşması üçün onların sosial

tələbatının ödənilməsi tədbirləri olmalıdır. Dağ və sərhədyanı

regionlarda əmək haqqına əlavələr və yaxud dəniz səviyyəsindən yuxarı

regionlarda kompensasiya rejiminin tətbiqi mümkündür.

Regionlarda emal sənayesinin inkişafı, sosial infrastrukturun daha

geniş prioritet istiqamət alması və hər bir regionda daxili resursların və

xarici investorların cəlb edilməsinə şərait yaradılmalıdır.

Regionun sosial-iqtisadi inkişafı üçün kompleks məqsədli

proqramlar və həmçinin funksional prioritetlər əsasında idarəetmə

sistemi təkmilləşdirilməlidir.

449

Page 450: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSIL II. SAHİBKARLIĞIN İNKİŞAFININ REGİONAL

PROBLEMLƏRİ

Regionun kompleks sosial-iqtisadi inkişafında

sahibkarlığın rolu

Sahibkarlığın inkişafı və regionun iqtisadi inkişafı, onun sosial

təminatı, regionda yoxsulluq probleminin həlli, onun dünya inteqrasiya

sisteminə daxil olması əlaqələrinin miqyaslı artımı və keyfiyyətcə

dəyişməsi arasında sistemli və kompleks əlaqələr mövcuddur.

Sahibkarlığın dinamikası, strukturu və dəyişmə meylləri ümumi iqtisadi

artım və dövlətin mikroiqtisadi və tarazlı inkişaf dinamikasından asılı

olaraq dəyişir və inkişaf edir. Ümumi Daxili Məhsulun artımı, onun

tərkibinin dəyişməsi region quruluşu sahələr üzrə dinamikası və

strukturu bazar iqtisadiyyatı yolu ilə inkişaf edən respublikada,

sahibkarlığın səmərəsi və inkişafı və regionlar üzrə inkişafı və

yerləşməsi istiqamətlərindən asılı olaraq formalaşır.

Sahibkarlığın inkişafının region problemləri, daxili resursların

kompleks iqtisadi dövriyyəyə cəlb edilməsi ayrı-ayrı ərazilərlə istehsal

və xidmətin, stimullaşdırılması, həmçinin dövlətin regional siyasətində

əhalinin məşğulluğu və yoxsulluğun ləğvi ilə kompleks proqramların

tətbiqi ilə bağlıdır. Azərbaycan əhalisinin artım dinamikası xidmət

bazarının ərazi üzrə dinamikası və inkişafı sahibkarlığın inkişafında və iş

qüvvəsinin, istehsal və istehlakm tənzimlənməsi və tarazlaşmasmm

region xüsusiyyətlərini meydana atır. Respublikada kompleks inkişaf

tədbirləri, ölkənin maliyyə resurslarının səmərəli iqtisadi dövriyyəyə

cəlb edilməsi, xarici investorların sahibkarlıq fəaliyyətində rolunun

güclənməsi idarəetmə və tənzimləmə tədbirlərinin təkmilləşməsi bazar

iqtisadiyyatına uyğun regionların ümumi iqtisadi inkişaf dinamikası ilə

tarazlığına təminat verir. Son zamanlar həyata keçirilən aqrar islahatların

kənd təsərrüfatı istehsalında bəzi məhsulların yüksək artımını təmin

etməsi, ümumi iqtisadi artımın sahə quruluşunda kənd təsərrüfatı

istehsalı payının 17 faizə qədər yüksəldilməsinə səbəb olmuşdur. Region

iqtisadiy

-450-

Page 451: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

yatının sosial-iqtisadi inkişafda rolunun nəzəri aspektləri və konkret

nəticələri artıq kənd təsərrüfatının kompleks inkişafı və onun region

probelmlərinin həlli üçün hüquqi təminat verən qanunvericilik bazasının

və normativ aktların tətbiqində öz əksini tapmışdır. Azərbaycan

Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində

əlavə tədbirlər haqqında 2002-ci il 10 sentyabr tarixli Prezident fərmanı,

respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlığa kömək

məqsədi ilə biznes mərkəzinin yaradılması kimi konkret tədbirlər nəzərdə

tutur.

Müasir tələblərə cavab verən regionlararası qrupların

yaradılmasını regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir

göstərə bilən amil hesab tmək olar. Sahibkarlığın inkişafında büdcə

vəsaitinin, ayrı-ayrı sahibkarların xüsusi vəsaitilərini, xarici investorların

kapital qoyuluşlarını və kredit resurslarını, sahibkarlığa cəm edilməsini

iqtisadi stimullaşdıran və şərait yaradan kompleks tədbirlərin olması da

prioritet istiqamətlər kimi qiymətləndirilir.

Bazar amilinin daha ön plana keçilməsi konteksti, müasir şəraitdə

istehsalın və regional problemlərin həlli üçün əhəmiyyətlidir. Bazarı

olmayan məhsulun inkişafı regionlarda resursların qıtlığı baxımından

qeyri-mümkündür. Bazarın təşkili tələbat və ixracat strukturu üçün yeni

keyfiyyətli və marketinq tələbatına uyğun istehsal və xidmətin inkişaf ilə

mümkündür.

Regionların əmtəə və xidmət istehsalı, onun bazarının

təhlükəsizlik konsepsiyası ilə təmin etmək yanaşması, idxal və ixracatın,

həmçinin formalaşmış potensialın istifadəsini tələb edir. Regionun

əhalisinin yaşayış tərzi, onun sosial vəziyyəti, istehlak tələbatının

quruluşunu nəzərə almaqla, kəndin sosial problemləri baxımından

sahibkarlığın problemləri, müasir bazar tipli iqtisadiyyatda tənzimləmə

və sosial-iqtisadi inkişaf konsepsiyası baxımından və yoxsulluğun ləğvi

məqsədi ilə yeni yanaşma istiqamətidir.

Bazar strukturunun əsasında yeniləşməsi və inkişafı marketinq

tədqiqi və istehlak seqmentlərinin təhlili və dinamikası əsasında qoyulur.

Marketinq proqnozunun bazar tələbatına

451-

Page 452: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

uyğun tərtibi və onun əsasında istehsal və xidmətə təsir etmək

metodologiyası, kompleks təşkilati-iqtisadi və idarəetmə metodları və

vasitələri tərtib edib, elmi əsaslarla proqnozlaşdırmaya gətirib çıxarır.

Kəndin sosial inkişafı ümumi iqtisadi artım və əhalinin həyat

səviyyəsi, region sahibkarlığının inkişaf meylləri və onların effektli

təşkili ilə bir başa və dolayısı əlaqəlidir. Bu proseslərə iqtisadi və sosial

inkişafın struktur elementi və amili kimi baxmaq məqsədəuyğundur.

Ölkə iqtisadiyyatında baş verən qanunauyğunluqlar sahibkarlığın

ilkin zəmini və şərtidir;

- ümumi istehsal həcminin və onun ayrı-ayrı sahələrində artım

tempinin sabitləşməsi;

- 1996-cı ilədək inflyasiyanın sabit olması və yaxud aşağı düşməsi ilə

bəzi məhsullar üzrə qiymətlərin sabit saxlanılması;

- bütün investisiya mənbələri hesabına maliyyə tələbatının ödənilməsi

və əhalinin xüsusi vəsaitləri hesabına sahibkarlığı maliyyələşdirən kredit

ittifaqlarının yaradılması;

- sosialyönlü siyasətin üstünlüyü şəraitində yoxsulluq probleminin

ləğvi və yeni iş yerlərinin açılması hesabına bir sıra sahələrin inkişafına

stimul yaradılması;

- inteqrasiya şəraitində Azərbaycan Respublikasının beynəlxalq

iqtisadi və maliyyə qurumları ilə əməkdaşlığından və xarici maliyyə

yardımlarının respublikaya gətirilməsi imkanlarında səmərəli istifadə

etməklə ölkə iqtisadiyyatının makrosəviyyəli problemləri ilə yanaşı,

region sosial iqtisadi inkişafının resurs potensialını dünya iqtisadi

inteqrasiya sisteminə cəlb edilməsi;

- bazar tipli idarəetmə liberal iqtisadiyyat özünün

maliyyələşdirilməsində sərbəst qərar qəbulu və əhalinin idarəetmə

sistemində iştirakını təmin edən statusunun artırılması. Yerli orqanların,

xüsusilə bələdiyyələrin, regionun sosial iqtisadi inkişafında statusunun

artması, regionun gəlir və xərcləri üzərində nəzarət və yeni gəlir

mənbəələrinin yerli stimullara uyğun iqtisadi dövriyyəyə cəlb edilməsi

ilə yanaşı ərazi subyektlərinin maliyyə imkanlarının vahid sistem halında

maraqlara uyğun olaraq birləşdirilməsi;

-452-

Page 453: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

- Azərbaycanın ən aparıcı resursları olan karbohidrogenlər ehtiyatının

Asiya, Avropa arasında tranzit coğrafi mövqeini və digər təbii resursları

və intelektual formalaşmış potensialın yeni tipli bazar modeli əsasında

istifadə istiqamətlərinin üstün artırılması.

Yuxarıda ümumiləşdirilən qanunauyğunluqlar və Azərbaycan

iqtisadiyyatında baş verən sosial-iqtisadi dəyişmə meylləri və

göstərieilər sistemi islahatların hər bir sahəsinin və konkret funksional

vəzifə bölgüsünün idarə edilməsini, onların tədqiqat dairəsi və əsas

struktur meyllərinin elmi əsaslarla təhlil edib, nəticə və fəal siyasət

yeritməklə daha intensiv dəyişmələr əldə etmək üçündür.

Sahibkarlığın sahə və ərazi quruluşu ölkə iqtisadiyyatının struktur

siyasətinin tərkib hissəsidir. Hər bir ərazi mikroiqtisadi mühüt olsa da

onun ümumi iqtisadi meyllərə səbəb və nəticə, həmçinin sistem elementi

kimi məntiqi əlaqəsi möveuddur. Ölkə iqtisadiyyatında aparılan maliyyə,

kredit, vergi və məşğulluq, yoxsulluğun ümumi konseptual əsasları bütün

əyalətlər üçün ümumi davamlı, inkişaf prinsiplərinə əsaslanır. Bu ümumi

konsepsiyanın reallaşması prioritetlər yolu ilə hər bir sahə və ərazi üzrə

differensiallaşır və konkretləşir, yeni prizmadan ölçülür, nisbi və xüsuşi

göstəricilərlə ifadə olunur.

Ərazi yanaşması vahid iqtisadi məkan daxilində, imkanların

maksimal istifadəsi yolu ilə maksimal səmərə əldə etməsinə ümumi

iqtisadi artımda xüsusi çəki əmsalını araşdırmağa yönəldilir.

n

S 1=1

ot-^jX j max

iqtisadi və sosial göstərieinin burada, xj - ümumi

maksimum artım tempi; - i rayonunda j göstəricinin artımnda xüsusi çəki əmsalı.

Regionlar ilə respublika iqtisadiyyatının ümumi inkişafı arasında nisbətlər qarşılıqlı əlaqə və təsir mövcud iqtisadi idareətmə sistemində olan üfüqi və şaquli əlaqələri və əmək bölgüsü və istehlak arasında olan nisbətlərlə müəyyənləşir.

-453

Page 454: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Qanunvericilik bazasının təkmilləşdirilməsi daxili məhsulun bölgüsündə

sahə və ərazi mənafelərinin tarazlaşması və təkrar istehsal məqsədi ilə

bölgü və yenidən bölgü mexanizmlərinin təkmilləşdirilməsi, bu sistemin

təkmili, təşkili və idarə olunmasının ən əlverişli yoludur. Makroiqtisadi

artım və tarazlı inkişafda sahibkarlığın rolu ümumi iqtisadi göstəricilərin

dinamikası ilə müəyyənləşir. Statistik göstəricilərin əsasında tərtib

olunan 2.1.№-li cədvəldə iqtisadiyyatın makroiqtisadi inkişaf dinamikası

göstərilir.

Cədvəl IX. II. 1.

Azərbaycan iqtisadiyyatının makroiqtisadi inkişaf dinamikası

Gösləricilər 1995 1996 1997 1998 1999 2000 2001 2002 Ümurni dixili raəlısıU: cəmi, ınird. manat

10669,0 13663,2 15791,4 17203,1 18875,4 23590,5 26578,0 29602,0

Əvvəlki ilə nisbətən %-lə 88,2 101,3 105,8

110,0 107,4 111,1 109.9

110,6 Sənaye məhsulu, mlrd.man.

8856 11964,0 13713,7 12877,6 14412,3 18197,9 18845,0 20097,7

Kənd təsərrüfatı məhsıdu, mkd.raau.

3566,9 4518,3 4122,3 4421,7 4730,9 5303,4 5899,7 6352,6

İnvestisiya, mlrd.man 1139,9 3222,3 4551,2 5512,1 4642,7 4839,1 5854,1 10534,9

Dövlət büdcəsinin gəlirləri, mlrd.man

1584,7 2012,8 2565,2 2327,3 2797,6 3573,2 3924,0 4551,2

Ümumi daxili məhsulda, %-lə 14,9 14,7 16,2 13,5 14,8 15,1 14,7 15,4

Əhalinin pıd gəlirləri (mlrd.man)

6702,7 9525,7 12367,1 14423,8 16134,4 17556,8 19010,2 21220,3

Ümumi daxili məhsulun adam başına düşən səviyyəsinin 10

dəfəyə yaxın artması ilə yanaşı istehlak olunan ümumi daxili məhsulda

xüsusi təsərrüfat və natural istehlakm payının çox olması, region

iqtisadiyyatının xüsusi tərəfidir. Əhalinin öz xüsusi vəsaitləri hesabına

tələbatının ödənilməsi, istehsalının təkrar istehsalı üçün xərclərinin

istifadəsinin artması, əhali arasında ərzaq məhsullarının və xüsusi

gəlirlərin yenidən bölgüsü

-454

Page 455: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dinamikası müşahidə olunur. Ona görə də hər bir sahə üzrə son məhsul

və aralıq məhsullar arasında nisbətlərin təhlili proqnozu ümumi daxili

məhsulun səmərəlilik göstəricilərini izah edir. Respublikada hər bir

sahənin texnoloji təkrar istehsal strukturu onun son məhsulları ilə aralıq

məhsulları arasında nisbətləri tənzimləyir. Hesablamalar göstərir ki,

bilavasitə istehlak tutumlu olan sahə kimi kənd təsərrüfatının, ümumi

daxili məhsulun, bilavasitə istehlaka yönəlməsi ilə yanaşı, onun yığım

tələbatının ödənilməsi, perspektiv inkişafı stimullaşdırır. Son illərdə

makroiqtisadi proqramların məhz istehlak strukturu metodı ilə tərtibi bu

sahələrdə dövlət tənzimlənilməsinin və sahə müdaxiləsinin prinsiplərinin

həddini əsaslandırır.

Sahibkarlığın inkişafının maddi, təşkilati və himayəçilik amilləri

məhz makroiqtisadi tarazlıq və iqtisadi artım şəraiti ilə mümkündür.

1995-ci ilə qədər Azərbaycan iqtisadiyyatında baş verən iqtisadi artımın

azalma templəri, onun qarşısını ala bilən sahibkarlığın inkişafına şərait

yarada bilməzdi. Məhz 1996-cı ildə başlanan artım dinamikası

özəlləşdirmənin 1995-1998-ci illər Dövlət proqramı və sonrakı 2000-ci il

proqramlarının tərtibi üçün iqtisadi əsas verdi.

1995-ci ildən aparılan sabitləşdirmə tarazlı inkişaf siyasəti

investisiya riskini stimullaşdırır və kapital qoyuluşunun səmərəsini

yüksəltdiyi üçün onun dinamik artımı baş verir. Belə ki, 1995-ci ildə

investisiya qoyuluşu 1990-cı ilə nisbətən 4 dəfə, 1996-cı ildə 1995-ci

nisbətən 65%, 1997-ci ildə 67%, 1998-ci ildə 45% artmışdır.

1999-2000-ci illərdə isə kapital qoyuluşları əvvəlki illərə nisbətən

dəyişməmişdir. 1996-2000-ci illərdə ölkə iqtisadiyyatına 5,0 milyard

ABŞ dolları həcmində investisiya yönəldilmişdir. Bu da ölkədə

sahələrarası tarazlı inkişafın və əhalinin məşğulluğunun artımını təmin

edəcəkdir. Sahibkarlığın inkişafında investisiyaların forma və

mənbəələrinin keyfiyyətcə dəyişməsi, daxili imkanların iqtisadi

dövriyyəyə cəlb edilməsini stimullaşdırır. Daxili investisiyaların

sahibkarlığa cəlb edilməsi, maliyyə-kredit sisteminin təkmilləşdirilməsi

və dövlətin tənzimləmə siyasətinin təkmilləşdirilməsi nəticəsində baş

vermişdir.

•455

Page 456: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

investisiyanın axını və onun səmərəli istifadəsi stabilləşmə və

tarazlı inkişaf baxımından onun əsas amil rolunu oynayır. Məhz

investisiya riski, daha çox o ölkələrdə yüksək artıma malik olur ki, həmin

ölkələrdə mənfəət norması daha artıqdır. Hər bir əlavə kapital ucuz

resurslar və iqtisadi cəhətdən səmərəli, təhlükəsiz iqtisadi şəraitlə təmin

olunur.

1995-ci ildən respublikada aparılan sabitləşmə siyasəti,

investisiya axınını stimullaşdırır. İnvestisiya həcminin, onun sahə və

ərazi quruluşunun təkmilləşdirilməsi yolu, bazar marketinqinin

yaxşılaşdırılması və onun ərazi quruluşunun genişləndirilməsi ilə

mümkündür. Məhz bazarların marketinq tədqiqinə, uyğun ərazi və sahə

proqramları, investisiyanın əsas texnoloji və region quruluşunu müəyyən

edir.

Metodiki tövsiyyə kimi investisiyanın hər hansı sahəyə artımı ilə,

onun istehsal və xidmət həcminin arasında nisbət, bütövlükdə inteqral

effekt kimi qəbul oluna bilər. Amma bu effekt investisiya həcmini və

onun istifadəsində seçilən strukturun effekti kimi qəbul edilməsi daha

realdır. Çünki, kapital qoyuluşu, iqtisadi amil olan sahənin texnoloji

quruluşunun stimullaşdırılması effektinin əvəz edilməsi səmərəsi ilə

müəyyən olunur.

AUDM(t) ■100;

^KQn, Burada, AUDM{t) - ümumi daxili məhsulun artımı;

^^Q(ı) - kapital qoyuluşunun artımı

elastiklik əmsalı. ' ( I )

ümumi daxili məhsulun artımı təkcə cari investisiya həcmindən

yox, həmçinin artıq keçmiş investisiyanın tam gücü ilə istehsal etmək

qabiliyyətindən və əmək resurslarının məhsuldarlığının artması ilə

əvəzlənir. Ona görə də investisiya axını uzunmüddətli strateji effekt

mənbəi kimi qəbul olunur. Onun iqtisadi effekt resursları nisbətlər kimi

qəbul olunmalıdır. Hər sonrakı effekt

■456-

Page 457: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

özündən əvvəlki effektin istehsal və güc qabiliyyətinin eksponensiya

qanunu ilə artmasını qəbul etməlidir.

u burada, U ə - inteqral effekt;

Al, - investisiyanın müəyyən dövr üçün

başlanğıc səviyyəsi; Kj - t ili üçün cari effekt; £ = i ....n - dövr

İnvestisiyanın təşviqi və onun daha çox prioritet sahələrə

yönəlməsi, ölkə iqtisadiyyatında sahibkarlığın inkişafı üçün aparılan

dövlət tədbirlərinin səmərəli təşkili və stimullaşması mexanizmləri

vasitəsi ilə həyata keçirilir. Sahələr üzrə vergilərin ləğv edilməsi,

borcların silinməsi və yaxud borcların əvəz edilməsi tədbirləri, daxili və

xarici mənbələr hesabına investisiyanı artırır. İnvestisiya mənbələri

hesabına sahibkarlığın inkişafı üçün yönəldilən kapitalın axını, həmçinin

Ümumi Daxili Məhsulun sonrakı artımına, materiallaşan vəsaitlərin

ümumi həcminin artmasına, yeni iş yerlərinin açılmasına, istehsalın və

istehlakm restruktizasiya üçün imkanların artmasına amil olaraq müsbət

təsir edir. Bununla yanaşı investisiyanın axını, onun reallaşması üçün

lazım olan baza nə qədər geniş, çox sahəli və regionlar üçün daha

intensiv artırsa bir o qədərdə ərazi tarazlığı və bazarın regional siyasətdə

dinamik inkişaf meylləri yaxınlaşır.

İnvestisiya inhisar şəraitində yeni, ücüz və effektli ssenariya və

variantlar strategiyasına tabe olmur. İnvestisiyanın özünün

ucuzlaşmasına imkan yaradılmır. Məhz xırda və orta sahibkarlığın artımı

investisiyanın daha sürətli artımını və onun istifadəsində səmərəlilik

meyarına uyğun olmasını təmin edir.

Azərbaycan iqtisadiyyatının sahə quruluşu və onun ərazilərdə

yerləşməsi qoyulan investisiyanın dinamikasını və strukturunu

özünəməxsus qanunauyğunlaşdırır. Neft sektorunun iqtisadiyyatda rolu,

onun potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi, investisiya

qoyuluşunda neft sektorunun payını artırır. İndiki iqtisadi şəraitdə neft

sektorunda onun mənfəətinin

-457-

Page 458: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

investisiya hesabına artımının yüksək tempini təmin etdiyi üçün səmərəli

sayılır. Səmərəlilik neft sektorunun hesabına digər sahələrin inkişafını da

təmin etməsi ilə ölçülür.

İnvestisiya qoyuluşu və onun sahibkarlıqda səmərəsi statistik

göstərieilər əsasında tərtib olunmuş IX.II.2.№-li eədvəldə ifadə olunur.

Cədvəl IX. II. 2.

İnvestisiya qoyuluşu və onun sahibkarlıqda səmərəsi

Maliyyə monboəbri 2000

hesabat 2001

hesabat 2002

hesabat 2003

gözlənilən 2004 proqnoz

2005 proqnoz

1. 2. 3. 4. 5. 6. 7. Uiitım maliyyə məubəələri lıesabıua iuveslisiya qoyıı- lıışu, mlrd.manat

6448,9 7272,5 13590,1 17134,8 18405,4 15482,7

Real aıtım surə(i,%-lə 99,7 112,8 186,9 126,1 103,5 84,1 Xaıici sərmayələriu cəmi mlrd.maiiat 4147,5 5083,9 10859,9 13634,8 14855,4 11882,7

1. 2. 3. 4. 5. 6. 7. Mln doUaı 927 1091,8 2234,

9 2754,5 2986 2381

Real aram snrəti%-lə 92,3 122,6 2,1 d 125,6 108,9 80,0 O cümlədən birbaşa in- vestisiyalax, mln, dol.

664,1 899,8 2281,9 2541,5 2746 2131,3

Oul ardan: Nefl sektoru üzrə, mln. dollar

546,1 820,5 1693 2350 2490,0 1960,0

ÜDM-un sənaye müəssisələri üzrə həcmi, mlrd.man.

8994,5 9257,1 9705,6 10985,2 11641,2 14940

Artım sürəti Vo-lə 124,6 202,6 106,8 101,5 101,5 ÜDM-uu kənd təsərrüfatı məlısuUaıı üzrə həcmi, mlrd.man.

3755,3 4173,3 4480,0 4833,5 5162 5813

Artım sürəti %-lə 112,1 111,1 107,3 107,9 106,8 112,0

Cədvəldə'- investisiya ilə onun forma və sahələr üzrə bölgüsünün

dinamikası arasında tarazlığı və meylləri təhlil etmək üçün statistik və

metodiki yanaşma xüsusiyyətləri meydana atır.

-458

Page 459: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

investisiyanın neft sektoruna istiqamətlənməsi həmin sektorun

Azərbaycan iqtisadiyyatının bütün sahələrində təsiri ilə özünü göstərir.

Sahibkarlığın inkişafının ilkin şəraiti özəlləşdirmə və azad bazar

münasibətlərinin yaradılmasıdır. Özəlləşdirmənin mərhələ- mərhələ

keçirilməsi, onun qaydaları və iqtisadi bölgü mexanizminin

formalaşmasının dövlət mülkiyyətinin özəlləşdirilməsi və müəssisələrin

sonrakı restruksizasiyasmm mərhələsinə bölünə bilir. Respublikada

özəlləşmə 1995-ci ildən dövlət müəssisələrinin özəlləşdirilməsinin

1995-1998-ci illər üzrə proqramı əsasında reallaşır. Sonrakı proqram

2000-ci ildən iri müəssisələr üçün nəzərdə tutulur. Hər bir ölkənin

iqtisadi quruluşu, onun perspektiv transformasiyasını və keçid dövrünün

mahiyyətini, hər bir sahənin xüsusiyyətlərini formalaşdırır. Bu

problemlər rekonstruksiya dərk etməsi prizmasından R.Quliyev

tərəfindən təhlil olunmuşdur. Dövlət əmlakının özəlləşdirilməsinin

gedişi və dinamikası ilə ölkənin iqtisadi-sosial inkişafı arasında nisbətlər,

məqsədlər, təsərrüfat formaları və maliyyə imkanları habelə

transformasiyanın intensivliyi dərəcəsindən asılıdır. Dövlət (xüsusilə

mərkəzi dövlət) strukturaları, normaları və ənənələri zəif olduğu hallarda

iqtisadiyyatın və mülkiyyətin dövlətsizləşdirilməsi (avtoritar və sair

buna bənzər rejimlər xaricində) nisbətlər asan baş verir.

Dövlətin kiçik və orta sahibkarlığı stimullaşdırması, onun

makroiqtisadi siyasətinin və tənzimləmə tədbirlərinin əsas

istiqamətlərində öz əksini tapır.

Belə ki, antiinhisar şəraitinin yaradılması ilkin kapitalın dövlət

tərəfindən, büdcə xərclərində, yaxud xüsusi fondlar vasitəsi ilə ayrılması

və istifadə mexanizmləri tətbiq olunur.

Azərbaycan Respublikasının Konstitusiyasında iqtisadiyyatın

tənzimlənməsində dövlətin strateji vəzifələri arasında inhisarçıhğa və

haqsız rəqabətə yol verilməməsi vəzifəsi də təsbit olunmuşdur.

Azərbaycan Respublikasının mülki məcəlləsi ilə məhz sahibkarlığın

inkişafı üçün hüquq pozmalarının qarşısını

-459-

Page 460: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

alan sanksiyalar və iqtisadi tənzimləmə mexanizmləri istifadə olunur.

Makroiqtisadi tarazlıq, artım tempi, konseptual inkişaf

strategiyası olmaqla, onun amili və mikroiqtisadi amili olan xırda və orta

sahibkarlığın inkişaf dinamikası ilə bağlıdır. Təbii ki, bu istiqamətdə

hazır resept vermək iqtisadi və təşkilati baxımdan səmərəli ola bilməz.

Hər bir regionun daxili imkanlarını və tələbat quruluşunu və geosiyasi

vəziyyətini, ixrac və idxal istiqamətlərini nəzərə almaqla tənzimləmə

həyata keçirilir.

Regionda sahibkarlığın inkişafında differenisal yanaşma və uyğun

mexanizmlərin seçilməsinə bir mənalı yanaşma yoxdur. Bu yanaşmanın

özü həm iqtisadi qurumlar, həm də beynəlxalq birliklər tərəfindən eyni

olmayan meyarlar baxımından qiymətləndirlir. Azərbaycan

Respublikasının potensialı və inkişafının qatılmış səviyyəsi eyni

göstəricilərlə səciyyələnə bilməz.

Məhz ilkin start səviyyəsini bərabərləşdirmək və sonrakı inkişaf

üçün uçotu aparılmaqla, yaxud qaytarmaq şərti ilə uzun müddətli borc

verilməsi təbii ki, region siyasətində tətbiq olunmalıdır. Regionun

iqtisadi inkişafında kiçik və xırda sahibkarlığın iqtisadi potensialı ilə

müəyyənləşdirilməsi rolunu göstərməklə təsərrüfat formasının və

marketinq quruluşunun xüsusi əhəmiyyət kəsb etməsini də qeyd etmək

lazımdır. Sahibkarlığın inkişafının region problemlərinə əhalinin sosial

tələbatı və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri və tədbirləri

ilə sistem halında əlaqələndirilir.

