2 hikmət hİkmƏt № 19, 2012 * * * İİr-nın azərbaycandakı səfirliyinin mədəniyyət...

184
ﺑﺴﻢ اﻟﺮﺣﻴﻢ اﻟﺮﺣﻤﻦ اﷲBismillahir-rəhmanir-rəhim

Upload: others

Post on 09-Mar-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

اهللا الرحمن الرحيم بسمBismillahir-rəhmanir-rəhim

Page 2: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

2 Hikmət

HİKMƏT № 19, 2012

* * *

İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət

Mərkəzi

* * * Baş redaktor: İbrahim Nuri

* * *

REDAKSİYA HEYƏTİ: S.Əli Əkbər Ocaqnejad Şahin Fazil Əyyub Xoşsiyər Əbülfəzl Rəbii Nüşabə Əlizadə Əsmətxanım Məmmədova Nəsib Göyüşov

* * * Redaksiya heyəti daxil olan

materialları lazım bildiyi şəkildə redaktə və ixtisar etmək hüququna malikdir

Dərc olunan yazılar müəllif-lərin mövqeyini əks etdirir

Əlyazmalar geri qaytarılmır

* * *

Ünvan:

Əlibəy Hüseynzadə, 42

Tel: 498 2345

* * *

Yığılmağa verilib: 01.03-2012

Çapa imzalanıb: 15.03-2012

Formatı: 70x90 1/16

Sayı: 500

MÜNDƏRİCAT

İbrahim Nuri Ali Dini Rəhbərin baxışında Novruz bayramı .............. 3

Əbülfəzl Rəbii İranlıların “Həft sin” və “Sizdəh be dər” mərasiminə baxışı ............................................................. 5

Əyyub Xoşsiyər Azərbaycan – İran mədəni əlaqələrinin inkişaf dinamikası ............................................................ 8

Nəsib Göyüşov Nizami və poetik ............................................................. 13

Prof. Aida Qasımova Qələm arxetipi Quranda, təfsir ədəbiyyatında və Azəri-türk şerində (II məqalə) ................................. 33

Mahirə Quliyeva Aşıq Ələsgər yaradıcılığında merac ............................. 45

İbrahim Quliyev İmam Rzanın (ə) islahatları .......................................... 57

Qulamrza Mehri İslam incəsənətində estetika .......................................... 77

Qadir Hüseynzadə İbn Ərəbi məktəbi və Şəbüstərinin kosmoloji baxışları ......................................................... 82

Məhəmmədhüseyn Şəhriyar Mövlana Şəms Təbrizinin xanəgahında ....................... 91

Pəri Qeyisova Hafiz qəzəllərindən tərcümələr ................................... 100

Mircəlal Zəki Möhtəşəm Kaşani və onun məşhur tərkibbəndi ...... 106

Cahan Ağamirov Nizami Xəmsəsinin yeni tərcüməyə ehtiyacı vardır ............................................................... 113

Hacı Mustafa Mailoğlu Hüseyn Nadim Naxçıvani ............................................ 115

Möhsün Nağısoylu Zirvədəki farsdilli əlyazmalar ..................................... 130

Tahirə Nurəliyeva Əbdürrəhman Cami əsərlərinin şəxsi kolleksiyalarda vəqf olunmuş nüsxələri ............ 141

Əkrəm Bağırov, Arif Ramazanov Məhcur Şirvanidən qiymətli tapıntı ........................... 146

Zumrüd Rəhimova Füzuli və Kaninin “Leyli və Məcnun” məsnəvilərində səsləşən məqamlar ............................. 150

Mədəniyyət xəbərləri ................................................... 161

Page 3: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 3

İbrahim Nuri İİR-ın Azərbaycandakı səfirliyinin

Mədəniyyət Mərkəzinin sədri

Ali Dini Rəhbərin baxışında Novruz bayramı

بسم الرحمن الرحيم . يا مقلب القلوب و االبصار

يا مدبر الليل و النھار؛ حوال؛ يا محول الحول و اال

حالنا الى احسن الحال، حول Novruz milli və qədim bayramdır. İslam dini bu bayrama qarşı deyil.

Novruz yaradılış bayramdır, bütün aləm bunu bayram edir və bu bayramı təkcə insan meydana gətirməyib. Novruz bayramında aləm xürrəm və xoş olur, ağaclar yaşıllaşır. Deməli, bu bayram aləmin bayramıdır, məcusun və ya başqasının bayramı deyil. Bir sözlə, bu günü bayram kimi qeyd etmək nə haramdır, nə bidət, nə məkruh, nə əcəmin və nə də ərəbin bayramıdır. Deməli təbiətin və yaradılışın müstəhəb bayramıdır.

Novruz bayramı ən gözəl və dəyərli əməlləri ilə iranlıların şəmsi təqviminin ilk günündə, yəni baharın ilk günündə tarixi və ənənəvi mərasimləri ilə qeyd olunur. İran xalqı fəxr edir ki, onun təqvimi hicri şəmsidir, yəni bizim hicri qəməri təqvimimiz Əziz İslam Peyğəmbərinin (s) hicrəti ilə başlandığı kimi, şəmsi təqvimimiz də hicrətin başlanması ilə götürülüb. Digər müsəlman xalqlar günəş (şəmsi) ilini hesablamaq üçün miladi təqvimindən istifadə edirlər. Lakin iranlılar İslam Peyğəmbərinin (s) hicrətini həm qəməri ilinin və həm də şəmsi təqviminin başlanğıcı olaraq qəbul etmişlər.

Bu, iranlıların müqəddəs İslam və peyğəmbər təlimlərinə sevgi və bağlılığıdır. İlin birinci gününü baharın ilk günü seçiblər, halbuki xristianlar qışın ilk gününü ilin ilk günü seçiblər. Əlbəttə, onların bizimlə fərqi bundadır ki, Həzrət İsanın doğum tarixi dəqiq bilinmir və yalnız güman edilir. Hər halda biz yazın ilk gününü ilin birinci günü kimi qəbul etmişik və bu da iranlıların zövq və səliqəsinin nişanəsidir. Baharın əvvəli təbiətin oyanışının əvvəlidir, bağ və bostanların, bütün canlı varlıqların canlanmasıdır. Bu təbiətin, bitki və aləmin donması ilə müşayiət olunan qışdan yaxşıdır.

Qədim Novruz əvəzində İran novruzu İslam dini keçmiş adət-ənənələrlə iki cür rəftar etmişdir. Birincisi bəzi

yanlış ənənələri ümumiyyətlə sıradan çıxarmışdır, ona görə ki, düzgün ənənələr

Page 4: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

4 Hikmət

deyildi. İkincisi, bəzi adət-ənənələri saxladı, yəni həmin ənənənin özəyini saxladı, lakin məzmun və ruhunu dəyişdi. Məsələn, Həcc əməllərinin bir çoxu kimi, hal-hazırda yerinə yetirilən təvaf əməli İslamdan əvvəl müşriklik ruhu və məzmununa malik idi, lakin İslam dini onun məzmunu dəyişdi və ona tövhid ruhu verdi.

Novruz hal-hazırda bizim xalqımız üçün aşağıldakı mənanı kəsb edir: Birincisi, insanların Allaha diqqəti. İnsanlar ilin təhvil vaxtında dua

oxuyub deyirlər: “Ey halları dəyişdirən!”. Allahı yad etməklə başlayırlar. Bu bir dəyərdir. İkincisi, Novruz bayramı qohumlarla görüşmək, küsülülərin barışması, qarşılıqlı sevgi və məhəbbətin artırılması üçün bir fürsət olur. Bu, İslamın buyurduğu qardaşlıq, ülfət və sileyi-rəhimdir və çox yaxşıdır. Həmçinin Novruz bayramında qəbir ziyarətinə gedirlər.

Nəticə budur ki, Novruz yaxşı bir bayramdır və buna görə də onu yaşadıblar. Novruzun məzmununu səhih və düzgün məzmuna çeviriblər və bu da İran xalqının zövq və səliqəsinin nişanəsidir. Novruz bayramında diqqətçəkən bir məqam vardır ki, hədislərdə də bu məqama işarə edilib. İnsan Novruzda özü də yeniləşir, yəni dəyişir və kamilləşir, il və gün də yeniləşir.

Novruzda belə bir şərt vardır, çox mühüm bir hadisə baş verən gün Novruzdur. Sizin mühüm bir işi yerinə yetirəcəyiniz gün Novruzdur. O gün ki, Adəm və Həvva yer üzünə qədəm qoydular Novruz idi. Bəni Adəm üçün yeni bir gün idi. Böyük tufandan sonra Həzrət Nuh peyğəmbər gəmisini nicat sahilinə çıxaran gün Novruz idi. Yeni gün idi və bəşər tarixində yeni bir səhifə açılırdı. Quranın İslam Peyğəmbərinə nazil olduğu gün yeni bir gün və başlanğıc idi. Həzrət imam Əlinin (ə) vilayətə seçildiyi gün yeni bir gün idi.

Deməli, İslam qələbə çalan gün Novruzdur, ona görə ki, yeni bir gün idi. İmam Xomeyninin ölkəyə qayıtdığı gün Novruz və yeni bir gün idi. İslam əsgərlərinin düşmənlərə qalib gəldiyi gün Novruzdur.

Fərvərdin ayının birinci gününü özümüz üçün yeni gün – Novruz hesab etməyimizin şərti vardır. Şərti budur ki, bu gündə bir iş görək, bir hərəkət edək və bir xoş hadisə xəlq edək. O hadisə hardadır? Bizim öz daxilimizdə. “Ey ürəkləri və gözləri dəyişdirən! Ey gecələri və gündüzləri yaradan! Ey illəri və halları dəyişən! Bizim halımızı halların ən yaxşısına dəyiş!” Əgər daxilimizi dəyişdirə bildiksə, əgər insani cövhərimizi daha da parlaq edə bildiksə, həqiqətən, bizim üçün yeni gün-Novruzdur! Əgər Allahın, peyğəmbərlərin və imamların əmrlərini yerinə yetirə bildiksə və onların sözlərini öz qəlbimizə yeridə bildiksə, həqiqətən, bizim üçün yeni gün-Novruzdur!

Deməli, ümumi halda Novruz çox yaxşıdır, hicri şəmsi ilinin ilk günüdür, yeni gün, baharın ilk günü, təbiətin oyanmasının ilk günü və gözəlliklərin başlanğıcıdır.

Mən Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, Allahdan can sağlığı və uğur arzu edirəm.

Page 5: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 5

Əbülfəzl Rəbii

İranlıların “Həft sin” və “Sizdəh be dər” mərasiminə

baxışı Böyük ehtimal ilə demək olar ki, Novruz bayramı bütün iranlıların

müştərək nöqtəsidir. İranda yaşayan bütün xalqlar – fars, türk, kürd, bəluç və ..., şiə, sünni, zərdüşt, yəhudi, xristian, aşşuri və s etnik və din-məzhəb mənsubiyyətindən asılı olmayaraq, hamısı Novruz bayramını özlərinin iranlı olmaq xüsusiyyətlərindən biri kimi səciyyələndirirlər.

Novruz çox qəribə bayramdır. Bəlkə də demək olar ki, iranlıların ən böyük bayramı və ya ən böyük bayramlarından biridir. Maraqlısı budur ki, əlimizdə kifayət qədər hədis vardır ki, bu bayramın, yəni baharın ilk gününün dini və məzhəbi rəng almasını göstərir. Bu günün qeyd olunmasında İran, İslam və hətta zərdüştlük və digər dinlərə xas əski mədəniyyətlər inancları bir müştərək nöqtəyə çatırlar. Hədisdə deyilir ki, İmam Cəfər Sadiqdən (ə) soruşublar: Nə üçün iranlılar Novruzu bayram edirlər? İmam cavabında buyurmuşdur: Novruz günü Allah Öz bəndələrindən əhdi-peyman almışdır ki, Ona pərəstiş etsinlər, Ona şərik qoşmasınlar və peyğəmbərlərə və imamlara iman gətirsinlər. Novruz günəşin doğduğu ilk gündür, küləklərin hərəkətə gəldiyi gündür və Yer kürəsi bu gündə xəlq edilib. Novruz səfər üçün çox yaxşı və əkinçilik və ehtiyacı dilə gətirmək üçün əla bir gündür. Bu gündə evlənmək və kəbin kəsdirmək çox yaxşıdır. Novruz bayramı gələndə qüsl et və ən yaxşı paltarlarını geyin və ən yaxşı ətirlərlə ətirlən.

Novruz İranın parlaq mədəniyyətinin şah damarıdır. Bu bayramda qeyd olunan müxtəlif adət-ənənələr, o cümlədən Hacı Firuz, od yandırmaq, kasalar, kəcavə oyunu, muştuluq almaq, küzə sındırmaq, od üstündən tullanmaq, şal sallamaq, qaşıq vurmaq, yumurta döyüşdürmək, 7 “sin” ədədinin müqəddəsliyi, qapıda qulaq asmaq, saz və zurna çalmaq, gümüş və mis qabların qalaylanması, köhnə əşyaların yenilənməsi, səməni cücərtmək, təzə paltar geyinmək, çərşənbə qovurmaları, “sizdəh be dər” ənənələri, əriştə aşı bişirmək, balıqla səbzi-plov və səməni halvası bişirmək, Novruz süfrəsi (həft sin –yeddi ləvin), çərşənbə axşamı ənənələri, Novruz bayramlaşması, və onlarla digər adət-ənənələr Novruzun bərəkətli və mühüm bir bayram olmasından xəbər verir.

Page 6: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

6 Hikmət

Bütün bu deyilənləri dərk etmək üçün heç olmasa bir dəfə Novruz bayramı günlərində İranda olmalısan ki, həmin müxtəlif ənənələrlə yaxından tanış olasan. O zaman dərk edəcəksən ki, dünyanın hər yerində bir iranlı olsa orada Novruz da vardır. Həft sin (yeddi sin hərfli) özünün rəngarəng bəzəkləri ilə İranda əkinçiliyə olan böyük hörmətin nişanəsidir. Həft sin müxtəlif məfhumlardan ibarətdir. Əhəmənilər dövründə çox nəfis şəkildə hazırlanmış qabları yeddi əmşaspənd adını - ordibeheşt, xordad, mordad, şəhrivər, bəhmən, espəndarma və ahurəməzda – Novruz süfrələrində qoyurdular. Bu gün novruz süfrəsində yeddi sindən başqa güzgü, rəngli yumurta, su və balıq, Quran, nar, şirniyyat, sarı sikkə pul, gümüş şamdanlar, bal, sünbül gülü, noğul və çörək də qoyulur ki, bunların hamısı bərəkət, sağlamlıq, bəd nəzərdən qorunmaq, ariya lıların səbatlıq nöqtəsi, təbiətin canlanması və bərəkətli olması, nur və aydınlığa sitayiş rəmzidir.

Həft sin süfrəsinin fəlsəfəsi Həft sin süfrəsi yeddi qabda olan yeddi sin hərfi ilə başlayan müxtəlif

şeylərin məcmusudur. Novruzdan bir neçə gün öncə bu süfrə açılır. Yeddi ədədi hələ qədim zamanlardan iranlılar üçün müqəddəs olmuşdur və yeddi qab ikinci həyatın, sağlamlığın, sevincin, uğurun, sevincin, səbir və gözəlliyin carçısıdır. Bu simvollar aşağıdakı şəkildə aşkar olur:

Səbzi – gözəl və bəzək güllərinin, yaşıllığın və xürrəmliyin nişanəsidir ki, buğda və ya mərciməkdən göyərdilir.

Sib (alma) – cənnət meyvəsi, canlanma, sağlamlıq və gözəlliyin nişanəsidir. Almanın həft sin süfrəsində olması Allahın nemətlərinə şükür nişanəsidir.

Səməni halvası – üyüdülmüş və şirniyyat qatılmış buğdanın qarışığıdır ki, iranlıların aşpazlıqda məharəti ilə yanaşı, buğdanın tumurcuğundan alındığı üçün həm də canlanma və bərəkətin nişanəsidir.

Sincid (iydə) – məhəbbət nişanəsidir, ona görə ki, bəzi insanların inancına görə iydə ağacı böyüyəndə özündən bir ətir saçır ki, bu da insanların bir-birinə sevgi və məhəbbətinin artmasına səbəb olur.

Sir (sarımsaq) – özünün dərman xüsusiyyətinə görə həft sin süfrəsində yer alır. O dərman və sağlamlığın nişanəsidir.

Sirkə – səbir nişanəsidir. Ona görə ki, sirkənin əmələ gəlməsi üçün uzun zaman lazımdır və ona görə Novruz süfrəsində qərar yer alır ki, insanlar bu ildə öz işlərində səbirli olsunlar.

Sumax –günəşin çıxdığı zaman olan rəngidir, belə ki günəş çıxdığı zaman pisliklər aradan gedir və onun əsəri qalmır; sumax da bir növ pislikləri aradan götürür. Ayna və şam həftsin süfrəsində işıqlıq və şəffaflıq rəmzidir.

Page 7: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 7

Adətən yumurta da həftsin süfrəsində olur ki, o da doğuş və toxum anlamındadır. İran əfsanələrində dünya yumurta şəklindədir. Yumurtanın qabığı Göy və sarısı Yerdir. Canlı balıq da şadlıq timsalıdır. Qırmızı balıq əbədi həyat rəmzidir ki, ilin başlanğıcında həftsin süfrəsinin qonağı olur. O cüt şəkildə olaraq ailə üzvlərinin bağlılığını və dağılmamasının nişanəsidir.

Maraqlı cəhətlərdən biri də budur ki, bəzən mövcud olan sinlərin sayı süfrədə yeddidən çox olur, onlardan sikkəyə və sünbülə işarə etmək olar.

Sikkə – bərəkət və sərmayə timsalıdır. Sikkə bir növ bayramlıq pulu almağa ümid verir. Sünbül isə gözəllik və baharın başlamasının rəmzidir. İlin təhvil olduğu anda bütün ailə birlikdə həftsin süfrəsi başında Quranı açaraq intizarla gözləyir.

Sizdəh bedər (Novruzun on üçü) Novruzun son günüdür. Bu gündə evdə qalmaq nəhs sayılır! Gərək əzab-

əziyyət və qüssə çölə və səhraya aparılsın. Münəccimlər deyirdilər: Bu gündə ay və günəş bir birinin qarşısında dururlar və bunun üçün də gərək hamı vacib işdən əl çəkərək səhraya və çölə getsinlər ki 13 günün nəhsindən amanda qalsınlar. İnsanlar səhraya və çölə gedərdilər, mərasim və oynamaqla nıhsliyi özlərindən uzaqlaşdırardılar. Zərdüştlük dininə əsasən xöşbətlik üçün yaşıllıq düyün vurardılar. Bu işin qədim Zərdüştlük dinində fəlsəfəsinə görə ağacların yarpaqlarının düyün vurulması ilə Ahurəməzda tərəfindən ilk insan olan Kiyumərsin torpağından ağac yaranıb və bu 13 Fərvərdin günü idi. İndi də adətə görə bu gündə bütün qocalar, uşaqlar, cavanlar, xəstələr və sağlamlar bağlara və parklara, çay sahillərinə gedir və səhər nahar və şam yeməklərini orada yeyirlər.

Novruzun tarixçəsi: Zərdüştlərin əqidəsinə əsasən Allah həyat və kainatı 6 mərhələdə yaratmışdır: Asiman, su, yer, bitkilər, heyvanlar və sonra insanlar. İnsanın yaranması novruzda olmuşdur. Avestanın yazdıqlarına əsasən Fərvərdinin başlamasına on gün qalmış fruhərlər (pak ruhlar) yer üzünə gəlirlər və on gün övladlarının və nəvələrinin qonağı olurlar. Fərvərdinin ilk günü sübh çağı öz yerlərinə qayıdırlar. Əhəmənilərin və Sasanilərin zamanında milli bayram kimi daha da təntənə ilə, təkcə Zərdüştlər tərəfindən deyil, hamı tərəfində qeyd olunurdu. Belə ki şahlar əyləşər və sərkərdələr və fərman sahibləri onlara hədiyyələr gətirərdilər. Bu mərasim Apadana sarayının pilləkənlarında təsvir olunmuşdur. Bu hədiyyələr arpa, buğda, mərci, lobya, qarğıdalı və sairəni cücərdirdilər ki, həmin il hansı bitkinin daha məhsuldar olacağını göstərir. Həmin indi də süfrəyə səməni qoymaqla bu günə gəlib çatmışdır. Bu dövrün başqa adətlərindən biri də çərşənbə gecəsi od yandırardılar. Novruzun digər adətlərindən biri də bir birinin üzərinə su tökmək olmuşdur indi də gülab səpmək formasında qalmışdır.

Page 8: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

8 Hikmət

Əyyub Xoşsiyər

Azərbaycan – İran mədəni əlaqələrinin inkişaf

dinamikası Bizim tarixi köklərimiz, eyni dinə mənsub olmağımız, eyni mənəvi

dəyərlərə mənsubiyyətimiz - bunlar hamısı bizi həmişə birləşdirib, həmişə dostlaşdırıbdır. Yazımda istərdim ki, Azərabycanın İran İslam Respubilkası ilə əlaqələrinin gücləməsində böyük rolu olan dahi şəxsiyyət Heydər Əliyev cənablarının fikirindən istifadə edim: “Azərbaycan indi müstəqil dövlət kimi İran İslam Respublikası ilə dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrini bu prinsiplər əsasında qurubdur və bundan sonra da bu prinsiplər əsasında quracaqdır. İndi ölkələrimiz arasında insani əlaqələr çox genişlənibdir. Bu da həm keçmişlə, həm də bu günlə bağlıdır. Çünki keçmiş zamanlarda bizim ölkələrimiz arasında sərhəd yox idi. İnsanlar o tərəfə də, bu tərəfə də rahat gedib-gəlirdilər. Ona görə də Azərbaycanda nə qədər insan var ki, onların yaxın qohumlarının əcdadları İranda yaşayıblar, böyüyüblər. Azərbaycan – İran mədəni əlaqələrinin inkişaf dinamikasında XIX-XX əsrin özünəməxsus yeri vardır”.

Artıq orta çağlardan fərqli olaraq hər iki dövlətin – Azərbaycan və İranın siyasi vəziyyətində ciddi stabillik yaranmış, bu əsrlərdə mədəni əlaqələr ölkələrarası, dövlətlərarası mahiyyət kəsb edir. Çünki XIX əsrin əvvəllərində Rusiya çarlığı və İran şahlığı arasında aparılan müharibələrin sonunda 1813-cü ildə məşhur Gülüstan sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə görə Azərbaycan ərazisi iki dövlət tərəfindən iki hissəyə bölündü. Şimal hissəsi Rusiya dövləti, cənub hissəsi isə İran dövlətinin dördüncü əyaləti (Azərbaycan əyaləti) adı ilə İranın tərkibində qaldı. Azərbayan əhalisinin böyük bir hissəsinin İranın tərkibində qalması İranla mədəni əlaqələrin daha da inkişafı üçün başlıca səbəb oldu. Lakin bu tarixi hadisənin ilk çağlarında Çar hökuməti bu sahədə xüsusi bir siyasət yeritmək marağında olmadığına görə İran azərbaycanlıları, eləcə də İranla mədəni ünsiyyəti davam etdirmək dövrün tanınmış və görkəmli ziyalılarının üzərinə düşdü. Fars dilinin tədqiqində XIX əsrin görkəmli maarifpərvər xadimi A.Bakıxanovun (1794-1847), Mirzə Kazımbəyin (1802-1870) xidmətlərini xüsusi vurğulamaq lazımdır. Görkəmli Azərbaycan filosofu, mütəfəkkiri M.F.Axundovun (1812-1878) iranlı diplomat və yazıçı Mirzə

Page 9: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 9

Mülküm Xan Nizam üd-dövlə (1833-1908) ilə səmərəli ədəbi əlaqələrinin məğzində məhz bu məsələ dururdu. XX əsrin əvvəllərində Bakıda neft mədənlərinin fəaliyyətə başlaması İrandan (əsas etibarı ilə Cənubi Azərbaycandan) buraya işləmək üçün fəhlələrin axınına səbəb oldu ki, bu da mədəni əlaqələrin yeni tarixi şəraitə uyğun yaranmasına zəif də olsa təkan verdi. XX əsrin ilk onilliklərində İranda milli hərəkatların (Səttarxan hərəkatı) geniş vüsət tapmasında Azərbaycan mədəniyyətinin bir çox istiqamətlərinin təsiri mövcud idi. Böyük demokrat, azərbaycanlı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Azərbaycan dilində Tiflisdə nəşr olunan «Molla Nəsrəddin» jurnalının nömrələri Cənubi Azərbaycanda da yayılmağa başlayırdı. İranda genişlənməkdə olan demokratik hərəkatlar (1906-1911) Bakıda yaradılmış «Hümmət» (1904),

«Ədalət» (1917) partiya təşkilatları və İranda yaradılmış mücahid dəstələri xətti ilə İran - Azərbaycan əlaqələri genişlənirdi. «Hümmət» təşkilatı Cənubi Azərbaycanda yaradılmış «İctimaiyyun amiuyun» (Mücahid) təşkilatı ilə əlaqələr yaratmışdır. Azərbaycan filosofu Ə.Hüseynzadənin «Siyasəti–fürusət» («At oynatmaq siyasəti») fəlsəfi əsərində Səttarxan hərəkatı – «çəkiliniz ortadan, mədəniyyət gəlir. Təbriz mücahidlərinin, səttarxanların qalibiyyəti ilə gəlir», - deyə alqışlamışdır. Həmin illərdə İranla mədəni əlaqələrin yaranmasında «Mola Nəsrəddin» məcmuəsinin bu ölkənin Təbriz, Tehran kimi iri şəhərlərinə göndərilməsinin çox böyük əhəmiyyəti var idi. Azərbaycanın məşhur teatr xadimi Sidqi Ruhulla Təbrizdə öz dəstəsi ilə qastrolda olmuş və yerli ziyalıların da iştirakı ilə Ə.Haqverdiyevin «Bəxtsiz cavan» əsərinin tamaşasını göstərmişdir. 1901-1917-ci illərdə aşağıdakı görkəmli ziyalıların həyat və yaradıcılığı İranla bağlı olmuşdur. Hüseyn Cavid (1882-1941) 1899-1903-cü illərdə Cənubi Azərbaycanda yaşamış və Təbriz mədrəsəsində təhsilini davam etdirmişdir. Şərqşünas alim Məhəmməd ağa Şahtaxtlı (1846-1931) 1911-1913-cü illərdə İranda yaşamışdır. Dramaturq Ə.Haqverdiyev (1870-1933) 1907-ci ildə yazdığı «Əhmədin qeyrəti» hekayəsini Cənubi Azərbaycanda gedən milli azadlıq mübarizəsinə həsr etmişdir.

«XX əsrin əvvəllərində azadlıq hərəkatının İran daxilində mərkəzi – Təbriz, İran xaricində isə – Bakı idi… Şimali Azərbaycanın iqtisadi nüfuzu altında olan İran Azərbaycanına da bu «iqtisadi inqilab» öz təsirini göstərirdi. Digər tərəfdən isə İranda feodal üsul-idarəsi (Məhəmməd Əli şah Qacar istibdadı) hökm sürürdü. Belə bir şəraitdə Qafqaz Azərbaycanı (ilk növbədə Bakı) Cənubi Azərbaycanda azadlıq hərəkatına geniş miqyasda mədəni köməklik edirdi. Cənubi Azərbacanda nəşr edilən ilk demokratik qəzetlər, ilk teatr və məktəbləri də əsasən şimali azərbaycanlılar təşkil etmişdirlər.» XX əsrin 20-ci illərində Azərbaycanın məşhur incəsənət xadimləri, aktyorlarından olan S.Ruhulla, A.M.Şərifzadə, M.R.Vaizzadə və digərləri Cənubi

Page 10: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

10 Hikmət

Azərbaycanda Ü.Hacıbəyovun bir neçə səhnə əsərinin tamaşasını yaratmışdar. Ü.Hacıbəyovun əsərlərindən başqa Təbrizdə yerli artistlərin iştirakı ilə N.Nərimanovun «Nadir şah» pyesi, Z.Hacıbəyovun «Əlli yaşında cavan» əsərləri də səhnələşdirilmişdir.

Hüseyn Cavidin «Şeyx Sənan», «İblis», «Peyğəmbər» pyesləri, M.F.Axundovun «Müsyö Jordan və Dərviş Məstəlişah» tamaşaları Təbrizdən başqa, İranın Tehran, Məşhəd, Xoy və digər şəhərlərində də səhnələşdirilmişdir. İran xalqları ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulması işində 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş Şərq xalqlarının I qurultayının da əhəmiyyətli dərəcədə rolu olmuşdur. İranı həmin qurultayda 204 nəfər təmsil edirdi ki, heyətə Heydər Əli oğlu Tarıverdiyev və İ.Şəbüstəri rəhbərlik edirdi. Çox yaxın qonşu və həmsərhəd olmasına baxmayaraq Azərbaycanda sovet hakimiyyəti qurulduqdan

sonra Azərbaycan – İran mədəni əlaqələri yalnız Moskvanın razılığı ilə diplomatik səviyyədə aparılırdı. Digər tərəfdən İran dövlətinin özü də mədəni əlaqələrin ardıcıl təşkili məsələsində həm fəal, həm də maraqlı deyildi.

70-80-ci ilər İranın sosial-siyasi həyatında qeyri-sabit bir dövr olduğundan, bu vəziyyət mədəni əlaqələr sistemində də öz əks-sədasını təzahür etdirmişdi. Məsələn, 1978-1979- cu illərdə İranda baş verən milli hərəkat mütləq monarxiyanın devrilməsi və əvəzində dini hakimiyyət əsasları üzərində dövlətin yaraması ilə nəticələndi. İnqilabdan sonar isə İranda yaşayan müxtəlif xalq və millətlərlə yanaşı azərbaycanlıların mədəni inkişafı üçün də mövcud imkanlardan bacarıqla istifadə olunudu. 1991-ci ilin noyabrında Azərbaycanda müstəqilliyin elan edilməsi Azərbaycanla – İran arasında mədəni əlaqələrin tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. 1992-ci ilin əvvəlindən başlayaraq müstəqil Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və Mədəniyyət Nazirliyi İran ilə mədəni əlaqələrin müstəqil olaraq təşkil edilməsinə başladılar. 1993-cü ilin dekabrında İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin Azərbaycana gəlişi zamanı mədəni əlaqələrin demokratik prinsiplər əsasında yenidən qurulması ilə bağlı sənədlər imzalandı. Həmin sənədlərə İran İslam Respublikasının mədəniyyət mərkəzi ilə Azərbaycan Elmlər Akademiyası arasında elmi sahədə əməkdaşlıq haqqında saziş, İran İslam Respudikası ilə Azərbaycan Respublikası arasında elm, mədəniyyət sahəsində saziş (Naxçıvan Muxtar Respublikasına dair), Azərbaycan Respublikası ilə İran İslam Respublikası ararsında mədəniyyət, elm, təhsil sahəsndə əməkdaşlıq haqqında qarşılıqlı anlaşma protokolu, Azərbaycanın Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Ali Təhsil və Mədəniyyət Nazirliyi arasında elm, təhsil və tədqiqatlar sahəsində əməkdaşlıq haqqında memorandum imzalandı. İmzalanan bu sənədlər, hər şeydən əvvəl, Azərbaycan – İran mədəni əlaqələrinin ümidverici perspektivlərini müəyyənləşdirən hüquqi-

Page 11: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 11

normativ baza rolunu oynadı.1994-1996-cı və sonrakı illərdə İranda rəsmi səfərdə olmuş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mədəni əlaqələrin inkişafı ilə bağlı sənədlərin imzalanmasına da mühüm önəm vermişdi.

Prezident H.Əliyevin 1997-ci ilin dekabrında Tehranda keçirilən İslam Konfransı Təşkilatının (İKT) zirvə görüşündə iştirakı zamanı İranın Prezidenti Məhəmməd Hatəmi, Ali dini rəhbər Ayətullah Xamenei və digər yüksək səviyyli rəsmilərlə görüşləri ikitərəfli mədəni münasibətlərin inkişafına təkan verdi. 1998-ci ilin payızında Bakıda prezident H.Əliyevin himayəsi ilə «Qafqazda islam mədəniyyəti» adı altında təşkil olunan Beynəlxalq konfransda İrandan gəlmiş qonaqlara dərin hörmət və ehtiram göstərilmişdir. Azərbaycan – İran mədəni əlaqələri tarixində 2002-ci ilin mayın 20-də bu ölkəyə rəsmi səfərə getmiş Azərbaycan Respublikasının Prezidenti H.Əliyevlə İran İslam Respublikasının Prezidenti Məhəmməd Hatəmi arasında imzalanan «Azərbaycan Respublikası ilə İran Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında» müqavilənin tarixi əhəmiyyəti oldu. Bunun ardından həmin görüş zamanı «Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqatlar və Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum», «Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşad Naziriliyi arasında mədəni əməkdaşlıq haqqında memorandum» sənədləri də imzalandı. Azərbaycan – İran mədəni əməkdaşlığı üçün yaradılmış hüquqi baza iki ölkə arasında mədəni yaxınlaşmanın yeni-yeni forma və üsullarının tapılması, ondan istifadə üçün kifayət qədər imkanlar yaratdı. Bu hüquqi bazaya söykənərək İranda yaşayan azərbaycanlıların mədəni tərəqqisi üçün mövcud imkanların səfərbər olunması, Azərbaycan tərəfindən bu işə yaxından köməkliyin göstərilməsi və dəstəyin verilməsinə şəraitin yaradılması bu imkanlar sırasına daxildir. Bundan başqa İran azərbaycanlılarının mədəni fəaliyyətindən İran Azərbaycan mədəni əməkdaşlığında fəal qüvvə kimi istifadə edilməsi də yeni tarixi şəraitin tələblərindən biri kimi təzahür etdi. Azərbaycan – İran mədəni əlaqələri tarixində hərəkətverici statusa malik olan bu amilin rolu bu gün daha da səmərəli və zəruri əhəmiyyət kəsb edir. İki ölkə arasında mədəni əlaqələrin inkişafı tarixində 2007-ci ilin fevralında Azərbaycanda «İsfahan mədəniyyəti günləri»nin keçirilməsi keyfiyyətcə yeni bir hadisə oldu. İran İslam inqilabının 28-ci ildönümü ilə İsfahan şəhərinin 2006-cı ildə İslam dünyasının mədəni paytaxtı seçilməsi münasibəti ilə Bakıda «İsfahan mədəniyyəti günləri»nin təşkili Azərbaycanın mədəni həyatında mühüm mədəni hadisə idi. Bu mədəniyyət günləri çərçivəsində bakılılar İsfahana məxsus olan təsviri sənət sərgisi, musiqi görüşləri, kino həftəsi ilə yaxından tanış oldular. Hələ vaxtilə

Page 12: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

12 Hikmət

Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan çox zəngin mədəniyyətə malik bir İran şəhəridir. Öz gözəlliyi, qədim və zəngin mədəniyyəti ilə Azərbaycan xalqına tanış olan bu şəhərin nailiyyətlərini görmək bakılılara xoş təəssürat bəxş etdi. V.Səmədova adına sərgi salonunda təşkil olunan sərgidə azərbaycanlı sənətsevərlər İsfahanın təsviri sənət nümunələri ilə yaxından tanış oludular. Yeni mərhələdə Azərbaycan-İran arasında əməkdaşlığın təzahürü kimi 2007-ci il iyunun 21-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədineyad və İranın İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adel tərəfindən Tehranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin qəbulu oldu. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Tehran toplantısında iştirak edən nümayəndə heyətinin rəhbəri Elmar Məmmədyarov iki gün ərzində İran rəsmiləri ilə keçirilmiş ikitərəfli görüşlərin faydalı və səmərəli olduğunu qeyd etmiş, həmin görüşlərdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmişdir. E.Məmmədyarovun İranın xarici işlər naziri Mənuçehr Mottəki ilə görüşündə, nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilərək, xüsusi ilə Orta Asiya ölkələrində çıxarılan təbii qazın İran vasitəsilə Azərbaycana nəql olunması, İranın Bakı-Tbilisi-Ceyhan kəmərinə qoşulma imkanları, Şimal-Cənub nəqliyyat dəhlizi, Naxçıvan-Biləsuvar, Culfa-Culfa və Astara-Astara layihələri haqqında fikir mübadilələri aparılmışdır. Azərbaycın və İran arasında əməkdaşlıq müxtəlif sahələrdə həyata keçirilir ki, 2007-ci ilin sentyabırn 12-də İran-Azərbaycan Dostluq qrupunun sədri Əhəd Qazainin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Görüşdə qeyd edilmişdir ki, İran parlamentində fəaliyyət göstərən İran-Azərbaycan Dostluq qrupu parlamentlərarası əməkdaşlığın genişlənməsinə öz tövhəsini verməkdədir.

Azərbaycan – İran mədəni əməkdaşlığının müasir mərhələsində hal-hazırda Bakıda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin çox böyük tarixi əhəmiyyəti vardır. Bu mərkəzin başlıca məqsədi Azərbaycan və İranda hər iki ölkənin mədəniyyətlərini təbliğ etmək, bu mədəniyyətin müasir nailiyyətlərinin tarixini dərindən öyrənmək təşkil edir. Həmin məqsəddən irəli gələrək Mərkəz mədəniyyət və incəsənətin bütün istiqamətləri üzrə fəaliyyət göstərir. İran Mədəniyyət Mərkəzi Azərbaycan – İran mədəni əməkdaşlığının bütün forma və metodarından məqsədyönlü şəkildə istifadə edir. Mərkəzin fəaliyyətində islami dəyərlərə istinad başlıca yer tutur. Bebəliklə Azərbaycan – İran mədəni əlaqələrinin tarixi və müasir vəziyyəti haqqında təhlil aparılan bu məqalədən belə bir ümumi nəticə əldə etmək olar ki, qonşu və dost ölkələrin bu iki xalqları arasında əməkdaşlıq bütün zamanlarda obyektiv zərurət olmuşdur.

Page 13: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 13

Nəsib Göyüşov АМЕА Фцзули адына Ялйазмалар Институту,

филолоэийа елмляри доктору

Nizami və poetika Nizami təkcə Şərq ədəbiyyatının deyil, dünya bədii-estetik irsinin

tanınmış simalarındandır. Təsadüfi deyildir ki, söz sənətinin sehrində kamillik zirvəsinə yüksələn mütəfəkkir sənətkar özünü “Qeyb aynası” adlandırır. Belə bir ədibin estetik dünyasını və poetikasını araşdırmaq sadə bir məsələ deyildir. Bunun üçün bir neçə önəmli şərt vardır: 1. Həm fars dilini, həm də klassik ədəbi və poetik dil-üslub xüsusiyyətlərini

yüksək səviyyədə bilmək; 2. Nizami dövrünün ictimai-mədəni, dini-əxlaqi, elmi-fəlsəfi mühitini dərindən

bilmək; 3. Xüsusilə, İslam mədəniyyətinə xas əsas komponentlər və düşüncə

modelləri ilə yaxından tanışlıq; 4. Şərq poetikasının nəzəri əsaslarını, kateqoriyalarını və bədii ifadə

incəliklərini mənimsəmək; 5. Avropa estetik və poetik məktəblərin əsas özəlliklərini bilmək; 6. Müasir metod və elmi yanaşma qabiliyyəti; 7. Müqaqyisəli-tipoloji araşdırma.

Bəllidir ki, bəşər tarixində məşhur olan hər bir sivilizasiya məkanı bir sıra

ortaq ictimai-mədəni, dini-ideoloji, elmi-fəlsəfi və əxlaqi-mənəvi dəyərlər siste-mi ilə seçilir və burada təşəkkül tapan ədəbi yaradıcılıq və bədii-estetik düşüncə tərzi həmin dəyərlərin ruhuna uyğun şəkildə biçimlənərək təzahür edir. Orta əsrin əksər mədəniyyətlərinə xas sənət aləmində bir qayda olaraq həm ideya-məzmun dəyərləri və mövzu çevrəsi, həm də bədii özünüifadə üçün işlənən formal qəliblər, obrazlar sistemi və estetik fəndlər ənənəvi və davamlı xarakterə malik olmuşdur. Burada adətən qəliblənmiş biçimə malik bədii təsvir üsulları işlənir. Bununla belə, ayrı-ayrı istedadlı sənət adamları ümumi ənənələri və qəlibləri saxlamaqla yanaşı, onlara yenilik gətirmiş, estetik qəlibləri forma və məzmun baxımından təzələmiş, incə zövqlə cilalayaraq zaman və şəraitə uyğyn olaraq daha gözəl ifadə tərzləri ortaya qoymuşlar. Nizami məhz bu mənada əfsanə dəhlizinin darlığından gileylənərək söz meydanını geniş istəyir (1.s.27):

دھليز فسانه چون بود تنگ

دن لنگ گردد سخن از شدآم

Page 14: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

14 Hikmət

ميدان سخن فراخ بايد تا طبع سوارايی نمايد

(Əfsanənin dəhlizi dar olanda Sözün gediş-gəlişi ləngiyər. Sözün meydanı geniş gərəkdir Ki, tə’b süvarilik eyləyə bilsin).

Poetika sadə dil ilə desək, zehinin və bədii təxəyyülün çevik hərəkətinin

qurduğu zərif və ahəngdar söz-məna oyunlarının mahiyyət, stuktur və özəlliklərini elmi biçimə salan bir elmdir. Şərq sənətkarları həmin bədii zəka oyununu daha geniş və sonsuz xəyal fəzasında, daha dərin və rəngarəng məna keçidləri ilə, daha gözəl bədii tərzdə və daha incə estetik zövqlə qura bilmişlər. Onu da əlavə edək ki, bədii yaradıcılıq və sənət haqqında elmi-nəzəri baxışlar tədricən, müxtəlif əsərlərin müəyyən ənənələr əsasında biçimə salınmasından sonra yaranmış, sənət nümunələrini dəyərləndirmək üçün meyarlar və ölçülər irəli sürülmüşdür.

A. Şərq poetikası və başqa məşhur poetik sistemlər Avropa estetik fikrinin və poetikasının əsasında dayanan antik estetika və

poetikada maraq doğuran məqamlar bunlardır: 1. Öncə Homer gözəllik və harmoniya məfhumlarını önə çəkdi, lakin

onun nəzərində incəsənətlə adi peşə-sənət arasında fərq yoxdur (2.s.16). O, eyni zamanda gözəlliyin əsasını fiziki ölçüdə görürdü. Bunun ardınca Pifaqorçular ədədlərin, Heraklid isə əksiliklərin vəhdətinin doğurduğu harmoniyadan bəhs etmişlər (2.s.17-19). Sokratın estetik təlimində isə əxlaqi-mənəvi ideal diqqət mərkəzində dayanır və Platon bu cəhətdən onunla həmfikirdir (2.s.23).

2. Platonun estetik təlimində gözəllik və kamillik dayanır ki, onun qaynağı ideya və Allahdır, sənət isə əxlaqa və xeyirxahlığa söykənir. Ən gözəl və kamil xilqət kainatdır, insan isə zəif təqlidçi kimi çıxış edir (3.s.258). Bu baxımdan onun estetik baxışı ilə islam estetikası arasında bəzi tipoloji oxşarlıq vardır.

3. Aristotelin poetikasında mimesis (təqlid) (3.s.204), fiziki tənasüblüyə və ahəngdarlığa olan təbii meyl kosmosentrizmlə uzlaşır. Məcazlaşma isə bədii düşüncənin mühüm amili kimi qəbul edilir. Bu amil bir çox poetik sistemlər və o cümlədən, ərəb-müsəlman poetikası üçün ortaq sayıla bilər (4.s.214).

Ümumuiyyətlə, yunan estetikasında iki əsas cəhət ayırd edilir: a. təbiətlə ünsiyyət və kosmosentrizm, böyük dünya – makrokosm və

kiçik aləm sayılan insan – mikrokosm arasında münasibət (5.s.620) b. çoxallahlılıq (politeizm) və antropomorfizm (6.s.108-113) Xristianlığın yayılmağa başlandığı ilkin mühafizəkar mərhələdə elm,

Page 15: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 15

sənət və ədəbiyyatın çevrəsi qismən daraldı, bu dövrün baxışları iki amilə söykənirdi – kosmosentrizmdən teosentrizmə dönüş və məhdud sxolastik düşüncə tərzi. Antik mədəniyyətin son mərhələsində bir sıra filosoflar – Tertullian, Kliment və Origen xristianlıq ilə neoplatonizm cərəyanı arasında uzlaşma və əlaqə yaratdılar, bunlardan sonuncusu, teosentrik baxışa malik olan Avqustin daha sonralar isə Erugen Tövratla İncilin alleqorik yozumunu verməklə xristianlığın fəlsəfi yöndə dircəlməsinə səbəb oldular (7.s. 112-114).

Klassik Hind poetikasına gəlincə, onun bir sıra önəmli cəhətləri ilə başqa poetik sistemlər, xüsusilə ərəb-müsəlman poetikası arasında tipoloji oxşarlıq müşahidə edilir. Burada diqqəti cəlb edən məqamları belə xülasə etmək olar:

1. Dil ünsürləri şeirdə bədii-estetik müstəviyə keçir ki, bu da bədii mətnin semantikası barədə müasir linqvopoetik nəzəriyyə ilə uzlaşır.

2. Burada zəngin bədii ifadə vasitələri və poetik qəliblər işlənir ki, bunlar “alankara” – yəni sözə gözəllik və ziynət verən məfhumla ayırd edilir (79.s.56). Bu kateqoriya müəyyən dərəcədə Şərq poetikasında işlənən “mühəssənat” (gözəlliklər) kateqoriyası ilə uzlaşır.

3. Sözün iki funksiyası vardır: nominativ (lüğəti məna) və transpozitiv (məcazi və metaforik), şeirdə ikinci funksiya önəm daşıyır (8.s.201-202). Oxşar cəhət ərəb-müsəlman poetikasında daha bariz şəkildə özünü göstərir.

4. Sözün gizli mənası şeirin qəlbi sayılır və poeziyada əxlaqi dəyər diqqət mərkəzində dayanır (8.s.203,272) ki, bunlar bir çox poetik sistemlər, xüsusilə Şərq poetikası üçün tipoloji hal kimi qiymətləndirilə bilər. Onu da əlavə edək ki, ərəb-müsəlman və Hind klassik poetikası arasında tipoloji analogiya aparmaq üçün yetərli fakt və dəlillər vardır.

Hegel dünya estetika tarixində dərin iz qoyan üç əsas ifadə tərzini və üslubunu ayırd edir (2.s.267):

1. Şərqdə yaranan rəmzi ifadə üslubu 2. Romantik üslub 3. Klassik qəliblənmiş üslub. Hegel romantik üsluba önəm verərək onda xəyal ünsürünün daha güclü

olduğunu və həmin üslubda hətta gerçəkliklərin və ictimai proseslərin estetik yön aldığını diqqətə çəkmişdir. Həmin üslubun Qərbdən həm öz məzmun dərinliyi və əhatə çevrəsi, həm də bədii-estetik düşüncə tərzinin gözəlliyi və incəliyi ilə fərqlənən Şərq univetsal humanizm məktəbinin daha mükəmməl biçimə salınmış nümunəsinə Nizaminin dastan yaradıcılığında rast gəlirik.

İbn Xəlduna görə, Şərq estetik düşüncəsinin əsası batini təcrübəyə və xəyal ünsürünə, qəlbdə hasil olan ezoterik müşahidəyə söykənir, onu əqli dəlil və adi təhlil üsulu ilə müəyyənləşdirmək olmur. Sənət əsərinin düzəni və cizgiləri öncə sənətkarın zehin, xəyal və psixologiyasında – yəni canında və ruhunda yaranır və sonra dil qəlibləri ilə təzahür edir (33.c.2.s.1212-30). Elə

Page 16: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

16 Hikmət

bütün səviyyələrdə ənənənin güclü olduğu klassik poetikada hər bir mahir sənətkar istər işlətdiyi forma və bədii üslubda, istər əsərin ideya-məzmun istiqamətində, istərsə də yaratdığı təxəyyül lövhələrinin ruhunda yeni-yeni ünsürlər, çalarlar və incəliklər gətirmiş, Füzulinin dili ilə desək “əski bustanı tazə qılmışdır”. Şərqin söz sərraflarının sənət dühasının əzəməti və bədii təxəyyülünün qüdrəti onunla ölçülür ki, onlar əsrlər boyu təsbitləşən ənənəvi şeir növləri, poetik qəliblər, obrazlar və mövzular çərçivəsində qeyri-adi hünər və məharət göstərmiş, əvvəlcə deyilmiş sözlərdən deyilməmiş yeni incilər çıxara bilmişlər. Nizami bu barədə belə deyir (9.s.35):

عاريت کس نپذيرفته ام آنچه دلم گفت بگو گفته ام شعبده تازه بر انگيختم ھيکلی از قالب نو ريختم

( Kimsədən borc qəbul etməmişəm, Ürəyim nə deyibsə onu söyləmişəm. Təzə bir şöbədə oyatdım, Yeni qəlibdə bir heykəl tökdüm)

Mövlana bu barədə deyir (10.s.288):

نوبت کھنه فروشان در گذشت نوفروشانيم و اين بازار ما ست

(Köhnə satanların növbəsi keçdi, Yeni satanlarıq, bu bizim bazarımızdır)

Müasir dövrün maraqlı nəzəri sistemlərindən biri Praqa məktəbidir ki,

burada poetikanın bir sıra mühüm cəhətləri struktur cəhətdən modelləşdirilir və poetik düşüncə ilə dil-nitq sistemi arasında olan münasibətin dialektikası aşkarlanır. R. Yakobson həmin məktəbin mühüm təmsilçilərindəndir və onun nəzərincə, dil işarələr sistemi olmaqla müxtəlif mənaların daşıyıcısıdır. İnsan zehni təkcə hissi predmet və hadisələr arasında deyil, qeyri-hissi məfhumlar arasında xəyal üzrə analogiya və paralellər qurmaqla onların daha dərin qavranılmasına yol tapır (11.s.98). Poeziyada adi və gözlənilən, həm də qeyri-adi və gözlənilməyən məna çalarları bir-birilə bağlıdır (12.s.211). Hissi məna daşıyan söz və məfhumlar rəmz və işarə kimi qeyri-hissi aləm ilə ünsiyyət və əlaqə qurmağa yardım edir. Oxşar düşüncə tərzinə 800-1000 il öncə Farabi, Eynəlqüzzat Həmədani, Nizami, İbn Ərəbi, Şeyx İşraq, Mövlana, Nəsimi, Füzuli və başqa Şərq mütəfəkkirlərinin baxışlarında rast gəlmək olar. Nizami bu barədə belə deyir (13.s.363):

Page 17: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 17

ھر چه نظم او ز نيک و بد است ھمه رمز و اشارت خرد است ھر يک افسانه جداگانه ای

خانه گنج است نه افسانه ای (Onun nəzmində yaxşı və pis nə varsa, Hamısı ağılın rəmz və işarəsidir. Hər biri ayrıca bir əfsanədir, Xəzinə evidir, əfsanə deyil)

Bu poetik təlimin başqa bir mühüm cəhəti sözün, ibarə və frazanın poeti-

kasından mətnin poetikasına keçidlə bəlli olur, yəni bütöv abzasın və mətnin, hətta hekayət və dastanın poetikası vardır. Çeşidli hadisə və əhvalatların müəyyən bədii düzən və estetik biçimə salınaraq dastan şəklində təqdim edilməsi xüsusi istedad və zövq tələb edir. Dastan poetikası dedikdə tək-tək söz və ifadələrin, məcazi-kinayəli deyimlərin və bu kimi kiçik vahidlərin təklikdə götürülmüş poetikası deyil, ayrı-ayrı sintaktik vahidlərin bir-birilə uzlaşaraq tam mətn şəklində bütöv və ümumi poetikası nəzərdə tutulur. Bir sözlə, “müasir linqvistik poetika bədii nitqin üslubiyyatı ilə ədəbiyyatşünaslıq istiqamətli poeti-kanın sərhəddində yaranmışdır” (14.s.26). Bu təlimə görə, nitqin iki funksiyası vardır: a) sosial-ünsiyyət funksiyası; b) ekspressiv-poetik funksiya (15.s.218).

Filosof Kindi eyni mənanın müxtəlif üslublarda və müxtəlif sözlərlə ifadəsini lüzumsuz bilirdi, lakin Əbdülqahir Cürcani ona etiraz edərək bunu düşüncə və dilin zənginliyi hesab etmişdir (16.s.242). Burada mətnin poetikası M.Baxtinin irəli sürdüyü polifoniya – çoxsəslilik, yəni çoxmənalı şərh və məna yozumu prinsipi, eyni zamanda paradoksal və təzadlar sistemi üzərində qurulur. Bədii təxəyyülün həmin “oynbazlığına” Orta çağların mahir dastan ustadı olan Nizaminin “Yeddi gözəl” və son “İskəndərnamə” əsərində daha gözəl və mükəmməl sənət nümunəsi kimi rast gəlirik, lakin klassik Şərq poetikasında modernizmin əksinə olaraq, bədii söz-məna oyunu xaos içində deyil, nizamlı və harmonik bir düzən üzərində qurulur, pərakəndə ünsürlərdən bütöv bir bədii düzən və tablo yaradılır. Nizami həmin düzəni belə açıqlayır (17.s.68):

خيالی بر انگيزم از پيکری

ھيچ بازيگریکه نارد چنان پراکنده از ھر دری دانه ای

بر آراستم چون صنم خانه ای بنا بر اساس نھادم نخست

که ديوار آن خانه باشد درست به تقديم و تاخيربر من مگير

که نبود گذارنده را از آن گريز

Page 18: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

18 Hikmət

(Ulduzdan elə bir xəyal oyadaram ki, Heç bir oyunçu onu qura bilməz. Dağınıq hər dürdən bir dənə ilə Sənəm kimi evi bəzədim. Öncə bünövrəni qoydum ki, O evin divarı möhkəm olsun. (Hadisəni) qabağa-dala çəkməyi mənə irad tutma Düzən Qur’an bundan qaça bilməz).

Başqa sözlə desək, ədəbi əsər gerçəklik ilə xəyal, mövcud həyat və varlıq

aləmi ilə arzu edilən bir dünya arasında körpü kimi çıxış edir. Buradan belə bir nəticə çıxarmaq olar ki, ədəbi proses hər bir dövrün

tarixi-ictimai və ideoloji-məfkurəvi və sosial-mədəni şəraiti ilə bağlı olsa da, gerçək tarixi əks etdirmir, bu məsələ istər folklor-əsatir dönəmi, istərsə də klassik yazılı irsdə təqribən eynidir, sadəcə Orta əsrlərin ədəbi nümunələrində ictimai-tarixi gerçəkliyə və sosial problemlərə münasibət daha fəaldır. Eyni zamanda şair tarixi hadisələrdən istifadə etsə də onun məqsədi tarix yazmaq deyil, tarixi şəxsiyyətlərin timsalında öz ideya-estetik məramını gerçəkləşdirməkdir. Məsələn, Nizaminin qəhrəmanları – Xosrov və İskəndər tarixi şəxsiyyət kimi islamdan qabaq olublar, ancaq şair təxəyyülü onların hər ikisini tovhid dininə yönəltmək istəyir: birincisi yuxuda İslam Peyğəmbərindən nəsihət eşidir, ikincisi isə Kəbəni ziyarət edir və peyğəmbərlik məqaməna yetişir; ikinci tərəfdən, şair onların diqqətini fərdi istəklər və duyğular çərçivəsindən çıxararaq cəmiyyətin sosial problemlərinə yönəldir.

Bir sözlə, sənətkar bütün hadisə və məfhumlar arasında öz xəyal gücünə və bədii zövqünə uyğun incə bir münasibət qurur, qissə və rəvayətdən öz batini aləmini ifadə etmək üçün qəlib (vasitə) kimi yararlanır. Nizami “Şərəfnamə”də buna işarə edərək deyir (17.s.55):

من از سه دانه که دانا فشاند درختی برومند خواھم نشاند

(Mən aqilin səpdiyi üç dənədən Bar verən ağac əkəcəyəm)

Üç dənə - vilayət (ölkəni idarə etmək), hikmət və nübüvvətə

(peyğəmbərlik) işarədir. Şair “hər qaynaqdan aldığı mətləbin qabığnı çıxarıb məğzinə - mahiyyətinə üz tutur, çünki İskəndərin yolu “məani” yoludur (17.s.78-79). Buna bənzər şəkildə Mövlana qissə və hekayəni məna dəyəri daşıyan zahiri qəlib sayır (18.2/3623-3624):

Page 19: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 19

ستا ای ای برادر قصه چون پيمانه معنی اندر وی مثال دانه ای است

دانه معنی بگيرد مرد عقل بنگرد پيمانه را گر گشت نقل

(Ey qardaş, qissə peymanə kimidir, Ondakı məna dən kimidir. Ağıl sahibi məna dənini götürər, Nəqldən sonra peymanəyə baxar)

Füzuli “Leyli və Məcnun” dastanında şairlərin qissə və

əfsanələrdən öz batini aləmindəki duyğularını bəyan etmək və bunu bədii xəyal lövhəsinə köçürmək məqsədilə bir vasitə və “bəhanə” kimi yararlanmasını belə göstərir (19.L-M.s.231):

Şərm et, bu nə hərzədir, nə möhməl? Nə İbn Səlamü qanğı Nofəl? Şərh eyləmək istədin fəsanə Qıldın sözə onları bəhanə

B. Şərq estetikasında bədii düşüncə tərzi Bədii təsvirin mahiyyət və özəllikləri bədii düşüncə tərzinin xarakteri ilə

bağlıdır. Bəllidir ki, dərketmənin əsasında əqli və elmi təfəkkür dayanır, lakin idrak prosesində intuisiya və bədii-estetik düşüncə tərzinin də önəmli yeri vardır, belə ki, təxəyyülün və psixoloji duyğuların güclü olduğu həmin düşüncə tərzi əqli fəaliyyətə çeviklik və genişlik bəxş edir. Elmi təfəkkürlə bədii-estetik düşüncə arasında olan əsas fərqli cəhətləri belə xülasə etmək olar:

1. Elmi təfəkkürdə məntiq qanunları əsas götürülür, lakin bədii təfəkkürdə kercəkliyin xəyali təsəvvürü önəm daşıyır;

2. Elmi təfəkkürdə fikir birbaşa açıq şəkildə qurulur, bədii təfəkkürdə isə gizli və məcazi ifadə tərzi önəmlidir;

3. Elmi təfəkkürdə predmet və hadisələr faktlar əsasında sübuta yetirlir, bədii düşüncədə isə fakta və sübuta ehtiyac yoxdur, hadisələr müəllifin subyektiv mülahizələri əsasında izah olunur, buraya əlavə naxışlar və rənglər vurulur;

4. Elmi təfəkkürdə hissi qavrayışa az yer verilir, məcazi deyimlərə yer qalmır, bdəii düşüncədə isə emosinal duyum və məcazlaşma əsas yer tutur;

5. Elmi təfəkkürdə fikir birmənalı şəkildə, dəqiq arqumentlərlə ifadə olunur, bədii təfəkkürdə isə zehin ikibaşlı və çoxqatlı məna qütbləri arsında hərəkər edir, bədii analoq və paralellər qurulur;

6. Elmi təfəkkürdə gerçəklikdə nə varsa və ya nə olacaqsa, onlardan bəhs

Page 20: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

20 Hikmət

edilir, ümumiləşmələr aparılır, elmi proqnozlar verilir, bədii təfəkkürdə isə mübahisə yoxdur, bəşərin istək, arzu və xəyalları ifadə olunur;

7. Elmi təfəkkür müəyyən çərçivədə hərəkər edir, onun hudud və sərhədləri vardır, bədii təxəyyül isə sonsuzluğa meyllidir, sərhəd və çərçivə tanımır, sonsuz fəzada seyr edir;

8. Elmi təfəkkürdə konkret termin və məfhumlar geniş işlənirsə, bədii təfəkkürdə isə ən çeşidli sahələrdən, hətta sadə məişətdən alınan söz və məfhumlar bədii obraz və rəmz kimi işlənir.

Şərq poetikası vahid islam sivilizasiya məkanına xas olan bir sıra yaxın və ortaq ictimai-mədəni, dini-ideoloji, elmi-fəlsəfi, əxlaqi-mənəvi dəyərlər çərçivəsində mükəmməl bir biçimə salınan, öz yetkin və qəliblənmiş müsiqi düzəni, zəngin və çoxşaxəli təsvir vasitələri, təkrarolunmaz incə təxəyyül lövhələri ilə seçilən möhtəşəm bir bədii-estetik məktəbdir. Burada müştərək xarakter daşıyan bir neçə cəhət vardır:

1. Mükəmməl biçimə salınmış qafiyə, vəzn və daxili musiqi düzəni; 2. Zəngin və rəngarəng bədii təsvir və obrazlar sistemi; 3. Çoxsaylı və tam biçimlənmiş poetik qəliblər və kateqoriyalar; 4. Ənənəvi və çoxşaxəli mövzu və ideya-məzmun qayəsi; 5. Sistemli və davamlı ədəbi növlər, janrlar və üslublar. Orta çağlara xas bədii-estetik düşüncə tərzinin bir sıra mühüm özəllikləri

vardır. Sənət bəşərin dünyəvi və mənəvi-ruhi həyatla bağlı düşüncələrini ifadə etdiyindən bu dövrdə sakral (müqəddəs) və profanik (dünyəvi) tərəflər arasındakı münasibət sənətin yönümünü müəyyənləşdirən mühüm amil sayılır ki, xaçpərəstlik mədəniyyətindən fərqli olaraq islamda bu iki qütb arasında qarşıdurma yoxdur. Burada olan vəhdət və bütövlük anlamı dini və qeyri-dini mövzuları bir-birindən təcrid etmir, onlar arasında qəti sərhəd qoymur.

Yunan estetik baxışında olan mimezis – təqlid məfhumu, təbiətə tapınma, politeizm və kosmosentrizm islamda yoxdur, çünki təbiət – gerçəkliyin, dünyanın və maddi aləmin təzahürüdür, onu mütləq həqiqətdən ayırıb təqlid etməyə nə ehtiyac vardır? İslamda kəsrət (çoxsaylı varlıq aləmi) heç də vəhdətdən ayrı deyil. Deməli, hissi aləmdən – yəni təbiət və kəsrətdən uzaqlaşaraq onun arxasında olan metafizik aləmə yönəlmək üçün rəmzi üslubdan faydalanmaq lazım gəlir.

Orta əsrlər estetik baxışlarında gözəlliyin özünəməxsus anlayışı vardır və burada həmin kateqoriyanın əsas tərəfləri bir-birini tamamlayır:

Gözəlliyin üç əsas meyarı vardır: tənasüblük, kamillik və mötədillik. Onun mahiyyət və özəlliklərini yığcam şəkildə belə ifadə etmək olar:

1. Gözəllik anlamı (hüsn): gözəlliyin qaynağı Allahdır, bü-tün gözəl sifətlər və adlar Ona aiddir, Allah gözəldir və gözəlliyi

Page 21: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 21

sevir; 2. Gözəlliyin ölçüsü kamillik və tənasüblükdür, islam dü-

şüncəsində bunun meyarı tarazlıq və mötədillikdir; 3. Gözəllik təbii hal kimi insan duyğularını hərəkətə gətirir

və tənzimləyir, düşüncəyə, qəlbə və psixologiyaya müsbət təsir göztərir;

4. Gözəllik insanda xoş “hallar” – yəni ruhiyyə, zövq, şövq, vəcd və eşq kimi cazibəli duyğular yaradır;

5. Gözəlliyin kamalı və zirvəsi insanda, daha doğrusu onun mənəvi və ruhi təkamülündə gerçəkləşir; gözəlliyi ən yüksək səviyyədə anlayan, dərk edən və ondan ən mükəmməl zövq alan da insandır.

Yaradılışın özü gözəlliyin bir təzahürüdür və onun dərəcə və mərtəbələri yaradılışın mərhələlərinə uyğundur: öncə cismani varlıqlar, sonra nəbati və canlı aləm, ən son mərhələdə isə ən mükəmməl varlıq olan insan yaranır. Beləliklə, estetik həqiqətin əsas qaynağı təxəyyülə sığmayan Qeyb aləmidir, sənətkar isə xəyal ilə həmin həqiqət arasında ünsiyyət yaradır. Bu baxımdan simvol bəşərin özü ilə təxəyyülündə canlandırdığı ideal həqiqət arasında görüş və körpü dəyərincədir.

Xilqətin təkamülü bəşərlə başa çatdığına görə insan yaradılışın ən kamil, yetkin və gözəl biçimli nüsxəsi sayılır. Qur’anda işarə edilən «əhsənül-təqvim» anlamı (Tin:4) bu fikri təsdiqləyir. İnsan varlığının kamilliyi və önəmi həm də onunla ölçülür ki, onda iki ünsür – təbiət və İlahi ünsür bir araya gəlir (20.s.154).

Bədii təfəkkür və estetik təxəyyüldə təbiət hadisələri ilə insan arasında bir yaxınlıq və analogiya müşahidə edilir, hər bir varlıq insan kimi düşünür, danışır və hətta iztirab çəkir. Müasir poetik nəzəriyyələr bu sayaq paralelləri bədii təfəkkürün əsas xüsusiyyətlərindən hesab edir (11.s.99).

