aqrar sahƏnİn İqtİsadİyyatilib.bbu.edu.az/files/book/1029.pdf · 2 redaktor: akif fərhad...

656
İSLAM İBRAHİMOV AQRAR SAHƏNİN İQTİSADİYYATI Bakı – 2016

Upload: others

Post on 13-Oct-2020

4 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

0

İSLAM İBRAHİMOV

AQRAR SAHƏNİN

İQTİSADİYYATI

Bakı – 2016

Page 2: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

1

İslam İbrahimov

İqtisad elmləri doktoru, professor,

Əməkdar Kənd Təsərrufatı İşçisi

AQRAR SAHƏNİN İQTİSADİYYATI

(MONOQRAFİYA)

Bakı - 2016

Page 3: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

2

Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir

üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

Vergilər Nazirinin müşaviri

Rəyçilər: Rəsul Ənvər oğlu Balayev – Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya

Məsləhət Mərkəzinin baş direktoru, i.e.d, prof.

Bəyalı Xanalı oğlu Ataşov – Azərbaycan Kooperasiya

Universitetinin elmi işlər üzrə prorektoru, i.e.d., prof.

Sadıq Vəli oğlu Salahov – Azərbaycan Respublikası

Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatının İqtisa-

diyyatı Elmi Tədqiqat İnstitutunun direktoru, i.e.d.,prof.

Məhərrəm Cəlal oğlu Hüseynov– Azərbaycan Dövlət

Aqrar Universitetinin “Maliyyə və iqtisadi nəzəriyyə”

kafedrasının müdiri, i.e.d., prof.

İbrahimov İ.H.

Aqrar sahənin iqtisadiyyatı. (Monoqrafiya). Bakı, 2016, 655 səh. Kitabda bazar iqtisadiyyatı sistemində aqrar sahənin iqtisadiyyatının ma-

hiyyəti, elmi-metodoloji məsələləri, qanunauyğunluqları, aqrar sahənin xalq təsərrü-

fatında rolu, yeni iqtisadi münasibətlərin formalaşdırıldığı və ərzaq təhlükəsizliyinin

qloballaşdığı şəraitində iqtisadi mexanizmin təkmilləşdirilməsi məsələləri tədqiq

edilir. Sadə və aydın formada aqrar sahənin istehsal vasitələri ilə təmin edilməsi,

xidmətlərin təşkili, aqrar istehsal, ətraf mühitin mühafizəsi və ekologiya məsələləri,

kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı, istehsalın intensivləşdirilmə-

si, sahələrin inkişafı, aqrar sahədə istehsalın səmərəliliyi, infrastruktur, aqrar sahədə

idarəetmənin mahiyyəti, təşkili xüsusiyyətləri, idarəetmə metodları izah olunur.

Monoqrafiyada aqrar sahənin iqtisadiyyatının nəzəri – praktiki və metodoloji

məsələləri tədqiq olunur. Kitabdan ali məktəblərin aqrar iqtisadiyyat, idarəetmə ixti-

sası üzrə təhsil alan tələbələri, aqrar sahədə çalışan mütəxəssislər, rəhbər işçilər,

elmi işçilər və sahibkarlar da istifadə edə bilərlər.

© İ.İbrahimov, 2016

Page 4: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

3

GİRİŞ

Keçən əsrin sonlarında siyasi və iqtisadi amillərin tə-

siri nəticəsində ölkəmizin milli iqtisadiyyatında, o cümlə-

dən aqrar sahədə çox böyük dəyişikliklər baş vermişdir.

1990-cı illərdə ictimai təsərrüfat sistemi bazar iqtisadiyya-

tı tələblərinə dözməyərək iflasa uğradı, aqrar sahədə uzun

müddət toplanmış potensial, maddi-texniki baza və forma-

laşmış idarə etmə sistemi dağılmağa başladı. Bununla əla-

qədar ölkədə çoxməsrəfli, israfçı, planlı təsərrüfat və ida-

rəetmə sistemindən imtina olundu, sovxoz və kolxozlarda,

emal və xidmət müəssisələrində islahatlar aparıldı, xüsusi

mülkiyyət və bazar iqtisadiyyatına əsaslanan yeni iqtisadi

münasibətlərin formalaşması, əmlak və torpaqların özəl-

ləşdirilməsi prosesi həyata keçirildi.

Öz tarixi inkişafında xüsusi dövr yaşayan ölkə iqtisa-

diyyatının yeni münasibətlər əsasında formalaşdırılması,

sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün təsərrüfat

mexanizminin yenidən qurulması üçün ciddi və ardıcıl is-

lahatlar həyata keçirildi. Bu prosesin önündə insan amili

həlledici rol oynayır və ona görə də insanların iqtisadiyyat

və idarəetmə nəzəriyyəsinə yiyələnməsi böyük elmi təcrü-

bi əhəmiyyət daşıyır.

Aqrar sahədə iqtisadiyyatın dərindən öyrənilməsi və

idarəetmənin spesifik xüsusiyyətlərinin bazar iqtisadiyya-

tının tələblərinə uyğun tənzimlənməsi qanunauyğunluqlar

daxilində istiqamətləndirilir. Bu hazırkı bazar münasibət-

ləri şəraitində sahibkarlıq fəaliyyətinin formalaşmasına,

sosial-iqtisadi inkişafın sürətləndirməsində cəmiyyətdə və-

zifələrin dəyişməsi və istehsalın idarəetməsində iştirakçı-

ların hərtərəfli formalaşmasına təsir edir. Başqa sözlə, aq-

Page 5: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

4

rar sahənin iqtisadiyyatı məsələsinə mülkiyyət, yeni iqtisa-

di münasibətlər və sosial-iqtisadi inkişafın xarakterinə uy-

ğun baxılır.

Monoqrafiyada aqrar sahənin iqtisadiyyatının mahiy-

yəti, qanunauyğunluqları, aqrar sahənin xalq təsərrüfatın-

da rolu, yeni təsərrüfat, iqtisadi münasibətlərin formalaşdı-

rıldığı və ərzaq təhlükəsizliyinin qloballaşdığı şəraitində

iqtisadi mexanizmin təkmilləşdirilməsi məsələləri şərh

edilir. Aqrar sahənin istehsal vasitələri ilə təmin edilməsi,

xidmətlərin təşkili, aqrar istehsal, ətraf mühitin mühafizəsi

və ekologiya məsələləri, kənd təsərrüfatı məhsullarının tə-

darükü, emalı və satışı, istehsalın intensivləşdirilməsi, sa-

hələrin inkişafı, aqrar sahədə istehsalın səmərəliliyi, in-

frastruktur, aqrar sahədə idarəetmənin mahiyyəti, təşkili

xüsusiyyətləri, idarəetmə metodları izah olunur, aqrar sa-

hənin iqtisadiyyatının nəzəri -praktiki və metodoloji məsə-

lələri tədqiq olunur.

Kitabdan ali məktəblərin aqrar iqtisadiyyat, idarəet-

mə ixtisası üzrə təhsil alan tələbələri, aqrar sahədə çalışan

mütəxəssislər, rəhbər işçilər, elmi işçilər və sahibkarlar is-

tifadə edə bilərlər.

Page 6: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

5

FƏSİL I. AQRAR SAHƏNİN İQTİSADİYYATININ

NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİ

1.1.Aqrar sahənin iqtisadiyyatının məzmunu.

Aqrar sahə ölkə iqtisadiyyatının əsas sahəsi kimi in-

san cəmiyyətinin yaşaması üçün əvəz olunmaz əhəmiyyət

kəsb edir. Vaxtilə klassiklər yeyinti vasitələrinin istehsalı-

nın bilavasitə istehsalçıların yaşayışı üçün və ümumiyyətlə

hər cür istehsal üçün ən birinci şərt olmasını göstərmişlər.

Aqrar sahə, xüsusilə kənd təsərrüfatı sahəsi əhalinin ərzaq

məhsullarına artmaqda olan tələbatını və bir sıra sənaye

sahələrinin (yeyinti və yüngül sənayenin) xammala olan

ehtiyaclarını ödəyir. Ölkə iqtisadiyyatının bir çox sahələri-

nin inkişafı aqrar sahənin səviyyəsindən müəyyən dərəcə-

də asılıdır. İqtisadiyyatın bu sahəsi həm də iqtisadiyyatın

müxtəlif sahələrinin və əhalinin ehtiyaclarını ödəyən vacib

mənbə hesab olunur. Ərzaq məhsulları və kənd təsərrüfatı

mənşəli başqa məhsullar respublikada istehlak şeylərinə

olan tələbatın təxminən 4-də 3 hissəsini ödəyir. 2014-cü

ildə respublika iqtisadiyyatının sahələrində çalışan işçilə-

rin 36,7%-i bu vacib sahədə çalışaraq ümumi daxili məh-

sulun 5,3 %-i vermişdir. Ölkə üzrə ümumi məhsul istehsa-

lında aqrar sahə, onun tərkib hissəsi olan kənd təsərrüfatı

iqtisadiyyatın sahələri arasında mühüm yer tutur. Kənd tə-

sərrüfatı mənşəli məhsullara tələbat artdıqca onların isteh-

salı və emalı, saxlanması və daşınması, satışı ilə məşğul

olan sahələr şəbəkəsi genişlənir və təkmilləşir. Hazırda ye-

yinti sənaye müəssisələrinin xammal-material ehtiyacları-

nın 80 %-dən çoxu yalnız kənd təsərrüfatı məhsulları he-

sabına təmin olunur. Bununla yanaşı, kənd təsərrüfatı sə-

Page 7: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

6

naye sahələrindən maşın və mexanizm, neft məhsulları,

elektrik enerjisi, mineral gübrələr almaqla istehsal prosesi-

ni daha səmərəli təşkil edir və məhsul istehsalını artırır.

Nəticədə əhalinin kənd təsərrüfatı məhsullarına və emal

sənaye müəssisələrinin xammala olan tələbatının ödənil-

məsində iştirak edən müəyyən qrup sahələri fəaliyyət gös-

tərir. Bu, sahə və yarımsahə kimi sıx əlaqəli fəaliyyətə

əsaslanır. Vaxtı ilə İttifaqa daxil olan respublikalarda nəhəng

iqtisadiyyatın idarə edilməsində (1985-ci illərdə) əsasən kə-nd təsərrüfatının və sənayenin bir-biri ilə qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olan yarımsistemlərinin, bunlara bila-vasitə xidmət edən infrastrukturların (istehsal, sosial və b-azar) fəaliyyətini birləşdirən aqrar – sənaye kompleksi ya-radılmışdı. Bu, xammalın istehsalı, emalı, saxlanılması və satışı proseslərində qarşılıqlı əlaqədə olan müəssisələrin, təşkilatların səylərini birləşdirməklə xammaldan son məh-sulun alınmasına və satışına kimi fasiləsiz texnoloji pro-sesin başa çatdırılmasına, səmərəli fəaliyyətə istiqamətlən-dirilirdi. Kompleksin əsas məqsədi sovet imperiyasının xam məhsullara olan tələbatının ödənilməsinə, təbii sər-vətlərin daha intensiv şəkildə istifadə olunmasına, mərkə-zin sifarişlərinin yerinə yetirilməsinə xidmət etmək ol-muşdur.

“Kompleks” latın sözü olub, lüğəti mənasına görə əlaqələndirmək, birləşdirmək, uzlaşdırmaq, qovuşdurmaq deməkdir. “Aqrar-sənaye kompleksi” sözünün özü də müx-təlif mənada işlədilir. Aqrar-sənaye kompleksi əslində sa-hələrarası istehsal kooperasiyasına əsaslanır. Kompleks kənd təsərrüfatına istehsal vasitələri verir, kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı sahələrini əlaqələndi-rir.

Page 8: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

7

Aqrar – sənaye kompleksi – kənd təsərrüfatı məhsul-

larının istehsalı, onların saxlanılması, emalı və istehlakçı-

lara çatdırılması ilə məşğul olan kənd təsərrüfatını texnika

və gübrələrlə təchiz edən, müvafiq xidmətlər göstərən xalq

təsərrüfatı sahələrinin məcmusudur. Aqrar – sənaye komp-

leksinin tərkibində üç sahə bir-birindən ayrılır: 1) kənd tə-

sərrüfatı və onunla əlaqədar olan sahələri istehsal vasitələ-

ri ilə təmin edən, kənd təsərrüfatına istehsal – texniki xid-

məti həyata keçirən sənaye sahələri; 2) kənd təsərrüfatının

özü; 3) kənd təsərrüfatı məhsullarının emalı və istehlak-

çılara çatdırılması (alqısı, saxlanılması, daşınması və sa-

tışı) ilə məşğul olan sahələr.

Respublikamız müstəqilliyini bərpa edənə qədər

(1991-ci il) taxılçılıq yarımkompleksi mövcud olmuşdu.

Bu kompleks özündə xammal istehsal edən kənd təsərrü-

fatı müəssisələrini, maya istehsalı sənayesini, çörəkbişir-

mə sənayesini, makaron, yeyinti konsentratı, un – yarma

sənaye sahələrini birləşdirirdi. Respublikanın rayonlarda,

iri şəhərlərdə xidmət göstərən dəyirmanlar, çörək zavodla-

rı, sahələrə xidmət göstərən müəssisələr (nəqliyyat və s.)

yeyinti və şirniyyat sənayesinə, onun inkişafına təsir gös-

tərirdi. Bu müəssisələr əhalinin ərzaq məhsullarına (taxıl,

un, yarma, makaron, çörək, bulka məmulatı, şirniyyat

məhsullarına və s.) tələbatının ödənilməsində xüsusi əhə-

miyyətə malik idi. Onlar həm də heyvandarlığın inkişafına

təsir göstərirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən

sonra yeni iqtisadi münasibətlər şəraitində mülkiyyət mü-

nasibətləri dəyişmiş, yeni forma və məzmun almışdır.

Mülkiyyət münasibətləri yeni təsərrüfat formalarının ya-

ranmasına səbəb olmuşdur. Təbiidir ki, yeni istehsalçı sa-

hibkar kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalı ilə

Page 9: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

8

məşğul olmur. Odur ki, ölkə səviyyəsində kənd təsərrüfatı

üçün istehsal vasitələrinin istehsalı sənayesi sahəsi olma-

dan xüsusi mülkiyyətə əsaslanan müstəqil özəl kənd təsər-

rüfatı istehsalı, məhsulların emalı, satışını, sahənin xidmə-

tini (aqrokimya, meliorasiya, tikinti, aqroxidmət, baytar-

lıq, fitosanitar, aqrokredit, toxumçuluq, damazlıq və sair

xidmətlər) özündə birləşdirən çoxsahəli sistem formalaş-

mışdır. Ehtiyacların ödənilməsi üçün məhsul istehsalına,

xidmətlərə və səmərəliliyi artırmağa yönəldilən, proseslə-

rin spesifik xüsusiyyətləri və təbii şərait amilləri daxilində

tətbiq edilən əmək alətləri, texniki, texnoloji, təşkilati və

iqtisadi cəhətdən uyğun (eyni cins) əməliyyatların, işçilə-

rin yerinə yetirildiyi və xidmətlər göstərildiyi bir – biri ilə

qarşılıqlı əlaqəsi olan eyni istehsal – iqtisadi fəaliyyətlərin

(yerlərin) məcmu aqrar sahə hesab edilə bilər.

Ərzaq məhsulları və digər kənd təsərrüfatı mənşəli

məhsullar istehsalında iştirak edən sənaye, kənd təsərrüfatı

və iqtisadiyyatın başqa sahələri məhsulun istehsalının artı-

rılması və onun istehlakçılara çatdırılması prosesində daha

əlverişli formada əlaqə yaratmağa çalışır. Buradan irəli gə-

lən tələblər və mövcud imkanlar aqrar sahənin inkişaf isti-

qamətini müəyyənləşdirir.

Respublikada 2015-ci ildə aqrar sahədə 849 mindən

çox ailə kəndli təsərrüfatı, müəssisə, təşkilatı və digər tə-

sərrüfat subyektləri mövcud olmuşdur. Bunun 841 mindən

çoxunu ailə kəndli təsərrüfatları, 1,7 mini kənd təsərrüfatı

müəssisələri, 3,9 mini kiçik sahibkarlıq subyektləri–kənd

təsərrüfatı məhsulları emal edən sənaye, təchizat, tədarük

təşkilatları, xidmətedici sahələr, xammalın ilkin və təkrar

emalını həyata keçirən müəssisələr təşkil edir.

Aqrar sahənin obyektiv əsaslarını məhsuldar qüvvələ-

Page 10: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

9

rin yüksək səviyyəsi, ictimai əmək bölgüsünün inkişafı və

onun başqa sahələrlə genişlənən qarşılıqlı əlaqəsi təşkil edir.

Aqrar sahə bir tərəfdən istehsalın ixtisaslaşmasının,

çoxukladlı iqtisadiyyatın formalaşmasının nəticəsi kimi

sahələrin ayrılaraq müstəqil fəaliyyət göstərilməsini əks

etdirirsə, digər tərəfdən sahələrin qarşılıqlı əlaqəsinin zə-

ruriliyini səciyyələndirir. Bu qayda ilə aqrar sahə iqtisadiy-

yatın bir-birilə qarşılıqlı əlaqədə olan, müstəqil və təsərrü-

fat daxilində birlikdə fəaliyyət göstərən sahələrin dialektik

vəhdəti kimi çıxış edir.

Aqrar iqtisadiyyat aqrar sahədə iqtisadi münasibətlər

sistemini, sahənin spesifik xüsusiyyətlərini nəzərə almaqla

iqtisadi tənzimləmə mexanizmini, məhsul istehsalı və xid-

mətlərin səmərəliliyini öyrənən bir elmdir. Aqrar iqtisa-

diyyat torpaq və təbii şəraitdən istifadəni, kənd təsərrüfatı-

nın bioloji amillərini (bitkilərin, heyvanların inkişafını,

bioloji prosesləri), iqtisadi rayonların spesifik xüsusiyyət-

lərini nəzərə almaqla, təsərrüfatçılığın müxtəlif təşkilati –

hüquqi formalarının inkişafını, tələbatın ödənilməsinin yax-

şılaşdırılmasını qarşıya qoyur.

1.2. Aqrar sahənin iqtisadiyyatında tədqiqat

metodları.

Bütünlükdə iqtisadiyyat elmi ictimai münasibətlərin

əsası kimi cəmiyyətin həyatında həlledici rol oynayır. O,

cəmiyyətin iqtisadi bazisi və istehsal münasibətlərinin

məcmusu olmaqla iqtisadiyyatın əsasını təşkil edir və iqti-

sadiyyatın digər hissəsinin, xüsusilə sənaye, kənd təsərrü-

fatı xidmət və s. özündə əks etdirir.

Bir sıra iqtisad elmləri sahəsi də, (sənayenin iqtisadiy-

yatı, ticarətin iqtisadiyyat, nəqliyyatın iqtisadiyyatı, kənd tə-

Page 11: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

10

sərrüfatının iqtisadiyyatı, tikintinin iqtisadiyyatı və s.) iqtisa-

diyyat elmi kimi qəbul olunur.

İctimai elmlər sırasına aid edilən bu biliklər sistemi

bilavasitə iqtisadi nəzəriyyə elm kimi yaranmışdır. Cəmiy-

yətin iqtisadi bazisinin tədqiq edən elmlər sırasında əsas

yeri iqtisadi nəzəriyyə elmi tutur.

İqtisadi nəzəriyyə insan cəmiyyətinin müxtəlif inki-

şaf mərhələsində maddi nemətlərin istehsalını, mübadiləsi-

ni, bölgüsünü və istehlakını idarə edən iqtisadi qanunları

öyrənən bir elmdir. İqtisadi nəzəriyyə elmi iqtisadi proses-

ləri bütün xalq təsərrüfatı miqyasında öyrənərək, ictimai

istehsalın müəyyən sahəsinin tədqiqi ilə məhdudlaşmır.

Başqa elmlərdən fərqli olaraq aqrar sahənin iqtisadiy-

yatı konkret sahə iqtisadiyyatı elmi kimi iqtisadiyyatın bir

sahəsində, yəni kənd təsərrüfatında və bununla bağlı aqrar

emal sənayesi, onlara xidmət edən sahələrdə ictimai mü-

nasibətləri tədqiq edir. Aqrar sahənin iqtisadiyyatı elminin

tədqiqat obyekti dövlət, bələdiyyə və xüsusi mülkiyyətə

əsaslanan kənd təsərrüfatı, müxtəlif təsərrüfat formaları,

səhmdar cəmiyyətləri və emal müəssisələri, həmçinin bir

sıra xidmət sahələridir. Burada baş verən ictimai-iqtisadi

hadisələr aqrar sahənin iqtisadiyyatı elmi tərəfindən təcrid

olunmuş halda deyil, cəmiyyətin və konkret sahələrin inki-

şaf qanunları və qanunauyğunluqları ilə əlaqəli formada

dərk edilməklə ümumiləşdirilir və bu sahədə cəmiyyətin

qarşısında duran konkret vəzifələr müəyyənləşdirilir.

Ümumiyyətlə, aqrar sahənin iqtisadiyyatı elminin

predmeti obyektiv qanunların konkret fəaliyyətini və təsir

mexanizmini, iqtisadiyyatın bu sahəsinin inkişafının spesi-

fik xüsusiyyətlərini və qanunauyğunluqlarını, istehsalın

təşkili və bu prosesdə meydana çıxan iqtisadi münasibətlə-

Page 12: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

11

rini öyrənir. Aqrar sahənin iqtisadiyyatı aqrar bölmədə cə-

miyyətin qarşısında duran başlıca vəzifələrin istiqamətləri-

ni müəyyən edir. Aqrar sahənin iqtisadiyyatı elmi bir çox

elmlər ilə əlaqəlidir. Bu elmlər içərisində o, özünəməxsus

yer tutur.

Aqrar sahənin iqtisadiyyatı, iqtisadiyyatın ayrı-ayrı

cəhətlərini öyrənən iqtisad elmləri ilə əlaqədə (iqtisadi nə-

zəriyyə, kənd təsərrüfatı və müəssisələrin iqtisadiyyatı,

təşkili, proqnozlaşdırılması, statistika, mühasibat uçotu,

maliyyə və kredit, audit, aqrar bazar və s.) sahənin nəzəri,

metodoloji əsasını, bu sferanın iqtisadiyyatı məsələlərini

elmi cəhətdən işləyib hazırlayır. Başqa sözlə, aqrar sahə-

nin iqtisadiyyatı elmi iqtisadi nəzəriyyə ilə aqrar sahənin

iqtisadiyyatının ayrı-ayrı cəhətlərini öyrənən iqtisad elm-

lərinin inteqrasiyasını təmin edərək, onları üzvü şəkildə

əlaqələndirir.

Aqrar sahənin iqtisadiyyatı elmi-həmçinin kənd tə-

sərrüfatı elminin (əkinçilik, bitkiçilik, heyvandarlıq, tor-

paqşünaslıq, aqrokimya və s.) nəticələrini təhlil edir, onunla

bağlı sahələrin əlaqədə inkişafını öyrənir, onları iqtisadi

baxımdan ümumiləşdirərək əməli təkliflər irəli sürməsini

təmin edir.

Başqa iqtisadi elmlər kimi aqrar sahənin iqtisadiyyatı

elminin metodoloji əsası dialektik materializm təşkil edir.

Onun tələblərinə uyğun olaraq iqtisadi hadisələr və pro-

seslər, başqa hadisələr və proseslərlə birgə, əlaqəli şəkildə

xalq təsərrüfatında məhsuldar qüvvələrin, istehsal münasi-

bətlərinin inkişaf səviyyəsi ilə bağlı, daim inkişafda, kə-

miyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid

baxımından tədqiq edilir.

Aqrar sahənin iqtisadiyyatı elmində tədqiqatın belə

Page 13: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

12

əsaslarla aparılması həm də kursun məzmununun bir sıra

metodoloji tələblərə əməl olunmasını şərtləndirir. Aqrar

sahənin iqtisadiyyatı elmi iqtisadi hadisələri və prosesləri

özünün tədqiqat metodları və üsulları ilə öyrənir. İctimai

iqtisadi hadisələr və proseslər öz təbiəti etibarilə mürək-

kəbdir, çoxcəhətlidir, daim hərəkətdədir və dəyişkəndir.

Onların inkişaf qanunauyğunluqları konkret şəraitdə və ta-

rixi mərhələdən asılı olaraq mahiyyət və formaca təzələ-

nir. Bu dəyişiklik şəraitində hadisələri öyrənmək üçün aq-

rar iqtisadiyyat elmi öz əməli fəaliyyəti, metodları və üsul-

larını təkmilləşdirir və bir-birini əvəz edən yenilərini yara-

dır. Bu metod və üsullar tədqiqatın məqsədinə nail olmaq

üçün məntiqi cəhətdən uyğunlaşaraq bitkin sistem əmələ

gətirməklə ümumi metodoloji istiqaməti müəyyənləşdirir.

Beləliklə aqrar sahənin iqtisadiyyatı elminin metodologi-

yası elmi və əməli fəaliyyət metodları və üsullarının ya-

ranması, inkişafı və bir-birini əvəz etməsi qanunauyğun-

luqları sistemi kimi başa düşülür. Nəticə etibarilə metodo-

logiya metod və vasitələrin məcmusu, onların məntiqi vəh-

dətidir.

Müasir şəraitdə aqrar sahənin iqtisadiyyatının meto-

doloji əsasları aqrar sahədə məhsuldar qüvvələrin sürətlə

inkişafının təmin edə bilən iqtisadi mexanizmin ahəngdar

işinin və buna təminat verə biləcək təşkilat quruluşunu ya-

ratmaq yolunun nəzəri və əsaslandırılmış məsələlərini

özündə əks etdirir. Yeni iqtisadi münasibətlərə uyğun gə-

lən əmtəə-pul münasibətləri, dəyər qanununu və digər iqti-

sadi qanunların üstünlüklərindən istifadə etməklə əsas iqti-

sadi qanununun tələblərinə müvafiq mövcud potensiallar-

dan cəmiyyətin xeyrinə istifadə edilməsi bütövlükdə aqrar

sahənin iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətin-

Page 14: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

13

də tədbirlər işlənib hazırlanmasına zəmin yaradır. Respub-

likanın aqrar sahəsində iqtisadi mexanizmi daha da tək-

milləşdirmək məqsədilə iqtisadiyyatın bazar münasibətlə-

ri, yeni təsərrüfat formaları baxımından öyrənilməsi belə

tədbirlərdəndir.

Aqrar sahədə iqtisadi proseslərin inkişaf qanunları-

nın və qanunauyğunluqlarının dərk olunması, adətən mü-

rəkkəb ictimai-iqtisadi mahiyyət kəsb edən obyektiv ger-

çəkliyin öyrənilməsidir. Gerçəkliyin belə dərk olunma üsul

və qaydaları elmi-tədqiqat metodları adlanır. Digər konk-

ret elmlər kimi aqrar sahənin iqtisadiyyatı elminin tədqiqat

metodları da bütün elmlərə aid olan ümumi dialektik ma-

terializm tədqiqat metoduna istinad edir, onunla əlaqəli

formada bütöv bir sistem kimi fəaliyyət göstərir. Bu sis-

tem tədqiqat istiqamətini, onun məqsəd və vəzifələrinin

müəyyənləşdirilməsini, tədqiqatın proqramının tətbiqini,

məlumatların toplanmasını və sistemləşdirilməsini, təhlil

və nəzəri ümumiləşdirmələr aparılmasını və alınan nəticə-

lərin təcrübədə yoxlanmasını nəzərdə tutur.

Beləliklə, hər hansı iqtisadi hadisə və prosesin baş

verməsi səbəblərini və nəticələrini öyrənmək, tədqiq et-

mək və qiymətləndirmək vasitəsinə və üsuluna metod de-

yilir. Hadisə və proseslərin elmi və təcrübi baxımdan ardı-

cıl, sistemli öyrənilməsi və qiymətləndirilməsi üsullarının

məcmusu metodika adlandırılır. Aqrar sahənin iqtisadiyyatında tədqiqat işləri müşa-

hidə aparılması və müvafiq məlumatların toplanması ilə başlanır. Tədqiqatın taleyi məlumatların dəqiqliyindən və onların öyrənilən iqtisadi hadisə üçün nə dərəcədə xarak-terik olmasından birbaşa asılıdır. Odur ki, tədqiqatın bu mərhələsində xətaya yol verməmək üçün məlumatlar daha

Page 15: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

14

etibarlı, dəqiq və xarakterik olmaqla məcmu ictimai hadi-sələrin daha çox cəhətlərini deyil, onların əksəriyyət təşkil edən məcmu vahidlərini, habelə keyfiyyət müxtəliflikləri-ni özündə əks etdirməlidir. Məlumatların toplanması pro-sesi müşahidənin düzgünlük dərəcəsindən, onun elmi cə-hətdən əsaslandırılmasından asılıdır. Əslində, tədqiqat ob-yektinin müəyyən edilməsi və konkret göstəricilərlə xa-rakterizə olunması dərəcəsi aqrar sahənin iqtisadiyyatı el-minin tədqiqatlarının başlanğıcı kimi məsul və çox mü-hüm əhəmiyyətə malik mərhələdir.

Aqrar sahədə ayrı-ayrı illərin təsərrüfat nəticələri bir çox hallarda iqlim amillərinin istehsalın nəticələrinə hansı istiqamətdə təsir etməsinə görə fərqlənir. İqlim amillərinin dəyişikliyi ilə əlaqədar olaraq istehsalın nəticələrində ya-ranan fərqli ictimai-iqtisadi hadisələrin vaxt üzrə müqayi-səsində ümumiləşdirmələr aparmaq üçün orta illik (üç, beş, on il üzrə) göstəricilərdən istifadə etmək lazım gəlir.

Aqrar sahənin iqtisadiyyatında istifadə edilən metod-lar iki yerə – ümumi və xüsusi metodlar sisteminə ayrılır. Ümumi metod elmi biliklərin və ictimai həyatın bütün sa-hələrində tətbiq edilir. Ümumi metodlara kompleks halın-da yanaşma, tarixi yanaşma, xalq təsərrüfatının sahələrara-sı mövqeyindən yanaşma, optimallaşdırma, ümumiləşdir-mə, müşahidə, təhlil, deduksiya və induksiya, mücərrəd təfəkkür metodunu aid etmək olar. Bu metodlara bütün elmlər tərəfindən istifadə edilən metodlar (universal) de-mək olar. Bununla yanaşı, xüsusi, konkret elmi metodlar da vardır. Müxtəlif informasiyaların toplanması, iqtisadi modelləşdirmə, anket sorğusu metodu və s. göstərmək olar. Aqrar sahənin iqtisadiyyatında inzibati və iqtisadi metod-lardan geniş istifadə edilir. Burada cəmiyyətin iqtisadi mü-nasibətlərində əsas rol iqtisadi metod tutur. Buraya inkişa-

Page 16: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

15

fa iqtisadi vasitələr – maliyyə, kredit, qiymət, sığorta, sub-sidiya, planlaşdırma, idarəetmə, stimullaşdırma və s. da-xildir.

Aqrar sahənin iqtisadiyyatında mücərrəd-məntiq me-todlarından geniş dairədə istifadə olunur. Bu metodların vasitəsilə hadisələrin daha xarakterik olanı seçilir və tərkib hissələrinə ayrılır, həmin hissələr arasındakı qarşılıqlı əla-qə, birinin digərindən asılılıq dərəcəsi məntiq əsasında qu-rulur. Bu prosesdə mürəkkəb hadisə və proseslərin mahiy-yətini açıb göstərən müxtəlif kateqoriya və anlayışlar mü-cərrəd-məntiq metodunun nəticəsi kimi qiymətləndirilir. Hadisələrin dərk olunması məqsədilə fərziyyələr irəli sü-rülür, onlar induksiya və deduksiya, təhlil və sintez, müqa-yisə və s. bu kimi mücərrəd məntiq elmi metodlarından is-tifadə olunur.

Aqrar sahənin iqtisadiyyatı elminin bir sıra konkret tədqiqat üsulları mövcuddur. Burada təhlil, sintez, induk-siya və deduksiya, iqtisadi-statistik üsulu(monoqrafiya), eksperiment üsulu, konstruktiv hesablama (variant), ba-lans, məqsədli, kompleks-proqram üsulları, iqtisadi-riyazi, və s. misal göstərilə bilər. Bu metodlar ümumi, spesifik, xüsusi və iqtisadi metodlar olmaqla hadisə və konkret sa-hələr üzrə inkişaf qanunauyğunluqlarına uyğun öyrənilir və tətbiq edilir.

Təhlil. Bu metodla tədqiq olunan iqtisadi hadisələr

ayrı-ayrı hissələrə ayrılır və onların arasındakı əlaqə və

xüsusiyyətlər ayrılıqda öyrənilir. Bu metodla hadisənin

müxtəlif hissələrində (sahələrində) gedən xarakterik pro-

seslər və xüsusiyyətlər açılır və öyrənilir. Başqa elmlərdə

olduğu kimi müxtəlif təsərrüfat formalarında istehsalın

təşkili elmində də bu üsuldan geniş istifadə edilir. Bura da

Page 17: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

16

əsas – təhlil edilən rəqəmlər, cədvəllər, diaqramlar, statis-

tika qruplaşdırılmalıdır. Təhlil öyrənilən hadisənin mü-

hüm cəhətlərini müəyyənləşdirməyə və dərk etməyə im-

kan verir.

Təhlil üsulunu tətbiq etmədən hər hansı bir hadisəni

bütünlükdə dərk etmək çox çətindir. Ona görə də tədqiq

olunan məsələni hərtərəfli araşdırmaq üçün onu ünsürlər

üzrə hissə-hissə öyrənmək lazımdır.

Hadisələrin ayrı-ayrı tərkib elementlərinin tətbiq olu-

naraq müəyyənləşdirilən inkişaf qanunauyğunluqlarının

ümumiləşdirilməsi prosesi sintez adlanır. Sintezin köməyi

ilə təhlil edilmiş hadisələr ümumiləşdirilir və bunun əsa-

sında öyrənilən məsələ haqqında tam bilik hasil olur. Be-

ləliklə, təhlillə sintez bir-birilə üzvi surətdə bağlıdır.

İnduksiya və deduksiya. Bu üsulların tətbiq edilməsi

də iqtisadi problemlərin işlənib hazırlanmasında mühüm

rol oynayır.

İnduksiya üsulu xüsusidən ümumiyə doğru, ayrı-ayrı

hadisələrin tədqiqindən ümumi nəticələr çıxarılmasına

doğru gedir. Yəni hadisələr tərkib elementlərinə ayrılaraq

bütövlükdə öyrənilir.

Deduksiya üsulu isə, əksinə ümumidən xüsusiyə

doğru gedir. İnduksiya ilə deduksiya bir-birilə zəruri surət-

də bağlıdır, onlar qarşılıqlı surətdə bir-birini tamamlayır. İqtisadi-statistik – üsul kütləvi məlumatlar vasitəsilə

ictimai hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün tətbiq edilir. Bu tədqiqat üsullarını üç qrupa bölmək olar: a) statistik müşahidə, b) materialın işlənməsi və sis-temləşdirilməsi, c) onların nəticələrinin təhlil edilməsi. Materialların işlənməsi, sistemləşdirilməsi və təhlili prose-sində əsasən statistik qruplaşdırmadan, orta və nisbi kə-

Page 18: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

17

miyyətdən, qrafik üsulundan, iqtisadi müqayisədən, in-dekslərdən, təhlil, korrelyasiya, reqressiya üsullarından və s. istifadə olunur.

Monoqrafiya tədqiqat üsulu ümumi məzmunu kifa-yət dərəcədə xarakterizə edən tipik xarakterik nümunələ-rindən birinin öyrənilməsini nəzərdə tutur. Bu tədqiqat prosesində alınan nəticələr vasitəsilə ümumi məcmu səciy-yələnir. Monoqrafiya tədqiqat üsulundan mütərəqqi qa-baqcıl, iqtisadi cəhətdən səmərəli təsərrüfatların təcrübəsi-nin öyrənilməsində daha çox istifadə olunur.

Statistika qruplaşdırılması. Bu üsulun mahiyyəti və bu və ya digər qanunauyğunluğu əks etdirən məlumatların ümumiləşdirilməsindən ibarətdir.

Təsərrüfat formalarında istehsal fəaliyyətini tədqiq etmək, onların iş təcrübəsini öyrənmək üçün bu üsulun çox böyük əhəmiyyəti vardır.

Eksperiment üsulu. Bu üsul da istehsalın təşkili məsə-lələrinin öyrənilməsində tez-tez tətbiq olunur. Son vaxtlara qədər bu üsul yalnız təbiət elmlərinə aid edilirdi. Düzdür, iqtisad elminin predmetini insanların istehsal münasibətləri təşkil edir və bu münasibətlərin tədqiqində anlayışların, mühakimələrin, abstraksiyaların gücündən istifadə edilir. Lakin bu heç də istehsalın təşkili məsələlərinin öyrənilmə-sində eksperimentin əhəmiyyətini azaltmır. Məhz eksperi-ment tədqiqat nəticəsində kənd təsərrüfatı istehsalının mü-rəkkəb problemlərini işləyib hazırlamaq mümkündür. Eks-periment istehsalın təşkili məsələlərinin elmi cəhətdən düz-gün həll olunması üçün mühüm bir vasitədir.

Təhrifə yol verməmək və obyektiv nəticələr çıxar-maq üçün bir neçə ilin statistika məlumatlarını öyrənmək tələb olunur. Yalnız bu əsas üzrə təbii amillərin göstərdiyi təsiri müəyyən dərəcə nəzərə almaq və həyata keçirilən

Page 19: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

18

tədbirin özünün verdiyi nəticələri aşkara çıxarmaq müm-kündür.

Konstruktiv hesablama (variant metodu) üsulundan eyni iqtisadi hadisə və proseslərin perspektiv səviyyələri-ni, onların iqtisadi səmərəliliyinin yüksəldilməsi yollarını müqayisə etməklə (həll etmə variantı) səmərəli olmasını müəyyən etdikdə istifadə olunur. Bu məqsədlə öyrənilən hadisə və proseslərin inkişaf istiqamətlərinin daha səmərə-li variantlarını seçmək üçün normativlərdən də istifadə et-məklə iqtisadi cəhətdən əsaslandırılmış tədbirlər sistemi hazırlanır.

Balans üsulu – aqrar sahədə əmək, material və pul vasitələrindən səmərəli istifadə səviyyəsinin araşdırılma-sında tətbiq edilir. Tərtib olunan natural, dəyər və əmək balansları kənd təsərrüfatı və emal müəssisələrinin ehtiyat-lar arasında nisbəti müəyyənləşdirməyə imkan verir.

Məqsədli-kompleks proqram üsulu aqrar sahənin, o cümlədən kənd təsərrüfatının inkişafını əks etdirən daha vacib xalq təsərrüfatı əhəmiyyətli hadisələri araşdırdıqda və bu istiqamətdə tədbirlər sistemi işləyib hazırladıqda tət-biq olunur.

İqtisadi-riyazi tədqiqat üsulu vasitəsilə əsasən iqtisa-di hadisə və prosesin gələcək inkişafının optimal həlli, onun tənzimlənməsi forma və metodları tapılır. Aqrar sa-hənin iqtisadiyyatında planlaşdırma və idarəetməni tək-milləşdirmək məqsədilə, hadisə və proseslərin modelləşdi-rilməsi üçün iqtisadi-riyazi tədqiqat metodundan istifadə əsas cəhətlərdən biridir. Hazırda iqtisadi-riyazi metodların köməyi ilə işlənən və elektron hesablama maşınlarının kö-məyi ilə hazırlanan kütləvi məlumatlar maşınların yadda-şında sistemləşdirilərək saxlanır və onlardan konkret mə-sələlərin araşdırılmasında geniş istifadə edilir.

Page 20: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

19

1.3. Bazar iqtisadiyyatı şəraitində aqrar iqtisadiyyatın

qarşısında duran vəzifələr.

Bazar iqtisadiyyatı şəraitində respublikada aqrar iqti-

sadiyyatı tənzimləmək və sabitləşdirmək, onun inkişafını

təmin etmək məqsədilə iqtisadi islahatların həyata keçiril-

məsi tələb olunur. Bu məqsədlə respublika hökuməti bir

sıra ardıcıl və sistemli tədbirlər işləyib həyata keçirmişdir.

“Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozla-

rın islahatı haqqında”, “Torpaq islahatı haqqında”, “Ailə

kəndli təsərrüfatı haqqında”, “Sahibkarlıq fəaliyyəti haq-

qında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Torpaq vergisi

haqqında” və s. barədə qəbul olunmuş qanunlar buna mi-

sal ola bilər. Lakin qəbul olunmuş qanunların reallaşdırıl-

masında buraxılan qüsurlar, aqrar islahatların həyata keçi-

rildiyi ilk dövrlərdə sahibkarlığa dövlət yardımı və dövlət

təminatının olmaması çoxnövlü təsərrüfatların formalaşma

prosesini ləngitmiş, istehsalın səviyyəsi aşağı düşmüşdür.

Ermənilərin təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin

zəbt edilməsi, bir milyon nəfərdən çox məcburi qaçqın və

köçkünlərin daimi yaşayış yerlərindən didərgin düşmələri,

SSRİ-nin dağılması nəticəsində iqtisadi münasibətlərin

pozulması istehsalın nəticələrinə mənfi təsir göstərmiş, iq-

tisadi inkişaf meyli zəifləmişdi. Digər tərəfdən sahibkarla-

rın xarici bazarın zərərli təsirindən qorunmaması, təminatı

daxili bazarın olmaması sahibkarlığın inkişafına mənfi tə-

sir göstərmişdir. Bununla əlaqədar ölkə Prezidenti tərəfin-

dən “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bə-

zi tədbirlər haqqında” 22 mart 1999-cu il tarixli fərmanı

və “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli

vergi güzəştlərinin verilməsi haqqında” 27 noyabr 2001-ci

Page 21: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

20

il tarixli qanunu sahibkarlığın inkişafına əlverişli şərait ya-

ratdı. Fərmana müvafiq olaraq kənd təsərrüfatı məhsulları

istehsalçıları dövlət büdcəsinə olan 119 milyard manat

məbləğində vergi borclarından azad edilmişdir. Həmin il-

dən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçıları

hər il orta hesabla 200 milyard manat vergi ödəmələrindən

azad edildi.

Bazar iqtisadiyyatı şəraitində aqrar sahənin həm sa-

bit və həm də intensiv inkişafının təmin olunması məqsə-

dilə aqrar bölmədə dərin struktur dəyişiklikləri aparılmalı,

ərzaq və strateji məhsullar istehsalının artırılması və onun

emalı üçün əsaslı tədbirlər sistemi işlənib həyata keçiril-

məlidir. Burada əsasən taxılçılıq, pambıqçılıq, tərəvəzçi-

lik, üzümçülük, meyvəçilik, maldarlıq və qoyunçuluq sa-

hələrinin inkişafına üstünlük verilməlidir. Bu məqsədlə

yeni iqtisadi münasibətlər dövründə meliorasiya, irriqasiya

tədbirlərinin həyata keçirilməsi, mövcud potensiallardan

səmərəli istifadə edilməsi hesabına respublikada bütün

növ bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artı-

rılması və ölkənin kənd təsərrüfatı məhsullarına tələbatı-

nın dolğun ödənilməsi dövlətin aqrar siyasətinin əsas xət-

tini təşkil etməlidir. Əsas ərzaq məhsulu olan taxılçılığın

inkişafına böyük əhəmiyyət verilməlidir. Bu məqsədlə

ümumi əkin sahəsinin 60-65%-i taxıl bitkisi altına veril-

məli, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi

üçün əkin sahələrinin genişləndirilməsi istiqamətində kon-

kret tədbirlər sistemi hazırlanmalı və həyata keçirilməlidir.

Bununla əlaqədar aqrar sahə ölkənin davamlı sosial-

iqtisadi inkişafının zəruri şərti kimi daha da möhkəmləndi-

rilməli, istehsalın və sahibkarlığın inkişafı məqsədilə yeni

iqtisadi münasibətlər təkmilləşdirilməli və aqrar siyasətin

Page 22: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

21

prioritet istiqamətləri müəyyən edilməlidir. Bu, aqrar sa-

hənin iqtisadiyyatı elminin qarşısında mühüm vəzifələr

qoyur. Bu vəzifələrə aşağıdakıları aid etmək olar:

- cəmiyyətin inkişafı və vəzifələrin miqyasına uyğun

iqtisadi mexanizmin daha da təkmilləşdirilməsi və onun

bazar münasibətləri əsasında yenidən qurulması;

- aqrar sahədə islahatların həyata keçirilməsi və tək-

milləşdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafının təmin

edilməsi;

- aqrar bölmədə mütərəqqi metodlardan istifadə et-

mək və aqrar bazarın formalaşdırılması tədbirlərini həyata

keçirməklə, məhsul istehsalının artırılmasının potensial

imkanlarından daha səmərəli istifadə edilməsi;

- aqrar sahənin iqtisadiyyatı sahəsində inkişaf etmiş

bazar ölkələrinin təcrübəsinin nəticələrini ümumiləşdir-

mək və onlardan ölkəmizin aqrar bölməsinin xüsusiyyətlə-

rini nəzərə almaqla istifadə edilməsi və yayılmasına kö-

mək edilməsi;

- kənd təsərrüfatının və onunla bağlı sahələrin sabit

inkişafının təmin edilməsi, məhsul istehsalı, saxlanması,

emalı və satışı prosesinin yeni prinsiplər əsasında təşkil

edilməsi;

- aqrar sahədə ayrı-ayrı istehsal sahələrinin və xid-

mətlərin inkişafının təmin edilməsi, aqrar istehsalın səmə-

rəliliyinin yüksəldilməsi;

- aqrar sahədə idarəetmə sistemi, onun forma və me-

todlarının təkmilləşdirilməsi, iqtisadi idarəetmə metodları-

na üstünlük verilməsi;

- aqrar sahənin istehsal vasitələri ilə təmin edilməsi,

aqrolizinq və digər xidmətlərin göstərilməsinin yaxşılaşdı-

rılması;

Page 23: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

22

- istehsal və sosial infrastrukturunun yenidən qurul-

ması problemlərinin həll edilməsinə lazımi istiqamət veril-

məsi;

- aqrar sahənin sahələrinə investisiyaların cəlb edil-

məsi və aqrar sahənin intensiv inkişafının təmin edilməsi;

- aqrar sahədə ehtiyatlardan səmərəli istifadə, ərzaq

təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi

və ekologiyanın qorunması;

- regionlarda potensialdan səmərəli istifadə etmək,

emal müəssisələrini xammal regionlarına yaxınlaşdırmaq

yolu ilə məşğulluq probleminin yaxşılaşdırılması.

Bununla yanaşı, ərzaq təminatını yaxşılaşdırmaq

üçün çoxukladlı iqtisadiyyatın formalaşması, burada başqa

strukturlarla yanaşı ailə-kəndli təsərrüfatlarının inkişafı və

kooperasiyanın formalaşmasının təmin edilməsi də hazır-

da aqrar sahənin iqtisadiyyatı elminin qarşısında əsas vəzi-

fələrdən biri kimi durur. Aqrar sahənin iqtisadiyyatı elmi,

həmçinin iqtisadiyyatın aqrar bölməsinin potensial imkan-

larının xalqın rifahının yaxşılaşdırılmasına yönəldilməsi,

iqtisadi təhlükəsizliyin təmin edilməsi və iqtisadi-sosial

inkişafın möhkəmləndirilməsində öz nəzəri-metodoloji

ümumiləşdirilmələri ilə bağlı Azərbaycan Respublikasının

aqrar siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsinə

əməli köməklik göstərməlidir.

1.4. Aqrar istehsalda sahibkarlıq fəaliyyəti və müasir

aqrar siyasətin elmi əsasları.

Azərbaycan Respublikasında sahibkarlığın formalaş-ması və inkişafı Azərbaycan Respublikası Konstitusiyasına uyğun tənzimlənir. Konstitusiyaya görə (maddə 13 və 15) ölkəmizdə mülkiyyət toxunulmazdır və o dövlət tərəfindən

Page 24: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

23

müdafiə olunur. Mülkiyyət - dövlət, xüsusi və bələdiyyə mülkiyyəti növlərində ola bilər. Dövlət bazar münasibətlə-ri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sa-hibkarlığa təminat verir.

a) Aqrar sahibkarlıq fəaliyyətinin formalaşması,

məqsəd və vəzifələri. 15 dekabr 1992-ci il tarixdə qəbul edilmiş və sonra-

lar əsas müddəaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə daxil edilmiş “Sahibkarlıq fəaliyyəti haqqın-da” qanunda qeyd edilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsə-di əmlak istifadəsindən, əmtəə satışından, işlər görülmə-sindən və ya xidmətlər göstərilməsindən mənfəət götürül-məsi olan fəaliyyəti özündə əks etdirir.

Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət forma-sından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir.

Sahibkarlıqla Azərbaycan Respublikasının qanunve-ricilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:

- fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikası-nın hər bir vətəndaşı;

- mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; - hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan

şəxs; - xarici hüquqi şəxslər. Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və

ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanları-nın vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəa-liyyəti ilə məşğul olmaq qadağandır.

Page 25: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

24

Mülkiyyət və təşkilatı-hüquqi formasından asılı ol-mayaraq sahibkarlığın bütün formaları bərabər hüquqlu-dur. Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin müdaxiləsinə yol verilmir və dövlət orqanları-nın, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə mü-daxiləsi qadağandır.

Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azər-baycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

- istənilən təşkilati-hüquqi formalı müəssisələr yarat-maq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

- dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqla-rını tamamilə və ya qismən əldə etmək;

- təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata ke-çirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehti-yacları üçün müqavilə əsasında iş görmək və məhsul gön-dərmək;

- öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;

- tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslə-rin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;

- işçiləri işə qəbul etmək və işdən azad etmək; - işçilərin əməyinin ödənilməsinin forma və sistemi-

ni, onların əmlakının məbləğini və gəlirinin digər növləri-ni müəyyənləşdirmək;

- pul vəsaitinin saxlanması, hesablaşma, kredit və kas-sa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

Page 26: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

25

- sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və digər icbari ödənişlərdən sonra onun qalan his-səsindən sərbəst istifadə etmək;

- məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əl-də etmək;

- dövlət sosial təminatı sistemindən istifadə etmək; - sığorta növünü sərbəst surətdə seçmək; - xarici iqtisadi münasibətlərdə iştirak etmək; - ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçi-

lik məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yar-dım göstərilməsinə ianələr vermək və s.

Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzi-bati-hüquq, büdcə, vergi və pul-kredit sistemləri vasitəsi ilə tənzimləyir. Dövlət maddi-texniki, maliyyə, əmək, in-formasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiy-yət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.

Mövcud qanunvericiliyə əsasən sahibkarın vəzifələri aşağıdakılardan ibarətdir:

- qüvvədə olan qanunvericilikdən və bağladığı müqa-vilələrdən irəli gələn vəzifələri yerinə yetirmək;

- işə qəbul edilən vətəndaşlarla müqavilələr, habelə lazım gəldikdə mövcud qanunvericiliyə uyğun əmək kol-lektivlərinin adından kollektiv müqavilələr bağlamaq;

- işçilərin əmək haqqını mövcud qanunvericiliklə müəyyən olunmuş minimum məbləğindən az olmayan sə-viyyədə ödəmək;

- Dövlət Sosial Müdafiə Fonduna, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəy-yən edilmiş qaydada və həcmdə ayırmalar vermək;

- qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək;

Page 27: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

26

- işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilə-lərə müvafiq əmək şəraiti yaratmaq;

- qüvvədə olan normativ aktları rəhbər tutara q eko-loji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının tə-min edilməsi, arxitektura abidələrinin və digər tarixi abi-dələrin mühafizəsi sahəsində tədbirlər görmək;

- istehsal olunan məhsulların (işlərin, xidmətlərin) rəqabətqabiliyyətliliyinə nail olmaq;

- qüvvədə olan qanunvericiliyə müvafiq surətdə li-senziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi icazə (lisenziya) almaq;

- antiinhisar qanunvericiliyinə riayət etmək və haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;

- öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə or-qanlarına müəyyən edilmiş formada hesabatlar vermək və s.

Sahibkarlığın inkişafını təmin etmək üçün dövlət sa-hibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna mü-vafiq olaraq güzəştlər sistemini müəyyənləşdirir. Dövlət sahibkarlığa kömək məqsədilə ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respublikası Milli Bankı ssu-dalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəy-yənləşdirir.

Sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələrini və funksiyalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Sahibkar-lığa kömək tədbirlərini maliyyələşdirmək məqsədilə Azər-baycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ya-nında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.

Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi 1)iqtisa-

Page 28: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

27

di, 2) sosial, 3) təşkilati, 4) hüquqi amillərin təsirinə mə-ruz qalır. İqtisadi amillər dəyər amillərinə əsaslanır. Bu zaman ilk növbədə məhsul istehsalının iqtisadi səmərəlili-yi əsas götürülür.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi iqtisadi amillərdən bilavasitə asılıdır. Sahibkarlıq fəaliyyətini şərt-ləndirən iqtisadi amillər ilk növbədə kapital resurslarına olan tələbatın ödənilməsi və bazar konyukturu ilə sıx əla-qədə formalaşır. Bazarda baş verən konyuktur dalğalan-maları ilk növbədə əmtəə təklifi və həmin əmtəələrə olan tələb, eləcə də əmtəələrin növləri və onun əvəzləyiciləri-nin qiymətlərinin səviyyəsi ilə səciyyələnir.

Sahibkarlıq fəaliyyətində start kapitalının formalaş-dırılması, pul vəsaitinin həcmi vacib şərtlərdəndir. Start kapitalı ilk növbədə maddi-texniki resursların əldə edilmə-si, işçi qüvvəsinin əmək haqqının ödənilməsi, xammal və materialların alınması ilə bağlı istifadə edilir.

Sahibkarlıq fəaliyyətinin inkişafı ölkənin sosial-iqti-sadi inkişafının mövcud durumuna bilavasitə təsir göstərir. Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi nəticəsində daxili bazarda əmtəələrin həcminin və çeşidinin artırılma-sına nail olunur və bazarda qiymət tərəddüdlərinin qarşısı alınır. Sahibkarlıq fəaliyyətinin inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətdən bilavasitə asılıdır. Dövlətin iqtisadi-siyasətinin stimullaşdırıcı xarakteri sahibkarlığın inkişafına əlverişli şərait yaradır. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün iqtisadi aktivliyə kapital resurslarının həcmi, gəlirlərin səviyyəsi, investisiyaya yönəldilən kapitalın həc-mi, həmçinin işgüzar əməliyyatları maliyyələşdirmək üçün istifadə ediləcək borc vəsaitinin məbləği əhəmiyyətli dərə-cədə təsir göstərir.

Sahibkarlıq fəaliyyətinin inkişafında təşkilati amillər

Page 29: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

28

də mühüm rol oynayır. Sahibkarlıq fəaliyyətinin inkişafına təsir göstərən təşkilati amilləri sahibkarlıq fəaliyyətinin institusional mühiti də adlandırılır. Dünya təcrübəsi göstə-rir ki, sahibkarlıq fəaliyyətinin institusional mühitinin kö-məyi ilə sahibkarlar kommersiya əməliyyatlarını həyata keçirirlər. Sahibkarlıq fəaliyyətinin təşkilati strukturlarına maliyyə və bazar infrastrukturları da aid edilir.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin sosial amilləri əksər hallarda cəmiyyətin sosial-mədəni mühitin-dən asılı olaraq dəyişir. Adət-ənənələr və mənəvi dəyərlər bir sıra hallarda cəmiyyətin üzvlərinin istehlak tələbatına birbaşa təsir edir. Sahibkarlıq fəaliyyətinin həyata keçiril-məsinin sosial mühit amilləri içərisində gəlirlərin və əmək haqqının səviyyəsi də mühüm rola malikdir. Əhalinin gəlir-ləri artdıqca onun istehlak etdiyi məhsulların keyfiyyətinə tələbat da yüksəlir. Bu baxımdan dövlətin sosial siyasəti və onun prioritetləri sahibkarlıq fəaliyyətinin həyata keçirilmə-sinin sosial mühit amillərinə bilavasitə təsir göstərir. Sahib-karlığın formalaşmasında sahibkar kadrların hazırlanması və ixtisaslarının yüksəldilməsi mühüm rol oynayır.

Sahibkarlıq fəaliyyəti müvafiq hüquqi mühitin forma-laşmasını tələb edir. Aqrar iqtisadiyyatda sahibkarlıq fəa-liyyəti üçün zəruri hüquqi şəraitin yaradılması mühüm əhə-miyyət kəsb edir. Bu ilk növbədə sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasını, sahibkarlıq fəaliyyətinin tən-zimlənməsi ilə bağlı qanunların qəbul edilməsini nəzərdə tu-tur. Sahibkarlıq fəaliyyəti üçün hüquqi şərtlərin formalaşdı-rılması həm də müəssisələrin yaradılması və qeydiyyatdan keçirilməsi ilə bağlı qaydaların sadələşdirilməsini, sahibkar-ların dövlət bürokratizmindən müdafiəsini, xarici ölkələrlə birgə sahibkarlıq fəaliyyətinin inkişafını, istehsal təyinatlı sa-hibkarlıq fəaliyyəti ilə məşğul olanlardan vergi tutulmasının təkmilləşdirilməsini özündə əks etdirir.

Page 30: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

29

Sahibkarlıq fəaliyyətinin inkişafında xüsusi mülkiy-yət amili mühüm rol oynayır. Xüsusi mülkiyyətə əsasla-nan sahibkarlıq fəaliyyəti sahibkarın istehsal vasitələri və istehsal edilən məhsullar üzrə sərbəst şəkildə sərəncam vermək imkanlarını genişləndirir.

Xüsusi mülkiyyətin sahibkarlıq fəaliyyətində digər mülkiyyət formalarından əsas üstünlüyü ondan ibarətdir ki, əmlakın və pul vəsaitlərinin sahibi xüsusi mülkiyyət şəraitində müstəqil şəkildə varislik hüququ əldə edir. Bu isə onunla şərtlənir ki, əmlak, pul vəsaiti və s. sahibkar tə-sərrüfat fəaliyyətini həyata keçirmək iqtidarında olmadıq-da onun istədiyi şəxsə vəsiyyət edilə bilər. Xüsusi mül-kiyyətə əsaslanan sahibkarlıq fəaliyyəti zamanı sahibkar maksimum seçim azadlığına da malik olur.

b) Sahibkarlıq fəaliyyəti və aqrar siyasətin elmi əsasları.

Sahibkarlıq fəaliyyəti insanların təşəbbüskarlıq qabi-liyyətinin təzahür forması olub bazar münasibətləri şərai-tində təşəbbüskarlığın ən səmərəli metodu hesab olunur. Sahibkarlıq qurumlarında digər təsərrüfatçılıq formaların-dan fərqli olaraq istehsal potensialının bütün elementlərin-dən, əmək ehtiyatlarından, torpaqdan, istehsal vasitələrin-dən, maliyyə resurslarından daha səmərəli istifadə olunur və təsərrüfat subyektlərinin gəlir əldə etmək imkanları yüksəlir.

Mülkiyyətin bütün formalarının bərabərlik prinsipi-nin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri-nin seçilməsi və iqtisadi qərarların qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılması sahibkarlıq fəaliyyətini xarakterizə edən cəhətlərdəndir.

Sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birlik-

Page 31: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

30

lərinin habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə qanunvericiliklə qadağan edilməyən bütün sahələrdə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.

Sahibkarlıq fəaliyyətinin iqtisadi nəzəriyyəsinin ha-zırlanması uzun müddətli tarixi prosesi özündə əks etdirir. Sahibkarlıq anlayışı iqtisadi ədəbiyyata ilk dəfə XVIII əs-rin əvvəllərində şotland əsilli fransız iqtisadçı Riçard Kon-tilyon tərəfindən gətirilmişdir. Sonralar A.Smit, B.Sey, D.Rikardo, İ.Kipener, F.Nayt, Y.Tyuner, Y.Şumpeyter sa-hibkarlıq fəaliyyətinin elmi nəzəriyyəsinin inkişafında önəmli rol oynamışlar. Sahibkarlıq fəaliyyətinin elmi-nə-zəri əsaslarını təhlil etdikdə praktiki baxımdan üç istiqa-məti göstərmək olar:

Birincisi bu fəaliyyət sferasında sahibkarlıq riskləri-nin üstünlük təşkil etdiyi ilkin kapital yığımı dövrüdür. Bu istiqamətin əsaslarını R.Kontilyon yaratmış, davamçıları isə Y.Tyuner və F.Nayt olmuşdur.

İkinci istiqamət sahibkarlıq fəaliyyətində innovasiya amilinin ön plana çəkilməsi ilə xarakterizə olunur və bu istiqamətin əsası elmi nəzəriyyədə Y.Şumpeyter tərəfin-dən qoyulmuşdur.

Sahibkarlıq fəaliyyətinin inkişafında üçüncü mühüm istiqamət iqtisadi sistemdə onun tənzimləyici funksiyaları-nın aktivləşdirilməsidir. Bu istiqamətin əsası Yeni Avstri-ya iqtisadi təhlil məktəbinin nümayəndələri tərəfindən qo-yulmuşdur. Sahibkarlıq fəaliyyətinin yuxarıda adı çəkilən iki istiqaməti onu birtərəfli və təkfunksiyalı sistem kimi xarakterizə edir. Üçüncü istiqamət isə sahibkarlıq fəaliy-yətinin çoxfunksiyalı modelinə əsaslanır.

Page 32: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

31

Sahibkarlıq fəaliyyətinin müxtəlif növləri mövcud-dur. Hər hansı fəaliyyət bu və ya digər dərəcədə məhsul və xidmətlər istehsalı, mübadiləsi, məhsulun bölgüsü və is-tehlakı ilə sıx əlaqədədir. Aqrar sahədə sahibkarlıq fəaliy-yətinin aşağıdakı növləri: 1) istehsal sahibkarlığı, 2)kom-mersiya, 3)maliyyə və 4) digər sahə və xidmət sahibkarlığı fərqləndirilir.

Aqrar sahədə dövlət və özəl sahibkarlığın göstərilən növləri sxem 1.1.-dəki kimi formalaşmışdır:

Sxem 1.1. Aqrar sahədə sahibkarlığın növləri.

Aqrar sahibkarlığın növləri

İstehsal

Bitkiçilik

məhsulları

Heyvan-

darlıq

məhsulları

İstehsala

xidmət

göstəril-

məsi

Bitkiçilik

və hey-

vandarlıq

məhsulu

istehsalı

və emalı

Kommersiy

a

Ticarət

Alqı-satqı

Marketinq

Birjalar,

yarmarkalar

Maliyyə-kredit

Kredit

Audit

Lizinq

Sığorta

Sahə və

xidmət

mənsubiyyə

tinə görə

digər

sahibkarlıq formaları

Aqrokimya,

Aqrotexnika,

Təchizat,

Təmir,

Nəqliyyat,

Damazlıq,

Toxumçuluq,

Baytarlıq,

Suvarma,

Daşıma,

Saxlama,

İnformasiya,

Məsləhət və s.

Page 33: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

32

İstehsal sahibkarlığı sahibkarlıq fəaliyyətinin ən aparı-cı növü hesab edilir. Burada məhsul, əmtəə istehsalı həyata keçirilir, xidmətlər göstərilir, müəyyən mənada dəyər ya-radılır. Bazar iqtisadiyyatının ilkin dövrlərində kommersiya sahibkarlığa daha geniş inkişaf etmişdir. Kommersiya sa-hibkarlığı maliyyə əməliyyatını xarakterizə edir. Sahibkar-lığın bu növündə fəaliyyətin nəticəsi daha tez aydın olur. Bu sfera son zamanlar fərdi və xüsusi sahibkarlığın inkişafı ilə əlaqədar genişlənmişdir. Burada daha çox təşəbbüskar insanlar fəaliyyət göstərirlər. Aqrar sahədə torpaq və əmlak payı almış sahibkarlar (mülkiyyətçilər) istehsal və xidmət-lərlə sərbəst məşğul olurlar. Onlara lazımi peşə və iqtisadi biliklər verilməsi, məsləhətlər və informasiyalar əldə edil-mələri üçün belə xidmətlər yaradılır, dövlət tərəfindən müəyyən proqramlar çərçivəsində dəstəklənirlər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların kiçik sa-hibkarlıq növünə aid edilməsi üçün iki göstərici – işçilərin orta siyahı sayı və illik dövriyyəsi (illik dövriyyəyə əlavə dəyər vergisi, aksiz daxil edilmir) nəzərdə tutulur. Azər-baycan Respublikası Nazirlər Kabinetinin 20.04.2004-cü il tarixli və 18.12.2009-cu il tarixli qərarları ilə iqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəy-yənləşdirilməsi meyarlarının hədləri aşağıdakı kimi ol-muşdur: (cədvəl 1.1)

Nəzərə almaq lazımdır ki, sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sfera üçün müəyyən edi-lən hədlər daxilində olmalıdır.

Sahibkarlıq fəaliyyəti qanunvericiliklə qadağan olun-mayan azad təsərrüfatçılıq fəaliyyətini özündə əks etdir-məklə cəmiyyətin və ayrı-ayrı istehlakçıların tələbatlarının ödənilməsinə yönəldilmiş təşəbbüskarlıq fəaliyyətinin məc-musu kimi dəyərləndirilməlidir. Sahibkarlıq fəaliyyətinin aşağıdakı xarakterik xüsusiyyətlərini qeyd etmək olar:

Page 34: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

33

Cədvəl 1.1.

İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq

subyektlərinin müəyyənləşdirilməsi meyarlarının

hədləri

İqtisadi

fəaliyyət

növləri

Nazirlər Kabinetinin

20.04.2004-cü il tarixli

qərarına əsasən

Nazirlər Kabinetinin

18.12.2009-cü il tarixli

qərarına əsasən

İşçilərin

sayı İllik dövriyyə

İşçilərin

sayı İllik dövriyyə

Sənaye və

tikinti < 40 < 1 mld.m < 50 ≤ 500 min m.

Kənd təsər-

rüfatı < 15 < 500 mln. m < 25 ≤ 250 min m.

Topdansatış

ticarəti < 10 < 1,5 mld. m < 15 ≤ 1 mln m.

Pərakəndə

satış ticarəti,

nəqliyyat, xid-

mət və s.

< 5 < 500 mln.m < 10 ≤ 250 min m.

- Sahibkarlıq fəaliyyətini şərtləndirən ən başlıca ar-qumentlərdən biri onun iqtisadi azadlığa və tam təsərrüfat müstəqilliyinə malik olmasıdır. İqtisadi azadlıq və təsərrü-fat müstəqilliyi bütövlükdə sahibkarlıq fəaliyyətinin inki-şafını şərtləndirən başlıca arqument sayılır. Yəni, hər han-sı bir şəxsi və yaxud da şəxslər qrupunu məcburi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa vadar etmək əs-lində mümkün deyildir və bu qanunvericilikdə də qadağan olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir sub-yektin iqtisadi azadlığına və təsərrüfat müstəqilliyinə to-xunduqda bu nəticə etibarilə cəmiyyətdə iqtisadi artıma və iqtisadi inkişafa mənfi təsir göstərir. Bütün bunlar isə son nəticədə bu və ya digər şəkildə daxili bazarda məhsul qıt-lığına səbəb olmaqla yanaşı, cəmiyyət üzvlərinin tələbatı-

Page 35: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

34

nın ödənilməsində problemlər yaradır; - İlk növbədə sahibkarlıq fəaliyyətini yalnız fərdi

fəaliyyət növü kimi qiymətləndirmək düzgün olmazdı. Sa-hibkarlıq fəaliyyəti nəinki fərdi fəaliyyəti, həm də ayrı-ay-rı fərdlərlə yanaşı onun ayrı-ayrı müxtəlif birliklərinin kol-lektiv fəaliyyət növünü özündə əks etdirir. Müasir şəraitdə sahibkarlıq fəaliyyətinin inkişafının yalnız ayrı-ayrı xüsusi fərdlərdən və fərdlərin birliklərindən asılı olduğunu qeyd etmək absurd olardı. Belə ki, fərd və fərdlər, yəni fiziki şəxslər, onların bu və ya digər birlikləri, yəni hüquqi şəxs-lərlə yanaşı eyni zamanda bu fəaliyyətdə ən başlıca meyarı dövlət də öz üzərinə götürür. Belə ki, artıq müasir şəraitdə inkişaf etmiş ölkələrin əksəriyyətində dövlət sahibkarlığı iqtisadiyyatda önəmli xüsusi çəkiyə malik olmaqdadır;

- Sahibkarlıq fəaliyyəti müstəqil təsərrüfat funksiya-sını reallaşdırmaqla yanaşı, eyni zamanda cəmiyyətin bu və ya digər üzvlərinin, eləcə də bütövlükdə cəmiyyətin hər bir üzvünün tələbatlarının ödənilməsinə yönəldilmiş tə-şəbbüskarlıq qabiliyyətidir. Daim yenilikçi olması və tə-şəbbüskarlıq qabiliyyəti ilə çıxış etməsi sahibkarlıq fəaliy-yətinin səciyyəvi xüsusiyyətlərindən biridir;

- Sahibkarlıq fəaliyyəti birdəfəlik alqı-satqı aktı, bir-dəfəlik alqı-satqı əməliyyatı deyildir. Sahibkarlıq fəaliy-yəti sistemli xarakter daşıyan təsərrüfat münasibətlərini özündə əks etdirir. Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyətinə bu baxımdan yanaşdıqda o, əsas etibarilə qa-nunvericiliklə qadağan olunmayan yollarla mənfəət əldə olunmasına yönəldilmiş sistemli və uzunmüddətli proses-dir. Beləliklə sahibkarlıq fəaliyyəti əslində məqsəd deyil, uzunmüddətli xarakter daşıyan prosesi özündə əks etdirir.

- Sahibkarlıq fəaliyyətini səciyyələndirən ən başlıca arqumentlərdən biri də onun riskləri düzgün və səmərəli

Page 36: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

35

şəkildə neytrallaşdırmaq bacarığıdır. Xüsusilə indiki şə-raitdə azad rəqabət mühitində riskləri əsaslandırılmış şə-kildə neytrallaşdırmaq qabiliyyətinə malik olmayan təsər-rüfat subyekti səmərəli fəaliyyət göstərə bilməz. Bu isə nəticə etibarilə sahibkarların mənfəət əldə etmək imkanla-rını məhdudlaşdırır və bütövlükdə onun bazar konyukturu-na davam gətirməməsi səbəbindən müflisləşməsinə gətirin çıxarır. Sahibkarlıq fəaliyyətini şərtləndirən məhz bu arqu-ment, yəni hər hansı risklərə hazır olması və çevik reaksi-ya göstərmək imkanlarına malik olması onun iqtisadi ya-şam imkanlarını şərtləndirir. Məhz bunun nəticəsidir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər hansı təsərrüfat subyekti öz üzərinə bu və ya digər öhdəliklər götürür və həmin öhdəlikləri yerinə yetirmədiyi halda bilavasitə ma-liyyə məsuliyyəti ilə cavabdehlik daşıyır.

Sahibkarlıq mürəkkəb iqtisadi məzmuna malikdir. O, iqtisadi kateqoriya olmaqla yanaşı iqtisadi fəaliyyətin müxtəlif növləri üzrə bir-birilə iqtisadi əlaqələrə girən ba-zar subyektləri arasındakı çoxşaxəli iqtisadi münasibətləri özündə əks etdirir.

Sahibkarlar qarşılarına qoyulmuş vəzifələrə uyğun aşağıdakı funksiyaları həyata keçirirlər:

Sxem 1.2. Sahibkarların funksiyaları.

Sahibkarların funksiyaları

Təsərrüfat

Təşkilati

Şəxsi

Yenilikçilik

Sosial

Page 37: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

36

Sahibkarların təsərrüfat funksiyası dedikdə, onların

torpaq, maddi, maliyyə, əmək, intellektual ehtiyatlardan

daha səmərəli istifadə olunması başa düşülür.

Təşkilati funksiya istehsal və xidmətin təşkili, onun

forma və metodlarından istifadə, digər müəssisə və təşki-

latlarla inteqrasiya, idarəetmənin optimal variantının seçil-

məsi, işçilərin maddi və mənəvi maraqlandırılmasının təş-

kili nəzərdə tutulur.

Sahibkarın yenilikçilik funksiyasına elmi-texniki tə-

rəqqinin nailiyyətlərinin istehsala tətbiqi, qabaqcıl təcrü-

bədən istifadə, yeni ideyaların və yeni daha məhsuldar sort

və cinslərin, xidmətlərin reallaşdırılması daxildir.

Sosial funksiya dedikdə, cəmiyyətin mənafeyinə xid-

mət edən sosial infrastrukturun inkişafı, istehsalçıların mə-

dəni məişət və sosial şəraitinin yaxşılaşdırılması nəzərdə

tutulur.

Şəxsi funksiya dedikdə, sahibkar məqsədlərinə çat-

maqla gördüyü işdən zövq almalı, razı qalmalı, istehsalın

və xidmətlərin səmərəliliyini təmin etməklə mənfəət əldə

etməli, təkrar istehsala zəmin yaratması nəzərdə tutulur.

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə

malikdir. XIX əsrin sonu XX əsrin əvvəlləri sahibkarlığın

inkişafı daha böyük vüsət almışdı. Bunun əsas səbəblərin-

dən biri ölkəmizin təbii sərvətlərə malik olması idi. XIX

əsrdə neft sahibkarları (milyonçular) yetişmişdi. Hacı Zey-

nalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtaro-

vun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin və onlarla

başqalarının adları sahibkarlıqla məşğul olanlara nümunə

Page 38: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

37

ola bilər. O vaxtlar Azərbaycan iqtisadiyyatına yönəldilən

kapitalın 8%-i Almaniyaya, 30,5%-i Fransaya, 53,3%-i İn-

giltərəyə məxsus idi. Azərbaycanın kənd təsərrüfatında

pambıq və onun emalı xüsusi yer tuturdu. Bakı bir sıra şə-

hərlərlə böyük ticarət əlaqələri yaratmışdır. Pambıq, ipək,

şərab, qoz-fındıq, dəri, xəz, balıq və s. ticarət əlaqələrində

mühüm yer tuturdu.

Sahibkarlıq fəaliyyətinin inkişafının obyektiv zəruri-

liyi əsas etibarilə çoxsaylı siyasi və iqtisadi mühit amilləri

ilə şərtlənir. Bu aspektdən yanaşdıqda nəzərə almaq lazım-

dır ki, sahibkarlıq fəaliyyətinin inkişafının obyektiv zəruri-

liyi və eləcə də onun formalaşmasının spesifik xüsusiyyət-

ləri hər bir ölkənin iqtisadi sisteminin tipindən və həyata

keçirilən siyasətin xarakterindən, onun spesifik xüsusiy-

yətlərdən asılıdır.

Sahibkarlıq fəaliyyəti barədə F.Kene, A.Smit,

J.B.Sey, Y.Şumpeyter, F.Xayek, A.Çayanov, M.Petrov,

A.Busiqin və digərləri elmi-nəzəri baxımdan dəyərli nəzə-

riyyələr irəli sürdükləri kimi, Azərbaycan alimləri də bu

nəzəriyyəni daha da zənginləşdirmiş, dəqiqləşdirmələr

aparmış və təkmilləşdirmişlər. Z.Ə.Səmədzadə, Ş.Ə.Axun-

dov, G.Ə.Gənciyev, S.V.Salahov, İ.H.İbrahimov, B.X.Ata-

şov, R.Ə.Balayev, H.A.Xəlilov, İ.H.Alıyev, Ə.Ç.Verdiyev

və digərləri sahibkarlıq və mülkiyyət münasibətləri, sahib-

karlığın formalaşması, idarə olunması, tənzimlənməsi və s.

məsələləri tədqiq etmişlər.İnkişaf etmiş ölkələrdə sahib-

karlıq fəaliyyətinin inkişafına əslində obyektiv və qanuna-

uyğun bir proses kimi yanaşılmışdır. Əslində bu proses u-

zunmüddətli bir dövrdə inkişaf etmiş, formalaşmış və özü-

Page 39: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

38

nün müasir və sivil formalarına gəlib çıxmışdır. Lakin

transformasiya prosesini yaşayan postsosialist və postso-

vet respublikalarında bu proses özünəməxsus spesifik xü-

susiyyətlərlə şərtlənmişdir.

Keçmiş sosialist iqtisadiyyatı şəraitində bazar müna-

sibətlərinin bu və ya digər atributunun fəaliyyətindən da-

nışmaq əslində absurd sayılırdı. Sosialist istehsal münasi-

bətləri şəraitində cəmiyyət üzvlərinin konkret məhsul növ-

lərinə bütövlükdə istehlak tələbatlarının ödənilməsi əsas

etibarilə mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində dövlət

müəssisələri tərəfindən həyata keçirilirdi. Təbiidir ki, bü-

tün bunlar dövlət mülkiyyəti, mərkəzləşdirilmiş planlaş-

dırma, inzibati idarəetmə-nəticə etibarilə sosialist iqtisa-

diyyatının ən başlıca atributunu təşkil etmişdir. Məhz bu

baxımdan yanaşdıqda sosialist iqtisadiyyatında azad bazar

münasibətlərindən, xüsusi mülkiyyətdən danışmaq müm-

kün deyildir. Sahibkarlıq fəaliyyətinin inkişafının və onun

formalaşmasının ən başlıca atributunu xüsusi mülkiyyətin

təşkil etdiyini nəzərə alsaq, bu baxımdan sosialist iqtisa-

diyyatında xüsusi mülkiyyətin səmərəli fəaliyyət göstərən

sivil təzahürlərinə rast gəlinməmişdir.

Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra aqrar

sahədə iqtisadiyyatın formalaşması, sahibkarlığın inkişafı

və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar siya-

sətin prioritetlərini müəyyən etdi və bir sıra tədbirlər həya-

ta keçirdi. Bununla əlaqədar ölkəni ağır sosial-iqtisadi böh-

randan çıxarmaq üçün Respublika Prezidenti strateji is-

tiqamətləri müəyyənləşdirdi: “...Azərbaycanın iqtisadi po-

tensialından səmərəli istifadə etmək üçün yolumuz iqtisadi

Page 40: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

39

islahatlar, bazar iqtisadiyyatına keçid yoludur, sərbəst iq-

tisadiyyata, təşəbbüskarlığa, sahibkarlığa geniş imkanlar

yaratmaq yoludur”. Müstəqilliyə qədər aqrar sənaye komp-

leksi çoxsahəli, mürəkkəb sistem olmaqla, istehsal müəssi-

sələri, emal sənayesi, xidmət qurumları, vasitəçi təşkilatlar

və s. mövcud idi. Burada kənd təsərrüfatı sahəsi, torpaq və

əmlak vardı. Odur ki, islahatlara müxtəlif yanaşmalar əsa-

sında qanunvericilik bazası yaradıldı, kolxoz və sovxozların,

torpaq və əmlakın islahatı ayrı, emal və xidmət müəssisə-

lərinin özəlləşdirilməsi isə başqa qanunvericilik əsasında

həyata keçirildi. Mülkiyyət münasibətləri və təsərrüfat for-

maları dəyişdirildi, aqrar bölmədə iqtisadi siyasətin strate-

giyası müəyyən edildi. 1995-ci ildə “Aqrar islahatının əsas-

ları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”,

“Torpaq islahatı haqqında”, “Ərzaq təhlükəsizliyi Proqra-

mı”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə

Dövlət Proqramı (2003-2005-ci illər)”, “2003-2005-ci il-

lərdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə

Dövlət Proqramı” kimi siyasi sənədlər qəbul olundu.

Ölkədə ərzaq təhlükəsizliyinin mühüm əhəmiyyət

kəsb etdiyini nəzərə alaraq mövcud potensialından, torpaq

ehtiyatlarından və müasir texnologiyalardan səmərəli isti-

fadə etməklə istehsalın artırılmasını məhsuldarlığın (inten-

siv yolla) yüksəldilməsi hesabına ölkə əhalisini zəruri kənd

təsərrüfatı məhsulları, sənayenin xammalla təmin etməyə

istiqamətləndirilmiş hüquqi bazaya söykənmiş, elmi cəhət-

dən əsaslandırılmış siyasət durur.

Aqrar sahənin inkişaf strategiyası ölkədə bu sahənin

dayanıqlı inkişafı üçün əhalinin ərzaqla təminatını yerli is-

Page 41: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

40

tehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə Azər-

baycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il ta-

rixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə

etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tu-

tulmuş tədbirlər əsas prioritet kimi qiymətləndirilir və aq-

rar elmin aqrar istiqamətlərinə uyğunlaşdırılması nəzərdə

tutulur. Belə ki, ölkənin kənd təsərrüfatının əsasını iki sa-

hə bitkiçilik və heyvandarlıq təşkil etməklə, hazırda prio-

ritet sahə kimi bitkiçilikdə, taxılçılığın, tərəvəzçiliyin, pam-

bıqçılığın, üzümçülüyün, çayçılığın, meyvəçiliyin, tütün-

çülüyün heyvandarlıqda isə damazlıq təsərrüfatlarının ya-

radılmasına və genişləndirilməsinə xüsusi diqqət verilir.

Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində kənd tə-

sərrüfatı və emal məhsulları istehsalı və xidmət sahələri ilə

məşğul olan təsərrüfatların gələcək inkişafı, onların renta-

belli işləmələri, dünyada və ölkəmizdə mövcud olan ən

yeni elmi nailiyyətlər, qabaqcıl təcrübə və texnologiyalar,

məhsuldar bitki sortları və heyvan cinsləri, texnika və tex-

noloji avadanlıqların daha səmərəli tətbiqi üçün pay tor-

paqları əsasında formalaşmış kiçik ölçülü təsərrüfatların

könüllülük əsasında kooperasiyalarda birləşməsi istiqamə-

tində maarifləndirmə işlərinin aparılması gücləndirilməsi

nəzərdə tutulur.

Page 42: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

41

FƏSİL II. AQRAR İQTİSADİYYATIN

FORMALAŞMASI VƏ TƏŞƏKKÜL TAPMASI

2.1. Ölkənin müstəqillik dövrünə kimi aqrar-sənaye

kompleksinin formalaşması və aqrar iqtisadiyyatın in-

kişaf istiqamətləri.

Hazırda aqrar sahənin inkişafı təkcə onun həcminin

genişləndirilməsi, kəmiyyət və keyfiyyət dəyişikliklərinə

uğraması kimi deyil, həm də sahənin iqtisadiyyatın başqa

sahələri ilə qarşılıqlı əlaqələri baxımından səciyyəvidir.

Bu proses iki istiqamətdə inkişaf edir:

1) sənaye aqrar sahə istehsalında əmək ehtiyatlarını

sıxışdırır; 2) həmin sahənin əmək vasitələri və predmetləri

ilə təchizatına təsir göstərir.

Sənaye kənd təsərrüfatının geniş təkrar istehsalı üçün

zəruri xarici şəraitə çevrilir. Sənayenin timsalında bu şə-

raitin rolu daha da artır. Belə ki, son 20 ildə kəndin texni-

ka, başqa maşın və avadanlıqlarla təminatı xeyli yaxşılaş-

mışdır. Heyvandarlıq və yem istehsalı üçün avadanlıqlar

istehsal edən xüsusi ixtisaslaşdırılmış sahələr, həmçinin

mikrobiologiya sənaye sahələri yaradılmışdır. Bu da əsasən

kənd təsərrüfatı zülallı vitaminlərin və digər mikrobioloji

məhsullar istehsalı istiqamətinə yönəldilmişdir. Kənd tə-

sərrüfatının maddi-texniki bazasının inkişafının əsasını in-

di başlıca olaraq müvafiq sənaye sahələri və onların ara-

sında olan əlaqə təşkil edir.

Kənd təsərrüfatının əsas sahələri olan bitkiçilik, hey-

vandarlıq və yem istehsalı üçün maşınqayırma, avtomobil-

qayırma və kimya sənaye sahələri arasında əlaqə genişlənir.

Kənd təsərrüfatı məhsullarının ümumi xərclərinin tərki-

Page 43: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

42

bində istehsal vasitələrinin alınması və qeyri-kənd təsərrü-

fatı sahələrinin istehsal xidmətləri ilə əlaqədar məsrəflərin

xüsusi çəkisi artır.

Beləliklə, son onilliklərdə kənd təsərrüfatının geniş

təkrar istehsalı üçün sənayedə yaranan maddi istehsal ehti-

yatları mütəmadi olaraq artır. Nəticədə iqtisadiyyatının sə-

naye sahələri, onun iqtisadi əlaqələri genişlənir. Bu da

kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndi-

rilməsi əsasında intensiv inkişafa şərait yaradır.

İkincisi, kənd təsərrüfatının maddi istehsal sahələri

ilə istehsal əlaqələrinin genişləndirilməsi, özünü onun məh-

sulunun satılması zamanı baş verən münasibətlərdə gös-

tərir. Kənd təsərrüfatı məhsullarının daima artan hissəsi

istehlakçılara çatmamışdan əvvəl emaledici sənaye mərhə-ləsindən keçir. İstehlak olunan, lakin emala getməyən kənd təsərrüfatı məhsullarının ümumi həcmi tədricən azalır. Digər tərəfdən isə xammal şəklində sənayeyə göndərilən məhsulun xüsusi çəkisi mütəmadi olaraq artır. Bu əmə-liyyat fasiləsiz olaraq davam edir. Kənd təsərrüfatı əsa-sən xammal sahəsinə çevrilir. Onun fəaliyyətinin iqtisadi nəticələri sahələrarası mübadilə şərtləri ilə təyin edilir. Bu prosesin təsiri altında kənd təsərrüfatının özündə müvafiq dəyişikliklər baş verir: onun maddi-texniki bazası artır, ix-tisaslaşma daha geniş vüsət tapır, istehsalın quruluşu mü-rəkkəbləşir. Kənd təsərrüfatı istehsalından bir sıra vəzifə-lər ayrılır. Bu da kənd təsərrüfatı istehsalına xidmət vəzi-fələrini yerinə yetirən yeni sahələrin yaradılmasına gətirib çıxarır. Vaxtilə vahid kənd təsərrüfatı olan bir sahə indi bir neçə müstəqil sahələrə ayrılır: qarışıq yem sənayesi, su tə-sərrüfatı və meliorasiya, kənd tikintisi, maddi-texniki

Page 44: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

43

təchizat və təmir, aqroservis, nəqliyyat və aqrokimya xid-mətləri yaranır.

Kənd təsərrüfatının özü tədricən bitkiçilik və heyvan-darlıqda əsas texnoloji funksiyaları yerinə yetirən müstəqil sahəyə çevrilir.

Kənd təsərrüfatının və sənaye inteqrasiyasının iqtisa-di mexanizmini onların istehsal kooperasiyası təşkil edir. Bu da iqtisadiyyatın aqrar-sənaye kompleksində yaranan sahələrarası əlaqələrin planlı qaydada tarazlaşdırılması əsasında inkişaf edir. Aqrar-sənaye kompleksi (ASK) de-dikdə, kənd təsərrüfatı xammalından hazırlanan son məh-sulun alınmasına obyektiv olaraq istiqamətləndirilən, bir-birini qarşılıqlı surətdə tamamlayan müxtəlif növ istehsal fəaliyyətlərinin məcmu başa düşülür.

Aqrar-sənaye kompleksi iqtisadi baxımdan sahələr-arası istehsal əlaqələri, iqtisadiyyatın digər sahələri ilə fəaliy-yət mübadiləsinin konkret forması kimi çıxış edir. Həm də bu kompleks xalq təsərrüfatının iri vəsiləsi kimi kənd tə-sərrüfatının sahələrarası əlaqələrinin inkişafı nəticəsində formalaşır. Bu əlaqələrin təkmilləşdirilməsi kompleksin səmərəliliyin əsas şərti hesab edilir. Ona görə də istehsal prosesinin qanunauyğunluqları ilə şərtlənən bu əlaqələr is-tehsalın bir-birindən asılı və rabitəli inkişafını tələb edir. Hər bir konkret şəraitdə əlaqələrin təşəkkülü və inkişafı prosesi konkret şəraitdə bu prosesin miqyası və sosial-iqti-sadi nəticələrin inkişafı ilə şərtlənir.

Aqrar sahədə istehsal münasibətlərinin inkişafı elmi-texniki tərəqqi və sahələrarası əlaqələrin keyfiyyəti ilə bağlı olmuşdur. Əlaqələrin xarakteri kənd təsərrüfatı və onunla istehsal-texnoloji əlaqələrə malik sahələrin daha sıx vəh-dətini, kənd təsərrüfatında texniki-texnoloji nailiyyətlərin tətbiqi əsasında onun sənaye əsaslarına keçirilməsi ilə

Page 45: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

44

səciyyələnmişdir. Bu sənaye mənşəli istehsal vasitələrinin çeşidinin genişləndirilməsi və onların təkmilləşdirilməsi yolu ilə həyata keçirilmişdir.

Kənd təsərrüfatının sənaye ilə əlaqələrinin istiqaməti o vaxt təşəkkül tapır ki, həmin dövrdə əkinçilik və hey-vandarlıq öz məhsullarını natural formada, istehsalın son nəticələrini öz daxilində tapa bilmir və odur ki, istehsal müstəqil sahə kimi kənarda reallaşır. İstehsal vasitələri is-tehsal edən sənaye sahələri də əlaqələrini kənd təsərrüfa-tına texnika və mineral gübrələr verməklə reallaşdırır. Bu mənada sənaye sahələri getdikcə öz məhsullarını aqrar sa-həyə yönəldir və əlaqələrə girir. Aqrar sahələrlə əlaqələrə girən sənaye sahələri aqrar istehsalın sənaye əsasında for-malaşmasına, bir sıra sənaye məhsullarına tələbatın mey-dana gəlməsinə, ictimai əmək bölgüsünün dərinləşdirilmə-sinə, kənd təsərrüfatının ehtiyaclarının ödənilməsi üçün yeni sənaye sahələrinin yaranmasına imkan yaratmışdır.

Kənd təsərrüfatının sənaye ilə əkinçilik və heyvan-darlıq məhsullarının emalı üzrə istehsal əlaqələri yaradıl-mış və inkişaf etdirilmişdir. Nəticədə kənd təsərrüfatı məhsullarının daha çox hissəsi bilavasitə son istehsala da-xil olmadan sənaye emalından keçir.

Kənd təsərrüfatı məhsulları sənayenin 60-dan çox sa-hələrində istifadə edilir. Kənd təsərrüfatı xammalının əsas istehlakçıları yeyinti və yüngül sənaye sahəsi, həmçinin kənd təsərrüfatının özünün istehsal vasitəsi kimi istifadə etdiyi və şəxsi istehlaka daxil olan məhsullar təşkil edir. Kənd təsərrüfatı məhsullarının saxlanması, daşınması, ema-lı sahəsində elmi-texniki tərəqqi və texnologiyaların tət-biqi, maddi-texniki bazanın möhkəmləndirilməsi kənd təs-ərrüfatının sənayeləşdirilməsinə şərait yaratmışdır. Kənd təsərrüfatı məhsullarının ilkin emaldan keçirilməsi (tən-

Page 46: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

45

zimlənməsi, bükülməsi, qablaşdırılması və s.) getdikcə təkmilləşdirilir və inkişaf etdirilir.

Kənd təsərrüfatı, istehsalçıların ərzaq məhsulları və sahələrin istehlak predmetləri istehsalı ilə, onların əlaqələn-dirilməsi vasitəsi ilə məhsulların tədarükü, daşınması və saxlanmasını həyata keçirən mühüm sahədir. Kənd təsər-rüfatı bu baxımdan öz məhsulları ilə istehlak predmetləri-nin təkrar istehsalı mərhələsini yerinə yetirir.

Kənd təsərrüfatı məhsullarının emalından alınan məhsullar istehsalının həcmi, çeşidi və keyfiyyəti həmin məhsulların bazarının genişləndirilməsində və istehlakçıya çatdırılmasında mühüm rol oynayır. Göründüyü kimi, istehsal-texnoloji asılılıq baxımından sahələrarası inteqrasiya əsasında vahid aqrar sənaye kompleksi formalaşmışdır.

Aqrar-sənaye kompleksinin formalaşmasının əsas

şərti kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və real-

laşdırılmasının inteqral sisteminin yaradılması olmuşdur.

Kompleksə daxil olan sahələrin vahid istehsal-iqtisadi sis-

tem kimi fəaliyyət göstərməsi üçün əsas şərt sosialist is-

tehsal münasibətləri olmuşdur. İstehsal vasitələri üzərində

1991-ci ilə kimi (SSRİ dağılanadək) sosialist ictimai mül-

kiyyət mövcud olmuşdur. Sosialist ictimai mülkiyyət mü-

nasibətlərinin hökmranlığı aqrar-sənaye kompleksində bü-

tün sahələrin mənafelərini təmin edirdi. Ancaq bu münasi-

bətlər, əlaqələr daha çox inzibati metodlara əsaslanırdı.

Həm də aqrar – sənaye kompleksinin formalaşması və in-

kişafı ictimai mülkiyyətə əsaslanan sosializm cəmiyyəti-

nin sosial-iqtisadi vəzifələrinin həllinə, sosializmin güc-

ləndirilməsinə yönəldilmişdi. Ona görə də hər bir respubli-

kanın aqrar-sənaye kompleksinin məqsədi, ittifaqın komp-

leksinin məqsəd və vəzifələrinin icraçıları kimi çıxış edir-

Page 47: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

46

dilər. Respublikaların aqrar-sənaye kompleksi öz

əhalisinin yerli xammal ehtiyacları hesabına tələb olunan

miqdarda, çeşiddə məhsul istehsalı və emalı ilə məhdud-

laşmırdı. Bu baxımdan məqsəd regionlarda formalaşan

təsərrüfatlar hesabına ixtisaslaşma və təmərküzləşməni

həyata keçirməklə, müvafiq planlaşdırma və normativlər

əsasında tələbatdan artıq məhsullar istehsalı Ümumittifaq

aqrar-sənaye kompleksinin məqsədlərinin reallaşdırılması-

na yönəldilirdi. Aqrar-sənaye kompleksinin formalaşması

və inkişafının intensiv xarakter alması mövcud potensial-

lardan daha dolğun istifadə edilməsi və sahələr arasında

qarşılıqlı əlaqələrin planauyğun inkişafını ifadə edən iqti-

sadi münasibətlərin məcmusunu xarakterizə edir. Aqrar iqtisadiyyatın inkişafı məhsul istehsalı üzrə sa-

hələrin yüksək dərəcədə ixtisaslaşdırılmasını, intensivləş-dirmənin sosial-iqtisadi vəzifələr miqyasına yönəldilməsini, sahələrarası əlaqələr hesabına kompleksin daha da inkişaf etdirilməsini və təkmilləşdirilməsini, vahid planlaşdırma və idarə edilməsinin səmərəli təşkilinə istiqamətləndiril-mişdir.

Kənd təsərrüfatı və sənaye istehsalının birləşməsi əsasında istehsalın sənaye əsasında inkişafı, aqrar-sənaye inteqrasiyası formalaşmışdı. Dövlət Aqrar Sənaye Komp-leksi yaradıldıqdan əvvəl və sonra yaradılan aqrar-sənaye birlikləri (Azərpambıqsənaye, Azərmeyvətərəvəzsənaye, Azərüzümsənaye, Azərtütünsənaye, Ətsüdsənaye), 1982-1990-cı illərdə aqrofirmalar (“Quba”, Abşeronda “Zeytun”, “Abşeron”, “Şəki”), aqrokombinatlar, elmi-istehsalat bir-likləri, sovxoz-zavodlar, məhsul istehsalı, tədarükü, emalı, satışı ilə ixtisaslaşmış sahələrin əlaqələndirilməsi həyata keçirildi. Bu müəssisələrin tərkibinə avtonəqliyyat, tikinti,

Page 48: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

47

istehsala xidmət edən təşkilatlar daxil olurdular. Lakin idarəetmədə iqtisadi metodlardan zəif istifadə olundu, iqti-sadi mənafelərə uyğun münasibətlər və məsuliyyət gözlə-nilmədi. Aqrar-sənaye kompleksinin sahə və ərazi struktu-runda təkmilləşdirmələr, kompleksin işinin son nəticələ-rinə görə iqtisadi stimullaşdırma tədbirləri həyata keçiril-məsi təmin olunmadı və s.

Kənd təsərrüfatı ilə sənaye istehsalının inteqrasiyası, onun iqtisadi mahiyyəti və qanunauyğunluqları cəmiyyə-tin məhsuldar qüvvələrinin inkişafının qanunauyğunluqla-rının nəticəsidir. Təbiidir ki, aqrar-sənaye kompleksinin iqtisadi mahiyyəti istehsal münasibətləri sistemi ilə sıx vəhdətdədir. O, tarixi-iqtisadi proses kimi ictimai-iqtisadi quruluşdakı mülkiyyət, real istehsal münasibətləri və is-tehsalın xarakterindən asılıdır, inteqrasiyanın forması isə prosesin iqtisadi mahiyyətini müəyyən edir. Yeni mülkiy-yət, iqtisadi münasibətlər və sahibkarlığın formalaşdığı şə-raitdə iqtisadi əlaqələrin və proseslərin forma və mahiy-yəti dəyişir, təkmilləşir.

2.2. Aqrar iqtisadiyyat və regionların sosial-iqtisadi

inkişafı.

a) Aqrar islahatların həyata keçirilməsi mərhələ-

sinə qədərki dövrdə aqrar-sənaye kompleksinin iqtisa-

di vəziyyəti.

Aqrar-sənaye kompleksi çoxsahəli istehsal-iqtisadi

sistem kimi, onun strukturunun təkmilləşdirilməsi, sahələr-

arası istehsal-iqtisadi əlaqələrin yaxşılaşdırılması, özünü

maliyyələşdirmə və özxərcini ödəmə üsulunu həyata ke-

çirməklə səmərəli iqtisadi mexanizmin formalaşmasında

böyük rol oynadı. Ehtiyatlardan istifadə, yeni intensiv tex-

Page 49: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

48

nologiyaların tətbiqi, iş vaxtından səmərəli istifadə edil-

məsi, istehsalın intensivləşdirilməsi istiqamətində və qa-

baqcıl təcrübələrin yayılmasında, regionların və sahələrin

inkişafı və idarə edilməsində ərazi xüsusiyyətlərinin nəzə-

rə alınmasında müsbət təcrübələr qazanıldı. Aqrar-sənaye

kompleksinin inkişafı keçmiş SSRİ-nin sosial-iqtisadi in-

kişafının sürətləndirilməsi strategiyasına yönəldilmişdi.

Ona görə də inkişafın mahiyyəti ictimai münasibətlərin

təkmilləşdirilməsi, siyasi və ideoloji təsir vasitələri sosia-

list prinsiplərinə xidmət edirdi. Aqrar-sənaye kompleksi-

nin iqtisadiyyatın intensiv inkişaf yoluna keçilməsi, struk-

tur siyasəti, idarəetmə forma və metodlarının yenidən qu-

rulması üçün çox böyük tədbirlər sistemi nəzərdə tutul-

muşdur. Burada istehsal vasitələri üzərində ictimai mül-

kiyyətin genişləndirilməsi və gücləndirilməsi sosializmin

əsas üstünlüyü məsələsi kimi ön plana çəkilmişdi. İstehsal

münasibətlərinin təkmilləşdirilməsi, təsərrüfat mexanizmi-

nin yenidən qurulması, səmərəli idarəetmə mexanizminin

yaradılması, maddi maraq və məsuliyyət prinsipinin təmin

edilməsi, iqtisadi üsullardan geniş istifadə edilməsi əsas

vəzifələrdən biri hesab edilirdi. Bu əsasda 1986-1990-cı il-

lərdə kənd təsərrüfatının ümumi məhsulun 14,4% artırmaq

nəzərdə tutulurdu. Bunun üçün aqrar-sənaye istehsalının

intensivləşdirilməsi, inteqrasiya proseslərinin və sahələra-

rası əlaqələrin inkişaf etdirilməsi, idarəetmənin təkmilləş-

dirilməsi, mövcud torpaq, əmək və maliyyə ehtiyatların-

dan daha səmərəli istifadə edilməsi tədbirləri planlaşdırıl-

mışdı.

Əsas məqsəd, aqrar bölmədə idarəetmənin iqtisadi

metodlarından istifadə edilməsindən və stimulların güc-

ləndirilməsindən, planlaşdırmanın təkmilləşdirilməsindən

Page 50: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

49

və işin son nəticəsi üçün maddi marağın artırılmasından

ibarət olmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi, vaxtilə kolxoz-

sovxoz istehsalının intensivləşdirilməsinə, kənd təsərrüfatı

məhsullarının satınalma qiymətlərinin artırılmasına, təsər-

rüfatların iqtisadi şəraitinin müəyyən qədər yaxşılaşdırıl-

masına imkan verdi. Lakin həmin dövrdə müəyyən edil-

miş xətt ardıcıl yerinə yetirilmədiyindən kəndə yönəldilən

vəsait gözlənilən səmərə vermədi və 1980-ci il ərəfəsində

zərərlə işləyən kolxoz və sovxozların sayı çoxaldı. Ona

görə də iqtisadi münasibətlərdə yarımçıq təkmilləşdirmə,

köhnə təsərrüfatçılıq metodlarının saxlanması, aqrar böl-

mədə əməyin təşkilinə və stimullaşdırılmasına mənfi təsir

göstərdi. Bununla əlaqədar vaxtaşırı sahədə istehsalın miq-

yasının dəyişməsi, tələbatın artması, iqtisadi mexanizmin

forma və metodlarını daha da təkmilləşdirmək zərurətini

meydana çıxardı. Odur ki, uzun müddət, yəni XX əsrin

90-cı ilinədək vəzifə planlaşdırmanı və təsərrüfatçılıq sə-

viyyəsini qaldırmaqdan, həmin iqtisadi mexanizmi dövrün

tələblərinə uyğunlaşdırmaqdan, istehsalın səmərəliliyini

yüksəltməkdən, əmək məhsuldarlığının və məhsulun key-

fiyyətinin yüksəldilməsinə nail olmaqdan və bunun əsa-

sında xalqın artan tələbatının yüksəldilməsini təmin et-

məkdən ibarət olmuşdur. İqtisadi münasibətlərdə köhnə

təsərrüfatçılıq metodları saxlanıldığından, stimullaşdırma-

nın təsirini zəiflətmişdi və o, istehsalın son nəticəsi ilə uz-

laşmırdı. Beləliklə, aqrar-sənaye kompleksi sahələrinin in-

kişafında müəyyən uyğunsuzluqlar əmələ gəlmişdi. Ona

görə də əhalinin ərzaq məhsullarına tələbatını ödəmək,

kənd təsərrüfatı məhsulunu istehlakçıya çatdıran silsilənin

bütün pillələrinə diqqəti gücləndirmək tələb olunurdu.

Page 51: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

50

Bununla əlaqədar 1982-ci ildə Ərzaq proqramı qəbul

edilmişdi. Bununla aqrar bölmədə vəziyyəti bir qədər yax-

şılaşdırmaq mümkün oldu.

Lakin bu, aqrar-sənaye kompleksinin mövcud istehsal

potensialından səmərəli istifadə etməyə, məhsul istehsalını

artırmağa, emal sənayesinin xammala, əhalinin ərzağa tələ-

batını dolğun ödəməyə imkan vermədi. Ona görə də konk-

ret inkişafa uyğun təsərrüfatçılığın iqtisadi mexanizminin

təkmilləşdirilməsi üçün tədbirlər kompleksi həyata keçir-

mək, mütərəqqi normativlər əsasında yeni planlaşdırma və

iqtisadi stimullaşdırma metodlarını tətbiq etmək, təsərrüfat

məsələlərinin həllində kolxozların, sovxozların, digər aq-

rar-sənaye kompleksi müəssisələrinin və təşkilatlarının

hüquqlarını genişləndirmək, istehsalın intensivləşdirilmə-

sində, elmi-texniki tərəqqinin nailiyyətlərindən təcrübədə

geniş istifadə edilməsində, yüksək son nəticələrin təmin

olunmasında əmək kollektivlərinin və bütün idarəetmə və-

silələrinin marağını və məsuliyyətini gücləndirmək lazım idi.

19801990-cı illərdə təsərrüfatçılığın iqtisadi mexa-

nizminin əsas tərkib hissəsi kimi bir sıra təşkilati-iqtisadi

məsələlər həyata keçirildi:

- istehsalın planlaşdırılması və stimullaşdırılmasının

təkmilləşdirilməsi;

- kollektivin müstəqilliyinin genişləndirilməsi, plan-

laşdırmanın normativ metodu;

- təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi göstəri-

cilərinin azaldılması;

- təsərrüfat hesablı məsariflərə nəzarətin çek forması;

- ümumi (xalis) gəlirə görə maddi həvəsləndirmə sis-

temi;

- qiymətlərin təkmilləşdirilməsi yolu ilə təsərrüfatçı-

Page 52: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

51

lığın iqtisadi şəraitinin tarazlaşdırılması;

- əməyin təşkilini təkmilləşdirmək və mütərəqqi for-

maların tətbiqi;

- maliyyə-kredit münasibətlərinin təkmilləşdirilməsi

və s.

Respublika hökuməti 1989-cu ildə aqrar-sənaye komp-

leksinin idarə edilməsi və iqtisadi münasibətləri təkmil-

ləşdirmək məqsədilə qərar qəbul etdi. Həmin qərarda kol-

xoz, sovxoz və emal müəssisələri ilə səmərəli təsərrüfat

hesablı münasibətlərin formalaşmasına imkan verən icarə-

darlara, kooperativlərə, kəndli təsərrüfatlarına, vətəndaş-

ların şəxsi yardımçı təsərrüfatlarının inkişafına zəmin ya-

radan təsərrüfat mexanizminin həyata keçirilməsi nəzərdə

tutuldu. Aqrar siyasətin həyata keçirilməsi üçün kənd tə-

sərrüfatı məhsulları istehsalını artırmaq, onu daşımaq, sax-

lamaq və emalını tənzimləmək məqsədilə iqtisadi münasi-

bətlər və təsərrüfatçılığın metodları daha da təkmilləşdi-

rildi. Bu prosesləri zəruri edən səbəblər ondan irəli gəlirdi

ki, istehsal pilləsində idarəetmə orqanları təsərrüfatçılığın

rəngarəng formalarına uyğun inkişaf etdirilməli və istehsal

münasibətlərinin geniş miqyasda demokratikləşdirilməsi

və könüllülük əsasında mülkiyyətin müxtəlif formalarının

çevik surətdə əlaqələndirməsi üçün yeni iqtisadi mexanizm

fəaliyyət göstərməli idi. Bununla əlaqədar əsasən 1990-cı

ildən başlayaraq, sosial yönümlü iqtisadiyyat yaratmaq, is-

tehsalı istehlakçının tələbatına tabe etmək, yaradıcılığa və

təşəbbüskarlığa meydan vermək üçün “Respublikanın tən-

zimlənən bazar iqtisadiyyatına keçməyə hazırlıq üzrə təxi-

rəsalınmaz tədbirlər haqqında” qərarının böyük rolu oldu.

İqtisadi mexanizmdə edilən dəyişikliklər əvvəllər onun

ayrı-ayrı tərəflərinə toxunurdusa, indi mexanizm bütün st-

Page 53: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

52

ruktur ünsürlərini və onun bütün səviyyələrini əhatə edir-

di. Başqa sözlə, təsərrüfatçılıq metodu kompleks xarakter

daşımaqla, elmi-texniki tərəqqinin idarə edilməsi və sosial

istiqamətin güclənməsi ilə şərtlənirdi. Bu kənd təsərrüfatı

və onunla bağlı olan sənaye sahələrinin inteqrasiyasına

kömək etməklə, kənddə iqtisadi münasibətlərin təkmilləş-

dirilməsinə, idarəetmənin yenidən qurulmasına, özxərcini-

ödəmə və özünümaliyyələşdirmə əsasında məhsul istehsalı

və keyfiyyətin yüksəldilməsinə istiqamətləndirilmişdi.

Təsərrüfatçılığın iqtisadi mexanizminin dəyişikliklə-

rinin dərinliyi və istiqaməti bir çox cəhətdən cəmiyyətin

inkişafının bu və ya digər mərhələlələrinin xüsusiyyətlə-

rindən, maddi istehsalda vaxtı çatmış dəyişikliklərdən, öl-

kənin inkişafının konkret tarixi şəraitinin bütün rəngarəng-

liyindən irəli gəlir.

Respublikamızın aqrar bölməsini daha da inkişaf et-

dirmək üçün respublikada satınalma qiymətlərinin artı-

rılması, ixtisaslaşdırmanın dərinləşdirilməsi, maddi-texniki

bazanı möhkəmləndirmək məqsədilə bir sıra tədbirlər müəy-

yən edildi. Bu məhsul istehsalının artırılmasına və əhalinin

həyat səviyyəsinin yüksəldilməsinin müəyyən müddət təkan

vermişdi. Odur ki, respublikamızda mexanizmin təkmilləş-

dirilməsi konkret halda elmi-texniki tərəqqi və intensiv inki-

şafın sürəti ilə şərtlənmiş, potensial imkanlardan daha səmə-

rəli istifadəyə istiqamətləndirilmişdir.

Araşdırmalar göstərir ki, bütün bunlara baxmayaraq

1990-cı ildən başlayaraq xalq təsərrüfatının bütün sahə-

lərində olduğu kimi, aqrar bölmədə də iqtisadi mexanizm

məhsul istehsalının artırılmasına marağın yüksəldilməsinə

imkan vermədi, iqtisadi inkişafa şərait yaratmadı.

Yenicə öz müstəqilliyini qazanmış respublikamızın

Page 54: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

53

keçmiş İttifaq respublikaları ilə iqtisadi əlaqələrinin və

bank-maliyyə əməliyyatlarının kəsilməsi, təchizatda ya-

ranmış çətinliklər, kənd təsərrüfatı məhsulları ilə maddi-

texniki resursların qiymətləri arasındakı mütənasibsizlik,

maliyyə, kredit, vergi siyasətində, aqrar bölmənin idarə

edilməsində mövcud nöqsanlar, respublika ərazisində əda-

lətsiz müharibə getməsi və ərazilərin 20%-dən çoxunun

erməni işğalçıları tərəfindən zəbt olunması, təşkilati-iqti-

sadi mexanizmin ardıcıl və sistemli həyata keçirilməməsi

kənd təsərrüfatında böhranı daha da dərinləşdirdi.

Respublikamızın ərazilərinin bir hissəsinin erməni

təcavüzkarları tərəfindən zəbt edilməsindən əvvəl Azər-

baycan bolluq diyarı kimi tanınırdı. Xüsusilə kənd təsərrü-

fatı məhsulları istehsalı intensiv inkişaf yolundaydı. 1981-

1985-ci illərdə hər il orta hesabla 1,2 milyon ton taxıl, 700

min ton pambıq, 890 min ton tərəvəz, 1,8 milyon ton

üzüm, 317 min ton meyvə və giləmeyvə, 190 min ton kar-

tof, 57 min ton tütün, 157 min ton (kəsilmiş çəkidə) ət,

896 min ton süd, 871 mln. ədəd yumurta, 11,1 min ton (fi-

ziki çəkidə) yun istehsal edilirdi. Respublikamızda eyni

zamanda geniş kənd təsərrüfatı məhsullarını emal edən

müəssisələr şəbəkəsi yaradılmışdı və beləliklə, kənd təsər-

rüfatı möhkəm istehsal potensialına malik idi.

On bir iqlim zonasından doqquzuna malik olan Azər-

baycan zəngin təbii ehtiyatlarına və əlverişli iqtisadi şərai-

tinə görə həmişə diqqət mərkəzində olmuşdur. Respublika

öz müstəqilliyini elan etdikdən sonra düşdüyü münasibət-

lər bir tərəfdən də bununla bağlıdır. Azərbaycan müstəqil

dövlət quruculuğuna başlamış, zorən münaqişəyə cəlb

edilmiş, qonşu Ermənistanın təcavüzü nəticəsində ərazisi-

nin beşdə biri zəbt olunmuşdur. Respublikanın bir milyon-

Page 55: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

54

dan çox vətəndaşı qaçqın vəziyyətinə düşmüşdür. Bundan

başqa, Ermənistanda yaşayan 200 mindən çox azərbaycan-

lı və Orta Asiyada yaşamış 50 min ahıska türkləri respub-

likamıza pənah gətirmişlər. Bu bütün dünyadakı qaçqınla-

rın az qala onda biridir və 8,6 milyon hektar əraziyə malik

Azərbaycanın payına düşür.

Belə istehsal və iqtisadi potensiala malik olan res-

publikanın kənd təsərrüfatında ötən əsrin 90-cı illərində

enerji, resurs və əmək tutumlu bitkilərin əkin sahəsi, mal-

qara və qoyunların baş sayı kəskin şəkildə azalmış, isteh-

sal tənəzzül vəziyyətinə düşmüşdü.

Həmin illərdə kənd təsərrüfatı və emal məhsulları is-

tehsalının aşağı düşməsi yuxarıda qeyd edilən səbəblərlə

yanaşı, bir sıra rayonların torpaq sahələrinin atəş zonasın-

da yerləşməsi, digər tərəfdən keçmiş İttifaq dağıldıqdan

sonra toxumun, maddi-texniki vasitələrin, kənd təsərrüfatı

bitkilərinin becərilməsi üçün zəruri olan mineral gübrələ-

rin, herbisidlərin, bitki mühafizə vasitələrinin, habelə hey-

vandarlıq üçün dərmanların alınmasının maliyyə prob-

lemləri ilə əlaqədar çətinləşməsi, emal üçün lazım olan

maddi-texniki resursların çatışmaması, avadanlıq və tex-

nologiyanın köhnəlməsi və s. təsir etmişdir. Təsərrüfatla-

rın satdıqları məhsulların pulunu vaxtında ala bilməmələri,

onların hesabında vəsait olmaması, müstəqil dövlətlər bir-

liyi ölkələri arasında pul dövriyyəsinin pozulması, Azər-

baycan Rusiya dövləti arasında dəmir yolunun bağlanması

da aqrar bölmədə məhsul istehsalının azalmasına səbəb ol-

muşdur.

Kənd təsərrüfatına yararlı torpaqların münbitliyinin

saxlanılması tədbirləri həyata keçirilməmiş, torpaqlara ve-

rilən gübrələrin həcmi 50-60 dəfə azalmış, bitkilərin və

Page 56: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

55

heyvanların xəstəlik və zərərvericilərinə qarşı işlədilən

kimyəvi preparatlara tələbat 10-15% ödənilmişdir.

Göstərilənlərlə əlaqədar respublikanın kənd təsərrü-

fatını böhran vəziyyətindən çıxarmaq üçün mövcud olan

böyük istehsal və iqtisadi potensialdan səmərəli istifadə

edilməsi, kənd təsərrüfatının spesifik xüsusiyyətlərini nə-

zərə almaqla iqtisadi mexanizmin təkmilləşdirilməsi əsas

vəzifələrdən biri kimi qarşıda dururdu. Bunun üçün aqrar

bölmənin bazar münasibətlərinə keçirilməsi əsas istiqamət

götürülməklə, burada köklü islahatlar həyata keçirilməsi,

müxtəlif təsərrüfat formalarının təşkili və mülkiyyət müna-

sibətlərinin təkmilləşdirilməsi, çevik qiymət, vergi və kre-

dit siyasəti yeridilməsi, əkinçilik və heyvandarlığın dünya

təcrübəsinin nailiyyətləri və elmi əsaslarla inkişaf etdiril-

məsi, idarəetmədə iqtisadi amillərə üstünlük verilməsi tə-

ləb olunurdu. Beləliklə, bazar münasibətlərinə keçmək

üçün iqtisadi islahatların həyata keçirilməsi zərurəti mey-

dana çıxmışdı.

Məlumdur ki, iqtisadi inkişafın konkret şəraitinə uy-

ğun real ictimai proseslərin nəzərə alınması, iqtisadi mü-

nasibətlərin təkmilləşdirilməsi və aqrar bölmənin inkişa-

fında bir sıra vəzifələrin həllinə kompleks yanaşılması

mövcud istehsal və iqtisadi ehtiyatlardan maksimum isti-

fadəyə əlverişli şərait yaradılması tələbini qarşıya qoyur.

Respublikada kənd təsərrüfatı və emal sənayesi məh-

sulları istehsalının inkişafı, onlar arasındakı nisbət və əla-

qələrin yeni tipli formaları meydana çıxmış, inteqrasiya

daha da dərinləşmişdir. İqtisadi münasibətlərin təkmilləş-

dirildiyi bir vaxtda torpaq sahələrinin və maddi ehtiyat-

ların məhdudlaşdığı, aqrosənaye məhsullarına olan tələ-

batın artdığı, bazar münasibətlərinin formalaşdırıldığı şə-

Page 57: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

56

raitdə iqtisadi mexanizmin təsiri gücləndirilməli, rəqabət

qabiliyyətli məhsul istehsalına marağın xeyli artırılması

qarşıda durur. Çünki, mövcud şəraitdə aqrar-sənaye inteq-

rasiyası kənddə istehsal münasibətlərini əsaslı təkmilləş-

dirməklə bazar münasibətlərinin formalaşdırılması ilə əla-

qədar onun mahiyyəti və məqsədini dəyişdirməyi qarşıya

qoyur.

1990-1995-ci illərdə aqrar-sənaye inteqrasiyasında

baş verən mühüm təmayüllərdən biri kolxoz və sovxoz-

larda mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi prose-

sinin sürətləndirilməsidir. Bu onunla əlaqədardır ki, müs-

təqil respublikamız dünya bazar iqtisadiyyatına qovuşaraq

məhsul istehsalını artırmaq üçün yeni imkanlar qazanıl-

mış, digər tərəfdən mülkiyyətin yeni prinsiplərə uyğun

formalaşması mərhələsi başlanmışdır.

1990-1994-cü illərdə aqrar-sənaye istehsalının səmə-

rəliliyinin yüksəldilməsi, mütərəqqi iqtisadi münasibət-

lərə, idarəetmənin daha da təkmilləşdirilməsi və maliyyə

vəziyyətinin sağlamlaşdırılması ilə əlaqədar kompleks təd-

birlər sisteminin həyata keçirilməsinə baxmayaraq kənd

təsərrüfatı məhsulları istehsalının azalması meylini dayan-

dırmaq mümkün olmadı. Respublikanın müxtəlif təbii-iq-

tisadi şəraitində yerləşən rayon və təsərrüfatlardakı isteh-

salın inkişaf səviyyəsindəki fərqlər məhsul istehsalı və

keyfiyyətində öz kəskin əksini tapmışdı.

Respublikada ərzaq ehtiyatlarını artırmaq və keyfiy-

yəti yüksəltmək üçün şəraiti olan hər yerdə yeni təsərrüfat

formaları yaratmaq, yardımçı kənd təsərrüfatlarını inkişaf

etdirmək, habelə əhalinin yeyinti məhsullarına olan tələba-

tını ödəmək üçün bütün imkanlardan istifadə etmək, iqti-

sadi mexanizmin bütün istiqamətlərdə radikal həlli ön

Page 58: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

57

plana çəkildi.

Mövcud təsərrüfatçılıq mexanizmi kooperasiya (koo-

perativ), kəndli (fermer) təsərrüfatları, səhmdar cəmiyyət-

ləri, icarə vasitəsi ilə istehsalın çox böyük potensialının

üzə çıxarılması, sərbəst istehsalçılara geniş meydan veril-

məsi üçün tədbirlər həyata keçirildi.

b) Aqrar sahə və regionların sosial-iqtisadi inkişafı. Regionların sosial-iqtisadi inkişafı dövlətin regional

siyasətindən asılıdır. Dövlətin regional siyasəti dövlətin ölkə ərazilərinin tarazlı inkişafına istiqamətləndirilmiş si-yasətin tərkib hissəsidir. Regional siyasətin obyektiv əsa-sını ölkə ərazisinin təbii iqlim şəraitinin, təbii ehtiyatların, iqtisadi və sosial inkişafın, istehsal ixtisaslaşmasının sə-viyyəsi, maddi-texniki təminatın, əhalinin məşğulluğunun, adət-ənənələrin və s. müxtəlifliyi, hər bir regionun xüsu-siyyətləri təşkil edir. Regionların sosial-iqtisadi inkişafı si-yasəti konkret ərazisinin xüsusiyyətlərini nəzərə almaqla sosial-iqtisadi, elmi, texniki, texnoloji, ekoloji sahədə hə-yata keçirilən tədbirlər sistemidir. Bu tədbirlərin həyata keçirilməsinə dövlət müdaxiləsinin əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının ərazi təşkili və idarə olunmasıdır. Ərazilər üzrə (iqtisadi rayonlar arasında) məhsuldar qüv-vələrin inkişaf səviyyəsində, əhalinin gəlirlərinin kəskin fərqlərin əmələ gəlməsi ölkə miqyasında iqtisadi inkişafa təsir edən əsas şərtlərdəndir. Regionlarda yerli xammal və materiallardan, təbii ehtiyatlardan və əmək resurslarından səmərəli istifadə etməklə bazar iqtisadiyyatı prinsiplərinə əsaslanaraq aqrar sahənin qarşısına çox böyük vəzifələr qoyulmuşdur.

Ölkədə sosial-iqtisadi inkişafı sürətləndirmək və

Page 59: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

58

problemləri kompleks həll etmək məqsədilə 10-dan çox dövlət proqramı həyata keçirilməsinə baxmayaraq, “Azər-baycan Respublikasında sosial-iqtisadi inkişafın sürətlən-dirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanda orta müddətdə qarşıda olduqca ciddi və yeni və-zifələr qoyulmuşdur. Bu fərmanla aqrar bölmədə islahat-ların ikinci mərhələsinə başlanmasının əsas istiqamətləri müəyyən edilmişdir. Fərmana uyğun olaraq regionlarda aqrotexniki xidmətin yaxşılaşdırılması, sahibkarların yeni texnikalarla təmin olunması, toxumçuluq və damazlığın inkişaf etdirilməsi, emal sənayesinin bərpası, yeni emal müəssisələrinin yaradılması və s. kimi vacib tədbirlər hə-yata keçirilməsi nəzərdə tutulmuşdur. Həlli vacib olan və aqrar bölmənin kompleks inkişafına istiqamətlənmiş bu tədbirlərin respublikanın bütün bölgələrində həyata keçi-rilməsi ölkə iqtisadiyyatının dinamik inkişafına yönəl-mişdir. Burada əsas məsələ tədbirlərin maliyyə təminatı ilə təmin olunmasına, hüquqi dövlətə xas olan sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdırılmasına dina-mizm verilməsidir.

Respublika Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası re-gionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bir çox məsələlərin həlli üçün geniş imkan-lar açdı. Bu proqram regionların yerli xüsusiyyətləri nə-zərə alınmaqla aqrar bölmənin inkişaf etdirilməsi üçün konkret tədbirləri əks etdirdi. Aqrar bölmədə makroiqtisa-di sabitliyin və davamlı inkişafın təmin edilməsi ilə yanaşı regionların, hər bir rayon üzrə aqroservis xidmətlərinin, toxumçuluğun və damazlıq işinin, baytarlıq xidmətinin, aqrokimyəvi xidmətin inkişaf etdirilməsi, mövcud olan emal müəssisələrinin maddi-texniki bazalarının yaxşılaşdı-

Page 60: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

59

rılması və yenilərinin yaradılması və s. məqsədilə konkret tədbirlər müəyyənləşdirilmişdir.

“Azərbaycan Respublikası regionlarının sosial-iqti-sadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın ic-rası artıq aqrar bölmədə öz müsbət nəticələrini vermişdir.

Aqrar bölmədə sahibkarlığın inkişafı, yeni müəssisə-lər, yeni iş yerlərinin açılması və kəndlərdə yeni infrastruk-turunun müəyyən qədər yaxşılaşdırılması əhalinin rifa-hının yüksəldilməsinə, müsbət meyllərin gücləndirilməsi-nə imkan verdi.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı artdı, yoxsulluğun sə-viyyəsi xeyli aşağı düşdü, qeyri-neft sektorunda sahələrin inkişaf meyli gücləndi. 2004-2008-ci illərdə həyata keçi-rilən kompleks tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradıldı. 547,5 min daimi yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 69%-dən 13,2%-dək azaldıl-dı. Ümumi daxili məhsul 2,6 dəfə, qeyri-neft sektorunda 1,8 dəfə, əhalinin gəlirləri 4 dəfə artdı. Regionların möv-cud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürət-ləndirmək, sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həl-linə nail olmaq, ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında duran əsas vəzifələrindəndir. Bununla əlaqədar, 2009-cu il 14 aprel tarixli fərmanla “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü il-lərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edil-di. Bu proqram ölkə regionlarının iqtisadiyyatının tarazlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində makroiqtisadi sabitliyin təmin olunmasında, ərazilərdə ye-ni müəssisələrin, infrastrukturun və iş yerlərinin yaradıl-

Page 61: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

60

masında, yoxsulluq səviyyəsinin aşağı düşməsində böyük rol oynadı.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (27 fevral 2014-cü il) göstərilir ki, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf stra-tegiyasının mühüm tərkib hissəsidir. Dövlət Proqramının məqsədi növbəti illərlə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlı-lığının təmin edilməsi, infrastrukturun və sosial xidmət-lərin daha da yaxşılaşdırmaqdan ibarətdir.

Regionların ərazi, sahə və transformasiya obyekti olaraq dinamizmi regional bazar münasibətlərinin inkişafı-nı şərtləndirir. Regional bazar tələbatı regionda bazarın sa-hə quruluşunun tələb sistemini-zəruri əmtəə və xidmətlə-rin tələbatını və ixtisaslaşmasını müəyyənləşdirir. Respub-likada regionların sosial-iqtisadi inkişafı, hər bir ərazinin (iqtisadi rayonun) iqtisadi inkişafını nəzərə almaqla həmin ərazinin respublikanın vahid bazar iqtisadiyyatının forma-laşmasında roluna görə müəyyən olunur. İqtisadi rayonlaş-dırma ölkə ərazisi üzrə proqnozlaşdırmanın zəruri vasitəsi olub, məhsuldar qüvvələrin ərazi təşkilinin və idarə et-mənin təkmilləşdirilməsinin əsas şərtidir. Ölkədə ilk iqti-sadi rayonlaşdırma 1956-cı ildə aparılmış, 1980-ci və 1990-cı ildə təkmilləşdirilmiş, 10 iqtisadi rayon şəbəkəsi müəyyən edilmişdir. Bu regionalı və sahə strukturunda is-lahatların həyata keçirilməsi və iqtisadi mexanizmlərin təkmilləşdirilməsi yolu ilə baş verir. Odur ki, regional si-yasət, mövcud yerli potensiallardan (torpaq, əmək maddi və s.) səmərəli istifadə edilməklə, reallaşan kompleks təd-birlər proqramı yolu və həmin regionun ehtiyatlarından is-tifadə üçün stimul yaratmaq mexanizmləri vasitəsi ilə hə-

Page 62: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

61

yata keçirilir. Sahibkarlığın sahə və ərazi quruluşu ölkə iq-tisadiyyatının struktur siyasətinin tərkib hissəsidir. Aqrar sahədə regionların sosial-iqtisadi inkişafı sahibkarlığın inkişafı problemləri ilə bağlı olduğundan bu məsələyə qar-şılıqlı əlaqədə və kompleks şəkildə baxılmalıdır.

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da fiziki-coğrafi, inzibati, iqtisadi rayonlar müxtəlif prinsiplər əsasında ayrılmışdır. Respublikada fiziki coğrafi xüsusiy-yətlərinə görə Böyük Qafqaz, Kiçik Qafqaz, Araz, Lənkə-ran, Naxçıvan böyük coğrafi regionlarını ayırmaq müm-kün olduğu kimi təsərrüfata, əraziyə rəhbərliyi, idarəet-məni, nəzarəti daha da yaxşılaşdırmaq üçün 01.01.2015-ci il tarixə Naxçıvan Muxtar Respublikası, 66 kənd və 14 şəhər rayonu, 78 şəhər, o cümlədən Respublika və Muxtar Respublika tabeçiliyində olan 11 şəhər, 261 şəhər tipli qə-səbə və 4250 kənd inzibati bölgüsü, 1727 kənd ərazi dai-rəsi ayrılır. Hər bir iqtisadi rayon özünün ixtisaslaşmasına, təsərrüfatın inkişaf xüsusiyyətlərinə, coğrafi mövqeyinin özünəməxsusluğuna, istehsalın əmək ehtiyatlarına və in-sanların milli adət-ənənələrinə görə ölkənin qonşu rayon-larından fərqlənən ərazilərdir.

Bu baxımdan respublikada son illər 10 iqtisadi rayo-nu ayırmaq mümkün olmuşdur. Bunlardan Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala Böyük Qafqaz təbii coğrafi regionunda yerləşir.

1. Abşeron iqtisadi rayonu. Ərazisi 5,8 min kv. km, əhalisi 2,7 milyondan çox-

dur. Tərkibinə Bakı, Sumqayıt, Xırdalan şəhəri, Abşeron və Xızı inzibati rayonları daxildir.

İxtisaslaşmış təsərrüfatı yanacaq-energetika, metal-lurgiya, maşınqayırma, kimya və neft-kimya, tikinti və meşə, yüngül sənaye sahələridir. Rayonda quşçuluq, ət-

Page 63: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

62

çilik və südçülük inkişaf etdirilir. 2. Quba-Xaçmaz iqtisadi rayonu. Sahəsi 7,0 min kv. km, əhalisi 518 min nəfərdir. Tər-

kibində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən inzibati rayonları yerləşir.

İxtisaslaşmış təsərrüfat sahələri yanacaq, yeyinti, xalçaçılıq, meyvəçilik, tərəvəzçilik, kartof və turizmdən ibarətdir.

3. Şəki-Zaqatala iqtisadi rayonu. Sahəsi 8,8 min kv. km, əhalisi 593 min nəfərdir. Tər-

kibi Şəki şəhəri, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən in-zibati rayonlarından ibarətdir.

Burada bitkiçilik, baramaçılıq, üzümçülük, taxılçılıq, tütünçülük, meyvəçilik, ət-süd, ət-yun təmayüllü qoyunçu-luq, tütünçülük inkişaf etmişdir.

4. Dağlıq Şirvan iqtisadi rayonu. Sahəsi 6,1 min kv. km, əhalisi 299 min nəfərdir. Tər-

kibi Ağsu, Şamaxı, İsmayıllı və Qobustandan ibarətdir. Üzümçülük, taxılçılıq, bağçılıq, heyvandarlıq, şərabçılıq inkişaf etdirilmişdir.

5. Gəncə-Qazax iqtisadi rayonu. Sahəsi 12,3 min kv. km, əhalisi 1,2 mln. nəfərdir.

Tərkibi Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa, Qa-zax inzibati rayonlarından ibarətdir.

Bu rayonlar respublika ərazisinin 14,2%-nə, əhali-sinin 12,6%-nə, illik məhsulun 10%-ə qədərinə malikdir. Burada metallurgiya, maşınqayırma, yanacaq, kurort, sa-natoriya, yüngül sənaye, taxılçılıq, kartofçuluq, üzüm-çülük, heyvandarlıq, quşçuluq inkişaf etmişdir.

6. Kəlbəcər-Laçın iqtisadi rayonu. Sahəsi 6,4 min kv. km, əhalisi 240 min nəfərdir. Tər-

Page 64: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

63

kibi Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı inzibati rayonla-rından ibarətdir.

7. Yuxarı Qarabağ iqtisadi rayonu. Sahəsi 7,3 min kv. km, əhalisi 645 min nəfərdir. Tər-

kibinə Ağdam, Şuşa, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl inzibati rayonları, Xankəndi və Şuşa şəhərləri da-xildir.

Baramaçılıq, şərabçılıq, meyvə-tərəvəz konservi, çö-rəkbişirmə, pambıqtəmizləmə, toxuculuq, tikiş, ipəkçilik, xalçaçılıq, gön-dəri sahələri inkişaf etmişdir.

8. Aran iqtisadi rayonu. Sahəsi 21,1 min kv. km, əhalisi 1910 min nəfərdir.

Tərkibi Ağcabədi, Bərdə, Beyləqan, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Zərdab, İmişli, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Saatlı inzibati rayonları, Yevlax, Mingəçevir və Şirvan sahələrindən ibarətdir.

Əhalisinin 70%-i maddi istehsalda, 30%-i isə qeyri-maddi istehsal sahəsində çalışır. Yanacaq-energetika, kim-ya və neft-kimya, yüngül sənaye, yeyinti, taxılçılıq, pam-bıqçılıq, tərəvəzçilik, bostançılıq, heyvandarlıq, quşçuluq sahələri inkişaf etmişdir.

9. Lənkəran iqtisadi rayonu. Sahəsi 6,1 min kv. km, əhalisi 880 nəfərdir. Tərkibi

Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı inzibati rayon-ları və Lənkəran şəhərlərindən ibarətdir.

Ərazisinin 26%-i meşə ilə örtülmüşdür, 79%-i əhali-nin maddi istehsalda, 21%-i qeyri-maddi istehsalda çalışır. Meşə, yeyinti, yüngül, tərəvəzçilik, kartofçuluq, taxılçılıq, çayçılıq, subtropik bitkiçilik inkişaf etmişdir.

10. Naxçıvan iqtisadi rayonu Sahəsi 5,5 min kv. km, əhalisi 435 min nəfərdir. Tər-

kibi Naxçıvan, Culfa, Ordubad şəhərlərindən, Babək, Kən-

Page 65: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

64

gərli, Sədərək, Şərur, Şahbuz inzibati rayonlarından iba-rətdir.

Respublika sənaye məhsulunun 2,8%-ni, kənd təsər-rüfatı məhsullarının 3%-ə qədərini verir. Burada dağ-mə-dən, meşə, yeyinti, yüngül sənaye, tikinti kombinatları fəaliyyət göstərir. Tütünçülük, bağçılıq, tərəvəzçilik, bara-maçılıq, iri və xırdabuynuzlu mal-qara təsərrüfatları inki-şaf edən sahələrdəndir.

Aqrar sahədə regionların inkişafında yeniləşən so-sial-iqtisadi məqsədlər baxımından tələbatın ödənilməsi üçün hər bir ərazinin əhalisi, təbii artımı, resurslardan isti-fadə, sahibkarlığın təşkilati-iqtisadi formaları və s. amillər bir-birindən fərqlənir. Bu regionun sonrakı inkişaf dinami-kasının və vəzifələrinin miqyasını, prioritet istiqamətlərini müəyyənləşdirir. Ərazi kompleks inkişaf proqramlarında sadə və ərazi mənafeləri baxımından gələcəkdə aşağıdakı məsələlərə diqqət yönəldilir:

- kənd təsərrüfatı bitkilərinin toxumçuluğunun və tingçiliyinin inkişaf etdirilməsi;

- heyvanların cins tərkibinin yaxşılaşdırılması, da-mazlıq seleksiya işlərinin, xüsusən cins, mayalama xidmə-tinin genişləndirilməsi, heyvanların məhsuldarlığını artır-maqla onun baş sayının optimal həddə çatdırılması, gene-tik ehtiyatların qorunub saxlanılması;

- sənaye quşçuluğunun inkişaf etdirilməsinin dəstək-lənməsi, nohur balıqçılığının, arıçılığın inkişafına kömək-lik göstərilməsi;

- heyvandarlıq və quşçuluq sahələri üçün balanslaş-dırılmış qarışıq yem və yem əlavələri istehsal edən müəs-sisələrin fəaliyyətinin bərpası, kəndlərdə kiçik həcmli yem sexlərinin yaradılmasının dəstəklənməsi;

- heyvan xəstəliklərinə qarşı müalicə-profilaktika va-

Page 66: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

65

sitələrinin bir qisminin respublikada istehsalının təşkili, dövlət baytarlıq xidməti obyektlərinin maddi-texniki baza-sının möhkəmləndirilməsi, özəl baytarlıq xidmətinin ge-nişləndirilməsinin dəstəklənməsi;

- gübrə və bitki mühafizəsi preparatlarının topdan-satış və pərakəndə satışı şəbəkələrinin yaradılması;

- aqroservis xidmətinin genişləndirilməsi; - aqrokimyəvi, bitki mühafizəsi, fitosanitar-karantin

və toxumçuluq xidmətlərinin texniki bazasının möhkəm-ləndirilməsi və fəaliyyətlərinin gücləndirilməsi;

- kənd yerlərində kiçik emal müəssisələrinin, xüsu-silə ət, süd, meyvə, tərəvəz emalı şəbəkələrinin yaradıl-ması, şərabçılığın inkişafının dəstəklənməsi;

- aqrar sahə üçün yeni şəraitə uyğun mütəxəssislərin hazırlanması, ixtisaslarının təkmilləşdirilməsi və peşə sə-viyyəsinin artırılması;

- aqrar informasiya məsləhət xidməti şəbəkələrinin yaradılmasına dövlət dəstəyi;

- ətraf mühitin qorunması, torpaqların mühafizəsi, qış və yay otlaqlarının məhsuldarlığının bərpası tədbirləri;

- dövlət investisiyalarının əsasən regionların infras-truktur və kommunal xidməti (enerji, yol, su) təminatının yaxşılaşdırılmasına yönəldilməsinin dəstəklənməsi;

- aqrar sahədə bazar prinsiplərinə əsaslanan sığorta sisteminin təkmilləşdirilməsi və kənd təsərrüfatı qurumla-rına hesablanmış sığorta tədiyyələrinin müəyyən hissə-sinin dövlət büdcəsi hesabına ödənilməsinin həyata keçi-rilməsinin dəstəklənməsi;

- kənd təsərrüfatı məhsullarının daxili və xarici ba-zarlarda satışına dövlət dəstəyinin gücləndirilməsi;

- aqrar sahənin emal və maşınqayırma sənayesinin qurulmasına dövlət maliyyə resurslarının və xarici investi-

Page 67: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

66

siyaların cəlb olunmasının dəstəklənməsi; - respublikada emal sənayesi üçün yardımçı mate-

riallar (şüşə və plastik qablar, tıxaclar, yeşiklər və s.) is-tehsalı müəssisələrinin qurulmasının dəstəklənməsi;

- Bakı, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və Lənkəran şəhərlərində kənd təsərrüfatı məhsullarının top-dansatış bazarlarının təşkilinin dəstəklənməsi və s.

Regionların sosial-iqtisadi inkişafı, ölkənin kənd təsərrüfatı məhsulları ilə daha dolğun təmin olunmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını, aqrar isla-hatların həyata keçirilməsi nəticəsində əldə olunmuş nai-liyyətlərinin davamlılığını təmin etmək və daha da inkişaf etdirmək məqsədilə tədbirlər sistemli davam etdirilməlidir. Strateji istiqamətlər aqrar sahənin inkişafına dövlət kömə-yinin dəstəklənməsinin genişləndirilməsinə, mövcud po-tensialdan səmərəli istifadə etməklə aqrar iqtisadiyyatın davamlı inkişafına nail olmağa, əhalinin məşğulluğunun artırılmasına yönəldilməlidir. Əsas strateji məqsəd aqrar bölmədə rəqabət qabiliyyətli istehsal, emal və xidmət sa-hələrinin inkişaf etdirilməsi və daxili istehsal hesabına öl-kə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənil-məsini və ərzaq təhlükəsizliyini təmin etməkdən ibarət ol-malıdır.

Göstərilən məqsədə nail olmaq üçün 2020-ci ilədək aşağıdakı məsələlərin həll edilməsi zəruri hesab edilir:

- torpaq, su, meliorasiya və irriqasiya sistemlərindən istifadənin səmərəliliyini yüksəltməklə rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına şərait yaradılması;

- yeni texnologiyalara və dünya təcrübəsinə əsaslana-raq bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı və emalının artırılmasının dəstəklənməsi;

- müasir texnologiyaya əsaslanan yeni emal müəssi-

Page 68: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

67

sələrinin yaradılmasının dəstəklənməsi; - xidmət sahələrinə texniki-maliyyə dəstəyinin güc-

ləndirilməsi; - kənd təsərrüfatında özəl sektorla dövlət sektorunun

qarşılıqlı əməkdaşlıq münasibətləri mexanizmlərinin for-malaşdırılması və s.

Kənd təsərrüfatının inkişafının aşağıdakı prioritet is-tiqamətlərinin nəzərdə tutulması zəruri hesab edilir:

- mövcud istehsal, maliyyə, maddi-texniki və əmək potensialından daha səmərəli istifadə etməklə rəqabət qa-biliyyətli ixrac yönümlü məhsul istehsalının artırılması;

- istehsalçıların toxum və damazlıq heyvanlara olan tələbatının yüksək səviyyədə təmin edilməsi üçün toxum-çuluq və damazlıq təsərrüfatlarının maddi-texniki bazası-nın möhkəmləndirilməsi;

- əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsinin yaxşılaşdırılması üçün ətlik və südlük isti-qamətli özəl təsərrüfatların inkişaf etdirilməsi və bu məq-sədlə yem bazasının yaradılmasının dəstəklənməsi;

- kənd təsərrüfatı məhsullarının emalı, aqrar infrastruk-turun və xidmətlərin inkişafı, maddi-texniki bazanın möh-kəmləndirilməsi üzrə layihə və proqramların hazırlanması və reallaşdırılmasının investisiya proqramlarının dəstəklənməsi;

- elmi potensialdan səmərəli istifadə etməklə tədqi-qatların istehsalçıların fəaliyyətinin prioritet istiqamətlə-rinə uyğunlaşdırılması və kadr potensialının gücləndirilməsi;

Bu istiqamətlərdə nəzərdə tutulan strategiyanın real-laşdırılması kənd təsərrüfatının və emalın inkişaf etdiril-məsinə, xidmət infrastrukturunun yaxşılaşdırılmasına və bu əsasda əhalinin yoxsulluğunun azaldılmasına təsir gös-tərəcəkdir. Bu tədbirlərin dəstəklənməsi və kompleks şə-kildə həyata keçirilməsi aqrar sahənin inkişafına imkan

Page 69: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

68

verər, onun normativ-hüquqi, təşkilati və maliyyə təmina-tının səviyyəsini yüksəldər. Bununla əlaqədar ayrı-ayrı komponentlərin icrası dövlət və özəl bölmənin rolunu artı-rılmalı, təşkilati-maliyyə dəstəyi və investisiya siyasəti ilə əlaqələndirilməli, bunlar müvafiq layihələr və proqramlarla reallaşdırılmalıdır.

2.3. Aqrar iqtisadiyyat ölkənin xalq təsərrüfatı kompleksi sistemində.

Aqrar sahənin dayanıqlı inkişaf etdirilməsi ölkənin sosial-iqtisadi inkişafının tərkib hissəsi olmaqla, iqtisadi münasibətlərin təkmilləşdirilməsini, idarəetmənin və tə-sərrüfat fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uy-ğun tədbirlərin həyata keçirilməsini tələb edir. Hazırda dövlətin aqrar siyasəti kənd yerlərinin inkişaf etdirilməsi, regionlarda sahibkarlığın formalaşması, kənd təsərrüfatı sahələrinin inkişafı və tənzimlənməsi istiqamətlərinə yö-nəldilmişdir.

Aqrar sahədə baş vermiş dəyişikliklər, xüsusən yeni mülkiyyət münasibətlərinin formalaşdırılması, torpaq və əmlakın özəlləşdirilməsi, sahibkarlığın inkişafı və mövcud potensialdan səmərəli istifadə edilməsi müasir inkişafın konkret şəraitinə uyğun real sosial-iqtisadi proseslərin nə-zərə alınmasını və kənd təsərrüfatı ilə bağlı sahələrin inki-şafında bir sıra vəzifələrin həllinə kompleks yanaşılması, ehtiyatlardan maksimum istifadəyə əlverişli şərait yaradıl-ması tələbini qarşıya qoyur.

Ölkənin aqrar sahəsi xalq təsərrüfatı sistemində hə-mişə böyük əhəmiyyət kəsb etmişdir. Hələ 1970-1980-ci illərdə SSRİ dövründə Azərbaycanın aqrar sənaye məh-sulu ümumi daxili məhsulun 45-47%-i, əsas fondların 30-

Page 70: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

69

35%-ni təşkil edirdi. Respublikanın ərazisi keçmiş İttifaq ərazisinin 0,4%-

ni, əhalisi 2,5%-ni, milli gəlir istehsalının 1,6%-ni və kənd təsərrüfatında istehsal olunan məhsulun 1,7%-ni təşkil edir-di. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının bəzi növlərinin tədarükü üzrə əsas yer tutmaqla tədarük olunan mahlıcın 7,3%-ni, meyvənin 5,3%-ni, üzümün 22,9 %-ni, yaşıl çay yarpağının 6,9%-ni respublikamız tədarük edirdi.

Kənd təsərrüfatında olduğu kimi, yüngül və yeyinti məhsullarına görə də respublikamızın keçmiş İttifaq əmək bölgüsündə böyük rolu olmuşdur. İstehsal olunan bitki ya-ğının və balıq konservlərinin 90%-ə qədəri, pambığın 85%-i, meyvə-tərəvəz konservlərinin 65%-i, fermentləşdi-rilən tütünün 80%-i, mineral suların 45%-i başqa respubli-kalara və xarici ölkələrə göndərilmişdir. Buna baxmayaraq başqa respublikalara nisbətən respublikamızda hər nəfərə az məhsul istehlak edilirdi. Belə ki, 1989-cu ildə hər nə-fərə respublika əhalisinə keçmiş İttifaq səviyyəsindəkin-dən 58%-i qədər ət və ət məhsulları, 85,5 %-ə qədər süd və süd məhsulları istehlak edilmişdi.

Azərbaycan keçmiş İttifaqda pambıq mahlıcı, tütün,

şərab, konyak, meyvə-tərəvəz, konserv məhsulları ixrac

edən ölkə olmuşdu. Ölkəmizin İttifaq respublikalarından

kənd təsərrüfatı texnikaları, heyvandarlığın inkişafı üçün

bir milyon tona qədər yem, bitkiçilik üçün 30-40 min ton

toxum alırdı. Müqayisə üçün qeyd edək ki, hazırda ölkə-

mizdə heyvandarlığın yemə və əkinçiliyin toxuma tələbatı

daxili istehsal hesabına ödənilir.

Keçmiş sovetlər birliyi dövründə aqrar iqtisadiyyat

mərkəzləşdirilmiş prinsiplər (planlaşdırma, qiymətqoyma,

idarəetmə və s.) əsasında həyata keçirilirdi. Ona görə də

Page 71: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

70

aqrar sahənin inkişafı ölkədə müstəqillik bərpa edildikdən

sonra dünya standartlarına-bazar prinsiplərinə uyğunlaşdı-

rıldı və mövcud istehsal, əmək, maddi potensialdan səmə-

rəli istifadəyə yönəldildi. Burada əsas vəzifələrdən biri iq-

tisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, əhalinin

ərzaq məhsullarına, sənayenin xammala tələbatının ödənil-

məsini yaxşılaşdırmaqdan ibarət olmuşdur.

Kənd təsərrüfatı neft və tikinti sahəsindən sonra ölkə

iqtisadiyyatının üçüncü əsas sahəsidir 2015-ci ilə mövcud

9,6 milyon əhalinin 4,5 milyon nəfəri və yaxud 47%-i

kənd yerlərində yaşayır, iqtisadi fəal əhalinin 36,7%-i

kənd təsərrüfatında çalışır, ümumi daxili məhsulun 5,3%-i

kənd təsərrüfatının payına düşür. Hər kvadrat kilometrə

düşən əhalinin sayı 1980-ci ildəki 72 nəfərdən, 2015-ci ilə

111 nəfərə çatmışdır. Bu, aqrar sahədə məşğulluğun təmin

edilməsi və digər sosial problemlərin həllini qarşıya qo-

yur. Ölkə iqtisadiyyatında həyata keçirilən kompleks və

ardıcıl tədbirlər aqrar sahənin rolunun artırılmasına imkan

verir. Kənd təsərrüfatının ölkə iqtisadiyyatında rolu 2.1.

cədvəldəki rəqəmlərdə öz əksini tapmışdır.

Page 72: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

71

Cədvəl 2.1.

Kənd təsərrüfatının ölkə iqtisadiyyatında rolu.

İllər Kənd təsərrüfatının

ümumi daxili məhsulu

Kənd təsərrüfatına

yönəldilən investisiyalar

Kənd təsərrüfatında

əsas fondlar

Kənd təsərrüfatında məşğul

əhalinin sayı

Mln.

manat

Ölkə üzrə

ÜDM-də xüsusi

çəkisi, %

Mln.

manat

Ölkə üzrə inves-

tisiyalarda xü-

susi çəkisi, %

Mln.

manat

Ölkənin əsas

fondlarda xü-

susi çəkisi, %

Min

nəfər

Ölkə üzrə cəmi

məşğul olanlarda

xüsusi çəkisi %

1995 540,2 25,3 4,5 1,9 254,6 20,9 1112,8 30,8

2000 758,0 16,1 6,5 0,7 2634,4 14,4 1517,2 41,0

2005 1137,9 9,1 40,7 0,7 3004,6 8,8 1505,7 38,9

2010 2344,6 5,5 431,0 4,4 5099,8 7,6 1655,0 39,7

2011 2643,5 5,1 437,3 3,4 5271,4 7,1 1657,4 37,9

2012 2813,7 5,1 648,8 4,2 5611,9 6,7 1673,8 37,7

2013 3122,2 5,4 574,3 3,2 5852,3 6,1 1677,4 37,1

2014 3111,2 5,3 363,9 2,1 6509,9 6,2 1691,7 36,7

Page 73: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

72

Aqrar sahə əhalinin iş yerləri ilə təmin edilməsində,

kənddə yoxsulluğun azaldılmasında və əhalinin xeyli his-

səsinin yaşaması üçün gəlir mənbəyi kimi ölkə iqtisadiy-

yatında sosial-iqtisadi əhəmiyyət daşıyır. Ölkənin iqtisa-

diyyatının bir çox sahələrinin inkişafı kənd təsərrüfatının

inkişaf səviyyəsi ilə əlaqədardır. İstehsal olunan kənd tə-

sərrüfatı məhsullarının müəyyən hissəsi əhalinin şəxsi is-

tehlakına ərzaq kimi, müəyyən hissəsi toxuma, yemə və

müəyyən hissəsi emal müəssisələrinə xammal kimi istida-

fəyə yönəldilir. “Aqrar islahatının əsasları haqqında”

1995-ci ildə qəbul edilmiş qanuna əsasən sovxoz və kol-

xozların torpaq və əmlakı özəlləşdirildi, aqrar münasibət-

ləri təkmilləşdirildi, kənd təsərrüfatı və sahibkarlığın inki-

şafı nəticəsində kəndlərdə emal və xidmət müəssisələri ya-

radıldı, kəndin siması xeyli dəyişdirildi. Kənd təsərrüfatın-

da istehsal edilən ümumi daxili məhsulun 99,4 %-i xüsusi

mülkiyyətin payına düşür. Kənd təsərrüfatı ilə yüngül və

yeyinti sənayesinin və digər xidmət müəssisəsi və təşkila-

tının ölkə iqtisadiyyatının digər sahələri arasında bazar iq-

tisadiyyatı prinsiplərinə uyğun inteqrasiya əlaqələri yara-

dılır, dünya standartlarının tələblərinə uyğun müxtəlif çe-

şidli məhsullar istehsalı artır, istehlakçılara vaxtında və

keyfiyyətlə çatdırılması təmin olunur.

Kənd təsərrüfatı iqtisadiyyatın başqa sahələrindən

fərqli olaraq özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu

xüsusiyyətləri nəzərə almadan kənd təsərrüfatını inkişaf

etdirmək, məhsul istehsalını artırmaq və onun səmərəlili-

yini yüksəltmək mümkün deyil.

Kənd təsərrüfatının özünəməxsus xüsusiyyətlərindən

biri onun torpaq-iqlim şəraitindən asılı olmasıdır. Torpaq

insan əməyinin məhsulu deyildir. Torpaq əsas istehsal va-

Page 74: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

73

sitəsi olsa da onun həcmini artırmaq, azaltmaq mümkün

deyil. Ancaq onun münbitliyini və məhsulvermə qabiliy-

yətini yüksəltmək olar. Kənd təsərrüfatında torpaq təbii,

süni və iqtisadi münbitliyə ayrılır. Torpaqda toplanan qida

maddələri onun təbii münbitliyidir. Torpağın tərkibindəki

qida maddələri müxtəlif olduğu kimi o, yerləşməsi və rel-

yefinə görə iqtisadi rayonlar üzrə fərqlənir. Torpağın qida

maddələri ilə zənginləşdirilməsi üçün ona gübrələr verilir,

növbəli əkin sistemi tətbiq edilir, mütərəqqi texnologiya-

larla xidmətlər həyata keçirilir, suvarma düzgün təşkil edi-

lir və s. Süni münbitlik təbii münbitliyin əsasında yaradı-

lır. Torpağın iqtisadi münbitliyi dedikdə, sahə vahidinə

götürülən məhsulun miqdarı başa düşülür.

Torpağın iqtisadi münbitliyi iki göstərici ilə: mütləq

və nisbi münbitlik göstəricisi ilə müəyyən edilir. Sahə va-

hidindən əldə edilən məhsulun miqdarı və ya dəyər ifadə-

sində gəlir torpağın mütləq münbitliyidir. Torpağın təbii

münbitliyi müxtəlif olduğu kimi, məhsuldarlıqda müxtə-

lifdir. Az məhsuldar torpaqlarda yüksək məhsul əldə edil-

məsi üçün daha çox xərc çəkilir. Bu halda nisbi münbitlik

göstəricisi müəyyən edilir. Sahə vahidinə sərf olunan xərc-

lərin müqabilində əldə edilən məhsulun miqdar və ya dəy-

ər ifadəsində gəlir əldə edilməsi torpağın nisbi münbitliyi

hesab edilir.

Ölkə üzrə 8,6 milyon hektar ümumi torpaq fondunun

4,9 milyon hektarı 56,9 %-i dövlət mülkiyyətində saxlanıl-

mış, 2,0 milyon hektarı 23,5%-i bələdiyyə mülkiyyətinə

verilmiş və 1,7 milyon hektarı 19,6%-i özəlləşdirilərək

pay almaq hüququ olanlara pulsuz verilmişdir.

Kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən bi-

ri əmək ehtiyatlarından istifadənin mövsümlüyüdür. Bu is-

Page 75: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

74

tehsal dövrü ilə iş müddəti arasında olan uyğunsuzluqla

əlaqədar əmək ehtiyatlarından müxtəlif səviyyədə istifadə

edilməsinə səbəb olur. Odur ki, kənd ərazilərində emal və

xidmət infrastrukturlarının yaradılması vacib şərtlərdəndir.

Kənd təsərrüfatının spesifik xüsusiyyətlərindən biri

sənayedən fərqli olaraq kənd təsərrüfatında istehsal edilən

məhsulun təkrar istehsal prosesində yenidən iştirak etməsi-

dir. İstehsal olunan taxıl təkrar səpin üçün toxum, yem və s.

üçün istehsal prosesində istifadə edilir.

Kənd təsərrüfatının spesifik xüsusiyyətlərindən biri

onun ölkənin ərzaq təhlükəsizliyinin yüksəldilməsində

həlledici rola malik olmasıdır. Ona görə də daxili məhsul

istehsalının artırılması hesabına ərzaq bazarının idxaldan

asılılığının azaldılması və əhalinin təminatının yaxşılaşdırıl-

masında əhəmiyyəti böyükdür. Qida sənayesinin əsas

mənbələrindən biri kənd təsərrüfatıdır. Yeyinti sənayesi-

nin ölkə üçün əhəmiyyəti bir də onunla ifadə olunur ki, öl-

kəni xarici mənbələrdən asılılıqdan azad etməsidir. Əhali-

nin ərzaq məhsullarına təminatını yaxşılaşdırmaq üçün hər

bir ölkənin özündə daxili istehsal hesabına emal sənaye-

sinin yaradılması və inkişafı iqtisadi təhlükəsizlik baxı-

mından zəruri hesab edilməlidir. Sosial-iqtisadi sabitlik

baxımından ərzaq məhsulları istehsalı və əhalinin təmina-

tının yaxşılaşdırılması sosial-iqtisadi mahiyyət daşıyır.

Ona görə də kənd təsərrüfatının, emal və xidmət sahələri-

nin inkişafı böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən öl-

kədə yoxsulluğun azaldılması kənd təsərrüfatının və kənd

yerlərinin dayanıqlı inkişafından çox asılıdır. Bu inkişaf

sahələrin və regionların tarazlı inkişafı ilə əlaqədar oldu-

ğundan kənd təsərrüfatının üstün inkişafı siyasəti həyata

keçirilməlidir. Yeni texnologiyalar və dünya ölkələrinin

Page 76: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

75

qabaqcıl təcrübələri əsasında bitkiçilik, heyvandarlıq və

emal məhsullarının müqayisəli üstünlüyə malik olması aq-

rar sahənin rolunun artmasına imkan verə bilər.

Ümumiləşdirmələrə əsasən aqrar sahənin ölkənin

xalq təsərrüfatında və sosial-iqtisadi inkişafda əhəmiyyəti-

ni aşağıdakılarla xarakterizə etmək olar:

1) Ölkənin sosial-iqtisadi inkişafında mühüm əhə-

miyyətə malik olmaqla ÜDM-nin istehsalında üçüncü (5,3 %)

iri sahədir;

2) Ölkədə iqtisadi fəal əhalinin 1,7 milyon nəfəri

36,7%-i aqrar sahədə çalışır, əhalinin xeyli hissəsi iş yeri

ilə təmin olunur;

3) Ölkədəki əsas fondların 6,2%-i (6,5 milyard manatı)

kənd təsərrüfatında cəmləşmişdir;

4) Ölkədə əsas kapitala yönəldilən investisiyanın

2,1%-i (363,9 milyon manatı) kənd təsərrüfatının payına

düşür;

5) Kənddə yaşayan əhalinin gəlirlərinin əsas hissəsi

aqrar sahənin payına düşür;

6) Ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə və

emal sənayesinin xammalla təminatında və sahələrin inki-

şafında əhəmiyyətli rol oynayır;

7) Kənd əhalisinin məşğulluğunun təmin edilməsin-

də əsas rol oynamaqla, yoxsulluğun azaldılmasına əhə-

miyyətli təsir göstərir;

8) Aqrar sahə kəndin sosial-iqtisadi inkişafın forma-

laşmasında xüsusi əhəmiyyətə malikdir;

9) Aqrar sahə xalq təsərrüfatının aqrar sahə ilə bağlı

sahələrinin məhsullarının istehlak etdiyi əsas sahələrdəndir;

10) Aqrar sahə yerli istehsal hesabına daxili ərzaq

bazarının idxaldan asılılığın azaldılmasında xüsusi əhə-

Page 77: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

76

miyyət kəsb edir;

11) Aqrar sahə etibarlı ərzaq təminatına, çoxşaxəli

məşğulluğa və sosial-iqtisadi mahiyyətinə görə cəmiyyətin

sosial sabitliyin təmin edilməsində əsas rol oynayır;

12) Aqrar sahə bir çox kənd təsərrüfatı və emal məh-

sulları üzrə əlverişli təbii şəraiti olan və ekoloji cəhətdən

təmiz məhsul istehsalı imkanlarına görə beynəlxalq rəqa-

bət üstünlüyünə malikdir;

13) Aqrar sahə ərzaq bazarı və aqrar bazarın forma-

laşmasında mühüm rol oynayır və s.

2.4. Bazar iqtisadiyyatı şəraitində aqrar münasibətlər

və aqrar bazarın formalaşması mərhələləri.

Məlumdur ki, bazar məhsulun istehlakçılara çatdırıl-

ması, onlar arasında əlaqələrin yaradılması, istehsalçı və

xidmət sahələrinin stimullaşdırılması funksiyalarını yerinə

yetirir. Bazarın əsas ünsürləri tələb, təklif və qiymətdən iba-

rətdir. Bunlar istehsalçı ilə istehlakçı arasındakı əlaqələrin

forma və xüsusiyyətlərini, onun xarakterini müəyyən edir.

Müstəqil Azərbaycanın bazar münasibətlərinə keç-

məsi obyektiv zərurətdən irəli gəlir. Sosialist idarəçiliyi

sistemində iqtisadi inkişafda irəliləyişlər, müvəffəqiyyət-

lər olmuşdur. Ancaq keçmiş SSRİ dağıldıqdan sonra və

ölkəmizdə qonşu ermənilərin ədalətsiz müharibə aparma-

ları, ərazilərimizin 20%-ə qədərinin işğalı xalq təsərrüfa-

tının bütün sahələrində iqtisadi əlaqələrin pozulması,

maddi-texniki təminatın zəifləməsi müstəqillikdən sonra

ölkə iqtisadiyyatının deformasiyaya uğramasına səbəb ol-

muşdu. Uzun müddət iqtisadiyyatın sağlamlaşdırılması,

yeni təsərrüfatçılıq mexanizmlərinin yaradılması üçün qa-

nunlar, normativ aktlar qəbul edilsə də inzibati amirlik

Page 78: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

77

idarəetmə, məcburi planlaşdırma və qiymətqoyma şəraitində

iqtisadi inkişaf tənəzzülə uğrayır, əhalinin həyat şəraiti

pisləşirdi. Kənd təsərrüfatı məhsulları ilə kənd təsərrüfa-

tında istifadə edilən sənaye məhsullarının və xidmətlərin

qiymətləri arasında ekvivalentlik pozulur, dəyər qanunu-

nun tələbləri nəzərə alınmırdı. İnsanlar torpağa, fabrikə,

müəssisəyə, təsərrüfata və s. əmlaka sahiblik hissini itir-

mişdi, istehsalın idarə edilməsində insanların fikri nəzərə

alınmırdı. Bütün bunlar ölkənin bazar münasibətlərinə ke-

çilməsini obyektiv zərurətə çevirmişdi.

Ölkəmiz müstəqillik qazandıqdan (1991) və islahat-

ları həyata keçirdikdən sonra yeni bazar münasibətləri və

mülkiyyət formaları yaradıldı, istehsal-iqtisadi münasibət-

lər yeniləşdirildi, dəyər, qiymət, pul, planlaşdırma obyek-

tiv iqtisadi qanun və kateqoriyaların prinsiplərinə uyğun

formalaşdırıldı. Cəmiyyətin iqtisadi inkişaf modeli olan

bazar münasibətləri formalaşdıqca, istehlak bazarında tə-

ləb, təklif və qiymət arasında nisbətin tarazlaşdırılması

dünya təcrübəsinə uyğunlaşdırıldı. Tələb-əhalinin konkret

dövrdə istehlak edəcəyi məhsulun naturada və dəyər ifadə-

sində həcmidir. Təklif isə istehlak bazarına çıxarıla bilə-

cək məhsulun naturada və dəyər ifadəsində həcmidir. Bu

iki kateqoriya arasında (tələb-təklif) nisbət qiymətlə tən-

zimlənir.

Aqrar islahatların dərinləşdirilməsi, aqrar münasibət-

lərin təkmilləşdirilməsi və aqrar bazarın formalaşdırılması

üçün ilk mərhələdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

- bazar münasibətlərinə uyğun hüquqi baza yaradıldı;

- sovxoz və kolxozlarda aqrar islahatlar həyata keçi-

rildi, onların torpaq və əmlakı özəlləşdirildi, pay almaq

hüququ olanlara torpaq və əmlak verildi;

Page 79: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

78

- emal, tədarük, satış və xidmət müəssisələrinin əm-

lakı özəlləşdirildi, dövlət inhisarı ləğv edildi;

- torpaq və əmlak payı hesabına ləğv edilmiş sovxoz

və kolxozların əsasında özəl əsaslarda çoxnövlü təsərrüfat

subyektləri yaradıldı, sahibkarlıq formalaşdırıldı və inkişaf

etdirildi;

- maliyyə, kredit, vergi, sığorta, qiymət, idarəetmə

sistemi dəyişdirildi, bazar prinsiplərinə uyğun sistemli

siyasət həyata keçirildi;

- idxal-ixrac əməliyyatları üzrə gömrük siyasəti tək-

milləşdirildi;

- aqrar sahə üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq

(elmi-texniki, təcrübi, iqtisadi və s.) əlaqələri genişləndi-

rildi;

- beynəlxalq bazarlarda istehsal, emal və xidmət sa-

həsində yeni inteqrasiya əlaqələri yaradıldı;

- kənd təsərrüfatında sahibkarlığın inkişafına maneələr

və onların işlərinə müdaxilələr aradan qaldırılmışdır;

- sahibkarlığın inkişafında əlverişli hüquqi-iqtisadi

və təşkilati mexanizmlər yaradılmışdır, istehsalın

inkişafında ardıcıl stimullaşdırma tədbirləri həyata keçiril-

mişdir (vergi, subsidiyalaşdırma, kredit və s.);

- torpaq və əmlak sahibləri təsərrüfatlarının idarə

edilməsində tam sərbəstdirlər və s.

Bütün bunlar aqrar bazarın formalaşmasını şərtlən-

dirən əsas amillərdir.

Aqrar bazarın formalaşdırılmasının ikinci mərhələ-

sində kənd təsərrüfatında bazar münasibətlərinin və aqrar

bazarın formalaşmasının özünəməxsus xüsusiyyətləri nə-

zərə alınır. Bunun üçün aşağıdakı məsələlərin həlli zəruri

hesab edilir:

Page 80: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

79

1. Torpaq-iqlim xüsusiyyətləri, ölkədə sahələrin in-

kişafına şəraitin olması. Bu, aqrar münasibətlərin əsas

fərqləndirici cəhətidir. Torpaq münasibətlərinin yeniləşdi-

rilməsi və çoxnövlü təsərrüfat formalarının yaradılması;

2. Kənd təsərrüfatı məhsullarının emal müəssisələri

üçün xammal bazası olmalıdır. Pambıq, tütün, çay əhalinin

istehlakına deyil, emala verilir. Bəzi məhsulların 40-50%-i

emala satılır, qalan hissə şəxsi istehlaka gedir. Emal və

xidmət müəssisələri şəbəkəsinin genişləndirilməsi, yeni

təşkilati-hüquqi strukturların yaradılması;

3. Kənd təsərrüfatı çoxsahəlidir. Bir iqtisadi rayon-

da əsas sahədən başqa kənd təsərrüfatının digər sahələrini

də inkişaf etdirmək mümkündür. Sahənin üstün inkişafı

əsasında ixrac yönümlü məhsul istehsalını inkişaf etdirmək;

4. Kənd təsərrüfatında bazar münasibətləri-torpaq

və əmlak üzərində yeni mülkiyyət və sahibkarlıq münasi-

bətlərini tələb edir və bu əsas amildir. Sahibkarlığın inki-

şafına şərait yaradılması;

5. Aqrar sahədə bazar münasibətlərinin formalaş-

ması və inkişafı çevik dövlət tənzimlənməsi sistemindən

asılıdır. Yəni, istehsalı sabitləşdirmək və inkişaf etdirmək

istehsalçıların gəlirlərini müdafiə etmək, kredit, vergi, qiy-

mət, sığorta, idarəetmə və s. ilə əlaqədar çevik iqtisadi si-

yasət aparmaq;

6. Aqrar sahədə sosial siyasətin tənzimlənməsində

kənd ərazilərinin və kəndin sosial inkişafında dövlətin işti-

rakının təmin olunması;

7. Dövlət ehtiyatları üçün ərzaq və xammal ehtiyat-

larının formalaşdırılması;

8. Mövcud torpaq, əmək və maliyyə ehtiyatlarından

səmərəli istifadə edilməsi;

Page 81: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

80

9. Aqrar sahədə məhsul istehsalçısı, emal, satış və

xidmət üzrə fəaliyyət göstərən subyektlərin müstəqilliyin

təmin olunması.

Göstərilən aqrar siyasət istiqamətlərinə müvafiq aqrar

bazarın formalaşdırılması üçün dövlət səviyyəsində ardıcıl

və sistemli tədbirlər həyata keçirilmiş, qanunvericilik ba-

zası yaradılmış və daha da təkmilləşdirilir.

Aqrar bazarın yaradılması üçün ilk növbədə ərzaq

bazarı yaradılmalıdır. Ərzaq bazarının yaradılmasında sa-

hibkarlığın inkişafı, mövcud ehtiyatlardan (torpaq, əmlak

və maliyyə) səmərəli istifadə etməklə əhalini və emal sə-

nayesini kənd təsərrüfatı məhsulları ilə təmin etmək əsas

vəzifə olmalıdır. Bunun üçün bazar münasibətlərinin inki-

şafı nəzərə alınmaqla maddi-texniki ehtiyatlar və xidmət-

lər, əmək, torpaq, maliyyə bazarları formalaşdırılır, tələb

və təklif əsasında kənd təsərrüfatı və onun sahələri arasın-

da münasibətlər yenidən qurulur və təkmilləşdirilir. Kənd

təsərrüfatı məhsulları bazarı, ərzaq məhsulları bazarı, tex-

niki ehtiyatlar bazarı və xidmətlər bazarı bütövlükdə aqrar

bazarın tərkib elementlərini təşkil edir.

Dövlətin aqrar siyasətinin əsas məqsədi kənd təsərrü-

fatını və sahibkarlığı inkişaf etdirməklə, mövcud poten-

siallardan daha səmərəli istifadə əsasında ölkənin əhalisini

etibarlı ərzaq məhsulları ilə yerli istehsal hesabına ödə-

məkdən ibarətdir. Aqrar siyasətin vəzifəsi əhalinin ərzaq-

la, emal sənayesini kənd təsərrüfatı məhsulları ilə təmin

etmək üçün etibarlı aqrar bazar yaratmaqdan ibarətdir.

Əgər ölkə öz əhalisinin ərzaq təminatını 70%-dən yuxarı

səviyyədə daxili istehsal hesabına ödəyirsə, bu halda aqrar

bazar etibarlı hesab olunur. Ölkənin daxili istehsal hesa-

bına ərzaq təminatının yüksək səviyyəsi ölkənin aqrar si-

Page 82: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

81

yasətinin düzgün aparılmasının əsas göstəricisi hesab edi-

lir. Göstərilənlərlə əlaqədar aqrar bazarın formalaşdırılma-

sının əsas istiqamətlərini, yaxud aqrar bazarın tənzimlən-

məsi amillərini aşağıdakı kimi göstərmək olar:

1) Təbii şərait–torpaq, su, iqlim, ekoloji amillər;

2) Aqrar bazarın idxal-ixrac amili;

3) Aqrar bazarın istehsal amilləri (taxıl, kartof, mey-

və, heyvandarlıq və s.);

4) Aqrar bazarın iqtisadi amilləri.

Təbii istehsal amillərinə torpaq, su, iqlim, ekoloji

amillər daxildir. Kənd təsərrüfatı məhsulları istehsalında

torpaq əsas rola malikdir. Hazırda vahid torpaq fondu üzə-

rində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları möv-

cuddur. Respublikada mövcud torpaq fondunun 56,9%-i

dövlət, 23,5%-i bələdiyyə və 19,6%-i xüsusi mülkiyyətdir.

Torpaq fondundan səmərəli istifadə edilməsi, onun müha-

fizəsi, münbitliyinin artırılması və məhsuldarlığının yük-

səldilməsi hər bir torpaq mülkiyyətçisinin və istifadəçisi-

nin əsas vəzifəsidir. Torpaq ehtiyatlarından səmərəli istifa-

də edilməsi “Torpaq Məcəlləsi” və digər qanunvericilik akt-

ları ilə tənzimlənir. Ölkə ərazisində quru iqlim hökm sürdüyündən su eh-

tiyatları məhduddur və ölkə ərazisinin 40%-ə qədəri su-varmaya yararlıdır. Su ehtiyatının əsas mənbəyi Kür və Araz çaylarıdır. Respublikanın suya olan tələbatının ödə-nilməsi üçün süni çöllər, su anbarları tikilib istifadəyə ve-rilmişdir. Mövcud su ehtiyatlarından səmərəli istifadə et-mək üçün torpaqların meliorativ vəziyyətini yaxşılaşdır-maq və su təsərrüfatını inkişaf etdirmək, şoranlanmaya və eroziyaya məruz qalmış torpaq sahələrində aqrotexniki qaydalara ciddi əməl edilməsi, növbəli əkin sisteminin tət-

Page 83: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

82

biqi, su təsərrüfatında dövlət səviyyəsində tədbirlər həyata keçirilir.

Zəngin torpaq örtüyünə malik olan Azərbaycanın rəngarəng təbii-iqlim şəraiti vardır. Dünyanın on bir iqli-mindən doqquzu ölkəmizdə mövcuddur. Torpaq-iqlim şə-raitinin müxtəlifliyi burada on təbii-iqtisadi rayonda müx-təlif bitki və heyvandarlıq sahələrinin inkişafına imkan ve-rir. Ölkənin kənd təsərrüfatının çoxsahəli quruluşa malik olması ölkə ərazisində müxtəlif kənd təsərrüfatı məhsulları istehsalına və nəhayət aqrar bazarın formalaşmasına səbəb olmuşdur.

Məlumdur ki, torpaq, iqlim, su ehtiyatlarından istifa-də, sənayenin, kənd təsərrüfatının intensiv inkişafı, ermə-nilərin ərazimizin bir qismini işğal etməsi, sərhəd boyu ərazilərimizin ekologiyasının çirkləndirilməsi, insanların təbii ehtiyatlardan səmərəsiz istifadəsi, onların təbii mühi-tə təsiri xeyli dəyişmişdir. Bu təsir ekoloji problemlərin yaranmasına, bioloji tarazlığın pozulmasına, ekoloji gər-ginliyin kəskinləşməsinə, mühitin çirklənməsinə səbəb olmaqla kənd təsərrüfatı məhsulları istehsalına və ərzaq bazarının formalaşmasına mənfi təsir göstərir.

Aqrar bazarın formalaşmasında ölkənin idxal-ixracı-nın rolu böyükdür. Dövlət, aqrar sahibkarlığın inkişafı üçün kənd təsərrüfatı məhsullarının ticarətinə əlverişli şə-rait yaratmışdır. Ölkənin aqrar sferasında məhsul istehsalı-nın həcmi ilə əlaqədar əhalinin və emal sənayesinin tələ-batının ödənilməsi və bazarda istehlak məhsullarının qiy-mətlərinin səviyyəsinə təsir etmək üçün aqrar bazarın əsas seqmentləri olan idxal və ixrac əməliyyatları arasında əl-verişli nisbətin yaradılması və bu əlaqələrin tənzimləməsi-nin təkmilləşdirilməsi olduqca vacibdir. Ölkənin kənd tə-sərrüfatının çoxsahəliliyi və sahibkarlığın inkişafı bir çox

Page 84: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

83

xarici ölkələrlə ticarət əlaqələrinin yaranması və inkişafına imkan vermişdir. Aqrar bazarın formalaşması beynəlxalq bazarlarla inteqrasiya əlaqələrinin təkmilləşdirilməsinə rə-qabət mühitinin yaranmasına, məhsulun maya dəyərinin aşağı salınması üçün qabaqcıl texnologiyalardan səmərəli istifadə edilməsinə, beynəlxalq standartlara uyğun keyfiy-yətli məhsul istehsalı və satışı üçün onun stimullaşdırma-sına tələbi artırır.