Reigonlarda sahibkarlığın inkişafı həmin regionun sosial və

iqtisadi məqsədləri, onların resursları və təşkilati quruluşunun nəzərə

alınması yolu ilə təmin olunmalıdır. Regionun sosial problemləri əhali

gəlirlərinin formalaşması, əmək haqqı problemi, əhalinin təminat

səviyyəsi və məşğulluğu ilə səciyyələnir.

Sosial inkişaf sahibkarlığın inkişafının amili və onun nəticələri

kimi çıxış edir. Regionun sosial-iqtisadi inkişafı iş yerlərinin artımı,

əhalinin əmək qabiliyyətli hissəsi ilə yeni iş

-460-

Page 461: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

yerlərinin açılması arasında tarazlığın təmin olunması, əhalinin

gəlirlərinin artımı, regionda miqrasiyanın azalması və güzaran üçün əhali

miqrasiyasının qarşısının alınması nəzərdə tutulur. Əhalinin regionda

məskunlaşmasının davamhğı, sahibkarlıq üçün ilkin şəraitin yaradılması

ilə baş verir. İlkin şərait kənd yerlərində torpaqların özəlləşdirilməsi və

əhalinin fərdi sahibkarlıq üçün lazım olan əsas istehsal vasitələri

üzərində sahibkarlıq hüququnun təmin olunması ilə təşkil edilir.

Sahibkarlığın sosial iqtisadi mahiyyəti, onun daha intensiv artması ilə

iqtisadi artımda və istehlak strukturunda regionun sosial

infrastrukturunun formalaşması və inkişafı ilə bağlıdır. Regionlar sosial

məqsədlər baxımından yeni meyarlar və tələbatın ödənilməsinin

maksimal ödənilməsi cəhdlərinə görə oxşar mövqelərdən çıxış etsələrdə,

onların mövcud məhdudiyyətlər və resurslar baxımından sosial inkişafı

üçün eyni olmayan imkanlar mövcuddur. Belə ki, hər bir regionun tələbat

sistemi, həmin regionun əhalisi, təbii artımı və resurslardan istifadəsinin,

habelə sosial resursların təminatına görə fərqli amilləri və nəticələri

mövcuddur. Regionların öz imkanları daxilində onların tarazlı inkişafını

təmin etmək mümkün deyil. Bu məqsədlər üçün maliyyə resursları,

investisiya və dövlət köməyi, fıkrimizcə, differensiallaşır. Sosial inkişaf

səviyyəsi, regionların təbii, coğrafi, iqtisadi və aparılan islahatların

region xüsusiyyətləri ilə formalaşır. Hər bir respublika daxili reigonlarda

açıq iqtisadiyyatı, iqtisadi mühit, resurslardan istifadə və həmin reigonun

sosial resurslarla təminat səviyyəsi regionun sonrakı inkişaf dinamikasını

müəyyən edir. Həmçinin mərkəzləşdirilmiş dövlət büdcəsi, yerli

büdcələr və sahibkarlığın təşkilati-iqtisadi formaları həmin regionların

inkişaf dinamikasını müəyyən edir. Regionda differensial həyat

səviyyəsi, gəlirlər, əhalinin adambaşına düşən xərcləri həmin regionun

maliyyə imkanlarını, onun büdcəsinin və xərc strukturunu formalaşdırır.

Regionun əhalisinin əmək haqqı və gəlirləri sahibkarlıqdan gələn

gəlirlərlə müəyyən olunur. Artıq torpaq üzərində mülkiyyət işsiz əhalinin

sayını azaldır. İşsiz əhalinin regionlar üzrə

461

Page 462: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

hesablanması metodikasında əmlakı olan əhali iş yerləri ilə təmin

olunmuş əhali kimi qəbul olunur. «Məşğulluq haqqında» Azərbaycan

Respublikasının Qanununa görə işsiz əhali ancaq dövlət qeydiyyatında

olan və peşəsinə uyğun işlə təmin olunmayan əhali qəbul olunur. Kənd

əhalisi və kənd təsərrüfatı ilə məşğul olan əhalinin tələbatının

ödənilməsində istehsal olunan məhsullar və yaxud xidmət növü onun

ehtiyaclarının ödənilməsi üçün mənbəə rolunu oynayır.

Sahibkarlığın dinamikası və regionun sosial iqtisadi inkişafı

arasında əlaqələr həmçinin sahibkarlığın əhalinin tələbatına ehtiyacların

əmtəə və xidmət quruluşunda baş verən dəyişmələrində rolu ilə müəyyən

olunur.

Sahibkarlığın inkişafını hər bir müəssisənin biznes planı kimi

təsvir etmək olar. Bazar tələbatı məhsulun və xidmətin qiyməti, tələb və

təklifin tarazlığına regionda əmtəə və xidmətin təklifinə idxal və ixracata

stimul yaradır. Onun istiqamətlərini müəyyən edir. Regionda tələbatın

ödənilməsi dərəcəsinin maksi- mallaşması, son nəticədə daxili istehsala

maraq yaradır, idxal ilə daxili istehsal arasında nisbətləri tənzimləyir.

Beləliklə, hər bir məhsulun istehsalının və reallaşmasının biznes

planı onun istehsalında xərc strukturunu formalaşdırır, məhsulun xərc və

son effekti arasında nisbətlərin dəyişməsinə və regionda istehsal və

xidmət sahələrinin inkişafı və yerləşdiril- məsinin kompleks

proqramlarının qurulmasına gətirib çıxarır. Ərazi kompleks

proqramlarının mühüm təşkilatı iqtisadi idarəetmə strukturu kimi yeri və

mövqeyi artır.

Ərazi kompleks proqramların məqsədi və resurs təminatı,

idarəetmə sxemi və modeli, tədbirlər sistemi formalaşır. Sahə

idarəçiliyindən daha çox funksional və ərazi mənafeyiləri prioritet kimi

formalaşır və genişlənir.

Regionun sosial-iqtisadi inkişafının əsas istiqamətləri

çərçivəsində sahibkarlığın ərazi üzrə yerləşməsinin proqnozu verilir.

Belə ki, tələblə-təklif tarazlığını təmin edən eyni amillərin təsirini nəzərə

almaqla ixtisaslaşma və marketinq quruluşu müəyyənləşdirilir.

-462-

Page 463: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Respublikada kiçik və orta müəssisələrin sahə və ərazi

quruluşunun dinamikası, dəyişmə meylləri ayrı-ayrı sahələr üzrə baş

verən kombinasiya, yaxud formaca yeni təsərrüfatın yaranmasını

göstərir. Kiçik müəssisələrin forma və təşkilatı quruluşunda baş verən

dəyişmələr strateji xətt olan makroiqtisadi tarazlıq və mikrosəviyyəli

tələbatın və əhalinin alıcılıq qabiliyyətinə uyğun olan tədbirlər ilə

bağlıdır (Cədvəl IX.II.3.).

Cədvəldən göründüyü kimi, kiçik müəssisələrin artım tempi

ayrı-ayrı sahələr üzrə 2,0-2,5 dəfəyə qədər dəyişir. Müəssisələrdə

işləyənlərin sayının artım tempi, həmin müəssisələrinin intensivləşmə

səviyyəsini müəyyənləşdirir. İşçilərin artım tempinə görə kənd

təsərrüfatında artım 1995-2002-ci illərdə daha yüsək olub, 2,5 dəfəyə,

tikintidə isə 5,5 dəfəyə qədər artmışdı. Tikinti və sənaye kiçik

müəssisələrində işçilərin sayının, onların artım tempinin, istehsalın artım

tempindən aşağı olması bu artımın yeni iş yerlərinin açılmasına təsirinin

olmaması ilə izah olunur. Azərbaycanın regionlarında sənaye və tikinti

sahəsində sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin hesabına

artımla müşahidə olunur.

Bu sahələrin istehsal etdikləri məhsul həcminə gəldikdə isə kənd

təsərrüfatında istehsal həcminin 81%, tikintidə isə 3,5 dəfə artması

müşahidə olunur. Bu artım dinamikası hələ ki, kənd təsərrüfatı sahəsində

səmərəliliyin artırılması məqsədilə ehtiyat mənbəələrin axtarılmasını

tələb edir.

Azərbaycanda kiçik və orta sahibkarlığın tənzimlənməsi və

stimullaşdırılması üçün ümumi məhsul bazar tələbatına uyğun və

reallaşma qiymətləri təsiri ilə formalaşırsa, iş qüvvəsinə tələbat həmçinin

iş qüvvəsinin təkrar istehsalı üçün lazım olan maddi və mənəvi nemətlər

və alıcılıq qabiliyyəti ilə tənzimlənir.

-463-

Page 464: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Cədvəl IX. II. 3.

Respublütada fəaliyyət göstərən kiçik müəssisələrin sahə quraluşu və fəaliyyəti

Sahələr Fəaliyyət göstərən

müəssisələrin sayı fvanvarın 1-nə)

Onlarda işləyənlərin sayı, nəfər Məhsulun (işin və xidmətin) həcmi (mlrd, manat)

2000 2001 2002 2003 2000 2001 2002 2003 2000 2001 2002 2003 Cəmi 19063 24254 25121 25113 83756 99778 118714 125804 1390,

9 1890,3 2165,3 3620,1

Kənd təsərrüfatı, ovçtılaq, meşəçilik və balıqçılıq 1761 1402 1345 1753 9387 13662 12819 13094 74,3 82,4 37,9 49,1

SəuayC 15,8 1414 1486 2201 15682 15184 16962 22110 568,2 681,9 523,1 694,5 Tikinti 792 724 897 971 5260 11083 12895 17111 143,4 496,1 394,9 1128,8 Topdan və pərakəndə satış, avtomobillərin, məişət mallarının və şəxsi əşyaların təmiri

7105 11002 14224 13215 27417 23080 24544 29894 367,6 127,5 465,0 705,7

Məhmanxanalar və restoranlar 433 892 724 881 2484 2176 2537 2440 5,8 7,1 12,6 35,5

Nəqliyyat, anbar təsərrüfatı və rabitə 206 279 338 396 1079 4643 4873 4941 39,6 213,5 171,1 218,5

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və kommersiya fəaliyyəti

6074 6743 2614 1859 19523 20638 9031 9071 176,3 209,5 462,0 672,1

Səhiyyə 140 168 126 143 260 787 1262 2327 1,0 5,3 12,6 19,6 Təhsil 29 65 68 78 44 368 771 926 0,5 8,2 15,6 9,3 Digər kommunal, sosial və fərdi xidmətlər, habelə sair sahələr

1005 1505 3299 3616 2620 8157 23020 23890 1,4 58,9 70,5 87,1

o^ 4^

Page 465: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regionda kiçik və orta sahibkarlığın inkişafı, həmin regionun təbii

resursları, iş qüvvəsi və ərazidə olan maliyyə vəsaitinin istehsal

dövriyyəyə cəlb edilməsi imkanlarını artırır. Respublikada tikinti

resursları, təbii mineral sular və kənd təsərrüfatı potensialının əlverişli

şəraitdə istifadəsi üçün imkanlarının olması, həmin resursların kompleks

istifadəsi və emalı, həmçinin ixracatı üçün şərait yaradır. Yerli

resursların əhali tələbatına uyğun emal sənayesinin artırılması hər bir

regionda əhalinin ən vacib ərzaq və qeyri-ərzaq məhsullarına olan

tələbatını ödəmək üçün istifadə olunur. Hesablamalar göstərir ki,

respublikada qeyri-istehsal sahəsində məşğul olanların payını, bütün

iqtisadi sahədə məşğul olanların 60%-nə qədər yüksəltmək mümkündür.

Bu gün əhalinin istehlakında istehlak xarakterli məhsullar bütün

istehlakm 70%-ni təşkil etdiyini nəzərə alaraq, ancaq idxal hesabına

ərzaq məhsullarının, tələbatın ödənilməsində payını 10%-də saxlamaq

mümkündür. Təbii ki, yerli sahibkarlıq, heç də inhisar xarakterli təşkilatı

strukturların özündə əks etdirməlidir, və qiymətin aşağı düşməsinin

qarşısı inhisarçılıq yolu ilə saxlanılmalıdır. Ona görə də yerli istehsal

hesabına sosial effektin məna yükü, idxal hesabına gətirilən və bazarda

qiymətə təsir etməklə əhalinin alıcılıq qabiliyyətinə təsir gücü arasında

optimal variant təmin oluna bilər.

Qeyri-istehsal sahələrində kiçik müəssisələrin artımı və onlarda

işləyənlərin sayının artması və məhz əmtəə və xidmət bazarında həmin

müəssisələrin məhsuluna ehtiyacların artması ilə izah olunur. Kiçik

müəssisələrin yerli resurslara və yerli tələbata uyğun dəyişmələri, son

nəticədə əhalinin məşğuliyyətinə təsir edir. Yerli resurslara əsaslanan və

region tələbatı, həmçinin respublikada əmtəə və xidmət təklifinin aparıcı

həlqəsi olan yeyinti və tikinti materialları istehsalı, ət, süd emalı, meyvə,

tərəvəz konservi sahələrinin regionlar üzrə inkişafı kompleks inkişaf

proqramlarının tərkib hissəsidir.

Regionda sahə maraqları, ərazi maraqları və resursları ilə

uyğunlaşır. Ərazinin lokal məqsədləri, region çərçivəsində imkanlarla

həll olunur.

465

Page 466: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regionun inkişafının aparıcı sahələri, yerli imkanlar və

məhbudiyyətlər, habelə mərkəzi normalar və qanunvericiliklə

tənzimlənir. Hər bir regionun resurs təminatı istehsal potensialı və əyalət

prinsipləri və maraqlarına uyğun qanunvericilik və yerli idarəetmə

orqanlarının səmərəli fəaliyyəti ilə ölçülür.

Yerli idarəetmə problemlərinin sosial iqtisadi inkişafında

bələdiyyələrin mülkiyyəti və maliyyə resursları xüsusi bir yer tutur.

Bələdiyyələrin balans hesablarında gəlirlər, xərclər və kredit

resurslarının təşkili və istifadəsi reallaşır.

Yerli özünü idarəetmə orqanları həmin ərazinin maliyyə resursları

və maliyyə mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi ilə təmin

olunur. Müasir şəraitdə yoxsulluğun ləğvi proqramı çərçivəsində

ərazilərin imkanlarının nəzərə alınması üçün dövlət, yerli və əhali

büdcəsinin ərazi proqramları üzrə istifadəsi mühüm istiqamətlər kimi

inkişaf edir. Yerlər, artıq ərazi inzibati təsərrüfat fəaliyyətindən çıxıb,

ərazilər arası kompleks təsərrüfatçılıq fəaliyyətinə çevrilir. Məhz

ayrı-ayrı regionların sosial infrastrukturunun, ümumi istehsal

dövriyyəsinə cəlb edilməsi və istehsal olunan məhsulların və xidmət

sahələrinin geniş istehlak dövriyyəsinə və bazar tələbatına çevrilməsi

yolları ilə inkişaf daha xarakterikdir.

Bütövlükdə bazar seqmentləri strateji planlaşdırma məqsədinə

çevrilir. Seqmentlərə uyğun istehsal bölgü və istehlak dövriyyəsi cari

idarəetmə və proqramlaşdırma obyektinə çevrilir. Ərazi tələbatı daha

geniş həcm və struktura kəsb edir. Əraziyə uyğun istehsal və əmək

bölgüsü hər bir regionun pay bölgüsündə imkanları, resursları və

mənafei baxımından optimal bölgü sisteminə gətirilir. Hər bir region

bazar seqmentinə və öz daxili resursların uyğun olaraq özünün lokal

proqram və planını tərtib edir.

Bazar seqmenti ərazi tələbatı və ixracat tələbatını da özündə

birləşdirir. Uyğun olaraq ərazidə kompleks inkişaf məqsədində iş

yerlərinin açılması və tranzit sosial infrastrukturların

-466

Page 467: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

və istehlak mallarının istehsalı daha geniş artım tempinə malik olur.

Ərazi sosial-iqtisadi inkişaf proqramı ümuim strateji aspektlərlə

yanaşı, sahə proqramları kontekstində vəzifələrə, məqsədlərə və onların

həlli yollarına bölünür. Hər bir ərazidə istehsal sahələri, sosial sahələr

üzrə proqramlar öz vəzifəli məqsədinə görə yerli tələbatı təmin etdikdə

maliyyə və təşkilati idarəetmə strukturu baxımından sahənin imkanları

və mənafeindən asılı olaraq formalaşır və inkişaf edir.

Ərazi və dövlət idarəetmə sisteminin uzlaşması.

467

Page 468: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Tədqiqatlar göstərir ki, sahələrin inkişafının ərazilər üzrə resurs

bölgüsü və bazar seqmentləri üzrə təsnifatı və əmək bölgüsü, həmin

sahənin resurslarından səmərəli istifadə etməklə maksimal effekt

baxımından həll olunmalıdır.

Sahənin ərazilər üzrə inkişafında prioritetlik həmin sahənin

ümumi artım göstərieiləri ilə ölçüldüyünü və həmin ərazinin kompleks

inkişafında son effekt göstəricisi ilə ölçülür. Regionun kompleks

inkişafının sahə effekti, həmin region əhalisinin əmək haqqı, gəlirləri,

mənfəət və sosial sahələrinin ümumi iqtisadi göstəriciləri ilə ölçülür.

Regionun əsas resurslarının istifadəsində əldə olunan iqtisadi

səmərə sosial artımla ölçülür. Belə ki, əhalinin rifahı, tələbatının

ödənilməsində konkret sahənin rolu açılır və onun təsiri qiymətləndirilir.

Region və ölkə sosial iqtisadi əməkdaşlıq proqramları, hər bir

sahənin və ərazinin imkanları və əldə etdiyi mənafelərin elastiklik təsiri

ilə ölçülür. İnteqral effekti kimi əhalinin rifahı ilə və ümumi iqtisadi

atımın təminatı ilə ölçülür.

Sosial-iqtisadi inkişaf region kənd, şəhər və ayrı-ayrı sosial

-iqtisadi qruplar, məşğuliyyət növü üzrə təhlil edilib, nəticələr

çıxarılmasında kompleks yanaşma təmin olunur.

Regional resurslar va sahibkarlığın inkişafı

Regionların resurs potensialı, onun ərazi və tabeçilik çərçivəsində

sahiblik səlahiyyətində olan iqtisadi potensial və onlardan istifadə

istiqamətləri iqtisadi və sosial inkişafın perspektiv meyllərini və

xüsusiyyətlərini özündə əks etdirir. Regionların resurs potensialı,

maddi-əşya və texnoloji qurluşuna təşkilatı-idarəetmə və mülkiyyət

münasibətlərinə və istifadə formalarına görə müxtəlif təsnifata bölünə

bilər.

Təsnifatlaşdırma metodologiyası baxımından iqtisadi

ədəbiyyatlarda meyar və göstəricilərin seçilməsi qaydasına uyğun

olaraq, müxtəlif prinsiplər və metodlar tətbiq olunur. İqtisadi potensialın

və resurs potensialın sahə və ərazi quruluşuna uyğun

-468

Page 469: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

olaraq istehsal proqramlarının əsaslandırılması baş verir. Məsələ, aqrar

sektorun resurs potensialına torpaq, su, meliorasiya, əhali, texnologiya və

avadanlıqlar, kadr və idarəetmə təşkilatı təcrübə metodları daxildi.

Mülkiyyət münasibətləri baxımından ərazi tələbatını ödəmək üçün

həmin resurslar, dövlət, əhali və bələdiyyə mülkiyyətinə bölünərək,

vahid sahə və istehsal xidməti üzrə qruplaşır. Fikrimizcə, resursların

bir-birini əvəz etməsi və onların təkrar istehsalı ərazinin iqtisadi gücünü

və ondan istifadənin əsas istiqamətlərini müəyyən edir.

Resurs potensialı sahibkarlıq fəaliyyətində ümumi və xüsusi

prtensiala bölünür. Fikrimizcə, ərazicə formalaşan və hamıhqla istifadə

olunan potensial ümumi potensial olur. Onlar ayrı-ayrı təsərrüfat

subyektləri və əhali tərəfindən mənimsənilir, təkrar istehsal olunur və

əmtəə xidmət formasında alınıb satılır. Təbii resurslar bütün təsərrüfat

subyektlərinin mülkiyyət münasibətindən asılı olmayaraq ümumi istifadə

obyekti olub hər bir təsərrüfatçının forma və məzmunundan asılı olaraq

istifadə olunur, dəyişdirilir, istehsal obyekti kimi istehsalçılar tərəfindən

təkrar olunur.

Təbii resursların istehsal dövriyyəsinə cəlb edilməsi və onların

istehlak olunması nəticəsində əldə olunan xalis məhsulun bir hissəsinin

resursların təkrar istehsalına yönəldilməsini tələb edir.

Təbii resurslar aqrar sektorda aparıcı resurs rolunu oynayır.

Həmin resursların mülkiyyət münasibətindən asılı olaraq istifadəsi,

uyğun haqqvermə sistemini müəyyən edir. Planlı təsərrüfat sistemində

təbii resurslardan istifadə üçün ayrılan vəsait mərkəzləşdirilmiş qaydada

dövlət hesabına ödənilirdi.

Bazar iqtisadiyyatı şəraitində isə ödəməhaqqı həmin resursların

təkrar istehsal qiymətləri ilə müəyyən oluna bilər. Təkrar istehsal

qiymətinin müəyyən edilməsi, klassik ədəbiyyatlarda müxtəlif

metodoloji prinsiplərdən baxılır. Akademik Kantoroviç təbii resursların

qiymətləndirilməsinə optimal səmərə baxımından qiymətləndirir.

-469-

Page 470: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Hər bir resursun qiyməti onun istehlak dəyəri və bazar tələbatı ilə

ölçülür. Sahibkarlıq inkişaf etdikcə, yeni texnoloji proseslər və yeni

istehlak seqmentləri həmin resurslara ehtiyacları artırır və son nəticədə

həmin resursların potensial qiymətini real bazar qiymətlərində əks

etdirir. Elmi-texniki potensial, texnoloji sistemlər və bazar tipli istehlak

seqmentləri təbii resursların istifadə texnologiyaları üzrə emal

xüsusiyyətlərinə uyğun strukturunu yaradır.

Resurs potensialının təsnifatı iqtisadi və sosial inkişafın

istiqamətlərinə uyğun olaraq qiymətləndirilir. Ölçülərək və proq-

nozlaşdırılaraq təkrar istehsalı üçün lazım olan əlavə resurslara

ehtiyaclar hesablanır. Potensialın təsnifatı funksional təyinatına görə

maddi, mənəvi və sosial resurslara bölünür. Sosial resurslar əmək haqqı,

gəlirlər, transfertlər və müavinətlərlə müəyyən olunur. Hər bir region

əhalisinin məşğuliyyətinə, yoxsulluq səviyyəsinə müxtəlif təmin olunma

dərəcəsinə malikdir. Ərazi təminatın indeksləşdirmə səviyyəsini bilmək

üçün aşağıdakı düsturdan istifadə etmək olar '

BOC

-Y M

burada, Yc - adambaşına düşən gəlir;

z - yaşayış minimumunun həddi.

- əhalinin və ya ayrı-ayrı sosial-demokratik N

qrupun sayıdır. Q

indeks Bu

indeks səviyyəsidir.

üç variantda hesablanır. Sıfır’ dərəcədən

hesablanan indeks Q=0;

Q=1 - çatışmayan gəliri müəyyən edir;

Q=2 - kasıblığın dəyişməsini göstərir.

Regionun bu sosial göstəricilərini onun artım funksiyasında

iqtisadi amil olaraq potensialını ölçmək üçün istifadə oluna

bilir.

470-

Page 471: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Beləliklə, resurs potensialı, təşkilati quruluş baxımından

məqsədlərə görə bölündükdə və istifadə olunduqda yeni potensiallar

meydana gətirir. Keyfiyyətcə eyni resurs kimi qyimətləndirilir və alınıb

satılır. Hər bir təsərrüfat növündən asılı olaraq keyfiyyətcə yeni

strukturlar və potensiallar yaranır.

Mütləq resurs çeşidi elmi-texniki tərəqqi ilə münasibətdə inkişaf

edir və yeni keyfiyyətcə istehsal və xidmət resurslarına çevrilir. Bazar

iqtisadiyyatı şəraitində dünya iqtisadi proseslərinə inteqrasiya

«sinerqetik proses» kimi ifadə olunur. Məhz dünya inteqrasiyanın

imkanlarından istifadə etməklə istehsal potensialının artımına səbəb olan

investisiyanın və yeni nou- xaunu artırmaq olar.

Resurs potensialı nəzəri və metodoloji baxımdan, fikrimizcə,

təşkilatı kateqoriyadır, onun təşkilatı quruluşu, səmərəsi olduqca iqtisadi

artıma səbəb olur.

Sahibkarlıq fəaliyyəti idarəetmə funksiyası ilə və onun effekti ilə

xarakterizə olduğu üçün onun məqsəd və resursları arasında müxtəlif

ssenariyalar yazmaqla uyğun potensial yaratmaq və onlardan istifadə

texnologiyası tərtib olunur.

Sxem. Resurs idarəetmənin təminatı.

Funksional sxemdən göründüyü kimi, regionda sahibkar olmaq,

onun resursları ilə şərtlənir, ixtisaslaşır və prinsipial təşkilatı quruluş kəsb

edir. Subyekt yaxud icra orqanı müxtəlif istehsal, çeşid və texnoloji

variantlar seçməklə, öz resurs məhdudiyyətləri çərçivəsində fəallığını

qiymətləndirir, istehsal həcmini proqnozlaşdırır və resursların cəlb

olunmasının variantlarını axtarır.

471 -

Page 472: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Resursların ərazi üzrə bölgüsü, potensial olmaqla daima artan və

struktur dəyişən idarə olunan amildir. Ona görə də həmin resursların

sahibkarlığın xarakteri və məqsədi ilə əlaqələndirmək səmərəli iqtisadi

idarəetmə mexanizmi kimi çıxış edir. Kənd təsərrüfatı üzrə sahibkarlıq

həmin fəaliyyətə bağlı olan maddi, maliyyə, əmək və idarəetmə təşkilatı

resursların əlverişli variantını planlaşma texnologiyasının seçilməsi və

əsaslandırılması ilə baş verir. Mövcud resurs potensialını, onun dəyişmə

ehtimalını və son faydahhğını qiymətləndirmək üçün hər bir resursun

lokal effekti qiymətləndirilir. Resursların əvəz edilməsi yolu ilə son

nəticəyə çatmaq həmin resursların rəqabət mühitində, özünün keyfiyyət

göstəricilərinin dəyişdirilməsi və onlardan istifadənin stimullaşdırılması

texnologiyasını hazırlayır.

«Sahibkarla hər bir resursun istifadəsini iqtisadi effekt baxımından

qiymətləndirir, onun xərcləri və istifadəsi nəticəsində yaranan xüsusi

effektini ölçüb, onun təkrar bölgüsü üçün qərar qəbul edir». Son

faydalılıq meyarına görə rəqabət mühiti şəraitində davamlı strategiya

təmin etmək üçün resursların maddi dəyişməsi ilə yanaşı ondan istifadə

texnologiyası da dəyişir, istifadə mexanizmi ilə resursların təbii effekti

arasında idarəetmə və qiymətləndirmə mexanizmi seçilir və istifadə

olunur. Əgər ay məsrəfi ona uyğun olaraq by məsrəfi ilə əvəz olunarsa,

onda

a- U a - əvəzetmə əmsalı resursların dəyişmə dinamikasını və

resurslardan intensiv istifadə elastikliyini xarakterizə edir.

Sahibkarlıq fəaliyyəti resursların artımı ilə davamlı inkişaf

dinamikası və həmin resursların səmərəli variantını və əvəzetmə forma

və metodlarını tapmaqla təşəbbüskarlıq istiqamətində həll edilir.

Resursların yeni variantı hər bir sahibkarın təsərrüfatçılıq təcrübəsi

fəallığı, seçimi və qərar qəbulu ilə tənzimlənir. Resurs potensialının

istifadəsi mexanizmləri məhz bazar tələbinə və sifarişinə uyğun olaraq

marketinq planlaşması ilə gerçəkləşir. Ərzaq və istehlak mallarının

dinamikası, həcmi və keyfiyyəti həmin ərzağın xammalı olan kənd

təsərrüfatı məhsullarının çeşidini və keyfiyyətini yaxşılaşdırmaqla onun

hər vahidinə düşən resurs

-472-

Page 473: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

xərclərini minimuma çatdırmaqla mənfəətin maksimallaşdınl-

masma yönəldilir.