C. Şərq poetikasında sözə və şeirə münasibət Təkcə poetika baxımından deyil, ümumiyyətlə Şərq təfəkküründə söz

olduqca dəyərli bir amildir. Haqq ilə ünsiyyət üçün oxunan dualar və dini inanc da, elmi düşüncələr də, bəşərin batini dyğuları və estetik aləmi də sözlə ən mükəmməl ifadəsini tapır. Yaradılış qələmlə gerçəkləşir və qələminin ilk hərəkəti sözlə başlayır (9.s.47):

جنبش اول که قلم بر گرفت

ز سخن در گرفت حرف نخستين پرده خلوت چو بر انداختند جلوت اول بسخن ساختند

Page 22: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

22 Hikmət

(Qələm ilk hərəkət götürəndə İlk hərfini sözdən başladı. Xəlvət pərdəsini götürəndə İlk aşkarlığı sözlə düzəltdilər)

Həmin fikrin davamını belə ifadə edir (9.s.38):

چون قلم آمد شدن آغاز کرد چشم جھان را بسخن باز کرد در لغت عشق سخن جان ما است

وان ما استما سخنيم اين طلل اي (Qələm get-gələ başlayanda, Dünyanın gözünü sözlə açdı. Eşq lüğətində söz bizim canımızdır, Biz sözük, bu bizim eyvan qəlibimizdir)

Füzuli “son dərəcə müşkül olsa da” iki aləmi – elm və şeir aləmini bir

yerdə ram edən sənətkardır (19.F.D.s.381): Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylər, Əsalibi-fününi-şerdən əlbəttə qafildir. Məzaqi-şer həm bir özgə aləmdir, həqiqətdə İki aləm müsəxxər eyləmək qayətdə müşkildir

Peyğəmbər ərəblərin ən fəsahətlisi olub və İbn Əbd Rəbbihi bu məsələdən

bəhs edərkən Məhəmmədin (s) bu kəlamını yada salır: «Dünyanın bütün gözəlliyi dildədir» (21.s.106). Füzuli “Divan“ının dibaçəsində buna işarə edir (19.F.D.s.40):

Ol düri-dürci – „ənə əfsəh“ ki, hikmət dayəsi, Şe’r şəhdilə ləbi-canpərvərin tər qılmamış. Şer bir zivərdir, əmma biz kimi naqislərə, Ol ki, kamildir, onu möhtaci-zivər qılmamış.

İslamın başlanğıcında şairlərə qarşı mənfi və tənqidi münasibət

olmuşdur. Çünki, müşriklər Qur’an bəlağətinin möcüzəsi müqabilində insanlıarın islama iman gətirməsindən narahat olaraq Səmavi Kitabı şeir və Məhəmmədi(s) isə şair adlandırırdılar. Saffat surəsinin 36-cı ayəsində deyilir: «Biz bir nəfər divanə şairdən ötrü öz allahlarımızı (bütləri) tərk edəkmi?» Ənbiya surəsinin 5-ci, Tur surəsinin 29-cu ayəsində başqa bir sual qoyulur:

Page 23: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 23

«Bəlkə də o şairdir?». Hətta onu cünunluq və sehrbazlıqda (Ə’raf: 184; Hicr: 6; Səba: 8; Qələm: 51; Ənbiya: 3; Qəsəs: 48; Furqan: 8) ittiham etmişlər. Bu suallara cavab olaraq Haqqə surəsinin 40-41-ci ayələrində göstərilir ki, Qur’an şair sözü deyil. Həmin fikrin davamı olaraq Ya. Sin surəsinin 69-cu ayəsində deyilir: «Yox. Biz peyğəmbərə şeir öyrətməmişik.» Yeri gəlmişkən qeyd edək ki, Qur’ani-məcidin 26-cı surəsi «Şüəra» (Şairlər) adlanır. Həmin surənin 224-227-ci ayələrində sözügedən məsələnin məntiqi davamını izləyirik: «Şairlərə (müşrik və kafir şairlərə) gəlincə, onlara yalnız azğınlar uyar.» (Şüəra: 224) «Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar? [Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!] Və onlar əməl etmədikləri şeyləri deyirlər! [Onların dediklərinin əksəriyyəti yalandır!]» (Şüəra: 225, 226) Füzuli türkcə «Divan»ının dibaçəsində həmin ayələrə işarə edərək şeirə və şairə olan belə münasibətin səbəbini açıqlayır və sonda növbəti ayəni diqqətimizə çatdırır: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər [Allaha şərik qoşanlar, küfr edənlər öləndən sonra] hara düşəcəklərini mütləq biləcəklər!» (Şüəra: 227) Füzuli son ayəni xatırlamaqla diqqəti şair üçün önəmli sayılan keyfiyyətlərə yönəldir: pak iman, düzgün əməl, Allahı və haqqı xatırlamaq, zülmə qarşı barışmazlıq. Bununla da sözün əsas əxlaqi-mənəvi qayəsi müəyyənləşdirilir. Şairə tənqidi münasibətə gəlincə, bunun üç əsas səbəbini göstərmək olar: islamın başlanğıcında şeirin həcv və mədh çərçivəsində məhdudlaşması (22.s.28-29; 50-52), şairin ifrat xəyala uyaraq sərgərdan qalması, dediklərinə əməl etməməsi. İslam qələm sahiblərini yüksək idealları tərənnüm etməyə dəvət edirdi (23.s.4-6). Başqa yandan, bir sıra hallarda bədii təxəyyül cilovlanmır və şairin heyranlığı o həddə olur ki, sanki özünü unudur, dediyini bilmir. Əbu Hilal əl-Əsgərinin göstərdiyi kimi, «şairlərdən ancaq bəlağətli gözəl söz tələb olunur, həqiqəti isə yalnız peyğəmbərdən istəmək olar» (24.s.131]. Deməli, şeir təxəyylün məhsuludur. Əbdülqahir Cürcaninin göstərdiyi kimi, «Şeirin ən gözəli ən yalan olandır» ifadəsi bu mənada işlənib (22.s.28-30]. Nizami həmin misalı «Leyli və Məcnun» əsərində gətirərək bu sənətin çətinliyini və məsuliyyətini oğluna xatırladır (1.s.46):

در شعر مپيچ و در فن او چون اکذب اوست احسن او

(Şeir və onun fənninə dolaşma, Çünki onun ən gözəli ən yalanındadır)

Əbdülqahir Cürcani həmin ifadəyə aydınıq gətirərək göstərir ki, yalan

həqiqi mənada işlənməyib, burada sözün tam məcazlaşması nəzərdə tutulur, yəni söz öz ilkin və həqiqi mənasından nə qədər çox uzaqlaşaraq yeni məcazi

Page 24: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

24 Hikmət

məna çaları qazanarsa onun bədii-estetik təsiri o qədər güclü olar. Bu baxımdan klassik Şərq poetikasında irəli sürülən bu tezis müasir estetikanın işlətdiyi polifoniya – çoxsəslilik termini ilə uzlaşır. Ona görə Şərq şairlərinin işlətdikləri obrazların məna incəliklərini sonsuzluğa qədər incələmək mümkündür (25.s.293).

Füzuli isə həmin məsələyə işarə edərək belə söyləyir (19.L-M.s.230): Şairliyə iftixar edibsən, Kizbi özünə şüar edibsən.

Orta əsrlərdə söz sənəti və şeir sirli aləmdən gələn ilahi vergi kimi

dəyərləndirilib. Hələ qədim yunan şairi Hömer şairi ilahi nəğməkar adlandırıb, Muza isə ilham pərisidir (8.s.39). Çin poetikasında ədəbiyyat “ven” adlı Səmavi mənanın inikası, daonun ifadəsi sayılır (26.s.191). Bu baxımdan Hind və müsəlman Şərq poetikasında daha çox oxşar cəhətlər müşahidə edilir (8.s.38). Klassik hind poetikasında sözün gizli mənası, onun ilahi məqamı, şairin ilahi nəğməkar olması, söz və məna arasında bağlılıq onun tipoloji baxımdan müsəlman Şərq poetikası ilə yaxınlığına dəlalət edir (8.s.24-25, 38-39,41). Başqa bir yandan, Şərq poetikasında zahiri ifadə tərzi ilə batini məna arasında elə bir qırılmaz qırılmaz peyvənd vardır ki, Qryunebaumun qənaətinə görə, belə bir vəhdəti Müsəlman mədəniyyətindən kənarda tapmaq mümkün deyil (27.s.182).

Şərq poetikasında xəyal ünsürü maddi dünya ilə metafizik aləm, hissi dünya ilə qeyri-hissi aləm, dünyəvi həyatla mənəvi yaşam, müvcud gerçəkliklə arzu edilən ideal arasında peyvənd yaradır. Nizaminin dili ilə desək, cismən yer üzərində yaşayan şairlər ruhən Ərşin bülbülləri sayılır, ona görə onların məqamı Peyğəmbərlərdən sonra ikinci sırada gəlir (9.s.41):

بلبل عرشند سخن پروران باز چه مانند با آن ديگران پرده رازی که سخن پروری است سايه ای از پرده پيغمبری است پيش و پس بست صف کبريا پس شعرا آمد و پيش انبيا

(Ərşin bülbülüdür söz ustadları, Başqaları onlara necə bənzərlər. Söz pərvərişi sirr pərdəsidir: Peyğəmbərlik pərdəsinin kölgəsidir. Böyüklər ön-arxa siraya düzlənəndə Öncə peyğəmbərlər, sonra şairlər gəldi)

Peyğəmbər vəhy yolu ilə Qeybdən aldığı mənaları insanlara sözlə bəyan

Page 25: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 25

etdiyi kimi, şair də Ərşin bülbülləri tək incə mənaları Qeybdən vergi ilə alaraq sözlə bəyan edirlər. Nizami bu mənada özünü – yəni könlünü “Qeybin aynası” adlandırır (1.s.40):

در سحر سخن چنان تمامم کايينه غيب گشت نامم

(Sözün sehirində elə mükəmmələm ki, Adım Qeyb aynası oldu)

Təsvir o zaman dərin estetik duyğu oyadır ki, şairin iç aləminə xas

duyğular ona hopsun, onun batini “mən”i buradakı mənaya qovuşsun. Bundan başqa, təsvirdə xəyal ünsürünün məna qatı şairin düşüncə tərzindəki üslubi-psixoloji hal ilə bağlıdır. Məsələn, epos və cəngavərlik mövzusuna önəm verən Firdövsi geçənin çəkilməsi və günəşin çıxmasını döyüş səhnəsinə uyğun təsvir edir (28.c.2.s.481):

چو خورشيد شمشير رخشان کشيد

شب تيره را گشت سر ناپديد (Günəş parlaq qılıncını çəkəndə, Qaranlıq gecənin başı yox oldu)

Ancaq hikmət və irfana önəm verən Nizami isə təbiət hadisəsi ilə könül

duyğusu arasında daha incə analoq quraraq poetik məharət nümayiş etdirir (28.c.2.s.496):

بساطی سبز چون جان خردمند ود مھر فرزند ھوايی معتدل چ

(Yaşıl bir büsat ağıl sahibinin canı kimi, Mülayim hava övlad məhəbbəti kimi)

Şərq poetikasında təsvirin mükəmməl elmi izahı Əbdüiqahir Cürcani

tərəfindən verilib. Onun nəzərincə söz və məna arasında ayrılıq yoxdur, onlar təsvirin təşəkkülündə bir-birini tamamlayır. O. hər iki qütbü bir araya gətirərək “mənaların surətləri” terminini işlətdi (16.s.508). Əbdülqahirin poetik təlimi Filştinskinin etiraf etdiyi kimi, bəzi müasir linqvistik nəzəriyyələrdən üstündür (29.s.442).

Şərq poetikasının əsas özəlliyi söz və ya məfhumun mətndə demək olar ki, tam məcazlaşması, kinayələşməsi və bədiiləşməsi, oxucu zehnininin həm yeni məna çalarına doğru yönəlməsi, həm də onun müxtəlif məzmun qatları arasında çevik şəkildə hərəkəti ilə aşkarlanır. Həmin incəliyə diqqət yetirməyən bəzi tədqiqatçılar sözün zahirinə və sosial sifarişə istinad edərək yanlış mənalar

Page 26: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

26 Hikmət

uydururlar. Məsələn, Nizaminin məşhur beytindəki kinayəli ifadənin incəliyini bilmədən ondan “vətənpərvər” və”milli”ruhlu mənalar çıxarmşlar (1. s.29):

ترکی صفتی وفای ما نيست

ترکانه سخن سزای من نيست (Türk sifətlik bizim vəfamıza uyğun deyil, Türksayağı söz mənə yaraşan(=uyğun) deyil)

Nizami bu beytdə Sultan Mahmud Qəznəvi ilə Firdövsi arasında olan

ixtilafa işarə edərək, həm öz əsərinin “Şahnamə”dən fərqləndiyini, həm də Şirvanşah Axsitanın Qəznəvi sultanından fərqləndiyini nəzərə çatdırır: nə mənim sözüm Firdövsi kimi döyüş səhnələrini təsvir edir, nə də Şirvanşah Qəznəli türk sultanı kimi vəfasız olmaz. “Torki sifəti” Sultan Mahmuda, “torkane soxən”(döyüş səhnəsini vəsf edən söz) isə “Şahnamə”nin üslubuna işarədir. Başqa bir misal: Füzuli Şərq klassikləri kimi qəriblik məfhumunu rəmzi mənada – ruhun cisim qəlibində sıxıntı çəkməsi kimi işlədib:

Nola, ağlarsa Füzuli, rövzeyi-kuyin anıb, Lacərəm, giryan olur, qılqac vətən yadın qərib.

Ancaq buna bəsit yanaşaraq bəzən iddia olunur ki, şair guya, vətənin –

Azərbaycanın həsrətini çəkərək özünü qərib sayıb (30. s.137). Şərq poetikasında bədii təsvir ədəbi növlərin üslub və xarakterinə uyğun

qurulur. Lirik növdə ən münasib şeir növü qəzəldir. Burada sözlərin adi mənadan məcazi-kinayəli və bədii məzmuna keçidi üzərində yaranan incəliklər estetik duyğu oyada bilir. Təsvirin ikinci mühüm üsulu epik yöndə məsəl və ya təmsil yoludur ki, bu həm əski folklor ənənəsindən gələn, həm də Qur’an üslubuna xas bir bədii fənddir. Qissə və rəvayətlər də təqribən bu sıraya daxildir, onlar öz yığcam süjet xətti və nisbi məzmun genişliyi ilə seçilir. Qur’anda qissələr bir növ məsəl və təmsilin nisbətən genişlənmiş davamıdır. Bunların hamısı daha çox əxlaqi təlim və ibrət məqsədi daşıyır. Qissələr bəzən rəmzi məna kəsb edərək sufi ədəbiyyatında çox işlənir. Hətta ədib və şair olmayan bir sıra mütəfəkkirlər həmin ənənədən yararlanmışlar, çünki bir çox metafizik və hikmətamiz mətləbləri daha anlaşıqlı ifadə etmək üçün bu üslub olduqcq münasib sayılır. Məsələn, Şihabəddin Yəhya Sührəverdi işraq hikmətini əsaslandırarkən keçmiş qaynaqlardan aldığı söz və məfhumlari rəmz ilə bəyan etmişdir (31.s.18). Müəllifin bir sıra əsərləri – “Qürbəti-Qərbi”, “Avazi-pəri-Cəbrail”, Əqli-sorx”, “ Munisül-üşşaq”, “Lüğəti-muran” və s. rəmzi qissə şəklində işlənmişdir. Ondan qabaq Şərqin tanınmış hikmət sahiblərindən İbn Sina da oxşar üslubdan bəhrələnərək “Həyy ibn Yəzqan”,

Page 27: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 27

“Risalətüt-teyr”, Risalətül-eşq” və “Səlman və Əbsal” adlı hekayətləri simvolik bir üslubda yazmışdır.

Epik əsərdə ən əhatəli və mürəkkəb ədəbi növ dastandır və burada süjet xətti çeşidli yönlərə şaxələnsə də, bədii təxəyyül vahid poetik düzən və ideya-estetik məzmun mehvəri çevrəsində hərəkət edir. Orta çağlarda həmin ədəbi növün ən mahir sənətkarı Nizami sayılır. Şərqdə dastan poetikasının mahiyyətini, onun əzəmət və gözəlliyini yetərincə anlamaq üçün ən dəyərli qaynaqlardan biri Nizaminin “Xəmsəsi”dir. Şair özü bu barədə deyir: “Gözəl qissə və namələrdən ən lətafətlisini seçib, onların cövhərini süzüb təzələdim və təkmilləşdirdim, gövhəri cilaladım, ərəb, dəri, buxarı, təbəri və başqa vərəqləri axtardım” (13.s.16-17) . Son əsərində göstərir ki, rum, yunan, ərəb (tazi) və farsda qissə, əfsanə və namələr rəngarəngdir, öz təbini yonulmamış dürləri ayırd etmək üçün meyar bilir, yəni öz bədii zövqü ilə onları cilalayarq yeni estetik biçimə salır (17.s.50):

بناستفه دری که در گنج يافت

ترازوی خود را گھرسنج يافت ( Xəzinədə yonulmamış dürr tapanda, Öz tərəzisini gövhər ölçən bildi)

Dastan yaradıcılığında daha bir neçə önəmli məqam diqqəti cəlb edir –

bünövrəni mühkəm və düz qoymaq, hər qaynaqdan yaxşısını seçmək, zahiri qabıqdan keçərək onun batini məğzini incələmək (17.s.68-69):

بنا بر اساس نھادم نخست که ديوار آن خانه باشد درست گزيدم ز ھر نامه نغز او

ز ھر پوست پرداختم مغز او (Öncə binanı bünövrə üzrə qoydum, Ki, o evin divarı möhkəm olsun. Hər namədən onun yaxçısını seçdim, Qabıqdan keçib məğzinə girişdim)

Nizami sözün poetikasından ibarələrin və qissələrin, buradan da bütöv

mətnin poetikasına keçir. Sonra isə mərhələ-mərhələ bir məsnəvidən başqasına keçir və nəhayət beş dastandan ibarət bir xəzinə yaradır. Bunların ardıcıl düzümü mükəmməl bir poetik mənzərə kimi göz önündə canlanır. Dahi sənətkar keçdiyi bədii yaradıcılıq mərhələlərini belə bəyan edir (17.s.78-79):

اختم بسی گنجھای کھن س

درو نکته ھای نو انداختم

Page 28: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

28 Hikmət

سوی مخزن آوردم اول بسيچ که سستی نکردم درآن کار ھيچ

وزو چرب و شيرينی انگيختم به شيرين و خسرو در آميختم

وزاين سراپرده بيرون زدم در عشق ليلی و مجنون زدم

وزين قصه چون باز پرداختم سوی ھفت پيکر فرس تاختم

کنون بر بساط سخن پروری زنم کوس اقبال اسکندری

سکندر که راه معانی گرفت پس چشمه زندگانی گرفت

(Çoxlu köhnə xəzinələr yaratdım, Ona yeni incilər atdım. Öncə “Məxzənə” səfərbər oldum, Bu işdə heç süstlük etmədim. Ona yağ və şirini qatdım Xosrov Şirinə qatıldım. Bu pərdədən baş çıxardım, Leyli-Məcnunun qapısını döydüm. Bu qissəni tənzimləyəndən sonra “Yeddi gözəl”ə doğru at sürdüm. İndi söz pərvərişi büsatında İskəndər iqbalının təbilini döyürəm. Məna yolunu tutan İskəndər Sonra dirilik çeşməsinə üz tutdu)

Təbidir ki, Nizami əvvəlcədən “Xəmsə” yazmağı planlaşdırmayıb və son

nəticə belə alınıb. Ancaq bu beşlik eyni zamanda mükəmməllik əlamətidir. İ.N. Konradın göstərdiyi kimi, Hind-Çin mədəniyyətində olan beş ünsür, Konfisuya və Musaya aid beş kitab, insanda beş hiss, musiqidə beş ton həmin rəqəmin rəmzi mənasına dəlalət edir (32.s.284-285). Ancaq Nizami “Leyli və Məcnun”da dinin beş əsasına işarə edərək deyir (1.s.88):

در خانه دين به پنج بنياد بستی در صد ھزار بيداد

( Din evində beş bünövrə ilə Yüz min zülmün qapısını bağladın)

Beş bünövrə - yəni kitab, sünnət, icma, qiyas və ağıl.

Page 29: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 29

Nizami öz poetik dühası ilə Şərq poetikasının bütün cəhətlərini bütöv şəkildə təmsil və əks etdirmişdir ki, bunları belə ümumiləşdirmək olar: birincisi, burada antik poetikaya xas mimezis – yəni təqlid yoxdur, onun əvəzinə təxəyyül ünsürü önə çəkilir. Bu baxımdan “şeirin ən gözəli ən yalan olanıdır” ifadəsi sözün həqiqi mənadan uzaqlaşaraq tam məcazlaşması mənasını bildirir.

Çoxmənalı ifadə tərzi və dinləyicinin zehnini müxtəlif məna qütbləri arasında dinamik hərəkət halında saxlamaq Şərq poetikasının əsas prinsiplərindəndir. Əbdülqahir Cürcani həmin məsələyə aydınlıq gətirərək göstərirdi ki, sözün sonsuzluğa qədər məcazlaşması və yeni məna incəliklərinin kəsb edilməsi Şərq poetikasının əsas özəlliklərindən biridir;

Şərq bədii düşüncə tərzində ikinci cəhət hadisələr arasında analogiya qurmaq və sözün bədii-estetik dəyərini gücləndirmək cəhdi ilə bağlıdır. Məsələ burasındadır ki, predmet və hadisələr arasında analogiya qurmaq təkcə bədii zövq oyatmaq məqsədi daşımır, bunun həm də düşüncə baxımından əhəmiyyəti vardır. İnsan zehni predmet və hadisələri bir-birindən daha yaxşı ayırd etmək, onları daha dərindən tanımaq üçün analogiya üsulundan yararlanır. Belə bir düşüncə üsuluna hələ Qur’anda rast gəlirik və Orta əsrlərdə Eynəlqüzzat Həmədani və Şeyx İşraq kimi mütəfəkkirlər bu məsələnin düşüncə sistemindəki əhəmiyyətini vurğulamışlar. Bir çox hallarda qeri-hissi məfhumları insanlara daha asan anlatmaq üçün hissi məfhumlarla müqayisə aparılır və analogiya qurulur.

Poetik təsvirdə və bədii təxəyyülün təşəkkülündə üçüncü cəhət dilin məcazlaşması və kinayələşməsidir bu prosesin mahiyyəti ədəbiyyat və dillçiliyin ortaq kəsişən sərhədləri müstəvisində açıqlana bilər (34.s.898). Məcazlaşma və kinayələşmə nə qədər güclüdürsə, sözün estetik gözəlliyi və təsiri də q qədər çoxdur. İstər məcaz və kinayə, istərsə də kinayə və istiarə arasında əlaqə vardır. Əslində məcaz, kinayə və istiarə sözün zahiri ilə deyil, dilin dərin əqli məna və estetik qatı ilə aşkar olur. Kinayədə məcazdan fərqli olaraq sözün həqiqi mənası unudulmur, həqiqi məna kinayəyə keçid üçün vasitə olur. Kinayə məcazın bir şaxəsi sayılır, bunun kimi İbn Əsir kinayəni istiarənin bir şaxəsi hesab etmişdir, onun fikrincə, hər kinayə istiarədir, hər istiarə kinayə deyil (34.s.988).

Bədii təsvir sistemində dördüncü cəhət ikili qarşılaşma, təzad və paradoksal düşüncə tərzi ilə bağlıdır. İkili (dual) düzən əksər qədim mədəniyyətlərdə, bir çox kosmoloji baxışlarda, xüsusilə islam və təsəvvüfdə, Qur’an mətnində (küfr və iman, elm və cəhl, zülmət və nur, günah və savab, pis və yaxşı əməl, zahir və batin, surət və məna, məcaz və həqiqət və s.) özünü göstərir. Predmet və hadisələrin özəlliklərini daha qabarıq ifadə etmək üçün təzad və paradoks üsulundan istifadə olunur və bu cəhət bədii-rəmzi deyimlərin

Page 30: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

30 Hikmət

semantik və estetik təsirini qat-qat gücləndirir. Burada beşinci cəhətə gəlincə söhbət söz sənətinin ideya-məzmun

cəhətdən zənginləşməsində və bədii-estetik baxımdan cilalanaraq təkamülündə xüsusi yer tutan işarə və rəmzlərdən gedir. Bədii təxəyyülün vüsəti, bütün incəlikləri, obrazların çoxmənalılığı, dərin məna qatları və estetik gözəllikləri rəmzlər vasitəsilə üzə çıxır:

a. Rəmzi üslubda yazılan əsərdə potensial şəkildə bir deyil, bir neçə mənalar gizlənib. Bunu anlamaq üçün oxucunun zehini, ruhu və bəsirəti hərəkətə gəlir və əsərin iç qatında gizlənən mənanı yozmağa çalışır. Düşüncə və duyğuların belə bir çevik hərəkətdə olması həm zehini itiləşdirir, onu donuq halda qalmaqdan saxlayır, həm psixologiyanı yeknəsəqlikdən və cansıxıcı vəziyyətdən qoruyur, həm də bədii zövq oyadır;

b. Belə bir üslubda hissi məfhumlar və hətta təbiət ünsürləri– göy, günəş, dağ, çöl, ağac, gül və s. qeyri-hissi mənalara yönəlir, onların məzmun tutumu genişlənir və dərinləşir, bəlli sözlər bəlli olmayan metafizik aləmə yol açır. Bu həm də bir dərketmə üsuludur və həmin gizli mənaları misal yolu ilə, analoq qurmaqla ifadə etmək olar, buradan alınan məna incəliklərini isə yalnız bədii zövq sahibləri bilir.

c. Bədii-rəmzi ifadə tərzi hissi aləmlə metafizik aləm, maddi yer ünsürü ilə ruhani səmavi ünsür, gerçəkliklə xəyal arasında körpü və ünsiyyət yaradır, bu isə qəlbə və könülə təskinlik və psixoloji rahatlıq gətirir. Rəmzi ifadə tərzi çevik, daim hərəkətdə olan, çoxqütblü, çoxqatlı, çoxsəsli (polifonik), çoxyozumlu və çoxmənalıdır, eyni söz və məfhum müxtəlif kontekstdə və mətndə fərqli məna incəliklərinə malik ola bilər.

Avropada romantizm, intuitivizm, sürrealizm və postmodernizm kimi cərəyanların bəhs etdiyi xəyal ünsürü və simvolik ifadə üslubu fərqli şəkildə, lakin daha zəngin, daha gözəl və daha mükəmməl biçimdə Şərq mədəniyyətində, xüsusilə təsəvvüf və irfanda öz əksini tapmışdır.

Altıncı cəhət gözəllik, harmoniya (ahəngdarlıq) və kamilliklə bağlıdır. Qur’anda Allah ən gözəl xəlq edəndir (əhsənül-xaliqin, Muminun:14, Saffat:125). Allah təkcə yaradan deyil, həm də öz yaratdığına gözəl biçim verəndir, Qur’anda bədi sözü bu mənanı çatdırır. Hədisə görə Allah gözəldir və gözəlliyi sevir. Ancaq burada gözəllik və harmoniya təkcə zahiri və fiziki tərəflə məhdudlaşmır, geniş batini və mənəvi məzmun daşıyır.

Elə buradan yeddinci cəhət – vəhdət məfhumu üzə çıxır, yəni harmoniya, gözəllik və kamilliyin qaynağı vəhdətdir. Bu mənada tovhid ideyası ən mükəmməl düşüncə sistemi sayılır. Ənbiya surəsinin 22-ci ayəsində deyilir ki, çoxallahlılıq olsaydı dünyadakı nizam pozulardı.

Page 31: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 31

ƏDƏBIYYAT VƏ QAYNAQLAR:

1. Leyli və Məcnun. Nizami Gəncəvi. Təshih: Vəhid Dəstgərdi. Tehran:

Ərməğan. 1313

2. Овсянников М.Ф. История эстетической мысли. М. Высшая школа. 1978

3. Эстетика: Словарь. Под общей редакцией А.А. Беляева и др. М. 1989

4. Bəhrül-həqiqət. Əhməd Qəzali. Təshih: Nəsrulla Purcavadi. Tehran. 1356

5. Лосев А.Ф. , Шестаков В.П. История эстетических категорий. М. 1965

6. Лавров П.Л. О религии. М. 1979

7. Соколов В.В. Средневековая философия. М. 1979

8. Гринцер П.А. Основные категории классической индийской поэтики.

М. 1987

9. Məxzənül-əsrar. Nizami Gəncəvi. Təshih: Vəhid Dəstgərdi. Tehran:

Ərməğan. 1313

10. Qəzəliyyate-Şəms Təbrizi. Moqəddəme, qozineş və təfsir: Məhəmməd Rza

Şəfii Kədkəni. Tehran.1387

11. Якобсон Р. Работы по поэтике. М. Прогресс. 1987

12. Якобсон Р. Лингвистика и поэтика. Структурализм: «за» и «против».

М. 1975

13. Həft peykər. Nizami Gəncəvi. Təshih: Vəhid Dəstgərdi. Tehran: Ərməğan.

1315

14. Nərimanoğlu K.V. Azərbaycan eposunun poetik sintaksisi. B. 2009

15. Бахтин М.М. Эстетика словесного искусства. М. 1979

16. Dəlailül-ecaz. Cürcani Əbdülqahir. Təhqiq: Mahmud Şakir. Qahirə. 1380

17. Şərəfnamə. Nizami Gəncəvi. Təshih: Vəhid Dəstgərdi. Tehran: Ərməğan. 1316

18. Məsnəviyi-mənəvi. Mövlana Cəlaləddin Rumi. Təshih: Rinold Nikolson.

19. Məhəmməd Füzuli. Əsərləri. Redaktor: prof. Həmid Araslı. c.1. (Divan).

Elmlər Akademiyası nəşri. B. 1958 (= F.D); c.2. (Leyli və Məcnun) (=L.M)

20. Nasr S.H. Islamic Life and Thought. London-Boston_Sidney. 1981

21. Шидфар Б.Я. Образная система арабской классической литературы

( VII- XII вв). М. 1974

22. Fəlsəfeyi-ş’er və ş’ər (Bəhsi dər bareyi- fəlsəfeyi-ş’er əz nəzəri-

Əttar). Doktor Nəsrullah Purcəvadi. Tehran: Əsatir.1374

23. Hikmət və irfan və əxlaq dər şeri-Nizami Gəncəvi. Məhəmməd Təqi Cəfəri.

Tehran: Keyhan. 1370

24. Kitabüs-sınateyn. Əbu Hilal əl-Əsgəri. 1319

25. Abdalqahir al-Curcani. Die Geheimnisse der Wortkunst. Wiesbaden. 1959

26. Лисевич И.С. Литературная мысль Китая на рубеже Древности и

Средних веков. М. 1979

27. Грюнебаум Г.Э. фон. Классический ислам. Очерк истории (600-1258).

Page 32: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

32 Hikmət

М. Наука. 1988

28. Dər bareyi-ədəbiyyat və nəqdi-ədəbi. Doktor Xosrov Fərşidvərd. Tehran

Daneşqahi -Tehran. 1384

29. Фильштинский И.М. Историяарабской литературы X-XVΙΙ века. М.

1991

30. Məhərrəm Qasımlı. Ozan-aşıq sənəti. Bakı. 2007

31. Tərcümeyi-Hikmətül-işraq. Tərcümə: Doktor Seyyid Cəfər Səccadi

Tehran. İntişarati-Neqah. 1373

32. Конрад И.Н. Запад и Восток. М. 1972

33. əl-Müqəddimə. İbn Xəldun Əbdürrəhman ibn Məhəmməd. Tərcümə:

Məhəmməd Pərvin Günabadi. Tehran: Elmi və fərhəngi. 1385

34. Fərhənge-kinaye. Doktor Mənsur Mirzaniya. Tehran: Əmir Kəbir. 1385

Page 33: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 33

Prof. Aida Qasımova Bakı Dövlət Universiteti

Ərəb filologiyası kafedrası

Qələm arxetipi Quranda, təfsir ədəbiyyatında və

Azəri-türk şerində II məqalə

Açar sözlər: qələm, Lövhü-Məhfuz, alın yazısı, xətt, simvol, kalliqrafiya, mif

Qələm aşiqin rəmzi kimi (ardı)

Klassik Azəri-türk şerində aşiqin hisslərinin tərənnümündə və Gözəlin təsvirində qələmin sufi simvolizmindən geniş istifadə olunur. Sufi poeziyasında qələmin forması və görünüşü, ucunun kəsilməsi, yazı prosesində onun istifadə xüsusiyyətləri, yəni başı aşağı tutulub daim ucundan mürəkkəb (göz yaşı) axıtması misilsiz bədii təsvirlərin yaranmasında təkanverici amil olub, aşiqin təsvirinə uyğun gələn müti, miskin, ağlayan və lal qələmin ilahi iradəyə müti olan sufinin simvoluna çevrilməsinə gətirib çıxardı.(1,116-123; 2,414-416) Füzulinin “Leyli və Məcnun” məsnəvisində qəlbiqırıq Məcnun valideynləri tərəfindən məktəbə getməsinə yasaq qoyulmuş Leylinin həsrətindən doğan kədərini ifadə edərkən hətta qələmin belə bu kədəri onunla bölüşməsini bildirir:

Ey xamə,sirişkbar olubsan, Sərgəştəvü-biqərar olubsan! Guya bu gün etməmiş müyəssər, Dövran sənə dəstbusi dlbər.(7,68)

Qələmin kəsilmiş ucu şairləri bu aləti sirlərini gizli saxlamaq üçün susmağı adət edən sufiyə bənzətməyə ilhamlandırırdı. Bu halı ilə qələm həm də eşq yolunda başından keçən həqiqət yolunun yolçusuna – aşiqə çox bənzəyir:

Füzuli, zülfi sevdasın qələm tək başə salmışsan, Gedər başın, əgər başdan gedirməzsən bu sevdayi. (6, 332)

Beytin sonundakı “sevda” sözünün birinci misrada da işlənməsi ilə tasdir

Page 34: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

34 Hikmət

və “baş” sözünü müxtəlif məna çalarları bildirməsi ilə (başa salmaq, geder başın, başdan gedirmək) təkrir-kinayə poetik fiqurları üzərində qurulmuş bu beytdə qələm sufi-aşiq ilə müqayisə edilir və ilahi eşqin sirlərini aşkar etdiyi üçün edam edilmiş Həllac Mənsuru xatırladır.

Qələm obrazından istifadə edərək şairlər müxtəlif hal və məqamları, sufi yaşantılarını təsvir etmişlər. Bu sahədə intəhasız fantaziyaya malik olan Nəsimi bir beytində qələmin ucunun ortadan bölünüb kəsilməsini ekstaz halı yaşayan sufinin vəcdə gəlib cübbəsini cırmasına bənzədir. Maraqlı haldır ki, təsvir olunan sufi katibdir. Nəsiminin Əzəl katibi kimi təsvir etdiyi bu obraz (kāfü-nūnun kātibi), Qələm surəsinin ilk ayəsini – “val-qələm” yazarkən cuşə gəlib cübbəsini cırır:

Val-qələmdən kafü-nunun katibi şəqq eylədi, Cübbədən Şəqqülqəmər gör kim, filani göstərir.(10,73)

Burada üzdə olan məna Peyğəmbərin ayı iki yerə bölməsi ilə bağlı

rəvayətə - Şəqqülqəmərə işarədər. Amma Nəsiminin bu beyti bizi həm də hürufilərin yazı prosesindən ekstaz halı yaşamaq üçün istifadə etdiklərini düşünməyə sövq edir. Annemari Şimmel “Calligraphy and İslamic art” əsərində sufi-xəttatlara ayrıca bir bölüm ayırmışdır. (1,47-48) Bu cəhətdən Carl Ernstin tədqiqatları da maraq doğurur. O göstərir ki XVI əsrin böyük kalliqrafı Baba Şah Isfəhani nəstəliq xəttinə o qədər vurğun idi ki, bu xətlə yazı yazarkən ilahi bir duyum yaşayır, ekstaza düşürdü.(3,286) Nəsimi şerində də katib yazı prosesində vəcdə gəlib cübbəsini cırır, bununla da maddi aləmin pərdəsini sanki öz üzərində atmış olur.

Orta əsrlər azəri-türk sufi poeziyasının ən mühüm cəhətlərindən biri ənənəvi təsvirlərin dixotomik xarakteri, qoşa obrazların bolluğu idi. Bu nöqteyi-nəzərdən qələmin Quranla bağlı dixotomu olan nun ayrıca qeyd edilməlidir. Quranda “Qələm” surəsinin əvvəlində nunun qələmlə birgə xatırlanması poetik təxəyyül üçün geniş üfüqlər açmışdır. O, at nalı, mehrab, mürəkkəbqabı (dəvat), ürək (qəlb, könül) kimi obrazlarla qələmin təsvir dairəsini genişləndirmişdir. Klassik azəri-türk poeziyasında nun kimi görünüşü( ن ) olan naldan eşqdən qəddi bükülüb yumrulanmış aşiqin metaforu kimi geniş istifadə edilirdi. Füzulinin “Leyli və Məcnun”unda bu belə ifadə olunub:

Etmiş əlifin sitəm yükü dal, Qılmış qələmin fələk ğəmi nal.(7,78)

Füzulinin aşağıdakı beytində də aşiqin eşqdən əyilib bükülmüş cismi nala

bənzədilir:

Page 35: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 35

Dövran mənə qələm tək sevda qapısın açdı, Ta qəddimi ğəmindən döndərdi zəf nalə.(6,295)

Qədim türklər nalın uğur gətirə biləcəyinə inandıqlarından, adətən, qapılarının kandarına nal vururdular. Bu motiv Gözəlin astanasında səcdə edən aşiqin təsviri üçün çox uyğun idi. Düzdür, şair yuxarıdakı beytdə bu motivi açıq vurğulamır, lakin “qapı” və “nal” sözlərinin bir beytdə istifadəsi ilə “obrazların ənənəvi xarakteri və stereotiplər oxucunu lazımi istiqamətə yönəldir.”(19,79)

Qələm-nun dixotomlarının işlənməsi zamanı ən çox müraciət edilən obrazlar Gözəlin qələmə bənzəməsi, yəni qələm tək düz qəddi-qamətli olması və aşiqin cisminin eşqdən bükülüb nalı xatırlatması ətrafında qurulur. Füzulinin bir şeirində aşiqin bədəni qüssədən və əzabdan elə bükülmüş və qan ağlayan qəlbinin qan şirnağına elə qərq olmuşdur ki, o, nun hərfinə bənzəyir; bu halda aşıqin qəlbi (və yaxud xalı) isə qan işindəki nunun nöqtəsi kimi görünür:

Xəmidə qamətim kim, daği-dildən qanə qərq olmuş, İçində nöqtəsi guya ki, qan altındakı nundur.(6,125)

Burada nunun nöqtəsi xalla bağlı assosiasiyalar yaradır. Qeyd olunmalıdır

ki, Şəmsəddin Lahici “Şərhi-Gülşəni-Raz”dakı xal və ürək qanı ilə bağlı ənənəvi təsvirlərin şərhində maraqlı mülahizələr söyləmiş və göstərmişdir ki, ürək məhbubun xalının əksindən yaranmışdır. Xal əsldir, ürək isə onun əksi. Mütləq qeyb aləminin mahiyyətinə dəlalət edən xaldan ürəyin halı ancaq qan olar. Qan olmaq, yəni xarab olmaq mənası bildirir. Burada şüurun, idrakın və sifətin yolu bağlıdır, substantiv vəhdət məqamından kənara olan yol cəhalətdir və buradan tam qurtuluş yoxdur.(14,II,264) Bu fikrini daha da aydınlaşdırmaq üçün Lahici ürəyin halının dəyişməsinin aləmə xas xüsusiyyətlərdən doğduğunu bildirir:

“Söylə nəyə görə ürəyin halları müxtəlif olur? Vəhdət nöqtəsi bir hal üzərində dayanır, onun əksi olan ürək də bir hal üzərində dayansaydı, onda bu fərqlər və müxtəlif hallar baş verməzdi.... Ürəyin hallarında olan dəyişiklik və müxtəliflik aləmdə müşahidə edilən varlıq mərtəbələrinin təzahür dərəcələri ilə bağlıdır.”(14,II,266)

Sufi ənənələri ilə sıx bağlı olan Füzuli qəzəllərində geniş yer tutan qan ağlayan ürək motivi bu mülahizələrlə səsləşir. Amma şairin bu cür obrazları yaradarkən ənənəvi sufi rəmzlərini təkrarladığını düşünmək səhv olardı. Füzuli şerində hissiyyat, ehtiras, lirizm o qədər güclü, poetik obrazlar o qədər rəngarəngdir ki, istər-istəməz şairin öz daxili yaşantılarını, bir arif tək həqiqət yolunda keçirdiyi hissləri şəxsən yaşayıb ifadə etməsini düşünürsən.

Beləliklə, Füzuli şerindən də göründüyü kimi, klassik şerimizdə qələm-aşiqin təsvirinin əsasında ənənəvi Quran motivləri və sufi simvolizmi dayanır.

Page 36: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

36 Hikmət

Amma bu estetik kombinasiyada fərdilik ünsürləri və az sonra görəcəyimiz kimi, şairlərin kalliqrafiya sənətinin praktik tərəfləri ilə bağlı təxəyyülləri də diqqətəlayiqdir.

Hər yerdə oxunan eşq yazısı

Orta əsrlər müsəlman mədəniyyətində “həm kainat həm də insan müqəddəs yazı mətnlərinin surəti sayılır, bu mətnlər isə öz növbəsində kainatın və insanın ilkin qaynağı kimi bədii ədəbiyyatda arxetip, paradiqma və ilkin model kimi çıxış edirdilər.”(15,206) Müqəddəs mətnlər, yazı və yazı materialları və insanın bədən üzvləri və üz cizgiləri, eləcə də təbiət hadisələri arasındakı bənzərlik və harmonik vəhdət Azəri-türk şerində mühüm yer tutur. Bu baxımdan, qələmlə bağlı obrazların təhlili, xüsusilə yazının obyekt və subyektinin müəyyənləşməsi maraqlı nəticələrə gətirib çıxarır.

Azəri türk şerində qələm demək olar ki bütün mümkün müstəvilərdən lövhə kimi istifadə edib bəzəyir: bu adi bir yarpaq, gül ləçəyi, aşiqin ürəyi, aşiqin və məşuqun üzü, gözü, səma və üfüqlər və s. ola bilər. Quranın ayə və surələrini, Quran qissələri ilə bağlı obraz və motivləri hər yerdə görmək mümkündür. Hər yerdə oxunan bu “ilahi risaləti anlamaq isə yalnız intellektual bacarıq deyil, həm də qəlbin fəhmini tələb edir.” (3,282)

Ümummüsəlman poetik ənənələri ilə sıx bağlı olub Qurandan qaynaqlanan Azəri-Türk şeri qələmin kosmoqonuk mənası ilə zəngindir. “Kilki-qüdrət” (qüdrət qələmi) klassik poeziyada ən çox işlənən rəmzlərdən olub, ilahi başlangıca, yaradılış aktının reallaşması prosesinə, insanla Allah arasındakı əbədi və əzəli eşqə işarə edir. Digər tərəfdən, qələm yazının subyektinin – Mütləq varlığın əlindədir. Belə olduqda, yazının müsəlman mənbələrindəki və klassik poeziyadakı obyektinin ilk növbədə Lövhü-Məhfuz (Qorunan lövhə; Buruc 22) olmasını qeyd etməliyik. Yaradılışın lap başlanğıcından bütün talelərin və olacaqların bu lövhədə əks olunduğu iddia edilir. A.Xismatullinin fikrincə, bu bir növ keçmişin və gələcəyin xəbərlərini özündə cəmləyən psixofiziki sahədən ibarət substansiyadır.(17, I, 89) İbn əl-Ərəbinin vəhdəti-vücud fəlsəfəsinin və bununla sıx bağlı olan hürufiliyin təsiri ilə İslam dünyasında ilahi yazının bütün varlıqlarda, kainatda və insan simasında oxunması fikri geniş yayılmışdı. İlahi varlığın əlifba hərflərində təcəllisini qəbil edən Hürufilik təlimi, təbii ki, həmin hərfləri yazan qələmi də uca məqamda bilirdi. Hürufiliklə bağlı poeziyada mikro-makrokosmik qarşılaşmalar, Allah, İnsan və Aləm anlamları arasındakı vəhdət, İlahi yazının yalnız müqəddəs kitablarda deyil, həm də aləmdə və insanda əksi geniş yayılmış motivlərdən idi. Hürufiliyin qaynaqları cərgəsində yazının müqəddəsliyini və əbədiliyini iddia edən Tövrat və Quran xüsusi yer tuturdu.(11) Azəri-türk şerindəki örnəklərdən gördüyümüz kimi, qələmin yazı obyektlərindən biri də

Page 37: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 37

insan özü, onun qəlbi, bütün varlığı idi. Hürufiliyə görə, Quranda anılan üstü yazılı dəri kitab insan özüdür (Tur,2-3). Füzulinin aşağıdakı beytində qüdrət qələmi (kilk-i qudrət) məşuqun şəklini nəqş etmək üçün sevgilinin qəlbindən yazı lövhəsi kimi istifadə edir:

Kilki –qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm, Eyləyib məhbublər məcmuəsindən intixab.(6,80)

Oxşar motivlə Həbibi şerində də rastlaşırıq. Şair yazının əzəli və əbədi mahiyyəti, yəni “yazıya pozu yoxdur” hökmü barədə düşünür və bildirir ki, məşuqun xəttü- xalı aşiqin qəlbində elə dərindən nəqş edilib ki, hətta sel kimi göz yaşları belə onları yuyub silə bilməz.(16,367) Başqa bir şerində Həbibi alin yazisi anlamına hürufi ideyalarına uyğun bir tərzdə müraciət edir və göstərir ki, məşuqun alnında fəzl (Fəzlullah Nəimiyə işarə olaraq) və bismillah yazılmışdır.(16,370) Rəssamlıq və heykəltəraşlığın qadağan olunduğu bir mədəni sistemdə şairlər poetik təxəyyülə arxalanıb sözlə yüksək sənətkarlıq lövhələri “çəkirdilər”; özü də bu lövhələr donuq şəkillər olmayıb, özündə müxtəlif hərəkət və halları bildirən alleqorik həyat səhnələri idi. Məsələn, Füzuliyə görə, aşiqin kirpikləri onun ürəyinin qanından mürəkkəb kimi istifadə edərək məşuqun lələ bənzər ləblərini göz bəyazına çəkir:

Göz bəyazinə çəkər ləllərinin surətini, Dəmbədəm xameyi-müjgan ilə bağrım qanı.(6,309)

Burada qələm kirpiklərin metaforu kimi çıxış edir. Qırmızı rənglə bağlı

assosiasiyalardan məharətlə istifadə edilir; aşiq məşuqənin lələ bənzər dodaqlarına aşiq olub; eşqdən onun ürəyi qan ağlayır; gecə-gündüz ağladığından aşiqin gözləri də qıp-qırmızı olub, sanki sevgilinin al dodaqlarının şəkli onun göz ağlarına çəkilib. Füzulinin başqa bir şerində antropomorfik qələm aşiqin qan ağlayan qəlbinin şəklini onun üzündə naxış edir, bununla da onun sirlərini açmış olur:

Üzdə nəqşi-xuni-dil razi-nihanım faş edər, Şərhi-ğəm təhririnə hər kiprigim bir xamədir.(6,117)

Başqa bir şerdə Füzuli göz qapaqlarını yazı lövhəsi kimi təsvir edir, yenə

də ağlamaqdan qızarmış gözlərdə ürək qanı ilə yazılan yazının görünməz olmasından şikayətlənir:

Yazar göz pərdəsinə əşk şərhi-hal bilməz kim, Oxunmaz qan ilə yazılsa xət övraqi al üzrə.(6,294)

Page 38: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

38 Hikmət

Bəzən şair qələmdən bəhs edərkən onu eşq kilki adlandırır və bildirir ki,o, aşiqin cismində hərflər yazmışdır.(6,51) Azəri-türk şerində göylər və üfüqlər də ilahi yazının yazılmış olduğu lövhələrdir. Füzuli deyir ki, qüdrət qələmi göylərin səhifəsində (səfhey-i əflak) ulduzları çəkmişdir:

Məzhəri hər hikmətin sənsən ki, kilki-qüdrətin Səfheyi-əflakə nəqş etmiş xütuti-əxtəri.(6,303)

Beləliklə, klassik azəri-türk şerində qələmin yalnız müqəddəs kitabları

deyil, həm də təbiəti və insan simasındakı cizgiləri yazıb-çəkdıyını görürük. Bu cizgilər bəzən müqəddəs yazıya, hərflərə, bəzən Quran qissələri ilə bağlı obrazlara, bəzən də müqəddəs məbədgahlarla bağlı elementlərə bənzədilir. Aşağıdakı şerdə Kişvəri qələmin ayparaya bənzər qaşları mehraba bənzər çəkməsini xüsusi vurğulayır. Burada iman-küfr qarşıdurmaları mehrab və kafəristan anlamları, onların geniş yayılmış simvolları olan qaşlar və gözlərlə ifadə edilir:

Gözlərin üstünə çəkdi kilki- qüdrət qaşini, Bağladı mehrabi-taət kafəristan üstünə.(5,90)

Bir az öncə irfani şerdə insan simasının dəri üzərindəki yazı kimi təsvir

olunduğunu qeyd etdik. Qələmin vəsfi ilə bağlı şer nümunələrinə nəzər saldıqda görürük ki, üz cizgiləri ilə yazı alətləri arasındakı təbii bənzərliklər irfani mənalara geniş meydan açır. Məsələn, insan simasında qaşın, saçın , kirpiklərin vəsfində yazı ilə bağlı alətlər – kağız, qələm, mürəkkəb, kitab bağları və s. bənzətmə kimi işlədilir. Bu şerlərdə işlənən şəkil çəkən, müsəvvir anlamları ilə ilk növbədə bütün mövcudatın xaliqi olan Allahı bildirilir. Bu həm də İsa peyğəmbərlə bağlı bir anlamdır. Çünki, Quranda onun gildən quşlar düzəldib onlara həyat verməsi söylənilir. (Ali İmran 49) Surət çəkmək ay üzlü gözəlin üzünün, qələmə bənzər qaşlarının da Qüdrət əli ilə çəkilməsi fikrini ortaya gətirir. Həqiqi deyir:

Qüdrət əli çəkər qələm qaşlarının hilalinə, Xilqətinin turabına arif isən sücuda gəl!(16,246)

“Xilqətinin turabına arif isən sücuda gəl!” ifadəsi ilə mələklərin Adəmə

səcdə qılması ilə bağlı məlum Quran rəvayətinə işarə edilir. (əl-Bəqərə 34) Arifin torpaqdan xəlq olunmuş İnsana səcdəsi onda Haqqın təcəllisini görməsindən doğur. Bütün varlıqlar kimi hilala bənzər qaşlar da Allah tərəfindən xəlq olunmuş, Onun qüdrət qələmi ilə çəkilmişdir. Həm də qaşlar

Page 39: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 39

möminlərin qarşısında səcdə qıldıqları mehrabın metaforu olduğundan qaşlara səcdə poeziyasında geniş yayılmış motivə çevrilmişdir.

Hidayətin aşağıdakı şerində insan simasının şair təxəyyülündə yazı prosesi ilə bağlı olduqca canlı təsvirlərə yol açdığını görürük: göz yaşları bu təsvirdə mürəkkəbə, saçlar (və yaxud kirpiklər) qələmə, üz isə vərəqə bənzədilir:

Qıldan qələm alub qılur əşkim mühərriri, Təhriri-çöhrəmi vərəqi-zərnigar tək.(16,274)

Üz, çöhrə ilahi substansiyanı bildirdiyindən o, nura bənzər. qızılı, sarı

rənglərlə əlaqələndirilir. Digər tərəfdən, türk şerində sarı rəng həm də eşq əzabından rəngi saralmış aşiqlə bağlı işlənir. Burada aşiqin üzünün ilahi təcəllidən nurlandığını da düşünmək olar.

Kirpiklərin qələm funksiyasını yerinə yetirməsi ilə bağlı motivi Kişvəri şerində də görürük:

Şərhi-şövqin yazğalı deb Kişvəriyi-xəstədin, Qanlu kirpikdən qələm, gözdən dəvat almış gəlür.(5,21)

Qələmin həm də quş lələklərindən hazırlanması saçla bağlı assosiasiyalar

yaradır. Füzuli mürəkkəbi (midad) xatırladan göz yaşları və qələm (kilk-saç) anlamlarını Gözəlin vəsfində belə əlaqələndirir.

Ola bilməz çini zülfündən cüda göz mərdümü, Cari olmuşdur bu adət kilksiz olmaz midad. (6,113)

Burada şair ləffü-nəşr poetik fiqurundan bəhrələnir. Birinci misrada anılan

göz gilələri və saç ikinci misrada mürəkkəb və qələmlə müqayisə edilir. Göz gilələri ilə mürəkkəb arasında bənzətmə göz yaşları ilə bağlı assosiasiyalar yaradır. Sufi şerində həm gözlər. həm də saçlar vəhdətə gedən yolun çətinliklərini, əzab-əziyyətini, fani dünyanın insanı özünə cəlb edən keçici nemətlərini bildirir.

Haqqında bəhs edilən poeziya nümunələrində qələmin ən geniş yayılmış obrazı onun üz cizgilərini çəkmək funksiyası ilə bağlıdır. İnsan simasında qələmlə (kilki-qüdrət) çəkilən xətlərin göylərə aid bir elm olması Həqiqi şerində vurğulanır:

Katibi-qüdrət qələm çəkdi camalın lövhünə, Ol xətü-xalın hürufin elmüs-səma dedi.(16,247)

Page 40: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

40 Hikmət

Maraqlı bir hal kimi onu da qeyd etmək istərdik ki Azəri-türk şerində qələm çox zaman bir-birinə zidd rəmzi mənaları olan üz cizgilərinin metaforu kimi işlənir. Qələmin üz cizgilərini bənzədilməsi yalnız xarici bənzəyişlə deyil, həm də onun funksiyası ilə bağlıdır. İlahi manifestasiyanın səslər, sözlər, hərflər şəklində olan elementləri həm qələm, həm də ağızla reallaşdığından, qələmlə ləblər arasında yaxınlıq yaranır; yəni qələmin söz saçması onu ağıza, dodağa bənzədir. Füzuli deyir:

Məgər dilər sifəti yar edə təhlil Ki, ləli yar kimidir gühərnisar qələm.(8,89)

Bu şerdə qələmin ləblər kimi gövhər saçması klassik poeziyada sürəkli

müraciət edilən “kənzi-məxfi” anlamını yada salır. Qüdsi hədisə görə özünü kənzi-məxfi (gizli xəzinə) adlandıran Allahın məxluqatı yaratmaqdan məqsədi tanınmaq olmuşdur. Xəzinə olan yerdə ləl-cövhər olduğundan Allahın ən mükəmməl məzhəri olan insan simasında dürr və ləl-cəvahiratın anılması tez-tez rast gəlinən motivlərdir. Çünki başqa bir deyimə görə, Allah-Təala varlıqları nadir bir dürdən, Nur-i Muhamməddən yaratmışdır.

Kişvəri şerində vəhdət rəmzi olan xalın qüdrət qələmi ilə çəkilməsi təkrar-təkrar rast gəlinən motivlərdəndir. Bu təbii ki xala bənzər nöqtənin hürufilikdə xüsusi məna kəsb edib həm İlahi substansiyanı həm də qeyb aləmini bildirməsi ilə bağlıdır. Kişvəri deyir:

Ləbin şagirdidir xalın yazıbdır xameyi-qüdrət, Cəmalun səhfəsində kim, anin ustadinə rəhmət.(5,9)

Və yaxud, Kilki-qüdrərdən yazılmış arizində xətti-səbz, Hüsninə mənşuri-mişkin xali-tuğrası anun.(5,41)

Şerdə xatırlanan tuğra hökmdarların məktublarında onların ad və

titullarından ibarət monoqramlara deyilir. Xəttatlar tuğranın gözəl alınması üçün xüsusilə cəhd göstərirdilər.(1) Birinci şerdə isə ləb və qələm obrazlarının ustad və şagirdi bildirməsi Haqqın əbədi kəlamı olan Sözün həm ağız, həm də qələmlə ifadə edilməsi ilə bağlıdır. Üzün səhifəyə, xəttin (yəni üzdə çıxam tüklərin) yazıya, xalın tuğraya bənzəməsi ənənəvi məcazlar silsiləsi yaradır. Burada sufi rəmzləri ilə yanaşı zahiri bənzəyişlər də nəzərə alınmalıdır, yəni üz ağ olduğundan səhifəyə, xalın öz xırdalığı ilə tuğraya bənzəməsi ilə yanaşı, üzdə yenicə çıxmış tüklərin yeniyetməliyin rəmzi olan yaşıl rənglə əlaqələndirilməsi (xətti səbz) də diqqətəlayiqdir.

Yazının obyekti ilə bağlı bəzi unikal obrazlar Qazi Bürhanəddin tərəfindən yaradılmışdır; şair bildirir ki, məşuqun surəti aşiqin beynində

Page 41: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 41

yazılmışdır,(12,29) və yaxud onun gözəlliyi gül ləçəyi üzərində əks olunub.(12,67)

Klassik şerimizdə yazı prosesinin praktik tərəfləri də geniş əks olunub. Yuxarıda gətirilən misallardan aydın olur ki, şairlər aşiqin və məşuqənin portretini çəkərkən cürbəcür rəngi olan mürəkkəblərdən istifadə edirlər. Sufi şerində “ilahi varlığın müsbət sifətləri və yaxud mərhəmət atributları adətən qəhri bildirən qara hörüklərlə əhatə olunur ki, bu da xəyala qara yazısı olan ağ vərəqləri gətirir.”(3,285) Buna görə də, qələm məşuqun saçını, xalını, xəttini və aşiqin bəxtini çəkmək üçün qara mürəkkəbdən istifadə edir. Füzuli, “əzəl katibləri üşşaq bəxtiin qarə yazmışlar,”- söyləyir (6,155). Digər tərəfdən, qara rəng dirilik suyunun yerləşdiyi zülmət diyarının və fəna məqamının rəngidir ki, bu da dodaqların metaforu kimi işlənir. Füzuli şerində qələm zülmət diyarına daxil olan Xızra bənzədilir (6,93).

Aşiqlərin qan ağlayan qəlbi şairləri məhəbbətin tərənnümündə qırmızı rəngə tez-tez müraciət etməyə sövq edirdi. Digər tərəfdən, qırmızı ilahi təcəllinin, Musaya görsənən yanan ağacın rəngidir. Bu İlahi təcəllinin simvolu olan dodaqların və yanaqların rəngidir.

Surət çəkərkən şairlər sarı rəngdən də istifadə edirdilər; bu, qeyd etdiyimiz kimi, həm ilahi substansiyanı, həm də dərd içərisində olan aşiqin rəngini bildirir. Digər tərəfdən, İlahi substansiya Kamil insanda təcəlli etdiyindən, bu rənglə qəlbin saflaşmasına, insanın ariflik məqamına yüksəlməsinə işarə olunduğunu da düşünə bilərik. Hidayət qələmin onun üzünü sarı zərli səhifə (vərəq-i zərnigar) kimi yazdığını bildirir.(16,274) Qazi Bürhanəddin də qızıl suyunu və tükdən olan qələmi vəsf edir.(16,29) Kişvərinin aşağıdakı beytində qüdrət qələmi Gözəlin üzünü qızıl suyu ilə yazır:

Səfheyi-rüxsarın üsrə nöqtə-nöqtə zərvərəq, Müshəfüdür kim, qılupdur kilki-qüdrət zərnişan. (5,72)

Başqa bir şerində şair məşuqun xəttini çəkmək üçün yaşıl mürəkkəbdən

istifadə edir, hətta ona müşk əlavə etməyi də unutmur ki, məşuqun xalı gözəl ətir saçsın. (5,41)

Gördüyümüz kimi, nə qədər mistik yönümlü, sufi ruhlu olsalar da bu şerlərdə Şərq xəttatlıq sənətinin praktik tərəfi də güclüdür. Əli Qazıyev göstərir ki, xəttatlıqda ən çox qara mürəkkəbdən istifadə olunurdu. Qara mürəkkəb küldən, kuporosdan, qətrandan hazırlanırdı. Onun hazırlanması xüsusi təcrübə və bacarıq tələb edirdi. Xəttatlar bəzən qırmızı, mavi, yaşıl və ağ mürəkkəbdən istifadə edirdilər. Sarı mürəkkəb üçün bürünc və mis üzərində əmələ gələn sarımtıl maddədən, ağ rəng üçün ağ qurğuşundan və mavi rəng üçün lapis daşından istifadə edirdilər. Bəzən yazıya bəzək vermək üçün qızıl və gümüş

Page 42: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

42 Hikmət

suyundan istifadə edilirdi (18, 278-285). Yuxarıdakı şerlərdən də gördüyümüz kimi, orta əsr xəttatları hətta yazının ətirli olmasının da qayğısına qalır, mürəkkəblərinə müşk və qızıl gül yağı əlavə edirdilər (18, 278-285). Şerə dərin ruhi məna vermək üçün şairlər təsvir olunan mürəkkəbə xüsusi əhəmiyyət verirdilər. Məsələn, Füzuli qələmin mürəkkəb qabından cadulu su içdiyindən eşqə düşdüyünü söyləyir.(8,111)

Göründüyü kimi, şairlər kalliqrafiya sənətinin maddi alətlərindən istifadə ilə dərin batini mənaların açıqlanmasına çalışmışlar. Bu baxımdan, “türkdilli şerin mahir qələm ustalarından biri olmaqla yanaşı, həm də gözəl xəttatlıq dəsti-xətti olan Şah İsmayıl Xətainin” (1,64) Dəhnaməsindən bir parçaya xüsusi diqqət yetirmək istərdim. Şair yazı prosesini incəliklərinə qədər təsvir edir, qələmini çərtib ucunu kəsən aşiqin sevgiliyə məktub yazarkən onun qələmin ucundan müşk və kafur qatılmış göz yaşları axdığını söyləyir (13,247). Sonra şair əlifba hərflərini yada salmaq üçün gözəlin üz cizgilərini xatırladığını bildirir. Gözəlin qəddi-qamətini yada salıb əlif, ağzını yada salıb mim, gözlərini yada salıb sad, gözlər üzərindəki xalı yada salıb dad, qaşlarını yada salıb nun hərflərini yazır.(13,247) Beləliklə, bu şerdə yazı prosesi, yazı alətləri və hərflər həm insanın daxili aləminin, həm də xarici görünüşünün təsviri üçün istifadə edilir və nəticədə Allahın yazdığı ən mükəmməl yazının insanın özü olması fikri hasil olur.

Sonda bir məsələyə də diqqəti cəlb etmək istərdim. Yazı özü Azəri-türk şairləri tərəfindən daha çox “nəqş” kimi təqdim edilir. Yazı əvəzinə nəqş vurmaq ifadəsini işlətməklə şairlər yazının əbədi və əzəli xarakterini, yazılanın pozulmazlığını bir daha vurğulamışlar. Onlar daha çox “eşq” və “gözəllik” anlamları ilə bağlı “nəqş” sözünə müraciət edirdilər. Nəqş sözünün dərin biliklərin və hisslərin ifadəsində işlənməsi, həm də ola bilsin ki məşhur bir deyimdən qaynaqlanır. Bəzən peyğəmbərə, bəzən Əli ibn Əbi Talibə istinad edilən, bəzən də bir atalar sözü, hikmətamiz kəlam kimi təqdim edilən bu deyimə görə, “uşaqlıqda qazanılan bilik daş üzərində naxış kimi, qocalıqda qazanılan elm isə su üzərindəki cizgi kimidir.” Qazi Bürhanəddinin bir şeri bu deyimlə çox səsləşir:

Gözdə xəyalü hüsnünün nəqşi bər abdur, bəgüm, Könlümüzdə xəttünüz yazdı cəfayi dər həcər.(12,269)

Təbii ki, orta əsr kalliqraflarının demək olar ki, əksəriyyətinin məscid və

digər binaların naxışlanmasına cəlb olunması, onların məscid divarlarını Quran yazıları ilə bəzəməsi də nəqş və qravüranı kalliqrafiyanın əsas sahələrinə çevirmişdir. Təsadüfi deyil ki, Qazi Əhməd İslam dünyasının məşhur xəttatlarından bəhs edən əsərində bu və ya digər xəttatdan bəhs edərkən, ilk

Page 43: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 43

növbədə onların hansı memarlıq abidələrinin və məscidlərin ornamentini nəqş etdiyini bildirmişdir (20).

Bütün bu deyilənlərdən belə bir fikir hasil olur ki, qələm arxetipi klassik poeziyada ən çox müraciət edilən obrazlardan olub özündə bir çox dərin irfani mənaları və simvolik deyimləri əks etdirmişdir. Bununla belə, bu yazı alətinin poeziyada işlənməsi qələmin yalnız Quranla bağlı kosmoqonik funksiyası və sufi ədəbiyyatında geniş əks olunmuş rəmzi mənaları ilə məhdudlaşmayıb, həm də kalliqrafiya sənətinin praktik özəlliklərindən doğan deyimləri, hər bir şairin özünəxas təxəyyül dünyasını da əks etdirmişdir. Bütün bunlar klassik şerimizdə katibin kim olması ilə bağlı mənalarda da aşkar canlanır ki, bu barədə üçüncü məqalədə söhbət açılacaq.

ƏDƏBİYYAT:

1. Annemarie Schimmel, Calligraphy and Islamic Culture, (New York: New York University Press, 1984)

2. Annemarie Schimmel, “Letter Symbolism in Sufi Literature” in Mystical Dimensions of Islam, (Lahor: Sang-e-Meel publications, 2003)

3. Carl Ernest, “The Spirit of Islamic Calligraphy: Bābā Shāh Isfahānī’s Ādāb al-mashq” Journal of American Oriental Society, vol.112, No.2, (Apr—Jun, 1992) 279-286.