Aqrar bazarın formalaşması və ərzaq tələbatının ödə-nilməsində istehsal, təbii şərait, idxal-ixracın təşkili və formalaşması ilə yanaşı əsas mənbə daxili istehsal sahələ-rinin inkişaf etdirilməsidir. Aqrar bazarın daxili istehsal hesabına formalaşması amilləri aşağıdakılardır: 1) Kənd təsərrüfatı məhsulları istehsalı; 2) Meşə, balıq məhsulları istehsalı; 3) Emal məhsulları istehsalı.

Aqrar bazarın formalaşmasında kənd təsərrüfatı mü-hüm rola malikdir. Burada iki böyük sahə-bitkiçilik və heyvandarlıq mövcuddur.

Ölkənin bitkiçilik sahəsi tarixən formalaşmış qurulu-şa malik olmaqla taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, kar-tofçuluq, tütünçülük, meyvəçilik, üzümçülük və çayçılıq-dan ibarətdir. Heyvandarlıq məhsulları istehsalı aqrar ba-zarın formalaşmasında böyük əhəmiyyətə malikdir. Hey-vandarlığın maldarlıq, qoyunçuluq, quşçuluq, donuzçuluq, baramaçılıq, arıçılıq sahələri inkişaf etdirilir. Heyvandarlı-ğın inkişafı ölkədə yem bazasının olması ilə əlaqədardır. Ölkənin daxili istehsal hesabına aqrar bazarın formalaşma-sı və inkişafında, ərzaq və xammalla təminatda kənd təsər-rüfatı sahələrinin özünə məxsus yeri və əhəmiyyəti vardır. Hər bir sahənin aqrar bazarda xüsusi çəkisi fərqlənir. Ölkə-nin istehlak bazarında taxıla, kartofa, meyvəyə, tərəvəzə olan tələbat 100% ödənilir, digər məhsullar üzrə bu göstə-

Page 85: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

84

rici 85-95% arasında dəyişir. Daxili istehsalın həmçinin artırılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçiri-lir, sahə üzrə Dövlət Proqramları qəbul edilir.

Aqrar bazarın formalaşmasında balıqçılıq və meşəçi-liyin əhəmiyyətli rolu vardır. Ölkədə balıq ehtiyatlarının qorunması, balıqçılıq təsərrüfatlarının inkişafı, meşə ehti-yatlarından və (bitki və heyvanat aləmindən)səmərəli isti-fadə edilməsi əsas vəzifələrdən biridir.

Aqrar bazarın formalaşmasında yeyinti və yüngül sə-nayenin inkişafı, yeni texnologiyaların tətbiqi, hazır məh-sul istehsalının artırılması, istehlak tələbinə uyğun məh-sulların keyfiyyətinə nəzarət olunması, məhsulların saxl-anılması məsələləri mühüm əhəmiyyət daşıyır. Emal müəssisələrinin maddi-texniki bazasının möhkəmləndiril-məsi, təkrar xammalın istifadəsi sahənin inkişafında re-gionların tələblərinin nəzərə alınması və sahəyə investisi-ya qoyuluşunun artırılması ölkənin aqrar bazarının forma-laşdırılmasının əsas istiqamətlərindən biridir.

Aqrar bazarın formalaşmasının əsas amillərindən biri iqtisadi amillərdir. Bu amillərə daxildir: 1) büdcə; 2) kre-dit; 3) vergi; 4) qiymət; 5) sığorta; 6) kooperasiya; 7) in-vestisiya; 8) idarəetmə və s.

Büdcə aqrar bazarın formalaşmasında mühüm əhəmiyyətə malikdir. Büdcə vəsaiti hesabına ərzaq fon-dunun yaradılması, ərzaq fonduna büdcə vəsaiti ayırmaqla texnikanın inkişafı, elmin inkişafı, torpağın münbitliyinin yaxşılaşdırılması, meliorasiya işləri aparılması həyata ke-çirilir. Baytarlıq xidməti, fitosanitar xidməti, cins heyvan-lar alınması, toxumçuluğun yaxşılaşdırılması, quşçuluğun inkişafı, kənd ərazilərinin infrastrukturunun yaxşılaşdırıl-masına dövlət büdcəsi vəsaiti ayrılır və güzəştli köməklik göstərilir. Bu, kənd təsərrüfatı istehsalçılarına istehsalın

Page 86: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

85

artırılmasına və xidmətlərin yaxşılaşdırılmasına böyük tə-sir göstərir.

Aqrar bazarın formalaşmasında dövlətin kənd təsər-rüfatını kreditləşdirmə siyasətinin böyük rolu vardır. Kre-ditlərin güzəştli, qısa və uzun müddətə verilməsi sahibkar-ların kənd təsərrüfatı məhsulları istehsalı, emal və xidmət müəssisələri yaratmalarına əlverişli şərait yaradır. Kənd təsərrüfatı istehsalçılarına dövlət və qeyri-dövlət bankları tərəfindən verilən kreditlər ildən-ilə artır. Hazırda ölkədə səmərəli fəaliyyət göstərən kredit bazarı yaranmışdır. Dövlət kənd təsərrüfatı və sahibkarlığın inkişafı üçün kre-dit siyasətini müntəzəm olaraq təkmilləşdirir və bu məq-sədlə kreditlərin həcmi artırılır, kredit verilməsinin əhatə dairəsi genişləndirilir.

Aqrar bazarın formalaşmasında vergi siyasəti kənd təsərrüfatının inkişafında və istehsalçıların stimullaşdırıl-masında böyük rol oynayır. Ölkənin kənd təsərrüfatında tətbiq olunan 9 növ vergi və ödəmələrdən 8-i ləğv edilmiş (torpaq vergisi istisna olmaqla) və bu proses 2019-cu ilə-dək davam etdirilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatında tətbiq olunan qiymət siyasəti ba-zar iqtisadiyyatının prinsiplərinə uyğun qurulmuşdur. Ha-zırda qiymətin müxtəlif növlərindən istifadə edilir. Dövlət ehtiyacları üçün taxıl alınmasına istehsalçılarla razılaşdı-rılmış qiymətlər tətbiq olunur. Bazarın dövlət tənzimlən-məsində tələb-təklifə uyğun razılaşdırılmış qiymətlər, mü-qavilə qiymətləri, stimullaşdırıcı qiymətlər və bazar qiy-mətlərindən istifadə olunur. Hazırda ölkəmizdə göstərilən qiymət növlərinin hamısından (stimullaşdırıcı qiymətlər-dən başqa) istifadə olunur. Qiymətlər iqtisadi tənzimləmə vasitəsi kimi aqrar bazarın formalaşmasında ölkədə məh-sul istehsalının artırılmasında böyük rol oynayır.

Page 87: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

86

Aqrar bazarın formalaşmasında dövlətin sığorta siya-sətinin əhəmiyyəti az deyildir. Sığorta sistemi kənd təsər-rüfatı məhsulları istehsalçılarının stimullaşdırılmasında, onların istehsal risklərinin tənzimlənməsində böyük rola malikdir. Aqrar bazar münasibətləri şəraitində istehsal, emal və xidmət sahələrində kooperasiya əlaqələri, istehsa-lın idarə edilməsi, gəlir və zərərin bölüşdürülməsi istiqa-mətində fəaliyyət və məsuliyyət ehtiyatlardan səmərəli is-tifadə edilməsinə yönəlmişdir. Bu, istehsalın qarşılıqlı fay-da əsasında təşkili məhsul istehsalının istehlakçıya çatdı-rılması, yeni sahələrin və infrastrukturun yaradılmasına imkan verir.

Aqrar bazarın formalaşması üçün məhsul istehsalı, onun reallaşdırılması, saxlanılması və emalı, xidmətlər göstərilməsi, müəssisə və təşkilatların maddi-texniki təchi-zatının təmin edilməsi üçün investisiya siyasəti həyata ke-çirilir. İnvestisiya iqtisadi tənzimləmənin əsas ünsürü ol-maqla istehsalın intensiv inkişaf etdirilməsində və mövcud ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsində, kənd təsərrüfatı məhsullarının emalı və xidmət sahələrinin yaradılmasında ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır.

Aqrar bazarın formalaşması və inkişafında idarəet-mənin bazar münasibətlərinə uyğun təşkili böyük əhəmiy-yət daşıyır. İdarəetmə elə qurulur ki, idarəetmə orqanları-nın funksiyaları təkmilləşdirilir, bu istehsalçıların mənafe-lərinə uyğun gəlir, onların maraqlarının tənzimlənməsinə xidmət edir.

Göstərilənlərlə yanaşı, aqrar bazarın formalaşdırıl-ması üçün daxili və xarici siyasət amilləri nəzərə alınmalı, sosial siyasət, kadr hazırlığı bazar münasibətlərinə uyğun qurulmalı, etibarlı aqrar siyasət tədbirləri həyata kecırıl-məlidir.

Page 88: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

87

FƏSİL III. MÜASİR AQRAR İSLAHATLAR VƏ

İQTİSADİYYATDA İDARƏETMƏ SİSTEMİNİN

TƏKMİLLƏŞDİRİLMƏSİ

3.1. Aqrar islahatlar ərəfəsində ölkədə kənd təsər-

rüfatının vəziyyəti və aqrar islahatların həyata keçiril-

məsinin zəruriliyi.

a)Aqrar islahatlar ərəfəsində ölkədə kənd təsər-

rüfatının vəziyyəti. Məlum olduğu kimi 1990-cı ilədək ölkəmizdə kənd

təsərrüfatının bütün sahələri inkişaf etmiş, kəndin sosial-iqtisadi siması kökündən dəyişilmişdi. Azərbaycan keçmiş Sovetlər İttifaqında pambıq mahlıcı, tütün, şərab, konyak, meyvə-tərəvəz, konserv məhsullarını ixrac edən ölkə ol-muşdu.

1990-ci illərin əvvəllərində keçmiş İttifaqda baş ve-

rən ictimai-siyasi proseslər bu dövlətin süqutu və ümumi

iqtisadi məkanın dağılması ilə nəticələndi. Bununla yana-

şı, Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etməsi,

keçmiş müttəfiq respublikalardakı yaranmış münaqişə icti-

mai-siyasi durumu gərginləşdirmişdi. Ermənistanın Azər-

baycana qarşı işğalçı siyasəti isə respublikada ümumi və-

ziyyəti daha da ağırlaşdırmış və bundan istifadə edən da-

xildəki bir sıra qüvvələr ölkədə ictimai-siyasi prosesləri

dağıdıcı məcraya yönəltmişdi. Nəticədə ölkənin müdafiə-

sində və dövlət quruculuğunda, həm də iqtisadiyyatda kəs-

kin fəsadlar əmələ gəlmişdi. 1990-ci illərin əvvəllərində

yaranmış vətəndaş qarşıdurması, dövlətə itaətsizlik, ölkə

ərazilərinin erməni işğalçıları tərəfindən zəbt olunması, iq-

tisadiyyatı tənəzzülə gətirib çıxarmışdı. Ölkə daxili gər-

ginlik ictimai-siyasi sabitliyi pozmuş, respublika dərin hər-

Page 89: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

88

bi, siyasi və iqtisadi böhran vəziyyətinə düşmüşdü. Bun-

dan istifadə edən erməni silahlı birləşmələri Azərbaycanın

rayonlarını bir-birinin ardınca işğal edir, əsas kənd təsərrü-

fatı rayonları işğal altına düşür, qaçqın və məcburi köç-

künlər ordusu getdikcə çoxalırdı. Bu proseslər, iqtisadi tə-

nəzzülü dərinləşdirmişdi və ölkədə ərzaq təminatı böyük

qorxu altında idi. İqtisadiyyatın bütün sahələrində olduğu

kimi, aqrar sahədə ağır böhran vəziyyətinə düşmüşdü.

1970-1980-ci illərdə Azərbaycanda toplanmış iqtisadi po-

tensial tamamilə dağılmaq, sıradan çıxmaq üzrə idi.

Dövlətlərarası iqtisadi əlaqələrin pozulması, Ukrayna

və Rusiya kimi ənənəvi bazarların itirilməsi, dövlət idarə-

etmə orqanlarında səriştəsiz kadrların işləməsi, idarəetmə

orqanlarında rəhbər işçilərin tez-tez dəyişdirilməsi, mütə-

xəssislərin rəyləri ilə hesablaşmaması ölkə daxilində icti-

mai-siyasi vəziyyəti gərginləşdirmiş, böhranı daha da də-

rinləşdirmişdi. Bütün bunlar, kənd təsərrüfatı məhsulları

istehsalının kəskin surətdə azalmasına səbəb olmuşdu. Bu

azalma 1995-ci ilə kimi davam etmişdi.

1990-ci illə müqayisədə 1995-ci ildə taxıl istehsalı

1,5 dəfə, pambıq 2,0 dəfə, tütün 4,5 dəfə, tərəvəz 2,0 dəfə,

üzüm 3,9 dəfə, çay yarpağı 3,3 dəfə, ət 2,1 dəfə və süd is-

tehsalı 1,2 dəfə aşağı düşmüş, mal-qaranın sayı 1,1 dəfə,

qoyun və keçilərin sayı isə1,2 dəfə azalmışdı. Uzun müd-

dət yaradılmış istehsal və sosial infrastrukturları, xüsusilə

meliorasiya və su təsərrüfatı sistemi, çoxillik əkmələr, üzüm

və çay plantasiyaları dağılmaq dərəcəsinə çatmışdı. Torpaq-

ların münbitliyinin qorunub saxlanması, xəstəlik və zə-

rərvericilərə qarşı mübarizə, baytarlıq, seleksiya və hey-

vandarlıqda cins işinin yaxşılaşdırılması tədbirlərinin

həyata keçirilməsi işi praktiki olaraq dayandırılmışdı. Ye-

Page 90: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

89

yinti və yüngül sənaye məhsulları istehsalı sahəsində də

ağır vəziyyət yaranmışdı. Bütün bunların nəticəsində ölkə

həm xarici, həm də daxili bazarda öz mövqeyini itirmişdi.

Kənd təsərrüfatı texnikası, gübrələr, pestisidlər və

sair istehsal vasitələrinin respublikaya gətirilməsi ilbəil azal-

mış, islahatlar ərəfəsində ölkəyə əslində kənd təsərrüfatı

texnikası gətirilməmişdi. 1991-ci illə müqayisədə 1994-cü

ildə respublikaya gətirilən traktorların sayı 52,8 dəfə, ko-

tanların sayı 48,3 dəfə, kultivatorların sayı 33,2 dəfə, dişli

malaların sayı 2 dəfə azalmışdı. Aqrar islahatlar ərəfəsində

mövcud texnikanın orta hesabla 90-95%-i istismar müddə-

tini iki dəfə artıq başa vurmuş, köhnəlmişdi. Heyvandar-

lığın inkişafı üçün hər il 1 mlyn. tona qədər yem alınır,

bitkiçilik üçün 20-40 min ton toxum gətirilirdi. Kənd tə-

sərrüfatı müəssisələrinin maliyyə nəticələri getdikcə pislə-

şirdi. Ölkəyə kənd təsərrüfatı məhsulları idxalının miqdarı

ildə 400 mlyn. ABŞ dollarına çatmışdı. Həmin dövr kənd

təsərrüfatına kapital qoyuluşunun xüsusi çəkisi 14%-dən

1,9%-ə enmişdi. Beləliklə, 1992-1995-ci illərdə kənd tə-

sərrüfatında ümumi məhsul istehsalının həcmi ildə orta

hesabla 12% aşağı düşmüşdü.

Bununla belə köhnə iqtisadi sistemin dağılması və

yeni sistemin formalaşdırılması üzrə heç bir tədbir görül-

mürdü. Ölkədə sənaye məhsulları ilə kənd təsərrüfatı məh-

sullarının qiymətləri arasındakı tarazlıq pozulmuş, kəndin

istehsal və sosial infrastrukturunun inkişafinda ağır vəziy-

yət yaranmışdı. Praktiki olaraq məktəb, mədəniyyət, məişət

xidməti və sağlamlıq obyektlərinin tikintisi dayandırılmışdı.

Əsas fondların köhnəlməsi sürətlənmiş, kənd təsərrüfatı və

emal sənayesinin texniki təchizatı olduqca zəifləmişdi. İs-

tehsal proseslərində elmi və texniki tərəqqinin nailiyyətlə-

Page 91: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

90

rinin tətbiqi demək olar ki, unudulmuşdu. Ümumiyyətlə,

islahatlar ərəfəsində kənd təssərrüfatında durum aşağıdakı

xarakterik problemlərlə səciyyələnirdi:

- bitkiçilikdə və heyvandarlıqda genofond sıradan çı-

xır, elit və sənaye toxumçuluğunun, eləcə də cins-damaz-

lıq təsərrüfatlarının maddi-texniki bazası zəifləyirdi;

- Azərbaycan ərzaq məhsulları ixrac edən ölkədən id-

xal edən ölkəyə çevrilir, ölkə əhalisinin çox hissəsinin ər-

zaq məhsullarına minimum istehlak tələbatı beynəlxalq

təşkilatların və ayrı-ayrı ölkələrin humanitar yardımları

hesabına ödənilirdi;

- uzun müddət formalaşmış dövlətlərarası istehsal-iq-

tisadi və elmi-texniki əlaqələr pozulmuş, yeni daxili və xa-

rici iqtisadi münasibətlərin yaradılmasında ləngimələrə

yol verilirdi; - ölkədə ümumi böhran vəziyyətinin mövcudluğu,

qeyri-sabitlik və hakimiyyət uğrunda çəkişmələr və bu və-ziyyətin uzun müddət davam etməsi nəticəsində əsas növ kənd təsərrüfatı məhsulları üzrə istehsalın ümumi həcmi-nin azalması və işsizliyin artması davam edirdi;

- bank sisteminin demək olar ki, dağılması maliyyə və kredit resurslarındakı ciddi çatışmazlıq 1992-1994-cu illərdə inflyasiyanın həddən artıq surətlə artmasına şərait yaradırdı;

- ərzaq məhsulları istehsalının artırılmasında və is-tehsalın iqtisadi səmərəliliyin yüksəldilməsində elmin ro-luna əhəmiyyət verilmirdi.

Göründüyü kimi, iqtisadiyyatda, о cümlədən aqrar-sənaye kompleksində mövcud olan vəziyyət və bu vəziy-yətdən çıxmaq üçün tələb olunan tədbirlər aqrar sahədə əsaslı dəyişikliklərin həyata keçirilməsini zəruri etmişdir.

Kənd təsərrüfatında çalışanların gəlirləri azalmaqla

Page 92: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

91

həyat şəraiti də pisləşirdi. Buda öz növbəsində kənd yerlə-rində işsizliyin artmasına və yoxsulluq həddinin dərinləş-məsinə səbəb oldu. Bütün bunlar, aqrar sahədə mövcud vəziyyətdən çıxmaq üçün əsaslı dəyişikliklərin həyata ke-çirilməsini zəruri etmişdir. Qeyd edilən problemlərin möv-cudluğu və həllinin zəruriliyi aqrar sahənin inkişafına yeni təfəkkür tərzi ilə yanaşmağı tələb edirdi. 1990-cı illərin əvvəllərindən dünyada baş verən siyasi proseslər, postso-vet məkanındakı ciddi dəyişikliklər aparılmasını və böhran vəziyyətindən çıxmaq üçün radikal tədbirlərin görülməsini tələb edirdi. Bu zaman Azərbaycan müstəqil, öz adət - ənən-lərinə, milli mentalitetə və maraqlara uyğun dəyişikliklər aparmağı əsas məqsəd kimi ön plana qoymalı idi. Bunun üçün iqtisadi sistemin dəyişdirilməsi, dünyanın inkişaf et-miş ölkələrinin keçdiyi yol, bəşəri dəyərlər, demokratik dövlət quruluşu əsas götürülməli və ölkənin spesifik xüsu-siyyətləri nəzərə alınmalı idi.

Bundan əvvəlki dövrdə islahat pərdəsi altında həyata keçirilən sistemsiz, xaotik, məqsədi və nəticələri məlum olmayan tədbirlərə son qoymaq, yeni, xalqın mənafeyinə xidmət edən islahatlar aparmaq tələb olunurdu. Ölkənin müstəqilliyi, xarici iqtisadi əlaqələr və inteqrasiya mülkiy-yət formasının və istehsal münasibətlərinin dəyişdirilməsini zərurətə çevirirdi. Ona görə də aqrar sahədə həm institut-sional dəyişiklik həyata keçirilməli, həm də ictimai-dövlət mülkiyyət forması dəyişdirilərək özəl mülkiyyətçilik bər-qərar olunmalı idi. Bazar iqtisadiyyatında bazis rolunu oy-nayan özəl mülkiyyətçilik və sahibkarlığın yeni prinsiplər əsasında təşəkkül və formalaşması vacib idi. Beləliklə, öl-kə həyatında ilk dəfə olaraq, radikal dəyişiklik, əsaslı isla-hatların həyata keçirilməsi aktual məsələ kimi ön plana keçdi. Artıq totalitar idarəçilik modelinin iflasa uğradığı,

Page 93: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

92

mahiyyətcə sosialist təsərrüfat sisteminə mənsub olan tə-sərrüfat subyektlərini bundan sonra əvvəlki qayda ilə idarə edilməsinin mümkün olmadığı aydın oldu. Azərbaycanı dünyanın sivil dövlətləri sırasına çıxarmağın yeganə yolu-nun cəmiyyətin həyatının demokratikləşdirilməsinin və iq-tisadiyyatın dinamik inkişafının bazar münasibətlərinə keç-mək istiqaməti müəyyənləşdirildi.

Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev 1992-ci və 1993-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən iqtisadiyyatı düşdüyü tə-nəzzüldən xilas etməyin yeganə yolu islahatlar olduğunu bildirmişdi. O, müəyyən etmişdi ki, artıq planlı və mər-kəzləşdirilmiş ictimai təsərrüfatçılıq sistemi müasir dövrlə ayaqlaşa bilməz. Keçmiş ümumi iqtisadi məkanın dağıl-ması, sosialist təsərrüfatçılığının nəticələrinin bazar iq-tisadiyyatı yolu ilə inkişaf etmiş ölkələrin iqtisadi nəticə-ləri ilə müqayisəsinin ölçüyə gəlməməsi, ümumən dünya-da bazar sisteminin üstünlük təşkil etməsi və gələcək qlo-ballaşma kimi strateji amilləri görən Heydər Əliyev sər-bəst iqtisadi sistemə keçidi iqtisadi inkişafın açarı kimi müəyyən etmişdi. Ona görə də o, Naxçıvanda ikən 1992-ci ildə Culfa rayonunda ilk dəfə olaraq aqrar islahatlar aparıl-masına dair qərar qəbul etmişdi. Sonralar Culfa təcrübəsi respublikada aqrar islahatların həyata keçirilməsində və hü-quqi-normativ bazanın hazırlanmasında model kimi istifa-də olunmuşdur.

Respublika iqtisadiyyatının inkişafının ancaq islahat-larla bağlı olduğunu göstərən Heydər Əliyev 1993-cü il 29 sentyabr tarixdə Milli Məclisin iclaslarında demişdir: “Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Şübhəsiz ki, gələcəkdə müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatını yalnız bazar iqtisadiyyatı

Page 94: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

93

yolu ilə, azad iqtisadiyyat yolu ilə qaldıra bilərik”. Aqrar islahatların həyata keçirilməsində dünya təcrü-

bəsinə əsaslanmaq məqsədi ilə 1994-cü ildə Çin Xalq Res-publikasının, İsrailin, Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının aqrar sahə üzrə iqtisadçı alimlərinin, rəh-bər işçilərinin və mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikasının Milli Məclisində “Aqrar islahatların apa-rılması təcrübəsi”nə dair Beynəlxalq konfrans keçirildi. Bundan başqa 23 dekabr 1994-cü ildə “Aqrar islahatların gedişi”, 25 avqust 1995-ci ildə “Respublikada kənd təsər-rüfatı işlərinin gedişi və islahatların aparılması vəziyyəti”, 24 iyun 1996-cı ildə “Respublikada aqrar islahatının gedişi vəziyyəti” və “Torpaq islahatı haqqında” qanun layihəsi-nin müzakirəsi, 12 iyul, 8 yanvar, 2 aprel, 4 may və 18-19 iyul 1996-cı ildə keçirilən yığıncaqlar və digər toplantılar-da ölkədə iqtisadi islahatların aparılmasının prinsipləri, formaları və mərhələləri müəyyən olundu.

21 iyun 1994-cü ildə Prezident sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlə-rinə həsr olunmuş müşavirədə Heydər Əliyev aqrar isla-hatların zəruriliyini bildirərək göstərdi ki “Kənd təsərrüfatı məsələləri bu gün müzakirələrimizdə daha çox yer tutdu. Bu olduqca əsaslıdır. Mən keçən görüşlərimizdə bu vəzi-fəni irəli sürmüşdüm və bir daha deyirəm: iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da ni-cat yolumuz, perspektivimiz, gələcəyimiz iqtisadi islahat-ların aparılmasıdır. Kənd təsərrüfatında mövcud və on il-lərlə hakim kəsilmiş strukturu dəyişdirmək bəlkə də asan məsələ deyildir. Ancaq bu o demək deyil ki, biz bu çətin-liklərdən qorxub çəkinərək, yaxud çətinlikləri aradan qal-dırmağa cürət etməyərək dayanıb vaxt itirməliyik... iqtisa-diyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatın-

Page 95: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

94

da da nicat yolumuz, perspektivimiz, gələcəyimiz iqtisadi islahatların aparılmasıdır. Kənd təsərrüfatı sahəsində iq-tisadi islahatlar aparılması strateji yolumuzdur və biz bu yolla da getməliyik”.

Beləliklə, mülkiyyət formasının dəyişdirilməsi, azad sahibkarlığa və bazar münasibətlərinə əsaslanan sərbəst iqtisadiyyatın yaradılması və kənd təsərrüfatı istehsalının düşdüyü böhrandan çıxarılmasının əsas yolunun aqrar isla-hatlar olması müəyyənləşdirildi.

b)Aqrar islahatların həyata keçirilməsi zəruriliyi

və əsas istiqamətləri, hüquqi bazanın yaradılması.

Aqrar sahə mürəkkəb və çoxsahəli olmaqla kənd tə-

sərrüfatı məhsulları istehsalı müəssisələri, emal sənayesi,

xidmət qurumları, torpaq fondu və s. üzrə islahatları eyni

prinsiplərlə həyata keçirmək qeyri-mümkündür. Buna görə

də aqrar sferanın tərkibindəki istehsal, emal və xidmət sa-

hələri üzrə islahatlar ayrı, torpaq fondunun islahatı üçün

isə başqa yanaşma tələb olunurdu. Odur ki, keçmiş kol-

xoz, sovxoz və digər kənd təsərrüfatı istehsalı müəssisələ-

rinin islahatı üçün ayrı qanunvericilik bazası yaradılmalı,

emal və xidmət müəssisələrinin özəlləşdirilməsi isə xüsusi

Dövlət Proqramı əsasında həyata keçirilməliydi. Aqrar sa-

hədə islahatlar elə formada aparılmalı idi ki, sahəni tənəz-

züldən xilas etsin və kəndin sosial-iqtisadi problemləri

həll olunsun. Eyni zamanda mülkiyyət formaları müəy-

yənləşdirilərkən perspektiv inkişaf, yerli və milli əhəmiy-

yətli təsərrüfatçılıq subyektləri, torpaqlar və əmlak diqqət

mərkəzində olmalı idi. Ona görə də torpaq və əmlak üzə-

rində üç mülkiyyət forması haqqında qərarlar qəbul olun-

du. Kənd təsərrüfatında milli əhəmiyyət kəsb edən dövlət

mülkiyyət forması, yerli əhəmiyyətli bələdiyyə mülkiyyət

Page 96: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

95

forması və xüsusi mülkiyyətçiliyin bərqərar olması əsas

götürüldü.

Aqrar islahatların hüquqi bazasının yaradılması, bü-

növrəsinin qoyulması, onun təşkili və həyata keçirilməsi

üçün əsas istiqamət 1994-cü il noyabrın 5-də “Respub-

likanın kənd təsərrüfatında aparılan islahatların vəziyyə-

tinə həsr olunmuş” müşavirədə Heydər Əliyev göstərdi ki:

“Respublikanın sosial-iqtisadi böhran vəziyyətindən çıxa-

rılması ilə əlaqədar biz dəfələrlə danışıqlar aparmışıq, fi-

kirlər söyləmişik və bildirmişik ki, böhrandan xilas olmaq

üçün, Azərbaycanın iqtisadi potensialından səmərəli isti-

fadə etmək üçün yolumuz iqtisadi islahatlar, bazar iqtisadiy-

yatına keçid yoludur, sərbəst iqtisadiyyata, təşəbbüskar-

lığa, sahibkarlığa geniş imkanlar yaratmaq yoludur”.

1994-cü il dekabrın 23-də “Aqrar bölmədə iqtisadi

islahatlara həsr olunmuş müşavirə”də ölkə iqtisadiyyatın-

da aqrar islahatların əhəmiyyəti bir daha qeyd edildi və

göstərildi ki, “...aqrar bölmədə iqtisadi islahatlar aparmaq,

mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək,

sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın hə-

yatında çox mühüm və əhəmiyyətli, eyni zamanda son də-

rəcə məsuliyyətli və taleyüklü bir məsələdir”. İslahatların

aparılmasının zəruriliyi barədə qəti qərara gəldikdən sonra

onun hüquqi bazasının yaradılmasına başlandı.

İlk mərhələdə respublikada aqrar islahatın hüquqi

bazasının yaradılması qərara alındı. Bu məqsədlə geniş ic-

timaiyyətin rəyini nəzərə almaq üçün dəfələrlə respublika

müşavirələri keçirilmiş, 1994-cü ilin 25 dekabrında Azər-

baycan Respublikası Prezidenti Heydər Əliyevin sərənca-

mı ilə aqrar islahata dair qanun layihələrini işləyib hazırla-

maq məqsədilə xüsusi komissiya yaradıldı, islahata həsr

Page 97: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

96

olunmuş beynəlxalq konfrans keçirildi.

Nəhayət, islahatın strateji istiqamətlərini müəyyən-

ləşdirən “Aqrar islahatının əsasları haqqında” və “Sovxoz

və kolxozların islahatı haqqında” qanunlar 18 fevral 1995-

ci ildə təsdiq edildi. “Aqrar islahatının əsasları haqqında”

qanun aqrar islahatın məqsəd və vəzifələrini, əsas istiqa-

mətlərini və prinsiplərini müəyyən etdi. Bu qanunla aqrar

bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması

və müxtəlif növlü təsərrüfat subyektlərinin yaradılması,

eyni zamanda aqrar bölməyə dövlət himayəsinin istiqa-

mətləri müəyyən edilmiş və aqrar bazarın dövlət tənzim-

lənməsinin hüquqi əsasları yaradılmışdır.

Aqrar islahatlar elə formada aparılmalı idi ki, torpaq

və əmlak üzərində mülkiyyət formasını dəyişməklə, birin-

ci növbədə dərinləşməkdə olan tənəzzülün qarşısı alınsın.

Digər tərəfdən mövcud potensialı (istehsal vasitələri və in-

san resurslarını) ən optimal şəkildə hərəkətə gətirməklə

tədricən aqrar bölməni böhran vəziyyətindən çıxarmaq və

bu sahənin inkişafında dönüş yaratmaq mümkün olsun.

Odur ki, torpaq və əmlak üzərində mülkiyyət formaları

müəyyənləşdirilərkən milli, yerli və perspektiv inkişaf isti-

qamətləri nəzərə alınmaqla milli səviyyədə dövlət mülkiy-

yəti, yerli səviyyədə bələdiyyə mülkiyyəti və xüsusi mül-

kiyyət formaları müəyyənləşdirildi. “Sovxoz və kolxozla-

rın islahatı haqqında” qanunda islahat aparılan təsərrüfat-

ların əmlak məsələləri və əmlakın özəlləşdirilməsi, habelə

kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin yaradıl-

masının hüquqi əsasları öz əksini tapmışdır. Aqrar sahədə tammiqyaslı islahatlar aparmaq üçün

torpaq islahatı haqqında qanun vacib idi. Buna görə də ümumxalq müzakirəsinə verilmiş “Torpaq islahatı haqqın-

Page 98: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

97

da” qanunun layihəsi diqqəti daha çox cəlb edirdi. Çoxlu mübahisə və araşdırmalara səbəb olmuş bu layihə ilə bağlı bir neçə variantda təkliflər irəli sürülmüşdü. Özəlləşdirmə zamanı torpağın bütün kəndlilərəmi, yoxsa yalnız kolxoz və sovxozda işləyənlərə verilməli olduğu həll edilməli idi. Uzun müddət aparılan geniş müzakirə və axtarışlar nəticə-sində ümumi fikir formalaşdı. 1996-cı ilin iyununda aqrar islahatların gedişi və “Torpaq islahatı haqqında” qanun la-yihəsinin müzakirəsinə həsr olunmuş müşavirədə Heydər Əliyev fikrini bildirdi: “Bir prezident kimi, mən Azərbay-canın aqrar bölməsində ümumiyyətlə, iqtisadiyyatda döv-lət siyasətini artıq müəyyən etmişəm. Bu islahatlar yolu-dur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdi-rilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inki-şafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu dövlət siyasətimizin əsas prinsiplərin-dəndir”. Heydər Əliyev 1996-cı il iyulun 12-də “Torpaq islahatı haqqında” qanunun müzakirəsi vaxtı demişdir: “Bildiyiniz kimi, respublikanın aqrar sektorunda islahatla-rın aparılması haqqında biz 1993-cü ilin ikinci yarısından ciddi addımlar atmağa başlamışıq və bu məsələ daim bi-zim diqqətimizdə olubdur, bununla əlaqədar bir çox təd-birlər həyata keçirmişik. İqtisadi islahatların, xüsusən aq-rar sahədə islahatların bir tərəfdən mürəkkəb, ikinci tərəf-dən çox məsuliyyətli olduğunu nəzərə alaraq biz ardıcıl iş ilə bərabər, dünya təcrübəsini və xüsusən keçid dövründə yaşayan ölkələrin təcrübəsini də öyrənməyə çalışmışıq. Bu islahatları səriştəli aparmaq üçün biz bir neçə eksperi-mentlər də keçirmişik. Bu islahatların aparılması ilə əlaqə-dar qanunların hazırlanması üçün vaxtilə komissiyalar ya-ratmışıq”.

Page 99: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

98

Nəhayət, ümumxalq müzakirələrindən sonra 1996-cı

il iyulun 16-da “Torpaq islahatı haqqında” qanun qəbul

olundu. Bu, qanunun əsas məqsədi iqtisadi azadlıq və so-

sial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mül-

kiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını in-

kişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, о cümlədən

ərzaq təhlükəsizliyinə nail olmaq və s. idi. Bunun üçün tor-

paq üzərində üç - dövlət, bələdiyyə və xüsusi mülkiyyət

forması müəyyənləşdirilmişdir.

Beləliklə, aqrar islahatların birinci mərhələsində keç-

miş kolxoz və sovxozların torpaqlarının və əmlakının

özəlləşdirilməsi başa çatdı. Sonra islahatların dərinləşdiril-

məsinə yönəldilmiş tədbirlər görmək lazım idi. Bunun üçün

Respublika Prezidenti tərəfindən bir sıra fərman və sərən-

camlar verilmiş, normativ-hüquqi sənədlər və dövlət proq-

ramları qəbul edilmişdir.

Aqrar sahə üçün göstərilən normativ-hüquqi sənəd-

lərdən ən vacibləri “Aqrar islahatının əsasları haqqında”,

“Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq is-

lahatı haqqında” qanunlardır. Bu qanunlar aqrar bölmədə

islahatın aparılmasının təşkilati-hüquqi və sosial-iqtisadi

əsasını müəyyənləşdirmək, bazar iqtisadiyyatına uyğun

müxtəlif təsərrüfat formaları yaratmaq, kənddə azad sahib-

karlığı inkişaf etdirmək və torpaq üzərində yeni mülkiyyət

münasibətləri formalaşdırmaqdan ibarətdir. Həmin qanun-

ların qəbul edilməsində məqsəd göründüyü kimi, aqrar

bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək,

əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan iba-

rətdir.

“Aqrar islahatının əsasları haqqında” qanun Azər-

baycan Respublikasının aqrar bölməsində islahatın əsas

Page 100: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

99

istiqamətlərini və onların hüquqi təminatını müəyyən edir.

İslahatın nəticəsinin səmərəliliyi onun həyata keçirilməsi

prosesində qanunda göstərilən prinsiplərə düzgün əməl

edilməsindən daha çox asılıdır. İslahatın aparılması vaxtı

sosial ədalətin və könüllülüyün təmin edilməsi, əmtəə is-

tehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məh-

sullarına sərəncam verməkdə tam sərbəstliyin gözlənilmə-

si, istehsalın sabitləşdirilməsinə və məhsul istehsalının ar-

tırılmasına imkan verir. Dövlətin iqtisadi siyasəti ilə aqrar

islahatın uzlaşması aqrar islahatın həyata keçirilməsinin əsas

prinsiplərindən biri hesab olunur. Qanunda aqrar bölmədə yeni mülkiyyət münasibətlə-

rinin formalaşdırılması təsbit olunur. Dövlət və bələdiyyə mülkiyyətinə aid ediləcək obyektlər, torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılması, meliorasiya və su təsər-rüfatı obyektləri üzərində mülkiyyət münasibətlərinin və burada əsas vəzifə aqrar sahənin inkişaf istiqamətlərinin dəyişdirilməsi, emal sənayesinin və istehsal infrastrukturu obyektlərinin dövlətsizləşdirilməsi, sosial infrastrukturda yeni mülkiyyət münasibətləri və istehlak kooperasiyası is-lahatının aparılması istiqamətlərini müəyyənləşdirilir. Bu-nunla yanaşı, qanunda elmi tədqiqat və tədris müəssisələ-rinin, onların təcrübə bazalarının, meliorasiya və su təsər-rüfatı obyektlərinin, baytarlıq və bitki mühafizəsi, damaz-lıq və toxumçuluq təsərrüfatlarının, maşın-sınaq stansiya-larının, təbiəti mühafizə obyektlərinin, qoruqların və s. dövlət mülkiyyət məsələləri, əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə kəndin sosial infrastrukturunun ta-leyinin həlli, milli adət-ənənənin gözlənilməsi, Azərbay-can kəndinin daha da inkişaf etdirilməsi ön plana çəkilir.

Torpaq üzərində mülkiyyət formaları, mülkiyyətçilə-rin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının ve-

Page 101: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

100

rilməsi, torpaq islahatının bir sıra şərtlər nəzərə alınaraq aparılması, meliorasiya və su təsərrüfatı obyektləri üzərin-də mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi və suyun pullu istifadəsinin tətbiqi barədə mühüm istiqamətlər müəyyən edilir. Burada mülkiyyət münasibətlərindən asılı olaraq yaradılan müxtəlif növlü təsərrüfatların təsnifatı ve-rilir və onların yaradılması yolları açıqlanır, sovxoz və kolxozların islahatının formaları, üsulları və istiqamətləri göstərilir. İnzibati qaydada bir təsərrüfat formasının başqa formaya çevrilməsinə və ya ləğv edilməsinə yol verilmir. Qanuna görə vətəndaşlar təsərrüfat formalarının seçilmə-sində tam sərbəstdirlər. Eyni zamanda təsərrüfatçılığın formasının seçilməsində könüllük prinsipləri gözlənilir ki, bu da kənddə azad sahibkarlığın inkişafına imkan yaradır.

Araşdırmalar və dünya təcrübəsi göstərir ki, aqrar is-lahat iqtisadi istahatların ən mühüm tərkib hissəsi olmaqla bərabər, bu sahənin özünəməxsus spesifik xüsusiyyətləri vardır. Onları nəzərə almadan bütünlüklə aqrar sahənin in-kişafına nail olmaq qeyri-mümkündür. Məhz bu mənada qanunda kənd təsərrüfatında yoluxucu xəstəliklərə, zərər-vericilərə qarşı karantin və müalicə tədbirlərinin aparılma-sı, kadr hazırlığı və elmi təminatı, istehsal və sosial infra-strukturunun yaradılması üçün dövlət vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. Qanunda aqrar bazarın dövlət tərə-findən tənzimlənməsinə xüsusi diqqət yetirilir, onun isti-qamətləri göstərilir. Mühüm kənd təsərrüfatı məhsulları is-tehsalının stimullaşdırılması, əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili ba-zarın yaradılması, maliyyə-kredit müəssisələrinin işinin onun tələbatına uyğunlaşdırılması və s. vacib məsələlərin həyata kecırılməsini dövlət öz üzərinə götürür.

“Sovxoz və kolxozların islahatı haqqında” qanuna

Page 102: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

101

əsasən hər bir sovxoz və kolxozda onların istifadəsindəki torpaqdan, habelə əmlakdan pay almaq hüququ olan şəxs-lərə öz paylarını alıb, təsərrüfatın yeni, hər hansı təşkilati-hüquqi formasını könüllü seçmək səlahiyyəti verilir. Bura-dan aydın olur ki, sovxoz və kolxozların islahatını apar-maqda məqsəd bazar iqtisadiyyatına uyğun müxtəlif növlü təsərrüfat formaları yaratmaq və kənddə azad sahibkarlığı inkişaf etdirməkdir. Bununla əlaqədar islahatın vəzifələ-rindən biri özəlləşdirilən təsərrüfatların kəndli (fermer) tə-sərrüfatlarına bölünməsindən, sahibkarlığa əsaslanan xü-susi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilmə-sindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrü-fatların inkişafından, yaradılmış təsərrüfatların kooperasi-yası və xidmət sahələrinin təşkilindən ibarətdir.

Qanunda əmlakın düzgün bölüşdürülməsi və islahat prosesində ədalətsizliyə yol verilməməsi üçün bir sıra me-todoloji əhəmiyyətli qaydalar müəyyənləşdirilmişdir. Belə ki, sovxozlarda əmlak inventarlaşdırılır və qiymətləndiri-lir, müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparı-lır və əmək haqqı üzrə borclar ödənilir. Daha sonra, müəs-sisənin əmlakında bölünməyən və bölünən hissələr müəy-yənləşdirilir.

Kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin təşkilati-hüquqi formalarından biri dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin yaradılmasıdır. Bu müəssisələr sovxozların dövlət mülkiyyətində qalan hissəsi əsasında yaradılır. Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində sax-lanılan müəssisələrə bölünür.

Toxumçuluq, damazlıq təsərrüfatları, atçılıq zavodla-rı, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları,

Page 103: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

102

vəhşi heyvandarlıq sovxozları və digər dövlət əhəmiyyətli müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin et-mək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxla-nılır, qalan əmlak özəlləşdirilir.

Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azər-baycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il ta-rixli fərmanına müvafiq qaydada həyata keçirilməsi istiqa-mətləri müəyyənləşdirilmişdir.

Mövcud qanunvericiliyə görə islahatın aparılmasına dövlət təminat vermişdir. Dövlət, yeni təsərrüfat formala-rına kreditlərin verilməsini, vergilərin müəyyənləşdirilmə-sini, investisiya ayırmalarında güzəştlərin tətbiqini, həmçi-nin, borcların silinməsini, işğaldan azad edilmiş ərazilərdə islahatın məqsədli dövlət proqramı əsasında aparılmasını öz üzərinə götürmüşdür.

Aqrar islahatın ən vacib qanunu – “Torpaq islahatı haqqında” qanun Azərbaycan Respublikası “Aqrar islaha-tının əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunlarının məntiqi davamıdır. “Torpaq isla-hatı haqqında” qanun əslində iqtisadiyyatın ən mürəkkəb sahəsi olan aqrar sektorda inqilabi dəyişiklər aparmaq ü-çün hüquqi əsasdır. Cəmiyyətin yeni iqtisadi-siyasi siste-mə keçməsində həlledici rol oynayan bu qanun uzun axta-rışların və gərgin zəhmətin bəhrəsidir. Bu qanunun qəbul edilməsi demək olar ki, aqrar sahədə keçirilməsi nəzərdə tutulan islahatların qanunvericilik bazasının yaradılmasını tamamlayır. Lakin qanun tək kənd təsərrüfatına yararlı tor-paqlarda islahatların aparılması ilə məhdudlaşmır. Konse-ptual səviyyədə olsa da o, bütün torpaqların, yəni qeyri-

Page 104: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

103

kənd təsərrüfatı torpaqlarının da islahatını nəzərdə tutur. Torpaq islahatının məqsədi iqtisadi müstəqillik və

sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mül-kiyyət münasibətlərini yaratmaqla bazar iqtisadiyyatını, sahibkarlığı inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilli-yinə, о cümlədən ərzaq təminatına nail olmaqla Azərbay-can xalqının maddi rifahını yüksəltməkdir.

Torpaq islahatının vəzifələri ölkə ərazisində dövlət torpaqlarının müəyyənləşdirilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərın torpa-ğa sahiblik, torpaqdan istifadə və sərəncam hüquqlarını tə-min etməkdir. Respublikamızın ərazisində olan torpaqların mülkiyyət münasibətlərinə görə bölgüsü aşağıdakı kimi (sxem 3.1.) olmuşdur.

Sxem 3.1. Torpaqların mülkiyyət münasibətlərinə görə

bölgüsü.

Dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar,

dağ-mədən sənayesinin, faydalı qazıntı yataqlarının, vahid

energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliy-

yat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhədi zolaq-

larının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin

yerləşdiyi torpaqlar, yaylaq və qışlaqlar, meşə fondu tor-

Mülkiyyətçilər

Dövlət Bələdiyyə Xüsusi

Dövlət

torpaqları

56 %

Bələdiyyə

torpaqları

23,5%

Xüsusi mülkiyyətə

verilən torpaqlar

19,6%

Page 105: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

104

paqları, su fondu və Xəzərin Azərbaycan sektorunun altın-

dakı torpaqlar, təbiəti mühafizə, təbii qoruq, sağlamlıq, is-

tirahət, tarix-mədəniyyət təyinatlı torpaqları, dövlət müəs-

sisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya

dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqları

dövlətin müstəsna mülkiyyətindədir. Onlar qanunvericilikdə

müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Azərbaycan Respublikasının vahid torpaq fondu 8,6

milyon hektardır. Bunun 4,9 milyon hektarı dövlət torpaqla-

rıdır ki, bu da ümumi torpaq fondunun 56,9%-ni təşkil edir.

Müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətin-

də saxlanılan və xüsusi mülkiyyətdəki torpaqlar çıxılmaq-

la qalan torpaqlar bələdiyyə mülkiyyətinə veriləcək torpaq-

lardır. Bələdiyyə torpaqları vahid torpaq fondunun 23,5%-ni

təşkil edir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlar üç

hissəyə bölünür: ümumi istifadədə olan torpaqlar, fiziki və

hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat

fondu torpaqları.

Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunveri-

ciliyə uyğun qaydada ayrı-ayrı şəxslərin və müəssisələrin

istifadəsinə, icarəsinə və mülkiyyətinə verilə bilər.

Xüsusi mülkiyyətə verilən torpaqlar vətəndaşların qa-

nuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sa-

hələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan

torpaqlardır.

Bundan başqa, sovxoz və kolxozların özəlləşdirilən

torpaqları xüsusi mülkiyyətə verilmişdir. Bu isə 1,7 mil-

yon hektardan artıq torpaq sahəsidir. Ümumi torpaq fon-

dunun 19,6%-nin xüsusi mülkiyyətə verilməsi nəzərdə tu-

tulmuşdur.

Torpaq xüsusi mülkiyyətə yalnız Azərbaycan Res-

Page 106: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

105

publikasının vətəndaşlarına və hüquqi şəxslərə verilir.

Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə,

xarici ölkələrin fiziki və hüquqi şəxslərinə torpaq yalnız

istifadəyə və ya icarəyə verilə bilər.

Vətəndaşlara onların mülkiyyətində olan fərdi yaşa-

yış evlərinin, həyətyanı sahələrin və bağların altındakı tor-

paqlar üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadət-

namələr verilir. Bu şəhadətnamələr vətəndaşların ərizələri

və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən

sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını hə-

yata keçirən dövlət orqanı tərəfindən verilir.

Qanuna görə özəlləşdirilən torpaqlardan pay almaq

hüququ olanlar aşağıdakılar olmuşdur: 1) sovxoz və kol-

xozlarda daimi işləyənlər; 2) bu qanun qüvvəyə mindiyi

günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun əra-

zisində olan şəxslər; 3) sovxoz və kolxozlardan pensiyaya

çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan

şəxslər; 4) sovxozun və kolxozun ərazisindən həqiqi müd-

dətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş di-

gər şəxslər; 5) bu qanun qüvvəyə mindiyi günədək sov-

xozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına

uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin,

kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsər-

rüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələri-

nin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

Payların qədəri sovxozun və kolxozun özəlləşdirilən

torpaq sahələrini payçıların sayına bölməklə müəyyənləş-

dirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğ-

runda döyüşlərdə həlak olanların ailələrinə, müharibə əlil-

lərinə və Çernobıl qəzasının ləğvində iştirak etmiş və hə-

min qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir tor-

Page 107: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

106

paq payı verilməsi nəzərdə tutulmuşdur. Hər bir şəxs yal-

nız bir dəfə əvəzsiz (pulsuz) torpaq payı almaq səlahiyyə-

tinə malik olmuşdur.

Torpaq alınıb-satıldıqda, girov qoyulduqda, irsən ve-

rildikdə, onun barəsində digər əqdlər bağlandıqda torpağın

qiyməti bazar qiyməti ilə, lakin normativ qiymətdən az ol-

mamaq şərtilə müəyyən edilir.

Məlumdur ki, MDB ölkələrinin hamısında aqrar isla-

hatlar müxtəlif səviyyədə həyata keçirilir. Təcrübə və

araşdırmalar göstərir ki, MDB-yə daxil olan ölkələrdən –

Qazaxıstan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğı-

zıstan və Tacikistanda torpaqlar uzun müddətə icarəyə ve-

rilir, Moldova və Ermənistanda həyətyanı torpaq sahələri

xüsusi mülkiyyətə verilmişdir. Rusiyada Dövlət Duması

1996-cı ildə “Torpaq Məcəlləsi haqqında” qanun qəbul et-

sə də, torpaqların xüsusi mülkiyyətə verilməsi nəzərdə tu-

tulmamışdır. Beləliklə, MDB respublikalarında aqrar isla-

hatlar istehsal və mülkiyyət münasibətlərini dəyişmədən,

torpaqların xüsusi mülkiyyətə verilmədən aparılmasını

nəzərdə tutursa, respublikamızda islahatlar, torpaqları xü-

susi mülkiyyətə verilməklə yeni mülkiyyət münasibətləri-

nə keçilməsi ilə səciyyələnir. Bu baxımdan, MDB ölkələ-

rindən fərqli olaraq respublikamızda həyata keçirilən aqrar

islahatı alternativi olmayan özünəməxsus üsul hesab et-

mək olar.

“Torpaq islahatı haqqında” qanun respublikamızın

ictimai-siyasi həyatında radikal, inqilabi və demokratik

qanun hesab olunur. Qanunun radikallığı və inqilabiliyi

onunla izah edilir ki, sahibkarlığın uğurlu təşəkkülü və in-

kişafı, bazar münasibətləri şəraitinə uyğun, rəqabətə çevik

uyğunlaşa bilən yeni təsərrüfat formalarının inkişafına heç

Page 108: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

107

bir istisna qoymur. Halbuki, 1985-ci ildən sonra həyata

keçirilən yenidənqurma adı ilə köhnə iqtisadi münasibətlər

dəyişdirilmədən islahatlar aparılması nəzərdə tutulurdu ki,

bu da köklü dəyişikliklərə imkan vermirdi. Ona görə də

əvvəlki illərdən fərqli olaraq indiyədək formalaşan kol-

xoz-sovxoz mülkiyyətindən, kənddə yeni xüsusi mülkiy-

yət münasibətlərinə keçilməsi cəsarətli, radikal addım ol-

maqla, aqrar iqtisadiyyatın inkişafına zəmin yaratmaqla,

həm də tarixi zərurətdən irəli gəlir.

Digər tərəfdən torpağın ədalətli surətdə kənddə yaşa-

yanların hamısına heç bir ayrı-seçkilik qoymadan bir dəfə

pulsuz verilməsi nəzərdə tutulmuşdur.

Qanunun demokratikliyi onunla izah edilir ki, kənd-

də yaşayan əhalinin hamısına torpaq verilməklə, torpaq

mülkiyyətçilərinin torpağa sahiblik, təyinatına görə istifa-

də etmək, icarəyə vermək, satmaq, bağışlamaq, girov qoy-

maq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Tor-

paq xüsusi mülkiyyətə verilir. Bu о deməkdir ki, hər kəsin

marağının təmin olunması üçün imkan yaradılmışdır. Bu

ondan irəli gəlir ki, kolxoz və sovxozlarda ümumi marağın

təmin edilməsi üçün istehsal formalaşmışdı. Hər kəsin –

fərdin marağı təmin edilmədiyi üçün ümumi maraq təmin

olunmurdu. Ona görə də indiyədək kolxoz və sovxozların

istehsalı necə təşkil etməsi, məhsul istehsalı, onun həcmi

və son nəticədə bu məhsuldan xüsusinin payı bilinmirdi.

Hər bir işçinin ümumi istehsalda payı isə getdikcə azalır,

son illərdə iqtisadi münasibətlərin zəifləməsi nəticəsində

hətta əmək haqqını uzun müddət ala bilmirdilər. “Torpaq

islahatı haqqında” qanun layihəsinin müzakirəsinə həsr edilmiş

iclasda yekun nitqində Prezident Heydər Əliyev bununla

əlaqədar göstərmişdir ki “Böyük tədbirlər görülür, kənd

Page 109: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

108

təsərrüfatının təmərküzləşdirilməsi, ixtisaslaşdırılması ki-

mi cürbəcür metodlar tətbiq edilir, təsərrüfatlararası müəs-

sisələr, təsərrüfatlararası təşkilatlar yaradılır, kooperasiya

həyata keçirilirdi və s. Bunların hamısı ...70-ci illərin so-

nuna qədər istənilən miqdarda məhsul versələr də, sonralar

gözlənilən məhsul əldə olunmadı və nəticədə məhsul art-

maq əvəzinə getdikcə azalmağa başladı”.

Keçmiş illərdən fərqli olaraq qanunun qəbul edilmə-

sinin milli əhəmiyyəti hər kəsin torpaq payı almaqla aqrar

münasibətlərdə işçi qüvvəsi kimi deyil, mülkiyyətçi-sahib-

kar kimi çıxış etməsinə zəmin yaradır. Bununla da hər kə-

sin bacarığı, təşəbbüsü, yaradıcılığı ilə əlaqədar şəxsi ma-

rağı təmin edilir.

Ona görə də respublikada bazar iqtisadiyyatını və sa-

hibkarlıq təşəbbüsünü inkişaf etdirmək, müstəqilliyə im-

kanlar yaratmaq üçün torpaq islahatının aparılması şərtləri

nəzərə alınmaqla torpaq üzərində mülkiyyət formalarının

düzgün müəyyənləşdirilməsinə böyük diqqət verilmişdir.

Burada vahid torpaq fondunun dövlət mülkiyyətində sax-

lanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiy-

yətə verilən torpaqları qanunvericiliyə uyğun müəyyənləş-

dirilmişdir.

Aqrar sahədə islahatların sürətləndirilməsi və dərin-

ləşdirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması

məqsədilə 2000-ci il 24 oktyabr tarixli “Özəlləşdirilən

dövlət müəssisələrinin, aqrar islahatı nəticəsində ləğv

olunmuş və işğal altında olan rayonların təsərrüfat sub-

yektlərinin borcları haqqında” qanun xüsusi rol oynamış-

dır. Yeni yaradılmış və özəlləşmə ərəfəsində olan təsərrü-

fat subyektlərinin borclardan azad olunması onların inki-

şafına müsbət təsir göstərmişdir.

Page 110: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

109

Aqrar sahədə gedən islahatlar nəticəsində kənd təsər-

rüfatının idarəedilməsi strukturunda da ciddi dəyişikliklər

baş vermiş, mövcud olan mərkəzi və rayon kənd təsərrüfa-

tı orqanlarının, kolxoz və sovxozların aparat işçiləri 42

min nəfərdən çox mütəxəssis və rəhbər işçilər ixtisar edilə-

rək, sahibkarlığın sərbəst fəaliyyətinə şərait yaradılmışdır.

Ərazi və sahə idarəetmə prinsipləri əsasında formalaşan

idarəetmə sistemi bazar münasibətlərinin tələblərinə cavab

vermirdi. Ona görə də ölkədə idarəetmə strukturu mərkəzi

planlaşma prinsipinə uyğun qurulduğuna görə, inzibatçılıq

metodları yenə də üstünlük təşkil edirdi. Kənd təsərrüfatı-

nın idarə edilməsinin mövcud təşkilati quruluşu da bazar

münasibətlərinə keçid prinsipinin tələblərinə uyğun gəl-

mir, idarəetmənin ayrı-ayrı pillələrində təşkilati strukturlar

təkrarlanır, onların funksiyaları arasında fərqlər belə hiss

olunmurdu.

Ölkədə həyata keçirilən aqrar islahatlar və köhnə tə-

sərrüfatçılıq formalarının ləğv edilməsi və aqrar sahədə

mövcud idarəetmə sisteminin yenidən qurulması ilə əlaqə-

dar “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazir-

liyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə iyun

1997-ci il tarixli fərman qəbul edildi. Yeni fərmanla təsdiq

edilmiş Əsasnaməyə görə “Kənd Təsərrüfatı Nazirliyi

kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran

və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” kimi

təsbit olunmuşdur. Nazirliyin əsas vəzifəsi kimi kənd tə-

sərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsi-

nin təmin edilməsi, sahənin sosial-iqtisadi inkişafının əsas

istiqamətlərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı sa-

həsində müvafiq proqram və layihələrin hazırlanması və s.

nəzərdə tutulur. Bu əsasnaməyə görə nazirliyin funksiya

Page 111: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

110

və vəzifələri, təsiretmə mexanizmi əvvəlkilərdən ciddi su-

rətdə fərqlənir, inzibati-amirlik üsulu ilə işləyən nəhəng

hökumət aparatından qabaqcıl elmi təcrübələrə əsaslanan,

istiqamətverici, bazar iqtisadiyyatının tələblərinə uyğun iş-

lək və səmərəli bir orqana çevrilməsi prosesi gedir.

Bununla yanaşı, aqrar sahədə struktur dəyişiklikləri-

nin aparılması, idarəetmədə paralelçiliyin və təkrarçılığın

aradan qaldırılması, işin səmərəsinin yüksəldilməsi üçün

bir sıra dövlət komitələrinin, şirkətlərinin, idarələrinin va-

hid kompleksdə birləşdirilməsi məqsədilə islahatlar aparı-

lırdı. Yeyinti Məhsulları, Taxıl Məhsulları Dövlət Şirkət-

ləri ləğv edildi. 30 dekabr 1998-ci ildə isə fərmanla “Taxıl

Ehtiyatları üzrə Dövlət Agentliyi” ləğv olunaraq, ölkədə

taxıl və un üzrə dövlət ehtiyatlarının tənzimlənməsi səla-

hiyyətləri Kənd Təsərrüfatı Nazirliyinə verildi. Bundan

başqa “Azərbaycan Respublikasında aqrar bölmənin idarə-

etmə sisteminin təkmilləşdirilməsi tədbirləri” haqqında

Respublika Prezidentinin 4 fevral 2000-ci il tarixli fərmanı

ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Dövlət Baytarlıq Komitəsi və Dövlət Bitkilərin Karantini

Müfəttişliyi ləğv edilərək, onların səlahiyyətləri və tabeli-

yində olan müəssisələr Kənd Təsərrüfatı Nazirliyinə veril-

di. Qeyd edək ki, respublika və regionlar səviyyəsində aq-

rar sferanın idarəedilməsinin təkmilləşdirilməsi, istehsalın

inkişafına şərait yarada bilən vahid sistemin qurulması da-

vam etdirilir.

“Aqrar sahədə islahatların sürətləndirilməsinə dair

bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezi-

dentinin 22 mart 1999-cu il tarixli fərmanı aqrar sahədə

sahibkarlığın inkişafına böyük təkan vermişdir. Kənd tə-

sərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna ol-

Page 112: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

111

maqla digər vergilərdən beş il müddətinə azad edildi və

onlara neft məhsullarının pərakəndə satışında güzəştlər ve-

rildi. Sonradan kənd təsərrüfatı məhsulları istehsalçılarına

vergi güzəştlərinin müddəti uzadılmışdır. Bu güzəştlər ha-

mısı aqrar sahədə sahibkarlığın inkişafına yönəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin

aprel-may aylarında yerli sahibkarlarla və xarici iş adamla-

rı ilə keçirdiyi görüşlərdən sonra ölkədə sahibkarlıq fəaliy-

yəti üçün daha geniş meydan açılmışdır. Sahibkarlıq üçün

əlverişli mühitin formalaşdırılması məqsədilə Prezident tə-

rəfindən bir neçə fərmanlar qəbul edilmişdir. Ümumiyyət-

lə, aqrar sahənin inkişafı, yeni iqtisadi münasibətlərin və

sahibkarlığın formalaşması və s. ilə əlaqədar 1995-2014-

cü illərdə 120-dən çox normativ-hüquqi sənədlər qəbul

edilmişdir.

Aqrar sahənin inkişaf etdirilməsi üçün beynəlxalq

təşkilatların təcrübəsinə və onların maliyyə yardımına bö-

yük önəm verilmişdir. 1998-ci ildə Yaponiya ilə imzalan-

mış notalar mübadiləsinə uyğun olaraq, Yaponiya Höku-

mətinin qrantı hesabına müxtəlif adda yüzlərlə kənd təsər-

rüfatı texnikası alınaraq fermerlərə lizinq qaydasında ve-

rilmişdir.

Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə əlaqədar

21 fevral 2003-cü il tarixli fərmanla «2003-2005-ci illər

üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılma-

sı və iqtisadi inkişafı üzrə Dövlət Proqramı» təsdiq edildi.

Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət

Proqramı üç illik dövrü (2003-2005-ci illər) əhatə еtmişdir.

Proqramda Azərbaycandakı mövcud yoxsulluq səviyyəsi

və onun səbəbləri təhlil edilmiş, yoxsulluğun azaldılması

məqsədi ilə iqtisadiyyatda, sosial sahədə islahatların, insti-

Page 113: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

112

tusional dəyişikliklərin əsas istiqamətləri müəyyənləşdiril-

miş, yoxsulluğa daha həssas olan əhali qruplarının, ilk

növbədə qaçqın və köçkünlərin üzləşdikləri problemlərin

həllinin zəruriliyi ön plana çəkilmişdir.

Beləliklə, 1995-ci ildən həyata keçirilən aqrar isla-

hatla əlaqədar ölkənin aqrar bölməsində islahatların hüqu-

qi əsasları yaradılmış, mülkiyyət formaları və sahibkarlı-

ğın inkişafı üçün ardıcıl və sistemli tədbirlər həyata keçi-

rilmişdir. Hazırda sosial-iqtisadi inkişaf keyfiyyətcə yeni

mərhələyə qədəm qoymuş regionların inkişafı ön plana

çəkilmişdir. Bu məqsədlə regionlarda sahibkarlığın inkişa-

fını surətləndirməklə mövcud olan əmək ehtiyatlarından,

təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməklə

iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun

artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldıl-

masına nail olmaq üçün “Azərbaycan Respublikasında re-

gionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-

2008-ci illər)” barədə 11 fevral 2004-cü il tarixli Prezident

Fərmanı ilə islahatların ikinci mərhələsinə başlanmışdır.

Ümummilli Liderimiz, Prezident Heydər Əliyevin

təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar

sahədə mülkiyyət və istehsal münasibətlərinin sərbəstləş-

dirilməsilə iqtisadi yüksəlişin əsasını qoymuşdur. Həyata

keçirilən ardıcıl tədbirlər, institusional dəyişikliklə, ölkə

Prezidentinin xarici və yerli iş adamları ilə görüşləri, re-

gionlara səfərləri, sahibkarlığın inkişafı ilə bağlı qəbul et-

diyi fərmanlar və digər hüquqi-normativ aktlar aqrar isla-

hatların dərinləşdirilməsinə və kənd təsərrüfatında sahib-

karlığın inkişafına təkan vermişdir.

Bakı Biznes Mərkəzinin təntənəli açılış mərasimində

2004-cü ilin fevralın 2-də yerli sahibkarlarla görüşündə öl-

Page 114: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

113

kə Prezidenti İlham Əliyev demişdir: “Müasir Azərbayca-

nın həyatında sahibkarlığa böyük əhəmiyyət verilir... Pre-

zident Heydər Əliyev bu sahəyə çox böyük əhəmiyyət ve-

rir, çox böyük diqqət yetirirdi. Məhz onun rəhbərliyi

altında Azərbaycanda 1993-cü ildən iqtisadi islahatlar

aparılmağa başlandı. Məhz о islahatların nəticəsində

ölkəmiz inkişaf etdi, Azərbaycanda sahibkarlar təbəqəsi

yarandı. Təsadüfi deyil ki, Azərbaycanda bazar iqtisadiy-

yatının, demək olar, bütün prinsipləri öz əksini tapır”.

3.2. Aqrar islahatların həyata keçirilməsində və

iqtisadi münasibətlərin təkmilləşdirilməsində beynəlxalq

təcrübənin rolu.

Aqrar islahatların həyata keçirilməsi, mülkiyyətçilə-

rin təsərrüfat fəaliyyətinə sərbəstlik verilməsi, fəaliyyət

nəticələri üçün maraq və məsuliyyət, sağlam rəqabətin in-

kişafı, iqtisadiyyatın quruluşunun təkmilləşdirilərək inhi-

sardan çıxarılması, tələb-təklifin tarazlaşdırılmasının əsas

şərti kimi sərbəst qiymətlər müəyyən edilməsi, iqtisadiy-

yatın dünya təsərrüfat əlaqələri sisteminə qovuşması bazar

münasibətlərini formalaşdırmağın əsas amilləridir. Aqrar

sahədə uzun müddət köhnə təsərrüfat mexanizminin for-

malaşması, sosial-iqtisadi şəraitin spesifikliyi, milli və ta-

rixi xüsusiyyətlər, adət-ənənələr nəzərə alınaraq iqtisadi

islahatları həyata keçirməklə bazar iqtisadiyyatını forma-

laşdırmağın əsas istiqamətləri müəyyənləşdirilirmişdi. Öl-

kədə həyata keçirilən aqrar islahatlar yeni iqtisadi münasi-

bətlər şəraitində beynəlxalq təcrübələrin mənimsənilməsi-

ni, müasir texnologiyaların və iş metodlarının gətirilməsi-

ni və ayrı-ayrı nümunələrin təcrübi tətbiqini tələb edirdi.

Odur ki, aqrar islahatların tərkib hissəsi kimi bazar

Page 115: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

114

iqtisadiyyatının ayrı-ayrı elementlərini təşkil edən məsə-

lələr üzrə pilot layihələrin və proqramların beynəlxalq təş-

kilatlar tərəfindən həyata keçirilməsi təcrübəsinin mənim-

sənilməsi və müasir şəraitdə işləmək vərdişi qazanan kadr

potensialının hazırlanması və qabaqcıl texnologiyaya çıxı-

şın əldə edilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Ölkə öz müstəqilliyini bərpa etdikdən sonra beynəl-

xalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl təd-

birlər həyata keçirildi. Belə tədbirlər nəticəsində beynəl-

xalq təşkilatlar, onların regional bölmələri, maliyyə qu-

rumları, ayrı-ayrı xarici ölkələr, onları təmsil edən təşki-

latlar və şirkətlərlə əlaqələr genişləndirilmiş, o cümlədən

aqrar sahə ilə qarşılıqlı əməkdaşlıq sahəsində mütəmadi

işlər görülmüşdür.

1994-2010-cu illərdə BMT-nin Ərzaq və Kənd Tə-

sərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı İnkişafı üzrə

Beynəlxalq Fond (İFAD), Dünya Bankı, Ümumdünya Ti-

carət Təşkilatı (WTO), Beynəlxalq İnkişaf Assosiasiyası,

Avropa Birliyi və onun TACİS proqramı, Qara Dəniz İqti-

sadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı

(ECO), İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf

Bankı, Asiya İnkişaf Bankı, NATO-nun Ərzaq və Kənd

Təsərrüfatı Planlaşdırma Komitəsi, Beynəlxalq Epizotik

Büro, Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası, CGİAR-a

daxil olan beynəlxalq elm mərkəzləri ilə, xarici ölkələrin

müvafiq sahə üzrə təşkilatları olan Alman Texniki Əmək-

daşlıq Cəmiyyəti (GTZ), Türk İş Birliyi və Kalkınma

Ajansı (TİKA), İsrail Xarici İşlər Nazirliyinin MASHAV

Beynəlxalq Əməkdaşlıq Mərkəzi, Misirin MDB ölkələri

üzrə Texniki Əməkdaşlıq Fondu və Misir Beynəlxalq Kənd

Təsərrüfatı Fondu, Hollandiyanın Mərkəzi və Şərqi Avro-

Page 116: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

115

pa ölkələri üçün PSO proqramı və digər beynəlxalq təşki-

latlarla, mərkəzlərlə və agentliklərlə səmərəli əlaqələr qu-

rulmuşdur. Bu, regionlarda sahibkarlığın formalaşmasına

yeni təsərrüfatların yaradılmasına və bazar iqtisadi münasi-

bətlərinin inkişafına zəmin yaratmışdır.

Göstərilən dövrdə qabaqcıl beynəlxalq təcrübənin,

texnologiyaların, bazar iqtisadiyyatının əsaslarının və sa-

hibkarlıq vərdişlərinin təkmilləşdirilməsi məqsədilə res-

publikanın aqrar sahəsində TACİS proqramının 6 (“Kənd

Təsərrüfatı Nazirliyinə təsis yardımı”, “Ailə və kommersi-

ya fermerlərinə köməklik”, “Azərbaycanda ərzaq məhsul-

ları bölgüsü sektorunun özəlləşdirilməsi”, “Regional Aq-

rar İslahatı Layihəsi -1”, “Aqrar sahədə bank fəaliyyətinə

yardım, kənd kredit qurumlarının təşkili”, “Regional Pilot

Aqrobiznesə Yardım Birlikləri”, “Aqrar Kredit Fondunun

sonrakı inkişafı” layihələri)fəaliyyət göstərmişdir. Dünya

Bankının 3 (“Nümunəvi özəl kənd təsərrüfatı müəssisələ-

rinin yaradılması”, “Kənd təsərrüfatının inkişafı və kredit-

ləşməsi», “Kənd investisiya” layihələri), Almaniya Höku-

məti GTZ təşkilatının 3 (“Kənd təsərrüfatında özəl təşəb-

büslərin dəstəklənməsi”, “İnteqrə edilmiş ərzaq təminatı”

və “Aqrar siyasət məsləhəti” layihələri), kənd təsərrüfatın-

da Hollandiyanın PSO proqramının 2 (“Azərbaycanda kar-

tof toxumçuluğunun inkişafı və onun bazasının yaradılma-

sı” və “Süni mayalama xidmətinin yaradılması” layihələ-

ri), Yaponiya Hökumətinin 1 (“Azərbaycanda Ərzaq məh-

sullarının artırılması - 2KR” layihəsi), BMT-nin Ərzaq və

Kənd Təsərrüfatı təşkilatının 5 (“Azərbaycanda uzaq mə-

safədən zondlaşdırma üsulu ilə bitki örtüyünün və torpaq-

dan istifadənin inventarlaşdırılması”, “Fitosanitariya xid-

mətlərinin gücləndirilməsi”, “Baytarlıq sahəsinə köməklik

Page 117: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

116

üçün vaksin yardımı” layihəsi), Kənd Təsərrüfatının İnki-

şafı üzrə Beynəlxalq Fondun (İFAD) 1 (“Dağ və yüksək

dağlıq ərazilərinin inkişafı layihəsi”) və Avropa Komissi-

yasının 1 (“Ərzaq Təhlükəsizliyi” layihəsi) proqram və la-

yihələri fəaliyyət göstərmiş və hazırda bir neçəsi öz fəa-

liyyətini davam etdirir.

Respublikada aqrar sahədə ilk layihələrdən birini Av-

ropa Birliyinin TACİS proqramı həyata keçirmişdir. TACİS

proqramı çərçivəsində “Kənd Təsərrüfatı Nazirliyinə TACİS

Yardımı” layihəsi 1994-1996-cı illəri əhatə etmişdir. Bu la-

yihənin köməyi ilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin

inkişafı istiqamətlərinə dair tövsiyələr hazırlanmışdır. Aqrar

bölmədə taxılçılıq, üzümçülük, pambıqçılıq, heyvandarlıq və

ət-süd emalı sənayesinin inkişafı əsas sahə kimi müəyyən-

ləşdirilmişdir. Kənd təsərrüfatının mexanikiləşdirilməsi və

irriqasiya sistemlərinin bərpası, kənd kreditinin strukturu,

kənddə kreditləşmə metodlarının müəyyənləşdirilməsi layi-

hənin əsas vəzifələrindən olmuşdur.

“Aqrar layihələrdən biri olan Ailə və kommersiya

fermerlərinə kömək” texniki yardım layihəsi 1994-1996-cı

illəri əhatə etmişdir. Avropa Birliyinin TACİS Proqramı

tərəfindən, həyata keçirilən bu layihənin məqsədi fermer-

lərin, torpaq mülkiyyətçisinin təşkilatlanmasına, onlar

üçün müvafiq ədəbiyyat və sorğu vərəqələrinin hazırlan-

masına və digər məsələlərin həllinə yardım göstərməkdir.

Abşeron polot ərazisinin istifadə xəritəsi çəkilmiş, fer-

merlər üçün binalar tikilmiş, alim və mütəxəssislər üçün

Almaniyada, Yunanıstanda və İtaliyada təlim kursları təş-

kil edilmişdir. Kənd təsərrüfatının inkişafı məqsədilə icti-

mai əsaslarla Milli Məsləhət və Xidmət Mərkəzi yaradıl-

mışdır.

Page 118: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

117

Ölkədə həyata keçirilən «Azərbaycanda ərzaq məh-

sullarının bölgüsü sektorunun özəlləşdirilməsi» layihəsin-

də (1994-1996-cı illər) məqsəd seçilmiş regionlarda ərzaq

məhsullarının bölgüsündə özəl bölməni dəstəkləməkdən

ibarət olmuşdur. Xırdalan ət kombinatında ət çeşidləyici

və Quba rayonunun Zərdabi və Barlı kəndlərində meyvə

çeşidləyicisi qurğuları alınıb quraşdırılmış, pilot və digər

mağazalarda həmin məhsulların satışı təşkil edilmişdir.

Həyata keçirilən aqrar layihələrdən biri olan “Regio-

nal aqrar islahatı layihəsi – 1” 1996-1999-cı illər (RARP-

1) aqrar islahatların aparılmasına kömək edən siyasət isti-

qamətlərini müəyyənləşdirməkdən, kənd təsərrüfatı tica-

rətini yenidən təşkil etməkdən və özəl aqrar sahəni dəs-

təkləməklə ərzaq təhlükəsizliyinin təminatına nail olmaq-

dan ibarətdir. Əməkdaşlıq fondundan fermer təsərrüfat-

larına və emal müəssisələrinə 40,2 mlrd manat həcmində

kredit verilmiş,6 yeni kredit birliyi yaradılmış və bu birlik-

lərə 4,6 mlrd manat vəsait paylanmışdır.

Aqrar sahədə başqa layihələrdə tətbiq edilmişdir.

“Aqrar sahədə bank fəaliyyətinə yardım, kənd kredit qu-

rumlarının yaradılması” layihəsi Avropa Birliyi TACİS

Proqramı tərəfindən texniki yardım kimi həyata keçiril-

mişdir. Fəaliyyət müddəti 1999-2000-ci illər nəzərdə tu-

tulmuşdu. Layihədə məqsəd kəndlərdə kredit birlikləri ya-

radılmasına köməklik göstərməkdən və onları təşkilatlan-

dırmaqdan ibarət olmuşdur.

“Regional pilot aqrobiznesə yardım birlikləri” layi-

həsi (1998-2000-ci illər) Avropa Birliyi TACİS Proqramı

tərəfindən, texniki yardım kimi həyata keçirilmişdir. Layi-

hənin tətbiqində məqsəd Azərbaycanda kommersiya və

fermer təsərrüfatçılığına yardım göstərməkdən ibarətdir.

Page 119: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

118

Bu layihənin məqsədi 4 rayonda biznes mərkəzləri yarat-

maqdan, tədris xarakterli nümunəvi fermer təsərrüfatları

təşkil etməkdən, məsləhət xarakterli ədəbiyyatlar hazırla-

maqdan ibarət olmuşdur və 1998-1999-cu illəri əhatə et-

mişdir. Layihəyə uyğun olaraq, Sabirabadda, İsmayıllıda,

Quba və Gəncədə Aqro-Biznes Konsaltinq qurumu yara-

dılmışdır. Bu qurumlarda seminarlar təşkil edilmiş, biznes

planları hazırlanmış, kiçik biznesin təşkilində sahibkarlara

məsləhətlər verilmişdir.

“Azərbaycanda uzaq məsafədən zondlaşdırma üsulu

ilə bitki örtüyünün və torpaqlardan istifadənin inventarlaş-

dırılması” layihəsi (1999-cu ildə) FAO tərəfindən həyata

keçirilmişdir. Layihə iki il müddətinə - 1999-2000-ci illər

ərzində bitki örtüyü və torpaqdan istifadə üzrə dəqiq məlu-

matlar əldə etməkdən və bu istiqamətdə milli kadrlar ha-

zırlamaqdan ibarət olmuşdur.

“Nümunəvi özəl kənd təsərrüfatı müəssisələrinin ya-

radılması” layihəsi Dünya Bankı tərəfindən həyata keçiril-

məklə və investisiya layihəsi olmaqla 28,8 mln ABŞ dol-

ları vəsait ayrılmışdır. Məqsəd respublikanın 6 rayonunda

- Naxçıvan MR Şərur rayonunda, Xaçmaz, Ucar, Lənkə-

ran, Salyan və Bərdə rayonunun seçilmiş pilot təsərrüfatla-

rında torpaq qeydiyyatı xidmətini, informasiya məsləhət

xidmətini, Sudan İstifadə edənlər Assosiasiyasını, özəl tə-

sərrüfatlarda kredit xidmətini təşkil etməkdən ibarət olmuş-

dur. 21 kənddə 6645 ailəyə torpaq mülkiyyəti hüququna dair

dövlət aktı və torpağın mülkiyyətə verilməsinə dair şəha-

dətnamələr verilmişdir.

İnformasiya və məsləhət komponenti üzrə Kənd Tə-

sərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi-

nin nəzdində İnformasiya və Məsləhət Mərkəzi yaradıl-

Page 120: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

119

mış, avadanlıq və nəqliyyatla təmin edilmiş, bu sahə üzrə

hər il müvafiq məsləhətçilər dəvət olunmuşdur. Mərkəz tə-

rəfindən rayonlarda sahibkarlara texnologiya, iqtisadiyyat,

hüquq və s. sahələr üzrə bilgilər verilməsi üçün seminarlar

keçirilmiş, broşuralar, bülletenlər hazırlanmış, informasiya

yayımı təşkil edilmişdir. 600-dən çox təsərrüfatda Sudan

İstifadə edənlər Assosiasiyası yaradılmış, hüquqi şəxs ki-

mi dövlət qeydiyyatından keçmişdir.

Kredit xidməti komponenti üzrə, yaşayış yerlərinin

inkişaf proqramı komponenti üzrə su təchizatı və drenaj

sisteminin təmir-bərpası komponenti üzrə layihədə nəzər-

də tutulan işlər müvəffəqiyyətlə həyata keçirilmişdir.

“Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layi-

həsi” Dünya Bankı tərəfindən həyata keçirilən investisiya

layihəsi olmaqla birinci mərhələsi üçün 33,6 mln ABŞ

dolları, 10 il müddətinə (1999-2009-cu il) həyata keçiril-

məsi üçün cəmi 100 mln ABŞ dolları həcmində vəsait ay-

rılması nəzərdə tutulmuşdur. Məqsəd ölkənin aqrar bölmə-

sində daşınmaz əmlakın qeydiyyatının aparılmasını təşkil

etməkdən, kənd təsərrüfatında sahibkarlar üçün informasi-

ya və məsləhət xidmətləri sistemini yaratmaqdan, kənd tə-

sərrüfatının maliyyələşdirilməsindən (yardımçı olmaqdan)

və kənd təsərrüfatının strategiyasını hazırlamaqdan ibarətdir.

Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ)

“Kənd təsərrüfatında özəl təşəbbüslərin dəstəklənməsi” la-

yihəsi 4 il ərzində həyata keçirilmişdir. Layihənin icrasına

1997-ci ildə başlamış və Zaqatala rayonunda həyata keçiril-

mişdir. Bu layihə vasitəsilə yeni iqtisadi şəraitə uyğun olar-

aq fermerlərə iqtisadi biliklər verilmiş, mühasibat, biznes

plan, bank işi, vergi, sığorta, statistika, qeydiyyat işi və s.

məsələlər öyrədilmişdir. Rayonun ayrı-ayrı kəndlərində

Page 121: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

120

mütəxəssislər hazırlanmış, 6000 fermerə müvafiq möv-

zularda təlim kursları keçirilmişdir. Layihənin yaxından

köməyi nəticəsində regional inkişaf proqramı hazırlanmış,

istehsal, infrastruktur, xidmət, sosial, mədəniyyət, təhsil,

maliyyə və s. sahələri əhatə edən seminarlar keçirilmişdir.

Xızı, Şabran, Siyəzən rayonlarında tətbiq olunan “İn-

teqrə edilmiş ərzaq təminatı” layihəsi Almaniyanın Texni-

ki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən, qrant layihəsi

kimi həyata keçirilmiş, icra müddəti 5 il olmuşdur.

Layihənin köməyi ilə Xızı rayonunda ictimai binalar

bərpa edilmiş, (500 hektar sahədə) əkin aparmaq üçün fer-

merlərə kredit kimi (115,9 ton) elit taxıl, 7 ton kartof toxu-

mu verilmiş, Yeni Yaşma qəsəbəsində içməli su sistemi

yenidən qurulmuşdur.

Layihənin köməyi ilə 608 ton taxıl toxumu, 58,2 ton

kartof toxumu, 202 kq tərəvəz toxumu paylanmış, 466 ha

əkin sahəsi sığorta edilmiş, 60 m2 nümayiş-təcrübə meyvə

bağı, 83 ha sahədə meşə salınmış, heyvandarlıq, bitkiçilik

üzrə tədqiqatlar, təlim kursları təşkil olunmuş, Almaniya-

ya seminarlara fermerlər və mütəxəssislər göndərilmişdir.

Kənd bələdiyyələri vasitəsilə sosial və istehsal infrastruk-

turlarının təşkilinə başlanmışdır. Təkcə 2003-cü ildə layi-

hə üzrə Xızı, Siyəzən və Şabran rayonlarında 276,4 min

ABŞ dolları həcmində işlər yerinə yetirilmişdir.

Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ)

“Aqrar siyasət məsləhəti” layihəsi İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi və aidiyyatı təşkilatlarla bir-

likdə həyata keçirilmişdir.

Birinci mərhələdə davamlı informasiya sisteminin

yaradılması, sonrakı mərhələlərdə isə strateji planlaşdır-

ma, strategiyanın bazasında siyasət tədbirləri paketinin ha-

Page 122: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

121

zırlanması, siyasət tədbirlərinin həyata keçirilməsi üçün

adekvat icra mexanizminin, informasiya-idarəetmə sistemi-

nin hazırlanması nəzərdə tutulmuşdur. Bunun üçün texniki

tapşırıqlar hazırlanmış, informasiya sistemi qurulmuş, sor-

ğular aparılmışdır. Aqrar siyasətin mikroiqtisadi qiymət-

ləndirilməsi, aqrar bölmədə inkişaf və siyasət istiqamətlə-

rində fəaliyyət davam etdirilir.

Göstərilənlərdən başqa, Niderland Hökumətinin

“Azərbaycanda kartof toxumçuluğunun inkişafı və onun

bazasının yaradılması” layihəsi iki il müddətində həyata

keçirilmişdir. Layihə çərçivəsində iş aparmaq üçün Tovuz

rayonunda 30 ha sahə ayrılmışdır. Hollandiyadan kartof

toxumu və becərmə üçün texnika gətirilmiş, kartof sax-

lamaq üçün anbar tikilmişdir. Gübrə və kimyəvi maddələr

alınmış, toxumluq kartof istehsal edən özəl fermerlər assosiasi-

yası yaradılmışdır. Bundan başqa, Gəncə, İsmayıllı, Abşe-

ron rayonlarında təcrübə sahələri yaradılmış, sahibkarların

sahələrdə təcrübə-sərgiləri keçirilmişdir.

“Azərbaycanda süni mayalama xidmətlərinin yaradıl-

ması” layihəsi 2000-2002-ci illər müddətində həyata keçi-

rilmişdir. Layihənin məqsədi Hollandiya Hökumətinin

qrantı əsasında Abşeron, Göyçay, İsmayıllı rayonlarında

süni mayalama xidmətinin yaradılmasını təşkil etməkdən

ibarət olmuşdur. Rektoservikal metodu üzrə süni mayala-

ma xidmətinin yerinə yetirilməsi üçün 20 texnik tədrisə

cəlb edilmiş, iki müxtəlif regionda yemçilik, süd istehsalı

və emalı üzrə 2 nümunəvi təsərrüfatın yaradılması nəzərdə

tutulmuşdu. Proqram çərçivəsində 20 texnik və 6 praktik

təsərrüfat mütəxəssisləri üçün tədris keçirilmiş, süni ma-

yalama obyektləri 26 dəst avadanlıqla təchiz olunmuşdur.

Layihə tərəfindən hazırlanmış mütəxəssislər (texniklər)

Page 123: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

122

Abşeron, Göyçay və İsmayıllı rayonlarında indiyədək

10000 başdan artıq inək və düyələri mayalamışlar. Layihə

çərçivəsində Azərbaycana 10 hektarlıq yonca və qarğıdalı

toxumları gətirilmişdir.

1998-2003-cü ildə Yaponiya Hökumətinin Qrantı (2

KR) hesabına “Azərbaycan Respublikasında ərzaq məh-

sullarının artırılması” layihəsi həyata keçirilmişdir. Azər-

baycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti

arasında imzalanmış Notalar Mübadiləsinə əsasən ərzaq

məhsulları istehsalını artırmaq məqsədilə 2 KR proqramı

çərçivəsində ayrılan Qrant hesabına respublikaya 1998-

2003-cü illərdə cəmi 773 ədəd texnika, о cümlədən, 207

ədəd kombayn, 212 ədəd traktor, 186 ədəd kotan, 148

ədəd taxılsəpən, 20 ədəd mala gətirilmiş, onlar 34 rayonun

ərazisində yerləşən 300 fıziki və hüquqi şəxsə icarəyə ve-

rilmişdir. Kənd təsərrüfatı maşınları icarəçilərə Nazirlər

Kabinetinin 7 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq olun-

muş qaydalara uyğun olaraq, 4 il müddətinə icarəyə veril-

mişdir.

Sahibkarlar xarici texnikanın istismar qaydalarını, bu

sahədə lizinq və icarədən istifadəni, maliyyə qurumları ilə

münasibətlərin formalaşmasını, məhsul istehsalçıları ilə

birlikdə xidmət işlərinin təşkili, onlarla müqavilə münasi-

bətlərinin qurulmasını və sair müasir iş üsullarını mənimsə-

mişlər.

Aqrar sahədə tətbiq edilən beynəlxalq layihələr sa-

hibkarların yeni vərdişlər əldə etmələrinə və sosial-iqtisadi

sahələr üzrə bilgilərinin artırılmasına, onların təşkilatlan-

malarına müsbət təsir göstərmiş, aşağıdakı məsələlərin

həllində böyük əhəmiyyət kəsb etmişdir:

- aqrar islahatların həyata keçirilməsinə kömək üçün

Page 124: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

123

siyasət istiqamətlərinin müəyyənləşdirilməsində, özəl sa-

hənin dəstəklənməsində;

- qabaqcıl təcrübənin, texnologiyaların və bazar iqti-

sadiyyatına əsaslanan sahibkarlıq vərdişlərinin yayılması

və təkmilləşdirilməsində;

- torpaq mülkiyyətçilərinin təşkilatlanmasında, tədris

xarakterli nümunəvi fermer təsərrüfatlarının yaradılmasında;

- seçilmiş pilot təsərrüfatlarda torpaq qeydiyyatı xid-

məti, informasiya məsləhət xidməti yaratmaqda, torpaq

mülkiyyətçilərinə mülkiyyət hüququna dair dövlət aktı və

şəhadətnamələr verilməsini təmin etməkdə;

- kənd təsərrüfatının ayrı-ayrı sahələrinin və emal sə-

nayesinin regionların təbii-iqlim şəraitinə və mövcud po-

tensiala uyğun inkişaf etdirilməsində,;

- kartof toxumçuluğunun, damazlığın və süni maya-

lanma xidmətinin istixana və gülçülüyün, yem istehsalının

inkişafı və onun bazasının yaradılmasında;

- kənddə özəl kredit xidmətinin yaradılması və kre-

ditləşmə metodlarının tətbiqində, sahibkarların kreditləşdi-

rilməsində;

- sahibkarlara kənd təsərrüfatının müxtəlif sahələri

üzrə alim və mütəxəssislər tərəfindən məsləhət və infor-

masiyalar verilməsində;

- pilot ərazilərdə istehsal və sosial infrastruktur tikil-

məsində, qurğular alınıb qurulmasında;

- aqrobiznes qurumlarının yaradılmasında, biznes

planların hazırlanmasında, kiçik biznesin təşkilində;

- bitki örtüyü və torpaqların inventarlaşdırılması və

bununla əlaqədar dəqiq məlumatlar əldə etməkdə, bunun

üçün milli kadrlar hazırlamaqda;

- bitki mühafizəsi və karantin, baytarlıq, elmi-texniki

Page 125: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

124

əməkdaşlığın inkişafı sahəsində;

- ölkədə daşınmaz əmlakın qeydiyyatı, kənd təsərrü-

fatının maliyyələşdirilməsində, su təchizatı, drenaj siste-

minin təmir və bərpasında;

- yeni iqtisadi münasibətlərlə əlaqədar sahibkarlara

mühasibat, bank işi, vergi, sığorta, statistika, qeydiyyat işi

və s. ilə əlaqədar məsələlər barədə məsləhətlər verilməsin-

də və s.

Kənd təsərrüfatında dünyanın nüfuzlu təşkilatları ilə

aqrar sahənin prioritet istiqamətləri üzrə əlaqələr genişlənir.

Fitosanitar xidmətinin gücləndirilməsi, Karantin Eksperti-

zası laboratoriyasının avadanlıqlarla təchiz edilməsinin

yaxşılaşdırılması, baytarlıq sahəsində fəaliyyətin gücləndi-

rilməsi üçün avadanlıqlar və vaksin alınması, təhlükəli

xəstəliklərlə mübarizə aparılması məqsədilə beynəlxalq

təşkilatlarla əlaqələr intensivləşdirilir.

Aqrar sahənin rolunu artırmaq, su və torpaq resursla-

rının səmərəliliyini yüksəltmək, yeni texnologiyaların tət-

biqi, idarəetmənin, bazar münasibətlərin təkmilləşdirilməsi,

kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişaf

etdirilməsi, bitki və heyvan xəstəlikləri, torpaqların erozi-

yasına, quraqlığa və səhralaşmaya qarşı mübarizə tədbir-

ləri və s. istiqamətlərdə ECO-ya üzv ölkələr arasında

əməkdaşlığın genişləndirilməsi məsələlərinin həlli məqsə-

dilə tədbirlər həyata keçirilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra və

ölkədə aqrar islahatların həyata keçirildiyi 20 ildən çox

dövr ərzində beynəlxalq elmi-tədqiqat mərkəzləri və insti-

tutları ilə də elmi əməkdaşlıq istiqamətində mütəmadi fəaliy-

yət davam etdirilmişdir. Taxıl seleksiyası və kadr hazırlığı

sahəsində CİMMYT təşkilatı ilə, genetik ehtiyatlar, to-

Page 126: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

125

xumçuluq, seleksiya və kadr hazırlığı sahələrində İCARDA

ilə, genetik ehtiyatların toplanması, saxlanması və istifadə

olunması üzrə İPGRİ ilə, yağlı və paxlalı bitkilərin gene-

fond mübadiləsi və seleksiya ilə bağlı İCRİSAT, aqrar

elmin islahatı sahəsində İSNAR ilə əməkdaşlıq aparılır.

Kənd təsərrüfatında elmi-tədqiqat işləri sahəsində əmək-

daşlığın daha da genişləndirilməsi və qarşılıqlı informa-

siya-təcrübə mübadiləsində müntəzəm iş aparılır.

Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıqla

yanaşı, inkişaf etmiş ölkələr və region ölkələri, onların

müvafiq qurumları ilə ikitərəfli əlaqələrin genişləndirilmə-

si istiqamətində də məqsədyönlü fəaliyyət göstərilir.

3.3. Aqrar islahatlar, müxtəlif növlü təsərrüfat forma-

larının yaradılması və idarə edilməsi sisteminin tək-

milləşdirilməsi.

Bazar münasibətlərinin formalaşmasında dövlətin

aqrar siyasətinin əsas istiqamətlərindən və aqrar islahatla-

rın həyata keçirilməsinin əsas vəzifələrindən biri kənd tə-

sərrüfatında torpaq və əmlak üzərində yeni mülkiyyət mü-

nasibətlərinin yaradılmasıdır.

Bazar iqtisadiyyatına uyğun aqrar sahədə xüsusi

mülkiyyətə əsaslanan müxtəlif təsərrüfat formalarını ya-

ratmaq və sahibkarlığı inkişaf etdirmək üçün mövcud qa-

nunvericiliyə uyğun olaraq islahat aparılan hər bir təsər-

rüfat üzrə torpaq və əmlak payı almaq hüququ olan sub-

yektlər müəyyən edilmişdir. “Sovxoz və kolxozların isla-

hatı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü

maddəsində göstərilir ki, sovxoz və kolxozların daimi işçi-

ləri və üzvləri, sovxoz və kolxozdan təqaüdə çıxmış şəxs-

lər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət or-

Page 127: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

126

qanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş

şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hü-

ququ olan subyektlərdir. Həmin qanunun 9-cu maddəsinə

görə dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı

özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan

müəssisələrə bölünür. Dövlət əhəmiyyətli müəssisələrin

yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb

olunan əmlak dövlət mülkiyyətində saxlanılır, qalan əmlak

özəlləşdirilir. Əmlak payı almaq hüququ olan şəxslərin qə-

rarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa

əsaslanan xüsusi mülkiyyətə verilir. Beləliklə, aqrar sahə-

də xüsusi mülkiyyətin formalaşmasına və iqtisadi fəaliy-

yət növü olan aqrar sahibkarlığın inkişafına imkanlar yara-

dılmışdır. Əsas məqsəd ölkə əhalisinin və emal sənayesi-

nin tələb olunan kənd təsərrüfatı məhsullarına və xidmət-

lərə tələbatının ödənilməsini yaxşılaşdırmaqdan, dövlətin

mənafeyinə uyğun milli aqrar bazarın formalaşdırılmasını,

sosial-iqtisadi inkişafın surətləndirilməsini təmin edən aq-

rar istehsalı təşkil etməkdən ibarətdir.

Müasir dövrdə dərin inqilabi mahiyyətinə, yaradıcı

potensialın və insan amilinin imkanlarının həyata keçiril-

məsinə görə Azərbaycanda aparılan iqtisadi islahatlar XX

əsrin mühüm əlamətdar hadisələrindən biridir. İqtisadi is-

lahatların mühüm obyekti olan aqrar islahatların həyata

keçirilməsinin əsas istiqamətlərindən biri aqrar sahədə tor-

paq və əmlak payı almış payçıların müxtəlif növlü könüllü

təsərrüfat formalarının yaradılmasıdır. Mövcud qanunveri-

ciliyə görə müxtəlif növlü təsərrüfatlar, mülkiyyət münasi-

bətlərindən və təsərrüfatçılıq formalarından asılı olaraq

aqrar sahənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla sər-

bəst yaradılır. Torpaq və əmlak üzərində mülkiyyət müna-

Page 128: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

127

sibətləri və müxtəlif növlü təsərrüfatların aşağıdakı təşki-

lati hüquqi formalarının yaradılması nəzərdə tutulur:

1)kəndli (fermer) təsərrüfatı, 2) şəxsi yardımçı təsərrüfat,

3) birgə təsərrüfat, 4) kooperativ, 5) şərikli, payçı və şərik-

li təsərrüfat, 6) səhmdar cəmiyyət, 7) torpaq və əmlak üzə-

rində dövlət mülkiyyətinə əsaslanan dövlət kənd təsərrü-

fatı müəssisələri (məhdud məsuliyyətli səhmdar cəmiyyə-

ti), 8)müəssisələr birliyi formasında fəaliyyət göstərən bir-

liklər, assosiasiyalar (ittifaqlar) və s.

Aqrar sahədə fəaliyyət göstərən həmin təsərrüfat for-

malarının hamısı dövlət qanunları ilə eyni səviyyədə mü-

dafiə olunur.

İslahatın aparılmasında sosial ədalət və könüllülük

əsas prinsip olduğu və təsərrüfat formalarının seçilməsin-

də payçıların rəyi nəzərə alındığı üçün inzibati qaydada bir

təsərrüfat formasının başqa formaya çevrilməsinə və ya

ləğv edilməsinə yol verilmir.

Məlumdur ki, kolxoz və sovxozlarda istehsal ümumi

marağın təmin edilməsi əsasında formalaşmışdı və şəxsi

maraq olmadığından ümumi maraq təmin olunmurdu. Hər

kəsin son nəticədə xüsusi payı məlum olmadığından onlar

aqrar münasibətlərdə işçi kimi çıxış edirdi və ona görə də

istehsala maraq azalmışdı. Bu isə istehsal potensialından

səmərəli istifadəyə imkan vermirdi. Göstərilənlərlə əlaqə-

dar mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi zərurəti

meydana çıxmışdır.

Yerli istehsalın iqtisadi cəhətdən stimullaşdırılması,

aqrar bazarın səmərəli formalaşdırılması, bazar münasibət-

lərinin təkmilləşdirilməsi, yeni iqtisadi münasibətlərə uy-

ğun təsərrüfat formalarının yaradılması və idarə edilməsi

dövlətin aqrar siyasəti ilə əhatə olunmasından asılıdır. Bu-

Page 129: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

128

nunla əlaqədar bir sıra amillər nəzərə alınmalı, yeni təsər-

rüfat formalarının səmərəli fəaliyyəti üçün normativ-hüqu-

qi əsaslar yaradılmalı, onların maddi-texniki resurslarla tə-

minatı, müdafiəsi və stimullaşdırılması, istehsal-iqtisadi

əlaqələr qurulması, onların fəaliyyətinə müdaxilələrin ara-

dan qaldırılması, sosial-iqtisadi inkişaf mexanizmlərinin

düzgün qurulması sahibkarların maraq və mənafeləri baxı-

mından tənzimlənməlidir. Sahibkarlığa əsaslanan bütün tə-

sərrüfat formalarında iqtisadi və hüquqi tənzimləmə aqrar

sahədə azad rəqabətin yaradılmasına yardım göstərməlidir.

Müxtəlif təsərrüfatların yaradılması və səmərəli fəaliyyət

göstərməsi onların düzgün formalaşmasından, əsaslandı-

rılmış təşkilati-iqtisadi mexanizmlərin və amillərin nəzərə

alınmasından asılıdır. Təsərrüfat formaları təşkil edilərkən

aşağıdakı amillərin nəzərə alınması lazımdır:

1) Təsərrüfat formasının fəaliyyəti üçün zəruri nor-

mativ-hüquqi təminatın, əsasların olması;

2) Hər bir yerin, rayonun spesifik xüsusiyyətləri,

adət-ənənələri, torpaq-iqlim şəraiti, infrastrukturu;

3) Təsərrüfat formasının inkişafını təmin etmək üçün

səmərəli iqtisadi mexanizmin olması (maliyyə, kredit, ver-

gi, sığorta, idarəetmə, stimullaşdırma, qiymət, proqnozlaş-

dırma, kooperasiya, bazarın qorunması, satış, təchizat, tə-

darük sistemi və s.);

4) Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün aqrar

istehsal, texniki, texnoloji, iqtisadi, təşkilati, hüquqi və s.

biliklərin, yetərli informasiyanın olması və s.

Aqrar sahədə təsərrüfat formaları yaradılarkən digər

sosial-iqtisadi məsələlərin və amillərin nəzərə alınması da

vacibdir. Çünki, aqrar sahədə sahibkarlıq formasının sə-

mərəli fəaliyyətinə torpaq, texnika, əmək və maliyyə ehti-

Page 130: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

129

yatlarından səmərəli istifadə etməsi, elmi-texniki tərəqqi-

nin nailiyyətlərinin istehsala tətbiqi, qabaqcıl texnologiya-

dan və xidmətlərdən istifadə amilləri əhəmiyyətli təsir

göstərir. Sahibkar məhsul istehsalında və xidmətlər göstər-

məkdə istehsal, texniki, əmək, maliyyə ehtiyatlarından və

intellektual potensialdan istifadə etməkdə, satışda və sə-

rəncam verməkdə sərbəstdir. Sahibkar öz mülkiyyətinə

əsaslanan qazanc əldə etmək məqsədi ilə özünün və ailəsi-

nin, həmçinin başqalarının ehtiyaclarını ödəyən məhsullar

istehsal edən və xidmətlər göstərən bunun üçün istehsal,

texniki, təşkilati, texnoloji, iqtisadi, intellektual və s. amillər-

dən səmərəli istifadə etməyi bacaran maraq əsasında (və

ya bir təşkilat qurmaqla) riskə getməyə hazır olan bir şəxs-

dir. Deməli, sahibkarlığın əsas funksiyaları: 1) istehsal və

xidmət göstərərək riski üzərinə götürmək; 2) məhsul və

xidmətlər göstərməklə istehsal, texniki, təşkilati, texnoloji,

iqtisadi və s. amillərdən səmərəli istifadə etməklə özünün

və ailəsinin, həmçinin başqalarının ehtiyaclarını ödəmək-

dir. Sahibkarın bu ikinci funksiyası idarəetmə funksiyası-

dır və o, həmdə idarəedicidir. Sahibkarın yerinə yetirdiyi

iş isə sahibkarlıq fəaliyyəti adlandırılır.

Aqrar sahədə islahatların həyata keçirilməsi nəticə-

sində kolxoz və sovxozlar ləğv olundu, bu, müxtəlif mül-

kiyyətə əsaslanan təsərrüfatların yaradılmasına, sahibkarlı-

ğın formalaşmasına və fəaliyyət göstərməsinə əlverişli şə-

rait yaratdı. İslahat aparılan əmlak və torpaq payları alan

subyektlər təsərrüfat formasını sərbəst seçə və aşağıdakı

formada metodoloji cəhətlər nəzərə alınmaqla müxtəlif

növlü təsərrüfatların təşkilati-hüquqi formalarını yarada

bilərlər:

Kəndli (fermer) təsərrüfatları .Əvvəllər kəndli (fermer)

Page 131: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

130

təsərrüfatlarının təşkili və fəaliyyətinin iqtisadi, sosial və

hüquqi əsasları “Kəndli (fermer) təsərrüfatı haqqında”

Azərbaycan Respublikası qanunu ilə tənzimlənirdi. 2002-ci

ilin aprel ayında həmin qanun qüvvədən düşmüşdür. Ha-

zırda qüvvədə olan “Aqrar islahatının əsasları haqqında”,

“Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq

islahatı haqqında” qanunlarda özəlləşdirilən torpaqlarda

könüllülük əsasında müxtəlif təsərrüfat formalarının seçil-

məsinə təminat verilir və onların fəaliyyətinə bərabər şə-

rait yaradılır. “Sovxoz və kolxozların islahatı haqqında”

qanuna müvafiq olaraq sovxoz və kolxozların əmlakı və

torpağı bölündükdə kəndli (fermer) təsərrüfatları yaradıla

bilər. Belə təsərrüfat formasının yaradılması və fəaliyyəti

2002-ci ildən Respublikanın Mülki Məcəlləsi ilə tənzim-

lənir. Həmin təsərrüfat hazırda Dövlət Statistika Komi-

təsində hüquqi şəxs statusuna malik müstəqil təsərrüfat

subyekti kimi uçota alınmışdır.

Bazar münasibətləri şəraitində fəaliyyət göstərən öl-

kələrin təcrübəsi göstərir ki, azad sahibkarlıq və rəqabət

üçün şərait yaratmadan, torpaq və əmlakın sahibi olmadan

mülkiyyət münasibətləri yaratmaq mümkün deyildir.

Mövcud qanunvericiliyə görə, hazırda torpaq və

əmlak payı alan mülkiyyətçinin torpaq və əmlakını sat-

maq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəliyə və

icarəyə vermək hüququ vardır.

Şəxsi yardımçı təsərrüfatlar. Aqrar sahədə həmişə

şəxsi yardımçı təsərrüfatlar mövcud olmuşdur. Mövcud

qanunverciliyə uyğun olaraq özəlləşdirilən torpaq və əm-

lak hesabına şəxsi yardımçı təsərrüfat yaradıla bilər. Və-

təndaşların qanuni istifadəsində və ya icarəsində (fərdi ya-

şayış evlərinin, həyətyanı sahələrin, kooperativ bağların,

Page 132: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

131

bağçılıq təsərrüfatının idarəçiliyində) olan torpaqlar əvəz-

siz olaraq onların mülkiyyətinə verilir. Onlara torpağın

mülkiyyət hüququna dair şəhadətnamə verilir. Şəhadətna-

mədə tikinti altında olan sahə (yaşayış evi, başqa tikililər),

əkin (suvarılan və dəmyə), çoxillik əkmələr (suvarılan və

dəmyə) göstərilməklə, bonitet balı və sahənin dəyəri (ma-

natla) göstərilir. Şəhadətnamə, ailə tərkibi üzrə hər bir şəx-

sin adı və soyadı göstərilməklə ailə başçısının adına veri-

lir. Bununla yanaşı, özəlləşdirilən torpaqlardan pay alan

vətəndaşlar, onu şəxsi yardımçı təsərrüfat kimi istifadə edə

bilər.

Həmin torpaqlar əkin, dincə qoyulmuş torpaqlardan,

çoxillik əkmələrdən ibarət ola bilər. Ona görə də həyətya-

nı sahələrdən fərqli olaraq özəlləşdirilən torpaqlardan dü-

şən pay hesabına şəxsi yardımçı təsərrüfat yaradılır. Kənd-

li təsərrüfatı təşkil edildiyi kimi yardımçı təsərrüfat yara-

dana torpağa mülkiyyət hüququna dair dövlət aktı veril-

məlidir. Başqa sözlə, torpağa mülkiyyət hüququ olan və-

təndaş kəndli (fermer) təsərrüfatı da yarada bilər, şəxsi

yardımçı təsərrüfat da. Torpaq alqı-satqı müqavilələrinin

predmeti olduğu üçün şəhadətnamədə və dövlət aktında

torpağın dəyəri göstərilir. Hazırda yardımçı təsərrüfatlar

bazarın əmtəə tələbatının ödənilməsində və ərzaq təmina-

tında mühüm rol oynayırlar.

Birgə təsərrüfatlar. Məlumdur ki, sosialist inqilabın-

dan əvvəl də kəndlilərin könüllü birləşməsi əsasında kol-

lektiv təsərrüfat formaları yaradılmış, ictimailəşmə səviy-

yəsinə və gəlirin bölünməsi üsuluna görə onlar kənd təsər-

rüfatı kommunası, torpağı birgə becərmə şirkəti (toz) və

kənd təsərrüfatı arteli (kolxoz) kimi fəaliyyət göstərmişdir.

İyirminci əsrin ikinci onilliyində kənd təsərrüfatı kommu-

Page 133: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

132

nalarında bütün istehsal vasitələri ictimailəşdirilmişdi,

kommuna üzvlərinin şəxsi təsərrüfatı yox idi, onların bü-

tün ehtiyacları ictimai təsərrüfat hesabına təmin olunurdu,

gəlirləri bərabərçilik prinsipi üzrə bölüşdürülürdü. Kom-

muna öz üzvlərinin ehtiyaclarını təmin etmədiyi üçün son-

ralar torpağı birgə becərmə şirkətləri (toz) meydana gəldi.

Burada əmək və torpaq ictimailəşdirilmiş, istehsal vasitə-

ləri isə kəndlilərin öz əllərində saxlanılmışdı və kənd tə-

sərrüfatı işlərı zamanı birlikdə istifadə olunurdu. Torpağı

birgə becərmə şirkətləri kənd təsərrüfatı arteti (kolxoz) ya-

ranmasına əlverişli zəmin hazırladı, istehsal vasitələri icti-

mailəşdirildi, istehsal kollektiv əmək əsasında quruldu.

Əmək ictimai xarakter daşımaqla, gəlir əməyə görə bölüş-

dürülürdü. Kolxozlar, kooperativlər müəyyən müddət

kənd təsərrüfatı məhsulu istehsalının artırılmasında müəy-

yən rol oynadı, inkişaf yolu keçdi. Kənd təsərrüfatının di-

gər təşkilat forması sovxozlar dövlət mülkiyyəti əsasında

fəaliyyət göstərmiş və istehsal etdiyi məhsul bütünlükdə

dövlətə məxsus olmuşdur.

Kənd təsərrüfatında kolxozlar istehsal kooperasiyası-

nın təkmilləşmiş forması olmaqla istifadə etdiyi torpaq

ümumxalq mülkiyyətində idi. Kolxoz, əməyin kollektiv

təşkilinə, üzvlərinin məhsula sərəncam vermək səlahiyyəti

olmaqla, onun idarə edilməsi demokratik prinsiplərə əsas-

lanırdı. Bütün bunlara baxmayaraq, kolxoz, ümumi məna-

feləri xalqın mənafeyi ilə əlaqələndirməyə imkan vermədi,

istehsalın nəticələrinə görə şəxsi maddi marağı təmin et-

mədi, istehsalın idarə edilməsində demokratik prinsiplər

pozuldu, kolxozun nizamnaməsində nəzərdə tutulan təd-

birlərin həyata keçirilməsinə şərait yaradılmadı və iqtisadi

inkişaf sürəti aşağı düşməyə başladı.

Page 134: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

133

Məlumdur ki, iqtisadi inkişaf sürətinin aşağı düşməsi

labüd surətdə ictimai istehsala və sərvətə sahiblik münasi-

bətini zəiflətmiş, ictimai fəallığın aşağı düşməsinə səbəb

olmuş, cəmiyyətdə inamsızlıq yaratmışdı. Bununla yanaşı,

ictimai sərvətin xalqa məxsus olmaması, zəhmətsiz gəlir-

lər əldə etməyə şərait yaradırdı.

İndiyədək mövcud olmuş ümumxalq mülkiyyəti və

mülkiyyət münasibətlərində cəmiyyət üzvlərinin istehsal

vasitələrinin sahibi kimi mövcud olması və istehsal, bölgü

və istehlakda fərqlərin qalması, ictimai istehsala verdikləri

əmək töhfəsinin səviyyəsindən asılı olmadan tələbatın

ödənilməməsi nəticədə ictimai mənafeyə etinasız münasi-

bətlə səciyyələnirdi. Ona görə də kolxoz üzvləri və sovxoz

fəhlələrinin əmək töhfəsinin müxtəlifliyi nəzərə alınmadı-

ğı üçün bərabərsizlik yaranmış, istehlakın əmək ölçüsün-

dən asılılığı zəifləmiş, ədalət prinsipi pozulmuş, zəhmət-

keşlərin istehsalın idarə edilməsində iştirakı formal xarak-

ter daşımağa başlamışdı. Ümumxalq (dövlət) və koope-

rativ (kolxoz) mülkiyyəti öz məzmununa uyğun inkişaf et-

mədi və deformasiyaya uğradı, çünki bu mülkiyyət əslində

dövlətin (nazirliklərin sahibliyi və sərəncamı ilə) onların

inhisarına keçmişdi, Odur ki, işçi özünü istehsalın real sa-

hibi hiss etmədiyindən, onun inkişafına da maraq göstər-

mirdi. Bununla əlaqədar istehsal münasibətlərinin tə-

biətində istehsal vasitələrinin vahid sahibi olan zəhmətkeş-

lər cəmiyyəti ilə onların şərikli sahibi olan hər bir üzv ara-

sında ziddiyyət mövcud olmuşdur.

Bununla belə, mövcud qanunvericilikdə özəlləşdiri-

lən torpaq və əmlak hesabına birgə sahibkarlığa əsaslanan

təsərrüfatların yaradılması nəzərdə tutulmuşdur. Fikrimiz-

cə, xüsusi mülkiyyətə verilmiş torpaq və əmlakın birgə sa-

Page 135: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

134

hibkarlığı, istehsal-təsərrüfat işlərinin mərkəzləşdirilməsi-

nə, mənafelərin və ədalətin pozulmasına səbəb ola bilər.

Çünki, belə təsərrüfat üzvlərinin torpaq və əmlak payları

müxtəlif olduğu üçün payçıların istehsala münasibəti,

fəaliyyəti və s. ilə əlaqədar son nəticəyə görə məsuliyyət,

maraq təmin edilə bilməz və son nəticənin bölüşdürülmə-

sində uyğunsuzluqlar meydana çıxa bilər. Birgə mülkiyyət

heç də “kollektiv” mülkiyyət forması mənasını daşımama-

lıdır. Burada əmlak və torpaq üzərində mülkiyyətin özəl,

könüllü əsaslarla əlaqələndirilməsi əsas şərt kimi nəzərdə

tutulmalıdır. Başqa sözlə, əmlak və torpaq payı almış mül-

kiyyətçilər istehsal və xidmət sahələrini inkişaf etdirmək

üçün birləşə, kooperasiya və inteqrasiya əlaqaləri yarada

bilərlər. Bu birləşmələrdə mənafelərin əlaqələndirilməsi

üçün hüquqi şəxslər və sahibkarlar iştirak edə bilər.

Göstərilənlərlə yanaşı, qeyd etmək lazımdır ki, 1996-cı

ilin 24 iyununda aqrar islahatların gedişi vəziyyətinə və

“Torpaq islahatı haqqında” qanun layihəsinin müzakirəsinə

həsr olunmuş müşavirədə Respublika Prezidenti H.Əliyev

göstərmişdir ki “Torpaq islahatından sonra bir proses-tə-

mərküzləşmə prosesi gedəcəkdir. Bəli, bu proses şübhəsiz

gedəcəkdir. О şəxslər, о mülkiyyətçilər, yaxud torpağa

bağlı olacaq, torpaqdan səmərəli istifadə edə biləcək və

onların ətrafında о xırda torpaq sahələri də bəlkə birləşə-

cəklər. Amma bu, prosesin ikinci mərhələsidir. Bu, artıq

təbii, obyektiv proses olacaqdır”.

Kooperativlər. Kənd təsərrüfatında müxtəlif təsərrü-

fat formalarının təşkilati-hüquqi formalarından biri koope-

rativlərdir. Yerli şəraitin tələblərindən irəli gələn, fərdi is-

tehsalçı əməyinə əsaslanan kooperativlər məhsul istehsalı-

nın artırılmasında dövlət əhəmiyyətli məsələ olmasına

Page 136: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

135

baxmayaraq, idarəetmə aparatındakı mühafizəkarlıq, de-

mokratik prinsiplərin pozulması, inzibatçılıq, məhsul is-

tehsalı və satılması üçün əsassız olaraq şərait yaradılmadı-

ğı halda maliyyə orqanlarının gəlir vergisi tutması, onların

mənafeyini müdafiə edən təşkilatın olmaması və bir sıra baş-

qa maneələr kooperatıvlərin işləməsinə imkan verməmişdir.

Hazırda mülkiyyət formasının təkmilləşdirilməsi ilə

əlaqədar fəaliyyət xarakterinə görə istehsal, istehlak və qa-

rışıq növlü (istehsal-istehlak) kooperativlərin fəaliyyəti

Respublikanın Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin

Məcəlləyə müvafiq olaraq hər bir torpaq və əmlak payı al-

mış 5 nəfərdən az olmadan fiziki və ya hüquqi şəxs koope-

rativ yarada bilər. Hazırda yaradılan kooperativlər əvvəlki

kooperativ quruluşunun varisi - davamı deyil, radikal əsas-

larla fəaliyyətə - mülkiyyətçilərin müstəqil sahibkarlığına,

onun inkişafına əsaslanır. Kooperativlər əmlak və torpaqla-

rını birgə istifadə etməklə, iqtisadi mənafelərini həm birgə,

həm də fərdi şəkildə həyata keçirirlər. Respublikamızda hər

bir fərdin xüsusi mülkiyyətinə əsasən yaradılan kooperativ-

lər aqrar bölmənin inkişafında aparıcı rola malik ola bilər.

Şərikli, payçı və şərikli təsərrüfatlar.Azərbaycan Res-

publikasının Mülki Məcəlləsinə müvafiq olaraq şərikli,

payçı və şərikli müəssisələr müəssisələrin təşkilati-hüquqi

formalarından biri kimi fəaliyyət göstərməsi nəzərdə tutu-

lur. Aqrar islahatı nəticəsində xüsusi və qarışıq mülkiyyətə

əsaslanan azı iki fiziki və ya hüquqi şəxs tərəfindən müqa-

vilə əsasında təsis edilə bilər. Müəssisənin şərikləri onun

öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə mə-

suliyyət daşıyırlar. Müəssisəyə sonradan daxil olan şərik

onun əvvəlki borcuna və həm də müəssisədən çıxdıqda

borcuna görə məsuliyyət daşıyır.

Page 137: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

136

Xüsusi mülkiyyətə əsaslanan bir payçı və şərikli

müəssisə azı bir şərik və payçı tərəfindən təsis edilir. Şərik

və payçı həm fiziki, həm də hüquqi şəxs ola bilər. Şərik

müəssisənin öhdəliklərinə və borcuna görə bütün əmlakı

ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində mə-

suliyyət daşıyırlar. Şərik müəssisənin idarə heyəti üzvlə-

rinin seçilməsində, şərik və payçılar isə nizamnamə müddə-

alarının qəbul edilməsində səs vermək hüququna malikdir.

Kənd təsərrüfatında şərikli, payçı və şərikli təsərrü-

fatlar fəaliyyət xarakterinə görə daha çox qarışıq növlü ko-

operativlərə uyğun gəlir.

Səhmdar cəmiyyəti. “Sovxoz və kolxozların islahatı

haqqında” qanuna və Respublikanın Mülki Məcəlləsinə

müvafiq olaraq kənd təsərrüfatı məhsullarını emal edən

müəssisələrdə səhmdar cəmiyyətləri yaradıla bilər. Səhm-

dar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məq-

sədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə for-

malaşdıran fiziki və hüquqi şəxslərin könüllü razılığı əsa-

sında yaradılan təsərrüfatçılıq formasıdır. Cəmiyyət açıq

və qapalı formada fəaliyyət göstərə bilər. Qapalı cəmiyyət

-səhmləri yalnız təsisçilər arasında bölüşdürə bilər. Açıq

tipli cəmiyyət isə səhmləri müstəqil özəlləşdirilə bilən cə-

miyyətdir. Kənd təsərrüfatında torpaq və əmlak payı almış

fiziki və hüquqi şəxslərin səhmdar cəmiyyətinin yaradıl-

ması, idarə edilməsi və fəaliyyəti Azərbaycan Respublika-

sının Mülki Məcəlləsi ilə “Sovxoz və kolxozların islahatı

haqqında” qanunla və digər qanunvericilik aktları ilə tən-

zimlənir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respub-

likasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləş-

dirilməsinin Dövlət Proqramı” dövlət mülkiyyətində olan

kənd təsərrüfatı istehsalı müəssisələrinin, torpaq və mənzil

Page 138: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

137

fondunun özəlləşdirilməsini tənzimləmədiyinə görə “Sov-

xoz və kolxozların islahatı haqqında” qanuna müvafiq

olaraq xüsusi mülkiyyətçilərin payları torpaq və əmlakın

ümumi dəyəri hesabına səhmdar cəmiyyətinin nizamnamə

fondu yaradıla bilər. Həmin fiziki və ya hüquqi şəxslər tor-

paq və əmlak paylarına müqabil səhmlər ala bilərlər. Bu-

nunla yanaşı, təsərrüfat üzrə bütövlükdə və ya onun his-

səsi əsasında səhmdar cəmiyyəti yarana bilər.

Dövlət mülkiyyətinə əsaslanan dövlət kənd təsərrüfa-

tı müəssisəsinin yaradılması. Kənd təsərrüfatında müxtəlif

növlü müəssisələrin təşkilati-hüquqi formalarından biri də

dövlət mülkiyyəti əsasında yaradılan dövlət kənd təsərrüf-

atı müəssisələridir. Belə müəssisələr, sovxozların dövlət

mülkiyyətində qalan hissəsi əsasında yaradılır. Mövcud

qanunvericiliyə əsasən dövlət həmin müəssisələrə yalnız

onların əsas istehsal istiqamətinə aid məhsullara sifariş

müəyyən edir. Qalan məhsullarının sərbəst sərəncamçısı

olmağa müəssisəyə tam səlahiyyət verilmişdir. Dövlət

kənd təsərrüfatı müəssisəsi istehsal-təsərrüfat fəaliyyətini

sərbəst həyata keçirməklə tam təsərrüfat hesabı əsasında

işləyir.

Müəssisənin fəaliyyətini təmin etmək üçün dövlət,

onların maddi-texniki təchizatına, maliyyə-kredit resursla-

rına tələbatının ödənilməsinə, sosial inkişaf məsələlərinin

həllinə təminat verir. Mövcud qanunvericiliyə əsasən bit-

kiçilikdə taxılçılıq, pambıqçılıq, kartofçuluq, tingçilik, tə-

rəvəzçilik, toxumçuluq, həmçinin maldarlıq, qoyunçuluq

üzrə damazlıq təsərrüfatlarının torpaqları dövlət mülkiyyə-

tində saxlanılır. Aqrar bölmədə dövlət mülkiyyətində elmi-

tədqiqat və tədris müəssisələri, onların təcrübə və sınaq

bazaları, baytarlıq və bitki mühafizə obyektləri, balıqartır-

Page 139: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

138

ma müəssisələri, təbiəti mühafizə obyektləri, qoruqlar,

meliorasiya və su təsərrüfatı obyektləri, maşın-sınaq stan-

siyaları və digər dövlət əhəmiyyətli obyektlər saxlanılır.

Müəssisələr birliyi formasında fəaliyyət göstərən bir-

liklər, assosiasiyalar. Mövcud qanunvericiliyə görə müəssi-

sələr birliyi formasında fəaliyyət göstərən birliklər, asso-

siasiyalar (ittifaqlar) və digər formada müəssisələrin, tə-

sərrüfatların, kooperativlərin təşkilati-hüquqi formaları ya-

radıla bilər. Bu birlik və assosiasiyalar fəaliyyətlərini əla-

qələndirmək, hüquq və mənafelərinin dövlət və digər or-

qanlarda, təşkilatlarda, beynəlxalq təşkilatlarda təmsil

olunması və digər məqsədlər üçün könüllülük, sahə, ərazi

və digər prinsiplər və müvafiq nizamnamə əsasında təsis-

çilər tərəfindən yaradıla bilər. Müxtəlif istehsal-təsərrüfat

işlərinin və digər funksiyaların mərkəzləşdirilmiş qaydada

yerinə yetirilməsi kəndli təsərrüfatı, istehsal kooperativi

və kiçik müəssisələrin razılaşdırılmış qərarı əsasında mü-

vafiq birliyə və assosiasiyalara həvalə oluna bilər. Nəzərə

almaq lazımdır ki, bu birlik və assosiasiyalar müvafiq

qanunvericilik aktları ilə tənzimlənir.

Qeyd edilənlərlə yanaşı, kolxoz və sovxozların mül-

kiyyətində olan maşın-traktor, avtomobil parkları, təmir-

tikinti emalatxanaları, suvarma şəbəkələri, anbar və yana-

caq təsərrüfatları, zoobaytar xidməti obyektləri, dəyirman-

lar və s. əmlak payçılara verilməklə xüsusi mülkiyyətə

əsaslanan xidmət müəssisələri və ya (bölünməsi mümkün

olmadıqda) paylar bilinməklə payçıların razılığı ilə yeni

müxtəlif mülkiyyət forması yaradıla bilər.

Bununla yanaşı, torpaq payı alanların əksəriyyəti hə-

ləlik heç bir qurum yaratmamış, fiziki şəxs kimi fəaliyyət

göstərirlər. Onlar öz torpaq paylarından əsasən şəxsi yar-

Page 140: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

139

dımçı təsərrüfat kimi istifadə edirlər. Lakin təcrübə göstə-

rir ki, belə şəxslər gec-tez özlərinin maraq dairəsində olan

ortaq problemləri həll etmək üçün başqa mülkiyyətçilərlə

hər hansı bir formada birləşməli olacaqlar. Çünki, elə

problemlər var ki, onları təkbaşına həll etmək mümkün

deyildir. Məsələn, kənddə su qıtlığı, məhsulun becərilmə-

si, vaxtında toplanması, satışı, saxlanması, emalı, bankın

kredit xidmətindən və digər xidmətlərdən istifadə və s.

əlaqədar kooperasiya əlaqələri yaratmalı, birləşməli və ya-

xud yeni əmlak və torpaq almalı (icarəyə götürməli) fəaliy-

yətinin iqtisadi səmərəliliyini təmin etməlidir.

Dövlət mülkiyyəti əsasında yaradılan məhdud məsu-

liyyətli cəmiyyətlər (toxumçuluq və damazlıq təsərrüfatları)

“Azərbaycan Respublikasının Dövlət Mülkiyyətinin özəl-

ləşdirilməsinin Dövlət Proqramı”na (1998) uyğun ləğv

edilərək özəlləşdirilə bilər. Bəzi digər təsərrüfat formaları isə

fəaliyyətlərini müxtəlif səbəblərdən dayandırmışlar. Ölkə-

də torpaq payı almış cəmi 872 min ailədən hazırda müəy-

yən səbəblərdən (pay torpağını başqasına icarəyə verdiyi

üçün, becərmə aparmadığı üçün və s.) faktiki 842 min ailə

fiziki şəxs kimi fəaliyyət göstərir.Məlumatların təhlili gös-

tərir ki, aqrar sahədə təsərrüfat formalarının yaradılması

və fəaliyyəti həm respublikanın iqtisadi rayonları, həmdə

həmin iqtisadi rayonların tərkibindəki inzibati rayonlar üz-

rə xeyli fərqlənir. Bunun əsas səbəblərindən biri iqtisadi

rayonların təbii iqlim, torpaq, əmək ehtiyatları, istehsalın

yerləşməsi və ixtisaslaşması ilə bağlıdırsa, digər səbəblər-

dən biri təsərrüfat formalarının yaradılması və fəaliyyət

meyllərinin zəif olmasıdır.

Page 141: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

140

Cədvəl 3.1.

Aqrar sahədə fəaliyyət göstərən müxtəlif təsərrüfat

formaları.

Təsərrüfat formaları (vahid) İllər

2003 2010

Kolxoz-sovxozlar, təsərrüfatlararası birlikləri 1970 2

Dövlət müəssisələri (məhdud məsuliyyətli

cəmiyyət) 41 36

Səhmdar cəmiyyətləri 22 21

Baş məşğulluq idarəsinin müəssisələri 90 86

Sair dövlət təsərrüfatları 154 138

Kollektiv müəssisələr 1022 1191

Kəndli fermer təsərrüfatı (hüquqi şəxslər) 2534 2618

İstehsal kooperativləri 157 73

Aqroservis müəssisələri 25 55

Torpaq payı alan ailələrin (fiziki şəxslərin)

təsərrüfatları (min ailə) 831,1 843,0

Digər səbəblərdən biri kənd təsərrüfatı məhsulları is-

tehsalçıları istehsal etdikləri məhsulu realizə edə bilməmə-

sidir. Yaxud, məhsulu təhvil vermək üçün emal müəssisə-

lərinin azlığı və ya texnologiyanın köhnə olması üzündən

müəssisənin dayanması və bəzi hallarda istehsalçının hə-

min məhsulu əvvəlcədən müqavilə olmadığı üçün sata bil-

məməsidir. İstehsal və sosial infrastrukturun iqtisadi inki-

şafın tələbatdan geri qalması da əsas amillərdəndir.

Ölkədə sosial-iqtisadi fərqlərin aradan qaldırılması

üçün iqtisadi rayonlarda sahibkarlıq subyektlərinin yara-

dılması və inkişafındakı fərqlər aradan qaldırılmalıdır. Hətta

elə iqtisadi rayonlar (Quba-Xaçmaz, Gəncə-Qazax, Şəki-

Zaqatala və s.) var ki, onlara daxil olan inzibati rayonlarda

son 5 ildə heç bir təsərrüfat forması yaradılmamışdır və

hələ də fərdi fəaliyyətə üstünlük verilir.

Page 142: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

141

Aqrar sahədə kənd təsərrüfatı istehsalının dinamik

artımı və səmərəliliyini təmin etmək üçün ölkədə aqrar ba-

zarın formalaşdırılması məqsədilə bazar iqtisadiyyatının

tələblərinə cavab verən sahibkarlıq subyektlərinin yaradıl-

masına diqqət artırılmalıdır.

3.4.Kənd təsərrüfatının idarə edilməsinin

təkmilləşdirilməsi.

Cəmiyyətimizin yeni istehsal-iqtisadi münasibətləri

şəraitində ölkənin sosial iqtisadi inkişafının sürətləndiril-

məsinə yönəldilmiş tədbirlər sistemində kənd təsərrüfatı-

nın idarə olunmasının yeni iqtisadi münasibətlərə uyğun-

laşdırılması və təkmilləşdirilməsi mühüm yer tutur. Çünki

burada çox böyük maddi, maliyyə, əmək və elmi potensial

cəmlənmişdir, onlardan istifadənin səmərəliliyinin yüksəl-

dilməsi əhalinin maddi rifahının yüksəldilməsinin mühüm

şərtidir.

Kənd təsərrüfatının idarə edilməsi cəmiyyətdə fəaliy-

yət göstərən əsas iqtisadi qanunla müəyyən edilir. İdarəet-

mə sisteminin əsas şərti və xarakteri onun istehsal vasitə-

lərinə mülkiyyət forması və dövlət quruluşu ilə müəyyən

olunmasıdır.

Kənd təsərrüfatının idarə edilməsi dedikdə cəmiyyətin

maddi və mədəni tələbatının ödənilməsi məqsədilə istehsal

və qeyri-istehsal sahələrində məhsul istehsal etmək və xid-

mətlər göstərmək üçün onların müəyyən metod və üsullar-

la fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi

başa düşülür.

İdarəetmə təsərrüfat mexanizminin əsas ünsürlərin-

dən biridir. İctimai formasiyalar və mülkiyyət formaları

Page 143: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

142

dəyişildikcə aqrar sahədə idarəetmə mexanizmi də dəyişil-

mişdir. Sovet hakimiyyətindən əvvəl Azərbaycanın kənd

təsərrüfatı geridə qalmış bir sahə idi. Əkinə yararlı torpaq-

ların əksər hissəsi mülkədarların və xəzinənin əlində cəm-

ləşmişdi. Ölkədə əkinçilik və heyvandarlıq başlıca olaraq

ekstensiv surətdə inkişaf etdirilirdi. Sovet hakimiyyətinin

ilk illərində ictimai mülkiyyət münasibətləri şəraitində koope-

rasiyanın sadə formaları yaradıldı. Elliklə kollektivləşdir-

mə dövründə torpağı birgə becərmə şirkətləri («toz») və

kənd təsərrüfatı kommunaları təşkil edildi. Burada əsas is-

tehsal vasitələri kəndlilərin öz xüsusi mülkiyyətində qalır-

dı, yalnız tarla işləri dövründə əkin sahələri və əmək bir-

ləşdirilirdi. Bu şirkətlər və kənd təsərrüfatı kommunaları

sonradan kolxoz təsərrüfatının əsas forması olan artellərlə

əvəz edildi.

Keçmiş SSRİ dövründə aqrar sahədə iki təsərrüfat

forması: dövlət mülkiyyəti sayılan sovxozlar və kollektiv

mülkiyyət sayılan kolxozlar fəaliyyət göstərmişdir. Həm

sovxozlar və həm də kolxozlar öz ictimai təbiətinə görə

eynitipli müəssisələr idi. Onlarda əməyə görə bölgü prinsi-

pi həyata keçirilirdi. Sovxoz və kolxozlar öz fəaliyyətində

digər müəssisə və təşkilatlarla təşkilati-iqtisadi münasibət-

lər qurmaqla, təsərrüfat fəaliyyətini əlaqəli şəkildə həyata

keçirirdi. Sahələrarası və sahədaxili münasibətlər dəyişdik-

cə və inkişaf etdikcə idarəetmənin təkmilləşdirilməsi zəru-

rəti yaranır. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı is-

tehsalı sahələri müxtəlif texnoloji mərhələləri əhatə etdiyi-

nə və sahələr bir-biri ilə sıx əlaqəli olduğuna görə oradakı

potensial ehtiyatlar sahənin özünün (həm də onunla sıx

əlaqədar olan sahələrin) istehsalçı və istehlakçıların idarə

edilməsinin vahid təşkilat sistemini tələb edir.

Page 144: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

143

Məlumdur ki, uzun müddət aqrar sahənin idarə edil-

məsi sistemi inkişaf meylləri və cəmiyyətin tələbatı ilə

əlaqədar dəfələrlə yeniləşdirilmiş, təkmilləşdirilmiş, yük-

sək son nəticəyə nail olmaq və sahələrarası problemlərin

həll edilməsi üçün maraq və məsuliyyətin gücləndirilməsi-

nə istiqamətləndirilmişdir. Bununla belə, müəyyən dövr-

dən bir ölkənin kənd təsərrüfatında formalaşdırılan yeni

idarəetmə sistemi təşkilati cəhətdən vahid olmamış, inzi-

bati idarəetməyə üstünlük verilmiş, təsərrüfat müstəqilliyi

və son nəticəyə görə məsuliyyət təmin edilməmişdir. Bun-

lar isə digər amillərlə yanaşı aqrar bölmədə istehsalın sə-

viyyəsinin müxtəlifliyinə səbəb olur, sahənin kompleks in-

kişafına imkan vermir, məhsul istehsalının dinamik artımı

təmin edilmirdi. İdarəetmə orqanlarının əsas vəzifələri isə

bütün vəsilələr üzrə vəzifə və hüquqların, idarəetmə or-

qanlarının quruluşunun daha da təkmilləşdirilməsindən

ibarət olmuşdur. Odur ki, idarəetmənin və təsərrüfatçılıq

sisteminin təkmilləşdirilməsi məqsədi ilə sonradan SSRİ-

də aqrar sənaye kompleksi formalaşdırıldı. 1985-ci ildə

aqrar sahədə fəaliyyət göstərən bütün nazirlik, komitə və

baş idarələr ləğv edilərək onların bazasında vahid Dövlət

Aqrar Sənaye Komitəsi yaradıldı. Məqsəd kənd təsərrüfa-

tında istehsal, emal və xidmət sahələri arasında inteqrasi-

yanı daha da yaxşılaşdırmaq, planlaşdırma, maddi-texniki

təchizat, əsaslı tikinti, maliyyələşdirmə və digər məsələləri

vahid mərkəzdən idarəetməklə tənzimləmək, məhsul isteh-

salını artırmaqla ərzaq təminatını yaxşılaşdırmaqdan ibarət

idi. Lakin təcrübə göstərdi ki, (müəyyən obyektiv və sub-

yektiv səbəblər üzündən) idarəetmənin bu forması da

özünü doğrultmadı. Sonradan (1998-ci ildə) Dövlət Aqrar

Sənaye Komitəsi ləğv edilərək yenidən nazirlik, komitə,

Page 145: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

144

şirkət və baş idarələr yaradıldı. Yerlərdə olan istehsal,

emal və xidmət müəssisələri yenidən müvafiq nazirlik, ko-

mitə, şirkət və baş idarələrə tabe edildi.

Məlumdur ki, kənd təsərrüfatında istehsalın əsası və

idarəetmə orqanının ilk vəsiləsi keçmiş kolxoz və sovxoz-

lar olmuşdur. Onlarda idarəetmə aparatı istehsalın normal

fəaliyyətini təmin etməyə, qarşıya qoyulan vəzifələri yeri-

nə yetirməyə istiqamətləndirilmişdi. Kolxoz və sovxozların

istehsal prosesində texniki, texnoloji, iqtisadi, sosial və s. mə-

sələləri həll etməyə cavabdeh olan idarəetmə orqanlarında

rəhbər və mütəxəssislər fəaliyyət göstərmişdir. Kənd təsər-

rüfatında idarəetmə quruluşu hər bir ictimai quruluşda

konkret dövrün məqsəd və vəzifələrinə, həmçinin inkişaf

meyllərinə uyğun olaraq təkmilləşdirilməyə məruz qalmış,

idarəetmə formaları ölkənin qarşıya qoyduğu vəzifələrdən

irəli gəlmişdir.

İnkar etmək olmaz ki, Sovet dövründə aparılan təşki-

lati işlər, struktur dəyişiklikləri, ixtisaslaşdırma və digər

tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatı getdikcə inki-

şaf etmiş və xalq təsərrüfatının aparıcı sahələrindən birinə

çevrilmişdi. Bununla belə cəmiyyətdə gedən proseslər sa-

hədə yaranmış tərəqqinin dayanıqlı olmadığını büruzə ver-

məkdə idi. Mərkəzləşdirilmiş idarəetmə və planlı iqtisa-

diyyat şəraitində formalaşdırılmış iqtisadi mexanizm və

onun təkmilləşdirilməsi cəhdləri istehsalın səmərəliliyini,

habelə istehsalçı ilə istehlakçı arasında tarazlığı təmin et-

mirdi. Mərkəzdən başlayaraq yuxarıdan aşağıya doğru

“planlaşdırma, qiymətqoyma və inzibati-amirlik” idarəet-

mə metodları şəxsi təşəbbüsləri boğurdu. Yaxşı ilə pisə

fərq qoyulmadığına görə istehsalçı gördüyü işin son nəti-

cəsi üçün maraqlı deyildi. Təsərrüfatlarda israfçılıq baş

Page 146: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

145

alıb gedirdi. Kolxoz və sovxozlar dövlətdən çoxlu dotasi-

yalar alsalar da, əksəriyyəti ziyanla işləyirdi. Nəticədə res-

publika iqtisadiyyatı, о cümlədən kənd təsərrüfatı 1990-cı

illərin əvvəlində uzun sürən tənəzzülə uğramışdı. Üstəlik

həmin dövrdə torpaqlarımızın 20 faizindən çox hissəsinin

erməni işğalına məruz qalması və ölkə hakimiyyətinin əl-

dən-ələ keçməsi, səriştəsiz adamların hakimiyyətə gəlməsi

vəziyyəti daha da ağırlaşdırmış, tələblə təklif arasındakı

nisbət pozulmuşdu.

Araşdırmalar göstərir ki, idarəetmənin quruluşunun

tez-tez və əsassız olaraq dəyişdirilməsi istehsal potensia-

lından, idarəetmə quruluşunun həlledici elementi olan in-

san amilindən səmərəli istifadəyə imkan vermir.

Ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olan, mü-

rəkkəb və çoxfunksiyalı bir sistem kimi kənd təsərrüfatın-

da idarəetmənin quruluşu yeni iqtisadi münasibətlərin və

sahibkarlığın formalaşdığı indiki dövrdə ölkənin bu vacib

sahəsinin qarşısına qoyulmuş vəzifələrin həllinə yönəldil-

mişdir. Ona görə də hazırda qeyri-neft sektorunun, o cüm-

lədən kənd təsərrüfatının inkişafının prioritet istiqamətləri

müəyyən edilməklə kənd təsərrüfatında idarəetmənin qu-

ruluşunun təkmilləşdirilməsi mövcud ehtiyatlardan istifadə-

ni yaxşılaşdırmaq, məhsul istehsalını artırmaq və səmərəli-

liyi yüksəltmək vəzifələrinə istiqamətləndirilir.

Sahibkarlığın inkişafı və bazar münasibətlərinin for-

malaşdığı şəraitdə kənd təsərrüfatının idarəetmə aparatı və

onun yerli orqanları tərəfindən bir sıra yeni, çoxlu və vacib

vəzifələrin keyfiyyətlə yerinə yetirilməsi tələb olunur.

Respublikada aqrar sahənin tənəzzülünün əsas səbəb-

lərindən biri məhz istehsal quruluşuna uyğun idarəetmənin

təşkilat quruluşunun dövrün tələblərinə uyğun təkmilləşdi-

Page 147: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

146

rilməməsi olmuşdur. Bütün bunlar kənddə azad sahibkarlı-

ğı inkişaf etdirmək, torpaq və istehsal vasitələri üzərində

sahiblik hissi yaratmaq, yeni mülkiyyət münasibətlərini

formalaşdırmaq və mütərəqqi təsərrüfatçılıq formalarına

keçmək üçün aqrar sahədə islahatların həyata keçirilməsi-

ni obyektiv zərurətə çevirmişdi. Bu zərurət həm də onunla

əlaqədar olmuşdur ki, respublikanın təbii-iqtisadi regionla-

rı bir-birindən təşkilati-iqtisadi və ehtiyatların mövcudlu-

ğu nöqteyi-nəzərdən bir-birindən xeyli fərqlənir. Bu isə

həmin regionlarda kənd təsərrüfatının inkişafı, onların yer-

ləşməsi, ehtiyatlardan istifadə edilməsinin müxtəlif təşki-

lat quruluşunun yaradılmasını tələb edir.

Yeni mülkiyyət münasibətlərinin formalaşması ida-

rəetmə strukturunun da təkmilləşdirilməsini və yeniləşdi-

rilməsini tələb edirdi. Sosializmə xas olan və uzun illər

boyu formalaşmış yuxarıdan planlaşdırmaya və inzibati

amirliyə əsaslanan idarəetmə üsulu bazar iqtisadiyyatına

uyğun sahibkarların sərbəst fəaliyyət göstərə biləcək yeni

üsulla əvəz olunmalı idi. Bu məqsədlə Azərbaycan Res-

publikası Prezidentinin 1998-ci il 6 iyun tarixli fərmanı ilə

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

haqqında Əsasnamə” və Azərbaycan Respublikası Na-

zirlər Kabinetinin 1998-ci il 9 noyabr tarixli qərarı ilə

nazirliyin yeni strukturu təsdiq edildi. Əsasnamədə kənd

təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmaşı-

nın və iqtisadi islahatların həyata keçirilməsinin təmin

edilməsi nazirliyinin əsas vəzifələrindən biri kimi qarşıya

qoyulub. Toxumçuluğun və damazlığın təşkili, aqrotexni-

ki, baytarlıq və karantin xidmətlərinin təşkili, istehsal və

emal sahələrinin inkişaf etdirilməsi, nazirlik sistemində

mühasibat uçotu və statistik hesabat işlərinin təşkili, kənd

Page 148: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

147

təsərrüfatı sahəsində müvafiq standartlar, normalar və

qaydaların işlənib hazırlanması, torpağın münbitliyinin

bərpa edilməsinin, gübrə və digər kimyəvi preparatlardan

düzgün istifadə edilməsinin təmin edilməsi tədbirləri

nazirliyin əsas vəzifələrinə daxil edildi.

Göründüyü kimi planlaşdırma, qiymətqoyma, təftiş

və digər bu kimi inzibati amirlik halları yeni əsasnamədə

nəzərdə tutulmamışdır. Mərkəzi icra aparatının hüquq və

vəzifələri kənddə sahibkarlıq fəaliyyətinin dəstəklənmə-

sinə, yeni texnologiyaların gətirilməsi və tətbiqinə, məslə-

hət və informasiya xidmətinin təşkilinə, aqrar sahənin el-

mi, normativ-hüquqi təminatı və kadr hazırlığına və s. bu

kimi məsələlərə yönəldilmişdir. Nəticədə kənd təsərrüfatı-

nın strukturunda mövcud olan mərkəzi və rayon kənd təsər-

rüfatı orqanlarının aparat işçiləri 42 min nəfər ixtisar edi-

lərək, kənddə sahibkarlıq fəaliyyətinin sərbəst inkişafına ge-

niş meydan yaranmışdır.

Cədvəl 3.2.

Kənd təsərrüfatını idarə edən mərkəzi aparatı və tabe-

liyindəki respublika birlikləri və yerli idarəetmə apa-

ratında işləyənlərin sayı.

İllər Mərkəzi

aparatı

Respublika

birlikləri

xidmətlər

Rayon aqro-

kombinatları

(k/t idarələri)

Cəmi

1989 1244 621 2654 4519

1990 605 516 1872 2993

1995 338 272 979 1589

2000 260 12 - 272

2003 266 12 99 377

2010 185 87 99 371

Page 149: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

148

Göründüyü kimi təkcə Kənd Təsərrüfatı Nazirliyinin

mərəzi aparatında və onun tabeliyində olan respublika bir-

liklərində və rayon kənd təsərrüfatı idarələrində çalışan

işçilərin sayı 1989-cu ildəki 4519 nəfərdən 2000-ci ildə

272 nəfərə enmiş, 2003-cü ildə isə 377 nəfər olmuş və ya-

xud 12 dəfə azalmışdır. Sonrakı artım Azərbaycan Res-

publikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tari-

xli qərarı ilə Kənd Təsərrüfatı İdarələrinin yaradılması ilə

əlaqədardır. 2002-ci ildə Nazirlər Kabineti yanında Dövlət

Bitkilərin Karantini Müfəttişliyi ləğv edilərək səlahiyyət-

lər Kənd Təsərrüfatı Nazirliyinə verildi.

Nazirliyin mərkəzi aparatının quruluşu istər 1989,

istər sonrakı illərdə daha da təkmilləşdirilmiş, aqrar sa-

hənin qarşısına qoyulan vəzifələrin icrasına yönəldilmiş-

dir. Ümumiyyətlə, kənd təsərrüfatının idarə edilməsi üzrə

mərkəzi icra hakimiyyəti orqanı və onun qurumları 2000-ə

qədər kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələ-

rinin normal fəaliyyət göstərmələrinə şərait yaratmaqla,

müvafiq xidmətlər göstərmişdir. Bu məqsədlə aparatın qu-

ruluşu aşağıda göstərilən istiqamətdə formalaşdırılmışdır.

1995-ci ildə aqrar islahatlarla əlaqədar kolxoz və sovxoz-

lar ləğv edilmiş, yeni xidmət strukturları yaradılmış və

mərkəzi icra hakimiyyəti orqanının strukturu xeyli təkmil-

ləşdirilmişdir.

Sonra Respublika Prezidentinin 23 oktyabr 2004-cü

il tarixli “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi

tədbirləri haqqında” sərəncamına uyğun olaraq idarəetmə

aparatının quruluşunda dəyişikliklər aparılmışdır. Göstəri-

lən aparatda 2011-ci ilin 1 yanvar vəziyyətinə 185 nəfər

çalışmışdır.

Page 150: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

149

Sxem 3.2. Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi

idarəetmə aparatının quruluşu.

Nazir

Nazir müavini

Aparatın

rəhbərliyi

İqtisadiyyat və

maliyyə

Bitkiçilik məhsulla-

rının istehsalı,

emalı və ərzaq ehti-

yatlarının dövlət

tənzimlənməsi

Nazir müavini Nazir müavini

Heyvandarlıq məh-

sullarının istehsalı,

emalı, damazlıq işi

və otlaqlar

Dövlət kənd təsər-

rüfatı istehsalı

müəssisələrini

idarəetmə

Torpaqların istifa-

dəyə nəzarət, meli-

orasiya və təbiətin

mühafizəsi

Beynəlxalq

əməkdaşlıq

İnvestisiya proq-

ram və layihələrin

hazırlanması

Hüquq, kadr və

yerli orqanlarla iş

Ümumi şöbə

Büdcə təşkilatla-

rında əməliyyatla-

rın uçotu və hesa-

batı

Xüsusi işlər

İnzibati təsərrüfat

və nəqliyyat

Əməyin mühafizə-

si və texniki

təhlükəsizlik

Aqrar islahatlar,

kənd ərazilərinin

və sahibkarlığın

inkişafı

Texniki siyasət və

aqroservis

Ərzaq məhsulları-

nın keyfiyyəti,

standartlar və

lisenziya

Page 151: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

150

Kənd təsərrüfatı məhsulları istehsalı və emalı, isteh-

salçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su

təsərrüfatı, baytarlıq, bitki karantini, torpaqdan səmərəli

istifadə də daxil olmaqla, aqrar bölmədə dövlət siyasətini

və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçir-

mək üçün Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edil-

mişdir. Bu məqsədlə regionlarda sahibkarlığın inkişafına

əlverişli şərait yaratmaq, mövcud potensialdan səmərəli is-

tifadə etmək, kəndin sosial infrastrukturunu yaxşılaşdır-

maq və aqrar bölmənin idarə edilməsində pərakəndiliyi

aradan qaldırmaq üçün 23 oktyabr 2004-cü il tarixli sərən-

cama uyğun olaraq idarəetmə sistemi təkmilləşdirilmiş,

Meliorasiya və Su Təsərrüfatı Komitəsi ləğv edilərək mü-

vafiq Agentlik yaradılmışdır. Həmin sərəncamla Kənd Tə-

sərrüfatı Nazirliyinin yanında aşağıdakı qurumlar yaradıl-

mışdır: 1) Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi;

2) Dövlət Baytarlıq Xidməti; 3) Dövlət Fitosanitar Nəzarəti

Xidməti; 4) Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentli-

yi. 23 fevral 2006-cı il tarixdə Meliorasiya və Su Tə-

sərrüfatı sahəsində idarəetmə sistemini təkmilləşdirmək,

su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, tor-

paqların meliorasiyası və irriqasiyası ilə əlaqədar işləri

yaxşılaşdırmaq məqsədilə “Meliorasiya və su təsərrüfatı sa-

həsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqın-

da” fərman imzalandı. Bununla əlaqədar Kənd Təsərrüfatı

Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı

Agentliyi əsasında Azərbaycan Meliorasiya və Su Təsər-

rüfatı Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Nəzərə almaq

lazımdır ki, göstərilən xidmətlərin yaradılması ilə əlaqədar

nazirliyin mərkəzi aparatındakı Baytarlıq şöbəsi, Bitki

mühafizəsi və karantini şöbəsi müvafiq xidmətlərlə əvəz

Page 152: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

151

edilmişdir. Bununla yanaşı, aqrar sahənin və sahibkarlığın

inkişafının təmin edilməsi məqsədilə mərkəzi aparatda

fəaliyyət göstərən bəzi şöbələr təkmilləşdirilmiş və səla-

hiyyətləri nazirliyin yanındakı və tabeliyindəki qurumlara

verilmişdir.

Sxem 3.3. Kənd Təsərrüfatı Nazirliyi yanında və ta-

beliyində olan təşkilatlar.

Aqrar sahədə dövlət siyasətini həyata keçirən mərkə-zi icra hakimiyyəti orqanı kimi Kənd Təsərrüfatı Nazirliyi,

KTN-yi yanında

Dövlət

Baytarlıq

Xidməti

Dövlət Fitosanitar

Nəzarəti Xidməti

Kənd təsərrüfatı

kreditləri üzrə Dövlət

Agentliyi

Nazirliyin tabeliyində

Aqrar Elm

Mərkəzi Dövlət Texniki

Nəzarət Mü-

fəttişliyi

Rayon Kənd

Təsərrüfatı

İdarələri

Sınaq və mühafizə üzrə dövlət komissiyası, toxum

müfəttişliyi, toxum nəzarəti stansiyası, sərgi satış

bazarı, maşın sınaq stansiyası, barama toxum za-

vodu və digər müəssisə və təşkilatlar

Page 153: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

152

onun yanında və tabeliyində olan qurumlar müvafiq əsas-namələrinə uyğun fəaliyyət göstərirlər.

Hazırda respublikada dövlət kənd təsərrüfatı istehsalı müəssisələri, fəaliyyət göstərən kollektiv müəssisələr, kəndli təsərrüfatları, istehsal kooperativləri, səhmdar cə-miyyətlər, kiçik müəssisələr, həmçinin hüquqi şəxs yarat-mayan ailə təsərrüfatları, kənd təsərrüfatında istehsal, emal və xidmət sahələrində sahibkarlıq fəaliyyəti göstərir-lər. Həmin sahibkarların ümumi sayı əvvəllər fəaliyyət göstərmiş kolxoz-sovxozlardan 280 dəfə çoxdur. Kolxoz-sovxozlarda və kənd təsərrüfatı müəssisələrində 42 min-dən çox mütəxəssis və rəhbər işçilər idarəetmə və xidmət sahəsində fəaliyyət göstərmişdir. Ona görə də hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 sentyabr tarixli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində yaradılmış, respublikanın 10 ərazisini əhatə edən və cəmi 99 ştat vahidi olan Ərazi Kənd Təsərrüfatı İdarələri və Nazirliyin aparatı çoxsaylı sahibkarların xid-mətlərə olan tələbatlarının ödənilməsini təmin edə bilmir-lər. Həm də, hər biri 5-6 rayonu əhatə edən Ərazi Kənd Təsərrüfatı İdarələri az işçi ilə həmin rayonların bütün kəndlərindəki sahibkarların problemlərini həll etmək iqti-darında deyildi. Ona görə də Prezidentin 16.04.2014-cü il tarixli fərmanı ilə hər bir rayon üzrə əvvəlki formadan əsaslı surətdə fərqlənən yeni rayon kənd təsərrüfatı idarəsi yaradıldı. Hesab edirik ki, rayonun ərazisindəki Nazirliyin tabeliyində olan yerli qurumların həmin idarənin idarəçili-yinə verilməsinə böyük ehtiyac duyulur. Kənd təsərrüfa-tında idarəetmə elə təşkil olunmalıdır ki, bu ölkədə yeridi-lən aqrar siyasətin formalaşması və həyata keçirilməsinə kömək göstərmiş olsun, məhsul istehsalı artırılsın və sa-hibkarlıq daha da inkişaf etsin.

Page 154: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

153

Sxem 3.4. Rayon kənd təsərrüfatı idarələrinin idarəetmə

orqanları ilə əlaqələri

Yeni yaradılmalı olan rayon kənd təsərrüfatı idarələ-

rinin başlıca vəzifəsi sahibkarların təşəbbüslərinin dəstək-lənməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi, yeni

RAYON KƏND TƏSƏRRÜFATI İDARƏSİ

Nazirliklər Nazirliklər

və komitə-

lər, idarələ-

rin yerli or-

qanları

Dövlətin aqrar siyasətini həyata keçirir:

Sosial-iqtisadi

inkişaf

istiqamətlərini,

islahatların

həyata keçirilmə-

sini, ətraf mühitin

mühafizəsini,

mühasibat uçotu

və statistik he-

sabat işlərini təş-

kil etmək

Toxumçuluq, bit-

ki sortları, hey-

van cinsləri yetiş-

dirmək, baytarlıq

təbabətini həyata

keçirmək, fiziki

və hüquqi şəxs-

lərə kömək, məh-

sul istehsalı və

emalına, xid-

mətlərə yardım

etmək...

Aqrotexnika, zoo-

baytar tədbirlərin

mənimsənilməsi,

ET işlərinin aparıl-

masında mülkiyyət-

çilərin iştirakı, aqro-

kimyəvi-bioloji labo-

ratoriyalar, bitki ka-

rantini, baytarlıq işlə-

rini təşkil etmək, sa-

hibkarlıq formalar-

ının inkişafına

kömək göstərmək...

Sahibkarlarla, müxtəlif müəssisə, təşkilat və orqanlarla

fəaliyyətləri əlaqələndirir

Page 155: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

154

texnologiyaların tətbiqinin təşkil edilməsi, sərgilərin və təcrübə mübadilələrinin keçirilməsi və s. bu kimi tədbirlə-rin həyata keçirilməsindən, mütəxəssislərinin vəzifəsi isə sahibkarlara məsləhət və informasiya xidmətini göstər-məkdən ibarət olmalıdır. Başqa sözlə, hazırda Kənd Təsər-rüfatı İdarələrinə həvalə olunmuş funksiyalar, başqa ida-rəetmə orqanları ilə əlaqəli, öz rayonlarının ərazisində da-ha geniş miqyasda, dövlətin aqrar siyasətinin həyata keçi-rilməsini təmin etməlidirlər.

İdarəetmə-istehsalın inkişafına, emal və xidmətlərin yaxşılaşdırılmasına, torpaq, əmək, maliyyə və intellektual potensialından səmərəli istifadəyə imkan verməlidir. So-sial-iqtisadi inkişafın sürətləndirilməsində, sahibkarların öz aralarında və digər qurumlar arasında əlaqələrinin tən-zimlənməsində, sahələr üzrə məqsədli proqramlar hazır-lanmasında, texniki, texnoloji, təşkilati, hüquqi, iqtisadi və s. məsələlərin müəyyən edilməsi və həllinə dair kənd tə-sərrüfatının mərkəzi və yerli orqanları idarəetmə funksiya-larını yerinə yetirir. Bu funksiyalar sahibkarlığın formalaş-dığı şəraitdə yeni və demokratik prinsiplərə əsaslanır. Nə-zərə almaq lazımdır ki, idarəetmənin düzgün təşkili isteh-salın nəticələrinə və səmərəliliyinə böyük təsir göstərir. Ona görə də hər bir sahibkar özünün idarəetmə aparatının quruluşunu biznes fəaliyyətinin idarə edilməsininə yönəlt-məli, fəaliyyətin nəticələrinə məsuliyyət daşıyan lazımi mütəxəssislər cəlb etməlidirlər. Məlumdur ki, sahibkarlıq fəaliyyətinin idarə edilməsi bir çox amillərdən asılıdır. Bu amillərə ölkədə sosial-iqtisadi proseslərin idarə edilməsi, sahənin inkişafı və burada elmi-texniki tərəqqinin səviyyə-si, idxal-ixracın durumu, kapital qoyuluşu, sahələrarası əlaqələrin və iqtisadi münasibətlər sisteminin vəziyyəti, infrastrukturun formalaşması, informasiya təminatı və s. aid edilə bilər.

Page 156: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

155

Nəzərə almaq lazımdır ki, idarəetmənin bütün səviy-yələrində inzibati və iqtisadi metodlardan istifadə edil-məli, sahibkarlığın formalaşması və inkişafı məqsədilə üs-tünlük iqtisadi metodlara verilməlidir. Regionlar səviyyə-sində idarəetmə mexanizmi istehsalın inkişafı və maraqla-rın formalaşması istiqamətlərinə uyğunlaşdırılmalıdır. Sa-hibkarlıq fəaliyyətində idarəetmənin səmərəliliyi ehtiyat-lardan səmərəli istifadə və sosial-iqtisadi problemlərin həl-li ilə müəyyən edilməlidir. Sahibkarlıq fəaliyyətinin səmə-rəli idarəedilməsi bu fəaliyyətin forma və məzmununa, ha-belə aqrar bölmənin quruluşunda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinə uyğun olmalıdır.

Kənd təsərrüfatının yeni iqtisadi münasibətlərə uy-ğun idarəedilməsinin əsaslandırılmış təşkili sahibkarların formalaşmasına müsbət təsir göstərir. Belə ki, sahibkarlar əvvəllər kolxoz və sovxozlarda olduğu kimi ayrı-ayrı sa-hələr üzrə çoxsaylı mütəxəssis və texniki işçilər saxlama-malıdırlar. Sahibkarlıq fəaliyyəti ilə bağlı ayrı-ayrı əmə-liyyatları həyata keçirdikdə sahə mütəxəssislərini müqa-vilə yolu ilə cəlb etməli və tədricən həmin əməliyyatların icra mexanizmini mənimsəməyə çalışmalıdırlar. Buna mi-sal olaraq uçot-hesabat işlərinin aparılması, biznes planla-rın tərtib edilməsi, aqrotexniki və zoobaytar xidmətləri və s. göstərmək olar. Əsil sahibkar öz fəaliyyətini idarə etməklə yanaşı, tədricən məşğul olduğu sahənin incəliklərini mə-nimsəyərək bir neçə mütəxəssisin işini özü icra etməyə çalışmalıdır. Bu da öz növbəsində ayrı-ayrı mütəxəssislə-rin saxlanılması xərclərinə qənaət etməyə imkan verər. O, özü təsərrüfat fəaliyyətinə birbaşa nəzarət etməklə izafi xərclərə yol vermir, səmərəli fəaliyyət göstərərək davamlı mənfəət əldə edir. Bu isə idarəetmənin səmərəli nəticələ-rindən biri kimi qiymətləndirilə bilər.

Page 157: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

156

FƏSİL IV. AQRAR İQTİSADİYYAT VƏ ƏRZAQ

TƏHLÜKƏSİZLİYİ

4.1. Ərzaq təhlükəsizliyinin mahiyyəti və onu şərt-

ləndirən amillər.

a) Ərzaq təhlükəsizliyinin mahiyyəti.

Dünya çoxsaylı təhlükəsizlik problemləri ilə-enerji,

ərzaq, yoxsulluq, işsizlik, nəqliyyat, ekoloji, demokrafik

və s. problemlərlə qarşılaşmışdır. Bu problemlər dünya öl-

kələri inkişaf etdikcə daha kəskin xarakter almış, ayrı-ayrı

ölkələrin hüdudlarından çıxaraq ümumbəşəri problemə

çevrilmişdir. Həmin problemlər insanların yaşaması və fə-

aliyyəti üçün həmişə olmuş və daha qlobal xarakter almış-

dır. İnsanların sağlam yaşaması, səmərəli fəaliyyət göstər-

məsi üçün onların tələbatları ödənilməli, istehlak tələbləri-

nin ödənilməsi daimi yaxşılaşdırılmalı, ardıcıl və məqsəd-

yönlü tədbirlər görülməlidir. Belə tədbirlər əhalinin artma-

sı və istehsal ehtiyatlarının istifadəsi ilə bağlı olan ərzaq

məhsulları istehsalıdır. Hər bir ölkə əhalisini zəruri keyfiy-

yətdə və ekoloji təmiz ərzaq məhsulları ilə təmin etmək

üçün həm öz daxili istehsalına arxalanmalı və həm də baş-

qa ölkələrdən ərzaq məhsulları gətirməlidir. Ölkənin ərzaq

təhlükəsizliyinin təmin edilməsi iqtisadi, sosial və siyasi

mahiyyət daşıyır. İqtisadi baxımdan daxili istehsal hesabı-

na ərzaq təhlükəsizliyi daxili ehtiyatlardan istifadəyə, yəni

ərzaq istehsalında alternativi olmayan kənd təsərrüfatının

davamlı inkişafına torpaq, əmək, texnika, texnologiya,

maliyyə və s. ehtiyatlara əsaslanır. Bu, ərzaq məhsulları-

nın başqa ölkələrdən idxalının azaldılmasına, məhsulun

daşınmasına sərf olunan xərclərin azalmasına, əhalinin

məşğulluğunun yaxşılaşmasına səbəb olur. Ərzaq təhlükə-

Page 158: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

157

sizliyinin siyasi mahiyyəti onunla ifadə olunur ki, ərzaq

məhsulları başqa ölkələrdən gətirilərkən onun bir çox öl-

kələrin ərazilərindən keçirilərək idxal olunması, ərzaq

məhsulu idxal edən ölkəni həmin ölkələrdən asılı vəziy-

yətdə qoyur. Digər tərəfdən xarici ölkələr öz tələblərini, öz

şərtlərini reallaşdırır. Məsələnin sosial mahiyyəti onunla

əlaqədardır ki, ölkəsində öz torpağında istehsal olunan ər-

zaq məhsuluna insanın orqanizmi öyrəşib, istehlak tələbi-

nə uyğunlaşıb. Əhali daxili istehsala, onun keyfiyyətinə

inanır, daxili ərzaq imkanlarına inamı artır, sağlamlığının

qorunması üçün real şərait yaranır, tələbatın ödənilməsində

fasilə yaranması ehtimalı azalır. Daxili istehsal əhalinin iş

yeri və gəlir mənbəyi kimi yaşayışının əsas mənbəyinə çevrilir.

Məlumdur ki, dünyada (və ya ölkədə) əhalinin sayı-

nın dəyişməsi, əmək qabiliyyətli əhalinin sayı, məşğullu-

ğunun miqyası və səviyyəsi, ehtiyatlardan istifadə, qiymət-

lər, cəmiyyətdə baş verən sosial-iqtisadi dəyişmələr və s. aq-

rar ərzaq bazarına təsir göstərir.

Hələ keçən əsrin 70-ci illərində ölkələrdə əhalinin

həyat səviyyəsi arasındakı fərqlər, onların gəlirləri, maddi

və qeyri-maddi istehlak tələblərinin ödənilməsi və s. qiy-

mətləndirildi. O vaxtlar insan inkişafı indeksinə görə bi-

rinci yerdə Yaponiya, Kanada 5, Almaniya 12, Macarıstan

21, ABŞ 17, İtaliya 28, Keçmiş SSRİ 23, Bolqarıstan 40-cı

yerdə olmuşdur. 1990-cı ildə Belarusiya 61, Rusiya 65,

Ukrayna 69, Azərbaycan 67 və s. yerlərdə olmuşlar.

Natural baxımdan istehsal olunan məhsullar istehsal

vasitələrinə və istehlak şeylərinə bölünür. Bu məhsullar

insanların müxtəlif tələbatlarının ödənilməsində istifadə

olunur. Əhalinin həyat səviyyəsi bu məhsullarla təmin

olunmasından asılıdır. Burada insanların alıcılıq qabiliyyə-

Page 159: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

158

ti və istehlak xərcləri mühüm rol oynayır. İstehlak xərclə-

ri: 1) ərzağa; 2) qeyri-ərzağa; 3) xidmətlərin ödənilməsinə

yönəldilir. Ailə büdcəsinin 50-60%-i ərzağa sərf olunur.

Bu göstərici ölkələr, ölkə daxilində iqtisadi rayonlar və

şəhər-kəndlər arasında xeyli fərqlənir. Normal istehlak

məqsədi üçün ərzağa məsrəflər 35-40% təşkil edir. İnkişaf

etmiş ölkələrdə istehlak xərclərinin tərkibində qeyri-ərzaq

xərcləri daha yüksək xüsusi çəkiyə malikdir.

Təcrübə göstərir ki, insanların həyat səviyyəsi 1)ada-

mbaşına düşən gəlirlərin səviyyəsindən və 2) bazarın məh-

sul-əmtəə və xidmətlərlə təmin olunmasından asılıdır.

İqtisadiyyata dair ədəbiyyatlarda ərzaq təminatı və

ərzaq təhlükəsizliyi anlayışlarından istifadə edilir. Hər iki

anlayışlar ərzaq probleminin həllinə yönəldilmişdir və bir-

birini tamamlayır. Ərzaq təminatı ehtiyacların ödənilməsi-

ni, istehlakın hərtərəfli və etibarlı təmin edilməsini nəzər-

də tutur. Ərzaq təminatı əhalinin yerli ehtiyatlarla və idxal

hesabına tələbatının minimum fizioloji normalara uyğun

qida məhsulları ilə ödənilməsi hədəflərini (kəmiyyətini)

qarşıya qoyur. Ərzaq təhlükəsizliyi isə həmin kəmiyyət

hədəflərini nəzərə almaqla ölkə vətəndaşının sağlam və

məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun

ərzaq məhsulları ilə tam və təhlükəsiz təmin edilməsidir.

Ərzaq təhlükəsizliyi - ölkənin strateji maraqlarının qorun-

masının, idxaldan asılılığın aradan qaldırılmasının, özünün

zəruri həcmdə və keyfiyyətdə təminatının yaxşılaşdırılma-

sının, ərzaq müstəqilliyinin təmin edilməsinin, iqtisadi sa-

bitliyinin və sosial dayanıqlığının əsas şərtidir. Ərzaq tə-

minatı faktiki istehlakın tələbata nisbəti kimi müqayisə

edilə bilərsə, ərzaq təhlükəsizliyi təkcə tələbatla istehlak

deyil, həm də ərzağın istehlak bazarında mövcudluğu,

Page 160: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

159

onun keyfiyyəti və qidanın təhlükəsizliyi, əhalinin alıcılıq

qabiliyyəti, ərzağın qiyməti, ərzaq itkisi və s. ilə müqayisə

edilə bilər. Məhz ərzaq məhsullarına (istehsala, idxal-ixra-

ca) dövlət müdaxiləsi, məhsulların müqayisəli üstünlüyün

qorunması məsələlərinə diqqət yönəldilir, beynəlxalq iqti-

sadi sistemə inteqrasiya, rəqabət qabiliyyətli və ekoloji tə-

miz məhsul istehsalı ön plana çəkilir. Beləliklə, ərzaq təh-

lükəsizliyi ərzağın istehlak bazarında miqdarı, qidalılıq

təhlükəsizliyi və istehlakçının alıcılıq qabiliyyətinin vəh-

dəti ilə əlaqədardır. Bununla əlaqədar ərzaq təhlükəsizliyi-

nin qiymətləndirilməsi məhz bu göstəricilərlə müəyyən

olunur.

Ərzaq təhlükəsizliyi anlayışına bu ünsürlər daxil ol-

maqla çoxsahəli problem kimi təbii, iqtisadi, sosial, siyasi,

ekoloji və s. həyatın bütün sahələrini əhatə edir. Ona görə

də ərzaq təhlükəsizliyi problemi dünya ölkələri tərəfindən

iqtisadiyyatın prioritet istiqaməti kimi həmişə diqqətdə

saxlanılır və qlobal problem kimi daimi müzakirə predme-

tinə çevrilmişdir.

Göstərilənlərlə əlaqədar ərzaq təhlükəsizliyinin aşa-

ğıdakı növlərini (sxem4.1.) göstərmək olar:

Sxem 4.1. Ərzaq təhlükəsizliyinin növləri

Ailə, ev səviyyəsində

Ərzaq təhlükəsizliyi

Qlobal

səviyyədə Regional

səviyyədə

Milli

səviyyədə

Ailə, ev

səviyyədə

Page 161: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

160

Ərzaq təhlükəsizliyi qlobal səviyyədə o deməkdir ki, bəşəriyyətin, bütün dünyanın qlobal problemi ərzaqla tə-minatdır. Milli səviyyədə ərzaq təhlükəsizliyi ölkədə baş verə biləcək hər hansı fövqəladə vəziyyət zamanı dövlət əhalini ərzaq məhsulları ilə təmin etmək imkanına malik olmalıdır. Hər bir ölkə öz əhalisini təmin etmək üçün illik istehlakın 17-20%-i həcmində taxıl ehtiyatı olmalıdır. Əhalinin ərzaq təhlükəsizliyi baxımından digər kənd təsər-rüfatı məhsulları – meyvə-tərəvəz, heyvandarlıq məhsulla-rının və s. ehtiyatı yaradılır. Regional səviyyədə ərzaq təh-lükəsizliyi ölkənin daxilində ixtisaslaşma, əhalinin yerləş-məsi və s. əlaqədar ərzağın balanslaşdırılması, əhalinin tə-minatını nəzərdə tutur. Hər bir ailə, ev təsərrüfatının inki-şafı, onların gəlirlərinin artması, məşğulluğu, ərzaq əldə etmək imkanı sosial-iqtisadi siyasətin əsas şərtlərindən bi-ridir. Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tər-kib hissəsidir. Milli təhlükəsizlikdə ərzaq təhlükəsizliyinin yerini aşağıdakı sxemdən (sxem 4.2.) göstərmək olar.

Sxem 4.2. Ərzaq təhlükəsizliyinin milli təhlükəsizlikdə

yeri.

Milli təhlükəsizlik

Hərbi

təhlükəsizl

ik

İqtisadi

təhlükəsizlik

Sosial-siyasi

təhlükəsizlik

Digər təh-

lükəsizlik

(enerji,

nəqliyyat,

inform-

asiya və s.)

Ekoloji təhlü-

kəsizlik

Ərzaq təhlükəsizliyi

Page 162: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

161

Milli təhlükəsizlik, dövlət müstəqilliyinin, dövlətin

ərazi bütövlüyü və strateji maraqları daxilində inkişafı, da-

xili və xarici təhlükənin zərərsizləşdirilməsi, beynəlxalq

münasibətlərdə ölkənin müdafiəsi kimi bütövlükdə for-

malaşmış təhlükəsizlik sistemidir. Milli təhlükəsizliyin tə-

min edilməsində hər bir təhlükəsizlik sisteminin əhəmiy-

yəti və rolu böyükdür. Bununla belə, ərzaq təhlükəsizliyi

milli təhlükəsizliyin hər birinin dayanıqlığı və fəaliyyəti

üçün əsas mənbə və arqumentdir.

Ərzaq təhlükəsizliyinin həll edilməsi milli dövlətlə-

rin iqtisadi müstəqilliyini təmin etməyi tələb edir. Özünün

müstəqil milli iqtisadiyyatını formalaşdıra bilən ölkə özü-

nün ərzaq təhlükəsizliyini də təmin edə bilir. Ərzaq müs-

təqilliyi ölkənin öz daxili ehtiyatları hesabına öz əhalisini

zəruri yaşayış üçün ərzaq məhsulları ilə ehtiyacını təmin

edə bilməsidir.

Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin əsasıdır və

milli səviyyədə: 1) Daxili bazarda yerli ərzaq məhsulları

üstünlük təşkil edir. Burada idxal tədricən azalır, bu məh-

sullar əsasən ölkədə istehsal edilir. 2) Ölkənin bütün əhali-

sinin ehtiyaclarını ödəmək üçün əsas şərtlərdən biri odur

ki, tələb olunan məhsulları əldə etmək imkanı olsun. Yəni,

məhsul almaqla onun əldə edilməsi üçün əhalinin gəlirləri

və məhsulun qiymətləri tələbatı ödəmək səviyyəsində ol-

sun və nəhayət, 3)Əhalinin bütün ehtiyacları keyfiyyətli,

ekoloji cəhətdən təmiz, sağlamlığa təhlükə törətməyən

məhsullarla davamlı təmin edilsin.