Azərbaycanda torpaq üzərində xüsusi mülkiyyət formasının

yaradılması, torpaqların özəlləşdirilməsi və yeni bazar tipli

kollektiv təsərrüfat formalarının yaradılması, resursların istifa-

dəsi üçün digər kollektiv, yaxud sahibkarlıq növü olan «servis»

və emal müəssisələrinin potensialının olmaması, son nəticədə

potensialca mümkün olan resursların sahibkarlığa cəlb edilmə-

sinə şərait yaratmır. Bu da öz növbəsində potensial hesab olunan

resursların tam iqtisadi dövriyyəyə cəlb edilməsinə imkan vermir.

Bu baxımdan regionların istehsal potensialı iqtisadi dövriyyəyə

cəlb olunan mümkün güclərlə yox, faktiki iqtisadi dövriyyəyə

cəlb olunan güclərlə ölçülür.

Suvarma sularının tam gücündən istifadə etmək üçün

tələbata uyğun olan enerji texnika, maliyyə imkanları hər hektar

sahə və hər vahid son məhsula görə normativlərdən xeyli aşa-

ğıdır. Azərbaycanın regionları eyni coğrafi iqlim və keyfiyyətcə

eyni olmayan resurs təminatına malikdir. Təbii ki, differensial-

laşma mühiti uyğun istehsal güclərinin iqtisadi effektində

fərqlərin yaradılmasına səbəb olur.

İş qüvvəsi bütün regionlarda iş yerlərinin sayma nisbətən

üstün artır. Əhalinin iş yerləri ilə təmin olunması daha çox

ekstensiv, yəni əlavə iş yerlərinin açılması və əmək haqqının orta

səviyyədə saxlanılması ilə tənzimlənməsi modeli ilə mümkündür.

Bazar tələbatına uyğun olaraq məhsul istehsalı maliyyə

vəsaitləri mənbəələrini azaldır. Bu da davamlı inkişaf

resurslarının təkrar istehsalı ehtimalını və riskini azaldır.

Yerli əmək bazarında iş qüvvəsinin cəlb edilməsi işsizlik

əmsalının azalması ilə ölçülür. Belə ki, işsizliyin azalması effekti ,ləl

ß = a u

1 ^ tək formulu ilə müəyyən olunur. Burada U'®’- iş

qüvvəsinə tələbat, iş qüvvəsinin təklifi, ß - iş qüvvəsinin cəlb edilməsi

əmsalı, yaxud məşğulluğun artım tempi əmsalını xarakterizə edir.

Məşğulluğun artırılmasının ilkin şəraiti torpaq üzərində xüsusi

mülkiyyəti formalarının inkişafı, kollektiv təsər

■473

Page 474: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

rüfat və xidmət sahələrinin inkişafı, həmçinin kənd təsərrüfatı

resurslarının icarəyə verilməsi, yaxud maliyyə imkanlarının müştərək

müəssisə formasında istehsala, yaxud xidmət sahələrinə cəlb edilməsi

yolu ilə mümkündür. Ölkədə olan pul kütləsinin artması üçün emissiya

yolundan səmərəli tədbir kimi əhalinin xarici ölkələrdə və ev şəraitində

saxladıqları vəsaitlərin istehsala cəlb etmək istiqamətində inkişaf edir.

Sahibkarın resurs ptensiah, onun inkişafı və istifadə variantlarının

hazırlanması məhz bazar iqtisadiyyatı məkanında və ixracat

istiqamətində baş verən meyllərin və struktur dəyişmələrin spektri ilə

təşkilati-idarəetmə metodlarının hazırlanması və tətbiqi ilə mümkündür.

Bu metodlar da öz növbəsində əmək bölgüsü, pay bölgüsü, son nəticədə

əldə olunan gəlirlərin bölgüsü və yenidən bölgüsü sxemini müəyyən

edir, prioritetləri, xüsusi maraqların uzlaşması metodikasını təmin edir,

məhz resurs təminatı və onların istifadəsi idarəetməni yaradır.

Resursların bölgüsü hər bir sahibkarın daxili imkanları, onların

funksional vəzifələrinin prioritetliyi və kommersiya mənfəəti məqsədilə

ilə müəyyənləşir. Mülkiyyət münasibətindən asılı olaraq funksional

ixtisaslaşma və təsərrüfat növünün seçimi, bazar tələbatına daha sinxron

texnoloji dəyişmələr və daha çox gəlirli olar.

Resursların funksional təyinatına görə bölgüsü eyni resursların

müxtəlif iqtisadi-idarəetmə istiqamətlərində və qərar qəbulunda

imkanlarını məhdudlaşdırır. Resurs sahibləri ilə onların istifadəçiləri

arasında gəlir bölgüsünü və resursların təkrar istehsal vəzifələrini,

məqsəd və fəaliyyət xüsusiyyətlərini əsaslandırır. Resurs sahibləri ilə

onların istifadəçiləri arasında gəlir bölgüsünü və resursların təkrar

istehsal vəzifələrini, məqsəd və fəaliyyət xüsusiyyətlərini əsaslandırır.

Rəqabət mühitində alternativ və davamlı inkişaf istiqamətlərini müəyyən

edir.

Resursların məhdudluğu, ayrı-ayrı sahibukarhq fəaliyyətində

istifadə nəticəsində əldə olunan səmərədə və məsrəflərdə özünün

xüsusiyyətlərini yaradır. Hər bir resurs müxtəlif fəaliyyət sahələrində

istifadə dərəcəsinə və mənfəət əmələ gətirməsinə görə

474-

Page 475: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

son məhsulda aralıq və ümumi iqtisadi effektdə müxtəlif intensivdə

iştirak edir. Belə məsrəflərin normativ bazasını standartlara uyğun

texnologiya və istehlak tələbatı və alıcılıq qabiliyyətini müəyyən edir.

Resurslar sahələr üzrə effektli istiqamətlərdə istifadə olunur. Vahid

məhsulun enerji tutumu, texnoloji quruluşu, əmək tutumu və material

ehtiyacları resurslardan istifadə etməyin məntiqini və dinamikasını

müəyyən edir. Hər bir sahənin və həmin sahənin region resursları ilə

təminat və onlardan isfiTadə baxımından differensiallaşır.

Resurs tutumlu sahibkarlıq fəaliyyəti vahid məhsula, yaxud xidmətə

düşən gətirilmiş vahid dəyərlə ifadə olunur. Əmək tutumlu, ma|erial

tutumlu, yaxud son məhsul tutumuna görə sahələr arası rəqabət,

investisiya axını və idarəetmə quruluşu formalaşır. Kənd təsərrüfatında

son məhsul aralıq məhsul və bütövlükdə məsrəflər həmin sahənin

sahibkarlıq fəaliyyəti üçün səmərəli təşkilini göstərir.

Cədvəl IX. II. 4.

Kənd təsərrüfatı və emal sənayesinin resurs potensialı

Gösloricibr Ölçü vahidi 2000 2001 2003

Ümumi buraxılış Mlrd.man. 5365,5 5961 7081,7

Aralıq istehlak Mlrd.man. 1610,4 1787,8 2476,4

Əlavə dəyər Mlrd.man. 3755,1 4173,3 4605,3

Əlavə dəyərin xüsusi çəkisi % 70 70 65,0 Artım surəti % 112,1 111,1 105,6

Qiymət indeksi % 100 100 103,1

Emal sənayesinin ümumi

buraxılışı

Mlrd.man. 6158 6385,8 10083,9

Aralıq istehlak Mlrd.man. 4909,8 5091,5 7264,5

Əlavə dəyər Mlrd.man. 1248,2 1294,3 2821,5

Əlavə dəyərin xüsusi çəkisi % 20,4 27,1 28,0

Artım surətinin qiymət indeksi %

108,6 96,3 107,1

■475

Page 476: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

İstehlak templəri və struktur dəyişmələri arasında optimal

nisbətlərin olması ilə bağlıdır. Kənd təsərrüfatının kompleks inkişafı və

sahibkarlığın səmərəli inkişaf meylləri, həmin məhsulların bazarında

rolu və emalının çıxış səviyyəsi ilə Ölçülür. Azərbaycan

Respublikasında sahələr arası tarazlılıq sahibkarlığın kompleks əlaqəsi

və inkişafı ilə bağlıdır. Əlbəttə, planlı təsərrüfat sistemiində bu əlaqələr

inzibati plan intizamı vasitəsi ilə ya sahələr arası zərər mərkəzdən vəsait

ayırmaları ilə, ya da hər hansı sahənin gəlirlərinin digər gəlirsiz sahələrə

ötürülməsi yolu ilə yanaşı qiymət, müavinat və kompensasiyalar vasitəsi

ilə tənzimlənilirdi.

Müasir bazar iqtisadiyyatına uyğun islahatlar şəraitində ölkənin

büdcəsinin tam tələbata uyğun gəlməməsi və sosial ehtiyacların daha

üstün artımı şəraitində, sahələrin tarazlı inkişafı metodologiyası, həm

vəsait, həm də ələbaxımhq mövqeyindən mümkün deyildir.

Ona görə də resurs təminatı ilə fərqlənən sahələrin və tələbatın

ödənilməsində vacib sahələr, digər meyarlardan fərqli olaraq özünü

təminat və özünün inkişafını təmin edə bilən restruktizasiya və

təzələnmə prinsiplərinə uyğun tənzimlənir. Beləliklə, resurslardan

istifadə baxımından istehsal və istehlak ahəngdarlığına uyğun olan

tənzimləmə siyasətinin vacibliyi əsas götürülməlidir.

Resursların idarə edilməsi, onların maddi-əşya, dəyər

göstəricilərinin istifadə mexanizmlərinin təkmilləşdirilməsi və həmçinin

texnoloji quruluşunun bazar mənfəətinə uyğun iqtisadi dövriyyəyə cəlb

edilməsinin variantlarını əsaslandırır. Resursların istehlak təyinatına

görə istifadəsi makroiqtisadi və konkret faydahhğın qiymətləndirilməsi

ilə ölçülür. Ümumilikdə eyni resurs hər hansı təsərrüfat subyekti və

yaxud əhali tərəfindən eyni olmayan qiymətləndirmə sistemi ilə

xarakterizə olunur. Beləliklə, hər hansı sahənin əmtəə və xidmətin resurs

seçimi həmin subyekt və obyektlərin iqtisadi qiymətləndirmə və ölçmə

prizmasından müəyyən olunur. Prioritetlər məhz iqtisadi subyektin

sosial-iqtisadi determinantları ilə formalaşır. Kənd

-476-

Page 477: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təsərrüfatı resursları öz daxili və eyniliyi və istehlakın xarakterinə görə

yekcins olması, onun istifadəsinə də iqtisadi və sosial layihələrin effekti

baxımından ölçülə bilir və qiymətləndirilib proqnozlaşdırılır. Sahibkarlıq

fəaliyyətində kompleks prioritetlər və iqtisadi səmərəlilik meyarları

baxımından qiymətləndirməklə vahid ölçü meyarı tətbiq etmək və qərar

qəbul etmək, birbaşa effektlə yox, sinerqetik səmərə ilə ölçülür.

Regional sosial-iqtisadi inkişafda sahibkarlıq fəaliyyəti üçün

resursların cəlb edilməsi, ancaq kommersiya mənfəəti ilə ölçülə bilməz.

Kriterial yanaşma baxımından yeni iş yerlərinin açılması və yerli istehlak

dinamikasında daxili resursların xüsusi çəkisinin artımı və onun xüsusi

effekti ilə ölçülür. Hər bir sahənin resurs təminatı və təkrar istehsalı,

həmin sahənin istehsal proqramı, mənfəətinin həcmi və bölgüsü həmin

sahənin ümumi iqtisadi artımda rolu ilə müəyyən olunur.

Kənd təsərrüfatında istehsal üzrə bölgüdə ev təsərrüfatları bütün

istehsalın 96,8%-ni təşkil edir. Demək olar ki, bütün sahələrlə

müqayisədə ən yuxarı xüsusi çəkiyə malikdir. Ümumi daxili məhsulun

istehsalında ev təsərrüfatlarının xüsusi çəkisi 30,5% təşkil edir.

Aralıq istehlakın istehsalda da iştirak edən sektorların iştirak

payına görə qeyri-maliyyə müəssisələri 74,6%, ümumi dövlət idarələri

98,8%, ev təsərrüfatları 79% təşkil edir. Bütövlükdə ümumi daxili

məhsulun tərkibində aralıq istehlak 43,9% təşkil edir, aralıq məhsulun

ümumi daxili məhsulda payının ümumi buraxılışın payına nisbətən

yuxarı olması kənd təsərrüfatı istehsalının son məhsulunun səmərəli

təşkilinin ehtiyatları olduğunu sübut edir. Belə ki, kənd təsərrüfatı

istehsalının aralıq məhsulunun sektorlar üzrə bölgüsündə qeyri- maliyyə

müəssisələrinin aparıcı rol oynaması, bilavasitə onların istehsal

prosesində məsrəflərin formalaşmasında və xidmət sferasının təşkilində

rolu ilə müəyyən olunur.

-477-

Page 478: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Maddi və canlı əmək məsrəflərinin texnoloji, əsaslı kapital və

təkrar istehsal quruluşunun istehsal həcmi mənfəət ilə yanaşı tənzimləmə

metodları və əsas istiqamətləri ilə bağlıdır.

Belə ki, region əhalisinin həyat səviyyəsi və yoxsulluğun

problemi iqtisadi və sosial problem olaraq qlobal siyasət olsa da region

xüsusiyyətləri kəsb edir.

Makroiqtisadi artım baş verdikcə, pensiya islahatı keçirilməlidir

ki, minimum pensiya və minimum əmək haqqının səviyyəsi minimal

istehlak büdcəsinə yaxınlaşsın. Əhalinin əmək haqqı və gəlirlərinin

differensiyası onların perspektiv pensiyalarında öz əksini tapmalıdır;

regionlara differensial yanaşma həmin regionların resurslarından

istifadəyə stimul yaratmaqla əhalinin miqrasiyasını azaltmaq və

sərhədyanı, cəbhə boyu rayonlarda əhalinin məskunlaşmasına təminat

verməklə strateji istiqamət olaraq ölkədə bu növ ərazi inkişafı

səviyyəsinə çata- naya qədər davam etdirilə bilər. Region əhalisinin

məskunlaşması və sosial şəraitin bərabərləşdirilməsi üçün himayəçilik

siyasətinin həyata keçirilməsi vacibdir.

Hər bir regionun sosial-iqtisadi inkişaf meyli, istehsal quruluşu,

sahibkarlıq strukturu, sərbəst bazar iqtisadiyyatı şəraitində vergi,

maliyyə, kredit, faiz və qrant yolu ilə tənzimlənməlidir. Sahibkrahğm

60-70%-nin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət

göstərmələri bütövlükdə iqtisadi ərazi tarazıhğmı pozur.

Bu məqsədlə yuxarıda qeyd olunan apormal vəziyyətin aradan

qaldırılması, sahibkarlığın regionlar və ərazilər üzrə inkişaf etdirilməsi

istiqamətində dövlət tənzimləmə siyasətinin həyata keçirilməsi vacibdir.

Sahibkarlığın inkişafının regionlarda təşkilinin hiiqııqi-

təşkilati təminatı və idarəetmə problemləri

Hüquqi-təşkilatı problemlər sahə və ərazi üzrə xüsusiyyətlər kəsb

edir. Azərbaycan üçün xarakterik olan aqrar sahənin tənzimlənməsi və

idarə olunmasının bazar iqtisadiyyatı şəraitində əsaslarını, onun hüquqi

bazası, təşkilati-idarəetmə strukturu və

-478-

Page 479: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

dövlətin təminat sistemi təşkil edir. Hüquqi-təşkilati baza aqrar sektorun

əsas qanunvericilik bazası və onun tənzimlənməsinin normativ aktları və

mexanizmləri təşkil edir. Təbii ki, bu qanunlar və normativ göstəriciləri,

mövcud reallıqların çərçivəsində hazırlanır və inkişaf etdirilir. Aqrar

qanunlar sistemi bütövlükdə sektorun birgə məqsədli fəaliyyətini

tənzimləmək, onun ayrı-ayrı sahələrinin və mülkiyyət dairələrinin

xüsusiyyətlərini və məqsədlərini, habelə resurs məhdudiyyətlərini nəzərə

almaqla tərtib olunur.

Qanunlar sistemi obyektiv olub, mövcud aqrar bazarın tələb və

təklifini nəzərə almaqla perspektiv struktur və dayanaqlı inkişaf

meyllərini təmin etmək üçün təkmilləşir. Qanunlar müəyyən proqnoz

göstəricilərinə nail olmaq üçün hüquq, məqsəd, idarəetmə strukturu və

müəyyən səlahiyyətlər bölgüsündə marağın uzlaşmasını təmin edir.

Qanunlar sistemi aqrar sahənin mak- rosəviyyəli məqsədlərini, onun

prioritetlərinin sistemli həlli ilə yanaşı ayrı-ayrı sahələrin və fəalyyətlərin

tənzimlənməsini, aqrar sahənin planlaşmasında dövlətin strateji

məqsədini, həmin sahənin obyekt və subyektinin əmək bölgüsündə

funksional vəzifəsini və sahələrin iqtisadi və hüquqi təşkilatı struktur

dəyişmələrin, məsuliyyətlərini və dövlət qarşısında öhdəliklərinin

əsaslarını müəyyən edir.

1993-2003 -cü illərdə aqrar sektorun islahatlarının əsasını təşkil

edən və onun iqtisadi rolunu artırmaq məqsədi ilə mak- rosəviyyəli və

lokal qanunların qəbul edilməsi, müvafiq olaraq onun icra

mexanizmlərini də yaratmışdır.

Aqrar qanunların hüquqi əsaslarını «Torpaq məcəlləsi», «Torpaq

islahatı», «Torpaq bazarı» və kənd təsərrüfatının ayrı- ayrı sahələrinin

inkişafını stimullaşdıran sahə qanunlarından qoyulan müddəalar təşkil

edir. Aqrar sektorun tənzimlənməsi üçün onun sahə quruluşu, bazar

tələbatına və ixracata stimul yaratmaq, vergi və maliyyə kredit

tənzimlənməsində müəyyən güzəştlər və əlavə yardımların verilməsinin

normativ qərarları və aktları müəyyənləşir. Torpaq islahatları kənd

təsərrüfatı məhsullarının ümumi həcminin artırılması və əhalinin şəxsi

təşəbbüs

479

Page 480: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

karlığını tənzimləmək məqsədilə torpağa bağlı, ondan istifadə edənlər

arasında bölgüsü sosial ədalətin tənzimlənməsinin əsas meyarıdır. Bazar

iqtisadiyyatı qanunları torpaqdan istifadənin normalarını, ayrı-ayrı kənd

təsərrüfatı məhsullarının istehsal həcmini, onun çeşidini və təsərrüfat

formalarını yeni strukturunu müəyyənləşdirir. Fermer təsərrüfatı, payı

bəlli təsərrüfat formaları, icarə, müştərək kimi torpaqdan istifadənin yeni

formaları meydana çıxır.

Mülkiyyət formaları və torpağın istifadəsinin dinamik və rəqabət

mühitində varianth inkişaf dinamikası torpaqların dövlət, xüsusi və

bələdiyyə mülkiyyəti əsasında bölünməsi həyata keçirildi. İndiki şəraitdə

sahibkarların sərəncamında olan torpaqlardan, əsas və dövriyyə

vəsaitlərindən istifadə hüquqları bilavasitə mülkiyyətçinin sərəncamı və

onun qarşı tərəflə bağladığı müqavilələr əsasında həyata keçirilir. Dövlət

torpaqları uzunmüddətli icarəyə verilir, bələdiyyə torpaqları isə ondan

istifadə etmək istəyənlərə verməklə əsasən yerli büdcələrinin

formalaşmasını təmin edir.

Torpaqlarm istifadəsinin hüquqi bazasının məqsədi həmin

torpaqların təkrar istehsalını təmin etməkdir. Bu məqsədlə torpağın

istifadəsindən gələn gəlirlərin bölgüsü, renta münasibətləri, yaxud

torpağın təkrar istehsalı üçün investisiya cəlb olunmaqla, habelə

mərkəzləşdirilmiş büdcədən normativlər əsasında vəsait ayırmaq yolu ilə

tənzimlənir.

Torpaqlardan intensiv istifadə layihələri işləndikcə, onun

münbütlüyünin, fiziki və kimyəvi xassələrinin, bitki örtüyünün, habelə

təbii şəraitinin qorunub saxlanılması üçün əlavə xərc və yaxud əmək sərfi

ondan səmərəli istifadə edilməsi üçün əsas şərtdir. Bu xərclərin maddi

əsasını həmin torpaqlarin istifadəsindən əldə olunan gəlirlərin bir hissəsi

və yaxud da dövlətin yerli büdcəsi və xüsusi vəsaitlərin hesabına bərpa

və restruksizasiya üçün ayrılan məbləğin miqdarı və onların düzgün

istifadəsini təşkil edir.

-480-

Page 481: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Təkrar istehsal konsepsiyası torpaqların qiymətləndirilməsi,

onların amortizasi və gəlirdən ayrılan norma və normativlərin hüquqi

bazasının elmi prinsiplər üzrə qurulması ilə mümkündür.

Təkrar istehsal qiyməti torpaqların bazar qiymətini müəyyən edir.

Təbii ki, girov qoyuluşunda torpaqların bazar qiymətlərinin müəyyən

edilməsində start qiyməti olaraq həmin torpaqlardan istifadə zamanı

minimal gəlir səviyyəsi və həmin torpaqların mühafizəsi üçün lazım olan

xərelər qiymət strukturunda öz əksini tapmalıdır. Xərclər özündə

torpaqların istifadəsinin intensiv səviyyəsindən asılı olaraq formalaşır və

dəyişir.

Hər hansı iqtisadi subyektdə gəlir səviyyəsi həmin torpaqlardan

istifadə dərəcəsi ilə ölçülür. Həmçinin bazar tələb və təklifinə uyğun

formalaşır. Kənd təsərrüfatında istifadə olunan təbii sərvətlərin təkrar

istehsalı, onların istifadəsindən gələn xalis gəlirlərin və həmin təbii

sərvətlərin münbit şəraiti hesabına renta gəlirlərinin mərkəzləşdirilmiş

fonda daxil edilib, sonradan büdcə vəsaiti kimi kənd təsərrüfatı altında

olan torpaq, meşə, su və digər mənbələrin bərpasına yönəldilməlidir.

Torpaqların qiymətləndirilməsinin hüquqi bazası torpaq bazarı və

qiymətləndirmək statusu haqqında qanunvericilik müddəaları ilə

tənzimlənir. Torpağın qiyməti onun bazar tələb və təklifinə uyğun olaraq

gəlir gətirmək və yaşayış üçün əlverişli olan şəraitdən asılı olaraq

formalaşır. Kənd təsərrüfatının və aqrar sektorun inkişafının hüquqi

bazasının əsas məqsədi həmin sahələrin resurslarının sahibkarlıq

fəaliyyəti üçün stimullaşdırıl- masmı təmin etmək və kommersiya

mənfəəti və gəlir əldə etməklə davamlı inkişaf meyli yaratmaqdır. Bu

məqsədlə qanunlar sistemi digər qanunlar ilə sıx əlaqədə tərtib olunur.

İlkin növbədə sahibkarlığın inkişafı və sahibkarlığa dövlət köməyi

haqqında qanunlar sahibkarlığın prioritet sahəsi kimi status təmin edir.

Aqrar sektorda funksional vəzifələri reallaşdıran qanunlar sistemi daha

əməli inkişaf üçün əsas rol oynayır.

Aqrar qanunlar prioritetlik. səviyyəsinə və roluna görə

iəsnifatlaşdırıla bilər. Ümumi iqtisadi tənzimləmə baxımından

481

Page 482: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

aqrar sektorun özəlləşdirilməsində sahibkarlıq makroiqtisadi obyekt

rolunu oynayır.

Azərbaycanda əhalinin məşğulluğunda, özəl sektorun kənd

təsərrüfatı məhsullarının əmtəə təklifində xüsusi çəkisi həmişə yüksək

yer tutub. Hələ planlı təsərrüfat sistemində şəxsi təsərrüfat əhali

gəlirlərinin formalaşması və hər hansı kənd təsərrüfatı məhsuluna olan

ehtiyacların ödənilməsində rolu yuxarı olmuşdur. Məhz sahibkarlıq

ənənəsi mövcud liberal iqtisadi şəraitdə daha intensiv inkişaf etmək

şəraitinə malik strateji aqrar məqsədlər üçün funksional təyinatı ilə

tənzimlənən qanunlarda öz əksini tapır. O cümlədən «Üzümçülüq

haqqında», «Tütün- çülüq və tütün məhsulları haqqında», «Çayçılıq

haqqında», «Taxılçılıq və taxıl məhsulları haqqında» qanunlar konkret

sahələrin inkişafının hüquqi əsaslarını, onların təşkilati idarəetmə və

tənzimləmə münasibətlərini əhatə edir. Hər bir qanunun konkret

məqsədi, dövlət siyasəti və tənzimləmə qaydaları, marketinq, planlaşma,

stimullaşdırma, himayəçilik və maliyyə mexanizmləri ilə əlaqələndirilir.

Aqrar qanunlar sistemi və sahə qanunlarının əsas məqsədi, heç də

planlı təsərrüfat şəraitində olduğu kimi hər hansı məhsulun tələbata

uyğun yox, inzibati idarəetmə təminatının hüquqi əsası deyildir. Bu

qanunlar ölkənin ərzaq təhlükəsizliyi və müstəqil inkişaf meyllərini və

habelə bazarın konkret məhsullar üzrə qorunması məqsədini güdür. İlkin

növbədə ölkədə daxili bazar tələbatını ödəmək üçün lazım olan məhsul

sifarişini təmin edən şərait yaradılması nəzərdə tutulur. Bu isə müvafiq

icra orqanlarına, o cümlədən iqtisadi inkişaf və kənd təsərrüfatı

nazirliklərinin kənd təsərrüfatının aparıcı məhsullar üzrə istehsal

həcminin çərçivəsində inkişaf ssenariyasmı əsaslandırır. Ölkədə

tələbatın ödənilməsinin iqtisadi və sosial təminatı baxımından dövlət

konsepsiyası, proqnozları və konkret hər bir məhsul üzrə qanun tərtib

edilir. Daxili bazarın tələbatının tam yerli istehsal- büdcə fəaliyyəti üçün

lazım olan vəzifələrin müəyyən edilməsinin proqnozunu hazırlamaq,

onu əsaslandırmaq, yerinə yetirilmə

■482

Page 483: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sinin proqramını hazırlamaqla vəzifə bölgüsü, səlahiyyətlər və

məsuliyyətlər verilir.

Ona görə də planlaşmanın xarakteri dəyəşir, prinsiplər və

idarəetmə bazar strukturuna uyğun tərtib olunur. Azərbaycanın aqrar

sektoru planlı təsərrüfat sistemində SSRİ kənd təsərrüfatı sisteminin

tərkib hissəsi olmaqla ərzaq tələbatının ödənilməsi üçün

mərkəzləşdirilmiş plan sifarişinə uyğun olaraq inkişaf etdirilir, bir sıra

məhsullara olan tələbatı ödəmək üçün ixracat məhsulu kimi istifadə

olunurdu. Müstəqillik şəraiti, aqrar sektorun bazarının tam yeni bazar

tələbatına uyğun və rəqabət mühiti şəraitində daha çox xarici təsirlərə

məruz qalan bir sahə kimi inkişaf şəraitinə düşdü. Aqrar sektorun

dotasiya yolu ilə inkişafının islahatlar şəraitində qeyri-mümkünlüyü baş

verdi. Mərkəzləşdirilmiş ölkə gəliri bazar sektorun bazar tipli

strukturunun formalaşması üçün kifayət deyildir.

Səksəninci illərin ikinci yarısında SSRİ rəhbərliyinin apardığı

uğursuz aqrar siyasət, əyalətlərin iqtisadi potensialının təkrar istehsalına

biganə münasibəti, Azərbaycanda bu sahənin geriləməsinə, kənd

təsərrüfatı məhsullarının azalmasına və iqtisadi potensialın səmərəsiz

istifadəsinə səbəb oldu. Müstəqilliyin ilk illərindən formalaşmış iqtisadi

əlaqələrin qırılması, ən vacib strateji məhsulların pambıq, üzüm, tütün və

tərəvəz bazarlarının itirilməsi, təsərrüfat əlaqələrinin itirilməsinə və kənd

təsərrüfatının maşın, avadanlıq, kübrə və digər təchizat amilləri ilə təmin

olunmamasına gətirib çıxardı.

Göstərilən səbəblər nəticəsində kənd təsərrüfatı məhsullarının

istehsalı 1990-1995-ci illərdən ilbə il azalmağa başladı. Əhalinin

tələbatının ödənilməsində respublikada aqrar sektorun payı azaldı. Son

nəticədə respublika iqtisadiyyatının aparıcı ənənəvi istehsal və sosial

sferasını formalaşdıran və tənzimləyən sahə kimi aqrar sektorun rolu və

perspektiv inkişafı ciddi maliyyə və iqtisadi çətinliklərə məruz qaldı.