4. Fatih Usluer, Hurufilik – Ilk Elden Kaynaklara Doğuşundan itibaren, (Istanbul: Kabalçı Yayınevi, 2009)

5. Kişvəri, Əsərləri, Tərtib edəni Cahangir Qəhrəmanov, (Bakı, Yazıçı, 1984) 6. Məhəmməd Füzuli, Əsərləri, I cild, Qəzəllər, (Bakı, 1958) 7. Məhəmməd Füzuli, Əsərləri, II ci cild, Leyli və Məcnun, ( Bakı: AEA-nın

nəşriyyat evi, 1958) 8. Məhəmməd Füzuli, Əsərləri, III cild, Qəsidələr, (Bakı, 1958) 9. Nəsimi, Əsərləri, (Bakı, Elm, 1985) 10. Nəsimi, İraq divanı, (Bakı, Yazıçı, 1987)

11. Orkhan Mir-Kasimov, “The Ḥurūfī Moses: An Example of Late Medieval Heterodox Interpretation of the Qur’an and Bible” Journal of Qur’anic Studies, (Edinburgh University Press, Apr. 2008), Issue: volume 10, number 1, 39.

12. Qazi Bürhanəddin, Divan, (Bakı, 1988) 13. Şah İsmail Xətai, Əsərləri, Tıərtib edəni Əlyar Səfərli, (Bakı, Yazıçı, 1988) 14. Şəmsəddin Məhəmməd Lahici, “Şərh-i Gülüstan-i Raz”, ( Şeyx Məhəmməd

Şəbüstəri) Ön söz, fars dilindən tərcümə, qeydlər Nəsib Göyüşovundur (Bakı, Adiloğlu, 2008)

15. Vladimir Braginsky, “Universe-Man-Text; The Sufi Concept of Literature” (with special reference to Malay Sufism) Bijdragen tot de Taal-, Land-en Volkenkunde 149 (Leiden: 1993, http/www.kitlv-journals.nl), 206.

16. XIII-XVI Əsrlər Azərbaycan şeri Tərtib edən , Janahgir Qəhrəmanov. (Baku: Elm, 1984)

17. Алексей Хисматуллин, Примечания - Джалал ад-Дин Руми, Маснави-йи

Page 44: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

44 Hikmət манави, (Санкт-Петербург, петербургское Востоковедение2007)

18. Адил Казиев, Художественное оформление Азербайджанской художес-твенной Книги, (Москва, Книга, 1977) .

19. Дмитрий Лихачов, Поетика Древнерусской литературы, (Москва, Наука, 1979)

20. Кази Ахмед, трактат о каллиграфах и художниках, перевод и предисловие Заходера, (Москва-Лениниград, 1947)

Page 45: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 45

Mahirə Quliyeva

Aşıq Ələsgər yaradıcılığında merac

Uca Allahın ilahi həqiqətləri insanlara çatdırma yollarından biri də islam

tarixində özünə önəmli yerlərdən birini tutan merac hadisəsidir. Hz.Məhəmmədin (s.a.s) ən böyük möcüzələrindən olan Merac təkcə tarixdə deyil, dünya ədəbiyyatının ən mühüm və önəmli səhifələrində layiqli əksini tapmışdır.

Merac Qurandan götürülüb və sonra məşhur tarixçi Təbərinin kitabında, təfsir və risalələrində özünə yer tapmış, tezliklə əfsanə və hekayə şəklində bədii təfəkkürə yol açmışdır. Merac zamanı cənnət və cəhənnəm hadisələri, imanlı və əməlisaleh adamların xoş həyatı, imansız və bəd əməl sahiblərinin əzabı bəşər övladı üçün ibrət kimi qəbul edilir (1. 311)

Merac Qurani-Kərimdən götürülüb və əl-İsra surəsinin birinci ayəsində öz əksini tapıb:

لذي باركنا حوله لنريه من آياتنا سبحان الذي أسرى بعبده ليال من المسجد الحرام إلى المسجد األقصى ا إنه هو السميع البصير

Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir! (İsra:1)

Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) - Məhəmmədin Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da Allahın göydəki məskəninə ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə iyd əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir (7).

Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə “İsra” da adlanır. Isra gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona “İsra” deyilmiş və bu ad ilə də Qurani-Kərimdə yad edilmişdir.

Bəzi mənbələrə görə meracın ruhla baş verdiyinə inanlar azdır. Aişə bu azlığın başında durur. O, bu barədə belə demişdir: “Rəsulu Əkrəmin cismi yerindən qalxmadı, ancaq ruhu ilə səmaya yüksəkliklərə çıxdı.”

Bəziləri Məkkədən Qüdsə qədər olan İsranın cisimlə, oradan göylərə çıxmasının isə ruhla olduğunu söyləmişlər. Bəziləri isə göylərə lətif cəsədi ilə

Page 46: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

46 Hikmət

çıxdığını söyləmişlər. Əksəriyyəti isə meracın cisimlə vaqe olduğuna inanır (2.146).

Merac bu mənada Peyğəmbərimizə (s.a.s) məxsus olsa da, digər peyğəmbərlərin də xüsusi zamanlarda dünya ilə əlaqədən ayrılaraq yüksək məqamlara yetişdikləri, mələklər aləmini seyr etdikləri olmuşdur. Peyğəmbər nurdan yaranmış mələklərdən ibarət olan yanındakılarla ilahinin hüzuruna çıxır.

Orada ilahi nur və Rəbbani feyz dəryasına dalar. Hərəmi akdəsə, Hazirai qüdsə ayaq basar. Ənbiyanın yeri belədir. Bu yer dərəcə dərəcə dəyişir. Peyğəmbərlər içərisində ən yüksək yer olan Məqamı-Mahmud, Hz.Məhəmmədə (s.a.s) nəsib olmuşdur. Eləcə də səmavi kitablar içində ən mükəmməl və müqəddəs olan Qurani-Kərim (təhrif olunmamış şəkildə) ona nazil olmuşdur. Həzrəti İbrahim, Həzrəti Yaqub, Həzrəti Musa və Həzrəti İsa da belə ilahi seyranlara yetişmiş böyük Peyğəmbərlərdir. Ancaq Həzrəti Peyğəmbərin (s.a.s) meracı hərtərəfli olaraq fərqlənən, ülviyyət və qüdsiyyətlə dolu olan bir hadisədir (7).

Merac mövzusu Şərq ədəbiyyatında, xüsusi ilə türkdilli poeziyada ənənəvi bir xarakter almış və demək olar ki, əksər klassik dövr sənətkarlarının yaradıcılığına, hər bir yazarın qələminə, mərifətinə, ruhuna və ən əsas, Ulu Tanrının qəlbindəki yerinə uyğun tərzdə yazılmışdır. Hətta XIX əsrin sonu və XX əsrin əvvəlləri yeni üslubda yazıb-yaradan ədiblər bu mövzuya müraciət etmişlər (3, 209).

Hz.Məhəmməd (s.a.s) obrazı bir peyğəmbər və kamil insan kimi ədəbiyyatda əks olunmuşdur. Orta çağlarda elə bir sənətkar tapılmaz ki, bu mövzudan bəhs etməmiş olsun. Mənzum dastan və məsnəvilərdə isə bir ənənə olaraq Tanrıya sitayiş, münacat və tovhiddən sonra peyğəmbərin nəti və merac təsvir edilir. Meracnamə mövzusu dastanların giriş hissəsində bədii hikmətamiz bir naxış kimi verilir (1, 311).

Siracəddin Hacının “Həzrəti Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s)” kitabında Nizami yaradıcılığında önəmli yer tutan bu mövzu müəllif tərəfindən təfərrüatlı şəkildə incələnmişdir.

Hz.Nizamiyə görə, uca Allahın (c.c) yaratdığı ən dəyərli varlıq insandır. Şairə görə, insan azad olmalıdır, onun dəyəri azadlığına bağlıdır. Insana bu azadlığı verən də uca Allahın (c.c) dinidir, iman, iradə və ağıl nemətidir. Islam mədəniyyəti qaynağı uca Allaha (c.c) bağlı olan, məqsədi insanın fitrətinə uyğun yaşanmasını təmin edən, iman, azadlıq, ədalət mədəniyyətidir. Bu ölməz mədəniyyətin ən önəmli dəyərlərinədən biri də merac nemətidir (4, 751).

Hz.Məhəmməd (s.a.s) merac gecəsi Ərşi gördü: Ərşin başı Onu qarşılamağa gəldi, Rəfrəf Səni Sidrəgahın taxtına apardı, Sidrəgahın hüdudunu keçdin, Ərşin darısqal qülləsinə çatdın, Ərşin gərdək qapısından keçdin, Ərşin

Page 47: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 47

sahəsinə çatanda ürək və canın işi ürək və cana yetişdi, Onun varlığı özünü əsl gövhərxanasına yetirdi, Ərşə çatdı, dua etdi, nurani Ərşdən daha yüksəklərə baş vurdu. Hz.Məhəmməd (s.a.s) merac gecəsi cəhətsizliyi, sonsuzluğu, məkanlızlığı, ruhun dinclik sahəsini gördü: aşağı, yuxarı, ön, arxa, sağ, sol bir cəhətə çevrildi, altı cəhət aradan qalxdı, altı cəhət onun önündə nə dil çıxara bilər, həm cəhət, həm də cahan Ondan qaçarlar, cəhətsiz olanın cəhətlə işi olmaz, bu cəhətdən o pərgar cəhətsiz oldu, Onun nəzəri cəhətin üzünə niqab salmayınca ürəyi təşviş və iztirabdan azad ola bilməzdi, cəhət gözdən itdi, cəhətlərin bazarını pozdu, üst və alt zəhmətindən xilas oldu, orada məkan və zaman yox idi, altı cəhətin zülfünü alnında sındırdı, məkanın üzünə örtük çəkdi, qədimlik üzündən örtüyü açdı, dinclik məkanına daxil oldu (4, 749).

Məhəmməd məkansız məkanda nişansızlığın nişanını gördü, ilahi kəlamı vasitəçisiz eşitdi, cahan padşahını cəhətsiz gördü, O, Tanrını gördü və Tanrı görülməlidir, Onu görməyin məkanı və zamanı yoxdur, O, məkan və zamandan çox ucadır, “Onu görmək mümkün deyil” deyənlərin özləri kordur, ibadət etdiyimizi görmək səadətdir, O, görülməli, görülməli və görülməlidir, O, vardır, ancaq bir yerdə qərar tutmayıb, Məhəmməd o varlıq çeşməsini başqa gözlə deyil, yalnız idrak gözü ilə gördü, cəhətsizi cəhət olan məkanda görmək olmaz, həm zülcəlalı gördün, həm də həqq kəlamının sirrini eşitdin.

Hz.Məhəmməd (s.a.s) merac gecəsi peyğəmbərləri gördü: Peyğəmbərlərin canı Onun ayağının torpağı oldu, Onlardan hər biri yəhərinin qunzuğuna əl çəkirdi, Musa və Xızır qasid kimi qaçırdı, Məsiha atının qabağında yüyürdü, bir quş kimi Mədinədən uçub son məqsəd olan Əqsaya çatdı, peyğəmbərlər onu özləri üçün qiblə etdilər. O, imamlıq fəziləti irəli getmişdi, peyğəmbərlərə rəhbərlik etdiyinə görə Allahın yolunu qarşısına qoymuşdu (4, 750).

Hz.Məhəmməd (s.a.s) bir mübarək gecə gördü: O gecə göylər məclis parıldatmışdı, o gecə parıldaması ilə gündüzlük iddia edirdi, gecə qara bayrağını qaldırmışdı, bu gecə Onun qədir gecəsi idi, bu gecə əbədiyyət bəzəyidir, bu gecə hz.Məhəmmədin (s.a.s) merac gecəsidir, o, xoşbəxt gecədir, çünki Onun dünyanı işıqlandıran qədəmi ilə gündüzə döndü, Onun gəlişindən gecə vəcdə gəldi, o, ənbər ətirli gecə idi, gecə günorta çağlı gündüzə çevrilmişdi, dua gecəsi idi, Onun sürətindən gecə təpik yedi, yer üzünə rəhmət enən gecə idi, hz.Məhəmmədin (s.a.s) qonaq olduğu gecə idi (4, 746).

Göycə aşıqlarının ana axarında duran və XIX yüzillik Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olan, öz dərin biliyi, insani keyfiyyətləri və poetik kamilliyi, dövrünün islami dəyərlərini düzgün qiymətləndirərək yaradıcılığında ondan yetərincə istifadə edən, mötəbər mənbələrdən qaynaqlanaraq məzmun dərinliyinə riayət edən, dil təmizliyi, səlisliyi və ahəngdarlığı, üslub axarlığı, mənəvi-ləfzi gözəlliklərin zənginliyindən istifadəetmə bacarığı ilə qəlbləri fəth edən, hər sözü, aşığın dediyi kimi, ləlü-

Page 48: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

48 Hikmət

cövhər olan hikmətamiz fikirlərini Qurani-Kərimdən düzgün və məharətlə istifadə edərək təsdiqləyən Tanrı vergili sənətkar hz.Məhəmmədin (s.a.s) möcüzələrindən olan “Merac” mövzusunu qələminin qüdrəti ilə özünəməxsus şəkildə nəzmə çəkmişdir.

Aşıqlar qövlilə, arifü aqil, Dörd dəfə peyğəmbər meraca getdi. Otuz altıyla cəm olubdu on yeddi, Xəstə dilim bu yollara bələddi. (5, 31)

Aşıq Ələsgərin yaradıcılığına nəzər saldıqca onun aşıq, dərviş, dəli,

Ələsgər, arif, aqil və başqa bu kimi xitablar, elm, mərifət, helm və digər bu kimi sözlərdən çox istifadə etdiyini görürük. Arif və aşıq xitablarından isə o, yerinə görə sinonim kimi də istifadə edir. Aşığın Meracnaməsinin ilk bəndində də arifu-aqil ifadəsi işlədilmişdir. Bu terminlərin izahı və daşıdığı anlamı başa düşmək üçün mövzudan bir qədər uzaqlaşaq.

İslam mədəniyyətində elm-mərifət qarşılaşması böyük maraq və mübahisə qaynağı olmuşdur. Tanınmış şərqşünas F.Rouzental islamda elmin çeşidli məzmun çalarlarını izah etməklə elm-mərifət təzadına toxunmuş və ariflərin nəzərində mərifətin elmdən üstünlüyünü göstərmişdir (1, 143).

Elm və mərifət təzadı bəzən elə şəkildə ifadə olunur ki, ilk baxışda bu terminlərin bir-birinə zidd olması nəzərə çarpır. Əslində isə elm və mərifət idrakın müxtəlif səviyyə və mərhələləridir, onlar biri digərini tamamlayır (1, 127). Başqa bir tərəfdən yanaşdıqda elmin hasili elmül-yəqin, mərifətin hasili isə həqiqül-yəqindir (1, 129). Bu mənada ariflər mərifətin məqamını elmdən üstün tutmuşlar (1, 130).

Nəsib Cümşüdoğlunun eyni adlı əsərində gerçəkliyə münasibət və onları anlamağın iki üsulu diqqət mərkəzində dayanır:

1. Məntiq, dəlil, sübut və əqli düsturlar. 2. İlham, zövq, kəşf və müşahidə.

Birincisi məntiqi üsula üstünlük verirsə ikincisi daha çox irfana meyl göstərir, lakin arif həqiqəti tanımaqda bunları yarımçıq hesab edir, ağıl, məntiq və hisslərin fövqündə dayanan intuitiv duyuma və daxili işıqlanmaya söykənir (1, 144).

Istər klassik, istərsə də şifahi xalq yaradıcılığında, ümumən bədii ədəbiyyatda nəzərə çarpacaq dərəcədə iz buraxmış bu xitablar altında filosoflar, fəqihlər, mütəkəllimlər, məntiq alimləri və ariflər arasında gedən elm-mərifət bəhsinə işarə edilir ki, bunlardan da aşıq Ələsgər bilgilidir (elmlidir).

Bu bənddə isə Aşıq Ələsgər aşıqların, aqil-arif adamların dili ilə peyğəmbərimizin dörd dəfə meraca getməsini qeyd edir. Mənbələrdəki

Page 49: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 49

məlumata əsasən əslində hz.Məhəmməd (s.a.s) meraca bir dəfə getmiş, ümmətinin bağışlanması üçün xaliqindən baratını, sövmu-salatın aldıqdan sonra geri qayıdarkən peyğəmbərlərdən biri ilə görüşür, 50 rükətlik namazın qılınmasının mümkünsüz olduğu fikri ilə razılaşaraq Uca Allahdan onların azaldılması üçün yoldan qayıdır və ricasına nail olaraq geri dönür.

“Dörd dəfə peyğəmbər meraca getdi” ifadəsi altında məhz bu nəzərdə tutulur, “Otuz altıyla cəm olubdu on yeddi” ifadəsi altında isə müəllif Qurani-Kərimin sıra etibarı ilə 36-cı yerdə duran “Yasin”, 17 rəqəmi altında yazılmış “İsra”, bu iki rəqəmin toplamı ilə isə 53-cü nömrə altında əks olunmuş “Ən-Nəcm” surələrinin məzmun qatlarına müraciət edir. Bu surələrin hamısı bu və ya digər şəkildə hz.Məhəmmədin (s.a.s) möcüzələrindən biri olan Meracla bağlıdır.

Isra surəsində məqsəd hz.Məhəmmədi (s.a.s) Məscidulhəramdan ətrafı mübarək edilmiş Məsciduləqsaya aparan Allahın pak və müqəddəsliyinə işarədir.

Yasin surəsində hz.Məhəmmədin (s.a.s) həqiqətən Allah tərəfindən göndərilməsinə, şəriət sahibi peyğəmbərlərdən olmasına, Allahın əsl tovhid dini olan İslam dinini tutaraq haqq yolunda olmasına, qəlb gözləri kor olmuş, mənən də kor olan kafirlərin cəhənnəm əzabına düçar olmalarına, ancaq öyüd-nəsihət (haqla batili) ayırd edən açıq-aşkar Qurana, onun qayda-qanunlarına riayət edən, ağıl və bəsirət sahiblərini gözləyən əməllərə və son nəticədə hər şeyin hökmü Onun əlində olan pak və müqəddəs Allaha işarə edilir, Onun hüzuruna qayıdacağımızdan söhbət gedir.

Şiə məzhəbində süliddin beşdi, Üç müqərrər mələk bilmədi keçdi. Fərmani-qüdrətdən nida yetişdi, Həbibim, nəleynin ərşə zinətdi. (5. 25).

Bu bənddə İslam dininə, onun üsulid - din və furuud - dininə dərindən

bələd olduğu da bəlli olur. Aşıq Ələsgər bu beytin birinci misrası ilə şiə məzhəbindəki üsulid-dinə, yəni Tovhid, Ədl, Nübuvvət, İmamət və Məada, ikinci misrada isə müqərrər mələklərə işarə edir. Söhbət dində qəbul olunmuş beş müqərrər mələklərin (Əzrail, Cəbrail, Dərdail, Mikail və İsrafil) üçündən gedir.

Siracəddin Hacının hz.Nizaminin “Meracnamə”si ilə bağlı tədqiqatında üç mələklə bağlı qeyd olunanlarla tanışlıq şeirin bu məqamında yerinə düşərdi:

... Cəbrailə (ə.s.) əmr olunmuşdu ki, qoyulan səddi keçməsin, O, Mikayılın (ə.s) kəcavəsindən baş vurub çıxdı, İsrafilin (ə.s.) surunun rəsədxanasına daxil oldu, o yolda Cəbrailin (ə.s.) qanadı töküldü, İsrafil bu dəhşəti görərkən

Page 50: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

50 Hikmət

qorxmuşdu, Cəbrail atlanıb geri qayıtdı, O, Mikaili keçdi, İsrafil gəlib Onu qanadına aldı, Cəbrail (ə.s.) geri qaldı, “Allah səninlə olsun dedi”, İsrafil ayaqarına döşəndi... (4, 749).

Üç müqərrər mələk ifadəsi altında söhbət yuxarıda qeyd etdiyimiz mələklərə işarədir.

Fərmani-qüdrətdən nida yetişdi, Həbibim, nəleynin ərşə zinətdi.

Bəndin sonuda həbibim, yəni istəklim ifadəsi ilə aşıq hz.Məhəmmədə

(s.a.s) müraciət edən Uca Tanrının Ərşə girərkən hz.Məhəmmədin (s.a.s) nəleynin çıxarmaması istəyinə işarədir.

Aşıq Ələsgər bu bənddə bir tərəfdən Musa peyğəmbərin Tur dağına çıxarkən Uca Tanrıdan “nəleyni çıxart, sən müqəddəs Tur dağına qalxmısan” fikrinə, digər tərəfdən isə Peyğəmbərin meracı ilə bağlı alimlər arasında olan münaqişəyə işarə edir. Belə ki, bəziləri hz.Məhəmmədin (s.a.s) Ərşə ruhən, digər qismi isə cismən getdiyini söyləyirlər. “Nəleyini çıxarma, o Ərşə zinətdir” ifadəsi peyğəmbərimizin ruhən deyil, cismən meraca getməsinə sübutdur.

Bəndin sonunda: Hər yandan səs gəldi: Ya Məhəmməda! Məscidi-Əqsaya yetişdi səda.

Hz.Məhəmməd (s.a.s) Ərşdə o qədər möhtəşəm qarşılanır ki, ona xitab olunan “Ya Məhəmməd” nidasının səsi peyğəmbərin meraca getdiyi Məscidül-Əqsaya yetişir.

Haqdan peyğəmbərə yetişdi salam, Gəldi şirü-birinj, qoyuldu taam. Üz tutdu dərgaha həyyi-layənam, Yalqız taam yemək bizə əziyyətdi (5, 31)

bəndi ilə aşıq Uca Allahın peyğəmbəri şirə salmış buğdadan ibarət olan təamlarla qarşıladığını qeyd edir. Üçüncü misrada hz.Məhəmməd (s.a.s) “həyyi- layənam” adı ilə qeyd edilir ki, bu da peyğəmbərimizin gecələr belə oyaq qalmasına işarədir, çünki gecələr namaz qılmaq və ibadət etmək peyğəmbərə vacib, insanlara isə müstəhəbdir.

Gecə namazı, yəni Peyğəmbərimizə xas “təhəccüd” namazı Qurani-Kərimin “İsra” surəsində öz əksini tapmışdır.

د به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا ومن الليل فتهج(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə

(təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən)

Page 51: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 51

bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin! (əl-İsra: 79)

النجوم وادبار فسبحه الليل ومن Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə,

yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!) (Tur:49)

Pərdeyi hicabdan bir dəst gəldi, Taamı yedilər, almanı böldü. Nütfəsi, xilqəti, zatı gözəldi İnan, bu sözlərim, bil həqiqətdi. (5. 31)

Həyyu-layənam üzünü Allaha tutub tək çörək yeməyin məkruhluğunu

söylədiyindən hicabın arxasından bir əl görünür və onlar hz.Məhəmmədlə (s.a.s) birgə yemək yeyir, cənnət almasını bölürlər. Sonrakı misrada isə həmin adamın kimliyinə işarə edən epitetlər - nüftəsi, xilqəti, zatı gözəldir - deməklə İmam Əliyə (ə) işarə edir. Son misrada isə Aşıq Ələsgər özünəməxsus sənətkarlıqla fikirlərinin həqiqət olduğunu bildirərək “inan” və “bil” sözləri ilə onu ikiqat təkidlə təsdiqləyir.

Növbəti bənd: Nuri - irəhmətdən aldı dəstəmaz İki rəkət əda eylədi namaz. Üz tutdu dərgaha izd ilə niyaz: Xudaya, tavaqqam səndən ümmətdi. (5, 26)

Bildiyimiz kimi dəstəmaz su ilə, quraqlıq yerlərdə torpaqla alınır. Qurani-

Kərimdə bu haqda belə yazılıb: الة فاغسلوا وجوهكم وأيديكم إلى المرافق وامسح يا وا برؤوسكم أيها الذين آمنوا إذا قمتم إلى الص

أو جاء أحد منكم من الغائط وأرجلكم إلى الكعبين وان كنتم جنبا فاطهروا وان كنتم مرضى أو على سفر نه ما يريد الله ليجعل أو المستم النساء فلم تجدوا ماء فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم م

وليتم نعمته عليكم لعلكم تشكرون عليكم من حرج ولـكن يريد ليطهركم Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə

birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini

Page 52: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

52 Hikmət

tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz! (Maidə:6) Yuxarıda qeyd etdiyimiz şeirin birinci misrasında isə hz.Məhəmmədin

(s.a.s) Allah-Təalanın nurundan dəstəmaz aldığı qeyd edilir. Peyğəmbərimiz iki rükət namaz qılıb Uca Allahın dərgahına üz tutaraq ümmətinin bağışlanması üçün yardım istəyir.

Allahın 1001 adı var, lakin onun bəlli və ən çox işlənən gözəl adları 99-dur və “əsmaul-husnə” adı ilə tanınır. Ədəbiyyatda bu adlardan “tənsiqus-sıfat” bədii sənəti kimi faydalanmışlar (6, 247).

Tənsiqus - sıfatın qeyd etdiyimiz nümunələri müqəddəs Qurani-Kərimin ayələrində öz əksini tapmışdır. Quranda: ( نى وال تجهر بصالتك وال تخافت بها قل ادعوا الله أو ادعوا الرحمـن أيا ما تدعوا فله األسماء الحس ) س

وابتغ بين ذلك سبيال (Ya Rəsulum!) De: "İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua

edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut! (İsra:110)

99 əsmaul-husnadan biri də “əl-Qafur”dur (Qafur qulların günahlarını örtən, günahları bağışlayan deməkdir).

إن الله ت يتفطرن من فوقهن والمالئكة يسبحون بحمد ربهم ويستغفرون لمن في األرض أال تكاد السماوا هو الغفور الرحيم

Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir! (Şura:5)

Uca Tanrı Kitabı (Qurani-Kərimi) bəndələrindən seçdiyinə (hz.Məhəmmədə (s.a.s)) ümmətinin bağışlanması üçün miras verdi. Yaxşı, düzgün əməlləri ilə bu kitaba varis olmaq böyük lütfdür. Merac gecəsi də bağışlanma gecəsidir.

Üz tutdu dərgaha izd ilə niyaz: Xudaya, tavaqqam səndən ümmətdi (5,26)

Hz.Məhəmməd (s.a.s) Merac gecəsi mələkləri gördü: “Bu gecə sənin gecəndir”, “Sən ondan hər nə istəsən, onu alacaqsan”

ifadələri ilə Nizami Gəncəvi də məxluqatın ən şərəflisi olan hz.Məhəmməd (s.a.s) peyğəmbərin ümməti üçün nicat, bağışlanma istəyini vurğulayır. Yuxarıda qeyd etdiyimiz beytdə Aşıq Ələsgər məhz bu fikri ifadə edib.

Həbibullah mindi İrəfrəf atın, Xaliqi-ləmyəzəl verdi baratın.

Page 53: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 53

Bizə vacib olan sövmü-salatın, Üç hissəsin qoydu, birisin gətdi. (5, 32)

“Həbibullah” kəlməsi ilə hz.Məhəmmədə (s.a.s) işarə edən Aşıq onun Uca

Allahın sevimlisi olduğunu bir daha vurğulayır. Allah-Təaladan ümmətinin bağışlanması üçün Ona verilən imkandan istifadə edərək istədiklərini-Merac nemətləri (Namaz və orucu) alan Peyğəmbər sevincək halda İrəfrəf adlı atını minir.

Əli Himmət Bəkri və Osman Kəskioğlunun verdikləri məlumata əsasən Meracda Şahidi - məsturi əzəl, əsrar pərdəsini qaldırdı. Qulu Məhəmmədə nə vəhy etdisə etdi. O yerdə Ona üç ərmağan verildi:

1. Bəqərə surəsinin sonu. 2. Ümmətindən, şirk qoşmayanların, Cənnətə girəcəyi müjdəsi. 3. Meracın hibəsi olan beş vaxt namaz (2, 149).

Bu beytin son iki misrasına gəlincə Peyğəmbərimizin sövmü-salatın üçdə bir hissəsini ümməti üçün gətirdiyi qeyd edilir. Sual oluna bilər ki, Aşıq burda nə demək istəmişdir?

Məşhur hədislərin birində qeyd edilir ki, Uca Tanrı ilk öncə ümmətin bağışlanması üçün 50 rükət namazın vacibliyini qeyd edir. Cəbrail (ə.s) Peyğəmbərimizlə söhbətindən sonra Allah-Təaladan bunun imkansız olduğunu söyləyərək azaldılmasını rica edir və nəticədə gün ərzində 17 rükət qılınması ilə razılaşırlar. Lakin hz.Məhəmməd (s.a.s) ümmətinin bağışlanması üçün göndərilən namazın 1/3 hissəsini götürsə də 17 rükətli namaz Allah-Təala yanında 50 rükət dəyərində qəbul olunur.

Əşrəfi məxluqat, aləm sərvəri, Oxudu təşəhhüd, qayıtdı geri. Huri, qılman, mələk, neçə min pəri... Əmr eylədi haqq, göyləri bəzətdi. (5, 32)

Birinci misradakı “əşrəfi məxluqat, aləm sərvəri” ifadəsi ilə

hz.Məhəmmədi (s.a.s) qeyd edən aşıq onun ümmətinə lazım olan bağışlanma bar-baratını aldıqdan sonra təşəhhüd oxuyur:

Düşünürəm ki, İslam əhli təşəhhüdü bilməmiş deyil, lakin gələcəkdə kitab halında çıxarmaq istədiyimiz “Aşıq Ələsgər yaradıcılığının poetikası” adlı əsəri əlinə ala bilən hər bir kəs bu məqamı oxuyarkən bir daha savab qazanmış olur. Buna hər birimizin ehtiyacı var desəm, yanılmaram.

Haqqın əmri ilə huri, qılman, mələk, neçə min pəri göyləri bəzədi.

Page 54: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

54 Hikmət

Bağışlandı ümmətlərin günahı, Şadü-xürrəm oldu islam pənahı. Gəldi bir arslan, tutdu irahı, Mustafa görəndə, xatəmin atdı. (5, 32)

Merac neməti olan namaz insanlara bağışlanma ümidi gətirdiyindən islam

əhli şadü-xürrəm olur. İslam dininin ən önəmli dəyərlərindən biri olan namaz, yuxarıda da qeyd etdiyimiz kimi, ədəbiyyatda Merac möcüzəsi şəklində təqdim olunur. Bunun başlıca səbəbi, Siracəddin Hacıya görə “namazın tovhid inancının insanların düşüncə və əxlaqına yerləşməsi, bu inancın qorunmasındakı çox böyük önəmi ilə bağlıdır. Şairlərin, yazarların əsrlər boyu bu mövzuya önəm verərək meracnamələr yazmasının, islam tarixində bu hadisənin təqvimləşməsinin səbəbi də budur” (4, 744).

Buna görə də əziz Peyğəmbər (s.a.s) belə buyurur: “Namaz dinin dirəyidir” yəni İslam dininin namaz dirəyi qırılsa, bu ibadət

sistemi pozulsa İslam dini çökər (4, 744). Deməli, namaz insanları pislikdən qoruyaraq əməli-salehli olmağa kömək edir. Hz.Nizami namazın merac nemətini belə dəyərləndirmişdir: “Namaz uca

Allahın (c.c) xüsusi nemətidir”, “Namaz ümmət üçün xilas fərmanıdır”, “Namaz həqiqi məhəbbət xəzinəsidir”, “Namaz insanlığın sevinc müşdəsidir”, “Namaz cəhənnəmdən azad olmaq vəsiqəsidir” (4, 745).

Namaz ümmətə bağışlanma sevinci gətirən nemətdir.Bəndin sonunda: Gəldi bir arslan, tutdu irahı, Mustafa görəndə, xatəmin atdı.

Aşıq Ələsgər “arslan” ifadəsi ilə Əliyə (ə.s) işarə edir, İslam yolunu zatı, nüftəsi, xilqəti pak olan bir insanın - Əlinin (ə.s) tutduğunu söyləyir. Mustafa yəni hz.Məhəmməd (s.a.s) onu görəndə xatəmin atır.

به قل إنما اآليات عند بين وقالوا لوال أنزل عليه آيات من ر وإنما أنا نذير م هللا (Müşriklər: ) "Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi)

möcüzə nazil olmadı?" - dedilər. (Ya Rəsulum!) De: "Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!" (Ənkəbut:50)

Ayədən göründüyü kimi xatəm hz.Məhəmmədə (s.a.s) məxsus ifadədir, lakin, O, ədəbiyyatda “Şahi-mərdan, şiri-yezdan, Heydəri dül-dül, səvar” və ya zatı pak insan kimi qiymətləndirilən Əlinin İslamda və insanlıqdakı mövqeyini bildiyindən, Ələsgər yazdığı kimi, Xatəm sözünü atır, yəni artıq peyğəmbərlik dövrünün xətm, imamət dövrünün başlandığına işarə edir. Hz.Məhəmməd (s.a.s) Əlini (ə.s) öz layiqli davamçısı kimi görür.

Page 55: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 55

Aşıq Ələsgər öz “Meracnamə”sində islami dəyərləri, islamla bağlı hadisələri həqiqətə istinad edərək öz qələminə məxsus məharətlə əks etdirir:

Yetişdi hücrəyə əzizü əzim, Şahi-mərdan dedi: “Meracın qədim!” Göstərdi almanı, etdi təbəssüm, Buyurdu: Hər işin sirri-qüdrətdi. (5, 32)

Hücrəsinə yetişən əzizü - əzim, hz.Məhəmməd (s.a.s) Şahi - Mərdan adı ilə

tanınan Əli (ə.s) Meracının baş tutduğunu, qədim (keçmiş) olduğunu söyləyir və cənnət almasını təbəssümlə ona göstərərək Onun hər işinin sirri qüdrət, yəni Uca Allahın qüdrətinin sirrinin nəticəsi kimi qiymətləndirir.

“Müəllif məşhur bir bağlamasında da merac mövzusuna toxunur: Asman nə istədi bari - xudadan? Xuda nə əmr etdi ərşi-əladan? Kim idi, gəldi, kimi apardı haradan? Nə surətdə gördü Məscid - Əqsanı? Nə ab ilə orda oldu dəstəmaz? Neçə rəkət əda eylədi namaz? Neçə kimsənəyə oldu pişnamaz? Onlar baqidimi, olubmu fani? (5, 335).

İslami dəyərlərə, dövrünün tarixinə, mötəbər kitabımız olan Qurani -

Kərimə dərindən bələd olan aşıq öz sinəsini məcazi mənada haqq bazarına, sözlərinin isə həyat, bəşər həqiqətlərinə istinad etdiyini sübut etmək üçün onu heç bir qiyməti olmayan ləl - mirvariyə bənzədir.

Islam tarixinə, təsəvvüf, fəlsəfə, tovhidə, Qurani - Kərimin məzmun, məna və bədiiyyat incəliklərinə hərtərəfli bələd olan Aşıq Ələsgər kamalının azlığından şikayət edir. Aşıq şeirindəki yüksək dəyərlərə nisbətdə özünü miskin, az savadlı göstərməklə oxucu qarşısında özünü həyatı boyu elmi və helmini artırmağa cəhd edən kamil insan kimi göstərə bilmişdi. “Dərs aldım, öyrəndim, oldu öz malım” ifadəsi ilə insana həyatı boyu yalnız və yalnız öyrəndiklərinin, elm, mərifət və ədəbin qalacağını qabarıq şəkildə göstərməyə çalışır. Aşıq Ələsgərin bu sözlərində bəşər cəmiyyətinin hər bir dövrünə şamil ediləcək nəsihət və hikmət vardır.

“Bizdən də ustada nəfi - rəhmətdi” mərifəti, əxlaqı, elm və biliyi ilə örnək olan aşığın bu misrası zəmanəmizin hər dönəmində gənc nəslə nəsihətdi. Hər bir ustad öz sələfləri tərəfindən əbədi rəhmətlə yad edilməlidir.

Page 56: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

56 Hikmət Beləliklə, Aşıq Ələsgərin “Meracnaməsi” həqiqətən onun Haqq aşığı

olduğuna, islam maarifinə dərindən yiyələnməsinə bir daha sübutdur.

ƏDƏBİYYAT: 1. N.Cümşüdoğlu. Füzulinin sənət və mərifət dünyası. Bakı – Tehran 1977 2. Əli Hümmət Bəkri. Osman Kəşkioğlu. Xatəmul - ənbiya. Həzrəti Məhəmməd və

həyatı. Ankara 1996 3. M.H.Quliyeva. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı - 2008 4. Siracəddin Hacı. Həzrəti Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik

anlayışı və Həzrəti Məhəmməd (s.a.s). cild 4. Bakı - 2010. 5. Aşıq Ələsgər. Şeirlər, dastan – rəvayətlər, xatirələr. Bakı, Çinar çap - 2003 6. M.H.Quliyeva. Klassik şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı – 2010 7. Vikipedia.org

Page 57: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 57

İbrahim Quliyev Bakı İslam Universitetinin müəllimi,

AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı

İmam Rzanın (ə) islahatları 1. İmam Rzanın (ə) dövrü və üzləşdiyi ideoloji problemləri İmam Rza (ə) şiələrin səkkizinci imamıdır və atası imam Kazımdan (ə)

sonara imamət məqamına yüksəlmişdir. Onun dövrü qarışıq ictimai-siyasi və mürəkkəb dini-ideoloji dövr kimi xarakterizə edilir. Çünki bu dövrdə müxtəlif fikir cərəyanlarının və anti-islam ideyalarının ortalığa çıxdığı dövrdür. Meydana gələn bu sapıq fikir və ideyalar təəssüflər olsun ki, özünə çoxlu sayda tərəfdar toplamış və insanları düşüncə baxımından məşğul etmişdir.

Eyni zamanda təhrif olunmuş yəhudilik, xristianlıq, məcusilik və sabiilik dinləri də bəzi müsəlmanların əqidə və fikirlərini öz təsiri altına almışdı. Hələ bunlar azmış kimi brahmanizm və dəhriyyəçilik müsəlmanların əqidələrində öz təsirini qoymağa başlamışdı.

İmam Rzanın (ə) dövründə diqqəti çəkən məqamlardan biri də qədim Yunan, Hind və İran fəlsəfi ədəbiyyatının ərəb dilinə tərcümə olunması və bu fəlsəfi düşüncələrin müsəlmanlar arasında cəbr və təvfiz, təşbih və cismləşmə kimi fikirlərin yaranmasına yol açmışdı. İmam Rzanın (ə) siyasi həyatını araşdıran müsəlman müəllifləri yazırlar; “İslamın Peyğəmbər (s) dövründə Hicazdan kənara çıxa bilməməsinə baxmayaraq, bünövrəsi möhkəm olduğundan, o Həzrətin vəfatından sonra sürətlə yayılmağa başlayır. Belə ki, qısa bir müddət ərzində o dövrün Roma, İran, Misir, Yəmən və Aşur kimi digər beş böyük mədəniyyəti öz nüfuzu altına alaraq inkişaf etdirdi. İslamın elmsevər təbiəti sayəsində Yunanıstan, Misir, Hindistan, İran və Roma alimlərinin elmi kitabları Quran dili olan ərəb dilinə tərcümə olunurdu.

Öz elmlərini Qurandan mənimsəmiş İslam alimləri digər alimlərin kitablarını oxuyub onlara bəzi iradlar tutmaqla köhnəlmiş mədəniyyətə yeni – İslami rəng gətirirdilər. Başqa alimlərin yazdığı əsərlərin tərcüməsinə Əməvilərin hakimiyyəti dövründən (əlbəttə, Əməvilər özləri İslam və elmə qarşı biganə idilər) başlanılmış Abbasilərin xüsusən də, Harun və Məmunun hakimiyyətləri dövründə kulminasiya nöqtəsinə çatmışdır. Əlbəttə, bu elmi inkişafın bünövrəsini heç də Əməvilər yaxud Abbsilər qoymamış sadəcə olaraq İslam təlimlərinin elm sahəsindəki təbliğinin bilavasitə nəticəsi və elm üçün heç bir həddi-hüdud təyin etməməsi olmuşdur. İslamın “Elm Çində belə olsa, onun ardınca gedin!” “Elmi nəyin bahasına olursa-olsun hətta ürəyinizin qanı bahasına da olsa, öyrənin!” kimi təlimləri müsəlmanları elm ardınca getməyə

Page 58: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

58 Hikmət

vadar edirdi. Tarixdə qeyd edilmişdir ki, bir gün Məmun görkəmli yunan filosofu Aristoteli yuxuda görüb ondan bəzi məsələlər barədə soruşur. Yuxudan ayıldıqdan sonra onun kitablarını tərcümə etmək fikrinə düşür. Roma imperatoruna bir məktub yazaraq bu imperiya ərazisindəki qədim elmləri ehtiva edən kitablar məcmuəsini onun üçün göndərməsini istəyir. Roma imperatoru çox götür-qoy etdikdən sonra bu təklifi qəbul edir. Məmun bu mühüm vəzifəni yerinə yetirməyi Həccac ibn Mətər ibn Bətriq və “Beytül-hikmət”in rəisi Səlmaya tapşırır. Onlar Roma imperiyasına gedib orada bəyəndikləri kitabları Məmunun hüzuruna göndərir və Məmun da onları tərcümə etdirməyə başlayır” (1, 353).

Məlum məsələdir ki, Məmun kimi köhnə siyasətbazların yuxusu adi yuxu olmayıb adətən siyasi mövqe kəsb edir. Onlar yuxularında elə şeylər görürlər ki, yuxuda gördükləri onların hökumət dayaqlarını möhkəmlədir. Ümumiyyətlə, Məmunun bu hərəkəti siyasi təhlil baxımından aşağıdakı ehtimalları doğurur:

1. Məmun özünü elm bilik tərəfdarı olan bir müsəlman kimi qələmə vermək üçün hansısa üstünlük qazansın deyə, bu hərəkətə əl atır.

2. Məmun istəyirdi ki, bu işlə ictimai problemlər və siyasi vəziyyət qarşısında bir növ məşğuliyyət yaratsın.

5. O, bu hərəkəti ilə bildirmək istəyirdi ki, Abbasilərin xilafəti İran, Roma və Misir kimi imperiyalara da hakim olmağa layiqdir.

Bu üç ehtimalın biri heç də digərini inkar etmir və ola bilsin ki, bunların hamısı Məmunun fikrində olmuşdur. Lakin bir məsələdə şəkk yoxdur ki, Məmun yunan alimlərinin kitablarını tərcümə etdirmək üçün çox çalışmış bu yolda həddən artıq pul xərcləmişdir. Hətta deyirlər ki, bəzi vaxtlar bir kitab üçün həmin kitabın ağırlığı qədər qızıl verərmiş. Kitabların tərcüməsinə o qədər diqqət yetirərmiş ki, onun adına tərcümə olunmuş kitabın üstünə bir əlamət qoyub camaatı həmin kitabı oxumağa, o elmi öyrənməyə həvəsləndirərdi. Hikmət sahibləri ilə oturub-durduğundan razı qalırdı. Beləliklə, başqa xalqların meydana çıxardığı elmlər də, İslami elmlərlə yanaşı günün əsas tələblərindən birinə çevrilir. Bu sahədə həddən artıq diqqətli olan ölkə əyan-əşrafı da Məmunun yolunu davam etdirir elm fəlsəfə və məntiq əhlinə ehtiramla yanaşırdılar. Bunun nəticəsi olaraq İraq, Şam və İrandan Bağdada çoxlu sayda tərcüməçilər axışır (2, 16). Görkəmli məsihi tarixçisi Corci Zeydan bu barədə yazır: “Harun ər-Rəşidin hakimiyyətə gəldiyi dövrdə artıq camaatın fikir səviyyəsi Hindistan İran Suriya alim və filosoflarının Bağdada get-gəl etməsi nəticəsində inkişaf etmiş qədim alimlərin elm və kitablarına maraq artmışdı. Ərəb dilini öyrənib müsəlmanlarla əlaqədə olan qeyri-müsəlman alimlər müsəlmanları bu elmləri öyrənməyə həvəsləndirirdilər. Müsəlmanlar isə yenə də əvvəldə olduğu kimi biganə elmlər sahəsində təbabətdən başqasına yaxın düşməkdən çəkinirdilər. Çünki onlar elə başa düşürdülər ki, təbabətdən başqa

Page 59: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 59

digər biganə (əlbəttə biganə demək mümkünsə) elmlər İslama ziddir. Buna baxmayaraq, filosofların xəlifələrin yanına çox get-gəl etmələri nəticəsində və onların əksəriyyətinin məntiq və fəlsəfəni xoşladıqlarına görə istər-istəməz xəlifələr də, məntiqi və fəlsəfi məsələləri dinləməyə maraq göstərirdilər. Yavaş-yavaş xəlifələrlə ünsiyyət yaranır. İş o yerə çatır ki, xəlifələr hər hansı bir ölkə və ya şəhəri fəth etdikdə daha (əvvəl olduğu kimi) oradakı kitabları od vurub yandırmır əksinə kitabların Bağdada gətirilib ərəb dilinə tərcümə edilməsini əmr edirdilər. Necə ki Harun ər-Rəşid Roma imperiyasının Ankara, Ənvəriyyə və digər şəhərlərini tutduqda oradan çoxlu sayda kitab ələ keçirərək onları Bağdada gətizdirmiş və öz şəxsi həkimi olan Yuhənna ibn Masviyəyə onları ərəb dilinə tərcümə etməyi əmr etmişdir. Lakin bu kitablar yunan təbabətinə aid olduğundan onlarda fəlsəfəyə aid bir şey yox idi. Harunun hakimiyyəti dövründə (786-809) ilk dəfə olaraq “İqlidis” kitabı Həccac ibn Mətərin vasitəsilə ərəb dilinə tərcümə olunaraq “Haruniyyə”, ikinci dəfə isə Məmunun hakimiyyəti dövründə (813-833) yenə də ərəb dilinə tərcümə olunaraq “Məmuniyyə” adlandırılmışdır. Harunun hakimiyyəti dövründə Yəhya ibn Xalid Bərməki “Məcəsti” kitabını ərəb dilinə tərcümə etmiş bəziləri isə onun tərcüməsinə təfsirlər yazmışlar.

Həmin təfsirçilərin yazdığı təfsirlər yaxşı olmadığı üçün Harun o kitabın tərcüməsini yenidən təfsir etməyi Əbu Həssan və Beytül-hikmət kitabxanasının rəisi Səlmaya tapşırır. Onlar da öz növbələrində bu kitabı çox diqqətlə təfsir etmişlər (3, 216).

 Bundan əlavə müxtəlif məzhəblərin meydana gəlməsi, həmin məzhəb rəhbərlərinin az qala peyğəmbərcəsinə ümmətə təqdim edilməsi də mövcud problemləri bir az da genişləndirməkdə və dərinləşdirməkdəydi.

Beləliklə, bu kimi problemlərin meydana gəlməsi az qala peyğəmbər əhli-beytinin (ə) fəzilətlərinin kölgədə qalmasına və ilahi nurlarının söndürülməsinə səbəb olacaqdı. Bu məqamda meydana gələn cəfəng fikir və ideyalara qarşı İmam Rzanın (ə) elmi-dini mübarizə aparması və hər vəchlə müxtəlif din və məzhəb böyüklərini susdurması, həmçinin batil inancların müsəlmanlar içərisində yayılmasının qarşısını alması təqdirə layiq hal kimi dəyərləndirilməli və İmamın (ə) ən böyük ideoloji islahatı kimi qiymətləndirilməlidir.

Beləliklə, İmam Rzanın (ə) dövründə aşağıdakı fikir və əqidələrin meydana gəldiyinin və onun hansı problemlərlə üzləşdiyinin şahidi oluruq:

A). Qurani-Kərimin hadis yoxsa qədim olması İmam Rzanın (ə) dövründə xəlifə Harun ər-Rəşidin (786-809) və xəlifə

Məmunun (813-823) öz siyasi məqsədləri üçün ortalığa atdığı cəfəng fikirlərdən biri Qurani-Kərimin hadis (sonradan yaranan) yoxsa qədim olması fikridir. Çünki Quranın qədim olması fikrini Əməvilər dövlət səviyyəsində müdafiə

Page 60: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

60 Hikmət

edirdilər. Hətta onlar bu fikrə qarşı çıxan hər hansı şəxsi belə məhv etməkdən əlçəkmirdilər. Məsələn, Cəd bin Dirhəm Hişam bin Əbdülməlikin hakimiyyəti dövründə Quranın hadis olduğunu aşkar şəkildə söylədiyi üçün edam olunmuşdur (4, 147). Deməli buradan belə başa düşmək olar ki, Abbasilər Əməvilərin əksinə olaraq yeni bir siyasi ideologiya yaratmaq istəyirdilər. Bundan əlavə Abbasi xəlifələri xilafət ərazisində baş verən iğtişaşları yatırmaq, insanların başını daha çox fikir və əqidə məsələləri ilə məşğul etmək üçün belə bir cəfəng fikiri ortalığa atmışdılar. Bunun nəticəsində onlar ümmətin böyük fikir və məslək sahiblərini yalnız bu məsələnin üzərinə kökləmiş, onların aralarında böyük mübahisələrin yayılması və nəticədə onların siyasi məsələlərlə deyil yalnız belə məsələlərlə məşğul olmasını ortaya qoymuşdular. Beləliklə də siyasət sahəsində olan bir çox tanınmış adamlar siyasət aləmindən dönüb yersiz əqidəvi məsələlərə üz tutmuşlar. Xəlifə Harun ər-Rəşid Quranın qədim olması fikrini qəbul edərək bunun əleyhinə çıxan hər bir fikir sahibini qətlə yetirir, onların var-dövlətlərini beytul-mala qatırdı. Bunu müsəlman müəllifləri də öz əərlərində təsdiqləməkdədirlər (5, 215). Bu iş onun oğlu Məmunun dövründə daha da geniş vüsət almış və alimlərin hamısı bu məsələ ətrafında sorğu-sual olunmuşdular.

İmam (ə) ortalığa atılmış bu bidətçi fikirə qarşı var gücü ilə mübarizə aparmışdı. O, bu haqda buyurmuşdur; “Allah nazil etdiyi bütün kitabları nazil etmişdir. Musəlmanlar Allahdan başqa hər bir şeyin fani olduğu və ondan savayı hər şeyin Allahın feili olduğu haqqında müttəfiq fikirdədirlər. Zəbur, Tövrat, İncil və Quran da Allahın feilidir” (6, 344).

B). Yalan hədislərin uydurulması İmam Rzanın (ə) dövründə ən böyük problemlərdən biri də xilafət

məmurlərı tərəfindən məqsədli şəkildə yalan hədislərin uydurulması və onların Peyğəmbərin (s) adına nisbət verilməsi olmuşdur. Bu növdən olan hədislərin uydurulmasına isə birbaşa xəlifə Harun ər-Rəşid rəhbərlik edirdi. Bu mövzuda uydurulmuş hədislər bir çox müsəlman müəlliflərinin əsərlərində özünə yer tapmışdır (7, 8).

C). Hakimiyyətin müqəddəsləşdirilməsi və qanuniləşdirilməsi İmamın (ə) üzləşdiyi mühüm siyasi problemlərdən biri də xəlifələrin öz

hakimiyyətlərini müqəddəsləşdirib qanuniləşdirmələri idi. Harun çox səy edirdi ki, özünün və özündən sonrakı övladlarının hakimiyyətlərini əbədiləşdirmək üçün müxtəlif üsullardan istifadə edərək avam kütləni buna inandırsın. Hətta o, bir dəfə onun üçün dörd beytlik şeir yazmış və bu şeirində Harunu “Əminullah” (yer üzündə Allahın əmanətdarı) adlandıran şairin hər beytinə min dinar vermiş və demişdir: “Əgər beytlərin sayını artırsaydın mən də pulun miqdarını artırardım” (8, 365) Onun xəlifəliyi haqqında olan şeirlər dövrümüzə qədər gəlib çıxmış və müsəlman müəlliflərin əsərlərində qeyd edilmişdir (9, 333).

Page 61: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 61

Hətta mənbələrdə Harunun oğlu Məhəmməd Əmini mədh edən şəxsə iyirmi min dirhəmin verildiyi qeyd edilir (9, 333).

Ç). Əcnəbi ədəbiyyatın ərəb dilinə tərcümə edilməsi Yuxarıda qeyd etdiyimiz kimi İmamın (ə) üzləşdiyi ən mühüm

problemlərdən biri onun dövründə əcnəbi kitabların ərəb dilinə tərcümə edilməsi olmuşdur. Ola bilsin ki, oxucular tərcümə ədəbiyyatının İmam (ə) üçün hər hansı bir problem çıxarmadığı fikrindədirlər. Amma məsələ daha da dərindən və obyektiv şəkildə təhlil edildikdə məlum olur ki, tərcümə olunmuş fəlsəfi əsərlər müsəlmanların əqidələrində bir çox məsələlərdə şək-şübhə, ciddi fikir ayrılığı və yersiz mübahisələr yaratmışdır. Müsəlmanlar daha vacib məsələlər üzərində fikirləşməkdən çox tərcümə ədəbiyyatının yaratdığı bu kimi problemlərlə məşğul olmuşlar.

D). Rəy ilə fətva vermək və təhriflərin təmizə çıxarılması İmamın (ə) dövründə geniş yayılmış problemlərdən biri də alimlərin rəy

əsasında fətva vermələri və Qurani-Kərimi öz rəyləri əsasında təfsir etmələri olmuşdur. Xüsusilə də şəriətdə icazə verilməyən qiyasın (müqayisə yolu ilə hökm çıxarmaq) rəvac tapması verilən fətvaları ali hakimiyyətin istəyinə uyğunlaşdırmış və onların rəğbətini qazandırmışdı. Hətta Harun ər-Rəşidin dövründə məşhur fəqihlərdən biri Harunun atasının cinsi münasibətdə olduğu bir cariyə ilə onun evlənməsini halal etməsi (9, 233) dediyimiz məsələyə bir dəlil ola bilər.

2. İmam Rzanın (ə) fikri və dini islahatı İmam Rza (ə) elm və dinin qayıdış nöqtəsidir. O, istər öz dövründə,

istərsə də özündən sonrakı dövrlərdə müsəlman fəqihlərinə təsir göstərmiş dövrünün ən böyük alimi idi. Çünki o, öz elmini təmiz bir yolla silsilə şəklində ulu babası Peyğəmbərdən (s) və onun elm şəhərinin qapısı olan Əli bin Əbi Talibdən (ə) almışdı. Buna görə də bir çox müsəlman fəqihləri öz elmlərini əhli-beyt məktəbindn aldıqları üçün daim iftixar hissi keçirmişlər. Buna ən bariz misal Malik bin Ənəsi və Əbu Hənifəni göstərə bilərik.

İmamın (ə) özü özünün islamdakı fikri və dini islahatlarına işarə edərək buyurmuşdur; “Mən Mədinə məscidində otururdum. Mədinə fəqihləri mənim ətrafıma yığılardılar. Kimsə onların birindən sual soruşsaydı, o da sual verənə məni göstərərdi. Mən də soruşulan hər bir suala cavab verərdim” (10, 315).

İmam (ə) həmişə yaxınlarına insanların ağıllarının gücü yetdiyi şəkildə onlarla söhbət etməyi, onlara bu şəkildə təbliğat aparmağı tövsiyyə edərdi. Hətta bir gün o, Məhəmməd bin Ubeydə demişdi; “Abbasiyə de insanlara tovhid haqqında dedikləri bəsdir. İndi onlara bilmədikləri haqqında danışmaq lazımdır…” (11, 120-121).

İmamın (ə) bu sahədəki ən böyük islahatlarından biri müsəlmanların fikirlərini məşğul edən Əhli-beyt və onların kimlərdən ibarət olması məsələsi

Page 62: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

62 Hikmət

olmuşdur. İmam (ə) hər vəchlə əhli-beytin kimlərdən ibarət olmasını isbat etməyə çalışır və müsəlmanları doğru-düzgün əqidəyə tərəf çəkirdi. Həmçinin o, əhli-beytlə düşmənçilik edənlərin aqibətlərinin necə olacağını, bunun Quran və səhih sünnəyə qarşı addım olduğunu həmişə diqqətə çatdırmışdı. Hətta o, əhli-beyt haqqında uydurulmuş rəvayətlərə də diqqət yetirərək insaqnların belə rəvayətlərə uymamasını, belə rəvayətlərin əksinə əhli-beytin fəzilətlərinə bir kölgə saldığını vurğulamışdı. İmam (ə) bu haqda buyurur; “Bizim müxaliflərimiz bizim fəzilətlərimiz haqqında hədislər uydurdular və bunu üç pillədə qərar verdilər: a). Ğuluvv (ifrat tərif), b).İşlərmizdə nöqsan və c).Düşmənlərimizin qınamasına rüxsət vermələri…” (12, 304).

İmam (ə) bu sözlərilə təhrif edilmiş fikirlərin hamısının əhli-beytin müxalifləri tərəfindən ortalığa atıldığını izah etmişdir.

İmamın (ə) ən böyük islahatlarından biri də təhrif edilmiş fikir və məfhumların çürüklüyünü ortalığa çıxarmaq olmuşdur. O, bu vəzifəni özünə bir borc olaraq dəyərləndirmiş və əməli şəkildə təhrif rənginə bürünmüş fikir və məfhumları rədd etmişdir. O, islamda mövcud olmuş Müşəbbihə, Mücəssimə, Mücəbbirə, Müvəffizə, Zənadiqə, Yəhudi və Xristian məzhəb və dinlərinin islama vurduğu ziyanları açıqlamışdı. O, təhrifçilərin etimad etdikləri və əsaslandıqları uydurulmuş hədislərə aydınlıq gətirir, onların daha doğru olanlarını ortalığa qoyurdu. İmamın (ə) bu məsələdə üstünlük verdiyi ən mühüm amil hədislərin sənədləşdirilməsi olmuşdur.

İmam Rzanın (ə) ən mühüm islahatlarından biri əhli-beytin hədislərinin nəşr edilib yayılması olmuşdur. O, bu hədislər vasitəsi ilə Qurani-Kərimin doğru-düzgün təfsirini vermişdi.

Bütün bu deyilənlərlə yanaşı İmamın (ə) ən böyük xidməti bəlkə də şiə məzhəbinin daha da köklü şəkildə əsaslandırması, şiə məktəblərinin genişləndirməsi və ali dərəcəli fəqihlərin yetişdirməsi olmuşdur.

3. İmam Rzanın (ə) siyasi problemlər qarşısındakı mövqeyi İmam (ə) ömrünün on ilini (hicri 183-193/799-809) Harun ər-Rəşidin

hakimiyyəti dövründə yaşamışdı. Harunun əhli-beytə siyasəti isə heç də əvvəlki xəlifələrin siyasətlərindən fərqlənmirdi. Onların ali hakimiyyətə qeyri-qanuni yolla gəldiklərindən onun əldə saxlanmasını da qeyri qanuni-yollarla təmin edirdilər. Bu işlərdə Harun xüsusi şəkildə fərqlənirdi. Onun hakimiyyəti qoruyub saxlaması üçün istifadə etdiyi qanunsuz yollardan aşağıdakıları qeyd etmək olar:

A). Terror və hədə-qorxu Əvvəldə qeyd etdik ki, Harun hakimiyyəti Peyğəmbərin (s) təsbiti,

yaxudda seçki əsasında deyil, özündən əvvəlki xəlifənin təyini əsasında əldə etmişdir. Belə olduqda isə hakimiyyət həqiqi islamdan uzaqlaşmış və şəxsi prinsiplər əsasında idarə olunmağa başlamışdı. Çünki, islam təqva və elmə

Page 63: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 63

üstünlük verdiyi halda belə yolla hakimiyyətə gəlməyi qanunsuz bilmişdi. Bu qanunsuzluğu “qanuniləşdirmək” üçün ali hakimiyyətin başında olan xəlifələr, o cümlədən xəlifə Harun ər-Rəşid terror və qorxutma yolu ilə özünə bəraət qazandırmaq istəyində olmuşdur. O, bu işdə heç kəsi dinləmir və heç bir nəsihətə belə qulaq asmırdı. Beləliklə, onun hakimiyyəti boyunca istifadə etdiyi açıq-aşikar üsullardan biri xalqı qorxu altında saxlaması olmuşdur. Bunun bariz misalını onun hakimiyyəti dövründə baş vermiş belə hadisələrdən görməkdəyik. Belə ki, mənbələrin verdikləri məlumata görə bir dəfə o, xütbə söylədiyi halda bir kişi ayağa qalxıb ona Qurani-Kərimin “Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar” (13, Saff, 3) ayəsini oxumuş və bunun da nəticəsində Harun ona yüz şallaq vurdurmuşdur (14, 51). Bundan başqa o, hicri 188-ci (m 804) ildə Əhməd bin İsa əl-Ələviyə ağır bir zərbə vurmuş və bu zərbənin nəticəsində ölmüşdür. Əhməd bu zaman doğsan yaşlı bir şəxs olmuş və Ələvilərin yerini xəlifəyə demədiyindən onun qəzəbinə tuş gəlmişdir (15, 423).

Həmçinin Harun Yəhya bin Abdullah bin Həsəni təqib etmiş, sonar da ona aman verdiyini elan etmişdir. Yəhya onun amannaməsinə etimad göstərdikdə isə onu həbsə atdırmış və ölənədək orada saxlatmışdı. Mənbələrə görə ona yemək-içmək verməyi qadağan etmiş və bunun nəticəsində Yəhya həbsxanada acından ölmüşdü (15, 408).

Bütün bu deyilənlərdən başqa onun əmri ilə altmış seyid Humeyd bin Qəhtəbə ət-Tainin əli ilə öldürülmüşdür (12, 109).

B). Zülm və istibdad Harunun dövründə hakimiyyət şəxsi mülkə çevrilmiş və bunun da

nəticəsində xilafət ata malı kimi atadan oğula iris olaraq keçirdi. Bu işdə isə xalqın heç bir istəyi nəzərə alınmırdı. Onun dövründə zülm və istibdad son həddə çatmışdı. O, hakimiyyəti ərəb qadını olan Zubeydədən olmuş oğlu Əminə irs buraxmışdı. Lakin Harundan sonra hakimiyyətə gələn oğlu Əmin (809-813) ilə onun fars kənizi Məracildən olan digər oğlu Məmun arasındakı qardaş qırğınında on minlərlə müsəlmanın nahaq qanı axıdılmışdı. Bu müharibədə qalib çıxan Məmun qardaşını öldürərək hakimiyyəti ələ almış və onu iyirmi il (813-833) atası kimi zülmlə idarə etmişdi. Əminin xəlifəliyi dövründə müsəlmanlar içində əxlaqi tənəzzül başlamış, iqtisadiyyat xarab olmuş və ictimai pozğunluqlar baş alıb getmişdi.

Harunun istibdadına ən bariz misal onun yaxın qohumlarını yüksək vəzifələrə təyin etməsi, onları bu vəzifələrdə azad buraxması olmuşdur.

C). Xarici təhlükələr İmam Rzanın (ə) dövründə Abbasi dövləti və müsəlman ümməti xarici

qüvvələrin təhlükəsinə məruz qalırdı. Bu dövrdə bir tərəfdən Xəzərlərin hücumu və bu hücumun nəticəsində müsəlmanların şiddətli sıxıntıya məruz qalması, yüz

Page 64: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

64 Hikmət

min kişi və qadının əsir düşməsi problemin nə qədər ağır olmasından xəbər verməkdədir. Bu hadisəyə diqqət yetirən tarixçi Zəhəbi yazır; “İslama elə bir təhlükə üz vermişdi ki, bundan əvvəl belə bir hadisənən olması eşidilməmişdir” (16, 12). Digər tərəfdən də Roma imperiyası müsəlmanlara hücum etmək üçün fürsət vaxtının yetişməsini gözləyirdilər. Lakin bu arada sülh müqaviləsinin imzalanması labüd olacaq müharibə təhlükəsinin qarşısını aldı.

Ç). Daxili çaxnaşmalar Harun ər-Rəşidin zəif siyasəti nəticəsində ortaya çıxan mühüm

problemlərdən biri də daxili çaxnaşmaların və üsyanların baş qaldırmasına səbəb olmuşdu. 792-ci ildə Şamda qəbilə təəssübkeşliyi zəmnində baş vermiş qarşıdurmalar sonda hakimiyyətə qarşı üsyanlara gətirib çıxarırdı. Bu problemin dərinliyini və mühüm təhlükə olduğunu başa düşən xəlifə Harun Şam valisini dəyişərək yerinə Musa bin Yəhya bin Xalid Bərməkini təyin etdi. Ağır döyüşlərdən sonar yeni vali bölgədə nisbi sakitlik yarada bildi. Lakin bu sakitlik on minlərlə müsəlmanın qanının axıdılması ilə başa gəldi. Az bir müddətdən sonar həmin üsyanlar yenidən canlandı və bunun nəticəsində Harun Yəhya bin Cəfər Bərməkini Şam vilayətinə vali təyin etdi və üsyanı yatırmağı onun üstünə qoydu.

Miladi 794-cü ildə Misirdə xəlifə əleyhinə üsyanın qalxması, bunun ardınca Cəzirədə Vəlid bin Tərifin, növbəti il isə Kirmanda Həmzə bin Abdullahın üsyan qaldırmaları daxili üsyanların iri miqyaslı hal aldığını bildirir. Hicri 184-cü (m 800-ci) ildə Əbu Amr Həmzə əş-Şarinin 185-ci (m 801) ilədək baş qaldırması, onun ardınca Əbul-Xəsibin üsyan etməsi və bunların xilafətin bəzi məntəqələrində ağalıq etmələri və bunlara qarşı döyüşdə hər iki tərəfdən on minlərlə adamın ölməsi, bütün bu deyilənlərdən başqa həmin ildə İbrahim bin Osman bin Nəhikin öldürülməsi, Əbdülməlik bin Saleh bin Əli Abbasinin həbsə atılması xilafət mərkəzində daxili çaxnaşmanın dərinliyi göstərməkdədir.