Beləliklə, ərzaq təhlükəsizliyi dövlət təminatı ilə da-

xili istehsal hesabına əldə edilən və idxal olunan məhsulun

əhalinin tələbatını davamlı, qənaətləndirici, keyfiyyətli,

Page 163: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

162

tibbi normalara uyğun və etibarlı təmin edilməsi demək-

dir. Bununla əlaqədar dövlət ərzaq təminatçısı kimi milli

səviyyədə dövlət ərzaq ehtiyatı fondunu formalaşdırır. Bu

o deməkdir ki, dövlət ərzaq təhlükəsizliyini təmin etmək

üçün müəyyən müddətə (fövqəladə hallarla əlaqədar) eh-

tiyat fondu yaradılır.

FAO tərəfindən dünyada taxıl ehtiyatları üzrə ərzaq

təhlükəsizliyinin təmin edilməsi məqsədilə 60 günlük is-

tehlak həcmi səviyyəsində (dünya istehlakının normativ

həcmi 17-20%) olmaqla ehtiyat müəyyənləşdirilmişdir.

Bununla əlaqədar ölkədə ərzaq təhlükəsizliyi sahəsində si-

yasət 4 prinsipə əsaslanır: 1) mövcudluq, 2) sabitlik, 3) sə-

mərəli istifadə, 4) əlyetərlilik. Bu prinsiplər aşağıdakıları

nəzərdə tutur:

- ərzaq məhsullarının əsasən yerli istehsal ehtiyatlar-

dan istifadə olunması və yaxud müəyyən qismi idxal he-

sabına mövcud olmalıdır.

- ərzaq məhsullarının mövcudluğu sabit və davamlı

olmalıdır. İnsanlar gündəlik ərzaq istehlak edirlər. İnsanlar

gözlənilməz və yaxud ciddi dəyişikliklərdən əziyyət çək-

məməlidirlər.

- ərzaq məhsulları müvafiq texnologiyaya və stan-

dartlara uyğun emal olunmalı, saxlanılmalı və konserv-

ləşdirilməlidir. İstehlakçılar əmin olmalıdırlar ki, onların

istehlak etdikləri məhsullar lazımi dərəcədə keyfiyyətlidir

və sağlamlıq üçün təhlükəsizdir, yemək rasionuna uyğun

olmalıdır.

- ərzaq məhsullarının əldə edilməsi istər onların fizi-

ki mövcudluğu, istərsə də alıcılıq qabiliyyəti baxımından

hamı üçün mümkün olmalıdır.

Page 164: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

163

Nəzərə almaq lazımdır ki, prinsiplər bütün ölkələr və

zamanlar üçün eyni səviyyədə məqbul hesab edilir.

Milli sərhədlər daxilində ərzaq təhlükəsizliyi ölkə

vətəndaşlarının ərzaq təhlükəsizliyini təmin etmək məq-

sədilə hökumətin qəbul etdiyi öhdəlikləri və prinsipləri

özündə cəmləşdirir.

Məlumdur ki, bütün dövrlərdə və bütün səviyyələrdə

insanların həyatı tələbatlarının ödənilməsi böyük əhəmiyyət

kəsb etmişdir. Cəmiyyətin inkişafının müxtəlif dövrlərin-

də, qidalanma səviyyəsi ayrı-ayrı ölkələrdə xeyli fərqlən-

miş, ehtiyatların müxtəlifliyi, insanların sayı və s. əlaqədar

bəzi ölkələrdə bu və ya digər məhsul azlığı əmələ gəlmiş-

dir. Ərzaq problemini həll etmək üçün ticarət əlaqələri ge-

nişləndirilmiş, məsələnin dərinləşməsinin qarşısını almaq

üçün təşkilatlar yaradılmış, əlaqələr formalaşdırılmış, nor-

mal qidalanma problemləri ilə əlaqədar hüquqi əsaslar ya-

radılmışdır.

Ərzaq məhsulları istehsalının artırılması daim bütün

ölkələrin diqqət mərkəzində olmuş, ərzaq təhlükəsizliyi və

ərzaq ticarətinin səmərəli təşkili ön plana çəkilmişdir. Bu

mənada milli ərzaq təhlükəsizliyi proqramının qəbul edil-

məsi olduqca önəmli olmuşdur. Çünki, ərzaq təhlükəsizliyi:

- ölkədə zəruri həcmdə və zəruri çeşiddə ərzaq ehti-

yatları yaradılmasını.

- ölkədə nisbətə az təminatlı əhalinin müdafiəsini;

- ərzaq məhsulları istehsalının artırılmasının təşkilatı,

iqtisadi, texniki, texnoloji tədbirlərinin kompleks həyata

keçirilməsini;

- bütün ehtiyatlardan səmərəli istifadə edilməsini;

- əhalinin gəlirlərinin artırılması üçün tədbirlərin gö-

Page 165: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

164

rülməsini;

- ölkələr arasında xarici-iqtisadi əlaqələrin tələbatın

ödənilməsi mövqeyindən qurulmasını və s. nəzərdə tutur.

Ərzaq təhlükəsizliyinin mühüm xüsusiyyətlərindən biri də

ərzaq bazarının formalaşdırılmasını tələb etməsidir.

- Ərzaq təhlükəsizliyi - qida enerjisi ilə tələbatın nor-

mal ödənilməli olan kalori, protein, zülal, karbohidratlar

və digər maddələrin qidada olan səviyyəsi deməkdir. Qi-

dalılıq səviyyəsi aşağı olam məhsullarla qidalanma tələba-

tın ödənilməsini təmin etmir və əhali ac qalır. FAO-nun mə-

lumatına görə 2012-ci ildə dünyada aclıq çəkən adam-

ların sayı 925 milyondan çoxdur. Dünya Bankının hesab-

lamalarına görə adambaşına illik gəliri 275 ABŞ dolların-

dan aşağı olan insanlar çox kasıb hesab edilirlər. Aclıq

səviyyəsi aşağı olan ölkələrdə əhalinin gəliri çox aşağıdır.

Afrika və Asiyanın bəzi ölkələrində kənd təsərrüfatı işçi-

lərinin orta aylıq gəliri hətta 10 dollardan aşağıdır.

Göstərilənlərlə əlaqədar ərzaq təhlükəsizliyi bütün

dövlətlərdə iqtisadi inkişafın əsas istiqamətlərindən biri ol-

muşdur. Hazırda dünyanın 100-dən çox ölkəsi taxıl idxa-

lından asılıdır.

Məlumdur ki, müasir dövrdə özünü kəskin göstərən

qlobal problemlər (ekoloji, xammal, ərzaq, dünya okeanı

problemi, demoqrafiya və s.) arasında ərzaq problemi xü-

susi əhəmiyyət kəsb edir. Çünki ərzaq məhsullarının möv-

cudluğundan və keyfiyyətindən milyardlarla insanın fiziki

mövcudluğu və sağlamlığı birbaşa asılıdır.

Ərzaq problemi həm də dünya miqyasında əhalinin

sürətli artımı ilə biosferanın imkanları arasında olan dis-

proporsiya ilə əlaqədardır. Son onillikdə dünyada əkin sa-

Page 166: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

165

hələri 1,2 mlrd. hektar səviyyəsində sabitləşmişdir. İnkişaf

etmiş ölkələrdə taxıl məhsulları üzrə məhsuldarlıq son

həddə yaxınlaşmışdır, taxıl məhsulları üzrə əkin sahələri-

nin artım sürəti əhalinin artım sürətindən geri qalır.

Müasir şəraitdə ərzaq probleminə beynəlxalq miq-

yasda diqqət yetirilməsinin nəticəsidir ki, BMT-nin təşəb-

büsü ilə 1996-cı ildə “Ümumdünya ərzaq təhlükəsizliyi

haqqında Roma deklarasiyası” qəbul edilmişdir. Roma

deklarasiyasının qəbul edilməsinin əsas səbəbi dünyada

aclıq çəkən və doyunca qidalanmayanların sayının sürətlə

artması olmuşdur. Dünya miqyasında müşahidə olunan bu

vəziyyət xüsusilə siyasi gərginlik və iqtisadi gerilik Asiya

və Afrika ölkələrində özünü daha qabarıq göstərməkdədir.

Roma deklarasiyasında doyunca qidalanmayanların sayı-

nın 2 dəfəyə qədər azaldılması və cəmiyyət üzvlərinin ər-

zaq təminatının yaxşılaşdırılması vəzifəsi qarşıya qoyul-

muşdur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 1946-cı ildə

xüsusi qurumu statusu almış ərzaq və kənd təsərrüfatı təş-

kilatının (FAO) məlumatına görə ərzaq rasionunda kalori-

nin orta miqdarı artsa da, optimal tibbi normalarından geri

qalır. İnkişaf etmiş ölkələrdə 2010-cu ildə hər nəfər hesabı

ilə gündəlik 3470 kkal istehlak olunduğu halda, Afrika

2170, Cənubi Asiyada 2450 kkal istehlak edilmişdir.

Azərbaycanda hər nəfər hesabı ilə gündəlik 2880 kkal is-

tehlak edilmişdir.

Hər nəfərə istehlak olunan ərzaq məhsulları ölkələr

üzrə xeyli fərqlənir. Bu ölkələrin ehtiyatları, iqtisadi inki-

şafı və digər amillərlə əlaqədardır.

Page 167: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

166

Cədvəl 4.1.

Qida məhsulları istehlakı (hər nəfərə, kq) *

Azə

rbay

can

Ru

siya

Bela

ru

s

k

Bri

tan

iya

rcü

sta

n

Alm

an

iya

AB

Ş

Ət və ət məhsulları 3,8 63 88 84 15,6 88 113

Süd və süd məh-

sulları 274,2 246 252 249 443 71,1 273

Yumurta (ədəd) 158 271 310 187 210 98,6 246

Balıq və balıq məh-

sulları 7,2 – – – – 4,1 –

Şəkər 31,7 40 47 38 20,1 36 59

Bitki yağı 10,3 13,5 18 18 – 16 31

Kartof 71,3 110 183 105 – 73 54

Tərəvəz və bostan 106,4 106 144 89 127,1 100 123

Meyvə 77,2 60 58 128 31 125 113

Çörək məmulatları 139,8 119 93 – 145,7 98 91

*Azərbaycan üzrə 2014-cü il, digər ölkələr isə 2011-ci ilin məlu-

matları.

Qeyd edək ki, 1994-cü ildə FAO tərəfindən ərzaq

təhlükəsizliyinə dair xüsusi proqram qəbul edilmişdir. Bu

proqramda yeyinti məhsullarının istehsal səviyyəsinin artı-

rılması və aclıq çəkən insanların azaldılması əsas məqsəd

qoyulmuşdur. Həmin proqrama 106 ölkə qoşulmuşdur ki,

bunun da 44 ölkə Afrika, 27 ölkə Latın Amerikası, 14 ölkə

Sakit okeanın qərb hissəsindən və 13 ölkə Asiyadan ol-

muşdur. FAO-nun 20-dən çox regional proqramları müx-

təlif ölkələrdə fəaliyyət göstərir.

Hazırda beynəlxalq aləmdə ərzaq təhlükəsizliyini tə-

Page 168: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

167

min etmək üçün geniş işlər aparılır. Bu məsələ ilə FAO,

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF), Beynəl-

xalq Ticarət Təşkilatı (BTT) və İqtisadi Tərəfdaşlıq və İn-

kişaf Təşkilatı (İTİT) məşğul olurlar.

b)Ərzaq təhlükəsizliyini şərtləndirən amillər.

Məlumdur ki, aqrar sahə spesifik təbii iqlim xüsusiy-

yətlərə malik olması, başqa sahələrə nisbətən az gəlirliliyi,

əhalinin yoxsul hissəsinin əsasən kəndin payına düşməsi,

maliyyə imkanlarının azlığı və s. amillər bu sferada sə-

mərəli nəticələr əldə etmək imkanlarını xeyli çətinləşdirir.

Bu kimi obyektiv və subyektiv amillərin (həmçinin, daxili

və xarici amillərin) təsiri nəticəsində aqrar sahədə kəmiy-

yət və keyfiyyət dəyişikliklərini istiqamətləndirmək və öl-

kənin iqtisadiyyatında ərzaq təhlükəsizliyini təmin etmək

üçün qarşıya qoyulan vəzifələrin miqyası və aktuallığı daha

kəskin xarakter alır.

Hazırki dövrün xarakterik xüsusiyyəti onunla ifadə

edilir ki, vahid dünya təsərrüfatı sisteminin formalaşması

prosesi yaşanır. Bu prosesin idarəediciləri müxtəlif isti-

qamətli ixtisaslaşdırılmış beynəlxalq təşkilatlardır. Bu təş-

kilatlar bütün ölkələrin təbii, iqtisadi, texniki, texnoloji və s.

potensialından səmərəli istifadə edilməsinə əsaslanır. Öl-

kələr üçün iqtisadi münasibətlər sistemi vahid standartlar

və qaydalarla tənzimlənir. Belə ki, BMT-ə üzv olan öl-

kələr üçün 2020-ci ilədək müddətə icrası mühüm sayılan

aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:

1) ifrat yoxsulluğun və aclığın aradan qaldırılması;

2) ümumi ibtidai təhsilə nail olunması;

3) gender bərabərliyini təmin etmək və qadınlara

səlahiyyət vermək;

Page 169: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

168

4) uşaq ölümü hallarını azaltmaq;

5) ana sağlamlığını yaxşılaşdırmaq;

6) AİDS və HİV kimi yoluxucu xəstəliklər, malyari-

ya və digər xəstəliklərə qarşı mübarizəni gücləndirmək;

7) ətraf mühitin mühafizəsini təmin etmək;

8) ölkələrlə qlobal əməkdaşlığı təmin etmək. Bu qlo-

bal vəzifələrin əsası əhalinin yoxsulluğunun azaldılması

və tədricən ləğvi, ərzaq təhlükəsizliyinin təmin edilməsi

hesab edilir.

Ərzaq təhlükəsizliyinin qiymətləndirilməsində gün

ərzində istehlak edilmiş ərzaq məhsullarının kalorililiyi,

onlardakı zülalların, yağların və karbohidratların miqdarı

ümumi göstəricilər hesab edilir. Bu amillər insanın fiziki

gücünü, normal fəaliyyətini və həyat tərzini formalaşdırır.

Müasir dövrdə əhalinin ərzaq təhlükəsizliyinin təmin edil-

məsinin iki amilinə daha çox diqqət yönəldilir: 1) ərzaq

bazarında məhsulların mövcudluğu, 2) onların əldə edil-

məsi üçün maliyyə imkanlarının olması. Ərzaq məhsulla-

rının mövcudluğu istehsal və idxal münasibətlərindən ası-

lıdır. Maliyyə imkanları isə adambaşına aylıq gəlirlərin sə-

viyyəsindən asılıdır. Bu amillərdən biri çatışmırsa ərzaq

təhlükəsizliyi təmin edilmir. Bazarda ərzaq məhsulları

mövcuddursa, lakin onu ala bilmək imkanı yoxdursa, ərzaq

təminatı həll edilməmiş hesab edilir. Maliyyə imkanları

varsa, istehlak bazarında insanlar məhsulların çatışmazlığı

halları ilə üzləşdiyi zaman ərzaq təhlükəsizliyini təmin et-

mək mümkün deyil.

Dünyada ərzaq təhüksizliyi problemi alimlərin, bey-

nəlxalq təşkilatların, dövlətlərin həmişə diqqət mərkəzində

olmuş, təhlillər, araşdırmalar aparmışlar. 1968-ci ildə

“Ümumdünya sisteminin inkişafını modelləşdirən və

Page 170: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

169

proqnozlaşdıran “Roma klubu” Beynəlxalq təşkilat yara-

dılmışdır. Bu təşkilat “Artım həddi” barədə 1972-ci ildə

geniş müzakirələr aparmış, 130 il üçün (2100-cü ilədək)

cəmiyyətin inkişaf meyilini proqnozlaşdırmışlar. Alimlər

aşağıdakı problemlərin kəskinləşməsi meyilini göstərmiş-

lər və həmin amillərin nəzərə alınmasını zəruri hesab edirlər:

1) surətlə sənayeləşməni;

2) əhalinin surətlə artımını;

3) ərzaq çatışmazlığının geniş yayılmasını;

4) təbii ehtiyatların tükənməsini;

5) məskunlaşma mühitinin pisləşməsini.

Bu ölkələrdə milli təhlükəsizlik istiqamətində aparı-

lan daxili və xarici siyasətin yeni prizmadan baxılmasına

məsuliyyəti xeyli artırmışdır. Ərzaq təhlükəsizliyi ilə əla-

qədar mühüm tədbirlərdən biri 1992-cı ildə keçirilmişdir.

Dünyanın 1600-dan çox alimi beynəlxalq tədbirdə aşağı-

dakı problemlərə diqqəti artırmağı tövsiyə etmişlər:

1) Torpaqdan istifadə, taxıl əkini sahələrinin azal-

ması. Torpaqlar dövriyyədən çıxarılaraq sənaye və infra-

struktur məqsədlərinə cəlb edilir, kənd təsərrüfatının in-

tensiv inkişafı torpaqların eroziyasının artmasına səbəb

olur, əhalinin sayının artması şəhər və qəsəbələrin geniş-

lənməsinə gətirib çıxarır.

2) İçməli su qıtlığı və ondan istifadə problemi. Sudan

istifadə artır, suvarılan torpaqlar, süni suvarılan əkinlər və s.

suvarma sisteminin yaxşılaşdırılmasını tələb edir.

3) Ətraf mühitin çirklənməsi prosesi artmış, tullan-

tılar torpağın və suyun pisləşməsinə, iqlimin dəyişməsinə

səbəb olmuşdur.

4) Dünya okeanlarında balıq tutulması, dəniz məh-

sulları olan ərzağın əldə edilməsini çətinləşdirmişdir.

Page 171: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

170

5) Məhsuldarlıq səviyyəsi hələ aşağıdır. Bu problem

kənd təsərrüfatına çoxlu kapital qoyuluşu tələb edir.

6) Heyvanların saxlanılması problemi. Sahələrdə op-

timal həcmdən çox mal-qara və qoyun saxlanılır. Bu sahə-

lərin korlanmasına və gələcəkdə ət-süd istehsalının azal-

masına səbəb ola bilər.

Göstərilən problemlər, təhlükəsizlik tədbirləri gör-

məyə tələb edir. Çünki bu problemlər ərzaq təminatını gə-

ləcəkdə təhlükə altına alır. Bu tədbirlərin ailə, regional,

milli və qlobal səviyyədə həyata keçirilməsi və həmin

amillərin nəzərə alınması zərurətini tələb edir. Qeyd edək

ki, ərzaq təhlükəsizliyinə istər milli və istərsə də qlobal sə-

viyyədə çoxsaylı amillər təsir göstərir. Bu amillərə təbii –

iqlim, ehtiyatların mövcudluğu, istehsal-iqtisadi imkan-

lardan istifadə səviyyəsi, böhranlar, müharibələr, fəlakət-

lər, əhalinin məskunlaşması, urbanizasiya və alıcılıq qabi-

liyyəti və s. aid edilir. Bütün bu amillər müəyyən səviy-

yədə ərzaq təminatına təhlükə törədə bilir. Ona görə də

tədbirlərin həyata keçirilməsinə kompleks yanılması ol-

duqca vacibdir.

Ərzaq təhlükəsizliyi ərzaq istehsalı və bazarın təmin

edilməsində dövlət maraqlarına cavab verən bir çox daxili

və xarici amillərdən asılıdır. Ərzaq təhlükəsizliyinə təsir

edən daxili amillərə aşağıdakılar daxildir:

1) kənd təsərrüfatı torpaqlarının vəziyyəti, onların

eroziyaya uğraması;

2) daxili ehtiyatların, xüsusən suvarma və meliorasi-

ya sistemin vəziyyəti;

3) əkin strukturu və onun təkmilləşdirilməsinin bazar

prinsiplərinə cavab verməməsi;

4) heyvandarlığın inkişaf səviyyəsi, onların yemlə tə-

Page 172: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

171

minatının səviyyəsi;

5) ərzaq məhsulları istehsalı üçün zəruri texniki ba-

zanın formalaşması;

6) istehsalın və emalın yeni texnologiya ilə təminatı;

7) aqrar sahədə mövcud potensialdan (torpağın məh-

suldarlığı, heyvanların məhsuldarlığı, su və meliorasiya tə-

sərrüfatından səmərəli istifadə, toxumçuluq və damazlığın

təşkili və s.)istifadənin səviyyəsi;

8) ərzaq məhsulları istehsalında xidmət infrastruktu-

runun vəziyyəti;

9) emal və yeyinti sənayesinin inkişafı üçün investi-

siya dəstəyi;

10) aqrar sahəyə güzəştli kreditləşmənin həcmi və

tətbiqinin genişləndirilməsi;

11) ərzaq məhsulları istehsalının daşınması, saxlanıl-

ması və emalı vaxtı itkilərin aradan qaldırılması;

12) aqrar sahədə ərzaq bazarının qorunması, tələb-təklif

arasında nisbətin tənzimlənməsi;

13) aqrar sahənin idarə edilməsinin iqtisadi mexaniz-

minin təkmilləşdirilməsi;

14) əhalinin gəlir səviyyəsinin (əsasən kənd əhalisinin)

aşağı olması;

15) bitki və heyvanlara profilaktiki tədbirlər (baytar-

lıq və fitosanitar), məhsulun saxlanılması, emalı və s. əlaqə-

dar mühafizə vasitələrindən düzgün istifadə;

16) aqrar ərzaq məhsulları istehsalının regional siya-

sətin formalaşdırılması;

17) aqrar sahibkarlığın inkişafının elmi təminatı və

kadr hazırlığının formalaşdırılması.

Ərzaq təhlükəsizliyinə təsir edən daxili amillərin tər-

kibinə kəmiyyət və inkişaf səviyyəsinin təmin edilməsi

Page 173: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

172

kontekstindən baxmaqla, onun keyfiyyət aspektləridə nə-

zərə alınmalıdır.

Keyfiyyət aspektləri dedikdə, ərzaq məhsullarının

sanitar gigiyena, ekoloji, tibbi-bioloji cəhətdən təmizliyini

və müvafiq standartlara uyğunluq səviyyəsini xarakterizə

edən və ərzağın istifadəsinin insan orqanizminə təhlükəli

və zərərli təsiri ehtimalı (riski) ilə səciyyələnən təhlükəsiz-

lik amili başa düşülür. Bununla əlaqədar aqrar sahədə aşa-

ğıdakı tədbirlər sistemi həyata keçirilməlidir:

1) ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırıl-

ması, daşınması, saxlanması və satışı sahəsində mövcud

normaların beynəlxalq standartlara uyğunlaşdırılması və

optimallaşdırılması;

2) idxal edilən və ölkədə istehsal edilən ərzaq məh-

sullarının keyfiyyətinə müntəzəm nəzarət edilməsi;

3) içməli suyun keyfiyyətinin yaxşılaşdırılması;

4) sanitar-epidemioloji, ekoloji və s. sahədə müxtəlif

profilaktiki tədbirlərin həyata keçirilməsi;

5) ekoloji təmiz məhsul istehsalının stimullaşdırılması.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında ərzaq id-

xalı mühüm rol oynayır. Problemi bu yolla həll etmək is-

təyən ölkələr qarşısında iki əsas vəzifə durur:

1) Ərzaq idxalını tələb olunan səviyyədə saxlamaq

üçün valyuta ehtiyatına malik olmalıdır;

2) Etibarlı idxal mənbələrini əlində saxlamalıdır.

Ölkənin zəruri olan həcmdə ərzaq məhsulları idxalı

üçün valyuta ehtiyatlarının daxil olması məqsədilə ixracat

potensialının yaradılmasını tələb edir. Bu zaman nəzərə al-

maq lazımdır ki, ərzaq idxal edən ölkə üçün həmin ərzaq

əmtəə də olsa, strateji əmtəədir. Onun davamlı olaraq satın

alınması cəmiyyətdə sabitliyə təminat verir. İxracatçı ölkə

Page 174: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

173

üçün isə, həmin əmtəələr siyasi və iqtisadi təzyiq vasitəsi

(embarqo qoymaqla və s.) kimi istifadə edə bilər. Nəzərə

almaq lazımdır ki, ərzaq idxalının bir xüsusiyyəti də on-

dan ibarətdir ki, onların qiyməti qeyri-sabit olmaqla, bir

çox hallarda öz real dəyərinə adekvat olmur. Ərzaq təhlü-

kəsizliyini təmin etmək üçün dövlət müəyyən hallarda

strateji məhsulların (malların) idxalı məqsədilə yüksək

qiymət ödəmək məcburiyyəti qarşısında qalır.

Ölkənin ərzaq təhlükəsizliyini idxalat vasitəsilə tə-

min edən zaman hökumət əsas diqqəti xarici bazarlarda

maksimum səmərə ilə satılması mümkün olan məhsulların

(malların) istehsalına yönəldir. Qeyd edək ki, idxalatın da-

xili bazara təsiri birmənalı deyildir. O, bir tərəfdən, ölkəni

çatışmayan ərzaqla təmin edir və mühüm sosial-iqtisadi

vəzifələri yerinə yetirir. Digər tərəfdən isə bununla yerli

istehsalçıları bazarda sıxışdırır. Doğrudur, bir çox yerli

məhsullar həm keyfiyyət, həm də qiymət baxımından xari-

ci məhsullara rəqabətə davam gətirmir. Bu gün yerli isteh-

salçılar bir çox baxımdan xarici rəqiblərə uduzurlar və bə-

zi hallarda sahibkarlar ziyanla işləyirlər. Belə vəziyyət

əməyə motivasiyanı azaldır, bir çox məhsullar üzrə isteh-

sal fəaliyyəti zəif olaraq qalır. Keyfiyyət göstəriciləri isə

dünya standartlarından geri qalır. Ona görə də daxili tələ-

bin yerli məhsullarla ödənilməyən hissəsi idxal hesabına

ödənilir.

Beləliklə, ərzaq təhlükəsizliyinə təsir edən amillər-

dən biri xarici amillər hesab edilir. Həmin amillərə aşağı-

dakılar daxildir:

- ölkədə daxili ehtiyatlardan səmərəli istifadə edilmə-

diyindən, ölkə idxal etdiyi məhsula görə xarici ölkə isteh-

salçılarından asılı qalır;

Page 175: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

174

- ərzaq istehsalında su ehtiyatları mühüm rol oynayır.

Ölkələrin su ehtiyatları qonşu ölkələrdə daxil olan təbii su

ehtiyatlarından asılıdır;

- ölkənin idxal etdiyi ərzaq məhsulunun qiyməti dün-

ya qiymətlərinə uyğun olur və idxalçı ölkə həmin ölkənin

qiymət siyasətindən asılı olur;

- ərzaq məhsulları istehsal edən obyektlərin xarici in-

vestorların mülkiyyətində olmaqla bir çox şərtləri diqtə

edirlər;

- ərzaq məhsulunun ixracatçısı olan nəhəng dövlətlə-

rin şirkətləri ayrı-ayrı məhsulları öz nəzarətində saxlamaq-

la, təsərrüfatların təyinatının dəyişməsinə, yeni texnologi-

yaların tətbiqinin genişləndirilməsinə çalışırlar;

- dünya bazarında kənd təsərrüfatı istehsalçılarının

dəyişkən konyukturlarından qorunması çətinləşir;

- ölkənin ərzaq emalı və saxlanması ilə məşğul olan

müəssisə və təşkilatlar infrastrukturunun maddi-texniki

bazası və texnologiyası zəif olduğu üçün xaricdə ərzaq

məhsulları idxal etmək məcburiyyətində qalır.

Beləliklə, ərzaq təhlükəsizliyini şərtləndirən daxili

və xarici amilləri ümumi kontestdən qiymətləndirərək hər

bir ölkənin milli ərzaq təhlükəsizliyi amillərini aşağıdakı

kimi sistemləşdirmək məqsədə uyğun olar:

1) ərzaq məhsulunun daxildə istehsalının ölkə üçün

iqtisadi cəhətdən səmərəli olması;

2) ölkədə və xaricdə istehsal olunan ərzaq məhsulla-

rının və xidmətlərin qiymətlərinin səviyyəsi;

3) ölkə əhalisinin orta aylıq gəlirləri;

4) ölkə əhalisinin alıcılıq qabiliyyəti;

5) ölkə əhalisinin müxtəlif təbəqələrinin sosial təmi-

natı;

Page 176: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

175

6) ölkənin ərzaq bazarında olan istehsalçıların zövqü

və sayı;

7) dövlətin ərzaq təminatını yaxşılaşdırmaqla əlaqə-

dar sosial-iqtisadi siyasətinin formalaşması.

4.2. Ərzaq təhlükəsizliyinin təmin edilməsinin sosial-

iqtisadi əsasları.

Milli təhlükəsizlik baxımından hər bir dövlətin ma-

raqlarının etibarlı şəkildə qorunması və insanın, cəmiyyə-

tin inkişafı üçün siyasi, iqtisadi, sosial, hərbi, ekoloji və s.

tədbirlərin hazırlanması böyük əhəmiyyət daşıyır. Bu təh-

lükəsizlik sistemi ölkənin milli iqtisadiyyatının inkişafına,

sosial-iqtisadi sabitliyinin möhkəmləndirilməsinə imkan

verir. Ona görə də iqtisadi təhlükəsizlik milli təhlükəsizli-

yin ağırlıq mərkəzini, cəmiyyətin və dövlətin inkişafı sə-

viyyəsini və dövlətin iqtisadi müstəqilliyinin əsasını təşkil

edir. Ölkənin iqtisadi təhlükəsizliyi strateji milli maraqla-

rın müdafiəsinə xidmət etməklə aşağıdakı istiqamətləri

özündə əks etdirir:

1) davamlı iqtisadi artımı;

2) məhsul istehsalının rəqabət qabiliyyətinin yüksəl-

dilməsi;

3) əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, gə-

lirlərin artırılması, məşğulluğun təmin edilməsi.

İqtisadi ədəbiyyatlarda iqtisadi təhlükəsizlik xalq tə-

sərrüfatının sahə strukturu baxımından aşağıdakı kimi təs-

nifləşdirilir:

1) Maliyyə təhlükəsizliyi;

2) Enerji təhlükəsizliyi;

Page 177: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

176

3) Ərzaq təhlükəsizliyi.

İqtisadi təhlükəsizliyin mühüm forması ərzaq təhlü-

kəsizliyidir. Nəzərə almaq lazımdır ki, ölkənin inkişafının

sosial-iqtisadi göstəriciləri ərzaq təhlükəsizliyinin, təbiidir

ki, bu da iqtisadi təhlükəsizliyin təmin edilməsində əsas

rol oynayır. Ölkənin milli iqtisadiyyatı və ərzaq təhlükə-

sizliyi daxili məhsulun həcmindən, iqtisadi artım səviyyə-

sindən, daxili ehtiyatlardan, ölkə daxilində tələbatlar nəzə-

rə alınmaqla ehtiyacların ödənilməsi imkanlarından asılı-

dır. Dövlətin göstərilən strateji maraqları, həm də onunla

ifadə olunur ki, yerli məhsullar daxili və xarici bazarlarda

rəqabətə davam gətirmək iqtidarına malik olsun. Digər tə-

rəfdən cəmiyyətin sosial-iqtisadi sabitliyi, əhalinin sosial

durumu, işsizlik səviyyəsi, əhalinin gəlirləri ilə istehlak

malları qiymətləri arasındakı mütənasiblik əsas amil hesab

edilir. Ərzaq təhlükəsizliyi ölkənin maliyyə sisteminin və-

ziyyəti, xarici ticarətin strukturu, mütərəqqi texnologiya-

ların istehsala tətbiqinin stimullaşdırılması və s. sosial-

iqtisadi amillərlə əlaqədardır. Ölkənin ərzaq təhlükəsizli-

yinə təsir edən amillər aşağıdakı kimi qruplaşdırılır:

1) təbii amillər;

2) ekoloji amillər;

3) iqtisadi amillər;

4) sosial amillər;

5) təşkilati-texniki amillər;

6) hərbi-siyasi amillər və s.

Hər bir amil ölkənin ərzaq təhlükəsizliyinə əhəmiy-

yətli təsir göstərir. Nəzərə almaq lazımdır ki, hər qrup

amili xarakterizə edən çoxlu indikatorlar mövcuddur. Mi-

sal üçün, təbii amillərə ehtiyatların və sahələrin çoxluğu

Page 178: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

177

(və ya azlığı) təsir göstərir. Təbii amillərə torpaq, iqlim,

su, ölkənin coğrafi vəziyyəti və s. daxildir. Sosial amil ər-

zaq təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli təsir

göstərir. Əhalinin sosial problemləri cəmiyyətdə ictimai

təhlükə doğuran vəziyyətin yaranmasına (cinayətkarlığa,

narkomaniyaya və s.) səbəb olur. Əhalinin ərzaq təhlükə-

sizliyi probleminin kəskinləşməsi sosial-iqtisadi dəyişik-

liklərə, yaxud əksinə sosial-iqtisadi dəyişikliklərin özü ər-

zaq təhlükəsizliyində dəyişikliklərə səbəb olur. Hər iki hal

dövlətin daxili təhlükəsizliyinə mənfi təsir göstərir. Nəzə-

rə almaq lazımdır ki, bu amil özünü istehsalçıların müs-

təqilliyində, mülkiyyət münasibətlərində, maliyyə-kredit,

investisiya, maddi-texniki ehtiyatlar bazarının formalaş-

masında ifadə olunur. Aqrar sahədə yaranan vəziyyət əha-

linin həyat səviyyəsinə, onların işlə təmin olunmasına,

aqrar istehsal-iqtisadi münasibətlərin inkişafına, ən baş-

lıcası isə əhalinin ərzaq təhlükəsizliyinə təsir edir. Ona gö-

rə də ərzaq təhlükəsizliyi iqtisadiyyatın elə səviyyəsini tə-

ləb edir ki, bu mövcud ehtiyatlar hesabına əhalinin fəal və

sağlam həyat tərzi keçirməsi üçün zəruri həcmdə ərzaq

məhsullarına olan tələbatın ödənilməsini təmin edə bilsin.

Bu həm də daxili imkanlar hesabına ixrac yönümlü məh-

sul istehsalını artırmaq imkanına zəmin yaratsın. Bu ba-

xımdan ərzaq məhsulları istehsalına 3 aspektdə baxılır:

1) mikro səviyyədə;

2) makro səviyyədə;

3) qlobal səviyyədə.

Mikro səviyyədə ərzaq təhlükəsizliyi hər bir vətən-

daşın (hər bir kəsin) yaşamaq imkanını ifadə edir. Bu, da-

ha çox hər bir vətəndaşın məşğulluğu, gəlirləri və s-dən

Page 179: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

178

asılıdır.

Makro səviyyədə ərzaq təhlükəsizliyi dedikdə ölkə-

nin ümumi inkişaf səviyyəsi nəzərdə tutulur. Qlobal səviy-

yədə ərzaq təhlükəsizliyi, dünyada baş verən dəyişikliklər

(təbii amillər, ərzaq böhranları, bazar rəqabətində baş ve-

rən dəyişikliklər, qiymət tərəddüdləri, maraq və mənafelə-

rin, aqrar siyasətin dəyişməsi və s. amillər) nəzərə alın-

maqla ərzaq məhsullarının təminatıdır. Ona görə də ərzaq

təhlükəsizliyinin təmin edilməsində dövlətin sosial-iqtisa-

di siyasətinin əsası ölkənin digər dövlətlərdən ərzaq asılılı-

ğını neytrallaşdırmaq üçün əlverişli şərait yaratmaqdan

ibarətdir. Dövlət bununla əlaqədar iqtisadi siyasətini aşa-

ğıdakı istiqamətlərə yönəldir:

1) ölkənin hərbi təcavüz, təbii fəlakət və radiasiya

təhlükələrinə məruz qalmaqla əlaqədar istehsal məkanının

itirilməməsi üçün kompleks tədbirlər həyata keçirilməsinə;

2) ərzaq məhsullarının qiymətlərinin kəskin artması

və əhalinin istehlak qabiliyyətli tələbatı ilə əlaqədar əhali-

nin xərclərinin yarıdan çox hissəsinin ərzaq məhsullarının

əldə edilməsinə yönəldilməsinə;

3) iqtisadiyyatın aqrar sahənin xarici ölkələrdən ası-

lılıq təzahürlərinə məruz qalmasının qarşısının alınmasına;

4) ölkənin yerli məhsul istehsalçılarının tədricən

kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları emal və xid-

mət edən sahələrini tərk etməsinin qarşısının alınmasına.

Göstərilənlərlə yanaşı, ölkənin ərzaq təhlükəsizliyi-

nin təmin edilməsi minimum istehlak büdcəsinin həcmin-

dən, fizioloji qida normasından, ölkədə ərzaq məhsulları

istehsalının səviyyəsindən çox asılıdır. Ərzaq təhlükəsiz-

liyi əhalinin həm də sosial müdafiəsinin və dövlətin sosial

Page 180: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

179

siyasətinin əsas istiqamətlərindən biridir. Əhalinin sosial

vəziyyətinin etibarlı şəkildə təmin edilməsinin tənzimlən-

məsi ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas şərt-

lərindəndir. Deməli, bu iki amil bir-biri ilə qarşılıqlı əlaqə

və asılılıqda təmin olunur. Beləliklə, ölkənin ərzaq təhlü-

kəsizliyinə təsir edən amillər sosial-iqtisadi aspektlərlə

şərtlənir.

Ərzaq təhlükəsizliyinin iqtisadi anlamı əhalinin ər-

zaq məhsullarına olan tələbatının təmin edilməsi üçün

mövcud daxili imkanların, o cümlədən ölkənin aqrar sahə-

dəki ehtiyatlardan səmərəli istifadə edilməsi imkanları ilə

şərtlənir. Ərzaq təhlükəsizliyinin iqtisadi tərəfi dövlətin

daxili bazarın xarici rəqabətin əlverişsiz təsirlərindən qo-

runmasına və yerli əmtəə istehsalçılarının stimullaşdırıl-

masına yönəldilmiş səmərəli və çevik iqtisadi siyasəti va-

sitəsilə təmin edilir. Ərzaq təhlükəsizliyinin sosial anlamı

ölkə əhalisinin ərzaq məhsullarına olan minimum fizioloji

qida normasında tələbatlarının ödənilməsi imkanları kimi

xarakterizə edilir. Ərzaq təhlükəsizliyinin sosial təzahürü

bilavasitə ölkə əhalisinin ödəmə qabiliyyətli tələbinin sə-

viyyəsi ilə şərtlənir. Ərzaq təhlükəsizliyinin sosial tərəfi

əhalinin həyat səviyyəsinin yüksəldilməsini nəzərdə tutan

dövlətin sosial siyasəti vasitəsilə təmin edilir. Dövlətin so-

sial siyasətinin bütün dövrlərdə başlıca hədəfi cəmiyyət

üzvlərinin yaşayış səviyyəsini, ərzaq təminatını yaxşılaş-

dırmaqdan, onların alıcılıq qabiliyyətinin yüksəldilməsini

təmin etməkdən ibarət olmuşdur. Dövlətin sosial siyasəti

həmişə qarşıya qoyulan məqsədə və vəzifələrə uyğun də-

yişmiş, təkmilləşmişdir. Bu problemlər və iqtisadi təma-

yüllərin mövcudluğundan və əhalinin alıcılıq qabiliyyətin-

dən və bir çox amillərdən asılı olur.

Page 181: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

180

Qeyd edək ki, ərzaq təhlükəsizliyi problemi daxili və

xarici mənbədən olan zərərli vəziyyət və təsirlər nəticə-

sində yaranır. Daxili və xarici mənbədən olan zərərli təsir-

lər ölkənin ərzaq təminatında destruktiv proseslərə gətirib

çıxarır və dövlət paralel olaraq sosial qeyri-stabillik şərai-

tini yaşayır. Aqrar iqtisadiyyatda, o cümlədən ərzaq təhlü-

kəsizliyində zərərli təsir göstərən daxili amillər daha çox

mənfi təsirə malik olur. Problemə mövcud reallıqlardan

yanaşdıqda ərzaq təhlükəsizliyi probleminin daxili amillə-

ri respublika iqtisadiyyatında kifayət qədər fəal rol oyna-

dığını demək olar. Keçən əsrin 80-90-cı illərində məhsul

istehsalının ilbəil azalması, mərkəzləşdirilmiş iqtisadi əla-

qələr sisteminin dağılması, xammal və materialla təchiza-

tın pisləşməsi, qiymətlərin səviyyəsinin yüksəlməsi və iq-

tisadiyyatda inflyasiya təmayüllərinin genişlənməsi, ma-

liyyə-kredit sektorunda deformasiyalar və nəhayət respub-

lika ərazilərinə ermənilərin hərbi müdaxiləsi, bu münasi-

bətlərin gərginləşməsi nəticəsində ölkə ərazisinin 20%-ə

qədərinin işğala məruz qalması və sairənin ərzaq təh-

lükəsizliyi probleminə bu kimi daxili amillərin təsirini

göstərmək olar.

Beləliklə, ərzaq təhlükəsizliyi həm siyasi-sosial, həm də

makroiqtisadi səciyyə daşıyır və daha çox sosial-iqtisadi

inkişafın səviyyəsindən asılıdır. Ölkənin ərzaq təhlükəsiz-

liyi adambaşına kənd təsərrüfatı və ərzaq məhsullarının is-

tehsalı və istehlakı, adambaşına düşən gəlirlərin səviyyəsi,

bazarda qiymətlərin səviyyəsi ilə bilavasitə əlaqədardır.

Məhz bütün bunların səviyyəsi, eləcə də ağır, gərgin sə-

ciyyə daşıması son nəticədə dövlətin siyasi və iqtisadi su-

verenliyi, milli təhlükəsizliyi üçün təhdidə çevrilir.

Page 182: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

181

4.3. Ərzaq təhlükəsizliyinin təmin edilməsinin iqtisadi

siyasət istiqamətləri.

Məlumdur ki, ərzağın həcmi ilə əhalinin sayı arasın-

da nisbət ərzağın tərkibi, mövcud ehtiyatlardan istifadə,

yoxsulluq həddi, əhalinin alıcılıq səviyyəsi həmişə dəyiş-

miş, bir çox amillərin təsiri ilə əlaqədar olmuşdur. Ərzaq

təminatı qlobal problem olmaqla iqtisadi, sosial, texnoloji,

coğrafi, tarixi, siyasi və s. amillərin təsiri ilə formalaşmış

və bu problemin həlli sosial-iqtisadi, siyasi, texniki-texno-

loji, ekoloji siyasətin həyata keçirilməsi ilə bağlı olmuş-

dur. Təbiidir ki, ərzaq təhlükəsizliyinə yanaşmada təbii

ehtiyatların mövcudluğu, ondan səmərəli istifadə ilə ya-

naşı iqtisadiyyatda dövlətin rolu və siyasətin düzgün for-

malaşması həlledici rola malikdir.

Ərzaq istehlakının səviyyəsi ölkənin iqtisadi inkişafı

və adambaşına düşən gəlirin səviyyəsi ilə əlaqədardır. Ona

görə də ərzaq təhlükəsizliyinə təkcə aqrar sahənin çərçi-

vəsində həll edilən məsələ kimi baxılmır. Ərzaq məhsul-

ları istehsalına və istehlakın səviyyəsinə, qiymətlər, isteh-

lak səbətinin dəyəri, istehsalçıların gəlirləri, ərzağın isteh-

lakçılar üçün fiziki və iqtisadi cəhətdən əlyetərli olması ki-

mi amillərə sosial-iqtisadi və siyasi-texnoloji aspektdən

baxılır. Odur ki, əhalinin ərzaq məhsulları ilə etibarlı tə-

min edilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tu-

tur. Ərzaq təhlükəsizliyinin böyük sosial-iqtisadi və siyasi

əhəmiyyət kəsb etməsi hələ də ərzaqla təmin olunmayan

və ac olan əhalinin sayının mövcud olmasıdır. 1970-ci ildə

dünyada belə əhalinin sayı ümumi əhalinin 2 milyard nə-

fərini, yaxud 36 %-i təşkil etmişdir. 2011-ci il məlumatına

görə dünyada 82 trilyon dollar ümumi məhsul istehsal

Page 183: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

182

edilmişdir. Bu məhsulun müəyyən hissəsi ərzaq məhsul-

larından ibarətdir. Məlumata görə (FAO) dünyada bir ildə

750 milyard dollar həcmində qida məhsulları müxtəlif for-

malarda itkiyə gedir, israf edilir. Ərzaq təhlükəsizliyinin

daxili istehsal hesabına ödənilməsinin sosial-iqtisadi əhə-

miyyəti onunla xarakterizə olunur ki, ölkə öz daxilindəki

əmək, torpaq, maliyyə, texnika, texnologiya və s. ehtiyat-

lardan səmərəli istifadə edir, ərzaq məhsullarının başqa öl-

kələrdən idxalını azaldır. Bununla xərclər aşağı salınır, iş-

çilərin məşğulluğu təmin edilir, əhali fasiləsiz olaraq ər-

zaqla təmin olunur. Həm də bunun üçün istehsala müasir

texnologiya tətbiq olunur, emal, xidmət və başqa infra-

strukturlar yaradılır. Bu isə ölkənin regionlarının inkişafı-

na və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına kö-

mək edir. Kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələrinə nis-

bətən əsas ərzaq məhsulları istehsalçısı olmaqla rəqabət-qabiliyyətli deyildir. Ona görə də dövlət bu sahəyə daimi iqtisadi dəstəyini artırır. Avropada kənd təsərrüfatı isteh-salçılarına dəstək xərcləri istehsal olunmuş məhsulun ma-ya dəyərinin 40%-ni təşkil edir. ABŞ-da dövlət subsidi-yalarının xüsusi çəkisi 30 %, Kanadada 45%, Yaponiyada 60%, İsveçdə 59%, Finlandiyada 71%, Norveçdə isə 77% təşkil edir. Bu ödənişlərlə yanaşı xarici ölkələrdə digər alət və mexanizmlərlə aqrar sfera dəstəklənir. Qeyd edək ki, ölkədə aqrar sahəni inkişaf etdirmək və ərzaq təhlükə-sizliyini təmin etmək üçün iqtisadi siyasətin əsas istiqa-mətləri aşağıdakılardan ibarət olmuşdur:

- kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, 1999-cu ildən başlayaraq bütün vergi və ödəmə-lərdən 2019-cu ilədək azad olunmuşlar;

Page 184: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

183

- ölkəyə gətirilən bir sıra maddi vəsaitlər və toxumlar gömrük rüsumlarından azad olunmuşdur;

- kənd təsərrüfatı istehsalçıları texnika, avadanlıq, ta-xıl toxumu, cins heyvanlar əldə etmələri üçün lizinq tətbiq edilmiş, onun şərtləri daha da sadələşdirilmiş, istehsalçı-lara texnikanın güzəştli şərtlərlə verilməsi mexanizmi hə-yata keçirilir;

- güzəştli kredit verilməsi, kredit ittifaqları yaradıl-ması, istehsalçılara kredit və vergi güzəştlərinin davam et-dirilməsi təmin olunmuşdur;

- regionların sosial-iqtisadi inkişafı və diversifikasi-yası məqsədilə emal müəssisələri və xidmətlər yaradılmış, xidmətlər dəstəklənmişdir;

- kənd təsərrüfatı məhsullarının sığortalanmasına maliyyə yardımının ayrılmasına nail olunmuşdur;

- yanacaq və motor yağları, gübrələrin, toxumların, cins heyvanların dövlət büdcəsi vəsaiti hesabına 50 %-nin güzəştlə verilməsi mexanizmi tətbiq edilmişdir;

- kənd təsərrüfatı istehsalçılarına əlverişli şərait ya-ratmaq üçün baytarlıq, fitosanitar siyasəti təkmilləşdiril-mişdir və s.

Araşdırmalar göstərir ki, aqrar sahənin inkişafı və ər-zaq təhlükəsizliyinin təmin edilməsi üçün iqtisadi siyasət istiqamətlərinin müəyyən edilməsinin obyektiv zəruriliyi aşağıdakı amillərlə əlaqədardır:

1) kənd təsərrüfatının təbii-iqlim şəraitindən bilava-

sitə asılılığı;

2) kənd təsərrüfatında risklərin mövcudluğu;

3) kənd təsərrüfatında məhsuldarlığın hələ aşağı ol-

ması;

4) kənd təsərrüfatı məhsullarının qiymətlərinin və is-

tehsalçıların gəlirlərinin dayanıqlı olmaması;

Page 185: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

184

5) sahənin bazar konyukturunda baş verən dəyişik-

liklərə çevik reaksiya göstərə bilməməsi;

6) aqrar sahədə əldə edilən gəlirlərin başqa sahələrə

nisbətən nəzərə çarpacaq dərəcədə aşağı olması;

7) kənd təsərrüfatının investisiya cəlbediciliyindən

asılı olması;

8) aqrar sahədə bazar infrastrukturunun zəif inkişaf

etdirilməsi;

9) kəndin sosial inkişafında yerli istehsalçıların ma-

liyyə bazasının formalaşmaması və s.

Göstərilən amillər bazar iqtisadiyyatının formalaş-

ması və sahibkarlığın inkişafı şəraitində aqrar sferanın

dövlət tərəfindən tənzimlənməsi istiqamətində kompleks

tədbirlərin həyata keçirilməsini zəruri edir. Kənd təsərrü-

fatını inkişaf etdirmək məqsədilə xarici ölkələrin təcrübə-

sindən istifadə edilməli, istehsalın stimullaşdırılması və

daxili bazarın qorunmasına istiqamətləndirilmiş tədbirlər

həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, dövlət

tənzimlənməsi bazar iqtisadiyyatının əsas prinsipi olan tə-

ləb-təklif və rəqabət mühitinin formalaşmasına zəmin ya-

ratmalıdır. Həm də bu tənzimləmə tədbirləri sahibkarlığın

inkişafına əlverişli şərait yaratmalı, mülkiyyətçilərin in-

teqrasiya münasibətlərinin dəstəklənməsinə xidmət et-

məlidir.

Göstərilənlərlə əlaqədar ərzaq təhlükəsizliyinin tə-

min edilməsi üçün aqrar istehsalın aşağıdakı istiqamətlər-

də dövlət tənzimlənməsinin həyata keçirilməsi zəruri he-

sab edilir:

1) kənd təsərrüfatı və ərzaq məhsulları bazarının mü-

asir tələblərə uyğun formalaşmasının təmin edilməsi;

2) mövcud ehtiyatlardan istifadənin səmərəliliyinin

Page 186: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

185

artırılması;

3) kənd təsərrüfatı məhsullarının qiymətlərinin tən-

zimlənməsi;

4) kreditləşmədə kənd təsərrüfatının üstün inkişafı-

nın təmin edilməsi;

5) kəndin infrastrukturu və sosial inkişafının təmin

edilməsi;

6) istehsalçıların gəlirlərinin həcminin artırılması.

Qloballaşma şəraitində kənd təsərrüfatı istehsalının

dayanıqlı inkişafına nail olmaq üçün dövlət tərəfindən iq-

tisadi-təşkilati mexanizmlərlə dəstəklənməlidir.

Qeyd edək ki, Azərbaycanda uzun müddətdir ki, ər-

zaq təhlükəsizliyinin həyata keçirilməsi və sosial iqtisadi

siyasətin formalaşdırılması üçün əhəmiyyətli işlər görül-

müşdür.

Azərbaycan Respublikasında əhalinin ərzaq təmina-

tının daha da yaxşılaşdırılması iqtisadiyyatın ən vacib mə-

sələsi olmuş və 3 dəfə Ərzaq Təhlükəsizliyi Proqramı qə-

bul olunmuş və həyata keçirilmişdir: 1)1982-ci ildə;

2)2001-ci ildə; 3) 2008-ci ildə. Bu proqramlar ölkənin sosial-iqtisadi inkişafında

böyük rol oynamışdır. Qeyd edək ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin

həyata keçirilməsi istiqamətində uzun müddətdir ki,

müəyyən işlər görülmüşdür. Keçmiş SSRİ dövründə

“1990-cı ilədək olan dövr üçün SSRI-nin Ərzaq Proqramı

və onu həyata keçirmək tədbirləri haqqında” 1982-ci il

plenumunun qərarlarında əhalinin bütün növ ərzaqla dol-

ğun şəkildə təchiz edilməsi, yeməyin strukturunun və key-

fiyyətinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. O vaxt

ilk dəfə olaraq insan orqanizmi üçün zəruri olan qida mad-

Page 187: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

186

dələrinin kəmiyyət və keyfiyyəti ön plana çəkilmişdi. Bu-

nunla əlaqədar 1990-cı ilədək olan dövr üçün adambaşına

istehlakın müəyyən həddə çatdırılması qarşıya qoyulmuş-

du. Bununla əlaqədar bir çox təşkilati-iqtisadi mexanizm-

lər də qəbul edilmişdir. Əlbəttə, bu müəyyən müsbət irəli-

ləyişlərə imkan verdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra

2001-ci ildə ərzaq təminatı ilə bağlı siyasətini formalaşdır-

dı. Bununla əlaqədar olaraq ölkədə sosial-iqtisadi sferada

aparılan iqtisadi islahatların daha da dərinləşdirilməsi,

kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əha-

linin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırmaq məq-

sədilə müstəqil Azərbaycanın “Azərbaycan Respublikası-

nın Ərzaq Təhlükəsizliyi Proqramı” barədə 2 mart 2001-ci

il tarixli sərəncam qəbul edildi.

Proqramın dövlət maliyyə öhdəlikləri və birgə im-

kanları çərçivəsində həyata keçirilməsi nəzərdə tutuldu.

Bununla əlaqədar Ərzaq Təhlükəsizliyi Proqramı (ƏTP)

çərçivəsində konkret məqsədlərin həyata keçirilməsi isti-

qamətləri müəyyən edildi. İlk növbədə daxili imkanlar he-

sabına yerli kənd təsərrüfatı məhsulları istehsalının artırıl-

ması, ərzaq məhsullarının qiymətlərinin məqbul səviyyədə

saxlanılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi

ƏTP-nin əsas məqsədlərindən biri kimi nəzərdə tutuldu.

Proqramın əsas məqsədlərindən biri isə kəskin ərzaq qıtlı-

ğına yol verilməməsi sisteminin yaradılması oldu. Göstəri-

lən məqsədlərə nail olmaq üçün respublika Hökuməti iki

mərhələdən ibarət olan strategiyanın həyata keçirilməsini

öhdəsinə götürməsi məqsədəuyğun hesab edildi. Birinci

mərhələdə islahatlar aparıldığı müddətdə ərzaq təhlükəsiz-

liyinin təmin edilməsi üçün qısa və orta müddətli keçid

Page 188: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

187

tədbirlərinin tətbiqi nəzərdə tutuldu. İkinci mərhələdə ər-

zaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin, yəni

kənd təsərrüfatında gəlirlərin və rəqabət qabiliyyətinin

artırılması, onun beynəlxalq iqtisadi sistemə inteqrasiya

olunmasının təmin edilməsi nəzərdə tutuldu.

Birinci mərhələnin həyata keçirilməsi məqsədilə aşa-

ğıdakı istiqamətlərdə tədbirlər aparılması məqsədəuyğun

hesab edildi:

- müvafiq qanunların həyata keçirilməsinə nəzarət;

- gözlənilən ilkin nəticələrin əldə edilməsi üçün la-

zım olan büdcə ayırmalarının dəqiqləşdirilməsi;

- ərzaq istehsalı sahəsində müvəqqəti vergi güzəştlə-

rinin tətbiqi məsələsinə baxılması;

- qida məhsullarının istehsalı, emalı və satışı üçün

kreditlərin alınmasına kömək göstərilməsi;

- qida məhsullarının istehsalının ərzaq idxalından

müdafiəsi;

- istehlakçıların müdafiəsinin gücləndirilməsi və s.

İkinci mərhələdə ərzaq təhlükəsizliyinin təmin edil-

məsi üçün aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçi-

rilməsi məqsədəuyğun hesab edildi:

- ərzaq təhlükəsizliyi ilə bağlı idarəetmə mexanizm-

lərinin möhkəmləndirilməsi;

- fermer təsərrüfatının kommersiya və bazar iqtisa-

diyyatı tələblərinə cavab verən qurumlara çevrilməsi, kənd

təsərrüfatı və ərzaq sektorları üçün müəyyən olunan gü-

zəştlərin mərhələlərlə məhdudlaşdırılması; - ölkədə ərzaq məhsulları növlərinin istehsalının in-

kişafı və kənd təsərrüfatının rəqabət qabiliyyətinin təmin edilməsi;

- kənddə infrastrukturun inkişafına kömək edən döv-

Page 189: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

188

lət investisiya siyasətinin aparılması.

Göründüyü kimi, ƏTP-n ali məqsədi əhalinin ərzaq

təminatının və maddi rifah halının yaxşılaşdırılmasından

ibarət oldu. Ərzaq təhlükəsizliyi siyasətini formalaşdırmaq

üçün Proqramda 1990-2000-ci illərdə ərzaq təminatı ilə

əlaqədar həyata keçirilən siyasət, kənd təsərrüfatında is-

tehsalın tənəzzülü səbəbləri, 1995-ci ildən aparılan islah-

atlar, 1996-cı ildən başlayaraq əmələ gələn müsbət meyl-

lər geniş təhlil edilir. Geniş təhlil və araşdırmalar əsasında

strateji istiqamətlər müəyyənləşdirilmiş, bir sıra tədbirlərin

həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Proqrama

makroiqtisadi və maliyyə siyasətinin ümumi strategiyası,

pul, büdcə, vergi, ticarət və gömrük məsələləri, kənd tə-

sərrüfatının inkişaf strategiyası, torpaq islahatı, torpaqlar-

dan və təbii otlaqlardan istifadənin yaxşılaşdırılması, meli-

orasiya və irriqasiya sisteminin yeniləşdirilməsi, ərzaq sa-

həsində fəaliyyət göstərən təsərrüfat subyektlərinə yardım,

kredit təminatının yaxşılaşdırılması, əhalinin sosial müda-

fiəsi və digər məsələlər barədə tədbirlər sistemi nəzərdə

tutuldu. Göründüyü kimi, 2001-2004-cü illərdə və 2010-cu

ilədək olan dövrdə ƏTP-da onun yerinə yetirilməsi mən-

bələri və çox böyük məsələlərin həll edilməsi üçün radikal

tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir. Hər bir

məsələ üzrə konkret icraçılar və icra müddətləri nəzərdə

tutulmuşdu.

Bu proqramın yerinə yetirilməsi müstəqilliyini bərpa

etmiş ölkənin sosial-iqtisadi inkişafında həlledici rol oynadı.

Son 10 ildə respublikada sosial-iqtisadi inkişafın sü-

rətləndirilməsi, əhalinin ərzaq məhsulları ilə etibarlı təmi-

natı, kənd təsərrüfatının dayanıqlı inkişaf etdirilməsi və tə-

sirli tədbirlər sisteminin həyata keçirilməsi üçün yeni im-

Page 190: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

189

kanlar yaranmışdır. Həmin tədbirlər Azərbaycan Respubli-

kası Prezidentinin 25.08.2008-ci il tarixli sərəncamı ilə

təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Res-

publikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmina-

tına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.

Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir və-

təndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qə-

bul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam tə-

min olunmasına nail olmaqdır. Bu məqsədə nail olmaq

üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: 1) ölkədə ərzaq məhsulları istehsalını artırmaq; 2) əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları

ilə təmin etmək; 3) ərzaq təminatı sahəsində risklərin idarə olunması-

nı təmin etmək; 4) ərzaq təminatı sisteminin institutsional inkişafını

həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq. Bu vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiri-

ləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin for-malaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturu-nun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəza-rət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldil-məsi müəyyən edilmişdir.

Ərzaq təklifini qarşılamaq üçün aqrar sahədə inten-

siv inkişafa, kənd təsərrüfatı məhsullarının istehsalının və

emalının inkişaf etdirilməsinə önəm verilir. Bununla yana-

şı, tələbatın bir qisminin idxal hesabına ödənilməsi nəzər-

də tutulmuşdur.

Səmərəli istehsal, saxlanılma və satış infrastruktu-

runun yaradılması da ərzaq təminatı sisteminin ən vacib

elementlərindəndir. Buna görə də bu sahələrə dövlət in-

Page 191: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

190

vestisiyalarının artırılması və özəl təşəbbüslərin dəstək-

lənməsi nəzərdə tutulmuşdur.

Proqramda qeyd edilir ki, ərzaq təklifinin səmərəli

bazar mexanizmi vasitəsilə adekvat tələblə qarşılaşması

üçün ölkə vətəndaşlarının hər biri istənilən zaman ərzaqla

təmin olunmaq imkanına malik olmalıdır. Ərzaq təklifi kə-

miyyətcə qənaətbəxş şəraitdə olmaqla yanaşı, həm də key-

fiyyətcə ən müasir tələblərə cavab verməli, ölkə əhalisi

ekoloji təmiz məhsullarla təchiz edilməlidir. Bunun üçün

keyfiyyətə və təhlükəsizliyə səmərəli nəzarət sistemi qu-

rulmalıdır.

Dövlət Proqramının son nəticəsi real rəqəmlərə söy-

kənir və 2015-ci il üçün hədəflər aşağıdakı kimi müəyyən-

ləşdirilmişdir:

- dənli bitkilərin əkin sahələrini 900 min hektara, məh-

suldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona;

- ət istehsalını 340 min tona, süd və süd məhsulları-

nın istehsalını 2,4 milyon tona;

- sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona,

yumurta istehsalını 1,3 milyard ədədə;

- kartof istehsalının həcmini 1,12 milyon tona;

- tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 mil-

yon tona;

- meyvə istehsalını 800 min tona;

- yağlı bitkilərin əkin sahələrini 135 min hektara;

- şəkər çuğundurunun əkin sahəsini 20 min hektara;

- çay yarpağı istehsalını 3 min tona;

- yem bitkilərinin əkin sahələrini 500 min hektara;

- yüksək keyfiyyətli balanslaşdırılmış qarışıq yem is-

tehsalını ildə 2 milyon tona çatdırmaq.

Qeyd edək ki, nəzərdə tutulmuş hədəflərin yerinə ye-

Page 192: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

191

tirilməsi əhalinin ərzaqla təminatında bir sıra məhsullar

üzrə xaricdən asılılığın aradan qaldırılmasında və ixracat

yönümlü sahələrin inkişafının sürətləndirilməsində əhə-

miyyətli rol oynayır.

Bazar münasibətləri inkişaf etdikcə qiymət, tələb-

təklif və rəqabətlə əlaqədar tənzimlənsə də və real nəticə-

lər əldə edilsə də bu münasibətlərdə aqrar sahənin inkişafı

və ərzaq təhlükəsizliyinin təmin edilməsini daha da yaxşı-

laşdırmaq üçün dövlətin sosial-iqtisadi inkişafa müdaxilə-

sinə ehtiyac vardır. Dövlətin müdaxiləsi göstərişlərlə deyil,

daha çox iqtisadi metodlarla əvəz edilməli, aqrar sahədə

əhalinin sosial vəziyyəti ilə əlaqədar diqqət strateji xarak-

terli məsələlər üzrə xüsusən, əmtəəlik məhsullar istehsalı-

nın artırılması, texniki təminat, maliyyə-kredit, idarəetmə

və s. məsələlər üzrə cəmlənməlidir.

4.4. Kənd məhsulları istehsalının artırılması və ərzaq

təhlükəsizliyinin təmin edilməsi yolları.

Aqrar sahədə istehsal amillərinin və idxal-ixracın

tənzimlənməsi aqrar bazarın formalaşmasının və ərzaq

təhlükəsizliyinin təmin edilməsinin əsas şərti olmuşdur.

Bununla əlaqədar ölkənin aqrar sahənin inkişafı üçün so-

sial-iqtisadi siyasət istiqamətləri dövlətin strateji məqsəd-

lərinin reallaşdırılmasına yönəldilmişdir. Dövlətin aqrar

siyasətinin məqsədi sahibkarlığı inkişaf etdirmək yolu ilə

ölkə əhalisinin ərzaq məhsullarına tələbatının əsasən daxili

istehsal hesabına ödəməkdən ibarət olmuşdur. Aqrar siya-

sətin vəzifəsi isə əhalini ərzaq məhsulları, sənayeni kənd

təsərrüfatı xammal ilə təmin etmək üçün etibarlı aqrar ba-

zar yaratmaqdan ibarətdir. Bunun üçün əsas vəzifə:

1)Kənd təsərrüfatı məhsullarının istehsalı artırılmalı, sfe-

Page 193: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

192

ranın sabit, dayanıqlı inkişafı təmin edilməlidir. Kənd tə-

sərrüfatı məhsulları istehsalını artırmaq üçün istehsalın in-

tensiv və ekstensiv inkişaf amilləri əsas istiqamət hesab

edilir. 2) Kənd təsərrüfatı məhsulları istehsalının artırılma-

sına yönəldilmiş iqtisadi siyasət tədbirləri həyata keçir-

məkdən ibarət olmalıdır. Bu amillərin nəzərə alınması da-

xili istehsalı artırmaqla ərzaq təhlükəsizliyini təmin etmək

olar. Burada əhalinin artımı, dünyada kənd təsərrüfatının

(onun sahələrinin) inkişaf səviyyəsi, təbii ehtiyatların azal-

ması, kənd təsərrüfatı məhsullarının qiymət səviyyəsi,

idxal-ixrac imkanları və s. nəzərə alınmalıdır. Ərzaq təhlü-

kəsizliyi aqrar sahədə formalaşdığı üçün bu sfera cəmiy-

yətin sosial-iqtisadi sabitliyi və dövlətin iqtisadi müstəqil-

liyinin qarantı kimi çıxış edir. Ona görə də kənd təsərrüfatı

məhsulları istehsalının daxili ehtiyatlar hesabına artırılması

əsas şərt hesab edilir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda

ərzaq və xammal ehtiyatları yaradılması, istehsalın artırıl-

ması və idxal-ixracı lazımi səviyyədə saxlamaq üçün çox

böyük tədbirlər həyata keçirmiş, ciddi struktur dəyişiklik-

ləri aparmışdır. Ərzaq təhlükəsizliyini təmin etmək üçün

ölkədə istehlaka uyğun ərzaq məhsullarının tarazlaşdırıl-

ması istiqaməti əsas götürülür. Məlumdur ki, ərzaq təhlü-

kəsizliyi və optimal ixrac üçün kifayət edən ərzaq ehtiyatı

balansı, onun formalaşması və istehlakına görə enerji va-

hidlərilə aşağıdakı kimi olmalıdır: ərzaq məqsədləri üçün

daxili istehsal 80-85%; idxal 15-20%; ixrac 15-20%. Nə-

zərə almaq lazımdır ki, ölkəmizdə əhalinin sayı artır və

hər kvadrat kilometrə düşən əhalinin sayı 1978-ci ildə 70

nəfərdən 1990-cı ilə 83 nəfər, 2000-ci ildə 93 nəfər və

2015-ci ildə 111 nəfərə çatmışdır. Bu sosial vəziyyətə yeni

Page 194: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

193

prizmadan baxmağa sövq edir və ərzaq təhlükəsizliyini tə-

min etmək məqsədilə ciddi tədbirlər sistemi həyata keçir-

məyi tələb edir.

Təhlil göstərir ki, ölkədə istehsal olunan taxıl, kartof,

tərəvəz, bostan, meyvə, üzüm, ət, süd, yumurta, bitki yağı,

balıq və s. aqrar bazarın əsas seqmentini təşkil edir və ər-

zaq bazarını formalaşdırır. Azərbaycan müstəqilliyini bərpa

etdikdən sonra həyata keçirilən tədbirlər nəticəsində kənd

təsərrüfatı əkinlərinin strukturunda əhəmiyyətli dəyişik-

liklər baş vermiş, o daxili və xarici bazarın tələblərinə uy-

ğun formalaşmışdır.

Cədvəl 4.2.

Azərbaycanda əkin sahələrinin strukturu (xüsusi çəki, %).

1995 2000 2005 2010 2014

Cəmi əkin sahələrində

əkilmiş sahələr 74,2 58,9 73,8 85,9 85,5

Əkilmiş sahələrin

tərkibində

dənli bitkilər 50,5 62,2 60,4 61,1 79,2

Texniki bitkilər 18,8 11,2 9,9 3,3 6,4

Kartof, tərəvəz və

bostan bitkiləri 4,1 13,1 13,5 11,3 2,7

Yem bitkiləri 26,1 13,3 16,1 24,3 12,5

Cədvəl məlumatlarından göründüyü kimi, ərzaq mən-

şəli bitkilər əkininə (və heyvandarlıq üçün yem bitkilərinə)

daha çox üstünlük verilir. Ərzaq təminatının yaxşılaş-

dırılmasında daxili istehsalın artırılması mühüm əhəmiy-

yət daşıyır. Səmərəli aqrar strukturun formalaşması, sahib-

karlığın inkişafı və onların dövlət tərəfindən dəstəklənəsi

Page 195: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

194

yeni texnologiyalardan və ehtiyatlardan daha düzgün

istifadəyə imkan vermişdir. Bu isə bitkiçilik və heyvan-

darlıqda məhsuldarlığın və məhsul istehsalının artırılma-

sına səbəb olmuşdur. Hazırda aqrar sahədə həyata keçiri-

lən tədbirlərin prioritetində bitkiçilik və heyvandarlıq sa-

hələrinin inkişafı, ərzaq məhsulları istehsalının artırılması

durur. Daxili məhsulun istehsalının artırılması üçün möv-

cud ehtiyatlardan istifadə etmək üçün istehsalçılara vergi

güzəştləri, güzəştli kreditlər, yardımlar, subsidiyalar veril-

məsi və s. iqtisadi təsir vasitələrinin aqrar sferanın üstün

inkişafına yönəldilməsi əsas istiqamətlərdən olmuşdur.

Belə ki, 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məh-

sulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncama

əsasən regionların mövcud potensialından səmərəli istifa-

də edilməsi və ərzaq məhsulları istehsalını artırmaq üçün

2007-ci ildən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına

subsidiyalaşdırma aşağıdakı istiqamətlərə yönəldilmişdir:

- hər hektar əkin sahələri və çoxillik əkmələrin be-

cərilməsində istifadə edilmiş yanacaq və motor yağlarının

dəyərinin orta hesabla 50%-nin ödənilməsinə görə;

- hər hektar buğda və çəltik səpininə görə;

- hər hektar əkin sahəsinə mineral gübrələrinin dəyə-

rinin orta hesabla 50% güzəştli qiymətlərə satılmasına görə;

- toxum və ting istehsalçılarına birinci və ikinci rep-

roduksiyalı toxum və ting satışına görə;

- Elmi-Tədqiqat təşkilatlarına orijinal, superelit və

elit toxumalara çəkilən xərclərin ödənilməsinə görə.

Azərbaycan Respublikası Prezidentinin 15 aprel

2015-ci il tarixli “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin

gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərən-

camına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıla-

Page 196: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

195

rına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik

əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və mo-

tor yağlarına görə dövlət büdcəsinin vəsaiti, hesabına veri-

lən yardımın həcmi 25% artırılmışdır. Kənd təsərrüfatı

məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsinə

görə verilən güzəştin həcminin artırılması ilə yanaşı təkrar

(aralıq) əkinin həyata keçirilməsinin stimullaşdırılması

üçün yanacaq və mineral gübrələrə görə yardım verilməsi

nəzərdə tutulur.

Göstərilən istiqamətlər üzrə subsidiyalar verilməsi

müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

Məlum olduğu kimi, 2007-2012-ci illər ərzində kənd

təsərrüfatı məhsullarının istehsalçılarına cəmi 572,7 mil-

yon manat subsidiya verilmişdir. Bununla yanaşı aqrar ər-

zaq məhsulları istehsalçılarına, emal və xidmət sahələri ilə

məşğul olan sahibkarlara Sahibkarlığa Kömək Milli Fon-

du hesabına indiyədək (01.01.2012) 800 milyon manatdan

çox güzəştli kredit verilmişdir. Bu vəsaitin 63%-i aqrar

sahənin inkişafına o cümlədən 80%-i kənd təsərrüfatı

məhsullarının istehsalı və emalına, 20%-i aqrar sahənin

inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyudu-

cu, taxıl anbarı kompleksi və s.) yaradılmasına yönəldil-

mişdir. Bütün bunlar və digər təşkilati, iqtisadi və sosial

tədbirlər kənd təsərrüfatı məhsulları istehsalının artırılma-

sına imkan yaratmışdır.

Araşdırmalardan görünür ki, kənd təsərrüfatı məh-

sullarının istehsalında artım əldə edilməklə yanaşı, onun

quruluşunda xeyli dəyişikliklər baş vermişdir. Belə ki,

2012-ci ildə 1991-2000-ci ilə nisbətən üzüm və çay isteh-

salı azalmış, digər məhsullar istehsalı isə 1,5-4,9 dəfə art-

mışdır. Araşdırmalar göstərir ki, bu artım əsasən ölkəmiz

Page 197: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

196

müstəqilliyini bərpa etdikdən sonra istehsalın artırılması

və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün

həyata keçirdiyi ardıcıl və sistemli tədbirlər nəticəsində

əldə edilmişdir. Bu tədbirlər ehtiyatlardan səmərəli istifa-

də edilməklə aqrar sahədə inkişafın sürətləndirilməsinə,

makroiqtisadi sabitliyin qorunmasına, sosial-iqtisadi inki-

şafa və əhalinin gəlirlərinin artırılması istiqamətlərinə yö-

nəldilmişdir. Xüsusən kənd təsərrüfatı məhsulları istehsal-

çılarının vergilərdən, həmçinin toxumların maddi-texniki

vəsaitlərin gömrük rüsumlarından azad edilmələri, lizinq

xidmətinin tətbiqi, iqtisadi rayonlarda emal və xidmət

müəssisələrinin, özəl toxumçuluq, damazlıq və baytarlıq

xidmətlərinin yaradılması, güzəştli kreditlərin, subsidiya-

lar verilməsi və s. sahibkarlığın formalaşmasında, aqrar

sferanın inkişafında əhəmiyyətli rol oynadı.

Cədvəl 4.3.

1991-2014-cü illərdə bitkiçilik və heyvandarlıq

məhsulları istehsalının artımı ( min ton).

1991-

2000

orta

hesabla

2001-ci

ildə

2011-ci

ildə

2014-

cü ildə

2014-cü ildə

1991-2000-ci

ilə nisbətən

(%, dəfə)

Dənli və dənli

paxlalılar 1152,6 2016,1 2458,4 2383,3 2,1 d.

Kartof 240,7 605,8 938,5 819,3 3,4 d.

Tərəvəz 577,4 916,4 1214,8 1187,7 2,1 d.

Ərzaq bostanı 90,1 290,9 478,0 440,9 4,9 d.

Meyvə 384,9 497,5 765,8 850,8 2,2 d.

Şəkər çuğun-

duru – 41,3 252,9 173,3 –

Üzüm 352,0 68,1 137,0 147,7 41,9 %

Page 198: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

197

Çay 11,1 1,4 0,53 0,47 4,2 %

Mal-qara

(min baş) 1783,1 2097,9 2681,8 2697,5 1,5 d.

Qoyun, keçi

(min baş) 5801,8 6558,9 8559,3 8645,4 1,5 d.

Ət (k. çəkidə) 101,4 114,1 263,8 291,2 2,8 d.

Süd 890,3 1173,1 1622,3 1855,8 2,1 d.

Yumurta

(mln. ədəd) 585,2 555,5 1008,1 1562,7 2,7 d.

Aqrar sahədə məhsul istehsalının artırılmasında və

ərzaq təhlükəsizliyinin təmin olunmasında torpaqdan və

sudan istifadə böyük əhəmiyyət kəsb edir.

Respublikanın torpaq fondunun 55,0%-i və ya 4769

min hektarı kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir.

Kənd təsərrüfatına yararlı torpaqların 1885,6 min hektarı

əkin və 233,5 min hektarı çoxillik əkmələr altında istifadə

olunur, qalanı isə otlaqlar və biçənəklər təşkil edir. Kənd

təsərrüfatı təyinatlı torpaqların təsərrüfat subyektləri üzrə

istifadə vəziyyətinin təhlilindən aydın olur ki, 1,8 min

hektar yararlı torpaq sahəsi 726,8 min təsərrüfat subyekti-

nin istifadəsindədir. Həmin təsərrüfat subyektlərindən

688,4 mini 5 hektara qədər torpaq sahəsinə malikdir, yəni

təsərrüfat subyektlərinin 94,7 faizinin əkin sahəsi 5 hekta-

ra qədərdir. Onların 0,72%-nin torpaq sahəsi 20 hektar və

daha çox sahəni əhatə edir. Bu onu göstərir ki, təsərrüfat

subyektlərinin əksəriyyəti xırda həcmli sahələrdə çalışır.

İstehsalçıların əksər hissəsinin istifadəsində olan torpaq

sahələrinin həcminin kiçik olması onları bir sıra problem-

lərlə üzləşdirir.

Bunlar əsasən aşağıdakılardır:

- növbəli əkin sisteminin tətbiqi çətinləşir;

- rəqabətqabiliyyətli məhsul istehsalına mane olur;

Page 199: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

198

- istehsal xərcləri artır;

- iqtisadi səmərəlilik təmin edilmir;

- məhsulun tədarükü və satışında çətinliklər yaranır;

- müasir texnika və texnologiyaların tətbiqi mümkün

olmur və s.

Hazırda kənd təsərrüfatına yararlı torpaqların 1438,8

min hektarı suvarılan torpaqlardır ki, onun da 126 min

hektarı işğal altındadır. Azərbaycanın su ehtiyatları məh-

duddur. Su ehtiyatlarının yalnız 30%-i respublikanın öz

ərazisində, qalan 70%-i isə qonşu ölkənin ərazisində for-

malaşır.

Suvarma suyundan səmərəli istifadə etmək məqsədi

ilə yerlərdə sudan istifadə edənlər cəmiyyətləri yaradıl-

mışdır. Təcrübə göstərir ki, belə qurumların yaradılması

sudan istifadə vəziyyətini yaxşılaşdırmaqla yanaşı, həm də

sahibkarların vaxtına qənaət edir. Lakin bu müsbət təcrübə

hər yerdə tətbiq olunmur. Sudan istifadə edənlər cəmiyyət-

lərinin sayı artırılmalı və əhatə dairəsi genişləndirilməli-

dir. Respublikanın əksər suvarılan torpaqlarında hər il yay

aylarında su qıtlığı yaranır ki, bu da kənd təsərrüfatı bitki-

lərinin məhsuldarlığının bəzən azalması ilə nəticələnir.

Vəziyyətdən çıxış yolu kimi mümkün olan yerlərdə əlavə

sututarların tikilməsinə ehtiyac vardır.

Sahibkarların mülkiyyətində və istifadəsində olan

torpaqların münbitliyinin qorunub saxlanması və yaxşı-

laşdırılması, suvarılan torpaqların su ilə təminatının yax-

şılaşdırılması və mütərəqqi suvarma texnologiyalarının

tətbiq edilməsi ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına

və ərzaq məhsulları istehsalına təsir göstərən amillərdən-

dir. Hazırda kənd təsərrüfatında istifadə olunan torpaqların

müəyyən hissəsinin şorlaşması və eroziyaya uğraması

Page 200: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

199

məhsuldarlığın kəskin azalmasına səbəb olur. Əvvəllər

respublikada hər il 100 min hektara yaxın sahədə yuma

aparıldığı halda, bu işlərin həcmi get-gedə azaldılmış, son-

radan tamamilə dayandırılmışdır. Şoran və şorakət torpaq-

ların yuyulması həm becərilən torpaq sahəsinin, həm də

sahibkarların gəlirlərinin artmasında müsbət rol oynaya

bilər.

İstehsalçıların maliyyə imkanlarının məhdudluğu və

digər səbəblərdən hər il xüsusi mülkiyyətdə olan torpaqla-

rın xeyli hissəsi əkin dövriyyəsindən kənarda qalır. Əkil-

məmiş torpaqların müəyyən hissəsi aqronomik qaydalara

uyğun dincə qoyulsa da, əksər hissələrindən örüş və biçə-

nək kimi istifadə olunur.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən

dövlət fondu torpaqlarının bir hissəsini icarəyə verməklə

ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradıldığı vaxtda, əkin

dövriyyəsində olan 10 min hektarlarla torpaqlarda əkin apa-

rılmır. Ona görə də mövcud torpaqlardan və suvarma su-

yundan istifadənin yaxşılaşdırılması ərzaq təhlükəsizliyinin

təmin edilməsinin əsas istiqamətlərindən biri olmalıdır.

Sahibkarların fəaliyyətində və ərzaq təminatında tex-

niki xidmət mühüm rol oynayır. Aqrar bölmənin müasir

texnika ilə təchizatı məsələlərinin tənzimlənməsini təmin

etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 23 oktyabr tarixli sərəncama əsasən “Aqrolizinq”

Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda “Aqrolizinq”

ASC tərəfindən mülkiyyət formasından asılı olmayaraq

bütün kənd təsərrüfatı məhsulları istehsalçılarına onların

sifarişi əsasında 20 addan çox aqrotexniki xidmət işləri hə-

yata keçirilir. Aqrotexniki xidmətin keyfiyyətini yaxşılaş-

dırmaq məqsədi ilə bölgələrdə yaradılmış 55 təsərrüfat he-

Page 201: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

200

sablı aqroservis filialı və onların tərkibində fəaliyyət gös-

tərən mexanikləşdirilmiş dəstələr lazımi kənd təsərrüfatı

texnikaları ilə təchiz edilmişdir. Bunlardan əlavə bölgələr-

də 450-dən çox özəl qurum və ya fiziki şəxs aqroservis fə-

aliyyəti ilə məşğul olur.

Respublikanın kənd təsərrüfatında fiziki və hüquqi

şəxslərə məxsus 28578 ədəd traktor, 3791 ədəd taxılyığan

kombayn, 5053 ədəd kotan, 1714 ədəd kultivator, 1969

ədəd taxılsəpən, 1230 ədəd otbiçən, 2197 ədəd otpresləyən

və digər kənd təsərrüfatı texnikaları olmasına baxmayaraq,

onların yarısından çoxu 20-25 il istismar olunduğundan

hazırda nasaz vəziyyətdədir. Texniki parkı müasir texnika-

larla təzələmək məqsədi ilə “Aqrolizinq” ASC tərəfindən

1998-2013-cü illər ərzində Yaponiya Hökumətinin qrant-

ları, Tərəfdaşlıq Fondu, dövlət büdcəsi vəsaiti və digər

mənbələr hesabına 15 min ədəddən çox, o cümlədən 5145

ədəd traktor, 1298 ədəd taxılyığan kombayn, 184 ədəd

ekskavator və 8437 ədəd digər kənd təsərrüfatı texnikaları

alınaraq istehsalçılara lizinq yolu ilə verilmiş və ya satıl-

mışdır. Artıq respublika daxilində Gəncə avtomobil zavo-

dunda müxtəlif at gücündə traktorlar, kotanlar və bəzi eh-

tiyat hissələri istehsal edilməyə başlanmışdır.

Qeyd olunanlarla yanaşı kənd təsərrüfatı istehsalçıla-

rına texniki xidmət göstərilməsində həlli vacib məsələlər

qalmaqdadır. Belə ki, sahibkarların öz maliyyə resursları-

nın azlığı və kredit bazarına çıxış imkanlarının məhdudlu-

ğu kənd təsərrüfatında özəl servislərin yaradılmasını çətin-

ləşdirir. Məhz bu səbəbdəndir ki, “Aqrolizinq” ASC-nin

xətti ilə ölkəyə gətirilmiş texnikanın az bir hissəsi lizinq

yolu ilə özəlləşdirilmişdir. Respublikada istehsalçıların

təqribən 94,8%-i 5 hektara qədər torpaq sahəsinə malik ai-

Page 202: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

201

lə kəndli təsərrüfatları təşkil edir. Xırda təsərrüfatlar Bala-

kən, Gədəbəy, Qusar, Şəmkir, Tovuz, Qobustan, Astara və

digər rayonlarda daha çoxdur və onların bahalı texnikalar

almaq imkanları yoxdur. Çıxış yollarından biri kimi xırda

torpaq sahiblərinin könüllü olaraq birləşməklə 300-500

hektar və daha çox torpaq sahəsi olan özəl təsərrüfatların

və həmin təsərrüfatlara texnikanın dəyərinin 15-20%-i

subsidiya formasında dövlət tərəfindən güzəşt edilməklə

lizinq yolu ilə satmaq olar. Dövlət tərəfindən belə dəstəyin

olması istehsal kooperativlərinin yaradılmasına da stimul

verə bilər.

Kənd təsərrüfatında intensiv texnologiyaları tətbiq

etmək üçün həmin texnologiyaya uyğun texnika və ava-

danlıqlar olmalıdıdr. Lakin bir sıra istehsal sahələrinin

spesifikasına uyğun texnikalar hələlik respublikamıza gə-

tirilmədiyinə görə bir çox hallarda əl əməyindən istifadə

olunur ki, bu da məhsuldarlığın aşağı və məhsulun maya

dəyərinin yuxarı olması ilə nəticələnir.

Təhlil göstərir ki, bir sıra hallarda “Aqrolizinq”

ASC-nin müəyyən etdiyi xidmət haqları analoji xidmət

üçün ayrı-ayrı fiziki şəxslərin aldığı haqdan yüksəkdir ki,

bu da istehsalçıları qane etmir.

Toxumçuluq ərzaq istehsalında mühüm əhəmiyyət

kəsb edir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının

artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəlik-

lərə davamlı, yüksək reproduksiyalı, rayonlaşdırılmış to-

xum və tinglərdən istifadə edilməsi əsas şərtlərdən biri sa-

yılır. Sahənin vacibliyini nəzərə alaraq “Toxumçuluq haq-

qında” və “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan

Respublikasının qanunları qəbul edilmiş, Dövlət Proqram-

larında toxumçuluğun inkişaf etdirilməsi üçün tədbirlər

Page 203: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

202

müəyyənləşdirilmişdir.

Son illər dövlət toxumçuluq təsərrüfatları ilə yanaşı

özəl toxumçuluq təsərrüfatlarının yaradılmasına da diqqət

göstərilir. 2004-cü ildən 2012-ci ilə kimi cəmi 896 sub-

yektə özəl toxumçuluqla məşğul olmaq üçün Şəhadətnamə

verilmişdir ki, onlardan faktiki 590 subyekt fəaliyyətini

davam etdirir.

Təhlil göstərir ki, 2011-ci ildə respublikada daxili

bazarın tələbatı həcmində, başqa sözlə 173,9 min ton taxıl

toxumu istehsal olunmuşdur ki, bu da 2006-cı illə müqayi-

sədə 54,4 min ton və ya 31 % çoxdur. 2011-ci ildə ümu-

milikdə kənd təsərrüfatı bitkiləri toxumlarının, meyvə və

üzüm tinglərinin istehsalında özəl sektorun payı 90 %-dən

çox olmuşdur.

Bunlara baxmayaraq, hazırda əksər istehsalçılar, xü-

susilə ailə təsərrüfatları toxum üçün əmtəəlik məhsuldan

istifadə edirlər. Toxumçuluğa dair hazırda qüvvədə olan

qanunvericilikdə ailə təsərrüfatlarının əmtəəlik məhsuldan

götürdüyü toxumun yaralılıq baxımından yoxlamaya cəlb

olunması üçün hər hansı bir icbari və ya həvəsləndirici

mexanizm nəzərdə tutulmamışdır.

Damazlıq heyvandarlığın inkişafının və ərzaq təmi-

natının əsas şərtlərindəndir. Hazırda respublikada maldar-

lıq üzrə 52, camışçılıq üzrə 7, qoyunçuluq üzrə 28, arıçılıq

üzrə 33, quşçuluq üzrə 1 olmaqla cəmi 121 özəl damazlıq

təsərrüfatı fəaliyyət göstərir.“Aqrolizinq” ASC tərəfindən

son 3 ildə xarici ölkələrdən respublikamıza 9306 baş da-

mazlıq düyə və 1321 baş cins keçi gətirilərək sahibkarlara

50% güzəştlə lizinq yolu ilə satılmışdır.

Sahibkarlardakı iri buynuzlu heyvanların cins tərki-

binin yaxşılaşdırılması məqsədi ilə süni mayalanma tədbiri

Page 204: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

203

həyata keçirilir. Təkcə 2011-ci ildə respublika üzrə 78216

baş inək və düyələr yüksək məhsuldar törədicilərin toxum-

ları ilə süni yolla mayalandırılmış və onlardan 46855 baş

bala alınmışdır.

Yuxarıda göstərilən və digər tədbirlərin həyata keçi-

rilməsi nəticəsində aqrar sahədə sahibkarlar təbəqəsi ilə

yanaşı, aqrar emal sahəsində “Gilan Holdinq”, “Azərsun

Holdinq”, “Miri Pak”, “Tovuz-Baltiya”və s. şirkətlər,

“Dəvəçi broyler”, Xaçmazda “Qafqaz” konserv zavodu,

Ağcabədidə “Atena” süd zavodu və digər iri sahibkarlar

da yaranmışdır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində istehsal

amilləri ilə yanaşı iqtisadi təsir mexanizmləri də böyük rol

oynamışdır.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli

vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Res-

publikasının 2001-ci il 27 noyabr tarixli qanunu ilə kənd

təsərrüfatı məhsulları istehsalçıları 2001-ci il yanvarın 1-

dən başlayaraq 3 il müddətinə torpaq vergisi istisna ol-

maqla, qalan bütün növ vergilərdən azad edilmişdir. Qa-

nunun qüvvədə olma müddəti 1 yanvar 2019-cu ilədək ar-

tırılmışdır.

Bundan əlavə, ölkədə sahibkarlığın inkişaf etdirilmə-

si məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərarları ilə

respublikamıza gətirilən bir sıra mallar, o cümlədən kənd

təsərrüfatı təyinatlı mallar əlavə dəyər vergisindən azad

olunmuşdur.

Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarına

bir neçə istiqamətdə subsidiyalar verilir. Bunlar yanacaq

və motor yağlarına; bağda və çəltik səpininə, mineral güb-

rələrə, yüksək keyfiyyətli 1-ci və 2-ci reproduksiyalı to-

Page 205: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

204

xumlara (tinglərə) və Elmi-Tədqiqat təşkilatlarına orijinal,

superelit və elit toxumlara çəkilən xərclərin ödənilməsinə

görə verilən subsidiyalardır.

2007-2013-cü illərdə ümumilikdə həmin illərdə kənd

təsərrüfatı məhsulları istehsalçılarına cəmi 663 mln manat

məbləğində subsidiya verilmişdir. “2008-2015-ci illərdə

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə

etibarlı təminatına dair Dövlət Proqramı”na Sahibkarlığa

Kömək Milli Fondunun və Kənd Təsərrüfatı Nazirliyi ya-

nında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi-

nin və digər təşkilatların vəsaitləri hesabına sahibkarlarla,

o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının isteh-

salı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin veril-

məsi siyasəti davam etdirilmişdir.

Göstərilənlərlə əlaqədar demək olar ki, məhsul isteh-

salının artırılmasında görülən geniş miqyaslı texniki-təşki-

latı, texnoloji, iqtisadi və s. tədbirlərə baxmayaraq potensi-

al ehtiyatlardan hələ tam istifadə edilmir.

Araşdırmalar göstərir ki, kənd təsərrüfatı məhsulları

istehsalının artırılmasına baxmayaraq, mövcud potensial-

dan hələ tam istifadə edilmir. Respublikada bir çox sahib-

karlar hər hektardan 55-60 sentner taxıl, 25-30 sentner

pambıq, 300-350 sentner kartof, 350-360 sentner tərəvəz,

150-180 sentner meyvə və s. əldə etdikləri halda, ölkədə

faktiki bundan 0,5-2,5 dəfə az məhsul əldə edilir. Aşağıdakı

cədvəl məlumatlarına (cədvəl 4.4.) baxaq.

Page 206: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

205

Cədvəl 4.4.

Kənd təsərrüfatı bitkilərinin faktiki və potensial

məhsuldarlığının müqayisəsi (sent).

Potensial

ehtiyatlar

Fakt 2014-cü

ildə

potensial

ehtiyatlara

% nisbəti

1995 2000 2010 2014

Taxıl 60 15,1 23,8 20,7 24,0 40,0

Kartof 300 97 84 145 133,0 44,3

Tərəvəz 350 200 133 142 152,0 43,4

Bostan 200 73 98 137 157,0 78,5

Meyvə 150 31 62 70 72,0 48,0

Üzüm 170 33 36 75 82,5 48,5

Çay 25 10 2,0 9,4 10,1 40,4

Hesablamalar göstərir ki, istehsalçılar 2014-cü ildə

bitkiçilikdə mövcud potensialdan istifadənin 50% artıra

bilsəydilər, kənd təsərrüfatının ümumi məhsulunu1,6 dəfə

artırmaq mümkün olardı. Deməli, müəyyən qədər artım əl-

də edilsə də aqrar sahədə məhsul istehsalının artırılması və

ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlə-

rindən (və mövcud ehtiyatlardan) kifayət qədər səmərəli

istifadə olunmur.

2014-cü ilin 5 fevral tarixində Heydər Əliyev Mərkə-

zində “Azərbaycan Respublikası regionlarının sosial-

iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş”

konfrans keçirilmişdir. Konfrans əslində 2004-2008 və

2009-2013-cü illərdə qəbul olunmuş hər iki Dövlət Proqr-

amlarının 10 ildə icrasına həsr edilmişdir. Konfransda ölkə

prezidenti göstərmişdir ki, “...yerli istehsalın gücləndiril-

məsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü

məhsulların yetişdirilməsi prioritet məsələdir... Azərbay-

Page 207: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

206

canda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına

təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq

məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq

hələ ki, buna tam şəkildə nail olmamışıq... Ət və ət məh-

sullarının özünü təminetmə səviyyəsi 94 faizdir, quş əti 92

faizdir... yumurta ilə 96,5 faiz, süd və süd məhsulları ilə

75 faiz, taxılla 65 faiz, üzümlə 94 faiz, kartofla 98 faiz,

bostan məhsulları ilə 100 faiz təmin edirik. Meyvə və

giləmeyvə 126 faiz, tərəvəz 100 faiz...” Bununla əlaqədar

olaraq ölkə Prezidenti vəziyyəti qiymətləndirərək goru-

ləcək işlər və dövlət dəstəyinin istiqamətləri barədə də fik-

rini bildirmiş, son 10 ildə 55 min yeni müəssisə yaradıl-

dığını və 1 milyard 200 milyon manat həcmində güzəştli

kredit verildiyini diqqətə çatdırmışdır.

Page 208: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

207

FƏSİL V. AQRAR SAHƏNİN İQTİSADİ

MEXANİZMİ VƏ QURULUŞU

5.1. İqtisadi mexanizm anlayışı.

Hazırda aqrar sahənin istehsal münasibətlərini və fə-

aliyyət mexanizmini tənzimləyən 100-dən çox normativ-

hüquqi aktlar qəbul edilmişdir. Ölkəmizin iqtisadi sistemi-

nin surətli inkişafı, dünya bazarlarına inteqrasiya olunma-

sı, güclənən beynəlxalq rəqabət aqrar sahənin tarazlı inki-

şafını və təsərrüfat sisteminin modernləşdirilməsini qarşı-

ya qoyur. Ona görə də qloballaşma şəraitində aqrar siyasə-

tin formalaşması hər bir müstəqil dövlətin daxili işi kimi

deyil, daha çox dünya təsərrüfat sisteminin tərkib hissəsi

kimi baxılır. Bu isə mövcud ehtiyatlardan daha düzgün is-

tifadə edilməsi üçün aqrar sahənin iqtisadi tənzimlənməsi-

nin yeni münasibətlərə uyğunlaşdırılması və daha da tək-

milləşdirilməsinə ehtiyac yaradır.

Aqrar sahənin inkişaf etdirilməsi və ölkənin ərzaq tə-

minatının yaxşılaşdırılması üçün səmərəli fəaliyyət mexa-

nizmləri yaradılmalı, sahənin spesifik xüsusiyyətləri nəzə-

rə alınmaqla bu mexanizmlər təkmilləşdirilməlidir. Səmə-

rəli fəaliyyət sistemi yaradılması üçün həmişə müəyyən

mexanizmlər sistemi də reallaşdırılmışdır. Bu mexanizm:

1)iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi və istehsalın

inkişafı üçün maliyyə və sosial mühitin təşkili; 2) iqtisa-

diyyatın formalaşmasına təsir edən amillərin neytrallaşdı-

rılması; 3) əhalinin sosial müdafiəsi və gəlirlərinin artırıl-

ması istiqamətlərinə yönəldilmişdir. Əslində bu mexanizm

Page 209: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

208

dövlət tənzimlənmə vasitələrilə aktivləşdirilmişdir.

Qeyd edək ki, iqtisadi ədəbiyyatlarda 1960-1970-ci

illərdə “təsərrüfat mexanizmi” kateqoriyası keçmiş İttifaq-

da planlaşdırma və iqtisadi stimullaşdırma sistemində is-

lahatlara cəhd kimi geniş istifadə olunurdu. “Təsərrüfat

mexanizmi” dedikdə iqtisadi strukturların, təşkilatların tə-

sərrüfatçılıq forma və metodlarının məcmusu kimi başa

düşülür. O, həm ictimai, qrup və şəxsi maraqların əlaqə-

ləndirilməsi və uzlaşdırılmasına xidmət edir, həm də milli

iqtisadiyyatın fəaliyyətini və inkişafını təmin edir. Bu me-

xanizm idarəetmə strukturlarının istehsal vasitələri və

əmək prosesinə qarşılıqlı təsiri təmin edən iqtisadi qanun-

ların, istehsal prosesinin reallaşdırılmasına kömək edən

hüquqi normaların məcmusu hesab olunur. Müəyyən müd-

dət fəaliyyət göstərən təsərrüfat mexanizmi iqtisadi inki-

şafda dərin ziddiyyətlə üzləşdi. Ona görə də təsərrüfat me-

xanizminin təkmilləşdirilməsi üçün təklif olunan tədbirlər

inzibati-amirlik sistemində idarəetmə sistemi və dövlət ha-

kimiyyəti çərçivəsi ilə məhdudlaşdı. Bu mexanizm xalq

təsərrüfatının balanslaşdırılmasına və sosial-iqtisadi inki-

şafın sürətləndirilməsinə gətirib çıxarmadı.

Təsərrüfat mexanizmi əslində inzibati amirlik, plan-

laşdırmanın, qiymətqoymanın, idarəetmənin və s. mərkəz-

ləşdirildiyi üçün o, təsərrüfat fəaliyyətinin həyata keçiril-

məsi, cari və strateji məqsədlərin nail olunmasına təsir edən

idarəetmə alətlərinin, metodlarının və formalarının məc-

musu kimi qiymətləndirilirdi. Bu mexanizmə planlaşdır-

ma, iqtisadi vasitələr və stimullar, idarəetmə metodları da-

xil edilirdi və onlara dövlət, region və sahə səviyyəsində

Page 210: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

209

baxılırdı. Təsərrüfat mexanizmi kateqoriyası ilə yanaşı iq-

tisadi mexanizm anlayışı iqtisadiyyatın islahatlaşdırılması

kimi, inzibatçılıqdan iqtisadi metodlara üstünlük verilməsi

meyli kimi meydana gəlmişdi. XXI əsrin əvvəllərində tə-

sərrüfat mexanizmi bir qədər dəqiqləşdirildi və genişləndi-

rildi (bəzən qarışdırıldı).

Təsərrüfat mexanizmi təşkilati-iqtisadi, sosial, hüqu-

qi forma və metodların məcmusu olmaqla idarəetmə, plan-

laşdırma, qiymət, kredit, əməyin təşkili, istehsalın stimul-

laşdırılması, maddi-mənəvi həvəsləndirmə vasitələri ilə tə-

siretmə, təşkiletmə, nizamlama, fəallaşdırma, tənzimetmə

kimi vasitə və sistemindən ibarətdir. Təsərrüfat mexaniz-

mi burda daha çox dövlət funksiyalarının və hüquqi nor-

maların yerinə yetirilməsi tələblərindən irəli gəlir. Bu me-

xanizmin nizamlanması bazarın tənzimlənməsi elementlə-

rini əhatə edir. Aqrar sahədə məhsul istehsalının həcminin

artırılması, istehsalçılara dövlət dəstəyi, torpağın icarə

haqqının hədləri, torpağın istifadəsi ilə əlaqədar mülkiyyət

hüquqları, torpağın satın alınması və s. iqtisadi vasitələr

təsərrüfat mexanizminə daxildir. Təsərrüfat mexanizmi

obyektiv iqtisadi qanunların fəaliyyəti ilə idarə olunur.

İqtisadi mexanizm istehsalın təşkilati-texnoloji, so-

sial-iqtisadi xüsusiyyətlərinə uyğun məhsulun istehsalın-

dan istehlakçılara çatdırılmasına kimi olan bütün mərhə-

lələrin dəqiq, fasiləsiz, davamlı fəaliyyət göstərməsinə qə-

dər kənd təsərrüfatının sahələrinin qarşılıqlı əlaqədə olan

idarə və təşkilatlarının elmi cəhətdən əsaslandırılmış nəti-

cələrə nail olmasına istiqamətləndirilməsidir. İqtisadi me-

xanizm təsərrüfat mexanizminin bir çox elementlərini əha-

tə edir. İqtisadi mexanizm müstəqillik şəraitində idarəet-

Page 211: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

210

mə, planlaşdırma, qiymət, kredit, vergi, əməyin təşkili, is-

tehsalın stimullaşdırılması, maddi və mənəvi həvəsləndir-

mə sistemini əhatə etməklə, həm də güzəştlər, dotasiyalar

sistemləri və təşkilati, iqtisadi, inzibati, sosial-psixoloji

amillər kompleksini əhatə edir. İqtisadi mexanizm iqtisa-

diyyatın idarə olunmasında iqtisadi qanunlardan istifadə

vasitəsilə həyata keçirilir.

Hesab edirik ki, sahibkarlığın inkişafı və yeni iqtisadi

münasibətlər şəraitində qiymət, planlaşdırma, idarəetmə

və s. sərbəstləşdirildiyi, dövlət tənzimlənməsi mexanizm-

ləri ilə həyata keçirildiyi üçün iqtisadi mexanizm anlayı-

şından istifadə edilməsi daha məqsədə uyğun hesab edil-

məlidir.

İqtisadi mexanizmin tərkib hissələrindən olan idarə-

etmə, planlaşdırma, vergi sistemi, büdcə yardımları, sığor-

ta və s. mahiyyətinin araşdırılması, aqrar sahənin spesifik

xüsusiyyətləri nəzərə alınmaqla formalaşması iqtisadi in-

kişafın əsas şərtlərindən hesab edilir.

Qeyd edək ki, son 15 ildə iqtisadi mexanizm anlayışı

ilə dövlət tənzimlənməsi barədə iqtisadi ədəbiyyatlarda

mülahizələrə tez-tez rast gəlmək olur. İqtisadi mexanizm

fəaliyyətin mühüm ünsürü olmaqla mövcud ehtiyatlardan

səmərəli istifadəyə yönəldilmiş və yüksək son nəticələr əl-

də edilməsinə stimul yaratmaq vasitəsidir. Dövlət mexa-

nizmində isə iqtisadi vasitələrdən başqa həm də inzibati

üsullardan istifadə edilir. Aydın olur ki, dövlət tənzimləmə

mexanizmi iqtisadi mexanizmdən daha geniş məna daşı-

yır. Dövlət iqtisadi inkişafa təsir edərkən müxtəlif metod

və üsullardan istifadə edir.

İqtisadi ədəbiyyatlarda aqrar sahədə tənzimləmə me-

Page 212: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

211

xanizmlərinin quruluşuna aşağıdakılar daxil edilir:

1. Maliyyə dəstəyi, dövlət büdcəsi ilə tənzimləmə.

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli

Fondunun vəsaiti hesabına investisiya layihələrinin güzəştli

şərtlərlə maliyyələşdirilməsi həyata keçirilir. Dövlət büd-

cəsi vəsaiti hesabına kənd təsərrüfatı, emal, lizinq və digər

xidmətlər və s. sahələr maliyyə təminatı ilə əhatə olun-

muşdur.

2. Subsidiyalaşdırma. Azərbaycan Respublikası Pre-

zidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına

dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli sər-

əncamına uyğun olaraq dövlət büdcəsindən kənd təsərrü-

fatı istehsalçılarının yanacaq və gübrə xərclərinin

müəyyən hissəsini ödəmək üçün hər il 100 milyon manata

qədər vəsait ayrılır.

3. Sığortalaşdırma. Kənd təsərrüfatı əmlakının və sı-

ğorta hadisələrinin növlərinin və sığorta haqqının 50 faizi-

nin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi həyata

keçirilir.

4. Stimullaşdırma. Bu tənzimləmə istehsalçıların ver-

gidən, ödəmələrdən azad edilməsi, vergi dərəcələrinin

azaldılması və s. aiddir. Kənd təsərrüfatı istehsalçılarının

1999-cu ildən başlayaraq 2019-cu ilədək bütün vergi və

ödəmələrdən azad edilmələri (torpaq vergisi istisna olmaq-

la) buraya aiddir.

5. Qiymətlərin tənzimlənməsi.

6. Dotasiyalar verilməsi.

7. Borcların restruktizasiyası.

8. Qeyri-tarif məhdudiyyətləri (lisenziyalar, kvotalar,

rüsumlar, sanksiyalar, aksizlər, əlavə dəyər vergisi və s.).

Page 213: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

212

9. Dolayı məhdudiyyətlər (kapital, vergi, valyuta

məhdudiyyətləri, ixracın subsidiyalaşdırılması və s. ).

10. Planlaşdırma və proqnozlaşdırma ilə tənzimləmə.

11. Bazar infrastrukturlarının dövlətin iştirakı ilə

tənzimləməsi. Buraya yarmarkalar, birjalar, hərraclar, ixti-

saslaşdırılmış banklar, informasiya, məsləhət və reklam

xidmətləri və s. daxil etmək olar.

12. Əməyin və istehsalın təşkilinin tənzimlənməsi.

13. Dövlət proqramları və sahibkarların layihələrinin

hazırlanması və tətbiqi ilə tənzimlənmə.

14. Dövlət sifarişlərinin tətbiq edilməsi ilə tənzim-

lənməsi.

15. Əhalinin məşğulluğu, sosial müdafiəsi, gəlirlərinin

tənzimlənməsi.

16. Dövlət investisiyaları ilə tənzimləmə.

17. Birgə müəssisələr (toxumçuluq, emal və s.) ya-

radılması ilə tənzimləmə.

18. Qanunlar və normativ-hüquqi aktlarla tənzim-

ləmə və s.

Göstərilənlərdən aydın olur ki,dövlətin iqtisadi tən-

zimlənməsi birbaşa və dolayı vasitələrlə həyata keçirilir.

Birbaşa tənzimləmədə əsasən inzibati vasitələrə, dolayı

tənzimlənmədə isə iqtisadi vasitələrə üstünlük verilir. Tən-

zimlənmənin hər iki istiqaməti bir-biri ilə sıx əlaqədə olub,

bir-birini tamamlayır. Beləliklə, yuxarıda qeyd edilən iqti-

sadi mexanizm hazırki iqtisadi inkişafın əsas amili olub

dövlətin iqtisadi siyasətinin tərkib hissəsini təşkil edir.

Göstərilənlərlə əlaqədar iqtisadi mexanizmi aşağıdakı

(sxem 5.1) kimi formalaşdırmaq olar:

Page 214: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

213

Sxem 5.1. İqtisadi mexanizmin tənzimləmə vasitələri.

Belə qənaətə gəlmək olar ki, ölkənin milli maraqları

və iqtisadi təhlükəsizliyinin təmin edilməsi, əhalinin rifa-

hının yaxşılaşdırılması, kənd təsərrüfatının davamlı inki-

şafı məqsədilə iqtisadi mexanizmin fəaliyyəti mürəkkəb

quruluşa malikdir. Ona görə də aqrar sahədə tənzimləmə-

nin aşağıdakı əsas istiqamətlərə yönəldilməsi məqsədə uy-

ğun hesab edilməlidir:

- kənd təsərrüfatı və ərzaq məhsullarının dövlətin

iqtisadi

tənzimləmə

iqtisadi (inzibati)mexanizm

büdcə vergi

digər iqtisadi-inzibati

mexanizmlər

normativ

hüquqi aktlar

istehsal və beynəl-

xalq münasibətlər

maliyyə, kredit

stimullaşdırma

planlaşdırma idarəetmə qiymət

inzibati iqtisadi

sığorta

birbaşa dolayı

Page 215: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

214

müəyyən etdiyi kvotalar çərçivəsində təminatlı qiymətləri;

- torpaqların münbitliyinin yaxşılaşdırılması tədbirlə-

rinin həyata keçirilməsinin dəstəklənməsi;

- kredit ehtiyat fondunun yaradılması;

- kommersiya kreditlərinə görə faiz ödəmələrinin

müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi;

- kənd təsərrüfatı istehsalçılarına əkin, texnika, tex-

noloji avadanlıq, mineral gübrə, toxum, damazlıq mal, an-

bar, soyuducu və s. alınması ilə əlaqədar xərclərin subsidi-

yalaşdırılması;

- bitki toxum fondunun yaradılmasına və toxumun

güzəştlə istehsalçılara yardımla verilməsi;

- heyvanların cins tərkibinin yaxşılaşdırılması və cins

heyvanların güzəştlə istehalçılara yardım kimi verilməsi;

- kənd təsərrüfatı məhsullarının emalı və xidməti üz-

rə müəssisələr yaradılmasına güzəştlər verilməsi;

- ixrac yönümlü istehsalın stimullaşdırılması;

- istehsalçıların informasiya və məsləhət xidməti ilə

əhatə olunmasına yardımlar verilməsi;

- texniki servis xidmət mərkəzlərinin yaradılmasına

yardım göstərilməsi;

- kənd təsərrüfatı topdansatış müəssisələrinin yara-

dılmasına güzəştlər verilməsi;

- kənd təsərrüfatı istehsalı və qeyri-istehsal infras-

trukturlarının yaradılmasının stimullaşdırılması;

- ölkəyə gətirilən kənd təsərrüfatı istehsalçıları üçün

zəruri hesab edilən maddi vəsaitlər və toxumların gömrük

rüsumlarından azad edilməsi;

- kənd təsərrüfatı məhsullarının sığortalanmasına

maliyyə yardımının davam etdirilməsi;

- kənd təsərrüfatı istehsalçılarına əlverişli şərait ya-

Page 216: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

215

ratmaq üçün baytarlıq və fitosanitar xidmətlərinin maddi-

texniki bazasının yaxşılaşdırılmasına kömək göstərilməsi;

- əldə edilən beynəlxalq təcrübənin və yerli layihələ-

rin dəstəklənməsinin genişləndirilməsi;

- sahibkarlıq formalarının yaradılmasının maliyyə-

kredit mexanizmləri ilə dəstəklənməsi;

- aqrar sahədə idarəetmənin təşkilat strukturlarının

dəstəklənməsi;

- əhalinin gəlirlərinin tənzimlənməsi;

- əhalinin məşğulluğunun təmin edilməsinin dəstək-

lənməsi və s.

Bazar iqtisadiyyatının maddi əsasını kənd təsərrüfatı

istehsalı təşkil edir və bu istehsal fəaliyyətinin əsası isə

əmtəə təklifi ilə xarakterizə olunur.

Ona görə də dövlətin hüquqi, iqtisadi və inzibati mü-

daxiləsi ölkənin iqtisadi potensialları, spesifik xüsusiyyət-

ləri, istehsalın sahə quruluşu, məhsuldar qüvvələr, elm və

texnikanın səviyyəsi, kapitalın mövcudluğu və digər amil-

lərlə əlaqədardır. Odur ki, bu müdaxilənin miqyası və xa-

rakteri hər bir ölkədə (həm də iqtisadi rayonlar üzrə) fərq-

lənir. Müdaxilənin səviyyəsi və hədləri həm də sabit qal-

mır, müəyyən zaman daxilində inkişaf meyllərinə müsbət

və ya mənfi təsir göstərə bilər. Göstərilən amillərin nəzərə

alınması dövlətin aqrar siyasət tədbirlərinin istiqamətləri-

nin tənzimlənməsini tələb edir. Beləliklə, aqrar sahənin inkişafı və sahibkarlıq fəa-

liyyətinin səmərəliliyini təmin etmək üçün hər bir ərazinin spesifik xüsusiyyətləri, istehsal, əmək və maddi poten-sialın mövcudluğu qiymətləndirməklə tənzimlənmədə aşa-ğıdakı amillər və onların iqtisadi inkişafa təsiri nəzərə alınmalıdır:

Page 217: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

216

- ərazilərin tarixi inkişaf xüsusiyyətləri, yerli adət-ənənələri və əmək vərdişi, təsərrüfatçılıq təcrübəsi və üsullarının müxtəlifliyi;

- aqrar istehsalın təbii-iqlim və torpaq şəraitindən asılılığı;

- aqrar istehsalın daimi mövsümü xarakter daşıması və onun geniş ərazilərdə həyata keçirilməsi;

- kənd təsərrüfatı istehsalının başqa sahələrə nisbətən dövlət tənzimlənməsi, xüsusən yardım, kömək tələb etməsi;

- aqrar sahənin az gəlirliliyi və yüksək riskli sahə ol-ması;

- aqrar sahədəki kapitalın dövranı və dövriyyə sürəti-nin uzun müddəti əhatə etməsi;

- kənd təsərrüfatı istehsalı və xidmətilə məşğul olan sahibkarların iqtisadi manevr imkanlarının məhdudluğu;

- məhsulların çox hissəsinin qısamüddətli saxlama müddətinə malik olması və daşınma çətinliyi;

- aqrar sahədə istehsal edilən kənd təsərrüfatı və ər-zaq məhsullarının təminatlı satış bazarının olmaması;

- aqrar sahənin investisiya cəlbediciliyi baxımından az səmərəli olması;

- aqrar sahənin ölkənin iqtisadi inkişaf səviyyəsindən asılı olması və s.

Beləliklə,bütün göstərilən amillər aqrar sferanın inki-şafına və sahibkarlıq fəaliyyətinin nəticələrinə, həm də so-sial-iqtisadi inkişafa bilavasitə təsir göstərir.

5.2. Aqrar sahənin idarə edilməsi problemləri.

Hazırda idarəetmə dedikdə qarşıya qoyulmuş məq-

sədlərə çatmaq üçün idarəetmə obyektinin sistemlərinin,

onların ünsürlərinin məqsədyönlü qaydada əlaqələndiril-

Page 218: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

217

məsi və idarə edilməsi, fəaliyyətlərinin qaydaya salınması,

sosial-iqtisadi inkişafda mütərəqqi meyllərin aşkara çıxa-

rılması və ona təkan verilməsi başa düşülür. Müəyyən

məqsədə çatmaq üçün idarə olunan obyektə idarəetmə me-

todları ilə (iqtisadi təsir metodları ilə maliyyə, qiymət,

planlaşdırma, stimullaşdırma və s.) təsir edilir. Ona görə

də idarəetmə iqtisadi mexanizmin mühüm tərkib hissələ-

rindən biri hesab edilir. İdarəetmə strukturu idarəetmə sis-

teminin qurulmasının daxili formasını ifadə edir. Bu struk-

turun ünsürləri bir-biri ilə əlaqədə olmaqla bütöv bir siste-

mi-istehsalın (sahənin) idarə edilmə sistemini əmələ gətirir.

Qeyd edək ki, idarəetmə strukturu idarəetmə vəsilə-

ləri, mərhələləri, onun tərkibi, qarşılıqlı tabeçiliyi və əla-

qəsi ilə xarakterizə olunur və onlar funksiyaları ilə fərqlə-

nirlər. Struktur dedikdə idarəetmə sistemindəki müxtəlif

orqanlar, vəsilələr və işçilər arasındakı qarşılıqlı əlaqə və

müştərək tabelik başa düşülür. Təşkilati struktur dedikdə

isə idarəetmə obyekti və subyekti arasındakı əlaqədə olan

quruluş nəzərdə tutulur. Struktur öz ifadəsini: idarəetmə-

nin müştərək tabeliyində, (şəbəkələrin və s.) qarşılıqlı əla-

qədə, ştat cədvəlində, şöbə və s. funksiyalarında, vəzifələ-

rində, işçilərin tərkibində, iş növləri və yerinə yetirdikləri

işlərdə, kollektivin fəaliyyəti üçün müəyyən edilən qayda-

larda, vəzifə təlimatlarında və s. tapır. Nəzərə almaq la-

zımdır ki, idarəetmə aparatı, onun funksiyalarının tərkibi-

nə, yerinə yetirilən işlə məşğul olan işçilərin sayına və s.

bir çox amillər təsir göstərir. Yəni strukturu yaradan amil-

lərə sosial-iqtisadi, siyasi, təşkilati, iqtisadi və s. amillər

təsir edir. İdarəetmə aparatının strukturu o vaxt səmərəli

hesab edilir ki, istehsal amilləri nəzərə alınmaqla idarəet-

mə formalaşdırılmış olsun, onun qarşısına qoyulmuş vəzi-

Page 219: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

218

fələrə uyğun gəlsin.

İstehsalın miqyası və quruluşu dəyişdikcə, genişlən-

dikcə, sahələrarası və sahələrdaxili əlaqələr artmış, inkişaf

inteqrasiya əlaqələrini zərurətə çevirmiş, bu isə belə bir

problemi-idarəetmənin təkmilləşdirilməsi zərurətini do-

ğurmuşdur. Bununla əlaqədar 1982-ci ildə idarəetmə siste-

mini təkmilləşdirmək məqsədilə vahid idarəetmə və plan-

laşdırma obyekti kimi aqrar-sənaye kompleksi formalaşdı-

rılmışdı. Problemin mahiyyəti ondan ibarət olmuşdur ki,

burada əsas məqsəd kənd təsərrüfatı ilə emaledici sənaye,

xidmət sahələri arasında inteqrasiya yaratmaq, mənafeləri

formalaşdırmaq üçün planlaşdırma, maddi-texniki təchi-

zat, tikinti, maliyyələşdirmə və idarəetmədə istehsal-iqti-

sadi vəzifələri vahid mərkəzdən tənzimləmək və s. istiqa-

mətləndirməkdən ibarət olmuşdur. 1985-ci ildə nazirlik,

komitə, baş idarələrin bazasında yaradılan Dövlət Aqrar

Sənaye Komitəsi vahid idarəetmə orqanı kimi sahələrarası

münasibətlərdə iqtisadi metodlar əvəzinə inzibati metodla-

ra üstünlük verdi. Həmin idarəetmə orqanı dövründə təsər-

rüfatların müstəqilliyi təmin edilmədi, onların hüquqları-

nın qorunması və idarəetmənin demoqrafik əsaslarla həya-

ta keçirilməsi üçün tədbirlər görülmədi. Əksinə müəssisə və

təşkilatlar ikili tabelikdə qalmışdı. Təsərrüfat və müəssisə-

lərin funksiyaları, idarəetmə orqanlarının strukturu, ştat va-

hidləri, onların saxlanması xərcləri, rəhbər işçilərin işə qə-

bulu və azad edilməsi yuxarı idarəetmə orqanları tərəfindən

müəyyən edilirdi. Bu problem istər Dövlət Aqrar Sənaye

Komitəsi dövründə, istərsə də o, ləğv edildikdən sonra, öl-

kəmizdə müstəqillik bərpa edilənə qədər, yeni mülkiyyət

münasibətləri formalaşdırılanadək davam etmişdi.

Aqrar sahədə idarəetmə obyekti kimi kənd təsərrüfatı

Page 220: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

219

fəaliyyəti bütövlükdə və yaxud onun ayrı-ayrı sahələri

(bitkiçilik, heyvandarlıq, baytarlıq, fitosanitar, maliyyə,

kredit, elm və digər xidmətlər və s.) kollektivi çıxış edirlər.

Məlum olduğu kimi, iqtisadi münasibətlərin məzmu-

nu və iqtisadi inkişafın mahiyyəti ilə əlaqədar ölkəmizdə

planlaşdırma, idarəetmə, qiymət mərkəzdən həyata keçiril-

miş, aqrar sfera daha çox inzibati metodlarla mərkəzdən

idarə olunmuşdu. Bu vəziyyəti o yerə gətirib çıxarmışdı

ki, kəndlilər torpaqdan ayrı düşmüş, son nəticəyə görə ma-

raq azalmış, aqrar iqtisadiyyat tələbatı ödəmək iqtidarın-

dan məhrum olmuşdu.

Göstərilənlərlə yanaşı, inzibati idarəetmə orqanları-

nın fəaliyyətində digər problemlərə-nöqsanlara da yol ve-

rilirdi: rəhbərlər işçilərin təşəbbüskarlığını qiymətləndir-

mir, işçilərə təşkilati-texnoloji tapşırıqlar verir, işlərin nə-

ticələrinə görə məsuliyyəti tələb edilmir, sahələr arasında

əlaqələrin yaradılması təmin olunmur, tabelikdəki idarələ-

rin fəaliyyətləri istiqamətləndirilmir və çox vaxt işçilərin

hüquqları məhdudlaşdırılırdı. Bu, idarə aparatının vəzifə-

lərinin mərkəzləşdirilməsi siyasətindən irəli gəlirdi.

Mərkəzləşdirilmiş idarəetmə - idarəetmə sisteminin

elə qurulması və onun funksiyalarının elə təşkilidir ki, aqrar

sferanın bütün sahələrinin idarə edilməsi mərkəzi idarəetmə

orqanlarının əlaqələndirilməsi və tənzimlənməsi ilə həyata

keçirilir. Bu idarəetmə aqrar sahə istehsalçılarının fəaliyyə-

tini sahənin spesifik xüsusiyyətləri nəzərə alınmadan inzi-

bati yolla istiqamətləndirilməyə yönəldilmişdi. Yeni isteh-

sal münasibətləri və sahibkarlığın formalaşdırıldığı şəraitdə

idarəetmə, planauyğun proporsional inkişafın müəyyənləş-

dirilməsini və funksiyaların optimal nisbətin yaradılmasını

tələb edir. Yəni mərkəzi idarəetmə orqanları dövlətlə isteh-

Page 221: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

220

salçı maraqlarını nəzərə almaqla münasibətləri tənzimləmə-

li, nizamlama funksiyasını yerinə yetirməlidir.

Ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsin-

də yeni mülkiyyət münasibətləri formalaşmış, sahibkarlı-

ğın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bununla

əlaqədar qarşıya qoyulan vəzifələrin miqyası idarəetmənin

yeni strukturunun formalaşmasını, onun funksiyalarının

müasir tələblərə uyğunlaşdırılmasını və səmərəli idarəet-

mə sisteminin yaradılmasını tələb edir. Ona görə də aqrar

sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaratmaq və aqrar

sahədə yaranmış problemi həll etmək üçün sferanın idarə-

etmə strukturunda 42 min nəfər rəhbər işçi və mütəxəssis-

lər ixtisar edildi. Kənd təsərrüfatının idarə edilməsinin təş-

kilat strukturu və idarəetmənin ayrı-ayrı təkrarlanan pillə-

ləri ləğv edildi. Onların funksiyaları məhdudlaşdırıldı.

Aqrar sahədə idarəetmə sisteminin yenidən qurulması ilə

əlaqədar 6 iyun 1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin

yeni əsasnaməsi təsdiq edildi. Əsasnaməyə uyğun olaraq

nazirliyə yeni funksiyalar verildi. Yeni əsasnaməyə görə

nazirliyə, kənd təsərrüfatı sahəsində dövlət siyasətini for-

malaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti or-

qanı kimi, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların

həyata keçirilməsinin təmin edilməsi, sahənin sosial-iqti-

sadi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi,

kənd təsərrüfatı sahəsində müvafiq standartlar, normalar

və qaydaların işlənib hazırlanması funksiyalarının yerinə

yetirilməsi səlahiyyətləri verildi.

Qeyd edək ki, Prezidentin 4 fevral 2002-ci il tarixli

“Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə

sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanı

ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Page 222: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

221

Dövlət Baytarlıq Komitəsi və Dövlət Bitkilərin Karantini

Müfəttişliyi ləğv edilərək, onların səlahiyyətləri və tabeli-

yində olan müəssisələr Kənd Təsərrüfatı Nazirliyinə verildi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20

sentyabr 2002-ci il tarixli qərarı ilə regionlarda 10 ərazi

kənd təsərrüfatı idarələri yaradıldı. Beləliklə, əsasnamədə

aqrar sahənin idarə edilməsində planlaşdırma, qiymət qoy-

ma, təftiş və digər inzibati metodlarla idarə olunma nəzər-

də tutulmadı.

Göründüyü kimi, aqrar sahənin idarə edilməsi üçün

aparatın yaradılması müasir şəraitdə mövcud vəzifələrin

yerinə yetirilməsi məqsədilə formalaşdırılır. Bu baxımdan

kənd təsərrüfatında mərkəzi aparatın formalaşdırılması

dövlətin aqrar siyasətinin həyata keçirilməsi məqsədilə ya-

radılmışdır.

Qeyd edək ki, aqrar sahədə idarəetməni yaxşılaşdır-

maq, sahələri əlaqələndirmək, onların tarazlı inkişafını tə-

min etmək, idarəetmə orqanlarına daxil olan təsərrüfat for-

malarının son nəticəyə görə maraq və məsuliyyətini artır-

maq üçün sosial-iqtisadi vəzifələrin miqyası baxımından

idarəetmə orqanlarının strukturu və funksiyaları müntə-

zəm olaraq təkmilləşdirilmişdir. Bu təkmilləşdirmə sosial-

iqtisadi inkişafın dayanıqlığını təmin etmək baxımından

həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən biri

kimi qarşıda durur.

Məlumdur ki, ictimai təsərrüfatlara məxsus torpaq və

əmlak özəlləşdirilməsi həyata keçirilmiş, 1995-ci ildən aq-

rar sferada fəaliyyət göstərən cəmi 2612 təsərrüfat, müəs-

sisə və təşkilatlar olmuşdur. “Azərbaycan Respublikasında

1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilmə-

sinin Dövlət Proqramı”na uyğun həmin müəssisə və təşki-

Page 223: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

222

latların 88,8 %-i özəlləşdirilməyə verilmişdir. Bu həmin

müəssisə və təşkilatların müstəqil təsərrüfat və idarəetmə

strukturları yaradılmasına, onların müstəqil, yeni prin-

siplər əsasında idarəetmə funksiyaları əldə etmələrinə im-

kan yaratdı. Hazırda aqrar sahədə təşkilati-hüquqi forma-

sından asılı olmayaraq fəaliyyət göstərən təsərrüfatlar mü-

vafiq qanunlarla və hüquqi normativ aktlarla nizamlanır.

Aqrar sahənin idarəetmə sisteminin xarakteri və me-

todları sonrakı fəsillərdə daha geniş verilir.

5.3. Aqrar sahədə planlaşdırılma.

Məlumdur ki, iqtisadi mexanizmin əsas ünsürlərin-

dən biri planlaşdırmadır.

Cəmiyyətdə mülkiyyət münasibətlərinin üstünlüklə-

rindən istifadə edilməsi iqtisadi inkişafın əsas amillərindən

biri olsa da, mülkiyyət münasibətləri və inkişafın forma-

laşması həm də idarəetmə ilə bağlıdır. İdarəetmə sistemi

iqtisadi, inzibati metodların köməyi ilə mövcud potensial-

dan istifadəyə yönəldilmiş fəaliyyətdir. Vaxtı ilə böyük

mütəfəkkir N.Tusi göstərirdi ki, bütün dövrlərdə inzibati

və iqtisadi idarəetmə olmadan, cəmiyyətin quruluşunu qo-

ruyub saxlamaq mümkün deyildir. Cəmiyyət inkişaf etdik-

cə, şərait və vəzifələrin miqyası, iqtisadi münasibətlər də-

yişdikcə və təkmilləşdikcə idarəetmənin başlıca funksiyası

olan planlaşdırma sistemi, onun metod və formaları da də-

yişir, təkmilləşdirilir. Burada istehsalın planlaşdırılması-

nın ümumi meyli demokratik prinsiplərə söykənir, məhsul

istehsalının artırılması və səmərəliliyinin yüksəldilməsini

təmin etmək əsasında xalqın həyat səviyyəsinin daha da

yaxşılaşdırılmasına yönəldilir.

Page 224: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

223

Uzun müddət planlaşdırma sosial-iqtisadi siyasətin

həyata keçirilməsinin, iqtisadi inkişafı surətləndirməyin,

istehsalı intensivləşdirməyin və iqtisadiyyatı tarazlaşdır-

mağın əsas amili olmuşdur. Ölkənin iqtisadi inkişafının

qarşısına qoyulmuş məqsədlərə çatmaqda, istehsalın quru-

luşunun təkmilləşdirilməsində, məhsuldar qüvvələrin yer-

ləşdirilməsində planlaşdırmanın forma və metodları daimi

təkmilləşdirilmişdir. Çünki, planlaşdırma amili hesabına

tarazlıq və əlaqələr sistemi elə qurulmalıdır ki, istehsal-is-

tehlak arasında qarşılıqlı əlaqə qurulsun, istehsalın həcmi

ilə quruluşu, tələbatla onun quruluşu arasında uyğunluq

yaradılsın. Doğrudur, kənd təsərrüfatında planlaşdırma

1955, 1965, 1986-ci illərdə təkmilləşdirilsədə, planlaşdır-

ma mülkiyyət münasibətləri ilə əlaqədar mərkəzləşdirilmiş

inzibati metodlarla həyata keçirildiyi üçün bu mexanizm

əslində istehsalçılara qarşı qoyulmuşdu.

Müstəqillik dövrünə qədər torpaq və əmlak dövlət

mülkiyyətində olduğundan iqtisadiyyatın idarə edilməsi

mərkəzi idarəetmə şəraitində həyata keçirilirdi. Aqrar sa-

hənin sahələri üzrə məhsul istehsalı və əkiləcək sahənin

həcmi, əkin strukturu, istehsal ediləcək məhsulun satışı,

saxlanılan heyvanların sayı, sürü dövriyyəsi, heyvandarlıq

məhsulları istehsalı (ət, süd, yun, yumurta və s.), məhsul-

darlıq, məhsulun maya dəyəri, rentabellik kimi iqtisadi

göstəricilər və s. 250-dən çox istehsal, satış, məhsuldarlıq,

iqtisadi göstəricilər mərkəzləşdirilmiş qaydada planlaşdırı-

lırdı. Bununla yanaşı, respublika rayonlarına Ümumittifaq

və respublika fondlarına ət və ət məhsulları, süd və süd

məhsulları, kartof, tərəvəz,yumurta, meyvə, üzüm və s.

kənd təsərrüfatı məhsulları göndərilməsinə dair plan tapşı-

rıqları (satınalma, tədarük) verilirdi.

Page 225: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

224

Mərkəzi idarəetmə orqanları məhsul istehsalı və satı-

şı barədə verdiyi sifariş həcmi ilə yanaşı, kənd təsərrüfatı-

nın sahələrinin maddi-texniki təminatını (texnika, gübrə,

avadanlıq və s.) öz üzərinə götürürdü. Bununla da məhsul

istehsalçıları, tədarükçülər, məhsul satışı və emalı ilə məş-

ğul olanlar və xidmət müəssisələri planlaşdırmada və ida-

rəetmədə sərbəst deyildilər.

1997-ci ildə istehsal həcminin planlaşdırılması da-

yandırıldı və əvvəlki planlaşdırmadan yalnız göstəriciləri-

nin sayına görə fərqlənən proqnozlar müəyyən edilməyə

başlandı. Əslində bu proqnozlar əsaslandırmalarla deyil,

yeni təsərrüfat formalarının yaradılmadığı şəraitdə təshih

edilmə yolu ilə müəyyən olunurdu. Ona görə də yeni mül-

kiyyət münasibətləri və bazar iqtisadiyyatı şəraitində bu

planlaşdırma özünü doğrultmadı. Bazar özünə məxsus tən-

zimləmə xüsusiyyətləri ilə idarə olunduğu üçün istehsalçı-

ların maraqlarının qorunması, rəqabət, vergi, cərimə, sank-

siyalar, normativləri tətbiq etmək və s. ilə idarə olunmağa

yönəldildi.

Aqrar sahənin və onun sahələrinin inkişafının tarazlı-

ğı və ölkənin kənd təsərrüfatı məhsulları ilə tələbatının

ödənilməsi iqtisadi mexanizmlərə, o cümlədən bu mexa-

nizmin əsas vəsiləsi olan planlaşdırma ilə həyata keçiril-

mişdir. Yeni mülkiyyət münasibətləri şəraitində aqrar sa-

hənin spesifik xüsusiyyətləri, təbii-iqlim, texniki, texnolo-

ji, təşkilati və sosial-iqtisadi xarakteri ilə əlaqədar sahələr-

arası və sahələrdaxili əlaqələrin formalaşması planlaşdır-

manın qarşısına yeni vəzifələr qoymuşdur. Planlaşdırmada

mövcud ehtiyatlardan səmərəli istifadə olunması, sosial-

iqtisadi vəzifələrin həlli, həyata keçiriləcək məsələlərin ar-

dıcıllığı, ekoloji tarazlığın qorunması və s. nəzərdə tutulur.

Page 226: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

225

Beləliklə hər bir sahibkar öz fəaliyyətinin planlaşdırılma-

sını müstəqil həyata keçirir. Burada sahibkar fəaliyyətini

planauyğun həyata keçirmək üçün sahələr, müvafiq idarə-

etmə orqanları və müstəqil təsərrüfat formaları ilə müqavi-

lə münasibətləri əsasında həyata keçirir.

Planlaşdırma dedikdə iqtisadi mexanizmin tərkib his-

sələrindən biri olmaqla inkişaf və ehtiyac miqyasını, sahə-

nin inkişaf xüsusiyyətlərini nəzərə almaqla elmi cəhətdən

əsaslandırılmış məqsədlərin formalaşdırılması, prioritetlə-

rin müəyyənləşdirilməsi və bu prioritetlərə nail olunması

vasitələri və metodlarının müəyyən edilməsi prosesi nə-

zərdə tutulur. Yəni, planlaşdırma müəyyən iş və fəaliyyət

üçün hərəkət qaydalarının nizama salınması prosesidir.

Planlaşdırmada məqsədin müəyyənləşdirilməsi, bu məqsə-

də çatmaq üçün istiqamətlər və alternativlərin seçilməsi

əsas meyardır.

Aqrar sahədə planlaşdırmanın əsas vəzifəsi aşağıda-

kılardan ibarətdir:

- kənd təsərrüfatı sahələri və digər təşkilatlarla qarşı-

lıqlı əlaqələr şəraitində sahənin inkişafında nisbətlərin

düzgün qurulması;

- təbii-iqtisadi şəraitdən asılı olaraq mövcud ehtiyat-

lardan səmərəli istifadə edilməsi;

- kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla

emal sənayesinin xammalla və ölkənin ərzaq təminatını

yaxşılaşdırmaq;

- kənd təsərrüfatı istehsalında müasir texnika və tex-

nologiyadan, qabaqcıl təcrübədən istifadə etməklə məh-

sulun maya dəyərini aşağı salmaq;

- mövcud torpaq, əmək, maliyyə və texniki ehtiyat-

lardan daha səmərəli istifadə etməklə məhsul istehsalının

Page 227: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

226

artırılması və səmərəliliyin təmin edilməsi.

Göründüyü kimi, inzibati – amirlik və mərkəzdən

planlaşdırmadan fərqli olaraq yeni münasibətlər şəraitində

aqrar sferada planlaşdırma qarşıya qoyulmuş məqsəd və

vəzifələrdən, istehsalın prioritetlərindən asılı olaraq fərq-

lənir. Bazar iqtisadiyyatı planlaşdırmanı inkar etmir. An-

caq hər bir təsərrüfat forması fəaliyyətini idarə etmək üçün

istehsalından və fəaliyyət istiqamətindən asılı olaraq plan-

laşdırmanın müxtəlif üsul və vasitələrindən istifadə edir.

Bununla əlaqədar sahibkarlıq fəaliyyətində müəyyən vaxt-

da sahibkarın məqsəd və vəzifələrindən asılı olaraq ehtiyatları

və zəruri vəsaiti, onun istifadə istiqamətləri, istehsalın

həcmi, strukturu və gələcək inkişafı müəyyən edilir və

proqnozları hazırlanır. Ona görə də hazırda sahibkarlıq

fəaliyyətinin məqsədlərinin formalaşdırılması, prioritetlə-

rin əldə edilməsi metodlarının müəyyən edilməsinin əsas

vasitəsi proqnozlaşdırma hesab edilir.

Sahibkarlıq fəaliyyətinin planlaşdırılması biznes-plan

hazırlanması ilə həyata keçirilir. Bu sahibkarlıq fəaliyyəti-

nin mövcud və gələcək inkişaf proqramı hesab olunur.

Bəzi aqrar iqtisadiyyata dair ədəbiyyatlarda strateji

planlaşdırma, onun mahiyyəti və vəzifələri, firma və

müəssisələrin strateji planlaşdırılması ilə qarışdırılır. Doğ-

rudur strateji planlaşdırma qlobal məqsədlərin müəyyən

edilməsi və bu məqsədlərə nail olmaq üçün zəruri ehtiyat-

ların müəyyən müddətə (1-5 il) əlaqələndirilməsini nəzər-

də tutur. Kənd təsərrüfatında sahibkarlar sahənin spesifik

xüsusiyyətləri ilə əlaqədar biznes planlarla istehsal və ya

kommersiya fəaliyyətini həyata keçirirlər. Biznes-plan əs-

lində sosialist istehsal üsulundan tanış olan texniki-iqtisadi

əsaslandırılmadır. Yeni iqtisadi münasibətlər şəraitində

Page 228: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

227

biznes-planlar menecmentin xüsusi aləti hesab edilir. Yə-

ni, sahibkar məhsullarını real həyat planı (“yol xəritəsi”)

əsasında risk dərəcəsini aşağı sala bilirlər. Beləliklə, sa-

hibkar fəaliyyətini ideyadan başlayaraq, bütün mərhələlər-

də istehsal, satışın təşkili, gəlir əldə etmək, riski aşağı sal-

maq, rəqabət mübarizəsində qalib gəlmək, marketinq, me-

necment və s. məsələləri həll etmək üçün öz biznes-planı-

nı işləyib hazırlamaqla həyata keçirə bilir. Ona görə də,

biznes-planın tərtibinə elə tələb qoyulur ki, sahibkar gə-

ləcək fəaliyyəti ilə əlaqədar bütün məlumatları əldə edə

bilsin və ona nəzarət etsin. Biznes-plan sadə və aydın tər-

tib edilməklə dəqiq quruluşa malik olmalıdır.

Qeyd edək ki, biznes-plan aqrar sahənin fəaliyyətinin

planlaşdırılmasının mütərəqqi forması hesab edilir. Biznes

plan hər bir sahənin inkişaf planıdır. Sahibkarın hazırladı-

ğı biznes-plan onun istehsal fəaliyyəti, inkişafı və göstərə-

cəyi xidmətlə əlaqədar fəaliyyətini tənzimləyən, inkişaf

istiqamətini müəyyənləşdirən, texnoloji ardıcıllıqla tələb

olunan xərcləri, gəlirləri və rentabelliyini əks etdirən sə-

nəddir. Biznes-plan sahibkarın istehsal (və ya xidmət)

üçün tələb olunan kreditə görə kredit verən təşkilata (ban-

ka) kredit ödənilməsi və qaytarılmasını tənzimləyən sə-

nəddir.

Sahibkarın bitkiçilik üçün hazırladığı biznes-plan

aşağıdakı texnoloji proseslər və istehsalla əlaqədar xərclər

faktiki qiymətlər nəzərə alınmaqla tərtib edilir.

Bitkiçilikdə: 1) toxuma tələbat, 2) mineral və üzvü

gübrələrə tələbat, 3) suya tələbat, 4) zəhərli kimyəvi mad-

dələrə tələbat, 5) yanacaq və sürtkü materiallarına tələbat,

6) amortizasiya xərcləri, 7) sığorta və vergi ödəmələri,

8)sair xərclər müəyyən edilir. Sair xərclərə qanunverici-

Page 229: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

228

likdə müəyyən edilmiş normalara uyğun ezamiyyə, audit,

reklam xərcləri, informasiya və məsləhət üçün xidmətlərə

ödənişlər, bank kreditlərinə görə ödənilən faizlər, məhsu-

lun daşınması və saxlanılması, həmçinin satılması ilə əla-

qədar xərclər daxildir.

Heyvandarlıq üzrə biznes-planda aşağıdakı əməliy-

yatlar üzrə xərclər müəyyən edilir: 1) yem xərcləri, 2) xəs-

təliklərlə əlaqədar xərclər, 3) amortizasiya, 4) elektrik

enerji xərcləri, 5) sığorta və vergi ödəmələri, 6) sair xərclər.

Bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ilə

məşğul olan istehsalçılar “Aqrar sahədə islahatın surətlən-

dirilməsinə dair bəzi tədbirlər haqqında” 22 mart 1999-cu

il tarixli fərmana uyğun torpaq vergisi istisna olmaqla di-

gər vergi və ödəmələrdən azaddırlar.

Biznes-planda sahibkar istehsalı təşkil etmək və onu

inkişaf etdirmək üçün vəsaitə tələbatı və onun mənbələrini

müəyyənləşdirməyi əsaslandırmalıdır. Bu onun iqtisadiy-

yatını tənzimləməyə, prosesləri düzgün idarə etməyə, mü-

nasibətlərini əlaqələndirməyə imkan verir.

Nəzərə almaq lazımdır ki, sahibkar biznes-planı ha-

zırlayarkən fəaliyyət istiqaməti və məqsədini aydın müəy-

yənləşdirməlidir. Sahibkarın fəaliyyət istiqaməti əsasən:

1) istehsalı artırmaq (bunun üçün əlavə əkin sahəsi

cəlb etmək, heyvan almaq, mövcud sahədən və ya heyvan-

dan daha çox məhsul əldə etmək), 2) istehsalı artırmaq

üçün yeni texnika və texnologiya tətbiq etmək, 3) məhsul

istehsalının istiqamətini dəyişdirməkdən ibarətdir. Bunun-

la əlaqədar sahibkarın əsas məqsədi məhsul istehsalını

artırmaqla, əmtəəlik məhsulun xüsusi çəkisini artırmaq,

nəticədə mövcud ehtiyatlar və imkanlar hesabına təsərrü-

fatın gəlirlərini artırmaqdır. Digər məqsəd əkin sahəsini və

Page 230: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

229

ya heyvanların sayını artırmaq, məhsulun keyfiyyətini

yüksəltmək, öz istehsalı və vəsaiti hesabına emalı və xid-

mətləri təşkil etmək, bu hesaba gəlirlərini artırmaq. Sahib-

karlıq fəaliyyətində biznes-planın tərtibində məqsəd isteh-

salın strukturunu dəyişmək və ya təkmilləşdirmək, aqrar

bazara rəqabət qabiliyyətli məhsul çıxarmaqla gəlirlərini

artırmaqdır. Biznes-plan sahibkarın xarici bazara çıxması

üçün dövlət proqramlarına və layihələrinə salınmaqla ma-

liyyə mənbəyi hesabına istehsalını genişləndirmək, yeni

texnologiyalar və investisiyalar əsasında birgə müəssisələr

yaratmaq və beləliklə, ölkənin ərzaq təminatında fəal rol

oynamağa imkan verir.

5.4. Aqrar sahədə qiymətlər sistemi.

İqtisadiyyatın dayanıqlı inkişafında iqtisadi mexaniz-

min mühüm tərkib hissəsi olan qiymət mexanizminin rolu

böyükdür. Aqrar sahənin inkişafı və milli iqtisadiyyatın

formalaşmasında əsas məsələlərdən və dövlətin iqtisadi si-

yasətinin əsas amillərindən biri qiymət mexanizminin düz-

gün qurulması və dövlətin qiymət siyasətidir. Qiymətlər

vasitəsilə iqtisadi və sosial inkişaf tənzimlənir, mənafelər

uzlaşdırılır, sahələr arasında tarazlıq yaradılır, mövcud eh-

tiyatlardan səmərəli istifadə edilməsi təmin olunur. Nəzərə almaq lazımdır ki, qiymətlər iqtisadiyyata tə-

sir gücünə malik olmaqla inkişafın tənzimlənməsində əsas iqtisadi vasitədir. Yeni iqtisadi münasibətlər şəraitində qiymətlər tələb və təklifdən asılı olaraq formalaşmaqla tənzimləyici funksiyası artır və ölkənin iqtisadi siyasətində əsas yer tutur. Qiymətlərin əmtəə dəyərindən kənarlaş-ması, istehsal münasibətlərindən, tələb-təklifin qiymətə tə-

Page 231: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

230

sirindən, tədavüldə olan pul kütləsinin miqdarından və bir çox sosial-iqtisadi amillərdən asılıdır. Bazarda tələb-təklif nəzərə alınmasa, qiymətlərin dəyərdən kənarlaşması tən-zimlənməsə qiymətlər dəyər qanununun tələblərinə uyğun gəlməyəcək. Ona görə də qiymətlər dövlət tərəfindən tən-zimlənir və beləliklə, dövlət iqtisadi siyasətini formalaş-dırmaq üçün qiymətlərin tənzimlənməsi ilə öz iqtisadi funk-siyasını yerinə yetirir. Deməli, qiymətlər həm tənzim edir və həm də tənzim olunur.

Aqrar islahatların həyata keçirilməsi nəticəsində tor-paq və əmlak üzərində yeni mülkiyyət münasibətləri for-malaşdırılması və sahibkarlığın inkişafına əlverişli şərait yaradılması şərtlərindən biri qiymətlərin liberallaşdırılm-ası və qiymətlər üzərində dövlət nəzarətinin aradan qaldı-rılması hesab edilir.

1992-ci ildə yanvar ayından kənd təsərrüfatı məhsul-larının qiymətləri sərbəstləşdirilmişdir. 1992-1993-cü il-lərdə istehsal xərcləri nəzərə alınmaqla bütün növ kənd tə-sərrüfatı məhsullarının qiymətlərinin aşağı həddi müəyyən edilmişdir. 1994-cü ildən isə taxıl, pambıq və üzümdən başqa (1997-ci ildən isə həmin məhsulların da) qiymətləri sərbəstləşdirildi. Bununla istehsalçıya müstəqil olaraq çə-kilən xərcləri nəzərə almaqla məhsula sərbəst qiymət müəyyənləşdirmək hüququ verildi.

Məlumdur ki, qiymətlər istehsal xərclərinin ödənil-məsində, həm də sahibkarların gəlirlərinin formalaşmasın-da böyük əhəmiyyət kəsb edir. Aqrar sahədə qiymətlər kənd təsərrüfatında mövcud ehtiyatlardan səmərəli istifadə edilməsinə, istehsalçı ilə istehlakçı arasında münasibətlə-rin tənzimlənməsi funksiyalarının yerinə yetirilməsinə xidmət edir. Bununla yanaşı, qiymətlər kənd təsərrüfatı ilə xalq təsərrüfatının digər sahələri arasında ekvivalent rolu-

Page 232: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

231

nu oynayır.

Beləliklə, qiymət dedikdə məhsulun, malın, xidmət-

lərin dəyərinin pulla ifadəsi başa düşülür. Qiymət: 1) alıcı

ilə satıcı arasında tələb və təklif əsasında formalaşır. O,

pul və ya digər məhsul, mal və xidmətlərin ekvivalenti ro-

lunu oynayır, 2) müqavilələrin əsas şərti kimi özünü ifadə

edə bilir.

Aqrar sahədə təsərrüfat fəaliyyətində alqı-satqı mü-

nasibətləri bir sıra qiymət növlərindən istifadə edilməklə

həyata keçirilir:

1. Satınalma qiymətləri;

2. Təhvil qiymətləri;

3. Tədarük qiymətləri;

4. Həvəsləndirici qiymətlər;

5. Pərakəndə satış qiymətləri;

6. Topdansatış qiymətləri;

7. Bazar qiymətləri (sərbəst qiymətlər);

8. Müqavilə qiymətləri.

Bu qiymət növləri kolxoz-sovxoz təsərrüfatlarının

inkişafını formalaşdırmaqda mühüm rol oynamışdır. Kənd

təsərrüfatının inkişafının müxtəlif dövrlərində qiymətlər

dövlət siyasətinin tərkib hissəsi olmaqla mərkəzləşdirilmiş

qaydada həyata keçirilmişdir.

Aqrar sahədə tətbiq olunan qiymət növlərinin mahiy-

yətinə nəzər salaq.

Aqrar sahədə kənd təsərrüfatı məhsullarının satınal-

ma və təhvil qiymətləri mərkəzləşdirilmiş qiymət siyasəti

dövründə, yəni ölkəmiz müstəqilliyini bərpa edənə qədər

tətbiq olunmuşdur. O vaxtlar kənd təsərrüfatı məhsulları-

nın satınalma qiymətləri üzrə məhsullar dövlətə satılırdı.

Sovxozlar tərəfindən dövlətin emal müəssisələrinə (pam-

Page 233: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

232

bıq, meyvə, üzüm, tərəvəz, ət, süd, yun və s.) kənd təsər-

rüfatı məhsulları təhvil verilirdi. Kolxozlar isə məhsulları-

nı tədarük təşkilatlarına və dövlət müəssisələrinə satırdı-

lar. Bu qiymətlərlə istehsalçılar tərəfindən kənd təsərrüfatı

məhsulları təhvil verilirdi. Bu qiymətlərlə dövlət ehtiyac-

larını ödəmək üçün kənd təsərrüfatı istehsalçılarından

məhsullar alınırdı. Tədarük qiymətlərinə çox vaxt təminat-

lı qiymətlər də deyilir. Başqa sözlə, təminatlı (tədarük)

qiymətlərlə alınan məhsulların həcmi və qiymətlər əvvəl-

cədən müəyyən edilirdi. Təminatlı qiymətlərin səviyyəsi

və məhsulun satış həcmi əvvəlcədən dövlət tərəfindən

müəyyən edilir və ona dövlət təminat verirdi.

Bir çox kənd təsərrüfatı məhsulları istehsalının artı-

rılması üçün dövlət həvəsləndirici qiymətlər tətbiq edirdi.

Məsələn, 1965-ci ildə buğda, çəltik, qarabaşaq, çovdar,

günəbaxan, heyvandarlıq məhsulları istehsalı üçün qiy-

mətlər yüksəldilmişdi. Plandan artıq satılan buğda və çov-

darın qiymətləri 50% artırılaraq həvəsləndirici qiymətlər

tətbiq edildi. Qiymətlər məhsulun keyfiyyəti nəzərə alına-

raq müəyyən edilirdi. Bunun üçün satınalma və təhvil qiy-

mətləri standart və keyfiyyətdən asılı olaraq dəyişirdi. Bu

qiymətlərdən hazırda istifadə edilmir.

Hazırda istifadə edilən qiymətlərdən biri pərakəndə

satış qiymətləridir. Bu qiymətlər, kənd təsərrüfatı məhsu-

lunun istehlakçıya (alıcıya) bazar və şəhərlərdə ticarət təş-

kilatının müstəqil müəyyən etdiyi alıcıya satdığı son qiy-

mətlərdir. Pərakəndə satış qiymətinin əsasını topdansatış

(alınma) qiyməti və məhsul satan təşkilatın öz xərcləri (ti-

carət əlavəsi)təşkil edir. Bu qiymətlərlə bazarlarda məhsu-

lun qiymətlərinə təsir göstərmək olur.

Kənd təsərrüfatı məhsullarının topdansatış qiymətlə-

Page 234: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

233

ri, istehsalçılar tərəfindən məhsulun böyük miqdarda is-

tehlakçı müəssisə və ya tədarükçülərə (topdansatış ticarəti

təşkilatına) satdığı qiymətlədir. Təbiidir ki, topdansatış

təşkilatı öz xərci və mənfəətini burada nəzərə alır.

Aqrar sahədə məhsulun bazar qiymətləri, istehsalçı-

nın məhsulu tələbdən asılı olaraq istehlakçılara satdığı sər-

bəst qiymətlər başa düşülür. Ölkəmizdə bu qiymətlərlə

məhsul satışına həm də şəxsi həyətyanı sahələrdən istehsal

olunan məhsul bazara çıxarılır. Bazar iqtisadiyyatı şərai-

tində bazara məhsul çıxarılması və qiymətləri ilə bağlı heç

bir məhdudiyyət yoxdur. Bu qiymətlərə sərbəst qiymətlər

də deyilir. Bilavasitə bazarda reallaşan qiymətlər istehlakçı-

istehsalçının maraqlarına uyğun tələb-təkliflə əlaqədar

müəyyən edilir. Qiymətlərin bu növündən dünyanın bütün

ölkələrində istifadə edilir.

Aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalçıla-

rı ilə istehlakçılar (müəssisə, təşkilat, fərd və s.) arasında

məhsul alınması və verilməsi (miqdarı, çeşidi, keyfiyyəti

və s. göstəricilər) barədə müqavilə bağlanır. Bu müqavilə-

də bütün şərtlər-öhdəlik, məsuliyyət, hesablaşma, qablaş-

dırma, daşıma, qiymət və s. nəzərdə tutulur. Kənd təsərrü-

fatı məhsullarının alqı-satqısını tədarük təşkilatları, emal

müəssisələri, ayrı-ayrı fiziki və hüquqi şəxslər müqavilə

əsasında, razılaşdırılmış qiymətlərlə həyata keçirirlər. Mü-

qavilə əsasında tərəflərin arasında əvvəlcədən razılaşdırıl-

mış alqı-satqı predmeti olan şərtlərdən biri qiymətlərdir.

Bu qiymətlər müqavilə (razılaşdırılmış) qiymətləri adlan-

dırılır. İstehsalçı əvvəlcədən bilir ki, o məhsulu razılaşdı-

rılmış qiymətlə satacaq, alıcı isə bilir ki, məhsulu almaq

üçün ona nə qədər pul vəsaiti lazım olacaqdır. Hazırda

müqavilə ilə (razılaşdırılmış qiymətlərlə) məhsul alınması

Page 235: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

234

geniş yayılmağa başlamışdır.

Qeyd etmək lazımdır ki, qiymətlərin əsasını məhsul

istehsalına sərf olunmuş əmək məsarifləri və onun maya

dəyəri təşkil edir.

Dövlət inhisar qiymətləri üzərində nəzarəti həyata

keçirir, bazarın inhisarlaşmasına müəyyən qadağalar qo-

yur, haqsız rəqabətin qarşısını alır, maliyyə-kredit və pul

siyasəti ilə qiymətlərin səviyyəsinə təsir etməklə sosial-iq-

tisadi inkişafı tənzimləyir. Qeyd edək ki, aqrar sahədə əha-

linin gəlirlərinin artırılmasında, məşğulluğunda və ərzaq

məhsulları ilə təmin olunmasında qiymətlərin tənzimlən-

məsinin rolu böyükdür. Ona görə də aqrar sahədə qiymət-

lərin tənzimlənməsinə xüsusi yanaşma və metodların tətbi-

qi zəruri hesab edilir. Burada aqrar sahənin istifadə etdiyi

maddi-texniki ehtiyatların qiymətlərinin sahələrarası nis-

bətinə, son nəticədə qərarlaşmış qiymət səviyyəsinə diqqət

yetirmək lazım gəlir. Yəni, kənd təsərrüfatı məhsullarının

satınalma qiymətlərinin , kənd təsərrüfatı tərəfindən alınan

sənaye məhsullarının qiymətləri ilə müqayisəsi ekvivalen-

tin olmamasını göstərir və bu dövlət tənzimlənməsində nə-

zərə alınmalıdır. Dövlət kənd təsərrüfatı istehsalçılarına

subsidiya, yardımlar verməklə həmin sahənin məhsulları-

nın qiymətlərini nisbətən sabit saxlaya bilir. Başqa sahələ-

rə, tütün, spirtli içkilər və s. məhsulların qiymətlərini nis-

bətən yüksək müəyyən etməklə dövlət, burada yüksək gə-

lirləri akkumulyasiya edir, onların bir hissəsindən subsidi-

ya, yardım kimi istifadə edir.

Aqrar sahənin dayanıqlı inkişafını və ərzaq təhlükə-

sizliyini təmin etmək üçün dövlət hazırda təminatlı qiy-

mətlərdən istifadə edir. Dövlət taxıl istehsalçılarına əvvəl-

cədən taxılı təminatlı qiymətlərlə dövlət adından məhsul

Page 236: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

235

alacaq təşkilatı (Fövqəladə Hallar Nazirliyi) və onun məh-

sul qəbul edəcək kombinatları (dəyirmanları, taxıl saxlama

elavatorları) müəyyən edir. Bu taxıl istehsalçılarının mara-

ğının artırılmasına imkan yaradır.

Göstərilənlərlə yanaşı, aqrar sahədə müqayisəli qiy-

mətlər və mövsümi qiymətlər mövcuddur. Müqayisəli qiy-

mətlər kənd təsərrüfatı məhsullarının dəyər ifadəsində

həcminin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən

göstəricilərinin dinamikasını ölçmək üçün istifadə edilir.

Mövsümi qiymətlər kənd təsərrüfatı məhsullarının möv-

sümlə əlaqədar olan qiymətləridir. Məhsul bol olan vaxt

qiymətlər mövsümlə əlaqədar aşağı düşür, əksinə olduqda

isə qiymətlər yüksəlir.

Qiymət iqtisadi münasibətləri əks etdirməklə bir çox

amillərin təsiri altında formalaşır. Bu istehsal və xidmətin

seçilməsi istiqamətlərindən, istehsal və xidmətin daxili və

xarici bazarda mövqeyindən, istehsalçı və istehlakçıların

tələb-təklif səviyyəsinin dəyişməsindən, istehsal prosesin-

dən və istehsal olunan məhsulun spesifik xüsusiyyətlərin-

dən və s. asılıdır. Nəzərə almaq lazımdır ki, sahibkarın

xərclərinin ödənilməsi və onların gəlirlərinin səviyyəsi

qiymətdən asılıdır. O, həm də sahələr arası iqtisadi müna-

sibətlərin xarakterini müəyyən edir, başqa sahələr arasında

ekvivalent rolunu oynayır.

Qiymətin iqtisadi mahiyyəti onun yerinə yetirdiyi

funksiyalarla təzahür edilir. Qiymətin funksiyaları obyek-

tiv iqtisadi qanunların fəaliyyətindən asılı olmaqla iqtisadi

proseslərə fəal təsir göstərir. Qiymətin əsas 5 funksiyası

mövcuddur: 1) uçot-ölçü, 2) yenidən bölüşdürmə, 3) sti-

mullaşdırıcı, 4) balanslaşdırıcı, 5) istehsalın yerləşdirilməsi.

Qiymətin əmək məsariflərinin uçotu və ölçülməsi

Page 237: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

236

funksiyası dedikdə, təsərrüfat proseslərinin, əmtəə və xid-

mətlərin istehsalı, satışı, onlara xammal, material və əmək

sərfinin və onların nəticələrinin dəyər ifadəsində uçotu və

ölçülməsi başa düşülür. Bununla əlaqədar istehsalçı rəqa-

bətə davam gətirmək üçün xərclərə nəzarət edir, məsrəflə-

rin müqayisəsini aparır. Bu funksiya ilə ümumi məhsul,

əmtəəlik məhsul, mənfəət, gəlir, məsrəflər və s. dəyər ifa-

dəsində qiymətləndirilir.

Qiymətin stimullaşdırıcı funksiyası dedikdə istehsal

və xidmətlərin qiymətlərinə əlavələr və güzəştlər edilmək-

lə nəticələrə təsir etmə başa düşülür. Bununla məhsul is-

tehsalı artır, xərclərə qənaət olunur, istehsalçı məhsulunu

əlverişli şəraitdə satmaq imkanı əldə edir, nəticədə sahib-

karın gəlirləri çoxalır. Qiymətin stimullaşdırıcı funksiyası

tələb və təklifin balanslaşdırılması funksiyasının reallaşdı-

rılmasına kömək edir.

Qiymətin mühüm funksiyalarından biri, iqtisadiyyat-

da bölgü və yenidən bölgünün həyata keçirilməsidir. Qiy-

mət vasitəsi ilə milli gəlir iqtisadiyyatın sahələri, mülkiy-

yət formaları, regionlar, yığım və istehlak fondlarının,

əhalinin sosial qrupları arasında bölüşdürülməsi və yeni-

dən bölüşdürülməsi həyata keçirilir. Qiymətin bu funksi-

yası müəyyən əmtəə qrupları üzrə əlavə dəyər vergisinin

tətbiqi vasitəsi ilə (şərab, araq, siqaret və s.) təzahür edir.

Bu vergilər hesabına büdcəyə daxil olan vəsait sosial ehti-

yaclara yönəldilir (bölüşdürülür). Bu funksiya dövlət tərə-

findən tənzimlənən qiymətlər vasitəsilə həyata keçirilir.

Qiymətin əsas funksiyalarından biri balanslaşdırıcı

(tənzimləyici) funksiyasıdır. Burada qiymət əmtəə təklifi-

nin tənzimlənməsinin əsas amili kimi çıxış edir. Tələb və

təklif arasında balanslaşdırıcı funksiyanı yerinə yetirməklə

Page 238: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

237

qiymət, əmtəə çatışmazlığı şəraitində təklifin artmasını sti-

mullaşdırır. Bununla təklifi məhdudlaşdırmaqla bazarda

artıq məhsulu azaldır. Tarazlığın təmin edilməsi ya isteh-

salın həcminin, ya da qiymətin səviyyəsinin dəyişməsi va-

sitəsi ilə təmin edilir. Bu həm də birbaşa və dolayı metod-

larla həyata keçirilir.

Qiymətin istehsalın səmərəli yerləşməsi ilə əlaqədar

funksiyası mühüm əhəmiyyət daşıyır. Bu funksiya sahələr

arasında kapitalın paylaşdırılmasını təmin etməyə, isteh-

salçının məhsulun keyfiyyətini yüksəltməyə və çeşidini

genişləndirməyə həvəsləndirir. Bu funksiya məhsulun qiy-

mətlərinin formalaşmasında həlledici rol oynayır.

Məlumdur ki, yeni iqtisadi münasibətlər şəraitində

hər bir sahibkar istehsal etdiyi məhsulu satmalıdır. Sahib-

kar bazara çıxardığı məhsulun qiymətlərini sərbəst müəy-

yən edir.Sahibkar məhsulunu alıcıya razılaşdırılmış müqa-

vilə qiymətləri əsasında satır. Bazarda sahibkarlar o vaxt

vahid qiymətə məhsul satırlar ki, onlar bazarda standart

məhsullar təklif edirlər. Qiymətlərin səviyyəsi elə olmalı-

dır ki, hər bir sahibkar məhsul istehsalının artırılmasında

və məhsulun keyfiyyətinin yüksəldilməsində maraqlı ol-

sunlar, istehsalın gəlirlə işləməsi təmin edilsin.

5.5. Aqrar sahə sistemində maliyyə-kredit mexanizmi.

Aqrar sahədə iqtisadi proseslərdə fəal iştirak edən və

iqtisadi fəaliyyətə təsir edən iqtisadi mexanizmlərdən biri

maliyyə-kredit mexanizmidir. Maliyyə istehsal və istehlak

prosesində pul vəsaitinin hərəkəti ilə müşayiət olunan

fondların yaradılması və onun bölüşdürülməsini özündə

əks etdirən iqtisadi münasibətlər sistemidir. Maliyyə məc-

Page 239: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

238

mu ictimai məhsulu bölür və onu yenidən bölür, gəlir və

yığımın formalaşmasını təmin edir. Maliyyələşmə vasitəsi

ilə vəsaitlərin məqsədli istifadəsi nəzərdə tutulur və təkrar

istehsala normal şərait yaradılır.

Kredit də təkrar istehsal və bölgüdə fəal iştirak edir,

lakin maliyyədən fərqli xüsusiyyəti ondan ibarətdir ki,

kredit məcmu ictimai məhsul istehsalının yalnız yenidən

bölgüsündə iştirak edir. Kredit vasitəsi ilə sərbəst pul və-

saitləri təmərküzləşdirilir və müəyyən vaxta qaytarılmaq

şərti ilə verilir.

Kredit-dəyəri bir şəxsin (fiziki və hüquqi şəxsin),

təşkilatın, müəssisənin və ya dövlətin (fiziki və hüquqi

şəxsin) müəyyən müddətdə qaytarılmaq şərti ilə və faiz

ödənilməklə müvəqqəti olaraq pul və ya nisyə mal veril-

məsi və xidmətlər göstərilməsində formalaşan iqtisadi mü-

nasibətlərdən biridir.

Hazırda aqrar sahənin maliyələşdirilməsinin əsas

mənbələri aşağıdakılardan ibarətdir:

1. Bank kreditləri;

2. Fiziki və hüquqi şəxslərin hesablarındakı pul və-

saiti və əmtəə-material qiymətlilər;

3. Fiziki və hüquqi şəxslərin əmanətləri;

4. Kredit ittifaqlarının maliyyə vəsaitləri;

5. Qrant, proqramlar ilə maliyyələşdirmə;

6. Yerli və xarici özəl investisiyalar;

7. Yerli büdcələr və büdcədənkənar fondlar;

8. Digər mənbələr. Hazırda aqrar bölmədə iqtisadi münasibətlərin tək-

milləşdirilməsi ilə əlaqədar maliyyə-kredit mexanizminin təkmilləşdirilməsi, iqtisadiyyatın bazar münasibətlərinin tələblərinə uyğunlaşdırılması əsas vəzifələrdən biri kimi

Page 240: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

239

qarşıda durur. Bazar münasibətləri şəraitində maliyyə-kre-dit sisteminin təkmilləşdirilməsinin əsas istiqamətləri infl-yasiyanın qarşısını almaq, milli valyutanın alıcılıq qabiliy-yətini sabit saxlamaq, istehsalın dayanıqlığını təmin etmək və xarici ticarət balansında müsbət saldoya nail olmaqdan ibarətdir. Ona görə bazar münasibətləri şəraitində maliy-yə-kredit islahatı büdcə, valyuta, vergi, qiymət, investisiya və gömrük islahatı ilə əlaqəli surətdə həyata keçirilir.

a) Aqrar islahatlar dövründə maliyyə-kredit me-xanizmi.

Maliyyə təminatı ölkənin sosial-iqtisadi inkişafında, iqtisadi islahatların həyata kecırılməsində mühüm əhəmiy-yətə malikdir. Lakin təcrübə göstərir ki, uzun müddət iqti-sadiyyatın maliyyə tələbləri ödənilməmiş, əksinə iqtisa-diyyat maliyyənin xidmətçisinə çevrilmiş, istehsalın inki-şafına maraq yaradılmamışdır. Respublikada kreditləşmə siyasətinin məhsul istehsalçılarının marağını nəzərə alma-dan aparılması, dövlətə satılmış kənd məhsullarının dəyə-rinin tədarükçülər tərəfindən aylarla, hətta bəzi hallarda il-lərlə gecikdirilməsi istehsalın tənəzzülünə və təsərrüfatla-rın dövriyyə vəsaitinin azalmasına səbəb olmuşdur. İqtisa-diyyatın inkişafına təsir etmək baxımından kreditlər dövlə-tin və müxtəlif təsərrüfat formalarının mənafelərinin düz-gün əlaqələndirilməsinə xidmət etməlidir. Təcrübə göstərir ki, kreditin verilməməsi bir yana qalsın, onun faizlərinin düzgün müəyyən edilməsi mühüm əhəmiyyətli problem olmasına baxmayaraq, faizlərin miqdarı istehsalın inkişaf səviyyəsi və mövcud ehtiyacların ödənilməsi vəziyyəti nə-zərə alınmadan, istehsala və mənfəətə təsir edən amillər elmi cəhətdən əsaslandırılmadan, qeyri-real müəyyən edil-mişdir. Kənd təsərrüfatının inkişafını ləngidən belə kredit-ləşmə nəticəsində xüsusən 1994-1995-ci illərdə kənd tə-

Page 241: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

240

sərrüfatına verilən kreditin həm özünə, həm də onun faiz-lərinə əlavə hesablanan faizlər hesabına qaytarılmalı olan borc şişirdilmiş, istehsalçılar bundan sonrakı 3-4 il yalnız həmin kredit və faizləri ödəməli olmuşdur. Respublikada külli miqdarda meyvə-tərəvəz, üzüm, tütün və s. kənd tə-sərrüfatı məhsulları istehsal olunsa da, həmin məhsulların tədarükünə banklar tərəfindən aşağı faizlərlə kredit veril-mədiyi üçün, məhsulun əksər hissəsi itirilmiş, nəticədə emal sənayesinin gücündən cəmi 10-20 faiz istifadə edil-mişdir. Keçmişdən yığılıb qalmış bank ssudaları borcların mövcudluğu da kreditlərin verilməsinə maneçilik törət-mişdir. 1994-1995-ci illərdə tədavüldə bazarın tələbi nəzə-rə alınmadan təminatsız kredit resursları artırılmış bank kreditləri 180-260 faizlə verildiyi üçün kreditin inflyasiya-sının artırılmasına imkan verilmişdir.

Təminatsız kredit faizlərinin yüksəldilməsi inflyasi-yanın surətlə artmasına, milli valyutanın alıcılıq qabiliyyə-tinin aşağı düşməsinə, pul kütləsi ilə əmtəə təklifi arasında tarazlığın pozulmasına və istehsalın inkişafının zəiflə-məsinə təsir edirdi. Bunları nəzərə alaraq hökümət antiin-flyasiya pul-kredit siyasəti yeritdi və nəticədə inflyasiya surəti azalmağa, iqtisadiyyatın möhkəmlənməsinə real əsaslar yaranmağa başladı.

Məhsul istehsalının artırılmasında təsərrüfatlardan asılı olmayan amillər ciddi təsir göstərdi. Bu amillərdən ən başlıcası maliyyə-kredit sisteminin köhnə qaydada qal-ması idi. Maliyyə-kredit sistemində yaranmış problemlər, borcların ödənilməməsi və mövcud iqtisadi əlaqələrin po-zulması nəticəsində aqrar sfera sistemi üzrə 1 yanvar 1997-ci il tarixə 1,5 trilyon manat mal qalığı olmuşdu. Di-gər tərəfdən təsərrüfat və sahibkarlıq fəaliyyətinə əngəl olan hesablama kassa mərkəzləri müəssisə və təsərrüfatlar

Page 242: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

241

arasında haqq-hesab aparılmasında və borcların operativ ödənilməsində ciddi maneəyə çevrilmişdir. Belə ki hətta vəsaiti olan müəssisə və təsərrüfatlar həmin mərkəzdən vəsaitlərinə sərəncam verərək müvafiq əməliyyat apara bilmirdilər. Bununla əlaqədar təsərrüfatların maliyyə və-ziyyəti ağırlaşmış, büdcə ilə hesablaşmalarda gərginlik ya-ranmışdı. Təsərrüfatların dövlət büdcəsinə və bir-birinə olan zəncirvari xarakterli qarşılıqlı borclarının ödənilmə-məsi, hesablaşmalarda yaranmış vəziyyət istehsalın həc-minin aşağı düşməsinə, onların maliyyə vəziyyətinin ağır-laşmasına və dövlət büdcəsinə daxil olan vəsaitlərin azal-masına səbəb olmuşdu. Bununla əlaqədar pensiyaların, müavinətlərin və əmək haqlarının vaxtında ödənilməsi sa-həsində gərginlik yaranmışdı. İqtisadiyyatda qarşılıqlı he-sablaşmalarda yaranmış vəziyyətin aradan qaldırılması və maliyyə intizamının möhkəmləndirilməsini təmin etmək məqsədilə Respublika Prezidenti 24 sentyabr 1996-cı il ta-rixli fərman vermişdir. Həmin fərmanda qarşılıqlı borcla-rın əvəzləşdirilməsi, kredit və faiz borclarının ödənilmə-sində stimul yaratmaq məqsədilə güzəştlər, kredit resursla-rının ödənilməsinin 1999-cu ilin yanvarın 1-dək təxirə sa-lınması, ssuda və vergi borcu olan müəssisə və təşkilatlar özəlləşdirilərkən borcların ödənilməsi qaydaları və s. ma-liyyələşmə mexanizmi nəzərdə tutulmuşdu.

Bazar münasibətləri şəraitində maliyyə-kredit müna-sibətlərinin təkmilləşdirilməsi və onun səmərəliliyini yük-səldilməsi, əlverişli iqtisadi inkişaf şəraiti yaradılmasının əsas şərtlərindən biri hesab olunmalıdır. Kredit, istehsal və bölgü ilə bilavasitə əlaqədar olunduğundan onun istehsalın və sahibkarlığın inkişafına, əsas və dövriyə vəsaitlərinin səmərəliliyinin yüksəldilməsinə təsir edən əsas iqtisadi va-sitələrdən biri kimi rolu böyükdür.

Page 243: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

242

Hazırda respublikamızda ümumi daxili məhsulun ar-tırılmasında sahibkarların rolu və onların kreditə olan tələbatı da artmışdır. Bu tələbat, kənd təsərrüfatı məhsulla-rı istehsalını artırmaqla yanaşı, bazar münasibətləri şərai-tində müxtəlif təsərrüfat formalarının yaradılmasının geniş vüsət alması ilə əlaqədar kreditə tələbatın artması, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara tarazlı iqtisadi inkişaf şəraitinin yaradılması və mülkiyyətçilərə konkret sahənin üstün inkişafını nəzərdə tutan imtiyazların müəy-yənləşdirilməsi ilə bağlıdır. Bunun üçün mülkiyyətçilərin dövriyyə vəsaitlərinin əsas hissəsini təşkil edən qısa müd-dətli kreditlər verilməsi hazırki tələbata uyğunlaşdırılmalı-dır. Burada yeni təsərrüfat formalarının öz vəsaitləri döv-riyyə vəsaitlərinin yaranmasında əsas yer tutmalıdır.Lakin təcrübə göstərir ki, sahibkarın məhsul istehsal etməsi, da-şıması, saxlaması, emal etməsi və reallaşdırması, mövcud əmlak və torpaqdan səmərəli istifadə üçün toxum, gübrə, texnika, yanacaq, sürtgü materialları, yem və s. almaq, yardımçı binalar tikmək üçün kreditə olan tələbatı çoxdur və bu tələbat iqtisadi rayonlar üzrə ödənilmir. Ona görə də yeni yaradılan özəl istehsal və xidmət qurumlarının nor-mal inkişafı və dövriyyə vəsaiti yaratmaq üçün qısa müd-dətli kreditə daha böyük ehtiyac duyulur. Əlbəttə, qısa müddətli kreditlərlə istehsalı modernləşdirmək mümkün deyildir. Odur ki, qısa müddətli kreditlərlə yanaşı, əsaslı vəsait qoyuluşuna yönəldilən uzun müddətli kreditdən isti-fadə edilməsinə də şərait yaradılmalıdır.Aqrar sahənin in-kişafında kreditin stimullaşdırıcı rolunu yüksəltmək və kreditə görə məsuliyyəti artırmaq məqsədilə bank faizləri-nin artırılması əsas götürülə bilməz. Nəzərə alınmalıdır ki, xarici ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən köməklik göstərilir və 5-10 faizlə kre-

Page 244: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

243

ditlər verilir. Mülkiyyətçinin əmlakını və istehsal edəcəyi məhsulları girov götürməklə, onlara toxum, gübrə, yana-caq, sürtgü materialları, texnika almaq üçün kreditlərin ve-rilməsi, aqrar sahə üçün güzəştli kreditləşmə mexanizmi-nin tətbiq edilməsi, kreditlərin qaytarılmasında bankların məsuliyyətinin artırılması, istehsalçılara lizinq xidməti göstərilməsinin genişləndirilməsi və onun təşkili üçün və-sait ayrılması məsələləri həll edilməlidir.

