ə azƏrbaycan respublİkasinin qanunu layih . qanunun … · 2019. 8. 28. · etnik qrupların...

5
1 Milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquqlarının qorunması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Layihə Maddə 1. Qanunun məqsədi Bu Qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların (bundan sonra etno-azlıqların) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 32-ci, 44-cü, 45-ci, 127-ci maddələri ilə habelə digər maddələrində təsbit olunmuş hüquq və azadlıqlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsinin Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normalarına sadiq qalmaqla hüquqi əsaslarını müəyyənləşdirməkdən ibarətdir. Maddə 2. Milli mənsubiyyət hüququ 1. Azərbaycan Respublikasında hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və bu dövlət təminatı altındadır. 2. Heç kəs heç bir halda milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz və heç kim milli mənsubiyyətinə görə fərqləndirilə bilməz. Maddə 3. Əsas anlayışlar 3.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 3.1.1. Milli azlıq - Dünyanın hər hansı hissəsində mövcud olan dövlətin əsas milli çoxluğuna mənsub olan istənilən xalqın Azərbaycanda doğulub yaşayan fərdləri, yaxud sonradan Azərbaycan vətəndaşğına qəbul edilmiş fərdlər; 3.1.2. Azsaylı xalqlar - tarixən Azərbaycan ərazisində yaşayan, başqa yerdə dövləti olmayan azsaylı xalqların fərdləri; 3.1.3.Etnik qruplar - real və ya hipotetik ümumi keçmişə sahib olan, müəyyən coğrafi ərazi içərisində sıx şəkildə məskunlaşş, bəlli tarixi və mədəni keçmişi olan və fərqliliklərini qoruyan topluluğa mənsub fərdlər; Maddə 4. Ana dilindən istifadə hüququ 4.1. Azlıqların ana dilindən istifadə etmək hüququ vardır. Azlıqlar istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququna malikdir. 4.2. Heç bir azlıq ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 4.3. Dövlət dilindən istifadənin zəruri olduğu yerlərdə dövlət dilinin istifadəsi tələbi azlıqların dillərinə müdaxilə, yaxud məhdudiyyət kimi təfsir edilə bilməz. 4.4. Dövlət azlıqların dilinin inkişafı üçün minimum standartlar müəyyən edir və zəruri tədbirlər həyata keçirir. Maddə 5. Bərabərlik hüququ 5.1. Dövlət azlıqların qanun qarşısında bərabərlik hüququna, habelə qanunun bərabər müdafiəsi təminat verir. Azlığa məxsus fərdlər və topluluklar hər hansı ayrıseçkiliyə məruz qala bilməz. 5.2. Dövlət bütün sahələrdə azlıqlara mənsub olan şəxslər ilə çoxluğa mənsub olan şəxsər arasında iqtisadi, sosial, siyasi və mədəni hayatın bütün sahələrində tam və təsirli bərabərliyi təmin edəcək tədbirlər həyata keçirir və onların spesfik şəraitini nəzərə alaraq, həssaslıq göstərir. 5.3. Dövlət, azlıqların etnik, mədəni, dil, dini mənsubiyyətindən yaxud digər fərqliliklərindən aslı olmayaraq, hədə-qorxulara, zorakılığa, düşmənçiliyə məruz qalmamağa, ayrıseçkiliyin bütün formalarından uzaq tutulmağa, nifrət nitqindən qorunmağa yönələn əməli tədbirlər görür və güvən duyğusu formlaşdırır.

Upload: others

Post on 22-Jan-2021

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: ə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Layih . Qanunun … · 2019. 8. 28. · etnik qrupların hüquqlarının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı yaraılır

1

Milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquqlarının qorunması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Layihə Maddə 1. Qanunun məqsədi Bu Qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində yaşayan milli

azlıqların, azsaylı xalqların və etnik qrupların (bundan sonra etno-azlıqların) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 32-ci, 44-cü, 45-ci, 127-ci maddələri ilə habelə digər maddələrində təsbit olunmuş hüquq və azadlıqlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsinin Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normalarına sadiq qalmaqla hüquqi əsaslarını müəyyənləşdirməkdən ibarətdir.

Maddə 2. Milli mənsubiyyət hüququ

1. Azərbaycan Respublikasında hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və bu dövlət təminatı altındadır.

2. Heç kəs heç bir halda milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz və heç kim milli mənsubiyyətinə görə fərqləndirilə bilməz.