Bu daxili çaxnaşmalr təbi ki, Harunla müsəlman ümməti arasında böyük bir uçrumun olduğunu və ümmətin ona qarşı nifrət hissinin olması göstərir. Buna işarə edən Xətib Bəğdadi yazır; “İnsanlar buna nifrət edirdilər” 97, 12). Artıq xilafət ərazisində gedən bu proseslər Ələvilərin qiyam qaldırmasına səbəb olmuşdur. Əbəs deyil ki, Şimali Afrikada meydana gəlmiş şiə təmayüllü İdrisilər dövləti (789-926) məhz bu dövrdə meydana çıxmışdı.

Harunun İmam Rzanın (ə) atası İmam Musa Kazimı (ə) öldürtməsi, İmam Hüseynin (ə) qəbrinin dağıdılması üçün fərman verməsi onun dəhşətli bir canı olmasını göstərir.

4. Məhəmməd Əminin dövründə (809-813) siyasi vəziyyət Harun ər-Rəşid miladın 809-cu ilinin mart ayında öldü. Onun vəsiyyətinə

uyğun olaraq ərəb mənşəli qadınından olan oğlu Əmin xəlifə oldu (809-cu ildə). Beləliklə hicrətin 193-cü ilindən 198-ci (809-813) ilinədək İmam Rza (ə) onun

Page 65: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 65

müasiri oldu. Bu dövrdə İmam (ə) və onun tərəfdarları nisbətən sakit bir dövr yaşadılar. Çünki xəlifə Əmin İmama (ə) qarşı heç bir təzyiq, onun tərəfdarlarına qarşı isə heç bir terror planı həyata keçirmədi. Ola bilsin ki, xəlifənin İmama (ə) qarşı təzyiq etməməsinin səbəbi belə bir şəraitin ortalığa çıxmaması olmuşdur. Çünki Əminin xəlifəliyinin ilk dövrələrindən başlayaraq qardaşı Abdullah Məmunla aralarında ciddi qarşıdurma yaranmışdı. Bunun da nəticəsində xilafət iki hissəyə bölünmüşdü. Xəlifə Əmin Bağdadda, Məmun isə Xorasanda idarəçilik edirdilər və hər iki tərəfin qoşunu, tərəfdarları, var-dövlətləri və silahları vardı.

Əmin əqidəcə imansız bir adam idi. Onun haqqında müsəlman müəlliflər belə yazırlar; “Əmin Qəsrul-xuld sarayında mühasirədə ikən, əmisi İbrahim bin Mehdi onun yanına gələrək, müdafiə planı barədə fikrini öyrənmək istəyir. Lakin görür ki, xəlifə xidmətçiləri ilə əl-ələ verib saray hovuzunu Dəclə çayı ilə birləşdirən kanalı balıqçı tilovu ilə yoxlamaqla məşğuldur. İbrahimn sarayın mühasirəsindən söhbət açmaq istərkən Əmin onun sözünü ağzında qoyub qışqırır: “Əmi mənə mane olma! Sevimli balığım itib onu axtarıram” (Həmin hovuzda saxladığı balıqlardan birini dürr və yaqutla işlənmiş iki qızıl halqa ilə bəzəmişdi) (8, 394). Hicrətin 194-cü (810) ilində Hums əhli itaətsizlik göstərdilər. Əminin qoşunu Hums əhlinin öndə gələnlərini məhv edib qalanlarını isə zindanlara saldı. Bundan başqa xəlifənin göstərişi ilə həmin ərazilər yandırıldı və iqtisadiyyat məhv edildi (11,129).

Elə həmin ildə xəlifə Əmin öz öğlu Musa üçün minbərlərdə adına xütbə oxutdu və bununla da o, özündən sonar xilafət kürsünə öğlu Musanı oturtmaq istəmişdi (11, 129).

Hicrətin 195-ci ilində (m 811) Əmin Əli bin İsanı Məmunun nəzarəti altında olan xilafət torpaqlarına vali təyin etdi. Əslində bununla o, Əlini Məmuna qarşı vuruşacaq qoşuna başçı təyin etmiş oldu. Bunu yaxşı başa düşən Əli bin İsa böyük bir ordu toplayaraq Məmunun üstünə yürüş etdi. Bu dövrün tarixi hadisələrini şərh edən Təbəriyə görə onun qoşununda əlli min əsgər olmuşdu (17, 195-ci ilin hadisələri). Qarşı tərəfin ordusuna isə Tahir bin Hüseyn adlı məşhur sərkərdə başçılıq edirdi. Zül-yəmineyn ləqəbli Tahir elə döyüşün ilk anlarından üstünlüyü ələ aldı və Əli bin İsanın başını kəsərək Mərvə-Məmunun xidmətinə gödərdi. Hadisələr bu minvalla inkişaf etdi və iki qardaş arasında bir neçə dəfə toqquşma oldu. Nəhayət hicri 198-ci ilin məhərrəm ayında (sentyabr 813) Əminin başı kəsilib qardaşı Məmunun hüzuruna gətirildi. Bununla da Məmun özünü bütün Abbasi torpaqlarının xəlifəsi elan etdi. Beləcə on minlərlə müsəlmanın qanı üzərində qurulmuş bir xilafət kürsüsündə əyləşən Məmun qan içmədən bu xilafəti idarə edə bilməzdi. Belə bir şəraitdə öz tərəfdarları ilə səssizliyə çəkilən İmam Rza (ə) islamın həqiqi simasını təbliğ etməklə məşğul idi.

Page 66: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

66 Hikmət

5. İmam Rza (ə) Məmunun dövründə Xəlifə Məmun (813-833) Abbasi xəlifələri içində zahirən şiələrə qarşı

mülayim davranan, lakin mümkün olduğu təqdirdə onları məhv edib aradan götürən xəlifə kimi tanınır. Onun belə siyasət yeridməsinin isə şübhəsiz ki, bəzi səbəbləri vardır.

Mənbələrdə Məmunun İmam Rza (ə) ilə yaxşı münasibətlər qurmasının və ona zahirən hörmət göstərməsinin müxtəlif səbəbləri olduğu bildirilir. Məlumdur ki, Məmunun atası Harun ər-Rəşid (786-809) vəfat edərkən xilafəti ərəb əsilli Zubeydə Xatundan olan oğlu Məhəmməd Əminə vəsiyyət edir. Hətta o, bir vəsiyyətnamə yazdıraraq Kəbədən asdırır. O, öz vəsiyyətnaməsində özündən sonra xəlifəlik taxtında Əminin, ondan sanra Məmunun, ondan sonra isə Qasim Mutəminin oturacağını vəsiyyət edir. Həmçinin xilafəti iki hissəyə bölərək onun şərq hissəsini Məmuna, qərb hissəsini isə Əminə verir. Bundan sonra o, Məmunun Mərvdə, Əminin isə Bağdadda sakin olamalarını tapşırır. Məmun atasının sağlığı müddətində Mərvdən kənara çıxmır. Lakin atası öldükdən sonra Əmin onun əlindən xilafətin şərq torpaqlarını alaraq kiçik qardaşına verir. Bunun nəticəsində iki qardaş arasında hərbi toqquşma baş verir. Məmun güclü ordu toplayaraq Bağdada yürüş edir və qardaşına qalib gələcəyi təqdirdə xilafəti Əli (ə) övladlarına verəcəyini nəzir edir. O, döyüşdə qardaşı Əminə qalib gəlir və onun başını kəsib Dəclə çayına atır. Bununla da o, xilafətin bütün ərazilərinə yiyələnir. Bundan sonra isə İmam Rzaya (ə) bir məktub yazaraq onu Xorasana dəvət edir ki, öz nəzrini həyata keçirmiş olsun.

Məmun İmam Rzanı (ə) Xorasan vilayətinə gətirdikdən sonra xilafəti ona verəcəyi İmama (ə) bildirir. Lakin İmam (ə) ona rədd cavabı verir və buyurur; “Əgər xilafəti Allah sənə veribsə, onu digər şəxsə verməyə haqqın yoxdur. Yox əgər xilafəti sən qəsb etmisənsə, özünün olmayan malı başqasına verə bilməzssən”. Məmun deyir: əgər xilafəti qəbul etmirsənsə, onda valiliyi qəbul et ki, məndən sonra xəlifə olasan. İmam (ə) ona dedi: “Ata-babalarım mənə xəbər veriblər ki, Peyğəmbər (s) mənim səndən qabaq dünyadan gedəcəyimi, zəhərlə öldürüləcəyimi, yerin göyün mələklərinin mənə ağlayacağını, Tusda Harun ər-Rəşidin yanında dəfn ediləcəyimi deyib”. Məmun ağlayaraq dedi: ey Peyğəmbər (s) övladı! Səni mən həyatda ikən kim öldürəcək?...” (6, 129). Bunu görən Məmun İmamı (ə) təhdid etməyə başalyır. İmam (ə) vəziyyətin ağır olduğunu görüb öz şərtləri çərçivəsində Xorasan vilayətinin valiliyini qəbul edir. İmamın (ə) irəli sürdüyü ən ümdə şərt xəlifənin heç bir rəsmi iclaslarında iştirak etməmək, heç bir əmr və qadağaların yazılmasında rol oynamamaq idi. Şeyx Səduqun rəvayətinə görə bu beyət işi hicrətin 201-ci ilində ramazan ayında (miladi 817) baş vermişdir.

Məmunun xilafəti İmama (ə) verməsinin bir çox səbəbləri ola bilərdi. Həmin səbəblərdən aşağıdakıları qeyd etmək olar;

Page 67: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 67

1.Əlinin (ə) digər şəxslərə nisbətən daha fəzilətli olduğunu alimlərə dedizdirmək üçün. Çünki Məmun şəcərə baxımdan Peyğəmbərin (s) əmisi Abbasın nəslindəndir. O, bununla eyni zamanda özünün guya əhli-beytdən (ə) olmasını da vurğulamaq istəyirmiş.

2.Öz qızını İmamın (ə) oğluna verməklə onun evindəki sirləri daha da dərindən bilmək;

3.Atası Harun ər-Rəşidin şiələrin yeddinci imamı Musa Kazımı (ə) şəhid etməsinin üstünü ört-basdır etməsi üçün.

4.Quranın yaranması haqqında olan əqidəsini İmamın (ə) vasitəsiylə şiələrə qəbul etdirməsi və bu əqidəni cəmiyyətdə yayması üçün.

5.Xilafət ərazisində baş vermiş şiə üsyanlarını yatırtmaq üçün. 6.Ərəblərin etimadını qazanmaq üçün. 7.Qardaşını öldürdüyünə görə üstündən qınağı götürmək üçün. Çünki o,

bununla bildirmək istəyirdi ki, o, yaxşılara hörmət edir, pislərin isə kimliyindən asılı olmayaraq kökünü kəsir.

Bəzi tədqiqatçıların fikrinə görə isə Məmunun xilafəti İmam Rzaya (ə) verməsini əsas səbəbi Əli (ə) övladlarının hamıdan üstün olduğunu və onların xilafətə daha layiqli olduğunu bilməsi üçündür. Bu fikri Təbəri “Tarix”, əl-Yafei isə “Miratul-Cinan” əsərlərində qeyd etmişlər. Şeyx Mufid İmama (ə) olan beyətdən sonra Məmunun sikkə kəsdirdiyini və onun üstünə İmam Rzanın (ə) adını vurdurduğunu qeyd edir. Əbul Fərəc isə bu sikkənin üstündə Məmunun “Allahım müsəlmanların valisi Əli bin Musa bin Cəfər bin Məhəmməd bin Əli bin Hüseyn bin Əli bin Əbi Talibi (ə) hifz et” sözünü yazdırdığını deyir.

Görkəmli əhli-sünnət alimi əl-Yafei onun haqqında “Miratul-Cinan” əsərində yazır; “Hicrətin 203-cü ilində (miladi 818/819) kəramətli və xoşbəxt bir sülalədən, on iki imam şiələrinin imamlarından biri olan İmam Əbulhəsən Əli bin Musa ər-Rza (ə) vəfat etmişdir. O, çoxlu fəzilətlər sahibidir ki, imamiyyə mənsubları məzhəblərini onun üzərində qurmuş və ona nisbət etmişlər”. Qaynaqlar imamın vəfatına səbəb Məmunun onu zəhərlətməsini göstərir.

6. İmam Rzanın (ə) siyasi üslubu İmam Rzanın (ə) xilafətin belə bir qarşıq halında qarşısında iki yol

qalırdı. Onlardan biri elm yolu ilə təbliğat aparmaq və həqiqətləri bəyan etmək, ikincisi isə başına ordu toplayaraq əsgəri güc vasitəsiylə hərbi çevriliş etmək. Lakin İmam (ə) doğru olaraq birinci yolu seçdi və bu yolun tam doğruluğunu isbat etmiş oldu. Çünki əgər o, ikinci yolu, yəni hərbi yolu seçmiş olsaydı həm özünü, həm də ətrafındakı tərəfdarlarını məhv etmiş olacaqdı. İmam (ə) elmi təbliğat yolunu seçməklə insanların şüurunda imamət fəlsəfəsini və islami xilafətin mahiyyətini qurmuş oldu. Tez bir zamanda imam və xəlifənin mahiyyətini dərk etmiş insanlar xilafətin müxtəlif yerlərində ali hakimiyyətə

Page 68: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

68 Hikmət

qarşı üsyanlar qaldırdılar. Belə bir üsyana rəhbərlik edən görkəmli sərkərdələrdən biri də Azərbaycanın qəhraman oğlu Babək Xürrəmdin idi. İslama qarşı deyil, yalnız xilafətə qarşı vuruşan Babək və onun tərəfdarları bəlkə də islam adı altında müsəlmanlara hökmdarlıq edən xəlifələrin iç üzünü hamıdan yaxşı dərk edirdilər.

Deməli İmam (ə) müsəlman ümmətinə təmiz və saf siyasətin nə demək olduğunu özünəməxsus üslubda bəyan etmiş və qiyamətə qədər bütün hökmdarlara zülm və istibdad yolu ilə deyil yalnız islamın təqdir etdiyi siyasətlə ümmətin idarə edilə biləcəyini göstərmişdi. Həmçinin o, bu üslubu ilə zülm, qətl və ya həbs yolu ilə heç kəsin haqlı səsinin boğulmasını rəva görməmiş və heç bir hökmdara belə bir səlahiyyətin verilmədiyini bildirmişdi. O, ata-babaları vasitəsiylə Peyğəmbərdən (s); “Hər bir insan zamanının imamı, Allahının kitabı və peyğəmbərinin sünnəsi ilə çağrılacağını” (18, 80) hədisini rəvayət etməklə kimin ardınca getməyin mühüm əhəmiyyət kəsb etdiyini təbliğ etmişdi. Buna görə də o, silsilə şəklində ulu babası Peyğəmbərdən (s) əhli-beytin (ə) fəzilətləri haqqında dayanmadan və yorulmadan rəvayətlər edir, onların üstün məziyyətlərini xalqa çatdırırdı. Onun bu mövzuda rəvayət etdiyi hədislərdən aşağıdakıları qeyd etmək olar:

“Mənim əhli-beytim Nuhun gəmisinə bənzəyir. Hər kəs ona minsə nicat tapar, hər kəs ondan uzaqlaşsa qərq olar” (12, 101).

“Ulduzlar göy əhlini məhv olmaqdan qoruduğu kimi əhli-beytim də yer əhlini məhv olmaqdan qoruyur” (12, 28).

“Dörd qrupa qiyamət günü şəfaətçiyəm: məndən sonra zürriyyətimə hörmət edənə, onların ehtiyaclarını ödəyənə, çətin vaxtlarında onlara köməklik edənə və qəlbi və dili ilə onları sevənə” (12, 253).

İmamın (ə) üslubundan biri də şiəliyin mahiyyət və əlamətlərini, doğruluq və əsaslarını ümmətə bəyan etmək olmuşdur. Onun bu mövzuda gördüyü işi bəlkə də heç bir imam görməmişdi. Belə ki, o, şiəliyin mahiyyətini açıb göstərmiş və bununla da camatın nəzərində tarixən ali hakimiyyət tərəfindən qara guruh kimi göstərilmiş şiəlik öz həqiqi sifətini xalqa tanıtmışdı. Bu haqda İmam (ə) hədislərinin birində buyurmuşdur;

“Bizim şiələrimiz namaz qılan, zəkat ödəyən, Kəbəni sevən, ramazan ayının orucunu tutan, əhli-beytin dostları ilə dost olan və onların düşmənləri ilə düşmən olanlardır. Məhz belə kimsələr həqiqi iman və təqva əhlidirlər” (6, 168).

İmam (ə) bəzən şiəliyin mahiyyətini daha da dərindən açıb göstərmək üçün tatixi şəxslərdən misallar gətitirdi. Belə hədislərinin birində o, buyurur; “Şiə Həsən (ə), Hüseyn (ə), Əbu Zər, Salman, Miqdad, Məhəmməd bin Əbi Bəkrdir. Bunlar heç vaxt (Əliyə qarşı) müxalifət qrupda olmamışlar…” (6, 158).

İmamın (ə) təbliğatında mühüm yerlərin birini də Kərbəla faciəsi tuturdu.

Page 69: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 69

O, öz xütbələrində bu hadisənin hərtərəfli təhlilini verir və insanları onun həqiqi mahiyyəti ilə tanış edirdi. Həmçinin o, bununla Peyğəmbərdən (s) sonrakı xilafətin doğru məcrada inkişaf etmədiyini və nəticədə belə bir böyük hadisələrin ortalığa çıxdığını vurğulayırdı. Bütün bunlardan əlavə İmam (ə) Kərbəla hadisəsinin daim yaddaşlarda qalmasını və insanlar üçün azadlığa çıxma, zülmə boyun əyməmə yolunun məhz Kərbəladan keçdiyini açıqlamışdı. O, bu mövzuda dediyi hədislərin birində bu hadisəni yaddaşımıza belə yazır; “Həqiqətən Hüseynin (ə) günü bizə qarşı edilmiş ən böyük cəfa günüdür. O gün qanımızın axıdıldığı, əzizlərmizin zəlil edildiyi gündür… Ağlayanlar Hüseynə (ə) ağlasınlar, çünki ona ağlamaq böyük günahları aradan aparar” (18, 93). İmam (ə) bu kimi hədisləri ilə İmam Hüseynə (ə) əza saxlamağı ümmət içərisində lazımı bir həddə çatırmışdı.

7. İmam Rza (ə) və İqtisadi islahatları İmam Rzanın (ə) apardığı istilahlarının mühüm bir hissəsi iqtisadi

islahatlardır. Abbasi xilafəti zamanında dövlət büdcəsinin (beytul-malın) gəlirlərinin çox olmasına baxmayaraq əhali ağır social problemlər qarşısında idi. Çünki vergiləri toplayan dövlət məmurları əhalinin var-yoxunu qanunsuz yerə əllərindən alır, vergi vere bilməyənləri olmazın cəzalara məruz qoyurdular. Bundan əlavə dövlət büdcəsinə toplanan mallar lazımı yerlərə deyil bəzən xəlifə başda olmaqla yüksək rütbəli dövlət məmurlarının kef və əyləncələrinə sərf olunurdu. Bütün bu deyilənləri nəzərə alaraq İmamın (ə) həyatı boyu üzləşdiyi mühüm iqtisadi problemləri aşağıdakı kimi qruplaşdıra bilərik.

A). Hakim dairənin müsəlmanların gəlirlərini əyləncəyə çevirmələri Abbasi xəlifələri islam iqtisadiyyatının nizamını öz istədikləri qaydalar

əsasında tənzimlədilər. Bununla da onlar şəri əsası olmayan bir çox vergilərin cəmiyyət üzərinə tətbiq olunmasına, xalqın xüsusi mülkiyyətini onların əllərindən müsadirə edib beytul-mal adıyla xəlifənin şəxsi mülkiyyətinə çevrilməsinə və bununla da yığılan var-dövləti öz şəxsi istəklərinə xərcləməyə bais oldular. Müsəlmanların beytul-malı hesabına xəlifə və onun məmurları uca qəsrlər tikdirdi, saray müğənniləri və cariyələr saxladılar. Bu hərəkətləri ilə onlar müsəlmanları yoxsul və dilənçi vəziyyətə salır, islamın iqtisadi qanunlarına böyük sarsıntılar gətirirdilər. Xəlifə Harun ər-Rəşid Mosul bölgəsindən gələn gəlirləri bəzi cariyələrinə paylamış, ona mədhiyyə yazan yaltaq saray şairlərinə həddən artıq bahalı hədiyyələr bağışlamışdı. Hətta bir gün Əbul-Ətahiyə xəlifə Harunun yanına girərək ona üç misralıq beyt demiş xəlifə də bunun müqabilində ona iyirmi min dirhəm vermiş, Fəzl bin Rəbi də ona dörd min dirhəm əlavə etmişdi (19, 67). Harunun qardaşı İbrahim bin Mehdi müğənni üçün bir milyon dirhəm vermişdi (19, 99). O, yetmiş min dirhəmə bir cariyə almış, sonar da ona on iki min dirhəmə bir cəvahir alıb bağışlamışdı (19, 342-343).

Page 70: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

70 Hikmət

Bu ənənə Harundan sonar onun xəlifə olan oğlanları arasında da davam etmişdir. Belə ki, onun oğlu Məhəmməd Əmin (809-813) öz cariyəsi üçün ipəkdən və qızıl saplardan hazırlanmış yataq dəsti hazırlatmışdı (8, 392). Onun üçün kıçık bir balıq ovlanmış ona qızıldan iki halqa asılmışdı (8, 394). Beytul-malın böyük bir hissəsi onun kef və əyləncəsi, qurdurduğu musiqi məclisləri üçün sərf edilirdi (20, 294). Xəlifə Məmun da (813-833) beytul-malı yersiz xərcləməkdə ittiham olunur. Belə ki, o, Fars və Əhvazdan gələn xəracı arvadının valideyninə bağışlamışdı (8, 443).

Təbii ki, belə bir şəraitdə İmam Rza (ə) yeri gəldikcə xilafət sarayında dövlət məmurlarının bu hoqqabazlıqlarını görür və onların xalqın var-dövlətini necə talan etdiklərinin şahidi olurdu. İmam (ə) onlarının qulaqlarının eşidəcəyi səviyyədə beytul-malın Allahın mülkü olduğunu, onu yalnız şəxsi işlərə və əyləncələrə deyil, haqqı olanlara verilə biləcəyi mövzusunda hədislər rəvayət edirdi. Əlbəttə ki, onun bu sahədə apardığı təbliğatlar əbəs olmayıb müləq böyük bir əhəmiyyət daşıyırdı.

B). Vətəndaşların mal-dövlətlərinin himayə olunmaması Hər bir dövlətin əsas borclarından biri vətəndaşların mal-mülklərini

qorumaq və onların təhlükəsizliyini təmin etmək olmalıdır. Əks halda ölkədə hərc-mərclik baş alıb gedər, iqtisadiyyat məhv olar və sonda o xalqın və dövlətin varlığı məhvə məhkum olmuş olar. Buna görə də dövlət gərək xalqın əmlakını oğrulardan, talançılardan, yadellilərdən qorusun. Lakin islam tarixini vərəqlədiyimiz zaman təəssüflər olsun ki, Abbasi xəlifələrinin bu məsələdə nə qədər də səhlənkar davrandıqlarının şahidi oluruq. Xüsusilə də dövlət məmurlarının özlərinin xalqın malına təcavüz etmələri insanı dəhşətə salır. Hətta onlar xalqın mal-dövlətini zorla əllərindən alır və onları öz şəxsi mülkiyyətlərinə çevirirdilər (17, 551).

C). Hakimlərin xalqın malına zorla sahib olmaları İslam iqtisadiyyatının sabit və dəyişməz qanunlarından biri budur ki,

hakimin beytul-maldan alacaq müəyyən haqqı vardır. Onların əllərində olan beytul-mal heç də onların şəxsi əmlakı olmayıb ümumxalq malıdır və müsəlmanlar arasında bərabər səviyyədə xərclənməlidir. Lakin Abbasi xəlifələri müsəlmanların əmlakını öz şəxsi malları kimi ümumi işlərinə sərf edirdilər. Müsəlman müəlliflərinin verdikləri doğru məlumatlara görə Harun ər-Rəşidin ümumi mülkiyyəti yüz milyon dinara, ev avadanlığı, cəvahiratları və mal-davarının qiyməti də yüz milyon dinara yetişmişdi (9, 238).

Harunun Xorasan valisinin ümümi əmlakı səksən milyon dinar idi (17, 324).

İmam Rza (ə) isə xəlifələrin bu iqtisadi özbaşnalıqlarının müqabilində köhnə və yamaqlı əba-qəba ilə gəzər və bunula da sankı onlara həqiqi müsəlmanın necə yaşamalı olduğunu öz geyim-kecimində göstərirdi. İmamın

Page 71: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 71

(ə) bu hərəkətləri sanki xilafət məmurlarının yaşayışına etiraz kimi dəyərləndirilir.

Ç). Xilafətin iqtisadi zülmü və böyük günahları İmam Rzanın (ə) dövründə mövcud olmuş iqtisadi zülmlər və böyük

günahlar dövlət məmurları tərəfindən törədilən adiləşmiş adət halını almışdı. İmam (ə) bacardığı qədər iqqtisadi zülmün aradan götürülməsinə və böyük günahların eilməməsinə vaxt və zəhmət sərf etmişdir. O, beytul-malın lazımı yerlərə xərclənməsi üçün xəlifənin yerli məmurlarına əhalinin şikayətlərini çatdırır və yeri gəldikcə də onları ilahi əzabdan qorxudaraq xalqın malını şəxsi işlərinə xərcləməməyə çağırırdı. Əbəs deyil ki, İmamın (ə) xütbələrinin böyük bir hissəsinin məzmunu yetim malının zülmlə yeyilməsinə, sələmçiliyin böyük günah olub islam iqtisadiyyatını məhv etməsinə, ölçü və çəkidə aldatmanın doğru olmadığına, israfçılığın haram olmasına və s. bu kimi iqtisadi mövzuları əhatə etmişdir (21, 316).

İmamın (ə) iqtisadi islahatlarına aşağıdakılar daxildir: I. Xumsun yığılıb imama verilməsi Xums islam iqtisadiyyatının mühüm tərkib hissəsi olub onun dövrü

imama verilməsi şəriətin zəruri hökmlərindədir. Buna gərə də İmam (ə) xums məsələsinə xüsusi önəm vermiş və onun yığılıb təhvil verilməsinə ciddi şəkildə təbliğat aparmışdı. İmam (ə) bu işdə böyük çətinliklər və hətta təzyiqlərlə də üzləşmişdi. Çünki xums Quran və Peyğəmbər (s) sünnəsinin vacib bir əmri olmasına baxmayaraq nə Abbasilər nə də ondan əvvəlki Əməvilər dövründə həqiqi sahiblərinə deyil hakim təbəqənin əlində cəmlənmişdi. Buna görə də o, var gücü ilə çalışaraq xumsun hakim təbəqəyə deyil bir imam kimi ona verilməsini tövsiyyə edirdi. Hətta mənbələrdə belə bir məlumat da vardır ki, İmam (ə) ona ünvanlanmış bir fars tacirinin məktubunun cavabında ona belə yazmışdı; “…Allahın halal etdiyi yerdən başqa mal-dövlətin verilməsi halal deyil. Xums bizim dinimizə köməklikdir… Onun verilməsi sizin ruzinizin artması səbəbidir…” (22, 538).

II. Zəkatın yığılmasına təşviq İslam iqtisadiyyatının dirçəldilməsinin və qüvvətlənməsinin ilkin

şərtlərindən biri zəkatın verilməsidir. Bunun vasitəsi ilə yoxsul və kasıb təbəqənin nümayəndələri öz həyatlarını davam etdirir, borclular öz borclarını onunla ödəyir, yolda qalmışlar isə öz mənzillərinə onunla yetişirlər. Hətta zəkatın vasitəsi ilə qeyri-müsəlmanlar islama gətrilir və ya ən azından onların qəlblərində islama qarşı rəğbət hissi aşılanır. Bütün bunlara görə İmam (ə) zəkatın toplanmasına və imkanı olanların zəkat vergisini mütləq vermələrinə xüsusi diqqət yetirirdi. Zəkatın beytul-mala toplanıb onun hakim dairənin istədiyi kimi xərcləmələrinin haram olduğu haqqda hədislər buyurmuşdur (22, 221). Onun bu haqda buyrduğu hədislərdən aşağıdakıları qeyd etmək olar;

Page 72: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

72 Hikmət

“…Hər kəs namaz qılıb zəkat verməsə, onun namazı qəbul deyi” (12, 228).

“Hakimlər yalan danışanda quraqlıq başlar, rəhbərlər zülm edəndə dövlət məhv olar, zəkat verilmədikdə isə canlılar məhv olar” (22, 231).

III. İqtisadi dayağa dəvət İmamın (ə) iqtisadi sahədə apardığı təbliğatlardan biri də dövlətin və

imkanlı şəxslərin yoxsullara, kasıblara, evlənməyə imkanı olmayanlara və bu kimi iqtisadi dayağa ehtiyaclı olanlara köməkliyin edilməsi olmuşdur. O, bu sahədə təbliğatını aşağıdakı üç istiqamətdə aparmışdı:

A). Dövlətin yoxsulları və kasıbları yedirtməsi, B). Şəri vergilərin öz ünvanına düzgün çatdırılması, C). Ehtiyacı olanlara infaq etmək. İmam (ə) bu üç istiqamətdə hər yerdə, hətta xəlifənin təşkil etdiyi

məclislərdə belə hədis deməkdən çəkinməmiş və social bərabərliyin qorunması üçün bunlara əməl olunmasının zəruriliyini önə çəkmişdir. O, bu haqda hədislərinin birində buyurur: “Ən səxavətli adam odur ki, insanların yeməyindən həm yeyə, həm də yedirdə” (23, 323).

8. İmam Rzanın (ə) təhrif olunmuş dini terminlərə qarşı mübarizəsi İmamın (ə) həyatı boyu üzləşdiyi problemlərdən biri də zahidlikdə təhrif

edilmiş üslublar idi. Abbasi xəlifələri xalqın mal-dövlətini yeyib taladıqları halda xalqı zahidliyə döğru çağırır, onları islamda olmayan yeni bir sufiyanə hislərə qapadırdılar. Beləliklə, miladın VIII əsrinin sonlarında meydana çıxan və hələ ki, mənşəyi bəlli olmayan sufilik müsəlmanlar arasında yavaş-yavaş yayılmağa və avam kütlə sufi təlimləri əsasında yaşamağa təşviq edilirdi. Bunun ən mühüm siyasi səbəbi isə müsəlmanların öz iqtisadi hüquqlarını tələb etməməyə doğru bir çağrış idi. Lakin İmam Rza (ə) belə təhrif edilmiş zahidliyin əksinə çıxır və islamda mövcud olmayan sufiliyin xalq içərisində yayılmasına qarşı ciddi təbliğatlar aparırdı. O, hətta geyimində belə anti-sufizm yolunu tutmuşdur. Belə ki, qış aylarında belə, yundan istifadə etməz, həsirinin üstündə oturar və pambıq paltarlara üstünlük verərdi. Çünki sufilər əyinlərinə yun qaba paltar geyinməklə guya dünyada zahid həyat yaşadıqlarını bildirirdilər. Həmçinin İmam (ə) bəzən bahalı zər-zibalı paltarlar geyinər, ona irad tutan və “İmam gərək yoxsul və narahat paltar geyinsin” deyənlərə qarşı etirazını bildirərək, onlara Həzrət Yusifi (ə) misal çəkərdi. Ona irad tutmuş məşhur sufilərin birinə İmam (ə) belə cavab vermişdi; “Yusif (ə) bir peyğəmbər idi, amma qızıl düyməli astarlı ipək qumaş paltar geyinərdi. O, ali-Fironun mütəkkələrində oturar və hökm edərdi. İmamdan istənilən şey onun ədalətidir. O, danışanda doğru danışmalı, hökm etdikdə ədalətli hökm etməli və vədə verdikdə əməl etməlidir” (24, 310).

Page 73: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 73

Bu hədisdən də göründüyü kimi İmam (ə) təsəvvüf və zahidlikdə səhv anlaşılan əmməllərə qarşı öz səsini qaldırmışdı. O, bəzən bunlarla kifayətlənməyib sufilərin əleyhinə sərt sözlər də demişdir. Həmin sözlərdən aşağıdakıları qeyd etmək olar;

“Hər kimin yanında sufilikdən söhbət düşsə və o, qəlbi və dili ilə sufiliyi inkar etməsə, bizdən deyil. Hər kəs inkar etsə, Peyğəmbərin hüzurunda cihad etmiş kimidir”

“Heç kim riyakarlıq, azğınlıq ya da axmaqlıqdan savayı bir səbəb üzündən təsəvvüfə üz tutmayıb” (25, 57-58. 26, 567)

9. İmam Rzanın (ə) ehtiyacı olanlara əl tutmansı İmam və ya xəlifə olan hər kəsə ehtiyac içində olub ehtiyacını ödəyə

bilməyənlərə əl tuması vacibdir. Lakin təəssüflər olsun ki, Abbasi xəlifələri yalnız öz qohum-əqrəbalarının və onlara qarşı yaltaqlıq edənlərin ehtiyaclarını ödəyir, digərlərinə əhəmiyyət vermirdilər. İmam Rza (ə) isə hər vaxt qarşısına çıxan hər bir ehtiyaclı kimsəyə öz qüdrəti çərçivəsində maddi və mənəvi dəstəyini göstərirdi. Rəvayət olunur ki, bir gün bir şəxs İmama (ə yaxınlaşıb deyir “Öz mürüvvətin miqdarı qədər mənə maddi köməklik et” İmam (ə) buyurur; “Bunu bacarmaram” Həmin şəxs yenə deyir; “Mənim mürüvvətim miqdarında köməklik et” İmam (ə) xidmətçisini çağırıb o kişiyə iki yüz dinar verməsini tapşırır (18, 39).

Mənbələrin məlumatlarından da bəlli olur ki, İmam (ə o qədər təvazökar olmuşdur ki, hətta süfrə başında xidmətçiləri ilə birlikdə oturarmış (6, 101).

10. İmam Rzanın (ə) əxlaqi islahatları Abbasilər hakimiyyəti dövründə islam əxlaqi demək olar ki, tənəzzül

dövrünü yaşayırdı. Xəlifələr də digər dövlət məmurları aşkarcasına içki, qumar, musiqi və s. bu kimi əxlaqa zidd əməllərlə məşğul olurdular. Onların islam əxlaqına zidd olan hərəkətlərindən aşağıdakıları qeyd etmək olar;

A). Əyləncə, qumar və keflə məşğul olmaq İslama görə xəlifə və ya dövlət məmuru olan hər bir kəs başını kef və

əyləncəyə deyil, yalnız xalqın xidmətinə qatmalıdır. Onlara islam hec cürə icazə vermir ki, xalqın malını öz şəxsi əyləncələrinə, bahalı geyimlərinə və səfərlərinə sərf etsinlər. Ancaq təəssüflər olsun ki, islam tarixini oxuduğumuz zaman Abbasi xəlifələrini xalqın islahından çox qumar və əyləncə ilə məşğul olduğunu görürük. Bu xəlifələr içində Harun ər-Rəşid ilk olaraq şahmat, ox atma və xokkey yarışları təşkil edib oynayan xəlifə olmuşdur (9, 237). Hətta bir gün o, at yarışında olarakən onun atı öndə olduğundan şairə onun haqqında şeir yazmasını əşr etmişdir (19, 43).

O, gülüb əylənmək üçün öz sarayı yaxınlığında İbn əbi Məryəm əl-Mədəni üçün mənzil düzəltdirmişdir (17, 349. 20, 293-294).

Page 74: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

74 Hikmət

B). Ğina və cariyələrə düşkün olmaq Abbasilər xəlifələrinin məşğul olduqları haram əməllərdən gina və cariyə

düşkünlüyü daha çox özünü göstərməkdədir. Xilafət ərazilərində əhalinin ağır vəziyyəti ilə maraqlanmayan xəlifələr əksinə əhalidən yığılan vergilər hesabına öz saraylarında bəzən yüzlərlə cariyələr saxlayır, musiqiçilərə küllü miqdarda hədiyyələr edirdilər. Mənbələrə görə xəlifələr içində musiqiyə ən bağlı olan Harun ər-Rəşid olmuşdur. O, musiqiyə çox düşkün olmuş, hətta müğənniləri təbəqələrə belə bölmüşdür (9, 237). Onun üç sevimli müğənnisi barədə şeiri də vardır (19, 345. 27, 226).

İshaq bin İbrahim bin Meymun deyir; “Məmun qadınlara çox düşkün olan biri idi və cariyələr onun üçün səhərədək musiqi oxuyardılar (14, 156).

C). Şərab içmək İslam şəriətinin qadağan etdiyi ən haram və nurdar əməllərdən biri şərab,

yəni sərxoşedici içki içməkdir. Hətta onlar öz işlərinə bəraət qazandırmaq üçün bəzi fəqihləri bu haqda onların xeyrinə fətva verməyə belə təhrik etmiş, lakin bunu bacarmamışlar. Abbasi xəlifələri içərisində şəraba düşkün və daim şərab içən kimi Harun ər-Rəşid tanınır (28, 224). Bundan başqa mənbələrdə xəlifə Əminin və xəlifə Məmunun şərab içməsi haqqında doğru məlumatlar da vardır (9, 260. 20, 295, 420).

Belə olduğu şəraitdə İmam Rzanın (ə) üzərinə çox böyük və ağır məsuliyyət düşürdü. Çünki o, bir imam olaraq əxlaqsızlıq girdabında boğulan xəlifə və onların yaxınlarını və həmçinin cəmiyyətin bəzi təbəqəsinə sirayət etmiş bu fəsadı islah etmək üçün var gücü ilə çalışırdı. O, xilafət sarayında ölmüş peyğəmbər sünnəsini dirçəltmək üçün xəlifələrə müxtəlif yollarla təsir etməyə və onları həqiqi sünnəyə doğru çağırırdı. Buna görə də o, gecə-gündüz küçə və bazarları, xalqın toplaşdığı kütləvi yerləri gəzərər, hər yerdə Allah Rəsulunun (s) əxlaqa aid hədislərini rəvayət edərdi. Onun bu mövzuda silsilə şəklində Peyğəmbərdən (s) nəql etdiyi hədislərindən aşağıdakı qeyd etmək olar.

“Allah məni zülm üçün deyil rəhmət üçün göndərib” (29, 428). “Yaxşılığı niyyət etmək insanı yetmiş savaba çatdırar…”(29, 159).

ƏDƏBİYYAT:

1.Əbu Cəfər Məhəmməd bin Həsən ət-Tusi, əl-Fihrist, muəssisətu nəşril-islami,

1417 h/q.

2.Cəfər Murtəza əl-Hüseyni, Həyatu-İmam Rza (ə), darut-təbliğil-islami,

1398/1978.

3.Corci Zeydan, Tarixi-təməddüni0islam, Beyrut çapı, tarixsiz, cild III.

4.Natiq Rəhimov, İslam Tarixi, Bakı-2005.

5.Hafiz İbn Kəsir əd-Diməşqi, əl-Bidayə vən-Nihayə, Misir-1348 h/q, Beyrut.

1408/1988, c.10.

Page 75: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 75

6.Əllamə Məhəmməd Baqir əl-Məclisi, Biharul-Ənvar əl-Camiəti lidurəri

Əimmətil-Əthar, Beyrut-1403/1983, cild 10, 49, 65, 39.

7.Əbu Bəkr Əhməd bin Əli Xətib Bəğdadi, Tarixi-Bəğdad, Beyrut-1417/1997 və

Qahirə-1349 h/q, cild 14.

8.Əbul-Həsən Əli bin Hüseyn Məsudi, Murucuz-Zəhəb və Məadinul-Cəvahir,

Misir-1384/1964, Qahirə-1958 və Qum-1409 h/q, cild 3.

9.Cəlaluddin Suyuti, Tarixul-Xuləfa, Qahirə-1969.

10.Əbu Əli Fəzl bin Həsən Təbərisi, Elamul-Vəra bi Əalamil-Huda. Qum-1417/h/q.

11.Tarixçilər heyəti, Tarixul-İslam, Qum-1423 h/q, cild 3.

12.Şeyx Səduq, Uyunu-Əxbarir-Rza, Beyrut-1404/1984, cild 1.

13.Qurani-Kərim,

14.Şəhabuddin Əbu Ömər Əhməd bin Məhəmməd Əndəlusi Maliki, Misir çapı, əl-

İqdul-Fərid, cild 1.

15.Əhməd bin Əbi Yəqub bin Cəfər Yəqubi, Tarixi-Yəqubi, Beyrut, darus-sadir,

tarixsiz. Və farsca nəşri, Tehran-1371 h/ş, cild 2.

16.Şəmsuddin Məhəmməd bin Əhməd bin Osman əz-Zəhəbi, Siyəru Alamin-

Nubəla, Beyrut-1413/1993.

17.Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri, Tarixu Uməmi vəl-Muluk, Misir-

1357 h/q .c. 8.

18.Muşiruddin ibn Şəhr Aşub, Mənaqibu-Ali Əbi Talib, mətbəətul-Heydəriyyə,

Nəcəf-1376/1956, cild 3-4 4.

19.Əbul Fərəc əl-İsfahani, Kitabul-Əğani, Beyrut-1995, cild 10, 4 və 16.

20.İbn Əsir əl-Cəzəri, əl-Kamil fit-Tarix, Misir çapı, cild 6.

21.Məhəmməd Həsən bin Əli bin Hüseyn bin Şubə əl-Hərani, Tuhəful-Uqul, İran-

1404 h/q.

22.Şeyx Məhəmməd Həsən Hürr əl-Amili, Vəsailuş-Şiə ilə Təhsili Məsailiş-Şəriyyə,

muəssisətu-Ali-Beyt, Qum-1414 h/q. və Beyrut nəşri, tarixsiz, cild 9.

23.İbrahim bin Məhəmməd əş-Şafii Fəraid əs-Simtеyn, Misir çapı, tarixsiz, cild 2.

24.Əllamə Əbul-Həsən Əlin bin İsa əl-Ərəbli, Kəşful-Ğimmə fə Mərifətil-Əimmə,

Beyrut-1405/1985, cild 2.

25.Şeyx Abbas Qumi, Səfinətul-Bihar, Nəcəf çapı, cild 2.

26.Müqəddəs Ərdəbili, Hədiqətuş-Şiə, İran çapı.

27.Əllamə Səmhudi, Vəfayatül-vəfayat, Misur çapı, tarixsiz, cild 4.

28.Məhəmməd Baqir Şərif əl-Qərəşi, Həyatu İmam Əli bin Musa ər-Rza (ə),

tarixsiz, cild 2.

29.Məhəmməd bin Yəqub əl-Kuleyni, əl-Usulu minəl-Kafi, Tabestan-1363 h/q,

cild2.

30.Əllamə Əbdurrəhman bin Xəldun, Tarixi-İbn Xəldun, Beyrut, tarixsiz və

Beyrut-1971.

Page 76: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

76 Hikmət

31.Abdullah bin Müslim bin Quteybə əd-Dinuri, əl-İmamətu vəl-Xilafət, (Tarixul-

Xuləfa), Qum-1413 h/q.

32.Əbu Abdullah Məhəmməd bin əş-Şeyx Mufid, əl-İrşad fi mərifəti Hucəcillahi

aləl-İbad, muəssisətu Ali-Beyt, tarixsiz.

33.Əbu Cəfər Məhəmməd bin Həsən ət-Tusi, Amali-Tusi, Qum-1414 h/q.

34.Şeyx Nuriddin Əli bin Məhəmməd İbn Səbbağ əl-Maliki, əl-Fusulul-Muhimmə

fi Mərifətil-Əimmə, Heydərabad çapı.

Page 77: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 77

Qulamrza Mehri

İslam incəsənətində estetika

Çox vaxt İslam incəsənəti o qədər əlçatmaz görünür ki, onun sözlə

ifadəsi çətin olan bir işə çevrilir. Burada qısa tezislər daxilində yalnız müəyyən cəhətləri işıqlandırmaqla kifayətlənirik. Ümid edirik ki, oxucularımızı yormuş olmarıq. İlk toxunduğumuz məsələ boya, irfan, fəlsəfə və hikmət şəklində təzahür edən İslam estetikasıdır.

İran-İslam incəsənətində hər bir mükəmməl əşər özünün ayrı-ayrı elementlərinin xüsusiyyətlərindən fərqli olan bir keyfiyyətə malikdir. Bu incəsənətdə hər bir əsərin ümumi xətti onun ayrı-ayrı elementlərinin forma və məzmun xüsusiyyətlərindən ayrıdır. Bir meşənin ağacları timsalında bunu daha rahat dərk etmək olar. Hər bir ağac öz növbəsində özünəməxsus bir varlıqdır və öz xüsusiyyətlərinə malikdir. Beləliklə, meşənin digər ağaclarından fərqlənir. Bütün ağaclar isə birlikdə meşəni yaradır. Meşə ayrı-ayrı ağaclardan yaranmasına baxmayaraq, bu məfhum özü təklikdə tamamilə müstəqil keyfiyyətə malikdir. Bir sinfin şagirdləri də bu cürdür. Ayrı-ayrı şəxslər birləşərək sinfi təşkil edir. Bu, eyni zamanda hər hansı bir şəxsin həmin qrupdan ayrılmasının qeyri-mümkünlüyü üzərində düşünməyə əsas verir. Digər sözlə desək, bir müsəlman sənətkarı bütün varlığa sirayət etmiş ümumi bir modeldən istifadə edir.

Bəzi insanlar İslam incəsənətini mənfi istiqamətdə dəyərləndirməyə çalışır. Yalnız dəyərləndirilməsi mümkün olan şeyləri qəbul edir, qalanlarını bir kənara qoyurlar. Buna baxmayaraq İslam sənət əsərlərinin bir çoxunu sırf elmi cəhətdən araşdırmaq olar. Həmin incəsənətdə rənglərin təkrarlanması buna dəlalət edir. Şeirdəki sözlərin şerin tələbinə uyğun olaraq təkrarlanması onun harmoniyasını qüvvətləndirməklə məhdudlaşmayayıb sözün öz mənəvi gücünü ortaya çıxarır. Digər tərəfdən, sözün təkrarlanması onu öz ilkin zahiri anlamından uzaqlaşdırır və ona yeni bir məna gücü bəxş edir. Kandinski əsərin orta xəttini böyüdükdən sonra unudulub gedən bir uşaq oyununa bənzədərək izah edir. Buna görə də, müsəlman sənətkarı sözlərin təkrarını ardıcıl qaydada, lakin hər dəfə yeni bir tərzdə elə həyata keçirir ki, hər bir söz özlüyündə mənasını itirərək ümumilikdə mükəmməl harmoniyaya malik bir əsərə çevrilir.

İslam incəsənətində hər bir boyanın, tükənməz zənginliyə malik olma

Page 78: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

78 Hikmət

baxımından konkret çərçivə daxilində şərh edilməsinin qeyri-mümkünlüyü yazıçıları, tədqiqatçı və tənqidçiləri daim çıxılmaz vəziyyətdə qoyur. Fərqli və zəngin bağlantılar sarsılmaz həqiqətlərin üzərində möhkəmlənən bir mühit yaradır. Bu mühit bütün ahəngdar boyalardan eyni zamanda istifadə etməklə meydana gəlir. Bu zaman hər bir boyanın oynadığı rol qorunub saxlanılır. Belə bir şəraitdə tamaşaçı tərəf bir əsər daxilində iki müxtəlif mühitlə qarşı-qarşıya qalaraq dərin bir ruhi cazibə hiss edir.

İslam incəsənətində musiqi boyası, Kandinskinin dili ilə desək, əsərin müxtəlif yerlərində geniş şəkildə nəzərə çarpır. Digər sözlə, müsəlman sənətkarı boya və işığın vasitəsilə musiqi harmoniyası yaratmağa çalışır. Belə ki, bəzən musiqi də boya meyarlarına əsasən şərh edilir. Maykl T.H. Sedler deyir ki, Kandinski rənglərin səsini köçürməyə səy göstərir. O hətta Kandinskini gözəl bir musiqiçi adlandırır. Ancaq müsəlman sənətkar heç bir metoda əsaslanmır və heç bir texniki şərtə riayət etmir. O, ilkin fitri səbəbə dayanaraq öz mənəvi çırpıntılarından başlayıb yaradıcılıq yoluna qədəm qoyur. Beləliklə, boyalar musiqiyə yaxınlaşmağa çalışır və həqiqətdə bir ahəngə çevrilir. Sənətkar musiqililik metodundan yararlanıb boyakarlıq etməyə səy göstərir.

Müxtəlif sahələrdə, xüsusən, memarlıq dekorunda İslam incəsənət abidələri hər bir insanın fitri yaddaşında mövcud olan təsvirlərin təkrar təcəssümünün bir növünə malikdir. Çünki ruhi baxımdan zehni təsvirlərin tələbləri və batini təmayüllər cəhətdən isə bir ideal və analogiya mövcud olur. Bu ideal zehində unudulmuş qalır. Buna görə də, hər bir tamaşaçı İslam incəsənət abidəsiylə qarşılaşarkən öz daxili hiss-həyəcanları ilə əsərdəki boyalar arasında uyğunluq müşahidə edir. Bu hissiyyatın təsiri ilə o, sanki yenidən doğulmuş olur. Hər bir rəng musiqi aləti kökləndiyi kimi, insanın ruhu sanki musiqini dinləməyə və ya onu ifadə etməyə hazırlayır. Bu incə məqamları duymaq üçün batini saflaşma mərhələlərindən keçmək lazımdır. Müasir insanın ruhu maddiliyin hakim kəsildiyi bir dövrdə yaşayır. Belə bir şəraitdə müasir sənətkar hələ ifadə olunmamış ən incə duyğuları təsvir etməyə çalışır.

İslam incəsənəti elə bir mühiti təsvir edir ki, bu mühit heç bir vəchlə estetika baxımından yalnız zahiri təsvirlə dolğun olan mükəmməl bir mühit anlamına gəlmir. Yalnız müşahidəçinin təsvir olunan həqiqətə qarşı tələbini və ehtiyacını artırır. Əslində, incəsənət əsəri müşahidəçinin şüurunda mövcud olan əzəli bir xatirəni yenidən canlandırır. Burada yaradıcılıq həqiqətdə mövcud olmayan, lakin mövcudluğu vacib olan şeylərdən faydalanmaq üçün göstərilən səydən ibarətdir. İslam incəsənət ustası özünü yer üzündə tənha təsəvvür edir və çalışır ki, zahirən bir-birindən tamamilə fərqlənən torpağı, səmanı və qarşısında olan bütün əşyaları uzlaşdırıb birləşdirə biləcək bir boya tapa bilsin. Beləliklə, əzəli və əbədi vəhdəti şüurlara xatırlatmış olur. Sənətkar həmin həqiqəti yada salaraq onu məcaz və ya kinayə vasitəsilə öz təfəkküründə formalaşdırdığı

Page 79: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 79

şəkildə təsvir edir və əsər meydana gətirir. Təxəyyülün sənətkara diktə etdiyi, cəzbetmə və əksetmə, təsdiqetmə və inkaretmə qüvvələri ilə dolu olan sonsuz bir aləmdir. Bu, təxəyyüldəki mütləq həyatın ən güclü ifadəsi olub ecazkar bir harmoniya yaradır. Həmin harmoniya ən uca zirvəsinə çatdıqda əsər meydana gəlir. Sənətkarın təxəyyül dünyası onun öz yaratdığı və onun özünü yaratmış olan bir aləmdir. Belə bir aləmdə daxili qüvvələr və batini məstlik halları özünü təxəyyülün pərdəsi arxasından göstərir. Bu qüvvələr sənətkarın özünü o qədər cəlb edir ki, onu yaratdığı əsərin müqabilində görünməz hala gətirir.

Müsəlman sənətkar haqqı söyləyən hər bir digər sənətkar kimi öz batini müşahidələrini tərənnüm edir və həmin müşahidələrə uyğun gəlməyən hər bir məsələni kənara qoyur. Əslində isə müşahidələrinin təsviri qarşısında aciz qalır. Çünki onun müşahidə etdiklərinin əzəməti heç bir forma, məzmun və mühitə sığan deyil. Buna görə də, müsəlman sənətkarın təzahür etdirdiyi harmoniya və ahəngdarlığa baxmayaraq, onun əsərinin forma və məzmunu arxasında daim tamamlanmamış bir söz və yarımçıq qalmış bir mükəmməllik duyulur. Məsələn, yarımçıq bir simfoniya insan qəlbinin dərinliklərinə sonsuz bir arzu və sərhədsiz bir tələb bəxş edir.

Müsəlman sənətkarının yaratdığı əsər heç bir zaman monoloq təsiri bağışlamır. Bu əsər onun bizə görünən tərəfi ilə müəllifin özünün yaşadığı dünya arasında əbədi bir dialoqa çevrilir. Bu isə sənətkarın öz şəxsi müşahidələrinin təsviri üçün fəqət bir vasitədir. Buna görə də tamaşaçı tərəf sənət əsərində bir cazibə hiss edir və sanki əsər onunla dialoqa girir. O, həmin əsərin daha da dərininə varmağa, onun qarşısında duran sirli pərdələri bir-bir qaldırmağa və öz qarşısında tam bir görüntü açmağa cəhd göstərir.

İslam incəsənətində əsər, sənətkarın müşahidəsi, yüksək şüuru və yaradıcılıq qabiliyyəti ilə başlayır və tamaşaçı tərəfi elə bir zirvəyə qaldırır ki, Merlopontinin dili ilə desək, həmin zirvədə onun müxtəlif daxili yaşantıları bir-birinə qarışır və biri digərinə təkan verir. Bu yolda sənətkarın duyğu qüvvəsi, bəlkə də, öz-özlüyündə heç bir dəyərə malik olmayan əşya və hadisələrə yönəlir. Başqa sözlə, sənətkarın axtarışlarının nəticə verməsinin səbəbi onun öz qəlbinin dərinliyində sahib olduğu bir qüvvənin duymaq bacarığıdır. Ancaq sənətkarın həmin qüvvədən agah olması onu heç də öz əsərini mexaniki şəkildə yaratmağa vadar etmir.

Müsəlman sənətkarın təsvir etməyə çalışdığı obyektə qarşı mütiliyi tamaşaçıya da sirayət edən gizli bir məqamdır. Müsəlman sənətkar kiçik bir qismini təsvir etməyə çalışdığı həqiqət qarşısında o qədər sadəlik və sadiqlik nümayiş etdirir ki, öz şəxsiyyətini onun cazibəsində yox olmuş görür. Sənətkarın öz şəxsiyyətinə əsaslanıb sənət əsəri ilə daim tamaşaçını heyrətləndirməyə çalışdığı və tamaçının da sənətkarın maddi əsaslara bağlandığını hiss etdiyi qərb sənətkarlığının, xüsusən də modernist sənətkarlığın

Page 80: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

80 Hikmət

əksinə olaraq, müsəlman sənətçisi təsvir etdiyi həqiqətin sonsuz əzəməti qarşısında öz sadəliyini nümayiş etdirərək özünün yalnız aciz bir vasitə olduğunu düşünür. Burada sanki heç bir yaradıcılıq yoxdur və sənətkar Böyük Yaradan qarşısında özünü yaradan kimi hiss etməyə çalışmır. O inanır ki, yaradıcılıq ondan çox-çox əvvəl tamamlanmışdır. İndi mövcud olan isə eşq, təvazökarlıq və sadəliyin cazibəsidir. Sənət əsəri yaranarkən sənətkarın xüsusi ədəb qaydalarına riayət etməsi ilə meydana gələn bu hal əsər tamamlandıqdan sonra tamaşaçıya da sirayət edir. Belə ki, tamaşaçı əsərlə qarşılaşarkən eynən sənətkarın özü kimi onun içərisində itib-batır. Buna baxmayaraq müsəlman sənətkar psixlogiya məktəbinə inanan bir çox insanların əqidəsinin əksinə olaraq, öz tamaşaçısının əsirinə çevrilmir. Eyni zamanda tamaçının da onun əsirinə çevrilməsini arzulamır. O özünü, sadəcə, istiqamətləndirmək, zövq vermək və xeyir-bərəkət paylamaq üçün seçilən bir vasitə hesab edir. Bu inam əsərin metafizik strukturunun arxasında gizlənir və əbədi bir yadigara çevrilir. Buna görə də, İslamda sənət əsəri, hansı sahədə olursa olsun, öz tamaşaçısına mənəvi cazibə yaradır. Hər rəng, hər forma və hər söz kamil əsər meydana gəldikdən sonra öz ilkin təbii qüvvəsini itirir və mənəvi qüvvəyə çevrilir. Cansız və dəyərsiz əşyalara üstünlük qazandıran da məhz budur.

İslam incəsənəti musiqidə olduğu qədər ədəbiyyatı da əhatə edir. Ədəbiyyatın xüsusiyyətlərindən biri oxucunu özünə tərəf çəkməkdir. Ədəbiyyat zahiri strukturunda göründüyündən qat-qat dərin mənaya malikdir. Göz önündə açılan bu geniş üfüqləri sözlə ifadə etmək və yazıya köçürmək sanki mümkünsüzdür. Oxucu hiss edir ki, sənətkarın şüuru yaradanın təfəkkür və təxəyyülü arasında daim yaradıcılıq şövqü ilə cilvələnir. Bu yaradıcılıq şövqünü bədii-estetik fəndlərin təkrarı, ritmin qəfil növbələşməsi, müxtəlif tərəflərin ortaq nöqtəyə gətirilməsində müşahidə etmək mümkündür. Nəticədə, oxucunun gözü önündə davamlı hərəkətdə olan bir mühit, müxtəlifliyi və eyniliyi aradan götürən tükənməzlik hissi və əbədi səadətlə dolu bir aləm açılmış olur. İslam mədəniyyətinin əksər nümunələrində (bu mədəniyyətin ən yüksək nümunəsini İsfahanda Şah məscidinin günbəzi altındakı naxışlarda müşahidə etmək olar), Titus Burkhartın sözləri ilə desək, məcburiyyət və ya cəhdetmənin mövcud olduğunu göstərən heç bir dəlil yoxdur. Bundan əlavə, nə bir ixtilaf, nə də ziddiyyət gözə dəymir. Bu mədəniyyət heç bir istək və tələbin olmadığı bir rahatlıq və rifah dünyasıdır. Eyni bədii-estetik elementin hər dəfə bir-birinin əksinə olaraq təkrarlanması oxucunu saf bir halətdə saxlayaraq mövcud olanla mövcud olmayan arasında qərq edir. Rənglərin və naxışların ahəngi arasında hər cür yer ünsürü aradan gedir.

Müsəlman sənətkar ona görə sənətkardır ki, müşahidələrinə əsaslanan idrakı eşq məqamına çatana qədər yüksəlir. Buna görədir ki, onun əsərinin gözəlliyi həmin əsərdə gizlənmiş mənəvi riyazətə əsaslanan bir tərzdə müşahidə

Page 81: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 81

olunur. Bir çox əsərlərdə yüksək ustalıqla deyilmiş sözlər və mənəvi riyazətin təcəllası həmin əsərdə mənəviyyat və bir bütövün içərisində əriyib yox olmuş fərdiyyətlə dolu duyğulara və incəliyə mane olmur. Qeyd etmək lazımdır ki, bu əsərlərin dəyəri tamaşacı və dinləyicidə yalnız xoş əhval-ruhiyyə, gözəl ovqat və dərin mənəvi yaşantı yaratmaqla bitmir. Sənətdən zövq alan tərəf eyni zamanda İslam mədəniyyəti nümunələrində öz şüur vəziyyəti və mənəvi hallarına uyğun məqamlar tapır və sırf forma münasibətlərindən ibarət vahid bir tam kimi aşkar olur. İslam mədəniyyəti nümunələrində forma və məzmun vahid həqiqətdən qaynaqlanan və bir-birindən ayrılmaz olan müxtəlif tərəflərdir. Bu nümunələrə İsfahandakı Şah məscidini və Şeyx Lütfullah məscidini misal göstərmək olar. Şiə mədəniyyətinə aid olan bu ölməz əsərlərdə tamaşaçı hiss edir ki, yüngül, şəffaf və zəngin kaşıkarlıq nümunələri, divarlardakı əyilmələr, yüksəlmələr və düz səthlər, ümumiyyətlə, incə və dəqiq işlənmiş bütün elementlər dərin hissiyyat və qüdrətin məhsuludur. Onların batini mahiyyəti cansız bir əşyadan ibarət olmayıb əsərin ayrı-ayrı elementlərində əsrarəngiz şəkildə toplanmış yüksək ağıl və yaradıcılıq nurudur.

İslam mədəniyyəti nümunələrinin (xüsusən də, sonuncu adı çəkilən iki nümunənin) və onların məqsədinin dərk olunması üçün onu yaradan sənətkarın arzu və istəklərini xatırlamaq lazımdır. Zikr və xatırlama kəlmələrin mənəvi yöndə müəyyən say və ritmlə təkrarıdır. Bu da zikr edən şəxsi maddi aləmdən mənəvi aləmə doğru aparır. Zikrdə nə qədər təbiilik, canlılıq və saflıq olsa, o, insanı o qədər yüksəklərə qaldırar. Bu aləmin ecazkarlığını dərk etmək üçün tamaşaçı əsərə dəfələrlə və hər dəfə də daha dərindən baxmalı və onun dərin qatlarına nüfuz etməyi bacarmalıdır. Gudmenin fikrinə şərik çıxaraq deyə bilərik ki, İslam mədəniyyəti nümunələri hər baxışda yeni bir dəyər qazanır. Eyni zamanda qeyd etmək lazımdır ki, sənətkarlıq fəaliyyəti ümumilikdə yalnız sənətkar və onun tamaşaçısı arasındakı qarşılıqlı anlaşmaya əsaslanmır.

İslam mədəniyyəti nümunələrində qəti olaraq ağrı və əzab yoxdur. Bu isə ekspressionizmi darmadağın edən bir inamdan meydana gəlir. Ağrı və əzab, adətən, sənətkarın ətraf mühit və təbiətlə ahəngdarlıq yarada bilməməsindən və qeyri-müəyyənlik vəziyyətində qalmasından yaranır. Bu zaman insan özünü aləmdən kənarda yalqız şəkildə görür. Müsəlman sənətkarı isə aləmin hər bir zərrəsini özünə dost və həmdəm bilir və onlarla ünsiyyət içərisində olur. Onun divara vurduğu hər kərpic, hər parça gil və hər rəng Tanrıyla aşiqanə ünsiyyətinin bir hissəsinə çevrilir və sənətkar bu ünsiyyətdən ruhi rahatlıq tapır.

Page 82: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

82 Hikmət

Qadir Hüseynzadə

İbn Ərəbi məktəbi və Şəbüstərinin kosmoloji

baxışları Şəbüstərinin kosmoloji və kosmoqonik baxışlarına görə varlıq

dünyası Allahın substansiyasının təcəllisindən doğan və inkişafda olan bir prosesdən ibarətdir və onun yaranışı müəyyən mərhələlər üzrə gedən dəyişikliklər əsasında gerçəkləşir. Varlığın ən yüksək mərtəbəsi Haqqdır və o, dünyanın canıdır. Haqq “öz ümumi xüsusiyyətləri ilə varlıq aləminin hər bir zərrəsində təcəlli edir” (2.s.35; 1.s.43). İndi baxaq görək yaradılış nədən ibarətdir, Allahın vahid substansiyası, ad və sifətləri ilə varlıq aləmi arasındakı əlaqə necədir, kəsrətin vəhdətdən yaranması necə baş verir?

Şəbüstəri başqa ariflər kimi aləmin yaradılışını eşq ilə bağlı bilir və deyir ki, əgər eşq olmasaydı, heç bir xilqət yaradılmazdı, heç bir şey varlıq tapa bilməzdi (3,b.137,138):

عدم در ذات خود چون بود صافی از او در ظاھر آمد گنج مخفی

رو فرو خوان که تا پيدا ببينی سر پنھان» کنت کنزا«حديث Ədəm (yoxluq) öz substansiyasında safdır, “Gizli xəzinə” ondan zahir oldu. “Künti kənzən” hədisini yenidən oxu Ki, gizli sirri aşkar görəsən.

Haqq vəhdətin yüksək dərəcəsi və bəlli olmayan bir həqiqətdən

ibarət olmaqla yanaşı, dünyanın ruhu sayılır. Hər bir varlıqda onun təsiri vardır. Haqqın aləmdəki cilvəsi iki növdür:

1. Əqdəs təcəlli. 2. Müqəddəs təcəlli. Birinci təcəlli eyni zamanda əqdəs feyz adlanır ki, bu da təcəlli

mərtəbələrinin ilkin mərhələsindən ibarətdir (10.s.342). Mütləq vücudun ilkin təcəllisindən varlıq aləminin sabit ideyaları yaranır ki, buna “əyane-sabitə” deyirlər. Sabir ideyalar varlıq aləmindəki bütün

Page 83: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 83

şeylərin dəyişməz surətləri kimi həmişə sabit qalır. İkinci təcəllidə, yəni müqəddəs feyz mərhələsində şeylər potensial haldan gerçəkliyə keçir, sabit ideyalara uyğun olaraq öz əzəli sabit halında zahiri aləmə keçərək varlıq tapır. Əbdürrəhman Cami bu barədə belə yazır: “Həzrəti Haqqın iki təcəllisi vardır: onlardan biri əyani və elmi təcəllidir ki, sufilər onu “feyzi-əqdəs” adlandırmışlar. Bu isə uca və pak Haqqın əyandan doğan hökm və təsirinin təcəllisidir; birinci təcəllidə olan və əyan halında sabit qalan qabiliyyət və istedadların xarici aləmdə təzahürü isə ikinci təcəllidir və bu Haqqın yaratmaq hökmü ilə baş tutur (4.s.170). Caminin sözlərindən məlum olur ki, Haqqın nuru sabit ideyalarda müəyyən istedadlar saxlayır, ancaq bu ideyalar öz-özlüyündə təsirsizdir, yalnız Haqqın yaratmaq hökmü onların təzahürünə səbəb olur (5.s.112). Ona görə birinci təcəlli Haqqın elm səviyyəsində təcəllisi, ikincisi isə onun iradəsinin təzahürü hesab edilir.

