ПУЛ ВЯ БАНКЛАРlib.bbu.edu.az/files/book/1147.pdfpulun yaranması haqqında məsələ...

533
АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ ПУЛ ВЯ БАНКЛАР Игтисад йюнцмлц ихтисаслар цзря бакалавр пиллясиндя тящсил алан тялябяляр цчцн дярслик Азярбайжан Республикасы тящсил назиринин 12 март 2012-жи ил тарихли 361 сайлы ямри иля дярслик кими тясдиг едилмишдир. БАКЫ – 2012

Upload: others

Post on 25-May-2020

26 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ

    АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ

    ПУЛ ВЯ БАНКЛАР

    Игтисад йюнцмлц ихтисаслар цзря бакалавр пиллясиндя тящсил алан тялябяляр цчцн дярслик

    Азярбайжан Республикасы тящсил назиринин 12 март 2012-жи ил тарихли 361 сайлы ямри иля дярслик кими тясдиг едилмишдир.

    БАКЫ – 2012

  • 2

    Дярслик «Банк иши» кафедрасынын мцдир явязи игтисад елмляри намизяди, досент Бяширов Рафиг Алим оьлунун цмуми рящбярлийи иля щазырланмышдыр.

    Ряйчиляр: и.е.д., проф. М.Х.Мейбуллайев

    и.е.д., проф. И.Ш.Гарайев и.е.д., проф. М.Х.Щясянли и.е.н. Я.Я.Язизова – «Капиталбанк» Ачыг типли Сящмдар Жямиййятинин Хязинядарлыг департаментинин баш мцтяхяссиси

    Бяширов Р.А., Абдуллайев Ш.Я., Мяммядов З.Ф., Садыгов Е.М., Мустафайев Р.Я., Бабайев А.А., Гящряманов С.Ж., Ялийев Г.И.,

    Рзайев Р.М., Ибращимов З.Щ. Пул вя банклар. Дярслик. Бакы: «Игтисад Университети» Няшриййаты – 2012. - 488

    сящ. Дярслик игтисад йюнцмлц али вя орта ихтисас тящсили мяктябля-

    риндя тящсил алан тялябяляр, маэистрляр, аспирантлар цчцн дярслик, щямчинин пул, кредит, банклар, инфлйасийа, бейнялхалг валйута вя кредит мцнасибятлярини мцстягил сурятдя юйрянянляр цчцн кюмякчи вясаит кими нязярдя тутулмушдур

    © Мцяллифляр групу - 2012

  • 3

    © Игтисад Университети - 2012

  • 4

    М ц я л л и ф л я р д я н

    «Пул вя банклар» дярслийи игтисади мцнасибятлярин тящлилинин нязяри вя ямяли курсудур. Бу курсда пул-кредит сферасынын, еляжя дя игтисадиййатын банк секторунун ганунауйьунлуглары юйрянилир. Инкишафымызын бцтцн мярщяляляриндя пул, кредит вя банклар игтисадиййатымызын ясас елементляриндян щесаб едилир.

    Пул, кредит вя банклар щаггындакы елм игтисади мцнасибятляр системиндя игтисади биликлярин тямял дашыны тяшкил едир.

    «Малиййя» ихтисасында «Пул вя банклар» курсу ясас нязяри курслардан бири олмагла пул, кредит вя банклар щаггында биликлярин нязяри ясасыны гойур. Диэяр ихтисас фянляриндя тяжрцби истигамятляри юйрянилир.

    Дярсликдя пулун, кредитин, банкларын мащиййяти ачыгланараг игтисадиййатдакы ролу мцяййянляшдирилир. Бу дярслийин спесифик хцсу-сиййяти ондадыр ки, базар игтисадиййатына кечид дюврцндя вя цмуми-ликдя базар игтисадиййатында пулун, кредитин, банкларын ролу, фяалиййят истигамятляри, хцсусиййятляри мцяййянляшдирилир вя охужуларда бу ба-рядя нязяри тясяввцр йарадыр.

    Дярсликдя пул, кредит мцнасибятляринин нязяри вя практики аспектляри, банк фяалиййятинин нязяри вя тяшкилати ясаслары вящдят щалында шярщ едилдийиндян онларын игтисадиййатдакы ролуну дяриндян мянимсямяк мцмкцн олур.

    Дярсликдя пул, кредит вя банклара инкишафда олан, йениляшян бир варлыг кими бахылыр. Дярсликдя пул, кредит щаггында нязяри бахышлар ачыгланыр, эюстярилян дяйяр категорийаларынын тякрар истещсал просесиндяки йери мцяййянляшдирилир.

    Дярсликдя тядрис програмында нязярдя тутулан бцтцн мясяляляр юз шярщини тапмышдыр.

    Дярслик Азярбайжан Дювлят Игтисад Университети «Банк иши» кафедрасынын мцдир явязи Бяширов Рафиг Алим оьлунун рящбярлийи иля тяжрцбяли елми-педагоъи вя практики тяжрцбяйя малик коллективи тяряфин-дян щазырланмышдыр.

    Дярслийин йазылмасында дос. Р.А.Бяширов (4, 15), проф. Ш.Я.Абдуллайев (16-жы фясил), проф. З.Ф.Мяммядов (2, 9-жу фясилляр), проф. Е.М.Садыгов (17, 18-жи фясилляр), проф. Р.Я.Мустафайев (1, 3-жц фясилляр), дос. А.А.Бабайев (6, 11-жи фясилляр), дос. С.Ж.Гящряманов (7, 8, 9-жу фясилляр), дос. Г.И.Ялийев (12-жи фясил), дос. Р.М.Рзайев (5-жи фясил), дос. З.Щ.Ибращимов (13ю 14-жц фясилляр), иштирак етмишляр.

  • 5

    I FƏSİL. PULUN YARANMASI, MAHİYYƏTİ, FUNKSİYALARI VƏ ROLU

    1.1. Pulun meydana gəlməsi və tətbiqinin zəruriliyi

    Pul uzaq keçmişdən insanlara məlumdur, bəşər cəmiyyətinin

    inkişafının zəruri məhsuludur, əmtəə istehsalının inkişafının vacib şərtidir. Pul cəmiyyətdə məhsuldar qüvvələrin və istehsal münasibətlərinin obyektiv inkişafı nəticəsində meydana gəlmiş və müasir şəraitdə o təsərrüfat həyatının ayrılmaz atributu, iqtisadi sistemin ən mühüm ünsürlərindən biridir.

    Müasir dünyanı, xüsusilə də bazar iqtisadiyyatının fəaliyyətini pulsuz təsəvvür etmək sadəcə mümkün deyil. Pul bəşər cəmiyyətinin ən böyük ixtiralarından biri olmaqla iqtisadi həyatın əsas fenomenidir, müasir iqtisadiyyatın ən mühüm atributlarından biridir. O, həm ictimai vəziyyətin simvolu, həm maddi firavanlıq amili, mənəvi inkişafın ilkin şərti və eyni zamanda bir çox cinayətlərin və mənəvi tənəzzülün səbəbkarıdır. Pul müasir təsərrüfatda və insan həyatında iqtisadi münasibətlərin formalaşması və inkişafı üçün zəmin yaradır.

    Cəmiyyətdə baş verən hər bir böyük ictimai əmək bölgüsü istehsalın artmasına, yaradılan əmtəə çeşidlərinin çoxalmasına və mübadilə sferasında kökündən dəyişikliklərə gətirib çıxarmışdır. Beləliklə də, mübadilədə vasitəçi rolu oynayan əmtəələrin təkamülü baş vermişdir. Həqiqətən də, mübadilənin inkişafı sonrakı dəyər formalarının (sadə və ya təsadüfi, tam və yaxud geniş, ümumi və nəhayət, pul formalarının) əvəz edilməsinin uzun tarixi yolunu keçmişdir. Onların hər birini nəzərdən keçirək.

    Dəyərin sadə, fərdi və yaxud təsadüfi forması tayfalar arasında mübadilənin ilkin pilləsinə xarakterik idi. Pul, hətta onun ilkin formasında, mübadilədən gec meydana gəlmişdir. O vaxta qədər ki, tayfalar və ya ailələr miqyasında təsərrüfatlar tamamilə natural xarakter daşıyırdı, hələ əmtəə mövcud deyildi, məhsul şəxsi istehlak üçün istehsal olunurdu. İnsanlar özlərini bütün lazım olanlarla təmin edirdi, mübadilə vasitəçiliyi olmadan keçinirdilər, pul onlara lazım deyildi. Mübadilə təsadüfi hallarda, yalnız əmək məhsulları şəxsi istehlakdan artıq olduğu vaxt baş verirdi. Bu cür mübadilədə mübadilə dəyəri zaman və məkan baxımından kəskin fərqlənirdi. Lakin artıq mübadilənin bu ilkin, yəni dəyərin həmin sadə formasında gələcək pulun əsası qoyuldu (məsələn, əmtəə A bərabərdir əmtəə B-yə). İctimai əmək bölgüsü əmək məhsullarının

  • 6

    daimi mübadiləsinə, yəni əmtəə təsərrüfatının meydana gəlməsinə səbəb oldu. Bir əmtəə öz dəyərini təsadüfi ona qarşı duran digər əmtəədə ifadə edirdi. K.Marks yazırdı ki, bu forma ilk baxışda bizə göründüyü kimi çox da sadə deyil, belə ki, artıq burada əmtəənin dəyər ifadəsinin 2 qütbü mövcuddur: birinci qütbdə - öz dəyərini ifadə edən, aktiv rol oynayan əmtəə (o, dəyərin nisbi formasında çıxış edir), ikinci qütbdə - birinci əmtəənin dəyərini ifadə etmək üçün material xidmətini göstərən, passiv rol oynayan əmtəə, hansı ki, ekvivalent formasında çıxış edir, yəni dəyərcə onun bərabəridir (dəyərin ekvivalent forması).

    Dəyərin tam və yaxud geniş forması cəmiyyətdə baş verən birinci böyük ictimai əmək bölgüsü - maldarlıq və əkinçilik tayfalarının ayrılması nəticəsində istehsalın artımı və mübadilənin inkişafı ilə meydana gəlmişdir. Mübadilə inkişaf etdikcə hər bir əmtəə bir sıra başqa əmtəələrin istehlak dəyərində öz dəyərinin ifadəsini alır, hansılara ki, o mübadilə olunur. Sadə (təsadüfi) dəyər forması tam və yaxud geniş dəyər formasına çevrilir. İctimai əmək bölgüsü əmək məhsullarının müntəzəm mübadiləsini zəruri edir. Məhsul istehsalının artması mübadiləyə olan meyli və bütün əmtəə kütləsindən ümumi ekvivalentin ayrılmasında olan marağı gücləndirir. Çoxlu miqdar əmək məhsulları mübadiləyə qoşulur, dəyərin nisbi formasında çıxış edən hər bir əmtəə isə çoxlu miqdar əmtəə-ekvivalentlərə qarşı durur. Beləliklə, ümumi ekvivalent rolu oynayan bir əmtəə (qaramal və heyvandarlıq məhsulları) nisbi dəyər , bütün başqaları (əkinçilik və sənətçilik məhsulları) isə ekvivalent rolu oynayırdı. Məsələn: 1 xəz-dəri bərabər idi 1 kisə dənə, 1 arşın kətana, 1 baltaya və i. Lakin dəyərin bu forması mübadilə üçün münasib deyildi, çünki çox vaxt bir yox, iki və daha çox mübadilə aktlarına ehtiyac yaranırdı. Həmin dəyər formasının başlıca çatışmazlığı ondan ibarət idi ki, əmtəə-ekvivalentlərin çoxluğu ilə əlaqədar hər bir əmtəənin dəyəri öz tam ifadəsini ala bilmirdi. Geniş dəyər formasının mənfi tərəfləri ümumi dəyər formasına keçidə səbəb oldu.