Maddə 3. Əsas anlayışlar

3.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı

mənaları ifadə edir: 3.1.1. Milli azlıq - Dünyanın hər hansı hissəsində mövcud olan dövlətin əsas milli

çoxluğuna mənsub olan istənilən xalqın Azərbaycanda doğulub yaşayan fərdləri, yaxud sonradan Azərbaycan vətəndaşlığına qəbul edilmiş fərdlər;

3.1.2. Azsaylı xalqlar - tarixən Azərbaycan ərazisində yaşayan, başqa yerdə dövləti olmayan azsaylı xalqların fərdləri;

3.1.3.Etnik qruplar - real və ya hipotetik ümumi keçmişə sahib olan, müəyyən coğrafi ərazi içərisində sıx şəkildə məskunlaşmış, bəlli tarixi və mədəni keçmişi olan və fərqliliklərini qoruyan topluluğa mənsub fərdlər;

Maddə 4. Ana dilindən istifadə hüququ 4.1. Azlıqların ana dilindən istifadə etmək hüququ vardır. Azlıqlar istədiyi dildə

tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququna malikdir. 4.2. Heç bir azlıq ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 4.3. Dövlət dilindən istifadənin zəruri olduğu yerlərdə dövlət dilinin istifadəsi

tələbi azlıqların dillərinə müdaxilə, yaxud məhdudiyyət kimi təfsir edilə bilməz. 4.4. Dövlət azlıqların dilinin inkişafı üçün minimum standartlar müəyyən edir və

zəruri tədbirlər həyata keçirir. Maddə 5. Bərabərlik hüququ 5.1. Dövlət azlıqların qanun qarşısında bərabərlik hüququna, habelə qanunun

bərabər müdafiəsi təminat verir. Azlığa məxsus fərdlər və topluluklar hər hansı ayrıseçkiliyə məruz qala bilməz.

5.2. Dövlət bütün sahələrdə azlıqlara mənsub olan şəxslər ilə çoxluğa mənsub olan şəxsər arasında iqtisadi, sosial, siyasi və mədəni hayatın bütün sahələrində tam və təsirli bərabərliyi təmin edəcək tədbirlər həyata keçirir və onların spesfik şəraitini nəzərə alaraq, həssaslıq göstərir.

5.3. Dövlət, azlıqların etnik, mədəni, dil, dini mənsubiyyətindən yaxud digər fərqliliklərindən aslı olmayaraq, hədə-qorxulara, zorakılığa, düşmənçiliyə məruz qalmamağa, ayrıseçkiliyin bütün formalarından uzaq tutulmağa, nifrət nitqindən qorunmağa yönələn əməli tədbirlər görür və güvən duyğusu formlaşdırır.

Page 2: ə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Layih . Qanunun … · 2019. 8. 28. · etnik qrupların hüquqlarının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı yaraılır

2

Maddə 6. Mədəniyyətini qorumaq hüququ 6.1. Azlıqlara mənsub olan şəxslərin öz mədəniyyətini qorumaq və inkişaf

etdirmək, dinlərini, dillərini, adət-ənənlərini, mədəni irslərini, dini, milli abidələrini qoruyub saxlamaq və gələcək nəsillərinə ötürmək üçün xüsusi tədbirlər görür.

6.2. Dövlət azlığa məxsus fərdlərin iradələrinin ziddinə olaraq onları assimliyasiyaya yönələn istənilən siyasətdən imtina edir və cəmiyyətdə buna istiqamətlənmiş istənilən təşəbbüslərdən azlıqları qoruyur.

6.3. Dövlətin ümumi inteqrasiya siyasəti və bu siyasətin aparılmasında həyata keçirdiyi tədbirlər assimliyasiya siyasəti kimi qəbul edilmir və 6.2-ci bənddə sayılan şərtlərə zidd deyil.

Maddə 7. Tolerantlıq 7.1. Dövlət ərazisinə yaşayan bütün şəxslər arasında təhsil, mədəniyyət, media

sahələrində şəxslərin etnik, mədəni, dil, dini xüsusiyyətlərindən aslı olmayaraq, dözümlülük ruhunu təşviq edir, mədəniyyətlərarası dialoqu həvəsləndirir və qarşılıqlı hörmət, anlaşma, əməkdaşlıq, birgəyaşama məqsədi ilə səmərəli və davamlı tədbirlər görür.

Maddə 8. Birləşmək, toplaşmaq azadlığı 8.1. Azlıqların istər fərdi, istər topluluq şəklində dinc məqsədlə sərbəst şəkildə

birləşmək, toplaşmaq, özünü ifadə etmək azadlığı var və dövlət təminatı altındadır. 8.2. Bu azadlıqların tənzimlənməsi heç bir halda məhdudiyyətlə nəticələnə bilməz.