“Əyan” sözü “eyn” sözünün cəmidir və burada onun mənası hər bir şeyin mahiyyəti, həqiqəti və substansiyası deməkdir. Sabit sözü isə əyanın sifəti və atributu sayılır və onun ayrıca mənası vardır. Bəzi mötəzili kəlam alimləri vücud və ədəm məfhumları ilə yanaşı sübut sözünü işlətmişlər. Bəsrə mötəzilə məktəbinin nümayəndələrindən Əbu Əli Cübbani, Əbu Haşim Cübbani və Qazi Əbdül Cabbar bu fikirdə olmuşlar ki, sabit və mövcud məfhumları bir-birindən fərqlənir; birincisi daha geniş və ümumidir (6.s.125). Onların nəzərincə, sabit haqqında məlumat verilən və bəlli olan bir şeydir. Ona görə bu məfhum mövcud (var) və məduma (yox) şamil edilir. Sabit olmayan şey mənfi və inkardır, yəni onu bilmək və haqqında məlumat vermək olmur. Mədum isə xaricdə sabit olan şeydir, lakin mövcud xaricdə deyildir” (7.s.6). Deyilənlərdən belə alınır ki, mötəzililər vücud məfhumunu zehindən xaric gerçəkliyə malik olan şeylər haqqında işlətmiş, ədəm məfhumunu isə zaman və məkan çərçivəsində mövcud olmayan şeylərə aid etmişlər. Ona görə şeylərin elmi surətləri və ya mahiyyətləri xarici aləmdə gerçək varlığa malik olmadıqları üçün və zahiri aləmdə mövcud olmadıqlarına görə yoxluq (ədəm) sayılır. Eyni zamanda onlar sübut məfhumunu həm zehindən xaricdə varlığa malik olan şeylərə, həm də zaman və məkan çərçivəsində müəyyən varlığa malik olan şeylərə şamil etmişlər (8.s.85). Sabit ideyalar nədir? Davud Qeysəri bu barədə belə yazır: “Allahın elmində ilahi adlar üçün əqli surətlər mövcuddur, belə ki, Allah öz substansiyasına görə biləndir. Deməli, Allah öz ad və sifətlərini bilir. Əqli surətlər Allahın substansiyasının təcəlli şəkilləri olmaqla müəyyən nisbətə malikdir. Həmin əqli surətlər, istər külli və istərsə də cüzi mənada irfanda sabit ideyalar adlanır. Filosoflar həmin

Page 84: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

84 Hikmət

əqli və ümumi ideyaları mahiyyət və həqiqətlər adlandırırlar, cüzi məfhumlara isə hüviyyat deyirlər” (89,64). Sabit ideyalar bir yandan ilahi adların surətləri, o bir yandan isə xarici əyana aid həqiqətlər deməkdir (9.s.180). Cami məsələyə aydınlıq gətirərək yazır: “Mümkün həqiqətlər sufilərin nəzərində sabit ideyalardan ibarətdir. Kəlam alimləri onları məlum və mədum, mötəzililər sabit şey, həkimlər (filosoflar) mahiyyət adlandırırlar. Sufilərə görə bunlar Haqqın elmi surətləridir, şeylər – yəni xarici aləmdə mövcud olanlar həmin surətlərin zahiri aləmdə təzahürüdür, varlığın gerçək dünyada müəyyənləşməsi həmin surətlərə uyğun baş verir” (2.s.41). Lahici bu barədə yazır: “Sabit ideyalardan ibarət olan mümkün əyan ilahi adların elmi surətlərindən ibarətdir. Bunlar Haqqın elmində mövcuddur, əyandan olan hər bir eyn elm və eyn mərtəbəsində həmin adın Rəbbi sayılır. Ancaq burada adın özü olmur və həmin şey sırf yoxluqdan ibarətdir (10.s.211).

Yuxarıdakı mülahizələrdən göründüyü kimi, sabit ideyalar (əyan) müxtəlif mənalarda işlanir:

1. Kəlam alimləri onu yox olan məlum (məlume-mədum) adlan-dırırlar, mötəzililər ona sabit şey və filosoflar isə mahiyyət deyirlər;

2. Xarici aləmdə olan şeylər sabit əyanın təzahür və ya onların hissi surətlərindən ibarətdir;

3. Sabit əyan iki cəhətdən məna kəsb edir: biri ilahi adların əqli surətləridir, o birisi isə mövcud şeylərin əsli və xarici əyanın həqiqət-ləridir;

4. Sabit əyan zaman baxımından deyil, mahiyyətcə haqdan sonra gəlir

5. Haqqın varlığının təcəllisi sabit əyan vasitəsilə gerçəkləşir. 6. Sabit əyan eyni zamanda potensial qabiliyyət və istedad

mənasında işlənir və onlar hərəkətə gələrək xarici aləmdə varlıq tapır. Sabit əyan ümumi, əqli və elmi surət mənasında xarici varlığa malik deyildir, ancaq xarici varlığa malik olan şeylərə təsir göstərir. Sabit əyan xarici varlığa nisbətdə yoxluq sayılır (11.s.96).

Ona görə Şəbüstəri başqa ariflər kimi, bu incəliyi ayırd etmək üçün “ədəm” və ya “lövhi-ədəm” terminini işlədir (3.,b.4):

تش دم بر قلم زد ھزاران نقش بر لوح عدم زدچو قاف قدر

Qüdrət qafı qələmə əl atanda Ədəm lövhəsinə minlərlə naxış vurdu.

Varlıq aləmi ilahi substansiyanın təcəlli mərhələlərinə uyğun

olaraq yaranır. Təcəlli bu mənada bəsit və qeyri-müəyyən vəhdətin

Page 85: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 85

müxtəlif şəkillərdə təzahüründən başqa bir şey deyildir. Ona görə demək olar ki, yaradılış sırf yoxluqdan əmələ gəlmək mənası daşımır, yardılış təzahür etmək və görünmək deməkdir. Yaradılışın mənası Haqqın təcəllisidir və bu proses daimi olmaqla yanaşı, onda təkrar yoxdur. Müəllif bu barədə belə yazır (12.s.124):

Nur günəşdən ayrı olmaz Allahın feyzi haçan kəsilər? Kimdir son kimsə ki, bacarsın Substansiyanın tələbindən dönməyə.

Lahici öz şərhində göstərir ki, yaradılış “Haqqın mümkün adlanan

surət aləmində təzahürüdür” (10.s.9). Mümkün aləm öz mahiyyətinə görə hər an dəyişilir və məhv olur və rəhman nəfəsin yardımı ilə yenidən varlıq qazanır. Varlıq aləmi hər an gizlindən zahirə gəlir və yenidən zahirdən gizlinə gedir” (10.s.20). Tənəffüs prosesi də bu cür iki yönlüdür və iki mərhələdə gerçəkləşir: genişlənmə mərhələsi – yəni nəfəsin çıxması və sıxılma mərhələsi – yəni nəfəsin yenidən bədənə qayıtması. Varlıq aləmi də genişlənmə mərhələsində ilahi təcəllidən təzahür edərək aşkar olur, sıxılma halında isə öz əslinə qayıdır. Maraqlıdır ki, bu iki mərhələ arasında fasilə olmur və bu sayaq genişlənmə və sıxılma, cəmlənmə və yayılma prosesində mövcud şeylərin mahiyyətindən doğan hərəkət nəticəsində “aləmin tərkib hissələrinin yeniləşməsi” və “varlıq təzahürlərinin dəyişməsi” məfhumları ortaya çıxır. Bu mürəkkəb prosesin Şəbüstərinin düşüncə sistemindəki yerini müəyyənləşdirməyə çalışaq. Müəllif həmin prosesi belə təsəvvür edir (3.,b.643,644,672,673):

العين عدم گردد و اليبقی زمانينجھان کل است و در ھر طرقة

Dünya bir külldür və bir göz qırpımında İki zaman içində yox olur.

Yaradılışın məqsədi daimi və davamlı hərəkətdir və bu hərəkət

prosesində hər an yeni şəkillər təzahür edər. Yaradan yeganə və dəyişməzdir və hər an mövcud aləmdə olan şeylərin surətini nümayiş etdirir. Yardılan şeylər surət aləminə mənsub olduğu üçün dəyişilər və məhv olar, yəni bu aləmə xas şeylər davamlı deyildir. Həqiqi varlıq birdir, dünya və onda nə varsa mütləq və bəsit varlığın təcəlli və təzahürləridir ki, bunlar hər an başqa bir surətdə aşkar olur.

Beləliklə, külli ağıldan başlayaraq bütün yaradılış mərtəbələri və

Page 86: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

86 Hikmət

onların çeşidli təzahürləri mütləq bəsit vücudun təcəlliləridir və hər bir şeyin həqiqəti və qaynağı həmin Haqdır.

Haqq dedikdə rəmzi mənada gizli vəhdət və əzəli həqiqət nəzərdə tutulur ki, hər bir zərrənin mahiyyətində onun substansiyasının cilvəsi və nuru vardır. “Onun varlığının dəlili özündən başqa heç nə deyildir (64,56), çünki ən aydın və ən aşkar olan şey Haqqın varlığıdır, onun gizliliyi də zühurunun və aşkarlığının çoxluğundandır (3.,b.97):

جھان جمله فروغ نور حق دان حق اندر وی ز پيدائی است پنھان

Dünyanı bütövlükdə Haqqın nurunun şöləsi bil, Haqq onda aşkar olduğundan gizlidir.

Haqqın substansiyası bəşərin fəhm dairəsindən və Adəm övladının

məntiqi dəlillərinin hüdudlarından kənardır, eyni zamanda isbat və dəlil qəbul etmir, yalnız insanda olan şövq, cazibə və eşq gücü ilə yüksələrək qəlblərdə cilvələnir.

Hər şey öz zidd tərəfi ilə müqayisə edilərək bəlli olur, lakin Haqq üçün nə tay, nə də zidd düşünmək olur (3.,b.91,92):

ظھور جمله اشيا به ضد است ولی حق را نه ضد است و نه ند است

ذات حق را شبه و ھمتا ندانم تا چگونه داند آن را چو نبودBütün şeylər ziddi ilə təzahür edir, Lakin haqqın nə oxşarı, nə də ziddi var Haqqın zatı üçün bənzər və tay olmadığından Bilmirəm ki, onu necə bilmək olar

Haqq özü bir aydın və parlaq günəşdir, onu dəlil ilə sübuta

yetirmək nadanlıqdır (3.,b.94):

زھی نادان که او خورشيد تابان به نور شمع جويد در بيابانAfərin nadana ki, o parlaq günəşi Biyabanda şam nuru ilə axtarır

Bütün şeylər Haqqın substansiyasından, Onun nurundan aşkar və

zahir olur (3.,b.114,115): چو آيات است روشن گشته از ذات نگردد ذات او روشن ز آيات ھمه عالم ز نور اوست پيدا کجا او گردد از عالم ھويدا(Hər çey) Zatdan gələn aydın ayələrdir, Onun zatı ayələrdən aydın olmaz

Page 87: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 87

Bütün aləm Onun nurundan peydadır O, aləmdən necə aşkar ola bilər.

Allah – vücud, həqiqət, sırf xeyir, qüdrət, həyat, pak elm, ağıl,

mütləq kamal və camal qaynağıdır; bunların hamısı onda birdir. Dünyanın substantiv əsası olan Haqq mütləq camal və xeyirdən ibarətdir və şeylərin varlığı əzəli olmayan ilahi varlığın nurundandır. Onların gözəlliyi də mütləq camalın təzahürüdür. Ona görə salik məhəbbət kəməndindən məqamlar üzrə yüksəliş üçün me’rac düzəldir, məcaz açarı ilə həqiqətin bəndlərini açır. İstər hissi dünyada, istərsə də mənəvi aləmdə gözəl və yaxşı olan şeylər bir-birinə bağlıdır (3.,b.623,624):

مثالی درآمد ھمچو رند الابالیمالحت از جھان بی

اسباب عالم را بھم زد به شھرستان نيکوئی علم زد ھمهMisalsız aləmdən məlahət gəldi Laübali rind kimi gəldi. Yaxşılıq (gözəllik) şəhristanına bayraq vurdu,

Haqqın geniş substansiyasının əhədiyyət mərtəbəsi çoxlu ad və

sifətlərə malikdir, bütün varlıq dünyası Onun sifətlərinin təmsilçisi sayılır, onun hər bir zərrəsinə Haqqın adlarının möhürü vurulmuşdur. Yalnız həmin adlar, sifətlər, təzahürlər və nişanələri tanımaq yolu ilə Haqqın mərifətinə yaxınlaşmaq olar. Haqq bütün nisbət və izafi cəhətlərdən, zahiri aləmə xas şərtlərdən kənar, yəni mütləq yeganəlik və ucalıq baxımından hər bir müəyyənlik və konkretlikdən uzaq və pakdır. Bu hal Haqqın əhədiyyət mərtəbəsi və transsendent təsəvvürüdür, onun batini və əvvəl halıdır. Ancaq haqqı adlar, sifətlər, təzahürlər və nişanələrlə, yəni müəyyənlik və zahiri təcəlli mərtəbələri ilə düşünsək, zahir və axır sifətlərinə görə antropomorfist halıdır. Bu isə haqqın vahidiyyət mərtəbəsi sayılır. Əhədiyyət mərtəbəsinin vahidiyyət mərtəbəsinə olan nisbəti şahidlə məşhudun və zahirlə batinin münasibəti kimidir. Buna görə də Allahın substansiyası zahir və batindən, gizli və təzahürdən, yaxud transsendent və antropomorfist təsəvvürlərdən yük-səkdə dayanır. Başqa sözlə desək, Qeybin mahiyyətində olan həqiqət zahir və batindən, əvvəl və axırdan daha çox gizlidir” (1.s.50). Şəbüstəri transsendent və antropomorfist tərəflər arasındakı münasibəti belə ifadə edir (3.,b.104):

ز نابينائی آمد رای تشبيه ز يک چشمی است اداراکات تنزيه

Page 88: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

88 Hikmət

Təşbih fikri görməzlikdən yarandı Tənzih idrakda birgözlü olmaqdandır

Müəllifin ilahi sifətlər barədə baxışı təşbih və tənzih arasındadır,

yəni tənzih təşbihdə və təşbih də tənzihdə öz əksini tapır. Haqqın sifətləri mövcud şeylərdə təzahür etdiyi üçün, mövcud şeylərin sifətləri Haqqın sifətlərindən hesab edilir. Şəbüstəri dəfələrlə təkid edir ki, Haqqın substansiyası fəhmə sığışmır və dərkedilməzdir. Bir şeyi tanımaq üçün onun başqa şeylə nisbəti nəzərə alınır. Substansiyaya xas əhədiyyət məqamı hər cür nisbətdən pakdır. Bu barədə nə qədər mülahizə söyləsələr insanın subyektiv fəhm və təsəvvüründən kənara çıxmır (3.,b.109, 112,121):

خويش ةاند از ديداز او ھرچه بگفتند از کم و بيش نشانی داده

Ondan az-çox nə qədər danışdılarsa Öz baxışlarına uyğun nişanə göstərdilər.

Allahın bənzəri olmayan substansiyasını adi qaydada təsvir və vəsf

etmək olmur, o heç bir məfhuma, hətta varlıq məfhumuna sığışmır. Bu mənada islamda sufi mütəfəkkirləri hind mistikləri kimi substansiyaya xas əhədiyyət mərtəbəsini, nöqtə və qara xal kimi təsvir edirlər (3.,b.792):

ل دل پرخون تباه است که عکس نقطه خال سياه استاز آن حا

O haldan ürək qara qanla doludur Ki, qara xalın nöqtəsinin əksidir

Bəzən də haqqın hər şeydən üstünlüyünü və ucalığını göstərmək

üçün təzadlı sifətlər işlədirlər (3.,b.110): تعالی شأنه عما يقولون منزه ذاتش از چند و چه و چون

Zatı pakdır necə, niyə, nə cürdən Şəni deyilənlərdən çox ucadır.

Mövcud şeylərin yaranması, davamı, dəyişilməsi və məhvi həmin

təzadlı və qarşı-qarşıya duran camal və calal sifətlər vasitəsilə baş verdiyinə görə demək olar ki, aləmin yaranışı, möhkəmlənməsi, davamı, mümkün varlıqların məhvi zidd tərəflərin qarşılaşması ilə gerçəkləşir (10.s.552). Əhədiyyət mərtəbəsində təzadlar və qarşı-qarşıya duran tərəflər bir olur və təzadlar silinir (10.s.210).

İlahi adlar və sifətlər həm yaradılış prosesində, həm də süluk və

Page 89: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 89

mərifətdə əsas rol oynayır. Süluk adətən Allahın adlarının birinin zikri ilə başlayır; eyni zamanda ilahi adlar və sifətlər üzərində düşünmək mərifətə yetişməyin mühüm şərtlərindəndir. Yalnız həmin ad və sifətləri tanımaq yolu ilə haqqın mərifətinə yetişmək mümkündür. Başqa bir yandan, mövcud şeylər ad və sifətlərin təmsilçiləridir və Allah həmin vasitələrə öz elm, qüdrət və hikmətini nümayiş etdirir. Bütün varlıq aləmi Allahın ad və sifətlərini əks etdirən ayna kimidir. Bu məntiqlə Şəbüstəri başqa ariflər kimi mövcud şeyləri müstəqil hesab etmir və onların şərti və asılı olduğunu düşünür. Bütün mövcud aləmə Allahın ad və sifətlərinin ayə və nişanəsi kimi baxır. Başqa sözlə, o, mövcud şeylərin necəliyinə və təbii hadisələrin gerçək zahiri vəziyyətinə diqqət yetirmir, onların varlığının mahiyyətinə nüfuz etmək istəyir. Ona görə mövcud şeylərin varlığını qeyri-real və xəyal sayır, onları görüntü və təzahür adlandırır, varlıq aləminin dərinliyinə yol tapmağa çalışır (3.,b.110):

نمايد عين بود استوجود خلق و کثرت در نمود است نه ھرچ آن می

Xəlq (aləmi) və kəsrətin varlığı görüntüdür, Görünən hər şey olduğu kimi deyildir

Bu incə mətləbi iki cür izah etmək olar: bir tərəfdən, mövcud

şeylərin varlığı Allahın əzəli olmayan varlığı ilə müqayisədə ötəri və səbatsızdır. Yalnız Haqqın varlığı həmişə vardır, öz-özünə və özü üçün vardır. Aləm və onda olanlar ilahinin həqiqi varlığına görə mövcuddur. Mövcud şeylərin mahiyyət və həqiqəti eynilə ilahi substansiyanın təcəlli və təzahüründən ibarətdir. Mümkün varlıqlar haqqın varlığına bağlıdır və ondan asılıdır, ondandır; bircə an onsuz mövcud ola bilməz. Onlar öz-özünə mövcud deyildir. Başqa bir tərəfdən, varlıq aləminin bütün tərkib hissələri dərk edənin varlığından asılıdır; belə ki, əgər dərk edən bütövlükdə yoxdursa, varlıq aləmində də heç bir təsnifat və tərkib hissələri olmayacaq. Ona görə istilik, soyuq, böyüklük, kiçiklik, torpaq, su, hava, od, ulduzlar, göy və yer – bunların hamısı yalnız hisslərin köməyi ilə aşkar və dərk edilmişdir. Bu təsnifat və başqa xüsusiyyətlər dərk edən tərəfindən müəyyən edilmişdir, onların heç biri mövcud aləmdə deyil, dərk edənin şüurundadır. Deməli, əgər bu dünyanı təhlil edən şüur aradan gedəndə heç bir təsnifat və bölgü qalmayacaq. Bütün bu idrak növləri birdir və o da “mən”dən ibarətdir. Ariflər bu vəziyyəti yuxuda olan şəxs ilə müqayisə edirlər, o yatarkən zahiri hissləri fəaliyyətdən düşür və bu vəziyyətdə xəyalda olan təhlil və bölgüdən başqa heç bir idraka yer qalmır. Analoji hal oyaq adama da xasdır və o,

Page 90: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

90 Hikmət

bütün dərk edilmiş şeyləri öz bəşəri idrak təcrübəsi ilə nəzərdə saxlayır, əgər bu idrakı onun əlindən alsalar, bütün araşdırma və təhlillər aradan gedəcək.

Göründüyü kimi, hadisə və predmetlərin təsnifatı, xarici dünyanın xüsusiyyətləri və bu barədə olan fikir müxtəlifliyi dərk edənin varlığına bağlıdır, daha doğrusu idrak prosesində onun hiss və duyğularından, təsəvvür və təxəyyülündən, dərketmə metodologiyasından və subyektiv mülahizələrindən asılıdır. Hadisələri dərk etmək istəyən şəxs onları təsəvvür etdiyi kimi anlayır. Onun düşüncə strukturu və təsəvvür səviy-yəsi bu prosesdə mühüm rol oynayır. Ona görə predmet və hadisələrin tərkibi, xüsusiyyətləri və ayrı-ayrı cəhətləri barədə irəli sürülən fikirlər onların özü deyildir, bəlkə şəxsin təsəvvürünün məhsuludur. Bir sıra filosoflar bu baxımdan etiraf etmişlər ki, biz öz düşüncələrimizin məh-sulu olan qanun və prinsipləri predmet və hadisələrə yükləyirik, onları öz təsəvvür və qavrayışımızın qəliblərinə salırıq.

ƏDƏBİYYAT:

ش، ١٣٥٤ايران، - حق اليقين شيخ محمود شبستري، دكتر جواد نور بخش، خانقاه نعمت الھي، تھران 1 ص٣٧٠

ص٣٥٢، ١٣٥٦ايران، -نقدالفصوص جامي، ويليام چتيك، انجمن فلسفه ايران، تھران 2

ص١٥٤ش، ١٣٨٨ايران، -گلشن راز شيخ محمود شبستري، صمد موحد، كتابخانه طھوري، تھران 3

ص٣١٠ش، ١٣٦٢ايران، - لوايح عين القضات ھمداني، دكتر رحيم فرمنش، كتابخانه منوچھري، تھران 4

ش، ١٣٦٦ايران، - شرح فصوص الحكم عربي، ترجمه خواجه محمد پارسا، نشر دانشگاھي، تھران 5 ص٤٩٤

يران، ا- جنبشھاي روحاني فلسفه الھيات درعصر صفوي، دكترحسين نصر، انجمن فلسفه ايران، تھران 6 ص٧١٧ش، ١٣٥٤

ايران، -قواعدالعقائد خواجه نصيرالدين طوسي، ترجمه ابوالحسن شعراني، كتابفروشي اسالميه، تھران 7 ص ٥٢ش، ١٣٦٤

ص٣٢٢ .١٣٨٢نشر کتاب،: تھران.تعريفات، گوستاو فلوگل، اليپزيك، ترجمه فارسی 8

ايران، - ل ھروي، مولي، تھرانشرح فصوص الحكم ابن عربي، حسن خوارزمي به اھتمام نجيب ماي 9 ص١٣٢٥ش، ١٣٦٤

- كرباسي،زوار، تھران -مفاتيح االعجاز في شرح گلشن راز، شمس الدين محمد الھيجي به كوشش خالقي 10 ص٨١٨ش، ١٣٧١ايران،

ص٦١٤ش، ١٣٧٤ايران، -نقش بر آب، عبدالحسين زرين كوب، اميركبير، تھران 11

ص٣٣١ش، ١٣٦٥ايران، -د موحد، كتابخانه طھوري، تھرانسعادت نامه شيخ محمود شبستري، صم 12

Page 91: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 91

Məhəmmədhüseyn Şəhriyar

Mövlana Şəms Təbrizinin xanəgahında

(Mövlana günü münasibətilə)

می رسد ھر دم صدای بالشان می رويم ای جان به استقبالشاندکاروان کوی دلبر می رسد ھر زمان ذوق ديگر می رس ...

Qanad səsi gəlir ordan hər zaman? Gedək pişvazına onların, ey can! Dilbərlər kuyindən bir karvan gəlir, Bu gəliş qəlbimə xoş anlar səpir. Dəvəçi hay - küyü, eşit avazın, Gəl dinlə, səsini “Şurun”, “Şahnazın”. Ariflər karvanı bağlayıb qatar, İçində nemətlər, bizlərə çatar. Ucalır arabir zınqırov səsi, Sanki, sadalayır ötən nəfəsi. Baxsana, dayandı, deyəsən qatar, Mövlana sədası qəlbimə çatar. “Dilbərlər kuyidir Təbriz şəhəri, Aç yükün, azad et, sən dəvələri”(1). Təbrizin ətrindən gəlirsən təbə, Şəmsə o beşikdir, Rumiyə Kəbə. Xoş gəldin, ey karvan, gəl keç içəri! Könlümə ip saran, gəl keç içəri! Bu gün bizim şəhər yaman çıraqban, Çıraqlar içində Günəşə mehman. Günəş ziyafəti, amma ki, kecə, Bir röya, ya Rəbbim, inanım necə? Şəhərdə sevinclər dönüb dənizə, Mövlana gəlibdir bu gün Təbrizə. Bu gecə mehmana sevinir şəhər, Onun gəlişindən olub bəxtəvər. Bizim Şəmsin orda olmuş mizbanı, (2) Bu gecə burda o, Şəmsin mehmanı. Eşqin sultanıdır içəri gələn,

Page 92: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

92 Hikmət

Sonsuz bir gözəllik, hey, eşqə əhsən! Göz üstə yerin var, əzizim, ey can, Ey əziz qonağım, can sənə qurban! Gəl, viranə qəlbə sənsən xəzinə, Bilirəm bu dünya dar gəlir sənə. Gəl, ey Ay! Günəşə verirsən qiymət. (3) Gəl, ey Mövlanamız, sən bizə qismət. Balığıq, bizlərin dəryası sənsən, Dinimin həyası, dünyası sənsən. Sədi söz kanıdır, sən - dərya, inan! O bir dənizdirsə, sənsə bir ümman, Furdövsi şəninə söylə, kim çatar? Səninsə qarşında o da əl açar. Nizami naxışı qızıldan vurar, Səninsə qarşında qızıl da solar. *** Açsın ağuşunu aşiqlər bizə, Əsrin göz yaşları dönsün dənizə. Vəhdət dəryasının gəlir balığı, Övliya ölkəsi - onun şahlığı. Qeyrət göstərin siz ey təbrizlilər! Mərifət göstərin, çırmansın əllər. Yeddi əsr yedik biz onun şəkərin, Bir gecə o görsün bizdən bəhərin. Ərşin də karvanı qonaqdır bizə, Mələklər gəlibdir bu süfrəmizə. *** Qoy gözlər qapansın, bir röya sansın, Ərşin sakinləri orda canlansın. Əzəmət içində çadırlar durur, Dağ kimi düzülmüş silsilə qurur. Bu yaşıl, çox uca çadır kimindir? Sözləri möhtəşəm Firdövsinindir. Mövlana çadırı girib ağ dona, Pak candan bir saflıq süzülür ona. Bu yerə Cənnət də bil həsəd çəkər. Çadırlar hurilər köşkünə bənzər. Yolları hurilər silib-süpürər, Tellərin müşkündən vurar ətirlər. Çadırlar önündə dəridən taxtlar,

Page 93: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 93

Dostlar yaxın-yaxın orda oturar. O qadir eşq oxu itidir yaman, Nəfsin buynuzunu odur sındıran. Sınıq buynuzundan divlərin nələr… Asılmış: kəşküllər, bir də xirqələr. Xirqələr başında sıra qurublar, Sancaqlı tirmələr səflə durublar. Səfa qələmiylə daşda, divarda Eşqiylə vəfanı həkk etdi orda. Sufilər çiynində iman xirqəsi, Qaçırlar, coşurlar gördüm hər kəsi. Hazırlar xanəgah işrətə, eyşə, Şama ənbər vurub başlarlar işə. Hər küncə baş vurar Şeyxi Şəbüstər. (4) Hay vurub hər yeri, hər küncü gəzər. *** Çicək topasına oxşar ocaq var, Orda Həqq Şəmsinin qazanı qaynar. Şeyxi Sənan kimi ocaqçı orda, Ayın haləsi tək tüstü toru da. Şəmsin qazanında eşqin məcunu, Eşqin ocağında bişirər onu. Suyu Mövlananın təbi-rəvanı, Lobyası mənada Şəmsin irfanı. Qazanın qaynarı - çəng sədası tək, Sufinin rəqsi tək, həm səması tək. Səbzəsi gözəlin yaşıl xəttidir, Zahidin duası onun dəmidir. Nizami onunçun ədviyyat düzüb, (5) Sahibin təkbeyti ona duz süzüb. Buxara əriyi Əməq göndərib, (6) Molla Sədra ona tər limon dərib. (7) Cirəsi çatıbdır Şahi Vəlidən, (8) Şöləsi - bir qeyrət Mövla Əlidən. (9) Azadə himməti onunçun odun, Aşiqin ahıdır tüstüsü onun. Eşqin yanğısından o bişir həmən, Aşiqin gözündən kasa düzəldən. Şeyxi Şəbüstəri süfrəyə mizban, «Gülşəni-raz»ı da duadır hər an.

Page 94: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

94 Hikmət

*** Rahatsız aşiqlər, sizlərə salam! Ağlayan bulaqlar, gözlərə salam! Canla ürəyini səhnəyə döndər, Gözyaşınla kiprik onu süpürər. Ud yandır, səpələ yasəmən ətrin, Qoy min cür bərbəzək istəsin xətrin. Təsəvvür pərdəsi açsın bağını, Canlar da qoy açsın göz qapağını. Ürək gözü üstə şaha yer qurun, O uca zirvəyə şəklini vurun. Pak edin qəlbləri bir ayna təki, O parlaq camalı, mən görəm təki. “Çəkilin” eşitdim qapı dalından, «Odur gələn!» dedi bu qoca dərban. **** Açıb can gözünü görüşçün bu an, Qaldırdı pərdəni pir - pərdə tutan. Qapıdan girəndə, bir dərya nurdan, Elə bil Musadır enmişdir Turdan. Girmiş bir qoluna o Əbu Səid, (10) O biri qolunda Cüneyd, Bəyazid.(11) Xəyyamdır, tutmuşdur onunçun çətir, Şeyxi Camsa daim əmrə müntəzir. (12) Siması elə bil dəryayi - nurdur, Qaməti dağ kimi, vüqarlı Turdur. Telləri haləsi sübhi- əzəlin, Həlqəsi Günəşin - ölməz gözəlin. Məsihin siması… Göz ona baxır, Qulağa saf, aydın ayələr axır. Rəsmini çəkmədim, bilmədim özüm, Heyranlıq bürüdü, görmədi gözüm. Büsbütün bir sirdir faş etsəm, nədən Günəşi vəsf edim yarasaya mən? Faş edərmi bir kəs, açılmaz əsrar, Hər kəs oz zənniylə olub ona yar. Vəsfini edəndə mən oldum bihal, Sirri olanların dili olsun lal.

Page 95: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 95

*** Uzandı şövq əli bir bax əbaya, Döndü bədənində paltar qəbaya. Əzmindən məhv olur xirqəni geyən, Atdı ayağına xirqəsin həmən. Şəms öpüb çiynindən, elə o vaxt da Yuxarı aparıb oturtdu taxtda. Aldı ağuşuna onu Haqq əli, Sanki nurdan ona pərdə çəkəli. O pirin camalı sanki eşq ələr, Aləmə yayılan hüsni- təriflər. *** Saf olan etiqad keçir içəri, Padşaha döndərir o dərvişləri. Ariflər elə bil ləldən səf olub, Şəmsin gözlərinin sarayı dolub, Xanəgah fəzasın, bu tay o tayın, Tutub pərvanəsi Günəşlə Ayın. Şəms öz xirqəsini çıxarıb, daha Mehmannavazlığın göstərir şaha. Saib uca səslə “Xoş gəldin!” deyir, Şeyxi Şəbüstərə köməklik edir. Məsnəvixanlar da söylər hekayət, (13) Onlar ayrılıqdan edər şikayət. Şam ilə məşəllər nurlu, gur yanan, Hurilər ətrafı edir güləfşan. Şüalar sayrışır qapı-divarda, Səma rəqsi edir sufilər orda. Xaqani qəsidə dedi natamam, Cünki ahəıng verdi qəzələ Hümam.(14) Şəhriyarın eşqi- coşqun hekayət, Sığar tar siminə, qəzələ fəqət. *** Görürsən ariflər, həm də aqillər Lütfilə aşağı başın endirər. Qapının önündə o - Şeyx Bəhayi,(15) Əli sinəsində durub Sənayi. (16) İbn Sina şaha aparır qəlyan,(17)

Page 96: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

96 Hikmət

Fəxr Razi verir tütünün haman. Feyzi Dəkən olmuş suyu paylayan, (18) Dəhlizdə Dəhləvi, odur dayanan. (19) Kəsdi əkin suyun Tusun şairi, (20) Qəzzali edibdir pambıq ipləri. (21) Arabur çalaraq rudu Rudəki Səslənir nəğmələr, Səmərqənddəki: “Buyi - cuyu Muliyandır gələn, Yadi- yari-mehribandır gələn”. (22) Sədi də bir küncdə salmış qiyamət, Vəsf olur o ruxsar, həmin o qamət. Xacənin sazı xoş, özü xoşavaz, Oxunur məclisdə şur ilə Şahnaz. Müşk səpib Şeyx Əttar, uda od vurar, (23) Üzərlik hisindən bəd nəzər solar. Ustad Nizamisə məclisi bəzər, Sözünün şöhrəti dünyanı gəzər. Məclisi nizama salır Nizami, Camları gəzdirir əlində Cami. (24) Xəyyam mey kuzəsi çiyninə qoymuş, Firdovsi ucadan ona deyir “nuş!”. Bizə məstlik verən mənəvi meydir, Çərəz - “Məsnəvi”nin avazı, neydir. Eşq - bizim hədiyyə, bir də göz yaşı, Bizə işarədir, oynasa qaşı. *** Bu xoş röyalardan, gəl uzaq duraq, Eşqilə ağılın fərqinə varaq! «Şahnamə» həm şeypur, həm təbimizdir, «Məsnəvi» - zınqırov, ney, çəngimizdir. Rəb xilqət neyini üfürən gündən Varmı Mövlanadan nalan ney görən? Ya Rəbbim bu neyçi nə gözəl çalır? “Çalır” desələr də, amma od salır. «Hava yox, atəşdir neyin sədası, Atəşi olmayan deyil qalası». (25) Nə qovqalar salıb, bax bu qələndər, Aləmi sədası tamam bürüyər! Xilqət kitabıdır «Məsnəvi», ondan Köhnə təzələnir orda hər zaman.

Page 97: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 97

Yenidən hissəcik tama qarışmış, Bir məhşər yaratmış, adı yaranış. Hər vərəq yüz səhnə sənə göstərər, Hər sözü ətrafa yüz naxış ələr. Sözü - çox xəbərin mübtədasıdır. Özü də çox sonun müntəhasıdır. Olar söz - mübtəda, həm də ki, xəbər, Qoynuna bir dünya mənalar girər. And olsun Qurana - otuz hissəli, Fars şeri Quranı olub «Məsnəvi». Düşüncə gözəli ona şeydadır, Beyinlər qərq olan - o bir dəryadır. *** Verdi Şəms eşqinə könül Movlana, Və Şəmsin adını qoydu “Divan”a. Mövlana təbinə əhsən demə sən, Əhsən Mövlananın Şəmsinə əhsən! Şəmsimiz gileyli dilsizliyiindən, (26) Dindi Mövlananın şeir dilindən. Dil dağı ürəyin ağrıtdığından, Tanrı dil verdi ki, daim cavidan. «Məsnəvi» kitabı əbədi hər an, Ey Mövlana ruhu, yaşa hər zaman! *** Mövlana Ruminin yeddi yüz əlli Illiiyi keçməsi hər yerdə bəlli. Amma Mövlanasa Şəmsi axtarar, Harda Şəms olarsa o yerdə qalar. Şəms Təbrizdəndir, bizdəsə əgər, Mövlana ruhu da bizlərə gələr. *** Təbin, ey Şəhriyar, ürəyə yatdı, Səninlə qonaqlar xöş ovqat tapdı.

Tərcümə edən: Şəfəq Əlibəyli.

P.Ş. Bu tərcümədə orijinalla yanaşı həmin məsnəvinin Məsiağa Məhəm-mədi tərəfindən edilmiş və “Elm” qəzetində dərc olunmuş filoloji tərcüməsindən də faydalanmışıq. İzahlar Məsiağa Məhəmmədinindir.

Page 98: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

98 Hikmət

1. Beyt Mövlanaya məxsusdur.

2. Konya şəhəri nəzərdə tutulur.

3. Şəms Təbrizi «Söhbətlər»ində özünü Günəşə, Mövlananı isə Aya bənzə-dir. Eyni müqayisəyə Ruminin əsərlərində də rast gəlirik.

4. Azərbaycanın böyük filosof-şairi, sufi ədəbiyyatının mühüm nümunə-lərindən biri olan «Gülşəni-raz»ın müəllifi Şeyx Mahmud Şəbüstəri (1287-1320) nəzərdə tutulur. Bir qədər aşağıda Şəhriyar onun əsərinin də adını çəkir.

5. Özünü «Mövlana tərzinin davamçısı» adlandıran, farsdilli poeziyada bütöv bir cərəyanın başında duran dahi Azərbaycan şairi Saib Təbriziyə (1601-1677) işarə olunur.

6. XI-XII əsrlərdə yaşamış şair Əməq Buxari (vəf.1148).

7. Səfəvilər dövründə yaşayıb «Molla Sədra» kimi məşhur olan filosof və ilahiyyatçı Sədrəddin Şirazi (1572-1640).

8. Görkəmli sufi şairi, nemətullahi təriqətinin banisi Şah Nemətullah Vəli (1330-1431). 9. Həzrət Əli (ə) nəzərdə tutulur.

10. Böyük sufi şeyxi Əbu Səid Əbül-Xeyr Meyhəni (967-1049).

11. Erkən sufizmin görkəmli nümayəndələri Cüneyd Bağdadi (vəf.910) və Bayəzid Bəstami (vəf. 875)

12. Təsəvvüf tarixində özünəməxsus yer tutan Şeyx Əhmədi-Cam Jindəpil (1049-1125).

13. Məsnəvixan – peşəkar «Məsnəvi» qiraətçisi. Bu beyt «Məsnəvi»nin ilk sətirlərinin azca dəyişdirilmiş variantıdır.

14. Mövlananın müasiri olmuş Azərbaycan şairi Hümam Təbrizi (vəf.1315) 15. «Şeyx Bəhayi» adı ilə məşhur olan alim və şair Bəhaəddin Amili (1546-1622).

16. Sufi poeziyasının ünlü nümayəndəsi Sənayi Qəznəvi (1048-1140). Mövlanaya güclü təsiri olmuşdur.

17. Məşhur ilahiyyatçı Fəxrəddin Razi (1149-1209). Mövlananın atası Bəhaəddin Vələdlə münaqişəsi olmuşdur. Şəms də, Mövlana da ona mənfi münasibət bəsləmişdir.

18. Moğollar dövrünün böyük hind şairi Əbül-Feyz Feyzi Dəkəni (1547-1595) 19. Dahi hind şairi Əmir Xosrov Dehləvi (1253-1325).

20. Burada «Tus şairi» dedikdə Firdovsi nəzərdə tutulur və onun dehqanlığına işarə olunur.

21. Məşhur filosof və ilahiyyatçı Əbu Hamid Məhəmməd əl-Qəzzali (1058-1111). Şəhriyar Qəzzali (pambıqdan iplik əyirən, ip toxuyan) sözünün hərfi mənasına işarə etmişdir.

Page 99: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 99

22. Burada fars-tacik ədbiyyatının banisi sayılan Rudəki Səmərqəndinin (IX-X əsrlər) rud alətində çalmasına işarə olunmuş və onun məşhur «Buye-cuye-Muliyan ayəd həmi...» şerindən bir beyt verilmişdir.

23. Sufi ədəbiyyatının böyük nümayəndəsi Şeyx Fəridəddin Əttar Nişaburi (1119-1230). Qaynaqlarda Mövlananın uşaq ikən onunla görüşdüyü bildirilir. 24. Nizaminin görkəmli davamçılarından olan şair və sufi Əbdürrəhman Cami (1414-1492).

25. Bu beyt «Məsnəvi»nin giriş hissəsindən götürülmüşdür.

26. Şəms Təbrizi daim dilin və sözün onun hiss və düşüncələrini ifadə etməkdə «acizliyindən» şikayətlənmiş, buna görə də əsər yazmağa meyli olmadığını bildirmişdir. Mövlana isə öz əsərlərinin Şəmsin səsi olduğunu vurğulamışdır. Şəhriyar burada həmin mətləbə işarə edir.

Page 100: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

100 Hikmət

Pəri Qeyisova

Hafiz qəzəllərindən tərcümələr

Dünya romantizmində Şərq üslubunu yaradan, keçən əsrin əvvəllərində

klassik ənənələri yeni ruhda davam etdirən Məhəmməd Hadi böyük Hüseyn Cavidlə, Əlibəy Hüseynzadə ilə yanaşı Azərbaycanda yeni dircəliş və intibah ruhiyyəsinə can verən orijinal simalarından biridir.1879-cu ildə Azərbaycanın gözəl diyarı olan Şamaxı şəhərində dünyaya göz açmış və 1920-ci ildə vəfat etmişdir. Hadinin həyat və yaradıcılığı tariximizin ən keşməkeşli bir dövrünə - milli-mənəvi dirçəlişlə bolşevizmin qarşılaşdığı bir vaxta təsadüf etmişdir.

Bu illərdə Hadinin öyrəndikləri hər şeydən əvvəl Şərq ədəbiyyatına, Şərq fəlsəfəsi və tarixinə aid əsərlərdən, Nizami, Xaqani, Füzuli, Sənai, Cəlaləddin Rumi, Sədi, Hafiz, , Namiq Kamal, Əbdülhəq Hamidi və digər klassiklərin irsindən ibarət idi.

Cavanlığında Mustafa Lütfidən azacıq ərəb dilini öyrənən Hadi onun Həştərxana köçməsindən sonra yerli mədrəsə alimlərindən ədəbiyyat, tarixi-müqəddəs, fiqh və şəriət dərsi alır.

Ali təhsil fikrinə düşən Hadi Şərqin mədəni mərkəzlərinə gedib oxumaq, dövrünün qabaqcıl ziyalılarından olmaq istəyir. Lakin kimsə onu başa düşmür və kömək etmək istəmir:

Oxumaqçın nə qədər dadü fəğan etdimsə, Olmadı zərrə əsərbəxş şu istimdadım. Dağa dersən, eşidir, sonra verir əksi-səda, Daşa dönmüşləri əks eyləmədi fəryadım.

Quranın elm və mədəniyyət qaynağı olduğunu dərk edən Hadi o zaman

bir sıra Şərq ölkələrində yaranan yeni islam maarifi hərəkatına səs vermiş, xurafata və cəhalətə qarşı çıxmışdır (1.s.114-115):

Mən bir Kitab, hər vərəqim min kitabdır, Ayati-mühkəmati bütün inqilabdır Çıx, çıx məzardən, ərəsati-həyata gəl, “İkrə kitabəkə”... bu ki, yövmül-hesabdır.

Page 101: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 101

Hadi bir çox Azərbaycan ziyalıları kimi İranda baş verən Məşrutə hərəkatına səs vermişdir (1.s.169-174)):

Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət, Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət

Hadi eyni zamanda fars dilindən etdiyi poetik tərcümələrlə yadda qalan

bir sənətkardır. Həm orijinalı, həm də Şərq poetikasını dərindən bilən, yüksək təbə malik olan şair Nizami, Rumi, Sədi və başqa klassiklərdən bədii tərcümələr etmişsdir. Burada onun Hafizdən etdiyi dörd qəzəlin həm orjinalını, həm də tərcüməsini veririk. O, sərbəst tərcüməyə üstünlük vermiş, həm mənanı, həm də poetik ruhu saxlamışdır.

Hafiz (2.s.144):

ی صبا نکھتی از خاک ره ياربيار ببر اندوه دل و مژده دلدار بيارا

نکته روح فزا از دھن يار بگوی نامه ی خوشدلی از عالم اسرار بيار ام شمه يی از نفحات نفس يار بيارتا معطر کنم از لطف نسيم تومش

بوفای تو، که خاک ره آن يار عزيز بی غباری که پديد آيد از اغيار بيار روزگاری است که دل چھره مقصود نديد ساقيا آن قدح آينه کردار بيار

بکوری رقيب بھر آسايش اين ديده ی خونبار بيارگردی از رھگذر دوست خامی و ساده دلی شيوه ی جانبازان نيست خبری از بر آن دلبر عيار بيار

شکر ايزد که تو در عشرتی ای مرغ چمن به اسيران قفس مژده ی گلزار بيار ردم بی دوست عشوه يی زان لب شيرين شکربار بيارکام دل تلخ شد از صبر که ک

وانگھش مست و خراب از سر بازار بيار دلق حافظ به چه ارزد؟ به می اش رنگين کن

Məhəmməd Hadinin tərcüməsi (2.s.382):

Nəsimi-Səbayə Niyaz

Ey səba! Bir bu gətir xaki-rəhi dildardən, Məhv edib könlüm qəmin, bəxş et bəşarət yardən. Söylə ağzından nigarın ruhpərvər bir kəlam, Bir məhəbbətnamə lütf et aləmi-əsrardən. Sevgili yarın yolundan, ey nəsimi-sübhi-mehr, Tutiya göndər, fəqət gizlin ola əğyardən. Can məşamın eyləyim tətir lütfündən sənin, Ən gözəl iylər gətir canə dəhani-yardən. Çox zamandır görməmiş dil çöhreyi-məqsudini,

Page 102: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

102 Hikmət

Saqiya, son mey bizə ol cami-seyqəldardən. Bu dili-divanəmiz gəlmir geri zəncir ilə, Lütf qıl bir həlqə ol geysuyi-ənbərbardən. Rahət olmaqlıq üçün bu çeşmi-xunəfşanımız Al gətir torpaq, səba, şol rəhgüzari-yardən. Ey səba, sən tutiya bəxş eylə, kor olsun rəqib, Qorxmaz əhrar, Hadi, təneyi-əğyardən. Sadədillik, xamlıq adət deyil aşiqlərə, Ver xəbər sən, ey səba, dildari-əfsunkardən. Baği-hüriyyətdə, ey quş, şükr kim, azadəsən, Bu əsarətpərvəranə müjdə ver gülzardən. Yarsız ruhum dimağı səbrdəndir təlxkam, Bəxş qıl bir işvə ol ləbi-şəkkərbardən. Hafizin ol xirqeyi-kəmqədrin et rəngin bəmey, Son gətir məstü xərab iştə onu bazardən.

Hafiz (2.s.72):

دانی که چنگ و عود چه تقرير می کنند پنھان خوريد باده که تعزير می کنند ناموس عشق و رونق عاشق می برند عيب جوان و سرزنش پير می کنند گويند رمز عشق مگوييد و مشنويد مشکل حکايتی است که تقرير می کنند

وقت پير مغان می دھند باز اين سالکان نگر که چه با پير می کنندتشويش صد ملک دل به نيم نظر ميتوان خريد خوبان دراين معامله تقصير می کنند

جز قلب تيره ھيچ نشد حاصل و ھنوز باطل دراين خيال که اکسير می کنند به جد و جھد نھادند وصل دوست قومی دگر حواله به تقدير می کنندقومی

فی الجمله اعتماد مکن در ثبات دھر کاين کارخانه ای است که تغيير می کنند چون نيک بنگری ھمه تزوير می کنند می خور که شيخ و حافظ و مفتی و محتسب

Məhəmməd Hadinin tərcüməsi (1.s.391):

Dinlə, Gözəlim!

Alati-tərəb, dinlə, nə təqrir ediyorlar, Gizlin içiniz badəni, təkfir ediyorlar. Aşiqlərin, eşqin tökərək arini, eyvah! Şəbani də, pirani də təkdir ediyorlar, Qəlb oldu qara, ərzi-camal etmədi amal! Hala bu xəyalətdə ki, iksir ediyorlar.

Page 103: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 103

Derlər ki; “Demə, dinləmə eşqin nəğəmatın”. Bax, bax, nə çətin qissəni təfsir ediyorlar! Təzyi qılıb vəqtini meypərvəri-eşqin, Saliklərə bax, pirinə tənfir ediyorlar! Yüz kişvəri-dil nim baxışla alınırkən. Bu işdə gözəllər niyə təqsir ediyorlar? Bir firqə deyir: “Səy ilədir visləti-ümmid”, Bir başqası vabəstəni təqdir ediyorlar. Sabit duracaq zənn ediyorsanmı cahanı? Bu kargəhi-fitrəti təğyir ediyorlar. İç badəni kim, möhtəsibü sufiyü müfti – Diqqətlə baxarsan, hamı təzvir ediyorlar.

Mütərcim

Bir milləti-islam qalıb, cümlə təvaif – Ürfan ilə vicdanları tənvir ediyorlar. Meydani-rəqabət kəsilib məşhəri-aləm, Bax, bax, nə gözəl əmtəə təşhir ediyorlar! Biz yıxmadayız cəhl ilə bünyani-cahanı, Sairləri viranəni təmir ediyorlar. Biz yaxmadayız zülm ilə cənnati-həyati, Ərbabi-xirəd gör necə dilsir ediyorlar.

Hafiz (2.s.148):

يوسف گم گشته باز آيد به کنعان غم مخور کلبه احزان شود روزی گلستان غم مخور

وين سر شوريده باز آيد بسامان غم مخور اين دل غمديده حالش به شود دل بد مکن

دو روزی بر مراد ما نگشت دايما يکسان نماند کار دوران غم مخو دور گردون گر

چتر گل درسر کشی ای مرغ خوشخوان غم مخور گر بھار عمر باشد باز بر تخت چمن

ر غيب باشد اندر پرده بازی ھای پنھان غم مخورھان مشو نوميد چون واقف نی ز اسرا

در بيابان گر ز شوق کعبه خواھی زد قدم سرزنش ھا گر کند خار مغيالن غم مخور

حال ما و فرقت جانان و ابرام رقيب جمله ميداند خدای حال گردان غم مخور

مقصد ناپديد ھيچ راھی نيست کانرا نيست پايان غم مخورگرچه منزل بس خطرنا کست و

چون تورا نوح است کشتيبان زطوفان غم مخور ايدل ارسيل فنا بنياد ھستی برکند

تا بود وردت دعا و درس قرآن غم مخور حافظا در کنج فقر و خلوت شبھای تار

Məhəmməd Hadinin tərcüməsi (1.s.397):

Page 104: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

104 Hikmət

Ümidi-Visali-Canan (yaxud) Qəm Yemə

Mahi-Kənanın gəlir, ey piri-Kənan, qəm yemə, Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə. Ey dili-möhnətzədə, ol şadü ləbrizi-məsar, Kəsbi-cəmiyyət qılar dil, fikr, vicdan, qəm yemə. Bir-iki gün dönmədisə çərx bərvəfqi-murad, Daima qalmaz bərabər hali-dövran, qəm yemə. Gər bahari-ömr ola, ey bülbüli-qüdsinəva. Sahəzibi-feyz olur ya bülbülüstan, qəm yemə, Olma hərgiz naümid agəh deyilsən qeybdən, Pərdə içrə yox deyil əsrari-pünhan, qəm yemə. Kəbə şövqilə gər olsan xətvəəndazi-məram, Sərzənişlər qılsa da xari-müğilan, qəm yemə. Bir cəhətdən təni-düşmən, bir tərəfdən hicri-dost, Hali-qəmpərvərləri bilməzmi Rəhman? Qəm yemə. Titrədirsə kainatı sərbəsər seyli-fəna, Nuhdur çün kim, sənə məllahi-tufan, qəm yemə. Şahidi-mətlub napeyda və mənzil hövlnak, Hansı yoldur olmasın ol rahə payan? Qəm yemə. Nurbəxşayi-cahandır “Babi-elmi-Mustafa”, Ey könül, oldun mühibbi-şahi-mərdan, qəm yemə. Xaneyi-fəqrü şəbi-müzlimdə xəlvət, Hafiza, Ta sənə virdi-zəbandır dərsi-Quran, qəm yemə. * Hadiya, şeri-“Lisanül-qeybə” oldun tərcüman, Ruhi-Hafizdir sənə hər dəm sənaxan, qəm yemə.

Hafiz (2.s.159):

بازآ و دل تنگ مرا مونس جان باش وين سوخته را محرم اسرار نھان باش

ما را دوسه ساغر بده و گورمضان باش زان باده که در ميکده عشق فروشند در خرقه چوآتش زدی ای عارف سالک جھدی کن و سرحلقه رندان جھان باش دلدار که گفتا به توام دل نگران است گومی رسم اينک بسالمت نگران باش

ای درج محبت به ھمان مھر و نشان باش خون شد دلم از حسرت آن لعل روانبخش تا بر دلش از غصه غباری نه نشيند ای سيل سرشک از عقب نامه روان باش

گو در نظر آصف جمشيد مکان باش حافظ که ھوس می کندش جام جھان بين

Page 105: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 105

Məhəmməd Hadinin tərcüməsi (1.s.385):

Zümzümeyi-Aşiqanə

Lütf et, geri gəl, dar-dilimə munisi-can ol! Bu yanmışa sən məhrəmi-əsrari-nihan ol! Şol badeyi kim, məcməi-eşq içrə satarlar, Son bir neçə sağər bizə, söylə rəməzan ol. Çün xirqəyə od vurdun, əya arifi-salik, Qıl cəhd ki, sərhəlqeyi-rindani-cəhan ol. Dildar demişdir: sənə qəlbim nigarandır, Söylə: gəlirəm şimdi səlamət, nigaran ol. Canbəxş ləbin həsrəti qıldı, ürəyim qan. Ey dürci-məhəbbət, yenə sən möhrnişan ol. Əyləşməmək üçün dilinə qüssə qübarı Sən də əqibi-namədən, ey əşk, rəvan ol. Ol cami-cəhanbinə ki, Hafiz həvəs eylər, De: pişgəhi-Asəfü Cəmşid-məkan ol. İstərsən açılsın sənə əsrari-xəfaya, Hadi kimi xaki-dəri-əhrari-zəman ol.

ƏDƏBİYYAT: 1.Məhəmməd Hadi. Seçilmiş əsərləri, c.I., Bakı, “Elm” nəşriyyatı, 1978.

2.Xacə Şəmsəddin Məhəmməd Hafiz Şirazi. “Divan”, Təshih: Doktor Rüknəddin

Humayun Fərrux. Tehran. 1371.

Page 106: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

106 Hikmət

Mircəlal Zəki

Möhtəşəm Kaşani və onun məşhur tərkibbəndi

Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani Kaşanda dünyaya gəlmiş,

Möhtəşəm, birinci Şah Təhmasib Səfəvinin hakimiyyəti illərində yaşamışdır. Təvəllüd tarixi mə’lum deyildir. O, h.q. 996 (m. 1587) - ci ildə vəfat etmişdir. Məzari-şərifi Kaşandadır.

Təzkirə müəlliflərinin yazdıqlarına görə atası Xacə Mir Əhməd bəzzaz olmuşdur. Yeniyetmə yaşlarında Kəmaləddin də atasının yanında bu sən’ətlə məşğul olmuşdur. Gənc yaşlarından bu işdən uzaqlaşmış və şeir yazmağa başlamışdır. Öz zəmanəsinin Zəmiri İsfəhani, Hali Gilani, Vəhşi Bafqi və digər məşhur şairləri ilə müşairələri olmuşdur.

Yaradıcılığa qəsidə yazmaqla başlamış və bu şeirlərində Şah Təhmasib Səfəvini, onun oğulları İsmail Mirzə, Sultan Məhəmməd Xudabəndəni və qızı Pərixan xanımı, həmçinin səltənətin yüksək rütbəli mənsəb sahiblərini mədh etmişdir.

Lakin Möhtəşəm məzhəbi şeirləri ilə, xüsusən Əhli-Beytə həsr etdiyi mərsiyələrlə şöhrət qazanmışdır. Şairin on iki bənddən ibarət qələmə aldığı məşhur tərkibbənd İmam Hüseynin (ə) müsibətində və Kərbəla vaqiəsi məzmununda yazılan ən gözəl nümunələrdən hesab olunur. Bu tərkibbəndin qələmə alınması səbəbi Möhtəşəmin «Divan»ında aşağıdakı kimi qeyd olunur:

«Mövlana Möhtəşəm, qardaşı Əbdülğəni Məkkə səfərində vəfat etdikdə onun ölümünə mərsiyə yazır. Bir gecə yuxuda Əmirəlmö’minin əleyhissəlamı görür. Həzrət ona buyurur: «Nə üçün qardaşının müsibətində mərsiyə deyirsən, mənim fərzəndim Hüseyn (ə) üçün mərsiyə demirsən?». Ərz edir: «Ya Əli, Həzrəti-Hüseyn əleyhissəlamın müsibəti həddən artıq olub, mən bilmirəm onun hansı müsibətlərindən başlayım». Bu zaman Həzrəti-Əmirəlmö’minin əleyhissəlam buyurur: De:

«Baz in çe şureş əst ke dər xəlq-e aləm əst» (Bilməm nə şurdir yenə düşmüş bu aləmə)

Möhtəşəm yuxudan oyanır və şe’rin ardını deyir. Elə ki şe’rin: «Həst əz məlal gərçe bəri zat-e zülcəlal » (Gərçi ğübardən pak olur zati-zülcəlal)

Page 107: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 107

yerinə yetir və ardınca gələn misra’nı deməkdə mütəhəyyir olub aciz qalır və bilmir nə desin ki, o ilahi Həzrətin məqamına layiq olsun, yenə ona mədəd yetir və yuxuda əsrin imamını (əccələllahu təala fərəcəhu) görur. İmam (ə) ona buyurur: De:

«U dər del əst o hiç deli nist biməlal» (Əmma ürəkdədir, heç ürək yoxdu biməlal)

Bu zaman Möhtəşəm yuxudan oyanır və həmin bəndi sona yetirir». Möhtəşəmin qələmə aldığı bu tərkibbənd həqiqətən möhtəşəm bir

müsibətnamədir. Bu məşhur əsər yazıldığı dövrdən başlayaraq bugünkü günümüzə qədər İmam Hüseynin (ə) əza məclislərində mərsiyəxanların və rövzəxanların dilinin əzbəri olmuşdur. İndi isə həmin tərkibbəndin poetik tərcüməsini təqdim edirik:

Tərkibbənd

Bilməm nə şurdir yenə düşmüş bu aləmə, Salmış nə növhədir, nə əza xəlqi matəmə. Yox surdən nəfəs hələ hərçənd, fərşdən Düşmüş nəfəs-nəfəs nə səda ərşi-ə’zəmə! Bu qarə sübh ağardı bu gün hansı səmtdən, Qoydu cahanı qarə günə, saldı matəmə. Guya tülu’ eylədi məğribdən afitab, Saldı təmam ğülğülə zərrati-aləmə. Etsəm hesab qiyamət əgər, bəlkə var yeri, Gəl, gör qiyaməti necə düşmüş məhərrəmə! Hərçənd ğəm məkanı deyil qüdsi barigah, Ğəm guşəsində qüdsilər eylər nə zəmzəmə?! Cinnü mələk də adəmiyə saxlayır əza, Olmuş əzadar əşrəfi-övladi-adəmə. Xurşidi-asimanü zəmin, nuri-məşriqeyn, Peyğəmbər ağuşində nəvaziş görən Hüseyn. Etdi şikəst səfinəni tufani-Kərbəla, Qan içrə saldı lərzəyə meydani-Kərbəla. Yaş tökdü zar-zar ona ruzigar gözü, Ğərq oldu qanlı yaş ilə eyvani-Kərbəla. Verdi təmam cahan əlinə əşkdən gülab,

Page 108: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

108 Hikmət

Bir gül ki, xürrəm eylədi bostani-Kərbəla. Gör ki, su görmədi bir içim əhli-Kufədən, Gördi nə hörmət izz ilə mehmani-Kərbəla! Siyrab ikən təmam şərir, divü əhrimən, Xatəm sorurdu təşnə Süleymani-Kərbəla. Qalxır hənuz təşnələrin ahı Əyyuqa, Ah eylər «əl’ətəş!»lə biyabani-Kərbəla. Fəryad o gündən, etmədi düşmən həya o gün, Yəğmayə getdi xeymeyi-sultani-Kərbəla. Ğeyrət odunda oldu üzərrik fələk o dəm, Fəryadə gəldi vahimədən sərbəsər hərəm. Çərxin o gün bu xeyməsi viyran olaydı kaş! Doqquz sütuni xak ilə yeksan olaydı kaş! Dağdan-dağa axaydı, edib cuş qarə sel, Bu qarə seldə yer üzü qətran olaydı kaş! Yandırdı Əhli-Beyt ki ah ilə aləmi, Göy xirmənində bərq nümayan olaydı kaş! Nagah eyləyincə bu rəftarı Yerlə çərx, Nə Yerdə top, nə çərxdə çovgan olaydı kaş! Cismi gedincə torpağa o pakgövhərin, Aləm canı təmam ona qurban olaydı kaş! Olcaq şikəst Ali-Peyəmbər səfinəsi, Aləm təmam qan ilə ğəltan olaydı kaş! Kaş qalmayaydı məhşərə bu qanlı intiqam, Bu intiqamə dəhrdə divan olaydı kaş! Ali-nəbi şikayət əli açsa fərşdə, Ğovğa düşər sütunlarına çərxin ərşdə. Ğəm bəzminə haçan ki cahanə səda olub, Əvvəl bu bəzmə də’vət alan ənbiya olub. Növbət ki övliyayə yetib, ərş titrəyib, Zərbət yeyən bu bəzmdə şiri-Xuda olub. Ardınca bağrı doğranıb əlmasi-rizədən, Atəşdə qovrulan Həsəni-Müctəba olub. Bir xeymə ki, məlik qoparıb həşr qopmadan, Çəkmiş Mədinədən, yeri ta Kərbəla olub. Bu qanlı çöldə tişə görən əhli-Kufədən,

Page 109: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 109

Çox tazə nəxli-gülşəni-Ali-Əba olub. Əvvəlcə Müstəfa cigərin parə eyləyib, Zərbətlənən əgər xələfi-Mürtəza olub. Əhli-hərəm cırıb yaxasın, ta saçın yolub, Fəryadə təng olan hərəmi-kibriya olub. Görcək, başı dizində tutub Cəbrəil hicab, Görcək, cahan gözü qaralıb, yə’ni afitab. Torpağə hulqumundan onun ta ki yetdi qan, Torpaqdan asimanə bülənd oldu «əl’əman!». Az qaldı bəlkə xaneyi-iyman xərab ola, Ərkani-dinə rəxnə düşə ta həmin zəman. Nəxli-büləndi ta ki onun düşdü torpağa, Yerdən qopan ğübar ilə cuş etdi asiman. Ta çəkdi yel ğübarı Peyəmbər məzarinə, Çəkdi Mədinədən ğübar əflakə karivan. Dördüncü asimanə yetən tək bu bəd xəbər, İsa həm etdi caməsini nilrəng həman. Növbət ki yetdi Ruhiləmin gəldi naləyə, Doqquz fələkdə qopdu həman şurü şər, fəğan. Vəhm etdi həm güman ki, o yerdən qopan ğübar, Ta zülcəlal daməninə yetdi bigüman. Gərçi ğübardən pak olur zati-zülcəlal, Əmma ürəkdədir, heç ürək yoxdu biməlal. Şayəd cəzayi-qatilini etsələr rəqəm, Rəhmət kitabı nəqş eləyir tazədən qələm. Şayəd şəfi’ olanlar o gün şirk edir, əgər Xəlqin günahı barədə məhşərdə vursa dəm. Ta Əhli-Beyt əhli-sitəm üstə əl atır, Həqqin ğəzəb əlində olur aşikar sitəm. Qanlı kəfənlə Ali-Əli vay o gün əgər, Torpaqdan atəş ilə çəkir şö’lə tək ələm. Fəryad o gün ki tazə gülüstan cavanları, Gülgunkəfən qiyamətə yeksan qoyur qədəm. Onlar ki, pozmuş idi səfin şuri-Kərbəla, Məhşər səfin pozur, düzülür, səf çəkir o dəm, İstər nə üzlə onda hərəm sahibindən üzr,

Page 110: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

110 Hikmət

Onlar ki etmiş idi hərəm əhlinə sitəm?! Pəs niyzədən çəkir başı ağuşə Cəbrəil, Pak eyləyir ğübardən əşk ilə Səlsəbil. Tuş etdi niyzəyə o başı ta ki ruzigar, Xurşid dağda şiyvən ilə oldu aşikar. Baş çəkdi yerdə mövc, bülənd oldu dağ-dağ, Yaş tökdü nalə ilə bulud göydə zar-zar. Guya ki düşdü zəlzələ aram torpağa, Guya ki aram oldu o gün çərxi-biqərar. Ərşin sütuni gəldi o həngam lərzəyə, Zənn etdi çərx piri ki, həşr oldu aşikar. Bir xeymə ki tənabi idi huri telləri, Misli-hübab, badi-nifaq etdi tarümar. Onlar ki Cəbrəil qoruyurdu kəcavəsin, Yeksər kəcavəsiz dəvəyə oldular süvar. Ta ümməti-nəbiyə düçar oldu bu əməl, Ruhi-nəbidən eylədi Ruhüləmin ar. Üz tutdu Şamə qövmi-ələm Kufədən belə, Guya qiyamət etdi qiyam, düşdü vəlvələ. Meydan yanından oldu rəvan ta o karivan, Şur ilə həşr meydanıdır etdilər güman. Həm növhə düşdü ğülğülədən altı guşəyə, Həm nalə çəldi vəlvələdən yeddi asiman. Hər yer ki ahu var idi, üz tutdu vadidən, Hər yer ki qumri var idi, tərk etdi aşiyan. Ta Əhli-Beyt gördü düşüb nə’ş yan-yana, Bir vəhşət oldu şur ilə, həşr oldu bir yalan. Hərçənd göz görürdü şəhidlər bədənləri, Şəmşirü niyzə yarələrindən verirdi qan. Zəhra qızı yəqin ilə nagəh qılıb nəzər, Pak cismini imami-zamanın görən zaman, Biixtiyar çəkdi fəğan ki: «Budur Hüseyn!» Od tutdu naləsindən onun yerbəyer cahan. Açdı dilin şikayət ilə Zöhreyi-Bətul, Tutdu üzün Mədinəyə: «Ya əyyühərrəsul !