Bununla yanaşı, texnika, binalar, mal-qara, çoxillik əkmələr və s. üçün kredit verilməsi və ödəmə müddəti iq-tisadi cəhətdən əsaslandırılarkən istehsal xarakterli ob-yektlər, istehsalın spesifikliyi, sahənin inkişafı, ehtiyatlar-dan istifadə və digər amillər nəzərə alınmalıdır.

Bazar münasibətlərinin formalaşdırılmasının əsas şərtlərindən biri rəqabət mühitinin təşəkkülü, müxtəlif tə-sərrüfat formalarının yaradılması, maliyyə-kredit mexa-nizminin təkmilləşdirilməsi ilə yanaşı, dövlətin iqtisadiy-yatın üstün sahələrinin inkişafına himayədarlıq etməsidir. Təcrübə göstərir ki, rəqabət şəraitində kənd təsərrüfatında sahibkarlıqla məşğul olanlar mənfəət əldə etmək üçün öz vəsaitini daha çox mənfəət əldə etmək imkanı olan sahəyə yönəldir. Bu isə istehsal və qeyri-istehsal sahələri arasında makroiqtisadi tarazlığın pozulmasına gətirib çıxarır. Digər tərəfdən bu vacib məsələnin nəzərə alınmaması kənd tə-sərrüfatında daha çox tələbat olan məhsulların maliyyə gərginliyi üzündən sıradan çıxmasına səbəb olur. Ona görə də tələb-təkliflə əlaqədar üstün kənd təsərrüfatı sahəsinin inkişafı, rəqabət qabiliyyətli məhsul istehsalı və satışı kor-təbii rəqabətin öhdəsinə buraxılmamalı, aqrar siyasətin əsas istiqamətlərindən biri kimi dövlət himayəsində olma-lıdır. Bunun üçün respublikanın mənafeyi nəzərə alınmaq-la elmi cəhətdən əsaslandırılmış sahə proqramları hazır-

Page 245: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

244

lanmalı və dövlət tərəfindən maliyyələşdirilməlidir. Son vaxtlar xarici ölkələr müəyyən proqramlar çərçi-

vəsində texnologiyaların təkmilləşdirilməsinə yönəldilən investisiyalara üstünlük verirlər. İqtisadiyyata bu istiqa-mətdə kredit yönəldilməsi müsbət hal kimi yeni texnika və texnologiyaların tətbiqini şaxələndirir.

Bazar münasibətlərinin tələblərinə uyğun xüsusi mülkiyyətə əsaslanan sahibkarlığı və müstəqil milli iqtisa-diyyatı inkişaf etdirmək üçün zəngin təbii, istehsal və əmək ehtiyatlarını, respublikaya kapital qoyan ölkələrin xammal məskəninə çevrilməsi əsas istiqamət ola bilməz. Bu nəinki mülkiyyətçiliyin inkişafına mane olar, həm də respublikamızın da xarici kapitalın inhisarlaşmasına şərait yaradar. Ona görə də xarici kapital texnologiyanın təmər-küzləşməsinə, infrastrukturun formalaşmasına, elmi-texni-ki proseslərin tətbiqinə, aqrar bölmənin sahə quruluşunun inkişaf meylinin istiqamətləndirilməsinə və müxtəlif mül-kiyyət formaları üçün eyni şərait yaradılmasına yönəldil-məlidir.

İnkişaf etmiş ölkələrdə sahibkarlar istehsal fəaliyyə-tinin maliyyələşdirilməsində lizinq üsulundan geniş istifa-də edirlər. Lizinq-kapital qoyuluşunun maliyyələşdirilmə-sinin yeni forması olub, maşınların, avadanlığın, nəqliyyat vasitələrinin, anbar təsərrüfatının, istehsal quruculuğunun 5-10 il və daha çox müddətə icarəyə verilməsidir. Bu vaxt sahibkar kredit almaq imkanı olmadıqda lizinq yolu ilə icarəyə əmlak götürür və həmin əmlakdan istifadə edildik-cə, icarədar əmlakın tədricən borclarını ödəyir. Lizinq mü-qaviləsinin müddəti başa çatdıqdan sonra əmlakı icarəyə götürən qalıq dəyəri ilə əmlakı almaq, müqavilənin vaxtını uzadaraq yeni müqavilə bağlamaq və yaxud əmlakın dəyə-rini icarədara qaytarmaq hüququ var. Lizinq xidməti gös-

Page 246: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

245

tərən icarədar özünün vəsaitindən istifadə edir. Dövlət bir qayda olaraq, bank krediti almaq üçün onlara imtiyazlı şərait yaradır.

Sahibkarlığı inkişaf etdirmək və aqrar sahədə məhsul istehsalının dayanıqlığını təmin etmək üçün kreditin hə-vəsləndirici rolunu artırmaq məqsədilə kreditləşmə siyasə-tində müntəzəm olaraq təkmilləşdirmələr aparılmalıdır.

b) Aqrar sahədə kreditləşmə mexanizmi.

Məlumdur ki, yeni iqtisadi münasibətlər şəraitində

kənd təsərrüfatının inkişafında və sahibkarlıq fəaliyyətinin

maliyyələşdirilməsində kreditləşdirmə böyük əhəmiyyət

daşıyır. Çünki, təsərrüfat subyektləri əksər hallarda özləri-

nin malik olduqları sərbəst pul vasitələri olmadığından is-

tehsal prosesini həyata keçirmək imkanlarının mövcud ol-

maması səbəbindən əlavə vəsaitə ehtiyac hiss edirlər. Belə

bir şəraitdə sahibkarın əlavə vəsaitə olan ehtiyacı əsas eti-

barilə sərbəstləşmiş maliyyə resursları hesabına ödənilir.

Beləliklə, sərbəst pul vəsaiti hesabına kapital resurslarına

olan ehtiyacı ödəmək məqsədi gündən proses kreditin ma-

hiyyətini təşkil edir. Sahibkarlıq fəaliyyətinin maliyyələş-

dirilməsi iqtisadi mexanizmin mühüm tərkib hissəsi kimi

kredit münasibətlərinin bazar münasibətlərinin tələblərinə

uyğun olaraq formalaşdırılmasını tələb edir.

Borc alanla borc verən arasında (pul və ya əmtəə for-

masında) yaranan iqtisadi münasibətləri ifadə edən kredit-

lər müəyyən prinsiplərə əsaslanır: müddətlik, ödənişlik,

qaytarma, zəmanətlilik və diferensial prinsiplərinə riayət

edilməsi şərtləri daxilində kredit verilir. Bu o deməkdir ki;

1)Kredit müəyyən edilmiş müddətə qaytarılmaqla verilir.

Bu şərt pozulduqda borc alana qarşı iqtisadi sanksiyalar

Page 247: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

246

tətbiq edilir. 2) Kredit borc alana o şərtlə verilir ki, kreditə

görə o ödəniş (faiz) etsin. 3) Kredit alan müəyyən ehtiyat-

lara (yəni öhdəsində müəyyən material qiymətlilər) malik

olması, kreditin konkret vaxtında qaytarmaq mümkünlü-

yü, təminatı olması əsas şərtlərdən biridir. 4) Kreditin

qaytarılması üçün borca görə müvafiq zəmanət girov

qoyulması əsas şərtdir. 5) Kredit verilərkən əsas şərtlərdən

biri, aqrar sahənin riskləri, rəqabət, sahibkarın kreditqabi-

liyyətliliyi ona diferensial yanaşmağı tələb edir. Bunu aşa-

ğıdakı sxemdəki (sxem 5.2) kimi göstərmək olar:

Sxem 5.2. Aqrar sahədə kreditləşmənin prinsipləri.

kreditləşmə-

nin prinsipləri

Müddətlik-borc alana müəyyən müddətə qay-

tarılmaqla (ödəmə müddətinə görə) verilir

Ödənişlik-kredit (ancaq ödənişə, faizə) görə

birdəfəlik və ya hissə-hissə ödənilməklə

verilir.

Krediti qaytarmaq imkanı- (kreditin ödənil-

məsi qabiliyyətinə görə-borc alanın krediti

vaxtlı-vaxtında qaytarması mümkünlüyü nə-

zərə alınır)

Zəmanətlilik-(kredit, borc alanın kredit

qaytarmaq qabiliyyətini qiymətləndirərək

ondan girov tələb edir)

Differensiallıq – (kredit risklər, rəqabət,

sahibkarın rəqabət qabiliyyəti nəzərə

alınmaqla verilir)

Page 248: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

247

Hazırda kredit münasibətlərində iki kreditləşmə for-ması-kommersiya və bank kredit mövcuddur.

Kommersiya krediti əmtəə formasında mal satıcıları tərəfindən onların alıcılarına satılan mallara və ya təqdim edilən xidmətlərə görə ödəniş vaxtının uzadılması (möhlət) kimi təqdim olunur, kommersiya krediti malların reallaş-masını sürətləndirmək məqsədilə tətbiq edilir və borc öh-dəliyi veksellə sənədləşdirilir. Kommersiya krediti şəxsi istehlak predmetləri əldə olunmasına həm pul, həm də əm-təə formasında verilir. Pərakəndə ticarətdə mal möhlətlə verilir və o, istehlak krediti kimi çıxış edir. İnkişaf etmiş ölkələrdə kommersiya krediti bütün kredit sövdələşmələri-nin 20-30%-ni təşkil edir.

Təqdimetmə və qaytarılma müddətinə görə kreditlə-rin növləri qısa müddətli, orta müddətli və uzun müddətli olur.

Qısa müddətli kreditlər bir il və daha az müddətə ve-rilir. Onlar əsasən dövriyyə vəsaitini tamamlamaq, əmtəə-qiymətlilər (toxum, qaramal, qoyun-keçi, yem, gübrə, ya-nacaq və s.) almaq, müəyyən mövsümi işləri yerinə yetir-mək, məhsulu daşımaq, saxlamaq, müvəqqəti ehtiyacları ödəmək, akkreditivlərin açılması üçün istifadə olunur.

Orta müddətli kreditlər bir ildən beş ilə qədər müd-dətə verilir. Bu kreditlər kənd təsərrüfatında istifadə olu-nan maşınlar, avadanlıqlar alınması, üzümlüklər və bağlar salınması, yardımçı binalar, anbarlar tikilməsi, meliorasiya işləri aparılması və s. üçün istifadə olunur.

Uzun müddətli kreditlər 5 ildən yuxarı olan müddətə verilir. Bu kreditlər kənd təsərrüfatında dəyəri nisbətən yüksək olan və daha çox vəsait tələb edən binalar, texnoloji avadanlıqlar alınması və qurulması, emal müəssisələri, xid-mət infrastrukturları yaratmaq və s. üçün istifadə olunur.

Page 249: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

248

Cədvəl 5.1.

Azərbaycan Respublikasının iqtisadiyyatına kredit

qoyuluşu (ilin axırına, mlyn. manat)

2005 2009 2010 2014

İqtisadiyyatda kredit

qoyuluşları cəmi 1440,9 8407,5 9163,4 18542,6

Onlardan:

Qısa müddətli 913,2 2359,9 2567,1 3931,4

Yekuna görə (faizlə) 63,4 28,1 28,0 21,2

Uzun müddətli 527,7 6047,6 6596,3 14611,2

Yekuna görə (faizlə) 36,6 71,9 72,0 78,8

Bu vəsaitin hər il orta hesabla 3-3,5 faizi kənd təsər-

rüfatına yönəldilmişdir.

Hazırda istifadəçilərin tərkibinə, borc verilən obyekt-

lərə, faiz dərəcələrinə, fəaliyyət dairələrinə görə kreditin

aşağıdakı formalarından istifadə olunur:

1)Kommersiya, 2) Bank, 3) İstehlak, 4) İpoteka,

5)Banklararası, 6) Dövlət, 7) Beynəlxalq.

Kommersiya krediti fəaliyyətdə olan sahibkarların

bir-birinə əmtəə formasında verdikləri kreditdir. Banklar

və başqa kredit-maliyyə təşkilatları tərəfindən pul forma-

sında fiziki və hüquqi şəxslərə, dövlətə, xarici müştərilərə

verilən kredit bank kreditidir. İstehlak krediti istehlak mal-

larını möhlətlə satın almaq, yaxud göstərilən xidmətlərin

haqqını ödəmək üçün ticarət, bank və başqa maliyyə təşki-

latları tərəfindən verilir. İpoteka krediti daşınmaz əmlakın

girov qoyulması müqabilində verilir. Banklararası kredit

bankların bir-birinə verdikləri kreditdir. Dövlət krediti iq-

tisadiyyatın müxtəlif bölmələrinin kreditləşdirilməsi, öz

Page 250: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

249

borcunu, öz xərclərini ödəmək, büdcə kəsirini aradan qal-

dırmaq üçün apardığı kreditləşdirmədir. Beynəlxalq kredit

dövlətin özü, bankları və xüsusi şəxsləri tərəfindən digər

ölkələrə verilən kreditidir.

Aqrar sahənin kreditləşdirilməsində Sahibkarlığa

Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında

Kənd Təsərrüfatının Kreditləşməsi üzrə Dövlət Agentliyi

mühüm rol oynayır. Milli Fond və Dövlət Agentliyi sahib-

karlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artı-

rılmasına kömək göstərmək, onlara maliyyə dəstəyi ver-

məkdə, sosial-iqtisadi inkişafda prioritet istiqamətlər üzrə

sahibkarların investisiya layihələrini maliyyələşdirməkdə

mühüm əhəmiyyət daşıyırlar. Aqrar sahədə güzəştli şərt-

lərlə (5-7%) sahibkarların maliyyələşdirilməsi üçün veri-

lən vəsaitdən səmərəli və təyinatı üzrə istifadə olunması

təmin olunur.

Kreditin əsas hissəsi (91,5%-i) kənd təsərrüfatı məh-

sulları istehsalçılarına verilir və həm də onların 94,3%-i

kiçik həcmli kreditlərdir. Kənd Təsərrüfatı Nazirliyi ya-

nında Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Dövlət

Agentliyi tərəfindən aqrar sferada 55 rayonda fəaliyyət

göstərən 1500-dən çox sahibkarlara 2007-2011-ci illərdə

cəmi 51 milyon manat həcmində güzəştli kreditlər veril-

mişdir. Kreditlərin 517-si heyvandarlığa, 384-ü əkinçiliyə,

192-si taxılçılığa, 70-i üzümçülüyə, 45-i bağçılığa, 40-ı

quşçuluğa, 10-u balıqçılığa, 8-i emala, 6-sı istixanaların

quraşdırılmasına və s. xidmət və emal sahələrinə verilmişdir.

Page 251: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

250

Cədvəl 5.2.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş

kreditin iqtisadiyyatın sahələri və kreditin növləri üzrə

bölgüsü (2011-ci il).

İqtisadiyyatın

sahələri Layihələrin

sayı

Xüsusi çəkisi (%)

Kreditin məbləği

(min

manat)

Xüsusi çəkisi (%)

1 Müxtəlif sənaye məhsullarının istehsalı və emalı 104 6,3 27648,0 20,0

2 Kənd təsərrüfatı məhsullarının emalı 13 0,8 16853,0 12,2

3 Kənd təsərrüfatı məhsullarının istehsalı 1503 91,5 70358,5 51,0

4 Xidmət (infrastruktur) sahələrinin inkişafı 23 1,4 23140,5 16,8

Yekun: 1643 100,0 138000,0 100,0

Kreditin növləri üzrə

Kreditin növləri

Layihələrin sayı

Xüsusi çəkisi (%)

Kreditin məbləği

(min

manat)

Xüsusi çəkisi (%)

1 Kiçik həcmli kreditlər

1550 94,3 19332,2 14,0

2 Orta həcmli kreditlər 18 1,1 4059,5 2,9

3 Böyük həcmli kreditlər 75 4,6 114608,3 83,0

Cəmi: 1643 100,0 138000,0 100,0

Page 252: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

251

Göstərilənlərlə yanaşı, aqrar sahədə xarici kreditlərin

əhəmiyyəti də böyükdür. Beynəlxalq iqtisadi münasibətlər

çərçivəsində ölkəmizdə aqrar sahədə həyata keçirilən layi-

hələrin maliyyələşdirilməsi və kreditlər verilməsi kənd tə-

sərrüfatı və emalın inkişafına, infrastrukturların yaradıl-

masına, kənd yerlərinin yeniləşməsi və formalaşmasına

kömək göstərir. Beynəlxalq layihələrin köməyi ilə aqrar

sahə üzrə 1995-2014-cü illərdə müxtəlif işlərin görülməsi-

nə, istehsal və xidmətin yaradılmasına 100 milyon manat-

dan çox güzəştli kreditlər verilmiş, sahibkarlara böyük

dəstəklər və yardımlar göstərilmişdir.

Aqrar sahənin fasiləsiz və davamlı inkişafı məqsədi-

lə mövsümi kreditlərin rolu böyükdür. Bu sahədə dövriyyə

vəsaitinin tamamlanması, lazım olan xammal, yanacaq,

gübrə, digər ehtiyatlar alınması üçün kredit tələb olunur.

Kənd təsərrüfatında məhsul istehsal olunduqdan sonra onun

saxlanması, çeşidlənməsi, satışı, istehsal prosesinin davam

etdirilməsi və s. üçün vəsait lazım gəlir. Tədqiqatlar göstə-

rir ki, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin əsas xü-

susiyyətlərindən biri sahibkarların qısamüddətli kreditlərə

olan tələbatının ödənilməsidir. Xarici ölkələrdə sahibkar-

ların mövsümü kreditlərə olan tələblərinin ödənilməsi təc-

rübəsi geniş yayılmışdır. Avropa ölkələrində aqrar sahəyə

verilən mövsümü kreditlər ümumi kreditlərin 33%-ni,

ABŞ-da 20%-ni təşkil edir. Ölkəmizdə belə kredit veril-

məsinə artıq başlanmışdır. Texnikanın 10 il müddətinə ve-

rilməsi, mineral gübrələrin və toxumluq buğdanın əmtəə

şəklində güzəştli kredit kimi verilməsi sahibkarlığın inki-

şafına təkan verə bilər. Bu həm də həmin məhsulların qiy-

mətlərinin aşağı salınmasına, məhsul qıtlığının aradan qal-

dırılmasına kömək edə bilər.

Page 253: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

252

Göstərildiyi kimi, aqrar sahənin özünəməxsus xüsu-siyyətləri vardır. Sahibkarlıq fəaliyyətində bu xüsusiyyət-lər nəzərə alınmalıdır. Xarici ölkələrin təcrübəsi göstəriri ki, kənd təsərrüfatının kreditləşdirilməsi sistemində torpağın girov qoyulması yolu ilə əldə edilən kreditlər-ipoteka kre-ditləri sahibkarlıq fəaliyyətinin inkişafında çox mühüm ro-la malikdir. Sahibkarlar girov qoyduqları torpağın və əm-lakın dəyərinə müvafiq əldə etdikləri ipoteka kreditindən səmərəli istifadə etməklə yanaşı, həmin əmlakı və torpağı daha intensiv istifadə edirlər. Bu isə təsərrüfatlarda kapita-lın dövriyyəsinin artımına və əlavə mənfəət əldə edilməsi-nə səbəb olur. Nəticədə, təsərrüfatları genişləndirmək üçün (icarə və istifadəyə torpaq almaqla) sahibkarların təsərrü-fat dövriyyəsinə əlavə torpaq sahələri cəlb etmək və başqa qəbildən yeni istehsal vasitələri əldə etmək imkanları ge-nişlənir. Bu ölkədə fəaliyyət göstərən ipoteka banklarının istiqrazları və girov vərəqlərinin satışı yolu ilə əhalidə mövcud olan sərbəst pul vəsaitlərini cəlb etməyə yönəldil-ir, sonra isə o, kənd təsərrüfatı məhsulları istehsalçılarına kredit şəklində verilir. Bank tərəfindən həyata keçirilən bu əməliyyatlar dövlət tərəfindən fəal şəkildə müdafiə olunur. Qeyd edək ki, bir sıra ölkələrdə aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditə olan ehtiyacla-rının ödənilməsində kooperativ banklar mühüm rol oyna-yırlar. Belə ki, Fransada kənd təsərrüfatı kreditinin 75%-i, AFR-də 44%-i, ABŞ-da isə 26%-i kooperativ bankların payına düşür.

İnkişaf etmiş xarici ölkələrdə kənd təsərrüfatı məh-sullarının istehsalı ilə məşğul olan sahibkarların kreditləş-məsində kommersiya bankları da müəyyən rola malikdir. Onların payı kənd təsərrüfatı kreditində ayrı-ayrı ölkələr üzrə müxtəlifdir. Kommersiya bankları tərəfindən verilən

Page 254: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

253

kreditlərin faiz dərəcələri kooperativ bankların verdikləri kreditlərin faiz dərəcələrinə nisbətən yüksəkdir və onlar əsas etibari ilə sahibkarları qısamüddətli kreditlərlə, nadir hallarda isə ortamüddətli kreditlərlə təmin edirlər.

Kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarların kreditləşdirilməsi sahəsində inkişaf etmiş xarici ölkələrin təcrübələrinin araşdırılması göstərir ki, bir sıra ölkələrdə sahibkarların kreditləşdirilməsinin özünəməxsus spesifik xüsusiyyətləri vardır. Bu sahədə inkişaf etmiş xarici ölkə-lərdə yaradılmış mexanizm kifayət qədər mürəkkəb olsa da, sahibkarların kredit resurslarına olan tələbatlarının ödəməyə və onların geniş təkrar istehsal prosesində qarşı-laşdıqları çətinlikləri aradan qaldırmağa imkan verir. İnki-şaf etmiş ölkələrdə istehsal və xidmətlə məşğul olanlara maliyyə xidməti göstərən kommersiya, kooperativ və ix-tisaslaşmış bankların, sığorta kompaniyalarının, əmanət kassalarının və başqa kredit institutlarının geniş və şaxə-lənmiş şəbəkəsi fəaliyyət göstərir. Bir sıra ölkələrdə aqrar sahədə fəaliyyət göstərən sahibkarlar qeyri-bank təşkilat-ları tərəfindən də məqsədli kreditləşdirilir. Qeyd edilən öl-kələrdə aqrar sahədə fəaliyyət göstərən sahibkarların kre-ditləşdirilməsinin xarakterik xüsusiyyətləri, bu sahədə im-tiyazların verilməsi üçün imtiyazlı şəraitin yaradılmasıdır. Həmin imtiyazlar sahibkarlar tərəfindən götürülən kredit-lərə faiz qoyuluşlarının bir hissəsinin dövlət büdcəsi tərə-findən subsidiyalaşdırılmasında və dövlətin müxtəlif layi-hələrinin maliyyələşdirilməsində iştirakı formasında özü-nü göstərir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə sahib-karların kredit götürmək üçün geniş seçim imkanlarının mövcud olması və həmin kreditlərin ödənilmə sxemlərinin və şərtlərinin onlar üçün əlverişli olması həmin ölkələrdə bütövlükdə aqrar bölmənin inkişafına təkan verir.

Page 255: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

254

5.6. Aqrar sahədə vergi sistemi.

Vergi iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas iq-

tisadi mexanizmlərindən biri olmaqla, dövlətin büdcə və-

saitinin təşkilində böyük rola malikdir.

Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın əsas

amillərindən biri kimi, əsaslandırılmış düzgün vergi mexa-

nizmi iqtisadi islahatların həyata keçirilməsinin əsas şərt-

lərindəndir. Bazar münasibətləri şəraitində vergi mexaniz-

minin iqtisadi islahatın həyata keçirilməsi ilə əlaqələndiril-

məsi onunla bağlıdır ki, bazar iqtisadiyyatının idarə edil-

məsində dövlətin gəlirlərini təmin edən vergi mexanizmi,

maliyyə funksiyaları ilə yanaşı, istehsala, onun quruluşu

və dinamikasına, iqtisadi inkişafın tarazlaşmasına və digər

iqtisadi proseslərə ciddi təsir etmək imkanlarına malikdir.

Ona görə də vergi mexanizmi elə formalaşdırmalıdır ki,

bu zaman cəmiyyətin, ayrı-ayrı sahibkarların, müəssisə və

təşkilatların, hər bir vətəndaşın mənafeyi nəzərə alınsın.

Aydındır ki, dövlətin büdcə vəsaitinin təşkilində ver-

gi böyük rol oynayır. Kolxoz və sovxoz quruculuğunun

müxtəlif inkişaf mərhələlərində iqtisadi təsir vasitəsi kimi

verginin tətbiqi kənd təsərrüfatında müəyyən dəyişikliklə-

rə şərait yaratmış, istehsalın tələblərinə müvafiq olaraq

təkmilləşdirilmişdir. 1966-cı ildən vergi ümumi gəlirə gö-

rə deyil, xalis gəlir və rentabellik səviyyəsinə görə müəy-

yən edildi. 1985-ci ildən kolxozlarda ümumi gəlirin məb-

ləğindən asılı olaraq vergi müəyyən edilirdi. Vergi hesab-

lanmasının əsas şərti ondan ibarət idi ki, xalis gəlirdən tə-

sərrüfatın 15% rentabelliyini təmin edən hissəsini çıxdıq-

dan sonra, qalan hissəsi vergiyə cəlb edilirdi. Həmin 15%

rentabelliyin 12%-i vergi şəklində büdcəyə ödənilirdi. İq-

Page 256: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

255

tisadi cəhətdən zəif kolxozlar vergidən azad edildi. Qeyd

edək ki, təsərrüfatın təbii-iqtisadi şəraiti nəzərə alınmadan

15%-dən artıq qalan məbləğin vergiyə cəlb edilməsi xalis

gəlirin artırılmasına olan marağı zəiflətdi. Ona görə də

1970-ci ildə vergi sistemində dəyişikliklər edildi. Təsərrü-

fatda rentabelliyin 15%-dən yuxarı olan hər faizi üçün ver-

giyə cəlb olunan xalis gəlirin 0,3%-i qədər vergi alınmağa

başlandı. Bununla yanaşı, verginin məbləği vergiyə cəlb

edilən xalis gəlirin 25%-dən çox olmamalı idi. Əlbəttə,

verginin həcmi xalis gəlir və rentabellikdən asılı olduğu

üçün təsərrüfatlar istehsal məsariflərini, xüsusən əmək

haqqını artırmağa meyl göstərirdilər. Digər tərəfdən təsər-

rüfatların əlverişli istehsal və torpaq şəraiti nəzərə alınma-

dan xalis gəlir əldə etməsi və vergi alınması onların ma-

rağını təmin edə bilməzdi. 1986-cı ildə qəbul edilmiş qə-

rara müvafiq olaraq 1987-ci ildən etibarən sovxoz və digər

dövlət kənd təsərrüfatı müəssisələrinin büdcəyə mənfəət-

dən tədiyyələr verməsi, kolxozların isə beşilliyin illəri üz-

rə torpağın iqtisadi qiymətləndirilməsi, əsas fondlar və

əmək ehtiyatları ilə təminat nəzərə alınmaqla müəyyən

edilmiş sabit normativlər üzrə gəlir vergisi ödənilməsi mü-

əyyənləşdirildi. 1990-cı ildən başlayaraq, maliyyə-kredit

sistemindəki uyğunsuzluqlar, iqtisadi əlaqələrin pozulma-

sı, məhsulun qiymətinin əsassız yüksəldilməsi və s. təsər-

rüfatların maliyyə vəziyyətinin gərginləşməsinə, vergilərin

ödənilməsində uyğunsuzluqlara gətirib çıxartdı.

Həmin dövrlərdə vergiqoymada yol verilən səhvlər

nəticəsində respublikadan məhsul ixracını stimullaşdırmaq

əvəzinə, əksər hallarda ixracı donduran vergi sistemi tət-

biq edilmiş, respublikadan kənar göndərilən şəraba, kon-

yaka, tütünə, yuna yüksək vergilər qoyulmuş, digər tərəf-

Page 257: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

256

dən isə respublikaya gətirilən eyni adlı məhsullara heç bir

vergi tətbiq edilməmişdir.

Bununla yanaşı, alkoqollu məhsulların satılmaması-nın əsas səbəblərindən biri onlara yüksək aksiz dərəcələri-nin qoyulması olmuşdur. 1993-1994-cü illərdə yığılıb qal-mış şərab və konyak materiallarına tətbiq edilən aksiz də-rəcələri 1996-cı ildə Respublika Nazirlər Kabineti ləğv et-mişdir. 1994-1996-cı illərin üzümündən istehsal olunan materiallara isə aksiz dərəcələri tətbiq olunur. Konyak və arağa 65%, şəraba 40% aksiz dərəcəsi və 20% əlavə dəyər vergisi tətbiq olunması məhsulun istehlak bazarında qiy-mətini süni surətdə artırmış, məhsul qalığını çoxaltmış və məhsulun satılmasını zəiflətmişdir.

Göründüyü kimi, miras qalmış dövlət nəzarəti mexa-nizminin forma və metodları hazırkı tələblərlə uyğunlaş-mırdı. Nəzarətedici orqanlarda iqtisadi münasibətlərin tən-zimlənməsi isə vəziyyətin sabitləşməsinə imkan vermirdi. Məlumdur ki, müəssisə və təşkilatların fəaliyyətinin yox-lanılması ilə maliyyə, vergi, bank orqanları, hüquq-mühafizə, gömrük, sosial müdafiə, əhalinin məşğulluğu, auditor xid-məti, statistika, dövlət yol fondları, nazirliklərin tərkibin-dəki nəzarət-təftiş idarələri müxtəlif formalarda məşğul olurdular. Müəssisə və təşkilatların normal fəaliyyətinə mane olan əsassız yoxlamalar, ümumilikdə respublikanın iqtisadi böhrandan çıxarılmasında subyektiv maneələr ya-radırdı. İqtisadi münasibətlərin hazırkı səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmi tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasi-bətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşı-sını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mə-nafelərini qorumaq məqsədilə Respublika Prezidenti “İs-

Page 258: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

257

tehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə nəzarətin qay-daya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 17 iyun 1996-cı il tarixdə Fərman imzalanmışdır. Həmin fərmana görə istehsal, xidmət və maliyyə-kredit fəaliyyəti sahəsində əsassız yoxlamalar qadağan edilmiş, yoxlama və nəzarət xidmətinin yenidən qurulması məqsə-dəuyğun hesab olunmuşdur. Bu normativ akt fiziki və hü-quqi şəxslərin, sahibkarların hüquqlarının və mənafeləri-nin qorunmasında mühüm addım oldu. Bununla yanaşı, sahibkarlarla vergi sistemi arasında münasibətlərin ən ağ-rılı problemi vergilərin çoxnövlü olması və istehsala sti-mul yaratmaması idi.

Araşdırmalar nəticəsində aydın olur ki, respublikada fiziki və hüquqi şəxslərdən aşağıdakı birbaşa və dolayı vergilər alınırdı:

- fiziki şəxslərdən gəlir vergisi; - hüquqi şəxslərin mənfəətindən və ayrı-ayrı gəlirlər-

indən vergi; - əlavə dəyər vergisi; - aksizlər; - torpaq vergisi; - ixracat vergisi; - hüquqi və fiziki şəxslərdən əmlak vergisi; - mədən vergisi (royolti); - hüquqi və fiziki şəxslərin müavinət fonduna ayır-

malar; - məşğulluğa yardım fonduna ayırmalar; - sosial sığorta fonduna ayırmalar; - ayrı-ayrı işlərin yerinə yetirilməsi və xidmətlərin

göstərilməsi üçün dövlət rüsumları; - müəyyən yerlərdə ticarət üçün birdəfəlik rüsum;

Page 259: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

258

- yanacaq-sürtgü materiallarının satışından vergi; - su ehtiyaclarından təsərrüfat məqsədləri üçün istifa-

dəsinə görə ödəmə; - əmlakın məcburi dövlət sığortası; - məcburi tibbi sığorta; - ayrı-ayrı mal növlərinin ixracına və idxalına görə

gömrük rüsumları və s. Göründüyü kimi, respublikada birbaşa və dolayı yol-

la müxtəlif vergilər tətbiq olunmuşdur. Hazırda həmin ver-gilər xeyli azaldılmışdır. Bu vergilər büdcə gəlirinin tərki-bində müxtəlif xüsusi çəkiyə malikdir. Bunu aşağıdakı (cədvəl 5.3) kömək olar.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə tə-minatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büd-cəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

2000-ci il 11 iyul tarixli qanunla təsdiq edilmiş Azər-baycan Respublikasının Vergi Məcəlləsi ölkəmizdə vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəy-yən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələ-ləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyənləşdirir.

Page 260: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

259

Cədvəl 5.3.

2005-2012-ci illərdə Dövlət büdcəsinin gəlirləri və

onların xüsusi çəkisi.

2005 2010 2011 2014

Cəmi büdcə gə-

lirləri

mlyn. m. 2055,2 11403,0 15700,7 18400,6

% 100 100 100 100

O cümlədən

Fiziki şəxslərin

gəlir vergisi

mlyn. m. 317,4 520,2 715,7 980,3

% 15,4 5,2 4,6 5,3

Hüquqi şəxslərin

mənfəət vergisi

mlyn. m. 355,4 1429,9 2134,0 2302,7

% 17,3 12,5 13,6 12,6

Torpaq vergisi

mlyn. m. 15,3 35,3 35,3 35,4

% 0,7 0,3 0,2 0,2

Əmlak vergisi

mlyn. m. 40,4 101,8 103,9 141,3

% 2,0 0,9 0,7 0,7

Əlavə dəyər ver-

gisi

mlyn. m. 599,9 2082,5 2222,7 3119,6

% 29,2 18,3 14,2 16,9

Aksizlər mlyn. m. 141,0 514,9 480,2 797,3

% 6,9 4,5 3,1 4,4

Mədən vergisi

mlyn. m. 53,5 130,1 129,8 116,2

% 2,6 1,1 0,8 0,6

Xarici iqtisadi

fəaliyyətlə bağlı

vergilər

mlyn. m. 205,2 291,8 433,1 684,7

% 10,0 2,6 2,6 3,7

Digər vergilər

mlyn. m. 28,1 90,3 140,6 192,7

% 1,3 0,8 0,9 1,0 Sair daxil olma-lar

mlyn. m. 299,0 6136,2 9305,4 10030,4

% 14,6 53,859,3 59,6 54,6

Hazırda iqtisadi nöqteyi-nəzərdən vergilər, yığım,

rüsum və digər ödənişlər xarakterik əlamətlər üzrə fərq-

ləndirilir. Bu əlamətlər aşağıdakılardan ibarətdir:

1) subyektin gəlirinin bir hissəsinin dövlətin xeyrinə

özgəninkiləşdirilməsi;

Page 261: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

260

2) onun təyin edilməsinin və təsbit olunmasının

qanuniliyi;

3) onun vacibliyi;

4) məcburi xarakter daşıması;

5) pul formasında olması;

6) əvəzsiz xarakter daşıması, mücərrəd ödəniş olması.

Verginin əlamətlərini aşağıdakı sxemdən görmək

olar:

Sxem 5.3. Vergilərin xarakterik prinsipləri.

Hazırda dövlət büdcəsinə daxilolmalar vergilərdən

başqa, qeyri-vergi ödənişləri də mövcuddur. Bu ödənişlər

vergi qanunvericiliyi ilə tənzimlənmir, digər qanunverici-

lik aktları ilə məcburi qaydada ödənilir. Lakin vergi və

qeyri-vergi ödənişləri üçün ümumi cəhət onların qanun-

vericiliklə müəyyən edilmiş qaydada tutulması, məcburi

Vergilərin xarakterik əlamətləri

Məcburi Əvəzsiz Pul

formasın-

da

Gəlirin bir

hissəsi döv-

lət xeyrinə

Vergilərin

təsbiti,

təyini

Vergi

ödəyicisi

qanunla

müəyyən

edilmiş

vergiləri

ödəməlidir

Vergi

ödəyicisi

əvəzində

heç bir

fayda əldə

etmir

Vergilər

dövlət və

yerli büd-

cələrin gə-

lirlərinin

mənbəyidir

Vergilər

yalnız

pul for-

masında

ödənilir

Vergilər

qanunla

müəy-

yən edi-

lir

Page 262: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

261

xarakteri, büdcə və büdcədənkənar fondlarla əlaqəli olma-

sıdır. Qeyri-vergi ödənişləri qanunvericiliyin digər sahələ-

ri, məsələn, sosial təminat, pensiya hüququ və s. ilə tən-

zimlənir. Vergilər əvəzi ödənilmədən həyata keçirilir. Yı-

ğım və rüsumlar isə qanunla müəyyən edilmiş xidmətlərin

və ya müəyyən hüquqların, fəaliyyətin yerinə yetirilməsi,

çəkilən xərclərin ödənilməsi və ya tutulması üçün verilir.

Sxem 5.4. Məcburi ödənişlər.

Vergilər tutulma üsuluna görə birbaşa və dolayı növ-lərə ayrılır.

Birbaşa vergilər bilavasitə gəlirlərdən (gəlir vergisi) və əmlakın dəyərindən (əmlak vergisi) tutulan vergilərdir. Birbaşa vergilərə torpaq vergisi, fiziki şəxslərdən tutulan gəlir vergisi, hüquqi şəxslərdən tutulan mənfəət vergisi və s. daxildir. Dolayı vergilər məhsulun və ya onun müxtəlif komponentlərinin qiymətinin bir hissəsi kimi hesablanır,

Məcburi ödənişlər

Vergilər Qeyri-vergi ödənişləri

Vergi

qanunverici-

liyi aktı ilə

təyin olunan

məcburi ödə-

nişlər

Yığım Rüsumlar Digər

ödənişlər

İstifadə və ya

fəaliyyət

hüququ əldə

etmək üçün

ödəniş

Dövlət orqanları

ilə fəaliyyətin

həyata keçiril-

məsi müqabilin-

də ödəniş

Təbii ehti-

yatlardan

istifadəyə

görə ödəniş

Page 263: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

262

haqqı istehlakçı tərəfindən ödənilən əmtəə, işin, xidmətin qiymətinə və ya tarifinə daxil edilir.

Hazırda vergi münasibətləri vasitəsi ilə tələbatın ödənilməsi, ehtiyatlardan səmərəli istifadə edilməsi, döv-lətin iqtisadi və sosial məsələlərin həlli təmin edilir. Bu-nunla əlaqədar vergi vasitəsi ilə aşağıdakı funksiyalar ye-rinə yetirilir. Yəni vergilərin funksiyaları aşağıdakılardan ibarətdir.

Sxem 5.5. Vergi funksiyaları.

Fiskal funksiyanın mahiyyəti ondan ibarətdir ki, döv-lət fəaliyyətini həyata keçirmək məqsədilə lazım olan ma-liyyə ehtiyatları yaratmaq üçün gəlirləri dövlət xəzinəsinə cəlb etməklə mərkəzi maliyyə fondu yaradılır. Dövlət xər-cləri vergi daxil olmalarından maliyyələşdirilir.

Tənzimləyici funksiya bazar iqtisadiyyatının dövlət tərəfindən idarə edilməsini nəzərdə tutur. İqtisadi proses-lərin idarə olunması zərurəti əmtəə-bazar münasibətlərin-də yaranır. Xüsusi vergiqoyma qaydasının tətbiqi vasitəsi-lə dövlət tərəfindən müəyyən güzəşt və azadolmalar siste-mi tətbiq edilir.

Nəzarət funksiyası vergilər vasitəsilə dövlət fiziki və hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinə və həmçi-nin onların gəlir və xərclərinin mənbəyinə nəzarət edilmə-sidir. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma ob-yektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət

Vergilərin funksiyası

Fiskal Tənzimləyici Sosial Nəzarət edici

Page 264: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

263

olunmasına vahid nəzarət sistemidir. Sosial funksiya dedikdə, vergilərin (gəlirlərin) ayrı-

ayrı kateqoriyaları arasında bölüşdürülməsi (sosial müda-fiə, işsizliyə görə müavinət, pensiyalar, pulsuz tibb xidmə-ti və s.) başa düşülür.

Vergilər vasitəsi ilə dövlət iqtisadi, sosial və s. məsə-lələrdə vergitutmanın iqtisadi, təşkilati və hüquqi prinsip-ləri həyata keçirilir. İqtisadi prinsiplərə: 1) təsərrüfat müs-təqilliyi, 2) ədalətlilik, 3) tarazlıq, 4) vergi ödəyicisinin maraq və imkanlarının uçotu, 5) səmərəlilik aiddir.

Təsərrüfat müstəqilliyi – vergi ödəyicisinin xüsusi mülkiyyət hüququna, toxunulmazlığına və hüquqlarının dövlət tərəfindən qorunmasına təminat verilir.

Ədalətlilik prinsipinə əsasən vergi ödəyicisi gəlirləri-nin həcminə uyğun vergi ödəməlidir.

Tarazlıq prinsipinə görə dövlət xəzinəsinin və vergi ödəyicisinin maraqları tarazlaşdırılmalıdır.

Verginin məbləği, onun ödənilmə müddəti vergi ödə-yicisinə əvvəlcədən məlum olmalıdır. Ödəyiciyə verginin hesablanması və ödənilməsi üsullarından birini seçmək imkanı verilir. Bu vergi ödəyicisinin maraq və imkanları-nın uçotu prinsipidir.

Vergitutmanın səmərəlilik prinsipi dedikdə, yığılmış verginin məbləğinin onun yığılmasına çəkilən xərclərin cəmindən çox olması nəzərdə tutulur.

Vergitutmanın təşkilati prinsipi-vergi sisteminin qu-rulmasının əsaslandığı və onun struktur elementlərinin qar-şılıqlı əlaqəsinin həyata keçirildiyi qaydalar hesab edilir. Təşkilati prinsiplərə vergi sisteminin tamlığı, vergitut-manın və vergi sisteminin elastikliyi, vergi sisteminin sa-bitliyi, vergilərin çoxsaylı olması aid edilir.

Vergitutmanın hüquqi prinsipləri dedikdə, sistemin mahiyyətini müəyyən edən hüquqi qanunlar nəzərdə tutu-

Page 265: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

264

lur. Hüquqi prinsiplərin – bərabər vergi yükü, vergilərin qanunla müəyyən edilməsi, vergi ödəyicilərinin dövlət tə-rəfindən müdafiə edilməsi, vergi qanunlarının qeyri-vergi qanunlarından üstün tutulması, verginin qanunlarda əks olunması, dövlət və vergi ödəyicilərinin maraqlarının uy-ğunluğu prinsipi mövcuddur.

İqtisadi baxımdan dövlət o zaman güclüdür ki, vergi tədiyyəçiləri arasında bir-birinin hüquq və məsuliyyətini gözləyən və yerinə yetirən qarşılıqlı münasibətlər yaran-mış olsun. Ona görə də cəmiyyətin müxtəlif inkişaf səviy-yəsində vergi mexanizmi təkmilləşdirilməli, vergi orqanla-rının rolu və məsuliyyəti artırılmalı, dövlətin iqtisadi ma-rağının nəzarətçisi kimi yeni iqtisadi münasibətlərə uyğun-laşdırılmalıdır. Bu məqsədlə vergi orqanlarının strukturu və nəzarətin təşkili bazar münasibətlərinə uyğunlaşdırıl-malıdır. Nəzarət işi banklarla, maliyyə və gömrük, auditor xidməti orqanları ilə, hüquqi şəxsləri dövlət qeydiyyatına alan orqanlarla və digər vergiyə cəlb edilən təşkilatlarla iş-lərini əlaqələndirməlidirlər. Nəzərə almaq lazımdır ki, ver-gi sisteminin təkmilləşdirilməsi iqtisadi islahatlarla para-lel, eyni vaxtda həyata keçirilməlidir. Fikrimizcə, vergi-qoyma mövcud olan imtiyaz və güzəştlər bazar münasi-bətlərinə uyğun həyata keçirilməli, sosial müdafiədə gü-zəştlər vergi sistemi ilə deyil, dövlət büdcəsindən ayırma-lar hesabına olmalıdır. Bununla yanaşı, iqtisadi cəhətdən əsaslandırılmış, istehsalın aktiv amillərinin inkişafına sər-mayə qoyuluşunu stimullaşdıran, bazar münasibətlərinin tələblərindən irəli gələn çevik vergi sistemi yaradılmalıdır. Bu baxımdan 1992-1996-cı illərdə qəbul edilmiş “Azər-baycan Respublikasında hüquqi şəxslərin mənfəətindən və alqı-satqı gəlirlərindən vergi haqqında”, “Əlavə dəyər ver-gisi haqqında”, “Aksizlər haqqında”, “Azərbaycan Res-publikasında fiziki şəxslərin gəlirlərindən vergi haqqında”,

Page 266: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

265

“Dövlət vergi xidməti haqqında”, “Kənd təsərrüfatı məh-sulları istehsalçılarına müddətli vergi güzəştlərinin veril-məsi haqqında”, “Azərbaycan Respublikası ərazisinə gəti-rilən əlavə dəyər vergisindən azad olunan məhsulların si-yahıları haqqında”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” və s. Azərbaycan Respublikasının qanunları vergi qanunvericiliyi sisteminin formalaşdırılmasında bö-yük rola malikdir.

5.7. Aqrar sahədə sığorta sistemi.

Kənd təsərrüfatında təbiət hadisələrinin və texnogen amillərin təsirinin neytrallaşdırılması və risklərin səviyyə-sinin idarə olunması səmərəli fəaliyyətin əsas şərtlərindən biridir. Sahibkarlıq fəaliyyətində daha çox təbii amillərin təsiri ilə əlaqədar risklər itkilərin yaranmasına və gəlirlərin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ona görə də kənd təsərrüfatında spesifik xüsusiyyətlərlə əlaqədar risk-lərin nəticələrinin sığortalanması dövlətin iqtisadiyyata fəal müdaxiləsi əsas vəzifələrdən biri hesab edilir. Başqa sözlə, aqrar sahənin iqtisadi mexanizminin tərkib hissələ-rindən biri sığortadır. Ölkədə sabit sığorta təminatı yarat-maq məqsədilə 1993-cü ildə “Sığorta haqqında” qanun qə-bul edildi. Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin inkişafı və kənd təsərrüfatı istehsalçılarının risklərinin ida-rə olunması üçün 18 iyun 2002-ci ildə “Kənd təsərrüfatın-da sığortanın stimullaşdırılması haqqında” və 2008-ci ildə “Sığorta fəaliyyəti haqqında” qanun qəbul edildi. Mülkiy-yət formasından asılı olmayaraq kənd təsərrüfatı məhsulla-rı istehsalçılarının əmlakının sığortalanmasının iqtisadi və hüquqi əsasları bu qanunlarla tənzimlənir. Bu qanunlar kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının tə-bii fəlakətdən sığortalanmasını və dəyən zərərin ödənilmə-

Page 267: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

266

sinə zəmanət verilməsini təmin edir. Qanunla sığorta ob-yektləri, subyektləri, sığorta hadisələri, sığorta haqqı, tarif-lər, sığorta münasibətləri və s. məsələlər tənzimlənir.

Sığorta, fiziki və hüquqi şəxslərin (sığortalıların və ya sığorta olunanların) əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, hüqu-qi, iqtisadi münasibətlər sistemidir. Sığortanın şərtləri sı-ğorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. Əmlak və ya sığorta hadisəsi müvafiq lisenziyaya malik olan sığortaçılar tərəfindən həyata keçirilir.

Hazırda ölkəmizdə 29 sığorta şirkəti fəaliyyət göstə-rir. Bu şirkətlərin 23-ü yerli, 6-sı isə xarici investisiyalı birgə sığorta təşkilatıdır.

Sığortanın dəyəri sığortalanmış əmlakın həqiqi dəyə-rini göstərir. Əmlak üçün sığorta dəyəri, müqavilənin bağ-landığı gün onun yerləşdiyi yerdə həqiqi bazar və ya bərpa dəyəri ilə müəyyən edilir. Sahibkar riski üçün sığorta də-yəri, sığorta hadisəsi baş verə bildiyi halda, sahibkarlıq fəaliyyətindən itirə biləcəyi gəlirin ümumi miqdarı ilə müəyyən edilir. Sığorta hadisəsi, qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilmə-si üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

“Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən his-səsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli, 2007-ci il 15 fevral tarixli, 2008-ci il 13 iyun tarixli qərarları ilə kənd təsərrüfatında istehsalçıların sığorta haqqının 50%-i dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

Aqrar sahədə əsas vəzifələrdən biri kənd təsərrüfa-

Page 268: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

267

tında risklərin azaldılması ilə istehsalın iqtisadi səmərəlili-yinin yüksəldilməsidir. Hazırda kənd təsərrüfatı istehsalçı-larına kömək göstərmək və təbii fəlakətlərlə əlaqədar yar-anan itkilərin müəyyən qədər aradan qaldırılması üçün vergi güzəştləri tətbiq edilir, subsidiyalar, kompensasiya-lar ayrılır, yardımlar edilir və s. Kənd təsərrüfatında əkin-lərin sığortalanması əsas istiqamətlərdən biridir. Hazırda taxıl əkinlərinin 8-10%-i sığortalanır. Bunun əsas səbəbi əkin sahələri riskli olması, digər səbəbi banklar tərəfindən sahənin girov kimi istifadəsi, başqa səbəb isə dövlət büd-cəsi tərəfindən maliyyələşdirmənin az və həm də gec ay-rılmasıdır. Beləliklə, ölkəmizdə aqrar sığorta bazarının in-kişafı tələbatdan geri qalır. Sığorta bazarında rəqabət mü-hitinin yaradılması xidmətlərin yüksəldilməsinə, sığorta şirkətləri ilə istehsalçılar arasında münasibətlərin intensiv-ləşdirilməsinə imkan verir.

Göstərilənlərlə əlaqədar ölkəmizin təbii və coğrafi şəraiti müxtəlif olduğu üçün təbii fəlakətlərin baş verdiyi nəzərə alınaraq kənd təsərrüfatında sığorta sisteminin tət-biqi zərurəti meydana çıxır. Müxtəlif illərdə baş verən qu-raqlıqlardan, uzun müddətli yağıntılardan, doludan, sel-dən, çayların daşmasından, torpağın sürüşməsindən, kü-ləklərdən, sərt şaxtalardan, yanğından, qəzalardan və s. qeyri-adi təbii hadisələrdən kənd təsərrüfatına xeyli ziyan dəyə bilir. Bu fəlakətlər mahiyyətcə təbii sayılsa da nəticə-ləri sosial-iqtisadi xarakter daşıyır. Ərzaq təhlükəsizliyi və istehsalın iqtisadi səmərəliliyi baxımından fəlakətlərin iq-tisadi qiymətləndirilməsi və sahibkarların sığortalanması kimi məsələlər aktuallıq kəsb edir.

Məlumdur ki, təbii fəlakətlər nəticəsində bitkilər, heyvanlar, tikililər və s. qiymətlilər tamamilə və ya qis-mən məhv olur, nəticədə istehsalçıya ziyan dəyir. Bu ziya-nın qarşısını almaq üçün əmlak sahibləri əmlaklarını qa-

Page 269: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

268

baqcadan sığortalamaqla təbii fəlakətlər nəticəsində dəyən zərəri kompensasiya edə bilərlər. Bunun üçün bütün əmlak düzgün qiymətləndirilməlidir. Əmlakın qiymətləndirilmə-si yalnız sığorta müəyyən edilməsi üçün deyil, həm də əm-lakın girov qoyulması, alqı-satqısı, əmlak vergisinin müəyyən edilməsi, kredit və borc öhdəlikləri, icarəyə ve-rilməsi, investisiya layihələri üçün texniki-iqtisadi əsaslan-dırmalar və s. üçün lazımdır.

Hazırda kənd təsərrüfatı istehsalçılarının əksəriyyəti (sorğu nəticələrinə görə 92,5%-i) əmlakını sığortalamağın əhəmiyyətini dərk etmir və yaxud sığortalama sisteminə laqeyd münasibət göstərirlər. İstehsalçılara məxsus hey-vanlar sığortalandıqda onların zəhərli otlardan zəhərlən-məsi, ilan sancması, nəqliyyat vasitələrinin altında qalma-sı, suda boğulması, yanğın və digər təbii fəlakət və bəd-bəxt hadisələr nəticəsində tələf olması hallarında sığorta ödənişi ala bilərlər.

Qeyd edək ki, sığorta obyekti təkcə heyvanlar deyil, həm də kənd təsərrüfatı bitkilərinin məhsulu, binalar, tiki-lilər, maşın və avadanlıqlar, inventarlar, hazır məhsullar, xammal və s. ola bilər. Bu əmlakların sığortalanması qeyri əlverişli iqlim şəraiti və gözlənilməz hadisələrin baş ver-məsi nəticəsində mümkün ola bilən zərərin müəyyən his-səsinin kompensasiya olunmasına imkan verir. Sahibkarın əmlakı sığorta olunmaq üçün onun həqiqi dəyəri müəyyən edilməlidir. Əmlakın sığortası könüllü və yaxud icbari for-mada olmasından asılı olmayaraq sığorta ödənişinin veril-məsi üçün əmlaka dəymiş zərərin qiymətləndirilməsi məc-buri qaydada aparılmalıdır. Əmlakın sığortalanma qayda-larına görə əmlak girov qoyularkən onun girov qoyulması müddətindən asılı olaraq sığorta müqaviləsi bağlanılır. Sı-ğorta müqaviləsi müvafiq forma və lazımi sənədlər əsasın-da bağlanılır. Əmlakın növündən, saxlanılmasından, qo-

Page 270: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

269

runmasından asılı olaraq riskin səviyyəsi nəzərə alınmaq-la, sığorta haqqının tarifini tətbiq edərkən azaltma və artır-ma əmsallarından istifadə edilir. Nəzərə almaq lazımdır ki, əmlak sığortası üçün illik sığorta haqları bir dəfəyə və ya 50%-dən az olmamaq şərti ilə iki dəfəyə, bir ildən az müd-dətə bağlanmış sığorta müqavilələri üzrə isə bir dəfəyə ödənilməlidir.

Girov təklifnaməsi alındıqdan sonra sığorta etdirən birinci müddət üçün müəyyən edilmiş sığorta haqqını 10 gün müddətinə sığorta edənin hesabına ödəməlidir. Əgər sığorta haqları müəyyən edilmiş məbləğdən az ödənilərsə, belə müqavilə baş tutmamış hesab edilir. Belə halda ödə-nilən sığorta haqları 10 gün müddətinə sığorta etdirənə qaytarılır. Mövcud qaydalara görə sığorta müqaviləsi qüv-vədə olduğu dövrdə sığorta obyekti olan əmlak satıldıqda, dəyişdirildikdə, bağışlandıqda, icarəyə verildikdə sığorta etdirənin hüquq və vəzifələri sığorta edənin razılığı ilə ye-ni mülkiyyət sahibinə keçir.

Kənd təsərrüfatında məhsulun sığortalanması ilə əla-qədar xarici ölkələrin təcrübəsindən istifadə edilməsi fay-dalı ola bilər. Yəni son 5 il müddətində məhsuldarlıq sə-viyyəsi (misal üçün 30 sentner) sığortalanır. Bunun üçün fyuçers müqaviləsi bağlanılır, mövcud qiymətlərlə sığorta həyata keçirilir. Satıcı bununla əmin olur ki, məhsulu mü-qavilə qiymətinə satacaq. Ancaq hər hansı dəyişiklik baş verərsə fərq sığorta hesabına ödəniləcəkdir. Ölkəmizdə beynəlxalq standartlara cavab verən sığorta xidmətləri ba-zarını formalaşdırmaq üçün normativ-hüquqi baza tək-milləşdirilməli, aqrar sığortanın inkişaf proqramı hazırlan-malı, sığorta mədəniyyətinin aşılanması tədbirləri həyata keçirilməlidir.

Page 271: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

270

FƏSİL VI. AQRAR SAHƏNİN İSTEHSAL

VASİTƏLƏRİ İLƏ TƏCHİZ EDİLMƏSİ

6.1. Aqrar sahənin maddi-texniki bazasının yaradıl-

masının əsas istiqamətləri.

Aqrar sahənin inkişafı və onun səmərəliliyinin yük-

səldilməsi sferada istehsal və xidmətlər üçün torpaq, əmək,

maliyyə ehtiyatları ilə yanaşı, onun maddi-texniki bazası-

nın möhkəmləndirilməsindən, orada istifadə edilən isteh-

sal nəticələrinin texniki-iqtisadi göstəricilərinin yüksək ol-

masından asılıdır. Maddi-texniki baza kənd təsərrüfatı is-

tehsalının artırılmasında əhəmiyyətli rol oynayır. Bu onunla

əlaqədardır ki, kənd təsərrüfatı istehsalında ağır zəhmət

tələb edən proseslər istehsal vasitələri ilə hərəkətə gətirilir.

Kənd təsərrüfatı istehsalının inkişafında spesifik xüsusiy-

yətlər nəzərə alınmaqla məhsuldar qüvvələrin tərkib hissə-

sini təşkil edən maddi ehtiyatlar, torpaq, irriqasiya və su-

varma sistemləri, emal, saxlama, daşıma və s. üçün maşın

və avadanlıqlar, maddi-texniki ehtiyatlar kompleksi həlle-

dici rola malikdir. İstehsalın 1) mexanikləşdirilməsi, 2) ele-

ktrikləşdirilməsi və avtomatlaşdırılması, 3) torpaqların me-

liorasiyasında bu istehsal vasitələri mühüm əhəmiyyət

kəsb edirlər. Bunlar aqrar sahənin maddi-texniki bazasının

yaradılmasının əsas istiqamətləridir. Ona görə də maddi-

texniki bazanın yaradılması, o

nun düzgün təşkili, istehsalın inteqrasiyasının dərinləş-

dirilməsinin, elmi-texniki tərəqqinin və qabaqcıl təcrübənin

geniş tətbiqinin əsas şərti hesab edilir.

Maddi-texniki bazaya torpaq, irriqasiya və suvarma

sistemləri, binalar, qurğular, maşın və avadanlıqlar, nəq-

Page 272: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

271

liyyat vasitələri, çoxillik əkmələr, iş heyvanları və məhsul-

dar mal-qara, elektrik qurğuları, kimyalaşdırma vasitələri,

məhsul saxlama anbarları, toxum, yem və s. daxildir. Məh-

sul istehsalında iştirakına və spesifik xüsusiyyətlərinə görə

maddi-texniki ehtiyatlar istehsal və qeyri-istehsal təyinatlı

ehtiyatlara bölünür. İstehsal təyinatlı texniki vasitələr

məhsul istehsalında bilavasitə iştirak edir. Qeyri-istehsal

təyinatlı vasitələr istehsal prosesində dolayı yolla iştirak

edir. İqtisadi ədəbiyyatlarda maddi-texniki bazanın əsası

olan əsas istehsal fondları və qeyri-istehsal (istehsal xarak-

teri daşımayan) fondları, onların istehsalda tutduğu mövqe

və xüsusiyyətlərinə görə təsnifatlaşdırılmasından istifadə

edilir. Beləliklə, aqrar sahənin maddi-texniki bazası dedik-

də bitkiçilik və heyvandarlıq məhsulları istehsalı zaman

istifadə edilən əmək vasitələrinin, ona xidmət edən əsas və

dövriyyə fondlarının məcmusu başa düşülür. İqtisadi ba-

xımdan əsas və dövriyyə fondlarından istifadənin iqtisadi

səmərəliliyinin müəyyənləşdirilməsi bu metodikaya əsas-

lanır. Qeyd edək ki, maddi-texniki ehtiyatlar istehsal pro-

sesində birbaşa və dolayı yolla iştirak etməklə əlaqədar

xərclər məhsulun maya dəyərinə daxil edilir və deməli, bu

xərclər sahibkarın (istehsalın) gəlirlərinə təsir edən əsas

amillərdən biridir.

Hazırda kənd təsərrüfatında maddi-texniki ehtiyatlar

bazarı formalaşdırılarkən bitkiçilik və heyvandarlığa zəru-

ri olan əsas və dövriyyə vasitələri ilə təmin olunma vəziy-

yəti nəzərə alınır. Bu hər bir sahənin tələbatı və amillərdən

asılı olaraq dəyişməsi ilə əlaqədardır. Aqrar bazarın tərkib

hissəsi kimi maddi-texniki bazanın formalaşdırılması res-

publikada məhsuldar qüvvələrin inkişafının yeni keyfiyyət

Page 273: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

272

dəyişikliklərinin baş verməsi ilə səciyyələnir. Ona görə də

kənd təsərrüfatında struktur dəyişiklikləri nəzərə alınmaq-

la onun mövsümi xarakteri və regional xüsusiyyətlər, ora-

da bitki və heyvan növlərinin inkişafına imkan verən maddi-

texniki bazanın yaradılması zəruri şərtlərdən biri olmalı-

dır. Kənd təsərrüfatı maddi istehsalın iri, çoxşaxəli sahələ-

rindən biri olmaqla həm iqtisadiyyatın inkişafında, həm də

əhalinin maddi rifahının yüksəldilməsində həlledici rol oy-

nayır. Aqrar sahədə mövcud olan istehsal-iqtisadi poten-

sialdan səmərəli istifadə edilməsi üçün həmişə istər keç-

miş təsərrüfat formaları şəraitində istərsədə sahibkarlıq şə-

raitində sahədə istehsal olunan məhsulun əmək tutumu,

fond tutumu, materialtutumu və enerjitutumunun əsaslı su-

rətdə azaldılması iqtisadi artımın əsas keyfiyyət amillərin-

dən hesab edilmişdir. Bu, həm xammal, yanacaq, material-

lardan və işçi qüvvəsindən səmərəli istifadə olunmasını,

həm də maddi-texniki bazanın düzgün təşkili və formalaş-

dırılmasını tələb edir.

Əmək tutumu–məhsul istehsalına (və ya işin yerinə

yetirilməsinə) sərf edilən əməyin saat, norma ilə miqdarını

əks etdirən göstəricidir. Başqa sözlə, məhsul istehsalına,

konkret texnoloji əməliyyatların icrasına sərf edilən iş və

vaxt məsarifidir.

Fondverimi–fondun hər 100 manatına görə məhsul

istehsalı ilə ölçülür. Fondtutumu–istehsal olunan məhsu-

lun dəyərinin hər 100 manatına düşən istehsal fondlarının

məbləğidir. Bu, fondların məhsulun dəyərinə nisbəti ilə

xarakterizə olunur.

Material tutumu – maddi ehtiyatlar məsrəfinin isteh-

sal olunan məhsula nisbəti ilə xarakterizə olunur. Enerji tutu-

Page 274: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

273

mu–istifadə olunan enerjinin məsrəflərinin istehalın son

nəticəsinə nisbəti ilə xarakterizə olunur.

Məlum olduğu kimi, aqrar islahatların gedişində

(1995-2002) kənd təsərrüfatında ən böyük problem möv-

cud maddi-texniki bazanı qoruyub saxlamaq olmuşdur.

Bunun üçün texnikalar əmlak payı kimi payçılara bölüşdü-

rülmüşdür. Traktor, yük avtomobilləri, taxılyığan kombaynlar,

silos və yemyığan kombaynlar və digər kənd təsərrüfatı

maşınları pay hüququ olanlara özəlləşdirildi. Həmin texni-

kaların əksəriyyətinin istismar müddətindən xeyli keçmə-

sinə baxmayaraq sahibkarlar pay kimi aldıqları bu texni-

kalarla kənd təsərrüfatı işlərini yerinə yetirmişlər. Bununla

belə, kənd təsərrüfatının maddi-texniki bazasının bu dövr-

də zəifliyi, yeni yaranmış sahibkarların əksəriyyətinin tex-

nika və bitki mühafizəsi vasitələrinin kifayət qədər olma-

ması onların işində problemlər yaratmış və aqrotexniki

tədbirlərin vaxtında aparılmasını çətinləşdirmişdir. Ona

görə də bu problemin həlli və kənd təsərrüfatında maddi-

texniki bazanın təşkili, müasir texnika ilə təmin edilməsi

üçün 1995-2015-ci illərdə bir çox tədbirlər həyata keçiril-

mişdir:

- özəl “aqrotexservis” qurumları təşkil olunmuşdur;

- sahibkarlara lizinq xidməti göstərilməyə başlanmışdır;

- sahibkarların yeni və məhsuldar texnika ilə təmin

olunması həyata keçirilir;

- istehsal vasitələri və xidmət bazarı təşkil olunmuşdur;

- texnika və avadanlıqların satış-sərgisi təşkil olun-

muşdur;

- texniki təminat və ehtiyat hissələri daxili ehtiyatlar

hesabına təşkil olunur;

Page 275: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

274

- beynəlxalq layihələr və investisiyalar cəlb olunur;

- yeni kənd təsərrüfatı texnikalarının istehsalına baş-

lanması təşkil olunmuşdur;

- kənd təsərrüfatının maddi-texniki bazasının möh-

kəmləndirilməsi üçün iqtisadi güzəştlər sistemi tətbiq edilir və s.

Kənd təsərrüfatı istehsalçılarının texnika ilə təminatı-

nın yaxşılaşdırılması üçün 2005-ci ildən başlayaraq servis-

lərin yaradılması tədbirləri həyata keçirilmişdir. Respubli-

kada orta hesabla 500-700 hektar əkin sahəsinə xidmət

edəcək texniki servislərin yaradılması optimal və məqsədə

uyğun olmaqla, sahibkarların maddi-texniki imkanlarının

yaxşılaşdırılması 2020-ci ilədək həyata keçiriləcək iqtisadi

siyasət istiqamətlərindən hesab edilir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir

tələblərə cavab verən kənd təsərrüfatı texnikaları ilə təmin

olunması istehsalın dinamik inkişafı və ərzaq təhlükəsizli-

yinin əsas şərtlərindən biridir. Kənd təsərrüfatı texnikaları-

nın mövcudluğu və onun səviyyəsi aqrotexniki tədbirlərin

müəyyən olunmuş müddətdə həyata keçirilməsini, becəril-

miş məhsulun vaxtında və itkisiz yığılmasını, istehsal pro-

seslərində maneələrin aradan qaldırılmasını təmin edir.

Əvvəllər kənd təsərrüfatı məhsulları istehsalçılarının isti-

fadəsində olan, istismar müddəti keçmiş texnikalar ilə apa-

rılan aqrotexniki işlərin keyfiyyəti lazımi səviyyədə olma-

dığından xeyli məhsul itkisinə yol verilirdi. Bununla əla-

qədar, müasir tələblərə cavab verən kənd təsərrüfatı texni-

kalarının gətirilməsi, aqrotexniki xidmət müəssisələrinin

geniş şəbəkəsinin yaradılması və lizinq xidmətlərinin təş-

kili zərurəti meydana çıxdı.

Hazırda əsas kənd təsərrüfatı texnikası ilə təchizat

səviyyəsi aşağıdakı kimi (cədvəl 6.1.) xarakterizə olunur.

Page 276: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

275

Cədvəl 6.1.

Əsas kənd təsərrüfatı texnikası növlərinin mövcudluğu

(ilin sonuna, ədədlə)

İllər Traktor Kotan Toxum

səpən

Ot

biçən

Sıxıb

bağlayan

Taxıl

yığan

1990 40883 13318 8998 3187 4316 4544

1995 33175 8770 6702 2088 3269 4273

2005 14887 3019 1412 1056 903 1298

2010 21258 3344 1844 873 1501 1928

2011 21404 3324 1911 882 1516 1776

2012 21073 3278 1867 884 1495 1724

2013 23469 5289 2132 1438 1707 2143

2014 23090 5507 2051 1393 1727 2218

Kənd təsərrüfatı texnikasının 1990-cu ilə nisbətən

azalması əsasən islahatların həyata keçirilməsi, mülkiyyət

münasibətlərinin dəyişməsi, istismar müddətini başa vur-

muş texnikanın istifadədən çıxarılması ilə əlaqədar olmuş-

dur. Bununla əlaqədar kənd təsərrüfatının texnika ilə təmi-

natı da dəyişmişdir.

Cədvəl 6.2.

Kənd təsərrüfatının texnika ilə təminatı

1990 1995 2005 2010 2014

100 ha əkinə traktor düşür,

ədəd 26,7 21,3 11,9 13,4 14,3

Bir traktora düşən əkin 39 47 84 75 70

Kənd təsərrüfatı istehsalının xüsusiyyətlərindən biri ondan ibarətdir ki, kiçik sahibkarlıq təsərrüfatına bir neçə texnoloji funksiyanı yerinə yetirən yüngül, kiçik ölçülü texnika lazım olduğu halda, iri istehsalçılara tamamilə başqa texnikalar lazım gəlir.

Aqrar sahənin inkişafı maddi-texniki bazanın yara-

Page 277: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

276

dılması, o cümlədən istehsalın mexanikləşdirilməsi üçün ayrılmış vəsaitin miqdarı ilə əlaqədardır. Ölkənin ayrı-ayrı regionları üzrə maddi texniki bazanın yetərli səviyyədə ol-maması və maliyyə imkanlarının məhdudluğu, həmçinin texniki vasitələrin qiymətlərinin yüksəkliyi kənd təsərrüfa-tı istehsalçısının texnologiya və texnikanı yeniləşdirməyə imkanını azaldır. Ona görə də kənd təsərrüfatında maddi texniki bazanın yaradılması üçün regionlar üzrə kapital qoyuluşunun artırılması vacib şərtlərdən biri olmalıdır.

Cədvəl 6.3. İqtisadi regionlar üzrə istifadəyə verilən əsas fondlar

(mlyn. man.)

İqtisadi rayonların adları

2005 2010 2011 2013

Ölkə üzrə-Cəmi 4776,0 5935,8 10618,6 11143,1

o cümlədən Abşeron 39,8 46,4 65,6 67,3

Gəncə-Qazax 41,1 166,7 314,0 447,8

Şəki-Zaqatala 11,9 138,6 131, 456,1

Lənkəran 31,0 80,1 123,6 185,4

Quba-Xaçmaz 16,7 90,7 113,4 77,2

Aran 73,5 294,2 510,8 767,1

Yuxarı Qarabağ 22,8 78,4 28,5 54,5

Dağlıq Şirvan 6,3 92,0 57,8 64,9

Naxçıvan 128,4 521,8 593,0 1007,7

Kəlbəcər-Laçın 0,04 1,0 0,184 0,2

Regionlar üzrə cəmi 371,5 1509,9 1937,9 3128,2

Rayonların respublika-da xüsusi çəkisi, %-lə 7,8 13,5 18,3 28,1

Kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi, müasir texnika və texnologiya ilə təmin edilməsi istehsal proseslərinin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə şərait yaradır. Meliorasiya və su təsərrüfat qurğularının

Page 278: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

277

qurulması, mineral gübrələrdən düzgün istifadə, bitkilərin ziyanvericilərdən və xəstəliklərdən qorunması, yol tikinti-si, elektrikləşdirmənin geniş tətbiqi, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinin, kəndlə şəhər arasında həyat səviyyəsi və həmçinin sosial-iqtisadi fərqlərin aradan qaldırılmasında həlledici şərtlərdən biri hesab edilir. Heyvandarlıqda fermaların mexanikləşdiril-məsi, yemlərin paylanması, sağım və s. avtomatlaşdırılma-sı, istixanaların işıqlandırılması, elektrik enerjisindən ge-niş istifadə kənd təsərrüfatının maddi-texniki bazasının ya-radılması və möhkəmləndirilməsinin əsas istiqamətlərin-dən biridir.

6.2. Aqrar sahənin əsaslı vəsait qoyuluşu.

Aqrar sahənin maddi-texniki bazasının möhkəmlən-dirilməsi əsaslı vəsait (kapital) qoyuluşunun həcmindən və səmərəli istifadə edilməsindən çox asılıdır. Texnika və avadanlıqların alınmasının maliyyələşdirilməsi, təsərrüfa-tın maliyyə vəsaiti, kredit və dövlət büdcəsindən ayrılan vəsait daxili və xarici investisiyalar hesabına həyata keçi-rilir. Kənd təsərrüfatında əsas vəsait qoyuluşunun artırıl-ması bitkiçilik və heyvandarlıqda zəhmət tələb edən işlə-rin mexanikləşdirilməsinə, elmin və qabaqcıl təcrübədən səmərəli istifadə etməyə, torpaqdan və sudan düzgün isti-fadəyə, sahə vahidindən məhsuldarlığı artırmağa, məhsu-lun maya dəyərini aşağı salmağa şərait yaradır. Əsas və-sait qoyuluşu, əsas fondların təzələnməsinə, genişləndiril-məsinə, yenidən qurulmasına və modernləşməsinə sərf edilən məsrəfə deyilir. Başqa sözlə, kapital qoyuluşu əsas fondların yaradılmasına və təkrar istehsalına yönəldilmiş xərclərin məcmusunu özündə əks etdirir. Aqrar sahədə ka-pital qoyuluşu istehsal və qeyri-istehsal təyinatlı olur.

Page 279: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

278

Hazırda istehsal təyinatlı əsaslı vəsait qoyuluşuna aşağıdakılar daxil edilir:

- istehsal təyinatlı bina və obyektlərin tikilməsi; - istehsal təyinatlı obyektlər üçün nəzərdə tutulan

avadanlıq və inventarların alınıb quraşdırılması; - traktorların, kənd təsərrüfatı maşınlarının, nəqliyyat

vəsaitlərinin alınması; - istehsal təyinatlı tikililərin smeta dəyərinə daxil

olan avadanlıq və inventarların alınması; - meyvə bağlarının, üzümlüklərin, çay plantasiyaları-

nın və digər çoxillik əkmələrin salınması; - torpaqların meliorasiya-irriqasiya işi və onların

yaxşılaşdırılması; - məhsuldar və iş heyvanlarının formalaşmasına və

digər əsaslı xarakter daşıyan işlərə sərf edilən vəsaitlər da-xildir.

- Qeyri-istehsal təyinatlı əsaslı vəsait qoyuluşuna aşağıdakılar daxil edilir:

- mənzil-kommunal təsərrüfatlarına; - mədəni-maarif, təhsil obyektlərinə; - səhiyyə, elm, incəsənət xidmətinə və başqa xidmət-

lərə (idarəetmə, kredit və s.) sərf olunan vəsait. Əsaslı vəsait qoyuluşunun iqtisadi səmərəliliyinin

yüksəldilməsi üçün onun sahələr üzrə düzgün balanslaşdı-rılmasına nail olunmalıdır.

Kapital qoyuluşu hesabına yararsız vəziyyətə düş-müş, köhnəlmiş əsas fondlar bərpa olunur, təkrar istehsa-lın genişləndirilməsi üçün əlavə vasitələr alınır. Əsaslı və-sait qoyuluşunda xarici investisiyalar–həm vəsaitlər, qiy-mətli kağızlar və həm də müasir texnika əldə edilməsi üçün kredit və lizinq formasında cəlb edilir. Aqrar sahəyə bu istiqamətdə kapital qoyuluşunu Dünya Bankı, Avropa

Page 280: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

279

İnkişaf və Yenidənqurma Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiya və s. beynəlxalq maliyyə qurumları həyata keçirirlər.

Nəzərə almaq lazımdır ki, aqrar sahədə əsaslı vəsait qoyuluşu bir çox amillərdən və spesifik xüsusiyyətlərdən asılıdır. Bununla əlaqədar sahənin fondla yüksək dərəcədə təchizi zəruridir. İstehsalın mövsümi xarakter daşıması, is-tehsalın geniş ərazini əhatə etməsi, il ərzində maşın və me-xanizmlərin bir çox növlərinin istifadə olunma müddətinin qısa olması, texnoloji əməliyyatların gecə vaxtı yerinə ye-tirilməsinin mümkün olmaması nəzərə almalı, istehsalçı və istehlakçı tələbləri baxımında vəsait qoyuluşunun quru-luşu və onun səmərəliliyi düzgün qiymətləndirilməlidir.

Cədvəl 6.4.

Əsas kapitala yönəldilmiş vəsaitdən maliyyə mənbələri

üzrə istifadə edilməsi.

Maliyyə mənbələri

Milyon manat Ümumi həcmdə

xüsusi çəkisi, %-lə

2010-cu

ildə

2014-cü

ildə

2010-cu

ildə

2014-cü

ildə

Cəmi 9905,6 17618,6 100 100

O cümlədən maliyyə

mənbələri üzrə:

Müəssisə və təşkilat-

ların öz vəsaitləri 5041,8 9130,0 50,9 51,8

Əhalinin şəxsi vəsaiti 373,2 561,3 3,8 3,2

Bank vəsaitləri 643,8 630,5 6,5 3,6

Büdcə vəsaitləri 3255,3 6724,7 32,9 38,2

Büdcədənkənar fond-

ların vəsaitləri 570,5 390,0 5,7 2,2

Sair vəsaitlər 20,9 182,1 0,2 1,0

Page 281: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

280

Cədvəldən göründüyü kimi, əsas kapitala yönəldil-

miş vəsaitlərin maliyyə mənbələri üzrə xüsusi çəkisi son

illərdə xeyli dəyişmişdir.

Aqrar sahədə maddi-texniki ehtiyatlar əldə edilməsi

əsasən vasitəçi firmalar, ticarət mərkəzləri, brokerlər, yar-

markalar, zavod-istehsalçılarla birbaşa müqavilələrlə hə-

yata keçirilir. Kənd təsərrüfatı texnikası üçün hər bir sa-

hibkarın böyük miqdarda vəsait sərf etməsi sərfəli deyil-

dir. Bir çox texnikalar yalnız torpağın şumlanmasında, bə-

ziləri məhsulun yığılmasında və s. istifadə edilir. Maliyyə

imkanlarının məhdudluğu və maddi-texniki vəsaitlərin

qiymətlərinin yüksək olduğu şəraitdə texnikası olmayan

sahibkarlara torpağın şumlanması, məhsul yığımı, yüklə-

rin daşınması, torpağın gübrələnməsi, suvarma və s. işlər

üzrə xidmət servisləri yaradılır. Bu həm texnika sahibləri

üçün, həm də sahibkarlar üçün əlverişlidir.

6.3. Bitkiçilik və heyvandarlığın kompleks

mexanikləşdirilməsi və avtomatlaşdırılması.

Aqrar sahədə istehsalın mexanikləşdirilməsi dedikdə,

işlərin yerinə yetirilməsi üçün əl əməyinin maşın, mexa-

nizm və avadanlıqların istehsalda tətbiq edilməsi başa dü-

şülür. Kənd təsərrüfatında işlərin mexanikləşdirilməsi sə-

viyyəsi hesablanır. Bu göstərici ayrı-ayrı işlər üzrə və bü-

tövlükdə müəyyən edilir. Ayrı-ayrı sahə üzrə mexanikləş-

dirmə səviyyəsi mexaniki qüvvə ilə (texnika, maşın, ava-

danlıqlarla və s.) yerinə yetirilən işin ümumi işin həcminə

nisbəti kimi hesablanır. Başqa sözlə, maşınlarla yerinə ye-

tirilmiş müəyyən işin həcminin (taxıl, kartof, tərəvəz və s.

səpini, yığımı və s.) həmin işin ümumi həcminə nisbəti ki-

mi hesablanır. Heyvandarlıqda konkret növ işlərin mexa-

Page 282: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

281

nikləşdirilməsi səviyyəsi (yemin paylanması, suyun veril-

məsi, tövlənin təmizlənməsi, sağımı və s.) mexanikləşdi-

rildiyi fermalarda, sahibkarlıq təsərrüfatlarında olan mal-

qaranın bu növdən olan mal-qaranın ümumi sayında payı

kimi hesablanır. Əməyin mexanikləşdirilməsi səviyyəsi

mexanikləşdirilmiş əmək sərfinin ümumi əl işi və mexa-

nikləşdirilmiş əmək sərfinə olan nisbəti kimi müəyyən

edilir. Beləliklə, kənd təsərrüfatının mexanikləşdirilməsi

əl əməyinin maşınla, sadə və az məhsuldar maşınlarla da-

ha məhsuldar və təkmilləşmiş maşınlar sistemi ilə əvəz

olunmasıdır. Kənd təsərrüfatında mexanikləşdirmə prosesi

üç mərhələni əhatə edir: 1) Qismən mexanikləşdirmə. Bu

prosesdə məhsul istehsalında ayrı-ayrı texnoloji proseslə-

rin mexanikləşdirilməsi qismən yerinə yetirilir və burada

daha çox əl əməyindən istifadə edilir. Respublikamızda

kartofun toplanması, üzümün, meyvənin, tərəvəzin, bostan

bitkilərinin yığılmasında demək olar əsasən əl əməyindən

istifadə edilir. 2) Kompleks mexanikləşdirmə. Bu mərhə-

lədə kənd təsərrüfatında bir çox proseslər tam mexanikləş-

dirilmişdir. Əl əməyi yalnız maşınları idarə etmək üçün is-

tifadə olunur. Kənd təsərrüfatı istehsalçıları şum işlərini,

dənli bitkilərin əkinini, çiyid səpini, dənli bitkilərin top-

lanması başdan-başa mexanikləşdirilmişdir. Ot çalımı, otun

bağlanması əsasən mexanikləşdirilmişdir. 3) Avtomatlaş-

dırma. Kənd təsərrüfatı işlərinin avtomatlaşdırılması tex-

noloji prosesləri heç bir fiziki əmək tətbiq etmədən cihaz-

lar idarə edir. Hazırda yeni tipli traktorlar və maşınlar av-

tomatlaşmanı geniş həcmdə həyata keçirməyə imkan ya-

radır. Avtomataşdırmadan suvarma sistemində də istifadə

edilir. Su qurğularında su kanallara avtomatlaşdırılmış

qaydada vurulur, tənzim edilir. Avtomatlardan istifadə et-

Page 283: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

282

məklə yemin paylanması, peyinin tənzimlənməsi, su təchi-

zi və s. vahid mərkəzdən idarə edilir. Hazırda qoyunların

90-95%-i elektrik üsulla qırxılır.

Hazırda kənd təsərrüfatının ayrı-ayrı sahələrində və

regionlarda işlərin mexanikləşdirilməsi səviyyəsi arasında

ciddi fərqlər mövcuddur. Bu fərqlər istehsalın yerləşməsi

və ixtisaslaşma səviyyəsi ilə, həm də kənd təsərrüfatının

maddi-texniki bazasının təşkili, onun səviyyəsi və istifadə-

si ilə əlaqədardır. Kənd təsərrüfatında mexanikləşdirmə is-

tehsalın səmərəliliyinin yüksəldilməsinin əsas şərtlərindən

biridir. Əmək və xidmət proseslərinin mexanikləşdirilməsi

istehsal mədəniyyətini yüksəltməyə, kənd təsərrüfatı işlə-

rinin (şum, səpin, becərmə, sahələrin suvarılması, yığım,

yemləmə, sağım, daşınma və s.) qısa müddətdə və yüksək

keyfiyyətlə yerinə yetirməyə imkan verir. Bu əmək məh-

suldarlığını və səmərəliliyi yüksəltməyə səbəb olur. Ona

görə də aqrar sferanın mütərəqqi maşın-mexanizmlərlə da-

ha yaxşı təmin edilməsi dövlət siyasətinin əsas istiqamət-

lərindən biri hesab edilir.

6.4. Aqrar sahənin maddi-texniki təchizatının təşkili

qaydaları.

Əsas ərzaq istehsalçısı və bir çox emal sənaye xam-

malına olan tələbatın ödənilməsində xüsusi əhəmiyyətə

malik olan kənd təsərrüfatı respublika iqtisadiyyatında bö-

yük rola malikdir. Ona görə də kənd təsərrüfatının inkişafı

və onun maddi-texniki bazasının möhkəmləndirilməsi öl-

kənin aqrar siyasətinin prioritet istiqamətlərindən biri he-

sab edilir.

Məlum olduğu kimi, əvvəlki təsərrüfatçılıq sistemin-

Page 284: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

283

də kənd təsərrüfatının maddi-texniki təchizatı planlı qay-

dada müəyyən edilirdi. O vaxtlar (müstəqillik dövrünə qə-

dər) maddi texniki təminat kənd təsərrüfatı məhsulları is-

tehsalı planına və ehtiyatlara uyğun sahələr və müəssisələr

arasında planlı qaydada bölüşdürülürdü. Yəni bu sistem

texnika, avadanlıq və maddi ehtiyatların təminatı mərkəz-

ləşdirilmiş qaydada aparılırdı. 1990-cı ilə qədər kənd tə-

sərrüfatının maddi-texniki təchizatı sistemi və xidmət in-

frastrukturları arasında əlaqələr yaradılmışdı. Material re-

sursları göndərən fabrik, zavod və təşkilatlar maşın-mexa-

nizmlərə, maddi resurslara öz qiymətlərini qoymaqla res-

publikaları asılı vəziyyətə salmışdı. Azərbaycan isə kənd

təsərrüfatına lazım olan maddi-texniki resursların 95-

100%-ni (traktor, kombaynlar, taxılsəpənlər, avtomobillər,

ot biçən və bağlayanlar, heyvandarlıq avadanlıqları, texni-

ki rezin məmulatlarını, ehtiyat hissələrini və s.) kənardan–

xarici ölkələrdən idxal edirdi. Ölkədə həyata keçirilən aq-

rar islahatlar nəticəsində bazar münasibətləri formalaşdı

və müstəqil təsərrüfat subyektləri yaradıldı. Ölkəmizin

1991-ci ildə müstəqilliyini bərpa etməsi, keçmiş kolxoz və

sovxozların islahata getməsi, müəssisə və xidmət təşkilat-

larının özəlləşdirilməsi bazar münasibətlərinin yeni prin-

siplər əsasında formalaşdırılmasına imkan verdi. Müstəqil

dövlət quruculuğu, istehsalçılara və xidmət göstərənlərə

sərbəstlik verilməsi iqtisadi əlaqələrin yeni müstəvidə hə-

yata keçirilməsinə zəmin yaratdı. Moskvadan mərkəzləş-

dirilmiş qaydada planlaşdırılan və respublikalara göndəri-

lən maşın-mexanizmlərin, gübrələrin, pestisidlərin və di-

gər texniki vasitələrin alınması dayandırıldı. Beləliklə,

1992-2005-ci illərdə kənd təsərrüfatı istehsalçılarının

maddi-texniki vasitələrə olan tələbatı əslində ödənilməmiş

Page 285: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

284

qaldı. Bu dövrdə kənd təsərrüfatı üçün maddi-texniki vasi-

tələrin qiymətləri ilə kənd təsərrüfatı məhsullarının qiy-

mətləri arasında böyük disparitet yarandı. Ona görə də

kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki

bazası xeyli zəiflədi. Texnikanın köhnəlməsi, çatışmazlığı

və yararsızlığı aqrotexniki tədbirlərin vaxtında və keyfiy-

yətlə yerinə yetirilməsinə imkan vermirdi, torpağın şum-

lanması, becərilməsi, məhsul yığımı gecikdirilirdi. Məhsu-

lun yığılmasının gecikdirilməsi hər il məhsulun 25-30%-

nin itkisinə səbəb olurdu. Texniki təchizatın zəifləməsi nə-

ticəsində sahibkarlar bir çox təsərrüfat işlərini əl əməyi ilə

yerinə yetirirdilər. Bu çəkilən xərclərin çoxalmasına, məh-

suldarlığın aşağı düşməsinə, son nəticədə istehsalın səviy-

yəsinin azalmasına səbəb olurdu.

Aqrar sahədə maddi-texniki bazanı möhkəmləndir-

mək üçün ölkə rəhbərliyi 24 noyabr 2003-cü ildə “Azər-

baycan Respublikasında sosial-iqtisadi inkişafın sürətlən-

dirilməsi tədbirləri haqqında” fərman qəbul etdi. Bu fər-

mana əsasən aqrar sahəni texnika ilə təmin etmək və tex-

niki xidmət servisləri yaratmaq üçün respublikanın sənaye

müəssisələrində kənd təsərrüfatı texnikası, avadanlıqlar və

ehtiyat hissələri (o cümlədən kotan, kultivator, otbiçən,

nasoslar, yemyığan maşınlar, çiləyicilər, ot dırmaqlayan,

ot bağlayan və s.) istehsal edilməsinə başlandı. Bunun

üçün müvafiq Dövlət Proqramları ilə dövlət büdcəsindən

milyonlarla manat vəsait ayrıldı, kreditlər verildi.

Hazırda kənd təsərrüfatının maddi-texniki bazası

əsaslı vəsait qoyuluşu, dövlət büdcəsi, daxili və xarici in-

vestisiyalar, qiymətli kağızlar, kreditlər, lizinq vermə və

sahibkarın maliyyə vəsaiti hesabına yaradılır. Bazar müna-

sibətləri şəraitində sahibkarların əlaqələri istehsal və xid-

Page 286: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

285

mətin bütün sahələrində genişlənmişdir. Onlar, yaxud

müəssisə kooperativ və təşkilatlar özünə lazım olan maddi-

texniki vasitələri müvafiq qiymətlərlə sərbəst alır və istifa-

də edirlər. Maliyyə mənbələri ilə əlaqədar bəzi sahibkarlar

tələbata uyğun bəziləri az və ya çox istehsal vasitələri ala

bilirlər. Hazırda respublikamızda maddi-texniki vasitələrin

lizinqlə verilməsi və satışı qaydası üstünlük təşkil edir. Bu

qayda ilə maddi-texniki bazanın möhkəmləndirilməsinin

əsas üstünlükləri aşağıdakılardan ibarətdir:

- istehsal-texniki təyinatlı maşın-avadanlıqlar dövlə-

tin vəsaiti hesabına gətirilir;

- yaradılmış satış-sərgi şəbəkələrindən maddi-texniki

vasitələr istehsalçılara güzəştlə satılır və ya lizinqə verilir;

- hər bir regionun və istehsalın ixtisaslaşmasına uy-

ğun maddi-texniki vasitələrlə təminatına üstünlük verilir;

- maddi-texniki vasitələr istehsalçılara tərəflərin öh-

dəliyini nəzərə alan müvafiq müqavilələrlə verilir;

- maddi-texniki vasitələrin istehsalçılara müəyyən

edilmiş vaxtda və keyfiyyətlə çatdırılmasına təminat verilir;

- yeni texniki, texnoloji proseslər istehsalçılara öyrə-

dilir.

6.5.Aqrar sahənin maddi-texniki ehtiyatlara

tələbatının müəyyən edilməsi metodları.

Aqrar sahənin maddi-texniki ehtiyatlara tələbatının

düzgün müəyyən edilməsi sahibkarlığın səmərəli fəaliyyət

göstərməsində və nəzərdə tutulan tədbirlərin vaxtında və

keyfiyyətlə yerinə yetirilməsində böyük əhəmiyyətə ma-

likdir. Tələbat elə müəyyən edilməlidir ki, mövcud torpaq,

Page 287: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

286

əmək, su və maliyyə ehtiyatlarından maksimum istifadə

edilə bilsin. Maddi-texniki ehtiyatların çatışmaması və ya

tələbatdan artıq olması iqtisadi nəticələrə təsir göstərir.

Nəzərə almaq lazımdır ki, hər bir regionun və sahənin

təbii-iqtisadi şəraitin xüsusiyyətlərindən, sahibkarlığın bö-

yük və kiçikliyindən asılı olaraq maddi ehtiyatlara tələbat

müxtəlifdir. Taxılçılıq, tərəvəzçilik, üzümçülük, heyvan-

darlığın ayrı-ayrı sahələri və s. üçün istehsal vasitələrinə

tələbat onun çeşidi, növü, miqdarı fərqlənir. Xidmət sahə-

ləri, meliorasiya, suvarma, daşıma, saxlama, emal və s.

üçün də istehsal vasitələrinə tələbat müxtəlif olmaqla, xey-

li fərqlənir. Ona görə də deyilənlər nəzərə alınmaqla sahə-

lər üzrə tələbata uyğun kompleks tələbat müəyyənləşdiril-

məlidir. Bu tələbat əsasında rayon, region və respublika

üzrə tələbat hesablanır. Maddi-texniki vasitələrə tələbat

düzgün müəyyən edilməzsə “Aqrolizinq” ASC-nin isteh-

salçı təşkilatlarla sifariş müqaviləsi bağlaya və onlarla ma-

liyyə əməliyyatlarını apara bilməz. Ölkənin təbii-iqtisadi

və coğrafi şəraiti, kənd təsərrüfatı işlərinin müxtəlifliyi və

spesifikliyi, texnoloji proseslər, maddi-texniki ehtiyatların

parametrləri (texniki-iqtisadi xarakteristikası) nəzərə alın-

maqla tələbat müəyyən edilməlidir. Bu parametrlər bazar

iqtisadiyyatı və elmi-texniki tərəqqi şəraitində dəyişdiyin-

dən müəyyən hesablamalar aparılmalıdır. Nəzərə almaq

lazımdır ki, maddi-texniki vasitələrin növündən və xüsu-

siyyətlərindən asılı olaraq onlara tələbatın hesablanması

metodu da müxtəlifdir. Maddi-texniki ehtiyatlara tələbat

hesablanarkən aşağıdakılar nəzərə alınır:

- maddi-texniki vasitələrin dəyərinin ödənilməsi üçün

sahibkarın maliyyə vəziyyəti;

Page 288: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

287

- maddi-texniki vasitələrin regionlar üçün alınması

istiqamətləri;

- maddi-texniki vasitələrin mövcudluğu, növləri, saz-

lığı;

- istehsal vasitəsinin növü, görüləcək iş və xidmətlə-

rin həcmi və s.

Maddi-texniki vasitələrə tələbat həmin vasitələrin

növü və xüsusiyyətlərindən asılı olaraq konkret tələbat

müəyyən edilir. Misal üçün taxıl biçən kombayna tələbat

aşağıdakı kimi hesablanır:

Burada,

- Tk– taxılbiçən kombayna tələbat,

- İh1, İh2, İhn – il ərzində kombaynın gördüyü işin

həcmi,

- Kin1, Kin2, Kinn – kombaynın iş norması,

- İg1, İg2, İgn – il ərzində iş günlərinin sayını göstərir.

Eyni qayda ilə ayrı-ayrı maşınlara, traktorlara, kom-

baynlara, habelə ehtiyat hissələrinə, yanacağa, sürtgü ma-

teriallarına, toxuma, yemə, müxtəlif inventarlara və s. tələ-

bat qüvvədə olan mövcud norma və normativlərin köməyi

ilə müəyyən edilir. Bu yolla ayrı-ayrı istehsal sahələrinə,

sahibkarlara müəssisələrə, kooperativlərə birliklərə tələb

olunan maddi ehtiyatların ümumi həcmi, növü və s. müəy-

yən olunur.

Göründüyü kimi, aqrar sahənin səmərəli fəaliyyəti

onun maddi-texniki vasitələrlə düzgün təşkilindən çox ası-

lıdır.

Page 289: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

288

FƏSİL VII. AQRAR SAHƏDƏ İSTEHSALA

XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ

7.1. Kənd təsərrüfatına aqrokimyəvi xidmətin

göstərilməsi.

Aqrar sahə xidmətlərin müxtəlif formalarından geniş

istifadə edilən sahədir. Burada maddi-texniki xidmət, me-

liorasiya və irriqasiya, aqrokimya və bitki mühafizəsi,

baytarlıq xidməti, nəqliyyat, tikinti, informasiya və məslə-

hət xidməti, məhsulun daşınması, saxlanması, satışı, emal,

anbar, maliyyə, damazlıq işi, süni mayalandırma, marke-

tinq və s. xidmət formalarından istifadə edilir. Kənd təsər-

rüfatı istehsalında xidmət dedikdə istehsal prosesinin təş-

kili və həyata keçirilməsi ilə əlaqədar olan iş və xidmətlə-

rin göstərilməsi (fəaliyyət) nəzərdə tutulur. Azərbaycan

Respublikasının Prezidenti İ.Əliyev ilk fərmanlarından bi-

ri olan 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respubli-

kasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri

haqqında” fərmanında aqrar sahədə digər məsələlərlə əla-

qədar özəl xidmətin təşkili üçün lazımi tədbirlərin görül-

məsi tapşırılmışdır. Hazırda yuxarıda göstərilən xidmətlə-

rin həm dövlət və həm də özəl formalarından istifadə edi-

lir. Bu xidmətlər bəzi hallarda aqrar sahənin infrastruktur

elementləri kimi adlandırılır və onlar kənd təsərrüfatında

məhsulun istehsalında və istehlakçılara çatdırılmasında

böyük rol oynayır. Həmin xidmətlər olmadan aqrar sahə-

də, sahələr arasında iqtisadi əlaqələri formalaşdırmaq və

yüksək nəticələrə nail olmaq qeyri-mümkündür.

Aqrar sahədə istehsalın düzgün təşkili, maddi-texni-

ki bazanın möhkəmləndirilməsi, torpağın becərilməsi,

Page 290: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

289

heyvanların normal saxlanılması, məhsulun vaxtında və

keyfiyyətlə daşınması, saxlanması və s. tədbirlərlə yanaşı

istehsalın texnoloji mərhələlərinin həyata keçirilməsində

xidmətlərin rolu böyükdür. Bu xidmətlərə torpağın becə-

rilməsi, səpin, biçin, meyvə və üzümlüklərə xidmət, hey-

vanların sağlamlığının qorunmasında, yem bitkilərinin ye-

tişdirilməsində aqrokimyəvi xidmətin, meliorasiya və irri-

qasiya tədbirlərinin, tikintinin, aqrolizinq xidmətinin, məh-

sulun daşınması, saxlanması və satışı ilə məşğul olan xid-

mətlərin çoxəhatəli istehsal prosesinin vaxtında və keyfiy-

yətlə yerinə yetirilməsinin əhəmiyyəti getdikcə artır. Kənd

təsərrüfatının kimyalaşdırılması, aqrar sahənin bu əvəz-

edilməz sahəsində kənd təsərrüfatı bitkilərinin xəstəlik və

zərərvericilərdən, alaq otlarından mühafizəsi üçün aqro-

texniki, fiziki-mexaniki, bioloji və karantin tədbirlərinin

ardıcıl, düzgün və məqsədəuyğun aparılması olduqca va-

cibdir. Məhsuldarlığın artırılması, istehsal olunan məhsu-

lun keyfiyyətinin yüksəldilməsi və əhalinin ərzaq məhsul-

larına artan tələbatının ödənilməsində aqrokimyəvi xid-

mətlərin vaxtında və düzgün göstərilməsi aqrar sahənin

maddi-texniki bazasının tərkib hissəsi kimi rolu böyükdür.

Ona görə də aqrar sahədə bu istiqamətdə kooperativlər,

müəssisələr yaradılır. Kimyalaşdırma torpağın münbitliyi-

nin artırılmasında, bitkiçilik və heyvandarlıq sahələrində

zərərverici və xəstəliklərə qarşı mübarizədə geniş istifadə

olunur. Mineral və üzvi gübrələr torpağa onun keyfiyyəti

nəzərə alınmaqla vaxtında verildikdə, torpağın xassəsi və

tərkibi yaxşılaşır, sahə vahidinə məhsul çıxımı çoxalır.

Beləliklə, kənd təsərrüfatının kimyalaşdırılması tor-

paqda maddələr mübadiləsini tənzimləməklə: 1) bitkiçili-

yin mineral gübrələrlə, xəstəlik və ziyanvericilərlə, həmçi-

Page 291: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

290

nin alaqlarla mübarizə aparmaq üçün kimyəvi dərmanlara

olan tələbatının ödənilməsinə, 2) heyvanların xəstəlik tö-

rədiciləri və ziyanvericiləri ilə mübarizə aparılması, yem

bitkilərinin artırılması və onların vitaminlərlə zənginləşdi-

rilməsinə, 3) kənd təsərrüfatı üçün polimer materiallara

(plyonka və örtüklərə), qablaşdırma materiallarına, irriqa-

siya üçün borulara və sintetik materiallara olan tələbatının

ödənilməsinə imkan verir. Başqa sözlə, kənd təsərrüfatın-

da kimyəvi xidmətin təşkili əkinçilikdə bitkilərin və hey-

vandarlığın inkişafına kömək edən və onların məhsuldarlı-

ğının yüksəldilməsinə imkan verən maddələr mübadiləsi-

nin elmi üsullarla idarə edilməsidir.

Kimyalaşdırma, torpağın və məhsulların nitratlar və

pestisidlər qalığının miqdarına nəzarət etməyə istiqamət-

ləndirilməlidir. Odur ki, kənd təsərrüfatında sahibkarların

istifadə etdikləri mineral və üzvi gübrələr, pestisidlər barə-

də onlara məsləhətlər verilməsi, həmin maddələrlə ətraf

mühitin çirkləndirilməsinin qarşısının alınması, torpağın

qida maddələri ilə təmin olunmasında gübrələrin rolu, xəs-

təlik və zərərvericilərlə mübarizə tədbirlərindən istifadə

olunmasında elmi təcrübi biliklərin yayılması böyük əhə-

miyyətə malikdir.

Aqrokimyəvi xidmət dedikdə torpağın münbitliyinin

artırılması, bitkilərin məhsuldarlığının yüksəldilməsi,

məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün tətbiq edi-

lən üzvi, mineral və bakterial gübrələrin, bitki mühafizə və

karantin tədbirləri üçün (zərərverici və xəstəliklərə qarşı)

zəhərli kimyəvi maddələrin istifadə edilməsi prosesi başa

düşülür.

Kənd təsərrüfatında bitkiçilik və heyvandarlıq sahə-

lərində zərərvericilərə və xəstəliklərə qarşı mübarizədə,

Page 292: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

291

sahələrin alaq otlarından təmizlənməsində kimyalaşdırma

vasitələrindən geniş istifadə edilmişdir. Bu kənd təsərrüfa-

tı istehsalının nəticələrinə müsbət təsir göstərmişdir.

Bitkilərin zərərverici və xəstəliklərinə qarşı mübarizə

tədbirləri vaxtı ilə Daxili İşlər Nazirliyinin strukturunda

entomoloji büro kimi, sonralar Dövlət Karantin Xidməti,

Bitki Karantini Müfəttişliyi, 2000-ci ildən isə Kənd Təsər-

rüfatı Nazirliyinin Bitki Mühafizə və Karantini şöbəsi ki-

mi fəaliyyət göstərmişdir. 23 oktyabr 2004-cü il tarixli

Prezident sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yanın-

da Dövlət Fitosanitar Xidməti yaradılmış və bu təşkilat bir

çox Beynəlxalq təşkilatlarda təmsil olunmaqla, əməkdaş-

lıq etməyə başlamışdır.

Dövlət Fitosanitar Xidməti dənli bitkilərin, pambı-

ğın, kartofun, tərəvəzin, üzüm, meyvə bağlarının, yem bit-

kilərinin zərərvericiləri və xəstəliklərinə qarşı səmərəli

mühafizə və mübarizə tədbirlərinin həyata keçirilməsində

böyük rol oynamaqla, məhsulun kəmiyyət və keyfiyyəti-

nin təmin olunmasında respublika ərazisində fiziki və hü-

quqi şəxslərə çox kömək edir. Bundan başqa xidmət başqa

ölkələrdən fitosanitar nəzarətində olan zərərli orqanizmlə-

rin ölkə ərazisinə daxil olması və yayılmasının qarşısının

alınmasına, karantin obyektlərində (anbarlarda, bazarlar-

da, sahələrdə, torpaqlarda, xüsusi mühafizə olunan ob-

yektlərdə və s.) müayinə, müşahidə, profilaktiki tədbirlər

və bu sahədə mübarizənin təmin olunması tədbirlərini hə-

yata keçirir. Dövlət sınağından və qeydiyyatdan keçmə-

yən, standartların və normativ sənədlərin tələblərinə cavab

verməyən pestisidlərin ölkəyə gətirilməsi, satışı, tətbiqi və

onların normadan artıq istifadəsini məhdudlaşdırmaq üçün

tədbirlər görür. Xidmətin Respublika Bitki Mühafizə Mər-

Page 293: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

292

kəzi, onun 57 rayon mühafizə mərkəzi, Respublika Bitki-

lərin karantin ekspertizası laboratoriyası, Respublika Nəza-

rət-toksikologiya laboratoriyası, Cəngi pestisid poliqonu,

bioloji laboratoriyalar (16) fəaliyyət göstərir.

Gübrələr tərkib və mənşələrinə görə–üzvi, mineral,

bakterial və yaşıl gübrələrə, tərkibində olan qida maddələ-

rinin miqdarına görə sadə və mürəkkəb gübrələrə, qida

maddələrinin tərkibinə görə sadə və zənginləşdirilmiş, tə-

sir etmə xarakterinə görə birbaşa təsir edən və dolayı təsir

edən gübrələrə bölünür. Mineral gübrələrə azot, fosfor, ka-

lium gübrələri daxildir. Üzvi gübrələrə tərkibində bitkiyə

lazım olan bir neçə qida maddəsi olan peyin, torf, yaşıl

gübrələr, sənaye tullantıları daxildir. Kənd təsərrüfatında

becərilən sahələrdə yüksək məhsul almaq üçün onların

əsas qida maddələrinə olan tələbinin ödənilməsi zəruridir.

Tədqiqatlar göstərir ki, pambıqçılıqda üzvi və mine-

ral gübrələrin optimal normalar üzrə verilməsi nəinki tor-

pağın münbitliyini, məhsul istehsalını artırmağın, onun

keyfiyyətini yüksəltməyin, həm də maya dəyərini aşağı

salmağın mühüm amillərindən biridir. Təcrübə və tədqi-

qatlar göstərir ki, pambığın məhsuldarlığının səviyyəsinə

bütün amillərin təsiri 100% qəbul edilərsə, onun tərkibin-

də seleksiya işlərinin xüsusi çəkisi 20%, aqrotexniki təd-

birlər 20-30%, gübrələr isə 50% təşkil edir. Torpağın fizi-

ki və kimyəvi tərkibi nəzərə alınaraq ona müvafiq norma-

da gübrələr verilməlidir, əkin altında qida maddələrinin

balansı tarazlaşdılırmalıdır. Bununla əlaqədar respublika

üzrə orta hesabla hər hektara 100-250 kq ammonium şora-

sı (azot), 300-350 kq dənəvər superfosfat və 100-120 kq

kalium gübrəsi verilməlidir.

2014-cü ilin faktiki əkin sahələri üzrə müxtəlif kənd

Page 294: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

293

təsərrüfatı bitkilərinin mineral gübrələrə cəmi tələbatı

1200 min ton olmuşdur. Bunun 650 min tonu fosfat, 400

min tonu azot, 150 min tonu kalium gübrəsi təşkil edir. 1

hektara tələb olunan mineral gübrə payızlıq taxıla cəmi

700 kq təşkil edir. Ondan azot 250 kq, fosfor 350 kq, ka-

lium 100 kq tələb olunur.

2014-cü ildə respublikaya cəmi 153,6 min ton mine-

ral gübrələr idxal edilmişdir. Bunun 98,7 min tonu azotlu,

17,5 min tonu fosfatlı, 5,7 min tonu kaliumlu və 31,7 min

tonu sair gübrələr olmuşdur. Bu o deməkdir ki, mineral

gübrələr üzrə cəmi tələbatın 8-10 %-i qədər gübrədən isti-

fadə olunur.

Cədvəl 7.1.

1985-2014-cü illərdə kənd təsərrüfatında əkinlərə

mineral gübrələrinin verilməsi

(100% qidalı maddə hesabı ilə).

İllər

Cəmi

min

ton

Hər

hektar

əkinə,

kq.

O cümlədən Gübrə-

lənmiş

sahənin

cəmi

əkində

xüsusi

çəkisi

Taxıl Pam-

bıq

Tü-

tün

Tərəvəz,

bostan

1985 267,8 166 179 266 362 428 80

1990 139,3 87 92 144 221 233 64

1995 11,4 10 10 21 42 20 24

1999 1,3 5 5 11 4 1 13

2009 22,8 12 14 27 4 12 31

2010 31,7 18 20 25 76 37 34

2011 20,4 12 15 30 34 19 54

2012 28,1 16 20 31 65 20 61

2013 29,3 16 20 30 66 24 68

2014 34,1 19 23 33 71 30 46

Page 295: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

294

Cədvəl məlumatlarından göründüyü kimi, ölkədə aq-

rar islahatlar həyata keçiriləndən sonra, yeni mülkiyyət

münasibətləri yaradılan dövrdə əvvəllər mövcud olan əla-

qələr pozulmuş, maliyyə münasibətləri ilə əlaqədar və s.

mineral gübrələr alınması və onlardan istifadə edilməsi

azalmışdır. Bununla yanaşı, bitki mühafizə vasitələrinin

tətbiqi də xeyli azalmışdır.

Bunlar, həm də əvvəllər rayonlarda fəaliyyət göstə-

rən aqrokimyəvi xidmət təşkilatlarının baza və laboratori-

yaların özəlləşdirilməsi və yeni xidmət sahələrini tam for-

malaşmaması ilə əlaqədar olmuşdur.

Hazırda aqrokimyəvi xidmət müəssisələrinin baza-

sında yaradılan dövlət və özəl şirkətlər uzaq və yaxın xa-

ricdən gübrələr, kimyəvi maddələr idxal edirlər. Lakin gə-

tirilən kimya məhsulları baha başa gəldiyindən əksər hal-

larda sahibkarlar ondan çox az istifadə edirlər. Digər tərəf-

dən gübrələrin normativlərə uyğun verilməməsi, dərman

preparatlarından səmərəli istifadəni yerinə yetirə bilən mü-

təxəssislər qrupunun olmaması istifadə olunan kimya

məhsullarının səmərəsini aşağı salır. Həmçinin regionlarda

fəaliyyət göstərən layihə axtarış kimyalaşdırma stansiyala-

rının yerinə yetirdikləri xidmətlər sahibkarların tələbatına

tam cavab vermir. Sahibkarların malik olduqları torpaqla-

rın tərkibi və qidalıq səviyyəsinin düzgün müəyyənləşdi-

rilməsində çatışmazlıqlar vardır. Bitki altına gübrə veril-

məsi və pestisidlərdən istifadə sahəsində olan qüsurlar aq-

rokimyəvi xidmətin səmərəsini azaldır. Gübrə idxalı ilə

məşğul olan “Aqrolizinq” ASC-nin, “Aqrokimya” MMC,

“AzərCot” MMC, “Simco” MMC və s. gətirdiyi gübrə və

pestisidlər ölkənin tələbatını tam ödəmir.

Uzun müddət aparılan təcrübələr göstərir ki, respub-

Page 296: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

295

likamızda 1 kq mineral gübrənin (şərti vahidlərlə) təsiri

nəticəsində buğda 1-1,3 kq, şəkər çuğunduru 6,5-7 kq,

kartof 5-7,5 kq, pambıq 0,6-0,8 kq, tərəvəz və bostan bit-

kilərinin məhsuldarlığı 12 kq-a qədər, meyvə və giləmey-

və 1,7-2 kq, üzüm 3-3,2 kq, yemlik kökümeyvəlilər 6-8

kq, silosluq bitkilərin məhsuldarlığı 9,7-10,7 kq, birillik və

çoxillik otların quru ot məhsuldarlığı 8-10 kq artır. Ona

görə də kənd təsərrüfatı bitkilərinin gübrəyə və pestisidlə-

rə olan tələbatı ödənilməlidir. Nəzərə almaq lazımdır ki,

kənd təsərrüfatı bitkilərinin gübrələrə, zərərverici və xəs-

təliklərə qarşı mübarizə tədbirləri vaxtında və keyfiyyətlə

aparılmazsa, hər il ölkə üzrə məhsulun 15-20%-i itirilə bi-

lər. Kənd təsərrüfatı məhsulları istehsalçıları mineral güb-

rələrdən, pestisidlərdən istifadə qaydalarını, müvafiq nor-

mativ sənədləri bilməli, onlardan düzgün istifadə etməklə

istehsalın səmərəliliyini artırmağa nail olmalıdırlar. Bura-

da sahibkarlar aqrokimyəvi xidmət vasitələrindən düzgün

istifadə etməklə ekoloji cəhətdən təmiz məhsul istehsal et-

məyi və ətraf mühitin mühafizəsini, ekologiyanın qorun-

masını təmin etməlidirlər.

7.2. Kənd təsərrüfatına meliorasiya xidmətinin

göstərilməsi.

Aqrar sahədə istehsalın davamlı inkişaf etdirilməsi,

sahənin səmərəliliyinin artırılması bir çox kompleks təd-

birlərlə yanaşı ölkədə meliorasiya və irriqasiya işlərinin

düzgün həyata keçirilməsindən çox asılıdır. Respublikamı-

zın ərazisinin çox hissəsinin quraqlıq iqlimə malik olması,

bitkiçiliyin süni suvarma əsasında həyata keçirilməsinə və

böyük miqyasda irriqasiya-meliorasiya qurğularının tikil-

məsinə səbəb olmuşdur. Suvarma və meliorasiya təsərrüfa-

Page 297: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

296

tı sisteminin maddi-texniki bazasına aşağıdakılar daxildir:

suvarma kanalları, nasos stansiyaları, hidrotexniki qurğu-

lar, körpülər, səviyyə qaldırıcılar, kollektor-drenaj şəbəkə-

si, kollektorlar, su anbarları, qapalı drenlər, digər su payla-

yıcı qurğular, meliorasiya və irriqasiya sisteminə xidmət

edən texnikalar. Hazırda respublikamızda becərilən bitki-

lərin əkin sahələrinin 75-80%-i süni suvarma hesabına hə-

yata keçirilir ki, bu sahələrdə kənd təsərrüfatında istehsal

olunan məhsulların 90%-i əldə olunur. Ölkənin Muğan-

Salyan, Cənubi Şirvan, Araz ətrafı və bütövlükdə Kür-

Araz ovalığının əksər hissəsində kənd təsərrüfatı məhsul-

ları istehsalı tamamilə süni suvarmaya əsaslanır. Respubli-

kanın kənd təsərrüfatının intensivləşdirilməsi və inkişafı

su təsərrüfatı tədbirlərinin ardıcıl, sistemli həyata keçiril-

məsindən asılıdır.Faktlardan görünür ki, hazırda ölkənin

suvarılan sahələrinin su ilə təmin edilməsi və torpaqları

yuyaraq onların duzlardan təmizlənməsi üçün 55 min km-

dən çox daimi suvarma kanallarından, 25 min kilometrdən

çox hidrotexniki qurğulardan, 16 min km kollektor- drenaj

şəbəkələrindən istifadə olunur.

Respublikanın ərazisində becərilən bitkilərin suvarıl-

ması 1) çay suları, 2) artezian quyuları, 3) damcılarla su-

varma, 4) təbii yolla-yağış suları ilə həyata keçirilir.

1424,4 min hektar cəmi suvarılan torpaqların 1421 min

hektarı kənd təsərrüfatına yararlı sahədir. Həmin suvarılan

yararlı sahənin 1202 min hektarı əkin yerini təşkil edir.

Suvarılan torpaqların təxminən 670 min hektarı mexaniki

üsulla suvarılır. Respublikada kənd təsərrüfatı təyinatlı

torpaqların 560 min hektarı müxtəlif dərəcədə şorlaşmaya

məruz qalmışdır. Bunun 75%-i zəif, 20%-i orta, 5%-i şid-

dətli şorlaşmış sahələrdir. Şoranlaşmaya məruz qalmış sa-

Page 298: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

297

hələr ümumi kənd təsərrüfatı sahələrinin 12,0%-ni təşkil

edir. Göstərilənlər, meliorasiya tədbirlərinə çox böyük eh-

tiyac olduğunu göstərir.

Respublikamızda su ehtiyatları məhduddur. Yerüstü

su ehtiyatları ildə orta hesabla 30-32 mlrd m3 təşkil edir.

Yeraltı suların miqdarı isə 5,0-5,5 mlrd m3-dur. Ölkə üzrə

orta hesabla su çatışmazlığı 4,5-5,5 mlrd m3

təşkil edir.

Yerüstü su ehtiyatlarının 70%-i ölkədən kənarda formala-

şır. 1990-cı ildə respublikamızda kənd təsərrüfatı məqsəd-

ləri üçün götürülən suyun miqdarı 9,3 mlrd m3 olmuşdur-

sa, onun səviyyəsi 2000-ci ildə 11,2 mlrd m3, 2014-cü ildə

isə 12 mlrd m3

olmuşdur. Bu suyun 65-70%-i kənd təsər-

rüfatı məqsədlərinə, 20-25%-i sənaye məqsədlərinə, qalan

hissəsi isə təsərrüfat və içməli suya olan tələbatın ödənil-

məsi üçün istifadə olunmuşdur.

Respublikanın kənd təsərrüfatının suvarma və içməli

suya tələbatını ödəmək və onun səviyyəsini artırmaq üçün

kanallar çəkilməsi, kanalların və sututarların təmizlənmə-

si, çay, dəniz və kanalizasiya sularından təmizləmə apar-

maqla istifadə olunması diqqət mərkəzində olmalıdır.

Kənd təsərrüfatı bitkilərinin suvarılmasında əsasən 4

üsuldan selləmə, cərgələrarası, yağış yağdırma və damcı-

larla suvarma üsullarından istifadə edilir. Respublikada

daha çox selləmə və cərgələrarası suvarmadan istifadə

edilmişdir. Son 5-10 ildə yağış yağdırma və damcılarla su-

varma üsullarından geniş istifadə edilir. Bu suyun itkisiz

və səmərəli istifadəsinə imkan verir. Damcılarla suvarma

kənd təsərrüfatı bitkilərinin suvarılmasının mütərəqqi

üsullarından hesab edilir.

Suvarma suyunun məhdudluğunu nəzərə alaraq və

bitkiçiliyin suya tələbatını yaxşılaşdırmaq üçün ondan düz-

Page 299: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

298

gün istifadə edilməsi və torpaqların şoranlaşmasının qar-

şısını almaq məqsədilə su təsərrüfatı şəbəkə və qurğuları-

nın texniki-istismar səviyyəsi artırılmalı, texniki səviyyəyə

cavab verməyən (40-50%-i), yarasız və nasaz (20-25%-i)

vəziyyətdə olan qurğu və şəbəkələr yenidən qurulmalıdır.

Bunun üçün ildə mövcud su təsərrüfatı sistemlərinin istis-

marına, təmir və bərpasına 400-450 milyon manat tələb

olunduğu halda, büdcədən hər il 80-100 milyon manat

vəsait sərf olunur.

Su təsərrüfatı obyektləri çox böyük həcmli işlərin hə-

yata keçirilməsi üçün vaxt və vəsait tələb edir. Ona görə

də su təsərrüfatı obyektlərində qurğu və şəbəkələrin tikin-

tisinə kapital qoyuluşu dövlət vəsaiti hesabına həyata keçi-

rilir. Qeyd edək ki, 1991-2011-ci ildə sahəyə əsaslı kapital

qoyuluşu 135 dəfə artmışdır.

Respublikada meliorasiya və irriqasiyanın intensiv

inkişafı üçün 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq

Komissarlığı nəzdində su şöbəsi, 1941-ci ildən Azərbay-

can Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildə Su Tə-

sərrüfatı Nazirliyi, 1966-cı ildə Meliorasiya və Su Təsər-

rüfatı Nazirliyi yaradılmışdı. 2006-cı ildə səhmləri dövlətə

məxsus olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı

ASC-ı yaradıldı. Hələ 1976-cı ildə sahənin inkişafı ilə əla-

qədar “1976-1980-ci illərdə torpaqların meliorasiya və

meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdı-

rılması tədbirləri haqqında” xüsusi qərar qəbul edildi.

1995-ci ildə respublikada həyata keçirilən islahatlar nəti-

cəsində “Meliorasiya irriqasiya haqqında”, “Hidrotexniki

qurğuların təhlükəsizliyi haqqında” qanunlar, “Azərbay-

can Respublikasının Su Məcəlləsi” və digər normativ-hü-

quqi sənədlər işlənib hazırlandı. Ölkədə 1997-ci il yanva-

Page 300: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

299

rın 1-dən mərhələ-mərhələ sudan pullu istifadəyə keçil-

məsinə, könüllülük prinsipi əsasında torpaq mülkiyyət-

çiləri və su istifadəçiləri tərəfindən Sudan İstifadəedənlər

Birliklərinin yaradılmasına başlandı. 01.01.2015-ci ilə 547

sudan istifadə edənlər birlikləri yaradılmışdır.

Aqrar islahatlar nəticəsində mövcud meliorasiya və

irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahə-

nin maddi-texniki bazası gücləndirilmiş, geniş miqyasda

bərpa, yenidənqurma və tikinti işləri yerinə yetirilmişdir.

Əsaslı vəsait hesabına Şəmkir, Tovuz, Hacıqabul, Şamaxı,

Bərdə, Tərtər, Ağstafa və s. rayonlarda şoranlaşmış tor-

paqlarda tədbirlər həyata keçirilmişdir. Suvarılan torpaqla-

rın mühəndis suvarma və kollektor-drenaj şəbəkələri ilə

təchiz edilməsi, meliorasiya tədbirlərinin həyata keçiril-

məsi, torpaqların şoranlaşmasının qarşısını almaq və ba-

taqlıqların qurudulması yolu ilə torpaqların kənd təsərrüfa-

tına yararlı hala salınması hesabına kənd təsərrüfatının di-

namik inkişafına əsaslar yaratdı.

Ölkədə hazırda ümumi sututumu 21, 5 mlrd m3

olan

135 su anbarı, 19 hidroqovşaq, 51,8 min km suvarma ka-

nalı, 31,7 min km kollektor-drenaj şəbəkəsi, 921 nasos

stansiyası, 7279 subartezian quyusu, 118 min müxtəlif

hidrotexniki qurğu, 2073 km-dən artıq sel və daşqınlardan

mühafizə bəndləri, 1025 min ha qış otlaq sahələrinin su tə-

minatına xidmət edən 2930 km uzunluğunda boru xətləri

və digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistem-

ləri və qurğuları istismar olunur.

Dövlət büdcəsinin, Dövlət Neft Fondunun, Asiya İn-

kişaf Bankının, Dünya Bankının krediti hesabına daşqın

təhlükəli çaylarda sahilbərkitmə işləri yerinə yetirilməsinə

vəsait ayrılır, su təchizatı və kanalizasiya sisteminin tikin-

Page 301: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

300

tisi işləri yerinə yetirilir.

Hazırda respublikamızda mövcud suvarılan torpaq

fondunun 28%-i meliorativ vəziyyəti yaxşı, 50%-i kafi,

22%-i qeyri-kafı qiymətləndirilir. Ona görə də mütəxəssis-

lər suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaş-

dırılması ilə yanaşı, 209,1 min hektarda kollektor-drenaj

şəbəkəsinin tikinti və yenidən qurulması, 83 min hektar

təkrar şorlaşmış sahələrin duzdan yuyulması, 62,8 min

hektar sahənin hamarlanması, 94,3 min hektar sahənin su

təminatının yaxşılaşdırılması, ümumilikdə isə 1,26 milyon

hektarda (89,0%-də) meliorativ tədbirlərin görülməsini

məqsədəuyğun hesab edirlər.

Meliorasiya və irriqasiya xidmətinin yaxşılaşdırılma-

sı kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ər-

zaq təhlükəsizliyinin təmin edilməsinin əsas ehtiyat mən-

bələrindən biri hesab edilir. Elmi araşdırmalar göstərir ki,

dəmyə şəraitinə nisbətən suvarılan torpaqlarda hər hekta-

rından taxıl 1,5-2,0 dəfə, kartof 1,2-1,5 dəfə, üzüm 1,5-2,5

dəfə, yem istehsalı 1-1,5 dəfə çox istehsal etmək mümkün-

dür. Ona görə də kənd təsərrüfatında su itkisinin qarşısı

alınmalı, meliorativ tədbirlər vaxtında və düzgün həyata

keçirilməli, dünya təcrübəsindən geniş istifadə olunmalı-

dır. Fikrimizcə, damcılarla suvarma sistemindən istifadə

səmərəli ola bilər. Bu üsulla çoxillik bitkilərin, həmçinin

cərgələrarası şumlanan bitkilərin suvarılmasında geniş is-

tifadə edilə bilər. Hazırda bu üsuldan Avropa ölkələrində,

Respublikamızda Quba, Şamaxı, Gəncə, Salyan və digər

yerlərdə səmərəli istifadə olunur. Bu üsulla suvarmanın

genişləndirilməsi böyük fayda verə bilər.

Damcılarla suvarma üsulu imkan verir ki, digər su-

varma üsullarının əsas çatışmazlıqlarını aradan qaldırsın,

Page 302: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

301

suvarmaya sərf olunan suya qənaət etsin, suvarma bitkilə-

rin tələbatına uyğun kiçik normalarla aparılsın, gübrələr su

ilə birlikdə bitkilərə tələb olunan vaxtda və normada veril-

sin, məhsuldarlıq yüksəlsin, eroziyanın qarşısı alınsın, sız-

ma itkilərinə yol verilməsin.

Damcı üsulu ilə suvarmada bitkilər üçün torpaqda

qənaətbəxş su, hava və qida rejimi yaranır, bu üsulla su-

varma zonası torpaqda bitkilər üçün fasiləsiz olaraq opti-

mal su rejimi yaranır. Nəticədə bitkinin hər hektardan

məhsuldarlığı artır, məhsul istehsalı çoxalır, tələbatın ödə-

nilməsi imkanları yaxşılaşır.

7.3. Aqrar sahədə tikinti xidmətinin həyata keçirilməsi.

Aqrar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında tikinti xidmətinin rolu böyükdür. Tikinti-tikinti obyektləri-nin inşası, təmiri, yenidən qurulması, bərpası və sökülməsi məqsədilə həyata keçirilən fəaliyyətdir. Bununla yanaşı ti-kintiyə tikinti-quraşdırma işləri, tikinti obyektlərinin əsaslı və cari təmiri, tikinti obyektlərinin yenidən qurulması (re-konstruksiyası), tikinti layihəsinin hazırlanması işləri daxil edilir. Tikintinin inkişafı sahibkarlığın inkişafında və əha-linin sosial vəziyyətinin yaxşılaşdırılmasında həlledici rol oynayır. Ona görə də keçmiş İttifaq dövründə tikintinin in-kişaf etdirilməsi planlaşdırıldı və ona ümumi məhsulun 15-20%-i həcmində vəsait qoyuluşu nəzərdə tutulurdu. Aqrar sahədə tikinti işlərini yerinə yetirmək üçün xüsusi tikinti təşkilatları və şirkətlər fəaliyyət göstərirdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətləri formalaşdı və sahibkarlıq inkişaf etməyə başladı. Bu dövrdə aqrar sahəyə vəsait qoyuluşu aşağı düşdü və demək olar ki, tikinti işləri dayandırıldı. Kənd tə-

Page 303: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

302

sərrüfatında tikinti xidməti demək olar ki, dayandığı üçün istehsal və qeyri-istehsal sahələrinin inkişafında müəyyən durğunluq yarandı.

Tikintiyə əsaslı vəsait qoyuluşu iki istiqamətdə apa-rılır: 1) təsərrüfatın yenidən qurulması, texniki cəhətdən gücləndirilməsi, istehsal təyinatlı tikililərin istifadəyə ve-rilməsi istiqamətində, 2) qeyri-istehsal təyinatlı tikililərin istifadəyə verilməsi (mənzil, mədəni-məişət xarakterli tiki-li və s.) istiqamətində. Hazırda bu işlər dövlət büdcəsi və sahibkarların vəsaiti hesabına həyata keçirilir. Bununla ya-naşı, əsas maliyyə mənbəyi güzəştli kreditlər, dövlət yar-dımları, sahibkarın öz vəsaiti hesab edilir. Tikinti-quraş-dırma işlərinin yerinə yetirilməsi regionların sosial-iqtisa-di inkişafı Dövlət Proqramları, xarici investorların vəsait-ləri hesabına da həyata keçirilir. Aqrar sahədə istehsal tə-yinatlı binalar, heyvandarlıq binaları, anbarlar və soyudu-cuların tikintisi əsaslı vəsait qoyuluşu hesabına həyata ke-çirilir. Bu işlər ixtisaslaşdırılmış tikinti təşkilatları tərəfin-dən müvafiq müqavilələr əsasında aparılır.

Tikintinin əsas xüsusiyyəti onun (bina və tikililərin) hərəkət edə bilməməsidir. Onlar müxtəlifliyi, həcmcə bö-yük olması və uzun müddət istismarda olması ilə fərqlənir. Bu tikililər torpaqla əlaqədar olmaqla, torpaq üzərində ti-kildiyi üçün o istifadəyə verildiyi yerdə istifadə oluna bi-lər.Tikintinin iştirakçısı olan avadanlıq, maşın və mexa-nizmlər, insanlar yerdəyişmə ilə başqa meydançada (tor-paqda) tikinti apara bilir.

Aqrar sahədə tikinti işi iki üsulla- podrat və sahibka-rın öz hesabına aparılır. Podrat üsulunda podratçı ilə sifa-rişçi (sahibkar) arasında bağlanmış müqavilə şərtlərində işin xarakteri, tikintinin başlama və təhvil vermə müddəti göstərilir. Layihə sənədləri əsasında tərtib olunmuş müqa-

Page 304: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

303

vilə podratçı və sifarişçi tərəfindən razılaşma əsasında təs-diq edilməklə, tikinti-quraşdırma işlərinin yerinə yetiril-məsi şərtlərinə nəzarət edilir. Tikintidə işin həcmi ilə əla-qədar idarə və təşkilatlar, nazirliklər, firma və sahibkarlar, şəxsi mülk sahibləri də iştirak edə bilərlər.

Kənd təsərrüfatında tikinti-quraşdırma işlərinin apa-rılması bu işi aparanın öz üzərinə düşür. Odur ki, layihə sənədləri əsasında aparılan tikinti-quraşdırma işləri sahib-karın öz vəsaiti və gücü ilə həyata keçirilir. Hazırda yeni iqtisadi münasibətlər şəraitində sahibkarın öz hesabına ti-kintilərin aparılması inkişaf etdirilir. Nəzərə almaq lazım-dır ki, aqrar sahədə iri həcmli, müxtəlif təyinatlı, mürək-kəbliyi ilə fərqlənən obyektlərin tikintisinin aparılmasında əsas üsul podarat üsuludur. Xarici iş adamları, müştərək istehsal sahəsi ilə məşğul olan fiziki və hüquqi şəxslər müasir texnologiyaya əsaslanan iri obyektləri və infrastruktur obyektlərinin tikintisini bu üsulla həyata keçirirlər.

Aqrar sahənin tikinti xidməti yalnız kənd təsərrüfatı istehsalı ilə məhdudlaşmır. Bu xidmət baytarlıq və bitki mühafizə xidmətinin normal fəaliyyəti üçün zəruri obyekt-lərin tikintisi, yenidən qurulması və texniki cəhətdən güc-ləndirilməsi, digər xidmət sahələri üçün (maddi-texniki xidmət, nəqliyyat, meliorasiya-irriqasiya, aqrokimya, ma-liyyə, marketinq, damazlıq işi, toxumçuluq, süni mayalan-dırma, məhsulun daşınması, saxlanması və s. xidmətlər) binaların, qurğuların tikilməsi-quraşdırılması, qeyri-isteh-sal təyinatlı sahələrin tikintisi və təmiri işlərini də əhatə edir. Göstərilən xidmətlərin inkişafı və nəhayət, aqrar sfe-ranın dinamizmi tikinti xidməti, ona əsaslı vəsait qoyuluşu ilə sıx bağlıdır. Kənd təsərrüfatına xidmət sahələrinin ti-kinti-quraşdırma, təmir işlərinə vəsait əsasən dövlət büd-cəsi vəsaiti hesabına formalaşır.

Page 305: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

304

7.4. Aqrar iqtisadiyyatda aqrolizinq xidməti və onun yeri.

a) Aqrar lizinq anlayışı, lizinqin növləri. Aqrar sahənin maddi-texniki ehtiyatlarla təmin edil-

məsinin səmərəli yollarından biri lizinq fəaliyyətinin təşkil

edilməsi və onun inkişaf etdirilməsidir. Aqrar lizinqin təş-

kili kənd təsərrüfatı istehsalçılarının torpaq və digər maddi

istehsal ünsürlərindən səmərəli istifadə edilməsində mü-

hüm rol oynayır. Aqrar sahənin dayanıqlı inkişaf istiqamə-

tində həyata keçirilən tədbirlərin müvəffəqiyyəti maddi-

texniki təchizatın lizinq mexanizmi ilə yaxşılaşdırılmasın-

dan asılıdır.

Araşdırmalar göstərir ki, lizinq xidməti 1952-ci ildə

ABŞ-da yaranmışdır. Həmin dövrdən lizinq xidməti bütün

dünyaya yayılmış, iqtisadi həyatın bütün sahələrini əhatə

etmişdir. Mühüm xidmət növü olan lizinq maşın, mexa-

nizmlər, texnologiya və avadanlıqlara investisiya qoyulu-

şunun etibarlı və səmərəli forması kimi geniş istifadə

edilir. ABŞ-da və Avropa ölkələrində kreditin 40-60%-i li-

zinq vasitəsi ilə verilir. Lizinq istehlakçının sifarişi əsasın-

da müxtəlif əmlakları satın almaqla onu istehlakçıya müəy-

yən müddətə icarəyə vermək məqsədilə həyata keçirilən

xidmət növüdür. Bəzi ölkələrdə lizinq iqtisadiyyatda in-

vestisiya qoyuluşlarının etibarlı və səmərəli forması kimi

geniş istifadə edilir. Başqa sözlə bəzi ölkələrın iqtisadiy-

yatında investisiya qoyuluşlarının 25-30%-i lizinq vasitəsi

ilə həyata keçirilir, yeni növ məhsulların 80%-ə qədəri

icarəyə götürülmüş avadanlıqlarla istehsal olunur. Bu xid-

mət istehsalın yeni texnika, texnologiya, avadanlıq və s.

Page 306: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

305

ilə təchizatını yaxşılaşdırır, elmi-texniki tərəqqinin isteh-

sala tətbiqini sürətləndirir, yeni iş yerlərinin yaradılması-

na, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sahibkarlığın

inkişafına imkan verir. Aqrar sahədə lizinqin tətbiqi nəti-

cəsində kənd təsərrüfatında istehsalın səmərəliliyi artır, öl-

kənin ərzaq təminatı getdikcə yaxşılaşır.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-

cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (14 ap-

rel 2009-cu il) haqqında ölkə Prezidentinin fərmanı lizinq

münasibətlərinin təkmilləşdirilməsi, aqrolizinq üzrə qayta-

rılan vəsaitlərin təkrar aqrolizinqə yönəldilməsi, aqrar sfe-

ranın inkişafına investisiyaların yönəldilməsi və s. məsələ-

lərə önəm vermişdir.

Məlumdur ki, lizinq münasibətlərində lizinq anlayı-

şına müxtəlif yanaşmalar mövcuddur. Lizinq ingilis dilin-

də “Lease” sözündən olub, mənası “Əmlakı kirayəyə gö-

türmək və müvəqqəti istifadəyə vermək, mənimsəmək” ki-

mi ifadə olunur. Burada lizinq mülkiyyətin əmlak sahibi

olmaq (lizinq verən), ondan istifadə olunması (lizinq alan)

və əmlak satışını müəyyən edən münasibətlər başa düşülür.

Fikrimizcə, aqrar sahənin spesifik xüsusiyyəti və lizinqin

mövcud tənzimləmə mexanizmi nəzərə alınmalıdır.

Lizinq – maşınların, texniki-texnoloji avadanlığın,

nəqliyyat vasitələrinin, istehsal qurğularının, mal-qaranın,

istehsal və qeyri-istehsal infrastrukturunun uzun (və ya qı-

sa) müddətə icarəyə götürülməsidir. İcarədar əmlakdan is-

tifadə etdikcə tədricən borclarını ödəyir. Lizinq müqavilə-

sinin müddəti başa çatdıqdan sonra icarədarın müqavilənin

vaxtını uzatmaq və yeni saziş bağlamaq, maddi sərvətləri

Page 307: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

306

(dəyərini) lizinq şirkətinə qaytarmaq və ya onun dəyərini

ödəməklə satın almaq hüququ vardır. Dövlət bir qayda

olaraq bank krediti almaq üçün onlara imtiyazlı şərait ya-

radır. Lizinq bütün iştirakçılar üçün əlverişli, üçtərəfli söv-

dələşmədir.

İqtisadi ədəbiyyatlar üzrə apardığımız ümumiləşdir-

mələr nəticəsində iqtisadi baxımdan lizinqin mahiyyətinin

aşağıdakı kimi xarakterizə olunduğunu görmək olar:

- lizinq – bazar münasibətləri iqtisadi mexanizm ele-

mentlərindən biridir; - lizinq – icarə münasibətləri formasından və kredit-

ləşdirmə mexanizmlərindən biridir; - lizinq – güzəştli vergi növündən biri olmaqla dövlət

tənzimlənməsi formasıdır; - lizinq – lizinq verənlə lizinq alan arasında qarşılıqlı

iqtisadi münasibət formasıdır; - lizinq – əsas fondların və texnologiyanın təzələn-

məsi imkanlarından biridir; - lizinq – sahibkarların istehsal fəaliyyətini təmin et-

məsi üçün başqasının, vasitəçinin əmlakının idarə olunma-

sı formalarından biridir; - lizinq – maliyyələşdirmənin alternativ formaların-

dan biri, qənaət üsuludur; - lizinq – maliyyə, material və əmək ehtiyatlarından

səmərəli istifadə etməyə imkan verən iqtisadi təsir mexa-

nizmlərindən biridir; - lizinq – istehsal vasitəsi (qiymətlilər) əldə etmək

üçün kapital qoymadan istehsal fəaliyyətini həyata keçir-

mək imkanıdır;

Page 308: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

307

- lizinq – kapital qoyuluşunun bölüşdürülməsi imka-

nıdır; - lizinq – investisiya fəaliyyəti növlərindən biridir; - lizinq – kənd təsərrüfatı texnikası, avadanlığı, tex-

nologiyası və s. səmərəli istifadə forması və satışın geniş-

ləndirilməsi imkanıdır; - lizinq – istehsalçılarla-istifadəçilər arasında maraq-

ların uzlaşdırılması imkanıdır; - lizinq – istehsal vasitələrinin (maddi qiymətlilərin)

möhlətli ödənişlə istehlakçılara verilməsi formasıdır; - lizinq – təşkilati-iqtisadi münasibətlərin icarə, in-

vestisiya və ticarəti birləşdirən sahibkarlıq fəaliyyəti siste-

midir. Aqrar sahədə lizinqin fəaliyyət növlərinə aşağıdakı-

lar daxildir:

- aqrar sahədə sahibkarların maddi-texniki təchizatı-

na dəstək verilməsi;

- aqrar sahənin ehtiyacları üçün maddi-texniki vasitə-

lərə tələbatının ödənilməsinin təmin edilməsi;

- aqrar məhsulların təchizat-satış, pərakəndə, topdan

satış, ticarət-tədarük və digər vasitəçilik fəaliyyətinin hə-

yata keçirilməsi;

- aqrar sahənin köməkçi obyektləri, xidmət şəbəkə-

ləri və istehsal-sosial infrastrukturların yaradılması;

- aqrar sahədə əsas fondların təzələnməsi üçün kənd

təsərrüfatına maliyyə-kredit dəstəyi göstərilməsi;

- kənd təsərrüfatı istehsalçıları və xidmət göstərənlə-

rin sifarişləri əsasında texniki xidmət, təmir, tikinti və s.

işlərin görülməsi və s.

Aqrar sahədə lizinqin yuxarıda göstərilən mahiyyət

Page 309: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

308

xarakteristikasına əsasən lizinqin növlərini aşağıdakı kimi

(sxem 7.1.) formalaşdırmaq olar:

Təcrübədə əmlakın növünə görə daşınan və daşın-

maz əmlak lizinqi mövcuddur. Daşınan əmlak, texnika,

avadanlıq, nəqliyyat vasitələri və s. Daşınmaz əmlaka isə

binalar, tikililər daxildir. Əmlakın lizinqə verilməsində ye-

ni əmlak və istifadə olunmuş əmlak lizinqi fərqləndirilir.

Əmlakın əldə edilməsi və sahiblik xarakterinə görə

əmlakın dəyərinin ödənilməsi lizinqin iki növü – maliyyə

və operativ növü çox yayılmışdır. Maliyyə lizinqində əm-

lak bir qayda olaraq xidmət göstərmək üçün verilir. Bu

vaxt əmlakın uzun müddətdə icarəyə verilməsi nəzərdə tu-

tulur və dəyəri həmin müddətdə tam ödənilir. Müqavilə

müddəti başa çatdıqdan sonra əmlak lizinqi alana satıla bi-

lər. Operativ lizinq onunla xarakterikdir ki, lizinq müddəti

lizinqə verilən əmlakın normativ xidmət müddəti ilə mü-

qayisədə əhəmiyyətli dərəcədə qısadır. Bu zaman lizinq

müqaviləsi üzrə lizinq ödənişləri heç də lizinq müəssisəsi-

nin xərclərini tam ödəmir. Ona görə də lizinq verən bu

əmlakı bir neçə dəfə lizinqə vermək məcburiyyətində qa-

lır. Nəticədə lizinq verən üçün lizinqə verilən əmlakın əldə

edilməsinə çəkilən vəsaitin geri qaytarılması riski xeyli ar-

tır. Ona görə də operativ lizinqdə əmlakın lizinq ödəmə

haqqı maliyyə lizinqinə nisbətən yüksək müəyyən edilir.

Operativ lizinqdə müqavilənin sonunda əmlakın mülkiy-

yət hüququ lizinq verəndə qalır. Lizinq verən əmlakı li-

zinq alana sata bilər. Operativ lizinqdə texnika, maşınlar

mövsümi, yaxud birdəfəlik işləri yerinə yetirmək üçün nə-

zərdə tutulur. Operativ lizinqdə əmlaka texniki qulluq, tə-

mir, sığorta onu icarəyə verənin öhdəsində olur.

Page 310: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

309

Lizinq əlamətləri: Lizinq növləri:

Sxem 7.1. Aqrar lizinqin növləri.

İcarə müddəti başa çatdıqdan sonra əmlak icarə verə-nə qaytarılır. Həmin əmlak yenidən başqa istifadəçilərə icarəyə verilir. İştirakçıların sayına görə lizinqin 2 növü: birbaşa və vasitəli lizinq fərqləndirilir. Birbaşa lizinq əm-lakın tədarükçüsü (istehsalçısı) lizinq verən tərəf kimi çı-xış edir.İstehsalçı əmlakı sazişin tərəflərindən biri olan li-

Əmlakın növünə görə

Əmlakın dəyərinin

ödənilməsi dərəcəsinə

görə

İştirakçıların sayına

görə

Bazar sektoruna görə

Daşınan əmlakın lizinqi

Daşınmaz əmlakın lizinqi

Maliyyə lizinqi

Operativ lizinqi

Birbaşa lizinq

Vasitəli lizinq

Daxili lizinq

Xarici lizinq

Uzun müddətli 5-10 il və

daha yuxarı

Orta müddətli 3-5 ilədək

Qısa müddətli 3 ildən az

Müqavilə müddətinə

görə

Page 311: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

310

zinq kompaniyasına verməli olur. Yəni lizinq sazişi ikitə-rəfli olur. Vasitəli lizinqdə sazişdə əmlakın dəyərinin ödə-nilməsində üç tərəfin hamısı bir-biriləri ilə qarşılıqlı mü-nasibətlərdə olur.

Aqrar sahədə bazar sektorunda iştiraka görə xarici (müxtəlif ölkələrin iştirakı) və daxili lizinq (bir ölkənin) forması mövcuddur. Burada idxal, ixrac, tranzit, xüsusi li-zinq mövcud qanunvericiliklə tənzimlənir.

Müddətindən asılı olaraq lizinq uzun, orta, qısa müd-dətli müqavilələrlə həyata keçirilir.

Hesab edilir ki, kredit münasibətləri ilə lizinq əmə-liyyatları arasında fərq ondan ibarətdir ki, kreditdə iştirak-çılar əlaqəni (sazişi) pulla, lizinq əməliyyatlarında isə əla-qəni (sazişi) əmlakla yerinə yetirir.

Aqrar sahədə lizinqin aşağıdakı fərqli xarakterik xü-susiyyətlərini göstərmək olar:

- əməliyyatlarının ənənəvi formalarından fərqli ola-raq aqrolizinqdə əməliyyat obyekti yalnız daşınan və da-şınmaz əmlak deyil, bioloji obyektlər də, o cümlədən da-mazlıq mal-qara, istixana, toxum və s. çıxış edir;

- aqrolizinqin fərqli xüsusiyyətinə onun obyektinin istifadə xarakterini aid etmək olar. Kənd təsərrüfatı texni-kasının və qoşma vasitələrin istismarının mövsümi xarak-terə malik olması xidmətə fərqli yanaşmanı tələb edir;

- sənaye sahələrindən fərqli olaraq kənd təsərrüfatın-da aqrolizinqin obyekti kimi traktor, kombayn və s. çıxış edir;

- aqrolizinq obyekti (kənd təsərrüfatı maşını, mexaniz-mi, məhsuldar mal-qara) sahənin təbii amillərdən əhəmiy-yətli asılılığı təsərrüfat riskini artırır. Ona görə də lizinq istis-mar prosesində gözlənilən nəticəni verməyə bilər, bu aqro-lizinq ödənişinin müddətinə fərqli yanaşmağı tələb edir.

Page 312: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

311

b) Lizinq əməliyyatlarının aparılması, lizinq ba-zarının formalaşması.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ölkədə aqrar sahədə sahibkarlığın formalaşması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində ardıcıl təd-birlər həyata keçirilməyə başlandı. Ölkənin kənd təsərrü-fatının inkişafı və sahibkarlığın formalaşdırılması və onun bazar münasibətlərinin tələblərinə uyğunlaşdırılması mad-di-texniki bazanın formalaşdırılmasını və maddi-texniki təchizat sisteminin təkmilləşdirilməsini qarşıya qoyurdu. Bu məsələnin həlli xarici təcrübələrdən bəhrələnərək li-zinq sisteminin formalaşdırılmasını zərurətə çevirmişdi. Bu həm də onunla əlaqədar idi ki, 1990-cı ilə nisbətən 1995-ci ildə traktorların sayı 40,9 mindən 33,2 min ədədə, taxılyığan kombaynlar 4,5 mindən 4,3 min ədədə, kotanlar 13,3 mindən 8,8 min ədədə, kultivatorlar 7,3 mindən 4,5 min ədədə, toxum səpənlər 9,0 mindən 6,7 min ədədə, ot biçənlər 3,2 mindən 2,1 min ədədə, pambıqyığan maşınlar 3,6 mindən 2,6 min ədədə, çiləyici və tozlayıcılar 8,9 mindən 4,2 min ədədə düşmüşdü. Hər hektar əkin sahəsinə düşən kombayn və maşınların sayı getdikcə azalırdı.

Respublikada kənd təsərrüfatı məhsulları istehsalının və emalının texniki təchizatının möhkəmləndirilməsinə kəskin şəkildə zərurət yaranmışdı. Hesablamalara görə, respublikada kənd təsərrüfatı istehsalçılarının traktorlarla təchiz olunma dərəcəsi 70-80%, taxılyığan kombaynlar və başqa maşınlarla təchizat dərəcəsi 50-55% təşkil edirdi. Traktor parkının (42%) və taxılyığan kombaynların xeyli hissəsinin amortizasiya müddəti başa çatmasına baxmaya-raq onların istismarı davam etdirilirdi. Heyvandarlıqda tət-biq edilən kənd təsərrüfatı texnikasının əksər hissəsi mə-nəvi baxımdan köhnəlmişdi. Hesablamalarımıza görə tex-nikanın azalması, onların fiziki və mənəvi köhnəlməsi,

Page 313: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

312

əkin sahələrinin becərilməsi imkanlarını məhdudlaşdırır, bu isə əkin sahələrinə mənfi təsir göstərirdi. 1990-1995-ci illərdə traktorların 1000 ədəd azalması əkin sahələrinin or-ta hesabla 45 min hektar azalmasına səbəb olmuşdu. Digər texnikaların çatışmazlığı da belə bir vəziyyətin yaranması ilə müşayiət olunurdu. Kənd təsərrüfatı texnikasının azal-ması texnoloji proseslərin pozulmasına, bu isə istehsalın azalmasına və son nəticəyə təsir göstərirdi. Kənd təsərrü-fatında texniki təminatının səviyyəsinin indi də yüksək ol-ması fikrinə gəlmək olmur. 1995-2014-cü illərdə kənd təsər-rüfatı texnikasının mövcud vəziyyətini cədvəldən (cədvəl 7.2.) görmək olar.

Cədvəl 7.2.

Kənd təsərrüfatında əsas növ kənd təsərrüfatı texnikasının mövcud vəziyyəti (ilin sonuna).

Texnikanın adı 1995

2005 2014

ədəd

1995-ci

ilə nisbə-

tən faizlə

ədəd

1995-ci

ilə nis-

bətən

faizlə

Traktor-cəmi 33174 14887 44,9 23090 69,6

Kotanlar 8770 3019 34,4 5507 62,8

Kultivatorlar 4512 1009 22,4 711 15,7

Toxumsəpənlər 6702 1412 21,1 2051 30,6

Otbiçənlər 2088 1056 50,6 1393 66,7

Sıxıbbağlayanlar 3269 903 27,6 1727 52,8

Taxılyığanlar 4273 1298 30,4 2218 51,9

Qarğıdalıyığanlar 239 43 18,0 7 2,9

Yemyığanlar 1075 139 12,9 616 57,2

Kartof yığanlar 13 10 76,9 39 300

Pambıqyığanlar 2653 22 0,8 86 3,2

Çuğunduryığanlar 19 16 84,2 9 47,5

Bərk mineral gübrələri

dağıdanlar 1676 135 1,1 245 14,6

Çiləyici və tozlayıcılar 4247 201 5,0 848 19,9

Page 314: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

313

Beləliklə, zəruri miqdarda traktor, kombayn və digər texnikalar, yanacaq-sürtgü materialları və gübrələrin ol-maması hesabına xeyli miqdarda əkinə yararlı, şumlanan torpaq sahələri becərilmirdi. Məhsul yığımının normativ müddətlərinə əməl edilməməsi üzündən (kombaynların yüksək gərginliklə işləməsi ilə əlaqədar), eləcə də texnika-nın xeyli köhnəlməsi və çatışmaması səbəbindən mövsüm ərzində dənli bitkilərin məhsulunun itkisi 25-30%-ə çatırdı.

Qiymət disparitetinin getdikcə artması, kənd təsərrü-fatı məhsulları istehsalçılarının mürəkkəb maliyyə vəziy-yəti ilə əlaqədar, həmin təsərrüfatların zəruri miqdarda kənd təsərrüfatı texnikası və ehtiyat hissələrlə təmin edil-məməsi səbəbindən vəziyyət daha da gərginləşmişdir.

Ona görə də respublikanın kənd təsərrüfatında qarşı-da əsas vəzifələrdən biri formalaşan sahibkarların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatını yaxşılaşdırmaq-dan, keyfiyyətli məhsul yetişdirməkdən və onun itkisiz yı-ğılmasını təmin etməkdən ibarət oldu. Bununla əlaqədar ölkə Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci il-lər)”nda aqrar lizinqin formalaşdırılması və inkişaf etdiril-məsinə dair tədbirlər nəzərdə tutuldu. Kənd təsərrüfatının müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək məqsədilə 23 oktyabr 2004-cü il tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sa-həsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublika-sı Prezidentinin sərəncamı qüvvəyə mindi. Bu sərəncama uyğun olaraq ilkin mərhələdə səhmlərin nəzarət zərfi 100% dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması qərara alındı. “Aqroli-zinq” ASC-nin dövlət büdcəsindən bu məqsəd üçün ayrı-

Page 315: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

314

lan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının li-zinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsi və ya satılması müəyyənləşdirildi.

Təcrübədə lizinq anlayışının müxtəlif mənalarda ol-ması həmin ölkələrin qanunvericilik aktlarında lizinqin iq-tisadi və hüquqi baxımdan müxtəlif məzmunda istifadə edilməsi ilə əlaqədardır. Lizinqdə üç tərəfin iqtisadi müna-sibətləri lizinq verən, lizinq alan və satıcı münasibətləri formalaşmışdır. Lizinq əməliyyatlarında əmlakın əldə edil-məsi üçün vəsait olması lazımdır. Sərbəst vəsait olmadığı üçün lizinq alıcısı lizinq kompaniyasına daxil olur. Bu vaxt lizinq alan ona tələb olan əmlakı almaq üçün lizinq mül-kiyyətçisini müəyyən edir. Lizinq verən lizinq alanla mü-qavilə əsasında razılaşdırılmış müddətə və şərtlərə əsasən əmlakı istifadəyə verir. Lizinq əməliyyatlarında əmlakın istehsalçılara (lizinq alana) verilməsi alqı-satqı müqaviləsi əsasında aparılır. Burada satıcı və alıcı iki tərəf kimi iq-tisadi münasibətlərə girirlər. Alqı-satqı müqaviləsində əm-lakın kompleksliyi, göndərilməsi, qəbulu, öhdəlikləri, əm-lakın dəyəri həmin əmlakı istehsal edənlərlə lizinq alıcı-ları, onun maliyyə təminatı isə lizinq verənlər tərəfindən həyata keçirilir.

Lizinq əməliyyatları kredit münasibətlərinə oxşardır. Kredit və lizinq əməliyyatlarında oxşar cəhətlər ondan ibarətdir ki; 1) Hər iki əməliyyatda müddət nəzərdə tutu-lur. Yəni kredit və lizinqə verilən əmlak müəyyən müddə-tə verilir. 2) Kredit və lizinqə verilmiş əmlak müəyyən edilmiş müddətə geri qaytarılır. 3) Kredit verilməsi xidmə-tinə görə müəyyən faiz alınır. Kreditlə lizinq əməliyyatları arasında fərq də mövcuddur. Belə ki, əmlakı lizinqə alan-lar onun istifadəsinə görə haqq ödəyirlər.

Kredit münasibətlərində iştirakçılar arasında müqa-

Page 316: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

315

vilə pul vasitəsilə, lizinq əməliyyatlarında isə münasibət vəsait olmadan əmlakla yerinə yetirilir. Bu forma investi-siya maliyyələşdirilməsinə uyğun gəlir. Lizinq investisiya-sının bu formasını kreditin güzəştli verilməsi yolu ilə döv-lətin istehsalçıları himayə etməsi kimi qiymətləndirmək olar. Əmlakı lizinqə istifadə edənlərin hüququ var ki, mü-qavilə müddəti başa çatdıqdan sonra (və ya vaxtından əvvəl) həmin əmlakı öz mülkiyyətinə keçirsin. Lizinq verən(əm-lakı verən), lizinq alan (əmlakı alan), müvəqqəti istifadəyə verən, əmlakdan istifadə edən, əmlakı müvəqqəti istifadə üçün alan, əmlakın satıcısı (təchizatçı, istehsalçı), hüquqi şəxslər, sahibkarlar lizinq subyektidir. Hüquqi şəxs kimi banklar və kredit təşkilatları da lizinq subyektləri ola bilər. Lizinq fəaliyyəti müvafiq əsasnaməyə uyğun lisenziyalaş-dırılır. Nəzərə almaq lazımdır ki, lizinq alıcılara sahibkar-lıq fəaliyyəti ilə məşğul olan hər hansı təşkilati-hüquqi formaya malik olan hüquqi şəxslər, həmçinin lizinq fəaliy-yəti ilə məşğul olmaq hüququ olan sahibkarlar ola bilər. Lizinq əmlakının satıcıları həmin əmlakı istehsal edənlər, ticarət təşkilatları və yaxud lizinq obyekti olan hüquqi və ya fərdi vətəndaşlar ola bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda lizinq subyekti həmçinin xarici investisi-yanın köməyi ilə fəaliyyət göstərən müəssisələr də ola bilər.

Göründüyü kimi, lizinq iki formada həyata keçirilir: 1) vasitəsiz; 2) vasitəçiliklə. Birinci halda istehsalçı lizinq əməliyyatları üçün müəssisənin özü çıxış edir, yəni müəs-sisə vasitəçi olmadan lizinq əməliyyatını həyata keçirir. İkinci halda isə lizinq, firma və kompaniyaları vasitəçi ki-mi (konkret halda “Aqrolizinq” ASC-i) əmlakı hazırlayan müəssisə və təchizatçıdan alaraq onu aqrar sahə istehsalçı-larına lizinqə verirlər. İcarəçi (lizinq alan) əmlakı girov qoya, sata, bağışlaya, başqasına icarəyə verə bilməz. İcarə

Page 317: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

316

müddəti ərzində lizinqə verən istənilən vaxt əmlakı yoxla-ya, ondan istifadə şərtləri ilə tanış ola bilər.

Aqrar sahədə lizinq əməliyyatları aşağıdakı mərhələ-lərlə aparılır: lizinq müqaviləsi, müraciətlərə baxılması, li-zinq müqaviləsinin bağlanması, alqı-satqı müqaviləsinin bağlanması, lizinq obyektinin əldə edilməsi, sığorta, lizinq obyektinin lizinq alana təhvil verilməsi, lizinq ödənişləri, monitorinq, maliyyə nəzarəti, mülkiyyət hüququnun lizinq alana keçməsi.

Aqrar sahədə lizinq əməliyyatları aparılarkən müqa-vilə münasibətlərində iştirakçıların maraqlarının təmin edilməsi nəzərə alınmalıdır. Ümumiləşdirmələrdən belə nəticə çıxır ki, aqrar sahədə lizinqin başqa xidmət növləri-nə nisbətən aşağıdakı istehsal, iqtisadi və sosial fəaliyyətə birbaşa və dolayı təsir göstərir:

- aqrar sahədə kənd təsərrüfatının maşın, mexanizm-lər, avadanlıqlar və digər vasitələrlə təminat yaxşılaşır;

- lizinq xidməti sayəsində maliyyə cəhətdən zəif olan və kiçik həcmli sahibkarlar qabaqcıl texnika və texnologi-yalardan istifadə etmək imkanı əldə edirlər;

- lizinqdən istifadə vaxtı əmlak əlavə dəyər vergisin-dən azad edilir;

- aqrar sahəyə kapital qoyuluşunun həcmi artır; - riskli sahə olan kənd təsərrüfatında maliyyə baza-

rında rəqabətin artmasına imkan yaranır; - aqrar sahədə lizinqin genişlənməsi istehsalın forma-

laşdırılması və sahibkarlığın inkişafına təsir göstərir; - kənd təsərrüfatı texnikası və avadanlıqlarından sə-

mərəli istifadə olunur, boşdayanmalar və itkilər azalır; - lizinq xidmətindən sahibkarlar, kooperativlər, kom-

mersiya və müvafiq müəssisə-təşkilatlar deyil, həm də bü-tün fiziki şəxslər də faydalana bilir;

Page 318: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

317

- əmlak formasında maliyyələşdirmə-investisiya qo-yulması vəsaitin qaytarılmaması riskini azaldır;

- əmlak mülkiyyətə deyil, müvəqqəti istifadəyə götü-rüldüyü üçün əmlakın fiziki və mənəvi köhnəlməsi riski azalır;

- lizinqə götürülmüş əmlak lizinqə verənin balansın-da qalır və əmlaka vergi ödəyərkən lizinq alanın xərclərinə daxil edilmir;

- aqrar lizinq istehsal və infrastrukturun inkişafı, elmi-texniki tərəqqinin tətbiqi, məşğulluğun təmin olunmasına təsir göstərir;

- yüksək keyfiyyətli xidmətlər və texnika ilə silah-lanma hesabına istehsalın səmərəliliyi yüksəlir;

- lizinq sövdələşmələri zamanı maliyyə problemləri şəraitində kənd təsərrüfatı istehsalını təşkil etməyə, texni-kanın icarəsinə görə hesablaşmaları məhsul yığımından-satışından sonra aparmağa imkan yaranır;

- lizinq ikitərəfli əlverişli ödəniş əsasında kənd təsər-rüfatı istehsalçısı və xidmət göstərənlər üçün əsas iki prob-lemi-istehsal vasitələrinin (maddi qiymətlərin) əldə olun-masını və onun maliyyələşdirilməsini həll edir;

- lizinq sahibkarların istehsal vasitələrindən səmərəli istifadəni stimullaşdırır, yaradıcılıq imkanlarının mobilləş-dirilməsini artırır, əhalinin fəallaşmasına təsir göstərir;

- lizinq əməliyyatlarında istehsalçı lazım olmayan hallarda əmlakı lizinqə götürmür və s.

Göstərilənlərdən aydın olur ki, respublikamızda li-zinq xidmətinin inkişafı üçün lizinq bazarının formalaşdı-rılması zəruri şərtlərdən biri olmalıdır. Bununla əlaqədar özəl lizinq kompaniyalarının yaradılması, onlara dövlət dəstəyi verilməsi vacibdir.

Aqrar sahədə maddi-texniki təchizatın formalaşdırıl-ması, sahibkarların və fiziki şəxslərin istehsal vasitələrinin

Page 319: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

318

(qiymətlərin) əldə edilməsi və onun maliyyələşdirilməsi imkanlarını yaxşılaşdırmaq üçün “Aqrar lizinq fondu” ya-radılması məqsədəuyğun olardı.

Nəzərə almaq lazımdır ki, lizinqin icarə münasibətlə-rindən fərqli cəhətləri də vardır. Belə ki, lizinqdə alıcı ilə lizinqə verən arasında satıcı olduğu halda, icarədə satıcı iştirak etmir.

Məlumdur ki, Azərbaycanda lizinqin formalaşması və inkişafı “Lizinq haqqında” 29 noyabr 1994-cü il tarixli Azərbaycan Respublikasının qanunu ilə bağlıdır. 1994-cü ildə Azərlizinq şirkəti yaradılmışdır. Azərbaycanda lizinq bazarının formalaşması nəticəsində 2004-cü ildə tikinti, nəqliyyat, xidmət, turizm və digər sahələrdə 98 lizinqlə məşğul olan təşkilat yaranmış, onlardan 2012-ci ilə yalnız 14-ü aktiv fəaliyyət göstərmişdir. Lizinq şirkətlərinin ka-pitallaşması yüksək olmadığı üçün onlar kredit götürmək məcburiyyətində qalmışlar. Bank kreditləri yüksək olduğu üçün onlar fəaliyyətlərini məhdudlaşdırmışlar. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə “Aqrolizinq” ASC-i ya-radıldı. Aqrar sahədə “Aqrolizinq” ASC-nin lizinq portreti dövlətə məxsus olmaqla 2005-ci ildən fəaliyyət göstərir.

Beləliklə, Azərbaycanda aqrar sahədə ilk lizinq baza-rının formalaşması “Aqrolizinq” ASC-nin fəaliyyəti və in-kişafı ilə bağlıdır. Cəmiyyətin əsas vəzifəsi kənd təsərrüfa-tı məhsulları istehsalçılarının maddi-texniki bazasını möh-kəmləndirmək və onlara aqrotexniki xidmətlər göstərmək-dən ibarət oldu. Cəmiyyət həmin dövrdən başlayaraq is-tehsalçıları texnika, texnoloji avadanlıq, ehtiyat hissələri, aqrokimyəvi maddələr, mineral gübrələr, ziyanvericilərə qarşı mübarizə preparatları və s. təmin edir. Cəmiyyət aq-rar sahədə fəaliyyət göstərən sahibkarların sifarişləri əsa-

Page 320: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

319

sında sərfəli tariflə əkin, səpin, becərmə, məhsul yığımı, biçin, gübrə verilməsi və sair cəmi 20 addan çox müxtəlif xidmət işləri yerinə yetirir, məhsulun müasir texnologiya-ya uyğun istehsalında onlara köməklik göstərir. Respubli-kanın rayonlarında 4 rayonlararası təchizat bazaları, 55 tə-sərrüfat hesablı rayon aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri, Bakı şəhərində bir Mərkəzi təchizat bazası xidməti göstərən Azərbaycan Res-publikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proq-ramının həyata keçirilməsində fəal iştirak edir.

Cədvəl 7.3.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən

2005-2012-ci illərdə alınan material qiymətliləri.

№ Göstəricilər Ölçü

vahidi Cəmi

O cümlədən

2011-ci ildə

2012-ci ildə

I Kənd təsərrüfatı texnikaları cəmi ədəd 14450 1672 1785

O cümlədən: Kombayn -*- 1035 39 6 Traktor -*- 4262 566 643 Ekskavator -*- 184 20 24 Digər k/t texnikaları -*- 8969 1047 1112

II Texnoloji avadanlıqların cəmi dəst 130 33 24 O cümlədən: Süd və süd məhsullarının e-malı -*- 13 2 2 Soyuducu kameralar -*- 39 6 3 Soyuducu anbarların tutumu min

ton 54,8 4,8 8,4 Qarışıq yam istehsalı avadan-

lıqları -*- 14 2 5 İstixana avadanlıqları -*- 14 4 5 İstixanaların sahəsi ha 27,2 8,0 10,8 Damcılı suvarma sistemi ava-

danlıqları -*- 17 9 4

Page 321: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

320

Meyvə və digər kənd təsər-rüfatı məhsullarının emalı avadanlıqları -*- 39 10 12

III Mineral gübrələr və pestisidlər – cəmi: ton 379809,8 46311,4 35000

O cümlədən: Ammonium nitrat (azot) -*- 315865,4 42307,7 35000 Superfosfat -*- 54212 - - Nitroammofoska -*- 7059,5 2984,5 - Ammofos -*- 2039,7 1019,2 - Kalium -*- 331,5 - - Pestisidlər -*- 301,7 - -

IV Cins damazlıq heyvanlar – Cəmi: baş 6290 1600 3020

O cümlədən: Şvis -*- 380 - - Simmental -*- 468 - - Hoşltin-friz (Qara-ala) -*- 5417 1600 3020 Aberdin-anqus -*- 25 - -

V İstifadəyə verilmiş aqroservis filialları ədəd 34 5 10

VI İstifadəyə verilmiş logistik gübrə bazaları ədəd 6 - -

tutumu min ton 68,0 - -

VII Lizinq alanların sayı nəfər 5280 1529 1209

Cədvəl məlumatlarından göründüyü kimi, 2005-

2012-ci illərdə “Aqrolizinq” ASC-i aqrar sahədə məhsul

istehsalçılarının və xidmət göstərənlərin istifadəsinə müx-

təlif adda çoxlu miqdarda material qiymətlilər respublika-

nın bütün rayonlarına fiziki və hüquqi şəxslərə dəyərinin

20%-i qabaqcadan ödənilməklə lizinqə vermiş və ya çatmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə li-

zinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və

satıcıdır (malverəndir). Lizinq obyekti əsas və dövriyyə

fonduna aid olan daşınar və daşınmaz əmlakdır.

Kənd təsərrüfatı texnikası, avadanlıqları və s. hüquqi

Page 322: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

321

və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə

atılması barədə yazılı formada “Aqrolizinq” ASC-yə mü-

raciət edilir. Müraciətə 10 iş günü müddətində baxılır.

Müraciətə uyğun “Aqrolizinq” ASC əmlakın müəyyən

haqla, müəyyən müddətə, mülkiyyət hüququnun istifadə-

çiyə keçməməsi şərti ilə lizinqə verilməsi və əmlakın də-

yərinin ən geci 10 ilə ödənilməsi şərti ilə istifadəçiyə satıl-

ması barədə müvafiq qərar qəbul edilir. Qərar qəbul edil-

məsi barədə istifadəçiyə 2 iş günü müddətində məlumat

verilir. Bununla əlaqədar “Aqrolizinq” ASC ilə istifadəçi

arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin tə-

ləblərinə uyğun tərəflərin öhdəliklərini nəzərdə tutan li-

zinq müqaviləsi bağlanılır. Əmlaka lizinq müqaviləsi bağ-

lananadək cəmiyyət tərəfindən qanunvericiliyə uyğun sı-

ğortalanır. Lizinq müqaviləsində tərəflərin öhdəlikləri və

bu öhdəliklərin pozulması sayılan və lizinq müqaviləsinin

ləğvinə səbəb olan hallar müəyyənləşdirilir, tərəflər ara-

sında texnikanın və texnoloji avadanlıqların geri götürül-

məsi proseduru qeyd olunur. İstifadəçi “Aqrolizinq” ASC-

dən əmlakı lizinqə götürdükdə və ya lizinq yolu ilə satın

aldıqda onun 20 faizini qabaqcadan, qalan hissəsini isə 10

ilə tərəflərin öhdəliklərini nəzərdə tutan bağlanmış lizinq

müqaviləsinin şərtlərinə əsasən ödəyir.

“Aqrolizinq” ASC texnikanın lizinq müqaviləsində

nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı əsasında isti-

fadəçiyə verilməsini təmin edir.

İstifadəçi lizinq ödənişlərini lizinq müqaviləsində

göstərilən qrafikə uyğun olaraq “Aqrolizinq” ASC tərəfin-

dən müvəkkil bankda və ya bank olmayan kredit təşkila-

tında açılmış depozit hesaba köçürülür.

Lizinqin bu istiqamətdə inkişafı ölkəmizin qarşısında

Page 323: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

322

duran strateji vəzifənin yerinə yetirilməsində mühüm rol

oynayır. Belə ki, lizinq bazarının inkişafı iqtisadiyyatın

real sektorlarının müəyyənləşdirilməsi imkanlarını geniş-

ləndirir, əsas vəsaitlərin fəal hissəsinin reallaşdırılmasına

kömək edir, onların təzələnməsinə və modernləşməsinə

yardım göstərir. Bu isə müəssisəni daha çox rəqabət qabi-

liyyətli edir, istifadə üçün əlyetərli olan maliyyələşdirmə

mexanizmlərinin seçimini genişləndirir, lizinq şirkətləri

üçün isə qoyulmuş vəsaitlərin alıcılıq qabiliyyətinin qoru-

nub saxlanmasını, məqbul səviyyədə mənfəət əldə olun-

ması imkanlarını təmin edir.

Bazar iqtisadiyyatının müasir mərhələsində alterna-

tiv maliyyələşdirmə mexanizmi olmaq etibarilə lizinqin

daha da inkişafına kömək edən müəyyən şərait və imkan-

lar yaranmışdır: iqtisadi vəziyyətin sabitliyinin yaxşılaş-

masını, daha əlverişli qanunvericiliyi, bazarların çoxalma-

sını, lizinq şirkətlərinin sayının və lizinq müddətlərinin

xüsusən aqrar sahədə çoxalmasını, lizinq obyektlərinin

əmlak sığortası ilə bağlı vəziyyətin yaxşılaşmasını, maliy-

yə risklərinin sığortasının inkişafında müsbət irəliləyişləri

bura aid etmək olar.

Lizinq şirkətlərinin inkişaf prioritetlərindəki ümumi

müsbət tendensiyaya, lizinq əməliyyatlarının həcminin ar-

tım sürətinə baxmayaraq postsovet məkanı ölkələrinin ək-

səriyyəti kimi, Azərbaycan da hələ dünya birliyinə adapta-

siya mərhələsini yaşayır. Aqrar sahədə lizinq bazarının formalaşması lizinqin

səmərəli idarə edilməsi ilə bağlıdır. Burada dövlət tənzim-ləmələri, investisiya bazarının səviyyəsi, xüsusən güzəşt-lər, vergi dərəcələri, maliyyə-kredit bazarının inkişafı li-zinq bazarının inkişafına təsir edən amillərdəndir. Lizinq

Page 324: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

323

ölkənin iqtisadiyyatının sabitləşdirilməsi və inkişafının ay-rılmaz hissəsi olduğundan xarici ölkə təcrübələrindən isti-fadə edilməsi məqsədəuyğundur. Dünyanın inkişaf etmiş ölkələrində maşın və avadanlığa investisiyanın ümumi həcmində lizinq xidmətinin xüsusi çəkisi Almaniya, Fran-sa, İsveç, İspaniya, İtaliya, Hollandiyada 12-17%, ABŞ-da 25-30% təşkil edir. Xarici ölkələrdə lizinqin formalaşdırıl-masının müvafiq qanunvericilik aktları mövcuddur. Bura-da lizinq sövdələşmələri, şərtlər, tərəflərin cavab verməli olduğu tələblər, lizinq müddəti, əmlakın normativ xidmət müddəti, lizinq əməliyyatındakı tərəflər arasında münasi-bətlər və s. tənzimlənməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, hər bir ölkədə lizinqin həyata keçirilməsi xü-susiyyətləri bir-birindən xeyli fərqlənir. Misal üçün, lizin-qin müddəti, əmlakın ilkin dəyərinin ödənilmə həcmi, li-zinq ödəmə qrafiki, lizinqin uzadılması imkanları, əmlakın yalnız peşəkarlıq məqsədləri üçün verilməsi, lizinq müd-dətinin əmlakın istismar müddətinə uyğunluğu, icarə haq-qının əmlakın icarə müddətində ödəmə imkanı verilməsi və s. ölkələr üzrə fərqli müəyyən edilir.

Respublikamızda aqrar sahədə lizinq bazarının for-malaşması üçün innovasiya yönümlü sahibkarlıq fəaliyyə-tini dəstəkləmək məqsədi ilə özəl əsaslarda rəqabət qabi-liyyətli ixtisaslaşmış lizinq cəmiyyətlərinin və xidmətləri-nin yaradılması məqsədəuyğun olardı. Bu regionlarda zə-ruri infrastrukturların yaradılması və inkişafına, aqrar sa-hədə məhsul istehsalçıları və xidmət göstərənlərin texniki təminatının yaxşılaşdırılmasına imkan verər.

Page 325: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

324

FƏSİL VIII. AQRAR İSTEHSAL, ƏTRAF MÜHİTİN

MÜHAFİZƏSİ VƏ EKOLOGİYA

8.1. Ətraf mühitin mühafizəsi anlayışı.

Araşdırmalar və tarixi təcrübələr göstərir ki, cəmiy-

yətin gələcək inkişafı və ərzaq təhlükəsizliyi ətraf mühitin

mühafizəsi və ehtiyatlardan səmərəli istifadə edilməsindən

çox asılıdır. Nəzərə almaq lazımdır ki, ərzaq məhsulları is-

tehsalının əsas mənbəyi olan aqrar sahə təbiətdən səmərəli

istifadə və mühafizəsi ilə bağlıdır. Ona görə də təbiətlə cə-

miyyət arasında qarşılıqlı təsirin optimallaşdırılması, təbii

ehtiyatlardan ətraf mühitə dəyən ziyanın qarşısının alın-

ması, ətraf mühitə mənfi təsirlərin aradan qaldırılması

məqsədilə təşkilati, texniki, iqtisadi vasitələrdən istifadə

aktual məsələ kimi qarşıda durur. Bu məsələ öz daxili və

xarici tərkibinə görə kompleks və çoxcəhətli problem kimi

iqtisadiyyatın tarazlı inkişafı, onun ekologiyalaşdırılması

və səmərəli idarə olunmasını tələb edir.