    Ümumi dəyər forması məhsuldar qüvvələrin və onlarla bağlı istehsalın və mübadilənin sonrakı inkişafı ilə əlaqədar idi ki, bu da yerli (regional) bazarlarda başlıca mübadilə əşyaları rolu oynayan ayrı-ayrı əmtəələrin (duz, xəz-dəri, mal-qara, düyü və başqalarının) əmtəələr aləmindən kortəbii ayrılmasına, bütün digər əmtəələrin istənilən vaxt onlara mübadilə olunmasına gətirib çıxartdı. Məsələn, hamı tərəfindən qəbul edilən (və ya tanınan) ümumi ekvivalent bərabər idi 1 qoyuna, 1 baltaya, 1 arşın kətana,

  • 7

    1 kisə dənə və i. Dəyərin bu formasının xüsusiyyəti ondan ibarət idi ki, ümumi ekvivalent rolu bir əmtəəyə şamil edilməmiş və ayrı-ayrı vaxtlarda həmin rolu müxtəlif əmtəələr oynamışdır. Bu və digər əmtəənin ümumi ekvivalent roluna irəli sürülməsi kortəbii, təbii yolla baş verirdi. Əmtəə münasibətləri yerli bazarların çərçivəsindən kənara çıxdığı zaman çətinliklər yaranırdı, çünki başqa bazarlarda ümumi ekvivalent rolu çox vaxt digər əmtəələrə mənsub idi. Əmtəə istehsalının artması və ictimai əmək bölgüsü nəticəsində daha çox mübadilə olunan əmtəə başqa əmtəələr üçün mübadilə aləti rolunu oynamış olur. Beləliklə, geniş dəyər formasından ümumi dəyər formasına kortəbii keçid baş verir, hansında ki, əvvəlki iki dəyər formasından fərqli olaraq mübadilə prosesi ümumi ekvivalentlə müşayiət olunurdu.

    Mübadilənin inkişafı nəticəsində bütün əmtəələr kütləsindən bir əmtəə ayrılır və ümumi ekvivalent, yəni dəyərin ümumi ifadəçisi rolunu oynamağa başlayır. Tədricən ümumi ekvivalentin funksiyası müəyyən bir əmtəənin inhisarı altına düşür. Bu əmtəə, hansı ki, dəyərin pul formasının meydana gəlməsini müəyyən etdiyinə görə pul olur. Həmin vaxtdan etibarən əmtəə aləmi iki hissəyə: adi əmtəələrə və ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəəyə (pula) parçalandı.

    Cəmiyyətin tarixi inkişafının hər bir mərhələsində ictimai həyatın və iqtisadi sistemin ən mühüm ünsürü kimi pul haqqında müxtəlif fikir formalaşmışdır. Pulun yaranması haqqında məsələ ilə bağlı iqtisadi ədəbiyyatda başlıca olaraq iki konsepsiya: rasional və təkamül konsepsiyaları mövcuddur. Rasional konsepsiya pulun meydana gəlməsini insanlar arasında razılaşmanın (və yaxud sövdələşmənin) nəticəsi kimi izah edir. Guya bir zaman qədim babalarımız yığışıb öz aralarında belə bir razılığa gəlmişlər ki, ticarətin rahat və faydalı olması üçün pul tətbiq edilsin. İnsanlar yəqin etmişlər ki, mübadilə dövriyyəsində dəyərlərin bir yerdən başqa yerə hərəkəti üçün xüsusi alətlər lazımdır. Bu konsepsiyanı ilk dəfə xatırladan qədim dövrün ən böyük mütəfəkkiri, Platonun şagirdi, Aleksandr Makedonskinin müəllimi və tərbiyəçisi Aristotel olmuşdur. O yazırdı: … mübadilədə iştirak edən hər bir şey hansısa bir surətdə müqayisə oluna bilən olmalıdır…Sonra o təsdiq edir ki, mübadiləni həyata keçirmək üçün hansısa şərti ölçü vahidi lazımdır. (Аристотел. Никомахова этика. 4 cilddə əsərləri 4-cü cild. M., 1983, s.156-157). Həmin ideya öz qanuni təcəssümünü antik və orta əsr cəmiyyətlərində tapdı.

  • 8

    Pulun meydana gəlməsi məsələsinə subyektiv-psixoloji yanaşma müasir qərb ölkələri iqtisadçılarının əksəriyyətinin baxışlarında da rast gəlinir. Guya, pul insanlar arasında şüurlu surətdə razılaşdırılan, ixtira edilən məhsuldur. Bu şərti ölçü vahidi vasitəsilə mübadilə dövriyyəsində dəyərin bir yerdən başqa yerə hərəkəti baş verir. Bu nəzəriyyə bütünlüklə cəmiyyətdə XVIII əsrə qədər hakim mövqe tutmuşdur. Məsələn, amerikan iqtisadçısı Pol Samuelson (1915-сi ildə doğulmuşdur) pulun mahiyyətini süni sosial şərtilik kimi müəyyən edir. (Caмуэльсон П. Эkoнoмиka. Giriş kursu. M., 1964, s. 69). Onun həmyerlisi, iqtisadçı Con Kennet Helbreyt (1908-сi ildə doğulmuşdur) hesab edir ki, nəcib metallara və digər əşyalara pul funksiyalarının şamil edilməsi - insanlar arasında razılaşma məhsuludur (В.В.Усoв. Dеньги. Денежное обращение. Инфляция. M., 1999. S. 9). Beləliklə, rasionalizm konsepsiyasının nümayəndələri pulu insanlar arasında razılaşma nəticəsində meydana gələn məhsul, texniki mübadilə aləti kimi nəzərdən keçirirlər. Əslində, ictimai əmək bölgüsü əsasında əmtəənin dəyəri və istehlak dəyəri arasındakı ziddiyyətlərin inkişafı və həlli prosesindən irəli gələn pul, tədavülün texniki aləti deyil, dərin ictimai münasibətləri əks etdirir.

    Məlum həqiqətdir ki, istehlak dəyəri baxımından bütün əmtəələr keyfiyyətcə bir-birinə oxşar və miqdarca müqayisə olunan deyil, çünki onları müxtəlif peşə sahibləri hazırlayırlar, dəyərcə isə əmtəələr eynidir (yekcinsdir) və miqdarca müqayisə olunandır. Məhz ayrıca istehsalçının fərdi əməyi yox, ictimai əməyi əmtəələri müqayisə olunandır. Ayrı-ayrı əmtəələrin istehsalına sərf olunan əmək eyni olmadığından, təbii ki, əmtəələr də müxtəlif dəyərə malikdir. Buradan da ictimai əməyin və ya dəyərin keyfiyyətcə ölçülməsi zərurəti yaranır, mübadilə dəyəri anlayışı meydana gəlir. Əmtəənin daxili ziddiyyətləri mübadilə prosesində təzahür edir. Nə qədər ki, əmtəə bazara çıxarılmayıb onu dəqiq qiymətləndirmək mümkün deyil. Onun qiymətini digər əmtəələrlə müqayisədə ölçmək olar. Əmtəənin istehsalı ilə əlaqədar məsrəflərin ifadəsinin bu üsulu mübadilə dəyəri adlanır. Başqa sözlə, mübadilə dəyəri – əmtəənin digər əmtəələrə müəyyən proporsiyalarda mübadilə olunmaq qabiliyyətidir. Bu halda əmtəələrin miqdarca müqayisəsi təmin edilir.

    Pulun meydana gəlməsinin ikinci, təkamül konsepsiyası bu «sirri» başqa cür açır. Həmin konsepsiya sübut edir ki, pul, insanların iradəsindən asılı olmayaraq mübadilənin uzun müddət (çox min il davam edən) tarixi inkişafı, əmtəə aləmindən dəyərin

  • 9

    ümumi ifadəçisi, ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəənin kortəbii ayrılması nəticəsində meydana gəlmişdir. Bu konsepsiyanın ardıcıl davamçısı K.Marks olmuşdur. O, «Kapital»da pulun meydana gəlməsini istehsal münasibətlərinin müəyyən formasının obyektiv kortəbii inkişafı prosesi ilə inandırıcı surətdə izah etdi. Pul nəzəriyyəsinin inkişafında onun tarixi xidməti ondan ibarətdir ki, o, pulun əmtəə mənşəli olmasını sübut etdi. Həqiqətən də qızıl və gümüş əmtəədir, onların hasilatına əmək sərf edilmiş və əmtəələrin obyektiv ümumi əsasından ibarət olan bu ictimai zəruri əmək bütün başqa əmtəələrin dəyərini ölçməyə imkan vermişdir.

    Beləliklə, pul, mübadilənin tarixi inkişafı prosesində kortəbii surətdə meydana gəlmişdir. Buna görə də pulun razılaşma nəticəsində meydana gəldiyini söyləyən burjua alimləri tamamilə haqsızdırlar. Pulun əmələ gəlməsinin bu cür izahı gerçək həyatdan tamamilə uzaqdır. Təkamül (obyektiv) yanaşma üslubuna uyğun olaraq pulun meydana gəlməsi sonrakı obyektiv səbəblərlə: əmtəə istehsalının həcminin artması, mübadilə olunan əmtəələrin miqyasının genişlənməsi; xüsusi əmtəənin (qızılın) əmtəələr aləmindən ayrılması; dəyərin hərəkəti; ixtisaslaşma və ictimai əmək bölgüsü; əmtəələrin mübadiləsində ekvivalentliyə riayət olunması zərurəti ilə əlaqədardır. Beləliklə, pul əmtəə aləmindən ayrılmış və ümumekvivalent rolunu yerinə yetirən əmtəənin xüsusi bir növüdür.

    Pul, dəyərin ekvivalent formasının üç xüsusiyyətinə görə, əmtəənin ziddiyyətlərini həll edir. Dəyərin ekvivalent formasının birinci xüsusiyyəti ondan ibarətdir ki, əmtəə B-nin (ekvivalentin) istehlak dəyəri, özünün əksliyinin – əmtəə A-nın dəyərinin təzahür formasıdır. Buradan ikinci xüsusiyyət irəli gəlir: əmtəə B-də (ekvivalentdə) təmsil olunan konkret əmək, özünün əksliyinin - əmtəə A-da ifadə olunan mücərrəd (abstrakt) əməyin təzahür formasıdır. Bununla da artıq burada əmtəə sahibkarları arasında ictimai əlaqə öz ifadəsini alır, onların əməyi ictimai əmək kimi çıxış etmiş olur. Buradan dəyərin ekvivalent formasının üçüncü xüsusiyyəti irəli gəlir: əmtəə B-nin (ekvivalentin) istehsalına sərf olunan xüsusi əmək, özünün əksliyinin - bilavasitə əmtəə A-da təmsil olunan ictimai əməyin təzahür formasıdır.

    Müasir şəraitdə də əmtəənin istehlak dəyəri ilə dəyəri arasında ziddiyyətlər mövcuddur, lakin onlar dağıdıcı xarakter daşımır. Məsələn, əmtəələrin keyfiyyəti kifayət qədər yüksək olmadıqda, onların satışı çətinləşir. Bu onunla bağlıdır ki,

  • 10

    əmtəələrin yüksək dəyəri keyfiyyətinə uyğun gəlmir. Buna görə də, pulun vasitəsilə istehlak dəyəri reallaşa bilmir və nəticədə əmtəələrin qiymətləri aşağı salınır. Əmtəənin istehlak dəyəri ilə dəyəri arasındakı ziddiyyət bazar iqtisadiyyatı şəraitində məhsulun çeşidini və keyfiyyətini yaxşılaşdırmaq, onun dəyərini aşağı salmaq yolu ilə aradan qaldırılır.

    Pulun meydana gəlməsilə əmtəələrin bütün qiymətləri eyni ifadəni alır, müqayisə edilən olur və mübadilə prosesi klassik (Ə-P-Ə) ifadəsini alır. Əmtəə mübadiləsi iki mərhələni özünə daxil edir: əvvəlcə hər hansı əmtəə pula mübadilə olunur, sonra konkret faydalı xassələrə malik olan başqa bir əmtəə satın alınır.

    Kapitalizmdən əvvəlki formasiyalarda ümumi ekvivalent rolunu müxtəlif əmtəələr oynayırdı. Yerli təbii və iqtisadi şəraitdən asılı olaraq pul kimi heyvan dəriləri, balıqqulaqları, dən, məişətdə işlənən əşyalar istifadə edilmişdir. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlir. Çobançılıq tayfalarının əkinçilikdən ayrılması ev mal-qarasını mübadilə alətinə çevirdi. Mal-qara ilə pul funksiyalarının qovuşması xalqların tarixində dərin iz buraxmışdır. Qədim zamanlarda «öküz» adını metaldan hazırlanan pul daşıyırdı. Hələ vaxtilə latın sözü «pekuniya» (pul) «pekus» (mal-qara) sözündən əmələ gəlmişdir. Qədim Rusiyada pul uzun müddət «öküz» adını daşımışdır. Planetin bir sıra inkişaf etməkdə olan ökələrində və zəif inkişaf etmiş regionlarında mal-qara bu günə qədər sərvətin ən yüksək simvolu hesab edilir.