Page 111: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 111

Bu torpaq üstə qaninə ğəltan Hüseyndir! Bismilsifət bu vadidə qurban Hüseyndir! Bu təşnəlik odunda yanan nəxli-tər ki var, Salmış cahanə tüstü, yaxır can, Hüseyndir! Bu qanlı bəhr içində üzən natəvan balıq, Cismində qanlı yarə firavan Hüseyndir! Bu vadiyi-bəla ki şəhadət mühitidir, Qaniylə eyləyən onu əlvan Hüseyndir! Bu təşnələb düşən ki uzaqdır Fəratdən, Torpaqda eyləyən qanı tüğyan Hüseyndir! Bu şahi-kəmsipah, çəkən xeyli-ah ilə Digər cahanə xeyməni giryan Hüseyndir! Bu çırpınan bədən ki düşüb torpaq üstünə, Torpağə təslim olmayan üryan Hüseyndir!» Baxdı Bəqi’yə, eylədi Zəhrayə ta xitab, Quşlar da, vəhşilər də yanıb oldular kəbab. Ey məhrəmi bəlalıların, gəl, bəlanı gör! Bikəs, ğərib, məzlum olan aşinanı gör! Məhşər günü şəfi’ olan övladını bu gün, Qan girdabında ğərq edən əhli-cəfanı gör! Cənnətdə cümlə kövnü məkandan hicabı at, Aləmdə bir müsibətə bax, macəranı gör! Yox-yox, coşan bulud kimi dur Kərbəlayə gəl, Tüğyan edən bu fitnə selində bəlanı gör! Gör torpaq üstə qanına ğəltan bədənləri, Bax niyzə üstə başlara, şurü nəvanı gör! Bir baş ki daima nəbi çiynində şad idi, Bir niyzə üstə indi çəkir baş, həvanı gör! Bir tən ki ağuşində idi naz ilə, onu Pamal edən bu mə’rəkeyi-Kərbəlanı gör! Bir bax bu bin-Ziyad axıdan qanlı sellərə, Ki , Əhli-Beyt torpağını verdi yellərə. Xamuş, Möhtəşəm, ki daşın bağrı ab olur, Bünyadi-səbrü xaneyi-taqət xərab olur. Xamuş, Möhtəşəm, ki bu sözdən, bu yanğıdan,

Page 112: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

112 Hikmət

Quşlar həvadə, sudə balıqlar kəbab olur. Xamuş, Möhtəşəm, ki bu şe’rin qan ağlayır, Hər kəs eşitsə, göz yaşı qanlı gülab olur. Xamuş, Möhtəşəm, ki bu suzü güdazdən, Yer səthi qanlı yaşla cigər tək kəbab olur. Xamuş, Möhtəşəm, ki fələk ta qan ağlayır, Dərya üzündə mövc ilə gülrəng hübab olur. Xamuş, Möhtəşəm, ki bu suzindən afitab Matəmtutanlar ahı ilə mahitab olur. Xamuş, Möhtəşəm, ki edir zikr Hüseyn ğəmin, Ruhüləminə ruyi-nəbidən hicab olur. Nakəs bu çərx etməmiş idi xəta bu cür, Heç bir vücudə etməmiş idi cəfa bu cür. Ey çərx, bilmədin ki, nə bidad eylədin, Kin ilə zülm evində nə bünyad eylədin. Bəsdir məzəmmətində bu ki, Ali-Heydərə Düşmən edəndə zülm, sən imdad eylədin. Ey bin-Ziyad, etmədi şayəd ki heç zaman, Nəmrud bu zülmü, sən necə Şəddad, eylədin. Verdin Yəzidə kam, Hüseynin alıb canın, Qətliylə gör kimin, kimi dilşad eylədin?! Nakəs nəsibi meyvəsidir şərr ağacının, Din gülşənində xarlıq abad eylədin. Etməzdi bəlkə kafirə heç kəs ki, sən onu Ali-nəbiyyü Heydərə azad eylədin. Sürtərdi, bir boğaz ki, nəbi öz dodağını, Əlmas xəncərin ona cəllad eylədin. Şayəd çəkən zaman səni meydani-məhşərə, Tüstün dolar təmam biyabani-məhşərə.

Page 113: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 113

Cahan Ağamirov GDU-nun baş müəllimi

Nizami Xəmsəsinin yeni, tərcüməyə ehtiyacı vardır

Hamıya yaxşı məlumdur ki, dahi Azərbaycan şairi, mütəfəkkir, filosof,

həkim və şeyx Nizami Gəncəvi orta əsr ənənəsinə uyğun olaraq öz ölməz xəmsəsini farsca yazaraq təkcə bütün Yaxın və Orta Şərqdə məşhur olmamış, dünya ədəbiyyatında yer tutmuşdur.

Onu qeyd etmək yerinə düşər ki, İran ədəbiyyatı, dünya ədəbiyyatının bir hissəsi olmaqla çox zəngin ədəbi köklərə malikdir. Heç təsadüfi deyil ki, Firdovsi, Xəyyam, Sədi, Hafiz, Mövlana kimi dünya şöhrətli şairləri olan bu məmləkət Şərq və dünya ədəbiyyatı xəzinəsinə ölməz əsərlər vermişdir.

Fars dili orta əsr ədəbiyyatına o qədər siraət etmişdir ki, təkcə Azərbaycanda Nizamiylə bir dövrdə yaşamış Xaqani, Əbü Əla Gəncəvi, Məhsəti Gəncəvi kimi söz ustadları deyil, ondan sonrakı şairlərdən Nəsimi, Füzuli, Xətai də bundan bəhrələnmişlər. Ümumiyyətlə götürsək bizim klassik şairlərin hamısı XX əsrə qədər fars dilindən bəhrələnmişlər.

Lakin Nizami bütün bu şairlərin fövqündə dayanmışdır. Onun ölməz Xəmsəsi bir çox dillərə tərcümə edilmişdir.

Nizami əsərlərini böyük ingilis şərqşünası Blend Avropaya tanıtdırmışdır. Azərbaycanda Xəmsənin tərcüməsi şairin 800 illiyində başlamışdır. Nizami Gəncəvi haqqında ən yaxşı tədqiqat əsərlərini Y.Bertels, A.Krımski və M.Rəsulzadə yazmışdır.

Azərbaycanda Xəmsəni tanınmış şairlərdən S.Rüstəm, M.Rahim, S.Vurğun, R.Rza, M.Rzaquluzadə, A.Şaiq tərcümş etmişlər. A.Şaiqdən başqa qalanları fars dilini bilmədikləri üçün tərcümələrdə xeyli çatışmamazlıqlar mövcuddur. Xəmsənin orjinalını oxuyub bu tərcümələrə nəzər saldıqda hiss edirsən ki, Nizami kölgədə qalmış, sanki bu poemaları S.Rüstəm, M.Rahim və R.Rza yazmışdır.

Bunlardan başqa ayrı-ayrı şairlər də Nizami xəmsəsindəki poemalardan tərcümə etmişlər. Lakin Xəlil Rza Ulutürk, M.Zəkiyev və X.Yusiflinin tərcümələri heç də əvvəlki tərcümələrdən fərqlənmir, bəlkə də onlardan bədiilik cəhətdən geri qalır. Yanlışlıqlar da mövcuddur.

Bütün bu yazdıqlarımızın nəticəsi kimi onu demək istəyirik ki, Nizami kimi dahi bir şəxsiyyəti tək bir nəfərin tərcümə etməsi mümkünsüz görünür. Bura Nizamişünas alimlər, bacarıqlı şərqşünaslar, təcrübəli tərcüməçilər və

Page 114: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

114 Hikmət

əruzu yaxşı bilən şairlər lazımdır. İranda nizamişünaslıq daha ciddi şəkildə davam etmişdir. Böyük İran alimi Vəhid Dəstgerdi Nizamini 100 dəfədən çox oxumuş və

alimlik ömrünün 30 ilini şairin həyat, yaradıcılığı və əsərlərinə həsr etmişdir. Alimin özünün yazdığına görə hər dəfə Nizamini oxuduqda yeni fikirlər kəşf etmişdir.

Onun hazırladığı Xəmsənin mətni ən mötəbər qaynaqlar sırasındadır. Son dövrlər Doktor Sərvətin nəşr etdiyi mətnlər də diqqəti cəlb edir. Azərbaycanda isə akademik Ə.Əlizdənin hazırladığı “İskəndərnamə”nin mətni mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Öz elmi tutumuna görə ən dəyərli tədqiqat əsərlərindən biri mərhum Əbdülhüseyn Zərrinkahın qələmindən çıxmışdır.

Nizami sıradan bir şair deyil, onun əsərlərinin tərcüməsi də, tədqiqi də özünəlayiq olmalıdır.

Page 115: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 115

Hacı Mustafa Mailoğlu

Hüseyn Nadim Naxçıvani

XIX əsrin ortaları və XX əsrin 20-ci illərinə qədər – sovet hakimiyyəti

qurulanadək – Azərbaycanın demək olar ki, əksər böyük şəhərlərində ədəbi məclislər fəaliyyət göstərmişdir. Baxmayaraq ki, Azərbaycan xalqının mədəni həyatında ədəbi məclislərin tarixi çox qədimdir, lakin XIX yüzillik ədəbi məclislərin tarixində, əgər belə demək mümkünsə, intibah dövrüdür.

Həmin yüzillikdə Tiflisdə Mirzə Şəfi Vazehin və Gəncədə Mirzə Mehdi Nacinin başçılıq etdikləri “Divani-hikmət”, əsrin 30-cu illərində Qubada A.A. Bakıxanovun rəhbərliyi ilə “Gülüstan”, yüzilliyin 30-cu illərindən etibarən Ordubadda Şıxəli Naib tərəfindən əsası qoyulmuş, əsrin ortalarından etibarən Hacağa Fəqirin, onun vəfatından sonra isə Məhəmməd Tağı Sidqinin başçılığı ilə “Əncümənüş-şüəra”, 1850-1900-cu illərdə Lənkəranda Mirzə İsmayıl Qasirin rəhbərlik etdiyi “Fövcül-füsəha”, 1867-ci ildən Şamaxıda əvvəlcə Seyid Əzimin, sonra isə Molla Ağa Bixudun başçılığı ilə “Beytüs-səfa”, 1864-cü ildən Şuşada əvvəlcə Hacı Abbas Agəhin, daha sonra Xurşid Banu Natəvanın rəhbərlik etdikləri “Məclisi-üns”, 1872-ci ildə Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yaradılmış “Məclisi-fəramuşan”, əsrin 80-cı illərində Bakıda Məhəmmədağa Cürminin rəhbərliyi ilə “Məcməüş-şüəra” kimi ədəbi məclislər fəaliyyət göstərmişdir (1). Qeyd edək ki, klassik irsin öyrənilməsində, söz sənətinin xalq arasında təbliğ olunmasında, həmçinin yeni-yeni istedadların üzə çıxmasında ədəbi məclislərin böyük əhəmiyyəti olmuşdur.

Belə istedadlardan biri də, Azərbaycan ədəbiyyatına bir çox böyük sənətkarlar bəxş etmiş “Əncümənüşşüəra” ədəbi məclisinin fəal üzvlərindən biri, Naxçıvan ədəbi mühitində özünəməxsus yeri olan Kərbəlayi Hüseyn Nadim Naxçıvanidir.

Azərbaycan ədəbiyyatı tarixində “Nadim” təxəllüsü ilə yazıb yaradan bir neçə şair olmuşdur. Lakin bunlardan ikisi daha çox məşhurdur. Birincisi XIX əsrdə yaşamış və özündən sonra çox böyük irs qoyub getmiş navahılı Mirzə Baxış Nadim, ikincisi isə növhə və sinəzənləri indi də dillər əzbəri olan Hüseyn Nadim Naxçıvanidir. Çox təəssüflə qeyd etmək lazımdır ki, hər iki sənətkarın əsərləri bu vaxta qədər bütöv halda çap olunmamış, yaradıcılıqları ətraflı şəkildə araşdırılmamışdır.

Hüseyn Nadimin həyat və yaradıcılığı haqqında ilk məlumatı “Şərq

Page 116: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

116 Hikmət

qapısı” qəzetində (27 mart 1947-ci il) Əli Hüseynov adlı müəllif vermişdir. “Hüseyn Abdulla oğlu (Nadim)” adlı bu məqalədə Nadim haqqında qısa məlumat verilmişdir. Sonralar isə onun haqqında müxtəlif illərdə bir neçə məqalə çap olunmuşdur. Fərman Xəlilovun “Nadim” adlı məqaləsini (“Şərq qapısı”, 27 iyul, 1971-ci il), Rasim Tağıyevin “Azərbaycan müəllimi” qəzetində (1 noyabr 1974) “Açılmamış səhifələrdə döyünən ürək” adlı məqaləsini, Əsgər Qədimovun “Hüseyn Nadim Naxçıvani” (“Şərq qapısı”, 23 may 1975-ci il) adlı məqaləsini göstərmək olar. Nadimin ədəbi irsindən seçmə nümunələri ilkin olaraq filolofiya elmləri doktoru Əsgər Qədimov “Seçmə şeirlər” (Azərnəşr, 1993) adı altında kitabça şəklində çap etdirib oxuculara çatdırmışdır.

Hüseyn Abdulla oğlu Mehdiyev (Nadim) 1871-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. İlk təhslini mollaxanada alan Hüseyn, sonra Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbdə oxumuşdur. Təəssüflə qeyd etməliyik ki, atası vəfat etdiyinə görə erkən yaşlarından böyük bir ailənin qayğısını çəkən Hüseyn maddi ehtiyaclar üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. Lakin məktəbi bitirməsə də, təhsilini şəxsi mütaliə yolu ilə artırmış, ərəb və fars dillərinə yiyələnmiş, bu dillərin sayəsində İslam tarixini, həmçinin Şərq ədəbiyyatını, xüsusilə klassik Azərbaycan poeziyasını mənimsəmişdir. Nadimin oğlu mərhum Məhəmməd Abdullayev atası haqqında aşağıdakıları xatırlayır: “Atam Nehrəm kəndinin mollaxanasından və şəxsi mütaliəsi ilə ərəb və fars dillərini mükəmməl öyrənmişdi. Nizamini, Füzulini, Sədini, Hafizi, Xəyyamı, Nəvaini çox oxuyardı. Nizaminin farsca əsərləri, Qumrunun, Racinin kitabları atamın kitabxanasında saxlanılırdı. Lakin atamın vəfatından sonra 1930-cu illərdə ərəb əlifbası ilə yazılan kitabları evlərdə saxlamaq qadağan edildiyi üçün qorxudan o kitabların hamısını başqaları kimi biz də yandırdıq. Çox güman ki, atamın əsərləri də elə o zamanlar itib-batdı. Sonralar dini şeirlərini və qəzəllərinin bir qismini tapıb Əlyazmalar fonduna verə bildim...”

Hüseyn Nadim Naxçıvani həddindən artıq vətənpərvər bir şəxs olmuşdur. Şairin oğlu Məhəmməd Abdullayevin arxivində olan və yazılı şəkildə mühafizə olunan sənədlər sübut edir ki, Nadim 1918-1920-ci illərdə daşnak Andronikin “Böyük Ermənistan” yaratmaq xülyası ilə Naxçıvana, şairin doğma kəndi Nehrəmə və Ordubad ərazilərinə basqınını öz gözləri ilə görmüş və daşnakların hücumunu dəf etmək üçün yaradılan partizan dəstəsinin tərkibində vuruşmuşdur. O zaman türklər bu xəbəri eşidir və öz ərazilərindən ermənilərə top atəşi atırlar. Andronik türk topunun səsini eşidən kimi türklərin bizə köməyə gəldiyini başa düşür və qoşunlarını Naxçıvandan çıxarır. Bu hadisədən sonra erməni-daşnaklar fürsət tapan kimi Naxçıvana hücum edərmişlər. Nəhayət, 1920-ci ildə ermənilər Naxçıvanın Ordubad və Tivi ərazilərinə hücum edirlər. Hüseyn Nadim Ordubadın Ələngəz dağı ətrafında gedən döyüşlərdə yaralanır.

Page 117: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 117

Vətənpərvər şair elə bu yaranın nəticəsində 1927-ci ildə vəfat etmiş və böyük izdihamla Nehrəm məzalığında torpağa tapşırılmışdır.

Qeyd etdiyimiz kimi, Hüseyn Nadim o qədər də xoş güzəran keçirməmişdir. Atasının vəfatından sonra Nadim Nehrəm kəndində kiçik bir çayxana açmış və həmin çayxananın cüzi gəliri ilə dolanmışdır. Deyilənlərə görə, Nadimin çayxanası şeir-sənət adamları ilə dolu olarmış. Culfa və Ordubaddan bir sıra şeir həvəskarları və şairlər gəlib Nadimlə şeirləşər, Nadim də tez-tez Ordubada gedib ədəbi məclislərdə iştirak edərmiş...

...”Əncümənüş-şüəra” ədəbi məclisinə Hacağa Fəqir, Məhəmməd Tağı Sidqi, Molla Hüseyn Bikəs, Usta Zeynal Nəqqaş, Məşədi Həsən Dəbbağ, Məhəmmədqulu Salik, Mir Əbdürrəhim Qüdsi Vənəndi, Mirzə Mehdi Naxçıvani kimi ustad sənətkarlar toplaşardılar. Təbii ki, ədəbi mühit olmadan ədəbiyyatın inkişafından söhbət gedə bilməz. “Əncümənüş-şüəra” ədəbi məclisinin və bu məclisə yığışan ustad sənətkarların da Nadimin yaradıcılığına təsiri danılmazdır. Yeri gəlmişkən, Nadimin yaradıcılığında Bakı və Qarabağ ədəbi mühitinin də təsiri duyulmaqdadır. Bu da onu göstərir ki, XIX-XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərən ədəbi məclislərin bir-biri ilə sıx əlaqələri olmuşdur.

Mərhum tədqiqatçı alim Nəsrəddin Qarayev “XIX əsr Azərbaycan ədəbi məclisləri” adlı kitabında yazır ki: “ömrünün son illərində Hacağa Fəqirin gözləri tutulur. Bu zaman onun dediyi şeirləri dostu Sidqi yazıb toplayırdı. Məclis üzvlərindən Bikəs və Nadim də bu işdə ona kömək edirdilər. Çox güman ki, Fəqirin əldə olan əsərlərini də vaxtilə onlar toplamışlar” (2).

Hüseyn Nadimin qəzəllərindən danışarkən, şairin klassik üslubda yazılmış aşiqanə-lirik qəzəlləri ilə yanaşı, dini-ictimai motivli qəzəllərini də xüsusi qeyd etməliyik. Vətən və millətin taleyi, din və əqidə təəssübkeşliyi, insaf və ədalət axtarışları Nadim qəzəllərinin əsas leytmotivini təşkil edir:

Yox bircə kəs xilas edə bu nardən bizi, İmdad edən yoxdı bu biçarə millətə. İslamdən kənar eləsün bu bəlaləri, Olsun müin zəmanədə dilparə millətə... ... Mən Nadiməm, zəmanədə millət cünuniyəm, Ağlar gözüm həmişə bu biçarə millətə!

Qəzəlləri ilə yanaşı, Nadimin qəsidələri, növhə və sinəzənləri, dini-ictimai məzmunlu şeirləri, satiraları da mövcuddur. Lakin qeyd edildiyi kimi, şairin ədəbi irsinin çox hissəsi itib-batdığından əldə olan şeirləri içərisində növhə və sinəzənlər çoxluq təşkil edir.

Page 118: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

118 Hikmət

Hüseyn Nadim Naxçıvani son dərəcə İslam dininə bağlı, imanlı, etiqadlı bir şəxs olmuşdur. Oğlunun söylədikləri də bunu təsdiq edir: “Atam həddindən artıq dindar idi. Kərbəla müsibətlərini nəzmə çəkərdi”. “Əfv elə” adlı şeirində yazır:

Şahid ol iqrarimə, mən ol Xəlilə millətəm, Ənbiya xətmi Rəsuli-rəhnümayə ümmətəm,

Şiəyəm, çünki Əmirəlmö`mininə rəyyətəm, Səndən özgə dadxah, yoxdur pənahım, əfv elə! Cə`fəriməzhəb, Xuda, Qur`an kitabimdür mənim, Yox səadət min günah yazsa, əzabimdür mənim...

Qeyd etdiyimiz kimi, müxtəlif şeir növlərində əsərlər yaradan Nadimin

yaradıcılığında növhə janrı xüsusi yer tutur. Bu səbəbdən də onu növhəxan-şair kimi təqdim etmək daha məqsədəuyğundur.

Klassik növhə ədəbiyyatında növhə şairləri bir qayda olaraq əruzun bir neçə bəhrindən istifadə edirdilər. Lakin Nadim bu qaydanı pozaraq öz növhə və sinəzənlərində demək olar ki, çox az işlənən bəhrlərdən istifadə etmişdir ki, bu da onun güclü təbə malik olması, əruzu yaxşı bilməsi və yaradıclığının çoxşaxəli olması ilə əlaqədardır.

* * *

Ey olan ismi-şərifi ərşə zinət, ya Hüseyn, Şafiyi-ruzi-qiyamət, babi-cənnət, ya Hüseyn.

Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli Kərbəla faciəsini və bu

faciənin fövqündə duran İmam Hüseynin (ə) müsibətini xarakterizə edərək yazırdı: “Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir-biri ilə zidd olduğu halda uyuşmaz, onda deyə bilərik, bəli, İmam Hüseyn müsibətində bu feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır; Bir yandan qəmləndirir, bir yandan qəmü qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri-adi halət və xüsusiyyət ancaq Seyyidüş-şühəda (ə) müsibətü əzasına müxtəsdir, ancaq mahi-mühərrəmdə tərtib olunan təziyələrdə hiss olunur...” (3).

Bu təziyələri şərafətləndirən, bu matəmləri rövnəqləndirən təbii ki,

Rəiyyətəm

Page 119: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 119

Azərbaycan mərsiyə ədəbiyyatının Qumri, Raci, Dəxil, Sərraf, Pürqəm, Dilsuz, Şüai, Tuti, Nadim və onlarla digər görkəmli nümayəndəsinin bu günümüzə gəlib çatan və şübhəsiz həmişə yaşayacaq əsərləridir. Bəli, növhəxan şairlər həm özlərinə, həm də əsərlərinə əbədi həyat bəxş etmişlər desək, yanılmarıq. Çünki dünya durduqca onu sevənlərin könlündə əbədi məqam tapan İmam Hüseyn əleyhissəlamın müsibəti unudulmayacağı kimi, bu böyük müsibətin poetik əks-sədası olan mərsiyələr və növhələr də unudulmayacaq.

Ağla Hüseynə, göz yaşı tök ruzi-həşrətək, Qəsri-cinan, huriyü qılman bəhası var. Nadim, həmişə ağla Hüseynün o halinə, Gəlməz şümarə, cismdə hədsiz yarası var.

Nadim Kərbəla faciəsini Dəxil, Qumri, Şüai kimi ardıcıllıqla təsvir etməmişdir. Nadimin növhələrində daha çox Raci və Sərraf ruhu duyulur. Nadim də Raci və Sərraf kimi əhvalatın ayrı-ayrı hadisələrini yanıqlı bir dillə nəzmə çəkmişdir. Nadimin İmam Hüseyn (ə)-ın, onun övladlarının, digər şəhidlərin başına gətirilən əzablardan bəhs edən, qəm-qüssə dolu növhə və sinəzənlərini oxuduqca, insanda zülmə, azğınlığa, vəhşiliyə qarşı dərin nifrət hissi oyanır:

Ruzi-həşr olunca Şimri-bihəyayə lə`nət olsun! Hər qərinə, hər zəmanda əşqiyayə lə`nət olsun!

Nadimin növhələrində daha çox şəhidlərin qəhrəmanlığından deyil, məzlumiyyətindən bəhs edilir. Bu məzlumiyyətin sayəsində qüvvələrin qeyri-bərabərliyindən doğan çarəsizlik deyil, İLAHİ EŞQ dayanır. Bu eşqin yolunda şəhidlərin hər biri canını fəda etməyə hazırdır:

Cəzbeyi-eşq edüb əgər azimi-Kərbəla səni, Dəşti-bəladə gözləyir firqeyi-əşqiya səni, Rəhm et əmuyə, dutmuşam çün məni-binəva səni, Nadimi eyləmə, əxa, qəbri-Peyəmbər həsrəti.

Və ya, Qasimin Əkbər öləndən sora səbri tükənüb, Ver mənə rüxsəti-meydan, əmu, qurbanun olum.

Son olaraq, Hüseyn Nadim Naxçıvaniyə – qüdrətli qələm sahibinə, Əhli-Beyt (ə) və İmam Hüseyn (ə) aşiqinə Allah-təaladan rəhmət, məğfirət, əbədi səadət diləyirik.

Page 120: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

120 Hikmət

QƏZƏLLƏR

Yox bircə kəs xilas edə bu nardən bizi, İmdad edən yoxdı bu biçarə millətə. İslamdən kənar eləsün bu bəlaləri, Olsun müin zəmanədə dilparə millətə. Versün səsimizə səsini, eyləsün mədəd, Bir çarə eyləsün bu güni qarə millətə. Gəlsün cəhanə dini-müsəlmani hifz edən, Lütf eyləsün bu haldə avarə millətə. Yetsün bu gündə milləti-İslam hərayinə, Hər səmtdən yetüb genə min yarə millətə. Mən Nadiməm, zəmanədə millət cünuniyəm, Ağlar gözüm həmişə bu biçarə millətə!

* * *

Gərək insan olanın qeyrəti, həm qanı ola, Adil, insaflı və həm məzhəbü imanı ola. Aqibət yoxdur olar fani cəlalü cəbərut, Bir açıq süfrəsi, miskin doyuran nanı ola. Gülüm, əhmər səni qoy eyləməsün məst, oyan, Əhli-vicdan olanun xeyratı, ehsanı ola. Bükəcəkdür fələk axırda o ər`ər qədüvi, Başun üstə oxunan ayeyi-Qur`anı ola. Qəbrstan ola mənzil, oxunar ə`malı, Sağlığında pis işi, ya ki, bəd ünvanı ola. Mələkül-mövt oturar sinəvün üstündə sənün, Xeyr elə, Nadim, o dəm dərdüvə dərmanı ola.

Page 121: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 121

* * *

Bülbül cəfa çəkərmi məgər xar olmasa? Gəlməz nəvayə xar ilə əğyar olmasa. Cəh-cəh edərmi şaxeyi-güldə səbahədək? Qılmaz nəvanı xilqəti-gülzar olmasa. Zahid dil ilə razü niyaz eyləməz yəqin, Qəlbində gər məhəbbəti-Qəhhar olmasa. Bimarlər bu bəstəri-qəmdə həlak olar, Dünyadə gərçi haziqü təb`dar olmasa. Gəlməz nəvayə Nadimi-şeyda, məlal ilən, Qəlbində gərçı firqəti-dildar olmasa.

Aldanma

Aldanma, ey dil, ömrə ki, bunda vəfa hanı? Göstər görüm, bu dəhrdə zövqü səfa hanı? Yox zindəganlıq, ömri-fəna məhv olub keçər, Söylə görüm, cəhanda bir əhli-vəfa hanı? Bu mənzil içrə kim eyləyüb istirahətin, Çoxlar gəlüb gedübdi, olardan bəqa hanı? Dünya üçün həlakətə çoxlar özün salub, Dövlət hanı, cəlal hanı, simü təla hanı? Çox hurivəş bu aləmi seyran edüb gedüb, Ə`za hanı, cəsəd hanı, cismü qəfa hanı? Məhv oldı çox hərirlibasü gülcəmallər, Yeksan olubdı xakə ol huriliqa hanı?

Page 122: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

122 Hikmət

Çox mərdi-namdarlər aləmdə ism alub, Noldı o mərdlərə, onlara irtiqa hanı? Çoxları qərib ölüb, bəli, qürbətdə can verər, Kərbübəla ərusi kimi binəva hanı? Getdi ərusilər olub axır qəra duvaq, Qasim ərusitək yaxa qandan həna hanı? Çox növcəvanlar həsrətü nakam can verüb, Damadi-Kərbəla kimi qərqi-bəla hanı? Məskən qərib, ərusi qərib, əqrəba qərib, İşrət güni olan səri təndən cüda hanı? Çox növcəvanlarun gözi həsrət qalub toya, Əkbər kimi sitəmzədə, gülgunqəba hanı? Çox evləri xərabə edibdür bu ruzigar, Bağlı qalan Əli evitək bir bina hanı? Bu dərdmənd Nadimə dərmandı göz yaşı, Göz yaşıtək zəmanədə bir pürbəha hanı?

Keçər gedər

Ey dil, bu ömri-fani, bu dünya keçər gedər, Vəsli-səfayi-dilbəri-ziba keçər gedər. Çün fanidür bu eyş, cəhanun vəfası yox, Fəsli-bəhar seyri, bu səba keçər gedər. Aldanma malü dövlətə, dünyayə, aqil ol, Olsan da şah, bu zərrü mütəlla keçər gedər. Gər mərdi-namdar ola İskəndəri-zəman, Abi-həyatı etsə də bərpa, keçər gedər.

Page 123: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 123

Loğmani-əsr gər olasan, əldə çarə yox, Topraq yerindür, türfə bu xülya keçər gedər. Libasuvı qəssal aparar, ətləs olsa da, Çün mülkü rəxti-kürki-Buxara keçər gedər. Verməz necə ki namü nişan, ismi-qəhrəman, Rüstəm və ya ki, aqilü dana, keçər gedər. Qövmü qəbilə cəm` ola dövri-cənazəvə, Verməz səmər bir qurı qovğa, keçər gedər. Nadim, tədarük eylə yola sən də, hazır ol, Bir arpa qurusı ilə dünya keçər gedər.

Öləcəksən Öləcəksən, bilüsən, axırı sultan olasan, Sahibi-təxti-zərü taci-zətəfşan olasan. Gedəcək cahü cəlal, dövlətü mal ilə mənal, Gərçi Qarun kimi badövləti-dövran olasan. Atma ox Xaliqə, Fir`on kimi olma qürur, Boğazun tirə keçər, axırı şeytan olasan. Habilin qanına Qabil kimi iqdam eləmə, Sipəri-lə`nət olub eldə, bir ünvan olasan. Bəsdi bu cəhlü cəhalət, gözün aç, keçdi həyat, Amil ol öz sözüvə, sən də bir insan olasan. Nə xəyalatü nə tədbirü təşəbbüs, nə fikir, İstəyürsən məgər aləmdə Süleyman olasan? Ruyi-dünyanı dutan laməkan İskəndər hanı? Xeyli müşkildi belə amiri-fərman olasan.

Page 124: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

124 Hikmət

Də`vət etdi səni həqq dinə, peyəmbərlər hanı? Gətirüb dinə səni bəlkə müsəlman olasan. Ayəbəayə gəlüb rəhbəri-Qur`ani-məcid, Həqqə sən arif olub, qaili-Qur`an olasan. Bisəbəb vermədi can böylə ki, bu Ali-Əba, Bəlkə bais budı, sən layiqi-rizvan olasan. Belə ki, başlamışıq biz bu həlal ilə həram, Qorxuram axırı sən vasili-niyran olasan. Beşcə gün omrdən ötri dinü imanı satub, Görürəm istəyüsən dövrdə dərban olasan. Nadima, ömri-fəna fanidür, fövt eyləməmiş, Aç gözün, qorxgilən axırda peşiman olasan.

Page 125: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 125

Olubdur

Bilmirəm nə olub ki, xəlqün qəmləri əyan olubdur, Gözlər əşk ilə ləbaləb, karları fəğan olubdur. Lalələr həzardəstan, nilüfər geyübdi qarə, Va Hüseyn deyər bənəvşə, göz yaşın tökər üzarə, Qüssədən olubdı məhtab bərg-bərg, parə-parə, Söyləyər, qərib Hüseynün gülşəni xəzan olubdur. Eylədim sual, nəsrin, gəlmisən neçün nəvayə? Sərv barlər çəküb əl, bardən gəlüb sədayə, Söylədi, Hüseyn ölübdür, batmuşux təmam əzayə, Mürği-bağ, güli-gülistan tərki-aşiyan olubdur. Səhndə büsati-matəm başlayub güli-səmənsa, Lalə oldı gülşən içrə qəmdən əndəlibi-şeyda, Çün qalub oğulsız ağlar imdi Əkbərinə Leyla, Yusifi-Mədinə tirü xəncərə nişan olubdur. Ya olub məhi-mühərrəm cümlə əhli-aləm ağlar, Qönçədür güli-müəttər, çün açılmaz hər dəm ağlar, Qönçəvəş solubdur Əsğər, madəri dəmadəm ağlar, Hülqi gül kimin açılmış, oxlara nişan olubdur. Pərşikəstə bərgi-xəndan əgləşüb çəməndə gül-xas, Göz yaşın tökər üzarə qətrə-qətrə misli-əlmas, Nəhri-Əlqəm üstə qolsuz təşnə doğranubdı Əbbas, Baş açub cənab Külsüm çeşmi əşkbar olubdur. Baş açub gəlüb nəvayə bəs nədür ki, vəchi nərgis, Bir tərəfdə baş açubdur sünbül əgləşübdi bihiss, Qan yaxub əlinə Qasim, eyləyər ərus əfsus, Bəxti qarə növərusun virdi əl-əman olubdur. Laləni çəməndə gördüm geymiş əhmər üstə qarə, Yasəmən qədi xəm olmuş susəni alub kənarə, Şahi-din tapan zəmanda Əkbərini parə-parə, Sərvi-qəddi xəm üzarə gözi yaş rəvan olubdur.

Page 126: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

126 Hikmət

Gülsəbahi əsr həvası gördüm eyləyübdi məhzun, Əndəlibi-zar olubdur gülşənün qəmində dilxun, Əkbərün görəndə Leyla halı oldı çün digərgun, Sökənübdi yarə üstə yarə, qərqi-qan olubdur. Bir tərəfdə sərv gördüm qaməti olub xəmidə, Xəm olub çəməndə şümşad, kəc olub qədi kəşidə, Dəstgir olubdı Zeynəb yoxsa ləşkəri-ənidə, Xətmitək xəzanə dönmüş, rəngi zə`fəran olubdur. Nəstərən gəlüb nəvayə, eyləyər fəğanü şivən, Qışa döndi növbəharı, tarümar olubdı gülşən, Bülbüli-Mədinə olmaz möhnətü bəladən eymən, Naləyə gəlübdi tuti, çünki növhəxan olubdur. Qu-qu eyləməz, nolubdur, qumri əgləşüb əzayə, Heyrətə düşübdür aləm, ağlaya bu macərayə, Nadim, ağla sən də daim bu qəribi-Kərbəlayə, Cəm`i-yari-cannisarı çün xizabi-qan olubdur.

Page 127: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 127

Ya Hüseyn

Ey olan ismi-şərifi ərşə zinət, ya Hüseyn, Şafiyi-ruzi-qiyamət, babi-cənnət, ya Hüseyn. Çün mühərrəm aşikar oldı, gözüm ağlar müdam, Qarəyə batmış təmam əhli-vilayət, ya Hüseyn. Xaneyi-Peyğəmbəri bu ayda viran qoydular, Kərbəladə zülm ilə əhli-şəqavət, ya Hüseyn. Şimri-bidin yıxdı çün zülm ilə dari-Heydəri, Hülqüvə çəkdi sitəmlə yeddi zərbət, ya Hüseyn. Dəstüvi öz saribanun qət` edüb rəhm etmədi, Olmadı zibh olmağun əzbəs kifayət, ya Hüseyn. Çün şəhid eylüb səni ə`da cəfadən doymadı, Əhli-Beyt oldı əsir, bu nə əlamət, ya Hüseyn. Nə`şüvi birəhmlər meydanə üryan saldılar, Xeyməgahə od vırub əhli-şərarət, ya Hüseyn. Qətlgəhdə Əhli-Beyt əfğan ilən gəldi dilə, Kərbəladə çün əyan oldı qiyamət, ya Hüseyn. Kufəvü Şamı gəzən vəqt Zeynəbi-bixaniman, Eyləyərdi əhli-Kufə eyşü işrət, ya Hüseyn. Şamdə viranədə bikəs Səkinə sübhü şam, Ac-susuz viranədə çox çəkdi zillət, ya Hüseyn. Nadimin Möhsün rəvağında əzadar olmağa, Qismət eylə, eyləyim bir də ziyarət, ya Hüseyn.

Page 128: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

128 Hikmət

Ya Sahibi-zəmanə (ə.f.)

Heyrətdə qaldı aləm, ya Sahibi-zəmanə, Artar mühən dəmadəm, ya Sahibi-zəmanə. (ə.f.) Fəsli-xəzan yetişdi, gül qaldı xar əlində, Səyyadi-xunfikarun oldux şikar əlində, Biz bipənahə rəhm et, gəl, Zülfiqar əlində, Din əmri oldı bərhəm, ya Sahibi-zəmanə. Bir özgə aləm oldı, qəm yağdı qəmlər üstə, Axır çıxarla kəlbü xinzir minbər üstə, Çoxlar hücum edərlər dini-Peyəmbər üstə, Əsrari-Həqqə məhrəm, ya Sahibi-zəmanə. Ömr eylərik nəzərdə asudə, misli-məhbus, Əl vəsli-yarə yetməz, olsun həzar əfsus, Biz bipənahə rəhm et, vəslündən etmə mə`yus, Eylər dad hamı aləm, ya Sahibi-zəmanə. Zülmün ziyadə eylər əhli-cəfa dəmadəm, Olmuş ziyadə möhnət, ağlarlar əhli-aləm, Eylər bizə şəmatət ə`da hər il mühərrəm, Yet dadə bu mühərrəm, ya Sahibi-zəmanə. Bir yanda əhli-aləm dutmuş Hüseyn əzası, Yas üstə əhli-kinə tökdi dübarə yası, İslamə hər gün artar ə`dalərün cəfası, Miri-Səfavü Zəmzəm, ya Sahibi-zəmanə. İslamın aldı ə`da əldən hər ixtiyarın, Nəmrudi-sani oldı əhli bu ruzigarın, Bombardman eləllər Peyğəmbərin məzarın, Qan ağlarux dəmadəm, ya Sahibi-zəmanə. İslamı etdi ə`da İslam dininə yağı, Düşmən əlində qaldı Peyğəmbərün rəvağı, Qarurə oldı axır İslamın ittifaqı, Həm Məkkeyi-müəzzəm, ya Sahibi-zəmanə.

Page 129: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 129

Səndən əlavə yoxdur bir kəs hərayə gəlsün, Yasə batublar ümmət, bəzmi-əzayə gəlsün, Zəhra əlində mə`cər, matəmsərayə gəlsün, Ümmət dutubla matəm, ya Sahibi-zəmanə. Şad olmarux cəhanda, qərq olmuşux əzayə, Gəh ağlarux Hüseynə, Zəhrayə, Mürtəzayə, Axır bu nə sitəmdür eyləllə Müstəfayə, Əsbabı et fərahəm, ya Sahibi-zəmanə. Nadim o gül cəmalun etsün ziyarət istər, Dari-fənadə içsün cami-şəhadət istər, Ruzi-cəzadə səndən şiən şəfaət istər, Heyrətdə qaldı aləm, ya Sahibi-zəmanə.

ƏDƏBİYYAT:

1. Poetik məclislər. Bakı, Yazıçı, 1987

2. Nəsrəddin Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan, 2010

3. Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. Bakı, Yazıçı, 1981

Page 130: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

130 Hikmət

Möhsün Nağısoylu filologiya elmləri doktoru

Zirvədəki farsdilli əlyazmalar

Məlum olduğu kimi, fars dili qədim zamanlardan başlayaraq uzun bir

müddət ərzində bütün Yaxın və Orta Şərqdə şeir, poeziya dili kimi şöhrət taparaq geniş bir coğrafi məkanda yayılmış, bu üzdən də müsəlman Şərqinin bir sıra dahi söz ustaları əsərlərini məhz bu dildə qələmə almışlar. İstər mötəbər tarixi qaynaqlar, istərsə də günümüzə qədər gəlib çatan qədim əlyazma kitabları, fars dilinin orta yüzilliklərdə sözügedən bölgələrdə məhz belə bir şərəfli missiyanı uğurla daşımasını açıq-aşkar şəkildə sübuta yetirir. Dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan ərəbqrafikalı Şərq əlyazmalarının əlimizdə olan kataloqlarına əsasən deyə bilərik ki, farsdilli əlyazma kitabları say baxımından yalnız ərəbdilli əlyazmalardan geri qalır. Bədii tərtibat və nəfislik baxımından da farsdilli əlyazmalar Şərq əlyazma kitabları sırasında öncül yerlərdən birini tutur. Ümumiyyətlə, əsrlərin yadigarı olan qədim əlyazma kitabları üzərində aparılan müşahidələr göstərir ki, orta yüzilliklərdə müsəlman Şərqində kitabşünaslığın, əlyazmaşünaslığın, o sıradan bu sənətin tərkib hissəsi olan xəttatlıq və miniatür rəssamlığının inkişafında farsdilli bədii əsərlərin və onların əlyazmalarının misilsiz xidməti olmuşdur. Bu məsələ ilə bağlı onu da qeyd etmək lazımdır ki, nəstəliq və şikəstə nəstəliq xətləri ilk dəfə farsdilli mətnlərdə tətbiq olunmağa başlamış və bu xətt növləri farsdilli əlyazmaların səciyyəvi xüsusiyyətlərindən biri sayılmışdır.

Dünyanın müxtəlif muzey və kitabxanalarına məxsus əlyazma kataloqlarının diqqətlə öyrənilməsi göstərir ki, Şərq əlyazmaları sırasında Qurani-Kərimdən – müsəlmanların bu müqəddəs kitabından sonra ən çox yayılan əlyazmalar farsdilli əsərlərə aiddir. Həmin əsərlər sırasında zirvədə dayananlar aşağıdakılardır: Əbülqasim Firdovsinin qəhrəmanlıq epopeyası olan “Şahnamə”si, Nizami Gəncəvinin hikmət xəzinəsi sayılan “Xəmsə”si, Sədi Şirazinin dünya ədəbiyyatının nadir inciləri sırasında özünə şərəfli yer tutan “Gülüstan” və “Bustan”ı, Hafiz Şirazinin dillər əzbəri olan qəzəllər Divanı, Əbdürrəhman Caminin Qurani-Kərim hikməti ilə yoğrulan “Yusif və Züleyxa” məsnəvisi.

Bənzərsiz sənət abidəsi sayılan Əbülqasim Firdovsinin “Şahnamə” epopeyasının dünya əlyazma xəzinələrində beş yüzdən çox qədim və nadir

Page 131: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 131

əlyazması saxlanılır. Şərq əlyazmaları sırasında qədimliyinə görə birinci yerlərdə dayanan “Şahnamə”nin bir çox nüsxələri qədim və nəfis miniatürlərlə süslənmişdir. “Şahnamə”nin dünyada ən qədim nüsxəsi İtaliyanın Florensiya şəhərindəki Milli Kitabxanasında saxlanılır. Hicri tarixilə 614-cü ilin məhərrəm ayının 3-də (miladi tarixilə 9 may 1217-ci ildə) üzü köçürülən bu dəyərli əlyazma haqqında ilk dəfə İtaliya şərqşünası professor Ancelo Mikele Piyomonte 1976-cı ildə məlumat vermişdir (bax:1). “Şahnamə”nin bu ən qədim nüsxəsində əsərin mətninin yalnız əvvəlki hissələri (təxminən 22000 beyt) yazılmışdır. Bu nadir əlyazma haqqında həm İran alimləri (bax:1), həm də əfqan alimləri (bax: 2) geniş bilgi vermişlər. Qeyd edək ki, “Şahnamə”nin bu nadir nüsxəsi 1369/1990-cı ildə İranda keçirilən Beynəlxalq Firdovsi konfransı münasibətilə faksimile şəklində nəşr olunmuşdur. Onu da əlavə edək ki, “Şahnamə”nin bu nadir nüsxəsi, ümumiyyətlə, farsdilli ədəbi mətnlərin əlyazmaları sırasında tarix etibarilə ən qədim nüsxə sayıla bilər.

“Şahnamə”nin XIII yüzilliyə aid daha bir qədim əlyazması Londondakı Britaniya Muzeyində saxlanılır. 675/1276-cı ildə köçürülmüş bu nüsxə “Şahnamə”nin tam mətnini əhatə edir. Bu əlyazma “Şahnamə”nin ən qədim kamil nüsxəsi sayılır və əsərin Moskvada doqquz cilddə nəşr olunmuş elmi-tənqidi mətni üçün əsas götürülmüşdür.

Yeri gəlmişkən qeyd edək ki, “Şahnamə”nin bu məşhur tənqidi mətnində əsərin miladi tarixilə 1218-1227-ci illərdə Əlfəth bin Əli əl-Bəndari İsfahani tərəfindən ərəb dilinə edilmiş tərcüməsindən də bir qədim və dəyərli qaynaq kimi istifadə olunmuşdur (bax: 4,11). “Şahnamə”nin ərəbcəyə bu qədim tərcüməsi Firdovsinin sözügedən əsərinin hələ XIII yüzillikdə bütün islam dünyasında böyük şöhrət qazandığını sübut edən başlıca dəlillərdən biri sayıla bilər. Bundan əlavə bu tərcümə, ümumiyyətlə, farscadan ərəbcəyə edilmiş ilk bədii tərcümə nümunələrindən biri kimi dəyərləndirilə bilər və bu baxımdan Şərq tərcümə tarixinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələ ilə bağlı onu da qeyd edək ki, “Şahnamə” iki əsr sonra, yəni XV yüzillikdə Şərifi təxəllüslü bir şair-mütərcim tərəfindən osmanlı türkcəsinə də çevrilmişdir. “Şahnamə”nin bu klassik orta əsr tərcüməsi 56000 beytdən ibarətdir və farsca mətnə yaxındır (5,257-265).

Firdovsi “Şahnamə”sinin 733/1333-cü il tarixli Sankt-Peterburq nüsxəsi və 741/1340-cı il tarixli Qahirə (Darül-kütüb) nüsxəsi də əsərin qədim və dəyərli əlyazmalarından sayılır. XIV yüzilə aid bu əlyazmaların hər ikisi “Şahnamə”nin məşhur Moskva nəşrində (əsərin elmi-tənqidi mətnində) istifadə olunmuşdur.

Görkəmli İran alimi Əhməd Münzəvinin olduqca dəyərli “Fars əlyazmaları kataloqu”nda “Şahnamə”nin XIV yüzilliyə aid 60-a yaxın əlyazması və sonrakı yüzillikdə köçürülmüş 100-ə yaxın nüsxəsi haqqında qısa

Page 132: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

132 Hikmət

bilgilər verilmişdir. “Şahnamə”nin XVI əsrə aid əlyazma nüsxələrinin sayı isə 150-yə yaxındır (6, IV, 2936-2938).

“Şahnamə”nin əldə olan əlyazma nüsxələrindən bir çoxuna yüksək səviyyədə işlənmiş qədim miniatürlər çəkilmişdir ki, bu baxımdan da onlar ən dəyərli sənət əsəri kimi də diqqəti çəkir. Bu qəbildən olan “Şahnamə” əlyazmaları sırasında XIV əsrə aid Nyu-York nüsxəsinə 92 ədəd miniatür, 850/1446-cı il tarixli Britaniya muzeyi nüsxəsinə isə 85 ədəd miniatür çəkilmişdir. Dövrünün məşhur xəttatı olmuş Cəfər Təbrizi Baycunqurinin əli ilə köçürülmüş 833/1429-cu il tarixli Tehran Milli Kitabaxanasına məxsus bir “Şahnamə” əlyazması da yüksək səviyyədə tərtib olunmuş bənzərsiz sənət əsəridir. Bu dəyərli əlyazmada da 22 ədəd nəfis tərtibatla işlənmiş miniatür vardır (6, 2937-2939).

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda Firdovsinin “Şahnamə” əsərinin bir neçə dəyərli əlyazma nüsxəsi saxlanılır ki, onlardan ikisinə XVI yüzilliyə aid miniatür çəkilmişdir. Bu əlyazmalardan birində Baysunqurun sifarişi ilə yazılmış müqəddimə də vardır. Əlyazmalar İnstitutunda XIX əsr Azərbaycan şairi Abbas ağa Qayıbov Nazirin Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi “Rüstəm və Söhrab” dastanının üç əlyazması da saxlanılır. Nəzmlə tərcümə olunmuş “Rüstəm və Söhrab” dastanının bu əlyazmalarından biri avtoqraf nüsxədir. Həmin əlyazmalardan birində isə Firdovsinin həyatı haqqında 10 vərəqlik məlumat da vardır (11, 137).

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşər mədəniyyətinin nadir söz incilərindən sayılan “Xəmsə”sinin dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan qədim və nəfis əlyazmaları da say baxımından “Şahnamə” ilə bir sırada – zirvədə dayanır. Belə ki, böyük söz ustadının beş müstəqil ölməz poemasını özündə birləşdirən “Xəmsə”sinin dünya kitabxanaları və muzeylərdə saxlanılan əlyazmalarının ümumi sayı 500-ə yaxındır. Bundan əlavə “Xəmsə”yə daxil olan poemaların ayrıca 400-dən çox qədim əlyazması günümüzə qədər gəlib çatmışdır. Bu sıraya “Xəmsə”dəki ayrı-ayrı məsnəvilərin hələ orta yüzilliklərdə türkcəyə edilmiş tərcümələrinin (məsələn, Qütb Xarəzmi və Fəxrinin “Xosrov və Şirin” tərcümələri, Əhmədinin “İsgəndərnamə” tərcüməsinin və s.) əlyazmalarını da bu sıraya əlavə etdikdə yuxarıdakı rəqəm daha da artmış olar.

Gəncəli müdrikin hikmət xəzinəsi sayılan “Xəmsə”sinin əlyazmalarının ən qədimi 718/1318-ci ildə üzü köçürülmüş İrandaTehran Universiteti Kitabxanasında saxlanılır. Qeyd edək ki, Nizami “Xəmsə”sinin bu mövcud ən qədim nüsxəsində “Beşliy”ə daxil olan poemalardan yalnız üçünün (“Leyli və Məcnun”, “Həft peykər” və “İskəndərnamə”) mətninin üzü köçürülmüşdür. “Xəmsə”nin bu nüsxəsinin bir üstünlüyü də ondadır ki, əlyazma 17 ədəd qədim

Page 133: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 133

miniatürlə bəzədilmişdir. Bu miniatürlər mütəxəssislərin fikrincə qədim monqol üslubundadır və Nizami poemalarına çəkilən ən əski rəsmlərdir.

“Xəmsə”nin XIV yüzilliyə aid daha bir qədim və dəyərli əlyazması Təbriz Milli Kitabxanasında – Hacı Hüseyn Naxçivaninin kolleksiyasında saxlanılır (şifri: 1200) 754/1353-cü ildə köçürülmüş bu əlyazma Nizami “Xəmsə”sinin dünyada ikinci ən qədim nüsxəsi hesab olunur. Qeyd edək ki, bu nüsxədə də “Xəmsə” tam deyil: onda yalnız “Həft peykər” və “İskəndərnamə” poemalarının mətnləri köçürülmüşdür. Təbriz Milli Kitabxanasında saxlanılan “Xəmsə” əlyazmalarından daha biri XIV əsrə aiddir ki, bu nüsxəyə miniatür də çəkilmişdir (12, 142-144).

“Xəmsə”nin XIV yüzilliyə aid iki nüsxəsi isə Paris Milli Kitabxanasında saxlanılır. Həmin nüsxələrdən biri 763/1362-ci ildə, digəri isə ondan cəmi 4 il sonra, yəni 767/1366-cı ildə köçürülmüşdür. Ümumiyyətlə, Nizami “Xəmsə”sinin bu yüzillikdə üzü köçürülən nüsxələrinin sayı cəmi 20-dir ki, onlar dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılır.

XV yüzilliyə aid “Xəmsə” əlyazmalarının ümumi sayı isə 100-ə yaxındır. Sonrakı əsrdə - XVI yüzillikdə Nizami “Xəmsə”sinin əlyazmaları daha geniş şəkildə yayılmışdır. Belə ki, bu yüzillikdə üzü köçürülmüş Nizami “Xəmsə”si əlyazmalarının ümumi sayı 200-ü aşır (6, 2685-2696).

Nizami Gəncəvi “Xəmsə”sinin XV yüzilliyə aid əlyazmaları sırasında yuxarıda qeyd etdiyimiz kimi, indiyədək heç bir kataloqda qeyd olunmamış Kabil nüsxələri xüsusi yer tutur (bax: 13). Kabil şəhərindəki Milli Arxivdə Nizami “Xəmsə”sinin sözügedən yüzilliyə aid dörd nüsxəsi saxlanılır ki, onlardan ikisi xüsusilə əhəmiyyətlidir. Bu əlyazmalardan biri (N 101-22), ümumiyyətlə, orta əsr Şərq kitabşünaslığı sənətinin ən gözəl və kamil nümunələrindən biri sayıla bilər. 1493-cü ildə Hertada hazırlanmış bu əlyazmada Nizami “Xəmsə”si ilə yanaşı Əmir Xosrov Dəhləvinin dörd poeması və Əbdürrəhman Caminin “Həft övrəng” (“Yeddi taxt”) adı altında toplanmış yeddi poeması da vardır. Elə ənənəvi əlyazma topluları vardır ki, onlarda, adətən, Nizaminin ölməz poemaları vərəqlərin ortasında, haşiyədə isə davamçılarının əsərləri yazılmışdır. Sözügedən əlyazmada isə bu ənənə pozulmuşdur, yəni ortada Caminin əsərləri, haşiyədə isə Nizaminin poemaları yazılmışdır. Fikrimizcə, bunu həmin əlyazmanın Əbdürrəhman Camiyə xüsusi hörmət bəslənilən Heratda hazırlanması, həm də bu böyük söz ustadının vəfatından cəmi bir il sonra tamamlanması ilə izah etmək olar. Əlyazmanın xalçaşəkilli naxışlarla bəzədilmiş ilk qoşa səhifəsinin ortasında rombşəkilli medalyon basılmışdır. Xalçanın kənarları əlvan gül-çiçəklə və müxtəlif həndəsi fiqurlarla haşiyələnmişdir. Bu səhifələr başdan-başa qızıl suyu və əlvan boyalarla naxışlanmışdır. Böyük rombların içərisində hər üç şair “söz aləminin sultanı” adlandırılır, kitabın isə “qiymətli incilər xəzinəsi” olması göstərilir.

Page 134: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

134 Hikmət

Sonrakı qoşa səhifədə Caminin “Süleyman və Bilqeyis” əsərlərinin süjetlərinə çəkilmiş iki miniatür vardır ki, onları əfqan tədqiqatçıları Sultan Hüseyn Bayqara dövrünün şah əsərlərindən hesab edirlər. Gözəl nəstəliq xəttilə yazılmış əlyazmanın bütün vərəqlərinin (onların sayı -413, ölçüsü 38x27 sm-dir) baş və ayaq hissələrində ornamentlər çəkilmiş, naxışlar vurulmuşdur. Milli Arxivdə saxlanılan digər “Xəmsə” əlyazmasının (N 79-9) ən böyük dəyəri ondadır ki, onu “xəttatlar sultanı” Sultanəli Məşhədi köçürmüş və nüsxəyə “Şərqin Rafaeli” adlandırılan Kəmaləddin Behzad 10 ədəd miniatür çəkmişdir. 315 vərəqlik əlyazmada hər bir poemanın əvvəlində bəzəkli dördkünc bədii ünvan vardır. Mətn dörd sütunda yazılmış, başlıqlar qızıl suyu və göy boya ilə işlənmiş narın çiçəklərlə haşiyələnmişdir.

Qeyd etmək lazımdır ki, orta yüzilliklərdə xəttatlıq müsəlman Şərqində incəsənətin ayrıca bir növü kimi yüksək dəyərləndirilmiş, incə zövqlə, nəfis şəkildə hazırlanmış və zəngin bədii tərtibatla bəzədilmiş əlyazmalar ən qiymətli sənət əsəri hesab edilmişdir. Bu qəbildən olan sənət əsərlərinin hazırlanmasında təkcə dövrün ən məşhur xəttatları deyil, eyni zamanda peşəkar cildçi (“səhhaf”), naxışçı (“müzəhhib”) və miniatürçü rəssamlar da (“müsəvvir”) çalışmış, öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmişlər. XV yüzilliyin ikinci yarısında və sonrakı yüzillikdə əlyazmaşünaslıq-kitabşünaslıq sənəti və onun ayrılmaz bir qolu olan miniatür rəssamlığı öz inkişafının ən yüksək zirvəsinə çatmışdır. Bu sahədə Azərbaycan rəssamlıq məktəbinin xüsusi payı və çəkisi olmuşdur. Bu dövrdə əlyazmaşünaslığın, xüsusilə də miniatür rəssamlığının inkişafında Nizami Gəncəvi “Xəmsə”si böyük rol oynamışdır. Nizami Gəncəvinin qələmindən çıxan poemalar xüsusi sifarişlə dövrün ən görkəmli xəttatları tərəfindən köçürülmüş, ən istedadlı və mahir miniatürçü rəssamlar onlara bənzərsiz təsvirlər-miniatürlər çəkmişlər. “Zərrinqələm” ləqəbi ilə tanınan məşhur xəttat Şah Mahmud Nişaburinin 946/1539 – 949/1543-cü illərdə xüsusi olaraq Səfəvi hökmdarı şah I Təhmasib üçün hazırladığı “Xəmsə” əlyazması buna parlaq misaldır. İngiltərənin Britaniya Muzeyində saxlanılan bu dəyərli əlyazma nüsxəsinə dövrün ən istedadlı altı rəssamı – Sultan Məhəmməd, Ağa Mirək, Mir Müsəvvir, Mirzə Əli, Mir Seyid Əli və Müzəffər Əli ümumi sayı 14 olan gözəl miniatür çəkmişlər. Sonralar, yəni XVIII yüzillikdə rəssam Məhəmməd Zaman bu bənzərsiz əlyazmaya daha 3 miniatür çəkmişdir. “Xəmsə”nin bu nadir əlyazmasındakı miniatürlərdən 11-i hələ 1912-ci ildə Londonda nəşr olunmuşdur (8,141). Nizami “Xəmsə”sinin Sultan Məhəmmədin miniatürləri ilə bəzədilmiş digər bir əlyazması isə Amerikada Morqan muzeyində qorunub saxlanılır. Bu dəyərli nüsxədə məşhur rəssamın qələmindən çıxmış 48 ədəd miniatür vardır. Qeyd edək ki, Şah Mahmud Nişaburinin 907/1501-02-ci ildə köçürdüyü daha bir nəfis “Xəmsə” əlyazması İstanbulda Topqapı Sarayı kitabxanasında saxlanılır (7,16).

Page 135: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 135

Nizami Gəncəvi “Xəmsə”sinə daxil olan poemaların da bəzilərinin ayrıca qədim əlyazma nüsxələri günümüzə qədər gəlib çatmışdır. Bu baxımdan “Xəmsə”nin ilk poemasının – “Məxzənül-əsrar”ın “Sirlər xəzinəsi”nin Londondakı İndia Office kitabxanasında saxlanılan nüsxəsinin müstəsna əhəmiyyəti vardır. Belə ki, hicri 637-ci (miladi 1239-cu) ildə köçürülmüş bu nüsxə, ümumiyyətlə, Nizami əsərləri əlyazmaları içərisində ən qədim sayılır (7,42).

“Xəmsə”yə daxil olan sonuncu poemanın – “İskəndərnamə”nin, daha doğrusu, onun birinci hisəsi olan “Şərəfnamə”nin qədim nüsxələrindən biri də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan bu nüsxə hicri 821-ci/ miladi 1418-ci ildə köçürülmüşdür. “Şərəfnamə”nin bu nüsxəsi, ümumiyyətlə, dünyada bu əsərin ayrıca hazırlanmış nüsxələri içərisində ən qədimi sayılır. Nüsxənin daha bir dəyəri onun əvvəlində ustalıqla işlənmiş bədii ünvanın, 84a vərəqində isə monqol üslubunda çəkilmiş qədim bir miniatürün olmasıdır. İskəndərin İrana gəlişini və buradakı atəşkədəni dağıtması səhnəsini əks etdirən bu miniatürdə XIV yüzilliyin miniatür üslubu ilə səsləşən ünsürlər müşahidə olunur (9,40). Bu miniatür bütün dünyada Nizami əsərlərinə çəkilmiş miniatürlər sırasında tarixilik baxımından üçüncü illüstrasiya sayılır (9,4). M-535 şifrli bu nüsxə incə nəsx xəttilə köçürülmüşdür, həcmi 92 vərəqdir. Onu da əlavə edək ki, “Şərəfnamə”nin elmi-tənqidi mətninin tərtibində istifadə olunmuş əlyazmaların əksəriyyətində sonda 25 beytlik bir hissə vardır. Bir çox tədqiqatçıların fikrincə, bu hissə “Şərəfnamə”yə sonradan katiblər tərəfindən artırılmışdır və Nizami Gəncəvi qələminə məxsus deyil. Həmin hissə “Şərəfnamə”nin Bakı nüsxəsində yoxdur, deməli, bizim əlyazma daha qədim və mötəbər nüsxədən köçürülmüşdür.

Qeyd edək ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvi əsərlərinin 25 ədəd əlyazması saxlanılır ki, onlardan 18-i “Xəmsə”, digərləri isə dahi söz ustadının ayrı-ayrı poemalarından ibarət nüsxələrdir. Bu nüsxələrin hər biri yazılı abidə kimi ilk növbədə nəfisliyi və incə bədii tərtibatı ilə seçilir. Nizami “Xəmsə”sinin Bakı nüsxələri içərisində ən qədimi M-500 şifrli əlyazmadır. İlk növbədə mətninin tamlığı, mükəmməlliyi ilə seçilən “Xəmsə”nin bu Bakı nüsxəsində poemalar ənənəvi şəkildə, xronoloji qaydaya əməl olunmaqla köçürülmüşdür. Əlyazmadakı hər bir poemanın əvvəlində qızıl suyu və çeşidli rəngli boyalarla işlənmiş gözəl bədii ünvan vardır. “Xəmsə”yə daxil olan bütün poemaların mətnləri qızılı cizgilərlə çərçivəyə alınmış iki sütunda gözəl və narın nəstəliq xətti ilə köçürülmüş, başlıqlar isə nisbətən iri süls xətti ilə yazılmışdır. Bütövlükdə 700 vərəqdən (1400 səhifədən) ibarət olan bu nüsxədəki yazılar və ünvandakı naxışlar öz təravət və gözəlliyini qoruyub saxlaya bilmişdir. Əlyazmada vərəqlərin haşiyələrində incə xətlə Nizami ədəbi

Page 136: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

136 Hikmət

məktəbinin ilk davamçısı sayılan Əmir Xosrov Dəhləvinin “Xəmsə”si yazılmışdır ki, bu da həmin nüsxənin dəyər və əhəmiyyətini daha da artırır. Əmir Xosrov Dəhləvinin fars dilində qələmə aldığı “Xəmsə”si də eyni xətlə köçürülmüşdür və bədii tərtibat baxımından Nizami Gəncəvi poemalarından seçilmir. Bununla belə, katib müəyyən mənada Nizami Gəncəvinin dahiliyini və bu bənzərsiz sənətkara bəslənilən dərin hörməti daha qabarıq göstərmək üçün əlyazmadakı vərəqlərin haşiyələrində yerləşdirilmiş Dəhləvi poemalarının başlıqlarını qızıl suyu ilə deyil, qırmızı boya ilə işləmişdir. Davudi təxəllüslü şair təbli bir şəxsin köçürdüyü bu əlyazmanın sonunda katibin 47 beytlik qəsidəsi yazılmışdır. Qəsidədə hər iki “Xəmsə”ni böyük diqqət və səliqə ilə köçürməsindən söz açan Davudi şeirlə verdiyi maddeyi-tarixdə nüsxənin köçürülmə tarixini 825/1421-ci il kimi göstərir.