1995-ciildə artıq kənd təsərrüfatının istehsalı kritik hala çatmışdır.

Ancaq 1995-ci ildən sonra dinamik inkişaf meylləri müşahidə olunur.

Məhz bu dinamik inkişaf aqrar sek

483

Page 484: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

torun bazar strukturuna uyğun keçirilən islahatlar proqramı əsasında

mümkün olmuşdur. Aqrar islahatlar proqramı məqsədli proqram yolu ilə

aqrar sahənin kompleks tədbirlər sisteminin məcmuudur.

Məqsədlər, vasitələr, resurslar, qərarlar və normativ idarəetmə

metodları aqrar islahatların təşkilati idarəetmə strukturudur.

1995-1996-cı illərdə «Aqrar islahatların əsasları», «Sovxoz və

kolxozların islahatı», «Torpaq islahatı», «Torpaq bazarı» haqqında

Qanunların, digər normativ hüquqi aktların qəbulu aqrar-sənaye

kompleksində köklü dəyişiklər aparmaq üçün şərait yaratdı. Qısa müddət

ərzində torpaqların özəlləşdirilməsi, onun mülkiyyətçilərinin

rəsmiləşdirilməsi, milyon hektara yaxın torpağın əvəzsiz olaraq kənd

əhalisinə verilməsi 870 minə yaxın ailənin torpaq sahibi olmasını təmin

etdi.

Torpaq islahatları ilə yanaşı onun istifadəsi, mübadiləsi, satışının

və istifadəsinin stiniullaşdırılması məhz islahatların səmərəli kompleks

və sistemli olması üçün həyata keçirildi. Aqrar sektorun

tənzimlənməsində əsas aparıcı idarəetmə strukturu təkmilləşdi. Bir sıra

əngəllər, yoxlamalar və inzibati idarəetmə strukturundan fərqli olaraq

funksional idarəetmə və üfuqi əlaqələri təmin edən idarəetmə sferasının

formalaşması əsas rol oynayır.

Bir başa dotasiya sistemindən fərqli olaraq aqrar islahatların

iqtisadi rolu, sosial-iqtisadi mahiyyəti və bazarın qorunması, ərzaq

təhlükəsizliyi məqsədlərinin təmin olunması üçün iqtisadi mexanizmlərə

əsaslanır.

İlkin növbədə aqrar islahatların dövlət funksiyası məqsədli

kompleks proqramların əsaslandırılması, həmin proqramların dövlət

iqtisadi siyasətinin tərkib hissəsi olaraq onun iqtisadi və sosial rolunu

artırmaq və dayanıqlı ərzaq təminatı yoluna yönəltməsi olmalıdır.

Dövlətin əsas vəzifəsi strateji məhsulların sosial-iqtisadi tələbat

və ərzaq təhlükəsizliyi baxımından maddi təminatı, kadr potensialı,

təchizat və əsas fondlara təzələnmə strategiyasına uy

-484-

Page 485: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ğun normativ tənzimləmə mexanizmlərini hazırlamaq və həyata

keçirmək təşkil edir.

Aqrar sektorun struktur siyasəti məhz dövlətin kənd təsərrüfatında

prioritetlərinin seiçlməsi və onların stimullaşdırıl- ması yolu ilə

mümkündür. Pambıq, tütün, üzüm və digər məhsulların Azərbaycan

tələbatına və ixracat yönümlü üçün yollar axtarılır.

Kənd təsərrüfatının tam bazar tələbinə uyğun sərbəst inkişafı,

həmin sahələrin bəzi hallarda tənəzzülünə gətirib çıxara bilər. Ona görə

də bu sahədə dövlət himayəsi, prioritet istiqamətlərin uzun müddətli

ödəmə şərti, yaxud müəyyən müddətdə dövlət büdcəsi vasitəsi ilə

dəstəklənən vasitələr üzrə həyata keçirilir. Təbii ki, bu vasitələrin hüquqi

bazası normativ əsası və ödəmə prinsipləri iqtisadi mexanizmlər

vasitəsilə möhkəmlənir.

Sahibkarlığın inkişafının obyektləri olaraq aqrar sektorun istehsal,

mübadilə və istehlak xidmət sferasının qarşılıqlı əlaqəsini optimal sahə

strukturunu və bölgü münasibətlərini tənzimləyən qanunlar sistemi və

metodları hazırlanır.

Struktur dəyişikliklər etmək üçün bazarın qorunması yolu ilə idxal

və ixrac strukturunu tənzimləmək zəruriyyəti yaranır. Bir sıra

məhsulların respublikaya gətirilməsinin gömrük tənzimlənməsi yolu ilə

sahibkarlığın bazarının genişləndirilməsinə şərait yaradılır. Son illərdə

kənd təsərrüfatı istehlakçılarının, torpaq vergisi istisna olmaqla, beş il

müddətində vergilərdən azad edilməsi, onların büdcəyə olan vergi

borclarının silinməsi, bu sahədə işləyənlərə yanacağın güzəştli

qiymətlərlə satışı, bu zaman yaranan qiymət fərqinin dövlət büdcəsindən

ödənilməsi, maliyyə lizinqi, güzəştli kreditlər verilməsinin

qanunvericilik əsasları ilə tənzimlənməsi həyata keçirilir.

Kənd təsərrüfatı istehsalının stimullaşdırılmasmda sahibkarlığın

inkişafı üçün «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın

inkişafının dövlət proqramı (2002-2005-ci illər)», sahibkarlığın

inkişafına mane olan müdaxilələrinin qarşısının alınması haqqında

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il fərmanı,

Azərbaycan Respublikasının

-485-

Page 486: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sahibkarlığa kömək Milli Fondu haqqında əsasnamə 27 avqust 2002-ci

ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq

edilmişdir.

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli

Fondunun vəsaitinin istifadəsi qaydaları mühüm hüquqi sənədlərdir.

Kiçik və orta sahibkarlığın (KOS) inkişafının dövlət proqramı

sahibkarlığın məqsəd, vəzifə və maliyyə təminatının əsas istiqamətlərini

müəyyən etməklə gözlənilən nətieələrin sosial-iqtisadi nəticələrini və

əsas struktur dəyişmələrin istiqamətlərini müəyyən edir. Sahibkarlığın

dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədi ilə tədbirlər

müəyyən edilir. KOS inkişafının maliyyə və investisiya təminatının

mənbəələri, kredit, girov sisteminin fəaliyyətinin əsas istiqamətləri və

vəzifələri müəyyən edilir. KOS sektorunda elmi-texniki tərəqqi struktur

dəyişikliklərin və texnoloji inkişafa kömək üçün ixracat strukturu,

kooperasiya, təsərrüfat formaları və əlaqələrinin təkmilləşdirmə

istiqamətləri əsaslandırılır.

KOS inkişafının əsas amilləri olan texniki kömək və insan

amilinin inkişafı üçün informasiya, kadr təminatı, sosial yardımların

təkmilləşdirilməsinin istiqamətlərini optimal və səmərəli təşkilati

strukturah kəsb etməlidir.

Sahibkarlığın inkişaf proqramı regional inkişafın

sürətləndirilməsi tədbirləri ilə vəhdətdə həll olunur. Regionun

sosial-iqtisadi inkişafı sahibkarlığın ərazi və sahə quruluşunun

təkmilləşdirilməsi ilə vəhdətdə təşkili metodik tədbirlər əsas götürülür.

Regionlara investisiya axını, əhalinin məşğulluq səviyyəsinin artımı yerli

özünü idarəetmə və icra orqanlarının vəzifə bölgüləri müəyən edilir.

Proqramda fermer təsərrüfatının inkişaf etdirilməsi sosial və

istehsal infrastrukturun surətlə inkişafı və yerli tələblərə uyğunluğu

tənzimlənməlidir.

Sahibkarlığın inkişafının maliyyə proqramları dövlət büdcəsinin

və ayrı-ayrı xüsusi vəsaitləri hesabına stimullaşdırıhr. Dövlət büdcəsində

sahibkarlıq fondunun yaradılması ayırmaların məbləği və dinamikası

xüsusi xərclə təmin olunur. Bu məq

-486

Page 487: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sədlə dövlət büdcəsindən ayrılan vəsaitlər 2003-cü il büdcəsində 50 mlrd,

manat təşkil edir və perspektivdə bu məbləğin 100-150 mlrd, manata

yüksəldilməsi nəzərdə tutulur. Dövlət büdcəsi ilə yanaşı xüsusi vəsaitlər

və xarici maliyyə mənbələri sahibkarlığın stimullaşdırılması üçün

istifadə oluna bilir. Sahibkarlığın inkişafının əsas maliyyə mənbəyi

həmçinin əhalinin xüsusi vəsaiti və bələdiyyə mülkiyyətində olan

vəsaitlərdir.

Sahibkarlığın təşkilati quruluşunun tənzimlənməsi dövlət

proqramında investisiyanın təşviqi və regional siyasətin məhz yerli

xammal və resurslara əsaslanan iqtisadi quruluşa uyğunluğun təmin

olunmasıdır. İnvestisiyanın təşviqi dövlət qanunve- rieiliyində, vergi

məcəlləsi, investisiya haqqında və dövlət büdeəsində bəzi sahələrin

inkişafına şərait yaradan mexanizmlər vasitəsilə həyata keçirilir. Hər bir

keçid dövrü olan respublikada mövcud iqtisadi inkişaf meyllərini və

potensialını, sahibkarlığın sahə və ərazi quruluşu müəyyən edir.

Sahibkarlığın inkişafının hüquqi bazası idarəetmə strukturunu və

idarəetmə forma və metodlarını formalaşdırır. Onun informasiya bazası

inkişafın meylini və təşkilati strukturunu müəyyənləşdirir. İnformasiya

təminatı yeni struktur bazar formalarının inkişafı, dinamikası və

xüsusiyyətləri haqqında məlumat toplamaqla, əlaqə sisteminin mübadilə

formalarının internet sisteminə keçməsini hər hansı xidmət formasının

əməldiyini və bütövlüyünü təmin edir. Sahibkarlığın idarə edilməsində

bir sıra xarici bazarların tələb və təklifini, xüsusiyyətlərini tətbiq etmək

imkanları yaranır. Daha çox yeni texnologiyaların və sistemlərin tətbiqi

üçün şərait yaradır.

Sahibkarlığın idarə edilməsi ilkin növbədə fəaliyyət növünün

seçilməsi və onun təşkilati iqtisadi strukturunun yaradılması ilə baş verir.

Fəaliyyət növü, həm yerli tələbatın xarakteri ilə və bazarın strukturu ilə

yanaşı xarici ölkələrin respublikada ehtiyaclarını və əlaqələrini artırmaq

üçün istifadə olunur. 1992-ci ilin sonuna olan məlumatlara əsasən dövlət

qeydiyyatından keçmiş hüquqi şəxslərin 21,4%-ni (12638) dövlət

mülkiyyətində olan müəsissələr, 68,9%-ni (40773) xüsusi mülkiyyətdə

olanları, 5,2%-

•487-

Page 488: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ni (2104 xarici, 857 birgə müəssisələr) xarici və birgə müəssisələr,

4,5%-ni isə bələdiyyələr təşkil edir. 2002-ci ilin nəticələrinə görə

Azərbaycanda əcnəbilərin iştirakı ilə yaradılmış 3061 müəssisə dövlət

qeydiyyatından keçmişdir. Bunların 31,1%-i (957) birgə müəssisədən,

68,7%-i isə (2104) xarici investisiya müəssisələrindən ibarətdir. Vergi

orqanlarının məlumatlarına görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan

fiziki şəxslərin sayı 1992-ci ilin axırma 128 mini keçmişdir. Son illərdə

sahibkarlıq fəaliyyətini tənzimləyən və onun inkişafına hüquqi baza

yaradan 120-dən çox normativ-hüquqi akt (26 qanun, 47 fərman və 48

sərəncam) qəbul edilmişdir.

Məhz təşkilati iqtisadi tədbirlər yaradılan sahibkarlıq mühiti,

mütərəqqi struktur siyasət differensial regional siyasət və xarici iqtisadi

əməkdaşlığın səmərəli təşkili və idarəetməsi ilə mümkündür.

Azərbaycan Respublikasının maliyyə sistemi, onun kredit, pul və bank

sistemi sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin iqtisadi və təşkilati

idarəetmə sferasıdır. Onun infras- trukturası kimi sahibkarlığın inkişafı

baxımdan tənzimləmə və idarəetmə obyektidir.

Kiçik və orta sahibkarlığın strateji məqsəd olaraq iqtisadi əlaqəsi

məhz makroiqtisadi tənzimləmə modeli ilə mümkündür.

Makrosəviyyədə tənzimləmə strategiyası aşağıdakı istiqamətlərdə

reallaşır:

- iqtisadiyyatın gələcək stabilləşməsi və real iqtisadiyyat

sektorunda istehsalın canlandırılması;

- əhalinin real gəlirlərinin artırılması;

kölgəli iqtisadiyyatın xüsusi çəkisinin və kiçik biznesdə onun

rolunun azalması;

- kiçik müəssisələrdə buraxılan məhsulların rəqabət qabiliyyətinin

yüksəldilməsi;

- bazar infrastrukturunun, o cümlədən, biznes inkibator- larınm və

texnoloji park strukturlarının inkişafı.

Respublikada kənd təsərrüfat yönlü və kəndin əhalisinin gəlir və

sosial müdafiəsinin tənzimlənməsi məqsədi ilə kiçik biznes

inkibatorlarm inkişafı daha səmərəli strukturdur.

-488-

Page 489: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Makrosəviyyədə tədbirlər hər bir sahənin məhz sahibkarlıq

meyarı baxımından təkmilləşməsi istiqamətlərini özündə birləşdirir.

Rəqabət mühiti biznes fəaliyyətinin strukturunu, onun istehsal və xidmət

proqramını, bank fəaliyyətində seçim miqyasını və şərtlərini

müəyyənləşdirir. Haqsız rəqabət, anti- inhisar fəaliyyəti haqqında

respublikada yaradılan qanunlar və normativ aktlar təbii inhisarlar və

qiymətlərin tənzimlənməsi metodologiyasını müəyyənləşdirir.

Aqrar sektorun və kəndin sosial-iqtisadi inkişafı üçün kəndə

müasir biznes və sahibkarlıq formalarının inkişafına şərait yaradılması

regionun sosial problemlərinin həlli ilə nəticələnir.

Yeni biznes və sahibkarlıq fəaliyyətinin formaları ayrı ölkələrin

keçid dövründə xüsusiyyətlərini və formalaşmış təcrübəni özündə əks

etdirə bilər. Fikrimizcə, sahibkarlığın dəstəklənməsinin təşkilati

quruluşu mərkəz, şəhər, region, funksional və konkret bir fəaliyyəti üzrə

qruplaşa bilər.

Bu mərkəzlərə aşağıdakı funksional alt sistemlər daxildir:

- məqsəd funksiyası;

- məsləhət xidməti;

- dövlət və qeyri-dövlət maliyyə mənbələrinə çıxış imkanları;

- hüquqi müdafiə;

- təşkilati-texnoloji dəstək;

- hər hansı kənd, region və respublika məlumat əlaqəsini yaratmaq.

Aqrar sektorun inkişafı və texnoloji qurluşun təkmilləşməsi daha

çox biznes fəaliyyətinin infrastrukturu ilə bağlıdır. Kənd təsərrüfatı

məhsullarının istehsalı, emalı, satış infrastrukturu, həmçinin sosial

infrastrukturun sistemli əlaqəsi, biznes formalarının təşkilati-idarəetmə

quruluşunun üfüqi və şaquli əlaqələrini, həmçinin qərar qəbulunun

metodiki təminatının funksional sxemini yaradır. Onun bazar mühiti

şəraitində idarəedilməsində sahibkarlığın azad və təşəbbüskarlığın azad,

həmçinin davamlı inkişaf məqsədləri üçün tənzimlənməsi vacibdir. Ona

görə də sahibkarlıq şəraitinin yaranması üçün amillərin və təsirlərin

mexanizmlərinin təkmilləşdirilməsi və elmi

-489-

Page 490: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

əsaslarla cari mənafeylər üçün yox, perspektiv sinergetik effekt almaq

üçün tənzimlənməsi xarakterik xüsusiyyəti olub, hər bir tənzimləmə

mərhələsində və prizmasında xüsusi rıçaqlar ilə idarə olunur.

Sxem. Aqrar sektorda sahibkarlığın idarə edilməsinin hüquqi-

təşkil at i sxemi.

Təsvir olunan prinsipial fəaliyyət sxemi uyğun olaraq

mülkiyyət münasibətlərindən asılı olaraq hüquqi və fiziki şəxs kimi

fəaliyyət göstərən, həmçinin xarici investorların cəlb edilməsi ilə

razılaşdırılan təşkilatı quruluş kimi də ifadə olunur. Təşkilati quruluş

olaraq sahibkarlığın regional strukturunun təkmilləşdirilməsində ərazi

tələbatı ilə sosial tələbat vəhdətdə tənzimlənir. İlkin növbədə yerlərdə

daha çox yerli resurslara uyğun sahələrin davamlı inkişafı üçün dövlət

köməyinin və maliyyə-kredit mexanizmlərinin prioritet təminatı

normaları və tənzimləmə mexanizmləri tətbiq olunur, ixtisaslaşma

obyekti kimi bazarın istehlak strukturu planlaşdırılır. İstehlak bazarın

490

Page 491: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

seqmentlərinə uyğun olaraq istehsal proqramları tərtib olunur və onun

səmərəli təşkili üçün kompleks inkişafın bütün mənafelər və maraqların

uzlaşması modeli əsas götürülür.

Sahibkarlığın regionlar üzrə ixtisaslaşması həmin regionlarda

yerli tələbat və ixracat üçün tənzimlənir. İxracata stimul yaratmaq, həmin

sahibkarın daxili imkanlarının, istehsal güclərinin və davamlı inkişafına

maddi əsas yaratmaqla sahibkar tərəifndən öz gəlirləri hesabına təmin

olunur. İxtisaslaşma dərinləşdikcə kombinələşdirməyə, birgə idarə etmə

və qarşılıqlı maraqlar üçün ittifaqlar yaratmağa gətirib çıxarır.

Mülkiyyət formaları eyni olan fəaliyyətcə və texnoloji quru- luşca

oxşar olan, yaxud bir-birini tamamlayan sistemli fəaliyyət dairələri

birləşib yeni struktura kimi idarə olunur - idarə olunmanın formaları

demokratik mənafelər və məsuliyyətlər prinsipinə uyğun olaraq

hazırlanan normativlərə uyğun idarə olunur.

Hesablamalar göstərir ki, məhz sinergetik effekt olaraq sistemin

seçilməsi və onun həcminin planlaşdırılması son faydalılıq meyarı ilə

bölünür. Kənd təsərrüfatının sahibkarlıq ittifaqı müasir bazar tipli

təşkilati modelin yeni formasıdır. Torpaq sahibləri bitkiçilik və

heyvandarlıq, habelə emal sənayesi məhsulları istehsalı ilə məşğul

olduqları halda borcların ləğv edilməsi və vergilərdən azad edilmələr

qanunlarla tənzimlənir. Hər il cari büdcə təsdiqi zamanı məhz

sahibkarlığın dövlət himayəsi çərçivəsində vergi yığımının sahibkarların

mənafeyinə uyğun ləğvi və güzəştlərin tətbiqi həyata keçirilir.

Kənd təsərrüfatı inteqrasiya tələb edən sahibkarlıq fəaliyyətidir.

Belə ki, kənd təsərrüfatının inkişafı istehlak bazarı və istehsal tələbatına

uyğun bazar strukturası ilə ahəngdar inkişaf edir. Tarazlı inkişaf onun

sahə daxili və sahələrarası balans və uzlaşma prinsip və modeli ilə təmin

oluna bilir. Sahə- daxili uzlaşma hər bir iqtisadi effekt marağına uyğun

gəlirlərin və mənfəətin bölgüsü ilə baş verir. İstehsal həcminin artımı

bazarda istehlak və emal üçün lazım olan həcm və struktur, həm də

ixracat üçün lazım olan layihələrə uyğun tənzimlənir. Digər tərəfdən

kənd təsərrüfatının strukturuna istehlak seqmentinə

-491

Page 492: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

uyğun balanslı restruktizasiyaya tələbat artır. Sahə daxili balans modeli

istehsal ilə istehlak arasında tarazlı model ilə idarə olunur.

>=1 m

Z x , =

i = l

Burada, xy - j məhsulunun i sahibkarçıhqda daxili istifadəsi;

Ai - i sahibkarlıq məhsulunun istehlak və ixracat

üçün həcmi;

Bj - j - məsluhunun bütün sahibkarlıq növləri üzrə

istehsalı;

Yi - sahibkarlığın istehsal proqramı.

İxracat, istehlak və emal sənayesi üzrə istehlak seqmentlərinin

məhz istehsal proqramlarında operator funksiyası məhz

X;,.

X,.,

əmsalları ilə tənzimlənir. İstehsal və istehlak arasında əməli əlaqə

forması zamanı və yaxud konkret tədbirlə əlaqədədirsə həmin amillərin

arasında elastiklik əmsalı başqa amilləri nəzərə almadan təsir qüvvəsi

kimi qəbul edilə bilər. Ona görə də aqrar sektorun bazar strukturuna

uyğun tənzimləmə modeli, yaxud əməli idarəetmə mexanizmi müəyyən

ssenariyalar formasında müqayisəli təhlil üçün sahibkarlara seçim üçün

baza yaradır. Onun eksperiment müşahidələri, həmin faəliyyətin davamlı

inkişafı üçün model funksiyası rolunu oynayır.

Aqrar sektorda sahibkarlıq fəaliyyəti, kompleks inkişafı təmin

edən texnoloji uyğunluq, istehlak təyinatına görə eynilik və ixracat üçün

səmərəlilik meyarları baxımından proqnozlaşdırılır. Proqnozlar

sahibkarlar üçün alternativ, yaxud qərar qəbulu üçün vacibdir.

-492-

Page 493: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Respublikanın iqtisadi regionları, ayrı-ayrı ərazilərin bazar

strukturu onun məhsuluna olan təəlbat və yerli resurslarının strukturu

ixtisaslaşma və təsərrüfat formalarını yaradır. Hər bir regionda təsərrüfat

formalarının inkişafı ənənəvi hal olub, həmçinin bazar seqmentləri ilə

müəyyənləşir. İnvestisiya prosesi həmçinin maliyyə tələbatı, istehsal

infrastrukturu və bazarların bölgüsündən müştərək imkanlarını artırmaq

üçün istifadə olunur. Belə ki, Səlyan rayonunda kredit ittifaqları tələbi

baxımından maliyyə kooperasiyası daha səciyyəvidir. Naxçıvan Muxtar

Respublikasında bazara çıxış üçün və emal sənayesinin imkanlarından

istifadə üçün kombinələşdirmə mövcuddur.

Fermer təsərrüfatı və digər kooperativ formaların inkişafı

həmçinin istehsalın və yaxud emal sənayesinin xarakterindən asılı olaraq

inkişaf edir. Kompleks inkişaf meylləri formalaşdıqca və inkişaf etdikcə

yeni təsərrüfat formaları meydana çıxacaqdır.

493

Page 494: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

FƏSİL III. SAHİBKARLIĞIN İNKİŞAFININ ƏSAS

İSTİQAMƏTLƏRİ

Sahibkarlığın inkişafında dövbtin rolu və əsas vəzifoləri

Sahibkarlıq fəaliyyəti özü-özünə davamlı inkişaf strategiyasına

uyğun tənzimlənən və bazar rəqabəti şəraitində gəlir və mənfəət əldə

etmək məqsədləri güdür. Onun ali məqsədləri və makroiqtisadi

vəzifələrinin real planlaşdırılması dövlətin birbaşa və dolayısı təsirləri və

mexanizmləri vasitəsi ilə tənzimlənir.

Dövlət dünya inteqrasiya sistemində özünəməxsus yer tutmaq,

inteqrasiya resursundan səmərəli istifadə etmək və ölkənin daxili

imkanları və resursları hesabına mərkəzləşdirilmiş dövlət proqramı

hazırlamaqla sahibkarlığın inkişafı üçün şərait yaradır. Dövlətin

makroiqtisadi sabitlik, artım və əhalinin rifahının yüksəldilməsi

prioritetlərinə uyğun olaraq resurslardan istifadə proqramları,

elmi-texniki siyasət, yeni texnologiyalar və bazar infrastrukturlarının

formalaşdırılması, müdafiəsi vəzifələri daha təminatlı sistemlə

tənzimlənir.

Məhz nəqliyyat kompleksi, ətraf mühitin qorunması və sosial

siyasət münasibətlərinin daha səmərəli inkişafı və kompleks əlaqəli

tənzimlənməsinə şərait yaradır. Sahibkarlığın inkişafı dövlətin müvafiq

icra orqanlarmin, onların səlahiyyətlərinin və vəzifələrinin, idarəetmə

metodlarının demokratik, liberal və təşəbbüskarlıq prinsipləri

çərçivəsində idarə olunmasını təmin etməklə nəticələnmişdir.

Dövlətin himayəçilik siyasəti, sahibkarlığın öz məhsulunu

istehsal proqramlarında sərbəstliyini, bəzi ehtiyacların ödənilməsində

sahibkarlara sifariş verilməsini və sahibkarların resurs tələbatında

ödənilməsi çərçivəsində qarışması ilə ifadə olunur.

Dövlət ilkin növbədə ali məqsədləri müəyyən edib, sahibkarlığın

həmin məqsədlərin ödənilməsində rolu, töhvəsi və şəraitini

qiymətləndirir. Dövlət sahibkarlığı stimullaşdırmaqla öz gəlirlərini

artırır. Dövlətin büdcəsində məhz sahibkarlıqdan gələn gəlirlərin xüsusi

çəkisinin artımı müşahidə olunur. Məhz

494

Page 495: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sahibkarlığa güzəşt, yaxud kredit yolu ilə maddi-maliyyə yardımı, həmin

sahibkarlıq fəaliyyətinin sonrakı dövründə fiziki artımı, dövlətə verilən

gəlir payını artırır. Mənfəət vergisi, əmlak və əhalidən gələn vergilərin

hesabına dövlət büdcəsinin yerli sahibkarlardan daxil olmaları artır.

Əhalinin gəliri və xərcləri son nəticədə yeni istehsal və istehlak

bazarında əhalinin alıcılıq qabiliyyətini və əmtəə mal dövriyyəsinin

kütləsini və onun strukturunun təkmilləşməsinə təsir edir.

Dövlətin iqtisadi siyasəti, onun qanunvericilik bazası,

sosial-iqtisadi inkişaf proqramları və xüsusi regional və sahə

proqramları, regional davamlı inkişaf və yoxsulluğun ləğvi proqramları

sahibkarlığın ümumi meyllərini və onun əsas istiqamətlərini

müəyyənləşdirir. Sahibkarlığın vəzifələri və onun funksiyaları ümumi

iqtisadi artımda rolu hər bir sahibkar üçün konkretləşir, əmək bölgüsü və

fəaliyyət mexanizmi formalaşır. Dövlət sosial- iqtisadi inkişafın

prioritetlərini müəyyən edir. Ən aparıcı resursların istifadəsinin

müddətini və onun proqramını tərtib etməklə daxili və xarici

investisiyaları cəlb edir. Belə ki, neft sektorunun inkişafı, sahibkarlığın

inkişafı üçün vacib sahə olan kənd təsərrüfatının inkişafını və islahatlar

proqramının məqsədli proqramların, dotasiya, subsidiya və kredit

qoyuluşlarını tənzimləyir. Ölkənin daxili resursları hesabına inkişaf

dinamikası məhz sahibkarların imkanlarının ümumi iqtisadi dövriyyəyə

cəlb edilməsi ilə mümkündür. Hökümət tərəfindən tarazlı inkişaf

yaradılan şərait qeyri-neft sektorunun inkişafının həvəsləndirilməsi və

ölkənin kənd regionlarında yeni iş yerlərinin açılması və əhalinin rifahı

üçün şərait yaradır. Dövlət sahibkarlığın inkişafına təminat verən orqan

kimi, onun lisenziyalaşdınlmasmı, nizamnaməsinin dövlət reyestrindən

keçirilməsinə təminat verir. Dövlət sahibkarlığın ərazi proporsiyalarmı,

onun regionlar üzrə yerləşməsinə hər hansı sahibkarlığa stimul yaratmaq

üçün güzəştlər, yaxud uzunmüddətli vədlər və təminatlar verməklə

stimullaşdırır. Dövlətin himayəsi həmçinin sahibkarların mənafeyini

qoruyan, onların təhlükəsizliyini təmin edən digər icra mexanizmlərinin

və səlahiyyətlərinin bölgüsü və tənzimlənilməsi metodlarını norma

495

Page 496: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tivlərini hazırlayır və onlara nəzarət edir. Dövlət fövqaladə və təbii

fəlakətlərin, ekoloji tarazlığın, məskunlaşma şəraitini qoruyan mühafizə

sistemini, hüquqi bazanı, təhlükəsizlik məqsədləri üzrə öz funksiyasını

yerinə yetirir. Dövlət sahibkarlığa kömək fondunu, sahibkarlıq

formalarını və onların təşkili və idarə edilməsində dövlət mexanizmlərini

hazırlayır, tətbiq edir və təkmilləşdirir. Regional siyasət, sosial gərginlik,

region mənafe ilə sahibkar və fiziki şəxslər arasında münasibətlər

müvafiq normativ idarəetmə mexanizmləri vasitəsi ilə tənzimlənir,

vətəndaş kimi sahibkarlığın hüquqları və vəzifələri üçün şərait yaradır.