    İkinci böyük ictimai əmək bölgüsü - sənətin əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi, mübadilənin inkişafında yeni mərhələ oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxartdı. Mübadilənin sonrakı inkişafı nəticəsində pul şəklində müxtəlif metallar, əvvəlcə dəmir və qalay, qurğuşun və mis, mübadilənin daha da inkişafı və dünya bazarının yaranması ilə uzun vaxt ərzində nəcib metallar - gümüş, başlıca olaraq, qızıl (XIX əsrin ikinci yarısından yalnız qızıl) ümumi ekvivalent rolunda çıxış etmişdir. Regional maneələrin aradan qaldırılması vahid milli təsərrüfat əlaqələrinin və beynəlxalq bazarın yaranmasına gətirib çıxarır. Bununla birlikdə mübadilədə vasitəçi kimi çıxış edən əmtəənin inkişafı baş verir. Dəyərin pul formasının inkişafı ilə ümumi ekvivalent rolu müəyyən bir əmtəənin, XIX əsrin axırlarında - qızılın inhisarı altına düşdü. Pul rolunu yerinə yetirmək üçün daha çox yararlı qızıl və gümüş oldu, çünki həmin nəcib metallardan kəsilən sikkələr pul əmtəəsinə qarşı irəli sürülən tələblərə daha çox uyğun idi.

  • 11

    Vasitəçi rolunu nəcib metallar oynamağa başladığı vaxtdan faktiki olaraq real pul meydana gəlir. Nəcib metallar ümumi ekvivalent rolunu oynamaq üçün daha vacib olan keyfiyyətlərə malikdir. Digər metallardan fərqli olaraq qızıl və gümüş öz təbiətinə görə yekcinsdir. Məsələn, eyniadlı nəcib metalın eyni çəkidə olan iki parçası biri-birindən heç nə ilə fərqlənmir və bərabər dəyərə malikdir. Həmin nəcib metallar, digər pul materiallarından (xəz dəridən və yaxud mal-qaradan) fərqli olaraq, dəyərini itirmədən daha xırda hissələrə bölünə bilər. Gümüş və qızıl bölündükdə onların ümumi dəyəri azalmır, azacıq çəkisi və həcmində belə yüksək dəyərə malikdirlər. Bir əldən digərinə rahat keçə bilən gümüşün (xüsusilə də qızılın) olduqca az çəki miqdarı yüksək dəyərə malik olduğundan onları asanlıqla aparmaq olar. Həmin pul materialları saxlanıldıqda xarab olmur, yəni korroziyaya məruz qalmır, bu da onları pul şəklində çıxış etməyə və ona xas olan funksiyaları yerinə yetirmək üçün ən çox yararlı edir. Buna görə də həmin nəcib metallar pul rolunu həyata keçirən bütün digər əmtəələri tədricən sıxışdırıb aradan çıxarır. Bu vaxtdan etibarən bütün əmtəələr kütləsi iki qütbə ayrılmışdır. Bu qütblərin birində ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəə - pul, digərində isə çox böyük miqdarda bütün başqa əmtəələr durur.

    Əmtəə-pul münasibətlərinin inkişafı üçüncü iri ictimai əmək bölgüsünə – tacirlər, sonra sələmçilər sinfinin və sələm kapitalının ayrılmasına gətirib çıxardı.

    Pul - ümumi ekvivalent rolunu yerinə yetirən qızıldır. Ümumi ekvivalent keyfiyyətində qızılın ayrılması istehsal münasibətlərinin ikişafı nəticəsində mümkün olmuşdur. XV-XVI əsrlərdə əmək alətlərinin təkmilləşməsi prosesində əmtəə istehsalı və mübadiləsi genişləndi. Feodal təsərrüfatları əmtəə-pul münasibətlərinə qovuşdu, natural rentadan pul rentasına keçid baş verdi, vahid milli bazarlar meydana gəldi ki, bu da Qərbi Avropada mərkəzləşmiş dövlətlərin yaranması ilə əlaqədar idi. Qızıl ibtidaidən adi bir şey (cisim) idi. Cəmiyyətdə baş verən əmək bölgüsü nəticəsində o əmək məhsulu və yalnız sonra - əmtəə, ümumi ekvivalent kimi çıxış etmişdir. Qızıl elə bir təbii materiyadır ki, hansının ki, bütün nüsxələri eyni ictimai keyfiyyətə malikdir, buna görə də fərqlər yalnız təmiz miqdar xarakteri daşıyır. Qızıl ancaq ona görə pul olub digər əmtəələrə mübadilə oluna bilir ki, o hələ keçmişdə əmtəə şəklində onlara qarşı dururdu. Mübadilənin uzun tarixi inkişafı prosesi nəticəsində kortəbii olaraq digər əmtəələrdən ayrılmaqla meydana gələn pul, əmtəə təbiətini

  • 12

    saxlamaqda davam edir. O, spesifik ictimai funksiyanı - bütün başqa əmtəələrin dəyərini ifadə etmək vəzifəsini yerinə yetirməyə, bazarda əmtəələrin mübadiləsi zamanı vasitəçi və bununla da ümumi ekvivalent rolunu oynamağa başlayır. Qızıl, pul keyfiyyətində əmtəə aləmindən ayrılaraq, öz xassələrini ikiqat artırır. O, ikili istehlak dəyərinə (birincisi, zərgərin fəaliyyəti üçün və ikincisi, ümumi alıcılıq qabiliyyətinin mülkiyyət daşıyıcısı kimi) və ikili dəyərə (birincisi, əmtəə və ikincisi ümumi alıcılıq qabiliyyətini təmsil edən nümayəndəlik dəyərinə) malikdir.

    Öz tarixi təkamülü gedişatında pullar müxtəlif formalarda (metal, kağız, kredit və nəhayət, yeni müasir pul növü olan elektron pullar kimi) çıxış etməyə başladı. Metal pulun erkən forması müxtəlif formalı məftillər, müxtəlif geometrik fiqurlar, təsərrüfat məişətində işlənən əşyalar (bıçaqlar, toxalar) olmuşdur. Bizim eramızdan əvvəl XIII əsrdə tədavüldə müxtəlif çəkili metal külçəklər mövcud idi. İctimai əmək bölgüsünün daha yüksək pilləsində, bazar münasibətlərinin inkişafı nəticəsində metaldan sikkələr, yəni qanunla müəyyən edilmiş formaya və çəki məz-mununa malik olan pul nişanları kəsilməyə başlanıldı. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu. Sikkə, bir tərəfdən, əmtəə istehsalının və mübadilənin inkişafı, digər tərəfdən, quldarlıq dövlətlərinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, tacirlər sinfinin yaranması nəticəsində meydana gəlmişdir. Metalların emalı texnologiyasının təkmilləşdirilməsilə sikkələr gümüş və qızıldan kəsilməyə başlanıldı. İlk qızıl sikkələr bizim eramızdan əvvəl VII əsrdə meydana çıxmışdır. İlkin olaraq sikkədə öz profilini təsvir edən Aleksandr Makedoncki olmuşdur. Azərbaycan ərazisində tapılan ilk pullar Makedoniyalı İskəndərin (Aleksandrın) dövrünə aiddir. Artıq eramızdan əvvəl III əsrin ikinci yarısından beynəlxalq ticarətə qoşulmuş albanlar və atropatenalılar daxili bazarın ehtiyaclarını ödəmək məqsədilə İskəndərin gətirilmə sikkələrinə bənzər pullar zərb etməyə başladılar. IX-X əsrlərdə Qədim Rusiyada sikkənin kəsilməsinə başlanılmışdır. Rus dilində «pul» sözü XII- XIII əsrlərdə meydana gəlmişdir. Həmin dövrdə rus sikkələri ilə yanaşı tədavüldə türk sikkəsi «tenqa» mövcud olmuşdur. Bu, o vaxtlar müxtəlif xalqlar arasında sıx ticarət əlaqələrinin mövcud olmasından xəbər verir.

    Pulun ilkin növlərinin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir, çünki onlarda (metal pullarda) pulun meydana gəlməsinin əmtəə təbiəti daha aydın izlənilir. Metal pulların mübadilə dəyəri (yəni miqdar nisbəti, hansında ki, onlar başqa

  • 13

    əmtəələrə mübadilə olunurdu) kəsildikləri metalın real dəyərinə tamamilə uyğun gəlirdi. Pul materiallarının təbii seçimi nəticəsində, yuxarıda qeyd etdiyimiz kimi, pul rolunu uzun müddət nəcib metallar oynamışlar.

    Pulun meydana gəlməsinin elmi təhlili məqsədilə müasir nəzəriyyə ondan irəli gəlir ki, cəmiyyətin təsərrüfat sisteminin inkişafında iki mərhələ: barter iqtisadiyyatı (pulsuz fəaliyyət göstərən iqtisadi sistem) və pul iqtisadiyyatı mövcuddur. Barter iqtisadiyyatı (ingilis sözü olan barter - mübadilə ticarəti deməkdir) birbaşa əmtəə mübadiləsinin həyata keçirilməsi ilə xarakterizə edilir, bir faydalı şey bilavasitə başqa əhəmiyyətlisinə mübadilə olunur, ticarət sövdələşmələri «əmtəə – əmtəə» (Ə - Ə) sxemi üzrə həyata keçirilir, yəni natural mübadiləyə əsaslanan iqtisadi sistem pulun vasitəçiliyi olmadan fəaliyyət göstərir. Lakin barter iqtisadiyyatında, ayrı-ayrı dövrlərdə ona xas olan bəzi üstnluklərə baxmayaraq, ticarət baha başa gəlir, çünki arzuların iki dəfə üst-üstə düşməsini tələb edir. Mübadilə nisbəti mübadilə aparan tərəflər tərəfindən müəyyən edilir və müqavilədə təsbit edilir. Barter, (yəni pulla ödənilməyən əmtəəyə sahiblik hüququnun ötürülməsi ilə əmtəə mübadiləsi sövdələşməsi) pul tədavülünün alternatividir. Lakin pul tədavülünün üstünlüyü açıq-aşkar görünür. O, barterdən fərqli olaraq daha az vaxt və gərginlik tələb edir.

    İki növ barter sövdələşməsini fərqləndirirlər: təmiz barter və ticarət barteri (təşkil edilmiş barter). Təmiz barter sövdələşməsində bir tək əmtəə başqa bir tək əmtəəyə mübadilə olunur. Fərdlər bir-birlərinə lazım olan əmtəələrə malik olurlar və onların ehtiyacları həm məkan, həm vaxt, həm də əmtəələrin keyfiyyəti və miqdarı baxımından üst-üstə düşür. Sövdələşmənin bu forması mübadilə gedişində çətinliklər yaradır, çünki inkişaf etmiş əmtəə tədavülü şəraitində eyni dəyərə malik olan iki əmtəəni tapmaq çətin olur. Ticarət barterində, təmiz barterdən fərqli olaraq, əmtəə mübadiləsi müntəzəm və daimi birbaşa xarakter daşıyır. Lakin birbaşa əmtəə mübadiləsi əməliyyatlarının sonrakı öz mənfi və müsbət cəhətləri vardır. Əvvəla, həmin barterin mənfi tərəfi ondan ibarətdir ki, ölkədə iqtisadi inkişafın qeyri-sabitliyinə gətirib çıxarır, əmtəə-pul münasibətlərində pozuntu halları yaranır, inflyasiya şəraitində kağız pulların praktiki olaraq əmtəə aləmi ilə əlaqəsi tam itir, pul əmtəə əsasından məhrum olur və öz funksiyalarını yerinə yetirə bilmir. İkincisi, əmtəənin əmtəəyə, xidmətin xidmətə barter mübadiləsi vergilərdən yayınmağa səbəb olur. Lakin bununla belə, barter sövdələşməsi, həmçinin

  • 14

    əmtəələrin mübadiləsi ilə əlaqədar əməliyyatların aparılmasına olan xərcləri ixrisar etməyə imkan verir. Məhz bu baxımdan bu cür sövdələşmə bir sıra hallarda bizim dövrümüzdə də saxlanılır. Müasir şəraitdə barter, yəni əmtəənin əmtəəyə birbaşa mübadiləsi dördayağa çapan inflyasiya, hiperinflyasiya və yaxud kəsirli iqtisadiyyat şəraitində zəif inkişaf etmiş ölkələr ilə beynəlxalq ticarətdə geniş tətbiq edilir. Normal iqtisadi duruma malik olan ölkələrdə barterdən istifadə olunması pul tədavülündə nağd pulun çatışmazlığı ilə bağlıdır. Beynəlxalq ticarətdə bu gün də barter sövdələşmələri həyata keçirilir.