Dövlət tənzimləmə zərurəti yarandıqda azadlığın özünə zərər vermədən demokratik cəmiyyətdə zərurilik çərçivəsində məsələni tənzimləyəcək.

Maddə 9. Din və vicdan azadlığı 9.1. Azlığa məxsus fərdlərin istər təkbaşına istərsə də mənsub olduqları topluluqla

birlikdə öz dini inanclarını sərbəst seçmək yaxud heç bir dini, inanacı seçməmək hüququ var.

9.2. Azlıqlara məxsus şəxslər dini inanclarını gerçəkləşdirmək məqsədi ilə istər təkbaşına, istər mənsub olduqları icma ilə bərabər qanunla yol verilən dini təsisatlar yaratmaq, təşkilatlanmaq və birliklər formalaşdırmaq hüququna malikdir.

9.3. Dövlət azlıqların din və vicdan azadlığına tam təminat verir, onları dini inanclarına yaxud inanmamalarına görə istənilən qınaqdan, təhlükədən, zorakılıqdan qoruyur.

Maddə 10. İfadə azadlığı 10.1. Etno-azlıqlara mənsub olan şəxslərin öz fikrini, düşüncəsini sərbəst ifadə

etmək azadlığı hüququ var. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, mənsub olduğu azlığın dilində məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. 10.2. Azlıqıarın nümayəndələri digər şəxslər kimi hər hansı ayrıseçkiliyə məruz qalmadan mediadan sərbəst və bərabər əsaslarda istifadə edə bilər.

10.3. Dövlət radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoyarkən azlıqların vəziyyətini nəzərə alaraq onlar üçün obyektiv və əlçatan

Page 3: ə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Layih . Qanunun … · 2019. 8. 28. · etnik qrupların hüquqlarının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı yaraılır

3

meyarlar müəyyən edir. Azlıqların bəlli coğrafiyada sıx yaşadığı yerlərdə yerli tele-radio yayımı yaratması və istifadəsinə şərait yaradılır.

10.4. Etno-azlıqların nümayəndələri sərbəst şəkildə çap kütləvi informasiya vasitələri, habelə internet media yarada və ondan istifadə edə bilər.

10.5. Azlıqların ifadə azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Maddə 11. Öz ana dilindən istifadə hüququnun tətbiq dairəsi 11.1. Azlığa mənsub olan şəxslərin hər hansı biri öz ana dilini sərbəst və hər hansı

müdaxilə olmadan istər özəl, istər ictimai məkanlarda şifahi və yazılı şəkildə istifadə etmək hüququ var.

11.2. Azlıqlara mənsub olan şəxslər tərəfindən ənənvi olaraq və ya çoxluq halında məskunlaşmış ərazilərdə həmin şəxslərin istəyi olarsa və bu istək real ehtiyaclara uyğun gələrsə həmin yerdəki şəxslərin ana dilinin inzibati orqanlarla münasibətdə istifadəsinə müəyyən şərait yaradılır.

11.3. Hər hansı azlığa mənsub olan istənilən şəxsin, həbs olunmasının səbəbləri barədə və ona elan edilmiş ittihamın xarakteri və səbəbi barədə dərhal məlumat vermək, özünü ana dilində ifadə etmək və ehtiyac varsa tərcüməçinin pulsuz köməyi ilə özünü müdafiə etmək hüuquna təminat verilir.

11.4. Azlıqların sıx yaşadığı yerlərdə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.

Maddə12. Milli fərqliliklərin qorunması 12.1. Azlığa mənsub olan istənilən şəxsin öz soyadını, atasının adını və adını

mənsub olduğu azlığın dilində işlətmək hüququ var. Belə ad, soyad və ata adı seçən şəxsin rəsmi sənədlərində həmin eyniləşdirici bilgilər qeydə alınır.

12.2. Hər hansı azlığa mənsub istənilən şəxsin ictimaiyyətə açıq yerdə öz azlıq dilində işarələr, yazılar və şəxsi xarakterli digər məlumatlar nümayiş etdirmək hüququ var.

12.3. Hər hansı milli azlığa mənsub olan şəxslərin ənənəvi olaraq çoxluq halında məskunlaşdığı ərazilərdə qanuna uyğun olmaq şərti ilə və milli azlığın mənsub olduğu dövlətlə qarşılıqlı razılaşma şərti ilə ictimaiyyət üçün nəzərdə tutulan ənənəvi yerli adları, küçə adlarını və digər topoqrafik işarələri dövlət dili ilə bərabər yerli dildə də ehtiyac olduğunda nümayiş etdirmək olar.