Azərbaycan iqtisadiyyatında islahatlaşdırmanm xüsusiyyətləri

onun formalaşmış meylləri və perspektivləri ilə təhlildə gerçəkləşir və

inkişaf etdirilir. 1990-1995-ci illəri Azərbaycan iqtisadiyyatının demək

olar ki, böhranlı dövrü adlandırmaq olar. 1995-ci ilədək ölkədə daxili

sabitlik mümkün deyildi, 1995-ci ildən sonra isə Azərbaycanın

iqtisadiyyatında köklü dəyişikliklər baş verməyə başladı. Bu

dəyişikliklər həm idarəetmə, həm tənzimləmə, həm də qanunvericilik

bazasının təkmilləşdirilməsi baxımından və bilavasitə bazar

iqtisadiyyatının prinsiplərinə uyğun olaraq islahatların həyata

keçirilməsinin nəticəsində mümkün oldu.

1996-cı il Azərbaycanın iqtisadiyyatında dönüş nöqtəsi oldu. Elə

həmin ildən başlayaraq iqtisadiyyatın sabitləşməsi və inkişafda artım

tempi müşahidə olunur. Bu böyük səciyyəvi bir xüsusiyyətdir.

2001- ci ildə Azərbaycan iqtisadiyyatının müəyyən

göstəricilərdə, o cümlədən ümumi daxili məhsulun, sənaye məhsulunun

həcmində, islahatların həyata keçirilməsində böyük dəyişikliklər baş

verdi. Bu dəyişikliklər bilavasitə bazar iqtisadiyyatı ilə, bazar tipli

strukturların yaranması ilə bağlıdır.

Birinci növbədə, özəlləşdirmə proqramı, sonra torpaq islahatı,

ümumiyyətlə, kənd təsərrüfatında radikal islahatlar, daha sonra əsas

məsələlərdən olan struktur siyasəti həyata keçirildi, bəzi sahələrin

strukturu dəyişdi. İdarəetmə strukturunun təkmilləşdirilməsi haqqında

ölkə Prezidentinin müxtəlif fərman və

496

Page 497: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sərəncamları, tədbirləri və real həyatdakı tənzimləmə səyləri nəticəsində

1996-cı ildən başlayaraq, Azərbaycanda ayrı-ayrı sektorlara böyük

həcmdə investisiyalar qoyulmağa başlandı. Neft sektorunda tarixi

kontraktların bağlanması, yeni-yeni iqtisadi əlaqələr, «İpək yolu»

məsələsi, Avropa-Asiya dəhlizi məsələsi - bütün bunlar beynəlxalq

səviyyədə Azərbaycanın iqtisadiyyatı üçün münbit şərait yaratdı,

Azərbaycanın xarici ölkələrlə əlaqəsini gücləndirdi. Beynəlxalq

səviyyəli bir sıra iqtisadi qurumların, o cümlədən Dünya Bankının,

Beynəlxalq Valyuta Fondunun, İslam İnkişaf Bankının və digər maliyyə

qurumlarının yardımları, Avropa Birliyinin müxtəlif proqramları

nəticəsində Azərbaycanda islahatların həyata keçirilməsini bilavasitə

dəstəkləyən maliyyə əsasları yarandı. Azərbayean həm adambaşına

düşən, həm də ümumi investisiya qoyuluşunun həcminə görə MDB

ölkələri arasında birincilər sırasındadır.

Sahibkarlıq təkcə sahibkarlıq naminə deyil, o, iqtisadiyyatın

bilavasitə ən aparıcı, həm də tərkib hissəsidir. Hesab edirik ki, bu düzgün

yanaşmadır və sahibkarlığın roluna qiymət verməklə sahibkarlığın

mövcud durumunun, perspektiv istiqamətinin, Azərbaycan

iqtisadiyyatında oynadığı rolun tarixi ifadəsidir. Buna görə də

sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılmalıdır. Sahibkarlığın

inkişafının mövcud vəziyyəti ilə bağlı, istər daxili, istərsə də xarici

ölkələrin sahibkarları ilə ölkə Prezidentinin görüşlərinin əsas məqsədi bu

gün sahibkarlığın Azərbaycan iqtisadiyyatında oynadığı rolu

qiymətləndirmək və sahibkarlığa mane olan subyektiv, obyektiv,

qanunvericilik çərçivəsində olan maneələri aradan qaldırmaqdır.

Ümumiyyətlə, bu görüşlər sahibkarlığın inkişafını təmin edən bir sıra

normativ aktların təkmilləşdirilməsi, sahibkarlara dövlətin

münasibətlərinin, sahibkarların özlərinin arasında olan münasibətlərin

tənzimlənməsi bütövlükdə sahibkarlığın inkişafının perspektivliyi

naminə konkret əməli tədbirlərin həyata keçirilməsi üçün əsas verdi.

Bu yönümdə əsas məsələləri təsnifata bölsək, qruplaşdırsaq,

birinci növbədə mühüm amillərdən biri kimi, dövlətlə sahib

-497

Page 498: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

karlar arasında olan münasibətləri qeyd etməliyik. Dövlətin himayəçilik

siyasəti var, dövlət iqtisadiyyatının ayrı-ayrı sahələrinə öz əlində olan

iqtisadi mexanizmlər vasitəsilə təsir edir, onu tənzimləyir. Bunlar

maliyyə mexanizmləri, kredit və vergi siyasəti, bəzi vacib məhsulların

stimullaşdırılması, ixracat yönümlü məhsulları daha da inkişaf

etdirməkdir. İlk növbədə süründürməçilik, bürokratizm əngəllərinin

aradan qaldırılması sahibkarlar üçün əlverişli şərait yaradır.

Dövlət qapalı müəssisələrin kənd təsərrüfatı məhsullarına olan

tələbatlarını yerli sahibkarların istehsal etdikləri məhsullarla ödəmək

yolu ilə bəzi vacib məhsulların istehsalını tənzimləyə bilər. Bəzi

rayonların inkişafını təmin etmək üçün dövlət onlara himayədarlıq

etməlidir. Məskunlaşma problemi mövcuddur. Dövlət bəzən regional

siyasət yeritməlidir, həmin rayonların inkişafına maliyyə, kredit

resursları da ayırmalıdır.

Bu gün sahibkarların təkcə dövlətlə deyil, özlərinin də müxtəlif

daxili problemləri mövcuddur. Sahibkarlığın ərazi yerləşməsi

qənaətbəxş deyil. Bu gün respublikada əsas sahibkarlar Bakı-Abşeron

iqtisadi zonasında yerləşir. Baxmayaraq ki, rayonlarımızda resurs

təminatı, coğrafi mövqe, hava şəraiti - bütün bunların hamısı, ətbəttə,

sahibkarlığın inkişafı üçün, regional problemlərin, regional məsələlərin

həlli üçün əhəmiyyətlidir. İkinci problem sahibkarlığın sahə quruluşu

məsələsidir. İlk illərdə sahibkarlığın inkişafı üçün bu lazım idi. Ancaq

necə inkişaf etsin, - indi artıq bu məsələ ortaya çıxır. Sahibkarlıq

problemlərinin inkişaf istiqamətləri öz mahiyyət etibarı ilə bilavasitə

müəyyən mənada keyfiyyət dəyişikliyidir. Yəni sahibkarlığın mövcud

vəziyyəti dövləti maraqlandırır və onun inkişafının qarşısını alan

maneələrin götürülməsi daha çox əməli xarakter daşıyır. Əvvəllər

istehsal xarakterli sahibkarlıq çox az inkişaf etmişdi, indi isə istehsal

xarakterli sahibkarlığı inkişaf etdirmək imkanları daha çoxdur. Bu,

mütərəqqi meyldir. İlk dövrlərdə sahibkarlığın əsas sahələri ticarət,

məişət, mənzil-kommunal təsərrüfatı və ya otel təsərrüfatı idi və bu da

təbiidir: çünki o vaxtlar bu sahələrə daha çox sahibkarlar axaşıb gəlirdi,

buna

-498

Page 499: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istənilən qədər tələbat var idi. İkinci tərəfdən isə kapital yox idi, yerli

sahibkarlıq inkişaf etməmişdi. İndi isə artıq Azərbaycanın özünün

sahibkarları formalaşmağa başlamışdır. Bu sahədə də işi bilən, bacarığı

olan insanlar var. Buna görə də xarici sahibkarlarla daxili sahibkarlar

arasında istər-istəməz rəqabət olmalıdır. Bunları isə bazar tənzimləyir.

Bəzi müxalifət qüvvələri deyir ki, sahibkarlar Azərbaycandan çıxıb

gedir. Bu təbii bir prosesdir. Xırda sahibkarlar birləşir, rəqabət mühiti

yaradır və əlbəttə, yeni şəraitdə yerli sahibkarlar istehsalın davamlılığını

artırmaq baxımından daha dözümlü olurlar, onlar üçün iqtisadi şərait

daha sərfəlidir. Ona görə də rəqabət mühiti xarici sahibkarın daha münbit

şərait tapmaq ümidi ilə başqa ölkələrə getməsinə səbəb olur. Ancaq

ayrı-ayrı sahibkarların getməsi o demək deyil ki, bütövlükdə

Azərbaycana investisiya axınının azalması prosesi gedir. Tədqiqatlar

göstərir ki, dinamika artımla müşahidə olunur. Üstəlik, Azərbaycanda

xarici investisiya qoyuluşu azalmayıb, investisiya qoyuluşunun

strukturunda böyük keyfiyyət dəyişiklikləri baş verib. Qabaqlar ancaq

70-80% neft sektoruna investisiya qoyulmuşdursa, indi artıq onun payı

50%-ə düşür. Qeyri-neft sektoruna investisiya artıbdır. İndi istehsal

xarakterli investisiyalar qoyulur. Bu kimi mütərəqqi meyllər son beş il

müddətində baş vermişdir və bunların hamısının gələcəkdə daha da

inkişaf etdirilməsi məsələsi, əlbəttə, hər bir sahibkarı da maraqlandırır və

dövlətin də iqtisadi siyasətinin əsasıdır.

Sahibkarlığın özünün inkişafında bazar seqmenti - yəni bazarın

tələbatına uyğun olaraq sahibkarlıq fəaliyyətinin özünün strukturunda

dəyişiklik etmək çox vacibdir. Bu da təkcə dövlətdən asılı deyil,

sahibkarlığın öz fəaliyyətindən də asılıdır. Ona görə sahibkarlar arasında

müəyyən mənada məsləhət xidmətlərinin olması lazımdır. Sahibkarlıqda

kadr hazırlığı, risk məsələsi nəzərə alınmalıdır. Sahibkarlığın özü,

ümumiyyətlə, riskdir. Kapitalı hər hansı bir məhsulun istehsalına

buraxırsa, onun texnologiyasını alırsa, bu, innovasiya məsələsidir,

innovasiya ilə elmi-texniki tərəqqi ilə əlaqədardır. Elmi-texniki

-499-

Page 500: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tərəqqini bilməyən, onun proqnozunu verməyən, perspektivini

gözləməyən, bazarın inkişafını qiymətləndirməyən sahibkar rəqabətə

dözə bilməyəcəkdir. Bunu tənzimləmək lazımdır. Bunun üçün isə

sahibkarların ümumi birliklərinin yaradılması zəruridir. Bu təsərrüfat

əlaqələrini təkmilləşdirmək məsələsidir, bunun üçün isə maraqlar gərək

yeni ola. Sahibkarlar müxtəlif olsa da onların təsərrüfat fəaliyyəti

bir-birindən köklü surətdə asılıdır. Biri məhsul verir, o biri xammal alır,

başqa birisi ilə satır. Bunların fəaliyyətlərinin kompleks şəklində

birləşməsi iqtisadi cəhətdən ən səmərəli metod olardı.

Qanunvericilik bütölükdə iqtisadiyyatın idarə olunmasının,

tənzimlənməsinin, cəmiyyətin inkişafının əsas meyarıdır. Ən demokratik

baza iqtisadiyyatlı ölkələrdə əsas prinsiplər ondan ibarətdir ki,

qanunvericilik ali qanun olmalıdır. Qanunlara düzgün əməl edilməsi

korrupsiyanın da, rüşvətxorluğun da, bürokratizmin də qarşısını alır.

Buna görə də qanunlar işlənməlidir. Qanunlarda boşluq az olmalıdır.

Qanunlar bu günkü obyektiv şəraiti qiymətləndirmək və elə bir

dəyişiklik etmək qabiliyyətinə malik olmalıdır ki, daha yaxşı səviyyəyə

gətirsin. Ancaq, əlbəttə, bunu açıq demək lazımdır ki, qanunvericilikdə

sahə, ərazi mənafeləri mövcuddur. Müxtəlif sahələrin hər biri çalışır ki,

özlərinin mənafelərini təmin etsinlər. Ona görə də qanunvericiliyin

məqsədi o olmalıdır ki, sahələrin mənafelərinə imkan yaranmasın,

əhalinin ümumi mənafeyi əsas götürülsün. Əsas etibari ilə Azərbaycanın

iqtisadi müstəqilliyini, təhlükəsizliyini, əhalinin həyat səviyyəsini təmin

etsin. Əhalinin həyat səviyyəsini yüksəltməyən hər hansı bir tədbir son

nəticədə səmərəli tədbir sayıla bilməz. Səmərəlilik bununla ölçülməlidir,

biz çalışırıq ki, qanunvericiliyin təkmilləşməsi bu istiqamətdə olsun.

Əgər haradasa qanunvericilikdə boşluq varsa, müvafiq icra orqanları, o

cümlədən də sahələr öz mənafeləri üçün ondan istifadə edirlər. Bunun

üçün qanunların real şəraitə uyğunluğunu bilmək lazımdır. Həm

qanunverici orqan olan Milli Məclisin şöbələri, həm də deputatları

qanunun tərtibində, həyata keçirilməsində real həyatı qiymətləndirmək

bacarığına malik

500

Page 501: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

olmalıdırlar, onun tətbiqi nəticəsində baş verəcək hadisələri qabaqcadan

görməlidirlər, ölçüb-biçməlidirlər. Əgər bunun verdiyi nəticə çox

müsbətdirsə, onda bu qanunu qəbul etmək olar. Amma elə qanunlar da

vardır ki, biz onları qəbul edirik, ancaq reallaşmırlar. Bu, artıq

qanunvericiliyin səhvi deyil, bilavasitə müəyyən mənada müvafiq icra

orqanlarının işidir. Ola bilsin ki, müvafiq icra orqanları desin ki, bu

qanun işləmir. İcra orqanlarının təşəbbüsü ilə bu qanunda dəyişikliklər

ola bilər. Sahibkarlığın inkişafına dair bir sıra qanunlar var. Sahibkarlıq

haqqında, dövlətin sahibkarlığa köməyi haqqında, ayrı-ayrı sahə

qanunları, demək olar ki, sahə qanunlarının çoxunda mülkiyyət

formasından söhbət gedir və bütövlükdə mülkiyyət forması vurğulanır.

Sahibkarlıqda lisenziya fəaliyyəti doğrudan da sadələşməlidir.

Ancaq məsələ var ki, hər hansı bir sahibkarın biznes planı, fəaliyyətinin

əsas məqsədləri çərçivəsində görülən işlərin marketinq planı, məhsulun

çeşidi olmalıdır ki, dövlət həmin plan əsasında ona uyğun olaraq

lisenziya versin.

İstehsal olunacaq məhsulun çeşidinin, keyfiyyətinin zərərli

cəhətləri olmamalıdır, Azərbaycan tələbatına uyğun olmalıdır.

Hazırlanmış sənədlərlə həm keyfiyyət, həm respublikadakı

tələbatın ödənilməsi baxımından uzlaşan məsələlər qoyulmalıdır və elmi

cəhətdən əsaslandırılmalıdır. Həm lisenziya verən, həm də müəssisə və

ya sahibkarın mənafeləri optimal surətdə bir-biri ilə əlaqələndirilməlidir.

Sahibkarlığın inkişafında ən mühüm məsələlərdən biri vergi və

gömrük məsələsidir. Məhsul xaricdən gəlirsə, vergi verilməlidir.

İdxal-ixrac siyasəti var. Yeni sahibkarlar deyirlər ki, bəzi məhsullar

xaricdən gəlməsin. Nəzəri cəhətdən götürsək, gömrük rüsumunu

artırmaqla, müəyyən məhsulların (tərəvəzin, meyvənin və s.) xaricdən

gətirilməsini tənzimləmək olar. Həmin məhsulların respublikada

istehsalına rüsumların qoyulması qaydaları ilə stimul yaratmaq olar.

Əgər yerli məhsulun qiyməti aşağı düşmürsə, xaricdən məhsul da

gəlmirsə, onda inhisarlar meydana gəlir. Bu isə qorxulu haldır. Biz də

çalışmalıyıq ki.

-501 -

Page 502: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

inhisarlar meydana gəlməsin, sahibkarlar arasında rəqabəı mühiti olsun.

Xarici ölkələrdən gələn məhsullar müəyyən mənada rəqabəti

tənzimləyir. Əgər xaricdən keyfiyyətli məhsul gətirilirsə, niyə buna

imkan verilməsin? Öz sahibkarlarımız qiyməti aşağı sala bilmirsə, onda

əhalimiz əziyyət çəkir. Gətirilən məhsullar yüksək keyfıyyətlidirsə,

vergidən qaçmırsa, halal yolla gətirilirsə, yerli məhsulla rəqabətə girirsə,

qiyməti aşağı salırsa, bu, əhalinin həyat səviyyəsinə təsir edir. Bu

istehlakçının hüquqlarını qorumaq deməkdir. Bunu etmək olar. Ona görə

də bəzi məhsullarla bağlı bu cür siyasət aparmaq lazımdır.

Vergi siyasətinə gəldikdə isə, vergi boşluqları meydanı vardır.

Əvvəllər vergi haqqında ayrı-ayrı qanunlar var idisə, indi bunların

hamısı Vergi Məcəlləsində birləşdirilib və müəyyən mənada bu sistemi

həyata keçirir. Ancaq vergi dərəcələrini bir şərtlə salmaq lazımdır ki,

dövlət büdcəsinin gəlirlər hissəsi azalmasın.

Təhsildə, səhiyyədə, mədəniyyət sahəsində əmək haqqı artmalıdır.

Əmək haqqının artırılması üçün dövlət büdcəsi dolmalıdır. Dövlət

büdcəsinin dolması üçün daxili məhsul artmalıdır. Ümumi daxili məhsul

verginin dərəcəsini aşağı salaraq, vergiyə cəlb olunmaq imkanlarını

artırmalıdır. Onda həm büdcə dolacaq, həm də həmin tədbirləri həyata

keçirmək mümkün olacaqdır.

Azərbaycanda vergidən yayınma halları həll edilsə, büdcənin

formalaşmasında problem yaranmaz. Bunu inzibati yolla etmək mümkün

deyil. Xalqın arasında təbliğat işi aparılmalıdır. Sahibkar bilməlidir ki,

istehsal edirsə, mənfəət qazanırsa, vergisini verməlidir. Vergi Məcəlləsi

prosesləri gərək elə tənzimlənsin ki, sahibkarın vergidən yayınması

mümkün olmasın. Azərbaycanda kənd təsərrüfatında 9 vergidən biri

istifadə olunur. Düzdür, bizim iqtisadi strategiyamız belədir ki, indi

güzəştlərdən qaçırıq. Bunu beynəlxalq qurumlar da tələb edir. Güzəşt bir

növ ələbaxımhlığa gətirib çıxarır və stimul yaratmır. Ancaq elə əhali

qrupları var ki, onlar mütləq güzəştlər, sosial yardımlar almalıdırlar.

502-

Page 503: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sahibkarlıqla bağlı mühüm məsələlərdən biri də kredit

funksiyalarının həyata keçirilməsidir. Son illərdə kredit sahəsində

mütərəqqi dəyişikliklər baş vermişdir. Xariei ölkələrdən olan kreditlər,

Azərbaycan Milli Bankı tərəfindən daxili resursların kreditlər kimi

istifadəsi praktikası mövcuddur, özəl kommersiya bankları da kreditlər

verir. Kasıbçılıq problemlərinin həlli üçün kreditlər ayrılır, büdcə

kəsirinin azalması üçün respublikamızda Dünya Bankından verilən

vəsait kredit kimi istifadə olunur. Hesab edirik ki, kredit verilməsində

güzəştli kreditlərin rolu artmalıdır. Kənd yerlərində, dağ rayonlarında

məskunluğun təmin edilməsi, iş yerlərinin açılması üçün qısamüddətli

kreditlərin verilməsi mühüm məsələdir. Son illərdə kreditin verilməsinə

böyük nəzarət var. Kreditin verilməsi üçün girov tələb olunur. Girovun

özünün də mexanizmi müəyyən qədər sadələşməlidir. Kənd yerlərində

adicə fermer təsərüfatına beş-altı baş inək almaq üçün qısamüddətli

kreditlərin verilməsi lazımdır. Bu kreditlər bir-iki il ərzində qaytarılır.

Bunun üçün isə daxili resurslardan istifadə olunmalıdır.

Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti imkan yaradır ki,

sahibkarlıq daha çox inkişaf etsin. Ancaq birinci növbədə ölkəmizdə

yaradılan, qazanılan pulun xaricə axınının qarşısı alınmalıdır. Özü də bu

inzibati yolla yox, yalnız sahibkarlığın inkişafı, aşkarlığın, şəffaflığın

nəticəsində edilməlidir. Səhmdar cəmiyyətinin özünün nə qədər gəlirləri,

xərcləri olduğu barədə hesabat qəzetlərdə dərc edilməlidir. Fiziki və

hüquqi şəxslərin gəlirlərinin deklarasiyası olmalıdır.

Gəlirlərin-deklarasiyası olsa, ümumiyyətlə, vergidən yayınma halları

olmayacaqdır. Nə qədər imkan var, aşkarlıq şəraitində milyonların

iqtisadi dövriyyəyə cəlbi sürətlənməlidir. Bunun qarşısı alınmamalıdır,

buna heç bir məneə olmamalıdır. Lakin o pullar xaricə ötürülürsə, qarşısı

alınmalıdır, bunun üçün isə imkanlı adamların hamısına amnistiya

verilməlidir: kimin nəyi varsa, elan etsin, onu Azərbaycanın

iqtisadiyyatına qoysun. Çünki həmin o imkanlı adamlar öz pullarını

xarici banklara qoyub, bir-iki faiz gəlir əldə edirlərsə, o əcnəbi banklar da

həmin vəsaiti respublikamıza

-503-

Page 504: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

verərək, daha böyük mənfəət əldə edirlər. Halbuki həmin vəsait hesabına

respublikamızda yeni istehsal sahələri yaratmaqla, daha çox qazanc

götürmək olar. Məhz bu baxımdan ölkəmizdə sahibkarlığın inkişafı üçün

hər cür şərait yaradılmalıdır.

Yerli və xarici iş adamları ilə ölkə sahibkarları arasında əlaqələr

bir daha iqtisadi potensialı artırır.

Regional sosial-iqtisadi inkişafın surəthndirilməsi

vo sahibkarlığın inkişafı

Regional bazarla sahibkarlığın təşkili və idarə olunması bir- birini

tamamlayan eyni medalın iki üzüdür. Regional bazarın formalaşma

dinamikası onu təşkil edən strukturun dəyişmə meylləri ilə tənzimlənir

və sahibkarlığın, məşğulluğun perspektivdə, onun sahə quruluşunu və

marketinq strukturunu müəyyən edir. Regional bazarın qorunması, onun

təkmilləşdirilməsi bir sıra təşkilati-idarəetmə tədbirlərin, əhalinin,

istehsal və xidmət sahələrinin resurs tələbatından, habelə icranın

strukturundan asılıdır. Əgər əhali tələbatı nəzərdə tutulursa o istehlak və

istehsal tələbatları üzrə və regionda əmtəə və xidmət istehsalı üzrə

proqnozlaşdırma və onun təmin olunması üçün istehsala və is- tehlaka

təsir edən istehsal, bölgü, maliyyə resurslarının əsaslandırılması

vacibdir. Regional bazarın təkmilləşdirilməsində regional tələbatın

qiymətləndirilməsi metodologiyası təkmilləşdirilmişdir.

Bazarın təkmilləşdirilməsi bir başa təsir metodları ilə sıx, dolayısı

sahibkarlığa təsir və istehsala stimul yaratmaqla şəraitin yaradılması

deməkdir. Bu məqsədlə regional iqtisadi və sosial inkişafda prioritetlər

əsaslandırılır. Prioritetlərin regional məqsədi və onun resurs təminatı

əsaslandırılır. Prioritetlər əhalinin tələbatının ödənilmə dərəcəsinin

maksimumlaşdırılması, hər hansı məhsula olan tələbatı üçün

sahibkarlığın inkişafı istiqamətlərinin müəyyən edilməsi və ixracat

yönlü ayrı-ayrı müəssisələrin stimulaşdırılması üzrə layihələşdirilir.

Tələbatın ödəniliməsi dərəcəsinin maksimuma doğru inkişaf meylini

-504-

Page 505: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tənzimləmək üçün əhalinin alıcılıq qabiliyyətinə gəlirlərin formalaşması

mənbələrinə və dinamikasına şərait yaratmaqla baş verir. Bu da öz

növbəsində istehsal və xidmət sahələrinin inkişafı ilə yerli və dövlət

gəlirlərinin artımı ilə reallaşır. Digər tərəfdən bazarın təşkilində bir başa

resurs təminatının artımı ilə məqsəd resursllarm səmərəli istifadəsi yəni

bazarı olan sahələrin inkişafına yönəldilməsi ilə reallaşması daha

təminatlıdır.

Əhali gəlirlərinin öyrənilməsini həmin regionlarda fərdi istehsal

və hüquqi şəxs kimi, kollektiv təsərrüfatçılıq formalarının daha üstün

artması ilə təmin olunur. Azərbaycan regionlarında kənd təsərrüfatı

resurslarının özəlləşdirilməsi və torpaqda müxtəlif mülkiyyət

formalarının olması, gəlirlərin artmasında və onların məbləqlər üzrə

formalaşmasına təsir edir. Kənd təsərrüfatının fərdi istehlak məqsədi və

bazarda satış üçün yönəldilməsi həmin resursların istifadə

texnalogiyasmı müəyyən edir. Təbii ki, təkcə tələbatın çox olması real

sahibkarlıq və maddi nemətlər istehsalı üçün zəruri şərt olsada həlledici

şərait deyildir. Həlledici amil həmçinin istehsalın resurs təminatı və onun

maliyyə və maddi imkanlarını təşkil edir. Maddi imkanın və pul

gəlirlərinin istehsalyönlü xərclərə yönəldilməsi bazarın alıcılıq

qabiliyyətini artırır və istehsal bazar inkişafının formalaşmasına təsir

edir. Bu məqsədə əhalinin resursları ilə yanaşı dövlətin maliyyə-kredit

resursları dövriyyəyə cəlb olunmaqla tənzimləmə siyasəti həyata

keçirilir. Ona görə də sahibkarlığın region ərazisində inkişafını təmin

etmək üçün həmin regionun potensial imkanlarının istifadəsi üçün

maliyyə imkanlarını artırmaq istehsal inkişafına təkan verir. Regional

bazarın təkmilləşdirilməsində istehlak siqmentlərinin tənzimlənməsi

xüsusi əhəmiyyət kəsb edir. İstehlak siqmentlərinin ərzaq, qeyri ərzaq,

tikinti, tibbi və digər sahələr üzrə funksional təyinatı, həmin regionun

təyinatına quruluşuna uyğun proqramlar üzrə baş verə bilər. Ərzağa olan

yerli tələbatı ödəmək üçün həmin ərzağın resurs imkanlarını və

texnalogiyasmı proqnozlaşdırmaqla sahə proqramları tərtib olunur. Belə

ki, bu proqramların hər biri resurs təminatı variantı müxtəlif iqtisadi

effektə gətirib çıxarır ki, bu da resursların

-505

Page 506: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tənzimlənməsi istiqamətini, həmçinin dövlətin maliyyə kredit ayırmalarının perspektivini müəyyən edir.