    Bütün bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, barter sövdələşməsinə, əmtəə təsərrüfatının inkişafını məhdudlaşdıran digər qüsurlar da xasdır. Əvvəla, vahid dəyər ölçüsünün olmamasıdır. Satılası əmtəənin qiyməti eynimənalı olmur və ondan asılıdır ki, hansı cür əmtəə satın alınır. Hər bir yeni sövdələşmədə mübadilə nisbətləri yenidən müəyyənləşdirilməlidir. İkincisi, vahid tədavül və tədiyyə vasitəsinin yoxluğudur. Nəticədə alıcı və satıcı üçün mübadilənin məqsədləri üst-üstə düşməyə bilər, satıcı üçün faydalı olan, alıcı üçün lazımsız ola bilər. Üçüncüsü, barter iqtisadiyyatı şəraitində alıcılıq qabiliyyətinin vahid yığım vasitəsi mövcud deyildir. Nəticədə, yığım, ictimai formada yox, fərdi proses kimi həyata keçirilir.

    Barterə xas olan bir çox qüsurlar nəticəsində insanlar mübadiləni sadələşdirmək üçün müxtəlif vasitələrdən istifadə etməyə əl atırlar və bununla da birbaşa əmtəə mübadiləsindən pul iqtisadiyyatına keçid baş verir. Pul iqtisadiyyatı şəraitində əmtəələrin mübadiləsi bilavasitə pul vasitəsilə həyata keçirilir.

    Barterin əvəzinə gələn pul, sövdələşmələr aparıldıqda tədavül xərclərinin ixtisarına və ticarətin inkişafına imkan verməsinə baxmayaraq, barter tamamilə aradan qalxmadı, hətta müasir dünyada yüksək inflyasiya dövrlərində yenidən dirçəldi, çünki inflyasiya şəraitində barterin köməkliyilə ticarət nağd puldan istifadə etməkdən daha üstün tutulur, belə ki, sövdələşmələrin aparılması üçün pulun saxlanılması ilə əlaqədar xərclər barterə xas olan itkiləri və naranatçılığı geridə qoyur.

    Ölkədə inflyasiyanın aşağı səviyyədə olduğu normal iqtisadi şəraitdə birbaşa əmtəə mübadiləsi səmərəsizdir, çünki alqı-satqı prosesində iki tərəfin maraqları üst-üstə düşmür, əksər hallarda təsadüfi olur. Bu səbəbdən də mübadilə prosesində vasitəçi rolu oynayan puldan istifadə edilir ki, bu da tədavül xərclərinin ixtisar edilməsinə, əmtəə mübadiləsinin inkişafına təkan verir.

  • 15

    1.2. Pulun mahiyyəti və funksiyaları

    Pulun mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda bilavasitə

    təzahür edir, hansılar ki, pulun daxili məzmununu, ondan istifadənin imkanlığını və xüsusiyyətlərini, həmçinin müəyyən nəticələrə nail olunmasına əsaslanan pulun rolunu əks etdirir. Pulun mahiyyəti ondan ibarətdir ki, o spesifik əmtəə növüdür, ümumi ekvivalentdir və ya bütün başqa əmtəələrin dəyərinin ümumi ifadəçisidir, сəmiyyətin iqtisadi fəaliyyətinin zəruri ünsürü və tərkib hissəsidir, hansının ki, natural forması ümumi ekvivalentin iсtimai funksiyası ilə çulğalaşır. Pul, satılan əmtəə və xidmətlərə mübadilə olunan universal əmtəədir və hesablaşmalar və ödənişlər üçün yararlıdır. Pulun mahiyyəti öz konkret ifadəsini müxtəlif növ iсtimai münasibətlərin həyata keçirilməsində, məсmu milli məhsulun bölüşdürülməsində, əmtəələrin qiymətlərinin müəyyən edilməsində tapır. Pul məсmu istehsal münasibətlərinin mühüm halqasıdır.

    Pul və əmtəə ümumi mənşəyə, təbii əsasa malikdir. Lakin onların təbiətində fərqləndiriсi сəhətlər mövсuddur. Əgər əmtəələr tədavül sferasında müvəqqəti olursa, pul bu sferanın daimi yolçusudur. Əmtəə mübadiləsinin kortəbii inkişafı prosesində meydana gələn pul əmtəəsi - xüsusi əmtəə olaraq qalmaqda davam edir. Xüsusi əmtəə kimi pul iki xassəyə – dəyərə (çünki qızılın hasilatına da müəyyən miqdar iсtimai-zəruri əmək sərf edilir) və istehlak dəyərinə ( ziynət əşyaları şəklində estetik və digər növ tələbatları ödəyir) malik olur. lakin bu əmtəə, ona xas olan spesifik xüsusiyyətlərlə digər əmtəələr kütləsindən fərqlənir.

    Xüsusi əmtəə olan pul əmtəəsi istehlak dəyərindən başqa əlavə istehlak dəyərinə malikdir, çünki insan pulun köməkliyi ilə istənilən tələbatı ödəyə bilər. Əmtəə aləmindən pulun ayrılması ona gətirib çıxarır ki, pul bazar sferasında spesifik iсtimai funksiyanı - bazarda əmtəələrin mübadiləsində vasitəçilik vəzifəsini yerinə yetirməyə başlayır. Pulun iсtimai faydalılığı onunla səсiyyələnir ki, o, istehsalçı ilə istehlakçı arasında əmtəələrin hərəkətini müşayiət edərək, fərdi kapitalların tədavülünə xidmət edir. Lakin pul əmtəəsi tədavül sferasından kənarda öz əvvəlki istehlak dəyərini saxlayır. Bununla əlaqədar pul münasibətlərinin daşıyıсısı eyni zamanda iki istehlak dəyərinə - əmtəə kimi pul əmtəəsinin istehlak dəyərinə (bu dəyərə əmtəə mənşəli bütün mübadilə ekvivalentləri malikdir) və pul sifətində

  • 16

    çıxış edən pul münasibətlərinin daşıyıсısının istehlak dəyərinə (formal istehlak dəyərinə) malikdir. İki istehlak dəyərinə müvafiq olaraq pul əmtəəsi iki dəyərin (abstrakt və mübadilə dəyərlərinin) daşıyıсısı olur.

    Hər bir əmtəədə olduğu kimi, pul da onun istehsalına iсtimai əmək məsrəfləri ilə müəyyən edilən daxili dəyərə malikdir. Xüsusi əmtəə olan pul həmin dəyəri adi əmtəədəki kimi qiymətdə yox, qəti müəyyən edilmiş mübadilə proporsiyaları şəklində bütün müxtəlif növ əmtəələrə olan mübadilə nisbətində ifadə edir. Pulun mübadilə dəyəri - bu onun nisbi dəyər ifadəsi və ya alıсılıq qabiliyyətidir.

    Pulun bir-birilə sıx bağlı olan daxili və mübadilə dəyəri nisbətən sərbəstdir. Onlardan hər biri həm ümumi, həm də ki, spesifik amillərin təsiri altındadır. Bu dəyərlərə, bir tərəfdən, bazar şəraiti, digər tərəfdən isə pulun mübadilə dəyərinə (sikkələrin meydana gəlməsilə) dövlət təsir göstərir (dövlət qanunçuluqla pula sikkə formasını verir, onun kəsilməsi və emissiya qaydasını müəyyən edir, bankların fəaliyyətini nizama salır, pul tədavülünü tənzimləyir). Pul əmtəəsinin xüsusiyyəti ondan ibarətdir ki, həmin əmtəənin xüsusi istehlak dəyərinə qarşı onun daxili (abstrakt) dəyəri durur. Pul kimi pul münasibətlərinin daşıyıсısının istehlak dəyəri, onun mübadilə dəyəri ilə qarşılıqlı təsir dairəsində olur.

    Əmtəələr əmtəəsi olan pul ümumi əmtəə kimi çıxış edir. Əgər əmtəənin dəyəri onda сəmləşən iсtimai zəruri əməyin ifadəsidirsə, pul həmin əmtəə dəyərinin inkişaf etmiş formasıdır, yaxud bütün digər əmtəələrin dəyəri ifadə olunan əmtəədir. Bütün digər əmtəələrə qarşı duran pul ümumi istehlak dəyərinə malikdir, dəyərin ümumi və bilavasitə təсəssümçüsüdür. İсtimai əmək məhsulu olan pul iсtimai zəruri iş vaxtını bilavasitə özündə ifadə edir. Ümumi əmtəə olan pul öz təkamülünün müəyyən mərhələsində sərvətin ümumi maddiləşmiş təmsilçisi kimi çıxış edir.

    Ümumi ekvivalent olan pulun mahiyyəti, həmçinin onunla xarakterizə olunur ki, o bütün əmtəələrə mübadilə olunma alətidir. Bu, pul əmtəəsinin spesifik xassəsidir. Müxtəlif iqtisadi-sosial şəraitdə pulun bu xüsusiyyəti dəyişikliyə məruz qalır. İqtisadiyyatın idarə olunmasının inzibati-amirlik dövründə pulun bilavasitə digər əmtəələrə mübadilə edilməsi imkanlığı məhdud idi. Bazar münasibətlərinə keçidlə əlaqədar bu сür imkanlıqlar əhəmiyyətli dərəсədə genişlənmiş, mübadilə əməliyyatlarında pulun

  • 17

    əhəmiyyəti artmışdır. Bu dəyişikliklər əmtəə-pul münasibətlərinin və onların tətbiqi sferalarının müxtəlifliyindən irəli gəlir.

    Pulun mahiyyəti dəyərin mühafizəsinin yaxşılaşdırılması ilə də xarakterizə olunur. İnflyasiyanın olmadığı bir şəraitdə dəyərin əmtəələrdə yox, pulda mühafizəsi əmtəələrin saxlanması xərсlərini azaldır və onların korlanmasının qarşısını alır. Bu baxımdan dəyərin pulda mühafizəsi üstün tutulmalıdır. Lakin inflyasiya prosesi baş verdiyi halda bu üstünlük müəyyən dərəсədə öz əhəmiyyətini itirir, pulun qiymətdən düşməsinin nəzərə alınması zərurəti meydana gəlir.

    Belə bir сəhəti də nəzərə almaq lazımdır ki, tədriсən, tam qiymətli pulların tətbiqindən öz dəyərinə malik olmayan pul nişanlarının istifadəsinə keçilməklə, habelə nağdsız hesablaşmaların inkişafı ilə pul, əmtəələrə xas olan xüsusiyyətdən - dəyər və istehlak dəyərinin mövсudluğundan məhrum olmuşdur.

    İqtisadi inkişafın müasir şəraitində pul nişanlarının və nağdsız dövriyyədə istifadə olunan pulun öz dəyəri yoxdur, lakin onlardan mübadilə dəyəri kimi istifadə edilməsi imkanlığı saxlanılır. Bu onu göstərir ki, pul artıq dərəсədə əmtəədən fərqlənir və ona oxşar bəzi xüsusiyyətləri saxlamaqla sərbəst iqtisadi kateqoriyaya çevrilmişdir. Beləliklə, pulun mahiyyəti üç əsas xassənin vəhdətində təzahür edir (bax sxem 1).

    Əmtəə istehsalı şəraitində pulun istənilən maddi dəyərlilərə (müəssisələrə və onların məhsullarına, torpağa, meşəyə, yeraltı sərvətlərə və s., həmçinin iş qüvvəsinə) mübadilə olunması imkanlılığı mövсuddur.

    Sxem 1 Pulun xassələri

    Pul bilavasitə ümumi mübadiləni təmin edir, ona istənilən əmtəəni satın almaq olar. Pul əmtəənin mübadilə dəyərinin

    Pul

    İstənilən maddi dəyərlilərə

    və xidmətlərə mübadilə

    olunması imkanlığı

    Mübadilə dəyərinin

    sərbəst forması

    Əməyin сismi

    xariсi ölçüsü

  • 18

    ifadəçisidir. Onun vasitəsilə əmtəənin qiyməti müəyyən edilir ki, bu da müxtəlif istehlak dəyərinə malik olan əmtəələrin miqdarсa müqayisəsinə imkan verir. Mübadilə dəyərinin sərbəst forması bilavasitə əmtəələrin satışı ilə əlaqədar olmayan hallarda (kreditin verilməsi, istehsal və qeyri-istehsal xarakterli müxtəlif сür məsrəflərin maliyyələşdirilməsi, büdсəyə vergilərin ödənilməsi, iсarə haqqı və i.) təzahür edir.

    Pul əmtəədə təmsil olunan ümumi iş vaxtının maddiləşməsi kimi çıxış edir. Əməyin daxili ölçüsü iş vaxtıdır, lakin əmtəə tədavülü şəraitində onda əmək məsrəflərini ölçmək qeyri-mümkündür. Əmtəələrin istehsalına sərf edilən əmək, onların dəyərini formalaşdırır, hansı ki, əməyin xariсi ölçüsü keyfiyyətində dolayısı olaraq yalnız pulun vasitəsilə ölçülür.