12.4. Azlıqlara mənsub olan şəxslərin milli ənənə və adətlərinə əməl etməsi, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin, tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması və onlardan istifadə olunması habelə əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması üçün zəruri tədbirlər görülür.

12.5. Azlıqların milli sənətkarlığını, peşəkarlıq və özfəaliyyət yaradıcılığını və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsini təmin edən xüsusi proqramlar həyata keçirilir.

Page 4: ə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Layih . Qanunun … · 2019. 8. 28. · etnik qrupların hüquqlarının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı yaraılır

4

Maddə 13. Azlıqların təhsil hüququ 13.1. Azlıqların sıx yaşadıqları yerlərdə ana dilində və dövlət dilində təhsil

almaları üçün, habelə Azərbaycan mədəniyyətini, tarixini, dilini və islam dininin tarixini öyrənilməsini təşviq edən zəruri tədbirlər görülür. Müəllimlərin, dərsliklərin hazırlanması və istifadəsi üçün zəruri tədbirlər görülür. Müxtəlif icmalar arası əlaqələrin yaradılmasına kömək göstərilir.

13.2. Azlıqların sıx yaşadıqları yerlərdə bütün səviyyədə dövlət dili ilə paralel öz ana dillərində təhsil almaları üçün zəruri tədbirlər görülür. Azlıqların sıx yaşadığı və çoxluq olduğu yerlərdə təhsilin bütün pillərələində tədris dili həm dövlət dilində həm də orda çoxluq təşkil edən azlığın dilində aparılır.

Maddə14. Azlıqların mədəni, sosial və iqtisadi sahədə iştirakı 14.1. Azlıqlara mənsub olan şəxslər mədəni, sosial və iqtisadi sferada, dövlət

işlərində və qulluğunda, xüsusilə onlara təsir edən məsələlərdə hər kəslə bərabər iştirak etmək, hər hansı ayrıseçkiliyə məruz qalmamaq hüququna malikdir.

14.2. Azlıqlara mənsub şəxslər öz dəyərlərini qorumaq və gələcək nəsillərə ötürmək məqsədi ilə qanunla müəyyən olunmuş çərçivədə müxtəlif ictimai təşkilatlar qura, burda fəaliyyət göstərə və xeyriyyə tədbirləri, marafonları və s. keçirə bilər.

14.3. Azlıqlara mənsub olan şəxslərin QHT fəaliyyətində istər milli, istərsə də beynəlxalq səviyyədə iştirak etmək hüququ təmin edilir.

Maddə 15. Azlıqların mənsub olduğu xalqlarla qohumluq əlaqələri 15.1. Azlıqlara mənsub olan şəxslərin digər ölkələrdə qanuni surətdə yaşayan

şəxslərlə, xüsusilə eyni milli, etnik, mədəni, linqivistik və ya dini xüsusiyyəti, yaxud ümumi mədəni irsi daşıyan şəxslərlə sərhədləri aşıb keçərək azad və dinc əlaqələr yaratmaq və saxlamaq hüququ təminat altına alınır və bu məqsədlə sərhəd keçid məntəqələrindən daha rahat keçidi təmin edən tədbirlərin qarşılıqlı olaraq digər ölkə ilə görülməsi yolları mümkün qədər təmin edilir.

Maddə 16. Qanunun icrasına nəzarət 16.1. Qanunun icrasına nəzarət məqsədi ilə milli azlıqların, azsaylı xalqların və

etnik qrupların hüquqlarının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı yaraılır.

16.2. Müvafiq icra hakimiyyəti orqanı qanunun icrası üçün zəruri olan dövlət proqramlarının layihələrini hazırlayır, maddi qiymətləndirməsini müəyyən edir və müvafiq icra hakimtyyəti orqanının təqsiqinə təqdim edir.

Maddə 17. Məsuliyyət 17.1. Bu Qanunda müəyyən edilən hüquq və azadlıqlar Azərbaycan

Respublikasının Konstitusiyasında, İnsan hüquq və azadlıqlarının qorunmasına dair Azərbaycan Respublikası Konstitusiya Qanununda müəyyən olunan hüquq və azadlıqların məhdudlaşdırılmasını nəzərdə tutan normalardan artıq məhdudlaşdırıla bilməz.

17.2. Bu Qanunun pozulması hüquqi məsuliyyət yaradır və qanunvericiliklə tənzimlənir.

Maddə 18. Qanunun qüvvəyə minməsi

Page 5: ə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Layih . Qanunun … · 2019. 8. 28. · etnik qrupların hüquqlarının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı yaraılır

5

18.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.