İstehlak seqmentinin mövcud dinamikası və regionun əha-

lisinin alıcılıq qabiliyyəti, gəlirləri, tələbat və bazar resursları

təkliflərlə tarazlaşaraq formalaşır və inkişaf edir. Əhali qrupları

proqnozu əhalinin məskunlaşması, demoqrafik artımını stimul-

laşdırılması və həmçinin regionun coğrafı-iqlim mühiti ilə müəy-

yənləşir. Əhali sosial iqtisadi qrupları onun təhsil, məşğuliyyət və

yaşamäq mənbəələrinə görə qruplara bölünməsi ilə səciyyələnir.

Əhalinin sosial şəraiti son nəticədə ailənin və fərqlərinin

alıcılıq qabiliyyətində formalaşan dinamikasını müəyyən edir.

Əhali qruplarına görə istehlak seqmentlərinin differensasiyasma

təbii ki, demoqrafik dəyişməsində baş verən kəmiyyətləri ayrı-

ayrı istehlak növləri üzrə qruplaşmaya gətirib çıxarmasıdır.

İstehlak seqmentinin əhalinin yaş, cins, məşğuliyyəti və təhsil

səviyyəsindən asılılığı ilə müəyyən olunur. AUc^

Kji=- AD..

Burada, i - demoqrafik dəyişmənin qrupunda, j- istehlak növünə

təsirinin güc əmsalıdır.

Əhalinin miqrasiyası, təbii artım hər hansı əmək tutumlu istehsal

və yaxud xidmət sahəsinin regionda yerləşməsinin həmin regionun bazar

strukturunun təsərrüfat obyektləri və əhalinin yaşayışı üçün lazım olan

maddi nemətləri və xidmətlərin marketinq strukturuna və sosial

infrastruktur obyektlərinin inkişafına təsir edir. Ona görə də əhalinin

məhz sosial iqtisadi amil olaraq bazar strukturu ilə əlaqəsi təbii ki, bazara

təsir etməklə

-506-

Page 507: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

tələbatın strukturunu nüfuz etmək daha əməlli və səmərəli ola bilir və

nəinki əhalinin formalaşmış istehlak davranışına, yaxud onların

perspektiv tələbatına nüfuz etməklə əhalinin regionlarda yaşaması,

tələbatı və inkişafı üçün yaradılan sosial infrast- rukturanm effektliyi

birbaşa və dolayı bazarın xidmət sferasının strukturunu formalaşdırım:

Regional bazarın formalaşdırılması, həmin regionların təbii

resurslarının ilk qüvvəsinin və coğrafi iqtisadi mövqeyinin formalaşması

dövriyyəyə cəlb olunması səmərəlilik variantları ilə təmin olunur.

Təbii resursların yerləşməsi regionda istehsal strukturunu, yaxud

investisiya axınını və ixracat üçün istehsal olunan məhsulların

miqdarının çeşidini təkmilləşdirir. Təbii resurslar həmçinin xammal,

mineral resursların bilavasitə ixracatına təsir etməklə, regiona gətirilən

valyutanı artırır. Məhz təbii resurslardan, yeraltı sərvətlərin kəşfiyyatı

istehsalı, əməktutumlu və kapitaltutumlu sahə kimi investisiya

gətirilməsinə imkan yaradır. Bu məqsədlə həmin təbii sərvətlərin bazarı

artıq region çərçivəsindən çıxıb, dünya ölkələri çərçivəsinə

miqrasiyasına nüfuz edir. Respublikanın təbii sərvətlərinin region

quruluşu müxtəlif dərinliklə onların emalı həmin regionların məhsuldar

qüvvələrin inkişaf strukturunu müəyyən edir. Təbii resurslardan

istifadəsinin tikinti kompleksinin inkişafı ən əlverişli sahədir. Təbii

resursların istifadə yolu ilə bazar mühütinə təsir edən həm yeni iş

yerlərinin açılmasına səbəb olur, həmçinin əmtəə və xidmət bazarının

ayrı-ayrı istehlak malları ilə zənginliyini təmin edir. Belə ki, təbii tikinti

resurslarının, ucuz iş qüvvəsinin, su ehtiyatlarının, otlar və dağların sərin

havası istehsal və məskunlaşma üçün şəraitin olması iqtisadi effektə təsir

edir, xüsusi səmərəlilik göstəricilərini formalaşdırır və sahibkarlığın

məqsədlərində prioritetliyi müəyyən edir. Məhz yerli istehsal

proqramları təbii yerli resursların hesabına ucuz əmtəə və xidmət

istehsalına səbəb olur ki, bu da renta gəlirləri yaradır. Fikrimizcə, həmin

renta gəlirlərinin məhz regionun yerli büdcəsində toplanması və onların

istifadəsinə nəzarət etməklə

-507

Page 508: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təkrar istehsalın təmin olunması bilavasitə regionda bazarın təşəkkülünü

əsas mənbə və istiqamətləri olaraq idarə olunur. Təbii resursları

özlüyündə bir fəaliyyət dairəsi olub, regionun imkanları hesabına

yaranan yeni dəyərin istifadəsinə səbəb ola bilər, həmçinin maliyyə

mənbələri kimi digər istehsal və xidmət sahələrinin inkişafına

yönəldilməsi baş verir. Bu da öz növbəsində regionda mültiplikasiyah

səmərənin yaranması üçün ən əlverişli bir metod, istiqamət olmaqla

qəbul olunmalıdır. Bu baxımdan regionlar öz biznes və sahibkarlığını

inkişaf etdirmək üçün perspektiv istifadə edir, reallaşması üçün lazım

olan cari xərcləri təmin etmək məqsədilə kredit almaq yolları və onların

istifadəsinin struktur planını hazırlamalıdır. Uzun müddətli kredit

şərtləri, onların qaytarılması, məhz regionun sosial-iqisadi inkişafınının

bütün sahələri üzrə mərkəzləşdirilməsi, ərazi inkişaf fondları hesabına

öyrənilməsi öhdəlikləri ilə təmin olunmalıdır. Sahibkarlığın yerli, təbii,

coğrafi inkişafı, onların istifadəsi üçün yaradılan iqtisadi təşkilati

təsərrüfatçılıq fəaliyyəti və nəhayət bazarın təşkili və onun perspektivi

problemL .nin regional sosial-iqtisadi inkişaf mövqeyindən əlaqəli elmi

təsviri və fəaliyyət modeli, bazarın təşkilati-iqtisadi idarəetmə

strukturudur. Fikrimizcə, regional bazarın sahibkarlıq ilə əlaqəsinin

tənzimlənməsi aşağıdakı problemlər üzrə reallaşır:

1. Sahibkarlığın dinamikası, ərazi sahə quruluşu, təşkilati

idarəetmə səmərəliliyi mövqeyindən inkişafı.

2. Sahibkarlığın region və ölkə inkişafında rolunu nəzərə

almaqla onun prioritet istiqamətlərinin əsaslandırılması və dinamikası

texnoloji və istehlak seqmentləri üzrə təsnifləşdirilməsi.

3. Sahibkarlığın inkişafında kompleks amillər ■'l^ə me-

xanizmlər: dövlət- sahibkarlıq arasında münasibətlər, dövlətin

sahibkarlığa köməyi, sahibkarlığın infrastrukturu, sahibkarlığın özünün

vəzifələri, sahibkarlığın təşkilati-idarəetmə strukturu

təkmilləşdirilməlidir.

Regional bazarın təkmilləşdirilməsi mexanizmləri, istehsal və

təbii coğrafi mühüti nəzərə atmaqla aparılan təşkilati, iqtisadi idarəetmə

aspektləri ilə yanaşı əhalinin iqtisadi durumuna və

508

Page 509: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

onların istehlak davranışına təsir etməklə, əldə edilən nəticələr üzrə

reallaşır. Əhali tərkibi, onun məşğulluğu əhali gəlirlərinin həcmini və

onların formalaşması mənbələri üzrə dinamikasını və istehlakım

müəyyən edir. Əhali gəlirlərinin mənbələr üzrə formalaşması

dinamikası, əmək haqqının sahibkarlığın hərəkətinin transfert

gəlirlərinin regionda bazarın strukuruna və alıcılıq qabiliyyətinə təsirini

və əsas istiqamətlərini formalaşdırır. Əhali gəlirlərinin qruplar üzrə

differensiallaşması təbü^ki, bazarın mal strukturunun, onun marketinq

quruluşunu və alıcılıq qabiliyyətini formalaşdırır. Beləliklə, bazarın

əmtəə və xidmətlər gəlirinin ümumi həcmi həmin regionda əhali

gəlirləri, onların real xərcləri və həmin regionun ixracatı gücü ilə

tarazlaşır. Nəticədə, regionun tədiyyə balansı və əmtəə mal təklifi

arasında əhalinin gəlir və xərclərinin balansı formalaşır. İndiki mülkiyyət

münasibətləri, sosialyönlü iqtisadi yanaşma, hər bir regionun ərazisində

bazarın təkmilləşdirilməsi meyarları və mexanizmi kimi qəbul edilir.

ƏH, + Tpi + CKi == ƏZj + QƏZk + DMHj + X

J

Burada, ƏHi -əhali qrupunun əmək haqqı;

TPi - dövlət büdcəsi sosial müdafiə fondundan transfert

xərcləri

Əhali gəlirlərinin bilavasitə bazar tələbatına təsiri onun

differensasiyası ilə müəyyən olunur. Hər bir regionda əmək haqqının

səviyyəsi, mülkiyyət münasibətlərindən asılı olmayaraq istehsal olunan

məhsulların və xidmət sferasının baza tələbatına uyğun istehsal həcmi və

onun ahəngdarlığı ilə tənzimlənir.

Reallaşan xidmət və məhsul istehsalı, təkrar istehsal üçün

regionun inkişafına, onun maddi və insan amillərinə təsir edir. Həmçinin

gəlirlərin dövlətlərlə sahibkarlar arasında bölgü və yenidən bölgüsü, təbii

ki. istehsalın stimullaşdırılmasma və yeni iş yerlərinin açılmasında

kapital əsaslı yer tutur. Əhali gəlirlərinin xarakteri və məzmunu, dövlət

büdcəsinin və yerli gəlirlərinin bazar təlabatmm tənzimlənməsində

rolunu artırır.

509

Page 510: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Yerli büdcənin formalaşması məhz belədiyyələrin bazar təklifinin

formalaşması və əhalinin sosial ehtiyaclarının ödənilməsi üçün şərait

yaradılmaqla başlayır.

Bələdiyyə mülkiyyətinin və xüsusi mülkiyyət formalarının

qanunlarının istifadəsinin səmərəli təşkili, son nəticədə yerli bazarın

tələbata uyğun inkişafında rol oynayır. Bu baxımdan, ərazilərdə

mülkiyyət münasibətlərindən asılı olmayaraq dövlət gəlirlərinin

formalaşdırılmasma cəlb olunan vergi bazasının təkmilləşdirilməsi,

həmin regionun yerli gəlirlərini artırır. Yerli gəlirlərin təbii ki, artımı

həmin ərazinin təsərrüfat formalarının, hüquqi və fiziki şəxslərin yerli

büdcəyə ödəmələrinin məbləğindən və onun dinamikasından asılı olaraq

formalaşır. Yerli gəlirlərin stimullaşdırılması, həmin regionda yığılan

vergilərin yerli xərclər üçün istifadəsi yolları ilə mümkündür. Yerli

xərclərin artımı həmin ərazidə olan pul kütləsinin miqdarı əhali və

hüquqi şəxslərin istehsal və istehlak imkanları ilə ölçülür. Regionun

coğrafi-iqtisadi mövqeyi və əhalinin alıcılıq qabiliyyəti regiona gətirilən

idxal məhsulları və ixrac gücü, həmçinin əhalinin regiona başqa

regionlardan gətirildiyi pulun və əmtəələrin miqdarı ilə tarazlaşır.

İstehlak davranışı yuxarıda təhlil olunan amillərin qarşılıqlı təsiri

ilə formalaşır və inkişaf edir. İstehsal davranışına regionda əmtəə və

xidmət seçimini onun marketinq strukturunu müəyyənləşdirir. Məhz

marketinqin təşkili kompleks yanaşma üsulu ilə ona təsir edən amillərin

ölçülməsi ilə yanaşı həmçinin marketinq texnologiyasının

proqnozlaşdırılması üsulları ilə həyata keçirilir. İstehsal seqmentində

dəyişmələr əhalinin alıcılıq qabiliyyətində dəyişmələrin istehlak

davranışına təsir gücü ilə müəyyən olunur. İstehlak davranışında istehlak

seqmentlərinin daima halına qalmasının elastiklik həddi müəyyən edilir.

İstehlak normasının qərarlaşması mərhələsində əhalinin alıcılıq

qabiliyyəti digər istehlak seqmentlərinə təsir edir. İstehlak seqmenti

həmçinin bazardan texniki və xidmət sferası kimi təkmilləş-

dirilməsindən xeyli asılıdır. Kompleks tədqiqat və proqnozlaşdırma

bazarın təşkilinin metodoloji əsaslarını təşkil edir.

510

Page 511: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istehsal, bölgü, məşğuliyyət və əhalinin həyat səviyyəsinin ərazi

müstəvisində qarşılıqlı əlaqəsini təmin etmək idarəetmənin regional

problemlərinin həlli ilə mümkün olur. İstehsal aspektində yanaşmada

bazar tələbinə uyğun təşkil olunduqda, səmərəli regional-iqtisadi və

sosial inkişaf problemləri həll olunur. İstehsal prosesləri regionda

sahibkarlıq şəraitinin fərdi isteh- lakda yaradılmasının mühüm və

həmçinin dövlətin mexanizmlərinin bazarın səmərəliliyinin artırılması

üçün təşkili ilə reallaşır.

Sahibkarlığın region bazarına uyğun təşkili qaydaları və

mexanizmləri ümumiləşdirməklə regionun inkişaf konsepsiyasını tərtib

etmək üçün əsas verir.

Sahibkarlığa üç əsas müstəvidən yanaşmanın tərəfdarıyam:

1. Sahibkarlıq iqtisadi obyekt və təsərrüfat fəaliyyətidir.

2. Sahibkarlıq sosial rifahın formalaşması və artımı amilidir.

3. Sahibkarlıq makro və mikrosəviyyəli idarəetmə və struktur

dəyişmə amilidir.

Birinci müstəvidə əsas vektorlar və son nəticə sahibkarlığın

iqtisadi artımda rolu, iqtisadi potensial dövriyyəsində xüsusi çəkisi,

mülkiyyət formasından asılı olmayaraq sahibkarlığın təşkili və idarə

olunmasında və səmərəliliyin təşkilində bazar dinamikasına uyğun hər

hansı əmtəə və xidmət fəaliyyətinin nəticəsidir.

İkinci müstəvidə, sahibkarlıq dövlət gəlirlərinin və əhali

gəlirlərinin sosial müdafiə problemlərinin,, həmçinin onun isteh- lak

bazarının marketinq strukturunun və təhlükəsizliyinin struktur təminatı

və sistem təşkili rolunu yaratmaqdan ibarətdir. Sahibkarlığın sosial

təminatı və məqsədləri məhz sosial prioritetlərin həlli üçün vasitə kimi

baxılır. O cümlədən, əhalinin gəlirlərinin formalaşması, dinamikası və

alıcılıq qabiliyyətinə uyğun sahibkarlığın əsas forma və

istiqamətlərindən söhbət gedir. Sahibkarlığın dinamikasında baş verən

struktur dəyişmələri ilə yanaşı əmək haqqı, pensiya təminatı, pensiya

islahatları, sosial

-511 -

Page 512: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

sığorta, sosial müdafiənin formalaşması inkişafında sahibkarların

gəlirlərinin bölgüsü və yenidən bölgüsü əsas rol oynayır.

Üçüncü müstəvidə sahibkarlığa təşkilati iqtisadi idarəetmə

strukturu kimi baxılır. Sahibkarlığın təşkilati-iqtisadi idarəetmə

aspektləri müəyyən olunur. O cümlədən, regional sahibkarlığın və sahə

strukturunun təkmilləşdirilməsi istiqamətləri verilir.

İdarəetmə aspektində sahibkarlığın təsərrüfat əlaqələri,

menecment idarəçiliyi, marketinq fəaliyyəti və sahibkarlıq strukturu ilə

istehlak seqmentləri arasında qarşılıqlı əlaqə. Bu aspektdən sahibkarlıq

fəaliyyətinin tənzimlənməsində resursların istifadə variantları, müəssisə

daxili stimullaşdırma sistemi əsas rol oynayır.

Hər üç müstəvi yanaşmasında çarpaz momentlər qarşılıqlı əlaqədə

düz və əks rabitə yolu ilə sahibkarlığın əsas aspektlərini sistemli

öyrənməyə imkan verir. Sahibkarlığın inkişafının regional bazardan asılı

inkişaf meylləri həmin bazarın istehlak seqmentləri və ixracatın əmtəə

strukturu ilə müəyyənləşir.

Regionda əmək ehtiyatları, təbii resurslar, əmək ehtyiatları ilə iş

yerləri arasında nisbətlərin tarazlı inkişaf meyli təmin olunmadıqda

əhalinin əmək qabiliyyətində olan hissəsinin miqrasiyası baş verir.

Miqrasiya problemi əmək və istehlak bazarında bütün tarazlığın

pozulmasına gətirib çıxarır. İş yerləri təmin olunmayan şəraitdə istehsal

seqmentinə nisbətən istehlak seqmenti artır. Daha çox region istehlak

məkanına çevrilir. Regionda pulun mərkəzə istehsal yerlərinə axını baş

verir. Müəssisə və sahibkarlıq fəaliyyəti üçün pulun qıtlığı baş verir.

Digər meyllər region bazarının quruluşunda idxalın payının üstün

artmasına gətirib çıxarır. İdxalın xüsusi çəkisi bazarın marketinq

strukturunda keyfiyyətsiz olan ərzağın və resursların artması ilə

nəticələnir. İstehlak bazarının xarici məhsullardan asılılığı, əhalinin

məşğulluğunda daha qabarıq özünü büruzə verir. Bu da regionun sosial

və iqtisadi inkişafında bazarın və sahibkarlığın rolunu azaldır.

Regionlarda sahibkarlığın stimullaşdırılması proqramı əsasında güzəştli

vergi, kredit kiçik sahibkarlığa kömək və yerli

-512-

Page 513: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi tədbirləri inkişaf

etdirilməlidir. Regionun sosial infrastrukturu, əmək bazarında və kredit

bazarında regionun resurslarının son məhsula çevrilməsi üçün texnoloji

qurğuların, emal sənayesinin və enerji, istilik təminatı yaxşılaşmalıdır.

Sahibkarlığın perspektivləri, kənd yerlərinin sosial-

iqtisadi inkişafı və təşkilati tədbirləri

Sahibkarlığın perspektivi bu günkü investisiya proqramları və

dövlət büdcəsinin, yerli büdcələrin sosial-iqtisadi inkişaf tədbirləri üçün

əməli ayırmaları və maliyyə yardımları ilə ölçülür. Davamlı inkişaf hər

bir müəssisənin iqtisadi potensialının rəqabət mühitində istifadə

perspektivindən, həmin resursların modernləşdirmə siyasətindən və

əhalinin kadr potensialı kimi səmərəli istifadə edilməsi tədbirləri ilə

ölçülür. İqtisadi təhlil, sosial qiymətləndirmə sahibkarlığın ümumi

problemləri ilə yanaşı konkret fəaliyyət dairələri və funksional, ünvanlı

məqsədlər üçün tənzimlənilmə tədbirlərinin seçilib istifadəsi səmərəsi ilə

ölçülür. Respublikada neft sektorunun inkişafı, onun digər sahələrin

inkişafına təsiri meyarı və digər sahələrin perspektiv inkişafı yolu ilə

tarazlı siyasətin həyata keçirilməsi mümkündür. İlkin növbədə dövlət

büdcəsinin məhz sahibkarlığı stimullaşdırmaq istiqamətləri, kredit

güzəştləri və prioritet sahələrin inkişafına maliyyə, vergi, kredit yolu ilə

tənzimləmə siyasəti mövcud olmalıdır. Mülkiyyət münasibətləri

təkmilləşdikcə, sahibkarlığın nisbətləri dəyişir. Dövlət, bələdiyyə və

xüsusi mülkiyyət arasında sahibkarlığın yeni formaları, onların

kommersiya mənfəəti və həmçinin təsisçilərin və sahibkarların xüsusi

vəsaitləri hesabına stimullaşdırma istiqamətləri aparıcı rol oynayır.

Respublikada sahibkarlığın ərazi strukturunun təkmilləşməsi

istiqamətində daha çox iqtisadi regionlar, yaxud kənd və şəhər əhalisinin

tələbatını təmin edən istehsal və xidmət müəssisələrinin inkişafı

zəruridir. Regionlarda əhalinin yarısının məskunlaşması təbii sərvətlərin

sərhədyanı coğrafi mövqelərin.

-513-

Page 514: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təbii su, daş, yol və həmçinin yerli əhalinin alıcılıq qabiliyyəti həmin

regionlarda sahə strukturu sahibkarlıq müəssisələrinin və yerli istehlak

yönlü və xarici vətəndaşlara xidmət edən infrastrukturların inkişafını

zəruriləşdirir. Respublikada sahibkarlıq ənənəsi, onun coğrafi mühiti və

əhalinin məşğul olduğu ənənəvi peşələrlə bağlıdır. Belə ki, sənətkarlıq,

tikinti, çörək sənayesi, emal müəssisələri, ticarət yerli sahibkarlıq

fəaliyyəti açmaqla yerli bazar tələbinə uyğun inkişaf edəcək. Digər

sahibkarlıq növü əhalinin tələbatına uyğun maddi nemətlər və əhalinin

turizm xidmətinə olan tələbatını ödəmək üçün inkişaf etməlidir.

Respublikada meşə, dağlar, su ehtiyatları, əhaliyə istirahət üçün turizmin

inkişafı mənbəyinə çevrilməlidir.

Respublikada turizmin inkişafı əlavə kapital tələb edir. Müasir

şəraitdə neft şirkətlərinin respublikada fəaliyyətinin uzunmüddətli

qalması şəraiti, məhz mərkəzləşdirilmiş gəlirlər hesabına bonuslar, təbii

ehtiyatlara vurulan zərəri, yaxud təbii resursların təkrar istehsalı üçün

lazım olan ödəmələri toplamaqla xüsusi təyinatlı fondlar yaratmaqla

regionların inkişafını təmin etmək mümkündür.

Kəndin sosial-iqtisadi inkişafı, kəndlərin əhalisinin sosial

ehtiyacları, məhz həmin resursların açıq bazar hərracları vəsitəsi ilə

satılması yolu ilə yox, onun mühafizəsi və təkrar istehsalına təminat

mexanizmləri vasitəsi ilə tənzimləmək daha səmərəli və perspektivdir.

Ərazilərin kompleks inkişafı, həmin ərazilərin yerli büdcələrinin

və xüsusi vəsaitlərinin sahibkarlıq üçün cəlb edilməsinin prinsipləri ilə

əlaqələndirilmə istiqamətidir.

Sahibkarlığın perspektiv inkişaf istiqamətləri dövlətin sahibkarlıq

mühitinin yaradılması üçün əlavə tədbirlərin və dünya təcrübəsinə

əsaslanan təşkilati strukturların və mexanizm- lərin yaradılması ilə

mümkündür. Sahibkarlıq mühitinin yaxşılaşdırılması, onun elmi

əsaslarla tənzimlənilməsinin konseptual istiqamətləri, qanunvericilik

bazası, yaxud normativ aktlar, normativ göstəricilər və

təşkilati-idarəetmə qrupları ilə ölçülür. Sahibkarlıqda liberallıq,

süründürməçilik, bürokratik əngəllər.

-514-

Page 515: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

lisenziya və qeydiyyat qaydalarının təkmilləşdirilməsi və təşəbbüskarlıq,

rəqabət mühitinin qarşısını alan antiinhisar və haqsız rəqabətə qarşı

normativlərin işlənməsi perspektiv, dinamik dəyişən meyllərdir.

Sahibkarlıq fəaliyyətinin perspektivi, onun idarə edilməsində

demokratik və real prinsiplərə əsaslanan normativ sənədlərin qəbul

edilməsi və həmçinin idarəetmə orqanlarının yaradılması ilə bağlıdır. Bu

məqsədlə 2 may 2002-ci il Sahibkarlıq Şurasının yaradılması haqqında

prezident fərmanı, məhz sahibkarlığın cari problemlərini təhlil edib,

onun tənzimlənməsinin makro və mikrosəviyyəli qərarlarının

çıxarılmasına nəzəri-metodoloji əsas yaradır. Perspektiv sahibkarlıq

strukturu, xarici iqtisadi əlaqələrin yeni mütərəqqi təsərrüfatçılıq

metodlarının, kredit və güzəştli şərtlərin, onların risk səviyyəsinin

qiymətləndirilməsinə yönəldilir.

Sahibkarlığın perspektivi, onun ixracat strukturunun və həcminin

planlaşma meyarı kimi qəbul edilməsini tələb edir. Planlaşmada

kommersiya gəlirləri və sosial maraqların təminatı əsas rol oynayır.

Kənd təsərrüfatının inkişafının sosial -iqtisadi problemləri kənd

əhalisinin güzaram, sosial infrastrukturun inkişaf səviyyəsi və aqrar

islahatların effekti ilə ölçülür.

Azərbaycanda keçid dövrünün ilk illərində cəmiyyətin

təbəqələşməsi ilə müşahidə edilən yoxsulluğun səviyyəsinin ciddi

artması və infrastrukturun dağılması baş verdi. Dünya Bankı tərəfindən

həyata keçirilmiş yoxsulluğun qiymətləndirilməsinin nəticələrinə uyğun

olaraq, Azərbaycanda yoxsulluğun səviyyəsi çox yüksək göstərici

olmuşdur. Kənd yerlərində yoxsulluğun səviyyəsinin artması bu

göstəricinin bütün ölkədə artması ilə uyğunluq daşıyırdı. Bu kənd

əhalisinin ölkə əhalisinin sayında xüsusi çəkisinin böyük olması (49%)

və kənd yerlərinin əhalisinin gəlirlərinin əsas hissəsinin kənd təsərrüfatı

məhsullarından gəlməsi ilə izah edilə bilər.

Kənd yoxsulluğu - bu inkişafın sosial-iqtisadi göstəriciləri

sistemini özündə əks etdirən, cəmləşdirici hadisədir. Kənd və

-515-

Page 516: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

şəhər əhalisinin yoxsulluğu müxtəlif xarakter daşıyır. Şəhərlərdə ən

kəskin problem ərzağın əldə edilməsidir. Şəhərlərdə yoxsul ailələr ərzaq

məhsullarının çatışmamasmdan əziyyət çəkirlər. Şəhərlərdən fərqli

olaraq kənd yerlərinin əhalisi pul vəsaitinin çatışmaması problemi ilə

qarşılaşırlar. Kənd əhalisinin aqrar sektordan gəlirlərinin azalması

onların zəruri məhsullara ehtiyaclarının ödənilməsinin qarşısını alır.

Kənd yerlərinin yoxsul əhalisi ərzaq məhsulları ilə təminat baxımından

nisbətən daha yaxşı vəziyyətdədirlər. Keçmiş Sovet İttifaqının digər

yerlərində olduğu kimi kənd təsərrüfatı sektorunda islahatlar nisbətən

əlverişli mərhələyə çatmışdır. Torpaqların, heyvanların və texnikanın

özəlləşdirilməsi başa çatmışdır. Amma, fermer təsərrüfatının böyük

hissəsi qeyri-dayanıqlı vəziyyətdə deyillər. Kənd yerləri üçün kreditlər

kifayət deyil.

Kənd təsərrüfatının mülkiyyət formalarından asılı olmayaraq

təminat sisteminin funksiyası zəifdir və fermer təsərrüfatlarının

müdafiəsi üçün təssisatlar yoxdur, kənd təsərrüfatı texnikası çatışmır,

kənd infrastrukturu fəaliyyət göstərmir, kənd təsərrüfatı məhsullarının

qiymətləri dünya qiymətləri ilə nisbətdə çox aşağıdır.