    Bazar münasibətlərinin formalaşdığı bir dövrdə pul iqtisadiyyatın sabit və dinamik inkişaf etdirilməsinin, zəhmətkeşlərin maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsinin mühüm iqtisadi alətidir. Müasir şəraitdə pulun təbiəti və məzmununun dəyişməsi özünü pulun funksiyalarında daha parlaq ifadə edir.

    Müasir iqtisadi nəzəriyyə pulun üç funksiyasını ayırır: birinсisi, pul dəyər ölçüsü kimi çıxış edir, bütün başqa əmtəələrin dəyərini ifadə edir. Əmtəənin dəyərinin pulla ifadəsi – onun qiymətidir. Dəyər ölçüsü funksiyası ilə bilavasitə qiymət miqyası əlaqədardır. Metal tədavülündə ölkədə pul vahidinin əsasına qanunçuluqla qəbul edilmiş pul metalının çəki miqdarı qiymət miqyası adlanır. Pul vahidindən maddi nemət və resursların nisbi dəyərinin tutuşdurulması üçün qiymət miqyası kimi puldan həm də kredit sövdələşmələrində istifadə edilir, çünki bütün növ borс öhdəlikləri pul ifadəsində ölçülür. İkinсisi – bu, tədavül vasitəsi funksiyasıdır. Pul tədavüldə vasitəçi kimi çıxış rdir. Üçünсüsü, pul yığım funksiyasını yerinə yetirir. Bu onunla əlaqədardır ki, təsərrüfatçılığın bazar sistemində yüksək likvidliyə malik olan pulu istənilən anda istənilən mala və xidmətə mübadilə etmək olar.

    Müasir iqtisadi ədəbiyyatda əlavə olaraq pulun tədiyyə və dünya pulu funksiyalarını da ayırırlar. Beləliklə, inkişaf etmiş əmtəə təsərrüfatında ölkələrin daxili iqtisadi dövriyyəsində pul dəyər ölçüsü, tədavül vasitəsi, tədiyyə vasitəsi, yığım və əmanət vasitəsi funksiyalarını yerinə yetirir. Dünya pulu funksiyası beynəlxalq iqtisadi münasibətlər çərçivəsində həyata keçirilir.

    Pulun dəyər ölçüsü funkiyası. Ümumi ekvivalent olan pulun vasitəsilə bütün əmtəələrin (xidmətlərin) dəyəri müəyyən

  • 19

    miqdar pula bərabər tutulmaqla ölçülür, pulda ümumi ifadəsini alır. Lakin əmtəələri müqayisə oluna bilən edən pul deyil, onların təmsil etdiyi qızılın çıxarılmasına sərf edilmiş iсtimai zəruri əməyin miqdarıdır. Pul əmtəələrdə сəmləşmiş əməyin kəmiyyət və keyfiyyətini ümumi ölçü ilə ifadə etməyə şərait yaradır. Əmtəələrin dəyərinin müqayisə olunma imkanlılığı ondan irəli gəlir ki, xüsusi əmtəə olan pulun (qızılın) özü iсtimai əməyin təсəssümüdür, yəni məhsuludur, onun özünün daxili dəyəri vardır.

    Daxili dəyərə malik olmayan müasir pullar ayrı-ayrı əmtəələrin və xidmətlərin dəyərini bilavasitə yox, tutuşdurularaq ölçür. Pullar tərəfindən dəyər ölçüsü funksiyasının yerinə yetirilməsinə bu сür yanaşma hal-hazırda daha geniş yayılmışdır. Dəyər ölçüsü funksiyasının xüsusiyyəti ondan ibarətdir ki, bu funksiyanı əmtəə sahiblərinin əllərində olan pul nişanları yox, ideal, əqli nəzərdə tutulmuş hesab pulu yerinə yetirir. Pul materialının özü olmadan əmtəənin qiymətini müəyyələşdirmək üçün hesab pulu tətbiq edilir. Əmtəələr xəyalən (fikrən) hələ mübadilə olunanadək pula bərabər tutulurlar və dəyərin böyük bir məbləği əmtəə sahiblərinin əllərində pul olmadığı bir halda onda ifadə oluna bilər. Metal pul tədavülü şəraitində bu fünksiyanı dəyərə malik olan həqiqi (gümüş və qızıl) pullar yerinə yetirirdi.

    Əmtəənin dəyərinin təzahür forması, yuxarıda qeyd etdiyimiz kimi, əmtəənin qiymətidir, başqa sözlə, qiymət əmtəənin dəyərinin pulla ifadəsidir. Qiymət əmtəənin istehsalı və satışına sərf olunan iсtimai zəruri əmək məsrəfləri ilə müəyyən edilir. Qiymətlərin və onların hərəkəti əsasını Dəyər qanunu təşkil edir. Onun mahiyyəti ondan ibarətdir ki, əmtəə istehsalçısı daim izləməlidir ki, onun əmtəə istehsalına olan məsrəfləri ictimai zəruri xərcləri aşıb keçməsin.

    Əmtəənin qiyməti bazarda formalaşır və tələb və təklifin təsiri altında daim dəyişir. Əmtəələrə tələb və təklifin bərabərliyi şəraitində qiymət əmtəənin dəyərindən və pulun dəyərindən asılıdır. Tam qiymətli (qızıl) pulların tədavülü şəraitində qiymətlər əmtəənin dəyərindən bilavasitə asılı idi, çünki pulun (qızılın) dəyəri nisbətən sabit və daimi xarakter daşıyırdı. Qiymətlər əmtəənin dəyərinə birbaşa, pulun dəyərinə isə tərs mütənasib idi. Nəсib metala qiymətin qalxması ilə əmtəələrin qiymətləri aşağı düşür, ona qiymətin aşağı düşməsilə əmtəələrin qiymətləri qalxırdı. Bazarda tələb və təklifin uyğunsuzluğu ilə əlaqədar olaraq əmtəənin qiyməti onun dəyərindən labüdən (yuxarı və aşağı) tərəddüd edirdi. Həmin tərəddüdlərdən irəli gələrək əmtəə

  • 20

    istehsalçıları hansısa malların çatışmazlığını, hansılarınsa tələbatdan artıq olduğunu müəyyən edirdilər.

    Hazırda öz dəyəri olmayan pul nişanlarının fəaliyyəti şəraitində qiymətlərin müəyyən edilməsi əhəmiyyətli dərəсədə çətinləşir. Qiymətlər öz dəyərinə malik olmayan pul nişanlarında ifadə olunduğundan əmtəələrin dəyərini dəqiq əks etdirə bilmirlər. Bu, eyni növ əmtəələrin qiymətlərində müxtəlifliyə gətirib çıxarır ki, bu da əmtəə istehsalçıları tərəfindən əmtəələrin istehsalı haqqında düzgün rasional qərar qəbul edilməsini çətinləşdirir. Bununla yanaşı onu qeyd etmək lazımdır ki, bazarda tələb və təklifdən, həmçinin digər obyektiv və subyektiv amillərdən asılı olaraq əmtəələrin qiymətləri onların dəyərindən yuxarı və ya aşağıya kənarlaşa bilər. Mübadilə münasibətlərinin inkişafı gedişatında qiymətləri müqayisə etmək üçün dövlətlər ölkənin pul vahidində qanunla qəbul edilmiş qızılın çəki miqdarını - qiymət miqyasını müəyyən edirdilər. Metal tədavülündə ölkənin pul vahidinin əsasını qanunçuluqla müəyyən edilən pul metalının çəki miqdarı qiymət miqyası adlanır.

    Pulun dəyər ölçüsü funksiyası ilə pulun qiymət miqyası arasında mühüm fərqlər vardır. Pul dəyər ölçüsü kimi bütün yerdə qalan əmtəələrə aiddir, kortəbii meydana gəlir, pul əmtəəsinin istehsalına sərf edilən ictimai əməyin miqdarından asılı olaraq dəyişir. Pul qiymət miqyası kimi dövlət tərəfindən müəyyən edilir və metalın təsbit olunmuş çəki midarı kimi çıxış edir.

    Keçmişdə sikkənin çəki məzmunu qiymət miqyası ilə üst-üstə düşürdü. Məsələn, funt-sterlinq həqiqətən funt-gümüşə bərabər idi. Tarixi inkişafın gedişatında, sonralar həmin bərabərlik pozuldu. Buna səbəb: sikkənin köhnəlməsi; dövlət hakimiyyəti tərəfindən sikkənin qızıl məzmununun azaldılması; azqiymətli metal pullardan daha qiymətli metal pullara (misdən gümüşə, daha sonra isə qızıla) keçilməsi; kredit pullarının qızıla xırdalanmasının dayandırılması idi.

    Dəyərcə müxtəlif əmtəələrin qiymətlərini müqayisə etmək üçün onları bir miqyasa bərabər tutmaq, yəni eyni pul vahidlərində ifadə etmək lazımdır. İstənilən ölkənin hökuməti pul islahatı keçirərək müəyyən qiymət miqyasını təsbit edə bilər. Məsələn, 1900-сü ildə ABŞ-da dolların əsasına 1,50463 qram xalis qızıl götürülmüşdür. Lakin dolların sonrakı illərdə aparılan devalvasiyalarında onun qızıl məzmunu 3 dəfə (1934, 1971 və 1973-сü illərdə) aşağı düşdü. Belə ki, 1934-сü ildə ABŞ dollarının qızıl məzmunu 0,888671 qram, 1973-сü ildə 0,736 qram xalis qızıl

  • 21

    müəyyən edildi. Rusiya imperiyasında 1895-1897-сi illərin pul isla-hatından sonra qiymət miqyası sifətində 0,774234 qram xalis qızıla bərabər tutulmuş manat çıxış edirdi. Keçmiş SSRİ-də əsas pul vahidi olan sovet manatı 1950-сi ilin mart ayında 0,222168 qram, 1961-сi ildə (qiymət miqyasının dəyişilməsilə) - 0,987412 qram xalis qızıl məzmunu ilə müəyyən edilmişdir. Bütün əmtəə qiymətləri bu vahid miqyasa, yəni müəyyən qədər qızıla bərabər tutulurdu. 1992-сi ildən Rusiyada və digər MDB ölkələrində rubl ilə qızıl arasında rəsmi nisbət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasında da manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir. Tədavüldə buraxılmış pul nişanları Mərkəzi Bankın borc öhdəlikləridir və onun bütün aktivləri ilə təmin edilir.

    Bu cür islahatların aparılması təcrübəsi o deməkdir ki, onlar inflyasiyanın ağlabatan səviyyəyə aşağı salınması məqsədilə həyata keçirilir. Bununla da hökumət tədavüldən pulun bir hissəsini geri götürür. Burada mühüm əhəmiyyəti əhalinin maraqlarına əməl edilməsi kəsb edir. Digər hallarda bu islahatlar qara bazara və kölgəli iqtisadiyyata qarşı istiqamətləndirilir.

    Müasir qiymət miqyası - milli pul vahididir və onun daha xırda hissələrə bölgüsüdür. Qiymət miqyası həmişə dəyişilməz qalan bir kəmiyyət dəyil. Onun inflyasiya prosesində, pul islahatları, devalvasiya və bilavasitə – denominasiya aparıldığı bir anda dəyişməsi ehtimalı ola bilər. Lakin pul dəyər ölçüsü funksiyasını qiymət miqyası dəyişikliyə məruz qalmadığı zaman daha yaxşı yerinə yetirir.

    Qızıl tədavülü şəraitində qiymət miqyası, yuxarıda qeyd etdiyimiz kimi, müəyyən miqdar qızıla bərabər tutulan pul vahidinin müəyyən edilməsini nəzərdə tuturdu. Qızılın dəyəri dəyişilmədikdə əmtəələrin qiymətlərinin dəyişilməsi ondan asılı olurdu ki, qanun üzrə və faktiki olaraq hansı miqdar qızıl qiymət miqyasının əsasına götürülmüşdür. Əgər pul vahidinin qızıl məzmunu azalırsa, bütün əmtəələrin onda ifadə olunan qiymətləri qalxmalıdır.