Ekoloji problemlərin qlobal xarakter daşıması ətraf

mühitin qorunması istiqamətində iqtisadi, texniki, texnolo-

ji, təşkilati, hüquqi, elmi, tərbiyəvi və s. tədbirlər sisteminin

həyata keçirilməsində beynəlxalq əməkdaşlığı tələb edir.

Ətraf mühitin mühafizəsi üzrə əməkdaşlıq hələ 100 il əv-

vəl yaranmışdır. BMT bu məsələyə daim diqqət yetirir.

Təbiəti mühafizə BMT-yə üzv olan bütün dövlətlərin bila-

vasitə vəzifəsi hesab edilir. Təbii ehtiyatların qorunub sax-

lanması və ətraf mühitin mühafizəsi üzrə tədbirlər iqtisadi

inkişafla birgə eyni zamanda aparılmalıdır. Suyun komp-

leks istifadəsi və mühafizəsi, torpağın qorunub saxlanma-

Page 326: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

325

sı, bərpası və münbitliyinin artırılması, meşələrin və hey-

vanat aləminin mühafizəsi BMT-nin ərzaq və kənd təsər-

rüfatının inkişafı məsələləri üzrə təşkilatının diqqət mərkə-

zindədir.

Məlum olduğu kimi “ətraf mühit” təbii və antropo-

gen amillərin məcmusunu təşkil edir. Təbii amillər ərazi-

nin iqlim, geoloji və bioloji xüsusiyyətlərini, insana təsiri-

ni səciyyələndirir. Təbii ehtiyatlar məişət-mənzil şəraiti,

geyim, qidalanma, su ilə təmin olunma, xidmət sferası

strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin olunma və

ondan istifadə etmək vasitəsilə insana təsir göstərir. İnsan-

lar həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda

təbiətin əlverişsiz şəraiti ilə təbii fəlakət amillərinə qarşı

mübarizə aparmaqla qarşılaşmışlar. Beləliklə, insanın fəa-

liyyəti onu əhatə edən mühitlə əlaqədardır. Təbiət insanın

istehsal fəaliyyəti üçün zəruri xammal mənbəyidir, həm də

onun ətraf mühiti çirkləndirən istehsal fəaliyyəti tullantıla-

rını qəbul edəndir. Ətraf mühit fiziki, kimyəvi, iqlim, bio-

loji və digər parametrləri ilə bioloji növlərin təkamülü ba-

xımından nisbətən mühafizəkardır. Ətraf mühit və ekoloji

tarazlığın mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edil-

məsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəa-

liyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji

müxtəlifliyin qorunub saxlanılmasından, ətraf mühit və tə-

biətdən istifadənin səmərəli təşkilindən ibarətdir.

Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii

ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin

mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydaları-

nın möhkəmləndirilməsi, cəmiyyətlə təbiətin qarşılıqlı əla-

qəsi “Ətraf mühitin mühafizəsi” haqqında qanunla tənzim-

Page 327: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

326

lənir. (04.08.1999)

Ətraf mühitin mühafizəsi ilə əlaqədar aşağıdakı əsas

anlayışlardan istifadə edilir:

- təbiət, qapalı, özünü təmin edən, özü inkişaf edən

bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq vəziyyətini

saxlaya bilər. Təbii mühit və təbii ehtiyatlar anlayışları

fərqləndirilir.

- ətraf mühit, insan fəaliyyətindən asılı olmayaraq

onu əhatə edən canlı və cansız təbiətin məcmusudur. Bu

mühitə təbii mühitdə deyilir. Bu, insanın yaşadığı və isteh-

sal fəaliyyəti ilə məşğul olduğu mühitdir. Təbii mühit in-

sanın yaşamaq imkanını və fəaliyyət göstərməsini təmin

edir.

- ekologiya, ətraf mühitin tarazlığını və bu tarazlığın

pozulmasına təsir edən təbii amillər, antropogen (insan

fəaliyyəti) və fiziki prosesləri öyrənən elmdir. Başqa söz-

lə, ekologiya canlı orqanizmlərin bir-birilə və ətraf mühit-

lə qarşılıqlı əlaqəsi haqqında elmdir.

- təbii ehtiyatlar, insanların ehtiyaclarını ödəmək üç-

ün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar,

bitki örtüyü, flora, fauna, su və enerji mənbələridir. Başqa

sözlə, təbii ehtiyatlar təbiət prosesləri nəticəsində təbii

mühitdə yaranan ehtiyatlardır. Təbii ehtiyatlar təcrübi ola-

raq tükənməyən və tükənən hissələrə bölünürlər. Tükənən

ehtiyatlar öz növbəsində bərpa oluna bilən və bərpa oluna

bilməyən növlərə bölünürlər.

Təbii ehtiyatlardan optimal istifadə edilməsini idarə

etmək üçün təbii ehtiyatların keyfiyyəti anlayışdan istifadə

edilir. Bu ehtiyatların əsas xarakteristikalarının ictimai və

texniki – iqtisadi tələblərə və bir sıra texnoloji tələblərə

Page 328: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

327

uyğunluğu səviyyəsi ilə ölçülür.

- ətraf mühitin mühafizəsi dedikdə, ətraf mühitdə tə-

bii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və key-

fiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması

başa düşülür.

- ətraf təbii mühitin çirkləndirilməsi, fiziki, kimyəvi,

bioloji agentlərin təbiətdə əvvəllər müşahidə olunan miq-

darının çoxalması ilə müəyyənləşdirilir.

- təbiətdən istifadə, gələcək nəsillərin ehtiyacını nə-

zərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək

məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına

yol verilmədən təbii ehtiyatlardan səmərəli və qənaətlə is-

tifadə edilməsidir.

- ekoloji itki, təbii mühitin şərti ideal, optimal vəziy-

yətində qaçılması mümkün olan, cəmiyyətin iqtisadi və

pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir.

- ekoloji-iqtisadi itki, ətraf mühitin çirkləndirilməsi

nəticəsində neqativ itkilərin pul ifadəsində qiymətidir.

Ekoloji-iqtisadi itkinin kəmiyyətini müxtəlif sahələrdə

müxtəlif xərclərin (məsrəf və itkilərin ) cəmi kimi ifadə et-

mək olar.

- ətraf mühitin monitorinqi, təbii və antropogen təsir-

lər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və

bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən

nəzarətin elmi əsaslarla həyata keçirilməsidir.

- ekoloji sistem, qarşılıqlı təsirdə olan ətraf mühitin

tərkib hissəsini təşkil edən bitki örtüyü, flora, heyvanlar

aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sər-

vətlər, hava və enerji mənbələrinin vəhdətidir.

- ətraf mühitin ekoloji tarazlığının normalaşdırılması,

Page 329: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

328

insan yaşayışı üçün ətraf mühitin yararlı olmasını müəy-

yən edən və bioloji sistemlərin sabit istifadəsini təmin

edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən ed-

ilməsidir.

- ətraf mühitə zərərli təsir, ekoloji sistemin ayrı-ayrı

komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə,

ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bio-

loji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologi-

yanın pozulması, təbii ehtiyatlardan israfçılıqla istifadə

edilməsi ilə müşayiət olunan fəaliyyət kimi ifadə edilir.

Ətraf mühitin mühafizəsinin əsas prinsipləri aşağıda-

kılardan ibarətdir:

- sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşı-

lıqlı həlli;

- ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və po-

zulmuş təbii ekoloji sistemlərin bərpası;

- təbii ehtiyatların səmərəli istifadə olunması və bər-

pası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin

iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;

- ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının

təmin edilməsi;

- dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında

qanunvericiliyin pozulmasına görə məsuliyyət;

- ətraf mühitə zərər vurulmasının qarşısının alınması

və vurulan zərərin qiymətləndirilməsi;

- ətraf mühitin mühafizəsi sahəsində əhalinin və təş-

kilatların iştirakı;

- ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq

əməkdaşlıq.

Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma və

Page 330: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

329

sertifikatlaşdırma obyektlərinə ekoloji təhlükəsizlik, əhali-

nin həyat və sağlamlığına, təbii ehtiyatların bərpasına və

səmərəli istifadəsinə təhlükə yarada biləcək Azərbaycan

Respublikasında istehsal olunan və ya onun ərazisinə gəti-

rilən məhsullar (işlər, xidmətlər) və texnologiyalar aid edilir.

1. Təbiəti mühafizəni təmin etməyin və təbiətdən is-

tifadəni tənzimləməyin iqtisadi əsasları ekoloji təhlükəsiz-

lik, təbii ehtiyatlardan səmərəli istifadə, onların bərpası və

artırılması tədbirlərinin işlənib hazırlanması, planlaşdırıl-

ması və yerinə yetirilməsi, təbiətdən istifadəçilərin maddi

marağını artırmaqdır;

2. Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və

iqtisadi əsasları:

- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proq-

nozlaşdırılması və maliyyələşdirilməsi;

- təbiətdən istifadəyə görə ödəmələr;

- ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və

cərimələr;

- ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraq-

landırma;

- ətraf mühitin mühafizəsi fondlarının yaradılması,

qrantlar;

- beynəlxalq qurumlardan ekoloji proqramları həyata

keçirmək məqsədilə ayrılan vəsaitlər.

3. Ətraf mühitin çirkləndirilməsinə görə müəssisələr-

dən, təşkilatlardan və vətəndaşlardan alınan cərimələr bir

qayda olaraq ətraf mühitin mühafizəsi sahəsində tədbirlə-

rin maliyyələşdirilməsinə sərf edilir.

Beləliklə, elmi-texniki tərəqqinin surətləndirilməsi,

daha mükəmməl texnika və texnologiyaların tətbiqi, tor-

Page 331: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

330

paqdan intensiv istifadə edilməsi ətraf mühitə təsiri güc-

ləndirir. İnsanların təsərrüfat fəaliyyətində təbii sərvətlər-

dən, torpaqdan, sudan, havadan, bitki və heyvanat aləmin-

dən istifadə edərkən onun çirkləndirilməsinin qarşısıın

alınması, ekoloji sağlam mühit yaradılması aqrar sferanın

dinamik inkişafına şərait yaradır. Çünki, kənd təsərrüfatı-

nın spesifik xüsusiyyətləri ilə bağlı məhsul istehsalının ar-

tırılması mövcud ehtiyatlardan ekoloji tarazlıq baxımından

düzgün istifadədən, bioloji potensialdan, aqroiqlim və

təbii-ekoloji şəraitdən və digər amillərdən çox asılıdır.

Ona görə də ətraf mühitdən istifadə edilməsi və onun mü-

hafizəsinin idarə edilməsi, ekoloji-iqtisadi sistemin forma-

laşdırılması dünyanın, ölkələrin, rayonların sosial-iqtisadi

inkişafı qarşısında duran əsas vəzifədir.

8.2. Təbii ehtiyatlardan istifadə və ətraf mühitin

qorunması yolları.

Məlumdur ki, istehsal prosesi və insanların həyat

fəaliyyəti təbii ehtiyatlardan istifadə və ətraf mühitin mü-

hafizəsindən asılıdır. Aqrar sahədə torpaqdan, su ehtiyatla-

rından, meşələrdən, atmosferdən və digər təbii ehtiyatlar-

dan istifadə edilir. Aqrar istehsal prosesində bioloji ehti-

yatlar da fəal rol oynayır. Təbii ehtiyatlar ərzaq məhsulları

və sənaye üçün əsas xammal mənbəyi kimi cəmiyyətin fə-

aliyyətini təmin edən əsas şərtdir. Cəmiyyətin artmaqda

olan tələbatı daha çox təbii ehtiyatlardan istifadə edilmək-

lə ödənilir. Deməli, təbii ehtiyatlardan istifadə, cəmiyyətlə

təbiətin qarşılıqlı münasibətləri şəraitində bir-birinə təsir

prosesidir. Təbiətdən istifadə özündə aşağıdakıları birləş-

Page 332: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

331

dirir:

- təbii ehtiyatların hasili, emalı, onların bərpası və

təkrar istehsalı;

- təbii şəraitdən istifadə və onun mühafizəsi;

- təbii ehtiyatlardan istifadədə ekoloji balansın saxla-

nılması.

Təbii ehtiyatlar potensialı müxtəlif amillər üzrə öz

mənbəyinə və yerləşməsinə, tükənmə sürətinə, özünübər-

pa və bir ehtiyatın digəri ilə əvəz olunma imkanına görə

fərqlənir. Təbii ehtiyatlardan istifadə edilməsinin nizam-

lanması, ehtiyatlardan səmərəli istifadə etməklə ətraf mü-

hitin mühafizə edilməsi deməkdir. Nəzərə almaq lazımdır

ki, təbii ehtiyatlardan istifadə səmərəli və qeyri-səmərəli

ola bilər. Təbii ehtiyatlardan səmərəli istifadə ətraf mühit

və təbii ehtiyatlar sahəsində iqtisadi münasibətlər sistemi-

ni əks etdirir. Təbii ehtiyatlardan səmərəsiz istifadə isə ək-

sinə ekoloji-iqtisadi potensialın qorunmasını təmin etmə-

yən fəaliyyətdir. Təbii ehtiyatlardan səmərəli istifadə eyni

zamanda təbii sistemlərə antropogen yükün azalmasını

özündə ehtiva edir, yəni müəyyən dərəcədə ətraf mühitin

mühafizəsi funksiyasını yerinə yetirir. Təcrübədə ehtiyat-

ların məhdudluğu problemləri nəzərə alınmalı, fəlakətli

ekoloji vəziyyətin olacağı təhlükəsi dərk olunmalıdır. Tə-

bii ehtiyatların tükənməsi və ətraf mühitin çirklənməsinin

artması mövcud ehtiyatlardan səmərəli istifadə edilməsini

və ətraf mühitin qorunmasını ən vacib vəzifə kimi qarşıya

qoyur. Bu vəzifə bir də onunla şərtlənir ki, sənaye və kənd

təsərrüfatının surətlə inkişafı ətraf mühitə külli miqdarda

tullantıların atılmasına şərait yaratmışdır. Ona görə də ba-

zar iqtisadiyyatı şəraitində sərbəst iqtisadiyyatın yaradıl-

Page 333: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

332

ması iqtisadiyyatın ekologiyalaşdırılmasının tətbiqində sa-

hibkarlar, istehsalçılar və xidmət göstərənlər bu problemə

eyni proqram əsasında yanaşmalı, kimyəvi preparatlardan,

texnika və texnoloji avadanlıqlardan düzgün istifadə etmə-

lidirlər.

İqtisadi inkişafın ekologiyalaşdırılmasında təbii ehti-

yatlardan istifadənin intensivləşdirilməsi və qənaət son nə-

ticənin nəzərə alınmasını qarşıya qoymalıdır. Bu məqsədin

həyata keçirilməsi, hər bir ehtiyat üçün təbiət-xammal-

məhsul zəncirinin qurulmasını tələb edir.

Hazırda təbii ehtiyatlardan istifadə formasına və isti-

qamətinə əsasən onların iqtisadi təsnifatı iki qrupa ayrılır:

- insanların yaşaması üçün labüd təbii ehtiyatlar (sər-

vətlər);

- əmək vasitəsi mənbəyi olan təbii ehtiyatlar (sərvətlər).

Bu ehtiyatlardan bir neçə məqsədlər üçün istifadə

oluna bilər. Su içmək, hidroenerji mənbəyi kimi, suvarma

üçün, məişət üçün və s. istifadə edilir. Mühüm təbii ehti-

yat olan su ehtiyatının 95,5%-i duzlu, 2,5%-i içməli sudur.

Xalq təsərrüfatında istifadə edilən suyun 70%-i kənd tə-

sərrüfatının, 20%-i sənayenin, 5-6%-i məişət təsərrüfatla-

rının payına düşür.

Su insan cəmiyyətinin yaşaması və fəaliyyət göstər-

məsi üçün zəruri şərtdir. Su heç bir şey ilə əvəz edilə bil-

məyən sərvətdir. Okean və dəniz suları ərzaq və xammal

mənbəyidir. Onlar böyük mineral və kimyəvi sərvətlərə,

heyvan və bitki aləminə, tükənməz istilik və enerji mənbə-

lərinə malikdir. Hesablamalar göstərir ki, okean sularında

30 milyard ton biokütlə vardır. Bunun əsasını balıqlar, iri

dəniz heyvanları, yosunlar və s. təşkil edir. Bu təbii ehtiyat

30-40 milyard adamı qida ilə təmin edə bilər. Okean bitki-

Page 334: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

333

lərinin yaratdığı zülalın miqdarı qurudakından 4-5 dəfə

çoxdur.

Su insanların, heyvanların və bitkilərin həyat fəaliy-

yəti və məhsuldarlığı üçün başlıca amillərdən biridir. Su

buxarı günəş şüaları üçün süzgəc rolunu oynayır, bitkilərin

fotosintezində iştirak edir, havanı oksigenlə zənginləşdirir,

orqanizmlər üçün karbohidratlar yaradır. Bütün bu keyfiy-

yətləri nəzərə alaraq dünyanın qabaqcıl ölkələri şirin su

ehtiyatlarının BMT-da uçota alınması və mühafizə olun-

masına böyük əhəmiyyət verirlər. Hesablamalar görə

dünyada xəstəliklərin 88%-i təmiz olmayan içməli sudan

və qeyri-kafi gigiyenik şərtlərdən qaynaqlanır. İnkişaf

etməkdə olan ölkələrdə sənaye tullantılarının 70%-i suya

qarışır. Son illərdə su ehtiyatlarından lazımınca düzgün

istifadə olunmaması üzündən şirin su mənbələri, okeanlar,

dənizlər, baş su tutarları və ya digər dərəcədə çirklənirlər

ki, bunun da nəticəsində artıq təbiətdə ekoloji təhlükə

yaranır. Ölkəmiz su ehtiyatı ilə zəif təmin olunub. Su

çatışmazlığı aqrar sahədə məhsul istehsalının

artırılmasında kifayət qədər problem yaradır. Dünyada

iqlim dəyişikliklərinin su qaynaqlarına təsir etdiyini,

adambaşına su istehlakının getdikcə artıdığını nəzərə alsaq

problemin aktuallığı nəzərə çarpar. Buraya sudan səmərəli

istifadə, onun mühafizəsi, qapalı su dövriyyəsinə malik

istehsala keçid, Xəzər və Kür suyunun şirinləşdirilməsi və

təmizlənməsi, yeraltı sulardan geniş istifadə, suvarma

kanallarının təkmilləşdirilməsi və s. daxildir.

Aqrar sahədə istehsal prosesinin normal fəaliyyəti

üçün təbii ehtiyat olan suvarmadan geniş istifadə olunur.

Dünyada suyun 80%-i suvarma üçün istifadə olunur. Dün-

yada su ehtiyatları olduqca fərqlidir.

Page 335: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

334

Cədvəl 8.1. Dünyanın ən az və ən çox bərpa olunan su ehtiyatı olan

ölkələr (min m3).

Dünyanın ən az suvarılan ərazisi Vatikan, Botsvana, Bruney, Qambiya, Konqo, Malta və s. ən çox suvarılan ərazisi olan ölkə Braziliya, Rusiya, Kanada, ABŞ, İndone-ziya, Çin və s. ölkələrdir. Hər nəfərə ən çox şirin su düşən ölkələr Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qayana, Macarıstan, Qırğızıstan və s. göstərmək olar.

Məlumdur ki, su həyat üçün əhəmiyyətli olmaqla su-dan səmərəli istifadə olunmaması ekologiya üçün prob-lemlər yaradır. Bu, torpaqda kimyəvi birləşmələrin təsirini dəyişdirir. Nəticədə bitkilərin inkişafı üçün zəruri olan op-timal rütubətin saxlanılması təmin olunmur və torpağın deqradasiyaya uğramasına səbəb olur.

Mövcud su ehtiyatlarının kifayət qədər qorunmaması və suvarma sistemində ondan səmərəli istifadə edilməməsi nəticəsində ekoloji problemlər yaranır. Hazırda sudan isti-fadənin səmərəli təsir əmsalı bitkilərin istifadə etdiyi suyun-verilən suya olan nisbəti ilə müəyyən edilir. Digər tərəf-dən sudan istifadə qiyməti onun sosial qiymətindən aşağı olması sudan istifadənin real vəziyyətini xarakterizə edir. Bir çox ölkələrdə suvarma üçün istifadə edilən su pulsuz-dur. Suvarma sistemini saxlamağa sərf edilən xərclər onun

Ölkə Su ehtiyatı Ölkə Su ehtiyatı

Hindistan Çin ABŞ Pakistan İran Meksika Türkiyə

558,1 546,0 223,9 182,3 76,5 63,2 52,2

Küveyt Maldiv Malta

Bəhreyn Barbados

Katar BƏƏ

0,02 0,03 0,07 0,1 0,1 0,1 0,2

Page 336: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

335

dəyərindən çoxdur. Bu xərclər dövlətin hesabına həyata keçirilir. Mövcud suvarma sistemində sudan tələb olunan-dan çox istifadə edilməsi isə ekoloji problemlər yaradır, ətraf mühitin pisləşməsinə səbəb olur.

Torpaq cəmiyyətin yaşaması və fəaliyyət göstərməsi üçün əvəzedilməz sərvətdir. Yer kürəsinin səthi 510 mln. kv. km təşkil edir. Onun 149 mln. kv. km (və ya 14,9 mld. hektar) quru sahədir. Ümumi quru sahənin 134 mln. kv. kilometr tforpaq sahəsinin 11%-i becərilən torpaq, 23%-i çəmənlik və biçənəklər, 33%-i az məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası, nəqliyyat xətləri və s. ibarətdir. Hazırda cəmi kənd təsərrüfatına yaralı torpaq sa-həsi 48,1 mln. kv. km-dir (4810 mln. ha). Bunun da 1340 mln. ha becərilən (əkin) torpaq sahəsi, 3365 mln. ha isə çəmənlik və otlaqlardan ibarətdir. Ərazilərinin həcminə görə ölkələr bir-birindən xeyli fərqlənir.

Cədvəl 8.2.

Dünyanın ən böyük ərazisi olan ölkələr.

s/n Ölkə Ərazisinin ümumi sahəsi,

min km2

1. Rusiya 17098

2. Kanada 9985

3. ABŞ 9827

4. Çin 9597

5. Braziliya 8515

6. Avstraliya 7741

7. Hindistan 3287

8. Argentina 2780

9. Qazaxıstan 2725

10. Sudan 2506

Page 337: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

336

Ölkələrin ümumi torpaq sahəsinin tərkibində əkinə

yaralı sahənin xüsusi çəkisi də dövlətlər üzrə fərqlidir. Be-

lə ki, cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi

çəkisi Hindistanda 57,1%, Polşada 46,9%, İtaliyada 40,3%,

Fransada 35,3%, Almaniyada 33,9%, ABŞ-da 19,6%, Çin-

də 10,3%, Rusiyada 7,8%, Avstraliyada 6%, Kanadada

4,9%, Misirdə 2,8%-dir. Azərbaycanın ümumi torpaq sa-

həsinin (8,6 mln. hektarının) 4,7 mln. hektarı kənd təsərrü-

fatına yararlı torpaq sahəsidir. Bunun da 39%-i əkin yeri,

2,6 mln. hektarı otlaqlardır. Hesablamalara görə dünyada

orta hesabla ildə 6-7 mln. hektar kənd təsərrüfatına yararlı

torpaq sahəsi eroziyaya uğrayır, 1,5 mln. hektaradək sahə

isə şorlaşmaya məruz qalır. Sənaye və nəqliyyat tikintisi

altında çoxlu miqdarda torpaq qalaraq kənd təsərrüfatı

dövriyyəsindən çıxır.

“Torpaq islahatı haqqında” (1996) Azərbaycan Res-

publikasının qanunda torpağın mülkiyyətçilərə, fiziki

şəxslərə verilməsi, onun qorunması, istifadə olunma qay-

daları, çirklənməsinin qarşısının alınması öz əksini tap-

mışdır. Bu qanunda torpaq üzərində nəzarət, kənd təsərrü-

fatı, şəhər, qəsəbə torpaqlarından istifadə, meşə, su fondu,

torpaq ehtiyatları, mübahisəli məsələlərin həlli, torpaq qa-

nunçuluğunun pozulmasına görə məsuliyyət və s. göstəril-

mişdir. Təbiətin mühafizəsinə aid əksər qanunlarda tor-

paqların mühafizəsi məsələləri öz əksini tapır. Çünki tor-

paq bütün sərvətlərin mənbəyidir. İnsanların istehlak və is-

tifadə etdiyi hər şey torpaqda yetişdirilir və becərilir. Ona

görə də təbii ehtiyatların qorunması məsələlərində, onlar-

dan səmərəli istifadə olunmasına birinci dərəcəli əhəmiy-

yət verilir.

Aqrar sahədə mühüm ehtiyat olan torpaq və sudan

Page 338: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

337

istifadə edilərkən texnoloji proseslərə əməl edilməsi, tə-

biətlə cəmiyyət arasında qarşılıqlı münasibətlərdə optimal

variant seçilməsi, torpağın, suyun, atmosferin çirklənmə-

sinin qarşısının alınması üçün kompleks tədbirlər həyata

keçirilməlidir. Elə tədbirlər nəzərdə tutulmalıdır ki, elə is-

tiqamətlər müəyyən edilməlidir ki, torpaqların yaxşılaşdı-

rılması üçün elmi cəhətdən əsaslandırılmış meliorasiya iş-

ləri aparılsın, suvarma sistemi tətbiq edilsin, meşələr dağı-

dılmasın, bitki və heyvan aləmi məhv edilməsin.

İstehsalın intensiv inkişafının təmin edildiyi hazırki

şəraitdə təbii ehtiyatlardan istifadə və ətraf mühitin qorun-

masına dair kompleks tədbirlərin hazırlanması, onun xüsu-

si ardıcıllıqla, planlı qaydada həyata keçirilməsi xüsusi

əhəmiyyət kəsb edir. Belə ki, kompleks tədbirlər torpaq-

lardan, meşələrdən, bitki örtüyündən, sudan, atmosferdən

və s. planlı qaydada istifadə onun zərərli maddələrlə çirk-

lənməsinin qarşısını alır, ətraf mühitin qorunmasını təmin

edir. Ona görə də təbii ehtiyatlardan səmərəli istifadə edil-

məsi və ətraf mühitin qorunması dövlətlərin, millətlərin,

xalqların işi hesab edilir. Son onilliklər ərzində Azərbay-

can Respublikasında təbiətin qorunmasına, təbii ehtiyatlar-

dan səmərəli istifadə olunmasına dair bir sıra qanun və qə-

rarlar qəbul olunmuş, tövsiyələr hazırlanaraq tətbiq edil-

mişdir. Həmçinin, respublikada meşə massivlərinin, tor-

paq, su hövzələrinin qorunması, ondan istifadənin yaxşı-

laşdırılmasına dair müəyyən işlər görülmüşdür. Lakin bu-

na baxmayaraq respublikada torpaq sahələrinin 70%-dən

çoxu bu və ya digər dərəcədə eroziyaya uğramış və meşə

massivləri sıradan çıxmış, su hövzələri, hava çirklənmiş,

ekoloji tarazlıq pozulmuşdur. Respublikanın müstəqillik

qazanması, öz sərvətlərinin sahibi olması, onun qorunması

Page 339: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

338

məsələlərinə daha böyük qayğı ilə yanaşmağı tələb edir.

Ona görə də son 10 ildə təbiətin mühafizəsi sahəsində da-

ha ciddi tədbirlər işlənmiş və həyata keçirilmişdir. Təbiə-

tin qorunmasında kompleks və yerli mühafizə tədbirlərin-

dən istifadə olunur. Kompleks mühafizə dedikdə müxtəlif

tədbirlərin mərkəzləşdirilməsi nəzərdə tutulur. Bu zaman

mühafizə sahəsində toplanmış bütün təcrübələrdən istifadə

edilir.

Yerli mühafizə isə baş verə biləcək hər hansı bir ha-

disənin qabaqcadan qarşısını almaq məqsədi daşıyır. Son

illərə qədər təbiətin mühafizə məsələləri ilə müxtəlif na-

zirliklər, təşkilatlar və baş idarələr məşğul olurdular. Ha-

zırda təbiətin mühafizəsi məsələləri Ekologiya və Təbii

Sərvətlər Nazirliyində cəmləşmişdir. Lakin, bununla yana-

şı təbiətin mühafizə məsələsi şirkətlərin və başqa təşkilat-

ların diqqət mərkəzində saxlanılır. Təbiəti mühafizə üzrə

bu Nazirliyin nəzdində yaradılmış standartlaşma idarəsi

havanın, torpağın, suyun, təbii komplekslərin standart gös-

təricilərini təsdiq edir və işləyir. Bu göstəriciləri təbii mü-

hitə nəzarət edən bütün müəssisələr (laboratoriyalar, stan-

siyalar və s.) götürür və öz nəticələri ilə müqayisə edirlər.

Şəhər və rayonlarda suyun və havanın təmizliyinə sanitariya-

-epidemioloji stansiyalar nəzarət edir. Hazırda sənaye

müəssisələrində yaradılmış xüsusi laboratoriyalar fabrik

və zavodlardan xaric olunan tullantılara nəzarət edir, hava-

nın və suyun mühafizəsi üzrə tədbirlər planı və proqnozlar

hazırlayır. Müvafiq elmi-tədqiqat institutlarında, ali mək-

təblərdə təbiətin mühafizəsi üzrə elmi-tədqiqat işləri aparı-

lır. Alimlər ətraf mühitin insana zərərli təsirinin optimal

səviyyəsinin elmi əsaslarını müəyyənləşdirmiş, yüzlərlə

müxtəlif maddənin ətraf mühitə toplanmasını maksimum

Page 340: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

339

yol verilən normalarını, qatılıq həddinin mümkünlüyünü

müəyyən etmişlər.

Beləliklə, təbiətin qorunmasının böyük dövlət əhə-

miyyəti vardır. Ona görə də kənd təsərrüfatının inkişafı,

əhalinin getdikcə artan maddi, mədəni və estetik tələbləri-

nin təmin olunması, insanların istirahətinə yaxşı şərait ya-

ratmaq məqsədilə təbii sərvətlərdən (torpaq, faydalı qazın-

tılar, su, bitki və heyvanlar aləmindən təbiətin və insan

əməyinin abidələrindən) planlı surətdə istifadə edilməli və

təbii ehtiyatlar qayğı ilə qorunmalıdır. Respublikada tə-

biətin qorunması tədbirlərinin həyata keçirilməsinə nəza-

rəti gücləndirmək, təbii mühitin vəziyyətini yaxşılaşdır-

maq, tullantıların təbii mühitə və əhalinin sağlamlığına zə-

rərli təsirini aradan qaldırmaq məqsədilə təşkilati-texniki

tədbirlər hazırlanıb həyata keçirilir. Eyni zamanda sənaye

müəssisələri və qurğuları, digər kənd təsərrüfatı obyektləri

tikintisi və yenidən qurulması layihələrinə xarici investisi-

yaların cəlb olunması, ekoloji tələblərə əməl edilməsi mə-

sələlərinə xüsusi diqqət yetirilir. Bu tədbirlər, bazar iqtisa-

diyyatı şəraitində respublikada təbiətin qorunmasına, onun

sərvətlərindən xalqın xeyrinə səmərəli istifadə olunmasına

şərait yarada bilər.

8.3. Ətraf mühitin çirklənməsi mənbələri və onların aradan qaldırılması yolları.

Aqrar sahədə istehsal, insanların həyat fəaliyyəti tə-biətlə, torpaq, su, meşə və digər sərvətlər ilə sıx bağlıdır. Təbii ehtiyatlardan istifadə müvafiq sahələrin formalaşma-sına, bu isə ekoloji problemlərin, çirklənmə mənbələrinin yaranmasına zəmin yaradır.

Son 100 ildə yer üzündə meşəsizləşmə, əhalinin artı-

Page 341: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

340

mı, yanacaqların yandırılması, təbii fəlakətlər və s. nəticə-sində iqlim dəyişiklikləri baş verir. İstiləşmə ilə əlaqədar qasırğalar, daşqınlar, quraqlıqlar və səhralaşmalar nəticə-sində bitki örtüyü məhv olur və heyvanlar azalır.

Ətraf mühitin çirkləndirilməsi bir neçə yolla baş verir: - təbii sərvətlərdən qeyri-səmərəli istifadə zamanı; - su hövzələri ilə bağlı çirklənmə; - atmosferin çirkləndirilməsi; - torpaq ehtiyatlarından düzgün istifadə edilməməsi

nəticəsində çirklənmə. Təbii proseslərin pozulması, yəni havanın, suyun və

torpağın çirkləndirilməsi inkişafa, istehsal nəticələrinə, in-sanların sağlamlığına və orqanizmlərin həyat fəaliyyətləri-nə birbaşa təsir göstərirlər. Məsələn, karbon qazlarının ha-vaya buraxılması iqlimə təsir göstərir, bu da öz növbəsin-də kənd təsərrüfatı məhsullarının istehsalında özünü əks etdirir, biogenlər yığımında baş verən dəyişmələr bəzi növlərin məhvinə, digərlərinin sürətlə çoxalmasına səbəb olur.

Canlı orqanizmlər, o cümlədən insanın fəaliyyəti, ət-raf mühiti və məhsulları çirkləndiricilər rolunu oynayırlar. Ekosistemin sabitliyinin əsas şərti odur ki, bəzi orqanizm-lərin tullantıları digər orqanizmlər tərəfindən qida, yaxud xammal kimi istifadə olunur. Balanslaşdırılmış ekosistem-lərdə tullantılar təhlükəli dəyişmələrə səbəb olacaq səviy-yədə yığılmır, quruyur və təbiət tərəfindən udulur.

İnsanlar öz tarixləri boyunca tullantılardan təbii pro-seslərin hesabına azad olmuşlar. Ancaq indi demoqrafiya-da baş verən sürətli sıçrayışlar xammal və enerji sərfinin yüksəlməsi ilə birlikdə ətraf mühitə çox böyük miqdarda tullantıların atılmasına, onun çirklənməsinə gətirib çıxar-mışdır. Çirklənmə zamanı torpağın fiziki, fiziki-kimyəvi,

Page 342: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

341

bioloji və biokimyəvi xassələrinin funksiyası pozulduğuna görə onun münbitliyinin pisləşməsi baş verir. Bu pisləş-məni bərpa etmək üçün uzun illər lazım gəlir.

İnsanın fəaliyyətinin bütün növləri enerjinin istehsalı və istifadəsi ilə sıx əlaqədardır. İstehsalın müasir həcmi çoxlu miqdarda enerji sərfini tələb edir, bununla yanaşı emal sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına onun sərfi müntəzəm olaraq artır.

Texniki tərəqqi və intensivləşdirmə insan əməyinin maşın əməyi ilə əvəz edilməsi prosesini getdikcə güclən-dirir. Vaxtilə ABŞ-da əhalinin 90%-i kənd təsərrüfatı ilə məşğul olduğu halda, indi əhalinin 2%-i torpaq becərir və qalan 98%-ni yedizdirir. Hətta ölkə xeyli miqdarda digər ölkələrə məhsul ixrac edir.

Hazırda təbiətdə çoxsaylı enerji mənbələri mövcud-dur, onlar da bir-birindən nəinki fiziki və kimyəvi xassələ-ri, həm də ehtiyatlarının kəmiyyətlərinə, bərpa oluna bil-məsinə, tükənən olmasına, ətraf mühitə təsir səviyyəsinə və dəyərinə görə fərqlənirlər. Hazırda çox yayılanlar istilik energetikası (müxtəlif növ üzvi yanacaqların-neft, qaz, daş kömür, torf və s. yandırılmasına əsaslanan), hidroenergeti-ka (su ehtiyatlarından istifadə edən) və nüvə reaksiyaları-na əsaslanan nüvə energetikasıdır. Bütövlükdə dünyada ən çox istilik energetikasından istifadə edilir.

Energetika həmişə ətraf mühiti ən çox çirkləndirən sahələrdən biri olmuşdur.

Meydana çıxma səbəblərindən asılı olaraq və mənbə-lərinə görə ətraf mühitin çirkləndirilməsinin aşağıdakı növləri fərqləndirilir:

1. Fiziki-mexaniki çirkləndirmə – radioaktiv maddə-lər, elektromaqnit şüalanma, yanacaq çirkləndiriciləri, müx-təlif tullantılar, səs və titrəyişlər və s.;

Page 343: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

342

2. Kimyəvi çirkləndirmə – karbon və kükürddən ya-

ranan məhsullar, karbohidrogenlər, yuyucu maddələr, güb-

rələr, ftor birləşmələri, ağır metallar, aerozollar;

3. Bioloji çirkləndirmə – xəstəlik yaradan bakteriya-

lar, viruslar və s.;

4. Estetik çirklənmə – urbanizasiyanın inkişafının tə-

bii landşaftı pozması.

Canlı orqanizmlər təbiətdə müəyyən həddə çirkləndi-

rici maddələrin olmasına dözürlər.

Lakin onların miqdarı bu həddi keçdikdə sağlamlıq

üçün böyük problemlər yaranır.

Ətraf mühitin müdafiəsi üçün sahibkarların, müəssisə

və təşkilatların fəaliyyətlərinin müxtəlif tərəflərini nizamla-

maq məqsədilə ekoloji standartlardan və normativlərdən

istifadə olunur.

Ən mühüm ekoloji standart ətraf mühitin keyfiyyət

normativi olan çirkləndiricilərin yol verilə bilən qatılıq li-

mitidir. (YVQL) Hava və su mühitinin keyfiyyətinə nəza-

rət üçün bu əsas göstərici hesab edilir. Bu göstərici zərərli

maddələrin ətraf mühitdə canlı orqanizmlərə, o cümlədən

insanlara mənfi təsir göstərməyən maksimum qatılığıdır. Su, insanlar tərəfindən müxtəlif tələbatları (içməli

su, balıq yetişdirmək, kənd təsərrüfatı, sənaye üçün və s.) ödəmək üçün istifadə edilir. Sudan istifadənin hər bir kate-qoriyasına müxtəlif tələbatlar irəli sürülür. Belə ki, içməli su təsərrüfatı üçün iy, dad, rəng, bulanıqlıq və s. əsas əhə-miyyət kəsb etdiyindən onun üçün neft üzrə YVQL-i 0,3 mq/l təşkil edir. Lakin neftlə çirklənmiş suda yaşayan ba-lıqların əti kəskin neft qoxusu verdiyindən və neftin ikra-lar (balıq yumurtaları) üçün çox zərərli olduğundan bu su hövzələri üçün neft məhsullarının qatılığı balıq təsərrüfatı

Page 344: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

343

göstəriciləri ilə limitləşdirilir və YVQL-i 0,05 mq/litrə qə-dər endirilir.

Çirklənmənin miqdarı onun mənbəyindən olan məsa-fədən, küləyin istiqamətindən, hava şəraitindən asılı olaraq dəyişir. Azot oksidlərinin atmosferə atılmasının təqribən 95%-i (illik) qazıntı yanacaqlarının yandırılması nəticəsin-də yaranır. Ümumi qaz tullantılarının 40%-ə qədəri motor-lu nəqliyyatın, 30 faizi kömür və mazut işlədən istilik elektrik stansiyalarının, 20%-i sənaye müəssisələrində yan-dırılan yanacaqlar hesabına yaranır. Nəqliyyat ətraf mühiti qurğuşun, sink, kobalt və benzopirenlə çirkləndirmə mən-bəyidir. Nəqliyyatda işlənmiş qazlar yer üzərində ildə 260 min ton qurğuşun ixrac edir.

Suyun xlorlaşdırılması və ftorlaşdırılması, plastmas-ların yandırılması, elektrokimyəvi metallurgiya müəssisə-ləri, üçüncü üzvi maddələrin (həlledicilər, təmizləyici vasi-tələr, xlor-ftor-karbonları) geniş istehsalı bu cür çirkləndi-ricilərin havada qatılığının artmasına səbəb olur. Su və qi-da məhsulları vasitəsi ilə heyvan və insan orqanizmlərinə daxil olan ftorlu birləşmələr-böyrəklərin və bağırsaqların funksiyalarının pozulması, dişlərdə və sümüklərdə dəyiş-mələr kimi xəstəliklər yaradır.

Suyun yoluxucu maddələrdən təmizlənməsi üçün ölkəmizdə əsasən suyun xlorlaşdırılmasından istifadə edi-lir. Bu üsulun əsas problemi ondadır ki, xlor suda həll olunmuş karbohidrogenlərlə reaksiyaya girir və bəzi xlor-laşmış karbohidrogenlər kansorogen təsirlərə malikdirlər. Dünya təcrübəsində suyun ozonlaşdırılması üsulundan da istifadə edilir.

Təbii suların çirkləndirilməsinin ekoloji nəticələri müxtəlifdir, lakin onların hamısı nəticədə su ekosistemlə-rinin pozulmasına səbəb olur. Suların üzvi maddələrin

Page 345: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

344

çirklənməsində çirkab sularının, yeyinti və sellüloz-kağız sənayesi müəssisələrinin tullantıları böyük rol oynayır. Bu müəssisələrin tullantıları suyu 500 minlik əhalisi olan şə-hərin çirkləndirdiyi qədər çirklənmə səviyyəsi yaradır.

Su mühitinə suyun təbii tərkibini dəyişdirən müxtəlif maddələrin daxil olması təbii ekosistem və insan üçün cid-di təhlükə törədir. Hesablamalara görə hazırda dünya su hövzəsinə hər il 30 mindən artıq müxtəlif adlı kimyəvi bir-ləşmələr atılır ki, onların miqdarı 1,2 mlrd. tona qədərdir.

Neftin çox miqdarda su hövzələrinə axını regional miqyasda ekoloji fəlakətə səbəb olaraq, quşların, dəniz heyvanlarının kütləvi məhvinə, balıq sənayesinin böhranı-na səbəb olur. 1967-ci ildə 117 ton xam neft yüklənmiş tanker İngiltərə sahillərində qəzaya uğradığı zaman bütün neft dənizə tökülmüş və nəticədə yalnız dəniz quşlarının 8 mini məhv olmuşdu. Üzvi maddələrlə zəngin olan tullantı-ların, çirkab sularının hidrosferaya atılması ekosistemlərdə pozğunluqlara gətirib çıxarır.

Suyun hərarəti bitki və heyvanların yaşamasına təsir edən əsas amillərdəndir. Elektrik stansiyalarından daxil olan istilik çox hallarda orqanizmlərin normal mövcudluğu həd-dini aşır.

Dünya sularının radioaktiv maddələrlə çirkləndiril-məsi də bəşəriyyət üçün böyük təhlükə törədir. Bu cür çirk-lənmənin əsas mənbələri aşağıdakılardır:

- Nüvə silahının sınaqdan keçirilməsi nəticəsində çirkləndirmə (1963-cü ilə qədər bu sınaqlar atmosferada keçirilirdi);

- Bilavasitə dənizə atılan radioaktiv tullantılar vasitə-silə çirkləndirmə;

- İrimiqyaslı radiasiya qəzaları (atom reaktoru ilə iş-ləyən gəmilərin qəzaya uğraması (məsələn “Kursk” sualtı

Page 346: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

345

gəmisinin qəzaya uğraması 2001-ci il); - Su hövzələrinin dibində radioaktiv tullantıların bas-

dırılması. İngilis və fransız atom zavodlarının tullantıları de-

mək olar ki, bütün Şimali Atlantikanı, xüsusilə Şimal, Norveç, Qrenland, Barents və Ağ dənizləri radioaktiv ele-mentlərlə çirkləndirmişlər. Şimal Buzlu okeanının radio-aktiv tullantılarla çirkləndirilməsində isə Rusiya özünə-məxsus rol oynamışdır.

Energetika sənayesinin hədsiz inkişafı bərpa olunma-yan təbii ehtiyatların istehlakını və bərpa olunan ehtiyatla-rın intensiv istifadəsini gücləndirmiş, ətraf mühitə külli miqdarda istiliyin, transformasiyaya uğramış maddələrin, aerozol hissəciklərinin artmasına, bu isə insan orqanizmi-nə və ətraf mühitə təhlükəli təsir göstərən maddələrin da-xil olmasına səbəb olur.

Ümumiləşdirmələr göstərir ki, ətraf mühitin çirklən-dirilməsinin əsas mənbəyi istilik və elektrik stansiyaları (45%) və kənd təsərrüfatıdır (40%), qalan çirklənmə isə sənaye və kommunal məişət tullantılarıdır (15%). Tullantı növlərindən isə tüstü mənşəli qazlar 50% təşkil edir. Ətraf mühitin çirklənməsində energetikanın payının çox olması onunla əlaqədardır ki, enerji istehsalı üçün kömür və ma-zutdan çox istifadə edilir. Bununla yanaşı müasir elmi-tex-niki tərəqqinin nailiyyətləri vasitəsilə bu zərərli təsirlərin aradan qaldırılması imkanları da genişlənir. İnsanla təbiətin qarşılıqlı münasibətləri nəticəsində əmək məhsuldarlığı ar-taraq, insanların tələbatının ödənilməsi və istehsalda istifa-də olunan təbii xammala qənaət olunması imkanı yaranır.

Beləliklə, ətraf mühitin çirklənmə mənbələrini aşağı-dakı kimi (cədvəl 8.3.) təsnifatlaşdırmaq olar:

Page 347: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

346

Cədvəl 8.3.

Ətraf mühitin çirklənmə mənbələri.

Sənaye Nəqliyyat Kənd təsərrüfatı Yaşayış yeri

Radioaktiv tullantılar

Neft məhsulla-rının qalıqları

Mineral gübrələr, pestisidlər, ziyanve-

rici maddələrdən düzgüm istifadə

edilməməsi, aqro-texniki tədbirlərin

aparılmaması

Qazlar, çirkab sular

Çirkab suları

Daşınma nəticəsində

kimyəvi maddələrin it-

kisi

Suvarma sistemi, şoranlaşma, külək və su eroziyası, sə-

naye, nəqliyyat, məişət tullantıları

Məişət tullan-tıları, onların yandırılması

Bərk sənaye tul-lantıları

Maşınların ətraf mühitə

buraxdığı qaz

Ağır və iri texnika-dan istifadə, qeyri-

kənd təsərrüfatı üçün torpaqların ayrılması, onların

strukturunun pozulması

Bərk məişət tullantıları

Atmosferə bura-xılan sənaye

qazları –

Heyvandarlıqda ifr-azat məhsulları, di-gər təbii və antro-pogen amillərin tə-

siri

Məişətdə iş-lənən ekzo-gen kimyəvi

maddələr

Çirklənmənin daha çox sənaye, kommunal-məişət obyektlərində, nəqliyyatda, kənd təsərrüfatında, yaşayış sahələrində intensiv olması nəzərə çarpır.

Ətraf mühitin çirklənməsinin digər cəhəti ondan iba-rətdir ki, hər hansı bir təsərrüfat sahəsinin mühiti çirklən-dirilməsi başqa sahələrə öz mənfi təsirini göstərir. Məsə-lən, hər hansı sənaye və emal müəssisələrinin suyu, torpa-ğı və ya havanı çirkləndirməsi, bu təbii vəsaitlərdən istifa-də edən təsərrüfat sahələrinə ziyan vurur, insanların sağ-lamlığına təsir edir. Nəticədə ölkəyə ümumi sosial-iqtisadi

Page 348: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

347

zərər dəyir. Kənd təsərrüfatı istehsalının miqyası və xüsusiyyət-

lərində baş verən dəyişikliklər, ətraf mühitin mühafizəsin-də bilavasitə əhəmiyyəti olan texniki və texnologiyadakı dəyişikliklərdə öz əksini tapmalıdır.

Elmi texniki tərəqqinin sürətlənməsi, təbiətlə kənd təsərrüfatı arasındakı qarşılıqlı əlaqəni dəyişdirməklə kənd təsərrüfatı istehsalının ətraf mühitə təsirini gücləndirir. Bu özünü müxtəlif istiqamətdə büruzə verir. Birinci, torpaq-lardan intensiv istifadə olunması bir tərəfdən torpaq əmə-ləgəlmə prosesini pozur, onların kimyəvi maddələrlə baş-qa tullantılarla çirklənməsinə, digər tərəfdən eroziyaya məruz qalmasına səbəb olur. İkinci, meşə örtüyündən, kol-luqlardan, otlaq və biçənəklərdən səmərəsiz istifadə olun-ması meşələrin sıradan çıxmasına, su mənbələrinin korlan-masına və tədricən sıradan çıxmasına səbəb olur. Üçüncü, faydalı qazıntıların çıxarılmasında köhnə, əvvəlki üsullar-dan istifadə olunması torpaq örtüyünü, dağ massivlərini sıradan çıxarır, ətraf mühiti zərərli maddələrlə çirkləndirir.

Torpaq, su ehtiyatlarından istifadə prosesində texno-loji rejimlərə əməl edilməməsi, məsələyə birtərəfli yana-şılması nəticəsində kənd təsərrüfatında həm nəzərdə tutu-landan az məhsul istehsal edilir, həm də ekoloji tarazlıq pozulur. Gübrələnmə, xəstəliklərə və ziyanvericilərə qarşı işlədilən zəhərləyici kimyəvi vasitələr bir tərəfdən məhsul istehsalının artırılmasına, onun mühafizə olunmasına im-kan yaradır, digər tərəfdən torpağın, ətraf mühitin çirklən-məsinə səbəb olur. Hazırda dünyada 20-25 milyon ton fos-for gübrəsi istehsal olunur. Tarla və plantasiyalara külli miqdarda mineral gübrələr və pestisidlər verilir. Mineral gübrə və pestisidlərdən istifadə yüksək iqtisadi səmərə ve-rir. Hesablamalara görə dünyanın bütün torpaqlarının tər-kibində 150 milyard ton azot vardır. Azot, fosfor və ka-

Page 349: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

348

lium gübrələrindən torpağın keyfiyyətindən asılı olaraq müxtəlif formada və birləşmələr şəklində istifadə olunur. Göründüyü kimi, torpaqda müxtəlif həcmdə gübrələr var-dır və onlar bitkilər tərəfindən kifayət qədər mənimsənil-mir. Mədəni bitkilərin mineral gübrələrin tərkibindəki maddələri mənimsəməsi 40% təşkil edir, qalan 60%-i tor-paqdan yuyularaq qrunt sularına, su təchizatı obyektlərinə daxil olur. Nəticədə su mənbələri çirklənməyə məruz qa-lır. Bu isə sağlam təbiətə malik regionlarda bulaqların, müalicə obyektlərinin, torpaqların yararsızlaşdırılmasına gətirib çıxarır. Yaxud, torpaqların meliorasiya məqsədilə respublikada sərf olunan milyard manatlarla vəsait bir çox regionlarda ekoloji şərait nəzərə alınmadığına və işlər (tədbirlər) aşağı keyfiyyətdə aparıldığına görə az fayda ve-rir. Bəzi hallarda torpaq və sudan düzgün istifadə edilmə-məsi nəticəsində torpaqlar şorlaşır və bataqlıqlaşır.

Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsi me-yarının seçilməsi onun yerləşmə spesifikası, genezisi, həm-çinin istifadə xüsusiyyəti ilə təyin edilir. Torpağın vəziy-yəti qiymətləndirildikdə, ekoloji uğursuzluq dərəcəsinin əsas göstəriciləri fiziki deqradasiyası, kimyəvi və bioloji çirklənmə meyarları hesab olunur.

Ərazinin ekoloji vəziyyətinin meyarlarından biri tor-pağın deqradasiyası (eroziya, deflyasiya, təkrar şorlaşma, şorakətləşmə, bataqlaşma) nəticəsində istifadədən çıxmış torpaq sahələri hesab edilir. Neqativ proseslər (açıq üsulla faydalı qazıntıların əldə olunması və tikinti işləri, insan tərəfindən törədilən su eroziyası və deflyasiya) torpaq ho-rizontlarının dağılmasına səbəb olur, bu proses də torpağın deqradasiyası meyarı vəzifəsini görür. Torpağın strukturu-nun dağılması və bərkimə prosesinin inkişafı onun kipliyi-ni artırır.Bu torpağın deqradasiyası göstəricisinin mühüm meyarı hesab edilir. Araşdırmalar göstərir ki, dünyada ero-

Page 350: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

349

ziya, sürüşmələr, şoranlaşma, qələviləşmə, əkin qatının kipləşməsi, turşulaşma, qida elementlərinin tarazlığının pozulması, kimyəvi və bioloji çirklənmə, müxtəlif tullan-tılarla çirklənmə, tikinti, yol və su elektrik stansiyaları al-tında istifadə və digər səbəblərdən milyon hektarlarla tor-paq sahəsi keyfiyyətini itirir.

Fitotoksiklik torpağın çirklənməsinin kompleks gös-təricisi sayılır-çirklənmiş torpağın xassələri toxumun cü-cərməsini, bitkilərin böyümə və inkişafını ləngidir.

Torpaq mikroorqanizmlərin həyat fəaliyyətinin aşağı düşməsi bioloji deqradasiyanın əlaməti sayılır.

Faktiki materiallardan aydın olur ki, ətraf mühitin çirklənməsi mənbələri müxtəlif olmaqla həcmi hələ bö-yükdür.

Cədvəl 8.4.

Müxtəlif çirklənmə mənbələrinin ətraf mühitə təsirini

xarakterizə edən əsas göstəricilər.

2005 2009 2010 2014

Təbii mənbələrdən götürülən

su, mln.m3 12050

1142

5

1156

6 1212,3

Su istehlakı, mln. m3

8607 7639 7715 8115

Təmizlənməmiş çirkab suların

sututarlara atılması, mln.m3 161 171 164 265

Atmosfer havasına atılan çirk-

ləndirici maddələr-cəmi, min

ton

1054,3 997,0 956,8 1155,3

O cümlədən:

Stasionar mənbələrdən 557,9 300,0 214,8 189,3

Avtomobil nəqliyyatından 496,4 697,0 742,0 966,0

Yaranmış istehsal və istehlak

tullantıları, min ton 2572 2284 2282 2386

İstifadə edilmiş və zərərsizləş-

dirilmiş istehsal və istehlak

tullantıları, min ton

771 503 476 548

Page 351: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

350

Cəmiyyət ilə ətraf mühit arasındakı qarşılıqlı müna-

sibətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən isti-

fadə etməklə bərabər atmosferin, suyun, torpağın və s.

çirklənməsinin qarşısını alan kompleks tədbirlər görülmə-

lidir. Əgər əkin dövriyyəsinə əvvəllərdə istifadəsi müm-

kün olmayan yeni torpaqlar cəlb edilirsə, əvvəlcə həmin

torpaqların yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslan-

dırılmış meliorasiya işləri aparılmalıdır ki, ətraf mühitə zi-

yan dəyməsin, yeni meşələrin qırılmasına ehtiyac qalma-

sın, heyvanat aləmi dağılmasın, qrunt sularının səviyyəsi

qalxmasın və s.

Təbii sərvətlərdən səmərəli istifadə edilməsinə mənfi

təsir edən amillərdən biri də torpaqdan, sudan, meşədən,

mineral maddələrdən istifadə işində sahibkarların, müəssi-

sələrin iqtisadi marağının olmaması və bu səbəbdən təsər-

rüfat fəaliyyətində biganəliyə, məsuliyyətsizliyə yol veril-

məsidir.

Beləliklə, ətraf mühitin çirklənməsini azaltmaq üçün

meliorasiya tədbirlərinin tətbiqi, tarlaqoruyucu meşə zo-

laqlarının genişləndirilməsi, nadir heyvan və bitki növləri-

nin mühafizəsi sahəsində xeyli əməli tədbirlər həyata keçi-

rilmişdir. Quraq rayonların su ilə təmin edilməsi, bataqlıq-

ların qurudulması və s. nəsli kəsilməkdə olan bir çox hey-

vanların, bitki növlərinin bərpa olunması ətraf mühitin

mühafizəsinə kömək edir. Bunlardan başqa tullantıların

azaldılmasını təmin edən texnoloji üsulların işlədilməsi,

ən mütərəqqi təmizləmə qurğularının kütləvi istehsalı, at-

mosferə buraxılan zərərli tullantılarla mübarizədə yeni

üsul və vəsaitlərin tətbiqi, torpaq, su və meşə ehtiyatları-

nın qorunması, onlardan səmərəli istifadə edilməsi üçün

kompleks tədbirlərin həyata keçirilməsi genişləndirilir.

Page 352: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

351

Ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün

günahkarların maddi məsuliyyəti mühüm əhəmiyyət kəsb

edir. Ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq və

təbii sərvətlərdən düzgün istifadə etmək məqsədilə iqtisadi

mexanizmlərin hüquqi bazası möhkəmləndirilməlidir. Ət-

raf mühitin çirkləndirilməsinə və tullantılara görə cərimə-

lər, ödənişlər və s. tətbiqinin tənzimlənməsi sərtləşdirilmə-

lidir.

8.4. Təbii ehtiyatlardan, tullantılardan səmərəli

istifadə.

Hazırda bazar iqtisadiyyatının tələblərinə müvafiq

olaraq tullantıların təkrar istifadəsi üçün xarici təcrübədən

maksimum dərəcədə yararlanmaqla onların ətraf mühitə

təsirinin neytrallaşdırılması əsas vəzifələrdən biridir. Təc-

rübə göstərir ki, bu neytrallaşdırma iqtisadi və inzibati tə-

sir vasitəsi kimi ekologiyanı qorumaq və ətraf mühiti mü-

hafizə etmək üçün qadağa və ekoloji reqlamentlərdən, di-

gər müdaxilələrdən istifadə edilir. Tullantılardan xilas ol-

mağın əsas yolları onları basdırmaq və yandırmaqdır. Baş-

qa bir yolu isə tullantıların təkrar istifadəsidir. Burada tul-

lantıların istifadəsində monitorinq və ekoloji nəzarət me-

xanizmi ilə yanaşı, bu ehtiyatlardan təkrar istifadənin iqti-

sadi həvəsləndirilməsi mühüm rol oynayır. Tullantıların

basdırılması və ya yandırılması əlavə xərc tələb edir. Ona

görə də bu ehtiyatlardan təkrar istifadənin texnoloji im-

kanları mineral xammal ehtiyatlarının azalması və ekoloji

mühafizə tələbləri baxımından qiymətləndirilir. Bu həm

də ehtiyatlardan istifadənin miqyası və intensivliyinin

yüksəlməsi ilə izah olunur. Mövcud ilkin ehtiyatlardan sə-

mərəli istifadə və təkrar xammaldan istifadənin iqtisadi

Page 353: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

352

vasitələrlə stimullaşdırılmasının rolu getdikcə artır. Bura-

ya vergi güzəştləri, güzəştli kreditləşdirmə, israfçılığın

qarşısının alınmasına görə ödəmələrdən azad olma, subsi-

diyalaşdırma və s. iqtisadi təsir vasitələrini aid etmək olar.

Şəhərlərdə tullantılardan təkrar və kompleks istifadə ekoloji-

iqtisadi baxımdan yeni texnologiyaların tətbiqini və xərc-

ləri tələb edir. Məsələyə ətraf mühitin çirkləndirilməsi və

tullantılardan istifadə olunması məsələsinə kompleks yana-

şılmasını tələb edir. Nəzərə almaq lazımdır ki, ehtiyatlar-

dan səmərəli istifadə olunmaması və ətraf mühitin çirklən-

dirilməsi son nəticədə su və torpaqların çirklənməsinə sə-

bəb olmaqla aqrar sahənin fəaliyyətinə, ərzaq məhsulları

istehsalına və keyfiyyətinə mənfi təsir göstərir.

Təbii ehtiyatlardan səmərəli istifadənin əsas prob-

lemlərindən biri onlardan düzgün və tullantısız istifadə

edilməsi, ətraf mühitə çirkləndirilməsinin qarşısını almaq-

la təkrar istifadə etməkdir.

Hazırda metal və metal məmulatlarına artan tələbatın

ödənilməsində metalların təkrar emalı və istifadəsi mühüm

yer tutur. Dünyada olan metalın 30%-ə qədəri təkrar emal

hesabına yəni, əvvəllər müxtəlif məqsədlər üçün istifadə

olunmuş, sonra isə yararsızlaşmış məmulatlar hesabına

ödənilir. Metalların dövri istifadəsi, yəni uzun müddət

müxtəlif məqsədlərə xidmət etməsi həyata keçirilir ki, bu

da bir tərəfdən metala qənaətə, digər tərəfdən də ətraf mü-

hitin metal tullantıları ilə çirklənməsinin qarşısını almağa

imkan yaradır. Ona görə də faydalı qazıntıların çıxarılması

və texnologiyası üçün kompleks və tam çıxarılma üsulları

təkmilləşdirilir. Sənayedə və tikintidə tullantılara ikinci

ehtiyat, xammal mənbəyi, materialı kimi yanaşılır. Sənaye

və xidmət müəssisələrinin tullantılardan qiymətli element-

Page 354: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

353

lər əldə etmək mümkündür. Bəzi alüminium zavodlarında

elektrotexnikanın tətbiqi nəticəsində bütün komponentlər

ayrılır, təkrar istehsal üçün əlavə xammal əldə edilir. He-

sablamalar göstərir ki, müasir texnologiya faydalı qazıntı

yataqlarının ümumi ehtiyatın 30-50%-ni istifadə etməyə

imkan verir. Deməli, yataqlardakı metal, neft və digər fay-

dalı qazıntıların çıxarılması zamanı yarıdan çoxu yerin tə-

kində qalır. Çıxarılan filizin bir hissəsi onun ilkin emalın-

da, xüsusilə saflaşdırma prosesində, sonradan əridilmədə,

məmulatlar hasilatında və s. itirir. Belə itkilərin qarşısı alı-

narsa, metala tələbatı təmin etmək və ehtiyatlara qənaət et-

mək olar.

Tullantılar (bərk, qaz və maye halında olan qalıqlar)

özü də xammal sayılır. Məsələn, kanalizasiya sularından

gübrə kimi, çirkab suların müvafiq təmizləmələrdən sonra

yenidən istifadə edilməsi, havaya buraxılan milyon tonlar-

la qazların istifadəsi mühüm problemlərdən biridir. Səna-

ye və kənd təsərrüfatı mənşəli tullantıların təkrar istifadəsi

ölkəyə milyard manatlarla əlavə gəlir verməklə yanaşı,

ətraf mühitin çirklənməsinin də qarşısını almağa imkan

yaradır.

Xammaldan kompleks istifadə əmsalı nə qədər yük-

sək olsa, tullantıların miqdarı bir o qədər azalır, müəssisə-

lərin gəlirləri bir o qədər də artar. Bununla yanaşı, filiz

saflaşdırma, metallurgiya, kimya, yanacaq, energetika, ti-

kinti sənaye müəssisələri tullantıların ətraf təbii mühitə,

təsərrüfata, əhaliyə verə biləcəyi mənfi təsirləri aradan

qaldırmaq üçün müntəzəm olaraq bir sıra mühüm tədbir-

lər həyata keçirilməlidir. Bu xammal ehtiyatından istifadə

edilməsi və tullantıların azaldılmasına dair texniki-iqtisadi

tədbirlərin həyata keçirilməsini qarşıya qoyur.

Page 355: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

354

Qeyd etmək lazımdır ki, son illərdə respublikamızda

istifadə edilən mineral xammal sərvətlərinin həcmi 10 də-

fədən çox artmışdır. Bununla yanaşı hasilat, filizsaflaşdır-

ma və emal proseslərində çıxan tullantıların həcmi də ar-

tır. İlkin və təkrar xammalla işləyən sənaye müəssisələri

indi respublikamızda istehsal olunan sənaye məhsulunun

40%-ni və milli gəlirin xeyli hissəsini verir. Təkrar xam-

mal və tullantılar başlıca olaraq şəhərlərdə, iri sənaye mər-

kəzlərində onları emal edən həmin xammallara tələbatı

olan müəssisələr ətrafında yaranır. Lakin, təkrar xammal

və tullantıların iqtisadi səmərəsi onların vaxtında tədarük

edilməsi və emalından asılıdır. Əks təqdirdə təkrar xam-

mal tullantıları paslanır, oksidləşir, torpağı, suyu korlayır.

Yalnız korroziya hesabına respublika ərazisində hər il 45-

50 min ton metal itirilir.

Təkrar xammalın vaxtında yığılması, doğranması, pi-

ketres maşınlarda sıxışdırılıb emaledici zavodlara məsə-

lən, Azərbaycan boru-prokat zavoduna göndərilməsi, qiy-

mətli xammal itkisini xeyli azaldır və ətraf təbii mühitin,

torpağın və suyun çirkləndirilməsi azalır. Bu vacib məsə-

lənin düzgün həlli müvafiq müəssisələrin müasir avadan-

lıqla təchiz edilməsini, dəmir qırıntıları yığılmasında mad-

di marağın artırılmasını, iqtisadi cəhətdən sərfəli, texniki

cəhətdən mütərəqqi emal üsullarının tətbiqini tələb edir.

Bu tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi

məqsədilə sərf edilən kapital qoyuluşu və əmək sərfi tək-

rar xammal və tullantıların ətraf mühitə verdiyi zərərin də-

yərindən xeyli azdır.

Faydalı qazıntı mədənlərinin istismarında yerin üst

qatında milyon kubmetrlərlə qazılan süxurların tərkibi hu-

mus maddələri, əhəng-tikili materialları ilə zəngin olur.

Page 356: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

355

Qazılan torpaqların rekultivasiya edilməsi, tərkibindəki

faydalı elementlərin istifadəsi iqtisadi və təbiəti mühafizə

nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Məlum

olduğu kimi, faydalı qazıntı yataqları əsasən dağlıq ərazi-

dəki münbit torpaqlarda yerləşir. Mədənlərdən çıxarılan

münbit torpaqların imkan daxilində əkin sahələrinə səpə-

lənməsi sahələri münbitliyini artırar, kənd təsərrüfatı bitki-

lərinin məhsuldarlığını xeyli yüksəldər. Mədənlərin, kar-

xanaların qazılmış sahələri növbə ilə rekultivasiya edilmə-

lidir ki, bu da ekoloji və təbiəti mühafizə nöqteyi-nəzərdən

çox vacib məsələdir. Qara və əlvan metallurgiya sənayesi

müəssisələrdə şlak və şlakın tərkibi enerji, şüşə, tikinti, se-

ment xammalı ilə zəngindir. Hesablamalara görə Azərbay-

can dağ-mədən kombinatının tullantısında müvafiq olaraq

12-20% dəmir vardır. Bundan istifadə edilməsi yüz min

tonlarla polad, şüşə, sement xammalı, tikinti materialları

almağa imkan verər.

Göstərilən metallurgiya tullantılarının istifadəyə ve-

rilməsi iqtisadi cəhətdən bir daha ona görə səmərəlidir ki,

faydalı qazıntılardan fərqli olaraq onların axtarışına, çıxa-

rılmasına və daşınmasına daha çox kapital qoyuluşu və

əmək sərf edilmir. Ona görə də ilkin və təkrar xammalın,

tullantıların istifadə edilməsi təbii sərvətlərin səmərəsinin

və müəssisələrin rentabelliyinin yüksəldilməsinə yönəl-

dilmiş mühüm iqtisadi tədbir hesab edilir.

Mineral sərvətlərdən kompleks istifadə edilməsi mü-

hüm xalq təsərrüfatı problemi olmaqla, texniki tərəqqinin

və emalın mühüm göstəricilərindən biridir. Lakin, mineral

sərvətlərdən kompleks istifadə edilməsini yalnız sənaye is-

tehsalının ehtiyatı kimi nəzərə almaq səhv olardı. Buna

xammala qənaət etmək, ətraf təbii mühitin mühafizəsinə

Page 357: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

356

şərait yaratmaq, əmək məhsuldarlığını artırmaq, istehsalın

rentabelliyini yüksəltmək nöqteyi-nəzərindən baxmaq la-

zımdır. Burada hər hansı faydalı qazıntı mədənlərinin

planlaşdırılmasında sosioloji və ekoloji cəhətləri nəzərə al-

maq ona görə zəruridir ki, istifadəyə verilən mədənlərin

ehtiyatı təbii sərvətdən iqtisadi sərvətə çevrilir. Bununla

əlaqədar mineral xammalın istifadəsində elmi tədqiqat iş-

lərinin səmərəsi onlardan kompleks istifadə edilməsinə,

iqtisadi, sosioloji, ekoloji və elmi-texniki tərəqqinin uzlaş-

dırılmasına yönəldilməlidir.

Tullantıları xarakterinə görə kütləvi və qeyri-kütləvi

olmaqla 2 yerə bölürlər. Kütləvi tullantılar ətraf mühitin

sanitar-gigiyenik göstəricilərini kəskin dəyişdiyinə görə

onlar xüsusi nəzarətdə saxlanılır. Qəza və təbii hadisələr

zamanı qeyri-kütləvi tullantılar kütləviyə çevrilə bilər.

Tullantılara nəzarət etmək imkanı baxımından onları

iki qrupa bölürlər: 1)Təşkil olunmuş və 2)Təşkil olunmamış.

Təşkil olunmuş (və ya razılaşdırılmış) tullantılar–at-

mosferə, su hövzələrinə və torpağa xüsusi qurğuların (bo-

rular, kompressorlar, təmizləyici vasitələr, yanma peçləri və s.)

köməkliyi ilə daxil olur. Bu tullantılar müxtəlif dərəcədə

zəhərli olduğu üçün adətən ərazilər üzrə onların yol veri-

lən həddi müəyyən olunur.

Təşkil olunmamış tullantılar-elə tullantılardır ki, on-

ları zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-

mümkün olur. Məsələn, aparat və qurğularda nasazlıq uc-

batından meydana gələn və yaxud kanalizasiya sistemlə-

rində axan məhlulların səthində və xüsusi tullantılardan

buxarlanan maddələrin miqdarı bu tullantılara aiddir. Bu

tullantıların baş verməsi istehsalat səbəbləri ilə əlaqədar-

dır. Zəhərli tullantıların inventarizasiyası zamanı onların

Page 358: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

357

mənbəyi tullandığı torpaq, hava və su tərkibi, həmçinin

yerüstü qatlarda yayılmasının maksimum konsentrasiya

həddi müəyyən olunur.

Aqrar sahədə tullantılara-taxıl zəmilərinin biçinindən

sonra qalan küləş, pambıq çöpləri, meyvə və üzüm budaq-

ları, cecəsi, tərəvəz və kartofun qabıqları, kolları və digər

bitki tullantıları, heyvan ifrazatı və s. aid etmək olar.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra təbii

ehtiyatların mühafizəsi və səmərəli istifadə edilməsi sahə-

sində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Belə ki,

ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli is-

tifadə üçün 2005-ci ildə su ehtiyatlarının mühafizəsinə 1,3

milyon manat vəsait ayrılmışdırsa, 2014-cü ildə 199,3 mil-

yon manat vəsait ayrılmışdır. Bu göstərici atmosfer hava-

sının mühafizəsi üçün müvafiq olaraq 1,5 və 8,9 milyon

manat, torpaqların mühafizəsi üçün 98,6 min manat və 8,7

milyon manat olmuşdur. Stasionar mənbələrdən atmosferə

atılan çirkləndirici maddələr 2005-ci ildə 557,9 min ton

olmuşdursa, bu göstərici 2014-cü ildə azalaraq 189,3 min

ton olmuşdur.

Aqrar sahədə ehtiyatlardan səmərəli istifadə vaxtı

mövcud maddi-texniki bazanın zəifliyi, bitkiçilik və hey-

vandarlıqda istehsalın təşkili, aqrotexniki və mühafizə va-

sitələrinin zəif tətbiqi, torpaqların meliorativ vəziyyətinin,

bir çox yerlərdə suvarma və kollektor-drenaj şəbəkəsinin

qənaətbəxş olmaması, gübrə və bitki mühafizə vasitələrin-

dən düzgün istifadə edilməməsi, emal müəssisələrinin, ye-

ni texnologiyaların, infrastrukturların tələbatdan geri qal-

ması istehsalda çoxlu həcmdə itkilərə zəmin yaradır.

Təbii ehtiyatlardan səmərəli və düzgün istifadə edil-

məməsi əsasən aşağıdakı amillərlə əlaqədardır:

Page 359: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

358

- torpağın bir qismi əkin dövriyyəsindən çıxarılaraq

qeyri-kənd təsərrüfatı obyektləri, sənaye, tikinti, istehsal

və sosial infrastruktur məqsədlərinə cəlb edilir, torpaqlar

eroziya nəticəsində sıradan çıxır;

- sudan qənaətlə istifadə olunmur, yeni müəssisələrin

yaradılması ilə əlaqədar sənaye məqsədləri üçün sudan is-

tifadə çoxalır, həmçinin suvarılan torpaqların həcmi artır,

bu isə suya tələbatı artırır;

- biçənəklərdə, çəmənlərdə otarılan mal-qaranın ço-

xalması torpağın üst qatının korlanmasına səbəb olur;

- torpağın, suyun, meşənin və atmosferin mühafizəsi

avadanlıqlarının, təmizləyici qurğuların, texniki vasitələrin

köhnəlməsi, təmiz və enerjiyə qənaət edən mütərəqqi tex-

nika və texnologiyanın səmərəliliyini azaldır;

- gübrə və bitki mühafizə vasitələrindən düzgün isti-

fadə edilmir, standartların tələblərinə uyğun müasir labo-

ratoriyalar şəbəkəsinin olmaması üzündən müntəzəm ola-

raq məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə

nəzarət olunmur;

- təbii ehtiyatlardan və tullantılardan səmərəli istifa-

də ilə əlaqədar keyfiyyətə nəzarət və iqtisadi həvəsləndir-

mə sistemi (vergi, güzəştli kredit, subsidiya, sığorta və s.)

zəif tətbiq olunur;

- təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınması,

təhlükəsiz bitkiçilik və heyvandarlıq məhsulları istehsalı

üçün baytarlıq və fitosanitar xidmətlərinin maddi-texniki

bazasının zəifliyi müvafiq profilaktiki tədbirlərə vəsait ay-

rılması, kadr çatışmazlığı və s. təhlükəli və zərərli orqanizm-

lərə qarşı mübarizə aparmağa imkan vermir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında

əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət

Page 360: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

359

Proqramı”nda (2008) göstərilir ki, “Kifayət qədər tədarük-satış

bazaları olmadığından, meyvə-tərəvəzin yerlərdə tədarü-

kü, saxlanılması və satışı lazımi səviyyədə təşkil edilmir.

Hesablamalara görə qeyd olunan səbəblərdən hər il yetiş-

dirilmiş meyvə və tərəvəzin 10-15%-i itirilir”. Faktlar gös-

tərir ki, ölkəmizdə istehsal və saxlama prosesində hər il

orta hesabla müxtəlif səbəblərdən 270-280 min ton taxıl,

65 min ton kartof, 85 min ton tərəvəz, 13-14 min ton mey-

və, 3-4 min ton üzüm, 2-3 min ton ət, 54-55 min ton süd

itkisinə yol verilir.

Aqrar iqtisadiyyatın sahələri ilə emal müəssisələri

arasında mövcud olan uyğunsuzluqları aradan qaldırmaq

məqsədilə yeni, müasir texnologiyalara uyğun emal müəs-

sisələrinin tikilməsi, istehsal və emal prosesində, saxlama

və daşıma vaxtı itkilərin qarşısının alınması davamlı xa-

rakter almalıdır.

Təbii-istehsal ehtiyatlarından səmərəli istifadə məq-

sədilə ilk növbədə torpaqların meliorasiya yolu ilə münbit-

liyinin artırılması, şoranlaşmaya və eroziyaya məruz qal-

mış torpaqların sağlamlaşdırılaraq əkin dövriyyəsinə cəlb

edilməsi, torpaqlardan istifadə və təkrar istifadə texnologi-

yalarının və növbəli əkin sisteminin tətbiq edilməsi, üzvi

və mineral gübrələrdən istifadə, aqrotexniki qaydalara əməl

edilməsi və s. tədbirlər əsas şərtlərdən olmalıdır.

8.5. Ekoloji təmiz məhsul istehsalı.

Ətraf mühitin mühafizəsi və insan sağlamlığının qo-

runması cəmiyyətin qarşısında duran ciddi problemlərdən

biridir. Hazırda dayanıqlı inkişafın əsas şərti və bazarın tə-

ləbi ekoloji təmiz məhsul istehsalının artırılmasıdır. Bu-

nunla əlaqədar aqrar sahənin, xüsusən kənd təsərrüfatının

Page 361: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

360

ekoloji təmiz məhsul istehsalının əsas mənbəyi kimi əhə-

miyyəti artmışdır.

Aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalçıla-

rı yüksək gəlir götürmək üçün daha çox gübrələrdən, zə-

hərli kimyəvi maddələrdən istifadə edirlər. Onlar toxum-

çuluq və damazlıq işinə, növbəli əkin sisteminə fikir ver-

mir, torpaqdan, ağır texnikadan, köhnə texnologiyadan

düzgün istifadə etmir, səmərəli bazar mexanizmi qura bil-

mir, bununla, torpaq və suyu çirkləndirir, ətraf mühitin

mühafizəsi və ekoloji təmiz məhsul istehsalının rolunu nə-

zərə almırlar.

Müxtəlif firma, şirkət və işgüzar dairələr tərəfindən

xarici ölkələrdən idxal olunan ət və ət məhsulları, süd və

süd məhsulları, tərəvəz, bostan, kartof, meyvə, taxıl, balıq

və digər ərzaq və qeyri-ərzaq məhsulları onların ekoloji

cəhətdən təmiz istehsalı, emalı, daşınması bir çox təbii,

texniki, texnoloji, ekoloji, texnogen və s. amillərlə bağlı

olduğundan onların keyfiyyəti və təhlükəsizliyi də məh-

sulların bir çox xüsusiyyətlərilə əlaqədardır. İnsan və hey-

van sağlamlığına mənfi təsir göstərən–süni, bioloji fəal

maddələri və preparatları göstərmək olar. Qida məhsulları

ətraf mühitdən ekoloji zərərli maddələri udmaq və özündə

akkumliyasiya etmək xüsusiyyətlərinə malikdir. Bu, eko-

loji təmiz məhsul istehsalı texnologiyasının tətbiqini, təbii

ehtiyatlardan səmərəli istifadəni qarşıya qoyur.

Ekoloji təmiz təsərrüfat dedikdə ətraf mühitin və

canlı orqanizmlərin sağlamlığı və təhlükəsizliyini təmin

etməklə kimyəvi, sintetik (süni) maddələr tətbiq edilmə-

dən, texnogen təsirlərin neytrallaşdırılması şəraitində, təbii

yolla kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanla-

rın yetişdirilməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq

Page 362: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

361

məhsulları istehsalı, emalı, saxlanması, daşınması, satışı,

sertifikatlaşdırılması nəzərdə tutulur.

Ekoloji təmiz sözü-eko, bio, orqanik terminlərini ifa-

də edən eyni məna daşıyır. Bu terminlər Avropa ölkələrin-

də ekoloji (bioloji və ya üzvi) kənd təsərrüfatı, standartla-

rın tələblərinə cavab verən məhsullar nəzərdə tutulur. İngi-

lis dilində bu organic, alman dilində bio, üzvi, hollandiya-

da isə eco kimi ifadə olunur. Ekoloji təmiz anlayışına görə–

məhsullar standartlara uyğun olmalı, sertifikatlaşdırılmalı,

sağlamlığın təmin olunması üçün insanların istifadə etdiyi

məhsullar həyat üçün təhlükəsiz olmalıdır. Ekoloji kənd

təsərrüfatı kimi ilk dəfə 1924-cü ildə avstraliyalı alim

R.Steyner tərəfindən Almaniyada “biodinamik kənd təsər-

rüfatı” adlı nəzəriyə irəli sürülmüşdür. O, ekoloji kənd tə-

sərrüfatının marketinqi və sertifikatlaşdırılmasını, həmçi-

nin bütün canlıların, bitkilərin inkişafına kainat cisimləri-

nin təsirini müəyyənləşdirmişdi. Ekoloji təmiz kənd təsər-

rüfatında digər istiqamət üzvi-bioloji əkinçilik sistemidir.

Bu istiqamət 1940-cı ildə İngiltərədə lord Hortbon tərəfin-

dən işlənmişdir. Bu istiqamət də biodinamik əkinçilikdən

fərqli olaraq gübrələrdən, pestisidlərdən, bitkilərin boy ar-

tımını tənzimləyən maddələrdən, yem əlavələrindən imti-

na edilirdi. Kənd təsərrüfatında sabit inkişafına nail ol-

maq, ətraf mühitə zərər vurmamaq, torpaqlardan uzun

müddət səmərəli istifadə etməklə onun münbitliyini müha-

fizə etmək əsas məqsəd hesab edilirdi.

Bazarın artan tələbi ilə əlaqədar bir çox ölkələr eko-

loji təmiz ərzaq və kənd təsərrüfatı məhsulları istehsalını

və idxalını artırırlar. Ekoloji təmiz kənd təsərrüfatı məh-

sullarına aşağıdakı aspektdən yanaşmaq məqsədəuyğun

olardı: 1) ekoloji təmiz məhsul keyfiyyətlidir; 2) ekoloji

Page 363: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

362

təmiz məhsul yüksək qiymətə satılır; 3) ekoloji təmiz və

keyfiyyətli məhsul yüksək məsrəflərlə bağlıdır; 4)ekoloji

təmiz və keyfiyyətli məhsul sağlam rəqabətlidir və bu

amilləri önə çəkən istehsalçılar müəyyən güzəştlər əldə et-

məlidirlər; 5)ətraf mühitin mühafizəsi və sağlamlıq baxı-

mından dövlət subvensiyalar tətbiq etməlidir; 6) ekoloji

təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına istehlakçı tə-

ləbləri baxımından onların hüquqlarının müdafiəsi tədbir-

ləri ilə əhatə olunması nəzərdə tutulmalıdır.

Nəzərə almaq lazımdır ki, ekoloji təmiz məhsul is-

tehsalı məhsulun yetişdiyi mühitin təbiiliyi, istehsalçılar

tərəfindən torpağın hər hansı kimyəvi və sintetik qida ele-

mentindən istifadə edilməməsi və su ehtiyatlarının çirklən-

mə ehtimalının azalması ətraf mühitin mühafizəsində və

ərzaq təhlükəsizliyində mühüm istiqamətlərdəndir.

Ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı sahə-

sində 40 ildən çox bir dövrdə Avropa ölkələrində təcrübə-

lər toplanmışdır. Əhalinin ekoloji təmiz məhsullara artan

tələbi beynəlxalq təşkilatların yaradılması tələblərini qar-

şıya qoydu. 1972-ci ildə Fransada İFOAM (üzvi kənd tə-

sərrüfatı hərəkatının Beynəlxalq Federasiyası) yaradıldı.

Hazırda ərzaq təhlükəsizliyinin idarə edilməsi ilə Təhlükə-

li Amillərin Təhlili və Kritik nöqtələrə Nəzarət (MACCP)

kimi təşkilat məşğul olur. Bu qurum əhalinin keyfiyyətli,

sağlamlıq üçün yararlı, ekoloji təmizliyə malik ərzaq məh-

sulları ilə təmin edilməsi problemi ilə məşğul olur. Qurum

insan sağlamlığı üçün təhlükəli bioloji, kimyəvi və fiziki

mənbəyi olan ərzaq məhsullarını müəyyən edir və ona nə-

zarəti həyata keçirir. Bu təşkilat BMT-nin Ərzaq və Kənd

Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə

birlikdə fəaliyyət göstərir. FAO, Dünya Bankı, Kənd Tə-

Page 364: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

363

sərrüfatının İnkişaf Fondu və digər beynəlxalq təşkilatlar

torpaqlardan, suvarma sistemindən, növbəli əkindən, xid-

mətlərdən və s. düzgün istifadə etməyi, kənd təsərrüfatı

məhsullarının istehsalı və istifadəsində canlı aləmin sağ-

lamlığı və təhlükəsizliyinin təmin edilməsini tənzimləmə-

yi tələb edir. Burada söhbət, insanın təbiətə münasibətin-

də, məhsulun yetişdirilməsi prosesində, texnologiyada,

kimyalaşdırmada, mexanikləşdirmədə və xidmətlərin təş-

kilində neqativ təsirlərin neytrallaşdırılmasından gedir.

Araşdırmalar göstərir ki, ekoloji təmiz və keyfiyyətli məh-

sul alıcılarının sayı getdikcə artır. Bütün bunlar ekoloji tə-

miz məhsullar istehsalına dövlətin himayəsinin formalaş-

masına imkan verdi.

Xarici ölkələrdə ekoloji təmiz məhsul istehsalının

dövlət dəstəyi müxtəlif istiqamətlərdə həyata keçirilir.

İsveçrədə ekoloji kənd təsərrüfatı məhsulu istehsalçı-

ları pestisid və mineral gübrələrdən istifadə etmədiyinə

görə məhsuldarlığın azalması nəticəsində itkilər olur və is-

tehsalda bir çox proseslər əllə yerinə yetirildiyi üçün əlavə

xərclər meydana çıxır. Bu xərclərin ödənilməsi üçün sub-

vensiyalar verilir. Subvensiyaların həcmi bir hektara 750-

3000 kron arasında dəyişir. Subvensiya almaq üçün

kooperativ (istehsalçı) ekoloji təmiz məhsul istehsalına

dair beşillik plan hazırlayır. Bu plan rayon kənd təsərrüfatı

idarəsində təsdiqlənir. Ekoloji təmiz kənd təsərrüfatı məh-

sulunu yüksək qiymətə satmaq hüququ verən xüsusi nişan

verilir.

Almaniyada kəndlilərin maraqlarının müdafiəsinin

təşkili, kəndin inkişafı və ekoloji təmiz məhsul istehsalı

daxili ehtiyatlar hesabına formalaşdırılır. Almaniyada eko-

loji kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatlar–koopera-

Page 365: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

364

tiv və birliklər məşğul olurlar. Ölkədə 9 ekoloji kənd tə-

sərrüfatı birliyi fəaliyyət göstərir. Buraya Bioland, Natur-

land, Demetra, Takferq və digər təşkilatlar daxildir. Qərbi

Almaniyanın alqı-satqı ilə məşğul olan kooperativi 1984-

cü ildə yaradılıb. Bu kooperativə 4 fermer daxil olmuş,

onlar istehlak tələbini ödəmək məqsədilə yaradılmışdır.

(Müəllif 2000-ci ildə bu kooperativdə formalaşma və inki-

şaf məsələləri ilə tanış olmuşdur). Kooperativin üzvü get-

dikcə artmış, hazırda təsərrüfatda 700 üzv birləşir. Koope-

rativin emal və satış obyektləri, 9 ixtisaslaşdırılmış mağa-

zası, 6 çörəkbişirmə kombinatı, 9 balıqçılıq təsərrüfatı, 4

ət kombinatı, bir süd kombinatı və s. vasitəsi ilə bazara

ekoloji təmiz məhsullarla təsir edir.

Kooperativdə işlərin əksəriyyəti əllə yerinə yetirilir.

Məhsulun maya dəyəri baha başa gəlir. Kooperativin əsas-

naməsinə görə istehsal prosesində gübrə, dərman və pesti-

sidlərdən, sintetik materiallardan istifadə etmək qadağan-

dır. Hətta məhsulun qablaşdırılması vasitələrini kimyəvi

dərmanlarla yumaq qadağan edilib. Bu təsərrüfatda gübrə-

dən istifadə edilmədiyindən orada təbii minerallardan, pe-

yin, bitki qalıqlarından və s. istifadə edilərək torpağın qi-

dalandırılması bərpa olunur. Kooperativdə bitkiçilikdə

məhsuldarlıq adi təsərrüfatlara nisbətən 25-30% aşağı və

məhsulun maya dəyəri 15-20% yüksək olur. Beləliklə eko-

loji təmiz məhsul istehsalında material xərcləri xeyli az

olsa da, əmək məsrəfləri 1-2 dəfə çox olur. Kooperativdə

ekoloji təmiz məhsulun qiymətləri həmin növ məhsul is-

tehsal edən təsərrüfatların qiymətindən 15-20% yüksək

olur. Kooperativ özünü maliyyələşdirmə prinsipi əsasında

işləyir dövlətdən heç bir kömək almır. “Takferq” koopera-

tivi istehsalçı fermerlərlə və istehlakçılarla əlaqə yaradır,

Page 366: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

365

ekoloji təmiz məhsul istehsalı prinsipləri öyrədilir. Bu

kooperativ İtaliya, Fransa, Bioland və digər kooperativlər-

lə əlaqədə işləyir, iri şəhərlərə, evlərə sifarişlə ekoloji tə-

miz məhsul çatdırırlar. Almaniyada ekoloji təmiz məhsul

istehsalı ilə məşğul olan heyvandarlıqda inkişaf etdirilir.

Burada adi təsərrüfatlara nisbətən daha az mal saxlanılır.

Onların yemlənməsi, saxlanması, sağımı və s. ekoloji cə-

hətdən təmiz və keyfiyyətli olmaqla, orada yüksək satış

qiymətləri və material xərclərinin (kimyəvi mübarizə vasi-

tələri, yem, gübrə və s.) aşağı olması sahənin gəlirli işlə-

məsinə şərait yaradır.

Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı sa-

həsində Argentina, Çin, Çexiya, Böyük Britaniya, Hollan-

diya, İtaliya, Avstraliya, Fransa, Macarıstan və digər ölkə-

lər müəyyən təcrübələr toplamışlar. Hazırda dünyada 100-

dən çox ölkədə cəmi 35 milyon hektar sahədə ekoloji tə-

miz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olunur.

Bu ümumi əkin sahəsinin 5%-ni təşkil edir. Bu göstəricilər

bəzi ölkələrdə ümumi əkinlərin 10-20%-ni əhatə edir.

Hazırda ətraf mühitə və sağlamlığa zərər vurmamaq,

ehtiyatlardan səmərəli istifadə etməklə sabit inkişafa nail

olmaq üçün ekoloji kənd təsərrüfatının əsas məqsədi aşa-

ğıdakılar hesab edilir:

- yüksək qidalılığı olan ərzaq məhsulları istehsal etmək;

- bitkilər və heyvanlar, torpağın flora və faunası,

mikroorqanizmlər də daxil olmaqla əkinçilik sistemində

bioloji tsikli (tarazlığın qorunmasını) möhkəmləndirmək;

- genetik müxtəlifliyin qorunması, kənd təsərrüfatı-

nın spesifik xüsusiyyətlərini nəzərə almaq;

- torpağın münbitliyinin qorunması və bərpa edilməsi;

- heyvanların yetişdiyi təbii şəraitə uyğun saxlanması;

Page 367: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

366

- kənd təsərrüfatı, emal, nəqliyyat və xidmət sahələ-

rində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq;

- təbiətlə-cəmiyyətin qarşılıqlı, səmərəli fəaliyyətinə

nail olmaq.

Respublikamızda 13 iyun 2008-ci ildə insanların və

bütün canlı aləmin sağlamlığı və təhlükəsizliyinin təmina-

tını tənzimləyən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”

Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Qa-

nunda əsas məqsəd ekoloji kənd təsərrüfatı məhsullarının

istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılması və

heyvanların sağlamlığını təhlükəsizliyini təmin etməklə

aşağıdakı ekoloji sosial və iqtisadi məsələlərin həllinə nail

olmaqdır:

- ekoloji təmiz kənd təsərrüfatının tətbiqi əsasında

keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsa-

lına və onların insan sağlamlığı üçün təhlükəsizliyinə;

- torpağın münbitliyinin və strukturunun bərpasına,

qorunmasına, saxlanmasına və artırılmasına;

- ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına;

- təbii ehtiyatlardan səmərəli istifadə olunmasına;

- bazarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq

məhsullarına olan tələbatın ödənilməsinə və bu sahədə rə-

qabətin formalaşdırılmasına;

- istehlakçıların hüquqlarının müdafiəsinə;

- kənd yerlərinin davamlı iqtisadi inkişafı üçün alter-

nativ fəaliyyət növlərinin təklif edilməsinə.

Ekoloji təmiz kənd təsərrüfatının əsas prinsipləri aşa-

ğıdakılardan ibarətdir:

a) istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyat-

ların və ətraf mühitin mühafizəsini təmin edən sabit və ba-

lanslaşdırılmış aqroekosistemin yaradılması;

Page 368: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

367

b) kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sinte-

tik (süni) maddələrin istifadəsindən imtina edilməsi, hər

hansı çirkləndirici və potensial təhlükəli texnologiyaların

tətbiqinin qadağan edilməsi;

c) torpağın təbii imkanları ilə ekoloji təmiz kənd tə-

sərrüfatı harmonizasiyasına şərait yaradan bitki növlərinin

və sortlarının becərilməsi, həmçinin heyvanların səmərəli

yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə

biomüxtəlifliyin qorunması və artırılması;

ç) yerli şərait yüksək dərəcədə uyğunlaşma xüsusiy-

yətlərinə malik, xəstəlik və zərərvericilərə genetik növbəli

əkin sistemlərinin tətbiq edilməsi;

d) bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən

təmiz texnologiyaların tətbiqi;

e) qapalı təbii dövran üsulunu tətbiq etməklə torpa-

ğın təbii münbitliyinin daimi sabit saxlanması və yüksəl-

dilməsi, bitkiçilik və heyvandarlıq sisteminin inteqrasiyası;

ə) ekoloji təmiz kənd təsərrüfatı məkanında torpaqla-

rın bərpasının və özünütəmizləmə proseslərinin toplanma-

sını məhdudlaşdıran və onların torpaqdan bitkilərə keçmə-

sinin qarşısını alan, su hövzələrinin və atmosferin çirklən-

məsi mənbəyini nəzarətdə saxlayan səmərəli texnologiya-

ların tətbiqi;

f) ekoloji kənd təsərrüfatı sahəsində sahibkarlıq

fəaliyyətinin könüllülük prinsipləri əsasında həyata keçi-

rilməsi və genişləndirilməsi.

Qanunda istifadə edilən əsas anlayışların mənalarına

aydınlıq gətirilir:

Ekoloji təmiz kənd təsərrüfatı dedikdə–kimyəvi-sin-

tetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bit-

kilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, ha-

Page 369: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

368

belə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılması başa

düşülür.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları –

ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal

və emal olunan, habelə satılan məhsullar hesab edilir.

Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma–

ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrü-

fatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatı-

nın tələblərinə uyğun istehsal və emal edilməsi barədə

ekoloji müşahidə orqanının məlumatları əsasında sertifi-

katlaşdırma orqanı tərəfindən həyata keçirilən sənədləşdir-

mə prosedurudur.

Ekoloji təmiz kənd təsərrüfatına keçid (konversiya)

dövrü-ənənəvi kənd təsərrüfatı üsulundan ekoloji təmiz

kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq norma,

qayda və tövsiyələrin tətbiqinə başlanmasında ekoloji tə-

miz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdı-

rılmasına qədər olan müddətdir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

standartları – ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məh-

sullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri

müəyyənləşdirən normativ sənəddir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

milli əmtəə nişanı – ekoloji təmiz kənd təsərrüfatı və ərzaq

məhsullarının nümayişi və satışının təşkili məqsədi ilə on-

ların etiketində nəşr və ya qrafik təsvir formasında göstəri-

lən nişandır.

Aqroekosistem – kənd təsərrüfatı məhsullarının əldə

olunmasında iştirak edən torpaq sahələrini, tarlaları, hey-

vanları, meşələri, təbii yem sahələrini, su hövzələrini və

Page 370: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

369

insanları əhatə edən ekoloji sistemdir.

Genetik modifikasiya olunmuş orqanizmlər və onla-

rın törəmələri – gen mühəndisliyi metodlarının tətbiqi ilə

yeni genetik kombinasiyaya malik canlı orqanizmlər və

onların təkrar istehsalından əldə olunmuş törəmə məhsul-

lardır.

Mövcud qanunda işlədilən “ekoloji təmiz” anlayışı

beynəlxalq qanunvericilikdə işlədilən “bioloji”, “üzvi” və

“təbii” anlayışları ilə eyni mənanı ifadə edir.

Ekoloji təmiz kənd təsərrüfatının dövlət tənzimlən-

məsi istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir:

1) Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları

istehsalı, emalı, qablaşdırılması, markalanması, sertifikat-

laşdırılması, saxlanması və satışını reqlamentləşdirən nor-

mativ hüquqi aktlar və normativlər təsdiq etmək və layihə-

lər hazırlamaq;

2) Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulla-

rına dair standartlar hazırlanmasını təşkil etmək, mövcud

normativ hüquqi aktların beynəlxalq normalara uyğunlaş-

dırılmasını təmin etmək;

3) Ekoloji təmiz kənd təsərrüfatında tətbiqinə icazə

verilən qeyri-təbii və tətbiqi qadağan edilən təbii vasitələ-

rin siyahısını təsdiq etmək;

4) Ekoloji təmiz kənd təsərrüfatına keçidə dair qay-

daları və bu fəaliyyətlə məşğul olmaq istəyən subyektlərin

üzərinə düşən öhdəlikləri müəyyən etmək;

5) Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təş-

kil edilməsinə yardım etmək, bu sahədə sahibkarlıq fəaliy-

yətini həyata keçirən təsərrüfat subyektlərinin uçotunu

aparmaq və onlar tərəfindən normativ hüquqi aktların və

normativlərin tələblərinin yerinə yetirilməsinə, aqroeko-

Page 371: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

370

sistemin monitorinqinə dövlət nəzarətini həyata keçirmək;

6) Ekoloji təmiz kənd təsərrüfatında istifadəsi qada-

ğan olunan maddələrin və orqanizmlərin təyin edilməsi

üçün müasir avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş

müvafiq laboratoriyaların təşkilinə, mütəxəssislərin hazır-

lanmasına köməklik göstərmək;

7) Ekoloji təmiz kənd təsərrüfatı sahəsində ekoloji

müşahidə və sertifikatlaşdırma üzrə orqanları və onların

səlahiyyətlərini müəyyən etmək, onlara akkreditasiya sə-

nədləri vermək və akkreditasiya olunmuş orqanların uço-

tunu aparmaq və onların fəaliyyətinə nəzarət etmək;

8) Ekoloji təmiz kənd təsərrüfatı sahəsində elmi-təd-

qiqat işlərinin aparılmasını və kadr potensialının formalaş-

masını nəzarətdə saxlamaq və planlaşdırılmasını həyata

keçirmək, əhalinin maarifləndirilməsi və təhsili işini, in-

formasiyanın yayılmasını təşkil etmək və s.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun

icrası ilə əlaqədar aşağıdakı Qaydalar təsdiq olunmuşdur:

“Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları-

nın istehsalı Qaydaları, habelə ekoloji təmiz kənd təsərrü-

fatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitə-

lərin siyahısı”, “Ekoloji təmiz kənd təsərrüfatı

subyektlərinə verilən sənədin (sertifikatın) forması və

verilməsi Qaydası”, “Ekoloji təmiz kənd təsərrüfatı və

ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları və

sertifikatın nümunəvi forması”, “Ekoloji təmiz kənd

təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”,

“Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

saxlanması və daşınması Qaydaları” və s.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları is-

tehsalında aşağıdakı tələblərə əməl olunması nəzərdə tutulur:

Page 372: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

371

1) Təsərrüfat subyektinin malik olduğu torpaq, su,

əkin materialı və digər vasitələr ekoloji cəhətdən təmiz və

təhlükəsiz olmalıdır;

2) Torpağın strukturunun saxlanması və təbii mün-

bitliyinin artırılması üçün kimyəvi-sintetik (süni) maddə-

lərdən istifadə edilmədən ekoloji üsullarla (növbəli əkin,

çürümüş peyin, konpost, yaşıl gübrələr və s.) tənzimlən-

məlidir;

3) Bitkilərin xəstəlik, zərərverici və alaq otlarından

mühafizəsində yalnız aqrotexniki, mexaniki və bioloji

üsullardan, həmçinin ekoloji təmiz kənd təsərrüfatı məh-

sulları istehsalında tətbiqinə icazə verilmiş digər vasitələr-

dən istifadə edilməlidir.

4) Bitkiçilikdə və heyvandarlıqda quraqlığa, xəstəlik-

lərə, zərərvericilərə və digər amillərə davamlı, yerli şəraitə

uyğunlaşmış sortlar və cinslərdən istifadə olunmalıdır;

5) Xəstəliklər zamanı baytar mütəxəssisləri tərəfin-

dən kimyəvi, farmasevtik preparatlardan və antibiotiklər-

dən mümkün qədər az istifadə edilməli və təbii müalicə

üsulları olan fizio və fitoterapevtik vasitələrə, eləcə də

ənənəvi müalicələrə üstünlük verilməlidir.

Əgər yuxarıda göstərilən müalicə vasitələri səmərəli

olmazsa, onda baytar həkiminin nəzarəti altında kimyate-

rapevtik vasitələrin və antibiotiklərin tətbiqinə icazə veri-

lir. Həmin preparatların istifadəsi zamanı əvvəlcədən hey-

vana dəqiq diaqnoz qoyulmalı, doza seçilməli və müalicə

kursu təyin edilməlidir. Bu zaman yekun heyvandarlıq

məhsulunun növü nəzərə alınmalı (ət, süd, yumurta və s.)

və bu barədə heyvan məhsulu realizə edilməkdən əvvəl

qanunvericilikdə nəzərdə tutulmuş qaydada akkreditasiya

olunmuş sertifikatlaşdırma orqanlarına məlumat verilməlidir;

Page 373: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

372

6) Yemlərə əlavə edilmiş sintetik boy stimulyatorla-

rının, məhsuldarlığı artıran və ya təbii inkişafın qarşısını

alan sintetik maddələrin yem istehsalında və yemləmə

məqsədi ilə istifadəsinə yol verilməlidir;

7) Heyvanların müalicəsi və heyvandarlıq müəssisə-

lərinin dezinfeksiya edilməsi mövcud qanunvericiliyə uy-

ğun təşkil edilməlidir.

Ekoloji təmiz məhsul istehsalı üçün verilən mineral

mənşəli qida maddələri, heyvan mənşəli yem materialları,

qida əlavələri, qidalarda istifadə olunan emal əlavələri,

torpağın gübrələnməsi və yaxşılaşdırılması üçün istifadə

olunan maddələr (peyin, sidik, çürüdülmüş məişət tullantı-

ları, tərəvəz tullantılarının kompostlaşdırılmış qarışığı,

heyvan mənşəli məhsullar və s.), bitki zərərvericiləri və

xəstəliklərinə qarşı istifadə olunan maddələr (bitki və hey-

van mənşəli), su, duz, nişasta, taxıl və lifli bitkilərdən alı-

nan digər məhsullar və s. siyahısı müəyyən edilmişdir.

Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə müvafiq

sənəd (sertifikat) verilir və bu, onların təqdim etdiyi aşağı-

dakı məlumatlar əsasında verilir:

- subyektin adı və ünvanı;

- fəaliyyətin həyata keçirildiyi bina və ya sahənin

yerləşdiyi ərazi;

- fəaliyyətin xarakteri və məhsulun növləri;

- ekoloji təmiz kənd təsərrüfatı sahəsində milli qa-

nunvericiliyin tələblərinə riayət edilməsi barədə subyektin

öhdəliyi;

- ekoloji təmiz kənd təsərrüfatı subyekti ilə işləyən

ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya

olunmuş orqanların adları;

- ekoloji təmiz kənd təsərrüfatı subyektlərində isteh-

Page 374: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

373

sal və emal edilən məhsulların ekoloji tələblərə uyğun ol-

ması barədə ekoloji müşahidə və sertifikatlaşdırma orqan-

larının rəsmi təklifləri.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

sertifikatlaşdırılması torpağın hazırlanmasından məhsulun

istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərdə

tələb olunan ekoloji proseslərin tətbiqinə dair ekoloji mü-

şahidə üzrə akkreditasiya olunmuş orqanın verdiyi rəsmi

məlumatlar əsasında aparılır.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

dövriyyəsi müvafiq qaydalarla tənzimlənir. Burada məq-

səd ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

istehsalçıdan istehlakçıya doğru hərəkəti yolunda mövcud

olan proseslərin tənzimlənməsindən, bazarda ekoloji təmiz

kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödə-

nilməsindən ibarətdir. Bu məhsulların satışı məhsulun is-

tehsalçıdan istehlakçıya doğru hərəkəti üzrə müvafiq funk-

siyanı yerinə yetirən səmərəli marketinq strategiyasının

formalaşdırılması vasitəsilə həyata keçirilir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları

bazarında səmərəli marketinq strategiyasının formalaşma-

sının əsasını istehsalın həcmi və əmtəəlik səviyyəsi, məh-

sulların tez xarab olması xüsusiyyəti, satış bazarlarının

yerləşmə məsafəsi, daşınması, satışın təşkili xərclərinin

səviyyəsi və digər məlumatlar təşkil edir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

ekoloji cəhətdən təmiz olduğunu təsdiq edən sertifikata

malik olan hüquqi və ya fiziki şəxs, həmin məhsulları eko-

loji təmiz məhsul kimi sata bilər.

Qanunvericiliyə uyğun olaraq ekoloji təmiz kənd

təsərrüfatına keçid dövründə olan təsərrüfatda tətbiq edi-

Page 375: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

374

lən istehsal prosesləri ekoloji tələbləri ödədiyi halda serti-

fikatlaşdırma üzrə akkreditasiya olunmuş orqan həmin tə-

sərrüfatda istehsal olunan məhsulların “keçid dövrünün”

adı ilə satışına icazə verə bilər. Bu halda həmin məhsul

markalanır. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məh-

sulları “EKO-keçid” və “EKO” sözləri göstərilməklə mü-

vafiq sertifikatlaşdırma orqanı tərəfindən markalanır.

Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrünün

müddəti beynəlxalq standartlara uyğun olaraq istehsal va-

hidləri üzrə aşağıdakı kimi müəyyən edilir:

- birillik bitkilər üçün-səpindən əvvəl 2 il;

- çoxillik bitkilər və çoxillik əkmələr üçün –məhsul

yığımından sonra 3 il;

- ətlik məqsədi ilə yetişdirilən iribuynuzlu mal-qara

üçün-12 həftə;

- xırdabuynuzlu gövşəyən heyvanlar üçün-6 ay;

- yumurta və (və ya) ət istehsalı üçün yetişdirilən 3

günlük quşlar üçün-10 həftə;

- arı ailələri üçün-1 il.

Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü başa

çatdıqdan sonra istehsal olunan məhsullar ekoloji təmiz

kənd təsərrüfatı və ərzaq məhsulları kimi markalanır və

etiketin üzərində “EKO” sözü göstərilir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

markalanması “Yeyinti məhsulları haqqında” Azərbaycan

Respublikası Qanuna uyğun həyata keçirilir. Etiketin üzə-

rində və ya qoşma sənədlərin mətnində aşağıdakı məlu-

matlar əks olunmalıdır:

- istehsal və emal müəssisəsinin adı, ünvanı və milli

əmtəə nişanı;

- ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını

Page 376: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

375

göstərməklə məhsulun adı;

- ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkre-

ditasiya olunmuş orqanların adı və kodu;

- məhsulun saxlanma şəraiti;

- məhsulun istehsal tarixi və yararlılıq müddəti;

- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları-

nın digər məhsullarla birgə anbara yığılmasının qadağan

olunmasına dair göstəriş.

Mövcud qanunvericilikdə ekoloji təmiz kənd təsərrü-

fatı və ərzaq məhsullarının saxlanması və daşınması qay-

daları da müəyyən edilmişdir. Bu prosesin tənzimlənmə-

sində məqsəd məhsulların saxlanma yerlərində (anbarlar-

da, soyuducularda) onların ekoloji təmiz məhsulların stan-

dartlarına uyğun olmayan başqa məhsullarla qarışmasına

və ya çirkləndirilməsinə imkan verilməməsidir.

Fiziki cəhətdən təcrid olunmamış, etiketlənməmiş

ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının baş-

qa məhsullarla birgə saxlanması və daşınması qadağandır.

Ekoloji təmiz kənd təsərrüfatı ətraf mühitin çirklənməsinin

qarşısını almaq məqsədi ilə yalnız bərpa edilə bilən, ikinci

dəfə istifadə olunan və bioparçalanma qabiliyyətli qablaş-

dırma materialları, müasir texnologiya vasitələri ilə əldə

edilmiş saxlama qabları və kameralarından istifadəyə ica-

zə verilir. Materiallar, konteynerlər və anbarlar sanitariya

norma və qaydaları, gigiyenik normativlərin və standartla-

rın tələblərinə cavab verilməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

saxlanılmasında istifadə olunan saxlama məntəqələri, an-

barlar mütəmadi olaraq dövlət sanitariya nəzarəti orqanları

tərəfindən yoxlanılmalı və bu barədə müvafiq qeydiyyat

aparılmalıdır.

Page 377: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

376

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

satışı bu məqsəd üçün ixtisaslaşdırılmış xüsusi mağazalar-

da həyata keçirilməlidir.

Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məh-

sullarının istehlak xüsusiyyətləri, çirklənməsinin və s. qar-

şısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyə-

tindən asılı olaraq döşəmə, divar və tavanla təmasda olma-

yacaq formada (rəf şəklində) yığılmasına ciddi riayət edil-

məlidir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

daşınmasında istifadə edilən nəqliyyat vasitələri və ava-

danlıqlar məhsulların dağılmasına, qarışmasına, keyfiyyə-

tinin pisləşməsinə şərait yaratmamalıdır. Nəqliyyat vasitə-

ləri təmiz, quru, anbar ziyanvericiləri ilə yoluxmamış və

kənar qoxulardan təcrid olunmalıdır. Nəqliyyat vasitələri,

daşınan məhsulun xarakterindən asılı olaraq müvafiq tem-

peratur rejimini tənzimləyən avadanlıqlar və cihazlarla

təchiz olunmalıdır.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun

qəbul edilməsi ölkəmizdə bu sahəyə diqqəti artırmış və

ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının

istehsalında və ixracında mövcud potensialdan geniş isti-

fadə olunması üçün baza yaratmışdır.

Respublikamızda ekoloji təmiz kənd təsərrüfatının in-

kişafında Gəncə Aqrobiznes Assosiasiyası geniş fəaliyyət

göstərir. Hazırda ölkəmizdə 30 min hektardan çox sahədə

ekoloji təmiz kənd təsərrüfatı məhsulu becərilir və onun

sahəsi ilbəil artır. Bu sahədə çalışan istehsalçılar təcrübə

mübadiləsi məqsədi ilə bir çox inkişaf etmış ölkələrə səfərlər

etmişlər. Azərbaycanda ilk ekoloji sertifikatlaşdırma orqanı

Page 378: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

377

olan AZEKOSERT fəaliyyətə başlamış və bir çox ekofer-

merlərə sertifikatlar verilmişdir. Ekoloji təmiz məhsul isteh-

salı ilə “Miri Pak” və “Azərsun Holdinq” şirkətlər qrupunun

müəssisələri məşğul olurlar. Azərbaycan Respublikasının

Prezidenti Cənab İlham Əliyev 2011-ci il martın 1-də “Azər-

baycan Respublikası regionlarının 2009-2013-cü illərdə so-

sial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekun-

larına həsr olunmuş konfransdakı nitqində qeyd etmişdir ki,

Azərbaycan kənd təsərrüfatı məhsullarının keyfiyyəti çox

yüksəkdir və başqa ölkələrlə müqayisədə onlar təbiidir. İndi

buna dünyada “orqanik” yəni təbii deyirlər, bu da tərkibində

gübrə, kimyəvi maddələr olmayan təmiz və dadlı məhsullar-

dır. Bu bizim böyük üstünlüyümüzdür və ekoloji cəhətdən

təmiz məhsullarla dünya bazarlarına çıxa bilərik. Bu, bizim

böyük sərvətimizdir və bu sərvətdən səmərəli şəkildə istifadə

etməliyik.

Göründüyü kimi, ekoloji kənd təsərrüfatının inkişafı

üçün həm hüquqi baza, həm də dövlət dəstəyi vardır. Sa-

hibkarlar bu sahəyə diqqəti artırmalı və təbii məhsul isteh-

salını rəsmiləşdirmək üçün lazımi tədbirlər görməlidirlər.

Aparılan elmi-tədqiqatlar və nəticələr göstərir ki,

əhalini lazımi səviyyədə yüksək keyfiyyətli kənd təsərrü-

fatı və ərzaq məhsulları ilə təmin etməklə yanaşı, ətraf

mühiti mühafizə etmək, habelə gələcək nəsillər üçün möv-

cud təbii ehtiyatları (su və torpağı) qoruyub saxlamaq qlo-

ballaşan dövrün tələbidir. Optimal təsərrüfatçılıq üsulu

olan ekoloji kənd təsərrüfatının böyük üstünlüyü əsas is-

tehsal vasitəsi olan torpağın təbii münbitliyinin qorunma-

sı, bitkilərdən sabit və keyfiyyətli məhsul əldə edilməsi və

ətraf mühitin mühafizəsinin təmin olunmasıdır.

Page 379: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

378

FƏSİL IX. KƏND TƏSƏRRÜFATI

MƏHSULLARININ TƏDARÜKÜ, EMALI VƏ

SATIŞININ TƏŞKİLİ, AQROMARKETİNQ

9.1.Aqrar sahədə son məhsul və onun istehsalının

mərhələləri.

Aqrar sahənin davamlı inkişafı istiqamətində həyata

keçirilən ardıcıl və sistemli tədbirlər nəticəsində məhsul

istehsalı artır, ərzaq bazarı formalaşır, istehsalın səmərəli-

liyi yüksəlir və nəticədə əhalinin həyat səviyyəsi yaxşı-

laşır. Bununla yanaşı, sosial-iqtisadi inkişafın vəziyyəti və

yüksək son nəticənin xarakteristikası bir çox göstəricilər-

dən istifadə edilməklə müəyyən olunur. Aqrar sahədə ümu-

mi məhsul, əmtəəlik məhsul, xalis gəlir, mənfəət, əmək

məhsuldarlığı, rentabellik və digər göstəricilərdən istifadə

olunur. Bu göstəricilərin hər birindən müxtəlif məqsədlər

üçün istifadə olunur və onlar sferanın yekun göstəricisini

əhatə etmir.

Ayrı-ayrı sahələrinin və ümumilikdə sahənin fəaliyyə-

tinin son nəticəsini qiymətləndirmək üçün əsas meyar kimi

ümumi məhsul göstəricisindən istifadə edilir. Bu göstərici

istehsal olunan məhsulun həcminin natural və dəyər

ifadəsində cəmini ifadə edir. Burada istehsal olunmuş məh-

sullarla yanaşı, xidmətlərin də dəyəri nəzərə alınmalıdır.

Aqrar sahədə il ərzində istehsal olunmuş elə məhsul-

lar vardır ki, onların müəyyən hissəsi satılmaya bilər, an-

barda və ya ehtiyat formasında saxlanılır. Deməli, məhsul

satılıb-satılmamasından asılı olmayaraq cari ilin məhsulu

kimi nəzərə alınmalıdır. Məhsul istehsalının artımını

müəyyən etmək üçün həmin məhsulların və ya xidmətlərin

Page 380: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

379

natural həcmini cəmləməklə aşkar etmək mümkün deyil.

Ümumi məhsulun dəyərini hesablamaq üçün məhsul və

xidmətlərin dəyəri müəyyən edilməlidir. Misal üçün

sahibkar 2013-cü ildə 8 ton pambıq, 15 ton taxıl istehsal

etmişdir. 2013-cü ildə həmin sahibkarın bir ton pambığı-

nın dəyəri 1500 manat, bir ton taxılın dəyəri 300 manat ol-

muşdur. 2014-cü ildə sahibkar 10 ton pambıq, 10 ton taxıl

istehsal etmişdir. Sahibkar hansı ildə daha çox məhsul is-

tehsal etmişdir? Pambıq və taxıl istehsal edən sahibkarın

ümumi məhsulunun dəyəri aşağıdakı kimi (cədvəl 9.1.)

olmuşdur.

Cədvəl 9.1.

Sahibkarlıq fəaliyyətinin nəticələri.

2013-cü ildə 2014-cü ildə

istehsal,

ton

bir to-

nun qiy-

məti,

manat

məhsu-

lun də-

yəri,

ton

isteh-

sal,

ton

bir

tonun

qiymə-

ti,

manat

məhsu-

lun

qiymə-

ti,

manat

Taxıl

Pambıq

15

8

300

1500

4500

12000

10

10

30

1500

3000

15000

– – 16500 – – 18000

Göründüyü kimi, 2013-cü ildə məhsul istehsalındakı

dəyişiklik nəzərə alındıqda 165000 manatlıq, 2014-cü ildə

18000 manatlıq məhsul istehsal edilmişdir. Dəyər ifadə-

sində 2014-cü ildə 2013-cü ilə nisbətən 1500 manatlıq çox

məhsul istehsal edilmişdir.

Kənd təsərrüfatında ümumi məhsulun tərkibinə is-

tehsal olunmuş məhsullarla yanaşı doğulmuş balalar və

Page 381: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

380

mal-qaranın çəki artımı, çoxillik ağac, ting əkmələrinə

əmək və vəsait sərf edilməsi nəticəsində onun dəyərinin

artım hissəsi, yem, bitkiçilikdə bitməmiş istehsalın artım

dəyəri aid edilir. Emaldan keçmiş kənd təsərrüfatı məhsul-

ları sahənin ümumi məhsuluna daxil edilmir.

Respublikada kənd təsərrüfatının ümumi məhsulu

1995-ci ildə 726,8 milyon manat, 2000-ci ildə 1112,4 mil-

yon manat, 2005-ci ildə 1844,8 milyon manat, 2010-cu il-

də 3877,7 milyon manat, 2014-cü ildə 5225,8 milyon ma-

nat olmuşdur. Respublikada kənd təsərrüfatının ümumi

məhsulu məcmu məhsulun 2000-ci ildə 16,1%-ni, 2014-cü

ildə isə 5,3%-ni təşkil etmişdir.

Aqrar sahə üzrə ümumi məhsulu hesablayarkən cari

ildə istehsal edilmiş məhsul və xidmətlərin dəyəri bir dəfə

uçota alınmalıdır. Həmin məhsulların təkrar hesablanması-

na yol verilməməlidir. Bu onunla əlaqədardır ki, aqrar

məhsulların çoxu son məhsul mərhələsinə daxil olanadək

bir sıra mərhələlərdən keçir. Hər bir mərhələdə məhsulun

dəyəri təkrar uçota alınarsa, son mərhələdə onun faktiki

dəyəri süni olaraq arta bilər. Yəni eyni məhsul müxtəlif

formalarda təkrarlanaraq təkrar uçota alınmasına yol veril-

məməlidir. Taxılın uçotu kənd təsərrüfatında ondan alınan

un və çörək isə emal sənayesində uçota alınır. Üzüm kənd

təsərrüfatında – şərab və şərab məhsulları emal müəssisə-

lərində, tərəvəz kənd təsərrüfatında-konserv emal müəs-

sisələrində, günəbaxan kənd təsərrüfatında-yağ emal müə-

ssisəsində, dən kənd təsərrüfatında-qüvvəli yem qarışıq

yem zavodlarında və s. son məhsul hesab edilir. Göründü-

yü kimi, aralıq məhsul istehsal olunan və cari ildə istehsal

ehtiyacının ödənilməsində istifadə olunan ümumi məh-

Page 382: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

381

sulun bir hissəsidir. Buradan aydın olur ki, aqrar sahədə

ümumi məhsul və xidmətlər istehsalının əsas mərhələsi

istehsal, aralıq və son məhsul mərhələsini əhatə edir. Son

məhsul satmaq və emal olunmaq üçün deyil, son nəticədə

istifadə olunmaq, istehlak üçün nəzərdə tutulan məhsul və

xidmətlər nəzərdə tutulur. Beləliklə, ümumi məhsulun

dəyəri müəyyən edilərkən aralıq mərhələdə müəyyən dövr

ərzində istehsal olunan ümumi məhsulun dəyərindən-

aralıq məhsulun dəyəri çıxılmalıdır.

Aqrar sahədə son məhsulun həcmi ümumi və aralıq

məhsulun cəmindən ibarətdir. Aqrar sahədə son məhsula

aşağıdakılar daxildir:

- bir ildə kənd təsərrüfatında istehsal edilən xammal

və ərzaq məhsulları;

- bir ildə istehsal edilən və emaldan keçmədən əldə

edilən məhsullar, ehtiyat fondları yaratmaq üçün istifadə

edilən məhsullar;

- aqrar sahədən kənarda digər istehsal sahələrinin eh-

tiyaclarını ödəmək üçün istifadə olunan məhsullar;

- bitməmiş istehsal həcmi və xidmətlərin dəyəri.

Son məhsulun dəyərini hesablayarkən faktiki qiy-

mətlərdən istifadə edilir.

Aqrar sahədə son məhsul istehsalının artırılması üçün

ərzaq və istehlak məhsullarının çoxaldılmasına nail olma-

lı, emal sahələrinin ehtiyacları üçün ayrılan məhsullardan

səmərəli istifadəsi həyata keçirilməlidir. Respublika üzrə,

habelə ayrı-ayrı sahibkarlar üzrə son məhsul hesablanar-

kən respublikadan kənara, bir bölgədən digər bölgəyə emal

edilmək üçün göndərilən və başqa məqsədlərə istehlak

olunan məhsullar son məhsula daxil edilməlidir. Kənardan

Page 383: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

382

gətirilən və emal edilən məhsullar isə son məhsulun tərki-

bindən çıxarılmalıdır. Bu son məhsulun düzgün hesablan-

ması və istehsal fəaliyyətinin düzgün qiymətləndirilməsi

üçün vacibdir.

Aqrar sahədə son məhsulun düzgün hesablanması

ümumi gəlir, xalis gəlir, rentabellik və digər göstəricilərin

düzgün hesablanması üçün əsas şərtdir. Beləliklə, ümumi

məhsul göstərici sahibkarlıq fəaliyyətinin iqtisadi səmərə-

liliyi və məhsul istehsalının artırılması, keyfiyyətin yük-

səldilməsi və son nəticələrə görə stimullaşdırmanın həyata

keçirilməsində və ehtiyatlardan səmərəli istifadə edilmə-

sində əsas məsələlərdən biridir.

9.2.Kənd təsərrüfatı məhsullarının tədarükünün

təkmilləşdirilməsi.

Aqrar sahədə kənd təsərrüfatı məhsullarının istehsalı

və tədarükünün stimullaşdırılması iqtisadi mexanizmin

tərkib hissələrindən biri hesab olunur.

Tədarük dedikdə həm ölkə daxilində, həm də ölkə-

dən xaricdə topdan böyük və pərakəndə kiçik partiyalarla

malların əldə olunması başa düşülür. Böyük partiyalarla

tədarük dövlət tərəfindən həyata keçirilən taxıl, ət və ət

məhsulları, süd və süd məhsulları, meyvə, bitki yağı və s.

ərzaq və qeyri-ərzaq məhsulları tədarükü nəzərdə tutulur.

Kiçik partiyalarla pərakəndə tədarük zəruri ərzaq və qeyri-

ərzaq mallarının həm dövlət, həm də sahibkarlar, müəssisə

və təşkilatlar tərəfindən həyata keçirilən proses başa düşülür.

Kənd təsərrüfatı məhsullarının tədarükü ölkənin sosial-

iqtisadi inkişafının qarşısında qoyulmuş vəzifələrdən,

mövcud olan ehtiyatlardan və istehsal şəraitindən, iqtisadi

Page 384: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

383

inkişaf səviyyəsindən asılı olaraq müəyyən edilmişdir. Tə-

darük formaları keçmiş İttifaq dövründə formalaşmış, get-

dikcə dəyişdirilmiş və təkmilləşdirilmişdir. 1940-cı ildə

tədarük sistemi dəyişdirilmiş, bağlaşma (müqavilə) siste-

mi ləğv edilərək taxıl, çəltik, günəbaxan, kartof, tərəvəz

üzrə təsərrüfatların istifadəsində olan əkin sahəsinin hər

hektarına görə məcburi təəhhüd və satınalma həcmi müəy-

yən edilmişdi. Heyvandarlıq məhsullarının tədarükü hey-

vanların sayına və təsərrüfatların malik olduqları torpaqla-

ra görə hesablanırdı. 1958-ci ildə tədarük sistemi təkmil-

ləşdirilmiş müqavilə yolu ilə dövlət tədarük planı müəy-

yən edilmiş, plandan artıq bitkiçilik və heyvandarlıq məh-

sulları isə müvafiq satınalma qiymətləri ilə tədarük edilir-

di. Təsərrüfatlar istehsal etdikləri kənd təsərrüfatı məhsul-

larını müqavilə əsasında emal müəssisələrinə (pambıq tə-

mizləmə zavodlarına, konserv zavodlarına, üzüm emalı

zavodlarına, ət kombinatlarına, süd zavodlarına və s.) tə-

darük təşkilatları ilə əvvəlcədən müqavilə əsasında təda-

rük edirdilər. Tədarük təşkilatları məhsulu tədarük edər-

kən müqavilədə nəzərdə tutulmuş öhdəliklərə görə məsu-

liyyət daşıyırdı. Kənd təsərrüfatı məhsullarının tədarük sis-

temi dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada tənzim-

lənirdi. Dövlət strukturları istehlak və satış kanallarına nə-

zarət edirdi. Kənd təsərrüfatı məhsullarının satın alınması-

na və ehtiyatların bölüşdürülməsinə məsuliyyət daşıyırdı.

Məhsulun dövlətə satılması və ya tədarük edilməsi onunla

əlaqədar idi ki, emal müəssisə və təşkilatları, xidmət

müəssisələri dövlətə məxsus idi. Dövlət strateji məqsədlə-

rə uyğun müəyyən etdiyi satış planı əsasında mərkəzləş-

dirilmiş qaydada yuxarıdan hər bir rayona, hər bir təsərrü-

Page 385: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

384

fata əkin sahəsi, məhsul istehsalı və satışın həcmi barədə

direktiv göstəricilər çatdırılırdı. Bundan başqa bütün növ

məhsullara yerlərdəki vəziyyət, istehsal şəraiti, torpaq-iq-

lim ehtiyatları və s. nəzərə alınmadan qiymətlər müəyyən

edilirdi. Kənd təsərrüfatı məhsullarının qiymətlərinin vaxt-

aşırı dəyişdirilməsi, bölgələr və əvvəlki illərdəkinə nisbə-

tən yüksək və fərqli müəyyən edilməsi (1958, 1965, 1970)

kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və tə-

sərrüfatların iqtisadi inkişafına müəyyən kömək göstərdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra kənd tə-

sərrüfatı məhsullarının istehsalı və satışı həcminin planlaş-

dırılması, müxtəlif qiymətlər müəyyən edilməsi, istehsalın

idarə edilməsi, tədarük və satış planlarına dair göstəricilə-

rin verilməsi ləğv edildi. 1993-1997-ci illərdə tədarük təş-

kilatlarına təhvil verilmiş kənd təsərrüfatı məhsullarının

dəyərinin ödənilməsi gecikdirilir, bəzən də heç verilmirdi.

Həmin dövrdə kənd təsərrüfatı məhsulları üzrə tədarük

planları ləğv edildi. Bununla əlaqədar ölkədə tədarük təş-

kilatlarının fəaliyyəti dayandırıldı. Mövcud tədarük siste-

minin əmlakı özəlləşdirildi, istehsal, emal və xidmət

müəssisə və təşkilatları arasında yeni iqtisadi əlaqələr for-

malaşdırıldı. Müstəqil fəaliyyət göstərən sahibkarlar kənd

təsərrüfatı məhsulları üzrə istehsal həcmi və məhsul satışı-

nı sərbəst müəyyən etməklə, müəssisə və təşkilatlarla əv-

vəlcədən bağladıqları müqavilə şərtlərinə uyğun bitkiçilik

və heyvandarlıq məhsullarını satmağa, tədarük etməyə

başladılar. Müqavilədə bir qayda olaraq tədarük ediləcək

məhsulların həcmi, qiyməti, vaxtı, keyfiyyəti və digər şərt-

lər göstərilir. Kənd təsərrüfatı məhsullarını tədarük edən

təşkilat məhsulun bilavasitə istehsal edilən yerlərdə təda-

Page 386: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

385

rükünü təşkil edirlər. Məhsulun mərkəzləşdirilmiş qayda-

da daşınması və saxlanması xərclərin aşağı salınmasına

imkan verir. Müqaviləyə uyğun kənd təsərrüfatı məhsulla-

rının tədarükü vaxtı tədarük ediləcək məhsulun dəyərinin

20-40%-nin əvvəlcədən avans qaydasında istehsalçıya ve-

rilməsi məhsul istehsalının artırılmasında marağın yüksəl-

dilməsinə imkan verir.

Hazırda bir çox məhsullar emal müəssisələri tərəfin-

dən alınır, tədarük təşkilatları tərəfindən istehlak koopera-

siyasına, alqı-satqı kooperativlərinə satılır. Ərzaq təhlükə-

sizliyini təmin etmək üçün yerli məhsullar istehsalının ar-

tırılmasına marağın yüksəldilməsi məqsədilə dövlət səmə-

rəli iqtisadi siyasət həyata keçirir. Belə ki, dövlət qapalı

müəssisələr üçün və ehtiyat fonduna kənd təsərrüfatı məh-

sulları, xüsusən taxıl, meyvə, tərəvəz, kartof və s. alınma-

sına kömək göstərir. Pambıq, tütün, barama, üzüm, mey-

və, tərəvəz, ət, süd və s. məhsullar emal müəssisələri tərə-

findən əvvəlcədən müəyyən edilmiş razılaşdırılmış qiy-

mətlərlə, müvafiq müqavilə şərtlərinə uyğun tədarük olu-

nur. Kənd təsərrüfatı məhsullarını tədarük edən emal

müəssisələri məhsulların daşınması, yüklənməsi və boşal-

dılması üzrə xərcləri müəssisənin vəsaiti hesabına ödəyir-

lər. Əgər müqavilə şərtlərində məhsulun daşınması, isteh-

salçının nəqliyyatı hesabına həyata keçirilməsi nəzərdə tu-

tulmuşdursa, hesablaşmalarda bu xərclər nəzərə alınmalı-

dır. Bazar münasibətləri ilə əlaqədar tədarük inhisarların,

tələb-təklif vasitəçilərinin təsiri altında olan məhsulların

reallaşmasının real əmələ gəlməsi formasına çevrildi. Yə-

ni, məhsulların bir qismi sərbəst, bir qismi tənzimlənmə,

bir qismi təminatlı tədarük sisteminin formalaşmasına, bu

Page 387: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

386

isə müvafiq olaraq sərbəst, tənzimlənən və təminatlı təda-

rük qiymətlərinin tətbiqini zəruri etdi. Kənd təsərrüfatı

məhsullarının tədarük qiymətləri istehsalçı və məhsulu tə-

darük edən təşkilatlar arasında razılaşdırılmış qiymətlər-

dən istifadə edilir.

Kənd təsərrüfatı məhsullarının tədarükü əsasən aşa-

ğıdakı formada həyata keçirilir:

- dövlət tərəfindən;

- kənd təsərrüfatı məhsulları emalı müəssisələri tərə-

findən;

- ayrı-ayrı müəssisə və idarələr, kooperativlər, icti-

mai təşkilatlar tərəfindən;

- ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən.

Hazırda yerli istehsalçılardan taxılın tədarükü ilə də-

yirmanlar və Dövlət Taxıl Fondu məşğul olur. Respublika

üzrə 20-dən çox taxıl tədarükü ilə məşğul olan müəssisə,

Dövlət Taxıl Fondu və yalnız öz ehtiyacları üçün tədarük

edən müəssisələr və quşçuluq fabrikləri müəyyən edilib.

Belə müəssisələrə “Karat Holdinq” MMC (Xırdalan),

“Aveta” MMC (Kürdəmir), N.Quliyev adına “Bakı Taxıl”

ASC, “Neon” firması (Gəncə), “Tovuz-Baltiya” LTD, öz

ehtiyacları üçün taxıl tədarük edən 10-dək müəssisə və

“Hövsan Quşçuluq”, “Qaraqaşlı Broyler”, Siyəzən, İmişli,

Dəvəçi broyler fabrikləri müəyyən edilmişdir.

Hazırda kənd təsərrüfatı məhsullarının istehsalçıla-

rından alınması ilə iri həcmli super marketinqlər məşğul

olurlar. Onlar əvvəlcədən müqavilə bağlayaraq istehsal

olunacaq məhsulun həcmi, keyfiyyəti, qiyməti, istehsal və

təhvil vermə vaxtı və s. əlaqədar şərtlər müəyyən edirlər.

Məhsul tədarük edən təşkilatlar (emal müəssisələri, super

Page 388: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

387

marketinqlər, qapalı müəssisələr və s.) istehsalçılara müəy-

yən məbləğdə avans, gübrə, texnika, toxum (təmir, məhsul

daşıma və s.)xidmətlər göstərir və s.

Hazırda kənd təsərrüfatı məhsulları istehsalçısı ilə is-

tehlakçılar arasında iqtisadi mənafeləri uyğunlaşdırmaq

məqsədilə, məhsulların vaxtında və keyfiyyətlə istehlakçı-

lara çatdırılması üçün və nəhayət ərzaq məhsullarına olan

tələbatı ödəmək üçün birja ticarəti vasitəsi ilə istehsalçı-is-

tehlakçı əlaqələrini yaratmaq və maraqlarını tarazlaşdır-

maq üçün alqı-satqı prosesinin dəstəklənməsi olduqca va-

cibdir. Kənd təsərrüfatı məhsullarının tədarükü sistemi ba-

zar münasibətlərinin tələblərinə uyğun formalaşmış məh-

sulların alqı-satqısı ilə məşğul olan çevik struktura malik

kommersiya təşkilatı kimi topdan satış əmtəə birjaları

fəaliyyət göstərirlər. Hazırda dünyada mövcud birjaların

ticarət dövriyyəsinin 30%-i kənd təsərrüfatı məhsullarının

alqı-satqı əməliyyatlarının payına düşür. Aqrar sahədə

kənd təsərrüfatı məhsullarının topdan satış birjalarının ya-

radılması, məhsulların birjalar vasitəsilə reallaşdırılması

rəqabət mühitinin formalaşdırılmasına imkan verir. Kənd

təsərrüfatı məhsullarının daxili istehsalçıların istehsal et-

dikləri məhsullar hesabına istehlakçıların tələbatının ödə-

nilməsinə yönəldilən topdan satış birjaları əsasən yerli is-

tehsalçılar, kooperativlər, mağazalar, ticarət firmaları, di-

gər qurumlar hesabına yaradıla bilər. Məhsul satışı və ya

tədarükündə vasitəçinin olması zəruriliyi istehsalçı və is-

tehlakçılar arasında əlaqənin yaradılması iqtisadi münasi-

bətlərin mövcud reallığından irəli gəlir. Kənd təsərrüfatı

məhsullarının ayrı-ayrı tədarükçüləri deyil, topdan satış

birjaların tədarükçüləri tərəfindən məhsulun partiyalarla

Page 389: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

388

alınması, saxlanması, daşınması, qablaşdırılması və isteh-

lakçıya satılmasının təşkili məqsədəuyğun olardı. Kənd tə-

sərrüfatı məhsullarının tədarükü sisteminin göstərilən isti-

qamətdə təkmilləşdirilməsi dünyanın qabaqcıl ölkələrinin

təcrübəsinə uyğun aparılmalıdır.

9.3.Kənd təsərrüfatı məhsullarının satışının təşkili.

Aqrar siyasətin əsas istiqamətlərindən və ərzaq baza-

rının formalaşdırılması amillərindən biri aqrar sahədə is-

tehsal, emal, satış və xidmətlərin ərzaq ehtiyatlarının yara-

dılmasına istiqamətləndirilməsidir. İstehsalçılara bu istiqa-

mətlərdə müstəqilliyin verilməsi, əlaqələrin müqavilə əsa-

sında inkişafı və sahibkarlıq fəaliyyətinə şərait yaradılaraq

tələbatın mümkün qədər daxili istehsal hesabına ödənil-

məsi əsas vəzifələrdəndir.

Aqrar sahədə kənd təsərrüfatı məhsullarının satışının

səmərəli təşkili istehsalçı-istehlakçı maraqlarının qorun-

masına xidmət edir, sahibkarlıq fəaliyyətinin normal işinin

tənzimlənməsində və inkişafında mühüm rol oynayır. Kənd

təsərrüfatı məhsullarının satışı məhsulların və xidmətlərin

pula çevrilməsi, alıcıların-istehlakçıların ehtiyaclarının

ödənilməsi prosesidir. Başqa sözlə desək, aqrar sahədə

məhsulun və xidmətlərin satışı dedikdə, onun pulla dəyiş-

dirilməsi, bir sahibkardan (fiziki və ya hüquqi şəxsdən) başqa

istehlakçıya verilməsi və ya mübadilə edilməsi prosesi

başa düşülür. Satılmış məhsula həm məbləği faktiki ödə-

nilən, yüklənmiş məhsul, həm də ödənişi təsərrüfatın

(istehsalçının) hesabına daxil olmamış məhsul daxil edilə

bilər. Satışın həcminə – kənd təsərrüfatı məhsulları

istehsalçılarının bazarlarda satdıqları,tədarük qaydasında

Page 390: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

389

birjalarda, hərraclarda, özünün xüsusi ticarət

şəbəkəsindən, (mağazalarında) və ictimai iaşə müəs-

sisələrindən, barter və s. üzrə satdıqları məhsul, həmçinin

əhali tərəfindən bazarda tədarük qaydasında əmtəə və

xidmətlərin ödənişinə görə satdıqları, bağışladıqları,

borcların ödənilməsinə görə verdikləri məhsul və s. daxil

edilir. Kənd təsərrüfatı məhsullarının satışının həcmi na-

tura ilə və hesabat dövründə faktiki mövcud qiymətlərlə

dəyər ifadəsi ilə hesablanır. Kənd təsərrüfatı məhsullarının

tədarükü – dövlətin kənd təsərrüfatı məhsullarının, xam-

mallarının və ərzağın sonrakı təkrar istehsalı və ya

qarşılıqlı mənfəət şəraitində istehlakçıya (alıcıya) satışı

üçün əmtəə istehsalçılarından təşkil olunmuş alış

formasında olan, məhsul satışının formalarından biridir.

Tədarük əsasında dövlətin ehtiyacları üçün məhsul, xam-

mal və ərzaq fondu formalaşdırılır. Məhsul tədarükünü

ölkə və ya icra hakimiyyəti orqanları, yaxud onların tapşı-

rığı ilə müəssisələr, təşkilatlar, kommersiya strukturları və

s. tərəfindən müəyyən edilmiş dövlət sifarişçiləri həyata

keçirirlər.

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının satın alın-

ması 1965, 1970, 1978-ci illərdə dəyişdirilmiş, beşilliklər

üzrə sabit planlar müəyyən olunurdu. Satınalma planı hər

bir rayona, hər bir təsərrüfata, hər bir məhsul üzrə çatdırı-

lırdı. Satınalma planlarından artıq istehsal olunan məhsul

dövlətə artıq qiymətə satılırdı. Təsərrüfat satınalma pla-

nından artıq məhsulun bir hissəsini istehlak kooperasiyası

vasitəsilə realizə edir və ya kolxoz bazarlarında satırdılar.

Məhsulların satınalınmasını dövlət və kooperativ tədarük

təşkilatları müqavilə əsasında həyata keçirirdilər.

Page 391: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

390

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra məhsul-lar üzrə satış planlarının yuxarı orqanlar tərəfindən isteh-sal müəssisələrinə verilməsi ləğv edildi. Kənd təsərrüfatı məhsulları istehsalçıları olan sahibkarlar özləri sərbəst məhsul istehsalını müəyyən edir və onun hansı formada, keyfiyyətdə, qiymətdə, vaxtda və şərtlər daxilində sataca-ğını əvvəlcədən bilir. İstehsalçı kənd təsərrüfatı məhsulla-rının satışını elmi əsaslarla qurmaqla, onun satışı ilə əlaqə-dar olan məsarifləri azalda bilir, maya dəyərini aşağı sal-maqda, məhsulların keyfiyyətinin yüksəldilməsində və sa-tışında maraqlı olur. Məhsulun satışının düzgün təşkili maddi marağın yüksəldilməsinə, istehsalın gəlirliliyinin atmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, kənd təsər-rüfatının yerli xüsusiyyətləri və məhsulların spesifikliyi ilə əlaqədar satışın səmərəliliyini şərtləndirən amillər də möv-cuddur. Böyük zəhmət hesabına istehsal olunmuş bir çox kənd təsərrüfatı məhsullarının hamısı dərhal satmaq, ya-xud ərzaq kimi istifadə etmək mümkün olmadığı üçün on-ların bir hissəsini uzun müddət təzə halda saxlamaq, tədri-cən satmaq, emal etmək, yaxud da keyfiyyətli şəkildə uzaq məsafələrə daşımaq zərurəti yaranır. Məhsulların spesifik xüsusiyyətləri ilə əlaqədar kənd təsərrüfatında elə məh-sullar var ki, onlar yalnız emal üçün satılır. Belə məhsul-lara pambıq, tütün, şəkər çuğunduru, günəbaxan, yun, ba-rama, çay yarpağını aid etmək olar. Digər kənd təsərrüfatı məhsulları, tərəvəz, meyvə, üzüm, ət, süd, yumurta həm satışa, həm də emala verilir. Həmin kənd təsərrüfatı məh-sullarına tələbat, sahənin inkişafı emal sənayesinin, nəq-liyyatın, saxlama və daşıma infrastrukturunun inkişaf sə-viyyəsindən və digər amillərdən asılıdır. Kənd təsərrüfa-tında istehsal olunan məhsulların bir çoxu istehsalçının is-tifadəsində qaldığı üçün (şəxsi istehlaka, toxuma, yemə və s.)

Page 392: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

391

satışın xüsusi çəkisi xeyli fərqlənir. Respublikada istehsal olunan taxılın 35-40%-i müxtəlif kanallarla (birbaşa isteh-lakçıya, ticarət təşkilatına, tədarükçülərə, şirkət və müəssi-sələrə, bazarda və s.) satılır. Hesablamalara görə, taxılın 10-15%-i toxum, 25-30%-i yem və 20%-dən çoxu isə müxtəlif məqsədlər üçün istifadə edilir. Pambığın, tütünün, çay yarpağının, şəkər çuğundurunun, dən üçün günəba-xanın, baramanın 95-100%-i əvvəlcədən müəyyən olun-muş müqavilə şərtlərinə əsasən emal müəssisələrinə satı-lır. İstehsal olunan meyvə-giləmeyvənin 65-70%-i, karto-fun 70-75%-i, tərəvəzin 75-80%-i, üzümün və bostan bit-kilərinin 80-85%-i müxtəlif kanallarla satılır. İstehsal olu-nan ətin 70-75%-i, südün 80-85%-i, yumurtanın 85%-i emal müəssisələrinə verilir və müxtəlif yollarla satılır. Göstərilən məhsulların müəyyən hissəsi şəxsi istehlaka sərf edildiyi üçün onların ümumi məhsulun tərkibində xü-susi çəkisi müxtəlifdir. Qeyd edək ki, sahibkarlığın inkişa-fı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan istehsalçının özündə emalı və satışı təşkil olunmaqla (öz mağazalar şəbəkəsi vasitəsi ilə) onun marketinq fəaliyyəti-nin formalaşması və gəlirlərinin artırılması imkanı getdik-cə artır.

Hüquqi və fiziki şəxslərin tələbatını ödəmək üçün məhsulların böyük həcmlə, bir müəssisə və təşkilatdan başqa müəssisə və təşkilata satışı topdansatış ticarət şəbə-kəsi vasitəsi ilə həyata keçirilir. Pərakəndə satış məhsulla-rın son hərəkəti olmaqla əhaliyə (və digər istehlakçılara) satışı prosesidir. Aqrar sahədə məhsul istehsalının həcmi ilə əlaqədar (satın alınan və ya barter yolu ilə əldə edilən və ərzaq məhsulları ehtiyatları daxil olmaqla) pərakəndə satışın həcmi xeyli fərqlənir.

Page 393: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

392

Cədvəl 9.2.

Əsas ərzaq mallarının pərakəndə satışı

Aqrar sahədə məhsul istehsalçıları istehsal və məh-

sulun satışının təşkili ilə əlaqədar məsələləri müvəffəqiy-

yətlə həll etmək üçün aqromarketinq fəaliyyətini təşkil et-

məlidirlər. İstehsalçı məhsulların (xidmətlərin) bir hissəsi-

ni vasitəçilərlə reallaşdırır, müəyyən hissəsini özü satır və

yaxud, öz istehlakına (ərzaq məhsullarını) yönəldir. İsteh-

salçı məhsullarını vasitəçilərlə satdıqda problem yaranmır.

Bunun üçün konkret məhsulun alqı-satqısı ilə məşğul olan

vasitəçi (birlik, kooperativ, hüquqi və fiziki şəxs) müəy-

yən vəsaitə malik olmalıdır. Vasitəçi məhsulu almaq, daşı-

maq, saxlamaq və istehlakçıya satmaq (çatdırmaq) üçün

2005 2010 2011 2012 2013

Ət və ət məhsulları

(ət hesabı ilə), min

ton 162,2 231,1 254,5 267,7 277,6

Mal-qara yağı, min

ton 45,6 64,3 67,8 70,5 72,4

Pendir, min ton 22,7 42,2 47,1 52,1 53,6

Bitki yağı, mlyn litr 30,8 52,9 57,6 60,5 63,4

Süd və süd məhsulları,

min ton 68,4 178,1 206,4 233,9 238,3

Yumurta, mlyn. ədəd 567,0 805,7 849,2 890,7 928,1

Qənd, min ton 181,6 227,9 231,8 235,2 246,1

Çörək məhsulları (un,

çörək, makaron,

yarma un hesabı ilə

və s.), min ton

867,9 1087,6 1114,8 1142,7 1186,1

Kartof, min ton 340,1 478,2 491,6 506,8 –

Tərəvəz, min ton 696,6 826,4 826,5 830,7 830,8

Page 394: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

393

bu vəsaiti dövlət büdcəsindən alır və ya kredit hesabına

həyata keçirir. Məhsulun kütləvi alınıb-satılması ilə top-

dansatış və pərakəndə ticarət təşkilati məşğul olduqda is-

tehlakçıya çatdırılan məhsulun müəyyən xərcləri azalır.

Məhsulu istehsal edən özü istehlakçıya birbaşa satır. Bu

halda istehsalçı müəyyən vaxt itirir. Məhsulun ixtisaslı va-

sitəçi ilə satılmasında topdansatış və pərakəndə satış tica-

rət iştirak edir. Burada müəyyən sövdələşmələr, reklam,

mükafatlandırma, güzəştlər, məhsulların qablaşdırılması,

çatdırılması, saxlanması və digər tələblər müəyyən edilir.

Nəzərə almaq lazımdır ki, istehsalçı yüksək iqtisadi səmə-

rə əldə etmək üçün keyfiyyətli məhsul istehsal etməli,

marketinq xidmətini tələblərə uyğun qurmalıdır.

Hazırda kənd təsərrüfatı məhsullarının satışının real-

laşdırılması aşağıdakı amillərdən asılıdır: məhsulun xüsu-

siyyətləri və növündən, istehlakçı tələbatından, satış şəbə-

kəsinin növündən (topdan və pərakəndə satış ticarəti nö-

vündən), reallaşdırılan məhsulun səmərəli satılması üsu-

lundan, satış şəraitindən, satışın təşkili və kadrların səviy-

yəsindən, reklamdan və s.

Hazırda istehsalçı kənd təsərrüfatı məhsullarını alıcı

ilə əvvəlcədən razılaşdırılmış şərtlərlə satır. Məhsulun ra-

zılaşdırılmış formada sərbəst satılması istehsalçıların ma-

raqlarına uyğundur. Məhsul istehsalının artırılması və sə-

mərəliliyin yüksəldilməsi həmin məhsulların satışının sə-

mərəli təşkilindən çox asılıdır. Çünki kənd təsərrüfatı

məhsullarının satışı vaxtında və mövcud qayda və şərtlərə

uyğun təşkil edilmədikdə məhsulun bir hissəsinin keyfiy-

yəti pisləşir, itkilər artır (məs. ət, süd, tərəvəz, meyvə və s.)

məhsulun keyfiyyətinin pisləşməsi hesabına satılan məh-

sulların qiymətləri aşağı olur. Ona görə də belə məhsula

Page 395: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

394

görə istehsalçının məhsulun satışı ilə bağlı xərcləri artır,

gəliri azalır, iqtisadi səmərəliliyi təmin olunmur.

Belə ki, sahibkarlar istehlak etdikləri tərəvəz, bostan,

meyvə, üzüm, kartof, süd və s. eyni vaxtda bazara çıxar-

maqla məhsulun qiymətlərinin aşağı olması hesabına gə-

lirlərini azaldır, onların müəyyən müddət saxlanması üçün

topdansatış anbarları, soyuducu-saxlama kameraları, ix-

tisaslaşdırılmış vasitələr azlıq təşkil etdiyi üçün xeyli məh-

sul itkisinə məruz qalırlar. Kənd təsərrüfatı məhsullarının

saxlanması, rəqabət mühitinin formalaşdırılması və isteh-

lakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi

üçün respublikanın müvafiq rayonlarında topdansatış ba-

zarları və birjaları yaradılması, bazarı tənzimləməyə, əha-

lini il boyu keyfiyyətli məhsullarla sabit təmin olunmasına

şərait yaratmağa və istehsalın artırılmasına stimul yarat-

mağa imkan verir.

Kənd təsərrüfatı məhsulları satışı kanallarından biri

yarmarka və sərgilərdir. Bazarın öyrənilməsi, istehlakçı-

ların tələbatlarının və bazarlarda qiymətlərin təhlili, məh-

sulların hərəkətinin tənzimlənməsində yarmarka və sərgi-

lər böyük imkanlara malikdir. Ticarət yarmarkasının ilk

nümunəsi 1980-ci ildə Almaniyanın Leypsiq şəhərində

təşkil edilmiş və sonradan inkişaf etməyə başlamışdır. Ba-

zarlarda sərbəst fəaliyyət göstərən topdansatış yarmarka-

ları istehsalçı, istehlakçı və vasitəçilərin kommersiya əla-

qələrinin formalaşmasında əlverişli şərait yaratdı, tələb-

təklifin tənzimlənməsinə və tərəflərin təşəbbüslərinin fəal-

laşmasına imkan verdi. Azərbaycanda kənd təsərrüfatı

məhsullarının satış yarmarkaları 1993-cü ildə təşkil edil-

məyə başlandı. Bu Bakı şəhərində kənd təsərrüfatı mənşəli

ərzaq məhsullarına olan kəskin qıtlıq və qiymətlərin süni

Page 396: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

395

artımının qarşısını almaq məqsədilə məcburi tapşırıqlar

əsasında təşkil olunurdu. Bu proses 1994-cü ilin axırına

qədər davam etdi.

Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satışını

təşkil etməklə əhalinin artan tələbatını ödəmək və süni

qiymət artımının qarşısını almaq üçün iyun 2006-cı ildən

şəhərin müəyyən edilmiş 10 məntəqəsində yarmarkalar

təşkil edilmişdir. Bu yarmarkalarda orta hesabla ildə 800-

900 ton ət, 400 ton süd və süd məhsulları, 4-5milyon ədəd

yumurta, 7-8 min ton tərəvəz, 3-4 min ton kartof, 6-7 min

ton meyvə və s. kənd təsərrüfatı məhsulları satılmışdır. Bu

satış yarmarkaları: 1) istehsal və satış sferasında inhisarçı-

lığın aradan qaldırılmasına, 2) kənd təsərrüfatı məhsulları

qıtlığının aradan qaldırılmasına, 3) istehlakçılara çeşidli və

nisbətən ucuz məhsullar təklif edilməsinə, 4) istehsalçı-

larla-istehlakçılar və vasitəçilər arasında əlaqələrin for-

malaşmasına, 5) şəhər əhalisinin kənd təsərrüfatı mənşəli

ərzaq məhsullarının təminatlı ödənilməsi və ərzaq təhlükə-

sizliyinin formalaşmasına, bazarın yeni marketinq prin-

sipləri üzrə əlaqələrinin yaranmasına imkan yaradır.

9.4. Kənd təsərrüfatı məhsullarının emalı.

Azərbaycanda tarixən inkişaf etmiş və ixtisaslaşmış

əsas sahələr tərəvəzçilik, üzümçülük, pambıqçılıq, tütün-

çülük, baramaçılıq, heyvandarlıq və s. sahələr olmuşdur.

Bununla əlaqədar həmin sahələr üzrə müsbət təcrübə və

qabaqcıl texnologiyalar toplanmış, istehlakçıların tələbatına

uyğun emal müəssisələri formalaşmışdır. Kənd təsərrüfatı

məhsullarının artırılması və iqtisadi səmərəliliyinin yük-

səldilməsi emal sənayesi sahələrinin inkişafı, onların yer-

ləşdirilməsi, maddi-texniki bazasının, texnoloji proseslərin

Page 397: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

396

düzgün qurulması və sahənin dövlət dəstəklənməsindən

çox asılıdır. Əhalinin ərzaq tələbatının ödənilməsində və

xarici bazara rəqabətqabiliyyətli məhsullar çıxarılmasında

emal sənayesinin müasir tələblərə uyğun inkişafı böyük

əhəmiyyət daşıyır.

Kənd təsərrüfatı məhsullarının emal edilməsinin sə-

mərəli təşkili məhsul istehsalında itkilərin qarşısının alın-

masında və məhsulun keyfiyyətinin yüksəldilməsində həll-

edici əhəmiyyətə malikdir. Kənd təsərrüfatı məhsulları is-

tehsalçısı ilə emal sahəsi arasında düzgün iqtisadi əlaqə və

münasibət qurulması məhsul vahidinə xərclərin azalması-

na və səmərəliliyin yüksəldilməsinə imkan verir.

Kənd təsərrüfatı məhsulları ərzaq və qeyri-ərzaq

məhsullarına ayrılır. Ərzaq məhsullarına üzüm, meyvə, tə-

rəvəz, bostan, taxıl, kartof, bal, ət, süd, yumurta aiddir.

Qeyri-ərzaq məhsullarına pambıq, tütün, günəbaxan, şəkər

çuğunduru, yun, barama və s. aiddir. Ərzaq məhsulları əsa-

sən natura halında istifadə olunur. Ərzaq məhsulları xarici

mühitin təsiri ilə tez xarab olur və istehlak dəyəri bu mü-

hitlə əlaqədar aşağı düşə bilir. Bu məhsulların istehsalı

mövsümi xarakterə malik olduğundan əhalinin il boyu tə-

ləbatını ödəmək üçün onların emalı səmərəli təşkil olun-

malıdır.

Ərzaq məhsulları müxtəlif üsullarla emal olunur.

Meyvə, tərəvəz, üzüm, qurutma, duza qoyma, sterilizə

olunma, şirə və sok alma, dondurma, soyutma, konserv

yolu ilə emal olunur. Heyvandarlıqda ət, süd, yun, yumur-

ta həm də emal olunmaqla istehlakçıların müxtəlif tələbatı

ödənilir.

Hazırda kənd təsərrüfatı məhsullarının ərzaq və

qeyri-ərzaq emalının aşağıdakı istiqamətləri mövcuddur:

Page 398: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

397

Sxem 9.1. Ərzaq və qeyri-ərzaq məhsulları emalı.

Məlumdur ki, ölkənin ərzaq siyasətinin əsas meyarı

müvafiq məhsullar üzrə ehtiyatların optimal səviyyəsinə

nail olmaqdır. Bu ehtiyatlar (fondlar) dövlətin tədarük si-

yasəti ilə reallaşdırılır. Digər tərəfdən hər bir kənd təsərrü-

fatı xammalı ilə fəaliyyət göstərən emal müəssisənin isteh-

sal prosesinin həyata keçirilməsi (misal üçün pambıq, tü-

tün, taxıl, tərəvəz, meyvə, ət, süd və s.) təminatla bağlıdır.

Emal müəssisəsinin təşkili və dayanıqlı inkişafı ərazilərdə

xammal ehtiyatlarının təsiri ilə formalaşır. Emal müəsissə-

lərinin yerləşdirilməsi əslində xammal ehtiyatlarına yaxın-

laşdırılır. Bununla yanaşı, ət, süd emalı müəssisəsinin iri

şəhərlərdə Bakı, Gəncə, Sumqayıt şəhərlərində yerləşdiril-

mişdir və ət-südə tələbatın ödənilməsi əsasən tədarük he-

sabına təmin edilir. Respublikada istehsal edilən üzlü süd

məhsullarının 80%-i, yağın 30%-i, pendirin 20%-i Bakı

süd kombinatında istehsal olunur. Əhalinin emal məhsul-

– Taxıl emalı;

– Meyvə-tərəvəz

emalı;

– Kartof emalı;

– Günəbaxan emalı;

– Şəkər çuğunduru

emalı;

– Üzüm emalı;

– Ət emalı;

– Süd emalı.

– Pambıq-mahlıc

emalı;

– Tütün emalı;

– Çay emalı;

– Yun emalı;

– Barama emalı;

– Yem emalı

(istehsalı);

–Gön-dəri emalı.

ərzaq məhsulları emalı qeyri-ərzaq məhsulları emalı

Page 399: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

398

larına tələbatının ödənilməsi üçün regionlarda emal müəs-

sisələrinin yaradılmasına diqqət artırılır.

Hazırda fəaliyyət göstərən emal müəssisələrinin

58,6%-i qeyri-dövlət bölməsinin payına düşür. Qeyri-dövlət

mülkiyyətində olan bu müəssisələrin 99,9%-i qida məh-

sulları istehsalı ilə məşğul olurlar. Ərzaq təhlükəsizliyi

sistemində aqrar sahəyə və aqrar sahənin xammalı əsasın-

da fəaliyyət göstərən emal müəssisələrinin dayanıqlı inki-

şafına xüsusi diqqət yetirilir. Bu məqsədlə dövlətin regio-

nal proqramlarında (11.02.2004, 14.04.2009, 27.02.2014)

və ərzaqla əlaqədar proqramda (25.08.2008) regionlarda

emal sənayesinin inkişafına, yeni texnologiyalarla təmin

edilməsinə və rəqabətqabiliyyətli məhsullar istehsalına üs-

tünlük verilmişdir.

Xarici ölkələrdən ABŞ, Almaniya, Fransa, Böyük

Britaniya, Braziliya, Hindistan, Kanada, İtaliya, Meksika

və digər ölkələrdən kənd təsərrüfatı və ərzaq məhsulları

(məs. quş əti və s.) idxaledilir və onlar respublikamızın şə-

hər və rayonlarında satılır. Həmin məhsulların bir çoxunun

saxlama müddəti az olmaqla, onların istehlak üçün ekoloji

təhlükəsizliyinə təminat yoxdur. Ona görə ölkəmizdə hə-

min məhsulların daxili istehsal hesabına təminatı əsas və-

zifə olmalıdır.

Məlumdur ki, aqrar islahatlarla birlikdə emal və xid-

mət müəssisələrinin özəlləşdirilməsi iqtisadi siyasətin əsas

istiqamətlərindən, bazar münasibətlərinin formalaşdırılması

və sahibkarlığın inkişafının əsas şərtlərindən biridir. Emal

və xidmət müəssisələrinin özəlləşdirilməsi rəqabət mühiti

yaratmağa, sahənin strukturunun bazar münasibətlərinə

uyğunlaşdırmağa, mövcud istehsal-iqtisadi potensialdan

səmərəli istifadə etməyə imkan verir.

Page 400: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

399

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bir çox

səbəblər üzündən aqrar sferada mövcud olan emal və xid-

mət müəssisələrinin texnoloji avadanlıqları köhnəlmiş, ye-

ni, müasir avadanlıqlar və ehtiyat hissələri ilə təminat zəif-

ləmiş, obyektiv və subyektiv səbəblər üzündən xammal is-

tehsalı azalmış, sahənin maliyyə vəziyyəti pisləşmiş, yeni

texnika və texnologiyaların alınması çətinləşmişdi. Bu-

nunla əlaqədar emal və xidmət müəssisələrində əsas isteh-

sal fondları təzələnmir, mövcud istehsal güclərindən 8-15%

istifadə edilirdi.

1993-1998-ci illərdə iqtisadiyyatın bütün sahələrində

yaranan böhran kənd təsərrüfatı ilə emal sənayesi arasında

inteqrasiya münasibətlərinin pozulmasına gətirib çıxartdı.

İnteqrasiya münasibətlərinə daxil olan tərəflərin mülkiyyət

münasibətlərinin dəyişməsi, sahələrə dövlət müdaxiləsinin

liberallaşdırılması, idxalın daxili bazarı üstələməsi, dövlət

sifarişlərinin ləğv edilməsi və digər səbəblərdən kənd tə-

sərrüfatı məhsulları və emal məhsulları istehsalı xeyli

azaldı. Kənd təsərrüfatı məhsulları istehsalçıları emal sə-

nayesini kənd təsərrüfatı xammalı ilə təmin edir. Kənd tə-

sərrüfatı məhsulları istehsalı və satışı, təsərrüfatların və

müəssisələrin maddi-texniki təchizatı, mərkəzləşdirilmiş

qaydada tənzimlənirdi və kənd təsərrüfatı xammalının

emal müəssisələri tərəfindən alış qiymətləri təminatlı şə-

kildə müəyyənləşdirildi. Bununla kənd təsərrüfatı və emal

müəssisələrinin fəaliyyətinin minimum rentabellik səviy-

yəsi gözlənilirdi.

Emal müəssisə və təşkilatların rəqabət qabiliyyətini

yüksəltmək, köhnə avadanlıq və texnologiyaların mütərəq-

qi texnologiyalarla əvəz edilməsi və inventarların bu sahə-

lərə cəlb edilməsi üçün “Azərbaycan Respublikasında

Page 401: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

400

1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilmə-

sinin Dövlət Proqramı” (1995) qəbul edildi. Bu qanuna

uyğun olaraq texnoloji xüsusiyyətlərindən və qiymətləndi-

rilməsindən asılı olaraq müəssisələrin özəlləşdirilməsi qay-

daları müəyyən olundu. Göstərilən Dövlət Proqramına,

“Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq isla-

hatı haqqında” qanunlara müvafiq olaraq özəlləşdirilməsi

qadağan olunan müəssisə və obyektlər müəyyən edildi.

Mövcud qanunvericiliyə görə aşağıdakı müəssisə və

obyektlər-damazlıq və toxumçuluq təsərrüfatları, Elmi-

tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi

heyvandarlıq sovxozları, dövlət toxumçuluq müfəttişlikləri,

kənd təsərrüfatları üzrə sort-sınaq laboratoriya və stansi-

yaları, sanitar-epidemioloji, baytarlıq, meşə və bitki müha-

fizəsi xidmət müəssisə və idarələri, dövlət bitkilərin karan-

tin müfəttişliyi, texniki nəzarət müfəttişlikləri, seleksiya-

hibrid mərkəzləri, meliorasiya və su təsərrüfatı obyektləri,

maşın-sınaq stansiyaları və digər dövlət əhəmiyyətli ob-

yektlər dövlət mülkiyyətində saxlanıldı. Respublika Prezi-

dentinin qərarı ilə şərab, şampan və konyak zavodları,

pambıq təmizləmə zavodları, tütün fermentləşdirici fabrik-

lər və tütün kombinatları, çay və çayçəkici fabrikləri, ba-

lıqçılıq təsərrüfatları, balıq-konserv zavodları və s. özəl-

ləşdirilməyə verilmiş və bu proses başa çatdırılmışdır.

Özəlləşdirilən müəssisə və obyektlərə-tikinti və inşaat ma-

terialları istehsal edən müəssisə və təşkilatlar, tikintisi

dondurulmuş obyektlər, kənd təsərrüfatına xidmət edən və

onu istehsal texniki təyinatlı məhsullarla təmin edən müəs-

sisələr, yeyinti sənayesi müəssisələri, çörək və çörək məh-

sulları, qarışıq yem və qida konsentratları istehsal edən

müəssisələr, emal sənayesi və istehsal infrastrukturu mü-

Page 402: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

401

əssisə və obyektləri, quşçuluq müəssisələri (damazlıq is-

tisna olmaqla), nəqliyyat müəssisələri, digər xidmət müəs-

sisələri daxil edilmişdir.

1 yanvar 1996-cı il tarixə “Azərquşsənaye” Dövlət

Şirkətinin 40 müəssisə və obyektindən 32-i, “Azərbalıq”

Dövlət Konserni 59-dan 31-i, “Azəryeyinti” Dövlət Şirkə-

tinin 71-dən 68-i, “Azərsutikinti” Konserninin 112, “Azər-

sutəchizat” Konserninin 43, “Biyan” İstehsalat Birliyinin

21, “Azəryun” İstehsalat Birliyinin 51 müəssisə və ob-

yektləri özəlləşdirildi, dövlət inhisarı ləğv edildi.

Aqrar sahədə mövcud olan 8 tütün fabriki, 16 çay, 17

şərab, 22 pambıq təmizləmə, 47 konserv zavodu, 108 üzü-

mün ilkin emalı müəssisəsi, 295 xidmət müəssisə və təşki-

latları (ondan 182 maddi-texniki təchizat, 68 kəndkimya,

22 tikinti, 8 üzümdirək müəssisə və s.) özəlləşdirildi.

Aqrar sahədə məhsul istehsalının 1996-cı ildən art-

ması emal müəssisələrinin fəaliyyətinin güclənməsinə, on-

ların strukturunun dəyişməsinə, xüsusi mülkiyyət və rəqa-

bət prinsipləri əsasında milli iqtisadiyyatın inkişafında

mühüm rol oynamağa əhəmiyyətli təsir göstərdi. Hazırda

respublikamızın demək olar bütün rayonlarında müasir

texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infra-

struktur sahələri yaradılmış, dünya bazarına tələbat duyu-

lan emal olunmuş kənd təsərrüfatı məhsulları ilə çıxılır.

Meyvə, şirə, qənd, şəkər tozu, siqaret, emal edilmiş tütün,

heyvan dərisi, şərab, konyak, təmizlənmiş pambıq, bitki

yağı, çay, yun, barama, zeytun, qoz, fındıq, tərəvəz kon-

servləri beynəlxalq rəqabətqabiliyyətli məhsullardır.

Kənd təsərrüfatı məhsulları istehsalı və emal həcmi-

nin artırılmasında investisiya vəsaitlərinin rolu böyükdür.

Aqrar sahədə regionlarda emalın davamlı inkişafı məqsə-

Page 403: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

402

dilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dünyanın

qabaqcıl texnologiyalarına əsaslanan 28 soyuducu anbar-

lar, 17 taxıl anbarları, 11 ət kəsimi, ət və süd emalı, həm-

çinin şərab, çay, taxıl emalı müəssisələri yaradılmış və

müvafiq infrastrukturlar maliyyələşdirilmişdir.

2014-cü ildə fəaliyyət növləri üzrə bütün maliyyə

mənbələri hesabına əsas kapitala yönəldilmiş 17618,6 mil-

yon manat vəsaitin 5959,4 milyon manatı və ya 33,8%-i

neft sektoruna, 11659,2 milyon manatı və ya 66,2%-i qey-

ri-neft sektoruna yönəldilmişdir. 17618,6 milyon məblə-

ğində vəsaitin cəmi 363,9 milyon manatı və ya 2,1%-i

kənd təsərrüfatına, 644,6 milyon manatı, 3,7%-i emal sə-

nayesinə ayrılmışdır. 644,6 milyon manatın 92,4 milyon

manatı və ya 0,5%-i qida məhsullarının istehsalına yönəl-

dilmişdir.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair

2015-2020-ci illər üçün Dövlət Proqramı” (26.12.2014)

sənaye sahələrinin inkişafına, emal sənayesinin tələblərə

uyğunlaşmasına zəmin yaradacaqdır.

Aqrar sahədə makroiqtisadi sabitliyin və davamlı in-

kişafın təmin edilməsi, aqroservis xidmətləri və müəssisə-

lərinin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Bu

ölkədə sahibkarlığa əsaslanan emal müəssisələrinin yara-

dılması və inkişafına imkan vermişdir. Son 25 il ərzində

respublikada çoxsaylı emal və xidmət müəssisələri tikilə-

rək istifadəyə verilmişdir. “Melko-PRO” LTD şirkəti,

“AYF” Beynəlxalq kompaniyası, İsmayıllı rayonundakı

“Əlvan və Vaqif qardaşları” sexi və “Bərəkət” kəndli (fer-

mer) təsərrüfatı, Göygöl rayonundakı “Səmədoğlu” kəndli

təsərrüfatı, İsmayıllı rayonundakı “İvanovka” süd emalı

sexi, “C.C. Süd sənayesi və ticarəti KO-LTD” Şirkəti,

Page 404: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

403

Türkiyə-Azərbaycan birgə “Bərəkət” firması, Dərnəgül

topdansatış ət bazarı, “İsgəndər-qida” firması, Tarmex süd

emalı sexi, Bakı-ət ASC, “Zəhmət-ruzi” ATSC Binəqədi

süd emalı sexi, CT “ABM” ət emalı firması. Regional xarakter daşıyan taxıl istehsalı ilə əlaqədar

respublikada 150-dən çox un dəyirmanı (həmçinin, kiçik və orta ölçülü kənd dəyirmanları) fəaliyyət göstərir. Bakıda “Taxıl” ATSC, Tovuzda “Naiqin Co”, Gəncədə “Dəyir-man”, Şabran, Kürdəmir və s. şəhərlərdə un və yarma is-tehsal edən müasir texnologiya tələblərinə cavab verən müəssisələr əhalinin daxili istehsal hesabına tələbatının ödənilməsində mühüm rola malikdir.

Xırdalan süd emalı sexi “Bakı-ot” SC-də istehsal olunan kolbasalar, Bakı “Bərəkət” süd emalı sexində is-tehsal olunan yoğurt, Gəncə Şərab zavodunda “Yeddi gözəl”, “Qız qalası”, “Karvan-saray”, “Qaragilə”, “Nazna-zı”, Bakı şampan zavodunun “Qafqaz”, “Kaberne”, “XXI əsr”, “Yubiley” şampan şərabları, Quba rayonundakı kon-serv zavodlarında istehsal olunan müxtəlif şirələr bu tipli məhsulların xaricdən idxalının qarşısını almış, xarici ba-zarlarda isə özünə müştəri tapmışdır.

Şərab və spirtli içkilərin istehsalı sahəsində “Gəncə

şərab-2” ASC, “Bakı şampan” ASC, konserv sənaye sahə-

sində “Quba konserv” ASC, “Miri Pak” müəssisəsi, pam-

bıq emalı sahəsində “MKT” istehsalat kommersiya firması

müasir texnologiyalar əsasında fəaliyyət göstərir.

Quş əti istehsalı sahəsində “Siyəzən broyler” ASC,

“Mərdəkan-broyler” ASC heyvandarlıq və süd məhsulları

emalı sahəsində “Mpro LTD” və“Az-ət” ASC, İmişli şə-

kər zavodu və s. bu kimi emal müəssisələri investisiya qo-

yuluşu hesabına və yeni texnologiyalar əsasında həm daxi-

li bazarı təmin edir, həm də xarici ölkələrə xeyli çeşiddə

Page 405: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

404

emal məhsulları ixracını həyata keçirir.

Hesablamalarımıza görə 1970-1990-cı illərdə ət və

süd xammalından 65%-ə qədəri sənayedə, 25%-ə qədəri

təzə halda, 10%-ə qədəri kənd təsərrüfatının özündə istifa-

də edilirdi. 1990-2000-ci illərdə 40%-ə qədəri sənayedə,

45%-ə qədəri təzə halda, 45%-ə qədəri kənd təsərrüfatının

özündə istifadə edilmişdir. Bu göstəricilər 2000-2010-cu

illərdə müvafiq olaraq 65%, 30% və 5% təşkil etmişdir.

Bu ət-süd məhsulları istehsalının artırılması, həmin məh-

sulların emalı müəssisələrinin yaradılması və bərpası, yeni

texnologiyaların tətbiqi əsasında ət-süd məhsullarının çe-

şidinin çoxalması, emalın tələbata uyğunlaşdırılması ilə

əlaqədar olmuşdur. Yeni emal müəssisələrində süni örtük-

lü sosiska, müxtəlif çeşidli kolbasalar, polistrol qablarda

bükülmüş ət və toyuq, müxtəlif yağlılıqda pəhriz xamaları,

süzmələr, kəsmik, polistilen örtüklü kağıza bükülmüş don-

durmalar, uzun müddət saxlamaq üçün polietilen kisəcik-

lərdə strelizə edilmiş süd istehsal edən xətt və avtomatlar

tətbiq edilmişdir. Süd sənayesində qablaşdırılmış məhsu-

lun xüsusi çəkisi 85-95% təşkil edir ki, onun da 70%-dən

çoxu qaytarılmayan, kağız polister və polistilen qablardır.

İstehsal edilən pendirin də çeşidi yüksək olmuş, respub-

likada 30 adda pendir istehsal edilmişdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında

əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Döv-

lət Proqramı”nda göstərilir ki, heyvandarlıq məhsullarının

emalı şəbəkəsinin genişləndirilməsi əsas vəzifələrdən bi-

ridir. Ölkədə 45 ət, 127 kiçik süd emalı müəssisəsi fəaliy-

yət göstərir. Bu emal müəssisələrinin gücü tələbatı tam

ödəmir. Məsələn, süd emalı müəssisələrinin kifayət qədər

olmamasına görə hər il ən azı 150 min ton süd keyfiyyəti-

Page 406: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

405

ni itirir. Kəsilmiş ətin 14 faizi və ya 23 min tonu sənaye

üsulu ilə emal edilmədən satılır. İstehsal olunan südün yal-

nız 43,5 faizi sənaye üsulu ilə emal edilir ki, bu da əhali-

nin kərə yağına, pendirə, kəsmiyə və xamaya olan ehtiya-

cının böyük hissəsinin idxal hesabına ödənilməsinə gətirib

çıxarır. Bununla əlaqədar olaraq ölkədə müasir tələblərə

cavab verən, xammal bazasına yaxın ərazilərdə ət və süd

emal edən yeni müəssisələrin yaradılması və xammalın

saxlanması üçün soyuducuların tikilməsi üzrə özəl sekto-

run təklifləri dəstəklənməlidir”. Strateji istiqamətə uyğun

olaraq respublikada kənd təsərrüfatı məhsullarının istehsa-

lının artırılması və emal müəssisələrinin sayı və güclərinin

artırılması, onların xammalla təminatında yaranmış müs-

bət meyllər emal məhsullarının ölkə daxilində xüsusi çəki-

sinin artırılmasına, ixrac coğrafiyasının genişləndirilməsi-

nə imkan vermişdir. Son 25 ildə emal sənayesinin inkişafı

üçün ardıcıl aparılan məqsədyönlü və sistemli tədbirlər sa-

hənin inkişafını xeyli sürətləndirmişdir. Görülmüş tədbir-

lər nəticəsində 2013-cü ildə 2000-ci ilə nisbətən emal

məhsullar istehsalı xeyli artırılmışdır.