Kolxoz və sovxozların təmin edildiyi sosial xidmətlər uzun

müddət əlçatmaz olmuşdur. Yoxsul kənd əhalisi arasında təhsil səviyyəsi

kifayət qədər yüksəkdir (təqribən 60% ali və orta ixtisas təhsilinə

malikdir). Amma, məktəblərdə elementar tədris materiallarının və

vəsaitlərinin, müəllim heyətinin, tədris binalarının çatışmamazhğı və

tikintilərin bərpası və təmiri ilə bağlı ciddi problemlər vardır.

Səhiyyənin inkişaf göstəriciləri aşağıdır. Əksər dağ kəndləri tibbi

yardım xidmətindən məhrumdur. Dərman təminatı aşağı səviyyədədir,

peşəkar həkim çatışmamazhğı var. Adambaşına düşən çarpayıların sayı

1989-cu ilə nisbətən 15 dəfə azdır.

Bələdiyyələr yerli idarəetmə orqanları kimi fəaliyyətsizdirlər. Bir

çox rayonlarda irriqasiya sistemlərinin fermer təsərrüfatlarına, habelə

icarə cəmiyyətləinə idarəetməyə verilməsinə cəhdlər edilmişdir.

-516-

Page 517: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Bütün bunlar kənd əhalisi xüsusən qadınlar üçün məhdudiyyətlər

yaradır və miqrasiya proseslərini gücləndirir. Bəzi dağ əraziləri

(Daşkəsən, Oğuz, Lerik, Şahbuz və s.) təcrid olunmuş hala gəlib çıxıblar.

Makroiqtisadiyyatm stabilləşdirilməsi, islahatlar, şəxsi fermer

biznesinin təşkilini özündə əks etdirən islahatların əsas momentlərinin

həlli ilə bərabər islahatdan sonrakı dövrdə kənd yoxsulluğunun

azaldılması və əhalinin məskunlaşması üçün inkişaf strategiyasının

hazırlanması vacibdir.

Kənd icmalarının inkişafı kənd yoxsulluğunun azaldılmasının

ayrılmaz hissəsidir. İcma yanaşması təsərrüfatdaxili kənd

infrastrukturuna mülkiyyətin ötürülməsi və istehsal vasitələrindən

istifadə prosesində əsas vasitə kimi baxılır. Kənd bələdiyyəsi yerli

özünüidarəetmə təsisatı olaraq özəl sektorların idarəetmə prosesində

güzəştlərlə cəlb edilməsi vasitəsilə kənd infrastrukturunun inkişafında

vacib rol oynayır. Məsələn, dağ rayonlarında bu güzəştlərin yaranmasına

gələcəkdə artan əməkdaşlıqla lokal avtanom kiçik İES vasitəsilə elektrik

energisinin alınmasına təkan vermiş olar. İctimai və icma

formasiyalarının inteqrasiyasının olduğu, kəndin sabit inkişafını təmin

edəcək sahələr təklif edilir:

ferma və kənd səviyyəsində infrastrukturun bərpası;

- kənd işləri proqramı vasitəsilə əlverişli istifadənin

dəstəklənməsi;

yerlərdə qeyri-formal və idarə olunan kredit limitləri vasitəsilə

kənddə kiçik müəssisələrin və gəlirli istehsal sahələrinin dəstəklənməsi;

gəlirli istehsalat sahələrinin kreditləşdirilməsində qadınlara

xüsusi yanaşmanın tətbiqi və onların əməyinin qiymətləndirilməsi;

sosial xidmətləri göstərmək məqsədilə kənd təssisat- larmm

səlahətlərini və vəzifələrini əksmərkəzləşmə şəraitində

möhkəmləndirilməsi (ilkin olaraq fermaları və suvarmanın kollektiv

qaydada idarəetməsindən başlamaqla);

-517

Page 518: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

özəl fermer fəaliyyətinin dəstəklənməsi üzrə vərdişlərin

kifayyət qədər möhkəm olmayan yerli icmalarda yuxarı adları çəkilən

məqsədlərə nail olmaq üçün təlim fəaliyyəti və texniki kömək.

Kənd təsərrüfatının inkişafı və kəndin sosial inkişafı üçün

sahibkarlığın rolunu artırmağın iqtisadi və təşkilatı-hüquqi əsasları təmin

olunmuşdur.

Torpaq islahatı faktiki olaraq başa çatmışdır. Torpaq vasitəsilə

sövdələşmələr başlanmışdır. Amma torpaq bazarları hələ aktiv fəaliyyət

göstərmir, baxmayaraq ki, «Torpaq bazarı haqqında» Qanun qüvvədədir,

amma onun mexanizmi tam reallaşmır və kooperasiyanı məhdudlaşdırır.

Marketinq vasitələrin kənd təsərrüfatı istehsalına

uyğunlaşdırılınası sahəsində iqtisadi strukturların zəif inkişafı nəzərə

çarpır və kənd təsərrüfatı texnologiyasının istehsalı və tətbiqində

ahəngdarlıq pozulur.

Yerlərdə aqrotexniki tədbirlərin həyata keçirilməsinin xeyli

zəifləməsi məhsuldar torpaqların keyfiyyətinin azalmasına səbəb olur.

Heyvandarlığın inkişaf etdirilməsində ən vacib amillərdən hesab edilən

baytarlıq xidmətlərinin zəifləməsi bu sahadə daha ciddi nailiyyətlərin

əldə edilməsinə əngəl törədir.

Torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı sistemin

təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur və bu aşağıdakı tədbirləri

stimullaşdırır:

a) torpaqların konsalidasiya edilməsi, yəni, torpaq sahələrinin və

onlara aid infrastrukturun (yollar, su, elektrik təminatı) mütənasib

paylanması;

b) fövqaladə halların baş vermə ehtimalı yüksək olan rayonlarda,

yəni, daşan çayların, o cümlədən Kür və Araz çayları hövzəsində. Xəzər

dənizinin sahil zonasında torpaqların idarə edilməsi.

Meşələrin qanunsuz kəsilməsi meşə resursunun ciddi azalmasına

səbəb olur ki, bunun da qarşısı iqtisadi idarəetmə və ekoloji tarazlığın

qorunması prisniplərinin hazırlanması və tətbiqi ilə həll olunur. Kənd

təsərrüfatı məhsullarının

- 5 1 8

Page 519: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

təhlükəsizlik və keyfiyyət standartlarının təmin edilməsi üçün yeni

texnologiyaların tətbiqi və onun perspektivi təmin olunmalıdır.

Kənd təsərrüfatı məhsullarının emalı və marketinq xidməti

göstərən kiçik müəssisələrə qeyri-formal və idarə edilə bilən kiçik kredit

limitlərinin vasitəsilə köməklik edilməsi, gəlirli müəssisələrə güzəştli

kredit ayırmalar sisteminin təkmilləşdirilməsi vacibdir. Sosial

infrastruktur sahələrinin inkişafı təsərrüfat fəaliyyətinin tənzimlənməsinə

onun aparıcı həlqə olmasına şərait yarada bilər.

Kəndin su ilə bağlı problemlərinin həllində, irriqasiya

tədbirlərinin həyata keçirilməsində, təbii sərvətlərin istifadəsində və

təkrar istehsalında yerli orqanların özünüidarəetməsində rolu artmalıdır.

Bələdiyyə orqanlarına kənd yerlərində infrastrukturanm inkişaf

etdirilməsində əsas alət kimi baxmaqla yanaşı onların müstəqilliyinin

artması, maddi-texniki bazalarının gücləndirilməsi, kəndlərdəki

infrastrukturların birgə idarə olunması üçün özəl sektorla müştərək

əlaqələrin qurulmasına şəraitin yaradılması çox vacib amillərdən hesab

edibməlidir.

İçməli suyun keyfiyyətinin xeyli aşağı olması aran rayonlarında

sağlamlıq üçün təhlükəlidir.

Yoxsul əhalinin təqribən 61%-i pullu xidmət üzündən səhiyyə

xidmətlərindən məhrumdur.

Kənd əhalisi arasında təhsil səviyyəsinin kifayət qədər yüksək

olmasına baxmayaraq, sahibkarlıq fəaliyyətinin inkişafı lazımi səviyyədə

deyildir. Yüksək təhsilli, lakin ixtisaslaşmış əmək resursları ilə dolu

əmək bazarları vardır. Bütövlükdə əmək bazarı inkişaf etməmişdir.

Əmək resurslarının bölgüsü üzrə dövlət proqramına ehtiyac vardır.

Dövlət idarəçiliyi ilə bağlı yerlərdə ciddi problemlər vardır. Belə

ki, bu təşkilatlarda çalışan məmurlara cüzi əmək haqqı verilməsi dövlət

təsisatlarının effektivliyini azaltmış olur. Əhalinin sosial müdafiəsi və

onun təhlükəsizliyini qorumaq üçün baş verə biləcək təbii fəlakətlərin

(zəlzələlərin, daşqınların, qu

519-

Page 520: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

raqlıqların və s.) vurduqları ziyanın aradan qaldırılması; qaçqın və

məcburi köçkünlərin mövcudluğu, Qarabağ münaqişəsinin həll

edilməməsi nəticəsində investisiyaların qoyuluşuna və ticarətin

inkişafına mane yaradan amillərin aradan qaldırılması üzrə müvafiq

tədbirlərin həyata keçirilməsi vacibdir.

Qiymət və kəmiyyət riskinin azaldılması üçün hələ maliyyə

alətləri (məsələn, məhsulun sığortası, qiymətlərin sığortası, fyuçer

bazarları və s.) təkmilləşməlidir. Fövqalədə halların xəbər verilməsi

üçün özündə tənzimləyici qanunvericiliyi, müvafiq maliyyələşdirməni

və nəzarəti həyata keçirən məsul təsisatların yaradılmasını özündə ehtiva

edən dövlət proqramına ehtiyac vardır. Kəndin kompleks inkişafının

sosial-iqtisadi məqsədi, əmək qabiliyyətli əhalinin kənddə

məskunlaşması, miqrasiyanın azaldılmasına yönəldilən yeni iş yerlərinin

açılması və gənclərin məşğulluğunu təmin etməkdən ibarətdir.

Kənd təsərrüfatının sosial-iqtisadi mahiyyəti Azərbaycan üçün

prioritet sahə olub ərazi sahə və sosial inkişaf üçün aparıcı istiqamət

təşkil edib. Azərbaycan iqtisadiyyatı daima ümumi daxili məhsulun

artımında əsas fondların istifadəsində və əhali məşğulluğunun

təminatında bütün dövrlərdə özünəməxsus yer tutub. Regionlarda əhali

artımı əmək potensialının yarısını təmin edir. Torpaq, su, meşə və dağ

sərvətləri digər sahələrlə yanaşı aqrar sektorun və sahibkarlığın

inkişafının zəruriliyini yaradır, onun inkişafında maliyyə yardımlarını

stimullaşdırmaq üçün dövlət büdcəsinin artımı hesabına sosial sahələrə

ayırdığı vəsait, neft fondundan ayırmalar və sahibkarlığın

genişləndirilməsi üçün xarici investisiyaların cəlb edilməsi əsas rol

oynayır.

Büdcədən kənar fondların kredit resursu kimi, yaxud kənddə

sahibkarlıq fəaliyyətini təşkil etmək məqsədilə istifadəsi mexanizminin

təkmilləşdirilməsi, onun səmərəliliyinin artırılması və kəndin

sosial-iqtisadi inkişafı üçün mövcud potensialın iqtisadi dövriyyəyə cəlb

edilməsinə maliyyə bazası yaradır. Aqrar sahəyə himayəçilik siyasəti

yerli resurslardan istifadəyə stimul yaratmaq üçün güzəştli kreditlərin

artırılmasında, vergi ödəmələri və girov mexanizmi üzrə nəzərdə tutulan

güzəştlərlə ifadə olunur. Kənd

520-

Page 521: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

rayonlarının kompleks inkişafı üçün regional siyasət həm iqtisadi

regional, həm də sosial siyasətin tərkib hissəsidir. Özəlləşdinnədə

möhlətli vergi borclarının silinməsi, yaxud qaytarılma müddətinin

uzadılması və bu hesabdan əldə edilən vəsaitin əlavə kapital kimi

istehsala cəlb edilməsinə imkan verir.

Kəndin' perspektiv inkişafı vergi formalarının və vergi

dərəcələrinin differensial tətbiqi üçün zəruriyyət yaradır. 2003-cu ildə

vergi məcəlləsində edilən dəyişikliklərə görə vergi dərəcələri Bakı,

Abşeron və rayonlar üzrə fərqli olaraq sadələşdirilmiş vergilər üzrə 2-4%

və 6-10% tətbiq olunur. Baxmayaraq ki, differensial vergi dərəcələrinin

tətbiqi nəzəri cəhətdən sahibkarlıq mühitində kapitalın bir ərazidən

digərinə axınına səbəb olmadan şərait yaradırsa da, Azərbaycanda

regionlar və mərkəzi şəhərlər arasında sahibkarlığın yerləşməsində olan

qeyri-bərabərliyin və dərinləşən ərazi yerləşmə ziddiyyətlərini azaltmaq

üçün differensial yanaşma fıkrimizcə düzgündür və bu meyllər davam

etməlidir.

Kənd yerlərində, xüsusilə dağ rayonlarında sosial müavinətlər,

əmək haqqında fərqlər iqlim, coğrafi şərait, yaxud gənclərin sosial

müdafiəsi üçün müəyyən şərtlərlə güzəştli mənzil, məqsədli kredit və

bəzi sahibkarlıq üçün əlavə dotasiyaların, subsidiyaların verilməsi

vacibdir. Kənd yerlərində bəzi kənd təsərrüfatı məhsullarının istehsalı ilə

məşğul olan fəaliyyətlər üzrə lizinq xidməti və maliyyə lizinqi

tədbirlərinin yaradılması, texnologiyanın tətbiqinə sahibkarlığın rəqabət

mühitində texniki silahlanmasına şərait yaradır. Lizinq xidmətinin məhz

kənd təsərrüfatı üçün ünvanlı və güzəştli şərtləri, yaxud digər aparıcı

sahələrin hesabına kənd təsərrüfatında uzun müddətli kredit alaraq

xidmətlərin göstərilməsi aqrar siyasətin prioritetliyini və onun inkişafı

üçün maddi-texniki və maliyyə dəstəyinin əsas istiqamətlərini müəyyən

edir.

«Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət

mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na uyğun olaraq

özəlləşdirilmiş kiçik müəssisələrin ödəmə vaxtı çatmış və vaxtı keçmiş

borclarının müəssisənin alıcıları tərəfindən güzəştli şərtlərlə

ödənilməsini tənzimləyir.

-521-

Page 522: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Kiçik müəssisələrin alıcıları tərəfindən müddətli və vaxtı keçmiş

borcların ödənilməsində müəyyən edilən aşağıdakı güzəştlər tətbiq

olunur:

İ. Qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə vaxtı

çatmış borcların birinci ili üçün ödəmələri tam məbləğində həyata

keçirməmiş alıcılar qalan borcların 75%-i bir il müddətində ödəyərlərsə

borcun qalan 25%-i onların hesabından silinir.

2. Qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə

müddətli borcların birinci ili üçün ödəmələri tam məbləğdə həyata

keçirmiş, lakin sonrakı illər üçün ödəmələri həyata keçirməmiş (və ya

qismən həyata keçirmiş) alıcılar qalan borclarının 50%-i bir il

müddətində ödəyərlərsə borcun qalan 50%-i onların hesabından silinir.

3. Qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə

müddətli borcların birinci ili üçün ödəmələri tam məbləğdə həyata

keçirmiş, lakin sonrakı illər üçün ödəmələri həyata keçirməmiş (və ya

qismən həyata keçirmiş) alıcılar qalan borclarının 25%-i bir il

müddətində ödəyərlərsə qalan borcun 75%-i onların hesabından silinir

4. Mövcud qanunvericilikdə göstərilən bəzi hallar istisna olmaqla,

müddətli borcların ödənişini qismən həyata keçirmiş alıcılar vaxtı

keçmiş qalan borclarının 40%-ni bir il müddətində ödədikdə, həmin

borcların 60%-i onların hesabından silinir.

Bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə kiçik

müəssisələrin alıcıları müddətli və ödəmə müddəti keçmiş borclarını tam

məbləğdə və ya qismən ödəmədikdə, bu Qanunun tələbləri onlara şamil

olunmur və alıcılar borcların ödənilməsinə dair qanunvericiliklə

müəyyən edilmiş ümumi qaydada həyata keçirirlər. Kənd təsərrüfatında

sahibkarlıq fəaliyyəti kəndin idarəetmə quruluşu olan yerli büdcələrin

əhalinin xüsusi vəsaitlərinin və ərazidə yerləşən mülkiyyət

münasibətlərindən və təsərrüfat formasından, asılı olmayaraq yerli ərazi

maraqlarını təmin edən maliyyə, vergi və rüsumların tətbiqi ilə inkişafını

təmin etmək üzrə bazar tipli təkrar istehsal prinsiplərinə əsaslanmalıdır.

-522-

Page 523: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

NƏTICƏ

Sosial sahələrin idarə edilməsinin təşkili və proqnozu bir sıra

istehsalat, bölgü mübadilə amillərindən asılıdır. Bu istehlak büdcəsinin

formalaşmasına əhali gəlirləri, qiymət və bazarın maddi mənəvi

nemətlərlə zənginliyi təsir edir. Hər bir amilin təhlili dinamikası və təsir

gücü istehlak davranışı kimi formalaşır.

Respublika əhalisinin istehlak büdcəsində maddi mənəvi nemətlər

istehlakı, xidmət və yığım istiqamətləri formalaşır.

İstehlakm təhlili metodikası balans, riyazi metodlar və kompleks

amillər üzrə təhlil metodlarına bölünür.

İstehsal büdcəsinin proqnozu marketinq proqnozuna əsaslanır.

Əhalinin gəlirlərinin artması, onun istehlakmm daha da təkmilləşdirəcək

istehlak strukturların daha çox xidmət artacaq. Əhalinin yığımı artacaq.

Əhalinin istehlak büdcəsi minimum yaşayış büdcəsi ilə uyğun olaraq

tənzimlənir. Ona görə də istehlak səviyyəsinə uyğun olaraq əhali

aztəminatlı ailələrə bölünür.

Əhali istehlakmm son illərdə təhlili göstərir ki, 2002-ci ildə

əhalinin xərcləri 21015,4 milyard manat, real gəlirləri 21220,3 milyard

manat olub.

Əhali xərclərinin strukturunda özəl sektorun payı daha

yüksələcək.

Yaşayış minimumunun təşkili və proqnozu bir sıra istehsalat,

bölgü, mübadilə amillərindən asılıdır. Bu istehsal büdcəsinin

formalaşmasına əhali gəlirləri, qiymət və bazarın maddi mənəvi

nemətlərlə zənginliyi təsir edir. Hər bir amilin təhlili, dinamikası və təsir

gücü istehlak davranışı kimi formalaşır.

Respublika əhalisinin gəlir və istehlak büdcəsində maddi- mənəvi

nemətlər istehlakı, xidmət və yığım istiqamətləri formalaşır.

Əhalinin gəlir və istehlakmm təhlili metodikası yaşayış

minimumunun kompleks amillər üzrə tənzimlənməsinə səbəb olur.

523-

Page 524: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əhali büdcəsinin proqnozu istehlak proqnozuna əsaslanır.

Əhalinin gəlirlərinin artması, onun istehlakını daha da təkmilləşdirəcək

istehlak strukturunda daha çox xidmət artacaq. Əhalinin yığımı artacaq.

Əhalinin istehlak büdcəsi minimum yaşayış büdcəsi ilə uyğun olaraq

tənzimlənir. Ona görə də istehlak səviyyəsinə uyğun olaraq əhali az

təminatlı ailələrə bölünür.

Əhali gəlir və istehlakmm son illərdə təhlili göstərir ki, 2001-ci

ildə əhalinin hər nəfərinə düşən xərcləri, real gəlirləri artıb, ÜDM-un

artması sürətinə uyğun gəlir və xərclər də artıb.

Əhali xərclərinin strukturunda özəl sektorun payı daha

yüksələcək.

Monoqrafiyada özünüidarəetmənin bazar iqtisadiyyatı şəraitində

fəaliyyət göstərən ərazi idarəetmə strukturlarının prinsipi və idarəetmə

mexanizmi kimi təhlil olunur. Özünüidarəetmənin mövcud ərazi forması

olan bələdiyyələrin statusu onların vəzifələri, məqsədləri və icra

mexanizmlərinin sosial-iqtisadi nəticələri qiymətləndirilir.

Bələdiyyə idarəçiliyinin məqsədlər sistemi imkanları, iqtisadi

əsasları və maliyyə, vergi sistemi verilir. Maliyyə əsasları yerli büdcənin

ölkə büdcəsi ilə əlaqəsi, yerli istehsalın və sahibkarlıq fəaliyyəti

nəticəsində əldə olunan gəlirlərin bölgüsünə və yenidən bölgüsünə

baxılır.

Vergi sistemi, ödənişlər, yerli rəy soyğusu ilə əsas prioritet xərc

strukturları müəyyənləşdirilir.

Özünüidarəetmənin qərar qəbulunda bələdiyyə orqanının vəzifəsi,

onların sosial müdafiəsi və məsuliyyətlərinin tənzimləmə mexanizmləri

verilir.

Sosial sferada sahibkarlığın fəaliyyəti özünün məqsəd və

vəzifələrinə, iqtisadi, hüquqi mexanizmləri cəhətdən fərqlənirlər. Sosial

sahələrdə sahibkarlıq ümumi iqtisadi qanunlar sistemi ilə tənzimlənir.

Sosial sahələr ölkədə baş verən iqtisadi islahatların və əhalinin həyat

səviyyəsində baş verən dəyişikliklərin nəticəsi kimi təzahür edir, hər bir

sosial sahədə sahibkarlığın xarakteri və

-524-

Page 525: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

icra mexanizmi mövcuddur. Belə ki, əhalinin həyat səviyyəsi

sahibkarlığın bütün fəaliyyəti ilə bağlıdır.

Əhalinin gəlirləri, bütövlükdə əmək haqqı sistemi və xidmət

istehlakmm vəziyyəti ilə müəyyən edilir. Adam başına düşən xidmət

istehlakı, onun qiymətinin aşağı düşməsi meyli məhz sosial sahələrin

səmərəlilik göstəricisidir. Xidmət istehlakmm artımı onun çeşidinin

yaxşılaşması və ərazi qurluşunun təkmilləşdirilməsi regional

problemlərin həlli üçün şərait yaradır. Sahibkarlığın inkişafı əhalinin

məşğuliyyəti, onun tələbatının ödənilməsi və demoqrafik quruluşuna

görə xidmət sferasının inkişafına stimul yaradır.

Sosial sahibkarlığın dövlət tənzimlənməsi, dövlət himayəsi vergi,

maliyyə və kredit siyasəti vasitəsilə həyata keçirilir.

Sahibkarlığın inkişafının sürətləndirilməsi, bu sektorun səmərəli

bazar iqtisadiyyatı sisteminin formalaşmasında və beynəlxalq iqtisadi

mühitə uyğunlaşmasında, ölkənin iqtisadi və sosial problemlərinin

həllində rolunun güeləndirilməsi Azərbayean dövlətinin iqtisadi

siyasətinin öneül istiqamətlərindən birini təşkil etməlidir. Bu məqsədlə

kiçik və orta sahibkarlıq sektorunun inkişafına dövlət köməyi

tədbirlərinin çərçivəsi genişləndirilməlidir. Bu tədbirlərin həyata

keçirilməsi ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin

artırılması, sahibkarlıq fəaliyyətinin struktur, regional və strateji

baxımdan təkmilləşdirilməsi, cəmiyyətin sosial problemlərinin həllində

sahibkarların rolunun gücləndirilməsi və ölkə ixracında sahibkarların

payının yüksəlməsi ilə nəticələnəcəkdir.

İşsizliyin, məşğulluğun Azərbaycan Respublikası üçün kəskin

sosial-iqtisadi problem olduğunu nəzərə alaraq kiçik və orta sahibkarlığı

inkişaf etdirmək daha çox zəruridir.

Aqrar sahədə sahibkarlığın inkişafının tədqiqi göstərir ki,

çoxnövlü təsərrüfatçıhğı inkişaf etdirmədən aqrar bazarın

formalaşdırılması üçün rəqabət mühiti yaratmaq qeyri-mümkündür. Ona

görə də hazırki dövrdə elmi cəhətdən əsaslandırılmış özəl qurumları

yaradılmalıdır.

-525-

Page 526: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Azərbaycan Respublikasının təbii-iqlim şəraiti, tarixən sınanmış

və uzun illər külli miqdarda pambıq, tütün, barama və başqa məhsullar

istehsal etmiş, meyvə-tərəvəz məhsulları və onların emalı təşkil edilmiş,

bunların hesabına ölkə xeyli gəlir əldə etmişdir. Bu sahələrin

xüsusiyyətlərini nəzərə alaraq kənd təsərrüfatı kooperativlərini

genişləndirmək lazımdır.

Sahibkarlığın inkişafının müasir vəziyyətini nəzərə alaraq onların

hər birinə maliyyə yardımının göstərilməsi, dağlıq və dağətəyi

rayonlarmdakı sahibkarlar üçün vergi güzəştləri tətbiq etmək lazımdır.

Sahibkarlıq fəaliyyəti Azərbaycanın iqtisadi və sosial inkişafının

tərkib hissəsi olub, iqtisadi artımın tarazlı inkişaf meyllərinin və sosial

rifah problemlərinin həlli üçün əhəmiyyətli təşkilati-iqtisadi strukturdur.

Sahibkarlıq fəaliyyəti təşkilati- iqtisadi, funksional vəzifələri, əsas

istiqamətləri özünəməxsus xüsusiyyətlər, regional aspektlər, forma və

üsullar kəsb edir. Sahibkarlıq fəaliyyətinə bazar münasibətlərinin

təkmilləşməsi, təşəbbüskarlıq və maddi maraq üçün təşkilati qrup kimi

baxılması məsələyə nəzəri və metodoloji yanaşmanın əsas cəhətləri

deməkdir. Sosial iqtisadi nəticələrin məqsədləri proqramlara uyğun idarə

olunması metodoloji baxımdan sahibkarlığın ərazi və sahə

proqramlarının tərtibi, idarə olunması və sosial məqsədlərə iqtisadi

amillər arasında tarazlı və perspektiv siyasətin formalaşması və

inkişafına təsir etməkdir.

Təhlil göstərir ki, Azərbaycanda sahibkarlığın ilkin şəraiti iqtisadi

sabitlik, dinamik inkişaf meyli və tarazlı inkişaf meylləri ilə yanaşı,

ayrı-ayrı prioritet sahələrin seçilməsi və onların iqtisadi dövriyyəyə cəlb

edilməsidir. Sahibkarlığa sosial müdafiə məqsədləri və dinamik inkişafın

nəticəsi və onun təminat amilləri kimi baxılması metodoloji yanaşmanın

yeni prizmadan əsas istiqamətidir. Sahibkarlıq fəaliyyəti Azərbaycan

iqtisadiyyatında baş verən keyfiyyət dəyişmələrinin və özəlləşdirmə

nəticələrinin məhsuldar qüvvələrin inkişaf səviyyəsinin nəticəsi olaraq

qiymətləndirilir və bu amillər arasında kompleks əlaqələr və təsir

qüvvələri qiymətləndirilir.

526

Page 527: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sahə sahibkarlıq xüsusiyyətləri həmin sahənin daxili strukturu,

respublika iqtisadiyyatında rolu, aparılan islahatların təzahürləri və

perspektiv fəal siyasət baxımından təhlil olunur. Aqrar sektor öz

ehtiyatları, iqtisadi və sosial amilləri və ölkə iqtisadiyyatında prioritet

istiqamət kimi rolu, onun sahibkarlıq sistemində rolunu və iqtisadi yerini

müəyyən etməyə imkan verir. Sektorda sahibkarlıq fəaliyyəti yerli

resursların'iqtisadi dövriyyəyə cəlb edilməsi, sosial məqsədlərin

reallaşması, bazarın qorunması və ixracatyönlü tədbirlərin həyata

keçirilməsi üçün aparıcı rol onyayır. Sahibkarlığa struktur siyasət kimi

baxılması, onun ərazi və sahə quruluşunun, texnoloji istiqamətlərinin və

bazar istehlak seqmentinə uyğun perspektiv dəyişməsini əsaslandıran

mexanizm kimi tədqiqinə və təkimlləşdirilməsinə şərait yaradır.