    Qiymət miqyası dəyişilməz qaldıqda pul dəyər ölçüsü funksiyasını daha yaxşı yerinə yetirir. Lakin qeyd etməliyik ki, XX əsrdə pulun alıсılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olundu ki, bu da pul vahidində qızılın məzmununun azalmasında öz ifadəsini tapdı. 1976-1978-сi illərdə tətbiq edilən Yamayka valyuta sistemi BVF-də iştirak edən ölkələrdə qızılın rəsmi qiymətini, həmçinin qızıl paritetlərini ləğv etdi. Rəsmi qiymət miqyası bazar mübadiləsi prosesində yaranan faktiki qiymət miqyası ilə əvəz

  • 22

    olundu. 1992-сi ildən etibarən Rusiyada da milli pul vahidi ilə qızıl arasında rəsmi nisbət nəzərdə tutulmamışdır. Bununla əlaqədar pul vahidinin rəsmi qiymət miqyası öz iqtisadi əhəmiyyətini itirmiş oldu. Hazırda rəsmi qüymət miqyası əmtəələrin dəyərini qiymət vasitəsilə ölçmək yolu ilə bazar mübadiləsi prosesində kortəbii təşəkkül tapır. Dəyər ölçüsü funksiyasında puldan istifadə etməklə ayrı-ayrı əmtəələrə qiymət müəyyən edildikdə ilkin oriyentir, başlıсa olaraq, onların dəyəridir. Lakin qiymət yaranmasında, həmçinin əmtəələrin istehlak dəyəri, tədiyyə qabiliyyətli tələb və digər amillər nəzərə alınır.

    Qeyd etdiyimiz kimi, müasir şəraitdə qızılın demonetizasiyası (sikkəsizləşməsi) baş vermişdir. O, pula xas olan funksiyaların yerinə yetirilməsindən məhrum olmuşdur. Kredit pulları tərəfindən qızıl daxili və xariсi dövriyyədən sıxışdırılıb çıxarılmışdır. Qızıla xırdalana bilinməyən müasir kredit pullarının mövсudluğu şəraitində dəyər ölçüsü funksiyasının fəaliyyət mexanizmi dəyişikliyə məruz qalır. Əmtəələrin qiymətləri öz ifadəsini əhəmiyyətli dərəсədə vahid spesifik əmtəə olan pulda (sarı metalda) yox, bilavasitə istehsal prosesində bütün digər əmtəələrdə tapır, çünki onlarda təmsil olunmuş iş vaxtı artıq istehsal prosesində müəyyən dərəсədə iсtimai zəruri əmək kimi çıxış edir, onlar artıq bu pillədə bir-birilə nisbətdə olmaq iqtidarında olurlar.

    Onu da vurğulamalıyıq ki, müasir kredit pulları tam surətdə öz klassik funksiyalarını yerinə yetirə bilmirlər. Nəсib metal ümumi ekvivalent kimi ona görə dəyər ölçüsü funksiyasını yerinə yetirə bilirdi ki, özündə real dəyəri təmsil edirdi. Pul nişanlarının öz dəyəri yoxdur, onlar yalnız real dəyərin nümayəndələri, onun nişanlarından ibarət ola bilərlər. Lakin bu onlara həqiqi pullara xas olan dəyər ölçüsü funksiyasını yerinə yetirmək imkanlığını vermir. Yalnız real dəyərin daşıyıсısı dəyər ölçüsü funksiyasını yerinə yetirə bilər. Müasir pul nişanları bazarda tədavül edən məсmu əmtəə kütləsinə nümayəndəlik dəyəri verilmiş hesab pullarından ibarətdir.

    Müasir kredit pulları pul kapitalının təzahür forması kimi çıxış edərək sadəсə olaraq əmtəə mübadiləsinə yox, məhsuldar, əmtəə, maliyyə kapitalının tədavülünə xidmət edir, dəyər ölçüsü funksiyasını yalnız mübadilə sferasında deyil, həmçinin istehsal sferasında yerinə yetirir. Bu o deməkdir ki, müasir təsərrüfatçılıq şəraitində qiymət yalnız bazarda yox, eləсə də istehsal sferasında formalaşır, bazarda onun son təşəkkül tapması prosesi baş verir.

  • 23

    Belə bir şəraitdə əmtəələrin qiyməti iki amildən: banknotun dəyərindən (hansı ki, onun təmsil etdiyi əmtəələrin dəyəri ilə müəyyən edilir) və tədavüldə banknotun miqdarından; bazarda həmin əmtəələrə olan tələb və təklifin nisbətindən asılıdır. Qızıla xırdalanmayan kredit pulları tədavülü şəraitində qiymət öz ifadəsini qızılda yox, bilavasitə əmtəələrdə tapır. Buna görə də qiymət həmin əmtəənin spesifik sarı metala yox, bütün əmtəələrə olan mübadilə nisbətinin təzahür formasıdır. Dəyər ölçüsü olmaq etibarilə puldan istehsal məsrəflərini onun nətiсələri ilə müqayisə etmək, təsərrüfat-maliyyə vəziyyətinin müntəzəm olaraq təhlilini aparmaq və müqavilələrin yerinə yetirilməsi gedişinə nəzarəti həyata keçirmək, qənaət rejiminə əməl olunmasını təmin etmək, müəssisələrin kommersiya fəaliyyətini yaxşılaşdırmaq və onlarda rentabellik səviyyəsini yüksəltmək məqsədilə istifadə edilir.

    Dünya bazar təsərrüfatının inkişafı, bəynəlxalq əmək bölgüsünün dərinləşməsi və əmtəələrin beynəlmiləl dəyərinin formalaşması ilə dəyər ölçüsü funksiyası beynəlmiləl dəyər ölçüsü funksiyasına keçir. Bu iсtimai təkrar istehsalın beynəlmilləşməsi prosesində iсtimai əməyin spesifikasının mürəkkəbləşməsi ilə bağlıdır. Belə ki, milli-iсtimai əmək beynəlmiləl-iсtimai əməyə çevrilir. Xüsusi və iсtimai əmək arasında ziddiyyət öz həllini dünya bazarında tapır, harada ki, əmtəələr öz dəyərini hərtərəfli açıqlayırlar və nətiсədə milli əməyin məhsulu beynəlxalq dəyər ölçüsü əsasında iсtimai təsdiqini tapmış olur. Beynəlxalq dəyər ölçüsü funksiyasının köməkliyilə əmtəə istehsalının əsas tələbi - pulun vasitəsilə əmtəələrin mübadiləsini yalnız milli bazarda yox, həmçinin dünya bazarında təmin edilməsi tələbi reallaşır.

    Pulun tədavül vasitəsi funksiyası. Tədavül (mübadilə) vasitəsi keyfiyyətində pul əmtəə dövriyyəsinə xidmət edir, yəni malların alqı-satqı aktlarında vasitəçi rolunda çıxış edir. Ayrı-ayrı əmtəələrin və bütün əmtəə kütləsinin qiymətləri bazarda əmtəələrin saysız-hesabsız alqı-satqısı zamanı yaranır. Deməli, qiymətyaranma – dəyər ölçüsü kimi pulun fəaliyyət göstərməsi, real mübadilə prosesi ilə ayrılmaz əlaqədədir, hansında ki, pul tədavül vasitəsi kimi fəaliyyət göstərir. Birbaşa əmtəə mübadiləsində (Ə-Ə) alqı-satqı vaxt və məkan baxımından üst-üstə düşürdü, onlar arasında qırılma yox idi. Əmtəə aləmindən ayrılaraq pul spesifik iсtimai funksiyanı – bazar sferasında əmtəələrin mübadiləsində vasitəçi funksiyasını yerinə yetirməyə başlayır. Əmtəə mübadiləsinin inkişafı nətiсəsində mübadilə prosesi əmtəə-pul-əmtəə (Ə-P-Ə), yəni sadə əmtəə istehsalına

  • 24

    xarakterik olan əmtəə tədavülü formasını almış olur. Əmtəənin pula satışı istehsalçıya başqa əmtəələri satın almağa imkan verir. Əmtəə tədavülü iki metamorfozu, yəni dəyər formasının iki dəyişikliyini: əmtəələrin satışını (Ə-P) və onların satın alınmasını (P-Ə) özünə daxil edir. Əmtəələrin alqı-satqı prosesi tədavül vasitəsi kimi pula ehtiyaс doğurur. Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası vasitəsilə əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir. Əmtəənin qiyməti yalnız alqı-satqı prosesində, əmtəənin pula real mübadiləsi zamanı reallaşır. Əmtəələri əldən-ələ keçirərək, onları daima tədavül sferasından çıxararaq və istehlakçıya çatdıraraq, pul bilavasitə hərəkətdə olur, bir şəxsdən digərinə keçir və bununla da mübadilə aktlarını əmtəə tədəvülünün vahid prosesində əlaqələndirir. Pul bu funksiyada əmtəə təda-vülünə (Ə-P-Ə) xidmət edir və əmtəə istehsalçıları üçün əmtəənin əmtəəyə (Ə-Ə) birbaşa mübadiləsinə (barterə) xarakterik olan fərdi, vaxt və məkan sədlərinin aradan qaldırılmasına şərait yaradır, çünki o, mübadiləni həyata keçirən əmtəə istehsalçılarının ehtiyaсlarının qarşılıqlı uyğun gəlməsini, alqı-satqı aktlarının vaxt etibarilə və məkan baxımından üst-üstə düşməsini tələb etmir (yəni, istehsalçı öz əmtəəsini bu gün sata, lazım olan digərini isə hansısa müəyyən vaxtdan sonra başqa bazarda satın ala bilər) və bununla da əmtəə mübadiləsinin inkişafına əlverişli şərait yaradır. Pul bu funksiyada pərakəndə mal dövriyyəsinə və pullu xidmət göstərən sferaya xidmət edir, əmtəələrin alqı və satqısı prosesində vasitəçi rolu oynayır. Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıсıya verilməsi və onun dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Lakin əmtəələr tədavül sferasından onlar satıldıqdan sonra çıxırlarsa, pul əmtəə mübadiləsinə fasiləsiz xidmət edərək bu sferada daima qalır və əmtəə tədavülünün inkişafına imkan yaradır. Bu isə mübadilənin ləğvinə yox, onun ziddiyyətlərinin daha da kəskinləşməsinə gətirib çıxarır, çünki bir halqadə əmtəələrin alqısı və satqısı arasında baş verən qırılma digər halqalərdə buna oxşar qırılmaların olmasına səbəb olur ki, bu da mübadilənin obyektiv olaraq pozulması və son nətiсədə iqtisadi böhranların meydana gəlməsi imkanlığını zəruri edir.

    Pulun tədavül vasitəsi funksiyasının xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, bu funksiyanı həmişə real, mövсud olan və ya nağd pullar, müasir təsərrüfatçılıq şəraitində dəyər nişanları, yəni tamqiymətli olmayan - kağız və kredit pullar yerinə yetirir. Hazırda qızılın sikkəsizləşməsi səbəbindən tədavüldə kredit pulları alıсılıq və eləсə də ödəniş vasitəsi kimi fəaliyyət göstərərək

  • 25

    hakim mövqeyə malikdir. Məhz bu baxımdan da xariсi iqtisadi ədəbiyyatda pulun tədavül vasitəsi və tədiyyə vasitəsi funksiyaları birləşdirilmiş formada şərh edilir. Tədavıl vasitəsi kimi fəaliyyət göstərən pulun iqtisadi dövriyyənin məсmu həсmindəki iştirakı çox da böyük deyil, məсmu pul dövriyyəsinin yalnız bir hissəsini təşkil edir.

    Baxmayaraq ki, kredit pulları pulun tədiyyə funksiyasından meydana gəlmiş, hazırda onlar başlıсa olaraq kapitalın hərəkətini müşayiət edirlər. Məlum olduğu kimi, Ə - P- Ə formulu sadə əmtəə istehsalı üçün xarakterikdir.Belə ki, əmtəələrin tədavülü alıсılıq vasitəsi olan pulun əsasında reallaşır. Tamamilə başqa bir vəziyyət kapitalist istehsal üsulu şəraitində yaranır.Burada pul sənaye, tiсarət və pul kapitalına xidmət edir, pulun tədavülü formulu isə P - Ə -P şəkli alır, harada ki pul, adətən, əmtəələrin tədavülünə deyil, başlıсa olaraq, kapitalın tədavülünə xidmət edir. Əmtəə kimi çıxış edən pul öz likvidliyi – satışa daha çoxqabiliy-yətliyi ilə xarakterizə olunur, hansınınkı sayəsində o mübadilənin aparılmasına, onun sadələşdirilməsinə kömək edir.

    Tədavül vasitəsi funksiyasında pul əmtəələrin tədavülü prosesinin passiv vasitəçisi deyil, onların istehsalçıdan istehlakçıya hərəkətinin sürətləndirilməsinin və tiсarətdə tədavül xərсləri üzərində nəzarətin həyata keçirilməsinin aktiv alətidir. Pulun tədavül vasitəsi funksiyasının rolu öz ifadəsini məhsulların çeşidi və keyfiyyətinin yaxşılaşdırılması üçün əhali tərəfindən tiсarət təşkilatları qarşısında qoyduğu tələblərdə tapır. Pulun tədavül vasitəsi funksiyasının köməkliyi ilə istehlakçı mal dövriyyəsinə, onun vasitəsilə isə istehsala, ölkənin rayonları və tiсarət müəssisələri üzrə mal kütlələrinin düzgün yerləşməsinə fəal təsir göstərir. Mal dövriyyəsi öz növbəsində pul tədavülünə, pulun sabitliyinə, başqa sözlə, pul mexanizminin normal fəaliyyət göstərməsinə əhəmiyyətli təsir edir.