Cədvəl 9.3.

Emal sənayesində əsas növ məhsulların istehsalı.

Məhsullar 2000 2005 2010 2014

Ət-cəmi, min ton 108,9 130,7 246,6 278,1

Kolbasa məmulatı, ton 558 1914 2123 6637

Yağlıq dərəcəsi 1-3 faiz

olan süd, min ton – 494,0 812,8 840,1

Yağlıq dərəcəsi 6-29 faiz

olan qaymaq, ton – 1608 4230 4671

Pendir və kəsmik, min ton 29,8 33,5 43,3 48,1

Kərə yağı, min ton 12,8 14,2 20,9 23,4

Dondurulmuş bütöv dəniz 2142 3270 860,5 312,0

Page 407: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

406

balığı, ton

Tərəvəz və meyvə konserv-

ləri, min ton – 23,2 137,1 159,1

Saflaşdırılmış pambıq yağı, ton 2247 5615,3 1203 2311

Günəbaxan yağı, ton 1973 8848 26332 33531

Çörək və çörək-bulka mə-

mulatı, min ton 675,5 693,5 730,0 745,6

Makaron məmulatı, ton 400 3460 13030 9290

Qənnadı məmulatları, min ton – 42,9 43,5 50,1

Qənd rafinad və şəkər tozu,

min ton – 3,6 335,5 410,6

Təbii çay, ton 1523 7477,3 10896 8039

Marqarin, ton 408 17823 20224 24770

Yodlaşdırılmış duz, ton – 4235 8496 32037

Mineral və qazlı sular, min dkl 214,1 1160 5073 11986

Alkoqolsuz içkilər, min dkl 4663 13361 19866 28269

Şampan şərabı, min dkl 150,4 61,8 27,9 9,2

Araq, min dkl 450,4 484,3 884,9 668,0

Üzüm şərabı, min dkl 623,2 400,5 1169,7 1015,8

Brendi (konyak), min dkl 386,1 17,5 81,4 134,2

Səməni pivəsi, min dkl 711 2490 3771 5149

Fermentləşdirilmiş tütün,

ton 5869 2584 2027 2430

Papiros və siqaretlər, mlyn.

ədəd 2362 5008 2191 2013

Kənd təsərrüfatının xüsusən heyvandarlığın özünə-

məxsus spesifik xüsusiyyətləri olduğu kimi, ət-süd sahəsi-nin də özünəməxsus fərqli xüsusiyyətləri vardır. Əvvəla, emal müəssisələri xammal bazası ilə əlaqədar müxtəlif öl-çüdə olmaqla xammalın kompleks istifadəsini nəzərdə tut-malıdır. İkincisi, sahənin məhsulunun tez xarab olması və əhalinin fasiləsiz təchizatı ilə əlaqədar soyuducu və ava-danlılqlarla təmin edilməsini tələb edir. Üçüncüsü, ət və süd məhsullarının çeşidinin çoxluğu və keyfiyyəti xamma-lın tərkibi və keyfiyyəti ilə əlaqədardır. Dördüncüsü, məh-

Page 408: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

407

sulun material tutumu (85-95%) yüksəkdir. Bütün bunlar bazar iqtisadiyyatı şəraitində ət və süd məhsulları emalına sahəvi xarakterdə yanaşmağı tələb edir.

Bazar münasibətləri şəraitində emal sənayesinin sə-mərəli inkişafının mühüm şərti kənd təsərrüfatı məhsulla-rının ayrı-ayrı növlərinin emalı ilə, onların istehsal gücləri ilə müvafiq xammal bazası arasında zəruri proporsionallı-ğın təmin edilməsidir. Tədqiqat göstərir ki, kənd təsərrüfa-tı məhsullarının istehsal həcmi ilə yeyinti məhsulları səna-yesindəki istehsal gücü arasında nisbət gözlənilmir, xam-malın kompleks emalı və tullantısız texnologiya tətbiqi prosesinə tam nail olunmamışdır. Ona görə də respublika-da digər sahələrə nisbətən, rayonlardakı emal müəssisələ-rində tullantılar daha çoxdur, xammal itkilərinə yol verilir və keyfiyyəti təmin olunmur.

Aqrar sahədə istehsal-satış fəaliyyətinin bazar müna-sibətləri əsasında idarə olunması-istehsalçı təsərrüfat daxi-lində müvafiq marketinq idarəetmə strukturunun olmasını tələb edir. İstehsalçının (və ya müəssisənin) qarşısında du-ran marketinqin vəzifəsi marketinq xidmətinin təşkilati strukturunu müəyyənləşdirir. İstehsalçı müəssisə daxilində marketinq konsepsiyasının zəif tətbiqi yəni istehlakçı tələ-bi əsasında məhsul buraxılması marketinq xidmətinin for-malaşmamasına səbəb olmuşdur. Yaxud hazırda emal sə-nayesində mövcud marketinq xidmətinin təşkilati struktu-ru başqa şöbə və bölmələrlə eyni səviyyədədir. Bu struktur az sayda və ya çeşiddə məhsul istehsal edən emal sahələ-rində üstünlük təşkil edir. Ölkəmizdə aqrar emal məhsulla-rı istehsalı ilə məşğul olan müəssisələrdə marketinq xid-məti məhsullar prinsipi üzrə formalaşmışdır. Bu vaxt konkret qrup məhsullar üzrə aidiyyatı funksiyalar məhsul-ların marketinq informasiyalarına malik həmin qrup üzrə

Page 409: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

408

idarəçilərə həvalə edilir. Məhsullar prinsipi üzrə marke-tinq xidməti 1991-ci ildən istehsal-satış fəaliyyəti göstərən “Azərsun Holdinq” şirkətində formalaşdırılmışdır. Şirkə-tin müxtəlif növ ərzaq məhsullarının istehsalı və satışı ilə yanaşı, 2006-cı ildən “Azərsun Kənd Təsərrüfatı” MMC-i də fəaliyyət göstərir. Cəmiyyət müxtəlif rayonlarda şəkər çuğunduru, günəbaxan, noxud, arpa, qarğıdalı, pomidor, konserv məhsulları və s. istehsalı ilə məşğul olur. Şirkətin iqtisadi rayonlarda Astara çay fabriki, Qafqaz konserv za-vodu, Bakı yağ və qida sənayesi ASC-i fəaliyyət göstərir. “Azərsun Holdinq” şirkətinin marketinq xidmətinin kon-serv məhsulları, çay, yağ, kağız məmulatları üzrə müdir-ləri həmin məhsulların marketinqi ilə məşğul olurlar.

Satışın inkişafı və satışın analitik təhlili şöbələri mar-ketinq xidmətinin təşkilati strukturuna daxildir.

Ekoloji təmiz məhsullar istehsal və satışı ilə məşğul olan emal müəssisələrdən biri “Miri-Pak” ticarət və səna-ye şirkətidir. Şirkət təbii şirələr, mürəbbə, cemlər və müx-təlif konserv məhsullarını MDB ölkələrinə, Pribaltika ölkələrinə,uzaq və yaxın şərq ölkələrinə, ABŞ-a ixrac edir. Bu həm də müəssisənin marketinq tədqiqatları aparması və istehlakçıların tələbatlarını tədqiq etmələri ilə əlaqədardır.

Hazırki şəraitdə ərzaq təhlükəsizliyinin təmin edil-məsi baxımından kənd təsərrüfatı məhsulları emalının qar-şısında çox böyük vəzifələr durur. Bu vəzifələr əsasən onunla izah olunur ki, emal edilmiş kənd təsərrüfatı məh-sullarının bir hissəsi xarici bazarlara çıxarılır, qalan hissəsi isə daxili bazarda satılır. Həmin məhsullara olan tələbatın spesifikliyi məhsulların çeşidinin və keyfiyyətinin yaxşı-laşdırılmasını, xarici görünüşünün və qablaşdırılmasının tələbata uyğunlaşdırılmasını tələb edir.

Page 410: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

409

9.5. Aqromarketinqin təşkili və fəaliyyətinin

planlaşdırılması.

Bazar iqtisadi münasibətləri şəraitində kənd təsərrü-

fatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar (fiziki

və hüquqi şəxslər) bazarın tələblərinə uyğun məhsul isteh-

salı və satışını həyata keçirməlidirlər. Ona görə də həmin

istehsalçılar marketinq fəaliyyəti, onun idarə olunması və

marketinq fəaliyyətinin strategiyasının formalaşdırılması

üçün informasiyalara malik olmalıdırlar. Aqrar sahədə sa-

hibkarlıq fəaliyyəti ilə məşğul olanların əksəriyyəti kiçik

ölçülü olduğu üçün orada marketinq xidmətini formalaşdı-

ra bilmirlər. Bu xidmətin funksiyalarını icra etmək və is-

tehsal-satış proseslərinə dair əsaslandırılmış qərar qəbul

etmək məqsədilə marketinqin idarə edilməsini sahibkar

özü həll etməlidir.

Təcrübə göstərir ki, istehsalçı istehsal etdiyi məhsul-

ların və xidmətlərin satışı bazarını və onlara olan tələbatı

öyrənmədən öz biznesini qura bilmir. İstehsalçı istehlakçı-

nın nə istədiyini və bunu nə üçün istədiyini bilməlidir. Bu-

nun üçün ona informasiyalar lazımdır. Ona görə də isteh-

salçı marketinq tədqiqatları aparmaqla istehlakçıların tə-

ləblərini, rəqabəti öyrənməli, kompleks tədbirlər işləyib

hazırlamalıdır. İstehsalçı kənd təsərrüfatı məhsullarının

marketinqini bazarın tədqiqindən başlayır, informasiyalar

əldə edir. Məhsulun satış bazarı yoxdursa istehsalçı həmin

məhsulu istehsal etməməlidir. Deməli, istehsalçı öz fəaliy-

yətində iki məsələni qarşıya qoyur: 1) kənd təsərrüfatı

məhsullarının marketinqi-bazarın tədqiqi, informasiyalar

(satış, qiymət, mübadilə və s.); 2)məhsul istehsalı, məhsu-

lun toplanması, daşınması, emalı, istehlakçılara çatdırıl-

Page 411: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

410

ması. Bu iki məsələlərin birlikdə düzgün həlli sahibkarın

səmərəli fəaliyyətinin əsas şərtlərindəndir.

Araşdırmalar göstərir ki, marketinq sözü birinci dəfə

1902-ci ildə ABŞ-da işlədilmiş və hazırda onun iki minə

qədər anlayışları mövcuddur. Marketinq anlayışı ingilis

sözü olub “market”sözündən yaranmış və “bazar fəaliyyə-

ti”, “satış bazarı sferasında fəaliyyət” mənasını verir.

Marketinq – tələbatın ödənilməsinə yönəldilmiş və

bazar konyukturu haqqında məlumat əsasında həyata keçi-

rilən, bazarın öyrənilməsi, əmtəə və xidmətlərin istehsalı

və satışın idarə edilməsi və tənzimlənməsi üzrə fəaliyyət-

dir. O, malların satışının stimullaşdırılması, tədavülün in-

kişafı və sürətləndirilməsi, tələbatın daha yaxşı təmin edil-

məsi naminə və mənfəətin alınması məqsədilə həyata ke-

çirilir. Bazar konyunkturası haqqında məlumat bazardakı

əmtəələrin vəziyyəti və xarici amillər haqında aşağıdakı

məlumatları əhatə edir: istehlakçıların davranışı; rəqabət;

nailiyyət və texnologiya; yeniliklər; hökümətin fəaliyyəti

və qanunvericilik aktları; kütləvi informasiya vasitələri;

iqtisadiyyatın vəziyyəti və inkişaf proqnozları; inflyasiya

səviyyəsi; istehsal xərclərinin dinamikası və s. Marketinq

tədqiqatları bazarda əmtəələrin vəziyyətinin idarə olunma-

sı və tənzimlənməsi üzrə qərarların qəbul edilməsi üçün

əsas hesab edilir. Məhsulların xarici görünüşünə və qiy-

mətinə, istehsal və satışın parametrlərinə (satışın həcmi və

yeri, satış kanalları və nəqliyyat növləri, malgöndərənlər,

vasitəçilər və s.) əmtəələrin hərəkət şərtlərinə (reklam, sa-

tışın stimullaşdırılması) və s. bilavasitə təsir göstərir. İs-

tehlakçılardan asılı olaraq, marketinqin üç növü bir-birin-

dən fərqlənir: sənaye (sənaye müəssisələri); istehlak (əhali);

beynəlxalq.

Page 412: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

411

Marketinq dedikdə – fərdlərin və insan qruplarının

digərləri ilə dəyər yaratmaq və bazarda mübadilə etmək

vasitəsilə öz ehtiyac və tələbatını ödədikləri sosial və ida-

rəetmə prosesi başa düşülür. Marketinq dedikdə həm də

müəyyən normalar daxilində istehlakçıların və bütövlükdə

cəmiyyətin mənafeyi naminə vicdanlı kommersiya fəaliy-

yəti qaydalarının məcmusu başa düşülür.

Professor Ş.Ə.Axundov marketinq anlayışına verilən

tərifləri ümumiləşdirmiş, aşağıdakıları göstərmişdir: “Mar-

ketinq-iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növ-

lərindən biridir; klassik baxımdan o, ilk növbədə məhsul-

ların istehsalçılardan istehlakçılara çatdırılması ilə bilava-

sitə bağlı olan sahibkarlıq fəaliyyətidir; bazarın tələbatının

öyrənilməsinə və onun aktiv qeydiyyatına (uçotuna) yö-

nəldilmiş müəssisədaxili idarə etmənin altsistemidir; bazar

iqtisadi sistemi yolu ilə inkişaf edən ölkələrin müəssi-

sələrində idarəetmə üsulu olmaqla tələbat (bazar, satış)

amillərinin öyrənilməsi və onların aktiv qeydiyyatının hə-

yata keçirilməsidir; ehtiyacların və tələbatın tədavül vasi-

təsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növü-

dür; bazarın idarə edilməsi konsepsiyasıdır. Başqa sözlə,

bu, istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin

yaratmaq, onun keyfiyyətini, çeşidini və istehsal həcminin

bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məq-

sədi ilə bazarın kompleks təhlili və proqnozlaşdırılması

prosesidir”. Göründüyü kimi, iqtisadiyyata dair ədəbiyyat-

larda marketinq anlayışı müxtəlif mənalarda işlədilir. Bü-

tün anlayışlarda – bazar tələblərinin öyrənilməsi, bazarın

idarə edilməsi, ehtiyac və tələbatın tədavül vasitəsi ilə

ödənilməsinə yönəldilən insan fəaliyyəti, insan ehtiyacla-

rının və tələbatlarının ödənilməsi məqsədilə mübadilənin

Page 413: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

412

baş verməsi üçün bazarla aparılan iş, mübadilə vasitəsilə

ehtiyacların və tələbatın ödənilməsinə yönəldilən insan

fəaliyyətinin növləridir və s.kimi göstərilir. Buradan aydın

olur ki, marketinq anlayışı bazar, istehsalçı-istehlakçı ilə

bağlı olmaqla, daha geniş məna kəsb edir.

Biz, marketinqə istehsal olunan məhsulun (xidmətlərin)

satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyyətini,

çeşidini və istehsal həcmini bilavasitə istehlakçıların tələ-

batına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təh-

lili və proqnozlaşdırılması prosesidir fikri ilə razılaşır və

bu fikrə “konkret alıcıların tələbatlarının ödənilməsinə yö-

nəldilən idarəetmə prosesidir” əlavə etməyi daha düzgün

hesab edirik. Marketinq – ehtiyacların və tələbatların mü-

badilə vasitəsi ilə ödənilməsinə yönəldilmiş insan fəaliy-

yəti növüdür. Marketinq kommersiya və bütövlükdə təsər-

rüfat məsələlərini həll etmək üçün bazar dairəsində baş ve-

rən proseslərin əsaslı surətdə mükəmməl uçotunu, tədqiqi-

ni və planlaşdırılmasını nəzərdə tutan müəssisənin (firma-

nın, şirkətin) idarə olunması sistemidir. Marketinqin məq-

sədi istehsalı ictimai istehlaka, tələbata, bazarın tələblərinə

uyğunlaşdırmaqdan, bazarın öyrənilməsi, satışın intensiv-

ləşdirilməsi, malların rəqabət qabiliyyətinin artırılması üz-

rə təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasını təmin

etməkdən ibarətdir. Marketinq insan ehtiyaclarının və tələ-

batlarının ödənilməsi məqsədi ilə mübadilənin baş verməsi

üçün bazarla aparılan işdir.

Ölkəmizdə bazar münasibətlərinin formalaşması aq-

rar sahədə həlli qeyri-standart yollar tələb edən problemlər

qoydu. İstehsal olunan kənd təsərrüfatı və emal məhsulla-

rının istər daxili və istərsə də xarici bazarlarda rəqabətə

davam gətirməsi üçün aqrar marketinqdən geniş istifadə

Page 414: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

413

edilməsi tələblərini qarşıya qoydu. Azərbaycanda 7 iyul

2000-ci ildə ilk Marketinq Cəmiyyəti təsis edildi. Bu cə-

miyyət qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməyə

başladı.

Aqromarketinq dedikdə, aqrar sahədə istehsal və emal

olunan məhsulun və xidmətlərin istehlakçılara çatdırılma-

sını təmin edən, istehlakçıların tələblərini öyrənən, təhlil

edən məhsul və xidmətlərin idarə olunması sistemi başa

düşülür. Göstərilənlərlə yanaşı, aqromarketinqə başqa for-

mada da yanaşılır. Aqromarketinq-istehlakçıların kənd təsər-

rüfatı sahəsində məhsullara, xidmətlərə, ideyalara olan tə-

ləblərinin öyrənilməsi və ödənilməsinin planlaşdırılması,

təşkili və idarə olunması üzrə məqsədyönlü yaradıcılıq

fəaliyyətidir.

Aqromarketinq-kənd təsərrüfatı, qida məhsulları, to-

xum istehsalı, məhsul yığımı, onun emalı, məhsullara tələ-

bat, son istehlakçıya çatdırılması ilə yanaşı, istehlakçıların

arzu və davranışlarının öyrənilməsi və təhlili, təsərrüfat

fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə idarə

edilməsi sistemidir. Aqrar sahədə marketinq fəaliyyəti

aşağıdakı amillərin nəzərə alınmasını tələb edir:

- aqrar sahədə istehsal və nəticələr təbii-iqlim şərai-

tindən asılıdır;

- məhsulların spesifik xüsusiyyətləri ilə əlaqədar və

məhsulun təhlükəsizliyi ilə əlaqədar onlar tez xarab oldu-

ğu üçün daşınma, emal və saxlanması zamanı tələblərin

gözlənilməsi əsas şərtlərdəndir;

- kənd təsərrüfatında istehsal və emal mövsümi xa-

rakter daşığıdığından və məhsul istehsalı müddəti ilə on-

dan istifadə müddəti uyğun gəlmədiyindən istehlakçıların

tələbləri nəzərə alınmalıdır;

Page 415: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

414

- məhsulun mövsümi xarakteri və onların istehlak

xassələri ilə əlaqədar məhsulun keyfiyyəti və rəqabət qabi-

liyyətinin saxlanması və istehlakçılara çatdırılması üçün

xidmətlərin səviyyəsinin yüksəldilməsi təmin edilməlidir;

- mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının

bazara çıxarılması kəskin rəqabətlə qarşılaşdığı üçün is-

tehsal olunan məhsulun kəmiyyət və keyfiyyəti istehsal və

sosial sferada maddi-texniki bazanın, texnologiyanın, təş-

kilati, iqtisadi mexanizmlərdən çox asılıdır;

- aqrar sahədə məhsulların istehsalı və emalı zamanı

onun özünəməxsusluğu nəzərə alınmaqla istehsalın və is-

tehlakçıların tələbatı və bazar rəqabəti öyrənilməli, səmə-

rəli aqromarketinq sistemi yaradılmalıdır.

Göründüyü kimi, aqromarketinqin müvafiq sahə mar-

ketinqlərindən (bank, ticarət, kommersiya, sənaye, xidmət

və s.) fərqli xüsusiyyətləri mövcuddur.

Marketinqin əsas məqsədləri istehlakçıların müvafiq

məhsullara, xidmətlərə və texnologiyalara tələbatının ödə-

nilməsi, rəqabət üstünlüyünə nail olmağa imkan verən

mövqeyin əldə edilməsi ilə satış həcmlərinin təmin olun-

masıdır.

Təsərrüfat subyektləri səmərəli fəaliyyət göstərmələ-

ri üçün müvafiq marketinq konsepsiyalarına malik olmalı-

dırlar. Respublikamızın bölgələrində aqroekoloji şərait

bir-birindən fərqlənir. İstehlakçılar öz məhsullarını

konkret istehlakçılara təklif etmək imkanlarını müəyyən

etmədikləri üçün bazar üçün işləyirdilər. Bazara istiqamət-

lənmiş məhsul rəqabətə tab gətirə bilməyərək aşağı

qiymətə reallaşdırılmaq zərurətində qalır. Ona görə də

bazarın tələbatına uyğun istehsal-satış və ticarət

fəaliyyətinin idarə edilməsi, onun məqsəd və metodları

Page 416: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

415

sistemini əks etdirən konsepsiya formalaşdırılmalıdır.

Aqromarketinq konsepsiyasının əsası yeni və istehsalçı-is-

tehlakçı baxımından səmərəli məhsul istehsalının

təşkilidir. Marketinq konsepsiyasına görə istehsalçı elə

məhsul istehsal etməlidir ki, onlar bazarlarda rəqabətqabi-

liyyətli olmaqla yaxşı satıla bilsin. Bununla əlaqədar

aqromarketinq konsepsiyası: 1) istehsalın təkmilləş-

dirilməsi; 2) məhsulun təkmilləşdirilməsi; 3) kommersiya

səylərinin gücləndirilməsi; 4) bazara istiqamətləndirilmə;

5) sosial-etik marketinq yanaşmalar mövcuddur. İstehsalın

təkmilləşdirilməsi məhsula tələb-təkliflə əlaqədar istehsal

həcminin artırılması və məhsulun maya dəyərinin aşağı

salınmasına istiqamətləndirilməkdir. Məhsulun təkmilləş-

dirilməsi dedikdə istehsalçıların yüksək keyfiyyətli, yaxşı

texniki-iqtisadi, göstəriciləri və xassələri olan məhsul

istehsalına istiqamətləndirmə başa düşülür. Kommersiya

səylərinin gücləndirilməsi konsepsiyası o deməkdir ki, is-

tehsalçı məhsulun satışı və onun həvəsləndirilməsinə daha

çox diqqət yetirilməlidir. Marketinqin bazar konsepsiyası

istehsalçının qarşısına qoyduğu məqsədlərə nail olması

üçün bazarların ehtiyacları və tələbatlarının müəyyənləşdi-

rilməsinə istiqamətləndirmədir. Sosial-etik marketinq kon-

sepsiyasında məhsulun alıcıların (istehlakçıların) tələbin-

dən asılı olaraq nizamlanır. Bu vaxt istehlakçı, istehsalçı və

bütövlükdə cəmiyyətin rifahının mühafizəsi nəzərə alınır.

Marketinqin funksiyaları aşağıdakılardan ibarətdir:

- bazarın kompleks şəkildə öyrənilməsi və proqnoz-

laşdırılması;

- sahibkarın istehsal və satış imkanlarının qiymətlən-

dirilməsi;

- bazar hədəfinin (seqmentinin) seçilməsi, rəqabət

Page 417: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

416

üstünlüyünün aşkar edilməsi;

- marketinq fəaliyyətinin məqsəd və vəzifələri, mar-

ketinq strategiyasının işlənib hazırlanması;

- bazar tələblərinə uyğun mal və xidmətlərin, məhsul-

larının çeşidinin və istehsal fəaliyyətinin idarə olunması;

- tələbin formalaşması, satışın təşkili və stimullaşdı-

rılması.

Aqromarketinq fəaliyyətinin səmərəliliyini təmin et-

mək və əsaslandırılmış qərar qəbul etmək üçün aqromar-

ketinqin funksiyalarını bilmək lazımdır. Aqromarketinqin

funksiyaları dedikdə istehsalçının qarşısına qoyduğu məq-

sədə çatmaq üçün məhsul həcmi, növü, çeşidi ilə bağlı ba-

zarda marketinq prosesində həyata keçirilən ixtisaslaşdırıl-

mış fəaliyyət növləri üzrə məhsul təklifi, məhsullara olan

ehtiyacların və tələbatlarının xüsusiyyətlərindən asılı ola-

raq həyata keçirilən funksiyalardır.Aqromarketinqin funk-

siyalarını aşağıdakı kimi (sxem 9.2.) göstərmək olar.

Aqromarketinq istehsal və satışın xarakterindən, şəra-

itindən asılı olaraq onun funksiyaları özünəməxsus xü-

susiyyətləri ilə fərqlənir. Marketinqin funksiyaları aşağıda-

kı istiqamətlərdə özünü göstərir: 1) bazarın marketinq səy-

lərinin reallaşdırılması problemlərinin öyrənilməsi; 2)isteh-

salın strukturunun müəyyən edilməsi; 3) məhsul çeşidinin

planlaşdırılması; 4) satışın intensivləşdirilməsi üzrə tədbir-

lər işləyib hazırlanması; 5) məhsul hərəkətinin daha səmə-

rəli yollarının və satış yerinin, vaxtının və üsulunun (satış

işinin planlaşdırılmasının) müəyyənləşdirilməsi; 6) reklam

və satışın həvəsləndirilməsi; 7) satışdan sonrakı xidmətin

təşkili; 8) yeni istehlakçıların formalaşdırılması və s.

Page 418: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

417

Sxem 9.2. Aqromarketinq funksiyaları.

Marketinq istehlakçıların ehtiyaclarından asılı olaraq

mənfəət əldə etmək məqsədilə alıcıların məhsul istehsalı,

öyrənilməsi şərti ilə təsərrüfatın məhsul istehsalı, onun ha-

zırlanması, satışı və bazarın kompleks öyrənilməsinə xid-

mət göstərən fəaliyyət sistemidir. Marketinq kommersiya

anlayışı baxımından fəaliyyətin müxtəlif aspektlərinin əla-

qələndirilməsi funksiyasını və bu əlaqələrin balanslaşdırıl-

ması, məhsulun istehlakçıya istiqamətləndirilməsi sistemidir.

Aqromarketinq, aqrar sahənin mürəkkəb strukturu və

mühitin dəyişən dinamikası ilə əlaqədar planlaşdırmanın

rolunu və əhəmiyyətini artırır. Məhsulun satışı işinin təş-

kili istehsalçının təsərrüfat fəaliyyətinin əsas istiqamətlə-

rindən olduğu üçün marketinq planlaşdırılması digər sahə-

Aqromarketinqin funksiyaları

–planlaşdırma-

proqnozlaş-

dırmanı,

–informasiyanı,

–kommunikasi-

yanı,

–maliyyə-uço-

tu,

–idarəetmə-əla-

qələndirməni.

–məhsulun

hərəkət siste-

mini,

–kommersiya

fəaliyyətini,

–məhsul siya-

sətini,

–qiymət siya-

sətini.

öyrənmək, təhlil etmək, uzlaşdırmaq

analitik istehsal satış idarəetmə və nəzarət

–məhsul isteh-

salını,

–yeni texnolo-

giyanı,

–maddi-texniki

təchizatı,

–keyfiyyətin

idarə edilməsi-

ni,

–rəqabətin idarə

edilməsini.

–bazarın tərkibi,

–istehlakçıları,

–məhsulu,

–daxili mühiti,

–bazarın firma

strukturu,

–daxili mühiti.

Page 419: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

418

lərin planlaşdırılması ilə sıx bağlıdır. Planlaşdırma ehtiyat-

lardan səmərəli istifadə etməklə məhsul və ya xidmətlərin

istehsalı, satışın, gəlirin artırılmasına yönəldilmiş idarəet-

mənin iqtisadi metodlarından biridir.

Marketinq strategiyasının əsas vəzifəsi istehlakçıla-

rın tələbatlarının təhlil edilməsi və qiymətləndirilməsidir.

Burada strategiya istehlakçının tələbatının ödənilməsi de-

yil, probleminin müəyyən edilməsidir. Əsas vəzifə bazar

tələbatının həcminin bazarın real həcminə, məhsul təklifi-

nin onun tələblərinə uyğunlaşmasını, maksimum yaxşılaş-

masını təmin etməkdir. Bazarın həcmi potensial və real

həcm səviyyəsi ilə fərqləndirilir. Yəni, bazarın həqiqi həc-

mi onun potensial həcmi kimi, real həcmi isə onun poten-

sial həcminə uyğun olmayan həcmidir. Bazarın həcmi alı-

cıların tələbinin həcminin və məhsulun təklifinin kəmiy-

yəti ilə xarakterizə olunur. Bazarın həcmində məhsulların

müxtəlif qiymətlərinin səviyyələrinin və satış həcminin

maksimum mümkün olan qiyməti nəzərdə tutulur.

Aqromarketinq məhsulun istehsalı, yığımı, daşınma-

sı emalı, istehlakçıların çatdırılmasını təmin edən, alıcıla-

rın tələbatını öyrənən, təhlil edən və qiymətləndirən bir

elmdir. Marketinqin əsas prinsipi istehsalın son nəticəsinin

istehlakçıların real arzu və tələblərinə uyğunlaşdırılmasıdır.

Kənd təsərrüfatında fəaliyyət bir neçə qruplara bölü-

nür. Bunlar əsasən – məhsul istehsalı, saxlanması, daşın-

ması, emalı, qablaşdırılması və istehlakçılara çatdırılması və s.-

dir. Bütün bunlar ayrı-ayrılıqda fəaliyyətidir. Bunların hər

birinin ardıcıl, sistemli həyata keçirilməsi məhsulun key-

fiyyətinin təmin olunmasında mühüm əhəmiyyət kəsb

edir. İstehsal edilən kənd təsərrüfatı məhsullarına tələb,

bazar və istehsalçı vardır.

Page 420: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

419

Göstərildiyi kimi kənd təsərrüfatında marketinqin

təşkili sahənin spesifikliyi ilə müəyyən olunmalıdır. Bura-

da iqtisadi nəticələrin təbii-iqlim şəraitindən asılı olması,

istehsal fəaliyyətinin mövsümliyi, marketinqin kənd təsər-

rüfatında özünüidarəetmə ilə əlaqədar daha həssas olması,

məhsulların istehsalçılar tərəfindən özünün istehlakına (ər-

zağa, toxuma, yemə və s.) yönəldilməsi və s. ilə əlaqədar

olması nəzərə alınmalıdır. Marketinq bazar konyukturu-

nun müəyyən edilməsi, bazarın seqmentləşdirilməsi, baza-

rın həcminin təyin edilməsi, rəqabət mühiti, satış formaları və s.

şərtlərin düzgün müəyyənləşdirilməsini tələb edir.

Bazar və marketinq biznesin əsas ünsürləri olduğu

üçün onların oxşar və fərqli cəhətləri aydınlaşdırılmalıdır.

“Bazar” elə yerdir ki, orada pulları olanlar məhsulu (malları)

olanları axtarırlar. Digər tərəfdən məhsulları (malları)

olanlar pulları olanları axtarırlar.

Məhsulları (malları) olanları pulları olanlarla əlaqə-

ləndirmək lazımdır. Bu marketinqdir. Marketinq müştəri-

lər nə istədiyini müəyyən etmək və həmin şeyi onlara ver-

mək deməkdir. Marketinqin təşkili tələb edir ki, müştərilər

istədiklərini onlara satmaq üçün onların tələbini ödəyən

məhsul satılsın. Ona görə də istehsala başlamazdan əvvəl

müştərilərin kim olduğunu, tələbatı, nə xeyir (mənfəət)

götürmək istədiklərini öyrənmək lazım gəlir:

İstehlakçı malınızı niyə alır? Siz hansı tələbatı ödə-

yirsiniz? İstehlakçı hansı “xeyir” əldə edir? Sizin adi müş-

təriniz kimdir: yaşı, cinsi, onlar hansı xeyir əldə edir?

Göstərilənlərlə əlaqədar məhsul istehsalının (və ya-

xud göstərilən xidmətlərin) səmərəli olması və ya biznesin

gəlir gətirməsi üçün bir sıra amillər öyrənilməlidir. Bu

amilləri əsasən aşağıdakı kimi qruplaşdırmaq olar: a) rəqa-

Page 421: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

420

bət və onun mahiyyəti, b) texnoloji amillər; c)iqtisadi mü-

hit, ç) hüquqi və siyasi vəziyyət; d) ticarət mühiti (iqtisadi

şərait, hüquqi tələblər, işə təsir göstərən sosial və texniki

məsələlər) və s.

Bütün bunlar bazarın tələb-təklifi ilə əlaqədar plan-

laşdırmada istifadə edilən əsas amillərdir. Deməli marke-

tinqin təşkili üçün bir çox tədbirlər kompleksi nəzərdə

tutulmalıdır:

- istehsalatın və xidmətlərin planlaşdırılması;

- müştərilərin tələbatlarının ödənilməsi (keyfiyyətə,

qiymətə, yerə dair);

- səmərəli yayım sistemi;

- satışın reklamı üzrə səmərəli tədbirlər və s.

Bu tədbirlərin mahiyyətini izah etmək əsasında

sahibkarlara satış və marketinq arasında fərqi daha düzgün

göstərmək olar. Bazar tələbatı olmayan məhsul istehsalı

mənasızdır, başqa sözlə istehsalçı üçün ziyanlıdır. Ona gö-

rə də sahibkar məlumat toplamağı, hansı məlumatı topla-

mağı və bu məlumatı haradan əldə etməyi və s. bilməlidir.

Deməli, məhsulun bazarda sadəcə satışı deyil, satışın pro-

ses kimi idarə edilməsi nəzərdə tutulmalıdır. Bunu aşağı-

dakı sxemdəki kimi (sxem 9.3.) göstərmək olar.

Yuxarıda göstərilənlərə əsasən aqromarketinqə əv-

vəlcədən planlaşdırılan, idarə edilən fəaliyyət növü kimi

baxmaq olar. Yəni, aqromarketinq fəaliyyətində əlaqələr

yaratmaq, bazarlara məqsədli çıxmaq, bazarlarda məhsul

satışını təşkil etmək üçün kompleks fəaliyyət planı hazır-

lanmalıdır. İlk növbədə sahibkarlar kənd təsərrüfatı məh-

sullarını reallaşdırmaq üçün marketinq tədqiqatları apar-

malı, əlaqədar təşkilatlarda (vasitəçi, reklam, əlaqə və s.)

əməkdaşlıq etməlidir. İkinci, istehsalçı sahibkar istehlakçı-

Page 422: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

421

ların ehtiyac və tələbatlarını öyrənməli, istehsal-istehlakçı

zəncirindən sonrada araşdırmalar aparılmalıdır. Üçüncü,

aqromarketinq fəaliyyəti məqsədyönlü fəaliyyətə əsaslan-

malıdır. Dördüncüsü, aqrar sahənin spesifik xüsusiyyətləri

nəzərə alınmaqla aqromarketinq fəaliyyətinə yaradıcı ya-

naşılmalı, istehsalçı-istehlakçı əlaqələrinə, bazar konyuk-

turuna təsir edən amillər öyrənilməlidir. Beşinci, bazarda

tələb həcmi və baş verəcək dəyişikliklər öyrənilməli, fəa-

liyyət planında banklar nəzərə alınmalıdır. Aqromarketinq

fəaliyyətinin planlaşdırılmasında istehlakçıların ehtiyac və

tələbləri, istehsal imkanları, satış, bölgü kanalları, stimul-

laşdırma vasitələrindən istifadə, marketinq funksiyalarının

yerinə yetirilməsi amilləri nəzərə alınaraq cari və strateji

planlar işlənib hazırlanmalıdır. Aqromarketinqin fəaliy-

yətinin planlaşdırılmasında əsas mənbələrdən biri isteh-

lakçıların tələblərinin ödənilməsini vaxtında ödəmək üçün

marketinqin idarə edilməsi sistemi əsaslandırılmalıdır.

Sxem 9.3. Marketinqin təşkili prosesi.

Məlumat, Vasitələr,

Makrobiznes Mühit,

Rəqabət

Məqsədlər

Planlaşdırma

Nəzarət Həyata

keçirilmə

Məlumatın

toplanması prosesi

Planlaşdırma

prosesi

İş prosesi

Page 423: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

422

Göstərilən idarəetmə prosesi biznesin təşkili üçün

vacib olmaqla, sahibkarın səmərəli fəaliyyətinin mühüm

şərtidir. Marketinq – ehtiyacların və tələbatların planlaşdı-

rılmış idarəedilməsi əsasında mübadilə vasitəsi ilə ödənil-

məsinə yönəldilmiş fəaliyyət olmaqla bir sıra məfhumlarla

əlaqədardır. Bunlara – bazar, ehtiyac, tələbat, tələblər, is-

tehsalçı, konyuktura, əmtəə, mübadilə, proqnoz, seqment,

sövdələşmə və s. aid etmək olar.

Bazar – alıcı ilə satıcının görüşdüyü məkandır.

Ehtiyac – fərdin istehsal olunan əmtəə-xidmətin ça-

tışmadığını duymaq hissidir. Tələbat – fərdin nəyəsə

(məhsula, xidmətə) olan ehtiyacıdır.

Sövdələşmə – satıcı ilə alıcı arasında məhsul və xid-

mətlərin müqabilində razılığa gəlinən şərtlərdir.

Əmtəə – tələbatı, yaxud ehtiyacı ödəyə bilən, istehlak

xüsusiyyətlərinə malik olan istifadə üçün istehlak olunması

məqsədilə bazarda təklif olunan maddi dəyərlərdir.

Mübadilə – fərqli istehlak xüsusiyyətlərinə malik olan

məhsulların, arzu olunan şeyin-başqa şeylə əvəz edilməsi

prosesidir.

Nəzərə almaq lazımdır ki, sahibkarlar məhsul istehsal

edir, sonra onu satmağa çalışırlar. Ona görə də əksər hal-

larda həmin istehsalçılar istehsalı artırmağa meyl edirlər.

Marketinq üsulunda sahibkar əvvəlcə tələbatı öyrənir və is-

tehsalı planlaşdırır. Marketinq və satışın fərqli xüsusiyyət-

lərini aşağıdakı kimi xarakterizə etmək olar. (sxem 9.4.)

Page 424: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

423

Mərhələ Satışa

istiqamətlənən Marketinqə istiqamətlənən

Məhsul

istehsalı

mərhələsi

I

Məhsul istehsalına

daha çox diqqət ye-

tirilir

Müştərilərin tələbatlarına

daha çox diqqət yetirilir

Satış

II

Əvvəlcə istehsal

olunur, sonra isə ne-

cə satılacağına

baxılır

Əvvəlcə müştərilərin tələbatı

qiymətləndirilir, sonra

istehsal olunur və malı

müştəriyə çatdırmağın ən

yaxşı yolları tapılır

Marketinq

III

İdarəetmənin diqqət

mərkəzində satışdır

İdarəetmənin diqqət

mərkəzində mənfəətin

artımıdır

Planlaşdırma

IV

Qısa müddətli

planlaşdırmaya üs-

tünlük verilir, hazırki

tələbat nəzərə alınır

Uzun müddətli

planlaşdırmaya üstünlük

verilir (gələcək inkişaf nəzə-

rə alınır)

Sxem 9.4. Marketinq və satışın fərqləndirici

xüsusiyyətləri.

Marketinq ehtiyac və tələbat nəzərə alınaraq məhsu-

lun planlı satışının idarə edilməsi funksiyasıdır. Sahibkar-

lıq fəaliyyəti üçün marketinqin əsas elementləri aşağıdakı-

lardır:

- hazırki bazar tələbatı, bazarın tədqiqi;

- malın keyfiyyəti, qiyməti, rəqiblərinin, marketinq

üsulunun öyrənilməsi və müqayisə edilməsi, planlaşdırma;

- malın satışına təsir göstərən amillər barədə məlumat;

- satışa təsir göstərən və müxtəlif imkanlar yaradan

siyasət, qanunvericilik, meyllər;

- reklam, satışın təşkili və xidmətlər və s.

Page 425: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

424

Göstərilən hər bir marketinq elementi məhsulun və

ya fəaliyyətin gəlirli olması üçün əhəmiyyətlidir.

Göstərilənlərdən aydın olur ki, bazar münasibətləri

şəraitində sahibkarların rentabelli fəaliyyət göstərmələri

üçün özləri marketinq xidmətlərinə malik olmalıdırlar.

Marketinq həm xammal istehsalçılarını, həm də xidmət və

emal müəssisələrini əhatə etməlidir.

Lakin hazırda bir neçə iri şərab və yeni yaranan ət-

süd müəssisəsi istisna olmaqla, demək olar ki, heç bir is-

tehsalçı və ya emalçı hər hansı marketinq xidmətini təşkil

etməmişdir. Bu problem kənd təsərrüfatı istehsalı sahəsin-

də özünü xüsusilə kəskin büruzə verir. Torpaq payı almış

kəndli bazarın tələbatları, istehlakçı qrupları, rəqiblər, təc-

hizatçı müəssisələr barədə informasiyaya malik deyildir.

Belə informasiyanı toplamaq və təhlil etmək üçün isə is-

tehlakçıların nə bilikləri, nə də maddi imkanları kifayət et-

mir. Kəndli öz məhsullarının konkret istehlakçı qruplarını

müəyyənləşdirmədiyindən və demək olar ki, bazar üçün

nəzərdə tutulduğundan, onun istehsal etdiyi məhsul da

müxtəlif keyfiyyət göstəricilərinə malik olur. Halbuki, rə-

qabətdə qalib gəlmək üçün məhsulun analoji məhsullardan

hər hansı üstün cəhəti ilə fərqlənməsi tələb olunur.

Beynəlxalq təcrübə göstərir ki, marketinq xidmətin-

də xammal istehsalı, emal, təkrar emal, satış prosesləri

əlaqələndirilir, iqtisadi və təşkilati inteqrasiya stimullaşdı-

rılır. Ona görə də kənd təsərrüfatı istehsalçılarının məhsul-

larının planlaşdırılmış satışını təşkil etmək məqsədilə mar-

ketinq təşkili əsas şərtlərdən biri olmalıdır.

Aqrar sahədə kənd təsərrüfatı məhsullarının estetik

tələblərə uyğun qablaşdırılması aqromarketinq fəaliyyətin-

də xüsusi əhəmiyyət daşıyır. Qablaşdırma məhsulun isteh-

Page 426: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

425

lakı, saxlanması, daşınması, satılması və s. üçün həm də

reklam funksiyasını yerinə yetirir. Qablaşdırma məhsulun

istehsaldan istehlakçıyadək olan prosesdə onun keyfiyyəti-

nin qorunmasında mühüm əhəmiyyətə malikdir. Aqrar

marketinqin həyata keçirilməsi “2008-2015-ci illərdə Azər-

baycan Respublikasında əhalinin ərzaq məhsulları ilə eti-

barlı təminatına dair Dövlət Proqramı”nda (2008) göstəri-

lən “Tarladan süfrəyədək” prinsipi əsasında ərzaq istehsalı

zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə key-

fiyyətə nəzarət sisteminin və mexanizminin işlənib hazır-

lanması və həyata keçirilməsi prinsiplərinə uyğundur.

9.6.İnnovasiya anlayışı, aqrar iqtisadiyyatda

innovasiya fəaliyyəti və dövlət siyasəti.

Hazırki şəraitdə istehsal edilən məhsul və göstərilən

xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehsalçıların

qarşıya qoyduqları vəzifələrin yerinə yetirilməsi sahibkar-

lıq fəaliyyətinə yenilikçi baxımından yanaşmağı tələb edir.

Göstərilən yeniliyin reallaşdırılması isə istehsala və xid-

mətə yeni prizmadan baxmağa, yeni vasitə və metodlar

axtarmağa vadar edir. Odur ki, sahibkar rəqabət qabiliy-

yətli məhsul istehsal etmək üçün istehsaldan istehlaka qə-

dər olan proseslərdə innovasiyalı, rəqabət üstünlüyünə

malik məhsul istehsal etməyə çalışır. Bunun üçün sahibkar

əsaslı struktur dəyişiklikləri həyata keçirməyi, istehsal

prosesində istifadə olunan texnologiyaların təkmilləşdiril-

məsini və innovasiya yönümlü istehsalın təşkilində yeni

forma və metodların tətbiqini nəzərdə tutulmalıdır. Be-

ləliklə sahibkarlıq fəaliyyətinin əsas prinsipi innovasiyala-

rın axtarılması və reallaşdırılması olmalıdır. Nəzərə almaq

Page 427: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

426

lazımdır ki, yeni iqtisadi münasibətlər şəraitində istehsala

və onun təşkilinə yeni prinsiplərdən yanaşmaq lazım gəlir.

Hazırda mövcud texnika və texnologiyaların bir çoxu köh-

nəlmiş, istehsal prosesi köhnə üsullarla həyata keçirilir, is-

tehsalın təşkili və idarə edilməsi tələbatdan geri qalır. İs-

tehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi innovasiya-

lardan çox asılıdır. Digər tərəfdən dəyişən iqtisadi mühitdə

xidmətlərin yeni növ və formaları tətbiq edilməlidir. Çün-

ki köhnə texnologiyalar, istehsalın köhnə qaydada təşkili

və idarə edilməsi məhsuldarlığın yüksəldilməsinə imkan

vermir, istehsal həcmi azalır, keyfiyyət aşağı düşür, yük-

sək son nəticə əldə edilmir. Bu isə dövrü olaraq baş verən

dəyişikliyin nəzərə alınmasını tələb edir. Bu, gözlənilməz

(daxili və xarici) hadisələrin, ehtiyacların, sahələrin struk-

turunun, bazarın, demoqrafik proseslərin, qiymətlərin, el-

mi və təcrübi biliklərin tətbiqinin yeni innovasiya meyllə-

rinin təsiri ilə dəyişir. Nəzərə almaq lazımdır ki, hazırki

şəraitdə daxili və xarici bazarlarda möhkəmlənmək, rəqa-

bətə davam gətirmək üçün yeni, keyfiyyətli məhsul və

xidmət növləri tələb olunur. Elmi-texniki tərəqqinin nai-

liyyətlərinin istehsalda tətbiqi məhsul və onun keyfiyyəti

ilə sıx bağlıdır. Elmi biliklərin əldə edilməsi, toplanması,

onların maddiləşməsi və istifadə olunması texniki, texno-

loji, iqtisadi, sosial münasibətlər sistemi yaradır. Yeni

elmi-texniki tərəqqidə innovasiya fəaliyyətinin birinci his-

səsində məhsul, ideya, ixtira, kəşf, təşkil, idarəetmə; ikinci

hissəsi isə bu tərəqqinin son məhsulu olan innovasiya

məhsuludur. Yeniliklər, kəşf, texnologiya və s. innovasiya

nəticəsi kimi məhsula çevrilir, istehsalda, idarəetmədə, so-

sial, iqtisadi sahədə və s. istifadə olunur. Deməli, innova-

Page 428: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

427

siya prosesləri, elmi-texniki tərəqqinin əsası və təcrübi

olaraq reallaşma mexanizmidir.

İnnovasiya, ingilis dilində “innovation” sözündən olub,

yenilik, istehsalda və xidmətdə yeni qayda, metod, yeni

texnika və texnologiyaların tətbiqi, elmi yeniliklərin isti-

fadə prosesi, yeniliklərin yayılması, rəqabətin hərəkətve-

rici qüvvəsi və sahibkarlıq fəaliyyətinin ayrılmaz tərkib

hissəsi olan və son nəticədə sosial-iqtisadi inkişafda əsaslı

dəyişikliklərin yaranmasında əhəmiyyət kəsb edən amil-

dir. İnnovasiya müəyyən ehtiyacı ödəmək üçün yeniliyin

yaradılması, yayılması və tətbiqi prosesidir. Elmi tədqiqat,

texniki, texnoloji, təşkilati və iqtisadi tədbirlər nəticəsində

yeniliyin həyata keçirilməsi prosesi innovasiya prosesidir.

İnnovasiya dedikdə, texnika, texnologiya, əməyin təşkili

və idarə edilməsi sahəsində elmi nailiyyətlərə və qabaqcıl

təcrübəyə əsaslanan yeniliklər və bu yeniliklərin tətbiqi

başa düşülür.

Ədəbiyyatlarda innovasiya anlayışına müxtəlif möv-

qedən yanaşılır. Bir çox alimlərin innovasiyaya verdikləri

təriflər professor A.H.Tağıyev və H.R.Köçərli, F.H.Qa-

sımov, T.N.Əliyev və başqaları tərəfindən ümumiləşdiril-

mişdir. Həmin ümumiləşdirmələrə əsasən innovasiyaya

verilən anlayışlardan aqrar sahəyə uyğun gələn aşağıdakı-

ları göstərmək olar:

- innovasiya yeni texnika, texnologiya, əməyin və is-

tehsalın təşkilinin yeni formalarına, xidmətlərə və idarəet-

məyə, o cümlədən yeni nəzarət, uçot, planlaşdırma metod-

ları formalarına və bu kimi istiqamətlərə əsaslı vəsait qo-

yuluşunun maddiləşmiş nəticələridir;

- innovasiya (yenilik) – yeni növ məhsulun texnolo-

Page 429: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

428

giyanın işlənməsi, yaradılması və bölgüsünə, yeni təşkilati

formaların tətbiq edilməsinə və bu kimi istiqamətlərə

yönəldilmiş yaradıcılıq fəaliyyətinin nəticəsidir;

- innovasiya – elə bir prosesdir ki, onun nəticəsində

intellektual əmtəələr, kəşflər, informasiya, “noy-hay”-ide-

ya-iqtisadi mahiyyət daşıyan məhsullara çevrilir;

- innovasiya – bazar tələbatını ödəyə bilən, bazara

məhsul çıxarmaq qabiliyyətinə malik olan, xüsusi işləmələ-

rə əsaslanmış orijinal texnologiyaların mənimsənilməsidir;

- innovasiya – müsbət, yaxud mənfi sosial-iqtisadi

dəyişikliklərə səbəb olan istehsal ünsürlərinin ilkin struk-

turunun dəyişdirilməsidir yəni, onun daxili strukturunun

yeni vəziyyətə keçirilməsidir. İstehsal ünsürlərinin struk-

turu dedikdə-təşkilatın, məhsulların, texnologiyaların, is-

tehsal vasitələrinin strukturu və işçi qüvvəsinin peşə və

ixtisas strukturu nəzərdə tutulur;

- innovasiya – cəmiyyətin yeni ictimai təlabatını ödə-

mək üçün yeni praktiki vasitələrin yaradılması, yayılması

və istifadə edilməsinin kompleks prosesidir;

- innovasiya – elmi-tədqiqat, marketinq, istehsal və

idarəetmə sferasının qarşılıqlı təsirinin nəticəsidir;

- innovasiya – idarəetmə obyektinin dəyişdirilməsi

və iqtisadi, sosial, ekoloji, elmi-texniki və digər səmərə

növü olmaq məqsədilə yeniliyin tətbiqinin son nəticəsidir;

- innovasiya – elmi kəşf yaxud ixtiradır, təcrübi tət-

biqə malikdir. Müvafiq sahədə sosial, iqtisadi, siyasi tələ-

batı ödəməklə yanaşı, müvafiq səmərəyə malikdir;

- innovasiya – elmi-tədqiqat işlərinin, yaxud da əv-

vəlki analoqlardan keyfiyyətcə fərqli olan ixtiraların nəti-

cələrinin müəssisəyə tətbiqi obyektidir;

Page 430: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

429

- innovasiya – elmi ideyaların, ixtira və kəşflərin nə-

ticələrinin tətbiqi hesabına müəyyən iqtisadi, fayda, mən-

fəət, əlavə dəyər qazanmağı təmin edən-ictimai, iqtisadi,

texniki proseslərdir;

- innovasiya – konkret ictimai tələbatı ödəyən və bir

sıra (iqtisadi, elmi-texniki, sosial, ekoloji) səmərə verən

prinsipcə yeni və modifikasiya edilmiş vasitələrin yaradıl-

ması və tətbiqinin yekun nəticəsidir;

- innovasiya (yenilik) – yeni işlənilmələrə, yeni növ

məlumatın, texnologiyanın yaradılması və yayılmasına,

yeni təşkilati formaların və i.a. tətbiqinə yönəldilmiş yara-

dıcılıq fəaliyyətinin son nəticəsidir.

İnnovasiya – bazarda tətbiq edilmiş yeni və ya tək-

milləşdirilmiş məhsul, praktiki fəaliyyətdə istifadə olunan

yeni və ya təkmilləşdirilmiş texnoloji proses, sosial xid-

mətlərə yeni yanaşma şəklində həyata keçirilmiş innova-

siya fəaliyyətinin son nəticəsidir.

İqtisadi nəzəriyyə innovasiyanın 5 növünü fərqləndirir:

1) yeni məhsulun istehsalı; 2) istehsalda yeni metod-

ların tətbiq edilməsi; 3) yeni bazarın yaradılması; 4) xam-

mal və ya yarımfabrikatların tədarükünün yeni mənbələri-

nin mənimsənilməsi (istifadə edilməsi); 5) idarəetmənin

strukturunun yenidən təşkili.

İnnovasiya bazarda və yaxud istehsal prosesində tət-

biq edildikdə, həyata keçirilmiş hesab edilir. Uyğun ola-

raq, texnoloji innovasiyanın iki növü fərqləndirilir: məhsul

və proses. Məhsul innovasiyası yeni və ya təkmilləşdiril-

miş məhsulların istehsal edilməsini əhatə edir. Proses in-

novasiyası, yeni və ya nəzərə çarpacaq dərəcədə təkmilləş-

dirilmiş istehsal metodlarının mənimsənilməsi, avadanlıq-

Page 431: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

430

ların və ya istehsalın təşkilinin dəyişməsidir. Belə innova-

siyalar əsasən mövcud olan texnika və avadanlıqlardan is-

tifadə etməklə və yaxud metodları istehsala tətbiq etməklə

və ya mövcud olan məhsulların istehsalının səmərəliliyi-

nin nəzərə çarpacaq dərəcədə artırılması mümkün olma-

yan yeni və təkmilləşdirilmiş məhsulların yaradılmasına

yönəldilməsidir.

İnnovasiya – texnoloji yeni məhsul və proseslərin,

həmçinin texniki cəhətdən təkmilləşdirilmiş məhsul və

proseslərin tətbiqini nəzərdə tutur. Texniki cəhətdən tək-

milləşdirilmiş məhsul və proseslər öz tətbiqini o zaman

tapır ki, onlar bazara çıxarılmış olsunlar və ya istehsal pro-

sesində onlardan istifadə etməyə başlasınlar. İnnovasiyalar

bir sıra elmi, texnoloji, təşkilati, maliyyə və kommersiya

növlü fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. İn-

novasiya fəaliyyəti – bazarda tətbiq edilmiş yeni və ya

təkmilləşdirilmiş məhsula, praktiki fəaliyyətdə istifadə

olunan yeni və ya təkmilləşdirilmiş texnoloji prosesə,

sosial xidmətlərə yeni yanaşmaya ideyaların (adətən, elmi

tədqiqatların nailiyyətlərin nəticələrinin) transformasiyası

ilə əlaqədar olan fəaliyyət növüdür. İnnovasiya fəaliyyəti

yekunda innovasiyaya səbəb olan elmi, texnoloji, təşkilati,

maliyyə və kommersiya tədbirlərinin tam kompleksini nə-

zərdə tutur. Adətən, innovasiya fəaliyyəti 6 əsas növə bö-

lünür: 1) istehsalın təşkilati hazırlığı və təşkili, 2) yeni tex-

nologiya və avadanlıqların tətbiqi üçün məhsulun və tex-

noloji proseslərin modifikasiyasını, işçi heyətin yenidən

hazırlanmasını özündə birləşdirən istehsalın və istehsalqa-

bağı işləmələrin işə salınması, 3) yeni məhsulların marke-

tinqi; 4) potent, lisenziya formasında kənardan yeniləşdi-

Page 432: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

431

rilmiş texnologiyanın alınması, nou-hounun, ticarət mar-

kasının, konstruksiyaların, modellərin və texnoloji tərkibli

xidmətlərin açılışı, 5) məhsul və proses innovasiyalarının

tətbiqi ilə əlaqədar olan maddiləşdirilmiş texnologiyaların

– maşın və avadanlıqların alınması, 6) yeni məhsulların və

proseslərin istehsalı və marketinqinin konsepsiyasının ya-

radılması, işlənməsi üçün zəruri olan istehsalın layihələş-

dirilməsi.

Aqrar sahədə innovasiya – elmi araşdırmalara əsas-

lanan seleksiya, aqrokimya, texnika, texnologiya, heyvan

cinslərinə, kimyəvi, bioloji preparatlara, yeni ideyaların,

qabaqcıl təcrübələrin və elmi-tətbiqi araşdırmaların məh-

sul növlərinə, istehsalın təşkili və idarə edilməsinə, çevril-

məsindən və istifadə edilməsindən, onların rəqabət qa-

biliyyətli kənd təsərrüfatı və emal məhsulları, xidmətlərin-

dən ibarət prosesidir. İnnovasiya məhsulu ya ilk dəfə is-

tehsal edilməli, ya da əvvəllər istehsal olunan (eyni ana-

loqlu) məhsulla (xidmətlərlə) müqayisədə daha yüksək

göstəricilərə malik olmalıdır. Nəzərə almaq lazımdırki,

kənd təsərrüfatında innovasiyaların tətbiqi və ondan gözlə-

nilən yüksək nəticələrin əldə edilməsi müəyyən çətinlik-

lərlə bağlıdır. Bu çətinliklərə baxmayaraq iqtisadiyyatın

mühüm sahəsi olan kənd təsərrüfatı maddi istehsal sahəsi

olmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm

rol oynayır. Ona görə də kənd təsərrüfatı və onunla bağlı

sahələrin davamlı inkişafı dövlətin aqrar siyasətinin əsas

vəzifəsi hesab olunur və burada təşkilati, iqtisadi, texniki,

texnoloji, sosial və s.məsələlərin həllinə kompleks yana-

şılması ön plana çəkilir. İnnovasiya prosesinin iştirakçıları

arasında birbaşa və dolayı əlaqələrin mövcudluğu, bu əla-

Page 433: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

432

qə innovasiya yaradanlarla onların istifadəçiləri arasında

nəticəyə görə marağa əsaslanır.

Regionların sosial-iqtisadi inkişaf proqramlarına uy-

ğun olaraq məhsuldarlığı aşağı olan (hər inəkdən süd sağı-

mı, bala əldə edilməsi, heyvanların ət çıxımı və s.) hey-

vanların sayının azaldılması, yüksək məhsuldar damazlıq,

cins heyvanların inkişaf etdirilməsi tədbirləri həyata ke-

çirilir. Bu məqsədlə “Aqrolizinq” ASC-i vasitəsilə və sa-

hibkarların özləri tərəfindən ölkələrdən məhsuldar cins

heyvanlar gətirilir. Həmin heyvanların gətirilməsi üçün

gömrük rüsumu alınmır. “Aqrolizinq” ASC-nin gətirdiyi

heyvanlar dəyərinin 50%-i həcmində güzəştlə sahibkarlara

(bu heyvanları saxlamaq üçün şəraiti və imkanı olanlara)

satılır. Bu heyvandarlıqda innovasiya texnologiyasının

tətbiqi deməkdir.

Aqrar sahədə innovasiya texnologiyaları ət emalı,

süd emalı, meyvə şirəsi istehsalı, bitki yağları istehsalı, şə-

kər, tərəvəz, üzüm emalı və saxlanılması məqsədləri üçün

tətbiq edilir. Hazırda respublikamızda innovasiya texnolo-

giyası əsasında tomat, pivə, şəkər, qızılgül, zeytun, balqa-

baq tumu, zəfəran istehsalı ilbəil artır. İnnovasiya texnolo-

giyaları əsasında xaricdən ölkəmizə idxal olunan portağal,

ananas, naringi, banan, limon emal edilir. Müxtəlif ölçü-

lərdə və qablarda şirələr, sərinləşdirici içkilər istehsal olu-

nur. Şəkərdə konservləşdirilmiş və vitaminlə zənginləşdi-

rilmiş şirələr xarici ölkələrin məhsulları ilə rəqabətdə öz

üstünlüyünü göstərir və onlar xarici ölkə bazarlarına ixrac

olunur.

Aqrar sahədə innovasiya sferanın xüsusiyyətlərini

özündə əks etdirən əlamətlərə görə təsnifatlaşdırılır. Bu

Page 434: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

433

əlamətlərə görə innovasiyalar: 1) seleksiya-genetik, 2) is-

tehsal-texnoloji, 3) təşkilati idarəetmə, 4) sosial-iqtisadi və

5) ekoloji innovasiyalara ayrılır.

Seleksiya-genetik innovasiyalara kənd təsərrüfatı

bitkiləri və heyvanların genofondunun genişləndirilməsi,

seleksiya işlərinin aparılması ilə əlaqədar fundamental və

tətbiqi araşdırmaları göstərmək olar.

İstehsal-texnoloji innovasiyalara bitkiçilikdə və hey-

vandarlıqda kənd təsərrüfatı məhsullarının yeni istehsal

prosesləri və müvafiq texnologiyaların yeni növlərinin iş-

lənib hazırlanmasını göstərmək olar.

Təşkilati idarəetmə innovasiyalar aqrar sahədə yeni

təsərrüfat formalarının təşkili və idarə edilməsi, onların

strukturlarının təkmilləşdirilməsi, istehsal, satış, məsləhət,

marketinq və digər sistemlərin yaradılması, onların stimul-

laşdırılması və s. aid edilə bilər.

Sosial-iqtisadi innovasiyalara maliyyə, kredit, vergi,

idarəetmə, ərzaq təhlükəsizliyi, rəqabət, aqrar bazarın ida-

rə edilməsi, tənzimləmə, sosial sferanın təşkili və s. barədə

yeniliklərin hazırlanması və tətbiq edilməsi aid edilə bilər.

Ekoloji innovasiyalara ətraf mühitdən istifadə, onun

mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji iqtisadi

sistemin idarə edilməsi və s. aid edilir.

Aqrar sahədə innovasiyalar: 1) inteqrasiya əlaqələri-

nə, 2) istehsala təsirinə, 3) maliyyələşdirmə mənbələrinə,

4) fəaliyyətin üstün məqsədlərinə 5) fəaliyyət səviyyəsinə

görə fərqlənir. Aqrar sahədə kənd təsərrüfatı, emal,

daşıma, saxlama və s.xidmət üzrə innovasiyaları inteqrasi-

ya əlaqələri mövcuddur. İnteqrasiya həm də, sahə və çox-

tərəfli əlaqələr formasında inkişafa istiqamətləndirilmiş-

Page 435: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

434

dir. İstehsala təsirinə görə innovasiyalar birbaşa və dolayı

yolla təsir göstərir. Maliyyə mənbələrinə görə innovasiya

büdcədən maliyyələşdirilməsinə, sahibkarın (istehsalçının)

hesabına və çox mənbələrdən maliyyələşdirmə hesabına

innovasiya mövcuddur. Fəaliyyətin üstün məqsədinə görə

innovasiya: a) ideyalar yaradan, b) elmi məhsullar isteh-

sal edən, c) elmi araşdırmaları tətbiq edən, ç) kompleks

şəkildə fəaliyyət göstərən, d)informasiya-məsləhət istiqa-

mətli innovasiyalar mövcuddur. Fəaliyyət səviyyəsinə gö-

rə innovasiyalar: dövlət, region, rayon, təsərrüfat üzrə (sə-

viyyəsinə görə) fərqləndirilir. Elmi tədqiqat işlərinin əsas

istiqamətləri çərçivəsində innovasiyalar müəyyən edilir.

Misal üçün əkinçilik üzrə innovasiyaların əsas istiqamət-

ləri aşağıdakı kimi müəyyən edilir:

- bitkilərin seleksiyası və yeni növlərinin yaradılması;

- torpağın keyfiyyəti və əkinçiliyin davamlılığının

artırılması;

- bitkilərin becərilməsinin yeni texnologiyasının ha-

zırlanması;

- əkinçiliyin elmi sisteminin əsaslandırılması;

- toxumçuluq sisteminin yaradılması və təkmilləşdi-

rilməsi;

- suvarılan torpaqların istifadəsinin yaxşılaşdırılması

üsullarının işlənilməsi;

- gübrələrdən və zəhərləyici maddələrdən istifadə

bitki mühafizə sisteminin yaradılması;

- torpağın qorunması və ətraf mühitin mühafizə siste-

minin yaradılması;

- məhsuldar kənd təsərrüfatı texnikasının və resurs

qoruyucu texnologiyaların yaradılması;

Page 436: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

435

- yüksək məhsuldar, xəstəliklərə və zərərvericilərə

qarşı, hava şəraitinə davamlı, keyfiyyətli məhsul istiqamə-

tində bioloji amillərin nəzərə alınmasını özündə ehtiva

edən innovasiyalar.

Sxem 9.5. Aqrar sahədə innovasiyaların

tənzimlənməsinin təşkilati-iqtisadi mexanizmi.

İnnovasiyaların tənzimlənməsinin təşkilati-

iqtisadi mexanizmi

Təşkilati mexanizm

Yeniliklərin

tətbiqinin təşkili

İnformasiya

ehtiyatlarının təşkili

Yeniliklərin

yayılması və

istehsala tətbiqi

İnnovasiyaların

mənimsənilməsi

İqtisadi mexanizm

Planlaşdırma və

proqnoz

Maliyyə-kredit,

vergi, qiymət, sığorta

İnnovasiya fəallığının

stimullaşdırılması

İnnovasiya məhsul və

xidmətlərinin təşkili və

idarə edilməsi

Page 437: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

436

Göründüyü kimi, aqrar sahədə innovasiyaların tətbi-qi dairəsi daha genişdir. O, istehsalın modernləşdirilmə-sində və intensivləşdirilməsində böyük rol oynayır. İnno-vasiyanın mənimsənilməsi istehsal və xidmət sahələrində elmi təminatın gücləndirilməsini tələb edir. Azərbaycan Respublikasında aqrar sahədə innovasiyaların hazırlanma-sı və mənimsənilməsində 20-dək İnstitutlar, Aqrar Elm Mərkəzi və ona tabe olan 14 elmi-tədqiqat İnstitutlarını, müxtəlif rayonlarda yerləşən bölgə Təcrübə Stansiyaları, dayaq məntəqələri, təcrübə təsərrüfatı və s. göstərmək olar. Həmin elmi-tədqiqat işlərinin innovasiya istiqamətləri aşa-ğıdakılara yönəldilmişdir:

- torpağın münbitliyinin artırılması, su ehtiyatların-dan istifadənin yaxşılaşdırılması;

- ərzaq təhlükəsizliyinin təmin edilməsində yerli məhsul istehsalının və keyfiyyətinin yüksəldilməsi;

- bitkiçilik və heyvandarlıqda resursqoruyucu texno-logiyaların mənimsənilməsi;

- kənd təsərrüfatı bitkilərinin genefondunun qorun-ması, seleksiya və heyvandarlıqda cins işinin yaxşılaşdırıl-ması;

- istehsal və xidmət prosesində iqtisadi münasibətlə-rin təkmilləşdirilməsi;

- yerli məhsullar istehsalının təşkili və təsərrüfat for-malarının səmərəli idarə edilməsinin təkmilləşdirillməsi;

- aqrar sahədə maliyyə-kredit, vergi, sığorta, qiymət sisteminin təkmilləşdirilməsi;

- yeni texnika və texnologiyanın yaradılması və təkmilləşdirilməsi;

- məhsulun istehsalı və marketinqi sisteminin təkmil-ləşdirilməsi;

- aqrar sahənin daxilində müvafiq sahələr üzrə isteh-

Page 438: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

437

salın və xidmətlərin inteqrasiyası, stimullaşdırılması; - ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı-

nın təşkili; - mövcud istehsal, əmək və maliyyə potensialından

səmərəli istifadə edilməsi; - yem istehsalının artırılması və ehtiyatlardan səmə-

rəli istifadə edilməsi; - ətraf mühitdən istifadə və ekoloji tarazlığın mühafi-

zəsinin təşkili; - gübrələrdən istifadə, xəstəlik və zərərvericilərə qar-

şı səmərəli mübarizə aparılması; - kəndin sosial inkişafı və məşğulluğun yüksəldilmə-

si və s. Beləliklə, aqrar sahədə innovasiyaların mənimsənil-

məsi sistemi bir-biri ilə əlaqəli olan və bir-biri ilə uzlaşdı-rılmış təşkilati-iqtisadi tədbirlər kompleksini əhatə edir. Bu, elmi-texniki, təşkilati, idarəetmə və s. fəaliyyətlərin tətbiqinin təmin edilməsinə yönəlmiş mexanizmdir. Bunu aşağıdakı sxemdən (9.5.) görmək olar:

Göründüyü kimi, aqrar sahədə innovasiyaların təşki-lati mexanizmi yeniliklərin tətbiqini, informasiyaların top-lanması, təşkili, onların yayılması və mənimsənilməsini əhatə edir. İnnovasiyaların iqtisadi mexanizmi innovasiya prosesinin planlaşdırılması, proqnozlaşdırılması, innovasi-ya prosesinin maliyyələşdirilməsi, kreditləşdirilməsi, in-novasiya prosesini həyata keçirənlərin vergiyə, sığortaya cəlb olunması, innovasiya məhsullarının və xidmətlərinin qiymətləndirilməsi (qiymətayırma) və innovasiya fəallığı-nın stimullaşdırılması məsələlərini əhatə edir.

Aqrar sahədə innovasiyaların tətbiqinin səmərəliliyi dövlətin fəal dəstəyi nəticəsində təmin edilir. Dövlətin dəstəyinin əsas məqsədi yeni və təkmilləşmiş texnologiya-

Page 439: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

438

ların, mövcud ehtiyatlardan səmərəli istifadəyə yönəldil-miş innovasiyaların geniş mənimsənilməsinə istiqamət-ləndirilmiş innovasiya siyasəti olmasıdır.

Aqrar sahənin əsasını regionlar təşkil etdiyini nəzərə alaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram-larına uyğun regionların məqsədli innovasiya proqramları əsasında fəaliyyətinin həyata keçirilməsi sosial-iqtisadi əhəmiyyət daşıyır. Regionların məqsədli innovasiya proq-ramlarında dövlətin iqtisadi-təşkilati siyasətinin əsas isti-qamətləri aşağıdakılardan ibarətdir:

- regionların mövcud potensialından səmərəli istifadə olunmasında innovasiyaların prioritet istiqamətlərə yönəl-dilməsi;

- sahibkarlıq fəaliyyətinin innovasiyalarla əhatəsinin layihə və proqramlarla həyata keçirilməsinə üstünlük ve-rilməsi;

- regionlarda müasir tipli infrastruktur təminatının innovasiya xarakterli tədbirlərlə əhatə olunması;

- regionlarda yeni, yüksək texnologiya və elmtutum-lu istehsal və emal müəssisələrin innovasiya təminatının yaxşılaşdırılması;

- elmi-texniki potensialın və intellektual potensialın regionların innovasiya meylli səhiyyə, turizm, ekoloji mü-hit, informasiya-məsləhət sistemi, kəndin sosial inkişafı, əhalinin sağlamlığı və s. təminatının yaxşılaşdırılmasının innovasiya proqramları ilə dəstəklənməsi.

İnnovasiya prosesində innovasiya fəaliyyətinin əsas subyektləri olan elmi təşkilatlar, informasiya və tətbiq qrup-ları, istehsal və xidmət strukturları, həmçinin təhsil müəs-sisələri, idarəetmə orqanları və investorlar iştirak edirlər.

Page 440: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

439

FƏSİL X. AQRAR SAHƏDƏ İSTEHSALIN

İNTENSİVLƏŞDİRİLMƏSİ

10.1.İntensivləşdirmənin mahiyyəti.

Kənd təsərrüfatı dövlətin iqtisadi maraqlarının qo-

runmasında, əhalinin ərzaqla, sənayenin xammalla tələba-

tının ödənilməsində əhəmiyyətli rol oynayır. Kənd təsərrü-

fatının qarşısında duran vəzifələrin yerinə yetirilməsi

mövcud potensiallardan səmərəli istifadə edilməsi ilə əla-

qədardır. Digər tərəfdən kənd təsərrüfatı istehsalçılarının

istehsal, əmək və maliyyə ehtiyatları ilə təmin edilməsi və

onlardan səmərəli istifadə olunması sahənin spesifik xüsu-

siyyətlərinin nəzərə alınmasını, müasir texnologiyaların

tətbiqini ön plana çəkir. Aqrar sahədə istehsal fəaliyyəti-

nin səmərəliliyi istehsal sahəsi vahidinə ekoloji təmiz

məhsul istehsalının kəmiyyət və keyfiyyətcə artırılmasını

özündə əks etdirir. Bu isə istifadə edilən ehtiyatlardan,

məsrəflərdən və elmi nailiyyətlərin tətbiqi xüsusiyyətlərin-

dən asılı olmaqla, bir çox təşkilati, iqtisadi, texniki, texno-

loji və s. amillərin nəzərə alınmasını özündə əks etdirir. İs-

tehsalın inkişaf amilləri kənd təsərrüfatı istehsalının inten-

sivləşdirilməsinə kompleks yanaşılmasını tələb edir.

İntensivləşdirmə geniş təkrar istehsalın və səmərəlili-

yin yüksəldilməsinin əsas amilidir. Kənd təsərrüfatında in-

tensivləşdirmə istehsal prosesində həyata keçirilən konkret

fəaliyyət növləri ilə təzahür edir.

Kənd təsərrüfatının intensivləşdirilməsi dedikdə eyni

torpaq sahəsindən və heyvandarlıqdan daha çox məhsul

Page 441: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

440

əldə etmək məqsədilə həmin sahələrə əmək və vəsaitin ar-

tırılması, istehsal üsulunun, təşkilati-iqtisadi mexanizmin

təkmilləşdirilməsi, texnika və texnologiyanın yaxşılaşdı-

rılması, əsas fondlardan və materiallardan, mövcud poten-

siallardan səmərəli istifadə edilməsi hesabına məhsul çıxı-

mının artırılması və məhsul vahidinə məsrəflərin azaldıl-

ması başa düşülür.

Aqrar sahədə geniş təkrar istehsal, yəni inkişaf iki

formada: 1) ekstensiv və 2) intensiv yollarla həyata keçiri-

lir. Geniş təkrar istehsalın hər iki formasından iqtisadi in-

kişafın müxtəlif dövrlərində istifadə olunub. Yəni, real hə-

yatda inkişafın tək ekstensiv, yaxud intensiv inkişaf for-

ması ayrıca olmur. Bu iki inkişaf forması qarışıq halda

özünü göstərir. Onların hansının xüsusi çəkisi çoxdursa,

istehsal bütövlükdə həmin formaya aid edilə bilər.

Aqrar siyasətin tərkib hissələrindən biri kənd təsərrü-

fatı istehsalının intensivləşdirilməsidir. Bununla əlaqədar

intensivləşdirmə sosial-iqtisadi inkişafın qarşısında duran

vəzifələr və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi

baxımından aktuallıq kəsb edir və bu aşağıdakılarla şərtlə-

nir: 1) kənd təsərrüfatında təkrar istehsalın ekstensiv amil-

ləri getdikcə tükənir. Əkin sahələrinin daha da genişləndir-

mək, heyvanların sayını artırmaq təcrübi baxımdan müm-

kün deyildir, 2) mövcud torpaq, əmək və maddi ehtiyatlar-

dan düzgün və səmərəli istifadə edilməli, məhsul vahidinə

çəkilən xərclərin azaldılması təmin edilməlidir. Ölkədə

yeni iqtisadi münasibətlərin formalaşdırılması və iqtisadi

mexanizmin təkmilləşdirilməsi intensiv inkişafa və səmə-

rəliliyinin yüksəldilməsinə istiqamətləndirilir. İntensivləş-

Page 442: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

441

dirmə əlavə vəsait və əmək sərfi, istehsala texnika və mü-

tərəqqi texnologiyanın tətbiqi, elmi-texniki tərəqqi və in-

novasiyalar, istehsalın yeni prinsiplərlə təşkili və idarə

edilməsi və s. hesabına təmin edilir.

Aqrar sahədə istehsalın intensivləşdirilməsinin xa-

rakteri və mahiyyəti aşağıdakılarla ifadə olunur: 1)inten-

sivləşdirmə iqtisadi inkişafın əsas amillərinə çevrilir, 2)in-

tensivləşdirmə ardıcıl, kompleks, sadə baxımından həyata

keçirilməsinə üstünlük verilir, 3) intensivləşdirmə daha

çox iqtisadi mexanizmin ayrı-ayrı ünsürlərindən və mütə-

rəqqi üsullardan asılıdır.

İstehsalın intensivləşdirilməsi barədə K.Marks yazır:

“...istehsal meydanı genişləndirilərsə, ekstensiv geniş tək-

rar istehsal, daha səmərəli istehsal vasitələri tətbiq edilər-

sə, intensiv şəkildə geniş təkrar istehsal baş verir”. Bura-

dan göründüyü kimi məhsul istehsalının iki yolla artırılm-

ası mümkündür. Bu yollardan biri ekstensiv, digəri inten-

siv yoldur. Birinci yolla məhsul istehsalının artırılması

texnika, texnologiya, əsas istehsal fondlarından, istehsal

gücləri, işçi qüvvəsi, əsaslı vəsait qoyuluşu, becərilən sa-

hənin həcmi, saxlanılan heyvanların sayı və s. kəmiyyətcə

həcminin çoxalması hesabına əldə edilir.

Bununla yanaşı, istehsalın yeni texnika və mütərəqqi

texnologiya, elmi-texniki tərəqqi, qabaqcıl təcrübənin tət-

biqi, idarəetmənin, işçilərin tərkibinin və s. təkmilləşdiril-

məsi və s. əsasında həyata keçirilən keyfiyyət dəyişikliklə-

ri intensiv inkişafa zəmin yaradır. Həm də bu vaxt yeni is-

tehsal güclərinin istifadəyə verilməsi, yeni müəssisə və is-

tehsal sahələrinin yaradılması hesabına əmək məhsuldarlı-

Page 443: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

442

ğının yüksəldilməsi təmin edilir. Deməli, istehsalın eks-

tensiv və intensiv inkişaf yolu bir-birini inkar etmir. Təc-

rübədə həqiqətən inkişafın bu iki yolu bir-birini inkar et-

mir, əksinə biri digərini tamamlayır. Ona görə də iqtisadi

inkişafın məqsəd və vəzifələrindən asılı olaraq intensivləş-

dirmənin hər iki yolu mövcud olmuşdur.

Sxem. 10.1. Aqrar sahədə inkişaf yolları.

Aqrar sahədə inkişafın iki yolu

Ekstensiv İntensiv

Maddi istehsalda çalışanların

sayının artması

Əkin sahəsinin artırılması

Heyvanların baş sayının

artırılması

Yeni təsərrüfat və obyektlə-

rin istifadəyə verilməsi

Əkin sahəsinin hər

hektarından məhsuldarlığın

artırılması

Heyvandarlıqda

məhsuldarlığın artırılması

Torpaq, əmək və maliyyə

ehtiyatlarından istifadə

üsullarının yaxşılaşdırılması

Məhsul vahidinə

məsariflərin azaldılması

İstehsalın təşkili, idarəetmə-

nin və stimullaşdırılmanın

təkmilləşdirilməsi

Əmək məhsuldarlığının

yüksəldilməsi

Page 444: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

443

Deməli, məhsul istehsalının artırılmasının intensiv inkişaf yolu becərilən sahənin həcminin və heyvanların sa-yının kəmiyyətcə dəyişməməsi, keyfiyyət dəyişilməsi və onlardan səmərəli istifadə edilməsi, texnika və texnologi-yanın texniki cəhətdən dəyişdirilməsi, xammal və materia-lın keyfiyyətinin yüksəldilməsi, istehsal fondlarından daha yaxşı istifadə edilməsi, kadrların ixtisasının təkmilləşdiril-məsi, istehsalda iqtisadi mexanizmin daha da təkmilləşdi-rilməsi, elmin nailiyyətlərindən və qabaqcıl təcrübədən is-tifadə və əmək məhsuldarlığının yüksəldilməsi hesabına əldə edilir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, xüsu-sən 1991-2000-ci illərdə aqrar sahədə mövcud ehtiyatlar, daxili və xarici şərait amillərini nəzərə alaraq ölkə əhalisi-ni ərzaq, sənayeni xammalla təmin etmək üçün yeni müəs-sisələr, xidmət sahələri, infrastrukturlar yaradıldı, əkin sa-hələrinin strukturu dəyişdirildi. Əslində göstərilən dövrdə imkanlar məhdud idi, yeni təsərrüfatçılıq şəraitində eks-tensiv inkişaf üstünlük təşkil edirdi. Bu həm də onunla əlaqədar idi ki, ölkənin kənd təsərrüfatında daha çox məh-sul istehsal etmək üçün tələb olunandan çox əkin, işçi qüv-vəsi və istehsal vasitələrindən istifadə olunurdu. Bununla müəyyən dövr üçün ekstensiv inkişafla intensiv inkişaf üçün zəmin yaradılır. Nəzərə almaq lazımdır ki, istehsalı həmişə ekstensiv yolla inkişaf etdirmək mümkün deyildir. Bu, müəyyən inkişaf pilləsində istehsalın inkişaf sürətini aşağı sala bilər. İstehsalın artırılması mənbələri olan əkin sahəsi və heyvanların sayının artırılması hesabına əldə edildikdə elmi-texniki nailiyyətlər, qabaqcıl təcrübənin tətbiqi, istehsal fondlarının, texnika, texnologiyanın yeni-ləşdirilməsi, yeni istehsal müəssisə və xidmət infrastruk-turlarının yaradılmasına və innovasiyaların tətbiqinə ma-raq azala bilər. Dünya miqyasında ərzaq təhlükəsizliyinin

Page 445: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

444

meydana çıxdığı və sosial-iqtisadi inkişafın qarşısında da-ha möhtəşəm vəzifələr durduğu bir dövrdə elmin və texni-ki tərəqqinin yüksək dərəcədə inkişaf etməsi, əhalinin maddi və mədəni tələbatının daha dolğun ödənilməsi üçün aqrar sahədə intensivləşdirilmə bu inkişafın əsas istiqamə-tinə çevrilir. Beləliklə, aqrar sahədə intensivləşdirmə elmi-texniki tərəqqinin və mütərəqqi texnologiyanın tətbiq edilməsi əsasında istehsalın maddi-texniki bazasının möh-kəmləndirilməsidir. İntensivləşdirmənin əsas istiqamətləri aqrar sahənin iqtisadiyyatını möhkəmləndirmək, sahibkar-lığın və sahənin inkişafına nail olmaq əsasında ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdən, əhalinin həyat şə-raitini yaxşılaşdırmaqdan ibarətdir.

10.2. Aqrar sahədə istehsalın intensivləşdirilməsi səviyyəsi və göstəriciləri.

Aqrar sahədə intensivləşdirmə çoxsahəli və mürək-kəb proses olmaqla onun səviyyəsini əks etdirən göstərici-lərdən istifadə edilir. Bu göstəricilər iki hissəyə bölünür. İntensivləşdirmə səviyyəsi nisbi göstəricilər vasitəsi ilə müəyyən edilir: 1) ümumi göstəricilər, 2) xüsusi göstərici-lər. Ümumi göstəricilərə torpaq sahələrinin hər hektarına düşən istehsal vasitələri və torpaq sahələrinin hər hektarı-na düşən məhsulun dəyər göstəriciləri daxil edilir. İnten-sivləşdirmənin hər hektar sahəyə düşən istehsal vasitələri göstəricisi sahibkarlıq təsərrüfatının əsas və dövriyyə fon-du ilə təmin olunma dərəcəsini əks etdirir. Hər hektar tor-paq sahəsinə düşən ümumi məhsul göstəricisi intensivləş-dirmənin nəticəsini, səmərəliliyini xarakterizə edir.

Sahələr, məhsullar, müvafiq təşkilati-hüquqi forma-ya malik subyektlər, ayrı-ayrı rayonlar, iqtisadi rayonlar və respublika səviyyəsində intensivlik səviyyəsini müəy-yən etmək mümkündür. Təsərrüfat, rayon və s. səviyyəsin-

Page 446: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

445

də istehsalın və ya məhsulun intensivlik səviyyəsini bir-biri ilə müqayisə etməklə nəticəyə gəlmək olur. Aqrar sa-hədə intensivləşdirmə səviyyəsi natural və dəyər ifadəsin-də hesablanır.

Aqrar sahədə intensivləşdirmənin 1) səviyyəsini xa-rakterizə edən göstəricilər və 2) intensivləşdirmənin iqtisa-di səmərəliliyini xarakterizə edən göstəricilərdən istifadə olunur. İntensivləşdirmənin səviyyəsini xarakterizə edən göstəricilər ümumi və xüsusi təyinatlı olmaqla natural və dəyər ifadəsində müəyyən edilir. Nəzərə almaq lazımdır ki, ümumi göstəricilər ümumilikdə təsərrüfat, müəssisə üzrə, xüsusi göstəricilər isə ayrı-ayrı sahələr üzrə intensiv-lik səviyyəsini müəyyən etmək üçün istifadə olunur. İnten-sivlik səviyyəsini müəyyən edərkən aşağıdakı göstəricilər-dən istifadə edilir:

- torpaq sahəsinin hər hektarına düşən traktorların sayı; - torpaq sahəsinin hər hektarına düşən kənd təsərrü-

fatı maşınlarının və həmçinin digər kənd təsərrüfatı texni-kalarının sayı;

- hər hektar torpaq sahəsinə düşən əsas fondların də-yəri. Bu göstərici, yəni əsas fondların dəyərinin kənd tə-sərrüfatına yararlı sahəyə və əkin yerinə nisbəti kimi müəyyən edilir. Bununla sahə vahidinə düşən əsas fondla-rın dəyəri hesablanır;

- hər hektar sahə vahidinə düşən xərclər. Bu göstərici kənd təsərrüfatına yararlı sahəyə və əkin yerinə nisbəti ki-mi müəyyən edilən intensivlik səviyyəsini göstərir;

- hər hektar torpaq sahəsindən məhsul çıxımı (məh-suldarlıq),;

- kənd təsərrüfatına yararlı torpaq sahəsinin hər 100 hektarına düşən heyvanların sayı;

- hər hektar kənd təsərrüfatı əkin sahələrinə heyvan-darlıq məhsulları istehsalı;

Page 447: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

446

- hər baş mal-qaraya düşən əsas istehsal fondlarının dəyəri (mal-qaranın dəyəri nəzərə alınmadan);

- hər inək və camışdan sağılan süd, hər toyuqdan yu-murta və s.;

- kənd təsərrüfatına yararlı torpaqların hər 100 hekta-rına ümumi məhsul istehsalı (min manat);

- hər nəfər işçiyə düşən kənd təsərrüfatı məhsulu is-tehsalı (min manat).

Aqrar sahədə intensivləşdirmə səviyyəsini xarakteri-zə edən göstəriciləri aşağıdakı sxemdən (10.2.) görmək olar.

Sxem 10.2. Aqrar sahədə istehsalın intensivləşdirilməsi

səviyyəsini xarakterizə edən göstəricilər.

İstehsalın intensivləşdirilməsi səviyyə-

sini xarakterizə edən göstəricilər

Hər hektara düşən

texnikaların sayı (ədəd)

Hər hektar əkinə düşən hey-

vandarlıq məhsulları istehsalı

(ton, kq, min ədəd)

Hər hektar yararlı sahəyə

düşən heyvanların sayı (baş)

Hər hektar torpaq sahəsindən

məhsul çıxımı (sent/ha)

Hər hektara düşən əsas

fondların dəyəri

(min manat)

Kənd təsərrüfatına yararlı

sahəyə ümumi məhsul

(min manat)

Hər nəfər işçiyə düşən

ümumi məhsul

(min manat)

Hər hektar sahə vahidinə

düşən xərclər (min manat)

Page 448: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

447

Bu göstəricilər ayrı-ayrılıqda əhəmiyyətli olmaqla,

intensivləşdirmə səviyyəsini bütünlükdə əks etdirə bilmir.

Lakin bu göstəricilər sahə və ya təsərrüfat miqyasında in-

tensivlik səviyyəsini və intensivliyin yüksəldilməsi yolla-

rını müəyyən etməyə imkan verir.

Aqrar sahənin spesifik xüsusiyyətləri ilə əlaqədar in-

tensivlik səviyyəsinin ümumi göstəriciləri ilə yanaşı, xü-

susi göstəricilərindən də istifadə edilir. Təcrübədə xüsusi

göstəricilərə aşağıdakılar daxil edilir:

- hər hektar əkin sahəsinə üzvi və mineral gübrələr

verilməsi;

- əkilən və becərilən sahədə suvarılan sahənin xüsusi

çəkisi;

- kənd təsərrüfatına yararlı hər hektar torpaq sahəsi-

nin enerji ilə təmin olunması;

- əkin sahələrinin tərkibində mütərəqqi texnologiya

ilə becərilən sahələrin tutduğu xüsusi çəki;

- hər baş şərti mala yem bitkiləri əkini sahəsi;

- yem bitkilərinin hər hektarına düşən mal-qaranın

sayı;

- əkin yerinin və çoxillik əkmələrin kənd təsərrüfatı-

na yararlı torpaqların tərkibində tutduğu xüsusi çəki;

- yeni növ, xəstəliyə davamlı, məhsuldar əkinlərin

ümumi əkinlərdə tutduğu xüsusi çəki;

- heyvandarlıqda istehsal prosesinin (sağım, yem

paylanması və s.)mexanikləşdirilməsi və avtomatlaşdırıl-

ması səviyyəsi;

- inək və camışların naxırda tutduğu xüsusi çəki;

- heyvan qrupları üzrə hər başa düşən istehsal xərci;

- hər mala düşən ümumi gəlir;

Page 449: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

448

- məhsul vahidinə yem məsrəfi;

- hər sentner məhsulun maya dəyəri;

- sağılan inək və camışların cəmi inək və camış naxı-

rında xüsusi çəkisi;

- cins və damazlıq heyvanların naxırda xüsusi çəkisi

və s.

İntensivləşdirmənin nisbi göstəriciləri əhalinin sayı,

işçilərin sayı, kənd təsərrüfatına və əkin yerinə, istehsal

olunan məhsula görə hər nəfərə, hər işçiyə, hər hektara,

100 hektara, 1000 nəfərə və s.görə vahidlərlə hesablanır.

Heyvandarlığın intensivləşdirilməsi səviyyəsinə hey-

vanlarda damazlığın yaxşılaşdırılması, mövcud cinslərin

məhsuldarlıq keyfiyyətinin təkmilləşdirilməsi, intensiv

texnologiyalardan istifadə edilməsi və digər amillər təsir

göstərir.

Göstərilənlərlə yanaşı, aqrar sahədə intensivləşdir-

mənin iqtisadi səmərəliliyi müəyyən edilir. Bu torpaq,

əmək, əsas fondlar və maliyyə vəsaitindən istifadə etməklə

mövcud potensialdan istifadəni qiymətləndirməyə imkan

verir. Burada əsas amillər – ümumi məhsul, xalis məhsul,

xalis gəlir, məhsula əmək məsrəfləri müqayisə olunur. Yə-

ni istehsalın nəticələrini əks etdirən göstəricilər ona təmi-

nat verən göstəricilərlə müqayisə edilərək intensivləşdir-

mənin iqtisadi göstəriciləri hesablanır. İqtisadi ədəbiyyat-

larda bu göstərici aşağıdakı kimi (ümumi məhsul, ümumi

gəlir, xalis gəlir və s. üzrə ayrılıqda) müəyyən edilir:

İs=

Üm (Üg, Xg, Əm) min manat

Ktys, Əy (ha)

Page 450: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

449

Burada: İs – intensivləşdirmənin iqtisadi səmərəliliyini,

Üm – ümumi məhsulu,

Üg – ümumi gəliri,

Xg – xalis gəliri,

Əm – əmtəəlik məhsulu,

Ktys – kənd təsərrüfatına yararlı sahəni,

Əy – əkin yerini göstərir.

Nəzərə almaq lazımdır ki, düsturda göstərilən hər bir

nəticə göstəricisi ayrılıqda hesablanır: Yəni,

= Ü

və ya =

Ü

, yaxud =

Ə

Ə və s.

İntensivləşmənin iqtisadi səmərəliliyi əmək məsrəf-

ləri, məhsulun maya dəyəri, əsas fondların orta illik dəyəri

nəzərə alınmaqla hesablanır. Bu hesablama məhsulun art-

ması (və ya azalması) ilə bərabər maya dəyərinin artması

(və ya azalması) hesabına sahə vahidinə gəlirin dəyişməsi-

ni müəyyən etməyə imkan verir. Bu hesablama ilə əmək

məhsuldarlığının dəyişməsini də müəyyən etmək olur. Be-

ləliklə, əmək sərfinə düşən məhsul (və gəlir) göstəriciləri

aşağıdakı kimi hesablanır:

Aqrar sahədə intensivləşdirmənin iqtisadi göstərici-

lərini aşağıdakı kimi (sxem 10.3.) göstərmək olar:

İs= Üm (Üg, Xg) min manat

Əs (adam/saat)

Page 451: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

450

Sxem 10.3. Aqrar sahədə intensivləşdirmənin iqtisadi

göstəriciləri.

İntensivləşdirmənin iqtisadi səmərəlilik göstəriciləri

Hər hektar yararlı sahəyə

məhsul çıxımı, min manat

Hər hektar yararlı sahəyə

ümumi gəlir, min manat

Hər hektar yararlı sahəyə

xalis gəlir, min manat

Hər hektar yararlı

məhsulun maya dəyəri, min

manat

Əsas fondun quruluşu,

dövriyyə fondunun

quruluşu, %

1000 manat əsas fonda

ümumi məhsul istehsalı,

man.

1000 manat xərcə ümumi

məhsul istehsalı, man.

Hər nəfər işçiyə ümumi

məhsul istehsalı, man.

Hər sentner məhsulun

maya dəyəri, manat

İstehsalın, məhsulun

rentabellilik səviyyəsi, %

Page 452: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

451

İntensivləşmə nəticəsində istehsalın fondla təmin olunması göstəricisi fərqlənir. Burada intensivləşdirmənin nəticə göstəriciləri ayrı-ayrılıqda əsas (və dövriyyə) fond-larının orta illik dəyərinə bölünür.

Burada, Əs–əmək məsrəfini, Əf və Df – əsas və dövriyyə fondlarını göstərir. Hazırda aqrar sahədə istehsalın intensivləşdirilməsi

səviyyəsini yüksəltmək və mövcud potensialdan daha sə-mərəli istifadə edilməsi üçün ardıcıl və sistemlı tədbirlər həyata keçirilir.

Aqrar sahədə istehsalın intensivləşdirilməsi səviyyə-sini yüksəltmək üçün təbii, texniki, texnoloji, iqtisadi amillərlə yanaşı aqrotexniki xidmət, məhsulun daşınması, qablaşdırılması, saxlanması və digər amillər də nəzərə alınmalıdır.

Nəzərə almaq lazımdır ki, təbii, texniki, texnoloji, iq-tisadi amillər kənd təsərrüfatının intensivləşdirmə səviyyə-sinə təsir göstərir. İqtisadi amillərdən maliyyə-kredit, qiy-mət, vergi, idarəetmə və s. amillərin istehsalın yeni prin-siplər əsasında qurulması və onun intensivləşdirilməsində böyük təsirə malikdir.

10.3.Bazar iqtisadiyyatı şəraitində intensivləşdirmə

istiqamətləri:

a) Aqrar sahədə intensivləşdirmənin rolu.

Ölkəmizdə əhalinin sayı getdikcə artır, hər nəfərə

düşən torpaq sahəsi (kənd təsərrüfatına yararlı torpaq və

İs=

Üm (Üg, Xg) min manat

Əf və Df

Page 453: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

452

əkin sahəsi) azalır, əhalinin ərzaq məhsullarına, yeyinti və

yüngül sənayesinin xammala tələbatı artır. Bütün bunlar

kənd təsərrüfatının inkişaf etdirilməsi əsasında tələbatın

ödənilməsinin təmin edilməsini qarşıya qoyur. Bunun

üçün kənd təsərrüfatı istehsalına əlavə vəsait qoyuluşu he-

sabına əkin sahəsi və heyvanlardan əldə edilən məhsul ar-

tırılmalı, məhsul istehsalına sərf edilən vəsaitdən səmərəli

istifadə edilməli, əmək sərfi azaldılmalı, məhsulun maya

dəyəri aşağı salınmalıdır. Bu halda istehsalın intensivləş-

dirilməsi əsasında səmərəlilik təmin edilə bilər.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra

və ölkədə bazar münasibətlərinin formalaşmasına başla-

nandan keçən dövrdən indiyə qədər (1991-2015) aqrar sa-

hədə bir çox qanun, normativ-hüquqi aktlar qəbul edilsə

də sahibkarlığın inkişafı və istehsalın intensivləşdirilməsi

istənilən nəticələri tam verməmişdir. Ona görə də bir sıra

müxtəlif sahibkarlıq formaları öz fəaliyyətlərini dayandır-

malı olmuşdur. 2005-ci ilə nisbətən 2014-cü ildə kənd tə-

sərrüfatının ümumi məhsulu 1844,8 milyon manatdan

(cari qiymətlərlə) 5225,8 milyon manata yüksəlmiş (2,8

dəfə artmış), kənd təsərrüfatı bitkilərinin əkin sahələri,

onun strukturu dəyişmişdir. Müqayisə edilən dövrə nisbə-

tən ölkə üzrə dənli və dənli paxlalılar 230 min hektar, yem

bitkiləri 179 min hektar artmış, texniki bitkilər əkini sahə-

si 84 min hektar, kartof, bostan və tərəvəz bitkiləri 6 min

hektar azalmışdır. Müqayisə edilən dövrdə taxıl, şəkər çu-

ğunduru, dən üçün qarğıdalı, tərəvəz, bostan bitkiləri məh-

sulları, meyvə və giləmeyvə, üzüm, ət, süd, yumurta, yun

istehsalı xeyli artmışdır. Əksinə pambıq, tütün, kartof, çay

istehsalı azalmışdır. Təhlil göstərir ki, məhsul istehsalının

artması və ya azalması müxtəlif səbəblər üzündən baş ver-

Page 454: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

453

mişdir. Kənd təsərrüfatı məhsulları istehsalının artması (və

ya azalması) əkin strukturunun təkmilləşdirilməsi, müxtə-

lif intensivləşdirmə amillərinin təsiri nəticəsində məhsul-

darlığın dəyişməsi ilə əlaqədar olmuşdur. Buradan aydın

olur ki, hazırda kənd təsərrüfatında məhsul istehsalının ar-

tırılması və sahənin iqtisadi səmərəliliyinin yüksəldilməsi-

nin əsas amili kimi intensivləşdirmənin rolu və əhəmiyyəti

aktuallığını saxlayır. Aqrar sahənin inkişafında və sahib-

karlığın formalaşmasında, torpaqlardan, sudan, əmək və

maliyyə ehtiyatlarından, bir sözlə mövcud imkanlardan sə-

mərəli istifadə olunması,məhsul vahidinə xərclərin aşağı

salınması, istehsal proseslərinin mexanikləşdirilməsi, xid-

mət işlərinin yaxşılaşdırılması və digər məsələlərdə inten-

sivləşdirmənin rolu getdikcə artır. Kənd təsərrüfatının sa-

hələri üzrə əkin sahəsi, məhsuldarlıq və ümumi məhsulun

5 və yaxud 10 il üzrə müqayisəsi intensivləşdirmə göstəri-

cilərinin müxtəlif amillərin təsiri ilə müxtəlif səviyyədə

olması qənaətinə gəlmək olar. Ona görə də eyni məhsulun

intensivləşdirilmə səviyyəsinin və göstəricilərinin təsərrü-

fatlar, rayonlarda bir-birindən xeyli fərqləndiyini görmək

olar. Bu istehsalın intensivləşdirmə səviyyəsinin yüksəl-

dilməsi üçün aqrar sahənin regional xüsusiyyətlərini nəzə-

rə almaqla məqsədli və strateji əhəmiyyətli tədbirlərin hə-

yata keçirilməsini qarşıya qoyur.

Aqrar sahədə istehsalın intensivləşdirilməsinin səmə-

rəliliyi əmək məhsuldarlığının səviyyəsi, ümumi və xalis

məhsulun artımı ilə müəyyən edilir. Bu həm də ölkə iqti-

sadiyyatının və aqrar sahənin inkişaf səviyyəsi ilə şərtlə-

nir. Aqrar sahədə, onun sahələrində intensivləşdirilmə-

sinin rolu aşağıdakılarla izah olunur:

- intensivləşdirmə mövcud kənd təsərrüfatına yararlı

Page 455: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

454

və əkin sahəsi torpaqlarından düzgün və səmərəli istifadə

edilməsinə imkan verir;

- kənd təsərrüfatında istehsalın təşkili və idarəedil-

məsinin daha da təkmilləşdirilməsinə;

- istehsalın sahələri arasında əlaqə və nisbətlərin göz-

lənilməsinə;

- texnika, texnologiyadan və elmin nailiyyətlərindən

səmərəli istifadə olunmasına, istehsal vasitələrindən istifa-

dənin keyfiyyətcə təkmilləşməsinə;

- kənd təsərrüfatına yönəldilən kapital qoyuluşunun

səmərəli istifadə olunmasına;

- daha məhsuldar, xəstəliyə davamlı, bitki sortları və

heyvan cinsinin tətbiqi və əkin sahələrinin genişləndiril-

məsinə, (cins heyvanların sayının artırılmasına), növbəli

əkin sisteminin tətbiqinə;

- kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahə-

lərində istehsala çəkilən xərclərin səmərəli strukturunun

təkmilləşdirilməsinə, məhsulun maya dəyərinin aşağı sa-

lınmasına;

- kənd təsərrüfatının əsas və dövriyyə fondlarının sə-

mərəli strukturuna və onlardan səmərəli istifadə olunması-

na;

- kənd təsərrüfatında iş proseslərinin mexanikləşdi-

rilməsi və avtomatlaşdırmasının tətbiqinin genişləndiril-

məsinə;

- əkin sahələrinə verilən mineral və üzvi gübrələrdən,

kimyəvi vasitələrdən səmərəli istifadə edilməsinə;

- kənd təsərrüfatında torpaqdan, sudan, texnika, tex-

nologiya, əsas istehsal vasitələrindən və s. istifadə edilər-

kən ekoloji tarazlığın mühafizəsinin ön plana çəkilməsinə;

- torpaqların meliorasiya, irriqasiyası tədbirlərinin və

Page 456: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

455

suvarma sisteminin səmərəli təşkilinə;

- heyvanların səmərəli strukturu və yerləşdirilməsi-

nin optimal ölçülərinin müəyyən edilməsinə, yem təmina-

tının yaxşılaşdırılmasına və s. imkan verir.

Aqrar sahədə göstərilən intensivləşdirmə amillərindən

istifadə vəziyyəti göstərir ki, aqrar sahədə istehsalın sə-

mərəliliyini yüksəltməyin əhəmiyyətli ehtiyatları mövcud-

dur. Bu ehtiyatlardan düzgün istifadə edilməsi ölkənin ər-

zaq təhlükəsizliyin tam təmin edilməsinə imkan verə bilər.

İntensivləşdirmənin rolunun sosial-iqtisadi əhəmiy-

yəti onunla izah olunur ki, “Azərbaycan Respublikası re-

gionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı

Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına

həsr olunmuş 28 yanvar 2015-ci il tarixli konfransında öl-

kə prezidenti İlham Əliyev göstərmişdir ki, “...müstəqilli-

yin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı və-

ziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi

tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsiz-

liyimizi demək olar ki, təmin etmişik... Mal əti-özümüzü

təminetmə səviyyəsi 87 faiz, qoyun əti 97 faiz, quş əti 98

faiz, yumurta 100 faiz, süd və süd məhsulları 76 faiz, taxıl

60 faiz, üzüm 98 faiz, kartof 90 faiz, bostan məhsulları

100 faiz, meyvə giləmeyvə 120 faiz, tərəvəz 103 faiz, ...

şəkər və şəkərdən hazırlanan məhsullar 170 faiz... Biz bü-

tün pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq”.

Bazar münasibətlərinin formalaşdığı, ölkənin sosial-

iqtisadi inkişafının hazırki şəraitində aqrar sahədə

intensivləşdirmənin rolu getdikcə artır və bu aşağıdakılarla

ifadə olunur:

1) Aqrar sahədə istehsalın intensivləşdirilməsi inki-

şafın aparıcı formasıdır və ərzaq təhlükəsizliyinin təmina-

Page 457: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

456

tına istiqamətləndirilmişdir;

2) Aqrar sahənin intensivləşdirilməsi elmi-texniki tə-

rəqqinin, intensiv texnologiyanın və elmi nailiyyətlərin,

yeni keyfiyyət dəyişmələrinin tətbiqinin sürətləndirilməsi-

ni təmin edir;

3) Aqrar sahənin intensivləşdirilməsi iqtisadi mexa-

nizmin bütün ünsürlərinin kompleks, ardıcıl həyata keçi-

rilməsini tələb edir;

4) Aqrar sahənin inkişafı xalq təsərrüfatının digər sa-

hələrinin inkişafına, kənddəki mövcud potensiallardan sə-

mərəli istifadəyə, imkanların genişləndirilməsinə təminat

verir;

5) Aqrar sahədə istehsalın intensivləşdirilməsi sosial-

iqtisadi inkişafın sürətləndirilməsi, dayanıqlı inkişafın və

sahibkarlığın formalaşdırılmasının əsas mənbəyidir və s.

b) Aqrar sahədə intensivləşdirmənin əsas istiqa-

mətləri.

İntensivləşdirmə torpaqdan, sudan, mövcud texnika

və texnologiyadan, meliorasiya tədbirlərindən, kimyalaş-

dırmadan, məhsuldar toxum və heyvanların cins tərkibinin

yaxşılaşdırılmasından, aqrar sahəyə kapital qoyuluşunun

artırılmasından, istehsalın təşkili və idarəetmənin təkmil-

ləşməsindən və s. asılıdır. Ona görə də iqtisadi artımın key-

fiyyət amillərindən istifadə edilməsi bu artımın əldə edilən

səmərə ilə müqayisəsi əsas götürülür. İstehsalın intensiv-

ləşdirilməsi artımın hərəkətverici qüvvəsi, inkişafın pro-

sesi və bu artımın ekstensiv və intensiv formasının qarşı-

lıqlı əlaqəsi hesab edilə bilər. Təcrübə göstərir ki, istehsa-

lın ekstensiv inkişaf formasından intensiv formasına keçi-

din müəyyən hüdudları və mərhələsi mövcud olur. Müəy-

Page 458: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

457

yən dövrdə ekstensiv inkişaf, yeni əlavə işçi qüvvəsi cəlb

etmək, yeni təsərrüfat forması, müəssisələr yaratmaq, əkin

sahəsini və heyvanların sayını artırmaqla istehsalı artırma-

ğa imkan verir. Yəni bu kəmiyyət amilləri hesabına isteh-

salın artırılmasının ekstensiv forması üstün rola malik

olur. İstehsal artımı müəyyən miqyasa-həddə çatdığı vaxt-

da, kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişiklikləri ilə əvəz

edilir və bu halda intensiv inkişafa üstünlük verilir. Top-

lanmış böyük iqtisadi potensialdan istifadə edilməsi iqtisa-

di artımın əsas mənbəyi kimi aqrar istehsalın hərəkətverici

qüvvəsi kompleks intensivləşdirmə olmalıdır.

Geniş təkrar istehsalın və iqtisadi inkişaf prosesinin

mütərəqqi forması kimi intensivləşdirmə istehsal münasi-

bətlərinin xarakterinə uyğun olaraq cəmiyyətin əsas məq-

sədlərinə tabe edilir. İntensivləşdirmə artmaqda olan tələ-

batın ödənilməsinə yönəldilməklə, iqtisadi münasibətlərin

inkişafına və təkmilləşdirilməsinə istiqamətləndirilir. Kənd

təsərrüfatı maddi istehsalın həlledici sahələrindən biri ol-

maqla ölkə iqtisadiyyatının ümumi inkişafında mühüm ro-

lu vardır.

Kənd təsərrüfatının intensivləşdirilməsinin əhəmiy-

yəti sahədə istehsal olunan məhsulların xarakteri ilə izah

olunur. Sahənin spesifik xüsusiyyətlərinin nəzərə alınması

və bir çox amillər intensivləşdirmənin kompleks xarakterli

olmasını şərtləndirir. Bu komplekslik müəyyən edilərkən

hər bir iqtisadi rayon və iqtisadi rayonlar daxilində ayrı-

ayrı rayonların təbii-iqtisadi şəraitində intensivləşdirmə is-

tiqamətlərinin nəzərə alınmasını qarşıya qoyur. İntensiv-

ləşdirmə istiqamətləri və səviyyəsinə müxtəlif amillər təsir

etdiyi üçün intensivləşdirmənin iqtisadi nəticələri də müx-

Page 459: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

458

təlif səviyyədə olur. Ona görə də hər bir rayonda intensiv-

ləşdirmə səviyyəsi müəyyən edilərkən intensivləşdirmə is-

tiqamətləri və ona təsir edən amillər müəyyən edilməlidir.

Kənd təsərrüfatında intensivləşdirmənin əsas istiqa-

mətləri aşağıdakılar hesab olunur: 1) torpaqlardan istifadə-

nin yaxşılaşdırılması, 2) meliorasiya və irriqasiya, 3) kim-

yalaşdırma, 4) istehsalın maddi-texniki təchizatı, 5) isteh-

salın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılma-

sı, 6) yüksək toxum sortlarının yaradılması, 7) mal-qara-

nın cins tərkibinin yaxşılaşdırılması, 8) elmi nailiyyətlərin

və qabaqcıl təcrübənin istehsala tətbiqi, 9) istehsal və xid-

mətin təşkili, 10) istehsalın stimullaşdırılması mexanizm-

lərinin təkmilləşdirilməsi və s. Nəzərə almaq lazımdır ki,

göstərilən şərtlər daxilində kənd təsərrüfatına vəsait qoyu-

luşu, innovasiya tədbirlərinin həyata keçirilməsi kənd tə-

sərrüfatı bitkilərindən yüksək məhsul əldə edilməsinə, hey-

vandarlığın məhsuldarlığının artırılmasına, əmək məhsul-

darlığının yüksəldilməsinə, məhsulun maya dəyərinin aşa-

ğı salınmasına təminat verir. Göstərilən intensivləşdirmə

istiqamətləri təbii-iqtisadi rayonların xüsusiyyətlərindən,

istehsalın yerləşməsi və ixtisaslaşmasından və digər xüsu-

siyyətlərdən asılı olaraq bir-birindən fərqlənir. Misal üçün

təbii-iqtisadi rayonların bəzisində intensivlik səviyyəsi

torpağın şoranlaşması, başqa rayonda kimyalaşma, başqa

birisində istehsalın mexanikləşdirilməsi, digərində əkin sa-

hələrinin quruluşunun və s. yaxşılaşdırılmasından asılıdır.

1)Aqrar sahədə istehsalın intensivləşdirilməsinin əs-

as istiqamətləri müəyyən edilərkən nəzərə almaq lazımdır

ki, texniki tərəqqi, elmin nailiyyətlərin və texnologiyanın

tətbiqi kifayət etmir. Kənd təsərrüfatının intensivləşdiril-

Page 460: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

459

məsində başqa istehsal sahələrindən fərqli olaraq sahənin

təbii-bioloji xüsusiyyətlərindən irəli gələn amillərin, tor-

paqdan istifadənin yaxşılaşdırılması, bitki və heyvanların

keyfiyyət dəyişikliklərində öz əksini tapan üsullardan isti-

fadə ön plana çəkilməlidir. Yəni texniki tərəqqi torpaqdan

istifadənin yaxşılaşdırılması və ondan səmərəli istifadəni,

elmi nailiyyətlər və qabaqcıl təcrübənin tətbiqini qarşıya

qoyur. Bu, mövcud əkin sahəsinin hər hektarından daha

çox məhsul əldə edilməsini, istehsalın artırılmasını təmin

edir.

Kənd təsərrüfatının intensivləşdirilməsində suvarma, meliorasiya və irriqasiyanın inkişafı mühüm əhəmiyyətə malikdir. Torpaqların meliorasiyası, irriqasiya tədbirləri-nin həyata keçirilməsi və suvarma sisteminin düzgün təş-kili torpaqların münbitliyinin yüksəldilməsində, məhsul is-tehsalının artırılmasında və sahibkarlığın inkişafında əsas ehtiyat mənbəyidir. Bununla əlaqədar müxtəlif torpaq-iq-lim şəraiti olan ərazilərdə bitkilərin becərilməsi, torpaq-larda intensiv texnologiyaların və elmi nailiyyətlərin tətbi-qi yeni tələblər baxımından yanaşılmalıdır. Torpaq əsas is-tehsal vasitəsi kimi başqa istehsal vasitələrindən fərqli ola-raq, onu bir yerdən başqa yerə aparmaq mümkün deyil, ondan düzgün istifadə edildikdə münbitliyini itirmir, tor-paqdan əldə edilən məhsul istehsalı artır. Torpaqdan səmə-rəli istifadə edilməsi üçün əkiləcək torpaqlarda bitki növ-ləri düzgün seçilməli, növbəli əkin sistemi tətbiq edilməli, aqrotexniki tədbirlərə düzgün əməl edilməlidir. Torpaqdan daha çox məhsul əldə etmək üçün göstərilənlərlə yanaşı, torpaqlara üzvi və mineral gübrələr elmi əsaslarla verilmə-si, meliorasiya, irriqasiya tədbirləri və suvarma sisteminin təşkilinə, əkinçiliyin idarə edilməsinə xüsusi diqqət yetiril-

Page 461: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

460

məlidir.Torpaqlardan səmərəli istifadə edilməsi onların fi-ziki, kimyəvi və təbii münbitliyi ilə əlaqədar müxtəlifdir. Təbiidir ki, bu müxtəliflik kənd təsərrüfatının ayrı-ayrı sahələrinin müxtəlif səviyyədə inkişaf etdirilməsinə, əldə edilən bitkiçilik və heyvandarlıq məhsulları istehsalına tə-sir göstərir. Burada torpaqdan istifadənin səmərəliliyi az əmək və vəsait sərf etməklə 100 hektar torpaq sahəsi hesa-bı ilə daha çox və keyfiyyətli məhsul əldə edilməsi əsas götürülür. Torpaqdan səmərəli istifadə edilməsinin əsas göstəricilərindən biri hər 100 hektar sahəyə əmtəəlik və ümumi məhsul istehsalı hesab edilir. Bu göstərici mövcud ehtiyatlardan səmərəli istifadə edilməsinə, sahənin və is-tehsalın ixtisaslaşma səviyyəsinin müəyyən edilməsinə imkan verir. Torpaqdan düzgün və səmərəli istifadə edil-məsini xarakterizə edən göstəricilərdən biri hər 100 hektar torpaq sahəsinə görə heyvandarlıq məhsulları istehsalının artırılmasıdır. İstehsalın intensivləşdirilməsinin bu göstəri-cisi ölkənin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinin yaxşılaşdırılmasını qarşıya qoyur. Deməli, istehsalın inkişafı üçün heyvanların sayı ilə yanaşı, 100 hektar torpaq sahəsinə görə heyvandarlıq məhsulları isteh-salı əsas götürülməlidir. Çünki istehsalçı sahibkar pay tor-pağına və ya icarəyə (istifadəyə və s.) götürdüyü torpaq sahəsinə uyğun heyvan saxlamalı və torpaqdan düzgün və səmərəli istifadə etməklə daha çox heyvandarlıq məh-sulları istehsal etməlidir. Bu sahibkarın istifadəsində olan torpaq sahəsi ilə saxladığı heyvanların miqdarı və heyvan-ların strukturu arasında düzgün nisbətin saxlanılmasını tə-ləb edir. Heyvandarlıqda intensivlik göstəricisi 100 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə və heyvandarlıq məhsulları istehsalı isə hər 100 hektar əkin yerinə görə

Page 462: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

461

hesablanır. Hesablamalar göstərir ki, hər 100 hektar kənd təsər-

rüfatına yararlı torpaq sahəsinə və hər 100 hektar əkin sa-həsinə düşən heyvandarlıq məhsulları istehsalı respublika-nın iqtisadi rayonları üzrə əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq bir çox amillərlə, xüsusən torpaq-iqlim, texniki, texnoloji, iqtisadi, təşkilati və s. amillərlə əlaqədardır.

2) Kənd təsərrüfatı istehsalın intensivləşdirilməsində torpaqların meliorasiyası və irriqasiyasi, əkin yerlərinin və çoxillik əkinlərin suvarılması mühüm əhəmiyyətə malik-dir. Kənd təsərrüfatının intensivləşdirilməsinin tərkib his-səsi olmaqla onun məqsədi meliorasiya irriqasiya və su-varmanın səmərəli təşkili əsasında kənd təsərrüfatı məh-sulları istehsalının artırılmasının etibarlı təminatını yarat-maqdır. Kənd təsərrüfatı torpaqlarının meliorasiyası və irriqasiyasına kompleks yanaşmaq lazımdır. Torpaqlardan istifadənin yaxşılaşdırılması üçün əsaslı vəsait hesabına kompleks tədbirlər həyata keçirilir. Təhlil göstərir ki, res-publikada mövcud torpaqların 58,8%-i eroziyaya uğramış-dır. Bu torpaqların bəzisində heç bir əkin aparılmır, bəzi-sində otlaq kimi istifadə olunur. Eroziyaya uğramış torpaq sahələrində meliorasiya işlərinin aparılması, onların əkin dövriyyəsinə daxil edilməsi məhsul istehsalını 30-40% artırmağa imkan verə bilər. Respublikada əkin sahələrinin çox hissəsi suvarma və drenaj sisteminin vəziyyətindən asılıdır. Bu sahələrə dövlət tərəfindən investisiya qoyulu-şunun artırılması kənd təsərrüfatı istehsalının intensivləş-dirilməsində, ərzaq probleminin həllində mühüm rol oyna-ya bilər.

Respublikada torpaqların eroziyaya uğraması iqtisadi rayonlar üzrə bir-birindən xeyli fərqlənir. Bununla yanaşı,

Page 463: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

462

torpaq sahələrindən istifadə vəziyyəti, şoranlaşma səviy-yəsi də müxtəlifdir. Bununla əlaqədar meliorasiya və su təsərrüfatının inkişafı məqsədilə investisiya qoyuluşunun gücləndirilməsi üçün “Meliorasiya və su təsərrüfatının in-kişafı üzrə Milli Proqram (2007-2015-ci illər)” qəbul olunmuşdur. Proqrama əsasən 16 su anbarı, 825 km uzun-luğunda su kanalları tikilməsi, 43,4 min ha sahənin melio-rativ vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, 362 min ha sahədə suvarma və kollektor-drenaj şəbəkələrinin yenidən qurulması, 118 min poqon-metr qoruyucu bənd tikilərək əkin sahələri sel və daşqın sularından mühafizə ediləcəkdir.

Respublikada mövcud olan 50 min km-dən çox dai-mi suvarma kanallarından 4 min km-dən çoxu yararsız haldadır. Respublikamızda bir milyon hektardan çox əkin sahəsinin suvarmaya ehtiyacı vardır. Suvarılan əkin yerlə-rinin 40%-dən çoxu su təminatından çətinlik çəkir və 15%-n su təminatı yoxdur. Respublikanın iqtisadi rayonla-rında su təminatı 15-52% təşkil edir. Respublikada su tə-minatından 860 min hektara qədər sahə (59,3%) çətinlik çəkir və 220 min hektardan çox sahənin (15%) su təminatı pis vəziyyətdədir. İntensivləşdirmə meliorasiya və suvar-ma təsərrüfatlarında maddi-texniki bazanın möhkəmləndi-rilməsindən, mövcud kanalların, nasos stansiyalarının, hidrotexniki qurğuların, kollektor-drenaj şəbəkələrinin, tə-sərrüfatlararası və təsərrüfatdaxili kollektorların, qapalı və açıq drenlərin və s. avadanlıqların yararlı vəziyyətdə ol-malarından çox asılıdır. Ona görə də kənd təsərrüfatında intensivləşdirmənin əsas istiqamətlərindən biri meliorasi-ya, irriqasiya və suvarma sistemini müasir dövrün tələbləri səviyyəsində təşkilindən ibarət olmalıdır.

Page 464: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

463

Cədvəl 10.1.

Respublikanın iqtisadi rayonlarında 2013-cü ildə

torpaqların eroziya vəziyyəti.

İqtisadi

rayonlar

Ümumi

sahə

(ha)

Ondan Eroziya dərəcəsi (%)

Eroziya-

ya uğ-

ramış

sahə

Cəmi

ero-

ziyalı

sahə

Zəif Orta Ciddi

Abşeron

% 381776

4,5

111246

29,1

270530

70,9

56002

20,7

77073

28,5

137455

50,8

Quba-

Xaçmaz

% 696502

8,3

327119

47,0

369383

53,0

174728

47,3

88575

24,0

106080

28,7

Dağlıq

Şirvan

% 613026

7,3

209970

34,3

403050

65,7

130337

32,3

91778

22,8

180935

44,9

Şəki-

Zaqatala

% 883491

10,5

340150

38,5

543341

61,5

214733

39,5

116998

21,5

211610

40,0

Gəncə-

Qazax

% 1228731

14,6

789733

64,3

438998

35,7

187878

42,8

105255

24,0

145865

33,2

Yuxarı

Qarabağ

% 834166

9,9

649578

77,9

184588

22,1

92853

50,3

57210

31,0

34525

18,7

Naxçıvan

% 536300

6,3

145995

27,2

390305

72,8

85290

21,8

88727

22,7

216288

55,5

Aran

% 530787

6,3

316971

59,7

213816

40,3

74393

34,8

53113

24,8

8630

40,4

Lənkəran

% 606904

7,2

340998

56,2

265906

43,8

107938

40,6

61051

23,0

96917

36,4

Cəmi res-

publika

üzrə

% 8426862

97,5

4956039

58,8

3470823

41,2

1389403

40,0

8211930

27,7

1259490

36,3

Page 465: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

464

3) Kimyalaşdırmanın kənd təsərrüfatında tətbiqi

əkinçiliyin intensivləşdirilməsinin əsas şərtlərindən və in-

tensivləşdirmə səviyyəsini əks etdirən göstəricilərdən biri-

dir. Bu bitkilərin mineral gübrələrə tələbatın ödənilməsini,

zəhərli-kimyəvi maddələrdən düzgün və elmi əsaslarla on-

lardan istifadəni qarşıya qoyur. Bitkilərə mineral və üzvi

gübrələrin verilməsi, vaxtında alaq otlarına və ziyanverici-

lərə qarşı mübarizə aparılması bitkilərin və çoxillik əkmə-

lərin qorunub saxlanmasına, torpağın münbitliyinin yaxşı-

laşdırılmasına, bitkilərin məhsuldarlığının yüksəldilməsi-

nə, nəticədə itkilərin və məhsulun maya dəyərinin aşağı

salınmasına və istehsalın səmərəliliyinin yüksəlməsinə im-

kan yaradır.

Buna baxmayaraq intensivləşdirmənin göstərilən

amillərindən düzgün istifadə edilmədiyindən kənd təsərrü-

fatı bitkilərinə tələb olunandan (normadan) az miqdarda

gübrə verilir, herbisidlərdən və zəhərli – kimyəvi maddə-

lərdən az istifadə olunur. Kənd təsərrüfatında əkinlərə mi-

neral gübrələr verilməsi (100% qida maddəsi hesabı ilə)

aşağıdakı kimi olmuşdur (cədvəl 10.2.).

Göründüyü kimi, kənd təsərrüfatı bitkilərinin əkin al-

tında olan sahələrə və çoxillik əkmələrın hər hektarına

normadan 2-3 dəfə az azot, fosfor və kalium gübrələri ve-

rilir. Heyvan və quşların xəstəliyinə və profilaktikasına tə-

ləbatdan az dərman və preparatlar sərf olunur. Bütün bun-

lar kənd təsərrüfatı istehsalının səmərəliliyinin təmin olun-

masına mənfi təsir göstərir.

4) Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi

texniki tərəqqi tətbiq edilmədən, yeni əsas fondlar istifadə-

yə verilmədən, texnika və texnologiyadan geniş istifadə

edilmədən mümkün deyil. Kənd təsərrüfatında yeni əsas

Page 466: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

465

fondlar istifadəyə verildikdə, texnika tətbiq edildikcə məh-

sulun fond tutumu dəyişir, fondla təmin olunma və fond

verimi səviyyəsi yüksəlir.

Cədvəl 10.2.

Kənd təsərrüfatında əkinlərə mineral gübrələrin

verilməsi (100% qidalı maddə hesabı ilə).

İllər

1985 1990 1995 1999 2010 2014

Cəmi, min ton 257,8 139,3 11,4 1,3 31,7 34,1

Hər hektar əkinə, kq 166 87 10 5 18 19

O cümlədən: taxıla 179 92 10 5 20 23

Pambığa 266 144 21 11 25 33

Tütünə 362 221 42 4 76 71

Kartofa 305 131 15 0 16 31

Tərəvəz və bostana 428 233 20 1 37 30

Yem bitkilərinə 62 36 2 – 4 4

Bağlara 137 70 1 – 20 15

Üzümlüklərə – – 1 – 15 7

Gübrələnmiş əkinlə-

rin cəmi əkində xü-

susi çəkisi, % 80 64 24 13 34 46

Respublikamız müstəqilliyini bərpa etdikdən sonrakı

dövrdə ardıcıl və sistemli tədbirlər nəticəsində kənd təsər-

rüfatında əsas fondların strukturu xeyli dəyişmiş və tək-

milləşmişdir. Ölkədə aqrar islahatlar həyata keçirilən ilk

dövrdə, 1996-cı ildə kənd təsərrüfatında əsas fondların tər-

kibində binalar, tikililər, ötürücü qurğuların xüsusi çəkisi

51,5%, maşın və avadanlıqların xüsusi çəkisi 19,7%, nəq-

liyyat vasitələri 7,6%, işçi və məhsuldar mal-qara 1,6%,

çoxillik əkmələr (meyvə, üzüm, çay plantasiyası) 15,5%,

Page 467: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

466

sair istehsal fondları 4,1% olmuşdur. 2014-cü ildə əsas

fondların tərkibində binalar, tikililər, ötürücü qurğular

76,9%, maşın və avadanlıqlar 14,5%, nəqliyyat vasitələri

4,9%, işçi və məhsuldar mal-qara 1,2%, çoxillik əkmələr

1,0%, sair əsas istehsal fondları 1,5% təşkil etmişdir. Gö-

ründüyü kimi kənd təsərrüfatında əsas istehsal fondlarının

quruluşu xeyli dəyişmişdir.

Kənd təsərrüfatında intensivləşdirmənin əsas istiqa-

mətlərindən biri istehsalın əsas və dövriyyə fondları ilə tə-

min edilməsidir. Burada əsas məqsəd vəsait qoyuluşundan

düzgün istifadə etmək, mövcud fondlardan istifadəni yax-

şılaşdırmaq, onların səmərəliliyini yüksəltməkdən ibarət-

dir. Kənd təsərrüfatında istehsal fondlarının səmərəliliyi

becərilən torpaq sahəsinin həcmi və onun münbitliyindən

asılıdır. Ona görə də torpaq sahəsinin hər 100 hektarına

görə məhsul istehsalının artması ilə istehsal fondlarının ar-

tımı arasında birbaşa əlaqə vardır. Buradan belə nəticə çı-

xır ki, 100 hektar əkin yerinə görə fondla təmin olunma

artdıqca, 100 hektar əkin yerinə və 100 manat əsas fonda

ümumi məhsul istehsalı artır. Yəni, kənd təsərrüfatında in-

tensivləşdirmə səviyyəsi yüksəldikcə, əsas fondlarda təmi-

nat və torpaqdan istifadə yaxşılaşdıqca məhsul istehsalı ar-

tır, səmərəlilik yüksəlir. Texniki tərəqqi kənd təsərrüfatı

təyinatlı əsas fondların tərkibi və quruluşunda təkmilləş-

dirmələr aparmağa və əməyin fondla silahlanmasına müs-

bət təsir göstərir. Əməyin fondla silanlanması və əmək eh-

tiyatlarından istifadənin dəyişməsi bir-biri ilə qarşılıqlı

əlaqədə olan prosesdir. Kənd təsərrüfatının fondla silah-

lanması yüksəldikcə burada çalışan işçilərin bir hissəsi is-

tehsalın başqa sahələrində (emal, xidmət və s.) istifadə

edilir.

Page 468: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

467

Təcrübə göstərir ki, ölkəmizdə kənd təsərrüfatının bir sıra sahələrində istehsalın texnika ilə silahlanma səviy-yəsi, proseslərin mexanikləşdirilməsi səviyyəsi hələ aşağı-dır. Misal üçün meyvəçilikdə, üzümçülükdə, tərəvəzçilik-də becərmə, məhsulun yığılması, qablaşdırılması proseslə-ri mexanikləşdirilməmişdir və burada hələlik işçi qüvvə-sindən-əl əməyindən istifadəyə ehtiyac vardır. Nəzərə al-maq lazımdır ki, kənd təsərrüfatında intensivləşdirmə sə-viyyəsinə təkcə əsas istehsal fondları təsir etmir. Əsas is-tehsal fondları ilə birlikdə istehsala dövriyyə fondları və ondan səmərəli istifadə də əhəmiyyətli təsir edir.

Aqrar sahənin formalaşmasının əsas elementlərindən biri istehsal vasitələri bazarının inkişaf etdirilməsidir. Bu-nunla əlaqədar kənd təsərrüfatında istehsal fondlarına və-sait qoyuluşunun artırılmasına xüsusi diqqət verilir. Kənd təsərrüfatı sahələrində istehsalın intensivləşdirilməsinin özünəməxsus xüsusiyyətləri ilə əlaqədar vəsait qoyuluşu bitkiçilik və heyvandarlıq üzrə fərqlənir. Bitkiçilikdə əsas-lı vəsait qoyuluşu əkin sahələrinə və çoxillik əkmələrə (üzümçülüyə, meyvəçiliyə, çayçılığa) yönəldilir. Bununla əlaqədar müxtəlif bitkilər üzrə məhsul istehsalının (və ya sahənin) intensivləşdirmə səviyyəsi sahələr üzrə qoyulan xərclərlə xarakterizə olunur. Heyvandarlıqda vəsait qoyu-luşunun əsas obyektləri mal-qara və yem əkinləri hesab olunur. Nəzərə almaq lazımdır ki, kapital qoyuluşunun sə-mərəliliyi həmin vəsaitin sahəyə düzgün istiqamətləndiril-məsindən asılıdır. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi-nə qoyulmuş vəsait sahədən əldə edilən gəlirin artımını üs-tələdikdə intensivləşdirmənin səmərəli nəticəsi barədə qə-naətə gəlmək olar. Ona görə də kənd təsərrüfatının əsas is-tehsal vasitələri ilə təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıda durur.

Page 469: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

468

Kənd təsərrüfatına vəsait qoyuluşunun artması inten-

sivləşdirmə səviyyəsinin yüksəlməsinə təsir göstərir. Əsaslı

vəsait qoyuluşu özünü birinci növbədə əsas fondların və

enerji güclərinin dəyişməsində göstərir. Hər hektar əkin

yerinə düşən əsaslı vəsait qoyuluşunun artması, onun həc-

minin dəyişməsi, torpaq sahəsinin artıb-azalması və isteh-

salın ixtisaslaşma səviyyəsinin istiqamətinin dəyişməsi ilə

əlaqədardır.

Əsas fondların dəyərinin artması və onlardan səmə-

rəli istifadə edilməsi amilləri intensivləşdirmənin səviyyə-

sinə, onun səmərəliliyinə təsir edir. Ona görə də aqrar

sahənin iqtisadi inkişafında intensivləşdirmənin bu iki

amilinin birlikdə təsirinə xüsusi diqqət verilir.

Cədvəl 10.3.

Azərbaycanın kənd təsərrüfatında hər hektar əkin

sahəsinə düşən fondların dəyərinin dəyişməsi.

İllər

Fondların

dəyəri ilin

axırına

(mln.

manat)

Əkin sahəsi

(min man.)

Hər hektar

əkin yerinə

düşən fond

(manat)

Hər hektar

əkin yerinə

düşən fond

2000-ci ilə

nisbətən

(%)

2000 2611,4 1041,5 2508 100

2005 2983,3 1327,9 2247 89,6

2010 5099,8 1583,9 3220 128,4

2011 5271,4 1608,2 3277 1306,6

2012 5817,1 1647,1 3531,7 1408,2

Page 470: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

469

5) Kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi və

avtomatlaşdırılması istehsalın intensivləşdirilməsinin əsas

istiqamətlərindən biridir. Burada texniki tərəqqi, yəni tex-

nika və texnologiyanın təşkili, qabaqcıl təcrübənin isteh-

salda tətbiqi, kənd təsərrüfatında proseslərin mexanikləş-

dirilməsi və avtomatlaşdırılması həlledici rola malikdir.

Kənd təsərrüfatında torpağın şumlanmasından məhsulun

yığılması, daşınmasına və istehlakçılara çatdırılmasına qə-

dər olan ağır proseslər (istehsalla yanaşı, həm də xidmət

sahələrində) mexanikləşdirilməlidir. Hazırda kənd təsərrü-

fatının texniki təminatı mövcud tələbatı ödəmir, 1990-cı il

səviyyəsindən geri qalır.

1990-cı ildə 1000 ha əkin sahəsinə təqribən 27 trak-

tor düşürdüsə, 2013-cü ildə bu rəqəm 14-ə düşmüşdür.

Əgər 1990-cı ildə traktorların köhnəlməsi 6-8 il təşkil

edirdisə, 2013-cü ildə bu rəqəm 20 ilə çatmışdır. Texnika-

nın köhnəlməsi və tez sıradan çıxması kənd təsərrüfatı iş-

lərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə imkan

vermir. Nəticədə hər bir traktora düşən əkin sahəsi 1990-cı

illə müqayisədə 39 hektardan 2013-cü ildə 72 hektara çat-

mış və traktorun yükü təqribən 84% artmışdır. Heyvandar-

lıqda saz texnika və avadanlıqlar, xüsusilə sağım aqreqat-

ları, yem yığanlar, peyin təmizləyənlər, avtosuvarıcılar,

yem xırdalayan, yempörtlədənlər və s. bu kimi kənd təsər-

rüfatı texnikaları hələ də mövcud tələbatı ödəmir. Analoji

vəziyyət digər kənd təsərrüfatı texnikalarında da eynidi.

Bu vəziyyətdən çıxış yolu lizinq bazarının inkişaf etdiril-

məsi və sahibkarların lizinq yolu ilə güzəştli şərtlərlə tex-

nikalarla təmin edilməsi ola bilər.

Page 471: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

470

Cədvəl 10.4.

Kənd təsərrüfatının texnika ilə təminatının vəziyyəti

1990 2005 2010 2012 2013

1000 ha əkinə traktor

düşür, ədəd 26,7 11,9 13,4 12,8 13,9

Bir traktora düşən əkin, ha 39 84 75 78 72

Müvafiq bitkilərin min hektar əkin sahəsinə kombayn (maşın)

düşür, ədəd

Taxılyığan 8,0 1,8 2,1 1,7 2,1

Qarğıdalıyığan 28,0 1,6 0,2 0,1 0,2

Kartofyığan 1,8 0,2 0,3 0,3 0,6

Çuğunduryığan 2,9 5,2 1,1 2,5 1,8

Pambıqyığan 13,9 0,2 – 1,4 2,2

Bir kombayn (maşına) düşən müvafiq bitki əkinləri, ha

Taxılyığan 126 544 487 578 483

Qarğıdalıyığan 36 622 5978 11884 5521

Kartofyığan 567 6427 3290 3667 1814

Çuğunduryığan 349 197 944 402 547

Pambıqyığan 72 5122 – 713 451

100 traktora düşür, ədəd

Kotan 33 20 16 16 23

Kultivator 18 7 4 4 3

Toxumsəpən 22 9 9 9 9

Ot biçən 8 7 4 4 6

Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatında hər

hansı prosesin mexanikləşdirilməməsi sonrakı mexanik-

ləşdirilən prosesinin səmərəliliyinə mənfi təsir göstərir.

Misal üçün taxıl əkin sahəsinin şumlanmasının vaxtında

və keyfiyyətlə aparılmaması, səpinin əllə aparılması, son-

rakı başqa işlərin mexanikləşdirilməsinə, yığımın vaxtında

aparılmasına imkan vermir. Nəticədə məhsuldarlıq və

əmək məhsuldarlığı aşağı düşür. Beləliklə, aydın olur ki,

Page 472: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

471

kənd təsərrüfatında istehsal prosesinin (həmçinin xidmət

işlərinin) kompleks mexanikləşdirilməsi istehsalın inten-

sivləşdirilməsində mühüm əhəmiyyət daşıyır. Kənd təsər-

rüfatında istehsal proseslərinin kompleks mexanikləşdiril-

məsinin əhəmiyyəti birdə onunla izah olunur ki, bu vaxt

sahənin fond verimi yüksək olur, əməyin fondla silahlan-

ması səviyyəsi yüksəlir. Ona görə də kənd təsərrüfatı is-

tehsalının intensivləşdirilməsinin səmərəliliyini artırmaq

üçün mövcud texnika və texnologiyadan səmərəli istifadə

edilməli, bütün proseslərin mexanikləşdirilməsini təmin

etmək məqsədilə istehsal gücünün (texnika və texnologi-

yanın) yaradılmasına və bərpasına əsaslı vəsait qoyuluşu-

nun həcmi artırılmalıdır. Bitkiçiliklə yanaşı heyvandarlıq-

da mexanikləşdirmənin və avtomatlaşdırmanın tətbiqi əmək

məhsuldarlığının artırılmasında böyük əhəmiyyət kəsb

edir.

6) Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşa-

ğı olmasının bir çox obyektiv və subyektiv səbəbləri var-

dır. Məlumdur ki, hazırda kənd təsərrüfatı məhsullarının

istehsalı ilə məşğul olanların əksəriyyəti reproduksiyası

çox aşağı olan, sortu məlum olmayan və qarışıq toxumla

səpin aparır. Bu məhsuldarlığın aşağı olmasına səbəb olur.

Hazırda ayrı-ayrı bitkilərin səpilən toxumlarının sağlam

olmaması hesabına səpin normasının yüksəlməsi nəticə-

sində məhsulun çox hissəsi toxuma gedir. Odur ki, yüksək

keyfiyyətli, davamlı, məhsuldar sortun toxumu hesabına

toxum sərfini azaltmaq olar. Seleksiya və toxumçuluğun

nailiyyətlərindən istifadə edilmədiyindən, becərmə və xid-

mət səviyyəsi elmi əsaslarla aparılmadığından rayonlarda

bitkilərin hektardan əldə edilən məhsuldarlıq səviyyəsi

kəskin fərqlənir.

Page 473: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

472

Kənd təsərrüfatlarının intensivləşdirilməsinin geniş

yayılmış yollarından biri yüksək məhsuldarlığa malik, qu-

raqlığa və xəstəliyə davamlı ting istehsalı və toxum sortla-

rından istifadə edilməsidir. Bununla əlaqədar son illərdə

ölkəmizdə kənd təsərrüfatı bitkilərinin əkin strukturunda

müsbət dəyişikliklər baş vermişdir. Bitkiçilikdə istehsal

artımı intensiv və ekstensiv amillər hesabına əldə edilmiş,

hər hektarda məhsuldarlığın və həm də əkin sahələri ge-

nişləndirilmişdir. Yəni artımın intensiv və ekstensiv amili

öz əhəmiyyətini saxlamaqdadır.

Hazırda toxumçuluğun inkişafı bitkiçiliyin intensiv-

ləşdirilməsinin əsas amillərindən biridir. Bu baxımdan to-

xumçuluq həm də ərzaq məhsulları istehsalında mühüm

əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı bitkilərinin məhsul-

darlığı yerli iqlim şəraitinə uyğun rayonlaşdırılmış toxum

və tinglərdən istifadə edilməsinin əhəmiyyəti daha da artır.

Toxumçuluğun intensivləşdirilməsi vacibliyini nəzərə

alaraq taxıl, tərəvəz, kartof, bostan bitkiləri, meyvə, üzüm

üzrə regional əmək bölgüsü prinsipi getdikcə dərinləşir və

ixtisaslaşma meylləri artır. Həyata keçirilən beynəlxalq la-

yihələrin köməyi ilə toxumçuluğun və tingçiliyin inkişafı-

na diqqət artırılır.

Aqrar sahənin tarazlı inkişafı üçün “Toxumçuluq

haqqında” (1997), “Seksiya nailiyyətli haqqında” (1996)

qanun və bir çox normativ-hüquqi sənədlər qəbul edilmiş-

dir. “Toxumçuluqda aprobasiyanın keçirilmə qaydaları,

toxum sertifikatları və onun əsasnaməsi”, “Toxumların

qablaşdırılması, daşınması və saxlanması qaydaları”, “To-

xumçuluq sahələrin seçilməsi qaydaları”, “Toxum sığorta

fondunun yaradılması qaydaları”, “Sort-sınaq qaydaları”

və sair qaydalar qəbul edilmiş, təkmilləşdirilmişdir.

Page 474: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

473

Respublikamızda fəaliyyət göstərən elmi-tədqiqat

institutları dənli və dənli-paxlalı bitkilərin, tərəvəzin, pam-

bığın, kartofun, meyvə, üzüm və digər bitkilərin yeni sort-

larının və mütərəqqi texnologiyalarının tətbiqini həyata

keçirirlər. Hazırda özəl və dövlət toxumçuluq təsərrüfat-

ları fəaliyyət göstərirlər. Müxtəlif istiqamətli 35 dövlət to-

xumçuluq və damazlıq təsərrüfatları (məhdud məsuliyyətli

cəmiyyətlər) mövcuddur.

Sahibkarlar pay torpaqları və icarəyə götürdükləri

torpaqlar yaradılmasına da diqqət göstərirlər. 2004-cü il-

dən 2012-ci ildə cəmi 900 subyektə özəl toxumçuluqla

məşğul olmaq üçün şəhadətnamə verilmişdir ki, onlardan

faktiki 590 subyekt fəaliyyətini davam etdirir.

Təhlil göstərir ki, 2011-ci ildə respublikada daxili

bazarın tələbatı həcmində, başqa sözlə 173,9 min ton taxıl

toxumu istehsal olunmuşdur. Bu 2006-cı illə müqayisədə

54,4 min ton və ya 31% çoxdur. 2011-ci ildə ümumilikdə

kənd təsərrüfatı bitkiləri toxumlarının, meyvə və üzüm

tinglərinin istehsalında özəl sektorun payı 90%-dən çox

olmuşdur.

Bütün bunlara baxmayaraq, hazırda əksər istehsal-

çılar, xüsusilə ailə təsərrüfatları toxum üçün daha çox əm-

təəlik məhsuldan istifadə edirlər. Toxumçuluğa dair hazır-

da qüvvədə olan qanunvericilikdə ailə təsərrüfatlarının

əmtəəlik məhsuldan götürdüyü toxumun yararlılıq baxı-

mından yoxlamaya cəlb olunması üçün hər hansı bir icbari

və ya həvəsləndirici mexanizm nəzərdə tutulmamışdır.

Bundan əlavə toxum satan subyektlər sertifikatda

göstərilən xüsusiyyətlərin özünü doğrultmaması səbəbin-

dən istehsalçıya dəyən ziyana görə məsuliyyət daşımırlar.

Odur ki, ziyanın kompensasiya olunması üçün toxum satı-

Page 475: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

474

cıları ilə istehsalçıların münasibətlərinin müqavilə əsasın-

da qurulması mexanizminin yaradılması məqsədəuyğun

olardı. Digər tərəfdən toxumçuluğun inkişaf etdirilməsin-

də rəqabət mühitinin yaradılması və onlara kömək göstə-

rilməsi vacib şərtlərdən biri hesab edilir. Hazırda kənd tə-

sərrüfatında istehsalın intensivləşdirilməsinin həvəsləndir-

mə tədbirləri ilə əhatə olunması bu köməyin bariz nümu-

nəsi ola bilər. Kənd təsərrüfatı məhsulları istehsalçılarına

23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları

istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncama uyğun

olaraq bir neçə istiqamətdə subsidiyalar verilir. Bunlar ya-

nacaq və motor yağlarına, buğda və çəltik səpininə, mine-

ral gübrələrə, yüksək keyfiyyətli 1-ci və 2-ci reproduksi-

yalı toxumlara (tinglərə) və Elmi-Tədqiqat təşkilatlarına

orijinal, superelit və elit toxumlara çəkilən xərclərin ödə-

nilməsinə görə verilən subsidiyalardır. 2007-2012-ci illər-

də bu məqsədlə istehsalçılara 1-ci və 2-ci reproduksiyalı

toxumlar və tinglər satılmasına görə 28,4 milyon manat,

elit, superelit və orijinal toxumlar üçün 5 milyon manat

subsidiya verilmişdir. Toxumçuluğun və tingçiliyin subsi-

diyalaşdırılması sahənin intensiv inkişafına marağı artır-

mışdır.

7) Kənd təsərrüfatının intensivləşdirilməsinin əsas is-

tiqamətlərindən biri heyvandarlıqda damazlıq və cins işi-

nin yaxşılaşdırılması hesab edilir. Heyvandarlığın intensiv

əsaslarla inkişaf etdirilməsi, kənardan yerli şəraitə uyğun

cins heyvanlar gətirilməsi, naxırın tərkibində məhsuldar

heyvanların xüsusi çəkisinin artırılması, heyvanların yaşıl,

qaba və şirəli yemə olan tələbatının ödənilməsi ət və süd

istehsalının artırılmasının əsas ehtiyat mənbəyidir. Hey-

Page 476: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

475

vandarlıqda intensivləşdirmənin bir sıra amillərdən asılı

olduğunu nəzərə alaraq ətçilik və südçülük istiqamətli

heyvandarlığın inkişafı üçün kompleks tədbirlər həyata

keçirilməlidir. Heyvanların irsi xüsusiyyətləri, qaramalın

cins tərkibi, yaşı, sağlamlığı, yemçiliyin səmərəli təşkili

və yemlərin tərkibi, heyvanların saxlanma şəraiti, maya-

lanması, heyvanlara baxanların əməyinin qiymətləndiril-

məsi, mütərəqqi texnologiyaların tətbiqi, komplekslərdə

işlərin mexanikləşdirilməsi, sahəyə vəsait qoyuluşunun ar-

tırılması sahənin intensivləşdirilməsinin əsas istiqamətlə-

rindən, heyvandarlıq məhsulları istehsalını artırmağın əsas

ehtiyat mənbələrindəndir.Heyvandarlıqda cinslərin və da-

mazlıq işlərinin yaxşılaşdırılması üçün kompleks tədbirlər

həyat keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezi-

dentinin 2008-ci il 21 avqust tarixli sərəncamına uyğun

olaraq heyvanların məhsuldarlığının yüksəldilməsi, onla-

rın cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların

sayının artırılması məqsədi ilə 2008-2012-ci illərdə xaric-

dən damazlıq heyvanların idxal olunması və bu işlə məş-

ğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50%

güzəştli lizinq yolu ilə satılması nəzərdə tutulmuşdur. Bu

tədbirin həyata keçirilməsi üçün 2008-ci ildə 3,5 milyon

manat, 2009-cu ildə 3,0 milyon manat büdcə vəsaiti sərf

olunmuşdur. Xaricdən damazlıq heyvanların alınması üçün

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərən-

camları ilə 2010-cu ildə 3 milyon, 2011-ci ildə 5 milyon

manat, 2012-ci ildə 10 milyon vəsait ayrılmışdır.

Respublikada sahibkarlıq təsərrüfatlarını cins mal-

qara ilə təmin etmək üçün 1999-cu ildə dövlət mülkiyyə-

Page 477: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

476

tində 20 damazlıq təsərrüfatları yaradılmışdır. Dövlət da-

mazlıq təsərrüfatları sahibkarlıq təsərrüfatlarına hər il 150-

200 baş mal, 1500-2000 baş qoyun satır, mövcud heyvan

növlərinin mühafizə olunması istiqamətində fəaliyyət gös-

tərirlər. Hazırda respublikada maldarlıq üzrə 52, camışlıq

üzrə 7, qoyunçuluq üzrə 28, arıçılıq üzrə 33, quşçuluq üzrə

2 olmaqla cəmi 122 özəl damazlıq təsərrüfatı fəaliyyət

göstərir. “Aqrolizinq” ASC tərəfindən son 3 ildə xarici öl-

kələrdən respublikamıza 4350 baş damazlıq düyə gətirilə-

rək sahibkarlara 50% güzəştlə lizinq yolu ilə satılmışdır.

Həmin damazlıq düyələr törəyib artaraq hazırda 7226 başa

çatmışdır. Bu, ölkədə sahənin intensivləşdirilməsinə, hər

inək və camışdan əldə edilən südün artırılmasına imkan

vermişdir.

8) Elmi nailiyyətlərin və qabaqcıl təcrübələrin isteh-

sala tətbiqi, aqrar sahədə istehsal və xidmətlərin təşkili, is-

tehsalın stimullaşdırılması mexanizminin təkmilləşdiril-

məsi intensivləşdirmənin əsas istiqamətlərindəndir.

Aqrar sahənin elmi təminatı aqrar sahənin prioritet

istiqamətlərindən biridir. Aqrar sferada istehsal və xidmət

proseslərinin yerinə yetirilməsi onların rəqabət qabiliyyə-

tinin yüksəldilməsini tələb edir. Aqrar elmi sahibkarların

tələbləri əsasında tədqiqatlar aparmaqla, onların təcrübədə

tətbiqinə üstünlük verilməli, elmin maddi-texniki bazası

və kadr potensialının gücləndirilməsi üçün maliyyələşdi-

rilməsi iqtisadi inkişafın müasir tələblərinə uyğunlaşmalı-

dır. Ölkədə və xaricdə aqrar sahənin inkişafına imkan ve-

rən qabaqcıl təcrübələr öyrənilməli, təcrübədə istifadəsi

həyata keçirilməlidir.

Page 478: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

477

Aqrar sahədə istehsal və xidmətin təşkilinin mütə-

rəqqi formalarından istifadə edilməsi intensivləşdirmənin

əsas amillərindən biridir. Ona görə də bitkiçilik və hey-

vandarlıqda rəqabətə davamlı ekoloji təmiz məhsul isteh-

salının təmin olunması üçün istehsalın intensiv təsərrüfat-

çılıq əsasında inkişafına, yeni texnologiyalı istehsalın,

emalın, məhsulun daşınması, saxlanması, qablaşdırılması,

satışı və müvafiq xidmətlərin təşkilinin təkmilləşdirilməsi-

nə üstünlük verilməlidir.

Hər bir istehsalın və xidmətin inkişafı stimullaşdırıl-

ma ilə əlaqədardır. Bu stimullaşdırma riskli və təbii-iqlim

şəraitindən asılı olan kənd təsərrüfatında daha aktualdır.

Stimullaşdırma tədbirləri iqtisadi mexanizmin bütün ün-

sürlərini əhatə etməli, daha da təkmiləşdirilməlidir.

Beləliklə, aqrar sahədə intensivləşdirmə mövcud eh-

tiyatlardan daha səmərəli istifadənin və sosial-iqtisadi in-

kişafın hərəkətverici qüvvəsi hesab edilir.

10.4.Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və

yerləşdirilməsi.

Münbit torpaqların hamısında eyni bitki növlərini

becərmək və inkişaf etdirmək mümkün deyil. Torpağın

keyfiyyəti və təbii-iqlim xüsusiyyətlərinə görə bir yer

pambıq, taxıl, tərəvəz, başqa bir yer, meyvə, üzüm, pam-

bıq, taxıl, digər yer, tərəvəz, çay, tütün və s. üçün əlverişli-

dir.Torpaq-iqlim şəraiti kənd təsərrüfatında həlledici rol

oynayır. Bu hansı bitki növünün becərilməsi üçün torpaq-

iqlim şəraitinin əlverişli olub-olmadığını müəyyən etməyə

imkan verir. Kənd təsərrüfatının spesifikliyi torpaq-iqlim

Page 479: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

478

şəraiti ilə əlaqədar bitki növlərinin (və heyvanların) düz-

gün seçilməsini, sahələrin əlaqələndirilməsini, istehsalın

ixtisaslaşdırılmasını qarşıya qoyur.

Kənd təsərrüfatında mövcud təbii-iqlim, əmək və

maddi ehtiyatlardan səmərəli istifadə edilməsinin əsas isti-

qamətlərindən biri həmin ərazilərdəki ehtiyatlara uyğun

gələn bitki və heyvan növlərinin seçilməsi, yerləşdirilmə-

sidir. Bununla yanaşı, kənd təsərrüfatı istehsalı elə yerləş-

dirilməlidir ki, bitkiçilik və heyvandarlıq məhsullarının

emalı ilə məşğul olan müvafiq emal sahələri əlaqəli inki-

şaf etdirilə bilsin. Yəni müvafiq emal müəssisələri xam-

mal bazası olan rayonların ərazilərində yerləşdirildikdə,

emal və kənd təsərrüfatı sahələrinin əlaqəli inkişafına,

məhsulun daşınması xərclərinin azaldılmasına, mövcud

əmək potensialından istifadə edilməsinə və müvafiq xid-

mət infrastrukturların yaradılmasına imkan yaranır.

Kənd təsərrüfatı istehsalının ərazi üzrə yerləşməsi ix-

tisaslaşmanın üstün inkişafının əsas şərtlərindəndir. İxti-

saslaşma, məhsulun istehsalı texnologiyasına və ya pro-

seslərinə görə analoq təşkil edən, istehsalı eyni sahədə tək-

rarlanan, istehsalın bir ərazidə təmərküzləşdirilməsi, cəm-

lənməsi başa düşülür.

Kənd təsərrüfatının ixtisaslaşması–istehsal və xidmət

sahələrində əməyin səmərəli təşkili forması olub kənd tə-

sərrüfatı sahələrinin bitki və heyvanlarının bioloji xüsu-

siyyətlərini, torpaqdan, maddi vasitələrdən və s. istifadə

xüsusiyyətlərini, təbii, iqtisadi, demoqrafik, elmi-texniki

amillər, ümumi və əmtəəlik məhsullar nəzərə almaqla sər-

bəst, oxşar sahələrin bir yerə toplanması-təmərküzləşməsi

Page 480: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

479

deməkdir. İxtisaslaşdırma hər bir sahibkarlıq təsərrüfatın-

da, rayonda, respublikada istehsal sahəsinin məhsul və

xidmətlərin daha çox istehsal (xidmət) edilməsini göstər-

məklə istehsalın (xidmətin) sahə strukturunu və istiqamə-

tini xarakterizə edir.

2015-ci ilin 28 yanvarında “Azərbaycan Respublika-

sı regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişa-

fı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına

həsr olunmuş konfransda ölkə prezidenti İlham Əliyev

göstərmişdir ki, “İcazə verə bilmərik ki,... torpaqlardan sə-

mərəli şəkildə istifadə edilməsin. Əksinə mən keçən il de-

mişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixti-

saslaşma aparılmalıdır... kənd təsərrüfatı məhsullarının is-

tehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem ol-

malıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etmə-

lidir. Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin et-

məliyik və ixrac etməliyik”.

Kənd təsərrüfatının yerləşdirilməsi və ixtisaslaşdırıl-

ması istehsalın intensivləşdirilməsi amillərinin kompleks

surətdə nəzərə alınmasını tələb edir. Yəni istehsalın yer-

ləşdirilməsi və ixtisaslaşdırılması intensivləşdirmənin əsas

istiqamətlərindən biri hesab edilə bilər. İstehsalın yerləş-

dirilməsi və ixtisaslaşdırılması da torpaq, əmək, maddi və

maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini, yük-

sək məhsuldar toxum, heyvan cinsinin tətbiqini, istehsal

proseslərinin kompleks mexanikləşdirilməsi və avtomat-

laşdırılmasını, torpaqların meliorasiyası və irriqasiyasını,

suvarmanın təşkilini, kimyalaşdırmanı, qabaqcıl texnolo-

giyanı, yemləməni, istehsalın səmərəli təşkili və idarə

Page 481: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

480

edilməsini, ixtisaslaşmış əməyin təşkili və s. amillərdən

səmərəli kompleks istifadəni nəzərdə tutur. İntensivləşdir-

mədə olduğu kimi istehsalın yerləşdirilməsi və ixtisaslaş-

manın məqsədi də mövcud istehsal vasitələri və canlı əmə-

yin sərfi, torpaq sahəsi vahidinə və heyvanların sayına

məhsul artımının təmin edilməsidir. Hər iki istehsal ami-

lində səmərəlilik xərclər və əldə edilmiş məhsul və gəlirlə-

rin həcminin nisbəti ilə, əmək məhsuldarlığı ilə müəyyən

olunur.

Torpaqdan, əmək və maddi ehtiyatlardan səmərəli is-

tifadə edilməsi üçün ixtisaslaşmış sahələr arasında düzgün

nisbət yaradılması, əsas və əlavə sahələrin əlaqələndirilmə-

si olduqca vacibdir. Əsas sahə istehsal istiqamətini müəy-

yənləşdirir, onun xüsusi çəkisi ümumi və əmtəəlik məh-

sulda başlıca yer tutur. Əlavə sahə əsas sahənin inki-şafına

xidmət edir, mövcud ehtiyatlardan daha səmərəli istifadə

məqsədini daşıyır. Sahələrin əlaqələndirilməsində məqsəd

ehtiyatlardan, işçi qüvvəsindən il boyu tam istifadə

etməkdir. Sahələr elə seçilməlidir ki, onlardan hər hansı

birində işçi qüvvəsinə, texnikaya və s.tələbat azaldıqda di-

gərində işçi qüvvəsinə, texnikaya və s. ehtiyac yaransın.

İxtisaslaşmanın dərinləşdirilməsi iri həcmli təşkilati-hüqu-

qi formalı təsərrüfatların (kooperativlərin, birliklərin, kiçik

müəssisələrin və s.) yaradılmasına, bu isə yüksək iqtisadi

səmərə əldə edilməsinə imkan verir. Çünki, pay torpağı al-

mış 871 min ailənin kiçik həcmli – orta hesabla 1,6 hektar

əkin sahəsində növbəli əkin aparmaq, istehsalı mexanik-

ləşdirmək, elmin nailiyyətlərini tətbiq etmək mümkün

olmur. Bu təsərrüfatlarda əmək məhsuldarlığı aşağı, məhsu-

lun maya dəyəri yüksək olur. Təsərrüfatlarda ixtisaslaşmanın

Page 482: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

481

dərinləşdirilməsi isə istehsalın təmərküzləşdirilməsinə,

kooperasiyanın inkişafına imkan yaradır.

Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması inten-

sivləşdirmənin mühüm amilidir. İntensivləşdirmədən fərq-

li olaraq kənd təsərrüfatının yerləşdirilməsi və ixtisaslaşdı-

rılmasına aşağıdakı amillər təsir göstərir.

1) Emal sənayesinin yerləşdirilməsi və inkişafı. Kənd

təsərrüfatı məhsulları təyinatına görə 3 yerə bölünür:

1)Kənd təsərrüfatında bir çox məhsullar emal olunmadan

birbaşa əhalinin istehlakına yönəlir. Tərəvəz, kartof, mey-

və, üzüm, ət, süd, yumurta və s. 2) Kənd təsərrüfatı məh-

sulları xammal kimi istifadə olunur, yeyinti, yüngül səna-

yesi sahələrində emal olunur. 3) Kənd təsərrüfatında isteh-

sal olunan məhsullar sahənin özündə toxum, yem və s.kimi

istifadə olunur. Kənd təsərrüfatı məhsullarının uzaq məsa-

fələrdən gətirilməsi baha başa gəlir, bəzi məhsullar tez xa-

rab olur, keyfiyyətini itirir. Ona görə də kənd təsərrüfatı

məhsullarının istehsalı istehlakçılara yaxın yerlərdə yer-

ləşdirilir. Kənd təsərrüfatı istehsalının yerləşdirilməsi emal

sənayesinin inkişafına və emal sənayesi isə kənd təsərrüfa-

tının inkişafına qarşılıqlı təsir göstərir. Yəni emal sənayesi

daha çox xammal olan yerlərdə tikilmiş, yaxud iqtisadi ra-

yonun potensialları nəzərə alınaraq tikilən emal müəssisə-

ləri müvafiq sahələrin inkişafına əhəmiyyətli təsir göstər-

mişdir. Göründüyü kimi, istehsalın yerləşdirilməsi və ixti-

saslaşdırılması kənd təsərrüfatının intensiv inkişaf istiqa-

mətlərinə tabe edilir.

2) Kənd təsərrüfatının inkişafında, istehsal sahələri-

nin yerləşdirilməsi və ixtisaslaşdırılmasında torpaq-iqlim

şəraiti böyük təsirə malikdir. İqtisadi rayonlarda, hətta in-

Page 483: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

482

zibati rayonlar daxilində və təsərrüfatlarda təbii şərait kəs-

kin fərqlənir. Təbii amillər-torpaq, iqlim, su, relyef, yerli

gübrələr və s. yanaşı istehsalın ixtisaslaşdırılmasına iqtisa-

di amillər, maliyyə, kredit, vergi, kapital qoyuluşu, qiy-

mətlər, stimullaşdırma, istehsalın təşkili və idarə edilməsi

böyük təsir göstərir.

Təbii-iqtisadi şəraiti, məhsuldar qüvvələrin ərazi üz-

rə təşkili, ərazi proqnozlaşdırılması, ixtisaslaşdırma, idarə-

etmə və digər amillər nəzərə alınmaqla elmi cəhətdən

əsaslandırılmış rayonlaşdırma aparılır. Azərbaycanda iqti-

sadi rayonlaşdırma ilk dəfə 1956-cı ildə aparılmış 10 iq-

tisadi rayon müəyyən edilmişdi. Sonradan bu iqtisadi ra-

yonlaşdırma 8, 1980-ci ildən 13 rayon müəyyən edildi.

1990-cu ildə təbii-iqlim şəraiti, coğrafi mövqeyi, ehtiyatla-

rı, ixtisaslaşması, regionun sahə və ərazi quruluşu, tarixi

inkişaf xüsusiyyətləri özünün üstün inkişaf istiqamətləri

ilə fərqlənən 10 iqtisadi rayon şəbəkəsi müəyyən edilmişdir:

1. Abşeron iqtisadi rayonu,

2. Gəncə-Qazax iqtisadi rayonu;

3. Aran iqtisadi rayonu;

4. Quba-Xaçmaz iqtisadi rayonu;

5. Şəki-Zaqatala iqtisadi rayonu;

6. Dağlıq Şirvan iqtisadi rayonu;

7. Lənkəran iqtisadi rayonu;

8. Kəlbəcər-Laçın iqtisadi rayonu;

9. Yuxarı Qarabağ iqtisadi rayonu;

10. Naxçıvan iqtisadi rayonu.

Hər bir iqtisadi rayon müəyyən istehsal istiqaməti üz-

rə ixtisaslaşmışdır. Həmin iqtisadi rayonlarda mövcud əkin

yerinin xüsusi çəkisi bir-birindən əsaslı şəkildə fərqlənir.

Page 484: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

483

Cədvəl 10.5.

Cəmi əkin sahəsində iqtisadi rayonların

xüsusi çəkisi (%).

Respublikada mövcud əkinlərdə daha çox xüsusi çə-

kiyə Aran (41,35%), Şəki-Zaqatala (12,25%), Gəncə-Qa-

zax (11,19%) iqtisadi rayonları malikdir. İstehsalın yerləş-

dirilməsi və ixtisaslaşdırılması təbii-iqtisadi şəraitə və

əmək vərdişlərinə uyğun gələn məhsul növünün (heyvanın)

hansı həcmdə və miqdarda təsərrüfat, rayon və iqtisadi ra-

yonda istehsalının daha çox və az xərclə başa gələn məh-

sul istehsal etmək, (heyvan saxlamaq) mümkünlüyünü

göstərir. İxtisaslaşma səviyyəsi nə qədər yüksəkdirsə, hər

hektar torpaq sahəsindən (və ya heyvandarlıqdan) daha

çox məhsul götürülürsə bu, istehsalın intensivlik səviyyə-

2000 2005 2010 2012

Respublika üzrə

Cəmi: 100 100 100 100

O cümlədən:

iqtisadi rayonlar

üzrə

1.Abşeron 0,35 0,38 0,25 0,28

2.Gəncə-Qazax 11,17 12,39 12,20 11,91

3.Şəki-Zaqatala 12,19 11,71 12,68 12,25

4.Lənkəran 9,85 7,71 7,34 7,35

5.Quba-Xaçmaz 5,55 7,9 6,79 7,72

6.Aran 45,16 44,59 41,19 41,35

7.Yuxarı Qarabağ 3,82 4,57 8,44 7,88

8.Kəlbəcər-Laçın 0,22 0,25 0,29 0,26

9.Dağlıq Şirvan 8,13 6,83 7,08 7,48

10.Naxçıvan 3,56 3,67 3,74 3,65

Page 485: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

484

sinin yüksək olmasını göstərir.

Beləliklə, kənd təsərrüfatı sahələrinin ixtisaslaşması

iqtisadi rayonların təbii müxtəlifliyi ilə əlaqədar elmi cə-

hətdən elə həll edilməlidir ki, hər bir rayon və rayonun da-

xilində təsərrüfatda (ərazidə) istehsalın istiqaməti yerli şə-

raitə uyğun olsun, məhsul istehsalını artırmaq və ərzaq

təhlükəsizliyini təmin etmək üçün ehtiyatlardan istifadə və

tələbat düzgün əlaqələndirilsin. Göstərilənlərlə yanaşı, ix-

tisaslaşdırılan sahələrdə istehsala və xidmətlərə kapital qo-

yuluşunun həcmi, məhsulun istehlak yerlərinə çatdırılma-

sı, torpaqların yaxşılaşdırılması, meliorasiya, irriqasiya

tədbirləri, suvarma sistemi, istehsal proseslərinin mexanik-

ləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırma və s. əla-

qədar xərclər nəzərdə tutulmalıdır.

Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması sə-

viyyəsi və səmərəlilik göstəriciləri müəyyən edilir. İxtisas-

laşma səviyyəsi əmtəəlik və ümumi məhsul göstəricilərin-

dən istifadə edilməklə hesablanır. İxtisaslaşmanın əmtə-

əlik səviyyəsi sahənin strukturunda əmtəəlik məhsulun hə-

min sahənin ümumi məhsulunda xüsusi çəkisi ilə müəy-

yən edilir. İxtisaslaşmanın səmərəlilik göstəriciləri 100 ha

kənd təsərrüfatına yararlı torpaq sahəsinə, əsas və dövriy-

yə fondlara, hər işçiyə düşən ümumi və əmtəəlik məhsu-

lun dəyəri, məhsulun maya dəyəri, əmək məhsuldarlığı,

rentabellik səviyyəsi və s. görə müəyyən edilir. İxtisaslaş-

dırma göstəriciləri natura və dəyər ifadəsində hesablanır.

Hazırda respublikamızda kənd təsərrüfatının ixtisas-

laşması aşağıdakı cədvəldə göstərilən istiqamətlər üzrə

formalaşmışdır. (cədvəl 10.6.).

Page 486: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

485

Cədvəl 10.6.

İqtisadi rayonlar üzrə kənd təsərrüfatının əsas sahələ-

rinin ixtisaslaşması istiqamətləri (2012-ci il,%)

*sənaye üsulu ilə quş əti nəzərə alınmadan

Göründüyü kimi, dənli və dənli paxlalılar istehsalı

üzrə Aran (32,08%), Şəki-Zaqatala (15,55%), Dağlıq Şir-

van (11,08%), texniki bitkilər üzrə Aran (62,4%), kartof

üzrə Gəncə-Qazax (46,91%), Aran (11,54%), tərəvəz üzrə

Aran (33,2%), Gəncə-Qazax (15,7%), bostan üzrə Aran

(66,33%), yem bitkiləri üzrə Aran (67,83%), Gəncə-Qazax

(12,42%) iqtisadi rayonu daha çox xüsusi çəkiyə malik

Dənli və

dənli paxlalı

Tex-niki

bitki-lər

Kar-tof

Tərə-vəz

Bos-tan

Yem bitki-ləri

Ət istehsa-lı *(kq)

Süd isteh-salı

Respub-

lika üzrə 100 100 100 100 100 100 100 100

O cümlə-

dən:

Abşeron 0,23 – – 1,4 0,66 0,21 2,73 3,34

Gəncə-

Qazax 9,23 19,17 46,91 15,7 3,33 12,42 10,04 15,75

Şəki-

Zaqatala 15,55 5,15 7,27 9,83 6,0 6,23 6,79 9,86

Lənkəran 8,58 1,65 17,7 14,17 5,03 0,76 7,59 11,87

Quba-

Xaçmaz 10,25 0,44 7,12 9,83 0,33 2,34 13,23 7,35

Aran 32,08 62,4 11,54 33,2 66,33 67,83 30,92 35,82

Yuxarı

Qarabağ 9,1 8,04 1,96 5,23 3,33 6,54 2,06 3,78

Kəlbəcər –

Laçın 0,22 – – - – 0,52 1,43 1,76

Dağlıq

Şirvan 11,08 2,47 3,07 2,85 4,33 0,58 3,88 5,74

Naxçıvan 3,67 0,42 4,24 7,79 9,66 2,57 3,64 4,56

Page 487: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

486

olmuşdur. Heyvandarlıq məhsulları istehsalı üzrə Aran,

Gəncə-Qazax iqtisadi rayonlarının xüsusi çəkisi yüksək-

dir.

İxtisaslaşmanın səmərəliliyi kənd təsərrüfatı istehsa-

lının spesifik xüsusiyyətlərinin nəzərə alınmasını tələb

edir. Ona görə də torpaqların xüsusiyyətləri və iqlim şərai-

ti ilə əlaqədar bir ərazidə və ya rayonda müxtəlif bitkilər

yetişdirilir. Məhdud ixtisaslaşdırma səmərəli hesab edil-

mir. İstehsalın ixtisaslaşdırılmasında əsas və əlavə sahə-

lərin əlaqələndirilməsi və səmərəli təşkili iqtisadi inkişafın

əsas vəzifələrdən biri kimi intensiv inkişaf amilinə çevrilir.

Page 488: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

487

FƏSİL XI. AQRAR SAHƏDƏ YARIMSAHƏLƏRİN İQTİSADİYYATI VƏ İDARƏ EDİLMƏSİ

11.1. Aqrar sahə anlayışı. Sahələrin sosial-iqtisadi əlaqələri.

Respublikanın xalq təsərrüfatı bir sıra böyük sahələr-dən ibarətdir. Sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, meşə təsərrüf

atı, səhiyyə, rabitə və s. Bu sahələr bir-biri ilə sıx əlaqədə olmaqla respublikanın vahid təsərrüfat sistemini təşkil edir. Kənd təsərrüfatında istehsal olunan məhsulların 35-40%-i sənayedə istehlak edilir. Sənayenin istehsal etdiyi gübrələr, traktorlar, yanacaq, elektrik ene-rjisi və s. kənd təsərrüfatında istifadə olunur. Kənd təsər-rüfatında istehsal olunan məhsullar nəqliyyat, ticarət, təc-hizat və s. vasitəsi ilə xammal kimi xalq təsərrüfatı sahə-lərinə və ərzaq kimi orada işləyənlərə çatdırılır. Kənd təsə-rrüfatı sahələrində maddi nemətlər yaradılır və əhalinin ərzaq tələbatının ödənilməsində böyük rol oynayır. Kənd təsərrüfatı sahələrində istehsal-iqtisadi münasibətlər for-malaşır və bu münasibətlər sahələrin qarşılıqlı inkişafını şərtləndirir.

Aqrar sahənin mövcud ehtiyatlarından səmərəli isti-fadə edilməsi istehsalın idarə olunmasından, intensivləş-dirmənin istiqamətlərinin düzgün tətbiqindən, sahələr ara-sında əlaqələrin səmərəli təşkilindən asılıdır. Məlumdur ki, kənd təsərrüfatı, müxtəlif maddi nemətlər-məhsullar is-tehsal edən və bir-biri ilə əlaqədə olan iki böyük sahədən-bitkiçilik və heyvandarlıq sahələrindən ibarətdir. Bu sahə-lər isə öz növbəsində bir-birindən fərqli sahələri əhatə edir. Kənd təsərrüfatının sahəsi dedikdə, istehsal edilən məhsulun tərkibi, texnoloji cəhətdən eyni əməliyyatlar ye-rinə yetirilən əmək alətləri, tətbiq edilən istehsal prosesi-

Page 489: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

488

nin fərdi və təbii xüsusiyyətləri ilə fərqlənən kənd təsərrü-fatının müəyyən hissəsi nəzərdə tutulur. Kənd təsərrüfatı-nın istehsal sahələri dedikdə, maddi nemətlər istehsal edən, cəmiyyətin müxtəlif istehlak tələbini ödəyən bitkiçilik və heyvandarlığı özündə birləşdirən sahələrin məcmusu başa düşülür.

Kənd təsərrüfatının əsas sahələrindən biri olan bitki-çiliyin tərkibində müstəqil təsərrüfat sahəsi olan dənli və dənli paxlalılar, pambıq, tütün, kartof, tərəvəz, ərzaq bos-tan bitkiləri, şəkər çuğunduru, dən üçün günəbaxan, yem bitkiləri, bağçılıq, üzümçülük, çayçılıq və digər sahələr mövcuddur. Həmin sahələr istehsal və istifadə edilmə xa-rakterinə görə aşağıdakı 5 qrupa ayrılır: 1) dənli və dənli paxlalılar, 2) texniki bitkilər, 3) kartof, tərəvəz, bostan bit-kiləri, 4) yem bitkiləri, 5) meyvə, üzüm, çay əkmələri.

- Dənli və dənli paxlalı bitkilərə buğda, arpa (payız-lıq və yazlıq), çovdar, vələmir, dənlik qarğıdalı, darı, çəl-tik, paxlalılar (lobya, mərci, pərinc, noxud və s.) daxildir.

- Texniki bitkilərə pambıq, tütün, şəkər çuğunduru, günəbaxan daxildir.

- Kartof, tərəvəz və bostan bitkilərinə kartof, tərəvəz (kələm, xiyar, pomidor, xörək çuğunduru, yerkökü, soğan, sarımsaq və s.), ərzaq bostan bitkiləri (qarpız,yemiş və s.) daxildir.

- Yem bitkilərinə birillik və çoxillik otlar, silosluq və yemlik qarğıdalı, yemlik paxlalılar, şəkər çuğunduru və s. daxildir.