Sahibkarlığın mütərəqqi strukturu təkcə marketinq strukturu ilə

deyil, həmçinin yeni təsərrüfat formalarının tətbiqi və onların

əlaqələrinin iqtisadi və sosial maraqlar üzrə qurulması müstəvisindən

baxılır. Kiçik və orta biznesin təşkili, kiçik və orta biznesə dövlət

himayəsinin xüsusiyyətləri, antiinhisar fəaliyyətini tənzimləyən

normativlərin hazırlanması qaydaları və metodikası verilir. Transmilli

kompaniyalar, xırda və orta sahibkarlıq arasında münasibətlər, yerli

sahibkarlığın maliyyə, maddi və texnoloji birliklərin yaradılmasının

xüsusiyyətləri və prinsipləri müəyyənləşdirilir.

Sahibkarlığın təşkili və idarə olunmasında məlumat bazasının

yaradılmasında və kənd ərazi məkanında, region və funksional

məqsədlər üçün ixtisaslaşan sahibkarlıq növləri üçün metodik

tövsiyyələr hazırlamağa imkan verir. Azərbaycanda sahibkarlığın

dinamikası, onun ərazi yerləşmə xüsusiyyətləri, onun yerli tələbatın

ödənilməsində rolu, formaları və dəyişmə meyllərini müəyyən edən

amillər və göstəricilər sistemi, səmərəlilik meyarı və qiymətləndirmə

metodiki əhəmiyyət kəsb edir.

Sahibkarlığın regionların kompleks sosial-iqtisadi inkişafda rolu,

bir sıra əsaslı meyarlar ilə səciyyələndirilir. İqtisadi artım məhz

sahibkarlıq fəaliyyətinin artımı ilə əlaqəli təhlil aparmaqla.

-527-

Page 528: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

ümumi Daxili Məhsulda, sənaye və kənd təsərrüfatı məhsullarının

istehsalında, regionun əhalisinin iş qüvvəsi kimi istifadəsində

sahibkarlığın yeri və təsirini qiymətləndirmək olar. Sahibkarlığın

inkişafının sosial-iqtisadi inkişafı baxımından qiymətləndirilməsi üçün

onun ixracat yönlü məhsullar, xidmət, turizm və təbii resursların

istifadəsinin artımına təsir gücü qiymətləndirilir. Regionların kompleks

inkişafının əsas meyarı olan əhalinin sosial müdafiəsi tələbatının

ödənilməsi və sahibkarlıq arasında əlaqə səbəb və nəticə əlaqələri kimi

təhlil olunmalı və meyllər, xüsusiyyətlər ümumiləşdirilməlidir.

Sahibkarlığın xüsusi göstəricilər sistemi ilə ümumi iqtisadi və

sosial inkişaf göstəriciləri arasında əlaqələnin mahiyyəti və perspektivi

proqnozlaşdırılır. Yoxsulluq probleminin inkişafında məhz regional

sahibkarlığın stimullaşdırılması xüsusi amil olaraq sübut edilib,

müəyyən parametrlərlə ifadə oluna bilir.

Sahibkarlığın inkişafının problemləri, onun strukturunun bazar

strukturu ilə uzlaşması sahibkarlıqda marketinq xidmətinin, texnoloji

yeniləşmənin, yeni inkubator və sənaye şəhərciklərinin salınması və

inkişafı ilə əsalandırıhr. Azad iqtisadi zona kimi müəyyən sahə və ərazi

üstünlüklərini üzvi surətdə bağlamaqla sahibkarlığın inteqrasiyası, onun

ərazi planlaşması üçün əhəmiyyət kəsb edir.

Regional sahibkarlığın resurs potensialını nəzərə almaqla

təkmilləşdirmə istiqamətləri, regional resursların istifadəsi təkrar

istehsalı və resursların kompleks emalı ilə səciyyələnən sahibkarlıq

fəaliyyətinin iqtisadi cəhətdən səmərəli və sosial təyinatlı yolların

tapılması vacibdir. Sahibkarlıq formaları, onun resurs təminatı və idarə

etmə metodunun məqsədli proqram və resurs təminatı ilə geniş strukturu

təhlil olunur. Kompleks təhlil aparmaqla, ən aparıcı resurs olan maddi

texniki bazanın - torpaq, su amillərinin və idarəetmə təcrübəsinin

istifadəsinin təkmilləşdirmə istiqamətləri təklif oluna bilir.

Sahibkarlığın hüquqi təminatı və idarə edilməsinin

təkmilləşdirilməsi qaydaları, normativləri və onların istifadə

mexanizmləri təhlil oluna bilir.

528

Page 529: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Sahibkarlığın inkişafının region problemləri həmçinin dövlətin

regional siyasəti ilə bağlıdır. Tədqiqat göstərir ki, sahibkarlığa dövlət

tənzimlənməsinin metodlarının səmərəli təşkili ilə müəyyənləşir. Daha

çox kredit, maliyyə, vergi, sosial yardımlar və investisiya siyasətinin

daha səmərəli olması və onların daha adekvat reallığı ilə müəyyənləşir.

Dövlət tənzimlənilməsi kimi sahibkarlığa kömək proqramı,

sahibkarlığın ayrı-ayrı sahələrinin stimullaşdırılması və hər hansı

güzəştli kreditlərin yaxud təyinatlı sahibkar fəaliyyətinə uyğun maddi

nemətlər və xidmət istehsalının qabaqcadan maliyyələşdirilməsi və

maddi texnoloji yardım proqramları əsas yer tutur. Sahibkarlığın

inkişafında ayrı-ayrı regionların xüsusi sərvətlərini cəlb etmək, onlardan

istifadəyə stimul yaratmaq və onlarda müəyyən iqtisadi potensial

formalaşmasına qədər onları vergi və rüsumlardan azad etmək metodları

işləyəb hazırlamaq olar.

Azərbaycanın kənd təsərrüfatında daxili resurslardan səmərəli

istifadə etmək üçün lazım olan xarici yüksək məhsuldar avadanlıqların

güzəştli gömrük rüsumları tətbiq etməklə gətirilməsi, yaxud daxili

məhsulların istehsalını artırmaq üçün bəzi məhsulların xaricdən idxalına

iqtisadi idarəetmə mexanizmləri tətbiq etməklə tənzimlənir.

Azərbaycanda ixracat məhsullarına vergi qoyulmaması bəzi

məhsulların ixracatı üçün dövlət əlaqələri çərçivəsində makroiqtisadi

tarazlıq siyasəti və dünya inteqrasiyası çərçivəsində bir sıra məhsullara

tələbatın yerli material və xammal ehtiyacları ilə təmin olunması - məhz

stimullaşdırma siyasətidir.

Azərbaycanda dövlətin sosial-iqtisadi prioritetləri baxımından,

ölkədə bazarın əmtəə-xidmət strukturunun təşkili, ən aparıcı istehlak və

xidməti məhsullarının respublikanın özünün istehsalı hesabına

ödənilməsi yollarının üstünlüyü, dövlət siyasətinin formalaşması və

dinamikasının təkmilləşdirilməsi başlıca istiqamət kimi

əsaslandırılmışdır.

Sahibkarlığın təşkili və idarə olunmasında özünüidarəetmə,

özünümaliyyələşdirmə, həmçinin bir sıra orqanların fəaliyyətinin

ünvanlaşması, sahə və ərazi strukturunun təkmilləşməsi.

-529-

Page 530: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

lisenziyalaşdırma, qeydiyyat və restruksizasiya problemlərinin həlli ən

üstün dövlət himayəçiliyidir. Respublikada bələdiyyə yerli sahibkarlığın

inkişafının mühüm idarəetmə orqanı kimi yerli resursların iqtisadi

dövriyyəyə cəlb edilməsinə və sosial müdafiə məqsədlərinə xidmət edir.

Sahibkarlığın inkişafının sosial istiqamətləri az tədqiq olunmuş bir

sahədir. Sahibkarlığın sosial əsasları, əhalinin maddi maliyyə təminatının

fiziki şəxs kimi maliyyə mənbəi kimi rolu, investisiya və xüsusi

proqramlar üçün əhalinin büdcə gəlirləri, adam başına düşən gəlir

səviyyələri və istehlak davranışının onun məşğulluğuna, tikinti gücünə

və istehlak üçün lazım olan sosial obyektlərin artımına, xüsusən pullu

xidmətlərə tələbatını artırır.

Sahibkarlığın sosial mahiyyəti, onun amili kimi sosial inkişaf və

əhali gəlirlərinin alıcılıq qabiliyyəti ayrı-ayrı xidmət sahləri arasında

tarazlı, balans metodları üzrə idarəetmə mexanizmlərinə baxılır. Sosial

sahələrdə, o cümlədən kəndin sosial-iqtisadi inkişafı ilə kənd

təsərrüfatının ayrı-ayrı sahələrinin arasındakı hormonik inkişaf

xüsusiyyətləri açılıb göstərilir. Kənd əhalisinin məşğulluq səviyyəsi,

onun gəlirləri, tələbatının ödənilməsi səviyyəsi ilə sahibkarlıq arasında

əlaqələr təhlil olunub, hər iki prosesin perspektiv inkişaf dinamikasının

vəhdətinə baxılır. Sahibkarlığın inkişafının regional bazarın təşkilinin

nəticəsi olaraq, onun marketinq, istehlak və təşkilati quruluşunun

öyrənilməsi tələb olunur.

Sahibkarlığın inkişafı iki əsas müstəvidən tədqiq edilə bilər.

Birincisi, regional əmtəə və xidmət bazarının əsas təsərrüfat və istehsal

forması kimi, ikincisi isə regional bazarın tələbatına uyğun olaraq onun

səmərəli təşkilinin nəticəsi kimi. Birinci aspektdən sahibkarlığın əmtəə

dövriyyəsində, tələbatının formalaşması və əhalinin alıcılıq qabiliyyətinə

təsir etməklə bazar strukturuna təsir kimi qiymətləndirilir. Digər

aspektdən isə bazarların axtarılması, bazar formalarının təşkili və idarə

olunması, habelə əhalinin alıcılıq qabiliyyətinə təsir etməklə bazar

strukturunun təkmilləşdirilməsi amili kimibaxılır.

530

Page 531: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Regional bazarın təşkili, idarə olunması, dövlətin himayəçilik

siyasəti və əhalinin məşğulluğu, istehsala stimul yaradılması və kredit,

maliyyə mexanizmləri vasitəsi ilə yerli resursların istehsala cəlb

edilməsinin təşkili deməkdir. Məhz regionların inkişaf dinamikası

sahibkarlıq fəaliyyətinin regionlar üzrə strukturu, məskunlaşma

məqsədləri və təbii sərvətlərin təkrar istehsalı regional bazarın təşkili ilə

sahibkarlığın stimullaşdırıl- ması istiqamətidir. Yerli bazarın təşkili lokal

iqtisadi inkişaf strategiyasının əsas amili olmaqla, sosial əhəmiyyət kəsb

edib, bütünlükdə planlaşma təşkilatı quruluş və bəzi differensial yanaşma

metodikası və qaydaları tətbiq olunur.

Sahibkarlığın inkişafının perspektivləri, formaları, sahibkarlıqda

inteqRasiya, ittifaqlar, inkubator şəhərciklər, yaranması

perspektivlərinin nəticələrinin qiymətləndirilməsinə xüsusi fikir

verilməlidir. Digər tərəfdən ayrı sosial məqsədlər, işsizliyin, yox-

sulluğun ləğvi və daxili bazarın qorunması üçün sahibkarlığın

tənzimlənməsinin mexanizmləri və təşkilatı tədbirlərinin yeni

müstəvidən əsaslandırılması verilir. Sahibkarlığın inkişafında Avropa,

Türkiyə və MDB məkanında olan amillərin təcrübəsi qiymətləndirilərək,

respublikada perspektiv inkişaf istiqamətlərinin respublika üçün

səmərəli cəhətləri elmi əsaslarla qiymətləndirilməlidir.

Sahibkarlıq formaları dinamikası, struktur təhlili, işləmə

prinsipləri və proqnozları balans, iqtisadi riyazi, birbaşa qiymətləndirmə

amilləri və yaxud kompleks qiymətləndirmə metodları ilə daha geniş,

sistemli və adekvat dəyərləndirilir. Sahibkarlığın perspektiv inkişafı,

kəndin sosial iqtisadi inkişafı və kənd təsərrüfatının daha səmərəli təşkili

və istifadəsinin respublikanın sosial-iqtisadi inkişafında rolu ətraflı

verilməlidir.

İstifadə olunan metodların mövcud iqtisadi idarəetmə və bazar

tipli inkişaf istiqamətlərinin təkmilləşdirilməsi üçün konkret tövsiyyələr

və təkliflər vermək olar.

531

Page 532: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

istifadə olunan ədəbiyyat siyahısı

1. Azərbaycan Respublikasının qanunvericilik toplusu 2000- 2004-cü illər. Azərbaycan Respublikasının Prezidentinin nəşri. Milli Məclisin iclaslarının protokolları və stenoqra- fıyaları. Milli Məclisin nəşri. 2000-2004-cü illər.

2. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətlənməsi haqqında tədbirlər. Azərbaycan Respublikası Prezidentinin fərmanı, 14 noyabr 2003-cü il.

3. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqramı. 11 fevral 2004-cü il.

4. Azərbaycanın statistik göstəriciləri 2004. Bakı, «Səda» nəşriyyatı, 2004.

5. Azərbaycan Respublikasının 2005-ci il Dövlət Büdcəsinin zərfi. Milli Məclisə təqdim olunan materiallar. I-IV cildlər. Milli Məclisin müzakirələri üçün nəşri, 2005-ci il.

6. Azərbaycan Respublikası 1991-2001. Bakı, XXI yeni nəşrlər evi, 2001. 360 s.

7. Анчишкин A.И. Наука, техника, экономика. M., Экономика, 1986, 381 с.

8. Анчишкин А.И. Прогнозирование роста социалистической экономики. М., Экономика, 1973.

9. Алирзаев А.Г. Система экономико-математических моделей для прогнозирования уровня жизни населения республики. Из-до «Елм», Баку, 1979, 106 с.

10. Алирзаев А.Г. Взаимосвязь социальных и экономических процессор. Методология моделирования и прогнозирования. Бакы, Наука, 1986, 132 с.

11. Алирзаев А.Г. Налоговая политика Азербайджана: ее социальные последствия, пути совершенствования. М., Журнал «Общество и экономика» №10-11.

12. Алирзаев А.Г., Алирзаева Т.А. О формировании доходов населения Азербайджанской Республики. М., Ж. «Экономика и общество» №3, 2004.

13. Алиев А.А. Проблемы личного потребления в условиях развитого социализма: теория и практика регионального развития. Баку, 1982, 224 с.

-532-

Page 533: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

14.

15.

16.

17..

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

Abdullayev А. İqtisadiyyat və iqtisadi siyasət. Bakı, «Asiya»

nəşriyyatı, 2003, s.

Allahverdiyev H.B., Qafarov K.S., Əhmədov Ə.M. İqtisa-

diyyatın dövlət tənzimlənməsi. Bakı, 2002, 446 s.

Axundov Ş., Axundov M. Bazar iqtisadiyyatının əsasları.

Qısa izahlı lüğət (ikinci nəşri). Bakı, 2001, 605 s.

Bağırov M.M. Banklar və bank əməliyyatları. Bakı,

«Nurlan», 2003, 512 s.

Бурачеес A.И. Моделирование личных расходов в развитых

капиталистических странах. М., Наука, 1975, 462 с.

Cozef Е. Stiqlitz. Qloballaşma və onun doğurduğu narazı-

lıqlar. Bakı, İqtisadi İslahatlar Mərkəzi, 2004. 317 s.

Əlirzayev Ə.Q. İqtisadi və sosial idarəetmə: metodoloji prin-

siplər, qanunauyğunluqlar və meyllər. Bakı, 1997, 207 s.

Əlirzayev Ə.Q. Azərbaycanın iqtisadi inkişafının konsepsi-

yası və proqramı. Bakı, 1999, 104 s.

Əlirzayev Ə.Q. Sahibkarlığın sosial-iqtisadi inkişaf prob-

lemləri. «Elm» nəşr., Bakı, 2000, 114 s.

Əlirzayev Ə.Q. İqtisadiyyat: düşüncələr, baxışlar. Bakı,

2002, 465 s.

Əlirzayev Ə.Q. Nehrəm. Tarixi, iqtisadi, sosial-mənəvi mü-

hit (reallıqlar, baxışlar, düşüncələr, perspektivlər). Bakı,

«Adiloğlu» nəşr., 2003, 408 s.

Ələkbərov Ə.H., İbrahimov Q.V. Menecment, Bakı, «Çaşı-

oğlu», 2004, 468 s.

Əhmədov M. Qloballaşma və milli iqtisadiyyatın forma-

laşması. Bakı, Azerneşr, 2003, 520 s.

Ванштейн А.Л. Предисловие к книге Г.Тинтера «Введение

в эконометрию». М., Статистика, 1965, 4-17 с.

Вальтух К.К. Целевая функция потребления. Анализ и

практическое использование. Новосибирск; Наука, 1980,

384 с.

Кулиев Т.А. Регулиремая рыночная экономика. Баку 2000,

448 с.

Quliyev R. Böyük transformasiya, Azərbaycan təcrübəsi, Bakı 2002, 256 s.

-533

Page 534: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

31. Майер В.Ф. и др. Доходы и потребление населения. М., Наука,

1975. 240 с.

32. Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. XXI Yeni nəşrlər evi,

Bakı, 2003, 248 s.

33. Nağıyev Ə.T., Əlirzayev Ə.Q., Quliyev A.S. Pensiya təminatının

inkişaf perspektivləri. Bakı, 2001, 235 s.

34. Население и глобализация. Н.М.Римашевская, В.Ф.Галец- кий,

А.А. Овсянников и др. М. Наука, 2002, 322 с.

35. Нагиев А.Г., Аббасова Ш.А. Введение в современную

экономику: учебное пособие. Б., Азернешр, 1999.

36. Очерки о мировой экономике. Выдающиеся экономисты мира

в Московском Центре Карней. Под ред. Андерса Ос- лунда и

Татьяны Малеевой. М., Гендальф, 2002, 306 с.

37. Планирование социального развития и повышения уровня

жизни народа. М., МГУ, 1988, 271 с.

38. Плановой дифференцированный баланс доходов и

потребления (методология и методика построения). Под ред.

Н.М.Римашевской, М., Наука, 1981, 253 с.

39. Перестройка управления экономикой (проблемы,

перспективы). Л.И.Абалкин, Н.Я.Петраков, Е.Д.Ясин. отв.

Редактор Федоренко В. и др. М., Экономика, 1989, 352 с.

40. Piter Droker. Mənfəət güdməyən təşkilatların idarə edilməsi.

Praktika və prinsiplər. «Postkapitalist cəmiyyəti» (ingilis dilindən

tərcümə). Bakı, «Nurlan» nəşriyyatı, 2003, 400 s.

41. Римашевская H.M. O концепции соцального развития в

условиях перехода к рынку (экономико-математические

методы), 1991, вып.4-6/3, 620 с.

42. Римашевская Н.М. Человек и реформы: секреты выживания.

М., РИЦ ИСЭПН, 2003, 392 с.

43. Россия: 10 лет реформ. Социально-демографическая ситуация.

М., РИЦ ИСЭПН, 2002, 368 с.

44. Рустамбеков Т.Б. Национальные экономические интересы

(предпосылки, цели и средства достижения). Баку, 1998, 243 с.

534-

Page 535: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

45. Самедзаде 3. Этапы большого пути: экономика Азербайджана

за полвека, ее новые реали и перспективы. Баку, из-во

«Нурлар», 2004, 936 с.

46. Səfərov S. Yeni Azərbaycan; iqtisadiyyat, siyasət, dinamizin. Bakı,

Azerneşr, 2003, 230 s.

47. Социально-экономические проблемы развития

Азербайджанского села. Под ред. А.А. Махмудов, М.А.

Можин, А.Г. Алирзаев. Баку, «Елм», 1988.

48. Смит А. Исследование о природе и принципе богатства

народов. Пер.с англ. М, 1965.

49. Социально-экономические проблемы переходного общества:

из практики стран СНГ, М., Наука, 2000, 410 с.

50. Социальная защита населения. Российско-канадский проект.

/Под. ред. Н.М.Римашевской/, М.; РИЦ ИСЭПН, 288 с.

51. Суринов А.Е. Доходы населения. Опыт количественных

измерений. М., Финансы и статистика, 2000, 432 с.

52. Слагда В.Г. Основы экономики. М., Форум инфра- М.,

2003, 216 с.

53. Şokərəliyev A.Ş. Keçid iqtisadiyyatı və dövlət. В., BDU, 2000, 280

s.

54. Шаталин C.C. Расширенный фонд потребления, Ж. «Вопросы

экономики» №10, М., 1980.

55. Швяков А.Ю. Кирута А.Я. Моделирование

сбалансированности и согласования плановых решений в

сферах народного благосостояния. М., Наука, 1986, 210 с.

56. Тинтер Г. Введение в эконометрию. М., Статистика, 1965, 361

с.

57. S.Muradov. İnsan potensialı. Əsas meyllər, reallıqlar, problemlər.

Bakı 2004, 660 s.

58. Экономика в вопросах и ответах. Учебное пособие. Под. ред.

И.П. Николаевой. /М., ТК Велби, из-до. Проспект/,

2004, 336 с.

59. Экономика. Учебное пособие для ВУЗов. /Под ред. Проф. А.П.

Грязновой, проф. И.П.Николаевой, проф. Кадыковой/ М.,

ЮНИТИ дена, Из-до. Политическая литература и единство, 2001, 822 с.

535

Page 536: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Əli Qənbərəli oğlu Əlirzayev 1945-ci ildə Naxçıvan MR-nm Babək

rayonun Nehrəm kəndində anadan olub.

1952-1963-cü illərdə Nehrəm kənd orta məktəbini bitirib. 1963-

1968- ei illərdə Azərbayean Politexnik İnstitutunda təhsil alıb, Hesablama

texnikası, riyazi kibernetika üzrə mütəxəssis adı alıb.

1969- 1970-ci illərdə Sumqayıt şəhərində Neftkimya Avtomat İnstitutunda

Riyazi modelləşdirmə şöbəsində işləyib. 1970-1973-cü illərdə Moskvada SSRİ

Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda məqsədli

aspiranturanı bitirib. 1973-cü ildə həmin institutda «Riyaziyyatın iqtisadiyyata

tətbiqi» ixtisası üzrə «Gəlir və istehlakm differensial balansı» (Estoniya

timsalında) mövzusunda iqtisad elmləri namizədi adı almaq üçün dissertasiya

müdafiə edib.

1973-1986-cı illərdə Azərbayean Respublikası Elmlər Akademiyasının

İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsində

işləyib. 1975-ci ildən baş elmi işçi (dosent) elmi adını alıb.

1980-1981-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi

İqtisadi Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmək üçün

doktoranturanı keçib. 1985-ci ildə həmin institutda 08.00.05 «Xalq təsərrüfatının

planlaşması və idarə olunması» (makroiqtisadi səviyyə) ixtisası üzrə «ittifaq

respublikasının əhalisinin həyat səviyyəsinin tədqiqi və proqnozlaşdırılması»

(Azərbaycan Respublikası timsalında) mövzusunda doktorluq dissertasiyasını

müdafiə edib.

1986-1989-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər

üzrə prorektoru, «Xalq təsərrüfatının planlaşdırılması» kafedrasının müdir əvəzi

işləyib. 1989-1991-ci illərdə həmin institutda professor vəzifəsində işləyib.

1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Dövlət

Universitetində professor, kafedra müdiri, elmi-tədqiqat laboratoriyasının müdiri

işləyib.

Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri.

Ümummilli liderimiz H.Əliyevin tapşırığı ilə özəlləşdirmə proqramının işçi

qrupunun üzvü kimi fəal iştirak edib.

1993-1997-ci ildə Prezidentin fərmanı ilə yaradılan Dövlət Ali Ekspert

Komissiyasının (DAEK) üzvü olub.

1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda professor və

1997-ci ildən kafedra müdiri işləyib.

1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə YAP

siyahısı üzrə deputat olmaq üçün qeydiyyatdan keçib. 1997-ci ildə Deputat

mandatı alıb, 2000-ci ilə qədər Milli Məclisin deputatı. Büdcə siyasəti

komissiyasının sədr müavini işləyib.

-536 -

Page 537: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

20()0-ci ildə mojanitar seçki yolu ilə 4 saylı Babək-Şahbuz rayonundan

Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. İqtisadi siyasət

komissiyasının sədr müavini işləyir. Dövlət 4anunvericilik bazasının

yaradılmasında elmi potensialından istifadə stməklə qanunların yaranmasında

fəal iştirak edib.

1975-2005-ci illərdə Elmlər Akademiyasının İqtisadiyyat, Kibernetika

İnstitutunda, Azərbaycan Dövlət İqtisad Universitetində və Kənd Təsərrüfatının

İqtisadiyyatı və Təşkili İnstitutunda fəaliyyət göstərən ixtisaslaşmış müdafiə

şuralarının üzvü olmuş, 100-ə qədər alimin dissertasiya işlərinin müdafiəsində

fəal iştirak etmiş, 1992-2002- ci illərdə Prezident yayında Ali Attestasiya

Komissiyasının İqtisadiyyat və Hüquq bölməsi üzrə Ekspert Şurasının üzvü

olmuşdur. SSRİ Elmlər Akademiyasının, sonradan isə Rusiya EA-nm Mərkəzi

İqtisadi- Riyaziyyat, İqtisadiyyat və Sosial-İqtisadi Problemlər İnstitutu ilə

əməkdaşlığı vardır.

SSRI-nin, indiki Rusiya iqtisad elminin dünya şöhrətli iqtisadçıları olan

akademiklər N.P.Fedorenkonun, S.S.Şatalinin, N.M.Rima- şevskayanın,

N.Y.Petrakovun rəhbərliyi altında məktəb keçmiş, respublika alimləri və elmin

təşkilatçıları akademiklər F.Maqstıdovun, Ə.Mahmudovun təcrübəsini

mənimsəmişdir.

Beynəlxalq «Obhestvo i gkonomika» jurnalının redaksiya heyətinin

üzvüdür. Bir sıra iqtisadi qanunların hazırlanmasında iştirak edib. Azərbaycan

Dövlət İqtisaa Universitetinin və Odlar Yurdu Universitetinin Elmi Şurasının

üzvüdür.

Respublikanın iqtisadi-siyasi həyatında fəal iştirak edir. İqtisadi

qanunların, ölkə prezidentinin iqtisadi siyasətinin əhali arasında təbliğində,

radio-televiziya və təbliğat təşviqat tədbirlərində çıxış edir.

1992-ci il noyabrın 22-də Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının

üzvüdür. YAP-m I və II qurultaylarının iştirakçısı olub. YAP-m təşkil

olunmasında, ilkin konfransların kəndlərdə keçirilməsi tədbirlərinin təşkilatçısı

olub.

2002- ci ildə Prezident H.Əliyevin fərmanı ilə «Əməkdar elm xadimi»

fəxri ada layiq görülüb.

2002-ci ildə ən yaxşı iqtisadçı kimi «Uğur» mükafatı lauriatı adını alıb.

Naxçıvan Dövlət Universitetində, Azərbaycan Döylət İqtisad

Universitetində- və Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat

İnstitutunda yeni kafedraların və şöbələrin yaradıcısıdır.

200-dən artıq məqalə, monoqrafiyanın və tezisin müəllifidir. 300- dən çox

qəzet məqaləsi və ayrı-ayrı problemlər haqqında intervyuları vardır. 50-dən çox

aspirantın elmi rəhbəri olub.

Ailəlidir, üç övladı var.

-537

Page 538: AzAz Ə61 İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial- iqtisadi inkişaf problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər Ə 61

Ə.Q.Əlirzayev

(Əlirzayev Əli Qənbərəli oğlu)

İSLAHATLAR VƏ SÜRƏTLƏNMƏ STRATEGİYASI ŞƏRAİTİNDƏ AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ İNKİŞAF PROBLEMLƏRİ;

TƏCRÜBƏ, MEYLLƏR VƏ PERSPEKTİV İSTİQAMƏTLƏR

Bah, «Adiloğlu» nəşriyyatı - 2005, 538 səh.

Yığılmağa verilmişdir: 07.12.2004

Çapa imzalanmışdır: 16.01.2005

Kağız formatı: 60x90 1/16

H/n həcmi: 33,62 ç.v.

Sifariş: 12

Sayı: 500

Kitab “ADİLOĞLU'’ MMC-nin mətbəəsində hazır diapozitivlərdən istifadə olunmaqla

ofset üsulu ilə çap edilmişdir.

Ünvan: Bakı şəb., Ü.llaeıbəyov küç., 38/3

Tel.: 498-68-25; faks: 498-08-14