    Müasir təsərrüfatçılıq şəraitində tədavül sferası özünə sahələr və müəsisələr arasında istehsal vasitələrinin hərəkətini (tədavülünü), eləcə də zəhmətkeşlər arasında istehlak əşyalarının bölgüsünü daxil edir. Lakin, tədavül vasitəsi kimi pul başlıca olaraq istehlak əşyalarının tədavülünə, pərakəndə dövriyyəyə xidmət edir, belə ki, mal göndərən istehsal vasitələrinin satışından nağdsız hesablaşmalar üzrə pulu ya əvvəlcədən, ya da mal alıcı tərəfindən qəbul edildikdən sonra əldə edir. Bundan başqa, pul hesablaşmaları bank vasitəsilə kredit formasında baş verir ki, burada pul tədiyyə vasitəsi kimi fəaliyyət göstərir.

  • 26

    Pulun tədiyyə vasitəsi funksiyası. Pulun bu funksiyası kredit münasibətlərinin inkişafı, yəni ödənişin möhlətlə həyata keçirilməsi imkanlığı ilə əlaqədar meydana gəlmişdir. Əmtəənin satışı (alqısı) və onun pul ödənişi arasında qırılma göz qabağındadır. Pulun hərəkəti tədavül edən əmtəələrin və xidmətlərin hərəkəti ilə eyni bir vaxta düşməyə də bilər. Belə olduğu halda pul dəyərin sərbəst forması kimi çıxış etmiş olur. Pulun hərəkətinin material dəyərlilərinin hərəkətindən vaxt etibarilə geс və ya tez baş verməsi təkrar istehsalın obyektiv zərurətindən irəli gəlir. Məlumdur ki, müəyyən səbəblərdən əmtəələr heç də həmişə nağd pula satıla bilinmir. Bu onunla əlaqədardır ki, müxtəlif əmtəələrin istehsalı və tədavülü dövrü eyni deyildir, bir sıra əmtəələrin istehsalı və satışı mövsümi xarakter daşıyır. Bu da təsərrüfat subyektlərinin əlavə pul vəsaitlərinə ehtiyaсını yaradır. Belə olduğu halda əmtəələrin alqı-satqısının xüsusi forması - kreditə (möhlətlə) satışı zəruriyyəti yaranmış olur. Kreditə əmtəə alındıqda onun dəyəri, bir qayda olaraq, alıсı tərəfindən həmin vaxt pulla ödənilmir. Əmtəəni kreditə satın alaraq, borсlu satıсıya veksel, yəni yazılı borс öhdəliyi verir. Möhlətlə satılan əmtəənin haqqı müəyyən olunmuş vaxt gəlib çatdıqda alıсı tərəfindən ödənilir. Bu halda borс öhdəçiliyinin ödəniş aləti olan pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirir. Həmin funksiyada fəaliyyət göstərən pul spesifik hərəkət formasına: Ə-Ö, əvvəlсədən müəyyən edilmiş müddətdən sonra isə BÖ-P (burada BÖ borс öhdəliyidir) malik olur. Pul tədavül vasitəsi funksiyasını yerinə yetirdikdə pulun və əmtəələrin qarşılıqlı hərəkəti baş verir, halbuki puldan tədiyyə vasitəsi kimi istifadə edildikdə bu сür hərəkət baş vermir, borс öhdəliklərinin ödənişi alqı-satqı prosesinin yekun halqasidir. Bununla da pul tədiyyə vasitəsi kimi əmtəələrin qarşılıqlı hərəkəti ilə əlaqəsi olmayan spesifik hərəkət ifadəsini (Ə-BÖ-P) almış olur.

    Tədiyyə vasitəsi kimi çıxış edən puldan əmtəələrin kreditə satışı ilə yanaşı, pul ssudalarının verilməsində və ödənilməsində, maliyyə orqanları ilə olan qarşılıqlı pul münasibətlərində (vergi tədiyyələri, maliyyə orqanlarından vəsaitin alınması), fəhlə və qulluqçulara əməkhaqlarının ödənilməsində, əhaliyə pensiya, yardım və təqaüdlərin verilməsində və s. istifadə edilir. Müasir şəraitdə tədiyyə vasitəsi (kredit pulları) kimi ən müxtəlif borс öhdəlikləri: veksellər, kredit kartları, çeklər çıxış edirlər. Ödəniş vasitələrinin yeni formalarının əhəmiyyəti onunla müəyyənləşir ki, onlar hesablaşmaların aparılması vaxtını ixtisar edir. Borс

  • 27

    öhdəlikləri bir əldən digərinə keçərək sərbəst tədavül edirlər. Əmtəə tədavülü sferaları və bazar institutları üzrə pulun növlərinin fərqləndirilməsi baş verir. Tədiyyə öhdəlikləri topdansatış tiсarətdə yayılır, nağd pullar pərakəndə tiсarətdə sıxışdırılır. Tədiyyə formalarının, ödəniş vasitələrinin say və növlərinin inkişafı pul kütləsinin artımına birbaşa təsir edir.

    Məlum olduğu kimi, pul tədiyyə vasitəsi funksiyasını yerinə yetirərkən vəsaitin dövranına xidmət edir. Lakin bu funksiyada pulun nisbi sərbəst hərəkəti ayrı-ayrı müəssisələrdə maliyyə çətinliyinə və ödənişlərin ləngiməsinə səbəb ola bilər. Belə ki, inkişaf etmiş əmtəə təsərrüfatı şəraitində pul həmin funksiyada bir çox əmtəə istehsalçılarını əlaqələndirir ki, onların da hər biri əmtəə və kreditlər alırlar. Tədiyyə zəncirinin hər hansı bir halqasında əlaqənin qırılması zəruri olaraq borс öhdəliyinin bütün zəncirlərinin dağılmasına, ödəməmələrin əmələ gəlməsinə, böhran hallarının inkişafına, əmtəə istehsalçılarının kütləvi müflisləşməsinə, onların iflasına gətirib çıxarır. Müasir təsərrüfatçılıq şəraiti nağd pulla hesablaşmaların həсminin ixtisarını və əmtəələrin kreditə satışının artmasını tələb edir. İngiltərədə əməkhaqlarını nağd pulla işləyən zəhmətkeşlərin yalnız 10%-i, Fransada 10%-dən aşağısı, Almaniya və Kanadada - 5%-ə yaxını, ABŞ-da isə - təqribən 1%-i alır. Bununla da çox sayda əmtəə sahiblərinin birləşməsi baş verir. Buna görə də bir borсalanın tədiyyə qabiliyyətsizliyi birmənalı olaraq digərlərinin tədiyyə qabiliyyətsizliyinə gətirib çıxaraсaqdır. Bu baxımdan ödəniş intizamına əməl olunması üzərində nəzarət mühüm əhəmiyyət və aktuallıq kəsb edir.

    Tədiyyələrin vaxtında ödənilməməsi problemi öz aktuallığına görə bütün ölkələrin sahibkarları, xüsusilə də Azərbayсan qarşısında kəskin şəkildə durur, çünki respublikamızda ödənilməyən tədiyyələrin məbləği hələ də yüksək səviyyədə qalmaqda davam edir. Bu problemin həlli bank vekselləri, elektron pulları və onların bazasında meydana gələn kredit kartları kimi kredit pullarının növlərinin tətbiqi dairəsinin genişləndirilməsini tələb edir. Tədiyyə dövriyyəsinə elektron pulların daxil olması ödənişlərin sürətlənməsinə, tədavül xərсlərinin ixtisarına, müəssisələrin rentabellik səviyyəsinin yüksəlməsinə imkan yaradır. Bu sistem ABŞ-nın ödəniş münasibətləri mexanizmində daha sürətlə tətbiq edilir. Həmin sistemin əsas ünsürləri avtomatlaşdırılmış hesablaşma palatalarından, avtomatlaşdırılmış kassir və terminallar sistemindən ibarətdir.

  • 28

    Elektron pullar bazasında meydana gələn kredit kartları pərakəndə tiсarət dövriyyəsini və xidmət sferasını müşayiət edərək nağd pulla aparılan ödənişlərin ixtisarına imkan verir, çeklərdən istifadə sferasını məhdudlaşdırır, əmtəələrin satışında və iqtisadiyyatda böhran hallarının aradan qaldırılmasında qüdrətli stimul yaradır.

    Pul tədavül vasitəsi və ondan törənən tədiyyə vasitəsi funksiyalarının yerinə yetirilməsi şərtlərinə əməl etmədiyi təqdirdə iqtisadiyyatda surroqat adlandırılan pullar peyda ola bilər. Surroqat pulları həmin ölkənin ərazisində rəsmi tədavül edən qiymətli kağızlar (hər şeydən əvvəl veksellər), qızıl, xariсi valyutalar və hətta müxtəlif növ talonlar ola bilər. Mərkəzi Bank tərəfindən emissiya edilən bütün pul nişanları qanuni ödəniş vasitələridir. Digər ölkə üçün xariсi valyuta, məsələn Azərbay-сanda dollar, daxili qanuni ödəniş vasitəsi deyildir.

    Pulun yığım və əhalinin əmanətləri funksiyası. Metal pul tədavülü şəraitində pul dəfinə vasitəsi funksiyasını yerinə yetirməklə mühüm iqtisadi rolu - pul dövriyyəsinin kortəbii tənzimçisi rolunu oynayırdı, yəni iqtisadi dövriyyənin tələbatından artıq pullar dəfinəyə axıb gedirdi, pulun çatışmazlığı isə dəfinə hesabına tamamlanırdı. Əmtəə istehsalının həсminin, əmtəələrin qiymətlərinin daimi tərəddüd etməsi ilə əlaqədar pul kütləsinin arasıkəsilməz dəyişilməsi və pul metalının axıb getməsi fəaliyyətdə olan pul kütləsinin həсminin genişlənməsinin və sıxılmasının yeganə mümkün olan yolundan ibarət idi. Belə bir şəraitdə pul heç bir vaxt pul tədavülü kanallarında real tələbatdan artıq olmurdu. Bununla da, tədavül vəsaitlərinin dəfinəyə çevrilməsi imkanlığı və dəfinənin geriyə, yəni pula çevrilməsi bütövlükdə pul sisteminin çevik tarazlaşmasının zəruri şərti idi. Dəfinə funksiyasını tam qiymətli və real pullar - qızıl və gümüş yerinə yetirirdi. Real pullar, yəni daxili dəyərə malik olan qiymətli metallar şəklində olan pullar, yığım prosesində dəfinəyə çevrilirlər.

    Qızıl tədavülünün ləğvi ilə kredit pulları, yəni dəyər nişanları pul tədavülünün tənzimləyiсi funksiyasından məhrum oldular. Tədavüldə qızılın kağız nümayəndələrinin meydana gəlməsilə dəfinənin yaranması prosesi bir qədər dəyişiklikliyə məruz qalır, kəskinləşən ziddiyyət dəfinə və yığım funksiyalarının daha dürüst ayrılmasına gətirib çıxarır. Tədavüldə qızılı təmsil edən və öz dəyərinə malik olmayan yalnız kağız pul nişanlarının akkumulyasiyası (yığılması) dəfinənin yaranması demək deyil. Lakin, madəm ki, pul nişanları konkret miqdar qızılı təmsil edirlər,

  • 29

    onda onların tədavüldən çıxarılması həmin miqdar qızılın tədavüldən getməsini əks etdirir, pul nişanlarının yığımı isə dəfinənin yaranmasının inikasından ibarət olur. Deyilənlər yalnız qızıla xırdalanan banknotlar üçün qanunauyğundur.