Təsərrüfat əhəmiyyətinə görə bitkiçilikdə bitkilər bi-rillik və çoxillik əkmələrə ayrılır. Birillik əkmələrə birillik otlar, çoxillik əkmələrə isə yonca, xaşa daxil edilir. Çoxil-lik əkmələrə əsasən meyvə, giləmeyvə, subtropik bitkilər, çay bitkiləri, üzüm, yağlı və efirli ağaclar daxildir. Bu bit-kilərin birillikdən fərqi ondadır ki, onlar əkildikdən bir ne-

Page 490: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

489

çə il sonra bar verir. Yəni həmin bitkilər bir neçə il məhsul verməklə ondan müəyyən müddət gəlir əldə etmək müm-kün olur. Birillik və çoxillik bitkilərin təsərrüfat əhəmiy-yətinə görə fərqləndiyi kimi, ümumi cəhətləri vardır. Biril-lik və çoxillik bitkilərdə torpaq müəyyən aqrotexniki qay-da ilə hazırlanır, sahə becərilir, məhsul yığılır. Bu proses-lərdə əsas məqsəd az əmək və vəsait sərf etməklə daha çox məhsul əldə etməkdir. Ona görə də bütün proseslər düz-gün təşkil edilməli, işlərin təşkili bir-biri ilə əlaqələndiril-məlidir.

Kənd təsərrüfatının əsas sahələrindən biri heyvan-darlıqdır. Bitkiçilik sahələri inkişaf edən ərazilərdə hey-vandarlıq sahələri də genişləndirilir. Bitkiçiliyin bir çox məhsulları, qalıqlar (taxıl, qarğıdalı, yem əkinləri və s.) heyvanlar üçün yem məqsədi ilə istifadə olunur yaxud, heyvandarlığın peyini bitkiçilik üçün gübrə kimi istifadə olunur. Heyvandarlığın sahələrinin inkişafı bitkiçiliyin müvafiq sahələrinin taxılçılığın, qarğıdalı və yem əkini sa-hələrinin və s. artırılmasına təsir göstərir. Bu həm də bitki-çilikdə əkin sahəsinin quruluşunun təbii-iqtisadi şəraitə və iqtisadi inkişafın müasir tələblərinə uyğunlaşdırılmasını tələb edir. Bitkiçilklə heyvandarlığın qarşılıqlı əlaqəsi həm də onunla əlaqədardır ki, bitkiçilikdə heyvandarlığın yana-şı inkişafına zəmin yaranır. Belə ki, istehsal mövsümi xa-rakter daşıdığı üçün əmək ehtiyatlarından il boyu istifadə etmək üçün bitkiçiliklə yanaşı heyvandarlıqla da məşğul olunmalıdır. Bitkiçilik və heyvandarlığın düzgün təşkili və əlaqələndirilməsi kənd təsərrüfatı istehsalının səmərəliliyi-ni təmin edir.

Heyvandarlıq sahələrinə aşağıdakılar daxildir: iribuy-nuzlu heyvan (qaramal), qoyun və keçi, donuz, dəvə və qatır, quşlar, arı, vəhşi heyvanlar, atlar, ipək qurdu, balıq. Bu qrup heyvanlar məhsul verən və məhsul verməyən hey-

Page 491: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

490

vanlara ayrılır. Aqrar sferada sahibkarlar ərazinin şəraitinə, istehsal istiqamətinə, məhsul almaq və s. məqsədilə müx-təlif heyvanlar saxlayırlar. Heyvandarlığın təşkili yem ba-zası ilə sıx əlaqədardır. Heyvandarlığın inkişafının ət və süd istehsalında, ərzaq məhsulları ilə təminatda, yüngül və yeyinti sənayesinin inkişafında, bioloji preparatlar alınma-sında, nəqliyyat vasitəsi və dartıcı qüvvə kimi istifadə edilməsində böyük əhəmiyyəti vardır.

Kənd təsərrüfatı sahələrinin sosial-iqtisadi əsası onun daxilində bir-biri ilə qarşılıqlı əlaqədə olan sahələrdə tor-paq, əmlak və əmək ehtiyatlarının olması, hər bir sahənin inkişafı üçün əlverişli, optimal struktur yaradılması, məh-sul və xidmətlərə müvafiq istehlak bazarının səmərəli təş-kili və sahələr arasında qarşılıqlı münasibətlərlə şərtlənir. Aqrar sferanın əsas özəyi olan kənd təsərrüfatı sahələrinin inkişafı-iqtisadi artımın və kənd əhalisinin maddi rifahının yaxşılaşdırılması ilə nəticələnir. Çünki kənd təsərrüfatı məhsulları istehsalçıları ilə sahənin öz daxilində və digər sahələr arasında əlaqələrin formalaşması, bütün istehsal və istehlakçılara çatdırılması proseslərində məhsul itkisinin, məhsulun saxlanması, daşınması və s. əlaqədar xərclərin azalmasına əhəmiyyətli təsir göstərir. Nəzərə almaq lazım-dır ki, qarşılıqlı əlaqədə olan sahələrin formalaşması və in-kişafı, sahələrin və ölkənin iqtisadi inkişaf səviyyəsindən asılıdır. Burada istehsalçı ilə istehlakçıların maraqlarının təmin edilməsi ölkənin sosial-iqtisadi siyasəti baxımından reallaşdırılmalıdır.

Kənd təsərrüfatının əsas sahələri olan bitkiçilik və heyvandarlığın tərkibinə daxil olan istehsal istiqamətləri, əməyin və texnoloji proseslərin tətbiqi xarakterinə və fərq-ləndirici xüsusiyyətlərinə görə sahələri 11.1. sxemdəki ki-mi göstərmək olar.

Page 492: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

491

Sxem 11.1. Kənd təsərrüfatının əsas sahələri.

Kənd təsərrüfatının sahələri

Heyvandarlıq Bitkiçilik

Texniki

bitkilər

Dənli

bitkilər

Kartof,

bostan,

tərəvəz

Meyvə və

giləmeyvə Üzüm

Arı ailələri Donuzçuluq

İri buynuzlu

heyvandarlıq Xırda buynuzlu

heyvandarlıq

Çay Yem

bitkiləri

Birbaşa istifadə

edilir

Emal üçün

istifadə edilir

Birbaşa istifadə

edilir Emal üçün

istifadə edilir

Daxili istehlak

İxrac

Quşçuluq

Page 493: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

492

Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının bütün

sahələrinin inkişafı əhalinin ərzaq məhsullarına, bir çox

sahələrin kənd təsərrüfatı mənşəli xammala olan tələbatı-

nın ödənilməsinə yönəldilmişdir. Bitkiçilik və heyvandar-

lıq məhsulları birbaşa əhalinin istehlakına, həm də yeyinti,

yüngül sənayenin, əczaçılıq, ətriyyat sahələrinin tələbatı-

nın ödənilməsinə xidmət edir. Ona görə də kənd təsərrü-

fatı istehsalının artrılması sahə quruluşunun təkmilləşdiril-

məsini, mövcud ehtiyatlardan düzgün, səmərəli istifadə

edilməsini tələb edir. Bununla əlaqədar konkret təbii-iqti-

sadi şəraitə uyğun kənd təsərrüfatı sahələrinin istiqamətlə-

ri, orada müvafiq növ məhsullar istehsal edilməsinin əlve-

rişli olması, əsas, əlavə və yardımçı sahələrin əlaqələndi-

rilməsi ön plana çəkilməlidir. Bu əlaqələndirmə torpaq-

dan, texnikadan, əmək və maliyyə ehtiyatlarından düzgün

istifadə edilməsinə imkan verir. Əsas sahə o sahə hesab

edilir ki, sahənin məhsulu ümumi və əmtəəlik məhsulda

əsas xüsusi çəkiyə malikdir. Əsas sahə həm də istehsalın

ixtisaslaşdırma səviyyəsini müəyyən edir. Hər bir rayonda

(və ya ərazidə) iki və ya üç əsas sahə ola bilər. Əlavə sahə

əsas sahəyə nisbətən az əhəmiyyətə malik olur. Yardımçı

sahə kənd təsərrüfatı məhsulları emalı sexi (yağ, pendir

sexi, tərəvəz, meyvə emalı), təmir, tikinti, xidmət və s. sa-

hələr ola bilər. Yardımçı sahələr təsərrüfatın əsas və əlavə

sahələrinin tələbatının ödənilməsinə, mövcud ehtiyatlar-

dan daha səmərəli istifadə edilməsinə kömək edir. Bu

sahələrin düzgün əlaqələndirilməsi istehsalın mövcud ehti-

yatlarından (torpaq, texniki, əmək və s.) düzgün istifadəyə

imkan verir, sahənin (həm də sahibkarlıq təsərrüfatının)

gəlirlərinin artırılmasında, məsrəflərin azaldılmasında iqti-

sadi mahiyyətə malikdir.

Page 494: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

493

11.2. Aqrar sahədə yarımsahələr arasında mövcud

olan əlaqələr.

Kənd təsərrüfatı sahələrinin əlaqələndirilməsi, sahə-

lərin konkret təbii-iqtisadi şəraitə uyğun, tarazlı inkişaf et-

dirilməsinə, kənd təsərrüfatının təşkili və idarə edilməsi-

nin təkmilləşdirilməsinin və səmərəliliyin yüksəldilməsi-

nin əsas amilinə çevrilir. Çünki kənd təsərrüfatı sahələri-

nin əlaqələndirilməsi kənd təsərrüfatı sahələrinin struktu-

runun təkmilləşdirilməsi, çoxcəhətli xarakter daşıyan is-

tehsal-iqtisadi əlaqələri olan qarşılıqlı fəaliyyətin təşkili və

idarə edilməsi ilə sıx bağlıdır. Burada kənd təsərrüfatı sa-

hələrinin texnoloji cəhətləri ilə yanaşı, onların daşınması,

saxlanması, emalı, satışı ilə məşğul olan sahələrin, bitkiçi-

lik və heyvandarlıq üçün texnika, avadanlıq, gübrələr, bit-

ki mühafizə vasitələri, meliorasiya və s. ilə məşğul olan

sahələrin qarşılıqlı əlaqələri də nəzərə alınmalıdır. Deməli

kənd təsərrüfatı sahələrinin: 1) öz aralarında, yəni bitkiçi-

lik və heyvandarlıq sahələri arasında olan qarşılıqlı əlaqə-

ləri, 2) kənd təsərrüfatı sahələrinin xalq təsərrüfatının di-

gər sahələri arasında olan əlaqələrinin əhəmiyyəti qiymət-

ləndirilməlidir. Kənd təsərrüfatının digər sahələrlə əlaqəsi-

ni nəzərdən keçirdikdə aydın olur ki, maddi istehsalın

müxtəlif sahələri ilə əlaqələr getdikcə artır və bu ayrı-ayrı

sahələrin müxtəlif funksiyalarının yerinə yetirilməsinə, sa-

hələr arası əlaqələrin təkmilləşdirilməsinə, səmərəli qarşılıqlı

fəaliyyətin formalaşmasına imkan verir.

Kənd təsərrüfatının sahələrinin fəaliyyəti müxtəlif

təşkilat, təsərrüfat, müəssisə, şirkət, cəmiyyət və s. qarşı-

lıqlı münasibətlərindən, istehsal-iqtisadi əlaqələrindən ası-

lıdır. Bu əlaqələrin formalaşmasının əsasını real tələbatlar

Page 495: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

494

təşkil edir. Həmin təşkilat, təsərrüfat, müəssisə, şirkət, cə-

miyyət və s. kənd təsərrüfatı sahələri ilə əlaqələrini forma-

laşdırarkən kənd təsərrüfatının spesifik xüsusiyyətlərini

nəzərə almalı, onun tələblərinə uyğun əlaqələr yaratmalı-

dırlar. Bu təsərrüfat – iqtisadi əlaqələr hər iki tərəfin (və ya

tərəflərin) tələblərinə, mənafelərinə cavab vermirsə, onun

intensiv inkişafı və genişləndirilməsi səmərəli olmayacaq.

Sənayedə istehsal edilən texnika, maşın və avadan-

lıqlar, mineral gübrələr, neft məhsulları, digər sənaye sa-

hələrinin yeyinti, yüngül sənayesinin məhsulları kənd tə-

sərrüfatında istehlak edilir. Xalq təsərrüfatının digər sahə-

ləri kimi sənaye sahələrinin inkişafı da öz növbəsində kənd

təsərrüfatının inkişafına təsir göstərir. Kənd təsərrüfatının

dinamik inkişafı da öz növbəsində xalq təsərrüfatı sahələ-

rinin inkişafına təsir göstərir. Yüngül və yeyinti sənayesi

sahələrinin əksəriyyətinin fəaliyyəti kənd təsərrüfatı xam-

malından asılıdır. Xalq təsərrüfatı sahələrində çalışanların

ərzaq təminatı və rifahının yaxşılaşdırılması kənd təsərrü-

fatının inkişafı ilə bağlıdır. Digər tərəfdən kənd təsərrüfa-

tının inkişafı həm də onunla ifadə olunur ki, maddi isteh-

salda çalışanların 40%-ə qədəri kənd təsərrüfatı istehsalın-

da çalışır. Ona görə də kənd təsərrüfatı sahələrinin inkişa-

fına ölkənin sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyi

prizmasından baxılmalıdır.

“Azərbaycan Respublikası regionlarının sosial-iqti-

sadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər”in icra-

sının 5 illiyinə həsr olunmuş konfransında ölkə Prezidenti

İlham Əliyev göstərmişdir ki, “Gələcəkdə kənd təsərrüfa-

tının inkişafına ....maksimum dərəcədə diqqət göstərməli-

yik. Bu həm təhlükəsizlik məsələsidir, həm iqtisadi məsə-

lədir, həm sosial məsələdir. Çünki, Azərbaycan əhalisinin

Page 496: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

495

yarısı kənd təsərrüfatı bölgələrində yaşayır”.

Kənd təsərrüfatının iki böyük sahəsi olan bitkiçilik

və heyvandarlıq bir-biri ilə sıx əlaqədardır. Onlar bir- biri-

ni tamamlayır. Bitkiçilik məhsullarının bir hissəsi təbii

halda əhalinin tələbatını ödəyir, bir hissəsi isə xammal ki-

mi emal sənayesində istifadə olunur. Bitkiçiliyin məhsul-

larının xeyli hissəsi heyvanların yemlənməsi üçün əlavə

məhsuldur. Buraya birillik və çoxillik ot əkinləri, taxıl

küləşi, samanı, qarğıdalı şaxı, tərəvəzçilik və bağçılıq tul-

lantıları, taxıl, kartof, şəkər çuğundurunun emalından alı-

nan tullantıları daxildir. Bitkiçiliyin inkişafı heyvandarlı-

ğın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Yaxud, hey-

vandarlığın inkişafı bitkiçiliyin inkişafına səbəb olur. Bit-

kiçiliyin inkişafı heyvandarlıq üçün yem istehsalının art-

ması ilə şərtlənir və bu heyvanların sayının və məhsuldar-

lığının artmasına kömək edir. Heyvandarlıq nə qədər inki-

şaf edərsə, o bitkiçilik üçün qiymətli gübrə verər və bitki-

çiliyə verilən gübrə hesabına məhsuldarlıq artar. Digər tə-

rəfdən kənddə yaşayanların müəyyən hissəsi heyvandar-

lıqla məşğul olur və gəlirlərinin xeyli hissəsi bu sahənin

inkişafı ilə bağlıdır. Beləliklə, bitkiçiliklə heyvandarlıq sa-

hələri arasında sıx əlaqə mövcuddur və bu əlaqə kənd tə-

sərrüfatının əsas spesifik xüsusiyyətlərindən biri olmaqla

sosial-iqtisadi mahiyyət daşıyır. Kənd təsərrüfatının mü-

hüm sahələri olan bitkiçilik və heyvandarlığın inkişafı öl-

kənin xalq təsərrüfatı sahələrinin və sahələr arasında qarşı-

lıqlı əlaqələrin inkişafına, mövcud ehtiyatlardan (torpaq,

su, maddi, texniki, əmək və maliyyə) səmərəli istifadə

edilməsinə, əhalinin keyfiyyətli və bol ərzaq məhsullarına,

sənayenin xammala tələbatının daha yaxşı ödənilməsinə

imkan verir.

Page 497: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

496

Bitkiçilikdə işlər əsasən yaz dövründə torpağın şum-lanması, səpin,əkinlərə aqrotexniki qulluq (gübrələnmə, yemləmə, ziyanvericilərə qarşı mübarizə və s.) və məhsul yığımı dövründə işçilərə tələbat artır. Ona görə də bitkiçi-likdə bütün proseslərdə əmək və istehsal vasitələrindən daha səmərəli istifadə etmək üçün sahələr arasında əlaqə-lərin təşkilinə diqqət verilməlidir. Heyvandarlıqda iş pro-sesi elədir ki, demək olar il boyu işçilərdən istifadə etmək mümkündür. Kənd təsərrüfatında təsərrüfat sahələrinin düz-gün əlaqələndirilməsi üçün istehsalın ixtisaslaşdırılmasına, istehsal proseslərinin mexanikləşdirmə səviyyəsinin yük-səldilməsinə, sahələrin optimallaşdırılmasına diqqət veril-məlidir. Bitkiçilik və heyvandarlıqda kooperasiyanın inki-şafı, sahələrin quruluşunun təkmilləşdirilməsi, elmin və qabaqcıl təcrübənin və yeni texnologiyaların tətbiqi, emal və xidmət infrastrukturlarının yaradılması, yüksək məhsul-dar toxum və cins heyvanların saxlanılmasının genişləndi-rilməsi hesabına məhsuldarlığın yüksəldilməsi əsas şərt-lərdən olmalıdır. Bitkiçilik və heyvandarlığın sahələri ara-sında səmərəli əlaqələrin iqtisadi mahiyyəti istehsalın düz-gün təşkili, idarə edilməsi və iqtisadi mexanizmlərin təsiri-nin səmərəliliyi ilə ifadə olunur. Odur ki, kənd təsərrüfa-tında sahələr arasında əlaqələrin səmərəliliyi istehsalın in-tensivləşdirilməsi əsasında kənd təsərrüfatı məhsulları is-tehsalının artırılması və məhsulun maya dəyərinin aşağı salınması ilə müəyyən olunmalıdır.

Aqrar sahədə keyfiyyətli məhsul istehsalının artırıl-ması, kənd təsərrüfatı sahələrinin proporsional və tarazlı inkişafının təmin edilməsi məqsədilə məhsulların daşın-ması, saxlanması və istehlakçılara çatdırılması istiqamətin-də əlaqələrin təkmilləşdirilməsi sosial-iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi həll edilməlidir.

Page 498: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

497

11.3. Kənd təsərrüfatının aparıcı sahələrinin

iqtisadiyyatı və idarə edilməsi.

a) Bitkiçilik sahələrinin iqtisadiyyatı və idarə edilməsi.

“Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi-

nin Proqramı” (02.03.2001) və “2008-2015-ci illərdə Azər-

baycan Respublikasında əhalinin ərzaq məhsulları ilə eti-

barlı təminatına dair Dövlət Proqramı”nda (25.08.2008)

kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq

qıtlığı hallarına yol verilməməsi sisteminin yaradılması,

ərzaq təminatı ilə əlaqədar hökümətin pul, büdcə, vergi,

investisiya, infrastruktur siyasətinin əsas istiqamətləri ba-

rədə tədbirlər müəyyənləşdirildi. Regionlarda ehtiyatlar-

dan istifadə edilməsi, əhalinin təhlükəsiz ərzaq məhsulları

təminatı vəzifələri, yerli istehsalın artırılmasının əsas isti-

qamətləri ilə əlaqədar qarşıda duran vəzifələr konkretləş-

dirilmiş, bitkiçilik və heyvandarlığın ərzaq təminatında

əvəzedilməz rolunu nəzərə alaraq iqtisadi rayonlar üzrə

kompleks tədbirlər nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı-

nın aparıcı sahələri olan bitkiçilik və heyvandarlığın iqti-

sadiyyatı və təşkili məsələlərini nəzərdən keçirək.

Statistik məlumata görə 2014-cü ildə respublikanın

mövcud ərazisinin 2,6%-i çoxillik əkmələr, 12,1%-i meşə-

lər, 21,8%-i əkin yeri, 30,1%-i biçənək və otlaqlar, 33,4%-i

digər torpaqlardan ibarət olmuşdur. Kənd təsərrüfatı bitki-

lərinin əkin sahəsinin 2,7%-i texniki bitkilər, 10,2%-i kar-

tof, tərəvəz və bostan bitkiləri, 24,9%-i yem bitkiləri,

62,1%-i dənli və dənli paxlalılardan ibarət olmuşdur. Res-

publikanın mövcud ərazilərində kənd təsərrüfatının bitki-

Page 499: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

498

çilik və heyvandarlıq sahələri inkişaf etdirilir.

Bitkiçiliyin inkişafının əsas istehsal göstəriciləri əkin

sahəsinin quruluşu, hektarın məhsuldarlığı, ümumi yığımı

əks etdirən göstəricilərdir.

Kənd təsərrüfatının iqtisadiyyatının əsas sahələrin-

dən olan bitkiçilik və heyvandarlıq məhsulları arasındakı

nisbət kənd təsərrüfatının sahə strukturunu xarakterizə

edir. Bitkiçiliyin daxilində alt sahələr arasındakı nisbət isə

bitkiçiliyin sahə xarakterini əhatə edir. Kənd təsərrüfatının

ümumi məhsulunda bitkiçiliyin xüsusi çəkisi 1995-ci ildə

57,2%, 2000-ci ildə 55,5%, 2010-cu ildə 51,7%, 2014-cü

ildə isə 46,9% təşkil etmişdir. Müqayisə edilən illərdə hey-

vandarlıq məhsullarının xüsusi çəkisi 1995-ci ildə 42,5%,

2000- ci ildə 44,5%, 2010-cu ildə 48,3%, 2014-cü ildə

53,1% olmuşdur. Bu aqrar islahatların həyata keçirilməsi

və struktur dəyişiklikləri ilə əlaqədar bazarın tələblərinə

uyğun təkmilləşdirmələrlə bağlıdır. Əgər 1995-ci ildə kənd

təsərrüfatı müəssisə və təşkilatlarında məhsulun 83,3%-ni

bitkiçilik, 16,7%-ni heyvandarlıq məhsulları təşkil edirdi-

sə, fərdi sahibkarlar, ailə və ev təsərrüfatında 45,3% bitki-

çilik, 54,7% heyvandarlıq məhsulları təşkil edirdi. 2014-cü

ildə müəssisə və təşkilatlarda məhsulun 27,6%-i bitkiçi-

liyin, 72,4%-i heyvandarlığın, fərdi sahibkarlar, ailə və ev

təsərrüfatlarında məhsulun 48,5%-i bitkiçiliyin, 51,5%-i

heyvandarlığın payına düşmüşdür.

Ölkənin kənd təsərrüfatının əsas sahələrinin gös-

təricilərini 11.2. sxemdən görmək olar.

Page 500: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

499

Sxem 11.2. Respublikada 2014-cü ildə kənd təsərrüfatı

sahələrinin əsas göstəriciləri.

Page 501: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

500

Mövcud metodikaya uyğun olaraq kənd təsərrüfa-

tının ümumi məhsulu bitkiçilik və heyvandarlıq üzrə fakti-

ki qiymətlərlə müəyyən edilir. Bitkiçiliyin ümumi məh-

sullarına hesabat ilində yığılmış xam məhsulların: taxıl,

texniki bitkilərin məhsulları (yağlı bitkilər toxumu, şəkər

çuğunduru, pambıq, tütün və s.), kartof, tərəvəz, və ərzaq

üçün bostan məhsulları, meyvə və giləmeyvə, yem bitkilə-

ri (yemlik kökümeyvəlilər, birillik və çoxillik otlar, yığıl-

mış quru ot, yaşıl kütlə və s.), dərman bitkiləri (biyan və s.),

efir yağlı bitkilər, gül, kənd təsərrüfatı bitkiləri və çoxillik

əkmələr toxumu və əkin materiallarının dəyəri, çoxillik

əkmələr salınması və barvermə dövrünə qədərki becərmə

xərcləri, ilin əvvəlindən axırına kimi bitkiçilikdə bitməmiş

istehsal xərcləri daxil edilir.

Respublikada kənd təsərrüfatının ümumi məhsulun

2014-cü ildə 92,3%-i fərdi sahibkarlar, ailə kəndli və ev

təsərrüfatları, 7,7%-i isə kənd təsərrüfatı müəssisələri və

təşkilatları tərəfindən istehsal olunmuşdur. Bitkiçilikdə is-

tehsal olunan məhsul müvafiq olaraq 4,0%-i və 96,0%,

heyvandarlıqda istehsal olunan məhsul 9,3% və 90,7% təş-

kil etmişdir.

2014-cü ildə bitki növləri üzrə əkinlərin ümumi həcmi

1691,7 min hektar təşkil etmişdir. Əkin sahələri 2000-ci ilə

nisbətən 572,3 min hektar və ya 154,9% artmışdır. Bitki

növləri üzrə əkinlərin quruluşu xeyli təkmilləşmiş, ayrı-ayrı

sahələrin xüsusi çəkisi xeyli dəyişmişdir. Bunu aşağıdakı

cədvəl məlumatlarından görmək olar (cədvəl 11.1.).

Page 502: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

501

Cədvəl 11.1.

Bitki növləri üzrə əkinlərin cəmi əkinlərdə xüsusi

çəkisi (%).

2000 2005 2010 2014

Respublika üzrə cəmi

əkinlər (min ha)

1,041,5 1.327,9 1,583,8 1613,8

O cümlədən

Dənli və dənli- paxlalılar

62,26 60,4 61,11 62,0

Pambıq 9,72 7,46 1,91 1,4

Şəkər çuğunduru 0,24 2,10 0,54 0,3

Tütün 0,77 0,22 0,09 0,1

Dən üçün günəbaxan 0,41 0,83 0,57 0,7

Kartof 5,04 5,32 4,17 3,8

Tərəvəz 5,45 5,9 5,03 4,7

Bostan 2,57 2,67 2,01 1,7

Sair texniki bitkilər 10,98 1,23 0,22 0,4

Cəmi yem bitkiləri 2,59 14,4 24,27 24,9

Nəzərə almaq lazımdır ki, dənli və dənli paxlalıların

xüsusi çəkisi 2000-ci ildə və 2014-cü ildə 62,0% olmuş-

dur. Respublikanın təbii-iqlim şəraitinin müxtəlifliyi taxıl-

çılığın inkişafına imkan verir. Hazırda taxılçılıqla res-

publikanın 66 rayonu məşğul olur. 10 iqtisadi rayondan 7

iqtisadi rayon taxıl əkinlərinin 95,8%-ni təşkil edir. Ümu-

mi taxıl sahəsinin 66,6%-i payızlıq buğda, 26,7%-i arpa,

6,7%-i qarğıdalı və digər dənlilərdən ibarətdir. Ərzaq təh-

lükəsizliyi ilə əlaqədar ölkədə taxıl əkinlərinin genişlən-

dirilməsinə və məhsuldarlığının artırılmasına xüsusi diq-

qət yetirilir. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına

dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezi-

dentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən

buğda əkən kənd təsərrüfatı istehsalçılarına hər hektara 80

manat, digər sahələrə isə 40 manat məbləğində subsidiya

Page 503: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

502

verilir.

Dənli bitkilər çörək, yeyinti sənayesi və bəzi digər

sənaye sahələri üçün xammal, heyvanlar üçün yem əldə

etmək məqsədilə becərilən bitkilərdir. Dənli bitkilərə taxıl

bitkiləri (buğda, arpa, çəltik, qarğıdalı, çovdar, darı və s.)

və paxlalı bitkilər (noxud, lobya, mərci, paxla və s.) daxildir.

Taxıl istehsalında mühüm yer tutan payızlıq və yazlıq

buğda əsas ərzaq məhsulu (un, yarma, makaron, nişasta və s.)

kimi qiymətlidir. Taxıl istehsalında çovdar, qarğıdalı, no-

xud, darı, qarabaşaq mühüm yer tutur. Bu məhsullardan

dən, yem, konserv, bir çox texniki məhsullar əldə edilir.

Misal olaraq qarğıdalıdan alınan plastmas, sabun, yapış-

qanlar, süni ipək, kino lenti, elektrik keçirməyən material-

lar, kimyəvi maddələr, aktivləşdirilmiş kömür, gübrə,

spirt, aseton, qatran, əlif yağı və s. məmulatlar alınır. Qar-

ğıdalıdan alınan aseton, spirt, un, yarma, yağ və s. yeyinti

və müalicə məqsədləri üçün geniş istifadə edilir. Qarğıda-

lının gövdəsi və dəni heyvandarlıq üçün yem kimi əhə-

miyyətli xammaldır.

Dənli bitkilər içərisində arpa heyvandarlıq üçün qüv-

vəli yem, sənaye üçün qiymətli xammaldır. Arpadan ye-

yinti sənayesində yarma, pivə və s. məhsullar istehsal

edilir.

Respublikada 2014-cü ildə dənli-paxlalı bitkilər içə-

risində əsas yeri buğda (60,9%), arpa (33,8%) və dən üçün

qarğıdalı (3,0%) tutmuşdur.

Taxılçılıq ölkənin taxıla olan ehtiyacının ödənilməsi-

nin ən vacib ehtiyat mənbəyidir. Yeyinti sənayesinin xam-

mal ehtiyatının 80%-i, çörəkbişirmə sənayesinin 95%-dən

çoxu taxıl məhsulları istehsalı hesabına təmin olunur.

Page 504: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

503

Ölkə iqtisadiyyatının bir sıra sahələrinin inkişaf sə-

viyyəsi, xüsusən çörək və çörək məhsullarına olan tələba-

tın daxili imkanlar hesabına ödənilməsi taxılçılığın inkişaf

səviyyəsindən asılıdır. Bu, taxılçılığın maddi-texniki baza-

sının yaradılmasını, yeni məhsuldar taxıl sortlarının və to-

xumçuluğun inkişaf etdirilməsini, taxıl əkini sahələrinin

genişləndirilməsini, üzvi və mineral gübrələrdən, torpaqla-

rın meliorativ vəziyyətinin və sudan istifadənin səmərə-

liliyinin artırılmasını, bitki mühafizə vasitələrindən sə-

mərəli istifadə olunmasını, yeni texnologiyanın və aqro-

texniki tədbirlərin təşkili və stimullaşdırılması tədbirləri-

nin həyata keçirilməsini tələb edir.

Taxıl istehsalını əhəmiyyətli dərəcədə artırmaq üçün

çox böyük ehtiyat mənbələri vardır. İlk növbədə taxılçılı-

ğın intensivləşdirilməsi hesabına hər hektardan əldə edilən

məhsul istehsalını artırmaq lazımdır. İkincisi taxıl toxum-

çuluğu üzrə özəl və dövlət məhdud məsuliyyətli cəmiyyət-

lərin maddi-texniki bazası, su ilə, mineral gübrələrlə təmi-

natı yaxşılaşdırılmalıdır. Üçüncüsü, sahibkarların istehsal

etdikləri taxılın alınması və emal müəssisələrinə satılması

üçün taxılın alqı-satqı kooperativləri yaradılmalıdır. Dör-

düncüsü, taxıl istehsal edən kiçik həcmli torpaq payçıları-

nın pərakəndəliyinin taxıl istehsalçılarının səmərəli yerləş-

dirilməsi və ixtisaslaşdırılması ilə əvəz edilməsinin təşki-

lati-iqtisadi mexanizmi yaradılmalıdır. Bu baxımdan ixti-

saslaşma hər bir iqtisadi rayon və inzibati ərazi üzrə apa-

rılmalı, konkret şəraitə uyğun ərzaq məhsulları istehsalının

artırılmasına və xammalla təminatının davamlılığına zə-

min yaradılmalıdır. Beşincisi, taxılçılığın elmi təminatı və

kadr potensialının yüksəldilməsi, taxıl istehsalçılarının

Page 505: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

504

maarifləndirilməsi tədbirləri həyata keçirilməlidir.

Pambıqçılıq respublikanın iqtisadiyyatında mühüm

yer tutmaqla bitkiçiliyin əsas sahələrindən biridir. Pambıq-

çılıq yüngül sənayenin inkişafında və heyvandarlığın yem

tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edir.

Pambıqdan əsasən mahlıc və çiyid alınır. Çiyiddən isə bit-

ki yağı alınaraq texniki məqsədlər üçün istifadə edilir. Di-

gər tərəfdən pambıq çiyidi və jımıxı heyvandarlıq üçün

yem kimi istifadə edilir. Pambıq mahlıcı və çiyidindən 80-ə

qədər sənaye məhsulu alınır. Pambıq mahlıcdan 15- dən

çox növ parça istehsal edilir. Yeyinti piyı, sellüloz, sabun,

əlif yağı, süni lif, şüşə sellofan, şəkil və kino lentləri üçün

plyonka, lak hazırlanmasında istifadə edilir, vata, tol, şifer

və s. materiallar pambıq məhsullarından əldə edilir.

Respublikada gəlirli sahə olan pambıq əkini sahəsi

1985-ci ildə 295,5 min hektar olmuşdur. Bu göstərici

1995-ci ildə 210,4 min hektar, 2000-ci ildə 101,2 min hek-

tar, 2014-cü ildə isə 22,9 min hektar olmuşdur. Hazırda

pambıq əkinlərinin ümumi əkinlərdə xüsusi çəkisi 1,4%

təşkil edir.

1995-ci ilədək 20 rayonda 1000-dək təsərrüfat, 100-

dən çox tədarük təşkilatları, 100-dək qurutma-təmizləmə

sexləri, 20 pambıqtəmizləmə zavodları fəaliyyət göstərirdi.

2014-cü ilə pambıq əkən rayonların sayı 19 olmuşdur.

2005-ci ilə qədər respublika iqtisadiyyatında pam-

bıqçılıq böyük iqtisadi əhəmiyyət daşımışdır. Pambıq o

vaxt çörək, metal, yanacaq və s. zəruri mallarla bir sırada

dururdu. Çünki pambıq mahlıcı xarici ölkələrə satılan əsas

xammal (mahlıc) idi və onun hesabına ölkəyə küllü miq-

darda valyuta daxil olurdu. Həmin vəsait hesabına ölkə

Page 506: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

505

əhalisinin tələbatını və iqtisadi vəziyyətini xeyli yaxşılaş-

dırmaq mümkün oldu.

Hazırda pambıqçılıqla 4 iqtisadi rayon məşğul olur.

Ölkə üzrə pambıq əkininin 26,1 min hektarı və ya 89,4%-i

Aran iqtisadi rayonunun payına düşür.

Pambıqçılığın inkişafının zəifləməsi bir sıra səbəb-

lərlə əlaqədardır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən

sonra pay torpağı almış ailələr torpaqdan sərbəst istifadə

və sərəncam hüququ qazandılar. Ağır zəhmət tələb edən

sahənin yerləşdirilməsi və ixtisaslaşdırılması, istehsalın

strukturu təkmilləşdirildi. Sahənin maddi-texniki bazası

zəiflədi, mövcud istehsal fondları dağıldı, ondan səmərəli

istifadə tədbirləri həyata keçirilmədi, aqrotexniki tədbirlər,

meliorasiya, suvarma fəaliyyətinin yaxşılaşdırılması sahə-

sində əldə edilmiş müvəffəqiyyətlər deformasiyaya uğradı,

istehsalın stimullaşdırılması təmin edilmədi.

Pambıqçılığın universal və tullantısız bir bitki olma-

sını, xalq təsərrüfatının bir çox başqa sahələri üçün qiy-

mətli xammal olduğunu nəzərə alaraq mövcud pambıqtə-

mizləmə zavodlarında və qəbul məntəqələrində avadanlıq-

lar müasir texnologiyalarla əvəz edilmiş, məhsul istehsal-

çıları məhsulun saxlanması, daşınması, emalı ilə məşğul

olan sahələr arasında əlaqələr təkmilləşdirilir. Əsas məsə-

lələrdən biri istehsal strukturunun təkmilləşdirilməsi, pam-

bıq istehsalçılarının və sahənin inkişafının texnoloji, təşki-

lati və hüquqi təminatının yaxşılaşdırılmasıdır.

Pambıqçılığı inkişaf etdirmək üçün meliorasiya və

suvarma təsərrüfatının yaxşılaşdırılması, pambıq toxum-

çuluğunun və becərilmə texnologiyasının təkmilləşdiril-

məsi, pambığın toplanması, tədarükü, saxlanması, emalı və

Page 507: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

506

satışı işinin təşkili vacib şərtlərdəndir.

Tərəvəzçiliklə 9 iqtisadi rayon məşğul olur. Ölkədə

açıq və örtülü torpaq sahələrində 35-dən çox növdə tərə-

vəz bitkisi becərilir. Tərəvəzin əsas hissəsi həyatyanı və

istixanalarda becərilir. Iqtisadi rayonlarda tərəvəzin xüsu-

si çəkisi Lənkəranda, Astarada, Masallıda, Şəmkirdə, Xaç-

mazda, Bərdədə, Sabirabadda, Ağdaşda, Kürdəmirdə daha

yüksəkdir. Nəzərə almaq lazımdır ki, tərəvəz əkinləri tor-

paq şəraitindən asılı olaraq respublikanın bütün rayonla-

rında müxtəlif həcmdə inkişaf etdirilir. Tərəvəzin açıq ha-

va şəraitində yetişdirilməsi istixanalarda yetişdirilən tərə-

vəzə nisbətən ucuz başa gəlir.

Ərzaq təhlükəsizliyində insanların qida məhsulları

içərisində tərəvəz xüsusi yer tutur. Tərəvəzdən əhali həm

təzə və həm də emal olunmuş şirə, duza və turşuya qoyul-

muş konservlər halda daha çox istehlak edir. Ona görə də

tərəvəzin təzə halda (pomidor, kələm, xiyar, yerkökü, so-

ğan və s.) istifadəsini tələbata uyğunlaşdırmaq üçün onun

əkin sahəsi genişləndirilir, məhsuldarlığı artırılır. Tərəvəz-

çiliyin inkişafına torpaq şəraitinin əlverişliyi, suvarma şə-

bəkəsinin vəziyyəti, texniki təminat, maddi və əmək ehti-

yatları, emal müəssisələrinin mövcudluğu sahənin göstəri-

cilərinə təsir göstərir. Faktlar göstərir ki, 1990-cı ildə ölkə-

də 40,3 min hektar, 1995-ci ildə 26,8 min hektar, 2000-ci

ildə 56,8 min hektar, 2010-cu ildə 81,1 min hektar 2014-cü

ildə isə 76,0 min hektar sahədə tərəvəz əkilmişdir. 2014-

cü ildə tərəvəz əkinlərinin 6,5 min hektarı kələm, 11,3 min

hektarı xiyar, 24,6 min hektarı pomidor, 13,0 min hektarı

baş soğan, 2,3 min hektarı sarımsaq, 1,0 min hektarı göy

noxud və 14,0 min hektardan çox sahədə digər tərəvəz

Page 508: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

507

bitkiləri əkilmişdir. Örtülü torpaqlarda 0,5 min hektar

sahədə tərəvəz becərilmişdir. 2000-ildə cəmi 781 min ton

tərəvəz istehsal edilirdisə, 2014-cü ildə 1,1 milyon ton

tərəvəz istehsal edilmişdir.

Ölkə əhalisinin ilboyu meyvə-tərəvəz məhsulları ilə

davamlı təminatı, bu məhsulların ixrac müddətinin uzadıl-

ması məqsədilə regionların sosial-iqtisadi inkişafı Dövlət

Proqramına uyğun Bakı şəhərində, Quba – Xaçmaz, Şəki –

Zaqatala, Gəncə – Qazax, Lənkəran – Astara və Aran iqtisa-

di rayonlarında topdansatış və soyuducu anbarların tikintisi

istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Hazırda meyvə - tərəvəz məhsullarının emalı ilə res-

publikada 80-dən çox emal müəssisəsi məşğuldur. Möv-

cud emal müəssisələrinin emal gücü ildə 750 milyon şərti

banka meyvə-tərəvəz konservlərinin istehsalına imkan ve-

rir. Meyvə-tərəvəz konservlərinin istehsalı üzrə Azərbay-

can özünü tam təmin edir və istehsal edilmiş məhsulların

70%-ni MDB və Avropa ölkələrinə ixrac edir.

Respublikada əhalinin tərəvəz məhsullarına olan is-

tehlak tələbi daxili istehsal hesabına tam ödənilir. Bunula

yanaşı, tərəvəz məhsulları ilə əhalinin artan tələbini daha

yaxşı ödəmək üçün əkin sahəsinin,yeni texnologiyaların

tətbiqinin genişləndirilməsi, təkrar əkinləri artırmaq, isti-

xana təsərrüfatlarını inkişaf etdirmək, hektardan məhsul-

darlığın yüksəldilməsi, sahəyə investisiya qoyuluşunu ar-

tırmaq əsas vəzifələrdən hesab edilir. Tərəvəz istehsalının

artırılması üçün onların yığıldıqdan sonra xarab olmaması,

uzun müddət anbarlarda və soyuducularda saxlanılması və

emal müəssisələrinin qiymətli xammala tələbinin ödənil-

məsi məqsədilə istehsal-iqtisadi əlaqələr genişləndirilməli

Page 509: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

508

və sahənin maddi-texniki bazası möhkəmləndirilməlidir.

Kartof bitkiçiliyin əsas sahələrindən biri olmaqla,

əhalinin istehlak etdiyi qiymətli ərzaq məhsulu, sənaye

üçün texniki və heyvandarlıq üçün yem bitkisidir. Kartof

çörəkdən sonra ikinci ərzaq məhsulu hesab olunur. Kartof-

dan kraxmal, sintetik kauçuk, spirt, karbonat turşusu alı-

nır. Ondan iqtisadiyyatın yeyinti və yüngül sənayesi sahə-

lərində, kimya, ayaqqabı, dəri, kibrit, poliqrafiya sənaye

sahələrində xammal kimi istifadə edilir. Kartof spirtindən

sənayenin 150-dən çox sahəsində istifadə olunur. Kartof-

dan alınan qlükoza və spirtdən müalicə vasitəsi kimi istifa-

də olunur. Kartof südlük malın əsas yem ehtiyatıdır. İsteh-

sal edilən kartofun 4-5%-i heyvandarlıqda yem kimi istifa-

də olunur.

Respublikamızda kartof əkini sahəsi 1995-ci ildə

16,0 min hektar təşkil etmiş, istehsal 155,5 min ton olmuş-

dur. Bu məhsula olan tələbat Belarusiya, Rusiya, İran,

Türkiyə və digər ölkələrdən gətirilən kartof hesabına ödə-

nilirdi. Hər il təqribən xaricdən 40-50 min ton kartof idxal

olunurdu. Respublikamızda kartofa olan tələbatı yerli is-

tehsal hesabına ödəmək üçün ardıcıl və məqsədli tədbirlər

həyata keçirilmişdir.

Kartof istehsalının artırılmasında kartof toxumçulu-

ğunun inkişaf etdirilməsi, Hollandiya şirkətləri ilə əlaqələ-

rin yaradılması böyük əhəmiyyət daşıdı. 1999-2004-cü il-

lərdə Hollandiyanın “Kartof toxumçuluğunun inkişafını

təmin edən texnologiyanın tətbiqi” adlı layihəsi Tovuz ra-

yonunda 30 hektar sahədə kartof toxumu əkinini apardı və

sonradan bu təcrübə respublikanın bir çox rayonlarına ya-

yıldı. Kartof toxumçuluğunun inkişafı kartof əkinlərinin

Page 510: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

509

və istehsalın artırılmasında mühüm rol oynadı. Göstərilən-

lərlə yanaşı regionların sosial-iqtisadi inkişafı Dövlət

Proqramlarına (2004-2008 və 2009-2013-cü illər) uyğun

olaraq kartofçuluğun inkişafına diqqət artırıldı, onun əkin

sahəsinin genişləndirilməsi və məhsuldarlığının intensiv

amillər hesabına artırılmasının təşkilati-iqtisadi tədbirləri

müəyyənləşdirildi. Görülmüş tədbirlər nəticəsində respub-

likada kartof əkini sahəsi 2014-cü ildə 61,7 min hektara,

məhsul istehsalı 819,3 min tona çatdırıldı. Hazırda respub-

likanın 8 iqtisadi rayonunda kartof becərilir. Cəlilabad,

Astara rayonlarında ildə iki dəfə məhsul əldə edilməsi kar-

tof istehsalını artırmağa və xaricə kartof ixrac etməyə im-

kan verir. Respublikada kartof toxumçuluğunun inkişafı

üçün kartof toxumçuluğu üzrə dövlətə məxsus səhmdar

cəmiyyətlərinin yaradılması, özəl kartof toxumçuluğu üzrə

sahibkarlığın dəstəklənməsi kartof istehsalının artırılması-

na zəmin yaratmışdır. Buna baxmayaraq kartof istehsal

edən bəzi rayonlarda hər hektardan əldə edilən məhsuldar-

lıq orta respublika göstəricisindən xeyli aşağıdır. Bu, sahə-

nin inkişafının bazar iqtisadiyyatı və ərzaq təhlükəsizliyi-

nin təmin edilməsi prinsipindən yanaşmağı qarşıya qoyur.

Bitkiçiliyin strukturunda şəkər çuğunduru, dən üçün

günəbaxan, tütün və bostan bitkiləri də müəyyən xüsusi

çəkiyə malikdir. 2000-ci ildə şəkər çuğundurunun əkin sa-

həsi 2,5 min hektar, dən üçün qarğıdalı 4,3 min hektar, tü-

tün əkini sahəsi 8,1 min hektar, bostan bitkiləri əkini sahə-

si 26,8 min hektar olmuşdur. Tütün əkini sahəsi (1,1 min

hektar olmuşdur) istisna olmaqla digər göstərilən sahələrin

əkinləri 2014-cü ildə xeyli artmışdır. Şəkər çuğunduru

2014-cü ildə 5,7 min hektar olmuş, ölkənin ümumi əkinlə-

Page 511: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

510

rində 0,3% təşkil etmişdir. Dən üçün qarğıdalı əkinləri ar-

taraq 11,7 min hektar, bostan bitkiləri əkinləri isə 28,0

min hektar təşkil etmişdir. İqtisadi rayonlardan Aran

(45,5%) şəkər çuğunduru, Gəncə – Qazax (45,0%) dən

üçün günəbaxan, Şəki – Zaqatala (100%) tütün, Aran

(66,3%) ərzaq bostan bitkiləri əkininə görə daha yüksək

çəkiyə malikdir.

1995-2014-cü illərdə kənd təsərrüfatı istehsalını sa-

bitləşdirmək, əhalinin ərzaq məhsulları, sənayenin isə

xammalla etibarlı təmin edilməsi üçün çox böyük sosial-

iqtisadi, təşkilati, hüquqi əsaslar yaradıldı. Nəticədə ölkə-

də həyata keçirilən iqtisadi islahatlar yeni iqtisadi münasi-

bətlərin formalaşdırılmasına, müxtəlif təsərrüfat formaları-

nın yaradılmasına, aqrar sferada istehsal və iqtisadi poten-

siladan istifadənin yaxşılaşdırılmasına və məhsul istehsalı-

nın artırılmasına imkan verdi. Kənd təsərrüfatı məhsulları

istehsalını artırmaqla əhalinin ərzaq məhsullarına olan tə-

ləbatının daxili istehsal hesabına ödənilməsi daha da yax-

şılaşdırıldı. Kənd təsərrüfatında inkişafın əsasını təşkil

edən toxumçuluq və tingçiliyin inkişaf etdirilməsi, əkinə

yararlı torpaq sahələrinin qorunub saxlanması, münbitliyi-

nin artırılması, qabaqcıl aqrotexniki tədbirlərin, o cümlə-

dən müasir tələblərə cavab verən səpin, becərmə və suvar-

ma texnologiyasının tətbiqi, aqrokimyəvi preparatlardan

istifadə, heyvandarlığın intensiv inkişafının təşkili daim

prioritet vəzifələrdən olmuşdur. Bütün bunlar kənd təsər-

rüfatında əkin strukturunun təkmilləşdirilməsinə, sahib-

karlıq formalarının iqtisadi münasibətlərin təsirinə və ba-

zarın tələblərinə uyğun istehsalın istiqamətləndirməsinə

imkan verdi. Kənd təsərrüfatı istehsalının inkişaf meylini

aşağıdakı cədvəldən (11.2) görmək olar.

Page 512: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

511

Cədvəl 11.2.

Kənd təsərrüfatı bitkilərinin istehsalı və

məhsuldarlığının dinamikası.

Məhsullar 2005 2010 2012 2014

Taxıl cəmi (min ton) 2126,7 2000,5 2802,2 2383,3

Pambıq 196,6 38,2 57,0 41,0

Tütün 7,1 3,2 4,3 2,9

Şəkər çuğunduru 36,6 251,9 173,8 173,3

Dən üçün günəbaxan 16,1 15,5 19,7 19,8

Kartof 1083,1 953,7 968,5 819,3

Tərəvəz 1127,3 1189,5 1216,2 1187,7

Bostan məhsulları 363,8 433,6 428,0 440,9

Üzüm 79,7 129,5 151,0 147,7

Meyvə və giləmeyvə 625,7 729,5 810,0 850,8

Çay yarpağı 0,7 0,54 0,57 0,47

Məhsuldarlıq,

(hektardan sentner)

Dənli və dənli paxlalılar 26,5 20,7 27,2 24,0

Pambıq 17,5 12,7 19,5 17,9

Tütün 25,7 24,0 27,9 25,8

Şəkər çuğunduru 132 304 332 309

Dən üçün günəbaxan 14,8 17,1 17,9 17,0

Kartof 149 145 147 133

Tərəvəz 140 142 150 152

Bostan məhsulları 121 137 143 157

Üzüm 61,8 74,7 88,6 82,5

Meyvə və giləmeyvə 73,9 70,6 73,8 72,0

Çay yarpağı 2,5 9,4 10,5 10,1

Göründüyü kimi, 2014-cü ildə 2005-ci ilə nisbətən

bütün məhsullar üzrə (pambıq, tütün, çay və kartof istisna

olmaqla) istehsal xeyli çoxalmış, bəzi məhsullar üzrə artım

2-3 dəfədən çox olmuşdur. Bu kənd təsərrüfatında məhsul

istehsalını artırmaq üçün intensiv amillərdən kifayət qədər

səmərəli istifadə edilmədiyini göstərir.

Page 513: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

512

Respublikada əhalinin gündəlik istehlak etdiyi qida məhsullarının tərkibində təzə halda meyvə-giləmeyvə, müxtəlif çeşiddə meyvə şirələri, mürəbbələr, turşuya və duza qoyulmuş konservlər, qurudulmuş meyvə və gilə-meyvələr, emal və yeyinti sənayesi üçün xammal kimi qiymətli sərvətdir. 2005-ci ildə ölkədə 93 min hektar mey-və və giləmeyvə bağları olmuşdur. Həmin bağlardan 84,3 min hektarı bar verən yaşda olmuşdur. 2014-ci ildə yeni bağlar hesabına əkin sahəsi artmış, 138,5 min hektara çat-mışdır ki, onun da 117,2 min hektarı bar verən sahələrdir. Respublikada meyvəçilik bütün iqtisadi rayonlarda inkişaf etdirilir. 2014-cü ilə mövcud olan bağların 36,4 min hekta-rı (27,2%-i) Quba – Xaçmaz iqtisadi rayonunda, 34,9 min hektarı (26,1%-i) Şəki – Zaqatalada, 26,8 min hektarı (20,0%) Aranda, 14,6 min hektarı (10,9%-i) Gəncə-Qazax iqtisadi rayonunda yerləşmişdir. İqtisadi rayonların da-xilində daha çox xüsusi çəkiyə Quba rayonu (14,5 min hektar), Xaçmaz (13,4 min hektar), Balakən (7,6 min hek-tar) və digər rayonlar malikdir. Respublikada istehsal olu-nan 850,8 min ton meyvə və giləmeyvənin 215,9 min tonu (26,7%-i) Aranda, 217,6 min tonu (26,8 %-i) Quba–Xaç-mazda, 138,4 min tonu (17,1%-i) Gəncə-Qazaxda, 104,8 min tonu (12,9%) Şəki–Zaqatala iqtisadi rayonunda isteh-sal olunmuşdur. Bar verən meyvə bağlarının növlər üzrə strukturunda alma 20,5 min hektar, fındıq 18,2 min hektar, nar 10,1 min hektar, xurma 5,9 min hektar, armud 4,4 min hektar və s. təşkil edir. Hər hektar meyvə bağlarından əldə edilən məhsul meyvə növləri üzrə xeyli fərqlənir. Hər hek-tar alma bağlarından 80-90 sentner, heyva bağlarından70-85 sentner, ərik 85-90, fındıq 10-15, badam 12-15, nar 90-95, xurma 170-180, feyxoa 110-120, narıngi 190-210 sentner məhsul əldə edilir. Bu fərqlər rayonlar daxilində

Page 514: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

513

də kəskin dəyişir və bu onu göstərir ki, ehtiyatlardan müx-təlif dərəcədə istifadə olunur.

Meyvəçiliyin inkişafında əsas problem bağların be-cərilməsinə lazım olan qədər üzvi və mineral gübrələr ve-rilməməsi, zəhərli kimyəvi dərmanlardan istifadə olunma-ması, seyrəkliyi aradan qaldırmaq üçün bərpa işlərinin aparılmaması, aqrotexniki tədbirlərin səmərəli təşkil edil-məməsi, məhsulun saxlanması və satışının təşkili üzrə ix-tisaslaşmış xidmətlərin (aqromarketinqin), soyuducuların tələbatdan geri qalması və sahənin xüsusən ixracın iqtisadi mexanizmlərlə dəstəklənməsi tədbirlərinin zəifliyi hesab edilə bilər.

Göstərilənlərdən aydın olur ki, kənd təsərrüfatının spesifik xüsusiyyətlərini nəzərə alaraq meyvəçiliyin sabit inkişafını təmin edən kompleks proqram hazırlanmalı və həyata keçirilməlidir. Əsas məsələlərdən biri, sahələrin be-cərilməsi, xəstəlik və ziyanvericilərə qarşı mübarizə təd-birlərinin həyata keçirilməsi, məhsulun daşınması, qablaş-dırılması, saxlanılması və emalı məsələlərinin səmərəli təşkili, möcud torpaq, su ehtiyatlardan istifadə edilməsinin idarə olunması, məhsulun satışı və idarə edilməsi prosesi-nin marketinqinin formalaşdırılmasının dəstəklənməsi, sa-hənin inkişafına investisiyanın cəlb edilməsi və s. olmalıdır.

Üzümçülük Azərbaycanın qədim və ənənəvi istehsal sahələrindən biri olmaqla əhalinin ərzaq tələbatının, emal sənayesinin xammala ehtiyacının ödənilməsində mühüm əhəmiyyətə malik sahədir. Ölkəmizdə üzümçülüyün inki-şafı 1970-ci ildən böyük vüsət almışdır. 1985-ci ildə res-publikada böyük kapital qoyuluşu və əmək sərfi hesabına əmələ gəlmiş üzüm əkini sahəsi 267,8 min hektar, ondan bar verən sahə 218,8 min hektar təşkil edirdi. Həmin ildə 1789,6 min ton üzüm istehsal edilmişdi. Hər il xaricə 220-

Page 515: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

514

230 min ton üzüm ixrac edilirdi. Üzüm sahələrinin geniş-ləndirilməsi ilkin və təkrar emal zavodlarının, 100-dən çox ixtisaslaşdırılmış üzümçülük təsərrüfatlarının və müvafiq infrastrukturların yaradılmasına imkan vermişdi. O vaxtlar (1970-1980-ci illər) kənd təsərrüfatının ümumi məhsulun 30%-dən çoxu üzümçülüyün payına düşürdü. Respublika-da 108 ilkin və 17 təkrar emal zavodları vardı. Onların il-lik istehsal gücü 1,7 milyon ton idi. Həmin zavodlarda 20-dən çox adda şərab məhsulları istehsal olunurdu və məh-sullar xaricə ixrac edilirdi. Üzümçülüyün inkişafı dövrün-də (1970-1985-ci illər) əhalinin gəlirləri xeyli çoxalmışdı, kəndin siması dəyişmişdi, əhalinin üzümə olan ərzaq tələ-batının ödənilməsi yaxşılaşmışdı. 1973-cü ildə üzümçülük və şərabçılıq sahəsini inkişaf etdirmək və iqtisadiyyatını idarə etmək üçün Respublika Dövlət Üzümçülük və Şə-rabçılıq Komitəsi yaradılmışdı.

1985-ci ildə “Alkoqolizmə və sərxoşluğa qarşı mü-barizə tədbirləri” haqqında keçmiş İttifaq rəhbərliyinin düzgün olmayan siyasi kompaniyası texniki üzüm sortları-nın kütləvi məhvinə səbəb oldu. Həmin kompaniya ölkə-mizdə üzüm istehsalının və kənd təsərrüfatının gəlirlərinin xeyli azalmasına və bu proses nəticədə uzun müddət üzümçülüyə münasibətin zəifləməsinə gətirib çıxartdı. Aq-rar islahatlar ərəfəsində (1995) respublikada cəmi 8 min hektar üzüm əkmələri qalmışdı. Təbiidir ki, üzüm istehsa-lının azalması üzüm emalı müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərdi, zavodların fəaliyyətinin zəifləməsi, onların maddi-texniki bazasının dağılmasına səbəb oldu. 1998-ci ildə həmin emal müəssisələri özəlləşdirməyə ve-rildi. Üzüm bağlarının və ilkin emal müəssisələrinin özəl-ləşdirilməsində yol verilən nöqsanlar sahənin iqtisadiyya-tına mənfi təsir göstərdi.

Page 516: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

515

Respublikada istehsal olunan üzüm məhsulunun 90%-i emal olunmuş halda 10%-i təzə halda istifadə olunur. Üzüm məhsulundan 60 markadan çox şərab, 6 marka konyak, spirt, şampan, sirkə, doşab, abqora, sucuq, şərbət, mürəb-bə, şirə, qurudulmuş kişmiş, konservləşdirilmiş məhsullar və s. alınmaqla, tullantılarından yem kimi istifadə olunur.

Hazırda üzüm bağları və emal müəssisələri sahibkar-ların fəaliyyəti nəticəsində bərpa olunur, inkişaf meylləri, istehsalın artırılması tədbirləri diqqəti cəlb edir. 2014-cü ildə 15,9 min hektar üzümlüklər mövcud olmuşdur ki, bu-nun da 13,5 min hektarı bar verən yaşdadır. Mövcud üzüm sahələrindən 147,7 min tondan çox məhsul əldə edilmişdir.

Təbii-iqlim şəraitindən asılı olaraq iqtisadi rayonlar-da üzüm istehsalı və onun keyfiyyəti dəyişir. Respublika-nın 9 iqtisadi rayonunda üzüm yetişdirilir. Daha çox Gən-cə-Qazax iqtisadi rayonunda üzüm yetişdirilir. İqtisadi ra-yonda üzüm bağlarının xüsusi çəkisi 27,3% təşkil edir. Respublikada istehsal edilən üzümün 34,7%-i iqtisadi ra-yonun payına düşür. İqtisadi rayonda üzümün 41,8%-i Şəmkir rayonunda istehsal olunmuşdur. Üzümün 18 süfrə, 24 texniki, 3 kişmiş sortu vardır. Respublikada Təbrizi, Qaraburnu, Ağadayı, Qara şanı, Ağ şanı, Əsgəri, Mədrəsə, Bayanşirə, Rkasteli, Həmşərə və s. sortlar inkişaf etdirilir. Son 15 ildə üzümçülüyün inkişafına diqqət artırılmış, tex-nologiya təkmilləşdirilmiş, dünya standartlarının tələbləri-nə cavab verən keyfiyyətli şərab məhsulları (kagor, desert, süfrə, şampan şərabları) Avropa və Asiya ölkələrində rə-qabətə davamlı məhsul kimi şöhrət qazanmışdır.

Respublika əhalisinin təzə və keyfiyyətli süfrə üzü-münə tələbatının daha yaxşı ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammalla təminatının yaxşı-laşdırılması, ölkədə üzüm və şərab məhsullarının ixracının

Page 517: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

516

artırılmasını stimullaşdırmaq üçün 15 dekabr 2011-ci il ta-rixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzüm-çülüyün inkişafına dair Dövlət Proqramı” qəbul etmişdir. Bununla əlaqədar Proqramın həyata keçirilməsi üzrə mü-vafiq tədbirlər müəyyənləşdirilmişdir. Həmin tədbirlərdə 2020-ci ilədək:

- üzüm əkini sahələrinin genişləndirilməsi, yeni üzümlüklər salınması;

- tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklən-məsi;

- üzümçülüyün infrastruktur təminatının yaxşılaşdı-rılmaşı;

- üzüm və şərabçılıq məhsulları emalı müəssisələri-nin fəaliyyətinin bərpası və yeni müəssisələrin yaradılma-sının dəstəklənməsi;

- anbar şəbəkəsi və saxlama kameralarının tikintisi-nin dəstəklənməsi;

- üzüm və şərab məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracın stimullaşdırılması;

- sahənin elmi təminatı və kadr potensialının güclən-dirilməsi və s. nəzərdə tutulur.

Çayçılıq ölkədə ilk dəfə 1932-ci ildə Lənkəranda be-cərilməyə başlanmışdır. 1985-ci ildə respublikada 13,4 min hektar çay plantasiyası mövcud olmuşdur. Həmin ək-mələrdən 7,3 min hektar bar verən yaşda olan sahə olmaq-la 43,3 min ton çay yarpağı istehsal olunmuşdur. Çay ək-mələrinin 98%-i Lənkəran iqtisadi rayonunun payına dü-şür. 2012-ci ilə çay plantasiyaları 900 hektar, çay yarpağı istehsalı 570 ton olmuşdur. Çayın ilkin emalı ilə 10 min ton emal gücü olan 14 fabrik məşğul olmuşdur. Bakı və Lənkəranda çay qablaşdırıcı fabriklər fəaliyyət göstərir.

Page 518: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

517

Çay yarpağı istehsalına marağın azalması, sahənin maddi-texniki bazasının zəifliyi və maliyyə çətinlikləri ilə əlaqə-dar fabriklərin güclərindən istifadə edilmir. Əhalinin iqti-sadi rayonda məşğulluğunu təmin etmək üçün çayçılığın inkişafına dair dövlət dəstəyi proqramının qəbul edilməsi məqsədəuyğun olar.

b) Heyvandarlıq sahələrinin iqtisadiyyatı və idarə edilməsi.

Kənd təsərrüfatı iqtisadiyyatının əsas sahələrindən biri heyvandarlıqdır. Heyvandarlıq sahəsinin maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq, dəvəçilik, ba-ramaçılıq, arıçılıq və s. təsərrüfat sahələri mövcuddur. Bu sahələr də müvafiq istehsal istiqamətlərinə malikdir. Ətçi-lik, ətçilik-südçülük, südçülük, südçülük-ətçilik, yunçuluq. Heyvandarlıq sahələrinin inkişafı bitkiçiliyin müvafiq sa-hələrinin (taxıl, qarğıdalı, yem əkini sahələri və s.) artırıl-masını, kənd təsərrüfatının quruluşunun təbii-iqtisadi şə-raitə və iqtisadi inkişafın müasir tələblərinə uyğunlaşdır-mağı tələb edir.

2014-cü ildə ölkənin kənd təsərrüfatının ümumi məhsulunun 2776,4 milyon manatı və ya 53,1%-ni (faktiki qiymətlərlə) heyvandarlıq vermişdir. Kənd təsərrüfatının əsas istehsal forndlarının 1,3%-ni məhsuldar və işçi hey-vandarlıq təşkil edir. Maldarlıq, qoyunçuluq, arıçılıq məh-sullarının əsas hissəsi özəl bölmənin payına düşür. İri buy-nuzlu qaramalın 99,0%-i, ondan inək və camışların 99,0%-i, qoyun və keçilərin 97,0%-i fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında saxlanılır.

Əhalinin istehlak etdiyi ərzaq məhsullarına olan tələ-batının ödənilməsində heyvandarlıq mühüm rol oynayır. Əhalinin istehlak etdiyi kalorinin 60-70%-i heyvandarlıq məhsullarının payına düşür. Əhalinin istehlak etdiyi ət və

Page 519: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

518

ət məhsulları, süd və süd məhsulları, yumurta, balıq, bal insan orqanizmi üçün əvəzedilməz qidadır. Heyvandarlıq emal müəssisələri üçün, xüsusən yeyinti, yüngül, əczaçılıq sənayesi üçün xammal bazasıdır. Heyvandarlıq məhsulla-rından yüzlərlə çeşiddə istehlak məhsulları alınır və xalq təsərrüfatının bir çox sahələrində istifadə olunur. Heyvan-darlıq iş heyvanı (nəqliyyat), dartıcı qüvvə və idman hey-vanı kimi istifadə olunur.

Heyvandarlığın iri sahələrindən biri maldarlıqdır. Mövcud heyvanların 60%-i qaramaldan ibarətdir. Heyvan-darlığın inkişafı, ət və süd istehsalının artırılması, sahənin intensiv inkişafından, daxili ehtiyatlardan səmərəli istifadə edilməsindən və sahələrin düzgün əlaqələndirilməsindən asılıdır. Heyvandarlığın inkişafı həm də yaşıl, qaba və şi-rəli yem istehsalının səviyyəsi və sahənin maddi-texniki bazasının yaxşılaşdırılması ilə əlaqədardır. Heyvandarlıq məhsulları - ət və süd istehsalının artırılması, heyvanların sayının artırılması, heyvanların orta diri çəkisi və hər inək-dən süd sağımının artırılması ilə bağlıdır.

Heyvandarlıq məhsullarına kənd təsərrüfatı heyvan-ları və quşlarının saxlanması və təsərrüfatdaxili istifadəsi zamanı alınmış xam məhsulların (süd, yun, yumurta və s.) dəyəri, satılmış mal-qara və quşların dəyəri, cavan və kö-kəlmədə olan heyvanların il ərzində yetişdirilməsi ilə əla-qədar çəki artımının dəyişməsi dəyəri, habelə baramaçılıq, arıçılıq və s. heyvanların məhsullarının dəyəri daxildir. Heyvandarlıq məhsulları istehsalından olan ət istehsalına bütün növ mal-qara, quşların əti, piyi, içalatı daxil edilir. Buraya təsərrüfat daxili kəsilmiş mal-qara və quşlar da da-xil edilir.

Süd istehsalı inək, camış, qoyun və keçilərdən faktiki süd sağımını xarakterizə edir. Bura satılmış və təsərrüfat-

Page 520: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

519

larda istifadə edilmiş, balaların içirdirilməsinə və sair məqsədlərə sərf olunmuş südün hamısı daxil edilir.

Yun istehsalı (satılması və təsərrüfatda başqa məq-sədlər üçün istifadə edilməsindən asılı olmayaraq) qoyun və keçilərdən qırxılmış bütün yunları, keçi qəzilini, habelə dəvə yununu əhatə edir. Gön emalı sənayesində dəridən qırxılmış yun bu göstəriciyə daxil edilmir. Bütün yunlar fiziki çəkidə, qırxımdan sonra, yuyulmamış halda uçota alınır.

Yumurta istehsalı, cücə istehsalına (inkubasiya və s.) istifadə edilənlər də daxil olmaqla, bütün növ ev quşla-rından alınmış yumurtanı əks etdirir.

2014-cü ildə heyvandarlıqda istehsal edilən ətin 42%-ni (kəsilmiş çəkidə) qaramal vermişdir. İstehsal olu-nan 291,2 min ton ətin 122,4 min tonu və ya 42%-i qara-mal əti, 68,7 min tonu və ya 23,6%-i qoyun-keçi əti və 99,4 min tonu və ya 34,1%-i quş əti təşkil edir. Respubli-kada istehsal edilən qaramal ətinin 99,0%-i fərdi sahibkar-lar, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olun-muşdur. Ölkədə istehsal edilən südün 97%-i inək və camış südü olmuşdur. Respublikamızda heyvanların sayı, məh-sul istehsalı və məhsuldarlığa dair inkişaf dinamikasını cədvəldən görmək olar. (cədvəl 11.3)

1987-ci ildən başlayaraq 1995-ci ilə kimi hər il 25-30 min baş qaramal, 200-300 min baş qoyun-keçi, 30-40 min ton ət, 40-50 min ton süd azalırdı. Ümummilli lider Heydər Əliyev 1992-1993-cü ilin birinci yarısında Naxçı-van MR-na rəhbərlik edərkən iqtisadiyyatın düşdüyü tə-nəzzüldən yeganə xilas yolunun islahatlar olduğunu bildir-mişdi. Naxçıvanda Culfa rayonunda ilk dəfə 1992-ci ildə aqrar islahatların aparılmasına başlandı və ölkədə heyvan-darlığın özəlləşdirilməsi həyata keçirildi.

Page 521: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

520

Cədvəl 11.3.

Azərbaycanda heyvanların sayı və məhsul istehsalı

dinamikası (1 yanvara).

1995 2000 2005 2010 2014

Heyvanların sayı

(min baş)

Cəmi qaramal

1681,7

2021,6

2380,0

2613,7

2697,8

O cümlədən:

İnək və camışlar 772,5 958,9 1144,7 1261,4 1299,2

Naxırda inək və ca-

mışların xüsusi çəkisi

(%) 45,9 47,4 48,1 48,2 48,5

Qoyun və keçilər 4644,4 6086,0 7668,5 8405,0 8645,4

Donuzlar 30,4 18,6 22,9 6,3 6,1

Quşlar – milyon baş 13,3 14,7 19,0 22,4 28,8

Arı ailəsi (min) 57,1 54,0 95,7 164 243

Istehsal (min ton)

Ət (diri çəkidə)

135,0

195,8

205,0

253,8

505,5

Süd 826,5 1031,1 1251,9 1536,2 1855,8

Yumurta (mil.əd) 455,8 542,6 874,6 1178,6 1562,7

Yun (ton) 9,0 10,9 13,1 15,6 16,8

Məhsuldarlıq

Hər inək və camışdan

süd (kq)

1073

1099

1098

1189

1401

Hər qoyundan yun

(kq) 2,2 2,1 1,9 2,0 2

Hər toyuqdan yumur-

ta (əd) 74 169 203 173 280

1990-1995-ci illərdə yaranmış vəziyyət, iqtisadi əla-qələrin pozulması, yem təminatında və maddi-texniki ba-zanın yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər gö-rülməməsi ət-süd emalı müəssisələrinin təminatının zəiflə-məsinə, heyvanların sayının kəskin azalmasına, istehsalın aşağı düşməsinə səbəb olmuşdu. 1995-ci ildən sonra həya-ta keçirilən aqrar islahatlar nəticəsində heyvandarlıq özəl-

Page 522: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

521

ləşdirildi, sahibkarlıq təsərrüfatları formalaşdırıldı, hey-vandarlıqda əsaslı dönüş yaradıldı. Heyvanların sayının və istehsalın artrılması üçün mövcud ehtiyatlardan istifadə edilməsinə şərait yaradıldı. Sahibkarlar heyvandarlığın in-kişafına maraq və məsuliyyətli olduqlarından naxırda ma-lın xüsusi çəkisinin artırılmasında, hər heyvandan bala alınmasında, hər inəkdən daha çox süd sağılmasında ma-raqlıdırlar. Bu, onların mənfəət əldə etmələrinə, gəlirlərini artırmağa imkan verir. Ona görə də heyvandarlıqda selek-siya-damazlıq işlərinin elmi əsasda aparılması, onların ye-ni texnologiyalar əsasında yetişdirilməsinə xüsusi diqqət yetirilir. Heyvandarlıqda mövcud ehtiyat mənbələrindən daha səmərəli istifadə edilməsi üçün daha çox aşağıdakı istiqamətlərə diqqət yetirilir:

- Heyvanların bala alınması səviyyəsinin artırılması, - Heyvanların saxlanılmasının optimal səviyyəyə çat-

dırılması, - Heyvanların orta diri çəkisinin və köklük dərəcəsi-

nin artırılması, - Heyvanlara yaşıl, qaba və şirəli yem verilməsinin

yaxşılaşdırılması, - Heyvanların saxlanması şəraitinin və cins tərkibinin

yaxşılaşdırılması və s. Nəzərə almaq lazımdır ki, heyvandarlığın inkişafı

məqsədilə 1996-cı ildən sahibkarlar öz cəmiyyətlərini ya-ratmağa başladılar. Heyvandarlar cəmiyyəti, Camışçılar cəmiyyəti, Quşçular cəmiyyəti, Arıçılar cəmiyyəti, Atçılar cəmiyyətinin yaradılması sahənin problemlərinin həllinə kömək edən əsas strukturlar oldular.

Hazırda respublkamızın bütün iqtisadi rayonlarında heyvan saxlanılır. Təbii-iqtisadi şəraitlə əlaqədar və yem təminatı baxımından iqtisadi rayonlar heyvandarlığın inki-şafı və məhsul istehsalı bir-birindən xeyli fərqlənir. Bunu statistik məlumatların təhlilindən görmək olar.

Page 523: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

522

Cədvəl 11.4.

İqtisadi rayonlar üzrə heyvandarlığın inkişafı.

İqtisadi rayonlar

İri

buynuzlu

mal

ondan

inək və

camışlar

İnək və

camışların

naxırda

xüsusi

çəkisi (%)

Qoyun

keçilıər

Quşlar

(milyon

baş)

Respublika üzrə

(min baş) 2712,7 1305,6 48,1 8665,1 24581,3

% 100 100 100 100 100

1. Abşeron 1,5 1,67 55,7 2,65 9,98

2. Gəncə-Qazax 13,4 13,26 47,7 21,18 10,11

3. Şəki-Zaqatala 10,5 10,64 48,7 9,74 5,26

4. Lənkəran 12,32 12,45 48,5 5,36 9,06

5. Quba-Xaçmaz 7,45 6,82 44,0 6,42 15,68

6. Aran 38,80 38,57 47,8 29,20 38,28

7. Yuxarı Qarabağ 4,13 3,99 46,5 5,48 3,38

8. Kəlbəcər - Laçın 2,22 2,33 50,6 4,58 0,78

9. Dağlıq Şirvan 5,83 5,63 46,5 8,15 3,18

10.Naxçıvan 3,85 4,64 57,4 7,22 4,29

Respublikada qoyunçuluğun inkişafı üçün əlverişli şərait mövcuddur. 1990-cı ildə 5,4 milyon baş qoyun- keçi saxlanılırdısa, 2005-ci ildə 7,7 milyon baş , 2014-cü ildə 8,6 milyon baş qoyun-keçi saxlanılmışdır. Respublikada ət istehsalının 23-24%-i qoyun-keçi əti olmuşdur. Hər il 15-16 min ton yun istehsal edilir. Respublikanın Aran iqtisadi rayonunda qoyunların xüsusi çəkisi 29,2%, Gəncə – Qa-zaxda 21,2%, Şəki – Zaqatalada 9,7%, Dağlıq Şirvanda 8,1% təşkil edir. Sahibkarlar sürüdə daha çox ana qoyun saxlamaqla, daha çox bala alınmasında, qısırlığı ləğv et-məkdə, süni mayalanmanı tətbiq etməkdə, istehsalı səmə-rəli təşkil etməkdə maraqlıdırlar. Damazlıq işinin təşkili, tələfata yol verilməməsi, heyvanların məhsuldarlığını ar-

Page 524: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

523

tırmaq üçün yemləmənin və sürünün quruluşunun düzgün təşkili əsas vəzifələrdəndir. Təbii-iqtisadi şəraitə uyğun gələn qoyun cinslərinin rayonlaşdırılması, elmin nailiyyət-lərindən və qabaqcıl təcrübədən geniş istifadə edilmək he-sabına ət və yun istehsalını artırmaq və məhsulun maya dəyərini aşağı salmaq üçün ölkədə çoxlu ehtiyatlar möv-cuddur. Kənd yerlərində hər 100 əhali təsərrüfatına 2000-ci ildə 195 qaramal, 540 qoyun-keçi düşürdüsə, 2015-ci ildə bu göstərici müvafiq olaraq 213 və 665 baş olmuşdur. Bu onu göstərir ki, kəndli sahibkarlar heyvan-qaramal və qo-yun-keçi saxlamağa daha çox maraqlıdırlar. Əsas vəzifə-lərdən biri əhalinin ərzaq təminatında əhəmiyyətli rolu olan heyvandarlığın inkişafının təminatına zəminlər yara-dılması olmalıdır.

Heyvandarlığın əsas sahələrindən biri quşçuluqdur. Quşçuluq əhalinin istehlakı üçün ət və yumurta, yeyinti sə-nayesi üçün xammal mənbəyidir. Quşçuluq qiymətli gübrə mənbəyi olmaqla, həm də respublikanın bütün rayonların-da yetişdirilir. Taxılçılığın, un dəyirmanlarının emal müəs-sisələrinin tullantılarından səmərəli istifadə edilməsi quş saxlamağa, ət və yumurta istehsalını artırmağa imkan ve-rir. Ölkəmizdə əsasən toyuq, ördək, qaz, hinduşka, dəvə-quşu və bildirçin yetişdirilir. Quşçuluq daha çox taxılçılıq inkişaf edən rayonlarda yerləşdirilib. Heyvandarlığın bu sahəsi çox tez yetişən və yüksək gəlir verən sahədir. To-yuq 4-5 aya yumurta verir. Hər toyuqdan ildə 150-200 yu-murta əldə etmək olur. Quşlar həyətyanı sahələrdə və quş-çuluq fabriklərində yumurtalıq və ətlik istiqamətində inki-şaf etdirilir. Hazırda quşçuluq fabrikləri quş əti və yumur-tanın əsas hissəsini (60-70%-ni) istehsal edirlər. İxtisaslaş-dırılmış quşçuluq fabriklərində bütün texnoloji proseslər

Page 525: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

524

mexanikləşdirilmiş və avtomatlaşdırılmışdır. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məh-sulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yu-murta istehsalını isə 1,3 milyard ədədə çatdırmaq nəzərdə tutulmuşdur. Quşçuluq məhsulları istehsalının iqtisadi cəhətdən səmərəli olmasını və əhalinin artan ərzaq tələba-tını daxili imkanlar hesabına ödəmək üçün quşçuluğun in-tensiv amillər hesabına artırılmaq və quşçuluq fabrikləri-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi nəzərdə tutulur.

Respublikada quşçuluğun ərzaq təminatında rolunu nəzərə alaraq sahənin inkişafına diqqət xeyli artırılmışdır. Belə ki, 1995-ci ildə cəmi 13,3 milyard quş mövcud idisə, 1.01. 2015-ci ilə 28,8 milyard quş olmuşdur. Quş əti isteh-salı (kəsilmiş çəkidə) müqayisə edilən dövrdə 19,1 min tondan 99,4 min tona çatdırılmışdır. Yumurta istehsalı 874,6 milyon ədəddən 1,6 milyard ədədə çatmışdır. Quş əti və yumurta istehsalının müvafiq olaraq əsas hissəsi özəl təsərrüfatlarda istehsal olunmuşdur. Bakı ətrafında, Siyəzən, Şabran, Hacıqabul, Gəncə, Giləzi ixtisaslaşdırıl-mış fabriklərdə sənaye əsasında quş əti və yumurta isteh-salı intensivləşdirilmiş, quş saxlama və bəslənməsi yeni texnologiyalarla həyata keçirilir. Sahədə aqromarketinqin formalaşması istehsalın səmərəliliyinə təminat verir.

Respublikada atçılıq inkişaf etdirilir, yerli şəraitə uy-ğun ferma təsərrüfatları, atçılıq zavodları və ayrı-ayrı sa-hibkarların məşğul olduqları əsas sahədir. Ölkədə hazırda 75,4 min baş at mövcuddur. Qarabağ, Dilbaz atları respub-likanın bir çox rayonlarında saxlanılır.

Arıçılıq heyvandarlığın başqa sahələrinə nisbətən az

Page 526: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

525

əmək sərfi tələb edən sahədir. Ölkəmizdə mövcud olan təbii şərait arıçılığın inkişafı üçün əlverişlidir. Arı balı qiy-mətli ərzaq, müalicə əhəmiyyətli məhsuldur. Arıçılıq məh-sulları xalq təsərrüfatının 40-dan çox sahəsində-aviasiya-da, metallurgiyada, rabitə vasitələri istehsalında, gön-dəri, toxuculuq, ağac emalı, kağız, şüşə, lak, ətriyyat, əczaçılıq sahələrində, şam istehsalında, arıçılığın özündə mum kimi istifadə olunur. Arı zəhəri, arı südü müalicə əhəmiyyətli vasitədir. Arıçılıq kənd təsərrüfatı bitkilərinin tozlanma-sında, ekoloji tarazlığın bərpasında, bitkilərin məhsuldar-lığının (20-50%-dək) yüksəldilməsində böyük rol oynayır. Kənd təsərrüfatı bitkilərinin tozlandırılması üçün hər hek-tarda 1-3 ədəd arı ailəsi yerləşdirmək məqsədə uyğundur. Hazırda istixanalarda arı ailəsindən istifadə etmək böyük iqtisadi fayda verər.

Respublikada 243 min arı ailəsi mövcuddur. Bunun Şəki–Zaqatala iqtisadi rayonunda 37,7 min, Gəncə–Qazax 34,3 min, Lənkəranda 28,1 min, Kəlbəcər–Laçında 15,9 min, Dağlıq Şirvanda 16,5 min, Naxçıvan iqtisadi rayo-nunda 65,2 min arı ailəsi yerləşir. 2005-ci ildə 590 ton bal istehsal edilmişdirsə, 2013-cü ildə 2457 ton bal istehsal olunmuşdur.

Respublikanın təbii-iqlim şəraiti, uzun müddət top-lanmış təcrübə və adət-ənənələr imkan verir ki, hər hektar-dan daha çox məhsul əldə edilsin. 2014-cü ildə hər hektar-dan 2,4 ton taxıl, 1,8 ton pambıq, 7,2 ton meyvə, 30,9 ton çuğundur, 13,3 ton kartof, 8,2 ton üzüm, 15,0 ton tərəvəz, hər qaramaldan 172 kiloqram ət, hər inəkdən 1401 litr süd istehsal edilmişdir. Həmin məhsullar üzrə respublikada istehsal potensialı müvafiq olaraq taxıl 7 ton, pambıq 3 ton, meyvə 15 ton, çuğundur 50 ton, kartof 30 ton, üzüm

Page 527: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

526

20 ton, tərəvəz 50 ton, hər qaramaldan ət 250 kiloqram, hər inəkdən süd 4000 litrdir. Göründüyü kimi, istehsalı ar-tırmaq, ərzaq təminatını yaxşılaşdırmaq üçün potensial eh-tiyatlar hələ çoxdur.

Kənd təsərrüfatı məhsullarına çəkilən xərclərin struk-turunda kənar təşkilatların göstərdiyi xidmətlərə ödənişlər yüksəkdir. Bu göstərici 2000-2014-cü illərdə 10,9%-dən, 34,7%-ə qədər yüksəlib. Sahibkarlar toxum, yem xərcləri-nə qənaət etsələr də onların ödənişlərə və digər xərclərə nəzarətini məqbul hesab etmək olmaz. Bunlar onu göstə-rir ki, kənd təsərrüfatında texnoloji proseslərin mexanik-ləşdirilməsi, istehsalın intensivləşdirilməsi, istehsal-iqtisa-di əlaqələrin formalaşdırılması, yeni texnologiya və mütə-rəqqi üsullardan, iqtisadi təsir mexanizmlərindən və s. ki-fayət qədər səmərəli istifadə olunmur.

c) Yem istehsalı və yemə tələbatın ödənilməsi. Heyvandarlığın inkişafında və məhsul istehsalının

artırılmasında ölkənin yem bazası həlledici əhəmiyyət kəsb edir. Yem bazası heyvandarlıq üçün yem ehtiyatları və on-ların alınması mənbələridir. Yem bazasına təbii və əkilmiş biçənəklər və otlar, silos, yemlik dən, yaşıl və şirəli yem üçün tarla bitkiləri səpini, samanlıq və tarla tullantıları (küləş, saman və s.), yeyinti sənayesi tullantıları, qarışıq və mineral yemlər, ot unu,sümük unu, ət-sümük unu və s. da-xildir. Heyvandarlığın yem bazasının inkişafı yem bitkiləri səpinini genişləndirmək və yem bitkilərinin məhsuldarlığı-nı artırmaq hesabına həyata keçirilir. Yem istehsalının artırılması tarla yem istehsalının intensivləşdirilməsi, təbii və yüksək məhsuldar mədəni biçənəklərin yaxşılaşdırıl-ması, yem bitkisi sortlarının və toxuculuğunun yaradılması, yemlərin hazırlanması və mühafizəsi yolu ilə təmin edilir.

Page 528: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

527

Heyvanların yemə tələbatının ödənilməsi üçün yem balansı hazırlanır. Yem balansı mövcud yemlə-yemə olan tələbatın müqayisəsidir. Yem balansı hazırlayarkən hey-vanların yem rasionu müəyyən edilir. Yem rasionunda heyvanların növü və yaşı, heyvanların fizioloji vəziyyəti (boğazlığı, sağılması, ətlik istiqaməti və s.), saxlama siste-mi (yay və qış dövrü) və s. nəzərə alınır. Təbii-iqtisadi ra-yonlar üzrə heyvanların qrupları üzrə nümunəvi yem ra-sionu müəyyən edilmişdir.

Heyvandarlığın yemlənməsində yem otları, meyvə, kök, yem bostan bitkiləri, siloslu və dənli yem bitkilərin-dən istifadə edilir. Bununla əlaqədar respublikada birillik və çoxillik yem otları, yemlik yerkökü, yem çuğunduru, yemlik qabaq, qarğıdalı, günəbaxan və s. becərilir. Yaşıl yem üçün dənli paxlalı (noxud, soya, mərci) və dən (çov-dar, vələmir, arpa, darı) bitkiləri, dənli yemlər almaq üçün çölnoxudu, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur. Heyvandarlıq il boyu yemlə tə-min olunmalıdır. Bunun üçün yem ehtiyatları yaradılır. Yem ehtiyatları təbii biçənək və otlaqlardan, taxıl və yem bitkiləri əkinlərindən, kənd təsərrüfatı bitkilərinin tullantı-larından, yeyinti və iaşə tullantılarından, sənayedə istehsal olunan qarışıq və mineral tərkibli yemlərdən yaradılır.

Heyvandarlıqda istifadə edilən yemlər təsnifatına görə aşağıdakı 4 qrupa bölünür: 1) bitki mənşəli yemlər, 2) hey-van mənşəli yemlər, 3) mineral yemlər, 4) qarışıq yemlər.

Bitki mənşəli yemlər: 1) yaşıl yemlərə, 2) şirəli yem-lərə, 3) qaba yemlərə, 4) qüvvəli yemlərə, 5) bitkiçilik məhsullarının emalı tullantılarına bölünür.

Hazırda heyvandarlıq məhsulları istehsalının artırıl-ması həmin yemlərə olan tələbatın ödənilməsi səviyyəsin-

Page 529: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

528

dən asılıdır. Hər şərti mala 32 sentner yem vahidi əvəzinə 8-10 sentner yem vahidi istehsal olunur. Respublikada heyvandarlığın inkişafına 2 milyon ton qarışıq yem tələb olunduğu halda, faktiki 200-300 min ton qarışıq yem is-tehsal olunur. Bununla əlaqədar olaraq “2008-2015-ci il-lərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsul-ları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda göstə-rilir: “Heyvandarlığın inkişafında əsas problemlərdən biri də yem bazasının zəif olmasıdır. Senaj və silos kimi qiy-mətli yemlər heyvanların yem rasionundan çıxmışdır. 2007-ci ildə ölkədə cəmi 6,4 min ton yaşıl qarğıdalı kütlə-si və 2,4 min ton kökümeyvəlilər istehsal olunmuşdur. Inək və camışlar əsasən kəndətrafı örüş sahələrinin hesabı-na saxlanılır. Bu sahələrin isə ot örtüyü xeyli seyrəkləş-miş, qış otlaqlarının quru ot məhsuldarlığı isə 3-4 sentnerə qədər azalmışdır. Hazırda quşçuluq müəssisələri istisna ol-maqla qarışıq yem istehsal olunmur”. Dövlət Proqramın-da 2015-ci il üçün ət istehsalının 340 min tona, süd və süd məhsulları istehsalının 2,8 milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalının 80 min tona, yumurta istehsalının 1,3 milyard ədədə, yem bitkiləri əkin sahələrinin 500 min hektara, balanslaşdırılmış qarışıq yem istehsalının 2 mil-yon tona çatdırılması əsas hədəflər kimi müəyyən edilmiş-dir. Göstərilən hədəflərə çatmaq üçün heyvandarlığın yem bazasının intensiv texnologiyalar əsasında inkişaf etdiril-məsi, damazlıq təsərrüfaların maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikada damazlıq quşçuluq tə-sərrüfatlarının yaradılması, müasir tələblərə cavab verən rəqabət qabiliyyətli yeni quşçuluq təsərrüfatlarının yara-dılması, qarışıq yem istehsal edən müəssisələrin istifadəyə verilməsi, heyvandarlıq məhsullarının emal sənayesinin

Page 530: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

529

yaradılması zəruridir. Ət və süd istehsalında heyvanlara verilən yemin tər-

kibi xüsusi əhəmiyyət daşıyır. Süd istehsalında şirəli yem bitkiləri əkinlərinin əhəmiyyəti böyükdür. Buna baxmaya-raq heyvandarlığın inkişafı üçün yem əkinlərinin artırılma-sı və onların məhsuldarlığının yüksəldilməsi diqqətdən kə-narda qalmışdır. Bəzi yem bitkiləri əkilmir, silos, senaj, yem çuğunduru demək olar yem rasionundan çıxarılmışdır.

Qoyunçuluğun inkişafı üçün ayaqaltı yemlə təmin edilməsində qış otlaqlarının rolu böyükdür. Buna baxma-yaraq otlaqların təyinatı dəyişdirilmiş, onların səthi və əsaslı yaxşılaşdırılması tədbirləri aparılmır, sahələrə gübrə verilmir və su çəkilmir. Ona görə də qış otlaqları hər hek-tardan 3-5 sentner quru ot verir.

Cədvəl 11.5.

Ölkədə yem bitkiləri istehsalının dinamikası.

İllər

Silos və yaşıl yem üçün

qarğıdalı Kokumeyvəlilər

Əkin

sahəsi

(min.

ha)

Istehsal

(min.

ton)

Məhsul-

darlıq

(sentn/

ha)

Əkin

sahəsi

(min.

ha)

İsteh-

sal

(min.

ton)

Məhsul-

darlıq

(sent/ha)

1985 98 1430,0 106 11,6 242,7 176

1990 98,5 943,9 96 12,9 172,1 133

1995 36,9 182,3 47 5,2 26,4 51,0

2000 2,2 4,8 63 0,1 2,4 157,0

2005 0,9 16,5 43 0,1 1,7 173

2010 0,8 13,2 142 0,2 3,6 210

2012 1,2 11,8 98 0,5 3,7 79

2013 1,5 17,8 117 0,2 3,6 192

2014 1,4 15,3 107 0,2 4,4 212

Page 531: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

530

Yem əkini və istehsalının azalmasının əsas səbəbi ra-

yonlarda tələb olunan qədər sahədə yem bitkiləri əkilmə-

məsi və əkilən yem bitkilərinin məhsuldarlığının aşağı ol-

masıdır. Digər tərəfdən heyvanların yemə olan tələbatının

ödənilməsinin 45-50%-i satın alma yemlər hesabına ödə-

nilir. Bu isə heyvandarlıq məhsulları istehsalının maya də-

yərinin yüksək olması ilə nəticələnir.

Respublikanın iqtisadi rayonlarında torpaq – iqlim

şəraiti ilə əlaqədar yem əkini və yem ehtiyatlarının qurulu-

şu müxtəlifdir. Ölkədə cəmi əkinlərin 2000-ci ildə 13,3%-

ni, 2014-cü ildə isə 24,9%-ni yem əkinləri təşkil edir. Yem

əkinlərinin quruluşu və heyvandarlıq sahələrinin inkişafı

ilə əlaqədar hər 100 hektar kənd təsərrüfatına yararlı tor-

paq sahəsi və hər 100 hektar əkin sahəsi hesabı ilə müxtə-

lif yem vahidi, təbiidir ki, heyvandarlıq məhsulları əldə

edilir.

Yemçiliyin inkişafı sahəyə vəsait qoyuluşundan ası-

lıdır. Yemçilik nə qədər yüksək inkişafa malik olarsa, hey-

vandarlıq məhsulları istehsalı da bir o qədər artar, məhsu-

lun maya dəyəri aşağı olar.

Yem bitkisinin hər hektarına sərf edilən xərcləri hə-

min bitkidən əldə edilmiş yem vahidinin miqdarına böl-

məklə (yem vahidinin maya dəyəri) müəyyən edilir. Yem

vahidi yemin qidalılıq dərəcəsinin ölçüsüdür. Yemin qida-

lılıq dərəcəsi ölkəmizdə bir kiloqram vələmirdə olan qida

yem vahidi olaraq qəbul edilmişdir. Bu, yem vahidinin

maya dəyərinin ayrı-ayrı yem bitkiləri üzrə müqayisəsini

və ən sərfəli yem bitkisi əkilməsini müəyyən etməyə im-

kan verir.

Heyvandarlığın inkişafı ilə əlaqədar iqtisadi rayon-

Page 532: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

531

larda yem əkini sahəsinin xüsusi çəkisi xeyli fərqlənir.

Respublikada 402,9 min hektar yem əkinlərinin 67,8%-i

Aran, 12,4%-i Gəncə-Qazax, 6,5%-i Yuxarı Qarabağ, 6,2%-i

Şəki – Zaqatala iqtisadi rayonlarının payına düşür. Son il-

lərdə (2005-2014-cü illər) heyvandarlıq və bitkiçiliyin əla-

qəli inkişafına diqqət artırıldığından yem bitkilərinin güb-

rələnməsi, suvarılması, biçilməsi və digər aqrotexniki təd-

birlər keyfiyyətlə yerinə yetirilir, yem əkinlərinin struktu-

ru təkmilləşdirilir, hektardan yüksək məhsuldarlığa nail

olunur.

Cədvəl 11.6.

Respublikada 1995-2014-cü illərdə ot istehsalı

(min ton).

İllər Cəmi

O c ü m l ə d ə n

Birillik otlar Çoxillik otlar

Təbii və

yaxşılaşdırılmış

biçənəklərin otu

İsteh-

sal

Məhsul-

dalıq

(sentner)

İstehal

Məhsul-

darlıq

(sentner)

istehsal

Məhsul-

darlıq

(sentner)

1995 2298,4 53,7 17,0 533,9 29,8 1710,8 12,8

2000 3001,5 26,4 20,7 510,5 49,0 2464,6 37,2

2005 3455,3 42,5 36,0 1382,8 62,4 2030,0 58,9

2010 3908,6 9,7 35,3 2317,6 61,3 1581,3 46,9

2014 4300,5 48,6 32,8 2754,1 71,1 1497,8 51,6

Page 533: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

532

Yemçiliyin inkişafı, sahənin spesifik xüsusiyyətləri-

nə uyğun tətbiq edilən texnika, texnologiya, aqrotexniki

tədbirlərin keyfiyyəti, suvarma, gübrələmə və s. tədbirlə-

rin səmərəli təşkili texniki, texnoloji, təşkilati və iqtisadi

məsələlərin kompleks həllini tələb edir. Bütün texnoloji

proseslərdə ekoloji tarazlığın qorunması və ekoloji təmiz

məhsul istehsalı, məhsulların saxlanması əsas vəzifələrdən

biri olmalıdır. Çünki, heyvandarlıqda istifadə olunan yem-

lərin keyfiyyəti onların sağlamlığına, məhsulların keyfiy-

yətinə, son nəticədə insan sağlamlığına böyük təsir göstərir.

Respublikada yem istehsalı hər bir rayonun təbii-iqti-

sadi şəraitindən asılı olaraq müxtəlif yollarla artırıla bilər:

- qarğıdalı və kökumeyvəlilər əkinlərinin genişləndi-

rilməsi və təkrar əkinlərdə qarğıdalı əkininin stimullaşdı-

rılmaşı;

- çoxillik otlar əkini sahələrinin artırılması, onların

intensiv becərilməsinin təşkili,

- növbəli əkin dövriyyəsinin tətbiqi əsasında birillik

otlar əkininin elmi əsaslarla təşkili,

- yem bitkiləri toxumçuluğu üzrə təsərrüfatların yara-

dılması və onların maddi-texniki təminatının dəstəklənməsi;

- çoxillik yonca əkinlərinin seyrəkliyinin aradan qal-

dırılması. Aqrotexniki tədbirlərin düzgün həyata keçiril-

məsinə nəzarətin artırılması;

- yem bitkisinin vaxtında toplanması və onların düz-

gün itkisiz saxlanılmasına diqqətin artırılması;

- yem bitkilərinin qarışıq əkininə (arpa, buğda, espar-

set və s.) üstünlük verilməsi, təbii biçənək və otlaqlardan

səmərəli istifadənin yaxşılaşdırılması və s.

Page 534: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

533

FƏSİL XII. AQRAR İSTEHSALIN SƏMƏRƏLİLİYİ

VƏ ONUN YÜKSƏLDİLMƏSİ YOLLARI

12.1. Aqrar sahədə səmərəlilik anlayışı.

Aqrar sahədə istehsalın təşkili, idarə edilməsi, yeni

iqtisadi münasibətlərə uyğun sahibkarlığın inkişafı və so-

sial-iqtisadi vəzifələrin həlli istehsalın səmərəliliyinin yük-

səldilməsi ilə əlaqədardır.

Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinin yük-

səldilməsi obyektiv zərurət olub, əhalinin həyat səviyyəsi-

nin yüksəldilməsinin və geniş təkrar istehsalın əsas mən-

bəyidir. Səmərəliliyin yüksəldilməsi aqrar sahənin inkişa-

fına, sahibkarlığın və aqrar bazarın formalaşmasına, ərzaq

təhlükəsizliyinin təmin olunmasına əlverişli şərait yaradır,

texniki, texnoloji, sosial-iqtisadi məsələlərin həllinə imkan

verir. Ona görə də aqrar istehsalın səviyyəsi və səmərəlili-

yi bir çox şərtlərdən və amillərdən asılıdır. Yəni sosial-iq-

tisadi vəzifələrin həlli üçün müəyyən maddiləşmiş və canlı

əmək sərfi, xərclər tələb olunur. Müəyyən maddi, əmək və

maliyyə xərcləri hesabına yüksək təsərrüfat nəticələrinə

nail olunması səmərəliliyi ifadə edir.

İqtisadiyyata dair ədəbiyyatlarda səmərə ilə səmərə-

lilik anlayışları fərqləndirilir. Səmərə və səmərəlilik ayrı-

ayrı mənalara malik olmaqla, müxtəlif məqsədlər üçün is-

tifadə edilir. Aqrar sahədə səmərə sahəyə yönəldilmiş tex-

niki, texnoloji, təşkilati, iqtisadi, sosial, hüquqi və digər

tədbirlərin həyata keçirilməsi və ya tətbiq olunması ilə əla-

qədar əldə edilən proseslərin müsbət nəticəsidir. Sahənin

şumlanması, səpin, becərmə, suvarma, gübrələmə, yığım və s.

Page 535: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

534

tədbirlər ayrı-ayrılıqda vacib və zəruri tədbirlərdir. Onlar

istehsalı artırmaqda, məhsulun keyfiyyətini yüksəltməkdə

əhəmiyyətli tədbirlərdir, istehsal prosesinin mərhələləridir.

Lakin həmin tədbirlərin, proseslərin faydalı olması hələ

səmərəlilik deyildir. Ola bilər ki, yerinə yetirilən tədbirlər

nəticəsində məhsul istehsalı artsın. Taxıl istehsalına çəki-

lən xərclər (toxum, şum aparma, suvarma, heyvanların

yemlənməsi və s.) artsın, xərc əldə edilən gəlirdən çox olsun.

Səmərəlilik – səmərənin müəyyən vaxt ərzində əldə

edilmiş nəticə ölçüsüdür. Nəticə onun əldə edilməsinə sə-

bəb olmuş canlı və maddiləşmiş əməyin keyfiyyətinə olan

nisbəti kimi hesablanır. Başqa sözlə, səmərəlilik istehsalın

keyfiyyət səciyyəsi olmaqla alınan nəticə ilə çəkilən xərc-

lərin kəmiyyət nisbətini ifadə edir, az məsrəflə çox nəticə-

yə nail olmaqdır. Beləliklə, səmərəlilik iqtisadi məzmuna

malikdir. Iqtisadi mənada səmərəliliyin mahiyyəti eyni

maddi, əmək və maliyyə hesabına (və ya az miqdarda) da-

ha çox məhsul istehsal etmək, daha çox istehsal və iqtisadi

nəticələrə nail olmaqdır.

Iqtisadi ədəbiyyatlarda istehsalın səmərəliliyinin iki

növü fərqləndirilir. Bunlar iqtisadi və qeyri -iqtisadi (tex-

niki, sosial, texnoloji, ekoloji və s.) səmərəliliyə ayrılır.

Deməli təsərrüfat nəticələrinin səmərəliliyi, bir çox tədbir-

lər və amillər kompleksindən asılıdır. Səmərəliliyin bu

növləri mahiyyət etibarilə bir-birindən fərqlənsələr də, nə-

ticə etibarı ilə az xərclə yüksək təsərrüfat nəticələrinə nail

olmaqla ifadə edilir. Belə ki, müəyyən xərclər müqabilin-

də texniki nəticə (texnikanın gücünün, surətinin, məhsul-

darlığının artması, yanacağa qənaət, texnikanın gördüyü

işin keyfiyyəti və s.) yüksəkdirsə və gəlir xərclərdən çox-

Page 536: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

535

dursa (üstələyirsə) bu əldə edilən texniki səmərədir.

Sosial səmərəlilik – istehsal sferasına xidmət edən

sosial sferada tələblərin dolğun ödənilməsi, əmək haqqının

səviyyəsi, yüksək ixtisaslı kadrların hazırlanması, mülkiy-

yətçinin iş şəraitinin yaxşılaşması, ixtisas dərəcələrinin

yüksəldilməsi, istehsalçıların mədəni-məişət xidmətləri ilə

təmin olunması səviyyəsi ilə müəyyən olunur. Yəni göstə-

rilən tədbirlərin yaxşılaşması ilə əlaqədar əldə edilən sə-

mərə sosial səmərədir. Aqrar sahədə istehsalın səmərəlili-

yinə iqtisadi nəticə kimi qiymət verilmir. Istehsalın iqtisa-

di səmərəliliyi yüksək olduqda ümumi gəlir, xalis gəlir,

mənfəət artır və bu sosial məsələlərin həllinə yönəldilir.

Ona görə də səmərəliliyin yüksək olması, həm də sosial

nəticə kimi qiymətləndirilir.

İstehsalın iqtisadi səmərəliliyi dedikdə, iqtisadi inki-

şafı xarakterizə edən mühüm göstərici olub məhsul isteh-

salı və xidmətlərin nəticələrinin-məhsul istehsalına çəkilən

maddi xidmətlər, əmək və istehsal məsrəfləri arasındakı

nisbət başa düşülür. Başqa sözlə, istehsalın iqtisadi səmə-

rəliliyi istehsal fəaliyyətinin son nəticəsinin-onun əldə

olunması üçün sərf olunan vəsait və ehtiyatların nisbəti ki-

mi qiymətləndirilir. Istehsalın son nəticəsinin miqdarını

əks etdirən müxtəlif amillərin kəmiyyət ölçüsü müvafiq

göstəricilər sistemindən istifadə olunmaqla müəyyən edi-

lir. İqtisadi səmərəlilik göstəricilərinə əmək məsrəflərinin

səmərəliliyi (əmək məhsuldarlığı), əsas fondlardan istifa-

dənin səmərəliliyi (fonverimi), məhsulun əmək və mate-

rial tutumu (maya dəyəri), itkilərin azaldılması və keyfiy-

yətin yüksəldilməsi, ümumi və əmtəəlik məhsulun səviy-

yəsi kimi göstəricilər daxildir.

Page 537: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

536

12.2. Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinin

yüksəldilməsi yolları.

Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinə bir

çox amillər təsir göstərir. Bu amillər bir-biri ilə qarşılıqlı

əlaqə və asılılığa malikdir. Yəni, bu və ya digər amillərin

istehsalın inkişafına və iqtisadi səmərəliliyin yüksəldilmə-

sinə təsir edir, həm də digər amillərin təsir səviyyəsinin ar-

tıb-azalmasına səbəb olur. Ona görə də istehsalın səmərə-

liliyinin yüksəldilməsi amilləri aqrar sahənin spesifik xü-

susiyyətləri ilə əlaqədar kompleks şəkildə nəzərə alınmalı-

dır. Həmin amilləri aşağıdakı qrupa bölmək olar:

1) təbii amillər,

2) texniki-texnoloji amillər,

3) təşkilati amillər,

4) sosial amillər,

5) iqtisadi amillər,

6) siyasi amillər və s.

Təbii amillərə torpağın münbitliyi, torpağın quruluşu,

keyfiyyəti, ərazinin relyefi, temperatur, işıq radiasiyası,

bitkinin növü, heyvanların cins tərkibi, mayalanma, qida

maddələri ilə normal təminat, ekoloji şərait, su ilə təminat

və s. daxildir. Bu amillər istehsalın səmərəliliyinə təsir edən

əsas amillərdir.

Texniki-texnoloji amillər kənd təsərrüfatında istehsal

və xidmət proseslərinin yerinə yetirilməsi ilə bağlıdır. Ona

görə də kənd təsərrüfatının ayrı- ayrı sahələrində tətbiq edi-

lən texnika və texnologiyalardan asılı olaraq texnoloji amil-

lərin təsiri dəyişir. Sahibkarların əsas və dövriyyə fondları

Page 538: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

537

ilə təminatı, istehsalın texniki və texnoloji hazırlıq səviy-

yəsi, iş və istehsal prosesinin mexanikləşdirilməsi səviyyə-

si, sağım və texnoloji avadanlıqların vəziyyəti, emal texno-

logiyası və s. amillərdən asılı olaraq bitkiçilik və heyvan-

darlıqda məhsuldarlıq, məhsulun həcmi, keyfiyyəti, məh-

sulun maya dəyəri, əmək məhsuldarlığının səviyyəsi və s.

göstəricilərin səviyyəsi fərqlənir. Bu göstəricilərin səviyyə-

si ilə əlaqədar istehsalın iqtisadi səmərəliliyi də dəyişir.

Aqrar sahədə istehsalın səmərəliliyinə təsir edən

amillərdən biri təşkilati amillərdir. Bu amillərə müxtəlif

səviyyəli idarəetmə strukturları (respublika, rayon və yerli

səviyyədə), onların funksiyaları, idarəetmə xərcləri, özəl

təsərrüfat qurumlarının (ailə kəndli təsərrüfatları, səhmdar

cəmiyyətləri, kooperativlər, məhdud məsuliyyətli cəmiy-

yətlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsi təsərrü-

fatlar və s.) funksiya və təşkilat strukturları istehsalın sə-

mərəliliyinə təsir edir. Təşkilati amillərə istehsalın və

əməyin elmi təşkili, istehsalın quruluşu, istehsalın yerləş-

dirilməsi və ixtisaslaşdırması, məhsulun yığılması, daşın-

ması, saxlanması, texniki xidmətin təşkili, məhsulun key-

fiyyətinə nəzarətin təşkili, marketinqin təşkili və s. daxil

edilə bilər.

İstehsalın iqtisadi səmərəliliyinə təsir edən amillər-

dən biri sosial amillərdir. Bu amillərə kəndin sosial inkişa-

fı, əhalinin sosial müdafiəsi, kəndin sosial infrastrukturu-

nun inkişafı, əhalinin mədəni-məişət şəraiti, idman, tibb,

sağlamlıq, rabitə, təhsil, kadr hazırlığı, qazlaşdırma, elek-

trikləşdirmə xidməti və s. daxildir. Kənd təsərrüfatı isteh-

salının səmərəliliyinin yüksəldilməsinin əsas şərtlərindən

Page 539: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

538

biri əhalinin sosial müdafiəsi və kəndin sosial inkişafı ol-

duğu üçün bu məsələ dövlətin sosial-iqtisadi siyasətinin

əsas istiqaməti hesab edilir.

Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinin əsas

şərtlərindən biri iqtisadi amillərdir. İqtisadi amillərə isteh-

salın səmərəliliyini təmin edən torpaq, maddi və texniki

sərvətlər, su, texnoloji avadanlıqlar və s. istifadə edilməsi-

ni əks etdirən ehtiyatlar və onları hərəkətə gətirən iqtisadi

təsir amilləri daxildir. Həmin ehtiyatlardan kompleks isti-

fadə səviyyəsi və iqtisadi münasibətlərin formalaşması iq-

tisadi səmərəliliyin təminatını şərtləndirir. Deməli, kənd

təsərrüfatının inkişaf səviyyəsi və istehsalın iqtisadi səmə-

rəliliyi iqtisadi mexanizmin ünsürləri ilə (qiymət, maliyyə

-kredit, vergi, idarəetmə, planlaşdırma, sığorta, investisi-

ya, stimullaşdırma, maddi məsuliyyət və s.) tənzimlənir.

Aqrar sahədə istehsalın həcmi və səmərəliliyinə siya-

si amillər də təsir göstərir. İlk növbədə ermənilərin 1988-ci

ildən Azərbaycanın torpaqlarına ədalətsiz müdaxilələri və

1992-ci ildən Dağlıq Qarabağ, Şuşa, Laçın, 1993-cü ildən

daha 6 rayonun işğal olunması respublikamızda aqrar is-

tehsalın həcminin azalmasına və səmərəliliyinin aşağı düş-

məsinə böyük təsir göstərmişdir. 1991-1993-cü illərdə ha-

kimiyyət uğrunda mübarizə siyasi sabitliyin pozulmasına

səbəb olmuşdur. Bu isə nəticədə kənd təsərrüfatı məhsul-

ları istehsalına və səmərəliliyinə mənfi təsir göstərmişdir.

Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinə təsir

edən əsas amillər kompleksini aşağıdakı 12.1. sxemdəki

kimi formalaşdırmaq olar:

Page 540: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

539

Sxem 12.1. Aqrar sahədə iqtisadi səmərəliliyə təsir edən

amillər.

Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinin yük-səldilməsi üçün göstərilən amillər kompleksinin nəzərə alınması olduqca vacibdir. Bu amillər istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə müxtəlif dərəcədə təsir göstərir. Ona görə də nəzərə almaq lazımdır ki, istehsalın səmərəliliyinin yüksəldilməsi istiqamətləri hər bir sahə və məhsul üzrə göstərilən amillərin əlaqə və təsiri ilə forma-laşır və fərqlənir. Deməli, səmərəliliyin istiqamətləri hə-min amillərin təsirindən asılıdır və onun düzgün müəyyən-ləşdirilməsi və nəzərə alınması olduqca vacibdir. Misal üçün suvarma təmin olunmadığı, yaxud torpağın münbitli-yi, temperatur əlverişli olmadığı halda, həmçinin vergi, kredit, qiymət amili istehsalçının marağını təmin etmədiyi halda məhsul istehsalı azalır, bu isə tələb-təklif amilinin roluna mənfi təsir göstərir. Yəni, bu və ya digər amil isteh-salın inkişafına və iqtisadi səmərəliliyin səviyyəsinin yük-səlməsinə və ya azalmasına səbəb olur. Ona görə də aqrar sahədə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi

Səmərəliliyə

təsir edən

amillər

siyasi

texniki -

texnoloji

təbii

sosial

təşkilati

iqtisadi

Page 541: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

540

yolları konkret şərait, istehsal sahəsi və amillər üzrə fərq-lənir. Aqrar sahədə istehsalın intensivləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi, məhsul vahidi istehsalına material və əmək məsrəflərinin azaldılması, hər hektar sahədən və hər baş mal-qaradan əldə edilən məhsulun satışı və xidmətlərin sə-viyyəsinin yüksəldilməsi, aqrar sahədə iqtisadi səmərəlili-yin yüksəldilməsinin əsas istiqamətləri hesab edilir. Gös-tərilənlərlə yanaşı, mövcud torpaq, əmək və maliyyə və-saitlərindən, ehtiyatlardan səmərəli istifadə olunması, məh-sulun maya dəyərinin aşağı salınması və məhsul istehsalı, daşınması, saxlanması və emalı vaxtı itkilərin azaldılması istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinin əsas is-tiqamətlərindəndir. Aqrar sahədə istehsalın idarə olunma-sında mütərəqqi metodların tətbiqi və iqtisadi mexanizmin təkmilləşdirilməsi iqtisadi səmərəliliyin yüksəldilməsinin əsas ehtiyat mənbələrindən biridir.

Aqrar sahədə məhsul istehsalının artırılması və isteh-salın iqtisadi səmərəliliyinin yüksəldilməsinin əsas istiqa-mətlərindən biri elmi-texniki tərəqqinin surətləndirilməsi əsasında torpaqdan, maddi-texniki və əmək ehtiyatların-dan səmərəli istifadə edilməsidir. Elmi-texniki tərəqqi eh-tiyatlardan səmərəli istifadə və struktur təkmilləşdirilməsi-nə əsaslanır, intensivləşdirmənin tərkib hissəsi olmaqla, istehsalın səmərəliliyinin yüksəldilməsinin mühüm amili-dir. Intensivləşdirmə və səmərəlilik istehsalın müxtəlif cə-hətlərini səciyyələndirir. Intensivləşdirmə iqtisadi artımın keyfiyyət amili olmaqla yeni texnika və texnologiyaya əsaslanır. Intensivləşdirmə istehsalın səmərəli təşkili əsa-sında inkişaf prosesini xarakterizə edir. Səmərəlilik isə fə-aliyyətin proseslərin az xərclərlə yüksək yekunu, iqtisadi nəticələrə nail olmaqla ifadə olunur.

Page 542: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

541

Sxem 12.2. Aqrar sahədə iqtisadi səmərəliliyin yüksəldilməsi yolları.

-elmi-texniki tərəqqinin sürət-

ləndirilməsi,

-material və əmək məsrəflə-

rinin aşağı salınması,

-əsas və dövriyyə fondlarından

səmərəli istifadə edilməsi,

-mövcud torpaq ehtiyatlarından

intensiv istifadə edilməsi,

-əmək ehtiyatlarından səmərəli

istifadə edilməsi,

-itkilərin azaldılması və məh-

sulun keyfiyyətinin yüksəldil-

məsi,

-əmək məhsuldarlığının yüksəl-

dilməsi,

-emal və xidmət müəssisələ-

rinin inkişaf etdirilməsi və s.

-istehsal strukturunun təkmilləş-

dirilməsi,

-idarəetmə sisteminin təkmilləş-

dirilməsi,

-maliyyə, kredit, vergi sisteminin

təkmilləşdirilməsi,

-təşkilati-iqtisadi əlaqələrin tək-

milləşdirilməsi,

-ətraf mühitin mühafizəsi və eko-

loji tarazlığın qorunması,

-xammal və materiala qənaət

edilməsi,

-kadrların ixtisasının artırılması,

-qabaqcıl təcrübə, elmin təcrü-

bədə tətbiqi,

-mütərəqqi texnologiyanın tətbiqi

və s.

Aqrar

sahədə iq-

tisadi sə-

mərəlili-

yin yük-

səldilməsi

yolları

Page 543: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

542

Aqrar sahədə iqtisadi səmərəliliyin yüksəldilməsinin

əsas ehtiyat mənbələri olan əmək məhsuldarlığının yüksəl-

dilməsi, istehsal xərclərinin aşağı salınması, itkilərin azal-

dılması və məhsulun keyfiyyətinin yüksəldilməsi istiqa-

mətləri və göstəriciləri barədə bu fəsildə növbəti paraqraf-

larda ətraflı verilir. Torpaqdan, əmək ehtiyatlarından mad-

di-texniki ehtiyatlardan istifadə, istehsal strukturunun və

idarəetmənin təkmilləşdirilməsi, ətraf mühitin mühafizəsi

və ekoloji tarazlıq, mövcud vəziyyət, iqtisadi inkişafa tə-

siri və s. məsələlər müasir dövrdə qarşıda duran əsas vəzi-

fələr kimi baxılır. Mühüm vəzifələrdən biri sahibkarların

məhsul istehsalını artırmaqla yanaşı, istehsalın iqtisadi sə-

mərəliliyini yüksəltmək, buna intensiv inkişafın həyata ke-

çirilməsi, istehsal, maddi-texniki və əmək ehtiyatlarından

daha səmərəli istifadə etməklə nail olmaqdır. Nəzərə al-

maq lazımdır ki, istehsalın artırılması üçün istifadə edilən

maddi-texniki ehtiyatların qiymətlərinin yüksək olması,

məhsulun baha başa gəlməsinə, səmərəliliyin aşağı düş-

məsinə səbəb olur. Ona görə də məhsul istehsalının maya

dəyərinin aşağı olması üçün istehsal-iqtisadi əlaqələr və

iqtisadi mexanizm təkmilləşdirilməli, xammal və material-

lardan səmərəli istifadə edilməli, israfçılığın qarşısının

alınması üçün bir çox tədbirlər kompleks şəkildə həyata

keçirilməlidir.

12.3. Aqrar sahədə istehsalın səmərəliliyini xa-

rakterizə edən göstəricilər sistemi.

Aqrar sahədə iqtisadi səmərəliliyin yüksəldilməsinə

bir-biri ilə əlaqə və asılılıqda olan bir çox amillər təsir et-

diyi üçün səmərəliliyin ehtiyat mənbələri və onu xarakteri-

zə edən götəricilər də müxtəlifdir. Bu müxtəliflik həm də

Page 544: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

543

aqrar istehsalın spesifik xüsusiyyətləri ilə əlaqədardır. La-

kin nəzərə almaq lazımdır ki, aqrar istehsalın iqtisadi sə-

mərəliliyinin əsas göstəricisi və meyarı az məsrəflərlə is-

tehlak tələbini ödəyən daha çox məhsul əldə etməklə gəli-

rin artırılmasıdır.

Aqrar sahədə istehsal-iqtisadi əlaqələrin təkmilləşdi-

rilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, torpaq,

əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə edilmə-

si, emal və xidmətin düzgün təşkili, maliyə-kredit, qiymət,

vergi münasibətlərinin yenidən qurulması, sahibkarlığın

formalaşdırılması və bir çox texniki-texnoloji, təşkilati, iq-

tisadi, sosial tədbirlərin həyata keçirilməsi səmərəlilik

göstəricilərinin düzgün müəyyən edilməsini tələb edir. Bu

vaxt səmərəliliyin mürəkkəb və çoxcəhətli istiqamətlərinin

uzlaşdırılmasını və istehsalın müxtəlif proseslərini səciy-

yələndirən göstəricilərin müəyyənləşdirilməsini məqsədə

uyğun hesab edirik. Burada əsas meyar (səmərəlilik göstə-

ricisi) konkret fəaliyyətin (sahənin) nəticəsinin, onun ya-

ranmasına səbəb olan ehtiyatla (yaxud məsrəflərlə) müqa-

yisə olunmalıdır. Bu müqayisə istehsalın spesifik xüsusiy-

yəti ilə əlaqədar səmərəlilik göstəricisini xarakterizə etmə-

yə imkan verməlidir.

Aqrar sahədə səmərəlilik göstəricisi ümumi və xüsu-

si göstəricilərindən ibarət olmaqla həm naturada, həm də

dəyər ifadəsində formalaşır. Burada ümumi göstəriciləri

nəticə, xüsusi sahə göstəriciləri səbəb göstəriciləri kimi

xarakterizə etmək olar. Səbəb amilləri (göstəriciləri) ilə

nəticə amilləri (göstəriciləri) bir-biri ilə əlaqədardır. Bu-

nunla belə səbəb amilləri (göstəriciləri) nəticə amillərinə

(göstəricilərinə), nəticənin formalaşmasına təsir edir. Nə-

zərə almaq lazımdır ki, ümumi nəticə amilləri də səbəb

Page 545: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

544

amillərinə təsir edir. Məsələn, gəlirin və ya mənfəətin ço-

xalması, təkrar istehsala əlverişli zəmin yaradır.

Göstərilənlərlə əlaqədar natural və dəyər göstəriciləri:

1) istehsal ehtiyat və imkanlarından istifadəni xarak-

terizə edən göstəricilər;

2) maliyyə və maddi-texniki ehtiyatlarından istifadə-

ni xarakterizə edən göstəricilər;

3) əmək ehtiyatlarından istifadəni xarakterizə edən

göstəricilər;

4) kapital qoyuluşundan istifadəni xarakterizə edən

göstəricilər;

5) səmərəliliyin ümumiləşdirici göstəriciləri üzrə sis-

temləşdirilir.

Bir sıra səmərəlilik göstəricisinin ümumi təsərrüfat

üzrə müəyyən edilməsi vacib olsa da, metodiki baxımdan

bazar münasibətləri şəraitində kəndli təsərrüfatlarında bəzi

göstəricilərin müəyyənləşdirilməsinə ehtiyac qalmır. Belə

ki, xırda kəndli təsərrüfatlarının həcmi 1-3 hektar və daha

az olan təsərrüfatlar üçün bəzi gösəriciləri müəyyən etmə-

yə lüzum qalmır və əhəmiyyətini itirir. Məsələn, kiçik

həcmli sahibkarlar üçün əmək məhsuldarlığı, fondverimi,

100 manatlıq istehsal olunan məhsula ümumi gəlir, hər

baş mala qarışıq yem istehsalı, məhsul vahidinə və hektara

adam-gün hesabı ilə əmək məsrəfi, yem istehsalına

elektrik enerjisi məsarifi, 100 hektar torpaq sahəsinə

məhsul istehsalı, kənd təsərrüfatına yararlı torpaq sahəsinə

əsas fondun artımı və s. göstəriciləri müəyyən etməyə

ehtiyac qalmır. Metodoloji və iqtisadi baxımdan sahibkar-

lıq təsərrüfatları üzrə səmərəlilik göstəricilərinin dəqiqləş-

dirilməsi mümkündür. Hazırda yeni iqtisadi münasibətlər

Page 546: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

545

formalaşdığı üçün torpağın, texnikanın, binanın və digər

əmlakın icarəyə verilməsindən, qiymətli kağızlardan, nəğd

pul qoyuluşundan başqa istehsalçılara xidmət

göstərilməsindən sahibkarın hesabına naturada məhsul və

vəsait daxil olur, gəlir əldə edir. Bütün bunlar nəzərə

alınmalı, sahibkarlıq təsərrüfatında istehsalın gəlirlə başa

gəlib-gəlməməsi müəyyən edilməlidir.

Aqrar sahədə iqtisadi səmərəlilik göstəricisini ümu-

miləşdirici göstəricilərə və xüsusi-sahə göstəricilərinə ay-

rılır. Bunu aşağıdakı 12.3.-cü cədvəldəki kimi göstərmək

olar.

Sxem 12.3. Aqrar sahədə səmərəlilik göstəriciləri.

Səmərəlilik göstəricisi

Ümumi (nəticə)

göstəriciləri

Maya dəyəri,

əmək məhsul-

darlığı, əmtəə-

lik məhsul,

fond verimi,

qiymət, satış-

dan gəlir və s.

Xüsusi – sahə

(səbəb) göstəriciləri

Dəyər

ifadəsində

Naturada

Məhsuldarlıq

Dəyər

ifadəsində

Naturada

Hektarın

məhsuldarlığı, bir

hektar əkinə güb-

rə, heyvanların

sıxlığı, texnika ilə

təminat, sahə vahi-

dinə traktor işləri

və s.

Əmtəəlik məh-

sul, ümumi gə-

lir, xalis gəlir,

mənfəət, renta-

bellik

Page 547: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

546

Aqrar sahədə istehsalın amilləri və spesifik xüsusiy-yətləri ilə əlaqədar səmərəliliyin texniki, sosial və iqtisadi göstəricilər sistemi fərqləndirilir və onlar müxtəlif göstəri-cilərlə müəyyən edilir. Həmin göstəricilərin hesablanması qaydası da müxtəlifdir.

Texniki səmərəlilik göstəricisi torpaqdan, əmək və material ehtiyatlarından istifadəni özündə birləşdirir. Bu-rada əsas meyar torpaq sahəsinə, hər 100 manatlıq istehsal vasitəsinə, bir nəfər işçiyə məhsul istehsalı hesab olunur. Kənd təsərrüfatında bitkilərin hektardan məhsuldarlığı, hər heyvanın məhsuldarlığı, bir hektar kənd təsərrüfatı yararlı sahəyə məhsul, bir hektar əkin yerinə məhsul, bir nəfər iş-çiyə məhsul, kapital qoyuluşunun ödəmə müddəti, əsas is-tehsal vasitələrinin hər manatına məhsul, məhsul istehsalı-nın enerji tutumu və s. texniki səmərəlilik göstəriciləri sı-rasına daxildir.

Sosial səmərəlilik göstəricisi əmək ehtiyatlarından istifadəni xarakterizə edir. Sosial səmərəlilik göstəricisinin əsas meyarı istehsalda çalışan və ya istehsalla məşğul olan işçilərin normal həyat səviyyəsini ifadə edir. Buraya əmək haqqı səviyyəsi, hər işçinin real gəlirləri, hər işçiyə pullu xidmətlər, gəlirlərin ümumi səviyyəsi, hər işçiyə düşən əmtəəlik məhsul və s. daxildir.

Iqtisadi səmərəlilik göstəricisinin əsas meyarı təkrar istehsalı təmin edən gəlir səviyyəsidir. Bu göstəriciyə məhsulun maya dəyəri, məhsulun rentabelliyi, ümumi məhsul, mənfəət, bir hektar kənd təsərrüfatına yararlı sa-həyə, bir hektar əkin sahəsinə, bir nəfər işçiyə, hər baş mal qaraya ümumi məhsul, xalis gəlir, mənfəət göstəriciləri daxildir.

Torpaq sahəsinin hər hektarına əldə edilən məhsul is-

tehsalının artırılması istehsalın intensivləşdirilməsi səviy-

Page 548: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

547

yəsini əks etdirir. Bu istehsalın iqtisadi səmərəliliyini xa-

rakterizə edən göstərici kimi istifadə edilə bilməz. Ona gö-

rə də burada material və maliyyə məsarifləri hesabına əldə

edilən məhsul istehsalının artımı nəzərdə tutulmalı, torpaq

sahəsi vahidi hesabına məhsul artımının ümumi nəticələri

müqayisə edilməlidir. Aqrar istehsalın iqtisadi səmərəlili-

yini xarakterizə edən nəticə göstərici kimi əkin sahəsinin

hər hektarı (və material və əmək məsrəfi) hesabı ilə ümu-

mi məhsul, (və ümumi gəlir, xalis gəlir) əsas göstərici sa-

yılır.

Nəzərə almaq lazımdır ki, hər bir göstərici-maya də-

yəri, əmək məhsuldarlığı, material tutumu, rentabellik və s.

ayrı-ayrılıqda mühüm əhəmiyyət kəsb edir. Lakin bunlar

ümumi səmərəlilik göstəricisini tam səciyyələndirmir. Də-

yər ifadəsində iqtisadi səmərəlilik göstəriciləri hesablanar-

kən sahə (bitkiçilik və heyvandarlıq və s.) və obyektlər üz-

rə (bina, texnika və s.) səmərəlilik göstəriciləri müxtəlif

olduğu üçün bunlar nəzərə alınmalıdır.

İqtisadi səmərəlilik göstəricilərindən biri mənfəət

göstəricisidir. Mənfəətin artması təkrar istehsalın təmin

olunması, istehsalçıların marağının və rifahının yüksəldil-

məsinin mühüm mənbəyi, tələbatın ödənilməsi vasitəsidir.

Mənfəət, sahibkarın istehsala çəkdiyi xərclə gəlirin arasın-

dakı fərqdən ibarətdir. Təcrübə göstərir ki, kənd təsərrüfa-

tı məhsullarının bir hissəsi saxlanıb sonrakı ildə satdığı

üçün mənfəətin həcmi hesabat dövründə düzgün müəyyən

edilməyə bilər. Mənfəətin həcminə xidmətlər üçün verilən

vəsait, ödəmə, cərimələr təsir edir və mənfəət hesablanar-

kən bunlar nəzərə alınmalıdır. Satılmış məhsulların tam

maya dəyəri ilə vergi və ödəmələr arasındakı fərq mənfəət

kimi qiymətləndirilir.

Page 549: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

548

Aqrar sahədə məhsulların müəyyən hissəsi öz isteh-salında tələbatını ödəmək üçün toxum, yem və s. üçün is-tehlak edilir, satışa verilmir. Ümumi məhsulun dəyəri müəyyən edilərkən öz istehsalına yönəldilən məhsulların dəyəri nəzərə alınır. Sahibkarlıq təsərrüfatlarında ümumi məhsul, ümumi və xalis gəlir müəyyən edilir. Kənd təsər-rüfatında ümumi məhsul dedikdə kənd təsərrüfatının bütün sahələrində istehsal edilən məhsulların dəyəri başa düşü-lür. Bunula əlaqədar bitkiçilik və heyvandarlığın ümumi məhsulunun hesablanması barədə XI fəsildə ətraflı məlu-mat verilir.

Gəlir hər hansı təsərrüfat formasının (fiziki və ya hü-quqi şəxsin) istehsal etdiyi məhsulun, xammalın satışından, icarəsindən, xidmət göstərilməsindən və s. fəaliyyətinin həyata keçirilməsindən əldə olunan pul daxil olmalarıdır.

Ümumi gəlir məhsul və xidmətlər satışından, habelə qeyri-satış əməliyyatlarından əldə edilən gəlirdən istehsal və xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar çəkilən xərc-ləri çıxmaqla müəyyən edilir. Xalis gəlir vergi və ödəmə-ləri çıxdıqdan sonra yerdə qalan hissədir. Bu göstəricilər sahibkarlıq təsərrüfatlarının əsas iqtisadi səmərəlilik gös-təriciləri hesab edilməlidir.

İqtisadi səmərəlilik göstəricisindən biri rentabellik göstəricisidir. Bu göstərici torpaq, əmək və maliyyə ehti-yatlarından istifadə dərəcəsini xarakterizə edir. İstehsal rentabelliyi və əmtəəlik məhsulun rentabelliyi müəyyən olunur. İstehsal rentabelliyi ümumi məhsulun dəyərindən istehsala çəkilən xərclər çıxılmaqla əldə edilən xalis gəli-rin həmin xərclərə nisbəti ilə ifadə olunur. Əmtəəlik məh-sulun rentabelliyi isə məhsul satışından əldə edilən mənfə-ətin onun maya dəyərinə nisbəti ilə müəyyən olunan gös-təricidir.

Page 550: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

549

a) Əmək məhsuldarlığının yüksəldilməsi.

Aqrar sahədə istehsalın iqtisadi səmərəlilik göstərici-

lərindən biri əmək məhsuldarlığıdır. Əmək məhsuldarlığı-

nın yüksəldilməsi minimum əmək sərfi ilə maksimum

məhsul istehsalı ilə əlaqədardır. O, insanın məqsədəuyğun

fəaliyyətinin nəticəsi olub, əmək sərfinin səmərəlilik dərə-

cəsidir və onun nəticəsində iqtisadi tərəqqi, geniş təkrar is-

tehsal prosesi baş verir. Sahibkarlığın inkişafı, bazar mü-

nasibətlərinin formalaşması və istehsalın iqtisadi səmərəli-

liyi ilk növbədə əmək məhsuldarlığının yüksəldilməsindən

asılıdır. Əmək məhsuldarlığı vaxt vahidindən istifadənin

səmərəliliyini və yaxud vaxt vahidində əməyin səmərəlili-

yini xarakterizə edir. Əmək məhsuldarlığının yüksəldilmə-

si əmək proseslərinin və idarəetmənin nəticəsini ifadə edir.

Kənd təsərrüfatında əmək məhsuldarlığının 2010-2015- ci

illərdə orta hesabla 1% artırılması əlavə olaraq 18-20 mil-

yon manat gəlir əldə etməyə imkan verərdi.

Məhsul vahidinə sərf olunan əmək məsrəflərinin də-

yişməsi məhsul istehsalı proseslərində əl əməyindən müx-

təlif dərəcədə istifadə edilməsi, bitkiçilik və heyvandarlıq

sahələrində məhsuldarlığın müxtəlif olması ilə əlaqədar-

dır. Məhsuldarlıq kənd təsərrüfatı istehsalının inkişaf sə-

viyyəsini əks etdirən göstəricidir. Bitkiçilikdə məhsuldar-

lıq müvafiq növ bitkinin əkin sahəsinin hər hektarından

yığılan məhsulun miqdarını xarakterizə edir. Ümumi top-

lanmış məhsulun miqdarının həmin bitkinin əkini sahəsinə

nisbəti məhsuldarlığı ifadə edir. Çoxillik əkmələrdə məh-

suldarlıq-bar verən sahədən toplanan məhsulun həmin bar

verən sahəyə nisbəti məhsuldarlıq hesab edilir. Hər inək

Page 551: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

550

və camışdan əldə edilən südün sağılan inək və camışın sa-

yına nisbəti məhsuldarlığı xarakterizə edir. Hər qoyundan

yun, hər heyvanın orta diri çəkisi, hər toyuqdan yumurta

əldə edilməsi məhsuldarlığı ifadə edir. Təbiidir ki, kənd

təsərrüfatında ümumi məhsulun azalması və ya artması

son nəticədə əmək məhsuldarlığının aşağı düşməsi və art-

masına təsir göstərir. Deməli, kənd təsərrüfatında bitkiçi-

lik və heyvandarlıqda məhsuldarlıq göstəriciləri ilə əmək

məhsuldarlığı arasında sıx əlaqə vardır.

Kənd təsərrüfatında istehsalın spesifik xüsusiyyətləri

ilə əlaqədar əmək məhsuldarlığının yüksəldilməsi məsələ-

sinə texniki, texnoloji, təşkilati, iqtisadi və s. tədbirlərin

kompleksi kimi baxılmalıdır. Misal üçün sahibkarlıq təsərrü-

fatında lazımi qədər texnika olmadığı üçün kənd təsərrüfatı

bitkilərinin becərilməsində əl əməyindən geniş istifadə edi-

lir. Məhsul yığımı isə (dənli bitkilər istisna olmaqla) əl əmə-

yinə əsaslanır. Bu məhsul istehsalı vahidinə əmək məsrəflə-

rini artırır və əmək məhsuldarlığını aşağı salır. Mexanikləş-

dirmə səviyyəsinin yüksəldilməsi əmək məsrəflərini 3-5 dəfə

azaltmağa, işlərin qısa müddətdə yerinə yetirilməsinə və

məhsul itkisinin qarşısının alınmasına imkan verir. Müasir

tələblər səviyyəsində formalaşmış sahibkarlıq təsərrüfatları-

nın təcrübəsi göstərir ki, taxılçılıqda intensiv texnologiyanın

tətbiqi, adi texnologiyaya nisbətən hər hektara sərf olunan

əmək məsrəfini 25-30% azaldır. Bu proseslər əsasən sahib-

karın malik olduğu texniki vasitələr və aqroservis xidmət-

lərindən istifadə edilməklə həyata keçirilir.

Kənd təsərrüfatında əmək məhsuldarlığı göstəricisi

müəyyən vaxt vahidi ərzində sərf edilən əmək vahidinə is-

Page 552: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

551

tehsal edilən (və göstərilən xidmətlərin) həcmini ifadə

edir. Bu göstərici hər işçi hesabı ilə bir adam gündə və ya

bir adam saatda istehsal edilən məhsulun həcmini xarakte-

rizə edir.

Kənd təsərrüfatında əmək məhsuldarlığının səviyyə-

sini 12.4 sxemdəki kimi göstərmək olar:

Sxem 12.4. Aqrar sahədə əmək məhsuldarlığının

səviyyəsi.

Əmək məhsuldarlığının səviyyəsi-istehsal olunan

məhsulun (göstərilən xidmətlərin) sərf olunan vaxta nisbə-

ti ilə ölçülür. Əmək məhsuldarlığının səviyyəsi ikinci va-

riantda məhsul istehsalına sərf olunan vaxtın istehsal olu-

nan məhsulun həcminə nisbəti ilə ölçülür. Birinci halda is-

tehsal, ikinci halda məhsulun əmək tutumu müəyyən edi-

lir. Başqa sözlə, əmək məhsuldarlığı məhsul istehsalına

(göstərilən xidmətlərə) sərf olunan vaxtın miqdarı ilə müəy-

yən olunur.

Vaxta görə əmək məhsuldarlığı:

İş vaxtında istehsal

olunan məhsulun

həcmi

Məhsul is-

tehsalına sərf

olunan vaxt

Əmək məhsuldarlığının

səviyyəsi

Page 553: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

552

Burada: Əm - əmək məhsuldarlığını,

İv – istehsal olunan məhsula (xidmətlərə) sərf olunan

vaxtı (adam – saat, adam-gun, işçilərin sayı),

M – məhsul istehsalının (xidmətlərin) miqdarını

göstərir (kq, sentner, ton, manat və s.)

İstehsal olunmuş məhsula görə əmək məhsuldarlığı:

Əmək məhsuldarlığı üç göstərici üzrə hesablanır:

- hər sentner məhsul istehsalına əmək məsrəfi;

- işlənmiş (və yerinə yetirilmiş xidmətlərin) hər

adam-gün hesabına əldə edilmiş məhsul,

- işləyənlərin (və yerinə yetirilmiş xidmətlər üzrə)

hər nəfərə düşən məhsul,

- hər nəfər hesabı ilə görülmüş işlərin həcmi.

Əmək məhsuldarlığı natural və dəyər ifadəsində he-

sablanır. Natural ifadədə əmək məhsuldarlığı eyni cinsli

məhsullar istehsalı üzrə müəyyən edilir. Dəyər ifadəsində

əmək məhsuldarlığı təsərrüfat və istehsal səviyyəsində

pulla ifadə olunur.

Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatında əmək

məhsuldarlığı hər bir məhsul növü və xidmət üzrə hesabla-

nır. Burada əsas və əlavə məhsula əmək sərfi hesablanır və

müəyyən əmsallardan istifadə edilir. Taxıl üçün hesabla-

ma əmsalı 1 sentnerə 1, küləş, saman, bəlim üçün 0,08,

qarğıdalı dəni 1, qarğıdalı gövdəsi 0,17 və s. əmsallar tət-

biq edilməklə əsas məhsullara çevrilir. Məhsulun dəyəri

cari və müqayisəli (baza ili) qiymətlərlə hesablanır.

Page 554: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

553

Cədvəl 12.1.

Kənd təsərrüfatı müəssisələrində əsas növ kənd

təsərrüfatı məhsulları üzrə əmək məhsuldarlığı.

Məhsul istehsalı

min ton (M)

Əmək məsrəfi min

adam – saat (İv)

Əmək

məhsuldarlığı.

adam – saat /

sentner

(Əm)

2010 2014 2010 2014 2010 2014

Dənlilər 122,3 209,6 121077 2368,4 9,9 11,3

Kartof 2,3 15,2 6142 9324 26,7 25,9

Pambıq 3,4 4,9 21047 32136 61,9 61,8

Tütün 0,3 0,2 1135 7702 378,0 385,1

Tərəvəz 22,1 45,6 50609 80040 22,9 23,0

Bostan 6,2 4,9 7502 7018 12,1 12,1

Meyvə 2,9 8,4 5382 8316 23,4 21,3

Üzüm 14,1 21,3 6205 8807 44,0 44,0

Ət (d.ç) 23,3 65,8 603703 1271731 259,1 260,3

Süd 14,2 46,7 6787 22416 47,8 48,0

Yun 0,5 0,3 1934 1582 386,9 392,6

Yumurta

(mln.əd.) 449,1 704,8 284729 436976 63,4 62,0

Göründüyü kimi, kənd təsərrüfatı müəssisələri üzrə

əsas növ məhsullar üzrə əmək məhsuldarlığının səviyyəsi

2014-cü ildə 2010-cu ilə nisbətən müəyyən qədər fərqlən-

mişdir. Yəni, bəzi məhsullar istehsalına hələ daha çox

əmək sərf edilir.

Müqayisəli qiymətlərdən istifadə etməklə dəyər ifa-

dəsində həm bitkiçilik və həm də heyvandarlıq üzrə və

ümumilikdə kənd təsərrüfatı üzrə əmək məhsuldarlığının

səviyyəsi hesablanır. Bu vaxt hər bir sahədə istehsal olu-

nan məhsul müqayisəli qiymətlərlə cəmi (ayrıca bitkiçilik

və heyvandarlıq üzrə) kənd təsərrüfatı üzrə yekun müəy-

Page 555: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

554

yən edilir. Eyni qayda ilə əmək məsrəfi (min adam saat)

hesablanır. Müqayisəli qiymətlərlə hesablanmış məhsulun

dəyəri, sərf edilmiş adam-saata bölünərək əmək məh-

suldarlığı müəyyənləşdirilir. Pomidor istehsalı ilə məşğul olan sahibkarın istixa-

nasında 5 nəfər istehsalçı bir iş günündə (8 saat ərzində)

hər saatda 300 kq-cəmi 2400 kq pomidor toplamışdır. İs-

tehsalçı iş vaxtından səmərəli istifadə etməyə çalışmalıdır.

Əmək tutumu 8 x 60 : 2400 = 2 dəqiqə təşkil edir.

Pomidor istehsalı ilə məşğul olan sahibkarlıq təsərrü-

fatı üzrə dəyər ifadəsində əmək məhsuldarlığı hesablanır:

Əmək məhsuldarlığı=istehsal edilmiş məhsulun də-

yəri: işçilərin sayına bölünür.

2010-cu ildə 5 nəfər üzvü olan sahibkar 5000 manat-

lıq məhsul istehsal etmişdir. 2013-cü ildə 5500 manatlıq

məhsul istehsal olunmuşdur. 2010-cu ildə əmək məhsul-

darlığı 1100 manat (5500 : 5) olmuşdur. Əmək məhsuldar-

lığı 10% artmışdır. (1100 x 100) : 1000

Əmək məhsuldarlığı, orta bir işçi və ya işlənmiş bir

adam-saat hesabına nə qədər məhsul istehsal edildiyini gös-

tərən iqtisadi səmərəlilik göstəricisi kimi mövcud ehtiyat-

lardan daha səmərəli istifadə edilməsini qarşıya qoyur.

Hər bir sahibkar səmərəliliyin göstəricisi kimi əmək məh-

suldarlığının yüksəldilməsi istiqamətlərini müəyyənləşdi-

rir və onun reallaşdırılmasına çalışır.

Kənd təsərrüfatında əmək məhsuldarlığının yüksəl-

dilməsinin əhəmiyyəti bir də onunla izah olunur ki, kənd

təsərrüfatı həm də digər sahələr üçün xammal bazasıdır

(yeyinti, yüngül sənaye və s. üçün) və ərzaq təminatının

əsas mənbəyidir. Lakin kənd təsərrüfatında əmək məhsul-

darlığının sadəcə artırılması deyil, onun dinamik artımına

Page 556: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

555

nail olunması vacibdir. Bu vəzifənin həll edilməsi istehsal-

da bir sıra tədbirlərin həyata keçirilməsini tələb edir. Digər

tərəfdən kənd təsərrüfatında əmək məhsuldarlığının artımı

ilə istehsalçıların gəlirlərinin artırılması optimal nisbət təş-

kil etməlidir.

Əmək məhsuldarlığının yüksəldilməsi aşağıdakılarla

səciyyələnir:

- məhsul istehsalının artımının əsas hissəsi əmək

məhsuldarlığının yüksəldilməsi hesabına əldə edilir,

- əmək məhsuldarlığının yüksəldilməsi ümumi daxili

məhsulun artırılmasının əsas şərtidir,

- əmək məhsuldarlığının yüksəldilməsi məhsulun

maya dəyərinə birbaşa təsir göstərir,

- əmək məhsuldarlığının yüksəldilməsi cəmiyyətin

tələbatının ödənilməsinin və əhalinin həyat şəraitinin yax-

şılaşdırılmasının əsas mənbəyidir.

Kənd təsərrüfatında əmək məhsuldarlığının yüksəl-

dilməsi elmin, qabaqcıl təcrübənin tətbiqi, istehsal və xid-

mət sahələrində mövcud potensialdan, texniki, texnoloji,

təşkilati, iqtisadi, sosial və s. amillərdən daha səmərəli is-

tifadə edilməsi ilə əlaqədardır. Buna baxmayaraq kənd tə-

sərrüfatında, onun sahələrində (həm də rayonlar üzrə)

əmək məhsuldarlığının səviyyəsi hələ aşağıdır. Əmək

məhsuldarlığının yüksəldilməsinin sosial-iqtisadi vəzifələ-

rin həllində əhəmiyyətinin artdığı bir şəraitdə onun hesab-

lanması və müəyyənləşdirilməsi zəruri məsələlərdən biri

kimi qarşıda durur. Kənd təsərrüfatında iş dövrü ilə məh-

sul istehsalı bir vaxta düşmədiyi üçün əmək məhsuldarlığı

təsərrüfat ilinin son nəticələri yekunlaşdıqdan sonra hesab-

lanır. Əmək məhsuldarlığı hesablanarkən ümumi məhsu-

lun həcmi və sərf olunmuş iş vaxtını (iş saatını) düzgün

Page 557: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

556

müəyyən etmək lazımdır. Kənd təsərrüfatında əmək məh-

suldarlığının yüksəldilməsi təbii şəraitdən daha çox asılı

olduğu üçün torpaq və sudan düzgün istifadə edilməsi, təş-

kilati-iqtisadi tədbirlərin vaxtında yerinə yetirilməsi əsas

şərtlərdəndir.

b) İstehsal xərclərinin aşağı salınması.

Kənd təsərrüfatında məhsul istehsalına (xidmətlərə)

sərf edilən xərclər canlı və maddiləşmiş formada olur. Bu

xərclər dəyər ifadəsində məhsulun maya dəyərini əks etdi-

rir. İstehsal xərcləri dedikdə məhsul istehsalına (xidmətlə-

rə) çəkilən canlı və maddiləşmiş əmək məsrəflərinin cəmi-

nin pulla ifadəsi başa düşülür.

Kənd təsərrüfatında məhsuldar və qeyri-məhsuldar

xərclər mövcuddur. Məhsuldar xərclər məhsul istehsalına

bilavasitə aid edilən xərclərə deyilir. Qeyri- məhsuldar

xərclər ümumistehsal və ümumtəsərrüfat xərclərdir. Başqa

sözlə, bu xərclər istehsalın idarə edilməsinə çəkilən bütün

xidməti xərclərdir və onlar məhsulun maya dəyərinə daxil

edilir.

İstehsal maya dəyəri məhsulun əsas göstəricisi olub,

məhsulun istehsal proseslərinin həyata keçirilməsi ilə əla-

qədar xərcləri, onun daşınması, saxlanılmasına, istehsala

(xidmətlərə) çəkilən bütün maddi xərcləri (toxum, yem,

gübrə, yanacaq, əmək haqqı və s.) ifadə edir.

Məhsulun maya dəyəri təsərrüfat subyektlərinin məh-

sul istehsalına və satışına sərf etdiyi cari xərclərin pulla

ifadəsidir. Məhsulun maya dəyərinin iqtisadi əsası istehsal

xərcləridir. İstehsal xərcləri dəyərin iki müxtəlif hissəsini-

istehlak olunmuş istehsal vasitələri (əmək predmetləri və

vasitələri) dəyərini və zəruri məhsulun dəyərini birləşdirir.

Maya dəyəri mühüm göstərici olmaqla maddi məsrəflərə

Page 558: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

557

və əmək sərfinə nəzarət olunmasını təmin edir və fəaliy-

yətin nəticələrini əks etdirir. Məhsulun maya dəyəri mən-

fəətin müəyyən edilməsində əsas göstəricidir. Maya dəyəri

texniki inkişaf səviyyəsini, istehsalın və əməyin təşkilini

xarakterizə edir. Məhsulun maya dəyərində maddiləşmiş

və canlı əmək sərfinin daha dolğun əks olunması, maya

dəyərinin istehsal xərclərinə uyğunlaşdırılması, xərclərin

səviyyəsini düzgün müəyyən etməkdə və bu xərcləri mü-

qayisə etməkdə mühüm şərtdir. Canlı və maddiləşmiş əmək

sərfinin ödənilməsi məhsulun maya dəyərində xərclərin

ayrı-ayrı iqtisadi elementləri (xammal və əsas material, sa-

tın alınmış məmulat və yarımfabrikatlar, köməkçi mate-

riallar, yanacaq və enerji, sənaye-istehsal heyətinin əmək

haqqı, sosial sığorta ayırmaları, əsas istehsal fondlarının

amortizasiyası, digər pul xərcləri) üzrə əks olunur.

İstehsalın ümumi xərclərində ayrı-ayrı xərclərin mü-

qayisəsi məhsulun maya dəyərinin strukturunu xarakterizə

edir. Məhsulun maya dəyərinin strukturu kənd təsərrüfatı-

nın müxtəlif sahələri üzrə kəskin fərqlənir. Xərclərin kal-

kulyasiya maddələri üzrə qruplaşdırılması məhsul vahidi-

nin maya dəyərini müəyyən etməyə, maya dəyəri səviyyə-

sinin hansı amillərin təsiri altında əmələ gəlməsini aşkar

etməyə və maya dəyərini aşağı salmaq üzrə işlərin hansı

istiqamətdə görülməsinə imkan verir. İstehsal olunmuş

əmtəəlik məhsulun tam maya dəyəri (istehsalla bağlı bü-

tün xərcləri əhatə edir) və realizə olunmuş məhsulun maya

dəyəri fərqləndirilir. İstehsal ehtiyatlarından daha yaxşı is-

tifadə etməklə istehsalın intensivləşdirilməsi, xammal,

material və yanacaq itkisinin azaldılması, əsas fondlar va-

hidinə görə məhsul istehsalının artırılması öz ifadəsini

məhsulun maya dəyərində tapır. Bu səbəbdən də maya də-

Page 559: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

558

yərinin aşağı salınması göstəricisi istehsalın səmərəliliyi

göstəriciləri sistemində əsas göstəricilərdən biridir. Məh-

sulun maya dəyəri istehsalın rentabelliyi, əsaslı vəsait qo-

yuluşunun səmərəliliyi və digər göstəricilərin formalaşma-

sında da iştirak edir.

Məhsulun maya dəyərinin aşağıdakı növləri fərqlən-

dirilir:

bazis maya dəyəri-cari və ya plan dövründə maya

dəyəri, keçmiş dövrün maya dəyəri, konkret növ məhsula

çəkilən məsrəflərin məbləği, satılmış məhsulun maya də-

yəri.

Kənd təsərrüfatında məhsulun 1) plan (normativ),

2)faktiki və 3) tam maya dəyəri hesablanır.

Istehsalçı sahibkar ilin əvvəlində normativlər əsasın-

da il ərzində xərclərini müəyyənləşdirməklə ona nəzarət

etmək üçün biznes plan hazırlayır.

Biznes planın hazırlanmasında məqsəd sahibkarın is-

tehsalı təşkil etmək və öz ideyasını reallaşdırmaq üçün nə-

zərdə tutduğu tədbirləri müəyyən etmək, onun maliyyə tə-

minatı və əldə edəcəyi gəliri əsaslandırmaqdır. Hazırlanan

tədbirlər planı və xərclərin təsnifatı bazarın tələb-təklifi ilə

əlaqədar dəyişməsi (məsələn, toxum, gübrə, maddi-texniki

qiymətlilərin dəyərinin dəyişməsi, xəstəlik və zərərverici-

lərlə mübarizə tədbirləri və s.) nəzərə alınmalıdır.

Kənd təsərrüfatında faktiki maya dəyəri istehsal və

xidmətlərə faktiki sərf edilmiş xərclər əsasında müəyyən

edilir. Tam maya dəyəri istehsalla yanaşı, məhsulun da-

şınması, saxlanması, qablaşdırılması, satılmasına və s. çə-

kilən xərcləri özündə əks etdirir. Məhsulun tam maya də-

yərini sxem 12.5-dən görmək olar.

Kənd təsərrüfatında məhsul istehsalına çəkilən xərc-

Page 560: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

559

lər bitkiçilik və heyvandarlıq üzrə ayrıca təsnifatlaşdırılır.

Bitkiçilik üzrə məsrəflər əmək haqqı və əlavələr, toxum və

əkmə materialları, gübrələr, yanacaq, elektrik enerjisi, əsas

fondların amortizasiyası, əsas və dövriyyə fondlarının tə-

miri, bina və qurğuların saxlanması xərcləri, nəqliyyat və

binalara xidmət, ümumi sahə və ümumtəsərrüfat xərcləri,

məhsulun satışı, saxlanması, qablaşdırılması və s. əlaqədar

xərclər üzrə qruplaşdırılır. Heyvandarlıq üzrə xərclərə

əmək haqqı və əlavələr, bütün növ yemlər, heyvanların

saxlanılması xərcləri, heyvandarlıq binalarının, avadanlıq-

ların saxlanması, əsas istehsal fondlarının amortizasiyası,

heyvandarlığa xidmət edən yardımçı sahələrə xidmət, hey-

vandarlıqda istifadə olunan yanacaq və elektrik enerjisi

xərcləri, heyvanların dezinfeksiyası və dərman xərcləri,

ümumi sahə və ümumtəsərrüfat xərcləri, məhsulun satışı,

saxlanması və s. ilə əlaqədar xərclər daxil edilir.

Sxem 12.5. Kənd təsərrüfatında məhsulun tam maya

dəyəri.

Məhsulun tam maya dəyəri

Ümumi təsərrüfat maya dəyəri Məhsulun

satışı,

saxlanması,

qablaşdırıl-

ması və s.

əlaqədar

xərclər

İstehsal maya dəyəri Ümumi

istehsal

və təsər-

rüfat

xərcləri

(təsərrü-

fatın

saxlan-

ması,

idarə

olunması

və xid-

mətlərə)

Birbaşa xərclər Dolayı xərclər

xammal,

material,

yanacaq,

enerji,

gübrə,

satın

alınmış

maddi

qiymətlər

və s.

əmək

haqqı,

üstəlik

və əla-

vələr

və s.

nəqliyyat,

avadanlıq,

binaların

istismarı,

saxlanması

və s.

əlaqədar

xərclər

ümumi

sahə

xərcləri-

aqronom,

baytar,

informa-

siya xid-

məti və s.

xərclər

müxtəlif

fondlara

və büdcə-

lərə ayır-

malar və

digər xərc-

lər

Page 561: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

560

Göstərilən xərclər sahələr üzrə, məhsullar üzrə və tə-

sərrüfatlar və rayon miqyasında bir-birindən kəskin şəkil-

də fərqlənir. Bu xərclərdə daha yüksək xüsusi çəkiyə

əmək haqqı və material xərcləri (70- 80%) malikdir. Mate-

rial xərclərində bitkiçilikdə toxum və əkmə materialları,

heyvandarlıqda isə yem, kənar təşkilatlara göstərdikləri

xidmətlərə görə ödəniş yüksəkdir.

Page 562: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

561

Cədvəl 12.2.

Kənd təsərrüfatı məhsulları istehsalına çəkilən xərclərin strukturu (%-lə).

İllər Əmək

haqqı

Mate

rial

xərc-

ləri

Ondan

Sığorta

ödəmələri

və s.

Əsas

vəsaitlərin

amortizasiyası

Toxum

əkmə

mate-

riallar

Yem

Mine-

ral

güb-

rələr

Neft

məhsul-

ları

Yanacaq

elektrik

enerjisi

Kənar

təşkilat-

lara

ödəniş

2000 19,3 56,7 14,3 19,3 2,8 14,7 32,4 10,9 16,9 7,1

2005 29,5 59,1 24,9 19,5 8,7 12,3 3,2 25,8 2,1 9,5

2010 24,4 50,4 19,6 14,3 16,2 6,2 3,2 33,6 19,3 5,9

2012 26,7 50,4 18,3 13,8 16,1 8,4 3,0 34,7 19,0 3,9

2013 33,0 49,7 18,4 16,3 15,6 8,3 2,8 32,7 13,4 3,9

2014 29,4 36,5 9,4 40,4 18,4 15,4 4,6 4,0 29,7 4,4

Page 563: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

562

Kənd təsərrüfatında məhsulun istehsalına çəkilən xərclər 2000-2014-cü illərdə xeyli dəyişmişdir. Ona görə də kənd təsərrüfatında məhsulun maya dəyərini aşağı sal-maq üçün onu əmələ gətirən ayrı-ayrı xərc elementləri (quruluşu) təhlil edilməlidir. Məhsulun maya dəyərinin quruluşu dedikdə, onu əmələ gətirən ayrı-ayrı xərclərin ümumi xərclərə olan nisbəti başa düşülür. Kənd təsərrüfatı məhsullarının maya dəyərini təşkil edən xərclərin aşağı salınması məhsulun ucuz başa gəlməsi və satış qiymət-lərinin aşağı salınması üçün əsas şərtdir.

Kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı salınmasının böyük ehtiyat mənbələri mövcuddur. Məhsu-lun maya dəyərinin aşağı salmaq üçün əkin sahələrinin və heyvanların məhsuldarlığının yüksəldilməsi, idarəetmə və xidmət xərclərinin azaldılması, istehsal proseslərinin me-xanikləşdirilməsi və avtomatlaşdırılması, istehsalın və əməyin təşkilinin yaxşılaşdırılması, mövcud istehsal, mad-di-texniki və maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsi və s. əsas ehtiyat mənbələri hesab edilir.

Kənd təsərrüfatında məhsulun maya dəyəri təsərrüfa-ta neçəyə başa gəldiyini ifadə edir və ona görə də maya dəyərinin aşağı salınması üçün sərf edilən canlı və maddi-ləşmiş əmək məsrəflərinin təsnifatını bilmək zəruridir. Hə-min təsnifat üzrə xərclərin uçotu düzgün müəyyən edilmə-li, istehsal və xidmət sahələrində izafi xərclərə yol veril-məməlidir. Məhsulun maya dəyərini təşkil edən xərclərin aşağı salınması (müəyyən həddə) istehsalın iqtisadi səmə-rəliliyinin yüksəldilməsinin əsas mənbəyidir. Ona görə də kənd təsərrüfatı məhsullarının (xidmətlərinin) maya dəyə-rinin aşağı salınması amilləri sahənin spesifik xüsusiyyət-ləri nəzərə alınmaqla mövcud ehtiyat mənbələrindən düzgün istifadəyə yönəldilməlidir.

Page 564: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

563

Sxem 12.6. Kənd təsərrüfatı məhsullarının maya

dəyərinin aşağı salınması mənbələri və amilləri.

Məhsulun maya dəyərinin aşağı salınması mənbələri və amilləri

Mənbələr

İstehsal həcmi və çeşidinin

dəyişdirilməsi, keyfiyyətinin

yüksəldilməsi

Elmi-texniki tərəqqi

İstehsalın strukturu və

yerləşdirilməsinin

təkmilləşdirilməsi

Məhsulun qiymətinin

dəyişməsi

Material xərclərinin

azaldılması

İdarəetmə və xidmət

xərclərinin ixtisar

edilməsi

Qeyri-istehsal

xərclərinə qənaət

Əkin sahəsi və hey-

vanların məhsuldarlı-

ğının yüksəldilməsi

İstehsal və qeyri-istehsal

fondlarının istifadəyə

verilməsi

İstehsal proseslərinin

mexanikləşdirilməsi,

avtomatlaşdırılması,

istehsalın intensivləş-

dirilməsi və yeni tex-

nologiyanın tətbiqi və

s.

Amillər

İstehsalın və əməyin təşki-

linin yaxşılaşdırılması

Stimullaşdırmanın təkmilləş-

dirilməsi

Page 565: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

564

Kənd təsərrüfatında məhsulun maya dəyərinin aşağı salınması sahibkarlıq təsərrüfatlarının iqtisadiyyatının möh-kəmləndirilməsi, ərzaq məhsullarının qiymətlərinin aşağı salınmasında əsas ehtiyat mənbəyidir. Məhsul istehsalını artırmaq və məhsulun maya dəyərini aşağı salmaq əhalinin gəlirlərinin artırılmasına əhəmiyyətli təsir göstərir.

c) İtkilərin azaldılması, keyfiyyətin yüksəldilməsi. Aqrar sahədə iqtisadi səmərəliliyin yüksəldilməsinin

əsas ehtiyat mənbələrindən biri istehsal və xidmət prose-sində itkilərin azaldılması və keyfiyyətin yüksəldilməsidir. İtkilərin azaldılması iqtisadi baxımdan vaxt və istehsal prosesini əhatə edir. Kənd təsərrüfatı istehsalı prosesi məh-sulun formalaşmasından istehlakçıya çatdırılmasına kimi olan mərhələni əhatə edir. Burada torpağın şumlanması, to-xumun hazırlanması, səpilməsi, becərilməsi, suvarılması, məhsulun yetişdirilən dövrə ona aqrotexniki (və ya bay-tarlıq) xidmətlərin göstərilməsi, məhsul yığımı, daşınması, saxlanması və s. proseslərində tədbirlərin vaxtında yerinə yetirilməməsi son nəticədə məhsul itkisinə səbəb olur. Məhsul istehsalı prosesində, texnoloji proseslərdə vaxtın itirilməsi, kənd təsərrüfatının spesifik xüsusiyyətləri ilə əlaqədar məhsulun itkisinə və keyfiyyətinə təsir edir. Hər hansı prosesin pozulması, vaxt itkisi müəyyən tədbirlərin görülməsini tələb edir ki, bu da əlavə xərc çəkilməsinə sə-bə olur. Kənd təsərrüfatında elə amillər vardır ki, onlar əv-vəlcədən nəzərdə tutula bilməyən amillərdir. Misal üçün texnikanın, gübrələrin, toxumun, yanacağın, yemin və s. qiymətlərinin artımı, bazarın marketinq tədqiqinin aparıl-maması, rəqabətin dəyişməsi, məhsul istehlakçılarının iti-rilməsi, müəyyən tədbirlərin əsaslandırılmaması və s. bun-ları əvvəlcədən müəyyən etmək mümkün olmur və onlar sahibkarlıq təsərrüfatının fəaliyyətindən asılı deyildir.

Page 566: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

565

Yaxud texnoloji proseslər düzgün təşkil edilmədiyi halda itkilər yaranır. Misal üçün toxumun (və ya yemin) norma-tivdən artıq səpilməsi (verilməsi), artıq məsrəflərə və is-tehsalçının iqtisadi göstəricilərinə təsir göstərir.

Nəzərə almaq lazımdır ki, itkilər torpaq, su, maddi və maliyyə vəsaitlərindən istifadə vaxtı baş verir. Elə itki-lər vardır ki, torpağın, suyun, ətraf mühitin çirkləndirilmə-si, eroziya, havaya və suya zərərli maddələr atılması, kü-lək, dolu, sel, iqlim dəyişməsi və s. nəticəsində baş verir. Heyvan və bitki xəstəliklərinə qarşı mübarizə vaxtı, kim-yəvi maddə və gübrələnmədən istifadə vaxtı itkilər yara-nır. Bununla yanaşı, mövcud ehtiyatlardan səmərəsiz isti-fadə edilməsi nəticəsində itkilər olur. Bütün bunlar itkilə-rin aradan qaldırılması üçün müəyyən texniki texnoloji proseslərin həyata keçirilməsini tələb edir. Təbiidir ki, bu əlavə əmək və vəsait sərfini tələb edir.

Torpağın sənaye və nəqliyyat tikintisi (yollar) altında istifadəsi, kənd təsərrüfatı torpaqlarının şəhər, qəsəbə, kənd torpaqlarında tikintilər aparılması torpaqların əkin döv-riyyəsindən çıxarılmasına, onlardan düzgün istifadə edil-məsinin əhəmiyyətini artırır. Torpaqların eroziyaya uğra-ması, ekoloji tarazlığın pozulması və s. kənd təsərrüfatı məhsullarının istehsalında nəhayət, ərzaq təhlükəsizliyinin təminində gərginlik yaradır. Ona görə də kənd təsərrüfatı məhsulları istehsalının itkilərinin qarşısının alınması əsas vəzifələrdən biri olmalıdır.

İstehsal itkiləri, kənd təsərrüfatında texnoloji proses-lər yerinə yetirilərkən məhsulun istehsaldan istehlakçıya çatdırılana kimi olan bütün mərhələlərdə (torpağın şum-lanmasından məhsul yığılmasına, istehlakçılara çatdırıl-masına, heyvandarlıqda onun saxlanılmasından məhsul əl-də edilməsinə və istehlakçılara çatdırılmasına kimi olan

Page 567: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

566

bütün proseslərdə) itkilərin qaytarılması, düzəldilməsi mümkün olmayan həcmidir.

Aqrar sahədə təbii, maddi, əmək və maliyyə ehtiyat-larından səmərəsiz istifadə edilməsi, müqavilə intizamının pozulması, maliyyə, kredit sanksiyalarının tətbiqi ilə əla-qədar olan xərclər (keyfiyyətə, müqavilə öhdəliklərinə əməl edilməməsinə və s. görə cərimələr), xammal, mate-rial, yanacaq, yemin və s. israfçılığı, korlanması, xarab ol-ması da itkilərə aiddir. Bu istiqamətli israfçılıq, təsərrüfatsız-lıq məhsulun maya dəyərinə və rentabelliyə təsir göstərir.

Apardığımız hesablamalar göstərir ki, kənd təsərrü-fatı məhsulları istehsalında çoxlu həcmdə itkilərə yol veri-lir. Bu itkilər 2000-2014-cü illərdə azalmaq əvəzinə daha da artmışdır. Bunu statistik məlumatlar əsasında 12.3-cü cədvəlin məlumatlarından görmək olar.

Cədvəl 12.3.

Kənd təsərrüfatı məhsullarının itkisi

(min ton)

2000 2005 2010 2012 2013 2014

Taxıl 30 59,2 209,3 237,5 271,6 228,4

Bütün növ ət 1,1 1,5 37,2 1,9 2,2 1,6

Süd və süd

məhsulları

6,5 7,2

1,8 52,6

54,1

55,1

Yumurta (mln

ədəd)

0,7 1,1 3,6 6,5 7,3 7,9

Balıq və balıq

məhsulları

- - 0,0 0,1 0,1

0,1

Kartof 4,3 10,0 93,6 61,8 64,3 55,1

Tərəvəz 4,3 6,1 86,1 85,1 84,0 74,7

Meyvə və

giləmeyvə

6,3x)

6,9x)

16,1

13,0

13,2

12,2

Üzüm x) x) 5,2 3,4 3,4 3,2

x) Meyvə və üzüm üzrə itkilər 2000, 2005-ci illərdə birlikdə verilmişdir.

Page 568: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

567

Göstərilən əsas məhsullar üzrə hesablamalarımıza

görə 2014-cü ildə istehsal maya dəyəri ilə 95 milyon ma-

nat həcmində itkilər olmuşdur.

Kənd təsərrüfatı məhsulları itkisinin qarşısının alın-

ması keyfiyyətin yüksəldilməsi ilə bağlı məsələləri əhatə

edir. Başqa sözlə, keyfiyyətin yüksəldilməsi tədbirləri tex-

niki, texnoloji, təşkilati, sosial-iqtisadi tədbirlər kompleksi

ilə əhatə olunduğundan, məhsulun itkisinin də qarşısının

alınmasına təsir göstərir.

Məhsulun keyfiyyəti dedikdə, məhsulun təyinatına

görə vəzifəsini yerinə yetirə bilən ehtiyacları, bu və ya di-

gər tələbatı və zövqü ödəmək qabiliyyəti başa düşülür.

Məhsulun təyinatına görə onun istifadəyə yararlılıq dərə-

cəsini müəyyən edən və təyinatına görə hər hansı tələbatı

ödəyən istehlak xassələrinin məcmusuna məhsulun key-

fiyyəti deyilir. İqtisadi münasibətlər və müxtəlif təsərrüfat

formaları şəraitində məhsulun keyfiyyətinə yeni tələblər

formalaşır. Məhsulun keyfiyyətinin yüksəldilməsi nəticə

etibarı ilə həm də məhsulun miqdarı məsələsidir, ehtiyat-

lara qənaət edilməsi və tələbatın daha dolğun ödənilməsi

deməkdir. Beləliklə, məhsulun keyfiyyətinin yüksəldilmə-

si iqtisadi yüksəlişin və səmərəliliyin yüksəldilməsinin

mühüm problemidir. Buradan aydın olur ki, məhsulun

keyfiyyəti ərzaq problemi ilə sıx əlaqədə olan problemdir

və onların həlli bir məqsədə-tələbatın dolğun ödənilməsinə

yönəldilməsidir.

Kənd təsərrüfatında iqtisadi münasibətlərin bütün

mərhələlərində keyfiyyətin yüksəldilməsi intensiv inkişa-

fın əsas amillərindən biri olmuşdur. Kənd təsərrüfatı məh-

sullarının keyfiyyəti müxtəlif xassələrin məcmusunu ifadə

Page 569: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

568

etdiyindən onun yüksəldilməsinə texniki, hüquqi, texnolo-

ji, sosial və iqtisadi baxımdan yanaşılır.

Kənd təsərrüfatında məhsulun bəzi başqa yeni xassə-

lərini aşkar etmək və ya xassələri dəyişdirmək yolu ilə

keyfiyyətin dəyişməsinə nail olmaq mümkündür. Yaxud,

kənd təsərrüfatında bir xassənin və əlamətin miqdarının

dəyişməsi keyfiyyəti yüksəldir, digər tərəfdən əksinə, key-

fiyyətin pisləşməsinə səbəb olur. Taxılın zibillik və nəm-

lik əlaməti artdıqca məhsulun keyfiyyəti aşağı düşür. Sü-

dün əsas xassəsi olan yağlılıq artdıqda, bu keyfiyyətin

yüksəlməsi ilə nəticələnir.

Kənd təsərrüfatında məhsulun xassə və əlamətləri

müxtəlif olmaqla, onların ölçü vahidləri də müxtəlifdir.

Məhsulun xassə və əlamətlərinə müxtəlif amillər təsir edir

və ona görə də keyfiyyətin yüksəldilməsi problemi mürək-

kəb problem hesab edilir. Kənd təsərrüfatında məhsulun

keyfiyyətinin istehsal mərhələsində yüksəldilməsi – xam-

malın, materialın, əmək alətlərinin, texnoloji proseslərin,

idarəetmənin, istehsalın və əməyin təşkilinin və s. yüksək

səviyyədə olmasını tələb edir. Kənd təsərrüfatı məhsulları-

nın keyfiyyəti nə qədər yüksələrsə, həmin xammaldan is-

tehsal olunan yeyinti və yüngül sənaye məhsullarının və

əhalinin istehlak etdiyi qida məhsullarının da keyfiyyəti

bir o qədər yüksək olar. Deməli, kənd təsərrüfatı məhsulla-

rının yüksək keyfiyyəti digər məhsullarında keyfiyyətinin

yüksəldilməsinə şərait yaradır və onun üçün əsas şərtdir.

Kənd təsərrüfatında məhsulun keyfiyyət göstəricisi

həmin məhsulun hər hansı müəyyən edilmiş tələbatı ödə-

məsi dərəcəsini xarakterizə edən və əlamətlərin cəminin

kəmiyyətcə ifadəsidir. Məhsulun təyinatından asılı olaraq

Page 570: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

569

keyfiyyət göstəricilərinin nomenklaturası məhsulun istifa-

də edildiyi sahələrin xüsusiyyətlərindən asılı olaraq dəyişir.

Kənd təsərrüfatında məhsulun keyfiyyəti müxtəlif

üsullarla müəyyən edilir. Məhsulun keyfiyyətinin müəy-

yən edilməsi 4 üsulla həyata keçirilir: 1) ölçü, 2) qeydiy-

yat, 3) hesablama və 4) hiss üzvləri vasitəsi ilə.

Ölçü üsulu, keyfiyyət göstəricisini texniki vəsaitlərin

köməyi ilə çəki, nəmlik ölçən, yağölçən və s. alətlərlə ölçü

və təhlil məlumatlarına əsaslanır. Ölçü üsulu ilə keyfiyyət

göstəricisinin kütləsi, zülalın miqdarı, yağlılığı, vitamin və s.

müəyyən edilir. Laboratoriya üsulundan istifadəetmə

dairəsi fiziki, kimyəvi, optik, bioloji, fizioloji, texnoloji

ölçülərlə ifadə oluna bilər və keyfiyyətin parametrlərini

müəyyən etməyə imkan verir.

Qeydiyyat üsulu texniki üsullarla ölçülməyən, lakin

qeydiyyat vaxtı aşkar olunan əlamətlərin hesaba alınma-

sını nəzərdə tutur. Həmin keyfiyyət əlamətləri görmək və

eşitməklə aşkar edilə bilər.

Hesablama üsulu keyfiyyətin bir sıra göstəriciləri –

yunun qırılma uzunluğu, lif çıxımı, məhsulun sınaq vaxtı

möhkəmliyi, daşınmağa yararlılığı, xammalın qatışıqlığı,

texnoloji, fiziki – kimyəvi və bioloji tərkibi ilə əlaqədar sı-

naq vaxtı keyfiyyət səviyyəsini müəyyən etməyə imkan

verən ilkin məlumatlara əsaslanır. Bu üsulla keyfiyyət əla-

mətlərinin dəyişməsi qanunauyğunluğu öyrənilir və key-

fiyyətin proqnozlaşdırılmasında elektron-hesablama tex-

nikasının köməyindən istifadə olunur.

Hiss üzvləri vasitəsilə orqanoleptik üsulla məhsulun

xarici görkəmi, rəngi, dadı, qoxu, konsistensiya və s.

müəyyən edilir. Keyfiyyət əlamətləri haqqında bu üsulla

daha obyektiv və etibarlı məlumat almaq olar.

Page 571: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

570

Sxem 12.7. Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin

yüksəldilməsi nəticəsində əlavə məhsul və ya gəlir əldə

edilməsi. (2014-cü ilin göstəriciləri əsasında).

Taxılda

zülalın 1%

artırılması

Kartofda krax-

mal çıxımının

1% artırılması

Süddə yağ çı-

xımının 0,5%

artırılması

Qaramal və

davarların or-

ta diri çəki-

sinin 1% ar-

tırılması

175,5 min ton

taxıl əldə etmək,

gəliri 43,8 mln.

manat

18,5 min ton

kartof əldə et-

mək, gəliri 9,8

mln. manat

196,5 min ton

süd əldə etmək,

gəliri 61,3 mln.

manat

41,5 min ton ət

(diri çəkidə) əldə

etmək, gəliri 24,5

mln manat

HE

SA

BIN

A Ə

LA

AR

TIR

MA

Q

MK

ÜN

O

LA

RD

I

Page 572: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

571

Kənd təsərrüfatında konkret məhsul bir çox xassələrə

malik olduğuna və istifadə üçün yararlılığına görə, eyni

məhsul müxtəlif əmək proseslərində xam material ola

bilər. Bu o deməkdir ki, kənd təsərrüfatında istehsal olu-

nan məhsul həm kənd təsərrüfatının özündə müxtəlif ehti-

yaclar üçün, həm də sənaye məqsədi üçün istifadə edilir.