Fars bədii nəsrinin şah əsəri sayılan Sədi Şirazinin “Gülüstan” əsərində müsəlman Şərqinin bu dahi söz ustadının dərin fəlsəfi-irfani fikirləri, yüksək bəşəri düşüncələri öz əksini tapmışdır. Əxlaqi-didaktik məzmunlu “Gülüstan” istər dilinin sadəliyi, istər məna tutumunun dərinliyi, istərsə də özəl bədii quruluşu ilə dünya ədəbiyyatının nadir incilərindən sayılır. Əsərdə xalqlar və insanlar arasında dostluq və bərabərlik, əxlaqi saflıq və ucalıq, nəciblik və sadəlik, xeyirxahlıq və alicənablıq, düzlük və təmizlik, mərdlik və səxavət kimi insani keyfiyyətlər, yüksək mənəvi dəyərlər tərənnüm olunur. Məhz bu yüksək bəşəri ideyalarına və bənzərsiz bədii keyfiyyətlərinə görə “Gülüstan” yarandığı dövrdən başlayaraq uzun bir müddət ərzində bütün Yaxın və Orta Şərq ölkələrində ən çox oxunan, sevilən kitab olmuş və bu bölgələrdə fəaliyyət göstərən çoxsaylı təlim-tədris müəssisələrində-mədrəsələrdə başlıca tədris vasitələrindən biri rolunu oynamışdır. Görkəmli əlyazmaşünas alim, istedadlı mütərcim, fars ədəbiyyatının gözəl bilicilərindən sayılan Məmmədağa Sultanovun yazdığı kimi, müsəlman Şərqində dünyaya göz açan insanların çoxu hələ uşaq yaşlarında “Gülüstan”la tanış olmuş, onu heyranlıqla mütaliə etmiş və ömrünün sonuna qədər bu bənzərsiz kitabın cazibəsindən ayrıla bilməmişdir.

Məhz bu üzdən də “Gülüstan” əsəri qədim əlyazma kitablarının sayına görə farsdilli əlyazmalar pilləsində ən yüksək zirvədə dayanır. Dünyanın müxtəlif muzey və kitabxanalarında Sədi Şirazinin bu əsərinin 600-dən çox qədim və nəfis əlyazması saxlanılır. “Gülüstan”ın əlyazmaları içərisində ən qədimi əsər yazılandan 12 il sonra, yəni 668/1269-cu ildə üzü köçürülmüş nüsxədir. Tehran Milli Kitabxanasında saxlanılan “Gülüstan”ın bu ən qədim və nəfis nüsxəsi Tehranda faksimile şəklində nəşr olunmuşdur (6, V, 3602). Sədi “Gülüstan”ının daha bir qədim əlyazması dahi söz ustadının “Küliyyatı” daxilindədir. Tarixi qeyd olunmayan bu nüsxə paleoqrafik xüsusiyyətlərinə görə XIV yüzilliyin əvvəllərinə aid edilir. Sədi “Küliyyatı”nın Düşənbədə saxlanılan

Page 137: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 137

bir əlyazması isə mütəxəssislərin fikrincə XIII yüzilliyin sonlarında köçürülmüşdür (10,16).

Yeri gəlmişkən qeyd edək ki, “Gülüstan”ın Moskvada 1959-cu ildə görkəmli şərqşünas alim Rüstəm Əliyev tərəfindən hazırlanmış elmi-tənqidi mətnində doqquz qədim əlyazma nüsxəsindən istifadə olunmuşdur ki, onlardan birinə 12 ədəd miniatür çəkilmişdir (10,15-25). Çoxsaylı “Gülüstan” nüsxələrindən daha ikisinə - Böyük Britaniya muzeyində saxlanılan 919/1513-cü il və 975/1567-ci il tarixli əlyazmalar da miniatürlüdür.

Sədinin “Gülüstan” əsərinin üzü ən çox XVI yüzillikdə və sonrakı dövrdə köçürülmüşdür. Belə ki, XVI əsrin yadigarı olan “Gülüstan” əlyazmalarının ümumi sayı 100-dən artıq olduğu halda, XV yüzillikdə bu rəqəm 20-yə bərabərdir. Bundan əlavə “Gülüstan” orta yüzilliklərdə öncə müxtəlif türk dillərinə, sonra isə Avropa dillərinə tərcümə edilərək ölkələri, sərhədləri aşmış və geniş bir coğrafi məkanda yayılmışdır. “Gülüstan”ın ən qədim tərcümələrindən biri Seyf Sərainin 793/1391-ci ildə tamamladığı və “Gülüstan bit-türki” adlandırdığı kitabı sayılır. “Gülüstan”ın qıpçaqcaya sərbəst-yaradıcı tərcüməsi olan bu əsərdə Seyf Sərai farsca orijinalın mətnini gah qısaltmış, gah ona əlavələr etmiş, gah da hekayətlərin yalnız məzmununu verməklə kifayətlənmişdir. “Gülüstan”ın türkcəyə qədim tərcümələrindən biri də 833/1430-cü ildə tamamlanmışdır. “Kitabi-Gülüstannameyi-Şeyx Sədi” adlandırılmış bu tərcümə Mustafa bin Qazı Araca məxsusdur. Bundan əlavə “Gülüstan”a XVI əsrdə Süruri və Şəmi ərəbcə və türkcə şərhlər yazmışlar. “Gülüstan”ın özbəkcəyə də orta əsr tərcümələri vardır.

Bütün bunları nəzərə aldıqda, təbii ki, “Gülüstan”ın əlyazmalarının sayı bir qədər də artmış olur. “Gülüstan”ın Avropa dillərinə tərcüməsinə gəldikdə isə, bu sahədə atılan ilk addımlardan biri 1651-ci ilə aiddir. “Gülüstan”ın həmin ildə Amsterdamda hazırlanan nəşrində kitabın səhifələrinin sol tərəfində farsca mətn, sağ tərəfindən isə Georgi Gensin latıncaya tərcüməsi verilmişdir (bax: 10,9). Həmin yüzillikdə məşhur holland alimi və səyyahı Adam Oleari isə “Gülüstan”ı alman dilinə çevirmişdir. Adam Olearinin bu tərcüməsi XVIII yüzillikdə ruscaya da tərcümə olunmuşdur. Əsərin fransız dilinə ilk tərcüməsi də XVII əsrdə yerinə yetirilmişdir. Sonrakı yüzillikdə - XIX əsrdə isə “Gülüstan” doqquz dəfə ingilis dilinə tərcümə və nəşr edilmişdir. Həmin yüzillikdə əsərin rus dilinə tərcüməsi də çap olunmuşdur.

Bütün bunlar açıq-aşkar şəkildə sübut edir ki, Sədinin “Gülüstan” əsəri müxtəlif dillərə tərcümə olunmaq, geniş bir coğrafi məkanda yayılmaq baxımından da ən yüksək zirvədə durur.

Sədinin nəzmlə qələmə aldığı yüksək əxlaqi-didaktik məzmunlu “Bustan” əsərinin əlyazmaları da geniş yayılmışdır. Ümumi sayı 300-dən çox əsərin əlyazmaları içərisində ən qədimi müəllifin “Küliyyatı”ndadır. Tehran Məclis

Page 138: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

138 Hikmət

Kitabxanasında saxlanılan bu əlyazma 753/1352-ci ildə köçürülmüşdür. “Bustan”ın ən qədim və nəfis nüsxələri sırasında Mir Əli Herəvi və Şah Mahmud Nişaburinin qələmindən çıxmış əlyazmalar xüsusilə əhəmiyyətlidir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Bustan”ın ən qədim və nəfis nüsxələrindən birinin xəttatı isə Sultan Əli Məşhədidir (tarixi: 899/1493). Bu nüsxənin daha bir üstünlüyü ondadır ki, əlyazmada yüksək sənətkarlıqla çəkilmiş 3 ədəd miniatür də vardır. Ümumilikdə isə, Əlyazmalar İnstitutunda Sədinin “Gülüstan” və “Bustan” əsərlərinin yüzdən çox əlyazması saxlanılır ki, onlardan bir neçəsinin Azərbaycan türkcəsində sətiraltı tərcümələri də verilmişdir. Sədi Divanının əlyazmalarının ümumi sayı isə, 150-yə yaxındır. Beləliklə, bütünlükdə götürdükdə Sədi əsərləri əlyazmalarının ümumi sayı 1000-dən çoxdur ki, bu rəqəmə əlyazmaşünaslıqda nadir hallarda təsadüf olunur.

Sədi Divanının ən qədim əlyazması Tehran Məclis Kitabxanasında saxlanılır (tarixi: 721/1321). Burada Sədi Divanı ilə bağlı bir incə məsələni də qeyd etmək yerinə düşər. İbn Bəzzaz Ərdəbilinin “Səfvətüs-səfa” əsərində (759/1357) göstərilir ki, Şeyx Səfiəddin Ərdəbili gəncliyində Şeyx Sədi ilə görüşmüş və böyük söz ustadı öz əli ilə yazdığı Divanını Ərdəbildən gələn gəncə hədiyyə etmək istəmiş, lakin o, bu hədiyyəni qəbul etməmişdir. Bu maraqlı fakt Sədi Divanının avtoqraf nüsxəsinin olmasını sübut edir, lakin həmin Divan, təəssüf ki, əldə yoxdur.

Şərqdə irfani qəzəlin ustadı sayılan Hafiz Divanın əlyazmaları da geniş yayılmışdır. Şairin Divanının müxtəlif yüzilliklərdə üzü köçürülmüş əlyazmalarının ümumi sayı 400-ə yaxındır. Qeyd edək ki, orta əsr şairlərindən heç birinin Divanının əlyazmaları bu qədər geniş yayılmamışdır. Hafiz Divanının ən qədim əlyazması Tehran Milli Kitabxanasında saxlanılır. Şairin cəmi 22 qəzəli yazılmış bu əlyazma faksimile şəklində nəşr olunmuşdur. Hafiz Divanının ən qədim nüsxələrindən biri Hindistanda saxlanılan 796/1393-cü il tarixli əlyazma hesab olunur. Ustad şairin Divanının əlyazmalarından bir neçəsi Sultan Əli Məşhədinin və Şah Mahmud Nişaburinin qələmindən çıxmışdır. Maradlıdır ki, Divanın Bakıda-Əlyazmalar İnstitutunda saxlanılan XVII əsrə aid iki əlyazmasına miniatürlər də çəkilmişdir.

Yaxın və Orta Şərq xalqları ədəbiyyatının ən tanınmış simalarından biri olan Əbdürrəhman Caminin Quran motivləri əsasında qələmə aldığı “Yusif və Züleyxa” məsnəvisinin əlyazmaları da geniş yayılmışdır. Müəllifin “Həft ovrəng” əsərinin beşinci məsnəvisi olan “Yusif və Züleyxa”nın mövcud əlyazma nüsxələrinin ümumi sayı 300-dən çoxdur. Maraqlıdır ki, bir çox mütəxəssislərin fikrincə “Yusif və Züleyxa”nın iki nüsxəsi avtoqrafdır, yəni Caminin öz əli ilə yazılmışdır ( 6,IV, 3331-3332). Həmin avtoqraf əlyazmalardan biri Tehran Milli Kitabxanasında, digər isə Sankt-Peterburqdakı

Page 139: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 139

Şərqşünaslıq İnstitutunun Kitabxanasında saxlanılır. “Yusif və Züleyxa”nın əlyazmalarından bir neçəsi isə məşhur xəttatlardan Sultan Əli Məşhədi və Şah Mahmud Nişaburinin əli ilə köçürülmüşdür.

Bakıdakı Əlyazmalar İnstitutunda da “Yusif və Züleyxa” məsnəvisinin 50-dən çox əlyazması saxlanılır ki, onlardan bir çoxunda farsca mətnin Azərbaycan türkcəsinə sətiraltı tərcüməsi də yazılmışdır. Cami Divanının əlyazmalarına gəldikdə isə, onların ümumi sayı 150-yə yaxındır. Həmin əlyazmalardan biri isə, mütəxəssislərin fikrincə, Caminin öz xətti ilə köçürülmüşdür.

Ən çox üzü köçürülən, daha geniş yayılan fasdilli əlyazmaların təhlili göstərir ki, onların çoxu XV-XVI əsrlərə aiddir. Bu fakt isə sübut edir ki, məhz həmin yüzilliklərdə əlyazmaşünaslıq, kitabşünaslıq sənətinə daha yüksək əhəmiyyət verilmiş və nəticədə sözügedən dövrdə ən nəfis və yüksək tərtibata malik farsdilli əlyazmalar hazırlanmışdır. Sultan Əli Məşhədi, Şah Mahmud Nişaburi kimi məşhur xəttatların fəaliyyəti nəticəsində bu dövrdə əlyazmaşünaslıq, kitabşünaslıq sənəti öz inkişafının ən yüksək-zirvə nöqtəsinə çatmışdır. Bundan əlavə bu dövrün yadigarları olan Sultan Əli Məşhədinin “Siratüs-sütur”, Mir Əli Herəvinin “Midadül-xütut” və Qazı Əhmədin “Gülüstani-hünər” adlı risalələri (bax: 8) bilavasitə xəttatlıq, əlyazmaşünaslıqla bağlı qələmə alınmışdır ki, bu da həmin dövrdə bu sənətə yüksək qiymət verilməsini sübut edən dəlillərdən biri sayıla bilər. Orta yüzilliklərin ən məşhur rəssamlarından sayılan Kəmaləddin Behzad, Ağa Mirək, Sultan Məhəmməd, Mirzə Əli Təbrizi kimi sənətkarlar da bu dövrdə yaşayıb-yaratmışlar.

Beləliklə, bütün bu deyilənlərə yekun olaraq söyləyə bilərik ki, orta əsrlərdə müsəlman Şərqində əlyazmaşünaslıq, kitabşünaslıq sənəti geniş yayılmış və bu sahədə farsdilli əlyazmaların müstəsna rolu olmuşdur. ƏDƏBİYYAT: ، چاپ عکسی از روی نسخه "در باره دست نوشت موزه فلورانس، شاھنامه فردوسی" رواقی، علی، .1

١١- ۴۴ص ١٣۶۹ق، تھران، ۶١۴بخانه ملی فلورانس مورخ کتاچاپ کابل، " خراسان"، مجله "کھن ترين نسخه دستياب شده از شاھنامه"محمد حسين بھروز، مايل ھروی، .2

۷٠- ۸۴، ص ١٣۶١سال ،١٠شماره سال ١۴ه حبيبی، عبدالحی، آغاز پژوھش ھای نودر شاھنامه شناسی، مجله خراسان، چاپ کابل، شمار .3

٣-۴۵، ص ١٣۶٢ فردوسی، شاھنامه، متن علمی انتقادی ، جلد اول، مسکو، ھمچنين -محمد نوری عثمانوف، پيش گفتار .4

١۷مقاله اشاره شده دکتر علی رواقی، ص ١٣، ص ١۹۹١ و -١۶و ١۵ياسا کوفسکی، آنانيناس، قديم ترين ترجمه شاھنامه به زبان ترکی در عصرممالک مصرقرن .5

. ۲۵۷- ٢۶۵ص، تھران، انسانیمجله دانشکده ادبيات و علوم و ٣۹٣۶ - ٣۹٣۸، ص ١٣۵١منزوی، احمد، فھرست نسخه ھای خطی فارسی، جلد چھارم، تھران، .6

٣۶٠۲جلد پنجم، ص 7. Каграманов Дж.В., Аллахяров К.Г. Рукописи произведений Низами Гянджеви в мировых хранилищах. Баку, «Элм», 1987.

Page 140: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

140 Hikmət

8. Казиев А.Ю. Художественное оформление азербайджанской рукописной книги XIII-XVII вв., Москва, 1977. 9. Денике Б.П. Сюжеты поэм Низами в искусстве Азербайджана и Востока XV-XVII веков. – Альманах «Низами», т.4., Баку, 1947. 10. Алиев Р.М. Основные публикации «Гулистан» Сади, описание использованных рукописей и принципы составления текста. – «Сади Гулистан». М. Изд. вост. лит., 1959. 11. Əlyazmalar kataloqu (tərtib edən: Məmmədağa Sultanov). Bakı, 1963. 12. Məmmədova Mehri. Nizami “Xəmsə”sinin nəfis əlyazma nüsxələri. – “Orta əsr əlyazmaları və Azərbaycan Mədəniyyəti problemləri”. C. IX, Bakı 2004, s.139-144. 13. Nağıyev Möhsün. Nizami əsərlərinin Kabil nüsxələri. – “Elm və həyat”, Bakı, 1990, №1-2, s.33-34.

Page 141: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 141

Tahirə Nurəliyeva

Əlyazmalar İnstitutununaparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Əbdürrəhman Cami əsərlərinin şəxsi

kolleksiyalarda vəqf olunmuş nüsxələri

Azərbaycan çoxəsrli və zəngin tarixə malikdir. Bu tarix izləri ən qədim

zamanlardan gəlib müxtəlif yollarla bizə çatan nəfis əlyazmalarda öz əksini tapmışdır. Dünyada, bəşər tarixində, mədəniyyətin meydana gəlməsi, eləcə də Azərbaycanda əlyazma kitabının yaranması ayrı-ayrı sənət sahiblərinin, xəttat, rəssam, katib, cildçilərin səyi, zəhməti hesabına meydana gəlmişdir. Bəşər mədəniyyətinin mühüm sahələrindən olan kitabın tarixi çox qədimdir. Belə ki, ilk kitabələr Şumerlərlə bağlıdır. Şumer kitabələrinin, dünyada məlum olan bir çox daşüstü piktoqramaları, qədim Misir papirusları müasir kitabların sələfi hesab etmək olar. Bu baxımdan kitabın tarixinin 7.000 ilə yaxın olduğunu görürük. Kitabın əsas, daha real forması nəsx xəttilə yazılmış “Avesta”nın dəri üzərində olan yazılarıdır.

Azərbaycanda isə ilk kitabələr Qobustanın Böyükdaş dağında I əsrə aid kitabəsinin qayaüstü rəsmləri, Mingəçevir Alban yazıları orta əsr daşüstü olan kitabələr, epiqrafik abidələr və başqaları ilə ümumiləşdirmək olar.

Əlyazma abidələr əsasən şah və vəzirlər, şahzadələr, sultanların xüsusi sifarişi ilə hazırlanmışdır. Həmin nəfis nüsxələr qiymətli-dəyərli mal kimi şəxsi kolleksiyalarda mühafizə edilir sonralar müxtəlif yollarla Əlyazmalar İnstitutuna təqdim olunurdu. Bunlar içərisində Cami əsərlərinin nüsxələri də çoxluq təşkil edir.

Nizami ədəbi məktəbinin görkəmli nümayəndəsi, fars-tacik şairi və filo-sofu, ədəbiyyatşünası, musiqişünas və xəttat olan Nurəddin ibn Nizaməddin Əb-dürrəhman ibn Əhməd Cami Tacikistanın Cam şəhəri yaxınlığında 7 noyabr 1414-cü ildə anadan olmuş, kiçik yaşlarından ailəsi ilə birlikdə Herata köçmüş-dür. Heratda görkəmli müdərris alimlərdən dərs almış, nəqşibəndlik təriqətini

Page 142: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

142 Hikmət

qəbul edərək Şeyx Sədəddin Kaşqarinin (vəf.t.1456) tələbəsi olmuşdur. Heratda Sultan Süleyman Bayqara dövründə nüfuz sahibi olan

Əbdürrəhman Cami Əlişir Nəvai ilə çox yaxın dostluq və yaradıcılıq əlaqəsi saxlamışdır. Fars və ərəb dillərində 40-dan artıq elmi və bədii əsərlərin müəllifi olan Cami Heratda 9 noyabr 1492-ci ildə vəfat etmişdir.

Əbdürrəhman Caminin yazıb-yaratmış əsərləri müxtəlif yollarla müxtəlif kolleksionerlər tərəfindən toplanaraq mühafizə edilmiş və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna verilmişdir. Qədim tarixi olan bu abidələr kolleksionerlər və şəxsi kitabxana sahiblərinin bilik və mədəni səviyyəsini göstərən qiymətli qaynaqlardandır. Bu məqalədə həmin əlyazmalardan bir neçəsi şəxsi kolleksiyalardan və vəqf olunmuşlar haqqında bəzi qeydlərdən məlumat veriləcəkdir. Bunlardan Caminin “Yusif və Züleyxa” əsərinin əlyazma nüsxələrini nəzərdən keçirərək, onların əksəriyyətinin azərbaycanlılar tərəfindən köçürüldüyü aşkarlanır. Həmin əlyazmaların katibləri azərbaycanlı Hacı Abdulla ibn Mustafa (B-7134), Cəfər vələdi Fətəli (B-7457), Məhəmmədsadıx ibn Şəfi Gəncəi (S-86), digəri şair və publisist Abdulla Şaiqin kolleksiyasından gələn katib Məhəmməd ibn Allahyar Muğanlı (B-2039) və bir çoxlarını göstərmək olar ki, bu da fars-tacik şairi Əbdürrəhman Caminin əsərlərinin Azərbaycan müəlliflərinin kitabxanasında olması tacik və Azərbaycan ədəbi əlaqələrinin qədimliyini göstərir. Bu haqda geniş məlumat, böyük şərqşünas alim, Əlyazmalar İnstitutunun professoru mərhum Cənnət xanım Nağıyevanın çoxlu sayda məqalələri, “Əbdürrəhman Cami əsərlərinin Bakı nüsxələri”, “Azərbaycanda Cami” və başqa monoqrafiyalarından öyrənmək olar.

Yuxarıda adlarını sadaladığımız nüsxələrindən biri B-2039/3664 şifrli əlyazma görkəmli şair və publisist Abdulla Şaiqin kolleksiyasında saxlanılan nüsxədir. Əlyazma ağ, saya vərəqlərə nəstəliq-şikəstə xəttilə qara, başlıqlar isə qırmızı mürəkkəblə yazılmışdır. Əlyazmanın Abdulla Şaiq kolleksiyasından olmasını sübut edən qeyd aşağıdakı məzmundadır. Qeyddə: “Talıbzadə Abdulla Şaiq bin Mustafa bin Süleyman bin Talib”, üzərində “عبده سليمان (Onun (Allahın) qulu Süleyman) – sözləri yazılmış möhür basılmışdır. Möhürün tarixi qeyd edilməmişdir. Son vərəqdə ərəb istilahlarının azərbaycanca tərcüməsi və azərbaycan-fars dillərində müxtəlif şeir nümunələri verilmişdir.

Əlyazma azərbaycanlı katib Məhəmməd ibn Allahyar Muğanlı tərəfindən köçürülmüşdür. B-2275/3900 şifirli “Yusif və Züleyxa” əlyazma nüsxəsi də Abdulla Şaiq kolleksiyasındandır. Caminin Novruz Ağayev (1874-1947) kolleksiyasından gələn, vaxtı ilə Əlyazmalar Fondunun əməkdaşı və bilikli əlyazmaşünas, yazılı abidələrin qədrini bilən, səyahətləri zamanı onları toplayaraq zəngin kitabxana yaratmış, sonralar isə həmin əlyazmaların əksəriyyətini İnstituta təqdim etmişdir. Bunlardan B-80/1098 şifr altında

Page 143: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 143

mühafizə edilən Caminin “İnşa”sıdır. Əlyazmaya N.Ağayevin üzərində ərəb əlifbası ilə “نووروز آقايوف” və rus dilində “Баку, Новруз Агаев” – sözləri yazılmışdır.

B-1664/3289 şifirli “Silsilətüz-zəhəb” (f.d.) adlı əsəri də Novruz Ağayev kolleksiyasındandır. Abidə çox nadir nüsxələrdədir. Caminin Azərbaycanda Əlyazmalar İnstitutunda saxlanılan “Həft övrəng”ə daxil olan “Silsilətüz-zəhəb” ilə müqayisədə aydınlaşdı ki, bu mükəmməl əlyazma tarixlik baxımından qədimdir. Cami əsərlərinin Bakı nüsxələrindən biri də A-287/ şifr altında saxlanılan hekayə, rəvayət və kiçik məsələlərdən ibarət “Sübhətül-əbrar” nüsxəsi Azərbaycan elmi ictimai mədəni fikri inkişafı tarixində böyük yer tutan nümayəndələrindən biri Abbasqulu ağa Bakıxanov Qüdsinin (1794-1847) zəngin kolleksiyasındandır. Əsərə Sultan Süleyman Bayqara, Şeyx Rəşid Osman Çələbi və başqaları ilə yazışmaları daxildir. Məktublar içərisində rəsmi və dostlarına yazılmış məktublar çoxluq təşkil edir. Bu yazılarda müəmmalar, müxtəlif məzmunlu beytlərə, hətta rübailərə də rast gəlmək mümkündür.

Mətn ağ, saya vərəqlərə nəstəliq xəttilə qara mürəkkəblə yazılmışdır. Zərli bir ornamentli kiçik başlığı vardır (ölçüsü: 14x20sm., həcmi: 104 vərəq). Cildi qəhvəyi rəngli meşindəndir. İki sütunda yazılmış, qırmızı xətlərlə çərçivəyə alınmışdır. Titul vərəqində üzərində “Aşkar haqqın sahibi Allahdan başqa Allah yoxdur. Onun (Allahın) qulu Abbasqulu, 1244(=1832)” sözləri yazılmış möhür basılmış və kitab haqqında, yazdığı qeydlər öz xəttilədir.”Kitab ürəkaçan nemətdir, Allahın köməyilə istənilən şəxsə verirəm” və “İndi mənimdir, sonra isə qeyrilərinin olacaq” qeydləri verilmişdir. Əsər maraqlı sonluqla bitir: “Bunu qurtardım Allahın köməyi ilə, Allah bizim sahibimizdir. Bütün xeyir işlərin böyüyüdür (Ağasıdır). Bu kitabı qurtardım rəcəb ayının 28-də h.106-ci sənəsində Peyğəmbərin hicrətində (1651-ci ilin 4 iyul). Əlyazma h.1062(=1651)-ci ildə köçürülmüşdür. Katibin adı yazılmamışdır.

Cami əsərlərinin bir hissəsini vəqf olunmuş nüsxələr təşkil edir. Bunlar da öz paleoqrafik əlamətləri vəqf qeydləri və möhürlərinə görə maraqlıdır. İlk öncə əsərlərdən danışmazdan, vəqf haqqında qısa məlumat vermək məqsədəuyğundur. “وقف” ərəb sözü olub dini və xeyriyyəçilik məqsədilə dövlətin və müxtəlif şəxslərin könüllü bağışladığı daşınar və daşınmaz əmlakdır. Hər hansı bir əşyanı Allah yolunda kiməsə bağışlamaq sakin olmaq, bir yerdə durmaq, dayanmaq (pauza, fasilə) və başqa mənalar kəsb edir. Vəqfi idarə edən şəxs “Mütəvəlli” və ya “Nazir” adlanırdı. Vəzifəsi gəlirin toplanmasına nəzarət etmək idi. Mütəvəllini çox vaxt vəqf qoyan şəxs təyin edirdi. Bu vəzifə irsi də olurdu. Vəqf edilən əmlak nə satıla, nə də girov qoyula bilərdi. Vəqf yerlərində yığılan gəlir vəqf edən şəxsin istəyinə uyğun olaraq müalicə müəssisələrinin ehtiyacına, məscid və mədrəsələrə xərclənirdi.

B-3316/4941 şifrli ərəb dilində “Fəvaidüz-Ziaiyyə” əsərinin bu

Page 144: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

144 Hikmət

nüsxəsinin mətni ağ, saya vərəqlərə nəsx xəttilə qara mürəkkəblə yazılmışdır. Cümlələrarası bəzi söz və işarələr sözlərin altında çəkilmiş xətlər qırmızı mürəkkəblədir (ölçüsü: 16,5x23sm., həcmi: 193 vərəq). Cildi kartondan, şirazəsi qəhvəyi rəngli meşindəndir.

1b və 2b vərəqlərində eyni məzmunlu yazılmış vəqf qeydi aşağıdakı məzmundadır. “Bu kitabı vəqf edəni Allah-təala rəhmət eləsin. Dərbəndli Xəlifə”. 2a və 27a vərəqlərində ərəb əlifbası ilə yalnız ərəb əlifbası ilə “vəqf” sözü, 3a vərəqində isə “Dərbəndli Xəlifə bu kitabı öz övladına vəqf etdi” – qeydi vardır. Həmin qeydin yanında yumurtavari şəkildə basılmış möhürün üzərində “ ١٣١۶عبده طالب حسنی، ” (Onun (Allahın) qulu Talıb Hüseyni, h.1316(=1898) – sözləri yazılmışdır.

Əlyazmanın bütün vərəqlərinin haşiyələrində mətnlə əlaqədar qeyd və izahlar vardır. Əsər sondan naqis olduğu üçün katibi tarixi haqqında məlumat əldə edilmədi. Paleoqrafik əlamətlərinə - xətti, kağızı, cildinin şirazəsi və s. görə onu XVIII əsrə aid etmək olar.

Vəqf olunmuş nüsxələrdən biri də həmin əsərin D-407/10384 şifrli əlyazmasıdır. Ağ, saya vərəqlərə nəsx xəttilə yazılmış, yarımbaşlıqlar, mətnarası işarələr, sözlərin altından çəkilmiş xətlər, haşiyələrdə yazılmış bəzi qeydlər qırmızı mürəkkəblədir (ölçüsü: 21,5x34sm., həcmi: 236 vərəq). Cildi qəhvəyi rəngli meşindəndir, hər iki üzündə turunc var, həndəsi cizgilidir. Mətnin bir hissəsi (yarıya qədər) qırmızı mürəkkəblə çərçivəyə alınmışdır. Əsərin mətni 6a vərəqindən başlanır və həmin vərəqdə dörd yerdə “وقف خاس” (xüsusi vəqf –sözləri yazılmışdır. Vəqf qeydi aşağıdakı məzmundadır: “Həmin kitabı Məhəmməd Rəfi ibn Axund Molla Baba övladlarına və nəsildən-nəslə xüsusi vəqf etmişdir”.

Əlyazma h.1255(=1839)-ci ildə Məhəmməd Rəfi vələdi Molla Baba Rudbari (Badikubə) tərəfindən köçürülmüşdür.

Göründüyü kimi, əsərin katibi vəqf qeydinin sahibi Məhəmməd Rəfidir. Əlyazmanın xətti, cildi, tərtib prinsipləri əsərin izah və şərhləri nəzərə alındıqda onun nə dərəcə məharətlə, bacarıqla, yüksək səviyyədə tərtib edildiyi anlaşılır.

Caminin “Yusif və Züleyxa” əsərinin vəqf olunmuş fars dilində olan B-7457/11119 şifri altında saxlanılan nüsxəsinin mətni ağ, saya vərəqlərə şikəstə ünsürləri olan nəstəliq xəttilə qara, iki sütunda, başlıqlar qırmızı mürəkkəblə yazılmışdır (ölçüsü: 15x21,5 sm., həcmi: 147 vərəq). Cildi qəhvəyi meşindəndir. Üzərində turunc var, bir qapağı düşmüşdür. Bəzi söz və cümlələrin altından azərbaycan dilində izahlar verilmişdir.

2a vərəqində vəqf qeydi vardır. Qeyddə “Vəqfi Molla Abdulla və Seyid Əli Qışlaqi” – sözləri yazılmışdır.

1b vərəqinin başlanğıcında “Abdulla...” adlı şəxsə məxsus dördkünc möhür basılmışdır. Sonuncu 146b vərəqində “İmaməddin Nəsiminin “Ya

Page 145: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 145

Məhəmməd Mustafa” və “Donməzəm” rədifli iki qəzəli verilmişdir. Əlyazmanın mükəmməl sonluğu vardır. H.1242(=1861)-ci ildə Cəfər

vələdi Fətəli tərəfindən köçürüldüyü göstərilir və bir katib qeydi var. Hər ki, xand dua təm darəm, Ze an ki, mən bəndeyi günahkaram. (Tərcüməsi: Hər kim oxusa, ondan dua istəyirəm, Çünki, mən günahkar qulam).

Əsərin mətnində buraxılmış bəzi beytlər vərəqlərin haşiyələrində yazılmış

ara-sıra nüsxə fərqləri də verilmişdir. Bütün bunlar katibin xəttilədir. Ümumiyyətlə islam aləmində olduğu kimi, Azərbaycanın bütün

regionlarındakı kitabxanalar şəxsi əlyazma kolleksionerlərin səyi nəticəsində mühafizə edilən əsərlərin əlyazmalarının tədqiqi katib sahib, möhür, vəqf qeydlərinin aşkar edilib öyrənilməsi geniş xalq kütləsinə çatdırılması diqqətəlayiq məsələlərdəndir.

ƏDƏBİYYAT: 1. A.O.Макавельский. «Авеста». Баку, 1960, стр.25. 2. “Azərbaycan tarixi abidələri”. Bakı, 1958, səh.11. 3. R.M.Vahidov. “Mingəçevir III-VII əsrlərdə”, Bakı, 1961, səh. 137. 4. Cənnət Nağıyeva. “Azərbaycanda Cami” (əlyzmalar əsasında), Bakı, Elm, 2007.

Page 146: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

146 Hikmət

Якрям Баьыров, Ариф Рамазанов

 

Мящъур Ширванидян  гиймятли тапынты 

Азярбайъан ядябиййаты тарихинин щяля дя там шякилдя ачылмамыш

сящифяляриндян бири XVIII яср шаиримиз Мящъур Ширванинин ады иля баьлыдыр1. Бу эцня гядяр щяйаты щаггында ялимиздя щеч бир мялумат олмайан шаирин лирик ясярляриндян бир нечя нцмуня мцхтялиф ядябиййат топлуларында чап олунса да2, онун бизя гядяр эялиб чатмыш ян ири щяъмли ясяри олан «Гиссейи- Ширзад» поемасы бцтюв шякилдя няшр олунса беля3, тякъя Азярбайъан МЕА М. Фцзули адына Ялйазмалар Институтунда – халгымызын бу зянэин мяняви сярвят хязинясиндя сахланылан гядим ялйазмалар сящифяляриндя, мцхтялиф ъцнэ вя бяйазларын саралмыш вярягляри цзяриндя «Мящъур» тяхяллцсц иля имзаланмыш нечя-нечя шеир яски ялифбада юз охуъусуну, тядгигини эюзляйир.

Бу эцнлярдя, ялйазмаларын елми тясвири просесиндя, илк бахышда нязяри щеч бир яламяти иля ъялб етмяйян, ъилдсиз, бир нечя вяряглик, кичик щяъмли ялйазма фрагментинин сон сящифяляриндя Азярбайъан дилиндя олан бир мятн диггяти юзцня ъялб етди. Бцтцн палеографик яламятляриня эюря XIX ясрин яввялляриня аид олан бу ялйазмада XVIII яср шаиримиз Мящъур Ширванинин бящри-тявил формасында йаздыьы вя бу эцня гядяр бизя мялум олмайан ясяри кючцрцлмцшдцр4.

Чох бюйцк сяняткарлыгла ишлянмиш бу ясяр дини-тяригят рущунда йазылмыш, йцксяк бядиилийи бахымындан, реал щяйати сящнялярин тясвири, бу тясвирлярин юзцнямяхсус ахыъылыьы иля йцксяк поетик бир дяйяря маликдир. Щяр шейдян юнъя ися шаирин дцнйа эюрцшцнц, онун мяняви алямини, дини вя дцнйяви бахышларынын тянасцбцнц анламаг, дярк етмяк цчцн тядгигатчы-охуъуйа йени бир факт верир.

Гялямини мцхтялиф шеир формаларында сынамыш шаирин бу ясяри иля йахындан таныш олдугдан сонра инамла дейя билярик ки, Мящъур Ширвани щягигятян «рявантяб бир шаир» (Ф. Кючярли) олмуш вя ирсинин топлу щалында няшри ян йахын иллярин вязифяси кими гаршыда дурур.

Йени тапылмыш ясяри бцтюв шякилдя охуъулара тягдим едирик.

ЯДЯБИЙЙАТ:

1. Щямид Араслы. XVII-XVIII яср Азярбайъан ядябиййаты тарихи. АДУ няшриййаты,

Page 147: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 147

Бакы, 1956., с. 193-199.  Араз Дадашзадя. XVIII яср Азярбайъан лирикасы., «Елм»,

Бакы, 1980., с. 34.      Ялйар Сяфярли. XVII-XVIII ясрляр Азярбайъан епик шери.

«Йазычы», Бакы, 1982, с. 114-131.

2. Фиридун бяй Кючярли. Азярбайъан ядябиййаты., ъ. 1, Бакы, 1978, «Елм», с. 509-511.

Севдийим шерляр. ъ. 1., Тяртиб едяни: Ъ. Гящряманов., «Эянълик», Бакы, 1978., с. 104-

109.

XVII-XVIII ясрляр Азярбайъан ядябиййаты, ъ. 6, «Елм», Бакы, 1988., тяртиб едяни: Ъ.

Гящряманов. с. 292-301.

3. Мящъур Ширвани. Гиссейи-Ширзад., Тяртиб едяни: Ялйар Сяфярли., «Эянълик», Бакы,

1985., с. 7-50.

4. Азярбайъан МЕА М. Фцзули адына Ялйазмалар Институту. Шифр: А - 1280/30580,

щяъми: 4 вяряг.

Гясидейи-бящри-тявил мин кялами-Мящъур Щямди-хяллаг худавянди-гядирц ящядц фярдц сямивц сямядц халиги-би

мислц била ширкц шящи-лямйязялц бибядяли-самевц сяттарц язизц она йох мянзилц мява ки, одур халиги-давяр.

Ня яъяб зиб эцлцстаня верибдир, ачылыб сцнбцлц рейщан, гызарыб лалейи-неман, щамы эцл гюнчяси хяндан, даьылыб тцррейи-сцнбцл, охурц сярв дя бцлбцл, дюшяниб фярши-эцлц мцл, бязяниб сярви-сянубяр.

Ярьяван ъам верир нясдяряня, йасямяня, нарвяня, тутийи-шяккяршшкяня, шур дцшцбдцр чямяня, лаля чякиб синясиня даь, гачыбдыр зяьянц заь, дюнцб ъяннятя щяр баь, ъящан эцлшяни-фирдювс кими олду мцяттяр.

Ня бащар, алями-имканы сярасимя гылыб, ряяд олуб нярязянан, бярь чалар тири-шящабын шяфяги зцлмяти дахи итириб ябри-бащар ашиги-дилсцхтя тяк дидяси эирйан, еляйиб гюнчяни хяндан, даьыдыр гятрейи-баран, вяряги-эцлдя дейярсян дцзцлцбдцр дцрц эювщяр.

Неъя эюр сящни-чямян баьи-ирямдян верирц дям, ачылыб суривц ряна, гядящи-лалейи-щямра, эюз ачыб нярэиси-шящла, неъя ким шащиди-зиба, йяди-гцдрятля мцщянна охури, шур иля шейда гурулуб баьда хярэящ, тутуб алямляри ъящ-ъящ, няфяси-бади-сящярэящ даьыдуб эцлшяня янбяр.

Неъя бцлбцл едяр яфьан, щям олуб гцмри гязялхан, охури кябки-хошялван, ня нябатц ня ъямадц ня вцщушц ня тцйурц ня ъибалц ня шябц руз, ня зцлмятц ня нур, ярзц сяма, кювнц мякан, ъиннц пяри, бящрц сямяк, щурц мяляк, щям мящц хуршидц фяляк, ейлири играри-нцбцввят щамы сюйлялля сярасяр.

Ола мин шцкр худавянди-ъящаня, ки, бизя йоллады бцрщанц дялайил, ким ола мири-гябайил, ким ола никхясайил, ким ола бящри-фязайил, ким ола шухц шямайил улу ювсафына габил ки, одур шямси-зцща, бядри-дцъа, мири-щцда, бейти-сяфа, ярши-яла, Фатимянин бабы шящи-рузи-ъяза, хятми-пейямбяр.

Page 148: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

148 Hikmət Ола эюйдя ады Ящмяд шящи-Мянсурц мцяййяд, оду Мящмудц

Мящяммяд, сябяби-хилгяти-алям, шяряфи-зцмрейи-Адям, щамыдан якрямц язям, одур яввял, одур ахир, оду батин, оду защир, оду тяййиб, оду тащир ки, одур зиби-мянабир, ки, одур ряфи-ъябайир, дийярям мядщи мцкярряр.

Оду пейьямбяри-садиг, оду кяшшафи-щягайиг, ки, оду щяггя фариг, оду шащяншащи-мераъ, одур алямдян алыб баъ, щамы алям она мющтаъ, Щцсейнц Щясянин ъядди-кцбары еляйян сейрин щиъабаты ганадиля эязян, ъянняти-ризваня йетян, хялвяти-пакя данышан сирри-мяэудян гяйидян, щиълясиня тяйй елийян, тцрфят цл-ейн ичря тяамын таны ей мцнкири-бишярм, одур шафейи-мящшяр.

Шящи-ейвани-нцбцввят ки, одур сярвяри-цммят, ки, одур мябяди-щикмят, ки, одур мядяни-иззят, ки, одур баиси-хилгят, ки, одур мащи-ъялалят, оду шащяншящи-рифят, оду шяггцл-гямяр, етди буна шащид дц сямаватц зямин ящли, данаммазлар буну ейляйян инкар, йягин щейзц зина тохумудур ол накясц ябтяр.

Бу шащяншащя эюрцн кимди вясий, мядщини гыл эуш, дахи етмя фярамуш, едяр алями мядщуш, гулаг ас ки, эялир чешмя зийа, гялбя сяфа, кимдир оду мювла, Ялийй аливц яла вялийулла, йядулла, бир ады Ясядулла, бири Шафеи-цгба, бир ады сагийи-кювсяр.

Юлдцрян яждяри эящварядя шешмащя олан вягтя бюлян Ямри щяман Хяндягдя, Бядрц Щюнейни даьыдан, Фатещи-Сцффейнц Цщцд, зейгями-бибак, олан дцшмяня сяффак, шящи-мясняди-лювлак, чыхан кифти-рясуляллащя бейтуллащда, кимди ниэцн ейляди, тюкди йеря сындырды о эцн бцтляри йексяр.

Бярбярин сяддини ким баьлады, ким ширя чатыб щимя вя йа Яржянядя, кимдц ки, Сялманы алыб ширин ялиндян она бир дястя вериб нярэиси-шящла, эеня гейб олды, яйа мцнкири-надан, нийя инкар едисян фязлини Шура эеъяси, кимди йатан ъайи-Нябидя, ким едиб Берцл-ялям ъянэини, ъинниляри ким гырды, дяэцл йохса о шящ хаъейи-гянбяр?

Де эюрцм кимдян ютцр назил олуб айейи-Бялляь вя йа айейи-ял-Йювм вя йа айейи-Тятщир вя йа щярфи-Ликцл вя йа сурейи-Йасин, бахын ол сурейи-Рящманя нядир айейи-Мизан, нийя Мизан деди халиг нийя бяс аннамасыз ким нядц мизани-щягигят ки, одур Щейдярш-Сяфдяр.

Ким намаз цстя вериб хатямини саиля, йа кимдц верян куря гатар иля ъяващир, ейляйян бязл вя йа кимдц верцрди башыны кафиря, аллащ йолунда гул олуб, дост йолунда сатылан ракиби-Дцлдцл, шящи-дювран Щцсейнин атасы, Фатимянин зювъи, сяха каны онун мядщин едиб халиги-якбяр.

Ким иди дашя вуран бейдяьини Дцлдцля щей вырды, чякиб тиьи шярярбарыны щям шяггяляйиб Щариси-Тамы, кечиб Мярщябя бир тиь вуруб олду кцлахуди дц нимя, сярц мяьфяр бюлцнцб синейи-сяндуьиня бянд олмады, та зиня йетиб мяркябинин тянэини бичди, йетишцб дяэди йеря, бюлдц йери тиьи-дцпейкяр.

Йерц эюй лярзяйя эялди, бцрцйцб эярд ъящаны, вясяти-ярзц сяманы, щамы

Page 149: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 149

бу кювнц мяканы, шяряри-тиьи-дцсярдян дцшцб од тящти-сяра мцлкцня аз галды ки, мядум ола йерляр,гылыъы кечди ямири-ярябин, сярвяри-вала нясябин падшащи-зи щясябин, йедди йерин тящтиня бир шюлейи-азяр кими та доьрады шящпяр.

Шящи-дин Дцлдцля щей вурду, йетиб Хяндягя шящбази-сябцкбал кими, сычрады та Хяндяги кечди, йетишиб щялгейи-бабя, йапышыб сюйляди тякбир гязавц гядяри бющт апарыб сюйлядиляр шястцвя гурбан, вериб ол шащ тякан, эютдц дяри, пянъейи-ширяфкянц ширвяжянц мярданясиня, ъянэ гылыб фятщ еляйиб Хейбяри, та галды ады Фатещи-Хейбяр, бир ады Гатили-цдван, бир ады Гцдряти-Йяздан, бир ады Сярвяри- мярдан, бир ады Шафейи-цсйан, бир ады Фариси-мейдан, бир ады Мянбейи-ещсан, бир ады Мядяни-бцрщан, бир ады Натиги-Гуран, бир ады Гасими-ризван, бир ады Мязщяри-иман, бир ады Нури-нцмайан, бир ады Гиблейи-црфан, бир ады Гатили-Янтяр.

Кимдир айа, шяби-мераъда Ящмяддян алыб хатями дюрдцмъц эюэ цзря, де эюрцм, мцнкири-бишярм, нядир, шири-худа иля ядавят елямякдян нядц няфин, о чыхан пярдя далындан йяди-гцдрят ня ял иди ки, пейямбярля йейиб ширц бринъи, эютцрцб сиби эеня гейб олуб ял, йохса деэилди йяди-мювлайи- щцнярвяр?

Кимдц фитва верян Инъил иля Тювратц Зябурц Сцщцфя Мяккя евиндя, ким иди олду тявяллцд йеря дцшъяк дейясян, бцлбцли-шейдады эялиб нитгя фясащятля, бялаьятля, ибарятля, гираятля, щямян дям охуду хатями-пейьямбяря щяр дюрдцнц язбяр.

Кимдцр имдад елийян Адямц Щяввайя, верян Туря тяъялланы, ня Мусавц ня Исавц ня Йящйавц ня Илйасц ня Идрисц ня Ъяръисц ня Йягубц ня Яййубц ня Щарунц ня Хизрц ня Шуейбц ня Сцлейманц ня Исэяндярц ня Йусифц ня Йунисц ня Нущц ня Исщагц ня Зцлкитфц ня Давудц ня Лутц ня Йушя ня Мящяммяд, щамы пейьямбяря имдад елийиб, шири-худа, мяхфи деэил, эцндян олуб алямя язщяр.

Йазэилян мядщи-вялийуллащы, Мящъур, ня гядяр юмрцн ола, хювф елямя, Щяшр эцнцндян ня гямин варды сянин, олса эцнащун ядяди-риэи-бийабан ядядинъя, кяфи-дярйа гядяринъя, вясяти-ярзц сяма олса эцнащын, эеня бак етмя, Ялидир сяня чцн щадийц рящбяр.

Page 150: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

150 Hikmət

Zumrüd Rəhimova

Füzuli və Kaninin “Leyli və Məcnun” məsnəvilərində

səsləşən məqamlar1 Füzulinin “Leyli və Məcnun» məsənəvisi ideya - bədii vüsətinə görə XVII

yüzillikdən üzü bəri “Leyli və Məcnun» yazan kürd şairlərini həm yeni əsərlər yaratmağa, həm də bu gözəl sənət örnəyini öz ana dillərinə çevirməyə ruhlandırmışdır. Sonuncuya nümunə olaraq Əbdülcabbar ağa Kaninin (1902-1957) eyniadlı əsərini (1) göstərmək olar. Füzulinin “Leyli və Məcnun» məsnəvisini kürd dilinin sorani dialektinə çevirmiş Kani ölümündən sonra çap olunmuş əsərin müəllifi və tərcüməçisi kimi təqdim olunmuşdur. Kaninin kitabın həm də müəllifi olması fikri bu tərcümə əsərinin yeni dövrün deyil, orta əsrlərin tərcümə prinsipində yazıldığını göstərir. “Orta əsrlərdə mütərcim çevirdiyi əsərin müəllifi hesab edilir»di (2,9).

Füzulinin «Leyli və Məcnun» məsnəvisindən xeyli kiçik olan Kaninin eyniadlı əsərində ancaq sujet xətti izləndiyi üçün güclü ixtisarlara məruz qalmışdır.

Kani öz əsərini Füzulinin «Leyli və Məcnun» məsnəvisinin «Bu fuğrayi-misali- məhəbbətdir və Dibaçeyi- divani möhnətdir» bəhsinin altıncı beytinin ikinci misrası ilə başlamışdır. Bu barədə sözükeçən məqalədə bəhs olunduğu üçün Füzulinin «Bu, Məcnuni-biçarənin Kəbəyə üz urduğudur və Münacatla sevdası artdığıdır», «Bu, Kəbədən Məcnunun müraciətidir və Vühuş ilə müsahibətidir» Kaninin «Atası ilə Məcnunun Kəbəyə getməsi (və) Aciz olub qayıtması» bəhslərinin müqayisəli tədqiqi ilə mövzunu davam etdiririk.

Füzuli və Kaninin uyğun gələn növbəti bəhsləri Məcnunun Kəbə səfəri ilə bağlıdır. Məcnunun Kəbədə Allaha yalvarıb şəfa diləməsi- Nizamidən gələn bu ideya hər iki şairdə ətrafdakıların məsləhəti ilə baş tutur. Nizamidə:

بيچارگی و را چو ديدند ن کشيدنددرچاره گری زبا

گفتند به اتفاق يک سر

1 Bu mövzuda yazılmış "Füzuli və Kaninin "Leyli və Məcnun" məsnəvilərinin müqayisəli tədqiqi" adlı birinci məqalə "Elmi araşdırmalar" jurnalına təqdim olunub.Sözügedən bu tədqiqat isə onun davamıdır.

Page 151: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 151

کز کعبه گشاده گردد اين در حاجت گه جملۀ جھان اوست

) ٣,۴٨٣(محراب زمين و آسمان اوست

Onun çarəsizliyini gördülər, Çarə axtarmaqda dil tökdülər. Hamı birlikdə dedi ki, Bu qapı Kəbə (əli) ilə açılar, Bütün dünyanın hacət əli oradır, Yerin və göyün mehrabı oradır. ( 4,79)

Füzulidə:

Bir gün dedilər ona ki:- “Ey pir! Aləmdə sənə bu qaldı tədbir Kim, Kəbəyə eltəsən əsirin, Ola ki, Həq ola dəstgirin. Tövfi- hərəm olsa ona hasil, Sərgəştəlik ondan ola zail”. (5,91)

Kanidə:

روژه کی چه ند پيری کامل پيانگوت له مکه ی ممکنه مجنون بی عاقل

له ده رگه ی خو واده بی مقصود و حاصل )١,١٩(له وی زور که سی بووه شيتانی زائل

Bir gün bir neçə kamil pir ona dedi: Bunu etsən, Məcnunun ağıllanması mümkündür. Allahın dərgahında məqsəd hasil olur, Orada çox kəslərin dəliliyi keçib-gedib.

Füzuli və Kanidən verilmiş bu poetik örnəklərdə Kani «pir» sözünü

Füzulidən iqtibas etmiş və «Sərgəştəlik ondan ola zail» misrasında Məcnuna aid olan fikir Kanidə “çoxlarının dəliliyinin sağalması» kimi ifadə olunmuşdur.

Füzulinin “sərgəştəlik» sözünün lüğəti mənası Kanidə “şetani « (dəlilik) və “olsa hasil, ola zail» ifadələri “dəbe hasil», “buvə zail» kimi tərcümə olunmuşdur.

Füzulidə ata bu xeyir işə Məcnuna bir məhd tədarük etməklə başlayır. Kanidə isə ata səfərə hazırlıq görərək “Hüzura Qeys üçün təzə bir kəcavə gətirtdirir». (که ژاوک بو قيس احظاری کرد نوو)

Lüğəti mənası “beşik» olan ərəb mənşəli “məhd» sözünü Kani fars

Page 152: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

152 Hikmət

mənşəli “kəcavə(kəjav)» sözü ilə əvəz etmişdir. Nizamidə bu məqsədlə “məhməl» (kəcavə), “məhd» “beşik»

sinonimlərindən istifadə olunmuş və hər iki söz Azərbaycan dilinə “kəcavə» kimi çevrilmişdir.

چون موسم حج رسيد برخاست أشتر طلبيد و محمل آراست

فرزند عزيز را به صد جھد )٣,٤٨٣(بنشاند چو ماه در يکی مھد

Həc mövsümü çatınca qalxdı, Dəvə tələb etdi, kəcavə bəzədi. Yüz cəhd ilə öz əziz oğlunu Ay kimi bir kəcavədə oturtdu. (3,79-80)

Füzulinin Nizamidən iqtibas etdiyi və bir çox lüğətlərdə leksik anlamı

“beşik» olan “məhd» sözünün “əlv Qamusu-l-muhit» lüğətində “hündür bir yerdə taxt qurmaq» (təməkkənə va-imtəhəda əssənəmu unbəsətə fi irtifai) (6,352) mənasına təsadüf olunur.

Füzulidə Məcnunun dilindən verilmiş “Yarəb, bəlayi- eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!» mətləli qəzəlin bəzi beytlərini də Kani sözügedən bəhsinə qatmışdır:

وه ھا سوو کم بکه ی وه ک پوشی صحرا )١,٢٠(صبا ممکن بی بميگه ينيته له يال

Məni səhra otu kimi elə yüngülləşdir ki, Səbanın məni Leyliyə çatdırmağı mümkün olsun.

Bu beyt Füzulinin

Öylə zəif qıl tənimi firqətində kim, Vəslinə mümkün ola yetirmək səba məni. (5,94)

beyti ilə səsləşir. “Mümkün ola» və “səba» leksik vahidləri olduğu kimi, “öylə zəif qıl tənimi» ifadəsi “Məni səhra otu kimi yüngülləşdir» şəkilində ifadə olunmuşdur. Amma Füzulidə səbəb (firqətində) və məqsəd (vəslinə) bəlli olduğu halda Kanidə səbəb sanki unudulmuş, məqsəd isə Leyliyə çatmaq kimi mənalandırılmışdır. Kaninin

ھه تا ديت و جوانتر بی جمالی

)١.٢٠(له دل ذاعل نه بی يه کده م خه يالی

Page 153: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 153

Getdikcə camalı daha gözəl olsun, Ürəkdən getməsin bir an xəyalı.

beyti Füzulinin Getdikcə hüsnün eylə ziyadə nigarımın, Gəldikcə dərdinə betər et mübtəla məni! (5,93)

beytinə uyğundur. Beytlərin ilk misraları üst-üstə düşür, ikinci misralar isə eyni fikrin müxtəlif ifadə formalarıdır.

Füzulinin sözügedən beytində İlahi məşuqun hüsnü və aşiqin dərdi, Kanidə İlahi məşuqun hüsnü və aşiqin eşqinin artması arzu olunur. Hüsn, eşq və dərd irfani anlayışlardır. “Sufilərə görə Allah yeganə və mütləq gözəllik (“hüsnü-mütləq») idi (7.36). “Salik Həqqə doğru gedərkən Yaradanı hər an yeni bir cilvədə, yeni bir gözəllikdə görür. Odur ki, aşiqin də eşqi hər an artır (7,38).

Füzulidə aşiq ilahi sevgidən dərdinin, Kanidə isə eşqinin artmasını istəyir. Çünki “bu dərd aşiqi məşuqa daha çox cəzb edər... İlahi eşq istənilən bir dərddir. Dərd əhli də eşq əhli deməkdir (8,65).

Füzulinin 86 beytdən ibarət dörd başlıq altında verilmiş “Bu, Kəbədən Məcnunun müraciətidir və Vühuş ilə müsahibətidir», “Bu, Məcnunun dağ ilə müsahibətidir və Cari olan çeşmə ilə münasibətidir», “Bu, Məcnunun ğəzal ilə məqalatıdır və Eşq babında onunla olan halatıdıdır»,“Bu, Məcnunun Kəbutərə sərhi halıdır və Ondan iltimasi- tədarüki-mafilbalıdır» bəhsləri Kaninin 50 beytdən ibarət bir başlıq altında verilmiş “Məcnunun Kəbədən qayıtması (hərfən: çıxması) (və) Vəhşilərlə dost olması» bəhsi ilə verilmişdir. Füzulinin «Bu, Kəbədən Məcnunun müraciətidir və Vuhuş ilə müsahibətidir» və Kaninin adıçəkilən bəhsinin başlanğıcında bəzi beyt və misralar səsləşir. Bunu bir neçə örnəkdə nəzərdən keçirək.

Füzulidə: Bir-bir eşidib sözün atası, Bildi ki, qəbul olur duası. (5,95)

Kanidə:

که گو وی لی بوو دوعای مجنونی بابی )١,٢٠(يقين زانی دوعای مجنون قبول بوو

(Atası Məcnunun duasını eşidib yəgin bildi (ki), Məcnunun duası qəbul olur).

Verilmiş poetik örnəklərdə Kani Füzulinin türk mənşəli üç sözünü:

“eşidib» (güye le bu) “bildi» (zani) və “atası» (babi) kürd dilinə çevirib, ərəb mənşəli “dua», “qəbul» (“olur» köməkçi feili ilə) sözlərini isə orijinalda olduğu

Page 154: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

154 Hikmət

kimi işlədib. Oğlunun duasını eşidib ümidsizləşən atanın əhvalının təsviri üst-üstə düşür.

Füzulidə: Mümkün deyil oğluna səlamət. Çox qıldı fəğanü naləvü zar, Oğlundan ümidi kəsdi naçar. (5,95)

Kanidə:

چه ممکن گوتی مجنون ايدی چا بی گه له گريا و په ريشان و ملول بوو )١.٢٠(ملوح ياسی حاصل کرد له مجنون

Dedi: - “Məcnunun yaxşı olması mümkün deyil, Çox ağladı, pərişan və kədərli oldu. Müləvvəh Məcnundan ümidsizləşdi.

Füzulidə 4-cü və 6-cı misralarda “oğluna” və “oğlundan” leksik vahidləri Kanidə elə həmin mənanı ifadə edən “Məcnun” və “Müləvvəh” (Məcnunun atası) adları ilə əvəz olunmuşdur.

Füzulinin 26 beytdən ibarət “Bu, Məcnunun ğəzal ilə məqalatıdır və Eşq babında onunla olan halatıdır» bəhsi ilə Kaninin «Məcnunun Kəbədən qayıtması (və) Vəhşilərlə dost olması» bəhsinin 24 beytdən ibarət bir qismi mövzu və həcm baxımından səsləşir.

Füzulidə: Gördü ki, bir ovçu dam qurmuş, Daminə gəzallər üz urmuş. Ol damə cəfayi-çərxi ğəddar Bir ahunu eyləmiş giriftar. (5,98)

Kanidə:

)١,٢١(تصادف ديتی يه ک ما مز له داو بوو Təsadüfən gördü ki, tora bir ceyran düşüb.

Ümumiyyətlə, türk və fars mənşəli sözlərin fonetik dəyişikliyə uğrayaraq

işlənməsi kürd dilində müşahidə olunur. Ceyranın vəziyyətinin təsviri. Füzulidə:

Boynu burulu, ayağı bağlı, Şəhla gözü nəmli, canı dağlı. (5,98)

Page 155: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 155

Kani Füzulinin təkcə “gözü nəmli» ifadəsindən istifadə edib: )١,٢١(وه کوو نيز يکی بوو ديتی ده گريا

(Yaxınlaşanda gördü (ki,) ağlayır.) Füzulidə:

Əhvalına rəhm qıldı Məcnun, Baxdı ona, tökdü əşki-gülgun. (5,98)

Kanidə: ( ٢١,١) که ديتی جی به جی فکری بالو بوو

(Elə ki, gördü yerbəyerdən fikri dağıldı.) Füzulidə Məcnun ovçuya yalvarır ki, ahunu azad etsin. Onun hər yalvarışı

ovçuya xitabla, çağırışla başlayır. Xitab və təkrir poetik füqurları ilə işlənmiş bu şeir parçasında bədii təsir və emosionallığı artırmaq və ovçunun qəlbində rəhm oyatmaq üçün təkririn ön rədif, yaxud anafora şəklindən istifadə olunmuşdur.

Yumşaq-yumşaq dedi ki: “Səyyad! Rəhm eylə bu mişkbu ğəzalə! Rəhm etməzmi kişi bu halə? Səyyad, bu natəvanə qıyma! Səyyad, sağın, cəfa yamandır! Bilməzsənmi ki, qana qandır? Səyyad, mənə bağışla qanın! Yandırma cəfa oduna canın!”(5,98)

Kanidə Məcnun ovçuya deyil, ceyrana xitab edir və onu özünə oxşar

sanır: کوتی آسک چبوو سوو چت له دنيا

ئه توش وه ک من مه گه ر توش بال بوی ؟ )١,٢١(له احباب و ره فيقا نت جودا بوی؟

Dedi: “Ceyran, dünyada günahın nə idi? Sən də mənim kimi məgər bəlaya tuş olmusan? Dostlarından, yoldaşlarından ayrı düşmüsən?”

Sonra ovçuya xitab edir və onu ceyrana rəhm etməyə çağırır:

به خوشی پی ی گو صيادی ماھر سخا و بخلت ئه بی ايستا که ظاھر

ئه گه ر واز بينی له م آسکه ی کريمی ده بی معلوم شفيقی و ھم سليمی

Page 156: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

156 Hikmət

)١,٢١( ث به گيا نيکبو يه ک لوقمه مه به با عXoşluqla ona dedi: “Ey mahir səyyad! Səxavətin və xəsisliyin indicə məlum olar. Əgər bu ceyrandan vaz keçsən, comərdsən. Məlum (un) olsun şəfqətli və eyibsizsən. Füzulidə ovçunun cavabı yığcam və konkretdir: Səyyad dedi: “Budur məaşım! Açman ayağın gedərsə başım. Qətlində bu seydin etsəm ehmal, Ətfalü əyalıma nolur hal?” (5,98)

Kanidə isə nisbətən genişləndirilib:

کوتی صياد ئه من ھه ر راوه کارم له به ر محتاجی به ر ناده م شکارم

ئه گه ر ضايع بی ئه مرو ئه م غزاله الهله برسان زيقه يی مال و من

له بازار ئه يفروشم ئه يبه م ئه الن له بو مندالم ئه کرم خواردن و نان دياره تو که بوو آسکه دلت سوت

)١.٢١(ده فه ر موو تو به قيمه ت بيکره بو خوت

(Səyyad dedi: “Mən ovçuyam, Ehtiyac üzündən ovumu vermərəm. Əgər bu gün bu ceyran olmasa, Külfətim acından ölər. İndi aparıb bazarda satacağam, Uşaqlarıma yemək, çörək alacağam. Görünür, sənin ceyrana ürəyin yanır, (Elə isə) buyur, pul ver, al!”

Məcnun ahunun onu tərk etməsini istəmir. Füzulidə:

Yaşım kimi getmə çeşmi-tərdən, Kəsmə ayağın bu rəhgüzərdən! Sərçeşmeyi-çeşmin eylə mənzil, Sərmənzilimizdən olma ğafil! Olsun bəbəgim qərargahın, Əşkü müjə ab ilə giyahın. (5.99) Kanidə:

Page 157: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 157

نه لی ی را که م له داو رزگار کراوم بروی ليم ھه ر وه کوه فرميسکی چاوم

ئه که رھه تبی وه فانا بی جودايی نفاليیله گه ل می الزمه ھه ر گيا

ئه من پيم خوشه دو چاوم جيگات بی )١,٢٢(سرشکم آوو موژگانم گيات بی

Tordan azad olmuşam, qaçaram demə. (Birdən) göz yaşım kimi məndən gedərsən Əgər sənin vəfan olsa, ayrılmazsan. Fədakarlıq edib mənimlə olmağın lazımdır. Mənə xoşdur iki gözüm yerin olsun, Göz yaşım suyun, kirpiyim otun olsun.

Füzulidə Məcnun heç bir şərt qoymadan göz bəbəyində ahuya yer verir və

onu öz yanında saxlamaq istəyir. Kaninin Məcnunu da bu fikirdədir. Füzulinin “Yaşım kimi getmə» ifadəsi Kanidə “(Birdən) göz yaşım kimi gedərsən» şəklində ifadə olunub. Verilmiş örnəklərdə son beytlər üst-üstə düşür. Hər iki halda Məcnunun göz yaşı suya, kipriyi ota bənzədilir. Məcnunun ahudan “vəfa” və “fədakarlıq” diləməsi fərqli bir nüans kimi gözə çarpır.

Kani Füzulinin leksikonundan alınma ərəb və fars mənşəli “ğəzal”, “ahu” leksik vahidlərinə kürd mənşəli “ask”, “mamız” sözlərini əlavə edərək bu sözü dörd variantda işlətmişdir.

Məcnunun Kəbədən Leylinin obasına doğru üz tutduğu yolda “dağ” və “ahu” obrazlarından sonra ovçu toruna düşmüş göyərçini xilas etməsi epizodu Nizamidə və onun “Leyli və Məcnun” yazan davamçılarında yoxdur. Ancaq Füzulidə və onun təsirilə yazan şairlərdə bu obraza təsadüf olunur. Bertels bu epizod haqqında yazırdı: “Maraqlı epizoddur, belə ki göyərçin qədimdən Veneranın simvolik quşudur (9,306). Körpə ikən bir gözəlin qucağında kiriyən Qeysi Məcnun edən sevgi və gözəllik məfhumları göyərçin obrazının Məcnuna ruhən nə qədər yaxın olduğunu göstərir.