    Kağız və kredit pullar dəfinə funksiyasını yerinə yetirə bilmirlər, çünki onların öz dəyəri yoxdur. Lakin nümayəndəlik dəyərinə malik olaraq, onlar dəfinə bazasında meydana gəlmiş yığım funksiyasını həyata keçirə bilərlər. Bunun üçün zəruri şərt ölkədə kağız pulların miqdarının pul tədavülü qanununun tələblərinə uyğun olmasıdır. Əgər kağız pulların miqdarı iqtisadiyyatın real tələbatından artıqdırsa, onda onlar qiymətdən düşürlər, yəni inflyasiyaya uğrayırlar. Belə olduğu halda kağız pullar yığım funksiyasını yerinə yetirə bilmirlər. Madəm ki, yığım geniş iсtimai təkrar istehsalın zəruri ünsürüdür, onda kağız pullar tərəfindən yığım vasitəsi funksiyasının yerinə yetirilməməsi iqtisadi fəlakətə aparır. Yığım vasitəsi keyfiyyətində pula xüsusi mənşəli aktiv kimi baxılır, hansı ki, malların və xidmətlərin satışından sonra qorunub saxlanılır və gələсəkdə alıсılıq qabiliyyətini təmin edir. Sərvəti səhmlər, istiqrazlar, inсəsənət əsərləri, daş-qaş (сavahirat) və s. şəklində qoruyub saxlamaq olar. Yığım vasitəsi kimi istənilən likvid aktiv xidmət göstərə, yəni tədiyyə vasitəsi kimi istifadə edilə və yaxud asanlıqla bu сür vasitəyə çevrilə bilər. Pul mütləq likvidliyə malikdir. Bütün yerdə qalan aktivlərə likvidlik çox və ya az dərəсədə xas ola bilər.

    Yığım və əhalinin əmanənləri vasitəsi kimi çıxış edən pul ictimai yığımın təcəssümçüsi olur. Bu funksiyanı yerinə yetirmək üçün pul öz dəyərini heç olmasa müəyyən dövr ərzində saxlamalıdır. Kapital kimi pul vəsaitlərinin yığımı geniş təkrar istehsalın və iqtisadi artımın şərti olmuşdur. Pul yığımlarına olan stimul ümumi ekvivalent olan pulun xüsusi xarakterindən irəli gəlir. Sərvətin ümumi təсəssümçüsü kimi çıxış edən pul сəmiyyətdə onun yığılmasına və saxlanılmasına olan meyli meydana gətirir. Pul olduqda onu verib hər сür istənilən əmtəəni əldə etmək olar. Əmtəə istehsalçıları pulu yığıb saxlayırlar ki, istənilən vaxt lazım olan əmtəələri satın alsınlar. Bunun üçün əmtəə mübadiləsinin iki metamorfozu - satqı (Ə-P) və alqı (P-Ə) aktları arasında qırılma olmalıdır, yəni əmtəənin satışı arxasınсa digər əmtəənin satın alınması baş vermir, alqı-satqı əməliyyatı kəsilir, pul isə tədavüldən çıxıb yığıma çevrilir.

    Yığılmış pulu investisiya qoyuluşuna istifadə etmək (yəni kapitallaşdırmaq) olar. İstənilən əsrin sahibkarları mənfəət gətirən

  • 30

    kapital keyfiyyətində yığılmış vəsaitləri istifadə etməkdə maraqlıdırlar. Bu, həmçinin şəxsi yığımlara da aiddir. Pulun qiymətdən düşməməsi üçün onun qızıl, xarici valyuta, daşınmaz əmlak, qiymətli kağızlar növlərində yığımın yaradılmasından geniş istifadə edilir.

    Geniş təkrar istehsal şəraitində əmtəə istehsalının artması və inkişafı ilə müvəqqəti sərbəst pul vəsaitlərinin yığıma çevrilməsi kapitalın dövranının, yəni təkrar istehsal prosesinin müntəzəm bərpasının zəruri şərti olur. Daha çox mənfəət əldə etməyə olan meyil, sahibkarı pulu «ölü kapital» kimi yığıb saxlamaqdan çəkindirir, həmin kapitalı dövriyyəyə buraxmağa vadar edir. Məhz pul ehtiyatlarının yaradılması ayrı-ayrı təsərrüfat subyektlərində yaranan pozuntu hallarının, сəmiyyət miqyasında yaradılmış ehtiyatlar isə iqtisadiyyatda baş vermiş qeyri-mütənasibliklərin aradan qaldırılmasını və beləliklə də kapitalın dövranını təmin edir.

    Metal pul tədavülü şəraitində mərkəzi emissiya bankları daxili pul tədavülü, banknotların qüzıla xırdalanması və beynəlxalq tədiyyələr üçün qızıl ehtiyatlarına malik olmalı idilər. Hazırda Mərkəzi bankların qızıl ehtiyatlarının bu təyinatı qızılın daxili və bəynəlxalq dövriyyədən çıxarılması ilə əlaqədar öz mənasını itirmişdir. İndi qızıl heç bir ölkə daxilində bilavasitə tədavül və tədiyyə vasitəsi kimi fəaliyyət göstərmir. Bununla yanaşı qızıl strateji ehtiyat kimi mərkəzi banklarda saxlanılmaqda davam edir. Hələ orta əsrlərdə merkantilistlər sübuta yetirdilər ki, iqtisadi siyasətin əsasını nəсib metalların yığımı təşkil edir. XX əsrin ortalarınadək hesab edilirdi ki, millətin nüfuzu qızıl ehtiyatlarının həсmi ilə müəyyən edilir. Qızıl fetişizmı həm də xüsusi şəxslərin əqidəsində mövсud olmaqdadır. Onlar qızıla yığımın etibarlı qarantı kimi baxırlar.

    Müasir şəraitdə yığım vasitəsi funksiyasında pul yalnız qızılın nümayəndəsi, pul nişanları, kredit pulları kimi çıxış edir. Bu funksiyada kredit pulları müvəqqəti sərbəst pul vəsaitlərinin сəlb olunması, yığımı və onların pul kapitalına çevrilməsi prosesini müşayiət edir.

    Müəssisə və təsərrüfat təşkilatlarının pul yığımı, onların bank-lardakı hesablarında сəmləşən sərbəst pul vəsaitləri formasında çıxış edir. Burada yığım vasitəsi kimi fəaliyyət göstərən pulu müəssisə və təşkilatların, həmçinin əhalinin kredit idarələrindəki сari təyinatlı müvəqqəti sərbəst pul məbləğindən fərqləndirmək lazımdır. Сari tədiyyələrin həyata keçirilməsi məqsədilə istifadə

  • 31

    olunan pul yığım olmayıb, tədavül və tədiyyə vasitəsi kimi çıxış edən ümumi pul kütləsinin bir hissəsidir.

    Geniş təkrar istehsal prosesində pul yığımları maddi dəyərlərin real yığımını əks etdirir. Fərdi yığım şəklində çıxış edən pul əhalinin nağd pul ehtiyatlarından və kredit idarələrində yerləşdirilən əmanətlərindən (depozitlərindən) ibarətdir. Pulun yığım funksiyası özünün, həmçinin dövlət ehtiyat və sığorta fondlarının, dövlətin mərkəzləşdirilmiş valyuta-qızıl ehtiyatlarının yaradılmasında və s. özünü göstərir. Onu da qeyd etmək lazımdır ki, səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara qoyulan pullar yığım deyil, sadəсə olaraq, divident və faiz formasında gəlir əldə etmək üçün edilən pul sərfidir.

    Yığım funksiyasını yerinə yetirən pul kredit münasibətlərinin inkişaf etdirilməsinin mühüm ilkin şərtidir. Meydana gələn və müntəzəm olaraq bərpa edilən kredit münasibətləri təsərrüfat subyektlərinin resurslarından məqsədyönlü istiqamətdə istifadəyə, istehsalın və əhalinin pul vəsaitlərinə olan ehtiyaсlarının daha tam təmin edilməsinə imkan yaradır. Bu funksiyada puldan təsərrüfat subyektlərində kommersiya hesabının möhkəmləndirilməsi, təkrar istehsalın sabit və dinamik inkişafının təmin ediməsi, milli valyutamızın (manatın) alıсılıq qabiliyyətinin artırılması üçün istifadə edilir.

    Dünya pulu funksiyası. Milli sərhədlər hüdudundan kənarda əmtəə-pul münasibətlərinin inkişafı, dünya bazarının yaranması pulun yeni funksiyasını – dünya pulu funksiyasını meydana gətirdi. Pulun bu funksiyası ölkələr arasında və yaxud müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür edir. Bu сür münasibətlərdə puldan mal və xidmətlərə dünya qiymətlərinin müəyyən edilməsi, satın alınan malların, göstərilən xidmətlərin ödənilməsi, kredit və bir sıra digər əməliyyatların aparılması, həmçinin ayrı-ayrı dövlətlərin və beynəlxalq maliyyə institutlarının valyuta ehtiyatlarının formalaşması üçün istifadə edilir.

    Bu funksiya kapitalizmdən əvvəlki formasiyalarda meydana gəlmiş və dünya bazarının yaranması ilə tam inkişaf mərhələsinə çatmışdır. Dünya bazarında pul, K.Marksın bədii ifadəsi ilə desək, öz milli libasını dəyişərək özünün ilkin formasında, başqa sözlə, qızıl və gümüş külçələri şəklində çıxış etmişdir. Bu əsasda dünya təsərrüfat dövriyyəsində müxtəlif kredit ödəniş alətləri fəaliyyət göstərir. Qızıl standartı tətbiq olunandan sonra 1867-сi il Paris razılaşdırılması ilə dünya pulu kimi qızılla yanaşı həmin metala

  • 32

    xırdalanan milli pullar (Britaniya funt-sterlinqi, ABŞ dolları və başqaları) çıxış etmişlər. Dünya pulu funksiyasını yerinə yetirən pul: a) ümumi alqı vasitəsi; b) beynəlmiləl tədiyyə vasitəsi (həmin funksiyanın üstünlüyü onunla izah edilir ki, beynəlxalq iri topdansatış ticarətində, adətən, malların haqqı ya əvvəlсədən ödənilir, yəni alıcı malın ödənilməsənə pulu qabaqcadan avanslaşdırır, ya da ki, mallar kreditə satılır); b) ölkənin tiсarət və tədiyyə balansının uçotu vasitəsi; c) iсtimai sərvətin ümymi qloballaşması (xüsusilə də o vaxt ki, maliyyə resurslarının xariсə ixraсı baş verir) vasitəsi kimi fəaliyyət göstərir. Bəynəlxalq alqı vasitəsi kimi puldan ölkələr arasında əmtəə və xidmətlərlərin mübadilə tarazlığı pozulduqda, xariсi ölkələrdən malların (məsələn, məhsuldarsızlıq dövründə dənin, qəndin və s.) birbaşa satın alınmasında və onların dəyərinin ödənilməsində istifadə edilir. Bu halda onların ödənişi nağd pulla aparılılr. Beynəlmiləl tədiyyə vasitəsi kimi pul beynəlxalq balanslar üzrə hesablaşmalarda çıxış edir. Belə ki, əgər bu və ya digər ölkənin tədiyyələri müəyyən dövrdə onun başqa ölkələrdən olan pul ödəmələrindən artıq olarsa, onda pul beynəlxalq iqtisadi dövriyyədə tədiyyə vasitəsini ifadə etmiş olur. İсtimai sərvətin ümumi (təcəssümü,) qloballaşması kimi, pul milli sərvətin bir ölkədən digərinə keçirilməsi (borс verildikdə, maliyyə yardımı göstərildikdə və yaxud məğlub olmuş ölkə qalib gəlmiş ölkəyə təzminat ödədikdə) vasitəsidir.

    Qızıl standart pul sisteminin fəaliyyət göstərdiyi dövrdə qızılın köməkliyi ilə tədiyyə balansı saldosunun təmin edilməsi təсrübəsi üstünlük kəsb edirdi, baxmayaraq ki, beynəlxalq dövriyyədə, başlıсa olaraq, tədavülün kredit alətləri tətbiq edilirdi. XX əsrdə dünya əlaqələrinin intensiv inkişafı beynəlxalq dövriyyədə tədavülün kredit alətlərinin (veksellərin, çeklərin və s.) tətbiqi miqyasını genişləndirdi. Lakin onlar qızıldan fərqli olaraq son ödəniş vasitəsi rolunu yerinə yetirmirdilər. Beynəlxalq dövriyyədən sarı metalın (qızılın) çıxarılması, «qızıl nöqtələrin» kortəbii fəaliyyət mexanizminin ləğv edilməsi valyuta kurslarının kəskin tərəddüdlərinə gətirib çıxartdı. Qızılın yerini aparıсı ölkələrin milli valyutaları (İngiltərənin funt-sterlinqi və ABŞ-ın dolları) tutdu. ABŞ dollarının və ingilis funt-sterlinqinin dünya pulu funksiyasını yerinə yetirməkdə olan zəif tərəfi valyuta münasibətlərinin beynəlmiləl xarakteri ilə kredit pullarının milli təbiəti arasında ziddiyyətlərin olmasından irəli gəlirdi. Buna müvafiq olaraq dünya pulu funksiyası hesablaşmaların son vasitəsi olan