Beləliklə, emal məhsullarının yüksək keyfiyyətli olması

təkcə emal texnologiyasının mükəmməlliyi və işçilərin iş

vərdişlərindən asılı deyil, həm də əsas xammal olan pam-

bığın, taxılın, tərəvəzin, tütünün, ətin, südün və digər kənd

təsərrrüfatı məhsullarının keyfiyyətindən asılıdır. Bu isə

öz növbəsində başqa amillərlə birlikdə bitkiçilikdə toxu-

mun təmizliyi, sağlamlığı, dərmanlanması, aqrotexniki təd-

birlər, növbəli əkin, yığım dövrü, suvarma, xəstəlik və zi-

yanvericilərə qarşı mübarizə, heyvandarlıqda isə sağılan

malın sağlamlığı, yaşı, cinsiyyət tərkibi, yemlənməsi, sax-

lanma şəraiti, zoobaytar xidmətin səviyyəsi, məhsulun sax-

lanması, daşınması, marketinqin təşkili və s. bir çox amil-

lərlə möhkəm bağlıdır.

Qeyd etdiyimiz kimi, məhsulun keyfiyyəti yüksək

olduqda həmin məhsul az olsa belə, aşağı keyfiyyətli xeyli

məhsulu əvəz edə bilir. Bu mənada məhsulun keyfiyyəti-

nin yüksəldilməsi elə onun nisbi artımı deməkdir. Deməli,

məhsulun keyfiyyətinin yüksəldilməsi istehsalın həcminin

və yaxud məhsulun miqdarının artırılması deməkdir. Bu

isə məhsulun keyfiyyətini yüksəltməyin iqtisadi əhəmiy-

yətini ifadə edir.

Yağlılıq dərəcəsi yüksək olan süddən istehsal edilən

yağın, pendirin, qaymağın, qatığın, kəsmik və kifirin və s.

məhsulların nəinki miqdarı çoxalır, hətta bu, nəticə etiba-

rilə yüksək keyfiyyətli məhsul istehsal etməyə səbəb olur.

Page 573: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

572

Məsələn, yağlılıq dərəcəsi 3% olan bir ton süddən 34 kq

yağ və ya 83 kq pendir almaq mümkün olduğu halda, yağ-

lılıq dərəcəsi 1% artıq olan bu qədər süddən əlavə olaraq

26 kq yağ və yaxud 47 kq pendir almaq mümkündür.

Apardığımız hesablamalara görə ölkədə yalnız pambığın

lif çıxımının 1%, taxılda zülalın 1% artırılması və qarama-

lın və davarların orta diri çəkisinin 1%, süddə yağlılığın

0,5% artırılması ölkə miqyasında pul gəlirini faktiki qiy-

mətlərlə 1,5 milyard manat artırmaq olar.

Bütün bunlar onu göstərir ki, eyni məhsul müxtəlif

keyfiyyətə, müxtəlif istehlak dəyərinə malikdir. Göründü-

yü kimi, taxıl və pambıq müxtəlif növdə, ət müxtəlif qida-

lılıqda, süd müxtəlif yağlılıq olur ki, bunlarda müxtəlif də-

rəcədə yararlı olur. Odur ki, bazar münasibətlərinin forma-

laşdrıldığı, yeni mülkiyyətçilər yarandığı şəraitdə kənd tə-

sərrüfatı məhsullarını yalnız miqdarca deyil, onların key-

fiyyətinin yüksək olması ön plana keçir.

Məhsulun keyfiyyətinin yüksəldilməsi sahə vahidin-

dən məhsul çıxımını artırmağın və onun istehsalına çəki-

lən xərcləri azaltmaqla təsərrüfatların gəlirini xeyli artır-

mağın mühüm ehtiyat mənbəyidir. Beləliklə, məhsulun

keyfiyyətinin yüksəldilməsi probleminin mahiyyəti ondan

ibarətdir ki, o, əmək, material və maliyyə məsrəfinin hər

vahidi hesabı ilə istehsalın və gəlirin həcminin xeyli artı-

rılmasına və nəticədə səmərəliliyin yüksəldilməsinə imkan

verir.

Qeyd edilənləri nəzərə alaraq məhsulun keyfiyyəti-

nin yüksəldilməsinin səmərəliliyini sxem 12.8-də göstəril-

diyi kimi xarakterizə etmək olar:

Məhsulun keyfiyyətinin yüksəldilməsinə istehsalçı,

istehlakçı və xalq təsərrüfatı nöqteyi-nəzərindən baxılması

Page 574: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

573

onun siyasi, elmi-texniki, sosial və iqtisadi mahiyyətindən

irəli gəlir. Məhsulun keyfiyyətinin siyasi mahiyyəti onunla

izah olunur ki, yeni mülkiyyət münasibətləri şəraitində

keyfiyyətli məhsul bazar iqtisadiyyatının formalaşdırılma-

sını sürətləndirir. Elmi-texniki baxımdan keyfiyyətin yük-

səldilməsi elmi-texniki tərəqqinin tətbiqinin nəticəsi kimi

özünü büruzə verir. Sosial baxımdan məhsulun keyfiyyəti-

nin yüksəldilməsi əhalinin hər hansı məhsulla deyil, key-

fiyyətli məhsulla tələbatının ödənilməsində öz əksini tapır.

Iqtisadi baxımdan məhsulun keyfiyyətinin yüksəldilməsi

istehsalın səmərəliliyinin yüksəldilməsi ilə müşaiyət olu-

nur, ehtiyatlardan səmərəli istifadəyə imkan verir.

Sxem. 12.8. Məhsulun keyfiyyətinin yüksəldilməsinin

səmərəsi.

Keyfiyyətin yüksəldilməsinin səmərəliliyi

Xalq təsərrüfatı üçün İstehlakçı üçün İstehsalçı üçün

- elmi-texniki tərəqqi

sürətlənir,

- məhsulun saxlanması,

daşınması və s. xərcləri

azalır,

- əməyə qənaət olunur,

- əhalinin və xalq tə-

sərrüfatı sahələrinin

tələbi daha yaxşı

ödənilir,

- keyfiyyətli məhsul

ixracı artır və s.

- istehlakçının az məh-

sulla tələbatı ödənilir,

- həmin məhsuldan

hazırlanan yeni məh-

sulun keyfiyyəti yüksə-

lir,

- istismar xərcləri azalır,

- əmək və məişət şə-

raiti yaxşılaşır,

- material və xammala

qənaət olunur və s.

- daxili ehtiyatlardan

səmərəli istifadə

edilir,

- itkilər azalır,

- satılan məhsuldan

daxil olan gəlir artır,

- məhsul istehsalına

sərf edilən xammala

qənaət edilir,

- məhsul satışı

sürətlənir və s.

Page 575: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

574

Məhsulun kəmiyyətcə artırılması və onun maya də-

yərinin aşağı salınması kimi, keyfiyyətinin yüksəldilməsi

də təbii, iqtisadi, texniki, təşkilati, sosioloji və s. amillərin

mürəkkəb və qarşılıqlı fəaliyyəti ilə şərtlənir. Başqa sözlə,

kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik ol-

ması həm toxumçuluq işindən, aqrokimyəvi tədbirlərdən,

mühafizə işindən, həm də bitkiçilik və heyvandarlıqla

məşğul olan mütəxəssislərin əməyinin təşkilindən, baytar-

lıq işindən, orada texniki-tərəqqinin səviyyəsindən, iqtisa-

di mexanizmin fəaliyyətindən və s. çox asılıdır. Bu o de-

məkdir ki, məhsulun keyfiyyətinin yüksəldilməsi hər bir

fərdin və bütün kollektivin gərgin əməyinin nəticəsində

təmin edilir və ona müxtəlif amillər təsir göstərir.

Kənd təsərrüfatında məhsulun tələbatı maksimum

ödəyə biləcək faydalı xassələrin ölçüsünü və məhsulun

keyfiyyətinin göstəriciləri sisteminin müəyyən edilməsi ön

plana çəkilir.

Keyfiyyət göstəricisinin müəyyən edilməsi yüksək

keyfiyyətli məhsul istehsalının iqtisadi cəhətdən məqsədə-

uyğunluğu və onun xalq təsərrüfatında faydalılığı baxı-

mından həmin məhsulun nə dərəcədə əlverişli olması haq-

qında obyektiv nəticə əldə etməyə imkan verir. Kənd tə-

sərrüfatı məhsullarının istehsal mərhələsində keyfiyyət

göstəriciləri aşağıdakı kimi qruplaşdırılır:

1. Məhsulun istifadə təyinatı göstəricisi. Bu göstərici

məhsulun funksional təyinatına uyğunluğunun səviyyəsini

xarakterizə etməyə imkan verir, yəni təyinata nə dərəcədə

uyğun olması göstərilir. Taxılda bərk buğdanın çörək bi-

şirmə sənayesi üçün yapışqanlığı, zülal çıxımı, pambıqda

emal sənayesi üçün lif çıxımının çox olması zəruri hesab

olunur. Süd yağ istehsal etmək üçün istifadə edilirsə, onda

Page 576: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

575

yağın daha çox olması vacibdir. Əgər süd yeyinti və digər

istehlak məqsədləri üçün istifadə edilirsə, onda zülal, yağ,

süd şəkəri və s. xassələrin olması tələb edilir. Beləliklə,

müəyyən bir istehlak dəyərinin xam material, əmək vəsaiti

və ya məhsul kimi meydana çıxması, tamamilə onun əmək

prosesində daşıdığı müəyyən funksiyalardan, burada tut-

duğu yerdən asılıdır və bu yer dəyişildikdə onun vəzifələri

də dəyişilir. Ona görə də xammal və materialların xassələ-

rini bilməyin və onları öz təyinatına uyğun düzgün seçmə-

yin böyük əhəmiyyəti vardır. Bu, xammal bazasını geniş-

ləndirmək imkanını aşkar etməyə, baha başa gələn xam-

malı onun əvəzedicilərilə əvəz etməklə nizbətən ucuz başa

gələn daha keyfiyyətli məhsul buraxmağa imkan verir.

Deməli, məhsulun keyfiyyəti onun istehlak edilmə

təyinatından asılı olduğu üçün onun istifadə təyinatı dəyiş-

dikdə keyfiyyəti də funksional asılılıqla dəyişir.

2. Texniki-istismar göstəriciləri. Bu göstərici məhsu-

lun tərkibində olan faydalı maddələrin miqdarını xarakte-

rizə edir. Belə faydalı maddələrə süddə yağı, qaramal ətin-

də əzələni, donuz ətində piyi, yunda qırılma möhkəmliyini

və s. göstərmək olar.

3. Texnoloji göstəricilər. Bu göstəricilər aqrotexniki

və zootexniki istehsal metodlarının mütərəqqiliyini, məh-

sul vahidinin istehsalına material məsrəfini (material tutu-

mu), enerji (enerji tutumu), əməyi (əmək tutumu), vaxtı

(texnoloji mərhələnin uzunluğu) və s. aid etmək olar. Tex-

noloji emal nəticəsində xammal və materillardan yeni xas-

sə və keyfiyyət əlamətləri olan hazır məhsul əldə edilir,

ona yeni görkəm verilir. Başqa sözlə. Bu vaxt əsas məqsəd

məhsula zəruri forma, xarici görünüş və təyinata uyğun

sair istehlak xassələri verilir. Texnoloji mərhələdə rejimin

Page 577: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

576

pozulması keyfiyyət göstəricisinin pisləşməsinə səbəb olur.

4. Estetik göstəricilər. Bu göstəricilər sırasında məh-

sulun orijinallığı, səlistliyi, ahəngdarlığı, xarici görünüşü,

forması, rəngi, dadı və s. daxil edilir. Elmi cəhətdən əsas-

landırılmış surətdə estetik göstəricilərin nomenklaturası

indiyədək işlənməmişdir. Bu göstəriciləri texnoloji göstəri-

cilərlə əlaqələndirmək daha məqsədəuyğun olardı.

5. Standartlaşdırma və vahid şəkləsalma (unifikasi-

ya) göstəriciləri. Bu göstəricilərdə məhsulun standartların

səviyyəsinə uyğunluğu, məhsulların forma və ölçülərinin

maksimum dərəcədə birləşdirilməsi və s. nəzərdə tutulur.

6. İqtisadi göstəricilər. Bu göstərici məhsulun hər

hansı xassələrinin formalaşması ilə əlaqədar olan əmək və

material məsarifi və həmin məsarifin iqtisadi səmərəliliyi-

ni xarakterizə edir və o sintetik göstərici sayılır. Bu vaxt

aşağıdakı iqtisadi kateqoriya və göstəricilərdən – məhsu-

lun maya dəyəri, qiymət, gəlir, rentabellik, kapital qoyulu-

şunun və onun iqtisadi səmərəliliyinin həcmi və s. istifadə

edilir.

Məhsulun kəmiyyət göstəriciləri yuxarıdakı qaydada

kompleks şəkildə tədqiq edilərsə, həmin məhsulun keyfiy-

yətinin yüksəldilməsinə və keyfiyyətin düzgün müəyyən

edilməsinə obyektiv qiymət vermək olar. Onu da nəzərə

almaq lazımdır ki, məhsulun keyfiyyət göstəriciləri siste-

mini konkret şəraitdən və məhsul növlərindən asılı olaraq

daha geniş tərtib etmək olar.

Kənd təsərrüfatında məhsulun keyfiyyətini miqdar

ifadəsində xarakterizə etmək məqsədilə onun bir sıra spe-

sifik göstəricilərindən istifadə edilir. Məhsul rəngi, dadı,

xarici görünüşü, yetişgənlik dərəcəsi, möhkəmliyi, elastik-

liyi və s. xassələrindən asılı olaraq növlərə bölünür.

Page 578: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

577

1. Bitkiçilikdə məhsulun keyfiyyəti müxtəlif göstəri-

cilərlə xarakterizə edilir.

Taxıl-dənin kondisiya çəkisi, iriliyi, yapışqanlığı, zü-

lal çıxımı, nəmliyi, zibil qarışığı və s. göstəricilərə görə

növlərə ayrılır.

Pambıq-lif çıxımı, lifin uzunluğu, möhkəmliyi və

rəngi,yetişgənlik dərəcəsi, nəmliyi, zibilliyi və s. keyfiyyət

göstəriciləri üzrə növlərə ayrılır.

Kartof-kraxmal çıxımı, forma və həcmi, görkəmi,

çirkliliyi, mexaniki zədələnməsi və s. üzrə növlərə ayrılır.

Tütün-rəngi, yetişgənliyi, mexaniki zədələnməsi,

çirklənməsi (zibillənməsi) əsas göstəricilər hesab olunur.

Üzüm-şəkərliyi, şirə çıxımı, turşuluğu, görkəmi, tə-

zəliyi, yetişgənliyi, forması, salxımda sıxlığı, təmizliyi və s.

keyfiyyət göstəriciləri ilə xarakterizə olunur. Şərabçılıq

üçün texniki sortlar və ərzaq sortlarına tələblər müxtəlifdir.

Tərəvəzin hər bir növü üzrə (kələm, pomidor, xiyar,

badımcan, bibər, soğan, sarımsaq, yerkökü, çuğundur və s.)

keyfiyyət göstəricisinə tələb müəyyən edilir.

2. Heyvandarlıqda məhsulun keyfiyyəti konkret

məhsullar üzrə müvafiq göstəricilərlə xarakterizə edilir:

Mal əti-(cəmi və həm də cavanlar daxil edilməklə)

köklük dərəcələri üzrə-yüksək, orta, aşağı və arıq kateqo-

riyalara ayrılır. Nəzərə almaq lazımdır ki, ət üçün qarama-

lın keyfiyyət göstəricilərinə köklük dərəcələri ilə yanaşı,

onun yaşı da daxil edilir.

Qoyun əti-köklük dərəcələrinə görə yüksək, orta,

aşağı və arıq kateqoriyalara bölünür.

Donuz əti-(çoşqalar daxil edilməklə) birinci, ikinci,

üçüncü, dördüncü, beşinci kateqoriyalara və qeyri standar-

ta ayrılır.

Page 579: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

578

Quş əti-birinci və ikinci kateqoriyalara görə seçilir.

Süd-cinsi ifadədə və bazis yağlılığa çevrilən çəkidə,

o cümlədən pasterizə edilən və soyudulan süd üzrə növlə-

rə: əla, birinci növ, ikinci növ və qeyri-standarta ayrılır.

Əsas göstərici yağ çıxımı hesab edilir.

Yumurta – pəhrizlik, yemək üçün təzə, xırda, qeyri-

standarta bölünür. Pəhrizlik və yemək üçün ayrılan təzə

yumurtalar da birinci və ikinci kateqoriyalara ayrılır.

Yun-zəifliyi və nəmliyi əsas xassəsi hesab olunur, fi-

ziki və təmiz lifə çevrilməklə uçota alınır və zərif, yarım-

zərif, yarımcod və cod dərəcələrə ayrılır.

Barama-seçmə növ, birinci növ, ikinvi növ, üçüncü

növ, qarapaçax, super elit, elit, toxumluq kimi növlərə bö-

lünür.

Müasir şəraitdə kənd təsərrüfatı məhsullarının cə-

miyyətin müxtəlif tələbatını ödəməsini nəzərə alaraq,

məhsulların kompleks keyfiyyət göstəricilərinin tərkibinə

daxil olan hər bir göstəricinin özü də ayrılıqda daha çox

əhəmiyyətli ola bilər. Əgər südün texniki istismar keyfiy-

yət göstəricisi hesab edilən yağ, emal zavodlarının tələba-

tını ödəyirsə, ola bilsin ki, mülkiyyətçinin süd istehsalına

çəkdiyi məsarif tələbata cavab verməsin, iqtisadi cəhətdən

səmərəli olmasın. Yaxud məhsulun keyfiyyətinin iqtisadi

göstəriciləri konkret tələbatla əlaqədar qənaətbəxş olma-

sın. Deməli, məhsulun keyfiyyəti yalnız istehlak xassələri-

nin məcmusu ilə deyil, həm də həmin məhsulun əmək və

material tutumu və ucuz başa gəlməsi ilə qiymətləndirilir.

Ona görə də həmin göstəricilərin vəhdəti hökmən nəzərə

alınmalıdır.

Page 580: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

579

FƏSİL XIII. AQRAR İQTİSADİYYATDA

İNVESTİSİYA SİYASƏTİ VƏ

İNFRASTRUKTURUN İNKİŞAFI

13.1. Aqrar sahədə investisiyanın mahiyyəti və onun

əsas xüsusiyyətləri.

Investisiya anlayışı iqtisadi ədəbiyyatlarda müxtəlif

səpgidə işlədilir. Investisiya-maliyyə vəsaiti, maddi və

mənəvi sərvət, vəsait qoyuluşu, sərmayə qoyuluşu, maddi

və intellektual sərvət, kapital qoyuluşu və s. mənasında iş-

lədilir. Investisiya-“.... iqtisadi münasibətlər sistemində in-

vestisiyalar daşınan və daşınmaz əmlaka, maddi və intel-

lektual mülkiyyətə, əsas kapitala (fondlara) və dövriyyə

vəsaitlərinin artırılmasına yönəldilmiş pul vəsaitləri, kre-

ditlər, qiymətli kağızlar şəklində qoyuluşlardır”.

Hazırda ölkəmizdə iqtisadiyyatın inkişafına investi-

siya qoyuluşlarının tənzimlənməsi “İnvestisiya fəaliyyəti

haqqında” Azərbaycan Respublikasının qanunu ilə (1995)

həyata keçirilir.

Məlumdur ki, hazırda maddi nemət, əşya olmayan

sərvətə kapital kimi baxılır və “intellektual mülkiyyət” ka-

pital adlandırılır. Intellektual kapital-elm, təhsil, mədəniy-

yət, səhiyyə idarəetmə aparatında və digər qeyri-istehsal

sahələrində yaradılır. Texnika, texnologiya ixtira edilir,

zehni biliklər hesabına kəşflər edilir, səmərələşdirmələr,

təkmilləşdirmələr həyata keçirilir, tətbiq edilir. Odur ki,

intellektual kapital hesabına istehsal artır, bu kapital so-

sial-iqtisadi inkişafa və ümumi tərəqqiyə bilavasitə və do-

layı yollarla böyük təsir göstərir.

Page 581: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

580

Investisiya kimi pul vəsaitlərindən, bank əmanətlə-

rindən, paylardan, səhmlərdən, qiymətli kağızlardan, istiq-

razlardan, kreditlərdən, texnologiyalardan, binalardan, tor-

paqdan, sudan və digər ehtiyatlardan, girovlardan, tikililər-

dən, maşınlardan, bina, qurğu, avadanlıqlardan istifadə və

mülkiyyət hüquqlarından, elmi-təcrübi və digər intellek-

tual dəyərlərdən (sərvətlərdən) istifadə edilir. Beləliklə, in-

vestisiya-gəlir (mənfəət) əldə etmək və səmərəliliyi yük-

səltmək məqsədi ilə ölkə daxilində və həm də xaricdə sa-

hibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan

maliyyə vəsaitlərindən, maddi və intellektual sərvətlərdən

ibarətdir.

İnvestisiyalar müəssisə və təşkilatların xüsusi ma-

liyyə resursları, investorların vəsaitləri, müəssisə və birlik-

lərin mərkəzləşdirilmiş pul vəsaitləri, büdcə və qeyri-büd-

cə fondları, bank kreditləri, vətəndaşların xüsusi vəsaiti və

xarici investorlar hesabına həyata keçirilə bilər.

İnvestisiya fəaliyyəti investorların investisiya qoyu-

luşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərə-

kətlərin məcmusudur.

Aqrar investisiya-vəsait qoyuluşu, maddi və intel-

lektual sərvətlər olmaqla ölkə daxilində və xaricdə mən-

fəət əldə etmək məqsədilə yeni müəssisələrin yaradılması-

na, fəaliyyətdə olan müəssisələrin modernləşdirilməsinə,

yeni texnologiyaların mənimsənilməsinə yönəldilmiş fəa-

liyyəti ifadə edir. Təsnifat əlamətlərinə görə investisiyanın

iqtisadi obyektlərinə aşağıdakılar daxildir:

- rəqabət qabiliyyətli müəssisələrin, obyektlərin yara-

dılması və alınması;

- mövcud istehsalı genişləndirmək üçün sahələrin ha-

Page 582: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

581

zırlanması, çoxillik əkmələr aparılması, toxum və cins

heyvandarlığın genişləndirilməsi;

- yeni texnika, texnologiya və avadanlıqlar alınması,

əsas istehsal fondları və dövriyyə fondlarının modernləşdi-

rilməsi;

- məqsədli vəsait, kreditlər, paylar, əmanətlər, qiy-

mətli kağızlar;

- aqrar sahələrin maddi-texniki təchizatının maliyyə-

ləşdirilməsi;

- torpağın meliorasiyası və irriqasiyasının həyata ke-

çirilməsinin maliyyələşdirilməsi;

- yeni elmi-texniki, texnoloji məhsullar istehsalı;

- istehsal və sosial infrastrukturun yaradılması;

- intellektual dəyərlərin inkişafı və iqtisadiyyatın

strukturunun təkmilləşdirilməsi üçün tədqiqatların maliy-

yələşdirilməsi;

- məqsədli proqram və layihələrin yerinə yetirilməsi və s.

Qüvvədə olan mövcud qanuna görə iqtisadiyyatın

bütün sahələrində hər hansı əmlak, o cümlədən əsas fond-

lar və dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul

əmanətləri, elmi-texniki məhsullar, intellektual sərvətlər,

digər mülkiyyət obyektləri, habelə əmlak hüquqları, inves-

tisiya fəaliyyəti, investisiya obyekti ola bilər.

Qanuna görə “Yaradılması və istifadə edilməsi Azər-

baycan Respublikasının qanunvericilik aktları ilə müəy-

yənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya,

arxitektura və digər normaların tələblərinə uyğun gəlmə-

yən, habelə vətəndaşların, hüquqi şəxslərin və dövlətin qa-

nunla müdafiə edilən hüquq və mənafelərini pozan ob-

yektlərə investisiya qoyulması qadağandır”.

Page 583: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

582

Nəzərə almaq lazımdır ki, investisiya fəaliyyətini hə-

yata keçirən (yaxud fəaliyyətdə iştirak edən) Azərbaycan

Respublikasının və xarici ölkələrin vətəndaşları, hüquqi

şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər in-

vestisiya fəaliyyətinin subyektləri (investisiyaları və işti-

rakçıları) ola bilər. İnvestorlar investisiya fəaliyyətində

əmanətçi, kreditor və alıcı qismində çıxış edə, habelə in-

vestisiya fəaliyyətinin istənilən iştirakçısının funksiyaları-

nı yerinə yetirə bilər.

Beləliklə, mövcud qanunvericiliyə görə investisiya

fəaliyyəti ilə aşağıdakı subyektlər məşğul olurlar:

1. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxs-

ləri, dövlət, qeyri-dövlət müəssisə və təşkilatları,

2. Xarici ölkə vətəndaşları, dövlət və qeyri-dövlət

müəssisə və təşkilatları.

İnvestorlar investisiya fəaliyyətində əmanətçi, kredi-

tor və alıcı qismində çıxış edə, habelə investisiya fəaliyyə-

tinin iştirakçısının funksiyalarını yerinə yetirə bilərlər.

İnvestorlar öz şəxsi və cəlb edilmiş vəsaitlərini in-

vestisiya formasında qoyuluşunu həyata keçirən və onlar-

dan məqsədli istifadə edilməsini təmin edən hüquqi və fi-

ziki şəxslərdir. Investor kimi dövlət və bələdiyyə mülkiy-

yətini və ya mülkiyyət hüququnu idarə etmək səlahiyyə-

tində olan orqanlar (müəssisə, təşkilat, sahibkarlar, fiziki

və hüquqi şəxslər), xarici fiziki və hüquqi şəxslər, hökü-

mət və beynəlxalq təşkilatlar çıxış edə bilər. İnvestorlar

qoyduqları investisiyaları pul və ya naturada, maliyyə,

əmlak, intellektual məhsul kimi qoya bilərlər.

Aqrar sahədə investisiyaların formalaşmasını sxem-

dəki kimi göstərmək olar:

Page 584: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

583

Sxem 13.1. Aqrar sahədə investisiyaların təsnifatı.

Qoyuluş obyektinə görə Müddətinə görə Mülkiyyət formasına görə

Dövlət Qısa

müddətli

Maliyyə

Pul vəsaitləri – kreditlər, qiy-

mətli kağızlar, səhmlər,

depozitlər, borc verilməsi və s.

Qeyri-maddi

sahələr

Maddi

istehsal

Riskə görə Mənbəyinə görə

Xarici Ölkədaxili Etibarlı Riskli

Uzun

müddətli

Xüsusi Qarışıq Real

Page 585: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

584

Nəzərə almaq lazımdır ki, aqrar iqtisadiyyatın səmə-

rəliliyinin yüksəldilməsi regionlar, sahələr və mülkiyyət

formaları üzrə investisiya siyasətinin düzgün formalaşdı-

rılması ilə əlaqədardır. Burada əsas istiqamət kapital qoyu-

luşunun texnoloji strukturunun, texniki təminatın, istehsal

güclərinin modernləşdirilməsinə yönəldilməsi olmalıdır.

Aqrar sahədə investisiya proseslərinin aktivləşdirilməsi

çevik iqtisadi mexanizmin formalaşmasından – kreditləş-

mə, vergi, qiymət və s. siyasətin təkmilləşdirilməsindən

də asılıdır.

Aqrar sahədə istehsalın iqtisadi səmərəliliyi sahəyə

investisiya qoyuluşunun zəruriliyi və spesifik xüsusiyyət-

ləri ilə əlaqədardır. Çox halda investisiyanın maliyyələş-

dirməsinə cəlb edilən bank kreditləri mühüm rol oynayır.

Lakin sahibkarlıq fəaliyyətinin gəlirləri bank kreditlərinə

görə müəyyənləşdirilən faiz dərəcəsindən asılı olaraq in-

vestisiya qoyuluşlarına maraqlı olmurlar. Kənd təsərrüfatı-

nın kifayət qədər riskli sahə olduğu üçün investisiyanın

həcminin artırılmasına stimul az olur. Aqrar sahədə torpaq

və əmlak payı almış sahibkarın maliyyə resurslarının məh-

dudluğu, yanacaq, toxum, maddi- texniki ehtiyatlara tələ-

batın ödənilməsi zərurətini qarşıya qoyur. Aqrar sahənin

spesifik xüsusiyyətləri ilə əlaqədar sahəyə investisiya yö-

nəldilməsinə maraq aşağıdır. Aqrar sahənin investisiya qo-

yuluşuna əsasən aşağıdakı amillər təsir göstərir:

1) Sahibkarların fəaliyyətinin maliyyə nəticələrinin

müxtəlifliyi.

2) Bankların kreditə görə müəyyən etdikləri faiz də-

rəcələri.

3) Aqrar istehsalda amortizasiya ayırmalarının vəziy-

yəti.

Page 586: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

585

4) Aqrar sahədə sahibkarların istehsal və xidmətlər üzrə layihələrinin maliyyələşdirilməsinin kifayət qədər dəstəklənməməsi.

5) Aqrar sahədə yeni bağların salınması, meliorasiya və irriqasiya işlərinin həyata keçirilməsi, obyektlərin yara-dılması və qurulması miqyasının çoxluğu və s.

Aqrar sahəyə investisiya yönəldilməsinin obyektiv zəruriliyi aşağıdakı amillərlə şərtlənir:

1. Aqrar istehsal və xidmətlə məşğul olan sahibkar-ların fəaliyyət sferasını genişləndirmək üçün maliyyə re-surslarını əldə etmək imkanları məhduddur,

2. Aqrar sahədə istifadə edilən texnika, avadanlıq və s. fiziki və mənəvi cəhətdən köhnəlmişdir,

3. Aqrar sahədə maddi – texniki baza, gübrələr, kim-yəvi mühafizə vasitələri və s. ilə tələbat ödənilmir,

4. Aqrar sahə ilə bağlı sahələrin inkişafı (emal, xid-mət və s.) və inteqrasiyası, institusional qurumların, inf-rastrukturların yaradılması tələbatdan geri qalır,

5. Mövcud daxili ehtiyatlar hesabına rəqabət qabiliy-yətli, yeni istehsal və xidmət növlərinin yaradılmaması və regional fərqlərin aradan qaldırılmaması kənd əhalisinin gəlirlərinin səviyyəsinə mənfi təsir göstərir,

6. İstehsal və xidmətin maya dəyəri yüksəkdir, xərc-lər ödənilmir, ərzaq təminatı strukturlarının investisiya-laşdırılması tələbatdan aşağıdır və s.

Aqrar sahədə istehsalın həcminə, son nəticələrə, ödəmə müddətinə təsir edən investisiyalar kənd təsərrüfatının spesifik xüsusiyyətləri ilə bilavasitə əlaqədardır. Kənd tə-sərrüfatı istehsalı və xidmət sahələrinə qoyulan investisi-yalar aşağıdakı spesifik xüsusiyyətləri nəzərə almaqla for-malaşdırılmalıdır:

- kənd təsərrüfatı istehsalı və xidmətlər əsasən möv-

Page 587: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

586

sümi xarakter daşıyır; - kənd təsərrüfatı ərazicə dağınıq olmaqla, istehsal

olunan məhsullar satış bazarından uzaqda yerləşir, məhsul-ların istehlakçılara çatdırılmasına qədər itkilər mövcuddur;

- kənd təsərrüfatı istehsalı təbii amillərdən torpağın münbitliyi, günəşin aktivliyi və intensivliyi, yağıntının miqdarı, su təchizatı və s. birbaşa asılıdır;

- kənd təsərrüfatının inkişafı ölkənin iqtisadi inkişaf səviyyəsindən, xalq təsərrüfatının sahələrinin vəziyyətin-dən çox asılıdr. Ona görə də invetisiya qoyuluşunda sahə-lər arasındakı əlaqə və nisbət gözlənilməlidir;

- kənd təsərrüfatı aqrar məhsullar istehsal edilən sahə deyil, həm də məhsuldar qüvvələrin təkrar istehsalı, isteh-sal-iqtisadi və təşkilati münasibətlərin formalaşdığı, digər sahələr üçün məhsullar istehsal edilən və ərzaq təminatı-nın yaxşılaşdırılması ilə bağlı spesifik, çoxfunksiyalı sis-temdir;

- əhalinin yarıdan çoxunun kənd ərazilərində yaşa-ması və onların məşğulluğunun təmin edilməsi ilə əlaqə-dar məşğulluq istiqamətində problemlər mövcuddur və məşğulluq, sosial, iqtisadi, siyasi vəzifə kimi prioritet isti-qamətlər olmalıdır;

- kənd təsərrüfatı istehsalında və göstərilən xidmət-lərdə təbii, ekoloji, ətraf mühitin mühafizəsi ilə bağlı risk-lər mövcuddur, kənd təsərrüfatı məhsulları tez xarab olma xarakterlidir;

- kənd təsərrüfatında bitkiçilik və heyvandarlıqda məhsuldarlıq regionlar üzrə kəskin surətdə fərqlənir, kənd əhalisinin gəlirləri başqa sahələrə nisbətən aşağıdır;

- kənd təsərrüfatında məhsulların qiymətləri aşağıdır, kənd təsərrüfatı məhsullarının qiymətləri bazar qiymətləri-nin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır;

Page 588: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

587

- kənd təsərrüfatı sahələri bazar konyukturunda baş verən dəyişikliklərə çevik reaksiya göstərə bilmir;

- kənd təsərrüfatı texnikasından, istehsal gücü və is-tehsal vasitələrindən il boyu tam istifadə edilməsi təbii, bioloji, vegetativ inkişaf şəraiti və mövsümi xüsusiyyətlə-rə görə mümkün deyil;

- kənd təsərrüfatının investisiya cəlbediciliyi aşağı-dır, kənd təsərrüfatında kapital dövranı uzun müddəti əha-tə edir;

- aqrar sahədə infrastruktur yaradılması və xidmətlə-rin təşkili tələbatdan geri qalır;

- aqrar sahibkarlığın maliyyə - kredit təminatı sistemi davamlı xarakter almalı, kənd təsərrüfatı məhsullarının is-tehsal texnologiyası (əkin, suvarma, becərmə, məhsul yı-ğımı və s.) ilə əlaqədar kreditləşdirmə mexanizmi forma-laşdırılmalıdır;

- kənd təsərrüfatı istehsalı açıq səma altında (aqro-texniki, zoobaytar tədbirləri və s.) görülür, bitki və hey-vanların yaşayış amilləri (su, işıq, temperatur, qida və s.) özünəməxsus tələbat normasına uyğun olmalıdır. Dövlət dəstəyi müəyyənləşdirilərkən stimullaşdırma və kreditləş-dirmədə bu xüsusiyyətlər nəzərə alınmır;

- kənd təsərrüfatında əkinlərin strukturunun təkmil-ləşdirilməsi, növbəli əkinlərin tətbiqi, ekoloji tarazlığın qorunması və kənd təsərrüfatının spesifik xüsusiyyətlərin-dən biri olsa da, investisiyalaşdırmada bu amillər nəzərə alınmır;

- kənd təsərrüfatının spesifik xüsusiyyətlərindən biri istehsal olunan məhsulların müəyyən hissəsi 15 – 20 % - i onun özündə istifadə olunmasıdır. Buna əhalinin və ya di-gər istehlakçıların tələbatının ödənilməsində mühüm rol oynaması baxımından yanaşılmalıdır;

Page 589: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

588

- kənd təsərrüfatında bəzi məhsulları – çayı, tütünü, pambığı, südü, dərini və s. özləri emal etmək imkanına malik deyillər;

- kənd təsərrüfatının spesifik xüsusiyyətlərindən biri iqtisadi rayon potensialına, təbii sərvətlərinin miqyasına, əhalinin məşğulluq səviyyəsinə, təbii – iqlim, iqtisadi – coğrafi mövqeyinə, ərazi quruluşuna, tarixi inkişaf xüsu-siyyətlərinə görə fərqlənməsidir. Bu amillərin hər birinin nəzərə alınmasını, regionlara fərqli yanaşılmasını tələb edir.

Ona görə də kənd təsərrüfatına investisiya qoyular-kən onun həcmi və ödəmə müddətləri müəyyən edilərkən göstərilən xüsusiyyətlər mütləq nəzərə alınmalıdır.

13.2. Aqrar sahənin inkişafında investisiyanın rolu.

Təhlil göstərir ki, aqrar sahədə işgüzar mühitin yara-

dılması, sahibkarlığın formalaşması və iqtisadi inkişafın təmin edilməsi investisiya qoyulşunun həcminin artırılma-sından çox asılıdır. Məlum olduğu kimi, müstəqilliyə qə-dər aqrar sahə birbaşa dövlətin maliyyə təminatı əsasında fəaliyyət göstərirdi. Ölkəmiz müstəqilliyini bərpa etdik-dən, aqrar islahatlar həyata keçirildikdən və bazar münasi-bətləri formalaşdıqdan sonra aqrar sahəyə investisiyaların yönəldilməsi dəyişdirildi. Ölkə rəhbərliyi tərəfindən qəbul edilən normativ-hüquqi sənədlər, Dövlət Proqramları və s. investisiya siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratdı, investisiya qoyuluşunun strukturunda prioritetləri müəyyənləşdirməyə imkan verdi.

Hazırda aqrar sahədə formalaşan sahibkarlar milli iq-tisadiyyatın inkişafında mühüm rol oynayırlar. Sahibkar-lığın inkişafı və kənd təsərrüfatındakı mövcud potensial-

Page 590: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

589

dan daha səmərəli istifadə edilməsində, orta və iri həcmli lahiyələrin həyata keçirilməsində tərəfdaşlarla faydalı iqti-sadi əlaqələr yaratmaqda investisiyaların rolu artır. İsteh-sal və xidməti modernləşdirmək, kapital əldə etmək və onun dövriyyəsini artırmaqla strateji vəzifələrin həyata ke-çirilməsi təmin etmək olar. Bu baxımdan investisiya aqrar iqtisadiyyatın davamlı inkişafının əsas vasitələrindən biri olmaqla real kapitalın artırılmasında, iqtisadi səmərəliliyi-nin stimullaşdırılmasında və rəqabətqabiliyyətli istehsal və xidmətlərin formalaşmasında mühüm rol oynayır. Aqrar sahənin inkişafında investisiya qoyuluşunun rolu aşağıda-kılarla ifadə olunur:

- ehtiyatlardan səmərəli istifadə olunur, təkrar isteh-sal və geniş təkrar istehsal həyata keçirilir;

- aqrar istehsalın strukturunun təkmilləşdirilməsi, sa-hə və sahədaxili nisbətin formalaşmasına imkan verir;

- məhsul istehsalının artırılması, keyfiyyətinin yük-səldilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi müm-kün olur;

- aqrar sahədə elmi-texniki tərəqqinin həyata keçiril-məsi təmin edilir;

- xalq təsərrüfatının digər sahələri davamlı şəkildə xammalla təmin olunur;

- aqrar sahədə istehsal və sosial infrastruktur sahələ-rinin inkişafı təmin edilir;

- əhalinin məşğulluq səviyyəsi yüksəlir; - ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçi-

rilməsi təmin edilir; - əhalinin ərzaq təminatı yaxşılaşır, sahələrarası in-

teqrasiya möhkəmlənir və s.; Beləliklə, aqrar sahədə investisiya – həm daxildə,

həm də xaricdə müxtəlif sahələrə, elmi-texniki, sosial-iqti-

Page 591: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

590

sadi inkişaf proqramlarına, məqsədli layihələrə, innovasi-ya layihələrinə vəsait qoyuluşudur, müxtəlif təsərrüfat for-malarının bazar rəqabəti şəraitində fəaliyyət göstərmək və genişləndirmək üçün strateji istiqamətdir. İnvestisiyaların aşağıdakı növləri mövcuddur:

- dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçiri-lən investisiyalar;

- bələdiyyə büdcəsinin vəsaitləri hesabına həyata ke-çirilən investisiyalar;

- fiziki və hüquqi şəxslərin cəlb edilmiş vəsaitləri he-sabına investisiyalar;

- əqli və mənəvi məhsul yaradılması ilə əlaqədar in-tellektual investisiyalar.

Aqrar sahədə investisiya fəaliyyətinin səmərəliliyi, onun həcmi və maliyyələşdirmə mənbə və strukturundan asılıdır. Aqrar sferada investisiya fəaliyyətinin maliyyələş-dirmə mənbələrinə aşağıdakılar daxildir:

- investorun borc – maliyyə vəsaiti (bank və büdcə kreditləri, istiqrazlar və digər vəsaitləri);

- investorun özünün maddi və intellektual sərvətləri, maliyyə vəsaiti və təsərrüfatdaxili ehtiyatları (mənfəət, amortizasiya ayırmaları, əmanətləri, qəza və təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi üçün sığorta orqan-larının ödənişləri və s.);

- investorun cəlb edilmiş maliyyə vəsaiti (kollektiv-lərin, vətəndaşların, hüquqi və fiziki şəxslərin payları və digər haqları, səhmlərin satışından əldə edilən vəsait);

- büdcədən və büdcədənkənar fondlardan investisiya məqsədli təxsisatlar;

- müəssisələrin, təşkilatların və vətəndaşların əvəzsiz və xeyriyyə haqları;

- xarici investisiya və s.

Page 592: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

591

Aqrar sahədə investisiyalar maliyyələşdirmə mənbə-lərinə görə iki yerə-daxili və xarici formalara ayrılır. Da-xili investisiyaların maliyyələşdirilməsi dövlət, təsərrüfat subyektləri, bank kreditləri, qiymətli kağızlar, ipoteka kre-ditləşməsi, lizinq aid edilir. Xarici maliyyələşdirməyə- bir-başa investisiyalar, portfel investisiyaları, xarici kreditlər, qrantlar, yardım və s. daxildir.

Cədvəl 13.1.

İqtisadiyyata yönəldilən investisiyalar.

2005 2010 2011 2012 2013 2014

İnvestisiya qo-

yuluşları bü-

tün mənbələr

üzrə (xarici in-

vestisiyalar nə-

zərə alınmaq-

la):

mln. manat

mln. dollar

o cümlədən:

xarici investisi-

yalar:

mln. manat

mln. dollar

Ümumi həcmdə

xüsusi çəkisi %

daxili investisi-

yalar:

mln. manat

mln.dollar

6733,4

7118,5

4628,5

4893,2

68,7

2104,9

2225,3

14118,9

17591,5

6619,7

8247,8

46,9

7499,2

9343,7

17048,8

21588,9

6849,8

8673,9

40,2

10199,0

12915,0

20250,7

25777,3

8102,7

10314,0

40,0

12148,0

15463,3

21974,2

28010,5

8269,3

10540,9

37,6

13178,9

16799,1

21890,6

27907,5

9175,6

11697,7

41,9

12715,0

16209,8

Ümumi həcmdə

xüsusi çəkisi % 31,3 53,1 59,8 60,0 62,4 58,1

Təhlil göstərir ki, ölkə iqtisadiyyatına yönəldilən in-

vestisiyalar 2014-cü ildə 2005-ci ilə nisbətən 15,1 milyard

manat və yaxud 3,2 dəfə artmışdır. Həmin investisiyanın

Page 593: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

592

2005-ci ildə 68,7%-i xarici investorlar, 31,3%-i isə daxili

investorlar tərəfindən qoyulmuşdusa, 2014-cü ildə investi-

siyaların 41,9 %-i xarici investorlar, 58,1%-i daxili inves-

torlar tərəfindən qoyulmuşdur. Bu əsasən qeyri-neft sekto-

runa kapital qoyuluşunun artması və ölkədaxili sahibkar-

ların maliyyə imkanlarının yaxşılaşması, istehsal və xid-

mət sahələrinə kreditləşmənin yüksək səviyyəsi ilə izah

olunur.

Aqrar sahəyə investisiya kimi cəlb edilən maliyyə

mənbələri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Av-

ropa Yenidənqurma və İnkişaf Bankı, Kənd Təsərrüfatının

Beynəlxalq İnkişaf Fondu (İFAD), Yaponiyanın Beynəl-

xalq Əməkdaşlıq Fondu, Eksimbank, İslam İnkişaf Bankı,

FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı), TA-

CİS, Almaniya, Hollandiya, İsrail, Türkiyə və s. ölkələrin

müvafiq əməkdaşlıq proqramları, bankların və beynəlxalq

təşkilatların kreditləri olmuş, ölkəmizin büdcə (Sahibkarlı-

ğa Kömək Milli Fondu) və büdcədənkənar fondları (Neft

Fondu, Dövlət Sosial Müdafiə Fondu və s.) hesabına mü-

vafiq layihələrin həyata keçirilməsi üçün vəsaitlər qoyul-

muşdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri

əsasən aşağıdakı mənbələr hesabına formalaşır: dövlət büd-

cəsinin təxsisatları, fond fəaliyyətindən əldə olunan daxil

olmalar, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan

vəsaitlər, qiymətli kağızlardan daxil olan dividendlər, kö-

nüllü ianələr, verilən yardımlar, kreditlər, qrantlar və s.

Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən in-

vestisiyaların strukturunu 13.2.-ci cədvəl məlumatlarından

görmək olar.

Page 594: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

593

Cədvəl 13.2.

Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən investisiyaların strukturu

(faktiki qiymətlərlə).

Maliyyə mənbələri

2005 2010 2012 2013

milyon

manat %

milyon

manat %

milyon

manat %

milyon

manat %

Cəmi əsas kapitala inves-

tisiyalar. 5769,9 100 9905,7 100 15407,3 100 17850,8 100

Ondan;

Müəssiə və təşkilatların

öz vəsaitləri

4767,0 82,6 5041,8 50,9 6726,0 43,7 7826,6 43,8

Bank kreditləri 372,1 6,4 643,8 6,5 826,7 5,4 859,0 4,8

Əhalinin şəxsi vəsaiti 331,7 5,7 373,2 3,8 406,5 2,6 455,3 2,6

Büdcə vəsaitləri 193,5 3,4 3255,3 32,9 6849,0 44,4 8080,4 45,3

Büdcədənkənar vəsaitlər 72,7 1,3 570,5 5,7 565,2 37 540,5 3,0

Sair vəsaitlər 32,7 0,6 20,9 0,2 33,9 0,2 89,0 0,5

Page 595: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

594

İnvestisiyalar qoyuluş obyektlərinə görə iki yerə ay-rılır:

1) Real. 2) Maliyyə investisiyası. Real investisiya dövlət və özəl təsərrüfatlar tərəfin-

dən həyata keçirilən maddi istehsal və qeyri-istehsala, əsas kapitala, təsərrüfat fəaliyyəti üçün obyektlərə (yeni ob-yektlərin tikintisinə, mövcud olanların yeniləşdirilməsinə, texniki və texnoloji cəhətdən yenidən qurulmasına, geniş-ləndirilməsinə və s.) kapital qoyuluşudur. Real investisi-yanın maliyyə mənbələri vergilər, istiqrazlar, təsərrüfat fəaliyyətindən alınan gəlirlər, amortizasiya ayırmaları, kreditlər və s. hesabına formalaşır.

İnvestisiyanın maliyyələşdirilməsi real pul vəsaitləri, səhmlər, depozitlər, borc verilməsi, əhalinin əmanətləri və s. hesabına formalaşır.

Beləliklə, aydın olur ki, aqrar sahədə investisiya onu inkişafını müəyyən edən əsas amildir. Kapitalın artması is-tehsal potensialının yüksəldilməsinə, yeni texnologiyanın, elmi nailiyyətlərin tətbiqinə fəal təsir göstərir, qiymətlərin tənzimlənməsinə imkan verir.

13.3. Aqrar sahədə investisiyanın əsas istiqamətləri.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1992-il tarixli sərəncamı ilə təsdiq olunmuş “Xarici inves-tisiyaların qorunması haqqında Azərbaycan Respublikası-nın Qanunu”, 13 yanvar 1995-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “İnvestisiya fəaliyyəti haqqında” qanun və hökümətin bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri, digər normativ-hüquqi sə-nədlər, ölkədəki siyasi sabitlik və iqtisadi inkişafa müsbət

Page 596: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

595

təsir göstərib, xarici investorların Azərbaycan iqtisadiyya-tına vəsait qoymağa marağını artırıb. Bununla əlaqədar 1995-2014-cü illərdə ölkə iqtisadiyyatına 180,5 milyard dollar investisiya qoyulmuşdur. Bunun 17,5%-i və yaxud 31,6 milyard dolları xarici investisiya olmuşdur. 1995-2014-cü illərdə ölkə iqtisadiyyatına yönəldilən investisiya-ların 79,7%-i qeyri-neft sektoruna, 20,3%-i isə neft sekto-runun inkişafına yönəldilmişdir.

Aqrar sahədə investisiyalar yeni istehsal və xidmət sahələrinin yaradılması, maddi-texniki təminatın yaxşılaş-dırılması, elmi-texniki potensialın gücləndirilməsi, ümu-miyyətlə sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində böyük rol oynayır. Aqrar investisiya siyasəti əsasən aşağı-dakı tədbirlərin təmin edilməsinə real zəmin yaradır:

- geniş təkrar istehsalın formalaşmasına; - istehsal və xidmətin maddi-texniki bazasının yara-

dılmasına; - sahədə elmi-exniki tərəqqinin sürətləndirilməsinə; - yeni istehsal və xidmət infrastrukturlarının yaradıl-

ması və inkişafına; - məhsulun keyfiyyətinin yüksəldilməsinə, rəqabət

qabiliyyətinin artırılmasına; - mövcud ehtiyatlardan səmərəli istifadə edilməsinə; - kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldil-

məsinə və onların gəlirlərinin artırılmasına və s.. Ona görə də regionlarda yeni iş yerlərinin yaradılma-

sı, infrastruktur obyektlərinin təşkili, insan kapitalının in-kişafı və insanların sosial müdafiəsinin gücləndirilməsi aqrar investisiya siyasətinin prioritet istiqamətləri hesab edilir. Bununla əlaqədar 1995-2014-cü illərdə aqrar sahə-yə yönəldilən investisiyalar xeyli artmışdır. Bunu cədvəl 13.3-ün məlumatlarından görmək olar:

Page 597: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

596

Cədvəl 13.3.

1995-2014-cü illərdə aqrar sahə üzrə əsas kapitala

yönəldilmiş investisiyalar (mln.manat)

İllər

Ölkə üzrə

əsas kapitala

yönəldilmiş

investisiyalar

O cümlədən

kənd

təsərrüfatına

Kənd

təsərrüfatının

ölkədə

xüsusi çəkisi (%)

1996-2000 4553,4 38,1 0,8

2000 967,8 6,5 0,7

2005 5769,9 40,7 0,7

2010 9905,7 431,0 4,3

2011 12799,1 437,3 3,4

2012 15407,3 648,8 4,2

2013 17850,8 574,3 3,2

2014 17618,6 363,9 2,1

Göründüyü kimi, ölkə üzrə iqtisadiyyatın bütün sa-

hələrinə 1996-2000-ci illərdə cəmi 4553,4 milyon manat

investisiya qoyulmuşdur. Bunun müəyyən hissəsi (0,8%-i)

aqrar sahəyə yönəldilmişdir. Aqrar sahənin yuxarıda qeyd

edilən (13.2.-ci paraqrafında) spesifik xüsusiyyətləri ilə

əlaqədar investisiya qoyuluşu ölkə iqtisadiyyatına yönəl-

dilən vəsaitin 3-4%-ni ötmür. Aqrar islahatların həyata ke-

çirilməsi, bir çox aqrar layihələrin maliyyələşdirilməsi, öl-

kədə yaranmış sabitlik, hüquqi bazanın formalaşması, zən-

gin təbii ehtiyatlar, xammal bazası, ucuz işçi qüvvəsinin

olması, nəqliyyat əlaqələrinin mövcudluğu və s. əlaqədar

xarici investorlar aqrar sahəyə vəsait ayırmaqda maraqlı

olmuşlar.

Page 598: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

597

Araşdırmalar göstərir ki, aqrar sahə çox böyük xalq

təsərrüfatı əhəmiyyətli sahə olduğu üçün və əhalinin ərzaq

təminatı və məşğulluğunu yaxşılaşdırmaq məqsədilə onun

inkişafına və modernləşdirilməsinə aşağıdakı istiqamətlərə

investisiyalar yönəldilməsi zəruri hesab edilməlidir:

- kənd təsərrüfatının maddi-texniki bazasının möh-

kəmləndirilməsinə (binalar tikilməsi, qurğular, avadanlıq-

lar, texnika və s. alınması);

- köhnəlmiş və yararsız hala düşmüş suvarma və dre-

naj şəbəkəsinin yeniləşdirilməsinə;

- eroziyaya uğramış və şoranlaşmış torpaqların istifa-

dəyə verilməsi tədbirlərinə;

- bitkiçilik və heyvandarlığın prioritet sahələrinin in-

kişafına, özəl toxumçuluq və damazlığın maddi-texniki

bazasının möhkəmləndirilməsinə;

- kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi və

avtomatlaşdırılmasına;

- pambıq və ipək emalı müəssisələrinin maddi-texni-

ki bazasının möhkəmləndirilməsinə;

- meyvə, tərəvəz və üzümün saxlanılması, emalının

inkişafına (şirə, şərab, kişmiş, sirkə və s.);

- zeytun və günəbaxan emalı şəbəkəsinin genişləndi-

rilməsinə;

- kartofun saxlanılması, emalı müəssisələrinin yara-

dılmasına (püre, cips, un, nişasta və s.);

- mövcud istixanaların genişləndirilməsi və modern-

ləşdirilməsinə;

- heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına,

yem sexlərinin, tövlələrin təşkilinə;

- kənd təsərrüfatı ixrac yönümlü məhsulların saxlan-

ması və qablaşdırılması müəssisələrinin yaradılmasına;

Page 599: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

598

- ət və ət məhsulları, süd və süd məhsulları istehsalı

və emalının yaxşılaşdırılmasına, rəqabət qabiliyyətinin

yüksəldilməsinə;

- arıçılığın inkişaf etdirilməsinə;

- sahibkarların maliyyə mənbələrinə çıxışının yaxşı-

laşdırılması üçün bank və kreditləşmə sisteminin təkmil-

ləşdirilməsinə;

- kənd təsərrüfatı sahələri üçün yeni texnologiyaların

əldə olunması və tətbiq edilməsinə;

- aqromarketinq şəbəkələrinin dəstəklənməsinə;

- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsa-

lı və emalına;

- kəndin infrastrukturunun müasirləşdirilməsi və ge-

nişləndirilməsinə;

- elmi-tədqiqat institutları və təcrübə bazalarının

maddi-texniki bazasının yaxşılaşdırılmasına və kadr hazır-

lığına,

- baytarlıq və fitosanitar xidmətlərinin maddi-texniki

bazasının yaxşılaşdırılmasına və modernləşdirilməsinə;

- aqrar sahədə ətraf mühitin mühafizəsinin təmin

edilməsinə.

Göstərilənlərlə əlaqədar aqrar sahənin bütün mənbə-

lərdən maliyyələşdirilməsi, sahənin vəsaitlərə olan tələbat-

larının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Respubli-

kamızda aqrar sahənin və sahibkarlığın inkişaf etdirilməsi,

regional fərqlərin aradan qaldırılması, qeyri-neft sektoru-

nun, xüsusən kənd təsərrüfatının inkişafına investisiyalar

yönəldilməsi üçün həyata keçirilən Dövlət Proqramları bu

baxımdan geniş imkanların reallaşdırılmasına xidmət edir.

Qeyri-neft sektoruna vəsait yönəldilməsi barədə 13.4-

cü cədvəlin məlumatlarından bunu aydın görmək olar.

Page 600: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

599

Cədvəl 13.4.

Ölkə iqtisadiyyatının neft və qeyri-neft sektoruna əsas

kapitala yönəldilmiş vəsaitlər (milyon manat).

İllər Cəmi

O c ü m l ə d ə n

Neft

sektoru

Ümumi

vəsaitdə

xüsusi

çəkisi%

Qeyri-

neft

sektoru

Ümumi

vəsaitdə

xüsusi

çəkisi%

2005 5769,9 5756,2 62,2 2013,7 38,4

2006 6234,5 3408,5 54,7 2826,0 45,1

2007 7471,2 3529,9 47,2 3941,3 52,8

2008 9944,2 2922,4 29,4 7021,8 70,6

2009 7724,9 2058,3 26,6 5666,6 73,8

2010 9905,7 2958,5 29,9 6947,2 70,1

2011 12799,1 3070,3 24,0 9728,8 76,0

2012 15407,3 3854,5 25,0 11552,8 75,0

2013 17850,8 5094,6 28,5 12756,2 71,5

Göründüyü kimi, 2005-ci ildən neft sektoru üzrə əsas kapitala yönəldilən vəsait azalmış, qeyri-neft sektoruna yönəldilən vəsait isə artmışdır. Bank və maliyyə - kredit təşkilatlarının iqtisadiyyata yönəltdikləri investisiyalar əsa-sən müəssisə və təşkilatların öz vəsaitləri (2005-ci ildəki 82,6%-dən 2013-cü ilə 43,8 %-ə düşmüşdür), həmçinin büdcə vəsaitləri hesabına (2005-ci ildəki 3,4 %-dən 2013- cü ilə 45,3%-ə yüksəlmişdir) olmuşdur. (Bax: 13.2-ci cəd-vələ). Təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndiril-məsi kapital qoyuluşunun strukturunun təkmilləşdirilmə-sinə imkan verir.

Sahibkarların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndir-mək üçün Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq gücləndirilmiş, bank olmayan kredit təşkilatlarının sayı 20-yə çatdırılmışdır.

Page 601: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

600

13.4. Aqrar sahədə infrastrukturun iqtisadi mahiyyəti və infrastrukturun inkişafında investisiyanın rolu:

a) İnfrastrukturun mahiyyəti və infrastrukturun

inkişafında investisiyanın rolu. Aqrar sahənin formalaşması və inkişafında infras-

trukturların əhəmiyyəti böyükdür. Ölkənin sosial-iqtisadi inkişaf vəzifələrinin həlli ilə əlaqədar yeni infrastrukturla-rın yaranması, inkişafı və təkmilləşdirilməsi tərəqqiyə, ba-zar münasibətlərinə uyğunlaşdırılmışdır. Hər bir ölkədə infrastrukturlar cəmiyyətin artan tələbatına, ehtiyacların artmasına uyğun formalaşmışdır. İnfrastrukturlar spesifik əlamətlərinə görə başqa sahələrə xidmət göstərən sahə və yardımlar (xidmətlər) məcmusunu ifadə edir. Yəni infras-truktur hər hansı sahəyə xidmət göstərməkdə müəyyənedi-ci istiqamətin ifadəsini kəsb edir. Beləliklə, maddi istehsa-la və xidmətlərə bilavasitə təsir göstərsə də infrastruktur orada texnoloji və digər proseslərdən kənarda qalır.

Aqrar sahədə texnoloji proseslərin həyata keçirilmə-sində birbaşa iştirak etməyən yol, nəqliyyat, rabitə, elek-trik enerjisi, su təchizatı, qaz, tikinti, təmir, satış bazarları, marketinq, səhiyyə, təhsil, mədəniyyət, məişət xidməti, tu-rizm, kadr hazırlığı və s. maddi dəyərlərin yaradılmasında, sahibkarlığın inkişafında və aqrar istehsalın səmərəliliyi-nin yüksəldilməsində mühüm rol oynayır.

İqtisadi ədəbiyyatlarda infrastruktur latın sözləri olub infra-aşağı hissə, altında, aşağı təbəqə, struktura-yerləşmə, quruluş, tikili, tərkib hissə mənasında işlədilir. Infrastruk-tur sözü ilk dəfə XX əsrin 40-cı illərində Avropada hərb elmində silahlı qüvvələrin həyat qabiliyyətini təmin edən obyekt və qurğuları göstərmək üçün istifadə edilmişdir. İnfrastruktur anlayışı istehsal sahələrinin normal fəaliy-

Page 602: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

601

yətini təmin edən sahələrin məcmusu kimi baxılmışdır. Kənd təsərrüfatında qədim keçmişdə mövcud olmuş

ipək yolu (eramızdan əvvəl V əsrdən yeni dövrün XV əsri-nə kimi), su kanalları, nəqliyyat üçün bəsit körpülər, kar-vansaralar yaradılması və s. infrastrukturun təkamülünə imkan vermişdir. İnfrastruktur ifadəsinin məcmusunda xid-mət göstərmək istiqaməti xarakterizə olunur. Sovet döv-ründə infrastruktur maddi istehsala (həm də sosial sahə-lərə) xidmət edən sahə kimi ifadə olunurdu.

İqtisadi münasibətlər təkmilləşdikcə infrastrukturun mahiyyəti daha da təkmilləşmiş, yeni mahiyyət kəsb et-mişdir. Hazırda infrastrukturun 3 növü mövcuddur: 1) is-tehsal infrastrukturu, 2) sosial infrastruktur, 3) bazar in-frastrukturu.

İstehsal infrastrukturu məhsul istehsalı prosesinə xid-mət edir. İstehsal infastrukturunun elementləri məhsul is-tehsalında iştirak etmir, istehsalın həyata keçirilməsi üçün zəruri şərait yaradır. Bu elementlərə nəqliyyat, rabitə, top-dansatış anbarları, maddi-texniki təminat, su təchizatı, so-yuducular, emal, qablaşdırma, torpaqların yaxşılaşdırılması xidməti, meliorasiya, irriqasiya, aqrokimya, baytarlıq, bit-ki mühafizəsi, süni mayalandırma xidmətləri və s. aiddir. Bu xidmətlər infrastrukturun mühüm elementləri kimi sa-hibkarlığın normal fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır.

Sosial infrastruktur-şəxsi tələbatın ödənilməsinə, əha-linin həyat fəaliyyəti və intellektual inkişafının təmin edil-məsinə yönəldilmiş xidmət sahələri, obyektləridir. Buraya əhaliyə xidmət edən nəqliyyat, rabitə, tikinti, təmir, təhsil, səhiyyə, sosial təminat, ticarət, əhaliyə məişət xidməti, hü-quqi xidmət, kredit, sığorta, maliyyə xidməti, audit, kadr ha-zırlığı, təchizat, satış, elmi-tədqiqat xidmətləri və s. aiddir.

Page 603: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

602

İnfrastrukturun növlərindən biri bazar infrastrukturu-dur. Bazar infrastrukturu dedikdə, məhsul və xidmətlərin istehsalçılardan istehlakçılara çatdırılmasına xidmət edən, alqı-satqı əməliyyatlarını, onun fəaliyyətini təmin edən sa-hələrin, xidmətlərin, təşkilatların, müəssisələrin təşkilati – hüquqi formalarının məcmusudur. Bazar infrastrukturları-na birjalar (əmtəə, xammal, fond, valyuta), onların vasitə-çiləri, hərraclar, yarmarkalar, məsləhət, informasiya mər-kəzləri, ticarət palataları, lizinq formaları, kredit təşkilatla-rı, kommersiya bankları, audit şirkətləri və s. daxildir.

İnfrastrukturun mahiyyətini daha aydın təsəvvür et-mək üçün xalq təsərrüfatının maddi və qeyri-maddi isteh-sal sahələrinə ayrılmasını və onların qarşılıqlı əlaqələrini müəyyən etmək lazım gəlir. Bunun üçün 13.2. sxemi nə-zərdən keçirək:

Sxem 13.2. Xalq təsərrüfatının istehsal və qeyri-istehsal

sahələri.

Xalq təsərrüfatının istehsal və qeyri- istehsal sahələri

qeyri-istehsal sahələri istehsal sahələri

- təhsil, səhiyyə,

- sosial təminat,

- elm, incəsənət,

- mənzil-kommunal tə-

sərrüfatı, məişət xidməti,

- sərnişin nəqliyyatı,

- əhaliyə xidmət edən

rabitə,

- kreditləşdirmə, sığorta

xidməti,

- idarəetmə orqanları,

- turizm, idman və s.

- sənaye,

- kənd təsərrüfatı,

- meşə təsərrüfatı,

- tikinti,

- emal,

- yük nəqliyyatı

- istehsala xidmət edən

rabitə,

- təchizat, ticarət,

- satış, tədarük,

- su təchizatı,

- elmi xidmət

Page 604: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

603

İnfrastruktur hər bir maddi istehsal sahələrinin spe-

sifik xüsusiyyətlərinə uyğun normal fəaliyyət göstərməsi

üçün zəruri texnoloji və sosial xidmət sahələrini, onların

formalaşması və inkişafını əhatə edir. Infrastruktur isteh-

salın ayrılmaz tərkib hissəsi kimi istehsalın artmasına,

məhsulun keyfiyyətinin və səmərəliliyin yüksəlməsinə

xidmət edir. Ona görə də infrastrukturun əsas vəzifələrin-

dən biri istehsalçıların fəaliyyətini xidmət işlərindən azad

etmək, onların diqqətini bilavasitə istehsal prosesinə cəlb

etməkdir. İnfrastrukturun vəzifəsi yalnız maddi istehsal

sahələrinə xidmət göstərməkdən deyil, eyni zamanda həm

də qeyri-maddi sahələrə və sosial sahələrə xidmət göstər-

məkdir. Beləliklə, istehsala xidmət edən sahələrə istehsal

infrastrukturu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırıl-

masına, sahələrin normal fəaliyyətinə xidmət edən sahələ-

rə-sosial infrastruktur deyilir. Nəzərə almaq lazımdır ki,

aqrar infrastruktur: 1) regional, 2) lokal (təsərrüfat, birlik),

3) istehsal istiqamətinə görə fərqləndirilir.

Regional infrastruktur iqtisadi rayon üzrə ərazidə is-

tehsalın fəaliyyət istiqaməti, ixtisaslaşması və s. üzrə for-

malaşır. Yəni hər bir iqtisadi rayonda istehsal və müvafiq

sosial infrastruktur orada torpaqların vəziyyəti (meliorasi-

ya, irriqasiya işləri), təbii şəraiti, məhsul istehsalı istiqa-

məti, ehtiyatların mövcudluğu, əhalinin tarixən formalaş-

mış vərdişləri, adət-ənənələri və s. əlaqədar formalaşmış

infrastrukturun mövcudluğu nəzərdə tutulur. Lokal infras-

truktur təsərrüfat, müəssisə, birlik səviyyəsində istehsal və

orada formalaşan infrastruktur (yol, avadanlıqlar, təchizat,

enerji, anbar təsərrüfatı, xidmət şəbəkələri və s.) infrastruk-

turlar hesab edilir. Istehsal istiqamətinə görə infrastruktur

Page 605: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

604

sahənin spesifik xüsusiyyətləri nəzərə alınaraq formalaş-

mış infrastrukturlardır. Məsələn toxumçuluqla əlaqədar,

meliorasiya ilə əlaqədar, damazlıq işi ilə əlaqədar, baytar-

lıq xidməti və s. əlaqədar formalaşmış infrastrukturlar is-

tehsal istiqamətli infrastrukturlardır.

Əsas məsələlərdən biri sosial infrastrukturun forma-

laşmasının əsas istiqamətinin istehsal infrastrukturunun və

bazar münasibətlərinin tələblərinə uyğunlaşdırılmasıdır.

Hər bir konkret ərazidə əhalinin sıxlığı, cins tərkibi, əhali-

nin həyat tərzi, milli adət ənənələri, istehsalın ixtisaslaş-

ması və yerli şərait nəzərə alınmaqla infrastrukturun for-

malaşması həyata keçirilməlidir. İnfrastruktur yaradılar-

kən ərazi xüsusiyyətləri, əhalinin həyat şəraiti, demoqrafi-

yası, mədəni-məişət, ticarət, ictimai iaşənin inkişafı, təbii

sərvətlər, ətraf mühitin vəziyyəti və digər amillər komp-

leks şəkildə nəzərə alınmalıdır. Burada istehsal, onun artı-

mı, əhalinin məşğulluğu, nəqliyyat şəbəkəsi, digər infras-

trukturların mövcudluğu və sosial-iqtisadi amillər ərazilər-

də ərzaq məhsulları istehsalına və səmərəli strukturun tək-

milləşdirilməsinə xidmət etməlidir.

Nəzərə almaq lazımdır ki, aqrar sahənin idarə edil-

məsinin forma və metodları sahədə formalaşmış infras-

trukturun səviyyəsindən çox asılıdır. Digər tərəfdən aqrar

sferada mövcud infrastrukturun tərkibində binalar, qurğu-

lar, avadanlıqlar, maşın-mexanizmlər və s. yüksək xüsusi

çəkiyə malikdir. Istehsalın və xidmətlərin səviyyəsi həmin

maddi-texniki bazanın yüksək səviyyəsi ilə şərtlənir. Bu

isə aqrar sahədə istehsal və sosial infrastrukturlara investi-

siyalar yönəldilməsindən çox asılıdır.

Məlum olduğu kimi, erməni işğalçıları tərəfindən əra-

Page 606: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

605

zilərimizin 20%-i zəbt olunmuş, bir milyondan çox azər-

baycanlı doğma yurdlarından qovularaq qaçqın və köçkün-

lər kimi ölkəmizə gəlmişlər. Ədalətsiz təcavüz nəticəsində

müharibə ərazisində Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Qu-

badlı, Zəngilan, Əsgəran, Laçın və Kəlbəcər kimi iri ra-

yonlar zəbt edilərək istehsal və sosial infrastruktur obyekt-

ləri tamamilə dağıdılıb məhv edilmişdir. Belə ki, müharibə

zonasında 600-dən çox yaşayış məntəqəsi, 4 mindən çox

müxtəlif istiqamətli sənaye və kənd təsərrüfatı müəssisə-

ləri, ümumi sahəsi 6 milyon kvadrat metrdən çox olan 80

min yaşayış evləri və 2 mindən artıq sosial – mədəni ob-

yektlər (490-dan çox orta məktəb, 151 məktəbəqədər tə-

lim-tərbiyə ocaqları, 200-dən çox tibb müəssisələri və s.)

dağıdılmışdır. İstehsal və sosial infrastrukturların dağıdıl-

ması nəticəsində təqribən 40 milyard manatdan çox maddi

ziyan dəymişdir.

Hazırda infrastrukturun yaxşılaşdırılması dövlətin

mühüm əhəmiyyət verdiyi sosial-iqtisadi vəzifələrdəndir.

İnfrastrukturun formalaşdırılması və inkişafı üç istiqamət-

də həyata keçirilir: 1) dövlət, 2) özəl və 3) xarici investisi-

yalar hesabına. İnfrastrukturun dövlət qayğısı və nəzarə-

tində olan sahələrin inkişafı məkan baxımından bütün öl-

kədəki istehsal və sosial infrastruktur sahələrini əhatə edir.

Buraya yol, qaz, su, enerji, informasiya texnologiyası, bay-

tarlıq, fitosanitar, rabitə, meliorasiya, irriqasiya, kadr ha-

zırlığı, elmi-tədqiqat, sosial təminat, təhsil və s. daxil et-

mək olar. Özəl əsaslarla sahibkarlığın inkişafına zəruri

olan infrastrukturlar yaradılır. Bu sahibkarın vəsaiti və xa-

rici investorların vəsaiti hesabına ola bilər. Özəl infras-

trukturlar kiçik və orta həcmli özəl emal müəssisəsi, özəl

Page 607: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

606

nəqliyyat, avadanlıq, anbarlar, təmir, tikinti və s. xidmətlər

aid edilir. İnfarstrukturlar (istehsal və sosial) xarici inves-

torların birgə müəssisə, şirkət, xidmətlər və s. yaratmaları,

avadanlıq, texnologiya, texnika və s. obyektlər vermələri

və kredit, qrant, kömək ayırmaları hesabına formalaşır.

Aqrar sahədə istər istehsal və istərsə də sosial infras-

trukturun formalaşması və inkişafına ayrılan investisiyala-

rın həcmindən və strukturundan çox asılıdır. Sahəyə inves-

tisiyaların tələb olunan səviyyədə ayrılması bazar münasi-

bətlərinin mövcud tələblərinə uyğun fəaliyyət göstərməyə

imkan verir. Əsas kapitala yönəldilmiş vəsait qoyuluşunda

tikinti – quraşdırma işlərinin xüsusi çəkisi 2005-ci ildə

53,9%, 2010-cu ildə 66,3% olmuşdursa, 2014-cü ildə

74,4% təşkil etmişdir. Müvafiq olaraq avadanlıq, alət və

inventar alınması 23,4%, 26,1% və 11,7% təşkil etmişdir.

Ölkə üzrə məhsul istehsalı obyektlərinin və xidmət sahələ-

rinin obyektlərinin tikintisinə yönəldilən vəsaitin quruluşu

da xeyli dəyişmişdir. 2005- ci ildə vəsaitin 73,9%-i məh-

sul istehsalı obyektlərinin tikintisinə yönəldilmişdisə (4,2

milyard manat), 2010-cu ildə bu vəsaitin 48,7%-i (4,8 mil-

yard manat), 2014-cü ildə 58,0%-i (10,2 milyard manat)

istehsala yönəldilmişdir. Xidmət sahələri üzrə obyektlərin

tikintisinə 2005-ci ildə 1,5 milyard manat (ümumi vəsaitin

26,1%-i), 2010-cu ildə 5,1 milyard manat (51,3%-i) və

2014-cü ildə 7,4 milyard manat (42,0%) vəsait yönəldil-

mişdir. Buna baxmayaraq, kənd təsərrüfatına və onun sa-

hələrinə yönəldilən vəsaitlər ümumi vəsaitin 3,5-4%-dən

yüksək deyil.

Aqrar sahənin istehsal və sosial infrastrukturunun in-

kişafı üçün investisiya qoyuluşunun artırılması və yaxud

Page 608: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

607

tələb olunan səviyyədə ayrılması zəruri şərtlərdəndir. Aq-

rar sahəyə investisiyanın artırılması zərurəti ondan irəli

gəlir ki, məhsul istehsalı, xidmətlərin göstərilməsi mövcud

tələbatı ödəmir, regional inkişaf proqramlarının həyata ke-

çirilməsinə, əmək və istehsal şəraitinin yaxşılaşdırılmasına

imkan vermir. Kənddə yaşayanlar və müxtəlif istiqamətdə

fəaliyyət göstərən insanların məskunlaşdığı kənd yaşayış

məkanında istehsal və sosial infrastrukturun mövcudluğu,

aqrar sahəyə investisiyaların yönəldilməsi və tənzimlən-

məsini ön plana çəkməyi tələb edir. Faktlar göstərir ki,

müəyyən dövlət dəstəyi və güzəştləri olsa da istehsal və

sosial infrastrukturun normal fəaliyyəti üçün hər il tələb

olunan vəsaitin 30-40%-i ayrılır, (hətta bəzi xidmətlərə

10-15%-i), bəzi hallarda infrastruktur fərqləri regional

fərqlərin yaranmasına, sosial problemlərə təsir göstərir.

Ona görə də regionlarda elmi-texniki tərəqqi, əməyin tex-

niki təminatı, mexanikləşdirmə, avtomatlaşdırma, mövcud

ehtiyatlardan səmərəli istifadə edilməsi investisiya siyasəti

ilə əlaqələndirilməlidir.

b) Aqrar infrastrukturun inkişaf istiqamətləri.

Aqrar sahədə infrastruktur istehsalda bilavasitə işti-

rak etmir, bütövlükdə iqtisadiyyata və onun sahələrinə

xidmət edir. İnfrastruktur, məhsuldar qüvvələrin tərkib

hissəsi olub, cəmiyyətin bütün üzvlərinin müəssisə və təş-

kilatların ehtiyaclarını təmin edən iqtisadi və sosial sahələ-

ri əhatə edir. Digər sahələrdə olduğu kimi, aqrar sahədə is-

tehsal, sosial və bazar infrastrukturlarının yeni iqtisadi

münasibətlərə uyğun yenidən qurulması obyektiv zərurətə

çevrilmişdir. Bu zərurət ondan irəli gəlir ki, istehsal infras-

Page 609: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

608

trukturuna həmişə böyük əhəmiyyət verilmiş, sosial in-

frastruktur ikinci plana çəkilmişdir və bunlardan birinə

doğma, digərinə ögey münasibət göstərilmişdir. Hazırda

müstəqilliyimizi bərpa etdikdən və mövcud sərvətlərə sa-

hib çıxdıqdan sonra biz istehsal və sosial infrastrukturun

sürətli inkişafına diqqəti artırmışıq. Bir çox sosial prob-

lemlər həll olunub, insanların həyat şəraiti xeyli dəyişib.

Rayonlar arası, kəndlər arası yollar tamamilə yeniləşib,

kəndlərin telefonlaşdırılması, qazlaşdırılması, elektrikləş-

dirilməsi başa çatdırılmış, kifayət qədər istehsal və sosial

infrastrukturlar (bazar münasibətlərinə uyğun xidmətlər,

obyektlər və s.) yaradılmış, ölkənin sosial-iqtisadi həyatın-

da mühüm rol oynayırlar.

Aqrar sahədə maddi-texniki bazanın, aqrokimyəvi

xidmətin, meliorasiya, irriqasiya, tikintinin, aqrolizinqin,

məhsul satışı, tədarükü, emalı, aqromarketinq, maliyyə,

kredit, vergi, sığorta və s. infrastrukturlarının istehsalın for-

malaşması və inkişafına təsiri, mövcud vəziyyəti və inkişaf

istiqamətləri barədə (VI-IX fəsillərdə) ətraflı izah olunmuş-

dur. Aqrar sahədə infrastrukturların xüsusi əhəmiyyəti

vardır. İnfrastrukturlar təbii ehtiyatların təsərrüfat dövriy-

yəsinə cəlb edilməsində, onların səmərəli istifadə olunma-

sında, istehsalın düzgün yerləşdirilməsində xüsusi rolları

vardır.

Aqrar sahədə infrastrukturlar olmasa tərəqqidən, nor-

mal həyat fəaliyyətindən söhbət gedə bilməz. Aqrar isteh-

salda yük nəqliyyatı normal fəaliyyət göstərməli, əmək va-

sitələri, əmək predmetləri, istehsal olunan məhsullar isteh-

lakçılara avtomobil, hava, su, dəmir yolları ilə müxtəlif

yerlərə çatdırılması həyata keçirilməlidir. Bu infrastruktur

Page 610: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

609

olmadan istehsal istehlakı və şəxsi istehlak prosesi pozu-

lar, insanların həyat fəaliyyəti təhlükə altında qalar. Məh-

sulların bəziləri bir bölgədə, bəziləri başqa bölgədə isteh-

sal olunduğunu nəzərə alsaq, həmin məhsulun istehsal

olunmayan (və ya az istehsal olunan) yerlərdə istehlakçıla-

ra çatdırılmasının zəruri olduğunu görmək olar.

Aqrar infrastrukturlardan olan aqrokimyəvi xidmət

aparılmadan, zərərvericilərlə mübarizə vasitələri olmadan,

üzvi və kimyəvi gübrələrdən istifadə etmədən məhsuldar-

lığın yüksəldilməsi mümkün deyil. İstehsal infrastrukturu

ilə yanaşı sosial infrastrukturla təhsil, elm, səhiyyə, ictimai

iaşə və s. olmadan istehsal və qeyri – istehsal sahələrinin

normal fəaliyyətini, intensiv inkişafını təmin etmək olmaz.

Ona görə də istehsal və sosial infrastrukturun müasir sə-

viyyəsi elmi-texniki tərəqqinin nailiyyətləri ilə əlaqələndi-

rilir və əhalinin gəlirlərinin səviyyəsini şərtləndirir.

Aqrar sahədə infrastrukturların inkişaf etdirilməsinin

prioritet istiqamətlərini aşağıdakı kimi formalaşdırmaq olar:

I. Torpaq və sudan istifadə üzrə;

- eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və

digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların

yaxşılaşdırılması;

- sudan istifadə edənlər birliklərinin yaradılmasının

dəstəklənməsi;

- suvarmada mütərəqqi texnologiyanın tətbiqinin ge-

nişləndirilməsi;

- torpaq və suyun ekoloji mühafizəsi tədbirlərinin hə-

yata keçirilməsi;

- meliorasiya tədbirlərinin genişləndirilməsi, suvar-

ma şəbəkələrinin genişləndirilməsi və s..

Page 611: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

610

II. Bitkiçiliyin inkişafı üzrə:

- kənd təsərrüfatı bitkilərinin məhsuldar sortlarının

yetişdirilməsi və toxumçuluğun maddi – texniki bazasının

möhkəmləndirilməsi;

- bitkiçilik məhsullarının yüksək aqrotexniki səviy-

yədə aparılması, vaxtında və itkisiz yığılması üçün müva-

fiq texnika və texnologiyanın alınması, istifadə edilməsi;

- tərəvəz yetişdirən istixana sisteminin genişləndiril-

məsi;

- meyvə, üzüm bağlarının və çay plantasiyalarının

bərpası və genişləndirilməsi;

- rayon toxum müfəttişlikləri, aqrokimya laboratori-

yalarının maddi-texniki bazasının möhkəmləndirilməsi,

modernləşdirilməsi və s..

III. Heyvandarlığın inkişafı üzrə:

- heyvandarlığın və onun yem bazasının intensiv tex-

nologiyalar əsasında inkişafının təmin edilməsi;

- damazlıq və süni mayalandırma xidmətinin maddi-

texniki bazasının möhkəmləndirilməsi;

- ət, süd və digər kənd təsərrüfatı məhsulları emal

edən müəssisələrin yaradılması və modernləşdirilməsinin

təmin edilməsi;

- yem bitkilərinin əkin sahələrinin genişləndirilməsi

və yem istehsalı müəssisələrinin yaradılması və s..

IV. Aqrar sahənin mövcud sahələrinin istehsal və

xidmət infrastrukturlarının yaradılması və dəstəklənməsi

üzrə:

- pərakəndə və topdansatış şəbəkələrinin yaradılması

və inkişafı;

- məsləhət və informasiya xidmətinin yaradılması;

Page 612: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

611

- peşə hazırlığı və digər növ xidmətləri həyata keçi-

rən biznes tədris mərkəzləri şəbəkəsinin yaradılması və

genişləndirilməsi;

- aqrar istehsala xidmət göstərən müəssisə, təşkilatla-

rın maddi- texniki bazasının möhkəmləndirilməsi;

- istehsalçıların texnoloji avadanlıqlar, emal xətləri

alınması, texnoloji təminatının möhkəmləndirilməsi;

- əsas kapitala investisiyaların innovasiya yönümü-

nün gücləndirilməsi, innovasiya fondlarının yaradılması;

- özəl texniki və digər xidmətlər göstərilməsi şəbəkə-

sinin genişləndirilməsi;

- məhsulun tədarükü, saxlanması və emalı, qablaşdı-

rılması, daşınması, marketinq şəbəkələri, soyuducu anbar-

ların təşkili və inkişafı;

- kənd təsərrüfatı istehsalının spesifik xüsusiyyətləri

ilə əlaqədar sahibkarların artan tələbatına uyğun kreditləş-

dirilməsi sisteminin yaradılması;

- baytarlıq şəbəkəsinin (baytarlıq idarələri, zoobaytar

məntəqələri, baytarlıq müalicəxanaları, baytarlıq nəzarəti

stansiyaları, bioloji kombinat, təchizat birliyi, baytarlıq la-

boratoriyaları və s.) maddi-texniki bazasının möhkəmlən-

dirilməsi;

- bitki mühafizə mərkəzi, bitki karantin məntəqələri,

karantin ekspertiza laboratoriyaları, toksikologiya labora-

toriyası, bioloji laboratoriyaların maddi-texniki bazasının

möhkəmləndirilməsi;

- aqrar elmin (14 elmi-tədqiqat institutu, təcrübə ba-

zaları, dayaq məntəqələri, təcrübə təsərrüfatları, regional

aqrar elm mərkəzlərinin və s.) maliyyələşdirilməsinin tələ-

bata uyğunlaşdırılması və s.

Page 613: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

612

Göstərilənlərlə əlaqədar aqrar investisiyaların re-

gionlara, infrastrukturun yaxşılaşdırılmasına yönəldilməsi,

intensivliyini artırmağı zəruri hesab edirik. Bu onunla şərt-

lənir ki, 2013-cü ildə ölkə ərazisinin 6,8%-i, əhalinin

28,8%-i, təsərrüfat subyektlərinin 39,5%-i Abşeron iqtisa-

di rayonunda yerləşir. Sənaye məhsulunun 90,6%-i, əsas

kapitala vəsaitin 63,4%-i, açılan iş yerlərinin 35,8%-i Ab-

şeron iqtisadi rayonunun payına düşür. Burada yeni yara-

dılan müəssisə və təşkilatlar ölkənin 48,6%-ni təşkil edir.

Ölkə üzrə hər kvadrat kilometrə 109 nəfər düşdüyü halda,

bu iqtisadi rayonda 583 nəfər düşmüşdür.

Göstərilənlərlə yanaşı, ölkədə istehsal olunan kənd

təsərrüfatı məhsulunun 80%-i, ərazinin 93,2%-i, əhalinin

71,2%-i, təsərrüfat subyektlərinin 60,5%-i, əsas kapitala

yönəldilən vəsaitin 36,6%-i digər iqtisadi rayonların payı-

na düşür. Bütün bunlar və həm də kənd təsərrüfatının spe-

sifik xüsusiyyətləri, aqrar sahənin xammal bazası və əsas

ərzaq təminatçısı olduğunu nəzərə alaraq istehsal və sosial

infrastrukturların formalaşmasına və sahənin inkişafına in-

vestisiyalar yönəldilməsinə həssaslıqla yanaşmağı tələb

edir. Bu həm də onunla şərtlənir ki, kəndlərdə təhsil, mə-

dəniyyət, səhiyyə, rabitə obyektləri, qaz, içməli su, elekt-

rik enerjisi, abad yol, klub, məişət avadanlıqları və ob-

yektləri, nəqliyyat, tikinti müəssisələri, idman kompleks-

ləri, aqroturizm, emal sexləri, anbar təsərrüfatı, baytarlıq,

fitosanitar, sığorta, kreditləşdirmə, informasiya, süni ma-

yalandırma, aqrolizinq və s. kimi infrastruktur obyekt və

müəssisələrinin daha da inkişaf etdirilməsi olduqca vacibdir.

Page 614: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

613

FƏSİL XIV. AQRAR İQTİSADİYYATIN İDARƏ EDİLMƏSİ

14.1. İdarəetmə anlayışı və onun iqtisadi mahiyyəti.

İnsanların artan ehtiyaclarını ödəmək, istehsalın məqsədyönlü fəaliyyətini təşkil etmək idarəetmə anlayışı-nın meydana gəlməsini şərtləndirir. Piter Drukerin fikrincə idarəetmə, müstəqil olmayan insan toplusunun məqsəd-yönlü fəaliyyətə cəlb edən xüsusi fəaliyyət növüdür. İdarə-etmə, müəyyən ehtiyacları ödəmək üçün fərdin, qrupun, insan birliklərinin ərazinin, regionun, bölgənin, dövlətin və s. təşkilatların məqsəd və vəzifələrini nizamlayan, tən-zimləyən məqsədyönlü fəaliyyətdir.

Azərbaycanda e.ə. III-II minilliklər dövründə tayfa birliklərinin, e.ə. III minilliyin birinci və ikinci yarısında qədim Aratta, Lullubi, Kuti dövlət qurumlarının yaranma-sı, e.ə. IX-VII əsrlərdə Manna dövlətini idarə edən hökm-darların meydana gəlməsi, nəhayət VII əsrin II yarısı -X əsrin I yarısında Ərəb xilafətinin idarəçiliyi sisteminin Azər-baycanda qədim dövrlərdə yaranmasını göstərir. Araşdır-malar göstərir ki, eramızdan əvvəl idarəçilik təşkilatlarının mövcud olması elmə məlum olmuşdur. Misal üçün Böyük Çin Səddi, Misir piramidaları, Qız Qalası, Mərdəkanda Dördkünc Qala, Şirvanşahlar sarayı kompleksi, Mömünə Xatun türbəsi və digər tikililər idarə olunmadan yaradıla bilməzdi.

Böyük Azərbaycan alimi olmuş, riyaziyyat, fəlsəfə, psixologiya, tibb, məntiq, ədəbiyyat, tarix və s. sahələrə dair elmi - ədəbi irs qoymuş Xacə Nəsrəddin Tusi (1201-1274) “Əxlaqi Nasiri” kitabından və digər əsərlərindəki (76 əsər) mövzuları rəngarəngdir. Tusinin iqtisadi baxışla-rı da xüsusi əhəmiyyət daşıyır. Tusi hələ o vaxtlar ailənin

Page 615: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

614

quruluşu, mənzil və onun quruluşu, ictimai – iqtisadi mü-nasibəti qeyd edir, ərlə arvad, valideynlə övlad, xidmət edilənlə xidmət edən, mal sahibi ilə mal arasında müəyyən münasibət olmasını, evi idarə etmək qayda – qanunlarını izah edirdi. O, siyasəti həyata keçirmək üçün bütün dövr-lərdə müdrik bir rəhbərə, tədbir sahiblərinə ehtiyac oldu-ğunu qeyd edir və göstərir ki, tədbir olmasa, nizam – inti-zam aradan qalxır, insan cəmiyyəti lazım olduğu kimi in-kişaf etməz. Nəsrəddin Tusi göstərir ki, dövlət yalnız əda-lət əsasında uzun müddət yaşaya bilər. Ədalətin əsas şərti-ni isə müxtəlif təbəqələr arasında uyğunluq yaradılmasın-da, vəziyyəti ədalət, fəzilət və hikmət qanunları əsasında idarə etməkdə görürdü.

İdarəetmə prosesi insan fəaliyyətinin bütün dövrlə-rində mövcud olmuş, müəyyən məqsədləri həyata keçir-mək üçün istehsal və xidmətlərin əlaqələndirilməsi, istiqa-mətləndirilməsi, planlaşdırılması, nəzarəti və tənzimlən-məsi kimi funksiyaların yerinə yetirilməsinə xidmət etmiş-dir. Əmək bölgüsü, istehsal münasibətlərinin mahiyyəti və xarakterinin tarixi və spesifik cəhətləri ilə əlaqədar idarə-etmənin məqsəd və prinsipləri dəyişmişdir. Yeni idarəet-mə istər fərdi, istərsə də qrup halında insanların fəaliyyə-tini istiqamətləndirməsini və tənzimlənməsini əhatə edir. Hər bir cəmiyyətdə idarəetmənin mahiyyəti həmin cəmiy-yətdə fəaliyyət göstərən iqtisadi qanunlarla müəyyən olu-nur. İctimai-iqtisadi formasiyalarda istehsal münasibətləri və istehsalın təşkili prosesləri fərqləndiyi üçün idarəetmə sistemi də ona uyğun fərqlənmişdir. İdarəetmənin xarakte-ri və mahiyyətini ictimai iqtisadi quruluş müəyyən etmişdir. Cəmiyyətdə məhsuldar qüvvələrin inkişafı və iqtisadi mü-nasibətlərin formalaşması, daha da təkmilləşdirilməsi ilə əlaqədar idarəetmə də getdikcə təkmilləşdirilmiş, yeni şə-

Page 616: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

615

raitə uyğunlaşdırılmışdır. Yeni iqtisadi münasibətlər şəraitində təsərrüfatçılığın

müxtəlif təşkilati-hüquqi formalarının yaradılması, daxili və xarici mühitdə baş verən dəyişikliklərə uyğun keyfiy-yətcə yeni və çevik idarəetmənin formalaşdırılması iqtisa-di inkişafın zəruri şərtlərindən biri hesab edilir.

Mövcud elmi ədəbiyyatlarda idarəetmə anlayışına müxtəlif təriflər verilmişdir.

Idarəetmə – idarəetmə subyektinin idarəetmə obyek-tinə idarəedici təsiridir ki, nəticədə müəyyən idarəetmə funksiyasının yerinə yetirilməsi və ya idarəetmə qərarının reallaşdırılması təmin olunur.

İdarəetmə – konkret bir sistemin bir vəziyyətdən di-gərinə keçirilməsi və ya müəyyən olunmuş vəziyyətdə saxlanılmasının təmin edilməsi üçün bu sistemə idarəedici təsir prosesidir.

İdarəetmə – ictimai-iqtisadi münasibətlərin konkret məqsədəuyğun təşkil edilməsi metodudur, bütöv tam bir sistemin ayrı-ayrı elementləri arasındakı əlaqəni təmin edən bir prosesdir.

İdarəetmə – işçi qüvvəsini və əmək vasitələrini elə işlətməkdir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün az xərclə daha çox gəlir əldə edilməsinə nail olunsun.

İdarəetmə – təşkilatın qarşıya qoyduğu məqsədlərinə çatmaq üçün planlaşdırma, təşkiletmə, icra, stimullaşdırma və nəzarət prosesləridir.

İdarəetmə – bütün obyektiv qanunlar sisteminin tələb-lərinin, habelə müasir cəmiyyətə xas olan ictimai, kollektiv və şəxsi mənafelərin həyata keçirilməsi mexanizmidir.

İdarəetmə – özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla təsərrüfatın son məqsədə nail olmaq üçün tət-biq etdiyi təsiretmə vasitəsidir.

Page 617: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

616

İdarəetmədə obyekt və subyekt mövcuddur. Obyekt idarə olunan, subyekt isə idarə edəndir. Obyekt və subyekt idarəetmə sistemini ifadə edir. İdarəetmə, hər hansı ob-yekt, yəni təşkilat, təsərrüfat, müəssisə, birlik və s. olma-dan icra edilə bilməz. İstehsal (və ya xidmətlə) məşğul olan hər bir obyektin yaranması və fəaliyyət göstərməsi üçün məqsəd, vəzifələr, işçilər, struktur və texnologiyanın olması zəruridir.

İdarə – fəaliyyət istiqamətlərinə və qarşıya qoyulan məqsədlərə uyğun funksiyaları yerinə yetirən idarəetmə orqanıdır. Bu orqan kənd təsərrüfatı müəssisəsi, cəmiyyət, təşkilat və s. ola bilər. Bu idarəetmə orqanları yerinə yetir-dikləri funksiyalara görə dövlət, regional və yerli səviyyəli orqanlar ola bilər. İdarəetmə orqanı olan müəssisə yerinə yetirilən işlərin növlərinə görə qurulan, müəyyən qulluq-çular ştatından və müdiriyyətdən ibarət olan təşkialti struktur vahididir. Kənd təsərrüfatı müəssisəsi 1)profilinə görə-istehsal, emal, xidmət, toxumçuluq, damazlıq və s. 2)fəaliyyət növünə görə-mərkəzi, regional və yerli, 3) iş-ləyənlərin sayına görə-kiçik, orta, iri müəssisə ola bilər. Aqrar sahədə müəssisəni, birliyi, təşkilatı idarə edən apa-rat mövcuddur. Buna idarəetmə aparatı deyilir. İdarəetmə aparatı – müəssisə və ya təşkilatın idarəetmə funksiyasını yerinə yetirən idarəetmə işçilərinin məcmuusudur. Aparat mövcud vəzifələrin yerinə yetirilməsi üçün yaradılır. İda-rəetmə aparatı ilə yanaşı müəssisənin, təşkilatın idarəetmə kadrları olur. Bu kadrlar müəssisə, təşkilatda bu və ya di-gər funksiya və vəzifələri yerinə yetirən şəxsi heyət və ya-xud peşəkar fəaliyyəti istehsalın idarə edilməsi üzrə funksi-yaların yerinə yetirilməsi ilə əlaqədar olan işçiləri nəzərdə tutur. İdarəetmə kadrlarının tərkibində menecerlər xüsusi kateqoriyanı təşkil edir. Menecer – mülkiyyətçiyə görə

Page 618: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

617

muzdlu işçidir və ondan əmək haqqı alır, işçilərə görə mül-kiyyətçinin səlahiyyətli nümayəndəsidir və rəhbər işçi ki-mi onun maraqlarının ifadəçisidir. Xarici ölkələrin aqrar bölməsində menecerlər (idarəedici) mühüm rola malik ol-salar da, ölkəmizin aqrar sahəsində idarəetmə kadrlarının tərkibində menecerlər təmsil olunmurlar. Dünya təcrübə-sində sahibkarlar çox vaxt müəssisəni, təşkilatı idarə et-mək üçün menecerdən istifadə edirlər.

Aqrar sahədə əsas məqsəd istehsalı artırmaqdır. İs-tehsal – ehtiyaclarımızı ödəyəcək məhsul və xidmətlərin miqdarının və səmərəliliyinin artırılmasına yönəldilmiş bütün fəaliyyətlərin məcmusudur. İstehsalın təşkili-isteh-sal və xidmət sahələrində əmək proseslərinin istehsalın maddi ünsürləri ilə səmərəli əlaqələndirilməsinə yönəldil-miş tədbirlər sistemidir. Aqrar sahədə vəzifələrin müvəffə-qiyyətlə yerinə yetirilməsi idarəetmə strukturundan xeyli dərəcədə asılıdır. İdarəetmə strukturu dedikdə, idarəetmə sistemindəki orqanlar, vəsilələr və işçilər arasında qarşı-lıqlı əlaqə, tərkib və tabelik başa düşülür. İdarəetmənin təşkilati strukturu dedikdə, idarəetmə obyekti və subyekti arasında olan quruluş nəzərdə tutulur.

Aqrar sahədə idarəetmə orqanlarının tərkibi və vəzi-fələrinin məzmunu sahədə baş verən proseslərin miqyası və xarakteri ilə, strukturu, sahələrin əlaqələndirilməsi ilə müəyyən olunur. Kənd təsərrüfatını digər sahələrdən fərqli təbii və bioloji xüsusiyyətləri onu idarə edən orqanların quruluşunda, kadrların iş üsulunda öz əksini tapır. Bu fərqli xüsusiyyətlər aşağıdakılarla şərtlənir.

1. Kənd təsərrüfatı müəssisə və təşkilatlarında çox-saylı insanlar çalışır, müxtəlif işləri yerinə yetirməklə istehsalın sahibi kimi idarəetmə prosesində iştirak edirlər.

2. Kənd təsərrüfatı sahibkarları müxtəlif əkin sahələ-

Page 619: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

618

ri, texnika, avadanlıq, bina, tikililər, mal-qara və s. məşğul olurlar. Hər bir sahədə istehsal prosesini həyata keçirmək üçün sahibkarlıq təsərrüfatının idarə edilməsi müxtəlif formada ola bilər (fərdi, kollektiv, müəssisə, kooperativ, yoldaşlıq cəmiyyəti və s.)

14.2. İdarəetmənin elmi əsasları və qanunauyğunluqları.

Aqrar sahədə bazar münasibətlərinin formalaşdırıl-

ması idarəetmənin düzgün təşkilindən, təsərrüfat-iqtisadi

əlaqələrin səmərəli quruluşunun bazarın tələblərinə uy-

ğunlaşdırılmasından çox asılıdır. Bu, sahibkarlıq formala-

rının inkişafına, onların mənafelərinin əlaqələndirilməsinə,

fəaliyyətlərinin səmərəliliyinə imkan verir. Ona görə də bu

baxımdan, bazar münasibətlərinin formalaşması ilə əlaqə-

dar aqrar islahatların həyata keçirilməsi nəticəsində sahib-

karlığın inkişafı üçün idarəetmənin təkmilləşdirilməsi iqti-

sadi münasibətlərin formalaşdırılmasının əsas şərtlərindən

biri kimi nəzərdə tutulmalıdır. Belə ki, torpaq və əmlak

üzərində xüsusi mülkiyyətçilərin, yeni özəl qurumların –

kəndli (fermer) təsərrüfatlarının, istehsal kooperativləri-

nin, kiçik müəssisələrin, səhmdar cəmiyyətlərin və s. yara-

dılması ilə əlaqədar yeni vəzifələr baxımından idarəetmə

orqanlarının funksiyaları, quruluşu və ştat vahidləri əsaslı

şəkildə dəyişdirilir, elmi cəhətdən əsaslandırılmış iqtisadi

metodlarla tənzimlənir. Fikrimizcə, idarəetmənin təkmil-

ləşdirilməsi bütün hallarında yeni funksiyalar bazar kon-

yukturası nəzərə alınmaqla istehsalın artırılmasına, inves-

tisiya fəaliyyətinin formalaşmasına, sahibkarlığın və rəqa-

bətin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılma-

sına zəmin yaratmalıdır. Sahibkarlığın inkişafına mane

olan inzibati metodlar elmi metodlarla əvəz edilməlidir.

Page 620: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

619

Qeyd edək ki, hazırda aqrar islahatın həyata keçiril-

məsi və dərinləşdirilməsi ilə əlaqədar təsərrüfat, müəssisə

və təşkilatların özəlləşdirilməsi və müstəqil təsərrüfat for-

malarının yaradılması onların müstəqil idarəetmə funksi-

yalarının genişləndirilməsinə zəmin yaratmışdır. Nəzərə

almaq lazımdır ki, torpaq və əmlak payı alan payçılar tə-

sərrüfat formasını yaratmaqda, istehsal olunan məhsula sə-

rəncam verməkdə və s. sərbəst olduğu kimi, idarəetmədə

də sərbəst fəaliyyət göstərmək hüquqlarına malikdirlər.

Ona görə də sahibkarlıq formalarında idarəetmə yeni prin-

siplər üzərində qurulmalıdır. Bununla əlaqədar özəl qu-

rumların fəaliyyəti üçün şərait yaradılmalı, onların maraq-

larının qorunması təmin edilməlidir. Beləliklə, müstəqil fəaliyyət sahəsi olan idarəetmə

mahiyyəti etibarilə hərc-mərclik, qayda-qanunlara riayət edilməməsi, nizam-intizamın pozulması, subyektlərin ida-rəedici təsirinin azalması prosesinin alternatividir. İdarəet-mənin əsas vəzifəsi mövcud sistemin dinamik inkişafı və tarazlığını saxlamaqla onu təkmilləşdirmək və son iqtisa-di-sosial nəticələrə nail olmaqdan ibarətdir. İdarəetmənin məqsədi inkişafın dəyişən şəraitinə uyğun aqrar sistemin strukturunda idarəetməni formalaşdırmaqdan ibarət olma-lıdır.

İstehsal – iqtisadi münasibətlərin inkişafı ilə əlaqədar sahələrin yaranması, əlaqələrin dərinləşməsi və mürəkkəb-ləşməsi bu prosesləri nizamlamaq və tənzimləmək üçün idarəetmənin metod və vasitələrinin mahiyyəti, məqsəd və vəzifələri dəyişdirilir, təkmilləşdirilir. İdarəetmə yeni iqti-sadi münasibətlərin məqsədəuyğun təşkilinə istiqamətlən-dirilir, elmi əsaslara söykənərək obyektiv qanunların və reallığın tələblərinə uyğunlaşdırılır. Ona görə də elmi ida-

Page 621: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

620

rəetmənin qarşısında duran əsas vəzifə istehsal-iqtisadi münasibətlərdə insan fəallığının artırmağa, hər bir mərhə-lədə qayda və tənzimləməni həyata keçirməklə inkişafda mövcud olan və baş verəcək ziddiyylətləri aşkara çıxarma-ğa, onları vaxtında aradan qaldırmağa yönəltməkdir. Ha-zırda elmi-exniki tərəqqinin nailiyyətlərindən səmərəli is-tifadə etməklə mövcud potensialları aşkara çıxarmaq və iqtisadi inkişafı təmin etmək üçün idarəetmə elminin rolu və əhəmiyyəti daha da artır. İstehsalın intensivləşdirilməsi, əlaqələrin genişləndirilməsi və bir çox problemlərin həlli idarəetmənin inkişaf səviyyəsindən asılıdır. Bu inkişaf iq-tisadi idarəetmə proseslərini tənzimləyən qanunları bilmək əsasında iqtisadi inkişafa xas olan mexanizmləri hərəkətə gətirməyə yönəldilir.

İdarəetmə, insan fəaliyyətinin qədim dövrlərdə istifa-

də etdikləri münasibət forması olmaqla əmək bölgüsünün

inkişafı nəticəsində yaranmış və tədricən mürəkkəb müna-

sibətlər sisteminə çevrilmişdir. İdarəetmə vasitəsilə sosial-

iqtisadi münasibətlər məqsədyönlü şəkildə təşkil olunur,

idarəetmə struktur ünsürləri arasında əlaqələr yaradılması-

na, nəzərdə tutulmuş məqsədlərə çatmaq və səmərəli nəti-

cələr əldə etmək üçün konkret obyektə şüurlu təsir göstər-

məyə imkan verir. Bu şüurlu idarəetmədir. Bu vaxt möv-

cud obyektiv qanunlar, təcrübə, inkişaf meylləri nəzərə

alınır. Şüurlu idarəetmənin əksi kortəbii idarəetmədir. Bu

o deməkdir ki, zərurət olmadan, obyektiv şərait və bazarın

tələbi nəzərə alınmadan istehsal idarə olunur. Elmi idarə-

etmə bütövlükdə idarəetmə elminin və digər elmlərin

nailiyyətlərindən istifadə edilməklə həyata keçirilir. Bura-

da elm və texnikanın inkişafı, insanların inkişaf səviyyəsi,

mədəniyyəti, təcrübəsi və məqsədli fəaliyyət göstərmək

Page 622: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

621

bacarığı (insan amili) əsas rol oynayır.

Amerikalı alim F.Teylorun 1911-ci ildə çap etdirdiyi

“Elmi idarəetmənin əsasları” adlı əsərində işin təşkili,

xammal və materialların israfçılığı, onun qarşısının alın-

ması yolları barədə fikirləri maraqlıdır. O, işçilərin qeyri-

məhsuldar çalışmaları nəticəsində zərərin əmələ gəlməsi-

ni, bu qeyri-məhsuldar çalışmaların aradan qaldırılmasının

sistemli idarəetmə yaradılmasının zəruriliyini və bu ida-

rəetmənin müəyyən qanun, qayda və əlaqələrlə bağlı elm

olduğunu göstərmişdir.

İdarəetmənin elmi əsasları fransız A.Fayol “Ümumi

və sənaye idarəetməsi” əsərində (1916) təkmilləşdirilmiş-

dir. Amerikalı Ford, alman M.Veber bu elmi nəzəriyyələri

daha da inkişaf etdirmiş, zənginləşdirmişdir.

Fransız mədən mühəndisi A.Fayol müəssisədə idarə-

etmə məsələlərini sistemli şəkildə araşdırmış və elmi ida-

rəetmənin inkişaf etdirilməsini məqsədə uyğun hesab et-

mişdir. Fayol müəssisələrin fəaliyyətini qruplaşdıraraq on-

lardan daha çox idarəetməyə önəm vermişdir. O, bu siste-

mi planlaşdırma, təşkil etmək, idarə etmək, stimullaşdır-

maq, əlaqələndirmək və nəzarət etmək funksiyaları üzrə

sinifləşdirmişdir.

Planlaşdırma – işin (fəaliyyətin) ardıcıl yerinə yeti-

rilməsini əvvəlcədən müəyyənləşdirməkdir.

Təşkil etmək - bütün struktur bölmələrdə icra mexa-

nizminin müəyyən edilməsidir.

Stimullaşdırma, əlaqələndirmək – bütün proseslərin

yerinə yetirilməsi üçün stimul yaradılması, işlərin əlaqəli

həyata keçirilməsinin təmin edilməsidir. Nəzarət – işlərin müqayisəli həyata keçirilməsi, nəti-

cələrin nəzərdə tutulmuş normativ-hüquqi sənədlərə uy-

Page 623: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

622

ğunluğunu təmin etməkdir. İdarə etmək – müəyyən üsullarla fəaliyyətin həyata

keçirilməsini təmin etməkdir. İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində

insanların məqsədyönlü fəaliyyət qanunlarının aşkar edil-məsindən, prinsip, funksiya, forma və üsulların müəyyən-ləşdirilməsindən ibarətdir. İdarəetmənin elmi-metodoloji əsasını analiz və sintez əsasında yaradılan iqtisad nəzəriy-yəsi təşkil edir. İdarəetmə elminin xüsusiyyəti ondan iba-rətdir ki, o, konkret sosial-təcrübi məsələləri həll etmək üçün birgə, məqsədyönlü fəaliyyət göstərən idarə edənlər və idarə olunanlar arasında yaranan münasibətləri öyrənir.

İdarəetmə elmi iqtisadi-təşkilati elmlərə aid olmaqla insanların müxtəlif əlaqə və münasibətlərini öyrənir. İsteh-sal prosesində idarəetmənin iqtisadi məzmunu bu prosesdə iştirakçıların birgə əməyini əks etdirən əlaqə və münasi-bətlər təşkil edir. Buradan aydın olur ki, idarəetmə müəy-yən qanunauyğunluqlar çərçivəsində formalaşır.

İstehsalın əsas xüsusiyyətlərindən biri insanların fəa-liyyətində obyektiv qanunların nəzərə alınması, insanların əmək fəaliyyətinin əlaqələndirilməsi və nizamlanması prosesində iqtisadi qanunların tələblərinə ciddi riayət edil-məsidir. İstehsalın idarə edilməsi elminin aşağıdakı qa-nunları mövcuddur:

1. İstehsalın idarə edilməsinin vahidliyi qanunu. İs-tehsalın idarəetmə sistemində-fəaliyyətin, formalaşma və inkişaf xarakterini müəyyən edən vahidlik xasdır. Yəni bütün pillələrdə idarəetmə münasibətləri möhkəmlik, inti-zam və tabeçilik sistemi, idarəetmə, planlaşdırma, təşkil, nəzarət funksiyalarının iqtisadi, inzibati, sosial – psixoloji və hüquqi idarəetmə üsulları ilə sıx əlaqədə, qarşılıqlı uz-laşmada və işçilərə vahid tələblər olması nəzərdə tutulur

Page 624: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

623

2. İstehsalın və idarəetmənin mütənasibliyi qanunu. Istehsal və idarəetmədə proporsionallıq təmin edilməlidir. Sahələr arası və sahələr daxili düzgün nisbət müəyyən edilməlidir. Sahibkarın ahəngdar fəaliyyəti istehsalın xü-susiyyəti ilə əlaqədar olmalı, istehsal və xidmət sahələri arasındakı qeyri-mütənasiblik aradan qaldırılmalıdır. Tor-pağın becərilməsi, heyvan saxlanılmasında işlərin ardıcıl-lığı və ahəngdarlığı gözlənilməlidir. Aqrar sahədə mütəna-siblik idarə olunan və idarə edən sistem arasında fəaliyyə-tin əsas elementləri olmalıdır.

3. İdarəetmə funksiyalarının nisbiliyi qanunu. İdarə-etmə funksiyalarının ayrı-ayrı idarəetmə mərhələləri ara-sında bölgüsü istehsalın əsas cəhətlərindən biridir. Dövlət, bələdiyyə və şəxsi mülkiyyət şəraitində mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş idarəetmə funksiyalarının arasın-da müəyyən nisbət yaradılmasını tələb edir. Yəni idarəet-mə təşkilatlarının fəaliyyətini reqlamentləşdirən göstəriş-lərin mərkəzi idarəetmə orqanları tərəfindən verilməsi düzgün hesab edilmir. Aqrar sahədə sahibkarların fəaliy-yətinin idarə edilməsinə qanunla sərbəstlik verilir, bununla yanaşı qanunda dövlət əhəmiyyətli məsələlərdə məhdudiy-yətlər ola bilər.

4. İşçilərin istehsalın idarə edilməsində iştirakı qanu-nu. Mülkiyyətçilərin dövlət və ictimai işlərin müzakirə və həll edilməsində rolunun artırılması idarəetmənin demok-ratik əsaslarla həyata keçirilməsini təmin edir. Hazırda iş-çilər istehsalın idarə edilməsində fəal iştirak edirlər.

5. İdarə edən və idarə olunan sistemlərin nisbəti qa-nunu. İdarəetmə sistemi istehsal sisteminə uyğun gəlməli-dir. Əks təqdirdə idarəetmə xərcləri artar, istehsalın real inkişafına mənfi təsir göstərər. Təsərrüfatın təşkilati xüsu-siyyətləri idarə edənlə idarə olunan sistemin arasında el-

Page 625: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

624

mi-texniki və sosial-psixoloji inkişaf nisbətinin nəzərə alınmasını tələb edir. Aqrar sahədə intensivləşmə səviyyə-sinin surətlənməsi, idarəetmə sisteminin yenidən qurulma-sını tələb edir.

İdarəetmənin göstərilən qanunauyğunluqlarını 14.1. sxemdəki kimi göstərmək olar.

Aqrar istehsalın idarə edilməsinin əsas məqsədi iqti-sadi qanunların tələblərinə uyğun iqtisadi, siyasi, sosial və s. vəzifələrin istehsalın artırılmasına, tələbatın ödənilməsinə və istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə yö-nəldilməsidir.

İdarəetmənin vəzifələri idarə edilən obyektin xüsu-siyyətələri ilə əlaqədar fəaliyyətin müəyyən elementlərinə məqsədyönlü təsirini təmin etmək üçün müəyyənləşdirilir. İdarəetmə funksiyaları idarəetmə sistemində onun qurul-ması, tabeçiliyi, idarəetmə obyekt və subyektlərinin hü-quq, vəzifə və məsuliyyətinin müəyyən edilməsini nəzərdə tutur.

Sxem 14.1. Aqrar sahədə istehsalın idarəetmə

qanunauyğunluqları.

İstehsalın idarəetmə qanunauyğunluqları

İstehsalın idarə-

edilməsinin va-

hidliyi

İstehsalın

idarə edilmə-

sinin mütə-

nasibliyi

İdarə edən və idarə olunan sistemlərin nisbəti

İdarəetmə

funksiyala-

rının nisbiliyi

İşçilərin isteh-

salın idarə

edilməsində

iştirakı

Page 626: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

625

14.3. İdarəetmə xüsusiyyətləri, prinsipləri və

funksiyaları.

Məlumdur ki, cəmiyyət həyatında istehsalın təşkili

və idarə edilməsi iqtisadi inkişafın əsas məsələlərindən bi-

ridir. İdarəetmənin obyektlərinə aqrar sferanın sahələri,

müəssisə, təşkilatlar, sahibkarlıq subyektləri (kooperativ-

lər, səhmdar cəmiyyətləri, ailə-kəndli təsərrüfatları və s.),

idarəetmə subyektlərinə isə aqrar sahədə fəaliyyət göstə-

rən dövlət orqanları (rayon kənd təsərrüfatı idarələri, bay-

tarlıq, fitosanitar xidmətlərinin idarə orqanları və s.),

müəssisə və birliklər, kooperativlərin və s. idarə aparatı,

sahibkarlar, menecerlər, bank olmayan təşkilatlar, sudan

istifadə edənlər cəmiyyətləri, hüquqi şəxs yaratmadan

fəaliyyət göstərən fərdlər və s. daxildir. Beləliklə, idarəet-

mə obyekti kimi müəssisə, təsərrüfat, kooperativ, xidmət

təşkilatları, onların fəaliyyəti və ya onların ayrı-ayrı sahə-

ləri ,əmək kollektivləri çıxış edirlər. Idarəetmə subyektləri

kimi, idarəetmə aparatı, idarə edənlər, idarə olunanlar

çıxış edirlər.

Nəzərə almaq lazımdır ki, idarəetmədə obyekt təkcə

təşkilat, təsərrüfat, müəssisə və s. deyil, həm də torpağa

mülkiyyət, istifadə, icarə, mühafizə sahəsində münasibət-

lərin tənzimlənməsini də əhatə edir. Misal üçün bələdiyyə

torpaqlarının idarə edilməsini, daşınmaz əmlakın idarə

edilməsini və s. buraya aid etmək olar.

İqtisadi ədəbiyyatlarda idarəetmə, idarəetmə fəaliy-

yəti, direktor, rəhbər, insanların və kollektivin idarə edil-

məsi, canlı və cansız təbiətin idarə edilməsi, texnikanın,

avadanlığın və s. idarə edilməsi anlayışlarından istifadə

edilir. Leksikonumuza menecment, menecer anlayışı daxil

olmaqla, bu idarəetmə və idarəedən mənasını verir. Idarə-

Page 627: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

626

etmə obyekti ilə idarəetmə subyekti arasında münasibətlər

idarəetmənin formalaşmasını təmin edir.

İdarəetmə münasibətləri aşağıdakı əlamətlərə görə

təsnifatlaşdırılır:

1. İdarə edən və idarə olunan sistem arasında müna-

sibətlərə görə,

2. İdarəetmə obyektinin daxili idarəetmə münasibət-

ləri, idarəetmə mərhələləri və pillələri ilə idarəetmə müna-

sibətləri. Yəni, misal üçün rayon kənd təsərrüfatı idarələri-

nin kooperativlər, kəndli təsərrüfatları, digər təsərrüfat for-

maları arasında idarəetmə münasibətləri.

3. İdarəetmənin rəhbərlə tabeçilikdə olanlar arasında

münasibətləri.

4. İdarəetmənin rəhbər işçi ilə digər idarəetmə orqa-

nının rəhbər işçiləri arasında əlaqələri – münasibətləri.

İdarəetmə münasibətlərində sahə daxilində, ərazi da-

xilində,sahələr arasında, regionlararası və təşkilatlar (və s.)

arası münasibətlər mövcuddur.

İdarəetmə münasibətləri idarəetmə obyektlərinə təsir

istiqamətinə və dərəcəsinə görə birbaşa və vasitəçiliklə hə-

yata keçirilir. Birbaşa əlaqələr əsasən tapşırıq, əmr, sərən-

cam və s. formalarda, vasitəçilik münasibətləri isə əsasən

məsləhət, məlumat vermək, təlimatlandırmaq formasında

həyata keçirilir.

Göründüyü kimi, idarəetmə iki və daha çox insan

qrupunun müəyyən məqsədə çatmaq üçün məqsədyönlü

fəaliyyətini planlayan, əlaqələndirən, təşkil edən və nəza-

rət edən bir prosesdir.

İdarəetmənin müəyyən xüsusiyyətləri vardır:

- idarəetmənin baş verməsi üçün bir idarəedici və ən

azı bir idarə olunan olmalıdır;

Page 628: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

627

- idarəetmə bir və ya bir neçə məqsədləri həyata ke-

çirməyə yönəldilir;

- idarəetmə insan və maddi sərvətlər arasında müna-

sibətlər, uyğunluq yaradılmasıdır;

- idarəetmə idarə edənlə, idarə olunanlar arasında müəy-

yən məqsədə çatmaq üçün münasibətlər yaradılmasıdır;

- idarəetmə insanların ixtisasına, bacarığına və biliyi-

nə uyğun fəaliyyətini istiqamətləndirmədir;

- idarəetmə fəaliyyətin müəyyən vaxt dövründə ehti-

yatlardan səmərəli istifadə edilməsinin təşkilinə əsaslanır;

- idarəetmə müəyyən məqsədləri həyata keçirmək

üçün idarəedici tərəfindən hazırlanan plan və proqramlara

müvafiq həyata keçirilir.

Bu xüsusiyyətlərdən aydın olur ki, idarəetmə insan-

lar vasitəsilə həyata keçirildiyindən bir sıra insani prob-

lemlərin həllinə yönəldilən prosesdir. İnsanlar müəyyən

işləri yalnız birlikdə, iş bölgüsü şəraitində, fəaliyyəti əla-

qələndirib həyata keçirməklə yerinə yetirirlər. Deməli,

idarəetmə həm də işbirliyi prosesidir. Faydalı iş bölgüsü,

ixtisaslaşma, az məsrəflərlə keyfiyyətli və səmərəli iş gör-

mək idarəetmənin səmərəli proses olmasını və həm də iş

bölgüsü və ixtisaslaşma prosesi olmasını ifadə edir.

Göstərilən xüsusiyyətlər nəzərə alınmaqla idarəetmə

müəyyən prinsiplər əsasında həyata keçirilir. İdarəetmə

prinsipləri dedikdə, idarəetmə funksiyalarını yerinə yeti-

rən idarə edən və idarə olunanların fəaliyyətlərində rəhbər

tutduqları qayda, qanun, əsasnamə və normativ əsasların

məcmusu başa düşülür. İdarəetmə prinsipləri idarəetmə

orqanlarının fəaliyyətini istiqamətləndirən, müəyyən çər-

çivəyə salan qaydalar, davranışlar sistemi adlandırılır.

İdarəetmə prinsipləri klassik idarəetmə nəzəriyyəsi-

Page 629: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

628

nin nümayəndəsi A.Fayol tərəfindən aşağıdakı kimi sis-

temləşdirilmişdir:

Əmək bölgüsü. Bunun məqsədi, əmək məsrəfləri ilə

həcmcə daha böyük və keyfiyyətcə daha yaxşı işin yerinə

yetirilməsidir. Bu istehsalın ixtisaslaşmasına əsaslanır.

Səlahiyyətlər və məsuliyyət. Hər bir şəxs öz hüquq-

larından istifadə etməli, vəzifələrini yerinə yetirməli və

nəticəyə görə məsuliyyət daşımalıdır.

Nizam-intizam. Fayol nizam-intizama riayət etməyi

həm sıravi işçilər, həm də bütün səviyyələrdə rəhbərlər

üçün mütləq hesab edirdi. Onun fikrincə, rəhbər necədirsə,

intizam da elədir.

Təkbaşına rəhbərlik (sərəncam vermənin vahidliyi).

İşçi özünün bilavasitə rəhbərindən sərəncam və göstərişlər

almalıdır.

İstiqamətlərin (direksiyaların) vahidliyi. Bir məqsəd

çərçivəsində fəaliyyət göstərən hər bir işçi qrup plana və

bir rəhbərə malik olmalıdır.

Maraqların subordinasiyası. Şəxsi (fərdi) maraqların

ümumi maraqlara tabe olması əsas şərtdir. Qrupun marağı

təşkilatın marağından üstün olmalıdır. Işçilər öz əməyinə

görə ədalətli əmək haqqı almalıdırlar.

Mərkəzləşmə. Müəssisədə mərkəzləşmə və mərkəz-

sizləşmə arasında müəyyən uyğunluq olmalıdır ki, bu da

onun ölçülərindən və konkret fəaliyyət şəraitindən asılıdır.

Pilləvari. (skalyar) zəncir. İyerarxiyanın müxtəlif sə-

viyyələrində olan bir sıra rəhbər işçilərdir (ali rəhbərlərdən

tutmuş orta halqa rəhbərlərinə qədər). Burada əsas şərt

aşağıların yuxarılara tabeçiliyidir. Bu halda səlahiyyət, ta-

beçilik, cavabdehlik, işlərin icrasına nəzarət münasibətləri

qarşılıqlı surətdə əlaqələndirilir.

Page 630: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

629

Heyət üçün iş yerinin stabilliyi. Müəssisə öz iş yerlə-

rindən möhkəm yapışan işçilərə daha çox üstünlük verir.

Təşəbbüskarlıq. Nəinki rəhbərlər, həm də müəssisə

işçiləri tərəfindən təşəbbüskarlıq və işgüzarlığın göstəril-

məsi əsas şərtdir.

Korporativ ruh. Müəssisənin gücü onun bütün işçilə-

rinin harmoniyasındadır (həmrəyliyindədir) və s.

Aqrar sahədə istehsalın idarə edilməsinin aşağıdakı

nəzəri-metodoloji prinsiplərinin nəzərə alınması zəruri he-

sab olunur:

1. Elmi yanaşma. Bu prinsipin mahiyyəti ondan iba-

rətdir ki, iqtisadi hadisə və prosesləri elmi cəhətdən qiy-

mətləndirmək və dəqiq məlumatlar əsasında istehsal ob-

yektiv iqtisadi qanunların və elmi-texniki tərəqqinin

nailiyyətləri nəzərə alınmaqla idarə edilməlidir.

2. Sistemli yanaşma. Bu prinsipin mahiyyəti ondan

ibarətdir ki, məqsədə çatmaq üçün sistemin-aqrar sahənin

bütün sahələr arası və sahə daxili ünsürləri qarşılıqlı əlaqə

və asılılıqları nəzərə alınmalı və tənzimlənməlidir.

3. Optimallıq. Sahə də idarəetmənin həllinin çoxva-

riantlı olduğu nəzərə alınaraq, torpaq, əmək və maddi ehti-

yatlardan səmərəli istifadə etməklə daha az xərclə yüksək

nəticə əldə olunmasına əsaslanan variant, üsul və vasitələ-

rin optimalı seçilib istifadə olunmalıdır. Burada iqtisadi-

riyazi modelləşdirmə, riyazi proqramlaşdırma metodların-

dan istifadə olunur, xərc və mənfəət meyarları əsas götü-

rülür.

4. Kompleks yanaşma. Bu prinsipin mahiyyəti ondan

ibarətdir ki, istehsalın idarə edilməsi məsələsində- texniki,

texnoloji, təşkilati, psixoloji, sosial, iqtisadi və s. amillər

kompleks halda nəzərə alınmalıdır. Aqrar sahənin idarə

Page 631: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

630

edilməsində kadrların ixtisaslarının artırılması, marketinq

tədqiqatlarının təşkili, kollektivin ideya-tərbiyəvi tədbirlə-

ri, əməkdaşların psixoloji keyfiyyətləri, kollektivin fizio-

loji sağlamlığı, onların mənzil-məişət şəraiti, əmək haqqı

və mükafatlandırma və sairə kompleks yanaşılır.

5. Səmərəlilik. Bu prinsipin mahiyyəti ondan ibarət-

dir ki, iqtisadi fəaliyyətin idarə edilməsi elə təşkil edilmə-

lidir ki, torpaq, əmək, maddi və maliyyə ehtiyatlarından

səmərəli istifadə olunmalı və istehsalın idarə edilməsi mə-

sələlərinin həllində tətbiqi nəzərdə tutulan tədbirlər səmə-

rəli olmalıdır.

6. Maddi və mənəvi həvəsləndirmə (stimullaşdırma).

İstehsalın səmərəli idarə edilməsində görülən iş və xid-

mətlərin nəticələrinə görə maddi və mənəvi həvəsləndir-

məyə xüsusi əhəmiyyət verilməsi təzərdə tutulur. Burada

idarəetmə elə təşkil olunmalıdır ki, istehsalın kəmiyyət və

keyfiyyəti işləyənlərin mənafelərinə və maraqlarına stimul

yaratsın.

Qeyd edildiyi kimi, idarəetmə qarşıya qoyulmuş

məqsədə nail olmaq naminə ehtiyatların səfərbərliyə alın-

ması və səmərəli istifadə edilməsi, ictimai əlaqə, qayda və

nəzarətin təmin edilməsinə yönəldilmiş insan fəaliyyəti

növüdür. Bu fəaliyyətin həyata keçirilməsində cavabdeh-

lik, obyektivlik, qənaətcillik, vəzifə və səlahiyyətlərin əla-

qələndirilməsi və s. prinsiplərdən istifadə edilir.

İdarəetmənin fəaliyyət mexanizmi onun yerinə yetir-

diyi funksiyalarda ifadə olunur. Idarəetmə funksiyaları ye-

rinə yetirilən vəzifələrin məzmununa, obyektlərinə, struk-

turuna və təzahür formalarına görə fərqlənir. Lakin bu

fərqlənmələr olsa da onlar eyni mahiyyəti ifadə edir, əsas

məqsədlərin reallaşmasına xidmət edir.

Page 632: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

631

İdarəetmə funksiyaları – idarəetmənin elmi əsaslarla

qurulmasını, tabeçilik sisteminin, quruluş vahidlərinin

(bölmələr, sahələr, xidmətlər və s.), həmin quruluş vahid-

lərində hər bir işçinin hüquq, vəzifə və məsuliyyətini

müəyyən edir. İstehsalın idarə edilməsinin məzmunu təş-

kilatın fəaliyyəti və idarə edilən obyektin xüsusiyyətləri

ilə əlaqədar formalaşır. İdarəetmə funksiyaları məqsədə

nail olmaq üçün idarəetmə obyektinə yönəldilən planlaş-

dırma, təşkil, əlaqələndirmə (sərəncamvermə), motivasiya

və nəzarət (uçot və təhlil) üzrə fəaliyyəti əks etdirir. Bu

funksiyaların birgə təsiri və qarşılıqlı əlaqəsi idarə edilən

obyektin normal fəaliyyətini təmin edir.

Sxem 14.2. İdarəetmənin funksiyaları.

Planlaşdırma idarəetmə funksiyası kimi, idarə olunan

obyektin perspektiv, cari və operativ planların tərtibi ilə

məqsədini müəyyən edir.

Təşkiletmə funksiyası vasitəsi ilə əmək fəaliyyəti pro-

sesində idarə olunan və idarə edən sistemlər arasında qar-

şılıqlı əlaqələr nizamlanır. İdarəetmənin təşkiletmə funksiya-

sı ixtisaslaşma, proporsionallıq, paralellik, dəqiqlik, arası-

kəsilməzlik və ahəngdarlıq prinsipləri əsasında həyata ke-

İdarəetmənin funksiyaları

Planlaşdırma Təşkiletmə

Motivasya

(stimul-

laşdırma)

Nizam-

lama, əla-

qələndirmə

Nəzarət

(uçot və

təhlil)

Page 633: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

632

çirilir. Nizamlama, əlaqələndirmə funksiyası səmərəli da-

xili və xarici əlaqələr yaratmaq yolu ilə idarəetmə sistemi-

nin müxtəlif hissələri arasında uyğunluq yaradılmasını

təmin etməyə yönəldilir.

İdarəetmədə nəzarət funksiyası istehsal prosesinin

xarakterindən asılı olaraq fəaliyyətin etibarlı və arasıkəsil-

mədən nəzarət edilə bilən səmərəli idarəetmə sisteminə

əsaslanır. Burada, uçot və təhlil funksiyası vasitəsilə məq-

sədə nail olmaq üçün yerinə yetiriləcək işlər nəzarətin for-

ma və üsulları ilə idarə olunur.

İdarəetmədə motivasiya (stimullaşdırma) qarşıya qo-

yulan məqsədə çatmaq üçün idarə edilənlərin (işçilərin,

kollektivin, təşkilatın və s.) təsirli stimullaşdırılması üçün

vasitələrdən (maddi və mənəvi) istifadə edilməsidir.

14.4. Aqrar sahənin idarə edilməsində tətbiq edilən

metodlar.

Qarşıya qoyulan vəzifələrə, dəyişən şəraitə uyğun

olaraq mövcud sistemin strukturunda yeniləşdirməni həya-

ta keçirmək və qaydaya salmaq idarəetmənin əsas vəzifə-

sidir. İqtisadi sistemi özünə xas olan qanunauyğunluqlara

və meyllərə uyğun vəziyyətə gətirmək üçün bu sistemin

fəaliyyətini elə idarə etmək lazımdır ki, az səy və məsrəflə

daha çox iqtisadi səmərəyə nail olunsun, cəmiyyətin tələ-

batı daha yaxşı ödənilsin. Bu idarəetmənin əsas məqsədi

olmalıdır.

Nəzərə almaq lazımdır ki, idarəetmə münasibətlər

sistemi olmaqla, onun məzmunu və prinsipləri bu müna-

sibətləri həyata keçirmək üçün müəyyən funksiyalar, vasi-

tələr mexanizmi ilə tənzimlənir.

Page 634: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

633

Ümumiyyətlə idarəetmə müəyyən metodlar, təsir va-sitələri, normalar, normativlər, formalar vasitəsi ilə həyata keçirilir. Bu vaxt obyektiv iqtisadi qanunların tələblərinə uyğun mövcud potensiallardan səmərəli istifadə etməklə hadisə və prosesləri tənzimləmək üçün iqtisadi idarəetmə-nin müəyyən metod və prinsiplərdən istifadə olunur. İqti-sadi idarəetmədə fəaliyyət bazar mexanizmi və dövlət tənzimləmə mexanizmləri vasitəsi ilə tənzimlənir.

Aqrar sahədə isə idarəetmə obyektlərinə aqrar sahə-nin ayrı-ayrı sahələri, (istehsal, xidmət, istehlak bölmələri) təşkilati-hüquqi formalı müəssisələr, təşkilatlar, birliklər, kollektivlər, fiziki və hüquqi şəxslər və s. daxildir. İdarəet-mə subyektlərinə həmin idarəetmə obyektlərinin idarə or-qanları, sahibkarlar, ailə təsərrüfatları, maliyyə - kredit or-qanları, istehsal, xidmət, biznes və s. məşğul olan fərdlər və s. aid edilir.

Aqrar sahədə çoxsahəli istehsal və xidmət fəaliyyəti-nin təmin edilməsi məqsədilə iqtisadi qanunların tələbləri-nin həyata keçirilməsinə uyğun və qarşıya qoyulan məq-sədlərə çatmaq üçün müxtəlif üsul, fənd və vasitələrdən is-tifadə edilir. İdarəetmənin qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün istifadə edilən üsul, fənd və vasitələrə metod deyilir. Aqrar sahədə təsərrüfat fəaliyyətinin idarə edilmə-sində ümumi məqsədlərə xidmət edən aşağıdakı metod-lardan istifadə olunur: 1) İqtisadi metodlar, 2) İnzibati me-todlar, 3) Sosial-psixoloji metodlar.

İqtisadi metodlar, idarəetmədə fəaliyyətin iqtisadi üsul, fənd, vasitə və alətlərdən istifadə etməklə təsir etmə-dir. Buraya qiymətlər, vergilər, kreditlər, mənfəət, planlaş-dırma, amortizasiya ayırmaları, maya dəyəri, əmək haqqı, tariflər, cərimələr, pul, faiz dərəcələri, stimullaşdırma və s. daxildir.

Page 635: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

634

İqtisadi idarəetmədə qiymətlərin böyük rolu vardır. İdarəetmədə qiymətlər elə bir alətdir ki, aqrar sahədə qiy-mət vasitəsi ilə sahələrdə istehsal stimullaşdırılır, əhalinin gəlirlərinin artırılmasına zəmin yaradılır. Məhsulların və xidmətlərin qiymətlərinin artırılması əhalinin sosial müda-fiəsinə imkan verir. Bununla yanaşı qiymətlər vasitəsilə sahibkarların istehsal xərcləri və gəlirləri formalaşdırılır, gəlirlərdən büdcəyə ayırmaları və kredit ödənişinin təmini həyata keçirilir. Başqa misal. Pulsuz idarəetmə mexanizmi işləmir. Bütün dəyər göstəriciləri, hesablamalar pul vasitə-silə (dəyər ifadəsində) həyata keçirilir. Pul həm idarəetmə, həm də idarə olunma obyektidir. Pul maliyyə-kredit mexa-nizminin formalaşması, pul fondlarının yaradılması və bö-lüşdürülməsi üçün əsas vasitədir. Maliyyə-kredit təsərrüfat subyektlərinin ehtiyacları və sahələrin mənafelərinin əla-qələndirilməsi, elmi-texniki tərəqqi, əməyin ödənilməsi, təkrar istehsalın fasiləsizliyinin təmin edilməsi, fəaliyyətə nəzarətin və iqtisadi proseslərə rəhbərliyin həyata keçiril-məsi üçün əsas idarəetmə formasıdır və s. Beləliklə, digər iqtisadi vasitə və alətlərdən istifadə etməklə bilavasitə aq-rar iqtisadiyyat idarə olunur. Nəzərə almaq lazımdır ki, aqrar sahədə idarəetmə mürəkkəb proses olmaqla hər bir idarə olunan obyektə uyğun metod, üsul və vasitələrdən istifadə olunur. Bu idarəetmə, obyektinin funksiyaları və prinsiplərinə uyğun həyata keçirilir. İdarəetmə mürəkkəb proses olduğundan istifadə olunan bir neçə iqtisadi metod kifayət etmir. Ona görə də təsir vasitəsi kimi iqtisadi üsul, vasitə və metodlarla yanaşı təşkiletmə, nizamlama, mənəvi və tərbiyəvi vasitələrdən istifadə etməklə qayda-qanun yaratmaq, tənzimetmə vasitələri tətbiq etmək lazım gəlir.

Aqrar sahədə idarə edənlərlə idarə olunanlar arasın-dakı münasibətlər, səlahiyyətlər, vəzifələr, hüquqlar böl-

Page 636: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

635

güsü, bunların tənzimlənməsi inzibati metodla həyata ke-çirilir. Buna normativ sərəncam, təşkilati təsir vasitəsi ilə tənzimləmə metodu da deyilir. İstehsalın idarə edilməsinin inzibati metodu əsasnamələr, təlimatlar, normativlər, gös-tərişlər, nizamnamələr, qaydalar, əmrlər, sərəncamlar və s. vasitəsilə idarəedənlərlə idarəolunanlar arasında qarşılıqlı münasibətlər əsasında məqsədə nail olmaq istiqamətləri tənzimlənir.

İdarəetmə metodlarından biri insan amilinin aparıcı rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edən so-sial-psixoloji metoddur. Bu metodun mahiyyəti ondan iba-rətdir ki, milli şüur, iqtisadi təfəkkür, insanın xarakteri, ədalətlilik və qayğıkeşlik, xoş münasibət, işçilərin fərdi psixologiyasını nəzərə almaq, insanların tələbatının ödə-nilməsi və həvəsləndirmə sisteminin tətbiqi, tərifləmə, təl-tiflər və s. idarəetmədə mühüm rol oynayır.

14.5. Aqrar sahədə idarəetmənin quruluşu və dövlət siyasətini həyata keçirən orqanın hüquq və vəzifələri.

İqtisadi münasibətlərə uyğun qarşıya qoyulmuş vəzi-fələrin icrası məqsədilə müvafiq idarəetmə orqanları yara-dılır. Ona görə də iqtisadiyyatın inkişafı idarəetmə orqan-larının istehsalı necə təşkil etməsindən, onların fəallıq, çe-viklik dərəcəsindən asılıdır.

İqtisadi inkişafın müəyyən mərhələsində inzibati-amirlik sistemi idarəetmənin mərkəzdən verilən əmr, sə-rəncam, göstəriş və s. həyata keçirilməsinə istiqamətləndi-rilirdi. Yəni mərkəzi idarəetmə orqanları planlı qaydada şəriksiz idarəetmə hüququna malik idilər. Lakin bazar mü-nasibətləri və sahibkarlıq formalaşdıqdan sonra idarəetmə-də istehsala sərbəst yanaşmaq, real vəziyyətə uyğun ma-nevr etmək imkanı yarandı. Mövcud maddi və əmək ehti-yatlarından səmərəli istifadə etmək və elmin, texnikanın

Page 637: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

636

nailiyyətlərini istehsala tətbiq etmək üçün idarəetmə sahə-sində islahatlar aparılaraq mərkəzi idarəetmə orqanlarının (nazirlik, komitə, şirkət, birlik və s.) funksiyaları yerli idarəetmə orqanlarına verildi. İstehsalın idarə edilməsində sahibkar və işçi yaxud, idarə edənlərlə idarə olunanlar ara-sında normal, insani münasibətlərin yaranması, mənafelə-rinin uzlaşdırılması əsas şərtdir. Bununla əlaqədar idarəet-mə orqanlarının fəaliyyətinə mövcud qanunvericilik akt-ları ilə nəzarət edilir. Sahibkar təsərrüfat strukturlarını ida-rə edənlərə verməyi daha səmərəli hesab edirlər. İstehsalı idarə edən bir çox cəhətləri ilə fərqlənən, idarəetmə ustalı-ğı, qabiliyyəti və bir çox xüsusiyyətləri olan menecerə ve-rilməsi idarə edənlərlə idarə olunanların mənafelərinin əla-qələndirilməsinə xidmət edir.

İdarəetmə funksiyalarına uyğun idarəetmə quruluşu 3 müxtəlif quruluşun əlaqəsini: 1) istehsal, 2) təşkilat və 3) idarəetmə quruluşlarını əhatə edir. Aqrar sahədə təsər-rüfatın istehsal quruluşu onun ixtisaslaşması ilə əlaqədar-dır. Onun əsasını bitkiçilik və heyvandarlıq sahələri təşkil edir. İstehsal quruluşu təşkilati quruluşa və idarəetmə qu-ruluşuna təsir edir. Taxılçılıq, pambıqçılıq, tərəvəzçilik və s. geniş əraziyə malik olduqda burada istehsal vahidinin sayı da çox olur. Təsərrüfatın təşkilat quruluşu istehsal vahidlə-rinin, bölmələrin, yardımçı, xidmətedici sahələrin qarşılıq-lı əlaqəsinə əsaslanır. Yəni, təşkilat quruluşu istehsal böl-mələri, ferma, anbar, emalatxana, köməkçi sexləri və s. əhatə edir. Təsərrüfatın təşkilat quruluşu idarəetmə quru-luşunu müəyyən edir. Idarəetmə quruluşu dedikdə, müxtə-lif idarəetmə funksiyalarını yerinə yetirən istehsal və xid-mət vahidlərinin tərkibi və əlaqələri başa düşülür. Aqrar sahədə idarəetmə sərbəst fəaliyyət göstərən aqronomluq, zoobaytarlıq, mühəndislik, iqtisadiyyat xidməti və s. möv-cuddur.

Page 638: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

637

Sahənin spesifik xüsusiyyətlərindən və istehsalın həcmindən asılı olaraq idarəetmə quruluşuna digər bölmə-lər (xidmətlər) daxil edilə bilər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazir-liyi aqrar sahədə dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin, 20 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezi-dentinin fərmanı ilə təsdiq edilmiş əsasnaməsi ilə əsas və-zifələri, funksiyaları, hüquq və fəaliyyətinin təşkili müəy-yən edilmişdir. Əsasnamədə göstərilir ki, nazirlik Azər-baycan Respublikasında kənd təsərrüfatı məhsullarının is-tehsalı, emalı, istehsalçılara zəruri xidmətlərin göstərilmə-si, baytarlıq, bitki mühafizəsi və karantin (fitosanitar), tor-paqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmə-də dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdi-rən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata ke-çirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirlik öz fəaliyyətini bilavasitə və onun yanında yaradılan xidmətlər, habelə onun tabeliyində olan qurum-lar vasitəsi ilə həyata keçirir. Nazirlik öz vəzifə və funksi-yalarını mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə qarşılıqlı əlaqəli şəkildə həyata keçirir.

Kənd Təsərrüfatı Nazirliyinin əsasnaməyə görə döv-lət siyasətini işləyib hazırlamaq və həyata keçirmək, aqrar bölməyə daxil olan sahələrin əsas istiqamətlərini müəyyən etmək və onları həyata keçirmək, normativ hüquqi tənzim-ləməni həyata keçirmək, müvafiq proqramlar hazırlamaqla onların həyata keçirilməsini təmin etmək, ərzaq təhlükə-sizliyi üzrə, aqrar bölməyə sərmayələrin cəlb edilməsi, yerli istehsalçıların dəstəklənməsi, onlara aqrokimyəvi,

Page 639: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

638

aqroservis, məsləhət və digər xidmətlər göstərilməsi, kənd yerlərində istehsal və sosial infrastrukturlar yaradılması, nazirliyin yanında və tabeliyində olan qurumların işini əla-qələndirməklə əlaqədar vəzifələr müəyyən edilmişdir. Göstərilən vəzifələrin həyata keçirilməsi üçün nazirliyin əsasnaməsi ilə müəyyən edilmiş 56 əsas funksiyalar nəzər-də tutulmuşdur. Bu funksiyalar beş qrupa bölmək olar: 1)Təşkilati, 2) Texniki, 3) Texnoloji, 4) İqtisadi və 5) Hü-quqi. Burada (aqrar bölmədə) daha çox istehsalçılara və xidmət göstərənlərə dövlət siyasətinin işlənib hazırlanma-sı, proqramlar, normativ-hüquqi və iqtisadi tənzimləmə tədbirləri, istehsalçıların texniki, texnoloji, iqtisadi dəstək-lənmə tədbirləri ilə əhatə olunması, onların mənafelərinin müdafiəsi və s. nəzərdə tutulur. Bununla əlaqədar nazirli-yin əsasnaməsinə uyğun müəyyən edilmiş vəzifələri yeri-nə yetirmək və funksiyaları həyata keçirmək üçün ona bir çox hüquqlar verilmişdir.

Göstərilənlərlə yanaşı, hər bir regionun, ərazilərin tə-bii və sosial-iqtisadi potensialından tam və səmərəli istifa-də edilməsində dövlət və bələdiyyə özünüidarəetmə or-qanlarının rolu böyükdür. Əhaliyə, əraziyə yaxın olan yer-li özünüidarəetmə orqanları siyasi, inzibati və maliyyə sər-bəstliyi prinsipi ilə yanaşı, demokratik idarəetmə prinsipi ilə fəaliyyət göstərməklə - hakimiyyətin qeyri – mərkəz-ləşdirilməsi yolu ilə formalaşır.

Yerli özünüidarəetmə orqanlarının funksiyalarına – yerli iqtisadi inkişaf, yerli sosial müdafiə və sosial inkişaf, yerli ekoloji mühafizə məsələləri daxildir. Bununla yanaşı, yerli özünüidarəetmə orqanlarının kənd təsərrüfatı istesalı və kəndin infrastrukturunun inkişafında, sosial xidmətlərin təşkilində, biznesin formalaşdırılmasında, dövlət və regio-nal proqramların yerinə yetirilməsində rolu artırılır.

Page 640: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

639

İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT SİYAHISI

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı.

1995.

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Ba-

kı. 2011. səh.768.

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı.

2013. 456 səh.

4. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı

III kitab, 1997. 840 səh.

5. Azərbaycan Respublikasının “Ərzaq Təhlükəsizliyi

Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam. Bakı.

2001. 31 səh.

6. Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2007. 883

səh.

7. Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi.

(normativ-hüquqi aktlar toplusu) I cild. Bakı, 2006. 760

səh. II cild. 884 səh.

8. “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişa-

fı Dövlət Proqramı (2004-2008-ci illər)”. 11 fevral 2004-

cü il tarixli Fərman.

9. “Azərbaycan Respublikası regionlarının 2009-

2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”.

14 aprel 2009-cu il tarixli Fərman.

10. “Azərbaycan Respublikası regionlarının 2014-

2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”.

27 fevral 2014-cü il tarixli Fərman.

11. Azərbaycan Respublikasında 1995-1998-ci illər-

də dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proq-

Page 641: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

640

ramı. Bakı. 1995. 40 səh.

12. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının

İqtisadiyyatı və Təşkili İnstitutunun 50 illik yubileyinə

həsr olunmuş “Aqrar iqtisadiyyatın aktual problemləri”

mövzusunda Beynəlxalq Elmi-Praktiki konfransın mate-

rialları. Bakı. 2012. 581 səh.

13. Azərbaycanın statistik göstəriciləri 2013. Bakı.

2013. səh 1804.

14. Azərbaycanın statistik göstəriciləri 2014. Bakı.

2014. 812 səh.

15. Azərbaycan statistik göstəriciləri 2015. Bakı.

2015. 814 səh.

16. Azərbaycanın Kənd Təsərrüfatı 2015. Bakı. 2015.

671 səh.

17. Azərbaycan ETKTİ və Tİ-nin elmi əsərləri. Bakı.

2012-2016-cı illər.

18. “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahə-

sində əlavə tədbirlər haqqında”. 23 oktyabr 2004-cü il ta-

rixli Sərəncam.

19. “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi

tədbirləri haqqında” 23 oktyabr 2004-cü il tarixli Sərəncam.

20. “Aqrar iqtisadiyyat: Müstəqilliyin 20 ilində” möv-

zusunda Beynəlxalq elmi-praktik konfransın materialları.

Az.ETKTİ və Tİ. Bakı.2011. 496 səh.

21. “Aqrar islahatının əsasları haqqında” Azərbaycan

Respublikasının Qanunu. Bakı. 1995, 8 səh.

22. Aqrar sahə modernləşmə dönəmində: (problemlər

və onun həlli yolları). Bakı. 2009. 505 səh.

23. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi.

Page 642: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

641

Dərslik. Bakı. 2011. 522 səh.

24. Abbasov İ.M., Sadıqov R.F. Menecment. Dərs və-

saiti. Bakı.2013.205 səh

25. Abbasov A.F. Ərzaq təhlükəsizliyi. Bakı. 2007.

602 səh.

26. Axundov Ş.Ə. Marketinqin əsasları. Dərslik. Bakı.

2001. 572 səh.

27. Axundov Ş.Ə. Kənd təsərrüfatının maddi-texniki

təminatı. Bakı. 1981. 151 səh.

28. Alıyev İ.H., Məmmədova Ş.Ə. Aqrar sahənin in-

kişafının əsas maliyyə mənbələri. Bakı, 2007, 227 səh.

29. Alıyev İ.H. Aqrar sahədə yeni istehsal və idarəet-

mə münasibətlərinin formalaşma və inkişafına metodoloji

baxış. Aqrar islahatların nəticələri və dayanıqlı inkişaf

problemləri. Respublika elmi-praktik konfransının mate-

rialları. Bakı. 2006. 319 səh.

30. Alıyev İ.H. Azərbaycan Respublikasında aqrar sa-

hədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi.

Bakı, 2003. 315 səh.

31. Allahverdiyev H.B., Qafarov K.S., Əhmədov

Ə.M. İqtisadiyyatın dövlət tənzimlənməsi. Dərslik. Bakı.

2007. 564 səh.

32. Ataşov B.X. Ərzaq təhlükəsizliyinin aktual prob-

lemləri. Bakı. 2005. 336 səh.

33. Atakişiyev M.C. Təbiətdən istifadənin iqtisadiy-

yatı. Dərslik. Bakı. 2004. 219 səh.

34. “Audit” jurnalı. Bakı. 2013-2015-ci illər nəşri.

35. Bayramov K.B. Təbiətdən istifadənin iqtisadi və

ekoloji problemləri. Bakı. 2012. 120 səh.

Page 643: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

642

36. “Bitki mühafizəsi haqqında” Azərbaycan Respub-

likası Qanunu. Bakı. 3 dekabr 1996.

37. Böyük İqtisadi Ensiklopediya.(Baş redaktor

akademik Z.Səmədzadə) Bakı. 2012. I cild 632 səh, II cild

632 səh, III cild 608 səh., IV səh. 592 səh., V cild. 632

səh.

38. Cavadov N.Ə. Aqrar sahədə struktur dəyişikliklə-

ri. Bakı. 2009. 440 səh.

39. Göyçaylı S.Y., İsmayılov T.Ə. Təbiətdən istifadənin

iqtisadi və ekoloji əsasları (dərslik). Bakı. 2006. 176 səh.

40. Əhmədov G.Ə. Kənd təsərrüfatında innovasiyala-

rın tətbiqi istiqamətləri. Bakı. 2010. 484 səh.

41. Əhmədov İ.V. Aqrar sənaye kompleksinin idarə-

edilməsi. Bakı. 1992. 408 səh.

42. Əhmədov İ.V. Kənd təsərrüfatının idarə edilməsi.

Bakı. 2006. 880 səh.

43. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. İkinci

kitab. may 1994-dekabr 1994. Bakı. 1997-ci il, səh. 604.

44. Əliyev Heydər “Torpaq islahatı haqqında” qanun

layihəsinin müzakirəsinə həsr edilmiş iclasda yekun nitqi.

Azərbaycan qəzeti. 13 iyul 1996-cı il. № 133.

45. Əliyev İ.N. Heydər Əliyev və Azərbaycanın kənd

təsərrüfatı. Bakı. 1997. 152 səh.

46. Əliyev R.M. Aqrar bazar və ərzaq təhlükəsizliyi

məsələləri. Bakı. 2003. 102 səh.

47. Əliyev R.B. İqtisadi təhlil nəzəriyyəsi. Dərslik.

Bakı. 2002. 441 səh.

48. Əlirzayev Ə.Q. İslahatlar və surətləndirmə strate-

giyası şəraitində Azərbaycanın sosial-iqtisadi inkişaf

Page 644: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

643

problemləri: təcrübə, meyllər və perspektiv istiqamətlər.

Bakı. 2005. 538 səh.

49. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan

Respublikasının Qanunu. Bakı. 8 iyun 1999.

50. “Ərzaq təhlükəsizliyinin təmin edilməsinin sosial-

iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi-prak-

tiki konfransın materialları. Bakı. 2011. 377 səh.

51. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Res-

publikası Qanunu. Bakı. 12 may 2006

52. Heydər Əliyev və dövlətin aqrar siyasəti. Bakı.

2003. 776 səh.

53. Hüseynov A.G. Azərbaycanda ekoloji təhlükəsiz-

liyin təşkilati-iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi

yolları. Bakı. 2010. 274 səh.

54. Hüseynov T.H. Azərbaycanda investisiyalar: gəl-

irlər, investisiyalar, sənayeləşdirmə, məşğulluq. Bakı.

2009. 380 səh.

55. Həsənov Q.H. Sahibkarlığın inkişafı və iqtisadiy-

yatı səmərəliliyin yüksəldilməsi istiqamətləri. Bakı. 2011.

268 səh.

56. Xacə Nəsrəddin Tusi. Əxlaqi – Nasiri. Bakı. 1989.

254 səh.

57. Xəlilov H.A. Azərbaycan SSRİ-in aqrar-sənaye

kompleksi (formalaşması və inkişafının iqtisadi məsələləri).

Bakı. 1985. 144 səh.

58. Xəlilov H.A. Milli ərzaq təhlükəsizliyi: bazar

transformasiyaları və modernləşmə şəraiti. Bakı, 2005.

228 səh.

59. Xəlilov T.A. Ekologiya və ətraf mühiti mühafizə-

Page 645: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

644

nin əsasları. Bakı. 2009. 232 səh.

60. İbrahimov İ.H. Aqrar islahatın təşkilati-iqtisadi

mexanizmi. Bakı. 1998. 168 səh.

61. İbrahimov İ.H. Aqrar iqtisadiyyatın aktual prob-

lemləri. Bakı. 2002. 220 səh.

62. İbrahimov İ.H.Aqrar iqtisadiyyatın əsasları. Bakı.

2003. 154 səh.

63. İbrahimov İ.H. Aqrar islahatlar və sahibkarlığın

inkişafı. Bakı. 2005. 220 səh.

64. İbrahimov İ.H. Kənd təsərrüfatının inkişafı və sa-

hibkarlığın formalaşması problemləri. Bakı. 2005. 360 səh.

65. İbrahimov İ.H. Regionlarda sahibkarlığın inkişaf

meylləri və xüsusiyyətləri. Bakı. 2007. 296 səh.

66. İbrahimov İ.H. Sahibkarlıq fəaliyyətinin tənzim-

lənməsi məsələləri. Bakı. 2010. 248 səh.

67. İbrahimov İ.H. Məhsuldar qüvvələrin yerləşdiril-

məsi. Dərs vəsaiti. BBU. 2014. 212 səh.

68. İbrahimov İ.H. Ətraf mühitin iqtisadiyyatı. Bakı.

2015. 357 səh.

69. İbadov S. İqtisadiyyat (İqtisadi nəzəriyyə). Dərs-

lik. Bakı. 2009. 414 səh.

70. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat. 1, 2. Bakı.

2010. 924 səh.

71. İntensivləşdirmə və aqrosənaye kompleksinin ida-

rə olunması. Bakı. 1988. 296 səh.

72. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Res-

publikası Qanunu. (Azərbaycan Respublikasının Qanunlar

Külliyatı (1993-1995). II kitab. Bakı.1997. 624 səh.

73. İlham Əliyev və müasir aqrar siyasət. Bakı. 2013.

Page 646: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

645

936 səh.

74. “2008-2015-ci illərdə Azərbaycan Respublikasın-

da əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair

Dövlət Proqramı”. Bakı. 2008. 30 səh.

75. “2012-2020-ci illərdə Azərbaycan Respublika-

sında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011 –

ci il tarixli Sərəncamı.

76. Kərimov İ.A., Süleymanov H.M. Milli iqtisadiy-

yatın əsasları. Dərs vəsaiti. Bakı. 2001. 308 səh.

77. Qasımov F.H., Əliyev T.N., Nəcəfov Z.M. Milli

innovasiya sisteminin təşkili və idarə edilməsi. Bakı 2013.

680 səh.

78. Qasımov Ə.C. Aqrar – sənaye müəssisələrinin

iqtisadiyyatı və idarə edilməsi. Bakı. 2005. 354 səh.

79. Qurbanzadə A.A. Dayanıqlı ərzaq təminatının

iqtisadi əsasları. Bakı. 2013. 232 səh.

80. Quliyev E.A.Aqrar iqtisadiyyat. Dərslik. Bakı.

2015. 320 səh.

81. Quliyev T.Ə. Menecmentin (idarəetmənin) əsasla-

rı. Bakı. 2001. 518 səh.

82. Mahmudov Ə.Ə. Aszərbaycan iqtisadiyyatının ak-

tual problemləri. Bakı. 2008. 912 səh.

83. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan

Respublikası Qanunu. Bakı. 5 iyun 1996

84. Məmmədov A.İ. Kənd təsərrüfatının iqtisadiyyatı.

Bakı. 1992. 372 səh.

85. Məmmədov R.F. Aqrar sənaye kompleksinin iqti-

sadiyyatı. Bakı. 1991. 274 səh.

Page 647: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

646

86. Məmmədov N.M., Məhərrəmov A.M., Əhmədova

S.E. Azərbaycan iqtisadiyyatı. Dərs vəsaiti. Bakı. 2011.

522 səh.

87. Məmmədov Q.Ş.Azərbaycanda aqrar islahatlar: tə-

nəzzüldən ərzaq təhlükəsizliyinə doğru. Bakı. 2011. 352 səh.

88. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf

mühit və insan. Bakı. 2006. 608 səh.

89. Məmmədov C.C. Aqrar bölmədə maddi - texniki

təminat və xidmət işinin təşkili. Bakı. 2004. 530 səh.

90. Məmmədli O., İsmayılov M., İsmayılov F. İqtisa-

di nəzəriyyə. Bakı. 2010. 888 səh.

91. Məmmədov Z.S. Təbiətdən istifadənin iqtisadiy-

yatı. Dərs vəsaiti. Bakı. 2010. 229 səh.

92. Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin

yüksəldilməsi Beynəlxalq elmi-praktik konfransın mate-

rialları (27-28 iyun 2012-ci il). Bakı. 2012. 1175 səh.

93. Niftullayev V.M. Sahibkarlığın əsasları. Bakı.

2002. 618 səh.

94. Niftullayev V.M. Kənd təsərrüfatının iqtisadiyya-

tı. Bakı.1996. 354 səh.

95. “Pestisidlər və aqrokimyəvi maddələr haqqında”

Azərbaycan Respublikası Qanunu. Bakı. 6 may 1997.

96. “Sahibkarlıq fəaliyyəti” sənədlər toplusu. Bakı.

2007. 12 s.

97. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan

Respublikasının Qanunu. Bakı. 1993. 16 səh.

98. Salahov S.V. Aqrar sahənin dövlət tənzimlənməsi

problemləri. Bakı. 2004. 504 səh.

99. “Sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbir-

Page 648: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

647

ləri haqqında”. 24 noyabr 2003-cü il tarixli Fərman.

100. Soltanlı İ. Aqrar sahədə istehsalın maddi – tex-

niki təminatının tənzimlənməsi mexanizmi. Bakı. 2011.

256 səh.

101. “Sovxoz və kolxozların islahatı haqqında”

Azərbaycan Respublikasının Qanunu. Bakı. 1995. 11səh.

102. Şahbazov K.A., Məmmədov H.M., Həsənov

M.S. Menecment. Dərslik. Bakı. 2005. 1000 səh.

103. Tağıyev N., Əbdülsəlimzadə Q., Mahmudov E.

İnvestisiyalar və investisiya siyasəti. Dərs vəsaiti. Bakı.

2008. 214 səh.

104. Tağıyev A.H., Köçərli H.R. İnnovasiya siyasə-

ti. Bakı. 2013. 160 səh.

105. “Torpaqların münbitliyi haqqında” Azərbaycan

Respublikası Qanunu. Bakı. 30 dekabr 1999.

106. Torpaq islahatının həyata keçirilməsini təmin

edən normativ-hüquqi aktlar toplusu. Bakı. 1997. 103 səh.

107. Verdiyev Ə.Ç., Abbasov V.H., Əfəndiyev

M.O. Aqrar-sənaye kompleksində sahələrarası inteqrasiya

əlaqələrinin səmərəliliyi. Bakı. 1994. 106 səh.

108. Verdiyev Ə.Ç., Qarayev İ.Ş. Aqrar bazarın for-

malaşmasının iqtisadi problemləri. Bakı. 2000. 256 səh.

109. Verdiyev Ə.Ç., İbrahimov İ.H. Bazar iqtisadiy-

yatı və qiymət. Bakı. 1992. 188 səh.

110. Vəliyev T.S. İnfrastrukturlar: mahiyyəti, təs-

nifatı və əhəmiyyəti. Bakı. 2000. 169 səh.

Page 649: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

648

M Ü N D Ə R İ C A T

GİRİŞ ........................................................................ 3

FƏSİL I. AQRAR SAHƏNİN İQTİSADİYYATI-NIN NƏZƏRİ-METODOLOJİ MƏSƏ-LƏLƏRİ ...................................................... 5-40

1.1. Aqrar sahənin iqtisadiyyatının məzmunu 5

1.2. Aqrar sahənin iqtisadiyyatında tədqiqat metodlar ................................................ 9

1.3. Bazar iqtisadiyyatı şəraitində aqrar iqti-sadiyyatın qarşısında duran vəzifələr ..... 19

1.4. Aqrar istehsalda sahibkarlıq fəaliyyəti və müasir aqrar siyasətin elmi əsasları .. 22

a) Aqrar sahibkarlıq fəaliyyətinin forma-laşması, məqsəd və vəzifələri ............... 23

b) Sahibkarlıq fəaliyyəti və aqrar siyasətin elmi əsasları .......................................... 29

FƏSİL II. AQRAR İQTİSADİYYATIN FORMA-LAŞMASI VƏ TƏŞƏKKÜL TAPMASI.. 41-86

2.1. Ölkənin müstəqillik dövrünə kimi aqrar-sənaye kompleksinin formalaşması və aqrar iqtisadiyyatın inkişaf istiqamətləri 41

2.2. Aqrar iqtisadiyyat və regionların sosial-iqtisadi inkişafı ...................................... 47

a) Aqrar islahatların həyata keçirilməsi mərhələsinə qədərki dövrdə aqrar-səna-ye kompleksinin iqtisadi vəziyyəti ........ 47

b) Aqrar sahə və regionların sosial-iqtisadi inkişafı .................................................. 57

2.3. Aqrar iqtisadiyyat ölkənin xalq təsər-rüfatı kompleksi sistemində ................... 68

2.4. Bazar iqtisadiyyatı şəraitində aqrar mü-nasibətlər və aqrar bazarın formalaşması mərhələləri ............................................. 76

Page 650: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

649

FƏSİL III. MÜASİR AQRAR İSLAHATLAR VƏ İQTİSADİYYATDA İDARƏETMƏ SİS-TEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ...... 87-155

3.1. Aqrar islahatlar ərəfəsində ölkədə kənd təsərrüfatının vəziyyəti və aqrar islahat-ların həyata keçirilməsinin zəruriliyi ..... 87

a) Aqrar islahatlar ərəfəsində ölkədə kənd təsərrüfatının vəziyyəti .......................... 87

b) Aqrar islahatların həyata keçirilməsi zə-ruriliyi və əsas istiqamətləri, hüquqi ba-zanın yaradılması .................................. 94

3.2. Aqrar islahatların həyata keçirilməsində və iqtisadi münasibətlərin təkmilləşdi-rilməsində beynəlxalq təcrübənin rolu ... 113

3.3. Aqrar islahatlar, müxtəlif növlü təsər-rüfat formalarının yaradılması və idarə edilməsi sisteminin təkmilləşdirilməsi ...

125

3.4. Kənd təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi ..................................

141

FƏSİL IV. AQRAR İQTİSADİYYAT VƏ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ ...................................

156-206

4.1. Ərzaq təhlükəsizliyinin mahiyyəti və onu şərtləndirən amillər ......................... 156

a) Ərzaq təhlükəsizliyinin mahiyyəti ......... 156

b) Ərzaq təhlükəsizliyini şərtləndirən amil-lər ........................................................... 167

4.2. Ərzaq təhlükəsizliyinin təmin edilməsi-nin sosial-iqtisadi əsasları ...................... 175

4.3. Ərzaq təhlükəsizliyinin təmin edilməsi-nin iqtisadi siyasət istiqamətləri ............ 181

4.4. Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolları ............................ 191

Page 651: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

650

FƏSİL V. AQRAR SAHƏNİN İQTİSADİ MEXA-

NİZMİ VƏ QURULUŞU ........................... 207-269

5.1. İqtisadi mexanizm anlayışı .................... 207

5.2. Aqrar sahənin idarə edilməsi problemlər 216

5.3. Aqrar sahədə planlaşdırılma .................. 222

5.4 Aqrar sahədə qiymətlər sistemi............... 229

5.5. Aqrar sahə sistemində maliyyə-kredit mexanizmi ............................................. 237

a) Aqrar islahatlar dövründə maliyyə-kredit mexanizmi ................................... 239

b) Aqrar sahədə kreditləşmə mexanizmi..... 245

5.6. Aqrar sahədə vergi sistemi ..................... 254

5.7. Aqrar sahədə sığorta sistemi .................. 265 FƏSİL VI. AQRAR SFERANIN İSTEHSAL VASİ-

TƏLƏRİ İLƏ TƏCHİZ EDİLMƏSİ ....... 270-287

6.1. Aqrar sahənin maddi-texniki bazasının yaradılmasının əsas istiqamətləri ........... 270

6.2. Aqrar sahənin əsaslı vəsait qoyuluşu ..... 277

6.3. Bitkiçilik və heyvandarlığın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırıl-ması ........................................................ 280

6.4. Aqrar sahənin maddi-texniki təchizatı-nın təşkili qaydaları ............................... 282

6.5. Aqrar sahənin maddi-texniki ehtiyatlara tələbatının müəyyən edilməsi metodları 285

FƏSİL VII. AQRAR SAHƏDƏ İSTEHSALA XİD-MƏTLƏRİN GÖSTƏRİLMƏSİ .............. 288-323

7.1. Kənd təsərrüfatına aqrokimyəvi xidmə-tin göstərilməsi ...................................... 288

7.2. Kənd təsərrüfatına meliorasiya xidmə-tinin göstərilməsi .................................... 295

7.3. Aqrar sahədə tikinti xidmətinin həyata keçirilməsi ............................................. 301

7.4. Aqrar iqtisadiyyatda aqrolizinq xidməti və onun yeri ........................................... 304

Page 652: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

651

a) Aqrar lizinq anlayışı, lizinqin növləri .... 304

b) Lizinq əməliyyatlarının aparılması, lizinq bazarının formalaşması ............... 311

FƏSİL VIII. AQRAR İSTEHSAL, ƏTRAF MÜHİ-TİN MÜHAFİZƏSİ VƏ EKOLOGİYA .. 324-377

8.1. Ətraf mühitin mühafizəsi anlayışı .......... 324

8.2. Təbii ehtiyatlardan istifadə və ətraf mü-hitin qorunması yolları ........................... 330

8.3. Ətraf mühitin çirklənməsi mənbələri və onların aradan qaldırılması yolları ........ 339

8.4. Təbii ehtiyatlardan, tullantılardan səmə-rəli istifadə ............................................ 351

8.5. Ekoloji təmiz məhsul istehsalı ............... 359 FƏSİL IX. KƏND TƏSƏRRÜFATI MƏHSULLA-

RININ TƏDARÜKÜ, EMALI VƏ SATI-ŞININ TƏŞKİLİ, AQROMARKETİNQ . 378-438

9.1. Aqrar sahədə son məhsul və onun isteh-salının mərhələləri ............................... 378

9.2. Kənd təsərrüfatı məhsullarının tədarü-künün təkmilləşdirilməsi ....................... 382

9.3. Kənd təsərrüfatı məhsullarının satışının təşkili ...................................................... 388

9.4. Kənd təsərrüfatı məhsullarının emalı ..... 395

9.5. Aqromarketinqin təşkili və fəaliyyətinin planlaşdırılması ..................................... 409

9.6. İnnovasiya anlayışı, aqrar iqtisadiyyatda innovasiya fəaliyyəti və dövlət siyasəti . 425

FƏSİL X. AQRAR SAHƏDƏ İSTEHSALIN İN-TENSİVLƏŞDİRİLMƏSİ ......................... 439-486

10.1. İntensivləşdirmənin mahiyyəti ............... 439

10.2. Aqrar sahədə istehsalın intensivləşdiril-məsi səviyyəsi və göstəriciləri ............... 444

10.3. Bazar iqtisadiyyatı şəraitində intensiv-ləşdirmə istiqamətləri ............................ 451

a) Aqrar sahədə intensivləşdirmənin rolu .. 451

b) Aqrar sahədə intensivləşdirmənin əsas 456

Page 653: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

652

istiqamətləri ........................................... 10.4. Kənd təsərrüfatı istehsalının ixtisaslaş-

ması və yerləşdirilməsi .......................... 477 FƏSİL XI. AQRAR SAHƏDƏ YARIMSAHƏLƏ-

RİN İQTİSADİYYATI VƏ İDARƏ EDİLMƏSİ ................................................. 487-532

11.1. Aqrar sahə anlayışı. Sahələrin sosial-iq-tisadi əlaqələri ....................................... 487

11.2. Aqrar sahədə yarımsahələr arasında mövcud olan əlaqələr ............................ 493

11.3. Kənd təsərrüfatının aparıcı sahələrinin iqtisadiyyatı və idarə edilməsi ............... 497

a) Bitkiçilik sahələrinin iqtisadiyyatı və idarə edilməsi ......................................... 497

b) Heyvandarlıq sahələrinin iqtisadiyyatı və idarə edilməsi ................................... 517

c) Yem istehsalı və yemə tələbatın ödənil-məsi ....................................................... 526

FƏSİL XII. AQRAR İSTEHSALIN SƏMƏRƏLİLİ-Yİ VƏ ONUN YÜKSƏLDİLMƏSİ YOL-LARI ........................................................... 533-578

12.1. Aqrar sahədə səmərəlilik anlayışı ......... 533

12.2. Aqrar sahədə istehsalın iqtisadi səmərə-liliyinin yüksəldilməsi yolları ................ 536

12.3. Aqrar sahədə istehsalın səmərəliliyini xarakterizə edən göstəricilər .................. 542

a) Əmək məhsuldarlığının yüksəldilməsi .. 549

b) İstehsal xərclərinin aşağı salınması ....... 556

c) İtkilərin azaldılması, keyfiyyətin yüksəl-dilməsi ........................................................ 564

FƏSİL XIII. AQRAR İQTİSADİYYATDA İNVESTİ-

SİYA SİYASƏTİ VƏ İNFRASTRUKTU-RUN İNKİŞAFI ......................................... 579-612

13.1. Aqrar sahədə investisiyanın mahiyyəti və onun əsas xüsusiyyətləri ................... 579

Page 654: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

653

13.2. Aqrar sahənin inkişafında investisiyanın rolu ......................................................... 588

13.3. Aqrar sahədə investisiyanın əsas istiqa-mətləri..................................................... 594

13.4. Aqrar sahədə infrastrukturun iqtisadi ma-hiyyəti və infrastrukturun inkişafında in-vestisiyanın rolu ............................................ 600

a) İnfrastrukturun mahiyyəti və infrastruk-turun inkişafında investisiyanın rolu ..... 600

b) Aqrar infrastrukturun inkişaf istiqamət-ləri .......................................................... 607

FƏSİL XIV. AQRAR İQTİSADİYYATIN İDARƏ EDİLMƏSİ ................................................. 613-638

14.1. İdarəetmə anlayışı və onun iqtisadi ma-hiyyəti..................................................... 613

14.2. İdarəetmənin elmi əsasları və qanunauy-ğunluqları............................................... 618

14.3. İdarəetmə xüsusiyyətləri, prinsipləri və funksiyaları............................................. 625

14.4. Aqrar sahənin idarə edilməsində tətbiq edilən metodlar ...................................... 632

14.5. Aqrar sahədə idarəetmənin quruluşu və dövlət siyasətini həyata keçirən orqanın hüquq və vəzifələri ................................ 635

İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT SİYAHISI........... 639 MÜNDƏRICAT .............................................................. 648

Page 655: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

654

İbrahimov İslam Hacı oğlu

İqtisad elmləri doktoru, professor,

Əməkdar Kənd Təsərrüfatı İşçisi

“Aqrar sahənin iqtisadiyyatı”

(Monoqrafiya)

Redaktor: E.Ə.Quliyev

Texniki redaktor: N.A.Ağakişiyeva

Komputer tərtibatçısı: H.C.Əmrullayeva

Komputer operatoru: Z.N.Abdurəhmanzadə

Yığılmağa verilmişdir: 25.04.2016

Çapa imzalanıb: 13.05.2016

Kağız formatı: 60/90 1/16

Həcmi: 41,0 ç.v.

Tirajı: 300

Page 656: AQRAR SAHƏNİN İQTİSADİYYATIlib.bbu.edu.az/files/book/1029.pdf · 2 Redaktor: Akif Fərhad oğlu Musayev – AMEA-nın müxbir üzvü, i.e.d., prof., Azərbaycan Respublikası

655

İBRAHİMOV

İSLAM HACI oğlu

İqtisad elmləri doktoru, professor,

Əməkdar Kənd Təsərrüfatı İşçisi

İ. İbrahimov 17.01.1948-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. Zəngin elmi axtarışları, xeyirxah əməlləri ilə böyük hörmət və nüfuz qazanmış professor 40 ildən çox müddətdə Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, həyata keçirilən aqrar islahatların fəal iştirakçısı olmaqla, özünü səriştəli və prinsipial mütəxəssis kimi göstərmişdir. Hazırda aqrar iqtisadiyyatın elmi-nəzəri və praktiki məsələlərinin həllində fəal çalışır.

1966-cı ildə orta məktəbi, 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Dövlət İqtisad Universitetini) bitirmişdir. 1976-cı ildə namizədlik, 1996-cı ildə doktorluq elmi dərəcəsi almışdır. O, 2004-cü ildən professordur.

İ.İbrahimov 2005-ci ildə BMT-nin Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvü seçilmişdir. Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutunda 1993-cü ildən 2010-cu ilədək ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuşdur. Hazırda AAK-da İqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvüdür.

İ.İbrahimov aqrar sahəyə dair bir çox qanun layihələrinin, dövlət proqramlarının və s. normativ – hüquqi sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir. Onun aqrar iqtisadiyyatın problemlərinə dair 300-dən çox əsəri, o cümlədən 20 kitab, monoqrafiyası və dərs vəsaiti çap olun-muşdur. Onun rəhbərliyi ilə 15 nəfər elmlər namizədi müdafiə etmiş və alimlik dərəcəsi almışdır.

İ.İbrahimov Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli sərəncamı ilə “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə medalı” ilə təltif olunmuş, 2012-ci ilin 31 oktyabr tarixli sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə “Əməkdar Kənd Təsərrüfatı İşçisi” fəxri adı verilmişdir.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun üç şerlər kitabı nəşr olunmuşdur. “Araz”, “Şərəf” Ali Ədəbi mükafatı və “Qızıl Qələm” mükafatı laureatıdır.