Füzulinin göyərçinə həsr etdiyi 31 beytdən ibarət “Bu, Məcnunun Kəbutərə şərhi-halıdır və Ondan iltimasi-tədarüki-mafilbalıdır” bəhsinə Kani 14 beytlə cavab vermişdir.

Füzuli tora düşmüş göyərçinin halını təşbih və mübaliğə poetik füqurları ilə işlənmiş bir beytlə təsvir etmişdir:

Hər rövzəni-dami bir dəri-ğəm, Min ğəm mutəvəcceh ona hər dəm. (2,100).

Page 158: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

158 Hikmət

Burada torun hər bacası bir qəm qapısına bənzədilir və hər qapıdan göyərçinin üstünə min qəm yağır. Qəmin dərəcəsi birin minə nisbətində mübaliğə poetik füqurunu yaradıb.

Bu səhnəni görən Məcnunun vəziyyətinin təsvirini də şair bir beytlə ifadə etmişdir.

Məcnun ona baxdı, yandı canı, Yaşı kimi cuşə gəldi qanı. (2,100)

Kani yenə öz sadə və yığcam üslubuna sadig qalaraq Füzulinin iki beytinə

Məcnunun halını təsvir edən bir misra ilə cavab vermişdir. Yenə fikri, xəyalı dəyişdi (hərfən: dağıldı) (1,22).

Məcnunun göyərçini azad etmək üçün ovçuya yalvarışı, xahişi Füzulidə bir, Kanidə iki beytlə ifadə olunmuşdur.

Füzulidə: Səyyadına eylədi təzərrö, Qurtarmağın eylədi təvəqqö (2,100).

Kanidə:

يهته ماشا ی کرد که صيادی له ال بو الی صيادی چوو کردی تکايه کوتی مه ردی ئه تو الم وايه صياد

) ١,٢٢(رجام ناگری بکه ی ئه م کو تره آزاد Gördü ki, yanında bir səyyad var, Səyyada yaxınlaşıb xahiş etdi. Dedi:“Səyyad, mənə elə gəlir sən mərdsən Xahişimi yerə salma (hərfən: qırma) bu göyərçini azad elə.

Ahu ilə bağlı epizodda olduğu kimi burada da ovçu ovu dolanışıq

məqsədilə tutduğunu söyləyir. Bu epizodda bəzi misraların üst-üstə düşməsinə nəzər salaq.

Füzulidə: Səyyad dedi ki: “Mən fəqirəm, Fəqirə bu həmamə tək əsirəm”. (5,100)

Kanidə:

کو تی صياد ئه من برسی و فقيرم )١.٢٢(نيه راخه م له مالی يه ک حه سيرم

Page 159: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 159

Səyyad dedi: “Mən ac və fəqirəm, Evə salmağa bir həsirim yoxdur.

Füzulidə:

Gər var isə qiymətin, əda qıl, Ondan bunu damdan rəha qıl. (5,100)

Kanidə:

بو خوت ئه گه ر پاره ت ھه يه بيستينه )١.٢٢(به بی قيمت چلونی به ر بده م بوت

Əgər paran varsa, (ver) götür özünə, Pulsuz onu sənə necə verim?

Füzulidə:

Variydi qolunda bir düri-tər, Şəffaf cü dideyi-kəbutər,

Kanidə:

له ده س مجنون بو يه ک گه و ھه ری چاک )١.٢٣(کله باتی پاره دايی مه ردی چاال

Məcnunun qolunda (hərfən: əlində) yaxşı bir gövhər vardı. Pul əvəzinə diribaş kişiyə verdi.

Bu beytlərdə Kani “qiymət” sözünü Füzulidən iqtibaş etmiş, saflığı,

gözəlliyi ilə göyərçinin gözlərinə bənzədilən Məcnunun qolundakı duri-təri sadəcə “yaxşı” (çak) epiteti ilə qiymətləndirmişdir.

Beləlıklə, Füzulinin 124 beytdən ibarət beş bəhsinə, o cümlədən Məcnunun dilindən bir gəzəlinə Kani 77 beytdən ibarət iki bəhslə cavab vermişdir. Müqayisəli təhlil və tutuşdurmalar variantlarda uyğun gələn, üst-üstə düşən, həmcinin ideya, məzmun, sənətkarliq və həcm baxımından fərqlənən xüsusiyyətlərin olduğunu göstərir. Lakin məqalənin həcm məhdudluğunu nəzərə alarag səsləşən, üst-üstə düşən nümunələrin müqayisəli təhlili ilə kifayətləndik.

QAYNAQLAR: 1. يله و مجنون وه رگير و دانه رعبدالجبار آغای کانی، چاپخانه ی کوردستان ، له 2. Ataəmi Mirzəyev, Azərbaycan bədii tərcümə tarixi və Füzuli, «Avrora», Bakı-2009. 3. کليات خمسۀ نظامی گنجوی مطابق با نسخۀ تصحيح شدۀ استاد وحيد دستگردی اھتمام پرويز بابايی تھران،

٢ج ١٣٨٣سۀ انتشارات نگاه، موس4. Nizami Gəncəvi, Leli və Məcnun, filoloji tərcümə, izahlar və qeydlər professor

Page 160: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

160 Hikmət

Mübariz Əlizadənindir, Elm, Bakı -1981. 5. Məhəmməd Füzuli, əsərləri, II cild, Azərbaycan SSR EA Nəşriyyatı, Bakı -1958. 6. -التاريخ . بيروت. داراسجيل. لالجز االو. ف مجدالدين محمد بن يعقوب الفيروزآبادیتالي. القاموس المحيط ٧٨۶ 7. Səadət Şıxıyeva, Orta əsrlər ədəbiyyatında “eşq» anlayışı, Cahan, N2. 8. Nəsib Göyüşov, Təsəvvüf anlamları və dərvişlik rəmzləri, “Tural-Ə» Nəşriyyat Poliqrafiya mərkəzi, Bakı-2001 9. Евгений Эдуардович Бертельс, Низами и Фузули, Избранные труды, т.2, Издательство Восточной Литературы, Москва, 1962

Page 161: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 161

Mədəniyyət xəbərləri

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda İran Mədəniyyət Həftəsinin açılış mərasimi keçirilib. Tədbir hər iki ölkənin himni ilə başlanıb. Bu mərasimdə İran Mədəniyyət və islamı irşad nazirindən başqa, səfir doktor Bəhrami, Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri, Mədəniyyət və islamı Əlaqələr Təşkilatının sədrinin film işləri üzrə müavini Şəməqdri, millət vəkili Cəfəri, Mədəniyyət və islamı Əlaqələr Təşkilatının beynəlxalq əlaqələr şöbəsinin sədri İmanipur və həmçinin bu təşkilatın rəsmilərindən olan Əli İsmaili də iştirak etmişlər.

Daha sonra İranın mədəniyyət, təbiət, iqtisadiyyat və sənayesini əks etdirən videorolik nümayiş olunub. “Qurani-Kərim”in oxunuşundan sonra Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, Azərbaycan müstəqilliyin ilk illərindən İrana dost kimi baxıb və əlaqələrin inkişafına önəm verib. Nazir mədəniyyət həftəsinin prezident İlham Əliyevin xüsusi diqqətində olduğunu da qeyd edib: «Bu tədbir mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcək».

İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni də iki ölkə arasında tarixi və mədəni əlaqələrin olduğunu vurğulayıb. O qeyd edib ki, alimlər və incəsənət xadimləri həmişə insanları sülh, dostluq, ədalət və düzlüyə dəvət ediblər. Proqramın sonunda Bidel qrupunun konserti icra olunmuşdur.

Nizami və Şəhriyarın iki ölkə mədəni əlaqələrindəki önəmi araşdırıldı.

İİR- nın Azərbaycan Respublikasında mədəniyyət günləri çərçivəsində 4 oktyabr 2011-ci il tarixində Nizami və Şəhriyarın iki ölkə mədəni əlaqələrindəki rolları müzakirə olundu. Bu elmi iclasda 70 dən çox alim., ədib və şair iştirak etmişdir. Mədəniyyət Mərkəzinin sədri öz çıxışında bildirdi ki, bu iki məşhur şair Nizami və Şəhriyar haqqında keçirilən ilk konfransdır. O, bu iki məşhur şairin iki ölkənin mədəni əlaqələrindəki önəminə işarə edərək dedi ki, iki həmin əlaqələri gücləndirmək üçün bu sahədə müştərək konfranslar keçirilməlidir.

Sonra professor Vasim Məmmədəliyev çıxışında dedi ki, fars dilində şeirdən ləzzət almaq istəyənlər bu iki şairin əsərlərini oxusun. Bu konfransın əvvəlində Milli kitabxananın sədri Tahir Kərimov xöş gəldin deyərək bu konfransın elmi və mədəni əlaqələrin genişlənməsindəki əhəmiyyətini bildirdi. İrandan olan şair ustad Əsğər Şahi, Şəhriyarşünas ustad Əmini, İ.İ.R. mədəniyyət nazirinin müşaviri doktor Məhəmməd əli Münfərid, professor Şahin Fazil, və bir neçə başqa şair və ədib də Nizami və Şəhriyar haqqında öz şeirlərini və fikirlərini bildirdilər. Qeyd etmək lazımdır ki, bu konfrans İran mədəniyyət günləri çərçivəsində keçirilmişdir.

Page 162: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

162 Hikmət Azərbaycanda İran Mədəniyyəti günləri çərçivəsində Muzey

Mərkəzində İranın rəngarəng incəsənət sərgisi. Rəsmi açılış öncəsi dövlət himnləri səslənib, Qurani-Kərimdən ayələr oxunub.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ölkəmizdə İran Mədəniyyət günləri arzulanan və çoxdan gözlənilən idi.

İranın mədəniyyət və irşad naziri Seyyid Məhəmməd Hüseyni bildirib ki, bu tədbirlə iki ölkənin sənət adamları arasında yeni mövsüm başlayır.

Sərginin rəmzi açılışını bildirən lent kəsildikdən sonra tamaşaçılar İranın 31 vilayətinin mədəniyyəitini, mənzərəsini, tarixi yerlərini əks etdirən foto, xəttatlıq işləri, ağacoyma, şüşə hazırlama, miniatür və s. işlərə baxıblar. İranda yaşayan millətlərin özlərinə xas geyimlər, foyedə İranın tarixini əks etdirən stendlər maraqla qarşılanıb.

Gəncədə İran İslam Respublikası mədəniyyət günləri. Oktyabrın 3-dən

7-dək keçirilən İran İslam Respublikası mədəniyyəti günləri çərçivəsində Gəncə şəhərində də tədbirlər təşkil olub.

Gəncəlilər İran kinosunun nümunələrini seyr etmək, iranlı sənətkar və incəsənət ustalarının sərgi və konsertlərində iştirak etmək imkanı əldə ediblər. Oktyabrın 6-da isə Gəncə Dövlət Dram Teatrının binasında geniş tədbir keçirilib. Teatrın foyesində təşkil olunan rəsm, tətbiqi sənət və foto sərgiləri ictimaiyyətin böyük marağına səbəb olub. Teatrın salonunda keçirilən görüşdə Gəncə şəhər rəhbərliyinin nümayəndələri və qonaqlar çıxış edərək Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mədəni əlaqələrin genişlənməsindən məmnunluq hissləri keçirdiklərini dilə gətiriblər. Sonda İram İslam Respublikasının incəsənət kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Bakıda Aşura şeir məclisi. 30 noyabr 2011 ci il tarixində Məhərrəm ayı

və Aşura münasibətilə Mədəniyyət Mərkəzində şeir gecəsi keçirilmişdir. Mərasim Qurani-Kərimin oxunması ilə başladı. Sonra Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri Məhərrəm ayı münasibətilə baş sağlığı verərək dedi: Tarix boyunca İran və Azərbaycan şairləri Kərbəla hadisəsi barədə şeirlər yazmışlar və müasir dövrdə də Azərbaycanda istedadlı şairlər dini mövzuda şeirlər və mərsiyələr yazırlar.

Bu şairlər İmam Hüseyn (ə) barəsində aşiqcəsinə şeirlər yazmışlar. Bu şairlərdən Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Sərraf, Nəbati, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Əliağa Vahid, Yəhyəvi Münzəvi, Şəhriyar, Kərimi və Qəmgini göstərmək olar. Sonra Nuri, Şəhriyarın İmam Hüseyn (ə) barəsində olan şeirindən bir hissəni oxudu.

Page 163: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 163

Professor Şahin Fazil bu mərasimdə öz yeni şeirini oxuyaraq dedi ki, dünya müsəlmanlarının İmam Hüseynə (ə) sevgisi vardır. Sonra Ali Dini Rəhbərin nümayəndəsi Hüccətülislam vəlmüslimin Ocaq Nəjad çıxış etdi və dedi ki, insan özünün Allaha yaxın etdikcə əbədiyyətə qovuşur, bu aləmin qanunudur və İmam Hüseyn (ə) Kərbəla inqilabı ilə əbədiyyətə qovuşdu. Sonra O, Kərbəla hadisəsi barəsində iki şeir oxudu.

Növbəti çıxışçı Buzovna kəndinin axundu Hacı Soltan oldu və o, da Kərbəla hadisəsi barəsində şeirlərini oxudu.

Bu tədbirdə Mir Cəlal Zəki, Seyid Heydər Musa Rza, Əlihəsən Məmmədov, Rüstəm Tofiq, Günəş, Elman Qasid Kərbəla hadisəsi ilə bağlı öz şeirlərini qiraət etdilər

BDU-da professor Mübariz Əlizadənin 100 illik yubileyi. Bakı Dövlət

Universitetində görkəmli Azərbaycan şərqşünası, istedadlı şair və mütərcim, respublikanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əlizadə Məmməd Mübariz Əli oğlunun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, professor M.M.Əlizadə Şərqşünaslıq fakültəsinin dekanı (1962-1964) olub, uzun müddət Yaxın Şərq xalqları ədəbiyyatı və tarixi kafedrasının müdiri kimi fəaliyyət göstərib, fars dili və ədəbiyyatının öyrənilməsində və gənc iranşünaslar nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərib. M.Əlizadə ilə bağlı xatirələrini danışan A. Məhərrəmov alimin əsl elm adamı, azərbaycanlı kişisi və milli xarakterlərə məxsus insan kimi xarakterizə edib. Rektor bildirib ki, M. Əlizadənin 100 illiyi ilə bağlı BDU-da beynəlxalq elmi konfrans keçiriləcək.

Sonra M. Əlizadənin həyatının bir neçə məqamını əks etdirən foto-slayd, həmçinin video süjet nümayiş olunub. İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov «Mübariz Əlizadənin həyat və yaradıcılığı» mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə akademik Vasim Məmmədəliyev, şərqşünaslıq fakültəsinin dekanı dosent Elxan Əzizov, akademik Z.Bünyadov adına AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fərzəliyev, BDU-nun kafedra müdiri Tofiq Hacıyev çıxış edərək görkəmli şərqşünas alim haqda xatirələrini bölüşüblər.

Tədbirin sonunda ailə adından çıxış edən qızı, İran filologiyası kafedrasının dosenti Nüşabə Əlizadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Page 164: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

164 Hikmət İİR-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində

Azərbaycanın satirik şairi Baba Pünhanın anım mərasimi keçirilib İİR-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində şairlərin, elm

və mədəniyyət xadimlərinin iştirakı ilə 2011-ci il 14 noyabr tarixində Azərbaycanın satirik şairi Baba Pünhanın anım mərasimi keçirilib. Baba Pünhan adı ilə məşhur olan Atabab Mədədzadə Azərbaycanın satirik şairlərindəndir və ondan 4 divan yadigar qalmışdır. Baba Pünhan 2004-cü ildə 56 yaşında vəfat etmişdir.

İran islam inqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə

Bakıda İran kinosu günlərinin açılış mərasimi keçirildi İran islam inqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə İran islam

Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin akt zalında İran kinosu günlərinin açılış mərasimi keçirildi. Açılış mərasimində Mədəniyyət Mərkəzinin sədri cənab İbrahim Nuri, İİR-ın Azərbaycandakı səfirinin müavini cənab neməti, Azərbaycanın tanınmış mədəniyyət və kino xadimləri, kinosevərlər və tələbələr iştirak edirdi.

Tədbirdə Muxtarnamə serialının Azərbaycan dilində dublyaj edilməsində iştirak etmiş 13 nəfər aktyora təşəkkürnamə və kitab hədiyyələri təqdim olundu və sonda Muxtarnamə serialı bir hissədə nümayiş olundu.

Qeyd edək ki, bu tədbirini haşiyəsində İranın son illərdə əldə etdiyi uğurlarına həsr olunmuş foto sərgi keçirildi. Həmçinin tədbirin sonunda iştirakçılara Mədəniyyət Mərkəzinin azərbaycan dilində hazırladığı “Bugünkü İran” adlı broşurası təqdim olundu.

Bakıda “İran İslamı İnqilabı: nailiyyətlər və inkişaf” mövzusunda

konfrans keçirilib İran İslam İnqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə Bakıda

"İran İslam İnqilabı: nailiyyətlər və inkişaf" mövzusunda konfrans keçirilib. Konfransda məşhur din alimi cənab Şeyx Hüseyn Ənsariyan və onu

müşayiət edən nümyəndə heyəti, İİR-ın Azərbaycandakı səfiri cənab Doktor Bəhrami, Ali Dini rəhbərin nümayəndəsi Höccətül-islam vəl-muslimin cənab Əliəkbər Ocaqnejad, Mədəniyyət Mərkəzinin sədri cənab İbrahim Nuri, Azərbaycanın elm-mədəniyyət xadimləri və tələbələr iştirak edirdi.

İranın Azərbaycandakı Mədəniyyət Mərkəzində təşkil olunan konfransın əvvəlində İran İslam İnqilabının müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri göstərən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən İİR-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab İbrahim Nuri İranda islam inqilabından sonra əldə olunan uğurlara işarə edərək dedi: 1979-cu ildə İran xalqı Həzrət İmam

Page 165: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 165

Xomeyninin rəhbərliyi ilə İslam inqilabı etdi və ölkəmizdə İslam Respublikası yarandıqdan sonra müxtəlif iqtisadi, siyasi, mədəni və elmi sahələrdə inkişaf və tərəqqi etdi.

Tədbirdə yer alan digər çıxışlarda İran İslam İnqilabının keçdiyi yolda əldə etdiyi nailiyyətlər müzakirə olunub, İslam İnqilabının banisi İmam Xomeyninin şəxsiyyətindən söz açılıb. Daha sonra cənab Şeyx Hüseyn Ənsariyan İranın bu dövrdə əldə etdiyi mənəvi və əxlaqi uğurlarına işarə etdi.

Qeyd edək ki, bu tədbirini haşiyəsində İranın son illərdə əldə etdiyi uğurlarına həsr olunmuş foto sərgi keçirildi. Həmçinin tədbirin sonunda iştirakçılara Mədəniyyət Mərkəzinin azərbaycan dilində hazırladığı “Bugünkü İran” adlı broşurası təqdim olundu.

Vəhdət həftəsi və İran İslam inqilabının şanlı qələbəsinin 33-cü

ildönümü münasibətilə Bakıda Nur təvəllüdü adlı dini mahnılar festivalı Əziz İslam Peyğəmbərinin (s) və altıncı İmam Həzrət Cəfər Sadiqin (ə)

mübarək mövludları, həmçinin İran İslam inqilabının şanlı qələbəsinin 33-cü ildönümü münasibətilə 9 fevral 2012-ci il tarixində İİR-ın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində Azərbaycanın ilahi mahnılar qruplarının iştirakı ilə Nur təvəllüdü adlı dini mahnılar festivalı keçirildi.

Bu tədbirdə məşhur din alimi cənab Şeyx Hüseyn Ənsariyan və onu müşayiət edən nümyəndə heyəti, İİR-ın Azərbaycandakı səfiri cənab Doktor Bəhrami, Ali Dini rəhbərin nümayəndəsi Höccətül-islam vəl-muslimin cənab Əliəkbər Ocaqnejad, Mədəniyyət Mərkəzinin sədri cənab İbrahim Nuri, Azərbaycanın əhli-beyt aşiqləri və tələbələr iştirak edirdi.

Tədbirdə İrandan gəlmiş məşhur alim Şeyx Hüseyn Ənsariyan çıxış edərək tədbir iştirakçılarını bu mübarək mövludlar münasibətilə təbrik etdi və bildirdi ki, Əziz İslam peyğəmbəri (s) hər dəfə namazdan sonra insanlar üçün moizə edərdi və moizələrin birində buyurdu: Əgər siz mənim dediyim bu altı əmələ riayət etsəniz sizin cənnətə getməyinizə özüm zəmanət verirəm. Bu əməllər aşağıdakılardır: yalan danışmamaq, əhdə vəfa etmək, əmanətə xəyanət etməmək, harama baxmamaq, zinadan çəkinmək və insanları incitməmək.

Daha sonra “Nur”, “Heydəri-Kərrar”, “İxlas”, “Cümə”, “Zülfüqar”, “Azərbaycan”, “Mübariz”, “Möminlər”, “Nərgiz”, “Gözlər”, və “Qədir-Xum” ilahi nəğmələr qrupları müxtəlif dini mövzularda və peyğəmbərin (s) və imamların şənində mahnılar ifa etdilər və sonda bu qruplar birlikdə Vəhdət konserti təşkil edib ilahi mahnılar oxudular.

Page 166: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

166 Hikmət İran İslam inqilabının şanlı qələbəsinin 33-cü ildönümü münasibətilə

Gülüstan sarayında tədbir keçirilmişdir İran İslam inqilabının şanlı qələbəsinin 33-cü ildönümü münasibətilə

Bakıda Gülüstan sarayında yüksək rütbəli rəsmilərin və Azərbaycanda olan xarici ölkə səfirliklərinin, eləcə də elm və mədəniyyət xadimlərinin iştirakı ilə bayram tədbiri keçirilmişdir. 2012-ci il fevral ayının 10-da keçirilən tədbirin haşiyəsində səfirliyin Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə İran islam inqilabına və inqilabdan sonra əldə olunan uğurlara həsr olunan foto sərgi fəaliyyət göstərmişdir.

Page 167: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 167

Yeni Kitablar

İran İslam Respublikasının banisinin əsərlərinin məcmuəsi üç dildə

Rəsa xəbər agentliyinin məlumatına əsasən İran İslam Respublikasının bani-sinin əsərlərinin məcmuəsi üç dildə – ingilis, fars və ərəb dillərində hazır-lanmışdır. Proyektin rəhbəri Cəfər Sol-tanpur xəbər agenliyi ilə söhbətində qeyd etmişdir ki, bu kompüter proqramında İmam Xomeyninin (r) əsərləri 110 cilddə və üç dildə hazırlanmışdır və əsərlərindən altısı ingilis dilindədir. İslam dünyasının

coğrafiyası proqramının yaradıcısı qeyd etmişdir ki, bu proqramda 63 cilddə 10 lüğət kitabı mövcuddur.

Məhəmməd Füzulinin qə-

zəllərinin irfani şərhi "Məhəmməd Füzulinin

qəzəllərinin irfani şərhi"nin 3-cü və son cildi İran islam Respublikasının Azərbaycan-dakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanıb və çap edilmişdir. Kitan 500 tirajla və 474 səhifədə çap olunub. Bundan əvvəl kitabın 1-ci və 2-ci cildləri çap və Azərbaycan oxucularının ixtiyarına verilmişdir.

Kitabın müəllifi Ərdəbilli şair Əsgər Şahi Məhəmməd Füzulinin qəzəllərini irfani cəhətdən şərh edib.

Kitabda deyilir: Füzuli mütəfəkkir bir şair kimi fəlsəfə, kəlam, irfan, fiqh, üsul, hədis və təfsir elmlərini mənimsəyərək ərəb, fars və türk dillərində şer yazan bir şairidir.

Əsgər Şahinin sözlərinə görə, şairin ana dilində yazdığı şerlər 4 min misradan ibarətdir. Füzulinin fars dilində yazdığı şerlər isə 6 min misradır.

Page 168: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

168 Hikmət

Məhəmməd Füzuli böyük arif olmaqla bərabər çox zərif dili olan bir şəxsiyyətdir. O, həm də, Əhli Beyt (ə) aşiqidir.

İran İslam İnqilabının qələbəsinin otuz üçüncü ildönümü

münasibətilə “İşığa doğru” jurnalı çap edilmişdir. İşığa doğru jurnalının on birinci nömrəsi İran İslam İnqilabının

qələbəsinin otuz üçüncü ildönümü münasibətilə Mədəniyyət Mərkəzi tərəfindən çap edilmişdir. Bu jurnal 1000 nüsxə və 160 səhifədə azərbaycan dilində çap edilmişdir. Jurnalın bu sayında islam inqilabı rəhbərinin islam inqilabı haqqında baxışları, İmam Xomeyni şəxsiyyəti, Ali Dini rəhbərin inkişaf haqqında fikirləri, İran prezidenti cənab Əhmədinejadın BMT-dəki çıxışı, İranın inkişaf yolları, İran islam inqilabi: təsir və nəticələr, islam inqilabının amal və nəaliyyətləri və s. mövzulu məqalələr azərbaycanlı və iranlı yazıçılar tərəfindən yazılmışdır.

Bugünkü İran broşuru çap edildi Bugünkü İran broşuru İ.İ.R nın Azərbaycan Respublikasındakı

Mədəniyyət Mərkəzi tərəfindən islam inqilabının 33-cü ildönümü münasibəti ilə çap edilmişdir. Bu 16 səhifəlik rəngli broşura keçən il ərzində İranın dünyanın başqa ölkələri ilə müqayisədə inkişaflarına toxunulmuşdur. Iranın elmi irəliləyişi dünyanın orta inkişafından 11 dəfə çox, internet istifadəçilərinin sayı üzrə dünyada 15 ci yer, film istehsalında dünyada 13 cü yer, robot sənayesində 5-ci ölkə bu broşurada çap edilən xəbərlərdəndir. Bu broşur islam inqilabının 33-cü ildönümü münasibəti ilə olan tədbirlərdə iştirakçıların ixtiyarına verilmişdir.

Bu broşurda qeyd olunur: İran islam Respublikasının dünyada əldə etdiyi yüksək yerlər Dünyanın 182 ölkəsi arasında inkişaf sürətinə görə 3-cü yer

(ümidvericidir) Dünyada texniki və tibb elmləri sahəsində 1-ci yer Dünyada ilk dəfə olaraq QİÇS və diabet əleyhinə dərmanların kəşfi Asiyada elm sahəsində 3-cü yer Böyrək köçürülməsi sahəsində dünyada 5-ci və regionda 1-ci yer Dünyada beyin sümüyünün köçürülməsi sahəsində 3-cü yer Dünyada ürək cərrahiyyə əməliyyatı sahəsində 10-cu yer Ana hüceyrələr sahəsində 6-cı Heyvanların klonlaşdırılması sahəsində dünyanın 8-ci ölkəsi Nüvə texnologiyasına tam şəkildə malik olan dünyanın 8-ci ölkəsi Kosmik-fəza texnologiyasını əldə etmiş 8-ci ölkə

Page 169: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 169

Lazer texnologiyasını əldə etmiş dünyanın 10-cu ölkəsi Bəndlərin layihələşdirilməsi sahəsində ilk yer Bəndlərin sayına görə dünyada 3-cü yer və bu sənayedə keyfiyyətə

görə 5-ci yer Robot sahəsində 4-cü yer (təəssüflər olsun ki, indiyə qədər bu

elmdən ölkə sənayesində kifayət qədər praktik olaraq istifadə olunmayıb)

Dünyada sement istehsalı sahəsində 9-cu və polad istehsalı sahəsində 16-cı yer

Nano texnologiyası sahəsində dünyanın 15-ci ölkəsi Dünyada keramika və kaşıkarlıq sahəsində 5-ci yer Hidravlik strukturlar sahəsində 3-cü yer Neft mühəndisliyi sahəsində 75 ölkə arasında 6-cı yer Riyaziyyat sahəsində 103 ölkə arasında 9-cu yer Termodinamika sahəsində 92 ölkə arasında 9-cu yer Tekstil (maddələr elmi) sahəsində 69 ölkə arasında 9-cu yer Kampozitlər (maddələr elmi) sahəsində 69 ölkə arasında 9-cu yer Ali və nüvə kimyası sahəsində 13-cü yer

Page 170: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

170 Hikmət

Əziz və möhtərəm oxucular!

Əgər jurnal barəsində mülahizə və təklifləriniz, yaxud jurnalın növbəti sayında çap etdirmək istədiyiniz

məqaləniz varsa, aşağıdakı ünvana müraciət edə bilərsiniz:

E-mail: [email protected] Ünvan: Bakı ş. Ə.Hüseynzadə 42,

(Nizami met. arxası)

Page 171: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 171

Allahın adı ilə

“Hikmət” jurnalı 20-ci sayının əsas istiqamətləri:

Azərbaycan və İranın müştərək tarixi, ədəbiyyatı və mədəniyyəti.

Regionun müştərək tarixinin, ədəbiyyatının və mədəniyyətinin təhlili.

İslamın insan haqları, sülh şəraitində birgəyaşayışı, dünyəvi sülh, müasir mənəvi böhranlar, dialoq və s. mövzular barə-sində baxışları.

Qafqaz regionu – imkanlar və təhdidlər.

İran məşrutə inqilabının tarixi.

İranşünaslıq, İslam inqilabı və İmam Xomeyninin (r) təfəkkürü.

Fars dili (dilçilik).

Klassik fars şairlərinin baxışlarında mədəniyyət, ədəbiyyat, elm və irfan.

İslam mədəniyyətində elm, əxlaq, sosiologiya və incəsənət.

İslam fəlsəfəsi, hikmət və irfan.

Məqalələr 10 may 2012--ci il tarixinədək aşağıdakı ünvana kompüterdə yığılmış halda təhvil verilməlidir. Məqalələrin

xülasəsini rus, ingilis və fars dillərində (4-5 cümlədə) təqdim etmənizi xahiş edirik.

Mədəniyyət Mərkəzinin ünvanı:

Bakı, Ə.Hüseynzadə 42, (Nizami met. arxası) Tel: (012) 4982345

Web: http://baku.icro.ir E-mail: [email protected]

Page 172: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

172 Hikmət

نام خداب

20شماره -مجله حكمت فراخوان مقاله براي؛محورهاي مقاالت

تاريخ ، ادبيات و فرهنگ مشترك آذربايجان و ايران

تاريخ ، ادبيات و فرهنگ مشترك منطقه و تحليل آن

ديدگاه اسالم درخصوص حقوق بشر ، زندگي مسالمت آميز .ورت و ش،صلح جهاني ، بحران هاي معنوي معاصر ، گفتگو و م

فرصت ها و تهديد ها در آن -تحليل منطقه قفقاز

تاريخ مشروطيت در ايران

ره(ايرانشناسي ، انقالب اسالمي و انديشه هاي امام خميني(

فرهنگ و ادب ،علم وعرفان از ديدگاه شاعران كالسيك فارسي

زبان شناسي و پژوهش در باره زبان(زبان فارسي(

هنر در فرهنگ اسالمي علم ،اخالق،جامعه شناسي و

حكمت ، عرفان و فلسفه اسالمي

با توجه به چاپ ترجمه خالصه مقاالت به فارسي ، انگليسي و روسي در اين .خط به زبان هاي مذكور ارائه نمائيد 4الي 3نشريه ،خالصه مقاله را در

1391ارديبهشت 20تا مهلت ارسال مقاالت

ي ايران در باكورايزني فرهنگي سفارت جمهوري اسالم 4982345تماس - 012

Web: http://baku.icro.ir

E-mail: [email protected]

Page 173: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 173

در باكو منتشر شد یبه زبان آذري و فارس" امروز يرانا" بروشورتوسط یانقالب اسالم يروزیپ سالگرد ينو سوم یبه مناسبت س" امروز يرانا" بروشور

چاپ )يممق يرانيانا يژهو( یدر باكو به زبان آذري و فارس يرانا.ا.رايزني فرھنگي سفارت جصفحه رنگي ، به خالصه اي از دستاورد ھا و پيشرفت ١۶اين بروشور در .و منتشر شد

مختلف یاجھان در عرصه ھ یکشورھا يربا سا يسهدر مقا ١٣٩٠در سال یاسالم يرانھاي ا .پرداخته شده است يشرفتتوسعه و پ

:بروشور آمده است ينا در ١٣٩٠در جھان سال يرانا یاسالم یبرتر جمھور یھا رتبه کشور جھان ١٨٢ يندر ب يافتگیسوم سرعت توسعه رتبه در جھان یو علوم پزشک يهاول رشد علوم پا رتبه بار در جھان يناول یبرا. . . و ) يابتد( پارس یو آنژ يدزا یو ساخت داروھا کشف يادر آس یسوم علم رتبه مغز استخوان در جھان يوندرتبه سوم پ در منطقه يندر جھان و اول يهکل يوندچھارم پ رتبه ياقلب دن یدھم جراح رتبه يواناتح یساز يهکشور در شب ينو ھشتم يادينبن یسلول ھا ينهکشور در زم ششمين يادر دن یه کامل ھسته اچرخ یکشور دارا ھشتمين یبوم(ھوافضا یبه فناور يافتهکشور دست ھشتمين( یبوم يزرل یبه فناور يافتهکشور دست دھمين ينو رتبه پنجم در ا) يتکم( یرتبه سوم در سد ساز. سد یطراح يفيتاول در ک رتبه

)يفيتک(صنعت

يکچھارم ربات رتبه فوالد در جھان يدتول ١۶و رتبه يماننھم س رتبه نانو یفناور ينهکشور در زم پانزدھمين جھان یو کاش يکسرام يدپنجم تول رتبه کشور ٧۵ يننفت از ب یدر مھندس) مقاله(علم يدششم تول رتبه کشور١٠٣ يناز ب ياضیدر ر) مقاله(علم يدنھم تول رتبه کشور ٩٢ يناز ب يناميکدر ترمود) مقاله(علم يدنھم تول رتبه کشور ۶٩ يناز ب ینساج در) مقاله(علم يدرتبه نھم تول کشور ٨٢ يناز ب يتدر کامپوز) مقاله(علم يدرتبه دھم تول یوھسته ا یآل يمیدر ش) مقاله(علم يدتول يزدھمرتبه س

ايران در سال .ا.ج یو نظام یو صنعت یاز پيشرفت ھاي عرصه پزشكي، ورزش بخشي .بروشور آمده است يندر ا یبطور اجمال يزن ١٣٩٠ ١٠٠٠يراژتر به مناسبت سي و سومين سالگرد پيروزي شكوھمند انقالب اسالمي با بروشو اين

.نسخه با تصاوير مرتبط با موضوعات منتشر شده است يراژت٣٠٠و ینسخه به زبان آذر

Page 174: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

174 Hikmət

لوح فشرده عالوه بر الزم به ذکر است، عالقمندان مي توانند به منظور تھيه اينمراجعه به محل نمايشگاه دائمي مرکز نور واقع در قم ـ ابتداي بلوار جمھوري اسالمي ـ نبش کوي شماره چھار به فروشگاه اينترنتي مرکز به آدرس

www.noorshop.com مراجعه کنند.

در باکو منتشر شد یبه زبان آذر یفضول ياتغزل یجلد سوم شرح عرفاندر باكو به يرانا.ا.ج یفرھنگ يزنیتوسط را »یفضول ياتغزل یشرح عرفان«اب سوم کت جلد

.زبان آذري منتشر شداثر ماندگار ينا ،»یمالمحمد فضول« ياتصد غزل از غزل يرجلد به شرح و تفس يندر ا

. پرداخته شده است یقعروح وا ینويسنده ، شاعر و اديب معاصر کشورمان با ھدف معرف »یعسگر شاھ« آقای

شاعر کرده ينا ياتغزل یشرح عرفان يفاقدام به تال ،»یمالمحمد فضول«حاکم بر اشعار . شود يستبيين و تدر یو دانشگاھ یگونه كه بايد در مراکز علم اثر آن يناست تا ا

يخاست که در تار یبرجسته ادب ھای يتو شخص ھا يدهاي از پد نمونه »یمحمد فضول مال« . است يدهدرخش يجانآذربا.وج رانيا.ا.مشترک دو کشور ج

در يرانا.ا.ج یفرھنگ يزنیرا به ھمت را »یفضول ياتبرغزل یشرح عرفان«سوم کتاب جلد .چاپ كرده است ینسخه در اسفند ماه سال جار ۵٠٠صفحه و ۴٧۴باکو در

و جلد دوم آن در سال ١٣٨٨فضولي كه از جلد اول آن در سال یشرح غزليات عرفان كتابغزل عرفاني فضولي است ٣٠٠شد ، شامل سه جلد مشتمل بر شرح بيش از يیرونما ١٣٨٩

است و يدهكه جلد سوم آن نيز امروز از سوي رايزني فرھنگي كشورمان در باکو به چاپ رس . شود یم يمو عرفان تقد ياتو دوستداران ادب يجانآذربا.ج یو فرھنگ یبه مجامع علم

یسالگرد پيروزي انقالب اسالم ينو سوم یر به مناسبت سنو یبسو" نامه يژهو" مجله

در باكو منتشر شد يراناسالگرد پيروزي ينو سوم یبه مناسبت س) نامه يژهو( ١١ساليانه بسوي نور شماره مجله

اين در .ايران در باكو چاپ و منتشر شد.ا.توسط رايزني فرھنگي ج يرانا یانقالب اسالمصفحه به زبان آذري انتشاريافته است به مطالبي ١۶٠خه و نس ١٠٠٠ويژه نامه كه در

در خصوص یمقام معظم رھبر يدگاه،د یانقالب اسالم يشهاند) ره(امام خميني يرامونپ یآقا یدانشگاھھا،سخنران يددر جمع نخبگان جوان و اسات یمقام معظم رھبر يانات،ب يشرفتپ

، تاثير و نتايج يويورکملل در نسازمان یمجمع عموم يانهسال شستنژاد در ن یاحمدھاو دستاوردھاي انقالب اسالمي و برخي پيشرفت ھا در اقتصاد کشور ،آرمان يارانه یھدفمند

.ھاي جمھوري اسالمي توسط نويسندگان و نخبگان آذري و ايراني پرداخته شده استاه رھبر معظم ، توسعه و پيشرفت از ديدگ) ره(ينیامام خم يدگاهاز د یانقالب اسالم نظريه

سازمان ملل يتامن یشورا يب،ترک یفرھنگ یو توسعه ) ره(ينیانقالب اسالمي، امام خم یاقتصاد يشرفتبا نخبگان جوان کشور ،مدل پ یمقام معظم رھبر يدارد ، باشد یعادالنه نم

يتحاکم - ) ه.ر( ينیامام خم يدگاھھای،د) ره( ينیامام خم يدهو پد يرانا یاسالم يران،انقالبا) ه.ر( ينیامام خم يوانآھنگ در د ی،مقامھا يدانھااز خانقاھھا به م یفرھنگ استعمار،راھ

.باشد یم يرانیو ا یآذر يشمنداناز اند ١١نور شماره یمقالت بسو ينعناو يگرد

Page 175: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 175

انقالب پيروزی سالگرد ينو سوم ینور به مناسبت ھفته وحدت و س يالدسرود م جشنواره اکو برگزار شددر ب یشکوھمند اسالم

يثارآوران عشق و ا يامپ یمسعود دو نور رحمت الھ يالدمراسم بزرگداشت سالروز م و ) السالم يھماعل(صادق آل محمد يمانرکن ا ينو ششم) ص(حضرت محمد بن عبدهللا

روز پنج شنبه مورخ یانقالب شکوھمند اسالم يروزیسالگرد پ ينو سوم یس ينھمچن يرانا.ا.سفارت ج یفرھنگ يزنیرا يارفرھنگ شھر خانهلن اجتماعات در سا ٢٠/١١/١٣٩٠

، »کرار يدرح«، » نور«سرود یدر باکو جشنواره سرود وحدت با حضور گروه ھا، » نرگس«، » مؤمنون«، » مبارز«، »يجانآذربا«، » ذوالفقار«، » جمعه«، » اخالص« .برگزار شد »يرخمغد«و » گزلر«

درباکو برگزار شد يرانسالگرد پيروزي انقالب اسالمي ا ينسومو یبزرگداشت س آيين یبا حضور مقامات عال یا يژهمراسم و ی،انقالب اسالم يروزیسالروز پ ينو سوم یبا س ھمزمان

يندر ا. در باكو برگزارشد ٢١/١١/٩٠، مورخ يجانآذربا یجمھور ياسیس یھا يترتبه و شخصو یفرھنگ يتھایشخص ی،وابستگان نظام يجان،آذربا یوردر جمھ یخارج یاز سفرا ياریمراسم بس

حضور يزكشور در باكو ن ينا يممق يرانيانو ا يرانیا یو مسئوالن نھاد ھا آذربايجان.ج یمذھب .داشتند

یدر عرصه ھا یانقالب اسالم یدستاورد ھا يرامونحاشيه اين مراسم نمايشگاھي پ در .در محل کاخ گلستان در باکو ترتيب يافته بود رانيا.ا.ج یفرھنگ يزنیرا یمختلف با ھمکار

اخبار چاپ کتاب مجموعه آثار حضرت امام خميني به سه زبان توليد شد

به سه زبان عربي، ) ره(مجموعه آثار بنيانگذار جمھوري اسالمي ايران، حضرت امام خميني . توليد شد انگليسي و فارسي به ھمت مرکز تحقيقات کامپيوتري علوم اسالمي در قم

به گزارش خبرگزاري رسا، مجموعه آثار بنيانگذار جمھوري اسالمي ايران به سه زبان عربي، انگليسي و فارسي به ھمت مرکز تحقيقات کامپيوتري علوم اسالمي با ھمکاري موسسه

.در قم توليد شد) ره(تنظيم و نشر آثار امام خميني: گو با خبرنگاران در باره اين نرم افزار گفتو پور، متکفل اين پروژه در گفت جعفر سلطان

مي باشد که با ) ره(اين نرم افزار نسخه جديد توليدات پيشين اين مرکز از آثار حضرت امام . مطالب بيشتر و ابزار پژوھشي ويژه اي از ھم اکنون در دسترس عالقمندان قرار گرفته است

) ره(جلد از آثار امام ١١٠سي و عربي در عنوان کتاب فار ۴۵متن کامل : پور ادامه داد سلطان .شامل موضوعاتي از جمله؛ فقه اصول، اخالق، تفسير، کالم، فلسفه، عرفان و سياست است

به زبان انگليسي در اين نرم افزار ارائه ) ره(وي با بيان اينکه متن شش عنوان از آثار امامبه مناسبت ھاي مختلف سخنراني مھم ١٢تصوير و ٢٨٣نمايش : شده است، اظھار داشت . به دو زبان فارسي و عربي به غناي اين لوح افزوده است) ره(ھمچنين فيلم زندگاني امام

: اين محقق و پژوھشگر حوزه علميه به قابليت ھاي پژوھشي اين نرم افزار اشاره کرد و گفت ، جستجوھاي متنوع و)ره(ارتباط بين متن فارسي و ترجمه عربي صحيفه حضرت امام

. پيشرفته در متن و فھرست کتب از جمله قابليت ھاي اين نرم افزار استدوره لغت نامه عربي و ١٠متن : ادامه داد" جغرافياي جھان اسالم"متکفل پروژه نرم افزار

.جلد با قابليت جستجو از ديگر برنامه ھاي اين لوح فشرده است ۶٢فارسي در

Page 176: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

176 Hikmət

دشب شعر حماسه حسيني در باکو برگزار شايران در باکو به مناسبت ايام محرم و عاشوراي حسيني شب شعري با .ا.رايزني فرھنگي ج

. در سالن اجتماعات برگزار نمود ١٣٩٠آذر ماه ٩عنوان شب شعر حماسه حسيني در مورخ اين مراسم با حضور حجت االسالم و المسلمين حاج آقاي اجاق نژاد و با حضور شعرا، ادبا،

.دانشگاھي و انديشمندان آذري در محل رايزني فرھنگي کشورمان برگزار شد محققان، اساتيد

باکو برگزار شد یدر دانشگاه دولت» شرق یروز زبان شناس يلمسا« یعلم کنفرانسدسامبر ٣٠ یال ٢٨در مورخ » شرق یروز زبان شناس يلمسا«با موضوع یعلم کنفرانس

محمد مبارز ' سالگرد تولد پرفسور يكصدمينباکو به مناسبت یدر دانشگاه دولت ٢٠١١سال يزنیباکو و را یدانشگاه دولت یو شرق شناس برجسته ، با ھمکار يشمنداند' زاده یعل

دانشگاه باکو، يسباکو با حضور پروفسور ابل محرم اف رئ رد يرانا.ا.سفارت ج یفرھنگکاظم اف یاکو، مھدب یدانشگاه دولت ياتدانشکده الھ يساف رئ یپروفسور واصم محمد عل

پارلمان، وابستگان يندهجعفراف نما یباکو، نظام یدانشگاه دولت يرانشناسیگروه ا يسرئوابسته يرخوش س یآقا ی،فرھنگ ايزنر ینور يمابراھ یجناب آقا ينھمچن يد،مرحوم فق

. برگزار شد يجانآذربا.ج یو کشور یعلم يتھایشخص يگرو د یفرھنگ درباكو برگزار شد يرانا یفرھنگ يزنیدر را یرداز و شاعر برجسته آذرداشت طنزپ یمراسم گرام

متخلص به بابا پنھان طنزپردازو شاعر برجسته ' آتا بابا مدد زاده يدس'داشت یگرام مراسم یآذر يشمندانبا حضور شاعران و اند يجانآذربا یجمھور) ع(عصمت و طھارت يتاھل ب

٢٣/٨/٩٠در باكو در روز جمعه يرانا یاسالم یسفارت جمھور یفرھنگ يزنیدر محل را .برگزار شد

در باكو فوت كرد ٢٠٠٤در سال یسالگ ٥٦در سن ' بابا پنھان' آتا بابا مدد زاده با تخلص سيدبرداشت كرده به ی، من چه گفتم و ك يدنیتلخ ، دروغ جو يقتشعر حق يوانچھار د یو از و . مانده است يادگار

در باکو برگزار شد يرانا يلمف یوزھار يهافتتاح مراسمسالگرد ٣٣روز از دھه مبارک فجر و بمناسبت يندر ششم يرانا.ا.ج يلمف یروزھا مراسم

ينمایبا حضور کارگردانان ، ھنرمندان و دوستداران س یشکوھمند انقالب اسالم يروزیپ .شد کشورمان در باکو برگزار یفرھنگ يزنیدر محل سالن اجتماعات را يرانا

در باکو برگزار شد يممق يرانيانبا حضور ا یانقالب اسالم يروزیپ جشنانقالب يروزیسالگرد پ ينو سوم یروز از دھه مبارک فجر، جشن س ينھمزمان با ھفتم

در يرانا یاسالم یسفارت جمھور یفرھنگ يزنیدر محل سالن اجتماعات را يران یاسالم . برگزار شد يرانیا یمسئوالن نھادھا و يممق يرانيانباکو با حضور ا

فجر انقالب اسالمي در باكو برگزارشد كنفرانس

با يرانا.ا.ج یفرھنگ يزنیروز دھه مبارک فجر به ھمت را ينمراسم در ھشتم ينا در محل سالن اجتماعات یو مذھب ی،علم یفرھنگ يتھایو شخص يشمندانحضور نخبگان،اند

.برگزار شد در باکو یفرھنگ يزنیرا

Page 177: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 177

افتتاح نمايشگاه فرھنگي و ھنري آثار ھنرمندان ايراني در باكو

آثار ھنرمندان ايراني ھمزمان با آغاز ھفته فرھنگي ايران در جمھوري آذربايجان، در مركز . موزه فرش باكو به نمايش درآمد

ج اسالمي اين نمايشگاه فرھنگي و ھنري را دکتر سيد محمد حسيني وزير فرھنگ وارشاد ١١آذربايجان عصر دوشنبه . جرايف وزير فرھنگ وگردشگري او آقاي ابوالفضل قايران .ا.

.افتتاح كردند ١٣٩٠مھرماه ايران در باکو با حضور گسترده و پوشش .ا.مراسم گشايش نمايشگاه فرھنگي و ھنري ج

اير ان .ا.سيماي جايران و صدا و .ا.آذربايجان و نمايندگي خبرگزاري ج.خبري رسانه ھاي ج .در باکو برگزار شد

در مراسم افتتاح اين نمايشگاه عالوه بر وزاري فرھنگ دو کشور ،ھيات ھمراه وزير فرھنگ ايران ، .ا.ايران و ابراھيم نوري رايزن فرھنگي ج.ا.وارشاد اسالمي ،دکتر بھرامي سفيرج

عالقمندان به فرھنگ و ھنر ديگر مسئوالن نھاد ھاي ايراني و ديپلماتھا،ھنرمندان دو کشور، . آذربايجان و نمايندگان رسانه ھاي خبري حضور داشتند.ج

نگارگري، خطاطي ، نقاشي ، گرافيگ ، مليله كاري، منبت كاري ، صنايع دستي ، ميناكاري ، مينياتور و شيشه گري از ديگر آثار ھنرمندان ايراني است كه در ھفته فرھنگي ايران در

.ن به نمايش در آمده استجمھوري آذربايجا

ايران در شھر گنجه.ا.برنامه ھاي ھفته فرھنگي جآذربايجان با برنامه .ايران در ج.ا.روز فرھنگي ايران در تداوم برنامه ھاي ھفته فرھنگي ج

در شھر گنجه برگزار ١٤/٧/٩٠ھاي متنوع فرھنگي و ھنري با حضور ھنرمندان کشورمان .شد

به نويسندگي، تھيه کنندگي و کارگرداني مجيد مجيدي براي شرکت فيلم سينمايي بيد مجنون. کنندگان که شامل مقامات، دانشگاھيان، ھنرمندان و مردم شھر گنجه بودند به نمايش در آمد

تماشاگران اين فيلم توسط فرمانداري گنجه دعوت شده بودند و استقبال از اين نمايش کم نظير .بود

در سالن درام ايرانیي و ھنري منتخبيني از آثار ھنرمندان برجسته برگزاري نمايشگاه فرھنگ تئاتر شھر گنجه از ديگر برنامه ھاي اين روز بود که با ايجاد کارگاه خوش نويسي، نقاشي و طراحي با حضور ھنرمندان مرتبط و ارايه اثار صورت گرفت و اين نمايشگاه نيز با شور و

.مواجه بودھيجان وصف نشدني مردم شھر گنجه اجرايي موسيقي توسط گروه موسيقي دالغا از برنامه ھاي متنوع و جذاب ديگر روز فرھنگي ايران در شھر گنجه بود که با استقبال کم نظير مقامات محلي، اساتيد دانشگاه، ھنرمندان و

.مردم روبرو شد و بارھا برنامه اين گروه موسيقي مورد تشويق حاضران قرار گرفتھاي اين روز فرھنگي با استقبال کم نظر رسانه ھاي محلي از قبيل شبکه ھاي برنامه

.تلويزيوني، راديو و رسانه ھاي مکتوب روبرو شد

Page 178: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

178 Hikmət

"یفرھنگ یاخبار علم"

.مراسم رسمي گشايش ھفته فرھنگي جمھوري اسالمي ايران در باکو برگزار شدضور مسئوالن دست اندر مراسم رسمي گشايش ھفته فرھنگي جمھوري اسالمي ايران با ح

در ١٣٩٠مھرماه ١١آذربايجان در برگزاري ھفته فرھنگي دوشنبه شب .ايران و ج.ا.کار ج . مرکز موسيقي موغام در باکو برگزار شد

ايران و .ا.در اين مراسم ھيات ھمراه وزير فرھنگ وارشاد اسالمي ،دکتر بھرامي سفيرجگر مسئوالن نھاد ھاي ايراني و ديپلماتھا، ايرانيان ايران ،دي.ا.ابراھيم نوري رايزن فرھنگي ج

آذربايجان و نمايندگان رسانه ھاي .مقيم ،ھنرمندان دو کشور، عالقمندان به فرھنگ و ھنر ج . خبري حضور داشتند

آقايان جواد شمقدري معاون سينمايي وزارت فرھنگ و ارشاد اسالمي، بھروز جعفري نماينده ي ايماني پور معاون بين الملل سازمان فرھنگ و ارتباطات مردم سميرم در مجلس ، مھد

اسالمي وعلي اسماعيلي مديركل حوزه وزارتي وزارت فرھنگ و ارشاد اسالمي در اين سفر .دکتر حسيني را ھمراھي مي کنند

بدون ترديد نقش عالمان، شاعران و : وزير فرھنگ وارشاد اسالمي در اين مراسم گفت . رھنگي در بين ملتھا، مھم و بي بديل استھنرمندان درتعامالت ف

در پايان اين مراسم برنامه گروه موسيقي سنتي بي دل ايراني سيد حسام الدين سراج با حضور .بسياري از دوستداران فرھنگ وھنر ايراني در مركز موسيقي موغام باكو اجرا شد

موسيقي دالغا سه شنبه ھمچنين اجراي موسيقي آذري به سرپرستي چنگيز مھدي پور را گروه شب در برنامه دارد

نقش نظامي گنجوي و شھريار در تعامالت فرھنگي دو کشور در باکو مورد بررسي قرار

گرفتھمزمان با برگزاري ھفته فرھنگي جمھوري اسالمي ايران در باكو، نقش محمد حسين

ر تعامالت فرھنگي شھريار و نظامي گنجوي دو تن ازشعراي نامي زبان و ادبيات فارسي، د . كشورمان با جمھوري آذربايجان در نشست علمي شھرياران سخن مورد بررسي قرار گرفت

نفر از ادبا، شعرا، اساتيد و انديشمندان ايراني و آذري ٧٠اين نشست علمي با حضور بيش از .در كتابخانه ملي جمھوري آذربايجان در باكو برگزار شد ١٣/٠٧/١٣٩٠روز سه شنبه

اين نخستين كنفرانسي : يزن فرھنگي سفارت جمھوري اسالمي ايران در اين نشست گفترااست كه به صورت مشترك براي شاعران بلند آوازه اسالمي يعني شھريار و نظامي گنجوي

.برگزار مي شود آقاي ابراھيم نوري با اشاره به شخصيت شھريار و نظامي گنجوي در تعامالت فرھنگي

جمھوري آذربايجان پيشنھاد كرد به منظور تحكيم روابط فرھنگي بين ايران ايران و جمھوری .و جمھوري آذربايجان، از اين پس كنفرانس ھاي مشترك بيشتري در اين زمينه برگزار شود

نشست علمي شھرياران سخن يکي از برنامه ھاي ھفته فرھنگي جمھوري اسالمي ايران در .جمھوري آذربايجان بود

مھرماه با ھمکاري وزراتخانه ١٥الي ١١ايران در جمھوري آذربايجان از .ا.ج ھفته فرھنگيايران در باکو در .ا.ھاي فرھنگ دو کشور و ھمچنين با ھمکاري سفارت و رايزني فرھنگي ج

.شھرھاي باكو و گنجه برگزار مي شود

Page 179: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 179

حسين نادم نخجواني حاجي مصطفي مايل اوغلو

گ آذربايجان مجلسهاي شعر برگزار مي شد و در اثر اين ميالدي در شهرهاي بزر 19در قرن در شهرهاي بزرگ 19اين مجالس در سالهاي مختلف قرن . مجالس شعراي بزرگ نمايان مي شد

يكي از شعرايي كه در مجلس . چون گنجه، شوشا، لنكران، نخجوان و ديگر شهرها برگزار مي شد) 1927-1871(د كرباليي حسين نادم نخجواني كه در نخجوان برگزار مي ش» انجمن الشعراء«شعر

115 ...................................... . در اين مقاله زندگي و آثار اين شاعر بزرگ بررسي شده است. مي باشد

نسخ خطي فارسي معروف محسن نقي سويلو

مولف مي نويسد كه زبان فارسي از زمانهاي قديم آغاز كرده و رفته رفته اوج گرفت و نويسندگان از نظر ترتيب و نفيس بودن اين نسخه هاي فارسي جايگاه . زبان نوشتند شرقي آثار خودرا در اين

بررسي كاتالوگهاي نسخ خطي موجود در جهان نشان مي دهد كه بعد از قرآن . اول را دارا هستندبيش از پانصد نسخه شاهنامه فردوسي در . كريم بيشترين نسخ خطي به زبان فارسي مي باشد

130 ..................... .ه نسخه هاي معروف فارسي موجود مي پردازدمولف سپس ب. جهان موجود است

نسخه هاي وقف شده عبدالرحمان جامي دركولكسيونهاي شخصي طاهره نورعلي يوا

نويسنده مقاله ابتداء به بيوگرافي عبد الرحمان جامي اشاره مي كند و سپس به نسخه هاي اثار او جنت خانم نقي يوا مقاالت زيادي نوشته در مورد نسخه هاي آثار جامي در آذربايجان. مي پردازد

مولف سپس . يكي از اين نمونه ها در كولكسيون عبداهللا شائق شاعر نامي آذربايجان مي باشد. است 141 ...................................................................... .به ويژه گي ها و خصوصيات اين نسخه ها مي پردازد

نسخه پيدا شده جديد از محجور شيرواني

عارف رمضان اف و اكرم باقرافاين قصيده در . را به خوانندگان تقديم مي كنند 18يده محجور شيرواني شاعر قرن مولفان يك قص

146 ............................................................................................................ .مي باشد) ع(مدح حضرت علي

محمد فضولي و كاني» ليلي و مجنون«مقايسه اثر زمرد رحيم اوا

مراجعه نموده و آن را » ليلي و مجنون«همانطوري كه مي دانيم پس از نظامي چندين شاعر به اثر يكي از اين شعرا محمد فضولي مباشد كه اين اثر را به زبان . ره با شعر خودشان سروده انددوبا

با الهام ) 1957-1902(همچنين برخي از شعراي معاصر چون عبد الجبار كاني . آذري سروده استدر اين . گرفتن از اثر محمد فضولي اثر ليلي و مجنون را به زبان كردي گويش سرياني نوشته است

150 ............................................................................................... .اله مقايسه بين اين دو اثر شده استمق

Page 180: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

180 Hikmət

مكتب ابن عربي و ديدگاههاي جهانشناسي شبستري قادر حسين زاده

مولف در مورد ديدگاههاي جهانشناسي شبستري مي نويسد كه شبستري هم مثل ديگر عارفان همه . دبوجود آمدن هستي را وابسته به عشق مي داند و اگر عشق نمي بود هيچ چيز آفريده نمي ش

مولف سپس با ذكر مثال هااز آثار شبستري نظرهاي او را مورد بررسي . جهان در پرتو نور الهي است 82 ................................................................................................................................................... .قرار مي دهد

نوشته محمد حسين شهريار» موالنا در خانه گاه شمس تبريزي«ترجمه شعر

شفق علي بگلي: مترجمحمد حسين شهريار كه اصلش به نوشته م» موالنا در خانه گاه شمس تبريزي«در اين نوشتار شعر

91 .................................................................................. . فارسي مي باشد به زبان آذري ترجمه شده است

ترجمه ها از غزليات حافظ پري قيس اوا

شاماخي 1879محمد هادي متولد سال . در اين مقاله نويسنده به يكي از مترجمان نامي مي پردازدافي ايشان به نمونه ترجمه هاي مولف بعد از اشاره بيوگر. درگذشته است 1920مي باشد و در سال

100 ......................................................................................................... .ايشان از غزليات حافظ مي پردازد

محتشم كاشاني و تركيب بند معروف وي

مير جالل زكيمحتشم كاشاني يكي از نوحه سرايان و شاعران معروف ايراني است كه در خصوص عاشورا يك

وحه و همچنين نگاه گذرا به نويسنده مقاله با بررسي بوجود آمدن اين ن. تركيب بند معروفي دارد را به زبان آذربايجاني » باز اين چه شورش است«زندگي و آثار محتشم كاشاني تركيب بند معروف

106 ................................................................................................................................... . ترجمه كرده است

خمسه نظامي گنجوي بايد مجددا ترجمه شود

جهان آقامير افقاله با بررسي اين نويسنده اين م. خمسه نظامي بطور كامل به زبان آذربايجاني ترجمه شده است

ترجمه به اشكاالت اين ترجمه اشاره مي كند و تأكيد دارد كه بايد اين اثر گرانبها مجددا و بدون 113 ................................................................................................ .اشكاالت موجود مورد ترجمه قرار گيرد

Page 181: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

Hikmət 181

معراج در آثار آشيق علي عسگر

ماهره قلي يوارح مسئله معراج به موضوع مولف ابتداء به مسئله معراج از نشر قران و سنت مي پردازد و بعد از ش

سپس مولف با ذكر مثالها به موضوع معراج در آثار . معراج در آثار شاعران بزرگ اشاره مي كند 45 ........................................................................................................................ .اشيق علي عسگر مي پردازد

آذري مقاله دوم-قلم در قران، تفسير و اشعار تركي

آئيدا قا سم اواايشان مي نويسد كه شاعر قلم . پردازدمولف در اين مقاله موضوع قلم در اشعار شاعران معروف مي

سپس مولف به نمونه هاي از اشعار . را به عاشق تشبيه مي كند و مركب را اشك چشم مي داندمعروف مثل محمد فضولي، نسيمي، حبيبي ، كشوري و ديگران مي پردازد و موضوع قلم در اين

33 ............................................................................................................ .اشعار را مورد بررسي قرار مي دهد

)ع(اصالحات امام رضا

ابراهيم قلي اف به نهضت ترجمه در دوره مامون مي ) ع(مولف در اين مقاله بعد از اشاره به جايگاه واالي امام رضا

اين مشكالت قديم يا حادث بودن . او به مشكالت كه امام با آنها روبرو شده بود مي پردازد. پردازدترجمه ادبيات خارجيبه زبان قرآن كريم، جعل احاديث، مقدس كردن حاكميت و قانوني كردن آن،

مولف سپس به اصالحات فكري و . عربي و راي و فتوي دادن براي صحيح نشان دادن يك تحريف 57 ................... .ديني و اصول سياسي امام مي پردازد و مبارزه امام با اين مشكالت را شرح مي كند

هنر اسالمي شناسي زيبايي

غالمرضا مهرينمايد كه ارائه آن در قالب كلمات غير قابل دسترس و آبستره مي چنان اصوال ماهيت هنر اسالمي آن

ها در قطعاتي كوتاه به برخي ويژگي مقاله نويسنده در اين. نمايد كاري بس دشوار و ناشدني مي77 ......................................................................... .هنر اسالمي پرداخته و آنها را توضيح داده استبسنده

Page 182: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

182 Hikmət

خالصه مقاالت رهبري معظم مقام و اسالم ديدگاه و منظر در نوروز عيد

) رايزن فرهنگي باكو(ابراهيم نوري عيد تكويني .نوروز عيد تكويني است. مخالفتي نداردبا آن اسالم و . نوروز عيد ملي و باستاني است

عيد نوروز كه عالم خرم و خوشحال و درختها .مي كند نانسان آن را جعل وكه عالم عيد مي گيرد عيد عالم است نه عيد مجوس يا غير آنها، خالصه عيدداري در سبز شكوفا مي گردند پس اين عيد،

پس مستحب است . اين روز نه حرام است و نه بدعت و نه مكروه و نه عيد عجم و نه عيد عربدر اين مقاله نظراترهبر انقالب . اين سخنان مربوط به مقام معظم رهبري مي باشد .طبيعة و تكوينا

3 ............................................................................ . قرار گرفته است در خصوص عيد نوروز مورد بررسي

هفت سين و سيزده بدر ن ايرانيانييسيري در آ

ابوالفضل ربيعي

و . همه ايرانيان است روز نقطه اشتراك و پيوندبه احتمال قريب به يقين مي توان گفت، عيد نو، شيعه، سني، زرتشتي، ...ترك، كرد، بلوچ و تمام كساني كه در ايران زندگي ميكنند ، اعم از فارس،

.عنوان يكي از ويژگيهاي ايراني بودن خود نام ميبرند عيد نوروز به از... كليمي، مسيحي، آسوري و 5 ..................................................... . وروزي ايرانيان پرداخته شده استدر اين مقاله به آداب و سنن ن

آذربايجان.ايران و ج.ا.ديناميك توسعه روابط فرهنگي بين ج

ايوب خوش سير

سال گذشته اشاره شده است و نام 200در اين مقاله به روابط فرهنگي ايران و آذربايجان در

نويسنده تأكيد دارد كه . افرادي كه روابط فرهنگي بين دو كشور را توسعه داده اند ذكر شده است

8 ...................... .روابط فرهنگي بين دو كشور روز به روز گسترش مي يابد و رو به رشد است

نظامي و صنعت شعر

نسيب گويوش افنويسنده با ارايه . در اين مقاله هنر و صنعت شعر گفتن نظامي گنجوي مورد بررسي قرار گرفته است

گنجوي وي را يكي از شعراي بزرگ در اين برخي نمونه هاي هنري و زيبايي شناسي شعر نظامي 13 ....................................................................................................................... . صنعت شعر معرفي مي كند

Page 183: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə
Page 184: 2 Hikmət HİKMƏT № 19, 2012 * * * İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi * * * Baş redaktor: İbrahim Nuri * * * REDAKSİYA HEYƏTİ: S.Əli Əkbə

1391سال 19شماره

رايزني فرهنگي سفارت جمهوري اسالمي ايران در باكو

:سردبير ابراهيم نوري

:هيئت تحريريه سيد علي اكبر اجاق نژاد

شاهين فاضل ايوب خوش سير ابوالفضل ربيعي نوشابه علي زاده

عصمت خانم محمداوا نصيب گويوشف

هيئت تحريريه حق ويرايش مقاالت واصله را براي خويش محفوظ مي دارد، لكن صحت مطالـب و دفـاع از .مقاالت ارسال شده عودت داده نخواهد شد. آراء ارائه شده به عهده مؤلف محترم است

.چاپ گرديد» كوثر«در چاپخانه

500تيراژ